id
int64
604
821k
text
stringlengths
250
266k
title
stringlengths
1
182
548,635
Svyatoslav İvanoviç Vakarçuk ukraynalı müğənni, Ukrayna Respublikasının Əməkdar Artistidir . 1994-cü ildə yaratdığı Okean Elzı qrupunun solistidir. Atası tanınmış fizik İvan Vakarçukdur. 2007-ci ildə Lala Fonareva ilə ailə həyatı qurmuşdur. 20132016-cı illərdə Holos Krainy mahnı müsabiqəsində münsif kimi iştirak etmişdir.
Svyatoslav Vakarçuk
460,526
Bruselyoz zoonoz infeksion-allergik xəstəlikdir, Brucella cinsi bakteriyaları tərəfindən törədilir. Bəzən vaxtında aparılmamış diaqnostikada və gecikmiş müalicədə xəstəlik xronik residivləşən gedişə malik olur. Xəstəlik infeksion patologiyanın ümumi əlamətləri, həmçinin yerli zədələnmə əlamətləri, əsas eti- barilə daima inkişaf edən dayaq-hərəkət aparatının zədələnməsi ilə səciyyələnir. Bruselyoz Aralıq dənizi zonasında qədim vaxtlardan çox vaxt aralıq dənizi qızdırması adı altında məlumdur. XIX əsrin ikinci yarısında xəstəlik Britaniya hərbi və hərbi-dəniz bazasında hərbi xidmət keçmiş ingilis əsgərləri arasında baş vermişdir. Xəstəlik Malta qızdırması adını almışdır, onun mənşəyinin açıqlanması üçün Bryusun rəhbərliyi altında elmi ekspedisiya təşkil olunmuşdur. Həkim- lərin işi olduqca məhsuldar olmuşdur: törədici aşkar edilmişdir, infeksiya mənbəyi təyin edilmiş, hərbi qulluqçuların yoluxması üsulu, həmçinin profilaktika metodu işlənib hazırlanmış və effektiv şəkildə həyata keçirilmişdir . Klinik əlamətinə görə müasir bruselyozu xatırladan bu xəstə- lik bəşəriyyətə hələ eradan əvvəl 2400-cü ildə məlum idi. Bu xəs- təliyə dair ilk elmi axtarışlar coğrafi cəhətdən Aralıq dənizinin adaları və sahilləri ilə bağlıdır. Özünəməxsus xüsusiyyətlərə malik bu xəstəliyin yaranma səbəblərinin anlaşılmasında dönüş mərhələsi D.Bruce tərəfindən 1887-ci ildə törədicinin aşkar edilməsi oldu. XX əsrin əvvəllərində Malta ada- sında aparılan tədqiqat işinin nəticəsində keçilər və insanların xəstələnməsi arasında epidemioloji əlaqənin olduğu, bu əlaqənin əhali arasında bruselyozun yayılmasında oynadığı rolu təyin edil- mişdir. 1897-ci ildə Danimarka alimi Banq bala salan inəkdə aşkar edilən törədicini ilk dəfə təsvir etdi. Ayırd edilmiş kultura Banq tərəfindən B.abortus, bovis kimi adlandırıldı. Traum donuzlarda balasalmanın törədicisini aşkar etdi; o, B.abortus suis adını aldı. Meyer bu mikroorqanizmləri Brucella adı altında ümumi bir qrupda birləşdirməyi təklif etdi . Bu mikroblar tərəfindən törədilən xəstə- likləri 1920-ci ildən başlayaraq bruselyoz kimi adlandırmaq qə- bul edildi və tədricən xəstəliyin klinik gedişi, epizootologiyası və epidemiologiyası öyrənildi, həm ümumi mübarizə vasitələri, həm də spesifik profilaktika vasitələri işlənib hazırlandı. Rusiyada bruselyoza çoxdan rast gəlinmişdir, lakin yalnız 1911-ci ildə E.İ.Marsinovski ilk dəfə olaraq ölümcül nəticələnən bruselyoz hallarını təsvir etdi. Bruselyozun hərtərəfli öyrənil- məsi üzrə işlərin sistematik aparılmasına 30-cu illərdən başlanıl- mışdır. Bruselyoz probleminin öyrənilməsinə P.F.Zdrodovski bö- yük töhfə vermişdir. Belə ki, o, problemi öyrənərək elmi məktəb yaratmışdır. Məhz P.F.Zdrodovskinin və onun şagirdlərinin işləri bu nozoforma ilə mübarizənin müvəffəqiyyətlə aparılmasını tə- min etmişdir. Törədici. Brucella cinsi müasir dövrdə 6 növü birləşdirir ki, onlardan yalnız 3-ü insanlar üçün real təhlükə yaradır; B.meli- tensis, B.abortus, B suis, hər biri bir neçə biovara diferensiasiya olunur. Göstərmək lazımdır ki, B. melitensis insan üçün daha patogen növdür. B. abortus insanda çox nadir hallarda patolo- giya törədir. B. suis Amerika qitəsində xəstəliyin real törədicisi kimi təhlükəlidir . B.suis biovarlarından biri şimal marallarının ara- sında tapılmışdır, insan üçün onun patogenliyi hələ dəqiq müəy- yən edilməmişdir. Təkamül prosesində, daha doğrusu, müəyyən heyvana adap- tasiya prosesində bruselyoz törədicilərinin üç ekotiplərə bölün- məsi baş vermişdir: 1 B.melitensis keçi ; 2 B.abortus bovis buğa ; 3 B.abortus suis donuz . Brusellalar çox kiçik ölçülü, şarşəkilli, ovoid və ya çöpşəkilli formada olan mikroorqanizmlərdir; onlar anilin bo- yalarının hamısı ilə rənglənirlər, qram-mənfidirlər. Brusellaların hamısı bir sıra bioloji xüsusiyyətlərinə görə fərq- lənərək həm sınaq şüşəsində , həm də şüşə üzə- rində aqqlütinasiya reaksiyasını istifadə edərək diferensiasiya edilir. Lakin daha həssas müasir metodlar vasitəsilə antigen struk- turundakı müxtəlif fərqləri təyin etmək olur ki, bunlar da brusel- laların göstərilən növlərinin diferensiasiyasını aparmağa imkan verir. Brusellalar bakteriyaların yetişdirilməsi üçün tətbiq olunan bir çox qidalı mühitlərdə böyümə qabiliyyətinə malikdir və yavaş böyümə ilə səciyyələnirlər. Ona görə də xəstədən götürülmüş və brusellaların olmasına görə şübhəli sayılan qanın və digər materialların əkilməsi 3 həftə ər- zində 370C temperaturda həyata keçirilir. Bruselyozun törədici- ləri orqanizmdən kənarda yüksək davamlılığı və həyat qabiliy- yətinin uzun müddət saxlanması ilə səciyyələnir. Belə ki, onlar quru halda tozda, paltarda 2 ay ərzində sağ qala bilərlər. Duru mühitlərdə 600 temperaturda onlar 30 dəqiqədən sonra, qayna- dıldıqda isə dərhal məhv olurlar. Birbaşa düşən günəş şüası onları bir neçə dəqiqə, səpələnmiş işıq isə 78 gün və daha gec müddətdə öldürür. Brusellalar kimyəvi maddələrin təsirinə qarşı son dərəcə həssasdır. Adi dezinfeksiya vasitələrini tətbiq etdikdə onlar 5 dəqiqə ərzində məhv olurlar. Brusellalar yüksək dərə- cədə invazivdirlər və orqanizmə hətta zədələnməmiş selikli qişa- lardan da daxil ola bilirlər. Onlar üçün yüksək aqressivlik səciy- yəvidir. Onlar hemotoksik xüsusiyyətlərə malikdirlər. Brusellalar hüceyrədaxili parazitlərə aiddir, onlar retikul- endotel sistemin hüceyrələrinin daxilində yaşayır və çoxalırlar, lakin hüceyrədən kənarda da yerləşə bilirlər. Qeyd edildiyi kimi, brusellalar ətraf mühitdə kifayət qədər yüksək davamlılğa malikdir. Çox vacibdir ki, xəstə heyvanlar- dan ifraz olunmuş quru substratlarda yaxşı qalırlar. Brusellalar süddə o, turşuyana qədər, yəni 13 gün həyat qabiliyyətini sax- laya bilir. Süd məhsullarında, xüsusilə də qaynadılmamış süddən hazırlanmış yumşaq pendir və brınzada brusellalar 13 ay sağ qalır. Südü qaynatdıqda və əti termiki emaldan keçirdikdə bru- sellalar çox tez məhv olur. Adi dezinfeksiya vasitələri qəbul olunmuş konsent- rasiyada bruselları qısa müddətdə öldürür. Brucella qrupundan olan müxtəlif variantların patogenliyi eyni deyildir: Br.melitensis insan üçün olduqca yüksək pato- genliyi ilə fərqlənir, Br. suis və Br.abortus insan üçün nisbətən az patogendir. İndiyə qədər brusellaların antigen strukturu haq- qında vahid fikir yoxdur. Xüsusi tədqiqatlar sayəsində iki antige- nin olması müəyyən edilmişdir A antigeni və M antigeni, bun- lar hər brusella tipinin mikrob hüceyrəsinin tərkibinə müxtəlif nisbətlərdə daxildirlər. Brusellaların hər tipinin antigen tərki- bində həm spesifik, həm də qeyri-spesifik ümumi antigenləri vardır. A antigeni abortus, bovis və suis tipi brusellaları üçün, M antigeni isə melitensis tipli brusellalar üçün spesifikdir. Üçüncü tip G antigeni qeyri-spesifik ümumi antigen sayılır. Təbiətdə bruselyoz bakteriofaqının olması hazırda artıq danılmaz fakt he- sab edilir. O, brusellaların kulturasında, xəstələrin, insanların və heyvanların orqanizmində, həmçinin ətraf mühitdə ola bilər. Xəstənin orqanizmində bruselyoz bakteriofaqının olması törə- dicinin xüsusiyyətlərinin dəyişilməsinə gətirib çıxarır, nəticədə belə xəstələrin qanından brusellaların atipik ştamları əkilir. Bun- dan başqa, xəstədən götürülmüş qan porsiyalarında bruselyoz bakteriofaqının olması qanda, onurğa beyni mayesində və s. mən-fi nəticələrin alınmasını şərtləndirir. Tədqiqatlarda təyin edilmiş- dir ki, Brucella qrupu həm onun normal vəziyyətini bütün göstə- ricilərə əsasən səciyyələndirən S-formada, həm də bu və ya digər dərəcədə dəyişmiş vəziyyətdə, xüsusilə dissosiasiya vəziy-yətində ola bilər. Brusellaların dəyişkənliyi, xüsu-sən də kulturanın morfoloji dəyişkənliyinə münasibətdə o, son də- rəcə geniş diapazona çata bilər. Bruselyoz bütün qitələrdə, əsasən hey- vandarlığın inkişaf etdiyi ölkələrdə yayılmışdır. Xəstələnmənin epidemioloji xüsusiyyətləri müəyyən dərəcədə törədicinin növ mənsubiyyətindən, epidemik ocağın aktivliyindən və kütləviliyindən asılıdır. Bruselyoza görə epidemioloji vəziyyət keçmiş Sovet İttifaqı respublikalarının ərazisində, xüsusən də şimal və mərkəzi vila-yətlərdə son dərəcə gərgin olaraq qalır. Xəstəliyə görə qeyri-sağlam məntəqələrin 75-i burada cəmlənmiş və xəstə heyvanların 90-i aşkar edilir. Zaqafqaziyada, Orta Asiyada, Şimali Qafqaz zonasında, cənubi Volqaboyunda da bruselyozun ləğv edilməsi problemi aktual olaraq qalır. Hazırda heyvanların bruselyozu Aralıq dənizi hövzəsi, Kiçik Asiya , cənubi və cənub-Şərqi Asiya , Afrika, Mərkəzi və cənubi Amerika ölkələrində çox geniş yayılmışdır. Bolqarıstan, Yuqoslaviyada bruselyozla mübarizə müvəffəqiyyətlə aparılır, burada ayrı-ayrı regionlarda xəstəliyin nadir halları qeydə alınır. Bununla yanaşı, bir çox ölkələr, xüsusilə də Avropa ölkələri, həmçinin Yaponiya kənd təsərrüfatı heyvanları arasında bu xəstəliyin praktik olaraq tam ləğvinə nail olmuşdur. ÜST-ün məlumatlarına əsasən, bu xəstəlik heyvanlar arasında praktik olaraq bütün dünyada , o cümlədən ABŞ, Fransa, Kanada, Avstraliya, İtaliya, İspaniya kimi inkişaf etmiş ölkələrdə yayılmışdır. Qeyd olunur ki, inkişaf etməkdə olan öl- kələrin əksəriyyətində epizotik vəziyyət üzərində lazımi nəzarə- tin təmin edilməsi üçün kifayət qədər vəsait yoxdur, ona görə də belə dövlətlərdə, xüsusən də tropik ölkələrdə sürünün brusel- yozla zədələnmə dərəcəsi haqqında məlumatlar tam dolğun deyildir. İnqilabdan əvvəlki Rusiyada kütləvi bala salma halları yüz- lərlə hesablanırdı ki, bu da həmin hadisənin tam qeydə alınma- ması ilə izah edilirdi. Lakin 19121913-cü illərdə dərc olunan ilk elmi məlumatlar Rusiyanın şimal quberniyalarında xəstəliyin geniş yayıldığını təsdiq edir. İnfeksiya mənbəyi. Brusellalar insan üçün təhlükəli olub heyvanların, praktik olaraq yalnız ev heyvanlarının, xüsusilə də otyeyən cütdırnaqlıların keçi, qoyun, iribuynuzlu mal-qara, həmçinin donuzların parazitləri sayılır. Yoluxmuş heyvanlarda törədici bağırsaq divarının limfa sistemində toplandıqdan sonra yayılmış infeksion proses inkişaf edir ki, bu da bir çox toxumaların, xüsusilə də cinsiyyət üzvləri, süd vəziləri, həmçinin bəzən oynaqların zədələnməsinə gətirib çıxarır. Yoluxmuş heyvanlarda bruselyoz xronik residivləşən gedişə malikdir, ona görə də onlar çox vaxt məhz kəskinləşmələr zamanı, dişi fərdlərdə o, doğuşlar və abortlar dövründə baş verir, həm epizootik, həm də epidemik aspektdə təhlükəlidirlər. Bu zaman törədicinin dölyanı maye və cift ilə ifraz olunması mümkündür. Bundan başqa, bruselyoz törədicisinin sidik və nəcis kütlələri vasitəsilə ifraz olunması müşahidə olunur. Qeyd etmək lazımdır ki, heyvanlarda bruselyoz infeksiyası çox vaxt simptomsuz keçir, yəni həm heyvan populyasiyasında, həm də insan üçün infeksiya mənbəyi kimi zahirən sağlam fərd- lər iştirak edə bilər. Bruselyoz infeksiyası üçün müxtəlif növ bru- sellaların ev heyvanlarının ayrı-ayrı nümayəndələrinə qarşı kəskin adaptasiyası səciyyəvidir. Məsələn, B. melitensis xırdabuynuzlu mal-qaranın, B.abortus iribuynuzlu mal-qaranın, B.suis donuzların paraziti sayılır. İnsan üçün daha virulent növ olan B. melitensisin əsas sahibləri keçilər və qoyunlar olduğu üçün hamısından çox məhz xırda buynuzlu mal-qaranın yoluxmuş fərdləri təhlükəlidir. Lakin bəzən B. melitensis-in iribuynuzlu mal-qaraya miqrasiyası müşahidə olunur, belə hallarda insanın belə heyanlardan yoluxması və xəs- tələnməsi ehtimalı tamamilə real vəziyyət alır. Son illər bizim öl- kəmizdə məhz bu hadisə müşahidə edilir. İnsanda manifest for- maların inkişaf etməsi üçün B. abortus və B.suis ifraz edən heyvanlar böyük əhəmiyyət kəsb etmirlər, lakin bu, brusellaların göstərilən növləri ilə yoluxmadan sonra insanın xəstələnməsini inkar etmir. İnsan bruselyoz zamanı infeksiya mənbəyi kimi iştirak etmir. Düzdür, insandan yoluxma halları haqqında məlumatlar olma- sına baxmayaraq, onların bəziləri ya şübhəli xarakter daşıyır, ya da kazuitik hallardır . Bruselyoz zoonozlar qrupundan olan tipik infeksiyadır. Bruselyoz zamanı insanlar üçün başlıca infeksiya mənbəyi xəstə qoyunlar, keçilər, inəklər, donuzlar sayılır. Br.melitensis insan üçün obliqat patogenliyə malikdir və xəstəliyin epidemik alovlanmalarını törədir, halbuki Br.abortus və Br.suis nisbətən az patogendirlər və sporadik xəstələnmə törədirlər. Məlum olduğu kimi bioloji adaptasiya nəticəsində brusellaların hər bir tipi müəyyən heyvan növünə uyğunlaşmışdır. Br.melitensis əsasən keçiləri və qoyunları, Br.abortus iribuynuzlu malqaranı, Br.suis donuzları zədələyir. Ona görə də insanların bruselyozla xəstələnməsində xırdabuynuzlu mal-qara ən təhlükəli infeksiya mənbəyi sayılır. Digər heyvanların bruselyozu çox nadir hadisə sayılır, ona görə də elə bir epidemioloji əhəmiyyət kəsb etmir. Bruselyozun epidemiologiyasında brusellaların ayrı-ayrı tiplərinin miqrasiya imkanını nəzərə almaq lazımdır. Belə ki, Br.melitensis qoyun və keçilərdən heyvanların digər növlərinə və əsasən də iribuynuzlu mal-qaraya keçə bilir və onu epidemik bruselyozun rezervuarına çevirir. Bruselyozla xəstə heyvanlar üçün infeksion balasalmalar səciyyəvidir. İnsanların yoluxması baxımından daha təhlükəlisi bruselyozla xəstə heyvanların balasalma və balalama dövrü sayılır . Bruselyozun törədicisi xəstə heyvanların nəinki balalaması dövründə, həm də onların normal ifrazatları ilə xaric edilir. Bala salan heyvanlarda brusellalar doğuş yollarının Patoloji ifrazatlarında, onların südündə və sidiyində uzun müddət aşkar edilir. Ev heyvanları arasında epizootik proses bruselyozun fekal-oral yoluxma mexanizminin sayəsində saxlanır, lakin cinsi yolu da istisna etmək olmaz. İnsan bruselyozla əsas etibarilə alimentar yolla törədicilərlə yoluxmuş süd və süd məhsullarını istifadə etdikdə, həmçinin qidada kifayət dərəcədə termiki emaldan keçirilməmiş və ya çiy ətdən istifadə etdikdə yoluxur. Sənəti ilə əlaqədar heyvanlarla təmasda olan insanların təmasla yoluxması qeyd edilir. Təmas yoluxması adlanan belə yoluxma törədicilərlə çirklənmiş əllər vasitəsilə ağız boşluğunun selikli qişasına törədicilərin da- xil edilməsi zamanı baş verir. Beləliklə, sənəti xəstələnmə də həmçinin həzm yolu vasitəsilə yoluxma ilə bağlıdır. Dəri örtüklərinin tamlığının pozulmasına gətirib çıxaran mik- rotravmalar zamanı bruselyozla yoluxma istisna olunmur. Bru- sellaların zədələnmiş dəridən orqanizmə daxil olması fikri həqi- qətə uyğun deyildir, çünki brusellalar hərəkətsiz mikroblar olub, dəri toxumasını zədələmək üçün bioloji imkanlara malik deyildir. Təmas yoluxması xüsusilə doğuş, abortar, ölmüş və ölü doğulmuş quzu balalarının dərisini soyduqda realizasiya olunur. Brusellalar heyvanların ifrazatlarında qurumaya qarşı da- vamlı olduqlarına baxmayaraq, aborta uğramış və doğulmuş heyvanların dölyanı mayesi və cifti ilə ətraf mühitin hətta yük- sək kontaminasiyasında onların hava-toz yolu ilə yoluxması baş vermir. Bu, onu göstərir ki, bruselyozun birincili ağciyər forması müşahidə edilmir. Bir sıra müəlliflər yalnız ağırlaşmaın nəticəsi kimi bronxların zədələnməsi və hətta pnevmoniyanın inkişaf et- məsi imkanını qeyd edirlər. Çiy süd məhsulları, ət və bruselyozlu qoyun və keçilərdən alınmış xammal daha böyük epidemioloji əhəmiyyət daşıyır. Süd- də və turş süd məhsullarında brusellalar uzun müddət həyat qabiliyyətlərini saxlayır . Bruselyozla xəstə keçilərin südü bruselyozun epidemiologiya- sında xüsusi yer tutur. Ondan çiy halda istifadə etdikdə insanla- rın xəstələnməsinə səbəb olur. Qida məhsulu kimi nadir tətbiq olunan qoyun südü çox az hallarda xəstələnmənin səbəbi sayılır. İnək südü şəxslərin böyük qisminin yoluxmasının əsas səbəbi hesab olunur və sənəti və məişət şəraiti ilə heyvandarlıqla bağlı olmayan insanların yoluxmasında xüsusi yer tutur. Süd məhsulları içərisində keçi südündən hazırlanmış pendirin epidemioloji əhəmiyyəti daha böyükdür. Müəyyən edilmişdir ki, brınzadan yoluxmaya nəinki onun istehsal olunduğu yerlərdə, həm də uzaq ərazilərdə rast gəlinir. Bruselyozlu heyvanlardan alınmış ət və ət məhsullarında törədicilər 30 gündən 45 günə qə- dər və daha çox saxlanır. Dondurulma və duzlama ətdə brusel- laların saxlanma müddətinin azalmasına təsir göstərmir. Brusellalar xəstə keçilərin və qoyunların yununda və dərisində uzun müddət saxlanır. Törədici bruselyozlu heyvanların sidiyi, ekskrementləri, həmçinin cinsiyyət orqanlarından Patoloji və normal ifrazatları ilə, xüsusən də balasalmadan və doğuşlardan sonra torpağa, yemə, suya və ətraf mühitin müxtəlif əşyalarının üzərinə düşür, onlar isə öz növbəsində həm insan üçün, həm də sağlam heyvanlar üçün yoluxma amillərinə çevrilirlər. Bu obyektlərin əhəmiyyəti xəstəlik törədicisinin onlarda uzun müddət saxlanması nəticəsində artır. Xəstə heyvanın orqanizmindən bruselyozun törədicisinin uzun müddət xaric edilməsi, normal və Patoloji ifrazatlarda brusellaların yüksək miqdarı, həmçinin onların ətraf mühitə düşməsi imkanı infeksiyanın insana yoluxması yollarının müxtəlifliyini şərtlən- dirir. Bruselyozun törədicisi insan orqanizminə həzm yolunun, tənəffüs yollarının selikli qişasından, konyunktivadan, dəri örtüklərindən daxil ola bilər. Yoluxma yolları bunlardır: alimentar termiki emaldan keçməmiş süd məhsulları vasitəsilə, təmas, aerogen . Yoluxmanın şaquli yolu transplasentar yol da mümkündür: brusellalar həmçinin xəstə anaların südündə aşkar edilir. Bruselyoza yoluxmuş döşlə əmizdirən ananın südü vasitəsilə infeksiyanın ötürülməsi imkanı axıra qədər təyin edilməmişdir. Tək-tək hallarda bətndaxili yoluxma təsvir olunmuşdur. Əhali arasında süd, süd məhsullarının və digər qida məhsullarının işlədilməsi zamanı alimentar yoluxma hallarına daha çox rast gəlinir. Təmas yoluxma yolu nisbətən az hallarda bruselyozla xəstə heyvanlarla və ya onların ifrazatları ilə çirklənmiş əşyalarla təmasda olduqda müşahidə edilir. Bu yola daha çox keçi bruselyozu ocaqlarında rast gəlinir və yoluxma bu halda dəri örtükləri və selikli qişalardan baş verir. Aerogen yoluxma yolu toz şəklində havaya qalxan yun hissələrində, peyində, tor- paqda törədicinin olması ilə şərtlənə bilər. Yoluxmanın bu yolu nadir təsadüf olunur və yun qırxımı, tükün daranması və onların sonradan emalı zamanı , habelə heyvanların saxlandığı və ya onlardan alınmış xammalın emal edildiyi yerlərin və ərazilərin yığışdırılması zamanı mümkündür. Brusel- yozla xəstə insandan yoluxma son dərəcə nadir hallarda müşahidə edilir. Bruselyozla xəstələnmə müəyyən dövrlərdə artmaqla bütün il boyu qeyd olunur. Keçi-qoyun tipli bruselyoz üçün xəstəliyin qış-yaz mövsümiliyi xarakterdir ki, bu da qoyunların və keçilərin balalama dövrü ilə bağlıdır. İribuynuzlu mal-qaradan yoluxma zamanı insanların xəstələnməsinin mövsümiliyi xeyli az təzahür edir, nəinki keçi bruselyozunda. Balalama dövründə xəstəliklərin sayı az da olsa artır, sonra isə bir qədər azalır və bütün laktasiya mövsümündə, demək olar ki, eyni göstəricilərdə qalır. Kənd əhalisi arasında xəstələnmənin mövsümiliyi daha qabarıq ifadə olunur. İnsanda bruselyoz infek- siyasının patogenezi hazırkı dövrdə axıra qədər öyrənilməmişdir. Brusellalar orqanizmə dəridən və selikli qişalardan keçir, infek- siyanın giriş qapılarından limfa yolları vasitəsilə yayılır və regi- onar limfa düyünlərində çökürlər. Törədicinin birincili lokaliza- siyası giriş qapılarının yeri ilə təyin olunur. İnsanda törədici ən çox ağız boşluğunun limfa aparatında , dilarxası, çənəaltı, boyun limfa düyünlə- rində və nəhayət, bağırsağın ileosekal şöbəsinin aparatında aşkar edilir. Kiçik yoluxma dozalarında brusellalar məhv edilə və xəs- təlik baş verməyə bilər. Sitoloji müayinələr göstərmişdir ki, regionar limfa düyünlərində brusellalar ilk 510 gündə həddən artıq çoxalır. Regionar limfa düyünlərindən bruselyozun törədicisi limfa və qan damarları vasitəsilə bütün orqanizmə yayılır. Yaranan generalizə olunmuş bruselyoz infeksiyası bakteriemiya ilə müşayiət edilir ki, o da insanlarda uzun müddət saxlanma meylinə malikdir. Belə ki, xəstənin qanından brusellalar xəstəliyin ilk 3 ayı ərzində 70,5 hadisədə, sonrakı 412 ay ərzində 43,6 hadisədə, ikinci ildə 17 hadisədə əkilir, sonralar bakteriemiya sönür və xəstəliyin 3-cü ilindən etibarən aşkar edilmir. Hematogen gətirilmə fazası eyni vaxtda qaraciyər, dalaq, sümük iliyi və s. kimi orqanlarda brusellaların saxlanması ilə müşayiət olunur, nəticədə çoxsaylı ikincili ocaqlar, yəni infektin rezervuarı əmələ gəlir, oradan isə müxtəlif, endo və ekzogen amillərin təsiri al- tında dövri surətdə brusellaların təkrar xaric olması baş verir. Yoluxmuş şəxslərdə brusellalar sidiklə, nəcislə, tüpürcəklə, südlə, nadir hallarda isə qadınların vaginal sekreti ilə ifraz edilər bilər. Allergiya bruselyozun patogenezində aparıcı amil sayılır, o artıq infeksiyanın generalizasiyası dövründə aşkar olunur və qeyri-müəyyən uzun müddət