Unnamed: 0
int64 0
6.93k
| url
stringlengths 41
313
| title
stringlengths 3
153
| author
stringclasses 256
values | category
stringclasses 371
values | date
stringlengths 17
23
| content
stringlengths 3
89.6k
| tags
stringlengths 6
314
|
---|---|---|---|---|---|---|---|
100 | https://kayzen.az/blog/KamileKazimova/27140/az%C9%99rbaycan-ail%C9%99sinin-milli-m%C9%99n%C9%99vi-d%C9%99y%C9%99rl%C9%99ri.html | Azərbaycan ailəsinin milli-mənəvi dəyərləri | KamileKazimova | Блог им. KamileKazimova | 1 iyun 2022, 09:58 |
Mühazirə 14. Azərbaycan ailəsinin milli-mənəvi dəyərləri
Plan:Azərbaycan xalqının milli-mənəvi dəyərləriAzərbaycan ailəsinin milli-mənəvi dəyərləriAzərbaycan ailəsində qadına-anaya müqəddəsliyin rəmzi kimi baxılması; ailə dəyərlərində qadının rolu; ailə dəyərlərində kişinin rolu.Azərbaycan ailəsində əxlaqi dəyərlərin əhəmiyyəti.İslam dini Azərbaycan ailəsinin mənəvi dəyəri kimi.Qloballaşma prosesində Azərbaycan ailəsində baş verən dəyişikliklər və onlara təsir edən amillər. Sual 1. Hər bir xalqın ən böyük sərvəti onun milli-mənəvi dəyərləri, bu dəyərlərdən formalaşan adət-ənənələr, mədəniyyət nümunələridir. Xoşbəxt o xalqdır ki, milli-mənəvi dəyərlər ümumbəşəri insani dəyərlərlə üst-üstə düşür.Mənəvi dəyərlər insanı cəmiyyətdə formalaşdıran, inkişafına kömək edən davranış qaydalarıdır. Bu qaydalar dünya sivilizasiyasının təməli qoyulandan yaranmağa başlamışdır. Xalqımızın mövcudluğunun əsas göstəricisi olan milli-mənəvi dəyərlər onun ən qiymətli sərvətidir.Hər bir xalq milli-mənəvi dəyərlər sisteminə malikdir. Azərbaycan xalqı meydana gəldiyi gündən inanc etiqadla yaşamış, yer üzünün əşrəfi səviyəsinə qaldırmış və tarixən daha da təkmilləşmişdir. Bu yolun zirvələrindən biri də məhz milli-mənəvi dəyərlərdir.Milli-mənəvi dəyərlər bizim tariximiz, dilimiz, dinimiz, adət-ənənələrimiz, mentalitetimiz, mədəniyyətimiz, ədəbiyyat və incəsənətimizdir. Xalqımızın soykökünə bağlı olan adət-ənənələrimiz yaşayaraq əsrimizə qədər gəlib çatmışdır.Xalqın toy-büsat mərasimi, bayram adət-ənənələri, Novruz bayramı, yas mərasimləri, İslam dini təmizlik, düzlük, insanlıq kimi bəşəri ali hisləri tərbiyə edən milli-mənəvi dəyərləri özündə birləşdirir.Müasir insanın formalaşması və özünü təsdiqi məhz bu dəyərlərin aşılanması prosesi ilə bağlıdır. Milli musiqi də milli-mənəvi dəyərlərin bir hissəsini təşkil edir. Milli-mənəvi dəyərlərin və milli şüurun inkişafında Azərbaycan xalqının qədim köklərə malik olan milli maarifçiliyinin də əsaslı təsiri olmuşdur. Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini inkişaf etdirən onun dilidir. Hər bir insan öz ana dilini bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində dünyagörüşünün yenilənməsində mükəmməl təhsil almasında öz soydaşları ilə ünsiyyət qurmasında və s. mühüm rol oynayır.Ulu öndərimiz Heydər Əliyevin vaxtilə qeyd etdiyi kimi “Dilini unudan xırda-xırda mənəvi keyfiyyətlərini də unudur. Hər şey dilin arxasınca gəlir. Millətin milliliyini saxlayan onun dilidir. Dil mənəviyyatdır, mədəniyyətdir, ədəbiyyatdır, tarixdir. Dilsiz millət olmaz. Biz dilimizə ana dili deyirik.”Sual 2. Hər bir dəyər itirilmiş və sərf olunmuş gücün ekvivalentidir. Ümumiyyətlə dəyər dedikdə, insan üçün qiymətli olan və xüsusi olan varlıqlar nəzərdə tutulur. Dəyərlər öz növbəsində maddi və mənəvi olaraq iki yerə bölünür. Həm maddi, həm də mənəvi dəyərlər ailə üzvləri tərəfindən qorunub, nəsildən-nəsilə ötürülürsə, bunlar ailə dəyərləri adlana bilər.Əsas ailə dəyərləri aşağıdakılardır:Həyatın mənası, ölüm, etika, din və digər suallar haqqında eyni baxış bucağına malik olmaq və s.Əslində isə bu ailənin mövcudluğunun başlıca səbəbidir. Əgər dəyərlər olmasa ailə də ola bilməz. Ailə dəyərləri yalnız ailə üzvlərinin eyni baxış bucağına sahib olması deyil, həmçinin onun qorunub saxlanılmasıdır. Ailə dəyərlərinin eyni olduğu ailələrdə emosional vəziyyət müsbət olur.Ailə dəyərlərinə həmçinin xalqın adət və ənənələr də daxildir. Ailədə ailə üzvlərinin (ər-arvad, uşaqlar, bacı-qardaş, nənə-baba və s.) rollarının qavranılması, onların hüquq və vəzifələri, məsuliyyət sərhədləri vəs. bunların hamısı birlikdə ailə dəyərləri adlanır.Bununla belə ailə dəyərlərini aşağıdakı kimi qruplaşdırmaq olar:1.Ünsiyyət və ünsiyyətə açıq olmaq. Öz fikirlərini, düşüncələrini söyləmək, hər bir insan üçün vacibdir. Çox vaxt ailədə normal ünsiyyət qurulmur. Bu da ailə üzvlərinə öz mənfi təsirini göstərir. Buna görə də insanlar sevinc və kədərləri ilə ailə üzvləri ilə deyil, daha çox dostları və tanışları ilə bölüşürlər.Münasibət ilə ünsiyyət eyni deyildir. Eyni ailənin üzvləri qaçılmaz olaraq bu münasibət içindədirlər, ancaq bu münasibət halında olmaq onların ünsiyyət halında olmaqları mənasına gəlmir. Ailə üzvlərinin həqiqi mənada ünsiyyət qurmaqları çox önəmlidir. Gerçək ünsiyyətin təməlində “səmimiyyət” və “başa düşülmə” dayanır. Ailədəki hər kəs bir-birinin danışma və özünü ifadə etmək haqqına hörmət etməlidir. Bir ailə üzvü danışdıqda digər ailə üzvləri onu həqiqətən anlamaq niyyəti ilə dinləməlidirlər.Hər ailə üzvü digər ailə üzvlərindən fərqli də olsa öz fikirlərini azad və sərbəst formada deyə bilməlidir. Bir problem yaşananda da onu dolayı yollarla deyil, ünsiyyət qururaraq həll yolu tapılmalıdır. Əgər ailədə normal ünsiyyət qurularsa, onda ailə üzvləri bir-birini daha yaxşı başa düşər və bu ailədə narazılıqlar və mübahisələr daha az olar və ya heç olmaz.Hörmət.Ailə içində ən başlıca dəyərlərdən biri hörmətdir. Sağlam münasibətlərdə hörmət əsasdır. Qarşımızdakı insanının varlığını qəbul etmək, onun dəyərinin fərqində olmaq, onunla təsadüfi davranmamaq hörmətin əsasını yaradır.Hörmət əsas etibarı ilə insanın yaradılışından gələn dəyərdir. Hər bir ailə üzvləri bir-birinə lazım olan hörməti göstərməlidirlər.Valideynlər ailə daxilində hörməti açıq-aydın bir dəyər olaraq yaşayar və yaşatdırarsa uşaq şəxsiyyətinin inkişafına ən böyük təsir etmiş olarlar. Əgər ailə üzvləri bir-birinə hörmət etmirsə, bir-biri ilə maraqlanmırsa bu zaman ailədə normal ünsiyyət də olmaz. Əsas odur ki, “hörmət” və “qorxu” anlayışları qarışdırılmasın. Ailə üzvləri bir-birindən qorxmalı deyil, bir-birinə hörmət etməlidir.Ailə üçün önəmli olmaq hissi.Hər bir insan evinə qayıdarkən öz doğmalarının gözlərində sevinc görmək, onların sevgisini hiss etmək və bu sevginin onun yüksəliş və enişlərindən asılı olmadığını bilmək istəyir. Onların problemi ilə maraqlanmalıdır… Ev bir qaladır. Ailə isə kiçik bir ordu və hər bir insan evində özünü rahat hiss etmək istər.Bağışlamaq bacarığı.Bizlərdən heç birimiz ideal deyil və hər birimiz səhv edə bilərik. Ailə və insanın doğmalarından ibarət olduğundan burada kin və ədavətə yer olmamalıdır. Məhz buna görə də bir-birimizi bağışlamağı bacarmalı və özümüzdə çalışmalıyıq ki səhv etməyək.5.Adət-ənənələr.Hər il yeni ili, Novruz bayramını və s. bayramları qeyd etmək- əlbəttə bu da bir adət-ənənədir. Hər bir xalqın, millətin özünəməxsus adət-ənənələri olduğu kimi hər bir ailənin də öz adət-ənənələri mövcuddur.Bəziləri intisnasız olaraq hər hansı günü hər həftə eyni yeməyi bişirir və s. Bu dəyərin əsas mahiyyəti ondan ibarətdir ki, ailənin hər bir üzvü ona inanır və əməl edir.Məsuliyyət.İnsana xoş olan ən önəmli xüsusiyyətlərdən biri də məsuliyyət hissidir. Unutmaq olmaz ki, işdə, rəislə danışanda və digər iş görəndə məsuliyyətli olduğumuz kimi ailəmizdə də məsuliyyətli olmalıyıq. Nə qədər məsuliyyətli olarıqsa, ailəmizin bizə olan güvəni də bir o qədər çox olar.Hər bir ailə üzvü öz roluna uyğun olaraq bəzi məsuliyyətləri yerinə yetirmək məcburiyətindədir. Hər gün yemək bişirmək, ailəyə gəlir gətirmək, məktəbə getmək və ev təmizliyi etmək kimi işlərlə qarşı-qarşıya oluruq. Ortaq bir yaşayış vəziyyəti yaratmaq və birlikdə yaşaya bilmək üçün bu məsuliyyətlərin yerinə yetirilməsi vacibdir.Bu məsuliyyətlərin nə olacağı və sərhədləri hər ailəyə görə də dəyişə bilər. Önəmli olan hər bir ailə üzvünün məsuliyyətinin (üzərinə düşən) fərqində olmasıdır.Qərarlara qatılmaq.Hər bir ailə üzvü ailənin ortaq qərar vermə və qərarlara qatılma haqqınа sahib olmalıdır. Hansı yemək bişiriləcək, hansı televiziya proqramına baxılacaq və nə geyiləcək kimi bir çox mövzularda qərar verməkdə çətinlik çəkilir. Əgər söhbət ailənin ortaq fəaliyyətlərindən gedirsə, hər kəs fikrini söyləməlidir.Davamlı sevgi. Ailənin bütövlüyü sevgidən keçir. Ananın ataya və atanının anaya, valideynlərin uşağa, uşağın valideynlərə göstərdiyi sevgi ailənin emosional atmosferini yaradır.Ana və atanın həm bir-birinə həm də övladına sevgi mövzusunda comərd davranması vacibdir. Bir uşaq doğulduğu andan etibarən ana-atasından ona qarşı sevgi görərsə ruhən də sağlam olur. Lakin ana uşaqla sərt davranarsa uşaq daim neqativ emosiya içərisində olar ki,bu da uşağın psixi sağlamlığına mənfi təsir göstərər. Ana-ata uşaqlarına “Küsdüm”, “Belə etsən səni sevən deyiləm”, “Sənlə danışmıram” kimi lazımsız cümlələr deməsi doğru deyil. Bu kimi cümlələr emosional güvənlik sahəsini təhdid edər. Əgər bu qeyd etdiyimiz dəyərlərə bütün ailələrdə əməl edilərsə o ailənin bünövrəsi möhkəm və uzunömürlü olar. Ailə dəyərlərimizi xarakterizə edərkən burada övlad sevgisinin xüsusi önəm daşıdığını görürük.Azərbaycan ailəsində övlada olan sevgi bəlkə də dünyanın heç bir xalqı ilə müqayisə olunmayacaq qədər güclüdür. Zənnimizcə, Azərbaycan ailəsinin üzunömürlüyünün əsas səbəblərindən biri də budur. Ailənin yaşaması üçün iqtisadi dayaq önəmli olsa da, təkcə pul, mövqe, gözəllik, şöhrət kimi amillər onun varlığı üçün kifayət etməz. Çünki maddi elementlərin heç biri daimi deyil, ailənin gerçək bir ailə olması üçün burada mənəvi dəyərlərin hakim olması mütləqdir.Qeyd etdiyim kimi, ailə birgə yaşayışın ilk modeli olaraq xoşbəxtlik qaynağı, millətin həyati baxımından müqəddəs bir dəyər və təməldir. Bu təməlin düzgün qurulması, bu dəyərin yaşadılması üçün müasir Azərbaycan ailəsi həm novator, həm də konservator olmalıdır.O, zamanın sınaqlarından keçib bu gün də mövcud olan ailə dəyərlərimizi mühafizə etməli, yaşatmalı, böyüyə hörmət, kiçiyə diqqət, mərhəmət kimi amilləri üstün tutmalıdır. Eyni zamanda, demokratik prinsipləri qavramalı, zamanın, dövrün nəbzini tutub müsbət ənənələrimizə zərbə vurmayacaq yenilikləri qəbul etməli, fərdlərin müstəqil düşüncə tərzinə, seçiminə qadağalar qoyulmamalıdır. Xalqımızın yaşaması üçün öz mənliyini, qürurunu qoruması üçün ailə dəyərləri, milli dəyərlər əvəzzolunmaz rol oynamışdır. (İLHAM Əliyev) Tarixən ailə xalqımızın yüksək mənəvi dəyərlərinin qoruyucusu, genofondumuzun daşıyıcısı kimi milli inkişafımızda mühüm rol oynamışdır. Ana-atalar uşaqlara bu dəyərləri qazandırmaq üçün nə etməlidirlər?Öz ailə fəlsəfələrini və dəyərlərini açıqlıqda etməli və bunu uşaqları ilə paylaşmalıdırlar.Ana və ata öz münasibətlərində də ailə dəyərlərinə uyğun hərəkət etməlidirlər.Uşaqlarla qurulacaq münasibətlərdə bu dəyərlər əsas olmalıdır.Ailə toplantılarında zaman zaman bu dəyərlərdən danışılmalı və ailə dəyərləri haqqında söhbət edilməlidir.Sual 3. Müasir ailənin ümumi psixoloji portretinin yaradılmasında qadının rolu xüsusilə əhəmiyyətlidir. Qadın haqlı olaraq ailə ocağının qoruyucusudur, möhkəm ailə isə cəmiyyətin çox mühüm dayaqlarından biridir. Yüksək savad və mədəniyyət, həssaslıq və ana müdrikliyi işdə və ev işlərində mənəvi iqlimə mühüm təsir göstərir, həyatımızı zinətləndirir, onu qorumağa kömək edir. Cəmiyyətin bütün incəliklərini zərgər dəqiqliyi ilə təsdiq etmiş ulu öndərimiz Heydər Əliyev qadının rolunu və fəaliyyətini çox yüksək qiymətləndirir və deyirdi:«Qadın bəşərə yaraşıq, zinət, insanlığa şərəf, şan-şöhrətdir. Qadın ucalıq, ülvilik məbədidir, ismət, qeyrət, qüdrət rəmzidir». Böyük mədəni irsə malik olan Azərbaycan xalqı qadının ailədə və cəmiyyətdəki roluna daim böyük ehtiramla yanaşmışdır. Hər bir ailədə cəmiyyətə vətəndaş yetişdirilir. Bu gün dünyaya gələn uşağı milli ruhda böyütmək, cəmiyyətə layiqli vətəndaş hazırlamaq baxımından qadınların üzərinə böyük məsuliyyət düşür. Qadının kişiyə tamamilə müyəssər olmayan xüsusi bir məsuliyyəti “analıq” məsuliyyətidir. Çəkinmədən demək olar ki, ananın məsuliyyəti atadan daha ağırdır. Nəsili davam etdirmək qabiliyyətini qadına təbiət vermişdir. Bu yolla təbiət Anaya həm də təkrarolunmaz sosial rol da bəxş etmişdir.Həmin rolun məzmunu və ifadə qaydaları isə cəmiyyət tərəfindən müəyyən olunur. Buna görə də onlar həmişə sosial – tarixi xarakter daşıyır, cəmiyyət dəyişdikcə mahiyyətcə yeni xüsusiyyətlər əmələ gəlir.Psixoloqların fikrincə böyüməkdə olan nəslin tərbiyəsində qadının rolu daha böyükdür. Uşağın ana ilə emosional ünsiyyəti onun nəinki psixi, habelə fiziki inkişafının əsas şərtidir.Qadın ailə ənənələrin, keçmiş nəsillərin təcrübəsinin qoruyucusu və ötürücüsüdür. Kişi və qadın ailənin sütunudur və ailənin davam etməsi üçün hər ikisinin özünəməxsus məsuliyyətləri vardır. Burada qadının rolunu inkar etmək mümkün deyil və sağlam ailə həyatı üçün qadın lazımi biliklərə yiyələnməlidir. Burada qadın üçün nəzərdə tutulan savad və təhsil, ilk növbədə günün tələblərini və zəmanənin yeniliklərini bilməkdir. İkinci növbədə isə qadının orta və ya ali məktəb təhsili nəzərdə tutulur. Məlumatlar genişləndikcə və təcrübə artıqca insanda düzü əyridən ayırd etmək məharəti yaranır və bu da müqabildəki şəxsi yaxından tanımağa imkan yaradır.Ailə də başqa qurumlar kimi dəqiq hədəf və düşünülmüş siyasət üzrə hərəkət etməlidir. Başqa sözlə desək onu düzgün idarə etmək və mənzil başına çatdırmaq üçün lazımi tədbirlər görülməlidir. Bu dəqiq məsuliyyətin öhdəsindən gəlmək üçün lazımi biliklərə yiyələnmək zəruridir. Belə həlledici məqamda savadlı qadın bir ailə başçısı kimi öz dəyərli təkliflərini irəli sürmək qabiliyyətinə malikdir. Aydındır ki, ali məktəblərdə hakim olan elmi-mədəni fəza tələbələrə həm qarşıya konkret məqsəd qoymağı və həm də bu məqsədə doğru nizam-intizamla hərəkət etməyi öyrədir.Bu cəhətdən ali təhsil, daha dəqiqliklə desək bilik qadına ailədə onun üzərinə düşən məsuliyyətləri daha məharətlə icra etməyə imkan yaradır. Bir məsələyə də diqqət yetirək ki, qadının təhsilli olması onun mütləq işləməsi demək deyildir. Təhsil — həyatı, insanları tanımaq, sosial bacarıqlar qazanmaq üçün çox önəmlidir. Qadının oxuyub təhsil alması, ancaq analığı da kiçiltməməsi ən ideal seçimdir.Qadın bu gün özünə təkcə qadın kimi deyil, ana kimi deyil, həm də vətəndaş kimi yanaşır. O, kişidən də özünə qarşı məhz belə bir münasibət tələb edir. Müasir dövrdə nikah – ailə münasibətlərinin inkişafında qadının şəxsiyyəti ilə bağlı olan cəhətlər daha mühüm rol oynamağa başlamışdır. Həyatda xaraktercə bir- birinə tam uyğun gələn iki şəxs yoxdur. Ona görə də təbii ki, hər hansı bir qadında bu və ya digər cəhət üstünlük təşkil edə bilər.Lakin hər halda şəxsiyyət kimi müasir qadının inkişafında bir ümumi ənənə mövcuddur: onun ictimai şüurunun, cəmiyyətdə öz mövqeyini və rolunu düşünmək qabiliyyətinin surətli inkişafı. Ona görə də qadın daim özünü təkmilləşdirməlidir. Hazırda kişilər öz həyat yoldaşlarının timsalında təkcə mətbəxdə vurnuxan qadını deyil, təbii ki, həm də idealın başlıca məziyyətlərinə, nəcib əxlaqi sifətlərinə yiyələnmiş qadını görmək istəyirlər.Müasir ailədə qadın statusunun köklü surətdə dəyişilməsi özlüyündə böyük sosial nailiyyət olsa da, onun gözləmədiyimiz əlavə nəticələri də olub. Onlardan biri bizim günlərimizdə bəzi qadınların ərini uşaq yerinə qoyub danlaması, məzəmmət və tənqid etməsi ilə bağlıdır.Məhz onların böyük əksəriyyəti kişini danlamağı, məzəmmət etməyi adi hal hesab edir, hətta bəzən təəccüblə çiyinlərini də çəkir: “kişini danlayanda nə olar ki, zəri tökülər?”-deyirlər. Belə çıxır ki, əri danlamaq bu və ya digər dərəcədə təhsillə bağlıdır.Lakin məsələyə sosial-psixoloji baxımdan yanaşsaq bu izahatla razılaşa bilmərik. Ali təhsilli qadınların böyük əksəriyyəti həyat yoldaşına hörmətlə yanaşır, onun kişi ləyaqətini uca tutur. Məsələnin kökü ali təhsil almış bəzi qadınların öz hüquq və vəzifələrini düzgün başa düşməmələri ilə bağlıdır.Sual 4. Qadının üzərinə müəyyən vəzifələr düşdüyü kimi, ailə qurduqdan sonra kişinin üzərinə yerinə yetirməsi zəruri olan bəzi maddi və mənəvi vəzifələr də düşür. Azərbaycan ailələrində kişi adətən ailənin başçısı hesab olunur. Yalnız istisna hallarda ailədə ər – arvad arasında qarşılıqlı münasibətlərin ahəngi pozulduğu təqdirdə onlardan hər biri lider olmağa can atır.Ata, kişi nüfuzunun olmadığı ailələr üçün deyirlər: “Ailədə biri kişi, biri qadın olmalıdır, bir ailədə iki yarım kişi nəyə gərəkdir?”. Həmin sözlərin mənası aydındır. Kişinin kişi, qadının qadın yeri var. Əlbəttə, ata müəyyən məsələlərin həllində öyrənməli, nəzərə almalıdır.Uşaqların tərbiyəsində ana ilə yanaşı atanın da xüsusi rolu vardır. Oğlan uşaqları üçün ata ağıl, iradə qüvvəsi, kişi əzəməti nümunəsidir. Ata oğlunu tərbiyə etməklə, həm də özünü tərbiyə edir və dəyişir. Öz oğlunun simasında gələcək kişinin formalaşmasını görmək və ona bu sahədə ən yaxşı davranış nümunəsi göstərmək o deməkdir ki, ata özünün kişi ləyaqətini qoruyur, daha da inkişaf etdirir. Oğlan uşaqları özlərini ata ilə eyniləşdirirlər, onun bir çox hərəkətlərini təqlid yolu ilə mənimsəyirlər. Bu mənada bir ailədə oğlan uşaqlarının tərbiyəsində atanın xüsusi məsuliyyət daşımasından danışırıq.Qızların mənəvi inkişafını da atasız təsəvvürə gətirmək olmaz. Oğlan uşağının həyatında ana nə qədər böyük rol oynayırsa, qız uşağının həyatında da ata bir o qədər böyük rol oynayır.Psixoloqlar əsaslı sürətdə müəyyənləşdirmişdilər ki, atasız böyüyən qız uşaqlarında kişi haqqında dolğun təsəvvürlər formalaşmır. Bu əsasda da onun gələcəkdə öz həyat yoldaşı ilə münasibətlərində xeyli çətinliklər qarşıya çıxacaq. Biz bura başqa faktları da əlavə edə bilərik. Lakin onların hamısını bir məna birləşdirir: ailəin mənəvi inkişafı, həm ata, həm də ana ilə bilavasitə bağlıdır. Onlar ailə həyatının vəhdət təşkil edən qoşa qanadıdır.Bu cəhəti düzgün başa düşən ana həmişə ailədə atanın hörmət və nüfuzunun qorunub saxlanmasına xüsusi diqqət yetirir. “Ata yatıb səs salma”, “Atan gəlir özünün yaxşı apar” və s. ifadələrə adi iradlar kimi baxmamalıdır. Onları yüksək qiymətləndirməlidir. Bir mühüm cəhəti də xüsusi qeyd etmək istərdik ki, ana atanın hörmət və nüfuzunu möhkəmləndirərkən, həm də öz nüfuz və hörmətini artırır. Uşaqların yanında atanı təhqir edən ana, şübhəsiz ki, özünü də hörmətdən salır. Bu ataya da aiddir. Ailədə ananın hörmət və nüfuzunun möhkəmləndirilməsi onun başlıca qayəsi olmalıdır.Müasir dövrdə atanın rolu köklü sürətdə dəyişmişdir. Bir çox ailələrdə atanın nüfuzu xeyli azalmışdır. Fəlsəfə elmləri namizədi R.D.Əzimova Bakının bir rayonunda apardığı sosioloji tədqiqat nəticəsində müəyyənləşdirmişdir ki, uşaqların 45%-i özünün sevinc və kədərini anası ilə, yalnız 16%-i atası ilə bölüşür.Ataların az bir qismi uşaqları ilə gəzintidə, idman oyunlarının təşkilinddə iştirak edir, tapşırıqlarını yoxlayır, müəllimlərlə əlaqə saxlayır, uşaqların tərbiyəsində Anaya kömək edir. Uşaqlar çox vaxt peşə seçəndə ata ilə deyil, məhz ana ilə məsləhətləşirlər. Ailə tərbiyəsi bir növ qadın işinə çevrilmişdir. Uşaqların təhsili və tərbiyəsi məsələlərini daha çox qadınlar həll edir. Cinslər arasında, ailədə ər və arvad münasibətləri mahiyyətt etibarilə cəmiyyətin iqtisadi quruluşu ilə müəyyən olunur. Matriarxatın və partiarxatın öz iqtisadi əsasları vardır. Lakin hər iki halda ailə avtoritar xarakter daşıyır, kor – koranə tabeçilik prinsipinə əsaslanırdı. Bir cinsin başqa cins üzərində hakimiyyəti bütün ailə həyatına nüfuz etmişdir. Azərbaycan Respublikasının Konstitutsiyasında göstərilir ki, “ailə dövlət tərəfindən müdafiə olunur. Nikah qadın və kişinin könüllü razılığına əsaslanır: ər və arvad ailə müasibətlərində hüquqca tamamilə bərabərdirlər”. Lakin ailədə baş verən müxtəlif sosial – demoqrafik və psixoloji proseslərlə əlaqədar atanın ailədə rolu tədricən dəyişməyə başlayır.Birincisi, uşaq vaxtı ilə səhərdən axşamadək atanın evdə işlədiyini, məsələn, dərzilik, misgərlik və ya dulusçuluqla məşğul olduğunu görürdü. Hazırda peşə əməyi ailədən ayırmışdır. Bu günkü uşaq atanın, məsələn, Neft daşlarında, maşınqayırma zavodunda, kənd təsərrüfatında və s. göstərdiyi əmək rəşadətini çox vaxt bilavasitə görmür.İkincisi, şəhər həyatı tərzinin inkişafı, kütləvi sürətdə çoxmərtəbəli abad mənzillərin tikilməsi, məktəbəqədər uşaq müəssisələri şəbəkəsinin genişləndirilməsi və s. atanın ailə əməyinə tövhəsi də azalmışdır. Bir vaxt kişi odun doğrayır, kömür gətirir, soba qalayır, su daşıyırdı və s. Müasir mənzillərin heç birində bunların heç birinə ehtiyac qalmır.Bu baxımdan uşaqlar çox vaxt evdə də atanın əmək nümunəsini görmürlər. Belə şəraitdə uşaqlarda o cür təəssürat yaranır ki, ailənin həyatı bilavasitə anadan asılıdır. Əlbəttə, bütün söhbətlərin məzmununu şəhər həyatı ilə məhdudlaşdırmaq olmaz. Kənd mühitində də ailə təsərrüfatında da ananın rolunun artdığı sosioloqlar qeyd edirlər. Sosioloqlar, psixoloqlar, pedaqoqlar və s. hesab edirlər ki, ailənin gələcək inkişafı atanın nüfuzunun artırlması ilə bilavasitə bağlıdır. Onlar haqlıdırlar. Ailədə atanın rolunun azalması nəinki uşaqların mənəvi və fiziki inkişafına mənfi təsir göstərir, həm də onların ailə həyatına hazırlanması prosesini çətinləşdirir. Ailə həyatında çox şey kişidən asılıdır. Müasir qadınlar nə qədər də güclü, “kişi” xasiyyətli olsalar da, onlardan hər biri kişidə özünə dayaq, müdafiə, stabillik axtarır. Qadının da möhkəm bünövrəli ailənin yaradılmasında böyük rolu vardır. Çünki ailədə psixoji iqlimin səviyyəsi məhz qadının sayəsində müəyyənləşir.Sual 4. Hər bir ailənin öz qayda-qanunları, əxlaqi dəyərləri olur. Ailədə məsuliyyətli və əxlaqlı övladların yetişməsində əxlaqi dəyərlərin düzgün təbliğ olunmasının çox böyük təsiri var. Ailənin yaranma tarixi çox qədimdir. Ailə ilk yarandığı vaxtdan əxlaqi dəyərlərlə qarşılıqlı təsirdə olmuşdur. Zaman keçdikcə əxlaqi dəyərlər ailədə hər şeydən önə keçmiş, onun təbliğ olunması əsas məsələyə çevrilmişdir. Əxlaqi dəyərlər dedikdə, insanların bir-birinə sevgisini, hörmətini, şəfqətini, mərhəmətini, qarşılıqlı qayğı duyğusunu, qarşılıqlı yardımlaşma hissini və s. başa düşmək olar. İnsanın böyüyüb boya-başa çatdığı ailənin onun tərbiyəsində, əxlaqlı insan kimi yetişməsində rolu əvəzsizdir. Ailənin elə ən əsas funksiyası da gələcək üçün öz məsuliyyətini dərk edən, əxlaqi dəyərləri mənimsəyən insan yetişdirməkdir.Ailə kiçik bir dövlətdir. Bir dövlətin öz mövcudluğunu qoruyub saxlaması üçün nizam-intizam əsas olduğu kimi, bir ailənin də öz mövcudluğunu qoruyub saxlaması üçün əxlaqi dəyərlər əsasdır.Cəmiyyət üçün sağlam düşüncəli, sağlam əxlaqlı insanların yetişdirilməsi ailədən başlayır. Ailədə ata və ana üzərinə düşən bu vəzifəni layiqincə yerinə yetirməyə çalışmalıdır. Əks halda, cəmiyyət çökməyə məhkumdur. Ailədə əxlaqi dəyərlər düzgün təbliğ olunsa, onda gələcəkdə sağlam əxlaqlı cəmiyyətin qurulması asan olar.Hər bir ata-ana övladına mükəmməl tərbiyə verməyə, onu əxlaqlı insan kimi yetişdirməyə çalışmalıdır. Bunun üçün, ilk növbədə, onlar övladlarına nümunə olmalıdırlar. Ata-ana öz sevgisi, hörməti, şəfqəti, mərhəməti ilə övladlarına nümunə olmağa çalışmalıdır. Ailədə əxlaqi dəyərlərin təbliğ olunmasında qarşılıqlı yardımlaşma hissinin aşılanması da çox böyük əhəmiyyətə malikdir. Uşaqlarla birlikdə ehtiyacı olan ailələrə yardım etməyin, onların problemlərini həll etməyə çalışmağın onlarda bu hissin formalaşmasında rolu böyükdür.Ata-ana övladlarına təkcə əxlaqi dəyərləri aşılamaqla kifayətlənməli deyil. Onların cəmiyyət tərəfindən qəbul edilməyən qeyri-əxlaqi davranışlardan uzaq durmalarına da çalışmalıdır.Cəmiyyət tərəfindən qəbul olunmayan bu davranışlara qeybət etməyi, riyakarlığı, yalan danışmağı, paxıllığı və s. misal göstərmək olar. Ailədə əxlaqi dəyərlərin təbliğ olunmasında böyüklərə hörmət, kiçiklərə qayğı hissinin formalaşdırılması da əsas rol oynayır. Hər bir ata-ana övladına bu hissləri öz davranışları ilə göstərməlidir. Çünki uşaqlar gələcəyin ailə başçılarıdır.Sual 5. Ailədə əxlaqi dəyərlərin düzgün təbliğ olunmasında ən mükəmməl din olan İslam dininin dəyərlərindən istifadə etməklə yüksək nəticə əldə etmək olar. İslam dinində ailədə əxlaqi dəyərlər dini dəyərlərlə birlikdə qarşılıqlı əlaqədə öyrədilir. Ona görə də əxlaq anlayışının dinimizdə yeri çox böyükdür. Burada əxlaqi dəyərlərə, normalara da böyük yer verilir. Əxlaq haqqında çoxlu hədislər var. Məsələn: "İnsanlara gözəl əxlaqla davranın". Başqa bir hədisdə isə ailədə atanın bu işdə böyük rolu olduğu göstərilir: «Heç bir ata övladına gözəl əxlaq və tərbiyədən daha dəyərli bir hədiyyə verməmişdir». Buradan görünür ki, dinimizdə ailədə əxlaqi dəyərlərin öyrədilməsinə, əxlaqlı və tərbiyəli nəsillərin yetişdirilməsinə böyük yer verilir. İslam ailəyə çox böyük dəyər verir. Bu baxımdan, İslam işə nikah kimi ülvi bir əhdləşmə ilə başlayır. Ailənin təşkilində ən əsas və ilk mərhələ düzgün niyyət və məqsədli addım atmaqdır. Buna görə də, müqəddəs ailə təməli qoymaq istəyənlər səmimiyyət və sədaqət yolunu seçməlidirlər.Bundan da vacibi onların öz ilahi bağlılıqlarında, həmçinin ailə həyatının bütün mərhələlərində Allah razılığından başqa umacaqları olmamalıdır. Digər tərəfdən, qurulacaq ailə milli-mənəvi, dini-əxlaqi faktorlara söykənməlidir. Bəli, bir insan ailə qurarkən bunun necə məsuliyyətli bir iş olduğunu dərk etməli və necə bir insanla ailə həyatı quracağını müəyyənləşdirməlidir.Bəziləri isə bu faktorları nəzərə almadan həyat yoldaşı seçir və ya ailə həyatı qururlar. Bir müddətdən sonra da anlayırlar ki, onlar arasında ciddi şəkildə fərqlər var. Ailədə baş verən bir çox problemlərin səbəbi də həmin mərhələdəki yanlış addımların nəticəsidir. Bu gün xalqımızın ailə dəyərlərini təhlükə altında qoyan ən mühüm məsələ bəzi gənclərin ailə içində öz vəzifə və məsuliyyətlərini dərk etməmələridir. Səbəb isə bu gənclərin nəinki ailə dəyərlərindən, İslamın bu mövzuda olan əxlaqi-tərbiyəvi qanunlarından bixəbər olmalarıdır. Çünki İslamda ailə müqəddəsdir. Müqəddəs kitabımız Qurani-Kərimdə və Peyğəmbər Əfəndimizin (s.ə.s.) hədislərində ailə qayda-qanunları, ailədə böyüyə-kiçiyə hörmət, ata-anaya itaət və məsuliyyət mükəmməl bir şəkildə göstərilmişdir. Təəssüf ki, dini dəyərlərimiz də bu gün istənilən səviyyədə yaşanmır. Din əxlaqının yaşanmadığı bir toplumda isə əxlaqi-ailəvi dəyərlər vaxt keçdikcə öz qüvvəsini itirir. Çünki belə toplumda insanların yaxşını və pisi ayrıd etmə anlayışları ortadan qalxır. Bir milləti bir arada tutan, dövləti güclü edən əsas üsullardan biri mənəvi dəyərlər, din əxlaqıdır. Keçmişi və mədəniyyəti nə qədər qədim olursa olsun, mənəvi və dini dəyərlərin zəifləməsi bir toplumda anarxiyanın ortaya çıxmasına səbəb olur. Bu dəyərlərin ortadan qalxdığı bir toplumda əxlaq, ailə, millət, dövlət məfhumları qavramları da aradan qalxır. Digər tərəfdən, tarixi bir faktdır ki, dini və milli bağları zəif olan millətlər tarix səhnəsindən çox tez silinib gedirlər.Sual 6. Ailə həm də milli-mənəvi dəyərlərin təcəssümü, daşıyıcısıdır. Ailə dəyərlərin uşaqlara köçürüldüyü əhəmiyyətli bir müəssisə, fərdin ilk təhsil və tərbiyəsini aldığı nüvə təşkilat, şəxsiyyətin və xarakterin formalaşdığı başlanğıc mühitdir.Sağlam ailə sağlam cəmiyyət deməkdir. Başqa sözlə, toplumun, dövlətin əsasını sağlam ailələr təşkil edir. Ailə cəmiyyətin bir nüvəsi isə, deməli, əvvəlcə təmiz cəmiyyətin toxumları da burada atılacaq. Bu gün qloballaşma və modernləşmə dövründə valideynlərin bu xüsusda üzərinə çox böyük məsuliyyət düşür. Ailələr texnoloji və iqtisadi inkişafın, xüsusilə qloballaşmanın gətirdiyi problemlərlə qarşı-qarşıyadır. Bu gün Qərb cəmiyyətində müşahidə olunan mənfi dəyişikliklər əxlaqi fəzilətlərdə böyük dəyərlərin itirilməsinə səbəb olur. Bu zərərin nəticəsində yox olan dəyərlərin kompensasiyası adına dünya millətlərinin bəziləri artıq ailə institutunu bir variant olaraq deyil, bir investisiya vasitəsi kimi qəbul etməyə başlamışlar.Qlobal ölçüdə ailə həyatı zamanla ortaya çıxan innovasiyaların təhdidi altına girməkdədir: texnologiyanın inkişafı, millətlərin rifah səviyyəsinin yüksəlməsi, fərdiliyin artması, mənəvi dəyərlərin zəifləməsi kimi bir qisim faktlar ailə həyatının təməlini təsir altına almışdır. Demoqrafik problemin Qərbdə ümumi bir problem olduğu, elmin isə ailə quruluşunun cəmiyyətdə mövqeyi mövzusunda məlumat verə bilmədiyi danılmaz faktdır.Bu gün uzunömürlu, sağlam ailə modulu hazırlaya bilməyən, gender məsələsini “ çözərək” qadınlarını kariyerist edən Avropa, indi onları ailəyə bağlamaqda çətinlik çəkir.Qloballaşma şəraitində, inkişaf etməkdə olan dövlətlərin Avropaya adaptasiyası kimi, Avropanın da Şərqə, xüsusilə müsəlıman-türk dövlətlərinə inteqrasiyası zəruridir. Qərbin sağlam ailə sistemi yaratması üçün Şərq xalqlarının, türkdilli millətlərin, müsəlman cəmiyyətlərinin ənənələrini, milli-mənəvi dəyərlərini, əxlaqi normalarını mənimsəməsi və tətbiq etməsi labüddür. Çünki müsəlman-türk cəmiyyətinin ən önəmli dəyəri başqasını xoşbəxt etməyə əsaslanır. Şəxsi azadlıqdan, individuallıqdan imtina edib başqasının xoşbəxtliyini hədəfləməyə yönəlir. Ailə təməlinin xilası da budur: başqalarını özündən çox sevmək və sevdiklərini özündən çox düşünmək...Əgər ailənin təməli düzgün qurularsa, onun “xəstələnmək” və dağılmaq təhlükəsi də az olar. Bəs ailə qurarkən hansı şərtlər önəmlidir?Ailə sevgi üzərində qurulmalıdır. Fərdi xoşbəxtlik ümumi mənafedən üstün olmamalıdır. Nikaha daxil olan tərəflərin intellekt və dünyagörüşlərində ümumilik olmalı, mədəni səviyyələri üst-üstə düşməlidir. Sosial statusları, iqtisadi durumları uyğun olmalıdır və s. İki şəxs ayrı-ayrı yaşaya bilmədiklərini dərk etdikdə nikaha girməli, birgə yaşamalıdırlar. Sevgi zamansız və plansız olduğu üçün hər kəsin ailə həyatı sevgi üzərində qurulmur. Lakin birgəyaşayış dövründə rəğbət və böyük hörmət hissi bütünləşərək sevgiyə çevrilir. Uzunömürlü, sağlam ailənin qurulması üçün kişinin və qadının həyata baxışları, mədəni səviyyələri bir-birini tamamlamaqla yanaşı, tərəflər arasında məsuliyyət və sayğının mövcud olması mütləqdir! Bəzən sevgi ilə cazibə, ehtiras hisslərini ayırd edə bilməyən gənclərin nikahının ömrü qısa olur. Ailə qurmaq da, dağıtmaq da asandır, lakin onu həyatın sınaqlarından keçirib yaşatmaq çətin və şərəfli vəzifədir. İnsan həyatının mühüm mərhələlərindən olan evlilik mahiyyət və keyfiyyət etibarilə həm də ciddi məsuliyyət tələb edir. Ailənin parçalanması mənəvi və ictimai dəyişikliklərə səbəb olur. Bu vəziyyətdə ən böyük acını uşaqlar çəkir. Eqoizm və fərdi xoşbəxtlik hissinin ümumi mənafedən üstün tutulması boşanmaya səbəb olan mənəvi xəstəliklərdən biridir. Başqalarının fikirini heçə saymaq, hər zaman “mən” demək “biz” anlayışını pozar.Qarşısındakını xoşbəxt edən şeylərə qadağa qoymaq, inamsızlıq insanı yalqızlaşdırar. Təəssüflər olsun ki, Azərbaycan cəmiyyətində bəzən müasir görünüşlü, lakin “Məşədi İbad təfəkkürlü” gənclər nikaha girdikdən sonra (ailənin məhəbbət üzərində qurulmasına baxmayaraq) qadına qadağalar qoyur, onun özünü qəbul etdiyi halda sənətini, peşəsini qəbul etmir. Onu “tükəzban”lığa məhkum edir. Ailə qurduqdan sonra gənclərdə belə simptomların yaranmaması üçün tərəflərin dünyagörüşündə ümumilik, demokratik düşüncə tərzi, mədəni səviyyə, hörmət və qayğı kimi mənəvi keyfiyyətlər yüksək olmalıdır. Qloballaşma dövründə beyinlərinə Qərb tendensiyasının yeridiyi şəxslər bir şeyi unutmamalıdırlar ki, insan həm də sosial varlıqdır. Onun dünyaya gəlməsi, fərd kimi yetişməsi üçün isti bir ailənin mövcudluğu mütləqdir. Fərdin şəxsiyyətə çevrilməsi üçün də ailə ilkin mərhələdir. İnsan yaşadığı cəmiyyətin dəyərlərinə hörmət etməlidir. Azərbaycan ailəsində də kişi başçı, ailənin iqtisadi dayağıdır. O, qərarverici, idarəedici, nəzarətedici kimi funksiyaları yerinə yetirir. Lakin məsuliyyətin ağırlığı əsasən qadının çiyinlərinə düşür. “Yuvanı dişi quş qurur” fikri də buradan qaynaqlana bilər. Qadının dözümü və müdrikliyi ailəni qoruyur. Azərbaycan qadını bu milli xüsusiyyəti — güzəştə getmək bacarığı, fədakarlığı ilə Avropa qadınından çox fərqlənir. Ailə dəyərlərimizi xarakterizə edərkən burada övlad sevgisinin xüsusi önəm daşıdığını görürük. Azərbaycan ailəsində övlada olan sevgi bəlkə də dünyanın heç bir xalqı ilə müqayisə olunmayacaq qədər güclüdür. Azərbaycan ailəsinin üzunömürlüyünün əsas səbəblərindən biri də budur.Ailənin yaşaması üçün iqtisadi dayaq önəmli olsa da, təkcə pul, mövqe, gözəllik, şöhrət kimi amillər onun varlığı üçün kifayət etməz. Çünki maddi elementlərin heç biri daimi deyil, ailənin gerçək bir ailə olması üçün burada mənəvi dəyərlərin hakim olması mütləqdir. Ailə birgə yaşayışın ilk modeli olaraq xoşbəxtlik qaynağı, millətin həyati baxımından müqəddəs bir dəyər və təməldir. Bu təməlin düzgün qurulması, bu dəyərin yaşadılması üçün müasir Azərbaycan ailəsi həm novator, həm də konservator olmalıdır. O, zamanın sınaqlarından keçib bu gün də mövcud olan ailə dəyərlərimizi mühafizə etməli, yaşatmalı, böyüyə hörmət, kiçiyə diqqət, mərhəmət kimi amilləri üstün tutmalıdır. Eyni zamanda, demokratik prinsipləri qavramalı, zamanın, dövrün nəbzini tutub müsbət ənənələrimizə zərbə vurmayacaq yenilikləri qəbul etməli, fərdlərin müstəqil düşüncə tərzinə, seçiminə qadağalar qoyulmamalıdır. Ailə dəyərlərimizin təbliğində ictimai rəyi formalaşdıran KİV-in, xüsusilə televiziyanın üzərinə böyük iş düşür. Milli-mənəvi dəyərlərin təbliği ictimai və dövlət televiziyalarının başlıca fəaliyyət prinsiplərinə daxil olduğundan bunu görmək olar. Lakin özəl telekanallarda ailə dəyərlərimiz demək olar ki, təbliğ olunmur. Şou və reklam dalınca qaçan TV kanallar sosial-məişət mövzulu proqramlarda yalnız cəmiyyətin neqativ hissəsini nümayiş etdirirlər.Halbuki Azərbaycan cəmiyyətinin nümunəvi ailələri müqayisə olunmayacaq dərəcədə üstünlük təşkil edir və bu nisbətdə qat-qat çoxdur. Düzdür, ailələrin problemlərini işıqlandırmaqla cəmiyyətin qüsurlarını göstərmək olar, lakin burada balans pozulmamalıdır. KİV-in dünyaya inteqrasiyası, əhatə dairəsi nəzərə alınaraq xalqı təmsil edən ailələrin həmin xalq haqqında rəy formalaşdırması unudulmamalıdır.Media həm də müxtəlif sosial təbəqələrdən olan sağlam fikirli, adət-ənənələrimizi, milli-mənəvi dəyərlərimizi yaşadan nümunəvi ailələri göstərməli, təbliğ etməlidir. Beləliklə, o, bu tip ailələrin mükəmməlliyinin, uzunömürlüyünün sirlərini açmaqla yeni həyat quracaq gəncləri maarifləndirmiş ola bilər.Ədəbiyyat siyahısıƏ.S.Bayramov Etnik psixologiya Bakı-2001Ə.S.Bayramov. Etnik psixologiya. Bakı, 2001.A.Həbilov. Azərbaycan etnopsixologiyası. Bakı, 1991.Ə.Əlizadə. Qadınpsixologiyası. Bakı,2015 .Ə.Əlizadə. Məhəbbətaləmi.Bakı, 1995.Алешина Ю.Е, Гозман Л.Я Дубовская Е.М Социально-психологические методы исследования супружеских отношений: М. 1987K.Kazımova, Ş.Babayeva, Muradova. MüsbətiradikeyfiyyətlərAzərbaycanqadınınınhəyatrəmzikimi. İSARC (İnternational Science and Art Research Center) “Beynəlxalq qadın çalışmaları" adlı beynəlxalq konfransının materialları, 8-9 mart 2021 Ankara, TürkiyəKazımova, Y.Vəliyeva,U.Qəzvini. Azərbaycan ailəsinin milli-mənəvi dəyərləri. Azərbaycan Respublikası Təhsil Nazirliyi. ADU-nun Elmi xəbərləri. Cild 2, №-3, Bakı-2017, s.182-192
Müəllif: Səxavət Əliyeva — Bakı Dövlət Universitetinin Psixologiya kafedrasının müdiri, psixologiya üzrə fəlsəfə doktoru, dosent.Kamilə Kazımova – Bakı Dövlət Universitetinin psixologiya kafedrasının baş müəllimi, psixologiya üzrə fəlsəfə doktoru, psixoloq-konsultant, hipnoterapevt, “Hipnoz” Psixologiya və Psixoloji Məsləhət mərkəzinin rəhbəri.
| ['ailə psixologiyası', 'ailə', 'psixologiya', 'azərbaycan ailəsi', 'ailə dəyərləri', 'müasir ailə'] |
101 | https://kayzen.az/blog/KamileKazimova/27136/ail%C9%99d%C9%99-konfliktl%C9%99r.html | Ailədə konfliktlər | KamileKazimova | Блог им. KamileKazimova | 31 may 2022, 23:29 |
Mühazirə 10. Ailədə konfliktlər
Plan:Konfliktlərin mahiyyəti. Ailədaxili konfliktlərMüasir ailədə konfliktlərin səbəbləriAilədaxili konfliktlərin müxtəlif əlamətlərinə görə tipləşdirilməsiAilədaxili konfliktlərin həlli yolları Sual 1. Konflikt (lat. conflictus) – sosial əlaqələrdə yaranmış problemlərin həlli və ya aydınlaşdırılması məqsədilə yaranan, adətən neqativ emosional hallarla müşahidə olunan qarşıdurmadır. Konfliktlər adətən tərəflərin hər hansı razılığa gələ bilmədikləri zaman yaranır və konstruktiv, destruktiv funksiyalara malik olur. Konfliktlər həll edilmədikdə kəskinləşir. Konfliktlərin əsas formaları: narazılıq, ədavət, mübahisə, inciklik, küsülülük, toqquşma, münaqişə, qalmaqal, düşmənçilik, dava. Konfliktlərin əsas tipləri: şəxsiyyətdaxili, şəxsiyyətlərarası, millətlərarası, dövlətlərarası, dinlərarası. Ümumilikdə, konfliktləri iki istiqamətdə qruplaşdırmaq olar: rəsmi və şəxsi. Rəsmi konfliktlərə elmi, siyasi, hüquqi, sosial və s., şəxsi konfliktlərə isə ər-arvad, valideyn–övlad, bacı–qardaş, qohumlararası, qayınana–gəlin və s.misal göstərmək olar.Ailə psixologiyası probleminin tanınmış tədqiqatçılarından olan L.V.Qrebennikova görə, ailə konflikti — ailə üzvlərinin baxış, maraq və tələbatlarının uyğunsuzluğundan irəli gələn ciddi fikir ayrılığıdır. Ailədə mübahisələr olur, amma mübahisə edən tərəflərin hər ikisinin və yaxud heç olmasa birinin mədəni səviyyəsi, bir-birinə olan sevgi, məhəbbəti bu mübahisənin müəyyən bir çərçivədən çıxmasına imkan vermir. İlk vaxtlar guya sevən gənclər qısa müddətdən sonra bir-birini sevmədiklərini, yanıldıqlarını anlayır və bu zaman xasiyyətlərini uyğunlaşdırmaq əvəzinə tərəflər kin, ədavət hisslərini daha da kəskinləşdirirlər.O ailədə ki, intellekt, səviyyə, xasiyyət uyğunluğu var, orada konflikt az olur. Konfliktlər zamanı hər iki tərəf psixoloji gərginlik yaşayır, lakin şəxsi konfliktlərin psixoloji fəsadları adətən rəsmi konfliktlərin fəsadlarına nisbətən daha ağır olur. Şəxsi konfliktlərin əsasını ailə konfliktləri təşkil edir.Sual 2. Müasir ailədə konfliktlərin əsas səbəbləri.Ailədə əmək fəaliyyətinin düzgün paylaşdırılmaması;Maddi və mənəvi tələbatların ödənilməməsi;Psixi – fiziki uyğunsuzluq.Ailə konfliktləri içərisində ən populyar olanlarını aşağıdakı şəkildə qruplaşdırmaq olar: Ər–arvad konfliktləri–ailənin möhkəmliyini şərtləndirən tələblərdən biri ondan ibarətdir ki, ər və arvadın şəxsi keyfiyyətləri bir–birini tamamlamalıdır. Bu qanunauyğunluğun pozulması ər–arvad konfliktlərinə səbəb olur. Ailədə həm qadın, həm də kişi öz rolunu düzgün dərk etməlidir. Hər bir halda bir tərəf digərinin fəaliyyətinə yardım etməlidir.Əgər bir tərəf digərindən asılı olarsa, gec–tez asılı tərəf digərinin“hökm”lərinə tabe olmaq zərurəti ilə qarşılaşacaq və buna edilən etiraz nəticəsində konfliktlər, qalmaqallar, boşanma və s.neqativ hallar baş verəcək. Tərəf müqabilinin dözülməz xasiyyəti, birinin digərini fiziki və psixoloji zorakılığa məruz qoyması şəraitində yaşayan insanlar psixoloqlar tərəfindən qınaq edilir. Psixoloji araşdırmalar sayəsində sübut olunub ki, belə ailələr cəmiyyətə heç bir fayda vermir. Bu tip ailələrdə yetişən uşaqlar “risk qrupu”na aid edilir. Təbii müşahidələrdən bəllidir ki, zorakılıq halları ilə adətən qadınlar üzləşir; təəssüflər olsun ki, fiziki zəifliyin mənəvi cəhətdən kompensasiya olunmaması ailədə qadın hüquqlarının pozulmasına, şiddətlərin artmasına, ailələrin dağılmasına və digər fəsadlara səbəb olur. Ailə işsizlik damğası isə daha çox qadınlara ağır psixoloji travmalar yaşadır.Ailədə həmçinin ən «məşhur konfliktlər» qayınana-gəlin arasında baş verən konfliktlərdir. Qayınana-gəlin nə qədər bir birini bəyənsələr də, onların şüuraltısında neqativ məlumatlar yüklənib qalmış olur və buna görə də onlar istər-istəməz bir-birilərində səhv axtarmağa çalışırlar.Qohum insanlar arasındakı nikahın səbəb olduğu konfliktlər. Kütləvi informasiya vasitələrində qan qohumluğunun tibbi baxımdan fəsadları haqqında kifayət qədər maarifləndirmə işlərinin aparılmasına baxmayaraq, təəssüflər olsun ki, qohum insanların nikaha girmə faktları aradan qalxmır. Qeyd etmək lazımdır ki, qohum cütlüklərin nikahının psixoloji fəsadları da çoxdur. Məsələn, yad insanlar arasında qurulmuş ailələr arasında müstəqil ailələrin sayı qohum insanların qurduğu ailələrə nisbətən daha çoxdur, qohum insanların qurduğu həm oğlan, həm də qız tərəfi hər hansı problemin həllində bir– birinə kompromisə getməkdənsə, hər kəs qohumluq münasibətlərini yeni qurulmuş ailə vasitəsilə sınaqdan keçirməyə üstünlük verirlər.Yadlar bir–birinin mənfi qüsurlarını o qədər də dərindən bilmirlər və bir–birinə müsbət keyfiyyətlərini daha çox nümayiş etdirməyə çalışırlar, qüsurlarını gizlədirlər, qohumlarda isə əskinə, bir-birinə hətta “qohumdur, bilirdi ki, mənim bu qüsurum var, qızımı almazdı və ya oğluma qız verməzdi” düşüncə tərzi ilə yanaşırlar. Nəticədə isə, müxtəlif konfliktlər baş verir və konfliktlər nəsildən– nəslə də ötürülür.Valideyn – övlad konfliktləri.Valideyn tələbkarlığı, övladın ailənin tərbiyəvi tələblər ilə hesablaşmaq istəməməsi, yaş böhranları və digər səbəblərdən valideyn və övladlar arasında müxtəlif xarakterli konfliktlər baş verir. Istənilən halda belə konfliktlərin baş verməsi ailə üzvlərinin bir–birini daha yaxından tanımasına da köməklik göstərir.Cəmiyyətdə konfliktlərin çoxluğunu nəzərə alsaq, ailədə baş verən konfliktlərin sayəsində övladlar cəmiyyətə hazırlanır. Lakin bu prosesə valideynlər tərəfindən düzgün yanaşma tələb olunur, əks təqdirdə övlad yetkinlik yaşına çatar–çatmaz ailədən tamamilə uzaqlaşa bilər, hətta övladlar valideynlərindən imtina da edərlər və ya əksinə.Övladlar arasındakı konfliktlər.Hələ uşaqlıqdan övladlar arasındakı konfliktlərin həllinə ciddi yanaşmaq, bu konfliktlərin əsas motivlərini müəyyənləşdirmək və onun aradan qaldırılması istiqamətində tərbiyəvi tədbirlərin görülməsi tələb olunur.Övladlar arasındakı konfliktlərin səbəbləri. Valideyn məhəbbətinin düzgün paylanmaması;Valideynlər arasında tez – tez qalmaqalların baş verməsi övladların münasibətlərinə də sirayət edir;Övladlar arasında vəzifələrin (böyüklük və ya kiçiklik) düzgün bölüşdürülməməsi onların liderlik uğrunda konfliktlərə təhrik edir;Ətraf mühitin təsiri nəticəsində formalaşan maraqların bir –birilə uyğunlaşmaması.Övladlar arasındakı konfliktlərin həllində valideynlərin hakim deyil, vasitəçi olmaları daha məsləhətdir, övladların bir–birinə kompromisə getmək vərdişlərini hələ uşaqlıqdan aşılamaq tələb olunur. Ailə böhranının əsas səbəbi, ailədə qadının getdikcə artan emosional asılılığı, ərinin mümkün olan dönüklüyü ilə bağlı təəssüratlarıdır.Ailə konfliktləri, xüsusilə ər — arvad konfliktlərini təhlil edilərkən, ailənin inkişafında 4 böhranlı dövrlərin nəzərə alınması vacibdir:.1.Birinci böhran dövrü — ailə həyatının birinci ili, bu dövr ərlə-arvadın bir–birinə alışması dövrüdür. Bu, iki “mənin”birləşib “biz” olmasıdır. Bu zaman hisslər inkişaf edir, bir-birinə sevgi, məhəbbətin soyuması, subyektlərin həyatda olduğu kimi qavranılması başlayır. Bu zaman kəbinlərin 30%- i dağılır (L.Darko).2.İkinci böhranlı dövruşaqların anadan olması ilə bağlıdır. Hələlik tam möhkəmlənməmiş “biz” sistemli ciddi imtahanla rastlaşır. Bu zaman baş verən konfliktlərin əsasını aşağıdakılar təşkil edir: ərlə-arvadın peşə-ixtisasartırma imkanlarının pisləşməsi, onların fəaliyyətində şəxsi maraqları ilə bağlı işlərlə məşğul olmaq imkanlarının azalması, uşağa xidmətlə əlaqədar qadın yorğunluğu bu zaman onun seksual fəallığının azalması, uşaqların tərbiyəsinə ərlə-arvadın münasibətlərinin üst-üstə düşməməsi.3.Üçüncü böhranlı dövr — ər — arvadın birlikdə yaşamasının orta illərinə təsadüf edir. Bu zaman konfliktlərin oxşarlığı, cansıxıcılığına təsadüf olunur. Subyektlərin bir–birindən doyması baş verir. Hisslərdə yenilik olmur. Bu dövrü (birgə həyatda 10-15 il olması) hətta hisslərin aclıq dövrü də adlandırırlar, başqa sözlə, ərlə-arvad bir-birindən doyur, yeni hisslər axtarırlar(Y.Rurkov).4.Dördüncü dövr ərlə — arvadın münasibətlərində konfliktlər təxminən 18 — 24 il ailə həyatından sonra baş verir. Bunun baş verməsi uşaqların getməsi ilə təklik hissinin baş qaldırması, qadının emosional asılılığının artması, ərinin kənarda öz seksual tələbatlarının ödəməsi ilə bağlı olur (S.Kratoxvil)Ər-arvad arasında konfliktlərin baş verməsinə xarici faktorlar da təsir edir. Ər və ya arvadın işdə həddən artıq olmaları, iqtisadi çətinliklər, ailə subyektlərinin hansınınsa işə düzələ bilməməsi, yaşayış üçün mənzilin olmaması və s.Makrofaktorlar da konfliktlərin baş verməsinə səbəb olur. Məsələn, müasir dövrdə cəmiyyətimizdə sosial vəziyyət, mənəvi dəyərlərin qiymətsizləşməsi, ailədə qadının ənənəvi vəziyyətinin dəyişilməsi qadının iqtisadi müstəqilliyi, evdar vəziyyətində olması, maliyyə çətinlikləri, dövlətin sosial sahəyə diqqətin azalması və s.Ərlə arvadın münasibətlərindəki konflikt açıq və gizli şəkildə özünü göstərə bilir. Nümayişkaranə danışmamaq, acıqlı nəzərlə baxmaq, münasibətlərdə üzə çıxan soyuqluğu gizli konfliktlərə aid etmək olar. Açıq konflikt açıq söhbət zamanı mədəni şəkildə özünü göstərir: hər iki tərəf bir — birini sözlə təhqir edir; nümayişkaranə hərəkətlər edir. Məsələn, qapını çırpır, qab — qacaq sındırır, yumruqlarını stola vurur və s. fiziki üsullarla təhqir edir. Ailədə özünü göstərən çətinliklər, konfliktlərin səbəbləri müxtəlifdir. Sosial – psixoloji tədqiqatlar əsasında nikahın ilk dövrlərində və ümumiyyətlə ər — arvad arasında konfliktlərin bir sıra səbəblərini göstərirlər.Ünsiyyət mədəniyyətinin aşağı olması, ailədə liderlik iddiası, ər–arvadın bir –birinə neqativ münasibəti, ər-arvad münasibətlərində etik normaların pozulması, həyat yoldaşı tərəfindən sevgi hissinin, diqqət və hörmətin kifayət qədər götərilməməsi, ər və arvadın bir –birinin adətlərinə, maraq və zövqünə xarakterinə qarşı dözümsüzlüyü, bir –birinə bələdləşmədəki ziddiyyətlər, sevgiyə istehlakçı münasibət, şəxsi – intim münasibətlərdə soyuqluq...Nikaha yüngül iş kimi baxılması, içkiyə meyillilik, ər-arvaddan birinin və ya hər ikisinin onları əhatə edən adamlarla pis münasibətdə olması, həyata marağın və tələblərin uyğunsuzluğu, uşağa qarşı pedaqoji mövqeyin müxtəlifliyi, ər — arvaddan birində, bəzən isə hər ikisində şəxsi çatışmazlıqların olması, valideynlərlə uşaqlar arasında qarşılıqlı anlaşmanın olmaması və s. Xüsusi olaraq qeyd edək ki, mütəxəssislər son dövrlərdə ailədə konfliktlərin yaranma səbəbi kimi teleserialların da təsirinin olduğunu qeyd edirlər.Ailə konfliktlərinin geniş yayılmış səbəblərindən biri- ər-arvaddan birinin və ya hər ikisinin eqoistliyidir. Eqoist insan hər şeydən öncə öz tələbatları haqqında düşünür, özünə qayğı göstərir, yaxın insanların tələbatları və maraqları ilə hesablaşmır. Eqoizm ailədə xoşbəxt ər-arvad həyatının elə başlıca düşmənidir. Ər-arvadın hər ikisinin eqoizmi meşşanlığa səbəb olur. Ailə bədbəxtliklərinin digər ümumi səbəbi- ər-arvadın güzəştə getməməsidir. O, qarşılıqlı anlamaya, razılığa, ailə harmoniyasına başlıca əngəldir.Bu səbəblər ən çox konflikt yaradan səbəblərdir, ancaq ola bilsin ki, bəzi ailələrdə-başqa səbəblər də meydana çıxsın. Əsas məsələ narazılığın əmələgəlmə səbəbini bilmək deyil, bu narazılıqları aradan qaldırmaq üçün hər birinin düzgün hərəkət etməsidir. Ailə konfliktləri bir — birinə qarşı qoyulmuş meyllər və görüşlərin toqquşması əsasında ailə üzvləri arasında olan münaqişələr deməkdir. Onların belə münaqişələrinin qarşısının alınması və həll edilməsi zamanı nəzərə alınması vacibdir. Ailə konfliktlərinin bəzən ağır nəticələri ola bilər. Bəzən onlar faciə ilə qurtarır, ailə üzvlərinin müxtəlif xəstəliklərə düçar olmasına səbəb olur. Xüsusilə belə münaqişələrin uşaqlar üçün ağır nəticələri olur. .Mütəxəssislər ailə daxili konfliktləri törədə biləcək səbəbləri 4 səviyyəyə ayırmışlar: psixofizioloji, psixoloji, sosial rollar, sosiomədəni səviyyələr.Psixofizioloji səviyyədə yaranan münaqişələr ailədə tərəf müqabillərinin cinsi həyatında yaranan uyğunsuzluq kimi meydana çıxır. Ailə qurarkən tərəf müqabilləri üçün psixofizioloji uyğunluq nə qədər böyük əhəmiyyət kəsb edirsə, əlverişli psixoloji iqlim də ailənin qorunub saxlanması və möhkəmlənməsi üçün bir o qədər zəruri olur.Konfliktlərin sosial rollar səviyyəsi ailədə məişət — təsərrüfat işlərinin düzgün bölüşdürülməməsi,a ilədaxili məsuliyyətsizlik və ailədə intizamsızlıq ilə sıx bağlıdır. Belə ailələrdə adətən, ümumi narazılıq mühiti yaranır, qarşılıqlı laqeydlik hökm sürür. Ailədə tərəf müqabillərindən biri, bəzən də hər ikisi üzərinə düşən məsuliyyəti lazımınca qiymətləndirmirlər, yəni öz üzərilərinə düşən öhdəliklərini lazımınca yerinə yetirmirlər. Bu isə ailədə ciddi böhranın yaşanmasına bəzi hallarda isə ailənin dağılmasına gətirib çıxarır.Ailə daxili münaqişələrin sosiomədəni səviyyəsi qarşılıqlı anlaşılmamazlıqdan, tərəf müqabillərinin fikirlərinin, düşüncəsinin, dünyagörüşünün uyğun gəlməməsindən doğur. Ailədə maraqların toqquşması yəni, qadın və ya kişi üçün həyati əhəmiyyət kəsb edən dəyərlərin onun tərəf müqabili üçün qəbuledilməz olması faktı da özünü büruzə verir və nəticədə onların ünsiyyət, fikir mübadiləsində ortaq məxrəcə gələ bilməmələrinə səbəb olur. Ailə mühitinin harmoniyası pozulur, ciddi narazılıq, fikir ayrılığı yaranır.Ailədaxili konfliktləri doğuran səbəblər kifayət qədər mürəkkəb və rəngarəngdir. Lakin ümumilikdə bu səbəbləri iki qrupa: ailə quranadək mövcud olan səbəblərə; ailə qurduqdan sonra mövcud olan səbəblərə ayırmaq mümkündür. Birinci səbəbləri çox zaman risk amilləri qrupu adlandırırlar. Risk amilləri insanın tərbiyəsi, şəxsiyyəti, milli, irqi, dini, mənsubiyyəti, sosial statusu eyni zamanda nikahın şərtləri ilə bilavasitə bağlıdır. Tədqiqatçılar aşağıdakı səbəbləri əsas risk amilləri qrupuna aid edirlər:Ailədə tərəf müqabillərinin təhsilində və yaşında böyük fərqin mövcudluğu;Tərəf müqabillərindən birinin spirtli içkilərə, narkomaniyaya meyilliyi və ya aludəçiliyi;Çox erkən yaşda nikaha daxil olma;Nikaha və ailəyə qeyri-ciddi münasibət;Ilkin tanışlıq müddətinin çox qısa olması;Ailə qurduqdan sonra uşağın dünyaya gəlməsi ehtimalı və tərəf müqabillərindən birinin bunu arzulamaması;Valideynlərin nikahın bağlanılmasına kəskin etiraz etməsi;Qarşılıqlı razılıq olmadan məcburiyyət qarşısında bağlanılan nikah.Bu amillər ailə həyatının xüsusilə ilk illərində həlledici təsirə malik olur. Belə ki, dağılan ailələr və müvafiq olaraq boşananlar sırasında 1 ildən 3-4 ilə kimi birgə yaşayanlar nisbi çoxluq təşkil edir. Bu onu göstərir ki, risk amilləri qrupu ailə quranların həyatını bir çox cəhətdən təyin edir.Sual 3.Tədqiqatçılar göstərir ki, təxminən ailələrin 80-85% — də konfliktlər baş verir, qalan 15 — 20% -də isə narazılıqlar özünü göstərir. Konfliktlərin tez — tez baş verməsi dərinliyi və onların istiqamətindən asılı olaraq böhranlı, konfliktli, problemli və nevrotik xarakterli ailələrdə özünü göstərir.1.Böhranlı ailə.Ər-arvadın maraq və tələbatları çox ciddi şəkildə toqquşur və bu, ailənin həyati fəaliyyətinin mühüm sahələrinə öz təsirini göstərir. Bu zaman onlar barışmazlıq nümayiş etdirir, güzəştə getmək istəmirlər. Belə ailələr ya dağılır, ya da dağılmaq ərəfəsindədir.2.Problemli ailə.Burada kəbinin möhkəmliyinə hiss ediləcək zərbə səviyyəsinə gətirib çıxaran uzunmüddətli çətinliklər xarakterikdir. Məsələn, evin olmaması ailə subyektlərinin birinin uzun sürən xəstəliyi, ailəni saxlamağa vəsaitin olmaması, uzunmüddətli tabeçilik və s. Belə ailələrdə münasibətlərin toqquşması, psixi pozuntuların baş verməsi özünü göstərir.3.Nevrotik ailə.Burada ər və ya arvadın psixikasında irsən keçmiş psixi pozuntu əsas səbəbdir. Belə ailələrdə psixoloji çətinliklər özünü göstərir. Ərlə arvadın hərəkətlərində, münasibətlərində ciddi narahatlıq halları, yuxusuzluq, hər xırda işə, hadisəyə emosional münasibət, həddindən artıq aqressivlik və s. özünü göstərir.Sual 4. İstər ailədə, istərsə də həyatda baş verən olayları riyazi hesablamalara bənzətmək olar, yəni hər problemin özünün həlletmə yolu var. Yaddan çıxartmayaq ki, xətalardan dərs almağı, məsələnin həllinə doğru-düzgün yanaşmağı bacarmaq ailə üçün önəmli olan əsas şərtlərdən biridir. Ailə o zaman xoşbəxt olur ki, tərəflər bir–birini anlayır, bağışlamağı bacarır.Hər bir konkret ailədəçətinliklərin, münaqişələrin səbəblərini müəyyənləşdirmək və onları optimal yollarla aradan qaldırmaq lazımdır. Ailə konfliktləri həll edilməsi zamanı aşağıdakıları nəzərə almaq lazımdır:Hər şeydən əvvəl ailə konfliktləri xüsusi obyektlərlə seçilir, bunların xüsusiyyəti ailə münasibətlərinin unikallığı ilə şərtlənir. Bu münasibətlərin mühüm cəhəti ondan ibarətdir ki, onların əsas mahiyyətini həm şəxsiyyətlərarası, həm də ailənin funksiyasının realizə edilməsi ilə bağlı olan hüquqi və mənəvi öhdəlikləri təşkil edir.Ailə konfliktlərinin səbəbini təhlil edərkən mikro və makroəhatəsinin sosial faktorlarını nəzərə almaq vacibdir. Mikroəhatə faktoruna aiddir: ailənin maddi vəziyyətinin pisləşməsi; ər-arvadın və ya onlardan birinin işdə çox məşğul olması, ər-arvadın normal işlə təmin edilməməsi; uzun müddət evlə təmin edilə bilməməsi, uşaqların uşaq müəssisələrinə düzələ bilməməsi və s.ifadə olunur.Ailə konfliktlərinin xüsusiyyətləri onların dinamikasında, habelə necə keçməsi formasında ifadə olunur: münaqişə situasiyasının yaranması, onun dərk edilməsi, açıq qarşıdurma; münaqişənin həll edilməsi, münaqişənin emosional təəssüratı.Ailədə konflikt və zorakılıq hallarına qarşı profilaktik tədbirlər:Ər-arvad konfliktlərinin qarşısının alınmasına yönəlmiş profilaktik tədbirlər bu konfliktlərin yaranma səbəblərinin ətraflı təhlilinə əsaslanır.Ailə üzvlərindən heç kəsin şəxsiyyətini təhqir etməmək;Hər kəsin hüququna hörmətlə yanaşmaq;Hər kəsin söz azadlığına şərait yaratmaq;Komprimisə getməyi böyüklük kimi qəbul etmək;Şəxsi münasibətləri dərinləşdirmək məqsədilə ailəliklə müxtəlif mərasimlərdə, əyləncələrdə, oyunlarda aktiv iştirak eləmək.Valideyn – övlad konfliktlərinin konstruktiv həlli növbəti mərhələləri özündə cəmləşdirir:Konfliktə səbəb problemi təhlil etmək və tərbiyəvi təsir xarakterli həll yolu seçmək;Övladın fikirlərini söyləməyə şərait yaratmaq;Konfliktlərin həllində maraqlı tərəf roluna övladı da cəlb etmək.Ədəbiyyat siyahısıƏlizadə Ə.Ə.-Qadın Psixologiyası.Bakı-2015.Əlizadə Ə.Ə.,Abbasov A.N.- Ailə.Bakı 1989.Харчев А.Г. Современная семья и её проблемы / Харчев А.Г., Мацковский М.С.- М.: Наука, 2007.Тулина Н.В.-Семья и общество: от конфликта к гармонии. — М., 1994.Хендрикс Х.-Как добиться желанной любви. — М., 1995.Авсиевич М.Т.-Супружеские конфликты и пути их преодоления. – М.: Материал в помощь лектору, 1988.“Ailə konfliktlərininyaranmasəbəbləri”, İSARC “2. BeynəlxalqSosialElmlərvə İnnovasiya" adlı beynəlxalqkonfransınınmaterialları Ankara, Türkiyə 24-25 may 2021 (K.Kazımova Ş.BabayevaA.İsmayıllı)
Müəllif: Səxavət Əliyeva — Bakı Dövlət Universitetinin Psixologiya kafedrasının müdiri, psixologiya üzrə fəlsəfə doktoru, dosent.Kamilə Kazımova – Bakı Dövlət Universitetinin psixologiya kafedrasının baş müəllimi, psixologiya üzrə fəlsəfə doktoru, psixoloq-konsultant, hipnoterapevt, “Hipnoz” Psixologiya və Psixoloji Məsləhət mərkəzinin rəhbəri.
| ['ailə psixologiyası', 'mühazirə', 'ailədə konfliktlər', 'ər-arvad konfliktləri', 'ər arvad münasibətləri', 'ailədə zorakılıq'] |
102 | https://kayzen.az/blog/KamileKazimova/27132/m%C9%99h%C9%99bb%C9%99t-ail%C9%99-m%C3%BCnasib%C9%99tl%C9%99rinin-%C9%99sas%C4%B1-kimi.html | Məhəbbət ailə münasibətlərinin əsası kimi | KamileKazimova | Блог им. KamileKazimova | 31 may 2022, 23:04 |
Plan:Kişi və qadın psixologiyası: oxşarlıq və təzadlarMüasir ailənin funksional – rollu cəhətləriAilə başçısının funksiyalarıMüasir ailədə qadının roluMüasir ailədə kişinin rolu Sual 1. Hər bir insan təkrarsız və unikal xüsusiyyətlərə malikdir və bunlar onun şəxsiyyətinin fərdiyyətini təşkil edir. İnsanlar arasındakı əsas fərqlərin başlanğıcı kişilər və qadınlar arasındakı cinsi fərqlərdir. Bu fərqlər yalnız cinsin fərqləndirici xarici əlamətləridir. Lakin elm sübut edir ki, kişilərin və qadınların eyniadlı daxili orqanları da fərqli xüsusiyyətlərə malikdir və onlar maddələr mübadiləsinin intensivliyində, tənəffüsün və ürək döyüntülərinin tezliyində, qanın tərkibində və s. də özünü göstərir. Kişilər və qadınlar arasındakı fərqlərə həsr olunmuş çoxsaylı müqayisəli elmi tədqiqatlar bu iki fərqli cins arasındakı fərqlərin qavrayış, məntiq və intuisiyasında, ətrafdakı adamlarla qarşılıqlı münasibətlərində, maraq, qiymətləndirici mühakimələrində, fıziki parametrlərində, təfəkkür və təxəyyülündə, fəallıq və ünsiyyət tələbatında, xarakter, qabiliyyət, temperament xüsusiyyətlərində və bir çox digər sahələrində də mövcudluğunu təsdiq edir. Cinslər arasında gender fərqlərinin öyrənilməsinə ilk təşəbbüslərXX əsrin 30-cu illərinə təsadüf edir. 1936-cı ildə Amerikan psixoloqlan Luyis Terman və Ketrin Koks-Maylz maskulnitivlik və feministliyin ölçülməsi sistemini işləyib hazırlamışlar. Onların tərtib etdikləri sorğunun məqsədi “cinslər arasındakı maraq və münasibətlərin təhlili” adlanırdı. Bu sorğuya müxtəlif şəxsiyyət keyfiyyətləri, maraqlar, meyillər, həmçinin, müxtəlif sözlərlə ifadə olunan assosiasiyalar daxil idi. Tədqiqatçılar maskulinitiv keyfıyyətlərə uca səsi, ov etmək həvəsini, uşaqlıqda nadincliyi, fiziki ağrıya qarşı dözümü, feministik keyfiyyətləri isə bunlara tamamilə əks olan keyfıyyətləri aid etmişlər. 1974-cü ildə Amerikan psixoloqu Sandra Bem maskulinizm və feminizm probleminə yeni konsepsiyadan yanaşmağa təşəbbüs göstərmişdir. Sandra Bem əvvəlki tədqiqatçılardan fərqli olaraq femin və maskulin xüsusiyyətlərin müəyyən edilməsini cəmiyyətin öhdəsinə buraxmışdır. Çoxsaylı oğlan və qız tələbələrlə apardığı tədqiqatlar vasitəsilə o, 400 insani keyfıyyəti qiymətləndirmək təklifi ilə çıxış etmiş, müasir kişiyə məxsus 20, qadına məxsus 20, hər iki cinsə məxsus 20 neytral keyfıyyətləri ayırd etmişdir. Öz tədqiqatları vasitəsilə Sandra Bemmaskulinist (kişiyə məxsus) keyfiyyətlərə özünəinam hissini, öz mövqeyini müdafiə etmək meylini, riskə meylliliyi, problemi təxirə salmadan tez həll etmə xüsusiyyətini, hakimiyyətə və liderliyə meyilliyi, kişiliyi, başqasını öz arxasınca aparmaq qabiliyyətini, qətiyyətliliyi, fərdiyətçiliyi, yarışa qoşulma riskini, ambisiyalılığı (özündən razılılığı), feminist xüsusiyyətləri isə güzəştə getməni, həyatsevərliyi, utancaqlığı, zərifliyi, sədaqətliyi, qadınlılığı, dərdə şərik olmanı, qayğıkeşliyi, asta səslə danışmanı, istiqanlılığı, yumşaq, etibarlı, infantil davranışı, uşaqları sevməni, sakitliyi, söyüşdən uzaq olmanı və s. aid etmişdir. Müasir dövrdə gender sxemində bu xüsusiyyətlərin sırası daha da genişlənmiş, onların sırasına hər iki cinsə aid olan bəzi ortaq xüsusiyyətlər də aid edilmişdir. Bir çox elmi tədqiqatlarda artıq sübut olunmuşdur ki, kişi və qadınlar arasında mövcud olan həqiqi fərqlər 5%-dən çox deyil və ciddi əhəmiyyət kəsb etmir. Öz-özlüyündə kişi və qadının psixoloji xarakteristikasında oxşar cəhətlər fərqlərdən daha çoxdur. 1970-ci illərin ortalarından başlayaraq dünyada cinsi fərqlər probleminə aid hər il 1,5 mindən artıq əsər çap olunmuşdur. Bu tədqiqatlar vasitəsilə müəlliflər öz səylərini qadın və kişilərin cinsi fərqlərini dərindən araşdıraraq “inventarlaşdırılmasına”və bu fərqlərin mənşəyinin müəyyənləşdirilməsinə istiqamətləndirmişlər. Cinsi fərqlər probleminin elmi cəhətdən tədqiqinə həsr olunmuş ilk sanballı əsərlərdən biri 1974-cü ildə ABŞ tədqiqatçıları E. Makkobi və K.Ceklinin “Cinsi fərqlərin psixologiyası” adlı monoqrafıyasıdır. Bu əsər həmin dövrədək cinsi fərqlər haqqında yazılmış əsərlərin tənqidi təhlilinə həsr olunmuşdur. E.Makkobi və K.Cekli təhlil əsasında cinsi fərqləri üç qrupa ayırmışlar:Həqiqi fərqlər:oğlanlar (kişilər daha aqressivdir, riyazi və fəza əməliyyatlarını qavramaq sahəsində daha uğurlu nəticələr əldə etməyə qadirdirlər. Qızlarda (qadınlarda) isə linqvistik, nitq qabiliyyətləri daha yaxşı inkişaf etmişdir. Kişilərdə aqressivlik adətən asosial xarakter daşıdığı halda, qadınlarda bu sözlü etirazlar, küskünlüklə müşayiət olunur.Şübhəli fərqlər:oğlanlarda və qızlarda sözəbaxımlılıq, qayğıkeşlik, qorxu və həyəcanlanma, yarışmaya meyillilik, taktil həssaslıq, ümumi fəallıq sahəsində göstəricilərdə oxşarlıqlar müşahidə edildiyindən qeyd olunan əlamətlər üzrə kəskin fərqləri müəyyənləşdirmək mümkün olmamışdır.Təsdiq edilmiş fərqlər:qızların (qadınların) inkişafında mühitin təsiri daha üstün rola malikdir. Onlarda təlqinə qapılma hissi güclüdür, standart tipli məsələlərin həllində qızlar yüksək nəticələr əldə etsələr də, onlarda uğur əldəetmə tələbatı və özünəhörmət hissi zəif inkişaf etmişdir.ABŞ psixoloqu K.Xorni qadınlarla kişilər arasındakı fərqləri sosiomədəni təsir kontekstindən izah edirdi. Onun iddiasına görə, qadınlar kişilərlə müqayisədə bütün hallarda daha çox natamamlıq hissi keçirirlər. Çünki onların həyatı kişilərdən iqtisadi, siyasi və psixoseksual baxımdan asılıdır. Tarixən qadınlara ikinci dərəcəli varlıqlar kimi yanaşıldığından onlar kişilərin üstünlüyünü qəbul etməli olmuşlar.Kişi və qadın yer üzərində bəşəri həyatın ilkin başlanğıcıdır. Onların vəhdəti, birliyi həyatı yaradır. Bu iki fərqli başlanğıc bir çox cəhətdən bir-biri ilə ziddiyyət təşkil edir: istənilən eyni bir hadisəyə kişilər və qadınlar tamamilə fərqli baxır və fərqli qiymətləndirirlər. Onların genlərinə qoyulmuş psixoloji fərqləri heç nə məhv edə bilməz. Psixoloqların qənaətinə görə, bu iki cins arasında 1000-ə qədər müxtəlif fərq mövcuddur. Bu fərqlər hər iki cinsin eyni adlı daxili orqanlarında, maddələr mübadiləsinin intensivliyində, tənəffüsün və ürək döyüntülərinin tezliyində, qanın tərkibində və s. özünü göstərir. Kişi və qadın cinsləri arasındakı daha dərin fərqlər onların qavrayışında, məntiq və intuisiyasında, temperament xüsusiyyətlərində, sinir sistemində, müşahidəçilik və uyğunlaşma qabiliyyətində, ətraf adamlarla qarşılıqlı münasibətlərində, ailəyə münasibətdə, maraq və meyillərində, qiymətləndirmə meyarlarında, fıziki parametrlərində, ünsiyyət tələbatında, təfəkkürün xüsusiyyətlərində, fəallıq və iradi keyfıyyətlərində, davranış tərzində, yerişində, emosional reaksiyalarında, işgüzarlıq və təşəbbüskarlığında, cəmiyyətdəki statusunda və bir çox digər sahələrdə də mövcuddur. Kişi və qadın bir-birindən yalnız fıziki və fızioloji xarakteristikalarına görə deyil, həm də psixoloji xüsusiyyətlərinə, şəxsiyyət keyfiyyətlərinə davranış tərzlərinə görə də fərqlənirlər.Kişi obrazıözünün kompitensiyası və rasional xüsusiyyətlərinə, fəallığına və fəaliyyətinin səmərəliliyinə görə fərqlənən əlamətlərin məcmusudur.Qadın obrazıisə əksinə, özündə emosional dəstəyə, isti hisslərə, himayəyə ehtiyac kimi əlamətləri birləşdirən insan cinsidir.Qadınlarda sosial və kommunikativ bacarıqlar kişilərdən daha üstün inkişaf etmişdir. Bu cür stereotip təsəvvürlər psixologiya elmi tərəfindən dəstəklənsə də, adi adamların əksəriyyəti kişi və qadınlar arasındakı psixoloji müqayisələrin nəticələri haqqında kifayət qədər məlumatlı deyillər. Kişilərdə məntiq, ümumiləşdirmə, vizual qavrayış və onun tamlığı, mücərrədləşdirməyə meyillilik, romantizm, zamana və məkana bələdləşmə, texniki bacarıqlar, uğur əldə etmə motivi, liderliyə cəhd, yeniliyə meyillilik, qadının nəzərində birinci olmaq istəyi daha yaxşı inkişaf etmişdir. Qadınlarda isə intuisiya, analiz, konkretlik, praktiklik, əllərin cəldliyi və dəqiqliyi, humanitar yönəlişlik, ətraf adamlarla münasibət və ünsiyyət qurmaq motivi, tabe olmaq, qaydalara riayət etmək, yeganə və təkrarsız olmaq arzusu, eşitmə qavrayışı öz üstünlüyü ilə seçilir. Təsadüfi deyildir ki, qadınların qulaqları ilə, kişilərin isə gözləri ilə sevdikləri söylənilir. Fərdi, təkrarsız məntiq (qadın məntiqi) qadınların məntiqi cəhətdən tam əsaslandırılmayan mülahizələr irəli sürməsinə səbəb olur. Cinsi xüsusiyyətlərin təsiri onların qavrama qabiliyyətində, hafızəsində, intellektində, koqnitiv (idraki) üslubunda, motivasiyasında, özünüdərketməsində, temperament xüsusiyyətində, fəallıq və emosionallıq səviyyəsində, ünsiyyətində və s. də özünü göstərir. Oğlanların (kişilərin) inkişafı və formalaşmasında digər amillərə nəzərən irsiyyət amilinin rolu daha böyükdür. Onlar mürəkkəb və qeyri-standart məsələlərin həllində, hadisələrə analitik və idraki yanaşma üslubuna və eşitmə analizatorunun üstün inkişafına görə qızları (qadınları) üstələyirlər. Oğlanlar qızlardan çox sərtlikləri, müstəqil olmaları, ətraf aləmin qiymətləndirilməsinin emosionallığı, fıkir və qərarların daha çox kəskinliyi ilə fərqlənirlər. Qızlarda səmimilik daha çoxdur ki, bu da fıkrimcə, gələcək analıq müdrikliyinin toxumcuğudur”. Kişi və qadınların təbiətcə fərqli xüsusiyyətləri haqqında elmi əhəmiyyətli məlumatlara A.Fulyenin əsərlərində də rast gəlmək mümkündür. O, kişi və qadınlar arasındakı prinsipial fərqləri metabolizmdə mübadilə proseslərində görürdü. Metabolizm, anabolizm və katabolizm adlanan proseslərin qarşılıqlı təsiri əsasında qurulur. A.Fulyeyə görə, qida, inteqrasiya, enerjinin saxlanılması kimi üstün anabolik proseslər qadın orqanizmində daha çox inkişaf etmişdir. Qadınların fərdi həyatını təmin edən sadalanan yüksək anabolik meyillər həm də onların davranışında özünü əks etdirir.Çoxalma, enerji sərfi, dezinteqrasiya kimi katabolik proseslər isə daha çox kişi orqanizmi üçün səciyyəvidir və onların davranış mənzərəsini müəyyənləşdirir. Ötən əsrin 60-cı illərində sovet psixoloqları tərəfındən cinsi dimorfizm nəzəriyyəsi yaradıldı. Bu nəzəriyyə kişi və qadın cinsi mənsubluğunu qarşılaşdırarkən irsiyyət və dəyişkənlik amilini ön plana çəkir, cinsi fərqləri qısamüddətli və uzunmüddətli hafizə, mühafizəkarlıq və variativlik kimi amillər əsasında izah edirdi. Qadın cinsi nəsildən-nəslə dəyişməzliyi təmin edən əvvəlki təkamül mərhələlərinin gedişində qazanılmış əlamətlərin qorunub saxlanılmasını təmin edir. Bu, irsiyyətin qorunub saxlanımasında güclü təsir amili olan “qızıl xəzinədir”. 1960-cı illərdə Rusiyada B.G.Ananyev adına laboratoriyanın əməkdaşlarının tədqiqatları idrak sferasında cinslər arasındakı fərqlərin öyrənilməsinə yönəlmişdi. 17-22 yaşlı tələbə qruplarında aparılmış bu tədqiqatlar nəticəsində aşağıdakı əhəmiyyətli nəticələr əldə edildi: İnsanın maraqlarını əks etdirən və onun erudisiyasını sübut edən ümumi məlumatlılıq, xarakter və onun keyfiyyətini nümayiş etdirən ümumi əqli fərasət qabiliyyəti, mürəkkəb intellektual məsələlərə diqqəti mərkəzləşdirmək surətinin, müşahidəçilik, fəza təsəvvürləri, qeyri-verbal (praktik) və ümumi intellektin oğlanlarda qızlara nəzərən daha yüksək olduğu elmi nəticələrlə sübut olunmuşdur. Qızlar isə özlərinin lüğət ehtiyatı da daxil olmaqla verbal (nitqli) intellekt, təfəkkürün məntiqiliyi, onun ümumiləşdirmə əməliyyatı baxımından oğlanlardan üstün göstəriciləri ilə fərqlənmişlər. Operativ məsələlərin həllinə kömək edən qısamüddətli hafizə, lüğət ehtiyatının həcmi, kommunikativ məsələlərin həllini asanlaşdıran ünsiyyət çevikliyi və əqli uyğunlaşma üzrə göstəricilər də qızlarda üstün olmuşdur. Psixoloji tədqiqatlar görmə və eşitmə qavrayışı sahəsində də cinslər arasında müəyyən fərqlərin mövcudluğunu müəyyən etmişdir. Qadınlar səsin ucalığı və tonallığında baş verən dəyişikliklərə daha həssas reaksiya göstərirlər ki, bu da onlara başqa adamın vəziyyətini onun səsində baş verən dəyişikliklər əsasında qavramaq imkanı verir. Kişilər isə səs qıcıqlandırıcı mənbəyini daha yaxşı müəyyənləşdirməyi bacarırlar. Rus psixoloqu T.V.Andreyevanın tədqiqatları ilə sübut olunmuşdur ki, qadınlar kişilərə nisbətən rəng həssaslığında, incə rəng çalarlarım fərqləndirməkdə kişilərdən daha yüksək həssaslığa malikdirlər. Qadınlarda iki yarımkürə arasında əlaqələrin daha möhkəm olması onlara bir-biri ilə əlaqəsi olmayan bir neçə müxtəlif işi eyni vaxtda yerinə yetirmək imkanı verir. Bu cəhət hər şeydən əvvəl onların nitqində və intuisiyasında özünü göstərir. Qadınlardan fərqli olaraq kişilərin beyninin yarımkürələri arasında əlaqələrin zəifliyi və azlığı onlara diqqəti konkret məsələlər üzərində mərkəzləşdirmək imkanı vermir. Kişilər eyni vaxtda bir neçə obyekt üzərində diqqəti cəmləşdirmək (məsələn, televizora baxmaq və başqa adamı dinləmək) sahəsində çətinlik çəkirlər. Əllərin, sifətin və bədənin simmetrikliyinə, emosional cazibədarlığa, məntiqi qavramanın surətinə, yaddasaxlamanın həcmi və operativ hafızəyə görə qadınlar kişiləri üstələyirlər. Qadınların əsas keyfiyyətləri sırasına sosial yönəlişliyi (oriyentasiya); estetik cazibədarlığı, zərifliyi; həyatsevərlik, romantika və isməti; inadkarlıq və empatiyanı (dərdə şərikçıxma) da aid etmək olar. Onlar üçün hadisələri paraloqik (qadın məntiqi) mövqeyindən dəyərləndirmək səciyyəvidir. Differensial-psixoloji tədqiqatlar kişi və qadın cinsləri arasında sinir proseslərinin xassələrində də əhəmiyyətli fərqlərin və funksional asimmetriyanın mövcud olması faktlarını aşkara çıxarmışdır. Kişilərdə beynin məntiqi-rasional funksiya daşıyan sol yarımkürəsinin fəaliyyəti dominant aktivlik xüsusiyyətlərinə malik olduğu halda, qadınlarda hissi-atributiv funksiya daşıyan sağ yarımkürənin daha yaxşı inkişaf etdiyi elmi əsaslarla sübut edilmişdir. Bundan asılı olaraq onların istər düşüncə və davranış modellərində, istərsə də cəmiyyətdəki etik və estetik normalara baxışlarında və qiymətləndirici mühakimələrində təzadlı yanaşmalar özünü göstərir.Sual 2.Psixoloqlar ailənin funksional –rollu cəhətlərini tədqiq edərkən ər və arvad arasında rolların bölünməsini aşağıdakı bir sıra meyarlara görə təsnif etmişlər. Ev–təsərrüfat işlərinə münasibət hələ uşaq yaşlarından formalaşır. Belə ki, uşaqlıq dövründən ata və ana uşaqlarını formalaşmış kişi və qadın rolları stereotiplərinə müvafiq olaraq tərbiyələndirirlər. Kişi evdən kənar, qadın isə ev işləri ilə daha çox məşğul olur. Heç şübhəsiz ki, gündəlik ev işləri, evdə sıradan çıxmış texnikanı təmir etmək və s. kişi işinə aid edilir. Bu rollar konkret cinsin xarakter və fiziki xüsusiyyətlərinə əsasən yaranmış bölgüdür. Elə ailələr vardır ki, kişinin ailədə işlərinə yemək hazırlamaq, qabları yumaq, uşaqları tərbiyə etmək və s.aid edilir. Çox vaxt belə əri olan qadınlara rəfiqələri həsəd apararaq “sənin ərin idealdır”– ifadəsini işlədirlər. Əslində isə o, ideal deyildir, sadəcə onun formalaşmış xarakteri belədir və ona ev işləri ilə məşğul olmaq xoşdur. Çox zaman belə kişilərə evdə çox bacılar içində böyüyən və ya evin tək uşağı olan oğlan uşaqlarında daha çox rast gəlinir. Qadın həmin kişidən ailənin başçısı olmasını, ailədə bütün məsuliyyəti öz üzərinə götürməsini, ailənin əsas maddi təmin olunmasını da xahiş etsə, əminliklə deyə bilərik ki, bu zaman qadının ümidləri boşa çıxacaqdır. Ailədə rol bölgüsündə ikinci faktor əsrlər boyu formalaşmış milli, mentalitet xüsusiyyətləridir. Məsələn, partiarxal tipli ailədə konfliktlərin və boşanmaların yaşanmasına səbəb qarışıq nikah və ya lider qadın ilə evlənmək səbəb ola bilər. Ailədə rollar bölgüsündə üçüncü faktor maddi – pul məsələsidir. Məhz pul insanın xarakterinin, daşıdığı vəzifələrin dəyişməsinə səbəb olan birincili amildir. Burada əsas məsələ ailə büdcəsinə daxil olan əsas məbləğin kim tərəfindən qazanılmasıdır.Sual 3. 1.Təşkilatçılıq funksiyası — onda ifadə olunur ki, ailə başçısı ailənin məqsədini müəyyən edir, ailə üzvlərini konkret işlərə təhrik edir.2.İnformasiya fuksiyası — ailə fəaliyyətinin səmərəli olması naminə bir tərəfdən, zəruri informasiyanın toplanması, işlənməsi və qrup üzvlərinə vaxtında verilməsidir.3.Sosializasiya funksiyası– ailə başçısı müəyyən keyfiyyətləri formalaşdırmaq və tərbiyə etmək məqsədilə ailə üzvlərinə göstərdiyi təsiri əks etdirir.AİLƏDƏ RƏHBƏRLİK ÜSLUBLARI. Avtoritar üslub. Bu tip ən çox felin əmr formasında danışmağı xoşlayır. İstədiyi şeyi qadağan edir. Digər ailə üzvlərini həmişə vahimə içində saxlayır. Ailə üzvlərinin haqlı olub-olmaması onun üçün əhəmiyyətsizdir. Bu insanlar bəzən mehriban olur amma tez bir zamanda bu acı sözlərlə, kinli baxışlarla və s. əvəz oluna bilər. O, heç kəsin hüququ ilə hesablaşmır. Yalnız öz hüququ var.Demokratik üslub.Bu ailə başçısı həyat yoldaşı, hətta uşaqlarla məsləhətləşməyi xoşlayır və onların rəyini nəzərə alır. Evdə mehriban dolanır. Ancaq ailəni başlı-başına buraxmır. Sözünün yerini yatağını bilir.Uşaqları yaxşı işlərinə görə tərifləyir, yeri gələndə cəzalandırır. Lakin cəzanın ədalətli olmasına diqqət edir. Hər kəsin öz səhvini başa düşməsinə çalışır.Liberal üslub.Bu cür ailə başçısı evdə heç nəyə qarışmır. Ailə öz həyatı ilə yaşayır. O isə asudə vaxtlarında bir küncdə qəzet oxuyur və s. O göstəriş vermir, irad tutmur və hətta tərifləmir də. Bunları etməyə çalışsa belə artıq alınmır. Uşaqların harada olduğunu, harada işlədiyini belə bilmir.Sual 4.Müasir ailənin ümumi psixoloji portretinin yaradılmasında qadının rolu xüsusilə əhəmiyyətlidir. Qadın haqlı olaraq ailə ocağının qoruyucusudur, möhkəm ailə isə cəmiyyətin çox mühüm dayaqlarından biridir. Yüksək savad və mədəniyyət, həssaslıq və ana müdrikliyi işdə və ev işlərində mənəvi iqlimə mühüm təsir göstərir, həyatımızı zinətləndirir, onu qorumağa kömək edir.Hər bir ailədə cəmiyyətə vətəndaş yetişdirilir. Bu gün dünyaya gələn uşağı milli ruhda böyütmək, cəmiyyətə layiqli vətəndaş hazırlamaq baxımından qadınların üzərinə böyük məsuliyyət düşür. Qadının kişiyə tamamilə müyəssər olmayan xüsusi bir məsuliyyəti “analıq” məsuliyyətidir. Çəkinmədən demək olar ki, ananın məsuliyyəti atadan daha ağırdır. Nəsili davam etdirmək qabiliyyətini qadına təbiət vermişdir. Bu yolla təbiət anaya həm də təkrarolunmaz sosial rol da bəxş etmişdir. Həmin rolun məzmunu və ifadə qaydaları isə cəmiyyət tərəfindən müəyyən olunur. Buna görə də onlar həmişə sosial–tarixi xarakter daşıyır, cəmiyyət dəyişdikcə mahiyyətcə yeni xüsusiyyətlər əmələ gəlir. Psixoloqların fikrincə böyüməkdə olan nəslin tərbiyəsində qadının rolu daha böyükdür. Uşağın ana ilə emosional ünsiyyəti onun nəinki psixi, habelə fiziki inkişafının əsas şərtidir. Qadın ailə ənənələrin, keçmiş nəsillərin təcrübəsinin qoruyucusu və ötürücüsüdür. Kişi və qadın ailənin sütunudur və ailənin davam etməsi üçün hər ikisinin özünəməxsus məsuliyyətləri vardır. Burada qadının rolunu inkar etmək mümkün deyil və sağlam ailə həyatı üçün qadın lazımi biliklərə yiyələnməlidir. Burada qadın üçün nəzərdə tutulan savad və təhsil, ilk növbədə günün tələblərini və zəmanənin yeniliklərini bilməkdir. II növbədə isə qadının orta və ya ali məktəb təhsili nəzərdə tutulur. Məlumatlar genişləndikcə və təcrübə artıqca insanda düzü əyridən ayırd etmək məharəti yaranır və bu da müqabildəki şəxsi yaxından tanımağa imkan yaradır. Ailə də başqa qurumlar kimi dəqiq hədəf və düşünülmüş siyasət üzrə hərəkət etməlidir. Başqa sözlə onu düzgün idarə etmək və mənzil başına çatdırmaq üçün lazımi tədbirlər görülməlidir. Bu dəqiq məsuliyyətin öhdəsindən gəlmək üçün lazımi biliklərə yiyələnmək zəruridir. Belə həlledici məqamda savadlı qadın bir ailə başçısı kimi öz dəyərli təkliflərini irəli sürmək qabiliyyətinə malikdir. Aydındır ki, ali məktəblərdə hakim olan elmi-mədəni fəza tələbələrə həm qarşıya konkret məqsəd qoymağı və həm də bu məqsədə doğru nizam-intizamla hərəkət etməyi öyrədir. Bu cəhətdən ali təhsil, daha dəqiqliklə desək bilik qadına ailədə onun üzərinə düşən məsuliyyətləri daha məharətlə icra etməyə imkan yaradır. Bir məsələyə də diqqət yetirək ki, qadının təhsilli olması onun mütləq işləməsi demək deyildir. Təhsil-həyatı, insanları tanımaq, sosial bacarıqlar qazanmaq üçün çox önəmlidir. Qadının oxuyub təhsil alması, ancaq analığı da kiçiltməməsi ən ideal seçimdir. Qadın bu gün özünə təkcə qadın kimi deyil, ana kimi deyil, həm də vətəndaş kimi yanaşır. O, kişidən də özünə qarşı məhz belə bir münasibət tələb edir. Müasir dövrdə nikah–ailə münasibətlərinin inkişafında qadının şəxsiyyəti ilə bağlı olan cəhətlər daha mühüm rol oynamağa başlamışdır.Həyatda xaraktercə bir- birinə tam uyğun gələn iki şəxs yoxdur. Ona görə də təbii ki, hər hansı bir qadında bu və ya digər cəhət üstünlük təşkil edə bilər. Lakin hər halda şəxsiyyət kimi müasir qadının inkişafında bir ümumi ənənə mövcuddur: onun ictimai şüurunun, cəmiyyətdə öz mövqeyini və rolunu düşünmək qabiliyyətinin surətli inkişafı.Ona görə də qadın daim özünü təkmilləşdirməlidir. Hazırda kişilər öz həyat yoldaşlarının timsalında təkcə mətbəxdə vurnuxan qadını deyil, təbii ki, həm də idealın başlıca məziyyətlərinə, nəcib əxlaqi sifətlərinə yiyələnmiş qadını görmək istəyirlər. Müasir ailədə qadın statusunun köklü surətdə dəyişilməsi özlüyündə böyük sosial nailiyyət olsa da, onun gözləmədiyimiz əlavə nəticələri də olub. Onlardan biri bizim günlərimizdə bəzi qadınların ərini uşaq yerinə qoyub danlaması, məzəmmət və tənqid etməsi ilə bağlıdır. Məhz onların böyük əksəriyyəti kişini danlamağı, məzəmmət etməyi adi hal hesab edir. Belə çıxır ki, əri danlamaq bu və ya digər dərəcədə təhsillə bağlıdır. Lakin məsələyə sosial-psixoloji baxımdan yanaşsaq bu izahatla razılaşa bilmərik. Ali təhsilli qadınların böyük əksəriyyəti həyat yoldaşına hörmətlə yanaşır, onun kişi ləyaqətini uca tutur. Məsələnin kökü ali təhsil almış bəzi qadınların öz hüquq və vəzifələrini düzgün başa düşməmələri ilə bağlıdır.Sual 5.Azərbaycan ailələrində kişi adətən ailənin başçısı hesab olunur. Yalnız istisna hallarda ailədə ər–arvad arasında qarşılıqlı münasibətlərin ahəngi pozulduğu təqdirdə onlardan hər biri lider olmağa can atır. Uşaqların tərbiyəsində ana ilə yanaşı atanın da xüsusi rolu vardır.Oğlan uşaqları üçün ata ağıl, iradə qüvvəsi, kişi əzəməti nümunəsidir. Ata oğlunu tərbiyə etməklə, həm də özünü tərbiyə edir və dəyişir. Öz oğlunun simasında gələcək kişinin formalaşmasını görmək və ona bu sahədə ən yaxşı davranış nümunəsi göstərmək o deməkdir ki, ata özünün kişi ləyaqətini qoruyur, daha da inkişaf etdirir.Oğlan uşaqları özlərini ata ilə eyniləşdirirlər, onun bir çox hərəkətlərini təqlid yolu ilə mənimsəyirlər. Bu mənada bir ailədə oğlan uşaqlarının tərbiyəsində atanın xüsusi məsuliyyət daşımasından danışırıq. Qızların mənəvi inkişafını da atasız təsəvvürə gətirmək olmaz. Oğlan uşağının həyatında ana nə qədər böyük rol oynayırsa, qız uşağının həyatında da ata bir o qədər böyük rol oynayır.Psixoloqlar əsaslı sürətdə müəyyənləşdirmişdilər ki, atasız böyüyən qız uşaqlarında kişi haqqında dolğun təsəvvürlər formalaşmır. Bu əsasda da onun gələcəkdə öz həyat yoldaşı ilə münasibətlərində xeyli çətinliklər qarşıya çıxacaq. Biz bura başqa faktları da əlavə edə bilərik. Lakin onların hamısını bir məna birləşdirir: ailəin mənəvi inkişafı, həm ata, həm də ana ilə bilavasitə bağlıdır. Onlar ailə həyatının vəhdət təşkil edən qoşa qanadıdır. Bu cəhəti düzgün başa düşən ana həmişə ailədə atanın hörmət və nüfuzunun qorunub saxlanmasına xüsusi diqqət yetirir. “Ata yatıb səs salma”, “Atan gəlir özünü yaxşı apar” və s. ifadələrə adi iradlar kimi baxmamalıdır. Onları yüksək qiymətləndirməlidir. Bir mühüm cəhəti də xüsusi qeyd etmək istərdik ki, ana atanın hörmət və nüfuzunu möhkəmləndirərkən, həm də öz nüfuz və hörmətini artırır. Uşaqların yanında atanı təhqir edən ana, şübhəsiz ki, özünü də hörmətdən salır. Bu ataya da aiddir. Ailədə ananın hörmət və nüfuzunun möhkəmləndirilməsi onun başlıca qayəsi olmalıdır. Müasir dövrdə atanın rolu köklü sürətdə dəyişmişdir. Bir çox ailələrdə atanın nüfuzu xeyli azalmışdır. Ataların az bir qismi uşaqları ilə gəzintidə, idman oyunlarının təşkilində iştirak edir, tapşırıqlarını yoxlayır, müəllimlərlə əlaqə saxlayır, uşaqların tərbiyəsində anaya kömək edir. Uşaqlar çox vaxt peşə seçəndə ata ilə deyil, məhz ana ilə məsləhətləşirlər. Ailə tərbiyəsi bir növ qadın işinə çevrilmişdir. Uşaqların təhsili və tərbiyəsi məsələlərini daha çox qadınlar həll edir. Cinslər arasında, ailədə ər və arvad münasibətləri mahiyyət etibarilə cəmiyyətin iqtisadi quruluşu ilə müəyyən olunur. Matriarxatın və partiarxatın öz iqtisadi əsasları vardır. Lakin hər iki halda ailə avtoritar xarakter daşıyır, kor–koranə tabeçilik prinsipinə əsaslanırdı. Bir cinsin başqa cins üzərində hakimiyyəti bütün ailə həyatına nüfuz etmişdir.
Azərbaycan Respublikasının Konstitutsiyasında göstərilir ki, “ailə dövlət tərəfindən müdafiə olunur. Nikah qadın və kişinin könüllü razılığına əsaslanır: ər və arvad ailə münasibətlərində hüquqca tamamilə bərabərdirlər”. Lakin ailədə baş verən müxtəlif sosial–demoqrafik və psixoloji proseslərlə əlaqədar atanın ailədə rolu tədricən dəyişməyə başlayır. Əvvəllər səhərdən axşamadək atanın evdə işlədiyini, məsələn, dərzilik, misgərlik və ya dulusçuluqla məşğul olduğunu görürdü.
Sosioloqlar, psixoloqlar, pedaqoqlar və s. hesab edirlər ki, ailənin gələcək inkişafı atanın nüfuzunun artırılması ilə bilavasitə bağlıdır. Onlar haqlıdırlar. Ailədə atanın rolunun azalması nəinki uşaqların mənəvi və fiziki inkişafına mənfi təsir göstərir, həm də onların ailə həyatına hazırlanması prosesini çətinləşdirir. Ümumiyyətlə, gələcəkdə uğurlu ailənin təminatçısı ola biləcək kişi xüsusiyyətlərinə: üzərinə məsuliyyət götürə bilmək, özünə inam hissinin olması, ailədə münasibətləri tənzimləməyə qabillik, hər işə mühüm detalları ikinci dərəcəlilərdən ayıra bilmək və s. aid etmək olar. Ailə həyatında çox şey kişidən asılıdır. Müasir qadınlar nə qədər də güclü, “kişi” xasiyyətli olsalar da, onlardan hər biri kişidə özünə dayaq, müdafiə, stabillik axtarır. Qadının da möhkəm bünövrəli ailənin yaradılmasında böyük rolu vardır. Çünki ailədə psixoji iqlimin səviyyəsi məhz qadının sayəsində müəyyənləşir. Ədəbiyyat siyahısıÇələbiyev. Ailə psixologiyası. Bakı, 2015.Əlizadə Ə.,Abbasov A.N.-Ailə. Bakı-1989.Əlizadə Ə.-Qadın psixologiyası. Bakı-2015.Haqverdiyev. İdarəetmə psixologiyası. Bakı, 2008.В.Н.Дружинин. Психология семьи. Москва, 2006.Харчев А.Г. Современная семья и ее проблемы М.наука, 2007.William M. Pinsof, Jay L. Lebow. “Family Psychology.” Oxford Series in Clinical Psychology, 2005Müəllif: Səxavət Əliyeva — Bakı Dövlət Universitetinin Psixologiya kafedrasının müdiri, psixologiya üzrə fəlsəfə doktoru, dosent. Kamilə Kazımova – Bakı Dövlət Universitetinin psixologiya kafedrasının baş müəllimi, psixologiya üzrə fəlsəfə doktoru, psixoloq-konsultant, hipnoterapevt, “Hipnoz” Psixologiya və Psixoloji Məsləhət mərkəzinin rəhbəri.
| ['məhəbbət', 'ailə psixologiyası', 'mühazirələr', 'psixologiya', 'müasir ailə', 'kişi', 'qadın', 'ailə başçısı', 'həyat yoldaşı'] |
103 | https://kayzen.az/blog/Az%C9%99rbaycan-tarixi/27129/yaz%C4%B1ya-q%C9%99d%C9%99rki-qaynaqlar.-mixi-yaz%C4%B1lar-v%C9%99-antik-%C9%99d%C9%99biyyat.html | Yazıya qədərki qaynaqlar. Mixi yazılar və antik ədəbiyyat | gunelb | Azərbaycan tarixi | 30 may 2022, 01:46 |
Azərbaycan yer üzünün ən qədim mədəniyyət mərkəzlərindən biridir. Onun ərazisinin sakinləri minilliklər ərzində yaratdıqları zəngin mədəni irs qoyub getmişlər. Bu irs müxtəlif tarixi qaynaqlar – maddi və yazılı abidələr əsasında öyrənilir.
Maddi abidələrin öyrənilməsi ilə arxeologiya məşğul olur. Torpaq özündə bu abidələrin tükənməz «arxivi»ni — əmək alətləri, məişət və bəzək əşyaları, silah, məskən qalıqları, qəbirlər, qədim mədən və metaləritmə yerləri, həmçinin başqa şeylər saxlayır.
Axtarış zamanı aşkara çıxarılan arxeoloji abidələr qədim dövrlərdən başlamış son orta əsrlərədək Azərbaycan tarixini daha əsaslı şəkildə və daha dərindən işıqlandırmaq imkanı verir.
Arxeologiya təkcə öyrənilən ölkənin ilk sakinlərinin maddi və mənəvi mədəniyyət səviyyəsi haqqında mühakimə yürütməyə deyil, həm də məhsuldar qüvvələr tarixi, sinfi cəmiyyətin yaranması və inkişafı, miqrasiya, etnogenez və bir çox başqa problemlərlə bağlı olan mühüm məsələlərin bu və ya digər dərəcədə həll olunmasına imkan verir.
Son zamanlar Azərbaycan ərazisində aşkara çıxarılmış və artıq elmi dövriyyəyə daxil edilmiş numizmatik materiallar da tariximizin öyrənilməsi üçün böyük əhəmiyyətə malikdir. Onlar bölgənin iqtisadi inkişafı, siyasi tarixinin bəzi hadisələri, müəyyən dərəcədə həm də mədəni səviyyəsi haqqında mühakimə yürütməyə imkan verir.
Yazılı qaynaqların da çox böyük əhəmiyyəti var. Azərbaycan tarixi üzrə yazılı qaynaqları iki qrupa bölmək olar: sənədli və nəqli xarakterli qaynaqlar.
Cənubi Azərbaycan və həmsərhəd ərazilərin tayfaları haqqında məlumatlar verən, ən, qədim qaynaqlar Şumer-Akkad mətnləridir. Şumer və qədim Akkad dillərində tərtib olunmuş bütün bu kitabələr e.ə. III minilliyə və II minilliyin başlanğıcına aiddir. Bu mətnlərin meydana çıxması əsasən Şumer və Akkad çarlarının Zaqros dağları zonasına yürüşlərinə, habelə kuti hakimlərinin Cənubi Beynənnəhreyndəki birəsrlik hökmranlığına borcludur. Ən ilkin, yazılı qaynaqlar sırasında lullubi hökmdarlarının bir neçə qısa yerli kitabələrini də xatırlamaq lazımdır.
E.ə. II minilliyin Elam və Aşşur qaynaqları çox kasıbdır və Zaqros zonası tayfaları haqqında, demək olar ki, heç bir məlumat vermir. Aşşur qaynaqları içərisində bizim üçün ən vacibləri II Adadnerari, II Tukulti-Ninurta, II Aşşurnasirapal, III Salmanasar, V Şamşi-Adad, III Adadnerari, III Tiqlatpalasar, II Sarqon, Sinaxxerib, Asarxaddon və Aşşurbanipalın kitabələridir.
Aşşur çarlarının kitabələrində çoxsaylı yürüşlərin, Azərbaycan vilayətləri və qonşu vilayətlərdə məskunlaşmış tayfaların xarici, müəyyən dərəcədə isə daxili siyasi və iqtisadi həyatının gedişini izləməyə imkan verən təsvirlər verilmişdir.
Aşşur qaynaqlarının Cənubi Azərbaycan vilayətləri haqqında məlumatları xeyli dərəcədə Urartu kitabələrində mövcud olan məlumatlarla zənginləşir.
Babil qaynaqları içərisində e.ə. VII əsrin son rübünün hadisələrini işıqlandırmağa imkan verən məşhur «Kedd xronikası»nın adını çəkmək lazımdır.
Cənubi Azərbaycan haqqında bəzi məlumatları «Bibliya»dan da almaq olar.
«Avesta» mühüm mənbələrdən biridir. Zərdüştlük və onunla bağlı olan dini fəlsəfi sistemlər Cənubi Azərbaycan ərazisində min ildən xeyli artıq olan uzun bir dövr ərzində yayılmışdı. Bizim «Avesta»ya diqqətimiz də bununla izah olunur. «Avesta»nın kanonlaşdırılmalarından biri, şübhəsiz ki, Atropatenada bu məmləkətin Sasani səltənətinin dövlət ziyarətgahı olduğu dövrdə baş vermişdir.
Çar I Daranın Həmədan rayonunda sıldırım qaya üzərində üç dildə yazılmış Bisütun kitabəsi də bizə bəzi məlumatlar verir.
Antik yazıçılar — Miletli Hekatey, Lampsaklı Xaron, Lidiyalı Ksanf, Hellanik və b. əsərlərində də Azərbaycan tarixi üzrə müəyyən məlumatlar var. E.ə. VI-V əsrlərin yunan yazıçısı, ən qədim coğrafi xəritə əlavə olunmuş məşhur «Yerin təsviri» əsərinin müəllifi Miletli Hekatey Cənubi Azərbaycanda məskunlaşmış matienlər tayfasının, Arazboyu müklərin, Kaspi dənizi sahilində yaşayan hansısa katannların adlarını çəkir.
Şərq haqqında yazılmış ilk yunan müəllifləri içərisində əsas yer, şübhəsiz ki, «tarixin atası» Herodota (e.ə. V əsr) — qədim dövrün böyük tarixçisinə mənsubdur. Herodotun madahlar (midiyalılar) və Mada (Midiya), skiflər və onların Asiya vilayətlərinə yürüşləri, Azərbaycan tayfaları — müklər, utilər, saqartilər, matienlər, kaspilər, ortokoribantlar haqqında məlumatları bizim üçün vacibdir. Herodotun özünün bilavasitə şahidi olduğu hadisələr, habelə sorğu yolu ilə aldığı məlumatlar onun «Tarix»nin əsas mənbələridir. İran şahları arxivlərinin rəsmi sənədlərinə yol Herodot üçün ilk növbədə ona görə bağlı olmuşdur ki, o, yunan dilindən başqa heç bir dil bilmirdi. Lakin bəzən onun əsərlərində, nəticə etibarilə bu rəsmi sənədlərlə bağlı olan məlumatlara rast gəlinir. Şübhəsiz ki, Herodot onlardan üçüncü əldən götürməklə istifadə etmişdir. Onun bəzi şeyləri öz sələfi Hekateydən götürdüyü müəyyənləşdirilmişdir. Onun əsəri bütövlükdə indinin özünədək tariximizin bir sıra məsələləri üzrə ən mühüm qaynaqlardan biri olaraq qalır.
İyirmi ilə qədər İran sarayında yaşamış, Əhəmənilərin (Haxamanişilərin) saray həkimi olmuş, e.ə. V əsr müəllifi Knidli Ktesinin «Persika» əsərinin qorunub saxlanılmış azsaylı parçalarından isə çox şey əldə etmək mümkün deyil.
Ktesi ayrı-ayrı hallarda ola bilsin ki, Əhəməni şah arxivinin rəsmi sənədlərindən istifadə etmişdir. Onun əsərinin müəyyən məşhurluğuna baxmayaraq, hələ qədim oxucular orada həqiqətə uyğun olmayan çoxlu məlumat görə bilmişdilər.
«Persika»da döyüşkən Cənubi Azərbaycan tayfası kadusilər haqqında ən qədim məlumat vardır. Ola bilsin ki, əsərdə Kaspiananın da adı çəkilirmiş.
Makedoniyalı İskəndərin müasiri e.ə. III əsr müəllifi Hermippin, e.ə. II əsrin məşhur tarixçisi, əsəri məlumatlarının xüsusi dəqiqliyi ilə seçilən, qırxkitablıq «Tarix»in müəllifi Polibinin və başqalarının əsərlərində bəzi mühüm məlumatlar qorunub saxlanılmışdır. Polibinin Atropatena barəsində məlumatları xüsusilə əhəmiyyətlidir.
Amasiyalı Strabonun (e.ə. 63-cü il — b.e. 23-cü ili) yunan dilində yazılmış və «Coğrafiya» adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz qaynaqdır. Strabon öz dövrünə görə yaxşı təhsil almış, çoxlu səyahət etmiş, müstəsna müşahidəçiliyi və dərin zəkası ilə fərqlənmişdir. Amasiyalı müəllifin əsərində Makedoniyalı İskəndərin müasirlərinin və hətta daha əvvəlki müəlliflərin əsərlərindən başlamış Strabonun öz müasirlərinin əsərlərinədək saysız-hesabsız müxtəlif qaynaqlardan istifadə olunmuşdur. Roma sərkərdəsi Pompeyin e.ə. 66-65-ci illərdə Zaqafqaziya səfərində onun yol yoldaşı Mitilenli Feofanın qeydləri və bir sıra digər müəlliflərin işləri ilə tanışdır və öz «Coğrafiya»sında bu əsərlərdən bol-bol parçalar gətirir.
Qafqazın, ayrı-ayrı hallarda isə bəzi digər qonşu ölkələrin Strabon «Coğrafiya»sındakı təsviri, ətraflılığına görə bu ölkələrin tarixi, coğrafiyası və etnoqrafiyası üzrə yeganə qaynaqdır.
Yazıları dövrümüzə qədər gəlib çatmış antik müəlliflərin heç birində albanlar haqqında «Coğrafiya»da verilənlər yoxdur. Strabonun Atropat Madası və ya Atropatenanın Böyük Madanın bir hissəsi olması, bu ölkənin öz adını Atropatın adından alması və s. kimi məlumatları müstəsna qiymətə malikdir.
Məşhur Roma tarixçisi, 35 kitabı və itib-batmış cildlərinin bir qədər fraqmentləri qorunub saxlanılmış «Roma tarixi» əsərinin müəllifi Tit Livi (e.ə. 59-cu il — e. 1-ci ili) Roma müdaxiləsi dövrü albanları haqqında bəzi məlumatlar verir, madalılar və kadusilərin adlarını çəkir.
Böyük Plininin (23/24-79-cu illər) «Təbii tarix»i bizim üçün mühüm əhəmiyyətə malikdir. Demək olar ki, 350 yunan və 150-dək Roma müəllifinin əksəriyyəti bizə gəlib çatmamış bir çox əsərindən istifadə edilərək yazılmış bu ensiklopedik xarakterli əsərdə Azərbaycanın təbiəti, əhalisi, burada məskunlaşmış tayfaların məişəti haqqında bir sıra çox qiymətli məlumatlar var.
Albaniyanın paytaxtı Qəbələnin adının ən ilkin xatırlanması Plininin hesabına bizə gəlib çatmışdır (Plinidə: Kabalaka). O, bu ada, çox güman ki, e.ə. II-I əsrlərdə yaşamış romalı müəllif Varronun əsərlərində rast gəlmişdir.
Plininin qaynaqlarından danışarkən qeyd etmək lazımdır ki, bir çox hallarda o özü bu qaynaqların adlarını çəkir və bununla da onun bu və ya digər məlumatının xarakteri və dolğunluq dərəcəsini müəyyənləşdirmək sahəsində tədqiqatçının işini yüngülləşdirir. Plininin istifadə olunan qaynaqlara müəyyən qeyri-tənqidi yanaşmasını və «Təbii tarix»in mətninin pis qorunub saxlanmasını da göstərmək lazımdır.
Roma dövrü tarixçilərinin hamısından çox tanınanı və məşhuru yunanca yazan Plutarx (46-127-ci illər) olmuşdur. O, çox səyahət etmiş, məhsuldar yazıçı olmuşdur. Məşhur «Müqayisəli tərcümeyi-hallar» əsəri Plutarxa şöhrət gətirmişdir. Aleksandrın, Sullanın, Lukullun, Antoninin və b. tərcümeyi-halları xüsusən qiymətlidir.
Plutarxın "İsida və Osiris haqqında" əsəri də bizim üçün mühüm əhəmiyyətə malikdir. Müəllif bu əsərində e.ə. IV əsrdə yaşamış, Makedoniyalı Aleksandrın tapşırığı ilə zərdüştiliyin müqəddəs kitablarını öyrənən Feopompun ardınca gedərək maqların təlimi və i.a. haqqında maraqlı məlumatlar verir.
İçərisində «Annallar» («Salnamələr») və «Tarixlər» kimi xüsusilə seçilən çoxlu əsərin müəllifi, məşhur romalı tarixçi Korneli Tasit (təxminən 55-117-ci illər) də bizə bir sıra qiymətli məlumat çatdırmışdır. Onun əsərlərinin Romanın Qafqaz ölkələri, o cümlədən Albaniya, habelə Parfiya ilə münasibətlərindən bəhs edilən səhifələri müstəsna dərəcədə mühüm qaynaqdır. Albanlar haqqında maraqlı məlumatlara II əsr müəllifi Appianın «Mitridatın müharibələri» adlı məşhur əsərində də rast gəlmək mümkündür.
II əsr müəllifi Klavdi Ptolemeyin «Coğrafiya dərsliyi»ndə Azərbaycanın coğrafiyası haqqında xeyli material var. Ptolemey bir çox vilayətlərin, dağların, çayların, keçidlərin, şəhər, iri yaşayış məskənlərinin və xalqların adlarını çəkir. Lakin onun xəritəsində xeyli miqdarda təhrif və uyğunsuzluqlar vardır.
Dion Kassi Kokkeianın (təxminən 150-235-ci illər) «Roma tarixi»ndə Atropatena və Albaniya haqqında məlumatlar var.
Antik qaynaqların müstəsna əhəmiyyətinə baxmayaraq, onlara ehtiyatla yanaşmaq lazımdır, çünki antik müəlliflərin məlumatları tez-tez təsadüfi, çox vaxt isə ziddiyyətli xarakter daşımış və heç də həmişə dəqiqliyi ilə fərqlənməmişdir.
2. Azərbaycanın X əsrə qədərki vəziyyəti haqqında fikir söyləməyə imkan verən yeganə yerli mənbə Moisey Kalanknatuklinin “Albaniya tarixi “ adlı əsərinin çox böyük əhəmiyyəti vardır. “Albaniya tarixi” əsəri bənzərsiz tarixi yol keçmiş əsərlərdən biridir. Onun hansı xalqın tarixi olması haqda qızğın mübahisələrin arası kəsilmir. Bu xalq Şərqi Zaqfqaziyada yaşamış, indiki azərbaycanlıların soykökündə dayanan albanlar olmuşlar. Buna görə də “Albaniya tarixi “ kitabi bizə qədər erməni (qra-bar) dilində gəlib çatsa da, ona sahib sayıla biləcək yeganə tarixi varlıq yalnız albanların özüdür. O vaxt Albaniyada yaşamış müxtəlif dilli və ləhcəli 26 alban qəbiləsinin birləşməsi hələ V əsrdən Aran dilinin Azərbaycanın şimal torpaqlarında vahid dil olması indi tarix ədəbiyyatlarında şübhə doğurmur. VII əsrdə ərəblər tərəfindən Azərbaycan zəbt olunmuş, yerli xristian albanların çoxu müsəlmanlığı qəbul etməli olmuş, indiki dağlıq Qarabağda –Arsaxda yaşayan albanlar isə öz dillərində qalmış, xristian ermənilərin əhatəsində olduqları üçün getdikcə öz dillərini itirmiş, erməniləşmışdilər. alban kilsəsini özünə tabe edə bilmiş erməni kilsəsi albanlara məxsus olan abidələri erməni abidəsi elan etmiş, yazılı abidələrin isə qədim erməni dilinə -qrabara tərcümə etməyə cəhd etmişdilər. Eyni fəlakət “Albaniya tarixi” kitabının başına gəlmiş və bu abidə erməni dilində çatmışdır. Tarixdə bu və ya başqa dillərdə yaranmış əsərlər çoxdur. Məsələn İbn Sına, əl-Biruni, Fərabi və başqaları ərəb dilində yazıb yaratmışlar. Ancaq belə bir fakt həmin əsərlərin milli-tarixi ünvanı üçün göstərici deyildir. “ Albaniya tarixi ” kitabı 1861-ci ildə Patkanyan tərəfindən rus dilinə tərcümə edilərək Peterburqda çap olunmuşdur. Tərcüməçi əsərdə olan alban – türk ruhunu nə qədər təhrif etsə də, ümumilikdə onu aradan qaldıra bilməmiş və hətta bəzi türk sözlərini olduğu kimi saxlamışdır.
Hətta 1984-cü ildə Yerevanda ikinci dəfə nəşr olunan kitab o qədər təhrif olunmuşdur ki, erməni tədqiqatçıları birinci tərcüməni yararsız saymışlar.
Əsərdə hadisələr VII əsrdən X əsrə qədər davam edir. Əsər 3 kitabdan ibarətdir. Birinci və ikinci kitabları, görünür bir müəllif yazmışdır. Çünki VII əsrə, xüsusilə Cavanşirin dövrünə düşən hadisələri bu müəllif öz gözləri ilə görmüşdür. Lakin üçüncü kitabda hadisələrin işlənməsi X əsrə qədər çatdırılır. Moisey Kalankatuklı VIII-X əsrlərdə yaşaya bilməzdi, deməli, sonuncu kitabın başqa müəllif tərəfindən yazıldığı inkaredilməzdir. Başqa sözlə, üçüncü kitab əslində bitmiş bir əsərə sonralar qatılmışdır.
Bu bir daha göstərir ki, Alban kilsəsi ətrafında gedən mübarizə ilə bağlı olaraq, bu dövrdə “ Albaniya tarixi ” artıq kəskin siyasi əhəmiyyət kəsb etmiş bir əsərə çevrilmiş-dir.
Əsərdə Mihranilər sülaləsinin Albaniya çarlığında hakimiyyətə gəlməsindən başlayaraq, Albaniyanın görkəmli çarı Cavanşirin hakimiyyətinin başlanması dövründən dövlətin sonrakı dövrlərinə qədər, xristianlığın bu ölkədə yayılmasına, Albanlarla ərəblərin siyasi əlaqəsi qədər çox geniş məlumatlar verilir.
Albaniyanın sonrakı, XI_XII əsrlər tarixini salnamə halında Gəncə şəhərində anadan olmuş və ömrünü orada keçirmiş Mxitar Qoş yazmışdır. Qoşun “Alban salnaməsi”akademik Z.M.Bünyadov tərəfindən 1960 ci ildə Azərbaycan dilinə tərcümə edilmişdir. Onun “Alban səltənəti” əsəri həcmcə kiçik olsa da mənbəşünaslıq baxımından çox qiymətli bir əsərdir.
“Kitabi Dədə Qorqud” Azərbaycan ədəbiyyatının ilkin və şah əsəri olmaqla yanaşı Azərbaycan tarixinin ana qaynağı sayılır. Bu epos elm aləminə 1815-ci il-də bəlli olmuşdur.
«Kitabi-Dədə Qorqud» dastanları VII –XII əsrlərdə və daha əvvəllər Azərbaycanda baş vermiş hadisələrlə səsləşir.Dastandakı hadisələrin əksəriyyəti Dəmirqapı Dərbənd, Bərdə, Gəncə, Dərəşam, Əlincə, Qaradağ, Göyçə gölü, Qaraçuq dağı və s. yerlərdə cərəyan edir. «Kitabi-Dədə Qorqud»u yazıya köçürən şəxs Dədə Qorqudu bu dastanların yaradıcısı, həm də iştirakçısı kimi təqdim edir. Bayat elindən çıxmış bu bilicini oğuzun müşkül məsələlərini həll edərək gələcəkdən belə xəbər verdiyini göstərir. Bəzi məlumatlara görə Dədə Qorqudun məzarı Dərbənddə yerləşir. XVII əsrin görkəmli səyyahları olan Övliya Çələbi(səh. 286) vəAdam Olearinin(səh. 274) «Səyahətnamə»lərində bu fakta rast gəlmək olar.
Alman şərqşünası H. F. D i t s Drezden kitabxanasında “Dədə Qorqud” dastanlarını ilk dəfə aşkara çıxarmışdır. Hətta “Basatin Təpəgözü öldurdüyü boyu alman dilinə çevirərək nəşr etdirmişdir. Alman şərqşünası Fridrix fon Ditsin fikrinə görə, buradakı bəzi mifoloji süjetlər, məsələn, Təpəgöz süjeti qədim Yunanıstanda yaranmış analoji süjetlərə qida vermişdir. «Kitabi-Dədə Qorqud»dakı Təpəgöz obrazı Homerin «Odisseya» dastanındakı Polifem obrazı ilə müqayisədə daha qədimdir.
Drezden nüsxəsi 154 səifəlik bir əsərdir, hər səhifəsində 13 sətir vardır,12 boydan ibarətdir.
Bu eposun İtaliyada Vatikan kitabxanasında saxlanılan 109 səhifəlik başqa bir nüsxəsi də vardır. Drezden nüsxəsi açıq-aşkar Azərbaycan dilində yazılmışdır. Vatikan nüsxəsi isə cəmi altı boydan ibarət olub, XVI əsr türkcəsinə daha yaxındır. İndiki elmi biliklərə arxalanaraq dastanın aparıcı və başlıca mövzularının çox-çox uzaqlara, hələ ibtidai – icma quruluşunun dağıldığı və “hərbi demokratiya” hakimiyyətinin yaşadığı zamanlara gedib çıxdığını söyləmək olar.
Bir çox əsrlər boyu ozan sənətinin küçəsindən keçərək bu mövzular artıq VI-VII əsrlərdə yazıya alınmış, fars (Pəhləvi) və ərəb dillərində də “Oğuznamə” adı altında çevrilmişdir. Kitabın iki əsrə yaxın öyrənilmə tarixində böyük xidməti olan böyük rus türkoloqu V.V. Bartoldun yazdığı kimi, kitab islamın ilk dövründə, yəni Qafqaz mühitində Dərbənd keçidi ilə Ermənistan yaylağı arasındakı torpaqlarda, yəni Azərbaycanda bəstələnib yaranmışdır. Ancaq kitabın yaşının açarı onun özündədir. Kitabın əlyazmasında oğuzlar dönə-dönə müsəlman adlandırılsalarda, bu oğuz cəmiyyəti əslində hələ islam və şəriət qanunlarından kənarda durur. Bu oğuzlar hələdə “allah” yerinə daha çox “tanrı” (tenqri) sözünü işlədirlər.
“Kitabi-Dədə Qorqud” eposunda ən qədim dini –mifoloji təsəvvür və adət ənənələr oğuzların ibtidai dövrünə-bizim eranın III-IV əsrlərinə aiddir. İslamiyyətdən əvvəlki bu dövrdə oğuzlar yarımköçəri həyat keçirmişlər. Oğuzların əsas təsərrüfatı qoyunçuluq –maldarlıq, atcılıq və dəvə sürülərindən ibarətdir. İnamları xeyirxah qüvvələrin rəmzi sayılan Xızır peyğəmbərdir.
At kultu oğuzlar içərisində daha geniş yayılmışdır. Bu isə iskitlərdən, hunlar-dan gəlmə bir inancdır. At igidin yoldaşıdır, igid ölərsə at da öldürülür.
Çox maraqlı məsələlərdən biri kitabda “alban” adının bir etnos kimi iki dəfə çəkilməsidir.
“Kitabi-Dədə Qorqud” da cərəyan edən hadislər əsasən VI-VIII əsrləri əhatə edir. Lakin bəzi boylarda sonradan əlavə edilmiş və sonrakı tarixi hadisələrlə uzlaşdırılan epizodlar vardır.
Kitabda biz əxlaq və məişət məsələlərini əks etdirən səhnələrə də rast gəlirik. Oğuz igidləri, bütün oğuzlar hələ ruhani xidmət nə olduğunu bilməzlər. Onlar uşaqlarına anadan doğulan kimi ad qoymurdular. Yeniyetmələr yalnız 15 yaşına dolduqda və igidlik göstərib “ ərlik isdədikdə ”ad alırdılar. Bu adlar islamdan çox-çox qabaq Oğuz dədələrin yaşatdığı türk adları idi.
Oğuzların qadınları, qız- gəlinləri çadra, yaşmaq nə olduğunu bilməzdilər. Kitabda oğuz-türk xalqlarının etnik-əxlaqi, məişət məsələləri ilə yanaşı, siyasi, inzibati -ərazi baxımından çox qiymətli məlumatlar verilir.
Beləliklə göstərmək olar ki. “Kitabi Dədə -Qorqud “ eposu Azərbaycan xalqının ümumilikdə türk xalqlarının tarixinin, etnoqrafiyasının, öyrənilməsində bir əvəzsiz mənbə rolunu oynayır.
3. İbtidai icma cəmiyyətinin, qədim insanların, onların inkişaf xüsusiyyətlərinin meydana çıxması, formalaşması və ayrı-ayrı inkişaf mərhələləri paleolit düşərgələrində aparılan arxeoloji qazıntılar zamanı tapılmış maddi mədəniyyət qalıqları vasitəsi ilə tədqiq olunur. Azərbaycanın iqlim şəraiti, çayların bolluğu, ərazisinin bir hissəsinin dənizlə əhatə olunması bu ölkənin ilk yaşayış məskəni olmasına imkan yaratmışdır. İnsan yarandığı gündən təbiətlə mübarizə aparmalı olmuşdur. Təbiətin amansız hadisələri-soyuqlar, buzlaşmalar, daşqınlar yanğınlar və s.insanları daim məhv olmaq təhlükəsi qarşısında qoyurdu.
Ən qədim zamanlarda insanlar vəhşi heyvanlardan demək olar ki, o qədərdə fərqlənmirdilər. Qida axtarmaq onların başlıca məşğuliyyətləri idi. Lakin yaşamaq uğrunda mübarizədə öz fəaliyyətini əmək alətləri hazırlamaq istiqamətində gedərək, onlar heyvanat aləmindən ayrıla bilmişlər.
İbtidai icma qurluşu üç dövrə bölünür:
Daş dövrü Tunc dövrü Dəmir dövrü
İbtidai dövrlərdə alət hazırlamaq üçün ən münasib material daş olmuşdur. Daş möhkəm, davamlı və uzun müddət qaldığına görə ən qədim insan mədəniyyəti izləri zəmanəmizə qədər gəlib çıxmışdır. Məhz buna bəşəriyyətin keçdiyi təxminən 2 milyon ilə yaxın dövr tarixdə” daş dövrü” adlanmışdır. Metalın kəşvinə qədər daş alətlər insan həyatında aparıcı rol oynamışdır.
Alt paleolit abidələrində aparılan tədqiqatlar zamanı 4 arxeoloji mədəniyyət — olduvay (ən qədim), qədim aşel, aşel və Mustye mədəniyyətləri müəyyən olunmuşdur.
Azərbaycanın qədim daş dövrü tarixi üçün ən mühüm arxeoloji tapıntılar Azıx, Tağlar, Daşsalahlı, Qazma və Buzeyir mağara düşərgələrində aparılan arxeoloji qazıntılar zamanı əldə olunmuşdur. Azıx mağarası (ən qədim türk dillərində ayı deməkdir). Quruçayın sol sahilində dəniz səviyyəsindən 900 m hündürdə yerləşir. Mağara bir-biri ilə dar keçidlərlə birləşən 6 salondan ibarətdir. Azıx mağarası aşağı paleolit dövrünə aid nadir mağaralardandır. Oradan 1968-ci ildə Aşel dövründə yaşamış ibtidai insanın çənə sümüyü tapılmışdır.Bu tapıntı Azərbaycanın qədim insanların formalaşdığı əraziyə daxil olduğunu sübut edir.
Azıx mağarası arxeoloji cəhətdən 1960-cı ildən M.Hüseynov tərəfindən öyrənilir. Qalınlığı 10-14m olan 10 təbəqə aşkar edilmişdir.
Birinci təbəqə Eneolit dörünə aiddir. Aşağı paleolitə aid olan 3,5,9 təbəqələrdən 15 mindən çox daş məmulatlar əldə edilmişdir. 6-cı təbəqədə ibtidai üsulla qəlpələnmiş çapacağa oxşar alətlər tapılmışdır.Bu alətlər Şell dövrünə aid edilir. 2 və 4 cü təbəqələrdə arxeoloji material tapılmamışdır.
Aşağı paleolitə aid təbəqələrdən tapılan 30 mindən çox daşlaşmış heyvan və balıq sümüyü mağara sakinlərinin yığıcılıqla bərabər ovçuluqla və balıqçılıqla məşğul olduqlarını sübut edir. Fauna qalıqları içində 35 növ heyvan sümüyü aşkar edilmişdir.Eyni zamanda 4 ocaq yeri tapılmışdır.Azix mağarasındakı bu tapıntılar sübut edir ki,bu ərazidə 1milyon il əvvəl yaşayış olmuşdur.
Qədim paleolit dövründə yaşayan ibtidai insanların həyatında ov xüsusi və başlıca rol oynamışdır. Arxeoloji materiallar göstərır ki, şell-aşell dövründə insanlar ayri-ayri dəstələrlə sürü halında yaşamışlar. Onların istifadə etdikləri istehsal vasitələri dəstənin ümumi mülkiyəti olmuşdur. Onlarda ilk icma və bəsit icma hakim ictimai qurum olmuşdur.
İstehsal vasitələri təkmilləşdikcə qədim insanlar da inkişaf edirdi. Onların təfəkkürü genişlənmiş, ünsiyyət əlaqələri artmışdı. Bu münasibətlərin nizamlanmasında dil və dini anlayışın böyük rolu olmuşdur.
Azərbaycan arxeologiyasının nailiyyətlərindən biri orta daş dövrü (Mezolit) məsələsidir. Bu dövr e.ə XII:-VIII minillikləri əhatə edir.Tapıntılar göstərir ki, bu dövrün sakinlərinin əsas peşəsi ovçuluq olmuşdur. Ox və yaydan istifadə edən mezolit dövru insanları, papeolit dövrü insanlarına nisbətən xeyli inkişaf etmişdir.
1965-1966-ci illərdə C. Rüstəmov və F. Muradova tərəfindən Qobustanın “ Ana zağa ” və “ Çar dağ zağa ” sığınacaqlarında mezolit dövrünə aid bir sıra maddi-mədəniyyət abidələri aşkara çıxarılmışdı. Qobustan Kiçik Qafqaz dağlarının qurtaracağında Böyükdaş, Kicikdaş və Cingirdağ zonasında yerləşir. Qobustanda zəngin qayaüstü təsvirlərlə yanaşı, daş dövründən başlamış orta əsrlərədək çoxlu maddi-mədəniyyət abidələri vardır. Onlardan ibtidai-insan düşərgəsi, qədim yaşayış məskəni, kurqanlar və s. göstərmək olar.
Qobustan 1947-ci ildən İshaq Cəfərzadənin rəhbərliyi altında öyrini-lir.Arxeoloji qazıntılar zamanı Qobustanda 14 qədim düşərgə, 30-dan çox kurqan öyrənilmişdir. Bu məskənlərdən ”Ana zağa”, ”Kənizə”, “Firuz”, “Ovcular”, “Yazılıtəpə” və s. göstərmək olar.
“Firuz” adlı mezolid dövrü düşərgəsində aşkar edilmiş qəbir böyük elmi əhəmiyyətə malikdir.11-nəfərin dəfn olunduğu bu qəbirdən balıq toru toxumaq üçün sümük alətlər, daşdan, heyvan dişlərindən düzəldilmiş muncuqlar diqqəti cəlb edir.”Ana zağa” dan Neolit dövrünə aid gil qablar, boyunbağılar tapılmışdır.
Qobustan qayaustü rəsmləri daha böyük elmi əhəmiyyət daşıyır.Təqribən 750 qaya üzərində 4000-ə qədər insan və heyvan təsvirləri müxtəlif işarələr aşkar edilmişdir. Qayalar üzərində oyma üsulu ilə çoxlu qayıq təsvirləri həkk olunmuş-dur.
Qayaüstü rəsimlər arasında ov səhnəsi, əmək prosesi, taxıl biçini, ibadət etmək, qiz qaçırmaq, yallıya oxşar rəqs etmək səhnələrinə rast gəlinir. Məhşur İsveç səyyahı Tur Heyerdal orada olarkən demişdir: ”Dünyada qaya təsvirlərində əksini tapan qayıqların yaşı 3500 ildən çox deyildir. Bəs nə üçün sizinkilərin sorağı səkkiz minilliklərdən gəlir.”
Mezolit dövrünə aid Damcılı, Qobustan və b. yerlərdən aşkar edilən əmək alətləri və digər istehsal vasitələri sübut edirlər ki, bu dövrün sakinləri artıq oturaq həyat sürmüş, kollektiv şəkildə yaşamışlar.
Məhsuldar qüvvələrin inkişaf səviyyəsinə uyğun olaraq ibtidai-icma quruluşu meydana çıxmaqda idi. Bu quruluş istehsal vasitələri və məhsulları üzərində ictimai mülkiyyətlə xarakterizə olunurdu. Bu quruluşun əsasını bir-biri ilə qan qohumluğu olan insan qruplarında ibarət nəsil təşkil edirdi. Nəslin bütün üzvləri birgə yaşayırdılar. O zaman insanın insan tərəfindən istismarı yox idi.
İbtidai-icma quruluşunun ilk dövrü nədənəsə mənsubiyyət ana xətti ilə inkişaf edibdi. Bu dövr matriarxat və ya ananın şahlıq dövrü adlanır. Bu onunla əlaqədar idi ki, qadınlar istehsalda hakim mövqe tuturdular. Sonralar qadınlar torpaq becərməklə məşğul olduqları halda, kişilər yem arxasınca meşələri və düzləri dolaşırdılar.
Mezolit (orta daş dövrü) o qədər uzun sürməmişdir. Yeni daş dövrü ilə əvəz olunmuşdur. Bu yeni daş dövrü Neolit adlanır. Ümumiyyətlə Azərbaycanda mezolit və Neolit dövrləri demək olar ki, nisbətən zəif öyrənilmişdir. Bu baximdan Damcılı və Qobustan mağaralarında aşkar edilən abidələr çox böyük maraq doğurur.
Neolit dövrü təxminən e.ə.VII-VI minillikləri əhatə edir. Neolit dövründə qəbilələrin birləşməsi zəminində tayfalar meydana gəlir, qəbilə dilləri tayfa dilləri ilə əvəz olunur. İnsanlar özlərinə lazım olan maddi nemətləri əldə etmək üçün daha mükəmməl alətlər hazırlamağa çalışırdılar. Neolit dövrünün sonlarında insanlar təsərrüfat və məişətdə metal əşyadan istifade etməyə başlayırlar. Bu ilk metal mis olmuşdur. Mis məmulatının meydana çıxdığı bu dövr eneolit (mis-daş) dövrü adlanır və e.ə. VI-IV minillikləri əhatə edir.
O zamanlar Azərbaycanca sakin olan tayfalar Gədəbəy, Daşkəsən, Yuxarı Qarabağ ərazilərində olan mis yataqlarından istifadə edirdilər.
Azərbaycanin ərazisində eneolit dövrünə aid 60-dan çox yaşayış məskəni aşkar edilmişdir. Bunlardan I-Kültəpə (Naxçıvan), İlanlıtəpə (Mil-Qarabağ), Çalağantəpə, Qaraköpəktəpə, Zərgərtəpə (Muğan düzü) və başqa yaşayış yerlərini göstərmək olar. Bu ərazilərdən misdən hazırlanmış əşyalar-kiçik əyri bıçaq, nizə ucu, qayıq, bəzək əşyaları və s. şeylər tapılmışdır.
Mis dövründə sosial ictimai həyat tərzi və dünya görüşündədə mühüm dəyişiklik-lərdə baş verdi. Qoşa nigahlı ailənin meydana çıxması və möhkəmlənməsi istehsal vasi-tələri üzərində irəliyə doğru mühüm addım idi. Maldarlıq və əkinçiliyin sürətli inkişafı ilə təsərrüfatda habelə ictimai həyatda kişilərin mövqeyi möhkəmləndi.
Enolitin son mərhələsində metallurgiya sahəsində baş verən dəyişiklik yerli tayfaların həyatında yeni daha mütərəqqi mərhələnin – Tunc dövrünün başlanğıcığını qoydu. Bu dövr 3 min ilə qədər davam etmiş və e.ə. IV-II – minillikləri əhatə etmişdir.
Azərbaycan ərazisində Tunc dövrü bir neçə inkişaf mərhələsi keçmişdir. Şərti olaraq onlar ilk, orta və son Tunc dövrləri adlanmışlar. İlk tunc dövrü Kür-Araz mədəniyyəti də adlanır. Bu mədəniyyətin əsas təşəkkül və yaylma sahəsi Kür-Araz ovalığı olsada bu mədəniyyətin izlərinə Anadolu yaylası, İran, Suriya, Şimali Qafqaza qədər ərazilərə də yayılmışdır.
Tunc dövrünün abidələri Xocalı, Gədəbəy, Daşkəsən, Gəncə, Mingəçevir, Şəmkir, Naxçıvan və başqa ərazilərdə aşkar edilmişdir. Şəmkir və Mingəçevirdə tunc baltalar və nizə ucları hazırlamaq üçün daş qəliblər aşkar edilmişdir.
Tunc dövrünün əsas qəbir abidələri qüfular və kurqanlar torpaq qəbirlərindən ibarətdir. Onların içərisindən aşkar edilmiş materiallar tayfalararası mübadilədən doğan qarşılıqlı əlaqələrin olmasını sübut edir.
Mingəçevir kurqanlarında tunc dövrünə aid mədəniyyət abidələri –qılıclar, balta, təbərzinlər, xəncərlər, ox ucları və sair tapılmışdır. Maddi-mədəniyyət sahəsindəki ciddi irəliləyişlə əlaqədar olaraq ölkənin təsərrüfat həyatı da xeyli inkişaf etmişdir. Mənbə: muhaz.org
| ['arxeoloji abidələr', 'ibtidai icma qurluşu', 'tunc dövrü', 'mezolit dövrü', 'qədim daş dövrü tarixi', 'orta daş dövrü', 'Azıx mağarası', 'mixi yazılar'] |
104 | https://kayzen.az/blog/internet-yenilikleri/27117/internet-vasit%C9%99sil%C9%99-yararlana-bil%C9%99c%C9%99yiniz-5-faydal%C4%B1-i%C5%9F-s%C9%99m%C9%99r%C9%99li-vaxt-ke%C3%A7irm%C9%99k-%C3%BC%C3%A7%C3%BCn-ideyalar.html | İnternet vasitəsilə yararlana biləcəyiniz 5 faydalı iş: Səmərəli vaxt keçirmək üçün ideyalar | kayzen | internet aləmi | 1 may 2022, 12:47 |
Əgər bu gün bütün dünya rəqəmsal mühitə keçid edirsə, o zaman təklif olunan resurs və məkanları səmərəli şəkildə dəyərləndirmək lazımdır. Azercell-in təqdim etdiyi limitsiz internet paketləri internetdən müəyyən müddət ərzində limitsiz faydalanmağa imkan verir. Zövq ilə mənfəət bir arada: internetdə nə etməliBütün məşhur brendlər artıq rəqəmsal dünyaya pəncərə açaraq burada inkişaf etməyə başlayıb.
Bunun sayəsində faydalı məlumatlar tapmaq, təhsil kurslarından və müxtəlif xidmətlərdən yararlanmaq mümkündür.Yeni dil öyrənmək, yeni mədəniyyətləri kəşf etmək – çarpayıda uzanaraq arzuladığınız səyahət və əyləncə üçün plan qura bilərsiniz. Kitab oxumaq – şəbəkədə çoxlu sayda elektron kitablar mövcuddur ki, onların içində köhnə əsərlər də vardır. Bir çox müasir müəlliflər kitab oxumaq üçün internet platformalara üstünlük verirlər.Oyunlar və tapmacalarla inkişaf etmək – veb-saytlar və müxtəlif fərdi təkliflər diqqətinizi cəlb edə və sizi maraqlandıra bilər. Məsələn, smartfonlar üçün nəzərdə tutulmuş tətbiqlər var ki, orada tapmacalar tapa, pazllar yığa, krosvordlar həll edə bilərsiniz. Tədbirləri izləmək – informasiyaları istəyinizə və maraq dairənizə uyğun şəkildə filtrdən keçirib tanınmış nəşriyyatların abunə xidmətindən yararlanaraq yeniliklərdən daim xəbərdar ola, sizə lazım olan faydalı məlumatları əldə edə bilərsiniz. Yeni şeylər öyrənmək – müxtəlif mövzulu podkastlar, videolar, rəylər və məqalələr baxış bucağınızı genişləndirməyə və mürəkkəb məsələləri başa düşməyə kömək edəcək.İnternet bu gün yaşından asılı olmayaraq bütün istifadəçilər üçün həyatın ayrılmaz hissəsidir. Burada ən azından müxtəlif filmləri izləmək, dostlarla söhbət etmək, digər ölkələrdə yaşayan doğma insanları taparaq ünsiyyətdə olmaq mümkündür.İnternet paketlərindən istifadə qaydası: Azercell-dən sərfəli təkliflər Əlavə internet paketləri müvafiq həcmdə trafiklə təqdim edilir və yaxud müəyyən bir müddət ərzində istifadə üçün nəzərdə tutulur. Aşağıda qeyd olunan paketlər arasından seçim edə bilərsiniz:1 saatdan 6 saata qədər;Həftəsonu iki gün — şənbə günü gecə yarısından bazar ertəsi gecə yarısına qədər;Gecə paketi – gecə saat 00:00-dan səhər saat 08:00-dək.Bu paketlərin qiyməti 0.50 – 2.39 AZN arasında dəyişir. Əlavə olaraq limitsiz trafikdən bu formada müvəqqəti istifadə isə təhsil almağa, işləməyə, ailəniz və dostlarınızla daim ünsiyyətdə qalmağa imkan yaradır.
| ['internet paketləri', 'internet', 'Azercell'] |
105 | https://kayzen.az/blog/aforizmler/27089/anaya-aid-ad-g%C3%BCn%C3%BC-mesajlar%C4%B1.html | Anaya aid ad günü mesajları | gunelb | Hikmət dənizi və aforizmlər | 16 mart 2022, 14:35 |
Anaların ad günü ilə bağlı ən gözəl, duyğusal təbrik mesajlarını bir yerə toplamışıq. Ana ad günün mübarək yazılı şəkilləri saytımızdan əldə edə bilərsiniz.
Ən gözəl doğum günü mesajları, ana haqqında gözəl sözlər, anaya ad günü göndərməyiniz üçün gözəl təbrik yazılı şəkilləri telefonunuza endirərək Whatsapp statusda da paylaşa bilərsiniz.
Anaya aid ad günü mesajları:
Əziz ana, ad günün mübarək.Mənə bütün gözəllikləri yaşadan anam, ad günün mübarək.Əziz anam, var olmağımın səbəbi, doğum günün mübarək olsun.Mələyim, gözəl anam, ad günün mübarək! Yaxşı ki, varsan.Şübhəsiz ki, bu həyatın mənə bəxş etdiyi ən gözəl nemət sənsən, ana. Ad günün mübarək.Mən səni həmişə özümə nümunə götürmüşəm. Yaxşı ki varsan, doğum günün mübarək.Bu gün sənin yanında olmasam da, qoxun həmişə mənimlədir. Ana, ad günün mübarək, yaxşı ki, mənim anamsan.Kilometrlərlə uzaqda olsanız da, sizi hamıdan çox düşünən varlığa ana deyilir. Ad günün mübarək, ana.Bu gün günəş göydən fərqli gülümsədi, çünki bu günü həyatda xüsusi edən biri vardır. Ad günün mübarək, əziz ana.Gücümə güc, ümidimə ümid qatan ana, ad günün mübarək.Nə desəm də sənin üçün azdır. Yaxşı ki, varsa, əziz anam.Canıma can qatan əziz anam! Əllərindən öpür, ad gününü təbrik edirəm.Kədərimi sevinclə əvəzləyən yeganə insan sənsən. Ad günün mübarək.Mən səni sevdiyim qədər heç kimi sevə, bağlana bilmərəm. Doğum günün mübarək.Yeni yaşının sənə cansağlığı və xoşbəxtlik gətirməsini arzulayıram, ana. Gözəllər gözəli, ad günün mübarək.Mən həmişə sənin kiçik körpənəm. Sənin qucağın, mərhəmətin məni həyata bağlayır, əziz ana. Ad günün mübarək.Yeni yaşında sənə bitməyən xoşbəxtlik arzulayıram. Doğum günün mübarək, əziz ana.Ayaqlarının altı cənnət, əllərindən nur axan anam. Ad günün mübarək. Əllərini öpürəm. Tezliklə yanında olacam. Sevgi dolu gözlərinə, şəfqətli ürəyinə, “balam” deməyinə qurban olum. Ad günün mübarək, ana.Sənin sevgin dünyamı işıqlandıran günəşdir. Varlığın üçün minnətdaram. Ad günün mübarək, canım anam.Ən fədakar insan, həyatımda ilkləri yaşadan qadın! İlk sevgim olan qadın! Ad günün mübarək. Əllərini öpürəm.Yalnızlıq çətindir, ana. Səni divarlarda, göydə axtarıram. Tezliklə görüşəcəyimizə ümid edirəm. Ad günün mübarək. Səni həyatımdan çox sevirəm.Sözlərlə ifadə edilə bilməyən fədakarlığı və qarşılıqsız sevgini təsvir etmək olsaydı, onun adını “ana” qoyardım. Əziz anam, ad günün mübarək, səni çox sevirəm.Məndən oxuduğum kitabların ən gözəlinin hansı olduğunu soruşsanız, anam olduğunu deyərəm. Və bu gün onun ad günüdür. Sən mənim canımsan, səni çox sevirəm, gözəl anam.Analar çiçək kimidir, onları həmişə ətirli yerlərdə görə bilərsiniz. Onlar bizim üçün yaşayırlar. Ad günün mübarək, əziz ana.Nə qədər danışsam da əbəsdir. Nə qədər ayağına düşsəm, əllərini öpsəm yenə də azdır. Allah səni başımın üstündən əskik etməsin. Doğum günün mübarək!Sənin kimi bir anaya sahib olduğum üçün çox şanslıyam. Bütün pisliklər həyatından uzaq olsun. Nə yaxşı ki, varsan, canım anam. Ad günün mübarək!Ana, mən səninlə ən yaxşı anlarımı yaşadığım üçün özümü şanslı hesab edirəm. Pis günümdə yoldaşım, sirdaşım sən oldun. Bilmirəm, sənin xeyirxahlığına layiqəm, yoxsa yox. Ancaq sən hər şeyin ən yaxşısına layiqsən. Ad günün mübarək, əzizim. Mənbə: azerforum.com
| ['anaya aid ad günü təbrikləri', 'anaya aid ad günü mesajları', 'ad günü təbrikləri', 'ana ad günün mübarək', 'təbrik mesakları', 'anaya aid statuslar'] |
106 | https://kayzen.az/blog/politologiya/27090/ukraynan%C4%B1n-birinci-katibi-t%C9%99yyar%C9%99sini-niy%C9%99-l%C9%99ngitmi%C5%9Fdil%C9%99r.html | Ukraynanın birinci katibi Şerbitski | gunelb | Tarix və politologiya | 12 mart 2022, 22:30 |
Kremlə heç vaxt baş əyməyən, sovet rejimində vəzifə ranqına görə özündən üstün olanlara belə məqamında cavab verməyi bacaran Şerbitski istər siyasi fəaliyyətində, istərsə də şəxsi həyatında fərqli bir şəxsiyyət kimi yadda qalıb...
Şerbitskinin dəfələrlə Kremldə ən yüksək vəzifələri tutmaq şansı yaransa da, o, bu şanslardan heç vaxt istifadə etməyib. 1970-ci illərin sonlarında SSRİ Nazirlər Sovetinin sədri Aleksey Kosıginin səhhətində problemlər yarananda Leonid Brejnev Şerbitskini Moskvaya dəvət edərək ona Nazirlər Sovetinin sədri vəzifəsini təklif edib. Şerbitski baş katibin təklifi ilə razılaşmayıb. Növbəti dəfə o, 1982-ci ilin yanvar ayında, Suslovun vəfatından sonra Moskvaya çağırılıb. Bu dəfə Brejnev ona Mərkəzi Komitənin katibi vəzifəsini təklif edib. Şerbitski vəzifə təkliflərinə görə dostluq münasibətində olduğu Brejnevə təşəkkürünü bildirib və Moskvaya gəlmək istəməmə səbəbini belə açıqlayıb:
«Mən Kreml oyunlarına qatılmayacağam və Ukraynanı heç vaxt tərk etməyəcəyəm”.
Vladimir Şerbitski SSRİ-nin siyasi elitasında ən nüfuzlu şəxslərdən biri sayılıb. Sözçülükdən, kağız üzərində şişirdilmiş rəqəmlərdən, uzun-uzadı çıxışlardan uzaq olan birinci katib respublikaya rəhbərlik etdiyi dövrdə Ukrayna iqtisadiyyatında 4 dəfə artım olub, respublikanın bütün bölgələrində mənzil-məişət şəraiti yaxşılaşıb və əhalinin sayı 9 milyon artıb. Ukraynada bir çox sənaye və kənd təsərrüfatı obyektlərinin tikintisi də məhz onun adı ilə bağlıdır.
Brejnevlə yaxın münasibətdə olsa da, Şerbitski bu dostluqdan heç vaxt sui-istifadə etməyib. Öz bacarığı, iş məhsuldarlığı ilə Ukraynanın sosial-iqtisadi və digər sahələrində əldə etdiyi göstəricilər SSRİ-nin digər müttəfiq respublikalarından üstün olub.
Son dərəcə prinsipal, tələbkar, ciddi olan Şerbitski eyni zamanda olduqca sadə, mehriban, həmişə xalqının arasında olan bir siyasətçi kimi tanınıb. Bəzən yaşadığı evdən iş yerinə piyada gedən birinci katib yolda sıravi vətəndaşlarla söhbət etmək, onların problemlərini dinləmək üçün də vaxt ayırıb.
Moskva səfərlərinə heç vaxt həvəs göstərməyən Şerbitski Kreml məmurlarının həddən ziyadə özlərinə güvənli olmasını həzm edə bilməyib.
Elə 1963-cü ildə də, Ukrayna Nazirlər Sovetinin sədri vəzifəsində işləyəndə, Kremldə olarkən Şerbitski öz dilinin bəlasına düşüb. Belə ki, Mərkəzi Komitədə olarkən o, dəhlizdə təsadüfən Suslovla rastlaşıb. Suslov əlindəki qovluğu ona uzadıb:
— »Cavan oğlan, bu qovluğu mənim qəbul otağıma verin”.
Şerbitski SSRİ-də partiya xətti ilə ikinci şəxs sayılan, Mərkəzi Komitənin ideologiya üzrə katibi Suslovun əlini havada qoyub:
— «Mən cavan oğlan deyiləm, Ukrayna Nazirlər Sovetinin sədriyəm”.
Bu hərəkət Şerbitskiyə baha başa gəlib. Həmin gün Nikita Xruşov onu vəzifədən uzaqlaşdırıb. Brejnev hakimiyyətə gəldikdən sonra Şerbitskini yenidən əvvəlki vəzifəsinə qaytarıb.
1972-ci ildən 1989-cu ilə qədər Ukraynanın birinci katibi olan Şerbitski bir neçə dəfə baş katib kürsüsünə real namizəd sayılıb. Elə Brejnev də dəfələrlə varis məsələsində Şerbitskinin adını hallandırıb. Yəqin bu səbəbdən də Kreml məmurlarının Şerbitskiyə qarşı siyasi qısqanclığı 1980-ci illərdə özünü daha qabarıq biruzə verib.Hələ Brejnevin sağlığında birinci kürsüyə göz dikən DTK şefi Yuri Andropovun Şerbitski ilə münasibətləri son dərəcə soyuq olub. Bunun bir səbəbi də o olub ki, Şerbitski SSRİ DTK-nın Ukraynanın daxili işlərinə müdaxiləsinə heç vaxt imkan verməyib. Araşdırmaçıların qənaətinə görə, Andropov hakimiyyətdə çox qalsaydı, Şerbitskini siyasi səhnədən tam uzaqlaşdıracaqdı.
Andropovdan sonrakı növbəti baş katib Konstantin Çernenkonun 13 aylıq hakimiyyəti dövründə də Şerbitskinin baş katib olması real sayılıb. Çernenkonun xəstəliyi, ölkəni xəstəxana palatalarından idarə etməsi yaxın zamanlarda hakimiyyət dəyişikliyindən xəbər verib. Bu dəfə isə Şerbitskini Mixail Qorbaçov təcrid etməyə nail olub. Belə ki, Çernenkonun vəfatı gün ərzində gizlədilib və həmin gün Şerbitski ABŞ-a ezam edilib. Baş katibliyə digər real namizədlərdən biri Qriqori Romanov isə həmin ərəfədə Kaunasda ezamiyyətdə olub. Bu iki nəfərin baş katib seçkiləri ilə bağlı keçirilən plenumda iştirak etməməsi Qorbaçovun hakimiyyətə gəlməsinə imkan yaradıb. Əslində, Şerbitski plenumda iştirak etmək üçün Amerika səfərini yarımçıq qoyub. Amma qeyri-müəyyən səbəblərdən onun uçacağı təyyarə Amerikada 12 saat ləngiyib. Bəzi versiyalara görə bu ləngiməni Qorbaçovun tapşırığı ilə DTK sədri Viktor Çebrikov təşkil edib. Sonrakı açıqlamalarında Şerbitski bildirib ki, təyyarənin geçikməsi səbəbindən plenuma çata bilmədiyinə görə telefon vasitəsi ilə Qorbaçovun lehinə səs verib. Onu da qeyd edib ki, bu səsvermə ilə o, həyatında ən böyük yanlışlığa yol verib. Şerbitski Qorbaçovu olduqca təhlükəli bir şəxs adlandırıb.
Qorbaçov hakimiyyətə gəldikdən sonra Ukraynaya ilk səfərində Şerbitski ilə anlaşa bilməyib. Bir sıra məsələlərin müzakirəsində onların arasında ciddi fikir ayrılığı yaranıb. Baş katibin şərəfinə verilən ziyafətdə isə Şerbitski daha sərt mövqe sərgiləyib. Süfrə arxasına keçdikdən sonra Qorbaçov masaya nəzər salıb, süfrədə alkoqollu içkilərin olmadığını görərək üzünü Şerbitskiyə tutub:
— »Bəs «tünd” içkilər yoxdur?»
Şerbitski çox uca səslə Qorbaçovun sualına cavab verib:
— «Xeyr, Mixail Sergeyeviç, qanun hamı üçün qanundur. Biz sizə yalnız limonad və meyvə şirələri təklif edə bilərik».
Xatırladaq ki, həmin ərəfədə ölkədə Qorbaçovun antialkoqol kampaniyası tətbiq edilib.
Beləliklə, Şerbitski Qorbaçov üçün arzuolunmaz şəxsə çevrilib. O, 1989-cu Ukraynaya növbəti səfəri zamanı Şerbitskiyə fikrini açıq bildirib: «Artıq sizin getmək vaxtınızdır...”.
Maraqlı həmsöhbət, qayğıkeş ailə başçısı, xeyirxah və mehriban insan olan Şerbitski heç vaxt özünü sıravilərdən fərqləndirməyib. Birinci katib digər partiya rəhbərləri kimi zəngin iqamətgahlara, bağ evlərinə, gecədən səhərə kimi davam edən məclislərə meyl göstərməyib. Şerbitskinin iki şakəri olub, futbol və göyərçin. Televizorda futbola baxanda heç həyat yoldaşı da ona yaxınlaşmağa cürət etməyib, yalnız hər 10-15 dəqiqədən bir onun külqabını boşaldıb.Şerbitski yaşadığı bina evinin həyətində kiçik bir göyərçin daxması qurub. Göyərçinlərə isə qonşusu Nikita Sergeyeviç (Xruşovun da ad və atasının adı belə olub) qulluq göstərib. Birinci katib qonşusunun göyərçinlərə qayğısından həmişə razı qalıb və onu zarafatla belə qiymətləndirib:
-Nikita Sergeyeviç, sənin xidmətlərin o biri Nikita Sergeyeviçdən (Xruşovu nəzərdə tutub) daha çoxdur.
Vladimir Şerbitski 1990-cı ildə vəfat edib. Dəfn mərasimində havaya yüzlərlə göyərçin buraxılıb...
Müəllif: İlham Cəmiloğlu
Mənbə: Sfera.az
| ['Vladimir Şerbitski', 'Sovet dövrü', 'Qorbaçov', 'Ukrayna Nazirlər Sovetinin sədri', 'Ukrayna SSR'] |
107 | https://kayzen.az/blog/Az%C9%99rbaycan-tarixi/27072/xru%C5%9Fov-az%C9%99rbaycan-kp-mk-n%C4%B1n-birinci-katibin%C9%99-niy%C9%99-q%C9%99z%C9%99bl%C9%99nmi%C5%9Fdi.html | Xruşov Azərbaycan KP MK-nın birinci katibinə niyə qəzəblənmişdi? | gunelb | Azərbaycan tarixi | 10 fevral 2022, 19:14 |
«Yoldaş Mustafayev, siz cibinizdə partiya bileti gəzdirirsiniz, amma kommunist deyilsiniz. Bəli, siz kommunist deyilsiniz. Partiyanın tapşırıqlarını yerinə yetirə bilməyən şəxs kommunist ola bilməz...” – bu ittihamları Nikita Xruşov yüksək səs tonu və qəzəblə 1959-cu ilin iyun ayında Mərkəzi Komitənin iclasında Azərbaycan KP MK-nın birinci katibi İmam Mustafayevə ünvanlayıb.
Xruşovun qəzəb cə sərtliyinə, İmam Mustafayevə qarşı söylədiyi ittihamlara səbəb nə olub?İmam Mustafayev Azərbaycana 1954-cü ildən rəhbərlik etməyə başlayıb. Yəni, o, Xruşovun hakimiyyətdə olduğu dövrdə bu vəzifəyə gəlib. Əslində, Xruşov Mustafayevi müttəfiq respublikaların ən yaxşı birinci katiblərindən biri kimi qəbul edib. Hətta Mərkəzi Komitənin müttəfiq respublikalarda partiya orqanlarına nəzarət şöbəsinin əməkdaşları Mustafayevin fəaliyyəti haqqında Xruşova mənfi arayış təqdim edəndə, baş katib bu arayışın qərəzli olduğunu bildirib. Amma həmin şöbənin müdiri Vladimir Semiçastnı və onun müavini İosif Şikin Xruşovla görüşərək arayışda heç bir qərəzin olmadığını „sübut” edəndə, baş katib məsələni Mərkəzi Komitənin iclasında müzakirəyə çıxarmağı qərara alıb.
Beləliklə, Mərkəzi Komitənin geniş tərkibli iclasında Azərbaycanla bağlı məruzə dinlənilib. Məruzəçi İosif Şikin olub.
Şikin məruzəsinə Azərbaycanın iqtisadi vəziyyətindən başlayıb. O, qeyd edib ki, respublikada pambıqçılığın səviyyəsi sabit qalsa da, heyvandarlıq sahəsində böyük problemlər var. Belə ki, kolxoz və sovxozlarda iribuynuzlu mal-qaranın sayı kəskin azalıb, şəxsi adamlarda isə kəskin şəkildə artıb. Bunun nəticəsi olaraq, Bakının ərzaq mağazalarında ət və süd məhsulları defisitə çevrilib. Məruzəçi konkret rəqəmlərə istinad edərək qeyd edib ki, hazırda ailələrin şəxsi istifadəsində 2-3 inək, 50-60 qoyun var. Buna görə də həmin insanlar sovet cəmiyyətinə və sovet siyasətinə lazım olan kimi baxmırlar, bu isə ağır siyasi fəsadların yaranmasına səbəb ola bilər.
Məruzənin bu məqamında Xruşov əlini stola çırpıb:
— Bax, bu da bizim kommunistlər, etibar etdiyimiz insanlar...
İosif Şikin daha “həssas” bir məqama toxunub:
— Respublikanın rəhbərliyi millətçilik ruhunu gizlətmədən Mərkəzi Komitənin və SSRİ Nazirlər Sovetinin qərar və göstərişlərini icra etməməkdən belə çəkinmir. Bir faktı qeyd etmək kifayətdir. Azərbaycanın rəhbərliyi Qaradağ-Tbilisi qaz kəmərinin çəkilməsinə etiraz edərək, əsas gətiriblər ki, qaz onların özlərinə çatmır. Amma bu əsas səbəb deyil. Əsas səbəbi Bakı rəhbərlərindən biri dilə gətirib: „Qaz bizimdir və biz onu gürcülərə vermək istəmirik”.
Xruşov bu fakta qarşı daha da qəzəblənib:
— Deməli, belə çıxır ki, onlar istədikləri qədər qazdan istifadə edəcəklər, gürcülər və ermənilər isə qazsız qalacaqlar. Ola bilməz, bu mümkün deyil.
İosif Şikin sonra daha “incə məqamları” açıqlamağa davam edib:
— Məlum olduğu kimi, 21 avqust 1956-cı ildə Azərbaycan dilinin dövlət dili statusu alması ilə bağlı qanun qəbul edilib. Bu qanundan sonra respublika rəhbərliyi bütün müəssisələrdə Azərbaycan dilinə keçidlə bağlı sərt tələblər qoyublar. Nəzərə alınmayıb ki, 1950-ci illərin sonlarında respublika əhalisinin üçdə iki hissəsi qeyri-azərbaycanlılar olub. Və bu qanundan sonra qayri-azərbaycanlıların vəzifələrdən kütləvi şəkildə azad olunması başlayıb. Bu haqda Azərbaycan Ali Soveti Rəyasət Heyətinin sədri, yazıçı Mirzə İbrahimov fikirlərini açıq bəyan etməkdən çəkinməyib: „İndi 20-ci illər deyil. Hazırda bizim kifayət qədər kadrlarımız var ki, qeyri-azərbaycanlıları əvəz etsin”.
İclasın stenoqramına nəzər salsaq şahidi olarıq ki, həmin iclasda Nikita Xruşov məruzəçinin çıxışını bir neçə dəfə kəsib, “bax, bu da bizim kommunistlər” deyə təəccübdən hiddətlənib.
İosif Şikin çıxışında həmçinin Mirzə İbrahimovun Azərbaycan Dövlət Universitetində keçirdiyi görüşlərin birində söylədiyi ifadələri də iclas iştirakçılarının diqqətinə çatdırb: „Ziyalı öz doğma dilində danışa bilmirsə, yaxud öz doğma dilini bilib danışmaq istəmirsə, o, alçaq, yaramaz və satqındır...”
Bu məqamda Xruşov üzünü iclasda iştirak edən İmam Mustafayevə tutub:
— Yoldaş Mustafayev, belə bir hadisə olub?
— Bəli, olub. Amma biz buna görə onu tutduğu vəzifədən azad etmişik.
Mustafayevin cavabı Xruşovun qəzəbini soyutmayıb:
— Belələrini təkcə işdən çıxartmaq yox, partiya sıralarından da xaric etmək lazımdır. Bu cür adamlar kommunist adını daşımamalıdır. Bunlar partiyamıza ziyan vuran millətçilərdir.
Əslində, Mirzə İbrahimovu bu məsələyə görə heç kim işdən azad etməyib. 1958-ci ildə yazıçı öz ərizəsi ilə bu vəzifədən gedib.
Sonda Xruşov növbəti dəfə üzünü İmam Mustafayevə tutub:
— Yoldaş Mustafayev, siz sadəlövh adam deyilsiniz və respublikada nələrin baş verdiyini yaxşı bilirsiniz. Belə bir vəziyyətdə siz çox şübhəli görünürsünüz. Siz cibinizdə partiya bileti gəzdirirsiniz, amma kommunist deyilsiniz. Bəli, siz kommunist deyilsiniz. Partiyanın tapşırıqlarını yerinə yetirə bilməyən şəxs kommunist ola bilməz. Azərbaycandakı siyasi vəziyyət acınacaqlıdır. Kadr seçimində millətçilik açıq şəkildə özünü biruzə verir. Məruzədən də şahidi oluruq ki, respublikada yaşayan digər millətlərin hüquqları tam məhdudlaşdırlıb. Mən bütün bunları bədbəxtlik kimi qiymətləndirirəm ki, Azərbaycanda Kommunist Partiyasını başında sizin kimi adam durur... Sonluq isə hamıya gün kimi aydın olub. 6 iyul 1959-cu ildə Azərbaycan KP MK-nın plenumunda İmam Mustafayev birinci katib vəzifəsindən azad edilib, həmçinin Mərkəzi Komitənin büro üzvlüyündən xaric olunub.
Müəllif: İlham Cəmiloğlu
Mənbə: Sfera.az
| ['SSRİ dövrü', 'Xruşov', 'kommunist', 'millətçilik', 'Nikita Xruşov', 'İmam Mustafayev'] |
108 | https://kayzen.az/blog/etiket/27064/dialoq-m%C9%99d%C9%99niyy%C9%99ti.html | Dialoq mədəniyyəti | gunelb | Etiket və nəzakət qaydaları | 23 yanvar 2022, 05:29 |
Seminarlarda, konfranslarda xarici məruzəçilər “sizin ən böyük problemlərinizdən biri cəmiyyətdə dialoq mədəniyyətinin olmamasıdır”,- deyəndə, öz-özümə düşünürdüm ki, deyəsən, bunlar həqiqəti görməmək üçün özlərindən bəhanə uydururlar. Xalq dilində desəm, qaşınmayan yerdən qan çıxarırlar. Belə düşünməyə haqqım var idi.
Təəssüf ki, avropalılar və amerikalılar rejimlərlə dil taparaq pul qazanır, biznes qururlar. Əgər demokratiyadan uzaq, ifadə və sərbəst toplaşmaq azadlığının olmadığı rejimlərin hökm sürdüyü ölkələri yekə bir qaza bənzətsək, dünyanın bir çox yerlərində bu qazı yolmaq istəyən xeyli adam tapılar. Hətta onlar bunun üçün müxtəlif fəxri adlar da satırlar: “İlin adamı”, “Əsrin adamı”, “Planetin adamı” və s.
Belələri, həm də, ekzotika hesab etdikləri mədəniyyəti yalandan tərifləyirlər. Deyirlər ki, belə dadlı mətbəx heç yerdə yoxdur, belə musiqi eşitməmişik, dünyanın heç bir yerində belə gözəl təbiət görməmişik, sizin adət-ənənəniz məni valeh etdi, sizin qədim tarixiniz, zəngin folklorunuz var və s.
Bəzən öz ölkəsində heç bir ciddi reputasiyaya malik olmayan insanlar, bəzən də elə məşhurların özləri həqiqətə göz yumub böyük pullar qazanırlar. Rejimlər isə görüntüyə böyük önəm verir. Xariciləri göstərib adamlara demək istəyirlər ki, bizi hamı sevir, dəstəkləyir, biz pul xərcləyib sizin mədəniyyəti təbliğ edirik.
Adamlar hardan bilsin ki, bütün bunlar məzhəkədir? Bilənlərin də çoxu susur. Bəziləri isə “artistlik” edir. Bilə-bilə ki, bütün bunlar məzhəkədir, yalandır, yenə də bunları uğur kimi qələmə verirlər. Vəzifə borclarını elə minnətlə yerinə yetirirlər ki, guya böyük fədakarlıq ediblər. Yəni, istəsək eləmərik, sadəcə, minnətiniz olsun ki, edirik. Əslində isə bizə minnət qoymalı deyillər, bu işləri görmək onların borclarıdır.
Hər yerdə pulgir adamlar tapılır. Avropalılar hər bir işi səliqəli gördükləri kimi, əclaflığı və naqisliyi də “səliqəli” edirlər. Hər bir iş istedadla görülməlidir. Hətta əclaflıqlar da! Yaltaqlananda da, istedadla yaltaqlanmalısan.
Xeyli səbəblərdən dialoq mədəniyyətinin olmamasını ciddi problem kimi qəbul edə bilmirdim. Zaman keçdi, başa düşüm ki, dialoq mədəniyyətinin olmaması çox ciddi problemdir. Bu problem bizim yaşamağımıza ciddi mane olur.
Avropalılar çox vaxt ən ağrılı problemləri çox mədəni formada ifadə edirlər. Onların öz dili var. Bəlkə də qeyri-hökumət təşkilatlarının nümayəndələri, ekspertlər, sosioloqlar, politoloqlar, kulturoloqlar və digər OLOQLAR da belədirlər. Qalanlarından xəbərim yoxdur.
Avropalılar ən ağır sözləri çox sadə formada dilə gətirirlər. Əslində isə dedikləri ağır ittihamlardı.
