Dataset Viewer
Auto-converted to Parquet Duplicate
instruction
stringlengths
33
70
input
stringlengths
7
52
response
stringlengths
97
716
Verilən şairin həyatı və doğulduğu yer haqqında məlumat verin
Nizami Gəncəvi
Nizami Gəncəvi 1141-ci ildə Azərbaycanın qədim Gəncə şəhərində anadan olmuşdur. Tarix boyu Gəncə şəhəri həmişə Azərbaycana aid olmuş, bu şəhərdə azərbaycanlıların ulu babaları olan oğuz tayfaları yaşamışlar. Özünə Nizami Gəncəvi təxəllüsü qəbul etmiş İlyas Yusif oğlu Gəncə şəhərində mədrəsə təhsili almış, həyatını əsas...
Nizami və Makedoniyalı İsgəndər arasında hansı oxşarlıq var
Sənətkar və fateh müqayisəsi
Nizami Gəncəvinin bir sənətkar kimi şöhrətini daha çox Makedoniyalı İsgəndərlə müqayisə etmək olar. İsgəndərin qılıncla fəth etdiyi ölkələri Nizami Gəncəvi qələmlə ram etmişdir. Bu mənada Nizami Gəncəvi dünya ədəbiyyatının Makedoniyalı İsgəndəridir. O, Azərbaycan ədəbiyyatına Makedoniyalı İsgəndər şöhrəti qazandırmışdı...
Bu əsərin məzmunu və əhəmiyyəti haqqında məlumat verin
'Sirlər xəzinəsi' poeması
'Sirlər xəzinəsi' poeması 1174-cü ildə yazılmış Nizami Gəncəvinin 'Xəmsə' silsiləsinə daxil olan ilk əsəridir. Cavan yaşlarında yazılmasına və birinci böyük əsəri olmasına baxmayaraq, 'Sirlər xəzinəsi' poeması Nizami Gəncəvinin həyata və ədəbiyyata bələdlik mənasında həqiqətən sirlər xəzinədarı olduğunu göstərir. Poema...
Aleksandr Qriboyedov Nizami məzarını necə ziyarət etmişdir
XIX əsr
Rus yazıçısı Aleksandr Qriboyedovun XIX əsrdə Nizaminin Gəncə şəhəri ətrafındakı məzarını ziyarət etməsi məlumdur. Aleksandr Qriboyedov Nizaminin məzarının təmiri üçün vəsait ayırmağı vacib saymışdır. Bu, görkəmli sənətkarın xalq arasında da azərbaycanlı olmasına dair konkret təsəvvürlərin olduğunu göstərir.
Nizaminin əsərlərində türk kəlməsinin işlənməsi haqqında məlumat verin
Nizaminin türk kəliməsindən istifadəsi
Nizami Gəncəvinin əsərlərində türk kəlməsini bir neçə dəfə yerli-yerində işlətdiyi məlumdur. Şairin müxtəlif poemalarında torke-delsetan, torke tənnaz, törke siyah çeşm və sair kimi sözlərin mövcudluğu bunu təsdiq edir. Bu ifadələrdə şairin türk anlayışına rəğbətlə yanaşdığı da nəzəri cəlb edir.
Nizaminin qəzəbini ifadə edən misralar hansılardır
Şirvanşah Axsitana cavab
Qulluq halqasına düşdü qulağım, Qan vurdu beynimə, əsdi dodağım. Nə cürətim vardı ki, evdən qaçım, Nə də gözüm vardı xəzinə açım. Ömrüm viran oldu, solub-saraldım, Bu əmrin önündə cavabsız qaldım.
Bərdə hökmdarı Nüşabə obrazı haqqında məlumat verin
Nizaminin əsərlərində
Nizami Gəncəvinin Bərdə hökmdarı Nüşabəyə münasibətində doğmalıq hiss olunur. Şair özünün ədalətli hökmdar konsepsiyasını Nüşabə obrazı ilə yeni çalarlarla zənginləşdirmişdir. Bəlkə də, Bərdə hökmdarı Nüşabə Nizami Gəncəvinin düşündüyü ideal hökmdar obrazının yekunudur. Dünyanı fəth etmiş Makedoniyalı İsgəndəri özünün ...
