article
stringlengths
6
172k
Ötən il 125 illiyini qeyd etmiş Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı aprelin 19-dan 26-dək respublikamızın müxtəlif rayonlarında qastrol səfərində olub. Kollektiv bu səfər çərçivəsində teatrsevərlərə “Atabəylər” tamaşasını təqdim edib. Maraqlı səhnə tərtibatı olan tamaşanın quruluşçu rejissoru xalq artisti Mərahim Fərzəlibəyov, rejissoru isə Naxçıvan Dövlət Musiqili Dram Teatrının direktoru və baş rejissoru, xalq artisti Kamran Quliyevdir. Kamran Quliyevin qəzetimizə verdiyi məlumata görə, bu, kollektivin cari ildə bölgələrə ilk qastrol səfəri olub. Qəbələ, Yevlax, Masallı, Lənkəran, Cəlilabad rayonlarında nümayiş etdirdikləri “Atabəylər”in maraqla qarşılandığını vurğulayan Kamran müəllim ölkəmizin digər bölgələrinə də səfər edəcəklərini bildirdi. Onun sözlərinə görə, Naxçıvan Muxtar Respublikasının 85 illiyi ilə bağlı ölkənin rayonlarına təşkil edilən qastrol səfərlərində əsas məqsəd son illər inkişaf edən Naxçıvanın teatr sənəti nümunələri ilə də geniş tamaşaçı auditoriyasını tanış etməkdir: “Maraqlı səhnə tərtibatı olan ”Atabəylər“də əsas rolları xalq artistləri - Həsən Ağasoy (Nizami Gəncəvi), Kamran Quliyev (Qızıl Arslan), Rza Xudiyev (Toğrul), əməkdar artistlər - Xəlil Hüseynov (Əcəmi), Elmira Kərimova (İnanc Xatın) tamaşaçılara təqdim ediblər. Əsər Azərbaycanın keçmişinə həsr olunsa da, aktyorların oyunu tamaşaçılara zaman fərqini unutdurur”. O həmçinin müşahidələrinə əsasən tarixi tamaşaların daha maraqla izlənildiyini vurğuladı. Kamran müəllim bu səfər çərçivəsində Hüseyn Cavidin “İblis” (quruluşçu rejissoru Kamran Quliyevdir) tamaşasının da nümayişinin nəzərdə tutulduğunu dedi: “Lakin çıxış etdiyimiz mədəniyyət ocaqlarında müəyyən texniki imkanların olmaması ucbatından onu tamaşaçılara təqdim edə bilmədik”. Qeyd edək ki, zəngin repertuara malik Naxçıvan Dövlət Musiqili Dram Teatrı bu yaxınlarda Türkiyənin Kayseri şəhərinə də səfər edəcək. Bu səfərin Kayseri bələdiyyəsinin dəvəti ilə reallaşacağını qeyd edən Kamran müəllim türkiyəli sənətsevərlərə Elçin Mirzəbəylinin quruluşunda “Nadir şah”ı təqdim edəcəklərini bildirdi. “Bəs kollektiv hazırda hansı yeni tamaşa üzərində işləyir?” sualına isə həmsöhbətimiz belə cavab verdi: “Hazırda mənim quruluşumda xalq yazıçısı Elçinin ”Ah, Paris, Paris“ əsərinin son məşqləri gedir. Bu tamaşanı mayın üçüncü ongünlüyündə tamaşaçılara təqdim edəcəyik”. Qvami Məhəbbətoğlu.
Vahid Əhmədov: “Qlobal maliyyə böhranı bəzi ölkələrdə dövlət çevrilişlərinə səbəb ola bilər”. “Nabukko” layihəsi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin Davosda səsləndirdiyi fikirlər müxtəlif dairələr tərəfindən birmənalı qarşılanmadı. Hətta bəzi ekspertlər bunu Azərbaycanın “Nabukko”ya ciddi əhəmiyyət verməməsi kimi qiymətləndirdilər. Bu və ya digər suallarımıza cavab almaq üçün Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının üzvü Vahid Əhmədova müraciət etdik. Müsahibimiz söhbət zamanı dünyada yaşanan qlobal iqtisadi böhran və onun ölkəmizə təsirləri ilə bağlı suallarımızı da cavablandırdı. -Vahid müəllim, fikirinizcə, “Nabukko” layihəsinin reallaşması yaxın zamanlarda baş tuta bilərmi? - Mənim fikrimcə, dünyada baş verən qlobal maliyyə böhranı ilə əlaqədar “Nabukko” layihəsinin tezliklə həyata keçirilməsi mümkün olmayacaq. Digər tərəfdən, kəmərin tez bir zamanda tikilib başa çatmasına mane olan bir neçə səbəb də var. Əsas səbəb odur ki, çəkilməsi nəzərdə tutulan kəmərə kifayət qədər təbii qazın vurulması da hazırda mümkün deyil. Kəmərin tam həcmdə doldurulması üçün Azərbaycan qazı kifayət etməyəcək. Ona görə də Avropa Azərbaycana