Tutaq ki, küçədə iki uşaq dava edir. Bunu görürsən. Deyirsən, ay uşaq, dava etməyin, dava etmək olmaz. Bu, insan deyilən bir məxluqa yaraşmır. İnsan öz problemlərini danışaraq həll etməlidir. Dava etmək şüursuz canlılara məxsus xüsusiyyətdir. Allahmı deyək, təbiətmi deyək, nə istəyirsiniz adlandırın, insana dil, danışmaq qabiliyyəti verib.
Atam həmişə məndən söz soruşanda başımı tərpədirdim. Deyərdi ki, üç kiloluq başını tərpədincə, yüz qramlıq dilini tərpət.
Ta gedib bu dalaşan iki uşağı təpiyin altına salmalı deyilsən. Hərəsinə bir təpik vurub aralaşdırsan uşaqlardan biri gedib atasına, dayısına, əmisinə, qardaşına deyəcək. O da bekar adamdı, dava axtarır. Həyatı onsuz da heç bir məna kəsb eləmir. Mənasız həyatına bir az rəng qatmaq üçün mütləq söhbəti uzadacaq. Sonra başqa bir bekar adam da ona qoşulacaq və bələcə, tayfa davası düşəcək.
Başqa bir misal gətirək. Tutaq ki, məhəllədə bir nəfər hamını döyür. Həm də bir adamla dalaşanda istəyir ki, başqaları da həmin adamla dalaşsınlar. Belə adamlar hər yerdə var. İdarələrdə, məktəblərdə, hərbi hissələrdə… Belələri ilə həyatda çox rastlaşmışam. Onlar hamının yaddaşında çox pis adam kimi qalırlar. Çünki gec-tez hər kəs bu adamdan öz “payı”nı alır.
Dialoq mədəniyyətinin olmaması həyatın hər bir sahəsində bizə öz zərərini vurur. İki gənc ailə qurmaq istəyir. Hər iki nəsil bir-birinin maddi durumundan xəbərdar ola-ola şiddətlə, amansızcasına, vəhşicəsinə, qəddarcasına bir-birlərini talan edirlər. Elə bil bir-birlərindən daha çox qopartmağa çalışırlar. Müxtəlif üsullara əl atırlar. Gah da adət-ənənəni önə çəkib, təzyiq edir, yalan danışır, rola girirlər. Hamısı daha çox pay qopartmaq üçündür.
Hətta bir-birilərinə dəstə ilə qonaq da gedirlər. İki nəsildən iki ağıllı ağsaqqal çıxıb demir ki, biz bir-birimizi niyə istismar edirik? Kim qazanır bunun sayəsində? Başqaları! Niyə biz bu pulları yığıb bu iki bədbəxtə bir şərait düzəltməyək? Nədir bu yalançı parıltı, bu saxta təmtəraq?
Onsuz da sosial cəhətdən ağır bir ölkədə yaşayırıq. Həyat əjdaha kimi ağzını açıb öz qurbanlarını udur. Qarnı doymur. Udduqca, daha da acır. Onsuz da iki-üç ildən sonra onlar bədbəxt olacaqlar, qoy heç olmasa, bir-iki il adamfason yaşasınlar. Yaşamaq yox, daha doğrusu, dolansınlar. Bəzən ər-arvad bir-biri ilə danışmır.
Bizdə dialoq yoxdur, monoloq var. Bir nəfər danışır, başqaları qulaq asır və yaxud qulaq asmalıdır. Yasda molla danışır, bir nəfər də başqa biri ilə dərdləşmək istəyəndə yuxarıdan mikrafonla qışqırır ki, “Danışmayın! Mən danışıram, burda Allah kəlamı deyirəm”.
Hətta bir dəfə molla belə bir bənzətmə aparmışdı: Rəisinizə qulaq asırsınızsa, mənim dediyimə də qulaq asmalısınız.
Qardaş, niyə sənə qulaq asmalıdırlar? Onsuz da adamların min problemi var. Yasda bir-birlərini görəndə dərdləşirlər, hal-əhval tuturlar. Uzaq qohumlar çox vaxt bir-birlərini yalnız yasda görürlər. Tale hərəsin bir dərəyə atıb. Niyə imkan vermirsən, adamlar danışsın, dərdləşsin, hal-əhval tutsun? Mədrəsəyə gəlmişik, yoxsa məscidə? Fatihə verdin, bəsdir də, imkan ver, adamlar danışsın!
Müdir danışır, işçilər qulaq asır. İmkan vermir adamlar fikrin bildirsin, təkliflər versin.
Mən də dinləyə bilməmək mədəniyyətsizliyindən uzun illər böyük əziyyət çəkmişəm. İndi-indi özümü birtəhər tərbiyələndirirəm. Adamlar var, özü ilə tribuna gəzdirir. Hara gedirsə, tribunanı özü ilə aparır. Restorana, evə, iş yerinə… Əgər insan insanı başa düşmək istəyirsə, başa düşəcək. İnsan deyilən bir məxluqla insan dilində danışırsansa, mütləq başa düşməlidir. Başa düşmürsə, deməli, o insan deyil, həşaratdır.
Tarixdə bir çox sevgililər hətta bir-birlərinin dilini bilməyiblər. Amma bu, onların sevgisinə mane olmayıb. Sevginin dili onlara bəs edib. İnsan digər insanı başa düşmək istəyirsə, hətta pis bildiyi dil də ona bəs edər. Başa düşmürsə, hətta mükəmməl bildiyi dil də bir işə yaramayacaq.
Bir dəfə bir ingilislə “Qulliverin səyahəti” əsəri haqqında xeyli söhbət etdik. Əl-qol ilə danışırdım. O filoloq idi. Düşünürəm ki, hər ikimiz söhbətdən ləzzət aldıq.
Bir dəfə isə uzun illər aramızda soyuq münasibət olan bir adama zəng vurub, çay içməyə dəvət etdim. Görüşdük. Xeyli söhbət etdik.
Dedim, heç bir ciddi səbəb yoxdur. Sadəcə, elə danışmaq istədim. Məlum oldu ki, əbəs yerə uzun illər bir-birimizə düşmənçilik etmişik. Əslində, aşağı-yuxarı eyni yolun yolçularıyıq. Hətta bir-birimizə arxa ola bilərik, fayda verərik.
Dialoq mədəniyyəti özündə bir çox nüansları ehtiva edir. Adamları dinləməyi bacarmaq lazımdı. Monoloq mütləq problemlərin yaranmasına səbəb olacaq. Cavab verərkən, ünsiyyətə girərkən, hansı dildə danışmaq da böyük önəm daşıyır. Bəzən siyasətçilər, yazıçılar adamlarla sadə dildə danışmağı bacarmırlar. Ona görə də fikir və istəklərini xalqa çatdıra bilmirlər. Nəticədə dialoq alınmır. Hərə öz dilində danışır.
Deyilənə görə, akademik Azad Mirzəcanzadə deməzmiş – BAŞA DÜŞDÜN? Deyərmiş – DEYƏ BİLDİM?
Adamlar bəzən sadə dildə danışmaqdan qorxurlar. Bunu özlərinə yaraşdırmırlar. Əslində isə dahilik sadəlikdədir. Biz öz fikirlərimizi ifadə etmək, nə demək istədiyimizi bildirmək istəyəndə, başqalarının sözlərini köməyə çağırırıq. Onlardan sitatlar gətiririk. Bununla, həm də demək istəyirik ki, tək mən yox, filankəs də belə düşünür. Məni qoy kənara, bəs filankəsə nə sözün var? Bu zaman köməyə çağırdığımız əsərlərin çoxu sadə dillə yazılmış əsərlər olur.
Bir dəfə Trotski gəlir Leninin qəbuluna. Xeyli gözləməli olur. Sonra görür ki, Leninin otağından ayağı patavalı mujiklər, yəni kəndlilər, matroslar və bu kimi adamlar çıxdı.
Bu, lətifə-filan deyil, olmuş əhvalatdı. İnsanları dinləmək və onlara öz dillərində cavab vermək hər bir siyasətçinin, idarə rəhbərinin və digər rəhbər adamların borcudur. Belə olarsa, problemlər həllini daha tez tapar.
Belinski deyirdi ki, ədəbiyyatın dili bir az xalqa, xalqın da dili bir az ədəbiyyata yaxınlaşmalıdır. Bu sözü tək ədəbiyyata yox, həyatın bir çox sahələrinə aid etmək olar. Müəllif: Seymur BaycanMənbə: news.milli.az
| ['dialoq', 'dialoq qurmaq', 'xalq dili', 'monoloq', 'dialoq mədəniyyətinin olmaması', 'Seymur Baycan hekayələri'] |
109 | https://kayzen.az/blog/az-proza/27062/bak%C4%B1n%C4%B1-niy%C9%99-xaraba-qoydular.html | Bakını niyə xaraba qoydular | gunelb | Azərbaycan ədəbiyyatı | 22 yanvar 2022, 02:32 |
Həmid Piriyevin hekayələrindəki razyana qoxusu çoxdan məni özünə çəkib, hələ Nərmin Kamal son müsahibəsində onun haqqında danışmamışdan, Seymur Baycan bu yaxında yazı yazmamışdan əvvəl.
Onun hekayələrini birinci dəfə oxuyanda Abşeronun, Bakı bağlarının havasını duymuşdum, qeyri-ixtiyari uşaqlığım yadıma düşmüşdü. Deyəsən, “Şaftalı çiçəkləri fəsli” adlanan həmin hekayəsini oxuyandan sonra Həmiddən müsahibə də götürmüşdüm. Bildiyim qədəri ilə Həmidin xeyli hekayəsi var. Bununla belə daha çox tərcüməçi kimi tanınır. Bu yaxınlarda Milli Kitab Sərgisində görüşən zaman özü də bununla bağlı şikayətlənmişdi. Demişdi tərcüməçilikdən bir qədər uzaq qalmaq istəyir. Səbəb yazıçı kimi az görünməsi, daha çox tərcüməçi kimi tanınmasıdır. Allah üçün, tərcüməçi kimi Həmid xeyli məhsuldardır. Mən hələ onun çevirdiyi iri həcmli əsərləri kənara qoyuram, demək olar, hər həftə “Ədəbiyyat qəzeti”ndə hansısa xarici yazıçıdan tərcümə etdiyi şeir, hekayə, yaxud esse oxumaq olar.Yeri gəlmişkən, bu yaxınlarda Həmidin tərcüməsində Tomas Bernhardın “Vitgenştyenin qardaşı oğlu” romanı oxumuşam. Yəqin ki, yaxınlarda əsər haqqında ayrıca yazaram, lakin indi tamam başqa mövzudan – Həmidin nəsr yaradıcılığından bəhs etmək istəyirəm.
Etiraf edim ki, Həmidin hekayələrini rastgələ yox, sistemli şəkildə oxumağıma Seymurun yazısı da vəsilə oldu. Buna görə də dünən biroturuma Həmidin “Şanapipik haqqında mahnı” (73 səh.) kitabını bitirdim.
Başladım Həmidin eyni adlı mini romanından.
Roman Bakı kəndlərindən olan adi bir oğlanın (Həci) bir neçə günündən bəhs edir. Bu neçə gün ərzində xüsusi hadisə baş vermir, baş qəhrəman yalnız kənddəki yeknəsək günlərindən birini yaşayır və bu zaman təmasda olduğu adamlarla oxucunu tanış edir.
Əsər Həcinin yaşadığı həyətin təsvirindən başlayır. Tipik bağ peyzajı: Qum, üzüm, əncir, toyuqlar. Yeşiyin içində yumurtlamaq üstündə savaşan toyuqları tənbeh edəndə qəhrəman deyir: quşbeyinlər! Başqa vaxt ironiya kimi səslənən bu söz çox yerində istifadə edilir. Bir qədər sonra isə əncir ağacı təsvir olunur: “Əncir yetişməyə başlayan kimi yaxın ətraf bütün şirə olacaq – yarpaqlar, ağacın gövdəsi, yer. Əncir dəyəndə ağac balaca zooparka dönür. Qarışqa, arı, sərçə, sığırçın meyvələrə daraşır...” “Balaca zoopark” bənzətməsi qəşəngdir.
Başqa bir sitat: “Evimizin damındakı şiferlərin altı boydan-boya sərçə yuvalarıdır. Evimizin damı dövrələmə sərçə evləriylə doludur. İl boyu damımızdan sərçə, evimizdən sərçə səsi əskik olmaz. Gözümü açıb sərçələri həyətimizdə görmüşəm. Onlar mənimçün ailə üzvü kimi bir şeydir. Haçansa sərçələr həyətimizdən uçub getsələr, darıxaram”.
Əsərin girişini təşkil edən bu təsvirlər baş qəhrəmanın yaşadığı yerə nə qədər bağlı olduğunu, onun ayrılmaz parçasına çevrildiyini göstərir. Həci keçmiş Bakı bağlarının həsrəti ilə yaşayanlardandır. Vaxtilə həyət-bacadan yığılmış çör-çöplə çəpərlənmiş, əncirli, meynəli bağlar indi daş hasarlarla bölünüb, əncirləri, üzümləri isə palmalar əvəz edib:
“Abşeronunku əncirlə üzümdür. Başqa meyvə ağacları burda çox davam gətirmir, beş-altı ilə quruyur. Ata-baba bir şey bilib ki, hər yerə əncir — üzüm əkib də. Amma elə bu əncir- üzüm nəyə desən dəyər. Yedikcə adamın gözünə işıq gəlir. Haçansa bu meyvələr bağlarımızın bəzəyi idi. Hanı o vaxtlar?! Haçansa bu bağlar adnan idi. Heyf ki, mən bağların hasar-çəpər tanımadığı vaxtları görmədim. Atam deyir, əvvəl kənddəki bağların arası açıq olardı. Payızda meynə kəsilən vaxt kəsilən çubuqları dərz bağlayıb bağ mərzinin ətrafına düzərdilər. Hamı öz mərzinin harda başlayıb harda qurtardığını bilərdi, heç kim heç kimin yerinə göz dikməzdi. Bağ mövsümündə həmin dərzləri ocağa, samovara işlədərdilər. Payızda yenə təzə dərzlər bağın sərhədlərində düzülərdi… İndi maşallah, bağ hasarlarına baxanda adamın gözü qaralır. O tərəfə keçəndə marağa saymışam. Gördüklərim arasında ən hündür hasar iyirmi bir daşdır – dördü metr iyirmi santi (bir mişar daşı iyirmi santiment hesablanır). Öyüvəcən sənin hasar yiyəsi! Bu boyda hasar olar? Elə bil əfsanəvi yunan hökmdarlarının hərəmxanasının hasarıdır. Hələ üstünə şüşə-müşə də düzüblər. Oğru qabağı saxlayırlar öz aləmlərində. Guya oğru dörd metr iyirmi santilik malalı hasara çıxacaq, qabağını bu şüşələr kəsəcək! Oğru kopayoğlu nərdivanla gəzir bəyəm? Birinci dəfə Bakı bağlarına daş töküb hasar çəkən adam Bakı bağlarının da başına daş saldı! Hündür hasarlar, neçəmərtəbəli sarayaoxşayan villalar Bakı bağlarını, Abşeronu öldürdü! Həmin hasarların ucbatından bağlarda külək işləmədi, bağ-bağat qurudu, məhv oldu getdi. Ölən əncir-üzümün yerini tutan palmalar, şamlar ölən bağların başdaşısı oldu. Abşeron küsdü bizdən. Bağlardan əlimiz üzülüb. Kənd nəyi qoruyub saxlaya bilibsə, əlimizdə-ovcumuzda qalan odur”. Bu təəssüf abzası yəqin ki, Bakı bağlarının o dönəmlərini görmüş istənilən adamı kövrəltməklə yanaşı həmən illərə də qaytarır. Maraqlıdır ki, Bakıda doğulmasam da uşaqlığımdan Bakı bağlarının heyranı olmuşam. Həmidin lirik qəhrəmanı Bakı bağlarının o günlərini görməsə də mənim az-çox yadıma gəlir. Bağlar bir-birindən məftil torla, mərz boyu basdırılmış ağac budaqları ilə, yaxud paslı tənəkə parçaları ilə ayrılırdı, daş hasarlar isə tək-tük idi. Külək sanki mühəndis səriştəsi ilə qumu sovurub çəpərlərin dibində toplamaqla bu amana-bənd çəpərləri möhkəmləndirirdi. Beləcə çəpər boyu hündür barxanlar yaranırdı. Bu barxanların arası ilə sarı-bozumtul qumluq yollar uzanardı dənizə sarı. Biz o yollarla tez-tez dənizə gedərdik. Çəpərlərin qırağı isə hündür razyana kolları ilə bəzənərdi. Razyananın qoxusu adamı aralıdan vurardı. Elə bilərdin nəhəng tutma balonunun içindəsən. Bağların içində meynə kolları isə əlbəttə ilan kimi isti qumun üzərində qıvrılıb yatardılar, yarpaqlarının arasında isə kəhrəba, yaxud kömür rəngi üzüm salxımları gizlənərdi. Bağların çoxunda iri evlər, villalar, kotejlər olmazdı, sakinlər elə taxta baraklarla, ya da kiçik daxmalarla kifayətlənərdilər. Dənizə yaxınlaşdıqca bağlar da seyrəkləşərdi, qalardı bircə ucsuz-bucaqsız qumluq və bir də arabir gözə dəyən, tərk edilmiş qədim tikililəri xatırladan əyrüş-üyrüş əncir ağacları. İndi bu sətirləri yazıram, elə bilirəm yenidən Bakı bağlarının arası ilə gəzirəm, gün başıma vursa da, isti qum ayağımı yandırsa da bu mənə ləzzət edir. Uşaqlığımda gördüyüm bu mənzərələr üçün həmişə darıxmışam. Ona görə də yay gələndə mən dənizlə yanaşı uşaqlığımda gördüyüm həmin bağların axtarışı ilə Bakı kəndlərinə üz tutaram. Bu mənə dağı da, meşəni də əvəz edər. Elə bilərəm dünyanın ən turistik yerindəyəm...
Həmidin də istər “Şanapipik...” romanı, istərsə də hekayələri (“Şaftalı çiçəkləri fəsli”) məhz Abşeron bağlarının ötüb gedən nostalgiyası üzərində hörülüb, ən azı “itirilmiş cənnət”in məyusluğu, bir də ki, açıq-aşkar deyilməsə də Bakı kəndlərinin koloritinin urbanizasiyalaşma nəticəsində gəlmələr tərəfindən pozulmasının qəzəbi sezilir ki, bu da başadüşüləndir. Kənddə həyat sönükdür. Bunu qəhrəmanın lirik-sentimental düşüncələri ilə yanaşı Zekinin, Max-maxın, Zərənin, qonşu gəlinin, Tolikin, Mehrabın, Eminin, sərxoşun, Məlikin və başqalarının həyatından da görmək olar. İşsizlik, sosial problemlərdən dərindən bəhs olunmasa da ümumilikdə insanların həyatı, Bakı bağlarının (kəndlərinin) ötüb keçmiş firavan dövrünün nisgili əsərin ovqatına sirayət edir. Bakının son illərdə böyüməsi mərkəzlə yanaşı kənarlarda da özünü göstərib və bu məskunlaşma kənd camaatının ənənəvi həyatını dəyişib, sakit güzəranlarını yox edib. Bu ən adi detalda da özünü göstərir. Vaxtikən kəndin kənarındakı qamışlıq qurudularaq yeni evlər tikilib, bu da özü ilə yeni problemlər gətirib.
Həmidin əksər qəhrəmanları depressivdir. Bu depressiya isə səbəbsiz deyil, hər birinin özünəməxsus faciəsi var. Müəllif bəzən onlardan birini yaxından, digərini uzaqdan-uzağa təqdim etsə də hamısının bədbəxt olduğu aydın görünür və bu kədər oxucunun ovqatına da çökür, sanki Bakı kəndlərinin xoşbəxtliyi, o köhnə bağ abu-havası sovrulub, indi nə günəş var, nə sərin meh, yerində hər yeri dağıdıb məhv edən və daha çox insanların qəlbində əsib fırtınalar qopardan Xəzri qalıb. Lakin Həmid bunları qabartmır, eyni təmkinlə faciənin kiçiyini də, böyüyünü də nəql edir, sanki artıq buna öyrəşibmiş kimi, sanki belə də olmalıymış kimi.
Lakin növrağın dönməsinin günahı təkcə bağların hasarlanmasında, kənar təsirlərdədirmi? Həci özü də kəndin cavanlarının üzdə dinə yuvarlanmaqla əslində mənəviyyatdan uzaqlaşmalarını ağrı ilə danışır: “Kəndimizdəki cavanların əksəriyyəti dindardır, onların da əksəriyyəti məşədidir. Aralarında bir-iki ildən sonra dini buraxan məşədilər də var. Namaz ürəklərini vurub”. Təkcə bağların çəpəri daş hasarlarla, üzümü, ənciri, şamla, palmayla əvəzlənməyib, insanları da dəyişib, korlanıb. Hacıya onunla Sabunçu bazarına quş satmağa getməyi təklif edən Mehrab, axşama qonaqlıq sözü versə də dediyinin üstündə durmur. Hamı, hamı bu kənddə günaha batıb. Hacının özü də az aşın duzu deyil. Əsərin sonunda küçədən tapdığı pulun sahibinin kim olduğunu bilə-bilə qaytarmaqdan imtina edir: “Bayaq Əbdülün balaca qızı pul axtarırdı, yəqin o itirdiyidir. Əvvəl bir istədim aparıb verəm qıza, amma getmədim. Onsuz da Əbdül döyüb qızı”. Həci o pula pivə alıb içir və sonra da özünə belə bir sual verir: “Nolacaq bizim axırımız?”
Deyəsən, özü də cavabı bilmir və ümidi yalnız Xəzriyə bağlayır ki, bəlkə, o əsib-coşub günahları qova… Bu isə quruca təsəllidən başqa bir şey deyil.
Həmidin təkcə romanının deyil, hekayələrinin də qəhrəmanları darıxan, sıxıntı çəkən personajlardır. Özü də burda sıxıntının səbəbi təkcə sosial çətinliklər, az maaşa yaşamaq deyil. “Bağışlayın, Rənanı tanımırsınız?” hekayəsinin qəhrəmanı dəniz kənarındakı barda bir fahişəyə aşiq olur. Burda da qəhrəmanlar romanın qəhrəmanlarından kardinal şəkildə fərqlənmirlər. Toppuşla Memidoff tikintidə işləyirlər, Cek Hüseynbala isə qəssabdır. Çox vaxt qazandıqlarını aparıb dəniz kənarındakı kafedə fahişələrə xərcləyib gəlirlər. Toppuş təzə evlənib, odur ki, kafeyə getməkdə o qədər də istəkli deyil, Cekə isə qəssab olduğu üçün bibisi qızı gəlməyib, başqasına gedib, o gündən Cek hər gün içir. Əsərin qəhrəmanına gəldikdə isə o kafedəki fahişədən xoşu gəldiyi üçün hər gün ora gedir. Bir gün isə Rənanın başqa yerdə iş tapdığını öyrənir və bir daha onu görmür, yalnız üstündən bir ildən çox keçəndən sonra qəhrəman evlənəcəyi qızla ilk görüşdə ondan Rənanın ətrini duyur və beləcə dünya-aləm başına qopur.
Kitabın sonuncu “Qarışqa tapdalamayan” hekayəsi də oxşar mövzuda yazılıb. Bu sadə hekayədə də cavanların fərəhsiz həyatından bəhs edilir. Kitabda yer alan başqa hekayə – “Qurbağalı gölün sahilləri” barədə bir fikir söyləməyəcəm. Məncə bu, kitabın ümumi ovqatına uyğun gəlməyən və bir qədər natamam əsərdir.
Lakin Həmidin əsərləri arasında mənə ən çox təsir edən “Şanapipik haqqında mahnı” kitabına daxil olmayan “Şaftalı çiçəkləri fəsli” hekayəsidir. Romanda olduğu kimi bu hekayədə də zahirən heç nə baş vermir: “Bağlarda yabanı razyanalar bitir. Baxımsız bağlarda böyüyür, kollanır, hasar boyu qalxır. Yayda razyananın iyi elə də hiss olunmur, başqa güllərin iyinə qarışır, təsiri itir. İndi qışdı, hər tərəfdən razyana iyi gəlir. Gecəni yatmamışam. Sərxoş dünən səhər gedəndə burnunu çəkirdi, axşam da gəlmədi. Axşam zəng eləyib naxoşladığını dedi. Mənsə tək qalanda qorxuram, yata bilmirəm...”
“Şaftalı çiçəkləri fəsli” dəniz kənarındakı bağların birində qarovulçu qalan qəhrəmanla xəstələnib işə çıxmayan yoldaşının adi günündən bəhs edir. Lakin hekayə sadə süjetinə baxmayaraq, oxucuda dərin iz buraxır. Sərxoş yeknəsəq həyat yaşayır. Bağda qarovulçuluq edir, axşamlar isə qəhrəmanla vurur: “Sərxoşun otuz səkkiz yaşı var, evlənməyib. Anasıynan bir yerdə yaşayır, atası Qarabağda şəhid olub. Bir bacısı var, ərdədi. Bildir anasını əməliyyat elətdirib, onda kalan borca girmişdi. Keçən ay qurtara bildi borcunu.”
Bu sitat Sərxoş haqda məlumat almağa bəs edir. Daha dərinə gedib kədərli notlar üzərində gəzişməyə gərək yoxdur. Sərxoşgilin həyətlərinin torpağı şoran olduğu üçün gətirib qəhrəmanımızın işlədiyi həyətdə şaftalı əkib, deyir orda quruyur. İndi isə xəstələnib, düşünür ki, sağ çıxmayacaq. Çünki atası da 38 yaşında ölüb. Ona elə gəlir ki, 38 yaş ömrünün şoranlıq yeridi, o yaşa çatan kimi quruyacaq. Lakin onu bu şoranlıqdan xilas etməyə kimsə yoxdur ki, şaftalı tingi kimi aparıb başqa yerdə yaşatsın.
Müəllif Sərxoşun həyatının ağırlığından, çətin güzəranından uzun-uzadı bəhs etmir, rəssamlar misalı cəld fırça yaxmaları ilə bu nöqtələrə toxunub keçir. Təkcə bir detalı göstərməklə hər şey izah olunur: “Anası sinidə çay gətirir mənimçün, qənddana mən aldığım şokoladlardan töküb. Çayı qoyub həyətə çıxır”.
Lakin maraqlısı burasıdır ki, hekayə nə qədər bədbin, qaramtıl olsa da müəllif sonda Sərxoşun özünün ölümü ilə bağlı öncəgörməsini dolayı yolla da olsa yalan çıxarır: “Çayı içib ayağa dururam. Cibimdən bir az pul çıxarıb Sərxoşun balışının altına qoyuram. Etiraz etmək istəyir, imkan vermirəm.
Gödəkcəmin yaxasını bağlayanda Sərxoş soruşur:«Papağın hanı?»
«Bağda qalıb».
«Mənimkini götür». Asılqandakı papağa işarə edir. «Bayaq xəbərlərdə dedilər, yağış yağmalıdı. İslanarsan».
«Yox,» – deyirəm, «hara gedirəm ki? Beş dəqiqəyə çataciyam da bağa». Amma Sərxoşgildən bağacan hardasa yarım saatlıq yoldu. Əslində yolun uzunluğunu fikirləşmirəm, gecə yenə tək qalmalıyam, onu fikirləşirəm, bir də arağı tək içməyin dərdi götürüb məni...
Sağollaşıb çıxıram. Evin damına, sobanın bacasına baxıram. Bacanın ağzına yanakı kərpic qoyublar, tüstü kərpicin yanındakı boşluqlardan çıxıb göy üzünə millənir.
Göy üzü tərtəmizdi, bir tikə də bulud yoxdu.Yağış yağmır.”
Yuxarıda da vurğulandığı kimi Həmid Piriyevin bəzək-düzəksiz, xüsusi quramaçılığa gərək duymayan əsərlərini oxuyub qurtarandan sonra uzun müddət bədbinlik, sıxıntı oxucunu tərk etmir, onu da içinə hopdurub digər darıxan qəhrəmanları ilə bir sıraya qoyur. Obrazların, hadisələrin çoxu nə qədər tanış olsalar da hekayələrin ovqatı qurum kimi oxucunun qəlbinə hopub qopmaq bilmir.
Əvvəllər razyana qoxusu mənə köhnə Bakı bağlarını xatırladırdısa, bundan sonra Həmidin hekayələri xatırladacaq.
Müəllif: Mirmehdi AğaoğluMənbə: kulis.az
| ['bakı', 'bakı kəndləri', 'hekayə oxumaq', 'kənd həyatı', 'Abşeron camaatı'] |
110 | https://kayzen.az/blog/kulturologiya/27048/bizd%C9%99-niy%C9%99-modern-s%C9%99n%C9%99t-yoxdur.html | Bizdə niyə modern sənət yoxdur? | gunelb | Kulturologiya (mədəniyyətşünaslıq) | 8 dekabr 2021, 00:40 |
Bizdə həqiqi modern sənət görmək nadir hadisədir. Modern sənətlə məşğul olanlar çoxdur təbii ki, nə qədər desən, fotoqraf, rəssam, yazıçı və ya rejissor var, amma əksəriyyətinin işlərinə həvəskarlıq, hay-küyçülük, psevdoçuluq, duyğu istismarçılığı və sair hakimdir, sənətkarlıqdan isə əsər-əlamət yoxdur.
Azərbaycan 30 ilə yaxındır müstəqil dövlətdir, az deyil, 10 milyondan çox əhalisi var, amma bu müddət ərzində modern sənətkarlıq sahələrinin formalaşması bir tərəfə, ümumiyyətlə, adam arasına çıxarılası nümunələrin sayı da barmaqla sayılacaq qədər az olub. Sənətkarlığa dövlət dəstəyi əks effekt verir. Ayrılan pulların böyük qismi korrupsiya nəticəsində ciblərə axır. Beləcə, dövlətin dəstək verdiyi sənətkarların yaratdıqlarının bir qara qəpiklik dəyəri qalmır. Əksər vaxt tək-tük yaxşı sənət nümunələri dövlət dəstəyi almayan, fərdi təşəbbüslə ortaya çıxarılanlardır, amma onların da sayı o qədər azdır ki, gözə görünmədən, ümumi axında itib batırlar.
Bəlkə biz sənətkar xalq deyilik? Belə fikirləşənlərin də sayı az deyil. Amma bu, bir az irqi ayrı-seçkiliyə bənzəyir. Zənnimcə, Azərbaycanda modern sənətkarlığın olmamasının başqa səbəbləri var. Bu səbəblər hansılardır? Gəlin aydınlaşdırmağa çalışaq.
Ən birinci səbəb odur ki,biz kasıbıq. Kasıb cəmiyyətdə isə modern sənətkarlıq ayaq tutub yeriyə bilməz. Ay ərzində əlimizə düşən qazancın böyük hissəsi yemək-içməyə, pal-paltara və toya pul salmaq kimi adət-ənənədən irəli gələn təxirəsalınmaz ehtiyaclara sərf olunur. Əgər insan kitaba, rəsmə, tamaşaya, kinoya pul xərclədikdən sonra, ac qalacaqsa, geyinməyə paltar tapmayacaqsa, toya salmağa pulu qalmayacaqsa, ona necə “sənətə pul xərclə” demək olar? Bunu desən, o, ən yaxşı halda sənin sənətbazlığına güləcək, ən pis halda isə səni xalis başdanxarab hesab edəcək. Sənətkarlıq şəhərləşmə, rifah və pul məsələsidir, kasıbın sənət nə vecinə?
Sənətkarlığın qarşısını alan ikinci səbəb odur ki, biz cəmiyyət kimi hələ modernləşməmişik, modernləşməyin əhəmiyyətini dərk etməmişik. Biz modern geyim-keçimdə olsaq da, arxitekturamız, ictimai-siyasi-mədəni modellərimiz, təsisatlarımız modern formada olsa da, əslində zahiri və simulyativ xarakter daşıyırlar. Ona görə simulyativ ki, özümüzü modern imiş kimi göstəririk, əslində isə deyilik.
İmitasiya ilə simulyasiyanı ayırd etməkdə fayda var. İmitasiya bir şeyi model, nümunə kimi götürüb onu yamsılamaq, onun kimi olmaq cəhdidir. İmitasiya bir mənada yaxşıdır, ona görə ki, yamsılaya-yamsılaya axırda öyrənirsən, bir gün arzuladığın ideala çatırsan və yaxud ona yaxınlaşırsan. Biz isə simulyasiya ilə məşğuluq, yəni bir şeyi edirmiş kimi görünməyə çalışırıq, əslində isə etmirik, gözə kül üfürməklə məşğul oluruq. Azərbaycanın müasir sənətkarı da simulyasiya ilə məşğul olur, o, modern sənətlə məşğul olurmuş kimi görünür, amma əslində, gözə kül üfürməklə məşğul olur. Bizdə roman yazan, kino çəkən, rəsm cızan insan məşğul olduğu sahənin necə ortaya çıxdığını, necə modernləşdiyini, necə indiki formasını aldığını dərindən bilmir. Bunları dərindən bilmədən isə sənətin mahiyyətini dərk etmək mümkün deyil, beləcə, ortaya sanballı bir şey də qoymaq mümkün deyil.
Modern sənətlə məşğul olan gürcü, erməni, ukraynalı, türk və ya iranlı sənətkar Avropa dillərindən heç olmasa birini öyrənməyə çalışır, çünki dili yaxşı bilirsənsə, mədəniyyəti əxz etmək imkanların da birə beş artır. Bizdə ümumi miqyasdakı sənət qısırlığı fundamental problemlərdən qaynaqlanırsa, fərdi baxımdan nümunə olacaq tək-tük sənətkarların ortaya çıxmaması isə, dil bilməməkdən, gördüyü işin mahiyyətini dərk etməməkdən, sənət təfəkkürü qazanmaq üçün modernliyə yiyələnməyin əhəmiyyətini başa düşməməkdən qaynaqlanır.
Ən nəhayət, bizdə modern sənətkarlığın inkişafının qarşısını alan üçüncü və ən böyük səbəb milli-mentalitet adıyla tanınan, əslində isə mahiyyətində inkoqnito orta əsr müsəlmançılığı dayanan ənənələr, ehkamlar və qadağalar toplusudur. Bundan əvvəlki səbəblərin də birbaşa milli-mentalitetlə əlaqəsi var.
Bunu bir yazımda yazmışdım, nə demək istədiyimin daha dəqiq başa düşülməsi üçün bir daha təkrarlayım: Azərbaycanda milli-mentalitet deyilən şey əslində, Sovet dövründə Stalinizmlə reaksiyaya girərək mutasiyaya uğramış, amma gizlində öz əsl mahiyyətini qorumuş orta əsr dini dünyagörüşündən savayı bir şey deyil. Stalinizmlə mutasiyaya girdikdən sonra, o, “işkola” getməyə, Firəngistanda gavur elmini öyrənməyə, gavur əlbisəsi geyinməyə, hətta gavur sənətiylə məşğul olmağa göz yumur. Lakin bunların sadəcə səthi, nəzarət olunan səviyyədə olmasını və simulyativ xarakter daşımasını tələb edir. Romanmı yazırsan, kinomu çəkirsən, xaricdə təhsilmi alırsan, elmi tədqiqatmı aparırsan, siyasətləmi məşğul olursan? Çox əla, çox pakizə. Amma milli-mentalitetə uyğun olsun! Yəni gərək yad, şübhə doğuracaq, plüralizmə, individualizmə və dəyişikliyə gətirib çıxaracaq heç nə eləməyəsən!
Beləcə, mutasiyaya uğrayaraq, milli-mentalitet cildinə girmiş orta əsr təfəkkürü elə əvvəlki şeyləri – biət və itaət etməyi tələb edir. Mahiyyət etibarilə dəyişən bir şey yoxdur, o, yenə də həqiqi sənətə, həqiqi özünüifadə azadlığına qarşı düşmən mövqedə dayanıb.
Milli mentalitet adlı bu ehkamçı kültür özünü ifadə edə bilən yox, özünü ifadə edə bilməyən insan yetişdirməyə köklənib. Onun “onu eləmək olar”, “bunu eləmək olmaz” kimi buyruqları demək olar ki, insan həyatının ən kiçik zərrəciyinə qədər nəzarət edir. Azərbaycanda küçədə, meydanda, avtobusda, ofisdə, kino zalında, konsertdə, rəsm sərgisində hər kəs hər kəsin nəzarətçisidir. Özündən asılı olsa da, olmasa da bizdə insan əxlaq keşikçisi vəzifəsini öz üzərinə götürüb (“Bu kino bizim milli-mentalitetimizə uyğun deyil!”). Hətta bir əxlaqçı, ehkamçı da insanın öz içində oturub, davranışlarına görə özü özünü daim mühakimə edir. Ən sekulyar çevrələr arasında da belədir. Ateist də olsan, ən adi şeylərdə ehkamçı ola bilirsən, özünü məhdudlaşdırırsan, özünə özünü ifadə etməyə imkan vermirsən.
Cəmiyyətin təsirini biz əksər vaxt yetərincə qiymətləndirmirik, halbuki biz ətrafımızdan sandığımızdan da çox asılıyıq. Cəmiyyətin sənətkardan müəyyən gözləntiləri var. O, sənətkar üçün rollar biçir və o rolları oynamağı, onun gözləntilərinə cavab verməyi tələb edir. Cəmiyyətdən hədsiz asılı olan sənətkar isə fərd ola bilmir, müəyyən müqavimətdən sonra əl götürür, çünki çoxluğa qarşı mübarizə aparmaq çətindir. Sənətkar oxucunun istədiyi kimi kitablar yazmağa, tamaşaçının istədiyi kimi kinolar, tamaşalar, rəsmlər yaratmağa başlayır. Buna görə də özünü aşa bilmir, yaratdıqları elə oxucu, tamaşaçı və ya kütlə səviyyəsində qalır.
Əlqərəz, biz hədsiz əxlaqçı və ehkamçı cəmiyyətin nümayəndələriyik. Əxlaqçı, ehkamçı mühakimələrə meyilliyik. Belə əxlaqçı, ehkamçı və mühakiməçi kültürdə isə fərdiyyət, özünəməxsusluq, sənətkarlıq nadir hadisə olmağa məhkumdur. Bizim sənətkarımız da bir qayda olaraq qeyri-müstəqil, mühafizəkar, qapalı, özünü aça bilməyən, açmaqdan qorxan insandır, bu da onun həqiqi sənətkar olmasını əngəlləyir. Fərdi nümunələr olub təbii ki, bundan sonra da olacaq, amma onlar güclü diletant axınında gözə çarpmadan itib batmaqda davam edəcəklər.
Azərbaycanda həqiqi sənətkarın ortaya çıxması üçün inqilabi dəyişikliklər tələb olunur. İqtisadi azadlıqlar genişlənmədən, cəmiyyət modernləşmədən və milli-mentalitet adlı ehkamçı kültür məhdudlaşdırılmadan, ölkədə çətin ki, həqiqi modern sənətkarlıq intişar tapa bilsin. Bizim qanunlarımız həqiqi sənətkarlığın cücərməsinin qarşısını alan şoranlaşdırıcı iqlim hadisələrinə bənzəyir. Nə qədər ki, bunu görmürük, görmək istəmirik, sənətsizliyimizi də səhvən genetikamızda və sair yanlış yerlərdə axtarmaqda davam edəcəyik.
Müəllif: Cavid RamazanovMənbə: aqreqator.az
| ['modern sənət', 'modern sənətkarlıq', 'kultorologiya', 'milli mentalitet', 'milli maarifçilik', 'milli mədəniyyət'] |
111 | https://kayzen.az/blog/edebiyyat/27046/a%C4%9Fa-deyir-s%C3%BCr-d%C9%99r%C9%99y%C9%99-%7C-aq%C5%9Fin-yenisey.html | Ağa deyir sür dərəyə | Aqşin Yenisey | gunelb | Ədəbiyyat | 5 dekabr 2021, 23:23 |
Adətən, ölkəmizi hər mənada inkişaf etmiş ölkələrlə müqayisə etməyi sevirik (özümüzü həmin inkişaf etmiş ölkənin vətəndaşı ilə müqayisə etməyi sevməsək də). Bu, bir yandan yaxşı haldır ki, hədəfimizin inkişaf olduğunu göstərir, bir yandan pis haldır ki, bizi reallıq hissindən uzaqlaşdırır. Nitsşeni əsəbiləşdirən vəziyyət yaranır; səbəb və nəticə arasında əlaqə qura bilmirik. Ya səbəbi səhv yerdə axtarırıq, ya nəticəni düzgün hesablaya bilmirik. Məsələn, niyə fransızlar sosial dövlət qura bilir, biz yox? Səbəblə maraqlanmadan bu suala doğru-dürüst cavab vermək mümkün deyil. Fransız sosializminin səbəbi dövlətdən ilk dəfə sosial münasibətlərdə güc faktı kimi istifadə edən, bu gücü sosial həyatın bütün dəlmə-deşiklərinə dürtən fransız dövlət xadimi ( Baş nazir) Rişelyenin apardığı siyasətdir. Adam yaratdığı məmur ordusu ilə dövlət olaraq Fransanın hər yerində idi. Onun vergi müfəttişləri fransız xalqının adət və ənənələrini ayaqlayaraq hər yerdə və amansız bir tələblə vergi yığırdılar. Ta XVII əsrdən üzü bu yana fransız vətəndaş gözünü açıb dövləti öz otağında, əlində "çörtkə” haqq-hesab apardığını görüb. Ona görə də onda bu hegemonluğa qarşı bir etiraz, bir müqavimət ruhu, düşüncəsi formalaşıb. Nəticəsi də göz qabağındadır.Fransız cəmiyyətinin illər, illər yox, əsrlər ərzində keçdiyi yolu beş-altı günün içində dəf etmək üçün ondan daha üstün bir mədəniyyətin daşıyıcısı olmalısan ki, bu da mümkün deyil. Ayaq və yorğan məsələsi təkcə fərdə deyil, xalqa da aiddir.
Keçək yazımızın daha ciddi bölümünə.
Marks «Das Kapital”ı – kapitalizm dünyasının „Ölülər kitabı”nı yazanda sosialist inqilabının üç ölkədə — İngiltərə, Fransa və ABŞ–da baş verəcəyini xəbər verirdi. Çünki Tomas Morun metaforu ilə desək, qoyunlar əvvəlcə İngiltərədə insanları yeməyə başlamış, sonra bu proses Fransaya və ABŞ-a sıçramışdı.
Amma inqilab çar Rusiyasında oldu.
Yuval Harari bunun səbəbini belə izah edir ki, Qərb ölkələrində Marksın məqalələrini, kitablarını, ən əsası “Das Kapital”ı işçi sinfi ilə yanaşı, kapital sahibləri də oxuyur və götür-qoy edirdilər. İşçilər məlum düzəni dağıtmağa hazırlaşdığı kimi, patronlar da onu qoruyub-saxlamaq üçün planlar cızırdılar. Nəhayət, Avropada burjua sinfi seçim qarşısında qaldığını anladı: işçilər ya ölkənin, ya da kapitalın idarə olunmasında iştirak etməliydi. Qərbdə ikisindən birinin bir hissəsini işçi sinfinə güzəştə getməyə qərar verildi. Və patronlar kapitalı deyil, hakimiyyəti xalqla bölüşməyə üstünlük verdilər. Beləliklə, vaxtilə Yunanıstanda kölələrin deyil, ağaların haqlarını qoruyan demokratiya bu dəfə kapitalizmi işçi sinfinin qəzəbindən xilas etdi.
Burjua demokratiyanı öz xilaskarı kimi „görəvləndirib”, arın-arxayın yenidən öz pulunu saymağa başladı. Demokratik seçki yolu ilə ölkənin idarə olunmasında iştirak etdiyini düşünən işçi sinfi – sonralar onları “modern kölələr” adlandıracaqdılar – könüllü olaraq sərvətdən imtina etdi. Kapitalistlər isə yaxşı bilirdilər ki, xalqın seçdiyini, sevdiyini ya seçkidən əvvəl, ya seçkidən sonra pulla ələ ala biləcəkdilər. Çünki hələ Marksın, kapitalizmin olmadığı zamanlarda Makedoniyalı İskəndərin atası Filipp demişdi ki, qızılla yüklənmiş eşşəyin qarşısında bütün qalalar acizdir! Hətta bu gün də Qərbdə demokratik çoxluqdan əvvəl iş adamlarının „səsini” əldə etməyin vacib olduğunu bilməyən namizədə qız vermirlər.
Çar Rusiyasında isə söhbətin nədən getdiyini çox az adam bilirdi. Marksı bir neçə adam başa düşmüşdü, onlar da səhv başa düşmüşdülər. İnqilabi güc olan rus fəhlə-kəndliləri, ümumiyyətlə, “Das Kapital”da yazılanlardan xəbərsiz idilər. Onlar inqilaba da „ağa deyir, sür dərəyə, sür dərəyə!” düşüncəsi ilə hazırlaşırdılar. Rus burjuası isə onlarla nə hakimiyyəti, nə sərvəti bölmək fikrində idi. Çünki Pyotr dövlətçilik ənənələrini ancaq bir qrupun — zadəganların (dvoryanların) hakimiyyəti üzərində qurmuşdu. Pyotr fəhlə və kəndlilərdə dövlətçilik ruhunun olmadığını deyir, onları satqın və xain adlandırırdı. (Bu gün də rus elitası bu ənənəyə sadiqdir, onlar əmindirlər ki, Rusiyanı yalnız bir halda parçalamaq mümkündür: Pyotrun dövlətçilik fəlsəfəsini demokratik rejimlə əvəzləməklə. Demokratiya Rusiyada sosialist inqilabı kimi rus olmayanların arzusudur.) Rusiya öz mövcudluğunu təhkimli kəndlilərə (onlara fiziki mənada “can” deyirdilər) deyil, knyazlara, dvoryanlara borclu idi. Klassik Rusiya uğrunda ölənlər onlar idi. Hətta hərbi kommunizmin „Za Stalina!” şüarının banisi də, əslində, Pyotr idi. Rusiya həmişə avtoritar ölkə olaraq qalmalıydı!
Cahillikdə xalqdan heç də geri qalmayan çar burjuası öz “ayılığı” ilə inqilabı körüklədi. Dvoryanlar avropalı patronlardan fərqli olaraq, nə siyasi hakimiyyəti, nə sərvəti proletarlarla bölüşdülər, nəticədə, çəkic və oraqla silahlanmış milyonlarla ac hər ikisini zorla onların əlindən aldı. Rus proletar inqilabı bir daha cahilliyin inqilabi güc olduğunu sübut etdi. Niyə cahillik? Çünki bu aqrar imperiyada gücü təmsil edən milyonlar sosializmin, kommunizmin mənbəyi olan „Das Kapital”ı oxumamış, qulaqdan-qulağa, onlara necə deyilmişdisə, o cür eşitmişdilər, eynən Orta əsrlərdə İncili latıncadan, Quranı ərəbcədən oxuya bilməyən, qulaqdan-qulağa inanan və məsələn, “şeytanın ruhunu daşıdıqları üçün” Papanın əmri ilə küçələrdəki pişikləri öldürən milyonlarla təmiz qəlbli allah bəndələri kimi.
Nəhayət, bu dəfə inqilab öz avtoritarizmini qurdu və daha vəhşisini! SSRİ marksizm cahilliyinin şikəst doğulan övladı idi. „Ərəb baharı”nda da biz eynisinin şahidi olduq. İnqilabi Misir daha sərt diktatura ilə nəticələndi, Liviya vətəndaş müharibəsinə girdi, Suriya qarpız kimi dağıldı və s. Bəs inqilab çar Rusiyasını, Çini, Kubanı niyə dağıtmadı? Çox sadə bir səbəbdən. Çünki bu ölkələrdə inqilabın ilk işi öz övladlarını yemək oldu. İnqilab Rusiyasını parçalayacaq adamların hamısı inqilabın səhəri günü Stalinin qarnında idi.
Qərb kommunizm inqilabından yayınsa da, ideoloji-hərbi kommunizm təhlükəsi ilə üzləşdi. İdeoloji kommunizmin qarşısına daha güclü bir ideologiya ilə çıxmaq lazım idi. Bu dəfə Qərb burjuasını millətçilik ideologiyası xilas etdi. Vaxtilə öz sərvətini xalqdan demokratik seçki yolu ilə qoruyan Qərb kapitalizmi bu dəfə həmin xalqın beynini milli ideyalarla doldurdu. Demokratiya və millətçilik əl-ələ verib qədim kapitalın keşiyini çəkməyə başladı.
Bütün bunları demokratiyanın və millətçiliyin tənqidi kimi yazdığımı düşünməyin, mən, sadəcə, dünyadan baş çıxarmaq üçün əvvəlcə ondan dərs çıxarmalı olduğumuzu demək istəyirəm.
Platonun demokratiyanı tiranlığın mənşəyi kimi nəzərdən keçirdiyini, yaxud Kantın “demokratiya „despotizm”ə yol açır” dediyini bir qırağa qoyub, Hitlerdən tutmuş, Səddam Hüseynə, Hüsnü Mübarəkdən başlayıb, Bəşər Əsədə qədər bir xeyli (hələ bunun Latın Amerikası var) tiranın, despotun demokratik seçki yoluyla hakimiyyətə gəlməsi onu göstərir ki, seçkinin uğuru seçiləndən çox, seçənlərin səviyyəsindən asılıdır.
Məsələn, kommunist Rusiyasının ilk dövründə hakimiyyət Lenindən Stalinə siyasi varislik yoluyla ötürülməsə, seçki yoluyla dəyişəsi olsaydı, xalq nə intellektual Trotskiyə, nə Marksın özünə belə müxalif olan Bakuninə səs verəcəkdi, cahil çoxluq böyük ruh yüksəkliyi ilə Stalini seçəcəkdi. Çünki xalq şüurunun Trotski, Bakunin kimi Marks müridlərini anlayacaq, dəyərləndirəcək səviyyəsi yox idi Rusiyada.
Şahidi və varisi olduğumuz sovet cəmiyyətində insanları haqlar yox, imtiyazlar maraqlandırırdı. Bu gün el arasında o düşüncə dəyişibmi? Kommunizm cahilliyinin yerini bu gün də demokratiya cahilliyi ilə doldurmamışıq ki? Müəllif: Aqşin YeniseyMənbə: kulis.az
| ['sosialist inqilabı', 'burjua inqilabı', 'Fransız sosializmi', 'kommunizm'] |
112 | https://kayzen.az/blog/kino/27021/iran-rejiminin-m%C9%99d%C9%99niyy%C9%99t-d%C3%BC%C5%9Fm%C9%99n%C3%A7iliyi.html | İran rejiminin mədəniyyət düşmənçiliyi | gunelb | Kino | 7 noyabr 2021, 00:44 |
Bu günlərdə İranın ölkəmizə xoş olmayan, aqressiyaya köklənən münasibəti fonunda istər-istəməz İran mədəniyyətini, onun mühüm parçası olan kinosunu xatırlayıram.
Bu, peşəmə bağlı məqamdır — istənilən ölkə mənim təsəvvürümdə hər şeydən öncə onun mədəniyyəti, yaradıcı şəxsiyyətləri ilə xatırlanır.
Müasir İran kinosunun yaradıcılarından biri Mohsen Malhmalbafın alman kinosunun ustalarından sayılan Verner Herçoqla illər əvvəl yayılmış maraqlı söhbəti var. Həmin söhbətdə kino sənətindən başqa, televiziyanın çağdaş insanın həyatında oynadığı mənfi rolundan, onu zombiləşdirməsindən, tarixdən, siyasi məqamlardan, şərq və qərb insanı arasındakı fərqlərdən, ziddiyyətlərdən danışılır. Verner Herçoq həmkarına heyranlıqla İran kinosunun poeziya səviyyəsində çəkilməsindən, onun təkcə öz ölkələrinə aid olmadığını və bütün coğrafi sərhədləri aşdığını deyir. Və yeni nəsil İran rejissorlarını kinonun Xəyyamı, Firdovsisi adlandırır.İran kinematoqrafiyasının öz hekayəsini (sözün geniş mənasında), üslubunu, universal poetik dilini, formasını yaratma səbəbi əlbəttə ki, eyni zamanda ölkənin zəngin, qədim mədəniyyətinə dayanır.
Lakin İran kinosu mahiyyət etibarilə həmişə ölkə hakimiyyətinin yeritdiyi siyasətlə dərin ziddiyyətdə olub.
Keçmiş prezident Məhəmməd Xatəmi vaxtilə ölkənin mədəniyyət naziri olanda, kinoya xüsusi diqqət ayırdı, film çəkilməsini asanlaşdırmaq məqsədilə güzəştlər tətbiq edildi. İranın siyasi cəhətdən fəal və inqilabi potensialı güclü ölkə olduğunu nəzərə alan hakimiyyət bu düşünülmüş siyasəti ilə gəncləri neytrallaşdırmaq istəyir, rejissorlara müəyyən yaradıcılıq azadlığı verməklə qiyamçı enerjini kinoya yönəldirdi. Ona görə, vaxtilə Tehran küçələrində Pəhləvi şahın hakimiyyətinə qarşı etiraz edən və həbs olunan Möhsen Mahməlbaf da kinoya gəldi.
Bununla belə İran kinosu siyasətə qalib gəldi, hakimiyyətin manipulyasiyasından, konyunkturasından silkinib çıxdı. Nəticədə, o oldu ki, Mahmalbafın filmləri 2009-cu ildən vətənində qadağan edildi.
Filmlərində siyasi, sosial məqamları qabardan rejissora film çəkməyə imkan verilmədi.
Hətta 2011-ci ildə Əfqanıstanda özünün məşhur “Qəndahar” filmini çəkəndə İran hökuməti çəkilişlərə maneçilik törətmək istəmişdi. Amma alınmamışdı.
Hazırda rejissor Avropada yaşayır və fəaliyyətini davam etdirir göstərir.
Kann festivalının əsas mükafatçısı, İran kinosunun klassiklərindən Abbas Kiarostaminin “Albalı dadı” filmi də ölkədə qadağan olunmuşdu və rejissor son filmlərini Avropada çəkirdi.
İran rejissorları senzuraya tuş gəlməmək üçün bir qayda olaraq, açıq mətnlə yox, metaforalarla işləyir, sətiraltı siyasi, sosial mesajlar ötürürlər. Cəfər Pənahinin filmlərindəki cəsarətli baxış bucağı, açıq kino dili metaforalar sistemindən qidalanan ənənəvi İran kinosunun çərçivəsindən çıxır.
Nümayişinə qadağan qoyulmuş “Dairə” filmi qapalı rejimdə insan azadlığı, fərdin seçim imkanının yoxluğu məsələsini önə çəkir.
2010-cu ildə antihakimiyyət çıxışlarına görə hələ də ev dustağı olan Pənahiyə 20 il müddətində rejissorluq fəaliyyəti qadağan olunsa da, o, Berlində “Qızll Ayı” mükafatına layiq görülən “Taksi”ni çəkdi.
Və sözügedən film İran kinosunda geniş yayılmış “yoxsul uşağın çətinliklərə rəğmən vicdanlı davranışı” məşhur motivini bir epizodla heçə endirərək bu kinoillüziyanı dağıtdı.
Filmin qəhrəmanlarından biri 11 yaşlı qızcığaz dərs tapşırığına uyğun olaraq müəyyən şərtlər daxilində film çəkməlidir: müsbət qəhrəman qalstuk taxmamalı, personajlar islam adı daşımalı, zorakılıq, siyasət, iqtisadiyyat motivi olmamalıdır. Onun kamerasına təsadüfən zibillikdən şüşə butulka yığan yaşıdının bir kişinin cibindən düşən pulu götürmə anı tuş gəlir. O, oğlandan pulu geri qaytarmağı xahiş edir, əks halda filmin tapşırığa uyğun olmayacağını deyir:
“Əgər pulu geri versən, filmin qəhrəmanı olarsan. Mən fədakarlığı və xeyirxahlığı göstərmək istəyirəm”.
Oğlanın cavabı isə sərtdir:
“Mən qəhrəman olmaq istəmirəm, pulu isə atama verəcəyəm”.
Pənahi mesaj verir: hər şey göstərildiyi kimi poetik deyil, əslində sosial ədalətsizlik, insanların yaşamaq uğrunda mübarizəsi xırda cinayətlərə yol açır. Lakin o, xırda cinayətkarları hədəf seçmir, onun hədəfi sistem, insanları buna sürükləyən idarəetmədir.
Siyasi rejimin təzyiqlərinə məruz qalan rejissorlardan biri Fransada yaşayan Marjane Satrapidir. Onun 2007-ci ildə ekranlara çıxan, İran rejimini tənqid edən, avtobioqrafik novellası “Persepolis” animasiya filmi Kannda jürinin xüsusi mükafatını alıb. Mahiyyətcə siyasi bəyanat olan filmin müəllifi deyir:
“Persopolis” Kannda göstəriləndə Tehrandan rəsmi etiraz notası gəldi… Mən vətənim üçün çox darıxıram. Geriyə dönə bilməməyim məni kədərləndirir. Çox insan düşünür ki, bir inqilabın və müharibənin şahidi olmaq, onu yaşamaq əladır. Sizi əmin edirəm ki, mən öz ailəmi qorumaq üçün həvəslə darıxdırıcı həyat sürərdim. Parisdəki göyün maviliyi Tehran üzərindəki göyün maviliyi deyil. Mən özümü heç yerdə vətənimdəki kimi hiss etməyəcəm, bunu anlamışam. Təəssüf ki, İranda hamı hər şeyi deyə və edə bilər və heç nə edə və deyə biməz”.
İki dəfə Oskar mükafatçısı, son filmlərini Avropada lentə alan Əsgər Fərhadinin “Nader və Simin” filminin çəkilişlərini isə hakimiyyət bir fikrinə görə yarıda qoymuşdu: O, çıxışlarından birində İranda çəkilişlərə icazəsi olmayan və ya başqa ölkələrdə işləyən rejissorların gözəl günlərin birində yenidən vətəndə film çəkə biləcəyinə ümid elədiyini demişdi. Filmini xilas etmək məcburiyyətində qalan rejissor sözlərinə görə üzr istəməli olmuşdu.
Aktrisa Gülşiftə Farahani də İran siyasi hakimiyyətinin təzyiqlərinə məruz qalıb. Amerikalı rejissor Ridli Skottun “Yalanların cəmi” filminə çəkildikdən sonra geriyə qayıdan aktrisa 8 ay sorğu suala tutuldu, sənədləri əlindən alındı. Filmin premyerasında başını örtmədiyinə görə Mədəniyyət Nazirliyi onun fəaliyyətinə qadağan qoydu. Hazırda Fransada yaşayan Farahani vətəninə qayıda bilmir...
Bu günlərdə çağdaş İran kinosunun öndə gedən isimlərindən olan və hal-hazırda mühacir həyatı yaşayan rejissor Bəhmən Qubadi Oskar Akademiyasının rəhbəri Don Hudsona məktub yazaraq, mühacirətdə olan rejissorlara ayrıca kateqoriya ayrılmasını istəyib.
O yazıb:
“Bir İranlı olaraq İslam rejimi səbəbi ilə ölkəmdə yaşamıram. Haqlarımı və özünüifadə azadlığımı qorumaq üçün sürgündə yaşamaq məcburiyyətindəyəm. Dünyada bir çox film rejissorunun üzləşdiyi vəziyyətdir. Deməyə ehtiyac yoxdur, öz ölkələrində haqlarından məhrum edilmiş və səssizcə əziyyət çəkən bir çox müstəqil rejissor var. Bu cəsur rejissorlar nəinki senzura və qadağaya məruz qalır, onlar həm də “Oskar”a namizəd olmaq imkanından məhrum qalıblar. Mənim kimi mühacirətdə əziyyət çəkən başqa film rejissorlarının olduğunu da bilirəm. Bu səbəbdən də, Oskar mükafatlandırılması məsələlərində mühacirətdə yaşayan rejissorlardan bir nəfər nümayəndə seçilməsi yaxşı olardı. Bu filmlərin beynəlxalq miqyasda izlənməsini, həm də onun şərtləri haqqında məlumatlılığı artıracaqdır."
Nümunələrin sayını artırmaq da olardı...
Dediyim odur ki, hər şeyə rəğmən İran kinosu siyasətə məğlub olmur, öz yolunu gedir, nüfuzlu festivallarda mükafatlar alır...
Mədəniyyətin dünyaya sülh gətirəcəyinə inanmıram. Amma ona əminəm və tarixi gerçəkliklər də bunu göstərir ki, nə olur-olsun, təzyiq səviyyəsində təzahür edən, azadlığı boğan siyasət sənəti məğlub etmək gücündə deyil.
Müəllif: Sevda Sultanlı
Mənbə: kulis.az
| ['İran', 'İslam rejimi', 'İran kinematoqrafiyası', 'İran rejissorları', 'İran mədəniyyəti'] |
113 | https://kayzen.az/blog/daily-problems/27000/insan%C4%B1-kas%C4%B1b-ed%C9%99n-s%C9%99b%C9%99bl%C9%99r.html | İnsanı kasıb edən səbəblər | gunelb | Gündəlik həyatın çətinlikləri | 19 okyabr 2021, 00:37 |
Yoxsulluq təkcə maddi vəsaitin çatışmazlığı deyil, insanın özündə formalaşdıra bilmədiyi yüksək keyfiyyətlər, zamanla ayaqlaşa bilmə bacarığı, özünə yaxşı ətraf yaratması cəhətlərinin olmaması da mənəvi yoxsulluqdur. Əgər fiziki, mənəvi pis vərdişlərdən insan özünü xilas edə bilsə, o zaman zənginlik və firavanlıq özü onun qapısını döyəcək. Psixoloqlar kasıb insanları 12 il müşahidə etdikdən sonra onları yoxsulluq içində çabalamağa vadar edən səbəbləri tapıblar. Bunlar insanların özlərində formalaşdırdığı vərdiş və komplekslərdir.
Həmin səbəbləri diqqətinizə çatdırırıq:1. Başqalarını günahlandırmaq – kasıblar heç vaxt günahı özlərində görmürlər. Məsuliyyətdən yaxa qurtarmaq üçün özlərindən başqa hər kəsi, hətta zəmanəni də günahlandırırlar.
2. Vaxtı uzatmaq – yüz ölçüb bir biçmək yaxşı şeydir, amma vaxtın qızıl olduğunu da unutmaq olmaz. Vaxt keçir və insan özünə sual verməlidir ki, mən nə etmişəm, bundan sonra nə edə bilərəm?
3. Aza qane olmaq – kasıb insanlar risk etməyə qorxurlar. Daha doğrusu, risk etməyə qorxan elə kaslb qalır. Əlindəki cüzi miqdardan milyonçu olan keçmiş kasıblar da az deyil. Ümumilikdə isə maaşdan maaşa dolanaraq, aza qane olmağa özlərini öyrədirlər. Əslində isə insan özünü daha yaxşı həyata layiq hesab etsə, silkinib qalxa bilər.
4. Pulsuz oxumaq – kasıblar pulsuz təhsilə, treninqə, kurslara yazılmaq istəyirlər. Amma hamı bilir ki, cibindən pul vermədiyin müəllimə heç kim qulaq asmır. Məsələn, orta məktəblərdə keçilən dərsləri repetitor da keçir. Əlavə nəsə öyrətmir ki? Sadəcə repetitora pul verildiyi üçün, boşa getməsin deyə canına əziyyət verib oxuyurlar. Amma məktəb pulsuz olur. Ona görə də xarici ölkələrdə pullu təhsil və kurslar daha uğurlu sayılır. Həm də belə yerlərdə keyfiyyət göstəricisi də yüksək olur.
5. Özünə yazığı gəlmək – kasıb insan özünə həmişə acıyıb, özünü öz gözündən salıb. Bunu ilk sadalanan səbəblə də bağlamaq olar – "öz zamanımda doğulmamışam, mən başqa ölkənin vətəndaşı olmalıydım, ailəm, arxam olmayıb” və s. Düzdür, öz ölkəsində uğursuzluğa düçar olub, başqa ölkələrdə şöhrət tapanlar da var, amma bunun üçün də gərək cəhd edəsən. Yerindəcə oturub «mən amerikalı olmalıydım” deməklə olmur. Gərək amerikalı olmağa cəhd göstərəsən. Çox vaxt isə xarici qüsurlarını günahlandırırlar: qısa boyun, çirkin üzün, yöndəmsiz bədən quruluşunun ona mane olduğunu deyirlər. Lakin tarix də göstərir ki, zirvəyə qalxmaq, dövlətli olmaq istəyən çirkin vücudundan „seks simvolu” da yarada bilər.
6. Taleyindən gileylənmək – kasıb adamın ən “sevdiyi” məşğuliyyətdir. Oturub-durub fələyi, zəmanəni, qara bəxtini söyən adamdan nəsə uğur gözləməyə gərək yoxdur. Çünki gileylənməkdən başı açılmır. Düşünən insan isə taleyin hər zərbəsini bir fürsət bilir. Onu yıxılmaq qorxutmur, əksinə hər yıxılanda daha möhtəşəm dikələ bilir.
7. Başqaları nə deyər – düşüncəsi kasıbın „belini qıran” ən əsas yanlışlardandır. Uğurlu insanlar başqalarının nə dediyinə baxmadan öz ağlı ilə hərəkət edən, öz istəyinə çatanlardır. Kasıb isə ətrafından, cəmiyyətdən çox asılıdır. Üstəlik bu “başqaları” da qətiyyən uğurlu insan deyillər. Elə özü kimi addım atmağa qorxanlardır.
8. Pulu boşa xərcləmək – burda deyə bilərsiniz ki, kasıbın xərcləməyə pulu varmı? Elə məsələ də bundadır: əlində olan-qalanı da xərcləyir. „Onsuz da qəpik-quruşdan nə olacaq ki?”, deyərək hər xırda şeyi alıb evi doldurur. Ağlına da gəlmir ki, o xırda pullar illərlə də olsa yığılıb xeyli pul ola bilər. Dama-dama göl olmaq məsələsi…
9. Sevmədiyi işlə məşğul olmaq – maaşı bəhanə edib sevmədiyi işlə məşğul olmaq da geniş yayılmış səbəblərdəndir. Sevdiyi və bacardığı işin qulpundan yapışmaq yerinə qohum-əqrəbaya görk olmaq üçün hər gün ayaqlarını sürüyə-sürüyə işə yollanmağa hazırdır. Yalnız həftəsonlarının xəyalı ilə yaşayır, rəhbərliyi söyür, bacardığı işin dalınca isə getməyə cəsarəti çatmır. Bunun üçün onun daim əl altında olan bəhanələri var.
10. Başqasının həyatı ilə yaşamaq – varlı ədəbiyyat oxuyub özünü maarifləndirir, kasıb isə oxuyub özünü qəhrəmanların yerinə qoyur. Ya da oturub seriala baxır, sonra sanki öz qonşusu, qohumu imiş kimi onu müzakirə edir. Serial bitdikdən sonra isə şou-proqramlara baxıb müğənni və aktrisaların taleyi ilə maraqlanır. Kasıb xəyallarla yaşayır, öz kumirlərinin uğurlarından zövq alır, özü isə ömrünün kərpic-kərpic sökülməsinə əhəmiyyət vermir.
Mənbə: publika.az
| ['kasıb', 'kasıblıq', 'yoxsulluq', 'kasıb olmaq', 'yoxsul', 'yoxsulluğa qalib gəlmək'] |
114 | https://kayzen.az/blog/politologiya/26998/kremld%C9%99-inan%C4%B1lmaz-%C3%A7evrili%C5%9F.html | Kremldə inanılmaz çevriliş | gunelb | Tarix və politologiya | 19 okyabr 2021, 00:20 |
SSRİ yarandığı gündən süqutuna qədər ölkənin siyasi elitasında intriqalar səngiməyib. Kreml məmurlarının qruplaşaraq hakimiyyət və vəzifə uğrunda mübarizəsi davamlı olaraq bir çox yüksək ranqlı dövlət məmurlarını siyasi səhnədən uzaqlaşdırıb.
Özünü dünyaya «humanist və ədalətli” ölkə kimi təqdim edən SSRİ-nin siyasi müstəvisində baş verənlər heç də humanist prinsiplərə və ədalətə söykənməyib. Əslində, kənardan və mətbuatın təqdim etdiyindən belə təəssürat yaranıb ki, ölkənin birinci şəxslərinin vəzifə təyinatı plenumlarda seçki yolu ilə baş tutub. Yəni bu məsələ tam şəffaflıqla həll olunub.
Bəs həqiqət necə olub, plenuma qədər Kreml pərdələrinin arxasında hansı sövdələşmələr gedib?
Budəfəki yazıda Stalinin vəfatından sonra Mərkəzi Komitədə baş verən hadisələrə nəzər salacağıq.
Əvvəlcə onu qeyd edək ki, Stalinin 30 illik ağır hakimiyyətindən sonra Mərkəzi Komitədə son dərəcə gərginlik müşahidə olunub. Dövlət məmurları hakimiyyətin bölüşdürülməsində bütün güc və imkanlarını işə salıblar. Yüksək vəzifələrə iddialı olanların ad və soyadlarını sadalasaq, həmin dövrdə vəziyyətin nə qədər mürəkkəb olduğunu təsəvvür etmək cətin deyil. Georgi Malenkov, Vyaçeslav Molotov, Lavrenti Beriya, Nikita Xruşov, Gerogi Jukov, Lazar Kaqanoviç və digərlərinin ortaq məxrəcə gəlməsi çox çətin məsələ olub. Amma təbii ki, sonda siyasilər yekdil qərara gələ biliblər.
Partiya xətti ilə Georgi Malenkov Mərkəzi Komitənin katibi kimi ölkədə ikinci şəxs sayılıb. Bu baxımdan Stalinin vəfatından sonra Malenkovun baş katib olmaq şansı daha böyük olub və bu məsələ Siyasi Büroda müzakirəyə çıxarılıb. Ancaq bunula yanaşı büro digər bir məsələnin də müzakirəsini vacib sayıb, ölkənin idarəetmə üsülunu müəyyənləşdirmək məsələsini.
Qərara alınıb ki, SSRİ-də idarəetmə üsulu Leninin dövründəki kimi, Nazirlər Sovetinə həvalə edilsin, yəni ölkənin idarə edilməsində birinci şəxs müasir dövrə uyğun desək, baş nazir olsun. Bu qərar qəbul olunduqdan sonra Kreml oyunları başqa səmtə yön alıb. Malenkovla eyni cəbhədə olan Lavrenti Beriya təklif edib ki, onun baş katib yox, Nazirlər Sovetinin sədri vəzifəsinə seçilməsi məqsədəuyğun olar. Güc Beriya tərəfində olduğundan Xruşov və onun tərəfdarları bu təklifi qəbul etmək məcburiyyətində qalıblar. Amma oyun bunula bitməyib.
Sözsüz ki, hakimiyyətə sahib çıxmaq istəyən Xruşov sakitliklə geri çəkilməyib. Baş katib vəzifəsinə seçkidə bu vəzifənin çox da böyük səlahiyyətlərə malik olmamasını nəzərə alan Malenkov-Beriya komandası Kommunist Partiyasına rəhbərlik etməyi Xruşovdan əsirgəməyiblər və o, baş katib seçilib.
Beləliklə, Georgi Malenkov ölkənin birinci şəxsi olub. İstər araşdırmaçıların qənaətinə, istərsə də müasirlərinin söylədiklərinə görə Malenkov hakimiyyəti əlində saxlamaq gücündə olmayıb. Bütün siyasi fəaliyyəti dövründə Mərkəzi Komtədə yalnız icraçılıq funksiyasını daşıyan, heç vaxt təşəbbüskarlığı olmayan, Stalinin müəruzələri, müraciətləri ilə məşğul olan Malenkov üçün ölkəni idarə etmək çətin məsələ sayılıb. O, bu işdə Beriyaya arxayın olub. O cümlədən Malenkovu devirmək gücündə olan Xruşovun mübarizəyə girişməməsinin səbəbi də yenə Beriya olub. Təhlükəli və qorxulu Beriya Xruşov üçün böyük maneəyə çevrilib və Xruşov məqam gözləyib.
1953-cü ildə Xruşov böyük ustalıqla Beriyanı həbs etdirdikdən sonra Kremlin saatları Xruşovun xeyrinə işləyib.
Malenkov ölkənin birinci şəxsi olaraq, həm də Mərkəzi Komitənin Rəyasət heyətinin sədri olub və müşavirələrə sədrliyi də məhz o edib. Növbəti müşavirələrin birində Xruşov müşavirə zalına hamıdan qabaq gəlib və sədr kürsüsündə (Malenkovun yerində) əyləşib. Malenkov zala daxil olanda Xruşova yaxınlaşıb:
— Nikita Sergeyeviç, siz öz yerinizdə əyləşməmisiniz...
Xruşov bu iraddan təmkinin pozmayıb:
— Yoldaş Malenkov, nədən belə düşünürsünüz?
— Axı biz qərara gəlmişdik ki, ölkənin idarətetmə üsulu Leninin dövründəki kimi olacaq.
Bu dəfə Xruşov ona istehzalı təbəssümlə cavab verib:
— Siz özününzü Lenin sayırsınız? Siz nəinki Lenin, heç leninçi də deyilsiniz. Ölkədə bir partiya var, Kommuhist Partiyası və bu partiya da hakim partiyadır. Leninin bizə miras qoyduğu partiya. Leninin idayalarına sadiq qalmaq üçün ölkəni də bu partiya idarə etməlidir. Mənə elə gəlir ki, bu məsələdə qaranlıq heç bir şey yoxdur. Bununla da, ölkədə idarətetmə Kommunist Partiyasının və onun baş katibinin əlinə keçib. Xruşov Malenkovdan qisasını alıb. Hətta onu qısa müddətdən sonra Nazirlər Sovetinin sədri vəzifəsindən də uzaqlaşdırıb. 1955-ci ildə Malenkov SSRİ elektrostansiya naziri təyin edilib. O, bu vəzifədə cəmisi iki il işləyib. 1957-ci ildə Xruşovu devirmək cəhdi baş tutmayanda Malenkov nazir vəzifəsindən də çıxarılıb, o cümlədən partiya sıralarından da xaric edilib. Nə vaxtsa SSRİ kimi nəhəng bir dövlətin başçısı olan Malenkov ömrünün son illərini çətin bir vəziyyətsdə yaşayıb. Normal mənzil şəraiti olmayan sabiq baş nazirə 1980-ci ildə DTK sədri Yuri Andropov kömək edib. Malenkova ikiotaqlı mənzil verilib. O, partiya veteranları üçün nəzərdə tutulmuş güzəştli ərzaq mağazasına, şəraitsiz bağ evinə də sıravi vətəndaşlar kimi ictimai nəqliyyatla gedib. Kommunist Partiyasına bərpa olunmaq üçün Malenkov dəfələrlə Mərkəzi Komitəyə müraciət edib. Son müraciətindən sonra məslənin həll olunacağını söz versələr də, ömür vəfa etməyib. Georgi Malenkov 1988-ci ildə, 86 yaşında vəfat edib. Uzun illər yüksək postlarda xidmət etsə də, Malenkovun Novodeviçye qəbirstanlığında dəfn olunmasına icazə verilməyib.
Vəfatından sonra Malenkovun oğlu, biologiya elmləri doktoru Andrey Malenkov atası haqda „Atam Gerogi Malenkov” adlı kitabı işıq üzü görüb. Müəllif kitabda xüsusilə vurğulayıb ki, Malenkov ömrünün sonuna qədər Stalini böyük ehtiramla xatırlayıb, Xruşovu isə yaramaz və siyasətdən uzaq adam adlandırıb. Müəllif: İlham Cəmiloğlu
Mənbə: Sfera.az
| ['Kreml məmurları', 'Sovet dövrü', 'Kommunist Partiyası', 'Georgi Malenkov'] |
115 | https://kayzen.az/blog/maraqli-faktlar/26999/y%C9%99hudil%C9%99rin-varlanmaq-sirl%C9%99ri.html | Yəhudilərin varlanmaq sirləri | gunelb | Maraqlı faktlar | 17 okyabr 2021, 16:47 |
Bütün dövrlərdə yəhudi millətinin nümayəndələri pul qazanmaq və var-dövlətlərini artırmaq bacarıqları ilə seçiliblər. Bu barədə dillərdə minlərlə əfsanə və lətifə dolaşır. «Forbes» jurnalının siyahısında da ilk yerləri adətən yəhudi milyarderləri tutur. Ümumiyyətlə, yəhudilər hələ qədimdən bankçılıq, sələmçilik və ticarətlə məşğul olublar, xristianlar arasında isə bu cür fəaliyyətlər o qədər də geniş yayılmamışdı. Odur ki, sərvət əldə etmək, iqtisadi müstəqillik qazanmaq və şəxsi maliyyə idarəçiliyi baxımından yəhudilərdən çox şey öyrənmək olar.
Tarixən bütün yəhudilərin hiyləgər və xəsis, açıq-aydın mənfəət əldə etmək arzusu haqqında bir çox stereotiplər mövcuddur. Məsələn, şabat günü (Şənbə) yəhudilər bütün günü dincəlir, «Tövrat» oxuyur və sinaqoqa gedib dua edirlər. Şənbə bütün həftənin bir növ panoramasıdır. Yəhudi təliminə görə, şənbəyə (şabat) müqəddəs gün kimi ehtiram göstərilməlidir, bu o deməkdir ki, həmin günü Allaha həsr etməli və hər cür əmək fəaliyyətindən çəkinilməlidir, bədxərclik isə qəti yolverilməzdir. Yalnız təxirəsalınmaz fəaliyyət formalarına (təcili yardım, polis, yanğınsöndürmə və s.) icazə verilir. Evdə təsərrüfat işləri ilə məşğul olmaq, məsələn, paltar yumaq, yemək hazırlamaq, ev süpürmək də qadağandır. Həmin gün maşın sürməyə, ölüləri dəfn etməyə və s. işlərə də icazə verilmir.
Daha sonra yəhudi əfsanələrindəki İsa Məsihi 30 gümüşə satan, daim pul oğurlayan İuda İskariot obrazı yada düşür. İsa onu hər dəfə bağışlayır və bildirir ki, o, istədiyi qədər pul götürə bilər. İudanın müqəddəsliyə gedən yolu günahdan keçir, o, peyğəmbəri satandan sonra onun kimliyini dərk edir.
Ən məşhur rusdilli ravinlərdən və mühazirəçilərdən biri olan Rav Aşer Kuşnir yəhudilərin pula münasibətinin xüsusiyyətlərindən danışarkən bildirib ki, əslində bu stereotiplər çox şişirdilir və İuda İskariotun yəhudilərlə heç bir əlaqəsi yoxdur. Ancaq yəhudilərin pul sevgisinin qarşısını heç bir halda ala bilmərsiniz. Azərbaycanlılardan fərqli olaraq, yəhudilər xüsusən iş adamları həmişə pul yığırlar və yığılmış maliyyəni döşək altında saxlamırlar. Gələcək qazancı əvvəlcədən hesablayır və investisiyanı ən sabit layihələrə yatırırlar. Yəhudilər riskli layihələrdən də qorxmurlar. Birincisi, həmişə B, hətta C planları olur. İkincisi, Allahın sevimli bəndələri olduğuna inanan yəhudilər əmindirlər ki, Tanrı onları heç vaxt darda qoymayacaq və yenidən pul qazanmalarına kömək edəcək. Yəhudilər öz sərvətlərini daim itirmək əndişəsi də yaşamırlar, Allaha inam onlara gələcəyə dair güvən hissi verir.
Dünya iqtisadiyyatı bir xalqdan asılı ola bilərmi?
«Levada» mərkəzinin sorğusunun nəticələrinə əsasən, insanlar əksər milyonerlərin var-dövlətlərini haram yollarla qazandıqlarına inanırlar. Varlana bilməyən təbəqə öz hərəkətsizliyini «Kasıb olsam da, vicdanlıyam» fikri ilə əsaslandırırlar. Yəhudilər isə öz növbəsində hesab edir ki, varlanmaq üçün dürüst biznes qurmaq lazımdır. Bu, «Tövrat»ın təməl qaydalarından biridir!
Pul qazanmaq istəyi uşaqlıqdan aşılanır və həyatları boyu onlara bələdçilik edir. Bundan əlavə, onların pula münasibətləri İQ səviyyəsi və dünyagörüşü ilə də birbaşa əlaqəlidir. Yəhudilər pulu qazanc mənbəyinə çevirməyi bilən bir xalqdır. Bu, yalnız pula qənaət etməyinizə deyil, qazanmanıza da imkan verir. Həyat rutinlərini dəyişməkdən, komfort zonasından çıxmaqdan və gəlir əldə etmək üçün yeni yollar axtarmaqdan çəkinmirlər.
Puldan pul qazanmağın ən məşhur yolu ağıllı investisiya yatırımı etməkdir ki, bu da istənilən halda risklidir. Ancaq məşhur deyimdəki kimi: "Əldə etdiyin gəlir səni qane edir" sualı yəhudi millətini yormur. Dünyanın ən varlı adamlarından biri olan Larri Ellison «Risk etmirsənsə, deməli yaşamırsan» prinsipinə əməl edir. Milyarder Maykl Blumberq də inanır ki, risk etməkdən qorxan insanı uğur və var-dövlət gözləmir, ən yaxşı halda orta səviyyədən yuxarı qalxmır.
Odur ki, dünyanın ən böyük sərmayəçilərinin yəhudilər olması təəccüblü deyil. Puldan pul qazanmaq lazımdır! Onların əsas inancı bax bu təlimin üzərində qurulub. Yəhudi sərmayəsinin xüsusiyyəti uzunmüddətli və vacib layihələrə yönəlməsidir. Yəhudi ailəsində böyümüş milyarder Larri Peyc bu prinsipə əməl edir. Larrinin sözlərinə görə, düzgün investisiya odur ki, onu 10-15 il gələcəyə yatırasınız və xeyrini dərhal gözləməyəsiniz. Ancaq riskli layihəyə investisiya qoyan iş adamı böhrandan qaçmağın yollarını da hesaba qatır.
Ümumiyyətlə, folklor əfsanələrində də olduğu kimi, yəhudilər arxı tullanmadan «Bərəkallah» deməyə tələsmirlər. Heç bir halda bütün pulları bir kazinoda xərcləmirlər. Bu xalqın nümayəndələri hər addımını diqqətlə ölçür, layihə şübhəlidirsə, başqa bir işə investisiya qoymalısınız və ən qısa müddətdə.
Daimi gəlir axtarışları
Yəhudi filosofu və ilahiyyatçısı Musa Maimonides qeyd edib ki, yəhudilər bütün pullarını üç bərabər hissəyə bölür: biri — daşınmaz əmlak, bir hissəsi biznesin inkişaf etdirilməsinə, qalan hissəsi nağd olaraq qalır. Yəhudilər qənaət etdikləri pulu evdə corab və ya donuz banklarında saxlamırlar, əksinə, işə qoyurlar. İstənilən mərhələdə — həm başlanğıcda, həm də uğurun zirvəsində öz müəssisələrinin inkişafı üçün əllərindən gələni etməyə hazırdırlar. «Hamı pulun yoxluğundan şikayətlənir. Amma ağlın azlığından şikayətlənən yoxdur!», «Tanrı kasıbları ən azı bahalı günahlardan qoruyur», «Pulsuzluğun acısı daha betərdir, nəinki pullu olmağın sevinci», «Pul yeyən doymaz» və s. atalar sözü bunu bir daha təsdiq edir.
Hər hansı səbəbdən şəxsi biznesini qurmağa çətinlik çəkir və ya ciddi əngəllərlə qarşılaşırsa, yəhudi heç bir halda təslim olmayacaq, vəziyyəti düzəltməyin yollarını axtaracaq və ya yeni bir layihə üzərində plan quracaq. Yadınızda saxlayın ki, yəhudilər taleyinə boyun əyməyi sevmir.
Marketinq hiyləgərlikləri
Müasir marketinq strategiyaları istehlakçıların ani impulsları üçün nəzərdə tutulub. Bir çox fəndlər statuslarını vurğulamaq istəyən insanlara yönəldilir: markalı əşyalar və bahalı alətlər hər uğurlu insanın zəruri atributları kimi təqdim olunur. Bu, heç bir şəkildə yəhudi millətinin nümayəndələrinin dünyagörüşünə uyğun gəlmir. Yeni çıxan telefon modeli almaqdan ötrü yəhudilərin günlərlə növbədə dayandığını görə bilmərsiniz. Yəhudilər bir aylıq və ya bir illik xərclərini əvvəlcədən planlaşdırırlar. Odur ki, impulsiv alış-veriş onlara yaddır.
Gəlirlər reklam olunmur
Müvəffəqiyyətli yəhudilər tanışları bir yana, tanımadıqları adamlara da qazancları barədə danışmırlar, hətta sosial şəbəkələrdə göstərişdən qaçırlar. Bundan əlavə, öz sərvətlərinin miqdarından asılı olmayaraq onu başqalarına təsir bağışlamaq üçün bahalı qızıl saatlara, flaqman smartfonlara, ən son model avtomobillər və ya marka geyimlərə xərcləmirlər. «Facebook»un təsisçisi, milyarder Mark Zukerberqun bütün qarderobu sadə boz köynək və cinslərdən ibarətdir.
Yalnız ölünü diriltməyi bacarmırlar!
Yoxsul olmaq axmaqlıqdır, yəhudilər inanırlar ki, həmişə pul qazanmaq olar!
Yəhudilər müflis olmaqdan da qorxmur, ruhdan düşməsəniz, itirilmiş sərvətin ikiqatını geri qaytarmaq mümkündür. Bir sözlə, yəhudilərin əlindən bircə ölünü diriltmək gəlmir.
«Max Factor» markasının prezidenti Linda Coy Vaçner yolunu ən aşağı nöqtədən başlayıb. Uşaq ikən 2 il gipsdə olmasına baxmayaraq, ən vacib keyfiyyəti — özünə hörməti itirmədi. Linda heç bir işdən qorxmurdu: kollec tətillərində mağazada satıcı işləyirdi.
Məzun olduqdan sonra həftədə 90 dollar gəlir gətirən şirkətin sahibi oldu və tezliklə bazarda öz yerini tutdu. Bütün bunlar ona marketinq sahəsində əvəzsiz təcrübə qazandırdı və arzusunun həyata keçməsinə — öz şirkətini açmağa kömək etdi. Lindanın peşəkarlığı sayəsində «MaxFactor» gözəllik sənayesində ən populyarlardan birinə çevrildi. Yəhudi evdar qadınlar da məişət işləri ilə kifayətlənmirlər. Lillian Menaşe Vernon 23 yaşında ikinci uşağına hamilə olanda hədiyyə və suvenir kataloqu işinə başladı.
Yəhudilər hesab edir ki, dünyada heç bir şeyi pulsuz əldə etmək olmaz. İstənilən işin xərci var. Hər bir yəhudi işəgötürənin müqəddəs vəzifəsi işçilərinə maaşları vaxtında ödəməkdir, bu da müdirlə tabe olduğu şəxs arasında etibarın qorunmasına imkan verir. Əmək haqqındakı gecikmə onun nüfuzunu zəiflədir, müvafiq olaraq işçi vəzifələrini daha pis şəkildə yerinə yetirməyə başlayır və bu, əlavə xərclərə və ya müəssisədəki mümkün zərərlərə birbaşa yoldur. Bundan əlavə, yəhudilər bilirlər ki, vaxt itkisi pul itkisinə bərabərdir. Satışa yeni bir məhsulun buraxılmasının gecikməsi də itkilərə səbəb ola bilər. Lillian Vernon əmindir ki, uzanan marketinq araşdırmasını əvvəlcədən aparmaqdansa, uğurlu olmasa da, bazara yeni məhsul buraxmaq daha sərfəlidir. Çünki hələ bazarda olmayan bir şeyə istehlakçıların necə reaksiya verəcəyini təxmin etmək mümkün deyil. Mənbə: publika.az
| ['yəhudilərin marketinq strategiyaları', 'yəhudilər', 'varlanmaq üçün', 'yəhudilərin pul sevgisi'] |
116 | https://kayzen.az/blog/politologiya/26993/ovda-c%C4%B1z%C4%B1lan-%C3%A7evrili%C5%9F-plan%C4%B1-brejnev-xru%C5%9Fovu-istefa-%C9%99riz%C9%99si-yazma%C4%9Fa-nec%C9%99-m%C9%99cbur-edib.html | Ovda cızılan çevriliş planı – Brejnev Xruşovu istefa ərizəsi yazmağa necə məcbur edib? | gunelb | Tarix və politologiya | 16 okyabr 2021, 01:03 |
Leonid İliç Brejnevin vəzifə hərisliyi hələ gənc yaşlarından özünü biruzə verib. İstər komsomol və partiya orqanlarında işlədiyi vaxtlarda, istərsə də hərbi xidmət illərində gələcəyin baş katibi vəzifə ranqında bir pillə qalxmaq üçün, el dilində ifadə etsək özünü oda-közə atıb.
Bu da danılmaz faktdır ki, onun bu canfəşanlığı boşa getməyib. Düzdür, uzun illər yuxarı dairələrdə Brejnev ciddi fiqur kimi qəbul edilməyib. Gülərüz siyasətçi adi məmur kimi tanınıb. Hətta Mərkəzi Komitədə işləyəndə onun birinci kürsüyə iddialı olduğunu da çoxları ağlına gətirməyib. Bu münasibətə baxmayaraq Leonid İliç çox böyük ustalıqla öz hədəfinə çatmağa nail olub.
Məlum olduğu kimi, Nikita Xruşovun hakimiyyəti dövründə SSRİ-də kifayət qədər böyük narazılıqlar yaranıb, ölkənin bir neçə şəhərində vətəndaşlar öz narazılıqlarını ifadə etmək üçün nümayişlərə çıxıblar, mitinqlər təşkil ediblər. Xruşov da bu narazı kütlələri hüquq-mühafizə orqanlarının gücü ilə susdurub, hətta silahlı müdaxilələr də olub. Sözsüz ki, belə bir şəraitdə kürsüsü laxlayan Xruşovun yerinə göz dikənlər az olmayıb. Amma əsas məsələ əvvəlcə onu hakimiyyətdən uzaqlaşdırmaq məsələsi olub ki, bu işdə isə «mülayim” Brejnev hamıdan qoçaq tərpənib.
Bir az əvvələ qayıtsaq, hələ 1957-ci ildə Xruşovu devirməyə cəhd edilib. Amma Stalin komandasının öncülləri, Vyaçeslav Molotov, Lazar Kaqanoviç, Georgi Malenkovun bu cəhdi baş tutmayıb. Bu hadisənin üstündən cəmisi yeddi il keçdikdən sonra — 1964-cü ildə hakimiyyət çevrilişinə cəhd etmək isə sözsüz ki, əvvəlcədən böyük hazırlıq işlərinin getməsindən xəbər verib.
Beləliklə, 1964-cü ilin bu günü, oktyabrın 13-də heç bir qiyam baş vermədən, qan tökülmədən Nikita Xruşov hakimiyyətdən uzaqlaşdırılıb.
Saray çevrilişinin əsas ssenari müəllifi Brejnev olub və onun komandası Xruşovu devirməklə bağlı qəraraı Stavropolda ovda olarkən veriblər. Əvvəlcədən çevrilişdən sonra kimin hansı vəzifə tutacağı da müəyyənləşdirilib. Brejnev baş katib, Podqornı SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri, Kosıgin Nazirlər Sovetinin sədri, Mironov Dövlət Təhlükəsizliyi Komitəsinin sədri və s.
Ssenariyə uyğun olaraq 1964-cü ilin oktyabrın 12-də Brejnev məzniyyətini Pitsunda Mikoyanla birgə keçirən Xruşova zəng edərək təcili Moskvaya gəlməsini, Mərkəzi Komitədə kənd təssərrüfatı məsələləri ilə bağlı küçirilən müşavirədə onun iştirakının vacib olduğunu bildirib. Xruşov əvvəlcə müşavirənin vaxtının başqa tarixə salınmasını tələb etsə də, Brejnevin təkidindən sonra fikrindən daşınıb və oktyabrın 13-də Mikoyanla birgə Moskvaya qayıdıb. Hələ qarşıda onu nə gözlədiyini anlamayan Xruşov yalnız təyyarə hava limanına eniş edəndə məsələ ona aydın olub. Baş katibin qarşılanma və yolasalma tədbirlərində bütün rəhbər heyətin iştirak etdiyi halda, bu dəfə Xruşovu yalnız DTK sədri Vladimir Semiçastnı qarşılayıb. Baş katib əvvəlcə evə gedib sonra maşavirəyə gələcəyini söyləsə də, avtomobil karvanı Kremlə istiqamət alıb və sözsüz ki, Mərkəzi Komitənin müşavirəsində heç bir kənd təssərrüfatı mövzusu müzakirə olunmayıb.Bir-birinin ardınca çıxış edən natiqlər Xruşovu sərt tənqid ediblər və baş katib vəzifəsindən getməsi üçün ondan „yaşı və səhhəti ilə bağlı” ərizə yazmağı tələb ediblər. Müzakirələr gecə yarıyadək uzanıb. Xruşov əvvəlcə təslim olmaq istəməyib. Onu yalnız Mikoyan müdafiə etməyə çalışıb. Sonda Xruşov istefası ilə barışmaq məcburiyyətində qalıb: “Mən artıq qocalmışam və yorulmuşam. İndi də ölkəni qoy başqaları idarə etsin. Mən əsas işləri gördüm. Əgər Stalinin dövrü olsaydı, heç kim bu addımı ata bilməzdi. Çünki Stalinin elə bir reaksiyası olardı ki, hamı şalvarını batırardı. İndi başqa dövrdü, hamı bərabərdi. Elə mənim də ən böyük xidmətim budur...” Səhərisi gün Mərkəzi Komitənin plenumu keçirilib. Plenuma Brejnev sədrlik edib. Xruşovun „yaşı və səhhəti” ilə bağlı Mərkəzi Komitəyə yazılı müraciəti “müsbət” qəbul olunub. Bununla da Xruşovun 11 illik hakimiyyətinə son qoyulub və Brejnevin senarisi uğurla başa çatıb.
Baş katib seçilən Brejnev əvvəlcədən əldə olunan razılaşmaya görə vəzifə bölgüsünə riayət edib. Amma „mülayim” baş katibin təyinatları müvəqqəti olub.
Xruşovun devrilməsində Brejnevə dəstək verən əsas şəxslərdən və əsas təşkilatçılardan biri Mərkəzi Komitənin inzibati orqanlarla iş şöbəsinin müdiri Nikolay Mironov olub ki, onun çevrilişdən sonra DTK sədri vəzifəsinə təyin olunması razılaşdırılıb. Brejnevlə Mironov gənclik illərindən yaxın dost olublar və Mironov öz intellektinə, iş bacarığına görə Brejnevdən qat-qat üstün sayılıb. Saray çevrilişindən beş gün sonra Nikolay Mironov müəmmalı təyyarə qəzasında həlak olub.
Çevrilişin digər əsas təşkilatçılarından biri, DTK sədri Vladimir Semiçastnı öz vəzifəsində çox qala bilməyib. Brejenv onu Moskvadan uzaqlaşdıraraq 1967-ci ildə Ukrayna Nazirlər Sovetinə sədr müavini göndərib.
Saray çevrilişinin ən fəal icraçılarından biri Aleksandr Şelepini də Brejnev “dostluq” siyahısından çıxarıb. Mərkəzi Komitənin katibi olan Şelepin heş bir siyasi səlahiyyəti olmayan Həmkarlar İttifaqına sədr göndərilib.
Ukrayna klanının əsas dayaqlarından biri olan, saray çevrilişindən sonra SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsində Mikoyanı əvəzləyən Podqornını siyasi elitadan uzaqlaşdırmaq Brejnev üçün çətin olsa da, baş katib onu da nəhayət, 1977-ci ildə sıradan çıxarıb və bu vəzifəyə də özü sahib olub.
Bu siyahını daha çox uzatmaq olar və sonda belə qənaətə gəlmək olar ki, Brejenev hakimiyyətə gəlməkdə ona dəstək verən bütün tərəfdarlarına xəyanət edib.
Maraqlıdır, Brejnevi bu xəyanətə vadar edən hansı səbəb olub?
Əvvəlcə qeyd edək ki, Brejnev baş katib seçiləndə çoxları onun hakimiyyətdə uzun müddət qalacağına inanmayıb. Bu cür söhbətlər Brejnevin də qulağına çatıb. Belə bir vəziyyətdə Leonid İliç fərqli bir siyasətə əl atıb. O, əvvəlcə Mərkəzi Komitənin nüfuzlu simalarının hesabına mövqelərini möhkəmlədib. Birinci kürsüdə yerini rahatladıqdan sonra isə onları aradan götürüb. Xəyanətin əsas səbəbi o olub ki, Brejenev ətrafındakılarının saray çevrilişi etməkdə böyük təcrübəyə malik olduqlarını yaxşı anlayıb və baş katib düşünüb ki, bu təcrübə nə vaxtsa onun da üzərində tətbiq edilə bilər. Bu siyasətlə də Leonid İliş ömrünün son gününə qədər, 18 il SSRİ-nin mütləq hakimi olub.
Müəllif: İlham Cəmiloğlu
Mənbə: Sfera.az
| ['Nikita Xruşovun hakimiyyəti dövrü', 'Xruşovun devrilməsi', 'Leonid İliç Brejnev', 'Sovet dövrü'] |
117 | https://kayzen.az/blog/paint/26991/r%C9%99ngl%C9%99r-d%C3%BCnyas%C4%B1n%C4%B1n-adam%C4%B1.html | Toğrul Nərimanbəyov | Rənglər dünyasının adamı | gunelb | Məşhur rəsmlər və rəssamlar | 12 okyabr 2021, 00:32 |
Məşhur filosofların nəzəriyyəsinə inansaq, insan əzab çəkmək üçün doğulur… Ömrün xoş günləri qədər bir-birini izləyən narahat anları da sona qədər bitib-tükənmir. Amma çəkdiyi əzabların qarşılığında insana təbiət bəzən elə bir sərvət bəxş edir ki, düşünürsən, təkcə elə buna görə dünyaya gəlib sonsuz əziyyətlərə qatlaşmağa dəyər...
Bu bəxşişlərdən ən qiymətlisinin adı istedaddır.
Stalin repressiyasının anadan, atadan ayrı saldığı bir gəncin 20 illik mənəvi iztirablarını, həsrətini bir anlıq təsəvvür etsək görərik ki, anası Səmərqənddə sürgündə, atası isə şaxtası iliklərə işləyən uzaq Sibir çöllərində əzab-əziyyət, zillət çəkir. Körpələrsə, Bakıda sıxıntılar, məhrumiyyətlər içində, demək olar ki, taleyin ümidində böyüyürlər.
Amma o 11 yaşlı yeniyetmə yenə də ümidini itirmir. Əlindəki fırçadan, təxəyyülündəki rənglər dünyasından güc alıb bütün varlığı ilə həyata bağlanır. Yaşamaq və yaratmaq uğrunda mübarizə aparır. Əvvəlcə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil olur. 1950-ci ildə məktəbi başa vurub Litva İncəsənət İnstitutunda Monumental və dəzgah rəssamlığı fakültəsində təhsil almağa başlayır. Eyni vaxtda Vilnüs Konservatoriyasında klassik vokalı da öyrənir. Və böyük sərgi salonlarında asılmış ecazkar tabloların küncündən ulduz kimi parlayan bu imzanı tezliklə bütün dünya tanımağa başlayır: Toğrul Nərimanbəyov.
Bu imzanın işığı ilə əsrarəngiz bir aləmə açılan qapı yaşadığı bütün ağrı-acıların müqabilində həyatın ona ən gözəl hədiyyəsi olur.
Ayrılığın sonu
İnsanın yaradıcılıq həyatına, sənət yoluna doğulduğu ailənin böyük təsirinin olduğunu söyləyənlər müəyyən mənada haqlıdırlar. Bunu Toğrul Nərimanbəyov nümunəsində də görürük.
O, 1930-cu ilin avqustunda Bakıda dünyaya gəlib. Atası Fərman Şuşada anadan olub. İlk təhsilini aldıqdan sonra o, Fransanın Tuluza Universitetində mühəndis-elektrik ixtisasına yiyələnmiş ziyalı idi. Təhsil müddətində fransız dilini mükəmməl öyrənmişdi. Avropa mədəni dəyərlərini mənimsəmişdi. Elə ailə qurduğu qız da İrma Lya Rude adlı fransız modelyer idi.
Fərman təhsilini başa vurandan sonra onlar Bakıya köçüb bu şəhərdə yaşamağa başlamışdılar. Avropada təhsil almış valideynlərinin zəngin mənəvi aləmi Toğrulun tərbiyəsinə, erkən yaşlarından formalaşan maraqlarına, təbii ki, təsirsiz ötüşmürdü.
Əfsus ki, atalı-analı günlərin ömrü çox qısa çəkdi.
1930-cu illərin repressiya dalğası Avropada təhsil almış bir çox ziyalılarımız kimi Toğrulun atasından da yan keçmədi. Onu həbs edib Sibirə sürgünə göndərdilər. 1941-ci ildə isə anası İrma Lya Rude də həbs olundu. Hərçənd ki, o, hələ Fransa vətəndaşlığında qalırdı. Ana Səmərqənddə 1961-ci ilədək sürgün həyatı yaşamalı olur. Uzun ayrılıqdan sonra Toğrul artıq xeyli yaşlanmış anası ilə bir də tələbəlik illərində görüşə bilir. Onun müxtəlif dövlət orqanlarına çoxsaylı müraciətləri sayəsində bir müddətdən sonra anasına bəraət verilir və İrma Lya Rude Bakıya qayıtmağa müvəffəq olur. Tezliklə atası Fərman Nərimanbəyov da amnistiyaya düşərək Sibir sürgünündən Vətənə dönür.
Sənət zirvələrində
Toğrul Nərimanbəyovun rəssam kimi yaradıcı istedadı hələ Vilnüsdə oxuduğu illərdən parlamağa başlamışdı. O, monumental rəssamlıq üzrə təhsil alırdı. Bu sahədəki hüdudsuz yaradıcı imkanlar onu novatorluğa həvəsləndirirdi. Gənc rəssam işlədiyi mövzuların bədii həllinə başqa prizmalardan yanaşaraq tədricən öz fərdi üslubunu formalaşdırırdı.
Bu uğurların əldə olunmasında sonralar da həmişə böyük sevgi və rəğbət hissi ilə xatırladığı müəllimi, məşhur litvalı rəssam Yuozas Mikenasın böyük rolu olmuşdu. Beləliklə, həm fitri qabiliyyəti, həm müəllimlərinin köməyi, həm də özünün fədakar əməyi sayəsində o, yaradıcı həyatının ilk mərhələlərindən sənətin ən yüksək zirvələrini fəth edə bildi. Ötən əsrin 50-ci illərindən, hələ tələbə ikən əsərləri bir çox yerli və beynəlxalq sərgilərdə nümayiş etdirildi. 1955-ci ildə SSRİ Rəssamlar İttifaqına üzv qəbul olundu. 1964-cü ildə Azərbaycanın Əməkdar, 1967-ci ildə isə Xalq rəssamı fəxri adlarına layiq görüldü. 1974-cü ildə Azərbaycanın, 1980-ci ildə keçmiş SSRİ-nin dövlət mükafatları ilə təltif olundu. 1989-cu ildə SSRİ-nin Xalq rəssamı adını aldı. Yada salaq ki, sovetlər dönəmində Azərbaycan təsviri sənət ustalarından yalnız üç nəfəri ovaxtkı ən yüksək fəxri ad sayılan SSRİ Xalq rəssamı adına layiq görülmüşdü. Onlardan biri Mikayıl Abdullayev, digəri Tahir Salahov, üçüncüsü isə Toğrul Nərimanbəyov idi. O, Fransa Müasir İncəsənət Ensiklopediyasında da haqqında məlumat verilən yeganə azərbaycanlıdır.
Nadir mədəniyyət incilərimiz
Toğrul Nərimanbəyov bir sıra ölkələrdə yaradıcılıq ezamiyyətlərində olub. Uzun illər Amerikada, Lüksemburqda, Fransada yaşayıb. Bununla belə, bütün yaradıcılığı boyu yenə də öz əsərlərində Azərbaycan gerçəkliyinin yaddaqalan “bədii aynası”nı yaradıb.
Dəfələrlə Azərbaycanda və müxtəlif xarici ölkələrdə — Çexiyada, Rusiyada, Hindistanda, Fransada, Litvada, ABŞ və digər ölkələrdə onun fərdi sərgiləri keçirilib. Bu gün də dünyanın müxtəlif ölkələrinin muzey, qalereya və şəxsi kolleksiyalarında T.Nərimanbəyovun əsərləri saxlanılır.
Görkəmli rəssamın əsərlərinə nəzər yetirərkən, onun mövzu dairəsinin çox geniş olduğunu görürük. O, mənzərə, portret, monumental boyakarlıq, illüstrasiya və teatr rəssamlığı kimi müxtəlif sahələrə müraciət edib. Bu əsərlərin hər biri mövzu və janr rəngarəngliyi, estetik kamilliyi ilə fərqlənir. Onları birləşdirən əsas cəhət isə Toğrul Nərimanbəyovun özünəməxsus üslubudur. Çəkdiyi hər əsər rəssamın təxəyyül dünyasının dərinliklərindən gəlir. Bu dünyanı zəngin və bənzərsiz lövhələrlə təcəssüm etdirərək Azərbaycanın müasir təsviri sənətinin simasını formalaşdırır. Mədəniyyətimizin nadir inciləri xəzinəsində layiqli yer tutur.
Elə buna görə də Toğrul Nərimanbəyov Azərbaycan təsviri sənət tarixinin yetişdirdiyi ən böyük şəxsiyyətlərdən biri sayılır. İncəsənət xadimləri, mütəxəssislər haqlı olaraq onun yaradıcılığını daha bir görkəmli sənətkarımız Cəlil Məmmədquluzadə ilə müqayisə edirlər. Mirzə Cəlil doğma yurdumuzun özəlliklərini, milli xüsusiyyətlərimizi, ruhumuzun etnoqrafik çalarlarını sözlərlə, dilin tükənməz enerjisi ilə çatdırdığı kimi, Toğrul Nərimanbəyov da rənglərin dili ilə tərənnüm edir. Azərbaycanın gözəlliklərini əlvan boyalarla dünyada tanıdır, bizi başqalarına sevdirir.
Çərçivələri aşan sənətkar
Azərbaycan təbiətinin gözəllikləri, həyatımızın özünəməxsusluqları onun əsərlərində dünyanı dolaşır. Toğrul Nərimanbəyovu bütün dünyada qəribə və qeyri-adi yaradıcılıq üslubuna görə sevir, əsərlərini yüksək dəyərləndirirlər. Obrazların bolluğu və monumentallığı, kompozisiyanın dolğunluğu, bədii şərti dekorativliyə meyil, zəngin kolorit, personajların ustalıqla bilərəkdən qeyri-mütənasib işlənməsi, eləcə də perspektivin həllində çox zaman predmetlərə çoxbucaqlı baxış istiqamətinin seçilməsi onun fərdi üslubunun əsas səciyyəvi əlamətləridir. Ona görə də yaradıcılıq proseslərini müəyyən qədər izləyən, təsviri incəsənətdən anlayışı olan hər kəs rəssamın əsərləri ilə rastlaşan kimi, hətta imzası olmasa belə, bu üslubun məhz Toğrul Nərimanbəyov fırçasına aid olduğunu bilir.
O, fırça və boyalarla çox sərbəst davranmağı sevən sənətkarlardan idi. Rəssam çox vaxt təsviri sənət nəzəriyyəsində qəbul olunmuş kanonlara qarşı çıxır. Məlum bədii çərçivələri qırıb atır. Amma bunu da kor-koranə şəkildə yox, böyük ustalıqla edir. Sərbəst davranışların məharətli şəkildə yaratdığı incilərlə rəğbət oyadır.
Torpaq ətirli əsərlər
Bütün böyük sənətkarlar kimi Toğrul Nərimanbəyovun yaradıcılığı da bir neçə dövrə bölünür. “Bayıl mənzərəsi”, “Fırtınadan da güclü”, “Səadət”, “Sevinc”, “Həyat naminə”, “İşıqlı gələcək uğrunda” və başqa belə əsərləri onun yaradıcılığının ilkin dövrlərinə aiddir. Bu əsərlərin mövzu dairəsinin zənginliyi rəssamın yaradıcı axtarışlarından xəbər verir. Adıçəkilən əsərləri onu uğur zirvəsinə aparan böyük sənət yolunun xoş başlanğıcıdır.
Yaradıcılığının növbəti dönəmlərində rəssamın sənətin ayrı-ayrı sahələrində özünə yaxın bildiyi dostlarına həsr edilmiş əsərləri ilə də rastlaşırıq. “Şair Fikrət Qoca”, “Rəssamın ailəsi”, “Yazıçı Anar”, “Səttar Bəhlulzadə”, “Ana” və s. kimi canlı obrazlar buna nümunədir.
Bu sırada “Səttar Bəhlulzadə” obrazı xüsusilə diqqəti çəkir. Toğrul Nərimanbəyov unudulmaz rəssam həmkarı ilə yaxın dost idi. Səttar Bəhlulzadənin mənəvi dünyasına onun qədər yaxından bələd olan sənətkar çətin tapılardı. Bu dostluq münasibətlərindən, ruh yaxınlığından qalan yadigarlar isə dahiyanə ustalıqla işlənmiş bir neçə sənət əsəridir.
Toğrul Nərimanbəyovun Səttar Bəhlulzadəyə həsr etdiyi əsərlərinin birində dahi rəssam öz çılğınlığı, çərçivələrə sığmazlığı, uzun, quru barmaqları arasından əskik olmayan papirosunun tüstüsü ilə kompozisiyanın mərkəzindən boylanır. O, dərin fikirlər içində sanki təxəyyülündəki hansısa yeni bir əsər haqqında düşüncələrə təslim olur. Ustalıqla işlənmiş əsərin kolorit həlli obraza yüksək canlılıq bəxş edir və Səttar Bəhlulzadənin daxili aləmini, iç dünyasını, psixoloji xüsusiyyətlərini açıb göstərir.
Səttar Bəhlulzadə onun yaradıcılığını çox yüksək qiymətləndirir və deyirdi: “Toğrulun əsərləri bərəkətli bir süfrəni xatırladır. Bu süfrədə hər cür nemət var. Özü də bu, doğma Azərbaycan torpağının nemətləridir! Toğrulun əsərlərindən torpağımızın ətri gəlir...”
Həqiqətən, Toğrul Nərimanbəyovun yaradıcılığında Bakı mənzərələri, Azərbaycanın ayrı-ayrı regionlarının özünəməxsusluqları xüsusi yer tutur. “Doğma şəhər”, “Bakı”, “Qədim Naxçıvanın panoramı”, “Göyçay bağlarında”, “Dağların mahnısı” və s. mənzərələrində o, Azərbaycan təbiətinin zənginliklərini, bu yurdun bərəkətini tərənnüm edirdi.
Sevginin rəsmi
“Qədim Naxçıvanın panoramı” əsəri tarixilik və müasirliyin vəhdəti baxımından xüsusilə səciyyəvidir. Rəsm əsərində dəvə karvanı ilə hərəkət edən sarvanın təsviri verilir. Tamaşaçı burada əsrarəngiz Şərq dünyasının “nağıllar aləmi”nə düşür. Əsərin fonunda təsvir edilmiş qədim Şərq memarlığı üslubunda binalar bu aləmin ecazkarlığını daha da gücləndirir. Buludlara toxunan uca dağ zirvələri Naxçıvan təbiətinə məxsus xüsusiyyətləri göz önündə canlandırır. Adam əsərə tamaşa etdikcə bu yurdun havasını, suyunu, ləziz nemətlərinin tamını ruhunda hiss edə bilir. Təsadüfi deyil ki, sənətşünaslar haqlı olaraq bu əsərlə Soltan Hacıbəyovun yaratdığı “Karvan” süitası arasında bədii-fəlsəfi, estetik paralellər aparırlar.
Toğrul Nərimanbəyovun “Emalatxanada”, “Kafedə”, “Qız qalası”, “Talış dağlarında”, “Yaylaqda”, “Çoban ailəsi”, “Məhsul bayramı”, “Bağda çayxana”, “Bakıda bazar” və s. bu kimi əsərləri də onun istedadının, yaradıcı zəhmətinin ucalığında qərarlaşan sənət inciləridir.
Rəssamın yaradıcılığında natürmort janrının öz yeri var. Onun əsərlərində bu janrın sərhədləri, ölçüləri daha da böyüyür, yeni bir məzmun kəsb etməyə başlayır. Bu da bəlkə onunla bağlıdır ki, Toğrul Nərimanbəyov çəkdiyi müxtəlif əşya və predmetləri, ləziz Azərbaycan nemətlərini və xüsusən də cənnət meyvəsi olan narı natürmortlarında fırçadan çox qəlbinin sevgisi ilə əks etdirir. Onları dünyaya bu sevginin işığında, rəngində təqdim edir. Ona görə rəssamın natürmortları da xoş duyğular yaradır, adamı sehrli bir aləmə çəkib aparır. Toğrul Nərimanbəyovun yaratdığı “Natürmort. Narlar”, “Narlar”, “Natürmort. Nar ağacı” və başqa belə əsərlərində nar Azərbaycanın milli simvolu kimi dünyanı dolaşır.
Görkəmli rəssamın Abdulla Şaiq adına Dövlət Kukla Teatrının, Milli Məclisin binasının foyesində divarboyu yaratdığı nəhəng tablolarda da onun yaradıcılıq qüdrətinin misilsizliyi nəqş olunub.
Rənglərin səsi
Toğrul Nərimanbəyov rəssamlıqla yanaşı, musiqi ilə də məşğul olmuşdu. Vokal sənətinin incəliklərinə peşəkar səviyyədə yiyələnmişdi. Gözəl səs tembrinə malik idi. Azərbaycanın və dünya vokal sənətinin şah əsərlərini ifa etməyi sevirdi.
Müsahibələrində deyirdi ki, özünü dərk edəndən musiqi ilə maraqlanır, oxumağı çox xoşlayır, bəzən hətta oxuya-oxuya işləyir: “Mənə belə gəlir ki, rəssam kimi yetişə bilməsəydim, vokalçı olardım...”, — deyirdi. Onun rəsm əsərlərindəki harmoniya, rənglərin ahəngi bəlkə də Toğrul Nərimanbəyovun həmin əsərlər üzərində işləyərkən oxuduğu musiqi parçalarının təsirindəndir.
Bir müsahibəsində isə o, muğamla bağlı fikirlərini bildirmişdi: “Muğamı çox sevirəm, lakin ifa edə bilmirəm, ifa olunarkən gözlərimdən yaş axır”. Bu hiss onun “Muğam”, “Musiqiçilər” adlı əsərlərində öz ifadəsini tapıb. Bu əsərlərə tamaşa edərkən onların adi rəssamın yox, muğam sənətinin alt qatlarında gizlənən fəlsəfi mahiyyətə dərindən bələd bir sənətkarın fırçasından çıxdığını dərhal duya bilirsən. Kompozisiyada musiqiçilərin ifa zamanı müxtəlif vəziyyətlərdə təsviri, xüsusilə xanəndənin keçirdiyi hisslər, tablonun ekspressiv dinamikliyi tamaşaçını sanki muğam musiqisinin ecazkar ritmi altında kökləmiş olur, bu rəsmlərdən elə bil muğam sədasını eşidirsən.
Bənzərsizlik axtarışında
Böyük rəssamın Azərbaycan və dünya mədəniyyəti qarşısındakı xidmətləri hər zaman yüksək qiymətləndirilmişdi. Ulu Öndər Heydər Əliyev Toğrul Nərimanbəyovun yaradıcılığına böyük dəyər verirdi. Onun 1998-ci ildə təşkil edilmiş vokal konsertində də Heydər Əliyev şəxsən iştirak etmiş, rəssamla görüşərək yaradıcılığı barədə xoş təəssüratlarını söyləmişdi.
2000-ci ilin avqustunda Toğrul Nərimanbəyov Azərbaycanın ən yüksək dövlət mükafatlarından olan “İstiqlal” ordeni ilə təltif edilmişdi. 2010-cu ilin avqustunda isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə dahi rəssam “Şərəf” ordeni ilə mükafatlandırılmışdı. Eyni zamanda Prezidentin müvafiq sərəncamı ilə onun yubileyi dövlət səviyyəsində qeyd edilmişdi. Tək Azərbaycanda deyil, ölkəmizin sərhədlərindən kənarda da yubiley tədbirləri keçirilmişdi. Bütün bunlar əsərləri ilə tərənnüm etdiyi doğma Vətəndə və dünyada onun ölməz sənətinə, şəxsiyyətinə dərin ehtiramın ifadəsidir.
Özü deyərdi: “Hər bir sənətdə, yaradıcılıqda yenilik, bənzərsizlik olmalıdır. Bunlar ki olmadı, sənət öldü… Sənətdə məni ruhlandıran, yaradıcılığa sövq edən cəhətlər bilirsinizmi nədir? Bir çox məlum, hətta özümün də inandığım həqiqətləri rədd etmək. Daima axtarmaq, nə isə yeni bir şey tapmaq”.
2013-cü ilin 2 iyun günü bu böyük sənətkar 82 yaşında dünyadan köçdü və bütün ömrü boyu axtarışında olduğu əbədiyyət zirvəsinə qovuşdu.
Nə qədər ki Azərbaycan var, nə qədər ki əsərləri yaşayır, Toğrul Nərimanbəyov da var olacaq, yaradıcılığının ən yüksək ucalıqlarından zəngin mənəvi dünyaya işıq saçacaqdır.
Müəllif: İradə ƏLİYEVA,
MMənbə: “Azərbaycan”
| ['rəsm', 'rəsm sənəti', 'rəssam Toğrul Nərimanbəyov', 'Toğrul Nərimanbəyov', 'rəssamlıq'] |
118 | https://kayzen.az/blog/edebiyyat/26990/rus-%C9%99d%C9%99biyyat%C4%B1n%C4%B1-t%C3%BCrkc%C9%99-oxuyan-az%C9%99rbaycanl%C4%B1lar-haqq%C4%B1nda.html | Rus ədəbiyyatını türkcə oxuyan azərbaycanlılar haqqında | gunelb | Ədəbiyyat | 10 okyabr 2021, 23:37 |
Öz evində bozbaşı qoyub, qonşunun qayğanağına tamah salır. (Atalar məsəli)
Dedim bir baxım görüm bizimkilər nə oxuyurlar, oxuduqları haqqında necə danışırlar, hansı kitabları oxumağı tövsiyə edirlər. Kitab blogerlərini nəzərdə tutmaqdayam.
Youtube-da eşələndim. Qarşıma bir gənc çıxdı. Gənc, Tolstoyun hekayələri haqqında danışırdı. Bura qədər hər şey yaxşıdır. Bir gəncin Tolstoyun hekayələrini oxumasına, Tolstoyun hekayələri haqqında danışmasına ancaq sevinmək olar. Amma…
Məsələnin amması ondan ibarətdir ki, bu gənc Tolstoyu türkcə oxumuşdu. Bir azərbaycanlı gənc ən azı aşağıdakı səbəblərə görə Tolstoyu türkcə oxumamalıdır.
1- Türk dilində oxumaq, gənclərdə tənbəllik, arxayınlıq (həmçinin xarici dil bilmək illüziyası) yaradır. Türk dilini bilmək, xarici dil bilmək sayılmır. Bunu hər bir kəs dərindən dərk etməlidir. Türkcəni bilməklə, türk dilində kitab oxumaqla heç kim özünü aldatmasın. Özünə hörmət edən, qarşısına ciddi məqsədlər qoymuş, öz məqsədlərinə doğru inamla, inadla addımlamaq istəyən gənclər alman, fransız, ispan, italyan, yapon dillərindən birini mütləq dərindən öyrənməlidirlər.
Sırf mövzumuza gəldikdə isə, gənc adam Tolstoyu rusca oxumalıdır. Niyə də yox? Bunun üçün sadəcə sosial şəbəkələrdə saatlarla avarlanmamaq, dil öyrənmək istiqamətində nizam-intizamlı olmaq, iradə nümayiş etdirmək, bu mübarək yolda əziyyət çəkmək lazımdır. Vəssalam!
2- Xüsusən yaradıcılıqla, yazı-pozu işləriylə məşğul olan gənclər türkcə oxumağı, türk kanallarına baxmağı özlərinə sərt şəkildə qadağan etməlidirlər. Türk dili Azərbaycan dilinə yaxın dil olduğu üçün türk dilində oxuyan, türk dilində filmlərə baxan adamların dili özlərinin də xəbərləri olmadan, özləri də hiss etmədən tədricən pozulur. Pozulmuş dili sonra bərpa etmək olduqca çətindir. Bunun üçün gərək Azərbaycan dilində yazılmış çoxlu əsərlər oxuyasan. Azərbaycan dilini kifayət qədər yaxşı bilən, şəxsən tanıdığım neçə-neçə adamın dilini türk dili pozdu. İndi nə yazdıqlarını heç özləri də başa düşmürlər. Tam türk dilində yaza bilmirlər. Azərbaycan dili də türkcə oxumağın, türk kanallarına baxmağın nəticəsində gorbagor olub. Qalıblar ortada. Necə deyərlər, ərdən də olublar, oynaşdan da. Ümumiyyətlə, hansı mətndə türk sözünə rast gəlirəmsə, özümdən asılı deyil, mətn gözümdən tamam düşür, mətnə qətiyyən ciddi münasibət göstərə bilmirəm. Yaxınlarda Sevda Sultanovanın bir yazısında “duyğu sümürüsü” sözlərinə rast gəldim. Lütfən, Sevda müəllimə zərrə qədər də inciməsin, “duyğu sümürüsü” sözlərinə rast gələndə yazı gözümdən tamam düşdü. Müəllifə xeyli əsəbləşdim. Buna əsasım, haqqım vardı. Uşaq-muşaq “duyğu sümürüsü”, “alqılamaq”, “sorğulamaq”, “ayarlamaq”, “küçümsəmək” kimi əttökən sözlərdən istifadə edəndə, çətin də olsa hardasa onları başa düşmək, onları birtəhər yola vermək olur. Şah Abbası taxtda, Nadiri qundaqda görmüş Sevda Sultanova kimi təcrübəli qələm adamları əttökən türk sözlərindən yazılarda istifadə edəndə, onları başa düşmək heç cür mümkün olmur. Hər şeyi öz adı ilə çağırsaq, bunun adı banal yüngüllükdür.
3- Rus ədəbiyyatına, xüsusən rus klassikasına aid ciddi, vacib əsərlərin demək olar ki, hamısı (nadir istisnalar ola bilər) Azərbaycan dilinə tərcümə olunub. Bir türk tərcüməçisi hansısa bir rus romanını azərbaycanlı tərcüməçidən yaxşı tərcümə edə bilməz. Söhbət burada təkcə dili yaxşı bilib-bilməməkdən getmir. Söhbət burada ondan gedir ki, türklər ümumiyyətlə Rusiyanı, rusları yerli-dibli tanımırlar. Kim hansısa bir rus romanını türkcə oxuyubsa, belə hesab etsin ki, əsəri oxumayıb. Ən yaxşı halda əsərin məzmunu ilə tanış olub. Rus ədəbiyyatını Azərbaycan dilində oxumaq imkanı olduğu halda, rus ədəbiyyatını türkcə oxumaq, təxminən ona bənzəyir ki, bulaq suyunu kənara qoyub, gedib kanalizasiya suyu içirsən.
4- Ən nəhayət, bir türk tərcüməsinə necə inanmaq, bir türk tərcüməçisinə necə etibar etmək olar? Bir türk tərcüməçisi sevgilisinə yazdığı məktubu, özünün həyata baxışını, həyat fəlsəfəsini tərcümə etdiyi əsərin içində çox rahatlıqla “əridə” bilər. Qəti şəkildə inanıram ki, bunu edənlər olub. Müəllif: Seymur BaycanMənbə: regionnews.az
| ['rus ədəbiyyatı', 'Seymur Baycan hekayələri', 'rus klassikası', 'türk dilinin yadlığı', 'türk dili', 'Azərbaycan dilinə hörmət'] |
119 | https://kayzen.az/blog/kitab/26983/x%C3%BCsus%C9%99n-m%C9%99%C5%9Fhur-adam%C4%B1n-m%C9%99%C5%9Fuq%C9%99si-haqq%C4%B1nda.html | Xüsusən Məşhur adamın məşuqəsi haqqında | gunelb | Kitablar və mütaliə | 2 okyabr 2021, 13:55 |
Yaxşı tanıdığımız, zəif və güclü tərəflərinə kifayət qədər bələd olduğumuz ədəbi mühitdən kənarda böyük yazan-pozan dəstəsi yaranmışdır. Avqust ayında bu dəstənin ayrı-ayrı üzvlərinin kitablarını oxudum. İndi oxuduğum kitablar haqqında fikirlərimi, aldığım təssüratları yazmaq istəyirəm. Burda yazacağım fikirlər aşağı-yuxarı dəstənin digər üzvlərinin də kitablarına aiddir.
Beləliklə, başlayaq “Boz” romanından. “Boz” romanında insanlar zombiyə çevrilirlər. İki gəncin qarşılıqlı sevgisi zombiləri təzədən insan olmağa məcbur edir. Müəllif demək istəyir ki, sevgi dünyanı xilas edəcək. Belə bir yüngüllük. Cinayətkarcasına naşı yazılmış roman “ağır-ağır” cümlələrlə doludur. Məsələn:
“…Kainat heçlikdən yarandığı üçün hər şeyi özündə var edib. Heç nə yox olmur. Sadəcə bir maddə digərinə çevrilir və bu nizamlanma hər şey üzərində özünü göstərib daimi olaraq davam edir.
Gördüyümüz hər şey – kitablar, binalar, ağaclar, asfalt yollar, hətta biz insanlar belə atomlardan ibarətik. Bəs, atom nədir və necə bir quruluşa malikdir? Gözəgörünməz dərəcədə kiçik olan bu hissəcikləri bəzi təkmilləşmiş mikroskoplar sayəsində görmək mümkündür…
Əlimizdə tutduğumuz bir fincan kofe, səmadakı ulduzlar, kitabın səhifələri, ümumiyyətlə hər şey enerjidən ibarətdir…”
Yaxud:
“Ətrafda gördüyüm hər şeyin varlığında əslində bir heçlik gizlənirmiş. Beynim heç vaxt eşitmədiyi bilgiləri almaqda çətinlik çəkirdi. Dərindən dərk edə bilmirdim var olduğum halda heçlik mərtəbəsinə çatmağı…
Hər şeyin varlığında bir əsas dayanır və illərlə bunu anlamadan yaşamaq çox pis hal idi. Əsas bir sual beynimdə fırlanırdı. Görəsən, mən indi bir heçəm, ya hər şey? Ya da ümumiyyətlə, heçliyin içindəki bir varlıq…”Kitabın yetmiş faizi bu cürə cəfəngiyyatdan ibarətdir. İnanmırsınız? Buyurun, fəsillərin adına baxın, hesabınızı özünüz götürün:
Azadlığa doğru ilk addım, Yuxu içində yuxu, Mən yoxluqda varkən, Mən varlıqda yoxkən, Zərrədə kainat, Kosmik şüur, Öz?, Hissiyatsızlıq xəstəliyi, Biz necə zombi olduq?, Zombi melanxoliyası, Rəngli dünyalar və boz…
İndi bu nə deməkdi? Nə ad qoyaq buna? Cavanlıq səhvi, banal təcrübəsizlik, yoxsa rüsvayçılıq?
Kitabın arxa qapağına yazılmış mətni oxuyaq: “Dərviş (Elnur İsmayılov) yazıçı, musiqiçi, filoloq. 2015-ci ildə yazıçılıq fəaliyyətinə başlayıb. Bir roman və çoxsaylı hekayələr müəllifidir. “Boz” 3 illik araşdırmaların nəticəsində yazılmışdır”.
Çox maraqlıdır, görəsən müəllif üç ildə nəyi, nələri araşdırıb? Belə mövzular olsa-olsa, ən uzağı yazı mövzusu ola bilər. Bütün bunlar çox güman müasir və düşük türk yazıçılarından təsirlənmələrdir. Kitabda tez-tez türk sözlərinə rast gəlirdim. Halbuki, həmin sözlərin Azərbaycan dilində qarşılığını asanlıqla tapıb, istifadə etmək olardı.
Artıq yazını oxuyan adamlara məlumdur ki, romanın müəllifi həm də musiqiçidir. “Ağır-ağır” mövzuların içinə girməkdənsə, müəllif bir musiqiçi kimi öz həyatını yazsaydı, real problemlərini, dəqiq bələd olduğu məsələləri qələmə alsaydı daha yaxşı, daha maraqlı olmazdımı? Əlbəttə, daha yaxşı, daha maraqlı olardı, amma göründüyü kimi müəllifin ədəbiyyat haqqında təsəvvürləri kökündən səhvdir. Fikrimi xeyli yumşaq ifadə etdim. Müəllif ədəbiyyatın heç “Ə” hərifindən belə xəbardar deyil. Dəhşətli dərəcədə naşıcasına yazılmış “Boz” romanı haqqında bu qədər. İndi isə keçək Sərxan Sabirlinin“Bölünən yuxular” romanına. “Bölünən yuxular”ı roman adlandırmaq çox çətindir, amma müəllif yazdığı mətni roman adlandırıbsa, biz də bu mətnə roman demək məcburiyyətindəyik.
“Boz” romanında olduğu kimi “Bölünən yuxular” romanı da “ağır-ağır” fikirlərlə, düşüncələrlə zəngindir. Buyurun, siz də bu “ağır-ağır” fikirlərlə, düşüncələrlə tanış olun:“…Bəli, bir şeyi gerçək elan edərək ona etiqad bəslədiyimiz zaman digər gerçəyin acı ölümünə səbəb olurduq, bir şeyin inadla var olmasını istədiyimiz zaman digərinin mütləq ölümünü arzulayırdıq və bu döngü sonsuzadək davam edəcək əbədiyyət zəncirinə yeni bir halqa əlavə edirdi…
Mənalar axtarışında olan beyin, faktiki olaraq, öz mütləq sonuna doğru gedən bu məşəqqətli yolu qısaltmırmı və ya bütün bu axtarışlar kəsə yoldan getmək istərkən, əslində, diqqət edilməyən çuxurlardan birinə düşür və ordaca qalmırmı?”
Etiraf edim ki, bu cümlələri oxuyanda başım şişdi. Növbəti cümlələri oxuyanda isə başım sözün həqiqi mənasında error verdi:
“… Pərvazlanan ruhum öz hədsiz həzzini duyarkən və görünməyən qanadlarım məni bir nöqtədən digərinə – sonsuzluğa aparırkən, yer kürəsini axtardım. Baxdım və gördüm. Gördüyüm, bilirsən nə idi? Heçlik.”
Kitabın doxsan doqquz faizi bax bu cür, buna bənzər “ağır-ağır” fikirlərdən, “ağır-ağır” düşüncələrdən ibarətdir. Kitabı oxuyub qurtarandan sonra düşündüm. Dəyəsən mən doğrudan da böyük hövsələ yiyəsiyəm.
“Bölünən yuxular” kitabının müəllifi kopirayterdir. Yəqin ki, Sərxan bəy işi ilə əlaqədar xeyli maraqlı hadisələrin şahidi olub, xeyli maraqlı adamlarla qarşılaşıb. Müəllif bələd olduğu mövzulardan yazsaydı, bələd olduğu mövzuların içinə girsəydi, daha yaxşı olmazdımı? Əlbəttə, daha yaxşı olardı, amma müəllifə elə gəlib ki, çox ali həqiqətlərə çatıb və çatdığı ali həqiqətləri qələmə alaraq, başqalarını da bu ali həqiqətlərlə tanış etməlidir. Necə böyük sadəlövhlük…
Xəyalə Miskərlinin “Vicdanın rəngi” kitabında da real həyatdan əsər-əlamət yoxdur.
Kitabın proloqu:
“Rənglər heç də həmişə gözlə görünmür, onlar bəzən mücərrəd don geyinib özlərini bizim fikirlərimizdə, hisslərimizdə, atdığımız addımlarda təzahür etdirir.”
Kitabın epiloqu:
“Həyatda nə ağ, nə də qara olan bir məfhum var. Ağın qara ləkəli, qaranın da ağ üzlü tərəfi olur”.
“Vicdanın rəngi” kitabında yazılan hadisələr çox uydurma, dialoqlar çox süni təsir bağışlayır. İki sevgilinin dialoquna baxın:
– Hiss edirəm.
– Nəyi?
– Nə zamanasa ayrılacağımızı.
– Sara, həyatda əbədi olan bircə əbədiyyətsizlikdir…
Sən allah, hansı sevgililər belə danışır? Belə danışan sevgililər varsa da, qələt edirlər, başların da daşa döyürlər. Danışmağa mövzu tapmırlar, danışmağa mövzu yoxdur? Sevgililər zəhmət çəkib toyuq dönərindən, ət dönərindən, zeytun yağının faydalarından, Ağcəbədinin mal bazarından, Bərdə pendirindən, Zirə pomidorundan, qərəz, həyatdan, real, həqiqi şeylərdən danışmalıdırlar.
Onu da mütləq qeyd etməliyəm ki, “Vicdanın rəngi” kitabında yazılanlar nə qədər uydurma, nə qədər həyatdan uzaq təsiri bağışlasa da, kitabda müəllifin səliqə-səhmanı, bir az da cəsarəti nəzərə çarpırdı. Xəyalə müəllimədə yazıçılıq potensialının işartıları görünür. Öz üzərində çalışsa, ədəbiyyat haqqında səhv təsəvvürlərini dəyişməyi bacarsa, dayanmadan oxusa, dayanmadan öyrənsə, istiqaməti düzgün tutsa, normal mətnlər yaza bilər.
Bütün qüsurlarına baxmayaraq oxuduqlarım arasında daha çox Aygül Ağayevanın “Məşhur adamın məşuqəsi” romanı xoşuma gəldi. Sual oluna bilər, niyə? Ona görə ki, romanda həqiqi, real həyat vardı.
Buyurun:“Nailəni hamımız sevərdik, lakin elə hərəkətlər etdi ki, ona nifrətimiz yarandı. Gül kimi nişanlısı vardı. İki il adamı oynatdı, sonra da keçən həftə qapılarda səyyar mal satan bir dağıstanlı oğlana ərə getdi. Atası öz evini yaşamaq üçün ona vermək istəyirdi, fəqət heç cür Bakıda qalmağa razı olmadı. Oğlanla birlikdə Dağıstana getmək istədi. Sən demə, iki il toyu bu avaraya görə ləngidirmiş. Nişanlısı da acığa düşdü, mənim bacımı götürüb qaçdı. Biz sevindik ki, elə yaxşı oğlana başqası qismət olmadı”.
Yaxud:
“O, ölməyə layiq bir fahişə idi. Mənim nişanlımla görüşməyə başladığından xəbər tutdum. Bir neçə dəfə ayrılması üçün xəbər yolladım, amma başa düşmədi. Nişanlım mənim ailəmə yaraşan, imkanlı adamın oğlu idi. Tezliklə toyumuz olacaqdı. O qız onu mənim əlimdən almağa çalışırdı. Axırıncı dəfə nişanlımın mənə “toyu bir il də təxirə salaq” deməsi məni dəli etdi. Qıza zəng etdim, onu qayalığa çağırdım. Gözdən iraq bir yerdi ora, ona görə oranı seçdim ki, istəmirdim kimsə məni onunla bir yerdə görsün. Atam mənə aşağı təbəqənin qızları ilə dostluq etməməyi məsləhət görmüşdü. Onlar imkanlı adamlara ancaq bir şey qopartmaq məqsədi ilə yaxınlaşırlar…”Bu başqa məsələ, cümlələr konkret adamı azərbaycanlıların içinə soxur. İnanıram ki, Azərbaycanda onlarla bu cür, buna bənzər hadisələr baş verib. Ciddi deyirəm, Aygül xanımın romanından çox şeylər öyrəndim. Sağ olsun. Fürsətdən istifadə edib, müəllifə dərin təşəkkürümü bildirirəm. Ciddi kadrdır. Xalqımız və dövlətimiz Aygül xanım kimi təcrübəli xanımların qədrini bilməlidir. Aygül xanıma öz təcrübəsini başqalarına ötürmək üçün dövlət tərəfindən hər cür şərait yaradılmalıdır. “Həyat” adlı məktəb açılmalıdır və Aygül xanım ən azı həmin məktəbdə şagirdlərə həyat dərsi deməlidir. Təcrübəsini paylaşmalıdır. Öyrətməlidir. Amma Aygül xanım özü də öyrənməlidir. Dili çox kəsaddır. Mənə elə gəlir ki, Aygül xanım türk seriallarının dərin pərəstişkarıdır və türk seriallarına hədsiz dərəcədə maraqla baxmaq onun dilini korlayıb…
Yekun
Əlbəttə, ədəbi mühitdən kənardakı dəstəyə girib-çıxan, həmçinin bir roman, bir neçə hekayə yazıb sonra birdəfəlik itib-batan çox adam olacaq. Bununla belə roman, hekayələr yazmaq istəyən adamlara üç vacib məsləhət vermək istərdim. Əməl etsələr uduzmazlar. Futbol şərhçilərinin təbirincə desəm, məsləhətlərə əməl etsələr, özlərini xeyli artırarlar.
Hekayə, roman yazdıqda özünüzü bacardığınız qədər ətraf aləmdən təcrid edin. Bacardığınız qədər mətnin içində qalın, mətnlə yatıb, mətnlə oyanın. Fikriniz-zikriniz ancaq və ancaq mətndə olsun. Belə olduğu halda qələmin gücü daha da artır. Burda heç bir sirr, mistika, yaradıcı prosesi ilahiləşdirmək filan yoxdur. Sırf texniki məsələdir.
Dəqiq bələd olduğunuz mövzuların içinə girin. Tanıdığınız adamlardan, real problemlərdən, real hadisələrdən yazın. Təxəyyülünüzün, qələminizin nəyə qadir olduğunu dəqiq hesablayın. Xülaseyi-kəlam, ayağınızı yorğanınıza görə uzadın.
Yazmağa başlamazdan əvvəl Azərbaycan dilində yazılmış azı iyirmi roman oxuyun. Xoşunuza gəlsə də, gəlməsə də, mövzusu sizi qane etsə də, etməsə də Azərbaycan dilində yazılmış əsərləri oxumalısınız. Bu, olduqca vacib şərtdir. Yerli ədəbiyyata bələd olmamağın fəsadları bu və ya digər şəkildə özünü mütləq büruzə verir.
Sağ olun, hər birinizə yaradıcılığ uğurları azrulayıram.
Müəllif: Seymur BaycanMənbə: araz.az
| ['kitablar', 'mütaliə', 'mütaliə etmək', 'Boz romanı', 'Vicdanın rəngi romanı', 'Bölünən yuxular romanı'] |
120 | https://kayzen.az/blog/politologiya/26953/islam-inqilab%C4%B1-iranda-n%C9%99l%C9%99ri-d%C9%99yi%C5%9Fdi.html | İslam inqilabı İranda nələri dəyişdi? | gunelb | Tarix və politologiya | 3 sentyabr 2021, 18:30 |
İran İslam inqilabının 40 ili tamam olur. 1979-cu il fevralın 11-də kütləvi etirazların fonunda Rza Pəhləvinin sonuncu baş naziri Şapur Bəxtiyar istefa verir. Bununla da İranda 54 il davam edən Pəhləvi sülaləsinə rəsmən son qoyulur. İran şahı özü isə yanvarın 16-da müalicə adı ilə Tehranı tərk etmişdi. İnqilabın lideri, 14 il sürgündə yaşamış ruhani lider Ayətullah Ruhullah Xomeyni fevralın 1-də 4 ay yaşadığı Fransadan İrana qayıtmışdı.
Fevralın 25-də isə Ayətullah Xomeyni şəriət idarəçiliyi elan edir. Martın 1-də Ayətullah Xomeyni Qum şəhərinə köçür və dövləti burdan idarə etməyə başlayır. Bundan sonra o, rəsmi elan olunmasa da özünün yazdığı nəzəriyyəyə əsasən “Vəliyyi Fəqih”, yəni yeni qurulan dövlətin birinci adamı, dövlət rəhbəri olur. Apreldə isə İranda referendum keçirilir və səsvermə nəticəsində ölkə rəsmən İslam Respublikası elan olunur.
İran İslam inqilabının adı Ayətullah Xomeyni ilə xatırlanır. Çünki İranda həm inqilabın baş tutması, həm də onun nəzəri olaraq işlənib, hazırlanması məhz bu adamın adı ilə bağlıdır. İkinci Dünya Müharibəsi illərində şaha qarşı tənqidi çıxışları ilə məşhurlaşan Ruhullah Xomeyni 1964-cü ildə İranda şah əleyhinə davam edən etirazlar, xüsusən də din xadimlərinin fəallıq etdiyi aksiyalardan sonra əvvəlcə Türkiyəyə, bir ildən sonra isə İraqa sürgün edilir. 13 il İraqda – şiələrin müqəddəs şəhəri Nəcəfdə yaşayan Ayətullah Xomeyni burada mədrəsədə dərs deyir, eyni zamanda İslam inqilabının, eləcə də islam dövlətinin nəzəri-hüquqi əsaslarını, başqa adla hazırkı dövlət sistemini işləyib hazırlayır.
Kökləri daha əvvəlki şiə mənbələrinə əsaslanan “Vilayəti Fəqih”, yəni fəqihin (İslam hüquqçusu – alim – K.R.) hakimiyyəti nəzəriyyəsini işləyib hazırlayır. Eyni zamanda İranla əlaqələrini davam etdirir və İrandakı din xadimlərini Şah hakimiyyətinə qarşı mübarizəyə çağırır. 1970-ci illərin ortalarından başlayaraq Şaha qarşı etirazlar daha sistemli və sərt olmağa başlayır. İraqda Bəəs Partiyasının hakimiyyəti Şahın tələbi ilə Ayətullah Xomeynini ölkədən çıxarır. Bir neçə ölkədən təklif olunur və 1978-ci ilin oktyabrında Xomeyni Fransanın paytaxtı Paris yaxınlığında Nofel la Şote qəsəbəsində yerləşir. 4 aydan sonra isə “Air Franse” təyyarəsi ilə Tehrana dönür.
BBC İran inqilabını 20-ci əsrin ən böyük hadisələrindən biri adlandırır. Bu isə təsadüfi deyil. Çünki İran inqilabı bütövlükdə müsəlman dünyasında baş verən və uğurla nəticələnən yeganə inqilabdır. İran İslam inqilabı 20-ci əsrin əvvəllərində müsəlman aləmində başlayan siyasi islam fikrinin qələbə çalması hadisəsi oldu. Hansı ki, daha əvvəl və sonra bu cür cəhdlərin heç biri uğurlu alınmadı. İran inqilabı isə baş tutdu, çünki daha yaxşı hazırlanmışdı və Britaniyanın sabiq baş naziri Toni Bleyerin dediyi kimi, “Biz İranı ideologiyası olan bir dövlət sanırdıq, ancaq İran dövləti olan bir ideologiya idi”.
Şiəlik ideyası üzərində hazırlanmış Vilayəti-Fəqih — İslam hökuməti konsepsiyası İran inqilabının ideoloji bazasını təşkil etdi. Daha sonra formalaşan İslam Respublikası da bu əsaslar üzərində formalaşdı. Ən yuxarıda dini iqtidar və aşağıda birbaşa xalq səsverməsi ilə seçilən prezident və parlament. Yeri gəlmişkən, İranın hazırkı sistemində vəliyyi-fəqihi, yəni ölkənin dini liderini – birinci şəxsini də dolayısı ilə xalq seçir. Yəni xalq səsverməsi ilə formalaşan 83 nəfərlik üləma məclisi – Xubreqan ölkənin ali dini liderini seçir və ya vəzifədən azad edir.
Mütəxəssislərə görə, İran inqilabı mədəni inqilab idi. Çünki mövcud kapitalizm sistemi, azad bazar saxlandı, ölkə idarəçiliyi isə Respublika quruluşuna əsasən formalaşdırıldı. Yeri gəlmişkən, İranda daha sərt, yəni qatı dini idarəçilik tələb edən qruplar da olub. Ancaq həm onlar, həm də inqilabın dindarlarla yanaşı digər “şəriki” olan kommunistlər sonradan sıradan çıxarıldı.
İslam inqilabı qalib gəldikdən dərhal sonra yeni dini hakimiyyət ABŞ-a qarşı cəbhə açaraq Vaşinqtonu “Böyük Şeytan” elan edir. Vaşinqtonun Şahı dəstəkləməsi, eləcə də devrilən Şahın ABŞ-a yerləşməsi münasibətləri daha da pis təsir etdi. 1979-cu ilin 4 noyabrında görünməmiş hadisə baş verir: İranlı tələbələr Tehrandakı ABŞ səfirliyini ələ keçirirlər, 66 səfirlik əməkdaşı girov götürülür. 1980-ci ildə ABŞ ordusunun Tehrandakı girovları azad etməsi üçün planlaşdırdığı xüsusi əməliyyat ölkənin cənubunda, Təbəs çölündə baş verən fırtına nəticəsində fiaskoya uğradı. Amerikalı səfirlik əməkdaşları isə yalnız 1981-ci ildə azad edildi. Ancaq ABŞ və İran arasında düşmənçilik davam etdi.
2013-cü ildə Həsən Ruhaninin hakimiyyətə gəlməsindən sonra münasibətlər qismən yumşalıb və hətta 2015-ci ildə nüvə anlaşması imzalanıb. 2016-cı ildə prezident seçilən Donald Tramp 2018-ci ilin mayında nüvə anlaşmasından çıxıb və münasibətlər yenidən gərgin nöqtəyə yüksəlib. İslam inqilabı İranda bir sıra dəyişikliklərə səbəb olub. İlk növbədə əhalinin sayı kəskin şəkildə artıb. 40 il əvvəl İran əhalisinin sayı 36 milyon olduğu halda bu gün 82 milyondur. Əhali sayının iki dəfədən çox artımı ölkə üçün təbii olaraq çətinliklər yaradır.
İnqilabdan sonra İranda inkişaf edən sahələrdən biri elm sahəsidir. Hazırda İran ildə 54 min elm resenziya ilə dünyada 16-cı, regionda birinci yerdədir. Ordu gücünə görə hazırda dünyada 13-cü olan İran, milli raket sənayesi olan 26 ölkə biridir.
Hazırda dünyanın 18-ci böyük iqtisadiyyatı olan İran kənd təsərrüfatında xeyli irəliləyib, hazırda taxıl istehsalında dünyada 13-cü ölkədir.
Bundan başqa ildə 1,5 milyon avtomobil istehsal edən İran dünyada ilk “iyirmilikdədir”. Ən böyük uğurlardan biri də təhsil sahəsindədir. İnqilabdan əvvəl İranda əhalinin 47 faizi savadlı olduğu halda, indi bu rəqəm 85 faiz həndəvərindədir. İnqilabdan əvvəl İranda 223 ali təhsil müəssisəsi və paralel olaraq 170 min tələbə olduğu halda hazırda 2800-dən ali təhsil ocağı və 4 milyondan çox tələbə var. Ancaq inqilabdan sonra İranın itirdikləri də oldu. İnqilabın ilk günlərindən bu yana İran ABŞ-ın və Qərb ölkələrinin sanksiyaları altında yaşayır. Adambaşına düşən milli gəlir 1976-cı ildə 10200 dollar olduğu halda, 2017-ci ildə 6900 dollara düşüb. Dünyanın ikinci ən böyük qaz ehtiyatına və 4-cü neft ehtiyatlarına sahib ölkə üçün bu çox aşağı göstəricidir. Bundan başqa ölkənin əsas gəlir qaynağı olan neft ixracatında da ciddi eniş yaşanıb. Şah dövründə gündəlik ixracat 6 milyon barelə yaxınlaşsa da, hazırda bu rəqəm 2 milyon ətrafındadır. Bu isə ölkənin gəlirlərinə mənfi təsir edib. Üstəlik embarqolar səbəbindən neft istehsal edən qurğular, sənaye avadanlıqları və həmçinin təyyarə ala bilməyən İran hökuməti ciddi sıxıntı yaşayır. İran dünyada ən çox aviasiya qəzalarının baş verdiyi ölkələrdən biridir. 2015-ci ildən sonra İran embarqoların yumşalması səbəbindən həbs qoyulmuş pullarını və yatırım imkanları əldə etdikdən sonra ölkənin mövcud sıxıntıları aradan qaldıracağına ümidləri yaransa da, ABŞ prezidentinin nüvə müqaviləsindən çıxması və yeni sanksiyalar tətbiq etməsi İranı yenidən çətin dövrlərə salıb. Lakin hazırkı İran rəhbərliyi geri çəkilmək istəmir. ABŞ hakimiyyətinin İranın Yaxın Şərqdəki fəallığını azaltması, region ölkələrindəki üsyançı qruplara silah verməsini dayandırması tələblərini Tehran rədd edir.
Məsələ ondadır ki, İranın müsəlman coğrafiyasındakı fəaliyyəti İslam Respublikası ilə başlamayıb. Uzaq tarixdən bu yana, hətta Pəhləvi sülaləsi dövründə belə İran Yaxın Şərqdə aktiv, müdaxiləçi siyasi xəttini davam etdirib. Oxşar kurs İslam Respublikası dövründə, fərqli baxış üzərindən davam etdirilir. 1960-cı illərdə Yəmənə ordu göndərən, 70-ci illərdə Bəhreynə iddialı edən şahlıq İranı o qədər sakit ölkə deyildi. Bu gün də İranın Yaxın Şərqdəki aktiv siyasəti davam edir. Üstəlik ABŞ-ın basqıları İran hakimiyyətini daha da radikallaşdırır və daha sərt xətt tutmasına səbəb olur. Bu mənada İran ətrafında vəziyyətin normallaşması təkcə Tehrandan asılı deyil, həm də bölgədəki hərbi-siyasi vəziyyətdən və Qərbin region siyasətindən asılıdır.
Müəllif: Kənan Rövşənoğlu
Mənbə: Enter.News
| ['islam inqilabı', 'islan dini', 'İran', 'İran inqilabı', 'İslam hökuməti', 'İran İslam inqilabı'] |
121 | https://kayzen.az/blog/kulturologiya/26916/iran-pi%C5%9Fikl%C9%99rind%C9%99n-he%C3%A7-kimin-x%C9%99b%C9%99ri-yoxdur-q%C9%99rbd%C9%99n-qans%C4%B1z-t%C9%99cav%C3%BCz.html | İran pişiklərindən heç kimin xəbəri yoxdur - Qərbdən qansız təcavüz | gunelb | Kulturologiya (mədəniyyətşünaslıq) | 14 avqust 2021, 01:34 |
Bir zamanlar böyük müsəlman imperiyaları qərbə yönəlmiş istila yürüşlərini müqəddəs kitabın dünyadakı yeganəliyi motivilə əsaslandırırdılar. Şərqin mədəniyyətilə eyniləşmiş dini Qərbi udmalı, onu qərib ruhunda əridib Şərqin əkiz qardaşına çevirməli idi. Çox keçməmiş eyni səhvi mütləqlik azarına tutulmuş Qərb imperiyaları da səlib yürüşlərilə təkrarlayıb Qüdsə uzanan qızmar yollarda krallarını müqəddəs bildikləri amallarına qurban verdilər.
Hər iki tərəfin gəldiyi yad torpaqların adamlarına dinindən başqa verəcəyi heç nə yox idi: Alternativlərinin olmaması onları istila etdikləri ölkələrin anlaşılmaz labirintlərində itkin saldı. Ya gəldikləri yerin mədəniyyətinə uduzub əridilər, ya da yerli xalqlar onların qanlarını töküb gizləndikləri qalalardan birbaşa məmləkətlərinə qovdu. Səbəb sadə idi. Şərq də, Qərb də Allahın mülkü idi: Din dövlətdən ayrılmayıb mədəniyyətlə eyniləşmişdi.
Qəribədir, məhz Osmanlı imperiyasının qərb sərhədlərindəki hərbi uğurları Qərbdə dini hakimiyyətin zəifləməsinə, dini vergilərdən bezmiş kütlələrin qəzəbinin Vatikana yönəlməsinə səbəb oldu. Qısası, Şərqin hərbi uğurları dövləti dindən ayırmaq istəyən üsyankar kütlələrin ilham mənbəyinə dönmüşdü. Onlar artıq cənnət qəbzlərinə inanmırdılar.
Aparılan mübarizənin bayraqdarı olmuş Martin Lüter anlayırdı ki, yekrəngliliklə (Dinin mütləq hakimiyyəti) heç vaxt Qərb Şərqə üstün gəlib öz nəğməsini oxuya bilməyəcək və bütün dünyanın bir yarımkürənin mütləq hakimiyyətinə məhkum olması üçün qərb alternativlik müstəvisində boz rəngini itirib göyqurşağına çevrilməlidir. Çevrildi. Din dövlətdən ayrılıb sərhədlərini kilsələrlə məhdudlaşdırdı. Mədəniyyət ayrıca bir orqanizm kimi formalaşıb rahib geyimini əynindən çıxardı və övladlarına ilk məhsulunu – intibah dönəmini ərmağan etdi.
Tarixçi üslubundan uzaqlaşıb günümüzdə Qərbin şərqlə oynadığı təhlükəli oyunlardan bəhs etməyin məqamı yetişib, əziz oxucum. Şərq və Qərb coğrafi termin yox, tale məsələsidir. Mənim üçün dinin hələ də fövqəl olduğu, fərdiliyin daim qürub ömrünü yaşadığı istənilən coğrafiya (müsəlman şərqindən Latın amerikasınadək) Şərqi — dini, futbolu və pafosla ətirlənmiş patriotizmi kütlələrin tiryəkinə çevirmiş Şərq diktaturalarını gizlicə dəstəkləyən, individuallığı məngənəsində sıxmış ənənələri sevinclə qucaqlayan istənilən imperialist qüvvə Qərbi təmsil edir. İndividuallığın gücünü dadmış Qərb məhz inqilabi yeniliyini Şərqlə bölüşüb mütləqliyini itirmək istəmədiyi üçün illərdir bütün müstəvilərdə Şərqdə fərdiliyin zəminini parazit qurdlar kimi gəmirməklə məşğuldur.
Mövzuya İran kinematoqrafiyası fonunda baxsaq, mənzərə bütün rənglərilə gözlərimiz önündə sərgilənir. Niyə nüfuzlu sənət festivallarının beşiyinə çevrilmiş Qərb, generallarının sinələrini ordenlərlə dolduran diktatorlar kimi daim ənənəvi İran filmlərini mükafatlandırır? Dekorasiyası, fonu daim İran və onun problemləri olan İran kinematoqrafiyası niyə ənənəvi fəndlərinin (Yozuma açıq olan səhnələr, «Matruşka» kimi qatbaqat açılan simvolizm, «ayaqqabısını axtaran uşaq» situasiyası, sadə işarələrlə böyük həqiqətlər, poetik atmosfer çələngi, Şərqin keçmişinə batıb həmin ruhu bu günə gətirmək və sosial mesajlar) sərhədlərini aşmaqda acizdir? Cavab sadədir. Çünki Qərb və rejim bunu istəyir.
Qərbin festival siyasətçiləri bu tip filmlərə mükafat verməklə həm İran rejissorlarını Qərb festivallarına çıxışın sadə yolu ilə şirnikləndirib individuallıqdan azdırır, həm də diktaturanın modern və dekorasiyası fərqli filmlər istehsal etmək istəyən rejissorlara “Qərb fonu İran olan filmlərimizi ən nüfuzlu mükafatlarla hədiyyələyir, fərqli film çəkmək nəyinə lazımdır?” demək haqqını stimullaşdırır.
Qarşımızda yeni mənzərə açılır: Qərb və rejim əl-ələ verib romantik sevgililərtək Şərqdə sənət müstəvisində modernlik cəhdlərinin qürubunu kokteyllərini ləzzətlə qurtumlayaraq izləyirlər.
Bəzən isə Qərblə İran rejimi gizli oyunlarını süni toqquşmaların səs-küyünün bətnində gizləməyə ehtiyac duyur.
Məsələn, Bahman Qobadi “İran pişikləri haqqında heç kim bilmir” adlı müxalif film çəkir. Filmdə İranda qadağan olunmuş musiqi qollarının nümayəndələrinin öz sənətlərini azad şəkildə ifadə edəcəkləri instansiya axtarışında qrup yaratmasından və onların Qərbə uğursuz qaçış cəhdindən bəhs edilir. Film nüfuzlu festivallara təqdim edildikdən sonra Qobadi filmdə fonu İran olmayan musiqi performansları ilə bizi cazibəsinə bükən həmin musiqiçilərlə birgə Avropaya qaçır.
Beləliklə, onların individuallığı artıq Qərbin məhsuludur. Qərbdə isə filmin və musiqiçilərin sənət keyfiyyətləri haqqında danışmaq əvəzinə filmin rejimə müxaliflik tərəfini qabardırlar. Hətta məşhur musiqiçi Nik Keyv də festival siyasətçilərilə eyni fikri bölüşür:
“Rejimin təzyiqinə qarşı musiqiçilərin özlərini ifadə etmək mübarizəsi möhtəşəm idi”.
İran kinematoqrafiyasında rejimlə qərbin süni toqquşmalarına təkan verən bu tip filmlər yetərincədir. Film çəkmək qadağasına məruz qalmış Cəfər Pənahinin gizli çəkdiyi iki filmini (“Bu film deyil” və “Taksi”) Qərbə xəlvətcə daşımasını xatırlamaq mövzunun bu yönünü finişə yetirməyim üçün kifayətdir.
Azman rejissor və filosof Abbas Kiarostami bəlkə də qərbin təhlükəli oyunlarını anlayan və ömrünün son illərində ərsəyə gətirdiyi, fonu fərqli və tamamilə individual filmlərlə Qərbə sənət müstəvisində gücünü göstərən rejossorların yeganəsidir. Təsadüfi deyil ki, son iki filminə qədər daim “Kann” festivalının nüfuzlu nominasiyalarından boy verən Kiarostaminin ən fövqəladə filmi hesab etdiyim “Əsli və surəti” filmini Qərb “Ən yaxşı qadın aktrisa” nominasiyası üzrə mükafatlandırmaqla yola verdi. Digər filmi olan “Sevgili kimi” isə ümumiyyətlə heç bir mükafata layiq görülmədi.
Lili Amirpurun İranın yeraltı, qaramat dünyasını əks etdirən, pişiklərin səksəndirdiyi kimsəsiz küçələrlə, işlək olmasa belə daim boruları tüstüləyən yiyəsiz zavodlarla, gecənin bağrını deşən, sükutu qamçılayan tənha addımlarla və divarların dibindən yel kimi keçən çarşablı vampir qadınlarla miniatürtək işlədiyi filminin qərbdəki “uğursuzluğundan” bəhs etmək isə yersizdir. Mənzərə dumansız və aydındır.
Qərb İranda dünya kinosunun ərsəyə gəlməsini istəmir.
Qərb, İranda müstəqil və dünyəvi kino sənayesinin formalaşmasında maraqlı deyil.
Onlar İran filmində daim ayaqqabılarını axtaran uşaqları görmək istəyirlər.
İran filmi qərbə yalnız İran filmi kimi maraqlıdır.
Festival siyasətçiləri izləyicilərə İran pişiklərinin surətini təqdim edib onları manipulyasiya etməklə məşğuldur.
Təbii, ənənəvi İran filmlərinin ölçüyəgəlməz əsrarını, müdhiş poetik gücünü inkar etmək insafsızlıq olar. Mən ənənəvi İran kinematoqrafiyasını, meyarının qərbin nüfuzlu mükafatlarının fövqündə olduğunu bildiyim üçün sevirəm.
Amma, təəssüf.Təəssüf ki, əsl İran pişikləri haqqında heç kim bilmir.
Müəllif: Məlik RzaMənbə: kulis.az
| ['İran kinematoqrafiyası', 'dinin mütləq hakimiyyəti', 'iran filmləri', 'Şərq və Qərb'] |
122 | https://kayzen.az/blog/ushaq_terbiyesi/26915/u%C5%9Faqlara-kitab-oxuma%C4%9F%C4%B1n-faydalar%C4%B1.html | Uşaqlara kitab oxumağın faydaları | gunelb | Uşaq tərbiyəsi | 14 avqust 2021, 01:20 |
Uşaqların məktəbdə, işdə və ümumiyyətlə həyatda uğur qazanması üçün oxu bacarıqlarının əhəmiyyəti danılmazdır. Onlara çox erkən yaşlarından kitab oxumaqla övladlarınızın uğurlu olacağına zəmanət verə bilərsiniz. Gəlin, uşaqlara kitab oxumağın ən böyük faydalarını və mütaliənin onların gələcəyini necə dəstəkləyə biləcəyini öyrənək. Uşaqlara kitab oxumağın 7 faydasıÖvladlarınıza yatmazdan əvvəl ucadan bir klassik əsər və ya nağıl oxumaq onların həyatına xeyli fayda verə bilər. Oxunun uşaqlara olan faydalarına aşağıdakılar daxildir:
Əqli inkişafa dəstəkDil bacarıqlarının təkmilləşməsiUğurlu təhsilə hazırlıqÖvladınızla aranızda xüsusi əlaqənin yaranmasıDiqqətin və intizamın artmasıTəxəyyülün və yaradıcılığın inkişafıMütaliə sevgisinin aşılanması
Əqli inkişafa dəstək
Sübut olunub ki, uşaqlara kiçik yaşlarından kitab oxumaq onların əqli bacarıqlarını təkmilləşdirir və əqli inkişaf prosesinə kömək edir. Əqli inkişaf: Düşünmək və anlamaq bacarığının yaranmasıdır; bu “xatırlamaq, problemi həll etmək və qərar verməkdən ibarət düşünmə proseslərinin uşaqlıqdan yetkinliyə qədər formalaşmasıdır.” Bu, insanın öz dünyasını məlumat emalı, şüur, təfəkkür, dil inkişafı, diqqətin mərkəzləşməsi və yaddaş vasitəsilə görüb dərk etməsinə aiddir. Övladlarınıza ucadan kitab oxuyanda onları ilk növbədə öz kiçik dünyalarına dair təməl biliklərlə təmin edirsiniz. Bu onlara gördüklərini, eşitdiklərini və oxuduqlarını anlamağa kömək edir. Əslində bir çox pedaqoq və tədqiqatçının fikrinə görə, “oxu sözlərin səslənməsindən daha çox söhbəti qüvvətləndirir, uşaqlara hekayə ilə öz həyatlarını qarşılaşdırmağa kömək edir.” Az yaşlı övladınızın həyatına kitabların daxil edilməsi və onların müzakirəsi ona xüsusən də kiçik yaşlarında öz həyatını dərk etməyə kömək edəcək.
Az yaşlıların əqli inkişafına dair tədqiqatın bir parçasına diqqət edin:
“Uşaq baxıcısı az yaşlıya kitab oxuyur. Bir neçə saniyənin içində bu uşağın beyin hüceyrələri buna reaksiya verir. Bu təcrübədən bir neçə beyin hüceyrəsi “oyanaraq” hərəkətə gəlir. Bir çox mövcud hüceyrələr arası əlaqələr güclənir. Eyni zamanda yeni beyin hüceyrələri formalaşır və uşağın bütün həyatı boyu davam edəcək bu mürəkkəb hərəkətliliyə daha çox mürəkkəblik gətirir.” Beləliklə, valideynlər övladlarına nə qədər çox kitab oxusalar, uşaqların söz ehtiyatı daha çox olar və onlar dünya haqqında daha çox bilib dünyada tutduqları yeri daha yaxşı dərk edərlər.
Dil bacarıqlarının təkmilləşməsiUşaqlara körpə yaşlarından başlayaraq gündəlik kitab oxumaq dili mənimsəmələrinə, ünsiyyət bacarıqlarına, sosial bacarıqlara və oxu bacarıqlarına kömək edə bilər. Çünki uşaqlara erkən yaşlarından kitab oxumaq onların beyninin inkişafına təkan verir və əsas dil, oxu və ünsiyyət bacarıqlarının yaranmasına səbəb olur. Faktiki olaraq, yaxın keçmişdə aparılmış beyin tomoqrafiyası tədqiqatına görə, “uşaqlara erkən yaşlarında kitab oxumaq beynin məhz vizual təsvirlə və dilin mənasını dərk etməklə bağlı bölmələrinin aktivləşməsi ilə sıx əlaqəlidir.”
Amerika Pediatrlar Akademiyasına əsasən, uşaq bağçasına başlayan üç uşaqdan ikisi oxunun mənimsənilməsi üçün vacib olan bacarıqlara malik deyilsə, bu dərk etmə bacarıqları və tənqidi təfəkkür bacarıqları xüsusilə önəmlidir. Üçüncü sinifi bitirən uşaqların təxminən üçdə ikisi sərbəst oxumağı bacarmır. Bundan başqa, uşağın ətrafında eşitdiyi sözlərin və dilin qavraması ilə yanaşı onun eşitmə təliminə oxunun daxil edilməsi daha da faydalıdır. Uşaq gündəlik həyatda eşitdiyi dildən fərqli olan bədii dil ilə də tanış olmuş olur. Fərq etməz, bu bir uşaq kitabıdır və ya klassik əsərdir. Bədii dil daha təsviridir və daha çox qrammatik quruluşlardan ibarətdir.
Uğurlu təhsilə hazırlıqUşaqlara erkən yaşlarından kitabların oxunması onlara valideynləri ilə, valideynlərin isə övladları ilə ünsiyyət qurmağına real imkan yaradır. Bu, uşaqlara yeni sözlər vasitəsilə söz ehtiyatını artırmağa imkan verir, kiminsə kitab oxumağını eşitmək isə onlarda dinləmək qabiliyyətini inkişaf etdirir və bu da onların uğurlu təhsili üçün çox vacibdir. Tədqiqatlar göstərir ki, “uşağın lüğətində nə qədər çox söz varsa, o qədər çox söz öyrənə bilir və o uşaq bağçasına gedəndə onun dil bacarıqları daha güclü olur, sərbəst oxumağa daha hazırlıqlı olur və nə qədər gözəl oxusa, onun ali məktəb bitirmək ehtimalı o qədər daha yüksəkdir.”
Çox saylı təcrübələr göstərir ki, məktəbəqədər dövrdə oxu ilə sıx təmasda olan şagirdlər formal olaraq təhsilə başlayanda daha çox müvəffəqiyyət əldə edirlər. Miçiqan Universitetinin keçirdiyi tədqiqata əsasən, beş erkən oxu bacarığı inkişaf üçün əhəmiyyətlidir. Bunlar: Fonematik həssaslıq: Deyilən sözlərdə fərdi səsləri eşitmək, müəyyən etmək və onlarla oynamağı bacarmaq.Fonetika: Yazılı dilin hərflərini danışıq dilinin səsləri ilə əlaqələndirmək bacarığı.Lüğət: Effektiv ünsiyyət qurmaq üçün uşaqların bilməli olduqları sözlər.Oxuduğunu anlama: Oxuduqlarının mənasını başa düşmək.Səlislik (şifahi oxu): Mətni dəqiq və sürətlə oxumaq bacarığı.
Bir halda ki uşaqlar bu oxu bacarıqları və dil inkişafı ilə ibtidai və yuxarı siniflərdə qarşılaşacaqlar, körpə və az yaşlı dövrlərində onlara kitab oxumaqla onların oxumaq bacarıqlarına təkan verə bilərsiz. Bu mərhələdə səlis oxuma və ya fonetikanı tətbiq edə bilməsələr də, fonematik həssaslıqla, lüğətlə, oxunu anlamaqla erkən yaşdan tanış olacaqlar. Bütün bunlar onların gələcək uğurlarını təmin edəcək.
Övladınızla aranızda xüsusi əlaqənin yaranmasıŞübhəsizdir ki, övladınıza müntəzəm olaraq kitab oxumaq sizə onunla daha sıx əlaqə yaratmağa kömək edir. O ki, qaldı uşaqlara, onların inkişafına müsbət təsir edən ən vacib amillərdən biri onlarla zaman keçirməkdir. Övladlarınıza kitab oxumaq birlikdə zaman keçirə biləcəyiniz müntəzəm və müştərək hadisəyə çevrilə bilər. Müştərək oxu saatında övladınız sizin onun yanına gələcəyinizə inanaraq sizi gözləyəcək. Az yaşlı uşaqlarda inamın əhəmiyyəti hədsiz böyükdür.
Övladlarınıza sevdikləri kitabları oxumaq nəinki onlarla bağ qurmağa kömək edir, eyni zamanda övladlarınıza yaxınlıq və xoşbəxtlik hissi bəxş edir. Bu yaxınlıq hissi onlara sizə yaxın olduqlarını hiss etməyə kömək edir, sevgi və diqqət hissləri isə pozitiv inkişafa səbəb olur. Xüsusən körpələrə kitab oxumaq onları misilsiz qayğı və rahatlıqla təmin edir, baxmayaraq ki, onlar sizin nə oxuduğunuzu başa düşmürlər. Körpələr tanış səsləri eşitməyi sevir və kitab oxumaq bu hissi yaratmaq üçün mükəmməl seçimdir.
Daha geniş və elmi nöqteyi nəzərdən, valideyn-övlad münasibətləri, tərbiyəçilər və uşaqlar arasındakı qayğı münasibəti pozitiv həyat tərzini formalaşdırır. Əgər siz övladınıza gündəlik həyat rejiminə uyğun olan müəyyən saatlarda kitab oxuya bilsəniz, onları səbisizliklə gözləyəcəkləri mütəmadi və dəyişməz fəaliyyətlə təmin etmiş olacaqsınız.
Birlikdə kitab oxumaq və müştərək fəaliyyətlə məşğuliyyət sizə və övladınıza müzakirə üçün mövzu verir, bu da öz növbəsində oxu və yazı bacarıqlarının inkişafını dəstəkəyir. Gələcəkdə, birlikdə oxumaq real həyatdakı hadisələri və problemləri müzakirə etməkdə istifadə oluna bilər. Uşaq kitabları, uşaqların tənqidi təfəkkür bacarıqlarını inkişaf etdirəcək bir çox fərqli mövzuların əsaslı müzakirəsinin təməlini təşkil edir. Əslində, ədəbiyyat uşaqlara hər hansı hadisəni yaşamadan onu anlamağa kömək edən ən yaxşı yollardan biridir. Övladlarınıza kitab oxumaq ətraflarındakı dünyanı anlamalarını sürətləndirir və onların hər növ məfhum və hadisələrlə tanışlığına kömək edir.
Diqqətin və intizamın artmasıÖvladınızın gündəlik rejiminə müntəzəm oxu saatlarının daxil edilməsi birgə vaxt keçirməklə yanaşı diqqətin və intizamın artmasını da təmin edir. Az yaşlı uşaqlar nadir hallarda uzun müddət sakit otururlar və onların diqqətini toplamaq çox vaxt çətin olur. Lakin övladlarınıza müntəzəm kitab oxumağa başlasaz, onların davranışında dəyişikliyə şahid olacaqsınız. Az yaşlı uşaqlar oxu saatında əvvəl yerlərində qurdalana bilərlər, fikirləri dağıla bilər, lakin sonunda kitab oxunan müddətdə sakit oturmağı öyrənəcəklər. Oxunu anlamaqla yanaşı daha güclü intizam, daha uzun sürən diqqət, daha yaxşı yadda saxlama formalaşır ki, bütün bunlar məktəbə gedəndə uşağa çox kömək edir.
Təxəyyülün və yaradıcılığın inkişafıTəbiidir ki, uşaqlar böyük xəyallar qurmağı və təxəyyüllərini işlətməyi daha çox bacarırlar. Övladınıza kitab oxumaq ona tanımadığı insanları, görmədiyi yerləri, yaşamadığı zamanları və hadisələri təhlil etmək üçün öz təxəyyülünü istifadə etməyə kömək edir. Oxu, yaradıcı fəaliyyət olaraq, övladınıza müxtəlif yeni dünyalara qapıları aça bilər. Təxəyyülünü genişlətməklə övladınız daha böyük xəyalları qurur və yaradıcı davranır, bu isə gələcəkdə ona məktəbdə, işdə və həyatda fayda verə bilər.
Mütaliə sevgisinin aşılanmasıƏn çox satılan “Ucadan oxu üzrə təlimat” kitabının müəllifi Cim Trelisə görə: “Hər dəfə uşağa kitab oxuyanda, onun beyninə “zövq” ismarıcı göndəririk. Uşağın kitabları və yazıları zövqlə əlaqələndirməyinə şərait yaradaraq oxunu hətta reklam edə bilərsiniz.” Oxu ilə “zövqün” arasındakı bu əlaqə gələcək həyatda uğurlu olmaq üçün vacibdir. Şəxsi keyfiyyətlərin inkişafı üzrə təlimçi və natiq olan Brayan Treysi deyir ki, öz düşüncəni və oxumağa meylini genişləndirmək bacarığın sənin uğurun üçün önəmlidir. “Bilik; istənilən sahədə uğur əldə etmək üçün minimal tələbdir.”
Oxu bütün həyatı boyu öyrənməyin açarıdır və əgər siz erkən yaşlarda oxu sevgisini aşılaya bilsəz, həyatı boyu öyrənmək marağı şübhəsiz yaranacaq. Ucadan oxu, kitabları xoş, dəyərli və həyəcanlandıran bir təcrübənin mənbəyi kimi təqdim edir. Kitablara dəyər verən uşaqlar özbaşına oxumağa həvəslidirlər və bütün həyatları boyu oxumağa davam edəcəklər. Övladlarınıza kitab oxumağın onların həyatına verdiyi faydaları onlarla sıx əlaqənin inkişafından çox daha genişdir, baxmayaraq ki, bu da onlardan biridir. Həqiqətən də, uşaqların bütün həyatları boyu davam edəcək mütaliə sevgisi üçün əsas olan bacarıqların formalaşmasında ən vacib amil onlara kitab oxumaqdır. Mənbə: ilk5il.az
| ['kitab oxumaq', 'uşaqa kitab oxumaqın faydası', 'kitab oxumaqın faydaları', 'yaradıcılığın inkişafı', 'kitabların uşaqlara faydası', 'kitab', 'mütaliənin faydaları'] |
123 | https://kayzen.az/blog/poeziya/26904/mopassan%C4%B1n-novellas%C4%B1-boyunba%C4%9F%C4%B1.html | Mopassanın novellası: Boyunbağı | gunelb | Poeziya | 8 avqust 2021, 18:45 |
O, taleyin kinayəsi ilə, bəzən usta ailələrində dünyaya gələn zərif və cazibədar qızlardan biri idi. Onun cehizi yox idi və gələcəyə ümid bəsləmirdi.
Yuxarı təbəqədən zəngin bir adamın onu sevib evinin xanımı etməsinə heç bir ehtimalın olmadığını bildiyindən Təhsil Nazirliyində işləyən kiçik bir məmurun evlilik təklifini qəbul etmişdi.
Bahalı paltara pulu olmadığından sadə geyinirdi, özündən aşağı təbəqədən birinə ərə getdiyi üçün özünü bədbəxt hesab edərdi. Çünki qadın üçün hansı zümrədən, hansı nəsildən olmağın fərqi yoxdur, gözəllik, zəriflik və məlahət ona ailənin verdiyi imtiyazları əvəz edirdi.
Kasıb ailədə böyüyən qızların sahib olduqları davranış qaydaları, dərin zəka və incə zövq onları ən varlı xanımlarla bir səviyyədə tutmağa şərait yaradan üstünlük idi.
Gözəl və təmtəraqlı həyat üçün doğulduğunu hiss edirdi, amma heç nəyi yox idi, ona görə də əzab çəkirdi. O, evinin kasıbvari, divarların çılpaq görünməsindən, üstü yırtılmış stullardan, solmuş pərdələrdən xəcalət çəkirdi.
Başqa kasıb qadınların bəlkə də fərqinə varmadığı şeylər ona əzab verir və özündən çıxardırdı.
Ev işlərini görən bretoniyalı qulluqçunu görmək kifayət idi ki, qəlbini acı təəssüf və həyata keçməyən arzular doldursun.
Şərq parçaları ilə bəzənmiş, hündür, qədim bürünc şamdanların işığına qərq olmuş sakit qonaq otaqları və burada sobanın istisindən xumarlanaraq yumşaq kreslolarda mürgüləyən ipək corablı nökərlər onun yuxusuna girirdi.
O, yuxusunda qədim və qalın pərdələrə bürünmüş geniş salonları görürdü. Görürdü ki, bu salonlarda çox incə və zərif şəkildə işlənmiş stolların üstündə nadir tapılan qiymətli oyuncaqlar düzülmüşdür.
Görürdü ki, evin gözəl qonaq otağı var və bu otaqda saat beşdə adicə bir baxışı ilə qadınlara zövq verən məşhur və şöhrətli adamları, yaxın dostu olan kişiləri çaya qonaq edir.
Əri ilə üzbəüz üstünə üç gün qabaq süfrə salınmış stol arxasında oturanda və əri şorba qabının qapağını açıb sevinclə: “Aha, kələmli şorba! Bundan yaxşı yemək ola bilməz!…” – deyəndə o, ləziz xörəkləri, parıltılı gümüş qabları, üstünə əfsanəvi meşələrin cəngəlliklərində yaşayan sehrli quşların və keçmiş qəhrəmanların şəkli çəkilmiş xalçalarla bəzənmiş divarları gözünün qabağında canlandırır, zərif çini qablarda gətirilən ləzzətli xörəkləri arzulayır, qızıl balığın çəhrayı tikəsini, yaxud qarabağır quşunun qanadını çəngəl və bıçaqla doğraya-doğraya qonşusunun əyilib qulağına pıçıltı ilə deyilən sözləri müəmmalı bir təbəssümlə dinləməyin həsrətini çəkirdi.
Onun heç nəyi yoxdu. Nə pal-paltarı, nə də qiymətli daş-qaşı. Amma belə şeylərdən ötrü ürəyi gedirdi və başa düşürdü ki, Allah onu məhz dəbdəbəli həyat üçün yaradıb.
O, elə istəyirdi ki, adamların xoşuna gəlsin, məclislərdə kişilərin gözü onda qalsın, onların ağlını başından alsın və digər qadınlar ona paxıllıq etsin.
Hərdən vaxtı ilə monastırda birgə tərbiyə aldıqları varlı rəfiqəsinin yanına gedərdi, hər dəfə də ordan qayıdanda əzab çəkərdi.
Özünə söz verərdi ki, bir daha onlara getməyəcək. Bütün günü axşamacan dərdindən, öz halına acıdığından, kədər və ümidsizlikdən ağlayırdı.
Bir dəfə axşam əri işdən kefi çox kök qayıtdı və ona iri bir zərf verdi:
– Al, – dedi, – bu sənə hədiyyəmdir.
Arvad dərhal zərfi açdı, içindən bir kağız çıxartdı, kağızda bu sözlər yazılmışdı:
“Təhsil naziri və xanım Jorj Ramponno cənab və xanım Luazeldən bazar ertəsi, yəni yanvarın 18-də nazirlikdəki məclisə gəlməklərini xahiş edirlər”.
Əri gözləyirdi ki, arvadı bu xəbərdən sevinəcək, ancaq onun gözlədiyinin əksinə arvad acıqla dəvətnaməni stolun üstünə atdı:
– De görüm, bu mənim nəyimə lazımdır?
Necə yəni nəyimə lazımdır, əzizim, mən elə bilirdim ki, sən çox razı qalacaqsan. Sən heç yana getmirsən, bundan gözəl təsadüf olarmı? Mən bu dəvətnaməni çox çətinlikdə əldə etmişəm.
Çox adam bu məclisə getmək istəyir, amma hamını ora dəvət etmirlər, kiçik məmurlara isə dəvətnamə nadir hallarda verirlər. Sən orada vəzifəli məmurların hamısını görəcəksən.
O, ərinə qəzəblə baxdı və əsəbi şəkildə dedi:
– Mən ora nə ilə gedəcəm? Əynimə geyməyə heç nəyim yoxdur!