ərzində saxlanır. Ona görə də allergik fon həm patomorfoloji dəyişikliklərin, həm də klinik gedişin xüsusiyyətlərini müəyyən dərəcədə təyin edir. İnək və donuz tipi brusellaları ilə insanların yoluxması nadir hallarda generalizə olunmuş, kəskin septiki formalarda keçən xəstəliyin əmələ gəl- məsinə səbəb olur. Brusellaların bu tipləri ilə yoluxmuş insanların əksəriyyətində klinik və ya zəif üzə çıxan obyektiv əlamətlərin olması ilə gedən müsbət immunoloji və allergik reaksiyalar müşahidə edilir. Bruselyozun residivləri limfohemopoetik sistemdə yuxulayan infeksiyanın hesabına həm endogen, həm də ekzogen provokasiya amilləri ilə şərtlənə bilər. Bununla belə, həddindən artıq donma, həddindən artıq qızma, fiziki və ya kimyəvi zədələr və ya mübadilə proseslərinin pozulması kimi provokasiyaedici amillərlə yanaşı, residivlərin inikşafı üçün labüd olan şərtlərdən biri həm qeyri-steril, həm də steril immunitetin fonunda baş verən super və reinfeksiyadır. İmmunitetin ləng tipdə formalaşması və davamsız olması onun səciyyəvi xüsu- siyyətlərindəndir. Müəyyən edilmişdir ki, bruselyoz infeksiya- sında öz-özünə sağalma mümkündür. Bruselyoz ümumilikdə orqanizmi zədələyən və orqanizmin allergik yenidənqurulması nəticəsində onun reaktivliyinin kəskin dəyişilməsi ilə gedən xronik residivləşən qranulematoz infeksiyadır. Xəstəliyin başlanğıc dövründə iltihabi dəyişikliklər spesifik xarakter almayaraq, ocaqlı və diffuz alternativ-nekrobiotik və ya kəskin ekssudativ-produktiv proseslər formasında təzahür edir. Bu zaman daxili orqanların parenximatoz elementləri, adətən, degenerativ-nekrobiotik dəyişikliklərə məruz qalır. Sonralar orqanizmin allergizasiyası yüksəldikcə iltihabi dəyişikliklər qranulematoz-spesifik xarakter alır. Bruselyoz xəstəliyinin inkişafı prosesində spesifik və qeyri- spesifik dəyişilmiş toxumalar əvvəlcə çapıqlaşmaya, sonra isə sklerotik proseslərə məruz qalır. Bruselyoz zamanı patomorfoloji dəyişikliklər bütün orqan və toxumalarda müşahidə edilir, lakin bu dəyişikliklər daha çox sinir sistemində, limfa, qan-damar və bir- ləşdirici toxumalarda üstünlük təşkil edir. Xəstəliyin kəskin inki- şaf mərhələsində parenximatoz orqanların keçiriciliyinin artması və sonradan distrofiyası nəticəsində daxili orqanların seroz iltihabı birinci yerdə durur. Ardıcıl olaraq limfa düyünlərində, dalaqda, qaraciyərdə və digər orqanlarda retikulyar hüceyrələrin hiperplaziyası inkişaf edir. Bu dəyişikliklər bruselyoz infeksiyasının kəskin generalizasiyasının təzahürüdür və iltihabi hiperergik xarakter alır. Bruselyozun yarımkəskin mərhələsində müxtəlif orqanlarda əsasən həmin infeksiya üçün səciyyəvi sayılan qranulemaların yaranması ilə meydana çıxan produktiv iltihab aşkar olunur. Produktiv-iltihabi proseslər çox vaxt distrofik dəyişikliklər və sirkulyator pozğunluqlarla uyğunlaşır. Bruselyozun xronik gedişli mərhələsində çapıqlaşma əlamətləri və sklerotik proseslərin inkişafı ilə təzahür edən produktiv xarakterli proseslər üstünlük təşkil edir. Qeyd etmək lazımdır ki, bruselyoza xas patomorfoloji dəyişikliklərin böyük rəngarəngliyində həmin infeksiya üçün səciyyəvi xüsusiyyət yayılmış xarakterli infeksion- allergik vaskulit hesab olunur. Bruselyoz infeksiyası zamanı inkubasiya dövrünün müddəti dəqiq təyin edilməmişdir, xəstələrin əksəriyyətində o, 23 həftə təşkil edir, lakin 47 həftəyə qədər, bəzən isə daha çox uzana bilər. Bruselyozla xəstələnmə bir halda kəskin, digər halda tədricən başlayır. Bruselyozla xəstələrin başlıca şikayətləri oynaqlarda, əsas etibarilə aşağı ətraflarda yerdəyişən xarakterli ağ- rılar, ümumi zəiflik, tez yorulma, baş ağrısı, tərləmə ilə əvəzlənən titrəmə, iştahanın azalması, yuxunun pozulması və s. olmuşdur. Xəstəliyin ən çox rast gəlinən və nisbətən davamlı klinik əlaməti orqanizmin temperatur reaksiyasıdır. Bruselyoz zamanı tempe- ratur əyriləri müxtəlif ola bilər. Uzunmüddətli subfebril temperatura daha çox rast gəlinir, nisbətən az intermittasiya edən, remissiya edən, qeyri-düzgün residivləşən qızdırma müşahidə olunur. Nadir hallarda bruselyoz afebril keçə bilər.Bruselyoz klinik əlamətlərin polimorfizmi ilə səciyyələnir. Bəzi yoluxmuş şəxslərdə klinik əlamətlər olmadan birincili-latent forma baş verir ki, o yalnız immunoloji reaksiyalarla aşkar edilir. Digərlərində xəstəlik kəskin və ya xronik formalarda keçir. Klinik simptomlar itdikdən sonra xəstəlik ikincili-latent formaya keçir, o isə orqa- nizm zəiflədikdə yenidən kəskinləşə və xronik formalardan birinə keçə bilir. Qadınlarda adneksitlər, endometritlər, mastitlər, spontan uşaq salmalar mümkündür. Ginekoloji anamnezdə aybaşı tsiklinin po- zulması, sonsuzluq, vaxtından əvvəl doğuşlar, özbaşına uşaqsal- malar kimi halların qeyd edilməsi bruselyoz infeksiyasına şübhə oyatmalıdır. Hamilə qadınlarda bruselyoz zamanı özbaşına uşaq- salmalar mümkündür. Bruselyozun xarakterik ağırlaşmaları erkən abortlardır , onlar daha çox xəstəliyin xronik gedişində baş verir. Çox vaxt düşüklər xəstəliyin latent gedişi zamanı onun yeganə təzahürü kimi xidmət edir. Adətən, düşüklər xəstəliyin residivi fonunda baş verir, ondan sonra xəstəliyin gedişinin pisləşməsi mümkündür. Bruselyozla xəstə hamilə qadınlarda çox vaxt anemiya, hidrops, nefropatiya inkişaf edir. Sağlam qadınlara nisbətən onlarda tez-tez cift gəlişi, onun vaxtından əvvəl aralanması aşkar edilir. Xəstəliyin kəskinləşməsi zamanı və müalicə almayan qadınlarda bəzən dölün antenatal ölümü müşahidə olunur. Dölün bruselyozla yoluxması transplasentar yolla və doğuş zamanı mümkündür. Dölün inkişafı uzunmüddətli intoksikasiya, ana orqanizminin sensibilizasiyası ilə əlaqədar olaraq pozulur. Bəzən hipoksiya, hipotrofiya, dölün ürək fəaliyyətinin pozulması müşahidə edilir. Brusellaların qadın cinsiyyət orqanlarının neyroendokrin sis- teminə toksiki təsiri qızlarda cinsi inkişafın gecikməsinə səbəb ola bilər. Sonsuzluq uşaqlığın artımlarında iltihab proseslərinin inkişafı ilə şərtlənir. Ciftin patoloji dəyişiklikləri, vitamin balan- sının pozulması, orqanizmin intoksikasiyası hamiləliyin erkən dövründə düşüklər ilə nəticələnə bilər. Hamilə qadınlarda abortlar, ölü doğuşlar, vaxtından əvvəl doğuşlar, düşüklər uşaqlarda anadangəlmə bruselyoz tez-tez baş verir. Təzə doğmuş xəstə qadınların südündə brusellalar olduğu üçün südəmər uşaqların yoluxması istisna edilmir. Proqnoz, ümumiyyətlə, əlverişlidir. İş qabiliyyətinə görə patogenez ciddidir, xüsusən də mərkəzi sinir sistemi zədələndikdə . Bru- sellaların həyat fəaliyyəti məhsulları, həmçinin ciftdə gedən Pato- loji dəyişiklər sayəsində qadın orqanizminin intoksikasiyası nəti- cəsində 20 hallarda ölü doğuşlar müşahidə edilir. Uşaq ölümü 5-dən çox qeydə alınır. Xəstələrin böyük əksəriyyətində mərkəzi sinir sisteminin müxtəlif funksional pozğunluqları müşahidə edilir. Bu, baş ağrı- ları, yuxunun pisləşməsi, tez yorulma, əfvalın pisləşməsi, əsəbi- lik, ağlağanlıq kimi şikayətlərlə təzahür olunur. Parasimpatik sinir sisteminin tonusunun üstünlük təşkil etməsi ilə bərabər, vegetativ pozğunluqlar da müşahidə edilir. Çox, bəzən isə həddindən artıq tərləmə vegetativ distoniyanın tez-tez rast gəlinən əlamətidir. Bruselyoz zamanı seroz meningitlərə və meninqoensefalitlərə nisbətən az hallarda rast gəlinir. Bruselyoz zamanı dəri örtüklərinin rənginin dəyişilməsi müşahidə edilir və o, solğun, müxtəlif çalarlı sarımtıl, özünəməxsus mərmər rəng alır. Dəridə əmələ gələn səpkilər geniş polimorfizmi ilə fərqlənir, eritemalar, qızılcayabənzər, rozeolyoz, papulyoz, vezikulyoz, hemorragik, petexial səpkilər müşahidə olunur. Bruselyozun uzun sürən gedişində qabıq vermə, müxtəlif ölçülü və müxtəlif lokalizasiyalı piqmentasiyalar müşahidə olunur. Dayaq-hərəkət aparatının zədələnməsi bruselyoz üçün səciyyəvi əlamət sayılır. Ağrılar yaranır ki, bu, çox vaxt oynaqlarda obyektiv dəyişikliklər olmadan da üzə çıxır. Əsas etibarilə orta öl- çülü oynaqlar zədələnir və ağrılar öz intensivliyinə görə bəzən o dərəcədə kəskin olur ki, xəstələri həm narahat edir, həm də onların yuxusunu pozur. Bruselyoz zamanı nisbətən az hallarda artritlər, bursitlər və tendovaginitlərə rast gəlinir. Onlar uzun müddətli gedişi ilə fərqlənir və dayaqərəkət aparatının tam bərpa olunması ilə səciyyələnirlər. Bruselyozun özünəməxsus təzahürlərindən biri də müvəqqəti yaranan, davamsız, müxtəlif lokalizasiyalı fibrozitlər sayılır. Fibrozitlərin inkişafı sərbəst xarakterli, təktük baş verən, əziyyətli ağrılarla və məhdudlaşmış və ya diffuz infiltrasiyanın yaranması ilə səciyyələnir. Ağrıların davametmə müddəti müxtəlif ola bilər bir neçə saatdan bir neçə günə qədər. Limfa düyünlərinin orta dərəcəli böyüməsi müşahidə olunur, az hallarda proses generalizə olunmuş xarakter alır. Çox nadir hallarda bütün qruplardan olan periferik limfa düyünlərinin toyuq və ya göyərçin yumurtası ölçüsünə qədər böyüməsinə, bəzən isə onun xoralaşmasına rast gəlinir. Tənəffüs orqanlarında baş verən dəyişikliklər nadir hal- larda baş verir və klinik olaraq laringit, bronxitin və çox az hallarda xırdaocaqlı pnevmoniyanın əmələ gəlməsi şəklində təzahür edir. Bruselyozun ağır formalarında ürək-damar sistemi tərəfindən dəyişikliklər qeydə alınır. Çox zaman bruselyozun qrip, kəskin respirator infeksiyalar, qızılca kimi kəskin yoluxucu xəstəliklərlə birgə gedişi müşahidə olunur, onların əmələ gəlməsi bruselyoz infeksiyasının klinik əlamətlərini bir o qədər dəyişmir və xəstəliyin davametmə müddətinə təsir göstərmir. Bruselyoz infeksiyası dayaq-hərəkət aparatında ağrılarla, qaraciyərdə, dalaqda dəyişikliklərin yaranması ilə sürərək bəzən revmatizm, angioxolesistit, qastrit, hepatit və digər xəstəliklərin maskası altında gizlənir. Ona görə də bruselyoza görə qeyri-sağlam ərazilərdə dayaq-hərəkət aparatının, hepato-biliar sistemin hər hansı xəstəliyində bruselyoza görə müayinə olunmaq vacibdir. Bu xəstəliyə şübhə yaran- dıqda ümumi anamnestik məlumatlarla və epidemioloji anamnezlə, xəstənin obyektiv müayinəsi ilə yanaşı, laborator müayinələr də dəyərli məlumatlar verə bilər. Ona görə bruselyoza düzgün diaqnozun qoyulması yalnız müayinə metodlarının bütün kompleksinin yerinə yetirilməsi ilə təmin edilə bilər. Qanda anemiya, limfositozla birgə leykopeniya, monositoz, EÇS-nin artması qeydə alınır. Kəskin bruselyozlu xəstələrin qanının ümumi müayinəsi zamanı həm leykositlərin normal miqdarı, həm də az nəzərə çarpan leykopeniya aşkar edilə bilər. Həssaslıq Epidemioloji nəzarət Müalicəsi Profilaktikası Bruselyozun profilaktikasına tibbi, sanitar- baytarlıq və təsərrüfat tədbirləri daxildir. Bruselyoz tipik zoonoz infeksiya sayılır və ona görə onunla mübarizə infeksiya mənbə- yinin ilk növbədə ev heyvanları arasında, xüsusilə qoyunlar, ke- çilər, iribuynuzlu mal-qara, həmçinin donuzlar arasında məhv edilməsinə yönəldilməlidir. Kənd təsərrüfatı heyvanları arasında bruselyoz ojaqlarının zərərsizləşdirilməsi və ləğv edilməsi, həm- çinin xəstəliklə yoluxmuş sürünün və ayrı-ayrı təsərrüfatların sağlamlaşdırılması üzrə tədbirlər, habelə bruselyozla yoluxmuş təsərrüfatlarda heyvanlara xidmət edən insanlar arasında da bru- selyozun yayılmasının qarşısının alınmasına kömək edir. Bruselyozla mübarizədə qida yoluxmalarının profilaktikası xüsusilə böyük əhəmiyyət daşıyır. Bu, yoluxmada daha çox işti- rak edən süd və süd məhsullarına aiddir. Bruselyoza görə qeyri- sağlam təsərrüfatlardan alınmış süd mütləq pasterizasiya olunmalı və ya qaynadılmalıdır. Təzə qaymağı qidada və ya kərə yağının, xa- manın və digər süd məhsullarının emalında yalnız onların paste- rizasiyasından sonra istifadə etmək olar. Temperaturla təsirdən başqa, çiy süddən hazırlanmış məhsulları müəyyən müddət ərzində saxlamaqla zərərsizləşdirmək olar. Belə ki, çiy keçi südündən hazırlanmış brınza pendiri üçün 60 gündən az olmayaraq saxlanma müddəti təyin edilmişdir, çünki aşkar olunmuşdur ki, brusellalar brınzada 2-ci ayın sonunda məhv olur. Pendirin hazırlanması zamanı da onların saxlanma müddətlərinə dair müvafiq tədbirlər tətbiq olunur. Bruselyozlu heyvanlardan alınmış ət yalnız onu tam bişirdikdən və ya qızartdıqdan sonra istifadə edilir. Su mənbələrinin çirklənmədən mühafizəsini həyata keçirmək və yalnız qaynadılmış suyu işlətmək lazımdır. Tərəvəz və giləmey- vələr də brusellalarla çirklənə bilər. Bununla əlaqədar olaraq, bostanda torpağın gübrələnməsi üçün peyini yalnız onun 3 ay ərzində öz-özünə çürüməsindən sonra istifadəyə icazə verilir, bu zaman brusellalar məhv olur. Hamilə qadınlar yoluxmuş və ya yoluxma ehtimalı olan heyvanlara qulluqla əlaqədar bütün növ işlərə, həmçinin istər heyvandarlıq təsərrüfatlarında, istərsə də ət, yun, dəri-gön sənayesi müəssisələrində onlardan alınmış xammalla təması ola biləcək işlərə buraxılmamalıdırlar. Əgər bu və ya digər səbəblər üzündən xəstə heyvanlarla təmas baş ve- rirsə, onda şəxsi profilaktika tədbirləri içərisində törədicinin da- xil olmasının qarşısının alınması üçün əllərə xüsusi diqqət vermək lazımdır: rezin əlcəklərdən, qolçaqdan istifadə olunması və əllərin dezinfeksiyaedici vasitələrlə zərərəsizləşdirilməsi. Sanitar-maarifi işinin yerinə yetirilməsi bruselyozun profilak-tikasının mühüm şərti sayılır. Bruselyozla mübarizədə spesifik profilaktikanın həyata keçirilməsi böyük rol oynayır. Bruselyoz əleyhinə profilaktik vaksinasiya uşaqlara epizootik göstərişlər olduqda 7 yaşından başlayaraq aparılır. Postvaksinal immunitet nisbidir, peyvəndlənmiş kontingentlərin yenidən yoluxma ehtimalı istisna edilmir. Ocaqlarda profilaktik tədbirlərin bütün kompleksi xəstəliyin tam ləğv edilməsinə qədər yerinə yetirilməlidir, onun əsas meyarı heyvanların bruselyoza görə sağlam olması və insanların xtələnməməsidir. İnsanlar arasında bruselyozun pofilaktikası sanitar-baytarlıq tədbirlərinin xarakteri ilə bağlıdır. Başqa sözlə, yalnız ev hey- vanları arasında bruselyozun effektiv profilaktikasının aparıl- ması sayəsində insan populyasiyasında da xəstəliyə görə sala- matlıq əldə etmək olar. Lakin qaramal sürüsündə, xüsusilə qoyunçuluqda xəstəliyə görə salamatlığın əldə olunması elə də asan məsələ deyildir. İqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə, tamamilə bruselyozdan azad olmuş ölkələrdə, hətta təsərrüfat- larda brusellalarla yoluxmuş bir heyvan belə aşkarlanarsa, onda bütün sürünün məhv edilməsi strategiyası həyata keçirilmişdir. Maliyyə baxımından çətin olmasına baxmayaraq, bu tədbir həm heyvanlar arasında və insanlar arasında salamatlığın əldə edilməsi baxımından həm də iqtisadi nöqteyi-nəzərdən ən effektiv tədbir hesab edilir. Bizim Azərbaycanda belə sistem hələlik mümkün deyildir, ona görə də bruselyozla yoluxmuş ayrı-ayrı fərdlər öldürülür. Bu tədbir az fayda verir, çünki epizootik prosesi tamamilə qırmaq mümkün deyildir. Sistemin tətbiq olunduğu təsər- rüfatlarda heyvanların vaksinasiyası aparılmır. Bu, onunla bağlı- dır ki, peyvənddən sonra heyvanlarda cavab olaraq immun reaksiya əmələ gəlir ki, gələcəkdə bu, yolux- muş şəxslərlə peyvənd olunmuşlar arasında diferensiasiyanı aparmağa imkan vermir. Nəzərə almaq lazımdır ki, vaksin, çox təəssüf ki, kifayət qədər effektiv deyildir, heç də həmişə xəs- tələnmədən qorumur. Üçüncü variant: bruselyozla yoluxmuş heyvanların başdan- başa kütləvi peyvənd olunması və izolyasiyasıdır. Bruselyozun profilaktikası zamanı, xüsusilə də qaramal sürü halında saxlan- dıqda, yemin zərərsizləşdirilməsi, həmçinin dezinfeksiya tədbir- lərinin aparılması vacibdir. İnsanlar arasında bruselyozun profilaktikası məqsədilə sanitar- əksepidemik xidmət tərəfindən süd məhsullarının zərərsizləşdirilməsi sistemi üzərində, həmçinin qaramalın kəsimi və öldürülməsi üzərində nəzarəti təmin etmək vacibdir. Bruselyoza görə qeyri-qənaətbəxş epizootik vəziyyətdə risk qruplarının diri BA-16 vaksinlə peyvənd edilməsi və süd məhsulu üzərində nəzarət gücləndirilir. BA-16 vaksini ilə peyvənddən sonra orqa- nizmin kəskin allergizasiyası üzündən hazırda irimolekulyar allergen antigen komponentlərindən azad edilmiş kimyəvi vak- sinlər işlənib hazırlanır.
Bruselyoz
712,395
ArgentinaTürkiyə münasibətləri Argentina ilə Türkiyə arasındakı ikitərəfli diplomatik əlaqələr. 1982-ci ildə, Türkiyənin Argentina ilə Folklend müharibəsi dövründə İngiltərənin hərəkətlərinə tam siyasi dəstək verməsi ilə ölkələr arasındakı münasibətlər kəskinləşdi. 1992-ci ildə Argentina Prezidenti Karlos Menem, Cənubi Amerikadan Türkiyəyə rəsmi səfərə gələn ilk dövlət başçısı oldu. 24 aprel 2007-ci ildə Argentina Milli Konqresi, Türkiyə tərəfinin diplomatik təzyiqlərinə baxmayaraq Osmanlı İmperiyası qüvvələri tərəfindən Erməni Soyqırımı faktını tanıdı. Türkiyə, Argentinanın erməni soyqırımı faktını tanımasına görə təəssüfləndi və bu da Ankara Xarici İşlər Nazirliyinin binasında mövcud Argentina-Türkiyə münasibətlərini təhlil etmək üçün Buenos-Ayresdən səfirin geri çağırılmasına səbəb oldu. Argentina Milli Konqresi tərəfindən erməni soyqırımı faktının tanınmasından əvvəl, Türkiyə ilə münasibətlər kifayət qədər yaxşı səviyyədə idi, ölkələr BMT gündəmindəki beynəlxalq məsələlərin əksəriyyətində oxşar fikirdə idilər. İngilis mətbuatı, Türkiyənin Buenos-Ayresdə yerləşən səfirliyinin işinin o qədər də təsirli olmadığını, bunun Latın Amerikasının digər ölkələrində əlaqələrin daha da yaxşılaşdırılması və nüfuzun genişləndirilməsi imkanlarına kömək etmədiyini qeyd etdi. Argentinada yerləşən Argentina-Türkiyə Dostluq Vəqfi, millətlər arasında mədəni mübadiləni təşviq edir, Türk mətbəxi dərsləri, Türk dili seminarları keçirir və bəzən kasıblara yemək paylayır. Ölkələr ticarət-iqtisadi əməkdaşlıq haqqında bir müqavilə imzaladılar. 2008-ci ildə Türkiyənin Argentinaya ihracatı 35 milyon ABŞ dolları, Argentinanın Türkiyəyə ixracatı 221 milyon ABŞ dolları oldu. Argentina, Braziliya və Meksikadan sonra Türkiyənin Latın Amerikasındakı üçüncü böyük iqtisadi ortağıdır.
Argentina–Türkiyə münasibətləri
592,162
Kim Jin-Son Cənubi Koreyanı təmsil edən həndbolçu. Kim Jin-Son Cənubi Koreya yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Norveç yığmasına 22:20 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Sidney Olimpiadasını 4-cü yerdə başa vurdu.
Kim Jin-Son
421,162
Likiyalılar - Qədim dövrdə Anadolunun Likiya bölgəsində yaşamış xalq. Herodota görə Likiyalılar Krit mənşəli xalqdır. Herodota görə, Likiyalılar Kral Minos tərəfindən sürgün edilən və Minosun qardaşı Sarpedonun rəhbərliyində olduğu bir qrupun ardıcıllarıdır. Cənub-Qərbi Anadoluda o dövrə qədər Milyas olaraq adlandırılmış və Solymoi şəklində qeydə keçmiş bir xalqın torpaqlarına yerləşmişlər.Beləliklə formalaşmaqda olan xalq özünü ilk başlar Termilae adlandırırdı. Likiya və Likiyalılar adlarını mənimsəyən qədim Yunan qaynaqları ilə birgə, bəzi qonşu xalqlarda TRMMİLİ adını istifadə etmişlər. Buna görə də, adətləri Krit və Kariya adətlərinin qarışığı olaraq ortaya çıxmışdır. Herodotun Likiya üçün verdiyi açıqlamaya görə, Likiya adı Afina kralı Pandionun oğlu Likusla bağlıdır. Ancaq Minos və Sarpedonla əlaqələnən tarixi faktlar bölgə xalqının Misir və Xet yazılarında Lukka və ya Lukki kimi adlandırıldığını görürük. Likiyalılar Troya müharibəsində Troyalıların tərəfində vuruşmuşlar.
Likiyalılar
66,854
Mikayıl Gözəlov Şuşa Rayon İcra Hakimiyyətinin sabiq başçısı . Mikayıl Gözəlov 5 aprel 1948-ci ildə Ağdam rayonunun Mərzili kəndində doğulmuşdur. Mərzili kəndində 7 illik orta məktəbi bitirdikdən sonra Novruzlu kəndində orta təhsilini başa vurmuşdur . Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsini bitirmişdir . Təyinatla Şuşa şəhərinə göndərilmişdir. 92 saylı tikinti idarəsində tikinti ustası, iş icraçısı, baş iş icraçısı və s. vəzifələrdə çalışmışdır. Həmin idarənin rəisi olmuşdur . Şuşada, Xocalıda, Ağdamda, Laçında, Qubadlıda, Kəlbəcərdə, DQMVdə və Azərbaycanın digər bölgələrində onlarla tikinti obyektlərinin icraçı mühəndisi, rəisi kimi fəaləiyyət göstərmişdir. Xankəndi şəhərində yerləşən 9 saylı DQMV tikinti trestinin rəis müavini vəzifəsinə təyin olunmuşdur . İş başında ikən, 11 dekabr 1991-ci ildə əslən Şuşalı olan təcili yardım maşını sürücüsü Elbrus İbrahimov tərəfindən avtomat silahdan açılan atəşlə qətlə yetirilmişdir. Qətlin səbəbləri indiyədək müəmmalı qalır. Ömürlük həbs cəzasına məhkum edilən Elbrus İbrahimov 2019-cu ildə həbsxanada vəfat etmişdir. 1988-ci ildə Şuşa Rayon XDS İcraiyyə Komitəsinin sədri seçilmişdir. 1990-cı ildə 360 saylı Şuşa seçki dairəsindən Azərbaycan Respublikası Ali Sovetinə deputatlığa namizədliyi qeydə alınmışdır. Seçki gününə bir gün qalmış, adı çəkilən dairədən seçkilərin keçirilməsi dayandırılmışdır. 7 noyabr 1991-ci ildə Azərbaycan Respublikası prezidentinin fərmanı ilə Şuşa rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir. Azərbaycan Respublikası Milli Ordusunun ilk rəsmi hərbi hisələrindən olan 816 saylı Şuşa ərazi özünümüdafiə taborunu yaradanlardan biri olmuşdur. Şuşanın ermənilər yaşayan Qala dərəsi, Böyük Qala dərəsi, On verst, Salatın kənd kəndlərinin azad edilməsi əməliyyatına rəhbərlik etmişdir. Laçın-Şuşa yolunun təhlükəsizliyini təmin edənlərdən biri olmuşdur. Ölümündən sonra Şuşa rayonu kolxozlarından birinə, Şuşa şəhərində küçəyə adı verilmiş, yaşadığı binaya xatirə lövhəsi vurulmuşdur.
