audio
audioduration (s) 7.68
35.5
| text
stringclasses 9
values | start_time
stringclasses 9
values | end_time
stringclasses 9
values |
---|---|---|---|
Kredit sadə dildə desək bankın sizə verdiyi borc vəsaitdi. siz banka müraciət edib kredit əldə edirsiniz və götürdüyünüz məbləği faizi ilə birlikdə, razılaşdığınız müddətdə, hissəyə və ya müddətin sonunda tam olmaqla geri qaytarırsınız. | 00:00:00.000 | 00:00:27.880 |
|
kreditlər bir çox məqsədlər üçün alına bilər. Məsələn, mənzil almaq üçün, ipoteka krediti, biznes fəaliyyətini başlamaq üçün, biznes kreditləri və ya istehlak məhsullarını əldə etmək üçün isə istehlak kreditlərini əldə edə bilərsiniz. hal hazırda sizə son dövrlər daha geniş yayılan istehlak kreditləri haqında məlumat verəcəyik. | 00:00:29.680 | 00:00:54.000 |
|
istehlak krediti banklar və digər kredit təşkilatları tərəfindən istehlak mallarının alınması üçün verilən pul vəsaitidi. İnsanlar bu kredit vasitəsi ilə istədikləri geyim, ev əşyaları, kompyutur texnikası və sair bu kimi istehlak malarını əldə edə bilərlər. Yaddan çıxarmayaq ki, kreditlərdən rüzumsuz yerə və ehtiyatsız istifadə etmək müəyyən xoşa gəlməz nəticələr verə bilər. | 00:00:54.000 | 00:01:21.960 |
|
bunun üçün gəlin kreditdən istifadə zamanı diqqət edilməli olan məqamlara baxaq. krediti əldə etməzdən əvvəl tələsməyin. faizlər haqqında diqqətlə məllumat əldə edin. banklar kreditin illik faiz dərəcəsi ilə yanaşı faktiki illik faiz dərəcəsini də bəyan edirlər. faktiki illik faiz dərəcəsi kreditin elan olunmuş faiz dərəcəsindən yüksək ola bilər. | 00:01:22.000 | 00:01:53.560 |
|
bunun da səbəbi, komisyon, sığorta və sair xəclərin faktiki illik faiz dərəcəsinin hesablanmasında nəzərə alınmasıdır. Faktiki illik faiz dərəcəsini siz fifth-calculatoru adlanan elektron program vasitəsi ilə də özünüz həsablaya bilərsiniz. aradakı fərqi siz ekrandan özünüz də görə bilərsiniz. fifth-calculatoru portalımızda yerləşdirilmişdir. | 00:01:53.860 | 00:02:17.600 |
|
Həmçinin fifth-calculatorunu siz android və ya ios əməliyyət sistemli mobil telefonlarda yükləyib istifadə edə bilərsiniz. Kredit əldə etmək üçün əgər girov qoymuşsunuzsa, misal üçün ev, avtomabil və s. krediti geri ödəyə bilmədikdə onları itirmə riski yaranır. Buna görə kredit götürməzdən əvvəl krediti geri ödəyə biləcəynizə tam əmin olmalısınız. Növbəti maraqlı məqam kredit borcularına geciktirməklə bağlıdır. Əgər siz kredit üzrə ödənişləri, | 00:02:17.600 | 00:02:53.080 |
|
yəni əsas borc və faizləri vaxtında ödəsəniz, heç bir problem yaranmayacaq. lakin siz kredit ödənişləri geciktirsəniz, o zaman borcun üzərinə də əlavə faizlər gələ bilər. Bu də sizin borc yükünüzü daha da artırmasına səbəb olar. Bundan başqa siz borcu geciktirən müştəri kimi yadda qalacaqsınız. Bu isə sizin gələcəkdə bank xidmətlərinin istifadə imkanlarınıza mənfi təsir edə bilər | 00:02:53.080 | 00:03:21.920 |
|
və siz yenidən kredit götürməkdə çətinlik çəkə bilərsiniz. digər məqam, bəzən yaxınlarımız kredit üçün banka müraciət edirlər. lakin bankın qoyduğu şərtlərə uyğun olmadığları üçün bank onlara kredit verməkdən imtina edir. və biz xəyirxaxlığımızı göstərərək krediti öz adımıza götürürük və ya zamin oluruq. lakin burada əsas diqqət yetirilməli məqam sonradan yaranacaq fəsadları düşünməkdir. | 00:03:21.920 | 00:03:51.520 |
|
əgər həmin şəxs borcu gecikdirsə, ümumiyətlə qaytarmırsa bütün məsuliyyət sizin üzərinizdə qalır. | 00:03:51.520 | 00:03:59.200 |
README.md exists but content is empty.
- Downloads last month
- 45