Bu heç ərinin ağlına gəlməmişdi. Ona görə mızıldandı:
– Teatra gedəndə geydiyin paltarı geyinərsən, məncə, çox yaxşı paltardır.
O gördü ki, arvadı ağlayır. Özünü itirdi və kədərli halda susdu. İki iri yaş damlası arvadın yanaqlarından süzülüb, ağzının yanlarından aşağı yuvarlanırdı. O, kəkələyərək dilləndi:
– Sənə nə oldu? Nə olub axı? Arvad özünü toparlayıb kədəri boğdu və yanaqlarındakı yaşı silərək sakitcə cavab verdi:
– Heç nə. Mənim elə yerlərə getmək üçün geyməyə layiqli paltarım yoxdur. Deməli, həmin məclisə gedə bilməyəcəyəm. Dəvətnaməni arvadı məndən yaxşı geyinən iş yoldaşlarından birinə ver.
Kişi ümidsizlik içində arvadını dilə tutmağa başladı:
– Bura bax, Matilda, çox da baha olmayan bir paltarı neçəyə almaq olar? Elə bir parçadan ki, sonra da geyinmək mümkün olsun.
Matilda bir müddət susdu, xəyalında xərcləri saymağa başladı və qənaətcil ərini hürküdüb qorxutmamaq üçün elə bir qiymət fikirləşdi ki, kişi eşidəndə ah çəkib paltar almaq fikrindən birdəfəlik daşınmasın.
Nəhayət, arvad duruxaraq dilləndi:
— Düzünü deyə bilmərəm, amma mənə elə gəlir ki, dörd yüz frank bəs eləyər.
Kişinin rəngi ağardı. O, yay aylarında, hər bazar günü Nanter ətrafına torağay ovuna gedən dostları ilə birlikdə ova çıxmaq üçün tüfəng almaqdan ötrü arvadının dediyi qədər pul yığmışdı.
– Yaxşı, Mən sənə dörd yüz frank verərəm. Amma çalış elə don al ki, yaraşıqlı olsun.
Məclisin vaxtı yaxınlaşırdı. Xanım Luazel təzə don almış olsa da, özünə yer tapmır, fikirləşir, kədərlənir və narahat olurdu. Bir axşam əri onun halını başa düşdü:
– Bura bax, sənə nə olub? Axır günlər özünü çox qəribə aparırsan?
– Ona görə ki, – deyə xanım Luazel ərinə cavab verdi, – mən heç nəyim yoxdur, nə bir əşyam var, nə də daş-qaşım, onlarsız paltar lap yaraşıqsız görünür. Elə yaxşısı budur ki, mən məclisə getməyim.
Əri etiraz elədi:
– Sən donunun yaxasına gül taxarsan. Qış vaxtı belə şey tapıb yaxaya taxmaq bir az da zəriflik hesab olunur. On franka iki, hətta üç əla qızılgül almaq olar.
Matilda razılaşmaq istəmədi:
– Yox, istəmirəm. Bu adamı alçaltmaqdır. Bər-bəzəkli qadınların arasında dilənçi kökündə görünmək ölümdən pisdir.
Birdən kişi çıxış yolu tapdı:
– Sənin heç ağlın yoxdur! Xanım Forestyenin yanına get, ondan xahiş elə ki, daş-qaşlarından birini sənə borc versin, sözünü yerə salmaz, axı siz çox yaxın dostsunuz.
Xanım Luazel sevincdən qışqırdı:
– Düz deyirsən, bu heç mənim ağlıma gəlməyib.
Ertəsi günü o, xanım Forestyenin yanına getdi və öz dərdini olduğu kimi rəfiqəsinə danışdı. Xanım Forestye aynalı şkafa yaxınlaşdı, ordan böyük bir mücrü çıxartdı, gətirib xanım Luazelə göstərdi, qapağını açıb dedi:
– Hansını istəyirsən seç, əzizim.
Xanım Luazel əvvəlcə mücrüdəki bilərziyi, sonra mirvarini, daha sonra Venesiya ustalarının düzəltdiyi daş-qaşlı qızıl xaçı gördü. Zinət əşyalarını götürüb bir-bir boynuna taxdı, güzgünün qabağında dayandı, onları geri qaytarmaq, daş-qaşdan ayrılmaq istəmədi. Güzgünün qabağında özünə baxıb tez-tez soruşdu:
– Bunlardan başqa bir şeyin yoxdurmu?
– Niyə yoxdur, axtar tap. Axı mən bilmirəm sənin nə xoşuna gəlir?
Birdən onun əlinə qara atlas qutudakı brilyant boyunbağı keçdi. Bu boyunbağını öz boynunda görməyi elə arzuladı ki, az qaldı ürəyi dayansın. Əlləri əsə-əsə boyunbağını götürdü, enli yaxalıqlı paltarının üstündən sinəsinə tutdu, özünə heyran oldu və güzgünün qabağında donub qaldı. Sonra qərarsız və çəkinə-çəkinə soruşdu:
– Sən mənə bunu verə bilərsənmi, ancaq bunu?
– Əlbəttə, verərəm.
Xanım Luazel rəfiqəsinin boynuna atıldı, hərarətlə onu öpdü və qiymətli boyunbağını götürüb qaça-qaça otaqdan çıxdı.
Nəhayət, məclisin vaxtı çatdı. Ziyafət günü hamının gözü xanım Luazeldə idi. O hamıdan gözəl görünürdü, zərif, qəşəng, şən olan bu xanım sevincindən sərxoş olmuşdu.
Kişlər ondan gözünü çəkmir, onunla maraqlanır, onun kim olduğunu soruşur və çalışırdılar ki, onunla tanış olsunlar. Xüsusi tapşırıq şöbəsinin məmurları yalnız onunla vals oynamaq istəyirdilər. Hətta nazirin gözünə də görünməyi bacarmışdı.
O, böyük bir həvəs və ehtirasla, sevincdən başı gicəllənə-gicəllənə, hər şeyi unudaraq, öz gözəlliyinin təsirindən nəşələnərək, qələbəsindən məst olmuş halda, kişilərin pərəstişlərindən, onların qəlbində özünə qarşı oyatdığı ehtiras və arzulardan ruhlanaraq, həmişə qadın qəlbinə zövq verən tam qələbə çalmaq duyğusu ilə xoşbəxtlik dumanına bürünərək rəqs edirdi.
Onlar səhər saat dörddə məclisdən getdilər. Xanım Luazelin əri gecəyarı olanda, arvadları salonda şənlik edən özü kimi üç məmurla birlikdə balaca boş bir otaqda mürgülədi.
O, arvadının çiyninə hər gün geyilən və indi onun əynindəki yaraşıqlı paltara heç cür yaraşmayan nimdaş bir bürüncək saldı. Xanım Luazel bunu hiss etdi və çiyinlərinə bahalı xəz dəri salan başqa varlı qadınların gözünə görünməmək üçün qaçmaq istədi.
Luazel arvadını saxladı:
– Hara qaçırsan, sənə soyuq dəyər, gözlə, bu saat fayton tapım.
Xanım Luazel ərinə fikr vermədən pilləkənlə aşağı qaçdı. Yaxınlıqda fayton tapılmadı. Onlar küçə ilə gedə-gedə yanlarından ötən faytonlara əl qaldırdılar və faytonçuları səslədilər.
Axırda hər şeydən əlləri üzüldü və soyuqdan donmuş halda Sena çayının sahilinə doğru getməyə başladılar.
Nəhayət, sahildə sınıq-salxaq bir gecə faytonu tapdılar. Bu cür faytonlar Parisdə ancaq gecələr gözə dəyir, elə bil onlar gündüz öz görkəmlərindən xəcalət çəkirlər, küçəyə çıxmırlar.
Faytona mindilər, Martir küçəsindəki evlərinə gəldilər və dinməz-söyləməz yuxarı qalxdılar. Arvad üçün elə bil daha hər şey sona çatmışdı. Kişi isə saat onda nazirliyə işə gedəcəyi haqda düşünürdü.
Xanım Luazel güzgü qabağında bürüncəyini çiynindən atdı və istədi ki, öz gözəlliyinə, bər-bəzəyinə bir də tamaşa eləsin. Birdən qışqırdı. Boyunbağı boynunda yox idi.
Paltarlarının yarısı soyunmuş əri soruşdu:– Sənə nə olub?
– Mənə… mənə nə oldu?… Xanım Forestyenin boyunbağısı itib.
Kişi özünü itirmiş halda yerindən dik atıldı:
– Nə? Nə olub, deyirsən? Ola bilməz!
Onlar paltarların, bürüncəyin bükülən yerlərini, ciblərini axtardılar və heç nə tapa bilmədilər.
– Yadına sal, gör biz ziyafətdən çıxanda boyunbağı boynunda idi? – deyə kişi soruşdu.
– Bəli. Mən nazirliyin pilləkənlərindən enəndə əlimlə yoxladım, boynumda idi.
– Əgər boyunbağını küçədə itirsəydin, yerə düşəndə onun səsini eşidərdik. Yəqin faytonda düşüb.
– Deyəsən elədir. Sən faytonun nömrəsini yadında saxlamısan?
– Yox. Sən də faytonun nömrəsinə baxmamısan?
– Yox.
Onlar bu hadisədən kədərlənmiş halda xeyli bir-birinin üzünə baxa-baxa dayandılar. Sonra Luazel paltarını geydi.
– Gedim, – dedi, – piyada gəldiyimiz yerləri axtarım, bəlkə boyunbağını tapdım.
O getdi. Xanım Luazel isə elə beləcə, əynindəki paltarı soyunmadan, işığı yandırmadan, uzanmağa belə taqəti olmadan, ölü kimi yerindəcə donub qaldı.
Əri səhər saat yeddidə boyunbağını tapmadan geri qayıtdı.
Sonra polis idarəsinə getdi, redaksiyada oldu, itən şey haqqında elan verdi, faytonların dayanacağını yoxladı, bir sözlə, ümidi gələn yerlərin hamısını yoxladı.
Arvad isə başına gələn gözlənilməz fəlakətdən keyləşmiş halda bütün günü evdə oturub gözlədi.
Luazel axşam, solğun halda evə qayıtdı. O heç nə öyrənə bilmədi.
– Rəfiqənə yaz ki, boyunbağının zəncirini qırmısan və vermisən zərgər düzəltsin. Bununla bir az vaxt qazanaq, sonra da görək başımıza nə gəlir.
Ərinin diktəsi ilə arvad məktub yazdı.
Bir həftədən sonra onlar hər şeydən əllərini üzdülər və bu bircə həftənin ərzində düz beş yaş qocalmış Luazel:
– Boyunbağının əvəzini verməliyik, – dedi.
Ertəsi günü boyunbağının qabını götürdülər, üstündəki yazıya baxıb zərgəri tapdılar, zərgər köhnə dəftərdəki adları yoxladı və:
– Boyunbağını mən satmamışam, – dedi, – mən ancaq qabı satmışam.
İş belə olduqda onlar bir-biri ilə məsləhətləşərək boyunbağının əlamətlərini yadlarına salmağa çalışıb eyni ilə ona oxşar yeni bir boyunbağı tapmaq ümidi ilə dərd və həyəcandan özlərini itirmiş halda zərgər dükanlarını bir-bir gəzməyə başladılar.
Pale-Royal küçəsindəki dükanların birində eyni ilə onların axtardığı boyunbağıya oxşar bir boyunbağı tapdılar. Boyunbağının qiyməti qırx min frank idi. Onlara isə otuz altı min franka satmağa razı oldular.
Onlar zərgərdən xahiş elədir ki, boyunbağını üç gün ərzində satmasın və bir şərtlə ki, əgər fevralın axırınadək itən boyunbağı tapılsa, bu boyunbağını otuz dörd min franka geri qaytarsınlar.
Luazelin atasındanqalma on səkkiz min frankı vardı. Qalanını isə borc almağı qərarlaşdırdı.
Və birindən min frank, o birindən beş yüz frank, burdan yüz, ordan beş yüz frank almaqla, bir-bir hamıdan borc pul yığdı.
Borc aldığı adamlara qəbz verir, öhdəsinə iflasedici şərtlər götürür, sələmçilərlə, cürbəcür borc verənlərlə tanış olur, onların yanına gedirdi.
O, ömrünün axırına qədər qul olacağını başa düşə-düşə, qarşıda onu gözləyən ehtiyacın, qayğıların, gələcəkdə çəkəcəyi maddi çətinliklərin, mənəvi əziyyətlərin ağırlıqları altında indidən əzilərək, aldığı borc pulları qaytara bilib-bilməyəcəyini fikirləşmədən veksellərə qol çəkirdi və topladığı pulları götürərək təzə boyunbağının dalınca getdi, otuz altı min frankı zərgərin piştaxtasının üstünə qoydu.
Xanım Luazel boyunbağını geri qaytaranda rəfiqəsi narazılıqla bildirdi:
– Çox gec qaytardın, bəlkə özümə lazım olaydı.
Xanım Luazel qorxurdu ki, rəfiqəsi qabı açıb əmanəti yoxlayacaq, amma o boyunbağına heç gözünün ucu ilə də baxmadı. Əgər o görsəydi ki, boyunbağını dəyişiblər, görəsən nə düşünərdi, nə fikirləşərdi?
Bəlkə də onu oğru hesab edərdi?
Xanım Luazel yoxsulların keçirdikləri dəhşətli həyatla tanış oldu. Öz taleyi ilə tezliklə barışdı.
Bu dəhşətli borcu qaytarmaq lazım idi və o bu borcu mütləq qaytaracaqdı. Qulluqçunu azad etdilər, evi dəyişdirdilər, lap yuxarıda, mansardın altında balaca bir otaq kirayələdilər.
O, ev işlərinin hamısını özü görməyə başladı. Axşama qədər mətbəxdə eşələndi, qab-qacaq yudu, yağlı qazanın dibini təmizləyəndə çəhrayı dırnaqlarını sındırdı.
Özü paltar yudu, tuman-köynəyi, dəsmalı yaxalayıb kəndirə sərdi. Hər səhər tezdən həyətə düşüb küçəyə zibil apardı, pilləkənlərin başındakı meydançalarda dayanıb nəfəsini dərə-dərə su daşıdı.
Bütün yoxsul ailələrdən olan arvadların geydiyi köhnə paltarlardan geyindi, əlində zənbil dükana getdi, güc-bəla ilə əldə etdikləri dilənçi payı kimi az olan gəlirlərindən pul qənaət etmək üçün alverçilərə qiymət endirməyə çalışdı.
Hər ay vekselin birini ödəmək, təzəsini almaq, bir başqasının möhlətini uzatmaq lazım idi.
Əri bir alverçinin haqq-hesabını qaydaya salmaq üçün gecələr işləyir, bəzən də səhərə qədər yatmayıb səhifəsi beş suya (pul vahidi) əlyazmalarının üzünü köçürürdü.
Düz on il bu cür yaşadılar. On ildən sonra hər şeyi, hətta insafsızcasına artan sələmləri belə ödəyib qurtardılar.
Xanım Luazel yaman qocaldı. Özü də yoxsul ailələrin arvadları kimi kobudlaşdı, sərt və əsəbi oldu, arıqladı və çiyin sümükləri görünməyə başladı. Fikri dağınıq halda gəzirdi.
Donunun bir yanı əyilmiş, əlləri qıpqırmızı idi, bağıra-bağıra danışırdı.
Döşəməni isti su ilə özü yuyurdu, amma bəzən əri işdə olanda, pəncərə qabağında oturub keçən günləri, ziyafətə getdiyi həmin axşamı və o gecə hamını heyran qoyduğunu, özünün füsunkarlığını yadına salırdı.
Görəsən, boyunbağını itirməsəydi nə olardı? Eh, kim bilir, nə baş verərdi? Həyat nə qədər qəribə və gözlənilməz işlərlə doludur! İnsanı bircə anda xilas, ya da məhv etmək nə qədər asan imiş!
Bir dəfə düz bir həftə evdə gecəli-gündüzlü işlədikdən sonra bazar günü bir azca dincəlib nəfəs almaq məqsədi ilə xanım Luazel Yelisey çölünə getdi və birdən uşağınınn əlindən tutub gedən bir xanım gözünə dəydi.
Bu, xanım Forestye idi. O, əvvəlki kimi qalmışdı, gözəl və cazibədar idi.
Xanım Luazel bir anlığıa özünü itirdi, bilmədi onunla danışsın ya yox? Sonra fikirləşdi ki, niyə danışmasın? İndi hər şeyi açıb demək olar. Borclar qaytarılıb və hər iş öz qaydasındadır, niyə danışmasın?
O, rəfiqəsinə yaxınlaşdı:
– Salam, Janna.
– Xanım… bağışlayın… mən bilmirəm… siz məni kiminləsə səhv salmısınız…
– Yox. Mən Matilda Luazeləm.
Rəfiqəsi ah çəkdi:– Mənim yazıq Matildam, sən nə yaman dəyişibsən?!
– Eədir. Səndən ayrılandan sonra mənim başım çox bəlalar çəkdi. Yaman xərcə düşdük, özü də hamısı da sənə görə.
– Mənə görə? Bu necə ola bilər?
– Mən nazirliyə ziyafətə gedəndə verdiyin brilyant boyunbağı yadındadırmı?
– Yadımdadır. Nə olsun ki?
– İş ondadır ki, mən onu itirmişdim.
– Necə? Sən ki, onu mənə qaytardın?
– Mən sənə başqasını, lap sən verdiyinə oxşayan boyunbağını qaytardım. Düz on il borclarımızı ödəməli olduq. Bilirsənmi, yaman əziyyət çəkdik. Axı bizim heç nəyimiz yox idi. İndi bütün borcları qaytarmışıq və mən buna görə çox sevinirəm.
Xanım Forestye yerindəcə donub qaldı:
– Deyirsən, mənim boyunbağımın əvəzinə təzəsini aldınız?
– Bəli. Sən heç nə başa düşmədin? Boyunbağılar bir-birinə yaman oxşayırdı.
Xanım Luazel şadyanalıq və ürəyiaçıqlıqla gülümsündü.
Xanım Forestye isə həyəcanla rəfiqəsinin əlindən tutdu:
– Ay mənim yazıq Matildam! Mənim sənə verdiyim boyunbağının brilyantları saxta idi! Onun qiyməti isə beş yüz frankdan çox olmazdı.
Tərcümə: Yusif HansenMənbə: kulis.az
| ['novella', 'hekayə oxumaq', 'hekayələr', 'Mopassanın hekayəsi'] |
124 | https://kayzen.az/blog/paint/26901/%C9%99s%C9%99rl%C9%99ri-d%C9%99-%C3%B6z%C3%BC-kimi-g%C3%B6z%C9%99l-olan-xan%C4%B1m-maral-r%C9%99hmanzad%C9%99.html | Əsərləri də özü kimi gözəl olan xanım - Maral Rəhmanzadə | gunelb | Məşhur rəsmlər və rəssamlar | 4 avqust 2021, 23:14 |
Professional rəssamlıq təhsili almış ilk azərbaycanlı qadın, dövlət mükafatı laureatı Maral Rəhmanzadə müasir milli rəngkarlıq məktəbinin inkişafında yüksək xidmətləri olan sənətkardır.
Xalq Rəssamı Maral Rəhmanzadə təsviri sənətimizin zəngin ənənələrini davam etdirməklə yetmiş ildən artıq bir dövr ərzində səmərəli fəaliyyət göstərib.
Maral Rəhmanzadə 1916-cı il iyulun 23-də Bakı şəhərində anadan olub, Azərbaycan Dövlət Rəssamlıq Texnikumunu bitirib. 1934-1940-cı illərdə Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda təhsilini davam etdirib. Mənaca dolğun, təbii və yaddaqalan lövhələr yaradaraq, Azərbaycan rəssamlıq sənətinə layiqli töhfələr verib. Mahir fırça ustasının müxtəlif mövzulu əsərləri mədəniyyətimiz tarixinə boyakarlığın qiymətli nümunələri kimi daxil olub.
Maral xanım qrafika sahəsində xüsusilə məhsuldar çalışıb. Onun yaratdığı silsilələrdə Azərbaycanın füsunkar təbiəti dərin emosionallıq və böyük ustalıqla tərənnüm edilir. Rəssamın Vətənimizin ayrı-ayrı guşələrinin, o cümlədən Naxçıvan və Lənkəran, Şamaxı və Quba diyarlarının qədim tarix və təbiət abidələrini, əsrarəngiz mənzərələrini əks etdirən milli koloritli əsərləri qrafik elementlərin lakonikliyi və səmimiyyəti ilə seçilir.Rəssam kitab qrafikası sahəsində də fəaliyyət göstərib. Klassik şairlərimizdən Nizami Gəncəvinin, Şah İsmayıl Xətainin və Məhəmməd Füzulinin kitablarına verdiyi bədii tərtibatlar və çəkdiyi çoxsaylı illüstrasiyalar həmçinin portretlər yüksək sənətkarlıq nümunəsi sayılır.
Azərbaycan qadınına xas gözəlliyin, zərifliyin və zəngin mənəvi aləmin rənglərin əlvan dili ilə parlaq ifadəsi Maral Rəhmanzadə yaradıcılığının başlıca xüsusiyyətlərindən biridir. Yaradıcılığının erkən dövründə çəkdiyi dəzgah rəsmləri silsilələrində (“Azərbaycan qadını keçmişdə və indi”, “Qadınlar müharibə illərində”) Azərbaycan qadınlarının həyatı öz əksini tapmışdır. Kənd həyatı, doğma təbiətin təsviri onun rəngli linoqravüra silsilələrinin başlıca mövzusudur (“Bizim qızlar”, “Mənim bacılarım”, “Doğma vətənim”, “Azərbaycan”).
Maral Rəhmanzadə bir sıra xarici ölkələrin həyatından çoxlu eskizlər çəkib. Silsilə qravüralar yaradan rəssamın əsərləri London, Moskva, Nyu-York, Paris, Tokio və dünyanın məşhur şəhərlərinin muzeylərində, rəsm qalereyalarında və mötəbər sərgi salonlarında uğurla nümayiş etdirilib. Onun xaricdə də dəfələrlə təşkil olunmuş fərdi sərgiləri mədəniyyətimizin təbliğinə xidmət edib, Azərbaycan boyakarlığına beynəlxalq miqyasda şöhrət gətirib.
Rəssam milli təsviri sənətin inkişafındakı böyük xidmətlərinə görə bir çox mükafatlara, o cümlədən “Şöhrət” ordeninə layiq görülüb.
2008-ci il mart ayının 16-da vəfat etmiş və Mərdəkan qəbristanlığında torpağa tapşırılmışdır.
M.Rəhmanzadə milli təsviri sənətin inkişafındakı böyük xidmətlərinə görə bir çox orden və medallara, o cümlədən "Şöhrət" ordeninə layiq görülüb.
O, Prezidentin fərdi təqaüdçüsü idi. Mənbə: gunaydin.az
| ['Maral Rəhmanzadə', 'rəssam Maral Rəhmanzadə', 'rəssamlıq', 'Maral Rəhmanzadə əsərləri', 'Maral Rəhmanzadənin rəsmləri'] |
125 | https://kayzen.az/blog/psixologiya/26896/m%C9%99%C5%9Fhur-olmaq-%C3%BC%C3%A7%C3%BCn-n%C9%99-etm%C9%99li.html | Məşhur olmaq üçün nə etməli? | gunelb | Psixologiya | 3 avqust 2021, 01:41 |
Dünyanın dərdini çəkmək olduqca çətin, ağır və əzablıdır. Belə ağır, kədərli hadisələri izləməkdənsə, dünyanın gələcəyi ilə bağlı əndişələnməkdənsə, ekzistensial sancılar çəkməkdənsə oturub ölkə gündəmini izləmək daha əyləncəli, daha maraqlıdır.
Dünyada çox qəribə proseslər gedir. Elə bizim yaşadığımız regionda da vəziyyət stabil deyil. Dünyadakı və regiondakı vəziyyəti şərh etmək, qanınızı daha da qaraltmaq istəməzdim. Onsuz da beynəlxalq şərhçilər, politoloqlar, regionşünaslar lazımı şərhləri, açıqlamaları verir. Başa düşürəm ki, cəmiyyət olaraq dünyadan bixəbər yaşamaq, baş verən prosesləri müzakirə etmədən, dərk etmədən, düşünmədən yaşamaq çətindir. Ancaq arada insan özünə, öz ölkəsinə, öz balaca dünyasına vaxt ayırmalıdır. Çünki dünyanın dərdini çəkmək olduqca çətin, ağır və əzablıdır. Belə ağır, kədərli hadisələri izləməkdənsə, dünyanın gələcəyi ilə bağlı əndişələnməkdənsə, ekzistensial sancılar çəkməkdənsə oturub ölkə gündəmini izləmək daha əyləncəli, daha maraqlıdır.
Dünyadan yorulunda boş vaxtımdan istifadə edib, çağdaş ədəbiyyatımızın ən tanınan siması ilə, çağdaş siyasətimizin bir o qədər populyar olan gənc ulduzunun (adlarını özüm çəkmirəm, çünki hamınız tanıyırsınız) debatına baxdım. Və həmin boş vaxt ərzində anladım ki, dünyada gedən proseslərdən xəbərsiz, reallıqdan qopub, sosial şəbəkələrdə yaradılmış gündəmə uyğun yaşamaq olduqca asan və rahatmış. Təəssüf ki, bizim cəmiyyət sosial şəbəkələrə qarşı çox laqeyiddir. Hara baxırsan insanlar kitab oxuyur: avtobusda, metroda, parkda, bulvarda, çimərlikdə… Gənclər dünyada yeni yaranan sənət cərəyanlarını, müasir texnalogiyanı, elmi yenilikləri, siyasi prosesləri, iqtisadi sıçrayışları və çöküşləri izləyir, kütləvi şəkildə elmə-irfana yuvarlanır. İnsanların bu vəziyyəti məni olduqca narahat edir. Məncə müasir insan oxumaqdan, araşdırmaqdan, özünü inkişaf etdirməkdən macal tapıb, sosial şəbəkələrə də vaxt ayırmalıdır.
Bir də görürsən ki, hansısa ağzıgöyçək deyir ki, sənət adamının, ədəbiyyatçının, jurnalistin, siyasətçinin, ictimai xadimin bəşəri düşüncələri, dərin mütaliəsi, dünyagörüşü, özünəməxsus yanaşması, erudisiyası olmalıdır. Boş söhbətdir! Müasir dünyada bütün bunlar bicadır! Gül kimi sosial şəbəkələr var ki, bu irfani yeni kəşflər yazmağa, araşdırmağa, bilgi sahibi olmağa hər cür şərait yaradır. Siyasətçisən? Çıx ürəyin istəyəni yaz, sözünü de. Bəyənən «like» edəcək, «share» edəcək, bəyənməyən də gəlib söyüşünü-təhqirini yazıb, etirazını bildirəcək.
Sənə böyük kütlələrə xitab etmək lazımdırsa, bundan gözəl şərait ola bilməz. Üstəlik yazdıqlarını şərh edənlərlə çəkişə-çəkişə bilgilərin, məlumatın da artacaq, istənilən yutub verlişində, feysbuk debatında çıxıb sözünü deyə biləcəksən. Bu baxımdan çağdaş siyasətimizin populyar gənc ulduzunun – hansı ki, ümummilli lideri Məhəmməd peyğəmbərdir – siyasi karyerası hər bir gənc siyasətçi üçün örnək ola bilər.
Şairin, yazıçının işi daha asandır. Ağlına gələni bəzəkli-düzəkli cümlələrlə ifadə edib, ağlına gəlməyənləri kiminsə ağzından qapıb, kitablardan seçmə cümlələr tapıb çıxışlarında gözünü süzdürüb, səsinə bəlağət qatıb kütləyə sevinc bəxş edə bilərsən. Lap sənin şəxsi keyfiyyətlərin aşağı, dünyagörüşün qıt olsun, əsas «like» sayı, mesaj qutuna gələn heyranlıq mesajlarıdır. Dünyanın qəmini bu qədər asan şəkildə çiynindən atıb, ədəbiyyat yaratmaq mümkündür, nümunələri vardır, təcrübəylə də isbat edilmişdir.
Kim nə deyir desin, əsas hay-küy salıb, həyasızlıq edib, çığırıb-bağırıb gündəmdə qalmaq, daha çox adama xitab etməkdir. Dünya kiçikləşib, cılızlaşıb, sıxılıb-sıxlaşıb bir ağıllı telefonun ekranına sığışıb. Dünyada telefonla kitab yazanlar, kino çəkənlər, musiqi bəstələyənlər, ali təhsil alanlar, ölkə gündəmini dəyişənlər, biznes quranlar, ev-eşik sahibi olanlar, ov ovlayıb, quş quşlayanlar var. Bizdə isə bütün bunların hamısını ümumiləşdirib, sadəcə «quşlayanlar» var.
Ümid edirəm ki, bizim gənclərimiz də dünyanın oxumaqdan, araşdırmaqdan, müşahidə etməkdən, təhsildən, elmdən ibarət olmadığını anlayacaq. Çünki, sosial şəbəkələrdə çox sayda örnəklər var ki, onların həyat və fəaliyyəti sizlərə örnək ola bilər. Əziyyət çəkmədən, mübarizə aparmadan da qəhrəman olmağın, layiq olmadan şöhrət qazanmağın asan yolları vardır. Ümumiyyətlə sadəlövh kütlənin qəhrəmanı olmaq, sevgisini qazanmaq, məşhurlaşmaq çox asandır. Və bir gün o kütlənin qurbanı olmaq ehtimalı olsa belə, Varholun dediyi 15 dəqiqəlik məşhurluğa dəyər. Beyninizi çox yükləməyin, çünki beyninizi nə qədər çox yorsanız bir o qədər yaradıcı imkanları artacaq. Qanlı-qadalı dünyada bu zülmə nə gərək var?
Müəllif: Cəlil CavanşirMənbə: sputnik.az
| ['məşhur olmaq', 'məşhur olmaq üçün', 'müasirlik', 'sosial şəbəkə', 'sosial şəbəkələr', 'məşhurluq', 'like xəstəliyi', 'Like psixologiyası'] |
126 | https://kayzen.az/blog/azerbaycan/26887/az%C9%99rbaycan-g%C9%99ncliyinin-milli-m%C9%99nlik-%C5%9F%C3%BCurunun-formala%C5%9Fmas%C4%B1nda-ke%C3%A7diyi-yol.html | Azərbaycan gəncliyinin milli mənlik şüurunun formalaşmasında keçdiyi yol | gunelb | Azərbaycan | 28 iyul 2021, 01:05 |
Milli şüur uzun tarixi inkişaf prosesi keçərək formalaşan bir məhfumdur. Geniş mənada bu məhfum milli mənəvi dəyərləri özündə əks etdirən bir anlayışdır. Milli şüurda bir fərdin təmsil olunduğu etnik, dini, mədəni xüsusiyyətlərlə yanaşı, ümumi mahiyyətli bəşəri dəyərlər də öz əksini tapır. Həmçinin millətə aid bir çox keyfiyyətlər: düşüncə tərzi, özünəməxsusluq, milli xarakter, psixi amillər milli şüurun tərkibində vəhdət kimi çıxış edir.
Hər bir dövlətin taleyi bütün mənalarda onun milli şüurunun daşıyıcılarından asılıdır. Bu daşıyıcılar isə təkcə görkəmli şəxslər, elm adamları və tarixi şəxsiyyətlər deyil, eləcə də vətən, millət təəssübkeşliyi çəkən hər bir şəxsdir. Hər bir insan mənsub olduğu xalqın milli əlamətlərini öz şüurunda əks etdirməklə yanaşı, özünün milli mənsubiyyəti, tarixi keçmişi və soykökü ilə fəxr edir. Bu gün istər vətəndaş cəmiyyətinin formalaşmasında, istərsə milli şüurun ən böyük daşıyıcıları kimi gənc nəsli xüsusi qeyd etmək lazımdır.
Gənclik müasir dövrün hərəkətverici qüvvəsidir. Hər bir cəmiyyətin sağlam düşüncəli, təfəkkürlü gənclərə böyük ehtiyacı var. Xüsusilə milli mənlik şüuruna malik olan gənclərin formalaşması üçün illər lazımdır. Bu gənclərin yetişməsi üçün isə, cəmiyyət özü zəmin yaratmalıdır. Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin aşılanmasında hər bir dövlətin qarşısında duran böyük vəzifədir.
Dövlətçilik tariximizə nəzər salsaq görərik ki, ölkəmizdə bütün dövrlərdə gənc nəslin doğru yetişdirilməsinə xüsusi önəm verilib. Hələ 103 il öncə yaradılan Azərbaycan Xalq Cumhuriyyəti zamanında gənclərdə milli mənlik şüurunun inkişaf etdirilməsi və onlarda vətənpərvərlik hisslərinin aşılanması istiqamətində ciddi işlər görülüb. Bu dövrdə Azərbaycan gəncliyində güclü milli mənlik şüuru və vətənpərvərlik hissləri formalaşmışdı. Həmin gəncliyin əməyi nəticəsində çətin bir dövrdə azərbaycançılıq ideyası, dövlət və milli birlik anlayışı, vətən sevgisi, eləcə də ədəbiyyatı, mədəni nümunələri və s. formalaşdı. Sonrakı dövrdə də Azərbaycanın dövlət müstəqilliyini qazanmasında gənclərimizin rolu az olmayıb. Təkcə Milli Azadlıq Hərəkatında iştirak edən yüzlərlə gənci misal çəkmək kifayətdir.
Artıq 30 ildir ki, Azərbaycan Sovet imperiya zəncirlərindən azad olunub və müstəqil dövlət kimi formalaşıb. Hələ 1918-ci ildə boy göstərən və formalaşan milli mənlik şüuru, ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə yenidən yüksəliş dövrünə çatdı. Artıq ölkədə baş verən ictimai-siyasi hadisələr dəyişdikcə, gənclər qarşısında duran problemlər və onların həlli yolları da dəyişməyə başladı. Bütün bunların nəticəsində Heydər Əliyevin Fərmanı ilə gənc nəslin mütəşəkkil formada yetişdirilməsi üçün 1994-cü il iyulun 26-da Gənclər və İdman Nazirliyi təsis edildi. Gənclərlə bağlı atılan növbəti addım 2 fevral 1996-cı ildə gənclərin I Forumunun keçirilməsi oldu. 1997-ci il fevralın 1-də forumun ildönümü münasibətilə gənclərin bir qrupunu qəbul edən ulu öndər Heydər Əliyev 2 fevral — Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında Sərəncam imzaladı.
İndi Müstəqil Azərbaycanın dövlət siyasətində gənclər siyasəti başlıca yerlərdən birini tutur. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Birmənalı olaraq gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi və mədəni inkişafı ilə sıx əlaqədardır. Yeni nəslin inkişafının əsas amili gənclərin dövlət və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsidir. Bu məqsədlə ölkəmizdə rəhbərlik tərəfindən bir çox silsilə addımlar atıldı. Dövlət başçısının gənclərin potensialından ölkə mənafeyi naminə düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmini, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədilə 2005-ci il avqustun 30-da imzaladığı «Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında» Sərəncamı da gənclərə dövlət qayğısının artırılması məqsədinə xidmət edir. 2007-ci il ölkədə «Gənclər İli»nin elan edilməsi gənclərlə bağlı davam edən siyasətin bir hissəsi idi.
Bu gün Azərbaycan gəncləri cəmiyyətin inkişafında fəal iştirak edir, mədəniyyət, incəsənət, iqtisadiyyat və digər sahələrdə nailiyyətlər qazanır, dövlətçiliyin möhkəmləndirilməsi prosesində yaxından iştirak edirlər. Xüsusilə hərb sahəsində şücaət göstərən Azərbaycan gəncliyini vurğulamaq lazımdır. Hazırda Azərbaycan Ordusu sıralarında Vətənin müdafiəsi kimi müqəddəs bir vəzifəni şərəflə yerinə yetirən şəxsi heyətin böyük əksəriyyətini gənclər təşkil edir. Bu gün orduda vətənpərvər, mənəviyyatca saf, fiziki cəhətdən sağlam gənclər xidmət edirlər.
2016-cı ildə baş verən və hərb tariximizə «Aprel döyüşləri» kimi düşən döyüşlərdə Azərbaycan gəncliyi yeni bir qəhrəmanlıq tarixi yaza bildi. Təmas xəttində düşmənin hər cür təxribatına inamla cavab verən Azərbaycan əsgərinin hər an, hər dəqiqə xalqın dəstəyini hiss etməsi, gənclərimizin bir nəfər kimi Vətən torpağının müdafiəsi uğrunda mübarizəyə hazır olmasını əyani şəkildə nümayiş etdirməsi, gənc nəslin ölkə həyatındakı nə qədər mühüm rol oynamasının göstəricisi idi.
Müasir dövr Azərbaycan gəncliyinin ən böyük qəhrəmanlıq salnaməsi şübhəsiz Vətən müharibəsində göstərdikləri rəşadətli mübarizə ilə bağlıdır. Vəzifəsindən, sosial statusundan, milli-etnik və dini mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaş bu müqəddəs mübarizədə Ali Baş Komandan ətrafında səfərbər oldu. Müharibənin əsas ağırlığı isə Azərbaycan gəncinin üzərinə idi. Çünki Qarabağı azad etmək uğrunda gedən qanlı döyüşlərdə sinəsini sipər edən, əli silahlı düşmənin üzərinə gedənlər ilk növbədə gənclər oldular. Müharibəyə yollanan gənclərin hamısı döyüşlərdə qəhrəmancasına iştirak edib. Onlar bütün dünyaya Azərbaycan gəncinin nəyə qadir olduğunu sübut ediblər. Hər biri öz cəsurluğu, igidliyi ilə vətənpərvərlik salnaməsi, qələbə dolu döyüş yolu ilə yeni tarix yazdılar. Azadlığa qovuşan hər qarış Vətən torpağında 2907 şəhidin qanı və bütün qəhrəman qazilərimizin alın təri var. Bu birlik Azərbaycan tarixində möhkəm kök salmış milli mənlik şüurunun və vətənpərvərlik hissinin ən ali səviyyəsi idi.
Bu gün gənclər ölkənin bütün sahələrdə dövlətçiliyin əsas dayağı funksiyasını yerinə yetirir və cəmiyyət həyatının müxtəlif sahələrində təmsil olunurlar. Gənclərin ən aktiv iştirak etdiyi sahələrdən biri də könüllülük fəaliyyətidir. Azərbaycanda könüllülüyün tarixi kifayət qədərdir və bu fəaliyyət bizim milli dəyərlərimizin, eyni zamanda, sülhsevən və ümumbəşəri dəyərlərə nə qədər bağlı olduğumuzun ifadəsidir. XIX əsrin sonu XX əsrin əvvəllərinə nəzər salsaq, bir sıra xeyriyyə cəmiyyətlərinin yarandığını və insanlarımızın burada könüllülük prinsipi ilə müəllim, tibb bacısı və digər sahələrdə çalışdığını görə bilərik. Ölkəmiz müstəqillik əldə etdikdən sonra isə ictimai-siyasi proseslərdə könüllülərin kifayət qədər rolu olub. İlk yaranan könüllü özünümüdafiə dəstələrini, müharibəyə könüllü gedən həkim və tibb bacılarını misal kimi göstərmək olar. Qanlı 20 Yanvar hadisələri zamanı insanların xəstəxanalara könüllü gedərək qan verməsi də xalqımızın könüllülük dəyərlərinin bariz nümunələrindəndir. Bu gün isə ölkəmizdə könüllülük daha geniş bir hərəkat halını alıb. Artıq yeni konsepsiyada formalaşan hərəkat könüllülükdə yeni yanaşmanı ortaya qoyub və bunun bütün tərəflər üçün səmərəli bir fəaliyyət olduğunu sübuta yetirib.Son illərdə könüllülük sahəsində gənclər üçün daha böyük perspektivlərin olduğunu söyləmək olar. Dövlət başçısının bütün dövlət və özəl qurumların fəaliyyətinə gənclərin könüllü kimi cəlb olunması ilə əlaqədar tövsiyəsi gənclər üçün yeni fürsətlər yaradıb.
Təbii ki, cəmiyyətin milli mənlik şüurunun yüksək səviyyədə saxlanılmasında yazılı mətbuatın, televiziyaların təbliğat sahəsində rolu əvəzsizdir. Azərbaycan gəncliyi də öz növbəsində məsuliyyətini dərindək dərk edir və üzərinə düşən işin öhdəsindən layiqincə gəlməyə çalışır. Çünki Azərbaycanın gələcək uğurları bu gün gəncliyin sahibləndiyi bilik, bacarıq və mənəvi tərbiyədən asılıdır. Müəllif: Afaq RzaMənbə: 525.az
| ['Azərbaycan gəncliyi', 'Azərbaycan', 'müasir Gənclik', 'Aprel döyüşləri', 'Azərbaycan gəncləri', 'Azərbaycan Gəncləri Günü'] |
127 | https://kayzen.az/blog/ekologiya/26884/ki%C3%A7ik-v%C9%99-orta-biznesl%C9%99rin-n%C9%99z%C9%99rin%C9%99.html | Kiçik və orta bizneslərin nəzərinə | kayzen | Ekologiya | 27 iyul 2021, 10:36 |
Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “EU4Environment” layihəsi çərçivəsində “Azərbaycanda resurs səmərəliliyi və daha təmiz istehsal” (RSDTİ) fəaliyyəti üzrə pilot şirkət olmaq və RSDTİ metodologiyasının Azərbaycanda tətbiq edilməsində iştirak etmək istəyən kiçik və orta istehsal müəssisələri maraqlarını ifadə etməyə dəvət edilir. RSDTİ metodologiyasının tətbiq sahəsini genişləndirmək məqsədilə ən azı 15 yerli (emal) KOB seçiləcək və onlara 2021-2022-ci illər ərzində müəssisələrini “yaşıllaşdırmaq” və istehsallarının səmərəliliyini artırmaq üçün dəstək göstəriləcək. Seçilən şirkətlər üçün təkmilləşdirici tədbirlərin məqsədi enerji, xammal və materiallardan istifadə, suyun səmərəliliyi və tullantıların idarə olunması sahələrinə yönəldiləcək.İştirak edən KOB-lar üçün gözlənilən faydalar aşağıdakılardan ibarət olacaqdır: — İstehsal prosesində istifadə edilən resursların təkmilləşdirilməsi; — Resurslara/xərclərə qənaət imkanının müəyyənləşdirilməsi; — Uzunmüddətli resurs səmərəliliyi və daha təmiz istehsalın tətbiqi məqsədilə potensialın artırılması; — Tullantıların yaranmasını, emissiyaların və/və ya çirkab suların azaldılması yolu ilə ətraf mühitə dair idarəetmə sisteminin və uyğunluq səviyyəsinin yaxşılaşdırılması; — Təmiz istehsal və yaşıl iqtisadiyyatla əlaqəli maliyyə resurslarına çıxış imkanlarının əldə edilməsi.Müəssisə daxili RSDTİ qiymətləndirmələri pilot şirkətlərdə resurslardan istifadəni optimallaşdırmaq üçün RSDTİ metodologiyasına əsaslanan sistemli təhlilə müvafiq şəkildə həyata keçiriləcək. Buraya məlumatların təhlilinin və səmərəsizliyin, mövcud istehsal təcrübələrinin ətraf mühitə mənfi təsirini azaltmaq üçün görülən tədbirlərin texniki, iqtisadi və ekoloji qiymətləndirilməsinin aparılması və pilot müəssisələrin səmərəliliyini artırmaq üçün dəstəyin göstərilməsi daxildir. Eyni zamanda buraya şirkətlərin işçiləri üçün təlim fəaliyyətləri, qiymətləndirmə nəticələri və müəyyən edilmiş tədbirlər barədə texniki hesabatın təqdim edilməsi və pilot şirkətlərdə həyata keçirilən tədbirlərin monitorinqi aiddir.Beləliklə, Azərbaycanda seçilmiş pilot şirkətlərin RSDTİ-nin həyata keçirilmə fəaliyyətlərinin bütün mərhələlərində töhfə verəcəkləri gözlənilir. Bu layihədə həmçinin, RSDTİ üzrə təlim proqramı da nəzərdə tutulur.TƏLƏBLƏR:RSDTİ metodologiyasının tətbiqində iştirak etmək istəyən şirkətlər aşağıdakı meyarlara və tələblərə cavab verməlidirlər: — Azərbaycanda yerli hüquqi şəxs kimi qeydiyyatdan keçmiş olmalı və fəaliyyət göstərməlidir; — Kiçik və orta sahibkarlıq subyekti (KOB) olmalıdır; — Emal sənayesi və ya onun bir sahəsi ilə məşğul olmalıdır.Bu fəaliyyət Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “EU4Environment” Proqramı çərçivəsində UNIDO-nun milli komandası tərəfindən həyata keçirilir. Komandanın heyəti Milli koordinatordan və UNIDO-nun Azərbaycanda RSDTİ üzrə milli icraçı tərəfdaşı olan “ACE Group Consultants” tərəfindən rəhbərlik edilən konsorsiumdan ibarətdir. Milli heyət pilot şirkətlərin müraciətlərinə baxaraq seçim, müsahibə və onlar ilə müqavilə bağlanması işlərini həyata keçirəcəkdir.MÜRACİƏT QAYDALARI: elana əlavə edilmiş ərizə forması və maraqların ifadə edilməsi məktubu doldurularaq imzalanmalı və VÖEN ilə birlikdə Nicat Babayevə göndərin:[email protected] Tel: (+994 12) 488 68 32Tel/Fax: (+994 12) 488 67 91Mobile (office): (+994 50) 407 22 76Müsahibəyə yalnız yekun siyahıya daxil edilmiş şirkətlər dəvət ediləcəkdir. MÜRACİƏTİN SON TARİX: 31 iyul 2021-ci il.RESURS SƏMƏRƏLİLİYİ VƏ TƏMİZ İSTEHSALIN NÜMAYİŞ ETDİRİLMƏSİ ÜZRƏ ƏRİZƏ FORMASI VƏ MARAQLARIN İFADƏ EDİLMƏSİ HAQQINDA MƏKTUB Şirkətimiz “(ŞİRKƏTİN ADI)” bununla “EU4Environment” layihəsi vasitəsilə RSDTİ metodologiyasının Azərbaycanda nümayiş etdirilməsində iştirak etməkdə marağı olduğunu təsdiqləyir. Bu səbəbdən, layihə heyəti ilə görüşmək və layihədə namizəd kimi iştirak etmək üçün ilkin təhlilin aparılmasında maraqlıyıq.Tarix___________________İmza və möhür: ___________________Şirkətin nümayəndəsi: ___________________Vəzifəsi: ____________________________ Mənbə: smb.gov.az/az/all-news/kob-larin-nezerine-1
| ['kiçik biznes'] |
128 | https://kayzen.az/blog/ushaq_terbiyesi/26836/u%C5%9Fa%C4%9F%C4%B1n%C4%B1z%C4%B1n-%C5%9F%C9%99xsiyy%C9%99t-kimi-formala%C5%9Fmas%C4%B1n%C4%B1-ist%C9%99yirsiniz.html | Uşağınızın şəxsiyyət kimi formalaşmasını istəyirsiniz? | gunelb | Uşaq tərbiyəsi | 30 iyun 2021, 23:44 |
Valideynlərin hər işdə uşağın yerinə qərar verməsi, onu yönləndirməsi, məsuliyyət verməməsi və istəmədiyi şeylərə məcbur etməsi uşağın şəxsiyyət kimi formalaşmasının qarşısını alır, onda valideyndən daima uzaq qalmaq istəyi formalaşdırır".
Manset.az xəbər verir ki, bunu psixoloq Fuad Əsədov bildirib. Onun fikrincə, doğru olan isə budur ki, uşaq böyüdükcə onun azadlığının ölçüsü də get-gedə artmalıdır. Aşağıdakı hallar olduğu təqdirdə uşaq böyüyəndə də özünü yetkin kimi hiss etmir və başda valideynlər olmaqla hər kəsdən uzaq durmağa çalışır.uş
Əziz valideynlər, əgər uşağınızın şəxsiyyət kimi formalaşmasını və sizinlə sağlam münasibətinin olmasını istəyirsinizsə, bunları etməyin.
1. Valideynlər həddindən çox qorumaçıdır və uşağa yaşından daha kiçik kimi davranırlar.
2. Valideynlər uşağın yerinə qərar verir.
3. Valideynlər uşağın həyatındakı bütün problemləri özləri həll etməyə çalışır və hər şeylə maraqlanırlar.
4. 13 yaşa qədər uşağı məktəbə valideynlər aparır.
5. Uşaqları çox nadir hallarda özlərindən uzaq saxlayırlar və beləcə, uşağın fərdiyyətçilik hissini zədələyirlər.
6. Valideynlər uşaqları çox tənqid edirlər.
7. Valideynlər uşaqlara çox məsləhət verir.
8. Valideynlər uşağın şəxsi zonasına hörmət etmir.
9. Valideyn uşağa daima təhlükələr barədə xəbərdarlıq edir. Ailə mühiti uşaq şəxsiyyətinin inkişafında lokomotiv rolunu oynayır və onun emosional davranışında əks olunur. Psixoloqlar uşağın emosiya və hisslərinin inkişafında ananın rolunun əhəmiyyətli olduğunu xüsusi vurğulayırlar. Bundan başqa ailədə ata-ana münasibətləri, ata-uşaq, ana-uşaq arasındakı münasibətlər ailə mühitini formalaşdırmaqla, həm də uşağın normal inkişafını şərtləndirir. Ailənin düzgün, tərbiyəvi mühiti ilk növbədə ata və ana arasındakı paralel münasibətlərdən asılıdır. Valideynlər öz şəxsi nümunələrindən çıxış edərək, ailədə bir model yaratmalıdır. K.Marks kişi və qadın münasibətlərini təhlil edərək belə bir fikrə gəlmişdir ki, “Kişinin qadınla münasibəti cəmiyyətin ümumi mədəniyyətinin göstəricisidir”. A.S.Makarenko isə qeyd edirdi ki, ata hətta qəzeti necə oxuması ilə uşaqları tərbiyə edir.
Ailə mühitində uşaq şəxsiyyəti insan, dünya, cisim və hadisələr, böyüklərə hörmət, onlarla davranış qaydalarını, başqa adamları başa düşmək kimi keyfiyyətlərə yiyələnir.
Valideynlər həmçinin uşağa müstəqillik verməli, onu müstəmləkəçi bir mühitdə böyütməməli, uşağın sərbəstliyinə şərait yaratmalıdır.
Uşaqların paltar, oyuncaq, rəng seçiminə müdaxilə etməməli, onlara seçim sərbəstliyi verməlidirlər. Böyük, məktəb yaşlı uşaqlar ailə problemlərinin müzakirəsinə cəlb olunmalı, onların fikirləri valideynlər tərəfindən dinlənilməlidir. Bu yolla ata-ana uşaqda möhkəm idarənin, məsuliyyət hissinin, xarakterin formalaşması üçün şərait yaratmış olur. Psixoloji tədiqatların nəticələrindən məlum olur ki, valideynlərin heç də hamısı eyni dərəcədə biliyə, savada, dünya görüşünə malik olmadığından sadalanan vasitələrdən heç də eyni dərəcədə istifadə etmirlər.
Lakin valideynlər və uşaqlar arasındakı münasibətlər nə qədər səmimi, mehriban olarsa, uşaq şəxsiyyətinin formalaşmasına bir o qədər müsbət təsir göstərir. Hər bir valideyn uşağına savad verməyə bilər. Ancaq cəmiyyət üçün yararlı, faydalı və əsl insani keyfiyyətlərə malik insan yetişdirmək hər bir valideynin borcudur.
Ailə mühiti şəxsiyyətin inkişafı üçün ən əlverişli mühitdir. Bu mühitin əlverişli olması ailədə ata-ana arasındakı isti atmosferdən asılıdır.
Uşaqları da kiçik məktəbli yaşlarından oxumağa meyilləndirmək və oxunu vərdişə çevirmək, uşaq şəxsiyyətinin inkişafına müsbət təsir göstərən faktorlardandır. Yuxudan qabaq maraqlı nağıl kitablarını mütaliə etmək uşaqların dünyagörüşünün, intellektinin, lüğət ehtiyatının artmasına, dostluq, mehribanlıq, ədalətlilik, məsuliyyətlilik və s. keyfiyyətlərinin formalaşmasına təkan verir və yaxud uşağın marağını cəlb edən digər kitablar oxuma onun dünya, ətraf aləm haqqında fikirlərini formalaşdırır.
Şəxsiyyətin ilk cücərtiləri ailə mühitində baş verir. Ailə mühiti uşaq şəxsiyyətinin inkişafında bir növ güzgü effekti rolunu oynayır. Uşağın ailədə əldə etdiyi keyfiyyətlər, bu keyfiyyətlərlə cəmiyyətə daxil olan şəxsiyyət cəmiyyətdəki davranışı, rəftarı, hərəkətləri ilə ailəsinin tərbiyə mühitini nümayiş etdirir. Ailədə götürdüklərini güzgü kimi cəmiyyətdə əks etdirir.
Ata-babalarımız da “Uşaq ailənin güzgüsüdür” məsəlini əbəs yerə deməmişlər. Valideynlərin övladlarını ilk gündən sevgi, diqqət və qayğı ilə böyütməsi məhz sağlam düşüncəli insanın böyüməsinə ilkin təkandır. Bu dövrdə körpə həm başqalarına, həm də özünə qarşı inam və inamsızlığı öyrənir. Bu onun tələbatlarının, əsas ehtiyaclarının qarşılanıb-qarşılanmaması ilə əlaqədar olur. Bu dövrdə körpənin qidalanması, fiziki təması, təhlükəsizliyi normal səviyyədə qarşılanarsa, o dünyanı etibarlı qəbul edəcək, əks halda isə etibarsız. Bu hiss zaman keçdikcə ətraf aləmə yönələcək. Onun dünyaya olan ilkin münasibətini məhz siz valideynlər formalaşdırırsınız.
Qeyd: Bu məlumat Körpələr (0 — 1) yaş üçün nəzərdə tutulub.
| ['uşaq tərbiyəsi', 'valideyn və uşaq münasibəti', 'sağlam düşüncəli uşaq', 'uşaqa sevgi', 'uşaq psixologiyası'] |
129 | https://kayzen.az/blog/az-proza/26819/rasim-qaraca-yazmamaq-m%C9%99d%C9%99niyy%C9%99ti.html | Rasim Qaraca - Yazmamaq mədəniyyəti | gunelb | Azərbaycan ədəbiyyatı | 22 iyun 2021, 00:59 |
Elçinin bir hekayəsinin təhlili
Müasir milli ədəbiyyatımızın hekayə ustalarından söz düşəndə ilk sıralarda Elçin Əfəndiyevin adı çəkilir. Xaricdə çap olunan hekayə antalogiyalarında da Elçinin adını Anardan sonra hər zaman ikinci sırada görmüşəm. Lakin mən özüm, artıq adı mifləşmiş olan bu yazıçının əsərlərini sonuncu dəfə ən azı 30 il bundan əvvəl oxumuşam. Kulis.az saytında bu yaxınlarda yayınlanmış bir hekayəsi (“Ağadadaşın kişi sözü”) təsadüfən qarşıma çıxanda, vaxtilə mənim şeirlərimə yazdığı tərifli sözlərə bir qarşılıq olsun deyə xoş məramlı bir şeylər yazmaq məqsədilə oxumağa başladım… Oxumağa başladım, amma tezliklə xəyal qırıqlığına uğradım. Oxuduğum hekayə sadəcə yazı vərdişi olan və yazmağa pataloji həvəsi olan birinin cızmaqarasından başqa bir şey deyildi. Azərbaycanda hekayə janrının görkəmli nümayəndəsinin, xalq yazıçısının nə üçün belə zəif hekayə yazdığını anlamaqda çətinlik çəkirəm. Elə ilk iki cümlələrdə sovet nəsrinin pis qoxusunu hiss etməmək mümkün deyil: “Sonra kəndə xəbər yayıldı ki, papaqçı Ağadadaşın oğlu Gülbala da əsgər getdi və Gülbala bu kənddən cəbhəyə gedən yeddinci cavan idi. Hələ ki, bu cavanlar pis gözdən irağıydı, hələ ki, salamatçılığıydı, təkcə Çörəkçi Firuzənin nəvəsi Atif qarnından qəlpə yarası almışdı, Bakıda hospitala gətirmişdilər, deyilənə görə vəziyyəti ağır idi və bütün kənd camaatının da duası onunlaydı ki, təki uşağa bir şey olmasın.”
Hekayə bu şəkildə davam edir, səthi və reallığa nüfuz etməyən təsvirlər, “papaqçı Ağadadaşın oğlu”, “çörəkçi Firuzənin nəvəsi” deyə bəhs edərək, yersiz kiçiltmə effektləri, iki cümlədə dörd “ki” bağlayıcısı istər-istəməz gözə batır… Üstəlik təkcə bu iki cümlədə yazıçının kamerası hər yerdədir, bütün kənd camaatının dua etdiyini görür, əsgər gedən cavanları sayır, onların pis gözdən iraq olmasının falına baxır, hətta Atifin harasından qəlpə yarası aldığını da yerli yataqlı çəkib göstərir, hekayənin hər cümləsi, hətta hər probeli onun kontrolundan kənarda deyil. Dolayısıyla, hadisə öz-özünə, təbii şəkildə cərəyan etmir, yazıçı hadisələri daldan itələməkdə, hər abzasda gücənməkdə, əvvəldən öldürdüyü süjet xəttini axıra qədər sürütləməkdədir. Üçüncü və dördüncü cümlədə bataqlıq bir az da dərinləşir: “Çörəkçi Firuzə hər gün sübh tezdən avtobusa minib, hospitala gedirdi, axşam da avtobusla kəndə qayıdırdı və təndir çörəyi bişirməyə vaxtı olmadığı üçün, kənd camaatı məcbur olurdu ki, çörəyi Cəfərin marketindən alsın. Çörəyə, əlbəttə, pis demək olmaz, çörək çörəkdi, ancaq bir iş vardı ki, Firuzə arvadın təndirə yapıb, bişirdiyi çörəyin dadı ayrı idi”. Yaralı Atifin nənəsi Firuzə şəhərə avtobusla gedibsə avtobusla da qayıtmalıydı, bu təsvirin mənasızlığını qoyuram bir kənara, bu yaşlı qadının bir Bakı kəndini təmin edəcək qədər çörək bişirməsi yalanı hekayənin cəmi 3-cü cümləsində yazıçının nəyinə lazımdır görəsən? Məncə bunun yalnız bir cavabı ola bilər, bu yalan yazıçı diktaturasını daha geniş areala yaymaqdan başqa heç nəyə xidmət etmir. O hər şeyi bilir, hər şeyi görür, hətta qadının avtobusla gedib avtobusla qayıtdığını da güdür, — stalinizmin kiçik bir hekayədəki uzantısıdır nədir, bilmək olmur. Bütün hallarda bu təsvirlər reallığı əks elətdirmir və inandırıcı deyil. Yazıçı Bakı kəndlərinin artıq Baladadaşın zamanındakı kəndlər olmadığını unudur. Birincisi, bu kəndlər indi çox böyüyüb, artıq bir təndirdən çıxan çörəyin bütün kəndə bəs edəcəyi zamanlar çoxdan keçib, ikincisi, indi kəndlərdə artıq hər tində təndir və hər marketdə də kəndir var… “Kənd camaatı məcbur olurdu çörəyi Cəfərin marketindən alsın”, kim məcbur edirdi, əlbəttə ki, hər şeyə göz qoyan bizim yazıçı, başqa kim olacaq? Bəs, kənd camaatı məcbur olmayanda Cəfər çörəklərini kimə satırdı?
Zamanlamanın düzgün olmaması hekayənin ən böyük qüsurlarındandır. Yazıçı ətrafında baş verən dəyişiklikləri görmür, görə bilmir, sanki öz kiçik eqosu daxilində zaman küləyinin toxunmadığı dərinliklərdə yuva qurub, baş verənlərdən xəbərsizdir. Hətta Azərbaycan nəsrində təsvir vasitələrinin çoxdan dəyişdiyinin, artıq ucuz romantikanın işləmədiyinin fərqində deyil, çörəyə pis demək olmazmış, çünki çörək çörəkdi, Firuzə arvadın təndirə yapıb, bişirdiyi çörəyin dadı da ayrı cür imiş… Səthidir, həyat materiyasına nüfuz etməməkdədir. Yalnız ədəbiyyat duyumu olmayan bir qrafoman bu cür təsvirlərə yol verə bilər, Elçin müəllim deyil. (Bəlkə də hekayəni özü yazmayıb və ya kimsə mətni dəyişdirib, xəbəri olmayıb). Sonrakı təsvirlərdə terminator Firuzə xalanın generala, yavərinə və sürücüsünə 15 çörək pay qoyduğunu oxuyuruq: “General maşına minəndə məlum oldu ki, Çörəkçi Firuzə beş dənə təndir çörəyini Generala, beş dənəsini yavərə, beş dənəsini də sürücüyə pay gətirib, maşına qoyub və Generalın belə şeyləri qətiyyən xoşlamadığını yaxşı bilən sürücü sükan arxasına keçməzdən əvvəl ona baxdı ki, nə etsin, ancaq General bu dəfə bir söz demədi, gülümsədi, sürücü də arxayın olub, sükan arxasına keçdi” – Firuzə arvad nə od-yalov imiş, bütün kəndi çörəklə təmin etmək bir yana, hələ Generala da 15 çörək pay qoysun. Ən yumşaq ifadəylə desək, inandırıcı deyil. Üstəlik, generalın “belə şeylərdən xoşlanmaması” necə də ürəkbulandıran bir məsumiyyətdir. Bunlar azmış kimi, hörmətli xalq yazıçısı sonrakı səhifələrdə yazıq Firuzə xalanı istismar etməkdən əl çəkmir: “Çörəkçi Firuzə xala da günün birinci yarısı hospitalda Atifə baş çəkməyə gedirdi, günün ikinci yarısında isə yenə çörək bişirirdi”.
Gələk 4-cü və 5-ci cümləyə: “Dəniz kənarındakı bu Abşeron kəndinin qumu da, ənciri, ağ şanısı kimi məşhur idi və elə ki, yazın axırları gəlirdi, yay başlayırdı, məktəblər tətilə bağlanırdı, necə ki, qışdan sonrakı alça, ərik ağacları çiçəkləyirdi, püstə, badam, innab, muşmula oyanıb, adamın üzünə gülürdü, bu kənd də eləcə canlanırdı. Məsələ burasındaydı ki, Bakı sakinlərindən kimin burda bağı varıydısa, bağa köçürdü, bağı olmayan ailəlikcə istirahətə gəlib, ev kirayələyirdi və Bakıdan bura cəmi-cümlətanı 45 kilometrlik yol idi”. Yalnız yeni başlayan təcrübəsiz yazarlar belə bəsit cümlələr qura bilər, “qum”u “əncir” və “ağ şanı” ilə cümlənin həmcins üzvləri sırasında verər, iki cümlədə 3 dəfə “ki” bağlayıcısı işlədər (ümumən, 5 səhifəlik hekayədə 67 “ki” bağlayıcısı var), məsələ olmayan yerdə “məsələ burasındadır ki” deyib mətndə süni dinamika yaradar, püstə-badamın üzə gülməyindən başlayıb Bakı ilə kənd arasındakı məsafənin 45 kilometr olduğunu göstərər, lakin bu “dəqiqliyə” baxmayaraq kəndin adı çəkilməz, sadəcə “bu Abşeron kəndi” deyib yayğın bir mənzərə yaradar, bir cümlədəcə yazın axırından başlayıb birdən qışın sonlarına keçər. Təsvirlər tamamən tutarsızdır, həqiqilik yükü sıfıra bərabərdir, hətta hekayə yazıçının ənənəvi romantik üslubunun izlərindən də məhrumdur. Məsələn götürək elə bu ifadəni? “Bakı sakinlərindən kimin burda bağı varıydısa, bağa köçürdü, bağı olmayan ailəlikcə istirahətə gəlib, ev kirayələyirdi”- burada təsvir olunan hadisənin gerçəklik müddəti ən azı 50 il bundan əvvəl sona çatıb. Yəni, təqribən 70-ci illərdə, bəli, Bakı kəndlərindəki bağlar “Bakı sakinlərinin” idi, indi Bakının da, ətrafındakı kəndlərin də əhalisi haqqında belə ifadə işlətmək, onu yekcins bir əhali qrupu kimi “Bakı sakinləri” deyə təqdim etmək yazıçının pəncərə arxasındakı həyatdan xəbərsiz olduğunu göstərməkdədir. Haradadır o bağı olmadığına görə ailəlikcə istirahətə gəlib dəniz kənarında ev kirayələyən Bakı sakinləri? Zənnimcə yazıçı bu suala cavab verə bilməz. Nə 60-70-ci illərin o Bakı sakinləri var, nə də Bakı kəndlərində bağı olmayan kasıb təbəqənin ailəlikcə istirahət edə biləcəyi ucuz evlər… Heç Elçin müəllimin vaxtı keçmiş ucuz romantikasına uyan dar dünyagörüşlü oxucular da qalmayıb artıq… Hekayə boyunca hadisələrin sovet dövründə cərəyan etmədiyini göstərməkdən ötrü sönük cəhdlər edilib, məsələn, “ancaq birdən-birə bu COVİD-19 pandemiyası ki, başladı, hər şey dəyişdi” kimi gündəm mövzularına toxunulub, lakin yazıçının həm mövzu, həm təsvir, həm də ideya baxımından özünü heç bir şəkildə yeniləmədiyi, köhnə dövrdə qaldığı az qala hər cümlədə hiss olunur: “Adama elə gəlirdi ki, dənizin səsi də əvvəlki deyildi, elə bil, COVİD-19 dənizi də əməlli-başlı darıxdırmışdı və dənizin səsi tənhalığından şikayət edirdi – hər halda təkcə bu kənddə deyil, Abşeronun başqa kəndlərində də yaxşı tanınan şair və meyxanaçı Balaəmi Əhsən belə hiss edirdi, bu barədə gözəl bir qəzəl də yazmışdı” – daha bir ruhsuz və uydurma təsvir. Onsuz da adların çoxluğundan əziyyət çəkən bu qısa hekayədə həmin bu Balaəmi obrazı bir daha xatırlanmır, onun “qəzəli” də beləcə havada qalır. “Gözəl bir qəzəl” nə deməkdir, hələ bunu soruşmuram. (Ümumən, Elçinin qəhrəmanlarının adları da ən azı 70-ci illərdə qalıb, yazıçı nə özünü, nə də qəhrəmanlarını refreş edib — Ağadadaş, Balaəmi, Gülbala, Zübeydə, Səriyyə). Xalq yazıçısına yaraşmayan daha bir cümlə: “Qarabağ kəndləri, qəsəbələri, rayon mərkəzləri gündən-günə azad edildikcə, kənd camaatının sevinc hissi, elə bil, o həyəcana dalğa-dalğa gözəl bir coşqunluq yayıb, kəndin bütün ab-havasını dəyişirdi” – “həyəcana dalğa-dalğa gözəl bir coşqunluq yaymaq” necə olur və düz yerdə oynaqlamaq nəyə lazımdır? – bunu başa düşmək olmur.
Həcmcə çox da böyük olmayan hekayə bu cür barmaqdan sorma ifadələrlə zəngindir: “Öz musiqiçilər dəstəsi ilə yaxın-uzaq Abşeron kəndlərindəki toyların bir çoxunu idarə edən, məşhur klarnet ustası Cəbrayıl…” – “kalrnetçalan” nədənsə “klarnet ustası” olub, görünür Elçin müəllim anlayışına görə “çalmaq” feli hekayədə işlənə bilməz, lakin “klarnet ustası” ifadəsi də klarnet alətini düzəldənə deyirlər. Başqa bir məqam, “yaxın-uzaq Abşeron kəndlərindəki toyların bir çoxunu” idarə etmək ikiqat qeyri-konkret ifadə olaraq reallığı əks elətdirə bilməz, sanki, belə demək olarsa, yazıçının beyin sügəcindən keçmədən düşüb hekayənin içinə. Çünki bu klarnetçalan Cəbrayıl allahın yerə göndərdiyi həmin o Cəbrayıl da olsa müasir Abşeron kəndlərindəki toyların bir çoxunda çala bilməz, buna inanmaqdan ötrü yenə də 60-cı illərə qayıtmaq lazım gələrdi, çünki bu günün Abşeron kəndlərinin mənzərəsi, Elçin müəllimin öz ifadəsi ilə desək, bir ayrı cürədir, ona görə ki, respublikanın tən yarıcı Abşeron kəndlərində məskunlaşıb. Hələ dalı var. Həmin bu Cəbrayıl “müharibə başlayan gündən ikinci mərtəbədəki balkonunda xüsusi olaraq mikrofon quraşdırmışdı və cəbhədən gələn hər gözəl xəbərdən sonra balkona çıxıb, gözəl də havalardan birini elə bir şövq ilə çaldığı (çaldığı – müəllifin sözüdür, nəyin bahasına olursa olsun “çalırdı” felini işlətək istəmir) ki, klarnetin səsi, elə bil, öz-özünə canlanmış dənizin səsinə qarışıb, bütün kəndə yayılırdı”. Yenə də lüzumsuz təfərrüat: guya klarnetin səsi “öz-özünə canlanmış dənizin səsinə qarışıb” kəndə yayılırdı, yazıçı nəsə demək istəyib, ancaq alındıra bilməyib. Təkcə bu cümlədə deyil, ümumən hekayə boyunca səbəbiyyət əlaqələri pozulub, koqnitiv dissonans özünü hər yerdə göstərir, mətləbə dəxli olmayan mazoklar n qədərdir. Üstəlik, bir az sonra yazıçının hafizə problem özünü göstərib, “klarnet ustası Cəbrayıl” dönüb olur “klarnet ustası Şakir”: “General ki, hələ gün batmamış klarnet ustası Şakirgilin balkonunda oturub, pürrəngi çay içirdi” – maraqlıdır ki, hekayə redaktə olunmayıb, hərf səhvlərinə belə toxunmadan oxucuya təqdim olunub.
“Gülbala Zübeydə ilə Papaqçı Ağadadaşın yeganə oğlu idi – yeganə oğlu deyəndə ki, ümumiyyətlə, onların yeganə övladı idi və Gülbala cəbhəyə gedəndən sonra Ağadadaş uşağın nigarançılığından özünə yer tapa bilməyən Zübeydəyə təskinlik verməklə məşğul idi, özü isə içində arvadından da betər nigarançılıq çəkirdi. Elə həmin vaxt da Ağadadaş gecə yuxuya getməzdən əvvəl əhd etdi, özü özünə kişi sözü verdi ki, inşallah, Gülbala sağ-salamat qayıtsın, kənddə kim istəsə onun üçün müftə papaq tikəcək.” – Bu epizodda Papaqçı Ağadadaşın arvadı Zübeydə heç bir səbəb olmadan səhnəyə çıxır və birdəfəlik yox olur, sonrakı təsvirlərdə onu bir daha görmürük. Lakin, bu önəmli deyil, zatən hekayə başdan-ayağa xaricdir, hekayənin əsas ideyası bu abzasda ifadə olunub: “…Ağadadaş gecə yuxuya getməzdən əvvəl əhd etdi, özü özünə kişi sözü verdi ki, inşallah, Gülbala sağ-salamat qayıtsın, kənddə kim istəsə onun üçün müftə papaq tikəcək”. Əvvəldə deyilmiş bir yalan öz ardıyca sonsuz yalan vaqonlarını gətirdiyi kimi, yazıçı həyatla, reallıqla əlaqəsi olmayan, öz aləmində romantik ideyanı oxucuya sırımaqdan ötrü bir sürü qondarma təfərrüata meydan açır. Elçin (öz aləmində) hekayəsini sadə, zəhmətkeş bir insanın fədakarlığı üzərində qurub, bununla oxucuda ürək yanğısı oyandırmaq istəyib – kasıb bir papaqçı kənddə kim istəsə ona müftə papaq tikəcək, bu işdən qazanc güdməyəcək. Deyim ki, o qədər də güclü ideya deyil, bəlkə uşaq başı aldatmağa yetərli ola bilər, lakin buna göz yumub baxaq görək yazıçı ideyanın texniki həllini nə cürə verib. Birmincisi, hekayəni oxuyarkən, istər-istəməz Bakı kəndlərindəki papaqçılıq sənətinin bu günkü mənzərəsini gözlərin önündə canlandırmaq istəyirsən. Təqribən 60-cı illərdə, Elçin müəllimin cavanlıq illərində, ola bilər, Bakı kəndlərində papaqçılıq aktual bir sənət olub, həqiqətən papaqçı dükanlarının qarşısında növbələr varmış (1.“Ağadadaşın dükanının qabağına üç-dörd yeniyetmə”nin kepka tikdirmək üçün növbəyə durması səhnəsi, 2.“kənd cavanları arasında xəbər yayıldı ki, Papaqçı Ağadadaş hamı üçün müftə papaq tikir və cavanlar, xüsusən də yeniyetmələr kepka üçün növbəyə düzüldülər”), və Bakıdan gəlib bir papaqqçıya sifariş verirlərmiş (“Bakının özündən də müştərilər gəlib, Ağadadaşa papaq sifariş edirdilər, o cümlədən bir xeyli tanınmış din xadimlərinin, məşhur xanəndələrin çal papağını da, Dövlət Filarmoniyasınının rəqqasları üçün motal papağı da o, tikmişdi”), lakin bu gün papaqçılıq sənətinin burada təsvir olunanlar səviyyəsində aktuallıağı inandırıcı deyil: “…Ağadadaş öz sənətinin böyük sənətkarı idi, çal papaqdan tutmuş, qulaqlı papağa, cürbəcür kepkalara qədər nə ki, kişi baş geyimi var idi hamısını ən yüksək səviyyədə tikirdi və nə tikirdisə, hər biri onun yaratdığı sənət əsəri idi. Təkcə şlyapa tikmirdi – nəinki kənddə, heç Bakının özündə də daha şlyapa qoyan yox idi” – oxucu, heç olmasa papaqçılıq sənəti haqqında etnoqrafik bir məlumata rast gəlsə yazıçının o biri tutarsızlıqlarına göz yumardı, deyə düşünürəm, lakin səthi, başdansovdu “yüksək səviyyədə tikirdi və nə tikirdisə, hər biri onun yaratdığı sənət əsəri idi” deyib yola verdiyini, yalanı daha həqiqi bir təsvirlə örtdüyünü deyil, əksinə başqa bir ağ yalanla basdırdığını görürük: “Bu da mat qalmalı bir iş idi ki, televizorda başına papaq qoymuş kimsə görünəndə və o adamı tanıyıb-tanımamağından asılı olmayaraq, Ağadadaş o saat özünün tikdiyi papağı tanıyırdı…” Şişirtmələr, miqdar saylarına güc vermək yoluyla effekt yaratmaq kimi ucuz təsvir elementləri iki cümlədən bir qarşımıza çıxır, gah çörəkçi Firuzə 15 çörək pay verir, gah da Ağadadaş 6 çal papaq tikib, ağsaqqalara göndərir: “Kəndin başqa ağsaqqalları da, əlbəttə, özləri durub, gəlib, müftə papaq tikdirməyəcəkdilər, onsuz da onların hamısının başının ölçüsü Ağadadaşın dəftərçəsində səliqə-səhmanla bir-bir yazılmışdı və Ağadadaş daha altı çal papaq tikib, ağsaqqalara göndərdi”. Sadəcə, inandırıcı deyil. Bu cümləyə isə yazıçı gopologiyasının pik nöqtəsi deyə bilərik: “Həmin Vətən müharibəsi gedən vaxt ki, birdən gecənin yarısı Şakirin klarnetinin səsi qəflətən zilə qalxıb, bütün kəndə yayıldı, onda məlum oldu ki, müharibə qələbə ilə sona çatıb, torpaqlar azad edilib”. Xalq yazıçısı Elçin Əfəndiyevin dünyasında hələ cib telefonları kəşf edilməyib, onun təsvir etdiyi kəndə, nəyə görəsə vatsap, ayfon, mesencer, teleqram girməyib, kənd camaatı qalıb Cəbrayılın-Şakirin klarnetinin umuduna, Şakir klarnet çalacaq və müharibənin qələbə ilə sona çatdığı kənd əhalisinə məlum olacaq. Haqqında danışılan müharibənin insanlara verdiyi hiss və həyəcanı bu qədər ucuzlaşdırmaq nəyə lazım idi görəsən?
Hekayədə yamaq kimi görünən, onsuz da zəif olan hadisələrin tempini biraz da aşağı salan və hekayənin bayağılıq dozunu artıran bir personaj daha var, o da çox güman Elçin müəllimin özünün prototipi olan General obrazıdır. Generalın kəndə gəlməsinin, papaqçı Ağadadaşla, çörəkçi Firuzə ilə, “klarnet ustası” Şakirlə nə üçün görüşdüyünün bir izahını tapa bilmirsən. Məncə bunun bir açıqlaması ola bilər, artıq yüksək dövlət qulluğundan uzaqlaşmış hörmətli Elçin müəllim heç olmasa bu hekayəcikdəsə öz hakimiyyətini uzatmaq, hazır əlini bulamışkən filmdə özünə də bir rol vermək istəyib. Bəzi tədqiqatçılar qrafomaniyanın əsas səbəblərindən biri kimi yetərsizlik kompleksinin hiperkompensasiyasını göstərirlər. Elçin müəllimə qrafoman deməyə dilim gəlmir, amma təxmin edirəm, General obrazının hekayəyə salınması yetərsizlik kompleksindən irəli gəlib (əslində hekayənin sublimativ mahiyyəti burada üzə çıxıb, vəzifədən uzaqlaşmış yazıçı özünün yaltaqlar ordusunu itirib, indi çarə qalıb hekayələrində bu boşluğu oldurmağa). General kəndin ortasında boş-boşuna gəzir, camaat onu hörmətlə salamlayır, çörəkçi Firuzə 15 ədəd çörək pay qoyur və s.: “Gülbala qayıdandan bir neçə gün sonra birdən kəndə hay düşdü ki, General gəlib, maşını da həmişəki kimi, məktəbin qabağındakı meydançada saxlatdırıb və cavanlar, yeniyetmələr də həmişəki kimi, meydançaya axışıb, Generalın başına yığışdı. General bu kənddə anadan olub, burada böyüyüb boya-başa çatmışdı, orta məktəbi burda bitirmişdi, sonra ailəlikcə Bakıya köçmüşdülər, ancaq bu kəndin doğmalığı və buranın camaatına hörmət-izzəti həmişəlik onun ürəyində idi və aydın məsələdir ki, böyükdən-kiçiyə bütün kənd camaatı da onunla fəxr edirdi.”
Hekayədə yamaq kimi görünən, əsla inandırıcı olmayan sevgi hadisəsi sanıram yazıçının növbəti uğursuzluğudur. Nisə və Səriyyənin süni dialoqları, biri-birinə Bakı kəndlərinə xas olmayan “ayzə” deməsi, kompleksli davranışları hekayəyə yeni bir kolorit gətirməməkdədir: “Ayzə, istəyirsən sən də Gülbalaya bir məktub yaz, aparıb verim ona, hə” – bunu Nisənin rəfiqəsi Səriyyə deyir. (Və bu Səriyyə oxucuya Azərbaycan ədəbiyyatının Qara Dəftərinə yazılacaq bir cümləylə təqdim olunur: “Səriyyə Ağakərimin ki, pandemiyaya görə kababxanası kasadlamışdı, yeddinci qızı idi və özündən böyük altı bacısının altısı da bir-bir gözəl ailə qurmuşdular”) Yenə də, yazıçı bizi sevgililərin biri-birinə sevgi məktubları yazdığı 60-cı illərə aparır. Kimsənin kimsəyə məktub yazmadığı indiki zamanda Elçinin qəhrəmanları hələ də bu arxaik vasitədən istifadə edir: “Dünya nemətləri adlı kənd marketinin sahibi və satıcısı Cəfərin oğlu Həmid çimərlikdə Anjel adında bir fransız qızı ilə tanış olmuşdu, indi o qızla evlənib, Fransada yaşayırdı və Parisdən kəndə ayda, yalan olmasın, azı üç-dörd məktub göndərirdi”. Nə qədər “yalan olmasın” desə də oxucunu bunun bir yalan olmadığına inandırmaq çətindir.
Bir sözlə, bu hekayə ustad yazıçının imkanlarının çox çox altındadır. Ola bilər, onun yazılması əhvalının yaxşı olmadığı bir saata dəng gəlib – yaşlı adamların düşüncələrini ağ vərəq üzərində toplaması o qədər də asan deyil, — belə durumlarda, məncə, yazmamaq ən yaxşısıdır. Sanıram, Elçinin bu günə qədər yazdıqları onun ədəbiyyat tarixinə düşməsi üçün yetərlidir. Bundan sonar heç nə yazmasa da olar. Və, belə məqamlarda, yazmamağın özü də bir mədəniyyətdir və xalqa xidmətdir. Müəllif: Rasim QaracaMənbə: edebiyyat.az
| ['Elçin Əfəndiyev', 'hekayə', 'hekayə oxumaq', 'Xalq yazıçısı Elçin Əfəndiyev', 'müasir ədəbiyyat', 'Rasim Qaraca'] |
130 | https://kayzen.az/blog/poeziya/26795/bu-roman-yaz%C4%B1lmal%C4%B1-deyildi-seymur-%C3%B6z-roman%C4%B1ndan-yaz%C4%B1r.html | Bu roman yazılmalı deyildi – Seymur öz romanından yazır... | gunelb | Poeziya | 13 iyun 2021, 02:18 |
Soruşanda ki, kimin başı gəşəngdir, tısbağa öz başını çıxartdı.
Atalar məsəli
Müxtəlif vaxtlarda, müxtəlif zamanlarda dəfələrlə cəhdlər etsəm də, dəfələrlə ətrafında düşünsəm də, bu suala heç cür cavab tapa bilmirəm: necə oldu 18,6 sm romanını yaza bildim?
Desəm ki, romanı hər şeyi dərk edərək, planlı şəkildə, qazandığım təcrübəyə söykənərək yazmışam, bu, tərtəmiz yalan olar. Desəm ki, 18,6 sm sırf dəliliyin, ipə-sapa yatmamağın nəticəsində yazılıb, bu da düzgün cavab sayılmaz. İstəyirəm deyəm 18,6 sm taleyim, alın yazımdır, amma alın yazısına da inanmıram.
Son vaxtlar insan təbiəti haqqında çox düşünürəm. Baş verən hadisələr də istər-istəməz adamı insan təbiəti haqqında düşünməyə vadar edir. Şəraitdən asılı olaraq arta və azala bilər, lakin fikrimcə bəzi şeylər var ki, o axıra qədər bu və ya digər formada insanla qalır, insanla qəbirə qədər gedir. Necə deyərlər, südlə girən, sümüklə çıxar.
Heç vaxt ağır-ağır suallara cavab axtarmamışam. Bünövrəm belə qoyulub. İllər əvvəl Eynşteynin bir yazısını oxudum. Yazıda Eynşteyn təxminən belə deyirdi ki, mən cavabsız suallara cavab axtarmağı vaxt və enerji itkisi hesab edirəm. Eynşteynin o yazısını oxuduqdan sonra ağır suallardan qaçmaq, o dünya varmı, bizi öləndən sonra nə gözləyir kimi ağır suallara cavab axtarmamaq istiqamətində doğru mövqedə olduğuma daha da əmin oldum, bu mənada qənaətim daha da möhkəmləndi. Baxmayın, hara fırlatsan da uzaqdan-uzağa Eynşetyn kimi bir divdən ciddi dəstək almışdım.
İçimdə ağır suallara cavab axtardığım anlar olur. Yazılarda, söhbətlərdə ağır suallara cavab axtarmağım yadıma gəlmir. Ama nə olsun, adam ağır suallardan nə qədər qaçsa da, bəzən heç adi suallara da cavab tapa bilmir. Məsələn, roman yazırsan və nə qədər düşünsən də “bu romanı necə yazmışam?” sualına cavab tapa bilmirsən. İndi nə deməkdir bu? Buna nə ad qoyaq? Heç bir cavabım yoxdur.
Sadəcə onu deyə bilərəm ki, o vaxtlar çalışdığım gündəlik qəzet qəfildən, bir günün içində bağlandı, xeyli boş vaxtım qaldı, bilmədim nə edəm, bekarçılıqdan oturub roman yazdım. Pis çıxmasın (lap çıxsın), dəyəsən Volter də “Kandid”i bekarçılıqdan yazmışdı.Gündəlik qəzetdə işlədiyim vaxtlarda rayonlardan xeyli reportajlar yazmışdım, xeyli səfərlərdə olmuşdum, çoxlu tədbirlərdə, konfranslarda iştirak etmişdim. Əlimin altında babat xammal vardı. Onların hamısından bacardığım qədər romanı yazarkən istifadə elədim. Ona görə də çox hərəkətli, canlı, obrazlarla, hadisələrlə bol bir roman ərsəyə gəldi. 18,6 sm romanında bir qram pafos, zərrə qədər də əzələ nümayişi yoxdur. 18,6 sm romanında təkcə öz əhvalatımı yazmamışam, həm də bütöv bir regionun bədiiləşdirilmiş tarixini yazmışam.
Hər bir müəllifin özünün sevimli mətni olur. Hər bir müəllif bir mətni o biri mətnlərindən daha çox istəyir. 18,6 sm yazdıqlarım arasında ən sevdiyim mətndir. Üçüncü dəfə nəşr olunmazdan əvvəl romanı bütöv halda bir daha oxumalı oldum. Bəzi hissələr məni o qədər kədərləndirirdi ki, kompüteri bağlamağa, tələsik geyinib evdən çıxmağa və şəhərin küçələrində saatlarla piyada gəzməyə məcbur olurdum.
Ənənənin zəfliyini nəzərə alsaq, məntiqlə Azərbaycanda 18,6 kimi roman yazılmalı deyildi. Amma necə oldusa yazıldı. Yəqin belə hallar olur və çətin də olsa belə halları təbii qəbul etməliyik. Gəlib çıxdıq yenə də alın yazısının, taleyin üstünə, amma məsələ ondadır ki, alın yazısına, taleyə inanmıram.
18,6 sm romanını necə yazdım sualına hal-hazırda cavab verə bilməsəm də, bütün hallarda elə bir romanı yazdığıma görə özümü bir müəllif kimi olmazın dərəcədə xoşbəxt hiss edirəm. Buna tam haqqım çatır. Onu da qeyd edim ki, yarımvəhşi həyat tərzi keçirən, zövqsüz, bədii təfəkkürü yerlə sürünən, yalnız ibtidai istəklərini, təlabatlarını nə yolla olursa-olsun reallaşdırmaq, həyata keçirmək haqqında düşünən bir qövmün, Kufə əhlinin dilində 18,6 sm kimi yüksək səviyyəli bir romanın yazılması böyük ədalətsizlikdir… Müəllif: Seymur BaycanMənbə: kulis.az
| ['Seymur Baycan hekayələri', 'Seymur Baycan', 'romanlar', '18', '6 sm romanı'] |
131 | https://kayzen.az/blog/musiqi/26774/musiqimizin-pey%C4%9F%C9%99mb%C9%99ri.html | Musiqimizin Peyğəmbəri | gunelb | Musiqi | 4 iyun 2021, 01:15 |
Sosial şəbəkələrin birində istifadəçilər arasında “Yaxın tariximizdə Azərbaycanın yaradıcı dahiləriindənən ən çox kimə ehtiramınız var” sualı ilə sorğu keçirilmişdi. İştirakçıların böyük əksəriyyəti birinciliyi Üzeyir Hacıbəyliyə vermişdi. Çünki, bütün ömrünü xalqının mədəniyyətinə, maarifinə həsr etmiş bu böyük şəxsiyyətin fəaliyyətində çoxlarından fərqli olaraq heç bir qaranlıq səhifə, təzadlı cəhət tapmaq mümkün deyil. Onun yaradıcılığı tamlıqla xalqına məhəbbətin, xidmətin təkrarsız nümunəsidir.
Üzeyir Hacıbəyli mədəniyyət tariximizdə dahi bəstəkar, peşəkar musiqi sənətimizin və milli operamızın banisi, musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim kimi əzəmətli bir yer tutur.
Azərbaycan Dövlət Tarix Arxivində bu böyük insanın adı çəkilən ona yaxın saxlama vahidi qiymətli sənəd kimi qorunub saxlanır. Sənədlər 1904-1916-cı illərə aiddir. İlk sənəd “Yelizavetpol quberniyasının xalq məktəbləri müdiriyyəti” fondunda “Hadrut məktəbində xidmət haqqında Hacıbəyovun şəxsi işi” (Fond 406, siy.2, sax.vah.107) adlanır. Burada Üzeyir bəyin xidmətə qəbul olunmaq üçün müdiriyyətə ünvanladığı ərizəsi və Qafqaz Müəllimlər Seminariyası direktorunun onun haqqında yazılmış müsbət məzmunlu təqdimatı saxlanılır. Seminariyanın direktoru Yelizavetpol quberniyasının xalq məktəbləri müdiriyyətinə etdiyi müraciətini bu cümlə ilə bitirir: ”Nəzərinizə çatdırmaq istəyirəm ki, Üzeyir Hacıbəyov dərsləri olduqca yaxşı mənimsəmiş əla musiqiçidir”
09 iyun1904-cü ildə, o, Cəbrayıl qəzasının Hadrut kəndinə müəllim təyin edilmişdir. Hadrut kənd məktəbində rus dili, hesab, tarix və musiqidən dərs demişdir. Lakin, onun bu kənddə müəllimliyi uzun çəkməmişdir.1905-ci ildə erməni-müsəlman davası düşdüyündən əhalisinin yarısı erməni olan bu kənddə cəmi bir il işləyə bilmişdir. Haqqında yazılmış xatirələrdə qeyd olunur ki, ikinci dərs ilinin başlanmasına az qalmış kəndin yaşlı sakinlərinin məsləhəti və köməyi ilə Hadrutu tərk edib Yevlaxa, oradan da Bakıya gəlir.
Üzeyir bəyin daha bir ərizəsi 29 sentyabr 1905-ci ildə Bakı Şəhər İdarəsinin Məktəb komissiyaları sədrinə yazılmışdır (Fond 389, siy.8, sax.vah.1196). Bakı şəhərindəki rus-tatar məktəblərindən birinə işə götürülməsi xahiş edilən bu sənədi o dövrün savadlı və ən hüsnüxəttli ərizə nümunələrindən saymaq olar:”Cənab sədr həzrətləri, sizdən xahiş edirəm ki, məni Bakı şəhərində tabeliyinizdə olan rus-tatar məktəblərindən birinə müəllimliyə qəbul edəsiz. Təyin olunmam üçün təqdim edilməli sənədlərimi də bura əlavə edirəm. Hadrut məktəbinin müəllimi Üzeyir Hacıbəyov.”
Onun bədii yaradıcılıq dövrü 1905-ci ildə «Həyat» qəzetində tərcüməçi işləyərkən publisistik fəaliyyəti ilə başlamışdır. Həmin vaxt eyni zamanda «İrşad» qəzetinin əməkdaşı olmuşdur. 1907-ci ildə Bakıda Azərbaycan türkcəsində «Hesab Məsələləri» və «Mətbuatda İstifadə olunan Siyasi, Hüquqi, İqtisadi və Əsgəri Sözlərin Türki-Rusi və Rusi-Türki Lüğəti»ni nəşr etdirir. Rus yazıçısı Nikolay Qoqolun «Şinel» povestini Azərbaycan dilinə tərcümə edir.
O, zamanın aparıcı qəzetlərində və “Molla Nəsrəddin” jurnalında müxtəlif gizli imzalarla dərc etdirdiyi onlarla felyetonları, oçerk və parodiyaları bu gün də əhəmiyyətini itirməyən, böyük dəyəri olan əsl sənət əsərləridir.
Yazarlıqla kifayətlənməyən Üzeyir bəy əsas diqqətini həm də musiqi yaradıcılığına yönəldir, uşaqlığından ürəyində sevib saxladığı duyğularını “Leyli və Məcnun” operasını yaratmaqla bəşəriləşdirir və mədəniyyətimizə böyük bir inci bəxş edir. 1908-ci il yanvarın 12-də Hacı Zeynalabdin Tağıyevin teatrında oynanılan “Leyli və Məcnun” ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsası qoyulur. Gənc bəstəkar bir-birinin ardınca “Şeyx Sənan”, “Rüstəm və Söhrab”, “Şah Abbas və Xurşud banu”, “Əsli və Kərəm”, “Harun və Leyla” muğam operalarını yazır.
Üzeyir bəyin adı qeyd olunan digər sənədlər onun xeyriyyə tədbirlərində iştirakı ilə bağlıdır. Belə ki, 1906-cı ildən başlıca məqsədi Bakı şəhərində və quberniyasında yaşayan müsəlmanlar arasında elm və maarifi, xüsusilə ibtidai təhsili Azərbaycan və rus dillərində yaymaq, hər növ maarifçilik fəaliyyətini dəstəkləmək olan “Nəşri-maarif” adlı xeyriyyə cəmiyyəti fəaliyyətə başlamışdı. Sənədlərin birində 2 dekabr 1911-ci ildə Mirzə Fətəli Axundzadənin 100 illiyinə həsr edilmiş gecənin proqramından bəhs edilir. Orada qeyd edilir ki, yubiley gecəsində antrakt zamanı Üzeyir Hacıbəylinin rəhbərliyi ilə şərq motivləri əsasında simfonik orkestrin iştirakı baş vermişdir.
Xeyriyyə cəmiyyətinin 15.02.1913-cü ildə keçirilən tədbirində bəstəkarın “Şah Abbas” və “Ər və arvad”, 02.04.1915-ci ildə “Rüstəm və Zöhrab”, 08.02.1916-cı ildə “Əsli və Kərəm” tamaşalarından parçalar təqdim olunmuşdur. Bütün bu sadalanan faktlar “Nəşri-maarif “ xeyriyyə cəmiyyətinin illik fəaliyyət hesabatlarında əks olunmuşdur.
Şərqdə ilk musiqili komediyanın, operettanın yaranması da Üzeyir bəyin adı ilə bağlıdır. Operettaların içərisində ən uğurlusu olan “Arşın mal alan” operettası 70-ə yaxın xarici dilə tərcümə edilmiş, 100-dən çox teatrın səhnəsində oynanılmışdır, beş dəfə ekranlaşdırılmış, dəfələrlə qrammofon valına yazılmışdır.
Üzeyir yaradıcılığının zirvəsi isə “Koroğlu” operası sayılır. Müəllif bu əsərində klassik opera qaydaları əsasında, Avropa stilində bitkin ariyalar, kütləvi xor səhnələri yarada bilir.
O, 300-dən çox xalq mahnısını toplayıb nota salıb, marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor üçün əsərlər yazıb. Azərbaycan Xalq Cümhuriyyətinin, indi isə müstəqil Azərbaycanın dövlət himninin musiqisi də Üzeyir bəyə məxsusdur. Əhməd Cavadın sözlərinə bəstələdiyi “Çırpınırdın, Qara dəniz” mahnısı təkcə Azərbaycanda deyil, Türkiyədə də çox məşhurdur. “Sənsiz” və “Sevgili canan” romansları o qədər möhtəşəmdirlər ki, onları dinləməkdən heç vaxt yorulmursan.
Üzeyir Hacıbəyli yaradıcı şəxsiyyət olmaqla yanaşı, böyük ictimai xadim olub. Ayrı-ayrı vaxtlarda Bakı Musiqi Texnikumuna, Azərbaycan Elmlər Akademiyasının İncəsənət İnstitutuna, Azərbaycan Dövlət Konservatoriyasına, Bəstəkarlar İttifaqına rəhbərlik edib. İlk xalq çalğı alətləri orkestrini, Azərbaycan Dövlət Xorunu yaradıb. 1945-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının akademiki seçilmişdir. Onun elmi-nəzəri məqalələri, xüsusilə “Azərbaycan xalq musiqisinin əsasları” monoqrafiyası milli musiqi elmimizin tərəqqisinə qiymətli töhfələrdir.
Şərqdə ilk musiqili teatrın və ilk Konservatoriyanın yaradıcısı kimi Üzeyir Hacıbəylinin Azərbaycan xalqının tarixində və mədəniyyətində izi silinməz və əbədidir.
Bu il 18 Sentyabrda dahi bəstəkarın dünyaya gəlməsinin 135 ili tamam olur. 1995-ci ildən onun doğum günü Azərbaycanın Milli Musiqi Günü kimi qeyd edilir.
Həyatdasa altmış üç il – peyğəmbər ömrü yaşadı sanki, o, Azərbaycan musiqisinin peyğəmbəri, bu xalq yaşayacaq qədər seviləcək böyük dühası...
Müəllif: Rövşən Həsənli, Dövlət Tarix Arxivinin şöbə müdiriMənbə: milliarxiv.gov.az
| ['Üzeyir Hacıbəyli', 'Üzeyir Hacıbəyli yaradıcılığı', 'Şərqdə ilk musiqili komediya', 'mədəniyyət tariximiz', 'musiqi tariximiz', 'mədəniyyətimiz'] |
132 | https://kayzen.az/blog/kulturologiya/26752/a%C4%9Facoyman%C4%B1n-m%C3%B6c%C3%BCz%C9%99l%C9%99ri.html | Ağacoymanın möcüzələri | gunelb | Kulturologiya (mədəniyyətşünaslıq) | 26 may 2021, 15:19 |
Sənət aləmində bədii proseslərin duyulası dərəcədə mürəkkəbləşdirilmiş rəmzlərlə dolu bugünkü xaotik axarında bəzən elə bir sadə və cazibədar bədii qaynaq tapılır ki, özünün ovsunlayıcı məziyyətlərinə görə tamaşaçısını heyrət və düşüncələr burulğanına sala bilir. Yaradıcılığı əsasən son qırx ili əhatə edən Seyfəddin Mənsimoğlunun (Məmmədvəliyev) təxəyyülünün nəticəsi olan ağacoyma işləri məhz belə sənət nümunələrindəndir. Özündə ağacoyma ilə xəttatlığı birləşdirən bu nümunələr zaman çərçivəsinə sığışmayan və məşhur “El sənəti el şöhrətidir” deyimini təsdiqləyən sənət möcüzələridir, desək, yanılmarıq.
Bu günlər 85 yaşını qeyd edən Seyfəddin Mənsimoğlunun bir qərinəlik yaradıcılıq yolunun başlanğıcı 1981-ci ilə təsadüf edir. Məhz həmin ildə o, ilk dəfə “Rəsmli türk ədəbiyyatı” kitabında xəttatlıq nümunələrinin sənətkar əlində hansı ecazkar görkəm aldığını görəndən sonra onda kağız üzərində olan və nəbati naxışları andıran bu ritmik xətt nümunələrini ağac üzərinə köçürmək istəyi yaranıb. Bir neçə ay ərzində o, Qurani-Kərimdən götürülmüş bir kəlamı qoz ağacından hazırlanmış lövhə (plaket) üzərində oyaraq, gözəlliyi ilə insanı valeh edən simmetrik bir kompozisiya yaratmışdır. Kompozisiyanın sağ tərəfini kəlamın ustalıqla yazılmış və ona ayrılan sahədə zərgər dəqiqliyi ilə yerləşdirilmiş orijinal-əsli, sol tərəfini isə onun tərsinə yazılmış güzgü əksi təşkil edir. İlk dəfə ictimailəşən bu əsər tamaşaçılar və sənət xiridarları tərəfindən böyük maraqla qarşılandı və Seyfəddin Mənsimoğlu haqqında orijinal bir janrın yaradıcısı kimi yüksək fikir söylədilər.
İlk uğur bu sahədə böyük təcrübəsi olmayan Seyfəddin Mənsimoğlunun mənəvi dəstəyi oldu və onu yeni yaradıcılıq axtarışlarına həvəsləndirdi. Bu nümunənin ardınca onun XVI əsrin görkəmli miniatürçü rəssamı Sultan Məhəmmədə, Azərbaycan poeziyasının korifeyləri Nizami Gəncəvi, Xaqani Şirvani, Məhsəti Gəncəvi, İmadəddin Nəsimi və Məhəmməd Füzuliyə, müdriklər müdriki Dədə Qorquda, eləcə də Nəsirəddin Tusi, Üzeyir Hacıbəyli, Əlişir Nəvai, Mirzə Cəlil, Hüseyn Cavid, Aşıq Qurbani, Şəms Təbrizi, Cəlaləddin Rumi, Şah İsmayıl Xətai və başqa görkəmli şəxsiyyətlərə həsr etdiyi ağac lövhələr yarandı.
Ağacoyma sahəsində yaradıcılığa dini kəlamın yazılışı ilə başlayan Seyfəddin Mənsimoğlu bütün yaradıcılığı boyu dəfələrlə Qurani-Kərimdən götürülmüş müqəddəs kəlamlara bədii görüntü vermişdir. Etiraf edək ki, ustad məhz dini məzmunlu işlərində kəlamların tutumuna müvafiq qeyri-adi, şaşırdıcı incəlik nümunəsi sərgiləməyə nail olmuşdur. Doğrudan da, belə işləri görəndə bir daha inanırsan ki, axıcı ritmli, dərinliyi ilə özünün işıq kölgəsini, təzadlı görüntüsünü yaradan bu ağac lövhələr dəmirlə yox, qəlbin istisi və sevgisi ilə kəsilib, bədii görkəm alıb. Bunun həqiqət olmasını isə həmin əsərlərin tamaşaçı ağlını ovsunlaması şərtləndirir...
Bütün yaradıcılığı boyu o, demək olar ki, əksər ağac növlərini “sınağa” çəkib. Qırmızı ağac, fıstıq və qoz ağaclarında düşündüklərini ifadə etməyə nail olub. Əlavə edək ki, ağaclarda maddiləşən bu ecazkar yazıların kağız üzərində ilkin variantlarının yaranmasında tanınmış xəttat Müzafəddin Əzizov ustad Seyfəddinə yardımçı olub.Seyfəddin Mənsimoğlunun adlarını çəkdiyimiz əsərlərində görkəmli şəxsiyyətlərin təkcə adları deyil, eyni zamanda onların yaradıcılıq aləmi ilə səsləşən elementlər və rəmzlər, eləcə də müxtəlif atributlar da verilir ki, bu da oyma nümunəsini daha da dolğunlaşdırır. Bu məsələdə rəssamlıq təhsili alması onun çox köməyinə çatır, desək, yanılmarıq. Təsvirlə yazının qovşağı olan bu işlər heyrətamiz zərifliyi, gözoxşayan axıcı ritmi, özünəməxsus ifadə tərzi və bədii novatorluğu ilə seçilir...
“Dədə Qorqud” əsərinin kompozisiyasını yazı ilə təsvirin uğurlu vəhdəti təşkil edir. Qoz ağacından hazırlanmış çevrə formasının mərkəzini yazı təşkil edir. Onun sağ yarısında nəfis xətlə yazılmış “Dədə Qorqud” sözü sol tərəfdə güzgü əksində də təkrarlanmışdır. Bu yazılar mərkəzdə görüntüyə gətirilmiş qopuzu əhatələyir. Kompozisiya çevrə formasının üzərindəki on üç medalyon-təsvirlə tamamlanır. Belə ki, onların mərkəzini Dədə Qorqudun, ətrafını isə eposu təşkil edən on iki boyun qəhrəmanlarının görüntüləri təşkil edir. Medalyonların arasındakı sahələrin döymə üsulu ilə işlənməsi təsvirlərin qabarıqlığını şərtləndirmişdir...
Ustadın Nizami Gəncəvi ünvanlı bir neçə əsəri də bədii həllinə görə bir-birindən fərqlənir. Onların birində – ellipsşəkilli qoz ağacının üzərində Nizami Gəncəvinin adı yazılmışdır. Güzgülü formada olan yazı açıq kitab üzərindədir. Sağ və sola açılmış kitabın aşağı hissəsinə qamışdan hazırlanmış qələmin əlavə olunması bu işin görünüşünü daha da maraqlı edir. Yazıların yuxarı hissəsini tamamlayan böyük şairimizin yan görünüşlü portreti isə qabartma üsulu ilə işlənmişdir. Ellipsin kənarında şairin hər bir əsərinə iki medalyon kəsilib dərinə salınmaqla miniatürlərdən fraqmentlər döymə üsulu ilə işlənmişdir.
Dahi söz xiridarına həsr olunmuş digər oyma nümunəsi isə ümumi formasına görə çevrə şəklindədir. Müəllifin ilk işlərindən olan bu əsər nisbətən sadə, güzgülü yazıdır. Fıstıq ağacı üzərində işlənmişdir. Hərflərin düzülüşü göz oxşayır. Bütün yaradıcılığı boyu əsərlərinin bədii-texniki həllinin təkmilləşdirilməsinə xüsusi diqqət yetirən ustadın bu oyma nümunəsində əldə etdiyi ovsunlayıcı tutumu ilk növbədə yüksək icra sənətkarlığı şərtləndirmişdir. Xətt axıcılığından qaynaqlanan ritmin bütün kompozisiyaya oynaqlıq bəxş etməsi görünəndir.
Seyfəddin Mənsimoğlunun görkəmli şairə Məhsəti Gəncəviyə həsr etdiyi kompozisiya da belə nümunələrdəndir.
Qoz ağacından hazırlanmış “Gəncəvi” sözü musiqi aləti udun üzərində, “Məhsəti” sözü isə aşağı hissəsində yarımdairəvi formada yazılıb. Udun yuxarı uzanan qolunun sol tərəfində Məhsətinin, sağ tərəfində isə həyat yoldaşı Əmir Əhmədin qabartma üsulu ilə portreti işlənmişdir. Kompozisiyanın həm də haşiyəsini təşkil edən bir qədər hündür ellipsvarı formanın üzərində isə şairənin rübailərindən biri həkk olunub...
Sənətkar dahi şairimiz Məhəmməd Füzuliyə formaca bir-birindən fərqli beş əsər həsr edib. Bu kompozisiyalarda şairin adından, portretindən və heyvan təsvirlərindən, eləcə də onun dərin məzmunlu kəlamlarından geniş istifadə olunub, son nəticədə çox dəyərli sənət əsərləri yaranıb...
Əcəmi Naxçıvaniyə həsr olunmuş əsərin ümumi formasını dahi memarın şah əsərlərindən olan onüzlü Möminə xatın türbəsinə yuxarı hissədən baxış təşkil edir. Başqa sözlə desək, güzgülü formada yazılmış “Əcəmi Naxçıvani” sözünü məhz bu çoxüzlü forma əhatələndirir. Kənar hissələrdə isə qurub-yaratmağı təqdir edən bayatı yazılmışdır...
Ustadın Mövlanə Cəlaləddin Rumi ünvanlı əsəri də maraqlı bədii həllə malikdir. Kompozisiya təkcə ellipsşəkilli formanın daxilində dahi filosofun adının tuğra şəklində yazılması ilə məhdudlaşmır. Bunu üzərində “Yallı” oynayanların siluetləri əks olunmuş ellipsin iç xəttinin hər iki tərəfdən çevrə əmələ gətirməsi şərtləndirir. Elə əsərin əsas məna-məzmun tutumu da məhz bu sahədə gerçəkləşdirilmişdir. Bunu çevrənin sağ tərəfində Mövlanənin portretinin və məqbərəsinin, sol tərəfində isə neyçalan musiqiçinin təsvirləri əyaniləşdirir...
Dahi miniatürçü Sultan Məhəmmədə həsr olunmuş kompozisiya da formaca maraq doğurur. Günbəzvarı qoz ağacı üzərində bir neçə dəfə təkrarlanan “Sultan Məhəmməd” sözləri aşağıdan başlayaraq zirvəyə doğru yüksələrək bir nöqtədə birləşir. Yazı arasındakı sahələri rəssamın işlərinin döymə üsulu ilə təqdim olunmuş fraqmentləri tamamlayır. Bu əsər Almaniyanın paytaxtı Berlindəki İslam Mədəniyyəti Muzeyinin Azərbaycan bölməsində saxlanılır...
Seyfəddin Mənsimoğlu bir çox əsərlərində ağacoymanın bədii-texniki imkanlarını genişləndirməyə də nail olmuşdur. Onun yazı nümunəsini avarlı qayığa bənzətməsi və bəzək elementləri ilə əhatələndirməsi, Şah İsmayıl Xətai dünyasını açıq vərəq üzərində portreti və qılınc-qələmlə təqdim etməsi, doğrudan da, çox təsirli və bədii məziyyətlərlə zəngin ağac görüntüləridir...
Sənətkarın hazırladığı bir neçə rəhil isə, ilk növbədə, konstruksiyalarının orijinallığı və naxış elementlərinin incəliyi ilə göz oxşayır. Rəhillərin birinin üzərinə kitab qoyulanda çevrəvarı konstruksiya sayəsində ağırlıqdan onun istiqaməti aşağıya doğru dəyişir və nəticədə onun maili vəziyyət almasına görə masa arxasında oturmaqla da, kitabı oxumaq olur. Ustad Seyfəddinin yaradıcı təxəyyülünün nəticəsi olan belə rəhillərdən biri hazırda Berlin İslam Muzeyinin Azərbaycan bölməsində, digəri isə uzun illər çalışdığı AMEA-nın Əlyazmalar İnstitutunda saxlanılır.
Azərbaycan Rəssamlar İttifaqının üzvü, respublikanın Əməkdar mədəniyyət işçisi Seyfəddin Mənsimoğlunun sənətkarlığını mütəxəssislər çox yüksək qiymətləndiriblər. O, dəfələrlə müxtəlif müsabiqələrin qalibi olub, əsərləri sərgilərdə müvəffəqiyyətlə nümayiş etdirilib. Bütün bunlar onun sənətinə və təmsil etdiyi xalqa həm də beynəlxalq şöhrət gətirib. Onun əsərlərinin Bakı, İstanbul, Berlin muzeylərində və neçə-neçə nüfuzlu şəxsi kolleksiyalarda saxlanılması da bunun təsdiqidir...
Müəllif: Ziyadxan ƏLİYEV, Əməkdar incəsənət xadimi, professorMənbə: medeniyyet.az
| ['ağacoyma', 'ağacoyma sənəti', 'Seyfəddin Mənsimoğlu yaradıcılığı', 'ağacoyma sahəsi', 'Seyfəddin Mənsimoğlu', 'kulturologiya'] |
133 | https://kayzen.az/blog/az-proza/26750/iyirmi-birinci-%C9%99srin-dramaturqu-%7C-ilyas-%C9%99f%C9%99ndiyev.html | İyirmi birinci əsrin dramaturqu | İlyas Əfəndiyev | gunelb | Azərbaycan ədəbiyyatı | 26 may 2021, 00:56 |
«Bir çox romanların və pyeslərin müəllifi olan İlyas Əfəndiyev respublikada yazıçı və dramaturq kimi xalq tərəfindən tanınmış, bəyənilmiş və sevilmişdir. Onun əsərləri Ümumittifaq oxucularına da yaxşı tanışdır.
İlyas Əfəndiyevin yaradıcılığı çoxcəhətlidir. Onun romanları, povestləri, hekayələri, pyesləri müasir həyatımızı gözəl tərənnüm edir, xalqın inqilabi mübarizəsini, Sovet hakimiyyəti illəri ərzində Azərbaycanda əmələ gəlmiş böyük dəyişiklikləri dərin və ətraflı surətdə əks etdirir.
İlyas Əfəndiyevin əsərləri həm səlis, gözəl bədii dilinə, həm dərin məzmununa görə, həm də yüksək sənətkarlığına görə fərqlənir, oxucuya böyük estetik təsir bağışlayır. Onun kitablarında həm körpüsalanların çətin işi, həm neftçilərin qəhrəmanlıq əməyi, həm müasir kəndin həyatı, həm də Azərbaycan ziyalıları arasında mənəvi-psixoloci proseslər inandırıjı şəkildə və dərindən əks etdirilmişdir. Öz yaradıcılığında yazıçı cəmiyyətimizin mənəvi təşəkkülünü və inkişafını diqqətlə izləyir, onun mənasını açıb göstərir, bugünkü həyatımız üçün də, gələcək həyat üçün də nümunə olan adamların parlaq obrazlarını yaradır. O öz sənətkarlığı ilə zəhmətkeşlərin mənəvi tərbiyəsində fəal iştirak edir».
Heydər ƏLİYEV
"İlyas Əfəndiyev klassik ədəbi fikrin böyük ənənələri zəminində öz üslubunu yaradan sənətkar kimi xalqımızın söz sənəti xəzinəsinə dəyərli töhfələr vermişdir. Yazıçının bədii nailiyyətlərlə zəngin irsi ədəbiyyatımızda yeni mərhələnin təşəkkülünə səmərəli təsir göstərmişdir. Azərbaycan teatr səhnəsinin müasir simasının formalaşmasında İlyas Əfəndiyev dramaturgiyası özünəməxsus əhəmiyyətli yer tutur".
İlham ƏLİYEV
İlyas Əfəndiyevin şəxsiyyəti, ədəbi və dramaturji yaradıcılığı əsərlərinin teatr təcəssümü və onlardan qaynaqlanan mətləblər, şəksiz ki, bu gün "İlyas Əfəndiyev dramaturgiyası«na məhz yeni elmi konsepsiyaların araşdırma üsulları ilə yanaşmaq imkanı verir.
Təbii ki, XX əsrin II yarısında Azərbaycan ədəbiyyatının öndər simalarından sayılan, sağlığında ikən „canlı klassik“ deyilib çağırılan, milli dramaturgiya məktəbinin davamçısı qüdrətli qələm ustası İlyas Məhəmməd oğlu Əfəndiyevin ədəbi-bədii fəaliyyətinin bütün təzahürlərini kiçik bir məqalə çərçivəsində əhatələmək mümkünsüzdür. Ona görə ki, İlyas Əfəndiyev çoxsaylı hekayələrlə, povestlərlə, irihəcmli romanlarla, Azərbaycan milli dramaturgiyasının yaraşığına çevrilmiş pyeslərlə yanaşı, həm də miqdarı yüzlərlə hesablanan elmi-tənqidi, filoloji, kulturoloji məqalələrin, publisist yazıların, resenziyaların müəllifi olmuş, respublikada teatrın yaşam ritmini, teatr prosesini tənzimləmək qüdrətinə malik sənətkar səviyyəsinə yüksələ bilmişdi.
Lakin ən önəmlisi budur ki, onun əsərləri yalnız Azərbaycan oxucularına və seyrçilərinə yox, həmçinin dünya xalqlarının ədəbiyyatsevər nümayəndələrinə də yaxşı məlumdur. Müəllifin nəsrinin və dramaturgiyasının əcnəbi dillərə tərcümə tarixi keçən əsrin 50-ci illərindən başlayır. İlyas Əfəndiyev yaradıcılığının işığını, poetikasını, bədii-estetik siqlətini, İlyas Əfəndiyev dünyasının mənəvi parametrlərini bütövlükdə özündə əks etdirən ən bariz, xarakterik örnəklər ingilis, rus, alman, tacik, ispan, fransız, çex, eston, slovak, Litva, gürcü dillərində nəşr olunub. Hətta kumık ədəbiyyatında da İlyas Əfəndiyevin tərcümə edilmiş əsərləri özünə layiqli yer alıb.Azərbaycan müstəqillik qazandıqdan sonra isə İlyas Əfəndiyev, sözün əsl mənasında, dünya masştabında, dünya çapında tanınan bir yazar, şöhrətli bir dramaturq olub.
İlyas Əfəndiyevin yazdığı 20 pyesdən düz 19-u Azərbaycanın və eləcə də dünyanın müxtəlif teatrlarının səhnəsində uğurla oynanılıb. Azərbaycan Milli Dram Teatrının müasir tarixi isə birbaşa şəkildə onun adı ilə bağlıdır. İlyas Əfəndiyevin bu teatrın səhnəsində son 50 il ərzində tamaşaya hazırlanmış „İşıqlı yollar“ (1947), „Bahar suları“ (1948), „Atayevlər ailəsi“ (1954), „Sən həmişə mənimləsən“ (1964), „Unuda bilmirəm“ (1968), „Məhv olmuş gündəliklər“ (1969), „Mahnı dağlarda qaldı“ (1972), „Qəribə oğlan“ (1973), „Xurşidbanu Natəvan“ (1981), „Büllur sarayda“ (1983), „Bizim qəribə taleyimiz“ (1988), „Sevgililərin cəhənnəmdə vüsalı“ (1989), „Hökmdar və qızı“ (1994) kimi pyesləri çağdaş teatr təfəkkürünün inkişafına güclü təsir göstərib. Məhz lirik-psixoloji dram janrının nəzəri-estetik prinsipləri, bədii qayəsi bu pyeslərin poetikası və arxitektonik quruluşu əsasında ədəbiyyatşünaslıq və teatrşünaslıq tərəfindən müəyyənləşdirilərək öyrənilir.
»Sən həmişə mənimləsən" (1964) pyesi müəyyən bir dövrün, epoxanın, zamanın simvoludur, rəmzidir, 60-cı illərin məişət romantikasının, lirik-psixoloji münasibətlər şəbəkəsinin güzgüsüdür, adi insan yaşantılarının teatral poeziyasının ifadəsidir. Bu pyes dünyanın 60-cı illər mənzərəsində azərbaycanlı mənəviyyatını, türk əxlaqını əks etdirən bədii bir sənəddir.
Müasir azərbaycanlı psixologiyasının ekzistensional mündəricəsinin öyrənilməsi yolunda ilk bələdçi məhz «Sən həmişə mənimləsən» pyesidir. Bunlardan əlavə, «Sən həmişə mənimləsən» pyesi Azərbaycan teatr mədəniyyətində yeni estetik mərhələnin başlandığını müjdələyib, yeni rejissuranın, yeni aktyor ifaçılığının meydana gəlməsini şərtləndirib, Azərbaycan milli dramaturgiyasının çağdaş axtarışlarının dəyərli təzahürü kimi əlamətdar olub, teatrımızın həm repertuar siyasətinin istiqamətlənməsinə kömək edib, həm də onun sonrakı inkişafı üçün mühüm estetik koordinatları müəyyənləşdirib. Elə 1964-cü ildəcə bu pyes əsasında hazırlanan tamaşanın fantastik uğuru onu müasir Azərbaycan teatrının özünəməxsus «Qağayı»sına çevirdi. İlyas Əfəndiyevin Azərbaycan teatr mədəniyyəti qarşısındakı təkcə bu xidməti imkan verir ki, böyük dramaturji istedada malik bu şəxs xalq tərəfindən mütəmadi şəkildə anılsın, xatırlansın, yad edilsin. Müəllifin pyeslərinin uğurlu səhnə taleyini Azərbaycan teatr tarixində konkret bir dönüş, konkret bir mərhələ olduğunu dərk edən teatrşünaslıq isə "İlyas Əfəndiyev teatrı" terminini elmə daxil edir. "İlyas Əfəndiyev teatrı" anlayışında 60-cı illərdə Azərbaycan teatr poetikası, Azərbaycan teatrının bədii-estetik prinsiplər cədvəli öz əksini tapır.
Azərbaycan milli teatrını proses kimi götürdükdə, hətta onun təsisatlı (institusional) mərhələsini belə donmuş, statik hadisə kimi deyil, zaman içində bir hərəkət kimi təhlil etməyi tərcih edirəm. Bu mənada, Azərbaycan teatrında konkret zaman kəsiyində İlyas Əfəndiyev amilini və ya fenomenini məhz prosesimizin əbədi hərəkəti kontekstində araşdırmaq məqamı yetişibdir. Obrazlı desək, "İlyas Əfəndiyev fenomeni«ni açıqlamaq üçün Jül Vernin məşhur romanındakı Kapitan Nemonun sualtı qayığının devizini xatırlamaq yerinə düşər: „Hərəkətli hərəkətdə“.
Yeni elmi düşüncənin əsaslarında duran Kvant fəlsəfəsi qeyri-səlis məntiqlə izah olunur, açılır və fövqəladə yeni, gözlənilməz qənaətlərə gəlməyə imkan verir. Çağdaş elmdə məhz bu yeni açılan perspektivlər məni İlyas Əfəndiyevin yaradıcılığını ənənəvi ədəbiyyatşünaslıq və ənənəvi teatrşünaslıq mövqeyindən deyil, „Zaman içində dalğa“ fenomeni kimi araşdırmağa sövq etdi. Odur ki, bununla bağlı tezisləri bəyan edərək, mətləbə keçməzdən öncə bir şeyi tam əminliklə və tam məsuliyyətlə demək istəyirəm:
İlyas Əfəndiyevin şəxsiyyəti, ədəbi və dramaturji yaradıcılığı, əsərlərinin teatr təcəssümü və onlardan qaynaqlanan mətləblər heç şəksiz ki, „İlyas Əfəndiyev dramaturgiyası“na bu gün məhz yeni elmi konsepsiyaların araşdırma üsulları ilə yanaşmaq imkanı verir. Ən əvvəl ona görə ki, bu görkəmli yazar yaşadığı dövrün, yəni onun payına düşən zaman kəsiyinin demək olar ki, əksəriyyətinin bədii-estetik, fəlsəfi, mənəvi-əxlaqi inikasını yaradıb və bu inikas, yəni pyeslərinin səhnə təcəssümü müasirlərinin düşüncə-duyğularını formalaşdırıb. Bu fakt aksiomadır və mən elmi düşüncələrimdə bundan çıxış edirəm.
Üzərində çalışdığım konsepsiyanın I tezisini bəyan edirəm:
İnsan varolmasının dördüncü ölçüsü, boyutu olan Zaman özü-özlüyündə paradokslardan və fenomenlərdən ibarətdir. Zamanın bir neçə təzahür formaları var. Bunları düşündükcə, çox tez dəqiq elmi düşüncədən bədii-yaradıcı düşüncəyə keçməli olursan. Fiziki zaman, astronomik zaman, təqvimi zaman, psixoloji zaman nisbi (relyativ) zaman, fərdi zaman, mücərrəd zaman. Paradoks elə burdan başlayır ki, bütün bu sadalanan anlayışlar bir sözdə-hamının rahatca istifadə etdiyi Zaman, vaxt söz-anlayışında birləşir. İstənilən sənət fenomenini məhz və yalnız Zaman anlayışını paradoks kimi qəbul edəndə cüzi də olsa, anlamaq mümkün olur.
»İlyas Əfəndiyev fenomeni«ni açıqlamaq üçün quraşdırdığım bir sillogizmi təqdim edirəm:
1. İlyas Əfəndiyev mədəniyyət və incəsənətimizin fenomenidir.
2. Bu fenomen artıq paradoks kimi qəbul etdiyimiz Zamana məxsusdur. Deməli, İlyas Əfəndiyevin özünü, yaradıcılığını, konkret əsərlərini və bütövlükdə əhəmiyyətini paradoks çərçivəsində araşdırmaq lazımdır.
Nəzərə alınsa ki, „paradoks“ sözünün lüğəti mənası ilk baxışdan qəribə olan nə isə deməkdir, aydın olmalıdır ki, İlyas Əfəndiyev irsinə bu rakursdan yanaşma da yalnız ilk baxışdan qəribə kimi dəyərləndirilə bilər.
İlyas Əfəndiyevin dramaturji əsərlərinin adlarına müraciət edib, onları təklif etdiyim rakursdan analiz etmək kifayətdir ki, irəlidə açılan yeni məzmunların məna tutumunu açıq görək. Misal: „Sən həmişə mənimləsən“ və yaxud „Boy çiçəyi“ (əbədi zaman), „Məhv olmuş gündəliklər“ (yazıya həkk edilmiş günlər), „Unuda bilmirəm“ (yaddaş zamanı), „Bizim qəribə taleyimiz“ (mistik zaman), „Atayevlər ailəsi“ (nəsillər-zaman), „Sevgililərin cəhənnəmdə vüsalı“ (infernal (o tay) zaman), „Büllur sarayda“ (dondurulmuş zaman) və s.
Mən bütün pyesləri sadalamayacağam, məncə, aydındır ki, bu əsərlər göstərdiyim aspektdən təhlil üçün son dərəcə səmərəlidir.
I tezis: Hamıya məlumdur ki, İlyas Əfəndiyev parlaq ədəbi debütünə rəğmən (roman və s.) özünü dramaturgiyaya həsr edən və sözün bu mənasında ötən əsrin ikinci yarısında yeganə xalis dramaturqdur. O da məlumdur ki, dramaturji əsərin bütün məziyyətləri, ideya və duyğuları teatr səhnəsinin konkret zaman-məkanında realizə olunur. Bu baxımdan məni maraqlandıran ikinci məsələ „İlyas Əfəndiyev fenomeni“nin xronotop, yəni zaman-məkan vəhdətinin göstəriciləridir. Bu göstəriciləri müəyyənləşdirmək birinci məsələdən nisbətən asandır. Çünki İlyas Əfəndiyevin dramaturgiyasında bədii düşüncəmizdə mövcud olan xronotopların əksəriyyəti (kənd, şəhər, dağ, aran, meşə, kabinet və s.) öz əksini tapır. Mən əminəm ki, İlyas Əfəndiyevin dramaturgiyasındakı xronotop məsələsinə müxtəlif rakurslardan yanaşılma məhsuldar olan teatrşünaslıq problemidir.
II tezis bilavasitə İlyas Əfəndiyevin yaradıcılıqla məşğul olduğu konkret tarixi dövrlə bağlıdır. XX əsrin ikinci yarısında Azərbaycanda, SSRİ-də və dünyada baş verən mənəvi xassəli problemlər İlyas Əfəndiyevin dramaturgiyasında öz əksini tapıbdır. Sirr deyil ki, bu dövrdə zatən istedadlı və ləyaqətli sənətkarlar, obrazlı desək, „düz sözü“ ya zarafata salıb deyirdilər, ya da dövr haqqında deyilən düz sözü qorumaqdan ötrü onun ətrafında yayındırıcı şirmalar qururdular. İndi dövr yetişib və biz İlyas Əfəndiyevin dramaturji əsərlərində quraşdırıcı şirmaları aradan götürüb, əsərlərinin „xalis mahiyyəti“ni, dərin fəlsəfi mənalarını adekvat, yəni necə var açıqlaya bilərik. Sözügedən bu əməliyyatların nəticəsində əminəm ki, oxucu-tamaşaçıların gözü qarşısında hardasa yeni, bəlkə də gözlənilməz İlyas Əfəndiyev canlanacaq. İlyas Əfəndiyevin əslində gələcəyə ünvanlandırdığı mesajlar bu gün həssaslıq və dəqiqliklə qəbul edilməkdədir.
İlyas Əfəndiyevin nəsri də Azərbaycan ədəbiyyatının zirvələrindən biridir. O, „Söyüdlü arx“ (1958), „Körpüsalanlar“ (1960), „Dağlar arxasında üç dost“ (1963), „Sarıköynəklə Valehin nağılı“ (1978), „Geriyə baxma, qoca“ (1980), „Üçatılan“ (1981), „Qaçaq Süleymanın ölümü“ (1993), „Xan qızı Gülsənubərlə tarzən Sadıqcanın nağılı“ (1996) kimi əsərlərilə Azərbaycan nəsrinin inkişafını yeni mərhələyə yüksəltmişdir. İlyas Əfəndiyevin ədəbi-bədii irsi XX əsr azərbaycanlısının təfəkkürünün, düşüncələrinin, psixologiyasının, ictimai-sosial həyatının, məişətinin, yaşantılarının, duyumlarının aynasıdır, problemlərinin, ağrı və acılarının, iztirablarının, iftixarının və günahının arxividir, öyrənc yeridir. Rəsmi şəkildə 1939-cu ildən ədəbiyyata gələn müəllif ta ölümünə qədər yazıb-yaratmış, qələmini yerə qoymamışdır. Odur ki, İlyas Əfəndiyev haqlı olaraq ədəbiyyatımızın fəxri sayılır. Təsadüfi deyil ki, bu gün İlyas Əfəndiyevin nəsri, dramaturgiyası, teatr fəaliyyəti barəsində ədəbiyyatşünaslıqda və teatrşünaslıqda yazılmış məqalələri, resenziyaları, esseləri, bədii-publisistik oçerkləri, elmi tədqiqat araşdırmalarını bir yerə toplayıb bir ayrıca kitabxana yaratmaq mümkündür. Belə yazıların sayı 1000-i keçmişdir və maraqlısı budur ki, İlyas Əfəndiyevin zəngin bədii irsinin öyrənilməsi və tədqiqatı hələ də davam edir...
Bir daha vurğulamaq istəyirəm ki, indi dövr yetişib və biz İ.Əfəndiyevin əsərlərində quraşdırıcı şirmaları aradan götürüb, onların „xalis mahiyyəti“ni, dərin fəlsəfi mənalarını adekvat, yəni necə var açıqlaya bilərik. Amma onu da etiraf edim ki, bu, istər teatrşünas, istərsə də rejissorlar üçün o qədər də sadə əməliyyat deyil...
Azərbaycan teatrında ilk dəfə bu mürəkkəb sənət əməliyyatını Azər Paşa realizə etdi və Yeni Zamanın tamaşaçılarını gözlənilməz İlyas Əfəndiyevlə (klassikin gücü də hər dəfə yeniləşməyə qadir olması ilə ölçülür!) görüşdürə bildi. Sözügedən görüş, söylədiyim kimi, İlyas Əfəndiyev dünyasının mənəvi parametrlərini bütövlükdə özündə əks etdirən „Boy çiçəyi“ (ikihissəli lirik dram) tamaşası kontekstində baş verdi. Azər Paşa parlaq teatr hadisəsinə çevrilən bu tamaşası ilə bir daha təsdiqlədi ki, İlyas Əfəndiyevin şəxsiyyəti, ədəbi və dramaturji yaradıcılığı, əsərlərinin teatr təcəssümü və onlardan qaynaqlanan mətləblər onun dramaturgiyasına məhz yeni teatr konsepsiyalarının üsulları ilə yanaşmaq imkanı verir. Gəlin görək, milli dramaturgiyamızın yaraşığına çevrilən bu pyes Azər Paşa kimi qüdrətli rejissorun yeni zamanı güzgüləyən teatr düşüncəsini necə qidalandırdı?
Şəksiz ki, „Boy çiçəyi“ pyesi insan varolmasının dördüncü ölçüsü olan zaman və onu güzgüləməyi bacaran rejissor üçün cazibəli görünməyə bilməzdi. 1964-cü ildə ustad rejissorumuz Tofiq Kazımov tərəfindən hazırlanan „Sən həmişə mənimləsən“ tamaşasının əfsanəvi uğurunun bu günə qədər əsl sənət nümunəsi şöhrətini itirməməsi və onun müasir Azərbaycan teatrının həm özünəməxsus „Qağayı“sına, həm də ətrini əbədi qoruyan boyçiçəyinə çevrilməsi faktı da, görünür ki, Azər Paşanı cəlb edən „sirlər“dəndir. Görünür ki, sadaladığım və yaxud sadalaya bilmədiyim bir çox mətləbləri, gizli qatları ilə „Sən həmişə mənimləsən“ Azər Paşanı cəlb etdi və o „İlyas Əfəndiyev fenomeni“ni milli teatr prosesinin əbədi hərəkət kontekstində araşdırma məqamının yetişdiyini duydu… Beləliklə də, Azər Paşanın rejissor düşüncəsi artıq paradoks kimi qəbul etdiyimiz Zamana məxsus olan „İlyas Əfəndiyev fenomeni“ni „Boy çiçəyi“ müstəvisində (əbədi zaman), irəlidə açılan yeni məzmunların məna tutumu kontekstində görümlü etməyə yönəldi...
XXI əsr, Akademik Milli Dram Teatrı, 2 noyabr 2011-ci il. Tamaşanın müəllifi, rejissoru və rəssamı Azər Paşa Nemət. Yeni „Boy çiçəyi“ əfsanəsinin yaranma tarixi...
Pyes iki dəfə doğulur: bir yazıldığı gün, bir də ki, premyera günü… Nə qədər özümüzü inandırsaq da ki, pyes teatrsız, səhnəsiz də yaşaya bilər, görünür, bu inamımız özümüzü aldatmaq istəyindən doğur.
2 noyabr 2011-ci il biz milli teatrımızda „Sən həmişə mənimləsən“in 1964-cü ildən sonrakı ikinci möhtəşəm doğuluş tarixini qeydə aldıq (hərçənd ki, bu pyes həm milli, həm də xarici rejissorlar tərəfindən dəfən-dəfən səhnələnib...).
»Sən həmişə mənimləsən" pyesi Azər Paşanın quruluşunda özünün teatral — zaman «geyimi»ni sonsuzluğa qədər dəyişmək potensialını bir daha ortalığa qoydu… XXI əsr öz yeni teatr qanunlarını diktə etdi və Azər Paşa çağdaş teatr mədəniyyətinin və sənətkar şəxsiyyətinin (həm rejissor, həm də aktyor) masştabının inkişaf dərəcəsini parlaq büruzə verən bu tamaşada özünün düşüncə-konsepsiyasını dəqiq rəsm edən rejissor qrafikasını da sərgiləyə bildi.
Beləliklə də, Azər Paşanın və aktyorların səmimi, sevgi dolu münasibəti yeni, naməlum, haradasa daha sərt İlyas Əfəndiyevi XXI əsrə gətirdi və beləliklə də, «Sən həmişə mənimləsən»ə («Boy çiçəyi») ikinci dəfə əsl teatral yanaşma, yozum baş verdi.
İnanıram ki, Azərbaycan teatrı XXI əsrdə İlyas Əfəndiyev dramaturgiyasına əsl teatral yanaşmaları ilə teatr tariximizi zənginləşdirməkdə davam edəcək... Müəllif: Məryəm ƏlizadəMənbə: edebiyyatqazeti.az
| ['dramaturqu İlyas Əfəndiyev', 'İlyas Əfəndiyev', 'Azərbaycan teatrı', 'Azərbaycan Milli Dram Teatrı', 'İlyas Əfəndiyevin nəsri', 'İlyas Əfəndiyevin şəxsiyyəti', 'İlyas Əfəndiyevin dramaturji yaradıcılığı'] |
134 | https://kayzen.az/blog/kitab/26740/xo%C5%9Fb%C9%99xt-xatir%C9%99l%C9%99r-s%C9%99n%C9%99ti.html | Xoşbəxt xatirələr sənəti | gunelb | Kitablar və mütaliə | 21 may 2021, 23:44 |
Baş verənlərə şükür etməli olduğumuz bir neçə müsbət səbəb var. Onlardan biri də sonraya buraxılan kitabları oxumaqdır. Beləliklə, Mayk Vikinqin «Xoşbəxt xatirələr sənəti» kitabına əlim çatdı və xatırladığım şeyləri düşünməyə başladım.
Daha aydın desək, kitabın müəllifi Kopenhagendəki Xoşbəxtlik Tədqiqatı İnstitutunun rəhbəridir. Yenidən oxuyun! Xoşbəxtlik Tədqiqat İnstitutu! Coşqu və koronavirus depressiyası həyəcan ilə anidən Danimarkaya köçməyi düşünənlərin vaxtına qənaət edib bildirim ki, – currently no job offers available. Bu institutun komandası insanların nələr hiss etdiklərini, həyatlarında nəyi xatırladıqlarını, insan xoşbəxtliyinin necə formalaşdığı və ümumi olaraq nədən ibarət olduğunu araşdırır. Hygge və Lykke kitablarını çoxdan oxumuşam. Bu kitabda təsvir olunanlar və gündəlik həyatım arasında o qədər bənzərlik tapdım ki, o vaxtdan bəri ümumiyyətlə özümü bir az danimarkalı kimi hesab edirəm. Hygge – onların həyat tərzini müəyyənləşdirən rahatlıq məmnuniyyəti fəlsəfəsini təcəssüm edən sözdür. Bu söz danimarkalılar və bu haqda danışılan kəslər arasında o qədər çox istifadə olunur ki, artıq hygge sözünü ingilis dilində fel kimi istifadə etmək olar. Lykke – daha geniş bir anlayışdır, danimarkalıları olduqca xoşbəxt etdiyini müəyyənləşdirən 6 əsas amililəri ilə bu söz dan dilində «xoşbəxtlik» kimi tərcümə olunur (beynəlxalq ekspertlər Danimarkanı 2013, 2016 və 2018-ci illərdə ən xoşbəxt millət olaraq qəbul ediblər).
Daha aydın desək, kitabın müəllifi Kopenhagendəki Xoşbəxtlik Tədqiqatı İnstitutunun rəhbəridir. Yenidən oxuyun! Xoşbəxtlik Tədqiqat İnstitutu! Coşqu və koronavirus depressiyası həyəcan ilə anidən Danimarkaya köçməyi düşünənlərin vaxtına qənaət edib bildirim ki, – currently no job offers available. Bu institutun komandası insanların nələr hiss etdiklərini, həyatlarında nəyi xatırladıqlarını, insan xoşbəxtliyinin necə formalaşdığı və ümumi olaraq nədən ibarət olduğunu araşdırır. Hygge və Lykke kitablarını çoxdan oxumuşam. Bu kitabda təsvir olunanlar və gündəlik həyatım arasında o qədər bənzərlik tapdım ki, o vaxtdan bəri ümumiyyətlə özümü bir az danimarkalı kimi hesab edirəm. Hygge – onların həyat tərzini müəyyənləşdirən rahatlıq məmnuniyyəti fəlsəfəsini təcəssüm edən sözdür. Bu söz danimarkalılar və bu haqda danışılan kəslər arasında o qədər çox istifadə olunur ki, artıq hygge sözünü ingilis dilində fel kimi istifadə etmək olar. Lykke – daha geniş bir anlayışdır, danimarkalıları olduqca xoşbəxt etdiyini müəyyənləşdirən 6 əsas amililəri ilə bu söz dan dilində «xoşbəxtlik» kimi tərcümə olunur (beynəlxalq ekspertlər Danimarkanı 2013, 2016 və 2018-ci illərdə ən xoşbəxt millət olaraq qəbul ediblər).
Beləliklə, üçüncü kitabda xatirələr sənəti ilə yanaşı musiqinin, qoxunun, dadın və hətta rəngin bizi həyatımızın bəzi dövrlərinə necə və niyə qaytara biləcəyi, eyni zamanda yaşam prosesində bizdə müsbət hisslər oyadan hər şeyə diqqət yetirməyin nə qədər vacib olduğu təsvir edilir. Kitabda mənim üçün bir az kədərli görünən şey «reminissensiya effekti» (reminiscence effect) – müəllifin özü bu mürəkkəb termini Brüs Sprinqstinin «Glory Days» mahnısını dinləməklə əvəz etməsini təklif edir. O, araşdırmalara görə, yaşlı insanlardan ən yaxşı xatirələrini soruşduqda onlar 15-30 yaş arasındakı həyat dövrü haqqında danışdıqlarını bildirir. Bu yaxınlarda 40 yaşı olan Viking kitabda özünə bir sual verir və 31 yaş ilə müqayisədə 21 yaşı olduğu ili xatırlamağa çalışır. Hana ilə səyahət hekayələri, Heminqueyin Parisdəki evlərinə ziyatətləri ilə dolu və ya bağban kimi çalışdığı 21 yaş xatirələri 3 səhifəyə qədər uzandı. O, təkcə o yerləri deyil, otel otağında asılmış rəsmi, otelin dalanında bir kafedə hər səhər yeməyində içdiyi qəhvənin neçəyə olduğunu və əlavə qazanc üçün çalışdığı zaman biçdiyi otun qoxusunu belə xatırlayır.31 yaşında isə yalnız çox çalışdığını xatırlayır və sadəcə Dövlətlərarası iqlim dəyişikliyi konfransındakı bir elmlər doktoru ilə yalnız maraqlı bir dialoqu. Tərcümə edərkən dialoqun yumoru itir, ona görə də bu dialoqu olduğu kimi kopyalayıram, amma bundan əvvəl konfransın Kopenhagenin şimalında yerləşən «Hamlet Sarayı» kimi də tanınan Kronborg sarayında keçirildiyini qeyd etmək istəyirəm.
— “Do you know where the bathroom is?" Dr Pachauri asked me
— “I'll show you, it's in the courtyard. There is only one toilet in the entire castle"
— «Hmm» he said. «Only one toilet in the entire castle — really?»
— «Yes»
— «Do you think maybe Hamlet was misquoted?»
-«Why?»
— «Maybe he said, „To pee — or not to pee — that is the question“
Söhbət maraqlıdır, amma 2009-cu ildə xatırladığı yalnız bunun olduğu mövzusuna qayıdaq. Görünür, elə buna görə həyatın keyfiyyətli xatirələrini necə toplamaq barədə 300 səhifəlik məsləhətlər yazmağa qərar verib. Oxucumun neçə yaşından asılı olmayaraq, bu gün bu haqda düşünməyinizi xahiş edirəm – keçən həftədən, keçən ildən və ya məktəbi bitirdikdən sonra nəyi xatırlayırsınız? Danimarkalı Vikingin fotolardan savayı bizi (nəinki daha çox, həm də daha parlaq xatırlamaq istəyənləri) sevindirən hekayələri bir-birimizə danışmaq, həmin günü xatırladan əşyaları toplamaq, daha çox yeni şeylər sınamaq – çünki ilk duyğular ən yaddaqalan olur – və ən başlıcası gələcək xatirələrinizi yaratmaq barədə tövsiyələrinə də diqqət yetirməyinizi xahiş edirəm. Vinni Puxu o, XX əsrin filosoflarından biri hesab edir və ondan sitat gətirir: „siz xatirələr yaratdığınızı dərk etmirsiz, sadəcə bundan zövq alırsınız“.
Müəllif: Zeynəb Cahan
Mənbə: nargismagazine.az
| ['Meik Wiking', 'kitab', 'kitablar haqqında', 'xoşbəxt xatirələr sənəti kitabı'] |
135 | https://kayzen.az/blog/edebiyyat/26727/az%C9%99rbaycan-povestind%C9%99-isi-m%C9%99likzad%C9%99-s%C9%99hif%C9%99si.html | Azərbaycan povestində İsi Məlikzadə səhifəsi | gunelb | Ədəbiyyat | 17 may 2021, 00:50 |
Get-gedə «romanın özünü belə sıxışdıran» povest 60-70-ci illərin nəsr prosesinin aparıcı qüvvəsinə çevrildi. Azərbaycan povesti Azərbaycan gerçəkliyinin reallığını əks etdirdi — o reallıq ki, nəsrimizdə «müsbət qəhrəmanlar»ı sıravi, adi qəhrəmanlar əvəz etməyə başladı, bədii fikir insanın istehsalat, kolxoz, fabrik fəaliyyətinə deyil, daha çox məişətinə, gündəlik qayğılarına, intim hisslərinə yönəldi, fərdi insan taleləri nəsrin ümumi mənzərəsində daha çox görünməyə başladı. Cəmiyyət, xalq məfhumları bu fərdi talelərdə öz əksini tapdı, damlada dərya əks olunduğu kimi..
Əlbəttə, A.Hüseynovun doğru qeyd etdiyi kimi, povestə bütün ədəbi nəsillərin nümayəndələri müraciət edirdi. Amma o dövrdə povestin istər kəmiyyət, istərsə də keyfiyyət baxımından yükü «altmışıncılar»ın və onların yaxın sələflərinin üzərində idi — İsa Hüseynovun, Sabir Əhmədlinin, Əkrəm Əylislinin, Anarın, Elçinin, İsi Məlikzadənin, Sabir Süleymanovun, Sabir Azərinin, Maqsud İbrahimbəyovun, Rüstəm İbrahimbəyovun, Mövlud Süleymanlının, Seyran Səxavətin, Məmməd Orucun, Afaq Məsudun, Natiq Rəsulzadənin, Tahir Hüseynovun. 60-70-ci illər yaradıcılığı məhz onların yazdığı povestlərdə daha çox diqqəti cəlb elədi… Təbii ki, bu sənətkarların hər biri fərqli və özünəməxsus yaradıcılıq xüsusiyyətləri ilə seçilir, amma onları birləşdirən məqamlar da az deyil. Bu yazıda mən Azərbaycan povestinin İsi Məlikzadə səhifəsindən qısaca söz açacağam.
İsi Məlikzadə XX əsr Azərbaycan nəsrində hansı yenilikləri və orijinallığı ilə seçilir və bu gün, artıq nəsrimizin yeni bir inkişaf prosesində ondan nəyi öyrənməliyik?
...İsi Məlikzadənin öz povestlərində yaratdığı obrazlar «müsbət qəhrəman» sxeminə uyğunlaşmırdılar. Qaçay («Evin kişisi»), Umud («Quyu»), Qərib («Yaşıl gecə»), Xəlil («Küçələrə su səpmişəm»), Nurcabbar («Dədə palıd»), Orxan («Gümüşgöl əfsanəsi») «müsbət qəhrəman»a məxsus olan mübarizlikdən, döyüşkənlikdən, qələbə əzmindən uzaq obrazlar kimi təqdim edilmişdi. O dövrün bir sıra tənqidi məqalələrində müəllifi təqsirləndirirdilər ki, İsi Məlikzadə niyə bu obrazlara qətiyyətlilik, mübarizlik aşılamır? Halbuki, İ.Məlikzadə «xarakterin öz həqiqətinə, məntiqi inkişafına sadiq qalırdı» (A.Hüseynov). Yəni demək istəyirdi ki, həyatda bu cür insanlar da var, onlar daxilən safdırlar, mənən cılız deyillər. İsi Məlikzadə onlara süni şəkildə «müsbət qəhrəman» pasportu, «mübarizlik» vəsiqəsi bəxş etməmişdir. Məsələ burasındadır ki, bu təmiz mənəviyyatlı insanlar həyatın özündə istənilən qədərdi, sadəcə, onları ədəbiyyata gətirmək lazımdır və digər «altmışıncılar» kimi İsi Məlikzadə də bu missiyanı yerinə yetirdi. İsi Məlikzadə xarakter ustası idi. Onun povestlərində yaddan çıxan, oxuduqdan sonra unudulan obrazlar nəzərə çarpmır. Götürək «Quyu» povestini. İsinin təsvir etdiyit insanlar — Umud, Məcid kişi, kolxoz sədri Xalıvq, onun arvadı Əsli, qızı Solmaz, qoca anası və bu ailəyə məhrəm orlan Piri obrazları son dərəcə təbiidirlər. Elçin Əfəndiyev «Quyu» müəllifinə məktub göndərmişdi və həmin məktubda yazırdı: «Bu məktubun əsas səbəbi Sizin „qazdığınız“ „Quyu“dur və lap əvvəldən deyim ki, yaxşı „quyu“ qazmısınız, suyunun „mət kimi şipşirin, göz yaşı kimi dumduru“ olması barədə bir söz deyə bilmərəm, amma bu quyu bədii-psixoloji mənada gələcəyin daha dərin „Quyu“larından xəbər verir. Sizin yaradıcılığınızdakı inkişafı, bədii-estetik kamilliyə doğru keyfiyyət dəyişikliyini əyani şəkildə göstərir». Bədii-estetik kamillik deyəndə, Elçin müəllim povestdə təsvir olunan obrazların həyat həqiqəti ilə necə səsləşdiyini nəzərə çarpdırırdı, İ.Məlikzadənin təhkiyeyi-kəlamındakı məxsusiliyə, dilinin səlisliyinə xüsusi önəm verirdi.
Öncə qeyd etdim ki, İsi Məlikzadə yaratdığı obrazlara «mübarizlik vəsiqəsi» bəxş etməyib, elə «Quyu»da Umud səviyyəcə, anlaq tərzi etibarilə mübariz deyil və bunu heç ondan tələb eləmək də doğru deyil, lakin onun içindəki saflıq, mənəvi təmizlik son anda mühüm bir qərar qəbul etməsinə gətirib çıxarır. "İçini sızıldadan o qəribə qorxunun səbəbini Umud anlamağa çalışırdı. Solmazı itirmişdi. Solmaza olan məhəbbətini itirmişdi, birdən-birə, qəflətən. Daha onu qarşıda böyük, xoş əzablar gözləmirdi. Umud özünü bir boşluqda, bir heçlikdə sandı. Qəhərlənə-qəhərlənə fikirləşdi ki, Solmaz doğrudan da onun arvadı ola bilər. Əsli öz qızını yola gətirib onun evinə köçürə bilər, ancaq belə asan, hazır məhəbbət Umudun nəyinə gərəkdir?".
Deyirlər, yazıçı çox zaman əsərlərində təsvir etdiyi obrazlara öz həyatından, nəsə qatır, öz obrazını yaratmağa çalışır. Elə yazıçılar da var ki, avtobioqrafik əsərlər yazır və keçdiyi ömür yolunu nəql edir. İsi Məlikzadənin heç bir avtobioqrafik povesti, ya romanı yox… Amma...
«Qəribin sinəsi od tutub yandı. Qərib iki əlini də sinəsinə qoydu, böyrü üstə uzanıb, iriləşmiş gözlərini Aya zillədi, indi Ay da yamyaşıl olmuşdu». İsi Məlikzadənin «Yaşıl gecə» povesti bu sonluqla bitir və biz povestin qəhrəmanı Qəribin tənha ölümünün şahidi oluruq. Fiziki cəhətdən şikəst olan Qərib yaşadığı mühitdə heç bir mənəvi istinad nöqtəsi tapa bilmir, meylini təbiətə salır, çölün havasını uda-uda, quşların səsini dinləyə-dinləyə, Ağ gölə tamaşa edə-edə ağrılarını unutmağa çalışır. Ancaq burada daha rahatlıq tapa bilmir və onun fiziki ağrılarına mənəvi əzabları da əlavə olunur, o, başa düşür ki, toy gecəsi Gülsüm bu evə özgəsinin məhəbbətini gətirib və Qərib ömrü boyu sarsıntılar içində yaşayacaq. Odur ki, Qərib bu planlaşdırılmış məhəbbətdən imtina edir. Təkcə bu «səfdətdən» deyil, büsbütün onu əhatə edən mühitdən uzaqlaşır, çünki bu mühit onu qeyri-normal insan kimi qəbul edir. Təbiətə üz tutsa da, insanların heyvanlara, quşlara münasibətində də bir zalımlıq görür. Nədənsə, Qəribin bu ölümü ilə İsi Məlikzadənin ölüımü arasında bir uyarlıq görürəm. İsi müəllim ömrünün son illərində, artıq tanınmış bir yazıçı və ssenarist olsa da, öz həyatından, gün-güzəranından çox narazı idi, yazıçılar arasında nikbinliyi, şuxluğu, atası Abbas kişidən gələn yumoru ilə seçilən bu insan yaman bədbinləşmişdi. O zaman İsi müəllim qəti qərara gəlmişdi ki, yazıçılığın daşını atsın, təzədən mühəndisliyinə qayıtsın. Nəyə görə? Bir müsahibəsində demişdi: "Çünki ədəbiyyat, yazıçılıq məni ac qoyur, heç nə vermir. Hər şeyin başı gün-güzəran deyilmi, acqarına stol arxasına keçib necə əsər yazasan? Yazıçı gərək ancaq oturub yazmaq haqqında fikirləşə"… «Və sonra: „Mənim fikrimcə, nə olur-olsun, hansı partiya, hansı siyasi xadim hakimiyyətə gəlirsə gəlsin, mədəniyyət, sənət biganəliklə qarşılanmamalıdır“. Bu, elə bir dövr idi ki (90-cı illərin əvvəlləri), İsi Məlikzadə təkcə özündən danışmırdı, əksər sənət adamlarının adından danışırdı. Və üstəlik, onu üzən xəstəlik. 61 yaşını (1 may) təzəcə keçmişdi, amma ondan sonra cəmi 11 gün, 1995-ci il 12 mayda vəfat etdi. Bax, bu mənada İsi Məlikzadə öz vaxtsız ölən qəhrəmanlarına bənzədi.
Amma gəlin, bu pessimist bənzəyişi bir kənara qoyaq. 35 illik ədəbi fəaliyyəti ilə müasir Azərbaycan nəsrini xeyli zənginləşdirən, Azərbaycan povestinin yeni bir səhifəsini yazan İsi Məlikzadədən söz açıram. Onun müasirləri İsi Məlikzadədən professional, bitkin yazıçı kimi söz açıblar. Məsələn, Anar müəllim yazırdı ki: „İsi Məlikzadənin “Quyu»su sözün əsl mənasında həqiqi quyudur. Bu, müəllifin estetik məkanıdır, o, həyat, məişət hadisələrini ciddi və dəqiq qələmə alır, onun nəsrində yuxulara, mahnılara, poetik təhkiyə nümunələrinə demək olar ki, rast gəlmirik, əgər varsa da, adi danışıq üçün kifayət edici dərəcədədir. İsi Məlikzadə nəsrinin məkanı da dəqiq göstərilir, konkret ünvanı var — rayon mərkəzi. Yazıçının qəhrəmanları kənd əməkçilərindən çox, rayon mərkəzinin xidmət müəssisələrində işləyən dərzilər, dəlləklər, aşpazlar, şoferlər, ya da qayda-qanun gözətçiləri — milis nəfərləri, qoruq xidmətçiləri və sairdir". İsi Məlikzadənin povestlərinin ən yaxşı təhlilçilərindən olan Akif Hüseynli isə yazmışdı ki: "İsi Məlikzadə təcrübəli, istedadlı yazıçıdır. Təsvirlərdə konkretliyə can atır, artıq təfərrüatdan qaçır. Süjetin hədsiz şaxələrini də mərkəzi oqbrazın xatirələri ətrafında incə keçidlərlə əlaqələndirir. Müəllifin sənətkarlıq məharəti şübhə doğurmur". Bu gərəkli misallar İsi Məlikzadə nəsrinin sənətkarlıq xüsusiyyətlərinin doğru izahıdır və nəsə əlavə eləmək fikrim yoxdu. Amma söhbət İsi Məlikzadənin povestlərindən gedirsə (yeri gəlmişkən qeyd edim ki, o, bir sıra gözəl hekayələrin («Oğul», «Duz», «Talisman», «Qatarda», "Şehli çəmənlərin işığı və s.) və iki romanın, bir neçə filmin ssenari müəllifidir).
İsi Məlikzadə öz povestləri ilə Azərbaycan nəsrinə müharibədən sonrakı Azərbaycan kəndinin koloritli mənzərəsini gətirdi, doğrudur, onun bir sıra povestlərində əsas məkan rayon mərkəzidir, amma burada yaşayan insanlar şəhərli deyillər, əsl kənd psixologiyasını yaşayan insanlardır. Onun ilk povesti olan "İki günün qonağı«nda İslamın — artıq şəhərli olmuş bir ziyalının öz ata-anasının görüşünə getməsi təsvir olunur və bu görüş indinin özündə də oxucunu qəhərləndirə bilər. „İslamın qəlbi ağrıdı. Ona elə gəldi ki, qocaları son dəfə görür. Bir də bura qayıtsa, gec olacaq. Onda qapıları taybatay, otaqları bomboş görəcək. İslam anasının xırda, nəmli gözlərindən öpdü. “Sağ olun, salamat qalın» deyə bilmədi". İsi Məlikzadənin «Dədə palıd» povestində isə insan və təbiət problemi qoyulub. «Dədə palıd»dakı Nurcabbar əsl təbiət aşiqidir. Amma Nurcabbar təbiətlə insan harmoniyasının pozulduğunu, insanın təbiətə qəsd etdiyini böyük ürək ağrısı ilə dastana, nağıla çevirir: «Quruyacaq Dədə Palıd, ayaq üstə can verəcək». Dədə Palıd mişarlananda Nurcabbar da meşəni, təbiəti tərk edir.
İsi Məlikzadə kəndi, təbiəti yaxşı tanıyırdı, yaxşı tanıdığı üçün də özündən heç nə uydurmurdu. O, bu kəndin ağrı-acılarından, təbiətin ekoloji tənəzzülündən söz açırdı, ordenli-medallı qəhrəmanlarından yox. Bədii nəsrimizdə 60-80-ci illərin Azərbaycan kəndinin mənəvi, iqtisadi, sosial mənzərəsini öyrənmək istəyirsinizsə, İsinin povestlərini oxuyun.
İsi Məlikzadə Azərbaycan povestinin psixoloji çalarlarını da xeyli dərəcədə irəlilədə bildi. Onun bir çox povestlərində («Yaşıl gecə», «Dədə palıd») qəhrəmanların zahiri hərəkətlərindən daha çox, daxili-ruhi aləmi, düşüncələri qabarıq nəzərə çarpır. Doğrudan da, bu obrazlar sanki düşünmək, fikirləşmək (bəzən bu düşüncələr səmərə verməsə də) üçün dünyaya gəliblər. Hətta bu baxımdan onun adını çəkdiyimiz povestlərini sırf psixoloji povestlər də adlandırmaq olar.
İsi Məlikzadənin povestlərində dilimizin canlı, dadı-duzu, şirəsi əksini tapır və indi də bu əsərləri oxuyanda təəssüflənirsən ki, niyə indi qələmə alınan bir çox povestlərimizdə xalq danışıq dilinin ədəbi dillə vəhdətini əks etdirən belə dil nümunəsi yoxdu.
Son olaraq: İsi Məlikzadə ilə neçə il bir redaksiyada («Azərbaycan» jurnalında) işləmişəm. Elə son iş yeri də bizim jurnal oldu. Çox koloritli bir insan idi. Onunla dəfələrlə söhbət etmişəm və mənim üçün onun əsərləri nə qədər maraqlı idisə, özü də söhbətlərində, ünsiyyətində bir o qədər maraqlıydı. Elə bil xəyalımda ayrıca "İsi Məlikzadə" povestini vərəqləyirdim onunla söhbət edəndə.
Son dəfə — ölümündən bir neçə gün əvvəl onu Radio və Televiziya şirkətinin həyətində gördüm. Ayaq üstə dayanmışdı, rəngi də xoşuma gəlmədi, xəstə olduğunu hiss elədim. Kömək təklif elədim, dedi «yox», Mövlud Süleymanlını görməliyəm. Və getdi. Bu mənim xəyalımda yaratdığım "İsi Məlikzadə" povestinin son cümləsi oldu. İki-üç gündən sonra televiziyadan onun ölüm xəbərini eşitdim. Ruhu şad olsun!
Müəllif: Vaqif YusifliMənbə: edebiyyatqazeti.az
| ['İsi Məlikzadə', 'İsi Məlikzadə yaradıcılığı', 'İsi Məlikzadə povestləri', 'müasir Azərbaycan nəsri'] |
136 | https://kayzen.az/blog/edebiyyat/26655/d%C3%BC%C5%9F%C3%BCnc%C9%99-z%C9%99nciri.html | Düşüncə zənciri | gunelb | Ədəbiyyat | 20 aprel 2021, 23:12 |
Son dövrlər Azərbaycanda detektiv əsərlər dəbə minməyə başlayıb. XX əsr Azərbaycan ədəbiyyatı üçün bu janr o qədər də xarakterik olmasa da, son onillikdə xarici filmlərin, serialların təsiri altında bir çoxları detektiv yazarı olmaq eşqinə düşür, kriminal romanlar, ssenarilər yazırlar… Çünki bu janr hamıya çox asan görünür. Hətta nə vaxtsa hüquq mühafizə orqanlarında çalışan və sonradan təqaüdə çıxan bir çox mütəxəssislər də, vaxtilə apardıqları cinayət işlərini bir az ədəbi formaya salıb detektiv əsərlər kimi ortaya qoyurlar, ilk baxışdan həqiqətən də asan görünür. İstənilən bir kriminal hadisəni götür, istintaqı təsvir elə, vəssalam, oldu detektiv roman və ya serial ssenarisi...
Yəni həqiqətənmi bu qədər asandı detektiv roman və ya ssenari yazmaq? Əgər bu qədər asan prosesdisə, bəs onda niyə dünya səviyyəli detektiv yazarlarını hamı bu qədər dəyərləndirir, mükafatlandırır? Hamının bacardığı bir işi görən adamın nəyi qiymətlidir ki?
Əfsuslar olsun ki, detektiv yazmağın çox asan bir proses olması, ən böyük illüziyalardan biridir. Düzgün quruluşlu detektiv roman və ya ssenari yazmaq üçün qələm sahibi ilk olaraq, dəqiq riyazi quruluşa malik olan strukturlar qurmağı bacarmalıdır. Burda ən kiçik bir səhv belə bütün strukturu dağıdır, məhz bu səbəbdən də nəinki ölkədə, hətta bütün dünyada belə, Xalq yazıçısı Çingiz Abdullayevin detektivləri bu qədər yüksək dəyərləndirilir. Çünki sadə kriminal hadisə təsvirlərindən fərqli olaraq, Çingiz Abdullayevin, hətta 30 il əvvəl ilk çap olunan detektivlərində belə, dəmir məntiq və dəqiq həndəsi strukturu müşahidə etmək mümkündür. Başqa sözlə desək, heç kimin tanımadığı bir yazarın əsərlərinin birdən-birə populyar olub, böyük tirajlarla çap olunması məhz həmin dəqiq həndəsi strukturun və dəmir məntiqin qurulması hesabına idi...
Nəzərə alsaq ki, hətta səksəninci illərin ortalarında belə, postsovet məkanında detektiv yazarlar az deyildi və heç kimin tanımadığı Çingiz Abdullayev ilk əsərilə böyük tirajlara yüksələ bilmişdisə, deməli, ortaya belə bir məntiqi nəticə çıxır — detektiv həvəskarları məhz onun əsərlərində elə bir dəqiqlik, elə bir dəmir məntiq gördülər ki, müqayisə etdikdə onu digər detektiv yazarlardan daha üstün tutdular, onun süjetlərini sevdilər, təsvir etdiyi hadisələri maraqla izlədilər...
Və beləcə, bir neçə ilin içində onun adı detektiv həvəskarlarının yaddaşına həkk olundu...
Deməli, yaxşı detektiv yazmaq göründüyü qədər də asan deyil. Hətta deyərdim ki, çox-çox çətindir. Çünki istənilən detektiv əsərin quruluşu ilk olaraq abstrakt şəkildə beyində qurulmalıdı. Bundan əlavə, detektiv sadəcə qurulmur, o həm də arxadan qabağa qurulur… Məhz bu baxımdan mən həmişə detektiv əsərləri əruz qəzəlləri ilə müqayisə etmişəm. Bəlkə ona görə özüm də həvəskaram detektiv süjetlərə… necə ki, detektivdə ilk olaraq hadisənin düyünlərinin açıldığı məqam düşünülüb tapılmalıdı və sonradan bütün hadisələr o bağlantı nöqtəsinə doğru hərəkət etməlidi, eynən də qəzəldə, ilk olaraq rədif dəqiqləşdirilməli və hər beytin məzmunu həmin rədifə doğru hərəkət etməlidi...
Düzgün detektiv yazmaq üçün yazıda həm peşəkar yazıçılıq xüsusiyyətləri, həm də dəqiq strukturlar qurmaq qabiliyyəti birləşməlidi. Analitik düşüncə zənciri gərək sona qədər qırılmasın…
Bunun üçünsə uzunillik təcrübə zəngin mütaliə, mütləq şərt olaraq qalır… beynin analitik düşüncə xətti gərək saat kimi işləsin, beyin yalnız düzgün strukturlara öyrəşsin...
Çingiz Abdullayevin ilk əsərləri oxucuları necə maraqla qırmağa keçirə bildisə, sonrakı əsərlərində də eyni uğuru saxladı. Adətən bunun əksini görürük. Yazıcı öz oxucu kütləsini qazanandan sonra bir qədər rahatlaşır, daha qurduğu hekayət zəncirinin bütün incəliklərinə diqqət yetirmir, xırdalıqlar üzərində çox işləmir. Lakin Çingiz müəllimə bu, xarakterik deyil. İlk əsərlərində onun qurduğu detektiv süjetlər necə incəliyinə qədər zərgər dəqiqliyi ilə işlənilirdisə, son əsərlərində də eyni dəqiqliyi görürük. Yazıçı həm oxucuya, həm də öz adına böyük diqqətlə yanaşır. Axı boşluqlar getdikcə artsa, hətta sadə oxucu bunu hiss etməsə də, məhz detektiv həvəskarları hər şeyi başa düşəcək və yazıçı, sanki əsəri yola verdiyini hiss edəcək… bu isə yüksək səviyyəli peşəkar üçün yolverilməz haldır. Zənciri boşaltmaq, halqalarını zəiflətmək olmaz. Elə uzun illik oxucu sevgisinin də sirri məhz bundadır. Keyfiyyəti aşağı salmadan, uzun illər əziyyətə qatlaşmaq, ilk əsərlərdə olduğu kimi hər bir detalı, məntiqi zəncirin hər bir halqasını dəqiqliklə işləmək.
Bəs görəsən, bu dəqiqlik nəyə lazımdır? Hər xırda faktın üzərində bu qədər əsməyə nə ehtiyac var?
Burda incə bir məsələ ortaya çıxır, detektiv oxucusu bir qədər fərqli təbəqədir. Janrlardan fərqli olaraq bu janra köklənən adam ordan müəllifin hiss və duyğularını, hansısa mənəvi məsələlərin həllini o qədər də istəmir. Detektiv oxucusu oyun istəyir. Maraqlı dinamik gözlənilməz döngələr üzərində qurulan bir intellektual oyun.
Detektiv yazarı bilməlidir ki, əsər yazmır, həm də oxucuyla gizlənpaç oynayır və bu oyunun qaydaları əvvəlcədən müəyyən olunub. Oxucunu və ya tamaşaçını maksimum azdırmaq, müxtəlif yanlış tərəflərə yönəltmək və yalnız əsərin sonunda onunçün həqiqəti kəşf etdirmək...
Burda obrazların xarakterinin incəlikləri, bədii təsvirlər, hansısa ədəbi tapıntılar bir o qədər də rol oynamır, burada əsas maraqlı tapıntılar məhz oyunun quruluşu üzərində olmalıdır. Və detektiv əsərdən də yaddaqalan məhz bu tapıntılar olur.
Məsələn, Çingiz Abdullayevin ilk əsərlərindən olan "İnanılmaz qətl" romanındakı tapıntı bir maqnitofon yazısının üzərindədi...
Bir otaqdan güllə səsi eşidilir, hamı ora gəlir, öldürülən adamı tapırlar, lakin məlum olur ki, həmin vaxt onun yanına heç kim girməyib.
İnanılmazdır. Qətl baş verib, intihar da deyil, lakin qapalı otaqda kim olub, qatil kimdir? Yalnız uzun axtarışlardan sonra məlum olur ki, qətl hadisəsi bir müddət əvvəl baş verib, güllə səsi isə qatilin maqnitofona qoyduğu kasetdən gəlib… Bəli, detektiv əsər üçün bədii tapıntı dediyimiz detal məhz bu cür olur, ona görə də uzun illər yadda qalır. Əsərdə belə tapıntı yoxdursa, istintaq sadəcə bir xətli gedirsə, bu əsərə detektiv demək olmaz, bu, sadəcə, kriminal bir süjetdir.
Çingiz Abdullayevin romanlarında yüzlərlə belə tapıntını misal göstərə bilərik və bu tapıntılar oxucunu, sanki maraqlı bir oyuna cəlb edir, sona qədər nəticəsi bilinməyən bir labirintə salır...
Məhz bu baxımından detektiv əsərin mütaliəsini şahmat oyununa bənzətmək olar. Bir tərəfdə şahmatçı, bir tərəfdə oxucu (tamaşaçı) əyləşib. Əgər şahmatçı zəifdirsə və oxucu (tamaşaçı) elə ilk gedişlərdən nəticənin nə olacağını başa düşürsə, onda deməli, bu detektiv əsər uğursuz qurulub… Yalnız yüksək səviyyəli qrossmeysterlər oyun zamanı oxucunu (tamaşaçını) son gedişə qədər qeyri-müəyyənlikdə saxlaya bilir… Çingiz Abdullayev də belə qrossmeysterlərdəndi...
Yenə də son dövrlərdə bizdə ərsəyə gələn detektiv romanlar və ya film-seriallara qayıtmaq istəyirəm. Bunların yazarı və ya ssenaristi görəsən, bilmirmi ki, bizim ölkənin belə bir dünya səviyyəli qrossmeysteri var? Bilirsə, bəs onda niyə ən azından onun yazdıqlarından nəsə öyrənməyə çalışmır?
Bəlkə öyrənmək istəmir? Bəlkə oxucunu, tamaşaçını avam hesab edir, düşünür ki, bu kütlənin qabağına kriminal elementləri olan istənilən bir material atsam, detektiv kimi qəbul etdirə biləcəm?
Bilmirəm, bəlkə də tənbəllikdir, bəlkə də naşılıq… Hər halda, ümid edirəm ki, belə bir peşəkara sahib olan ölkədə onun həqiqi ardıcılları olan gənc detektiv yazarlar yaranacaq və saxta yox, məhz həqiqi detektiv əsərlərlə oxucularımızı da tamaşaçılarımızı da sevindirəcəklər.
Əgər belə yazarlarımız ərsəyə gəlməsə, yaxın onilliklərdə yenə də detektiv adıyla bizə min cür səviyyəsiz materiallar təqdim ediləcək… Və biz də həmişə olduğu kimi təəssüflə deyəcəyik ki, bizdə detektiv də alınmır...
«Bizdə alınmır» deməyi necə də xoşlayırıq… Hərçənd Çingiz Abdullayev bu «alınmır»lardan heç olmasa birini «alındıra bilən» sənətkarlardandı...
Ağız büzməyək, əl yellətməyək, əksinə, qədrini bilək, öyrənək, bəhrələnək… Və nəhayət, ad gününü təbrik edək... Müəllif: İlqar FəhmiMənbə: edebiyyatqazeti.az
| ['Çingiz Abdullayevin detektiv yazıları', 'detektiv yazmaq', 'detektiv yazar Çingiz Abdullayev', 'detektiv janrı'] |
137 | https://kayzen.az/blog/kiv/26530/az%C9%99rbaycanl%C4%B1-oxucunun-%C5%9F%C3%BCur-defisiti.html | Azərbaycanlı oxucunun şüur defisiti | gunelb | Kütləvi İnformasiya Vasitələri (KİV) | 4 mart 2021, 23:33 |
Dəqiq yadımda deyil, hansısa sosial problem haqda məqalə yazmışdım. Kişi oxuculardan biri ünvanıma belə rəy yazmışdı: “Yaxşısı budur, siz mətbəxdə bozbaş bişirəsiz”. Rəy xoşuma gəlmişdi. Çünki oxucu konkret təklif verirdi. Daha didaktik danışıb zəhlə aparmır, söyüş söymür, özünü ağıllı göstərməkdən ötrü əndirəbadi cümlələr qurmur, psevdointellektuallıq etmirdi…
Sosial şəbəkələr yeni münasibətlər sistemi, yeni etik normalar, yeni trendlər meydana gətirdi. Və əlbəttə ki, yeni oxucu tipləri. Virtual kontaktın təklif olunmuş şərtlərinə görə, oxucu müəlliflə intensiv dialoqa girir, əksər hallarda isə oxucu-tamaşaçı rəyləri aqressiya, söyüşlə müşayiət olunur. Monitorinq aparılsa, güman ki, etik qaydalar, normal, polemik fikirlər söyüşlərin, təhqirlərin sayına, təmkin aqressiyaya uduzar.
Niyə bunlar baş verir? Niyə hamı qəzəbli, bir-birinin ətini didməyə hazır vəziyyətdədir? Bu suallara konkret, aydın cavablarım yoxdur. Çünki cəmiyyətin hansı ritmdə (geniş mənada) yaşamasının dəqiq mənzərəsini göstərmək – dəqiq, əhatəli sosioloji araşdırmalar, aqressiyanın arxasında dayanan hekayələri analiz edərək ümumləşdirmək əmək istəyir. Mən isə uzağı müşahidə və təxminlərimi, şəxsi təcrübəmi bölüşə bilərəm.
İş elə gətirib ki, cəmiyyətdə aqressiya çoxdandır sosial norma kimi təzahür edir. İnsanlar ən xırda problemlərinin həlli zamanı aqressiya nümayiş etdirməyə məcburdurlar. Əlbəttə ki, onları aqressiv davranışa təhrik edən ciddi səbəblər var. Səbəblərin başında çətin iqtisadi vəziyyət, məmur səhlənkarlığı, onun vətəndaşı iqnor etməsi gəlir.
Çox yaxında rastlaşdığım vəziyyətdir. Avtosbuda gənc bir qadın telefonda məişət problemini həll etməyə çalışır, əsəbi səsi avtobusun salonuna yayılırdı. Söhbətdən anladım ki, mənzilinin qaz sayğacında nasazlıq yaranıb. Qadın, dəstəyin o başındakı adamı işinin öhdəsindən gələ bilməməkdə, boşuna maaş almaqda qınayırdı. Heç şübhə eləmirəm ki, qadının sərt və sərrast sözləri sərnişinlərin əksəriyyətinin ürəyindən tikan çıxarırdı. Bir də onu təsəvvür edin ki, elementar problemini məmur vecsizliyi üzündən həll edə bilməyən adam sosial şəbəkələrdə paylaşılan hansısa yazını oxuyub, və ya hansısa verilişə baxıb, emosional vəziyyətinin təsiri altında kimisə rahatlıqla söyə bilər. Onun aqressiyasını situativ nəticə hesab edərək bu tip oxucunu anlamaq mümkündür. Çünki hər birimiz lazım olmayan yerdə qəfildən emosional partlayış keçirə bilərik.
Düzdür, hər oxucu təhqirinin, söyüşünün arxasında necə bir şəxsi dram-faciənin, hansı motivlərin dayanması haqda məlumatlı olmasaq da, bütün hallarda yazılış tərzindən, intonasiyadan qərəzin olub-olmaması seziləndir.
Sosial şəbəkələrdə bir qayda olaraq, təhqiri leksikonunda normaya çevirən, provokativ vəziyyətlər yaradan daha çox trollardır: hakimiyyətin, müxalifətin, ayrı-ayrı partiya və şəxslərin trolları. Baş verənləri total nəzarətdə saxlayan trollar gizli kamera kimi sosial şəbəkələrin hər künc-bucağına bərkidiliblər. Ancaq əsas mövzu trollar olmadığından (çünki bu, ayrıca bir yazının mövzusudur) onlara xüsusi passaj ayırmaq istəmirəm.
Haqqında danışmaq istədiyim yayğın olan oxucu tipinin əlamətləri aşağıdakılardır: oxuduğu mətni anlamırlar, ya başlığı, ya da məqalədən bir-iki cümlə oxuyub fikir yürüdürlər, arqumentasiyaları arqumentsizlik, rişxənd, söyüşdür, ancaq öz görmək istədikləri, eşitmək istədikləri həqiqətləri görüb duyurlar. Mətn başqa şeydən danışır, onlar tamamilə fərqli şeydən. Polemika mədəniyyətləri sıfırdır, onlar üçün yalnız ağ və qara var, xeyir və şər var. Paranoyadan əziyyət çəkdiklərini ehtimal etmək olar, çünki onlara elə gəlir ki, reallıqdan müsbət söz deyən adam mütləq şəkildə hakimiyyətin sifarişini yerinə yetirir, onların diliylə desək, “satılıb”. Əllərində dəlil olmadan, ehtimallarını, konspiroloji fikirlərini fakt kimi irəli sürürlər, məlumatı olmadıqları hadisələr haqda mülahizələrinin dəqiqliyinə əmindirlər və s.
Əli Novruzovun “TikTokun Kralı” məqaləsinə görə, sosial şəbəkələrdə müəllifə aşağılayıcı rəylər gəlmişdi. Bir rəy diqqətimi çəkdi: “İnsan nə qədər vicdansız olar ki, Elmanı (millət vəkili Elman Nəsirov nəzərdə tutulur) tərifləyər”. Bunu yazan oxucu aydındır ki, məqaləni diqqətlə oxumayıb, oxuyubsa da anlamayıb, hər nədirsə ciddi problemi var. Çünki məqalədə E.Nəsirov təriflənməyib, əksinə sərt tənqid olunub.Yaxud, sənətşünas Aliyə Dadaşovanın böyük publikası olan Əlixan Rəcəbovun “Luger” filmi haqda peşəkar tənqidi məqaləsinə gələn reaksiyalarda rasional yanaşma yoxdur: “Sən hakimiyyətə işləyirsən. Sən kimsən ki, Əlixanı tənqid edirsən?”. Yazıda isə sadə fikir ondan ibarətdir ki, bizim rejissorlar sosial problemlə istehlak münasibətlərini qarışıq salırlar, sosial problemin kökünü göstərə bilmədiyindən məsələyə səthi yanaşırlar.
Əminəm ki, yazım paylaşılanda ancaq başlığı oxuyub, ya mətndən nəsə anlamayıb söyüb, rişxəndli replikalar atanlar mütləq olacaq. Bütün hallarda onlara anlayış göstərmək, mərhəmətli olmaq, şəfqət və sevgi göstərmək lazımdır: çünki sivil adam kimi irad bildirmək, mədəni polemikaya girmək, arqument səsləndirmək şüur tələb edir. Və əgər quyuda heç vaxt su olmayıbsa, onu doldurmağa çalışmaq Sizif əməyidir. Müəllif: Sevda SultanovaMənbə: azlogos.eu
| ['oxucu', 'oxucular', 'Azərbaycanlı oxucular', 'oxucu tipləri'] |
138 | https://kayzen.az/blog/herb/26527/adolf-ayxman-mossad%C4%B1n-nasist-ovu.html | Adolf Ayxman: Mossadın nasist ovu | gunelb | Hərb | 2 mart 2021, 23:54 |
11 may 1960-cı il, Argentina, Buenos Ayres. Mercedes-Benz zavodunun işçisi Rikardo Klement başına gələcək hadisələrdən xəbərsiz halda, həmişə olduğu kimi axşam işdən çıxaraq evinə qayıdır. İsrail xüsusi xidmət orqanı Mossadın xüsusi qrupu, nəhayət ki, Rikardonu yaşadığı yerin yaxınlığında qaçıra bilir. Cəmi iki il sonra İsrail məhkəməsində ona ölüm hökmü oxunacaqdı. Əslində, o, hərbi cinayətkar, Holokost memarlarından biri kimi tanınan Adolf Ayxman idi.
Əsl adı Otto Adolf Ayxman (Eichmann) olan bu alman zabiti 19 mart 1906-cı ildə Almaniyanın Solingen şəhərində anadan olmuşdu. I Dünya Müharibəsi vaxtı Adolfun ailəsi Almaniyadan Avstriyanın Linz şəhərinə köçür. Nasist partiyasına üzv olmazdan əvvəl, Yuxarı Avstriyada (Oberösterreich) bir neft şirkətinin səyyar satıcısı kimi fəaliyyət göstərir. Lakin bütün dünyanı iflic edən Böyük (İqtisadi) Böhran nəticəsində Adolf da işsiz qalır.
1932-ci ilin aprel ayında Adolf Ayxman Nasist partiyasına daxil olur. O vaxt heç kəs bu orta boylu zabitin 6 milyon insanın ölümündə müstəsna rol oynayacağını düşünə bilməzdi. Artıq noyabr ayında o, Himlerin təşkil etdiyi SS qüvvələrinə qəbul edilir. Bir il sonra isə Linz şəhərini tərk edərək Almaniyaya qayıdır və Lexfelddəki (Lechfeld) Avstriya Legionunun məktəbinə qoşulur. Nasist partiyasındakı fəaliyyətlərinə görə, qısa müddətdə karyerasında irəliləyişlər baş verir, nəticədə 1 yanvar 1934-cü ildə Daxaudakı SS bölməsinə təyin edilir. Bir müddət sonra yeni təyinat üzrə SS-in Berlindəki mərkəzi ofisinə göndərilir. Burada o, “Təhlükəsizlik Xidmətinin (Sicherheitsdienst)” “yəhudi məsələləri” üzrə bölməsində işləyir.
Ayxman həm bacarıqlı bürokrat, həm də qatı anti-semit idi. SS daxilindəki karyerasında sürətlə yüksələn Ayxman, Avstriyanın anşlüsündən sonra şəhəri yəhudilərdən təmizləmək üçün Vyanaya göndərilir (Mart, 1938). Eyni missiya ilə bir il sonra Praqada fəaliyyət göstərir. 1939-cu ildə Haynrix Himler (Heinrich Himmler) Reyx Təhlükəsizlik Mərkəzi Ofisini yaradır və Ayxmanı Berlindəki ofisə “yəhudi məsələləri” üzrə işləməyə dəvət edir.