Mikayıl Gözəlov
266,869
Mirzə Məhəmmədəli xan Hacı Mirzə Fətəli oğlu Rəhmətabadi Məşrutə hərəkatının fəal üzvü, İranın ictimai xadimi. Mirzə Məhəmmədəli xan Hacı Mirzə Fətəli oğlu Gilan ostanının Rəhmətabad şəhərində anadan olmuşdu. Məşhur Səmia tayfası tayfasındandır. Mülkədar idi. Əyalətin müxtəlif yerlərində mülkləri vardı. Mirzə Məhəmmədəli xan Məşrutə inqilabı dövründə Rəştdən İran Milli Məclisinə vəkil seçilmişdi. O, vəkilliyini namizəd verərkən Məhəmməd Əmin Rəsulzadə yazırdı: Parlaman vəkilliyinə namizədlər: Ağayi Seyid Həsən Tağızadə, Hüseynqulu xan Nəvvab, Vüsuqüddövlə, Ağa Mirzə Əli Məhəmmədəli xan, Ağa Mirzə Əli Məhəmməd xan, Müstəşarüddövlə, Həkimülmülk, Müizüssultan, Mirzə Hüseyn xan Kəsmai, Zəkaülmülk, Mirzə İbrahim xan Münşizadə, Əmidülhükəma, Müxbirülmülk, Əsədüllah mirzə, Muxtarüddövlə, Doktor Vəliyullah xan, Vəhidülmülk, Nizamülhükəma Möhsün mirzə, Mirzə Əbdülqasım xan, Rzaqulu xan rəisi-darülfünun, Sahib Nəsəq, Hacı Əminüzzərb, Fəhmülmülk, Doktor Mənuçöhr xan və digərləri. Adları zikr olunan bu namizədlər ki, əksər siyahılarda vardırlar hamısı mütərəqqi tərbiyəşödə cavanlardır ki, çoxlarının sinni 30-35-dən o tərəfə keçməmişdir. Bu adamlar məsləkən bütün hürriyyətpərəstdirlər.M. Rəsulzadə, İran məktubları, Tərəqqi, 174, 5 avqust 1909 Mirzə Məhəmmədəli xan Rəhmətabadi sonadək mübarizəni davam etdirdi. Dostu və yerlisi Müəzzissoltanla birləşərək Məhəmmədəli şaha qarşı mübarizə aparırdı. Mirzə Nəsrulla Məlikülmütəkəlliminin şahı lənətlədi. Ona qarşı cihad elan edəcəyini bildirdi. M. Rəsulzadə yazırdı: Məlikül Mütəkəlliminin təhdidi sözdən işə keçdi. Salari Milli və Sərdari Milii vasitəsilə Təbrizdə qaldırılan bayraq, Sərdar Əsəd Sipəhdar, Musyo Yefrimxan, Mirzə Məhəmmədəli xan, Müəzzissoltan və başqa mücahidlərin köməyilə Tehranda Baharistan xarabası üzərində azadlıq bayrağı dalğalandı. Lyaxov təslim oldu. Məhəmmədəli şah Qacar isə rus səfirliyinə pənah gətirdi. Onun hakimiyyəti sona çatdı. İntiqam alındı.M. Rəsulzadə, İrani-nov N 220, 1 iyun 1910
Mirzə Məhəmmədəli xan Rəhmətabadi
365,501
Əbdül Hüseynəli oğlu Qasımov Azərbaycanın tanınmış hidrobioloq alimi. 5 mart 1929-cu ildə Lənkəran rayonunun Kənarmeşə kəndində anadan olmuşdur. 1946-cı ildə Dövlət Pedaqoji İnstitutunun təbiyyat-kimya fakültəsinə qəbul olunmuş, həmin institutu 1950-ci ildə bitirmişdir. Tələbəlik illərində prof. Z.M.Şaxtaxtinskayanın rəhbərliyi ilə yerinə yetirdiyi Lənkəran rayonunun iynəcə sürfələri mövzusunda yerinə yetirdiyi kurs işi onun gələcək fəaliyyətini müəyyənləşdirdi . Ölkəmizdə və xarici ölkələrdə məşhur hidrobioloq və zooloq kimi tanınmış Ə.H.Qasımov 2005-ci ildə Bakı şəhərində vəfat etmişdir. 1950-ci ildən Azərbaycan EA Zoologiya İnstitutunda çalışan Əbdül müəllim Qasımov 1954-cü ildə məşhur rus hidrobioloqu V.İ.Jadinin rəhbərliyi ilə yerinə yetirdiyi namizədlik dissertasiyasını Leninqrad şəhərində müvəffəqiyyətlə müdafiə etmişdir. O, həmin ildən Mingəçevir su anbarının, Kürün, o cümlədən respublikanın dağ-çəmən zonası göllərinin dib faunasını araşdırmağa başlamışdır. Ə.H.Qasımov 1963-cü ildə Moskva Dövlət Universitetində Aşağı Kürün və Mingəçevir su anbarının biloji rejimi mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Azərbaycanın şirin su faunasının gözəl bilicisinə 1968-ci ildə professor elmi adı verilmişdir60- - P, ... , 1989, 10 .. Professor Ə.H.Qasımov1961-ci ildə akademik A.N.Derjavinin zəmanəti ilə institutun hidrobiologiya laboratoriyasının, 1974-cü ildən ömrünün sonunadək həmçinin Xəzər bioloji stansiyasının müdiri vəzifəsində çalışmışdır. Onun yüksək təşkilatçılığı hesabına şirin su hövzələrində hidrobioloji rejimin, son illər suyun səviyyəsinin dəyişilməsi və böyük neft ehtiyatlarının istismarı ilə əlaqədar olaraq Xəzər dənizində faunanın kompleks tədqiqi həyata keçirilmiş, olduqca qiymətli elmi nəticələr əldə edilmişdir. 1980-ci ildə Əbdül müəllim Azərbaycan EA-nın müxbir üzvü seçilmişdir. 1982-ci ildə Ə.H.Qasımovun rəhbərliyi altında Xabarovskdən Bakı limanına gətirilən Elm elmi-tədqiqat gəmisində Azərbaycanlı mütəxəssislər tərəfindən Sakit və Hind okeanlarının, o cümlədən Aralıq dənizinin hidrofaunası öyrənilmişdirAzərbaycan Elmlər Akademiyasının Zoologiya İnstitutu 50 il. Bakı: Elm, 1987, səh. 73-87.. Əbdül müəllim 330-dan artıq elmi əsərin müəllifidir. Onun rəhbərliyi və məsləhəti ilə 5 doktorluq, 25-dən yuxarı namizədlik dissertasiyası hazırlanmış və uğurla müdafiə edilmişdirAzərbaycan Zooloqlar cəmiyyətinin əsərləri. II cild . Bakı: Elm, 2010, səh. 949-952.. Xərçənglər Rotatorilər Ümumittifaq Hidrobioloji Cəmiyyətin Rəyasət Heyətinin üzvü, YUNESKO-nun İnsan və biosfer proqramı üzrə respublika komitəsinin sədr müavini, həmçinin Azərbaycan EA və SSRİ EA-nın çoxsaylı elmi sovetlərinin üzvü olmuşdur. SSRİ-də hidrobiologiya elminin inkişafına görə medalla təltif olunmuşdur.
Əbdül Qasımov
720,927
LGBT cəmiyyəti ortaq bir mədəniyyət və ictimai hərəkatlarla birləşdirilmiş, lezbiyan, gey, biseksual, transseksual, LGBT təşkilatları və subkulturalardan ibarət müəyyən bir qrupdur. Bu icmalar ümumiyyətlə praydı, müxtəlifliyi, fərdi və seksuallığı qeyd edirlər. LGBT fəalları və sosioloqları, LGBT icma quruluşunu daha böyük cəmiyyətdə mövcud olan heteroseksizm, homofobiya, bifobiya, transfobiya, cinsiyyətçilik və konformist təzyiqlərə qarşı bir çəki olaraq görürlər. Prayd və ya bəzən gey prayd termini LGBT cəmiyyətinin kimliyini və kollektiv gücünü ifadə edir; prayd yürüşləri həm istifadənin əsas nümunəsini, həm də terminin ümumi mənasını nümayiş etdirir. LGBT cəmiyyəti siyasi mənsubiyyət baxımından müxtəlifdir. Lezbiyan, gey, biseksual və ya trans olan bütün insanlar özlərini LGBT cəmiyyətinin bir hissəsi hesab etmirlər. LGBT cəmiyyətinin bir hissəsi hesab edilə bilən qruplara gey kəndləri, LGBT hüquqları təşkilatları, şirkətlərdəki LGBT işçi qrupları, məktəblərdə və universitetlərdə LGBT tələbə qrupları və LGBT-ni təsdiq edən dini qruplar daxildir. LGBT cəmiyyətləri, dünyanın müxtəlif yerlərində LGBT hüquqlarını təbliğ edən vətəndaş hüquqları hərəkatları təşkil etmiş və ya dəstəkləmiş ola bilərlər. LGBT və ya GLBT, lezbiyan, gey, biseksual və transseksual-a aid olan bir inisializmdir. 1990-cı illərdən bəri istifadə olunan bu termin, 1980-ci illərin ortalarından sonuna qədər - bütövlükdə cəmiyyətə aid olan - gey terminini əvəz etmək üçün istifadə olunan LGB inisializminin uyğunlaşdırılmasıdır. Hərəkət hər zaman bütün LGBT insanlarını əhatə etsə də, 1950-ci illərdən 1980-ci illərin əvvəllərinə qədər bir sözlü birləşdirici termin homoseksual idi . Daha sonra bu, bir çox qrup tərəfindən daha çox təmsil olunmaq üçün lezbiyan, gey, biseksual, transseksual olaraq genişləndirildi. 80-ci illərin sonu və 90-cı illərin əvvəllərində, xüsusilə də radikal siyasi qruplar tərəfindən istifadə edildikdə, hər zaman uzanan baş hərflərin əvəzinə bir sözlü alternativ olaraq queer sözü istifadə olunmaya başladı. İnisializm, eləcə də LGBTQ kimi ümumi variantlar, 1990-cı illərdə cinsəllik və cinsiyyət kimliyi ilə bağlı mövzuları etiketləyərkən istifadə üçün bir çətir termini olaraq əsas cərəyana çevrildi. Məsələn, LGBT Hərəkatının İnkişaf Etdirilməsi Layihəsi, Amerika Birləşmiş Ştatları ətrafında bu cür mərkəzlərin əhatəli araşdırmalarında, LGBT icmasının bu üzvlərinə xas olan xidmətlərə malik olan icma mərkəzlərini LGBT icma mərkəzləri adlandırdı. Kateqoriya:LGBT
LGBT cəmiyyəti
58,059
Qasımov Muxtar Cahid oğlu Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi. Muxtar Qasımov 10 yanvar 1958-ci ildə Beyləqan rayonunun Kəbirli kəndində dünyaya göz açmışdır. Ağdam səhər 5 saylı məktəbi 1974-ci ildə bitirmişdir. Elə həmin il Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuşdur. Tibb təhsilin başa vurduqdan sonra işləmək üçün təyinatla Xankəndinə yola düşmüşdür. Orada işləyərkən ermənilər arasında separatizmin, millətçi ünsürlərin təbliğinin şahidi olmuşdur. Müxtəlif təziqlərə baxmayaraq işinə davam etmiş, milliyətindən asılı olmayaraq insanlara tibbi yardım göstərmişdir. 1988-ci ildə vəziyyət nəzarətdən çıxandan, kiçik qarşıdurmalar baş verəndən sonra Ağdama qayıdıb həkim kimi hospitalda çalışmışdır. Ağdamda gedən bütün döyüşlərdə yaralıları xilas etmək üçün qəhrəmanlıq göstərmişdir. Xocalı faciəsindən sonra isə həyatını tamamilə cəbhəyə bağlayır. 1992-ci ilin iyun ayında Aranzəmin, Pircamal, Ağbulaq kəndlərinin azad edilməsi uğrunda gedən döyüşlərdə həkim olaraq öz bilik və bacarığını nümayiş etdirir. 16 iyun 1992-ci ildə Naxçıvanlı kəndi uğrunda gedən döyüşlərdə xidməti borcunu yerinə yetirərkən həlak olmuşdur. Ailəli idi. Azərbaycan Respublikası prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Qasımov Muxtar Cahid oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir. Rejissor Rəşad Qasımov Milli Qəhrəman Muxtar Qasımovdan bəhs edən Vətən sevgisi adlı sənədli film çəkmişdir.Milli Qəhrəmanlar haqqında sənədli filmlər təqdim olunub: Rəşad Qasımovun Muxtar Qasımovdan bəhs edən Vətən sevgisi sənədli filminin nümayişi haqqında Mədəniyyət.- 2015.- 4 dekabr.- S.7. Vüqar Əsgərov. Azərbaycanın Milli Qəhrəmanları . Bakı: Dərələyəz-M, 2010, səh. 156.
Muxtar Qasımov
81,945
Heydər Əliyev ordeni 28 aprel 2005-ci il tarixindən Azərbaycan Respublikasının ən yüksək dövlət təltifi.Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında Azərbaycan Respublikasının 10 noyabr 1992-ci il tarixli, 370 nömrəli Qanunu. e-qanun.az Azərbaycan Respublikasının Heydər Əliyev ordeninin təsis edilməsi Azərbaycan Respublikasının Milli Məclisinə Azərbaycan Respublikasının Prezidentinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında 10 mart 2004-cü il tarixli, 38 nömrəli Fərmanı ilə tövsiyə olunmuşdur.Azərbaycan xalqının ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 10 mart 2004-cü il tarixli, 38 nömrəli Fərmanı. e-qanun.az Heydər Əliyev ordeninin təsisi Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında müstəsna tarixi xidmətlərini nəzərə alaraq və onun xatirəsini əbədiləşdirmək məqsədilə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qərara alınmış və Azərbaycan Respublikasının Heydər Əliyev ordeninin təsis edilməsi haqqında 22 aprel 2005-ci il tarixli, 896-IIQ nömrəli Qanunu ilə təsis edilmişdir.Heydər Əliyev ordeninin təsis edilməsi haqqında Azərbaycan Respublikasının 22 aprel 2005-ci il tarixli, 896-IIQ nömrəli Qanunu. e-qanun.az Həmin Qanun dərc edildiyi gündən 28 aprel 2005-ci il tarixindən qüvvəyə minmişdir.Azərbaycan qəzeti, 95, 28 aprel 2005. e-qanun.az Həmin Qanunda 3 fevral 2014-cü il tarixli, 896-IVQD nömrəli Qanunla dəyişikliklər edilmişdir.Heydər Əliyev ordeninin təsis edilməsi haqqında Azərbaycan Respublikasının 2005-ci il 22 aprel tarixli 896-IIQ nömrəli Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 3 fevral 2014-cü il tarixli, 896-IVQD nömrəli Qanunu president.az : 1. Heydər Əliyev ordeni Azərbaycan Respublikasının vətəndaşlarına aşağıdakı hallarda verilir: :: 1.1. Azərbaycanın tərəqqisinə, əzəmətinin və şöhrətinin artmasına töhfə verən müstəsna xidmətlərinə görə; :: 1.2. Vətənin müdafiəsində, Azərbaycanın dövlət mənafelərinin qorunmasında göstərilmiş mərdlik və şücaətə görə. : 2. Heydər Əliyev ordeni Azərbaycan Respublikasının Prezidentinə onun statusuna görə verilir. : 3. Heydər Əliyev ordeni əcnəbilərə aşağıdakı hallarda verilir: :: 3.1. Azərbaycan Respublikası qarşısında görkəmli xidmətlərinə görə; :: 3.2. Azərbaycançılıq ideyasının həyata keçirilməsində, dünya azərbaycanlılarının həmrəyliyinin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə; :: 3.3. Azərbaycan Respublikası ilə digər dövlətlər arasında siyasi, iqtisadi, elmi və mədəni əlaqələrin qurulmasında və inkişaf etdirilməsində xüsusi xidmətlərinə görə. : 4. Heydər Əliyev ordeninin qılınclı ulduzu və qılınclı zənciri Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndində müəyyənləşdirilmiş qaydada verilir. : 5. Heydər Əliyev ordeninin ulduzu döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan əvvəl taxılır. Təsis edildiyi vaxt Heydər Əliyev ordeni ulduzdan, orden zəncirindən və nişandan ibarət olmuşdur. 3 fevral 2014-cü il tarixli dəyişikliklərdən sonra ordenə döş nişanı da əlavə edilmişdir. Heydər Əliyev ordeninin ulduzu və zənciri qılınclı və qılıncsız olur. Ordenin döşə taxılmaq üçün nəzərdə tutulan ulduzu səkkizguşəli olub gümüşdən hazırlanmışdır. Ulduzun guşələri gül ləçəkləri şəklində işlənmişdir. Ulduzun əks uclarının arasındakı məsafə 82 mm-dir. Ulduzun üzərində çevrəsi dalğavari olan dairəvi lövhə yerləşdirilmişdir. Qılınclı ulduzda həmin lövhə ulduzun guşələrindən dördünün üzərindən keçərək çarpazlaşan iki qılıncın üstündə dayanır. Qılınclar gümüşdən hazırlanıb qızıl suyuna çəkilmişdir. Hər qılıncın uzunluğu 82 mm, eni 4 mm-dir. Qılıncların hər birinin dəstəyinə brilyant daş bərkidilmişdir. Dalğavari çevrəli lövhənin ortasında dairəvi medalyondakı cilalanmış lövhə üzərində Heydər Əliyevin barelyefı verilmişdir. Lövhə 750 əyarlı qızıldan hazırlanmışdır. Medalyon, üzərində qırx iki brilyant daş olan daxili halqa ilə əhatə olunmuşdur. Daxili halqanı dövrələyən orta halqanın qırmızı mina çəkilmiş yuxarı hissəsində qabarıq qızılı hərflərlə HEYDƏR ƏLİYEV sözləri yazılmışdır, aşağı hissəsi isə rombşəkilli ornament içərisində üç ədəd brilyant daşla bəzədilmişdir, bunların arasında yaşıl mina çəkilmiş qövsvari iki zolaq vardır. Orta halqa çevrəsi dalğavari olan göy rəngli xarici halqa ilə əhatələnir, onun üzərinə üçbucaq oymalar içərisində iyirmi brilyant daş bərkidilmişdir. Heydər Əliyev ordeninin boyundan asılarkən sinəyə düşən nişanı ağ mina çəkilmiş dördguşəli ornament şəklində altlıqdan ibarətdir. Ornamentin qırmızı minalı ulduzlar şəklində olan elementlərinə brilyant daşlar bərkidilmişdir. Altlığın üstündə göy mina çəkilmiş dördguşəli ornament yerləşir. Ornamentin dörd ucunun hər birinə brilyant daş bərkidilmişdir. Altlıq və onun üstündəki ornament gümüşdən hazırlanıb qızıl suyuna çəkilmişdir. Nişanın mərkəzi hissəsində 750 əyarlı qızıldan hazırlanmış lövhə yerləşir. Lövhənin üzərinə tünd qırmızı mina çəkilmişdir. Lövhənin mərkəzində Heydər Əliyevin 750 əyarlı qızıldan hazırlanmış barelyefı yerləşir. Barelyef çarpazlaşdırılmış iki kvadrat şəklində olan düzgün həndəsi formalı çərçivə ilə haşiyələnmişdir. Kvadratların üstünə yüz on iki brilyant daş bərkidilmişdir. Çərçivə gümüşdən hazırlanıb qızıl suyuna çəkilmişdir. Nişanın hündürlüyü 67 mm, eni 67 mm-dir. Ordenin zənciri müəyyən qaydada düzülmüş on beş elementdən ibarətdir. Həmin elementlər aşağıdakılardır: zəncirin sağ və sol tərəflərində yerləşən, çarpazlaşdırılmış bayraqlardan ibarət olan, göy, qırmızı və yaşıl rəngli mina çəkilmiş iki bəzək lövhəsi. Lövhələrin mərkəzində Azərbaycan Respublikasının Dövlət bayrağının təsviri vardır; zəncirin sağ və sol tərəflərində yerləşən, ağ mina çəkilmiş iki dördguşəli ornament. Onların mərkəzində dairəvi medalyon yerləşdirilib qırmızı minalı ornamentlə haşiyələnmişdir. Medalyonun mərkəzində Heydər Əliyevin inisialları yazılmış venzel vardır. Qılınclı zəncirdə medalyonun altında çarpaz gümüş qılınclar yerləşdirilmişdir; zəncirin sağ və sol tərəflərində, habelə yuxarı hissəsində yerləşən göy, qırmızı və yaşıl mina ilə işlənmiş, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri olan üç lövhə. Göstərilən elementlər 112 brilyant daşla bəzədilmiş lövhəciklər vasitəsilə geniş zəncirə birləşir. Ordenin arxa tərəfinin səthi hamardır, üstündə ordenin nömrəsi həkk olunmuşdur. Paltara bərkidilmək üçün müvafiq elementi vardır. 3 fevral 2014-cü ilə qədər ordenin hazırlanmasında 525 əyarlı 533,29 qram gümüşdən, 999 əyarlı 3,89 qram gümüşdən, 750 əyarlı 57,42 qram qızıldan, 999 əyarlı 6,42 qram qızıldan, cəmi 0,83 karatlıq 8 brilyant daşdan, cəmi 5,34 karatlıq 224 brilyant daşdan, cəmi 1 karatlıq 67 brilyant daşdan, ümumən isə 299 brilyant daşdan istifadə olunmuşdur. Həmin tarixdən ordenin təsvirində dəyişikliklər edilərək, ona aşağıdakılar artırılmışdır: Heydər Əliyev ordeninin döş nişanı üzərinə ağ mina çəkilmiş dördguşəli ornament şəklində altlıqdan ibarətdir. Altlığın dörd guşəsinin hər birində yerləşən səkkizguşəli ulduz formalı elementin hər birinə 1 ədəd brilyant daş bərkidilir. Altlığın üzərində, guşələri altlığın guşələrinə çarpaz olmaqla, göy minalı dördguşəli ornamentli lövhə yerləşdirilir. Göy minalı ornamentin dörd guşəsinin hər birinə 1 ədəd brilyant daş bərkidilir. Döş nişanının mərkəzində tünd qırmızı mina ilə örtülmüş lövhə, lövhənin mərkəzində Heydər Əliyevin barelyefi yerləşir. Barelyef çarpazlaşmış, kvadratşəkilli iki çərçivə ilə haşiyələnir. Hər çərçivəyə 56 ədəd brilyant daş bərkidilir. Döş nişanı 28 mm x 28 mm ölçüdədir, arxa hissəsinə seriyası və nömrəsi həkk olunur. Döş nişanı paltara bərkidilmək üçün elementi olan 23 mm x 16 mm ölçülü lövhəyə halqa və ilgək vasitəsilə birləşdirilir. Lövhənin mərkəzində qabarıq hərflərlə yazılmış HEYDƏR ƏLİYEV sözlərindən yuxarıda və aşağıda, hər sırada 14 ədəd olmaqla, lövhənin qabarıq kənarları boyunca 28 ədəd brilyant daş bərkidilir. Döş nişanına paltara bərkidilmək üçün elementi olan 24 mm x 9 mm ölçülü qəlib əlavə olunur. Qəlib Azərbaycan Respublikası Dövlət bayrağının rənglərini əks etdirən və hər birinin eni 8 mm olan üç şaquli zolaqdan ibarət lentlə örtülür. Qəlibin mərkəzinə Heydər Əliyev ordeninin döş nişanının formasına uyğun, Heydər Əliyevin barelyefi yerləşdirilmiş hissəsi tünd qırmızı mina ilə örtülmüş, 6 mm x 6 mm ölçülü hissə bərkidilir. Döş nişanı 585 və 999 əyarlı qızıldan hazırlanır. Ordenin hazırlanmasında 925 əyarlı 533,3 qram gümüşdən, 999 əyarlı 3,9 qram gümüşdən, 585 əyarlı 25 qram qızıldan, 750 əyarlı 57,4 qram qızıldan, 999 əyarlı 6,5 qram qızıldan, cəmi 0,83 karatlıq 8 brilyant daşdan, cəmi 5,3 karatlıq 224 brilyant daşdan, cəmi 1,37 karatlıq 95 brilyant daşdan, cəmi 0,23 karatlıq 116 brilyant daşdan, cəmi 0,032 karatlıq 4 brilyant daşdan, ümumən 447 brilyant daşdan istifadə olunur. Ordenin hazırlanmasında istifadə olunmuş qiymətli metalların və qiymətli daşların çəkisi və miqdarı ordenin əmtəə sertifikatında göstərilir. Orden 28 aprel 2005-ci il tarixindən Azərbaycan Respublikasının ən yüksək təltifidir. Həmin vaxta qədər isə Azərbaycan Respublikasının ən yüksək təltifi İstiqlal ordeni olmuşdur. : Son yenilənmə: 20 dekabr 2017 İndiyə qədər bu ordenlə 26 nəfər təltif olunmuşdur. Onlardan 2-si qadındır. 10 şəxs azərbaycanlı, qalanları isə müxtəlif ölkələrin dövlət və ictimai xadimləridir. Ordenlə təltif edilənlərdən 14 nəfəri, təltif edilən zaman dövlət başçısı statusunda olublar. Heydər Əliyev ordeninin ilk laureatı Heydər Əliyev ordeninin təsis edilməsi haqqında Azərbaycan Respublikasının 22 aprel 2005-ci il tarixli, 896-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş Heydər Əliyev ordeninin Statutunun 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Prezidenti olmuşdur. Bu Orden Azərbaycan Respublikasının Prezidentinə onun statusuna görə verilir. Həmin vaxt Azərbaycan Respublikasının Prezidenti olan İlham Əliyev 28 aprel 2005-ci il tarixində atasının adını daşıyan bu ordenlə təltif olunmuş və ona Heydər Əliyev ordeninin bir nömrəli vəsiqəsi təqdim olunmuşdur. Heydər Əliyev ordenini və onun bir nömrəli vəsiqəsini Prezident İlham Əliyevə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev təqdim etmişdir:Azərbaycan Prezidenti İlham Əliyevə Heydər Əliyev ordeninin təqdim olunmasına həsr olunmuş mərasim. president.az Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev irsinin layiqli davamçısı, öz fəaliyyəti ilə tanınmış siyasi və dövlət xadimi kimi dünya ictimaiyyətinin rəğbətini qazanmış möhtərəm Prezidentimiz İlham Əliyevə Azərbaycanın ali mükafatı olan Heydər Əliyev ordeninin təqdim edilməsinin Konstitusiya Məhkəməsinin sədri kimi mənə nəsib olmasından hədsiz şərəf və iftixar hissi keçirir, bu hadisəni həyatımın ən unudulmaz və əlamətdar məqamı hesab edirəm. Heydər Əliyev ordeninin statutunda müəyyən edilmişdir ki, o, Azərbaycan Respublikasının Prezidentinə onun statusuna görə verilir. Bu, qanunun tələbidir. Möhtərəm Prezidentimiz, eyni zamanda, Sizin həyat yolunuza, siyasi fəaliyyətinizə nəzər salınsa, aydın görünər ki, ordenin statutunda müəyyən edilmiş digər müddəalar da Sizin çoxşaxəli fəaliyyətinizi məhz bu ordenlə qiymətləndirmək üçün tam əsas verir 2011-ci ilin sentyabr ayının 5-də Bakı şəhərində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Azərmarka şirkəti tərəfindən Azərbaycan ordenlərinə həsr olunmuş yeni poçt markaları təqdim edilmişdir. Qiyməti 60 qəpik, tirajı isə 5000 ədəd olan həmin markalardan biri Heydər Əliyev ordeninə həsr olunmuşdur.Yeni markalar çap olunub. ictnews.az 5. sentyabr 2011. Azərbaycan Respublikasının Ordenləri. azermarka.az
"Heydər Əliyev" ordeni
713,877
Enn Lucy Maud Montgomerynin 1908 klassik uşaq ədəbiyyatı kateqoriyasına aid edilən əsəri Anne of Green Gablesdan uyğunlaşdırılmış bir Kanada epizodik televiziya serialıdır. CBC üçün Moira Walley-Beckett tərəfindən yaradıldı və Amybeth Mcnulty kimsəsiz Anne Shirley, Geraldine James Marilla Cuthbert, R.H. Thomson Matthew Cuthbert, Dalila Bela Diana Barry və Lucas Jade Zumann Gilbert Blythe rolunu səhnələşdirib. Tele-serialda kimsəsizlik, psixoloji travmalar ve gender bərabərsizliyi, irqçilik kimi sosial mövzulardan bəhs olunmuşdur.1896 -cı ildə iki bacı-qardaş, Mattheu və Marilla Cuthbert, təsərrüfatının işinə kömək etmək üçün uşaq evindən bir oğlan övladlığa götürmək qərarına gəlirlər. Mattheu, övladlığa götürdükləri uşağı götürmək üçün qatar stansiyasına gedəndə anlayır ki, oğlan əvəzinə, 13 yaşında xəyalpərəst, danışan, şən, enerjili bir qız övladlığa götürüblər. Bu qız, Anne ailəsi, yalnız bir neçə aylıq olanda öldü və Anne bu günə qədər fərqli ailələrdə qulluqçu olaraq çalışdı.Mattheu Annenin qalmasını istəsə də, Marilla Annaya güvənmir, çünki yararsız bir yetimdir. Daha sonra Annenin səhvini tuturlar, Anneni yenidən uşaq evinə göndərirlər. Daha sonra Annenin haqqında yanıldıqlarını başa düşürlər və Anneni tapmağa çalışırlar. Anne ailəsi ilə yaşamağa başlayanda, məktəb yoldaşları və qonşuluqdakı qonşuları tərəfindən təklənir. Ancaq Anne zəkası, problem həll etmə qabiliyyəti və təxəyyülü sayəsində bütün çətinliklərin öhdəsindən gəlir.