Nizaminin fars dilində yazması onun milliyyətinə necə təsir edir
Dil faktoru
Nizami Gəncəvinin yaşadığı XII-XIII əsrlərdə fars dilində yazıb-yaratmaq təkcə Azərbaycanda deyil, ümumən Şərq xalqlarının ədəbiyyatlarında qəbul olunmuş qaydalardan biri idi. Şərqdə uzun əsrlər, o cümlədən Nizaminin zamanında da fars dili - şeir dili, ərəb dili elm dili, türk dili isə 'hərb dili' kimi qəbul edilmişdi....
Nizami Gəncəvi Şərq ədəbiyyatında nə rol oynamışdır
Nizami Gəncəvinin Şərq ədəbiyyatında rolu
Nizami Gəncəvi Şərqin qüdrətli sənətkarıdır. Bu dedikdə ən azı aşağıdakılar nəzərdə tutulur: Nizami İslam dininə mənsub olan böyük şairdir; O, ilk növbədə Şərq aləmində tanınıb şöhrət qazanmışdır; Onun əsərlərində Şərq xalqlarının həyatı özünün geniş bədii əksini tapmışdır; Nizami Gəncəvi Şərq ölkələrində qəbul olunmuş...
Xaqani Şirvani ilə Nizaminin münasibətləri necə olmuşdur
Müasir şairlər
Nizami Gəncəvi - Xaqani Şirvani münasibətləri xüsusi əhəmiyyətə malikdir. Müşahidələr göstərir ki, Nizami müasiri Xaqaninin (1120-1199) yaradıcılığına rəğbət bəsləmiş, onu qəlbinə yaxın sənətkar kimi qəbul etmişdir. Hətta bir rəvayətdə Nizami Gəncəvinin müasiri Əfzələddin Xaqaninin vəfatı ilə əlaqədar mərsiyə yazması f...
Şirvanşah Axsitanla Nizami arasında nə baş vermişdir
'Leyli və Məcnun' əsərinin yazılması
Nizami Gəncəvinin Şirvanşah Axsitanın 'Leyli və Məcnun' mövzusunda fars dilində əsər yazdırmaq təklifini qəzəblə qarşılaması faktı şairin azərbaycanlı olmasını təsdiqləyən amillərdəndir. Şirvanşah Axsitanın məktublarından 'Türk dili yaraşmaz şah nəslimizə, Əskiklik gətirər türk dili bizə' kimi misraların Nizami Gəncəvi...
Nizaminin dünyagörüşünü əks etdirən bu əsər haqqında məlumat verin
'Yeddi gözəl' poeması
'Yeddi gözəl' poeması 1197-ci ildə yazılmışdır. Dahi şair bu əsərlə dünya xalqlarının həyatına və bəşər mədəniyyətinə dərindən bələd olan böyük sənətkar olduğunu nümayiş etdirir. Poemada təsvir edilən Bəhram şahın yeddi ölkənin şahzadəsi ilə söhbətləri Nizami Gəncəvinin bilik və dünyagörüşünün geniş miqyasını təsəvvür ...
Nizami Gəncəvinin dünya əhəmiyyətini izah edin
Nizami Gəncəvinin dünya əhəmiyyətli şəxsiyyət olması
Nizami Gəncəvinin dünyaya, bütün bəşəriyyətə məxsus olması barədə heç bir mübahisə, fikir ayrılığı yoxdur. Qərb də, Şərq də Nizamidən ümumbəşəri idealları özündə əks etdirən əsərlərin dahi yaradıcısı kimi söz açır. Nizami üçün milli və coğrafi məhdudiyyət yoxdur. Onun bütün bəşəriyyət haqqında yazılmış 'Xəmsə'si bütövl...