İşğal edilmiş ərazilərdə yəhudilər artıq konslagerlərə göndərilirdi, ancaq bu işi daha sistemli təşkil etmək üçün 1942-ci ilin yanvar ayında Berlinin Vanze (Wannsee) bölgəsində yüksək rütbəli nasist zabitləri logistika məsələləri üzrə iclas keçirirlər. İclasda yəhudi məsələsində “yekun həll”in yəhudiləri kütləvi məhv etmək olduğu deyilməsə də, əslində, Ayxman artıq bu iş üçün baş cəllad seçilmişdi.
İclasdan sonra Ayxman, Almaniyanın işğal etdiyi Avropa ölkələrindəki yəhudilərin müəyyən edilməsi, toplanması və (əsasən, Polşada yerləşən) ölüm düşərgələrinə göndərilməsinə rəhbərlik edirdi. Düzdür, sözügedən iclasda Ayxman qərar verənlərdən biri deyildi, lakin qərarın icrasının həyata keçirilməsindəki rolu danılmazdır. Hətta o, yüksək rütbəli nasistlərə Avropa yəhudilərinin necə məhv edilməsi barədə məlumatları və şəxsi qeydlərini təqdim etmişdi.
Almaniya, II Dünya Müharibəsində məğlub olduqdan sonra almanlar üçün Nürnberq məhkəməsi qurulsa da, bir sıra yüksək rütbəli alman zabiti kimi, Ayxman da bu məhkəmədən qaça bilir. Amerikalılara əsir düşməsinə baxmayaraq, oradan canını qutarır. 4 il ərzində bəzi Avropa (hətta Yaxın Şərq) ölkələrini gəzdikdən sonra, nəhayət, İtaliyaya gələ bilir. Maraqlı məqam ondadır ki, özlərini “Qisasçılar – Nokmim” adlandıran yəhudi əsilli britaniyalı əsgərlər qaçıb canlarını qurtarmağa çalışan keçmiş SS zabitlərini tutmağa və onların cəzalandırılmasına səy göstərirdilər. Eyni zamanda bu qrup yəhudilərin qeyri-qanuni yollarla Fələstinə getməsinə də kömək edirdi. Fəqət Ayxman bu qrupun da əlinə düşmür və yeni həyata başlamağın yollarını axtarır.Bir neçə dəfə şəxsiyyətini təsdiq edən sənədləri dəyişmək məcburiyyətində qalan Ayxman, İtaliyadakı nasist meylli katolik rahiblərin və Beynəlxalq Qırmızı Xaç Komitəsinin də köməkliyi ilə 1 iyun 1950-ci ildə özünə yeni pasport ala bilir. Pasportdakı məlumatlara əsasən, Ayxmanın yeni adı Rikardo Klement, anadan olduğu yer İtaliyanın Bolzano şəhəri, ixtisası mexanik idi. Eyni zamanda o, vətəndaşlığı olmayan şəxs statusundaydı.
Yeni pasportunu aldığı ildə dostlarının sayəsində Argentinada sığınacaq tapan Ayxman 3 ilə yaxın paytaxt Buenos-Ayresin yaxınlığındakı San Fernando qəsəbəsində yaşayır. Burada o, metal zavodunda işləyir, maaş alırdı. 1952-ci ilin ortalarında Ayxman ailəsini (həyat yoldaşı və iki oğlunu) də Argentinaya gətirə bilir. Bir il sonra – 1953-cü ildə Buenos Ayresdən 600 mil məsafədə yerləşən Tukuman (Tucuman) əyalətinə köçür və mühəndislik şirkəti olan “Capri firm”də işləməyə başlayır. Aprel ayında “Capri firm” şirkəti müflis olduğunu elan edir və Ayxman ailəsi yenidən Buenos-Ayresə köçmək məcburiyyətində qalır. Keçmiş SS zabiti, övladlarını çəkinmədən “Eichmann” soyadı ilə alman məktəblərinə göndərir. Qeyd etmək lazımdır ki, həmin dövrdə Argentina hökuməti keçmiş nasistlərin lehinə siyasət izləyirdi və buna görə, Argentina nasistlər üçün cənnətə çevrilmişdi.
Bir neçə il fərqli sahələrdə işləsə də, 1959-cu ilin mart ayında Ayxman, Mercedes-Benz şirkəti tərəfindən işə qəbul edilir və saxta Rikardo Klement adı ilə işləməyə başlayır. Maraqlıdır ki, Ayxman özünə saxta pasport düzəldib, saxta ad-soyadla işləsə də, öz nasist keçmişini danmırdı. Üstəlik Argentinada yaşayan keçmiş nasist partiyasının çoxsaylı üzvləri ilə də sıx əlaqələri var idi. Nasistlərə simpatiyası ilə seçilən bir jurnalistə verdiyi geniş müsahibədə Avropanın bütün yəhudilərini öldürə bilmədiyinə görə təəssüfləndiyini də etiraf edirdi. Ayxman haqqında şayiələr artıq Avropa və Amerikada yayılmağa başlamışdı, lakin nə Qərbi Almaniya, nə də ABŞ bu məsələ ilə maraqlanmırdı. İsrail isə artıq nasistlərin ovuna çıxmağı planlaşdırırdı.
Əslində, Ayxman haqqında məlumatlar, İsrail xüsusi xidmət orqanlarının əlinə təsadüfən keçir. Belə ki, Argentinada yaşayan yəhudi Lothar Herrman, qızı Silvia ilə Ayxmanın oğlu arasında münasibətin sayəsində Adolf Ayxmanın Buenos-Ayres yaxınlığında yaşadığını öyrənir. Herrman özü gözdən əlil idi və Argentinaya qaçıb xilas olmadan əvvəl Daxau əsir düşərgəsində olmuşdu. O, qızının vasitəsilə əldə etdiyi məlumatları Almaniyada yaşayan, Hesse əyalətinin yəhudi əsilli hakimi Fritz Baurə göndərir. Öz növbəsində məlumatların nasistlərin tərəfdarlarının əlinə keçəcəyindən ehtiyat edən Bauer, 1957-ci ilin payızında İsrailin xarici işlər naziri Walter Eytana zəng vuraraq onu məsələdən xəbərdar edir.
Walter Eytan, Ayxmanla bağlı məlumatları Mossadın rəhbəri İsser Harelə ötürür. Harel bir payız günündə Ayxman dosyesini ciddi araşdırır, çünki onun haqqında elə də dərin məlumat sahibi deyildi. O, sonralar yazdığı “Qaribaldi küçəsindəki ev” adlı kitabında Ayxman barədə belə deyir: “Ayxmanın necə adam olduğu haqqında məlumatsız idim… Mən bilmirdim ki, o, uşaqların qətlinə fərman verə, eyni zamanda özünü intizamlı əsgər kimi apara bilər. Mən bilmirdim ki, o, qadınlara qarşı zorakılıq edə, eyni zamanda da əsgər andına sədəqəti ilə öyünə bilər. Mən bilmirdim ki, o, yaşlı insanları ölümə göndərə, eyni zamanda özünü “idealist” adlandıra bilər”. Bundan sonra İsser Harel hərbi cinayətkar Adolf Ayxmanın tutularaq məhkəmə qarşısına çıxarılmasının vacibliyini dərk edir, çünki başqa heç kəs onu axtarmırdı.
Əməliyyat planını hazırlamaq və həyata keçirmək üçün İsrailin Baş Naziri David Ben-Gruiondan icazə almaq lazım idi və Harel qısa müddətdə bu izni əldə edir. Mossad, Ayxmanı tutmaq və qaçıraraq İsrailə gətirmək üçün yaxınlarını Holokostda itirmiş xüsusi xidmət orqanı işçilərindən ibarət yeni qrup hazırlayır.
Əslində, Harel və onun əməliyyat qrupu Ayxman haqqında dəqiq və təfsilatlı məlumata sahib deyildi. Bilinən şeylər isə, bir mənada bəsit idi – Ayxmanın oğlu olduğu ehtimal edilən Nikolasın Silvia ilə münasibəti vardı və onlar Buenos-Ayres yaxınlığında yaşayırdılar. Nikolas Silvianın yəhudi olduğunu bilmədiyi üçün ona, atasının Avropada yəhudilərin kütləvi qətlində oynadığı rol barədə danışmışdı. Nikolas, nasistlər “işi yekunlaşdırsaydı (yəni yəhudiləri tam məhv etsəydi), daha yaxşı olardı” fikrini səsləndirməkdən də çəkinməmişdi. Hətta o, Ayxman soyadını açıq şəkildə istifadə edirdi. Fəqət qrup izində olduqları adamın, həqiqətən, Adolf Ayxman olub-olmadığını dəqiq bilmirdi.
Adolf Ayxman özünə aid şəxsi məlumatları çox ustalıqla məhv etmişdi, barmaq izləri olan sənədlər də qalmamışdı. Bütün SS kişi zabitlərinə məxsus qoltuğaltında olan döyməni belə silmişdi. 1959-cu ilin axırlarına doğru israilli qrup Ayxmanın saxta sənəd düzəltdirdiyini və Rikardo Klement adı ilə Buenos-Ayresin San Fernando bölgəsində, Qaribaldi küçəsində yaşadığını öyrənə bilir. Bundan sonra qrup evlə bağlı bütün detalları dəqiqləşdirir: suvaqsız divarlar, taxta qapı, hətta evi əhatə edən hasar belə yoxdur. Aparılan müşahidələr vaxtı ailəsi ilə birgə yaşayan eynəkli, keçəl bir kişinin günlük vərdişlərini qeyd edirdilər. Çox böyük ehtimalla, bu, Adolf Ayxman idi!!! Ancaq israillilər, yenə də tam əmin deyildilər.
21 mart 1960-cı ildə qrup, axır ki, axtardığı dəlili tapa bilir. Həmin axşam Rikardo Klement işdən evə qayıtdığı avtobusdan enir və aram addımlarla evinə doğru hərəkət edir. Onun əlində bir dəstə gül vardı. Klement gülləri onu qapıda qarşılayan xanıma verir. Uşaqlar da xüsusi günü qeyd edirmiş kimi yeni paltarlar geyinmişdilər. Daha sonra evdən gülüş səsləri eşidilir.
İsrailli qrup həmin günü araşdırır. Gəlinən nəticəyə əsasən, artıq müşahidə etdikləri adamın Adolf Ayxman olduğuna heç bir şübhə qalmır.
Adolf Ayxmanın 21 martda evlənmişdi və 1960-cı ildə həyat yoldaşı ilə toylarının gümüş ildönümü idi. Əllərində olan bütün dəlilləri birləşdirdikdən sonra qrup, Adolf Ayxmanı tapdığına əmin olur.
Harel, Ayxmanın qaçırılaraq İsrailə gətirilməsi planına şəxsən rəhbərlik etməkdən ötrü Argentinaya gəlir. Qaçırılma planına “Operation Finale” adı verilir və bütün detallar nəzərə alınmaqla hazırlanır – ən xırda səhv sadəcə planı pozmaz, Ayxmanın qaçması və israilli agentlərin həbsi ilə nəticələnə bilərdi.
1960-cı ilin may ayında Argentina dövləti müstəqilliyinin 150 illiyini qeyd edəcəkdi. Bunu bəhanə edən İsrail hökuməti aralarında Mossad əməkdaşlarının da olduğu İsrail nümayəndə heyətini Argentinaya göndərir. Təkcə Ayxmanı qaçırmaq üçün Harelin qrupunda 30 adam işləyirdi. Bu agentlərin hər biri Argentinaya fərqli şəhərlərdən gəlmişdi. Onlar etibarlı ev kirayələyir, maşınlarını tez-tez dəyişirdilər.
11 may 1960-cı ildə Ayxmanı qaçırmaq planı həyata keçiriləcəkdi. Artıq Ayxmanın günlük rutinini əzbər bilən qrup üzvləri onun, təqribən, axşam saat 7:40 radələrində avtobusdan düşüb evinə doğru gedəcəyini bilirdilər. 7:35-də israillilər guya maşın təmir edirmiş kimi yolun kənarında dayanmışdılar, bir neçə metr aralıda isə ikinci maşın gözləyirdi. Beş dəqiqə sonra Ayxman evinə gələcəkdi. O anda, bir velosipedçi, az qala, bütün planları alt-üst edəcəkdi. Belə ki, o, yaxınlaşaraq maşının təmirinə kömək edə biləcəyini demişdi. Bunu gözləməyən Mossad üzvləri bir yolunu tapıb həmin şəxsi oradan uzaqlaşdırmalı idilər. Onların ağıllarına isə sadəcə bir fikir gəlmişdi –təklifi qəbul etməmək.
Gözlənilən saatda avtobus yaxınlaşdı, ancaq Ayxman yox idi. Bir müddət sonra ikinci avtobus da gəldi, Ayxman yenə avtobusdan enmədi. Pusquda duranlar həm şübhələnməyə, həm də həyəcanlanmağa başlamışdılar. Onlar artq dörd gün idi ki, Ayxmanın evini müşahidə etmirdilər, bəlkə o, günlük evə gəlmək rutinini dəyişmişdi? Bəlkə bu gün evə tez gəlmişdi və artıq evdə idi?
Saat 8 idi və Ayxman bu vaxta qədər gəlməli idi. Qrup üzvləri arasında qaçırma əməliyyatını təxirə salmaq istəyənlər də var idi, ancaq əməliyyat rəhbəri Qabi yarım saat da gözləməyi təklif etdi. 8:05-də növbəti avtobus dayanacağa yaxınlaşdı. Qaranlıqda bir nəfər avtobusdan endi və Qaribaldi küçəsinə doğru hərəkət etdi. Birinci maşının yanında olan adam Ayxmanı dərhal tanıdı, ikinci maşında olanların onu tanıması isə 15 saniyə çəkdi. Maşına yaxınlaşanda əməliyyat qrupundan Peter Malkin, Ayxmana ispanca bildiyi cəmi üç sözü dedi: “Un momentito, Señor (bir dəqiqə, senyor).” Ayxman yaxınlaşan kimi onun üzərinə hücum çəkib yerə yıxdılar. Çətinliklə də olsa, o, var-gücü ilə bir dəfə qışqırmağı bacardı, ancaq onu cəld maşına otuzdurub əllərini arxadan bağladılar. Başını aşağı əyib gözlərini də bağladılar və heç kəs görməsin deyə maşının içərisində yerə uzatdılar. Ona “tərpənsən, vuracağıq” dedilər və Ayxman sual vermədən, səsini çıxarmadan maşında uzanmalı oldu. Bir neçə dəqiqə sonra o, əvvəlcədən kirayə götürülmüş evə gətirildi, paltarı çıxarıldı və pijama geyindirildi. Onu, bir ayağından çarpayıya bağladılar və dərhal ağzını yoxladılar (Nasistlərin bir çoxu ələ keçəndə ağızlarında gəzdirdikləri zəhər kapsullarını dişləyib özlərini öldürürdü). Dustaq, əvvəlcə Ayxman olduğunu inkar etsə də, göstərilən dəlillər və psixoloji təzyiqlər qarşısında axırda həqiqi kimliyini etiraf etdi. Mossad qrupu, əslində, Ayxmanı daha cüssəli, zəhmli insan kimi təsəvvür edirdi, odur ki, qaçırdıqları adamın xarici görünüşü onları bir az təəccübləndirmişdi. O, əslində, heç kəsə zərər vurmağa qadir olmayan insan təsiri bağışlayırdı.
Planın ikinci hissəsinə əsasən, Ayxman 20 may 1960-cı ildə Argentinadan El-Al təyyarəsi ilə çıxarılmalı idi. Onu ekipaj üzvü kimi geyindirdilər və guya beyin zədəsi almış kimi göstərdilər. Xəstə görünməsi və müqavimət göstərməməsi üçün Ayxmana bədəni süstləşdirən dərmanlar verdilər. Ona xəstəxana sənədləri də hazırladıqdan sonra planlaşdırılmış tarixdə Ayxmanı, axır ki, Argentinadan qaçıra bildilər.
Ayxmanın qaçırılması İsrail ilə Argentina arasında qısa müddətli diplomatik problem yaratsa da, bu məsələ tezliklə unuduldu. Keçmiş SS-çinin məhkəməsi 11 aprel 1961-ci ildə başladı, 15 dekabrda sona çatdı. Məhkəmənin qərarına əsasən, Adolf Ayxmana ölüm hökmü oxundu və İsrail dövləti tarixində birinci və axırıncı dəfə ölüm hökmü icra edildi. 31 may 1962-ci ildə Otto Adolf Ayxman asılaraq edam olundu, cəsədi yandırıldıqdan sonra külləri Qırmızı dənizə töküldü.
2018-ci ildə Mossadın bu əməliyyatını əks etdirən “Operation finale” adlı film istehsal olunub. Müəllif: Rəşad BağırovMənbə: azlogos.eu
| ['Otto Adolf Ayxman', 'Adolf Ayxman'] |
139 | https://kayzen.az/blog/psixologiya/26517/diqq%C9%99t-fahi%C5%9F%C9%99l%C9%99ri.html | Diqqət fahişələri | gunelb | Psixologiya | 1 mart 2021, 00:50 |
Attention whore – Bu termini yəqin ki, eşitmisiniz. Eşitməyənlər üçün deyək: hərfi tərcümədə “diqqət fahişəliyi” kimi çıxır, psixoloji vəziyyətin populyar, çox yayılmış adıdır. Ruslar bu sözü belə ifadə edir: “вниманьетутка”. Türkiyədə isə buna “ilgi manyaklığı” deyilir.
Özünü necə, hansı yolla olur-olsun, istəklə, zorla diqqət mərkəzində görmək istəyən şəxslər bu “xəstəliyə” yoluxanlardır. Onlar ya öz istedadları ilə, ya bədənlərini nümayiş etdirməklə, yaxud da diqqət çəkəcək hər nə varsa, onu göstərməyə və ətrafındakılara, başqalarına, hətta dünyaya “məni izləyin” mesajını verməyə çalışırlar. Sanki hər “diqqət fahişəsi” qışqıra-qışqıra deyir:
“Mənim qeydimə qalın! Mənə baxın! Ancaq mənə!”Onlar üçün təhqir olunmağın, alçalmağın, şəxsiyyət və ləyaqətinin ayaqlar altına alınıb tapdalanmasının heç bir fərqi yoxdur, hər cür söyüşə, linçə məruz qalacaq, təhqir edilib-alçaldılacaq bütün cəsarətli fikirləri səsləndirməyə qadirdilər.
Psixologiyada bu “Şəxsiyyəti vurğulamaq” (Histeroid, Aksentuasiya) adlanır, həddindən artıq eqosentrizm, diqqət arzusu, tanınma, hörmət, heyranlıq, sürpriz kimi elementlər bu tiplər üçün ən vacib, mühüm elementlərdir. Demək olar ki, sənətlə məşğul olan bütün insanlarda həmin sindromun izləri var. Onlar diqqət çəkməyəcəklərindən, tanına bilməyəcəklərindən çox qorxurlar, təriflənməkdən uzaq olduqlarını anladıqlarında depressiyaya düşür, yaxınlaşan əzablı tənhalığın hənirini duyanda hürkürlər. Bu cür tiplər ailədə daim bütə çevrilməyə, əl üstündə tutulmağa öyrəşir, ərköyün böyüyür, hətta ondan başqa bir uşağın – qardaş, yaxud bacının dünyaya gəlməsi onlar üçün əzablı bir doğuşa bənzəyir.
Əsl faciə elə bundan sonra başlayır: diqqətin başqa uşağa yönəlməsi, ona yeni, daha təravətli sevgi bəxş edilməsi, köhnənin və heç kimə lazım olmayan sevginin yerini alan təptəzə, əldəyilməmiş möhtəşəmlik bu tiplər üçün ağır bir travma səbəbidir. Çox vaxt bu qısqanclığın sonu əməlli-başlı faciə ilə bitir, onlar təzə dünyaya gələn uşağı gözdən salmaq üçün hər cür fürsəti əldən vermirlər və onu yox etmək üçün planlar qururlar. Yaxşı olardı ki, bu cür uşaqları olan ailələr yeni uşaq dünyaya gətirmək fikrinə düşəndə mütləq onların da nə düşündüklərini soruşsunlar. Bəlkə onların fikrinin önəmi həmin tiplər üçün sakitləşdirici məlhəm rolunu oynaya bilər.
Psixoloq Vüsalə Əmiraslanova deyir ki, uşaqlıqdan yaranmış bəzi travmalar var, gələcək həyatımıza təsir edir:
“Başqaları tərəfindən sevilmək, qəbul olunmaq… Ümumiyyətlə, sevgi təlabatı deyilən təlabat növü var. 5 növ təlabatımızın içində ən vacib, mühim tələbat sevgi və aid olmaq tələbatıdır. Sevilən şəxs diqqət mərkəzində olduğunu düşünür və bundan rahatlıq tapır. Uşaq vaxtı atalarından lazımi sevgi təlabatı ala bilməyən xanımlar böyüyəndən sonra oğlanların sevgisinə möhtac qalırlar. O oğlanlarda özlərini tapmağa çalışırlar. Bu hal oğlanlarda da baş verir: anaları tərəfindən sevilməyəndə başqa qadınlarda bunu axtarırlar”.
Bu psixoloji sindromun daşıyıcısı olanlar heç vaxt başqalarının diqqət çəkməsini istəmir və onları özünə düşmən hesab edir. Əslində bu tiplər çox təhlükəli olurlar: öz səmimiyyətləri ilə səni özünə çəkir, daim bunu nümayişkaranə bir şəkildə göstərir və sənin onu sevməyini tələb edir. Hətta bu nümayiş xəstəliyi onda o dərəcədə güclüdür ki, səndə əks reaksiya görsə, o zaman şantaja da əl ata bilər. Onlar nədənsə təsirlənib başqalarına ilham verə bilər, hətta cəsarətlərini ortaya qoyub kimlərəsə kömək də etməyə başlayarlar. Lakin nümayiş dəlisi olan bu tiplərin ən böyük problemi tez-tələsik öz maraqlarını itirmələri, gözlənilməz çətinliklər qarşısında duruş gətirə bilməmələridir. Buna görə dostlarına və eləcə də ideyalarına, uğrunda savaşdığı şeylərə çox asanlıqla xəyanət edə, onlardan üz çevirə bilərlər. Özlərini lider kimi görən bu tiplər getdikcə onlara qarşı olan marağın sönməsini müşahidə edib coşqun istəklərindən vaz keçə, arzularının reallaşa bilməməsindən qorxuya düşüb geri çəkilməyə başlayarlar.
Psixoloq Vüsalə Əmiraslonava qeyd edir ki, ətrafımızda bu cür insanlarla rastlaşmışıq:
“Məclislərdə həmişə özündən danışır, deyir “bunu mən etmişəm”, “bu mənim düşüncəm idi”, “bunu mən bilirdim”, “mənim hər şeydən xəbərim var” və s. Bu, təbii ki, ciddi bir problemdir və psixikaya təsir edir. Onlar dost çevrələrində də tək özlərini düşünürlər. Qarşı tərəfdən istifadə etmək üçün onu dinləyirlər”.
İstənilən vəziyyətdə nümayiş dəlisi olan bu tiplər özlərinə qarşı diqqət toplamağı, nə olur-olsun ətrafına kütlə yığmağı düşünürlər. Onlar buna görə öz reputasiyasını, ailəsini, dostlarını, ümumiyyətlə, hər şeyi qurban verməyə hazırdırlar. Təki məşhurluqlarında qalsınlar, bu yolda zəfər çalsınlar. Bu tiplər tək qalmağı, tənhalığı sevmir, onlar həmişə çoxluğun içində seçilməyi, lider olmağı əsas götürür.
Bu tiplərin daha ağır bir versiyası da var: nümayiş psixopatları. Onları qısaca belə şərh edə bilərik: mümkün qədər əhəmiyyətli görünmək arzusu, şəxsiyyətinə müsbət diqqət cəlb etmək üçün patoloji bir istək.
Hər şeyin ən üstünə çıxmaq, hər kəsdən ən öndə olmaq onlar üçün ən vacib elementdir. Total diqqət cəlb etmək adına onlar hətta özlərindən də çıxa, başqa kimsəni tanımaya bilər. Bu cür ağır vəziyyətə düşən məşhur aktyorlar da var. Psixoloq V.Əmiraslonova deyir ki, bəzi məşhurlar diqqəti öz üzərinə çəkmək üçün bir çox yola əl atırlar: “Ya gülüşü, ya özünü aparmaq tərzi ilə, ya çəkdiyi kliplərin fərqliliyi ilə. Tutaq ki, Ledi Qaqanın kliplərində hansı fərqliliklərin olduğunu hamımız görmüşük. Bu cür hallar çox olanda vəziyyət qəlizləşir, şəxsiyyət pozuntusuna gətirib çıxara bilir”.
Bu “xəstəlikdən” əziyyət çəkənlərin əldə etdikləri, qazandıqları, bir sözlə, nailiyyətləri səthi və bəsitdir. Onlar minimumu edərək, bundan maksimum dərəcədə faydalanmağa çalışırlar. Sağlamlıqları ilə bağlı da tez-tez spekulyasiya etməyi sevirlər.
Göstəriş dəlisidirlər, kənara, ətrafa öz üstünlüklərinin, istedadlarının çox güclü olduğunu göstərərlər, əslində isə o bacarıqları nazik ip kimi tez qırılandır. Maraq daiərləri çox balacadır. Savadları, intellektləri o qədər dərin olmasa da, onu tez-tez göstərməyi, başqalarını bu intellektlə tələyə salmağı yaxşı bacararlar.
Bu tiplər yaltaqlığa meyllidirlər, insanları, ətrafını aldatmaq üçün onlara yaltaqlanmağın ən rahat üsul olduğunu zənn edirlər. Təxribat xarakterli aksiyalara qoşulmağı, tez-tez işdə, evdə, küçədə və ümumiyyətlə, hər yerdə “tamaşa” qurmağı sevər, daim öz istedadını təsdiq etmək üçün dəridən-qabıqdan çıxarlar. Bütün bunları etmək üçün özünə bab adamları ətrafına yığır, daha çox xoşu gəldiyi, asan aldada biləcəyi insanlardan kütlə yaratmağı mühüm hesab edir.
Diqqəti özünə cəlb etmək istəyi ilə yanaşı, onların xarakterik bir xüsusiyyəti dəf etmək qabiliyyəti də budur: özü üçün lazım olan vaxt istəmədiyi hadisələr haqqında travmatik məlumatları yaddaşından kənarlaşdırmaq bacarığı çox yüksəkdir. Məsələn, bu tipdən olanlar nəsə bir pis iş tutanda, tutaq ki, cinayət işlədəndə, özünü elə aparır, guya bu cinayətdən xəbəri yoxdur. Hətta başqa elədiyi yanlışları da sənə elə sırıyır ki, onun günahsız olduğuna inanırsan.
Fəaliyyətlərində, işində həmişə intuisiyaya söykənən bu tiplər məhz buna görə tez-tez pis vəziyyətə düşürlər. Psixopatın ən mühüm taktikası və strategiyası öz şəxsi keyfiyyətinə arxalanmasıdır. Həmişə özünü dürüst, doğrunu deyən kimi göstərib qarşısını aldadır və onun diqqətini cəlb etməyi bacarır. Üstəlik bu bacarığının üzərinə obrazlı danışığı, cəlbediciliyi də əlavə etsək, o zaman qarşıdakını ələ keçirmək elə də çətin baha-başa gəlmir. Başqaları haqda danışmağa ərinərlər, danışanda da elə ifadələr, elə məcazlardan istifadə edərlər ki, nə dediyini anlamağa çətinlik çəkərsiniz. Düzü, onun bu münasibətinə qiymət verə bilməzsiniz: yaxşı, yaxud pis deməz, sözü döndərə-döndərə danışar, əsl fikrini heç vaxt bildirməz. Nə danışsa, nə desə də, sizi dinlətməyi bacarar. Onun bu cür hipnoz qabiliyyəti də var. Hər şeyə tez alışır, bütün situasiyalarda özünü aparmağı, istənilən rola girib, onu “Oskar”lıq oynamağı əla bilir.
Onlar diqqət çəkməyin başqa bir üsulunu da sınaqdan çıxarırlar: intihar anonsu vermək. Arada-sırada intihar edəcəyini deyir, buna inanmadığında sənə vida məktubu yazır, hansısa demədiyi sirrini dilə gətirir, intiharının inandırıcı olması üçün bütün səylərini səfərbər eləyir.
Fiziki görünüşləri onlar üçün xüsusi yer tutur, daim bu mövzuda narahatdılar, həmişə beyinlərində onu çözməyə çalışırlar. Yaxşı söz eşitmək, bədəni haqda müsbət rəy almaq istəyirlər. Tənqidə, irada dözümləri yoxdur, bunu eşidəndə həssaslaşır, kədərlənirlər. Məhz bu həssaslıqları onları başqalarının təsiri altına düşməyə səsləyir.
Şok effekti yaradan paltarlar geyinmək, çox diqqət çəkən imicə bürünmək, adamı dəliyə döndərən hərəkətlər etmək, öz yerini şirin salmaq, işdən, elədiklərindən tez-tez sıxılmaq, başladığı işləri yarımçıq qoymaq, tez qərar verib yanılmaq, düşüncəsiz hərəkətlə özünü çıxılmaza itələmək, münasibətlərdə saxtalığa yol vermək — bu kimi xüsusiyyətlər sizdə də varsa, deməli onlardan birisiniz.
Bu “xəstəliyə” düçar olmuş adamlar olduqca həssas və duyğusal olur, tez-tez isterikaya qapılırlar. Başqalarının diqqətini özünə çəkdikləri vaxt isə bir o qədər sevimli, deyib-gülən, maraqlı olurlar. Hansısa bir məclisdə özlərinə qarşı diqqətin olmadığını hiss edən kimi bunun əksi baş verir: kədərlə, soyuq baxışlarla bir yerdə oturub sakitcə durarlar. Məclisdəkilər onun bu halını görüb istər-istəməz “Sənə nə oldu?” deməyə başlayar və bilmədən “xəstə”nin tələsinə düşərlər. Əslində bu tiplərin kədərli olmaqlarının səbəbi çox sadədir: başqaları onu görsün, dərdinə yansın və bu cür suallar verib maraqlansın. “Xəstə”nin planı baş tutduqda, bütün məclis əhli hamılıqla onunla maraqlandıqda, çiçəyi çırtlayır, sevincdən gülüşü ağzına qədər yayılır. Belə zamanlarda onda bir xüsusiyyəti də kəşf etmiş olacaqsınız: bu tiplər lider olduqları vaxt insan münasibətlərində çox bacarıqlı olurlar, hamıyla dost kimi davranmaq peşəsi onların fitrətində var.
Əsasən, bu “xəstəlik” yeniyetməlik çağlarında ortaya çıxır və daha çox qadınlara xasdır. Özündə daim diqqət görmək istəyən gənc xanım dediyi hər sözün təsdiqini gözləyir, hamının onun sözlərinə inanmağını tələb edir. Əks təqdirdə küsür, inciyir, isterikaya qapılır, ağlayır, qışqırır… Və bütün bunları da diqqət çəkmək niyyəti ilə etdiyinin fərqindədir.
Fikirləri, eləcə də hisləri tez-tez dəyişir: dəqiqəbədəqiqə, saniyəbəsaniyə. Hətta o dərəcədə ki, siz onun bu tez-tez duyğu dəyişməsinə anlam verə bilmir, çaş-baş qalır, özünüzdən soruşursunuz:
“Buna noldu?
Niyə bayaq dediyi ilə indi dediyi üst-üstə düşmür?”
Sizi təbrik edə bilərik, artıq həmin adamın tələsinə düşmüsünüz və istər-istəməz onunla maraqlanmağa başlamısınız. Əslində onun istədiyi də məhz budur: sizi həyatınızdan qoparıb öz həyatına qonaq eləmək. Qonaq da yox, daimi sakini eləmək. Çünki onlara görə başqalarının həyatı yoxdur, yalnız öz həyatı var. Başlarına gələn hər cür adi, sıradan hadisəni də şişirdə-şişirdə danışmağı sevər, bunu o qədər əhəmiyyətli bir olay kimi təqdim edər ki, sizin özünüz də nəql olunan əhvalatın təsirinə düşərsiniz. Əslində hamının başına gələ biləcək hadisələrdən olan bu hadisələr onlar üçün qurbanını ələ keçirmək üçün hazır plandır. O, bu plan işə keçməyəndə əlavə vasitələrə də əl atır: yaşadığı hər hansı hadisənin şiddətini göstərmək üçün özünü meymunluğa vurur, diqqətçəkici hərəkətlər edir, qışqır-bağır salır, xülasə, elə bir vəziyyət yaradır ki, onun nə qədər dəhşətli bir şey yaşadığına inanasınız. Buna görə də hər başına gələni böyütməyi, dramatikləşdirməyi özünə borc bilər.
Təzəcə tanış olduğu insanlarla (buna qurbanlar da deyə bilərik) çox tez səmimi olur, onu ilk görüşdəcə qucaqlayır, öpür, şəfqət, qayğı göstərir, hətta bu yetməyəndə ailə sirlərini belə onunla bölüşməyə başlayır. Siz də istər-istəməz onun qayğıkeşliyinə tabe olur və səmiyyətinə qarşılıq verirsiniz. Ondan sonra hər şey birtərəfli davam edir: o danışır, siz dinləyirsiniz, o dərdlərini deyir, siz susursunuz. Daim o ön planda olur, siz arxa planda. Və beləcə, sizi öz həyatı, dərdləri ilə yükləməyə başlayır.
Sevgi münasibətlərində yaxınlığı sevirlər, sevgilərini olduqca böyüdürlər. Qarşılarına çıxan hər əks cinsin nümayəndəsinə aşiq ola və onunla münasibət qura bilərlər.Bir çox insana görə, bu tiplərə aid olan qadın “xəstələr” çox cəlbedici, kişi “xəstələr” isə xoşagələn və diqqətçəkici olurlar. Qalanları isə düşünür ki, onlar çox sıxıcıdır və adamı boğaza yığmaqda mahirdirlər. Bu sindromun daşıyıcıları ətraflarına “dostcanlı”, “mərhəmətli”, “hala yanan” kimi xoş xüsusiyyətlər yayırlar. Niyyətləri isə saf deyil, belə görünməkdə məqsəd tərif eşitməkdir. Əslində bu hərəkətlərinin altında yatan çox kədərli bir həqiqət var: diqqətçəkən biri olmadıqlarını bilir, buna görə də özlərini bədbəxt hiss edirlər, düşünürlər ki, xoşbəxt olmaq üçün başqa adamlar onlara vurğun olmalı, onları bəyənməlidirlər. Özlərinin də sevilməyə, diqqət görməyə haqları olduğunu hesab edirlər.
Bu “xəstələr”lə bəzən narsistləri bir müstəviyə gətirir, oxşar olduqlarını deyirlər. Lakin fərq budur: narsistlər, ümumiyyətlə, özündən başqa heç kimi vecinə almır, heç kimin fikrini özləri üçün önəmli hesab etmir, onlar isə əksinə hamının diqqətini çəkməyi hədəfləyirlər. Həmişə kənara, ətrafa “oynadıqlarından”, heç vaxt öz dünyalarına səyahət etmir, uşaq kimi qalmalarının fərqinə varmırlar. Xəstəliyin səbəbi, hardan qaynaqlandığı dəqiq bilinməsə də, ata-ananın uşaqlarına qarşı davranışlarının gələcəkdə bu cür anormallığa gətirib çıxarılacağı söylənilir. Psixoloq Vüsalə Əmiraslanova isə deyir ki, onlar narsist tiplərə bənzəyirlər: “Diqqət istəyi və özündə maraq yaratmaq narsisizmdən qaynaqlanır. Onlar diqqət çəkmək üçün ola bilsin, dərman içsinlər, məktub qoyub yoxa çıxsınlar, yaxud binanın başına çıxıb özünü atmaq istəsin… Bir növ manipulyasiya edirlər ki, bax mən özümə nəsə eləyərəm, sən məni istəməsən bu cür edərəm və s. Sevgi qazanmaq üçün, sevgi təlabatlarını ödəyə bilmədikləri üçün yaxud da daha böyük sevgi əldə etmək üçün bunları edirlər”.
Psixoloq Vüsalə Əmiraslanova daha sonra deyir:
“Mənim bu cür pasiyentlərim də olub. Hətta diqqət çəkmək üçün yoldaşını şantaj edəcəyini deyənlər də olub aralarında. Onlar münasibətlərdə həmişə çox çətinliklər yaşayıblar. Yaxud elə pasiyentlər də olub ki, gəlib yanıma, deyiblər, məndə heç nə yoxdur. Mən nə üçün müalicə almalıyam? Başqası gəlsin, mən yox”.
Ətrafınızda mütləq ki, bu cür “xəstəlikdən” əziyyət çəkənlər var. Ancaq əmin olun: onları sağaltmaq sizlik deyil. Dost kimi o insanı təzədən sağlam həyata qaytarmaq üçün onu psixoloqun yanına aparmağınız ən yaxşı müalicə üsulu olar.
Müəllif: Ayxan AvazMənbə: kulis.az
| ['psixologiya', 'sevgi', 'diqqət', 'diqqət çəkmək', 'uşaqlatravmalarının nəticələri', 'diqqət mərkəzində olmaq', 'sevgisizlik'] |
140 | https://kayzen.az/blog/daily-problems/26506/%C9%99vv%C9%99ll%C9%99r-h%C9%99r-%C5%9Fey-daha-g%C3%B6z%C9%99l,-h%C9%99r-k%C9%99s-daha-s%C9%99mimi-idi.html | Əvvəllər hər şey daha gözəl, hər kəs daha səmimi idi | gunelb | Gündəlik həyatın çətinlikləri | 24 fevral 2021, 22:43 |
Əminəm ki, bu cümləni eşitməkdən çoxumuzun qulağı qabar olmuşdur. Hər kəs keçmişin gözəlliyindən dəm vurub, “gözəl zamanlarda” yaşağamağın qüruru ilə öyünür. Bəs niyə əvvəllər hər kəs daha səmimi, sevgilər daha pak, dostluqlar daha dürüst idi?
Əlbəttə ki, belə sualları cavablandırmaq üçün keçmiş və indiki zaman arasındakı fərqlərə quşbaxışı baxmağı nisbətən bacarmaq lazımdır. “Əvvəllər hamı daha “səmimi” idi.” Bəlkə buna məcbur idilər?!
Zənnimcə, bu sualın cavabı “azadlıq”dır. İnsanlıq hər keçən gün azadlıq zirvəsinə doğru daha bir addım atır. Azadlıq vacib bir şey olsa da, insan təbiətini bütün xüsusiyyətləri ilə ortaya çıxarma təhlükəsini daxilində bəsləyir. İnsanlar azadlaşdıqca digərlərindən asılılıqları azalır. Artıq cəmiyyətlərdə bütün kollektivlik ideyaları suya düşür. 100 il öncə hər kəs bir-birindən asılı vəziyyətdə yaşayırdı. Yəni siz 100 il öncənin Bakısında yaşayan bir insansınızsa, ürəyiniz istəyən kimi hər kəs tərəfindən qəbul edilmiş fikri tənqid edə bilməzdiniz. Çünki yaşamaq üçün digərlərinə ehtiyacınız var idi. Əvvəllər bir məhəllədə “xain” hesab edilən bir adama heç çörək də satmazdılar. Bu gün isə söz azadlığı mövcuddur. Siz istədiyiniz fikri istədiyiniz kimi ifadə edə və yaşamağa davam edə bilərsiniz. Bu isə artıq digərləri ilə qurduğunuz “səmimi” əlaqələri gərəksiz hala gətirir. İnsan əlaqələri mənfəət üzərinə qurulmuşdur, əgər dövrümüzdə mənfəətə çatmaq üçün səmimiyyət gərəkli deyilsə, o zaman səmimi insan da tapmazsınız. Əgər insanlar sürüdən (təşbehdə xəta olmaz) asılı olmadan da yemək tapa bilərlərsə, onların sürü arasında qalmaq üçün digərləri ilə “xoş” əlaqələr qurmağa ehtiyacları olmaz. Əgər insana imkan verilərsə o, digərlərinin başına basaraq zirvəyə çıxmağı – kapitalizmi – seçər, nəinki birlik göstərərək həmrəy yaşamağı – kollektivizmi. Və belə də oldu. “Əvvəllər böyüyə, kiçiyə hörmət var idi”. Bu məsələ bir az daha maraqlıdır. Belə ki, ilk öncə niyə böyüyə hörmət edildiyinə baxaq. Məncə belə sosyolojik məfhumları təhlil etmək üçün ən yaxşı üsul 100 nəfərlik bir qəbilə təsəvvür etməkdir. Bu qəbilədə od əldə etməyi – od olmazsa hər kəs ölər – bacaran sadəcə daha yaşlılardır, buna görə də onlar hər zaman əl üstündə tutulur və onlara hörmət edilir. Yəni ki, böyüklərimiz həyatı bizdən daha yaxşı başa düşürlər və onların təcrübələri bizim həyatımızı daha yaxşı yaşamağımıza yardımçı olur. Buna görə də, biz onlara həmişə hörmət etməliyik. Kiçiklər isə sadəcə qocalıb gücdən düşəndə bizə baxmaq üçündür.
İndi isə gələk, dövrümüzdə bu ənənənin niyə pozulduğuna. Çünki dövrümüzdə artıq kiçiklər böyüklərdən daha çox bilməyə başlayır. Zəmanəmizdə hər şey o qədər sürətlənmişdir ki, artıq yaşlılar bu sürətə çata bilmirlər, ona görə də cavanlar daha çox həyat bilgisinə sahib olurlar. Kompüterin kəşfindən bəri bu proses daha da vüsət alıb. Artıq kiçiklərin böyüklərə ehtiyacı olmadığı üçün, onlar hər hansı birinə hörmət etməyi lazım bilmirlər. Lakin, bu demək deyil ki, artıq kiçiklər böyüklərə hörmət etməməlidir. Sadəcə dövrümüzdə hörmət mənfəətcil bir məfhum olmaqdan çıxıb səmimi bir məfhuma çevrilir. İnsanlar böyüklərə onlara ehtiyacları olduqları üçün yox, onları sevdikləri üçün hörmət edirlər. Eləcə də, nə qədər şey bilsəniz də, həmin bilgiləri tətbiq etmək üçün böyüməyə ehtiyac var, sizi böyüdən isə yaşlılardır. Boşanmaların sayı gündən günə artır, müqəddəs ailə qurumu sarsılmaz taxtını itirir. Lakin “günahkar” olan zəmanə deyil, insandır. Əgər 100 il öncə insanların boşanmaq kimi bir seçimləri olsaydı, onlar bunu məmnuniyyətlə seçərdilər. Çünki insanların bir-birlərinə uyğun olması sadəcə cəfəngiyyatdan ibarətdir. İki insan sadəcə bəzi mənfəətlər çərçivəsində birlikdə yaşaya bilər. Necə ki, cəmiyyət qrupdakı fərdlərin mənfəətləri əsasında qurulmuşdur, ailələrdə də vəziyyət eynidir. Böyük bir qrupu idarə etmək üçün onları kiçik-kiçik qruplara – ailələrə – bölməlisiniz. Daha öncə də qeyd etdiyim kimi – siz ailənin fərdlərinə ayrı-ayrı yaşamaq imkanı yaratsanız, bütün fərdlər o imkanı seçər. İnsanlar əvvəllər də ən az indiki qədər kindar, sevgisiz, riyakar idilər. Lakin onların cilovunu əldə saxlayan totalitar cəmiyyətlər var idi. İndi isə “azadlıq” cərəyanı bütün “müqəddəslikləri” yox etmə bacarığına sahib olan vəhşi insan təbiətini ortaya çıxarır. Diqqət etsək, hal-hazırda ən saf sevgilərin yaşandığı zamanlar dedikdə insanın ağlına keçmiş gəlir. Keçmişdəki totalitarlıqdan isə danışmağa lüzum yoxdur. Totalitarlıq vəhşi insanın cilovunu əlindən buraxdığından bəri “pak” olan hər şey yox olur.
“Əvvəl qonşuluq, dostluq başqa cür idi.” Çünki əvvəl insanların qonşusunu seçmək şansı yox idi. Sizdən ən uzağı 5 qapı sonrakı insanla xoş əlaqələr qurmağa məcbur idiniz, yoxsa güzəranınız pis olardı. İndi isə – transportun inkişafından bəri – 30 km aralıdakı insanların arasından belə özünüzə ən uyğun dostu seçə bilirsiniz. Əgər 100 il öncəki insanlara bu şansı versəydiniz, onlardan çox azı öz qapı qonşusunu dost kimi seçərdi.
Cəmiyyətlər hər kəs tərəfindən “saxtalığı” sezilən, lakin “müqəddəs” qəbul edilən simvolik cəfəngiyyatlar üzərində qurulmuşdur. Gerçək sevgi və səmimi insan əlaqələri mövcuddur, lakin buna misal keçmişdəki əlaqələrdən çox indikilər ola bilər. Çünki indi hər şey gerçəkdir. Azadlığın bəslədiyi vəhşi insan zəkası yolundakı bütün cəfəngiyyatlarları silib-süpürür. Artıq dostluqlar, ailələr, qonşuluqlar daha realist əlaqələr əsasında qurulur. Həmin bu məfhumlar insanlığın zəkasız zamanlarının məhsuludur. Aciz insan oğlu sonsuz kainatın sirlərini anlamaq qabiliyyətinə sahib olmadığı üçün bu məfhumları zəkaya çatmaq yolunda özünə yoldaş seçmişdi. Lakin, zəka inkişaf etdikcə, azadlıqlar artdıqca köhnənin “səmiyyəti” və “eşqi” sadəcə XVIII əsr sevgi romanlarından xatırlanmağa məcbur olur.
Gəlin, “Nəsimi” filmindən Nəsimi ilə Əmir Teymurun dialoqunun bir hissəsinə nəzər yetirək:
Ə.T. – Amma “allah xofu” çıxmayacaq insanın canından. İldırımı, dolusu, tufanı var bu dünyanın. Seli, daşqını, zəlzələsi var.
İ.N. – Kamil insan cümlə-aləmin sirrinə vaqif olacaq və heç nədən qorxmayacaq.
Ə.T. – Qorxusuz insan insan deyil, qudurmuş itdir!
“Qorxusuz insan” bütün dəyərləri – sevgi, dostluq, səmimiyyət – məhv etməyə qabil olsa, bunu edər. Azadlıq insanın qəlbindən “allah xofunu” çıxarmağa davam edir. Bu səbəbdən gün keçdikcə bütün “dəyərlər” məhv olur. Bu, təfəkkürün təkamülüdür. Təkamül isə qarşısıalınmazdır.
Xülasə, üstad Nəsiminin “kamil insan” teoriyası yavaş-yavaş gerçəkləşir. Totalitar cəmiyyətlərin yaratdığı saxta əlaqələr isə “kamillik” qarşısında acizdir. Zəka ideal bir heykəl yaradanadək bütün nahamarlıqları aradan götürəcək. Geriyə isə zəkanın yaratdığı “gerçək səmimiyyət” qalacaq. Müəllif: Əliş NəzzərovMənbə: azlogos.eu
| ['sevgi', 'dostluq', 'səmimiyyət', 'səmimilik', 'hörmət'] |
141 | https://kayzen.az/blog/kulturologiya/26493/isan%C4%B1n-obrazlar%C4%B1-lgbt,-marixuana,-kommunizm.html | İsanın obrazları – LGBT, marixuana, kommunizm | gunelb | Kulturologiya (mədəniyyətşünaslıq) | 21 fevral 2021, 00:59 |
Təsviri sənətdə İsa Məsih qədər obrazı yaradılan ikinci peyğəmbər çətin tapılsın. Avropa rəssamlığında İsanın doğuluşundan tutmuş son günlərinədək həyatının müxtəlif epziodlarını əks etdirən onlarla tablo çəkilib. Bir qayda olaraq, həmin rəsmlərin əsasını körpə İsanın anası müqəddəs Məryəmlə təsviri, Məcdəlli Məryəm və həvarilərlə bağlı əhavalatlardakı konkret vəziyyətlər, həmçinin, İsanın əzablarının dərinliyini, ağrısının gücünü göstərmək, İudanın xəyanəti, xaçdaşıma, çarmıxa çəkilmək, dirilmə və s. motivlər təşkil edir. Bu əsərlərdə fiziki, real dünyadan çox, ruhanilik, ilahilik, müqəddəslik əsasdır.
Yazımda isə İsaya ənənəvi münasibətdən yox, rəssamlıqda və kinoda onun obrazına, həyat hekayəsinə qeyri-ənənəvi yanaşmadan bəhs edən bəzi əsərlərdən danışacam.Alman rəssamı Hans Holbeynin “Tabutdakı ölü İsa Məsih” (The Body of the Dead Christ in the Tomb 1521-22) tablosunda İsanın meyiti son dərəcə realist boyalarla təsvir edilib. Adıçəkilən tabloya kimi, ölmüş İsa sakit və əzəmətli, vücudu təmiz təsvir olunur, bədəni ideallaşdırılır və ilahiləşdirilirdi. Misal üçün, Rafaelin, Dirk Bautsun eyni adlı əsərlərində İsa işıqlı, nur simalı, sanki yuxudaymış kimi görünürsə, Holbeyn İsanı ilahiləşdirmədən meyitini vahiməli, qorxunc çəkib və adi insanlarla eyniləşdirib: bədənində qançırları, yaraları, döyülmə izlərini, çürümə əlamətlərini nəzərə çarpdırır, gözləri isə yarıaçıq və ölgündür. Əsər Dostoyevskinin “İdiot” romanında da xatırlanır. Yazıçı ilk dəfə əsəri Bazeldə görmüş və sarsılmışdı. Romanın bir epizodunda Roqojinlə Mışkinin arasında tablo ilə bağlı söhbət baş verir. Roqojin əsəri, onu seyr etməyi sevdiyini deyir. Bundan dəhşətə gələn Mışkin isə bu rəsmin inamı öldürə biləcəyi qənaətindədir.XVII əsr rəssamlıq sənətinin islahatçısı, barokko cərəyanının ustalarından italyan Karavacco da yaradıcılığında dini kanonları pozur, müqəddəsləri ölümlü insanlarla əvəz edir, obrazları mükəmməllikdən arındıraraq realizmə yaxınlaşdırır.
Karavacconun şedevrlərindən sayılan “İsanın dəfni” (The Entombment of Christ (1603)) əsəri buna görə kilsə tərəfindən rədd edilmişdi. Fonda heç bir peyzaj, arxitektura elementləri yoxdur, ancaq ön plan vurğulanır və İsa sanki bizim reallığa daxil olacaq kimi görünür. İsaya yeni naturalist yanaşmanı qəbul etməyən dindarlar əsəri kobud, hörmətsizlik kimi dəyərləndirdi.
Yeri gəlmişkən, Karavacconun dini motivli işlərindən Mel Gibson “İsanın əzabları” dramında istifadə edib, xüsusən, personajların simalarını və işıq-kölgə texnikasını.
Modernist təsviri sənətdə də (bura impressionizm, postimpressionizm, kubizm, dadaizm, abstraktsionizm və s. daxildir) İsa Məsihin obrazına maraqlı yanaşmalar olub.
Pol Qogenin “Sarı İsa” (The Yellow Christ, 1889) rəsmində çarmıxaçəkilmə epizodu maraq doğurur. Hadisənin baş verdiyi məkan Fransa, zaman isə 19-cu əsrdir. Çarmıxa çəkilmiş İsanın yanında sakit, təmkinli kəndlilər heç nə olmamış kimi dayanıblar. Uzaq fonda isə gündəlik iş-gücləri ilə məşğul olan digər kəndlilər gözə dəyir. Sarı rəngin üstünlüyü sevincə, rahatlığa işarədir. Sənətşünasların fikrincə, görünür, rəssam yaşadığı dövrün mahiyyətini – laqeydliyi, unutqanlığı belə bir ziddiyyətli təsvirdə verib.
Alman rəssamı, eskpressionist “degenrativ sənətin” (Hitler Almaniyasında meydana gəlmiş “Degenerativ sənət” anlayışı modernist cərəyanları rədd edir, sənətdəki yenilikləri təhlükəli sayırdı) nümayəndəsi sayılan Maks Bekmanın “İsa və zinakarlıq başında tutulan qadın” (“Christ and the Woman Taken in Adultery” 1917) əsəri ilə məşhur İncil motivini və İsanı karikaturalaşdırıb. Süjet tanış olmasa, mərkəzi personajın məhz İsa olması bilinməzdi. Müəllifin yozumundakı İsa kosadır və iblisanə təəssürat yaradır.
Belarus və fransız rəssamı Mark Şaqal “Bəyaz Çarmıx” (White Crucifixion, 1938) tablosunda İsanın yəhudi kimliyinə işarə edir və bunun üçün rəssam onun başına tikanlı çələng yox, iudaizmdə xüsusi ibadət baş geyimi sayılan tales qoyur. Əsər yəhudi xalqının əzablarının təcəssümüdür. Çünki rəsmin çəkildiyi il Almaniyada Üçüncü Reyx tərəfindən yəhudilərə qarşı talan başladıldı və qətllər törədildi. Hadisə “Büllur gecə və yaxud Sındırılmış şüşələr gecəsi” adı ilə tarixə düşüb. “Bəyaz Çarmıx” Roma papası Fransiskin sevdiyi əsərdir…
Kino sənətində də İsanın şəxsiyyətinə maraqlı, müxtəlif yanaşmalar edilib. Rejissorların İncil mətnləri və İsanın obraz ilə sərbəst davranmaları ayrı-ayrı vaxtlarda dindarların kəskin tənqidlərilə qarşılanıb.
Ən qalmaqllı filmlərdən biri Martin Skorsezenin yunan yazıçısı Nikos Kazandzakisin romanı əsasında ekranlaşdırdığı “İsa Məsihin son tamahı” (The Last Temptation of Christ, 1988) dramıdır. Kazandzakisin 1955-ci ildə yayımlanmış “Son tamah” romanının da taleyi qalmaqallı olub və Skorseze mümkün qədər əsərin ruhunu saxlamağa çalışıb. Süjet İncillə ziddiyyət təşkil edir: İsanın romalıların hakimiyyətinə qarşı çıxanlar üçün çarmıx hazırlaması, onun aşiq olduğu Məcdəlli Məryəmin müştərilərlə intim münasibətlərini müşahidəsi, İudanın tam müsbət obrazı, çarmıxa çəkiləndən sonra zühur edib Məcdəlli Məryəmlə evlənməsi, sevişməsi, ata olması və s.
Hərçənd, rejissor əsas vurğunu bir qədər başqa mətləbə yönəltməyə çalışıb. Seçilmiş olduğunu anlayan İsa qorxaq, skeptik göstərilib, o, tərəddüd içindədir, çünki sevgi və müharibə, peyğəmərlik və adi həyat seçimləri arasında vurnuxur. Monoloqundakı bu parça onun xarakterinin açılmasında açar rolunu oynayır:
“Mən yalançı və riyakaram. Hər şeydən qorxuram. Qadın görəndə onu arzulasam da Tanrı naminə ondan imtina edirəm. Mən oğurluq etmirəm, qan tökmürəm, ona görə yox ki, şirniklənmirəm, ona görə ki, qorxuram. Sənə, bütün dünyaya, Tanrıya qarşı üsyan etmək istəyirəm. Amma qorxuram. Bilmək istəyirsən, anam və atam kimdir? Bilmək istəyirsən, mənim Tanrım kimdir? Qorxu”.
Həmin dövrdə kəskin tənqdilərlə üzləşən rejissora qarşı etiraz aksiyaları keçirilib, radikal xristianlar bəzi kinoteatrlardan filmin surətini oğurlayıblar. Bir neçə xristian təşkilatı filmin istehsalçısı Universal kompaniyasından neqativləri almağa cəhd göstərib. Onlarda qəzəb doğuran məqamlardan biri mənfi rollar ifaçısı kimi tanınan Uillem Defonun İsa Məsihin rolunu oynaması idi.
İngilis bəstəkarı Endryü Uebberin eyni adlı rok-operası əsasında çəkilən, kanadalı rejissor Norman Jevisonun “İsa Məsih super ulduzdur” (Jesus Christ Superstar, 1973) müziklində İncil hekayələri kəskin dəyişilməsə də, peyğəmbər rok ifaçısı qismində görünür və süjetə müasir elementlər daxil edilir. Əsgərlər İsa Məsihi Qolqofada avtomatla müşayiət edir, İuda tankların hücumuna məruz qalır. İsanın dollar əskinası asılmış lövhəni dağıtması səhnəsi ilə rejissor onun mübarizəsini Amerika imperializminə qarşı qoyur.
Paolo Pazolininin İsanın bioqrafiyasını əks etdirən “Matfeyin İncili” (The Gospel According to St. Matthew, 1964) filmində peyğmbər solçu, eyni zamanda bir qədər aqressiv, mizantrop və üsyankardır. Ateist olmasına rəğmən Pazolininin dini mövzuda çəkməsi çoxları üçün gözlənilməz idi. Hələ 1963-cü ildə onun “Qoyun pendiri” qısametrajlı filmi böyük qalmaqala səbəb olmuş və təhqiramiz, əxlaqsız məzmununa görə rejissor həbs olunmuşdu.
Hadisə, film çəkilişlərinin getdiyi məkanda baş verir. İsa ilə birgə çarmıxa çəkiləcək, ikinci oğru rolunu oynayan kasıb aktyor öz yeməyini ailəsinə verir və bütün günü aclıq hissindən əziyyət çəkir. Nəhayət, təsadüfən ona qoyun pendiri və çörək qismət olur. Aktyoru süfrə başında tutan çəkiliş qrupu onu məsxərəyə qoyaraq, qabağına yemək ataraq hamısını yeməyə məcbur edirlər. Və aktyor rolunu ifa edərkən, çarmıxaçəkilmə səhnəsindəcə canını tapşırır. Pazolini bununla da zahirən xristian dəyərlərinə əməl edən, mahiyytcə isə riyakar olan cəmiyyəti ifşa edir.
Həmin dönəmdə Roma Papası XIII İoann kilsənin müasirlərin bədii yaradıcılığına yeni münasibət göstərməsinin vacibliyini qeyd etmiş, onları birgə dialoqa, əməkdaşlığa çağırmışdı. Çağırışa qoşulan Pazolini hətta Assizi monastrında keçirilən bir seminarda iştirakçı olmuşdu. “Matfeyin İncili” ideyası da burada yaranmışdı. “Ateist olduğunuz halda niyə bu filmi çəkmisiniz” sualına o, belə cavab vermişdi: “Ola bilsin ki, mən inanclı deyiləm, amma dinə-imana xiffət duyan kafirəm”.
O, İsanı tarixdə olduğu kimi göstərmir, özünün dediyi kimi “bu, iki min il sonrakı İsanın həyatıdır”.
İsa haqda çəkilən öncəki filmlərdən fərqli olaraq, “Matfeyin İncil”i neorealist estetikada çəklib. Bütün dialoqlar İncilə birbaşa istinad edir, çünki rejissor hesab edirdi ki, təsvir heç vaxt mətnin poetik yüksəkliyinə nail ola bilməz.
Baş rolu qeyri-peşəkar aktyor, 19 yaşlı tələbə, kommunist Enrike İrasoki oynayır. Deyilənlərə inansaq, hətta Pazolini baş rola rus şairi Yevgeni Yevtuşenkonu dəvət etmək istəyib. Yuxarıda dediyimiz kimi, rejissorun yozumunda İsa solçu, inqilabçı, proletariatın natiqi kimi çıxış edir. İnqilabçıdır. Filmdə inqilabi rus, italyan mahnıları səslənir. Bununla da Pazolini bir növ İsanın şəxsiyyətini öz monopoliyasına almış kilsə ilə mübahisəyə girir. Hər halda 2015-ci ildə Vatikanın L’Osservatore Romano qəzeti filmi İsa haqda ən yaxşı ekran əsəri adlandırıb.
Amerika müəllif kinosunun az tanınan nümayəndələrindən biri Hel Hartli isə “Həyat kitabı” (“The book of life”, 1998) fentezi komediyasında İncil mətnlərini sərbəst yozumlayıb. Müasir dövrdə İsa Məsih kostyumda əlində noutbukla, Məcdəlli Məryəm subkultura mədəniyyətini təmsil edənlərin qiyafətində peyda olur, İblis isə barda pivə içir. İsa 2000-ci ilə keçmədən öncə, bir gün ərzində müəyyənlədirməlidir ki, kompüterləşmədən ağlını itirmiş dünyada Apokalipsis baş versin, ya yox? Ümumilikdə, film antixirsitian intonasiyada işlənib.
İsanın kinoda obrazı ilə son qalmaqallı film Netflix-də bir neçə il əvvəl yayımlanan “İsanın ilk tamahı” (The First Temptation of Christ, 2019) komediyasıdır. Filmin müəllifi bir qrup braziliyalı komikin, rejissorun və ssenaristin 2012-ci ildə yaratdığı Porta dos Fundos Youtube kanalıdır.
Süjetə görə İsa boyfrendi Orlando ilə səhrada 40 gün keçirəndən sonra evinə dönür. Anası Məryəm, atası İosif, həmçinin əmisi saydığı Tanrı İsanın 30 yaşı münasibətilə ziyafət verir. O, ailəsini Orlando ilə tanış edir. Ziyafətdə Tanrı İsaya onun atası olduğunu deyir. İsa otağına qayıdaraq marixuana çəkir, onun gözünə Şiva, Budda və digər müqəddəslər görünür. Sonda məlum olur ki, Orlando İblisdir və İsa onu məhv edir.
Bundan başqa Məryəmin narkoman olması, Tanrının İsaya onun masturbasiya etdiyini deməsi kimi provokativ səhnələr Braziliyada xristian cəmiyyətinin qəzəbinə səbəb olub. LGBT-yə qarşı çıxışları ilə tanınan pastor Marko Felisiano tvitter hesabında kanala qarşı mübarizənin vacibliyini qeyd edib. Özünü “qürurlu homofob” adlandıran Braziliya prezidenti Jair Bolsonaru hadisəyə şərh verməsə də, LGBT tematikasında çəkilən filmlərə dövlətin maliyyə ayrımasının qadağan edilməsi haqda əmr verib.
Filmi təhqiramiz sayan xristian cəmiyyətləri Netflix-dən onu dayandırmağı tələb etmişdilər. Neftlix isə burada həqarətli nəsə olmadığını iddia edir. Orlando rolunun ifaçısı Fabio Porşat cəmiyyətin reaksiyasını homofobiya adladırıb: “Filmdə İsanın gey olması iddia olunmur. Biz eyhamlarla oynayırıq ki, onun yeni dostu var, ola bilsin dostu geydir. Və onlar səhrada 40 gün birgə qalıblar. Hiddətlənməli olan tək tərəf LGBT-dir. Çünki məhz onların personajına İblis deyirik”.
2020-ci ilin yanvarında Braziliya məhkəməsi Netflix-in filmi yığışdırmaq öhdəliyi haqda qərar qəbul edib.
Qeyd edim ki, Porta dos Fundos kanalı sketçlərində eyni zamanda korrupsiya, narkoticarəti satirik şəkildə hədəfə götürür.
Müəllif: Sevda SultanovaMənbə: kulis.az
| ['təsviri sənət', 'rəssamlıq', 'təsviri sənətdə İsa Məsih', 'təsviri sənətdə İsa Peyğəmbər', 'kino aləmi', 'kino sənəti'] |
142 | https://kayzen.az/blog/DMF/26479/g%C9%99nc-publisistl%C9%99r-%C3%BC%C3%A7%C3%BCn-m%C9%99sl%C9%99h%C9%99tl%C9%99r.html | Gənc publisistlər üçün məsləhətlər | gunelb | Düşüncələrim, münasibətim, fikirlərim | 14 fevral 2021, 23:02 |
Qoca qarğa boş yerə qarıldamaz. (Atalar məsəli)
Ürəyim dolu, vaxtım az, qanım da hal-hazırda bir az qaradır. Ona görə də söhbəti uzatmadan, birbaşa, müqəddiməsiz, girişsiz filansız bir müddətdir yazmaq istədiyim məsləhətlərə keçirəm. Bütün hallarda, səbəb nə olursa olsun təcrübənin paylaşılmasında fayda var. Diqqətlə oxuyun, bəlkə bu məsləhətlərdən hansısa sizə faydalı ola bilər.
1) Oxuyub fikrimi, münasibətimi bildirmək üçün gənclərdən mənə yazı göndərən olur. Etimada görə təşəkkür edirəm. Bu etimadı qazanmaq çox xoşdur. Əlbəttə, hamısına aid etmək olmaz, amma bəzən oxuyub münasibət bildirməyim üçün göndərilən yazını açıb baxanda görürəm ki, elə ilk abzasda müəllif həyat nədir, həyat əbədidirmi, azadlıq nədir, insan niyə yaşayır, biz hardan gəlmişik, hara gedirik kimi ağır suallara cavab axtarır. Qısa, dar don geyinmiş qoca, əldən düşmüş arvad necə gülməli görünürsə ağır, həyati suallara cavab axtaran bir gənc də o qədər gülməli görünür.
Ey gənc dost, azadlıq nədir, həyat nədir, həyat əbədidirmi, insan niyə yaşayır kimi ağır suallara cavab axtarmağa hələ vaxtın çox olacaq. Tələsmə. Sən indi yaz görək nə geyinirsən, geyindiyin paltarları hardan alırsan. Ayaqqabın ayağını soyuq havalarda isti saxlayırmı. Ayaqqabın yağışlı havalarda su buraxırmı. Gündə neçə manat xərcləyirsən. Xərclədiyin manatları özün qazanırsan, yoxsa onları sənə valideynlərin, nənən, baban verir. Əgər cib xərcliyini sənə valideynlərin verirsə, necə verirlər. Ürəklə, yoxsa əlləri əsə-əsə, deyinə-deyinə, danlaya-danlaya, minnətlə… Kimlərlə oturub-durursan. Ətrafındakı adamlar, qohum-qonşu ictimai-siyasi hadisələrlə maraqlanırmı, kitab oxuyurlarmı. Oxuyurlarsa nə oxuyurlar, niyə oxuyurlar. Onların sənə münasibəti necədir. Sənin gələcəyini necə görmək istəyirlər. Yaz görək universitetə hansı arzularla girmişdin və orda nələr gördün. Tələbə yoldaşlarınla, müəllimlərlə yola gedə bilirsənmi. Bütün bunlar yazıya çevrilə biləcək mövzulardır. Ətrafınızda bu cür mövzular qaynayır.
Arada fikirləşirəm ki, bəlkə ağır suallara cavab axtarmaq gənclik iddiasından irəli gəlir. Sonra öz gənclik illərimi xatırlayıram. Düzdür gic-gic yazılar çox yazmışam, xatırlamaq belə adama xəcalət verir, normaldır, elə belə də olmalıdır, amma ağır-ağır suallara mütəmadi cavab axtarmağım yadıma gəlmir. Hətta ən naşı vaxtlarımda belə yazılarımda çoxlu real hadisələr, real insan portretləri, sifətləri olub. Ayağım yerdən üzülməyib, göylərdə uçmamışam, dərinlik iddiasında olmamışam.
Müşahidələrim, oxuduqlarım nəticəsində qəti olaraq bu qərara gəlmişəm ki, pafos, intellektual blef nədirsə, birbaşa insan təbiəti ilə əlaqəlidir. Adamlar var, heç cür sadə düşünmək istəmirlər. Adamlar var ki, istəyirlər onların oxuduqları kitabları çox az adam, ancaq özləri kimi “seçilmiş adamlar” oxusun. Adamlar var ki, istəyirlər onların baxdıqları filmlərə çox az adam baxsın. Bu kitablar, bu filmlər kütləviləşəndə, başqaları da bu kitablarla, bu filmlərlə tanış olmağa başlayanda onlar bir növ cırnayırlar. Bu curə mənasız, gülməli əməllərlə özlərini xüsusi təriqət üzvi kimi hiss etmək istəyirlər. Belə deyək, özlərini süni surətdə “intellektual offsayda” salırlar. Niyə insan heç bir lüzum olmadığı halda özünə belə əziyyət verməlidir? Bu onlardan asılı proses deyil. Halbuki, tirajın az və ya çox olması sənət əsərinin kefiyyətinin göstəricisi sayıla bilməz. Yaxşı sənət əsərinin tirajı az da ola bilər, çox da.
Bizim mətbuatda bir neçə adam illərdir yazılar yazırlar. Belə baxanda kifayət qədər istedadlı adamlardır. Mütaliələri, ictimai-siyasi mövqeləri qaydasındadır. Arada maraqlı mövzulara da toxunurlar. Lakin intellektual pafos, intellektual blef onlara özlərini tam ifadə etməyə, potensiallarını tam ortaya qoymağa mane olur. Pafos müəlliflə oxucu arasında doğmalıq hissi yaradan cümlələrin, təsvirlərin yazılmasına, yazının oxuculara daha effektiv təsir göstərməsinə imkan vermir. Bunu yaxşı-yaxşı yadda saxlayın. Bu olduqca vacib məsələdir. İntellektual pafosdan əziyyət çəkən adamların yazılarında şirinlik olmur. İntellektual pafosla müəllif könüllü surətdə öz əlini-qolunu bağlayır, manevr imkanlarını azaldır. Mənə ötən illər ərzində, intellektual pafosdan əziyyət çəkən çox adam deyib ki, sən ağır, dərin, düşündürücü yazılar yazmalısan. Elə yazılar ki, bu yazıları ancaq seçilmiş adamlar oxumalıdır. Demişəm gedin o ağır yazıları özünüz yazın. Nədən və kim üçün yazmağı yaxşı bilirəm. Yazıçının, publisistin işi mürəkkəbləşdirmək deyil, sadələşdirməkdi. Peşəkarlıq həm də mürəkkəb məsələləri sadə bir tərzdə ifadə etməkdir.
Deməli belə, əvvala mövzunun balacası, yekəsi yoxdur. Əsas məsələ nədən yazmaq deyil, necə yazmaqdır. Ayağınızı yorğanınıza görə uzatmağı bacarın. Hansı mövzunun altına girə biləcəyinizi, hansı mövzunun altına girə bilməyəcəyinizi dəqiq müəyyən edin.
2) Daima insanlarla ünsiyyətdə olun. Ən müxtəlif təbəqələrə mənsub adamlara diqqətlə qulaq asmağı bacarın. Ünsiyyətdə olduğunuz adamların savadlı və yaxud savadsız olmasına fikir verməyin. Görün Heminquey bu barədə necə gözəl sözlər deyib: “Əgər bir yazıçı müşahidə etməyi dayandırsa, işi bitər. Ancaq müşahidə prosesi şüurlu və material axtarışı məqsədi ilə həyata keçirilməməlidir”. Yəni, müşahidə etmək o demək deyil ki, ovçu kimi küçələrdə gəzirsən və şahidi olduğun, başına gələn bütün hadisələr, gördüyün bütün adamlar haqqında tez oturub yazı yazırsan. Xeyr. Hər bir insan sifəti, hər bir hadisə yaddaşda öz yerin tutur. Zamanı gələndə onlar yaddaşın dərinliklərindən üzə çıxıb “məni yaz, məni yaz” deyirlər.
Gənclərin yazılarını bacardığım qədər oxuyuram. Yazılarda real insan, real həyat görünmür. Görünəndə də çox az görünür. Bilmirəm bu catışmayan cəhət əsasən hardan, nədən qaynaqlanır. Yəqin ki, yazılarda insanın, həyatın görünməməsinin əsas səbəbi canlı ünsiyyətin az olmasındadır. Başım çıxmır gənclər niyə gedib hər hansı məkandan reportaj yazmırlar. Niyə gedib adi və qeyri-adi adamlardan müsahibələr almırlar. Bu nə epidemiyadır belə, hamı fikir, düşüncə, təriqət, mərifət, həqiqət yaymaqla məşğuldur?
2000-ci illərin əvvəlində büdcəsi və tirajı az olan bir qəzetdə işləyirdim. Təsəvvür edin, həm xəbər, həm reportaj, həm də müəllif yazısı yazırdım. Müsahibələr alırdım. Eşşək kimi işləyirdim. Bütün günü gəzirdim. Hər cür adamlarla ünsiyyətdə olurdum. Ayda azı bir dəfə hansısa rayona gedirdim. O vaxtlar köşə yazıları dəbdə idi. Redaktordan xahiş etmişdim ki, müəllifi olduğum yazının üstündə şəklimi verməsin. Nəsə yazının üstündə şəklimin verilməsinə özümü layiq bilmirdim. Buna hazır deyildim. Bir gün səhər işlədiyim qəzeti köşkdən aldım. Gördüm ki, müəllifi olduğum yazının üstündə şəklimi də veriblər. Dəhşət utandım. Qəzetdəki şəklimə baxa bilmirdim. Gəldim redaksiyaya, redaktora etirazımı bildirdim. Bir daha xahiş etdim ki, şəklimi yazımın üstündə verməsin. Amma qəzetin növbəti nömrəsində yenə də şəklimi yazımın üstündə gördüm. Qərəz, qəzetdə şəklimə öyrəşməyim bir neçə ay çəkdi.
Bunu niyə xatırladım? “18,6”nı, “Quqark”ı yazanda aldığım müsahibələr, yazdığım reportajlar, rayonları gəzməyim, ən müxtəlif adamlarla görüşməyim karıma gəldi. “18,6”da, “Quqark”da bolluca hadisələrin, bolluca insan portretlərinin yazılması həm də qəzetdə eşşək kimi işləməyimin nəticəsi idi.
3) Qalın, dama-dama bir dəftər alın. Hər hansı bir əsəri oxuyub bitirən kimi, əsər haqqında fikirlərinizi, təəssüratlarınızı isti-isti dəftərə yazın. Sonralar əsər haqqında yazdıqlarınızı oxuyanda yaddaşınız təzələnəcək. Ümümiyyətlə, əsərlər haqqında yazı yazmağı, əsərlərdə yazılanlarla günümüz-güzəranımız arasında paralellər aparmağı öyrənin. Heç bir yazıçının tirajından, mükafatlarından qorxmayın. Əsər xoşunuza gəlmədisə, açıq yazın ki, xoşuma gəlmədi. Amma bunu əsla cool görünmək, sırf ədabazlıq xətrinə etmək olmaz. Niyə xoşlamadığınızı səmimi surətdə əsaslandırmalısınız. Yazın ki, bax bu, bu, bu səbəblərə görə əsər xoşuma gəlmədi. Özünüzə qarşı səmimi olun. Hansısa əsərin tirajından, məşhurluğundan qorxub, əsərdən həzz almadığınız halda həzz aldığınızı yazsanız, əsərdən həzz almadığınız halda həzz aldığınızı desəniz, hamıdan, hər kəsdən əvvəl özünüzü aldatmış olacaqsınız. Bu isə avtomatik olaraq sizi yuxarıda yazdığım bəlaya, intellektual pafosa, intellektual blefə aparıb çıxaracaq.
4) Oxuduğunuz yazdığınızdan azı iki yüz dəfə çox olmalıdır. Oxumadığınız halda yazı yazmaq haqqını özünüzə tanımayın. Bunu yazmaqdan yorulmayacam; oxumayan adamda təfəkkür, hadisələrə özünəməxsus baxış olmur. Oxumayan adamlar tutuquşu kimi ordan-burdan eşitdikləri söz-söhbəti təkrarlayırlar. Bəzən heç bunu da bacarmırlar.
5) Mütəmadi olaraq Azərbaycan dilində yazılmış əsərlər oxuyun. Azərbaycan dilində oxunması vacib olan əsərlərin siyahısın “Subyektiv siyahı” adlı yazıda vermişəm. Azərbaycan dilində yazılmış əsərləri oxumaq dilinizi inkişaf etdirməklə bərabər, həm də mənsub olduğunuz camaatı, vətəndaşı olduğunuz ölkəni tanımaqda da sizə xeyli köməklik göstərəcək. Aleksey Varlamovun təbirincə desəm, yalnız ayrı-ayrı adamların taleyini öyrənməklə tarixi hiss etmək olar. Dəqiq deyilib. Həqiqətən belədir. Tarixi yaxşı bilən adamlara çox rast gəlmişəm, amma onlar ədəbiyyat az oxuduqlarına, ayrı-ayrı adamların həyatlarından az xəbərdar olduqlarına görə tarixi hiss etməkdə çətinlik çəkirlər. Tarixi hiss etmədikdə isə bu gün baş verən hadisələri də başa düşməkdə problemlər yaranır.
6) Mövzuya birbaşa girin. O dərəcədə birbaşa girin ki, hətta oxucuda belə bir fikir yaransın; dəyəsən bu yazının ilk iki abzası itib.
7) Cümlələrin hamar olmasına calışın. Oxucu cümləni bir dəfə oxuyanda müəllifin nə demək istədiyini başa düşməlidir. Ta geriyə qayıdıb müəllifin nə demək istədiyini başa düşmək üçün cümləni təkrar oxumamalıdır. Bəzi müəlliflər elə bilirlər ki, uzun, qarmaqarışıq cümlələr yazmaqla adamların gözünə olduğundan daha ağıllı və istedadlı görünəcəklər. Kökündən səhv yanaşmadır. Əndrabadi cümlələrlə, lazımsız, süni təsvirlərlə yazının tempini aşağı salmayın. Yazıda keçidlərin yumşaq alınmasına xüsusi diqqət edin. Mövzusundan aslı olmayaraq yazı oxunaqlı olmalıdır. Kobud, kələ-kötür cümlələr oxucunun gözünə tikan kimi batmamalıdır.
8) Mövzunu beyninizdə bacardığınız qədər çox bişirin. Yazib bitirən kimi yazını tələm-tələsik redaktora göndərməyin. Yazını bir-iki gün dəmə qoyun. Soyuq başla yazını təzədən oxuyub, yazı prosesində coşub yazdığınız lazımsız cümlələri silin, sonradan ağlınıza gələn fikirləri yazıya əlavə edin.
9) Əgər xarici dil bilirsinizsə, xoşladığınız, faydalı hesab etdiyiniz mətnləri tərcümə etməyə girişin. Tərcümə, mətni hiss etmək üçün əvəzsiz prosesdir. Tərcümə, həm də adamda oturmaq, işləmək vərdişi yaradır. Lazım gələndə oturmağı bacarmaq yazı adamı üçün olduqca vacib şərtdir.
10) Arada xarici ölkələrin mətbuat orqanlarına da yazı göndərin. Hara olursa olsun. Məğribdən məşriqə qədər…
11) Axtarın, maraqlanın, tapın və xarici ölkələrdə keçirilən yazı müsabiqələrində iştirak edin. Müsabiqələrdə iştirak etməklə siz heç nə itirməyəcəksiniz. Tam tərsinə, müsabiqələrdə iştirak etmək sizin inkişafınıza ciddi təsir göstərəcək.
12) Sevgi və nifrətinizin ünvanını, kimi, haranı sevməyi, kimə, haraya nifrət etməyi dəqiq müəyyən edin. Burda təfərrüatlara girmək istəmirəm, amma əmin olun ki, bu da çox vacib bir şərtdir.
13) Həyatdan qisas almağı öyrənin. Nə mənada? O mənada ki, hər bir axmaq, pis hadisəyə, hər bir uğursuzluğa yazı yazmaqla, işləməklə, ortaya məhsul qoymaqla cavab verin. Məsələn, bax indi ovqatım heç yerində deyil, axmaq bir hadisə baş verib. Bu barədə düşünməmək üçün oturub yazı yazıram. Ən yaxşısı da budur. Yazı yazan gün özümü rahat hiss edirəm. Mənə elə gəlir ki, günüm hədər getməyib.
14) İctimai-siyasi məzmunlu fikirlərinizin, düşüncələrinizin sağlam olmasına çalışın. İctimai-siyasi məzmunlu fikirlər sağlam olmayanda hətta ən vəhşi istedad, ən dərin intellekt belə insanı xilas eləmir.
Yekun
Yuxarıda yazılanlar çox ümümi və düşünürəm ki, həm də əməl edilməsi vacib olan məsləhətlərdir. Yaxşı yazı yazmağın resepti yoxdur. İnsan yazdıqca püxtələşir. Qələm yazdıqca itilənir. İllər keçdikcə insanın üslubu, öz mahnısı yaranmağa başlayır. Kim deyibsə, çox dəqiq deyib: “Üslub – insanın özüdür.”
Müəllif: Seymur BaycanMənbə: azlogos.eu
| ['psixologiya', 'publisistika', 'ünsiyyət', 'düşüncələr', 'fikirlər', 'yazmaq'] |
143 | https://kayzen.az/blog/din/26469/kils%C9%99nin-par%C3%A7alanmas%C4%B1-katoliklik-v%C9%99-pravoslavl%C4%B1q.html | Kilsənin parçalanması: katoliklik və pravoslavlıq | gunelb | Din və teologiya | 13 fevral 2021, 00:10 |
1054-cü ildə xristian kilsəsi katolikliyə və pravoslavlığa bölündü və bölünmə hələ də qüvvədə qalır. Roma papası ilə Konstantinopol patriarxının münasibətləri necə idi? XI əsrdə xristianlıq hansı rolu oynayırdı və “böyük sxizma” niyə baş verdi? Katoliklər və pravoslavlar bir-birilərini niyə lənətləmişdilər? Kilsənin parçalanmasında siyasət hansı rol oynamışdı və latınlarla bizanslıların ənənələri nə ilə fərqlənirdi?
Bu və digər suallara kilsə tarixçisi Pavel Kuzenkov cavab verir.
XI əsrdə xristianlıq Finlandiya, Baltikyanı istisna olmaqla bütün Avropaya, o cümlədən İslam Şərqinin ərazisinə (Afrika, Yaxın Şərq, İran və Orta Asiya) yayılmışdı. Sonuncularda çox sayda xristianlar vardı. Müsəlman İspaniyasından başqa bütün Avropa dövlətlərində xristianlıq hakim din idi. Eyni zamanda XI əsrdə bütün qərb vilayətlərində papalıq sistemi qurulmuşdu və istisnasız bütün kilsə strukturları Roma papasına (Müqəddəs Pyotr apostol kafedrasına) tabe idi, dini ədəbiyyat və mərasimlərdə latın dilindən istifadə olunurdu. Şərqdə isə ənənəvi yerli kilsə sistemi – bir-birindən müstəqil regional patriarxatlar, katolikosatlar, ya da arxiyepiskopiyalar – qalırdı. Onların arasında yeddi Ümumdünya kilsəsini və Şərqi Roma (Bizans) imperiyasından asılılığı qəbul edənlər pravoslar kilsələri ailəsini təşkil edirdi. Ki, onlara da əsas kafedralar daxil idi: Konstantinopol (həmin dövrdə Rusiya, Bolqariya və Serbiya ona tabe idi), İsgəndəriyyə, Antioxiya, Yerusəlim, Kipr, Gürcüstan. Xalkidon kilsəsini qəbul etməyən bir sıra şərq kilsələri anti-xalkidonit qrupda və ya monofizitlərdə birləşirdi (Ermənistan, koptlar və efiopiyalılar, qərbi suriyalılar).
İranda və Mərkəzi Asiyada sadəcə iki Ümumdünya kilsəsini – şərqi suriyalılar və ya nestorianlar – qəbul edən Şərq kilsəsinin mövqeyi üstünlük təşkil edirdi. Bütün şərq kilsələrində dini mərasimlərdə və kitablarda milli dillərdən istifadə olunurdu.XI əsrin başlanğıcında yunan və latın xristianlığı – o vaxt hələ katoliklərə və pravoslavlara bölünməmişdi, vahid kafolik kilsənin tərkib hissəsiydi – arasındakı sərhəd Şərqi Avropa ölkələrindən keçirdi: Polşa, Macarıstan, Çexiya, Xorvatiya papa strukturuna məxsus idi; Bolqarıstan və gələcək Serbiyanın ərazilərinə Bizans nəzarət edirdi, onlar müstəqil Oxrid arxiyepiskopluğu statusu ilə Konstantinopol patriarxatına tabe idi. Nəhəng Rusiya Konstantinopol kilsəsinin onlarla mitropoliyalarından sadəcə biriydi. Bu, özlüyündə unikal nümunə sayılırdı, çünki “ümumdünya patriarxatına daxil olan” və imperiya zamanında təntənəli şəkildə “Konstantinopol kafedrası” adlandırılan digər yeparxiyalar Bizans imperiyasının ərazisində yerləşirdi. Rus knyazlarının isə həm Bizansla, həm də latın Avropası ilə əlaqələri vardı: Müdrik Yaroslavın üç qızı Fransa, Norveç və Macarıstanın kraliçaları idilər, böyük oğlu İzyaslav Polşa şahzadəsi ilə, ortancıl oğlu Svyatoslav Sesiliya adlı alman qızla, kiçik oğlu Vsevolod isə yunan qadınla evliydi – Vladimir Monomax sonuncunun oğlu idi.
İlk dövrlərdə Rusiyada heç kim 1054-cü ildə baş verən parçalanmaya kilsələrin həqiqətən ayrılması kimi baxmırdı. Hər halda qardaşları tərəfindən Kiyevdən qovulan İzyaslav Yaroslaviç 1075-ci ildə Almaniyada olanda oğlu Yaropolku Roma papası IV Qriqorinin yanına göndərmiş və hərbi kömək almağa vasitəçilik etməsi qarşılığında Rusiyanı Pyotrun kafedrasına “verməyi” vəd etmişdi.
Amma onun bu hərəkəti Rusiyada heç kimi qəzəbləndirməmişdi; 1077-ci ildə İzyaslav Kiyevə qalib kimi qayıtmışdı. 1091-ci ildə rus mitropolitinin nümayəndəsi, italyan tacirlərinin bizanslılardan oğurladıqları müqəddəs Möcüzəkar Nikolayın qalıqlarının bir hissəsini Baridə şəxsən Papa II Urbandan almışdı.
Müqəddəsin qalıqlarının “Bari şəhərinə köçürülməsi Rusiyada ən vacib kilsə bayramlarından birinə çevrilmişdi. Amma Bizansda bu bayram heç vaxt qeyd olunmayıb.
Cənubi İtaliyada konfenssional vəziyyət daha mürəkkəb idi. Çox güman ki, orda çox sayda yunandilli pravoslav əhali yaşayırdı, ancaq yerli lanqobardların arasında latın ənənələri yayılmışdı. Roma və Konstantinopol, bu ərazi üzərində kilsənin formal nəzarətinə görə mübahisə edirdilər: bizanslı imperatorlar Cənubi İtaliyanın süzerenləri (vasalları olan feodal hökmdar) hesab olunurdular.
AVROPADA SİYASİ VƏZİYYƏTXI əsr Avropada Roma papasının siyasi işlərə təsirinin kəskin artması ilə xarakterizə olunur. X əsrdə – Papa taxtının italyan bölgə klanlarının əlində oyuncağa çevrildiyi rüsvayçı dövrdən sonra Klyüni islahatçılarının və onları dəstəkləyən alman krallarının səyləri nəticəsində apostol taxtının nüfuzunu əhəmiyyətli dərəcədə artırmaq mümkün olmuşdu. Bu nəticə, klir nizam-intizamının sərtləşdirilməsi, düşünülmüş kadr siyasəti və kilsə idarəsinin mərkəzləşdirilməsinin gücləndirilməsi yolu ilə əldə edilmişdi. Qərb ruhanilərinin əsas eyiblərinin – korrupsiya (simoniya) və pozğunluq (nikolaitlik) – kökünü kəsməyə yönəlmiş ilk islahatlar mərhələsi VII Qriqorinin (1073–1085) pontifikatında başlayacaqdı və imperatorlarla papalar arasında kəskin münaqişə ilə nəticələnəkdi. Hələliksə əsrin birinci yarısında Frankon sülaləsinə məxsus imperatorlar güclənməkdə olan papalığın əsas qəyyumu və müttəfiqi qismində çıxış edirlər. Hətta onlar, papa taxtına öz tayfadaşlarını və qohumlarını namizəd göstərərək əvvəllər burda dominantlıq edən italyanları sıxışdırmağa başlayırlar. Belə ki, 996-cı ildə Romada ilk alman papa – imperator III Ottonun qohumu, 26 yaşlı Karintiyalı Bruno (V Qriqoriy) – peyda olmuşdu. 1046-cı ildə isə imperator III Henrixin kansleri II Kliment adı ilə papa təyin edilir. Papa IX Lev də alman idi (III Henrixin qohumu) və 1054-cü ildə baş verən “böyük sxizm” dramı məhz onun rəhbərliyi dövründə baş vermişdi. Almanların müqəddəs taxtda oturmalarının iki vacib nəticəsi oldu: intellektual səviyyənin aşağı düşməsi və İtaliyada frank kilsə ənənələrinin, o cümlədən inanc simvolunun “Və Oğul adına” (Filioque) əlavəsiylə möhkəmləndirilməsi.Cənubi İtaliya və Siciliyada mürəkkəb vəziyyət yaranmışdı. Bu vilayətlər hələ IX əsrdən ərəblərlə bizanslıların döyüş meydanı idi, yerli lanqobard sülalələri və frank hökmdarları bu döyüşlərdə fəal iştirak edirdilər. 1042-ci ildə burda Normandiyadan gələn avantürist-muzdlular peyda olmuş və tezliklə Bizans Apuliyasını və Kalabriyasını işğal etmiş, sonra isə tədricən Appenin yarımadasının cənubunu bütünlüklə ələ keçirmişdilər. Papalar əvvəlcə Bizansla müttəfiqliyə girərək bu yarıquldurlarla mübarizə aparmağa çalışırdılar, amma məğlub oldular. Nəhayət, onlarla razılaşma bağladılar: hərbi dəstək qarşılığında onlara legitimlik verdilər.
1059-cu ildə papa II Nikolay italyan normandlarının başçısı Robert Qviskara, bizanslılardan aldığı Apuliya və Kalabriyanın knyazı, həmçinin Qviskarın ərəblərdən geri almağa söz verdiyi Siciliyanın gələcək hersoqu titulunu verir. Tezliklə, Cənubi İtaliyanın normand hökmdarları həm Bizansa, həm də roma-alman imperatorlarına qarşı papanın əsas dayağına çevriləcəkdi.
Nüfuzlu Makedon sülaləsindən olan sonuncu imperator VIII Konstantinin ölümündən sonra Bizansda uzun sürən sülalə böhranı başlayır.
Birinci mərhələdə yeni hökmdarların legitimliyi Konstantinin qızları – Zoya və Feodoriya ilə nihaga söykənirdi. Feodoriyanın ölümündən sonra, 1056-cı ildə mülki və hərbi əyanların ən böyük ailələri – Komninlər, Duklar, Diogenlər, Votaniatlar, Vriennilər arasında taxta uğrunda kəskin mübarizə mərhələsi başlayır.
Bu dramatik savaşdan 1081-ci ildə rəqib Duk sülaləsinin nümayəndəsi İrina ilə evli olan I Aleksey Komnin qalib çıxır.
Həmin vaxt daxili münaqişələr nəticəsində zəifləmiş imperiya bütün cəbhələrdə bir sıra sarsıdıcı məğlubiyyətə məruz qalmışdı. Onlardan ən dəhşətlisi 1071-ci ildə IV Diogen Romanın nəhəng ordusunun Ermənistanda – Mansikert yaxınlığında Şərqin yeni sahibləri – türk-səlcuqlar tərəfindən darmadağın edilməsiydi.
Sözügedən döyüşdə imperator əsir düşmüş, sonra azad edilmişdi. Ki, bu da vətəndaş müharibəsi və faktiki olaraq Kiçik Asiyada Bizansın hakimiyyət strukturlarının süqutuna gətirib çıxarmışdı. Aleksey Komnin hakimiyyətə gələndə nəhəng imperiyanın təkcə pərakəndə qalıqları və Konstantinopol qalmışdı. Kiçik Asiyada qeydsiz-şərtsiz türklər ağalıq edirdilər, qərbdən siciliyalı normandlar sıxışdırırdılar, Balkanlarda isə peçeneqlər və qıpçaqlar fırtına qoparırdılar. İmperiyanın sağ qalmağı zirək Alekseyin böyük xidməti idi. O, müttəfiq tapmaq üçün, əsasən, Qərbə müraciət etmişdi. Onun müraciətlərin nəticəsi məşhur Səlib yürüşləri oldu.
Maraqlı bir detal: 1089-cu ildə imperator Roma ilə ayrılığın səbəblərinin araşdırılması barədə tapşırıq verəndə heç nə aydınlaşdırmaq mümkün olmadı və papa Urbana kilsələrin əlaqələrini bərpa etməsi üçün dəvət göndərildi; dəvətə cavab gəlmədi.
Konstantinopol – 100 minlik əhalisi olan nəhəng meqapolisdir. İqtisadiyyatı çiçəklənir. İmperiyanın əraziləri dayanmadan genişlənir, X Konstantin Dukun (1067) hökmranlığının son illərində Macarıstan və Dunaydan başlayıb Suriya və Mesopotomiyaya qədər uzanır. Düzdür, tezliklə bu qüdrətin zəif olduğu meydana çıxacaqdı, amma 1054-cü ildə baş verən sxizma Bizans imperiyasının böyük inkişafı fonunda cərəyan edirdi. İmperiyanın sərvətləri barədə əfsanələr gəzirdi. İmperiyada gedən siyasi mübarizəyə müdaxilə etmiş Müdrik Yaroslav, böyük oğlu Vladimirin rəhbərliyi altında Konstantinopola donanma göndərəndə (1043-cü il) ruslar yunanlardan ağlasığmaz məbləğdə – 400 min nomisma (Bizansın əsas pul vahidi), yəni 1,64 ton qızıl – xərac istəmişdilər. Şərqli müəlliflərin iddialarına görə, o zaman təkcə Roman Diogenin yürüş xəzinəsində 1 milyon sikkə (4 ton qızıl) vardı. Araşdırmaçılar imperiyanın o dövrdəki ümumi gəlirlərini 15-20 milyon arası (təxminən, 70 ton qızıl) dəyərləndirirlər.
Bəs Qərbi Avropada vəziyyət necə idi? Nümunə üçün: İngiltərədə 1086-cı ildə müştərək torpaq mülkiyyəti 73 min funt (qızıla çevirəndə 2 tondan az) məbləğində dəyərləndirilir. Fransada isə hətta bir əsr sonra da krallıq gəlirləri 200 min livri (1,28 ton qızıl) güclə keçirdi. Daha kiçik və yoxsul ölkələr barədə isə danışmağa da dəyməz.
XI əsrdə Rusiya zənginliyi ilə seçilirdi: Avropa ilə Şərq arasındakı ticarət yolları hələ işləyirdi və knyaz xəzinəsi dolu idi. 1075-ci ildə Svyatoslav Yaroslaviçin qasidləri Mayntsa, imperator IV Henrixin hüzuruna gələndə (yeri gəlmişkən, o, rus knyaginyası ilə evliydi), salnaməçi Lambert Hersfeldski yazmışdı: “Heç kim German krallığına nə vaxtsa bir dəfəyə bu qədər saysız-hesabsız sərvətin gətirildiyini xatırlamırdı”.
LATIN VƏ YUNAN KİLSƏLƏRİ PARÇALANMADAN ƏVVƏL
Latın Qərbi ilə yunan Şərqi arasında ciddi mədəni fərqlər vardı. Antik dünyanın süqutundan sonra, V əsrdə Qərb, demək olar ki, sivilizasiyanın tam tənəzzülü ilə xarakterizə olunan qaranlıq əsrlərdən keçmişdi. Hərçənd XI əsrə doğru Avropa artıq özünə gəlmişdi: hər yerdə, xüsusən də, İtaliya və Fransanın ticari şəhərlərində mədəniyyət və sərvətin artımı müşahidə olunurdu. Şəhərlər şürətlə böyüyürdü, hərçənd onlar şəhərdən daha çox kəndə bənzəyirdi: ortastatistik Avropa şəhərində minə yaxın insan yaşayırdı ki, bu da Antik dövrlə heç müqayisə də gəlmirdi. Bizans da tənəzzül dövründən qurtula bilməmişdi: imperiya ərəb işğallarını xüsusilə ağır keçirmişdi, VII əsrdən, adətən, bir neçə cəbhədə permanent müharibə rejimində yaşayırdı. Dövlət həddindən artıq hərbiləşmişdi, hakimiyyətdə, əsasən, hərbçilər olurdular. Amma IX əsrdə kifayət qədər sürətli “makedon renessansı” başlayır: təhsil, elm, incəsənət dirçəlir. XI əsrdə Bizans təhsil səviyyəsinin yüksək olduğu cəmiyyətə çevrilir, sarayda intellektualların sayı artır, hətta rahiblər də antik fəlsəfə, poeziya, ritorika sahəsində bilikləri ilə fəxr edirlər. (“Pravoslav və katolik mədəniyyətlərində günah və xilas” kitabı).
Şərq və Qərb kilsələri bir-birindən həmişə fərqlənirdi, amma əvvəllər bu fərqlər əhəmiyyətsiz özəlliklərdən o tərəfə keçmirdi. Üstəlik, Antik dövrdə və orta əsrlərdə hər bölgənin öz kilsə ənənəsi, öz bayramları, nəğmələri və libasları vardı – təkcə İrlandiya nəyə desən, dəyərdi. Lakin Qərbdə Roma, Şərqdə isə Konstantinopol ətrafında cərəyan edən mərasim unifikasiyası latın və yunan ənənələrinin kəskin qütbləşməsinə gətirib çıxardı. İlk dəfə bu məsələni kəskin şəkildə bolqarlar qaldırdılar: XI əsrin ortalarında xristianlığı qəbul etməyə qərar verən bolqarlar, Şərq və Qərb xristianlarının kilsə ənənələrinin bir-birindən xeyli fərqləndiyini gördülər və barbarlara xas sadəlövhlüklə hansı ənənələrin “doğru” olduğunu aydınlaşdırmağı tələb etdilər. Roma və Konstantinopol o vaxt artıq parçalanma həddinə çatmışdı, amma problemi həll etmək mümkün olmuşdu.
Qərb xristianlarının bir hissəsi, xüsusən, Frank imperiyasının sakinləri əsas dini mətni – Müqəddəs Ruhun mənşəyi ilə bağlı əlavənin olduğu inanc simvolunu oxuyurdular. Belə ki, Ümumdünya kilsəsində qəbul olunmuş klassik variantda “Və Atadan gələn Müqəddəs Ruha” yazılırdı. Ancaq ikinci variantda bu ifadə “Atadan və Oğuldan (Filioque) gələn Müqəddəs Ruha” kimi gedirdi. Bu “filioque”-nin nə vaxt və niyə peyda olduğu hələ də aydın deyil. Ancaq əgər IX əsrdə hətta Roma belə, bu formanı qəbul etmirdisə, XIəsrdə, çox güman ki, alman papaların vasitəsilə yeni forma rəsmi papa mərasiminə daxil edilmişdi. Bu isə artıq ciddi məsələydi, çünki söhbət doqmatik yenilikdən, inanc simvolunun təhrifindən gedirdi. Halbuki bu, qəti şəkildə yasaqlanmışdı.
IX əsrdə artıq məlum olan və XI əsrdə xüsusilə diqqət çəkən vacib fərqlərdən biri də ruhanilərin evlənməməyi idi. Əgər Şərqdə nigahsızlıq yalnız yepiskoplardan tələb olunurdusa, Qərbdə hələ çoxdan istənilən klirikin evlənməsi münasib sayılmırdı. XI əsrdə ruhanilərin sıralarının təmizlənməsi uğrunda gedən mübarizədə bu məsələ xüsusilə kəskinləşdi: evli keşişlərin hamısı – ki, belələri az deyildi – kafir-nikolaitlər elan olundular və əsrin sonuna qədər evli ruhanilər qalmadı. Amma bizanslılar bu qaydaya son dərəcə skeptik yanaşırdılar.
Nəhayət, XI əsrdə Qərb və Şərq mərasimləri arasında daha bir əhəmiyyətli fərq ortaya çıxdı: yunanlar yevxaristiya (priçastiye) ayinində mayalı çörəkdən, latınlarsa mayasız çörəkdən istifadə edirdilər.
Bu fərq tamamilə təsadüfən üzə çıxmışdı: eyni ayində mayasız çörəkdən istifadə edən erməni anti-xalkidonitlərlə mübarizənin gedişatında Konstantinopolda, o cümlədən ayinləri “qərbsayağı” keçirən latın məhəllələrində mayasız çörəkdən istifadəyə icazə verən liturgiyalar qadağan olundu.
Bizanslı ruhanilər erməni adətinin, İsanın insan təbiətini monofizitsayağı alçaltdığını düşünürdülər. Ki, bu da İsanın iki təbiətli – insani və ilahi – olduğuna dair halkidon ehkamına zidd idi. Hazırda biz mayasız çörəkdən istifadənin dini əsası olmadığını və çox qədimlərdən gəldiyini bilirik, amma o dövrdə latınlar da ermənilərin badına getmişdilər, hərçənd onlarla heç bir əlaqələri yox idi (“Müqəddəslərin alçaldılması” kitabı).
Yunanlar tərəfindən “latın günahları” adlı siyahıya yazılan başqa xırda fərqlər də mövcud idi: keşişlərin saqqallarını qırxmaları (yunanlar saqqal saxlayırdılar), “heyvan” adlarından istifadə, liturgiya zamanı oturmaq və danışmaq.
Latınlar isə hesab edirdilər ki, yunanların əsas cinayəti, Roma papasını Tanrının yer üzündəki yeganə canişini və bütün kilsələrin rəhbəri qəbul etməmələridir. Digər xırda şeylər isə sadəcə belə bir “rüsvayçı itaətsizliyin” nəticəsidir.
ROMA PAPASI VƏ KONSTANTİNOPOL PATRİARXIRoma və Konstantinopol, eləcə də digər kilsələr arasındakı fikirayrılığı qədim dövrlərdə də olurdu, amma V əsrin ikinci yarısında ilk dəfə liturgik əlaqənin qırılması (sxizma) ilə bitmişdi. Onda məsələ imperatorun köməyilə yoluna qoyulmuşdu. Fikirayrılıqlarının ikinci “raundu” VI əsrdə – Konstantinopolda monofelit küfr (monofelitliyə görə, İsanın iki təbiəti olsa da, ilahi iradəsi təkdir) peyda olanda baş vermişdi. Kəskinləşmənin üçüncü mərhələsi ikonolazm dövrünə düşmüşdü. Hər üç halda da ənənəni müdafiə edən Roma qalib gəlmişdi.IX əsrdə patriarx Fotinin ətrafında mübahisələr yarandı. Onun əleyhdarları papaya və “bolqar məsələsinə” appelyasiya edirdilər – onda yunanlar diplomatiyanın vasitəsilə latınları məğub etdilər. Foti taxta qayıtdı, bolqarlar isə Bizansın nüfuz dairəsində qaldı.
Amma papalığın iddiaları güclənirdi. Xüsusən də, IX əsrdə “Konstantin bəxşişi” – imperator Konstantinin, papa Silvestrə iqtidar səlahiyyətləri verdiyi və imperiyanın bütün kilsələrini ona tabe etdiyini deyən saxta sənəd dövriyyəyə buraxılandan sonra. Sənəd kifayət qədər kobud şəkildə hazırlansa da, XV əsrə qədər hər kəs onun gerçək olduğuna inanırdı. Papa IX Lev məhz ona istinadən patriarx Mixail Kerularidən itaət tələb etmişdi.
Qeyd etmək lazımdır ki, Roma ilə Konstantinopol arasında faktiki parçalanma 1054-cü hadisələrindən xeyli əvvəl baş vermişdi. Hələ XI əsrin başlanğıcında İtaliyada nüfuz sahibi olmaq uğrunda gedən kəskin mübarizədə Bizans, gah german imperatorları, gah da italiyan zənginləri tərəfindən seçilən Roma papalarını tanımaqdan imtina edirdi. 1009-cu ildən – IV Sergi papa olandan sonra Konstantinopolda liturgiya zamanı papanın adını xatırlamağı dayandırmışdılar. Anoloji hal Roma da baş vermişdi. Bu, hələ sxizma deyildi, amma kilsələrin münasibəti artıq korlanmışdı.
1054-cü il PARÇALANMASI1054-cü ildə baş verən münaqişənin maraqlı tərəfi o idi ki, həmin vaxt Roma ilə Bizans müttəfiq idi və Cənubi İtaliyada normand quldurlarına qarşı vahid cəbhə kimi çıxış edirdi. IX Levin elçiləri kardinal Qumbertin başçılığı altında imperator IX Konstantin Monomaxa öz ehtiramını bildirmiş və həm hökmdarın, həm də Konstantinopol sakinlərinin provaslığını nümayişkaranə şəkildə qəbul etmişdilər. Amma elçilər patriarx Mixail Kerulari ilə dərhal kəskin ixtilafa girmişdilər. Mixail nüfuzlu və səlahiyyətli aristokrat idi, hətta imperatorun özü də ondan çəkinirdi. Mayasız çörək ucbatından latınlarla münaqişə qızışanda Mixail Kerulari papanın, adətən, sadəlöhv və kobud şəkildə səsləndirdiyi tələblərini qəbul etməyə tələsmədi. Çox güman ki, papa və elçilərinin saxta “Konstantin bəxşişi”nə istinad etmələri, “ana kilsə” kimi Romaya ehtiram göstərmək çağırışları, xüsusən də, yunanların, guya, inanc simvolundan “Və Oğuldan” sözlərini çıxartdıqları ilə bağlı məzəmmətləri patriarxa və tərəfdarlarına gülməli gəlirdi. Hərçənd Qumbert və yol yoldaşları da xeyli aqressiv davranırdılar. Qumbert, Mixail Kerularini əksəriyyəti uydurma və gülünc olan bir sıra küfrlərdə təqsirləndirən yazılı ittihamnamə tərtib etmiş, patriarxı və tərəfdarlarını lənətləmiş, yazdığı məktubu liturgiya zamanı Müqəddəs Sofiyanın mehrabına atmışdı. Məktubu tapıb oxuyanlar, bu cəfəngiyyatın hörmətli prelatlar tərəfindən – yeri gəlmişkən, elçilər artıq öz ölkələrinə qayıtmışdılar – yazıldığına inana bilmirdilər, ona görə də, ilk anda tərcüməçini günahlandırmışlar.
Lənətləmək – anafema, kilsə cəzalarının ən axırıncı növüdür. Adətən, o, rütbə aşağı salınandan və uzaqlaşdırmadan sonrakı addımdır, əsaslı məhkəmədən və müttəhim tövbəyə dəvət olunandan sonra yekdilliklə elan edilir. 1054-cü ildə bunların heç biri olmamışdı. Qumbertin imzaladığı mətndə deyilirdi: “Biz, müqəddəs birinci apostol taxtının ağlasığmaz şəkildə alçaldılmasına və təhqir olunmasına dözməyərək və hər yerdə kafolik dini dəstəkləməyə çalışaraq, təmsil etdiyimiz müqəddəs və ayrılmaz Üçlüyün və apostol taxtının, o cümlədən Yeddi kilsənin bütün pravoslav ruhanilərinin verdiyi səlahiyyətlə bu anafemanı imzalayırıq. Ağamız, möhtərəm papa da doğru yola qayıtmayacaqları təqdirdə onu eyni şəkildə Mixailə və onun ardıcıllarına bəyan edib”.
Maraqlı bir detal: yuxarıdan təsvir olunan hadisə 1054-cü il iyulun 16-da baş verib. Papa IX Levinin isə öz elçilərinin etdiklərindən xəbəri yox idi, çünki o, hələ aprelin 19-da ölmüşdü.
Öz növbəsində Mixail Kerularinin rəhbərliyi altındakı Kilsə də anafema elan edir, amma papa Levə yox, özbaşınalığa yol verənlərə, yəni Qumbertə və onun iki yol yoldaşına.
“Böyük sxizma” şəxsi mübahisə kimi başlayıb ayrı-ayrı şəxslərin mühakimə olunmasına keçmişdi. Amma bu, sadəcə aysberqin səthi idi. Əslində, latın Qərbi ilə yunan Şərqi artıq çoxdan fərqli istiqamətlərə gedirdi və parçalanmaları sadəcə zaman məsələsiydi.
Sonrakı hadisələr göstərdi ki, Qərb, kilsə münaqişəsinin həllində qətiyyən maraqlı deyil. Roma papalığı, Avropanın bütün kilsə strukturlarının İsanın canişini olaraq Roma papasına total tabeçiliyi sistemi kimi formalaşmışdı, Bizans, o cümlədən Şərqin digər, Roma ilə, ümumiyyətlə, heç bir ixtilafa girməyən patriarxları isə bu yolda sadəcə əngəl idi. Aydın idi ki, yunanlar heç vaxt kilsə strukturunun ənənəvi formasını dəyişməyə, papanı bütün kilsələrin rəhbəri kimi tanımağa razı olmayacaqlar. Buna görə də, onları sxizmatçılar elan etmək və əlaqələri kəsmək daha rahat idi.
SƏLİBÇİLƏR KİMDİR?Bizanslılara hərbi dəstək kimi başlamış səlib yürüşləri sadəcə yunanlarla latınları qarşılıqlı şəkildə ayıran ocağa yağ tökdü. Avropa və Bizans elitalarının intensiv əlaqələri onların dünyagörüşləri və dəyərlər sistemi arasındakı uçurumu üzə çıxartdı. Bizanslılar “franklara” həyasız və aqressiv barbarlar kimi baxırdılar, qərbli cəngavərlər isə təkəbbürlü, özünəvurğun, ancaq qorxaq və riyakar yunanlara olan nifrətlərini gizlətmirdilər.
Avropanın qalan hissəsində Roma ilə Konstantinopol arasındakı münaqişə dərhal diqqət çəkməmişdi. Bəzi bölgələrin, məsələn, Skandinaviyanın uzun əsrlər bundan xəbəri belə olmamışdı. Həmçinin Rusiya da latınlarla münasibətləri kəsməyə tələsmirdi. Kilsə polemikaçıları rus knyazlarında, onların təbəələrində “iyrənc latınlara” nifrət oyatmaqdan ötrü xeyli əziyyət çəkməli olmuşdular.Münaqişənin möhkəmləməsinə ən böyük “töhfəni” qərbli səlibçilər vermişdilər. 1024-cü ildə onlar Konstantinopolu ələ keçirib yandırmış, qarət etmiş və 1261-ci ilə qədər orda ağalıq etmişdilər. Bir neçə onillikdən sonra isə səlib yürüşünü monqol hücumları nəticəsində zəifləmiş Rusiyaya yönləndirməyə çalışmışdılar, amma onları Aleksandr Nevski qarşılamışdı.
Konstantinopolda da, Rusiyada da “İsanın cəngavərləri”, pravoslav ənənələrinə qarşı dərin nifrət, amansızlıq, acgözlük və hakimiyyətpərəstlik sərgiləyirdilər. Hətta başda Roma papası, məsələn, Daniel Qalitski olmaqla “ümumavropa evinə” girməyi arzulayan hökmdarlar da, şəxsi təcrübələri əsasında belə bir ittifaqın faydalarının son dərəcə az, zərərlərinin isə həddindən çox olacağını görürdülər. Siyasi baxımdan parçalanmış, təkcə öz mənfəətini düşünən Qərb, hər hansı real yardım göstərməyə qadir deyildi, ittifaq və qarşılıqlı əməkdaşlıq barədə gedən bütün söhbətlər isə eyni şəkildə – yırtıcı aqressiya və yeni-yeni tələblərlə bitirdi.
Bizanslı imperatorlar, siyasi məqsədlərlə 1274-cü ildə Lionda, 1439-cu ildə isə Florensiyada Roma ilə kilsə ittifaqının bağlanmasına cəhd etmişdilər, lakin hər iki cəhd uğursuzluqla nəticələnmişdi. Birinci dəfə ittifaqı latınların özləri pozmuşdular. Onlar VIII Mixail Paleoloqu riyakarlıqda ittiham edib növbəti səlib yürüşünə başlamışdılar. İkinci ittifaq cəhdi Bizans cəmiyyətinin mənəvi pozğunluğuna, parçalanmasına gətirib çıxartmışdı və sadəcə imperiyanın, osmanlıların zərbələri ilə məhvini sürətləndirmişdi.
MÜASİR DÖVRDƏ KATOLİKLİK VƏ PRAVOSLAVLIQO vaxtdan əsrlər keçib. Reformasiyanın amansız böhranı sayəsində ağıllanmış katoliklik, orta əsrlərdəki qüsurlarının əksəriyyətini geridə qoyub və bir çox məsələlərdə I minilliyin qədim ənənələrinə qayıdıb. Öz növbəsində pravoslavlıq da Qərblə fikirayrılıqlarının səbəblərini daha yaxşı anlamağa başlayıb və bir çox önyarğılarından imtina edib. 1054-cü ildə verilən qarşılıqlı anafemalar papa VI Pavel və Konstantinopol patriarxı Afinaqor tərəfindən 1965-ci ildə təntənəli şəkildə götürülüb.
Pravoslavlar və katoliklər artıq çoxdandır ki, müxtəlif sahələrdə, hər şeydən əvvəl də sülh və ənənəvi dəyərlər uğrunda mübarizədə məhsuldar əməkdaşlıq edirlər.
Filioque və mayasız çörək kimi ənənəvi mübahisəli mövzuların kəskinliyi aradan qaldırılıb. Saqqal saxlayıb-saxlamamaq,ruhanilərin subay, ya da evli olması, liturgiyaların və ayinlərin formaları kimi məsələlərartıq heç kimi narahat etmir.
Amma fikirayrılıqlarının kökü – kilsədə papanın qeydsiz-şərtsiz liderliyi və onun doqmatik, qanuni qüsursuzluğu ilə bağlı katolik təlim – bu gün də kilsələrarası münasibətlərin normallaşması yolunda əsas əngəl olaraq alır.
Mənbə: azlogos.eu
| ['pravoslav', 'pravoslav kilsəsi', 'pavoslavlıq', 'səlibçilər', 'latın kilsələri', 'yunan kilsələri'] |
144 | https://kayzen.az/blog/kisiler/26468/hitlerd%C9%99n-cobsa-xarizma-v%C9%99-onun-elmi-%C9%99saslar%C4%B1.html | Hitlerdən Cobsa – Xarizma və onun elmi əsasları | gunelb | Kişilər | 11 fevral 2021, 23:25 |
Xarizmatiklər dünyanı idarə edir. Onlar sizi Tanrıya inandırmağa, sektalara qoşulmağınızı, pulunuzdan keçməyinizi, onlara səs verməyinizi təşviq etməyə qadirdir. 2000 ildir ki, xarizma tərifi və izahı olmayan fitri bir qabiliyyət, ilahi vergi kimi qəbul edilir – ya gərək Corc Kluni kimi təbəssümlə dünyaya gələsən, ya da orda-burda sürünüb, kütlələr qarşısında çıxış etməkdən sıxılıb-qızarasan. Doğrudanmı başqa çıxış yolu yoxdur? Elmi ictimaiyyət hər şeyin o qədər də ümidsiz olmadığını iddia edir. Onların fikrincə, xarizmanın nə olduğunu, sehrli gücünün necə işlədiyini, onun necə ölçülə biləcəyini və ən əsası, necə əldə edilə biləcəyini araşdırmaq, sorğulamaq mümkündür.
Mistik bir “vergi” olan xarizma haqqında təsəvvürümüzün formalaşmasında, çoxdan unudulmağa üz tutmuş erkən xristianlığın araşdırıcılarından olan Rudolf Zomun əməyi misilsizdir. Xarizma konsepsiyasını ilk dəfə gündəlik həyatımıza gətirən və bu sözün mənasını növbəti min illər üçün təyin edən məhz Zom olub. Teoloji anlayışda xarizma (sözün birbaşa mənasında) ilahi bir qığılcım, lütf, Rəbbin öz seçilmiş bəndəsinin çiyninə qoyduğu və onu məsihin yolu ilə apardığı əlidir. Xarizmanın bir nömrəli, əsas izahı bu cürdür.
İkinci izahın müəllifi isə, keçən əsrin əvvəllərində yaşamış alman filosof və sosioloqu Maks Weber olmuşdur. Weber fövqəltəbiiliyin bir anlayış kimi təhrif olunduğunu bildirərək, küllərindən yenidən doğan bu anlayışın bu səfər hökmranlıq prinsipi ilə möhkəm uzlaşdığını müdafiə edir, daha doğrusu, xarizmatikliyi liderliyin ideal forması kimi göstərirdi.
Weberə görə xarizmatik olmaq – İsa məsih, Makedoniyalı İskəndər və ya Axilles olmaqdır. Fövqəltəbii qabiliyyət, peyğəmbərlik vergisi, yüksək ruh və bəlağət qüdrəti – xarizmanın nümunəvi keyfiyyətləridir.
Klassik Weberian tərifə görə, xarizma – sayəsində fövqəlinsan və ya ən azından istedad sahibi kimi tanınmağa, qəbul olunmağa şərait yaradan xüsusi bir insani keyfiyyətdir. 90-cı illərədək uzanan tədqiqatların böyük hissəsi məhz bu tərifə əsaslanır, istinadlar da ona edilirdi.
Beləliklə, dünyanın aparıcı konsepsiyaları xarizmanı iki əsas şeylə əlaqələndirir – seçilmək və insanlara fövqəladə təsir imkanına malik olmaqla. Bu verginin “doğuşdan gəlməsi” və “izahının olmaması” haqqındakı ümumi qənaət də birbaşa sözügedən əlaqənin nəticəsidir, yəni “dəmir-beton” möhkəmliyindəki stereotipin də qaynağı budur.
Xarizma necə işləyirŞərti Corc Kluninin həmsöhbətini MR aparatına yerləşdirsək məlum olar ki, Kluni öz əhvalatını rəngli boyalarla danışdığı əsnada, onu dinləyən şəxsin beyni eşitdiklərini normal üsullarla qəbul eləmir. Tədqiqatçılar, xarizmatik natiqi dinləyərkən bizim analitik düşüncə, məntiq, diqqət, tənzimləmə və s. kimi rasional qabiliyyətlərdən istifadə etmədiyimizi aşkar ediblər, çünki o sırada biz, tamamilə fərqli bir sinir strukturu olan – Passiv Beyin Rejimi Şəbəkəsini işə salırıq.
Passiv beyin şəbəkəsi xəyal qurmağa, ətraf mühit haqqında düşünməyə və nostalji qabiliyyətinə cavabdehdir. O, yalnız düşüncə mərkəzi ilə “əməkdaşlığı” rədd eləmir, eyni zamanda onu boğub sıradan çıxarır.
Bu səbəbdən, hər şeyi söz-bə-söz xatırladığımızı sansaq da, xarizmatik hekayəçidən dəqiq bir sitat gətirə bilmərik.
Stiv Cobs kimi məşhur liderləri qarşımızda görəndə isə, daha da irrasional oluruq. Eyni prinsip, tutaq ki, Hollivud aktyorlarına da aiddir. Onlarla birbaşa kontaktımızdan əvvəl, onlar haqqında güclü xarizmatiklər olduqlarına dair təsəvvür formalaşmış olur. Xarici cazibənin təsiri müasir idrak elmində populyar olan “predikativ kodlaşdırma quruluşu” nəzəriyyəsi ilə ətraflı izah edilmişdir. Onun mahiyyəti budur ki, xarici dünya ilə təmasımız onun barədə ilkin, daxili təsəvvürlərimiz vasitəsilə baş verir. Bu, beynimizin iş prinsipi ilə əlaqədardır: beynimiz proqnoz verməklə məşğuldur, daha doğrusu, beynimiz elə yalnız proqnozlaşdırmağa və obrazları tanımağa meyl edir. Hər ikisinin də mənbəyi yalnız beş duyğu kanalımız deyil, eyni zamanda gözləntilərimizin kompleksindən yaranan şərtlənmişliyimizdir.
Məhz bu səbəbdən, arxasında qadın pərəstişkarlardan nəhəng bir ordusu, yaxud aktivində Apple kimi brendi olan şəxslərin qarşısında beynimiz məlumatı analiz etmək, onu dəfələrlə yoxlamaq üçün enerji sərf etmək istəmir, ona şüursuzca daxil olan “etibar et və inan” əmrinə itaət edir.
Xarizmatik bir insanın yanında qapıldığımız xoşbəxt “iflic” vəziyyəti ilə daxilimizdəki rasionalisti rədd edirik. Weberin təsvir etdiyi kimi – bir peyğəmbərin, qəhrəmanın, nüfuzlu şəxsin, yaxud liderin yanında, bir qayda olaraq iflic vəziyyətinə düşürük.
Cambridge-də təşkilati davranış və xarizmanın emosional təsirlərini araşdıran Jochen Menge, hipnoza bənzəyən bu heyranlıq halını araşdırıb. Onun terminologiyasına görə biz, “ehtizaz qarışıq qorxu effekti” ilə üz-üzəyik. Təcrübələr əsnasında Menge paradoksal bir məqamı da kəşf edib – sözügedən effekt xarizmatiki açıq-aşkar ucaldan, qarşısında titrəyənlərə də aiddir, adi hörmət edən, onu ucaltmayan, sadəcə onun dəyərini bilib qəbul edənlərə də. Bu cür eynilik, bərabərlik şüuraltı duyduğumuz hörməti nümayiş etdirdiyimiz zaman həyəcanımızın intensivliyinə nəzarəti istər-istəməz itirdiyimiz üçün meydana çıxır.
Psixologiyaya bu hiylənin nəticəsi çoxdan məlumdur – həyəcan bizdən asılı olmadan güclənir.Mengeyə görə, “ehtizaz qarışıq qorxu effekti” bizi sözün əsl mənasında trans vəziyyətinə salır. Tez-tez xarizmanın klassik nümunəsi kimi xatırlanan, özünəməxsus xarici görkəmə malik olan qısaboylu Adolf Hitlerin özünü və şübhəli çevrəsini “saf qanlı ariyalılar” elan etməsi və bu iddianın kütlələr tərəfindən etibar görməsi, məhz həmin trans vəziyyəti ilə izah oluna bilər.
Hitlerə lider ilə kütlə arasındakı münasibətin minillik tarix-ənənəsi kömək etmişdi. Təkamül nəzəriyyəsinə görə cəmiyyət ta qədim zamanlardan xarizmatik liderləri izləməyə meyllidir. Müasir tədqiqatçılar bu fenomeni qədim və modern insanların beynində eyni səviyyədə qalan “magik” təsəvvürlə əlaqələndirirlər. Daha sonrakı zamanlarda, məsələn, insanlar Perun naminə toyuq qurban kəsməyi dayandırsalar da, xarizmatikləri izləmək arzularını öz azadlıqlarından imtina etmək arzuları ilə birləşdirdilər – məsuliyyətdən azad olmaq, tənhalığa qalib gəlmək və sosial lazımsızlıq hissindən qurtulmaq üçün. Sifətini itirməmək şərti ilə kölə olmağa razılaşmaq instinkti, alman sosioloqu və filosofu Erix Fromm tərəfindən ətraflı izah edilib.
Onun konsepsiyasına görə, insan yuxarıdakı problemlərin kompleksi ilə yüklənmiş “mən”indən o qədər bezdi ki, hər şeydən birdəfəlik və bir anda xilas olmaqdan ötürü, özünü maqnitizmi olan şəxsiyyət ilə eyniləşdirmək yolunu seçdi, bu, ona daha asan gəldi.
Yeri gəlmişkən, eyni mexanizm sadomazoxizmdə də işləyir.
Freyd “Kütlələrin Psixologiyası və İnsan Məninin Təhlili”ndə fərdin öz azadlığını qurban vermək kimi şiddətli bir arzudan bəhs edir. Freydə görə, əksəriyyət lider obrazında öz atasını görür, yaxud onunla münasibətlər modelini kopyalayaraq xarizmatik liderlə münasibətini “uşaq-valideyn” sistemi üzərində qurur. Son araşdırmalara görə, bu proses doğrudan da hərfi, birbaşa mənasında məhz bu cür işləyir: xarizmatiklik əsasən uşaqların valideynlərinə bağlılığına cavabdeh olan neyropeptid oksitosin tərəfindən modulyasiya olunur.
Beləliklə, bir tərəfdən biz “hipnotik” təsirə qapılmağa (irrasionallıq) meylliyik, digər tərəfdən isə kiminsə təsiri altına düşmək üçün daxili istək və ehtiyacımız var (könüllülük). Xarizmanın fitri bir keyfiyyət olmadığını və sonradan öyrənilə biləcəyini qəti şəkildə bəyan edən neo-xarizmatik məktəbin alimləri məhz bu iki amilə istinad ediblər. İfrat entuziast alimlər hətta öz tezislərini sınaqlar yolu ilə də sübut etməyə çalışacaqlar…
Xarizmanı necə işə salmalıDövrümüzün “Delfik orakulu” olan Google-a müraciət edib, ondan neo-xarizma haqqında soruşsaq, cavab əsl qədim peyğəmbər ruhunda olacaq – dini perversiya motivli bidət, məzhəbə yaxud missonerlərə qoşulma, sekta yığıncaqlarında iştirak və s. Bizə isə, məsələnin sırf elmi tərəfi maraqlıdır.
1990-cı illərin ortalarından günümüzə qədər neo-xarizmanı araşdıran nəzəriyyəçilər, bu “ilahi vergini” demokratik şəkildə bölüşdürmək uğrunda mübarizə aparırlar. Bunun üçün onlar “lider və ardıcılları + korporativ mifyaratma” düsturu ilə işləyən təşkilatlarda xarizmanı araşdırıblar.
Sözügedən sistem, xarizmanı fövqəltəbii qatından arındıraraq, ona prozaik aspektdən yanaşmağa imkan verir.
Lozanna Universitetinin Təşkilati davranış üzrə professoru və özü parlaq neo-xarizmatik olan John Antonakis xarizmanı duyğulara və ideologiyaya əsaslanan simvolik təsir mexanizmi hesab edir. Onun nöqteyi-nəzərindən “duyğu-ideologiya” (və ya “hisslər-dəyərlər”) diadası funksional bazadır, onun köməyi ilə həmin “hipnotik” auranı süni şəkildə yaratmaq mümkündür. Yalnız təsirə təslim olmaq istəyimiz yox, eyni zamanda qavramadakı məntiqsizlik də sözügedən konsepsiyanın əlinə oynayır, – siqnalları intuitiv səviyyədə qəbul etdiyimiz üçün, onların haradan gəldiyini refleksiya etmirik. Beynimiz elə proqramlaşdırılıb ki, onu aldatmaq, məsələn, sünini təbii kimi ona “soxuşdurmaq” mümkündür.
Yeni bir xarizma anlayışı ilə silahlanan Antonakis və komandası həqiqətən maraqlı və gülməli nəticə əldə etdilər: ofis planktonu elm adamlarının köməyi ilə, bir neçə həftə ərzində daha xarizmatik olmağı öyrəndi.
Aristotelin böyük bir pərəstişkarı olan Antonakis, təlimlərini aktyorluq sənətini bəlağət sistemi ilə uzlaşdıraraq keçirirdi. Nəticədə, elm adamları bütün ofis planktonlarına – CEO-lardan tutmuş iqtisadi departamentin rəhbərlərinə qədər – 12 verbal və sözsüz bacarıq, yaxud CLT (Xarizmatik Liderlik Taktikası) aşılamağı bacardı. Təlim boyunca CLT-yə yiyələnən subyektlər izlədikləri davranışları beyinlərinə həkk etməyi və sonra onları kopyalamağı-yamsılamağı öyrəndilər. Dinləyicilərin reaksiyalarını izləmək üçün onlara göstərilən xarizmatik çıxışlardan ibarət video-kadrlar tez-tez dayandırılır və onlardan təkrarlamaqları xahiş olunurdu. “Ev tapşırığı” olaraq isə ofis planktonu özlərinin xarizmatik obrazda “selfie” videolarını çəkmiş və öz personajlarını analiz etmişdilər.
Təcrübədən əvvəl və sonra iştirakçılar ilə təcrübədə iştirak etməyənlər arasında sorğular keçirilmiş və məlum olmuşdu: təlim keçənlər nəinki daha xarizmatik hesab olunurlar, onlar hətta “super-effektiv boss” kimi də qiymətləndirilirlər. Sonuncu, olduqca mübahisəlidir. Paralel keçirilən araşdırma bunun tam əksini sübut etmişdi.
Belə ki, əldəqayırma xarizmatiklərin tez-tez mübahisəli situasiyalar yaratması, özünəməxsusluq və strateji düşüncələrinin olmaması, məhsuldarlıq səviyyələrinin arzuolunan dərəcəyə qalxmasına mane olurdu.
Quru xarizma ilə bağlı isə, doğrudan da heç bir problem yaranmamışdı – elm adamları məşqlər vasitəsilə iştirakçılara həqiqətən cazibə qatmağa nail olmuşdular.
Yeri gəlmişkən, yuxarıda adları çəkilən Adolf Hitler və Stiv Cobs da neo-xarizmatik məktəb üçün mükəmməl nümunə, reklam rolunda çıxış edə bilərlər. 1914-cü ildəki yefreytor Hitlerin yuxarıda sadalanan keyfiyyətlərdən heç bir olmasa da, Hitler öz maqnit gözləri, mimikriya istedadı və qeyri-adi təsirə malik bəlağəti ilə məşhur olmuşdu. Şəxsiyyət kultu və müntəzəm məşqlər öz sözünü demişdi. Karyerasının əvvəlində çıxdığı bütün təqdimatlarda uğursuzluğa düçar olaraq utanan, qızaran, boş-boş çərənləyən Stiv Cobs da əldəqayırma neo-xarizmatikliyin parlaq nümunəsidir.
Özü üçün şəxsiyyət kultu formalaşdırmaq imkanı olmayan müasir insan nə etsin? Axı, ona ideoloji baza lazımdır. Bu bazanın rolunu sosial şəbəkələrdə yaradılan mediatik imic əvəz edə bilər, ancaq siz ona küçədə, ya da başqa ictimai məkanda rast gəlsəniz, təsadüfi tanışlığınız şəbəkədə qurulan mifi darmadağın edəcək. Odur ki, belə bir “ütülü” sosial şəbəkə, media xarizması sırf görüntü səviyyəsində qalacaq, daha artığına gücü çatmayacaq. Kanadalı alimlər də məhz bu fenomeni araşdırmaq qərarına gəliblər.
Onlar, uzun illər aparılan həcmli sosioloji tədqiqatlar nəticəsində xarizmanın iki amillə – təsirlilik (liderlik iradəsi) və istiqanlılıq (ünsiyyətdə xoşagəlmə) ilə əlaqəli olması qənaətinə gəliblər.
Xarizma təlimçilərindən olan, rok ulduz Olivia Fox Cabain, uzun illərdir həmin sxemlə işləyir – ön planda iki əsas amil durur – güc və istiqanlılıq.
Kanadalıların hazırladığı test, bu qənaətin dəqiqliyini sübut edəcəkdir. Öz xarizma səviyyənizi ölçmək üçün aşağıdakı qabiliyyət-keyfiyyətlərinizi 1-dən 5-ə qədər qiymətləndirin: “Mən hər zaman diqqət mərkəzindəyəm”, “İnsanlara təsir edə bilərəm”, “Qrupa rəhbərlik etməyi bacarıram”, “Bir insanın özünü rahat hiss etməsinə kömək edə bilərəm”, “İnsanlara tez-tez gülümsəyirəm”, “Hər kəslə münasibət qura bilərəm.” İndi isə alınan rəqəmi altıya bölün. Bu rəqəm 3.7-dən çoxdursa, sizin üçün yaxşı xəbər – xarizmanız var. Maraqlısı odur ki, tədqiqatçılar test nəticələrinin ətrafdakı insanların rəyləri ilə üst-üstə düşdüyünü də sübuta yetiriblər.
Əlbəttə, bu cür “qadın jurnalı” təsiri bağışlayan metodologiyalar olmadan da, öz xarizmanızı ölçə bilərsiniz.
Massachusetts Texnologiya İnstitutundan olan Alex Pentland xarizmanı müəyyən etmək və ölçmək işində elmi bir məntiq izlədi və texniki aparat yardımı ilə bu “fövqəltəbii vergini” ölçməyə nail oldu. Həmin cihaz “dürüst siqnal” kateqoriyasından olan jestləri, səs tembrini və digər fizioloji xüsusiyyətləri təsbit edir və qiymətləndirir.
Terminologiyanı sadələşdirək – əslində, dürüst siqnal, bioloji dünyamızdan da bizə tanış olan siqnallardır, məsələn, brend paltar kimi. Başqalarının “gör necə bahalı kostyumu var” deməsi üçün onlara verdiyimiz mesaj da həmin dürüst siqnaldır. Yaxud, tovuzquşunun gözəl quyruğu. Pentland və komandası, əslində, yeni heç bir şey kəşf etmədilər, yeni heç bir söz demədilər, onsuz da enerjili və ünsiyyətcil insanlar daha xarizmatik hesab olunur, onlar sadəcə olaraq, üzdə olanı daha təsirli və aşkar formada bizə göstərməyə müvəffəq oldular. Xarizmanı cihazla ölçən alimlər, şüşənin arxasından izlədikləri, ancaq eşitmədikləri dialoqu sadəcə müşahidə etməklə, eksperiment subyektlərinin illik maaş ortalamasını, demək olar ki, 1000 dollara qədər dəqiqliklə təxmin edə bildilər (ABŞ-da illik əməkhaqqı 20 mindən başlayır) və araşdırma boyunca maksimum %5 səhvə yol verdilər. Həddindən artıq dəqiq nəticə nəyin hesabına əldə olunmuşdu? Siqnal sistemini mamontlar dövründən bəri istifadə edirik, yəni son 50 min ildə verbal ünsiyyət sisteminə keçsək də, heç nə dəyişməyib – insan həmin insandır.
Xarizma potensialını təbii fatalizm də izah edir – xarizma, bəzi insanlarda sırf bioloji səbəblərdən daha yüksək ola bilər.
Məsələn, intellektual səviyyəsi aşağı, lakin çevik zəka sahibi bir şəxsin, məclisin sevimlisinə çevrilmə imkanı çoxdur. Düşüncədə itilik, situasiyaya uyğun reaksiya, manipulyasiya qabiliyyəti və yumor – onu guya xarizmatik göstərə bilir.
Elmi çevrələrdə isə mübahisələr səngimək bilmir: kimsə xarizma anlayışının Gumilyovun “passionarlığı” ilə, kimsə də Nitsşenin “vital şəxsiyyəti” ilə əvəz edilməsinin vaxtının çatdığını iddia edir. Başqaları, neo-xarizmatik alimləri fırıldaqçı adlandırır, əsərlərini isə “psevdoxarizmatik boşboğazlıq” kimi damğalayır. Neoxarizmatik alimlər isə onların heç birini veclərinə almır, təbiətcə zəif və soyuq adamları xilas etməyə, onlardan xarizmatik düzəltməyə davam edirlər.
Özündən xarizmatik düzəltmək istəyənlər üçün əla fürsətdir – nümunə götürə bilərsiniz. Yeri gəlmişkən, heç nəyi və heç kəsi vecinə almamaq, öz doğru bildiyini etmək də, çox zaman xarizmanın əlamətidir. Mənbə:Knife Media
| ['xarizma', 'xarizmatiklər', 'kişilər', 'xarizma təlimçiləri', 'rok ulduz Olivia Fox Cabain'] |
145 | https://kayzen.az/blog/onkologiya/26465/x%C9%99r%C3%A7%C9%99ng-haqq%C4%B1nda-mifl%C9%99r.html | Xərçəng haqqında miflər | gunelb | Onkoloji xəstəliklər | 10 fevral 2021, 15:44 |
Xərçəng- yaşla bağlı xəstəlikdir
Bu, belə deyil.
Ənənəvi olaraq, biz xərçəngin yaşla əlaqəli xəstəlik olduğunu hesab edirdik. Ancaq son onilliklərdə o, çox gəncləşdi. Xəstəliyin zirvəsinin kifayət qədər yaşlı dövrə təsadüf etməsinə baxmayaraq, bu gün, məsələn, döş xərçəngi və ya servikal xərçəng diaqnozu qoyulmuş bir çox gənc qadınları görə bilirik. Üstəlik, bu xəstəlik onlarda olduqca aqressiv keçir və ölümə səbəb ola bilər. Bunun niyə belə olmasına dəqiq bir cavab yoxdur. Ancaq xəstəliyin inkişafına güclü təsir edən epigenetik amillər var. Həyatımızın yalnız valideynlərimizdən miras qalan genetik proqrama tabe olduğuna inanırıq, amma doğum anından etibarən zərərli olanlar daxil olmaqla, ətraf mühitlə müxtəlif qarşılıqlı əlaqələrə giririk. Bu cür təsir, genetik aparata təsir edir və əgər davamlı və zəhərli xarakter daşıyarsa, məsələn, qida pozğunluğu kimi – xərçəngin inkişaf riski arta bilər.
Güman ki, xərçəngin gəncləşməsinə səbəb, bir çox insanların genetik proqramında epigenetik dəyişikliklər prosesinin daha erkən başlamasıdır. Bu, əsasən, inkişaf etmiş ölkələrə aiddir. Onların həyat şəraiti daha yaxşı olmasına baxmayaraq, gənc yaşda tutulmuş xərçəngin mənfi epiqenetik yükü, yəni zərərli genetik baqajın əldə edilməsi daha çox təzahür edir və bu, bəd xassəli şişlərin inkişaf fonunu təşkil edir.
Xərçəng xəstəliyi hər zaman erkən ölümə səbəb olur
Bu, tam doğru deyil.
Təbii ki, bəd xassəli şiş inkişaf edə və ölümə səbəb ola bilər, eyni müvəffəqiyyətlə ürək-damar xəstəlikləri və ya ağır respirator xəstəliklərin bütün halları ölümcül olduğunu iddia edə bilərik. Bəd xassəli şişlər əsasən xroniki xəstəliklərdir. Onlar uzun müddət bir adamda ola bilər, lakin mütləq şəkildə ölümün həlledici bir amili olmaya da bilərlər. Bu gün üçün erkən mərhələdə aşkar edə biləcəyimiz şişlərin əksəriyyəti müalicə edilə bilənlərdir. Müəyyən hallarda bəzi xəstələrdə xəstəliyin irəliləməsi baş verir və bu ağırlaşma və ya orqanların disfunksiyasına gətirib çıxarır. Ancaq bu xəstəliklər azlıq təşkil edir. Məsələn, döş vəzinin xərçəngi əksər hallarda hətta gec mərhələlərdə belə müalicəyə yaxşı cavab verir. Müəyyən hallarda, xəstəliyin erkən mərhələsində olan insanların 89,7% -i müalicə oluna bilər və hər hansı bir terapiyaya ehtiyacı olmur, daha gecikmiş mərhələlərdə isə yalnız üçdə biri beş ildən çox yaşayır. Buna görə də, xərçəngin hər zaman ölümlə nəticələndiyini demək doğru deyil, amma burada iki nüans var: birincisi erkən diaqnostika, ikincisi – effektiv müasir müalicədir. Heç biri olmasa 25-30 il bundan əvvəlki vəziyyətə düşmüş olursunuz. Ancaq heç bir bəd xassəli şişin sürətlə inkişaf etmədiyini anlamaq vacibdir. Bunlar, bir qayda olaraq, bir neçə ay və il aparan proseslərdir. Bu gün şişlərin erkən forması müalicə edilə bilən, gec forması isə əksər hallarda uzun müddətli müalicə tələb edən xroniki bir xəstəlik olduğunu düşünmək daha doğru olardı. Və bu müalicə bir qayda olaraq, əksər xəstələrin fəaliyyətini kafi səviyyədə saxlayır. Xəstəliyin bəzi təzahürlərinin tamamilə yox olması mütləq deyil, ancaq buna baxmayaraq, uzunmüddətli stabilləşmə və ya remissiya baş verə bilər. Bu dövrün sona çatacağı və xəstəliyin qayıtma ehtimalı da var, ancaq bu hal həmçinin hər hansı bir xroniki xəstəliyə də aid ola bilər.
Elektron cihazlar xərçəngin inkişafına təsir edir
Bu, doğru deyil.
Əlbəttə, müəyyən bir enerji və dalğa uzunluğunun şüalanması şiş əmələ gətirir. Məsələn, rentgen şüaları fiziki xüsusiyyətlərinə görə şişlərin inkişafına vasitəçi ola bilər. Birinci növbədə, bu, DNT molekullarının kimyəvi bağlarını qırmaq üçün kifayət edən radiasiya enerjisidir. Qırılmalar səhv bərpa edilə bilər. Bundan sonra şişin inkişafına gətirib çıxaran mutasiyalar – DNT-nin ardıcıllığında dəyişikliklər yaranır. Rentgen şüasının enerjisi kimyəvi bağları məhv etmək üçün kifayətdir. Başqa bir radiasiyadan danışırıqsa – məsələn, bir cib telefonunun radiasiyası haqqında – onun siqnal qəbul etməsi üçün tələb edilən intensivliyi çox yüksək deyil. O, radiotezlik şüalanması olmağına baxmayaraq, tamamilə fərqli dalğa uzunluğuna və fərqli bir enerjiyə malikdir, onun fiziki xüsusiyyətləri DNT molekullarının kimyəvi bağlarını qırmaq üçün kifayət deyil. Əlbəttə, o, molekullara təsir edə bilər, amma əsasən onların hərəkətliliyinin dəyişməsinə, yəni ancaq bütöv fiziki cismin temperaturunun dəyişməsinə gətirib çıxara bilər. Yaxşı bir nümunə su molekullarına təsir edən mikrodalğalı radiasiyadır, o, su molekullarıni titrədərək, onu qaynama halına çatdırır. Daxildə heç bir kimyəvi birləşmələr pozulmur, su elə su olaraq qalır. Bu gün həyatda qarşılaşdığımız radiasiyanın növləri, televiziya, routerlar, mobil qurğular, yüksək enerji daşımayan və kimyəvi əlaqələri məhv edə bilməyən dalğalardır, buna görə də onlar hər hansı bir mutasiyaya gətirib çıxara bilməzlər. Bunlar olmadan şiş hüceyrələrinin yaranması mümkün deyil. Nə telefon, nə də digər cihazlar insanlarda şiş xəstəliklərinə səbəb ola bilməzlər.
Xərçəng xəstəliyinin bir növünü müalicə etsəniz, başqa bir növü ortaya çıxa bilərBu, tam doğru deyil.
Xərçəng hüceyrələri necə yaranır?
Bəli, bəzi şiş növləri yeni bir şiş növünü yarada bilən bir sıra ümumi səbəblərlə əlaqələndirilə bilər. Xərçəngə qarşı fəaliyyətə cavabdeh olan genlərdən birində pozulma hallarlıyla müşayiət edilən nadir genetik sindromlar mövcuddur. Bu halda bir şiş tərəfindən digər şisin yaradılması riski böyükdür. Ancaq bu nadir və genetik cəhətdən müəyyən edilmiş bir şeydir. Məsələn, bir insanın BRCA1 və ya BRCA2 genlərində mutasiya varsa, onda müxtəlif orqanların xərçəngi xəstəliyinə tutulma ehtimalı, belə bir mutasiyası olmayan insanlara nisbətən daha yüksəkdir. Bundan əlavə, bəzi hallarda müalicə prosesi sağlam hüceyrələrdə DNT zərərinə səbəb ola bilər və bununla da ikinci şişlərin yaranmasına təkan verir. İlk növbədə, söhbət radiasiya terapiyasından gedir. Həqiqətən, 10-20 il ərzində radiasiya sahəsində yeni şişlər ortaya çıxa bilər. Bu, gənc yaşda və ya uşaq ikən xəstələnən insanlara aiddir. Bəd xassəli şişləri olan xəstələrin əksəriyyəti adətən 50-60 yaşdan yuxarı olanlardır. Beləliklə, əgər siz müalicə olunmuş xəstənin 66 yaşının üzərinə 20-25 il-radiasiya müalicəsinin təsirini əlavə edərsinizsə, çox yaxşı nəticə əldə etmiş olarsınız. Bu, ikinci xəstəliyi müalicə etmək üçün bir yol düşünməyə əlavə möhlətdir. Əgər biz süd vəzinin xərçəngi kimi erkən aşkar edilmiş bəd xassəli şişlərdən danışırıqsa, onda onların müalicəsi əsasən cərrahi manipulyasiyadan ibarətdir, onların dərmanla və ya radiasiya ilə müalicəsi – şişin bioloji xüsusiyyətlərinə bağlıdır. Süd vəzinin xərçəngi xəstələrinin əksəriyyəti həmişəlik müalicə olunur. Ancaq müalicə bir saatlıq prosedurdan ibarət deyil, o,uzun illər apara bilər. İndi biz bilirik ki, xəstənin dərman qəbul etmə müddəti nə qədər uzun olarsa, xəstəliyin geri qayıtma ehtimalı bir o qədər az olar. Təbii ki, hər hansı bir dərmanın qəbul edilməsi bir müdaxilədir. Ancaq əmək qabiliyyətli yaşlarında olanlar işlərini davam edər, əmək qabiliyyətli olmayanlar isə adi fəaliyyətlərini davam edərlər.
Xərçəng irsi xəstəlikdir
Bu, qismən doğrudur
Gündəlik dildə tez-tez “xərçəng” adlandırılan bəd xassəli şişlərin müxtəlif növləri var. Əslində, bir tək epiteliya toxumasından yaranan şişlərə xərçəng deyilir. Səhvən xərçəng sayılan digər şişlərin nümunələri isə bunlardır – sarkoma, leykoz (“qan xərçəngi”), glioblastomalar (“beyin xərçəngi”) və s.
Ümumiyyətlə bəd xassəli şişlərdən danışırıqsa, irsi baxımından onları üç növə bölməliyik:1) əsl irsi şişlər (məsələn, döş vəzi xərçənginin bəzi nadir halları);
2) inkişaf üçün irsi meylliyi olan şişlər (məsələn, bağırsaq xərçəngi);
3) ailə tarixində ilk dəfə müstəqil şəkildə spontan yaranan şişlər.
Beləliklə, xərçəngin irsi xəstəlik olduğu haqqında müddəa, nə tamamilə doğru, nə də tamamilə yanlış deyil. Bu, fərdi formaların kompleks bir qrupudur, bunlardan bəziləri irsi ötürülür, bəziləri isə ötürülmür. Mənbə: azlogos.eu
| ['xərçəng', 'xərçəng xəstəliyi', 'xərçəngi müayinə', 'şiş xəstəlikləri', 'şişlər', 'şiş'] |
146 | https://kayzen.az/blog/tarixi-siyasi/26464/biz-kimik-t%C3%BCrk,-yoxsa-az%C9%99rbaycanl%C4%B1.html | Biz Kimik: Türk, yoxsa azərbaycanlı? | gunelb | Azərbaycan tarixi-siyasi cografiyası | 10 fevral 2021, 14:49 |
Aristotel “Metafizika” əsərini hər insanın bilmə potensialı daşıdığı cümləsiylə başlayır. Buradan hər insanın dəqiq/fəlsəfi/epistemoloji biliyə (knowledge) yetişməyəcəyini ifadə etmək mümkündür. İnsan “Biz kimik?” sualı ilə bağlı bilikdən daha çox əsaslandırılmış doğru inanca (Justified True Knowledge) sahib olur. Bilik, əksinin düşünülməyi mümkün olmayan bir hadisədir. Buna müqabil ƏDİ isə yalnışlana (falsification) biləndir.
Müqayisə üçün “biz kimik?” sualı eyni cəmiyyətdə müxtəlif cavablar doğura bilər. Belə olduğu halda insanlar arasında yalnız filosofların dəqiq, yanılmaz və ya əksinin düşünülməsi mümkün olmayan biliyə sahib olduğunu əsaslandırmaq mümkündür. Xülasə “mən kiməm?”, “biz kimik?” sualına verilən cavab bilikdən daha çox ƏDİ olacaqdır. Bu inancın əsasını isə fəlsəfədən daha çox tarix formalaşdırmaqdadır. Yəni “biz kimik?” sualını əsaslandırmaq üçün tarixə müraciət etmək lazım olacaq. Misal üçün millətçiliklə bağlı əksər tədqiqatlar niyə insanların ölkələri üçün ölməyi qəbul etdikləri? sualı ilə başlayır. Cavabı insanın inanmağında, qane olmağında axtarmaq mümkündür. Pre-modern dövrdə – xüsusən Orta əsrlərdə – insan “mən kiməm?” sualının subyekti ola bilməmişdir. O səbəblə insan “mən kiməm?”, “biz kimik?” sualıyla modern dövrdə qarşılaşmışdır.
Modern dövrün əsas xüsusiyyəti insanın ön plana çıxmağındadır. Məsələnin mahiyyətini aydınlaşdırmaq üçün modern fəlsəfənin qurucusu olaraq qəbul edilən Dekartla başlamaq olar. Dekart təsirləndiyi Avqustindən fərqli olaraq həqiqət axtarışında olan insanın həyatında bir dəfə hər şeydən şübhə etməli olduğunu mərkəzə qoyan insan mərkəzli bir fəlsəfə yaratdı. Dekartdan sonra modern Avropa/Qərb düşüncəsi Con Lokk, David Yum, İmmanuel Kant kimi filosoflar tərəfindən insanı mərkəzə qoyan bilgi fəlsəfəsi ilə davam edib. Modern “siyasi gövdə”nin formalaşmağında müstəsna izləri olan aydınlanma və fransız inqilabı bu prinsipdən hərəkət edərək insan mərkəzli bir anlayışı/siyasəti ortaya çıxardı. Nəticədə suverenliyini hüquqi olaraq insana/millətə əsaslandıran modern milli-dövlətlər (nation-states) formalaşdı. Modern bir sual olan “biz kimik?” sualını modern insanın əsas xüsusiyyəti olan bilmək/inanmaq xüsusiyyətindən ayrı düşünməmək lazımdır.
Modern “siyasi gövdə”ni formalaşdıran və bu gün də təsirini mühafizə edən əsas ideologiya millətçilikdir. “Biz kimik?” eyni zamanda millətçi bir sualdır. Yəni veriləcək cavab ölkənizin, millətinizin millətçiliyinin əsasını müəyyən etmiş olacaq. Azərbaycan konteksində isə məsələ mübahisəli olaraq qalmağa davam etməkdədir. “Biz kimik?” sualına cavablar adətən tarixçilər tərəfindən verilib və verilməyə də davam edir. Çünki millətçiliyə və ya “biz kimik?” sualına tarixin dəstəyi olmadan cavab vermək müşkül məsələdir. Tarix mühakiməsi isə ƏDİ olaraq nəticələnir. Bununla bərabər “biz kimik?” sualını mərkəzə alan bir yazı fəlsəfi sorğulamaya əsaslanmalıdır.
Əvvəla, modern insanın nə üçün kim olduğunu müəyyən etmək ehtiyacı hiss etdiyini, yuxarıda başladığımız hissəni davam etdirirək ələ almaq mümkündür. Modern insan Orta əsrin idərəçilik anlayışına qarşı əldə etdiyi azadlıq nəticəsində özünü tanımaq, kimliyini formalaşdırmaq ehtiyacı hiss edib. Xülasə modern milli kimlik anlayışı pre-modern dövrün kimlik anlayışının rəddi sonrası yaranan boşluğu doldurub. Şübhəsiz burada modern iqtisadi münasibətlərin (kapitalizm) rolunu da inkar etməmək lazımdır. Beləliklə, modern dövlətlər milli-dövlətlər olaraq formalaşıb.
Azərbaycanın modern hekayəsi/təcrübəsi Peterburq (Çar Rusiya) və İstanbul (Osmanlı) şəhərlərinin dolaylı və birbaşa təsirləri nəticəsində formalaşıb (Ətraflı bax. Şəkil 1). Azərbaycan orta əsrlərdə Səfəvi dövlətinin bir parçası olub. Səfəvi dövləti İran və Azərbaycan platosunda/coğrafiyasında Türk soylu qrupların/tayfaların qurduğu bir dövlət olmağına baxmayaraq fars mədəniyyətinin, dilinin təsirində qalmaqdan xilas ola bilmədi. Daha doğrusu, dövlətin institusionallaşması təmin edilə bilmədiyindən əvvəl dövlətin farslaşmağı baş verdi, ardınca Çar/Rus işğalına qədər davam edən bir proses/dağılma ortaya çıxdı.
Tarixçilər, adətən, Azərbaycanın modern hekayəsini Səfəvini də ehtiva edərək yazmağa üstünlük verirlər. Ancaq institusional olaraq Səfəvi dövlətinin XIX əsr Çar Rusiya tabeçiliyində formalaşan Azərbaycan milli hərəkatına təsiri mübahisəlidir. Çünki Səfəvi dövləti türk/türkmən qruplardan farsların nəzarətinə keçmişdi. Nəticədə Səfəvi dövləti institusional olaraq İran modernləşməsinə daha çox təsir edib. Misal üçün Səfəvinin dövlət mərkəzləri olmuş şəhərlər hazırda İranın sərhədləri daxilindədir. Belə olduğu halda Azərbaycan konteksində “biz kimik?” sualı başlanğıcından etibarən dövləti nəzərdə tutmadan -çünki dövlət olmayıb[8]– cavablandırılıb.
Azərbaycanlılar arasında “biz kimik?” sualı ilə bağlı ilkin/modern yazılı qaynaq “Kəşkül” qəzetinin səhifələrində Sokratik dialoq formatında nəşr edilən mətndən başlayır. Mətnə diqqət yetirək:
– Millətin nədir?
– Müsəlmanam, həm də türkəm.
– Osmanlımısın?
– Xeyr, bicanlıyam (Azərbaycan).
– Azərbaycanlıların ölkəsi haradır?
– Bildiyim qədərilə Arazın o tayında azərilər yaşar, bu tərəfdə bicanlılar, ikisi birdən Azərbaycan olur. Biz ayrı ayrı bicanlıyıq.
Bununla bərabər, aydınlar arasında bicanlı/Azərbaycanlı olmaq başlanğıcdan etibarən vurğulanıb. Azərbaycanlıların və ya Azərbaycanda yaşayan xalqın “biz kimik?” sualına veriləcək cavabının gecikməyini birinci cümhuriyyətin (1918-1920) “tamamlanmamış bir milli-dövlət” (Baxın Şəkil 2) olmağında, 70 illik Sovet əsarətində, ikinci cümhuriyyətin başlarındakı ideoloji qarışıqlıqda və s. axtarmaq olar. Beləliklə, Azərbaycanda “biz kimik” sualı ikibaşlı olaraq qalıb: türklük və azərbaycanlılıq. Şübhəsiz, Azərbaycan siyasi tarixinin ilk müstəqil konstitusiyası (1995) ilə bu qarışıqlıq hüquqi/siyasi olaraq aradan qaldırılıb. Lakin intellektual, ideoloji mübahisələr davam edib və edir.İlk öncə türkün kim olduğuna nəzər salaq. Misal üçün əksər tarixçilərin iddia etdiyi kimi Göytürk dövrü türk anlayışı ilə XIX əsrin sonlarından etibarən formalaşan, 1923-də isə siyasi və hüquqi olaraq bir dövlətdə cisimləşən türklük anlayışı arasında fərq yoxdurmu? Əlbəttə var. “Doğruluq” və “gerçəklik” bilgi fəlsəfəsinin anlayışları arasında qəbul edilir. Belə ki, qızıl bir gerçəklik olduğu halda, sarı qızıl isə doğruluqdur. Türklük tarixi etibarilə Göytürk və ya daha qədimə gedib çıxmaqla bərabər bir gerçəklikdir. Ancaq türklərin millət olaraq ortaya çıxmağı isə modern bir hadisə olaraq doğruluqdur.
Modern türklük anlayışı romantik konteksdə Çar Rusiyanın türk/müsəlman aydınlarının şeirlərində, yazılarında cücərib. Ancaq institusional olaraq Osmanlı dövlətində (İstanbulda) nəşət edib. Yusif Axçuranın dəlalətiylə türkçülük Osmanlı dövlətini xilas etmək üçün müraciət edilən modern ideologiyalardan biri olaraq ortaya çıxıb. Belə demək mümkündürsə, türklük Anadolu coğrafiyasında ortaya çıxıb və Osmanlıdan Türkiyə Cümhuriyyətinə keçidi və yeni yaradılmış dövlətin inşasını təmin və təsis edən bir ideologiya olub. Xülasə türklüyün institusional olaraq sahibi Türkiyə Respublikasıdır. Çünki ancaq Türkiyə dövlətinin Anayasasında millətin tərifi “türk” olaraq ifadə edilib. Yəni türklük ancaq Anadoluda yaşayan türklər üçün doğruluqdur. Son təhlildə türklük gerçəklik olaraq bütün türksoylu xalqları bağlamaqdadır. Ancaq doğruluq olaraq isə Türkiyə ilə əlaqəli bir fenomendir.
Sualın ikinci hissəsi isə sadəcə azərbaycanlılıqla bağlıdır. Mən deyərdim ki, azərbaycanlılıq anlayışı həm siyasi olaraq cümhuriyyətlə ortaya çıxıb, hüquqi nöqtəsi isə ilk konstitusiya (1995) ilə qoyulub. Belə demək mümkündürsə, “Əsrimizin Siyavuşu” “Azərbaycanlı” olub.
Belə olduğu halda sual ortaya çıxır: nə üçün türklük müzakirəsi bitmir? Çünki türklük və azərbaycanlılığın nə ifadə etdiyi doğru müəyyən edilməyib. Yuxarıdakı epistemoloji xətti davam etdirsək, belə demək mümkündür ki, türklük azərbaycanlılar üçün gerçəklikdir. O səbəblə Azərbaycan xalqı və dövləti özünü türksoylu olaraq ifadə edir. Ancaq azərbaycanlılıq isə doğruluqdur. Gerçəklik dəyişkən olmadığı halda doğruluq qızılın rəngində olduğu kimi dəyişə biləndir.
Xülasə “Əsrimizin Siyavuşu” üçün türklük bir gerçəklikdir və milli kimliyin əsas elementi olaraq qəbul edilməkdədir (bayraqda olduğu kimi). Siyavuşun ictimai/siyasi/milli kimliyi isə azərbaycanlılıq (doğruluq) əsasında formalaşdırılıb. Son təhlildə İkinci Qarabağ müharibəsində (2020) əldə edilən zəfər Siyavuşun siyasi (1918), hüquqi (1995) olaraq formalaşmış azərbaycanlılığı üçün milli bir hekayə – Türkiyənin İstiqlal hərbində olduğu kimi – də yaradaraq tamamlamış oldu.
Müəllif: Orxan Vəli, Siyasi Elmlər Fakültəsi, Siyasi Elm və Dövlət İdarəçiliyi Kafedrası,
Sakarya Universiteti, TürkiyəMənbə: azlogos.eu
| ['biz kimik', 'azərbaycanlılar', 'Azərbaycan', 'siyasi gövdə', 'Göytürk dövrü', 'Göytürk'] |
147 | https://kayzen.az/blog/psixologiya/26460/u%C5%9Faql%C4%B1q-z%C9%99d%C9%99si-haqq%C4%B1nda.html | Uşaqlıq zədəsi haqqında | Seymur Baycan | gunelb | Psixologiya | 9 fevral 2021, 22:21 |
Nə fərqi var, eşşəyə ya sağdan mindin, ya da soldan. (Atalar məsəli)Bilirsiniz məni nə əsəbləşdirir? Hansısa şəxsin bədnam, cinayətkar əməllərindən, hansısa şəxsin qeyri-adekvat, bəzən hətta qəribə hərəkətlərindən danışan kimi bir dəstə adam tez-tələsik həmin şəxsin uşaqlığını təftiş etməyə başlayır. Deyirlər ki, uşaqlıqda atası onu döyüb, uşaqlıqda sevgi görməyib, uşaqlıqda əziyyət, aclıq çəkib, nə bilim uşaqlıqda biskvit, dondurma yeməyib, limonad icməyib və sairə və ilaxır. Freyddən beş-altı cümlə oxuyanlar dayanmadan “beynimizi xarab etməklə” məşğuldur.
Hesaba vursan, bəlkə də uşaqlıqda məni Hitlerdən, Mussolinidən, Pol Potdan çox döyüblər. Hələ ətrafdakı uşaqlarla müqayisədə, Hacıbala Abutalıbov demişkən, inanın ki, ən az döyülən uşaqlardan biri mən idim. Ətrafdakı uşaqlarla müqayisədə mənim döyülməyim heç döyülmək sayılmazdı. İndi bilmirəm vəziyyət necədir, bəndəniz uşaq olan vaxtlarda uşağı döymək norma, tərbiyənin ən effektiv üsulu hesab olunurdu. Adamlar gecə-gündüz işləyirdilər. Plan doldururdular. Heç kimdə vaxt və hövsələ yox idi ki, səni qabağına qoyub səhvini, düz hərəkət etmədiyini uzun-uzadı, kamali-ədəblə başa salsın. Çoxları ümumiyyətlə tərbiyənin digər üsullarından yerli-dibli xəbərdar deyildi. Uşaq hansısa səhvə yol verəndə, əxlaq kodeksinə zidd hərəkət edəndə, şillə-təpik-yumruq, yun çubuğu, çomaq, yoğun mətfil, paltarçırpan və digər cəza alətləri işə salınırdı. Hərənin öz cəza aləti, öz cəza üslübu vardı. Yadımdadır bir qohum uşaq evdən iki-üç manat pul oğurlamışdı. Böyüklər onun belə hərəkət etməsinə görə dəhşətə gəlmişdilər. Necə dəhşətə gəlmişdilərsə, qaşığı odda qızdırıb qışqırda-qışqırda onun sağ əlinə basmışdılar. Ki, bir daha oğurluq etməsin. Bu, rəsmən inkvizisiya dövrünün cəzası idi.
Məktəbdə də müəllimlər uşaqları yaman döyürdülər. Dərs oxumayan, dərsə gecikən, dərsdən qaçan, pəncərə şüşəsi sındıran, saçını uzadan, geyim qaydasını pozan, jurnal, kitab cıran, sinifə quş, kərtənkələ, ilan buraxan, divarlara tərbiyəsiz, kobud şəkillər çəkən, sevgi məktubu yazan və bu qəbildən olan digər xoşagəlməz, bədnam əməllər törədən şagirdlər müəllimlər tərəfindən zorakılığa məruz qalırdılar. Özü də uşaqlar məktəbdə döyüləndə, gedib evdə valideynlərinə onu döyən müəllimdən şikayət edə bilmirdilər. Çünki, əksər hallarda uşaqlar evdə müəllimdən şikayət edəndə, evdəkilər də bonus olaraq təzədən bir partiya uşağı döyürdülər. Fikirlərini də belə əsaslandırırdılar: filankəs müəllim boş yerə adam döyməz, yəqin nəsə bir zibil qaynatmısan. Ədalət naminə onu da mütləq qeyd etməliyəm ki, dərsini oxuyan, qaydaları pozmayan uşaqlarla müəllimlərin əsla işi olmurdu. Əksinə dərsini oxuyan və qaydalara riayət edən uşaqlara müəllimlər hədsiz hörmətlə yanaşırdılar. Hər dövrün öz qayda-qanunları var. O dövrdə də məktəbdə belə qayda-qanunlar hökm sürürdü.
Günəşi küləş kimi başa düşməyə adət etmiş adamlar belə güman etməsinlər ki, burada zorakılığı, döyməyin, döyülməyin effektiv tərbiyə üsulu olduğunu təbliğ etməkdəyəm. Belə bir niyyətim yoxdur. Zorakılığa, dava-dalaşa, təpik-yumuruğa nifrət edirəm. Bir neçə dəfə dalaşmağa məcbur olmuşam. Bunu heç cür özümə bağışlaya bilmirəm. Bir dava xüsusən yaddaşımda dərin iz buraxıb. Hərbi xidmətdə olanda bir əsgərlə sözümüz çəp gəldi. Kazarmada boş, qaranlıq otaq vardı. Münasibətimizə aydınlıq gətirmək üçün getdik həmin boş, qaranlıq otağa. Orada bir-birimizə girdik. Bu zaman mənim üçün (sonralar dərk etdiyim) dəhşətli bir hadisə baş verdi. Necə oldusa dava zamanı əlim bir anlıq dava etdiyim adamın ürəyinin üstünə düşdü. Onun ürəyi şiddətlə döyünürdü. Sonralar, lap sonralar mən başa düşdüm ki, onun ürəyi hərəkət etdiyinə görə deyil, həyacan keçirdiyinə, bəlkə də qorxduğuna görə elə şiddətlə döyünürmüş. Əlimin altında o ürəyin şiddətlə döyünməsini son vaxtlar daha tez-tez, daha canlı hiss edirəm. Elə bil həmin dava iyirmi il əvvəl yox, bir həftə bundan əvvəl baş verib. Belə anlarda özümə lənət oxuyuram. Canımı qoymağa yer tapmıram. Əlimi kəsib atmaq istəyirəm. Axı necə olub ki, mən vəhşi heyvana çevrilmişəm? Axı məsələni dava-dalaşsız da asanlıqla həll etmək olardı. Bəli, hər şeyi öz adıyla çağırsaq, dava edən, təpik-yumuruqla danışan adamın vəhşi heyvandan heç bir fərqi yoxdu. Hətta vəhşi heyvanlar belə dava edən, təpik-yumuruqla danışan adamlardan daha üstün canlılardı. Çünki, onlar qanmırlar, onlar üçün “dava-dalaş etmək olmaz” mövzusunda qalaq-qalaq kitablar yazılmayıb.
O dava yadıma düşəndə özümə təsəlli verirəm ki, çox da ürəyinə salma, sən gənc idin, həyatdan xəbərin yox idi, gələcəkdə bu davanın sənə necə əziyyət verəcəyini, ruhunu necə incidəcəyini, ruhunu necə əzəcəyini bilə bilməzdin. Amma bu təsəllilərin bir qram da xeyiri olmur. Vicdan əzabı məni məhv edir. Tərslikdən dindar da deyiləm. Dindar olsam tövbə edərəm, yəqin ki, bir az yüngülləşərəm. Bu mənada dindar adamlara, Allaha, hansısa fövqəl gücə inananlara bəzən qibtə edirəm. Tövbə etmək, tövbə edib yüngülləşmək üçün bir neçə dəfə Leselidze küçəsində yerləşən katolik kilsəsinin qapısına qədər getmişəm. Qapının ağzında dayanıb, geri qayıtmışam. Bir dəfə hətta içəri də girdim. Amma yenə də tövbə etməyə gücüm, cəsarətim çatmadı. Daha doğrusu tövbə etməkdə məna görmədim. İnanmaya-inanmaya tövbə etməyin mənası varmı? Məncə yoxdur. Bu çox ağır vəziyyətdir. Tövbə etmək, yüngülləşmək istəyirsən, lakin tövbə etməyə, yüngülləşməyə məkan tapa bilmirsən. Beləcə bir zamanlar axmaqlığım üzündən etdiyim günahın indi mənə verdiyi ağır əzabı çəkməyə, çiyinlərimdə daşımağa məcburam…
Bəzi yoldaşlar iddia edə bilərlər ki, əgər uşaqlıqda döyülmüsənsə, uşaqlıqda zədələr almısansa, deməli, sənin əlinə sadəcə imkan düşməyib, əlinə imkan düşsəydi, sən də Hitler kimi adamları qaz kameralarına doldura bilərdin. Elə şey yoxdur. Bir neçə gün əvvəl televizorda beynəlxalq xəbərlər proqramında qəribə bir xəbər verdilər. Amerikada bir adam camaatın itlərini oğurlayıb, itləri yaşadığı həyət evinin zirzəmisində ac saxlayırmış, camaatın itlərini oğurlayıb, itləri zirzəmidə acından öldürürmüş. Adam camaatın itlərini oğurlayıb zirzəmidə ac saxlamaqdan, itləri zirzəmidə acından öldürməkdən həzz alırmış. Axmaqlığın dərəcəsinə bax. Yəni, onu demək istəyirəm ki, söhbət təkcə insanları qaz kameralarına, ölüm düşərgələrinə doldurmaqdan, zorakılığın, şiddətin, amansızlığın miqyasından getmir. Adam istəsə öz miqyasında hər cür yaramaz, əclaf əməllər törədə bilər. Mən də gedib camaatın itini-pişiyini oğurlayıb ac saxlaya bilərəm. Razılaşaq ki, ən azı bunu etməyə gücüm çatar. Amma etmirəm. Edə bilmərəm. Təbiətim yol verməz. Əksinə, imkanım çatan qədər hər gün küçə itlərini yemləyirəm. Sözümün canı ondan ibarətdir ki, axmaq adam elə axmaq adamdır. Uşaqlıqda döyülməyin və ya döyülməməyin, uşaqlıqda sevgi görməyin və ya görməməyin, uşaqlıqda əziyyət çəkməyin və ya çəkməməyin məsələyə məncə bir o qədər dərindən aidiyyatı yoxdur. Uşaqlıqda hər cür sevgi görmüş o qədər axmaq, əclaf adamlar var ki…
Ümumiyyətlə, insan mürəkkəb varlıqdır. Əks halda bu qədər əsərlər yazılmazdı, bu qədər filmlər çəkilməzdi. Etiraf edim ki, mənim bu zədə-mədə, insan psixası-zad söhbətlərindən elə də başım çıxmır. Sadəcə fikirlərimi, müşahidələrimi yazmaq istədim. Yazıda ciddi quşlar buraxmışamsa xahiş edirəm bu sahənin mütəxəsisləri buraxdığım quşları anlayışla qarşılasınlar. Mən heç psixoloqla psixiatrın arasındakı fərqin nədən ibarət olduğunu bilmirəm. Psixiatrla psixoloqun fərqini bir neçə dəfə özüm üçün dəqiqləşdırmişəm. Çox müddət keçməmiş psixiatrla psixoloqun arasındakı fərqin nədən ibarət olması yenə də yadımdan çıxıb. Gördüm psixiatrla psixoloqun arasındakı fərqin nədən ibarət olması yaddaşımda qalmır, söhbətin başını buraxdım. Əgər bir söhbət heç cür yadımda qalmırsa, boş yerə niyə özümə əziyyət verməliyəm? İşimi asanlaşdırmaq, özümü sığortalamaq, savadsızlığımı ört-basdır etmək üçün qeyri-rəsmi atmosferdə həm psixiatrı, həm də psixoloqu baş işinə baxan adam, baş ustası, ən yaxşı halda baş doktoru adlandırıram. Necə ki, Azərbaycanın bəzi bölgələrində baytar həkimi adamlar zarafatla eşşək doxduru adlandırırlar.
Məni sadəcə bəzi şəxslərin hamını, hər kəsi dərindən tanımaqlarına, hamının hər bir hərəkətinə guya öz aləmlərində dəqiq izah, dərin şərh vermələrinə iddia etməkləri əsəbləşdirməkdədir. Türklər demişkən hardandır bu güvən partlaması? Bu əminlik hansı mənbələrdən qidalanmaqdadır?
İnsanı sona qədər tanımaq mümkündürmü? Bu sualla doktor Orxan Zamanlıya müraсiət etdim. Doktor Orxan Zamanlının cavabı:
“Verdiyin suala cavab olaraq deyim ki, kiminsə başqa insanın fikirlərini, xarakterini dəqiq bilməsi, “oxuması” mümkün olan şey deyil. Bunu ancaq təxmin etmək olar. Hərə öz peşəsi çərçivəsində…
İnsanlar öz daxili aləmlərini çox yaxşı gizlədirlər. Yoxsa psixoterapevtiya niyə aylar, illər tələb edərdi? Elə bir seansda insanın xarakterini görmək olardı, ikinci seansda da nə etmək lazım olduğu deyilərdi, vəssalam.
Heç lap dərininə getsək, insanın özü də bəzən bilmir onun içi nədir, harada qaldı bunu kimsə kənardan görə?”. Müəllif: Seymur BaycanMənbə: azlogos.eu
| ['uşaqlıq', 'uşaqlıq dövrü', 'uşaqlıq xatirələri', 'uşaqlıq zədələri'] |
148 | https://kayzen.az/blog/Az%C9%99rbaycan-dili/26453/rus-sektoru-davas%C4%B1.html | Rus sektoru davası | gunelb | Azərbaycan dili | 6 fevral 2021, 00:55 |
Azərbaycanda rus dilinin kütləvi istifadəsi xüsusən SSRİ dağıldıqdan sonra regionlarda sürətlə azalmağa başladı. Bu sadəcə siyasi sistemin dəyişməsi ilə deyil, burada yaşayan rusdilli əhalinin ölkəni tərk etməsi ilə də əlaqədar idi. 1994-cü ildə Azərbaycan əhalisinin 38 faizi rus dilini ana dili kimi bilirdi. 2018-ci ildə aparılan sorğuya görə isə Azərbaycan əhalisinin 24 faizi rus dilində ümumiyyətlə danışa bilmir və bu baxımdan Azərbaycan MDB ölkələri arasında rus dilinin ən az danışıldığı ölkə statusunu qoruyur. Bütün bunlara baxmayaraq yenə də rus dilindən qalan məktəb və universitet bölmələrinin bağlanması məsələsi hər il ortaya atılır.
Azərbaycanda bu məsələni hər il gündəmə daşıyan 3 qrup var:
Birinci kateqoriyaya rus dilini bilməyən və buna görə də özündə 2-ci növ vətəndaş kompleksi yaşayanlar şəxslər daxildir. Bu qrupa aid olan adamlar adətən sadəcə Azərbaycan dilini bilir və mədəni səviyyələri xeyli aşağı olur. Məhdud çərçivədə xəbər əldə etmə imkanları olduğu üçün siyasi elita tərəfindən rahatlıqla manipulyasiya edilir və yönləndirilir.İkinci kateqoriyadakılar rus dilini bilən, bununla belə rus dilinin ləğvini və onun yerinə ingilis dilinin tədrisini istəyən şəxslərdir. Bunun tərəfdarları arasında özlərini müxalif adlandıran “siyasətçilər” də olur. Onların düşüncəsinə görə rus dili əvvəlki hegemonluğunu itirib və yerini ingilis dilinə verməlidir.Üçüncü kateqoriya isə son dövrlərdə formalaşmışdır. Bu kateqoriyadakılara adətən Qərb ölkələrində oxuyan, rus dilini bilməyən tələbələr daxildir. Onların 1-ci kateqoriyada olanlardan fərqi rus dilinə yuxarıdan aşağı baxması, bu dili bilənləri də potensial “putinist” olaraq görmələridir.
2-ci və 3-cü kateqoriyadakılar adətən siyasi şüarla 1-ci kateqoriyadakı mədəni baxımdan daha aşağı və qıt məlumata sahib insanların (bunlar adətən çoxluqdur) duyğularından istifadə edərək siyasi dividend qazanmaq niyyəti olan şəxslərdir. Onlar özlərini xalqın istəklərinə cavab verəcək siyasi elita hesab edirlər. Reallıqda bu şəxslər üçün proqress maraqlı deyil. Onlar rus dilini xarici təhdid vasitəsi kimi görür. 1991-ci ildən indiki dövrə qədər Azərbaycan bölməsindəki məktəblərdə ingilis dilinin tədrisinin rus dili ilə müqayisədə 3-4 dəfə çox həyata keçirilməsinə baxmayaraq bu dili az sayda məktəbli yaxşı (fluent) öyrənə bilmişdir (English Proficiency Index hesabatına görə hazırda Azərbaycan Avropada sonuncu yerdədir). Aydındır ki, ingilis dili bazası və kadrları olmayan bir xalqda bu dilin tədrisi uğur qazana bilməzdi. (Bundan başqa düzgün təhsil sistemi olmadan bütün əhali ingilis dilini bilsə belə proqres yarada bilməz. Dil proqres mexanizmi olsa rəsmi dili ingilis dili olan Afrikanın 22 dövləti İEÖ siyahısında olardı). Azərbaycan hökuməti də düzgün təhsil sistemi qurmadan təhsil sahəsində milliləşdirmə siyasətinə başladı. Bu təhsil siyasəti rus dili saatlarının azaldılması ilə Azərbaycan bölməsində oxuyan şagirdlərlə rus bölməsində oxuyan şagirdlər arasında dil baryeri yaratdı. Beləcə, indiyə qədər davam edən yadlaşmanın əsası qoyuldu. Hökumətin millilik adı ilə apardığı bu siyasət xalqın idarəedilməsi baxımından önəmlidir. Rus dilini bilməyən 1-ci kateqoriyadakı kütləni rahat idarə etmək mümkün olduğu üçün iqtidar da rus dilinin zəifləməsində maraqlıdır. Azərbaycanın 1991-2017-ci illərdə təhsildə bu qədər geriləməsinin başında birinci bu məsələ durur. 2002-ci ildə prezident Heydər Əliyevin “Dil haqqında qanun” fərmanı Azərbaycanda rus dilinin istifadəsinin məhdudlaşdırılmasının əsasını qoydu. 2002-ci ildən etibarən məktəblərdə rus dilinin məcburi fənndən fakultativ fənn statusuna salınması və yavaş-yavaş dərs saatlarının azaldılmasının təsirini daha çox 2003-2017-ci illərdə oxuyan şagirdlər hiss etdi. Onların bir qismi dili öyrənə bilmədi və bugün də rus dilini bilməyən gənclərin çoxunu həmin dövrdə məktəbli olan şəxslər təşkil edir.
Bəs, o zaman çarə nədir? Yenidən rus dilinə qayıtmalıyıq yoxsa yenə də həmin siyasət davam etməlidir? Əslində rus dilinə yenidən qayıtma 1990-cı illərin əvvəlindəki effekti verə bilməyəcək. O dövrdə Azərbaycanda olan elmi mühitin yaradıcıları əsas olaraq rusdilli azərbaycanlılar yox, Azərbaycan dilini çox zəif bilən qeyri-azərbaycanlılar (ruslar, ermənilər, yəhudilər və s.) idi. Onların praktiki olaraq hamısı ölkəni tərk etdi. Rus bölməsində oxuyan şagirdlərin son illər ərzində dövlət imtahanlarında zəif nəticələr göstərməsini bu mədəni deqradasiya ilə izah etmək lazımdır. Artıq rus dili də ingilis dilinin yaşadığı kadr problemini hiss etdirməyə başlayıb. Bununla belə, rus dilinin saxlanması bizə aşağıdakı imkanları verə bilər.
Elm70 illik Sovet dövründə Azərbaycanda çap edilən kitabların əsas hissəsi rus dilində idi. Azərbaycanda son dövrlərə qədər xüsusən də iqtisadiyyat, tibb, inşaat və sosial elmlər sahəsində ana dilimizdə çap edilən kitablar demək olar ki, yox idi. 2000-ci illərdə rus dili bazası olan tələbələr bu problemin öhdəsindən gəlsə də internet dövrü olan indiki dövrdə dil baryeri özünü tam şəkildə hiss elətdirir. PDF formatda internetdə çox rahatlıqla tapılan və kitabxanalarda Sovet nəşrləri bol olan rus dilində kitablardan istifadə dil baryeri səbəbi ilə minimuma düşüb. Bu dil baryeri xüsusən də tarix və siyasi elmlər sahəsində oxuyan tələbələrin propaqanda və təhriflə bol olan Azərbaycan dilində kitabları oxumasına və yuxarıda qeyd etdiyim 1-ci kateqoriyadakı insanlara çevrilməsinə gətirib çıxarır.
Azərbaycan tarixinin son 200 illik dövrü ilə bağlı kitabların böyük əksəriyyəti rus dilindədir. Əlbəttə, ingilis dilini bilərək Azərbaycan tarixi ilə bağlı çox faydalı kitablar oxumaq mümkündür, ancaq qeyd etmək lazımdır ki, həmin Qərb tarixçiləri də öz əsərlərində ilkin qaynaq kimi yenə rus dilində olan kitablara istinad edirlər. O dövrün rus tarixçiləri hesabına ölkənin kəndləri (1901-1903-cü illərdə hətta kəndlərdəki bitkilər, heyvanlar barədə məlumat verən kitablar var) ilə bağlı məlumatlar əldə edə bilirik. Bütün bunların rus dilini bilməməyin fonunda heç bir anlamı qalmır. Bu kitabların bəzilərində ölkənin siyasi tarixinə fərqli baxışların olması həmin kitabların dövlət hesabına Azərbaycan dilinə tərcümə edilməsinə imkan vermir, özəl təşəbbüslə çap isə bütün kütləyə çatdırılmadığı üçün effektiv olmur. Beləcə, tələbələr propaqanda maşınının təsirində qalır. Rus dili elmi potensialını müasir dövrdə də qoruyur. Rusiya il ərzində dünyada ən çox kitab çap edilən 5-ci ölkədir (Çin, ABŞ, Böyük Britaniya, Yaponiyadan sonra). İngilis və digər dillərdə olan kitabların rus dilinə tərcüməsi geniş yayıldığı üçün bu dili bilən şəxslərin informasiya blokadasını qırması daha asan olur.