Enn (serial)
194,031
Elektroliz elektrik cərəyanından keçdikdən sonra elektrodlarda ikinci reaksiyalardan yaranan həll olunmuş maddələrin ayrılmasını təmin edən fiziki- kimyəvi proses. Elektroliz elektrolitdən elektrik cərəyanı keçən zaman elektrodlar üzərində maddə toplanmasına deyilir. Elektrolit elektrik cərəyanı keçirən duz,turşu və qələvi məhluluna deyilir. Elektrolitik dissosiasiya suda neytral molekulların parçalanması zamanı mənfi və müsbət ionların əmələ gəlməsinə deyilir. Elektroliz qanunu:Elektroliz zamanı elektrodlar üzərində ayrılan maddənin kütləsi elektrolitdən keçən yükün miqdarı ilə düz mütənasibdir,mk.q və ya mkJt.Burada m-elektrodda ayrılan maddənin kütləsi,q- elektrolitdən keçən yükün miqdarı,k isə mütənasiblik əmsalı olub maddənin elektrokimyəvi ekvivalentidir.BS-də ölçü vahidi 1kqkl-dur. Maddənin elektrokimyəvi ekvivalenti elektrolitdən 1kl yük keçdikdə ədədi qiymətcə elektrodda ayrılan maddənin kütləsinə bərabərdir və maddənin növündən asılı olan sabitdir.Elektrolizdən texnikada müxtəlif məqsədlər üçün istifadə edilir.Məsələn,elektroliz üsulu ilə bir metalın səthi başqa metalın nazik təbəqəsi ilə örtülür. Bu örtük metalın səthini xarici təsirlərdən qoruyur.Elektrolizin tətbiqi ilə metallar aşqarlardan təmizlənir, mürəkkəb relyefli iri ölçülü mis örtüklər alınır. Rus alimi B.S.Yakobi 1836-cı ildə qalvanoplastika üsulu ilı Leninqraddakı İsaak kilsəsi üçün içi boş fiqurlar hazırlamışdır.
Elektroliz
639,817
Ceci Schmitz-Chuh Alman aktrisa. Ulduzu The Unpolished ilə parlayan aktrisa, 2007-ci ildə istehsal etdiyi Die Unerzogenen filmində Alman aktyor Birol Ünel ilə gənc yaşda güclü bir aktyor idi. 2007: Die Unerzogenen 2008: Hilfe, meine Schwester kommt! 2009: Wenn die Welt uns gehört 2010: Verre VriendenFerne Freunde 2011: Der Heiland 2012: Escape 2013: Der allerletzte Gast 2013: Wer glaubt denn noch an Mrchen 2013: Love, Yesterday 2014: Sommerfreundin 2014: Sin Illy still alive 2014: Umsonst 2014: Von Mdchen und Pferden 2015: Tod eines Rappers 2015: Boy 7 2015: Allein unter Irren 2015: Bube Stur 2015: Die Illuminaten 2016: Letzte Spur Berlin
Ceci Chuh
674,820
Artur Sesil Piqu ingilis iqtisadçısı. 18 noyabr 1877-ci ildə Rayd şəhərində anadan olub. Kembric neoklasik məktəbinin nümayəndəsi. Alfred Marşallın şagirdi və davamçısı. Riyaziyyat və məntiq ixtisası üzrə təhsil aldığı Kembric Universitetinin nəznində Kral Kollecini bitirdikdən sonra Siyasi İqtisadiyyat kafedrasında dərs deməyə davam edir. Alfred Marşallın rəhbərliyi altında iqtisadi nəzəriyyə problemləri və bazar iqtisadiyyatının praktik problemləri öyrənildi. 1908-1943-cü illərdə Siyasi İqtisadiyyat Departamentinə rəhbərlik etdi və tövsiyəsi ilə bu vəzifədə Marşalın varisi oldu. Hökumət üçün konkret iqtisadi siyasət tədbirlərinin hazırlanmasında iştirak etdi. 1918-1919-cu illərdə valyuta komitəsinin üzvü, 1919-1920-ci illərdə gəlir vergiləri üzrə krallıq komissiyasının üzvü, 1924-1925-ci illərdə hesabatı Böyük Britaniyada qısa müddətə qızıl standartının bərpasına yol açan pul dövriyyəsi üzrə Chamberlain komitəsinin üzvü idi. 7 mart 1959-cu ildə Kembricdə vəfat etmişdir. İqtisadçının adı tarixə, kəşf etdiyi Piqu effekti ilə düşmüşdür. Mahiyyəti budur ki, inflyasiya gözləntiləri olmadığı təqdirdə, qiymət artımı istehlakın azalmasına və qənaət yığılmasına səbəb olur ki, bu da qiymətləri aşağı salır və iqtisadiyyatı tarazlığa gətirir. Eynilə, yarım gün iş ilə tələbin azalması qiymətlərin enməsinə səbəb olur və əldə qalan nağd pulun miqdarını artırır, bu da tələbin artmasına səbəb olur və məşğulluğu dəstəkləyir. Rifahın iqtisadi nəzəriyyəsi .Bu əsərində Piqu, kasıblardan zənginlərə gəlirlərin yenidən bölüşdürülməsinin qarşısını almaq üçün bütün əhalinin rifahını və məşğulluğunu artırmaq üçün iqtisadiyyatın dövləti tərəfindən mütərəqqi vergi, tənzimləmə və subsidiyaları əsaslandırır.. Sənaye fəaliyyətində dalğalanmalar İşsizlik nəzəriyyəsi Stasionar vəziyyət iqtisadiyyatı Məşğulluq və tarazlıq
Artur Sesil Piqu
593,197
aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü. Amerikanın cənub-qərbi ştatlarında geniş yayılmışdır. 1752-ci ildə İngiltərəyə gətirilmışdır. Hündürlüyü 20-35 m, gövdəsinin diametri 1,2 m-dək olan, şaxələnmiş çətirli, budaqları çox vaxt sallaq, boz və ya açıq qonur qabıqlı, yarpağı tökülən ağacdır. Tumurcuqları hamar, möhkəm, ucu biz, oval, tünd qırmızı rəngli, iki tumurcuq pulcuqludur. Yarpaqları sadə, növbəli, oval və ya ürəkvari formalı, uzunluğu və eni 10-15 sm , uzun, nazik saplaqlı, kənarı iri dişli və ucu bizdir. Kiçik , sarımtıl-ağ, ətirli çiçəkləri 6-20 ədəd sallaq, çətirşəkilli çiçək quruplarına yığılmışdır. Çiçəkləri düz, beş ləçəkli və kasayarpaqlı, çoxsaylı erkəkcikli və beş yuvalı yuxarı yumurtalıqdadır. Çiçəkləmə yayın əvvəli və ya ortası baş verir. Meyvələri yumru, açıq sarı rəngli, diametri 8-10 mm, quru qutucuqlardır. Amerika cökəsi yumşaq iqlimi olan rayonlarda becərilə bilər. Respublıkamızda bəzi rayonlarda mədəni şəraitdə rast gəlinir. Yarpaqları və çiçəkləri yeməlidir. Çiçəklərin aktiv maddələrinə flovonoidlər, efir yağları daxildir. Bol nektarı həşaratların müxtəlif növləri tərəfindən istifadə olunur. Taxta əşyaların, qatar korpuslarının düzəldilməsində istifadə edilir. Cökənin çiçəklərindən hazırlanan çay xoş qoxuya malikdir. Tərkibində büzücü təsirə malik olan taminlər vardır.
Amerika cökəsi
725,337
Avelyaneda Argentinada, Böyük Buenos-Ayres ərazisində şəhər. La-Plata körfəzi sahilində yerləşən liman şəhəri dəmiryol qovşağı rolunu da daşıyır. Avelyanedada ət emalı, toxuculuq, dəri-ayaqqabı, neft emalı sənayesi müəssisələri var. 2010-cu ilin məlumatına görə, şəhərin 342,677 nəfərlik bir əhalisi var.
Avelyaneda (Buenos-Ayres)
697,233
İran bağları və ya Fars bağları tərəfindən gündəmə gətirilmiş olan bağ dizaynı ənənəsi və tərzi Əndəlüsdən Hindistana qədər geniş bir ərazidə bağların dizaynını təsir etmişdir. Əlhambra bağları, İspaniyada Əndəlüs dövründən bəri bir Mavr sarayı miqyasında Fars bağları fəlsəfəsi üslubunun təsirini göstərir. Hümayun türbəsi və Tac Mahal Hindistandakı Böyük Moğol imperiyası dövründən bəri dünyanın ən böyük Fars bağlarını ehtiva edir.
İran bağları
297,153
Qulam Məşədi Kazım oğlu İsgəndərov Azərbaycan vokalçı-aktyoru, Azərbaycan SSR əməkdar artisti .Qulam İsgəndərovun nəvəsi Kamal İsgəndərovun oğlu uzun müddət Əhməd Bakixanov adina xalq calği alətləri ansamblin pionoçusu olmuşdur.Bir çox böyük sənətkarlari müşayət etmişdir. O cümlədən Xalq artisti Zeynəb Xanlarovanin rəhbərlik etdiyi ansamblin üzvü olmuşdur. Qulam Kazım oğlu İsgəndərov 10 sentyabr 1901-ci ildə Şamaxının Sarıtorpaq məhəlləsində anadan olmuşdur.Onun atası Məşədi Kazım bütün Şirvanda tanınmış xanəndə idi. O, keçən əsrin əvvələrində Bakıda verilən Şərq konsertlərində -də iştirak etmişdir.1902-ci ildə Şamaxıda baş verən dəhşətli zəlzələdən sonra Məşədi Kazım ailəsini götürüb Bakıya köçür.O,uzun ömür sürməyib.1914-cü ildə dünyasını dəyişmişdir. Qulam İsgəndərov 1920-ci ilə qədər dayısı Məhəmmədin himayəsində yaşayib. Məhəmməd kişinin Sabunçuda Sallaqxanası varmış. Qulam da orada dayısına kömək eləyirmiş. 1920-ci ildə Azərbaycanda Sovet hökuməti qurulanda Məhəmməd kişini də tuturlar,onun iki oğlunun taleyi sonralar naməlum qalır. Qulam İsgəndərovun oğlu Abdulla müəllimin söylədiyinə görə, atasını Opera teatrına bəstəkar Müslüm Maqomayev gətirib. Beləliklə, Qulam İsgəndərov 10 dekabr 1930-cu ildə AOBT-nin solisti olmuşdur. Arşın mal alanda Vəli , O olmasın, bu olsunda Hambal rollarında çıxışlar etmişdir. O, Koroğlu operasının ilk tamaşasından başlayaraq, uzun illər Təlxək rolunun əvəzsiz ifaçısı olmuşdur. Sevildə Balakişi, Durna operettasında Dursun, Şah İsmayılda Şah , Rəmmal, Şahsənəmdə Aşıq Həsən, Əsli ve Kərəmdə Şah, Leyli vı Məcnunoperasında isə İbn Səlam və Məcnunun atası rollarinda çıxış etmişdir.Sənətkarın oglu Abdullanın söylədiyinə görə, atası gənc yaşlarında bir neçə dəfə Məcnun rolunda da oynayib. Qulam İsgəndərov Məcnunun atası rolunda opera teatrının bir çox görkəmli sənətkarları ilə tərəf müqabil olmuşdur.O, bu rolda xüsusi məharət sahibiymiş. Onun bu roldakı ifasi Dövlət Səsyazma Arxivində, Leyli və Məcnunoperasının 1957-ci ildə yazılmış radiomontajında,qrammofon vallarında hifz olunur. O həmçinin 1957 və 1959-cu illərdə Moskvada keçirilən Ədəbiyyat və İncəsənət Ongünlüklərində iştirak etmişdir. Oğlu Kamal İsgəndərov AOBT-da uzun illər aparıcı rejissor və baş rejissor kimi çalışmışdir. Digər oglu Abdulla İsgəndərov 41 il Dövlət Xor Kapellasının solisti olmuşdur. 27 aprel 1940-cı ildə Azərbaycan SSR əməkdar artisti fəxri adına layiq görülmüşdür. Qulam İsgəndərov 1970-ci ildə təqaüdə çıxmış, 5 aprel 1975-ci ildə Bakı şəhərində vəfat etmişdir. Qəbri Bakının Kürdəxanı qəbristanlığındadır.
Qulam İsgəndərov
622,179
Şeyx Şaban Hekayə ilk dəfə 1915-ci ildə Açıq söz qəzetinin noyabr ayı buraxılışında işıq üzü görmüşdür. Əsər kitab şəklində isə 1926 ildə Bakı İşçisi Kooperativ Nəşriyyatı tərəfindən çap edilmişdir. Hekayə sadə insanların həyat faciəsindən bəhs edir. Hekayənin qəhrəmanı Şeyx Şaban gəncliyində oğurluq etdiyi üçün həbsxanaya düşür və etibarını itirir. Ancaq qocaldıqca hamı ona hörmət etməyə başlayır və hətta məsciddə azını Şaban verir. Həyat yoldaşı Gülsüm insanları aldadaraq noxudla fala baxır və onları aldatmağın bütün yollarını bilir.
Şeyx Şaban (hekayə)
484,317
Çingiz Əliyev Geologiya-mineralogiya elmləri doktoru, Professor, AMEA-nın müxbir üzvü . Çingiz Əliyev 21 avqust 1947-ci ildə Bakı şəhərində anadan olub. Tərəqqi medalı 1. Long- term in sute monitoring at Dashgil mud volcano, Azerbaijan: a link between seismicity, pore-pressure transients and methane emission. Int J Earth Sci 99 :S227-S240. Achim Kopf, Georg Delisle, Eckhard Faber, Behrouz Panahi, Ibrahim Guliyev. 2. Radio ecological situation in urbanized territories of Azerbaijan Republic . ROOMS meeting 19 and 20 October 2011, Freiburg, Germany, p. 15. 3. , . Xəbərlər Yer Elmləri, 1 2013. səh. 30-33. ... 13. A.A.Feyzullayev, Ç.S.Əliyev, C.Valsangiacomo, R.J.Baghirli, M.Hoffmann, F.F.Mahmudova. The Prospects of Solving of the Radon Problem in Azerbaijan. 12th International Workshop on the Geological Aspects of radon Risk Mapping. Proceedings. Czech geological Survey, Radon v.o.s., Prague 2014. P. 7-10. 14. A.A.Feyzullayev, Ç.S.Əliyev C.Valsangiacomo, R.J.Bagırlı, M.Hoffmann, F.F.Mahmudova. Results of indoor radon survey in Azerbaijan. IGCP 610 Second Plenary Meeting and Field Trip, Baku, Azerbaijan, 12-20 October 2014. P. 179-181. 15. Benedetta Antonielli, Oriol Monserrat, Marco Bonini, Gaia Righini, Federico Sani, Guido Luzi, Akper A. Feyzullayev, Chingiz S. Aliyev. Pre-eruptive ground deformation of Azerbaijan mud volcanoes detected through satellite radar interferometry . Tectonophysics 637, 2014. P. 163-177. 16. .., .., .. . . Xəbərlər Yer elmləri, 1-2.Bakı, 2015. Səh. 79-85.
Çingiz Əliyev (geoloq)
141,693
aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü. Azərbaycanda yabanı halda 2 növü yayılmışdır. Təbabətdə bir növü istifadə olunur. Çoxillik, hündürlüyü 40-150 sm, gövdəsi düz, çox vaxt qırmızımtıl, budaqlı, qısa qıvrım tükcüklü, bitkidir. Gövdə yarpaqları saplaqlı, altdan bozumtul, əsasdan ürəkvari, ortasına kimi və ya daha dərin beş enli, uzunsov, kəsikli-dilimli hissələrə bölünmüşdür. Yuxarıya doğru yarpaqlar tədricən kiçilir, üç yumurtavarı-lansetvari kəsikli-dilimli və ya bütöv hissələrə bölünmüşdür. Çiçəklər xırda, oturaq, xəttvari, tikanlı çiçəkaltlıqlıdır. Kasacıqı qıfvari, 5 6mm uzunda, qısa tükcüklü, üçkünc dişli, ucu tikanlıdır. Tacı çəhrayı, ağ pırpıztüklü, bir az kasacıqdan uzundur. Erkəkcik sapı ağımtıldır. Toxumları təqribən 2,5 mm uzunda, üçtərəflidir. Tərsyumurtavari, hamar, parlaqdır. Meyvəsi dördkünclü fındıqçıqdan ibarətdir. Bitki iyun-iyul aylarında çiçəkləyir. Meyvələri iyun-avqustda yetişir. Azərbaycanın orta dağ qurşağına kimi bütün rayonlarında alaqlı yerlərdə, bostanlarda, bəzən dağ ətəklərində, dərələrdə bitir. Dərman məqsədilə yerüstü hissələri bitki çiçəkləyən dövrdə toplanır. Toplanarkən yerdən 30-40 sm yuxarı olan yarpaq və çiçəkli baş hissələri götürülür, talvar altınada qurudulur və istifadəyə verilir. Elmi təbabətdə sulu dəmləməsi və spirtli cövhəri əsəb sistemi xəstəliklərində və ürək-damar nevrozlarında sakitləşdirici dərman kimi istifadə edilir. Farmakoloji təsirinə görə pişikotu preparatlarına yaxındır. Hipotenziv və kardiotonik təsirə malikdir. Bu məqsədlə spirtli cövhərindən 30-40 damcı daxilə təyin olunur. Çoxillik ot bitkisidir. Gövdəsi düzqalxan, yuxarı hissəsi budaqlanan, dördtilli, qalın tükcüklü, hündürlüyü 100-150 sm-ə bərabərdir. Yarpaqları ürəyəbənzər, qarşı-qarşıya, saplağı dairəvi-yumurtaşəkilli və ya yumurtaşəkillidən, enli neştərşəkilliyə qədər olub, uzunluğu 14 sm qədər, eni isə 10 sm olmaqla, demək olar ki, barmağabənzər 5 pərli və çoxdişlidir. Yarpaqları yumşaq tükcuklü olmaqla, qonur rənglidir. Orta və aşağı yarpaqları iri barmağabənzər 5 pərli, yuxarı yarpaqları isə nazik, qısa və 3pərlidir. Çiçəkləri demək olar ki, oturaqdır. Çiçək altlığı bizvarı itiucludur. Kasacığın xarici hissəsi tükcüklü, üçbucağabənzər dişcikli olmaqla, küt sonluqla qurtarır. Meyvələri qutucuqlu, zirvəsi tükcüklü, zeytunu-yaşıl olub, uzunluğu 2 mm-ə bərabərdir. İyun-iyul aylarında çiçəkləyir. Meyvələri avqust-sentyabr aylarında yetişir. Zəif iyli və acı dadlıdır. Xüsusən səhralarda, köhnə parklarda və yaşayış məntəqələrinə yaxın yerlərdə rast gəlinir. Yabanı və mədəni ot bikisi olan adi şirquyruğu bitki çiçəkləyən dövrdə gövdə, çiçək və yarpaqları keyfiyyətli dərman bitki xammalı kimi istifadə edilir. Xammal bıçaq və ya oraqla gövdənin uc hissəsindən 30-40 sm uzunluğunda kəsilərək götürülür. Bikinin kök və cavan pöhrələrini kəsmək olmaz. Xammalın təkrar toplanılması 1-2 ildən sonra aparıla bilər. Xammalın qurudulması çardax və naveslərdə, yaxşı ventiliyasiyalı yerlərdə və ya 50-600 C temperaturda quruducu şkafda aparılmalıdır. Quru yerlərdə saxlanılır. Apteklərdə əsasən yeşiklərdə, anbarlarda isə taylarda saxlanılır. Saxlanılma müddəti 3 ildir. Bitkinin tərkibində flavonoidlər , qlükozidlər, aşı maddələri, saponinlər və efir yağları vardır. Sedativ dərman maddəsi olmaqla, qan təzyiqini aşağı salır və ürəyin ritmini azaldır. Karbohidrat və yağ mübadiləsini yaxşılaşdırır, zülal mübadiləsini normallaşdırır. Ürək damotunun məhlulu 70 etil spirtində. Sedativ dərmandır. Ürək damotunun ekstraktı. Sedativ dərmandır. Ürək damotunun həbi 0,014 q. Sedativ dərmandır. Ürək damotundan alınan preparatlar nevroz, hipertoniya, ürəyin işemik xəstəliyi, tireotoksikoz, yuxusuzluq və vegetativ damar distoniyasında işlədilir. Bundan başqa mədə-bağırsaq nevrozunda, meteorizmdə spastik kolitlərdə də təyin edilir.
Adi damotu
585,929
Robert Nozik Amerikalı filosof, Anarxiya, Dövlət və Ütopiya kitabı ilə tanınır. Robert Nozik,miqrant bir ailənin övladı olaraq Bruklində doğulmuşdur.Nozik 1959-cu ildə Kolumbiya Universitetindən məzun olarkən sosialist görüşlü və solçu qruplaşmalarından birinin üzvü idi. Daha sonra siyasi fikirləri Prinston,Oksford və Rokfeller universitetlərində işlədikdən sonra 1965-ci ildə Harvard universitetinə qəbul olmuşdur.1969-da fəlsəfə professoru olmuş və ömrünün sonuna kimi orada işləmişdir.
Robert Nozik
699,735
Nadejda Karpova Rusiyalı qadın futbolçu. Mövqeyi hücumçudur. İspaniyanın Espanyol klubunun və Rusiya Milli komandasının şərəfini qoruyur. Nadejda Karpova futbol ilə məşğul olmağa doğulduğu Yaroslavl şəhərində başlayıb. Futbolun sirrlərini öyrənməyə başladığı ilk klub, Yaroslavl şəhər 13 nömrəli Uşaq Gənclər İdman Məktəbi olub. Futbolçunun ilk məşqçisi Nikolay Vladimiroviç Fadyenko olub. 2010-cu ilin iyununda, Rusiya birinci liqada yarışan Rosiyanka klubuna məxsus olan Zveniqorod Olimpiya Ehtiyatları Məktəbindən dəvət təklifi alır. 2013-cü ildə Zorkaya klubuna keçir. 2014-cü ilin may ayında bu klub ilə ilk peşəkar müqaviləsini imzalayır. Rusiya çempionatında Zorkinin heyətində debütu, 11 may 2014-cü il tarixində Mordovoçki ilə oyunda baş tutur. 2015-ci ildə Çertanovo klubuna keçir. Çertanovonun heyətində debüt oyunu 19 aprel 2015-ci il tarixində, Kubanoçki ilə oyunda baş tutur. 20 sentyabr 2017-ci ildə rəsmi olaraq Valensiyaya keçərək, İspan klubu ilə iki illik müqavilə imzalayır. İspaniya çempionatında ilk qolunu, 30 oktyabr 2017-ci ildə Atletikonun qapısına vurur. 2017-ci ilin noyabr ayında İspaniya çempionatının 9-cu turunun ən yaxşı oyunçusu seçilir. 2018-ci ilin dekabr ayının sonunda, Valensiya və Karpova qarşılıqlı razılıq əsasında, bağladıqları müqaviləni ləğv edirlər və Karpova Valensiyanı tərk edir. 4 yanvar 2019-cu il tarixində xanım futbolçu İspaniyanın başqa bir klubu Sevilyaya keçir. Sevilya klubunda bir mövsumdə meydana çıxdığı 20 oyunda 6 qol vurur. Futbolçu 23 iyun 2020-ci il tarixində Sevilyadan ayrılır. Karpovanın budəfəki dayanacağıda İspaniya olur. Nadejda Espanyol klubuna keçir. Rusiya çempionatının gümüş mükafatçısı: 2014 Rusiya çempionatının ən yaxşı bombardiri: 2016 Braziliyada keçirilən beynəlxalq turnirin bürünc mükafatçısı: 2016
Nadejda Karpova
260,629
Azərbaycan Respublikasının Xəritəsi Azərbaycan Respublikasının ərazisinin kiçildilmiş təsviri. Azərbaycan manatının 2005-ci ildən tədavülə buraxılan bütün əsginaslarının arxa tərəfində Azərbaycan Respublikasının Xəritəsi təsvir edilmişdir. 2011-ci ilin oktyabr ayının 11-də Bakı şəhərində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Azərmarka şirkəti tərəfindən Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş yeni poçt markaları təqdim edilmişdir. Qiyməti 1 manat, tirajı isə 5000 ədəd olan həmin markalardan biri Azərbaycan Respublikasının Xəritəsinə həsr olunmuşdur11.10.2011. Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş marka. azermarka.az .
Azərbaycan xəritəsi
727,561
Kataniya - İtaliya futbol klubu. 1953-1954-cü illərdə klub 1960-1961, 1963-1964, 1964-1965 və 2012-2013-cü illərdə ən yaxşı yer kimi səkkizinci yeri tutaraq, 17 çempionat oynadığı kateqoriyada ilk dəfə İtaliya A Seriyasına yüksəldi. O, Birinci Divizion çempionluğu, İtaliya B Seriyası çempionluğu və altı İtaliya C Seriyası çempionluğu qazanıb.