Nizami Gəncəvi haqqında ümumi məlumat verin
Nizami Gəncəvi kimdir?
Nizami Gəncəvi (1141-1209) Azərbaycan xalqının bəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi böyük ədəbi şəxsiyyətlərdən biri olan görkəmli şair və mütəfəkkirdir. O, ölməz əsərləri ilə dünya şöhrəti qazanmışdır və dünya ədəbiyyatının ən görkəmli klassikləri sırasında çəkilir. Nizami Şərqdən doğan ədəbiyyat günəşi olmaqla öz...
Fərhad obrazının əhəmiyyəti nədir
'Xosrov və Şirin' poemasında
Nizami Gəncəvi Fərhadın Şirinə olan pak sevgisi əsasında əsl məhəbbətin insanı ucaltmaq qüdrətini göstərmişdir. Nizami əsərdə mahir daşyonan Fərhadın timsalında əməkçi insanın böyük obrazını yaratmışdır. Dünya ədəbiyyatının məhəbbət mövzusunda yazılmış əsərləri içərisində müstəsna yer tutan bu dastanda şair insana yüks...
Eşq mövzusunda yazılmış bu əsər haqqında məlumat verin
'Xosrov və Şirin' poeması
'Xosrov və Şirin' poeması (1180) Şərq ədəbiyyatında meydana çıxmış mükəmməl mənzum romandır. Dahi şair bu əsərində mövzunu hökmdarların həyatından alsa da, sələflərindən və müasirlərindən fərqli olaraq böyük eşq dastanı yaratmışdır. 'Xosrov və Şirin' dastanı Azərbaycan ədəbiyyatında möhtəşəm eşq abidəsi kimi mühüm yer ...
İlahi eşq mövzusunda yazılmış bu əsəri təhlil edin
'Leyli və Məcnun' poeması
'Leyli və Məcnun' poeması 1188-ci ildə yazılmışdır. Bu əsərdə Nizami Gəncəvi insanın mənəvi dünyasının zənginlikləri parlaq və təsirli bədii vasitələrlə canlandırır. Nizami bu əsərdə eşqin qüdrətini iki gəncin ilahi sevgisi vasitəsilə tərənnüm etmişdir. 'Leyli və Məcnun' poeması Leylinin elegiyası, Məcnunun dastanıdır....
Şairin ailəsi haqqında məlumat verin
Nizami Gəncəvinin valideynləri
Nizami Gəncəvinin atası Yusif Zəki və anası Rəisə xanım türk milli kimliyinə mənsub idilər. Nizaminin əsərlərində fars dilində yazılmış 'Rəiseye-qord' kəlməsi igid, yaxud vüqarlı, qürurlu Rəisə mənasını daşıyır. Atası Yusif Zəki Gəncə şəhərində sənətkarlıqla məşğul olmuşdur. Bəlkə də, şairin 'Kərpickəsən kişinin dastan...
Nizaminin lirik şeirləri haqqında məlumat verin
Lirika mövzusunda Nizami Gəncəvi
Nizami Gəncəvinin yaradıcılığında onun lirikası xüsusi yer tutur. Şairin lirik şeirlərində kiçik epik cizgilər nəzərə çarpır. O, qəribə, macəra təəssüratı yaradan süjetvarı fon zəminində lirik ovqatın ən incə və dərin təzahürlərini tərənnüm edir. Nizami Gəncəvinin lirikası dərin və nəcib insan düşüncələrinin bədii tərc...
Fars dilində yazmanın hansı üstünlükləri var idi
Şərq ədəbiyyatında
Birincisi, ərəb-fars dillərində elmi-ədəbi əsərlər yazmaqla görkəmli sənətkarlar geniş mənada ümumşərq məkanında oxunmaq, tanınmaq imkanları qazanmışlar. İkincisi, bu dillərdə danışan xalqlar avropalılara bəlli olduqları üçün ərəb-fars dilində yazıb-yaratmaq sənətkarların Qərbə çıxışlarına da münasib şərait yaratmışdır...