İqtisadi amilRus dilinin digər vacib əhəmiyyəti isə iqtisadi amillə bağlıdır. Azərbaycanda yüksək işsizlik səbəbi ilə insanların ən çox axın etdiyi ölkələrin başında Rusiya durur. 1991-2002-ci illərdə Rusiyada yaşayan azərbaycanlıların sayında 2 dəfədən çox artım qeydə alınmışdı. 2002-ci ilin rəsmi statistikasına görə bu ölkədə 621.840 nəfər azərbaycanlı yaşayırdı (Onların 25 faizi Azərbaycan vətəndaşlarıdır). Qeyri-rəsmi məlumata görə isə ölkədə yaşayan azərbaycanlıların sayı 2,5 milyondan çoxdur. Ölkədə qeyri-leqal formada yaşayan azərbaycanlıların əksəriyyəti iş üçün bu ölkəyə gedən miqrantlardır. Azərbaycandan olan əmək miqrantlarının sayında 2006-cı ildən sonra yüksək artım qeydə alınıb. Təkcə 2007-ci ildə Rusiyada əmək miqrantı kimi qeydə alınan azərbaycanlıların sayı 1,1 milyondan çox olub. Maraqlıdır ki, qeydə alınan azərbaycanlıların 30 faizindən çoxu gənclər idi. Rusiyanın Azərbaycana viza tətbiq etməməsi, Aİ ölkələri ilə müqayisədə bürokratik problemlər yaratmaması və ölkənin yaxınlığı buranı gənclər üçün daha əlverişli edir. Ancaq 2002-2018-ci illərdə aparılan rus dilinin sıxışdırılması siyasəti xüsusən də regionda yaşayan gənclərdə dil problemini yaratdı. Dil problemi səbəbi ilə iş axtarmağa gedən şəxslər maaşı çox aşağı olan, təhlükəsizlik qaydalarının sıfıra yaxın olduğu “qara işlər” görməyə məcbur olur. Bu kimi problemlərin qarşısını almaqda rus dilinin əhəmiyyəti yüksəkdir. Nəzərə alaq ki, məhz Rusiyada yaşayan əmək miqrantlarının hesabına Azərbaycana ildə 3,3 milyard dollara yaxın vəsait daxil olur.
Siyasi amil
Burada iki formada siyasi təsirdən söhbət gedir:
Daxili təsir ən çox Azərbaycan rusdillilərində özünü göstərir. Hər il rus bölmələrinin bağlanması məsələsinin gündəmə gətirilməsini bu şəxslər özlərinə qarşı diskriminasiya kimi görür. Ölkədə yaşayan rusdilli şəxslərin böyük əksəriyyətinin iqtidara loyal olmasının kökündə bu səbəb dayanır. Onların çoxu istənilən müxalif qüvvənin iqtidara gələcəyi təqdirdə onları mənəvi repressiyaya məruz qoyacağını düşünür. Bu səbəbdən müxalifət onların gözündə “barbar kütlə”dən başqa bir şey deyil.
Xarici təsir isə Rusiyaya qarşı münasibətdə hiss edilir. Rusiyada yaşayan azərbaycanlılar arasında rus dilinin zəifləməsi Rusiya hökumətini idarə edən elitaya təsir etmə imkanlarını azaldır. Azərbaycanlıların dil səbəbi ilə Rusiya cəmiyyətinə inteqrasiya etməməsi, apolitik olması xüsusən də Qarabağ məsələsində hökumətə təsir etmə mexanizmini sıfıra endirir. Azərbaycanda Rusiyanı “ermənipərəst” adlandıran müxalifət və iqtidarın bir çox üzvü bu münasibətin erməni xalqının Rusiya toplumunun bütün sahələrində inteqrasiyası, jurnalistika və siyasi sahələrdə çox sayda kadrlarının olması səbəbi ilə reallaşdığını anlamır. Lobbiçiliyin dövlət siyasətini dəyişdirdiyi müasir dünyada Rusiya cəmiyyətindən uzaqlaşmanın əsasını qoyan dil qadağaları Azərbaycanı bütün sahələrdə Rusiya ilə konfrontasiyaya gətirib çıxarır. Bundan isə Azərbaycanın udacağı heç nə yoxdur.
Müəllif: Tural HəmidMənbə: azlogos.eu
| ['rus sektori', 'azərbaycan sektoru', 'rus dili', 'rus dilli azərbaycanlılar', 'elm', 'azərbaycan dili', 'rus dilini bilmək', 'rus dilini bilməyin üstünlükləri'] |
149 | https://kayzen.az/blog/dahil%C9%99r-maraql%C4%B1/26408/k%C9%99d%C9%99r-%C9%99b%C9%99di-olaraq-davam-ed%C9%99c%C9%99k.html | Van Qoq | Kədər əbədi olaraq davam edəcək | gunelb | Böyük insanlar,şəxsiyyətlər | 21 yanvar 2021, 00:41 |
Van Qoq əsərlərinin gözəlliyi, emosionallığı və parlaq rənglərilə məşhur post-impressionist (fəlsəfi incəsənət yönümlü) rəssamdır. O, həyatı boyu psixi xəstəliklərlə, yoxsulluqla mübarizə aparmış və sağlığında tanınmamışdı.
Bəs sağ ikən qədir-qiyməti bilinməyən Van Qoqu anidən məşhurlaşdıran nə oldu?
Bir rəssam kimi Van Qoqun tanınmasında təkcə tablolarının yox, həyatında baş verən hadisələrin, xüsusilə də, 1888-ci ildə yaşadıqlarının böyük rolu olub.
1888-ci ilin dekabr ayında Vinsent həyatını qəhvə içib çörək yeməklə keçirirdi və özünü çox xəstə hiss edirdi. Tezliklə səhhəti ilə yanaşı, psixoloji sağlamlığı da sıradan çıxmağa başlayır (onsuz da çox yaxşı vəziyyətdə deyildi). Bu ərəfələrdə onun turpentin və rəsm boyalarını yediyi deyilir.
Van Qoqun məşhur qulağı ilə bağlı versiyalar
Qardaşının maddi çətinlik çəkdiyini bilən Teo, Pol Qoqenə pul göndərir və Vinsentə göz-qulaq olmasını xahiş edir (həmin vaxt Teo artıq evli idi deyə özü qardaşına tez-tez baş çəkə bilmirdi). Dekabr ayında Qoqen Vinsentin yanına gedir. Bir gecə Pol çölə çıxır, Vinsent də onu təqib edir. Qoqen ona tərəf çevriləndə Vinsentin əlində ülgüc görür. Bir neçə saat sonra Van fahişəxanaya, Raşel adlı həyat qadının yanına yollanır. Qanlı əllərilə qulağını Raşelə uzadır və ona “bunu ehtiyatla saxla” deyir. Bu hadisədən sonra o, çoxlu qan itirdiyi və ağrıdan qıc olduğu üçün xəstəxanaya yatırılır. Bu versiyaya görə, guya, Van Qoqun qulağını sevdiyi qadına – Raşelə sevgisini sübut etmək üçün kəsdiyi ehtimal olunur.
İkinci versiyaya görə, hadisə Fransanın Arl şəhərində 1888-ci il, dekabrın 23-də – bir bazar gecəsində baş verib. Öz portretini çəkmək üçün güzgünün qarşısında əyləşən rəssam üz cizgilərini kağıza köçürəndə sağ qulağının baş və üz simmetriyasını pozduğunu görüb və belə bir dəhşətli üsula əl atıb: həmin qulağı dibindən kəsib.
Həyatı boyu ruhi, psixoloji problemlərlə mübarizə aparan biri üçün bu, o qədər də qeyri-adi hərəkət deyildi. Psixoloqlar da yaradıcı insanlarda belə halların mümkünlüyünü təsdiqləyirlər. Onların fikrincə, yaradıcılıq prosesi zamanı hədsiz özünəqapanma sonda belə aqressiv hərəkətlərə gətirib çıxarır.
Van Qoqun qulağını onunla bir evdə yaşayan yaxın dostu, digər məşhur fransız rəssamı, post-impressionist Pol Qoqenlə bir münaqişə vaxtı itirdiyi versiyası da mövcuddur. Hamburq Universitetinin əməkdaşları Hans Kaufman və Rita Vildeqansın araşdırmalara görə, rəssamın qulağını özü yox, elə Pol Qoqen kəsib. Səbəb isə hər iki rəssamın Raşel adlı eyni qadını sevməsi olub.
Bir digər versiyada isə dahi rəssamın qardaşına çox düşkün olduğu və məhz, qardaşını evlənməkdən vaz keçirmək məqsədi ilə qulağının yalnız sırğalıq hissəsini kəsdiyi söylənilir.
Lakin araşdırmaçılar onun ruhi xəstəliyini nəzərə alaraq, daha çox ikinci versiyanın üzərində dayanırlar. Rəssamin ömrünün son illərində ruhi xəstəlikdən əziyyət çəkdiyini nəzərə alsaq, bu versiyanın həqiqiliyinə şübhə qalmır.
Qulağın necə kəsilməsilə bağlı versiyalara nəzər saldıq, bəs görəsən, Vinsent qulağını tam kəsib, yoxsa kiçik bir hissəsini?Dostu Pol Qoqenin və qardaşı Teonun həyat yoldaşı Jonun polislərə verdiyi məlumatda Van Qoqun qulağının yalnız bir hissəsinin kəsildiyi deyilirdi. Mətbuatda isə rəssamın, qulağının yalnız alt hissəsini kəsdiyi haqda məlumatlar yayılmışdı.
Hələ də bəziləri qulağın bir hissəsinin, bəziləri də sadəcə qulaq məməsinin kəsildiyini iddia edirlər. İki yüz ilə yaxın davam edən bu mübahisə ilə bağlı Amsterdamda yerləşən Van Qoq Muzeyinin tədqiqatçılarından biri – Luis van Tilborqun da açıqlaması var.
İngilis yazıçı Bernadet Mörfi “Van Qoqun qulağı” adlı kitabını yazarkən apardığı araşdırmalar nəticəsində məşhur rəssamın sadəcə qulaq məməsinin (sırğalıq) qaldığı qənaətinə gəlib.
Belə ki, Mörfi 1934-cü ildə rəssamın bioqrafiyasını yazan amerikalı yazıçı İ. Stounun Van Qoqu müalicə edən doktor Feliks Reylə görüşdüyünü öyrənir və kəsik qulağa dair bütün detalların yazıldığı saralmış köhnə kağız parçasının illərdir Stounun arxivində olduğunu üzə çıxarır. İrvinq Stounun “Van Qoqun qulağındakı yara necə idi? Çəkə bilərsinizmi” sualına cavab olaraq doktor Rey bir resept kağızına o günün tarixini qeyd edib, kəsik qulağı göstərən rəsm çəkibmiş. Doktor Feliks Rey Stouna verdiyi kağıza bir də aşağıdakı sözləri yazıbmış: “Məndən istədiyiniz məlumatı həvəslə verirəm. Zavallı dostum Van Qoqun layiq olduğu şöhrəti dilə gətirməyiniz ümidi ilə”.
Araşdırmaçı Van Tilborq, Niderland kanalına verdiyi müsahibədə “Vinsentin nələr yaşadığını və beynindən nələr keçdiyini hələ də bilmirik. Bu qulaq o böyük dahinin yaşadıqlarının sadəcə bir hissəsidir” deyib.
Van Qoq həyatı…
Van Qoqun doğumu da yaşamı və ölümü kimi sirli və mistik epizodlarla doludur. 1852-ci il martın 30-da Niderlandın Qrot-Zündert şəhərciyində protestant keşişin oğlu Teodor Van Qoqun ailəsində ilk uşaq ölü doğulur. Körpəyə babasının adını verib (Vinsent) dəfn edirlər. Düz bir il sonra, 1853-cü il martın 30-da Anna Kornelia Karbet və Teodor van Qoqun ailəsində ikinci uşaq dünyaya gəlir. Özü də ölü doğulmuş Vinsentlə eyni tarixdə, hətta eyni saatda… Həm babasının, həm də dünyaya ölü gəlmiş böyük qardaşının xatirəsini yaşatmaq üçün ikinci uşağın da adını Vinsent qoyurlar. Beləliklə, Van Qoqun başdaşı hələ o, doğulmamışdan hazır olur. Sanki bu daş onun gələcək həyatının necə miskin olacağının xəbərçisi idi. Həmin başdaşı ilə Vinsentin melanxoliyasının, depressivliyinin təməli qoyulur. Ailəsiylə çox da isti münasibəti olmayan Vinsent atası və anası arasındakı hörmətə, sevgiyə həmişə dərin rəğbət bəsləyirdi. O deyirdi: “Digər mövzularda nə düşünsəm də, fərq etmir, atamla anamın evliliyi örnək götürülməli bir evlilik idi” .
Vinsent fiziki görünüş və xarakter baxımından daha çox anasına oxşayırdı, o, iradəsini, enerjisini və sarsılmaz gücünü anasından almışdı. Hər iki valideyni sarışın olsa da, Vinsent kürən idi; orta boyu, geniş çiyinləri onun güclü və möhkəm olduğu təəssüratını yaradırdı. Bunu anasının sözləri təsdiqləyir, Vincentdən başqa uşaqların heç biri fiziki baxımdan belə güclü deyildi.
Vinsentin atası keşişliklə yanaşı, sənət əsərlərinin satışı ilə məşğul olurdu, anası isə həvəskar rəssam idi, rəssamın incəsənətlə ilk tanışlığı da, məhz, belə başlamışdı.
Vinsentin doğumundan 4 il sonra onun həm maddi, həm də mənəvi güc mənbəyi olan tək insan – qardaşı Teo Van Qoq dünyaya gəlir. Vinsentin başqa bacı və qardaşları da vardı, lakin o, Teodan başqa heç kimi sevə bilmir, digər doğmalarına qarşı ömrü boyu soyuq olur. O, ailəsində yalnız Teoya dəyər verirdi, Teo onun dünyası olmuşdu.
Vinsent uşaqlıqda oyunlar oynamağı sevən, enerjili oğlan olsa da, məktəbə getdikdən sonra dəyişməyə başlayır, tamamilə depressiv, özünəqapalı və soyuq birinə çevrilir. Heç bir uşaqla oynamaz, hər zaman fikirli və dalğın olardı. Onunla təkcə Teo dil tapmağı bacarırdı, ömrünün sonuna qədər də Vinsentə hər cür yardım etmişdi. Vinsent qardaşını o qədər çox istəyirdi ki, hətta Teo evlənəndə bunu Vinsentə deməkdən çəkinmişdi. Bilirdi ki, qardaşı sarsılacaq. Ki, Teo yanılmır, həqiqətən də, sevimli qardaşının evlənməyi Vinsenti çox sarsıdır.
Ailəsi maddi problemlər yaşadığından 15 yaşı olanda Vinsent məktəbi atıb işləməyə məcbur qalır. Əmisinin “Kornelis” adlı incəsənət qalereyasında işləyəndə fransız, alman və ingilis dillərini ana dili kimi mükəmməl öyrənir.
1873-cü ilin iyun ayında isə Vinsent Qrupil qalereyasının London filialına göndərilir. Londonda yaşadığı müddətdə o, ingilis mədəniyyətinə aşiq olur, boş vaxtlarını oradakı qalereyaları gəzməklə keçirir, Çarlz Dikkenz və Corc Elliotun pərəstişkarına çevrilir.
Vinsentin Londondakı karyerası ev sahibəsinin qızına aşiq olması və ondan rədd cavabı alması ilə bitir. Rədd cavabı alan Vinsent çox sarsılır, Bibliyadan başqa bütün kitablarını tullayır. Qalereyaya gələn insanlara bu “dəyərsiz” əsərləri almamalarını deyir və… işdən qovulur.
Van Qoqun eşq həyatı çox kədərli olub. Dul qalmış əmisi qızı Keytə vurulmuşdu və ondan da rədd cavabı almışdı. Daha sonra Haaqaya köçmüş, orda əyyaş həyat qadını Klasina Maria Hoornikə aşiq olmuşdu.
Bir müddət rəssamla sevgi macərası yaşayan Klasina həm də ona modellik edirdi. Klasina əvvəlki həyat tərzinə qayıdanda bu, Van Qoqu tamamilə ruhdan salır. Üstəlik ailəsi onu, Klasinadan ayrılmayınca, Haaqanı tərk etməyincə pul göndərməməklə hədələyirdi.
1882-ci ilin sentyabrında Van Qoq Hollandiyanın Drent şəhərinə yollanır, altı həftə ərzində bölgəni gəzə-gəzə şəhərin mənzərəsini, insanlarını çəkir.
Vinsent həyatı boyu çox peşə dəyişdirmişdi, hətta bir müddət keşiş də işləmişdi. O, dindar ailədə böyüsə də, teologiyanı öyrənib keşiş olandan sonra din xadimlərinə qarşı münasibəti dəyişir və kilsədən uzaqlaşır. Keşişlikdən əvvəl isə Londonda, Parisdə və Hollandiyada komisyonçu işləyib.
O, yalnız 1880-ci illərdən sonra rəssamlığa olan marağının ötəri bir həvəs olmadığını dərk edir.
1880-ci ildə Van Qoq Brüsselə gəlir və orda “Travaux des champs” (Jan-Fransua Millet) və “Cours de dessin” (Şarl Bargue) kitablarından rəssamlıq sənətinin sirlərini öyrənməyə başlayır.
Yaradıcılığa yeni addım atdığı vaxtlarda Vinsent daha çox sosial mövzulu əsərlər çəkirdi. Bu əsərlərində o, aşağı təbəqənin problemlərini, onların məişət həyatının çətinliklərini realist janrda canlandırırdı. “Kəndli qadın” və “Kartofyeyənlər” bu qəbildən olan əsərlərdəndir.
Daha sonra o, Fransaya köçür. Həmin vaxt Fransa rəssamlığın inkişaf etdiyi ölkələrdən biri idi, müxtəlif rəssamlıq cərəyanları arasında mübarizə gedirdi və impressionizm, tədricən, qalib gəlirdi. Van Qoqun da impressionist rəssam olduğunu göz önünə gətirdiyimiz zaman nə qədər doğru seçim etdiyini görürük. O, Fransaya gələndən sonra impressionist tərzdə əsərlər çəkərək məşhurlaşmışdı. Van Qoqun tablolarının başlıca cəlbedici xüsusiyyəti ehtiraslılıq, parlaqlıq və emosionallıq idi. Vinsent Fransaya köçdükdən sonra özünü çox inkişaf etdirmişdi. O, rəssam yoldaşlarını tənqid edir, özünə olunan tənqidlərdən dərs çıxarırdı. Bəlkə də ən çox bu xüsusiyyəti onun bu qədər inkişaf etməsinə səbəb olmuşdu. Məhz buna görə, Van Qoq yaradıcılığının Fransa dövrü “Gerçəkliyin dramatik dərki” dövrü adlanır.
Rəssamın həmin dövrə aid rəsmləri arasında “Doktor Qaşenin portreti” xüsusilə seçilir.
Bütün həyatı və yaradıcılığı əzab-əziyyətlə keçən dahi rəssamı yaşamı boyunca hər kəs avara, işəyaramaz və dəli hesab edib. Bəzi mənbələrdə xüsusilə də anasının onu ələ saldığı və ruhən əzab verdiyi qeyd edilir. “Anası onun işlərinə lağ edib gülər, əsərlərini soyuducuya atardı. Ömrünün son və ən məhsuldar illərində belə ətrafındakı hər kəs, hətta anası belə gülərək ona işgəncə edərdilər”. Bu vəziyyət rəssamın ölümünə qədər davam edir. Yalnız bir neçə insan Vinsentin sağlığında onun nə qədər böyük və istedadlı olduğunun fərqinə varır. Lakin onların sayı çox az idi: qardaşı Teo, həkimi Pol Qaşet və dostu Pol Qoqen. Xüsusilə, xəstəxananın baş həkimi, həvəskar rəssam doktor Qaşe Teodan sonra onun sənətini sağ ikən yüksək qiymətləndirən nadir insanlardan biri olur, Van Qoqun əsərlərinin ən böyük izləyicisinə çevrilir.
Əsərləri
Vinsent Van Qoq 2100-dən çox tablonun müəllifidir. Onlardan 860-ı yağlı, 1300-dən çoxu isə sulu boya ilə çəkilib. Rəsm əsərlərinin çoxu dünyanın ən bahalı tabloları arasında yer alır. “İrises”(“Süsənlər”) tablosu 53,9 milyon dollara, “Doktor Pol Qaşe” isə 82,5 milyon dollar məbləğində rekord qiymətə satılıb. Van Qoq “Ulduzlu Gecə” əsərini 1889-cu ildə Sen-Remidə (Fransa) sığınacaqda olarkən, ölümündən 1 il əvvəl çəkmişdi. “Bu səhər gündoğumundan öncə uzun müddət pəncərəmdən kəndə baxdım. Səmada yalnız böyük, parlaq dan ulduzu vardı, başqa heç nə…” – rəssam tablonun necə ərsəyə gəldiyini qardaşı Teoya yazdığı məktubda bu cür təsvir etmişdi.
Hafizə, duyğu, müşahidə və təxəyyülün harmoniyasından yaranmış əsərdə çox təsirli və cazibəli gecə səması, əsas planda həyat və ölüm arasındakı körpünü təmsil etdiyi düşünülən, böyük alova bənzər bir sərv ağacı və yatmış kənd kətan üzərində yağlı boya ilə mükəmməl şəkildə təsvir olunub. Bu tablo hal-hazırda Nyu-Yorkda Modern İncəsənət muzeyində sərgilənir.
Yağlı boya ilə kətan üzərində təsvir olunmuş sapsarı günəbaxanlar (“Günəbaxanlar” silsiləsi) hazırda London, Amsterdam, Tokyo, Münhen və Filadelfiya muzeylərində sərgilənir.
1889-cu ildə, Fransanın Sen-Remi şəhərindəki sığınacaqda yaşayanda Van Qoq sığınacağın bağçasındakı bitkilərdən, çiçəklərdən ilhamlanaraq “Süsənlər” tablosunu çəkməyə başlayır. Tənqidçilər bu əsəri yüksək qiymətləndirir, yapon taxta naxışlarından təsirlənərək çəkildiyini yazırlar (Van Qoq bir müddət yapon incəsənətilə də maraqlanıb).
Tablonun ilk sahibi və Van Qoqun ilk dəstəkçilərindən biri olan fransız tənqidçi Oktav Mirbeau demişdi: “O, çiçəklərin möhtəşəm təbiətini necə də mükəmməl anlayıb!”
Rəssam “doktor Qaşe” əsərini 1890-cı ildə – ölümündən 2 ay əvvəl çəkib. Əsər hal-hazırda Frankfurt-Mayn muzeyində saxlanılır. 82.5 milyon dollara satılmış “Doktor Qaşenin portreti” əsərinin qəhrəmanı ömrünün son aylarında rəssamın qayğısına qalan həkim həkim Pol Qaşedir (Paul Gachet). Rəsmdə həkimin ümidsiz və yorğun gözlərlə bizə baxan obrazını görürük. Bəlkə də Qaşe ümidsizcəsinə xəstəsi Vinsentə baxırdı, onun ümidsizliyi bir növ onu Vinsentə bağlayırdı. Son aylarını 62 yaşlı psixiatrla keçirən Van Qoq bu portreti onunla ruhən bənzər olduqlarını düşündüyünə görə çəkmişdi.
10 il ərzində Van Qoq 43-dən çox tablo və rəsmdə öz portretini də çəkmişdi. O, bacısına yazdığı məktubda bu haqda deyirdi: “Bir fotoqrafın çəkə biləcəyindən daha dərin bir bənzərlik axtarıram”.
“İnsanlar deyir, mən də buna inanmaq arzusundayam ki, özünü tanımaq çox çətindir. Ama özünü çəkə bilmək də heç asan deyil. Rembrandt tərəfindən çəkilən portretlər təbiət mənzərəsindən daha artıq bir şey idi. Daha çox vəhy (və ya kəşf) kimi.” (Qardaşı Teoya yazdığı məktubundan)
Vinsentin avtoportretləri Vaşinqton, Paris, Nyu-York və Amstredam olmaqla, dünyanın bir çox muzeylərində sərgilənir.
Van Qoq dünyanın ən məhsuldar rəssamlarından biri olsa da, yaşamı boyunca ancaq bir əsərini sata bilmişdi. Yəqin, elə buna görə, “Arlın qırmızı üzümlükləri” adlı tablonun satışı Vinset üçün böyük hadisəyə çevrilmişdi. Aldığı pulla Paris yaxınlığındakı psixiatrik xəstəxanaya yatan Vinsent iki ay ərzində 80-dən artıq rəsm çəkmişdi. Ömrü boyu qardaşına möhtac yaşayan və həmişə korluq çəkən Van Qoqun bütün əsərləri indi bir sərvət dəyərindədir. Ədalətsiz dünya…
Van Qoqun ölüm yatağında dediyi son cümləsi
“Kədər əbədi olaraq davam edəcək…”
Vinsentin ölümü də başdan ayağa müəmmadır. İntihardır, yoxsa intihar adı verilmiş cinayətdir, hələ də bilinmir. Araşdırmaçıların əsas versiyasına görə, həyatının son illərində gərgin iş rejimi, hədsiz maddi problemlər rəssamın tez-tez stress keçirməsinə, depressiyaya düşməsinə gətirib çıxarır. Son illərini Arl, Sen-Remi və Auvers-sur-Oise kimi şəhərlərin ruhi xəstəxanalarında keçirən rəssam 1890-cı il 29 iyulda 37 yaşında Auversdə intihar edir. Ölüm ayağında qardaşı Teo onun yanında olur və ondan bu sözləri eşidir: “La tristesse durera toujours”.
Van Qoqun ölümü ilə bağlı bir başqa versiya da onun özünü tüfənglə qətlə yetirməsidir. Həmin versiyaya görə, rəssam ruhi xəstəxanada müalicə olunarkən yaxınlıqdakı taxıl zəmilərini kətan üzərinə köçürmək qərarına gəlib. Etüd qovluğunu, boyasını, fırçasını da götürüb taxıl zəmilərinin olduğu sahəyə yollanıb. Orda gəzərkən təsadüfən güllə ilə doldurulmuş tüfəng tapıb. Sonra əsəbini cilovlaya bilməyib və özünü vurub. Düzdür, Van Qoq bir neçə gün sağ qalıb, amma onu həyata qaytarmaq mümkün olmayıb.
“RİA Novosti” informasiya agentliyinin verdiyi məlumata əsasən, 1890-cı ildə rəssamın intihar cəhdi nəticəsində qanaxmadan öldüyü rəsmi olaraq təsdiqlənib. O, sinəsinə atəş açıb. Bununla belə, sağ qalaraq öz ayağı ilə xəstəxanaya gəlsə də, hadisədən 29 saat sonra vəfat edib.
2011-ci ildə amerikalı sənətşünaslar Stiven Nayf və Qreqori Uayt Smit hadisə ilə bağlı başqa bir versiya irəli sürüblər. Onların versiyasına görə, bu vaxta qədər bilinənin əksinə olaraq, Van Qoq, çox güman ki, fransalı iki yeniyetmə – Rene Sekretan və Qaston tərəfindən qətlə yetirilib. Tədqiqatçıların dediyinə görə, hadisədən bir neçə gün əvvəl rəssam çoxlu boya sifariş edibmiş və heç də intihar haqqında düşünmürmüş.
Tarixçi Con Reval hadisələrin bu versiyasını 1930-cu illərdə Auversə səfər edərkən qələmə alıb və aşkar olunan digər təfərrüatlar da bu nəzəriyyənin doğruluğuna dəlalət edir. Reval qeyd edib ki, Van Qoqu vuran iki qardaş onun ruhi pozuntularından xəbərdar idilər, rəssamı daima ələ salır, onu əsəbləşdirmək üçün boya qutusuna ilan qoyur, qəhvəsinə duz atır, işləyərkən ağzında tutduğu fırçalara acı istiot vurur, hər fürsətdə onu qıcıqlandırırlarmış. Onsuz da rəssamdan zəhlələri gedən gənclər necəsə ona atəş açıblar.
Tarixçi deyir ki, oğlanların əlində açılan tapança defektli imiş və güllə təsadüfən açılıb. Van Qoq isə günahı öz üzərinə götürüb və olaya intihar adı verib. Oğlanlar qaçıb, o özü isə sürünərək xəstəxanaya gedib.
Ölümündən sonra Van Qoqun cibindən tapılan yazılı kağızın intihar məktubu yox, qardaşı Teoya ünvanladığı məktubun qaralaması olduğu bildirilir. Orada gələcək üçün planlar yazıldığını deyən bioqraflar, həmçinin rəssamın tapançasının olmadığını, günlük ehtiyaclarını ödəmək üçün belə qardaşı Teodan yardım alan, maddi baxımdan ondan asılı olan Van Qoqun silah ala bilməsinin imkansızlığını və ümumiyyətlə, hər hansı silahın tapılması barədə heç bir xəbər verilmədiyini də qeyd edirlər.
Amerikanın məşhur kriminalist ekspertlərindən olan Di Mayo da sənətşünaslara kömək etmək və rəssamın ölümü ilə bağlı tədqiqat aparmaq qərarına gəlib. Məhkəmə ekspertizası və patoloji anatomiya üzrə mütəxəssis Di Mayo dahi rəssamın ölümünün intihar yox, qətl olduğu fərziyyəsini dəstəkləyən sübutlar təqdim edib.
İnsanın özünün bədənin bu nahiyəsinə atəş açmasının mümkünsüz olduğunu, atəş açandan sonra rəssamın əlində mütləq barıt ləkəsinin qalmalı olduğunu deyən ekspert, belə ləkəyə rast gəlinmədiyini söyləyib.
Onun ölümündən sonra məşhur fransız rəssamı Kamil Pissarro oğluna yazırdı: “Mən əvvəldən bilirdim ki, Van Qoq ya dəli olacaq, ya da hamımızı xeyli qabaqlayacaq… Lakin hər ikisini edəcəyi ağlıma da gəlməzdi”.
Vinsent van-Qoqun ölümünə bir il qalmış (1889-1890) Teoya yazdığı son məktublar (O, 1873-1890-cı illərdə Teoya 600-dən çox məktub yazıb):
“Əziz qardaşım, gəl unutmayaq ki, kiçik və həyəcanlı şeylər, əslində, həyatımızın əsas idarəçiləridir. Heç fərqinə belə varmadan hər zaman onları dinləyirik. Bu günədək etdiyim və bundan sonra edəcəyim səhvlərə görə özümü toplamağım mənə çox çətin gəlsə də, unutmaq lazım deyil ki, nə qarşılaşdığımız çətinliklər, nə depressiyalar, nə də ağıl və yaxşı niyyət bizim bələdçilərimiz deyil. Qoruyucularımız heç deyil.
Sən də bilməlisən ki, ağır məsuliyyətləri gözə almaq lazımdırsa, ən yaxşısı, bir-birimizlə çox da məşğul olmamalıyıq. Çünki gənc yaşlarımızda sənətkar həyatı haqqında öyrəndiyimiz şeylərdən çox uzaq yaşamağımız bizi bir tale yolunda birləşdirir və istənilən halda qardaşlıq bağlarımızı daha da sağlamlaşdırır. Şəraitlərimiz də bir-birinə çox oxşardır. Burda da Parisdə olduğu kimi yeməklərin içindən həşəratlar çıxır. Yəqin, sən də orda eyni şeyləri fikirləşirsən. Bu, o qədər də önəmli deyil, amma yenə də olsa, adama bir az inam qazandırır.
Ona görə də deyirəm ki, ata olmağını bizim köhnə həyatımızın bir insanı kimi qarşıla. Bil ki, böyük şəhərlərin parıltısı, gurultusu, çən-dumanı, depressiyası içində olsaq belə, keçmiş günlərə hər zaman sevgi ilə bağlıyıq.
Demək istəyirəm ki, özünü mühacir, yad, kasıb bir adam bil. Ata olmağını da elə qəbul et. Kasıb adamın baxışları ilə vətənin həqiqi varlığına söykən. Həqiqi kimliyini hiss edə bilmirsənsə, həmin hiss içində hər gün bir az da zəifləyirsə, xatirələrinə söykən. Axır-əvvəl alın yazımız gerçəkləşəcək. Amma bu gün mənə ən çox başqa şey qəribə gəlir: Parisdə səninlə avara-avara gəzdiyimiz günlərin sevincini, qayğısızlığını unudub bugünkü sıxıntılarımızı ciddiyə alsaq, bu, bir az ikiüzlülük olar.
Bəli, burda arabir yeməkdən həşərat çıxsa da, sənin həyatını bölüşdüyün bir qadının, uşağın olmasına elə sevinirəm ki…
Həmişə ağlımıza gələnə inanmaq məsələsində Volterin bizi tamamilə sərbəst qoymaması xeyirlidir”
(Tarixsiz)
“Dünən baş nəzarətçinin portretinə başladım. Bəlkə, arvadının da portretini çəkərəm. Xəstəxanadan bir neçə addım aralıda bir həyət evində yaşayırlar.
Üzü çox qəribədir. Yəqin, Leqrosun yaşlı ispan əsilzadəsi portretini xatırlayırsan. Onun çox yaxşı üz quruluşu var. Adam ona çox bənzəyir. Vəba epidemiyaları vaxtı Marsel xəstəxanasında olub. İnsanların əzab içində ölmələrinə şahidlik edib. Ona görə üzündən özünəqapalı bir ifadə oxunur. İstər-istəməz adamın ağlına Qizonun fiquru gəlir. Çünki bir az fərq olsa da, ümumilikdə, ikisinin də üzündə eyni hava var.
Ancaq bu adam xalqın içindən biridir, daha sadə insandır. Nə isə, əgər bunu bacara bilsəm, Qizonun yenisini də hazırlayaram.
Axır ki, “Oraqçı”nı da bitirdim. Bu rəsm sənin evindən asmaq istəyəcəyin bir rəsm olub, məncə. Deyəsən, bu, ölümün bir simvoludur, böyük təbiət kitabında ölüm necə təsvir olunubsa, elə. Ancaq mən onun haradasa bir az gülərüzlü olmağını istədim. Rəsm başdan aşağı sarıdır. Yalnız bir sıra bənövşəyi təpələr var. Tamamilə sarı və ya sarımtıldır. Qəribədir, bilirəm. Belə görmüş olmağım qəribədir. Bunun üçün bir xəstəxana hücrəsinin dəmir barmaqlıqları arasından baxmaq lazımdır…
Qırx ildə ilk dəfə içimdə bir ümid doğub. Bilirsən, nə istəyirəm? Mənim üçün təbiət nə ifadə edirsə, sənin üçün də ailənin eyni şeyi ifadə etməsini istəyirəm.
Yəni mən, torpağı, çəməni, sarı buğda zəmilərini, kəndlini necə sevirəmsə, sənin də lazım olduğu zaman həm insanlara inanmağa, işləməyə, təsəlli tapmağa, həm də özün-özünü tamamilə yenidən yaratmağa elə bir güc əldə etməyini istəyirəm.”
(Tarixsiz)
“Fikir ver, indiki dövrdə öz əsərləri ilə ortalığa çıxmayıb, başqalarının işlərini yenidən işləyən və yayan adamlar var. Kitab tərcümə edənlər, yaxud qravür hazırlayanlar kimi, məsələn, Vernet kimi, Lerat kimi və s. Onu demək istəyirəm ki, mən sürət çıxarmaqdan çəkinmirəm.
İtaliyaya gedib Cotto di Bondonenin əsərlərinin sürətini çıxarmağı çox istəyərdim. Digər primitiv rəssamlar arasında o, çox başqadır. Primitiv olmasa, Ejen Delakrua kimi modern bir rəssam sayılardı. Primitiv rəssamların əsərlərini çox görməmişəm, amma Cotto aralarında ən yaxşısıdır.
Onore Domenin “İçki düşkünləri” və Reqaminin “Zindan” qravürləri əsasında yağlı boya rəsmləri çəkmək istəyirəm.
Hələlik Millenin əsərləri üzərində işləyirəm. Yəni işləməyə hələlik xeyli mövzum var. Yarı məhbus olsam da, uzun müddət işləməyə mövzu tapa bilərəm.
İmpressionistlərin rəng sahəsində açdıqları cığır daha da inkişaf edəcək, amma bunun keçmişlə bir bağlantısı var. Bu, bir çoxlarının gözündən qaçır. Mən çalışacağam ki, impressionistlərlə digər rəssamlar arasında kəskin bir fərq olmadığını göstərim.
İndiki yüzillikdə Delakrua, Jan Lui Ernest Mesone kimi rəssamların olmasını böyük xoşbəxtlik hesab edirəm.
Jan Lui Ernest Mesoneni bəzi rəssamlar qədər sevməsək də, “Oxuyanlar”, “Dayanacaq” və bir neçə başqa əsərlərinə deyiləcək heç nə yoxdur. Bunlar yaxşı əsərlərdir. Əlavə söz ola bilməz. Ona görə də onun hərbi mövzuda işlədiyi əsərlərini, tarla rəsmləri qədər sevmirik deyə, bir kənara qoya bilmərik.
12 fevral 1890
Albert Orenin yazısı özümü boşluğa buraxıb reallıqlardan daha da uzaqlaşmaq və Adolf Montiçellinin bəzi rəsmlərində olduğu kimi rənglərlə bir növ musiqi yaratmağa girişməyim üçün mənə kömək, dəstək ola bilərdi. Ancaq reallıq mənim gözümdə elə dəyərli, reallığı əks etdirmək mənim üçün elə çəkicidir ki, rənglərlə musiqiçi olmaq yerinə pinəçi olmaq mənə daha yaxşı fikir kimi gəlir.
Həm də nə olur-olsun, realist olmaq məni hələ də ürküdən xəstəliyə qarşı mübarizə aparmaqda bir növ silah rolunu oynaya bilər.”
May 1890
“Parkdakı təzə çəmənliyin iki rəsmini çəkdim. Biri çox sadədir. Təxminən, tələsik çəkilmiş bir eskiz…
Bənövşəyi, çəhrayı bir şam ağacı gövdəsi, sonra da ağ çiçəklərlə, yabanı çobanyastığı çiçəkləri ilə bəzədilmiş bir çəmənlik… Lap dibdə, tablonun ən üstündə xırda bir gül fidanı və daha bir neçə ağac gövdəsi var. Mən də nə vaxtsa orada olacağam. Əminəm ki, işləmə həvəsi məni tamamilə ağuşuna alacaq və başqa hər şeyə qarşı tamamilə hissiyyatsız qalıb, eyni zamanda daxili xoşbəxtliyimi yaşayacağam.
O zaman da özümü tamamilə boşluğa buraxacağam. Amma, təbii ki, fikirləşmədən deyil, ola bilmə ehtimalı olduğu halda olmayan şeylər üstündə çox dayanıb şikayətlənmədən… Deyirlər ki, rəsmdən nəsə axtarmamalı, gözləməməli, mükəmməl əsər, xoş söhbət, dadlı yemək və daha çox xoşbəxtlik istəməməliyik. Təbii ki, bir az parlaq olan şeyləri də buraya qatırıq. Bəlkə də, dedikləri doğrudur. Hətta xəstəliyi də bu yolla aldadıb başını qata bilərik.”
29 iyul (son məktubu)
“Əziz qardaşım,
Gözəl məktub və içindən çıxan 50 franka görə çox təşəkkür edirəm. Madam, hər şey yaxşıdır, elə ən vacibi də odur və daha lazımsız mövzuların üstündə dayanmağa dəyməz. Baş-başa oturub iş danışmağa gəldikdə isə, yəqin ki, o gün hələ çox uzaqdır. Ümid edirəm ki, həmkarın olan bəylər sənə yaxşı münasibət göstərirlər.
Evindəki rahatlıqla bağlı məni inandırmağa ehtiyac yoxdur. Mənfi tərəflərini gördüyüm kimi, müsbət tərəflərini də görə bildiyimi düşünürəm. O ki qaldı binanın dördüncü mərtəbəsində uşaq böyütməyinə, Co (Coanna) qədər sənin üçün də əziyyət olduğunu bilirəm, mən də eyni fikirdəyəm. Ən önəmli məsələdə hər şey yolundadırsa, mən niyə lazımsız məsələlər üçün israrçı olmalıyam? Daha sakit beyinlə danışmaq fürsəti üçün, deyəsən, çox zaman keçməlidir. Bu an deyə biləcəyim tək şey budur. Ki, mən bunun bəlli bir dəhşət hissi ilə fərqinə vardım və bunu gizlətmədim. Ancaq deyə biləcəyim tək şey budur.
Digər rəssamlar nə düşünürlərsə, düşünsünlər. Onlar instinktlərinə uyaraq günlük alış-verişdən uzaq qalırlar. Düzü, rəsmlərimizi müzakirə etməkdən başqa əlacımız da yoxdur.
İndiyə kimi dəfələrlə təkrarladığım bir sözü bir daha deyirəm. Sən sadəcə satıcı deyilsən, sən mənim vasitəmlə bir çox rəsm əsərlərinin yaradılmasında bilavasitə iştirak etmisən və bu rəsmlər xaosun içində belə öz hüzurlarını qoruyacaqlar.
Nəhayət, gəlib bura çatdıq. Bu dəqiqə içində olduğum nisbi depressiya anında sənə deyə biləcəyim söz də məhz budur. Bəli, hal-hazırda ölmüş sənətçilərlə yaşayan sənətçilərin rəsmlərini satan satıcılar arasında vəziyyət çox gərgindir.
Mənim işləməyim həyatımı təhlükəyə atır. Üstəlik, bu işdə beynimin yarısını əritmişəm. Yaxşı ki, sən, mənim bildiyim qədərilə, insan satıcıları arasında deyilsən və məncə, həqiqətən, humanist davranaraq tərəf tuta bilərsən, amma nə faydası?”
Məqaləmin əvvəlində (hətta hər yerində) də qeyd etdiyim kimi, çox müəmmalı və mistik taleyi olan Vinsentin qardaşı Teonu da bu mistika təqib edib. Vinsentin ölümündən sonra Teo ruhi sarsıntı keçirib. Qardaşlar bir-birinə o qədər bağlı idilər ki, Teo bu itkiyə tab gətirə bilmirdi. Sifilis xəstəsi olan Teonun xəstəliyi Vinsentin ölümü ilə daha da ağırlaşır. Əsəb pozğunluğu keçirən Teodor öncə işini itirir, sonra isə ruhi-əsəb dispanserinə yatırılır. Həyat yoldaşı onu Hollandiyaya aparır.
Vinsentin ölümündən sonra Teonun anasına yazdığı məktub: “İnsan nə qədər kədərləndiyini yaza bilməz, ya da təsəlli tapa bilməz. Bu kədər yaşadığım müddətcə davam edəcək və bu müddətdə onu heç vaxt unutmayacağam. Həyat, yaşamaq onun üçün çox ağır bir yük kimi idi; amma indi, həmişə olduğu kimi (öləndən sonra hamı haqda müsbət sözlər deyilir deyə), hamı istedadlarına görə təriflər edir … Oh Ana! o mənim öz, doğma qardaşım idi!”
Vinsentin ölümündən 6 ay sonra Teodor van Qoq da 33 yaşında iflicdən dünyasını dəyişir. Həyatları boyunca bir-birindən ayrılmayan qardaşlar, ancaq 23 ildən sonra “qovuşa” bilirlər. Hər ikisinin nəşini dəfn olunduqları yerdən çıxarıb yanaşı basdırırlar.
Van Qoqun irsi
Teonun həyat yoldaşı Coanna Vinsentin ölümündən sonra bacardığı qədər bütün tablolarını toplamağa çalışıb. Ancaq axtarışlar zamanı fərqinə varır ki, onun işlərinin çoxusu itib, anası tərəfindən atılıb.
1901-ci il martın 17-də Van Qoqun 71 tablosu Parisdə sərgilənir, bu sərgi ilə onun şöhrəti inanılmaz dərəcədə artır. Anası, Vinsentin incəsənət dahisi kimi məşhurlaşdığını görəcək qədər uzun yaşayır. Bu gün Vinsent van Qoq bəşər tarixinin ən möhtəşəm rəssamlarından biri hesab olunur.
Müəllif: Gülay ZəkəriyyəMənbə: azlogos.eu
| ['Van Qoq', 'Vinsentin ölümü', 'Van Qoqun həyatı', 'Van Qoqun məşhur qulağı'] |
150 | https://kayzen.az/blog/jurnalistika/26398/biz-niy%C9%99-yazmal%C4%B1y%C4%B1q.html | Biz niyə yazmalıyıq?! | gunelb | Jurnalistika | 19 yanvar 2021, 00:23 |
“Yazar olmaq istəyirsən? Hər şeyə rəğmən, o, daxilindən vulkan kimi püskürüb özünə yol açmasa, yazma! Çağrılmadan gəlməzsə – ürəyindən, düşüncəndən, ağzından və canından, -yazma. Söz axtararaq, saatlarla oturub gözünü komputerin ekranına zilləməlisənsə, yazma. Pul və ya şöhrət üçün yazırsansa, yazma. Yatağında qadınlar istədiyindən yazırsansa, yazma. Yazmaq ağlından keçirəndə belə ağır gəlirsə, yazma. Əyləşib təkrar-təkrar, yenidən yazmalısansa, yazma. Başqa birisi kimi yazmağa çalışırsansa, unut bunu. İçindən gurultuyla çıxmasını gözləməlisənsə, o halda səbrlə gözlə. O, heç vaxt gurultuyla çıxmazsa, başqa işlə məşğul ol. Onu ilk öncə həyat yoldaşına, qız dostuna, oğlan dostuna, valideynlərinə və yaxud ümumiyyətlə, kiməsə oxumalısansa, sən hazır deyilsən. Çoxsaylı yazarlardan olma, özünü yazar adlandıran minlərlə insandan olma, maraqsız, bezikdirici və lovğa olma, xudbinlik hissi səni boğmasın. Dünya kitabxanaları sənin kimilərin ucbatından yuxuya dalıb. Bunların sayını artırma. Yazma! O, ruhundan raket kimi çölə çıxmazsa, sakit durmaq səni dəliliyə, özünü sui-qəsdə və qətlə məcbur etməzsə, yazma!”
Son zamanlar açıq deyim ki, ciddi şəkildə dünya ədəbiyyatı ilə bağlı mütaliələr edirəm. Kitab seçimində öz sözünü demiş ədəbiyyatçılarımızdan məsləhət alıram. Tövsiyə çox vacibdir. İstər marketoloq olsun, istər digər peşə sahibi mütaliəsiz insan boşdur, bir yerə qədər gedəcək və günlərin birində dirənəcək. Ona görə də marketinqlə bağlı bütün dostlarıma şiddətli tövsiyəm bir an belə olsa, mütaliəni axsatmamalarıdır. Oxuduqca görəcəksiniz ki, artıq oxuduqlarınız içinizdə özünə yer tapa bilmir, Siz oxuduqlarınızla ətrafınızdakılar arasında avtomatik əlaqələr qurur və bunu yazıya köçürmək ehtiyacı hiss edirsiniz. Xüsusən ədəbiyyat Sizə yazmaq üçün xeyli mövzu verər. Bir çoxlarınızda olduğu kimi yazmaq elə bu cür başlayır. İnsan dayanmadan oxuyur, oxuyursa mütləq yazır. Maraqlısı da odur ki, çox vaxt o, niyə yazdığı, kimə faydalı olması haqqında düşünmür, sadəcə yazır.
Ola bilər ki, giriş Sizə qarışıq gəlsin. Təsadüfi deyil. Bu günlərdə Amerika ədəbiyyatının əfsanələrindən biri olan Çarlz Bukovski haqqında oxuyurdum. Çox qəribə taleyi, tərzi olsa da, 45-ə qədər kitabın müəllifi olan Bukovski həm də çox maraqlı deyimləri ilə məşhurdur. Yuxarıda dırnaq içində olan sözlər də məhz Ona aiddir. Balaca bir mətndə nə qədər məna, nə qədər fəlsəfə, nə qədər reallıq var. Hər cümləsi ayrıca bir mövzudur. O cümlələri şərh etməyəcəm, sadəcə mənə bu yazını yazmağa cəsarət məhz bu cümlələr verdiyinə görə, Ona təşəkkür edirəm. Onu da deyim ki, Bukovskinin yuxarıdakı fikri bütün sahələrin yazarlarına çox rahatlıqla aid edilə bilər.
İnsanları yazmağa nə vadar edir!
Yuxarıda yazılan formada yazı yazanlar deyil, həqiqətən və səmimi olaraq qəlbinin səsini, vicdan və məntiqi ilə uyğunlaşdıraraq yazı yazanlar bilirsiniz niyə yazmalıdırlar? Və ya sualı tərsinə qoyuram – bilirsiniz onların yazmaması niyə günahdır?
Ona görə ki, ətrafımızda bu qədər hadisələr baş verir, hər gün az qala yeni bir xəbərlə oyanırıq, 1-2 həftə onu müzakirə edirik, sonra yaddan çıxır. Aradan bir az keçir, bu dəfə başqa hadisə ilə gündəm yaradırlar, yenə müzakirə edirik, yenə danışırıq və danışırıq. Bəli, danışırıq. Təəssüf ki, yazan adam olduqca azdır. Yazan az olduğuna görə biz doğruları ayırd etməkdə çətinlik çəkirik. Halbuki, bir balaca proseslərdən xəbərdar olan, işin içində olan, fəaliyyət göstərdiyi istiqamətdə söz sahibi olanların yaza bilməsi, yazması necə də gözəl olardı. Məsələn, hər hansı bir tibbi hadisədən, fəlakətdən və s. orda-burda yazılanları oxumaqdansa, sosial media cəngavərlərinin boğazdan yuxarı şərhlərini görməkdənsə, hamının tanıdığı, fikirlərinə rəğbət bəslədiyi tibb üzrə bir yazarın təhlilini oxumaq nə qədər rahat olardı. Başqa bir nümunə deyim. Rəhmətlik Vəfa Quluzadə. O, sferasına aid bütün məsələlərə münasibət bildirir, yazır, müsahibələr verirdi. Şəxsən mənim sahəm olmasa da, onun yazılarını o qədər oxumuşdum ki, artıq o fikirlər məndə rahatca rəy formalaşdırırdı.
Ən böyük faciə, ən böyük günah isə yaza bilib yazmamaqdır. Bu gün biznes, marketinq sferasında nə qədər yaza bilən dostlarımız var. Təəssüf ki, yazmırlar, buna onların vaxtı yoxdur desəm, yanılaram. Vaxt həmişə var, baxır nəyə. Amma yaza bilənlər də yazmadıqca onların yerini yazmaq istəyənlər, yaxşı və ya pis yazanlar tutur, tutacaq. Düzdür, “əvvəlkilərin” yazmaması “indikərin” yazarlığında bir çox çətinliklər yaradacaq, amma yıxıla-yıxıla mütləq “indikilər” də yazmağı öyrənəcək, hətta çox gözəl yazacaq. Tarixin bütün dönəmlərində “susmanın xəyanətə bərabər olduğu anlar” olub. Deyərdim ki, indi biz o anları yaşayırıq. Digər sahələri qoyuram bir kənara. Marketinq o qədər sürətlə inkişaf edir ki, bəzən biz oxuyub tətbiq etməyi çatdırmırıq. Tətbiq edə-edə oxumaq məcburiyyətində qalırıq. Məhz elə bu hal kifayət edəcək bir səbəbdir ki, az-çox marketinqdə təcürbəsi olub, həm də mütaliəsi güclü olanlar yazsınlar, yazmalıdırlar.
Qaçaq, yoxsa dirənək?!
Bukovski deyir ki, “hər bir insan həyatında “qaçmaq”la “dirənmək” arasında seçim etməli olur. Mən dirənməyi seçirəm”. Bu gün çoxlarımız qaçmağa üstünlük veririk. Gəlin etiraf edək. Marketinqin dünənindən, başqalarında olandan, gələcəkdə olanlardan danışırıq, az da olsa yazırıq, amma bu gündən yan keçirik. Əziz dostlar, biz də bilirik ki, məsələn, təlimlərin ən yaxşısını etmək olar, xaricdə super təlimlər verirlər, biz də bilirik ki, bizim keçirdiyimiz forumlar digər ölkələrlə müqayisədə bəlkə də çox-çox zəif qalır, biz də bilirik ki, bizim şirkətlərin kreativliyi ilə başqa inkişaf etmiş ölkələrin marketinq kreativliyini eyni tərəziyə qoymaq olmaz, amma nə etməli? Oturub biz də kiminsə göydən enib bizə nəyisə öyrədəcəyini, bizə başqalarının 100 ildə keçdiyi yolu bir-iki ilə keçirəcəyini gözləməliyik? Ümumiyyətlə, gözləməliyikmi?
Əksinə düşünürəm ki, bu gün Azərbaycanda marketinqin tarixini yazan, onu öz zəhməti ilə bir yerlərə gətirməyə çalışan, böyük missiyanın daşıyıcısı olduğunu bilən və hətta tarix yazıb bunun fərqində olmayan dostlarımız da var. Onlara dəstək olmalıyıq. Yaponların KAYZEN prinsipini bilirsiniz. Hər şeyin daha yaxşısı həmişə var. Bilirik ki, var. Biz əksini demirik… Amma çalışıb nədənsə başlamaq lazımdır. Başqa bir yazımda da yazmışdım ki, nədən başlamağı düşünürsünzsə, özünüzdən başlayın. Məsələn, son dönəmlər çox-çox sevinirəm ki, bir çox sahələrdə əla yaza bilən dostlarımız fəallaşıb. Mən istəyirəm onlar bilsinlər – çox keçməz ki, marketinq sahəsindən onların fikirlərinə istinadlar edilər, çünki onlar bu günü yazıblar, bu günü daha yaxşı etməyə çalışıblar, bununla da təbii olaraq gələcəyin də yaxşı olmasına zəmin hazırlayıblar. Mən başa düşürəm ki, insan – keçmişinin həsrətini çəkən, gələcək üçün səbirsizlənən, bugünündən şikayətlənən varlıqdır. Heç kim Sizə deyə bilməz ki, “bunun nə yaşıdır, gördüyü nədir ki, dediyi də nə olsun”. O cür insanlar həmişə olub, həmişə də danışmaqla məşğul olublar. Cəmiyyətə onlar da lazımdır, amma onlara “ilişib qalmaq” olmaz. Yaz! Bukovski deyir ki, “xoşbəxtliyi tapmısansa, sorğulama”. «Kim nə deyəcək, sonu nə olacaq» düşünmə, yaz! Yazdınsa, paylaş. Oxudunsa, paylaş. Paylaş ki, hamı oxusun. Yazarların yazma səbəbi çarəsizlik ola bilər, amma onlar artıq yazırsa, çarəsiz sayılmazlar. Sən də YAZ. Müəllif: Rafiq HunaltayMənbə: azlogos.eu
| ['qaçmaq', 'yazmaq', 'yazar olmaq', 'yazar', 'jurnalistika', 'jurnalist', 'publisistik düşüncələr'] |
151 | https://kayzen.az/blog/kino/26394/israilin-kino-t%C3%B6vb%C9%99si.html | İsrailin kino tövbəsi | gunelb | Kino | 18 yanvar 2021, 00:49 |
İsrail kinematoqrafiyasının ərəb ölkələri ilə konfliktini hansı rakursdan nəql etməsi, ərəblərlə ünsiyyəti necə və hansı səviyyədə qurması onların yalnız münaqişəyə münasibətini ortaya qoymur. Bu, bəlkə daha çox İsrail cəmiyyətinin ədalət hissini itirməməyinin, özünə, keçmişinə tənqidi baxmaq bacarığının və müzakirəyə açıq olmasının göstəricisidir.
Məni ən çox sarsıdan (yaxşı mənada) İsrail rejissorlarının etiraf mədəniyyətidir ki, bu, heç bir halda nəyinsə xatirinə sülhpərvər obrazı yaratmağa hesablanmayıb. Mövzunun əks olunduğu hər film gerçək ağrıdır, səmimi duyğuların simfoniyasıdır.
Müasir İsrail rejissorlarının daha çox diqqət ayırdığı hadisə Livan-İsrail müharibəsidir. Filmlərdən alınan nəticə odur ki, 1982-ci ildə İsrail ordusunun Livanda hərbi əməliyyat zamanı günahsız insanları da öldürməsi, Sabra və Şatillada yerləşən düşərgələrdə dinc fələstinlilərin millətçi Kataib partiyası tərəfindən məhz İsarilin vasitəçiliyi ilə qətliamı faktını – bir qism israilli, xüsusən, əsgərlər indiyədək ağır xaç kimi daşıyır, mənəvi məsuliyyət duyur və utanc hissi yaşayırlar. “Bəşirlə vals” (2008) filminin rejissoru Ari Folmanın fikrincə, Livan müharibəsi təkcə ayrı-ayrı əsgərlərin yox, İsrail xalqının kollektiv travmasıdır…
İsrail kinematoqrafçılarının etiraf filmləri sanki günahdan təmizlənmə, tövbə aktıdır. Odur ki, yəhudi müəlliflərin yozumunda İsrail ordusu qəhrəmanlıq pafosu ilə təsvir olunmur, filmlər siyasi manifest xarakteri daşımır, tarixi araşdırmır, onlar əsasən mənəvi-etik və müharibə fonunda fərdi varolma problemlərini qoyur. Əgər ötən əsrin 80-90-cı illərində bu mövzuda çəkilən ekran əsərlərində (Haim Bouzaqlonun, Eran Riklisin filmləri) müharibəyə və onun siyasi nəticələrinə tənqidi baxış vardısa, 2000-ci illərdə İsrail kinosunda meydana gəlmiş intbah dalğasında hadisəyə rakurs dəyişdi. Müasir filmlərin əsas tədqiqat obyekti müharibənin əsgərlərə ağır psixoloji təsirləri, nəticələri, savaşın gərəksizliyi qənaətidir.
1982-ci ildə baş vermiş müharibə haqda məlumatsız olanlar üçün tarixə qısa ekskurs edim. Hələ 1970-ci illərdə vətəndaş müharibəsi nəticəsində Livan hakimiyyətinin zəifləməsi Fələstin Azadlıq Təşkilatına imkan verdi ki, o, Cənubi Livanı İsrailə qarşı əsas məntəqəyə çevirsin. 1981-ci ildə İsrail FAT-ın Cənubi Livandakı bazalarını bombaladı. Sonrakı gedişatda isə İsrail hökuməti cənubi Livandan FAT-ın çıxarılması əməliyyatının hazırlığına başlasa da, Amerikanın təzyiqi ilə bu, təxirə salındı və atəşkəsin kəsilməsi istiqamətində qeyri-formal razılığa gəlindi. İsrail FAT-ın Cənubi Livana silahlar daşıyacağı və İsrail vətəndaşlarına qarşı terror törədəcəyi təqdirdə razılaşmanın pozulacağı haqda xəbərdarlıq elədi. Lakin FAT İsrail vətəndaşlarına qarşı terror aktları törətməyə davam edirdi. Beləliklə, İsrail 1982-ci ilin iyununda Livanda yerləşən FAT-ın bazalarının məhvi üçün hərbi əməliyyatlara başladı. Əməliyyatlar nəticəsində FAT sentyabrda Livanı tərk edir. Müharibədən sonra isə İsrail ordusu Cənubi Livanda təhlükəsizlik zonası yaradır və 2000-ci ilədək əraziyə nəzarət edir.
Livanda yerləşən Sabra və Şatillada fələstinlilərin qətliamına gəlincə. 1982-ci il sentyabrın ortalarında Livanın yeni prezidenti seçilən Kataip partiyasının liderlərindən biri Bəşir Gemayel FAT tərəfindən öldürülür. Ertəsi gün israillilərin müttəfiqi olan Kataib partiyası Sabra və Şatillada FAT-ın üzvlərinin olduğunu güman edərək, vəhşicəsinə dinc sakinləri qətlə yetirir. İsrail isə qətliam zamanı düşərgəni mühasirəyə alaraq onlara yardım edir. Yəni İsrailin müdafiə naziri Ariel Şaronun əmri ilə törədilən qətliam Kataip partiyasının əliylə həyata keçirildi. Bəzi məlumatlara görə düşərgələrdə 3 minə yaxın adam öldürülüb.
Sözügedən mövzuda çəkilən ən təsirli filmlərdən biri Ari Folmanın 2008-ci ildə ekranlaşdırdığı “Bəşirlə vals” animasiya filmidir. Rejissor İsrail ordusunun Livandakı fəaliyyəti, fələstinli qaçqınların Sabra və Şatilada yerləşdiyi düşərgələrinin bombalanması nəticəsində günahsız insanların ölməsi faktından çıxış edir. Ari Folmanın özü də bu müharibədə iştirak edib və real hadisələr əsasında qurulan filmində daha çox şəxsi təcrübəsini bölüşür. Ordudan istefa verdikdən sonra psixoloq yanına gedən Folman hərbi keçmişini onunla müzakirə edir. Müzakirə zamanı dərk edir ki, müharibəni şüurundan tamamilə çıxarıb və 22 yaşından bəri onu xatırlamır. Əsgər yoldaşlarına baş çəkən rejissor aydınlaşdırır ki, əslində onlar da müharibəni xatırlamırlar. Lakin bu, yaddaşın itirilməsindən çox, yaşanmış travmalardan sonra normal həyata qayıtmağın zərurəti ilə bağlıdır.
“Bəşirlə vals”ı isə əsgərlərin zədələnmiş yaddaşından qaynaqlanan kabus filmi adlandırmaq daha doğru olardı. Çünki müharibəni yaşayan personajlardan ötrü Livan əməliyyatını xatırlamaq dəhşət və ağrı hesabına başa gəlir, üstəlik, uzun müddət onu altşüura sıxışdırdıqlarından onlar çox şeyi xatırlamırlar. Folmanın müharibə dəhşətlərini animasiya janrı ilə çatdırmasının əsas səbəbi tamaşaçının Livan hadisəsinə əsgərlərin qopuq, nizamsız yaddaşından baxmasıdır. Əsgərlərin yaddaşındakı təsvirlərində reallıqla qeyri-reallğın sərhədləri bəzən itir. Çünki bu qeyri-sabit, müharibəni düşünülmüş şəkildə izolyasiya etmiş yaddaşdır. Animasiya janrının xüsusiyyətləri isə qeyri-real, fantasmaqorik reallıq, paranoya, qorxulu nağıl estetikası yaratmaq imkanı verir. Müəllif elə ilk səhnələrdə sürreal estetikaya istinad edir. Arinin dostu ona hər gün eyni yuxunu – 26 qəzəblənmiş köpəyin hücumunu gördüyünü danışır. Livan müharibəsində ona bir ərəb kəndində bütün köpəkləri öldürmək tapşırılır. Çünki köpəklərin yad adamlara hürməsi terrorçuları ayıq salırdı. Dostunun əhvalatı Arinin yadına salır ki, onun da müharibədən daimi xatırladığı bir hadisə var: o, dənizdən çılpaq çıxaraq silahlanır və döyüşə yollanır. Beləcə, o, Livan müharibəsinin döyüş yoldaşlarının taleyinə təsirini öyrənmək məqsədilə onlarla danışır. Keçmiş hərbçiləri birləşdirən əsas motiv isə öldürülmüş günahsız insanlar, qorxu hissi və dəhşətdir. Livan müharibəsi döyüşçülərin kabusudur. Onlar filmdə müharibənin məqsədini heç xatırlamırlar da. Odur ki, süjetboyu səslənən “Hər gün Beyrutu bombalayırdım. Biz günahsız adamaları öldürürdük” coşqulu, ritmik kompozisiya təklif olunmuş vəziyyətdə daha çox psixi xəstəlkdən əziyyət çəkən adamın özünü ittihamı, cəzası kimi səslənir.
Filmin adı birmənalı deyil. Epizodlardan birində əsgər əsəbi, coşqulu hərəkətlə binalardan onları hədəfə alan snayperlərə dayanmadan atəş açır. Bu zaman onun hərəkət trayektoriyası vals rəqsini xatırladır. Bütün bu dəhşətə son qoymaq istəyən və sanki trans vəziyyətində olan əsgərin “güllələmə rəqsi” Bəşir Gemayelin portretinin fonunda baş verir. Kamera səhnənin sonunda Gemayelin portretinə fokuslanır. Çünki az sonra onun partiyası fələstinlilərdən qisas alacaqdılar. Bundan başqa filmin adı əhvalatın üslubuna, nəql texnikasına da uyğunlaşır. Çünki personajların təhtəlşüurunda qəfil sıçrayan kabus xatirələrin vizual düzümü bir növ rəqsə çevrilir. Final səhnəsi fələstinlilərin qətliamının tükürpərdici sənədli kadrları ilə bitir.
Müsahibələrinin birində rejissor deyir ki, mənim ölkəm tərəfindən başladılmış Livan müharibəsi ilk müharibədir ki, müdafiə xarakteri daşımırdı, çünki o, zorakı yolla qonşu ölkənin ərazisinə soxulub.
Yosef Siderin “Bofor” (2007, Bofor Livanla İsrail sərhədində ərazi) filminə klaustrofobiya atmosferi güclüdür. İsrail ordusu Cənubi Livandakı təhlükəsizlik zonasını Hizbullahdan qoruyur. Burda batal səhnlərdən çox əsgərlərin sıxıcı, boz gündəlik həyatı təsvir olunur. Onlar mina təmizləyir, postda durur, bəzən qarşı tərəfin atəşinə cavab verir, dinc həyatdan ötrü darıxırlar. Gözləri qarşısında dostları öləndə isə istər-istəməz müharibəni, burda hansı məqsədlə olduqlarını sorğulayırlar. Hətta əsgərlərdən biri qoruduquları ərazini özlərindən başqa kimsənin getməyəcəyi mənasız cığır adlandırır. Ron Leşemin “Əgər cənnət varsa” romanı əsasənda lentə alınmış film sıxılmış rakurslarla, soyuq rənglərlə çəkildiyindən havasızlıq və hermetik təsiri bağışlayır. Təbiət idilliyası fonunda silah-sursatın təsvirinin kontrastlı həllində təbiətin gözəlliyi müharibəyə uduzur.
İsrailin kino tarixində ilk “Qızıl Şir” mükafatını alan və ölkədə birmənalı qarşılanmayan “Livan” filmi də rejissor Samuel Maozun şəxsi təcrübəsidir. 1982-ci ildə Livanda baş verən əhvalatın qəhrəmanları İsrail tankının ekipajıdır. Livan ərazisini Suriya hərbçilərindən və fələstinli döyüşçülərdən təmizləmə prosesində dinc əhali də öldürülür. Ona görə ekipaj üzvləri daim gərginlikdədirlər. Hətta heyətə daxil olan gənclərdən biri gördüklərindən dəhşətə gələrək, gah ona əmr olunan nöqtələri vurmaqda çətinlik çəkir, gah da stressdən qeyri-müəyyən nöqtələri hədəfə alır. Yəni müharibə eyni zamanda tankın içində gedir: ölüm qorxusu yaşayan əsgərlərin davranışında, hər dəfə dinc sakin öldürüləndə emosiyalarının gərginləşməsində.
Maşınında toyuq-cücə aparan fermer İsrail əsgərlərinə əl yelləyib atmamağı işarə etsə də, avtomobili gülləbaran edilir. Bədəninin bir hissəsi yox olmuş adamın çabalamasına hərbçilər də dözmür və onun əziyyət çəkməməsi üçün son güllənin sıxılması müharibənin ən sərt üzünün vizual şərhidir.
Film demək olar ki, bütünlüklə tankda çəkilib. Tamaşaçı baş verənləri tankın nişangahından görür və nişangah bu zaman kameranın funksiyasını daşıyır.
Ümumiyyətlə isə İsrail kinosu ilə tanışlığım Eran Kolirinin “Orkestrin səfəri” (2007) filmindən başlayıb. Misirin polis orkestri İsrailə Ərəb Mədəniyyət Mərkəzinin açılışına qatılmaq üçün səfər edir. Adının mənası “ümid dəliyi” olan şəhərə getmək əvəzinə orkestr üzvləri səhvən, başqa, adı “ümidə zəmanət” verən şəhərciyə gəlir. Həmin gün avtobus olmadığından bu sakit şəhərcikdə gecələməli olurlar. Əvvəlcə ərəblər və yəhudilər bir-biri ilə ehtiyatla, korrekt, güvənsiz davranır. Amma şəhərciyin sakinlərinin istiqanlılığı, qonaqpərvərliyi onları yaxınlaşdırır…
“Orkestrin səfəri” mövzusuna görə sırf barış və insani filmdir. Rejissorun yozumuna görə onları çox şey birləşdirir, həyatdan gözləntiləri də, istəkləri də minimumdur: kiçik bir sevinc, ani xoşbəxtlik. Film boyu münaqişədən, siyasi mövzulardan söhbət açılmır. Müəllif bu coğrafiyada müxtəlif xalqların birgə, normal, təhlükəsiz yaşamağının mümkünlüyünü anladır və bu mesajı ötürür ki, insan zədəli tarix keçmişi ilə yaşamamalı, sülh naminə keçmişinə qalib gəlməlidir… Müəllif: Sevda SultanovaMənbə: azlogos.eu
| ['kino', 'rejissor', 'İsrail rejissorları', 'İsrailin kino tarixi', 'İsrail mədəniyyəti'] |
152 | https://kayzen.az/blog/ushaq_terbiyesi/26384/u%C5%9Fa%C4%9F%C4%B1n%C4%B1z-qay%C4%9F%C4%B1ke%C5%9Fdirs%C9%99,-siz-pis-valideynsiniz.html | Uşağınız qayğıkeşdirsə, siz pis valideynsiniz? | gunelb | Uşaq tərbiyəsi | 14 yanvar 2021, 00:03 |
Azərbaycanda uşaqların ev işləri görməsi, bəzən özlərindən kiçik bacı-qardaşlarının qayğısına qalmağa məcbur edilməsi və belə hallara görə də, yaşından erkən böyüməsi və ev işləri, qayğı, valideynlik kimi işləri yaxşı bacarması halları az deyil. İlk baxışdan yaxşı bir şey kimi görünə bilər, axı insanın erkən böyüməsi və qayğıkeş olması niyə pis qəbul edilsin ki? Amma, maraqlıdır ki, psixologiya elmi bu halı anormal hesab edir. Rus psoxoloq Polina Qaverdovskaya uşaqların iş və qayğıya alışdırılması prosesinin – parentifikasiyanın, nəticədə insanın özünə, öz ağrılarına, tələbatlarına həssaslığının azalması ilə nəticələndiyini iddia edir.
P. Qaverdovskayanın parentifikasiya problemi ilə bağlı yazısını psixoloqun öz razılığı ilə dilimizə tərcümə edərək, sizinlə bölüşürük.Uşağın boynuna qayğı yükü qoymaq – Parentifikasiya
Parentifikasiya ingilis sözü olan “parent” yəni “valideyn” sözündən gəlir. Parentifikasiya isə uşağın boynuna valideynlik yükü qoymaqdır. Bu bir az ümimiləşdirilmiş termindir, yük məhz valideynlik yükü olmaya da bilər, amma nəticədə uşağın valideynə, ya da başqalarına problem yaratmamasına gətirib çıxarmaqdır – yəni uşaq uşaq olmaqdan çıxır, valideyn ya qəyyum üçün problem yaratmaqdan çıxır, bəzən isə başqa uşaqların da qayğısı ona yüklənir.
Bu məsələdə işin ən absurd tərəfi budur ki, “problem olmamağa” məcbur edilən uşaq, özünün doğrudan da, kimin üçünsə problem olduğunu hiss edir. Çünki uşağın ən xırda tələbatları əmələ gələn kimi, ya da nədənsə narazı olan kimi (məsələn, o balaca qardaşının arabasını yelləmək əvəzinə, yaşıdları ilə futbol oynamaq istəyir) – ona deyirlər: “Görmürsən ki, mənə necə çətindir?! Axı mən bütün günü sənin qardaşına baxmalı oluram! Görmürsən, o hələ balacadır, ağzından axan suyu özü silə bilmir! Yellə onun arabasını, özünü yaxşı apar! Mənə problem yaratma!” Bəzən detallar fərqli ola bilər, amma ssenari həmişə eynidir.
Alkoqolizmdən əziyyət çəkən valideynlərin uşaqları üçün daha çətin olur, onlar daima valideynə göz-qulaq olmalıdır, öz üzərlərində xeyli məsuliyyət hiss edirlər, daima qorxu içində yaşayırlar, çox narahat olurlar ki, özləri əlavə problem yaratmasın, çünki ailədə onsuz da problemli adam var.
Parentifikasiya geniş məvhumdur. Çünki bu halda uşaq elə bir pozisiyada olur ki, əslində orda olmamalıdı. Onda elə funksiyalar yaranır ki, o funksiyalar uşaqda olmamalıdır. Bununla da o, elə şeylərə erkən alışır ki, əslində alışmamalıdır. Məsələn, özünün uşaq tələbatlarını tez unudur, çünki o tələbləri edə biləcəyi adam və ya adamların yanında olmur. Və bu tələbatlar erkəndən unudulur.
Bir də deyirlər ki, parentifikasiya utanc və qarşılıqlı asılılıqla bağlıdır. Bəzi araşdırmalar göstərir ki, parentifikasiya təcrübəsi yaşamış insanların şəxsi hekayələrində qarşılıqlı asılılıq halları çox olub. Başqa bir maraqlı mexanizm “desensitizasiya” belə davranışın formlaşmasını şərtləndirir: “Mən problem olmamaq üçün çox şey tələb etməməliyəm. Bu tələbatları hiss etməməliyəm. Çünki bu tələbləri gedib atama ya anama deməliyəm, onların isə onsuz da qayğıları çoxdur, bir də mən yük olmayım. Onlar mənə deyəcəklər ki, vicdanın olsun!.
Utancla əlaqəni xatırladınızmı? Valideyn deyəcək «Vicdanın olsun! Görmürsən, onsuz da problemim çoxdur». Desentisizasiya burda çox faydalıdır.
Belə adamlar bu prosesi çox tez, çox erkən və böyük uğurla inkişaf etdirir. Amma siz bunu onların hekayələrindən anlamazsınız. Çünki onlar bunu danışmazlar. Sadəcə uyqun bir vaxtda, onlar bunu büruzə verəcəklər, məsələn, xəstə olduğunuzu eşidəndə, deyəcəklər ki, bəlkə sənə dərman gətirim, soyuqdəymən çıxsın? Siz həkimsinizsə, bu mexanizmi müalicə sırasında hiss edəcəksiniz. Sizin “Bunu mənə danışanda nə hiss edirsiniz?” sualınıza onlar “Problem deyil, hər şey qaydasındadır” deyə cavab verəcəklər. Hətta ən qorxulu xatirələrini danışanda, ona desəniz ki, bu sözləri sizi dəhşətə salır, bəs özü nə hiss edir, onlar hər şeyin qaydasında olduğunu deyəcəklər. Mənbə: azlogos.eu
| ['uşaq', 'qayğıkeş uşaqlar', 'parentifikasiya', 'utancaqlıq'] |
153 | https://kayzen.az/blog/xo%C5%9Fb%C9%99xt-ail%C9%99/26365/evd%C9%99ki-allah.html | Evdəki allah | gunelb | Xoşbəxt ailə | 9 yanvar 2021, 01:00 |
İnsanın yaşamaq üçün ümidlərə ehtiyacı var. Ümidin özü inanmaqla bağlıdır, əgər bir şeyin baş verəcəyinə inanmasaq, ümid etmərik. Ümid ediriksə, deməli, yaşamaq üçün inana biləcəyimiz şeylər axtarırıq. Bəzən bu axtarışı bizim əvəzimizdə ailəmiz edir. Ailələrimizin çoxu bunu bizim üçün xüsusi olaraq axtarmır, özləri üçün tapdıqlarını bizlə bölüşür. Bu yazıda inanclarımızdan, onların necə və niyə formalaşmasından bəhs edəcəm.
İnsanın hər şeyi özünün təcrübədən keçirərək kəşf etməyə ömrü yetməz. Ailə və ya kommuna sistemində doğulmaq bizə bir çox şeyi özümüzün uzun-uzun axtarma ehtiyacı hiss etmədən öyrənməyimizə kömək edir. Məsələn yemək və tualet tərbiyəsindən tutmuş günün saatlarının tənzimlənməsinə qədər. Daha fərqli ifadə etmək lazımdırsa, insan hazır sistemin hökm sürdüyü strukturun içərisində doğulur və özü də fərqində olmadan buna adaptasiya olur. Tam adaptasiya olunmaq və sistemin tələblərindən kənara çıxmamaq, böyümək və yaxşı tərbiyə görmək kimi qiymətləndirilir. Bizim kimi toplumlar uşağı birmənalı şəkildə sistemə tabe etməyə çalışırlar. Uşaqların özlərinin yeni bir sistem yaratmasına, bunu yoxlamasına şərait yaratmırlar. Uşağın sistemə tabe olmadığını görəndə ya onu hələ böyüməmiş, yetkinləşməmiş hesab edir, ya da tərbiyəsiz adlandırırlar. Bu halda sistemə tabe olmayan adamın sistemin qüsurlarını görüb dəyişməyə, yeni sistem qurmağa çalışması bilərəkdən gözardı edilir. Axı sistemin problemlərini qəbullanmaq onu dəyişmək ehtimalı yaradır və bu, çox zəhmətli işdir, birdən kimsə bu zəhmətli işdə sənin də köməyini istəyə bilər. Elə bəri başdan görməzlikdən gəlmək daha yaxşıdır. Yanılmıramsa, “Cinayət və Cəza” əsərində Raskolnikov obrazı deyirdi ki, insanlar iki qrupa bölünür: doğulub ondan əvvəl qurulmuş sistemə tabe olaraq yaşayanlar və özləri yeni sistem yaradanlar. Əlimdə bunu ölçəcək statistika yoxdur, heç bilmirəm bu statistika necə aparıla bilər, lakin düşünürəm ki, ikinci qrupa daxil olanlar birinci qrupdakılardan daha azdır. Çünki hazır şeyi istifadə etmək yenini yaratmaqdan daha asandır. Qaldı ki ətrafında səni yeni nələrsə yaratmağa ilhamlandırmaq əvəzinə, qabağına daş qoyan insanlar daha çoxdur. Üstəgəl bu dönəmdə əhval-ruhiyəni yüksək tutmaq, güclü qalmaq, komanda yaratmaq kimi tələblər də varsa, işin çox çətindir.
Yəqin ki, valideynlərin dilindən “mən səndən böyüyəm, çox şey görmüşəm, istəmirəm sən də mənim etdiyim səhvləri edəsən, ona görə sənə doğru yolu göstərirəm” ifadələrini eşitmisiniz. Bu ifadələrdə sevgi ilə yanaşı hökmranlıq, “mən səndən ağıllıyam” var. Valideynlərin çoxu uşaqlarının yeni sistem qurmağını, bu sistemi qurarkən səhvlər etməyini və səhvləri üzərində düşünməyi əngəlləyirlər. Öz həyatlarında etdikləri səhvləri uşaqlarının həyatında düzəltməyə çalışırlar. Uşaqlarının həyatlarını bir növ öz həyatlarının davamı kimi görürlər. Uşaqlarının səhv etmə ehtimalı olanda və səhv edəndə güclü reaksiya verməkləri də bununla bağlıdır. Ümumiyyətlə, insanın kəskin reaksiya verdiyi istənilən şey onun özü ilə, daxilində həll edə bilmədiyi şeylərlə bağlıdır. Bizim toplumda məşhur “mən sənə demişdim” sözü var. İnsan hansısa işi görüb uğursuz nəticə ilə üzləşdikdə və ya səhv etdikdə ona məsləhət verən şəxslər bu ifadəni işlədərək, deyinərək sanki səhv edəndən daha ağıllı olduqlarını vurğulamaq, xal qazanmaq istəyir. Bu halda səhv edən adamı inandırmaq istəyir ki, gələn dəfə də mənim dediyimə məhəl qoymasan, yenə başın daşa dəyəcək. Qınamalardan təngə gələn adamlar zaman-zaman səhv etməkdən qorxmağa və böyüklərin ya da özündən ağıllı hesab etdiyi adamların dediyi ilə oturub-durmağa, qərar verməyə başlayırlar. Nəticədə o şəxsin yeni sistem yaratmaq cəsarəti, özünə inamı qalmır. Özünə inamı ailəsi, yaxınları yavaş-yavaş, deyinə-deyinə bitirirlər.
Sistemin təməl daşlarından biri, bəlkə də birincisi inanclardır: yaradana, dəyərlərə, cəmiyyətə, ata-anaya və s. obrazlara. Biz bu inanclara da böyüdükcə adaptasiya oluruq. Həyati təhlükəsizliyimizlə bağlı yaşadığımız cəmiyyətə, cəmiyyətin dəyərlərinə, bizi hər zaman, gecə-gündüz qoruyan, möcüzələr yaratmaq iqtidarında olan kiminsə, nəyinsə olduğuna, məhərrəmlikdə toy etməyin Allaha qarşı getmək olduğuna və bu əmələ görə gələcəkdə bizi cəzalandıracağına inanırıq. İnanclar bir çox məqamda dadımıza çatır. Məsələn əgər insanlara inamsızlıq olsaydı, bişirdiyindən bizə də pay gətirən qonşumuza güvənib bişirdiyini yeməzdik. Qonşumuza ona görə inanırıq ki, qonşuluq münasibətləri olan cəmiyyətdə böyümüşük. Yəni birinin pay gətirməsini sorğulamağa ehtiyac yoxdur.
Dini inanclarımız və ya inamsızlığımız da bununla bağlıdır. Əgər toplumun əksəriyyəti bir dinə inanırsa və bizim ailəmiz, böyüdüyümüz mühit də çoxluğa aiddirsə, bu inanc bizdə də yaranmağa başlayır. Bunun səbəbi biz uşaq olanda istinad nöqtəmizin valideynlər olmasıdır. Biz, adətən, onların həqiqətlərini də mütləq həqiqət sayırıq, o vaxta qədər ki, onlarla fikir, maraq ayrılıqları yaşayırıq. Ailənin təsir dairəsindən çıxıb sərbəst şəkildə sorğulayan adamlar azdır. Çünki sənin inancın ailənin inancıdır və sən öz inancını sorğulamış olsan, ailənin inancını da sorğulamış olacaqsan və bu da ailənin həqiqətlərini sorğulamaq deməkdir. Ailəsini, onların isti münasibətini itirmək istəməyən adamlar çox halda qeyri-ixtiyari bu sorğulamadan uzaq dayanırlar. Uzaq dayanmağın bir başqa səbəbi də boşluğa düşməkdən qorxudur. Axı sənin valideynin çətinliyə düşəndə gözə görünməz kiməsə sığınıb, inanıb və ondan yardım istəyib. Zaman-zaman işləri düzələndə də tanrıya təşəkkür edib və sənin də beynində işlərin düzəlmə səbəbinin dua etmək, inanmaq, sığınmaq, düzəldənin də tanrı olduğu fikri formalaşıb.
İnsanların tanrını sorğulaması, adətən, valideynləri ilə yollarını ayırdığı, üsyan etdiyi zamanlara təsadüf edir. Çünki tanrı obrazı da valideyn obrazı kimi hökmrandır, hər şeyi bilən və idarə edəndir. Valideynlərə üsyan bir çox halda hökmranlığa üsyanla bağlıdır. Hökmran olan hər şeyə: valideynə, tanrıya üsyan edərək ilk mənəvi azadlıq əldə edilir sanki. Lakin bu, hər kəsdə fərqli nəticələnə bilər: kimi bu üsyandan böyük günahkarlıq hissinə qapılıb hökmranlığa tabe olmağı daha çox və qeyd-şərtsiz qəbullana bilər, kimi üsyan mərhələsindən çıxmağı bacarmayıb ömür boyu hökmranlığın istənilən formaları ilə üsyan içində qala bilər, kimi də üsyandan sağlam, sakit sorğulamağa keçid edib, cavablar tapıb, o cavablarla daha rahat yaşaya bilər.
Əgər valideynlər uşaqları ailədaxili demokratiya mühitində böyütmüş olsalar, həyatlarının idarəsinin çox məqamda onların öz iradəsindən asılı olduğunu izah etsələr, onların inanmaq üçün əsas ehtiyacları olan şey özləri, hissləri və məntiqləri olacaq. Bununla yanaşı bol-bol sevgi verib və sevgi alış-verişi etməyi öyrətsələr, onlar qorxduqları üçün yox, sevdikləri üçün kiməsə zərər verməyəcəklər. Bu halda da cəmiyyətləri idarə etmək üçün tanrı obrazına, onun vicdan üzərindəki hökmranlığına ehtiyac qalmayacaq. Müəllif: Nərmin ŞahmarzadəMənbə: azlogos.eu
| ['ailə', 'ailədaxili demokratiya', 'hökmranlıq', 'valideyn olmaq', 'valideyn', 'valideyn - övlad münasibəti', 'valideyn və övlad münasibəti'] |
154 | https://kayzen.az/blog/son-tarix/26349/ssri-niy%C9%99-da%C4%9F%C4%B1ld%C4%B1.html | SSRİ niyə dağıldı? | gunelb | Müasir dövrün tarixi | 5 yanvar 2021, 00:10 |
1960-cı illərdən etibarən Sovetlərdə sosializmə yad olan elementlər cəmiyyətin həyatında görünməyə başladı. ÜDM artımının zəifləməsi və iqtisadi durğunluq Sovet cəmiyyətinə təsirsiz ötüşə bilməzdi. Mənfi tendensiyalar sosial sahəyə ciddi təsir göstərirdi. Xalqın ideoloji və əxlaqi dəyərlərinin tədricən aşınması başlamışdı. İstehsalatda adi işçilərin və geniş ictimaiyyətin ehtiyacları və fikirləri nəzərə alınmırdı. Sosial elmlərdə sxolastik nəzəriyyə təşviq edilir və inkişaf etdirilirdi, yaradıcı düşüncə sahibləri isə sosial elmlərdən uzaqlaşdırılırdı. İnsanlarda sözdə və əməldə elan olunan şüarlara passivlik və ictimai inamsızlıq yaranmışdı. İctimai əxlaq da tənəzzül edirdi, ilk beşillik planlarda, Böyük Vətən müharibəsində və müharibədən sonrakı reabilitasiya dövründə cəmiyyətdə yaranan böyük həmrəylik hissi zəifləməyə başlamışdı. Dəyişikliklərə ehtiyac yalnız həyatın maddi sahəsində deyil, həm də ictimai şüurda yaranırdı.
Reformlar – sosialist cəmiyyətin təcili ehtiyac formuluna çevrilməyə başlamışdı. 1980-ci illərin əvvəllərində SSRİ-də böhranın əlamətləri artıq aydın görünürdü. Ölkə modernləşmənin gətirdiyi yeni iqtisadi problemlərlə qarşılaşmışdı. Qorbaçovun hakimiyyətə gəlməsi əhalidə Sovet sisteminin islah oluna biləcəyi ilə bağlı nikbinlik yaratmışdı. Qorbaçov yenidənqurma ideyasını ilk dəfə 1984-cü ilin dekabr ayındakı çıxışında bildirmişdi. İlk dəfə gündəmə gətiriləndə bütün bunların nə olduğu hələ tam aydın deyildi. Əvvəlcə sadəcə üslüb dəyişikliyinin olduğu hiss edilirdi. Sovet xalqı uzun illər davam edən herontokratik dövlət başçılarından sonra ilk dəfə enerjili, zahirən ağıllı görünən bir liderinin olduğunu görürdü. 11 mart 1985-ci ildə SSRİ KP MK-ın Baş katibi seçilən Qorbaçov əvvəlki liderlər Yuri Andropov və Konstantin Çernenkonun hazırladığı mərkəzi xəttin dəyişməz olduğunu bildirmişdi. Qorbaçov deyirdi: “Bu xətt ölkənin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə, cəmiyyətin hər sahəsinin yaxşılaşdırılmasına yönəlib. Söhbət istehsalın maddi-texniki bazasının transformasiyasından, sosial münasibətlər sistemi və insanların maddi vəziyyətinin, mənəvi rifahının keyfiyyətcə yaxşılaşdırılmasından gedir. İqtisadiyyatın intensiv inkişaf relslərinə köçürülməsində həlledici bir dönüş etmək üzrəyik. Ən qısa müddətdə ən qabaqcıl elmi və texniki mövqelərə çatmalıyıq.” Qorbaçovun komandası
Qorbaçov reformlarını həyata keçirmək üçün komandaya ehtiyac duyurdu. Bu komandanı Qorbaçov əsasən gənclər arasından yığdı. Politbüroya üzv kimi Yeqor Liqaçov, Mərkəzi Komitənin iqtisadi şöbəsinin müdiri Nikolay Rıjkov, KQB-yə rəhbərliyə Viktor Çebrikov təyin olundu. Anatoliy Lukyanov isə Mərkəzi Komitənin ümumi şöbəsinin müdiri oldu. Bundan başqa hökumətdə Valeri Boldin, Vadim Medvedev, Georgi Şahnazarov, Anatoliy Çernyayev kimi şəxslər təmsil olunurdu.
Ən vacib qeyri-rəsmi üzv isə Qorbaçovun həyat yoldaşı Raisa Qorbaçova olmuşdu. Bu xanımın hərəkətləri sonradan Qorbaçova qarşı mənfi münasibətin yaranmasında əsas rollardan birini oynayacaqdı. Qorbaçovun komandasında olan şəxslərdən biri də Boris Yeltsin idi. 1985-ci ilin aprelində Sverdlovsk vilayətinin birinci katibi, Siyasi Büronun üzvlüyünə namizəd olan Boris Yeltsin Yeqor Liqaçovun təklifi ilə Qorbaçov tərəfindən Moskvaya çağırıldı və Tikinti işləri üzrə katib təyin edildi. Yeltsin həmin ilin dekabrında Moskva şəhər komitəsinin rəhbəri vəzifəsinə qədər yüksəldi. Xarici işlər naziri vəzifəsinə isə Gürcüstanın KP MK-ın 1-ci katibi Eduard Şevardnadze seçildi. Şevardnadze rus dilində yaxşı danışmırdı və diplomatik təcrübəsi yox idi. Belə görünürdü ki, Qorbaçovun özü xarici siyasətdə mühüm rol oynamaq istəyirdi.
Qorbaçov öz komandasını qurduqdan sonra Politbüronu mühafizəkar kommunistlərdən təmizləməyə başladı. 1985-ci ilin iyulunda Qriqori Romanov, sentyabr ayında Nikolay Tixonov, dekabr ayında isə Viktor Qrişin vəzifəsindən azad edilərək təqaüdə göndərildi. 27 sentyabrda Nikolay Tixonovun yerinə Baş nazir (SSRİ Nazirlər Sovetinin sədri) Nikolay Rıjkov təyin edildi .
Qorbaçovun ilk islahatıQorbaçov 1985-ci ildə Andropov və Çernenkonun formalaşdırdığı partiya xəttinin davam etdiriləcəyini bildirsə də bir müddət sonra Sovet dövlətinin dayaqlarını sarsıdacaq reformlara başladı. Reformların ilki demokratikləşdirmə idi. Bunun üçün ilkin addımlar 1986-cı ilin fevralında keçirilmiş XXVII partiya qurultayında atıldı. Lakin bu addımlara qarşı olan kifayət qədər güclü konservativ kommunistlər vardı. Qorbaçov 27 yanvar 1987-ci ildə keçirilmiş plenumda siyasi islahatın ilk baxışdan göründüyü qədər sadə olmayacağını, problemlərin mənbəyinin Sovet tarixinin dərinliyində olduğunu bildirdi. Qorbaçov demokratikləşdirmə ilə bağlı islahatlarının hələ ki, lazımi səviyyəyə çatmadığını etiraf etdi. Qorbaçov yenilənmiş bir leninizmə inanırdı. O Leninə istinad edərək onun fikirlərinin ölümü sonrası tamamilə təhrif edildiyini bildirirdi. Qorbaçovun “geri çəkilməməli və geri çəkiləcək yerimiz də yoxdur ” ifadəsi yenidənqurmanın qeyri-rəsmi şüarı oldu .
Qorbaçovun bu fikirləri sovet xalqından geniş dəstək aldı. Qorbaçov deyirdi: “Cəmiyyətdə yığılan problemlərin gözləniləndən daha dərin kökləri var. Buna görə də, 1985-ci il aprel plenumundan əvvəlki illərdə partiya və sovet cəmiyyətinin üzləşdiyi problemlərin təhlilinə qayıtmaq, neqativ proseslərin səbəblərini anlamaq və onları başa düşmək tələb olunur. Sosializmin nəzəri konsepsiyaları cəmiyyətin tamamilə fərqli problemləri həll etdiyi 1930-1940-cı illər səviyyəsində qalır. İnkişaf etməkdə olan sosializm, onun hərəkətverici qüvvələrinin dialektikası dərin elmi tədqiqatların mövzusu olmamışdır. Leninin sosializm ideyaları bəsit bir şəkildə şərh edildi, nəzəri dərinliyi və əhəmiyyəti getdikcə aradan qalxdı. Kommunizm haqqında səhv düşüncələr, mücərrəd baxışlar yayılmağa başladı. Yoldaşlar! Yenidənqurma ehtiyacının təxirə salınmayan tədbirlərlə icrasına başlamaq lazımdır. Problemlərimizi nə qədər dərindən araşdırdıqca, yenidən qurulmanın daha geniş bir ictimai-siyasi və tarixi kontekstə sahib olduğu daha aydın oldu. Yenidənqurma yalnız əvvəlki dövrdəki durğunluğun və mühafizəkarlığın aradan qaldırılması və səhvlərin düzəldilməsini deyil, həm də tarixən məhdud, köhnəlmiş ictimai təşkilat və iş metodlarının xüsusiyyətlərinin aradan qaldırılmasını nəzərdə tutur. Bu, sosializmə elmi-texniki inqilabın şərtlərinə və ehtiyaclarına, sovet cəmiyyətinin intellektual tərəqqisinə uyğun ən müasir formaların verilməsini nəzərdə tutur. Bu, cəmiyyətin nisbətən uzun bir inqilabi yenilənmə prosesi, öz məntiqi və mərhələləri olan bir müddətdir. Cəmiyyətin inkişafının iki əsas problemi yenidənqurmanın taleyini təyin edir. Bu, bütün ictimai həyatın demokratikləşməsi və köklü iqtisadi islahatdır. Ölkədə başlanan köklü iqtisadi islahatın məqsədi yaxın iki-üç ildə həddindən artıq mərkəzləşmiş bir idarəetmə sistemindən demokratik bir sistemə keçidi təmin etməkdir. 1917-ci ilin oktyabrında köhnə dünyadan ayrıldıq, onu birdəfəlik rədd etdik. Yeni bir dünyaya, kommunizm dünyasına doğru irəliləyirik. Bu yoldan heç vaxt dönməyəcəyik”. (Sakwa, 1999:424-425).
Alkoqolla mübarizə kampaniyası40d43ad31985-ci ilin aprel ayında alkoqolizmlə mübarizə mövzusunda Politbüronun iclasında çıxış edən Qorbaçov içkinin zərərləri və gələcək nəsillərə təsiri barədə danışdı. Onun fikrincə alkoqollu içkilərin istehsalı kəskin şəkildə azaldılmalı idi. Bununla bağlı Yeqor Liqaçov və Mixail Solomentsevin rəhbərlik etdiyi bir komissiya yaradıldı. Baş nazir Nikolay Rıjkov bu kampaniyanın iqtisadiyyata böyük ziyan verəcəyini bildirsə də onun fikri nəzərə alınmadı. Mərkəzi Komitənin 7 may 1985-ci il tarixli qərarı ilə alkoqolla mübarizə kampaniyasına rəsmən başlandı. Ali Sovet Rəyasət Heyətinin 16 may 1985-ci il tarixli fərmanına əsasən iş yerində, müəssisə və təşkilatların binalarında alkoqollu içkilərin içilməsinə 30 ilə 50 rubl arasında cərimə tətbiq olundu.
Rıjkov araq yerinə şərab və pivə istehsalının genişləndirilməsini təklif etsə də, buna məhəl qoyulmadı. Alkoqollu içkilər istehsal edən bütün fabriklər bağlanmağa başladı. Ölkədəki ən yaxşı konyakın istehsal olunduğu Ermənistanda üzümlüklər məhv edildi. Krımda istehsal edilən və yetişdirilməsi çətin başa gələn məşhur Marsala şərabının istehsal olunduğu məkan da dağıdıldı. Məşhur şərabçı Pavel Qolodriqa Krasnodarda üzümlüklərə qarşı edilən vandalizm hərəkətindən təsirlənərək intihar etdi. 1985-1988-ci illər arasında üzüm bağlarının təxminən 30 faizi tamamilə dağıdıldı. Alkoqola qarşı kampaniya ölkədə samoqonu məşhurlaşdırmışdı. Mağazalarda şəkər, tomat pastası tapılmırdı, hər şey alkoqola çevrilirdi. Ev şəraitində hazırlanan araqdan yüzlərlə insan zəhərlənərək həyatını itirdi. Vəziyyət elə həddə çatmışdı ki, insanların bir qismi odekolonu içki əvəzi içirdi.
1985-ci ildən etibarən SSRİ-də dövlət institutlarının zəifləməsi görünməmiş formada cinayətlərin artması ilə nəticələndi. Daxili İşlər Nazirliyi ölkə daxilində 3000-dən çox cinayətkar qrup aşkarladı. Qorbaçovun antialkoqol kampaniyası isə rus mafiyasını gücləndirdi. Araq tapılmadığı və bahalı olduğu üçün bu sahəni mafia inhisara aldı. Araq verilən xüsusi yerlər təşkil edilmişdi. Adətən çay və qəhvə verilən Moskva kafelərində çay stəkanında araq satılırdı. Qorbaçovun bu addımı xalqda böyük narazılıq yaratdı. Əhali ona Minsek (mineral suların baş katibi) deyirdi. Bu kampaniya nəticəsində büdcə əsas gəlir mənbələrindən birini itirdi. 1985-ci ildə dövlətin alkoqol inhisarından əldə etdiyi gəlirlər büdcə gəlirlərinin təxminən 14 faizini təşkil edirdi. 1985-1988-ci illərdə alkoqolla mübarizə kampaniyası nəticəsində gəlir itkisi SSRİ-yə 67 milyard rubla başa gəldi (Shumilov, 2008:503). 1985-ci ildə 45,5 milyard rubl olan büdcə kəsiri 1988-ci ildə 93 milyard rubla qədər böyüdü.
Korrupsiyaya qarşı mübarizəKorrupsiya 1960-cı illərdə SSRİ-də siyasi və iqtisadi mədəniyyətin bir hissəsinə çevrilmişdi. Demək olar ki, hər bir məmur vəzifəsindən şəxsi maraqları üçün istifadə edirdi. Qorbaçova qədər antikorrupsiya tədbirləri bir qayda olaraq siyasi opponentləri sıradan çıxarmaq məqsədi ilə aparılırdı. Bu dəfə mübarizə topdan həyata keçirilməyə başlandı.
Kampaniyanın ilk hədəfi SSRİ XİN-i oldu. SSRİ-nin Yaponiyadakı səfirliyinin əməkdaşları gənclər üçün maraqlı yapon məhsulları alaraq konteynerlərlə Moskvaya göndərirdilər. Daha sonra bu mallar qara bazarda baha qiymətə satılırdı. Digər ölkələrdəki diplomatlar da təxminən eyni işlərlə məşğul olurdu. Daha sonra bu diplomatlar texniki malları ölkədən kənarda satmağa başladılar. KQB bütün bunlardan xəbərdar idi, lakin bundan əvvəlki rəhbərliyin bu məsələlərə laqeyd yanaşması səbəbi ilə ölçü götürmürdü. Qorbaçovun iqtidara gəlməsi ilə bir çox diplomat işdən çıxarıldı və həbs edildi. Həbs edilənlər arasında Xarici ticarət nazirinin müavini Vladimir Suşkov da var idi. Suşkov Qərb ölkələrində maşın və avadanlıqların satın alınmasından məsul idi. Suşkov Qərb təchizatçılarından rüşvət almaqda günahlandırılaraq Lefortovo həbsxanasına salındı. KQB Xarici ticarət naziri Nikolay Patoliçevin Yaponiya kəşfiyyatı ilə əlaqələri barədə də məlumat əldə etmişdi. Patoliçev Brejnevin kadrı idi, lakin Qorbaçov hələ ki, tez olduğu üçün onun həbs olunmasına icazə vermədi.
Brejnevin katibi olmuş Gennadi Brovinin həbsi isə cəmiyyətdə daha böyük rezonans yaratdı. Onun korrupsiya faktları mətbuatda geniş şəkildə işıqlandırıldı. Mərkəzi Komitənin binasında həbs olunan Brovinə günahlarını qəbul etməyəcəyi təqdirdə məhkəməsiz güllələnəcəyi barədə xəbərdarlıq edilmişdi. Bu kimi tədbirlər müttəfiq ölkələrdə də həyata keçirilirdi. Özbəkistan, Azərbaycan və Qazaxıstanda pambıqçılıq qalmaqalları yaşandı. Pambıq yığımı ilə bağlı verilən məlumatlar saxta idi və real vəziyyəti göstərmirdi. 1988-ci ilin yanvarında Özbəkistan KP MK-nın 1-ci katibi İnamcon Usmanxocayev korrupsiya qalmaqalına görə vəzifəsindən kənarlaşdırıldı və onun yerinə Rafik Nişanov təyin edildi. İnamcon Usmanxocayevə 1989-cu ildə 12 il həbs cəzası verildi. İlk dəfə bir respublika lideri korrupsiyaya görə həbs olunurdu. 1984-1988-ci illərdə Özbəkistanda təqribən 58.000 məmur işdən çıxarıldı. Buraya Özbəkistan KP-nin dörddə üçü və 3000 polis məmuru daxil idi. Daxili İşlər naziri Vitaliy Fedorçuk da bu kampaniya zamanı işdən çıxarıldı.
XXVII partiya qurultayından sonra “Oqonyok” jurnalının redaktoru bir neçə aparıcı partiya liderini korrupsiyada günahlandırdı. Bu artıq son hədd idi. Bundan əvvəlki Sovet rəhbərləri korrupsiya faktları ilə bağlı yalnız bəzi rayon partiya katiblərini işdən azad edərək cəzalar verirdi. Bu dəfə isə bütün idarəedici elita cəzaya məruz qalmışdı. Əvvəlki liderlər Moskvaya sədaqətlərini və itaətlərini gücləndirmək üçün bütün müttəfiq ölkələrdəki məmurları pulla mükafatlandırırdı. İndi isə həmin elita alçaldıldı və həbsxanaya göndərildi. Beləcə müttəfiq respublikalar ilə mərkəz arasında bağlılıq zəiflədi (Pixoya, 1998:414-415).
1986-cı ilin sonunda SSRİ-də o günə qədər heç vaxt görülməmiş dərəcədə millətçilik meylləri baş qaldırmağa başlamışdı.
Çernobıl faciəsi26 aprel 1986-cı ildə Ukraynanın Pripyat şəhərində yerləşən Çernobıl AES-in dördüncü reaktorunun partlaması SSRİ-yə həm maddi, həm də mənəvi olaraq ən ağır zərbələrdən biri oldu. Hadisə barədə Qorbaçova səhər saat 5-də məlumat verildi. Qorbaçov əraziyə dərhal akademik Leqasovun rəhbərlik etdiyi qabaqcıl alimlərdən ibarət xüsusi bir komissiya göndərdi. Ancaq bu qrup vəziyyətin ağırlığını tam olaraq dərk etmədi. 27 apreldə 43 min sakinin hamısı zavoddan 3 km aralıda yerləşən Pripyat şəhərindən təxliyyə edildi. O vaxta qədər əhali 48 saata yaxın radiasiyaya məruz qalmışdı. Politbüro 28 apreldə fəlakəti müzakirə etmək üçün toplandı. Radioaktiv çirklənmə sahəsi 600 kvadrat kilometrə qədər ərazini əhatə edirdi. Buna qədər çirklənmə ehtimalı yüksək olan ərazilərdə (Kiyev şəhəri və s.) 1 May paradları keçirilmişdi.
Rıjkov və Liqaçov 2-3 may tarixlərində Çernobıla gələrək vəziyyəti yerində dəyərləndirdi. 3 mayda Rıjkovun əmri ilə reaktorun ətrafındakı 30 kilometrlik zonadan insanların təxliyyə edilməsinə başlanıldı. Buna baxmayaraq əsas təhlükə qarşıda idi. Dörd nömrəli reaktorda ikinci partlayış təhlükəsi var idi. Çatlamış beton döşəmədən radioaktiv maddələrin sızıntısı davam edirdi. Aşağıdakı su hövzəsinə toxunsaydı Xirosimadan ən az on qat daha güclü bir partlayış baş verə bilər, bu partlayış isə Avropanın böyük bir hissəsinin məhvi ilə nəticələnə bilərdi. Mayın 13-də minlərlə mədənçi sızmanın qarşısını almaq üçün reaktorun altında tunel qazmağa başladı. 14 mayda Qorbaçov nəhayət televiziyada çıxış edərək vəziyyətlə bağlı xalqa məlumat verdi. Əraziyə faciənin fəsadlarının aradan qaldırılması üçün minlərlə əsgər göndərildi. Sentyabr ayında radioaktiv qrafit reaktorun damından əl ilə çıxarılmalı idi. Radiasiya səviyyəsinə görə insan yalnız 45 saniyə işləyə bilərdi. Noyabr ayında reaktorın üstü beton və polad örtüklə bağlandı. Çernobıl faciəsi SSRİ-yə 18 milyard rubla başa gəldi. Hadisə nəticəsində minlərlə insan həlak oldu. Çernobıl ölkənin sosial-iqtisadi böyüməsinə olan son inamı da bitirdi. 1985-ci ildə SSRİ-də 17 milyard rubl olan büdcə kəsiri, 1986-cı ildə 3 dəfə artdı.
İqtisadi reformQorbaçovun hakimiyyətdə olduğu ilk ildə əhalinin sosial iqtisadi durumu xeyli zəiflədi. Əhali ən çox alkoqol və ətin bahalaşmasına etiraz edirdi. Leninqrad yazıçılarından biri Qorbaçovun daxili siyasətini “çoxlu söz və sıfır hərəkət ” adlandırırdı. Əhalinin inamını qazanmaq üçün hökumət yeni bir iqtisadi reform üzərində işləyirdi. 11 dekabrda Rıjkov sosialist müəssisə haqqında qanun layihəsi barədə məlumat verdi. Bu qanun müəssisələrdə rəhbərliyin işçilər tərəfindən seçilməsinə və iş kollektivlərinin yaradılmasına icazə verdi. Rəhbərliyin seçilməsi nazirliklərlə müəssisə arasında bağlantını qopardı. Bundan başqa müəssisələrin özünümaliyyələşdirməsi nəzərdə tutulurdu. Qiymətlərin aşağı olmasını və maddi xərclərin hökumət tərəfindən təyin olunduğunu nəzərə alsaq bu addım özü özlüyündə çox mənasız idi. Bu qanun layihəsi kimin menecer olması barədə sonsuz mübahisələrə səbəb oldu. Rəhbərliklə əmək kollektivləri arasında qarşıdurmalar yaranmağa başlandı. Bütün bunlar sənaye istehsalının daha da azalmasına səbəb oldu. Bu qanun layihəsi ən ehtiyatsız iqtisadi islahatlardan biri idi. Problemləri həll etmək əvəzinə onları daha da ağırlaşdırdı. Baş nazir Nikolay Rıjkovun iqtisadiyyat və maliyyə biliklərinə sahib olmadığı ortaya çıxdı.
Rıjkov 1987-ci ilin aprelində Politbüroya iqtisadiyyatın vəziyyəti barədə məlumat verdi. Büdcə kəsiri 4 milyard dollara yaxınlaşmışdı. Rıjkov iqtisadi artım zəiflədiyi üçün mənzillərə edilən investisiyaların azaldılmasını, qiymət artımlarının qarşısının alınmasını təklif etdi. Qiymətlər üzrə Dövlət Komitəsinin rəhbəri Valentin Pavlov neft və qaz, kömür sektorlarının zərərlə işlədiyini qeyd edirdi. Bu şərtlər altında özünümaliyyələşdirmə yolu ilə bu sahələrin inkişafı mümkün deyildi. İqtisadi sahədə mənfi proqnozlara baxmayaraq Qorbaçov 1987-ci ilin aprelində Bolqarıstan Baş nazirinə istehsalat sahəsində 1990-cı ilədək 100 faiz dünya standartlarına cavab verəcək məmulatlar hazırlanacağını bildirirdi. Qorbaçov müəssisələrin islahata necə reaksiya verəcəyini anlamırdı. Maaş artımının işçilərdə işə maraq yaradacağı barədə proqnozlar özünü doğrultmadı. Baş nazir Nikolay Rıjkov da səhvini etiraf etdi. Maaş artımının əmək məhsuldarlığını artırmadığını qəbul etdi. Bu nümunələr Sovet rəhbərliyinin iqtisadi sadəlövhlüyünə dəlalət edirdi. Yenidənqurma dövründə taxıl idxalından asılılıq da artmışdı. Ölkə getdikcə xarici kreditlərdən asılı vəziyyətə düşürdü. Bu, daxili siyasətə də təsir etdi. 1988-ci ildə sürətli inkişaf şüarından imtina edildi və onun yerinə güclü sosial siyasət şüarı ortaya atıldı. Bu ildən etibarən dövlət, istehlak malları sektoruna üstünlük verməyə başladı. (Mccauley, 2007:405-409).
Qlastnost (aşkarlıq)Qorbaçovun daxili siyasətində “yenidənqurma” ilə birlikdə “aşkarlıq” siyasəti də əhəmiyyətli yer tuturdu. Qlasnostun arxasında dayanan əsas şəxs Aleksandr Yakovlev idi. Yakovlev ictimai həyatı bürümüş yalanları məhv etmək istəyirdi. Onun fikrincə yenidənqurma qlastnost olmadan məğlubiyyətə məhkum idi. 1986-cı ilin yayında Yakovlev ölkə mediasına nəzarət etməyə başladı. Onun Vitali Korotiçi “Oqonyok” jurnalının redaktoru təyin etməsindən sonra Sovet cəmiyyətində böyük dəyişikliklər başladı. Sovet insanları həmin vaxta qədər gizli qalan SSRİ tarixinin dəhşətli hadisələrindən ilk dəfə Korotiç vasitəsi ilə xəbər tutdular. Jurnalın tirajı 1 ildə 3 dəfəyə qədər yüksəldi.
Aleksandr Yakovlevın bir digər addımı “Moskovskiye novosti” qəzetinə qohumu Yeqor Yakovlevi təyin etməsi oldu. Gürcü kinomatoqrafçılarının çəkdiyi qadağan olunmuş “Tövbə” filmi ilk dəfə Yakovlevin icazəsi ilə Sovet tamaşaçılarının ixtiyarına verildi. Stalinizmi alleqorik formada tənqid edən film Sovetlərdə siyasi təmayülün tam olaraq dəyişdiyini göstərirdi. Bundan başqa dinə qarşı münasibət də dəyişmişdi, ölkədə 400.000-dən çox kilsə, məscid, sinaqoqlar inanclı insanların ixtiyarına verilməyə başladı. Mixail Bulqakov, Nikolay Qumilyov, Boris Pilnyak, Yevgeni Zamyatin və Anna Axmatova kimi on illərdir qadağan olunmuş böyük yazıçı və şairlərin əsərləri yenidən çap olunmağa başlamışdı. 1987-ci ilin sentyabrında Politbüro repressiya qurbanlarının reabilitasiyası üçün bir komissiya qurdu. Bu qərar keçmişlə bağlı həqiqətləri ortaya qoymaq, pis rəftara məruz qalanlara isə bəraət vermək baxımından əhəmiyyətli idi. Bu kimi qərarlar ilk olaraq Lenin siyasətinə dönüş kimi təqdim edilirdi. Ancaq Yakovlevin yaratdığı azadlıq anlayışı tamam başqa formada inkişaf etməyə başladı. Yazıçı Vladimir Solouxin ilk dəfə olaraq Lenini “Qulaqın atası” və alman satqını adlandırdı. (Oqnev, 2003:4). Leninə qarşı açıq tənqidə qarşı cəza verilməsi nəzərdə tutulsa da Solouxinə heç bir xəbərdarlıq edilmədi. Artıq sosialist transformasiyanın yavaş-yavaş fərqli yöndə inkişaf etdiyi görünməyə başladı.
Yakovlev Politbüronu tək partiya hakimiyyətinə son qoymağın sosializmi gücləndirə biləcəyini inandırmağa çalışırdı. Reallıqda bu dövrdə artıq Yakovlev marksizmdən imtina etmişdi. Bu səbəbdən sosialist prinsiplərinə sadiq qalan Qorbaçovdan fərqlənirdi. Artıq 1987-ci ildə dövlət 3 fərqli inkişaf yolu tutmuş fraksiyaya (mühafizəkarlar, mərkəzçilər və radikallar) bölünmüşdü. Mərkəzçi olan Qorbaçov anti-Stalin siyasətini dəstəkləsə belə onunla bağlı təktərəfli tənqidə də razı deyildi. Dövlət içərisində əsas mübarizə isə mühafizəkar Liqaçovla, radikal Yakovlev arasında gedirdi. 1987-ci ilin mayında baş verən bir hadisə isə radikalların mövqeyini gücləndirdi. Həmin vaxt alman pilot Matias Rust Qərbi Almaniyadan SSRİ ərazisinə girərək öz təyyarəsi ilə Qırmızı meydana endi. Hava qoşunları təyyarəni təqib etsə də atəş açmamışdı. Qorbaçov hadisə barədə eşitdikdən sonra dərhal Berlindən Moskvaya gəldi. Müdafiə naziri Sergey Sokolov istefaya göndərildi və onun yerinə Dmitri Yazov gətirildi. Yakovlev orduda aparılan təmizlikdə iştirak etdi. 150 general hərbi məhkəmələrdə mühakimə olundu və ya vəzifələrindən azad edildi. Orduda aparılan təmizlik mühafizəkarların əsas dayaqlarını dağıtdı. (Mccauley, 2007:408).
Yeltsinlə münaqişəYeltsin Moskva şəhər komitəsinə rəhbərlik etməyə başladıqdan sonra şəhərdə tarixi binaların hansı məqsədlə olursa olsun sökülməsini yasaqladı. Yenidənqurmanın gətirdiyi siyasi azadlıqlar nəticəsində köhnə Moskvanı qorumaq tərəfdarları bir hərəkat qurdular. Onlara qarşı çıxan yenilikçilik tərəfdarları isə əks hərəkat yaratdılar. Bu tipli hərəkatlar getdikcə siyasiləşdi. 6 may 1987-ci ildə Moskvadakı Manejnaya meydanında təxminən 500 nəfər nümayiş keçirdi. Bu görünməmiş bir hadisə idi. Mitinqdə iştirak edənlərin əllərində “Qorbaçov və Yeltsinlə görüş tələb edirik” şüarları var idi. Yeltsin şəhər komitəsinin rəhbəri olaraq buna necə reaksiya verəcəyinə qərar verməli idi. Yeltsin nümayişçilərin liderlərini onunla görüşməyə və tələblərini səsləndirməyə dəvət etdi. İclas iki saatdan artıq davam etdi. Şikayətlər arasında köhnə Moskvanın dağıdılması və rus həyatının amerikanlaşdırılmasına qarşı etiraz yer alırdı.
Yeltsin etiraz liderlərini qəbul edərək risk etmişdi. Bu nümayişi təşkil edənlər açıq-aşkar müxalifətə (milliyətçi və antisemit) mənsub idi. Politbüronun 10 sentyabr tarixli iclasında isə əhəmiyyətli bir qarşıdurma baş verdi. Qorbaçov məzuniyyətdə olduğu üçün iclasda iştirak etmirdi. Moskva şəhər komitəsi (Mossovet) paytaxtda mitinq və nümayişlərin keçirilməsinin tənzimlənməsinə icazə verdiyi üçün Liqaçov Yeltsini tənqid etdi. Moskvadakı qaydaların ölkənin hər tərəfində tətbiq edilməsi şəhər məclislərinin partiyanın rəsmi iştirakı olmadan istənilən məsələdə müstəqil olması demək idi. Beləliklə Yeltsinə qarşı qarayaxma kampaniyası başladıldı.
12 sentyabrda bu qarayaxma kampaniyasından əsəbləşən Yeltsin Qorbaçova istefa məktubu göndərdi və Qorbaçovu çətin vəziyyətdə qoydu. Krımda olan Qorbaçov “Perestroyka” adlı kitab yazırdı. Yeltsini yanına çağıran Qorbaçov ona özünü müdafiə etməsi üçün nitq hazırlamağı təklif etdi. Yeltsinin məsələsi partiyanın noyabr ayında keçiriləcək növbəti plenumunda müakirə edilməli idi. Yeltsin nitq hazırlamaq istəmədi, ancaq Baş katib onun plenumda çıxışında israr edirdi.
Noyabrın əvvəlində baş tutan plenum 1930-cu illəri xatırladırdı. Politbüronun hər bir üzvü növbə ilə Yeltsinə böhtan atan çıxışlar edirdi. Qorbaçov sonda danışdı və Yeltsinin təəəccüblü baxışları altında onu tənqid etdi. 9 noyabr səhəri Qorbaçova Yeltsinin intihara cəhd etdiyi xəbərini verdilər. Qayçı ilə sinəsinə zərbə endirən Yeltsin sağ qalmışdı. Buna baxmayaraq Yeltsin 2 gün sonra inzibati tənbeh cəzası tətbiq edilərək vəzifəsindən azad edildi. Ertəsi gün Yeltsin Politbürodan da çıxarıldı. Yeltsinin çıxarılması Qorbaçovun siyasi qələbəsi demək idi. Lakin bu addım Yeltsinin nüfuzunun getdikcə yüksəlməsinə səbəb oldu. Yeltsin xarici mətbuata müsahibələr verərək islahatların uğursuz olduğunu elan etmək imkanı qazanmışdı. Tədricən Yeltsin müxalifətin qeyri-rəsmi lideri oldu (Pixoya,1998:454-462).
Millətçiliyin meydana çıxmasıSSRİ-də Stalin dövründən etibarən millət məsələsinə münasibətdə bəzi dəyişikliklər yarandı. İkinci dünya müharibəsi ərəfəsində artıq dövlətdə sosializmə yad “velikorus” xüsusiyyətlər yaranmağa başlamışdı. Ruslar “böyük qardaş”, digər xalqlar isə “kiçik qardaş” olmuşdu. Bu amil Qorbaçov hakimiyyətə gələnə qədər olduğu kimi saxlanıldı. Brejnev dövründə müttəfiq dövlətlərlə qeyri-rəsmi bir razılaşma var idi. Müttəfiq respublikalardakı elita Moskvaya sədaqətli olacaqları təqdirdə dövlət əmlakının mənimsənilməsinə göz yumulurdu. Andropov korrupsiyaya qarşı ciddi mübarizə apararaq bu qeyri-rəsmi müqaviləni pozdu, lakin qəfil ölümü istədiklərini yerinə yetirməsinə imkan vermədi. Qorbaçov eyni siyasəti davam etdirsə də həyat səviyyəsini yüksəldə bilmədiyi üçün müttəfiq respublikalardakı həm elita, həm də xalqla mərkəz arasındakı bağlılıq itməyə başladı. Rusların “böyük qardaş” üstünlüyü artıq şübhə altına alınırdı. Hər respublika elitası öz dövlətlərini Moskvadan daha yaxşı şəkildə idarə edə biləcəklərinə inanmağa başlamışdı.
Millətçiliyin gücləndiyini KQB rəhbərliyi də görürdü. 1986-cı ilin dekabrında KQB rəhbəri Çebrikov Qorbaçova kadrların yenilənməsi prosesinə milliyyət məsələsini daxil etməyi tövsiyə etdi. Lakin Qorbaçov bu məsələdə konservativ mövqeyə sahib idi və Çebrikovun istəklərini yerinə yetirmədi. Millətçilik qığılcımı ilk olaraq gözlənilməyən bir ərazidən, Yakutiyadan gəldi. 1986-cı ilin aprelində orada Rusiyadan və Yakutiyadan olan tələbələr arasında 3 gün davam edən dava-dalaş baş verdi. Bu hadisə ölkədə yakut millətçiliyini gücləndirdi. Aprelin sonunda təxminən 600 yakut gənc Yakutsk şəhər Soveti binası qarşısında nümayiş keçirdi. Gənclərin əlində tutduqları plakatlar üzərində “Yakutiya yakutlar üçündür, rədd olsun ruslar” şüarları yazılmışdı.
İkinci böyük qarşıdurma isə Qazaxıstanda yaşandı. 11 dekabr 1986-cı ildə Qorbaçovun ölkədə apardığı yenidənqurma siyasətinə etiraz olaraq Qazaxıstan KP MK-nın 1-ci katibi Dinməhəmməd Kunayev istefa verdi. Qazaxıstan Nazirlər Sovetinin sədri Nursultan Nazarbayev Qorbaçova Qazaxıstana Kunayevin yerinə bir qazax təyin etməsini tövsiyə etdi. Baş katib bu tövsiyəyə məhəl qoymadı və ölkəyə Ulyanovsk vilayət partiya komitəsinin keçmiş birinci katibi Gennadi Kolbini təyin etdi. 16 dekabrda Qazaxıstan Partiyası Mərkəzi Komitəsinin plenumu Gennadi Kolbini sədr kimi təsdiq etdi. Ertəsi gün Almatıda qazax tələbələr Qazaxıstan Kommunist partiyası binası qarşısında izdihamlı bir mitinq təşkil etdilər. Nümayişçilərin sayı on min nəfərə çatırdı. KQB və polis izdihamı dağıtmağa çalışdı. Daşlar və taxta parçaları ilə silahlanmış nümayişçilərlə polis arasında şiddətli qarşıdurmalar yaşandı. Hadisə nəticəsində iki polis və bir nümayişçi öldürüldü, 1200-dən çox insan yaralandı. KQB və Daxili işlər nazirliyinə məxsus bir çox avtomobil məhv edildi. Qazaxıstanda millətçiliyin yüksəlməsində əsas səbəb qazaxların çoxluqda olduğu cənubla azlıqda olduğu şimal arasında iqtisadi fərq idi. Cənubi Qazaxıstan şimalla müqayisədə çox yoxsul idi. Bu amil onlarda millətçiliyi gücləndirirdi.
Yakutiya və Qazaxıstanda başlayan millətçilik 1987-ci ildə digər müttəfiq respublikalara da sıçradı. 1987-ci ilin yayında Krım tatarları sürgün olunduqları Orta Asiyadan yurdlarına qayıtmaq üçün kampaniyaya başladılar. 1944-cü ildə Stalin tərəfindən deportasiya edilmiş 50-dən çox millətdən biri olan Krım tatarlarına Xruşşov dövründə bəraət verilmişdi. Ancaq Volqa almanları və Krım tatarları reabilitasiyadan sonra vətənlərinə geri dönmələrinə icazə verilməyən iki millətdən biri idi. Ən qanlı millətlərarası qarşıdurma isə ermənilərin yaşadığı anklav olan Dağlıq Qarabağda yaşandı. 1988-ci ilin fevralında DQMV Ali Soveti Moskvaya bu ərazinin Azərbaycan SSR-dən çıxarılaraq Ermənistan SSR-ə verilməsi barədə müraciət etdi. Dağlıq Qarabağda başlayan separatçılığa Azərbaycan SSR sərt münasibət göstərdi. Bu münaqişə medianın canlı yayımladığı ilk millətlərarası münaqişə idi. Hər iki dövlətin siyasi elitası qarşı qarşıya dayanmışdı. Politbüronun bəzi üzvləri hərbi vəziyyət tətbiq etmək istədi, lakin Qorbaçov həmişə olduğu kimi bir uzlaşma axtarırdı. Qorbaçov həmkarlarına Əfqanıstanı misal çəkərək bu ərazidə hərbi gücün heç bir işə yaramadığını xatırlatdı. Eyni dövrdə Baltikyanı respublikalarda da separatçılıq meylləri başladı. 1988-ci ilin iyun ayında Litvada “Sayudis” hərəkatı yaradıldı. Bütün respublikalarda milli cəbhələr formalaşmağa başladı. Bu milli cəbhələr bir qayda olaraq ruslara və rus dilinə qarşı yönəlmişdi. Belarusda formalaşan milli cəbhə belarus dilinin istifadəsindəki məhdudiyyətlərdən şikayətlənirdi. Moskva ilə münasibətlərindən maddi fayda götürdükləri üçün (Baltikyanı ölkələr istisna) digər müttəfiq respublikalar (hələlik) mərkəzdən ayrılmağa tələsmirdilər.
XIX partiya konfransı: 1988-ci il, iyun
1988-ci ilin iyun ayında başlayan XIX partiya konfransı partiya içindəki ideoloji parçalanmanı açıq-aydın göstərdi. Mühafizəkar Politbüro üzvləri iqtisadi vəziyyətin getdikcə pisləşməsi səbəbilə reformlara qarşı çıxdılar. Daha radikal üzvlər Yakovlev, Şevardnadze, Rıjkov və Medvedev azlıqda idilər. Qorbaçov həmişəki kimi heç bir fraksiyanın fikirlərini qəbul etmir, həmişə orta yol axtarırdı. Partiya konfransında çıxış edən Yakovlev mühafizəkarları hədəf aldı. Yakovlev konfrans iştirakçılarına ya yenidənqurmaya davam edilməsi, ya da geriyə gedilməsi arasında seçim etməyi tapşırdı. Yakovlevin çıxışı radikalların mübahisəni qazandığını göstərirdi. Liqaçovun nüfuzu getdikcə düşməyə başladı və bir müddət sonra katibliyin iclaslarına sədrlik etmək hüququnu itirdi. Partiya konfransında yeni qərarlar qəbul edildi. Qorbaçov yerli partiya sədrinə yerli şuranın sədri olmağı tövsiyə etdi. Beləliklə, partiya və məclis ayrı qurumlar kimi yox, birləşdirildimiş institut kimi fəaliyyət göstərəcəkdi. Lenin dövründən əhəmiyyəti itən SSRİ Xalq Deputatları konqresi yenidən canlandı. Bu islahat Ali Sovet sədrinin rolunu dəyişdirdi. İndiyə qədər Ali Şuranın Rəyasət Heyətinin sədri dekorativ funksiya daşıyırdı. Sədrlik Andrey Gromıko tərəfindən aparılırdı. Qorbaçov bu vəzifəni tutmaq istədiyi üçün Qromıkonu vəzifəsindən kənarlaşdırdı.
Bununla belə məclisdə yenidənqurma kursunun əleyhdarları da var idi. Onlardan biri yazıçı Yuri Bondarev idi. Bondarev yenidənqurmanı havaya qalxdıqdan sonra hara enəcəyini bilməməyən bir təyyarə ilə müqayisə edirdi. Onun fikrincə yenidənqurmanın aydın hədəfləri və istiqamətləri yox idi, yerinə yeni nəsə qoyulmadan hər şey məhv edilirdi. Müxaliflərdən Boris Yeltsin öz çıxışı ilə güclü təsir bağışladı. O, partiyanın bölünməsinin əleyhinə idi və bunu “partiyada xüsusi kommunistlər ola bilməz” tezisi ilə əsaslandırmağa çalışırdı. Yeltsinə, xüsusilə nomenklaturaya etdiyi hücumlar səbəbi ilə kənd ərazilərində güclü dəstək verilirdi. O, kəndlilərin düşdüyü vəziyyəti onların yazdığı məktublardan bilirdi və mövcud durumu öz lehinə çevirməyə çalışırdı. Qorbaçov isə partiya aparatının ölkənin problemlərinin əsas səbəbkarı olduğuna şübhə etmirdi. Buna görə də sentyabr ayında Siyasi Büro partiya aparatının yenidən təşkili və ixtisar edilməsi məsələsinə baxdı. Liqaçov bu dəyişikliklər nəticəsində 800 minə qədər insanın partiyadan çıxarıldığını bildirdi. Bu isə qarışıqlığa və nizam-intizamın tamamilə pozulmasına səbəb oldu. Partiya kadrları tədricən Baş katibə bütün problemlərinin mənbəyi kimi baxmağa başladılar.
Sadə əhalidə isə Mixail Qorbaçovun həyat yoldaşı Raisa Qorbaçovaya böyük nifrət yaranmışdı. Raisa Maksimovna Qorbaçovun səfər etdiyi demək olar ki, bütün ölkə və şəhərlərə onunla birlikdə gedirdi. Səfərdə olduğu zamanlarda isə brend mağazalardan alış-veriş edir, adətən Sovet insanı üçün lüks sayılan geyimlər geyinirdi. Hətta kredit kartının olması barədə şayiələr yayılmışdı. Vəziyyət o həddə çatmışdı ki, 1988-ci ilin dekabrında Mixail Qorbaçov ABŞ-a rəsmi səfəri zamanı rəsmi şəxslər Raisa Maksimovnaya alış-veriş etməməyi və yalnız Sovet İttifaqında istehsal olunan paltarlar geyinməyi tövsiyə etmişdi .
Rusiya KP-nin yaradılması və Rusiyanın suverenliyi1989-cu ildə reformla formalaşdırılmış yeni ali orqan SSRİ Xalq Deputatları konqresinə seçkilər keçirildi. Bu seçkilər SSRİ tarixində ilk azad seçkilər hesab olunur. Formal olaraq seçilən deputatların 86% -i kommunist idi, ancaq partiya onlarla fraksiyaya bölünmüşdü. Deputatların əksəriyyəti müəssisə və idarə rəhbərləri idi. Fəhlə və kəndlilər millət vəkillərinin yalnız 6%-ni təşkil edirdi. Parlamentdə KQB də daxil olmaqla xüsusi xidmət orqanları təmsil olunurdu. Ukrayna SSR-də keçirilən seçkilərdə anti-kommunistlər millət vəkillərinin təxminən dörddə birini təşkil etmişdi. KQB rəhbəri Vladimir Kryuçkov Qorbaçova ölkənin dağılma ərəfəsində olduğunu bildirirdi. Rusiya SFSR Ali Soveti isə Qorbaçovdan getdikcə daha çox səlahiyyət istəyirdi. Bu ərəfədə SSRİ Ali Sovetinin sədri vəzifəsini icra edən Anatoli Lukyanov açıq-aşkar müxalifətə qoşuldu. Əhali də artıq növbələrdə dayanmaqdan bezmişdi. 1 May nümayişlərində minlərlə insan əllərində “Siyasi Büro istefa versin”, “Rədd olsun KPSS”, “Rədd olsun marksizm-leninizm” şüarları yazılmış plakatlar tutmuşdu. Küçələrdə 1917-ci ildən bəri qadağan edilmiş üçrəngli rus bayrağı görünməyə başlamışdı. Rusiyada güclənən müxalifəti sakitləşdirmək üçün Qorbaçov Rusiya Mərkəzi Komitəsinin Bürosunu yaratmağa qərar verdi. Beləliklə 19 iyun 1990-cı ildə Rusiya SFSR Kommunist partiyasının yaradıldığı elan edildi.
Bu dövrə qədər də Rusiya Kommunist partiyasının yaradılması ilə bağlı cəhdlər olmuşdu. Stalin zamanında Leninqrad kommunistlərinin bu istəyi onların repressiya edilməsi ilə nəticələnmişdi. Rusiyanı hər zaman SSRİ Kommunist partiyası təmsil etmişdi, rusların özünə aid partiyalarının olması isə millətçilik və mərkəzdən qaçma kimi qəbul edilirdi. Əvvəlki kommunistlərin bu məsələdə mövqeyinin nə qədər haqlı olduğunu isə zaman göstərdi. Baş katib vəzifəsinə iki əsas namizəd vardı. Mühafizəkar (kommunist) qüvvələrin namizədi İvan Polozkov, liberal qanadın namizədi isə Boris Yeltsin idi. Qorbaçovun müdaxiləsi ilə İvan Polozkov katib seçildi. Sov.İKP-nin bütün rus üzvləri avtomatik olaraq Rusiya SFSR KP-yə üzv oldular. Lakin Polozkovun seçilməsi Sov.İKP-də kütləvi şəkildə istefalarla nəticələndi. İslahatçıların bir çoxu Rusiya SFSR KP-yə qoşulmaqdan imtina etdi. Sov.İKP-dən çıxan görkəmli şəxslərdən biri də Boris Yeltsin idi.
16 may – 22 iyun 1990-cı il tarixlərində keçirilmiş RSFSR Xalq Deputatlarının I Qurultayında RSFSR Ali Sovetinin Sədri seçilməli idi. Burda da Polozkov və Yeltsin mübarizə aparırdı. Qorbaçov Yeltsinin Xalq Deputatları Sovetinin sədri seçilməsinin qarşısını almaq üçün əlindən gələni etdi. İlk turda və ikinci turda nə Polozkov, nə də Yeltsin qələbə qazana bilmədi. Yeltsin Polozkovdan cüzi fərqlə öndə idi. Üçüncü turda isə Qorbaçov Polozkovun yerinə Aleksandr Vlasovu Kremlin namizədi kimi təsdiqlədi. Üçüncü turda baş tutan səsvermədə Yeltsin 535, Vlasov 462 səs aldı. Beləcə 73 səs çoxluğu ilə Boris Yeltsin RSFSR Ali Sovetinin
Sədri seçildi.Yeni qurulan RSFSR Kommunist partiyasının liberal qanadına Rusiyada formalaşan liberal hərəkat olan “Demokratik Rusiya”nın təsiri var idi. Rəsmi olaraq 1990-cı ilin oktyabrında yaranan bu hərəkat Rusiya şəhərlərində çox böyük dəstək qazanmışdı. Yeltsin RSFSR Ali Sovetinin Sədri seçildikdən sonra Rusiya SFSR prezidenti postunun təsis edilməsini təklif etdi. Yeltsin SSRİ Kommunist partiyasının Rusiyanın işlərinə qarışmaması üçün prezident postunun xalq tərəfindən seçilməsini təklif etdi. Qorbaçov Yeltsinə SSRİ-nin parlament respublikası olduğunu, bu səlahiyyətin xalq tərəfindən deyil, parlament tərəfindən verildiyini bildirdi. Müttəfiq respublikaların bu mövzuda Yeltsinə dəstək verməsi Qorbaçovu təəccübləndirdi. Qorbaçov geri çəkilməyə məcbur oldu və bütün müttəfiq respublikalarda prezident postunun xalq tərəfindən seçilməsinə razı oldu. Yeltsinin RSFSR Ali Sovetinin Sədri seçilməsi Rusiya ilə SSRİ arasında onsuz da yaranmış uçurumu daha da dərinləşdirdi. 12 iyun tarixində RSFSR Ali Soveti RSFSR-in suverenliyinə dair bir bəyannamə qəbul etdi. Artıq RSFSR qanunları Sovet qanunlarından daha üstün idi.
Bu qərar Qorbaçov üçün ağır bir zərbə oldu. Rusiyada bundan sonra yalnız Rusiya üçün faydalı hesab edilən siyasi qərarlar alınacaqdı. Faktiki olaraq Sovet İttifaqının dağılması həmin gün başladı.
İqtisadi problemlərYenidənqurma başlamazdan əvvəl SSRİ-də 3 bank var idi: Qosbank, Stroybank və Vneştorgbank. (Pixoya,1998:509). 1991-ci ilin ortalarına qədər isə ölkədə 1500-dən çox bank fəaliyyət göstərirdi. 1991-ci ilin yanvarında Rusiya Ali Soveti xüsusi mülkiyyəti qanuniləşdirdi. Bu qanun torpaq, kapital və istehsal vasitələrinə aid idi. Artıq özəl müəssisələr yaratmaq mümkün idi. Müəssisə sahibləri istədikləri qədər işçi götürə bilərdilər. Bu qanun mövcud planlı iqtisadiyyatı alt-üst etdi. Rusiya SFSR öz ərazisindəki ümumittifaq müəssisələrini satın almağa başladı. Tədricən neft, qaz və mədən sahələri RSFSR-in mülkiyyətinə keçdi. Bu kimi tədbirlərlə Sovet iqtisadiyyatının tənəzzülü başladı. İqtisadiyyat tədricən parçalandı. Yüngül yeyinti müəssisələri dövlət sifarişlərini yerinə yetirə bilmədi. Artıq məhsulları pulla deyil başqa tədavül vasitələri ilə dəyişdirirdilər. Xüsusilə tütün və araq üçün hər yerdə növbələr yaranmışdı. Əhali arasında belə bir zarafat yayılmışdı ki, araq növbəsində durmaqdan bezmiş bir adam Qorbaçovu vuracağını söyləyir və əlinə tüfəng alaraq növbəni tərk edir. Bir müddət sonra həmin adam geri qayıdır.
– Vura bildin onu?
– Xeyr, vura bilmədim.
– Niyə vura bilmədin?
– Qorbaçovu öldürmək üçün növbə araq növbəsindən daha uzundur.
Hakimiyyətə qarşı ictimai rəy getdikcə daha çox düşmənliyə çevrilirdi. 1989-cu ilin yazında Moskvada və digər şəhərlərdə hökumətə qarşı 350 mindən çox adamın iştirakı ilə 51 kütləvi nümayiş keçirildi. Qorbaçov vəziyyətdən çıxış üçün daha çox islahatçıların təmsil olunduğu yeni bir hökumət qurdu. Baş nazir (Nazirlər Sovetinin sədri) İvan Silayev təyin edildi. SSRİ Dövlət İqtisadi İslahatlar Komitəsinin sədri və “500 gün” proqramının müəlliflərindən biri olan Qriqori Yavlinski Baş nazirin müavini, Beynəlxalq maliyyə təşkilatlarında iş təcrübəsi olan Boris Fyodorov isə Maliyyə naziri oldu.
İqtisadi böhrandan çıxış yolu üçün hökumət iki plan hazırlamışdı. Akademik Stanislav Şatalin və Qriqori Yavlinskinin hazırladığı “500 gün” proqramı 1990-cı ilin sentyabrında nəşr olundu və tezliklə Rusiya SFSR Ali Soveti onu qəbul etdi. Rusiya SFSR Kommunist partiyası isə “500 gün” proqramını “antisovet və kapitalizmə kapitulyasiya” kimi qiymətləndirdi. Bu proqramın reallaşacağı təqdirdə SSRİ-də faktiki kapitalizm qurulacaqdı. Nikolay Rıjkov və akademik Leonid Abalkin isə sosialist bazar iqtisadiyyatı üçün bir layihə hazırladılar (Pixoya, 1998:506). Qorbaçov bir-birinə zidd iki islahat modeli ilə qarşılaşdı və həmişəki kimi orta bir yol tapmağa çalışdı. Kompromis proqramı hazırlamaq üçün ortaq Sovet-Rusiya komitəsi yaradıldı. Ancaq SSRİ Ali Sovetinin sədri Anatoliy Lukyanov getdikcə islahatlara daha çox müqavimət göstərirdi.
1989-cu ilin dekabrında rəsmi məzənnəyə əsasən 1 dollar 5 rubl idi. Qara bazarda isə 1 dollar 15 rubla dəyişdirilirdi. Təkcə Moskvada 100.000-dən çox valyuta spekulyantı fəaliyyət göstərdiyindən islahatın təsiri çox cüzi oldu. 1990-cı ildə təklif olunan “500 gün” proqramı qara bazar dəllalları üçün yaxşı xəbər idi. Bu planda “bazara keçidin məntiqi, ölkənin bütün sakinlərinin mənafeyi naminə kölgə (qara) kapitaldan istifadəni əhatə edir” deyilirdi. Bazar islahatlarının tərəfdarı Qalina Starovoytova daha da irəli getdi: “Ən dinamik və təşəbbüskar iş adamları qara iqtisadiyyatda fəaliyyət göstərir. Onların xarici ölkələrlə çox yaxşı əlaqələri var”. “Pravda” qəzetinin oxucuları gözlərinə inana bilmirdilər, açıq-aşkar kölgə iqtisadiyyatının rəsmi iqtisadiyyata çevrilməsi təklif olunurdu.
Ölkənin qara bazarında əsas rol oynayanlardan biri azərbaycanlılar idi. Azərbaycanlılar SSRİ-də marka məhsullar satan pərakəndə idxal şəbəkəsi “Beryozka”ya və bəzi valyuta dükanlarına nəzarət edirdilər. Azərbaycanlıların Türkiyə, İran və Pakistanla əlaqələri var idi. Meyvə və tərəvəz bazarlarına və demək olar ki, bütün çiçək ticarətinə onlar nəzarət edirdi. Müttəfiq respublikalarda qarşıdurmalar və Yeltsinin uğuru
Daxili siyasi vəziyyət getdikcə gərginləşirdi. Rusiya suverenliyini elan edənə qədər artıq Estoniya, Litva, Latviya, Azərbaycan və Gürcüstan öz suverenliklərini elan etmişdi. Rusiyanın ardınca digər müttəfiq respublikalar da suverenlik paradına qoşuldu. Qorbaçov bütün respublikaların suverenliyini elan etməsindən sonra ittifaqı qorumaq üçün başqa alternativ metodlar irəli sürdü. Yeni bir birliyin qurulması üçün müttəfiq respublikalarla danışıqlara başlandı. Qorbaçov bu birliyə Suveren Dövlətlər Birliyi adını verdi. Lakin bu danışıqlar gedən ərəfədə parlamentdəki “Demokratik Rusiya” hərəkatı üzvləri Qorbaçovun hakimiyyətdən kənarlaşdırılması və Sov. İKP-nin ləğv edilməsi barədə səsvermə keçirilməsi tələbini qoydu. 21 sentyabrda isə “Demokratik Rusiya”nın qeyri-rəsmi rəhbəri olan Boris Yeltsinin hərəkət etdiyi avtomobil, əks yoldan gələn maşınla toqquşdu. Qəzada Yeltsin yüngül yaralandı. Yeltsin bu qəzanın Qorbaçov tərəfindən təşkil edildiyinə inanırdı. Hadisə, Yeltsinin ABŞ nümayəndə heyətindən prezident Corc Buşla onun arasında görüş təşkil etməsini istəməsindən bir gün sonra baş vermişdi.
1990-cı ilin dekabrında SSRİ Xalq Deputatları qurultayında Qorbaçova etimadsızlıq məsələsi səsə qoyuldu. Təxminən 400 nəfər prezidentin istefasına səs verdi, lakin Yeltsin də daxil olmaqla əksəriyyət əleyhinə səs verdi. (Mccauley, 2007:421). Ən emosional hadisə isə xarici işlər naziri Eduard Şevardnadzenin çıxışı oldu. Şevardnadze ölkədəki idarəetməni diktatura adlandıraraq istefa verdiyini bildirdi. Bu qurultayda deputatlar SSRİ-nin suveren respublikalar ittifaqı kimi saxlanmasının lehinə səs verdilər. Beləcə referendumla bağlı hazırlıqlara başlandı.
SSRİ-dən ilk olaraq ayrılmaq istəyən respublikalar Baltikyanı ölkələr idi. Litva 11 mart 1990-cı ildə müstəqilliyini elan etmiş, Litva Ali Sovetinə isə əksəriyyəti “Sayudis” hərəkatının üzvü olan 111 deputat seçilmişdi. Respublika ərazisində SSRİ Konstitusiyası ləğv edildi və 1938-ci il Litva Konstitusiyası yeniləndi. Litvanın müstəqilliyi SSRİ hökuməti və xarici ölkələr tərəfindən tanınmadı. Litva bu tanınmanı silah yolu ilə qəbul etdirmək istədi. KQB rəhbəri Vladimir Kryuçkovun sözlərinə görə, Qorbaçov Latviya və Litvadakı ekstremistlərə qarşı güc tətbiq etməyə razı oldu. 10 yanvar 1991-ci ildə Qorbaçov Litva Ali Sovetinə oradakı Sovet konstitusiyasının bərpa edilməsi barədə ultimatum göndərdi. Qorbaçov elə həmin gün müdafiə nazirinə, KQB rəhbərinə və daxili işlər nazirinə Vilnüsdə güc tətbiq etməyi tapşırdı. 12 yanvar – 13 yanvar gecəsi ordu və KQB bölmələri Vilnüsdəki televiziya mərkəzini ələ keçirmək üçün hərəkat başlatdı. Münaqişə nəticəsində 1-i Sovet əsgəri olmaqla 14 nəfər həlak oldu. (Pixoya, 1998:541).
Təxminən eyni ssenari 1989-cu ildə Gürcüstanda, 1990-cı ildə isə Azərbaycanda təkrarlandı. Bu hadisələr Sovet İttifaqında sərt reaksiyaya səbəb oldu. Donetsk mədənçiləri Qorbaçovun istefasını və ölkədə demokratik və iqtisadi islahatların keçirilməsini tələb etdilər. Eyni tələblə 1 martda Kuzbas mədənçiləri tətilə başladı. Qorbaçov isə Litvada güc tətbiq etmə əmri vermədiyini müdafiə etdi. Vilnüs hadisələri Sovet hökumətinin ictimai rəydən asılı olmayaraq birliyi qorumaq üçün güc tətbiq etməyə hazır olduğunu göstərdi. Lakin birliyin saxlanması referendumla mümkün idi. 17 Mart 1991-ci ildə baş tutan referendumda seçicilərə “SSRİ-nin bərabər suveren respublikaların yenilənmiş bir federasiyası kimi qorumasını vacib hesab edirsinizmi?” sualı verildi. Estoniya, Latviya, Litva, Ermənistan və Gürcüstan SSR parlamentlərinin rəhbərləri yeni ittifaq müqaviləsi imzalamaq istəmədikləri üçün referendum keçirilməcəyini bildirdilər. Gözlənildiyi kimi əhalinin böyük əksəriyyəti (76 faiz) Sovet İttifaqını qorumaq üçün keçirilən referendumun lehinə səs verdi. Rusiyada 71% ittifaqın qorunmasının tərəfdarı idi. (Sakwa, 1999:460).
Maraqlıdır ki, Moskva və Leninqradda seçicilərin təxminən yarısı, Sverdlovskda isə çoxu əleyhinə səs vermişdi. Bundan başqa referendumda RSFSR prezidentlik postunun təsis edilməsi ilə bağlı ayrıca bölmə var idi. Bu maddə də Rusiya seçiciləri tərəfindən dəstəkləndi. Bununla belə ittifaq qurulması üçün Rusiyanın özündə sabitlik qurmaq lazım idi. Rusiyada prezident seçkiləri keçirilməli idi. Seçkilərdə Yeltsinin qalib gələcəyi təqdirdə Qorbaçovun prezidentliyi dekorativ bir funksiyaya çevriləcəkdi. Bunun üçün Qorbaçov ordudan istifadə etməyə qərar verdi. Bu səbəblə 25 martda SSRİ Nazirlər Kabineti Moskvada nümayiş və mitinqlərin keçirilməsini qadağan edən bir qərar qəbul etdi. Qorbaçov ordunu Rusiya Ali Sovetinin qarşısına yığaraq onlara təsir etməyə çalışdı. Bir çox deputat Qorbaçovdan ordunun geri çəkilməsini tələb etdi. Ali Sovet sədrinin müavini Ruslan Xasbulatov prezidentlə danışıqlar aparmaq üçün göndərildi, lakin Qorbaçov ordunu çıxarmaqdan imtina etdi.
Lakin bu taktika da istənilən nəticəni vermədi. Qorbaçovun silahla təhdidi RSFSR Kommunist partiyasında parçalanma yaratdı. RSFSR Kommunist partiyası Mərkəzi Komitəsinin üzvü Aleksandr Rutskoy partiyadan istefa verdiyini bildirdi və öz parlament qrupunu yaratdı. Bu parlament qrupuna 95 deputat qoşulmağa razılıq verdi. Yeltsin həm Ali Sovet sədri vəzifəsini qorudu, həm də islahatlar aparmaq üçün əlavə səlahiyyətlər aldı. Yeltsin 23 apreldə Moskvadan 35 km məsafədəki bir bağda Rusiya, Ukrayna, Belarus, Özbəkistan, Qazaxıstan, Azərbaycan, Qırğızıstan, Tacikistan və Türkmənistanın liderləri ilə görüşdü. Bunlar 9 + 1 formatında danışıqlar idi. Tərəflər yeni konstitusiyanın və yeni seçkilərin zəruriliyi barədə razılığa gəldilər. Mərkəzi Komitənin 24-25 aprel 1991-ci il tarixli plenumunda Qorbaçov ağır tənqidlərə məruz qaldı və heç kəsin gözləmədiyi halda istefa verdiyini açıqladı.
Lakin Politbüro ondan istefasını geri götürməsini istədi. Geri qayıdan Qorbaçovun taleyi ilə bağlı səsvermə keçirildi. Çoxluq Qorbaçovun prezident kimi qalmasını dəstəklədi. Yeltsini vəzifəsindən kənarlaşdırmaq planı alınmadığı üçün Qorbaçov RSFSR içindəki muxtar respublikalarda prezidentlik səsverməsini boykot etməyə çağırdı. Seçkilər 12 iyun 1991-ci il tarixində keçirilməli idi. Yeltsin “Demokratik Rusiya” və 1990-cı ildə formalaşan sağçı bir çox partiya və hərəkat tərəfindən dəstəkləndi. Kommunistlər isə eks SSRİ Baş Naziri Nikolay Rıjkovu öz namizədi seçdilər. Üçüncü namizəd isə liberal demokratları təmsil edən Vladimir Jirinovski idi. Seçkilərdə Yeltsin 57,3%, Rıjkov 16,9%, Jirinovski isə 7,8% səs aldı. (Sakwa, 1999:455). Yeltsin 10 iyulda Kremldə and içdi. Mərasimdə bütün Rusiyanın patriarxı da iştirak edirdi. 1917-ci ildən bəri ilk dəfə dini xadim prezidentə xeyir-dua verirdi.
(Avqust çevrilişi)Boris Yeltsinin prezident seçilməsi və müttəfiq respublikalarla yeni bir ittifaqın qurulması güc strukturlarını narahat edirdi. KQB rəhbəri Kryuçkov Qorbaçovdan SSRİ-də fövqəladə vəziyyətin tətbiqini istədi. Artıq dövlət içində həm SSRİ hökumətinə, həm də RSFSR-ə qarşı müdafiə naziri Dmitriy Yazov, Daxili işlər naziri Boris Puqo, Baş nazir Valentin Pavlov, vitse-prezident Gennadi Yanayev, SSRİ Müdafiə Şurası üzvü Oleq Baklanovdan ibarət qrup formalaşmağa başladı. 21 iyul 1991-ci ildə Qorbaçov, Boris Yeltsin və Nursultan Nazarbayev görüşərək SSRİ hökumətinin transformasiya olunması, Pavlov, Yazov, Kryuçkov və Puqo kimi şəxslərin daha liberal şəxslərlə dəyişdirilməsi barədə razılığa gəldilər. Bu söhbət KQB tərəfindən dinlənildi və nitqin mətni KQB rəhbəri Kryuçkova göndərildi.
Boris-Yeltsin-reading-a-speech-on-a-tank-during-the-August-1991-communist-coup-one-of4 Avqust 1991-ci ildə Qorbaçov ailəsi ilə birlikdə Krımdakı yaz iqamətgahına tətilə getmişdilər. Qorbaçov 20 avqustda yeni ittifaq müqaviləsi imzalanacağı zaman Moskvaya qayıtmalı idi. 17 avqustda Yanayev, Yazov, Pavlov, Kryuçkov və Puqo KQB binasında toplandı və yeni ittifaq müqaviləsini müzakirə etdi. Bu müqavilənin Sovet İttifaqını məhv etdiyi, bunun qarşısını almaq üçün isə hərbi çevrilişin zəruri olduğuna dair razılığa gəlindi. (Yanayev, 2009 :99). 18 avqustda Oleq Baklanov, Valeriy Boldin, Oleq Şenin və SSRİ Müdafiə nazirinin müavini Valentin Varennikov Qorbaçovla görüşmək üçün Krıma getdilər. KQB ilk öncə Qorbaçovun xarici dünya ilə bütün əlaqələrini kəsdi. Bu, faktiki ev həbsi idi. Nümayəndə heyətinin üzvləri olan Baklanov, Boldin, Şenin və Varennikov Qorbaçovdan ya hərbi vəziyyət elan etməsini, ya da ölkədə asayişi təmin etmək üçün bütün səlahiyyətləri vitse-prezident Gennadi Yanayevə verməsini tələb etdilər.
Qorbaçovun dediyinə görə o bütün tələbləri rədd etmişdi. Varennikov isə Qorbaçovun “Nə istəyirsiniz edin” dediyini bildirir.
Baklanov, Boldin, Şenin və Varennikovun Krımdan qayıdandan sonra Kremldə iclas keçirildi. Gennadi Yanayev, Valentin Pavlov və Oleq Baklanov SSRİ-də hərbi vəziyyətin elan edilməsi və Dövlət Təhlükəsizlik Şurasının (QKÇP) yaradılması barədə bəyannamə imzaladılar. Bunun ardınca Yanayev Qorbaçovun “xəstəlik” səbəbilə vəzifəsini yerinə yetirə bilmədiyi haqqında əmr imzalayır və onun bütün səlahiyyətləri vitse prezidentə keçir. QKÇP-nin bəyannaməsi 19 avqustda səhər saat 07:00-də xalqa elan edildi. RSFSR-ə bağlı olan bütün televiziya, radio, qəzetlərin bağlandığı haqda məlumat verildi. Çevrilişi həyata keçirənlər Qazaxıstana gedən Yeltsinin ölkəyə qayıdan kimi həbs etməyi düşünsələr də, bunu həyata keçirə bilmədilər. Yeltsin RSFSR Ali Soveti binasının qarşısına gələrək hərbi çevrilişin qanunsuz olduğunu açıqladı və xalqı meydanlara çağırdı.
Yeltsinin çağırışından sonra “Ağ ev”in (RSFSR Ali Soveti binası) qarşısına minlərlə müxtəlif ideologiyalara mənsub ruslar toplanmağa başlamışdı. Toplanan insanların böyük əksəriyyəti “Demokratik Rusiya” hərəkatının üzvləri idi. Hətta anarxistlər də Yeltsini dəstəkləmək üçün meydanlara çıxmışdı. Çevrilişə cəhd edənlərin məqsədi RSFSR Ali Sovetini ələ keçirmək və onu ləğv etmək, müqavimət göstərildiyi təqdirdə isə bütün deputatları həbs etmək idi. Bunun üçün Taman tank diviziyası hazırlanmışdı. Lakin Ağ evin qarşısına minlərlə insan gəldiyi üçün tanklarla hücum cəhdi alınmadı. Qarşıdurmanın üçüncü günü ordunun bir hissəsi Yeltsinin tərəfinə keçdi. Bütün bunlara baxmayaraq ordu yenə də binaya hücum etməyi gözləyirdi, lakin müdafiə naziri Yazov qan tökülməsinə razı olmadı, bununla da hərbi çevriliş uğursuzluqla nəticələndi. Beləcə, hakimiyyət tam olaraq RSFSR prezidenti Yeltsinin əlinə keçdi. Bu hadisədən sonra QKÇP, SSRİ Kommunist partiyası, habelə SSRİ KQB-si daxil olmaqla SSRİ-nin digər güc strukturları ləğv edildi. .
Belovejsk anlaşması və SSRİ-nin süqutuAvqust hərbi çevrilişinə cəhddən sonra müttəfiq respublikalar ard-arda müstəqillik haqqında aktlar qəbul etməyə başladılar. Lakin mərkəzin tanımayacağı təqdirdə bu aktların heç bir mənası yox idi. Hələ ki, Suveren Respublikalar İttifaqı gündəmdən düşməmişdi. 5 sentyabr 1991-ci ildə SSRİ Xalq Deputatlarının V konqresi “Keçid dövründə SSRİ-nin dövlət hakimiyyəti və idarəetmə orqanları haqqında” qanunu qəbul etdi. Bununla da yeni dövlət münasibətləri sisteminin formalaşması, Suveren Dövlətlər Birliyi haqqında müqavilənin hazırlanması və imzalanması üçün bir keçid dövrü elan olundu. Bu qərardan sonra Qorbaçovun təklifi ilə Xalq Deputatları konqresi ləğv edildi.
6 sentyabrda SSRİ Dövlət Şurası üç Baltik respublikasının (Latviya, Litva və Estoniya) SSRİ-dən çıxmasını qəbul edərək, onların müstəqilliyini tanıdı. 14 noyabr 1991-ci ildə 12 ittifaq respublikasından yeddisinin başçıları (Rusiya, Belarusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan) və Sovet prezidenti Mixail Qorbaçov Suveren Respublikalar İttifaqı-nın yaradılması ilə bağlı müqavilə bağlamaq niyyətində olduqlarını bildirdilər. Bu dövlətlərin sırasına Ukrayna və Azərbaycan da qoşulmalı idi. Lakin Boris Yeltsin “Avqust çevrilişinə cəhd”dən sonra Suveren Respublikalar İttifaqı barədə də skeptik düşüncədə idi və bu qurumun yaranmasına imkan vermədi. 1 dekabrda keçirilən referendumda Ukraynanın müstəqilliyi elan edildi. Boris Yeltsin isə dərhal Ukraynanın müstəqilliyinin tanıdı və onunla ikitərəfli müqavilə bağlamaq niyyətində olduğunu bildirdi.
5 dekabrda Qorbaçovla görüşündə Yeltsin Ukrayna olmadan Suveren Respublikalar İttifaqının heç bir mənasının olmadığını qeyd etdi. Yeltsin sonralar ABŞ prezidenti Corc Buşa yeddi respublikadan yalnız ikisinin slavyan, qalanlarının isə müsəlman olduğunu, buna görə də razılığa gəlməyin mümkün olmadığını bildirmişdi. Yeltsin SSRİ-ni nəhayət sonlandırmaq üçün üçün Belarus prezidenti Şuşkeviç, Ukrayna prezidenti Kravçukla müqavilə imzalamağa qərar verdi və danışıqlara başladı. 3 respublikanın prezidenti Qorbaçovun xəbəri olmadan “Beloveja” milli parkında görüşdülər. Stanislav Şuşkeviçə görə, bu görüşdə Qazaxıstan prezidenti Nursultan Nazarbayev də iştirak etməli idi. Lakin Nazarbayev Belovejaya yox, Moskvaya getdi. Nazarbayev daha sonralar Belaveja görüşü haqqında “belə bir müqaviləni heç vaxt imzalamazdım” deyəcəkdi.
Beləliklə 8 dekabrda Şuşkeviç, Kravçuk və Yeltsin SSRİ-nin ləğvi, onun yerində isə Müstəqil Dövlətlər Birliyinin yaradılması barədə razılaşmanı imzaladılar. Razılaşmanın ironik tərəfi isə Yeltsinin müqavilə imzalandıqdan dərhal sonra, ilk olaraq ABŞ prezidentinə zəng edib bu haqda xəbər verməsi idi. (Qorbaçovun bundan hələ xəbəri yox idi). Müqavilənin imzalanmasından bir gün sonra Qorbaçov hər bir ittifaq respublikasının ittifaqdan ayrılma hüququna sahib olduğunu, lakin çoxmillətli dövlətin taleyinin üç respublikanın liderlərinin iradəsi ilə müəyyən edilə bilməyəcəyini bəyan etdi.
Hələ də SSRİ-nin saxlanması üçün imkanlar qalırdı. 11 dekabr tarixində Konstitusiya Nəzarət Komitəsi SSRİ rəhbərliyinin mövcudluğunu yalnız “SSRİ-nin taleyi ilə bağlı konstitusiya qərarından sonra” dayandıra biləcəyini bildirdi. Bundan başqa “Beloveja müqaviləsi” imzalansa da bu razılaşma hər 3 dövlətin parlamentindən keçməli idi. 12 dekabr RSFSR Ali Sovetində 201 deputatdan 188-si razılaşmanın lehinə, 6-sı isə əleyhinə səs verdi. 7 deputatın bitərəf qaldığı səsvermə zamanı SSRİ-nin dağılmasının əleyhinə səs verənlər Sergey Baburinin üzvü olduğu mərkəzçi fraksiya idi. (Pixoya, 1998:623). 2 nəfər istisna bütün eks kommunistlər SSRİ-nin dağılmasını dəstəkləmişdi. Ukrayna Ali Sovetində isə cəmi 1 nəfər (Albert Korneyev) razılaşmanın əleyhinə səs verdi. Belarus Ali Sovetində razılaşmanın əleyhinə çıxan yeganə şəxs isə hazırda ölkənin prezidenti Aleksandr Lukaşenko olub.
Lowering_the_Soviet_Flag3 dövlətin parlamenti MDB-nin yaradılmasını ratifikasiya etdikdən sonra digər 8 dövlət ortada qalmışdı. 21 dekabr Almatıda keçirilən konfransda Moldova, Azərbaycan, Ermənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Türkmənistan SSRİ-nin ləğvini, onun yerində isə MDB-nin qurulmasını dəstəkləyən protokolu imzaladılar. (Shumilov, 2008:547). 25 dekabrda saat 19-da televiziya ilə çıxış edən Mixail Qorbaçov prezident vəzifəsindən istefa verdiyini bildirdi. 26 dekabrda SSRİ Ali Sovetinin – Respublikalar Sovetinin palatalarından biri – son dəfə Kremldə toplandı. Bu iclasda ittifaqda sona qədər qalmış 5 Asiya respublikasından olan millət vəkilləri “SSRİ-nin dövlət və beynəlxalq hüququn subyekti kimi mövcudluğuna xitam verilməsi haqqında Bəyannamə”ni imzaladılar.
Beləliklə SSRİ-nin dağılması rəsmiləşdi.
Nəticə (SSRİ-nin dağılma səbəbləri)
Sovet İttifaqının dağılmasının ən vacib amillərini təhlil etməyə başlamazdan əvvəl ölkənin necə idarə olunduğunu başa düşmək lazımdır. Rusiya Çar Rusiyası zamanı yarıfeodal ölkə idi, yalnız böyük şəhərlərdə kapitalist iqtisadi münasibətlər formalaşmışdı. Bu tipli dövlətdə Marksın nəzəriyyəsi tətbiq oluna bilməzdi. Çar Rusiyasında bunun üçün həm burjua demokratik inqilab yolu keçməli, həm də sənayeləşməli idi.
Rusiya marksistlərinin lideri Lenin birinci tezislə razılaşsa da ikincini qəbul etmədi. Leninə görə inqilabi partiya hakimiyyəti ələ keçirə və sənayeləşməyə başlaya bilər, bunun üçün isə keçid dövrünə ehtiyac yoxdur. Bolşeviklər 25 oktyabr 1917-ci ildə hakimiyyətə gəldilər. Təxminən 4 il davam edən vətəndaş müharibəsində bolşeviklər qalib oldular. Lenin SSRİ-nin qurulması ilə Avropada inqilabın zəfər çalacağına inanırdı. Lakin 1918-1920-ci illərdə Avropada baş verən inqilablar bəhrə vermədi. Dövlət artıq yeni bir hədəf seçməli idi. Bu hədəf sosialist iqtisadiyyatının qurulması üçün kapitalizm qarşısında geri çəkilmə (NEP) adlandırıldı.
Leninin ölümündən sonra Stalin iqtidarı ələ aldı. Stalin Buxarinin formalaşdırdığı “bir ölkədə sosializm” şüarı ilə sosializmin iqtisadi baxımdan kapitalizmlə mübarizə apara biləcəyinə inanırdı. Bunun üçün əsas təməl hədəf kollektivləşdirmə və sənayeləşmə idi. Stalin 1936-cı il konstitusiyasında Sovet İttifaqında sosializmin qurulduğunu elan etdi. Növbəti hədəf isə kommunizm idi. 1952-ci ildəki çıxışında Stalin ölkənin 1970-ci ildə kommunizmə keçidin ən yüksək mərhələsinə çatacağını gözləyirdi.
Stalindən sonra iqtidara gələn Malenkov və Xruşşovun dövründə kommunizmin qurulması ilə bağlı proqnozlar daha bədbin xarakter almışdı. Nikita Xruşşova görə kommunizm 1980-cı ildə qurulmalıydı. Xruşşov bundan başqa kommunizmdə dövlət institutunun ölməyəcəyini deyərək Marksa tamamilə zidd gedirdi.
Xruşşovdan sonra iqtidara gələn Brejnevin zamanında kommunizm bir ideal olaraq arxa plana atıldı və onun yerinə “inkişaf etmiş sosializm” şüarı gətirildi. Andropov və Çernenko iqtidarda çox az qaldı və Sovet sistemində nəzərə çarpacaq ciddi dəyişikliklər yarada bilmədilər. 1985-ci ildə iqtidara gələn Mixail Qorbaçova isə 1930-cu ildən etibarən hökumət içində formalaşmış 3 əsas problem miras qaldı:
İqtisadi problem Hərbi və resurs problemi İdeoloji problem
1. 1914-cü ildə Rusiya dünyanın ən inkişaf etmiş səkkizinci sənayesinə malik idi. Stalinin dövründə baş tutan sənayeləşmə böyük bir uğur qazandı. Bunun əsas səbəblərindən biri Rusiyanın təbii sərvətlərinin bolluğu idi. SSRİ kauçuk istisna heç bir şey idxal etmirdi. SSRİ bu dövrdə dünya iqtisadiyyatından böyük ölçüdə təcrid olunmuşdu. Stalin marksist sənayeləşmə üsuluna sadiq qaldı, əsas məqsəd bütün ölkədə sənayenin eyni zamanda inkişafı idi. Təcrid olunmuş ərazilərdə böyük sənaye şəhərləri yaradıldı. Bu tipli şəhərlərin tikilməsində məhkumlar, daha sonra isə alman əsirlər işlədilməyə başladı.
Sovet iqtisadiyyatı Stalin dövründə əhəmiyyətli dərəcədə böyüdü və ÜDM baxımından yalnız ABŞ-dan geri qaldı. Lakin Xruşşovun hakimiyyətə gəlməsi ilə 1950-ci illərdə əldə edilmiş artım tempi tədricən azaldı. 1966-1970-ci illərdə ÜDM 7,2 faiz artarkən, 1971-1975-ci illərdə yüzdə 5,1-ə, 1976-1980-ci illərdə yüzdə 3,8-ə, 1981-1985-ci illərdə isə 3,1 faizə kimi düşdü.
1960-cı illərdə Sovet İttifaqı dünya bazarına əsas neft, 1970-ci illərdə isə təbii qaz ixracatçısı kimi daxil oldu. 1973-cü ilin oktyabrında başlayan Ərəb ittifaqı-İsrail müharibəsi və sonrakı ərəb dövlətlərinin neft embarqosu nəticəsində neft qiymətləri 5 dəfəyə qədər bahalaşdı. Neft gəlirlərindəki artımlar sayəsində zəifləmiş Sovet iqtisadiyyatı nəhəng bir hərbi sənaye kompleksinin ehtiyaclarını ödəməyə imkan tapdı. Kənd təsərrüfatı isə getdikcə tənəzzülə uğrayırdı. Xruşşovun hakimiyyəti zamanı SSRİ taxıl idxalına başladı, bu siyasət Brejnev dövründə də davam etdirildi. (Maraqlıdır ki, SSRİ sənayeləşməni məhz taxıl ixracından əldə etdiyi gəlirlər sayəsində apara bilmişdi).
Ərzaq çatışmazlığının və sosial qeyri-sabitliyin qarşısını almaq üçün lazım olan qida idxalına başlandı. Kənd təsərrüfatı ilə bağlı planı doldurmaq üçün neftdən istifadə edilirdi. SSRİ Nazirlər Sovetinin sədri Aleksey Kosıgin Neft və Qaz sənayesi nazirinə zəng edərək “çörəyimiz çatmır, mənə plandan əlavə üç milyon ton neft verin” demişdi (Erqin, 2016:29). Neftin bahalaşması Sovet İttifaqına iqtisadi islahatlara və xarici siyasətdəki dəyişikliklərə əl atmadan əvvəlki kursu izləməyə imkan verdi. Sovet rəhbərliyi neftin qiymətinin enməsi ehtimalı barədə ciddi düşünmürdü və hadisələrin belə inkişafına hazır deyildi. Bu səbəbdən 1985-ci ildə hakimiyyətə gələn Qorbaçov ciddi problemlərlə üzləşdi. 1986-cı ildə həddən artıq təklif və qlobal tələbin azalması neft qiymətlərinin çökməsinə səbəb oldu. Bu səbəbdən ölkə valyuta gəlirlərinin əhəmiyyətli bir hissəsini itirdi. Sovet neft sənayesi hasilatının artırmağa davam etməsinə baxmayaraq batan iqtisadiyyatı xilas etmək üçün bu, kifayət deyildi.
Digər böyük bir problem isə bəzi geyim növlərinin, əşyaların defisiti məsələsi idi. Hətta Qorbaçov hakimiyyətə gəldiyi ilk dönəmlərdə qadın kolqotkası problemini həll etmək üçün komissiya qurmuşdu. Qorbaçov bununla bağlı acı-acı deyinirdi: “Fikir verin, kosmosu fəth edən, dünyanın ən güclü ordusuna malik olan dövlət qadın kolqotkası məsələsini həll edə bilmir”. (Erqin, 2016:30). Bundan başqa diş məcunu, yuyucu toz defisit idi. Ölkədə planlı və kölgə iqtisadiyyatı hökm sürürdü. İkincisi rəsmi iqtisadiyyatdan daha sürətli böyüdü. Qorbaçov Sovet iqtisadiyyatının necə işlədiyini düzgün başa düşmürdü. Bu səbəbdən işləri düzəltmək əvəzinə daha da pisləşdirən bir çox iqtisadi islahatlar həyata keçirdi.
2. Sovetlər bütün dünyada kommunizm qurmaq və özünü qorumaq üçün müdafiə olunmalı idi. Sovet İttifaqının hərbi-sənaye kompleksi milli gəlirin ən azı 40% -ni təşkil edirdi. Dəqiq rəqəmi heç kim, hətta lideri belə bilmirdi (Mccauley, 2007:442). Yalnız Qorbaçovun hakimiyyətdə olduğu dövrlərdə müdafiə xərcləri azaldılmışdı. Silah xərcləri Sovet İttifaqı üçün ziyanlı idi. Silahlanma yarışı ölkənin çöküşünə səbəb olan bir çox səbəbdən biridir.
Digər tərəfdən SSRİ öz resurslarının böyük hissəsini digər respublikalardakı inqilabi hərəkatlara və sosialist dövlətlərə xərcləyirdi. SSRİ-nin ən çox subsidiya verdiyi dövlətlərdən biri Almaniya Demokratik Respublikası olmuşdu. Almaniyada yanacaq az idi və buna görə də SSRİ-dən daim dəstək alırdı. Yenidənqurma dövründə Almaniya Demokratik Respublikası Baş naziri Hans Modrov SSRİ-nin yardımları azaltması səbəbilə Qorbaçova belə bir məktub yazmışdı: “Almaniya Demokratik Respublikası Sovet İttifaqının övladıdır. Xahiş edirəm, bizimlə maraqlanın.” Nə qədər qəribə olsa da “Varşava paktı” ölkələri Sovet İttifaqı ilə ticarət kəsiri yaratmağa can atırdılar. Bu, onlar üçün Moskvadan asan kredit almaq demək idi. Onların nöqteyi-nəzərindən bu, rasional iqtisadi davranış idi. Üçüncü dünya ölkələrində də Sovet İttifaqının nüfuzu yüksək idi. Efiopiya, Anqola, Mali, Konqo Demokratik Respublikası və Mozambik kimi ölkələr Qərb imperializminə qarşı mübarizə aparırdılar. SSRİ internasional dövlət olduğu üçün bu kimi dövlətlərə yardım etməli idi. Laos və Vyetnam kimi digər dövlətlər də Sovetlərin səxavətini gözləyirdi. Sovet İttifaqının yardım etdiyi dövlətlər arasında Kuba xüsusilə fərqlənirdi. Sovet İttifaqı Kubanın şəkər qamışını bazar qiymətindən xeyli yüksək qiymətə alır və onun əvəzində ona demək olar ki, hər şeyi pulsuz verirdi.
7-1Bundan başqa Avropa dövlətləri və ABŞ-da olan kommunist dərnəklərə və partiyalara da yardım edilirdi. SSRİ-nin Qərb kommunist partiyalarından xüsusilə də İtaliya Kommunist Partiyası ilə münasibətləri çox yaxşı idi. ABŞ Kommunist partiyası da birbaşa Moskvadan maliyyələşirdi. Sovet İttifaqına ən çox zərər verən kampaniya isə Əfqanıstan hərakatı oldu. 10 il davam edən bu müharibədə SSRİ həm maddi, həm də insani çox böyük itki verdi. Qorbaçova görə, Əfqanıstan “açıq yara” idi. Bu fəlakətli macəra 1989-cu ilin fevralında sona çatdı. Bütün bu maddi asılılıqdan qurtulmaq üçün SSRİ ordusunu əvvəlcə Əfqanıstandan, daha sonra Şərqi Avropadan çıxardı. Qorbaçov 1 avqust 1990-cı ildə Səddam Hüseynin Küveyti istilası zamanı İraqla müttəfiq olsa da ona heç bir dəstək vermədi. SSRİ artıq son dövrünü yaşayırdı. Dövlətin yaşaması üçün Qərb dövlətlərinin kreditinə ehtiyacı vardı.
Amerikalılar Qorbaçova taxıl almaq müqabilində 1,5 milyard dollar təklif etdilər. 1991-ci il iyul ayında Londonda Qorbaçov prezident Buşdan 100 milyard dollar istəsə də sonuncu bunu qəbul etmədi..
Çöküş artıq qapıda idi.
3. Sovet İttifaqının çöküşündə ən vacib amil kimi ideoloji çöküşü qeyd edə bilərik. İdeoloji çöküşün əsas günahkarı kimi isə Stalini qeyd etmək lazımdır. Məhz Stalinin dövründə Siyasi Büroda demokratik seçim, azad fikir bildirmə, kollektiv idarəetmə sistemi pozuldu. 1930-cu illərdə aparılan repressiya zamanı dövlətin qurucu üzvlərinin böyük əksəriyyəti (Lenin qvardiyası) öldürüldü. Siyasi Büro artıq Stalinin hər dediyini sözsüz qəbul edən, onun hər fikrini alqışlayan iradəsiz insanlar topluluğuna çevrilmişdi. Məhz azad fikrin və plüralizmin olmaması dövlət aparatında real kommunistlərin deyil, karyeristlərin iqtidara gəlməsi ilə nəticələndi.
Bunun real nəticələrini Xruşşov və Brejnevin idarəçiliyində görmək mümkündür. Brejnevin dövründə dövlət aparatı tamamilə korrupsiyalaşdı, sosialist dövlət mülkiyyətini talamaq adi hala çevrildi. Artıq hər fəhlə öz işlədiyi müəssisədən, hər kəndli kolxozdan bir şey oğurlayırdı. İşçi gördüyü işə yadlaşmağa başladı, artıq sosialist dövlət əmlakını özününkü hesab etmirdi. Sosialist rəqabət bazar institutlarını əvəz edə bilmədi. Mühəndis fəhlədən daha az maaş alırdı, növbə rəisi isə tabeliyində olanlarla eyni məbləği alırdı. İşləmək üçün heç bir stimul qalmamışdı. Dürüst insanlar isə bürokratların korrupsioner olması səbəbi ilə vəzifədə təmsil oluna bilmirdi.
Bütün bu amillər özünü daha çox perestroyka dövründə göstərdi. 1990-cı ildə Rusiya maliyyə naziri partiya üzvlərinin cəmi 20 faizinin marksist olduğunu bildirmişdi. Digər bir analitik isə partiya üzvlərinin üçdə birinin marksizmə sadiq olduğunu, dörddə üçünün isə karyerada yüksəlmək üçün partiyada olduğunu qeyd edirdi. İdeolojidə tənəzzülü komsomolların xüsusiyyətində görmək mümkündür. Komsomol vicdanlı, dürüst kommunistlər yerinə ağıllı kapitalistlər yetişdirdi. Mixail Xodorkovski kimi bəzi oliqarxlar komsomol olduğu zamanlardan pul qazanmağa başlamışdılar. Rusiyalı oliqarxların bir çoxu Qorbaçovun dövründə dollar milyonerləri idi. Məsələn, Mixail Fridman qara bazarda bilet sataraq varlanmışdı. Hazırda Rusiyanın ən varlı adamlarından biri olan Fridman “Alfa Bank”ın rəhbəridir.
İdeoloji düşüncənin ölümünü SSRİ-nin dağılması haqqında RSFSR Ali Sovetində keçirilən səsverməyə baxaraq da görmək mümkündür. 86 faizi kommunist olan parlamentdə yalnız 7 nəfər SSRİ-nin dağılmasının əleyhinə səs vermişdi. Bu dövrdə siyasətlə məşğul olanların hər biri 1 il sonra fərqli ideologiyalara malik partiyalar qurdu, həyata, ictimai iqtisadi münasibətlərə tamamilə yad baxışlar yarandı. Necə deyərlər, gəmi batmağa başlayanda, onu ilk olaraq siçovullar tərk edir. Müəllif: Tural HəmidMənbə: azlogos.eu
| ['SSRi tarixi', 'Sovet İttifaqının dağılması', 'Sovet İttifaqının çöküşü'] |
155 | https://kayzen.az/blog/azerbaycan/26326/stalinin-%C3%B6p%C3%BC%C5%9F%C3%BC-v%C9%99-ya-staxanov%C3%A7u-fatim%C9%99.html | Stalinin öpüşü və ya staxanovçu Fatimə | gunelb | Azərbaycan | 28 dekabr 2020, 22:22 |
Azərbaycanın bolşeviklər tərəfindən işğalının ilk illərindən mühacirətdə ömrünün sonunadək sovet rejimi və kommunist ideologiyasına qarşı mücadilə aparan, eyni zamanda milli-mədəni irsimizin xarici ölkələrdə layiqincə təbliğinə, tanıdılmasına çalışan Ceyhun Hacıbəyli yaradıcılıq imkanlarından, istedadından gen-bol bəhrələnmiş, istifadə etmişdir: Azərbaycan, fransız, rus dillərində publisistik və bədii əsərlər yazmış, tərcüməçiliklə məşğul olmuş, qəzet, jurnal redaktoru kimi antisovet təbliğatında mühüm rol oynamışdır.
Yanılmıramsa, Azərbaycan mühacirət irsində ilk və yeganə, həm də sənədli sinopsisin müəllifi də Ceyhun Hacıbəylidir. Sinopsis yunan sözüdür, «bir baxışla oxuna bilən» mənasını verir, Avropada, o cümlədən Fransada filmin ssenarisinin ilkin mərhələsi, yaxud xülasəsi anlamında işlədilir. Sinopsis oxucuda gələcək film haqqında, onun mövzusu, məzmunu, ideyası barədə müəyyən təəssürat yaradır, ssenarist üçünsə sinopsis, müasir dillə desək, bir növ «yol xəritəsi»dir, filmin süjet xəttini cızan, göstərən mətndir, onun əsasında filmin ssenarisi ərsəyə gəlir. Burada bədii təsvir və ifadə vasitələrindən, dialoqlardan, monoloqlardan istifadə edilmir, qısası, ssenarinin, belə demək mümkünsə, eskizidir, «quru» mətndir.
Ceyhun Hacıbəylinin sinopsisi «Stalinin öpüşü və ya staxanovçu Fatimə» adlanır. 1950-ci illərdə qələmə alındığını ehtimal etdiyimiz əsər fransız dilindədir (ARDƏİA, fond-649, siyahı 1, saxlama vahidi 10). Onu fransız dili üzrə tanınmış mütəxəssis Mirzəbala Əmrahov dilimizə çevirmiş və Ceyhun Hacıbəylinin bir neçə əsərinin toplandığı kitaba daxil etmişdir.