Kataniya FK
351,265
Qalatasaray qadın voleybol klubu Qalatasaray İdman Klubunun voleybol şöbəsidir. Komanda hal-hazırda ev oyunlarını 7500 nəfərlik Burhan Felek spor salonunda oynayır. 2014-cü il mart ayına qədər Nömrə Oyunçunun adı Mövqeyi Boyu Doğum tarixi 1 Ergül Avcı Blokçu 1.90 24 iyun, 1987 2 Sinem Barut Blokçu 1.86 12 aprel, 1986 5 Dobriyana Ravadziyeva Hücumçu 1.90 14 iyun, 1991 7 Madelayn Montano Hücumçu 1.85 6 yanvar, 1983 8 Aslı Kalaç Blokçu 1.83 13 dekabr, 1995 9 Stefana Veljkoviç Blokçu 1.90 9 yanvar, 1990 10 Saori Kimura Hücumçu 1.85 19 avqust, 1986 11 Gamze Alikaya Toppaylayıcı 1.79 27 iyun 1993 12 Bihter Dumanoğlu Libero 1.75 13 dekabr 1995 13 Neriman Özsoy Hücumçu 1.88 7 iyul 1988 14 Eleonora Lo Bianco Toppaylayıcı 1.72 22 dekabr 1979 17 Nursevil Aydınlar Toppaylayıcı 1.90 13 dekabr 1995 18 Ezgi Arslan Hücumçu 1.86 23 mart 1992 19 Nihan Yeldan Libero 1.72 7 fevral 1982 Istanbul Qadınlar Voleybol Çempionatı: Çempionluqlar :1959-1960, 19611962, 19621963, 19631964, 19641965, 19651966, 19771978 Türkiyə Qadınlararası Voleybol Çempionatı: Çempionluqlar :1960-1961, 19611962, 19621963, 19631964, 19651966 CEV Qadınlar Çempionlar Liqası: Dördüncülük : Qadınlar CEV Çempionlar Liqası 2012-13 Top komandalar Kuboku: Gümüş medal : Qadınlar CEV Kuboku 2011-12 CEV Challenge Kuboku: Bürünc medal : Qadınlar CEV Challenge Kuboku 2009-10
Qalatasaray QVK
201,422
Sarqas dənizi Şimali Amerika materikinin yaxınlığında yerləşir. Sarqas dənizi Atlantik okeanında yerləşir. Dəniz 2335 ş. e. və 3068 q. u. arasında yerləşir. Sahəsi axınlardan asılı olaraq 67 mln km təşkil edir. Sahildddən kifayət qədər aralıda yerləşir. Bermud adalarında şimal-şərqdədir. Suyunun temperaturu qışda 1823 , yayda isə 2628 C olur. Duzluğu 36,537 -dir. Dib hissəsinin böyük qismi Şimali Amerika novu ərazisində yerləşir. Burada dərinlik 6000 metrə çatır. Maksimal dərinlik isə 6995 m-dir. Ərazisinin böyük hissəsini saqassum adlı qonur rəngli yoisunlar örtmüşdür. Dəniz xaricində ümumi kütlələri 411 mln ton olaraq qiymətləndirilir. Onların bu ərazidə böyük miqdarda toplanmasının səbəbi dəniz axınlarıdır. Dənizdə çoxsaylı və rəngaraən canlı növləri yaşayır . Sarqas dənizində böyük tullan topaları vardır. Onların böyük qismi plastik kütlələrdən ibarətdir. Onların bir yerə toplanmasına əsas səbəblərdən biri də dəniz axınlarıdır . 1492-ci ildə Xristofor Kolumb Atlantik okeanında bir dəniz kəşf edir və bu dənizi Böyük üzümlər yığımı mənasına gələn Sarqas adlandırır. Dünyanın ən təmiz dənizidir. Həm də bütün dənizlərdən sahilsiz olması, okean ilə sualtı tirələr vasitəsilə ayrılmasına görə fərqlənir. Sahili isə çayların axınıdır. Sarqas dənizi əvvəllər təmiz olub, 60 m dərinliyini görmək mümkün idi. Lakin sonralar mazutla çirklənmişdir. Sarqas dənizinin 6 mln km sahəsi Sarqassum adlanan qonur yosunlarla örtülüdür. Bu səbəbdən Sarqas dənizi Ginnesin Rekordlar Kitabına düşmüşdür.
Sarqas dənizi
397,745
Müqqəddəs Georgi boğazı . Boğaz Bismar arxipelaqına aid olan Yeni Britaniya , Yeni İrlandiya adalarını ayırır. Bismark dənizi ilə Solomon dənizini birləşdirir. Boğaz İrlandiya və Böyük Britaniya arasında yerləşən boğazın şərəfinə adlandırılmışdır. Boğazın uzunluğu 130 km,eni isə ən dar yerdə 8 km təşkil edir. Kateqoriya:Sakit okeanının boğazları Kateqoriya:Papua-Yeni Qvineya boğazları
Müqəddəs Georgi boğazı (Papua-Yeni Qvineya)
22,171
Mirzəqışlaq Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Qaraçay bələdiyyəsinin tərkibindədir. Mirzəqışlaq oyk., mür. Quba r-nunun Birinci Nügədi i.ə.v.-də kənd. Qusar maili düzənliyindədir. Yaşayış məntəqəsi Mirzə adlı şəxsin keçmiş qışlaq yerində salınmışdır. Oykonim Mirzənin qışlağı, Mirzəyə məxsus qışlaq mənasındadır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 629 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Mirzəqışlaq
83,832
Piçənis Azərbaycan Respublikasının Laçın rayonu Piçənis kənd inzibati ərazi dairəsində kənd. Piçənis kəndinin adının peçeneq türk tayfaları zəminində yarandığına inanılır. Kənd yaxınlığında Piçənisin düzü, Piçənisçay adları da bu gün yaşamaqdadır. Piçənis XIX əsrin ortalarında kürd mənşəli Qasımuşağı tayfası tərəfindən yaradılmışdır. Kənd erməni-müsəlman qırğınları və Azərbaycan-Ermənistan müharibəsi zamanı döyüş bölgələrindən biri olmuşdur. Piçənis 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Kənd 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunmuşdur. Peiçənisdə bir orta məktəb, mədəniyyət ev, musiqi məktəbi, poçt şöbəsi, tibb məntəqəsi, uşaq bağçası, kitabxana, mağaza, qədim məscid və Qafqaz Albaniyasına məxsus qədim kilsə var. Kəndin yaxınlığında su dəyirmanı, çayın üzərində salınmış Çiçəyin körpüsü adlı tarixi abidə də vardır. Piçənis kəndi Laçın şəhərinin şimal-qərb istiqamətində 45 km məsafədə yerləşir. Kənd dəniz səviyyəsindən 1,550 m yüksəklikdə yerləşir. LaçınŞamkənd şose yolu kəndin içərisindən keçir. Kənd əsasən Şəlvəçay və Ələkçiçay çayları ilə əhatələnib. Kəndin yaxın ətrafında Ağcayazı, Arduşlu, Xaçınyalı yaşayış məntəqələri yerləşir. Şimaldan Sallıq, Qırxbulaq dağları ilə cənubdan isə Piçənis düzü adlanan təxminən 60 hektarlıq sahə ilə əhatələnib. Kəndin yaxın ətrafında Xanölən dərə, Talıbxan dərə yurdu adlanan ərazilər yerləşir. Kəndin ətrafında bir çox bulaqlar var. Bulaqlardan Meşə bulağı, Sərin bulağı, Pəri bulağı və s. Kəndin işğaldan əvvəl 61 evdən ibarət 288 nəfər əhalisi olmuşdur. Kəndin əhalisi milliyətcə kürdlərdən ibarət olub, lakin sonradan özlərini azərbaycanlı adlandırmışlar. Əsas təsərrüfatı heyvandarlıq idi. Eldar Vəliyev akademik Aşıq Abbas Piçənisli aşıq
Piçənis
315,608
Çalov ekskavatorun və digər yerqazan maşınlarda kasa formalı, dişlərlə təmin olunmuş işçi üzvdür. Çalovda nəzərdə tutulmuş dişlər yerə bataraq onun qazılmasına imkan verir. Dişlər yüksək möhkəmliyə malik olurlar, bu çalovun yeyilməsinə və bununla onun uzunömürlülüyünə bir başa təsir edir. Ekskavatorlarda verilən tapşırığa uyğun olaraq çalovların sürətli dəyişdirilməsini təmin etmək üçün tez dəyişilən sistemlərdən istifadə edilir. Kateqoriya:Mexanika mühəndisliyi Kateqoriya:Yol tikinti maşınları
Çalov
1,906
Qara Əbülfəz oğlu Qarayev Azərbaycan-sovet bəstəkarı və pedaqoqu, Sosialist Əməyi Qəhrəmanı , SSRİ xalq artisti , Azərbaycan SSR xalq artisti , Stalin mükafatı laureatı , Lenin mükafatı laureatı , SSRİ Ali Sovetinin IVIX çağırış deputatı, AMEA- nın akademiki. Qara Qarayev yaradıcılığında Nizami Gəncəvi, Səməd Vurğun, Rəsul Rza poeziyasıyla bərabər, Uilyam Şekspir, Aleksandr Puşkin və Ömər Xəyyam, Mixail Lermontov və Lope de Veqa obrazlarına müraciət etmiş, müasirləri olan Nazim Hikmət, Lenqston Hyuz, Vsevolod Vişnevski, Piter Abrahams kimi XX əsr sənətkarlarının əsərlərindən ilhamlanmışdır. Qara Qarayev 1918-ci il fevralın 5-də Bakı şəhərində məşhur həkim, təbabət professoru Əbülfəz Qarayev və Sona xanım Axundova- Qarayevin ailəsində anadan olmuşdur.Zümrüd. Musiqimizə yeni yollar açan novator sənətkar Lyudmila Karagiçeva; tərc. ed. İ. Yaqubov; red. F. Sahib.- Bakı: Azərnəşr, 1968.- 70 s. 1926-cı ildə Qara Qarayev Azərbaycan Dövlət Konservatoriyası yanında musiqi məktəbinə qəbul edilmişdir. 1930-cu ildə Azərbaycan Dövlət Konservatoriyasının nəzdində fəaliyyət göstərən Bakı musiqi fəhlə fakültəsinin fortepiano sinfinə daxil olmuşdur. 1935-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsində professor Leopold Rudolfun sinfində oxumuşdur. Təhsil müddətində professor Üzeyir Hacıbəyovdan Azərbaycan xalq musiqisinin əsasları üzrə dərs almışdır.Qara Qarayev: biblioqrafiya : E. Abbasova, L. Karaqiçeva, R. Fərhadova ; red. T. Quliyev.- Bakı: İşıq, 1978.- 72 s. Üzeyir Hacıbəyovun yaradıcılığında və Azərbaycanda ilk violino, violonçel və fortepiano triosunda həyata keçirilən aşıq üslubu Qara Qarayevi 1965-ci ildə həmin əsərin Aşıqsayağı simfonik transkripsiyasını yaratmağa ilhamlandırmışdı.Zöhrabov, R. Bəstəkarlarımız haqqında söz: toplu: Müəllif bu kitabı Azərbaycan Bəstəkarlar İttifaqının 60 illiyinə ithaf edib. tərt. və red.: Z. Səfərova; AMEA, Memarlıq və İncəsənət İnstitutu.- Bakı: Elm, 2002.- 160 s. . Şostakoviçlə Qarayevin ömürlük dostluğu həm zövq, həm yaradıcılıq durumu, həm də həyata baxışları baxımından yaxınlıqlarının sonucu kimi açıqlanırdı.HRENNIKOV, Tihon; KARAEV, Kara; BUNIN, Revol S Begegnungen mit Dmitri Schostakowitsch. Meetings with Dmitrij Sostakovic. Kunst und Literatur, Vol. XXV. ; . . . . .- : , 2007.- 118, 2 .: ., 21 . 1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının dosenti olmuşdur. Həmin ildə Ümumittifaq Sovet Bəstəkarlatının I qurultayının nümayəndəsi olmuşdur.Qara Qarayev: oçerklər İradə Əliyeva Azərbaycan.- 2016.-6 fevral.- S.6. 1955-ci ildən 1976-cı ilə qədər IVIX çağırış SSRİ Ali Sovetlərinin deputatı olmuşdur. 1956-cı ildən 1973-cü ilə qədər Azərbaycan Bəstəkarlar İttifaqının birinci katibi işləmişdir. 1956-cı ildə Azərbaycan Bəstəkarlarının I qurultayına nümayəndə seçilmişdir. 1957-ci ildə SSRİ kinematoqraf işçilər ittifaqının üzvü seçilmişdir. Həmin ildə Don Kixot filminə musiqi bəstələmişdir. 1958-ci ildə V çağırış SSRİ Ali Sovetlərinin deputatı olmuşdur. 1959-cu ildə Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. Həmin ildə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq kafedrasının professoru olmuşdur. Moskvada Azərbaycan incəsənət dekadasının iştirakçısı olmuşdur. Çexoslovakiyada Yeddi gözəl baletinin premyerasında iştirak etmişdir. -: .- 1959.- 23 .- . 2. 1960-cı ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü seçilmişdir. Həmin ildə Azərbaycan Kommunist Partiyasının XXIV qurultayının nümayəndəsi olmuşdur. 1961-ci ildə Cənubi Afrika yazıçısı Piter Abrahamsın eyniadlı əsəri əsasında yazdığı İldırımlı yollarla baletindən İkinci süitanın ifası ilə bağlı Los- Ancelesdə I beynəlxalq çağdaş musiqi festivalının iştirakçısı olmuşdur. -: .- 1961.- 28 .- . 2. Həmin ildə Leninqrad Kiçik Opera Teatrının qastrolları zamanı Qahirədə Yeddi gözəl baletinin tamaşaya qoyulması ilə bağlı Misirdə səfərdə olmuşdur. O, həm də Azərbaycan Kommunist Partiyasının XXV qurultayının və SSRİ KP XXII qurultayını nümayəndəsi olmuşdur. 1962-ci ildə SSRİ Ali Sovetinə deputat seçilmişdir . Azərbaycan Bəstəkarlarının İkinci Qurultayının nümayəndəsi olmuşdur. SSRİ Bəstəkarlar İttifaqının katibi seçilmişdir. P. İ. Çaykovski adına skripkaçıların İkinci Beynəlxalq müsabiqəsinin juri üzvü olmuşdur. Sovet mədəniyyət və incəsənət nümayəndə heyətinin tərkibində Amerika və Afrika ölkələrində olmuşdur. 1963-cü ildə Yeddi gözəl baleti Birləşmiş Ərəb Əmirliklərində və CAR-da səhnəyə qoyulmuşdur. Həmin ildə Leninqrad Kiçik Opera Teatrının qastrolları zamanı Qahirədə Yeddi gözəl baletinin tamaşaya qoyulması ilə bağlı Misir Ərəb Respublikasında səfərdə olmuşdur; Azərbaycan Kommunist Partiyasının XXVI qurultayının nümayəndəsi olmuşdur. 1964-cü ildə SSRİ Böyük teatrının qastrolları zamanı İldırımlı yollarla baletinin tamaşaya qoyulması ilə bağlı Varşava payızı çağdaş musiqi festivalında iştirak etmişdir. 1965-ci ildə Kamera orkestri üçün məşhur 3-cü Simfoniyanı bitirmişdir. Aprelin 21-i Moskvada, iyunun 2-i Bakıda Üçüncü simfoniyanın ilk ifası baş tutmuşdur. 1966-cı ildə SSRİ Ali Sovetinin deputatı seçilmişdir. Həmin ildə Bakıda Klassik süitanın ilk ifası olmuşdur. O, həm də Dirijorların İkinci Ümumittifaq müsabiqəsində münsiflər heyətinin sədri olmuşdur və Sovet mədəniyyət və incəsənət ustaları arasında İspaniyaya səfər etmişdir. 1967-ci il aprelin 21də Qorki şəhərində, aprelin 28-i Moskvada Violino ilə simfonik orkestr üçün Konsertin ilk ifaları olmuşdur. Həmin ildə Monrealda keçirilən Beynəlxalq sərgidə Azərbaycan nümayəndə heyətinin tərkibində olmuşdur; Moskvada keçirilən Azərbaycan mədəniyyət və incəsənət həftəsində iştirak etmişdir. 1969-cu ildə Yeddi gözəl baletinin və Leyli və Məcnun simfonik poemasının musiqisinə balet tamaşasının göstərilməsi ilə bağlı Parisdə keçirilən ümumdünya rəqs festivalına, sovet mədəniyyət və incəssənət ustaları arasında Yaponiyaya səfər etmişdir və III Simfoniyası Yaponiyada səslənmişdir. 1971-ci ildə Moskvada açılan Beynəlxalq Musiqi Konqresinin yekun konsertində III Simfoniya böyük uğur qazanmışdır. Qoyya filmininə yazdığı musiqi ilə bağlı çəkiliş bölüyü ilə Almaniya Demokratik Respublikasında səfərdə olmuşdur. 1972-ci ildə Varşava payızı çağdaş musiqi festivalında və bəstəkarlar ittifaqları katibliklərinin toplantılarında keçirilən balet artistlərinin İkincı beynəlxalq musabiqəsində münsiflər heyətinin üzvü olmuşdur. 1973-cü ildə İldırımlı yollarla baleti Odessa Opera və Balet Teatrında səhnəyə qoyulmuşdur. Həmin ildə P. İ. Çaykovski adına V beynəlxalq musiqi musabiqəsinin münsiflər heyətinin üzvü, modal musiqi məsələləri ilə bağlı Türkiyədə keçirilən beynəlxalq konqresdə iştirak etmişdir. 1975-ci ildə Leninqradda yaradıcılıq gecəsi konserti keçirilmişdir. 1976-cı ildə III Simfoniya Praqa şəhərində uğurla səsləndirilmişdir. Həmin ildə Gənc bəstəkarların yetişdirilməsi simpoziumunun işində iştirak etmiş, sovet və italyan bəstəkarlarının ikitərəfli iştirakı ilə bağlı İtaliyanın Pezaro şəhərinə səfər etmişdir., . : . .- 1976.- 2 .- . 3. 1978-ci ildə 60 illiyi münasibətilə Moskvada müəllif konserti təşkil edilmişdir. Həmin ildə ümumdünya müəllif hüquqları agentliyi konqresinin iştirakçısı kimi Parisdə səfərdə olmuş, Moskva operetta teatrında Çılğın qaskoniyalı müziklinin ilk tamaşası qoyulmuşdur. Qara Qarayev XX əsri molto accelerando e crescendo musiqi termini ilə izah etmişdir. Qarayev müxtəlif illərdə, müxtəlif məqalə və çıxışlarında Azərbaycan musiqi mədəniyyətində Şərq və Qərbin sintezi, vəhdəti haqqında danışırdı., . : . . .- 2008.- 23 .- . 3. O, bu sintezi Şərq və Qərbin mücərrəd toqquşmasında deyil, onların milli mədəniyyətinin yaradıcı təcrübəsinin qarşılıqlı əlaqəsində, beynəlmiləl yaxınlığında görürdü., . .- 2008.- 13 .- . 3. Bu barədə başqırd yazıçısı R. Həkimova verdiyi müsahibədə Qarayev Qərbin və Şərqin lap əvvəldən onun təhsilində, yaradıcılığında vəhdətdə olduğunu qeyd edirdi: Qara Qarayevin yaradıcılığında vətən mövzusu bir sıra əsərlərin özəyini təşkil etmişdir. . : . . ; . . . . ; - . ., -. , . . . . .- : . ., 2000.- 19, 1 .: ., 21 ., . : . .- 2008.- 12 .- . 16 Qara Qarayev bəstəkar olmaqla bərabər, həm də zəngin dünya görüşünə, ensiklopedik biliyə, fəlsəfi ümumiləşdirmələrə, geniş erudisiyaya, iti zəkaya malik alim, mütəfəkkir idi. : - müəl. və tərt. Firəngiz Əlizadə.- Bakı: s.n., 1997.- 111, 1 s. 1982-ci il mayın 13-də Moskva şəhərində vəfat etmiş, Bakıda Fəxri Xiyabanda dəfn olunmuşdur.Quliyev, M. Onun musiqisi Mədəniyyət.- 2014.- 25 iyun.- S.8. 2018-ci ildə TÜRKSOY 2018-ci ili Qara Qarayev İli elan etmişdir. 2018-ci il oktyabrın 1-də Bakının Nizami küçəsi yerləşən ev muzeyinin açılış mərasimi olub. Sosialist Əməyi Qəhrəmanı 3 fevral 1978 SSRİ xalq artisti fəxri adı 9 iyun 1959 Azərbaycan SSR xalq artisti fəxri adı 26 aprel 1958 Azərbaycan SSR əməkdar incəsənət xadimi fəxri adı 30 aprel 1955 Lenin mükafatı 22 aprel 1967 Stalin mükafatı 1946 Stalin mükafatı 1948 Mirzə Fətəli Axundov adına Azərbaycan SSR Dövlət mükafatı 28 aprel 1965 Lenin ordeni 27 oktyabr 1967; 3 fevral 1978 Oktyabr inqilabı ordeni 2 iyul 1971 Qırmızı əmək bayrağı ordeni 15 sentyabr 1961 Qafqazın müdafiəsinə görə medalı 1944 1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə medalı 1946 Ümumittifaq Sovet filmləri festivalının laureatı 1957 Ümumittifaq kino festivalında II mükafat 1959 Vətən Zəriflik Yeddi gözəl İldırımlı yollarla Leyli və Məcnun Çılğın qaskoniyalı Könül nəğməsi Səadət nəğməsi Partiyamızdır Lenin Dostluq himni Birinci simfoniya İkinci simfoniya Alban rapsodiyası Üçüncü simfoniya Qoyya Don Kixot Azərbaycan süitası Passakaliya və üçlü fuqa Yeddi gözəl baletindən suita Xəzər neftçiləri haqqında dastan filmindən suita Vyetnam filmindən suita Dənizi fəth edənlər filmindən suita İldırımlı yollarla baletində iki suita Kamera orkestri üçün klassik suita Matəm odası Sevinc poeması Violino ilə orkestr üçün Konsert Simli kvartet üçün fuqa Simli kvartet üçün kvartettino 1-ci simli kvartet 2-ci simli kvartet Matəm prelüdü Tsarskoselo heykəli Üçsəsli fuqa Azərbaycan rapsodiyası 2 sonatina 12 uşaq pyesi 24 prelüd silsiləsi. 4 dəftər . 12 fuqa Violino ilə fortepiano üçün Sonata Səs ilə fortepiano üçün A. S. Puşkinin sözlərinə 2 romans: Gürcüstan yüksəkliklərində və Mən sizi sevirdim Səs və caz-orkestr üçün Üç noktürn Lay-lay fortepiano üçün Payız Ordenli Azərbaycan Bir ailə Xəzər dənizçiləri Bakının işıqları Mingəçevir Xəzər neftçiləri haqqında dastan Bir məhəllədən iki nəfər Don Kixot Onun böyük ürəyi Uzaq sahillərdə Dənizi fəth edənlər Əsl dost Matteo Falkone Leyli və Məcnun İnsan məskən salır Nizami Yeddi gözəl
Qara Qarayev
696,123
Maşa - obyektləri qavrayıb yerini dəyişdirmək və ya çevirmək üçün istifadə olunan əşya. Ocaqdakı közləri dəyişdirmək, yemək bişirmək və ya yemək servis etmək kimi fərqli məqsədlərlə istifadə oluna bilir. Materialı və formaları istifadə məqsədindən asılı olaraq dəyişir.
Maşa
524,020
İnşan - Çinin şimalında, Daxili Monqolustanda, Xuanxe çayından şimal və şimal- şərqdə yerləşən, cənub yamacları dik olan bir çox yarımhorst tipli dağ tirələrindən ibarət dağ sistemi.Müseyibov M., Çobanzadə M. Qitələrin fiziki coğrafiyası I hissə. . Bakı, 1973, s.174-175 Çinin şimalında, Daxili Monqolustanda, Xuanxe çayından şimal və şimal-şərqdə yerləşən İnşan dağlarının cənub yamacları dik olub bir çox yarımhorst tipli dağ tirələrindən ibarətdir. Dağın ümumi uzunluğu 650 kilometrdir. Dağın hündürlüyü isə 2187 metrə qədərdir. İnşan dağ sistemin tərkibinə Lanşan, Şeyten-Ula, Xelanşan, Datsinşan silsilələri daxildir. Dağ sistemi enlik dairəsi istiqamətində Xuanxe çayının şimal dirsəyinə qədər uzanırlar. Qobinin geniş şərq və cənub-şərq hissəsi alçaq təpəli dalğavari düzənlərdir. Səthində üçüncü və dördüncü dövrün çayları və göl hövzələrinin izləri çox yaxşı saxlanılmışdır. Qədim çay dərələri terraslıdır: çaqıl daşlarından qurulmuşdur. Həmin sahələrdə yeraltı sulara nisbətən dayaz yerlərdə hələ də rast gəlinməkdədir. Qədim çay dərələri və göllər ətrafında daş dövrünə aid mədəniyyətin aşkar edilməsi, hələ pleystosendə burada çayların və göllərin olduğunu sübut edir. Mərkəzi Asiya tədqiqatçılarının ehtimalına görə o zaman göllər Qobi landşaftının tipik bir elementi olmuşdur. Orta əsrlərin özündə belə Qobidə və Mərkəzi Asiyanın başqa sahələrində qrunt suları çox dayazda yerləşmiş, yağıntıların miqdarı isə indikinə nisbətən bir qədər artıq olmuşdur. Bu silsilə Xuanxe çayının sol sahili boyunca 300 km uzanır. Maksimal hündürlüyü 2109 metrdir. Silsilə əsasən şist və qneyslərdən ibarətdir. Qeyd edək ki, şist quruluşca lay-lay olan dağsüxurudur və gil laylara güclü təzyiq və istiliyin təsiri ilə yaranır. Qneys isə qədim metaforik süxurdur. Silsilənin şimal-qərb yamacı maili, cənub şərqi isə Xuanxe vadisinə doğru yönəlir. Cənub-şərq hissə ən hündür və ən dik hissə olub, dar vadilərə parçalanır. Landşaft yarımsəhra kol bitkilərinə malikdir. Çin Xalq Respublikasının şimali-mərkəzi hissəsində yerləşən bu silsilə Daxili Monqolustan və Ninsya ilə hüdudlanır. Sahəsi təxminən 673 400 km-dir, uzunluğu şimaldan cənuba doğru 180 km, eni isə 1550 km-dir. Orta hündürlüyü dəniz səviyyəsindən 2 km, ən hündür zirvəsi isə dəniz səviyyəsindən 3556 m-dir. Yüksək sahələrində meşələr və şəmənliklər var. Zəngin faunasına vəhşi ulaqlar, antiloplar, bəbirlər, qonur ay, bəzi sürünənlər və məməlilər daxildir. Daxili Monqolustan Muxtar Vilayətində yerləşən bu silsilənin uzunluğu 260 km- dir. Maksimal hündürlüyü 2187 km-dir. Silsilə qneys, bazalt və qum daşları kimi suxurlara örtülüdür. Cənub yamacı Xunaxe çayının vadisinə doğru güclü şəkildə parçalanmış dik yamac formalaşdırır. Şimal yamacı isə mailidir. Florasını çöl bitkiləri təşkil edir. Əhalisi maldarlıqla məşğul olur. İnşanın ilk tədqiqi Nikolay Prjevalskidən başlayaraq rus səyyahlar tərəfindən aparılmışdır.
İnşan dağları
260,180
Ağalar bəy Ağalar bəy Səfikürdski Gəncə Şəhər Dumasının başçısı, həkim. Ağalar bəyin üçüncü oğlu Ağalar bəy 1890-cı ildə Səfikürd obasında doğulub. Gəncə gimnaziyasında təhsilini başa vurduqdan sonra Moskva Univrsittinin tibb fakültəsinə daxil olmuşdu. 1917-ci ildə univrsitti tamamladıqdan sonra Gəncə şəhərində əmək fəaliyyətinə başlamışdı. 15 aprel 1920 tarixində Gəncə Şəhər Dumasının sədri seçilmişdir. Sovt dönəmində Bakı şəhərində 4 nömrəli xəstəxanada baş həkim, Gəncə şəhər Səhiyyə Şöbəsinin müdiri, Smaşko adına xəstəxanada baş həkim, Rspublika Səhiyyə nazirliyində idarə rəisi vəzifələrində çalışmışdı. Ağalar bəy 1966-cı ildə vəfat tmişdir. Ağalar bəyin Silva xanım və Zülfi xanım adlı qızları vardı.