'Xəmsə' nədir və hansı əsərlərdən ibarətdir
Nizami Gəncəvinin əsas yaradıcılığı
Nizami Gəncəvi dünya ədəbiyyatında 'Xəmsə' adı ilə tanınan beş məşhur poeması ilə böyük şöhrət qazanmışdır. 'Xəmsə' sanki Qərbin və Şərqin ədəbiyyat ensiklopediyasıdır. Nizami Şərq ədəbiyyatında, türk-müsəlman dünyasında 'Xəmsə' ('beşlik') adlanan poemalar silsiləsinin əsasını qoymuşdur. 'Xəmsə'yə daxil olan əsərlər: '...
Nizami Gəncəvinin Azərbaycan xalqına mənsub olduğunu sübut edin
Nizami Gəncəvi hansı xalqa mənsubdur?
Nizami Gəncəvinin Azərbaycan xalqına mənsub sənətkar olması şəksizdir. O, dünya ədəbiyyatının və Şərqin görkəmli sənətkarı olmaqla bərabər, həm də konkret olaraq qədim tarixə malik olan Azərbaycan xalqının böyük oğlu, qüdrətli şairi və görkəmli mütəfəkkiridir. Nizami Gəncəvinin əsərlərində Azərbaycan mövzusunun özünəmə...
Şairin vəfatı və dəfn yeri haqqında məlumat verin
Nizami Gəncəvi
Nizami Gəncəvi 1209-cu ildə Gəncə şəhərində vəfat etmiş və orada dəfn olunmuşdur. Hazırda dahi şair və mütəfəkkirin məzarı üzərində onun xatirəsinə möhtəşəm məqbərə ucalır. Məzarının Gəncə şəhərində olması da Nizami Gəncəvinin Azərbaycan şairi olduğunu təsdiqləyən mühüm faktlardadır.
'İsgəndərnamə'nin ikinci hissəsi haqqında məlumat verin
'İqbalnamə'
'İqbalnamə' hissəsində şair mütəfəkkir baxışlara malik dövlət xadimi olan İsgəndərdən bəhs edir. Nizami Gəncəvi 'İqbalnamə'də dövlətin idarə olunmasında elmin amilinin rolunu ön mövqeyə çəkmişdir. Əsərdə Makedoniyalı İsgəndərin dövrünün görkəmli alimləri olan Platon, Aristotel, Sokrat və başqa alimlərlə söhbətləri və m...
Xaqani üçün yazılmış mərsiyəni göstərin
Nizami Gəncəvinin misraları
Hey deyirdim ki, Xaqani mənim mərsiyəçim olsun, Təəssüf ki, indi mən Xaqaninin mərsiyəçisi oldum.
Nizaminin əsərlərində Azərbaycan coğrafiyası necə təsvir olunur
Nizaminin əsərlərində Azərbaycan coğrafiyası
'Xosrov və Şirin' poemasında Kəpəz dağının, 'İsgəndərnamə'də Dərbənd qalasının təsvirində Nizami Gəncəvinin doğma yurda dərin məhəbbəti yüksək bədii səviyyədə ifadə olunmuşdur. Azərbaycanın qədim Bərdə şəhərini vəsf etdiyi məqamlarda şairin Vətən sevgisi aşkar nəzərə çarpır.
Nizaminin ən böyük əsəri haqqında ətraflı məlumat verin
'İsgəndərnamə' poeması
'İsgəndərnamə' poeması 1203-cü ildə yazılmış Nizami Gəncəvi sənətinin ümumiləşmiş möhtəşəm yekunudur. 'İsgəndərnamə' Nizami yaradıcılığının zirvəsində dayanır. Bu əsərlə Nizami antik yunan elm və mədəniyyəti ənənələrini yenidən dirçəldərək mövzunu Azərbaycan təfəkkürü və gerçəkliyi ilə uzlaşdıraraq ədəbi mühitə, bədii ...
README.md exists but content is empty.
Downloads last month
6