Yuxarıda qeyd etdiyimiz kimi, yazı sırf texniki mətn olsa da, burada heç bir bədii ifadə və təsvir vasitələrindən istifadə edilməsə də, onun qısa məzmunu, gələcək filmin xülasəsində bir-birini sürətlə əvəz edən hadisələrin dramatizmi, insanlararası münasibətlərin gərginliyi, rejimin nökərləri və eyni zamanda qurbanlarının acı, ağır taleyi, sadə, zəhmətkeş insanların kölə həyatı, ülvi, təmiz məhəbbətin ayaqlar altına atılması və s. oxucu qəlbini riqqətə gətirir, onu sarsıdır, düşündürür.. Sinopsisin əvvəlində təqdim edilən personajların siyahısından bəlli olur ki, gələcək filmin obrazlar qalereyası rəngarəngdir və demək olar ki, cəmiyyətin bütün təbəqələri burada təmsil olunmuşdur: kolxoz sədrindən, respublika partiya təşkilatının Birinci katibindən tutmuş Stalinədək inzibati-idarəetmə aparatının bütün strukturlarının rəhbərləri, sıravi kolxozçular, pambıqçılar, eşq-məhəbbət odu-alovu ilə yanan gənclər gələcək əsərin-kinonun qəhrəmanlarıdır.
Ceyhun Hacıbəylinin qeydindən məlum olur ki, hadisələr 1934-1938-ci illərdə Özbəkistanda baş verir. Bəri başdan qeyd etmək yerinə düşər ki, təsvir olunan hadisələr yazıçı təxəyyülünün, fantaziyasının məhsulu deyil və müəllif əsərin faktlar əsasında qələmə alındığına özü də dəfələrlə işarə vurur. Təbii sual yaranır: Parisdə, yaxud Münhendə yaşayan mühacir yazıçı «dəmir pərdə»nin içərisində cərəyan edən hadisələri, rejimin milli, dini, iqtisadi siyasətini, onun antibəşəri mahiyyətini, fəsad və faciələrini necə görə bilərdi? Mühacirlər öz xatirə və qeydlərində göstərirlər ki, sovet rejiminin çürüklüyünü, antihumanist simasını tənqid edərkən tutarlı və təkzibolunmaz faktlara, müxtəlif yollarla Sovet İttifaqından əldə etdikləri qəzet, jurnal materiallarına, sənədlərə istinad edir, əsaslanırlar. Sovet mətbuatının yazdıqlarından məhkəmə materiallarından, «əksinqilabçıları ifşa edən» məqalələrdən, «sosializm yarışını», «staxanovçuluq hərəkatını» mədh edən reportajlardan mühacirlər güclü əks-təbliğat vasitəsi kimi istifadə edir, rejimin və kommunist ideologiyasının perspektivsizliyini açıb-göstərirdilər.
Sinopsislə tanışlıqdan hiss olunur ki, Ceyhun Hacıbəyli mövzunu dərindən mənimsəmiş, «sosializm yarışı»nı, «staxanovçuluq hərəkatı»nı, rejimin əksinqilabçılarla mübarizə metodlarını diqqətlə və dərindən öyrənmişdir. Ceyhun Hacıbəyli gələcək kinonun qısa məzmununu elə inandırıcı, əminliklə qələmə almışdır ki, o sanki Parisdə, Münhendə yox, elə Daşkənddə yaşayır, hadisələri öz gözü ilə görür, onlara şahidlik edir.
Əsərin əsas obrazlarından biri Zahid basmaçıların Sovet hakimiyyətinə qarşı mübarizəsi zamanı öz komandiri İbrahim bəyə xəyanət edir və onu bolşeviklərə təslim edir. Əvəzində bolşeviklər onu mükafatlandırır, partiya sıralarına qəbul edir və o, «Lenin yolu» kolxozuna sədr təyin olunur. «Pambıq uğrunda mübarizə SSRİ-nin imperialistlərə qarşı mübarizəsinin tərkib hissəsidir» şüarı altında Özbəkistanda pambıqçılığın sürətlə inkişafına çalışan rejimin nökərləri heç nəyi nəzərə almadan, hətta cücərmiş taxıl sahələrini şumlayaraq pambıq toxumlarını əkdirir, etiraz edən kəndliləri traktorların tırtılları altında əzdirir, yaxud «QPU»-ya təslim edirlər. Bu işdə xüsusi canfəşanlıq edən kolxoz sədri Zahidə qarşı kəndlilər sui-qəsd hazırlayıblar, son anda Zahidin qızını saf məhəbbətlə sevən Şarip onu ölümün pəncəsindən xilas edir.
Özbəkistanda pambıqçılığın inkişafına əngəl törədən üsyançıları zərərsizləşdirmək üçün SSRİ Ali Soveti İcraiyyə Komitəsinin sədri, Dövlət Plan Komitəsinin və Nəzarət Komitəsinin sədri, Siyasi Büronun üzvü Kuybışev bu respublikaya ezam olunur. Görülən tədbirlər nəticəsiz qalır: pambıq istehsalı artmır. Mərkəz başqa vasitəyə əl atır. Kremldə Stalinin yanında «zərbəçilərin», «staxanovçuların», «sosializm yarışının qaliblərinin» toplantısı keçirilir. Zərbəçilərin sırasında Zahidin qızı Məsləhət də var. Atası öz mövqeyindən istifadə edib, Məsləhəti də «staxanovçu»lar siyahısına salmışdır. Toplantıda Stalin Məsləhəti öpür və ona qızıl qolbaqlı saat hədiyyə edir. Rəhbərin bu iltifatı Zahid yoldaşın ailəsinin başını tamamilə gicəlləndirir, onlar xudpəsəndlik və özündən müştəbehlik xəstəliyinə düçar olurlar.
Zahidi yuxarı çəkir, ona yeni vəzifə verirlər, o, rayon İcraiyyə Komitəsinin sədri olur. Artıq hamı Zahidlə qohum olmağa can atır. Zahidin həyat yoldaşı Əminə də ərinin bu «uğurlarından» başını itirmişdir. İş o həddə çatır ki, qızı Məsləhəti dul qadın Səltənətin oğlu Şaripə verməyəcəyini, eyni zamanda oğlu Yusupa da Səltənətin qızı Fatiməni almayacağını həyasızcasına bəyan edir, halbuki uşaqlar hələ körpə ikən valideynlər bu izdivacı üçün xeyir-dua vermişlər. Məsləhətdən fərqli olaraq Fatimə çox məyusdu. O, bütün varlığı ilə Yusupu sevir. Yusup qəlbinin dərinliklərində Fatiməni sevsə də, ata-anası kimi o da yolunu azmış, harınlamışdır. İçkiyə meylini salan Yusup bir dəfə sərxoş vəziyyətdə Fatiməni zorlayır. Hadisələrin axarı tədricən dəyişir. Stalin rejimində «əksinqilabçı», «sabotajçı», «qiyamçı», «xalq düşməni» ovu başlayır. Zahid heç demə, basmaçılarla xarici dövlətlərlə əlbir olub Özbəkistanın SSRİ tərkibindən çıxmasına çalışır. Tələm-tələsik yaradılan xüsusi məhkəmə Zahidi mühakimə edir, o, ölüm cəzasına məhkum olunur və Zahid dərhal da güllələnir. Heç kim Zahidi və «xalq düşməni»nin ailəsini müdafiə etmir, hamı onlardan qaçır. Fatimə ümidsizliyə qapılır. Bu arada ölkəni növbəti «sosializm yarışı» dalğası bürüyür. Fatimə də bu yarışa qoşulmağı, bununla da Sosialist Əməyi Qəhrəmanı adını qazanıb, hansısa məmurun, yaxud partiya rəhbərinin əlində oyuncaq olmaqdan sığortalanmağı, eyni zamanda imtiyazlı şəxs kimi köhnə sevgilisi Yusupun əfv edilməsinə nail olmağı qərara alır. Rəfiqələrinin, anasının dediklərinə baxmayaraq, ac-susuz, gecə-gündüz tarladan çıxmır, pambıq toplayır. Qəzetlər yarışın gedişini gen-bol işıqlandırır, qabaqcılların ünvanına təriflər yağdırılır. Fatimə daha da həvəslə çalışır. Günlər keçdikcə bir tərəfdən gərgin iş rejimi, digər tərəfdən hamiləlik Fatiməni taqətdən salır, o pambıq cərgələri arasında həbsxanadan qaçmış Yusupun qolları arasında canını tapşırır. Əsərdə sadə və zəhmətkeş xalq kütləsinin başına oyun açılmasında rejimin alətləri və nökərləri — erməni Apresyan Özbəkistan Daxili İşlər və Dövlət Təhlükəsizliyi komissarı, onun müavini Leonov, Özbəkistan Kommunist Partiyasının Birinci katibi Akmal İkramov, Xalq Komissarları Sovetinin sədri Fayzulla Hocayev və b. kimi personajların da canlandırılması nəzərdə tutulur.
Sinopsisdə gələcək kinodakı səhnələr də qeyd olunmuşdur: Kremldə Stalinin iştirakı ilə kolxozçuların mükafatlandırılması, Kuybışevin Özbəkistandan qayıdandan sonra müəmmalı ölümü, sosializm yarışında geri qalan kolxozçulara qarşı amansız tədbirlər, pambıq yığımı mövsümündə zorakılıqla əhalinin səfərbərliyə alınması, südəmər körpəli anaların, uşaqların, yaşlıların məcburən pambıq yığımına cəlb olunması, basmaçıların reydləri, döyüşlər və s.
Sinopsisdəki maraqlı məqamlardan biri Fatimənin sosializm yarışı zamanı digər rəqiblərinin nəticələri ilə maraqlanmasıdır. O, nəinki öz ölkəsində, eləcə də Azərbaycanda pambıq yığımının gedişi, oradakı rekordla maraqlanır. O, nəyin bahasına olursa olsun, Sosialist Əməyi Qəhrəmanı Bəsti Bağırovanın göstəricisini yeniləməlidir. Ceyhun Hacıbəyli bununla rejimin «sosializm rejimi yarışı» adı altında yalnız Özbəkistanda deyil, ölkə miqyasında tüğyan edən özbaşınalıqlara, antibəşəri siyasətə işarə vurur və onu ifşa edirdi.
Qeyd etmək yerinə düşərdi ki, C.Hacıbəyli müxtəlif janrlarda bu problemə toxunmuş və sovet rejiminin bütün eybəcərliklərini açmağa çalışmışdır. Onun «Nejdanovun işi» hekayəsi, «Şamaxı məhkəməsi, yaxud «bir xainin aqibəti» sənədli oçerki, çoxsaylı publisistik yazıları bu qəbildəndir və 30-cu illərdə nəinki Azərbaycanda, eləcə də bütünlüklə SSRİ-də cərəyan edən təlatümlü prosesləri öyrənmək və dəyərləndirmək baxımından da mühüm əhəmiyyət kəsb edir.
Haqqında bəhs etdiyimiz sinopsisi yuxarıda qeyd etdiyimiz kimi, Ceyhun Hacıbəyli 50-ci illərin ikinci yarısında- ömrünün son illərində qələmə almışdır. Onun əsasında ssenari yazmaq və əsəri kinoda canlandırmaq Ceyhun bəyə nəsib olmamışdır. İndi söz onun sələflərinindir. Mücahidin yarımçıq işini başa çatdırmaqla onun əziz xatirəsini bir daha yad etmiş olardıq. Müəllif: Abid TahirliMənbə: edebiyyatqazeti.az
| ['sinopsis', 'sinopsis nədir', 'Stalin rejimi'] |
156 | https://kayzen.az/blog/ushaq_terbiyesi/26312/u%C5%9Faqlar%C4%B1-kitab-oxuma%C4%9Fa-nec%C9%99-h%C9%99v%C9%99sl%C9%99ndir%C9%99k.html | Uşaqları kitab oxumağa necə həvəsləndirək? | gunelb | Uşaq tərbiyəsi | 23 dekabr 2020, 19:51 |
Uşaqları kitab oxumağa necə həvəsləndirməklə ilə bağlı çoxsaylı araşdırmaların olması bu barədə çətinliklərin olduğunu təsdiq edir. Bu məsələ ,əsasən, pedaqoji, mədəni və sosial hadisədir. Oxu problemi həddən artıq böyük məzmunda məktəb oxu materialları, uşaqların kütləvi informasiya vasitələrindən istifadəsi, smartfonlar və keyfiyyətsiz məzmunlu televiziya əyləncə proqramlarına heyranlıqdan irəli gəlir. Bütün bunlar uşaqlara əhəmiyyətli dərəcədə mənfi təsir göstərir. Beləliklə, uşaqlar yaşadıqları dünyanın passiv müşahidəçilərinə çevrilir və uyğun olmayan məzmuna əsaslanaraq biliklər əldə edirlər. Məktəb dövrü başlayandan sonra uşaqlar mürəkkəb riyazi əməliyyatları necə mənimsəmək, elmləri necə başa düşüb mənimsəmək, ifadəli dil bacarıqlarını necə inkişaf etdirmək kimi bir çox problemlərlə üzləşirlər. Məktəbdə hər birimizə nə qədər oxusaq, danışmağımızı, düşüncələrimizi və inanclarımızı ifadə etmək və tərtib etmək daha asan olacağını deyirdilər. Sağlam oxumaq vərdişini inkişaf etdirən insan yalnız yaxşı oxumağı bacaran insandan daha yaxşıdır. Bu cür insanın daha çox özünə inamı var, söylədiklərinə daha çox güvənir və hər hansı bir gözlənilməz hadisə ilə qarşılaşmağı daha yaxşı bacarır. Buna görə biz, böyüklər, sağlam oxu vərdişini uşaqlarımıza ötürməliyik.Uşağı oxumağa necə ruhlandırmaq olar?Mütəxəssislər, uşağın oxuyarkən bilik əldə etdiyinə olan inamını oxumaq üçün ən vacib təşviqlərdən biri hesab edir. Alimlər bunu “özünü səmərəli, faydalı hiss etmək” duyğusu adlandırırlar. Özünü faydalı hiss etmək uşaqlarda müsbət bir özünə inamı və zəhmət və əziyyətlərinin müsbət nəticələnəcəyi inamını inkişaf etdirir. Uşaqlar oxumaqla bilik və təcrübə qazana bilmə bacarıqlarını kəşf edirlər. Bu şəkildə uşaqların oxumaq qorxusu da azalır. Bir müəllim və ya valideyn uşaqlarda özünüdərketmə və qiymətləndirmə qabiliyyətini inkişaf etdirirsə, uşaqlarını oxu müddətində ortaya çıxan bütün vəzifələri tapmaq və həll etmək üçün səy göstərməyə təşviq etməkdə doğru yoldadır. Oxu prosesində uşaqlarda özünəinam hissi inkişaf etdirmək üçün valideynlərin ata biləcəyi ilk addımlardan bəziləri:
oxumağın faydalı bir fəaliyyət kimi vacibliyini və dəyərini vurğulamaq; oxumaq üçün müsbət bir atmosfer yaratmaq; oxumaq ehtiyacını təşviq etmək; bir uşağa oxucu kimi özünə inamı inkişaf etdirməyə kömək etmək.
Uşağı oxumağa kim təşviq etməlidir?
Uşaq oxumağa həvəsləndirmə işini bir neçə şəxs apara bilər; valideynlər, bacı-qardaşlar və ya məktəb müəllimləri. Bir uşağın kitablara olan sevgisi və öyrənməkdən və oxumaqdan həzz alması bacarığı ona hər gün tərbiyə edilməlidir. Erkən yaşlardan etibarən ailə mühitində uşağda kitablara müsbət münasibət inkişaf etdirilməlidir .Uşaq böyüdükcə bunun zövq alacağı və yeni bilik və bacarıqları əldə edəcəyi aktiv bir proses olduğuna inanmalıdır. Müəllimlər oxumağa təşviqdə əhəmiyyətli yerə sahibdirlər. Uşaqda oxumağa müsbət yanaşma formalaşdıqdan sonra oxumaq onların ən sevimli fəaliyyətlərindən birinə çevriləcək. Beləliklə, uşaqların özləri boş vaxtlarında oxumağa təşəbbüs göstərəcəklər.
Müəllimlər uşaqları oxumağa necə həvəsləndirə bilərlər?Müəllimlər bir uşağın mütaliə prosesində davamlı təşviq mühiti yaradan insanlardır. Onlar həm uşağın mütaliə motivasiyasını yaxşılaşdırmalı və onu oxumağa təşviq edən sosial konstruktiv bir yanaşma yaratmalıdırlar.
Müəllim buna aşağıdakı yollarla nail ola bilər:
Seçilmiş məcburi oxu və ev tapşırıqlarının mövzusunu mümkün dərəcədə uşağın yaşına və maraqlarına uyğunlaşdırmaqla ; Tək olaraq oxunan məcburi oxu əvəzinə müəllim cüt və ya qrup şəklində oxu fəaliyyəti təşkil edə bilər; Uşaqdan oxuduğu bir kitabı bitirdikdən sonra istər yazılı, istərsə şifahi şəkildə dostları ilə bölüşmələrini xahiş edərək; Uşaqları kitablarda oxuduqlarını həyat təcrübələri ilə əlaqələndirməyə həvəsləndirməklə; Uşaqların boş vaxtlarında oxuduqları material — onlayn mətnlər, komikslər, məcburi oxudan başqa kitablar, jurnallar haqqında danışa biləcəyi dərslər təşkil etməklə.
Oxumağın sehri!
Sakit bir guşədə oturduğunuz, kitab oxuyaraq başqa bir dünyaya, uzaq və naməlum bir yerə səyahət etdiyiniz an. Edə biləcəyinizin ən gözəli oxumaq və uşaqlara hər şeyə sevgi və müsbət münasibət göstərməyi öyrətmək, bəxş etməkdir. Oxumaq bizi formalaşdırır, aktiv, bacarıqlı və müdrik edir. Oxuyarkən bir çox yeni şeylər öyrəndiklərini gördükcə uşaqlar cavab axtarmağa, daha çox yeni məlumat öyrənməyə təşviq olunurlar. Buna görə uşağı oxumağın sehrindən həzz almağa təşviq etməlisiniz. Müəllif: Novak Djokovic FoundationMənbə: ilk5il.az
| ['kitab', 'uşaqlara kitabi sevdirmək', 'kitab oxumaq', 'uşaqlara kitab oxuamaq', 'uşaqları oxumağa həvəsləndirmək'] |
157 | https://kayzen.az/blog/paint/26304/ruhu-r%C9%99ngl%C9%99r-d%C3%BCnyas%C4%B1nda-ya%C5%9Fayan-r%C9%99ssam-oqtay-sad%C4%B1qzad%C9%99.html | Oqtay Sadıqzadə | Ruhu rənglər dünyasında yaşayan rəssam | gunelb | Məşhur rəsmlər və rəssamlar | 20 dekabr 2020, 23:33 |
Rəssamlıq sənətini seçən insanlar adətən özləri də qəribə xarakterli olurlar. Rənglər kimi onların da təbiəti müxtəlif çalarlıdır. Bu insanlar zəngin daxili aləmə, həssas qəlbə və bir də sərt xarakterə malik olurlar. Hər dəfə rənglərin çoxçalarlı dünyasına səyahət edəndə orada özlərini tapır, hisslərinə, duyğularına hakim kəsilən rənglərdən möcüzələr yaradırlar. Bu, sadəcə, ilahi bir vergidir. Elə Xalq rəssamı Oqtay Sadıqzadə də təbiətən rəssam doğulmuşdu, yaşadığı aləmin gözəlliyini, xalqın qüdrətli sənətkarlarının portretlərini rənglərin dili ilə canlandırmaq onun sənət dünyasında özünəməxsus yer tutur. Oqtay Sadıqzadə 1921-ci il fevralın 21-də Xızıda, Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələri — yazıçı Seyid Hüseynin və şairə Ümgülsümün ailəsində anadan olub. Uşaqlıq illərindən yaradıcı bir mühitdə böyüməsi onun gələcək sənətkar taleyini müəyyənləşdirib. O, 1935–1939-cu illərdə Bakı Rəssamlıq Texnikumunda təhsil alaraq ilk əsərləri ilə sənətşünasların diqqətini cəlb edib. 1941-ci ildə repressiyaya məruz qalmış ailənin nümayəndəsi kimi Oqtay Sadıqzadə sürgün olunub, lakin düşdüyü ağır şəraitə baxmayaraq, yaradıcılığını davam etdirib.
1946-cı ildə Bakıya qayıtdıqdan sonra kitab qrafikası ilə məşğul olmağa başlayıb və bu sahədə nəzərəçarpacaq uğurlar qazanıb. Təhsilini davam etdirmək üçün o, Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutuna daxil olub və 1956-cı ildə oranı qrafika ixtisası üzrə bitirib.
Təhsilini başa vurduqdan sonra Bakıda «Azərnəşr” nəşriyyatında bədii redaktor kimi əmək fəaliyyətinə başlayan Oqtay Sadıqzadə nəşriyyatda çalışdığı ilk illərdən Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinə çəkdiyi illüstrasiyalarla kitab qrafikası aləminə qədəm qoyub. Bu dövrdə dünya təsviri sənətinin nailiyyətlərindən bəhrələnməklə o, ədəbi fikrin qüdrətli simalarından Onore de Balzakın, Viktor Hüqonun, İvan Turgenevin, Maksim Qorkinin, Mirzə Fətəli Axundzadənin, Hüseyn Cavidin, Cəfər Cabbarlının, Rəşad Nuri Güntəkinin və digər söz ustalarının əsərlərinin dərin emosional təsir gücünə malik yaddaqalan obrazlarını yaradıb.
Oqtay Sadıqzadə tematik tablo, kompozisiya və portret janrlarında çəkdiyi əsərləri ilə şöhrət qazanaraq qısa müddət ərzində müasir Azərbaycan incəsənətinin inkişafında xüsusi xidmətləri ilə seçilən fırça ustasına çevrilib. Milli rəssamlıq sənətinin inkişafında müstəsna rol oynayan sənətkarın ayrı-ayrı janr və mövzularda yaratdığı boyakarlıq və qrafika əsərləri dövrün sənət salnaməsi olub, təsvir formalarının sadəliyi və rəngarəngliyi ilə səciyyələnərək incəsənət tariximizdə özünəməxsus yer tutub.
Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin, Azərbaycan Milli Tarixi Muzeyinin, Üzeyir Hacıbəyli, Hüseyn Cavid, Səməd Vurğun və Bülbülün ev-muzeylərinin tərtibatında rəssamın əsərlərinə xüsusi yer verilib. Rəssamın Azərbaycan xalqının görkəmli şəxsiyyətlərinin portretlərindən ibarət rəsmlər qalereyası milli mədəniyyətimizə dərin hörmət aşılamaqla yanaşı, nadir kolorit bütövlüyü və səlisliyi ilə səciyyələnib.
Onun obrazların təkrarolunmazlığı, kompozisiya üsullarının müxtəlifliyi və rəngkarlıq həllinin mükəmməlliyi ilə seçilən „Nizami Gəncəvi və dünya mədəniyyəti” adlı monumental silsilə əsərləri, Qətran Təbrizinin, Xurşidbanu Natəvanın portretləri, “1937-ci il repressiyasının qurbanları” tablosu və „Hüseyn Cavidin aləmi” triptixi məhz bu qəbildəndir.Oqtay Sadıqzadənin 2000-ci ildə işlədiyi akademik Zərifə xanım Əliyevanın portretində kompozisiya və kolorit son dərəcə bütöv və yığcamdır. Həmsöhbətinə diqqətlə baxan, təbii və sərbəst vəziyyətdə durmuş bu qadının ağlının gücü, sifətindən nur yağan, səmimiyyətlə gülümsəyən parlaq baxışlı zərif siması bunu deməyə əsas verir ki, bu portret Oqtay Sadıqzadənin yaradıcılığında ən canlı əsərlərdən biridir.
O.Sadıqzadə H.Cavidin ev muzeyi üçün işə mürəkkəb, həm də ciddi hisslərlə başlamışdı. Bir tərəfdən bu mövzu onu cəlb edirdi, digər tərəfdən yarım əsr davam edən, çətinliklə unudulan köhnə yaranın közünü təzədən qopartmaq — atası, anası, qardaşı, H.Cavid və 1937-ci il repressiyaya məruz qalmış atasının digər dostlarının dərdini yada salmaq çox ağır idi. Ancaq ailənin keçmiş dostu, H.Cavidin qızı Turan xanımın xahişi və oğulluq borcu üstün gəldi və o işə başladı. Milli təhlükəsizlik Nazirliyində arxiv işləri ilə, 1937-ci ildə NKVD-də çəkilmiş fotoşəkillərlə tanış oldu. H.Cavidin, arvadı Müşkinaz xanımın portretləri, “1937-ci il repressiyasının qurbanları» adlı tablo, həmçinin «Hüseyn Cavidin aləmi» triptixi yaradıldı. Bu əsərlər hazırda dahi dramaturqun ev muzeyinin girişini bəzəyir.
Rəssam bu triptixə, əsərlərinə dərindən bələd olduğu və qiymətləndirdiyi Hüseyn Cavidə, onun yaradıcılığının yüksək romantizminə və simvolik mənasına məhəbbətini ifadə edən ruh yüksəkliyi ilə yanaşmış, necə deyərlər, bu böyük işə canını qoymuşdur.
Təxminən həmin vaxtlarda O.Sadıqzadə «Nizami Gəncəvi və dünya mədəniyyəti» adlı monumental silsilə əsərləri üçün material toplamağa başlayır. Bu əsərləri Nizami adına Ədəbiyyat Muzeyi mərkəzi salonunun əsas divarında asılacaq ekspozisiya üçün sifariş vermişdi. Divarın böyük sahəsi rəssamın öz mülahizəsinə görə doldurulmalı idi. Oqtay Sadıqzadə xeyli fikirləşəndən sonra beş böyük tablo işləmək qərarına gəlir. Ortada böyük (235x130), onun sağ və sol tərəflərində hərəsində nisbətən kiçik (220x100) iki tablo. Rəssam böyük hazırlıq işləri görür, Nizaminin dövrü, o dövrün memarlığı, incəsənəti, geyimləri barədə çoxlu material toplayırdı. Bu monumental əsərlərdə Antik və İntibah dövrlərindən başlamış XX əsrə qədərki dahi filosofların, musiqiçilərin, şairlərin, rəssamların 43 fiquru Nizamini əhatə edir. Nizaminin, onun çoxsaylı azərbaycanlı, şərqli, avropalı xələflərinin və sələflərinin gözəl obrazlarında humanizm ideyalarının varisliyi, bütün bəşəri mədəniyyətinin bir — birinə bağlı olan vəhdətliyi, həmçinin Nizaminin əsərlərinin dahiliyi və ölməzliyi, bu əsərlərin Şərqin və Qərbin qabaqcıl mütəfəkkirlərinə böyük təsiri və onun keçmişin nailiyyətlərinə hörmətlə yanaşması verilmişdir. Bu çox mürəkkəb və məsuliyyətli işə Oqtay Sadıqzadə 6 ildən çox vaxt sərf etdi və nəhayət, 1999-cu ildə əsərlərin təqdimatı oldu.
Ekspozisiyanın mərkəzindəki iri tablo silsilənin adını daşıyır: «Nizami Gəncəvi və dünya mədəniyyəti». Onun yanındakılar «Antik filosoflar», «Nizaminin sələfləri», «Nizaminin xələfləri» və «Nizami və Avropa mədəniyyəti» adlanır.
Antik və orta əsrlər dövründəki Azərbaycan miniatur məktəbinin yüksək ideallarına sədaqətlə yanaşan Oqtay Sadıqzadə ideyaca dərin humanistik əsərlərin canlı obrazlarında bəşəriyyətin dünyanın gözəlliyi və harmonikliyi barədə çoxdankı arzusunu təcəssüm etdirmək istəyirdi.
«Nizami Gəncəvi və dünya mədəniyyəti» silsiləsi Oqtay Sadıqzadə yaradıcılığının ən yüksək nailiyyətlərindən biridir. Bunu humanizmə, gözəlliyə, ümumbəşəri mədəniyyətə himn adlandırmaq olar.
Oqtay Sadıqzadənin Azərbaycan təsviri incəsənətinin inkişafındakı xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilmiş, fəxri fərmanlar və mükafatlarla təltif edilmişdir. O, 1977-ci ildə Azərbaycan "Əməkdar incəsənət xadimi" fəxri adına, 1992-ci ildə Azərbaycan «Xalq rəssamı» adına layiq görülmüşdür. 1999-cu ildə Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyev tərəfindən Oqtay Sadıqzadəyə müstəqil Azərbaycanın "Şöhrət" ordeni verilmişdir. 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev milli təsviri sənətə verdiyi misilsiz töhfələrə görə Oqtay Sadıqzadəni "Şərəf" ordeni ilə təltif etmişdir.
2000-ci ildə Oqtay Sadıqzadə Azərbaycan Rəssamlıq Akademiyasında müəllimlik fəaliyyətinə başlamışdır.
2011-ci ildə Milli İncəsənət Muzeyində sənətkarın 90 illik yubileyi ilə əlaqədar təşkil olunan sərgi akademik sənət sevənlər üçün, sözün əsl mənasında, bir hədiyyə olmuşdur. Bu sərgi rəssamın yaradıcılığının panoramasını,onun həm rəngkarlıq, həm də qrafika sahəsində maraq və nailliyyətlərinin çox əlamətdar bir tamlığını nümayiş etdirmişdir. Sərgidə müxtəlif muzey və fondlardan toplanmış 45 əsər sərgilənmişdir. Rəssamın etirafına görə bu sərginin açılışı günü onun həyatında ən həyəcanlı, xoşbəxt günlərdən biri olmuş, sənətkar üçün yeni yaradıcılıq axtarışlarına xidmət edən qüvvətli amilə çevrilmişdir. Bu da çox sevindirici bir haldır, çünki insan nəsə yaradırsa, demək o hələ də cavandır və incəsənətin ali məqsədi olan gözəlliyə xidmət etməkdədir.
Bu il mayın 27-də Prezident İlham Əliyev tərəfindən Oqtay Sadıqzadəyə Azərbaycan təsviri sənətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respubkikasının Dövlət mükafatı təqdim edilmişdir. Böyük sənətkarı bu ali mükafat münasibətilə ürəkdən təbrik edirik.Sənətkarın əsərləri Azərbaycan Dövlət İncəsənət Muzeyində, eləcə də Tretyakov Qalereyası kimi mötəbər mədəniyyət mərkəzində nümayiş etdirilib, Amerika Birləşmiş Ştatları, Almaniya, Kanada, İsrail və digər ölkələrdəki şəxsi kolleksiyalarda saxlanılır.
Azərbaycanda müasir rəssamlıq məktəbinin təşəkkülü və inkişafında Oqtay Sadıqzadənin böyük xidmətləri var. Pedaqoji sahədə səmərəli fəaliyyət göstərməklə o, özünün zəngin bilik və təcrübəsini gənc rəssamlar nəslinin yetişdirilməsi işinə həsr edib.
Oqtay Sadıqzadənin yaradıcılığı hər zaman sənətsevərlərin diqqət mərkəzində olub və dövlət tərəfindən yüksək qiymətləndirilib. Rəssamın müstəqil respublikamızın ali mükafatları olan "Şərəf” və "Şöhrət” ordenləri ilə təltif edilməsi onun sənətinə, şəxsiyyətinə diqqət və ehtiramın parlaq ifadəsidir. O, 2014-cü ildə təsviri sənətin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülüb.
Oqtay Sadıqzadə 2014-cü il dekabrın 20-də Bakı şəhərində vəfat edib. Mənbə: kaspi.az, news.day.az
| ['Oqtay Sadıqzadə', 'rəssam Oqtay Sadıqzadə'] |
158 | https://kayzen.az/blog/ushaq_terbiyesi/26288/u%C5%9Faqlar%C4%B1n-%C3%A7%C9%99kdiyi-%C5%9F%C9%99kill%C9%99r-n%C9%99yi-ifad%C9%99-edir.html | Uşaqların çəkdiyi şəkillər nəyi ifadə edir? | gunelb | Uşaq tərbiyəsi | 17 dekabr 2020, 00:35 |
Uşaqların çəkdiyi rəsmləri deşifrə etməyi və onların daxili şəxsiyyətini daha yaxşı tanımağı öyrənmək lazımdır. Uşaqların çəkdiyi rəsmlər onların qorxuları, sevincləri, xəyalları, ümidləri və kabusları haqqında çox şey söyləməklə yanaşı, sizə onların şəxsiyyətləri ilə də bağlı bir çox dəyərli məlumat verir.
Uşaqlar rəsm çəkmə prosesinə bir karandaş, krayon və ya qələm tutub kağıza qoymaq üçün kifayət qədər böyük olduqları andan başlayırlar. Kiçik yaşlılar üçün rəsm ümumiyyətlə çox zövq verici və təbii bir fəaliyyətdir. Onlar müxtəlif duyğuları sözlə ifadə edə bilmədikləri üçün rəsm çəkməyə üstünlük verirlər. Qorxularını, sevinclərini, xəyallarını, ümidlərini və kabuslarını rəsmlər vasitəsi ilə ifadə edirlər, dünyaya və ətraf mühitə öz münasibətlərini bu cür bildirirlər.
Onlar üçün rəsm bir ünsiyyət vasitədir və uşaqların sənət əsərləri şəxsiyyətlərinin təmsil edir. Uşaq çəkdikləri rəsmlər unikaldır və bizə balacalar haqqında dəqiq məlumat verə bilər.
Hər bir valideyn uşağının rəsmlərində müəyyən məna tapmağa çalışır. Bəzən rəsmlər yalnız əyləncəli oyun vaxtının kağız üzərində əks olunmuş halıdır. Ancaq bəzən də uşaq rəsmlərini şərh etmək, onların düşüncə və hisslərini kəşf etməyə yardımçı ola bilər.
Uşağın çəkdiyi rəsmdən anlam çıxartmağa çalışmayın, əksinə icazə verin həmən rəsmdə nəyi ifadə etmək istədiklərini sizə danışsınlar. Suallar verməklə sizin də görə bilmədiyiniz şeyləri uşağınız sizə danışacaq. Uşaq rəsmlərinin üç mərhələsi var:Cızma-qaraPre-Sxematik Sxematik mərhələlər
1. Cızma-qara (2-4 yaş)
Bu mərhələdə rəsmlərdə heç bir realizm yoxdur və onlar əsasən vərəq üzərindəki xətt və işarələrdən ibarətdir. Burada heç məna olmaya bilər, ancaq bəzən «təsadufi realizm» adlanan nə isə çəkirlər. Bu o deməkdir ki, cızma qara bitdikdən sonra, siz avtomobil və ya evə bənzəyən müəyyən formaları görə bilərsiniz.
2. Pre-sxematik (4-7 yaş)
Bu mərhələdə uşaqlar gözləri ilə gördüklərini çəkməyə çalışırlar. Üzlər, çubuq şəkilli fiqurlar, avtomobillər, yük maşınları, ağaclar və evlər kimi ən sadə fiqurları çəkə bilərlər. Bu rəsmlərdə ümumiyyətlə real detallar yoxdur. Fikirlərini bir-birindən fərqləndirmək məqsədilə çəkdikləri evin önünə çiçəklər əlavə etməklə rəsmi sonlandıra bilərlər.
3. Sxematik (7+ il)
Bu mərhələdə bəzi sxemlər özünü biruzə verir. Məsələn, dəniz rəsmində balıqları, çimərlik topu, çimərlik kostyumu geyinən insanları və s. görmək olar. Rəsmi izah etmək üçün sözlər və işarələr əlavə edilə bilər. İnsan rəsmləri daha detallı təsvir olunacaq, məsələn üzdəki çillər. Dərin məna və realizm daha qabarıqdır.
Rəng seçimləri:
Qara və bənövşəyi hökmranlıq etməyi sevən və tələbkar uşaqlar tərəfindən bəyənilən rəngdirlərdir. Mavi rəngi sevənlər isə qayğıkeş təbiətə sahib olurlar ətraflarında çox insanın olmasından zövq alırlar.Qırmızı həyəcan rəngidir, heç nədən kənarda qalmaq istəməyənlər tərəfindən bəyənilir və uşaqların istifadə edəcəyi ən məşhur rənglərdən biridir.Çəhrayı uşağın sevgi və ehtirama ehtiyacı olduğunu göstərir və qızlar tərəfindən daha çox sevilir.Yaşıl fərqli olmağı sevən və ağıllı və yaradıcılıq qabiliyyəti yüksək olan uşaqların üstünlük verdiyi rəngidir.Sarı rəng yüksək zəkanı və gün kimi parlaq təbiəti ifadə edir.
Şəklin vərəqdəki yeri:
1) Əgər uşaq şəkli vərəqin sol küncündə çəkibsə, keçmişlə və qayğıyla bağlıdır. Bu həm də analarla bağlıdır.
2) Vərəqin sağ tərəfində çəkilən şəkil gələcəyi ünsiyyət ehtiyacını ifadə edir. Bu həm də atalarla bağlıdır.
3) Vərəqdə iri ölçülü bir rəsm yerləşdirən uşaq təmkinli və özünə əmindir, əksinə kağızın aşağı kənarında və ya bir küncdə kiçik fiqurlar çəkibsə, bu qeyri-əminlik hissini ifadə edir.
İmpulsiv uşaq: İri ölçülü fiqurlar,insan fiqurlarında boyun yoxdur və bədən asimmetrik çəkilib.
Narahat uşaq: Buludlar, yağış, uçan quşlar, insan/heyvan fiqurlarında göz yoxdur.
Utancaq uşaq: Qısa fiqurlar, burun və ağız yoxdur, kiçik fiqurlar və əllər bədənə yaxın çəkilib
Qəzəbli uşaq: Böyük əllər və dişlər, uzun qollar, çarpaz gözlər
Özünə inamsızlıq: Əyilmiş və biçimsiz, kiçik başlar, əllər yoxdur
Uşağınızı daha çox rəsm çəkməyə cəlb etmək üçün nə etməlisiniz?
Bunun bir neçə yolu var:
Şəkil çəkməyi oyun vaxtının bir hissəsi olaraq müntəzəm olaraq həyata keçirin. Onlara karandaşlar, qalın qələmlər və yuyula bilən markerlər kimi müxtəlif rəsm ləvazimatları təklif edin. Bəzən kağızları masanın üzərinə yapışdırmaq lazımdır ki, uşaq şəkil çəkərkən vərəq sürüşməsin. Siz sadəcə prosesi müşahidə edin, təlimat verməyə ehtiyac yoxdur. İcazə verin ki, uşaq öz təxəyyülünü inkişaf etdirsin. Yalnız nəticəyə deyil, prosesə də diqqət yetirin.Uşağınızın uğurlarını təqdir etmək əvəzinə, onlarla bərabər prosesdə iştirak edin. Ona daha mürəkkəb detalları çəkməyə və ya bir ev üçün uyğun rəngləri seçməyə kömək edin. Uşağınıza güclü emosiyaları şəkillər vasitəsilə ifadə etməyi öyrədin. Məsələn, uşaq nəyəsə qəzəblənibsə, əsəbi adam şəkli çəkməklə bu hissləri ifadə edə bilər. Uşağınızın çəkdiyi şəkilləri sərgiləyin. Bu, onun gördüyü işin dəyərləndirildiyini və vacib olduğunu bildirir. Müəllif: Sovqat ƏzimovaMənbə: ilk5il.az
| ['uşaq rəsmləri', 'uşaqların çəkdiyi şəkillər'] |
159 | https://kayzen.az/blog/dieta/26274/%C9%99t-yey%C9%99k,-yoxsa-yem%C9%99y%C9%99k.html | Ət yeyək, yoxsa yeməyək? | gunelb | Dietologiya | 11 dekabr 2020, 00:26 |
Bu gün dünyada ət əleyhinə misilsiz bir kampaniya başlamışdır, hətta bəzi elm adamlarımız fəxrlə mən ət yemirəm deyir və geniş təbliğat aparırlar, amma onların hamısı ət yeyir və bunun sübutunu yazacağam.
Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) ət haqqında belə deyir: “Ət bizim dünyamızın və cənnətin ən ləziz yeməklərindəndir.”
Muhamməd Peyğəmbər (sallallahu aleyhi və səlləm)
İnsan bədəninin təməl daşları amin turşularıdır. Amin turşuları bizim məhv olmuş toxumalarımızın yenilənməsində və yeni hüceyrələrin əmələ gəlməsində iştirak edirlər. Amin turşular zülallardan əmələ gəlir, deməli bizim orqanizmimizə zülallar çox lazımdır, zülalların isə əsas mənbəyi ətdir. Ət orqanizm üçün ən faydalı qidadır. Deyə bilərsiniz ki, zülallar bitkilərdə, əsasən ləpəlilərdə də var. Amma bitkilərdəki zülallar heyvani zülallar qədər tam parçalanmır. Əgər insan uzun müddət ət yeməzsə və bədənin tələb etdiyi zülalları bitkilərdən alarsa, onda həmin insanda ödemlər (şişmələr) əmələ gələcəkdir, bunun səbəbi də bitki zülallarının natamam parçalanması və mənimsənilə bilməməsidir.
Bundan başqa ətin tərkibində dəmir, sink, fosfor, kalium, kalsium və s. minerallar vardır. Həmin minerallar bitkilərin də tərkibində var, lakin liflərlə birgə olduğundan ət qədər sorula bilmir.
Qırmızı ətin faydaları
Bu gün ən çox əks-təbliğat qırmızı ət üstündə qurulub, yəni qoyun və mal ətləri. Əgər insan qırmızı ət yeməzsə, onda güclü əzələ qıcolmaları baş verəcəkdir. Bu isə qanın birdən-birə sürətlə beyinə yüksək təzyiqlə axması ilə nəticələnəcəkdir, sonda beyin hüceyrələrinin məhv olmasına səbəb olacaqdır. Ən son araşdırmaların nəticəsini nəzərinizə çatdırıram: heyvani mənşəli yağlar beynimizdə dövr edən qanın sürətini tənzimləyir.
Ətin tərkibindəki yağların 96%-i, zülalların isə 95%-i yavaş-yavaş sorulur. Mədəyə düşmüş ət gec sorulduğundan bizim uzun zaman tox qalmamıza səbəb olur.
Hər bir şeyin bir norması olduğu kimi aşırı miqdarda ət yeməyin də fəsadları vardır. Ətin tərkibində lif yoxdur, buna görə də çox ət yeyən insanlarda qəbizlik halları olur, həmçinin şəkərə və təzyiq xəstəliyinə tutulma riski çoxdur. Allahın verdiyi nemətlərin hamısından israf etmədən yemək ən yaxşı qidalanmadır. DANA ƏTİ
İnək, dana əti həm qida maddəsi kimi, həm də müalicəvi-profilaktik baxımdan faydalıdır.
Bir illik dana əti daha keyfiyyətlidir. Bir yaşdan yuxarı mal əti bədənə istilik, quruluq verir və gec həzm olur. Bir yaşdan yuxarı olan inək ətini həl bişirmək, sirkə, ədviyyatlar, o cümlədən darçın işlətməklə yemək məsləhətdir.
Mal əti bədəni qüvvətləndirir, kökəldir. Pəhriz məqsədilə də istifadə olunması münasibdir, sidikqovucu təsirə malikdir.
QOYUN ƏTİ
Ümumiyyətlə bir qisim insanlar var ki, qoyun ətinin sağlamlıq üçün ziyan olduğunu güman edərək ondan birdəfəlik imtina ediblər. Ancaq bu gümanda bir yanlışlıq var. Əgər digər qida məhsulları kimi qoyun ətindən də qədərində istifadə olunarsa, onun orqanizm üçün faydalarından yetərincə bəhrələnmək olar.
İnsanlar əsasən qoyun ətinin yağlı və piyli olmasına görə bu ətdən istifadə etməkdən çəkinirlər. Ancaq bu düşüncədə olanlar nəzərə almırlar ki, qoyun ətində olan piy, daha çox istifadə olunan mal ətindəki piydən iki dəfə azdır.
İlk növbədə onu qeyd edək ki, qoyun ətindən xörək hazırlayarkən çalışmaq lazımdır ki, ətin yağlı hissəsindən istifadə olunmasın. Belə olan halda qoyun ətindən istifadə etməklə xolesterinin miqdarını aşağı salmaq mümkündür.
ABŞ-ın Pensilvaniya Universitetinin əməkdaşları müəyyən ediblər ki, gündəlik rasionda yağsız qoyun ətinin olması xolesterinin ümumi miqdarının aşağı düşməsinə gətirib çıxarır. Alimlərin apardığı eksperiment nəticəsində xolesterenin miqdarı çox olan insanların rasionuna sutka ərzində
100-150 qram yağsız qoyun əti daxil ediblər. Bir müddətdən sonra həmin insanlarda xolesterenin miqdarı 10 faiz aşağı düşüb.
Qoyun ətindən istifadə zamanı ikinci bir məsələni də diqqətdə saxlamaq lazımdır. Qoyun əti ilə birlikdə turş ədviyyatlardan, şüyüddən, nanədən, kəklikotundan, nar turşusundan, limondan istifadə etmək lazımdır.
Qoyun əti bədənə qüvvət verir, qanı artırır, orqanizmin itirilmiş enerjisini bərpa edir, daxili orqanları möhkəmləndirir.
AĞ ƏTİN FAYDALARI
Ağ ət olaraq həftədə 2-3 gün cücə — toyuq ətindən istifadə etmək məsləhət görülür. Yumurtadan sonra ən keyfiyyətli zülal qaynağı olan cücə ətinin 100 qramı gündəlik zülal ehtiyacımızın 40-50 %-ni qarşılayır. Bununla birlikdə toyuq əti vitamin B12, vitamin B6, selenium, fosfor, dəmir baxımından da zəngindir. Toyuq ətinin qısa lifli quruluşu səbəbi ilə həzmi də asandır. Qış aylarında tərəvəz və limon əlavə edilməklə hazırlanan toyuq şorbaları immunitet sistemini qüvvətləndirir, xəstəliklərə qarşı bədəni qoruyur. Çiy toyuğu qaynadarkən dərisini çıxarmaq məsləhətdir. Əgər toyuğu dərisi ilə birlikdə qaynatsanız, o zaman qaynatdığınız toyuğun suyunu istifadə edərkən üzərinə yığılan yağları ataraq istifadə etməlisiniz. Toyuq əti əslində olduqca bərəkətli bir ətdir. Toyuğun qaynadılmış suyundan şorba, plov bişirilməsində də istifadə edə bilərsiniz. Qaynadılmış əti sobada tərəvəzlərlə bişirdikdə daha çox ləzzətli və sağlamlıq üçün faydalı olur.
Gündəlik kifayət qədər zülal ala bilmək üçün toyuq ətini qaynadaraq salatlarınızı zənginləşdirə bilərsiniz. Eyni zamanda toyuğun ağ ətini soyuq qəlyanaltı kimi də qəbul etmək olar. O səbəblə əgər çalışırsınızsa, evdə toyuq ətinindən buterbrod hazırlayaraq yanınızda daşıya bilərsiniz. Ancaq yay
aylarında toyuq ətinin tez xarab olduğunu da unutmayın, isti havada dörd saatdan daha çox saxlanılmış toyuq ətini yemək məsləhət deyil. Mənbə: fizulihuseynov.com, qocet.az
| ['ət', 'qırmızı ət', 'ətin faydaları', 'ağ ət', 'dana əti', 'qoyun əti'] |
160 | https://kayzen.az/blog/kulturologiya/26273/ger%C3%A7%C9%99kliyin-lirik-romantik-%C5%9F%C9%99rhi.html | Rafael Abasov | Gerçəkliyin lirik romantik şərhi | gunelb | Kulturologiya (mədəniyyətşünaslıq) | 10 dekabr 2020, 00:58 |
Təsviri sənətdə gerçəkliyin qədim tarixə və bir-birindən fərqli estetikaya malik olmasının kökündə, ilk növbədə onun daşıdığı bədii yükün həm də hər bir rəssamın arzuladığı mövzulara özünəməxsus bədii görkəm verə bilməsi ilə bağlıdır. Azərbaycan rəssamlığında bunun qədim miniatürlərdən başlayaraq bu günümüzə kimi davam etməsi də romantikaya bələnmiş estetikanın zamansızlığa qovuşmasından qaynaqlanır. Romantik ruhun müasir təsviri sənətə qaytarılmasında ötən əsrin ortalarında sovet bədii məkanında canlandırılmasında Azərbaycan rəssamı Tahir Salahovun böyük xidmətləri olmuşdur. Onun diplom işi olaraq ərsəyə gətirdiyi «Növbədən qayıdanlar” (1957) tablosunda tapındığı romantik ənənələrin „Sərt üslub” tutumunda təqdimatının o vaxtlar hakim “sosialist realizmi” bədii prinsipini üstələməsi kifayət qədər görünən idi. Odur ki, bu cür estetikanın rəssamların ən müxtəlif nəsillərini ovsunlaması təbii idi. Onun sehrinə düşən gənc yaradıcılardan biri də Rafael Abasov idi. Əvvəlcə məşhur „Əzimzadə məktəbi”ndə (1960-1965), sonra isə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda (1968-1974) ixtisas alan gəncin “Sərt üslub”un yaradıcılarından sayılan Xalq rəssamı Nadir Qasımovla ünsiyyəti, onun yaradıcılığında həmin estetikaya tapınmasında az rol oynamamışdı. Beləcə, sənət yollarında kövrək addımlarını atan gənc rəssam sərgi salonlarına yol tapan müxtəlif janrlı elə ilk əsərlərində məşhurlaşmaqda olan üslubun bədii imkanlarını genişləndirməyə meyilli idi. Odur ki, onun bu günə kimi „Sərt üslub”a sadiq qalmasının uğurlu nəticələrə gətirib çıxarması da, yəqin ki, zamanında baş tutan bu seçimin düzgün olmasının görüntüsüdür... Bu günlərdə ömrünün yetmiş yeddinci payızını arxada qoyan Rafael Abasovun yarım əsri əhatə edən bədii irsi, janr etibarilə kifayət qədər rəngarəngdir. Bu janrların hansının onun yaradıcılığında önəmli yer tutduğunu söyləmək çox çətindir. Belə ki, rəssam onların hər birində milli təsviri sənət saxlancımıza layiqli töhfə hesab olunacaq əsərlər yaratmağa nail olmuşdur. Bununla belə ilk növbədə onun ərsəyə gətirdiyi portretlərin adını çəkmək istərdik.
Rəssamın çoxsaylı portretlərində onun insan psixologiyasına nüfuzetmə bacarığı xüsusilə qabarıq duyulur. Bu mənada rəssamın “Düşüncə. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin portreti”, „Qayğılı anlar” (2009), “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin portreti” (2003), „Rəssam Nadir Qasımov”, “Akademik Məzahir Abbasov”, „Oğlum Rəşadın portreti”, “Hüquqşünas Səfa Mirzəyevin portreti, „Kəndli oğlan” və s. əsərləri özündə dəyişkən psixoloji yaşantıları hifz edən portretlər hesab etmək olar. Çox məşhur şəxsiyyətlər haqqında insanlarda əvvəlcədən yaranmış kifayət qədər məlumat və təəssürat olduğundan, onların fərqli obrazlarını yaratmaq nisbətən çətin olur. Bu baxımdan rəssama, uzun illər respublikaya başçılıq etmiş Heydər Əliyevin portretini yaratmaq heç də asan başa gəlməyib. Məkan və geyim seçiminin bu cür portretin yaradılması prosesində aparıcı və həlledici olduğunu etiraf etməli olsaq, demək olar ki, Rafael Abasov tanınmış siyasi xadimin obrazını yaddaqalan əldə etmək üçün çox uğurlu – səmimiyyətlə dolu kompozisiya həlli tapa bilmişdir.İkinci Cahan savaşında şücaətlər göstərmiş məşhur təyyarəçi Məzahir Abbasovun həyatına bir neçə dəfə müraciət edən rəssam hər dəfə onun fərqli obrazını yaratmağa nail olmuşdur. Belə portret — kompozisiyaların birində müharibədən sonra tarix elmi sahəsinə xidmətlərinə görə akademik fəxri adına layiq görülmüş Məzahir Abbasov öz təzadlı xatirə — düşüncələrinin əhatəsində təsvir olunmuşdur. Bəyaz saçlı müharibə veteranının xəyallarla baş-başa qalan obrazı portretlər üçün gözoxşayıcı, yumşaq bir məkan əvəzinə, çox həyəcanlı bir müharibə səhnəsi qarşısında təqdim edilmişdir...
Rəssamın “Kəndli oğlan” əsərini bir çox bədii-estetik məziyyətlərinə görə, ötən əsrin sonuncu qərinəsində Azərbaycan portret janrında yaradılan ən uğurlu nümunələrdən biri hesab etmək olar. Bir-birinə söykənmiş kənd evlərinin fonunda qayğısız baxışlarını tamaşaçıya zilləmiş qırmızı köynəkli oğlanın obrazı, ilk növbədə cizgilərinin səmimiliyinə görə yadda qalır. Əsərə görə rəssamın Şri-Lankada keçirilən beynəlxalq sərgidə diploma layiq görülməsi də, onun sənətkarlığına verilən qiymətin göstəricisidir...Təsviri sənətimizdə özünəməxsus dəst-xətti ilə tanınan görkəmli fırça ustası Nadir Qasımovun obrazını yaradan rəssamın, mahir dəniz sənayesi mənzərələri ustasını, elə mavi suların fonunda öz işləmə manerasına uyğun bədii şərhdə təqdimatını uğurlu seçim hesab etmək olar. Bütünlükdə portret yaradıcılığında psixoloji yaşantıların ifadəsinə üstünlük verən Rafael Abasov bu əsərində də yaşlı həmkarının yaradıcı duyğularını bədii görüntüyə çevirə bilmişdir, desək, yanılmarıq...
»Sərt üslub”da mənzərə janrının uğurlu nümunələrini yaradan yaşlı həmkarlarından fərqli olaraq, əsərlərinin estetikasına lirik-romantik çalarlar qatan Rafael Abasov, çoxsaylı tablolarında duyğulandırıcı estetik aura yaratmağa nail olmuşdur. Rəssamın Azərbaycanın müxtəlif guşələrinə yaradıcılıq səfərlərindən sonra yaranan mənzərələri, duyulası dərəcədə özünəməxsus məziyyətlərə malikdir. Bu lövhələrdə günün və fəsillərin dəyişkənliyi, dağların möhtəşəmliyi, bağların füsnkarlığı, dənizin şıltaqlığı elə sənətkarlıqla ifadə olunub ki, tamaşaçı onların qarşısında istər-istəməz ovqat bolluğuna düşdüyünü güman edir. "Şirvanşahlar sarayı”, «Meşə mənzərəsi”, „Payız”, “Dəniz sahili”, „Abşeronda”, “İsmayıllı mənzərəsi”, „Qala kəndində axşam çağı”, “Lerik motivi” və s. mənzərələri zəngin bədii dəyərləri özündə yaşadan tablolardır. Bu və adlarını çəkmədiyimiz neçə-neçə mənzərələrində rəssam hamının gördüyü yerlərdə gözəlliklə yanaşı, bunun yaranmasını şərtləndirə biləcək səbəblərə də yaradıcı insan münasibətini təqdim edir, həm də ilk baxışda gözəlliyin işartıları belə görünməyən guşələrdəki həmin bu qeyri-adi məziyyətləri bizə də aşkarlamağa çalışır. Adətən rəng əlvanlığına meyillənməyən rəssam eyni uğurla İsmayıllı meşələrinə, Şirvan və Muğan çöllərinə, Quba bağlarına xas olan bərəkətli zümrüdü-qızılı ovqatı ifadə edə bilmişdir...
Rəssamın süjetli kompozisiyalarına xas olan reallığın səmimiliyi onun istedadlı ifadəsi ilə yaddaqalandır. Onun bilavasitə fərdi təəssüratı əsasında çəkdiyi „Lahıc misgəri”, “Şəki bazarı”, „Təmirçilər”, “Nehrəm qocaları” və s. tabloları bu qəbildəndir. Rafael Abasovun „Nehrəm qocaları” əsərini köhnə kişilərin ağlı-qaralı yaşantılar toplusunun ifadəsi hesab etmək olar. Kənd mənzərəsi fonunda üçü doqqazın yanındakı kürsülükdə, ikisi isə yerdə bardaş quraraq oturmuş ağsaqqalların həm tamaşaçıya zillənmiş, həm də ondan qaçırılan baxışlarında kifayət qədər hiss-duyğu yaşanır. “Lahıc misgəri” tablosunda qədim el sənəti ənənələrinin qorunduğu məkanı — misgər emalatxanasını həm də ənənəvi peşə estafetinin nəsildən-nəslə ötürülməsi kimi təqdimatı duyulan və təqdir olunandır...
Natürmorta münasibətdə ənənə şəklini almış klassik təqdimatdan uzaqlaşmaq nə qədər çətin olsa da, Rafael Abasov bu janra fərdi yanaşmasını nümayiş etdirməyə çalışmışdır. Bu da ilk növbədə kompozisiyalara daxil edilmiş ən müxtəlif əşyaların duyulası dərəcədə reallığa yaxınlaşdırılmasında, fakturasının belə hiss etdirilməsində ifadə olunur. Qədim mis və saxsı qablara, şamdanlara, güllərə, meyvələrə və parçalara xas olan təbii canlılığa nail olan rəssam, əslində onların qərar tutduğu məkanda insan nəfəsinin, hərarətinin mövcudluğuna tamaşaçını inandıra bilir. Odur ki, canlılığı duyulan bu atributlar da seyrçini keçmişdən daha çox bu günə, çağdaş duruma qaytarır...
Rafael Abasov sənətinin şöhrəti çoxdan ölkənin sərhədlərini aşıb. Bunu ilk növbədə onun bir çox xarici dövlətlərdə, o cümlədən də ABŞ, Avstriya, Almaniya, Türkiyə və İranda təşkil olunmuş fərdi sərgiləri şərtləndirmişdir. Bu gün Yaponiya, İran, Türkiyə, Meksika, Kipr, Ukrayna, Litva, Özbəkistan, ABŞ, Avstriya və s. ölkələrdəki nüfuzlu şəxsi kolleksiyaları onun əsərləri bəzəyir. Azərbaycan Dövlət İncəsənət Muzeyində, Azərbaycan Dövlət Rəsmlər Qalereyasında, eləcə də Sumqayıt, Şirvan, Masallı, Neftçala, Lerik rəsm qalereyalarında əsərlərinin nümayiş etdirilməsi də, ölkə daxilində onun yaradıcılığının dəyərləndirilməsinin göstəricisidir. 2006-cı ildə ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə Rafael Abasova „Azərbaycan Respublikasının əməkdar rəssamı” fəxri adının verilməsi də onun milli təsviri sənətimizin inkişafına xidmətinə verilən qiymətin ifadəsidir....
Müəllif: Ziyadxan Əliyev, Əməkdar incəsənət xadimi, professorMənbə: kaspi.az
| ['rəssamlıq', 'Rafael Abasovun rəsmləri', 'təsviri sənət', 'mənzərə janrı', 'Rafael Abasov'] |
161 | https://kayzen.az/blog/psixologiya/26270/a%C4%9F%C4%B1ll%C4%B1-v%C9%99-layiqli-olma%C4%9F%C4%B1n-resepti.html | Ağıllı və layiqli olmağın resepti | gunelb | Psixologiya | 10 dekabr 2020, 00:34 |
“Ağıllı” ol
Ata döyə, söyə, bir yerini sındıra, təhdid edə, qısnaya hətta təcavüz də edə bilər. O, evin kişisi və sənin sahibindir. Qardaş da ata kimi, sənin ikinci sahibindir. Atan ipini buraxanda o tutur.
Ana döyə, təhqir edə, aşağılaya, bütün etdiklərini boşa çıxara, yarım qalan xəyallarının, əzablarının hirsini sənin üstünə tökə bilər. Çünki ana müqəddəsidir. Çünki ananın vurduğu yerdə gül bitər. Çünki ana nə deyirsə, düz deyir.
Məktəbdə müəllim, direktor səni təhqir edə bilər. Lap səni döyər də… Çünki ətin onun, sümüyünsə valideyinlərinindir.
Məktəb direktoru səni öz otağına çağırıb “düz yola” çəkmək üçün “yubkan qısadır, onu uzat” deyə tənbehləyə bilər. Çünki o böyükdür. Onun əlində salahiyyət var və sən ona qarşı getsən, səlahiyyətlərindən sui-istifadə edər.Məktəbdə oğlanlar səni qısnaya bilər. Burda da günahkar sənsən. Əgər sən “ədəbli” geyinmirsənsə, ehtiyaclarını ödəmək üçün tənəffüsü sinifdə yox, dəhlizdə, bufetdə keçirirsənsə, adını əxlaqsıza çıxara bilərlər.
İdman dərsində hansısa oyunda aktiv iştirak etsən, ya dar idman şalvarı geyinsən, məktəbdəki oğlanlar sənə göz də qoya bilər. Axı sən özünü onlara göstərirsən. Əgər bunun baş verməməsini istəyirsənsə çox qaçma, oynama, bağrın çatlasa da, tənəffüsdə dəhlizə çıxma.
Küçədə istənilən adam sənə söz ata, maşını saxlayıb sataşa bilər. Hətta irəli gedib maşına da basar. Səni qaçırmırsa, deməli, çox vicdanlı insandır və sən buna görə ona minnətdar olmalısan.
Küçədə başına nəsə gəlibsə, demək, nəsə etmisən ki, diqqəti özünə çəkmisən. Axı sən niyə qısa, uzun, dar, boş, açıq, qapalı, qalın, nazik geyinirsən ki, başına da iş gəlsin? Axı sən necə səhər, günorta, ya gecə küçədə gəzə bilərsən?
Deməli günah səndədir.
Hətta sən geyinəndə qarşı cinsin “zövqünə” xitab etməyəndə də günahkarsan. Gah qısa geyinib “müasirlik ilə əxlaqsızığı dəyişik salırsan”, gah şalvar geyinib özünü kişiyə oxşadırsan, gah uzun geyinib “sıxıcı” qadın olursan, gah hicab taxıb konservativ, gah da çadra taxıb İranın köləsi olursan. “Ağıllı olsan”, olmayan orta nöqtəni tapıb həm təhlükəsizlikdə olarsan, həm qınanmazsan, həm də “ali cinsin” gözünü oxşayarsan.
Sənə avtobusda, ya da metroda toxunub narahat edirlərsə, yenə günahkar sənsən. Axı sən qadınsan. “Əxlaqlı olsaydın”, heç o qədər kişinin olduğu nəqliyyata yaxınlaşmazdın. İşinin- gücünün adı nədər? Otur gözlə, boş avtobus gələndə minərsən.
Evdə ərin səni döyürsə, demək nəsə “zibil qaynatmısan”. Yoxsa kişinin damarına basmasan niyə durub səni döysün? Yeməyini vaxtı-vaxtında versən, dadlı bişirsən, evi tər-təmiz etsən, uşaqları yaxşı susdursan, hər dediyinə səs çıxarmasan, xəyanətini etiraz etmədən qəbul etsən, evin kişisini çox xərcə salmadan pulu idarə etsən, küçəyə evə ərzaq almaqdan başqa səbəb üçün çıxmasan, telefonla icazəsiz danışmasan, “əxlaqlı” geyinsən, axı bu bədbəxt kişi səni niyə döysün? Demək sən yaxşı dözmürsən, ağıllı at deyilsən ki, səni qamçılayırlar. Qabiliyyətin yoxdur. Elə yaxşı dözmədiyinə görə də döyülməyə, söyülməyə, təhqir olunmağa layiqsən.
“Layiqli” vətəndaş ol
Sən başa düşsən ki, vəzifəcə səndən yuxarı şəxslərin dediyinə əməl etməlisən, qabağına nə atılırsa, onunla da kifayətlənməlisən, onda rahat da “sürünəcəksən”. Heç kim aparıb səni dama basmayacaq.
Vaxtı-vaxtında məktəb müəllimlərinə, direktora rüşvət versən, onlar da övladınla yaxşı rəftar edər. Sənin uşağına maneə yaradırlarsa, incidirlərsə, demək sən pis valideyinsən. Çünki ağzını açıb gözləyənlərin yemini vaxtı-vaxtında vermirsən. Onlar da nə etsin? Çarəsiz qalıb başlayırlar uşaqları gəmirməyə…
Universitetin illik ödənişini ödəyə bilmirsənsə, qovulmağa məhkumsan. Axı təhsil sənin haqqın deyil. Şansın gətirdi, bank krediti ilə pulu ödədinsə, müqabilində yenə normal təhsil ala bilmirsən. Kəs səsini otur. Əsas odur sənə heç nə qazandırmayan universiteti bitirib “layiqli” övlad olasan. Aldığın diplom onsuz da ixtisasın üzrə olmayan hansısa işdə, masanın laxlamaması üçün ayağının altına qoymaqdan başqa heç nəyə yaramayacaq.
Sənin yaxınların xəstəxanada normal səhiyyənin, savadlı həkimin, ya da lazım olan keyfiyyətdə dərmanın olmamasından ölürsə, bu da sənin günahındır. Yaşadığın ölkədə niyə də normal səhiyyə olmalıdır? Kimin sənə borcu var? Canın çıxsın, sən də oğurlamağın, rüşvətin bir ucundan tut, tala, yaxınını apar ya özəl xəstəxanaya, ya da xaricə, müalicə etdir.
Dövlət xəstəxanasında insanlığına tüpürmüş “yazıq” həkim, onkoloji xəstələrdən pul qazanan deputat nə etsin?
Bu baş verənlərin fonunda depresiyaya, boşluğa düşürsənsə də, axmaqsan, zəifsən. Sən kifayət qədər bacarıqlı və əzmkar kölə deyilsən. Hələ mühakimə edirsənsə öndərlərinə, qabağına yal atanlara qarşı gedirsənsə, heç “lazımlı” vətəndaş deyilsən. Sən elə ölsən yaxşıdır.
Sorğulama. Qəti sorğulama. Sadəcə sus və xidmət et. Xidmət et ki, yuxarıdakılər baxıb daha da ləzzət alsın. Ləzzət alanda bəlkə ovcundan bir az da sənə yem düşər və bundan faydalanarsan.
Müqəddəslər naminə sus!
Səndən başqa hər kəs, hər şey müqəddəs, toxunulmazdır. Mühakimə edilmir. Ana, ata, böyük bacı, qardaş, müəllim, direktor, hökümət, sistem. Onlar vaxtı ilə istedadlı kölələr olub və günümüzdə sənin sahibindir.
Yaxşı kölə özünə qamçı vurdurmaz. Sən yaxşı kölə olsan polis döyməz, içgəncə verməz. Cibindən sənə aid olmayan əşya çıxmaz. Sən yaxşı, əzmkar, istedadlı kölə deyilsən. Ona görə də davamlı döyülməyə, olmayan azadlığının əlindən dönə-dönə, sonuna qədər alınmasına məhkumsan.
Biz, bir qrup gənc də hələ bacarıqsız kölələrik. Sayımız artmadıqca, birləşmədikcə də döyülməyə, söyülməyə, təhdid və hər növ təyziqə məruz qalmağa məhkumuq. Müəllif: Sənay YağmurMənbə: azlogos.eu
| ['ağıllı olmaq', 'layiqli olmaq', 'layiqli vətəndaş'] |
162 | https://kayzen.az/blog/musiqi/26272/%C9%99n-yax%C5%9F%C4%B1-m%C3%BCharib%C9%99-mahn%C4%B1lar%C4%B1n%C4%B1n-b%C9%99st%C9%99kar%C4%B1.html | Ən yaxşı müharibə mahnılarının bəstəkarı | gunelb | Musiqi | 8 dekabr 2020, 23:23 |
Onu İkinci Dünya müharibəsi haqqında yazılan ən yaxşı mahnıların müəllifi adlandırırlar. Kino bəstəkarı, müğənni, pianoçu, aktyor, SSRİ Xalq artisti Yan Frenkel bunu müharibə illərinin uşağı olması, Böyük Vətən müharibəsində iştirak etməsi və nəhayət müharibəni bütün incəlikləri ilə duyması ilə əlaqələndirib.Böyük bəstəkar yaşasaydı, noyabr ayında 100 yaşı olacaqdı. Həm sağlığında, həm də ölümündən sonra təkcə «Durnalar” kompozisiyası dillər əzbəri olaraq, bəstəkarına ümumittifaq şöhrəti qazandırıb.
16 yaşından cəbhədə
Yan Frenkel Ukraynanın kiçik Poloqa şəhərində doğulub. Atası Abram Natanoviç bərbər idi. O, oğluna musiqini uşaqlıqdan sevdirmişdi. Yan Abramovun sözlərinə görə, atası əmin idi ki, skripkada ifa etdiyi musiqinin keyfiyyəti, onun gələcəyini həmişəlik həll edəcək. Ata yanılmamışdı. Atası, həmçinin oğluna kitab oxumağı, musiqini not dərsliklərindən öyrənməyi tövsiyə edirdi. O istəyirdi ki, oğlu saxta notlardan uzaq olsun.
Yan 13 yaşında musiqi akademiyasına daxil olur. Gənc skripkaçı Yakov Maqaziner və Boris Lyatoşinski kimi peşəkar müəllimlərdən dərs alırdı. Frenkel 1941-ci ilə qədər — müharibə başlayana qədər akademiyada təhsil alır.
Müharibə başlayanda gənc musiqiçi cəbhəyə getməyi qərara alır. Onun yaşı az idi, amma süni şəkildə yaşını artırmağa nail olur. Yan 1925-ci ildə doğulmuşdu, amma rəsmi sənədlərdə doğum tarixini dəyişərək 1920-ci il yazdırır ki, onu Orenburq hərbi məktəbinə qəbul eləsinlər. Qəbul komissiyası ilə heç bir problem yaşanmır. 16 yaşlı gənc fiziki baxımdan tam sağlam idi. Hərbi məktəbi bitirdikdən sonra Frenkel cəbhəyə yollanır. Bir ilə yaxın döyüşlərdə iştirak edir, ancaq ağır yaralanandan sonra onu müalicə edərək cəbhə teatrına göndərirlər. O, akkardionda, royalda, skripkada çalır, mahnı bəstələyir və oxuyurdu. Gənc musiqiçi döyüşçülərə dəstək olmaq üçün əlindən gələni edirdi. İlk mahnısını da cəbhədə yazır. O, cəbhədə nəinki bəstəkar olur, həmçinin gələcək həyat yoldaşı ilə rastlaşır.
Müharibə qurtarandan sonra Yan musiqi karyerasını Moskvada davam etdirir. 40-cı illərdə Frenkelin milliyyəti, əsil yaşı ilə heç kəs maraqlanmırdı. Musiqiçi məşhur əsərlər üzərində işləyir, onları paytaxtın ən bahalı restoranlarında ifa edirdi. Həmin illərdə SSRİ Bəstəkarlar İttifaqının üzvləri üçün partituralar yazır və əsərlərin aranjirovkası ilə məşğul olur. Çox keçmədən onun çevrəsində dövrünün istedadlı nəğməkar şair və musiqiçilərindən ibarət böyük bir dəstə yaranır.
Mixail Taniç, Robert Rojdestvenski, Konstantin Vanşeykinlə əməkdaşlıq bütöv şlyaqerlər qrupunun yaranmasına səbəb olur. Bəstəkarın karyerasına məşhur musiqi xadimləri dəstək olur. Onu Bəstəkarlar İttifaqından çıxarmaq istəyəndə Dimitri Şostakoviç dadına çatır. Böyük bəstəkar Frenkelin əsərlərinə müsbət rəy verir.
Kiçik kommunal mənzildən geniş dünyaya
Frenkelin mahnılarının çoxu balaca kommunal mənzildə yaranırdı. Belə məqamlarda bəstəkar ümumi dəhlizə qaçır, orda qoyulan telefonla zəng edərək yeni melodiyasını dostlarından birinə oxuyurdu. Arxa planda isə uşaqlar ağlayır, qonşular dalaşır… amma musiqiçiyə məişət problemləri mane ola bilmirdi. „Kimsə itirir, kimsə tapır”, “Qırmızı itburnu”, „Mən tələsirəm, məni bağışla” və s. mahnılar belə şəraitdə yarandı.
Bəstəkar 70-ci illərdə SSRİ-nin himninin orkestr versiyası üzrə keçirilən müsabiqədə qalib gələndən sonra öz mövqeyini möhkəmləndirə bilir. Müsabiqəyə ölkənin tanınmış bəstəkarları cəlb olunmuşdu. Komissiyanın rəhbəri isə vaxtilə Frenkelin Bəstəkarlar İttifaqından qovulmasına mane olan Şostakoviç idi.
70-ci illərdə Frenkel özünü təkcə istedadlı bəstəkar kimi deyil, həm də aranjimançı kimi göstərir. O, yaddaşlara ani hopan filmlərin kompozisiyasını yazır. Kinorejissorlar filmlərinə, məhz Frenkelin musiqi yazması üçün növbəyə düzülür.
Həmin yaradıcılıq illərində bəstəkar 60-dan artıq filmə musiqi yazmağa müvəffəq olur. Bu filmlərin hər biri sovet ekranının bəzəyi idi.
Frenkel özünü aktyor kimi də sınamaq qərarına gəlir. O, 4 filmdə epizodik rolda çəkilir. Ən yadda qalan obrazı isə “Rusiya imperiyasının tacı” filmindəki Lui-Leonid rolu olur.
Yan Abrampviç bir çox aktyorlarla yaxından dostluq edir. Ən yaxın dostu Andrey Mironov idi. Məşhur aktyor dəfələrlə kinofilmlərin çəkilişi zamanı Frenkelin mahnılarını oxumuşdu.
Frenkel təkcə kino və estrada üçün musiqi yazmırdı. Bir çox multfilmlər onun musiqisi ilə tanınır. Teatr tamaşalarında da onun ecazkar musiqisi eşidilirdi.
Frenkel gözəl kino bəstəkarı olmasına görə, incə zövqünə və bədii əsərlərə sevgisinə minnətdar idi. O, ezamiyyətlərə gedərkən həmişə yolda oxumaq üçün kitab götürərdi. Onun nadir kitablardan ibarət zəngin kitabxanası vardı. Bəstəkar istənilən hava şəraitində çıxış etməkdən çəkinməzdi. Nə günəşin olmaması, nə havanın soyuğu, nə yağış bəstəkarın öz sevimli tamaşaçıları ilə görüşünə mane ola bilirdi. Hətta bir dəfə onun çıxışını açıq havada dinləmək istəyən dinləyiciləri, evinin divarını sökərək royalı həmin məkana aparmışdılar.
Yan Frenkel tez-tez tamaşaçıları ilə görüşdə öz mahnılarını özü ifa etməyi xoşlayardı. O dövrün ən məşhur müğənniləri də onun mahnılarının ifaçısı idi. Onun mahnıları Anna Germanın, İosif Kobzonun, Lyudmila Zıkinanın, Georgo Otsun, Naninin repertuarını bəzəyirdi.
Kədərli ana və durnalar
Bəstəkarın ən məşhur kompozisiyalarından biri „Durnalar”dır. Bu mahnının klassik ifası Mark Bernese aiddir. Mahnının səsyazmasından bir ay sonra Mark Bernes vəfat edir. Dağıstanın Xalq şairi Rəsul Həmzətovun orijinal şeiri üzərində Şərq poeziyasının gözəl tərcüməçisi Naum Qrebnevin rus dilinə tərcüməsi möhtəşəm bir əsərin meydana gəlməsinə səbəb olur. Mahnının yaranmasın maraqlı tarixi var: Şimali Osetiyanın Dzuarukau kəndində Qazdanovlar ailəsinin 7 oğlu cəbhəyə gedir. Oğullardan biri 1941-ci ildə Moskva yaxınlığında həlak olur. İkincisi 1942-ci ildə Sevastapolun müdafiəsində vuruşur və həlak olur. Üçüncü oğlun dəfnində anası da vəfat edir. Növbəti üç oğul Kiyev, Belarus və Qafqaz uğrunda döyüşlərdə həlak olurlar. Kəndin poçtalyonu Berlin uğrunda gedən döyüşlərdə həlak olan sonuncu oğulun ölümü ilə bağlı xəbəri ailəyə vermək istəmir. Onda kəndin ağsaqqalı özü onların evinə gedir. Qapının astanasında yeganə nəvəsi ilə oturan qoca atanı görür və az qala ürəyi qopur. Başa düşür ki, bu xəbəri ataya verməkdən dəhşətli heç nə yoxdur…
1963-cü ildə kənddə kədərli ana və yeddi uçan quş heykəli qoyulur. Rəsul Həmzətov həmin abidəni ziyarət etdikdən sonra onun təsiri altında “Durnalar” şeirini yazır. Xoşbəxtlikdən şeirin rus dilinə tərcüməsi möhtəşəm alınır.
Mahnını bəstələyən Yan Frenkel üçün də müharibə şəxsi mövzu idi. O mahnını Mark Bernese oxumağa verəndə müğənni hönkürtü ilə ağlayır. Frenkel onun sentimental adam olmadığını deyir, bununla belə, mahnı ona necə təsir edirsə, Bernes göz yaşını saxlaya bilmir.
Mahnı bir ayın içərisində hazır olur və efirdə səslənəndən dərhal sonra məşhurlaşır. Bernes ağciyər xərçəngi idi. O, mahnının sözlərini əlinə alanda tələsir, bilirdi ki, vaxtına az qalıb və yaradıcılığına məhz bu mahnı ilə nöqtə qoymaq istəyirdi. 8 iyul, 1969-cu ildə oğlu mahnını yazdırmaq üçün onu studiyaya aparır. Bir dublla mahnı yazılır və efirdə səslənəndə ümumittifaq hitinə çevrilir.
»Durnalar” həqiqətən Bernesin ifa etdiyi sonuncu mahnı olur. Bernes bir aydan sonra vəfat edir. Ancaq onun ağ durnaları müharibədə qəhrəmanlıqla həlak olan əsgərlərin simvolu kimi əbədiləşir. Təkcə abidələrdə yox, yaddaşlarda da, ürəklərdə də əbədilik qazanır.
Kompozisiya bütün illər ərzində ən yaxşı müharibə mahnıları kataloquna daxil olur. Mahnı efirdə səslənəndən sonra həlak olan əsgərlərin simvoluna çevrilir. Müxtəlif şəhərlərdə, kompozisiyaya əsas elementi durnalar olan memorial komplekslər həsr edilir. Mahnının uğuru o qədər genişmiqyaslı olur ki, hətta bəstəkarına, bəzən xoşagəlməz anlar yaşadır. «Durnaları”ın tez-tez ifa olunması ilə bağlı anonim şikayətlərdən biri də Sov.İKP MK-ya çatır. Belə məqamda şəxsən Leonid Brejnevin özü bəstəkarı himayəyə qalxır.
Mahnını müxtəlif vaxtlarda Mark Bernes, Boyan Kodriş, Oleq Poqudin, Dmitri Xvorstovski, Valeri Leontyev, Alsu, Mark Olmond oxuyub. Əfsanəvi müğənni Müslim Maqomayev də „Durnalar”a biganə qalmayıb. O kompozisiyanı ilk dəfə Bakıda tamaşaçıları üçün oxuyub. “Düzdür, Mark Bernesdən sonra bu kompozisiyanı oxumaq çətindir, amma bu əsər bütün zamanlar üçün yazılıb” — deyə böyük müğənni mahnını özünəməxsus tərzdə ifa edib.
Yan Abramoviç gələcək həyat yoldaşı ilə müharibədə tanış olur. Toylarından sonra arvadı Nataliya Melikova qızları Ninanı dünyaya gətirir. Ailə, Frenkelin hələ 1946-cı ildə kirayələdiyi çox da böyük olmayan kommunal mənzildə yaşayırdı. Bəstəkarın qızı 1980-ci ildən İtaliyada yaşayır. Yan adlı nəvəsi isə babasının sənətinin davamçısıdır. Hazırda Amerikada mühafizə orkestrinin ifaçısıdır.
80-ci illərin sonunda həkimlər Frenkeldə xərçəng xəstəliyi aşkar edir. Müalicə bəstəkara kömək etmir. Xəstəlik sürətlə yayılmışdı. Özünü pis hiss etdiyindən, bəstəkar tez-tez xəstəxanada yatmalı olurdu. 1989-cu ildə Yan Abramoviç xəstəxana divarlarını dəniz mənzərəsinə dəyişməyi qərara alır. Bəstəkar ailəsi ilə Riqaya gedir və avqust ayında orada vəfat edir. Bəstəkarı Moskvada, Novodeviçnı qəbiristanlığında öz musiqisinin sədaları altında dəfn edirlər. Həyat yoldaşı Natalya Mixaylovna da sevimli ərinin ölümündən bir neçə il sonra dünyadan köçür.
2000-ci ildə bəstəkarın yaşadığı evə memorial lövhə vurulub. Moskvada heç bir qohumu yaşamasa da, Yan Frenkel, qarşısında hər kəsin ayaq saxlaya biləcəyi bir ünvanı yadigar qoyub.
Tərcümə etdi: Təranə MəhərrəmovaMənbə: kaspi.az
| ['Yan Frenkel', 'müharibə mahnıları', 'bəstəkar Yan Frenkel'] |
163 | https://kayzen.az/blog/psixologiya/26269/h%C9%99rislik-%C3%B6z-yerind%C9%99,-amma-biz-d%C3%BCr%C3%BCst%C3%BCk.html | Hərislik öz yerində, amma biz dürüstük | gunelb | Psixologiya | 7 dekabr 2020, 01:19 |
Nəhayət ki, insana güvənmək üçün «ciddi səbəb» tapılıb. Demək olar ki, dünyanın hər yerində itmiş pulqabını sahibinə qaytarırlar, özü də içindəki pul nə qədər çoxdursa, pulqabının qayıtma ehtimalı da bir o qədər yüksəkdir», bu haqda Science jurnalı yazır.
Miçiqan (ABŞ) və Sürix Universitetlərində (İsveçrə) aparılan araşdırmalar, insanlıq haqdakı bədbin təsəvvürləri inkar edir. Müxtəlif kontinentlərdə, dünyanın 40 ölkəsində, 355 şəhərdə aparılan araşdırmalar belə düşünməyə əsas verir. Araşdırma müəlliflərinin məqsədi, vətəndaş dürüstlüyünün səviyyəsini ölçmək olub. Bunun üçün onlar, «şeytani» bir ssenari qurublar.
Araşdırmaçıların assistentləri guya indicə tapdıqları pulqabıları, araşdırmadan xəbərsiz olan müxtəlif idarə və təşkilatların əməkdaşlarına veriblər. Görəsən onlar, itmiş əşyanı sahibinə qaytaracaqlarmı? Ümumilikdə 17303 guya itirilmiş pulqabı banklarda, poçt şöbələrində, otellərdə, teatrlarda və s. yerlərdə məsul işçilərə təhvil verilib.
Hər bir pulqabıda üç vizit kartı (yerli dildə), bazarlıq siyahısı və bir açar olub. Pulqabıların yarısında 13,45 ABŞ dollarının ekvivalenti olan yerli valyuta, digər yarısında isə ümumiyyətlə pul olmayıb. Hər bir ölkədə, vizit kartlarda eyni ünvan və əlaqə nömrəsi göstərilib. Beləliklə pulqabıların neçəsinin geri qayıdacağını asanlıqla qeydə almaq mümkün olub.
Təcrübə dovşanları araşdırmaçıları xeyli təəccübləndiriblər. Biz gözəliyirdik ki, pulqabını tapanlar hərislik edib, pulu qaytarmayacaqlar, lakin tam əks mənzərə ilə qarşılaşdıq, müəlliflər qeyd edirlər. Meksika və Perudan savayı, içində pul olan pulqabıların qaytarılması faizi daha yüksək olub.
Pul ehtiva etməyən pulqabıların dünya miqyasında qaytarılması ortalama 40% həddində olub. İçində pul olanlar isə, 51% hallarda qaytarılıb. Bəs görəsən təhrik daha çox olsa, yenə də pulu qaytaracaqlarmı? sualını verən tədqiqatçılar ABŞ, Böyük Britaniya və Polşada üç növ pulqabı hazırlayıblar – içində heç pul olmayan, 13,45 və 94,15 ABŞ dolları olan puqabılar. Nəticələr bu dəfə də gözləntiləri üstələyib. Boş qulqabıların 46%, az pul olanların 61%, çox pul olanların isə 72%-i qaytarılıb.
Görəsən bu məntiqsiz dürüstlüyün səbəbi nədir? Pulqabının təhvil verilməsi əsnasında çəkiliş aparan təhlükəsizlik kameraları, şahidlər filan heç bir rol oynamır, müəlliflər qeyd edir. Müqayisə olunabilən iki ehtimal qalır: həqiqi altruizm və oğru adlandırılmaq qorxusu. Həmin ölkələrdə, içində açar olan və olmayan pulqabıları tapanların davranışları da təhlil olunub. Açar – itirən üçün vacib, tapan üçün isə faydasız əşyadır. Odur ki, içində açar olan pulqabıların qaytarılması 9,2% daha çox olub. Deməli altruizm öz sözünü deyir.
Sonra keçirilən sorğulara baxdıqda isə görürük ki, reputasiya bu insanlar üçün çox vacib rol oynayırmış. Sənin haqqında kiminsə «oğru» fikirləşməsi narahatedicidir, insanlar bundan ikrah duyurlar və bu hiss, hərislik hissini üstələyir, Sürix universitetinin iqtisadiyyat professoru Mişel Andre Mareşal deyir.
Çikaqo Universiteti psixologiya və psixiatriya professoru Han Deseti isə bu araşdırmanı «əlahiddə» adlandırır. Nəticələr göstərir ki, moral bizim növə xas olan bioloji adaptasiya faktorudur və bu, bizim reproduktiv uğurumuzun təminatçısı olub.
Bütün bunlarla yanaşı, araşdırmalar həm də ölkələr arasındakı uçurumu nümayiş etdirib. Belə ki, Çində pulqabını qaytaranların faizi 14, İsveçrədə isə ən yüksək – 76%-dir. Beləliklə, İsveçrə dünyanın ən dürüst insanlarının yaşadığı ölkə olub. Mənbə: azlogos.eu
| ['pul qabı', 'pulqabı', 'pul qabı itirmək'] |
164 | https://kayzen.az/blog/marstrat/26268/m%C3%BC%C5%9Ft%C9%99ri-t%C9%99msil%C3%A7isi-kimdir.html | Müştəri təmsilçisi kimdir? | gunelb | Marketinq strategiyaları | 7 dekabr 2020, 01:13 |
10-12 il əvvəl, qlobal agentliklərlə işləyərkən bu sözü tez-tez eşidirdim – account manager. Marketinq sferasında yeni və öyrənməyə çox həvəsli olduğumdan vəzifəsini və məsuliyyətini dəqiq bilmək, hiss etmək istədiyim ilk iş bu idi deyə bilərəm. Etiraf edim ki, ilk illərdə elə bilirdim bu adamların işi-gücü ancaq ortalıqda dolanmaq, apar-gətirdir. Təbii ki, bunların davamı olaraq da “havayı pul alır”lar qənaətinə də gəlməmişdim desəm, yalan olar.
Sizinlə bir təcrübəmi bölüşüm. İdealın reklamları üçün yerli və qlobal agentliklərlə tez-tez görüşürdük. Rus, türk, azərbaycan agentlikləri ilə görüşlərimiz olurdu. Alametifarika ilə işləməyə qərar verəndən sonra agentlikdə bir nəfərin demək olar ki, 4 ay boyunca işi ancaq mən oldum. Nə edirdim izləyirdi, maillərə işıq sürəti ilə geri dönürdü, İstanbula gedirdim yanımdan ayrılmırdı, dağdan-dərədən söhbətlər açırdı, qısası bir dəqiqə çənə dayanmırdı. Arada məndən əl çəkəndə komputerinə baxırdım ki, görüm bu adamın məndən başqa işi nədir. Məndən aralanması isə ancaq setdə, çəkiliş vaxtı olurdu bu arada. Bir dəfə hətta dözməyərək soruşdum ki, iki daşın arasında nə edirsən gecənin yarısı. Dedi ki, mənim işim işləri takip etmektir. Üzümdəki müəmmanı yəqin hiss etdi ki, cavabımı gözləmədən “Ben iletişimde düyünleri gördüyüm an girer, çözer ve çıkarım” dedi. Gəl indi başa düş.
Sonra-sonra başa düşdüm ki, əslində bu adam agentlik-müştəri münasibətlərində ən kilid adamdır. Məsələn, elə bir xoş olmayan hadisə olurdu ki, həmin hadisəni account manager dediyimiz adam o formada təqdim edir və prosesi idarə edirdi ki, hirslənə bilmirdin, normal qəbul edirdin. Kobud desək, agentliyin sözünü bizə, bizim sözümüzü agentliyə ötürürdü, amma münasibəti elə isti saxlayırdı ki, ola biləcək və olan bütün neqativlərə pozitiv baxıb “olan şeydi, düzələr” deyə bilirdin. Onların işinin kəramətini zaman keçdikcə, təcrübəm artdıqca daha çox anlamağa başladım. Haşiyə çıxaraq bildirim ki, bu vəzifə sahiblərinə artıq qısaca “milli dildə” “account” deməklə kifayətlənirik.
Dostlar, bu yazıda mən bir çoxumuzun “account manager”, bir çoxumuzun da “müştəri təmsilçisi” kimi bildiyi şəxslərdən, onların işindən, işlərinin vacibliyindən yazacam. Bir sözlə, bugünün account managerini 5 bəndlə təsvir etmək istəyirəm.
1- İndi marketinqə baxış necə dəyişibsə, agentlik-müştəri münasibətlərində account manager-lərə olan gözlənti də o dərəcədə dəyişib. Əgər əvvəllər müştəri təmsilçisi ancaq müştəri ilə agentlik arasında fiziki körpü rolunu oynayırdısa, bu gün ondan təkcə fiziki deyil, eyni zamanda intellektual körpü olmasını tələb edirlər. Klassik yanaşma tapşırığı al – ötür – icra etdir – nəticəni yenidən ötür prinsipi ilə gedir. Bu fikizi körpü olmaqdan o tərəfə keçmir.
2- Data ilə işləmək bacarığı, prosesləri anlamaq qabiliyyəti, normanın üstündə ünsiyyətcil və gülərüz olması, yaradıcı düşünmə, diqqətli olması, yaddaşının güclü olması onları digərlərindən fərqləndirən xüsusiyyətlərdir. Ən vacib bacarığı isə empatiya qurmasıdır, yəni özünü bizim misalda müştərinin yerinə qoyması. Account manager agentliyin işçisi olsa da, daim daxildə ən müxalif adam olur. Bundan dolayı daxili komandada sevilməyə də bilər, amma bunu qətiyyən dərd etmək olmaz, işlərinin adı budur. Ümumiyyətlə işdə bir-birini yola verib guya bir-birilərinə yaxşılıq etdiyini düşünən adamlar ilk növbədə özlərinə pislik edir. O adamlar unudur ki, işdə qurulan 90% “dostluq münasibəti” iş bitəndə yoxa çıxır. Ona görə də işinizdə daha çox məsuliyyət götürün, qərarlarınızda, fikirlərinizdə həm də vicdanın səsinə qulaq verin. Empatiya qurma və stressi idarə etmə mənim üçün bir account manager-də olmazsa-olmaz dediyim 2 xüsusiyyətdir.
Empatiya qurmaq öz komanda yoldaşlarının fikrinə tənqidi yanaşmaq, özünü müştərinin baxış bucağından təqdim etmək deməkdir. Account managerə heç kim “sən kimin dostusan, ayının ya bizim” deyə bilməz. Çünki həm də ayının dostu olmaq account managerin işlərindən biridir.
3- Account manager həm agentlik daxili kommunikasiyanı, həm də xarici kommunikasiyanı idarə edə bilməlidir. Daxili kommunikasiyanın qırılmaması üçün mütəmadi olaraq müştəridən aldığı tapşırığı icra edən həlqələrin hamısı ilə sıx əlaqədə olmalı, müştərinin istəyini həmin şəxslərə düzgün ötürməlidirlər. Eyni zamanda müştərinin verdiyi vaxtdan gecikməmək üçün o işi görənlərin hər birinin də icra vaxtlarına nəzarət etməli, gecikmələrin və onlara səbəb olan hadisələrin qarşısını almalıdır. Yuxarıda qeyd edildiyi kimi, ilk növbədə düyün yaranmamasına diqqət etməli, yarananda isə dərhal o düyünü çözməlidir – müştəri məmnuniyyəti əsasdır. Və bütün bunları edərkən heç bir halda komandasının verdiyi nəticəni olduğu kimi müştəriyə ötürməməli, ilk olaraq öz süzgəcindən keçirməli, özünü müştərinin yerinə qoyub ortaya suallar çıxarmalı, bu suallar nəticədə əks olunmursa, işi komandaya təkrar geri qaytarmalıdır. Təbii ki, account managerin bunları etməsi üçün səlahiyyəti olmalıdır. Agentlik rəhbəri bunu etmək üçün səlahiyyət verməyibsə, o zaman məsuliyyəti də onunla yarı bölmüş olur. Səlahiyyət və məsuliyyət paraleldir, nöqtə.
4- Müasir texnologiyalar əvvəlki iş görüşmələrinin sayını azaldıb. WhatsApp qruplar, Mesenger və daha N qədər alətlər var ki, onlardan istifadə edərək vaxt itirmədən müştəri ilə əlaqə saxlamaq olur. Amma account manager maksimum çalışmalıdır ki, müştəri ilə canlı ünsiyyətdə olsun. Bunu günümüzün reallığı da bir daha sübut edir. İdeya və ya hər-hansı yeniliyi, önəmli mövzunu siz yazılı şəkildə etməklə istədiyiniz kimi ötürə bilməzsiniz. Müştəri sizinlə canlı ünsiyyətdə dediyinizə nə qədər inandığınızı emosiyalarınız, gözünüzdəki parıltı, nə bilim canım sizə desin jestlərinizdən oxumalıdır. Qlobal agentliyin kreativ direktoru bir dəfə bir ideyanı bizə təqdim edirdi. Ofisdə görüşdük. Dedi mən bunu kağızdan oxumayacam, sizə də problem deyilsə, mən bu rolları canlandırım. Və adam durdu başladı oxuya-oxuya səhnələri bacardığı qədər canlandırmağa. Üz ifadələri, ideyaya inanması, işi görmək ehtirası və s. bizdə də xoş təsir buraxmışdı. İndi demirəm ki, account manager dursun fokus göstərsin, amma üz-üzə görüşü əsla əldən vermək olmaz, nə də onun yerini başqa üsul doldurmaz.
5- Bu sonuncu qeyd də olduqca vacibdir. Müştəri agentlik əlaqələrində dediyimiz kimi account manager agentliyin siması olur. O, digər həmkarları ilə müqayisədə daha çox korporativ dəyərlərdən xəbərdar olmalı, nəyi demək olar, nəyi yox, müxtəlif situasiyalarda özünü necə aparmalı olduğunu yaxşı bilməlidir. Azərbaycan reallığında, bəlkə də dünyada da elədir, müştəri ilə agentliyin, məsələn, dizaynerlə, kopirayterlə, digər vəzifə sahibləri ilə birbaşa kontaktının olması dini ritorika ilə izah versək, bəyənilmir. Çünki acocunt managerdən başqa digər halqa üzvləri özləri də istəmədən və ya bilərək agentlik haqqında lazımsız informasiya verə və ya ən pis halda öz iş prinsipi və müştəri ilə danışıqda buraxdığı səhvlə müştərinin itirilməsinə səbəb ola bilər. Üstəlik arada neqativ halların, lap uzağa getsək və kobud desək “mümkün sövdələşmələrin” qarşısını almaq üçün agentliyi müştərinin yanında ancaq account managerin təmsil etməsi daha düzgündür.
Ümidvaram bu yazı ilə son zamanlar aktuallığı artan peşələrdən olan account managerlər haqqında daha dolğun təsəvvür yarada bildik Müəllif: Rafiq HunaltayMənbə: azlogos.eu
| ['müştəri əlaqələri', 'account manager', 'marketing', 'marketinq', 'müştəri xidmətləri'] |
165 | https://kayzen.az/blog/anal%C4%B1q/26262/m%C9%99n-valideyn%C9%99m.html | Mən valideynəm | gunelb | Körpəyə qulluq və analıq | 6 dekabr 2020, 15:26 |
Uşaqların inkişafında ailə çox önəmli yer tutur. Bu səbəbdən valideynlər uşaqlarının hər bir ehtiyacını ən yaxşı şəkildə qarşılamalıdır. Lakin bəhs etdiyimiz bu ehtiyaclar uşağınızı təkcə maddi nemətlərlə təmin etməklə məhdudlaşmır, uşağınızın ən önəmli ehtiyacı mənəvi cəhətdən ona verdiyiniz dəstəkdir.
Özünə inam dediyimiz şey nədir?
Mütəxəssislərə görə, özünəinam insanın özü haqqında hissetdiyi bütün yaxşı hisslərdir, bir insan özü haqqında nə qədər yaxşı hissə sahibidirsə və özündə olan potensialın nə qədər fərqindədirsə, o qədər özünə inama sahibdir. Nə üçün özünə inamın olması bu qədər önəmlidir?
Çünki özünə inam sayəsində insanlar özlərini və edəbiləcəklərini kəşf edirlər, yalnız başqalarının nələrsə edəbiləcəyi düşüncəsindən uzaqlaşır və öz qərarlarını həyata keçirmək üçün mücadilə edirlər. Əks təqdirdə isə öz düşüncələrini ifadə etmədən başqalarının göstərişi altında ömürlərini keçirərlər və heç bir zaman özlərini tanıma fürsəti əldə etməzlər.
Nələr edə bilərsiniz?
Uşağınızda özünə inamın formalaşmasının qarşısını alan ən böyük qüsur onu başqa birisiylə müqayisə etməkdir. Əsla uşağınızı bir başqasıyla, xüsusilə də, qardaşı (bacısı) ilə müqayisə etməyin; Övladınızın potensialını anlamağa çalışın və onu edə bilməyəcəyi işlərə təhrik etməyin; Onun elədiyi yaxşı işləri təqdir edin və onu mükafatlandırın; Övladınızla yaxşı bir münasibət qurmağa çalışın və özünə inam problemi hiss etdiyiniz anlarda ona dəstək olun; Ona müxtəlif tapşırıqlar verin.Məsələn, birlikdə maşın yumaq, yemək süfrəsini hazırlamaq uşağınız üçün özünə inamı inkişaf etdirəcək fəaliyyətlər ola bilər. Bu fəaliyyətlərdən sonra onu təqdir edən sözlər söyləməyi unutmayın; Övladınızla birlikdə edəcəyiniz hər bir fəaliyyəti ona danışın. Ondan fikrini soruşduğunuzda o, həm ona verdiyiniz dəyəri anlayacaq, həm də özünü ifadə edə bilməyi öyrənəcəkdir; Övladınızın səhvləri haqqında heçkimin danışmayın. Bu davranışınızla uşağınızı təhqir etməklə qalmır, həm də onun sizə olan inamını da itirmiş olacaqsınız.
Uşaqları ilə münasibətdə heç bir problem yaşamayan, ancaq həyat yoldaşları ilə münasibətdə ciddi problemlərlə üz-üzə qalan çox valideynlər var. Belə valideynlərin uşaqları valideynləri ilə “yaxşı vaxt keçirsələr də”, ata-anaları arasındakı gərginlikdən təsirlənirlər.
Elə isə ideal valideynlik üçün ideal ünsiyyətin əhəmiyyəti nədir?
Hər şeydən əvvəl bu, valideynlərin özləri üçün vacibdir. Çünki əgər valideynlər özlərini “əmin-amanlıq”da hiss edirlərsə (başqa sözlə, ailə daxilindəki problemlərlə bağlı heç bir gərginlik yaşamırlarsa), istər-istəməz bunu öz atalıq və ya analıq “rollarında” da əks etdirirlər. Tərəflər arasındakı ünsiyyət uşağa vermək istədiyiniz şeylərin (təbii ki, tərbiyə başda olmaqla) daha tez təsir göstərməsi üçün də çox vacibdir. Əks halda, bütün səyləriniz boşa gedə bilər. Uşaqlar yaxşı hərəkətləri təqlid etdikləri kimi, pis hərəkətləri də təqlid edirlər. Xüsusilə bu, kiçikyaşlı uşaqlar üçün daha xarakterikdir. Başqa sözlə, əgər uşağınızdan sevginizi əsirgəmirsinizsə, ancaq öz aranızda “nifrət” hakimdirsə, deməli, uşağınız təkcə sevgini yox, nifrəti də öyrənəcək. Ailədəki qeyri-sabit mühiti görən uşaq müəyyən bir vaxtdan sonra valideynlərinin səmimiyyətinə inanmır. Bu isə vaxt keçdikcə ailə daxilində etimadsızlığın meydana gəlməsinə və uşaqda özünəinamın azalmasına səbəb olur. Tərəflər arasındakı gərginlik uşağın psixologiyasına da mənfi təsir göstərir. Əgər uşaq yeniyetməlik dövründədirsə, istər-istəməz daha sabit bir mühit axtarmağa başlayır. Buna görə də tədricən evdən uzaqlaşır. Belə mühitlərdə böyüyən uşaqlar gələcəkdə quracaqları ailələrdə də bu mənfi təsirlərdən xilas ola bilmirlər. Uşaqlara ayrılan zaman da daha çox nəsihət verərək keçirilir. Bunun yerinə gənclərin zövqlərinə də uyğun gələcək ortaq fəaliyyətlər tapmaq və bu vaxt inkişaf edən təbii mühitlərdə ünsiyyət qurmaq daha asan olacaq. «Ana, ata nə edir? Ümumiyyətlə, bizim zamanımızda belə şeylərmi var idi?» şəklində reaksiyalar verərlər. Uşaqlarının hər etdiyindən xəbərdar olmaq istəyirlər. Onun hər hərəkətinə tez əsəbiləşərlər. Davamlı nəsihət verən bir hal içinə girirlər.
Valideynlərin rəftarı necə təsir edir?
Ana-atasının hər şeyinə müdaxilə etməsi, davamlı idarə altında tutulması, davamlı nəsihətin verilməsi onları narahat edir. Gənclər bu vəziyyəti özlərinə dəyər verilməmə hesab edirlər. Azadlıqlarının qısıldığını düşünürlər. Ana-atayla davamlı bir qarşıdurma mühiti meydana gəlməyə başlayır. Ana ata nə etməlidir? Uşağınızın artıq bir şəxsiyyəti olduğunu qəbul edin. Onların fikirləri, zövqləri sizə tərs gəlsə də, acımasız formada tənqid etməyin. Əvvəlcə onlara hörmət etdiyinizi nümayiş etdirin. Kiçik səhvlər etmələrinə icazə verin. Həddindən artıq qorumaqla onları həyatdan qopardığınızı unutmayın. Yetkinlik çağında onun ən yaxşı yoldaşı siz olun. Yetkinlik dövrü uşaqlar və ailələri üçün çox çətin keçən bir dövrdür. Uşağınızın hər şeyə etirazlar etdiyi, «mənim etdiyim doğrudur» dediyi, davakar olduğu bu dövrü sağlam bir şəkildə sovuşdura bilməsi üçün onun ən yaxşı dostu siz olmalısınız.
Nə etməliyik?
Hər şeydən öncə tərəflər bir araya gəlməli və mövcud problemləri nəzərdən keçirməlidirlər. Əgər tərəflərdən biri problem olduğunu qəbul etmirsə, onda problem olduğunu qəbul edən tərəf məsələyə müdaxilə etməli və problemin həllinə çalışmalıdır. Əgər problemin həllinə daha tez nail olmaq istəyirsinizsə, güzəştə getməyi də bacarmalısınız. Yetkinlik çağinda onun ən yaxın yoldaşı siz olun. Problemlərinizi həll edənə qədər həssas davranmalı və bu prosesin uşağınıza mənfi təsir göstərməsinə imkan verməməlisiniz. Tərəflər qəbul edəcəkləri bütün qərarlarda uşaqlarını da nəzərə almağı unutmamalıdırlar. Mənbə: ilk5il.az
| ['valideyn olmaq', 'valideyn', 'valideynlərin rəftarı', 'ideal valideyn olmaq üçün', 'ideal valideyn'] |
166 | https://kayzen.az/blog/maraqli-faktlar/26260/allaha-inanmayan,-allah%C4%B1n-yaponlar%C4%B1.html | Allaha inanmayan, Allahın yaponları | gunelb | Maraqlı faktlar | 5 dekabr 2020, 00:51 |
İndiyədək yaponlar haqqında çox oxumuşam, bu insanların yaşam və uğur tərzi mənə həmişə maraqlı olub. Əbəs yerə uğur tərzi demədim, çünki indiyədək elədiklərilə yaponlar uğuru əlçatımlılığı asan olmayan fenomenə yox, məhz sıradan bir tərzə çevirməyi bacarıblar. Ən son oxuduğum kitabdan sonra isə, qəti qərara gəldim ki, indiyədək ayrı-ayrı yerlərdə apardığım qeydlərimi bir yerə toplayıb paylaşım.
Yaponlar haqqında bir-iki kəlimə
Yaponiya haqqında ümumi olaraq coğrafi baxımdan yadımda qalanlar bunlardır. Ərazisi təxminən 377 min kv.km-dir, ümumi 6852 adadan ibarətdir, torpaqlarının cəmi 13%-i əkinçiliyə əlverişlidir və nəhayət, ərazisinin 66%-i dağlıqdır. Yapon iqtisadiyyatının xammadə tələbatı demək olar ki, 100%-i, qida maddələrinin isə tam yarısı idxal olunur. Qısaca, yaponiyada yoxsul yoxdur, amma çox zəngin insanlar da yoxdur deyilənə görə. 128 milyon əhalisi olan ölkənin 2050-ci ilə qədər 100 milyona enəcəyi deyilir.
Bu, “bir-iki kəlimə”ni yazmaqda məqsədim yaponların hər mənada “resurs” baxımından nə qədər sıxıntısının olduğunu göstərməkdir.
Yapon möcüzəsi haqqında eşitmişik. O möcüzənin əsasında məhz Kayzen – yəni “davamlı olaraq yaxşılaşdırma, mütəmadi olaraq irəliyə getmə, hər günü öncəki gündən daha yaxşı etmə” durur. Onların uğurunun “niyə”sində gizlənən əsas amillərdəndir Kayzen.
Yaponların bir çox xarakteristik özəllikləri var ki, onlardan bir neçəsini sadalayaq:
– Tipik bir yapon heç vaxt “bu məni maraqlandırmır, mənə nə” deməz. Kollektiv ruh onlarda inanılmaz yüksəkdir.
– Yaponlar çox qürürludurlar, qürurlarına toxunulduğunda rahatca intihar etməyi bacaran bir millətdir. Kapitalizmin təzə kök atdığı vaxtlarda yeni-yeni borclanmağa başlayan yaponlar ödəyə bilmədiklərində kütləvi intiharlara keçdilər, hətta bir vaxtlar ölkədə intihar səviyyəsi 100 min adama 28 nəfərə kimi qalxmışdı. «Xəta etmək olar, amma onun da sayı 0 olmalıdır» deyirlər. Xəta edəni bağışlamırlar, etməyi də heç sevmirlər, bu səbəbdən yaponlar ən az xəta etdiklərinə görə də, dünyanın ən az üzr istəyən millətidir.
– Yaponlar heç vaxt səs tonlarını qaldırmaz, başqası da bunu edəndə özlərinə qarşı təhqir bilərlər.
– Yaponiyada kişilər qadınlardan üstün hesab olunur. Qadınlar adətən ikinci dərəcəli işlərdə işləyir. Yapon kişisi qadının ona hökm etməsini heç sevməz. Hətta maraqlı bir fakt var ki, Yaponiyada ali təhsilli qadınlar, orta təhsillilərə nisəbətən daha az iş tapa bilirlər. Çünki ali təhsilli qadınları işə götürməyə həvəsli olmur yapon kişilər. Orta təhsillilər isə bəsit, sadə işləri görürlər. Yapon kişisinə görə yapon qadını evlənənə qədər işləyə bilər, evləndikdən sonra isə onun işi vətəninə xeyirli nəsil yetişdirmək olmalıdır.
İndi isə, yapon idarəçiliyindəki maraqlı məqamlara nəzər salaq:
– Yaponlar fərdi qərar verməyi sevmirlər, qərarlar adətən ortaq alınır, hamının fikri mütləq dinlənilir. Ailədə bu mədəniyyət hakim olduğuna görə, iş dünyasına da təsir edib. Yaponlara görə ortaq qərarlar verilərkən, hər kəs razı qalır, çünki hamı hiss edir ki, bu qərarın verilməsində onun da rolu var və təbii olaraq o qərarı dəstəkləməyə meylli olur. Qərbdə isə adətən bəlli xüsusi qruplar qərar verir və nəticədə aşağılar əksərən qərardan narazı qalırlar. Qərbdə qərarı həm də tez verirlər, amma icrası uzun çəkir. Uzun çəkən icra isə xətalara səbəb olmaqla yanaşı, bu qərardan xəbəri olmayan aşağıdakı işçilər tərəfindən könülsüz yerinə yetirilir. Onlar iş müstəvisində bir qərara gəlməkdən ötrü 80-ə yaxın insanın fikrini yazılı şəkildə alırlar. Məhz buna görə də Amerikada belə bir deyim var: “əgər Yaponiyaya bir müqavilə imzalamağa gedirsinizsə, bunu əsla 1-2 gündə edə biləcəyinizi sanmayın. Bəxtiniz olsa, 2 həftədən sonra bəlkə “hə” cavabını alarsınız.”
– Yaponlar heç bir şeyə “ən yaxşı” deməzlər. “Bu işi etməyin başqa yolu yoxdur” demək də onlarlıq deyil.
– Yapon idarəçiliyində Kayzen prinsipinə uyğun olaraq qazanc deyil, keyfiyyət öndədir. Qərbdə əgər hər işdə yenilik və nəticə öndədirsə, Yaponiyada proses və keyfiyyət hər şeydən öndə gəlir. Məsələn, Toyotada işləyənlər il ərzində ortalama 33 təklif verirlər ki, bunun da məqsədəuyğun olanlarını dərhal icra edirlər. Şirkətdə təklif vermək yaponlar üçün vəzifə borcu kimi bir şeydir.
– Yaponiyada keyfiyyəti maksimuma çatdırmaq üçün mütəmadi beyin fırtınası (brain storm) keçirilir, hər kəs ağlına gələn-gəlməyən təkliflərini verir, bütün təkliflər də sürətlə qeydə alınır. Ən önəmli məsələ isə, brain storm zamanı irəli sürülən təkliflər qətiyyən müzakirə olunmaz, tənqid olunmaz. Bu prinsipdən bizim yerli idarəçilərimiz də örnək götürsə, pis olmazdı. Çox fikirlər məhz bu halda doğulmamış ölür.
“5 NİYƏ” PRİNSİPİ
Yuxarıda dediyimiz kimi xəta etməyi sevməzlər. Olarsa belə, bunu araşdırmağın çox maraqlı üsulunu tapıblar. Üsulun adı “5 WHY”, yəni bir xəta baş verdikdə səbəbin kökünə çıxmaq üçün 5 ədəd niyə sualına cavab tapmaqdır. O qədər müdrik bir düşüncədir ki, ilk dəfə bunu kitabdan oxuyanda bir müddət heyranlıqdan donub qaldım. Bu üsulu qısa nümunə ilə izah edək: Deyək ki, şirkətin facebook səhifəsinə narazı bir müştəri satıcının ona pis xidmət göstərməsindən şikayətlənib. Bu halda yaponlar onu məhz 5 dəfə niyə sualı verməklə araşdırırlar.
Satıcı müştəriyə pis xidmət göstərib, niyə? Ona görə ki, yorğun olubSatıcı niyə yorğun olub? Ona görə ki, bu gün 12 saat ayaq üstə dayanıbNiyə məhz 12 saat ayaq üstə dayanıb? Ona görə ki, mağazada iş sistemi belə qoyulub.Mağazada iş sistemi niyə elə qurulub? Ona görə ki, şirkət ümumən bu cür sistemlə işləyir.Şirkət niyə belə bir sistemlə işləyir? Ona görə ki, yeni CEO belə istəyib. Aha, deməli səbəbin kökü şirkətə yeni gəlmiş CEO-dadır. Yaponlar da məhz “müalicəyə” ən axırıncı niyə sualına cavabdan başlayılar. Onlarda hər işin bir standartı var, onu tam yazmağa vaxt sərf edərlər, amma sonunda onu bütün işlərinə tətbiq edərlər, işə yeni gələn üçün də işi mənimsəmə, anlama asan olar.
Yaponlara görə problemi həll etmədə ən operativ üsul onu o problemə ən yaxın olan şəxslə həll etməkdir. Halbuki, Qərbdə bu tərsinədir. Məsələn, Amerikalılar ağıla inanarkən, yaponlar bir addım da qabağa gedərək həqiqətə inanarlar. Amerikalılar gələcəyə doğru sürətlə addımlarkən, yaponlar əksinə keçmişlərinə çox bağlıdırlar.
“Bir vaxt boşanmaq üçün evlənmədiyiniz kimi, bir vaxt işdən çıxmaq üçün də işə girməyin”.
Bəs, bu Gündoğan ölkəsində işçi və işəgötürən psixologiyası necədir?
Yaponiyada insan amili, işçilərə münasibət qərbdəkindən köklü surətdə fərqlənir. Məsələn, Yaponiyada işçinin şəxsi ciddi problemi olmadıqca və cinayət işləmədikcə işdən çıxarılmaz. Hətta firmalar arasında qarşılıqlı işçi alış-verişini əngəlləmək üçün hazırlanan qaydalar belə var. Qaydalar olmasa belə, yaponlar işlərini tez-tez dəyişməyi xoşlamırlar.
Ali təhsillilərlə orta təhsillilər işə alınarkən fərqli dəyərləndirmə edilir. Ali təhsillilər ixtisaslarından asılı olmayaraq, onlara aid olmayan işdə təcrübəçi kimi işə başlaya bilərlər. Ümumiyyətlə yeni işçilər bilik və bacarıqları nə olur-olsun, 2-3 il təcrübəçi kimi işləyirlər. 2-3 ildən bir yoxlamalar edilir və işçinin vəzifəsi artılır. Adətən təcrübəsiz bir ali təhsilli işçinin mütəxəssis ola bilməsi üçün 6-7 il lazım gəlir. Yaponiyada belə bir fikir hakimdir ki, “nə qədər uğurlu, ağıllı və professional olursunuz-olun, işinizin gələcəyi işçilərinizdən asılıdır”.
Yaponiyada işə girən işçinin işə başladığı andan onun universitet qiymətləri tarix olur, əsas diqqət işçinin xarakteri və insani keyfiyyətlərinə, qrupla işləmək bacarığına yönəlir. Şirkət işçiləri ilə dil tapa bilməyənlər dahi də olsalar, işdə saxlanılmırlar. Çox önəmli məsələ isə, vakant yerlərlə bağlıdır. Belə ki, onlar vakant yerə kənardan deyil, daxildə yetişmiş adamları qoyurlar. Bu, işçilərdə də əlavə motivasiya yaratmış olur. Normal işçi bilir ki, nə vaxtsa, ondan üst vəzifədə yer boşalsa və özü də normal iş qabiliyyəti göstəribsə, onun o vəzifəyə gətirilməsi ehtimalı böyükdür.
Bir anlıq özümüzlə müqayisə edəndə görürsən ki, bizdə əksinə – ən üst səviyyədə olan bir menecer belə, rahatlıqla günlərin xoş bir günü yerinə kənardan başqa birinin gətirələcəyindən təəccüblənmir, nə də ki, ondan altda olan işçi üzərindəki 1 addımlıq vəzifəyə həvəsli olmur, çünki nəticəni təxmin edə bilir. Azərbaycanda hər şeydən öncə, məncə, buna əncam qılmaq lazımdır. İnsanlar işlədikləri yerdə gələcəkdə onları nəyin gözlədiyini bilməlidir və ya rəhbərlər bunu onlara göstərməlidirlər. Bu olmadıqda təbii ki, işçi nə qədər təmin edilmiş olsa belə, özünü olduğu yerdə müvəqqəti hiss edəcək.
Keçək mətləbə. Adətən bir işçi bir vəzifədə 7 ildən çox qala bilməz və ya 10 ildə ən azı iki vəzifə dəyişməlidir. Yapon universitetləri adətən ümumi təhsil verir, konkret ixtisasa yönəlik təhsili isə tələbələr işlədikləri müəssisələrdə alırlar. Ümumiyyətlə Yaponiyada ən balaca şirkətin belə tədris şöbəsi mütləq olur, o şöbə mütəmadi treninqlər sayəsində işçilərini öyrədir. Ən böyük yatırım insanadır deyib təhsilə o qədər fikir verirlər ki, yetişdirdikləri bir işçi işini dəyişəndə də bunu xoş qarşılamırlar.
Bəs qadınlar?
Yaponiyada müvəqqəti işləyənlərin əksəriyyəti qadınlardır. Bu qadınların da əksəriyyəti subaylardır. Yuxarıda dediyimiz kimi – evli qadınlar daha az işləməyə meylli olurlar və ya yapon kişiləri bu cür istəyirlər. Yapon mədəniyyətinə görə qadının yeri evidir, vəzifəsi uşaqlarını böyütmək, layiqli vətəndaş yetişdirməkdir. Bu səbəbdən yapon qadınları ən çoxu 32 yaşına kimi işləyə bilirlər. Qadınların maaşı da kişilərinkinin yarısından bir az çox olur. Bununla da qadınları işləməkdən soyudurlar, desək, yanılmarıq. Maraqlıdır ki, qadınlar bəlli bir maaş səviyyəsinə çatdıqda şirkət qadını işdən çıxarır və yeni işə başlayan bir qadını işə götürür. Bayaq da qeyd etdiyim kimi ali təhsilli xanımlar, orta təhsillilərə nisbətən daha çətin iş tapır, sonda da orta təhsillilərin gördükləri işləri görməyə razı olurlar. Bu səbəblə də çox yüksək vəzifələrdə qadınlar adətən olmur.
“Muda”ya yox!
Yaponlar israfçılığa qarşı çox həssasdırlar. Onlar təbii nemətləri, onları əhatə edən hər şeyi müqəddəs əmanət kimi qəbul edir, bu əmanəti israf etmənin böyük günah olduğuna inanırlar. Bu dəyər onların işlərinə də təbii ki, təsir edir. Yaponiyada belə bir fikir var ki, “lazımsız bir işi ixtisar edərkən lazımsız bir işçi də avtomatik ixtisar olunacaq”. Onlar üçün qənaətcillik, resursların minimum həddə istifadəsi; məhsul və müştəriyə orientasiya; yüksək keyfiyyət və ən vacibi tələbin sürətlə ödənilməsi vacibdir. Yaponca israf – MUDA deməkdir.
Yapon işçi necə qabağa gedir?
Yaponiyada bayaq da dediyimiz kimi işçi, nə qədər savadlı və bacarıqlı olur-olsun heç vaxt özündən təcrübəli olandan yüksək maaş almır. Yaponiyada təcrübəli işçi ən dəyərli sayılır. Bunu bilən gənc, savadlı yapon da səbrlə öz təcrübəsini artırıb yüksələcəyi, öz növbəsinin çatacağı anı gözləyir. Bu sistem həm maaşa, həm də vəzifəyə aiddir. Bununla da müəssisədə daha təcrübəli işçi də özündən təcrübəcə aşağıda dayanan gəncdən əmr almayacağına arxayın olur. Çox maraqlıdır ki, işə yeni başlayanlar, aşağı-yuxarı ilk 10 ildə bir-birilə eyni maaşı alırlar. Məsələn, 20-24 yaş arasındakı işçilərin maaşı 50-55 yaşında olanlarla müqayisədə 2-3 dəfə aşağı olur. Burada da müsbət bir məqam işçinin yaşı çoxaldıqca, vəzifəsinin artmasa belə, maaşının artacağını bilərək motivə olmasıdır. Yəni onlar üçün təcrübə olduqca önəmlidir, təcrübəsizin təcrübəlinin üstündə olmasına izn vermirlər, özləri də təcrübəsizdən əmr almağı sevmirlər. Qısacası onlarda “tapş” sistemi işləmir.
Bir maraqlı və mənim diqqətimi çəkən vacib bir məqam da, yuxarıda dediyim kimi, Yaponiyada işçilərin müəssisə daxilində tez-tez rotasiya edilməsidir. Bunu bilən işçi də, gördüyü işin haqqını verməklə yanaşı, başqaları ilə də qarşılıqlı köməkləşmədə güzəştə getmir, tənbəlliyə qətiyyən yol vermir, əlindən gəldiyi qədər iş yoldaşına dayaq olur. Səbəb isə çox sadədir – işçi bilir ki, gec-tez onu rotasiya edəcəklər və o yeni işində əvvəllər kömək etdiyi şəxsin rəhbəri də, işçisi də ola bilər. Hər iki halda bundan çox məmnun olurlar ki, əvvəllər hansısa işçiyə yardım edə biliblər. Siz idarəetmədəki mükəmməlliyə baxın ki, bu da 100% kitabla, elmlə deyil, tarixi köklərlə bağlıdır, zənnimcə.
Hər şeydən bir şey, yoxsa bir şeydən hər şey?!
Yaponları qərblilərdən fərqləndirən digər bir cəhət də ixtisaslaşma ilə bağlıdır. Belə ki, Qərbdə adətən işçi bir sahənin mütəxəssisi olur, o sahədən kənar heç nə ilə maraqlanmır. Yaponiyada isə işçi müəssisədə fərqli vəzifələrdə çalışdırıldığından hər sahə haqqında məlumatlı olur. Onlar hesab edirlər ki, bir işçi sahəsinə aid bütün xırdalıqlardan xəbərdar olmalıdır. Əksi olduqda, yəni bir işçi hansısa sahədə mükəmməlliyə çatdıqda eqosu şişir, «bunu ən yaxşı mən edirəm» fikrinə qapılır, bu da şirkətdaxili toqquşmalara gətirib çıxarır, çünki işçi özünü əvəzedilməz hesab eləməyə başlayır
| ['yaponları qərblilərdən fərqləndirən cəhət', 'yapon idarəçiliyindəki maraqlı məqamlar', 'yapon idarəçiliyi'] |
167 | https://kayzen.az/blog/edebiyyat/26247/rus-dilini-siz%C9%99-sevdir%C9%99c%C9%99k-m%C3%BC%C9%99llifl%C9%99r.html | Rus dilini sizə sevdirəcək müəlliflər | gunelb | Ədəbiyyat | 2 dekabr 2020, 00:28 |
6 iyun tarixində BMT-nin altı rəsmi dilindən biri olan və elə həmin təşkilat tərəfindən təsis olunmuş Beynəlxalq rus dili günü qeyd edilmişdi. Hər il dahi rus şairi Aleksandr Sergeyeviç Puşkinin doğum günündə (bu il onun artıq 220-ci ad günü qeyd edilmişdi) qeyd olunan bu bayramın məqsədi mədəniyyətlər arası dialoqu və əlaqəni daha da gücləndirməkdən ibarətdir.
Rus dilini sevmək də olar, sevməmək də (ümidvaram bu yazım sayəsində belələrinin sayı bir az da olsa azalar), amma tək onu bilirəm ki, ona biganə qalmaq olmaz. Uzaq 10 fevral 1828-ci ildən (bəlkə də, 12 oktyabr 1813-dən, bəlkə də 14 may 1805-dən, bəlkə də 24 iyul 1783-dən, bəlkə də 18 iyul 1722-dən...) başlayan yol 1991-ci ildə bizim Rusiyanın siyasi və iqtisadi təsirindən qismən azad olmamızla nəticələnsə də, mədəni təsiri müstəqilliyimizin 28-ci ildönümündə də hiss olunmaqdadır.Son hadisələr fonunda (mənim də özümü aid etdiyim) əksəriyyət tərəfindən rus dili daha çox propaqanda dili kimi qəbul olunsa da, onun ədəbi zənginliyi, ümumbəşəri idealları daşıyan rolu danılmazdır. Mən şəxsən rus dilini çox sevirəm, bu dildə son 200 ildə yaradılmış dünyada bəlkə də ən zəngin ədəbiyyatı orijinalda oxumaqdan böyük həzz alıram. Ona görə də sizinlə mənim çox sevdiyim və əminəm ki, sizlərə də rus dilini sevdirəcək 10 müəllif haqqında qısa yazımla bölüşmək qərarına gəldim.
Aleksandr PuşkinRusların bir sözü var – “Puşkin bizim hər şeyimizdir!” Bu siyahımı fərq etməz əlifba sırasında, xronoloji ardıcıllıqla, əhəmiyyətinə görə sıralasaydım birinci sırada hər zaman bu ad olardı – Aleksandr Puşkin. Təsadüfi deyil ki, Rus dili günü də məhz onun doğum tarixi ilə üst-üstə düşür. XX əsrin 60-cı illərinin gənclərinə xas “Live fast, die young” şüarını XIX əsrdə gerçəkləşdirmiş Puşkin özünün qısa ömrü (37 yaşında həlak olub) ərzində ən müxtəlif janrlarda və ən müxtəlif təbəqələr üçün onlarla, yüzlərlə əsər yaratmışdır.
Kimsə onu uşaqlığımızdan “Qızıl balıq” nağılından xatırlayır, kimsə “Rus həyatının ensiklopediyası” adı almış “Yevgeni Onegin” romanından, kimsə qısa, amma çox kəskin epiqramalarını sitat gətirəcək, şəxsən mənim seçimim onun “Kapitan qızı” romanıdır. Rusiya tarixi üçün çox mühüm dövr olan XVIII əsrin sonu – Fransadan gələcək inqilabi küləklər astanasında duran təhkimli ölkədə baş verən hadisələrdən, Yemelyan Puqaçov üsyanından bəhs edən əsər Puşkinlə daha az asossisasiya olunan nəsrdir. Gənclikdəki mənim kimi poeziyaya bir az soyuq yanaşan şəxslərə Puşkinlə tanışlığı bu tarixi əsərdən başlamağı tövsiyə edirəm.
Lev TolstoyMənim bu onluğuma düşmüş müəlliflərdən Vladimir Nabokovun tələbəsi Alfred Appel xatırlayır ki, universitetdə ədəbiyyat dərsi deyən Nabokov bir gün mühazirəsini dayandıraraq, divardakı düymələri sıxaraq tavandakı üç lampanın işığını söndürür. Sonra da 200-ə yaxın çaşqın qalmış tələbənin sıraları arasından keçərək, zaldakı üç ya dörd iri pəncərənin pərdələrini bağlayır. Auditoriya qaranlığa qərq olur. Nabokov yenidən işıq düymələrinə qayıdır. “Rus ədəbiyyatı səmasında bu – Puşkindir!” – tavandakı lampaların biri parlayır. “Bu – Qoqoldur” – ikinci lampanı yanıdırır. “Bu – Çexovdur!” üçüncü lampanı yandırır. Sonra Nabokov bir daha pəncərələrə yaxınlaşaraq pərdələri bağlı saxlayan ipin düyününü boşaldır. Qəfil açılmış pəncərədən içəriyə parlaq günəş şüaları dolur. “Bu isə – Tolstoydur!” deyə Nabokov şərh edir.
Əksər tənqidçilər və oxucular tərəfindən Lev Tolstoy birinci növbədə öz yaradıcılığı ilə roman janrının qızıl standartını müəyyən etmiş müəllif kimi tanınsa da onun kiçik və ibrətamiz hekayələri bəlkə də insanlıq üçün çox daha faydalıdır. Başa düşürəm ki, sürətli internet əsrində onun 4 cildli “Hərb və sülh” romanını oxumağa bir çoxlarınızın səbri çatmayacaq. Amma bir təsəvvür edin, Tolstoyun 1928-1964-cü illərdə dərc edilmiş “Əsərlərin tam külliyyatı” 90 cilddən (!) ibarətdir. Mütləq öz təbiətinizə uyğun bir şeylər aşkar edəcəksiniz, “Anna Karenina”dan “Qafqaz əsiri”nədək, “Sergi ata”dan “Sevastopol hekayələri”nəcən – bu xəzinə oxumaqla bitməz.
Yuxarıda qeyd etdiyim Puşkindən fərqli olaraq uzun ömür (82 il) yaşamış Tolstoyun vəfatı da çox faciəvi və simvolikdir. Ömrü boyu axtarışda olan Tolstoy [bəzi mənbələrə görə] 60 yaşında Espernato öyrənir, 67 yaşında velosiped sürməyə başlayır. Portlərindən zəhmli Əhdi-Ətiq peyğəmbərləri kimi bizlərə baxan Lev Tolstoy peyğəmbərlər kimi bizim qüsurlarımızı aşkar etməyə və bir az da olsa düz yol göstərmək üçün gəlmişdir dünyamıza.
Anton ÇexovBir öncəki bölmədə adı çəkilən “üçüncü lampa” – Antov Pavloviç Çexov. Rusiya İmperiyasının kiçik əyalət Taqanroqunda doğulmuş və Almaniya İmperiyasının kiçik əyalət Badenvaylerində cəmi 44 yaşında vərəmdən vəfat etmiş Çexov bu gün rus dramaturgiyasının vizit kartıdır. Onun “Üç bacı”, “Albalı bağı”, “Qağayı”, “Vanya dayı” kimi pyesləri bu gün də aktuallığını saxlayaraq səhnələşdirilir. Amma dram əsərində mütləq müəllif və oxucu arasında daha bir şəxs də olmalıdır – rejissor. Bu səbəbdən də Çexovla tanışlığı pyeslərdən deyil, qısa hekayələrindən başlamağı tövsiyə edirəm. İroniya və yumor ilə dolu hekayələrin kimisə biganə qoymasını təsəvvür edə bilmirəm. “6 nömrəli palata”, “Futlyardakı adam”, “Qara rahib”, “Alim qonşuya məktub”, “Qalın və nazik”, “İt gəzdirən qadın”, “Buqələmun”, “Məmurun ölümü”, cəmi 297 sözdən ibarət “Şikayət kitabı” hekayəsi (bəli, bəli, “Qısalıq istedadın bacısıdır” aforizminin də müəllif məhz Çexovdur) – bunlardan hansını oxumağa başlasanız, əmin olun ki, Çexovun əlinizin altında olan bütün əsərlərini oxuyub bitirənəcən başqa bir şey belə əlinizə ala bilməyəcəksiniz. Şəxsi təcrübəmdir.
Boris PasternakBoris Pasternak haqqında çox danışa bilərəm. Amma qorxuram ki, çox qərəzli görünə bilərəm.
Siyasi təqiblər səbəbindən Ədəbiyyat sahəsində Nobel mükafatında imtina etməli olmuş “Doktor Jivaqo” romanının müəllifi ən sevdiyim yazıçıdır. 1955-ci ildə tamamlanmış roman müəllifin vətənində yalnız 1988-ci ildə dərc edilmişdi. Bu səbəbdən də əksəriyyət onu oxumadan müzakirə etməyə (bəziləri isə mühakimə etməyə) çalışır. Çox məhsuldar tərcüməçi kimi fəaliyyət göstərmiş Pasternak rus ədəbiyyatında misli görünməmiş gözəllikdə şeirlərin müəllifidir. Ən yaxşı müəllif öz əsərlərini başqalarına ən çox verən müəllifdir – Pasternak da ən dahi şeirlərinin “müəllifliyini” Yuri Jivaqoya bəxş etmişdir. “Doktor Jivaqo” romanının [İtaliyada] ilk dərcindən cəmi 8 il sonra çəkilmiş eyniadlı film 5 “Oskar” qazansa belə “Yuri Jivaqonun şeirləri” adlanan kitabın on yeddinci fəslini oxumadan onu tam duymaq olmaz.
Mənim üçün Pasternak həm də 70 illik ömrü ərzində qətiyyəti yalnız bərkiyən yüksək dəyərlərinə sadiq insan nümunəsidir – kimə xəyanət edirsən – et, öz vicdanından başqa. Buna görə də yaşa dolduqca onun şeirlərini təkrar-təkrar oxuyub yeni çalarlar, yeni mənalar kəşf etməyin sevincini yaşayıram. Çünki Pasternak ən böyük “həyat eşqi” tərənnümçüsüdür.
Bir dəfəsində Virciniya Vulf demişdir ki, “İldən-ilə “Hamleti” oxuduqca öz təəssüratlarımızı qələmə alsaq görərik ki, avtobioqrafiyamızı yazırıq, çünki ildən ilə həyat haqqında daha çox şey öyrənirik, Şekspir isə sadəcə bildiklərimizi şərh edir”. Təsadüfmü, Yuri Jivaqonun ilk şeiri də məhz “Hamlet” adlanır. Pasternak yaradıcılığı ilə tanışlığınızı elə bu şeirdən başlayıb sonda yenidən ona qayıtsanız görərsiniz ki, nə qədər çox dəyişmisiniz.
Son bir neçə ildə “Doktor Jivaqonun” azərbaycanca iki tərcüməsi dərc edilmişdi: Mehman Cavadoğlunun tərcüməsində (“Qanun” nəşriyyatı) və Əyyub Qiyasinin (“Teaspress” nəşriyyatı). Pasternaksevər kimi bu məni sevindirməyə bilməz, amma yenə də onun “Avqust” və ya “Milad ulduzu”nu mütləq rusca oxuyun.
Mixail BulqakovHər bir oxucunun həyatında elə bir an gəlib çatır ki, oxuduğu əsərləri özünə “yaraşdırmağa” başlayır. Geyim kimi geyinib güzgünün qarşısına keçib “Rəngi xoşuma gəlir, amma görünüşü deyil, qolu yaxşıdır, amma beli sıxır” deyib götür-qoy etməyə başlayır. Bu və ya digər romanı oxuyanda “Mən bunu yazsaydım, bu qəhrəmanı bir az belə təsvir edərdim, bu süjet xəttinə bir az daha rəng qatardım” deyə düşünmüsünüzmü heç? Belə düşüncələrlə neçə-neçə yuxusuz gecələr keçirirsən. Amma hamısının sonu var – sənin təsəvvüründə ideal bir romanı oxuyanacan, ilk sözlərindən son nöqtəsinəcən “Ah, kaş ki, bunu mən yazardım” deyə biləcəyin bir romanı oxuyanacan. Mənim həyatımda da belə kitablar var. Bu hissləri yaşatmış ən birinci əsər Mixail Bulqakovun “Master və Marqarita” romanı olmuşdur.
Adları yuxarıda çəkilmiş dörd müəlliflərdən ömrünüzdə bir cümlə belə oxumasanız belə, əminəm ki, Bulqakovun yaradıcılığı ilə dolayı yolla da olsa tanışsınız – 1973-cü ildə rejissor Leonid Qaydayın “İvan Vasilyeviç peşəsini dəyişir” (“Иван Васильевич меняет профессию”) filmi Bulqakovun 1936-cı ildə yazdığı “İvan Vasilyeviç” pyesi əsasında çəkilmişdi.
Hal-hazırda sovet quruluşunu tənqid edən əsərlərin müəllifi kimi qəbul etdiyimiz Bulqakov 1930-lardan sağ-salamat çıxa bilmişdir – miqyas başqadır.
“Bəyaz qvardiya”, “Master və Marqarita”, “Qaçış”, “Gənc həkimin qeydləri” – bunlardan istənilən birinin müəllifi olmaq onsuz da zəngin rus ədəbiyyatında yer almaq üçün kifayət edər. Amma müəllifin dilini və üslubunu duymaq üçün hansı əsərdən başlamağı tövsiyə etdiyimi soruşsanız cavabım – “İt ürəyi”. 1925-ci ildə sovet cəmiyyətinə, siyasətinə və dövlətinə qarşı yönəlmiş belə kəskin satira yazmaq üçün müəllif özü mütləq şir ürəyi yeməli idi. Müəllif: Rüfət Abdulla
| ['rus ədəbiyyatı', 'Lev Tolstoy', 'Anton Çexov', 'Mixail Bulqakov', 'Boris Pasternak', 'Aleksandr Puşkin'] |
168 | https://kayzen.az/blog/kino/26224/az%C9%99rbaycan%C4%B1n-kino-s%C9%99n%C9%99tin%C9%99-yeni-n%C9%99f%C9%99s-g%C9%99tir%C9%99n-rejissor.html | Azərbaycanın kino sənətinə yeni nəfəs gətirən rejissor | gunelb | Kino | 25 noyabr 2020, 00:49 |
Bu gün Azərbaycan rejissorluq məktəbinin istedadlı nümayəndələri sırasında özünəməxsus yer tutan və bu sahənin inkişafında mühüm rol oynayan Xalq artisti Rasim Ocaqovun doğum günüdür. Rejissorluğu ilə kino sənətimizə yeni nəfəs, rəng və çalar gətirən Rasim Ocaqov gərgin axtarışları və istedadı sayəsində milli kino tariximizin müxtəlif dövrlərini əhatə edən bənzərsiz sənət nümunələri yaradıb. İstər sovet dövründə, istərsə də Azərbaycanın müstəqilliyinin bərpasından sonra çəkdiyi filmlər Rasim Ocaqovun mənalı ömür yoluna işıq saçır.
Yaradıcılıq yolu milli kino mədəniyyəti tariximizdə ayrıca mərhələ olan sənətkar
Rasim Ocaqov 1933-cü il noyabrın 22-də Şəkidə anadan olub. Həvəskar fotolar çəkən, gələcəkdə geoloq olmaq istəyən Rasim Ocaqovun kinoya gəlişi təsadüfən alınıb. Bir dəfə Şəkiyə sənədli film çəkən qrup gəlir. Bu vaxt fotoqrafiya ilə ciddi məşğul olan Rasim peşəkarların işləri ilə tanışlıq imkanı əldə edir. Möcüzəli kino aləmi onu özünə elə cəlb edir ki, gənc fotoqraf bu sənəti dərindən öyrənməyi qərara alır. Orta məktəbi bitirdikdən sonra Moskvaya gedərək orada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsinə daxil olub. O, 1956-cı ildə təhsilini başa vurub, 1961-1967-ci illərdə isə Azərbaycan Dövlət Teatr İnstitutunda rejissorluq fakültəsində təhsil alıb.
Dünya kinematoqrafiyasının ənənələrindən ustalıqla faydalanmış sənətkar kimi Rasim Ocaqovun yaradıcılıq yolu milli kino mədəniyyəti tarixində ayrıca bir mərhələdir. Ölkəmizdə kinooperator sənətinin zəngin imkanlarının üzə çıxarılması və təkmilləşdirilməsində onun əməyi təqdirəlayiqdir. Operator işi və sənətkarlıq cəhətdən maraqlı kinofilmlərin çəkilişində novator üsul və metodlardan bacarıqla istifadə edən Rasim Ocaqov mədəniyyətimizin incilərindən sayılan bir çox kino və televiziya filmlərinin ustalıqla yaradılmasına nail olub.
Əmək fəaliyyətinə 1956-cı ildə “Azərbaycanfilm” kinostudiyasında quruluşçu-operator kimi başlayan Rasim Ocaqov burada müxtəlif vəzifələrdə çalışıb. İlk dəfə operator kimi “Bir məhəlləli iki oğlan” filmini lentə alıb. Sumqayıt metallurqlarının həyatından bəhs edən “Onun böyük ürəyi” filmi R.Ocaqovun ilk sərbəst işi olub. Bu ağır peşə adamlarının ekran həyatı operatorun kamerası ilə romantik və cəzbedici bir formaya salınıb. Bundan sonra lentə aldığı “Əsl dost”, “Bizim küçə”, “Mən rəqs edəcəyəm”, “Sən niyə susursan?” və “Skripkanın sərgüzəşti” filmlərində Rasim Ocaqov Azərbaycan kinosunda operatorluq sənətinin ən layiqli nümunələrini yaradıb.
“Tütək səsi”, «Ad günü», "Ölsəm bağışla", "İstintaq" və digər bənzərsiz filmlərin rejissoru
Azərbaycan kinematoqrafiyasında istedadlı kinooperator kimi şöhrət qazanmış Rasim Ocaqov ötən əsrin 70-ci illərindən etibarən rejissorluq sahəsində fəaliyyət göstərməyə başlayıb. Rejissor kimi ilk işi yarımçıq qalmış “Gəncəbasarlı qisasçı” filmini tamamlamaq olub. Bu tarixi-qəhrəmanlıq janrında çəkilən filmin ssenarisini yenidən işləyib. Qatır Məmmədin obrazını isə görkəmli aktyor Şahmar Ələkbərova tapşırıb. Onun növbəti rejissor işi “Tütək səsi” filmi olub. Ekran əsəri öz orijinal səhnələri, çəkiliş manerası, mövzunun bədii həlli baxımından Azərbaycan kinosuna xeyli yeniliklər gətirib. Bundan sonra çəkdiyi «Ad günü», «Bağlı qapı», "Özgə ömür", «Park», "Ölsəm bağışla", «Həm ziyarət, həm ticarət» və "İstintaq" filmlərində R.Ocaqov müasirlərinin əsl obrazını yaratmaqla tamaşaçıları ətrafa diqqətlə yanaşmağa, cəmiyyətdə baş verən mənfi hallara göz yummamağa çağırıb.
Onun çəkdiyi həqiqi sənət nümunələri Azərbaycan kinematoqrafiyasının qızıl fonduna daxildir. Məzmun rəngarəngliyi, fəal vətəndaşlıq mövqeyi və müasirlik duyğusu ilə yanaşı, obrazların incə psixologizmi və hadisələrin həyatiliyi Rasim Ocaqov sənətinin əsas cəhətlərini təşkil edib.
Dövrün ab-havasını Azərbaycan kinosuna gətirən və bu filmlərdə insanın milli təfəkkürünü, dünyagörüşünü formalaşdıran, ona emosionallıq, vətənpərvərlik kimi hissləri aşılayan filmlərlə böyük bir auditoriyanın məhəbbətini qazanıb. Bu filmlərdə böyük rejissor Azərbaycan kino sənətinin tanınmış simaları ilə çalışaraq onların potensial gücünü ortaya çıxarıb, sənət meyarları baxımından çox yüksəkdə duran ekran əsərlərini yarada bilib. Rasim Ocaqov, həqiqətən də Azərbaycan kinosunda elə bir zirvədə dayanan sənətkarlar sırasındadır ki, onun filmləri zamanla cəmiyyət arasında bir yaxınlıq yaradıb, insan psixologiyasının dərin qatlarına toxunaraq onun düşünməsinə, həyatın fəlsəfəsini dərk etməsinə gətirib çıxarıb.
Milli zəmində lentə alınmış sənət nümunələri
Rasim Ocaqovun müstəqilliyimizin ilk dövrlərində çəkdiyi “Qətldən 7 gün sonra”, “Təhminə”, “Həm ziyarət, həm ticarət”, “Otel otağı” və digər filmləri milli zəmində lentə alınmış sənət nümunələridir. Bu filmlərdə Rasim Ocaqovun fikir dünyası ilə ssenarist arasında olan yaxınlıq özünü büruzə verir. Sözsüz ki, Rasim Ocaqov bu filmlərdə müasir prizmadan cəmiyyətin əxlaq normalarına, milli-mənəvi dəyərlərinə yanaşaraq, azərbaycançılıq nöqteyi-nəzərindən onları tərbiyə etməyə çalışıb.
Rasim Ocaqovun böyük operatorluq və rejissorluq məharəti sənətkara ölkəmizin hüdudlarından kənarda da şöhrət gətirib. Onun yaratdığı kino və televiziya filmləri ayrı-ayrı kinofestivallarda mədəniyyətimizi yüksək səviyyədə təmsil edərək müxtəlif təltiflərə layiq görülüb, sənətşünaslar və tamaşaçılar tərəfindən daim böyük rəğbətlə qarşılanıb.
Görkəmli kinorejissorun milli kino mədəniyyətinin inkişafı sahəsindəki xidmətləri dövlətimiz tərəfindən hər zaman yüksək qiymətləndirilib. O, müxtəlif illərdə bir sıra dövlət mükafatlarına və fəxri adlara layiq görülüb, müstəqil Azərbaycanın ali mükafatlarından olan “Şöhrət” ordeni ilə təltif edilib.
Rasim Ocaqov yaradıcılığının bütün dövrlərində sənətə çox ciddi yanaşıb, müxtəlif insan talelərinin peşəkarlıqla işıqlandırılmasına çalışaraq, fərdin cəmiyyətdəki rolunu, onun rast gəldiyi təsadüfləri, eləcə də insanların taleyində baş qaldıran acınacaqlı hadisələri rejissor gözü ilə süzgəcindən keçirib, ideal insan obrazlarını çox təbii və inandırıcı bir şəkildə ortaya qoya bilib.
Rasim Ocaqovun çox böyük yaradıcılıq irsi bu gün kinematoqrafiya sahəsində tədqiq edilməyə layiq bir nümunədir. İllər ötəcək, yeni-yeni ekran əsərləri yaradılacaq, lakin onun çəkdiyi filmlər heç vaxt öz aktuallığını itirməyəcək. Mənbə: İki sahil
| ['rejissor Rasim Ocaqov', 'Rasim Ocaqov'] |
169 | https://kayzen.az/blog/kino/26198/kino-al%C9%99minin-bilinm%C9%99y%C9%99n-t%C9%99r%C9%99fl%C9%99ri.html | Kino aləminin bilinməyən tərəfləri | gunelb | Kino | 21 noyabr 2020, 20:38 |
Kino aləmi bəlkə də dünyanın ən maraqlı və eyni zamanda ən sirli sahəsidir. İnsanların görə biləcəyi yalnız ekranlarda yayımlanan bir filmin bitmiş versiyası ola bilər, lakin bu sahədə baş verən bütün pərdəarxası məqamlar izləyicilər üçün hər zaman sirr olaraq qalacaq. Bu yazıda kino aləmi ilə bağlı topladığımız maraqlı məlumatları təqdim edirik.
Heç bilirdinizmi ki, kinematoqrafiyanın yaradıcıları olan Lumyer qardaşları əslində bu sahənin uğurlu gələcəyinə inanmırdılar. Qardaşların düşüncələrinə görə, kino sadəcə həyat haqqında çəkilən qısa səhnələrdən ibarət olan bir janr çərçivəsində qalacaq və tezliklə insanların bu sahəyə olan marağı yox olacaqdı. Başladıqları işə bir əyləncə kimi baxan Lumyer qardaşları illər ötdükcə səhv düşündüklərini qəbul edirlər.
Maraqlı faktlardan biri də odur ki, il ərzində istehsal olunan filmlərin sayına görə, rekordları qıran ölkə Hindistandır. Hindistan kino istehsalına görə dünya lideri hesab olunur. O, Yaponiya, Fransa, hətta ABŞ arxada qoyaraq ilk pillədə yer alır. 90-cı illərdə hind kinematoqrafçıları tərəfindən ildə 900-dən çox film çəkilib. Son illər ərzində bu göstəricilər bir qədər düşsə də( il ərzində 700 filmə yaxın), Hindistan kinematoqrafiyası yenə də liderliyini qoruyub saxlamaqdadır. Qeyd etmək lazımdır ki, burada yaşayan kasıb əhalinin əksəriyyəti televizor ala bilmədiyinə görə, filmləri kinoteatrlarda ucuz qiymətə ala bildikləri biletlərin sayəsində izləyə bilirlər.
Dünyada ən çox vəsait toplayan filmlərdən biri“Titanik”dir. Bir faciə əsasında çəkilən bu ekran əsəri təxminən 2.400.000 milyon dollar vəsait toplamışdır. Heç bir film bu rekordu yeniləyə bilmədi. “Titanik” filminin rejissoru James Kameron tərəfindən çəkilən “Avatar” filmi də insanlar tərəfindən böyük izdihamla qarşılandı.
“Xaç atası” filmində insanların marağına səbəb olan at başı ilə çəkilən səhnə kinematoqrafiya sahəsində böyük bir çevriliş edir. Filmin istehsalçıları reytinqləri üstün tutmaq üçün kəsilmiş at başını it yeməkləri istehsal edən bir şirkətdən sifariş edirlər. Məşhur Don Karleoninin pişiyi isə Marlon Brando tərəfindən təsadüf nəticəsində küçədən tapılmışdır. Qısa müddət ərzində küçədən tapılan bu sahibsiz heyvanı bütün dünya tanıyır.
“Walt Disney”in prodüsserləri “Karib dənizi quldurları” filmində “Qara inci” gəmisinin kapitanı Jack Sparrow rolunu oynamaq məhz Jim Kerriyə təklif edilmişdir, lakin lovğa aktyor bu roldan imtina etdikdən sonra, filmin çəkilişlərinə Coni Depp dəvət olunmuşdur.
Kinematoqrafiya tarixində ən çox reklam olunan film Stiven Spilberqin«Yura dövrünün parkı»dır. «Universal» kino şirkəti filmin reklamı üçün 68 milyon dollar vəsait sərf edib. Bu da filmin büdcəsindən 8 milyon dollar artıq idi.
Hollivudda prodüsserlər pulun qədrini yaxşı bilirlər. Buna görə də əksər hallarda bir dekorasiya bir neçə filmdə istifadə olunur.«Geriyə, gələcəyə» filmindəki Hillvelli şəhərinin dekorasiyası 1985-ci ildən sonra 104 filmdə istifadə olunub. S.Spilberqin «Yadplanetlilər» filminin dekorasiyası 37, Çaplinin «Qızıl axın» filmi üçün qurulan şəhər isə 200-dən artıq ekran əsərində istifadə olunub.
Kinematoqrafiya tarixində ən çox şərh olunan uydurma personaj – Qraf Drakuladır. Bu vampir haqda indiyədək 72 film çəkilib. İkinci yerdə londonlu xəfiyyə Şerlok Holmsdur. Onun haqqında 66 film çəkilib. Tarzan obrazı isə 3-cü pillədədir. Bu personaj haqqında 60 film lentə alınıb.
Məşhur aktyor Arnold Schwarzenegger onu dünyaya tanıdan“Terminator”filmində oynayaraq, robotların bunu edə bilməyəcəyinə inandığı üçün filmdə heç göz qırpmamağa qərar verir.
Janna Luiza Kalman filmlərdə çəkilən ən yaşlı aktrisa hesab olunur.«Vinsent və mən» adlı Kanada filmində çəkiləndə aktrisanın 114 yaşı var idi. Bu roldan sonra aktrisa daha 8 il yaşayır.
Tom Henks «Forrest Qamp» filmində bir şərtlə çəkilməyə razı olub. Onun istəyi ilə filmdə yer alan bütün hadisələr tarixi faktlara əsaslanmalı idi.
Kinematoqrafiya tarixində ən çox “Oskar” ükafatına layiq görülən filmlər “Titanik” və “Üzüklər hökmdarı: Kralın dönüşü”dür. Bu filmlərin hər birisi 11 “Oskar” mükafatı almışdı. Lakin Amerika cizgi filminin banisi olan Uolt Disney hamını geridə qoyaraq, ən çox, yəni 26 dəfə «Oskar» mükafatına layiq görülmüş şəxs kimi kino tarixinə düşüb.
Bütün dünyada tanınan aktyor və idmançı Brüs Li o qədər cəld olub ki, rejissorlar tamaşaçıların onun zərbələrini görə bilmələri üçün texniki vasitələrlə kadrları asta sürətlə vermək məcburiyyətində qalıblar.
1985-ci ildə ekranlarda yayımlanan “Gələcəyə geri qayıtmaq” filminin ilk versiyasına görə,filmdə böyük rol alan DeLorean vaxt maşını sadəcə bir soyuducu idi.Yalnız sonradan ssenaridəki bu fikir filmin aktyorlarını təqlid edərək soyuducuya çıxacaq uşaqların təhlükəsizliyini düşünən əsas heyət tərəfindən dəyişdirildi.
Məşhur Çin aktyoru olan Jackie Çanın baş rolda oynadığı “Gənc usta”filmində onun yelpənəklə çəkilən döyüş səhnələri insanlar tərəfindən xüsusi maraqla qarşılanıb. Deyilənlərə görə, həmin səhnə 1300 cəhddən sonra çəkilmişdir.
Kino mütəxəssislərinin fikrincə, «dünyada ən həyəcanlandırıcı film» Alfred Hiçkokun «Psixoz» filmidir. Onun ardınca Stiven Spilberqin "Çənələr" və Conatan Demminin «Quzuların susması» filmi gəlir. Qeyd edək ki, sonuncu 5 dəfə «Oskar»a layiq görülən yeganə trillerdir.
2014-cü ildə çıxan «Qodzilla» filmində Qodzillanın özü cəmi səkkiz dəqiqə ekranlarda görünüb. Buna baxmayaraq, film izləyicilər tərəfindən çox sevilib.
Maraqlı faktlardan biri də odur ki, Çində televiziya və kinoda zaman səyahətini təsvir edən səhnələrin nümayişi qadağandır.
Müəllif: Samirə Tağıyeva,Mənbə: “İki sahil”
| ['kino', 'kino aləmi'] |
170 | https://kayzen.az/blog/edebiyyat/26131/selektiv-m%C3%BCdafi%C9%99.html | Selektiv müdafiə | gunelb | Ədəbiyyat | 17 noyabr 2020, 14:38 |
Təxminən 7-8 il əvvəl idi. Saytlardan birinin ofisində bir jurnalist və baş redaktorla söhbət edirdik. Söhbət cinsi təcavüzdən düşəndə, jurnalist, cavan oğlan gülə-gülə bir hadisə danışdı. Onun danışıdığı hadisədə, əmisi kənddə bir qızı zorlamışdı və buna görə ona heç nə etməmişdilər. Hadisədən daha dəhşətlisi, oğlanın bu söhbəti ağzı qulaqlarında, gülə-gülə danışması idi. Oğlan bu hadisəni elə xoşbəxtcəsinə danışırdı ki, biz quruyub qalmışdıq, amma redaktor Qabil Abbasoğlu özündə güc tapıb soruşdu:
– Ay bala, sən bu cür dəhşətli şeyi necə gülə-gülə danışa bilirsən?!
Oğlan heç tövrünü də pozmadan dedi ki:
– Qabil müəllim, qız ev qızı-zad deyildi ee, küçədə qalmışın biri idi…
Qabil müəllim heyrətlə ona baxıb, siqaret yandırıb balkona çıxdı.
Məsələnin daha bir dəhşətli tərəfi də bu idi ki, bu söhbəti danışan kriminlistika jurnalisti idi, yəni zorlamanın bütün hallarda cinayət olduğunu, hansı maddə ilə mühakimə edildiyini bilirdi. Bununla belə, onun üçün qurban “zorlanacaq qadın” və “zorlanmayacaq qadın” kateqoriyalarına bölünürdü. Bu hadisə, əslində ölkədə baş verən bütün ədalətsizliklərə, cinayətlərə, rüsvayçılıqlara münasibətdə özünü büruzə verir. Cəmiyyətin müdafiə elədikləri kateqoriyaya ancaq “kultlaşdırılmış”, “müqəddəsləşdirilmiş” zümrə düşür. Məsələn, atası şəhid olmuş bir qadın sosial şəbəkələrdə söyülür, müdafiə arqumenti belə olur: “Onun atası bu xalq yolunda şəhid olub”. Sanki o qadını məhz buna, atasına görə söymək olmaz. Məsələn, mənim atam fərari olubsa, ya da döyüşməyibsə, şəhid olmayıbsa, məni söymək olar.
Sanki problem təhqirdə deyil, problem məhz şəhid qızının təhqir edilməsindədir.
Toylardan birində bir dəstə tərbiyəsiz müğənni növbədə dayanıb, mahnı oxuyan xəstə müğənniyə güya yardm edir, ovcuna pul basırlar. Daha demirəm, bu ritual nəyə oxşayır, amma hadisəni şərh və tənqid edən mətbuat və insanların müdafiə taktikası belədir ki, illərin böyük sənətkarının ovcuna pulu belə pul basıb, onu alçaltmaq olmaz. Sanki illərin böyük yox, kiçik sənətkarı olsa, ya da heç sənətkar-filan olmasa, onun ovcuna pul basmaq olar. Tənqid edilən “yardım mədəniyyəti”nin olmaması deyil, bu mədəniyyətsiz, ibtidai ritualın böyük sənətkara qarşı edilməsidir.
Qarabağ qazisi maddi imkansızlıqdan özünü yandırır, müdafiə bu şəkildə qurulur ki, o bu xalq üçün vuruşub, indi onun acınacaqlı şəraitdə yaşaması qəbuledilməzdir. Sanki Qarabağ qazisi olmayanın acınacaqlı şəraitdə yaşaması, sosial müdafiəsiz qalması problem deyil.
Selektiv müdafiə taktikasını tənqid edərkən, fikrim nə illərin böyük sənətkarına, nə atası həlak olduğuna görə natamam uşaqlıq yaşamış qadına, ya da özünün seçmədiyi, başlamadığı müharibədə canını, sağlamlığını qoymuş insanların haqqlarına şübhə ilə yanaşmaq deyil. Amma zorlama necə hər kəsə qarşı qadağadırsa, təhqir də hər kəsə qarşı iyrəncdir. Dövlətin öz vətəndaşını sosial müdafiəsiz buraxması hər kəsə qarşı pisdir və tənqid olunmalıdır. Yardım mədəniyyətinin olmaması, kiməsə nümayişkaranə şəkildə pul uzatmaq hər kəsə qarşı tərbiyəsizlikdir və bu hallarda tənqid edilən konkret hadisə deyil, ümumilikdə o hal, o təcrübənin ümumiyyətlə olmasıdır. Kimə qarşı edilməyindən asılı olmayaraq. Müəllif: Günel MövludMənbə: azlogos.eu
| ['hekayələr', 'müdafiə taktikası'] |
171 | https://kayzen.az/blog/Bilirsinizmi/26176/konspiroloji-n%C9%99z%C9%99riyy%C9%99l%C9%99r-n%C9%99dir-v%C9%99-kim-yarad%C4%B1r.html | Konspiroloji nəzəriyyələr: nədir və kim yaradır | gunelb | Bilirsinizmi? | 13 noyabr 2020, 00:49 |
Bəzi insanlar dünyaya baxışlarını, öz qlobal mənzərələrini konspiroloji nəzəriyyənin köməyilə qururlar. Sözügedən nəzəriyyələrdə tez-tez rasional, ya da elmi-təbiət nöqteyi-nəzərindən əcaib, absurd fərziyyələrdən istifadə olunur: məsələn, guya Yer kürəsi müstəvi şəklindədir, insanların davranışlarını reptiloidlər idarə edir, koronavirus pandemiyası isə qəsdən, hamıya çip qoymaq üçün uydurulub. İnsanlar belə şeylərə niyə inanırlar? Onları öz problemlərinin izahını hansısa hökm sahibi bir qrupun gizli sövdələşməsində axtarmağa nə vadar edir?
2016-cı ilin əvvəlində, ABŞ-da prezident seçkiləri ərəfəsində Wikileaks-də Hillari Klintonun seçki qərargahının başçısı Con Podestanın hakerlər tərəfindən sındırılan elektron poçtundan götürülmüş məktublar dərc olundu və insanlar Podesta ilə «Comet Ping Pong» pitseriyasının sahibi Ceyms Alefantis arasındakı yazışmaları oxumaq imkan qazandılar. Həmin yazışmalarda tərəflər Klintonun kampaniyası üçün vəsait toplanmasını müzakirə edirdilər. İnternet istifadəçiləri «Comet Ping Pong»la Demokratik Partiya arasında əlaqə ehtimallarını müzakirə etməyə başladılar və gözlənilməz bir qənaətə gəldilər: pitseriya uşaq ticarəti ilə məşğul olan pedofillərdən ibarət cinayət təşkilatının mənzil-qərargahıdır.
Bu əhvalat, demək olar ki, seçkilərə bir neçə gün qalmış radikal sağçı saytlarda yayıldı. Təxminən, eyni vaxtda sui-qəsd nəzəriyyəsini #pizzagate haştaqı ilə aktiv şəkildə genişləndirməyə başladılar. Alefantis və onun əməkdaşları fasiləsiz hədələnirdilər, nə polis, nə FTB bunun qarşısını ala bilmirdi. Nəticədə, 2016-cı ilin dekabrında 28 yaşlarında, silahlı bir kişi guya «uşaq ticarəti ilə bağlı məsləni müstəqil araşdırmaq üçün» «Comet Ping Pong»a daxil oldu və atəş açdı. Beləcə, internetdə sürətlə yayılan konspiroloji şayiələr real zorakılığa gətirib çıxardı. KONSPİROLOJİ NƏZƏRİYYƏLƏR VƏ ONLARIN YARADICILARI
Konspiroloji nəzəriyyəni necə yaratmaq olar? Bu, çətin deyil: onlar stabil struktura, sadə, anlaşılan elementlərə malikdir və onları uydurmaq mümkündür (məsələn, Den Braunun kitablarında bunun yaxşı örnəklərini tapmaq olar). Buna əngəl ola biləcək yeganə şey – fərdi kreativlikdir. Bir qayda olaraq, konspiroloji nəzəriyyədə bir və ya bir neçə real fakt olur və onlar bir-birilə o qədər əlaqəli olmayan, ya da təhrif olunmuş faktlar və ya gümanlar yığını ilə müşayiət olunur. Bir şeyi isbat etməyin ən yaxşı üsulu – opponenti mümkün qədər çox istinadlar, faktlar və s. yağmuruna tutmaqdır. Konspiroloji nəzəriyyələrin ilk tədqiqatçılarından biri, tarixçi Riçard Hofştadter bu üsulu «istinadlardan ölmək» adlandırıb.
Konspiroloji nəzəriyyə – ətrafımızda baş verən hadisələrin guya hansısa «güclər» tərəfindən planlaşdırıldığı ilə bağlı spesifik qavrayış üsuludur; dünyanın, müəyyən bir qrup insanın gizli razılaşması sayəsində necə işlədiyinin interpretasiyasıdır. Bu, hipotezadır, yəni belə şeyin mümkünlüyünə dair cüzi ehtimal var. Lakin elmi və konspiroloji hipotezalar arasındakı fərq ondan ibarətdir ki, sonuncu – onu irəli sürən üçün artıq aksioma dəyərində olur. Konspiroloji nəzəriyyəyə inanan birinin onun yanlış olduğunu etiraf etməsinə həddindən artıq nadir hallarda rast gəlinir.
Adətən, gizli razılaşmalarda (buna inananların fikrincə) müəyyən bir qrup iştirak edir. Baxmayaraq ki, konspirologiyanın hərdən bir insana aid edilməsi mümkündür – məsələn, Billi Qeytsin, koronavirusa qarşı vaksin hazırlamaq adı altında hamıya çip qoyulmasını təklif etməsi kimi. Əslində, bu tip nəzəriyyələrdə insanlar, ya da başqa iştirakçılar heç vaxt təkbaşına hərəkət etmirlər, onların yardımçılara ehtiyacı var. Billi Qeyts təkbaşına proqramlaşdırma kodu yaza, ya da təkbaşına çip yarada bilməz. Bundan ötrü onun, işin lojistikasına və alimlərin cəlb olunmasına cavabdeh olan müavinləri var.
Konspiroloji nəzəriyyələrlə bağlı bütün araşdırmalarda bir fikirlə razılaşırlar: bir və ya bir neçə nəzəriyyəni dəstəkləyən konspiroloji birliklərdə müəyyən bir iyerarxiya mövcuddur. Piramidanın başında bu və ya digər konsepsiyanın əsas ideoloqları olan bir neçə nəfər dayanır. İdeoloqlara təşkilatın strukturunu qurmaqda, kitablar çap etmək, saytlar hazırlamaq, SMM-lə məşğul olmaqda və s. kömək edən bır sıra aktivistlər olur. İyerarxiyanın aşağı pillələrində isə öz liderlərini və təşkilatlarını dəstəkləyən fanatlardan ibarət qruplar yerləşir. Onlar öz ideoloqlarının fikirlərini könüllü şəkildə, entuziazmla yayırlar.
Əlbəttə, unikal bilgilərə sahib, yeni nələrsə tapan, digərlərini çəhrayı eynəklərini çıxarmağa vadar edən, onların gözlərini açan insanlar çox azdır. Buna görə də, onlara liderlik keyfiyyətləri (leadership studies) paradiqmasından baxmaq lazımdır. Hərçənd özünü müəlliflik vasitəsilə fərqləndirmək və hansısa unikal konsepsiyaya sahib olmaq imicmeykinq nöqteyi-nəzərindən pis deyil. Məsələn, reptiloidləri uyduran Devid Ayk belə eləmişdi. Onun sayəsində indi Avropada 5G qüllələrini qorumaq lazım gəlir. Təbii ki, belə şübhəli bir nəzəriyyə ilə çıxış edib onu insanlara çatdırmaq cəsarət tələb edir. Ancaq bu, özünü reallaşdırmaq, eşidilmək və məşhur olmaq ehtiyacından doğur.
İngilətərədə doğulmuş Devid Ayk – keçmiş futbolçu və BBC kanalının idman şərhçisi olub. Hazırda isə məşhur yazıçı, natiq və konspiroloqdur, bütün həyatını «dünyanı əslində kim idarə edir» sualının cavabını araşdırmağa həsr edib, bu mövzuda onlarla kitab yazıb. O hesab edir ki, kainat eyni fəzada yerləşən saysız-hesabsız ölçülərdən ibarətdir. Ayk, bəşəriyyətin inkişafının yadplanetli irqin – reptiloidlərin əlində olduğunu deyən ideyanın müəllifidir. O cümlədən lap bu yaxınlarda yayılmış, koronavirusun 5G qüllələri vasitəsilə keçdiyi ilə bağlı şayiələrin «müəllifliyi» də ona məxsusdur. O, bütün dünyanı gəzərək mühazirələr oxuyur və öz nəzəriyyələrini aktiv şəkildə yayır.
KONSPİROLOJİ NƏZƏRİYYƏNİN TARİXİAntropoloqların çoxdankı bir versiyasına əsasən, konspiroloji nəzəriyyələr hər zaman mövcud olub və təkamül prosesinin bir hissəsidir. Hərçənd onlar müxtəlif zamanlarda fərqli şəkillərdə istifadə olunub. Hələ Hətta antik dövrlərdə mövcud olmuş konspiroloji nəzəriyyələrlə bağlı araşdırmalar da var. Belə ki, yunan şəhərlərində, xüsusən də, Afinada bu nəzəriyyələr insanların nüfuzunu ləkələməyə, müəyyən sosial qruplara qarşı qorxu aşılamağa imkan verirdi. Məsələn, məhkəmə proseslərində tərəflərdən biri digərini əks-arqumentdən məhrum etmək üçün onu sui-qəsd təşkilində təqsirləndirə bilərdi. Roma imperiyasında da konspiroloji nəzəriyyələr eynilə bu cür istifadə olunurdu – xristianlara qarşı ittihamları xatırlamaq kifayətdir.
Orta əsrlərdə Avropa və İngiltərə vətəndaşlarının bir qismi antisemit əhval-ruhiyyədə idi – tarixdən məlum olduğu kimi, qanlı qırğınla nəticələnən ilk iftira Britaniyanın Norviç şəhərində atılmışdı, yerli sakinlər yəhudi icmasının əməlləri ilə bağlı narahatlıqlarını bildirmişdilər. Amma bu narahatlığın arxasında siyasi, maddi, sosial, hətta mədəni münaqişələr də dayana bilərdi. Ümumiyyətlə, konspiroloji nəzəriyyələr münaqişəsiz mövcud olmur.
Siyasətlə əlaqəsi olmayan konspiroloji nəzəriyyələrə nümunə olaraq, ifritələrin iblislə sövdələşmələrini göstərmək olar. Orta əsrlərdə rahiblər hər yerdə belə sövdələşmələr, sui-qəsdlər tapırdılar.
ni təfəkkür isə, ümumiyyətlə, tez-tez konspiroloji düşüncənin məntiqini təkrarlayır. Bu və ya digər dini qrupların çoxsaylı radikal tərəfdarları hər yerdə sui-qəsd planı görə bilərlər (təbii ki, əgər sən nəyəsə inanırsansa və dindarsansa, bu, hələ sənin konspiroloq olduğun anlamını vermir).
Tarixçilər, orta əsrlərdə bütün konspiroloji nəzəriyyələrin artıq sadəcə şayiə olmaqdan çıxıb siyasi düşüncənin alışılmış formasına çevrildiyini göstərən inandırıcı dəlillər əldə ediblər. Bu, ilahiliyin ort əsrlər insanının həyatından çıxması, hər şeyin sekulyar və aydın olması sayəsində baş vermişdi. Orta əsrlərin sonlarına doğru, şəhər-dövlətlərin hökmdarlarının, xüsusən də, italyanların yazışmalarında əvvəllər ilahi güclərə, qəzavü-qədərə istinad edənlər qəflətən aydın «maraqlar» sərgiləməyə başlamışdılar. Onlar yeni meyarlarla düşünmək imkanı qazanmışdılar: artıq onların həyatına tanrı, ya da şeytan yox, adi, sadə insani maraqlar müdaxilə edirdi. İnsanlar anlamağa başlamışdılar ki, düşmən, başqa üsullarla yanaşı siyasi sui-qəsd, sövdələşmələr vasitəsilə də öz mənfəətinə çata bilər.
XVIII əsrin sonlarında bu vacib keyfiyyət dəyişikliyi möhkəmlənir. Bu məqamda Böyük Fransız İnqilabını gerçəkləşdirmiş masonlarla bağlı məşhur süjeti xatırlamağın yeridir. Çünki məhz həmin dövrdən etibarən konservativ əhval-ruhiyyəli avropa intelligensiyası üçün sui-qəsd parametrlərində düşünmək dəbə çevrilir.
Konspiroloji nəzəriyyənin bir hissəsi siyasi elitaya güvənsizlik, bir hissəsi mütəxəssislərin, alimlərin səriştəsinə şübhə və s. üzərində qurulur. Müharibədən sonrakı dövrdə – XX əsrin ikinci yarısında konspiroloji nəzəriyyələrin xeyli populyarlaşmağının bir səbəbi də mürəkkəb dünyanın dərki prosesidir. Dünyanın düzəni get-gedə mürəkkəbləşdikcə kütlələrin malik olduqları koqnitiv alətlər baş verənlərə refleksiya üçün bəs eləmirdi və onlar hansısa alternativ konsepsiyalar formalaşdırırdılar.
X əsrdə ABŞ-da müasir konspiroloji nəzəriyyələri araşdırmağa başlayırlar. Amerikan cəmiyyəti, tədricən, şərti industrial mərhələdən postindustrial mərhələyə keçdikcə konspiroloji nəzəriyyələr də dəyişirdi. 1950-ci illərə qədər onlar kifayət qədər aydın, xətti model üzrə inkişaf edirdilər: “başqaları” – almanlar, irlandlar, yəhudilər, kommunistlər və digərləri gəliblər və onların məqsədi bizim amerikan arzumuzu məhv etməkdir.
Amma XX əsrin ikinci yarısında bu model xeyli dəyişdi: “başqaları” yoxa çıxdılar – yadplanetlilərə, ya da hansısa tamamilə kənar elementlərə çevrildilər. MÜASİR KONSPİROLOJİ NƏZƏRİYYƏLƏRDƏN BƏZİLƏRİ
Kennedinin qətli
Çoxlarına elə gəlir ki, konspiroloji nəzəriyyələrdə mütləq yadplanetlilər və reptiloidlər peyda olmalıdır. Amma gəlin, günümüzün bütün müasir amerikan konspiroloji nəzəriyyələrinin anasına – Con Kennedinin qətlinə nəzər salaq. Burda heç bir reptiloid yoxdur. Sözügedən nəzəriyyə kifayət qədər adi və kifayət qədər inandırıcı konspirologiyadır, mütəmadi olaraq sənədli, ya da psevdosənədli filmlərdə ondan istifadə olunur. Bu mədəniyyəti yaradan entuziastlar üçün tətik rolunu «Necə ola bilər ki, bizim ölkəmizdə belə bir hadisə baş versin, prezident qətlə yetirilsin?» sualı oynayıb.
«GİZLİ HÖKUMƏT»: reptiloidlər
Ən möhtəşəm konspiroloji nəzəriyyələrdən birinə əsasən, dünyanı yadplanetli reptiloidlər idarə edir.
Bu nəzəriyyənin tərəfdarları reptiloidlərin mövcudluğunun isbatını Obamanın qulağının qəribə olmasında, Castin Biberin uzun müddət göz qırpa bilməsində, ya da kraliça Viktoriyanın nəslinin nümayəndələrinin uzun ömür yaşamasında görürlər.
Bu nəzəriyyənin ideoloqu Devid Ayk bütün dünyanı gəzib mühazirələr oxuyur, stadionları doldurur. Amma maraqlıdır ki, o, çıxışlarına reptiloidlər haqqında danışmaqla başlamır. Əvvəlcə bərbad elitaların adi insanların başına gətirdiyi oyunlardan söz açır, həqiqətən olmuş cinayətləri, qətlləri, siyasi sövdələşmələri nümunə gətirir. Yalnız bir az vaxt keçəndən, auditoriya ona inanandan sonra Ayk, qəflətən «bütün bunları törədənlər əslində insan deyil» deyir. Daha sonra o, çoxmənalı bir pauza verir və davam edir: «Əslində onlar yadplanetlilərdir».
«ALİMLƏR GİZLƏDİRLƏR»: YERİN SƏTHİ OLMASI və TARİXİN SAXTALAŞDIRILMASI NƏZƏRİYYƏSİ
Bu nəzəriyyənin təməlində ekspertizaya güvənsizlik dayanır. Nəzəriyyənin tərəfdarları hesab edirlər ki, alimlər bizi aldadırlar, kosmik tədqiqatlar aparan adamlar dilbir olublar və Yerin gerçək görünüşü barədə həqiqəti hər kəsdən gizlədirlər. Bu, eyni zamanda həm gülməli, həm də ölümcül nəzriyyədir: bu yaxınlarda Yer Kürəsinin səthi olması barədə nəzəriyyənin qatı tərəfdarlarından biri raket düzəldib, onunla uçub və həlak olub. Ekspertizaya güvənsizliyin başqa bir örnəyi – «tarixi dəyişən» tarixçilərlə bağlı bütün mümkün nəzəriyyələrdir. Vaksin əleyhinə hərəkat isə – ekspertizaya güvənsizliyin hakimiyyət institutlarına güvənsizliklə qarışdığı nəzəriyyənin örnəyidir.
«KORPORATİV LOBBİ»: GMO və SUDA İŞLƏYƏN MÜHƏRRİKLƏR
Bu, sol düşüncə tərəfdarları arasında meydana çıxmış tipik antikorporativ hekayətdir: böyük korporasiyalar və banklar dünyamızı korlamaq üçün böyük pullar yatırırlar. Onlar kənd təsərrüfatı mədəniyyətlərini genetik modifikasiya edərkən guya onları sadəcə daha dözümlü etmirlər, bu yolla həm də insanların səhhətini korlayırlar.
«Korporativ lobbiçili»yin başqa bir nümunəsi – mühərriklərin çoxdan su üzərində də işləyə bildiyi ilə bağlı şəhər əfsanəsidir. İnsanlar bu nəzəriyyəyə inanırlar, çünki benzinin qiyməti baha olduğuna görə özlərini narahat hiss edirlər. İnsanlar üçün bu, onların həyatına təsir edən maliyyə münaqişəsidir, ona bir izah tapmaq istəyirlər -məsələn, belə bir şey: niyə Rusiyada çoxlu neft istehsal olunsa da, benzin ABŞ-da olduğundan daha bahadır? Təbii ki, ağıla gələn ilk fikir – neft şirkətlərinə başçılıq edən çox sayda varlı adamların mövcudluğu və onların mövcud situasiyadakı maraqları olur.
KONSPİROLOJİ NƏZƏRİYYƏLƏRƏ KİM İNANIRƏslində, biz hamımız bu və ya digər dərəcədə konspirologiyalara inanırıq – ola bilsin ki, birjalarda, ya da Ağ Evdə hansısa gizli sövdələşmələr aparıldığından əminik, hətta bu hipotezanı dostlarımızla da bölüşürük. Güman ki, onlardan dəstək də alırıq, çünki bizim ölkədə konspiroloji nəzəriyyələrə inananlar çoxdur. Ümumiyyətlə, rus mədəniyyətində şübhəlilik modusu uğurla işləyir.
Bir qayda olaraq, bu konspiroloji nəzəriyyələri iqtisadi baxımdan o qədər təminatlı olmayan, aşağı keyfiyyətli ərzaqlar və əşyalar istehlak edən insanlar yayırlar. Onlar üçün belə konsepsiyalara inanmaq – öz təhlükəsizlikləri ilə bağlı narahatlıqdır, cəmiyyətdə meydan çıxan bu və ya digər problemləri müzakirə etmək üçün bir portaldır.
Digər tərəfdən sui-qəsd nəzəriyyələrinə inanmaqla təhsilin səviyyəsi arasında da asılılıq var. Amma bu nəzəriyyələri araşdırmağa başladığımız vaxtdan bəri onlarla bağlı təsəvvürlər xeyli dəyişib. Əvvəllər elə hesab olunur ki, insanın savadı nə qədər azdırsa, onun konspiroloji nəzəriyyələrə inanmaq ehtimalı o qədər yüksəkdir. Amma burda bir düzəliş edək: aşağı səviyyəli təhsillə konspiroloji nəzəriyyələrə inanmağa meyl arasındakı əlaqə birbaşa deyil.
Konspiroloji nəzəriyyələrin ardıcılları orta, hətta ali təhsilə malik ola bilərlər, ancaq çox güman, onların magistr, ya da doktorluq dərəcəsi yoxdur. Əlbəttə, ölkədən və təhsil sistemindən də çox şey asılıdır. Ancaq bir qayda olaraq, konspiroloji nəzəriyyələrə az təhsil almış və araşdırma aparmağın qaydaları barədə müəyyən təsəvvürləri olan insanlar inanırlar: onlar bilirlər ki, istinadlar, ideya, arqumentasiya, qənaətlər və müəyyən miqdarda dəlil-sübutlar olmalıdır. Bu insanlar sistematik təhsilin köməyilə yox, saytları, forumları oxumaqla, mürəkkəb məsələlərin izahını başqa insanların rəylərində, axtarmaqla «araşdırma» aparırlar. Məhz belə insanlar konspiroloji nəzəriyyələrə daha çox inanırlar, nəinki ümumiyyətlə, heç bir təhsil almamış, ya da iki ali, elmi dərəcəsi olan insanlar.
Beləliklə, konspiroloji nəzəriyyə – heç də tamamilə təhsilsiz insanlar üçün deyil. Bu, az təhsil almış, amma özünü çoxbilmiş sayan insanlar üçündür. İnsanlar konspiroloji nəzəriyyələrə ona görə inanırlar ki, özlərinin hansısa məntiqi və koqnitiv alətlərə sahib olduqlarını, öz qənaətlərini çıxara biləcəklərini düşünürlər.
Konspiroloji nəzəriyyələrə inamın istinadgahları – fərdi və ya sosial xarakterli, (məsələn, Rusiyada 90-cı illər) travmalı keçmişdir. Həmçinin konspiroloji nəzəriyyələrə inamla narsissizm arasında da maraqlı bağlılıq var. Özlərini başqalarından daha yaxşı hesab edən insanlar tez-tez öz uğursuzluqlarının səbəbini gizli gücləri axtarırlar. Bundan əlavə, elə sosial, etnik münaqişə situasiyaları var ki, ağır vəziyyətdə yaşayan azlıqlar (oppressed minorities) güclü düşmənin hansısa planı olduğuna inanırlar. Məsələn, ərəb dövlətlərində yəhudilərlə bağlı konspiroloji nəzəriyyələr kifayət qədər populyardır, çünki İsrail Yaxın Şərqdəki ən güclü dövlətdir.