Ağalar bəy Səfikürdski
74,497
Gilanlılar və ya Giləklər İranda yaşayan irandilli xalq. Gilan dilinə ən yaxın dil mazandaran və talış dilidir. qalışların tərkibinə daxil olduğu gilək xalqı əsasən Gilan ostanında,Ethnologue:Languages of the World 14th Edition : Languages of Iran :...Gilan region, coastal plain, south of Talish. az sayda Tehran ostanında və Mazandaran ostanında da yaşayırlar. Gilaklar həm Alborz dağlarında, həm də bitişik düzənliklərdə yaşayırlar. Nəticə olaraq Alborz dağlarının şimal tərəfində yaşayanlar heyvandarlığa meylli olurlar, düzənlik təsərrüfatlarında yaşayanlar. Gilaklar vilayət və milli iqtisadiyyatda mühüm rol oynayaraq bölgənin əsas düyü, taxıl, tütün və çay kimi kənd təsərrüfatı məhsullarının əsas hissəsini təmin edir. Digər əsas sənaye sahələrinə balıqçılıq və kürü ixracatı və ipək istehsalı daxildir. Gilaklar əkinçilik fəaliyyətinə əlavə olaraq Gilan vilayətinin ticarətinin turizm kimi digər əsas sahələrinə də nəzarət edir və İranın digər bölgələrindəki hökumət nümayəndələri ilə inzibati və dövlət vəzifələrini bölüşürlər. Gilak əhalisinin 3-4 milyon arasında olduğu təxmin edilir . Əsasən Xəzər dənizinin cənub-qərb sahillərində yaşayırlar və İranın şimal hissələrində yaşayan əsas etnik qruplardan biridir. Gilaqlar qonşu Mazandarani və gürcülər, ermənilər və azərbaycanlılar kimi digər Qafqaz mənşəli qruplarla sıx əlaqələndirilir. Gilaki dili İran dillərinin şimal-qərb qolunun üzvüdür. Gilaki dilinin müxtəlif regional və yerli ləhcələri ümumi olmasına baxmayaraq, Gilaki xalqının danışdığı ana dildir. Gilakilər həm Gilaki, həm də Standart Fars dilində səlis danışırlar. İran dilində fars dili rəsmi tədris dilidir və müəllimlərə sinifdə regional ləhcələrdən və vurğulardan istifadə etmələri tövsiyə edilmədiyi üçün, uşaqlara evdə gilaki dili öyrədilir. Gilaki və Mazandarani dillərinin Qafqaz dilləri ilə müəyyən tipoloji xüsusiyyətləri vardır. Bununla birlikdə, təhsil və mətbuatın böyüməsi ilə Gilaki ilə digər İran dilləri arasındakı fərq aradan qalxacaq. Gilaki Mazandarani ilə yaxından əlaqəlidir və iki dildə oxşar söz ehtiyatları var. Bu iki dildə, Fars dilindən çox, qədim İran dilləri üçün xarakterik olan isim azalma sistemi qorunur. Onlara yaxın Gilaklar və Mazandarani İranın Cənubi Xəzər bölgəsində yaşayırlar və İran dillərinin şimal-qərb qoluna aid dillərdə danışırlar. Onların atalarının Qafqaz bölgəsindən gəldikləri, ehtimal ki, Cənubi Xəzərdəki daha əvvəlki bir qrupu köçürdükləri irəli sürüldü. Gilaki və Mazandarani dilləri Qafqaz dilləri ilə bəzi tipoloji xüsusiyyətləri paylaşdığından dil sübutları bu ssenarini dəstəkləyir. Gilaki və Mazandaranidə mtDNA və Y-xromosom dəyişikliklərinin qanunauyğunluqları analiz edilmişdir. HV1 mtDNA ardıcıllığına əsaslanan Gilaklar və Mazandarani coğrafi və linqvistik qonşularına, yəni digər İran qruplarına daha çox bənzəyirlər. Lakin onların Y xromosom növləri Cənubi Qafqazdan gələn qruplarda ən çox oxşardır. Bu fərqləri izah edən ssenari, Gilaki və Mazandaraninin əcdadlarının Cənubi Qafqaz mənşəli olmasıdır, ardından yerli İran qruplarından olan qadınların , vətənpərvərlik səbəbiylə müdaxiləsidir. Həm mtDNA, həm də dilin ana yolu ilə ötürüldüyünü nəzərə alsaq, yerli İran qadınlarının daxil edilməsi yerli Qafqaz dilinin və Gilaki və Mazandarani mtDNA növlərinin mövcud İran dili və mtDNA tipləri ilə eyni vaxtda əvəz olunmasına səbəb olardı. Dil və mtDNA-nın eyni vaxtda əvəzlənməsi əvvəllər düşünüləndən daha çox ola bilər. Mazandarani və Gilaki qrupları, Qafqaz və Qərbi Asiya əhalisindən ibarət olan böyük bir qrupa düşür və xüsusilə Cənubi Qafqaz qruplarına - gürcülərə, ermənilərə və azərbaycanlılara yaxındır. Tehran və İsfahandan olan iranlılar bu qruplardan daha uzaqda yerləşirlər.
Giləklər
698,439
World Wide Web Foundation ümumdünya internetinin inkişafı və əlçatanlığı məsələləri ilə məşğul olan beynəlxalq qeyri-kommersiya təşkilatı. Təşkilatın qurulması Tim Berners-Li tərəfindən 14 sentyabr 2008-ci il tarixində Vaşinqton şəhərində elan edildi. 15 noyabr 2009-cu ildə isə təşkilat fəaliyyətinə başladı. Təşkilatın vəzifələri ümumdünya internetin azadlığı və açıqlığı, internetin imkanlarının və etibarlılığının genişləndirilməsi və planetdə hər bir insanın şəbəkəyə çıxışının təmin edilməsi elan edilir. Bu məqsədlərə nail olmaq üçün vəqf üç istiqamətdə işləyir Veb-elm və tədqiqat Veb-texnologiyalar və təcrübələr Cəmiyyət üçün Ümumdünya şəbəkəsi Berners- Li fondunun təqdimatı zamanı veb saytlardakı informasiya etibarlığını göstərən bir sistemin yaradılmasının zəruriliyini bildirdi Məlumatların dəqiqliyi mənbələr tərəfindən təsdiqlənən kimi saytlarda etibarlılığa dair işarələr qoymaq üçün yeni sistemlərə zərurət yaranır. Fondun ilk layihəsi Afrikanın kənd təsərrüfatında veb- texnologiyaların təşviqi və aztəminatlı gənclər üçün onlayn kontentin yaradılması üzrə tədris kurslarının dəstəklənməsi oldu. Bu layihənin həyata keçirilməsində fonda Amsterdam Universiteti böyük yardım göstərir. İkinci layihə Rio-de-Janeyro şəhərində yerləşən rəqəmsal texnologiyaların mövcudluğu mərkəzi ilə birlikdə təşkil edilir. Səylər gənclərin mobil telefonlar vasitəsilə internet kontentinin yaradılmasına yönəldilmişdir. 2012-ci ildə World Wide Web Foundation dünya ölkələrində internet inkişafının reytinqini təqdim etdi. Bu reytinq internetin ölkənin ictimai həyatında müxtəlif sahələrinə təsir səviyyəsini xarakterizə edir və bir sıra göstəricilər əsasında hesablanır. Siyahının yuxarı mövqelərində İsveç, ABŞ və Böyük Britaniya olub.
World Wide Web Foundation
786,260
Barenpatak cəmiyyəti Rusiya imperiyasında qurulmuş erməni milliyətçi qruplaşması. 1869-cu ilin aprelində Aleksandropolda Arsen Krityanın rəhbərliyi ilə yaradılmışdır. Qruplaşmanın məqsədi erməni gəncləri arasında milliyətçi ideyaları yaymaq, təhsil-maarifçilik məsələləri ilə məşğul olmaq və s. idi. Barenpatak cəmiyyəti 1875-ci ilə qədər fəaliyyət göstərmişdir. İrəvan quberniyasının jandarm idarəsi onu aşkar edərək ləğv etmişdir.Erməni Sovet Ensiklopediyası, II cild, səh. 316.
Barenpatak cəmiyyəti
278,864
Sufiyan İranın Şərqi Azərbaycan ostanının Şəbistər şəhristanının Sufiyan bəxşində yerləşən şəhər. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 8,733 nəfər və 2,427 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar. Şəhər qədim Güney mahalında yer alır. Balə Xəlil Sufiyani
Sufiyan
618,563
İyirmi altıncı simfoniya Volfqanq Amadey Motsart tərəfindən 30 mart 1773-cü ildə tamamlanmışdır. Simfoniya aşağıdakı səciyyəvi xüsusiyyətlərə malikdir: İtalyan bir uvertura üslubundadır, hissələr təkrarlanmır; Birinci hissə: tərəzinin bir açarından digərinə kəskin bir ahəngdarlıq, dinamikada kəskin dəyişiklik, melodik bir mövzunun olmaması; Hissələr arasında güclü ziddiyyətlər: sürətli, mexaniki, enerjili - yavaş, kədərli - sürətli, melodik, xoşbəxt ; Simfoniya 4 hissədən ibarətdir. Molto presto, 44 Allegro, 34 tempo 4 50 r4 r16 c16-.p c-. c-. g8 r16 c16-. c-. c-. ees8 r16 d16-. d-. d-. f8 r16 b16-. b-. b-. d8 r16 aes16-. aes-. aes-. ew Staff with instrumentName V2 relative c key ees major time 28 tempo 4 120 ees,8p ees ees ees ees ees ees bes-! aes8 g-! c8 f-! bes ees-! bes-! aes g4 ew Staff with instrumentName V2 relative c key ees major time 3161a IMSLP.org 26 DME.at
İyirmi altıncı simfoniya (Motsart)
316,903
Aytəkin Alxaslı Azad Azərbaycan Şirkətlər qrupunun şimal bölgəsi üzrə xüsusi müxbiri Aytəkin Alxaslı Şəki rayonunun Kiçik Dəhnə kəndində, filologiya elmləri namizədi, qabaqcıl müəllim Kamil Alxasovun ailəsində dünyaya gəlib. Elə orta məktəbi də həmin kənddə bitirib. 1987-ci ildə S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Həmin il təyinatla Qusar rayonunda 3 dildə rus, ləzgi və Azərbaycan dillərində çıxan Qusar qəzetinə göndərilib. ANS TV- yə işə qəbul olunana qədər bu qəzetdə xüsusi müxbir işləyib. Hələ orta məktəbdə oxuduğu vaxtdan rayonun yerli qəzeti olan Şəki fəhləsi və bir sıra mərkəzi qəzet və jurnallarda Azərbaycan gəncləri, Azərbaycan pioneri, Sovet kəndi qəzetlərində, Pioner, Azərbaycan qadını, Kənd həyati, Təşviqatçı, Azərbaycan təbiəti jurnallarında müxtəlif yazılarla çıxış edib. ANS-in Quba, Qusar, Xaçmaz, Şabran, Xızı, Siyəzən rayonları üzrə xüsusi müxbiri işləyib. Dövlət Sərhəd Xidmətinin 100 illiyi münasibətilə 100 illik medalı ilə təltif olunub.
Aytəkin Alxaslı
591,226
Valentina Popova ardıcıllıqla SSRİ və Slovakiyanı təmsil etmiş keçmiş stolüstü tennisçi. Üç Yay Olimpiya Oyunlarının iştirakçısı, doqquzqat Avropa, ondoqquz qat SSRİ, ikiqat Slovakiya çempionu. SSRİ əməkdar idman ustası . Valentina Popova karyerasına Azərbaycanda başlayıb. Sumqayıt tennis məktəbinin yetirməsidir. 1971-ci ildən 1990-cı ilə qədər Dinamo Bakı komandasını təmsil edib. 1976-cı ildən 1992-ci ilədək SSRİ, 1994-cü ildən isə Slovakiya yığma komandasında çıxış edib. Valentina Popova XXIV Yay Olimpiya Oyunlarında SSRİ-nin, XXV Yay Olimpiya Oyunlarında Birləşmiş Komandanın, XXVI Yay Olimpiya Oyunlarında isə Slovakiyanın heyətində Olimpiya oyunlarının iştirakçısı olub. Doqquzqat Avropa, ondoqquz qat SSRİ, ikiqat Slovakiya çempionudur. Hazırda qadınlardan ibarət stolüstü tennis üzrə Slovakiya yığma komandasının məşqçisidir. 1981-ci ildə Bakı Dövlət Universitetini bitirib. 1985-ci ildə ailə həyatı qurub. Bir oğlu var.
Valentina Popova
518,111
Buzaulık kəndi - Rusiyanın Başqırdıstan Respublikası Xaybulla rayonu Selin kənd sovetliyinə daxil olan kənd. Əhalinin sayı 2002Başqırdıstan Respublikasının bələdiyyə bölgələrinin vahid elektron kataloqu Excel formatında tətbiq . 20102010-cu il Ümumrusiya əhalisinin siyahıya alınması. Başqırdıstan Respublikası yaşayəş məntəqələrində əhalinin sayı . 20 avqust 2014 tarixində yoxlanılmışdır. 20 avqust 2014 tarixində. 243 268 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Vəlit kəndinin milli tərkibi: başqırdlar 100 . Məsafələr: rayon mərkəzindən : 48 km., kənd sovetliyindən : 20 km. ən yaxın dəmiryol stansiyasından : 73 km.
Vəlit (Xaybulla)
296,796
1928-29 Copa del Rey təşkil olunmuş İspaniya Kral Kubokunun 29-cu mövsümüdür. 8 dekabr 1929-cu il tarixində start verilmiş turnir 3 fevral 1929-cu il tarixindəki final oyunu ilə başa çatdı. Final oyunu Valensiya şəhərindəki Mestalla Stadionunda keçirildi. Qalib finalda Real Madridi məğlub edən Espanyol oldu. Araqon: Iberia SC, Patria Aragn Asturiya: Real Oviedo, Sportinq Xixon Balear adaları: CD Alfonso XIII Kanar adaları: Marino FC Kantabriya: Racing de Santander, Gimnstica de Torrelavega Kastiliya və Leon: Cultural y Deportiva Leonesa, Real Valladolid Kataloniya: Barselona, CD Europa, Espanyol Extremadura: CF Extremeo Galicia: Celta de Vigo, Racing de Ferrol Gipuzkoa: Real Unin, Real Sosyedad, CD Logroo Murcia: Real Murcia, Elche CF Navarra: Osasuna Mərkəz Regionu: Real Madrid, Atletik Madrid, Racing de Madrid Cənub Regionu: Sevilya FK, Real Betis Valensiya: Valensiya, CD Castelln Biscay: Atletik Bilbao, CD Alavs, Arenas Klub İspaniya Kral Kuboku 1928-29 qalibi Espanyol 1-ci çempionluq
İspaniya Kral Kuboku 1928-29
99,979
Barana rayonu, Noyemberyan rayonu Qərbi Azərbaycanda , Dağ Borçalının Loru mahalında rayon. 1937-ci il 31 dekabrda yaradılıb. Mərkəzi Noyemberyan şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 187 km-dir. Qərbi Azərbaycan - Qaraqoyunlu Dərəsinin şimalını əhatə edən Barana mahalının adı Baranlı sülaləsi ilə bağlıdır. Baranlı sülaləsi Qaraqoyunlular dövlətinin baniləri Qara Mansurun oğlu Bayram Xoca, Qara Yusif və Sultanqulu bəy Baranlı kimi nümayəndələri ilə tanınır. Rayonun Barana adı tarixi mənbələrdə kənd və mahal adı kimi qeyd olunur. V.V.Radlovun fikrincə barana türk sözüdür və rus dilindəki baran sözü də qədim türklərin dilindən keçmişdir. Barana isə qoyunlu yer anlamındadır. Azərbaycan tarixçiləri isə bu toponimi Ağqoyunlu və Qaraqoyunlu tayfaları ilə bağlayır. Sözügedən yer 1938-ci ildən Noyemberyan kəndi adlanmış, 1971-ci ildə qəsəbə olmuşdur. 1937-ci ildən bəri rayonun inzibati mərkəzidir. 1988-ci ilə kimi azərbaycanlıların yaşamağa davam etdikləri və həmin il tərk etməyə məcbur olduqları yaşayış məntəqələri: Ləmbəli, Yuxarı Körpülü, Aşağı Körpülü, Ayrım qəsəbəsi. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin müxtəlif fərmanları ilə Barana rayonu üzrə dəyişdirilmiş tarixi yer adları: Qədim türk adı İndiki adı Dəyişdirilmə tarixi Ayrım qəsəbəsi Bdğavan ... Əskipara Voskepar ... Balakənd Dovex ... Qurumsulu Dostlu , Barekamavan 04.01.1938 , 25.10.1978 Barana Noyemberyan 04.01.1938 Ləmbəli Baqrataşen 18.06.1960 Kotgah Şavarşavan 15.06.1964 Qalaça Berdavan 25.01.1978 Xoşkotan Vosgevan 25.01.1978 Aşağı Körpülü Haxtanak ... Yuxarı Körpülü Verin ...
Noyemberyan rayonu
88,615
Nijni Novqorod vilayəti Rusiya Federasiyasının subyektlərindən biri. Milliyyət Say 1926-cı il 1939-cu il 1959-cu il 1970-ci il 1979-cu il 1989-cu il 2002-ci il 2010-cu il Ruslar 2 553 230 3 619 463 3 381 991 3 477 331 3 513 494 3 522 148 3 346 398 3 109 661 Tatarlar 79 897 88 241 66 996 71 794 68 632 58 603 50 609 44 103 Mordvalar 84 920 83 095 63 861 51 628 45 028 36 709 25 022 19 138 Ukraynalılar 2 537 28 187 29 314 29 807 29 112 33 344 24 241 17 657 Ermənilər 93 1 201 1 086 880 1 111 1 822 10 786 13 294 Çuvaşlar 1 176 4 895 4 282 6 015 7 517 12 206 11 364 9 765 Azərbaycanlılar n.d. 241 662 469 1 053 3 153 8 309 8 494 Marilər 3 935 5 807 5 177 8 793 8 027 7 942 7 757 6 415 Beloruslar 1 316 6 264 7 519 7 776 8 441 9 265 6 833 4 673 Qaraçılar 679 839 1 165 2 351 3 819 4 316 4 373 4 469 Yezidilər n.d. n.d. n.d. n.d. n.d. n.d. 3 076 3 781 Yəhudilər 10 679 17 530 18 274 16 838 15 110 12 198 5 312 3 769 Özbəklər 2 198 761 522 523 1 667 1 103 3 504 Taciklər n.d. 36 179 170 199 528 963 2 145 Moldavanlar 7 176 1 993 1 207 1 481 2 429 1 812 1 894 Gürcülər 29 539 744 449 597 1 238 2 183 1 792 Almanlar 600 4 758 682 611 671 924 1 574 1 248 Başqa milliyyətlər 2 562 5 667 4 905 4 792 5 811 9 796 12 160 54 195 Bütün əhali 2 743 344 3 869 887 3 590 813 3 682 484 3 711 617 3 719 614 3 524 028 3 310 597
Nijeqorod vilayəti
464,923
Ruben Roka Kubalı keçmiş üzgüçü. Ruben Roka Kubanı 1960-cı ildə XVII Yay Olimpiya Oyunlarında təmsil etdi. Ruben Roka birinci dəfə Olimpiya Oyunlarına 1960-cı ildə qatıldı. O, Romada baş tutan XVII Yay Olimpiya Oyunlarında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 58.3 saniyəlik nəticəsi ilə öz cığırında 3-cü yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Ruben Roka
170,562
Ötükən adı verilən , meşələrlə örtülü bir dağ , qədim türklər üçün çox müqəddəs sayılır. Divandakı ən maraqlı toponimlərdən biri Ötükəndir. Şamanizmin izləri bu toponimin də daxilinə hopa bilmişdir. Monqol mənşəli Ötükən şaman tanrıların yaşadığı yerlər olmuşdur. Şaman və yarı şaman mətnlərində bu tanrıya böyük inanc təsvir olunur. Mahmud Kaşğarlı o zaman tatarların məskunlaşdığı ərazilərin bir hissəsinin Ötükən olduğunu da göstərir. Tədqiqatçıların fikrincə, monqolların etnogenezində mühüm rol oynamış Ötükən tayfa adı hökmdar qadın ölkəsi, ərazisi, sitayiş edilən yer, səcdəgah, türklərin müqəddəs dağı mənalarındadır. Ötükən adı yış, yer sözləri ilə yanaşı işlənmişdir. Ötükənin mif anlamı yaradan ata, yaradan xan kimi şərh olunur. Bu mif keyfiyyətlərinə görə o, qoruyucu, bolluq, xoşbəxtlik bəxş edən olmuşdur. Müasir tuvin dilində bəzi fonetik dəyişikliklə müşahidə olunan Ütüqen coğrafi termini örtülü dağ silsiləsi, sıra dağlar mənasındadır. Bu silsilə dağlar Yuxarı Yenisey ərazisində yerləşir, qədim türklərin müqəddəs saydığı, sitayiş etdiyi inanc nöqtələrindən biri olmuşdur. Maraqlıdır ki, bu ad təkcə monqolların deyil, eləcə də qədir türklərin etnogenezi, dini adət və ənənələrinin monqollarla əlaqəsi barədə əsaslı bilgilər verə bilir. Bilgə xaqan, Orxon abidələrinde Ötükən dağının Türk məmləkətinin ürəyi olaraq əhəmiyyətini dilə gətirmişdir.Hətta yazılarda, Çinlilərin oyunlarına qarşı qoyub direnebilmek üçün Ötüken meşəsində ayrılmayın. öyüdü verilmişdir. Ancaq Ötüken bu an Rusiya ve Monqolustan arasında bir yerlərdədir. Ötükən köhnə Türklərin ənənəvi inamı Tenqriçilikte Torpaq Anaya verilən adlardan biridir. Monqol dilindəEtugen,Itügenya daOdigankimi şəkillərinə də rast gəlinir. Ötüken-Kültü, Tengri-Kültü ile birlikte özellikle Göytürk İmperiyası əsnasında böyük əhəmiyyət qazanmışdır. Köhnə inanca görə, Torpaq Ananın kefi ağacların vəziyyətindən müəyyən olar. Əgər ağaclar sağlam və güclü yetişir və bol meyvə verirlərsə, Torpaq Ananın insanlardan məmnun olduğuna inanırlar. Torpaq Anaya edilən bir dua, güclü və böyük bir ağaca doğru yöneltilir. Ötükən, qədim türk yurdlarından biri olan Köktürklere paytaxtlıq etmiş şəhərin adıdır.
Ötükən
592,365
Li Mi-Yon Cənubi Koreyanı təmsil edən həndbolçu. Li Mi-Yon Cənubi Koreya yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda İspaniya yığmasına 32:30 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, London Olimpiadasını 4-cü yerdə başa vurdu.
Li Mi-Yon (həndbolçu, 1991)
30,580
Filmdə Azərbaycanın qədim tikililəri, mədəniyyət abidələri, qalaları və digər daş yadigarları barədə söhbət açılır. :Rejissor: Zaur Məhərrəmov :Ssenari müəllifi: Vidadi Paşayev :Operator: Zaur Məhərrəmov :Bəstəkar: Cavanşir Quliyev :Səs operatoru: Şamil Kərimov :Məsləhətçi: Cəfər Qiyasi Kateqoriya:1986-cı ilin Azərbaycan filmləri Kateqoriya:Qısametrajlı sənədli filmlər
Daş yaddaş (film, 1986)
694,956
Əbdürrəhman Abdi Paşa Sultan İbrahim və IV Mehmed səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi, Osmanlıların son Budin bəylərbəyi. leftthumbAbdi Paşanın məzarı Doğum tarixi haqqında məlumat yoxdur. Əslən alban olub, yeniçəri ocağında təlim-tərbiyə edildikdən sonra, o əsnada davam edən Krit müharibəsinə ocaq kəndxudası olaraq qatıldı. Müharibə əsnasında 1669-cu ilin mayında yeniçəri ağası təyin edildi. Kandiyə qalasının mühasirəsində və 1672-ci ildə başlayan Lehistan səfəri əsnasında Kamaniçe və Bucaş bölgəsinin ələ keçirilməsində göstərdiyi şücaət səbəbilə vəzir rütbəsi aldı, ardından 1674-cü ilin iyununda Bağdad bəylərbəyi oldu. Daha sonra 11 may 1676-cı ildə Misir bəylərbəyi olan Abdi Paşa 1681-ci ilin iyununda vəzifədən alındı və Bosniya bəylərbəyliyinə təyin olundu. 1682-ci ildə əlavə olaraq Kamaniçe qalasının mühafizəsi ilə vəzifələndirildi. 1684-cü ilin noyabrında Budin bəylərbəyi oldu. 1685-ci ildə Hələb bəylərbəyliyi ilə Macarıstan sərdarlığına təyin edildi. Budin əyalətindəki idarəçilik illərində az bir qüvvəylə 1686-cı ildə 90 minlik xaçlı ordusuna qarşı qalanı müdafiə etdi. 3 aylıq mühasirə müddətində xaçlı ordusunun ard-arda tərtiblədiyi 18 hücumu geri çevirərək düşmənin təslim olma təklifini rədd etdi. Mühasirə əsnasında cəbhəxanada baş verən partlayışla 1500 əsgərin ölümü və qalanın ətrafındakı yüksəkliklərin itirilməsi müdafiəni daha da çətinləşdirdi. Nəhayət özü də əsgərlərlə birlikdə ön cəbhəyə keçdi və 2 sentyabr 1686-cı ildə baş tutan son hücumda şəhid oldu. Kandiyə qalasının Osmanlılar tərəfindən fəth edilməsiylə şəhərdə yenidən qurma işləri başlamışdır. Müharibənin son illərində bölgəyə gələn Övliya Çələbi səyahətnaməsində Kandiyədə o əsnada yeniçəri ağası olan Abdi Paşanın adına məscid, çeşmə, Bektaşi təkkəsi və bazar yerinin olduğunu qeyd edir. 17 fevral 1810-cu ildə baş verən zəlzələdə məscid zərər görmüş və minarəsi dağılmışdır. Bundan başqa 1666-cı ildə Peklin şəhərində Peklin məscidini inşa etdirmişdir.