Əlbəttə, konspiroloji nəzəriyyələrə inananların əlamətlərini bənd-bənd təsvir eləmək çox maraqlı olardı. Hətta ümumi konspiroloji nəzəriyyə də (generic conspiracy theory) uydurmaq mümkündür. Amma bütün hallarda niyə konkret bir adamın konkret konspiroloji ideyaya inandığını araşdırmaq lazımdır. İnsanları sui-qəsd nəzəriyyələrinə inanmağa və bu ideyaları aktiv şəkildə yaymağa vadar edən bəzi psixoloji və siyasi amillər var. Sözügedən insanlar fərqli ideoloji qruplara və siyasi partiyalara mənsub ola bilərlər. Bu insanları nəyin birləşdirdiyi maraqlı elmi problemdir və biz onun həllinə doğru gedirik: insanların konspiroloji qruplara necə düşdüklərini, həmin ideyaları ətrafdakılarla niyə bölüşdüklərini anlamaqdan ötrü son 15 ildə çox iş görülüb.
BİZ NİYƏ KOSNPİROLOJİ NƏZƏRİYYƏLƏRƏ İNANIRIQKonspiroloji nəzəriyyələr – özünü qorumaq üsuludur, dünyanı dəyişməkdən ötrü yetərli nüfuza sahib olmayan zəif insanların silahıdır. Odur ki, insanları bu və ya digər konspiroloji ideyaya inandıqlarına görə qınamaq o qədər də doğru deyil. Tez-tez bu sadəcə müəyyən frustrasiya mexanizmi olur. Konspiroloji məntiqin zəif cəhətlərindən biri odur ki, bu məntiqə əsasən, hökm sahiblərinin bağlı qapılar arxasında əldə etdikləri razılaşmalar bizim həyatımızı ağırlaşdırır və biz bunun əziyyətini çəkirik.
Alimlər xarici «başqası»nın obrazı vasitəsilə sadə sakin üçün konspiroloji nəzəriyyənin nə demək olduğunu araşdırmağa başlayıblar. Məlum olub ki, əslində, bu, mürəkkəb, anlaşılmaz və bizdən kənar şeylər haqqında danışmaq üsuludur. Yəni ola bilsin ki, amerikalılar yadplanetlilərlə bağlı konspiroloji nəzəriyyələr vasitəsilə, əslində, məsələn, mühacirlərdən, ya da dini problemlərdən danışmağa çalışırmışlar.
Kulturoloq Tim Mellinin «casus qorxusu» (agency panic) ilə bağlı maraqlı bir fikri var. O, hesab edir ki, konspiroloji nəzəriyyələr – əslində, öz subyektliyinə görə narahat olmaqdır: yəni biz kimik, zamanla necə dəyişirik, texnologiyalar və hakimiyyət institutları bizi necə dəyişir.
Subyektliklə bağlı narahatlıq, əksər insanlar üçün artıq anlamaqda çətinlik çəkdikləri şeylər barədə– dünya necə qurulub və bu dünyada öz unikallığını qorumaq üçün nə etmək lazımdır – danışmaq üsuludur.
KONSPİROLOGİYAYA NECƏ QALİB GƏLMƏK OLARKonspirologiyanın faydalı bir təsiri var. Biz tez-tez sui-qəsd nəzəriyyələrindən uzaq durmağa çalışırıq, bütün o reptiloidlər və s. bizə gülünc gəlir, bu hekayələrin müəlliflərinin özlərini ifadə etməkdən ötrü seçdikləri üslub isə qıcıq yarada bilir. Lakin konspiroloji nəzəriyyələrdə rasionallıq rüşeymləri də var: onlar cəmiyyətdə hansısa problemlərin, ixtilafların olduğunu göstərir. Bu ixtilaf və sui-qəsd nəzəriyyəsini analiz etməklə, onlara kimlərin inandıqlarını, niyə və hansı arqumentlərin gətirildiyini öyrənməklə cəmiyyətdə nələrin yanlış getdiyini anlamaq olar.
Bu gün konspiroloji nəzəriyyələrlə mübarizə aparmaq xeyli çətinləşib: onlar həddindən artıq sürətlə evolyusiya edir. «Sion müdriklərinin protokolları»nın dərcindən Holokosta qədər onilliklər keçmişdi, «Pitsaqeyt»in ilk müzakirələrindən pitseriyadakı atışmaya qədər – təxminən, bir ay.
«Sion müdriklərinin protokolları» – guya yəhudilərin dünyaya hökmranlıq planlarını sübut edən saxta antisemit sənəddir. İlk dəfə 1903-cü ildə rus dilində dərc olunub. Sonralar başqa dillərə də çevrilib və dəfələrlə nəşr edilib. Sənədin saxtalığı elmi yollarla sübut olunsa da, hələ də həmin mətni gerçək hesab edənlər tapılır.
«Şimali-qərbdən şimala doğru» -Rejissor Alfred Hiçkok (ABŞ; 1959)
Əkskəşfiyyat səhvən reklam agenti Rocer Tornhilli (Keri Qrant) təhlükəli casus hesab edir və təqibə başlayır. Nə baş verdiyini anlamayan Tornhilli qatardakı «təsadüfi» bir qadın xilas edir. Janrın qanunlarına görə, qadının da baş verənlərlə əlaqəsi var. Bu casus trilleri total güvənsizlik atmosferini və amerikan konspirologiya mədəniyyətinin digər elementlərini əks etdirir.
«Mançjuriyalı namizəd» – rejissor Con Frankenhaymer (ABŞ; 1962)
Siyasi triller janrında çəkilmiş «Mançjuriyalı namizəd» paranodial trilogiyanın ilk filmidir (digər filmlər: «Mayda 7 gün», «İkincilər»). Hadisələr 1952-ci ildə, Koreya müharibəsi zamanı baş verir. Amerikalı hərbçilər mühasirəyə düşürlər. Əsir amerikalıların yalnız bir neçəsi vətənə sağ qayıdır. Raymond Şou necə xilas olduqlarını xatırlamır. ABŞ ordusunun istefada olan mayoru Bennet Marko isə yuxularında daim eyni kabusu görür və zamanla bu yuxunun təsadüf olmadığını öyrənir: sovet hərbçiləri əsir amerikalı əsgərlərin «beyinlərini yuyaraq» onları zombiyə çeviriblər.
«Yadlar aramızdadır» – rejissor Con Karpenter (ABŞ; 1988)
Sadə bir fəhlə günəş eynəyi tapır və onun sayəsində yaşadığı dünya ilə bağlı həqiqəti öyrənir. Məlum olur ki, bütün jurnallarda, şəhərin divarlarına vurulmuş vərəqələrdə və reklam lövhələrində «İstehlak et», «İtaət et», «Yat» və «Televizora bax» kimi təlqinedici cümlələr yazılıb. Kağız pulların üstündəki yazı isə «Bu sənin Tanrındır» deyir. Filmin qəhrəmanı insanlar arasında gizlənən yadplanetliləri ifşa edir və təbii ki, bu onların xoşuna gəlmir.
«Con F.Kennedi. Dallasda atəş səsləri» – rejissor Oliver Stoun (ABŞ; 1991)
1963-cü il noyabrın 22-də ABŞ-ın 35-ci prezidenti Con Kennedi Dallasda qətlə yetirilir. Keçmiş dəniz piyadası Li Harvi Osvald şübhəli şəxs qismində həbs edilir. Ancaq Luiziananın vilayət prokuroru Cim Qarrison hadisələrin rəsmi versiyasında çoxlu uyğunsuzluqlar tapır. Şəxsi araşdırma nəticəsində o, belə bir qənaətə gəlir ki, kubalı əksinqilabçılarla amerikan hökumətinin üzvləri arasında böyük bir sövdələşmə var.
İki «Oskar» mükafatına layiq görülmüş bu film çoxlarını Kennedinin qətli ilə bağlı rəsmi versiyaya şübhə ilə yanaşmağa vadar edib.
«Məxfi materiallar» – serial (ABŞ; 1993-2018)
Bu əfsanəvi serial FTB-nin arxivinə yığılan açılmamış cinayətlər üzərində işləyən FTB agentləri Foks Malder və Dana Skalli haqqındadır. Agentlərin əllərinə götürdükləri bütün işlər bu və ya digər şəkildə paranormal hadisələrlə bağlı olur. «Məxfi materiallar»da istifadə olunan süjetlərdə tez-tez konspiroloji nəzəriyyələrə, insanların hakimiyyətə qarşı inamsızlığına, başqa planetlərdə həyatın mövcudluğu məsələlərinə toxunulur. Serialın yaradıcısı Kris Karterin sözlərinə görə, bu süjetlər amerikan cəmiyyətinin Con Kennedinin qətlinə və Uotergeyts qalmaqalına reasksiyalarından ilhamlanaraq yazılıb.
Müəllif: İlya Yablokov, Tarixçi, konspiroloji nəzəriyyələr üzrə araşdırmaçı və «Rus sui-qəsd mədəniyyəti» kitabının müəllifi
Mənbə: azlogos.eu
| ['kosnpiroloji nəzəriyyələr', 'tarixin saxtalanması nəzəriyyəsi'] |
172 | https://kayzen.az/blog/gender/26171/niy%C9%99-dahi-qad%C4%B1n-r%C9%99ssamlar-olmay%C4%B1b.html | Niyə dahi qadın rəssamlar olmayıb? | gunelb | Gender-Cinslərin fəlsəfəsi | 12 noyabr 2020, 01:55 |
Amerikalı incəsənət tarixçisi, yazıçı, professor Linda Nochlin feminist incəsənəti tarixi üzrə aparıcı mütəxəssislərdən biri olub. Nochlinin aşağıda təqdim etdiyimiz məşhur essesi incəsənət tarixinin yeni elmi qolunun başlanğıcını qoyub. Müəllif bu essesində incəsənət tarixini metodoloji önyarğıların müəyyənləşdirilməsi və təkzibi vasitəsilə analiz edir və incəsənət sahəsində “dahilik” anlayışının niyə həmişə kişilərə aid edildiyinin səbəblərini araşdırır.
Sənətşünaslıq sahəsində təhtəlşüurlarda mütəxəssis rəyi kimi qəbul olunan qərbli ağ kişinin nöqteyi-nəzəri qeyri-adekvat ola bilər və olur: sadəcə əxlaqi və etik səbəblərdən, ya da sadəcə mahiyyətcə elitist olduğuna görə yox, həm də sırf intellektual səbəblərdən.
Elmi fənlərin get-gedə özlərini daha aydın dərk etdiyi, elmin müxtəlif sahələrinin üslubunda və strukturunda əks olunan təməllərinin xarakterinə daha çox diqqət yetirməyə başladığı bir zamanda “mövcud olan şeyin” “təbiilik” kimi qəbul olunması tipli qeyri-tənqidi yanaşma intellektual baxımdan faciəvi ola bilər.
Britaniyalı filosof, sosioloq və siyasi xadim Con Stüart Mill kişi dominantlığını uzun sosial ədalətsizliklər zəncirinin həlqələrindən biri kimi görürdü. Ədalətli cəmiyyət qurmaq üçün o zənciri qırmaq lazımdır. Eynilə biz də ağ kişinin subyektiv gizli üstünlüyünü intellektual təhriflər zəncirinin bir həlqəsi kimi nəzərdən keçirməliyik. Tarixin daha adekvat və doğru mənzərəsini görmək üçün bu təhrifləri düzəltmək zəruridir.
Məhz, Millinki kimi feminist intellektlər, zamanın spesifik “professionallığa” malik mədəni-ideoloji məhdudiyyətlərini önyarğılardan, uyğunsuzluqlardan təmizləməyə qadirdir. Çünki bu uyğunsuzluqlar sadəcə qadın problemini yox, ümumiyyətlə, elmin açar mövzularını ifadə etmək üsullarına da aiddi. Bununla da, qadın problemi adlandırdığımız, qətiyyən xırda, periferik, gülməli dərəcədə primitiv olmayan, guya ciddi və sanballı elmə zorla sırınmış mövzu əsas və “təbii” təməllərin tutarlılığını yoxlamağa qadir olan katalizatora, intellektual alətə çevrilə, özünüanalizin başqa növləri üçün də paradiqma yarada bilər.
Hətta “Niyə heç vaxt dahi qadın rəssamlar olmayıb?” kimi sadə suala da adekvat cavab tapılarsa, o, müəyyən bir zəncirvari reaksiyaya təkan verər, sadəcə elmin bu və ya digər sahələrində ümumi qəbul olunmuş ilkin şərtləri sadalamaqla kifayətlənməz, həm də daha geniş yayılaraq tarixi və ictimai elmləri, hətta psixologiya və ədəbiyyatı da öz əhatə dairəsinə daxil edər. Bu isə o deməkdir ki, bu sual, intellektual tədqiqatların ənənəvi strukturunun guya müasir dövrdə də vacib mövzuların həllini adekvat şəkildə tapa bildiyi ilə bağlı iddianı şübhə altına almağa qadirdir.
Gəlin, görək, məsələn, bizim əbədi sualımızdan hansı nəticələr çıxır (yeri gəlmişkən, sadəcə cümlənin quruluşunu yüngülcə dəyişməklə bura insan fəaliyyətinin istənilən sahəsinin adını yazmaq mümkündür): “yaxşı, əgər qadınlar, həqiqətən, kişilərlə bərabərdirlərsə, onda niyə qadınların arasından dahi rəssamlar (bəstəkarlar, riyaziyyatçılar, filosoflar) çıxmayıb, ya da niyə çox az çıxıb?”
“Niyə dahi qadın rəssamlar olmayıb?” Bu sual qadın məsələsi adlanan mövzuya dair əksər müzakirələrin arxa planında tənəli rəy kimi səslənir.Lakin feminist “polemikası”nda istifadə olunan bir çox digər uydurma mövzular kimi bu sual da məsələnin mahiyyətini dəyişir, zira sualın özü artıq bizə ona yüklənmiş cavabı sırıyır: “Qadınların arasından dahi rəssamlar çıxmayıb, çünki qadınlar dahiliyə qadir deyillər”.Belə sualların təməlində yatan fərziyyələr həm məzmun, həm də mürəkkəblik baxımından fəqrlənir: vaginalı məxluqların hər hansı ciddi yaradıcılığa qadir olmadığı ilə bağlı “elmi əsaslandırılmış” sübutlardan tutmuş qismən önyarğısız təəccübə qədər – uzun illərdir əldə olunan təxmini-bərabərliyə rəğmən (hər halda kişi olmaq da problemlərdən azad olmaq demək deyil), qadınlar hələ də incəsənətdə gerçəkdən dəyərli olan heç nə yaratmayıblar.
Bir feministin belə suala ilk reaksiyası – yemi qarmaqlı-tilovlu udmaq və suala cavab verməyə çalışmaq, bundan ötrü bütün incəsənət tarixini eşələmək, ordan həm uğurlu, həm də layiqli qiymətini almamış qadın-rəssamların adlarını çıxarmaq olardı; o, sadə, amma maraqlı, məhsuldar qadın rəssamların karyeralarını bayraq kimi yellədərdi; gül-çiçək rəsmi çəkən, ya da Daviddən dərs alan, amma unudulmuş rəssam qadınları “yenidən üzə çıxarıb” onlara yenidən qiymət verərdi; Mane ilə müqayisədə Berta Morizonun yaradıcılığının düşünüldüyü kimi, ikinci dərəcəli olmadığını isbatlamağa çalışardı – başqa sözlərlə, layiqli qiymətini almamış, ya da az tanınan müəllimini həmkarlarının gözündə yüksəltməyə çalışan istənilən alimin elədiyini eləyərdi.
Belə səylər – bu, istər 1858-ci ildə “Vestminster Revyu”da dərc olunmuş qadın rəssamlar haqqında iddialı məqalə, istərsə də XX əsrdə Anjelika Kaufman və Artemiziya Centileskinin yaradıcılıqlarının elmi cəhətdən araşdırılması olsun – həm qadınların nailiyyətləri, həm də ümumiyyətlə incəsənət tarixi haqqında bilgilərimizi artırır. Amma onlar “Niyə dahi qadın rəssamlar olmayıb?” sualının təməlində yatan fərziyyələri heç bir şəkildə şübhə altına salmır. Əksinə, bu suala cavab verməyə çalışanlar açıq şəkildə olmasa da, onun neqativ çalarlarını gücləndirirlər.
Bu suala cavab vermək üçün edilən daha bir cəhd də ondan ibarətdir ki, baxış bucağını yüngülvari dəyişirsən və müasir feministlər kimi, qadın sənətində “dahiliyin” kişi sənətindəki “dahilikdən” fərqləndiyini elan edirsən. Və bununla da həm formal, həm də bədii ifadə kriteriyalarına görə, kişi üslubundan fərqlənən, qadının vəziyyəti və təcrübəsinə əsaslanan səciyyəvi qadın üslubunun mövcudluğunu təsdiqləyirsən.
İlk baxışda bu mülahizə kifayət qədər ağlabatan təsir bağışlayır: ümumi götürəndə qadınlıq təcrübəsi, onun cəmiyyətdəki yeri, ayrılıqda isə – qadının incəsənətdəki yeri və təcrübəsi kişilərdən fərqlənir. Qarşısına incəsənətdə qadın təcrübəsinin dərkini reallaşdırmaq kimi dəqiq bir məqsəd qoymuş və şüurlu şəkildə birləşmiş bir qrup qadın tərəfindən yaradılan sənət, təbii ki, tərz olaraq, feminist, ya da ümumiyyətlə, qadın tərzi kimi müəyyənləşdirilə bilər.
“Dunay məktəbi”nin rəssamları, Karavacconun ardıcılları, Qogenin çevrəsinə daxil olan rəssamlar, “Göy süvari” qrupunun üzvləri, yaxud kubistlər, həqiqətən, parlaq üslubları və ya bədii ifadə özəllikləri ilə xarakterizə edilirlər.
Lakin qadın rəssamları birləşdirə biləcək ümumi “qadınlıq” keyfiyyətləri yoxdur. Bu, qadın yazıçılara da aiddir – Meri Ellman “Qadınlar haqqında düşünərkən” (“Thinking about Women”) kitabında bu tezisi maskulin tənqidin ən ziddiyyətli klişelərindən son dərəcə gözəl müdafiə edir.
Artemiziya Centileski, madam Vije-Lebren, Anjelika Kaufman, Roza Boner, Berta Morizo, Süzanna Valadon, Kete Kolvits, Barbara Hepuort, Corciya O’Kif, Sofi Toyber-Arp, Helen Frankentaler, Bridcit Rayli, Li Bonteku və Luiza Nevelsonun, o cümlədən Sapfo, Ceyn Ostin, Emili Bronte, Jorj Sand, Corc Eliot, Virciniya Vulf, Gertruda Stayn, Anais Nin, Emili Dikinson, Silviya Plat və Süzen Sontaqın əsərlərini birləşdirən incə “qadınlıq” substansiyası yoxdur.
Adları sadalanan qadın rəssam və yazıçılar biri-birindən daha çox, onlarla oxşar dünyagörüşünü paylaşan kişi rəssamlar və yazıçılarla yaxındılar.
Kimsə deyə bilər ki, qadın rəssamlar daha çox özlərinə qapılırlar, onların texnikası detallara qarşı daha həssas və zərif olur. Amma yuxarıda adları sadalanan qadın rəssamların hansı Redondan daha dərindir? Hansının rəngləri Kamil Koronun rənglərindən daha nəfis, çalarları onun çalarlarından daha zərifdir? Kim daha qadınsaldır – Fraqonar, yoxsa madam Vije-Lebren? Bəlkə – əgər “qadınsallıq” və “kişisəlliyin” binar müqayisəsindən çıxış etsək – bu “qadınsallıq” bütün rokoko tərzinə, bütün XVIII əsr Fransasına xasdır? Yeri gəlmişkən, əgər zəriflik, nəzakətlilik və gözəgəlimlilik qadın tərzinin fərqləndirici özəllikləri sayılırsa, onda Roza Bonyörün “At yarmarkası” (“Horse Fair”) əsərində heç bir zəriflik yoxdur, Helen Frankentalerin nəhəng rəsmlərində isə heç bir incəlik, ya da özünəqapılma yoxdur. Əgər qadınların məişət səhnələrinə və uşaq mövzularına müraciət etdikləri deyilirsə, onda Yan Sten, Şarden, impressionist rəssamlar Renuar və Mone, həmçinin Morizo və Kassat da eyni şeyi edirdilər. Və istənilən halda süjet, mövzu və ya müəyyən predmetlərin seçimini tərzlə eyniləşdirmək, xüsusən də, hansısa spesifik qadın tərzinə aid etmək olmaz.
Problem bəzi feministlərin qadınsallığı necə başa düşdüklərində yox, incəsənətin nə olduğunu yaxşı başa düşməmələrindədir- elə geniş publika kimi. Onların sadəlövh təsəvvürlərində incəsənət – insanın emosional təcrübəsinin birbaşa, fərdi ifadə olunmasıdır, şəxsiyyətin həyatının vizual dilə köçürülməsidir. İncəsənət isə demək olar ki, heç vaxt belə köçürmə deyil, böyük sənət isə qətiyyən bu deyil. İncəsənət əsərinin yaradılmasında özü-özünə yetərli forma dili iştirak edir – o, konvensiyalardan, sxemlərdən, yaxud sözügedən dövrün yazı sistemindən az-çox asılı ola, ya da olmaya bilər. Forma dili tələbəlik və ya tədris müddətində, ya da uzun illik şəxsi eksperimentlər əsasında öyrənilir, yaxud da təkmilləşir.
Daha sadə dillə desək, sənətin dili kətanda, kağızda, daşlarda, gildə, plastikada, metalda, boyalarda və cizgilər təcəssüm olunur – o, nə ağlamalı əhvalat deyil, nə də qalmaqallı dedi-qodu.
Bütün məsələ ondadır ki, tarixdən məlum olduğu qədərilə, qadınlar arasında, həqiqətən, dahi rəssamlar çıxmayıb. Hərçənd çoxlu yaradıcılığı kifayət qədər araşdırılmamış, lazımi diqqət görməmiş çox yaxşı, maraqlı rəssamlar var;
Eynilə, biz nə qədər əksini arzulasaq da, litvalıların da arasında dahi cazz musiqiçiləri, ya da eskimosların arasında dahi tennisçilər yoxdur.
Buna ancaq təəssüf edə bilərik, amma tarix, ya da tənqidi faktlarla manipulyasiya etmək vəziyyəti dəyişməyəcək; onu tədqiqatçıların, tarixin kişi şovinizmi mövqeyindən təhrif olunması ilə bağlı ittihamları da dəyişməyəcək. Mikelanceloya, ya da Rembrandta, Delakruaya, ya da Sezanna, Pikassoya, ya da Matissə, hətta günümüzün dahiləri de Kuninqə və Uorholla bərabər qadınlar, elə onlara bərabər qara dahilər də yoxdur. Əgər həqiqətən, çoxlu “gizliqalmış” dahi qadın rəssamlar olubsa, ya da əgər qadın incəsənətinə kişi incəsənətindən fərqli kriteriyalarla yanaşmaq vacibdirsə – bu iki fərziyyəni uzlaşdırmaq isə mümkün deyil – onda feministlər nəyin uğrunda mübarizə aparırlar? Əgər qadınlar, həqiqətən, incəsənətdə kişilərin əldə etdiklərini əldə ediblərsə, onda artıq bu status-kvonun özü belə çox gözəldir.
Əslində isə, hamımızın bildiyi kimi, incəsənətdə və yüzlərlə digər sahələrdə mövcud olmuş və davam edən real vəziyyət hər şeyi mənasızlaşdırır, ağ doğulmaq, orta sinifə aid olmaq, ən əsası, kişi doğulmaq xoşbəxtliyindən məhrum qalmış hər kəsi (o cümlədən qadınları da) çaşdırır və sıxışdırır. Bütün bunların təqsirkarı bizim taleyimiz, hormonlarımızı, menstrual siklimiz, ya da cinsiyyət orqanlarımız deyil, bizim institusional quruluşumuz və təhsilimizdir. Burda təhsil sözü altında vacib simvollar, işarələr və siqnallar dünyasına qədəm basdığımız andan etibarən başımıza gələn hər şey nəzərdə tutulur. Nəhəng güc üstünlüyünün qadınların və qaraların xeyrinə olmadığına baxmayaraq, ağ kişilərin mülkiyyətindəki elm, siyasət və ya incəsənət kimi sahələrdə bu qədər çox qadının və qaraların uğur qazana bilmələri sadəcə möcüzədir.
Məhz, bu məqamda “Niyə dahi qadın rəssamlar olmayıb?” sualının altında əslində nələrin yatdığı barədə ciddi düşünməyə başlayırsan və yavaş-yavaş anlayırsan ki, dünyada hər şeyin necə qurulduğu barədə təsəvvürlərimiz belə vacib sualların qoyuluşundan – tez-tez saxtalaşdırılmış da olur- nə qədər asılıdır. Biz Şərqi Asiya Problemi, Yoxsulluq Problemi, Qara əhali Problemi və Qadın Probleminin mövcudluğunu haqlı bir şey kimi qəbul etməyə meylliyik. Halbuki əvvəlcə özümüzdən bu “mövzuları” kimlərin müəyyənləşdirdiyini, kimlərin tərtib etdiyini, daha sonra da bu tip suallar qoymağın hansı məqsədlərə xidmət etdiyini soruşmalıyıq. (Hələ yaddaşımızı təzələyib nasistlərin “yəhudi problemini” də xatırlaya bilərik). Müasir sürətli kommunikasiya dövründə hökm sahiblərinin natəmiz vicdanlarını rasionallaşdırmaqdan ötrü, “problemlər” son dərəcə tez xülasə edilir: məsələn, amerikalıların Vyetnamda və Kambocada yaratdıqları problem “Şərqi Asiya problemləri” adını alır, hərçənd Şərqi Asiya sakinləri onu “amerikan problemi” hesab edirlər (ki, bu, həqiqətə daha yaxındır); yoxsulluq problemi adlanan məsələni kasıb məhəllələrin sakinləri birbaşa “zənginlik problemi” adlandıra bilərdilər; eyni ironiya ağ əhali problemini tərsinə – qara əhalinin probleminə çevirir; və eyni tərs məntiq bizim indiki vəziyyətimizi “qadın problemi” kimi müəyyənləşdirir.
Beləliklə, “qadın problemi”nin – təbii ki, insanlığın bütün problemləri kimi bu da uydurmadır (ümumiyyətlə, insana aidiyyatı olan hər şeyi “problem” hesab etmək kifayət qədər yeni yaranmış ideyadır) – qətiyyən həllə ehtiyacı yoxdur, zira insan problemləri vəziyyətin reinterpretasiyasını, ya proqramın, ya da problemlərin özünün qoyuluşunun radikal dəyişməsini tələb edir. Buna görə də, qadınlar və onların incəsənətdə, eləcə də insan fəaliyyətinin digər sahələrindəki vəziyyəti dominant, hökmran kişi elitası nöqteyi-nəzərindən baxmalı olduğumuz “problem” deyil. Əksinə, qadınlar özlərini kişilərlə real, ya da potensial bərabər subyektlər kimi qəbul etməlidilər və öz mövqelərinə dik, özlərinə yazığı gəlmədən, bəhanələrsiz və güzəştlərsiz baxmalıdılar; onların öz mövqelərinə, vəziyyətlərinə baxışları yüksək səviyyəli emosional və intellektual arxayınlıqla müşayiət olunmalıdır. Nailiyyətlərin bərabərliyinin mümkün olduğu, hətta ictimai institutlar tərəfindən aktiv şəkildə dəstəkləndiyi bir dünya qurmaq üçün bu, çox vacibdir.
Təbii ki, incəsənətdə, ya da istənilən başqa sahədə kişilərin əksəriyyətinin gözünün açılacağına, bəzi feministlərin optimist şəkildə güman etdiyi kimi, qadınlara tam bərabərlik verməyin kişilərə daha çox sərf etdiyini düşünəcəklərinə ümid etmək qeyri-real olardı. Ya da özlərinə ənənəvi “qadın” məşğuliyyətlərini və emosional reaksiyaları qadağan etməklə, əslində, özlərini repressiya etdiklərini kişilərin tezliklə anlayacağına ümid etmək… Çünki dünyada kişilərə, həqiqətən, “yasaqlanmış” fəaliyyət sahələri həddindən artıq azdır. Əgər belə sahələrdə onların iş səviyyələri kifayət qədər yüksəkdirsə, iş məsuliyyətlidirsə və yaxşı mükafatlandırılırsa, onlar problem yaşamırlar. Uşaqlara “qadın” kimi qayğı göstərməyə ehtiyac duyan kişilər pediatr, ya da uşaq psixoloqu olurlar, üstəlik onların rutin işlərini qadınlar – tibb bacıları yerinə yetirirlər; mətbəx yaradıcılığına meyli olan kişilər məşhur aşpaz ola bilərlər; və nəhayət, özünü, adətən, “qadın” yaradıcılığı adlandırılan işlərdə ifadə etməyə can atan kişilər rəssam, ya da heykəltəraş ola bilərlər. Daha muzey gözətçisi, ya da adətən, eyni situasiyada olan qadınların etdiyi kimi həvəskar keramikaçı olmalarına ehtiyac yoxdur; o ki qaldı elm dünyasına… öz müəllimlik, ya da tədqiqatçı maaşını azməvacibli işlərə – laborant, makinaçı, dayə, ya da xadimə işinə dəyişməyə razılaşacaq kişilər çoxdurmu?
İmtiyaz sahibləri onlardan bərk-bərk yapışacaqlar və səbəbləri son dərəcə marjinal olsa belə, kimsə onları bu və ya digər mənşəli ali gücə itaət etməyə məcbur edənə qədər imkanları dairəsində öz imtiyazlarını qorumağa çalışacaqlar.
Odur ki, qadınların bərabərliyi məsələsi – istər incəsənətdə, istərsə da hər hansı başqa sahədə – ayrı-ayrı kişilərin qarşıdurması, ya da lütf görməsi məsələsi deyil. Bu, heç ayrı-ayrı qadınların özlərinə inanması və ya inanmaması da deyil. Bu, daha çox bizim institusional strukturların xarakteri və onlara bağlı olan insanlara sırıdıqları dünyagörüşü məsələsidir.
Hələ XIX əsrdə Con Stüart Millin də dediyi kimi: “Adət etdiyimiz hər şey təbii görünür. Bir halda ki qadınların kişilərə tabeliyi ümumi qəbul olunmuş faktdır, onda bu faktdan istənilən kənaraçıxma qeyri-təbii təsir bağışlayır”. Guya bərabərlik tərəfdarı olan əksər kişilər, onlara bu qədər üstünlüklər verən “təbii” vəziyyətlə vidalaşmağa qətiyyən tələsmirlər; Millin də uzaqgörənliklə qeyd etdiyi kimi, digər sıxışdırılan qruplardan və ya kastalardan fərqli olaraq, kişilər qadınlardan təkcə itaət yox, həm də qeydsiz-şərtsiz sevgi tələb edirlər. Ki, bu da işləri tamamilə dolaşdırır; buna görə də, kişi cəmiyyətinin onlara aşıladığı tələblər, həmçinin maddi nemətlərin və həzlərin bolluğu tez-tez qadınları zəiflədir: orta sinifə məxsus qadının öz zəncirlərindən başqa da itirəcək şeyləri çoxdur.
“Niyə dahi qadın rəssamlar olmayıb?” sualı anlaşılmazlıqlar və yanlış interpretasiyalar aysberqinin sadəcə görünən hissəsidir; onun altında incəsənətin təbiəti, sənəti müşayiət edən vəziyyətlər, ümumilikdə insan bacarıqlarının təbiəti, ayrıca istedadın təbiəti və bütün bunlarda ictimai quruluşun rolu ilə bağlı bütün dünyadan zərrə-zərrə toplanmış bir yığın qaranlıq, şübhəli ideyalar üzür.
“Qadın problemi” özlüyündə psevdoproblem ola bilər, amma “niyə dahi qadın rəssamlar olmayıb?” sualının üslubunu müəyyənləşdirən məfhumların təhrifi qadını asılı vəziyyətdə saxlayan bütün siyasi və ideoloji mövqelərlə birbaşa bağlı olan nəhəng intellektual “ağ ləkələrin” mövcudluğundan xəbər verir.
Problemin təməlində həm incəsənət, həm də dahi sənət haqqında çoxlu qeyri-tənqidi, sadəlövh fərziyyələr yatır.
Düşünülmüş şəkildə, ya da qeyri-şüuri yaranan bu fərziyyələr Mikelancelo və van Qoq, Rafael və Cekson Pollak kimi bir-birinə bənzəməyən ulduzları “dahilər” nişanı – bu fərqlənmə nişanını sözügedən sənətkatlara həsr olunmuş saysız elmi monoqrafiyalar verir – altında birləşdirir. Əlbəttə ki, Dahiliyə sahib olan şəxslər Dahi Sənətkar hesab olunur; öz növbəsində Dahilik deyəndə Dahi Sənətkarın şəxsində təcəssüm tapmış sirli, zamandankənar bir güc nəzərdə tutulur.
Belə ideyalar danılmaz, adətən, qavranılmamış metatarixi şərtlərdən xəbər verir. Onlarla müqayisədə İppolit Tenomun təkıif etdiyi tarixi fikrin ölçü düstürü – “irq-mühit-an” – həddindən artıq mürəkkəb təsir bağışlayır.
Lakin sözügedən şərtlər nəhəng miqdarda sənətşünaslıq tədqiqatlarının bünövrəsini təşkil edir. Təsadüfi deyil ki, dahi sənətin yaranmasının ümumi şərtləri ilə bağlı açar mövzuya çox nadir hallarda toxunulur. Hətta belə ümumi problemləri araşdırmaq cəhdləri bu yaxınlara qədər qeyri-elmi, həddindən artıq dumanlı, ya da hansısa başqa elmi fənnə, məsələn, sosiologiyaya aid olan bir şey kimi rədd edilirdi. Problemə qərəzsiz, şəxsiləşdirilməmiş, sosioloji, institusional yönümlü yanaşma sərgiləmək sənətşünaslıq peşəsinin istinad etdiyi saysız monoqrafiyaları yaradan strukturu və mədh edilən bütün o romantik, elitist individuallığı gün işığına çıxartmaq deməkdir.
Deməli, qadın rəssamlarla bağlı sualın arxasında təkrarolunmaz, ilahi, yüzlərlə monoqrafiyaların predmeti olan Dahi Sənətkar haqqında mif gizlənir. O, doğulduğu andan ürəyində “Missis Qrass”ın (ərzaq markası) şorbasındakı “qızıl küftələr”ə bənzəyən hansısa sirli mətləb daşıyır. Heç bir maneələrə, ağır şərtlərə baxmayaraq, İstedad və ya Dahilik adı almış bu mətləbin, cinayət kimi gec-tez gün işığına çıxır.
Vizual sənəti və onun yaradıcılarını əhatə edən mistik aura lap qədim zamanlardan miflər doğurub. Maraqlı orasıdır ki, antik dövrdə Pliniyin yunan heykəltəraşı Lisippə aid etdiyi həmin o mistik qabiliyyətləri – gəncliyində eşitdiyi sehrli daxili səs, təbiətdən başqa heç bir müəllimin olmaması – XIX əsrdə Maks Büşon Qustav Kurbeyə aid edirdi. Sənətkarın imititor qismində sahib olduğu fövqəl güc, qorxunc, təhlükəli qüvvələrin öhdəsindən gəlmək bacarığı tarix boyu onu allahabənzər yaradıcı, yoxdan nəsə yaradan biri kimi bütün digər insanlardan fərqləndirib. Yaşlı rəssam, ya da mesenatın savadsız bir çobanda Müqəddəs Möcüzəni kəşf etməsi ilə bağlı nağıl Vazari gənc Cottonu ölümsuzləşdirdiyi vaxtdan bəri tezsatılan mala çevrilib. Cottonu dahi Çimabue (florensiyalı rəssam, protorenessans dövrü italyan rəssamlığının əsas ustalarından biri) çöldə tapmışdı. Gənc Cotto qoyunlarını otara-otara daşlarda qoyun şəkli çəkirdi; Rəsmin gerçəkçiliyinə valeh olan Çimabue dərhal oğlanı şagirdliyə götürür. Hansısa qəribə təsadüfdən, o vaxtdan Bekkafumi, Andrea Sansovino, Andrea del Kastanyo, Mantenyu, Fransisko de Surbaran və Qoyya daxil olmaqla bir çox rəssamlar sənətə eyni pastoral yolla gəliblər. Əgər gələcək Dahi Rəssamın bəxti gətirmirsə və lazımi anda əlinin altında qoyun sürüsü olmursa, yenə də belə çıxır ki, onun istedadı əlverişli zahiri şərtlərdən asılı olmayaraq özünü çox erkən büruzə verib: Filippo Lippi və Pussen, Kurbe və Mone haqqında məlumdur ki, onların hamısı oxumaq yerinə məktəb dəftərlərində karikaturalar çəkiblər. Təbii ki, biz dərs oxumayan, dəftərlərində şəkil çəkən, amma sonra satıcı, ya da xırda klerk karyerasından uzağa gedə bilməyən oğlanlar barədə heç vaxt heç nə bilməyəcəyik. Bioqrafı və şagirdi Vazarinin yazdığına görə, dahi Mikelancelonun özü uşaqkən dərs oxumaqdan daha çox şəkil çəkməklə məşğul olub. Vazari yazır ki, balaca Mikelancelonun istedadı elə aşıb-daşırmış ki, müəllimi Qirlandayo bir dəqiqəlik öz qaralamasının arxasından ayrılanda gənc şagirdi fürsətdən istifadə edərək qaralamaya taxta körpücüklər, üzərinə rəssamlıq ləvazimatları düzülmüş bir neçə masa, orda işləyən bir neçə oğlan” çəkibmiş. Rəsm o qədər məharətlə işlənibmiş ki, müəllimi onu görəndə “bu oğlan məndən çox bilir!” deyə bağırıbmış.
Yəqin ki, həqiqət payı da olan belə əhvalatlar eyni vaxtda onlara qoyulmuş məqsədi həm əks etdirir, həm də şişirdir. Erkən dahilik işartılarından bəhs edən bu miflər, hətta faktlara əsaslanmış olsa belə, bizi həqiqətdən uzaqlaşdırır. Şübhəsiz ki, məsələn, Pikassonun 15 yaşında eyni gündə əvvəlcə Barselona, sonra isə Madrid akademiyasının bütün giriş imtahanlarından keçdiyi həqiqətdir. Halbuki digər namizədlər belə qəhrəmanlıq etmək üçün bir ay hazırlaşmalı idilər. Amma rəssamlıq akademiyalarının, istedadını erkən yaşlarda göstərən, ancaq sonra incəsənət tarixçilərində maraq doğurmayan ortabab rəssamlara çevrilən digər abituriyentləri barədə də bilmək, ya da Pikassonun rəssam atasının oğlunun sürətli inkişafında hansı rol oynadığını diqqətlə araşdırmaq maraqlı olardı. Bəs Pikasso qız doğulsaydı, necə olardı? Onda senyor Ruis balaca Pablitoya bu qədər diqqət yetirə, ya da ona yaradıcı uğur qazanacağına dair ümid verərdimi?
Bu cür əhvalatların hamısında bədii yaradıcılığın hansısa şərtlərlə məhdudlaşdırılmayan, qeyri-sosial, möcüzəvi təbiəti xüsusi vurğulanır; XIX əsrdə sənətkarın rolunun belə yarıdini qavranılması aqioqrafiya dərəcəsinə çatır, sənətşünaslar, tənqidçilər, o cümlədən bəzi rəssamlar sənəti dinin əvəzləyicisi pilləsinə qaldırmağa, onu maddi dünyada ali dəyərlərin son istinadgahına çevirməyə can atırlar. XIX əsr rəssamlarının bioqrafiyalarında rəssam ən sərt valideyn intizamına, ictimai qaydalara qarşı mübarizə aparır, əsl xristian əzabkeşi kimi ictimai qınağın qamçılarına dözür və nəhayət, bütün çətinliklərin öhdəsindən gəlir – əfsus ki, çox vaxt öləndən sonra – zira onun qəlbində həmin o sirli, müqəddəs atəş var – Dahilik atəşi. Bura aclığa və epileptik tutmalara rəğmən, öz günəbaxanlarını çəkən dəli van Qoq da daxildir; təsviri sənətdə inqilab etmək naminə cəmiyətin nifrətini və valideynlərinin lənətini qəhrəmancasına qəbul edən Sezan da daxildir; onu özünə cəzb edən tropiklərə getməkdən ötrü ekzistensial bir jestlə cəmiyyətin ədəb qaydalarını və maddi təhlükəsizliyi inkar eləyən Qoqen də daxildir; öz irsi aristokratizmini ona ilhamlandıran miskin ətrafına qurban verən cırtdan, topal, əyyaş Tuluz-Lotrek də.
Bu gün heç bir ciddi tarixçi ağ parçaya qara saplarla işlənmiş nağılları həqiqət kimi qəbul etməz. Lakin qeyri-şüuri və ya danılmaz zəminləri, məhz, incəsənət və rəssamlar haqqında bu tip mifologiya formalaşdırır. Sosial təsirlərə, dövrün əhval-ruhiyyəsinə, iqtisadi böhrana və s. istinad edərək nə bəhanə gətirirlər-gətirsinlər, alimlər, əslində, bu nağılları rəhbər tuturlar. Dahi rəssamlardan bəhs edən ən mürəkkəb tədqiqatların – daha doğrusu, söhbət “Dahi rəssam” məfhumunu istinad nöqtəsi, rəssamın yaşayıb-yaratdığı ictimai və institusional strukturları isə ikinci dərəcəli, ya da müşaiyətçi “təsirlər” kimi qəbul edən sənətşünaslıq monoqrafiyalarından gedir – altında “qızıl küftə” nəzəriyyəsi, dahilik nəzəriyyəsi, şəxsi uğuru azad sahibkarlığa bənzər bir şey kimi anlamaq gizlənir. Bu nöqteyi-nəzərdən qadınların incəsənətdə böyük nailiyyətlər qazanmamasını sillogizmlə izah etmək olar: əgər qadında dahiliyin “qızıl küftəsi” olsaydı, o özünü büruzə verərdi. Ancaq büruzə vermədi. Deməli, qadınlarda dahiliyin “qızıl küftəsi” yoxdur. Ki, bunu da sübut etmək tələb olunurdu. Əgər heç kimin tanımadığı balaca çoban Cotto, tutmaları olan van Qoq bacarıbsa, qadınlar niyə bacarmayıblar?
Amma nağıllar və özü-özünü gerçəkləşdirən kəhanətlər aləmindən çıxıb bütün tarix boyu dahiyanə sənətin yarandığı real vəziyyətə, onun sosial və institusional astarına qərəzsiz baxanda məlum olur ki, tarixçiyə verməli olduğumuz sualların özü fərqli formaya malikdir. Məsələn, adam soruşmaq istəyir ki, incəsənət tarixinin müxtəlif mərhələlərində yaşamış rəssamlar hansı sosial siniflərə, hansı təbəqələrə və yarımqruplara aid idilər? Rəssamlar və heykəltəraşların, daha doğrusu, böyük rəssamlar və böyük heykəltəraşların neçə faizi atanın və ya başqa yaxın qohumların rəssam, heykəltəraş, yaxud bunlara yaxın peşə sahibləri olan ailələrdən çıxıblar? XVII-XVIII əsrlər fransız akademiyası haqqında diskussiyalarda Nikolaus Pevznerin göstərdiyi kimi, rəssamlıq peşəsinin atadan oğula ötürülməsi son dərəcə təbii bir şey hesab olunurdu; akademik oğullarının atalarının dərslərinə pulsuz girmək huquqları vardı. XIX əsrdə ataları ilə mübarizə aparan dahi üsyankarlarla bağlı şərəfli, dramatik örnəklər olmasına baxmayaraq, etiraf etməliyik ki, dahi və ya qeyri-dahi rəssamların – oğulların atalarının izi ilə getməsinin adət olduğu o dövrlərdə – böyük hissəsinin atası rəssam idi. Bununla bağlı dahi rəssamlar siyahısından ağla dərhal Hans Qolbeyinin, Dürerin, Rafaelin, Covanni Berninin adları gəlir; hətta bizim dövrümüzdə də rəssam ailələrindən çıxmış dahilərin adlarını sadalamaq mümkündür: Pikasso, Aleksandr Kolder, Cakometti və Endryu Uayett.
O ki qaldı peşə olaraq incəsənətlə sosial sinfin əlaqəsinə… “Niyə aristokratların arasından dahi rəssamlar çıxmayıb?” sualı “Niyə dahi qadın rəssamlar olmayıb?” sualına maraqlı paradiqma yarada bilər. Ən azından, antiənənəvi XIX əsrin gəlişinə qədər böyük burjuaziyadan daha yuxarı sinifə mənsub olan dahi rəssam adı xatırlamaq, demək olar ki, imkansızdır; hətta XIX əsrdə də.
Deqa əslində sonradan yüksəlmiş burjuaziyanı xatırladan ən aşağı zadəganlar təbəqəsinə mənsub idi. Əlil qalandan sonra marginallaşan Anri de Tuluz-Lotrek, həqiqətən, yüksək elitadan çıxmışdı.
Hərçənd incəsənətin himayədarlığı və əsas publikasının çox böyük hisəsi həmişə aristokratların payına düşüb – eynilə indi – daha demokratik dövrümüzdə də onların yerini pul aristokratiyası tutub. Amma onlar, məhz, sənətə həvəskar cəhdlərdən başqa heç bir töhfə verməyiblər. Baxmayaraq ki, aristokratların (eynilə bir çox qadınların da) təhsil almaq üçün daha çox imkanları vardı, qadınlar kimi onlar da daha çox asudə vaxta malik idilər, onların mühitində sənətə aludəlik xoş qarşılanırdı və əticədə son dərəcə istedadlı həvəskarlar meydana çıxırdı. Məsələn, III Napoleonun qardaşı qızı şahzadə Matilda kimi – o, rəsmi salonlarda sərgilər keçirirdi. Ya da, şəxsən Edvin Landsirin özündən dərs almış kraliça Viktoriya və oğlu şahzadə Albert kimi. Yəni bu “qızıl küftə” – Dahilik kövrək qadınlarda yoxdur, amma sərt aristokratlarda da yoxdur? Ya da bəlkə, onu həm qadınlara, həm də aristokratlara irəli sürülən tələblər və gözləntilər – bu və ya digər ictimai funksiyalara, onlardan gözlənilən fəaliyyətlərə vaxt ayırmaq zərurəti — özünü bütünlüklə rəssamlıq sənətinə həsr eləmək ideyasını cəmiyyətin ən yüksək təbəqəsindən olan kişilər, həmçinin bütün qadınlar üçün inkansız, ağlasığmaz etmişdi? Və bu heç də dahilik və istedad məsələsi deyildi?
Əgər sənətin yaradıldığı şərtlərə – ki, dahiyanə sənətin yaradılması məsələsi də bunun bir hissəsidir – doğru yöndən yanaşsaq, onda mütləq təkcə dahi sənətkarın yox, ümumiyyətlə ağılın və istedadın inkişafı üçün əlverişli olan şərtlərlə bağlı diskussiya yaranacaq.
İsveçrəli psixoloq və filosof Jan Piaje və epistemologiyanın digər ardıcılları qeyd edirdilər ki, dünyanın və təxəyyülün dərki prosesində balaca uşaqların ağılları – ya da bizim dolayı yolla dahilik adlandırdığımız şey – statik mahiyyət deyil, müəyyən vəziyyətlərdə subbyektin dinamik aktivliyidir.
Erkən inkişafla bağlı sonrakı araşdırmalardan məlum olur ki, bu qabiliyyət və ya bu ağıl körpəlikdən başlayaraq, tədricən, addım-addım inkişaf edir və subyektin mühitdə adaptasiya-davranış örnəkləri elə erkən yaşda yaranır ki, kənar müşahidəçiyə, həqiqətən, anadangəlmə təsiri bağışlayır.
Belə araşdırmalar bizə deyir ki, hətta metatarixi şərtlərdən yayınsalar belə, alimlər individual dahiliyin anadangəlmə vergi və incəsənətlə məşğul olmaq üçün zəmin olduğu barədəki təsəvvürlərlə vidalaşmalı olacaqlar. Bu şərtlərin düşüncəli şəkildə dəstəklənib-dəstəklənmədiyinin fərqi yoxdur.
“Niyə dahi qadın rəssamlar olmayıb?” sualının bizi gətirib çıxardığı nəticə budur ki, incəsənət – sələfi olan rəssamların, qeyri-müəyyən “ictimai güclərin” təsirinə məruz qalan fövqəl istedadlı şəxsiyyətin azad, müstəqil fəaliyyəti deyil. Çox güman ki, tərkibinə həm sənətkarın inkişafı, həm də sənət əsərinin təbiəti və keyfiyyəti daxil olan bədii yaradıcılıq halı sosial müstəvidə açılıb genişlənir. O, sosial strukturun tərkib hissəsidir və spesifik sosial institutlar tərəfindən – bu, istər rəssamlıq akademiyaları, incəsənətə himayədarlıq sistemləri olsun, istərsə də sənətkarı ilahi qüvvə, əsl kişi, ya da çıxdaş kimi təqdim edən miflər olsun – vasitələndirilir və müəyyənləşdirilir.
Mənbə: Artvesti.ru
ardı olacaq…
| ['feminist incəsənəti', 'incəsənət', 'qadınların bərabərliyi'] |
173 | https://kayzen.az/blog/esse/26121/intellektual-m%C9%99nas%C4%B1zl%C4%B1qda-ezoterika.html | İntellektual mənasızlıqda ezoterika | gunelb | Esse | 29 okyabr 2020, 16:41 |
I dünya müharibəsindən sonra 1916-ci ildə İsveçrədə sənət adamları sənətin heç nəyə vasil olmadığını, əsrlərdən bəri yol gələn, fəqət hansı səbəbə olduğu bilinməyən bu məna boxçasının müharibələrin — amansızlıqların — faciələrin qarşısında sadəcə susmuş məfhum olduğunu, nəyisə dəyişdirmək ixtiyarında olmadığını anlayıb sənət üçün ya tam zamanı olan ya da gecikən, klassikadan modernizmə addımlayan, modern sənətin başlanğıcını qoyan dadaizm (1916-1922) cərəyanını yaratdılar. Bu cərəyan dünyada adət-ənənə, qayda-qanun adı altında gizlənən hər şeyə etiraz idi.
Dadaizm — «dada» fransızca «mənasız ahəngdarlıq» deməkdir. Qısaca: heçlik. Cərəyanın banisi rumın şairi Tristan Tçara sənət dostları ilə görüşlərin birində «Larous” lüğətini aralayıb əlini təsadüfi bir sözün üzərinə qoyur: „dada”. Bu hadisə ilə cərəyana ad tapılır. Tçara bu termin haqqında yazırdı:
“Bu söz zənci Kru qəbiləsinin dilində „müqəddəs inəyin quyruğu” mənasını verir, İtaliyanın bəzi bölgələrində ananı belə adlandırırlar, ola da bilsin ki, uşaqların oynadığı taxta at deməkdir… Hər halda, nəsə mənasız bir şeydir. Məhz buna görə də öz cərəyanınmız üçün bu adı seçdik”.(T.Tçara “Dadaizm manifesti 1918”)
Dadaizm haqqında belə deyirdilər:
»Dadaistlər özlərində heç bir şeyi, heç bir şeyi, heç bir şeyi ifadə etmirlər və əlbəttə, onlar heç bir şeyə, heç bir şeyə, heç bir şeyə nail olmayıblar.”
Bu cərəyan haqqında xeyli yazılar var. Demək olar ki, hamısı da mənasızlıqdan, heçlikdən, cərəyanın inkarından söz açır. Bu yazıda dadaizmə fərqli yöndən baxmağa çalışacam.
«Qurtuluş»
Dadaizm hər şeydən əvvəl, bütün bu mənasız səslənən xüsusiyyətləri ilə bir qaçış — çıxış yolu, qurtuluş idi. Nədən? Kimdən? Haradan? Bu 3 sualın ümumiləşdirilməsi — «haradan?», cavabı isə — özündəndir. İnsan özündən, bütün mənəviyyatından, intellektindən — bir sözlə hər şeyindən qaçış yolunu tapmağa çalışırdı.
Dünyanın bütün qayda-qanunlarına etiraz olan cərəyan, əvvəla insanın özünün özünə olan ən böyük etiraz idi. Özündən — düşüncələrdən, duyğulardan, arzularından qaçmaq — bəlkə də ezoterika.
«Ezoterika»
Ezoterika — Özünü kəşf etməyin, həyatın mahiyyətini dərk etməyin bir yoludur. Müxtəlif ezoterik anlayışlar (düşüncələri, duyğuları, enerjini, arzuları, yuxuları və reallıqları idarə etmək) vardır.
«Duyğuları idarə etmək» — qəribə bəlkə də mümkünsüz səslənir. İnsanın 20-yə yaxın duyğusu vardır, lakin ən vacib və əsasları:
qorxu, qəzəb, kədər və sevincdir. Dadaizm və ezoterikanı bu dörd duyğu ilə əlaqələndirməyə çalışacam.
«Qorxu»
Qorxu bəlkə də duyğuların ən ilkidir. İnsan yarandığı gündən qorxularla doğulub, qorxularla böyüyüb. Təbiət qorxusundan başlayan duyğu məişətə qədər gəlib və bundan sonra da insanın məhvinə qədər davam edəcək. Sənət adamlarının da özlərindən qaçmalarına ilkin səbəb qorxu idi — sənət qorxusu. Artıq sənətin insanlarda mənəviyyat yerinə tamam başqa duyğulara yer açdığını anlamışdılar. İnsan görünən kimi yox, görmək istədiyi kimi izləyir, dinləyir və oxuyurdu. Artıq sənət üçün də qorxularını idarə etmək məcburiyyətində idilər.
«Qəzəb»
Qəribə də olsa, qəzəb qorxudan yaranan duyğudur, lakin duyğuların ən qorxulusudur.
Maraqlı və paradoksal səslənir, fəqət belədir.
Dadizmdə ikinci mərhələ bu duyğunun sayəsində baş verdi. Hər şeydən imtina, hər şeyə etiraz bu duyğunun rəhbərliyində idi, yüz illərlə yol gələn sənətdən imtina yalnız hədsiz qəzəbin sayəsində baş verə bilərdi ki, belə də oldu. Yuxarıda söz açdığımız kimi, bu qəzəb də insanın özünə olan qəzəbi, sonra hər şeyə olan duyğusu idi.
«Kədər»
Qorxu və qəzəb. Bu iki duyğu varsa kədər də vardır. Bəs kədərin bu intellektual mənasızlıqda, heçlikdə rolu nə idi?
Van Qoq ölüm ayağında olan zaman qardaşı Teo-ya belə deyir:
«La tristesse durera toujours”
Yəni, kədər heç bir zaman bitməyəcək. Eyniylə, rəssamın dediyi kimi kədər daima olub və daima da olacaq. Bir çox yazarlar da insanın özünü dərk etməsində ən vacib duyğu olaraq kədəri — ağrını, acını göstərirlər. Razıyam. Belə də olmalıdır.
»Kədər nə qədər dərin olarsa, insan da ilahiyə bir o qədər yaxın olar" — Dostoyevski
Dostoyevskinin dediyi kimi kədər ilahilik, maksimal səssizlik üçün ən əsas duyğudur. Ezoterikanın təməlidir. Dadaistlər bu duyğudan qurtulmağa, sənətdə bu duyğunu barındırmaqdan əl çəkməyə çalışırdılar.
«Sevinc»
Bütün bu duyğuların idarə olunması, sənətdə imtinası yalnız bu duyğudan ötəri idi. Zənnimcə, dadaistlər hər şeydən imtina edib sevinc hissi yaşasaydılar, bu duyğudan da imtina edəcəkdilər. Zira bu cərayan tam da bu idi. Dada — heçlik. İnsan heçliyi əldə etməyə çalışırdı. Real həyatda bu mümkündür? Bəlkə hə, bəlkə də yox. O zaman yuxulara baxaq.
«Yuxular»
Freydin dediyi kimi gələcəyin yox, keçmişin təzahürü olan yuxular, ezoterikada necə rol oynaya bilər? Keçmişin bulanıq aynası olan yuxular simvolika mənbəyidir. Realda baş verənlər bəzən yuxularda simvolik, forma dəyişmiş halda gözümüzün önünə gəlir.
Yuxularda ezoterika mümkündür? Məncə, yox, zira yuxularda da duyğular, düşüncələr qeyri-ixtiyarı hiss olunur...
"İntellektual mənasızlıqda ezoterika"
Gəldiyim nəticə budur ki, bu cərəyanın sayəsində sənət adamları — rəssamlar, yazıçılar, şairlər sadəcə yuxuların forma dəyişməsi, amma bulanıq güzgü kimi baş vermiş keçmiş reallığı götürməsi kimi ezoterik bir yol tapdılar. Bu yol bir neçə vacib cərəyanların yaranmasına, müasir sənətin formalaşmasına səbəb oldu, lakin yenə də sənətdən kənar dəyişən nəsə olmadı. Mənasızlığı, heçliyi yaratmaq mümkün olmadı. İntellekt buna imkan vermədi.
Müəllif: Rauf RaMənbə: yarpaq.az
| ['Dadaizm', 'dadaistlər'] |
174 | https://kayzen.az/blog/Az%C9%99rbaycan-tarixi/26091/ir%C9%99van-quberniyas%C4%B1nda-q%C4%B1r%C4%9F%C4%B1nlar.html | İrəvan quberniyasında qırğınlar | gunelb | Azərbaycan tarixi | 21 okyabr 2020, 12:52 |
Ermənilərin 1918-1920-ci illərdə azərbaycanlılara qarşı həyata keçirdikləri vəhşiliklər, azərbaycanlı yaşayış məntəqələrinin silah gücünə darmadağın edilməsi barədə o dövrün arxiv sənədlərində və dövri mətbuatında kifayət qədər materiallar öz əksini tapmışdır.
1917-ci ilin noyabrında Rusiyada dövlət çevrilişindən sonra Şərqi Anadoludan və Qafqaz cəbhəsindən geri çəkilən rus qoşunlarının silahlarını ələ keçirən ermənilər türklərə və azərbaycanlılara qarşı soyqırımlar həyata keçirdilər. İrəvan quberniyasında azərbaycanlılara qarşı erməni silahlı dəstələrinin törətdikləri kütləvi qırğınların ilk mərhələsi 1918-ci ilin əvvəlindən başlamışdır. 1918-ci ilin mart ayınadək erməni silahlı dəstələri İrəvan quberniyasının İrəvan qəzasında 32, Eçimədzin qəzasında 84, Novo-Bəyazid qəzasında 7 və Sürməli qəzasında 75 kəndi – üst-üstə 198 kəndi darmadağın etmiş, həmin qəzalarda təqribən 135 min nəfər soydaşımızı soyqırıma məruz qoymuşdu. Türkiyə kəşfiyyatının 18 mart 1918-ci ildə Qafqaz cəbhəsindəki vəziyyətlə bağlı əldə etdiyi məlumatda bildirilirdi ki, ermənilərin Qafqazdakı silahlı qüvvələrinin tərkibi 50 min nəfərdən ibarətdir və bu qüvvələrin formalaşması üçün 20-yə qədər ingilis zabiti fəal surətdə məşğul olurlar .
1918-ci ilin aprelində Türk qoşunlarının Qarsı erməni işğalından azad etməsindən sonra Andranikin qoşunu geri çəkilərək Gümrü şəhərinə daxil olmuş, sonra isə Axılkələk istiqamətində hərəkət etmişdi. Həmin qoşun Ağbaba nahiyəsinin Arpaçay boyunca yerləşən Böyük Şiştəpə, İlanlı, Düzkənd, Qaranamaz, Təzəkənd kəndlərini viran etdikdən sonra qonşu Xocabəy (sonralar Boqdanovka rayonu) nahiyəsinin türk kəndlərini xaraba qoymuşdur. Axılkələkdə türk qoşunlarına məğlub olan Andranikin qoşunu may ayının 14-dən 18-dək İrəvan quberniyasına bitişik ərazilərdə Voronsovka (sonralar Kalinin rayonu) və Cəlaloğlu (sonralar Stepanavan rayonu) nahiyələrinin azərbaycanlı kəndlərini viran qoymuşdur. Mayın 21-22-də Voronsovka və Cəlaloğluda türk qoşunlarına məğlub olan Andranikin qoşunu Loru bölgəsindən Dilicana keçmiş, oradan Qaraqoyunlu dərəsi ilə irəliləyərək iyunun 12-də Göyçə gölünün sahilindəki Axta nahiyəsinin azərbaycanlı kəndlərini darmadağın etmiş və sonra Novo-Bəyazid (Kəvər) qəzasını, daha sonra isə Dərələyəz mahalının kəndlərini viran qoymuşdur. 1918-ci il iyunun 20-də Dərələyəz istiqamətindən Naxçıvana daxil olan Andranikin qoşunu orada da qırğınlar törədərək, Culfa istiqamətindən Cənubi Azərbaycana daxil olmuşdur. İyunun 24-də Xoy şəhərində soyqırım törədən Andranikin qoşunu Urmiya üzərinə hücum etmişdir. Aparılan tədqiqatlar göstərir ki, həmin dövrdə ermənilər türk qoşunları ilə qarşılaşmaqdan qorxaraq, yenidən Naxçıvana qayıtmış, avqustun əvvəlində Oxçu vadisi ilə Zəngəzura daxil olmuşdur. 1919-cu ilin aprel ayınadək Andranikin qoşunu Ərzurumdan Zəngəzuradək hərəkət trayektoriyası üzərində yerləşən 500-dən artıq türk-müsəlman yaşayış məntəqəsini viran qoymuşdur. Zəngəzuru ələ keçirməklə Andranik, Qərb dövlətlərinin Türkiyə ilə türk dünyasının əlaqəsini kəsmək niyyətlərini reallaşdırmış oldu. Sovet Rusiyası isə Zəngəzurun Ermənistana verilməsini rəsmiləşdirdi, Naxçıvan Azərbaycandan ayrı salındı.Erməni silahlı dəstələri 1918-ci ilin Novruz bayramı günlərində İrəvan quberniyasının Pəmbək mahalının azərbaycanlılar yaşayan kəndlərinə basqınlar etmiş, əhalisini kütləvi qırğınlara məruz qoymuşdu. Pəmbək nahiyəsinin 9 kəndində 1000-dən çox soydaşımız vəhşicəsinə qətlə yetirilmişdi. Arcut kəndində 60 nəfər qətlə yetirilmiş, Vartanlı kəndində isə 13 yaşından yuxarı 411 kişini tövləyə dolduraraq yandırmışdılar. Həmin kənddən yalnız bir nəfər qaçaraq canını qurtara bilmişdi. Erməni silahlı dəstələri həmçinin 1918-ci ilin Novruz bayramı günlərində Əştərək yaxınlığındakı Gözəldərə kəndinə basqın etmiş, 600 nəfərdən çox sakini qətlə yetirmiş, bütün tikililəri yandırmışdılar. Həmin kənddən yalnız üç nəfər gənc qaçaraq canlarını qurtara bilmişdi.
Türkiyə arxivlərində saxlanılan sənədlərdə qeyd edilir ki, 1918-ci il aprelin 29-da Gümrüdən 500 araba ilə Axılkələyə aparılan 3000-ə qədər qadın, qoca, uşaq və kişi öldürülmüşdür.
Qaçqınlar problemi ilə məşğul olmaq üçün hələ 1918-ci ilin martında Cənubi Qafqaz Seymi nəzdindəki Müsəlman fraksiyasının qaçqınlar şöbəsi yaradılmışdı. Müsəlman fraksiyası Seym hökuməti qarşısında məsələ qaldırmış, İrəvan quberniyasında müsəlmanlara qarşı edilən qırğınlara son qoyulması məqsədilə nümayəndə heyəti göndərilmiş, araşdırmaların nəticələri Seymin iclasında müzakirə edilmiş, qaçqınların vəziyyətinin müəyyən dərəcədə yüngülləşməsinə nail olunmuşdusa da, qırğınları dayandırmaq mümkün olmamışdı.
İrəvan quberniyasında erməni vəhşiliklərinin qarşısını almaq məqsədilə İrəvan Müsəlman Milli Şurası yaradılmışdı. Milli Şuranın sədri Əli xan Makinski, katibi isə Cabbar Məmmədzadə idi. İrəvan Milli Şurasının ermənilərin törətdikləri qırğınlar barəsində Bəyaziddəki türk qoşunlarının komandanlığına göndərdiyi məktubda qeyd edilirdi ki, may ayına qədər iki yüz kənd məhv edilmiş, zülmdən qurtula bilənlər dağlara qaçmış, onların da bir qismi aclıqdan və soyuqdan ölmüşlər, İrəvan şəhərinin 18 min nəfərlik müsəlman əhalisi iki aydır ki, mühasirə altındadaır.
Bütün bu qırğınları ermənilər, Cənubi Qafqazda üç müstəqil dövlət yarananadək törətmişdilər. Müsəlman Milli Şurasının 1918-ci il mayın 29-da keçirilən iclasında İrəvanın siyasi mərkəz kimi Ermənistana güzəşt edilməsindən sonra vəziyyət daha da ağırlaşmışdı.
İyunun 4-də Türkiyə ilə Ermənistan arasında Batumda sülh və dostluq haqqında imzalanan müqaviləyə əsasən Ermənistan Respublikasının ərazisi təqribən 10 min kv.km təşkil edirdi. Bu respublikanın ərazisinə Novo-Bəyazid qəzası, İrəvan qəzasının beşdə üçü, Eçmiədzin qəzasının dörddə biri, Aleksandropol qəzasının dörddə biri daxil idi. Lakin ermənilər bununla kifayətlənməyib, silah gücünə azərbaycanlılara qarşı etnik təmizləmə siyasətini davam etdirməklə yeni-yeni əraziləri ələ keçirirdilər.
Azərbaycan Milli Şurasının iyunun 13-də keçirilən iclasında ermənilərin müsəlmanlara qarşı törətdikləri qırğınlar barədə İrəvandan gələn həyəcanlı xəbərlər müzakirə edilmişdi. İrəvan quberniyası ərazisində ev-eşiklərindən didərgin salınan və ac-yalavac dolanan qaçqınların sayının 150 min nəfərə çatdığı, ermənilərin 206 kəndi dağıtdığı bildirilirdi. Milli Şura İrəvan quberniyasında qaçqınlara maddi yardım göstərilməsi üçün nümayəndə göndərməyi qərara almışdı. Azərbaycan hökumətinin 15 iyul 1918-ci il tarixli qərarı ilə Xarici İşlər Nazirliyinə tapşırılmışdı ki, bütün Cənubi Qafqazda ermənilərin müsəlmanlara və onların əmlakına qarşı törətdikləri zorakılıqları təhqiq etmək üçün Fövqəladə Təhqiqat Komissiyası yaratsın.
Azərbaycan hökumətinin başçısı Fətəli xan Xoyski Gürcüstandakı daimi nümayəndəyə 1918-ci il iyulun 28-də göndərdiyi teleqramda Novo-Bəyazid qəzasının azərbaycanlı kəndlərində ermənilərin törətdikləri vəhşiliklərlə bağlı Ermənistan hökumətinə etiraz göndərilməsini tapşırmışdı. Ermənistan hökuməti 1918-ci ilin sentyabr-oktyabr aylarında silahlı müdaxilə yolu ilə Yelizavetpol (Gəncə) qəzasının Novo-Bəyazid qəzasına bitişik 9-cu sahəni ələ keçirmək, orada Qarsdan və Gümrüdən olan qaçqınları məskunlaşdırmaq istəyirdi.
30 oktyabr 1918-ci ildə imzalanan Mudros sazişinə əsasən türk qoşunları 1914-cü il sərhədlərinə geri çəkilmək məcburiyyətində qalmışdı. Bundan sonra Ermənistan ordusu İrəvan quberniyasının və Qars vilayətinin ərazilərində türk-müsəlman əhalisini tamamilə məhv etməyə başlamışdır. 1918-ci ilin dekabrında türk qoşunlarının sonuncu hissələrinin İrəvan quberniyasını tərk etməsindən sonra yerli müsəlman əhalinin müdafiəsi yerli milli şuraların özünümüdafiə dəstələrinin ümidinə qalmışdı. Geri çəkilməzdən öncə türk ordusunun komandanlığı həmin özünümüdafiə dəstələrinin silah-sursatla təmin edilməsində əlindən gələn köməyi əsirgəməmişdi. 1919-cu il yanvar ayının əvvəlində Azərbaycan xarici işlər nazirinin müavini Adil xan Ziyadxanovun imzası ilə Ermənistanın xarici işlər nazirinə göndərilən notada qeyd edilirdi ki, İrəvan quberniyasında çoxsaylı erməni silahlı qüvvələri tərəfindən müsəlmanlar zorakılığa məruz qalır, şəhərlərdə və kəndlərdə onlar tərksilah edilir, öldürülür və qarət edilir, zor gücünə onları özlərinə tabe etdirməyə çalışırlar, təkcə ermənilərin təqibindən yaxa qurtarmaq üçün Araz çayını keçmək istəyərkən boğulanların sayı 300 nəfərə çatır.
İrəvan quberniyasından gələn xəbərlər o qədər ciddi və həyəcanlı idi ki, Azərbaycan parlamenti 8 yanvar 1919-cu il tarixli iclasında İrəvan quberniyası müsəlmanlarının əhvalı haqqında məsələ müzakirə etmişdi. Yanvar ayında İrəvan quberniyası müsəlmanlarının nümayəndələri adından Mir Hidayət Seyidovun Azərbaycan hökumətinin başçısına ünvanlanmış müraciətində isə qeyd edilirdi ki, Ermənistan hökuməti silah gücünə erməni qaçqınlarını müsəlmanların məskun olduqları ərazilərdə məskunlaşdırır, məqsəd ondan ibarətdir ki, mümkün olan qədər müsəlmanları məhv edərək bütün qəzalardan onları təmizləsinlər ki, Paris konfransında həmin ərazilərin ermənilərə məxsusluğunu sübut edə bilsinlər.
1919-cu il fevralın 24-də Azərbaycan xarici işlər nazirinin müavini A.Ziyadxanov ermənilərin Novo-Bəyazid qəzasında müsəlmanlara qarşı törətdikləri vəhşiliklər barəsində müttəfiq dövlətlərin birləşmiş qüvvələrinin komandanı general V.Tomsona məlumat vermişdi. Novo-Bəyazid qəzasının 26 azərbaycanlı kəndinin sakinlərinin 1919-cu il martın 29-da keçirdikləri icma yığıncağında Azərbaycan hökumətinə və xalqına qəbul olunmuş müraciətdə qeyd edilirdi: “Ararat Respublikasının qoşunları, erməni şovinist və quldur dəstələri tərəfindən dəfələrlə dinc müsəlman kəndlərinə hücumlar edilərək kəndlər dağıdılır, sakinlərin başlarına görünməmiş müsibətlər açılır və qeyri-insani hərəkətlərlə təhqir edilirlər. 270-dən çox müsəlman kəndi dağıdılmışdır ki, bundan başlıca məqsəd İrəvan quberniyasında qalan müsəlman əhalisini sıxışdırıb tamamilə qovmaqdan ibarətdir.
Azərbaycan xarici işlər nazirinin müavini A.Ziyadxanovun 17 iyun 1919-cu ildə Nəsib bəy Usubbəyova göndərdiyi məlumatda bildirilirdi ki, türk qoşunlarının təxliyyəsindən sonra əhalisinin demək olar ki, hamısının müsəlmanlardan ibarət olan İrəvan quberniyasının bir hissəsində Araz Respublikası (Araz-Türk Respublikası – N.M.) və onun müvəqqəti hökuməti yaradılmışdır. Müvəqqəti hökumətin qurulmasında məqsəd Ermənistanın iddia etdiyi həmin əraziyə erməni qoşunlarını buraxmamaqdan və ilk imkanda öz üzvi orqanizmi ilə — Azərbaycanla yenidən birləşməkdən ibarətdir. İyunun 21-də Azərbaycanın Ermənistandakı diplomatik nümayəndəsi Məhəmməd xan Təkinski xarici işlər naziri Məmməd Yusif Cəfərova göndərdiyi şifrəli teleqramda bildirirdi ki, Naxçıvan, Şərur, Vedibasar, Şahtaxtı rayonları erməni qoşunları tərəfindən tutulmuşdur və artıq orada erməni administrasiyası yaradılmışdır.
“Azərbaycan” qəzeti (rusca) 19 iyul tarixli sayında yazırdı ki, 1919-cu ilin yay ayları ərzində erməni quldur birləşmələri 300 azərbaycanlı kəndini yağmalamış və yandırmışlar. On minlərlə adam — kişilər, qadınlar və uşaqlar həlak edilmişdir.
Azərbaycan Parlamenti 17 iyul 1919-cu il tarixli iclasında Zəngəzur qəzasında və İrəvan quberniyasında qaçqınların vəziyyəti ilə bağlı məsələ müzakirə etmişdi. Bağır bəy Rzayev çıxış edərək bildirir ki, bir il əvvəl İrəvanda 22 min müsəlman yaşayırdı və əlavə edir ki, şəhərə tək-tək qayıdanlar evlərini və əşyalarını dağıdılmış görürlər. Qarabəy Qarabəyov deyir ki, müsəlman kəndlərindən müsəlmanları çıxarıblar, qəbiristanlıqların daşlarını belə çıxarıb, dağıtmışlar, məscidlərin qapısını, pəncərəsini çıxarıb aparıblar, damını uçurub orada rəzalətlər yapırlar. Sultan Məcid Qənizadə isə Ermənistan hökumətinin əsl simasını açaraq deyir: “Orada qardaşlarımızı kəsirlər, öldürürlər. Məqsədləri odur ki, müsəlmanlardan bir dənə qalmasın. Ata-baba yerlərindən tərk olsunlar”.
Avqustun əvvəlindən etibarən İqdır və Eçmiədzin qəzaları müsəlman kəndlərinin qırğınları başlanmışdı. Həmin bölgələrdə ermənilər 60 kəndi darmadağın etmişdilər.
Azərbaycanın Ermənistandakı diplomatik nümayəndəsi M.Təkinskinin 1 avqust 1919-cu ildə xarici işlər naziri M.Y.Cəfərova göndərdiyi teleqramda qeyd edirdi ki, erməni qoşunları iyulun 4-də Böyük Vediyə çatmışlar və danışıqlar zamanı ilk atəş ermənilər tərəfindən açılmış, Böyük Vedidən olan nümayəndələr Zeynalabdin Şıxəli oğlu və Nəsrulla bəy Bəşir bəy oğlu öldürülmüşdür. Bundan sonra Böyük Vedililər də atəş açmış, atışma axşamadək davam etmişdir. Axşamüstü ermənilər Böyük Vedi müsəlmanlarının hücumuna tab gətirməyərək döyüş meydanında pulemyotlar, mərmilər, palatkalar buraxaraq geri çəkilmişlər. Daha sonra M. Təkinski qeyd edir ki, Böyük Vedililər İrəvan quberniyasında 300-dən artıq müsəlman kəndinin ermənilər tərəfindən dağıdılmasını və on minlərlə kişilərin, qadınların və uşaqların öldürüldüklərini görüb mübarizə aparırlar.
Ermənistan ordusunun İrəvan quberniyasının azərbaycanlılar yaşayan bölgələrində silah gücünə həyata keçirdiyi etnik təmizləmə siyasətinə qarşı aparılan bütün diplomatik yazışmalar heç bir nəticə verməmişdi. Azərbaycanın xarici işlər naziri M.Y.Cəfərovun Ermənistandakı həmkarına 22 sentyabr 1919-cu ildə göndərdiyi notada 1918-ci ilin yanvarından etibarən ermənilərin İrəvan quberniyası ərazisində törətdikləri vəhşiliklər xronoloji ardıcıllıqla öz əksini tapmışdır. Notada qeyd edilirdi ki, 1918-ci ilin dekabrında İrəvan quberniyasından türklərin çəkilməsindən sonra Sasun polku İrəvan qəzasının Qaraxaç (Qaraarxac) və Vediçay kənd icmalarının müsəlmanlarını tərksilah etmiş, Qədili, Şahablı, Qraxaç, Dəhnəz, Qarabağlar, Ağasıbəyli və s kəndlərini darmadağın etmiş, demək olar ki, adları çəkilən kəndlərin sakinlərinin hamısını öldürmüşlər. Eyni aqibətlə Milli Dərəsi rayonunun bəzi kəndləri də üzləşmişlər. Daha sonra notada qeyd edilirdi ki, təqribən həmin vaxt erməni ordusu Novo-Bəyazid qəzasının Basarkeçər rayonunun kəndlərini mühasirəyə almış, Qızılvəng, Subatan, Zağalı kəndlərinin əhalisini qırmışdır… Şahab kəndində uşaqları təndirə atıb yandırmışlar.
Himayədarlıq Nazirliyinin Ermənistandakı müvəkkili Teymur bəy Makinskinin 11 noyabr 1919-cu il tarixli məruzəsində Ermənistan hökumətinin əsl siması açılırdı: “1918-ci ilin fevralından davam edən qırğınlar nəticəsində yarım milyon əhali dilənçi vəziyyətinə düşüb. (Naxçıvan qəzasından, Şərur məntəqəsindən, Sürməli məntəqəsinin 2-3-cü polis sahələrindən və Zəngibasar rayonundan başqa). Həmin ərazilərdə müsəlman əhali hər şeyini itirib. Dağıntıya məruz qoyulan rayonlarda əhali 200 min nəfərdən artıqdır. Onlar xəstəlikdən və aclıqdan məhv olurlar, dəfələrlə talanlara və qırğınlara məruz qalıblar. Bu kateqoriyaya İrəvan şəhərinin müsəlmanları, Zəngibasarın Göykümbət, Arbat, Ağcaqışlaq və Çarbax kəndləri aiddir. Qəti demək olar ki, ölənlərin sayı 100-120 min nəfərdir. 50 min nəfər Azərbaycana qaçqın kimi gəlib. Təqribən bir o qədər İrəvanda, Zəngibasar rayonunda, Sürməli qəzasının 2 məntəqəsində və Eçmiədzində yaşayırlar. Qalan qaçqınlar Naxçıvan qəzasına, Şərur məntəqəsinə, Sürməli qəzasının 3-cü sahəsinə və Qars vilayətinin Qağızman dairəsinə sığınıblar. Bəziləri Maku xanlığına və Türkiyə ərazisinə köçüblər… İrəvan şəhərində aclıq keçirən əhalinin sayı 8 min nəfərdir”.
1919-cu il dekabrın 16-da Ermənistan Nazirlər Soveti Zəngibasara hücum məsələsini müzakirə edir. Dekabrın 21-də Ermənistan ordusu Zəngibasar rayonunun müsəlmanlarına qarşı hərbi əməliyyatlara başlayır. İrəvan quberniyasının Zəngibasar rayonunun müsəlmanlarının müvəkkillərinin 3 yanvar 1920-ci ildə Azərbaycanın Gürcüstandakı diplomatik nümayəndəliyinə göndərdikləri məktubda Müttəfiq Dövlətlərin Ali Komissarı ilə görüşə bilmədiklərindən, onların Zəngibasar müsəlmanlarının vəziyyətinə dair məruzələrini Ali Komissara çatdırmağı xahiş edirdilər. Onlar hər bir gecikilən saatın minlərlə müsəlman ailəsinin məhvinin demək olduğunu öz müraciətlərində ifadə edirdilər .
Azərbaycanın Ermənistandakı diplomatik nümayəndəliyindən Mir Mahmud Mirbabayev 25 yanvar 1920-ci ildə Azərbaycan XİN-ə göndərdiyi məxfi məktubunda göstərirdi ki, erməni silahlı birləşmələri Zəngəzuru müsəlmanlardan tamamilə təmizləməklə Paris Sülh Konfransını fakt qarşısında qoymaq istəyirlər. M.M.Mirbabayev sonra yazır ki, İran tərəfi ingilislər və ermənilərlə əlaqəyə girərək, böyük şirnikləndirici vədlər verməklə, naxçıvanlıları İrana köçürməyə təşviq edir ki, Naxçıvan zəifləsin və ermənilər oraya soxulmaq imkanı qazansınlar. Naxçıvan təşkilatının fəaliyyəti (Milli Şura və yaxud Araz-Türk hökuməti nəzərdə tutulur-N.M.) Böyük Vedi və Aralıq rayonlarını əhatə edir, Zəngibasarla əlaqə qurulub. Sürməli və Eçmiədzində törədilən qırğınlardan sonra Zəngibasar əhalisi silahlanmaq məcburiyyətində qalmış və hərbi təlimlər keçirmək üçün təlimatçılar dəvət etmişdir. M.M.Mirbabayev daha sonra yazır ki, Zəngibasarda 12 kənddə tamamilə müsəlmanlar yaşayırlar və İrəvandan 8-12 verst məsafədə yerləşirlər və bu kəndlərin bir ucu Araz çayına çatır.
Azərbaycan Parlamentinin 5 yanvar 1920-ci ildə keçirilən iclasında qaçqınların məsələsi müzakirə edilmiş, Ermənistandan 300 min qaçqının gəldiyi qeyd olunmuşdur.
Azərbaycanın Ermənistandakı diplomatik nümayəndəsi Əbdürrəhim bəy Haqverdiyev martın 7-də Tiflis-İrəvan qatarında İrəvana gedərkən erməni quldurları onu silahla hədələyərək qarət etmiş, onun diplomatik missiya üçün apardığı 2 milyon Cənubi Qafqaz bonunu və 3,4 milyon Azərbaycan bonunu, 40 min manatlıq şəxsi vəsaitini əlindən alıb aparmışdılar. Ə.Haqverdiyev bu hadisədən bir müddət sonra Ermənistanda daimi nümayəndə vəzifəsindən istefa vermişdi. Martın 16-da onun yerinə Himayədarlıq Nazirliyinin Ermənistandakı müvəkkili Teymur bəy Makinski təyin edilmişdi.
Azərbaycanda bolşeviklərin hakimiyyəti ələ almasından sonra yaranmış fürsətdən istifadə edən ermənilər azərbaycanlı yaşayış məntəqələrinə hərbi təcavüzü daha da genişləndirmişdilər. T.Makinski 2 may 1920-ci ildə yazdığı hesabatında fəaliyyətə başladığı gündən yüzlərlə soydaşımızın onun yanına gəlib ermənilərin onları məruz qoyduqları vəhşiliklərdən şikayətləndiklərini qeyd edir. O, yazırdı: “Ermənilər dinc əhalinin evlərinə hücum edib, çox zaman onları öldürür, həbs edir, əmlaklarını müsadirə edirlər. İndiyədək zorakılığa görə kimsə cəzalandırılmayıb. Martın 21-də müsəlman əhalinin vəziyyəti barədə Ermənistan XİN-ə məlumat vermişəm. Bundan bir neçə gün sonra Eçmiədzin qəzasının Təkiyə, Üşü, Nəzravan və digər kəndlərin darmadağın edilməsi barədə məlumat aldım… Martın 19-da erməni silahlı qüvvələrinin Vedibasara hücumu başlandı. Mən dəfələrlə bu barədə notalar verdim. Lakin nəticəsi olmadı. Əksinə, yenidən başladı. Bütün bunlar onu göstərir ki, Ermənistan hökumətindən müsəlman əhaliyə qarşı xoş münasibət gözləmək mümkün deyil”. T. Makinski həmçinin hesabatında diplomatik nümayəndəliyin əməkdaşlarının qarşılaşdıqları zorakılıqlardan da bəhs edirdi.
İyunun 15-də Ermənistan XİN Azərbaycanda bolşevik hakimiyyətinin qurulmasını səbəb göstərərək İrəvandakı diplomatik nümayəndəliyin fəaliyyətinə xitam verildiyini bildirir.
Ermənistan ordusunun Vedibasara 1919-cu ilin iyulunda ikinci hücumundan sonra Abbasqulu bəy Şadlinskinin başçılıq etdiyi “Qırmızı tabor” döyüşə-döyüşə İran sərhədinə çəkilmişdi və sağ qalan əhali də İrana keçmişdi. Bununla da ermənilər Vedibasarı tamamilə ələ keçirmişdilər.
Fransanın Qafqaz üzrə Ali Komissarı Damien de Martel tərəfindən 20 iyul 1920-ci ildə Fransanın Xarici İşlər Nazirliyinə göndərilən məktubda ermənilərin xalqımıza qarşı törətdiyi cinayətləri sübuta yetirən faktlar öz əksini tapmışdır. Hazırda Fransa XİN-in arxivində saxlanılan həmin məktubda Ali Komissar Ermənistanın paytaxtı İrəvan ətrafında yaşayan qadın və uşaqlar da daxil olmaqla, 4.000 azərbaycanlının 1920-ci ilin iyun ayında erməni ordusu tərəfindən necə kütləvi qırğına məruz qaldığı göstərilir. Həmin sənəddə erməni əsgərlər tərəfindən qadın və uşaqlar da daxil olmaqla 4.000 nəfərin Araz çayına tökülərək öldürüldüyü də xüsusilə qeyd edilir.
Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli nümayəndəsinin Ermənistan XİN-ə göndərdiyi 5 iyul 1920-ci il tarixli teleqramda bildirilirdi ki, Ermənistanın hərbi hissələri Zəngibasarı darmadağın etdikdən və bölgəni müsəlman kəndlilərindən təmizlədikdən sonra Naxçıvan-Şərur rayonuna hücuma keçib. Həmçinin bildirilirdi ki, iyulun 5-də səhər saat 4-də Ermənistan hərbi hissələri Qazax qəzasına hücuma keçmişdir. Azərbaycan hökuməti bunu iyulun 2-də əldə edilmiş razılığın pozulması və Sovet Azərbaycanına qarşı açıq hücum kimi qiymətləndirmişdi .
Ermənilərin Zəngibasarda törətdikləri qırğınlar Türkiyə Böyük Millət Məclisinin də müzakirəsinə çıxarılmışdı. 1920-ci il avqustun 14-də Ərzurumdan olan millət vəkillərinin sorğusuna cavab olaraq Mustafa Kamal Atatürkün verdiyi izahatdan aydın olur ki, onun Ermənistanda soydaşlarımıza qarşı törədilən qırğınlar haqqında müfəssəl məlumatı olmuşdur. Atatürk ermənilərin hücumuna qarşı türk ordusunun bəzi önləmlər almaq məcburiyyətində qaldığını söyləyir və əlavə edir ki, Bəyazid istiqamətindən gərəkli qədər qüvvəni Zəngibasar Milli Şurasının silahlı qüvvələri daxilinə keçirmişlər. Arazın güneyinə çəkilmiş Milli Şura qüvvələri ilə Türkiyədən göndərilən qüvvələrin birləşməsindən sonra həm Zəngibasara, həm də Oltuya qarşı hücuma keçən erməni qüvvələri durdurulmuşdur.
Məhz türk ordusunun hərbi yardımı sayəsində Zəngibasar Milli Şurasının silahlı dəstələri bölgə əhalisinin bir qismini ermənilərin qırğınlarından xilas edə bilmişdi.
1916-cı ildə İrəvan quberniyasında 373.582 nəfər azərbaycanlı qeydə alındığı halda, 1920-ci ilin noyabrında Ermənistan SSR-də cəmisi 12 min nəfər azərbaycanlı qeydə alınmışdı. Ümumiyyətlə, təkcə 1905-1920-ci illərdə indiki Ermənistan ərazisində 500-ə yaxın azərbaycanlı kəndlərinin əhalisi soyqırıma məruz qoyulmuşdur. Etnik təmizləmə həyata keçirildkdən sonra həmin kəndlərin əksəriyyətində xaricdən gələn ermənilər məskunlaşdırılmışdır.
1918-1920-ci illərdə indiki Ermənistan ərazisində azəbaycanlıların yaşadıqları 130 kənd erməni silahlı dəstələri tərəfindən dağıdıldıqdan sonra həmişəlik olaraq xaraba qalmışdır.
Müəllif: Nazim Mustafa, AMEA A. A. Bakıxanov adına Tarix İnstitutunun elmi işçisi
| ['İrəvan quberniyası', 'erməni işğalları', 'İrəvan Müsəlman Milli Şurası'] |
175 | https://kayzen.az/blog/kitab/26078/b%C9%99dii-kitablar%C4%B1-nec%C9%99-oxumal%C4%B1.html | Bədii kitabları necə oxumalı? | gunelb | Kitablar və mütaliə | 19 okyabr 2020, 12:36 |
Başlığın sonuna qoyduğum sual işarəsi üzərində bir az dayanmaq istərdim. Əgər bu sualı öz şəraitimə, zövqümə, rahatlıq anlayışıma görə cavablandırsam, cavab yalnız özüm üçün əhəmiyyətli olacaq. Sizin üçün bütövlükdə bu yazının bir əhəmiyyəti qalmayacaq. Mütaliə elə məsələdir ki, burada ən yaxşı məsləhət oxucuya kiməsə qulaq asmaması, fərdi bədii zövqünü formalaşması, ürəyinin səsini dinləməsi ilə bağlıdır. Bu şərtlərə əməl etməklə razılaşırsınızsa, o zaman bəzi fikir və tövsiyələrimi paylaşmaqda bir təhlükə görmürəm. Çünki yuxarıdakı şərtlərə əməl edənlərə verilən tövsiyələr onsuz da oxucunun sahib olduğu ən vacib keyfiyyəti – azad düşüncəni korlamayacaq. Hərçənd ədəbiyyat, şeir, mütaliə elə şeylərdir ki, onlara min illərdir ki, qadağa, qayda, şərt işləmir. Voterlo müharibəs32inin tarixi yüz ildir ki, məlumdur. Amma «Hamlet”in „Kral Lir”dən daha mükəmməl bir dram olduğu ilə bağlı yekdil bir fikir varmı?! Bu suala kimsə birmənalı cavab verə bilmir. Hamı bu məsələdə azaddır, oxuyur və şəxsi qənaətini formalaşdırır. Dörd başlı əjdaha cildində gələn məmurlar, rejimlər, qurumlar belə kitabxanamıza, beynimizə girib nə oxuyacağımıza, necə oxuyacağımıza qərar verə bilməz. Əgər onlara belə bir müdaxilə imkanı versək, nəinki özümüzün, eləcə də, yaşadığımız cəmiyyətin, kitabsevər sığınacaqlarının, intellektual-mədəni mərkəzlər olan kitabxanaların, elm məbədlərinin bütün o füsunkar ruhunu, nəfəsini yox edərik. Başqa hansı sahədə olursa olsun, qaydalara, qadağalara əməl etmək, boyun əymək olar, amma burada yox.Bu dediyim, bəlkə, çox klişe səslənəcək, amma müstəqilliyin dadını duymaq üçün belə bəzən hərəkət arenamızda bir çox şeyi idarə etməli, məhdudlaşdırmalıyıq. Əlimizdəki gücü bacarıqsızcasına və cahilcəsinə sağa-sola sovurmamalıyıq. Bir gülə həyat vermək üçün böyük bir binanın bünövrəsini su altında qoymaq olmaz. Gücə və həvəsə nəzarət etməli, mütləq və mütləq seçimlərimizi əqli iradəyə əsaslandırmalıyıq. Bəlkə də, kitabxana mühitinə təzə-təzə qədəm qoyanların ən böyük çətinliyi burada yaşanır. “Bəs, buradakılar nədir?” problemi fərdə ilk baxışdan həllolunmaz kimi görünür. „Buradakılar” oxucunun gözünə üst-üstə yığılmış bir keşməkeş kimi görünür. Şeirlər, romanlar, tarixi kitablar, sənədlər, memuarlar, bioqrafiyalar, araşdırmalar, məktublar, hesabatlar, lüğətlər – hər irqdən, hər cinsdən, hər yaşdan, hər dildən müəlliflərin yazdığı qalaq-qalaq kitablar gözünüzə dəymək üçün rəflərdə bir-birlərini itələyib, sıxışdırırlar.
Kitabxana divarlarından kənardakı dünyada isə çox bəsit şeylər yaşanır – eşşəklər anqırır, qadınlar hardasa cəm olub qeybət edirlər. Bəs, bütün bunların içində olmamağı seçənlər haradan başlamalıdır? Hər tərəfdən onu ağuşuna alan bu xaosu necə idarə etməlidir? Mütaliənin dərinlik və zənginlik bəxş edən həzzindən necə dad almalıdır?
Kitablar öz aralarında çoxsaylı kateqoriyalara bölündüyündən (roman, bioqrafiya, şeir, memuar və s.) onları seçmək, hansının bizə nə vəd etdiyini müəyyənləşdirməklə işə başlamaq ən sağlam yoldur. Həm də “bunu belə edin” demək də çox asandır. Təəssüf ki, az insan kitablardan onların mütaliəsinin vəd etdiyi şeyləri gözləyir. Çox vaxt oxumağa qarışıq, səs-küylü bir zehinlə girişirik. Əlimizə aldığımız kitab haqqında qəti qənaətlərimiz olur – romandan duyğu seli, şeirdən yalan danışmasını, bioqrafiyadan ancaq həqiqətləri, tarixi kitabların bildiklərimizi əks etdirməsini gözləyirik. Oxumağa başlamazdan əvvəl birinci işiniz bu gözləntilərdən qurtulmaq olsun. İnkişafameyilli bir başlanğıc üçün bu, şərtdir.
Müəllifə əmr verməyin, onun yerində durub, onun gözündən baxmağa çalışın. Onun tərəf-müqabili, baş qəhrəmanı, kitabın həmmüəllifi kimi davranın. Əgər hekayəyə başlar-başlamaz tənqidi bir şey axtarsanız, könülsüz davranıb, özünüzü arxa planda tutsanız, elə ilk mərhələdə bir kitabın vəd etdiklərini duymaq həzzindən özünüzü məhrum edəcəksiniz. Zehninizi mümkün olduğu qədər açıq tutun, cümlələrin axışını, hekayənin keçidlərini izləyin, mütaliədən lazımı zövqü almaq üçün mətnə bir ədib kimi ciddiyyətlə yanaşın. Bölmələr arasında fasilə verin, beyninizə yeni transfer olmuş duyğuları dəmə qoyun, yeni arenanı tanıyın. Qısa zamanda yazarın sizə daha dəqiq duyğular aşıladığını, düşündüyünüzdən daha çox şey verdiyini görəcəksiniz.
Romanın bölmələr şəklində olması eynilə bir bina kimi biçimli, xüsusi gedişlər, təhlükəsizlik tədbirləri görülməklə inşa edilmiş nümunənin meydana çıxarılması cəhdidir. Sadəcə sözlər beton laylar kimi quru, konkret və sərt deyil, ona görə də romanı anlamaq bir binaya baxmaqdan daha çətindir. Bəlkə də, müəllifin nə dediyini başa düşməyin ən yaxşı yolu oxumaq yox, elə yazmaqdır. Bəlkə də, söz seçməyin, duyğunun təsvirinin nə qədər çətin mərhələ olduğunu özünüz sınaqdan keçirməlisiniz. Belə ki, sizdə səbəbsiz dərin iz qoymuş bir anı xatırlayın – küçənin tinində söhbət edən iki insanla qəfil toqquşmağınızı xatırlayın. O an bir budaq yelləndi, hansısa evdə işıq yanıb-söndü, nəsə gülməli bir mövzu idi – bəli, bu tamamilə bir səhnədir, bütün bunlar o, bir anın içində hifz olunur.
Siz bir yazar kimi bu anı sözlərlə yenidən biçimləndirməyə çalışsanız, təsvirin elə öz daxilində bir-birilə kəllələşən minlərlə xırda ana parçalandığını görəcəksiniz. Bunlardan bəziləri görüntü zonasından çıxarılmalı, digərləri ön plana çəkilməlidir – bu zaman kəsimi ərzində isə ehtimal ki, qeyri-peşəkar yazar kimi duyğu üzərindəki hakimiyyətinizi itirəcəksiniz. Onda dörd bir yana dağılmış və nə yazıldığı anlaşılmayan səhifələrinizdən başınızı qaldırıb, Defo, Osten, Hardi kimi nəhənglərin kitablarının ilk səhifəsinə göz gəzdirin. Bəli, bir yazarın əməyinin haqqını indi daha yaxşı dəyərləndirəcəksiniz. Bu romanları oxuyarkən, sadəcə bir insanın, müəllifin qarşısında təzim etmir, tamamilə başqa bir dünyada yaşayırıq. Robinson Kruzo ilə ayaqyalın daş yollarda çətinliklə yeriyirik – hadisələr sürətlə bir-birini əvəzləyir. Buradakı açıq səma, macəra Defonun qələminin bütün dadını təmin edərkən, Ceyn Ostenin yaradıcılığında bunların heç bir mənası yoxdur. Onun dünyasında qonaq otağı, özü ilə, aynalarla danışan insanlar, obrazların ikili tərəfləri ön plandadır. Hardinin yaradıcılığı ilə tanış olarkən, sanki öz dünyamızın ətrafında dövrə vururuq, onun tanımadığımız tərəflərini görürük.
Dörd bir yanımız həndir-hamar şoran torpaqlarla doludur, amma başımız üstündə ulduzlar səmanın sinəsində yer tapmır. Məhz bu ziddiyyətli müşahidələr zamanı zehnin heç kəşf eləmədiyimiz tərəfləri – ətrafında adamlar varkən ruhuna sahib çıxan, mühitin görmək istədiyi üzü yox, yalnız qaldığı zamanlarda meydanda at oynadan üzü – meydana çıxır. Belə zamanlarda insanın beyni də, ruhu da insanlarla yox, təbiətlə, özü ilə, tale ilə baş-başa qalır. Bu dünyalar bir-birindən nə qədər fərqli də olsa, hər biri öz-özlüyündə zaman-zaman azadlığa çıxmaq ehtiyacı duyur. Dahilər bu dünyaların özünəməxsus qaydalarını diqqətlə mənimsəyir, çiyinlərinə nə qədər ağır məsuliyyət götürmüş olsalar da, adi yazarlar kimi eyni hekayəyə iki fərqli dünyanın həqiqətini qatıb, beynimizi qarışdırmırlar. Ona görə, yeni başlayanlar 3-4 kitab boyu eyni yazarı izləməsi məsləhətdir. Çünki Ceyn Ostendən Hardiyə, Pikokdan Trollopa, Skotdan Mereditə keçmək köklərindən sərt formada qoparılmaq, beyninizi, duyğularınızı sağa-sola sovurmaqdır. Həm də ki roman oxumaq, janrından qaynaqlanan səbəblərdən, onsuz da çətindir. Romanın klassik sayılan ustalarının sizə nələr bəxş etdiklərini anlamaq, bunlardan bütövlüklə yararlanmaq istəyirsinizsə, əlinizdəki nümunəyə dərin həssaslıqla yanaşmaqla kifayətlənməyib, qüsursuz bir təxəyyülə də sahib olmalısınız.
Özümüzə bu sualı ünvanlamalıyıq: Bir kitab yazıçının həyatından, düşüncə tərzindən, duyğularından nə qədər asılıdır? Oxucu yazarın oyatdığı simpatiya və antipatiya duyğularına istinad edərək onu hara kimi tənqid edə bilər? Eninə-boluna tənqid etmək üçün sözlər də, yazarın sətirlər arasında gizlənən xarakteri də olduqca uyğundur. Amma oxucu özü suallar axınından nə qədər alnıaçıq çıxa bilir? Bioqrafiya və ya eşq macərası oxuduqca suallar leysan kimi təpəmizdən tökülür. Amma bu suallara yenə oxucu özü cavab tapmalıdır. Çünki fərdi ədəbi zövq formalaşdırmaq kimi şəxsi məsələdə başqalarının seçimləri ilə istiqamətlənməkdən daha bərbad bir şey yoxdur.Bioqrafiya, memuar tipli kitabları tamamilə başqa bir məqsədlə də oxuya bilərik – yəni, hədəfimiz sadəcə ədəbiyyatın bütün janrlarına işıq tutmaq, ya da məşhurların həyatlarına qarışmaq olmaz. Sadəcə yaradıcı gücünüzü yeniləmək və təxəyyülünüzü işə salmaq üçün də oxuyun. Bir dəqiqə, kitabxananın sağında açıq pəncərə var, deyəsən! Qiraətə bir neçə dəqiqə ara verib ətrafı izləyin. Öz bixəbərliyi, sizin oxuduqlarınızla əlaqəsizliyi, daimi hərəkət halı ilə çöldə baş verənlərin sizi necə canlandırdığını görəcəksiniz. Buna icazə verin. Yuxarıda sadaladığım bəsit hadisələr sizə hansı dünyanın insanı olduğunuzu xatırladacaq. Unutmayın ki, bu kitabxanadakı kitabların hamısında çöldə sizə bəsit görünən qeybətcil qadınların, sərxoş kişilərin bir anı mütləq əks olunub. Hər ədəbi nümunənin yaranış mərhələsində müəllifin bir zibilliyi, itib yox olmuş, unudulmuş hadisələrdən, yaddaşlardan silinmiş həyatlardan ibarət bir qeyd dəftəri formalaşır. Amma tövsiyə edərdim ki, yazarların qeyd dəftərinə çox da girişməyin, çünki qarşılaşdıqlarınız sizi həm təəccübləndircək, həm də bədii əsərin özündən daha yüksək sürətlə ağuşuna çəkəcək. Bəlkə də, sadəcə bir məktub oxuyarsınız, amma həmin məktub sizdə əsərlə bağlı elə bir baxış formalaşdırar ki, əsəri oxumaqdan imtina edərsiniz. Bununla da tələsik qərar verər, ehtimal ki, zəngin bir nümunənin səmərələrindən məhrum qalarsınız. Ya da cəmi bir neçə cümlə oxuyar və bir kitabı həyatınızın bələdçisi elan edərsiniz. Bəzən isə nəhəng bir hekayə sizə o qədər həzin, o qədər dərin, o qədər doğma duyğular bağışlayar, elə təsir edər ki, müəllifi soruşsalar, ağlınıza klassiklər gələr. Bu hekayədə təsvir olunan heç nəyin xüsusi bir əhəmiyyəti, yoxdur, amma çöldəki sıradan həyat kimi içinə çəkir adamı. Ona görə bütün dahilər zaman-zaman „çör-çöp” yuvalarına geri qayıdır, nəsə axtarırlar. Yarı həqiqəti tamamlamaq üçün xəyallar qurmaqdan qısa zamanda usanacaqsınız. Çünki bu müəlliflərdə peşəkar bir ədibdəki idarəetmə, həqiqəti yox edə bilmə istedadı yoxdur. Onlar öz həyat hekayələrini yazmaqdan acizdirlər. Onların dilindən təqdim olunan həqiqətlər isə əsla insanı qarışıq duyğu selinə məruz qoyan roman qədər güclü ola bilməz. Odur ki, əsl ədəbiyyatın dadını almaq üçün tezliklə bu yarımçıq təsvirlər, müşahidəçi təhkiyəsi ilə ünsiyyəti kəsmək istəyirik. Daha üstün nümunələrə vaxt sərf etməyə çalışırıq.
Roman və hekayənin dərinliklərinə daldıqca oxucu özü də peşəkarlaşır. Getdikcə romandakı hərəkətlilik onun nəzərində sürətini azaldır. Oxucunun yazmaq iddiaları yaranan kimi mütləq şeirlə tanış olmalıdır. Duyğunun bu ən çətin ifadə forması ona hələ ədəbiyyata girişmək üçün nə qədər tez olduğunu başa salacaq. Onun romandan ciddi fərqi var. Birinci fərqi odur ki, şeirə ara verib həyatın axarını seyr edə bilmirsiniz. Şeirdəki sürətlilik, axıcılıq buna imkan vermir. Duyğu hücumu səngimir. Şeir oxuyursunuzsa, ondan başqa bir şeyə yönələ bilmirsiniz. Sanki bütün vücudunuz bir küncə sıxışdırılıb, bir nöqtəyə zillənib, ani emosional şok keçirmiş kimi olursunuz. Onun təsir dalğaları zamanla yayılır, açılır, beynimizdə əks-səda doğurur. Şeir insan ruhunda olduqca böyük və həssas bir arenaya hökm edir.
İkinci fərq isə odur ki, şeiri müqayisə etmədikcə öyrənə bilməzsiniz. Oxucu seçim etmək, zövq formalaşdırmaq üçün nəsr kimi hər cür mətni oxumalı olur. Şeirdə belə bir hal yoxdur. Şeirin əvvəlkindən zəif olanını oxumaq olmur. Oxuduğu şeirdə duyğu boşluğu görən oxucu onu dərhal yarımçıq qoyur. Ona görə də, min bir əziyyətlə yazılan misralardan ibarət səhifələrin ölümsüzlüyünü, həmişəyaşarlılığını təmin etmək romanla müqayisədə dəfələrlə çətindir.
Şeiri müqayisə edə bilən oxucu artıq yazarı da, mətni də tənqid edə biləcək qədər yol qət edib. Amma oxucunu tənqidçidən fərqləndirən keyfiyyəti qoruyun – siz rəyçisiniz, hakim yox. Getdikcə özünüz də görəcəksiniz ki, zamanınızı və enerjinizi israf edən kitabları elə bir baxışdan seçirsiniz. Oxuduğunuz hər kitabı janrının ən yaxşısı ilə müqayisə edirsiniz, hər yeni janrın ən yaxşı nümunələrini araşdırırsınız.
Bir kitaba layiq olduğu dəyəri verərək oxumaq üstün səviyyədə təxəyyül, intellekt və müqayisə bacarığı tələb edirsə, ədəbiyyatın nə qədər dərin, qarışıq, kəşfi nə qədər çətin bir sahə olduğunu özünüz düşünün. Oxucudan yazara çevrilmək olduqca çətindir. Çünki nə yazsan, oxuduqlarından zəifmiş kimi görünür. Odur ki, əsl oxucu mənim nəzərimdə nəhəng bir yazar qədər əvəzolunmaz sərvətdir. Onların oxucu olaraq qalması isə daha qüsursuz yazar nəslinin yetişməsinə yol açır. Oxucunun ədəbi tənqidə girişib, tənqidçilərin işinə ortaq çıxmaması isə bir başqa alicənablıqdır. Ədəbi tənqidin də, yeni yaranan əsərlərin də havasını daimi oxucular təyin edir.
İnsanın sırf öz mənəvi zövqü üçün axtardığı həzlər var. Mütaliə bunların başında durur. Hərdən belə bir səhnə gəlir gözümün önünə: “Məhşər günü biz kitablarımızı qucağımıza yığıb, Tanrının hüzurunda sıraya düzüləcəyik. O isə bizi işarə edib, Müqəddəslərə deyəcək: „Bu qullarımızın mükafata ehtiyacı yoxdur. Onlara burada nəsə öyrətmək lazım deyil. Onlar kitaba könül vermişlərdir”.
Tərcümə edən: Elcan Salmanqızı
| ['bədii kitablar', 'kitab', 'kitabxana'] |
176 | https://kayzen.az/blog/u%C4%9Fur/26036/m%C3%BCv%C9%99ff%C9%99qiyy%C9%99t-b%C9%99xt-g%C3%B6zl%C9%99m%C9%99d%C9%99n-m%C3%B6vcud-%C5%9F%C9%99rtl%C9%99rd%C9%99n-istifad%C9%99-etm%C9%99kdir.html | Müvəffəqiyyət bəxt gözləmədən mövcud şərtlərdən istifadə etməkdir | gunelb | uğur psixologiyası | 5 okyabr 2020, 16:31 |
Müvəffəqiyyətli insanları görəndə beynimizdəki ilk reaksiya budur – rahatdırlar, şıx, baxımlı, dik, özlərinə güvənən, hərəkətləri azad və sərbəst. Və bu insanlara baxanda müvəffəqiyyətin olduqca əl çatan, rahat bir hal olduğunu düşünürsən. Yetər ki, başlayım – ən qısa zamanda mən də belə olacağam deyə fikri yaranır.
Əslində, uğurlu insanlarda görülən bütün rahatlıq, gülərüzlülük, sərbəstlik səhnədə olan məqamlardır. Səhnənin arxası və gündəlik reallıq fərqlidir.
İstənilən sahədə müvəffəqiyyəti səhv dəyərləndirəndə və rahat əldə edilə biləcək məsələ kimi görəndə, insan çox qısa zamanda ruhdan düşür və özünə olan inamı azalır.
Bir dağa çıxmadan öncə orada bizi gözləyən yüksəklikləri, çətinlik və maneələri öncədən nə qədər doğru dəyərləndirsək, dağın zirvəsinə çıxmaq o qədər rahat olacaq.
Müvəffəqiyyətli olmaq üçün möcüzə gözləyirik. Tələsirik. Səbirsizlənirik.
İngiliscə öyrənmək… Hamı Elmlərdə olan o müəllimi axtarır. Deyirlər ki, üç ayda ingiliscə öyrədir. Hələ də o müəllimi görən olmayıb – amma hamı onu axtarır ki, möcüzə yaratsın, oturub ona baxdığımız halda ingiliscə öyrətsin bizə.
İdman… Fevral ayında arıqlamaq istəyirik ki, iyunda dənizə girəndə “hava ataq”.
İdman zallarında insanlar qalın geyinirlər, bağırsaqları təmizləyən və eyni anda dağıdan çayları içirlər ki, çox da zəhmət çəkmədən nəticə əldə etsinlər. Yenə qısa yol və möcüzə axtarışı. Və bilgisizlik.
Liderlik… “Fəxri müəllim, mənə bir kitab deyin ki, oradan liderliyi öyrənim”. Əzizlərim… Yoxdur elə kitab. O kitab yazılmayıb və bundan sonra da yazılmayacaq. Liderliyi 250 səhifədə öyrədəcək kitab hələ yazılmayıb.
Karyera qurmaqmı? Mən ali təhsilliyəm, sıfırdan işə başlaya bilmərəm. Ölkəmizdə hər kəs ən qısa zamanda müdir olmaq istəyir.
Beləliklə, MÜVƏFFƏQİYYƏT NƏDİR?
MÜVƏFFƏQİYYƏT SADƏDİR – amma yüngül deyil.
Karyera və peşəkar inkişaf üçün ingiliscə öyrənmək lazımdır. İngiliscə öyrənmək üçün hər gün 20 söz əzbərləmək, kursa getmək lazımdır. Çox sadədir və hər kəs bilir.
Sağlam olmaq üçün həftədə ən az 3 dəfə idmanla məşğul olmaq lazımdır.
Sağlam olmaq üçün doğru qidalanmaq və zərərli içkilərdən, vərdişlərdən uzaq olmaq lazımdır. Zərərli-faydalı yeməklərin və içkilərin nə olduğunu hamı bilir. Qazlı, şirəli suların, fast-food-un, ağır yeməyin zərərlərini bilirik. Çox sadədir.
Məsələ budur ki, sadə olmasına baxmayaraq, yüngül deyil, çünki bu bildiklərimizi hər gün, hər həftə davamlı şəkildə icra etməliyik.
Müvəffəqiyyət mürəkkəb deyil – sadədir və vacib olan, hər gün bildiyimiz bütün sadə işləri etməkdir: gündən-günə, stabil şəkildə.
MÜVƏFFƏQİYYƏT SEÇİMDİR
Bu sətirləri oxuyan hər birimiz, hər gün etdiyimiz seçimlərlə 5 il sonra harda, necə, hansı şəraitdə və kimlərlə olacağımıza özümüz qərar veririk.
Siz və ancaq siz özünüz qərar verirsiniz ki, hər gün bir saat zamanınızı boş yerə xərcləyərək axşam televizoramı baxasınız, və ya kitabmı oxuyasınız.
Siz və ancaq siz özünüz qərar verirsiniz ki, həftədə 3 dəfə idmana zaman ayırasınız və ya siqaret çəkəsiniz.
Hər bir insan özü qərar verir ki, xarici dil öyrənsin və buna zaman, enerji və vəsait ayırsın, ya yox.
Amma bir həqiqət var – hər birimiz gələcəkdə bu gün etdiyimiz seçimlərin hesabını ödəyəcəyik və ya mükafatını alacağıq.
Hər gün bir saat televizora baxmaq ilk baxışda çox da böyük bir zaman xərci kimi görünməsə də, bunun yerinə hər gün bir saat kitab oxuyan və oxumayan insanlar arasında bir neçə il sonra uçurumlar qədər fərq olacaq – danışıq və düşüncə tərzləri, təqdimat bacarığı, söz ehtiyatı, biliklərin və savadın dərinliyi və genişliyi baxımından.
Hər gün biz yüzlərlə fərqli mövzularda seçimlər edirik və bu seçimlərimizlə irəli və ya geri addım atırıq. Seçimləri biz edirik – məsuliyyət də bizimdir.
MÜVƏFFƏQİYYƏT ÖZÜNƏ İNANMAQDIR.Bəzən isə, ANCAQ özünə inanmaqdır, çünki ətrafımızda olan insanlar hər zaman bizi doğru anlamazlar və bəzən də bizi müxtəlif səbəblərlə tərk edərlər.Ətrafda hər kəs “alınmayacaq” desə belə, insan özünə inanmalıdır.
Ətrafda hər kəs inadkarlığına görə tənqid etsə belə, insan özünə inanmalıdır.
Ətrafda “qeyri-realdır” və “mümkün deyil” deyəndə belə, insan özünə inanmalıdır.
Sonunda isə alınanda hər kəs “bəxti gətirmiş” kimi baxacaq.
MÜVƏFFƏQİYYƏT BİLİKDİR.
Natiqlik və danışıq bacarığı haqqında biliklərin olmadığı zaman bir insan nə qədər doğru və təsiredici, effektiv çıxış edə bilər?
Şüuraltı liderlik və özgüvən haqqında mesajların verilməsi barədə biliklər olmadan insan özünü cəmiyyətdə lider olaraq təsdiqləyə bilərmi?
Ünsiyyət bacarıqları olmayan bir insan komanda və iş yoldaşları, müştəriləri, rəhbəri, tabeçiliyində olan əməkdaşları ilə doğru kommunikasiya qurmursa, o, necə uğurlu karyera sahibi ola bilər?
Qidalanma haqqında bəsit qaydalar və idman zalında vacib hərəkətlərin texnikasını bilmədən insan nə qədər sağlam və güclü ola bilər?
Müştərilərlə doğru ünsiyyətin qurulmasını bilməyən, idarəçilik tərzləri, bədən dili, liderlik, şirkətlərin və məhsulların həyat siklləri haqqında məlumatı olmayan insan nə qədər uğurlu idarəçi və rəhbər ola bilər?
Müvəffəqiyyət mütləq şəkildə ÖNCƏ bilikdir və daha sonra isə əldə etdiyimiz biliklərin icrasıdır. Amma öncə bilikdir.
MÜVƏFFƏQİYYƏT UĞURSUZLUQLARLA DOLU BİR YOLDUR.
Uğurlu insanlar bəxtə, şansa görə deyil, uğursuzluqlara, maneələrə rəğmən irəliyə gedə bilənlərdir.Uğur uğursuzluqlara baxmayaraq yola davam edə bilməkdir.Uğur bəzən ruhdan tamamən düşdüyünüz halda belə yola davam etməkdir.Uğursuzluq uğur yolunun ayrılmaz və vacib parçasıdır. Məhz uğursuzluqlara qarşı yanaşma müvəffəqiyyətli və müvəffəqiyyətsiz insanlar arasında əsas fərqdir: müvəffəqiyyətli insanlar uğursuzluq baş verəndə durmurlar, uğursuzluq səbəbini araşdıraraq, daha sonra təkrar yollarına davam edirlər və beləliklə daha da güclü olurlar; müvəffəqiyyətsiz insanlar isə təslim olurlar və daha sonra qismət və öz bəxtlərindən şikayət edirlər. Tanınmış bütün dahi və müvəffəqiyyətləri bilinən insanlar – siyasətçilər, idmançılar, iş adamları eyni anda həm də böyük uğursuz insanlar olublar. Ancaq onlar təslim olmayıblar və yollarına davam ediblər.
MÜVƏFFƏQİYYƏT, UZUN YOLDUR.
Heç bir sahədə müvəffəqiyyətin qısa yolu olmur.Heç kim xarici dili üç ayda öyrənə bilməz. Xarici dili yaxşı bilən bir insan olaraq bunu yazıram.Heç kim fevraldan yay aylarında qədər fit görünəcək şəkildə bədənini toparlaya bilməz. İllərdir idmanla məşğul olan insan kimi bunu yazıram.Heç kim bir ildə müdir ola bilməz – bilik və savadı ilə işin haqqını verən müdir. Karyerasını sıfırdan rəhbər vəzifələrə qədər quran bir insan olaraq bunu yazıram.Liderliyi, nitqi, idarəçiliyi bir kitab oxumaqla öyrənmək olmaz. İnsan bunları öyrənməli, oxumalı, araşdırmalı, görməli, etməli, səhvlər etməli və illər sonra bu və digər məqamlar insanın qanına oturur.
MÜVƏFFƏQİYYƏT, uzun yolu kiçik addımlarla irəliyə getmək deməkdir.
Uzun yol olmaqla bərabər, biz bu uzun yolu kiçik addımlarla daim getməliyik.
Hər gün 30 dəqiqə kitab oxumaq, bir gündə 20 səhifə, bir ayda 2 kitab, bir ildə 24 kitab deməkdir.
Hər gün xarici dildə 10 söz əzbərləmək ayda 300, ildə isə 3600 söz deməkdir.
Hər gün 20 dəqiqə zaman ayıraraq iki məqalə oxumaq, ayda 60, ildə 720 məqalə deməkdir. Təsəvvür edin – 720 fərqli müəllifin, peşəkarın, mütəxəssisin 720 fərqli mövzularda düşüncə və fikirləri.
Sıçrayış gözləməyin. Sıçrayış təhlükəlidir. İnsan getdiyi uzun yolun hər addımını etməli, və etdikdən sonra da həzm etməlidir.
Toxum dövründə yaşayırıq.
Gələcək uğurlarınız, bu gün atdığınız toxumların nəticələri olacaq.
Hər oxuduğunuz kitab, hər idmanda etdyiniz hərəkət, hər yaxşılıq etdiyiniz və dəstək olduğunuz insan, inkişafınız və sağlamlığınız üçün xərclədiyiniz hər dəqiqə və hər saat gələcəkdəki uğurlarınızın toxumlarıdır.
Hər gün axşam özünüzə sual verin – gələcək uğurlarım üçün bu gün, keçən 24 saatda mən hansı işləri etmişəm? Gələcəyim üçün hansı toxumları əkmişəm?
MÜVƏFFƏQİYYƏT BƏXT GÖZLƏMƏDƏN MÖVCUD ŞƏRTLƏRDƏN İSTİFADƏ ETMƏKDİR
– Kifayət qədər zamanım olsaydı…
– Yaxşı müəllimlər olsaydı…
– Bu qədər çox yorulmasaydım…
– Ailəm mənə dəstək olsaydı…
Biz daim ideal zaman axtarışındayıq – sağlamlığımız, ailəmiz, dostlarımız, inkişafımız üçün, amma nədənsə, bu ideal zamanı tapmaq mümkün olmur. Tam əminliklə iddia edirəm ki, həyatda ideal şərtlər və zaman olmur.
Biz hər zaman ya çox gənc, ya yaşlı oluruq, ya da çox yorğun. Nə isə bizə həmişə mane olur.
İdeal zaman axtarışlarını mən qayaya dırmanma idmanına bənzədirəm.
İki nəfər qaya qarşısında duran insan düşünün. Qayanın üst hissəsində müvəffəqiyyət var – o üst hissədə insan yuxarıdan bütün gözəllikləri seyr edə bilər.
Bu insanlardan biri durur qayanın önündə, baxır və deyir ki, yox, mən qayaya çıxa bilmərəm. Mənə ideal şərait lazımdır – pilləkənlər, mən zamanında istirahət etməliyəm, mənə dəstək lazımdır və ümumiyyətlə, mən bu qayada əllərimi də yaralaya bilərəm.
Digər insan isə qayaya baxır və anlayır ki, müvəffəqiyyət əldə etməyin digər yolu yoxdur. Qaya – onun müvəffəqiyyətə doğru olan yeganə yoludur və buna görə də mövcud şəraitə uyğun davranmaq qərarı alır və qayanı diqqətlə incələyir. Bir çıxıntı görür – tutur əli ilə və özünü çəkir yuxarı. Digər əliylə daşdan tutur və bir az daha dartınır yuxarıya doğru; ayağını bir kiçik qaya parçasına qoyur və bir az daha üst tərəfə çıxır. Beləliklə, çıxıntılardan, daşlardan, parçalardan tutaraq, əllərini yaralayaraq, dırnaqlarını qanadaraq böyük səbir və zəhmətlə yuxarı çıxır və müvəffəqiyyət əldə edir.
Aşağıda qalıb ideal şərtlər gözləyən insan isə nə deyir? Yuxarıda olanı göstərir və deyir ki: “Onun bəxti gətirdi”.
Bu gün vaxtını boş və mənasız işlər içində keçirən və gələcəyi üçün kiçik olsa da, addımlar atmayan, bütün gününü mənasız işlər və kiçik zövqlərə ayıran insanlar 5 il sonra BƏXTİNDƏN narazıçılıq edəcək və zəhmət çəkib məqsədlərinə çatanlar üçün isə “bəxti gətirdi” deyirlər.
Bəxt yoxdur. Böyük məqsədlər, zəhmət, əzmkarlıq, iradə güc və nizam-intizam var.
MÜVƏFFƏQİYYƏT ƏLDƏ ETDYİMİZ NAİLİYYƏTLƏRİN HAQQINI VERMƏKDİR
Əgər ingiliscə səlis danışmaq üçün bir insan 5000 söz bilməlidirsə, o 5000 sözü şəxsən insan özü öyrənməlidr. Heç bir müəllim fleşkaya 5000 sözü yazıb beynimizə taxmayacaq.
Əgər fit bədən istəyirsinizsə, idman zalında aylarla və illərlə şəxsən insan özü tər tökməli, idman etməli… Bunun başqa da yolu yoxdur.
Karyera yüksəlişi istəyən insan bilik və təcrübə toplamalıdır – oxumalı, öyrənməli, araşdırmalı, görməli, tətbiq etməli, ruhdan düşməməli, mübarizə aparmalı. Ancaq özü.
MÜVƏFFƏQİYYƏT KOMPLEKS VƏ BÜTÖV OLUR
Ancaq biliklə karyera qurmaq olmur. Ancaq təcrübə ilə də qurmaq olmur. Ancaq doğru nitq və gözəl danışıqla da olmaz. Karyera qurmaq üçün insan
– bilikli olmalı və daim biliklərini yeniləməli;
– təcrübə toplamalı və yeni təcrübələri öyrənməli;
– öz fikir, düşüncə, nailiyyət və etdiklərini doğru şəkildə təqdim etməyi bacarmalı;
– psixoloji güclü olmalıdır ki, nailiyyətlərini qorusun və uğursuzluq halında ruhdan düşməsin.
– peşəkar çevrəsi olmalı və peşəkarlar içində mütəxəssis olaraq tanınmalı və qəbul edilməli.
Bunlardan ANCAQ birinin olması müvəffəqiyyət üçün kifayət etmir – hamısı bir insanda doğru nisbətdə olmaldır.
Hər kəsə müvəffəqiyyətli olmağı arzu edirəm! Müəllif: Fəxri Ağayev
| ['müvəffəqiyyət', 'müvəffəqiyyətin sirri', 'müvəffəqiyyətli olmaq', 'bəxt', 'müvəffəqiyyət nədir'] |
177 | https://kayzen.az/blog/jurnalistika/26025/daha-he%C3%A7-kim-jurnalistikaya-yazmaq,-g%C3%B6st%C9%99rm%C9%99k-v%C9%99-ya-dan%C4%B1%C5%9Fmaq-h%C9%99v%C9%99sil%C9%99-g%C9%99lmir.html | Daha heç kim jurnalistikaya yazmaq, göstərmək və ya danışmaq həvəsilə gəlmir | gunelb | Jurnalistika | 2 okyabr 2020, 15:53 |
Doğrusu, mən heç vaxt cəmiyyətimizin siyasətçilər və jurnalistlər haqqında dediklərini bölüşməmişəm: bilirsiniz, bu on illər ərzində baş verənlərdə cəmiyyətin məsuliyyəti heç də az deyil, ən azı ona görə ki, biz daha məsuliyyətli, savadlı və azad cəmiyyət olsaydıq jurnalistlərimiz və siyasətçilərimiz də başqa cür olardı.
Odur ki, «Hər cəmiyyət özünün sosial-siyasi strukturuna adekvatdır” kimi çeynənmiş fikirləri burada bir daha hallandırmadan bircə onu deyəcəm ki, ən azı iki yüz ildir ki, hamı elə eyni sözü deyir: „Biz niyə beləyik?”. Bir kimsə demir ki, “Axı mən özüm niyə beləyəm? Niyə mən alman, fransız və yaxud da amerikalı kimi deyiləm?”... Amma yaxamı qırağa çəkməyi də qətiyyən sevmirəm. „Guya siz jurnalistlər nə etdiniz? On altı səhifəlik kağız qəzeti də qoruya bilmədiniz!” kimi iradları eşidəndə sadəcə, susuram. Ona görə susuram ki, müəyyən dərəcədə haqlıdırlar; “ənənəvi mətbuat” deyilən sferada elə həqiqətən də öyünüləsi şey qalmayıb – hətta „Yazılı mətbuat artıq tarix olub” demək bəlkə də daha düzgün olardı.Təsəvvür edin, belə vəziyyətdə beş-üç adam hələ də faktiki olaraq mümkünsüz olanı etməyə çalışırlar – bu mümkünsüzlük də odur ki, sənə maliyyə verən hökuməti durub tənqid — təftiş atəşinə tutmayacaqsan ki?!
Yəni böyük hesabla tənqidçi jurnalistikanın yaşaması üçün artıq nəinki siyasi-iqtisadi, heç mənəvi zəmin də yoxdur. Amma adam tamam dəyişə və robot kimi səhərdən axşamadək tərif düzüb –qoşa da bilmir, çünki bir çox aspektlərdən gerçəkliyimiz tərifdən çox uzaqdır. Odur, hər yazıda bir sözlə, bir cümlə ilə nöqsanlara da işarə vurmaq lazım gəlir–bəli, daha yazmaq və araşdırmaq yox, sadəcə işarə vurmaq, özü də o ümidlə ki, bəs arifə bir işarə də bəsdir. İndi nə qədər bəs edir, etmir –bu, artıq ayrıca bir məsələdir...
Hələ onu demirəm ki, bununçün də titanik əmək sərf etmək lazım gəlir – səbəbi də budur ki, jurnalistikadakı yeni rəhbər nəsli heç təsəvvürünə də gətirmək istəmir ki, nöqsanlardan da yazmaq, tənqid etmək də olar. Yox, xoşun çəkir, Paşinyandan yaz, amma ondan da elə yaz ki, belə təsəvvür yaranmasın ki, biz Nikol müəllimin yox, tutaq Robert müəllimin tərəfini saxlayırıq! İrandan yazmaq olmaz, çünki cənub qonşumuzdu, Rusiyadan yazmaq olmaz, çünki şimal qonşumuazdu, Gürcüstandan yazmaq olmaz, çünki Qərb qonşumuzdu!.. Hələlik bir Ermənistandan yazmaq olar, o, da oan görə ki, bu ölkə bizimlə qonşuluq eləmək istəmir!..Qərəz, vəziyyət belədir və biz də bəzən müəyyən tənqidi fikirləri ona görə yaza bilirik ki, mediada hələki bir-iki yaşlı nəsil redaktoru qalıb, onlar daha azad və sərbəst durumlar görüblər, jurnalistika haqqındakı təsəvvürləri və fikirləri gənc nəslin fikirlərindən bir qədər fərqlidir.
O ki qaldı bizim bu gənc nəslə, adətən hamı “Gənclik gələcəyimizdir” deyir və əgər bu sözlərdə həqiqət varsa, deməli bizim jurnalistikamızın heç bir gələcəyi yoxdur.
Birincisi, ona görə ki, daha heç kim jurnalistikaya yazmaq, göstərmək və ya danışmaq həvəsilə gəlmir. Bəzisi bu sferada beş-üç qəpik çörək pulu qazanmaq üçün girələnir, bəzisi isə jurnalistikadan bir tramplin kimi istifadə etməyi düşünür: bəli, düşünürlər ki, bəzi məmurlarla bir az aranı sazlayandan sonra dövlət strukturlarının birində, heç olmasa, hansısa bir mətbuat xidmətində bir vəzifə almaq olar...
İkincisi, indiki gənclik başqa bir ab-hava da görməyib. Bizim onlardan fərqimiz budur ki, 80-cı və 90-cı illəri görmüşük və nə ediriksə, nə ilə fərqləniriksə, həmin illərdə gördüklərimizin sayəsindədir, Bəs gənclik nə görübdür ki, durub nədənsə də yazsın?
Odur ki, biz beş –üç nəfər yazarlar da bəlkə də sonuncularıq. O ki qaldı ən azı yaxın gələcəyə, adamın yadına məşhur filmin sözləri düşür: „Bu elə bir səhralıqdır ki, hətta üfüqlərində də keçici qırmızı bayraq görünmür”. Heç sözsüz ki, əbədi olaraq belə olmayacaq, gec-tez “keçici qırmızı bayraq” da görünəcək, amma bu, dərhal olımayacaq, özü də elə-belə olmayacaqdır və elə bu səbəbdən bir daha deyirik: bir müddət hətta bizdən də olmayacaq və hətta bizi də həsrətlə xatırlayacaqsınız. Odur ki, on dəfə qınayanda bir dəfə də başa düşməyə çalışın: neçə illərdir ki, biz mümkün olmayanı gerçək etməyə çalışırıq... Mənbə: blogum.az
| ['jurnalistika', 'jurnalist'] |
178 | https://kayzen.az/blog/u%C4%9Fur/26022/m%C3%BCv%C9%99qq%C9%99ti-maliyy%C9%99-probleml%C9%99rinin-%C3%B6hd%C9%99sind%C9%99n-g%C9%99lm%C9%99yin-yollar%C4%B1.html | Müvəqqəti maliyyə problemlərinin öhdəsindən gəlməyin yolları | gunelb | uğur psixologiyası | 1 okyabr 2020, 23:05 |
Ailədə kimsə işini itirərsə və ya analıq məzuniyyətinə çıxarsa, insanlar tək maaşa yaşamağa məcbur olurlar. Bu həmişə asan olmur, xüsusilə əvvəllər çox pul xərcləmək vərdişi var idisə. Belə çətinliyin öhdəsindən gəlmək üçün nə etmək lazımdır?
Unutmayın ki, bu müvəqqətidirÇalışın uzunmüddətli hədəflər haqqında düşünəsiniz. Əgər ipoteka götürmüsünüzsə, demək artıq öz evinizdə yaşayırsınız. Bunun üçün bir-iki il dözməyə dəyər. Xərclərin uçotunu aparınƏksər insanlar xərcləri qeyd etməyə başlamamış nə qədər xərclədiklərini bilmirlər. Smartfonunuza xərclərin uçotunu aparmağa kömək edəcək tətbiq yükləyin. Təkcə bu sizə xərcləri xeyli azaltmağa kömək edəcəkdir.Xərclərinizi bir il öncədən planlaşdırın
Bir çox xərclər əvvəlcədən məlumdur: ad günləri üçün hədiyyələr, sentyabrda alınacaq məktəb ləvazimatları, yay istirahəti, qış paltar və ayaqqabının alınması. Bütün bu xərcləri əvvəlcədən planlamaq və il ərzində qarşılamaq mümkündür.
Düşünün: bəlkə “pul tozsoranı”nız var?
Tez-tez rast gəlinən hallardan biri: ailə kreditə maşın alır və əlavə xərclər ortaya çıxır. Benzin, sığorta, yay və qış təkərləri və s. Nəticədə məlum olur ki, maşın ailə büdcəsinin üçdə bir hissəini “yeyir”. Nə üçün kreditə maşın alırsınız? Bir az pul yığın və daha münasib qiymətə maşın alın.
Xərclərinizin balanslı olub-olmadığını yoxlayın
Digər səhv yanaşma: hər şeyə qənaət etmək və yalnız vacib şeylər almaq. Nə əyləncəyə, nə də kortəbii alış-verişə yer ayırmamaq. İnsanların 99%-i gec-tez bu rejimi pozur, çünki sərt məhdudiyyətlər yalnız kağız üzərində mümkündür. Yaxşı olardı ki, həftədə cəmi yarım saat vaxtınızı ayırıb Mostbet saytında əylənərdiniz və həyatın çətinliklərindən azad olardınız. Real həyatda həm gözəlliyə, həm də əyləncəyə pul xərcləmək lazım gəlir. Budur ki, real olmayan planlar qurmayın, xərclərinizi balanslaşdırın.
Bütün xərcləri azaldın
İlk olaraq xərclərinizi 10% azaltmağa çalışın. Məsələn, adətən hər ay yeməyə 400 manat xərcləyirsiniz. Çalışın budan sonra 350 manata sığasınız – əminik ki, bacaracaqsınız. Belə-belə bütün xərcləri 10% azaldın. Tezlikdə xeyli vəsait qənaət etmiş olduğunuzu görəcəksiniz.
Kortəbii alış-verişə pul ayırın, ancaq büdcənizi məhdudlaşdırın
Bu məsləhət məhdudiyyətlərə nifrət edənlər üçündür. Büdcənizdə kortəbii olaraq alacağınız şeylərə yer ayırın. Lakin maksimal məbləğə məhdudiyyət qoyun. Məsələn, siz qəhvə və lazımsız əşyalar ala bilərsiniz, ancaq ayda 70 manatdan çox xərcləməmək şərti ilə.
Psixoterapiyanı alış-veriş ilə əvəz etməyin
Bəzən şopoholizm sadəcə pis bir vərdiş deyil, psixoloji problemlərin kompensasiyasıdır. Əgər bu sizə uyğun gəlirsə, unutmayın ki, alış-veriş etməkdən əvvəl vacib qərar qəbul etmiş olursunuz: özünə köynək almaq, yoxsa ipoteka ödənişini etmək? Təkcə nə qazandığınızı deyil, həm də nə itirdiyinizi düşünün.
Uşaqlara xərclədiyiniz pula qənaət edin
Onlar geyindikləri kurkanın brendinə fikir vermirlər. Onların yüzlərlə oyuncağa ehtiyacları yoxdur. Onlara oyun yoldaşı lazımdır. Əgər insan uşağı ilə az vaxt keçirirsə – iş və ya hər hansı başqa səsəbdən – günahkarlıq hissini oyuncaqlarla “söndürməyə” çalışmayın.
Distant iş barədə düşünün
Artıq bildiklərinizdən nə öyrənə biləcəyinizi düşünün. Bəzən nadir bacarıqların kombinasiyası qeyri-adi nəticə verir.
Mənbə: fins.az
| ['maliyyə problemləri', 'pula qənaət', 'büdcə', 'büdcənin planlaşdırılması'] |
179 | https://kayzen.az/blog/daxili-sekresiya/26006/m%C9%99d%C9%99alt%C4%B1-v%C9%99zinin-orqanizmd%C9%99-rolu.html | Mədəaltı vəzinin orqanizmdə rolu | gunelb | daxili sekresiya xəstəlikləri | 27 sentyabr 2020, 00:09 |
İnsanların əksəriyyəti bilir ki, mədəaltı vəzi insulin ifraz edir. Lakin bu mədəaltı vəzinin yeganə funksiyası deyil. Hər şey daha mürəkkəbdir.
Mədəaltı vəzi çox mürəkkəb quruluşa malikdir. Mədəaltı vəzi mədənin arxasında yerləşir. Onun ölçüsü orta hesabla 17 sm-dir, çəkisi isə təxminən 80 qr-dır.
Mədəaltı vəzi orqanizmdə 2 növ müxtəlif funksiyaları yerinə yetirir: 1. Mədəaltı vəzi xüsusi fermentlər (enzimlər) ifraz edir ki, bu fermentlər həzm sistemində zülalları, yağları və karbohidratları parçalamağa kömək edir. Amilaza fermenti karbohidratların, lipaza — yağların, tripsin — zülalların parçalanmasında iştirak edir. Bu maddələr insan orqanizminə qida ilə mürəkkəb formalarda düşür və bu formalarda orqanizm tərəfindən mənimsənilə bilmir. Lakin fermentlər onları daha sadə elementlərə parçalayır ki, bu elementlər orqanizm tərəfində asan mənimsənilir.
Mədəaltı vəzinin axarı öd axarı ilə birlikdə nazik bağırsağın başlanğıcı olan 12 barmaq bağırsağa açılır.
Müxtəlif səbəblərə görə (düzgün olmayan qidalanma, spirtli içkilərin qəbulu, xroniki stresslər və s.) mədəaltı vəzidə pozulmalar inkişaf edə bilər. Bu zaman vəzinin fəaliyyəti azalır, fermentlər daha az miqdarda ifraz olunmağa başlayır. Bunun nəticəsində insanda qarının yuxarı hissəsində ağrılar, ürəkbulanması, qusma, ishal, nəcisin «yağlı» olması kimi simptomlar meydana çıxır. İştana və fiziki aktivlik azalır, orqanizm qidalı maddələrin çatışmazlığından əziyyət çəkməyə başlayır.
Özünüzdə bu kimi simptomları müşahidə etdikdə mütlə qastroenteroloqa müraciət edin.
2. Mədəaltı vəzi insulin və bir çox digər daha az tanınan hormonları ifraz edir. İnsulin qanda şəkərin səviyyəsini tənzimləyir. Qanda normadan artıq qlyükoza yığıldıqda mədəaltı vəzi insulini ifraz etməyə başlayır ki, bu hormon orqanizmin hüceyrələrinə qlyükozanın çatdırılmasını təmin edir. Əgər mədəaltı vəzinin insulini ifraz edən beta-hüceyrələri dağılmağa başlayarsa, bu insulinin az miqdarlarda ifraz olunmasına səbəb olacaq. Bu halda insanda şəkərli diabet xəstəliyi inkişaf etməyə başlayır.
Əgər siz özünüzdə daim halsızlıq, yorğunluq, yanğı hissi, dərinin qaşınması, sidik ifrazının tezləşməsi, ağızda quruluq, kəskin arıqlama kimi simptomları müşahidə edirsinizsə, mütləq qanda şəkərin səviyyəsini yoxlayın.
İnsulindən əlavə mədəaltı vəzi bir neçə çox vacib hormonlar ifraz edir: qlyükaqon, polipeptid, qrelin və s. Qlyükaqon insulindən fərqli olaraq qanda qlyükozanın səviyyəsini artırır. Qrelin hormonu isə iştahaya cavabdehlik edir. Mədəaltı vəz xəstəlikləri gizli başlayıb, ağrı, stress, diabet və xərçəngə kimi təzahür edir.
Pankreatit kimi tanınan mədəaltı vəz iltihabi xəstəliyinin əsas əlamətlərini və daha çox kimlərdə baş verdiyini təqdim edir.
Əlamətlər:
— Mədənin alt, üst hissəsində, düz mərkəzdə təkrarlanan, ara-sıra dinən, qarına yayılan ağrılar. Ağrı çox zaman kürəyə də yayılır.
— Daha çox yeməkdən sonra ağrı başlayır və bir neçə saat davam edir
— Zamanla bu küt ağrı kəskinləşir, dözülməz olur və dayanmır
— Əgər kəskin pankreatitə səbəb öd daşları olursa, yağlı qızardılmış ağır yeməklərdən sonra 1-3-5 saatlıq ağrılar baş verir
— Əgər çox içki içənlərdə alkoqola bağlı pankreatitdirsə, spirtli içki qəbulundan 5-8 saat sonra ağrı başlayır
— Ürəkbulanma, qusma – kəskin və xroniki pankreatitin yol yoldaşıdır. Yeməkdən sonra artır. İnsan qusanda rahatlayır
— Diareya, ishal – mədəaltı vəz normal ferment ifraz etmədiyi üçün yemək həzm olunmur, sovrulmur, çox qidalar bağırsaqda çürüyür, elə olduğu kimi qalır. Nəcis duru, formalaşmamış, yağlı və həzm olunmamış qidalarla dolu olur. Nəcisdən çox kəskin pis qoxu gəlir
— Yüksək hərarət – qrip olmadan hərarət 38- i keçir. Kəskin pankreatitdə isə titrətmə olur.
— Dəri, selikli qişa, gözün içinin saralması- qana çox miqdarda bilirubin keçdiyi üçün baş verir. Əksər insanlarda pankreatit öd xəstəliyi, öd və axarlarının daşı, iltihabı nəticəsində yaranır. Öd yolları tıxanır, öd mayesi qana qarışır.
— Arıqlama, iştahsızlıq, ağız tamının itməsi
— Xəstəlik çox gec aşkar olunduqda mədəaltı vəz ferment hasilatını azaldır. Yemək demək olar, çox az həll olur və bağırsaqda nəcisə qarışır. Orqanizm lazımi mineral və vitaminlər ala bilmədiyi üçün çəki azalır və artıq çəki almaq çətinləşir.
KİMLƏR RİSK ALTINDADIR?
— Siz hər gün, çox miqdar tünd alkoqol qəbul edirsizsə. Əgər siz bir dəfədə 300 ml pivə, 150 ml çaxır və 100 ml araq içirsizsə, pankreatit olma ehtimalı 55%-dir.
— Siqaret çəkmək – 3 dəfə pankreatit riskini artırır
— Artıq çəki, piylənmə varsa – bu diabetdən tutmuş mədəaltı xərçənginə kimi səbəb ola bilər
— Nəsildə, ailədə pankreatiti olan olub
— Şəkərli diabet xəstələri
Mənbə: Saglamolun.Az
| ['mədəaltı vəz', 'mədəaltı vəzi', 'pankreatit', 'pankreatit xəstəliyi'] |
180 | https://kayzen.az/blog/edebiyyat/26004/axmaqlama-%C9%99d%C9%99biyyat%C4%B1.html | Axmaqlama ədəbiyyatı | gunelb | Ədəbiyyat | 25 sentyabr 2020, 00:00 |
Romantizmlə birgə, eyni universal hadisənin nəticəsi sayılan dadaizm (“dada”- fransızca “zövq üçün minilən oyuncaq taxta at”, “at” — yıxılış, ümidsizliyə qapanmaq); italyanca “ana və kübe”; rusca və rumınca “taxta at və süd ana (baxıcı)”; “mənası olmayan söz”, “xobbi” və s.) dini inancları, ictimai bağları, etik dəyərləri olmayan, həyatdan bezən, “hirsi ruh halına gələn” gəncliyin duyğularının üsyanıdır. Dadaçı gəncliyin əllərində itirəcək bir şey qalmadığından “vətən duyğusu”, “etika”, “mühakimə” kimi anlayışlardan vaz keçərək, yaşamaq arzusunda olan insanları böhrandan çıxarmağa, onlar üçün tamamilə fərqli bir dünya qurmağa səslənişidir. Gənc dadaistlərin bildiyi, inandığı və hər zaman söylədiyi tək bir həqiqət var ki, o da həyatın etibarsızlığı ilə bağlıdır. “Heç bir şey möhkəm və davamlı ola bilməz” fəlsəfəsinə istinad edən dadaçılar üçün, əslində “bütün fəlsəfələr, buraxılmış köhnə bir diş fırçasından daha az qiymətlidir”.
Avropanın müxtəlif bölgələrindən, birinci dünya müharibəsinə münasibətdə tərəfsiz ölkə (və həm də kosmopolit ölkə) kimi tanınan İsveçə axışıb gələn bir çox gənc aydınların dəstəyi ilə, Zürihdə savaşın barbarlığına qarşı təməli qoyulan dadaizm, savaşa yol açan güclərə duyulan nifrətdən və ümidsizliyə qapılan toplumun müstəqillik ehtiyacından doğur. Pozulmuş cəmiyyət nizamına qarşı olan, yox olmaqdan qurtulmaq istəyən insanlığı təmsil edən, fərdin azadlığına önəm verən dadaizm, təlqindən çox, düşündürməyə və sorğulamağa meyllidir.
Dadaizm var olanları rədd edir, sistemlər üstü bir əllə yeni bir dünya qurmağa can atır.
“Bütün inqilablar zamanın xüsusi qaçış səbəbiylə yaranıb”. Birinci dünya savaşı ərəfəsində “siyasi nüfuza qarşı inqilabi hərəkat” olaraq dəyərləndirilən dada, savaşın cəmiyyətdə formalaşdırdığı böhran, ümidsizlik və çarəsizlik mühitinin çıxış nöqtəsini döyuşə və xaosa qarşı reaksiya ilə bağlayır; dadaçılıqda xaos, təbiətin bir parçası olaraq qəbul edilir. Tutumlarıyla ictimaiyyəti sarsıtmaq və çaşdırmaqla cəmiyyəti itaətkarlıqdan, müqavimətsizlikdən çəkib çıxarmağa çalışan dada, bir tərəfdən müharibə ilə bağlı döyüş taktikalarını, texnoloji inkişafa kor-koranə bağlılığı lağa qoyur, digər tərəfdən isə burjua (“burjua” — “obrazsız adam”) sinfinə xas olan sənətin dəyərini heçə saymaqla, ənənəvi estetikçiliyə qarşı çıxır.
Dada ictimai etibarsızlığa qarşı baş qaldırmanı qanun halına gətirir. Cəmiyyətə yeni estetik qayğı və anlayış qazandırmaq məqsədiylə sənətçiləri, bütün qayda və doqmalardan xilas olmağa çağırır. Hər bir inkişafı, ya onu görən insanın şərhinə, yaxud da onu qəbul etməsinə bağlayan dadaçılıqda, inkişaf, insanın nə duyub-hiss etdiyi anda baş verir.
“Unudulma həddinə çatmış cəmiyyətin diksinmə məhsulu” sayılan dada, insanı təkliyə sürükləyən gələcəyi heçə saysa da, müharibənin dağıntılarından sonra saf və təmiz insanlıq ümidi ilə yaşayır. Bütün əxlaqi, siyasi və estetik dəyərlərin savaşda məhv edildiyi qənaətinə gəldiyindən, dadanın qalıcı şeylərə (qalıcılıq — sabahı düşünmək, ya da onu qurmaq) münasibəti birmənalıdır; “can ağrısından xilas olmaq istəyən insan, ya özünü yox edəcək, ya da döyüş dəliliyinə qaçaraq gedəcək”.
Dadaizmə görə, “ictimai ritmin pozulması cəmiyyəti toplu halında cinayətə sürükləyir”. Bir azadlıq hərəkatı olaraq formalaşan dada, dünyanı olduğundan daha gözəl görmək istəyi ilə, radikal ifadə yollarına baş vurur, öz lağlağı və alçaldıcı rəftarıyla (postmodernist sənətdən fərqləndirən əsas cəhət) yeni və güclü ünsiyyət üsullarına — təhrikedici xüsusiyyətdə tənzimlənmələrə əl atır. Standartlara qarşı çıxır, sənəti “milli mədəniyyət elementi” olmaqdan çıxarıb “şəhər fenomeni”nə çevirmək məqsədiylə, az qala hər şeyi inkar edir. İnsanın bilinməyən tərəflərini kəşf etməyi hədəfləyir. Yerli ictimai estetikanı (gözəllik, simmetriya və məna) iflasa uğradır, şeirdə yeni formaların yaranmasına rəvac verir, vizual ünsiyyətdə kollaj və fotomontaj kimi texnikaların ortaya çıxışına zəmin yaradır, foto sənətini, ədəbiyyat, teatr və musiqini içinə almaqla, qrafik dizaynın da vizual dilinə inqilabçı xüsusiyyətlər qazandırır və s.
Öz vizual parodiyaları ilə rəsmlərə, gündəlik məişət əşyalarına yeni mənalar qatmaqla (Mona Liza reproduksiyası üzərinə saqqal və bığ əlavələri, şüşə rəfi, ya da qar kürəyi kimi ardıcıl istehsal məhsullarını heykəl olaraq sərgiləməsi) sənətin gözə deyil, zehnə xidmət etdiyini vurğulayan Marchel Duchamp hər şeyə tənqidi gözlə baxmağı, cəmiyyətdə baş verən proseslərə aktiv reaksiya verməyi, mövcud olan normaları sorğulamağı, bir şəkildə alçaltmaq bacarığına sahib olmağı, dadaçı sənətçilərdən tələb edir. Muzey eksponatlarını “yüksək sənət əsəri” olaraq dəyərləndirənləri məsxərəyə qoyan bu “provakator sənətçi”nin, ən çox ehtiyac duyulan gündəlik məişət əşyaları üzərində oynamaqla, onlara yeni mənalar qazandırması, dadaist zehniyyətindən xəbər verir. Mətbəx stolunun üstünə pərçim edilən təkər (“Motosiklet təkəri”), içi və çölü qara fonda işlənən ağ çərçivə (“Üç standart stopaj”), başı aşağıya çevrilən unitaz (“Çeşmə”) və s. konseptual incəsənətin inkişafında orijinal təsirə malik olan fotoqrafçı-rəssamın, bədii dünyanın yollarını dəyişdirmək cəhdi ilə bağlıdır.
Sənətin ifadə dilinin böhranda olduğunu və bunun üçün yeni bir izahat dilinə ehtiyac duyulduğunu diqqətə çəkən dadaizm, sözlərin lüğət mənasından imtina edir, hər cür dilə və estetik qaydalara qarşı çıxır. Dadaçılıqda şeirin şəkli, dili, o cümlədən poeziyada sözlər, bilinən mənalar əhəmiyyətli sayılmır; hər kəs istədiyi kimi yazmalı və şeirə yeni mənalar gətirməlidir. Dada, ədəbiyyatın siyasətə alət olmasını qətiyyətlə rədd etdiyindən, sənətin mesaj ehtiva edəcək gücünə qarşıdır.
Bu ədəbi axın, daha çox poeziyaya qarşı təsirlidir (dadanı kübizmdən fərqləndirən əsas cəhət); şeirin sərbəst mövzuda yazılmasını, poeziyada insanı çaşdırmaq üçün imiclərdən istifadəni məqbul sayır. Dadaizmdə sənət, “təsadüfün məhsulu”dur, ona görə də sənət, heç bir məna kəsb etmir, heç bir fikir yükü daşımır, çünki nəticə dəyişmir. Sənətdə məna aramaq işini dadaçılar, tamaşaçının öhdəsinə buraxır.
“Dadanın varoluşunu ictimai şərtlər tənzimləyir”: Birbaşa cəmiyyətə nüfuz edən dada, sənətin hər budağına (musiqi və az da olsa arxitekturadan başqa) təmas edir. Həqiqətə çatmaq yolunun (dada, “həqiqət” anlayışını qəbul etmir) məntiqsiz nizamdan keçdiyini vurğulayarkən, məntiqi nizama alternativ olaraq məntiqdənkənar bir nizam yaratmış olan dada, əvvəlcə bir sərgi açır, əsərlərini sərgilədikdən sonra, üst-üstə yığaraq onları atəşə verir. Yəni, “Sənət öldü, yaşasın sənət!” və yaxud da “Dadaizm öldü, yaşasın dadaizm!”
Dadanın təməl düşüncəsi — anlamsızlıq, texnikası — azad fikirlərdi. Sənətlə həyatı iç-içə görmək istəyən bu avanqard axın, “zaman, yer”, “məna və məzmun” anlayışlarını qəbul etmir, empirik düşüncəyə (maraq, qəbul etmə, təhlil etmə) imkan tanımır. Dadaistlərə görə, məntiqin sərhədlərinə sığmayan insan, o sərhədləri aşıb keçməlidir. Dadaçılıqda, ağla uyğun aldanışları ortadan qaldırmaqla, təbii və məntiqsiz nizama yenidən qovuşmaq cəhdi var; “məntiqli mənasızlıqlar, məntiqsiz axmaqlıqlarla əvəz olunmalıdır”. Dada, axmaq olanlar üçün var, ancaq bu mənasızlıq anlamına gəlməz. O, var olana ironik baxar, onu alçaldar. Təbiət kimi axmaq və ağıla zidd olsa da dada, təbiətdən yanadır, sənətin qarşısındadır. Sənətçini təbiətin yanında görür, mənanı təbiətdə arayır. Dadaçılıqda, təbiət öz mənasını itirəndə sənətin dəyəri ölür.
Burjuaziyaya məxsus bütün dəyərləri sorğulama gücünü özündə tapan dada “hər kəs üçün kifayət qədər maraqlı bir hekayəsi olan müasir sənət növü”dür, vəziyyət komediyasının birə-bir eynisidir. Vəziyyətin dadası olanlar, diksinmə qarışıq bir nifrətin arasında doğulduqlarından qaydalara qarşıdırlar, sərhədsizliyi qəbul edirlər. Sərhədsizlik, bir gücdür; dadaçılar, bu gücün içində yaşar.
Öz siyasi, teatral və əyləncəli biçimləri ilə, ağıla gəlməyən bir nizamı kəşf etməyi hədəfləyən dadaizmin, hücuma keçdiyi ilk sahə “əlahəzrət sənət”dir.
Dada “bir sənət axını deyil, sənəti sorğulama hərəkəti, bir axmaqlama ədəbiyyatı”dır; dadaçılıqda, “ən eybəcər olan sənətdir”.
Dada dünyada yaşanan bütün neqativ hallara görə, sənəti günahlandırır; dadaçıların özlərinə “sənətçi” deməkdən çəkinmələri bununla bağlıdır. Dadaistlər böyük sənəti yaradıb, ona tapınan bir cəmiyyətin dünya savaşına meydan verməsini ikiüzlülük hesab edir:
“Sənət, insanı axmaq yerinə qoymasaydı, alman kişiləri fransız və rusları süngüləriylə süsləməyə gedərkən bel çantalarında Hötenin kitabını özləriylə daşımazdılar”.
Dadaizmə görə, sənət əhvalında “gerçək sənət” deyə bir şey yoxdur, yalnız “sənətçilər” var. Sənətçinin yaradıcılığı isə, “yaratma mitosunun qəmli qalığı”ndan başqa bir şey deyildir. Dada sənəti, əslində, sənət forması olaraq sənətsizlikdir; hər şeyi rədd edər, bir tək ümidsizlikdən od alar; duyğulara xitab edən müasir sənət anlayışına da rəğbətini gizlətməz.
Dadaizmin təməl düşüncəsi, özündə heç bir məna ehtiva etməyən “söz”dür; dadaçılıqda, “yazılı və vizual sənət yaradan insan, məntiq sərhədlərindən çıxdığı üçün özünü şüuraltı tam ifadə edər”. Nəsrin, təsadüfə bağlı bir ünsiyyət vasitəsi, şeirin isə öz halıyla canlı bir güc olduğunu vurğulan Tristian Tzaranın (dadanın atası) dram texnikasıyla və ya məntiqi bir oyun fantastikası ilə əlaqəsi olmayan “Qazdan ürək” adlı üçpərdəli səhnə oyunu, tamamilə vizuallığa söykənir.
Kardon geyimlərdə səhnəyə çıxan insan əzələsi, boynu, gözü, ağzı, qulağı nəğmələrin diliylə, heç bir anlam daşımayan əlaqəsiz ifadələrlə hər şeyi lağa qoyur. Oyunda oxunan mahnıların nəqərat hissəsindəki sözlərin üst-üstə təkrarı, məntiqsizliyə işarədir. Ağıla gələn müstəqil sözlərin müəyyən üsullarla, ardıcıl şəkildə sıralanmasından ortaya çıxan mənasız (unsinn), məntiq bağı olmayan anlamdan kənar (ohne-sinn) bədii parçalar (səs şeiri, anlamsız şeir və şans şeiri), dadaistlərin qəbul etdiyi yeni şeir formalarıdır. “Şeir necə yazılır?” sualına dadaçıların verdiyi cavab çox orjinaldır:
“Qəzetdəki xəbərlərdən əlaqəsiz şəkildə sözlər kəsilir, onlar bir torbanın icinə qoyulur, qarışdırılır və sonra sıra ilə sözlər çəkilir, bunlar yan-yana düzüldüyündə əlimizdə nəfis dadaist bir seir olur”.
Dadaizmlə bağlı təsis olunan jurnal səhifələrində (“Dada” (1917), “Ədəbiyyat” (1919-1924) məşhur qələm sahiblərinin — Andre Breton, Luis Aragon Philippe Soupauld, Paul Eluard və b.), dadaçı gəncliyə xitabən söylədikləri ifadələrin mahiyyətində bu fikir yatır: “Diqqət çəkmək istəyirsinizsə, xalqa aydın olmayan dildə yazın!”
Huqo Ballın rəhbərlik etdiyi bir “cadugər qazanı”nda gün boyu zəng, zınqırov, toxmaq səsləri, yalançı fişənglər, taqqıltılar, qəhvə dəyirmanın cırıltıları fonunda bəsit bir sazın müşayiəti ilə, müxtəlif dillərdə səsləndirilən şeir parçalarının başdöndürücü qaynaşmaları (dadaçılıqda dinləyicinin münasibəti önəmli sayılmaz) dadaçı sənətçiləri, xalqın gözündə “kommunizmin qışqırdıcısı” olaraq tanıdır ki, bu da “melodiyası çəkilməz və eyni zamanda bitməz bir mahnı” olaraq dəyərləndirilən dadaçı sənətin dağıdıcılıq gücü ilə bağlıdır. “Cabaret Volter”in ətrafında təşkil olunan yay gecələrində axmaqlamağa, lağ etməyə, ciddi zarafata, əyləncəyə, oyuna, dada musiqiləri fonunda tənqidə dayalı dada rəqsləri, dada şeirləri dəyişməz dəyərləri, saxta nüfuzları, qoxumuş təşkilatları gülünc vəziyyətə salmaq üçündür, çünki dada, xalqın gözünü açmaqda və onu maarifləndirməkdə görəvlidir.
Doğaçlamada usta olan dadaçılar, öz çıxışlarında alışıq olduqları dünyanı tərsinə çevirmiş göründüklərindən, ilk başdan nəyə uğradıqlarının fərqində olmasalar da (əslində elə istənilən də bu idi), sənətdə bütün qəliblərə (“dahilik”, “üstün insan” kimi) qarşı çıxdıqlarından, şifahi və yazı dilini anatomik təhlilə məruz qoymuş, hecaların yerlərini dəyşdirməklə, yeni sözlərin yaranmasına rəvac vermiş, onlara səs və söz kollajları əlavə etməklə, şeir dilinin romantikliyini, bürokratiya dilinin boş qəliblərini, siyasi nitqləri, böyük sözləri, demaqoqluğu ortadan qaldırmağa imkan tanımışlar.
Dadaizmin əsas gerçəkliyi hər şeyin sənət (kabare, teatr, sərgi, müzikxol, sirk və s.) ola bilməsindədir. Sonradan Bertold Brextin “özgələşdirmə təsiri”ndən daha çox faydalanan dada, vərdişlərdən xilas olmaq üçün, bir qədər kənara çəkilərək, ətrafda olub-bitənləri müşahidə gözüylə dəyərləndirməyə çalışır. Küçə afişaları, elanlar, bildiriş, karikatura, fotomontaj, kabare, yumor jurnalları, gəzintilər, manifestlər, rəqs və musiqilər bu işdə onun köməyinə gəlir.
Dadaizm, “bir psixo-ictimai davranış tərzi”dir: “Cəhənnəm zınqırovlarının müşayiəti ilə qaçış halında olan şikəst dünyanı, yerində dayana bilməyən, gözyaşları içində ata minən yeni insanları tədavü etdirmək” işini dada, “şarlatan ədəbiyyat həkimləri”nin öhdəsinə buraxır: “Madam ki, müharibə hər şeyi dağıdır, məhv edir, o halda sənət nəyə yarar ki?” Savaşın insan psixologiyasında açdığı yaraların sənətdə əksi, dadaçılar üçün şərtdir; “sənətlə bağlı hər kəs öz mövqeyini ortaya qoymalıdır”.
Hər cür süniliyi rədd edən dada, sənəti və həyatı basmaqəlib bir şey kimi görənlərə qarşıdır. Planlaşdırmanın əleyhinə olduğundan, dadaizmin başı həmişə dumanlıdır; o, qabına sığmaz, əllə tutulmaz, gözlə görülməz.
Dadaçılıq – başlı-başına bir reaksiyadır; heç nəyi izah etməz, yalnız reaksiya verər, az qala hər insana qarşılıq göstərər, ona təsir edəcək bir fikir söylər, yol göstərər.
Dada — “ölümcül, pessimist sənət anlayışı”dır və həm də “sənətin əleyhinə sənət”dir. Sənətə aşırı tənqidi münasibəti (bu ona “anti-art” statusu qazandırır) dadaizmin, bir şeylərə qarşı dirəniş cəhdi ilə bağlıdır. “Mədəniyyət içərisindəki zərərli meydana gəlmələrə etiraz etməyi vəzifə bilən” dadaistlər, öz ironik və tənqidi münasibətləri ilə, sənət əsərlərinin nəzəri dəyərlərini ortaya çıxarmaqda fayda görmüşlər.
Dadaizm təkcə öz inqilabının müxalifi deyil, eyni zamanda müxalifin də müxalifidir. Savaş ağrılarını öz ağrıları kimi yaşadıqlarından, sonu görünməyən nihilizmə yuvarlanan dadaçıların bir qismi, çağın böhranını aşa bilmədiyindən intihara sürüklənmiş, digər qismi isə, öz sənəti ilə içində yaşadığı həyatı, istədiyi kimi ifadə etməyə çalışmışdır; “dadaçılar, ya cəsur olmuşlar, ya da dəli”.
Özünün təsis etdiyi “Maintenant” jurnalını səyyar bir meyvə-tərəvəz avtomobiliylə küçə-küçə satan Artur Cravan (dadaçıların “baş tacı”) “dünyanın bütün lokomotivləri eyni anda fit çalsa, çarəsizliyimi dilə gətirə bilməzlər” ifadəsiylə pessimizmə yuvarlandığını etiraf edir. Dadaist şairin, dəvət aldığı ilk müstəqillər sərgisinin açılışında (Nyu York, 1917) əynindəki paltarlarını soyunaraq, öz təsirli çıxışı ilə ortalığı qarışdırıb çaxnaşmaya yol açması, “fırtınalı ruhlarında sürətli şok yaşayan” dadaçı gənclərin, heç bir şeydən çəkinmədiklərinin, hər yerdə çevrilişlərin, yanğınların və çürümələrin böyük nümayişinə hazır olduqlarının ifadəsidir.
Savaş zamanı tərəfləri tanımaq istəmədiyindən, hər iki cəbhəyə birdən atəş açan, itaətsizlik idealını izah edən, iddiasız şair Jacques Rigautun hərəkətlərində döyüş baş roldadır. Vache də, insan duyğularının məhvinə yönəlik sonu görünməyən savaşların mənasızlığı və bu işdə sənətin heç bir işə yaramadığı qənaətindədir:
“Həyatın gerçəyi ölümün şeirini oxuyursa, həyatın da canı cəhənnəmə”.
Pessimizmin şahzadəsi, müharibə ilə bağlı acılarını öz əqidədaşları ilə bölüşmək üçün ən çox sevdiyi üç dostunu qəhvəyə qonaq etmək adıyla tək qaldığı bir otel otağına dəvət edir. “Qəhvə keyfi” bitər-bitməz Vache, dostlarından içkini bəyənib-bəyənmədiyini xəbər alır və cavab müsbət olunca “Heç olmazsa gedərkən xoşbəxt olmanızı istədim” deyir. “Madam ki, bu dünya murdar bir döyüşün əlində, ərdəmlərinin qanını içərək yaşayır və madam ki, siz də mənim kimi düşünürsünüz; sevimli dostlarımsınız, sizi bu murdar yerdə buraxmaq istəmədim. Qəhvələrinizə zəhər qatdım. Biz birlikdə xilas oluruq bu dünyadan”. Hər üç dadaçı şairin intihar hadisəsinin (“ədəbiyyatın intiharı”) mahiyyətində inqilaba səsləniş var: “Biz şüurumuzda ölümü seçdik, amma siz it kimi gəbərib gedəcəksiniz. Nə qədər ki, burjuanın oyuncaqları olaraq qalacaqsınız, öz həyatınız olmayacaq”.
Dada sabaha qarşıdır, dada, düşüncənin ölümüdür. Dada bakirə bir mikrobdur, dada, axmaq və ölüdür. “Ürəkləri ehtirasdan daş dövrü çılpaqlığını yaşayan, aralıqsız həyəcanlı olduğundan əhliləşmək istəməyən” və “təkbaşına, mühərriksiz bir gəmiylə okean gəzintisinə çıxan, ancaq geri qayıtmayan” dadaistlərin bir şüarı var: “Zəkanla heyran buraxa bilmirsənsə, axmaqlıqlarınla heyrətə sal”.
Dadaistlər tüpürdükləri hər şeyi bir sənət əsəri hesab edir, yəni onların nəzərində hər bir şey sənət əsəri ola bilər. Dadaizmdə, sənət, heç bir anlam daşımaz və heç bir suala cavab verməz. Sənətin vəzifəsi, var olanı yansıtmaqdan ibarətdir, yəni sənət üz örtüsü rolunu oynamaqdan imtina etməlidir. Dadaistlərə görə, duyğu yoğunluğu içində, öz hissləriylə oynamaqdan zövq alan sənətçi, eyni zövqü başqalarına yansıtmamalı, sənətini özü istədiyi kimi təqdim edən sənətçini, kimsə bəyənmək məcburiyyətində qalmamalıdır. “Sənət sənət üçündür” nəzəriyyəsinə önəm versə də, savaşın topluma diktə etdiyi şərtləri hesaba alan dada, sənətlə həyatın inteqrasiyasına nail olmaqla, yeni bir qarşı duruşun ortaya çıxışını tətikləyir. Digər sənət axınlarından fərqli olaraq dadizmdə dünyaya meydan oxumaq və qaydalara etirazçı münasibət var.
Çağın arzularını yüksək səslə qışqıran dadaizm ədəbiyyata öz dağıdıcı təsirini göstərən futurizmdən (İtaliyada milliyyətçilikdən faşizmə keçid futurizmlə bağlıdır) qaynaqlanır. Naturalist və həqiqi sənət qaydalarını, forma və dil anlayışlarını heçə sayan Freyd psixologiyasının poetik tətbiqindən faydalanaraq, burjuaziyanın qarışdırıcı mexanizmlərinə qarşı təsirli bir mücadilə içində olması dadanı sürrealizmə (planlı davranış bütününə meyl) sürükləyir. Dadaizmin axınlar arasında sönük qalma səbəbi, bütün axınları öz içində barındırmasıya bağlıdır, yəni, hər şey olub, heç bir sey ola bilməmək (sürrelaizm-neodadaizm).
Çağın böhranına, bərabərsizliklərinə, balanssızlıqlarına qarşı bir təpki olaraq meydana atılan, XX əsrin əvvəllərində baş verən iki böyük tarixi hadisənin sənətdə yaratdığı meyllərdə (inqilabçı sənət və fərdiyyətçi sənət) təzahür edən dadaizm, birinci dünya savaşının tezliklə bitəcəyinə ümid bəslədiyindən, sosialist inqilabının ilk başdan təqdir etmiş olsa da (kilsələrin səs-küylü doğaçlama və dadaçı şeir nümayişlərinə buraxılmasını tələb etməsi bununla bağlıdır), sonradan rus inqilabçılarına qarşı laqeyd qalmışlar.
İkinci dünya savaşından sonra, öz fəaliyyətlərini davam etdirmək üçün Avropaya üz tutanlardan və ənənəvi sənətə önəm verən Hitlerə əsir düşənlərdən fərqli olaraq, digər qisim dadaçıların taleyindən dünya bu gün bixəbər olsa da, özü-özünü inkar edən dada, “sənət öldü” deyənlərin hayqırtılarındadır.
Sürrealizmin önünü açan, futurizmin vizual əlifbasını zənginləşdirən, sənətçini öz gerçəyinə daha çox yaxınlaşdıran, özbaşına (spontane) olanı planlı davranışlarla sintez edən dadaizm, radikal kommunizmdə bir sistem axtarışı olmaqla yanaşı, həm də sistem əleyhdarı olan bir sistemdir. Bu sistem incidici və çevirici deyil, üstəlik kapitalizm kimi əleyhdarı olmadan yaşaya bilməyən bir sistemdir; paralel kainatlar kimi...
Müəllif: Məleykə Məmmədova
| ['dadaizm', 'dadaçılıq', 'dada'] |
181 | https://kayzen.az/blog/sevgi/25960/ideal-h%C9%99yat-yolda%C5%9F%C4%B1-nec%C9%99-olmal%C4%B1d%C4%B1r.html | İdeal həyat yoldaşı necə olmalıdır? | gunelb | Sevgi | 10 sentyabr 2020, 11:48 |
Evlilik iki insanın bir ömür boyu birgə yaşamasıdır. Xoşbəxt bir evliliyin olması üçün isə vacib şərtlər var ki, bunlar sevgi, hörmət və etibardır. Bu hisslərin azalmasıyla evlilikdə anlaşılmazlıq, mübahisələr və digər problemlər yaranır, nəticədə evliliklər sarsılır ki, bu da boşanma ilə nəticələnir. Unutmaq olmaz ki, ailə bir əlaqələr sistemidir və bu sistem ailə içindəki fərdlərin bir-biri ilə qarşılıqlı münasibətləri ilə tənzimlənir.
Ən böyük nöqsan insanın özünü tanımadan başqasını axtarmasıdır
Lakin bu da bir faktdır ki, insanlar həyatlarına daxil olan şəxsləri öz xarakterlərinə görə seçirlər. Bu baxımdan ideal həyat yoldaşı seçimi ilə bağlı meyarlar dəyişir. Araşdırmalara görə, insanlar həyatlarına nizam yaradan, problemi həll edə biləcək, dəstək olan, anlayışlı insanları daha çox daxil edirlər. Doğru həyat yoldaşını seçməklə bağlı insanların problemlə üzləşdiyi də məlumdur. Lakin burada ən böyük nöqsan insanın özünü tanımadan başqasını axtarmasıdır. Amma əslində bir tanışlığın əsasında ən böyük məqamlardan biri hörmətdir ki, bu, bir-birini dinləmək, anlamaq müddətini ortaya çıxarır. Qarşı tərəfi anlamaq isə ona haqq vermək deyil. Anlamaq bir münasibətdəki aid olmaq hissini gücləndirir. Bu baxımdan ideal həyat yoldaşı qarşısındakını dinləyən biridir.
İnsanlar tanış olarkən bir sıra faktorları göz önünə gətirməklə özləri üçün ən ideal həyat yoldaşı seçirlər. Mütəxəssislər evliliklə bağlı bir sıra amillərə diqqət yetirilməsini vacib hesab edirlər. İdeal həyat yoldaşı ilə bağlı ən önəmli faktor həmin şəxsin sizə nə qədər bənzədiyidir. Ailə vəziyyəti, böyümə tərzi, mədəniyyət, təhsil, ortaq zövqlərlə nə qədər bir-birinə bənzədiyiniz önəmlidir. Özünüzə uyğun olmayan bir həyat yoldaşı evliliyi daha da çətin bir hala gətirir. İnsanlar dost seçərkən belə, nə qədər çox ortaq nöqtənin olduğuna diqqət edirlər. Doğrudur, heç kəs eynilə bir-birinə bənzəməz, fərqli zövqlər, maraq dairələri olacaq. Ən önəmli amillərdən biri də həmin şəxsin ailə qurmağa nə qədər hazır olduğudur. Belə ki, qarşınızdakı şəxs evliliklə bağlı davamlı bəhanələr uydurursa və mövzunu dəyişdirirsə, o, sizin üçün düzgün seçim deyil. Çünki o, bu yayınmalarla evlilikdən və sizdən uzaqlaşacaq. Bu vəziyyətdə ən yaxşısı hər şeyi zamanın ixtiyarına buraxmaqdır. Evlənərkən ömrünüzün geri qalanını artıq o insanla keçirəcəyinizi unutmayın. Əgər onunla görüşdüyünüzdə danışacaq mövzu tapa bilmirsizsə, yaxud həmin vaxt sizə darıxdırıcı gəlirsə, mütləq qarşınızdakı insan sizin üçün doğru seçim deyil. Bundan başqa yaş faktoru da önəmlidir.
Psixoloqların araşdırmalarına görə, boşanma faizi daha çox qadının yaşının kişinin yaşından daha böyük olduğu cütlüklərə aid olur. Eyni yaşda olan evliliklərdə boşanma faizi daha azdır. Kişinin yaşca daha böyük olması evliliklərdə rolunun daha təsirli olmasını təmin edir. Bu üzdən evlənəcəyiniz kişinin sizdən 5-6 yaş böyük olması ideal sayılır. Evlənməyi düşündüyünüz namizədin bir hobbisinin, məşğuliyyət növünün olması evlilikdə müsbət bir amildir. Hər hansı bir hobbisi olmayan cütlüklərdə evliliyin qarşıdakı mərhələlərində bir-biriylə daha sıx mübahisəsi yaranır. Üstəlik, araşdırmalar göstərir ki, kitab oxuma vərdişinə sahib olan kişilərin boşanma faizi daha azdır.
Hələ də ailə quran qızlarda patriarxal düşüncə mövcuddur
İdeal həyat yoldaşı ifadəsi insanları olduğu kimi görünməyə və ümumilikdə real olmayan bir obrazın yaranmasına gətirdiyini deyən «Təmiz Dünya» İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova bildirdi ki, ümumiyyətlə, həyatda ideal ifadəsi böyük yükdür: «Lakin insanlar ailə qurarkən ilk öncə bir-birini yaxşı tanımalı, olduğu kimi qəbul etməyi bacarmalıdır. Hər ikisi iqtisadi azad olmalıdır ki, birinin digər tərəf üzərində üstünlüyü olmasın. Bir dəfə maraqlı bir ifadə oxumuşdum ki, əgər ər-arvad bir-biri ilə söhbət etməyə söz tapmırlarsa, demək, ailə deyillər. Artıq bu baxımdan hər iki tərəf bir-birinə maraqlı olmağı bacarmalıdır ki, bu isə onların öz üzərində çalışması deməkdir. Ailə quran şəxslər bir-birinə qarşı açıq olmalıdır, qapalılıq çox təhlükəli amildir, əgər bunlar doğma insana çevrilmək istəyirlərsə, öz hisslərini, düşüncələrini, planlarını, problemlərini bölüşməyi bacarmalıdır. Qarşı tərəfin həyatına, onun düşüncəsinə hörmət, qarşılıqlı anlaşma əsas faktordur.
Təəssüf ki, hələ də cəmiyyətdə ailə quran qızlarda patriarxal düşüncə mövcuddur ki, məni saxlasınlar, ərə getdiyim şəxs küçədə zibil daşısın, amma mənə çoxlu pul gətirsin və ya onlarda „varlı olsun“ düşüncəsi var. Mən bunu bəzən qarşı tərəfə münasibətdə „restoran“, „kafe“, „dükan“ predmeti kimi baxılmasında görürəm. Doğrudur, əgər kişi öz qadınının iqtisadi azad olması üçün imkan yaratmırsa, o halda onun borcudur ki, ailəsinə baxsın, yox əgər bu imkanı olan qadın yalnız iqtisadi amil baxımından kiməsə ərə gedirsə və ya onu verirlərsə, o halda bu, öz növbəsində, özünü satmağın mədəni formasıdır. Bunların hamısının kökündə isə stereotiplər, patriarxal düşüncə və o cümlədən qadınların iqtisadi azad olmaması dayanır ki, burada isə həm cəmiyyət, həm qadınlara qarşı görünməyən diskriminasiya, həm də ailə günahkardır».
M.Zeynalova deyir ki, insan ailə məsuliyyətini, onun ağırlığı, öhdəliyini anlamayınca ailə qurması məqbul deyil. Burada yalnız iki şəxsin taleyi deyil, dünyaya gələn uşaqlar, onların psixikası, ətrafdakı qohumlar, cəmiyyət dayanır, odur ki, bu məsələlərdə diqqətli olmaq lazımdır. Artıq nəinki qadınlar, hətta kişilər də ailə qurmağa gəlir mənbəyi kimi baxır
Sosial Qayğı və Tədqiqatlar Mərkəzi rəhbəri Gülnar Nəzərova bildirdi ki, hər birimiz ailə qurarkən insanların yaxşı və pis gündə bərabər olacaqlarına söz verdiyinin şahidi olmuşuq, lakin ailə qurduqdan sonra insanlar arasında olan münasibətlər tamamilə dəyişir: «Evliliyə qədər olan diqqət, qayğı bir çox hallarda itir və ər-arvad arasında soyuq münasibətlər formalaşır. Tərəflər artıq bir-birini hadisələrdə günahlandırmağa başlayırlar. Bir müddət sonra isə tərəflərin bəzən biri, bəzən hər ikisi xoşbəxt olmadıqlarını düşünərək xoşbəxtliyi başqa istiqamətlərdə axtarmağa başlayırlar. Əslində isə məsələ sadədir: evlilik dövrünə qədər insanlar bir arada yaşamadıqlarından xarakter uyğunluğunun olub-olmadığı aydın olmur. Ailə qurduqdan sonra isə bu məsələ zamanla aydınlaşır və artıq əsas problemlər bundan sonra başlayır. Lakin insanlar ailə qurarkən anlamalıdır ki, onlar fərqli mühitdə, fərqli ailədə tərbiyə alıb, fərqli dünyagörüşü və təfəkkürə malikdirlər. Bu cür məsələlərdə güzəştə gedə bilmək üçün isə ən yaxşı halda tərəflərin empatiya qurmağı bacarması, mövcud problemlərə yüksələn səs tonu ilə deyil, söhbət əsnasında aydınlıq gətirməlidirlər. Zamanla bir-birlərinə xoş sözləri əsirgəməməli, əks tərəfin onun üçün etdiklərini qiymətləndirməyi bacarmalıdır. Belə olan təqdirdə ailədə münaqişə və zorakılıqdan söhbət gedə bilməz».
G.Nəzərova deyir ki, insanlar bir-birilərini olduğu kimi qəbul etməli, əks tərəfdən möcüzələr gözləməməlidir: «Təəssüflər olsun ki, artıq nəinki qadınlar, hətta kişilər də ailə qurmağa gəlir mənbəyi kimi baxırlar. Əgər şəxsin gəlirləri və mülkləri varsa, onun istədiyi şəxslə ailə qurmaq, qısaca onu „almaq“ ehtimalı olduqca böyükdür. Halbuki o şəxs bu imkanlara sahib olmasaydı, ailə qurmaq istədiyi şəxsin xəyalını belə qura bilməzdi. Bir çox ailələr qızlarının ailə qurmasına iqtisadi yöndən yanaşırlar. Sanki hansısa əşyanı bazarda daha baha qiymətə sata bilmək rəqabəti gedir. Qadınların ailə qurmağı „ərə getmək“, kişilərin isə xanımı „almaq“ münasibəti təsadüfi deyil. Hətta indiki dövrdə də bir çox bölgələrdə ailələr qız övladının ailə qurması müqabilində əks tərəfdən „başlıq pulu“ tələb edirlər. Bu isə qıza olan münasibətin hansı səviyyədə olmasını açıq şəkildə göstərir. Bu münasibətlər dəyişmədikcə gender balansının təmin edilməsi barədə danışmaq yersiz olardı. Lakin qadınlar ailə qurarkən həm bu stereotip yanaşmaları qəbul edir, həm də bir müddət keçdikdən sonra yaxınlardan, KİV-dən insan haqları, gender bərabərliyi ilə bağlı eşitdikləri xəbərlərdən ilhamlanaraq „öz hüquqları uğrunda mübarizə aparırlar“. Lakin bir müddətdən sonra başa düşürlər ki, bu mübarizə çox uğursuz olub və nəticə, sadəcə, boşanma ilə və kəskin ictimai qınaqla sonlanıb».