Əbdürrəhman Abdi Paşa
289,623
Armudu zeytun - Azərbaycanın yerli zeytun sortlarından biri. Ağacı iridir. Hündürlüyü 7,0 m-ə çatır. Çətirin diametri 7,5 m-dir. Dağınıq çətirə malikdir. Budaqları bir qədər yuxarı qalxmış vəziyyətdədir. Yarpaqları tünd yaşıl rəngdədir. Yaıpağm orta ölçüsü ; saplağm uzunluğu 0,6; eni 1,1. Meyvələri tünd bənövşəyi rənglidir. Uzunsov-oval formalıdır, qeyri-simmetrikdir. Budaqda tək-tək, nadir halda iki-iki yerləşir. Meyvənin ləti qalm olub, qalmlığı 1,7 sm-dir. Lət meyvənin 77,6 -ni təşkil edir. Tam yetişmə zamanı yağlılıq 67,2 - 68,4 təşkil edir. Meyvənin uzunluğu 2,8 sm, diametri 2,0 sm, çəkisi 5,1 q-dır. Çəyirdəyi iridir, uzunsovoval formalıdır. Çəkisi 1,1 q-dır. İyunun birinci yansmda çiçəkləyir. Məhsuldarlıq 20 kq-dır. Xüsusiyyəti: konservləsdirmə üçün əhəmiyyətlidir, orta yetişəndir, şaxtaya davamlıdır
Armudu zeytun
282,603
Tur de Frans Fransada 1903-cü ildən keçirilən dünyanın ən məşhur və nüfuzlu velosiped yarışması. Tur de Frans 21 mərhələdən ibarətdir: Hər mərhələ bir gün davam edir. Hər bir yarışçı mərhələni bitirməlidir ki, onun vaxtı qeydə alınmış və toplanmış olsun. Yarışın tam uzunluğu 3000-4000 km arasındadır . Baş təsnifat toplam vaxta əsasən yarışçıların iştirakının qiymətləndirilməsidir. Ən qısa vaxtda yarışı başa vuran velosipedçi turnirin qalibi olur. Ən qısa vaxta görə qələbədən başqa iştirakçılar üçün bu nominasiyalar da mövcuddur: ən yaxşı sprinter; ən yaxşı dağlıq ərazi yarışçısı; ən yaxşı gənc yarışçı. Bu nominasiyaların liderləri müəyyən rəngli köynəklər geyinirlər. Sarı köynəyi Tur de Fransın ən yaxşı vaxta sahib olan lideri geyinir. Bu köynək digərləri ilə müqayisədə daha prestijli sayılır. Əvvəllər sarı səhifələri olan və yarışa sponsorluq edən qəzet liderin köynəyinə tikilirmiş. Sarı köynək geyinmək ənənəsi də o vaxtdan qalmışdır. Sprinter hesabında lider olan velosipedçi yaşıl köynək geyinir. Ənənə 1953-cü ildən mövcuddur. Qırmızı noxudlu ağ köynəyi ən yaxşı dağ velosipedçisi geyinir. Köynək fransızca maillot pois rouges adlanır ki, bunun da hərfi tərcüməsi qırmızı noxudlu köynəkdir. Yarışın ən yaxşı gənc yarışçısı ağ köynək geyinir. Bu köynəyi geyinən velosipedçinin yarış keçirilən ilin 1 yanvarına qədər yaşı 25-dən az olmalıdır. Ənənə 1975-ci ildən mövcuddur. Hər mərhələnin nəticəsinə görə ən aqressiv velosipedçiyə növbəti gün qırmızı fonda yazılmış xüsusi ağ nömrə verilir. Ən vacib meyarlardan biri: hücum stili nümayiş etdirmək, davamlı həmlələr etmək sayılır. Ən aqressiv velosipedçini mütəxəssislər qrupu müəyyənləşdirir. İllər Direktor 1903 1939 Anri Deqranj 1947 1961 Jak Qodde 1962 1986 Jak Qodde və Feliks Levitan 1987 Jan-Fransua Nake-Radiqe 1988 Jan- Pyer Kurkol 1989 27 oktyabr 2005 Jan-Mari Leblan 27 oktyabr 2005 indiyə qədər Kristian Pryudomm
Tur de Frans
625,106
İran İslam Respublikasının Konstitusiyası İran İslam Respublikasının Konstitusiyası. 1975-ci il 30-31 mart-da ümumxalq referendumu ilə qəbul olunmuşdur. BİRİNCİ FƏSİL: Ümumi prinsiplər İKİNCİ FƏSİL: Ölkənin rəsmi dili, xətti, tarixi və bayrağı ÜÇÜNCÜ FƏSİL: insan və vətəndaş hüquqları DÖRDÜNCÜ FƏSİL: İqtisadiyyat və maliyyə işləri BEŞİNCİ FƏSİL: Xalqın hakimiyyət hüququ və ondan irəli gələn hakimiyyət orqanları ALTINCI FƏSİL: Qanunvericilik hakimiyyəti YEDDİNCİ FƏSİL: Bələdiyyələr SƏKKİZİNCİ FƏSİL: Rəhbər yaxud rəhbərlik şurası DOQQUZUNCU FƏSİL: İcra hakimiyyəti ONUNCU FƏSİL: Xarici siyasət ON BİRİNCİ FƏSİL: Məhkəmə hakimiyyəti ON İKİNCİ FƏSİL: İran İslam Respublikasının radio və televiziya təşkilatı ON ÜÇÜNCÜ FƏSİL: Ali milli təhlükəsizlik şurası ON DÖRDÜNCÜ FƏSİL: Konstitusiyaya yenidən baxılması Kateqoriya:İran İslam İnqilabı
İran İslam Respublikasının Konstitusiyası
41,703
Bakı Xoreoqrafiya Məktəbi 2005 qısametrajlı sənədli televiziya filmi rejissor Leyla Səfərova tərəfindən 2005-ci ildə çəkilmişdir. Lider Televiziyasında istehsal edilmişdir. Film Bakı Xoreoqrafiya Məktəbinin tarixini və fəaliyyətini əhatə edir. Bakı Xoreoqrafiya Məktəbinin 80 ildən çox yaşı vardır. Film həmin məktəbin tarixini və fəaliyyətini əhatə edir. Həmçinin çəkiliş qrupu məktəbin iş, dərs və imtahan rejimini də lentə almışdır. Ssenari müəllifi: Leyla Səfərova Rejissor: Leyla Səfərova Operator: Sahib Səfərov
Bakı Xoreoqrafiya Məktəbi 2005 (film, 2005)
684,556
Nurlan Vadər oğlu Qasımov Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Nurlan Qasımov 1998-ci il iyunun 25-də Salyan rayonunun Marışlı kəndində anadan olub. 20142015-ci illərdə R. Qasımov adına Marışlı kənd tam orta məktəbində təhsil alıb. 20152016-cı illərdə isə 2 saylı Peşə Liseyində təhsil alıb. Subay idi. Nurlan Qasımov 20182020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun əsgəri olan Nurlan Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nurlan Qasımov oktyabrın 12-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Salyan rayonunun Marışlı kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurlan Qasımov ölümündən sonra Vətən uğrunda medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurlan Qasımov ölümündən sonra Füzulinin azad olunmasına görə medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Nurlan Qasımov ölümündən sonra Şuşanın azad olunmasına görə medalı ilə təltif edildi. Vətən uğrunda medalı Füzulinin azad olunmasına görə medalı Şuşanın azad olunmasına görə medalı
Nurlan Qasımov (əsgər, 1998)
690,577
Üst Paleolit və ya Son Paleolit təxminən 40 min il bundan əvvəl başlanmış, e.ə.12-ci minilliyə qədər davam etmişdir. Bu dövrdə iqlim mülayimləşmiş, bitki və heyvanat aləmində, habelə ictimai həyatda xeyli dəyişikliklər baş vermişdir. Üst Paleolit dövründə ibtidai insanlar mağarada yaşamış və özlərini təbiətin təhlükəli hadisələrindən və vəhşi heyvanların hücumlarından qorumuşlar. Bu dövrün maddi qalıqlarına Qarabağ və Qazax bölgələrinin Paleolit düşərgələrində daha çox rast gəlinmişdir. Üst paleolit dövründə bir sıra heyvanların, xüsusilə nəhəng maralın, mağara ayısının nəsli kəsilmişdir. İnsanlar ən çox Qafqaz maralı, ceyran, cüyür, dağkeçisi və s. ovlayırdılar. İnsanların istifadə etdikləri qaşovlar, biz, gəzli və üçbucaq əmək alətləri geniş yayılmışdır. Üst paleolit dövründə Azərbaycan ərazisində müasir insan tipinin, yəni ağıllı insanın yaranması başa çatmışdı. İnsan fiziki və əqli inkişafın yüksək mərhələsinə çatmışdır. Təfəkkür və nitq inkişaf tapmışdır. İbtidai cəmiyyətin bu mərhələsində ilk vaxtlar insanlar bir-birini adi hərəkətlərlə başa salırdılar. Lakin onlar bu üsulla uzaq məsafədə və qaranlıqda ünsiyyət yarada bilmirdilər. Əmək fəaliyyətinin artması, şüurun, düşüncənin inkişafı tədricən səsli nitqin yaranmasına səbəb olmuşdu. Səsli nitq ilk vaxtlar ibtidai insanların yaratdığı və tələffüz etdiyi ilk sözlərdən, təsərrüfat həyatı ilə bağlı təktək sadə ifadələrdən ibarət olmuşdur. Tədricən belə ifadələrin birləşməsindən nisbətən mürəkkəb fikri ifadə edən səsli nitq danışıq ünsiyyət vasitəsi yaranmışdır. Ulu icmanı qəbilə icması əvəz etmişdir. Onun əsasını qan qohumu olan insanların birliyi təşkil edirdi. Buna nəsli qəbilə quruluşu deyilir. Nəsli qəbilə dövründə insanlar ana xətti ilə qohumluq əsasında birləşmişdirlər. Qəbilənin həyatında qadın mühüm rol oynayırdı. Uşaqların qayğısına qalmaq, giləmeyvə və yabanı bitkilər toplamaq, odu qoruyub saxlamaq, yemək hazırlamaq və s. qadınların işi idi. Buna görə də nəsli qəbilə icması anaxaqanlığı adlanır. 40 min il bundan əvvəl Ağıllı insanın yaranması başa çatır. Nitq və təfəkkür formalaşır ; İbtidai sürüdən qəbilə icmasına keçid başa çatır. Qəbilə icmasına qan qohumluğuna əsaslanır və qohumluq ana xətti ilə gedir. Beləliklə, anaxaqanlığı meydana gəlir; Qadınlar uşaqların qayğısına qalır, yabanı bitkilər yığır, odu qoruyur və yemək hazırlayırdı; Bu dövrün maddi qalıqlarına daha çox Qarabağ və Qazax bölgələrinin paleolit düşərgələrində rast gəlinir; Bu dövrdə bir sıra heyvanların, xüsusilə nəhəng maralın və mağara ayısının nəsli kəsilir.
Üst Paleolit
83,016
Prinston Universiteti ABŞ-nin Nyu-Cersi ştatının Prinston şəhərində yerləşən özəl ali təhsil müəssisəsi. Prinston Universitetinin tarixi 22 oktyabr 1746-cı ildə Britaniya müstəmləkəsinin Qanunverici Şurası tərəfindən kral II Heorqun adından bir qrup pastora kollec yaratmaları üçün icazə kağızı verilməsi ilə başlayıb. Nyu-Cersi Kolleci adı ilə fəaliyyətə başlayan təhsil ocağı Harvarddan, William və Marry, Yel kolleclərindən sonra Şimali Amerikada yaranmış dördüncü kollecdir. Kollec protestantlar tərəfindən yaradılmasına baxmayaraq, burada bütün dinlərin nümayəndələri təhsil ala bilirdilər. Həmin dövrdəki təhsil ocaqları üçün bu cür dinə dözümlülük fenomenal hal hesab olunurdu. Lakin burada dini istiqamət daha güclü idi. Bu, kollecin şüarında da öz əksini tapırdı: İlk vaxtlar kollec Elizabet şəhərində Conatan Dikkinsonun evində yerləşirdi və burada cəmi doqquz tələbə təhsil alırdı. 1747-ci ildə kollec Nyuark şəhərində pastor Aaron Berrin himayəsinə keçdi və Berr kollecin prezidenti oldu. 1756-cı ildə o, təhsil müəssisəsinin Prinston şəhərinə köçürülməsinə nail oldu. Böyük Britaniyadan yığılan ianə hesabına tələbə və müəllimlər üçün xüsusi bina tikildi, binaya Nossau-Holl adı verildi. Hazırda bu tikili memarlıq abidəsinə çevrilib. Prinston Amerika inqilabında böyük rol oynayıb. Amerikanın müstəqillik haqqında Deklarasiyasının altında onun rektoru Con Uizerspunun imzası durur. Konstitusiya konventi iştirakçılarının əksəriyyəti Prinstonun məzunları olub və onlar 1799-cu ildə yekdilliklə ABŞ-nin yeni Konstitusiyasının yaranmasına səs veriblər. 1783-cü ildə Prinstonda tələbələrin təntənəli qəbulu mərasimində Corc Vaşinqton daxil olmaqla, bütün konqres üzvləri iştirak ediblər. Konqres üzvlərinin çoxu bu universitetin məzunları olub. İdman Amerika tələbələrinin həyatında böyük rol oynadığından Prinstonda da həmin ənənə davam edir. Burada ilk idman zalı 1859-cu ildə tikilib. XIX əsrin 60-cı illərindən başlayaraq kollecin tələbələri narıncı rəngdə idman formaları geyindilər, köynəklərindəki nömrələr isə qara rəngdə idi. Bu ənənə indiyədək davam edir. Beləliklə, 1896-cı ildə narıncı və qara rənglər Prinston Universitetinin rəsmi rəngi seçildi. Narıncı- qara rənglərin qarışığı pələng dərisini xatırladır. Elə bu səbəbdən də Prinstonun idman komandalarının adı Pələnglərdir. 1882-ci ildən universitetin yuxarı kurs tələbələri The Princeton Tiger adlı yumoristik jurnal dərc etməyə başlayıblar. XIX əsrin 70-ci illərində Prinstonun hərtərəfli uğurları onu Harvard və Yel universitetləri ilə bir səviyyəyə qaldırdı. 1877-ci ildə burada magistratura yaradıldı, 1896-cı ildə isə Prinstona universitet statusu verildi. 1874-cü ildə Prinstonun məzunu olmuş və ABŞ-nin gələcək prezidenti Tomas Vudro Vilson 1902-ci ildə universitetə rektor seçildi. O, universitet üçün yeni şüar tərtib etdi: Vilson, eyni zamanda tədris proqramlarını ümumi təhsil və ixtisaslaşdırılmış hissələrə bölərək təkmilləşdirdi. Onun rəhbərliyi zamanı magistrantların hazırlığı üçün yeni kollec tikildi, fakültələrin sayı artırıldı, humanitar istiqamətli kafedralar yaradıldı və əlavə yataqxanalar tikildi. Lakin Vilson aspirantların təhsilini axıra qədər təşkil edə bilmədi, bu işi onun yerinə başqaları həyata keçirdilər. Rektor əvvəlcə ştatın qubernatoru, sonradan isə ölkənin prezidenti seçkilərində öz namizədliyini irəli sürmək üçün universiteti tərk etdi. 1969-cu ildə ilk dəfə olaraq universitetə qızlar qəbul olundular. Hazırda qadın tələbələrin kişi tələbələrlə nisbəti 52:40-dır. Yarım əsr bir binada fəaliyyət göstərdikdən sonra Prinston Universitetində sürətlə tikinti işləri aparılaraq ərazisi genişlənməyə başlayıb. Hazırda universitetin kampusunda və oradan kənarda 160-dan çox müxtəlif tikililər tədris korpusları, elmi- tədqiqat laboratoriyaları, kitabxanalar, çoxsaylı yataqxanalar, muzeylər, idman zalları, stadionlar, kilsə və s. mövcuddur. Universitetin strukturları Benjamin Latrob, Ralf Adams Kram, McKim, Med və Vayt, Robert Venturi və Nik Yeger kimi məşhur memarlar tərəfindən hazırlanıb. Prinstonun tərkibinə texniki və tətbiqi elmlər məktəbləri, inşaat və şəhərqurma, ictimai və beynəlxalq əlaqələr, astrofizika elmləri bölmələri, biologiya, kimya, iqtisadiyyat, fəlsəfə, siyasət, sosiologiya, psixologiya, ilahiyyat, roman dilləri və ədəbiyyatı, german dilləri və ədəbiyyatı, bədən tərbiyəsi və digər fakültələr, eləcə də C. Forretstol adına elmi-tədqiqat mərkəzi daxildir. Aparıcı yerli Makkarter Teatrı, bədii təsvir və təbii tarix muzeyləri də universitetin strukturuna daxildir. Universitetin kitabxanalarında 6 milyon cilddən çox kitab var. Ən böyük kitabxana 4 milyondan çox kitabı olan Firestone kitabxanasıdır. 2007-ci ilin fevralından Prinston Universiteti Google beynəlxalq axtarış şəbəkə sisteminə qoşulub. Prinston həmçinin super kompüter sisteminə malikdir. Orangena adlı bu EHM kompüter sistemi 2005-ci ildə dünyanın ən sürətli 79 super kompüter sistemi seçilib. Prinston Universitetinin pedaqoji heyəti yüksək səviyyədə ixtisaslaşıb. Bütün müəllimlər tədqiqat işi ilə məşğuldur və bura çoxsaylı tələbə cəlb edilir. Amerikanın özəl təhsil sistemi öz məqsədlərinə nail olmağına görə unikaldır, belə ki, ictimai və özəl resursların kombinasiyasından ibarətdir. On milyon dollar təşkil edən çoxsaylı donor yatırımları universitetin maliyyə müstəqilliyini təmin edir, sərbəst tədris proqramlarının, kadr potensialının seçiminə yardım göstərir, tikinti məsələlərinin həllində kömək edir. Hazırda Prinston Universitetinin kapitalı 3 milyard dollar təşkil edir, bu da ABŞ-də Harvard və Texas Universitetlərindən sonra 3-cü yerə sahib olmaq deməkdir. Prinstona qəbul çox çətindir, abituriyentdən yüksək bilik tələb olunur. Universitet üçün ideal namizəd dərin baza hazırlığına, yüksək nəticələr əldə etmək məqsədilə marağa, bacarığa və s. keyfiyyətlərə malik olmalı, ən azı bir xarici dil bilməlidir. Universitetdə dərslər sentyabrda başlayır və iyunda bitir. Təhsil müddəti 4 il, 8 semestrdən ibarətdir. Təhsil müddətində tələbə bir semestr ərzində keçilən 30 fənni mənimsəməlidir. Təhsilin 1-ci və 2-ci illərində tələbələr baza bilikləri əldə edir, 3-cü və 4-cü illərində isə intensiv ixtisas proqramlarını öyrənirlər. Tədris planı hər bir tələbənin maraq və həvəsini, universitetin tələblərini nəzərə alaraq fərdi formada təşkil olunur. Prinston Universitetinin tədris prosesində preseptorial və ya rəhbərlik prinsipi əsas yer tutur, xüsusilə bu forma humanitar və sosial elmlərin öyrədilməsində istifadə olunur və mühazirə dərslərilə tamamlanır. Belə tədris kiçik qruplarda nizamnamə dərslərini xatırladır. Tədris prosesi universitetdə individual fənn planları və elmi-tədqiqat işləri ilə bərabər təşkil olunub. Tələbələr 4 sahəyə aid olan iki fənni öyrənməlidirlər: dəqiq elmlər, ictimai elmlər, incəsənət və ədəbiyyat, tarix, fəlsəfə və ilahiyyat. 1-ci kursun proqramı tələbələrdə savadın yüksəldilməsi və sərbəst düşüncə bacarığının inkişaf etdirilməsi üçün İnşa fənninin öyrədilməsini nəzərdə tutur. Təhsil planı elmi təhlil elementinə malik işlərin və diplom işinin yazılmasını nəzərdə tutur. Hazırlığın keyfiyyəti test və imtahanların köməyi ilə yoxlanılır. Maraqlıdır ki, Prinston Universitetində bütün yazılı imtahanlar vicdan sistemi ilə aparılır: tələbələr vicdanla imtahan verməyə söz verirlər, bunun üçün də müəllim imtahanın gedişinə nəzarət etmir. O, sadəcə imtahan vərəqlərini paylayır, suallara cavablar verir və auditoriyanı tərk edir, sonda isə vərəqləri toplamaq üçün qayıdır. Hər bir tələbə işini imzalayarkən yazır: Vicdanıma and içirəm ki, imtahan zamanı vicdan kodeksini pozmamışam. İncəsənət bakalavr dərəcəsini aldıqdan sonra məzun müəyyən departamentdə doktoranturada qala bilər. 4-5 illik təhsildən sonra fəlsəfə doktoru dərəcəsi verilir. İlk 2 ildə aspirantlar diplomdan sonra 3-4 kurs təhsil alır və ümumi imtahan verirlər, sonda onlar magistr dərəcəsi alırlar. Əlavə 2-3 il dissertasiya hazırlığına həsr olunur. Bunun üçün xüsusi komitənin razılığı olmalıdır, yalnız belə olan halda namizəd fəlsəfə doktoru dərəcəsi almaq üçün müdafiəyə buraxılır. Mübaliğəsiz demək olar ki, Prinston Universiteti Amerikanın milli fəxridir. Cek Qourmanın Milli təhsil standartları adlı müstəqil reytinqinə əsasən Prinston Universiteti mühəndislik fizikası, riyaziyyatı, fəlsəfəsi və s. istiqamətləri üzrə ABŞ-nin ən yaxşı universiteti olub. Bu universitetin məzunları arasında Amerikanın bir neçə prezidenti və 30 Nobel mükafatı laureatı var: fizika üzrə Nobel mükafatçısı Albert Eynşteyn burada işləyib və mühazirələr oxuyub. ABŞ-nin iki prezidenti Ceyms Medison və Vudro Vilson , Barak Obamanın həyat yoldaşı, ABŞ-nin birinci xanımı Mişel Obama, keçmiş dövlət katibləri Corc Şuls və Ceyms Beyker, sabiq müdafiə naziri Donald Ramsfeld, yüzdən artıq senator, konqresmen, 44 qubernator, X-effektlilik konsepsiyasının təməlini qoymuş Amerika iqtisadçısı Harvi Leybenstayn, Fildsov mükafatı laureatı olmuş Amerika riyaziyyatçısı Con Milnor, iqtisadiyyat üzrə Nobel mükafatçısı Con Neş, diaqramın yaranması, elementar hissəciklərin çevrilməsinin təsvirinə görə fizika üzrə Nobel mükafatı laureatı Riçard Feynman, Hollun kəsr kvant effektinin ixtirasına görə fizika üzrə Nobel mükafatçısı Daniel Sui, süni intellekt sahəsində uğurlarına görə Tyurinq mükafatçısı olmuş amerikalı alim Con McKarti, aktyor Uentuort Miller, Böyük Ferm nəzəriyyəsinin ixtiraçısı Endryu Uayls, Kompton effektinin yaradıcısı Artur Kompton, filosof, yazıçı, mədəniyyətşünas Kvame Entoni Appia, Stalin haqqında kitab yazmış Robert Taker və Buxarin haqqında siyasi bioqrafiyanın müəllifi Stiven Koen, yazıçı Nina Nikolayevna Berberova Prinston Universitetinin məşhur məzunlarındandırlar. Con Markoninin, Aleksandr Bellin, Enriko Ferminin, Robert Oppenqeymerin adları bu təhsil ocağı ilə bağlıdır. XX əsrin ikinci yarısından Prinston Universitetinin Vilson tərəfindən tərtib edilmiş qeyri-rəsmi şüarı dəyişdirilərək belə səslənir: Prinston Universiteti bu sözləri öz fəaliyyəti ilə təsdiqləyərək bütün dünyanın ən böyük və nüfuzlu beynəlxalq tədris mərkəzlərindən birinə çevrilib. Jonathan Dickinson 1747 Aaron Burr, Sr. Aaron Burr, Sr. 1748-1757 Jonathan Edwards 1758 Jacob Green Samuel Davies 1759-1761 Samuel Finley 1761-1766 John Witherspoon 1768-1794 Samuel Stanhope Smith 1795-1812 Ashbel Green 1812-1822 Philip Lindsly Ceyms Carnahan 1823-1854 John Maclean, Jr. 1854-1868 Ceyms McCosh 1868-1888 Francis L. Patton 1888-1902 Woodrow Wilson 1902-1910 John Aikman Stewart John Grier Hibben 1912-1932 Edward Dickinson Duffield Harold W. Dodds 1933-1957 Robert F. Goheen 1957-1972 William G. Bowen 1972-1988 Harold T. Shapiro 1988-2001 Shirley M. Tilghman 2001- günümüz Universitet ABŞ-nin səkkiz ən nüfuzlu ali məktəblərini birləşdirən Sarmaşıq Liqasına daxildir. Bu universitet 2001-2008-ci illərdə News and World Report jurnalı tərəfindən aparılan araşdırmalara əsasən ABŞ-nin ən yaxşı universiteti seçilib. Academic Ranking of World Universitiesdəki yeri: 2003 2004 2005 2006 2007 2008 2009 2010 2011 2012 2013 2014 2015 7 7 8 8 8 8 8 7 7 7 7 6 6 QS World University Rankingsdəki yeri: 201515 201313 201111 11 9 10 9 13 10 Times Higher Education World University Rankingsdəki yeri: 201515 201313 201111 7 7 6 6 5 5 jpg jpg jpg jpg jpg jpg jpg jpg jpg jpg jpg jpg jpg jpg jpg jpg jpg jpg jpg jpg jpg jpg jpg jpg jpg jpg
Prinston Universiteti
601,827
Rusiyanın iqlimi bir neçə həlledici amillərin təsiri altında formalaşmışdı. Torpaq iqliminin dominantlığı, ölkənin çox böyük olması və dənizin təsirindən uzaq olması ilə tundra bölgələri və ən cənub-şərqi istisna olmaqla, Avropa və Asiya Rusiyasında geniş yayılmışdır. Hind okeanından isti havanın axımına mane olan cənubdakı dağlar, qərb və şimaldakı düzənliklər ölkəni Arktika və Atlantik təsirlərindən həssas edir . Atlantik və ya Sakit okean bölgəsinin mülayim təsiri səbəbindən, nəmli kontinental iqlim Avropa Rusiyasının əksər bölgələrində, Qərbi Sibirin cənubunda və Uzaq Şərq Rusiyasının cənubunda, o cümlədən Moskva və Sankt Peterburq şəhərlərində təsirli olur. . Skandinaviya yarımadası ilə Sakit okean və Sibir arasındakı şimal Avropa Rusiyasının əksəriyyəti yarı arktik iqlimə malikdir, Şimal-Şərqi Sibirin daxili bölgələrində son dərəcə şiddətli qışlar yerləşdikləri yerə görə daha yumşaqdır. Atlantik okeanının sahilindəki zolaq, eləcə də Arktika adaları qütblü bir iqlimə malikdir və bəzi yerlərdə tundra iqlimi . Qara dəniz sahillərinin kiçik bir hissəsi, xüsusilə Soçi, qışda qeyri- adi rütubətli nəmli subtropik iqlimə malikdir . Şərqi Sibir və Uzaq Şərqin bir çox hissəsi yayla müqayisədə qış quru olsa da , ölkənin digər bölgələrində mövsüm boyu daha bərabər yağışlar müşahidə olunur. Ölkənin əksər hissəsində qış yağışları ümumiyyətlə qar kimi yağır. Aşağı Volqa boyunca və Xəzər dənizi sahilləri boyunca, Sibirin bəzi cənub bölgələrində yarı quraq iqlimə sahibdir. Rusiya ərazisinin təqribən 65 -i permafrost kimi vurğulanır.
Rusiyanın iqlimi
136,312
Əbdürrəhman Niyaz oğlu Güləhmədov aqrar elmləri doktoru , professor , Azərbaycan SSR EA-nın müxbir üzvü . Əbdürrəhman Güləhmədov 25 avqust 1908-ci ildə Borçalı mahalına qonşu Ahalkələk rayonunun Kokiya kəndində anadan olub. Uşaq ikən yetim qaldığı üçün natamam orta təhsilini Gəncə şəhərinin uşaq evində alıb. Sonra Gəncə Kənd Təsərrüfatı Texnikumunun Aqronomluq şöbəsini bitirib və Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunda işləyib. Əbdürrəhman Güləhmədov ali təhsilini Moskva Kənd Təsərrüfatı Akademiyasının Torpaqşünaslıq və Aqrokimya fakültəsində alıb. Əbdürrəhman Güləhmədov əmək fəaliyyətinə 1930-cu ildə Moskva Kənd Təsərrüfatı Akademiyasının Aqrokimya kafedrasında, D. H. Pryanişnikovun laboratoriyasında başlayıb. O, 1956-cı ildən ömrünün sonuna kimi AEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Mikroelementler şöbəsinin rəhbəri vəzifəsini icra edib. Əbdürrəhman Güləhmədov 1932-ci ildən etibarən həm də Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda aqrokimya fənnindən mühazirələr oxumaqla kadr hazırlığı işində yaxından iştirak edib. Azərbaycan SSR-in pambıqçılıq zonasında torpaqların azot, fosfor və kaliumla təmin olunması kartoqramını tərtib edib. Torpağın aqrokimyəvi tədqiqat üsullarını, həmçinin yerli xammal bazası əsasında kompleks gübrələrin yeni növlərinin alınma texnologiyasını işləyib hazırlayıb. Respublikada ilk torpaq-aqrokimya xaritələrini tərtib edib. Əbdürrəhman Güləhmədovun tədqiqatlarının ən aktual sahələrindən biri yeni növ gübrələrin istehsal texnologiyasının hazırlanması olub. O, yerli sənaye tullantılarından alınan yeddi növ polimikrogübrələrin və sənaye miqyasında yüz tonlarla istehsal edilən mikroelementləşdirilmiş istehsal texnologiyalarının müəllifi olub. Əbdürrəhman Güləhmədov uzun illər Torpaqşünaslıq və aqrokimya ixtisası üzrə müdafiə şurasının və Ümumittifaq Kənd Təsərrüfatı Akademiyası Zaqafqaziya şöbəsinin torpaqşünaslıq, aqrokimya bölməsinin üzvü olub Habelə keçmiş Ümumittifaq Torpaqşünaslar Cəmiyyətinin üzvü və mikroelementlər üzrə keçirilən qurultayların və konfransların daimi iştirakçısı olub. Alim respublikada D. İ. Mendeleyev adına Kimya Cəmiyyətinə rəhbərlik edib, Azərbaycanda Kənd Təsərrüfatının Kimyalaşdırılması Problemi üzrə Şuranın sədri olub. Əbdürrəhman Güləhmədov 1948-ci ildə aqrar elmlər üzrə fəlsəfə doktoru, 1961-ci ildə elmlər doktoru, 1963-cü ildə professor elmi adını alıb. 1976-cı ildə isə Azərbaycan EA-nın müxbir üzvü seçilib. Alim 250-yə qədər elmi əsərin, habelə 15 müəlliflik şəhadətnaməsi, 10 səmərələşdirici təklifin, 5 monoqrafiyanın müəllifidir. Eyni zamanda yüksək ixtisaslı 42 fəlsəfə və 3 elmlər doktorluğu işinə rəhbərlik edib. Əbdürrəhman Güləhmədov 1989-cu ildə Bakıda vəfat edib.
Əbdürrəhman Güləhmədov
631,661
1026 iyun 1992-ci ildə İsveçdə keçirilən Futbol üzrə 9-cu Avropa çempionatında iştirak edən komandaların heyətləri. Ərizədə icazə verilən maksimal futbolçu sayı 20 . Oyunçuların və məşqçilərin təvəllüdləri turnir başlayan tarixdəki təvəllüdləridir. A qrupu B qrupu Milli çempionat Oyunçu sayı Pley-off-da oynayan oyunçu sayı 1 İngiltərə 28 3 2 Fransa 20 1 3 Almaniya 19 18 45 İtaliya 17 12 45 Şotlandiya 17 0 6 Niderland 14 14 7 Danimarka 13 13 8 İsveç 9 9 9 Rusiya 8 0 10 İspaniya 4 2 1112 Belçika 3 3 1112 Portuqaliya 3 2 1317 Avstriya 1 1 1317 Norveç 1 1 1317 Türkiyə 1 1 1317 Ukrayna 1 0 1317 İsveçrə 1 0
UEFA Avro 1992 (heyətlər)
506,295
İvan İvanoviç Parfyonov 17-ci yeger alayının komandiri . 16 yaşında Kuban Yeger korpusunun 4-cü batalyonunda kapral kimi hərbi xidmətə başlamışdır. 1797-ci ildə 18-ci Yeger polkunun unter-zabit heyətinə daxil olmuş, iki il sonra podporuçik rütbəsi almışdır. 1796-cı ildən hərbi əməliyyatlarda iştirak edib. Bambak ekspedisiyası zamanı podpruçik rütbəsi alıb. Gəncənin mühasirəsi zamanı rota komandiri idi. Gəncənin tutulmasına görə III dərəcəli Müqəddəs Anna ordeni ilə təltif olunmuşdur. 1805-ci ildə mayor, bundan cəmi iki il sonra isə podpolkovnik rütbəsi alıb. Bir müddət Gəncə qalasının komendantı da olmuşdur. Bu zaman Şəki xanlığı ərazisində - Səlim xanın iqamətgahı olan Nuxa qalasından 20 verst kənardakı hərbi düşərgədə, 17-ci yeger alayının İvan Parfyonovun başçılıq etdiyi dəstəsi vardı. Dəstə Tiflis müşketyor alayından olan 285 nəfərdən ibarət idi və onların da istifadəsində 2 top vardı. Rus hərb tarixçisi Nikolay Dubrovinin yazdığına görə, Səlim xan İbrahim xanın öldürülməsindən xəbərdar olan kimi, mayor Parfyonovun yanına adam göndərib, təcili öz yanına gəlməsini istəyir. Səlim xanın göndərdiyi adam Parfyonova deyir ki, xan onunla təcili görüşmək istəyir, guya, iranlıların onun xanlığına yaxınlaşması barədə ciddi bir məlumat alıb və niyyəti də budur ki, rus dəstəsi ilə öz qoşununu birləşdirib sərhəddə doğru - düşməni qarşılamağa getsin. Parfyonov Səlim xanın dəvətini qəbul edir, bir adütant və 15 nəfər mühafizəçi kazak ilə birlikdə səhər tezdən düşərgəni tərk edir. Nuxaya 7 verst qalanda, Səlim xanın 3 min nəfərlik hərbi düşərgəsi ilə qarşılaşır. Qarşılaşdığı bu mənzərə onu iranlıların yaxınlaşması barədə şayiənin doğru olmasına daha da inandırır və heç nədən şübhələnmədən Səlim xanın hərbi düşərgəsinə gedir. Onu burada xanın məmurlarından biri qarşılayır, onunla müxtəlif məsələlər barədə 4 saat söhbət etdikdən sonra, adütantı ilə birlikdə öz çadırına dəvət edir, özü isə onların gəlişi barədə xana məlumat vermək adıyla çıxıb gedir. 1 saatdan sonra 100 nəfər silahlı şəkili onun mühafizəçi kazaklarına qəfildən hücum edirlər, bəzisini qılıncdan keçirirlər və bəzisini isə tərksilah edirlər. Şəkililər kazakların paltarlarını cırırlar, onları bir alt paltarında saxlayıb əllərini arxadan bağlayırlar və atlarını da götürürlər. Eyni vaxtda 6 nəfər əlində sıyrılmış xəncərlə Parfyonovun olduğu çadıra soxulur, onu da yerə yıxıb ağzını bağlayırlar, bütün qiymətli əşyalarını və pullarını götürürlər, əllərini arxadan bağlayıb, belə bir vəziyyətdə, piyada, qova-qova və güclü mühafizə altında Nuxa qalasına aparırlar. Lakin bir-neçə saat Nuxa qalasında zindanda saxladıqdan sonra yenidən həmin yerə - Səlim xanın düşərgəsinə, gətirirlər və burada axşam ona bildirirlər ki, onları azad edirlər, bu şərtlə ki, başçılıq etdiyi dəstəni Şəki xanlığı ərazisindən çıxartsın. Parfyonov gecə vaxtı öz düşərgəsinə qayıdır, orada ona məlumat verirlər ki, gündüz Şəki qoşunları düşərgəyə yaxınlaşıbmış və düşərgədən atəş açılmasına baxmayaraq, şəkililər rusların düşərgə ətrafında otlayan atlarını qovub dağıdıblarmış. Səhər rus hərbi düşərgəsi Şəki qoşunu tərəfindən mühasirəyə alınır və ruslardan tələb olunur ki, onlar həmin saat Şəki xanlığı ərazisini tərk etsinlər. Beləliklə, Cənubi Qafqazda ilk dəfə olaraq rus qoşunu tutduğu mövqeni tərk etməyə məcbur edilir. Bu hadisə barədə Parfyonovun 24 iyun tarixli raportunda məlumat verdiyini nəzərə alsaq, onun 23 iyun tarixində həbs edildiyini, rus qoşunlarının isə 1 gün sonra - 24 iyun tarixində, Şəki xanlığı ərazisini tərk etdiyini güman etmək olar. Rus hərb tarixçisi bu hadisəni Cənubi Qafqazda qalibiyyətlə hərəkət edən rus ordusu üçün biabırçılıq kimi qiymətləndirmişdi. . 13- - 250 . . C. 168-169 . . , V, .-, 1887, .: 56 - 61, 461.
İvan Parfyonov
692,645
ROXEN və ya Larisa Roxana Giurgiu Rumın müğənni. Rumıniyanı 2021 Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcək. Roxen 5 yanvar 2000-ci ildə Rumıniyanın Kluj şəhərində dünyaya göz açmışdır. O, 7 yaşında musiqiyə olan sevgisini kəşf etdi. Roxen artıq 19 yaşında ilk mahnısı You Dont Love Me-ni gün işığına çıxardı. Bir sıra ölkələrdə mahnısı çox sevilirdi. İstedadlı müğənni, özünü sübut etmək üçün 2020 Avroviziya Mahnı Müsabiqəsinə qatılma şansını əldə etdi. O, Rumıniyanın Selecia Naional milli seçim turunda iştirak edərək Alcohol You söylədi və 1-ci yerə layiq görülərək 2020 Avroviziya Mahnı Müsabiqəsində Rumıniyanı təmsil etmək şansı qazandı, lakin Avropa Yayım Birliyinin 18 mart 2020-ci il qərarına görə 2020 Avroviziya Mahnı Müsabiqəsi COVID-19 koronavirus pandemiyası səbəbindən ləğv edildi, lakin ölkə televiziyası TVR 31 mart 2020 tarixində Roxenin 2021 Avroviziya Mahnı Müsabiqəsində də iştirak edəcəyini bildirdi. O, Niderlandın Rotterdam şəhərində keçiriləcək 2021 Avroviziya Mahnı Müsabiqəsinin 1-ci yarım final mərhələsində Amnesia mahnısını ifa edəcək.
ROXEN
581,766
Şurut körpüsü Culfa rayonunun Şurud kəndində orta əsrlərə aid memarlıq abidəsi. 350pxthumbrightŞurut körpüsünün qalıqları Körpünün qalıqları kəndin cənubunda yerləşir. Körpünün yalnız bir dayaq sütununun qalıqları indiyədək salamat qalmışdır. Onun salamat qalan hissəsinin hündürlüyü 8 m, ön tərəfdən eni 1,5 m, yandan 2 m-dir. Körpü çay daşlarından və qaya parçalarından tikilərək əhəng məhlulu ilə bərkidilmişdir. Körpünün tikinti texnikası Azərbaycanın orta əsr memarlığı üçün xarakterikdir. Körpü XVII əsrə aid edilir.Naxçıvan Abidələri Ensiklopediyası. Naxçıvan: 2008
Şurut körpüsü
793,691
Qondarma Dağlıq Qarabağ Respublikasının viza siyasəti Qondarma Dağlıq Qarabağ Respublikasına gələnlər vizadan azad olan ölkələrdən birindən gəlmirlərsə, viza almalıdırlar. Aşağıdakı ölkələrin vətəndaşları Dağlıq Qarabağ Respublikasına vizasız gedə bilərlər: Yuxarıda göstərilən ölkələrlə yanaşı, daha üç keçmiş Sovet dövlətinin vətəndaşları Artsaxa vizasız gedə bilərlər. Tanınmamış dövlətlər birliyinin bütün üzvləri öz vətəndaşları üçün viza tələbini qaldırmağa razılaşıblar: Digər ölkələrin vətəndaşları Ermənistanın Dağlıq Qarabağdakı daimi nümayəndəliyindən viza ala bilərlər. İstisna hallarda, giriş vizası Qondarma Dağlıq Qarabağ Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən də Xankəndidə verilə bilər. Tək 21 günlük turist vizası mövcuddur, tək və çoxlu viza maksimum bir, iki və ya üç ay müddətinə verilə bilər. Azərbaycana getmək istəyən şəxsin pasportunda Dağlıq Qarabağ vizası, möhürü və ya ora səfər etməsi ilə bağlı hər hansı sübut olarsa, onun Azərbaycan Respublikasına girişi həmişəlik qadağan ediləcək və bu şəxs persona non qrata siyahısına daxil ediləcək.
Qondarma Dağlıq Qarabağ Respublikasının viza siyasəti
488,989
aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu Nəsli kəsilmək təhlükəsində olanlar kateqoriyasına aiddir EN A2abc3c. Azərbaycanın nadir növüdür. Hündürlüyü 1,5-1,75 m, alçaqboylu koldur. Yarpaqlar 920 mm uzunluğundadır, ellipsvari, tərs-yumurtavaridir və ya oval, üst hissədən açıq-yaşıldır, çılpaq və ya dağınıq tüklüdür. Alt tərəfdən bozumtul tüklüdür. Çiçək qrupu 2-4 çiçəkli qalxancıqlardan ibarətdir. Çiçəkləri qeyri- müəyyəndir. Yetişməmiş meyvələri tünd-qırmızı, yetişmiş meyvələri qara rənglidir, üzərində göyümtül ləkəli, tərs yumurtavaridir. 4,5-5,5 mm uzunluğundadır, iki toxumludur. Meyvə verməsi sentyabr ayına təsadüf edir. Daşlı qayalıqlarda, kolluqların arasında rast gəlinir. Kiçik Qafqazın şimal hissəsi , Abşeron . Populyasiyanın yaşama ərazisi məhdudlaşır, azalma tendensiyası müşahidə olunur. Yaşayış mühitinin deqradasiyası və ətraf mühit amillərinə həssaslığı müşahidə olunur. Yayılma yerlərində antropogen təsirlərin qarşısının alınması üçün yasaqlıqların yaradılması təklif olunur, yeni yayılma sahələri axtarılmalıdır.
Qaya dovşanalması
417,055
Əlvənd Mirzə Ağqoyunlu hökmdarı. Uzun Həsənin nəvəsi Yusif bəy Bayandurun ikinci oğludur. 1478-ci ildə Sultan Xəlil tərəfindən Şiraz valisi təyin olunmuşdur. Gödək Əhmədin ölümündən sonra Azərbaycanda hakimiyyətə gəlmişdir. 1500-1501-ci illərdə iki yerə bölünmüş Ağqoyunlu dövlətinin bir hissəsinin hökmdarı olmuşdur. Qazi bəy Bayandur və Kazım bəy Pörnak tərəfindən dəstəklənirdi. İlk işi qardaşı Məhəmmədi Yəzddən qovmaq oldu. Məhəmməd Mirzə İsfahana qaçdı. Növbəti döyüşdə Əlvənd bəy məğlub olub Təbrizə çəkildi. Bu hadisədən sonra Sultan Murad Eybə Sultanın qardaşları tərəfindən Şirvandan çağrıldı. O da, Şirazdan İsfahana gəlib 1499-cu ildə Məhəmmədi tutdu və Təbrizə sürgün etdi. Əlvənd Mirzə və Murad Əbhərdə sülh bağladı və bunun nəticəsində Diyarbəkir ilə Azərbaycan Əlvənd Mirzəyə, İraqi-Ərəb, İraqi-Əcəm və Fars da Sultan Murada qaldı. Əlvənd Mirzə Şah İsmayılın Şirvanşahları məğlub etməsi xəbərini alan kimi böyük bir ordu ilə Təbrizdən Naxçıvana gəldi. O, qızılbaşların Kür çayını keçməsini əngəlləmək üçün hərbi rəisi Məhəmməd Qaracanı Gəncə və Qarabağa yolladı. Qızılbaşlar Kür çayını keçib Əlvəndin göndərdiyi ordunu məhv etdilər. Əlvənd Şah İsmayıla Şirvana qayıtmaq tələbi ilə məktub göndərsə də, rədd cavabı aldəqdan sonra, döyüşmək üçün nəzərdə tutduğu Şərur düzünə yollandı.Həbib əs-Siyər, c. 4, səh. 499-500 Lakin 1501-ci ildə Şərur döyüşündə Əlvənd Mirzə məğlubiyyətə uğradı.Həsən bəy Rumlu, Əhsən ət-Təvarix, səh. 234 1501-ci ildə İsmayıl Təbrizə daxil olub özünü şah elan edir.Minorsky V. La Perse au XV-e sicle entre La Turque et Venise, Paris, 1933, səh. 60-61 . . XVI . , 1961, səh. 90-91 Bununla da paytaxtı Təbriz olan Səfəvilər dövlətinin əsası qoyuldu. Əlvənd Mirzə Ərzincana qaçmaqla xilas ola bildi.
Əlvənd mirzə
335,637
Ləvain su anbarı Azərbaycanın Astara rayonunun ərazisində yerləşir. Su anbarı kənd təsərrüfatı torpaqlarının su ilə təmin etmək məqsədilə 1967-ci ildə istismara verilmişdir. Su anbarı 3 mənbədən qidalanır: Ləvain, Sixaru və Digədi çayları. Bu çaylardan su götürülərək 5 km-lik kanal vasitəsi ilə su anbarına verilir. Azərbaycan Nazirlər Kabinetinin sərəncamına müvafiq olaraq azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin tapşırığı ilə 2008-ci ildə Ləvain su anbarının təmir olunmasına başlandı. Təmir işlərinin layihəsi Azdövsutəslayihə institutu tərəfindən hazırlanmışdır. Su anbarının əsas texniki göstəriciləri: Bəndin hündürlüyü 17.5m, bəndin uzunluğu 2200m və su anbarının ümumi həcmi 6.3mln.m-dur. Suvarma sahəsi 1700ha-dır.
Lovayın su anbarı
460,748
Fərəcullah Sələhşur 64 yaşında vəfat edib. İlhamə Quliyeva 72 yaşında vəfat edib. Umberto Eko 84 yaşında vəfat edib. Zahid Quliyev 79 yaşında vəfat edib Butros Butros Qali 93 yaşında vəfat edib. Gülrux Əlibəyli 88 yaşında vəfat edib. Corc Heyns 98 yaşında vəfat edib. Elmir Zeynalov 22 yaşında vəfat edib. Vaqif Məmmədov 67 yaşında vəfat edib. Cəlal Əliyev 87 yaşında vəfat edib.
2016-cı il fevral ayında vəfat edənlər
584,874
Feliks Vallotton isvreçli rəssam və qrafikçi. Ağac üzərində oyma ona şöhrət qazandırdı. Vallotton Lozannada mühafizəkar orta səviyyəli bir ailənin tərkibində doğulub. 1882-ci ildə klassik tədqiqatlar sahəsində yüksək təhsil alan Kanton Kollecində təhsil almışdır.
Feliks Vallotton
108,057
Nərimankənd Azərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 25 aprel 2008-ci il tarixli, 592-IIIQ saylı Qərarı ilə Qobustan rayonunun Nərimankənd kənd inzibati ərazi dairəsi tərkibindəki Nərimankənd kəndi Qobustan qəsəbəsi ilə birləşdirilmiş, Nərimankənd kəndi və Nərimankənd kənd inzibati ərazi dairəsi Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmışdır. Kənd Dağətəyi ərazidədir. Nərimankənd kəndinin keçmiş adı ilk öncə Mərəzə, sonra isə Molokan Mərəzəsi olmuşdur. Kəndin əsası XIX əsrdə əraziyə köçən rus ailələri tərəfindən Mərəzə adıyla qoyulmuşdu. Lakin qonşuluqdakı müsəlman azərbaycanlıların yaşadığı digər Mərəzə kəndi ilə səhv salınmaması üçün, bu iki kənd Molokan Mərəzəsi və Müsəlman Mərəzəsi adları ilə fərqləndirilmişdilər. İndiki Nərimankənd ərazisi də məhz Molokan Mərəzəsi idi. Sovet dövründə, kollektivləşmə illərində Molokan Mərəzəsi kəndinin adı dövlət xadimi Nəriman Nərimanovun şərəfinə Nərimankənd olaraq dəyişdirilmişdi. Memorial toponimdir. Eyni zamanda, Müsəlman Mərəzəsi kəndi böyüyərək şəhər statusu alıb, Qobustan rayonunun inzibati mərkəzi statusunu qazanmışdı. Molokan Mərəzəsi kəndinin də artıq Nərimankənd kəndi adlanmasına görə, beləlikcə Qobustan rayonunda Mərəzə adını daşıyan yeganə yaşayış məntəqəsi olaraq qalmasına görə Müsəlman Mərəzəsinin də adı qısaldıldı və Mərəzə şəhəri olaraq rəsmiləşdirildi. 2008-ci ildə isə rəsmi qərara əsasən Qobustan rayonunun inzibati mərkəzi olan Mərəzə şəhərinin adı rəsmi olaraq Qobustan şəhəri olaraq dəyişdirildi; lakin bu dəyişikliklərə baxmayaraq, şəhər xalq arasında bu günədək hələ də Mərəzə adıyla tanınır.
Nərimankənd (Qobustan)
296,801
Windows 8 Microsoftun yaratdığı əməliyyat sistemi. Windows 8 Microsoft şirkətinin fərdi kompüterlər üçün istehsal etdiyi əməliyyat sistemidir. Windows 8 26 oktyabr 2012-ci ildə satışa çıxarılmışdır. Əməliyyat sisteminin planşet versiyasının birinci və ən gözəçarpan dəyişikliyi onun interfeysidir. Hazırda interfeysdə adət etdiyimiz Start düyməsi yoxdur, işçi masası isə klassik Windows -dan daha çox Windows Phone-a bənzədilir. Windows 8-də yüklənmə sürətini yüksəltmək, sistemin gözləmə rejimdən çıxma vaxtını azaltlmaq, enerji sərfiyyatı effektivliyini artırmaq, eləcə də personal kompüter istehsalçılarına, öz kompüterlərini əvvəlcədən qurulmuş əməliyyat sistemi ilə daha keyfiyyətli uyğunlaşdırmaq imkanı verən yeni alətlər təqdim edib. Windows 8 əməliyyat sisteminin final versiyasında qacetlər, yəni işçi masanın üzərində olan, informasiya və ya alətlərə qısa yol olan mini proqram əlavələri yoxdur. Əməliyyat sistemində iki yeni arxitektura dəstəklənir: SoC və ARM-dən gedir. Portativ qurğular üçün nəzərdə tutulmuş hər iki arxitektura ənənəvi x86 platformasına nisbətən daha kiçik enerji sərfiyyatı və maya dəyəri ilə fərqlənir. Microsoft şirkətinin hesablamasına görə, Windows 8 əməliyyat sistemi istifadəyə verildikdən 3 gün sonra onun 4 milyondan çox surəti satılıb. Takt tezliyi 1 Qhs olan prosessor, 2 qiqabayt operativ yaddaş, sərt diskdə 20 Qb sərbəst yer, ən azı 1366x768 və DirectX 9 formatı dəstəkləməlidir.
Windows 8
699,206
Rahib İlham oğlu Hüseynov Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. Rahib Hüseynov 2000-ci il aprelin 2-də Beyləqan rayonunun Birinci Şahsevən kəndində anadan olub. Azərbaycan Ordusunun kiçik çavuşu olan Rahib Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Rahib Hüseynov oktyabrın 29-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Füzuli rayonunun Alxanlı kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rahib Hüseynov ölümündən sonra Vətən uğrunda medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rahib Hüseynov ölümündən sonra Füzulinin azad olunmasına görə medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rahib Hüseynov ölümündən sonra İgidliyə görə medalı ilə təltif edildi. Vətən uğrunda medalı Füzulinin azad olunmasına görə medalı İgidliyə görə medalı
Rahib Hüseynov (kiçik çavuş)
522,412
Nazar Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Mukas kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən : 71 km, kənd sovetliyindən : 8 km. ən yaxın dəmiryol stansiyasından : 41 km. Əhali 2002 2002 . . 1, 4. , , , , , - 3 . 3 fevral 2012 tarixində. 2009 , 1 2009 . 2 yanvar 2014 tarixində yoxlanılmışdır. 2 yanvar 2014 tarixində Arxivləşdirilmişdir. 20102010-cu il Ümumrusiya əhalisinin siyahıya alınması. Başqırdıstan Respublikası yaşayış məntəqələrində əhalinin sayı . 20 avqust 2014 tarixində yoxlanılmışdır. 20 avqust 2014 tarixində. 7 6 3 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar üstünlük təşkil edir.
Nazar (Baymak)
255,121
Kəlbəli xan Əhməd xan oğlu Xoyski Rus ordusunda general mayor, İskəndər xan Xoyskinin atası, Fətəli xan Xoyskinin ata babası. Cəfərqulu xan Xoyski ilə birlikdə Nuxaya gələn xoylulardan biridir. O, Xoy xanı Əhməd xanın oğlu idi və əmisi Cəfərqulu xanın qızı Sara xanımla evlənmişdi. 1819-cu ildə - Şəki xanlığının ləğv edilməsindən az sonra, ruslar mərhum İsmayıl xanın qohum-əqrəbasının bir qisminə illik təqaüd kəsdilər. Məsələn, o vaxt Kiçik ağa ləğəbi ilə tanınan əmisi oğlu Kəlbəli bəyə, yəni Kəlbəli xan Xoyskiyə, əvvəl 1300, sonra isə 2300 manat; onun anası Səltənət bəyimə 1200 manat və s. Lakin bununla yanaşı, həm də onlara Nuxanı tərk etmək məsləhət görüldü. Bu arada, İran şahının vəliəhdi Abbas Mirzə rəsmi şəkildə Kəlbəli bəyin İrana qayıtmasını istəyirdi. Həmin işin nə vaxt və nə dərəcədə realizə olması bəlli deyil. Yalnız o məlumdur ki 28 noyabr 1828-ci il tarixli sənəddə onun titulu xan, özü isə Xoyu idarə edən şəxs kimi göstərilir. Həmin vaxt Xoy Rus işğalı altında idi və Kəlbəli xanın onlara xidmət etməsinin müqabilində, 22 avqust 1829-cu il tarixdə rütbəsi artırıldı general-mayor oldu. Daha sonralar, 20 dekabr 1831-ci il tarixli sənəddə, həmin vaxt Dərbəndən Dağıstanın içərilərinə doğru hərbi missiyaya başlamış rus qoşunlarının komandanlarından biri kimi Kəlbəli xanın da adına təsadüf edilir. Kəlbəli xan 10 avqust 1834-cü il tarixdə Yelisavetpolda dünyasını dəyişmişdir. Kəlbəli xanın ölümündən bir ay sonra 11 sentyabr 1834-cü il tarixdə cənazəsi Kərbəlaya göndərilmişdir . Kəlbəli bəy Sara bəyimlə ailə qurmuş və bi nikahdan İsgəndər xan doğulmuşdur.
Kəlbəli xan Xoyski
247,046
Poladovlar Azərbaycan xalqının tanınmış soylarından biri. Bu soyun ulu babası Polad ağa Cavanşirdir. Polad ağa İbrahimxəlil xan Sarıcalı-Cavanşirə xidmət etmişdi. Öz adı ilə adlanan obanı idarə edirdi. Bu oba Cavanşir mahalının Xazalan mülkündə qərar tuturdu. Polad ağanın törəmələri Fuladov, Poladov soyadlarını daşıyırdılar. Polad ağanın Tanrıverdi ağa, Həkimxan ağa adlı oğlanları vardı. Tanrıverdi ağa Şuşa şəhərində dünyaya boy göstərmişdi. Molla yanında oxumuşdu. Həllaclıqla məşğul idi. Pak Xorasan torpağını, Məşhədi-müqəddəsi ziyarət etmişdi. Məşədi Tanrıverdi ağanın Əli bəy adlı oğlu vardı. Əli bəy Fuladov praporşik, Qasım bəy Zakirin kürəkəni. Abdulla bəy Asi öz dövrünün ziyalısı, şair, mütəfəkkir. Əli bəy Fuladovun oğlu. İbrahim bəy Azər şair, quberniya katibi, Qasım bəy Zakirin nəvəsi. Əli bəy Fuladovun oğlu. Xudadat bəy Poladov XIX əsr Azərbaycan şairi. Əli bəy Fuladovun oğlu.
Poladovlar

You can find the scripts here

AzWiki is a snapshot of Azerbaijani Wikipedia processed specifically for the text generation task. More details regarding the cleaning and processing steps will be released.

Please go to the GitHub repository for all discussions and PRs.

Downloads last month
37
Edit dataset card