Bildirildi ki, əslində hüquqlar uğrunda mübarizəyə ailə qurmamışdan əvvəldən başlamaq lazımdır, lakin bu cür stereotip yanaşmalar cəmiyyətin əksər üzvlərində olduğundan bir çox hallarda qadın susmağa məcbur olur. Çünki hüquqlarını azad ifadə edən qadınlara qarşı cəmiyyətdə çox vaxt kəskin qınaq olur. Həmsöhbətimiz deyir ki, ailənin qurulmasında isə iki tərəf iştirak edir və bir tərəfin səy göstərməsi heç də hələ məsələnin həlli deyil: «Bəzən qadın haqsız zorakılıqla da rastlaşır və bir sıra səbəblərdən məsələyə açıq etirazını bildirə bilmir. Belə ki, etiraz etdiyi təqdirdə həyat yoldaşı tərəfindən yenidən zorakılığa məruz qalmaq və evdən atılmaq ehtimalı olur, evdən atıldıqda bəzən ailə qəbul etmir və bu zorakılıqlara dözməklə ailəsini „qorumağı“ tövsiyə edir. Qadınlar ən əsası da təhsilsiz olduqda və heç bir gəliri olmadıqda, bir də himayəsində azyaşlı övladı olduqda məsələ daha da qəlizləşir. Üstəlik, hüquq-mühafizə qurumlarına şikayət etdiyi təqdirdə orada da qınaqla rastlaşır. Bəzən bu cür zorakılıqlara qadın dözür, bəzən isə istənilən nəticəyə göz yumaraq boşanmaq qərarına gəlir. Boşandığı təqdirdə isə onu istəmədiyi yeni faciələr qarşılayır. Boşanmalar, əsasən, insanların maariflənməməsindən irəli gəlir. Beləliklə, ailə qurmamışdan əvvəl insanlar bir-birini yaxşı tanımalı, bir-birinin hüquqlarına hörmətlə yanaşmalıdırlar. Ailə qurduqdan sonra isə bir-birlərinə güzəştə getməyi, hörmət etməyi bacarmalıdır. Əks təqdirdə yuxarıda qeyd olunanlarla qarşılaşma ehtimalı böyükdür».
Müəllif: Nigar Abdullayeva
Mənbə: Milli.Az
| ['həyat yoldaşı', 'ideal həyat yoldaşı'] |
182 | https://kayzen.az/blog/edebiyyat/25939/anna-karenina-v%C9%99-t%C3%BCt%C3%A7evin-m%C9%99h%C9%99bb%C9%99t-lirikas%C4%B1.html | Anna Karenina və Tütçevin məhəbbət lirikası | gunelb | Ədəbiyyat | 5 sentyabr 2020, 17:24 |
L.N.Tolstoyun sözlərinə görə, onlar Fyodor Tütçevlə (1803–1873) həyatda ən uzağı on dəfə görüşə biliblər. Amma daxili, mənəvi doğmalıqları iki dahi insanı bir-birinə möhkəm bağlamışdı. Tolstoyla Tütçevin son görüşü şairin ölümündən iki il əvvəl 1871-ci ilin avqustunda, qatarda olub. N.N.Straxova (rus filosofu, publisist, ədəbi tənqidçi – 1828–1896) yazdığı məktubunda bu təsadüfi görüşü təsvir edən Tolstoy etiraf edir: «Mən Sizdən və ondan başqa eyni cür düşündüyüm və eyni cür hiss etdiyim başqa bir adam tanımıram».
Bildiyimiz kimi, Tolstoyun bütün ömrü boyu dünyaya baxışı bir neçə dəfə dəyişilib. O, «Anna Karenina» romanını 1873-cü ilin yazında yazmağa başlamışdı. Həmin dövrlərdə Tolstoyun daxili aləmi, xüsusilə, Tütçevin fəlsəfi əhval-ruhiyyəsinə yaxın idi. Şair haqqında Tolstoyun belə bir fikri də mövcuddur: «Məncə, Tütçev şair kimi birincidir! Sonra Lermontov, ondan sonra da Puşkin gəlir… Tütçevi oxumağı unutmayın! Onsuz yaşamaq mümkün deyil! Puşkinin gücü, mənim fikrimcə, başlıca olaraq onun prozasındadır… Tütçevsə lirik kimi Puşkindən müqayisə olunmayacaq dərəcədə dərindir».
Lev Tolstoy sənətdə, ədəbiyyatda geniş şəkildə qəbul olunmuş adlar heç vaxt qəbul etmirdi. Uşaqlıqdan özü bu cür adamları kəşf etməyi bacarırdı. Bəzən isə, hətta həmsöhbətini qəti səsləndirdiyi fikirləri ilə təəccübləndirirdi: "Şeir yazmaq yer şumlamaq və kotanın arxasında rəqs etmək kimi bir şeydir, bu sözə qarşı hörmətsizlikdir". Lakin bu sözləri deyən adam həm də Tütçevin «Silentium»-nu oxuyub ağlayan adamdır. Onun çağdaşlarından biri haqlı olaraq deyirdi: Tolstoy yaxşı olan hər hansı bir şeyi sevməyə bilərdi, amma onun sevdiyi hər bir şey yaxşı idi.
Keçək «Anna Karenina” romanıyla F.Tütçev lirikasının oxşar cəhətlərinə.
Romanın əsasını təşkil edən Anna Kareninanın faciəvi taleyi əvvəldən ta axıracan Tütçevin XIX əsrdin 50–60-cı illərini əhatə edən poeziyasındakı lirik qəhrəmanın sevgi tarixçəsini eyniylə təkrar edir. Sözsüz ki, burada şairin öz taleyi də az rol oynamayıb. Milliyyətcə alman olan Ernestina Pfeffel-Dörnberqlə artıq on ildən çox evli ola-ola o, sovet gözəli Yelena Aleksandrovna Denisova aşiq olmuşdu. Və poeziyasının 50–60-cı illərini tam olaraq ona həsr etmişdi.
Tütçevin „poetik sevgi romanıyla“ Lev Tolstoyun „Anna Karenina“ romanının özünəməxsus doğmalığından əminliklə söz açmaq olar. Janr baxımdan tam fərqli olan bu əsərləri klassik rus ədəbiyyatının real həqiqətlərinin yeni kriteriyaları birləşdirir. Ənənəvi sevgi romanının və poetik silsilənin əsasını kübar cəmiyyətin əxlaq qanunlarına qarşı çıxan bir qadının faciəsi təşkil edir.
Yazıçı üçün ən çətin işlərdən biri portreti yarada bilməkdir. Biz obrazın reallığına nə qədər inana biliriksə, qəhrəmanın əməllərini nə qədər çox hiss ediriksə, duya, dərk edə biliriksə müəllifin də istedad dərəcəsi bir o qədərdir.
Tolstoy romanın birinci hissəsi uzunu Annanı təsvir edərkən bir xarakterik detalı – onun gülüşünü müxtəlif şəkildə göstərir. Onun təbəssümü üzündə tam görünməyərək gah gözlərində titrəyir, gah dodaqlarının küncündə gizlənir. Bu cür ancaq həyat dolu, sevgi dolu, yalnız bir anın xoşbəxtliyi ilə yaşayan Anna gülə bilərdi:
»...dodaqları və gözləri arasında oynayan təbəssümüylə...”
"...üzündə yaranan gah təbəssümünə, gah da baxışlarına yansıyan canlanma, bəzən ciddi, bəzən də ki, kədərli gözləri adamı heyrətləndirərək özünə cəzb edirdi..."
"...gözləri sevincdən parıldayırdı və təbəssümü dodaqlarını büzürdü. O, sanki bu sevinc əlamətlərini gizlətməyə çalışırdı, amma onlar özü-özünə onun üzünə yansıyırdı".
"...gözlərindəki titrəyən, qaynayan parıltı, dodaqlarını özündən asılı olmayaraq qaçıran xoşbəxtlik təbəssümü, həyəcan..."
"...Anna gülümsəyirdi. Və bu təbəssüm ona da yansıyırdı".
"...sanki üzünün ətrafında qanad çalan təbəssüm..."
Tütçev də xanım qəhrəmanının cazibədar portretində onun məhz dodaqlarındakı və gözlərindəki təbəssümünü təsvir edir. Buna diqqət etməmək mümkün deyil:
«Sənin gözlərini sevirəm, dostum!
Gözlərini – alov kimi yanan!
Qəfil qaldıranda
bir anlıq ətrafa baxan...»
«Niyə gözlərinin yaşı belə,
bürünüb kədərə, qəmə...»
«Dodaqlarında təbəssüm, gözlərində parıltı...»
«Qadın gözlərinin və dodaqlarının parıltısı...!
»Mən baxışlarını tanıdım, həmin o baxışlarını!
Necə dəlicə sevirdim, bilir bircə ulu Tanrı!
Tolstoy romanın ikinci hissəsində Kareninanın tamam başqa bir portretini çəkir. Bu, artıq başqa bir Annadır. Sanki gücdən düşmüş, ruhdan düşmüş bir Anna: "...O, Annaya çiçəyi gözəlliyinə görə qoparıb solduran, sonra da onda həmin gözəlliyi güc-bəla ilə görən bir adam kimi baxırdı".
"...Kimdir o? – qəribə parıltılı gözlərlə vahimə içində güzgüdən ona baxan xəstəhal üzünü görüb Anna düşündü! – Hə, bu mənəm, – birdən başa düşdü. Özünə güzgüdə başdan-başa baxaraq birdən onun öpüşlərini hiss etdi və diksinərək çiyinlərini tərpətdi".
Tütçevin «Biz necə ifrat sevirik...» şeirində xanım qəhrəmanın yeni təsvirlərini görürük. Şair sevgilisinin kədərində özünü günahkar bilir və buna görə də vicdan əzabı çəkir:
Biz necə ifrat sevirik
Ehtirasın kor çağında
Qəlbə əziz olanı
Məhv edirik!
Zəfərinlə öyünərək,
Deyirdin ki, o mənimdir..
Heç bir il də keçməyib
Soruş nə qalıb indiyə?!
Hara itib qızılgüllər
Təbəssüm, gözündə işıq?
Göz yaşları yuyub-aparıb
Daha heç nə qalmayıb...
Maraqlısı da budur ki, «Anna Karenina” bu özünəməxsus poetik açarı Tütçev Tolstoydan dördə bir əsr əvvəl yazıb.
Anna Kareninanın keçirdiyi hisslər zahiri təəssüratları və ən başlıcası daxili xarakteriylə o qədər Tütçevin lirik qəhrəmanına yaxındır ki, onların ümumi bir obrazı yaranmağa başlayır. Bu da nəhəng bir poeziyanı və eyni zamanda da nəhəng bir prozanı doğurur. Tolstoyun və Tütçevin yaratdığı obrazlarda həyatının naməlum bir etapına keçəndən sonra (bu başqaları üçün utanc və cinayət, onun üçünsə yeganə çıxış yolu idi) sınmış, əzilmiş bir qadının keçirdiyi dəhşət, daxili hissləri olduqca eynidir:
»...Onun səsi yüksəldikcə başını daha da aşağı əyirdi. Bir vaxtlar məğrur, şən, indiysə utanc içində olan başını. Və o oturduğu divandan əyilib ayaqlarına düşürdü. Xalçanın üstünə də düşərdi, əgər onu tutmasaydı… Dizlərinin üstünə çömbəlib oturdu ki, üzünü görə bilsin… Amma o üzünü gizlədir və heç bir kəlmə də olsun, danışmırdı.
Həmin o mürəkkəb daxili hissləri Tütçev «Necə nəzakətlə” şeirində təsvir edib:
...Onun ovuclarına başın əyildi
Bir ana kimi qayğına qaldı...
Sözlər dildə dondu, nəfəs kəsildi –
Yuxun sakit və şirin baldı...
Tolstoyun romanın beşinci hissəsində belə bir gözəl məqam gözdən yayınmır. Anna oğlu Seryojanın gizli gəlişindən sonra şəkillərə baxdığı səhnə var. Münaqişənin inkişafı üçün bu mühüm epizodda qəhrəmanın daxili aləmi sanki ikiləşir. Onun daxilində ürəkparçalayan, bir-birinin əksində dayanan iki düşmən başlanğıc dayanır: Ana və məşuqə. Bu, Annanı son dərəcə faciəvi sonluğa gətirib çıxaran dərin faciəsinə ilkin işarə idi:
»...O, stolun üstündən oğlunun müxtəlif illərdə çəkilmiş şəkilləri olan albomunu götürdü… Hamısını içindən çıxartdı. Ancaq biri – ən gözəli qaldı. O, ağ gödəkcədədir, stulda oturub, gözlərini qıyıb və gülür. Bu, onun ən gözəl üz ifadəsi idi. İndi çox gərgin olan, balaca, bacarıqlı barmaqlarıyla şəklin uclarına toxunurdu. O, şəkli çıxarda bilmirdi. Qayçı stolun üstündə yox idi. Və o yanında olan başqa şəkillə (bu, Vronskinin Romada çəkilmiş, dairəvi şlyapada, uzun saçlı şəkli idi) oğlunun şəklini itələyib çıxartdı."
Anna öz daxili ağrılarını Dolliyə deyirdi:
"...mən, deyəsən, hər ikisini də – Seryojanı da, Alekseyi də eyni dərəcədə və həm də özümdən çox sevirəm… Və məni biri digərindən məhrum edir. Mən onları birləşdirə bilmirəm".
Tütçevin qəhrəmanı onun üçün keçmiş xoşbəxtliyini, gəncliyində artıq ötən hadisələri özündə cəmləyən köhnə məktubları gözdən keçirir. Əlinə alıb oxuduğu hər bir məktub ona geriyə qayıtmayacaq hər hansısa bir xoş xatirəsini yadına salır. Keçmişindəki həyatı ona elə gözəl, elə sevimli görünür ki… əksinə, indi həyatı ona çox ağır, qaramat və əlacsız kimi görünür.
O döşəmədə oturmuşdu,
Məktublara baxırdı.
Soyumuş kül kimi
Əlinə alıb, atırdı.
Doğma kağızları götürüb
Uçurumdan atılan canlara
Ruhlar aşağıdan baxantək
Qərib-qərib baxırdı.
Burda bir neçə ömür var
Bir də geri qayıtmayan!
Nə qədər kədərli anlar,
Sevgi, məhv olan sevinc!..
Mən kənarda dayanmışdım
Ayaqlarına hazırdım düşəm.
Birdən çox kədərləndim
sanki yanımda bir kölgə var.
Burada ümumi olan əmələ görə peşmanlıq hissi deyil. Öz gücsüzlüyündən, həmişəlik ötüb-keçən günləri qaytara bilməmək düşüncəsindən, daha doğrusu, onların içindən ən dəyərlilərini bu günə gətirə bilməməkdən doğan dəhşət hissidir. Belə, məşuqə-Anna Vronskinin sevgisi olmadan oğlunun yanında və eyni zamanda da ana-Anna Vronski ilə birgəliyindən xoşbəxt olsa da, Seryojadan ayrı əzab çəkir. Və Anna üçün çox dəyərli və vacib olan bu iki varlığı birləşdirə bilmədiyinə görə özünü çox bədbəxt hiss edir. Çarəsizliyin faciəvi notları hadisələr cərəyan etdikcə əlacsız qalan qadının vahiməli qışqırıqlarında daha möhkəm və daha sərt hiss olunmağa başlayır:
"...mən həyatın əzaba dönməyəcəyi elə bir vəziyyət düşünə bilmirəm. Hər birimiz əzab çəkmək üçün doğulmuşuq. Biz bunu bilirik və buna baxmayaraq, özümüzü aldatmaq üçün vasitələr axtarırıq. Bəs gerçəklərlə üzbəüz qalanda nə edəsən?"
Bu, «gerçəklə» üzləşən və özünü aldatmaq istəməyən Annanın dərin kədəri, demək olar ki, fiziki ağrıları Tütçevin bir şerində cəmlənib.
Təpədəki tüstü əlçatmaz
Sürünən kölgə tutulmaz.
Ay işığında parlayan tüstü yox,
O tüstüdən qaçan kölgə –
Ömrümüzdür, dedin mənə!
Tüstüdən qaçan kölgə – həyat! Bu çox qorxulu simvoldur. Anna anladı ki, kabus dalınca qaçmaq olmaz. Və birinci dəfə dayandı və geriyə – keçdiyi yola baxanda boşluq gördü. Gözəl qadın olan Annanın həyatı ömrünün və gücünün çiçəklənən bir dövründə öz dirəyini itirdi. Tutunmağa heç nəyi yoxdur və o dayanmadan enir. Həyatı da onun arxasınca enir.
Tütçev bu cür tam daxili məhvolmanı qeyri-adi şəkildə fiksə edib. Bu məhvolmada həyat daha heç tüstü də deyil. O tüstü heç olmasa arada bir ay işığında parıldayır və illüziyaya salır. Şüursa insanı boğur: həyat, sadəcə, bir ilğımdır, kölgədən qaçan tüstü, reallıq – bütün bunlar gözəl arzulardan uzaqlaşdırır. Bunu dərk edəndə son ümidlər da dağılıb gedir və faciəyə gətirib çıxarır. Tolstoyda da, Tütçevdə də biz ruhun ölümqabağı halını görə bilirik:
Demə ki, o məni əvvəlkitək,
sevir, üstümdə əsir...
Xeyir! O həyatımı məhv edir
Əlindəki bıçaq titrəyir...
Gah qəzəbdə, gah kədərdə
Gah göz yaşımın giləsində
parça-parça olur qəlbim...
Mən ki ömrü yaşamıram,
Yaşayıram bir onunla...
Budur həyat! Zəhər kimi!
Şər qüvvələri qıcıqlandıran və faciə ehtirasını azadlığa buraxan bir insan, özündən asılı olmadan bu ehtirasın əsirinə və oyuncağına çevrilir. Bu uçuruma gözucu baxmaq belə təhlükəlidir. Qoqolun qəhrəmanını uzaqgörən bir səs əbəs yerə xəbərdar etmirdi: «Baxma!” Yoxsa itib-batarsan!
Müəllif: Xanım Aydın
| ['Tolstoy', 'Tolstoyun romanı', 'Anna Karenina romanı'] |
183 | https://kayzen.az/blog/happy/25933/xo%C5%9Fb%C9%99xtlik,-h%C9%99yat-t%C9%99rzi-v%C9%99-bir-az-da-m%C9%99ntiq.html | Xoşbəxtlik, həyat tərzi və bir az da məntiq | gunelb | Xoşbəxtlik üçün | 3 sentyabr 2020, 15:57 |
Xoşbəxtlik deyən kimi hamının yadına “Bəxt üzüyü” filmində Moşunun qafiyə axtarmağı düşür. Əslində, o filmdə də məhz bu sözə qafiyə axtarılması təsadüfi deyil. Müəllif hamının xoşbəxtliyin rəmzini, qafiyəsini axtardığını göstərir. Xoşbəxtlik insanların özündə, onların arasındakı münasibətdə olduğu halda insanlar bundan xəbərsizdirlər və xoşbəxtliyə qafiyəni tapa bilmirlər, öz yaxınları, qonşuları ilə münasibəti pozaraq xoşbəxtliyi kənarda axtarırlar.
Nədir xoşbəxtlik? Əgər məsələyə tibbi fizioloji cəhətdən baxsaq, müsbət əhval-ruhiyyə beyində ifraz olunan müəyyən maddələrin miqdarı ilə əlaqədardır. Bu maddələrə xoşbəxtlik hormonları da deyilir. Bu hormonların və ya mediatorların ifrazı həm kənarda baş verən hadisələrdən, həm də müəyyən fizioloji aktlardan asıldır. Başqa sözlə desək, eşitdiyimiz bir xoş xəbər bizi xoşbəxt etdiyi kimi, məsələn, qida qəbulu da həmin hormonların ifrazını artıraraq əhval-ruhiyyəmizi yüksəldə bilir. Beləliklə, biz həyatımız boyu bizim kefimizi pozan faktorlardan uzaqlaşıb, əhvalmızı yüksəldən amillərə meyl edirik. Buna görə də “həyat nədir?” sualına “həyat mənfi emosiyadan müsbət emosiyaya doğru istiqamətlənmiş bir düz xətdir” deyə cavab verə bilərik.
Bəs hər şey bu qədər sadə ikən niyə tam hərtərəfli xoşbəxt ola bilmirik? Niyə daim xoşbəxtliyi axtarırıq və bizə elə gəlir ki, onu tapa bilmirik?
Bunun iki səbəbi var:
Bizi bu gün xoşbəxt edən amil bir müddət sonra alışqanlıq əmələ gətirir, bizə adi gəlir. Bizi xoşbəxt edən amilin dozasını artırmağa çalışırıq. Axı o bizdə müsbət emosiya yaradır, kim istəməz ki, kefi daha da, daha da yaxşı olsun?! Bu da həmin amilin get-gedə zərər verməsinə gətirib çıxarır. Dahi Nizami Gəncəvi demişkən “artıq içiləndə dərd verir o da”.
Bu dediklərimizə misallar göstərməzdən əvvəl bir şeyi qeyd edək. Xoşbəxtliyin bir mütləq sıfır nöqtəsi vardır. Bunu temperaturun sıfır nöqtəsinə bənzətmək olar. Bütün molekulların dayandığı mütləq sıfır Kelvin (-273 dərəcə Selsi) kimi hamının xoşbəxt olduğu bir sıfır nöqtəsi vardır – can sağlığı. Təsadüfi deyil ki, can sağlığına içirik, asqıranda “sağlam ol” deyirik, vidalaşanda “sağ ol” söyləyirik, bir problem olanda “əşşi, canın sağ olsun” deyə təsəlli veririk.
Onu da qeyd edək ki, xoşbəxtliyin birinci şərti əlində olanların dəyərini bilməkdir. Təəssüf ki, əlimizdə olanların dəyərini onları itirəndə bilirik. Eyni şey sağlamlığa da aiddir. Yəni biz sadəcə sağlam olduğumuz üçün xoşbəxt ikən bundan xəbərimiz yoxdur, xoşbəxt olduğumuzu unudub, Moşu kimi xoşbəxtliyi başqa qafiyələrdə axtarırıq.
Əslində, bunu anlamaq üçün yüngül bir xəstəlik keçirmək kifayət edir. Amma sağaldıqdan sonra birinci maddədə qeyd etdiyimiz kimi, buna öyrəşirik və dünən bizi xoşbəxt edən amil, bu gün bizə adi görünür. Eyni hal qadınlar yeni paltar, kişilər yeni maşın alanda da baş verir.
Elə faktorlar var ki, biz onlara öyrəşmirik, hətta daha çox istəyirik. Məsələn, yemək insanın fizioloji ehtiyacıdır, müsbət emosiya yaradır və buna görə də daim ona meyl edirik. Bu, canlı fərdi məhv olmaqdan qoruyan bir şərtsiz refleksdir. Amma müsbət emosiya mənbəyi kimi yeməyi artırmaq həddən artıq kökəlməyə və bir çox xəstəliklərin meydana gəlməsinə səbəb olur.
Hətta insan xoşbəxtliyi süni faktorlarda, beynə xoşbəxtlik hormonu kimi təsir edən yad maddələrdə də axtara bilər. Bu maddələrin ümumi bir adı vardır: narkotiklər. Ən təhlükəlisi də budur. Spirtli içkilərdən tutmuş ən zərərli olanlaradək, bu maddələr psixoloji və fiziki asılılıq yaradaraq getdikcə daha yüksək dozada qəbul edilməyə meyl etdirir, nəticədə insanı həyatdan qopararaq həm psixoloji, həm də fiziki cəhətdən məhv edir.
Buna görə də xoşbəxtliyi axtararkən müəyyən amilləri nəzərə almaq lazımdır:
Əgər canımız sağlamdırsa, avtomatik xoşbəxtik. Həmişə yadda saxlamalıyıq ki, bu gün çox istədiyimiz, bizi sonsuzadək xoşbəxt edəcəyini zənn etdiyimiz faktor, bir müddət sonra bizim üçün adiləşəcək. Bu o demək deyil ki, istədiyimizi əldə etmək üçün mübarizə aparmayaq. Amma əldə edə bilmədiklərimiz üçün də özünü bədbəxt hiss etmək lazım deyil. Heç bir müsbət emosiya mənbəyinə aludə olmaq lazım deyil. Hər şeyi qaydasında, normasında, həddini aşmadan etmək lazımdır. Yeməyi də, yuxunu da, idmanı da və s. İdman demişkən, əgər sağlam adam avtomatik xoşbəxtdir dediksə, xoşbəxtliyinə xoşbəxtlik qatmaq istəyən bir insanın ilk edəcəyi əməl idmandır. Fizioloji faydaları bir yana, psixoloji olaraq da rahatlıq verdiyini hamı bilir. Keçmişlərdə bizə belə deyirdilər – insanı əmək ucaldır, insanı əmək yaratmışdır, iş insanın cövhəridir. Yüzdə yüz doğru bir söz. İnsan işi ilə xoşbəxt olur. Mütləq işləmək, təhsilə, peşəyə yiyələnmək lazımdır. İnsan sosial varlıqdır. Digər heyvanlar belə tək qalmağı sevməzkən, insanın yalnız xoşbəxt olması mümkün deyil. İnsan insanla xoşbəxt olur. İnsan ünsiyyətlə xoşbəxt olur. Danışmaq, söhbət etmək, sevdiyimiz insanlarla mümkün qədər çox vaxt keçirmək lazımdır. Bir deyim vardır – xoş olanı faydalı olanla birləşdirmək. Əslində xoşbəxtliyin qafiyəsi elə bu deyimdir. İdman, müntəzəm yuxu, insanlarla ünsiyyət, iş, musiqi, rəqs, ədəbiyyat, bunlar hamısı bizi xoşbəxt edən, eyni zamanda da faydalı məşğuliyyətlərdir. Və bunun əksi, bizi müvəqqəti xoşbəxt etsə də, son nəticədə zərərli olan amillərdən uzaq durmaq – gecə həyatı, hərəkətsiz həyat tərzi, çox yemək, xüsusilə, şirniyyat və un məmulatları ilə qidalanmaq, özünə qapanmaq, spirtli içkilər, siqaret, narkotik vasitələr – bunlar sonunda xəstəlik və bədbəxtlik gətirən amillərdir.
Ən sonda həyatımızı asanlaşdırmaq məqsədilə texnikanın bizə bəxş etdiyi vasitələr barədə: kompyuter, ağıllı telefonlar, internet, sosial media. Bir şeyi qətiyyən unutmamaq lazımdır: bu vasitələr həyatı asanlaşdırmaq üçündür, həyatı əvəz etmək üçün deyil.
Bir söhbət proqramında yazışmaq, hətta canlı görüntülü bağlantı qurmaq doğma bir insanın, köhnə bir dostun canlı varlığının yerini verə bilməz. Deməli, xoşbəxtliyin qafiyəsi nədir? Sağlamlıqdır, sevgidir, bir az da ağıl və məntiqdir.
Bu yazımızda daha çox xoşbəxtlik haqqında, bir az da həyat tərzi haqqında yazdıq. Sonrakı yazılarımızda həyat tərzi və məntiqə daha çox yer verməyə çalışarıq.
Xoşbəxt olun, sağlam olun, sevgiylə qalın!
Müəllif: Həkim Rəşad Sultan
| ['xoşbəxt eden amillər', 'xoşbəxtlik', 'xoşbəxt olmaq üçün'] |
184 | https://kayzen.az/blog/musiqi%C3%A7il%C9%99r/25929/q%C4%B1z%C4%B1l-s%C9%99s-%C9%99fsan%C9%99si.html | Müslüm Maqomayev | Qızıl səs əfsanəsi | gunelb | böyük musiqiçilər | 1 sentyabr 2020, 23:32 |
Ötən il bu vaxtlar özü son illər ən yaxın simsarına çevrilmiş kompyuterinin qarşısında əyləşib heç vaxt üzünü görmədiyi pərəstişkarları ilə çatlaşır, onların təbriklərini, ən xoş diləklərini qəbul edirdi. Həmin diləklərin ünvanı kimi mövzusu da bəlli idi — yaradıcılıq uğurları, uzun ömür, cansağlığı… Bax, bu sonuncu diləyin Tanrı dərgahında eşidilməsinə ehtiyacı çox idi. Builki ad günündə də ən vəfalı pərəstişkarları — böyük sənətkarı, səmimi insanı dəyərləndirməyi bacaran insanlar onu yad edəcəklər. Ola blisin ki, bu isti avqust günündə onun Fəxri Xiyabandakı torpağı soyumamış məzarını ziyarət edənlərin sayı sənətkarı ömrünün sonunadək ən sevimli müğənnisi tək sevməkdə qərarlı kəslərin sayından qat-qat az olsun. Nə eybi, onsuz da əsl sevginin əbədi ünvanı ürəkdir.
Bazar ertəsi (17 avqust) böyük müğənni Müslüm Maqomayevin doğum günüdür. Ömür vəfa etsəydi, yaşının üstünə yaş gəldiyi günü Bakıda olmasa da, Moskvada sadiq dostlarının təbriklərini qəbul etməklə keçirəcəkdi. 66 illik ömrün sənətə həsr etdiyi təxminən 50 ilində onun qismətinə nələr düşməmişdi!...
Ecazkar səsin doğurduğu heyranlıq!..
lçüyəgəlməz pərəstişkar sevgisi!..
Yaraşıqlı kişiyə vurğunluqla gözəl müğənniyə heyranlığı qarışdıran xanım fanatların bəzən zəhlətökən eşqi!..
Xalqların taleyini həll edən şəxsiyyətlərin səmimi duyğuları!..
Bir də adına SSRİ deyilən böyük bir ölkədə estrada müğənnisi üçün sənət ölçüsü meyarını uzun illər boyunca müəyyənləşdirən ifaçılıq hünəri!..
Amma doğrudanmı onun taleyində hər şey bu qədər mükəmməl, güclü və gözəl idi? Ola bilməz! Allah hər kəsə hər şey vermir axı!
Ata üzü görməmişdi — Böyük Vətən müharibəsinin son günlərində həlak olan atası cəbhəyə gedəndən sonra doğulmuşdu...
Anasının məhəbbətindən uzaq böyümüşdü — balaca Müslümün daha mükəmməl təhsil alması adı ilə onu Rusiyanın əyalət teatrında çalışmağı seçən aktrisa anasından ayırmışdılar…
Sinəsi övlad dağlı qoca nənənin, başı dövlət işlərinə qarışan əminin himayəsində böyümüşdü...
Cavanlıq üzündən ilk sevgisini qoruyub yaşatmaq üçün iki sanballı ailənin basqısına tablaşa bilməmişdi deyə, yeganə övladını elə bayramdan-bayrama görə bilmişdi...
Bütün bunlar sadə bakılı gənc Müslümün iç dünyasındakı kədəri, uzun illər dilinə gətirmədiyi kədəri, bölüşmək istəmədiyi nisgili idi.
Amma Allah sevdiyi insanlara taleyinə düşən çətinlikləri dəf etmək üçün qüvvə də verir. Müslümün də qüvvəsi səsinin gücü, sənətinə sevgisi, onu sevənlərə sayğısı, tamaşaçı-dinləyici ordusu qarşısında tükənməz məsuliyyəti, bir də heç zaman onu tərk etməyəcək səmimiyyəti idi.
Onunla eyni səhnəni paylaşanlar şahiddir: Müslüm Maqomedoviç səhnə arxasında heç zaman əyləşməzdi. Adətən həm respublika, həm də ittifaq səviyyəli ən möhtəşəm konsertləri bağlamaq şərəfi nəsib olan böyük müğənni ütüsü bir balaca pozulmuş şalvarda, ətəyi azacıq əzilə biləcək pencəkdə tamaşaçı qarşısına çıxmağı özünə ar bilirdi. Konsert nə qədər uzun çəksəydi belə, 1, 2, lap 3 saat ayaq üstə dayanıb səbrlə öz çıxışını gözləyərdi.
Bütün ömrü boyu yeyib-içən, kefcil oğlan kimi tanınsa da, bircə kərə nə səhnəyə beyni dumanlı çıxdı, nə də bir çıxışını “səsim yerində deyil”, ya da “soyuqlamışam” bəhanəsiylə təxirə saldı. Dinləyicilər də elə Müslum Maqomayevi sənətə belə fədakar xidmətinə görə sevirdilər.
Müslüm Maqomayevin istedadına görə taybatay aça billəcəyi qapıları döymək xasiyyəti də yox idi. Sovetin qılıncının qəməsinin də, qəbzəsinin də kəsdiyi, amma piştaxtaların bomboş olduğu vaxtlarda müğənni dostu İosif Kobzon onu yanına salıb Moskvanı qapı-qapı gəzdirərək, iri mağaza müdirlərindən ta orta səviyyəli məmurlaradək tanış edir ki, gərəkli adamlarla dostluq hətta məşhur müğənniyə də lazımdır… Amma Müslum Maqomedoviç gülə-gülə xatırlayırdı ki, müdirn kabinetindən çıxan kimi onun adını da, soyadını da, hansı məqamda kara gələ biləcəyini də unudurmuş… Xahiş etməkdən utanmaq xasiyyətini, şöhrəti artdıqca tərgitməyən müğənnini həmin məmurlardan qat-qat səlahiyyətli insanlar da dost, sirdaş, övlad kimi sevirdi.
Azərbaycan mədəniyyətinin, bu mədəniyyəti daşıyan insanların əsl xiridarı olmuş ulu öndərimiz Heydər Əliyev Müslüm Maqomayevi ata məhəbbəti ilə sevərdi. Belə müdrik insanın, milyonların taleyini həll edən dövlət başçısının əziz qonağı olmaq, rəhbərlə saatlarla qeyri-rəsmi söhbət etmək hansı sənətkara nəsib olmuşdu ki? Sənət insanlarından kimsənin xahişini rədd etməyən Heydər Əliyevin ata qayğılı məhəbbətinin qarşılığında ondan özü üçün demək olar ki, heç nə istəməyən Müslüm Maqomayevlə dostluğunun bir səbəbi də var idi — onlar bu ünsiyyətdən rəhbər-sənətkar kimi yox, həm də bir-birini anlayan iki müdrik dost kimi zövq alardılar.
Müslüm Mamoqayev Azərbaycan mədəniyyətinə və dünya estrada ifaçılıq sənətinə bir qızıl səs əfsanəsi kimi düşdü. Nə özünə bir titul götürdü, nə təxəllüs qoşdu, nə də lap cavan yaşlarında qazandığı mükafatları, fəxri adları özünə qalxan elədi. Elə nəslinin əmanəti soyadını, baba yadigarı adını söyləməyi özünütəqdimata yetərli bildi.
Nə qədər ucaboy olsa da — sənəti özündən uca idi, ona görə! Yaş artdıqca sənətinin onun boyundan qısa görünəcəyi utancını yaşamadan səssiz-küysüz səhnədən getdi. Getdi ki, sağlığında əfsanəvi müğənni, qızıl səs sahibi kimi yaddaşda qalsın.
Zaman gələcək, nə vaxtsa Azərbaycan mass-mediasının hansı bir orqanında 17 avqust ərəfəsində yer alacaq müəllif yazısı, çox ola bilsin ki, elə bu sayaq başlayacaq — bazar ertəsi böyük müğənni Müslüm Maqomayevin doğum günüdür. Lakin daha «ömür vəfa etsəydi» yazılmayacaq. Çünki bəşər övladının cismən 150, 200 il yaşaması ağlabatan deyil. Amma Müslüm Maqomayev barədə həmin yazı mütləq yazılacaq! Çünki seçilmişləri, sənəti, əməli özündən qat-qat uzun ömür yaşayan insanları sıravi bəndələrdən fərqləndirən mühüm bir cəhət var! Onların mənəvi ömrü cismani ömürlərindən uzundur.
Müəllif: G.MirməmmədMənbə: medeniyyet.az
| ['Müslüm Maqomayev'] |
185 | https://kayzen.az/blog/edebiyyat/25923/hollivudda-17-%C9%99s%C9%99ri-ekranla%C5%9Fd%C4%B1r%C4%B1lan-yaz%C4%B1%C3%A7%C4%B1.html | Hollivudda 17 əsəri ekranlaşdırılan yazıçı | gunelb | Ədəbiyyat | 1 sentyabr 2020, 00:34 |
XX əsr Amerika ədəbiyyatının ən məşhur və sevilən yazıçı-dramaturqları arasında Con Steynbekin (1902-1968) məxsusi yeri var. Con Steynbek ədəbiyyat üzrə Nobel mükafatına layiq görülmüş (1962) altıncı ABŞ yazıçısıdır. XX əsr Amerika ədəbi mühitini ən çox məşğul edən “Amerika həyat tərzi” və “Orta amerikalı” konsepsiyaları C.Steynbekin əsərlərinin əsas xəttini təşkil edir. Siyasət, bank, kəndli-fermer münasibətləri, miqrasiya, etnik diversiyaçılıqdan yaranan sosial problemlər yazıçının əsərlərində öz bədii təsvirini tapıb.
C.Steynbekin ilk kamil əsəri olan “Lacivərd örüş”də bəhs olunan kiçik Salinas şəhəri Nobel mükafatlı görkəmli yazıçı Vilyam Folknerin (1897-1962) əsərlərindəki xəyali Yoknapatafa dairəsinə bənzər mistik rol oynayıb. Steynbekdə Salinas Folkner yaradıcılığında onun doğma Oksford şəhərində Missisipi çayı boyunca uzanan Lafayet qədər əhəmiyyətli təsirə malikdir.
Nyu-Yorka köçərək orada qəzetçiliklə məşğul olan C.Steynbek bir müddət sonra yenidən Kaliforniyaya qayıdaraq ədəbi fəaliyyətini davam etdirir. O, erkən yaradıcılıq dövrü əsərlərində əsasən mistisizmə, naturalizmə meyil etsə də, sonradan sərt realizmə körpü salaraq çox qiymətli bədii nümunələr qələmə alıb.
C.Steynbek daha çox sosial-psixoloji romanlar ustası kimi tanınıb. On altı roman, altı povest və bir sıra hekayələr toplusu daxil olmaqla ümumilikdə iyirmi beş kitabın müəllifi olub. “Konserv sırası” (1945), “Mirvari” (1947) və “Cənnətdən Şərqə doğru” (1952) daxil olmaqla yazıçının on yeddi əsəri əsasında Hollivudda filmlər çəkilib. O həm də “Hollivud yazıçısı” kimi şöhrət qazanıb.
Meksika xalq nağılı əsasında qələmə alınan “Mirvari” əsərində müəllif insan təbiətinin sirlərini, şərin ən qaranlıq dərinliklərini və məhəbbətin işıqlı yollarını araşdırır. Atası və babası kimi, bir vaxtlar İspaniya krallığı üçün böyük sərvətlər qazandıran Kino artıq özünün, Yuananın və körpə oğlunun gündəlik dolanışığını təmin etmək üçün körfəz sahillərində mirvari toplayan yoxsul bir dalğıcdır. O, günlərin birində dənizdən yumurta boyda “ay kimi mükəmməl” bir mirvari tapır. Bu mirvari ona ümid, rahatlıq və təhlükəsizlik vəd edir...
XX əsrin birinci yarısında ABŞ-da baş vermiş real tarixi hadisələr və bu olayların yaratdığı sosial şərait müəllifin qələmi ilə yüksək peşəkarlıqla təsvir olunub. Məlum olduğu kimi, bu ölkənin Oklahoma, Nyu-Meksika, Kanzas ştatlarında baş vermiş təbii fəlakətlər nəticəsində “Böyük quraqlıq” və “Böyük depressia” dövrü yaşanıb. Nəticədə bu ştatlardan Amerikanın müxtəlif yerlərinə, o cümlədən yazıçının yaşadığı Kaliforniyaya köç edən insanların ağır taleyi C.Steynbekin əsərlərində aparıcı mövzuya çevrilib. 1939-cu ildə yazıçının “Qəzəb salxımı” romanının çap olunması ölkədə böyük rezonansa səbəb olub. Sözügedən əsər Amerikada kənd təsərrüfatı sahəsində islahatların aparılması zərurətini ortaya qoyaraq çoxlarını bu barədə düşünməyə vadar edib.
Yazıçı “Həyəcanlarımızın qışı” (1961) və “Çarli ilə səyahət” (1962) əsərlərinə görə Nobel mükafatına layiq görülüb.
Məşhur qələm markalarının kolleksiyaçısı kimi də tanınan C.Steynbek yazan zaman yanına mütləq 24 qələm qoyarmış.
1968-ci ildə Nyu-Yorkda ürəktutmadan vəfat edən ədib Salinas şəhərciyində dəfn olunub. Yazıçının Salinasdakı evi 1974-cü ildə muzeyə çevrilib, geniş ədəbi-ictimai fəaliyyətə malik “Con Steynbek cəmiyyəti” yaradılıb.
Hazırladı: LALƏMənbə:medeniyyet.az
| ['Con Steynbek', 'amerika ədəbiyyatı'] |
186 | https://kayzen.az/blog/kulturologiya/25919/%C3%B6z-pikassomuz-%7C-mikay%C4%B1l-abdullayev.html | Öz Pikassomuz | Mikayıl Abdullayev | gunelb | Kulturologiya (mədəniyyətşünaslıq) | 31 avqust 2020, 01:10 |
Rəssam «İstiqlal» ordenini eks-prezident Heydər Əliyevdən şəxsən özü almışdı
Rəssamların ağrı və əzabları, sevinci və ilıq təbəssümü daha şirin olur. Dünyanın nəhəngləri — Salvador Dali, Pablo Pikasso qürbət ellərdə fırça və boyalarla, kətan və iç dünyaları ilə Vətən, bəşəriyyət anlamını insanlığa doğmalaşdırdılar. Günlərin birində general Franko həsəd və paxıllıqdan yaxa qurtarmaq üçün Pikassoya məktub göndərdi: «Əzizim Pikasso, Madridə qayıt və mənim portretimi işlə». Bu zaman Pikasso artıq dünyanın övladı idi. Bircə cümlə ilə cavab göndərdi o cəllada: «Kəllənizi göndərin, məmnuniyyətlə işləyərəm». Hiddətlənən general onu ömürlük İspan vətəndaşlığından məhrum etdi. İndi dünyada nə həmin general var, nə də Pikasso. Yox…yox. Pikasso Parisin küçələrində uşaqların arenasındadır. Muzeylərdə insanlarla söhbət edir. Sevincək, ilıq təbəssümlə.
O da bütün dünyanı gəzmiş, bəzəmişdi. Fırçanın və boyanın dili ilə dünyanın dərdlərini və dəhşətlərini sənətdə yaşadıb. Əsərləri bizi dünənimizə, bu günümüzə və sabahkı ömür yolumuza iti nəzər yetirməyə səsləyib.
SSRİ-nin xalq rəssamı, SSRİ Rəssamlıq Akademiyasının həqiqi üzvü, beynəlxalq Cəvahirləl Hehru mükafatı laureatı, respublikanın xalq rəssamı, professor Mikayıl Abdullayev bizim Pikassomuz idi.
O, Ə.Əzimzadə adına Rəssamlıq məktəbinin II kursunda oxuyanda təhsilini başa vurub Moskvadan təzəcə qayıtmışdı. Sergey Gerasimov kimi dünya səviyyəli rəssamın əlindən su içən Mikayıl Abdullayev bildiklərini tələbələrindən əsirgəmirdi. 1960-cı ildə SSRİ Rəssamlar İttifaqının üzvü, daha sonra katibi idi.
Mikayıl Abdullayevin əsərlərində təbiət müxtəlif şəkillərdə qarşımıza çıxır. O, təbiət aləmindən, kosmik ünsürlərindən həm təsvirlərdə, həm də rəmzi mənada faydalanırdı. Təbiətdən çox istifadə edirdi. Emalatxanada işləməkdən daha çox təbiətin qoynunu sevirdi. Masallıda uzun müddət ezamiyyətdə olan Mikayıl müəllim səfərdən əliboş qayıtmır, qiymətli tablolar yaradırdı. Mingəçevir seriyası onun gözəl işlərinin nəticəsi idi. Təbiəti olduğu kimi ağ kətana köçürür, ondan aldığı həzzi fırçanın dili ilə tamaşaçısına çatdırırdı.
O, kağız və fırça ilə təkcə təbiəti yox, insan deyilən varlığın zəngin dünyasını kəşf etmiş, insanı zəiflik və zərifliyi ilə tanıda bilmişdi.
Həqiqi obraz yaradıcısı
Qeyri-adi üslub, duyulası bədii ümumiləşdirmə, ümumi fikrin, başlıca ideyanın rəmz və şərtiliklərlə ifadəsi hər bir rəssamın əsərlərini səciyyələndirən, eyni zamanda fərqləndirən xüsusiyyətdir. Sadaladığımız xüsusiyyətlər Mikayıl Abdullayevdə də vardı. Necə düşünürsünüz, böyük rəssam, bunlarsız keçinə bilərmi? Hindistan, Mingəçevir və Qarabağa həsr etdiyi əsərlər silsiləsi işləyirdi. Mikayıl müəllim onları mexaniki götürüb işləmir, onların həqiqi obrazını yaradırdı. Bu dəyərlər ona həmişə başucalığı gətirirdi.
Onun əsərlərinin mövzu dairəsinə özündə sevinc notları ilə yanaşı, kədər, nisgil əhval-ruhiyyəsi, daşıyan kompozisiyalar da daxil edilib. 1941-ci il Böyük Vətən müharibəsi onun işlərinin, bəlkə də ana xəttidir. İstər bu dövrdə işlənmiş, istərsə də Masallı qadınlarının kənddəki ağır yaşayışı, əzab-əziyyətini əks etdirən tablolar monumental əsərlər seriyasındadır.Onları yaradarkən daxilən həyəcanlanır, iç dünyasını ağ kətana köçürürdü…
Cıdır düzü, Topxana meşəsi ilə bağlı əsərləri onun yaradıcılığının leytmotivini təşkil edir. Müharibədən çox-çox qabaq Şuşaya gəlmişdi. Qarabağ mənzərələri, Şuşa camaatının güzəranı da uğurlu işlərindəndir.
İndira Qandinin portretini naturadan çəkib
Hind xalqının həyatı, azadlığı onun əsərlərində təfərrüatı ilə canlandırılıb. Beynəlxalq mükafatın ona verilməsi də hind xalqının, hind dövlətinin sənətkara qiyməti deyildimi? Hindistanla Mikayıl Abdullayevi sıx tellər bağlayırdı. Dövlət başçısı İndira Qandi ilə görüşləri çox olub. Onun portretini naturadan işləyib, üz-üzə oturub. Rəssamlıqda ən çətin işdir bu üsul. Əziyyəti çox olsa da portret İ.Qandinin xoşuna gəlmişdi. Bu işinə görə də 1966-cı ildə Mikayıl müəllim beynəlxalq Cəvahirləl Hehru mükafatının laureatı adını aldı.
Ömür-gün yoldaşı Leyla xanım xatirələrində Mikayıl Abdullayevlə bağlı belə söyləyirdi:
— «Mikayıl müəllim mənə bir həyat yoldaşı yox, dost, sirdaş idi. Çox mehriban yaşayırdıq. 81 illik ömrünün son 3 ilinədək o özünü yaxşı hiss edirdi. 2000-ci ilin 25 noyabr axşamı məlum zəlzələdən stress vəziyyətə düşənlərdən biri də o oldu. Evdə həmişə deyirdi ki, zəlzələ baş verəndə zirzəmiyə girib qorunmaq lazımdır. İlk təkandan sonra ikinci də güclü oldu. Biz mənzilimizdən eyvan vasitəsilə zirzəmiyə endik. Bir qədər sonra Mikayıl müəllim mənzilə keçəndə oğlumuzun içəridə siqaret çəkdiyini gördü. O, əhval-ruhiyyəmizlə maraqlandı, təkanların davamlı olacağını bildirdi. Dedi ki, təkan olsa, düşün aşağı maşının yanına. Bir neçə dəqiqə sonra yenə təkan oldu, həyətə düşüb bir neçə saat orada qaldıq. Qonşular da həyətdə idilər…
8-ci mərtəbədə yaşayan MEA-nın işçisi Arifə Aydınbəyova zəlzələdən sonra keçirdiyi infarktdan öldü. Bu hadisədən az sonra-dekabrda Mikayıl müəllim də ilk dəfə infarkt keçirdi. Poliklinikanın müalicə komissiyası ürəyinin kardioqram vərəqini çıxardıb diaqnozla müalicəyə başladı. Mikayıl müəllim çoxlu dərman qəbul etməyi sevmir, çox vaxt isə bunlardan imtina edirdi. Həkimlərin səyi ilə onun səhhəti normallaşdı. Tezliklə işini bərpa etdi. Emalatxanaya və dərs dediyi Rəssamlıq Akademiyasına gedirdi. Və birdən yanvar ayında yenidən özünü pis hiss etməyə başladı və yenidən poliklinikaya müraciət etdi. Xəbər gəldi ki, onu poliklinikadan xəstəxanaya göndərmək istəyirlər, tez özünü çatdır. Təcili tibbi yardım maşınının yanına özümü güclə çatdırdım. Xəstəxanada həkimlər də, özüm də onun sağlamlığı üçün əlimizdən gələni etdik. 3 il sərasər, gecə-gündüz onun qulluğunda dayandım. Lakin 2002-ci ildə o…İnfarkt xəstəliyi ona bütun gücü ilə işləməyə imkan vermirdi. Gözləri də zəifləmişdi. 7 illik irsi diabeti vardı. Anası da, bacısı da bu xəstəlikdən rəhmətə getmişdilər.
Bildiyiniz kimi, onun çoxlu mükafatları, təltifləri var. Sovetlər vaxtında maaşını SSRİ Rəssamlıq Akademiyasının akademiki kimi oradan alırdı. 1992-ci ildə köhnə İttifaqın süqutundan sonra Rusiya prezidenti B.Yeltsin belə qərar çıxartdı: kim ki, əvvəlki müttəfiq respublikaların, ayrı dövlətlərin ərazisində yaşayır, o, maaşını özlərinin Akademiyasından almalıdır. Ona görə də bir neçə dəfə Respublika EA-nın prezidentinin qəbulunda olduq. Heç bir fayda görmədik. M.Kərimovun prezident seçilməsindən sonra Mikayıl müəllim dedi ki, bəlkə yeni prezidentin qəbuluna gedək? Görüş zamanı hər şeyi ona təfsilatı ilə danışdıq. Soruşdu ki, akademikliyə lazımi sənədləri niyə təqdim etməmisiniz? Onun əvəzinə başqalarının sənədlərinin verildiyini bildirdi. Mikayıl müəllim də qeyd etdi ki, ona bu barədə heç kim heç nə deməyib. Yoxsa çoxdan hazırlayıb təqdim edərdi. 43 illik təcrübəyə malik Mikayıl Abdullayev MEA-ya akademik seçilmədiyindən incimişdi. Deyirdi ki, belə sənətkar ermənilərdə olsaydı, onu çoxdan özlərinin milli qəhrəmanı edərdilər.
Rusiya səfirliyinə köhnə SSRİ Rəssamlıq Akademiyasının akademiki kimi müraciəti də alınmamışdı. Demişdilər ki, özünüzün EA-nız var, ora gedin…
Mikayıl müəllim görkəmli sənətkar, böyük zəhmətkeş insan idi. O, Lenin ordeni, «Oktyabr inqilabı», «Xalqlar dostluğu… «İstiqlal» ordenlərinə, müxtəlif medal və fəxri fərmanlara layiq görülmüşdü. «İstiqlal» ordenini mərhum eks-prezident Heydər Əliyevdən şəxsən özü alan Mikayıl müəllim ondan razılıq edirdi. Məhz onun sərəncamı ilə M.Abdullayev Fəxri Xiyabanda dəfn olunub. Onun abidəsinin qoyulması, yaşadığı binanın önünə memorial lövhənin vurulmasını qərara almışdı. Abidə qoyulub, lövhəni isə məşhur heykəltaraş Zeynalabdin İsgəndərov hazırlayıb. Onun dəfnini yüksək səviyyədə təşkil edən Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov həmişə bizim ailəmizlə maraqlanıb». … Dünyanın özü boyda ağrıları var. Dünyanın özü boyda əzabları var və bu ağrılar, əzablar insan ruhuna işgəncələr verirsə, qovrula-qovrula kədərlə yaşamaqdan savayı özgə çarə qalmır. Yalnız güc-qüvvət tapanlar qurtuluş yolunu araya bilirlər. Yurdumuzun Pikassosu Mikayıl Abdullayev kimi!.. Mənbə: edebiyyat.az
| ['Mikayıl Abdullayev', 'Mikayıl Abdullayev yaradıcılığı', 'Mikayıl Abdullayevin əsərləri', 'rəssam'] |
187 | https://kayzen.az/blog/poeziya/25911/ya%C5%9Famaq-haqq%C4%B1n%C4%B1-haqq-ed%C9%99n-yaz%C4%B1%C3%A7%C4%B1-anar-rzayev.html | Anar Rzayev | Yaşamaq haqqını haqq edən yazıçı | gunelb | Poeziya | 29 avqust 2020, 00:42 |
Dünyaya gələn hər kəsin yaşamaq haqqı var — adi qarışqadan, kəpənəkdən tutmuş, insana qədər. İndi o başqa məsələ ki, kimi verilən bu haqdan mənalı və səmərəli istifadə edərək savab əməllər və xeyirxah işlər görür, kimi də onu zamanın küləyinə verir.O haqqa heç kəs girə bilməz! Yaşamaq haqqı hər kəsin müstəsna hüququdur!
Xalq yazıçısı Anarın «Yaşamaq haqqı» kitabını oxuduqca düşünürdüm ki, görəsən, ömrünün səkkiz onilliyini arxada qoyan görkəmli yazıçını belə bir kitabı yazmağa vadar edən səbəblər hansılardı? Əlbəttə ki, yazıçının yerinə fikir yürüdüb, hansısa səbəbləri sadalamağa ehtiyac yoxdur. Amma nə yaxşı ki, o, bunu yazıb. Bu əsər milli və milli olduğu qədər də bəşəri olan, doğulduğu yurdu, torpağı, mənsub olduğu milləti və yaşadığı dövləti sevən vətənpərvər bir yazıçının göstərdiyi böyük bir hünərdir. O, bəlkə də, 1120 səhifəlik bu publisistik kitabın yerinə neçə-neçə hekayə, povest və ya böyük bir roman yaza bilərdi. Lakin öz vaxtını bədii yaradıcılıq məhsulları yazmağa yox, çox sanballı, millətinin tarixinə və bu gününə işıq tutan dəyərli bir əsər qələmə almağa sərf edib.
Bəzən yazıçı ömrünü qızmar günəş altında yer şumlayan əkinçi ömrünə bənzədirlər. İlkin təəssürata görə onların hər ikisi toxum səpəndi, bitib-bitməməsindən asılı olmayaraq. Amma Anarın əkdiyi toxumlar bitib, özü də dən-dən. Şüurlarda, düşüncələrdə, fikirlərdə bitib və bütün zamanlarda öz saflığını, təravətini qoruyaraq yaşayacaq.
Çoxları kimi mən də onu əsərlərindən tanıyıram. Dəfələrlə iştirak etdiyi tədbirlərdə heç kimin çıxışına bənzəməyən özünəməxsus və vətəndaş mövqeyi ilə seçilən çıxışlarına qulaq kəsilmişəm. Açığını deyim ki, onunla həmsöhbət olmaq, üzbəüz oturmaq, əlini sıxmaq xoşbəxtliyi mənə nəsib olmayıb. «Yaşamaq haqqı»nı oxuyandan sonra indiyədək buna nail olmadığım üçün bir daha təəssüfləndim... İndiyə qədər yazıçının xeyli əsərini mütaliə etmişəm. «Yaşamaq haqqı»nı oxuduqca aydın hiss olunur ki, Anar təkcə yazmır, həm də oxuyur. Bu yerdə məşhur türk yazıçısı Əziz Nesin vaxtilə Bakıda görkəmli yazıçılarımızdan birinin qonağı olarkən dediyi sözlər yada düşür. Əziz Nesin yazıçının cild-cild əsərlərini və qalaqlanmış əlyazmalarını gördükdən sonra deyib ki, əfəndim, elə siz yazıyorsuz-yazıyorsuz, heç oxumıyorsuz. Hərdən düşünürdüm ki, görəsən, ədəbiyyatımızı Anar kimi dərindən bilən varmı? Lakin yazıçı qələmə aldığı bu əsərdə nəinki ədəbiyyatı, xalqımızın mədəni tarixini də çox gözəl bildiyini nümayiş etdirir.
Kitaba yazıçı-alim Pərvinin yazdığı "Ön söz" fərqli tərzdə başlayır: "...Anarın «Yaşamaq haqqı» traktatını oxuyub bitirdikdən sonra özümü — yəni aid olduğum milləti, danışdığım doğma dili, yaşadığım coğrafiyanı, yediyim yeməkləri və içdiyim suyu, aldığım havanı, keçmişimi, bu günümü, niyə belə olduğumu daha yaxşı, əslində, tamam yeni cəhətdən, təzə dərinlikdə anladım. Və hər şeydən öncə onu bir daha dərk etdim ki, bütün sevgilərin kökündə vətən-yurd sevgisi dayanır. İnsanın sahibkarlıq duyğusu torpaqdan başlanıb, ona görə ürəklə, həm də vicdanla «bu mənimdir» — deyə bilirsənsə və sənin olana sahib çıxmağa gücün, cəsarətin çatırsa, yaşamağa haqqın var...".
«Yaşamaq haqqı» necə-neçə kitab, arxiv sənədləri, rəsmi mənbələr, jurnal, qəzet materialları, yazıçının illərlə davam edən müşahidələri, oxuduqları, eşitdikləri, gördükləri, çıxartdığı nəticələrə əsaslanaraq qələmə alınıb. Anar özündən əvvəl yazılmış, demək olar ki, bütün sanballı əsərlərdə əksini tapan məsələlərin məğzini, cövhərini, şirəsini sıxıb çıxardaraq rəvan və oxunaqlı təhkiyə ilə oxuculara çatdırır. Kitabı təkcə müəllifin yox, həm də onun mənsub olduğu millətin alın yazısı, taleyi, qisməti də hesab etmək olar. Yazıçının «Yaşamaq haqqı» traktatı soykökümüzü tanımaq, millətimizin haradan gəlib hara getdiyini bilmək, milli təfəkkürü mənimsəmək, əsl azərbaycanlı olmağın xoşbəxtliyini, həzzini və ləzzətini yaşamaq üçün daş yaddaşı təsiri bağışlayır.
Yazıçı xalqımızın bir millət kimi yaşamaq haqqının olduğunu tutarlı dəlillərlə sübut etməklə yanaşı, ona qənim kəsilənlərə, qəsdinə duranlara, inkişafına əngəl törədənlərə, azadlığına buxov olanlara, torpağına təcavüz edənlərə, milli-mədəni sərvətlərini talayanlara qarşı mövqeyini ortaya qoyur. O, xalqımızın mədəni tarixində az-çox xidməti olan hər kəsi anmağa, heç kəsi diqqətdən kənarda qoymamağa çalışır. Müəllif xalqımızın mənəvi xəzinəsinə varislik edir, onun yaratdığı dəyərli nə varsa, hamısını ardıcıllıqla, böyük sevgi və ehtiramla yada salır, xatırlayır, birləşdirir və onun keçmişini, bu gününü və gələcəyini vəhdətdə görür. «Yaşamaq haqqı»nın ən qabarıq cəhətlərindən biri onun millətə, dövlətə, mənəvi dəyərlərə böyük sevgi ilə yazılmasındadır.
Ömür payı tanrı qismətidir. Az və ya çox yaşamaq da Allahın yazısıdır. Anarın bu yaşda bunları yazması bəlkə də, onun bu qədər yaşamasını şərtləndirən əsas amillərdəndir. Həm də axı yazıçı Heydər Əliyev Mükafatına layiq görüləndə deyib ki, "Şuşa alınmayınca ölməyəcəm", bu bir arzu, istək deyil, bəlkə də Tanrıdan istənilən ömür möhləti, «Yaşamaq haqqı»dı...
Müəllif kitaba səkkiz il (2011-2019) ərzində yazdığı «Yaşamaq haqqı» traktatından başqa, müxtəlif vaxtlarda qələmə aldığı bir neçə yazısını da əlavə edib. Kitab xeyli dərəcədə avtobioqrafik xarakterlidir. Buna baxmayaraq, burda təkcə Anarın həyatının yox, bütövlükdə Azərbaycan taleyinin və bu taleyi yaşayanların ömür səhifələri vərəqlənir.
Kitab xalqımızın iki böyük şairinin — Səməd Vurğun və Şəhriyarın «Azərbaycan şeirlər»i ilə başlayır və müəllifin qələmə aldığı XX əsrin son bədbin və XXI əsrin ilk nikbin şeirləri ilə tamamlanır.
Kitabda olanların hamısını əlbəttə ki, əhatə etmək imkan xaricindədi. «Yaşamaq haqqı»nı oxuduqca yazıçının Azərbaycan haqqında düşüncələrinə dalıb, "İpək yolu«ndan keçib, „Qobustan“lı illərdən adlayıb, Meydana üz tutduğu göz önünə gəlir. Kitabda çox zəngin mənəvi dünyası olan bir yazıçının yaşadığı duyğuları, keçirdiyi hissləri, apardığı mübarizəni izləmək mümkündür. Onun Qarabağ uğrunda müxtəlif tribunalardan çıxışları, milli şüurun oyanması sahəsində apardığı mücadilə, milli-mənəvi dəyərlərin qorunması üçün nümayiş etdirdiyi ziyalı mövqeyi yenidən göz önündə canlanır. Dilimizin saflığı və qorunması sahəsində yazıçının gördüyü işlər xüsusilə diqqətəlayiqdir. Kitabı oxuduqca uzun illər yazıçının milli şüur və oyanışın dirçəlişi yolunda apardığı mübarizə, sanki yenidən açılır, dərk edilir və bu yaşantılar oxucunu yazıçının canıyanan mövqeyinə biganə və laqeyd qalmamağa çağırır.
Kitabın „Ön söz“ündə, çox yerində deyilir: „70 yaşında professor mühazirə deyir. Son dərəcə maraqlı mühazirədən sonra tələbələrdən biri əlini qaldırır. Təcrübəli professor gülümsəyir: “Bilirəm nə soruşacaqsız… Həyatım boyu ən çox rastlaşdığım sualdı — bu dediklərinizi haradan oxumaq olar?! Heç haradan, bütün bu danışdıqlarım oxuduğum yüzlərlə kitabdan və yaşadığım zəngin həyatdan gəldiyim qənaətlərdir!».
Odur ki, Anarın «Yaşamaq haqqı»nı oxuyan hər kəs xalqımızın başına gətirilənlərdən, repressiya illərinin ağrı-acısından, qırılan talelərdən, nakam ömürlərdən ibrət götürməklə yanaşı, öz xalqının sevinci ilə yaşayıb, dərd-səri ilə nəfəs alan yazıçının yaşamaq haqqının nədən ibarət olduğunu bir daha anlayacaq, duyub dərk edəcək.
Bu haqqı anlamağa, duymağa və dərk etməyə dəyər!
Müəllif: Abdulla Suvar — AZƏRTAC-ın müxbiriMənbə: edebiyyatqazeti.az
| ['yazıçı Anar', 'Anar Rzayev', 'Yaşamaq haqqı kitabı'] |
188 | https://kayzen.az/blog/son-tarix/25901/m%C3%BCs%C9%99lman-al%C9%99minin-intibah%C4%B1-niy%C9%99-tez-bitdi,-m%C3%BCs%C9%99lmanlar-niy%C9%99-bel%C9%99-oldular.html | Müsəlman aləminin intibahı niyə tez bitdi, müsəlmanlar niyə belə oldular? | gunelb | Müasir dövrün tarixi | 26 avqust 2020, 16:39 |
Ekklesiast Kitabı haqlıdır: "İzafi bilik izafi kədərdir". Nə nə qədər çox oxuyursansa, nə qədər çox bilirsənsə, o qədər qüssələnirsən.
Əzizlər, bilik çox qəribə nəsnədi. Həmişə sevindirmir insanı.
Məsələn, bu dəqiqəyədək bəlkə də bilmirdiniz ki, Litvada «klumpakoyis» adlı xalq rəqsi var. Bu rəqs zamanı taxta başmaqlar geyinilir və «Bax, bax, ayağımı yerə vururam!» oxunur, tərəf-müqabilə barmaq silkələnir.
Sovetlər Birliyinin bütün məkanlarında, o cümlədən Azərbaycandakı uşaq bağçalarında daim bu rəqs ifa olunurdu. Amma uşaqlar bilmirdilər bu sadə, ən tənbəl cocuğun belə asanlıqla öyrəndiyi rəqsin adını. Hə, indi klumpakoyisin nə olduğunu bilirsiniz artıq. Bəxtəvər oldunuzmu? Bu bilik həyatınızı daha mənalı etdimi?
Düşünmürəm.
… «Dünya iqtisadiyyat nəzəriyyəsinin atası» kimi tanınan şotland Adam Smit həm də siyasi iqtisadın banisi sayılır. Halbuki onun yazdıqlarında 1332-ci ildə Tunisdə doğulmuş ərəb dahi, intellektual İbn Haldunun təsiri o qədər aşkar hiss olunur ki.
… Bir zamanlar dünya elminin, mədəniyyətinin, düşüncəsinin sübh ulduzu olan, alimlərinin və filosoflarının, düşünərlərinin və şairlərinin, kitablarının və mədrəsələrinin, ixtiralarının və kəşflərinin sayı bilinməyən İslam aləmi niyə indi o irəliləyişin kölgəsindədir?Niyə müsəlman Şərqi xristian Qərbindən geri qaldı: axı Avropada romalıların tikdikləri akveduklar və termlər «Qaranlıq çağ»da katoliklərin anafemasında olanda, müsəlman Şərqində dünyanın ilk universiteti, ilk texniki kitabxanası, ilk pulsuz xəstəxanası, ilk elmi laboratoriyası… daha nə ilklər vardı.
On minlərlə tələbə, minlərlə alim elmi axtarışlarla məşğuldular.
Müsəlman alimlərin dünyanın məhvərin dəyişən, bəşər övladını gələcəyə aparan kəşf və ixtiralarını sadalasam, çox uzun siyahı alınar.
Çox uzun.
Bəs nə oldu sonradan? Daha doğrusu, niyə oldu?
Müsəlman aləminin intibahı niyə tez bitdi, «Qızıl dövr» nə üçün belə tez başqa çatdı və toran çökdü?
Dünyaya astronimiya, cəbri, həndəsəni, kompası, naviqasiya alətlərini, tibbi verən, ən nəhayət, yunan və Roma filosoflarını «həyata qaytaran» müsəlmanlar niyə belə oldular?
Ərəb xilafətinin çağladığı dövrlə ərəb ölkələrinin indiki durumunu şərh edəndə inkişafın səviyyə fərqi şok effekti yaradıb. Əsrlər boyu İslam aləmi bəşəriyyətin inkişafında və elmi-texniki uğurlar sahəsində lider idi.
8-ci əsrdə başlayıb 13-cü əsrədək davam edən «Qızıl dövr»...
Bağdad şəhəri dünya elminin mərkəzi, oradakı məşhur kitabxana və tərcümə mərkəzi «Beyt əl Hükma» isə elmi tədqiqatların Məkkəsi idi.
Dünyanın hər yerindən, hər dindən olan alimlər «Beyt əl Hükma»ya oxumağa və işləməyə gələrdilər ki, bu da elmi sürətlə inkişaf etdirirdi.
O qüdrətin indi sadəcə, izləri qalıb.
«Alqoritm», «kimya», «zenit», «kofe», «limon», «cərrahiyyə» və s. sözlər kimi.
Ərəb aləmində elm ruhu indi səhranı xatırladır.
Statistikaya baxaq: müsəlman ölkələrində hər 1000 nəfərə 9 alim, mühəndis və texnik düşür.
Müsəlman ölkələrində 1803 universitet var, lakin onlardan sadəcə 312-də elmi məqalələr sürəkli dərc olunur. Ən fəal 50 universitetdən 29-u Türkiyədə, 9-u İranda, 6-sı Malaziya və Misirdədir. Pakistanda 2, Uqanda, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Səudiyyə Ərəbistan, Livan, Küveytdə sadəcə, 1 universitet elmi fəaliyyətdə aktivdir.
Birləşmiş Ərəb Əmirliklərində ümumidaxili məhsulun (ÜDM) sadəcə, 0,87 faizi elmi tədqiqatlarla araşdırmalara sərf olunur. Səudiyyə Ərəbistanında bu rəqəm 0,82 faiz, Küveytdə 0,3 faiz, Omanda — 0,25 faiz, Misirdə — 1,1 faiz, Pakistanda 1,2 faizdir.
Müharibənin səngimədiyi Liviya, Suriya, Yəmən, İraq barədə danışmaq belə, yersizdir.
Dünyadakı 1,6 milyard müsəlmandan sadəcə, üç alim Nobel mükafatı alıb: 1979-cu ildə pakistanlı fizik Məhmməd Əbdüsə Səlama, 1999-cu ildə misirli kimyaçı Əhməd Zevəyl, 2015-ci ildə türk kimyaçı Əziz Səncar...
46 müsəlman ölkənin alimlərinin əsərləri dünyadakı çağdaş elmi ədəbiyyatın sadəcə, 1 faizini təşkil edir. Müqayisə üçün deyim ki, sadəcə, İspaniya və Hindistanda dərc olunan elmi məqalələrin sayı bütün (!) müsəlman ölkələrindən çoxdur.
13-cü əsrədək qabaqcıl elmi biliklərə malik olan xilafət sonradan gerilədi.
Geriləmə qəflətən olmadı, 7 əsr davam etdi.
Xilafətin çöküşü və monqol istilalarınadək Abbasilər xanədanı dünyanın ən qüdrətli dövləti idi. Həmin sülalənin hakimiyyəti illərində antik yunan, Roma, habelə Şərq alimlərinin və filosoflarının yüzlərlə əsəri ərəb dilinə tərcümə olundu.
Başqa mədəniyyətlərinin biliklərini əxz edən ərəblər sonradan həmin biliklər Qərbə və dünyaya yaydılar.
Xilafət çökəndə müsəlman elmi də gerilədi və Avropa sivilizasiyasının inkişafı başlandı. Öyrənənlər öyrətməyə başladılar.
Müsəlman intibahına son qoyan əsas amil, fikrimcə, xilafətin geosiyasi durumu idi. Hələ 10-cu əsrdə Abbasilərin dövləti muxtar bölgələrə bölünərək parçalanmağa başlandı, üsyanlar və qiyamlar alovlandı. 1258-ci ildə öldürücü zərbə oldu: xilafətə monqol istilası, İspaniyada isə rekonkista və ərəblərin torpaqlarının əllərindən alınması...
Digər önəmli amil İslam dinində çoxsaylı təriqətlərin və cərəyanların yaranması oldu. Məsələn, mütəzililərlə mübarizə zamanı minlərlə mədrəsə bağlandı və bu, on minlərlə tələbəni yeni biliklər əldə etmək imkanlarından məhrum etdi.
Qalan mədrəsələrdə tədris olunan fənlərin sayı dəfələrlə azaldıldı və qalan sadəcə, Quranın qiraəti, ərəb qrammatikasının, hədislərin və Şəriətin prinsiplərinin anlaşılması üçün gərəklilərdi.
Riyaziyyat və təbiət elmlərinin tədrisinə faktiki olaraq, son qoyuldu. Beləcə, Qərb alimlərin ixtiraları və kəşfləri müsəlman aləmindən yan keçdi.
Avropada isə ərəblərin tərcümələrinin əsasında yunan fəlsəfəsi, Roma hüququ öyrənilirdi ki, bu da sonucda universitetlərin yaradılmasına, elmlərin inkişafına çox güclü təkan verdi.
Aristotel, Evklid, Zenon, Ptolomey, Hippokrat, Qalenlə yanaşı, latın dilinə Qərbdə «Avisenna» kimi tanınan yarıözbək, yarıfars Əbu Əli Hüseyn ibn Abdulla ibn əl Həsən ibn Əli İbn Sinanın, habelə "İbn Rüşd" və «Averroes» kimi tanınan, Əndəlüsdə doğulub Mərakeşdə vəfat edən Əbu əl Valid Məhəmməd ibn Əhməd əl Kurtubinin əsərləri tərcümə olundu. Daha sonra ərəb alimlərinin əsərləri Avropanın bütün universitetlərinin tədris «proqram»larında yer aldı.
Müsəlman ölkələrindəki şah, padşah, sultan və əmir hakimiyyətləri, təhsilə ögey və etinasız münasibət İslam aləminin elmi həyatına balta vurdu.
Ən nəhayət, müsəlmanlar elmi keçmişlərini unutmağa, əcdadlarının uğurları və kəşfləri ilə qürrələnməyə, o nailiyyətləri inkişaf etdirməyə meylli olmadılar.
Tarix amansızdır.
Yarandığı dövrdə əhəmiyyətsiz, xırda təsir bağışlayan bifurkasiya nöqtələri ilə hadisələr sonradan genişmiqyaslı, dinamik dəyişikliklərə səbəb olur.
Məsələn, tarixdə "İmam Qəzali" kimi qalan xorasanlı filosof, illahiyyatçı və mistik Əbu Həmid Muhəmməd ibn Muhəmməd əl Qəzali ət Tusinin fəaliyyətini müasirləri sonadək dərk edə bilmədilər.
Halonki İslam dünyasının elmi inkişafının dayanmasında bu adamın rolu müstəsnadır.
Məhz Qəzali «Allahın iradəsi» olmayan səbəb-nəticə əlaqələrinin mövcudluğu rədd etdi.
İbn Rüşd belə yaramazlığın fəsadlarını anlayır, əl Qəzalini «elmin və inkişafın cəlladı» adlandırır, fəlfəsini «bu qatildən» qorumağa çalışırdı.
… Dünya xəritəsinə baxaq. Yaşamaq üçün ən rahat məkanlar müsəlman ölkələrinin yerləşdiyi coğrafiyadır. Amma orada müsəlmanlar narahat ömür sürürlər — yaşam üçün narahat məkanlarda isə rahat ömür sürənlər yaşayırlar.
Fərqi hiss edək.
Müsəlmanlara ayıqlıq, bilik yanğısı və idman buyurulub. İdmana barmaqarası baxan iuadizm, büdpərəstliyin hopduğu pravoslavlıq və vücudun əzablarının münəvvər sayıldığı katoliklikdən fərqli olaraq.
İudaizmdə olduğu kimi, İslamda da ticarət, istehsalat, alış-verişdə uğur İslamda halaldırsa, xristianlıqda varidat Şərdir.
İslam buyurur ki, dəyər verdiklərini qoru, dəyərlərini savaşla olsa da, müdafiə et.
Ortodoks iudaizmdə belə deyil, xristianlıq isə «Yol yanağına vuranda sağ yanağını irəli ver, ora da vursunlar» deyir.
Nəzəriyyə budur — praktika isə tam tərsi...
Çünki nəzəriyyə ömrə hakim olsaydı, ən varlı dövlətlər müsəlman ölkələri, ən inkişaf etmiş elm müsəlman elmi, ən güclü texniki inkişaf — müsəlmanlarda, ən sağlam insanlar müsəlman diyarlarında olardı.
Bunu görürükmü?
Əvəzində şalvarın balağının uzunluğu, yaylıq və baş örtüyü ilə bağlı bitmək bilməyən mübahisələr...
Muhəmmədin əsl səhabəsi kimlər idi, Fatimə, Aişə və Zöhrənin kəlamları, Ömərin və Əbu Bəkirin əməlləri ilə bağlı sonu görünməyən qarşıdurmalar...
Məğrib (ikindi) namazında 3 rəkat, yoxsa iki rəkat? — budurmu ən aktual məsələ?
"Əl Ənfal" surəsinin 15-ci ayəsində müsəlmanlara buyurulub ki, döyüşdə yalnız yerdəyişmə üçün düşmənə arxa çevirmək olar.
Rus-türk savaşlarında bu ayə yada düşdümü? Ərəb-İsrail savaşlarında riayət olundumu ona?
Əvəzində saqqalın uzunluğu, yeməkdən sonra hansı barmaq ilk təmizlənməlildir dartışmaları, mələyin hərəkət sürətinin və iynənin ucuna nə qədər mələyin yığışa bilməsi ilə bağlı ehtimallar...
Qəflət yuxusunlan ayılmağın vaxtı çatmadımı?! Müəllif: Elçin Alıoğlu
Mənbə: Milli.Az /news.milli.az
| ['müsəlman aləminin intibahı', 'müsəlman', 'xilafətin çöküşü'] |
189 | https://kayzen.az/blog/stil/25895/estetik-%C9%99m%C9%99liyyat.html | Estetik əməliyyat | gunelb | Yaraşıqlı görünüş, gözəl imic | 24 avqust 2020, 20:32 |
İstər kişilər, istər də qadınlar hansı prosedurlar üçün daha çox estetik cərraha müraciət edirlər?
Kişilərə nəzərən, qadınlar daha çox estetik cərrahi məqsədlər üçün müraciət edirlər. Kişilər daha çox nəfəs alma problemi, burun çəpər əyriliyi, süd vəzisində qadınsayağı piylənmə (ginokomastiya) ilə bağlı bizə üz tuturlar. Qadınlar da rinoplastikadan savayı, botoks, qaşların qalxması, dolğu, pilinq, saplarla üzün müəyyən nahiyəsində gərmələr kimi cavanlaşdırıcı prosedurlar, qarın və bel nahiyəsinin yağlanması, apoplastika(qarın nahiyəsinin sallanması) üçün müraciət edirlər. Eləcə də, liposaksiya əməliyyatı da ölkəmizdə geniş yayılıb. Prosedur sadə olsa da, təcrübə tələb edir. Çünki əməliyyat zamanı piyi hər yerdən eyni dərəcədə götürmək lazımdır ki, kələ-kötürlük qalmasın. Bəzən aldığımız piyləri müəyyən yerlərə inyeksiya da edirik.Qadınlar botoks üçün nə zaman müraciət edə bilərlər?
Yaşlı olan və doğrudan da botoksa ehtiyacı olan xanımlar, eyni zamanda kişilər botoks üçün müraciət edə bilərlər. Bəzi qadınlar var ki, artıq onlarda 25 yaşdan etibarən qırışlar özünü büruzə verməyə başlayır. Ümumiyyətlə, qırışlar nə vaxt əmələ gəlirsə, o zaman botoks edə bilərlər. Botoks universal maddədir. Preparatın əsas tərkibi botulinum toksinidir.
Botulinum toksini estetik cərrahiyyədə üzün mimik əzələlərini qismən iflic etməklə, qırışıqları ortadan qaldırmaq üçün istifadə edilir. Ən çox göz ətrafı nahiyədə “qaz ayaqları”, qaşların arasında olan qırışlar, paralel alın cizgilərində botoksdan istifadə olunur. Bundan başqa, qismən ağız və dodaq kənarlarına, burnun orta hissəsi və yanlarına da müəyyən qədər vurulur. Bu proseduru diqqətlə etmək lazımdır ki, ağızda müəyyən əyilmələr əmələ gəlməsin.
Praktikamızda mimik estetik, üzdəki qırışları, qaşları qaldırmaq üçün daha çox müraciət edirlər. Düzgün manipulyasiya ilə üz cizgilərinə, gözlərə, qaşlara istədiyimiz ifadə şəklini vermə imkanımız var və müraciətlər də olduqca çoxdur. Artıq müəyyən sosial maddi vəziyyəti normal səviyyədə olan xanımların kişilərin də çoxu, eləcə də kişilərin 20-30 faizi botoks preparatlarından geniş şəkildə istifadə edir.
Bildiyimiz qədərilə botoksdan müalicə üçün də istifadə edirlər.
Bəli, doğrudur. Botoks tibbə ilk dəfə çəpgözlüyün müalicəsi üçün istifadə olunub. Göz əzələlərinə botoks inyeksiya olunur və o əzələnin biri boşaldılaraq çəpgözlük düzəlir. Bizim plastik cərrahiyyədə botoksdan ən çox iki məqsəd üçün istifadə edirik. Birincisi tərləmənin müalicəsidir. Bu, botoksun unikal xüsusiyyətidir. Bəzi insanlarda qoltuq altlarında, əlin və ayağın altında ciddi tərləmələr olur və davamlı əllərini, qoltuq altlarını silirlər. Hətta bu səbəbdən gün ərzində bir neçə dəfə köynək dəyişənlər də olur. Aprel-may ayında botoks proseduru etdirdikdə, insanlar payıza qədər bu problemdən xilas ola bilər. Bundan başqa, botoksdan əzələlərin müəyyən nahiyələrdəki spazmını ortadan qaldırmaq üçün də istifadə olunur.
Nevroloji praktikada ayağında, əlində iflic olan əzələ kontrakturaları olan xəstələr var. Müəyyən qrup əzələləri sərtlik səbəbi ilə aça bilmirlər. Bu əzələlərin hərəkətini botoks inyeksiyaları asanlaşdırır. Nadir hallarda rast gəlinən “Biospazm” xəstəliyi var ki, onda da müalicə üsulu kimi botoksdan istifadə olunur. Göz ətrafı əzələlərin istəmədən sıxılması halları baş verir. Bu səbəbdən insanlar göz qapaqlarını tam şəkildə açıb ətrafa aydın baxa bilmirlər. Belə hallarda əzələlərə botoks vurulur və xəstə görməyə başlayır.
Botoksdan miqrendə də istifadə edirlər. Miqrenli nahiyələrdə botoks proseduru həyata keçirilir və insanlar 6 ay 1 il müddətinə tam olaraq baş ağrılarından xilas olurlar. Nevropatoloqlar bilirlər ki, miqren ağrılarını heç bir preparatla aradan qaldırmaq mümkün deyil. Bu zaman xəstələrin həyatı zəhərə çevrilir və onlar uzun müddətli ağrılara məruz qalırlar. Botoksla xəstələr bu problemlərdən azad ola bilərlər.
Botoksun zərəri varmı?
Düzgün istifadə olunduğu təqdirdə, heç bir ziyanı yoxdur. İstənilən preparata qarşı allergiya ola bilər. Botoksun da nəzəri olaraq allergiya vermə ehtimalı var. Ancaq bu günə qədər mən heç bir xəstədə bu preparata qarşı reaksiya görməmişəm. Buna baxmayaraq, düzgün istifadə olunmadığı halda, istəmədiyimiz əzələləri iflic edə bilərik. Göz qapaqlarında düşüklük yaranma, göz almasına yaxın yerə inyeksiya olunduğu zaman, çəpgözlük kimi hallar baş verə bilər. Ancaq müəyyən qaydalar və dozalar var ki, heç bir narahatlıq, əks təsir göstərmir.
Əməliyyata hazırlaşan, lakin sonradan fikrini dəyişən insanlar olubmu?
Bizə gələn xəstələr arasında bəlkə də 40 nəfərdən birində belə vəziyyət yaranır. Qorxusu olan əməliyyata gəlmir. Analiz verdilərsə, əməliyyat olurlar. Biz xəstələrə heç vaxt psixoloji təsir etməyə çalışmırıq. Çünki xəstə özü qərar verməlidir. Əgər xəstə çox qorxursa, narahatdırsa, əməliyyatdan sonra da problem olma ehtimalı yüksək olur. Mən öz praktikamda hiss etsəm ki, xəstə tez-tez fikrini dəyişir, mən onları əməliyyat etmirəm və göndərirəm evlərinə.
İndiyə qədər praktikamda iki o cür insan olub ki, əməliyyat masasında qorxub. Sonradan fikirlərini dəyişib əməliyyat olmaq istədiklərini desələr də, əməliyyat etməmişəm.
Həyati təhlükəsi olan əməliyyatlar etmisiniz?
İstənilən əməliyyatda risk faktoru olur. Risk faktorunun aşağı, orta və yüksək risk dərəcələndirilməsi var. Aşağı riskdə risk faktoru 0.01 faiz olur. Orta risk 1 -10 faiz, yüksək risk faktoru 10-30 faiz arasında dəyişir. Tibbi məqsədlər üçün olmayan, sırf estetik məqsədlə olan prosedurlarda sadəcə düşük riskli xəstələri götürürük. Ən çox yüksək riskli rekonstruktiv əməliyyatları həyata keçiririk. Bəzən isə orta riskli rekonstruktiv əməliyyatları da edirik. Çətin əməliyyatlardan sərbəst toxuma köçürmələridir ki, biz həmin əməliyyatları Tədris Cərrahiyyə Klinikasında həyata keçiririk.
Başqa bir yerdə həmin əməliyyatları etmirik. Çünki, onlar ağrılı, sıxıntılı əməliyyatlardır. Bu, məcburiyyətdən olan bir əməliyyatdır. Bu zaman artıq xəstəyə risklər izah edilməklə əməliyyat etmək mümkün olur. Xəstələr gəlir ki, onlarda süd vəziləri həddindən artıq böyük olur və hər gün əziyyət verir. Sallaq qarnı olanlar da əziyyət çəkir. Çünki, dizə ağrı verir və başqa problemlər yaranır. Bu, insanlar üçün əzaba çevrilir. Xəstələrin özlərinin israrı ilə bəzən orta risklə götürürük. Bu xəstələrə öncədən məlumat verilir. Sənədlər imzalanır. Ancaq normal halda tərcihimiz aşağı riskli əməliyyatlardır.
Son olaraq məsləhətləriniz nələrdir?
Yay gəlir. Tərləyən vətəndaşlar bizə müraciət etsinlər və öz komplekslərindən qurtulsunlar. Miqrenin bəzən heç bir preparatla qarşısını almaq olmur. Botoks vurduqda 1 ilə qədər rahat olmaq olar. Son olaraq məsləhət görürəm ki, insanlar həkim seçimini düzgün etsinlər. Minimal invaziv prosedurlarda belə adi həkimlərə getmək lazım deyil. Bununla bağlı ya dermotoloq, ya da plastik cərraha üz tutmaq lazımdır.
Mənbə: amu.edu.az
| ['estetik əməliyyat', 'estetik prosedurlar', 'estetika', 'plastik əməliyyat'] |
190 | https://kayzen.az/blog/happy/25873/7-g%C3%BCn%C9%99-nec%C9%99-xo%C5%9Fb%C9%99xt-olmaq-olar.html | 7 günə necə xoşbəxt olmaq olar? | gunelb | Xoşbəxtlik üçün | 21 avqust 2020, 01:21 |
Pis əhval-ruhiyyənin öhdəsindən təqribən bir neçə dəqiqə ərzində gəlmək olar. Bunun üçün xüsusi fəndlər var. Elmi cəhətdən təsiri sübut olunan emosional vəziyyəti yaxşılaşdırmağın bir neçə yolununu sizə təqdim edirik.
Gündəlik rutinlər bizdə tez-tez ümidsizlik və özünə mərhəmət hissi yaradır. Lakin taleyin bütün zərbələrinə laqeyd yanaşan insanlar var ki, hətta işləri yolunda getməyən zaman belə onlar pozitiv olurlar. Mery Poppins kimi. Onlar buna necə nail olurlar? Bəziləri doğuşdan şən xüsusiyyətə sahibdirlər. Bəziləri üçün isə istənilən birimizə kömək etməyə qadir olan, əhval-ruhiyyəni yaxşılaşdıran yoxlanılmış üsullar vardır.
Mütəmadi olaraq bu üsullara cəmi bir neçə dəqiqə sərf etsəniz, siz həyatdan daha çox zövq ala bilərsiniz və emosional tarazlığı asanlıqla qoruya bilərsiniz.
Bu yaxınlarda «Fəaliyyətdə ümumi rifah» adlı saytı yaradan Berkeley şəhərindəki California Universitetinin alimləri əhval-ruhiyyəni qaldırmaq üçün bu sahədə ən yaxşı fəndləri seçərək dərc ediblər. Biz sizə stresslə mübarizə aparmağa kömək edəcək bu fəndlərdən həftəlik plan hazırlamışıq.
Öz fikirlərinizi gündəlikdə ifadə edin, bu bədəni və ruhu sakitləşdirir. Gündəlik tutanlar gözəl bilir ki, hissləri sözlə ifadə edən zaman emosiyaları idarə etmək və hadisəyə kənardan baxmaq asan olur.
Lakin alimlər ilk baxışda bu cür sadə olan bir şeyin nə dərəcədə təsirli olduğunu son vaxtlar anlayıblar. Gündəliyimizə gün ərzində 15 dəqiqə həsr etməklə biz depressiya və narahatlıq əlamətləriylə mübarizədə orqanizmə kömək edirik, immun sistemi möhkəmləndiririk və iş məhsuldarlığımızı yüksəldirik. Nəticələr sizi aylarla sevindirəcək. Bu digər şəkildə qıcıqlanmağa yol verməkdən daha faydalıdır. Qəzəbin aqressiv ifadəsi onsuz da pis olan əhval-ruhiyyəni daha da pisləşdirir.
Çərşənbə axşamı: «Nə qədər sevgi göstərsəniz, o qədər də sevgi görəcəksiniz»
Təmənnasız bir neçə xeyirxah iş görün. Başqasına kömək etmək sevinci sizə uzun müddət bəs edəcəkdir. Bayağı səslənir, lakin bu həqiqətən də işə yarayır.
Hər həftə beş xeyirxah iş görən insanlar 6 həftəlik təcrübənin sonunda həyatdan məmnunluq hissinin necə artdığını hiss ediblər.
Araşdırmalar səxavətli insanların xoşbəxt və sağlam olduğunu daha çox sübut edir.
Çərşənbə: «Biz hamımız kimin üçünsə önəmliyik»
Sevdiyiniz insanlar barədə düşüncələrə bir necə dəqiqənizi həsr edin. Minnətdarlıq stressdən peyvənddir. Həyatınızı yaxın dostunuz və ya partnyorunuz olmadan təsəvvür edin. Dəhşətlidir, deyilmi?
2008-ci ildə dərc edilən araşdırmanın nəticələrinə görə, belə «ağılda olmaq» yekunda əhval-ruhiyyənin yaxşılaşmasına gətirib çıxarır.
Mümkündür ki, burada söhbət bu fəndin köməyilə insanın sevdiklərini «həmişə var» kimi qəbul etməkdən imtina etməsindən gedir. Alimlər dəfələrlə sübut ediblər ki, mütəmadi olaraq minnətdarlıq etmək və bu hissi keçirmək həyatdan zövq almaq üçün əla vasitədir.
Cümə axşamı: «Xatirələrə görə təşəkkür»
Sevimli fotonuzu seçin və onunla bağlı xatırələrinizi yazın. Bu sizin həyatınızı mənalı edəcəkdir.
Psixoloqlar həyatda məqsədin necə vacib olduğunu anlamağa başlayıblar. Həyatın mənasını qəbul edən insanlar bir qayda olaraq müvəqqəti çətinliklərin öhdəsindən daha yaxşı gəlirlər.
Araşdırmalar göstərir ki, köhnə fotolara baxmaq sizin həyatınızı əhəmiyyətli edən şeyləri sizə xatırlatmaq üçün yaxşı vasitədir. Bu istər ailə və dostlar olsun, istərsə də xeyirxahlıq və karyera. Keçmişi xatırlayaraq siz keçmişlə əlaqəni bərpa edirsiniz, bir qədər əvvəl baş verən hadisələri isə kontekstdə nəzərdən keçirirsiniz. Bu sizə günün məyusluğunu və həyəcanını bir az yumşaq şəkildə qəbul etməyə kömək edir.
Cümə: «Baxanın gözlərində möcüzə»
Təbiətin gözəlliyinə heyran qaldığımızda biz həyatın çətinliklərinə görə daha az narahat oluruq. Rutinlər sizi yorursa, gündəlik qayğılara ilişib qalmaq və tunelin sonundakı işığı görmək asan olmayacaq.
Məhz buna görə də alimləri ən çox bizim zövq aldığımız və həyəcan keçirdiyimiz hadisələr nəticəsində yaranan müsbət təsir maraqlandırır. Bu istər ulduzlu səma mənzərəsi və ya kilsə ziyarəti olsun. Genişmiqyaslı bir şeylə bağlı həyəcan hissi keçirmək bizim üfüqlərimizi genişləndirir.
Araşdırmalar göstərib ki, bu cür təcrübə insanları daha xoşbəxt və fədakar, daha səbrli və həyəcanlı edir. Hətta sizdə həyəcan yaradan hadisə barədə sadəcə öz təəssüratlarınızı yazsanız, bu sizin xeyrinizə olacaq. İdeya çatışmır? O zaman Yer üzündəki ən möhtəşəm mənzərələrin təqdim edildiyi video çarxımızı izləyin.
Şənbə: «Fasilə edin, proqramı sıfırlayın»
Bir həftə ərzində televizordan, spirtli içkidən və şokoladdan imtina etməyə cəhd göstərin. Bu sizə gündəlik zövqlərdən daha çox həzz almağa köməklik edəcəkdir.
Müəyyən zaman keçdikdən sonra biz nə vaxtsa bizə rahatlıq gətirən bir şey üçün daha az sevinc hissi keçirdirik. Əgər siz bu hissləri yenidən keçirmək istəyirsinizsə, həzz mənbəyinizdən imtina etməyə cəhd göstərin. Məsələn sevdiyiniz yeməkdən və ya içkidən bir həftəlik imtina edin. 7 gün sonra siz «proqramınızı» sıfırladığınızı və yenidən ilk dəfə olduğu kimi sevindiyinizi görəcəksiniz. Keçən vaxt ərzində ola bilsin ki, siz həzz almaq üçün başqa yol tapmısınız, buna da güzəşt etməyə dəyməz.
Əgər sizə bir həftəlik imtina həddən artıq sərt görünərsə, o zaman sevdiyiniz işlə məşğul olan zaman psixi marağınızı sınaqdan keçirin. Belə deyək, siz bu qurtum qəhvə alarkən, dad reseptorlarının (üzvləri) qəbul etdiyi qoxular simfoniyasına diqqət edin. Bu təcrübə bizə gündəlik zövqləri qiymətləndirməyə kömək edəcək, stressi və narahatlığı azaldacaqdır.
Bazar: "Özünü günahlandırmağa son"
Biz hamımız səhv edirik. Öz günahında ilişib qalmaq yalnız yeni səhvlər etmək ehtimalını artırır. İtaliyada belə bir atalar sözü var. La lingua batte dove il dente duole — «Dil dişin ağrıdığı yeri yalayır». Bu bizim şüurumuzun keçmişdə baş verən ürək ağrıdıcı hadisələri daima xatırlamağa meylli olmasının mükəmməl təsviridir.
Təəssüf ki, psixoloqlar günah hissinin tez-tez əks təsirə gətirib çıxardığını sübut ediblər. Bunun bizi daha narahat və bədbəxt etməsi az deyilmiş kimi, gələcəkdə yeni uğursuzluqlara da təhrik edir. Məhz buna görə də, heç olmasa bir neçə dəqiqə ərzində özün barədə yaxşı düşünməlisən, bu yolla iradə gücünü möhkəmləndirərək tam xoşbəxt olmaq olar.
Çox gurultulu səslənir? Əgər siz bu üsulu öz üzərinizdə sınaqdan keçirmək istəsəniz burda təqdim edilən təcrübə təlimatı (ingilis dilində) sizə faydalı ola bilər.
Mənbə: fed.az
| ['xoşbxətlik', 'xoşbəxt olmaq üçün', 'xoşbəxt anlar'] |
191 | https://kayzen.az/blog/karyera/25855/m%C3%BCsahib%C9%99d%C9%99-%C9%99n-%C3%A7ox-rastlanan-s%C9%99hvl%C9%99r.html | Müsahibədə ən çox rastlanan səhvlər | gunelb | Karyera və yüksəliş | 16 avqust 2020, 23:31 |
Müsahibədə səhvlər, uğursuzluqlar və tənqid barədə suallar birmənali verilmir. Bu suallardan düzgün və həssaslıqla istifadə edən işəgötürən sizin iş üçün əsas olan bir çox keyfiyyətlərinizi üzə çıxarmağa çalışacaq.
Müsahibədə səhvlər, uğursuzluqlar və tənqid barədə suallar birmənali verilmir. Bu suallardan düzgün və həssaslıqla istifadə edən işəgötürən sizin iş üçün əsas olan bir çox keyfiyyətlərinizi üzə çıxarmağa çalışacaq. Məsələn, heç səhv etmədiyini, uğursuzluğu olmadığını deyən namizəd ya yalan danışır, ya da indiyədək heç bir ciddi işlə məşğul olmayıb. Bu səbəbdən sizdə aşağıda verilən suallara və onların münasib cavablarına diqqət yetirsəniz, yeni işinizə bir addım daha da yaxınlaşarsınız:
1. Sizə indiyədək çox yararlı olan, yaxşı nəticə çıxardığınız tənqid nə barədə və necə olmuşdur?2. İndiyədək etdiyiniz səhvlərdən nə öyrənmisiniz?
Sualın verilməsində məqsəd sizin nə zaman, hansı səbəbdən tənqid olunduğunuzu, tənqid etmək, tələyə salmaq məqsədi ilə də verilə bilər. Eyni zamanda bu cür suallar sizin səhvlərdən nəticə çıxarmaq və öyrənmək bacarığınızı yoxlaya bilər. Ona görə, qabaqcadan cavablarınızı hazırlayın.
Namizəd cavabında iş təcrübəsinin ilk illərində — işə yeni başladığı zaman etdiyi və düzəldilməsi mümkün olan bir misal danışmalıdır. Məsələn: “Mən işə yeni başlayanda öz üzərimə həddindən artıq çox yük götürməyimə görə tənqid edilmişdim. Sonralar isə bu istəyimi lazımi dərəcədə tənzimləyib öhdəsindən gəldim. O vaxt tənqid edilməsəydim, elə də davam edərdim.”
3. Tez-tez səhv edirsiniz?
Namizəd cavabında heç zaman səhv etmədiyini deyərsə, özü barədə şübhə yarada bilər. Ən yaxşı cavab səhv etməməyə çalışdığını, lakin çox nadir hallarda onlara yol verdiyini deyə bilər. O, səhvlərini düzəltməklə yanaşı, eyni zamanda onlardan öyrəndiyini də deməyi unutmamalıdır.
Birləşmiş Ştatlarda işədüzəltmə məsələlərilə məşğul olan saytlar içərisində 4 ən vacib portaldan biri olan carreerbuilder.com 3061 iştirakçı arasında keçirilmiş sorğunun nəticələrini açıqlayıb. İştirakçılar isə müxtəlif şirkətlərdə İnsan Resusları və işəqəbul prosesini həyata keçirən peşəkar rekruterlər olmuşdur. Burada onlar sizə iş müsahibələrində rastlanan və namizədlərin əleyhinə işləyən situasiyaları sadalayırlar.
İş görüşmələrində heç vaxt yol verməməli olduğumuz səhvlər
Namizdələrdən biri müsahibə otağını telefonuna zəng gəldiyi üçün tərk edir və gələn zəngin çox “şəxsi” olduğunu söyləyir.İşə namizəd olan şəxsərdən biri isə müsahibini əmin edir ki, tezliklə ona miras qalacaq və ona görə də uzun müddət işləmək fikri yoxdur. Əmisinin isə “Bir ayağı burda, bir ayağı isə o biri dünyadadır”.İş üçün müraciət edən şəxlərdən biri isə görüş fürsətindən istifadə edərək, işəgötürəndən xahiş edir ki, “şirkəti onun evinə yaxın bir evə köçürsün. Çünki bu tıxaclarla işə vaxtında çatmaq olmaz”.Namizədlərdən birinin əvvəlki iş yerindən çıxma səbəbi “öz müdirini döymək” olub.Müsahibə zamanı namizədə yemək təklif olunur və o bidirir ki, dostları ilə görüşüb, “bir iki qədəh içməyə gedəcəklər”, ona görə qarnını doldurmaq istəmir.Mühasib vəzifəsinə müraciət etmiş iştirakçılardan biri isə bildirir ki, “onun ən güclü tərəfi insanlar ilə rahat ünsiyyətə girməkdir, rəqəmlər ilə elə də arası yoxdur”.Xanım namizdələrdən biri isə müsahibə gedə-gedə darağını çıxararaq, saçlaırnı darıyır.Müsahiblərdən biri intervüyə gecikməsini “saatın zəng çalmaması” ilə izah edir.Müsahiblərdən biri bildirir ki, “bağışlayın, şirkət haqqında Google-də axtarış etmək üçün vaxtım olmadı”.Müsahiblərdən biri deyir: “Əvvəlki müdirim, əsl əclaf insan idi”. Unutmayın ki, müsahibə qısa zaman çərçivəsində Sizə özünüzü ən yaxşı tərəfdən təqdim etmək üçün yaradılmış imtahan növüdür. Bu fürsətdən maksimum yararlanıb özünüz haqqında xoş insan və peşəkar kadr təəssrütı oyatmalısınz.
Yuxarıdakı səhvlər, sizin işə qeyri-ciddi münasibət göstərdiyinizi, qeyri-punktual olduğunuzu, verilən vakansiya haqqında araşdırma aparmağı lazım bilmədiyinizi, keçmiş müdirlər haqqında xoş danışmadığınızı və s səhlənkar xüsusiyyətlərinizi ortaya qoyur.
Bu səhvləri etməyin ki, işsiz qalmayasınız.
Müsahibəyə gecikmək (hər hansı bir bəhanə ilə), müraciət etdiyinin şirkəti tanımamaq, vakansiya haqqında məlumatı tam oxumamaq, müraciət etdiyin vakansiyaya uyğun olmamaq və bunu büruzə vermək, müsahibəyə qeyri-adekvat geyinmək, müsahibəyə dəvət zamanı zənglərə cavab verərkən düzgün danışıq qaydalarına əməl etməmək və ən əsası “nə istədiyini bilməmək” bizim gənc namizədlərdə ən çox rast gəlinən səhvlərdəndir.
Daha bir hal isə müsahiblərin intervüyə, valideynlərinin, rəfiqə və ya dostlarının, nişanlı və ya sevgililərinin müşayiəti ilə gəlməsi və həmin müşayiətçilərin az qala intervü zalına gəlib çıxmasıdır. Bu da həmin insanın kifayət qədər müstəqil və sərbəst hərəkət edə bilməyən birisinin olmasını sübut edir.
| ['müsahibədə səhvlər', 'iş görüşməsi', 'iş görüşməsində uğur əldə etmək üçün'] |
192 | https://kayzen.az/blog/TAvA/25859/m%C3%BCdafi%C9%99-reaksiyas%C4%B1-g%C3%BCl%C3%BC%C5%9F-olan-aktrisa-g%C3%BCl%C5%9F%C9%99n-qurbanova.html | Müdafiə reaksiyası gülüş olan aktrisa - Gülşən Qurbanova | gunelb | Tanınmış aktyorlar və aktrisalar | 16 avqust 2020, 23:28 |
«Gülüş — mənim müdafiə reaksiyamdır”. Bu fikirlər aktrisa Gülşən Qurbanovanın həyat şüarı idi. Həmkarları, doğmaları onun nə qədər nikbin, həyatsevər olduğunu həmişə xatırlayırlar. Yaşasaydı, dekabrın 19-da 69 yaşı olacaqdı. Ancaq aktrisadan Azərbaycan teatr və kino sənəti üçün yaratdığı özünəməxsus, maraqlı obrazlar yadigar qaldı.
Uşaqlıq marağıG.Qurbanovanın aktrisalığa marağı ailədə yaranmışdı. Atası – tanınmış aktyor Ağadadaş Qurbanovun Azərbaycan mədəni mühitinin dirçəlişində, teatr və kino sənətində müstəsna xidmətləri olmuşdu. Sənət dünyasının sirli aləmi də Gülşəni erkən yaşlarından cəlb etmişdi. Uşaqlıqdan atasının oynadığı tamaşalara baxmış, ürəyindən səhnəyə çıxmaq, alqışları eşitmək arzusu keçmişdi. Hətta 5-ci sinifdə oxuyanda bütün sinif uşaqlarını yığıb teatra aparmış və qapıda „Mən Ağadadaş Qurbanovun qızıyam” deyərək, onların hamısını içəri keçirə bilmişdi.
Elə bu həvəs onu 1974-cü ildə Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsinə gətirir. İnstitutu bitirdikdən sonra atasının çalışdığı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında fəaliyyətə başlayır. Teatrın səhnəsində rəngarəng obrazlar yaradan aktrisa, televiziya tamaşalarında, kinoda yaddaqalan, xarakterik obrazlar oynamağa nail olur. “Mənim nəğməkar bibim”də Mərcan, „Şirinbala bal yığır”da Eyzəngül, “Ana laylası”nda Çiçək, „Tamahkar”da Nabat, “Fudzi dağında qonaqlıq”da Almagül, „Zəncirlənmiş Prometey” də Nera, “Pul dəlisi”ndə Gülnaz, „Bala bəla sözündəndir” tamaşasında Ana və s. rolları ilə tamaşaçıların sevgisini qazanır. Aktrisa hər dəfə səhnəyə sanki ilk rolunu oynayırmış kimi həvəs və sevgi ilə çıxıb. Tamaşaçıların alqışları onu rövnəqləndirib, yeni-yeni rollar oynamağa həvəsləndirib. “Tamaşaçı sevgisi aktyor üçün böyük stimuldur. Bu, bizə güc verir, yaşamağa, işləməyə qanadlandırır” deyib.
Aktrisanın daxilindən gələn çılğınlıq
Gülşən Qurbanovanın kino yaradıcılığında 20-dən artıq film yer alıb. Bunların hamısı demək olar ki, epizodik, lakin yaddaqalan rollardır. „Ad günü”ndə Şeyda, “Cin mikrorayonda” filmində Dəmirovun arvadı, „Bayquş gələndə” filmində Ədilə, “Anlamaq istəyirəm”də Rəfiqə, „Arvadım mənim, uşaqlarım mənim”də Güldəstə və s. obrazları ilə istedadını kino sahəsində də nümayiş etdirməyi bacarır. Aktrisa orijinal ifaları ilə tamaşaçını, yaratdığı personajın təbiiliyinə, həyatiliyinə inandırırdı.“Müxtəlif xarakteri olan bu obrazlarda tək bir oxşarlıq vardı ki, bu da aktrisanın daxilindən gələn, personajın da məninə hopan çılğınlığı idi”- deyə sənətşünaslar onun yaradıcılığı haqqında deyirdilər: „Gülşən Qurbanovanın sənət dünyası həddən artıq səmimiliyi, improvizələri, bir sözlə, yaradıcılıq tapıntıları ilə zəngin idi. Onun oynadığı televiziya tamaşalarına baxdıqda, hər hansı bir kadrın tamaşaçını yorduğunu, uzunçuluq xarakter daşıdığını görmürük”.
Təəssüf ki, 1990-cı illərdə Azərbaycan kinosunda yaranan boşluq istedadlı aktrisanın da yaradıcılığından izsiz ötüşmür. Həmin illərdə aktrisa yaradıcılığını yalnız teatrda davam etdirir.
Gülşən Qurbanova telekanallarla da yaxından əməkdaşlıq edib. O, Azərbaycan Televiziyasının “Gəlin, birlikdə gülək” adlı layihəsində çıxış edib. Bu verilişdə onun tərəf müqabilləri xalq artisti Yasin Qarayev və Azər Mirzəyev olublar. Bu layihə bitəndən sonra aktrisa uzun müddət ANS telekanalı ilə əməkdaşlıq edib. „Qaynar qazan” verilişi onun aparıcılığı ilə xeyli məşhurlaşıb. “Lider” telekanalında isə „Mikser” verilişinə aparıcılıq edib. Ancaq aktrisa əməkdaşlıq etdiyi bütün telekanallardan incikliklə ayrılıb.
Bacısı Firəngiz Qurbanovanın xatirəsindən: “Gülşən, bütünlüklə atamıza çəkmişdi. O olan yerdə həmişə yüksək əhval-ruhiyyə yaranır, şən zarafatlar baş alıb gedirdi. Nikbin, güclü insan idi. Bir qədər kəmhövsələliyi olsa da, insanları, həyatı çox sevirdi. İstiqanlı idi, onunla beş dəqiqə söhbət edən insanla elə qaynayıb-qarışırdı ki, sanki bir-birlərini xeyli vaxtdır tanıyırlar. Gülşən bir yerdə qərar tuta bilmirdi. Onunla görüşlərimiz həmişə qısa olurdu — ya telefonla zəng vurub harasa dəvət edirdilər, ya da harasa getməli olduğu yadına düşürdü. Amma bayramlarda, ad günlərində telefonunu söndürürdü, sonadək bir yerdə olurduq. Deyərdim ki, sənətini özündən çox sevirdi, iki dəfə infarkt keçirsə də, səhhətinin qayğısına heç qalmırdı. O, sanki həyatdan tez köçəcəyini bildiyi üçün işlərinin yarımçıq qalmasından qorxur, həmişə harasa tələsir, heç vaxt yorulduğunu dilə gətirmirdi. Adamların arasında olmağı çox sevirdi, tamaşaçılarından enerji alırdı. Xoş aurası olan Gülşən, mətbəxdə də həvəslə işləyir, dadlı yeməklər hazırlayır, gözəl süfrələr açırdı. Yəqin elə buna görə də, müxtəlif kanallarda mətbəx verilişlərini aparmağa razılıq vermişdi”.
Ürək necə tab gətirə bilərdi?
Xalq artisti Tariyel Qasımov mərhum sənət dostunu istedadlı aktrisa və vəfalı dost kimi xatırlayır: «Gülşən çox istedadlı aktrisa idi. Çünki onun atası Ağadadaş Qurbanov böyük sənətkar olub. İstedad Gülşənə də irsən keçmişdi. Gülşən çox təbii aktrisa idi. Onun oynadığı rolların heç biri zəif alınmamışdı. Səhnədə tərəf müqabil kimi də çox sərbəst idi. O, həmişə öz oyunu ilə səhnədəki həmkarlarına kömək göstərirdi. Deyirlər ki, atası Ağadadaş Qurbanov da məhz belə aktyor olub. Üzünün bir tərəfi tamaşaçıları ağladıbsa, bir tərəfi güldürüb. Yəni üzündə o qədər mimikalar varmış. Bu xasiyyət Gülşəndə də vardı. Gülşən dostluqda da çox sadiq idi. Ona görə də, teatrın bütün kollektivi onun xətrini çox istəyirdi. Gülşən dünyasını dəyişəndə bizim kollektivimiz üçün böyük kədər oldu. Teatrın fəhləsindən tutmuş direktoruna qədər onu sevir və hörmət edirdilər». T.Qasımov həmkarının vaxtilə ANS telekanalında aparıcılıq etdiyi «Qaynar qazan» verilişini səmimiyyətlə xatırlayır: «Bir gün Gülşən xanım məni ad günümlə bağlı verilişə dəvət etdi. «Özünü tamaşaçılara təqdim et, haradan gəlibsən, ailənizdə sənət adamı varmı?» — deyə soruşdu. Mən də „Qazax rayonunun Kəmərli kəndindənəm. Atam kolxoz sədri olub. O zaman kəndə gələn artistlər bizim evimizə qonaq gələrdi” deyə cavab verdim. «Saxla, niyə yalan danışırsan? Sən ağstafalısan, mən sizin evinizdə olmuşam, ananı-atanı tanıyıram» — deyə canlı yayımda birbaşa söylədi. Yəni onda sözü birbaşa demək xüsusiyyəti vardı. Heyf ki, biz belə gözəl aktrisanı və sadiq dostu erkən itirdik».
Gənc Tamaşaçılar Teatrının aktyoru Natiq Fərzəliyev həmkarını mülayim və xoş təbiətli insan kimi xatırlayır: “Dost kimi Gülşən xanıma etibar etmək olurdu. Səhnədə də o, tərəf müqabilinə dəstək olurdu. Bu, səhnədə tamaşanı oynayan aktyorlar üçün çox vacib şərtdir. Aktyor lap zəif olsa belə, onu oynamağa məcbur edirdi”. Aktyor Gülşən Qurbanova ilə bağlı bir xatirəsini bölüşür: „Bir dəfə onunla teletamaşada çəkilirdik. Sağlamlıq mərkəzində çəkiliş olacaqdı. Həmin tamaşada mən hovuza düşməli idim. Bunun üçün də Gülşən xanım məni arxadan itələməli idi. Ancaq o, mənə xəbər verməmiş qəflətən itələdi. Mən də pal-paltarlı suya düşdüm. O an həmin mərkəzin işçiləri hovuza atlanıb məni sudan çıxardılar. Ancaq həmin kadr yenidən çəkilməli idi. Mənim pal-paltarım isə artıq su içində idi. Gülşən buna görə çox peşman olmuşdu. Onun həmin andakı üzü hələ də gözümün qabağındadır. Gülşən hədsiz dərəcədə zarafatcıl idi. O olan yerdə adam darıxmırdı”. N.Fərzəliyev danışır ki, Gülşən xanım böyüklə böyük, kiçiklə kiçik kimi davranmağı bacaran səmimi ürək sahibi idi: “Onunla dərdləşmək, bölüşmək rahat idi. Adamı yaxşı dinləyir, məsləhət verir, əli çatırdısa, köməyini əsirgəmirdi. O, teatrın bütün kollektivinin yaddaşında səmimi insan kimi qalıb”.
G.Qurbanova 1989-cu ildə Respublikanın Əməkdar artisti, 1998-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.
Gülşən Qurbanova 17 noyabr 2006-cı ildə televiziya proqramlarının birindən evə gələrkən üçüncü dəfə infarkt keçirib. Aktrisanın səhhətində ciddi problemlər yaransa da, çox sevdiyi işindən uzaqlaşa bilməyib.
Firəngiz xanım bacısının qəfil ölümünə belə aydınlıq gətirib: „Bu qədər gündəlik iş yükünə ürək necə tab gətirə bilərdi? Gülşənin həyatının hər günü o qədər aktiv və dolu idi ki, buna heç bir ürək tablamazdı. Hər dəfə ürəyi ağrıyanda xəstəxanada yatır, amma on gündən artıq qalmırdı. Həkimlər deyirdi, vəziyyət ciddidir, səhnəyə olmaz. Amma elə o, oradan səhnəyə çıxırdı. Bəlkə də o enerjini daşımaq çətin idi ürəyinə. İşinin peşəkarları olan aktyorlar, bir qayda olaraq tamaşaya iki saat hazırlaşırlar — o atmosferə girirlər, özlərini kökləyirlər. Bu, pis şey deyil, əlbəttə. Amma Gülşən elə deyildi. O, elə bu dəqiqə çıxıb oynaya bilərdi. Onun üçün hər şey ünsiyyət idi. Səhnəni, tərəf müqabillərini inanılmaz həssaslıqla hiss edirdi. Səhnəyə çıxanda elə bil özündən personaj yaradırdı. Dramatik rolu da asan oynayardı. Heç kim bilməzdi ki, az əvvəl bu adam ürəkdən şaqqanaq çəkib gülürdü”.
Qohumları deyirlər ki, Gülşən Qurbanovanın Yasamal qəbiristanlığındakı məzarı üstündə daim tər güllər görmək mümkündür. Onu sevən, unutmayan tamaşaçıları, dost-tanışları tez-tez aktrisanın məzarını ziyarət edirlər. Məzar daşından canlı imiş kimi görünən şəkli isə sanki yenə “Gülüş — mənim müdafiə reaksiyamdır” sözlərini pıçıldayır...
Müəllif: Təranə Məhərrəmova
| ['aktrisalar', 'Gülşən Qurbanova'] |
193 | https://kayzen.az/blog/maraqli-faktlar/25850/%C9%99n-m%C9%99%C5%9Fhur-sovet-v%C9%99-rusiya-casuslar%C4%B1.html | Ən məşhur Sovet və Rusiya casusları | gunelb | Maraqlı faktlar | 13 avqust 2020, 19:23 |
Rixard Zorge - İkinci Dünya Müharibəsi zamanı Almaniyanın SSRİ-yə hücum edəcəyi tarixi dəqiqsöyləyən sovet kəşfiyyatçısı, Sovet İttifaqı Qəhrəmanı, əsrin ən görkəmli kəşfiyyatçılarından biri.
1936-cı ildən Yaponiyada işləməyə başlayıb.R. Zorge Almaniya səfiri Ott və hərbi attaşelərdən Almaniyanın SSRİ-yə hücum edəcəyi haqda müxtəlif mənbələrdən məlumatlar alır. Deyilənlərə görə Almaniya ilə müharibənin başlaması haqda məlumatı Stalinə məhz Zorge ötürüb.
18 oktyabr1941-ci il tarixində R. Zorge Yaponiya polisi tərəfindən həbs olunur.1943-cü ilin sentyabrında məhkəmə R. Zorgenin royal simi ilə asılması haqda qərar çıxarır. Rəsmi Berlin görkəmli kəşfiyyatçının həbsindən şoka düşmüşdü. Adolf Hitler isə satqının şəxsən təhvil verilməsini tələb edirdi. Amma tələb yerinə yetirilmir. Bununla bərabər, yaponlar kəşfiyyatçını Stalinə dəyişmək təklifi irəli sürürlər. Lakin Stalin təklifi rədd edir.
Etel və Yulius Rozenberqlər -1950-ci ildə tanınmış cütlük Federativ İstintaq Bürosu (FİB) tərəfindən Sovet İttifaqına nüvə sirlərini çatdırmaqda təqsirləndirilir. Onların məhkəməsi Kütləvi İnformasiya Vasitələri tərəfindən geniş işıqlandırılır və Soyuq Müharibəni daha da alovlandırır.
Cütlüyün, xüsusən də Etelin təqsirkar olmasına çoxları şübhə etsə də onlar 19 iyun 1953-cü il tarixində Nyu-Yorkda Sinq-Sinq həbsxanasında edam olunur.
Lavrenti Beriya -Stalinin yanında NKVD-nin rəhbəri olarkən L. Beriya bir neçə partiyanın “çistka”-sında və böyük insan kütləsinin məhvinə cavabdeh olub. 1953-cü ildə, Rozenberq cütlüyü qətlə yetiriləndən sonra, onu Britaniya kəşfiyyatı ilə əlaqədə günahlandıraraq güllələyirlər.Elizabet Bentli - 1938-ci ildə Amerika Birləşmiş Ştatları (ABŞ) Kommunist partiyasının xeyrinə Nyu-Yorkda faşistlərə qarşı casusluq etməyə başlayır. E. Bentli daha sonra iki müxtəlif kəşfiyyat qrupuna başçılıq edir. 1945-ci ildə Kremllə münaqişədən sonra FİB-ə gedir və onun şəbəkəsi üçün çalışan 100 agenti “satır”.Kim Filbi - 1933-cü ildən sovet kəşfiyyatçısı olmağına baxmayaraq, 1941-ci ildə Britaniya kəşfiyyatı Mİ6-da işləməyə başlayır. İngilislər 1963-cü ildə K. Filbinin ikiqat oyun oynadığı başa düşür. K. Filbi Mİ6-da çalışdığı 20 il ərzində yüksək rütbə və vəzifələrə qədər yüksəlir. O, bundan sonra SSRİ-yə qaçmağa müvəffəq olur və ömrünün sonuna kimi böyük ehtiram içində yaşayır. K. Filbi 1988-ci ildə vəfat edib.Entoni Blant - Tanınmış Kembric Beşliyinin (Kim Filbi də həmin təşkilatın üzvü olub) üzvü. Mİ5-də qulluq edərkən, İkinci Dünya Müharibəsi vaxtı SSRİ-yə məlumat ötürüb.
Morris və Leontina Koen - Cütlük 1930-cu illərin sonunda sovet casusu kimi çalışmağa başlayır. Təhlükə yaranan zaman mərkəz onlara fəaliyyətlərini dondurmaq haqda əmr verir. Bir neçə il sonra onlar Helen və Piter Kroger adı ilə Londonda bukinist mağazası açır. 1961 – ci ildə həbs olunurlar və Sovet İttifaqında həbs edilmiş İngiltərə vətəndaşı Herald Brukla dəyişdirilirlər. SSRİ-yə gələn kimi ölkə qəhrəmanı adı alırlar.Kristofer Boys - 1977-ci ildə həbs edirlər. 1980-ci ildə həbsxanadan qaçandan sonra Sovet İttifaqına qaçmaq məqsədi ilə banklarda oğurluqla məşğul olur.
Moskvada DTK-nın (KГБ) binası
Oldrix Eyms - Kollecdən sonra Eyms Mərkəzi Kəşfiyyat İdarəsində (MKİ) işə daxil olur. Tezliklə maddi problemlərlə üzləşir və dövlət sirlərini SSRİ-yə satmağa başlayır. MKİ-nin keçmiş agenti satdığı sirlərin hesabına SSRİ-dən 4,6 milyon dollar mükafat alır. O. Eyms 1994-cü ildə həbs olunur.Robert Hanssen - 1979-cu ildə, cəmi 3 il FİB-də işlədikdən sonra sovetlərə məlumat çatdırır. Sovetlər İttifaqı dağılandan sonra da R. Hanssen məlumat çatdırmağa davam edir. R. Hanssen 2001-ci ildə tutulanda belə bir sual verir: “Siz məni niyə belə gec həbs etdiniz?”
Anna Çapman - Anna müntəzəm olaraq Rusiya dövlət nümayəndələrinə məlumatlar ötürürdü. A. Çapman 2010-cu ildə FİB-nin keçirdiyi xüsusi əməliyyatı nəticəsində həbs edilir. Onu Rusiya Federasiyası ilə əlaqədə günahlandırırlar. 2010-cu il 8 iyulda A. Çapman günahını boynuna alır. Bundan sonra A. Çapmanı ABŞ və İngiltərənin xeyrinə casusluqda təqsirli bilinən dörd nəfər Rusiya vətəndaşı ilə dəyişirlər. Mənbə: kulis.az
| ['Rusiya casusları', 'sovet casusları'] |
194 | https://kayzen.az/blog/kino/25848/b%C9%99xt-%C3%BCz%C3%BCy%C3%BC-n%C3%BC-kim-g%C3%B6t%C3%BCrm%C3%BC%C5%9Fd%C3%BC.html | "Bəxt üzüyü"nü kim götürmüşdü?! | gunelb | Kino | 13 avqust 2020, 00:21 |
«Bəxt üzüyü» filmi 1991-ci ildə, Azərbaycanın müstəqiliyə doğru addımladığı bir vaxtda çəkilib. Vaqif Səmədoğlunun «Bəxt üzüyü» əsəri ilk olaraq teatrda oynanılmışdı və böyük rəğbət qazanmışdı. Buna görə də əsərin film kimi də çəkilməsi qərara alındı. Film Azərbaycanın ilk kommersiya (kassa) filmidir və indiyədək hələ də ən çox insan tərəfindən kinoteatrda izlənilən film adını qoruyub saxlayır. Filmin çəkilişləri zamanı əsərdə bir çox dəyişikliklər edilib, yəni ssenari ilə əsərin fərqli məqamları çoxdur. Bu dəyişikliklərdə filmin rejissoru Ramiz Əzizbəylinin, həmçinin çox insan bilməsə də, o zaman gənc olan Orxan Fikrətoğlunun da rolu böyükdür. Bu səbəbdən də ssenari müəllifi kimi Vaqif Səmədoğlu ilə yanaşı onların da adı qeyd edilir.Filmin əsas sujet xətti Saranın üzüyünün itməsi üzərində qurulub. Əslində isə, film başdan ayağa fəlsəfi məzmunludur və insan hər izləyəndə yeni bir məna tapmalıdır. Film cəmiyyətdəki problemləri, insanların davranış və xarakter qüsurlarını açıq-aşkar şəkildə göstərir, insanlara vacib mesajlar ötürür. Filmin hər bir obrazı cəmiyyətdə müxtəlif qrupları, tipləri ifadə edir. Məsələn, Moşu bacarmadığı işlərlə məşğul olmağa çalışan, utanmadan bu yalanına ətrafındakıları inandırmağa çalışan mənfi, amma həm də sədaqəti ilə seçilən ailə başçısı kimi müsbət obrazdır. Söylü şəhər mühitinə düşmüş cahil kəndli qadın tipajıdır. Sədaqət, qısaca Seda (Sevda yox) öz kefində yaşayan, əxlaq normalarından kənara çıxan və bundan çəkinməyən, utanmayan insanların nümayəndəsidir. Rasim qayınata hesabına quduran, rüşvətxor, oğru, pul üçüh hər cür alçaqlığa əl ata bilən, hətta həyat yoldaşının əxlaqsızlığına belə göz yuman insanların hər bir xüsusiyyətini özündə birləşdirir. Hüseyn Kefli İsgəndərin müasir varisidir. Ayıq başla cəmiyyətin həyat çətinlikləri arasında yaşaya bilməyən, saf, təmiz uşaqlığı yetimxanada keçən insandır. O 2-3 manat üçün mənasız olduğunu bildiyi Moşunun şeirlərini belə tərifləyə bilir. Tanrıbəy kişi vətən üçün canından, sağlığından keçmiş, qədri bilinməyən veteranların simasıdır. Qatıqsatan obrazı filmə xüsusi rəng qatsa da, gerçəkdə daim insanların şəxsi həyatına burnunu soxan, gözü daim başqalarının həyatında, ailə məsələrində olan insanları simvolizə edir. Filmin, əslində, əsas personajlarından biri isə cəmiyyətin bu cür çirklənməsinə, iyrəncləşməsinə dözə bilməyib özünü dənizdə boğan «Zırpı» obrazıdır.
Bəs üzüyü kim götürmüşdü?
Əsərin özündə üzüyü Hüseyn götürərək satır və özünə araq alır. Özünü asmaq istəməsi, polis bölməsinə apararkən utanması məhz buna görə idi. Filmdə isə rejissor xırda görünən, amma ümumilikdə filmin məğzini tam dəyişən bir dəyişiklik edir. Əslində, üzüyü heç kim götürmür, Sara üzüyü itirir. Səhv edən insan mütləq günahkar axtarmağa başlayır. Burada çoxsaylı məsələlər var. Bir fəlsəfi məğz odur ki, üzük əslində simvolikdir, itirilən xalqın, millətin, cəmiyyətin bəxtidir. Məhz bu itki insanları iyrəncləşdirib, dəyişdirib. Bu həqiqəti isə görən, anlayan cəmi üç obraz var; Zırpı, hansı ki binoklla həqiqətləri daha yaxından izləyir və dözməyərək intihar edir. İkincisi, Seda, ona bu vəziyyətlər sərf edir deyə susur. Həqiqəti anlayan və özündə güc tapıb cəmiyyətə hayqıra bilən yalnız Sara olur ki, nəticədə hamı ona düşmən gözüylə baxır. Hüseynin monoloqunda bəzi insanların vicdanını, bəzisinin şərəfini və s.itirməyini qeyd etməsi də əbəs yerə deyil.
Digər tərəfdən baxdıqda Hüseynə ərə gəldiyi günə peşman olan, bədbəxt Saranın bəxt üzüyünü axtarması paradoksu var. Suda boğulanın saman çöpündən yapışması misalı kimi.
Hamının bildiyi məna isə can deyib can eşidən, bir qabdan yemək yeyən, varını-yoxunu paylaşan insanların bir halqa üçün — maddi nemətlər üçün bir anda necə düşmən olmalarına, münasibətlərinin korlanmasına tənqidi, faciəci yanaşmadır. Maddiyyat insanların arasına nifaqlar salır, bütün mənalarda aralarına divarlar, çəpərlər çəkir.
Filmdə müstəqilliyimizə, ölkənin xoş günlərinə də işarə var, ümumilikdə çox mövzular var, bəzilərini özünüzə saxlayıram...)Qayıdım əvvələ.Yazdığım kimi filmin əsas hekayəsi Saranın üzüyünün itməsidir.Amma baxın, filmdə heç bir səhnədə üzük görünmür; üzüyü hara qoydu, hardan tapdı göstərilmir. Filmi izləyərkən heç kim də buna diqqət etmir, heç kimə üzük maraqlı gəlmir. Bu artıq rejissorluğun pik həddə möhtəşəm ideyasıdır. Əslində, üzük görünsə, itməyi, tapılmağı aydın olsa, film çox bəsit görünərdi. Lakin üzüyü kadrdan çıxartmaqla yaradıcı heyət filmin axışını başqa tərəfə çəkib, fəlsəfi məna verib. Filmdə toxunulan digər məsələlər o qədər maraqlıdır, mənalıdır, o qədər şey ifadə edir ki, filmin əsas hekayəsi olan üzük itmək söhbəti tamaşaçının yadına da düşmür. İki-üç dəfə izləməyənə kimi üzüyün hara getdiyi heç insanın ağlına da gəlmir. Kiminə görə komediya, kiminə görə tragikomediya olan film, əslində, ən fəlsəfi məzmunlu filmimizdir.
Filmin sonunda Saranın «Yağış yağacaq» deməsi, «Bir sabah» mahnısı, böyüməkdə olan ağaclar isə gələcəkdə hər şeyin düzələcəyinə ümidi ifadə edir. Mənbə: modern.az
| ['Bəxt üzüyü', 'Azərbaycan filmləri'] |
195 | https://kayzen.az/blog/u%C4%9Fur/25846/vaxt-v%C9%99-pul-eyni-anda-bitm%C9%99m%C9%99lidir.html | Vaxt və pul eyni anda bitməməlidir | gunelb | uğur psixologiyası | 12 avqust 2020, 23:33 |
Bir insanda bunların ikisi də eyni vaxtda bitirsə, faciədir. Nə səhvlərini düzəltməyə zamanın var, nədəki, o səhvləri ört-basdır etmək üçün pulun. Ətrafa fikir verin. Mövcud ədiblər, siyasətçilər, müxtəlif peşə sahiblərinin bir çoxunu müşahidə edirəm. Ümumiyyətlə deyim ki, ən gözəl hiss müşahidə qabiliyyətinin olmasıdır. Müşahidə qabiliyyəti güclü insanlar faktlar arasında parallellər aparıb öz fikirlərini ortaya çıxara bilir. Bəli, müşahidələr göstərir ki, bir çox ətrafımızda olan adamların pulu yetərli deyil, amma zamanı var. Zamanı olduğu üçün öz üzərində işləyəcək, enerjisi və zəhməti ona bütün əskiklərini qapamağa kömək edəcək. Və ya tərsinə. Zamanı çox da yoxdu, amma pulu var. Bu halda da “yaşına-başına yaraşmayan” hərəkətlər edir, özünü və ya karyerasını ən pik həddində ikən bir anda aşağı yuvarlaya bilir. Zaman daralır, içindəki “mən” narazıdır, nəsə çatmır, amma bilmir nə çatmır. Hər iki hal arzu olunan deyil. Hər şey öz zamanında gözəldir. Çalışın öz həyatınızda vaxt və pul tarazlığını qoruya biləsiniz.
Baxırsan, çox gəncdir. Karyerasının başlanğıcındadır, gələcəyi də çox parlaq görünür. Amma ilk kriteriyası puldur, çevrənin mərkəzinə pulu qoyub. Deyir mərkəzə yaxın olan nə varsa, gəlsin gözüm üstə yeri var. İş intervyularında və ya sosial şəbəkələrdə davranışlarını təhlil etdiyim bu tip adamlara içimdə heyfslənirəm. Bugün elə iş yerləri var ki, onlar məlum səbəblərdən yüksək maaşla insanları işə cəlb edib və o işə cəlb olunanlar üçün də həyat minimumu son iş yerlərində aldıqları əmək haqqıdır. Onlar işlərini dəyişəndə mütləq son əmək haqqını meyar alır və bu meyarı da bir-neçə ay işsiz qalmasa, dəyişmir. Bunu yenə çox təcrübəli adamlar edəndə hardasa, anlamaq olur. Qayğıları var və s. Amma iş həyatına yeni başlayanlar yumşaq desək yolu düz tutmur. Nəticədə sonra n qədər pulla da qazana bilməyəcəyi təcrübə və biliyi itirmiş olur. Savadlı olmaqdan daha çox doğru vaxtda doğru yerdə ola bilən işçi olmaq önəmlidir. Təbii ki, haqlı olaraq layiq olduğu əmək haqqını tələb edənləri alqışlayır, onları bu siyahıya aid etmirəm.
Külqabı metodu
Bir də daim tənqid edən, neqativ saçan, şirkətləri öz aləmində guya “yıxıb-sürüyən” adamlar həmişə işsiz qalacaq. Mən onları heç cür başa düşə bilmirəm. Görəsən həqiqətənmi onlara elə gəlir ki, düz edirlər. Heç bir şirkətə belə depresantlar lazım deyil. Heç kim demir tənqid olmamalıdır. Amma neqativ yayan adamlar bizim cəmiyyətdə tənqid çətiri altında ustaca gizlənib öz uğursuzluqlarını ekosistemin üstünə atmağı ən rahat yol bilirlər. Höte deyir ki, insan tənqidə nə qarşı çıxmalıdır, nədəki tənqid qarşısında müdafiə olunmalıdır. Bütün tənqidlərə rəğmən öz işini görməlidir, təbii ki, tənqidlərdən obyektiv hesab etdiklərini diqqətə almalı, amma heç bir halda yolundan dönməməlidir. Zaman gələcək, edilən tənqidlər o adamın önündə diz çökəcək. Tənqid eşitmək istəmirsinizsə, heç nə etməyin. Bu qədər sadə. Hötenin dedikləri “külqabı”lara aid deyil. Külqabı ona görə ki, onlar ətraflarına da özləri kimi adamları yığır. Yığışıb külqabını doldurur, yəni zəhərlərini bir yerə töküb dağılışırlar. Əziz dostlar, “babam mənə kor deyib nə gəldisə vur deyib” çıxış yolu ola bilməz. Edilən məkrli tənqid sizi ağıllı göstərmir, kimsə susursa, ədəbindən susur, inanın. 4 səhv bir düzü aparır, aparsın. Amma bir səhv bütün düzləri apara bilməz. Bu qədər kor olmaq lazım deyil. İnsan nə edirsə, özünə edir. Elə külqabılar da.
İşıqlı gələcək bizsiz də gələcək. Heç kim bunu dana bilməz. Yeni hər şey də əvvəlkindən yaxşı olmalıdır. Olmasa, vay o şirkətin də, millətin də halına. Mən ən çox buna üzülürəm. Gənclik dünya hara gedir-getsin həmişə yenidən, bəlkə də 0-dan başlamalıdır. Gənclik müxalif ruhlu olmalıdır, bəli. Amma o qarşı tərəf kimi gördüyünü heçə sayaraq ola bilməz. Əgər bir az tarix, bir az ədəbiyyat oxusaydıq görərdik ki, proseslərə bu cür yanaşanlara tibb “erkən ölüm” diaqnozu qoyur. Öz sonunuzu bu qədər yaxınlaşdırmağa nə lüzum var. Müzakirə çox ciddi bir mədəniyyətdir, hər kəsin bacarmadığı mədəniyyət. Məsələn, mən görəndə ki, bu adamla müzakirə etmək olmaz, uzağı 2-3-cü cümlədən sonra qarşı tərəfdən nə cür əxlaqsızlıq desən gözləmək olar, o mübahisəyə girmirəm, ümumiyyətlə. Əvvəl belə deyildim, sonra “ağıllandım”, baş qoşmadım. O vaxt da mənə deyirdilər ki, baş qoşma, aqressiv olma, çox da fikir vermirdim. Zamanla anladım ki, düz deyirmişlər. İndi gərək Siz də o zamanı itirəsiz? Olmaz ki, olanlardan nəticə çıxarasız, əziz dostlar?! Prust deyirdi ki, zaman insanları dəyişdirir, amma insanların gözümüzdəki yerini yox. Zamanla Siz daha kamilləşə bilərsiz, amma bir-çox adamlar olacaq ki, onların gözündə elə o vaxtkı “külqabı” qala bilərsiz. Sizə lazımdır bu?
“Bilməli olduğunuz şeylərin sonuna gələndə, hiss etməli olduğunuz şeylər başlayar” – Xəlil Cibran
Hiss etdikləriniz isə çəkiyə, tərəziyə gəlmir. Onu sübut etmək olmur, ən yaxşı halda çətindir. Bilməli olduğunuz şeylərin sonu necə gələ bilər axı?! Yaradılmış insan necə təkəbbürlü ola bilər?! Elə həmin Xəlil Cibran deyirdi ki, “həyatımda bircə dəfə səssiz qaldım, o da biri mənə “kimsən” deyəndə”. Nə qədər gözəl və anlamlı bir ifadədir. İndiyədək iş həyatında uğurlu adamların tərcümeyi-hallarını oxuyandan sonra belə qənaətə gəldim ki, onların əksəriyyəti bir yola inanıb və o yolda sadəcə zəhmət çəkib, risk alıb, cəsarətli addımlar atıb və nəticədə olacaqları yeri öncədən xəyal belə etməyiblər. Dinimizdə buna “təvəkkül” də deyirlər. Bəlkə də uğursuz müqayisə oldu, amma bu an ağlıma bu gəldi. Yəni, sən uğruna inandığın yolda zəhmət çək, əlindən gələni et yetər. Vaxtı çatmayan həqiqətə utopiya deyirlər. Sizin yolunuz Sizə utopiya gəlirsə, bəlkə də zamanı çatmayıb. Məsələn, ADR-in yaranmasına da o dövrün zəruri nəticəsi deyənlər var. Amma bu təslim olmaq deməkdir.
Sizdən nəsə qalmasını istəyirsinizsə, yazın!
Liderlər zamanı və gücü əlaqəli şəkildə istifadə etməyi bacaran adamlardır. Bütün bunları ona görə deyirəm ki, hətta indi belə heç nə üçün gec deyil. Hər keçən gün gecikdiyiniz əlavə bir gündür. Vəziyyət “yaxşı” olanda hamıya yaxşı olacaq, onda rəqabət də əvvəlkinə baxanda kəskin olacaq. Problemlər var və olacaq, təbiidirmi deyil, amma nə edə bilərsiniz? Oturub gözləmək təslim olmaqdır. Əlinizdən gələni edəcəksiniz. Nə qədər banal səslənsə də, balıq bilməsə də xaliq mütləq biləcək. 2011-ci ildə Facemark.az-ı yaradanda o qədər adam lağa qoydu, o qədər adam etmə, divlər var və s. dedi ki. Hanı indi o divlər?! 2013-cü ildə forum etmək qərarına gələndə, gülənlər oldu. Tək qalanda özümüzün də hərdən gülməyimiz gəlirdi, amma inandıq. Bugün 5 il keçib, tarix üçün heç nə kimi bir şeydir. Amma biznes mühitimiz üçün 16 forum arxivimiz var. 2012-ci ildə açılan gün 8 üzvü olan “marketinq azərbaycan” qrupunun bugün 15000 üzvü var. Yaxşı-pis, faydalı-faydasız 6 ildir ki, var. Oradan nə qədər insanlar faydalanıb. Olmasa, nə olacaqdı?! Heç nə. Bütün mənfi və müsbətləri ilə bu tip atılan hər-bir cəhd məncə, alqışlanmalıdır. 2018-ci ildə təkcə mənim saydığım 12 forum keçirilib ölkədə. Çox sevindirici haldır. Amma keçirilən hər tədbirə bir vedrə qoşanlar nə etdi? Nə qədər davamlı etdi?! Bugün sevinc və qürur hissi ilə deyirik ki, Azərbaycanın 200-dən çox şirkətində ən az 1 AİR məzunu var. Toplam 540 AİR məzunu bu ekosistemdə daha yaxşı olmaq, daha faydalı olmaq üçün çalışır. Bəs olmasa idi?! Hanı o “vozdux” deyənlər indi?! Çox gözəl söz tapıblar, iş görən. Ən çox tənqid hədəfi olanlardan İlkin Manafovun Bakıda və regionlarda 0-dan min-bir əziyyətlə qurduğu 11 mağazası və milyonu keçən dövriyyəsi var. Amma Allahın xoş bir günü, bir də görürsən girir yazırılar ki, iş görən gəlsin, danışan yox. Gülməyəsən nə edəsən. Mən təkəbbür olmasın deyə başqa dostları hələ demirəm. Yəni əziz dostlar, araşdırmadan, bilmədən qara yaxmaq olmaz. Məsələn, hələ də deyirlər ki, ancaq və ancaq öz dost, tanışlarını foruma çağırırlar. O zaman bütün Azərbaycan şirkətlərində çalışan menecerlər, sahibkarlar dostumuzdur ki?! Buna ancaq sevinmək olar. Bir az ədalət dostlar, bir az ədalət. Çox yox, bir az. Yenə elə Hötedən misal çəkim. Höte qardaş deyirdi ki, dürüst olacağıma söz verirəm, amma tərəfsiz olacağıma söz verə bilmərəm. İndi heç kim demir tərəfsiz olun, amma dürüst olmaq mümkündür. Hətta savabdır
Və nəhayətində yazmaq haqqında
Mən yaza bilib yazmayanlara çox acıqlanıram. Yazmalı olub yazmayanlara da qıcığam, amma birincilər qədər yox. Baxın, 21-ci əsrdə ən irəli gedən və ya getmək istəyən şirkətlərimiz işə prosesləri yazmaqdan başlayıblar. Prosesi yazanlar isə bu işdə bizdən yüz il öncə “tərpənənlərdir”. Biz isə hələ indi-indi yazmağa başlamışıq. Bütün sahələrdə belədir. İnkişaf üçün əvvəl yazılanı oxuyub dərs götürməli, mövcudu da yazıb gələcəyə ötürməlisən. Hərə öz etdiyindən desin prinsipilə getsək, çox uzağa getməyək. Məsələn, götürək, Bugünün Marketinqi kitabını. İndiyədək 2 cildi çıxıb. Bu 2 cild 2015-2016-cı illərdə şirkətlərimizdə baş verənlərin güzgüsüdür. Dekabrda isə Bugünün Marketinqi 3-ü çap edəcəyik. Burada isə 2016-2018-ci illəri əhatə edəcəyik. Və düşünün. Aradan illər keçəcək, bəlkə də o yazarların bir çoxu həyatda olmayacaq, amma o dövr çox aydın şəkildə yazılmış formada qalacaq. Neçə-neçə insana mənbə rolunu oynayacaq və s. Nəyi pisdir?! Xüsusən hər sayından ilk iş aparıb Axundov kitabxanasına da verirəm. Bunları yazmaqda məqsədim qətiyyən gileylənmək deyil. O sözü çoxdan lüğətimizdən çıxarmışıq. Sadəcə özümü hərdən bu tip məsələlərdə yazmaq məcburiyyətində hiss edirəm. Hərə öz sahəsində bunu etsə, nə gözəl faydalı işlərə vəsilə ola bilər. ADR parlament xatirələrini oxuyuram, məsələn. Standart hesabatlardan çox, Üzeyir Hacıbəyovun parlament iclaslarını şərhi ləzzət edir. Bəs yazmasa, nə olacaqdı? Necə biləcəkdik ki, məsələn, oxumuş deputatların bir çoxu ana dilində danışa bilmirmiş və s. Odur ki, yazın. Vaxt gələcək, bunu etmədiyiniz üçün çox peşman olacaqsınız. Texnologiya nə qədər inkişaf edir-etsin, kitab 2000 ildir qalıb, bundan sonra da qalacaq.
Mənbə: fed.az
| ['vaxt', 'pul', 'vaxtdan düzgün istifada', 'vaxtdan səmərəli istifadə'] |
196 | https://kayzen.az/blog/yazar/25843/f%C9%99rman-k%C9%99rimzad%C9%99.html | Fərman Kərimzadə | gunelb | Yazıçılar | 10 avqust 2020, 09:56 |
Yazıçı Fərman Kərimzadə 1937-ci il martın 3-də Ermənistanın Vedi rayonunun Böyük Vedi kəndində anadan olub. 12 yaşı olanda Qərbi Azərbaycandan deportasiya olunublar. Beyləqanda məskunlaşıblar. Fərman və bacı-qardaşları yarımçıq qalmış orta təhsili Beyləqan rayonunun Şahsevən kəndində başa vurublar.
“Son eksponat”, “Toy toğlusu”, “Mis qazan”, “Talada”, “Ümid”, “Xınalı” hekayələri, “Xallı maral”, “Toy dəvətnaməsi” povestləri böyük uğur qazansa da, yazıçı daha çox “Qanlı aşırım”, “Xudafərin körpüsü”, “Çaldıran döyüşü” kimi tarixi romanların, “Təbriz namusu”, “Qoca qartalın ölümü” əsərlərinin müəllifi kimi tanınıb.
Atası İsmayıl Şeyx Əlioğlu hüquq işçisi, qatı kommunist, sovet ideologiyası daşıyıcısı olub. Deyilənə görə Fərman Kərimzadə evlənəndən sonra bir dəfə gəlinini Teodor Drayzerin “Kerri bacı” əsərini oxuyan görən qayınata kitabı onun əlindən alıb, Marks və Engelsin həyatı ilə bağlı hekayələr toplusunu verib ki, bunu oxu.
Fərmanın anası Qəmər isə təhsilsiz qadın olub. Amma Azərbaycan bayatılarını, mahnılarını, folkloru gözəl bilirmiş. Fərman da, digər övladlar kimi, o nağıllarla və bayatıların avazı ilə böyüyüb.
Deportasiya olunandan sonra ağır günlər yaşayıblar. O, yazılarından birində yazır ki, Beyləqandan ayağımda qaloşla Bakıya üz tutdum, oxumaq üçün.
Orta məktəbdə yaxşı rəssamlıq qabiliyyəti olduğu üçün hamı onun rəssam olacağını zənn edirmiş. Yazıçı Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbinə qəbul olunub. Rəssamlığı başa vurandan sonra 3 il İsmayıllıda, Beyləqanda orta məktəblərdə dərs deyib. Bu dövrlərdə onun ilk hekayələri artıq müxtəlif qəzetlərdə çap olunmağa başlayır. Moskva Ümumittifaq Kinematoqrafiya İnstitutunun ssenari fakültəsini bitirir.
Həyat yoldaşı Xalidə xanımla Bakıda tanış olublar. Xalidə Tibb Universitetində təhsil alırmış. Fərman Tibb Universitetinə bir kəndçisi, orta məktəb yoldaşı olan qızın ziyarətinə gedib-gəlirmiş. Xalidəni də o zaman görüb. Görən kimi də vurulub. Heç ləngimədən, bir neçə günün içində elçilərini göndərib. Qız evi imkanlı olduğundan Xalidəni kasıb yazıçıya vermək istəməyiblər. Bəhanə gətiriblər ki, yemək bişirə bilmir, hələ uşaqdır. Fərman Kərimzadənin dostu Məmməd Aslan qızın “hə”sini alacağına boyun olsa da, elçilər evdən qovulur. Başqa yolu qalmayan Fərman qızı götürüb qaçırır.
Heç bir etiraz etmədən yazıçıya qoşulub qaçan qızın gözlərindən bircə damla yaş axır. Xalidə xanım müsahibələrində o günləri belə xatırlayır: “Mən oxuduğum Tibb məktəbində Fərmanın kəndçiləri də vardı. Tez-tez gələrdi onları görməyə. Qızlar bizi küçədə tanış etdilər. Görürdüm, hər gün məktəbin qabağında dayanıb, bizə baxırdı. Elə bilirdim rəfiqəm Gülçöhrəni istəyir. Bir dəfə mənə məktub verdi ki, Fərman sənə göndərib. Məktubu oxuyanda gördüm ki, mənə yazılıb.”
Ssenarisi əsasında çəkilmiş “Axırıncı aşırım” filmi ekranlara çıxandan sonra yazıçı xeyli əziyyət çəkib. Qızı Yeganənin dediyinə görə, atasını öldürməklə hədələyirmişlər. “Bir dəfə bibimgilə getmişdim, bir kişi gəlib dedi ki, o uşaqları niyə bura göndərirlər, indi atalarının heyifini uşaqlarından alaq? Çox qorxdum. Sən demə, Qəmlonun qohumlarından imiş. Onlar deyirdilər, guya Qəmlonu qəsdən mənfi qələmə verib. Atam heç nəyi yalan yazmayıb. Qəmlo həqiqətən elə adam olub. Nənəmdən də eşitmişəm. Qəmlonu qadınlar yabayla öldürüblər. Kişilər güllə vurub, görüblər ölmür, özünü samanlığa vurur, qadınlar yabayla düşüblər üstünə. Amma erməniyə qarşı döyüşüb. Bizim babamızla bir yerdə vuruşublar. Mərdlikləri də varmış”.
Filmdəki Xəlil obrazı Fərman Kərimzadənin doğmaca dayısı oğlu olub. Deyilənə görə yazıçının anası ölənə qədər Xəlil deyə-deyə bayatılar deyirmiş. Abbasqulu bəy isə yazıçının atasının ən yaxın silahdaşı, qohumu, dostu olub. Kərbəlayi İsmayıl da yaxın adamı olub.
Qəmlonun əsl adı Qəmbəralı imiş, Qəmlo deyirmişlər. Yaxın adamlar nə qədər israr etsələr də, yazıçı onun adını Qəmbəralı kimi yox, Qəmlo kimi yazır.
Nəsrəddin Tusi haqqında əsər yazıbmış. Yazıb bitirəndən sonra əsər yaşadığı evdən yoxa çıxıb. Andranik haqqında yazdığı əsər də eyni taleyi yaşayıb.
Günlərin birində isə gecə hamı yatandan sonra onların evinə naməlum bir qadın gəlir. Onun gəlişini qızından başqa heç kim görmür. Səhəri gün bu əhvalatdan xəbər tutan valideynlər uşağa gülsələr də, bir neçə saatdan sonra məlum olub ki, yazıçının Andranik haqqında yazdığı əsər evdən oğurlanıb.
Yuqoslaviya müharibəsi ilə bağlı daha bir roman 1993-cü ildə oğurlanıb. Fərman Kərimzadə sonradan yazıb ki, onların KQB tərəfindən götürüldüyünü öyrənib.
Qızı Yeganə xanım danışır ki, 1986-cı ildə Naxçıvana bacısının toyuna gediblər. Ordan da Vediyə baş çəkiblər: “Məni də apardı. Bir-bir ata-baba yurdumuzu bizə göstərdi. Dedi, ölüb qalmaq istəyirəm burda. Orda bir ağız da “Apardı sellər Saranı” mahnısını oxudu...
Deyilənə görə hər il ad günündə yazıçının qəbri üzərinə kimliyi məlum olmayan adam tərəfindən təzə-tər çiçəklər qoyulurmuş. Bir müddət sonra isə məlum olub ki, bu yazıçının oxucularından biridir.
“Qarlı aşırım” romanı Fərmana çox böyük şöhrət və təbii ki, pul gətirib. Təkcə “Xudafərin körpüsü”nə görə 32 min rubl alıb. Film çəkiləndən sonra ona kinostudiyanın binasından 5 otaqlı ev də veriblər. Həmin vaxt Şahmar Ələkbərovun iki qızı vardı, bölgüdə erməni ilə eyni kommunal mənzilə düşüb. Fərman Adil İsgəndərova deyir ki, mənim evim dörd otaqlı olsun, əvəzində Şahmara ayrıca ev verin.
1989-cu ilin martında Fərman Kərimzadə Tərtərdəki həmyerlilərinə yardım üçün gedəndə oradakı insanların acınacaqlı vəziyyətinə dözə bilməyib yıxılıb. Həkimlər gələndən sonra məlum olub ki, yazıçının beyninə qan sızıb. Elə həmin gün yazıçı dünyasını dəyişib.Mərhum yazıçımızın Fərman Kərimzadənin qızı ssenarist Yeganə Kərimzadə atasının «Qarlı aşırım» romanı əsasında ekranlaşdırılmış «Axırıncı aşırım” filminin təqdimat günü baş verən maraqlı bir hadisəni qələmə alıb.Həmin əhvalat hələ 1971-ci ildə Bakının göbəyində ermənilərin necə azğın olduğunu, içlərində gizlətdikləri düşmənçiliyi məqam düşən kimi necə biruzə verdiklərini aydın göstərir.
»Axırıncı aşırım"ın Nizamı kinoteatrında təqdimatı idi biz də evdə dörd çıqqılı çıqqılı uşaq idik. Nə isə bizi anam geyindirib, həyətdə gözləyin dedi. Erməni qonşularımız hadisəni bilirdilər və göz gözə dayanıb, evdən nə zaman çıxacağımızı gözləyirmişlər. Böyükləri susub, uşaqları qabağa ötürdülər bizi görcək. Mən, məndən iki yaş kiçik bacım Sevinc və qardaşım Əziz. Lap balaca bacım Aybəniz evdə qalacaqdı, çünki o hələ kino nə olduğunu bilmirdi, cəmi cümlətanı 2 yaşı olardı.Sözün qısası, erməni uşaqları bizi sorğu suala tutdular.
— Kinoya baxmağa gedirsiniz?
— Abbasqulu bəy kimdi?
— Ermənilər haqqında bir şey olsa sizi öldürərik və s. və i. a
Mənim üçün yazıçı ən böyük sənət olduğundan:- Atam yazıçıdı onun paxıllığını az çəkin, dedim.
Sevinc:- Baxarıq kim kimi öldürər, dedi.
Əziz isə lap kökündən vurdu:- Atamın dayısı Xəlil (filmdə atamın dayısının obrazını Həsən Turabov canlandırıb), babam İsmayıl, atamın əmisi Abbasqulu bəy elə erməniləri öldürüb, qəhrəman olublar da...
Bu söz bitər bitməz sən demə xırda daşları əllərinə, ciblərinə dolduran erməni uşaqları bizi daşlamağa başladılar. Hər üçümüz yaralanmışdıq. Təzə paltarımız qana bulaşmışdı. Atam, qonşuluqda yaşayan həmyerlilərimiz gəlməsəydi bizi dövrəyə alan özümüzdən böyük erməni uşaqlarının əlindən salamat çıxmağımız möcüzə olardı. Elə üstü qanlı, başımız yarıqlı kinoya getdik.
Nizami kinoteatrında Şəmsi Bədəlbəylinin bizi «döyüşdən» çıxmış görüb, başımızı sığallamağı, atama baxıb, ah çəkməyi yadımdan çıxmaz. Şəmsi Bədəlbəyli«Axırıncı aşırım»da babamın obrazını yaradıb.
Qonşu kişilər isə biz qayıdana kimi evdə qalanlarımızı qorudular. Evə od vurmaqla hədələmişdilər bizi. O hadisədən az sonra kinostudiya bizə yeni ev verdi Tbilisi pospektində. Ordan Xutordan köçənə kimi də qorxmadıq, çəkinmədik o uşaqlardan yeri gəldi heyfimizi də aldıq, amma çəkinmədik. «Axırıncı aşırım» tv də gedən günü biz artıq ordan köçsək də evimizi satmadıq. Bibim Sara xanımın ailəsi də o geniş həyətdə yaşadığından evimizi ona qoyduq. Bibim deyirdi həmin gün ermənilərin heç birinin işığı yanmadı sözləşmiş kimi saat doqquz olmamış guya yatıblarmış.
1988 hadisələrindən çox çox əvvəl biz bilirdik ki, erməni qonşularımızın əksəriyyəti Ermənistanda hansısa təşkilatın üzvüdülər və ora hər ay pullar köçürürlər. Bunu da öz içlərindən olan biri demişdi atama.
«Axırıcı aşırım» efirə gələn günü başımız qanasa da əslində, filmdə erməni məsələsi yox idi o dövr ola da bilməzdi. Amma erməni Abbasqulu bəyin, Xəlilin, İsmayıl Şeyx Əli oğlunun meydanda daşnaklara qarşı necə döyüşdüyünü yaxşı bilirdi. Dava o dava idi...”
Xatırladaq ki, «Axırıncı aşırım” filmi rejissor Kamil Rüstəmbəyov tərəfindən 1971-ci ildə ekranlaşdırılıb. Film „Azərbaycanfilm“ kinostudiyasında istehsal edilib. Kinoromanda hadisələr Azərbaycanın dağ kəndlərinin birində sovet hakimiyyəti qurulduğu ilk illərdə baş verir. Filmdə əsas rolları Həsən Məmmədov, Adil İsgəndərov, Məlik Dadaşov,Hamlet Xanızadə, Həsənağa Turabov, Şəmsi Bədəlbəyli, Tamilla Rüstəmova, Şahmar Ələkbərov, Əbdül Mahmudov və Sadıq Hüseynov ifa edirlər. 1972-ci ildə Tiflisdə V Ümumittifaq kinofestivalında aktyor Adil İsgəndərova „ən yaxşı kişi obrazı“na görə II mükafat, aktyor Həsən Məmmədova „ən yaxşı kişi rolu“na görə mükafat verilib. Ssenari müəllifi də Fərman Kərimzadədir. Qızı müsahibələrinin birində atasının KQB tərəfindən öldürüldüyünü deyir: Sap-sağlam adam idi. Məncə, onu KQB öldürdü. Son hadisələrdə çox fəal idi. Anama da demişdi ki, məni izləyirlər, tutulsam, bilin ki bunlar edib. Hətta bir dəfə çağırıb nəsə təklif də eləmişdilər, təbii ki, qəbul eləməmişdi. O, azad adam idi. Bu hadisələrlə bağlı Moskvaya getmişdi, ordan gəldi, heç evə dəymədən Tərtərə yollandı. O vaxt adamlar köçürülürdü Ermənistandan. Kəlbəcərə gedib, sonra bir də Tərtərə qayıdıb. Orda iflic olmuşdu. Amma mən buna inanmıram. Daha doğrusu içimdə ciddi şübhələr var”.
| ['Axırıncı aşırım', 'Fərman Kərimzadə'] |
197 | https://kayzen.az/blog/dahil%C9%99r-maraql%C4%B1/25833/b%C9%99xtsiz-%C5%9Fair,q%C9%99ddar-fa%C5%9Fist-gebbels.html | Bəxtsiz şair, qəddar faşist Gebbels | gunelb | Böyük insanlar,şəxsiyyətlər | 7 avqust 2020, 15:04 |
Gebbels 1897-ci il oktyabrın 29-da Reydtdə dünyaya gəlib. Mühasib atası həmişə oğlunun katolik kilsəsinin keşişi olacağına ümid edirdi. Amma Gebbels yazıçı və jurnalist olmaq arzusu ilə gimnaziyada oxuyur və humanitar elmlərə üstünlük verir. Professor Fridrix Qundolfanın rəhbərliyi ilə 1921-ci ildə “Heydelberq” universitetində dissertasiya müdafiə edib və elmi dərəcə alıb. Lakin ədəbi əsərləri dəfələrlə qəzet redaktorları tərəfindən rədd edilib.
I Dünya Müharibəsi başlayanda Gebbels axsaq olduğu üçün (o doğuşdan əlil idi) hərbi xidmətə yararsız hesab olunur. Bunu özünə sığışdırmayan Gebbels müharibə zamanı ölkəsinə xidmət edə bilməməyi biabırçılıq hesab edirdi. Həmişə ətrafdakıların alçaldıcı baxışlarını, istehzalı gülüşlərini kürəyində hiss edirdi. Və beləcə, Almaniya dünyaya mənliyində dərin nifrət kök salmış daha bir faşist liderini təqdim etməkdə idi.
I Dünya Müharibəsindən sonra poeziya və dram sahəsində uğursuzluğa düçar olan Gebbels siyasətə çıxış yolunu tapır. 1922-ci ildə Nasist Partiyasına qoşulur. Ştrasser qardaşları partiyada rəhbər olan zaman partiyanın sol-sosializm qanadına daxil olur. 1924-cü ildə özünü jurnalistikada sınamağa qərar verir və “Fyolkişe freyxeyt”in (“Xalq azadlığı”) redaktoru kimi fəaliyyət göstərir. Həmin dövrdə Ştrasserlərlə Hitlerin arasında qəzəbli mübahisəylə bağlı deyilmiş məşhur fikirlə tarixə düşür:
“Burjua Adolf Hitleri Milli-sosializm partiyasından çıxartmalıdır”.
Lakin 1926-cı ildə Hitlerin siyasi baxışını anlayır və bütün yazılarında “Adolf Hitler, mən sizi sevirəm!” yazır. Gebbels hətta ilk kitablarından birini Hitlerə həsr edir. Onun fürerin ünvanına dediyi təriflər daha da atəşli olmağa başlayır:
“Hətta Münhendə məhkəmə önündə çıxışınız zaman nə qədər böyük bir rəhbər olduğunuzu sübut etdiniz”.
u cür tərifnamələr eşitmək əlbəttə, Hitlerin diqqətini cəlb edirdi. O, 1926-cı ildə Berlində Gebbelsi faşist partiyasının qaulyayteri təyin edir. Məhz paytaxtda Gebbelsin natiqlik qabiliyyətləri özünü göstərməyə başlayır. Beləliklə, onun sonrakı taleyi müəyyən edilir. 1927-ci ildən 1935-ə qədər o, həftəlik “Anqrif” qəzetinin baş redaktoru kimi fəaliyyət göstərir. 1928-ci ildə Gebbels Reyxstaqın deputatı seçilir. Mitinqlər zamanı o, öz güclü və kəskin səsi ilə Berlin hökumətinin, yəhudilərin və kommunistlərin diqqətini cəlb edə bilir. Artıq Hitler onun fəaliyyətinə heyran olmağa başlayır, və beləliklə, 1929-cu ildə onu Nasist Partiyasının İmperial təbliğat rəhbəri təyin edir. 1932-ci ildə keçirilən seçkilər zamanı Amerika hökuməti Gebbelsin valehedici qabiliyyətlərini alman adı altında azca dəyişdirib auditoriyaya nümayiş etməyə çalışır. Həmin vaxt partiyanın yazdığı “Milli sosialistlərin 10 əmri” faşistlərin ideoloji proqramının nümunəsi olur.
Gebbels öz fəaliyyəti zamanı onun üçün heç bir prinsip və ya əxlaqın mövcud olmadığını nümayiş etməyi bacarır. O, ölkə həyatının bütün elementlərini özünə tabe edərək millətin mədəni həyatının faktiki diktatoru olur. Hitleri razı salmaq üçün yəhudilərə qarşı acıqlı və qəzəbli hücumlarla çıxış edir. Zaman keçdikcə Henrix Himmler, Martin Bormanla yanaşı, Gebbels də Hitlerin ən yaxın və ən nüfuzlu məsləhətçilərindən biri olur.
Almaniya can verir
II Dünya Müharibəsi zamanı Gebbelsin qarşısına millətin mənəvi ruhunun güclü saxlanılması məsələsi qoyulmuşdu. O, Sovet Rusiyası ilə narazılıq yaratmalı və almanları son qələbəyə qədər dözməyə məcbur etməli idi. Gebbels enerji ilə işləyirdi, bütün almanlara gələcək talelərini xatırladaraq onları döyüş ruhunda saxlayırdı. İyul sui-qəsdinin uğursuzluğundan sonra 1944-cü ildə Hitler Gebbelsə son damla qanına qədər vuruşaraq bütün maddi və insan resurslarını yığmağı tapşırır. Amma artıq gec çox idi: Almaniya ölümün kənarında idi.
1945-ci ilin aprelində Gebbels Hitlerə Berlində qalmağı məsləhət görür. Yalnız bu yolla onu böyük Hitler haqqında əfsanənin həmişə yaşaya biləcəyinə inandırır. Fürer onunla razılaşır.
Ailəsini və özünü məhv edir
1945-ci il aprelin 12-də ABŞ prezidenti Ruzvelt Franklin öləndə eyforiyaya qapılan Hitler siyasi vəsiyyətində Gebbelsi dövlət kanslerinin postunda öz varisi təyin edir. Gebbels bunun qarşılığını şəxsi təbliğatçılıq jestiylə verməyə çalışır və Rusiya ilə razılaşmağa qərar verir. Bunun mümkün olmadığını anlayanda isə özünə qəsd etməyi planlaşdırır. Əvvəlcə 6 övladını zəhərləyir, sonra həyat yoldaşını başından vuraraq öldürür və həmin silahla öz canına da qəsd edir.
Hitler rejiminin propoqanda naziri, insanları hipnoz edə bilən Gebbelsin cəsədi öz vəsiyyətinə uyğun olaraq yandırılıb.
Müəllif: Nərgiz ƏzizMənbə: atv.az
| ['Gebbels', 'Milli-sosializm partiyası', 'II Dünya Müharibəsi'] |
198 | https://kayzen.az/blog/Bilirsinizmi/25828/%C5%9F%C9%99rq-t%C9%99bab%C9%99tinin-10-sirri.html | Şərq təbabətinin 10 SİRRİ | gunelb | Bilirsinizmi? | 5 avqust 2020, 16:05 |
Şərq təbabətinin sadə qaydaları ömrü uzadır.1. Təbəssümün müalicəvi gücüGözlərinizlə həmişə ürəkdən gülümsəməyi və ürəyinizi sevgi ilə doldurmağı unutmayın. Bu, bütün xəstəliklərin qarşısının alan profilaktik tədbirdir. Kədərli, qəzəbli, depressiv olduğunuz, ağladığınız və ya sinirli olduğunuz zaman orqanlar zəhərlər ifraz edir, ancaq xoşbəxt, xoşsimalı və gülərüz olsanız, bədən bal kimi şəfalı maye ifraz edəcək. Heç kim üçün sirr deyil ki, bu gün biz monoton həyat yaşayırıq, hər gün təlaş içində harasa tələsirik. Çoxları üçün iş gününü baş ağrısı ilə başa vurmaq adət halına gəlib. Ətrafınızda və içərinizdə yığılan təzyiqlə bir şey etmək lazımdır. Nə qədər qəribə olsa da, bunun qarşısını almaq üçün heç nə etmək lazım deyil. Sadəcə çıxılmaz vəziyyətlə üzləşərkən onun sizi udmasına icazə verməyin. Bunun üçün hər kəsə, hətta tanımadığınız insanlara da gülümsəmək lazımdır. Belə sadə bir hərəkət sayəsində dünya dəyişir və sizi təhdid edən böyük bir narahatlıq hissi fikirlərinizi yavaş-yavaş tərk etməyə başlayır.Daxili təbəssümün nəticələrini əvvəlcə qiymətləndirmək çətin ola bilər, lakin texnika düzgün yerinə yetirilməlidir ki, faydasını hiss edə biləsiniz. Odur ki, harada olmağınızdan və nə işlə məşğul olmağınızdan asılı olmayaraq tez-tez və çox gülümsəyin, təbəssümü həyatınızın ayrılmaz bir parçasına çevirin. Ürəyinizi məhəbbətlə doldurub sevgi dalğalarının bədəni müdafiə etməsinə icazə verin.2. Lazım olduğundan çox danışmayınDaha az danışın, nə demək istədiyinizi, nə vaxt və necə söyləyəcəyinizi diqqətlə seçin. Çünki yerində deyilmiş söz ən qiymətli sükutu — Kainatı gözəlləşdirən həyat enerjisini qoruyur.3. Daha az danışın, daha çox hərəkət edinKeçmiş və gələcək haqqında az düşünün. Onlar səbəbsiz narahatçılıq doğurur, narahatçılıq isə stress yaradır. Əvəzində konsentrasiya (fikirləri cəmləmək) olun, yadda saxlayın ki, konsentrasiya – bağışlamaq və yardım etmək bacarıqlarının inkişafı ilə birlikdə özü gəlir, texnikasız filansız.4. Beyin gücünü inkişaf etdirinBir çox dillərdə, o cümlədən çin dilində ağıl və ürək eyni sözlə ifadə olunur. Şəxsi ambisiyaları bir kənara qoyub mənəvi kamilliyə yüksəldiyiniz və ürəyinizi sevgi ilə genişləşdirdiyiniz zaman siz xəstəliklərdən xilas olmağın yolunu tapırsınız.5. Başınıza hörmət edin, ayaqları isə isti saxlayınBaşınıza hörmət edin. «Başınızı soyuq, ayaqlarınızı isti saxlayın» məsəlinə əməl etmək vacibdir. Bu yolla siz başınızda narahatlıq yaradan, hətta xəstəliklərə gətirib çıxara bilən çox enerji yığılmasının qarşısını alacaqsınız.Başa güclü enerji axını getməsi qan təzyiqini yüksəldə bilər. Enerjini ayaqlara yönləndirməklə təzyiqi aşağı sala bilərsiniz. İnfarktın qarşısını almaq üçün davamlı olaraq ayaqları isti saxlayın. Odur ki, dabanları ovaraq masajla isidin. Növbəti mərhələdə enerjini göbəkdə toplayın, yeri gəlmişkən, o da isti olmalıdır.6. Boynunuzu isti saxlayınBədənin başa gedən çox əhəmiyyətli qan damarları və sinirləri boyunda yerləşir. Odur ki, onun da qeydinə qalmaq vacibdir: isti olduğundan əmin olun, o gərgin olmalı deyil. Hisslərinizi çox güclü şəkildə istifadə etməyin. Çox gərgin və uzun müddət bir nöqtəyə baxmayın və ya kiməsə qulaq asmayın. Hisslərin həddindən artıq fəal şəkildə işləməsi xəstəliklərə səbəb ola bilər.Həddindən çox qida və içki istifadə etməklə sağlamlığınızı məhv edirsiniz.Duş qəbul etdikdən və ya yataqdan qalxdıqdan sonra küləkli havaya çıxmayın.7. Müdrik qidalanmaYeməkdən sonra uzun müddət oturmaq və yatmaq lazım deyil, bu, ömrünüzü qısaldır. Süfrədən tam doymamış qalxın, daha sonra qısa yürüşə çıxın və heç bir halda yatmazdan əvvəl yemək yeməyin.Az-az, amma tez-tez yeyin, bu zaman həzm sistemi yaxşı işləyəcək və 5 vacib orqan eyni anda yüklənməyəcək. İlk növbədə sulu, daha sonra quru xörəkləri yeyin. Yeməkdən əvvəl nəfəs almalı və mütləq bir az təmiz hava qəbul etməlisiniz.Yazda daha ədviyyəli qidalar, yayda daha çox qaynadılmış, payızda daha acı və qışda az duzlu yeyin, amma duzun miqdarını aşmayın. Əgər çox yemisinizsə, üstündən su çox içməyin və dərhal udmayın. Acqarına çiy meyvələr yeməyin, çünki onlar diaqfraqmadan yuxarı orqanlarını isidir.8. Ölçünü gözləyinHəddən artıq gəzmək sümük bağlarını yorur.Çox oturmaq əzələləri incidir.Uzun müddət ayaqüstə qalmaq sümükləri incidir.Uzun müddət yatmaq həyat enerjisinə zərər verir.Uzun müddət düşüncələrə qapılmaq qana zərər verir.Qəzəb, üzüntü, peşmanlıq və melanxoliya ziyandır, eyni ilə həddən artıq zövq qədər. Acı çəkmək, narahatlıq hissi və cinsə əlaqədən çəkinmək zərərlidir. Qısası, bütün məsələlərdə ölçü hissini aşmaq zərərlidir.9. Sevinc Çi enerjisini artırırBöyük sevinc — böyük Çi (Kainat enerjisi) enerjisi deməkdir. Böyük kədər Çi enerjisinin notlarını dayandırır. Aktiv cinsi həyatın hesabına həyat enerjisi ehtiyatını artıra bilərsiniz. Tüpürcəyi udmaq təməl enerjini artırmaq deməkdir. Əgər udulmazsa, o, öz gücünü itirər.Xəstə olduğunuz zaman şimala tərəf yatmayın. Yazda və yayda başınızı şərqə, qış və payız aylarında isə qərbə tərəf çevirib yatın.Əgər yuxudan duran kimi danışmağa başlasanız, o zaman həyat enerjisini itirəcəksiniz.10. İlin fəsilləriQışda ayaqları isti, başı ilıq saxlayın. Yazda və payızda isə başın və ayaqların sərinliyi hiss etməsinə icazə verin.Əgər xəstə və tərlisinizsə, soyuq su içməyin. Bu, ürəyi və mədəni məhv edir. Dizləri əyib yatın. Beləliklə siz həyat enerjisi ehtiyatını artırırsınız. Yazda və payızda yatağa erkən girin və erkən qalxın.Qışda erkən yatıb gec durun.Yazda hava qaranlıq düşəndə yatın və səhər tezdən oyanın.Səhər tezdən, günorta saatlarında, nahardan və şam yeməyindən sonra dişlərinizi fırçalayın və yeddi dəfə ağzınızı yuyun. Bu, ömrü uzadıb sümükləri dişləri, əzələləri, dırnaqları və saçları gücləndirəcəkdir
| ['şərq təbabəti', 'ömrü uzatmaq üçün'] |
199 | https://kayzen.az/blog/paint/25813/l%C9%99tif%C9%99l.html | İşə gecikdiyi üçün həbsxanada yatan Azərbaycan rəssamı | gunelb | Məşhur rəsmlər və rəssamlar | 2 avqust 2020, 23:48 |
Cavad Mircavadov 15 yaşı olanda «Azərbaycan” kinoteatrına, afişaçəkən rəssam Zarubinin yanında işə düzəlir. O, elə ilk günlərdən özünün bacarığı ilə rəssamın rəğbətini qazanır. Və bir müddət sonra kinoteatrın baş rəssamı afişa işlərinin hamısını Cavada tapşırır. Beləliklə, „Azərbaycan” kinoteatrının afişaları on beş yaşlı yeniyetmə rəssamın fırçasından çıxmağa başlayır.
Lakin o məşum, amansız 1938-ci il idi. Ağına-bozuna baxmadan adamları tutur, bəxti üzünə gülənləri (bəxtə bax!) sürgünə göndərir, Müşfiq kimi bəxtsizləri də güllələyirdilər. Adamlar heç dəqiq bilmirdilər nəyə görə həbs edildilər, nəyə görə haqlarında ölüm hökmü çıxarıldı. Xırda bir məsələ səni “edam kötüyü”nə apara bilərdi.
15 yaşlı Cavadın da başına indiki dövrdən baxanda tragi-komik görünən bir hadisə gəlir. „Azərbaycan”da işləyəndən bir il sonra həbs edilir və altı ay azadlıqdan məhrum edilir. Səbəb: işə gecikmə.
Yeniyetməni gör, nə üstündə həbs edirlər!
Bayıl həbsxanasıbna salınan Cavadın başını qırxıb, məhkum paltarı geyindirəndən sonra göndərirlər yelpik düzəldilən sexə. Cavadın işi yelpikləri rəngləmək olur.
Yelpik sexinin yerləşdiyi barakın ortasına qoyulmuş nəhəng stol ətrafında əsasən, oğurluq və fahişəlik üstündə həbs olunmuş qadınlar, bir də siyasi məhbusların həyat yoldaşları çalışırdılar. Sexdə qadınlardan savayı mavi gözlü bir qoca, bir də balacoy və olduqca yaraşqlı bir oğlan işləyirdi.
Cavad üçün bu, göydəndüşmə olur. Həbs olunsa da, rənglərdən ayrı qalmamışdı, burda yelpikləri boyayacaq, onları müxtəlif peyzajlar və gül-çiçəklərlə bəzəyəcəkdi.
Cavadın bacarğını görən həbsxana yoldaşları – qadınlar — tezliklə ona bir topa kağız tapıb gətirirlər ki, portretlərini çəksin. Bir müddət sonra Cavadın namı Bayıl həbsxanasına yayılır.
Türmənin lotusu Cavadın dalınca adam göndərir ki, onlara döymə vursun. Əvəzində isə Cavada pul, yemək, qadın, tapança, nəşə, hətta ayda bir dəfə bayıra çıxmaq təklif olunur. Ancaq gənc rəssam bunların hamısından imtina edir və lotudan yalnız onu istəyir ki, qoca məhbusun çörəyi əlindən alınmasın. Bir də onunla birlikdə işləyən yaraşqlı oğlana toxunmasınlar. Arabir incə səsə mahnılar oxuyan bu oğlanda qız yaraşığı olduğuna görə daim qorxu altında yaşayırmış ki, birdən məhbuslardan kimsə onu zorlayar.
Həbsxanalarda belə şeylər adi haldır.
Cavadın istəyini lotuya çatdıran elçi bir qədər sonra şad xəbərlə qayıdır. Onun istəkləri yerinə yetiriləcəkdi.
Məhbuslar həbsxana kitabxanasından Kramskinin, Rubensin, Velaskesin, Bryulovun, Delakruanın repreduksiyaları olan nə qədər jurnal, kitab varsa hamısını daşıyıb gətirir, onların arasından istədikləri rəsmi seçirlər. Cavadı təəccübləndirən o olur ki, çoxu oğurluq, quldurluq, qətl üstündə yatan, amansızlıqları ilə ad çıxarmış bu qəddar insanlar məhz Delakruanın romantik rəsmlərinə üstünlük verirlər.
Oğruların, qatillərin, banditlərin dərilərinə dünya rəssamlığının inciləri köçülürdüyü dövrdə Bayıl həbsxanasına da qəribə sakitlik çökür, əvvəlki hərc-mərclik, dava-dalaş səngiyir. Məhbuslar öz aralarında döymələrini müzakirə edir, Cavad haqqında fəxrlə danışırlar ki, Sovet İttifaqının müxtəlif həbsxanalarında yatıblar, amma onun kimi döyməçi görməyiblər.
İnsanların əllərinə, sinələrinə, kürəklərinə, bellərinə çəkdiyi əsərləri görmək, bu gəzən rəsm qalereyasını seyr etmək Cavadın özünə də ləzzət edir, sifarişləri sevərək yerinə yetirir. Hətta bir dəfə həbsxana lotusu Cavadın işlədiyi yerə gəlir, bir müddət tamaşa edir, kürəyinə toxunub xırıltılı səslə deyir: “Sən həqiqi rəssam olacaqsan, təklif elədiyim tulapayına rəsm çəkmədin, yolundan dönmə”.
Cavad məhbus qadınların da nəzərində idi. Az qala heç vaxt göyəm gözlərini Cavaddan çəkməyən qadınlardan biri ona yaxınlaşır: „Sənin üzündə nur var, elə bil, Tanrısan. Mən sənin üçün nə edə bilərəm? Yalnız bunu”.
Qadın sözünü bitirər-bitirməz Cavadın əlindən tutub paçasına aparır. Cavan oğlanın bədənini hərarət bürüyür, utandığından rəngi qızarır. Bunu görən qadın üzr istəyir, bir də belə şeylərin təkrarlanmayacağını söyləyir. Bundan sonra dostlaşırlar. Cavad özündən iki dəfə böyük olan bu qadına oxuduğu romanların məzmununu danışır. Ona kitabxanadan kitab götürüb özünün oxumağının təklif edəndə isə rədd edir, deyir, “sənin danışmağın daha maraqlıdır”.
Göyəmgöz qadın onun üzündə nur görmüşdü, Cavad isə əzab, dibsiz kədər görürdü...
Məktub ötürməsinlər, artıq-əskik danışmasınlar deyə, „xalq düşmənləri”nin qadınlarına daha ciddi nəzarət edilirdi. Bununla belə, nəzarətçilərdən yayınıb söhbətləşir, Cavada öz dərdlərini çatdırırdılar. İşgəncələrə, təhqirlərə dözə bilməyən “xalq düşmənilərinin” qadınları ondan xahiş edirlər ki, çıxanda Moskvaya məktub yazıb, şikayətlərini çatdırsın. Cavad razılaşır.
Barakdakı qadınların acınacaqlı vəziyyətinə dözə bilməyən Cavad anasının kimlərəsə pul verib, içəri göndərdiyi yeməkləri onların arasında bölüşdürür, özü isə həbsxananın qaynadılmış berj balığı və noxud şorbası ilə qane olurmuş. Çoxdandı evin, mətbəxin dadını-qoxusunu unutmuş bu ac qadınlar yeməklərdən daddıqca doğma ocaqlarını xatırlayır, bişirdikləri dolmaları, fisincan-plovları, düşbərələri, küftələri yada salır, bir anlıq da olsun həbsin ağrı-acısını unudub, özlərini əsl qadın kimi hiss edir, hətta kim yaxşı yemək bişirir deyə, mübahisəyə də dalırdılar.
Vaxt gəlir, vədə yetişir, şirinli-acılı bu məhbus günləri bitir. Cavad həbsxanadan çıxanda məhbuslar da onu yola salmağa gəlirlər. Darvazanın qabağına yığışmış bu adamlar əyinlərini soyunub Cavada döymələrini göstərir, söyüş dolu həbsxana jarqonları ilə ehtiramlarını bildirir, onu heç vaxt unutmayacaqlarını deyirlər.
Bu vaxt barakın qapısında bir qrup qadın görünür. Lakin Cavad onlara sarı çevriləndə xəyal kimi yox olurlar. Bu qadınlar Cavadla Moskvaya xəbər göndərmək istəyən „xalq düşməni” arvadları idilər. Qorxurlar, həm özlərinə görə, həm də on beş yaşlı bu cavanın həyatını təhlükəyə atmaqdan qorxurlar. Ki, birdən Cavadla baxışmalarından nəzarətçilər “nəsə” oxuyarlar...
O qadınların arasında Cavad bir nəfəri də görmək, onun göyəm gözlərinə, istirab dolu çöhrəsinə uzaqdan da olsa, son dəfə baxmaq istəyirdi.
Lakin göyəmgöz vidalaşmağa gələn qadınların arasında yox idi...
Mənbə: aznews.az
| ['Cavad Mircavadov', 'rəssam Cavad Mircavadov', 'rəssam'] |