qonşu olan digər dövlətləri də bu layihəyə cəlb etmək istəyir. Digər çətinlik isə maliyyə məsələsidir. Kəmərin çəkilməsi üçün təqribən 8 milyard avro vəsait tələb olunur. Dünya Bankı və bəzi beynəlxalq maliyyə qurumları bu layihəyə vəsait ayıracaqlarını bildiriblər. Amma hələ də maliyyə problemi tam həll olunmayıb. - Yəqin ki, layihənin reallaşmasını istəməyənlər də var. - ”Nabukko”nun reallaşmasına müqavimət göstərən qüvvələr var. Onlardan biri də Rusiyadır. Çünki “Nabukko” layihəsinin həyata keçirilməsi Avropanı Rusiya asılılığından, qismən də olsa, azad edəcək. Amma istənilən halda Avropanın təbii qaza olan tələbatı Rusiyadan asılı olacaq. Bu yaxınlarda Rusiya, İran və Qətər təbii qazla bağlı birgə əməkdaşlıq haqqında razılıq əldə ediblər. - Prezident İlham Əliyev mətbuata verdiyi açıqlamada bildirib ki, əgər Rusiya sərfəli təklif irəli sürərsə, Azərbaycan öz qazını bu ölkəyə sata bilər. Prezidentin bu açıqlamasına sizin münasibətinizi bilmək istərdik? Rusiyanın “Qazprom” şirkətinin prezidenti Bakıda səfərdə olarkən bəyan etdi ki, onlar Azərbaycan qazını 400-430 dollardan almağa hazırdırlar. Bu isə dünya bazarındakı qiymətlərə tamamilə uyğundur. İstənilən ölkənin başçısı, ilk növbədə, öz dövlətinin iqtisadi maraqlarını qorumalıdır. Ona görə də Azərbaycan Prezidentinin səsləndirdiyi fikri müsbət qiymətləndirirəm. Azərbaycan eyni zamanda “Nabukko” layihəsinin həyata keçirilməsində də Dövlət Neft Şirkəti vasitəsilə iştirak edir. - Azərbaycan üçün bu layihənin əhəmiyyəti nə olacaq? - Bizim üçün belə bir layihənin həyata keçirilməsi olduqca vacibdir. Çünki neft və qaz ixrac edən ölkələrdə nə qədər alternativ ixrac yolları olarsa, bu, həmin ölkələr üçün həm təhlükəsizlik, həm də iqtisadi baxımdan faydalı olar. Hansı məsələlərin müzakirə olunması gözlənilir? Amma o vaxt hökumətin iqtisadi dairələrindən təklif etdilər ki, bəzi investisiya layihələri büdcəyə daxil edilməsin. Əgər neftin qiyməti büdcədə göstərilən səviyyəyə, yəni 70 dollara yüksələrsə, onda bu layihələr büdcəyə daxil edilər. Yox əgər qiymətlər dəyişməzsə, onda bu layihələr təxirə salınar. Ona görə də nəzərdə tutulub ki, may-iyun ayları üçün dövlət büdcəsi Milli Məclisdə yenidən müzakirəyə çıxarılsın. Bu gün dövlət büdcəsinin təqribən 30-35 faizi neftdən gələn gəlirlər hesabına formalaşır. Neftin qiymətinin 50-55 dollar olması büdcəyə ciddi təsir etməsə də, qiymətlərin 70 dollar səviyyəsində göstərilməsi düzgün deyil. Büdcədə göstərilən rəqəmlər real qiymətlərə uyğun olmalıdır. Bu barədə ekspertlər tərəfindən fərqli fikirlər səslənir. Bu il isə təqribən 1 faiz həddində olacağı gözlənilir. Belə bir vəziyyətdə neftin qiymətinin yüksələcəyi inandırıcı görünmür. Çünki iqtisadi sahədə yaşanan durğunluq neftə olan tələbatı aşağı salır. Amerikada iqtisadi böhrana qarşı həyata keçirilən tədbirlər, hələlik, yetərli səviyyədə olmadığı üçün böhranın bu il də davam edəcəyi gözləniləndir. - Qlobal maliyyə böhranının ölkəmizə ciddi təsirləri ola bilərmi? Hər dəfə də bu ciddi hadisələrlə müşayiət olunur. Hətta keçən əsrin 30-cu illərində baş verən qlobal iqtisadi böhran İkinci Dünya müharibəsinin də əsas səbəblərindən biri olmuşdu. Sonuncu böhranın hansı hadisələrə səbəb olacağını isə proqnozlaşdırmaq çətindir. Ola bilsin ki, bir sıra ölkələrdə dövlət çevrilişləri baş versin. Azərbaycan da Avropanın bir hissəsidir. Baş verən maliyyə böhranı ölkəmizdən də təsirsiz ötüşməyəcək. Artıq bu böhran bank sektoruna öz təsirini göstərib. Kreditlərin verilməsində müəyyən çətinliklər yaranıb. Amma hökumət və Milli Bank tərəfindən bir sıra tədbirlər görülüb. Xüsusən, uçot faiz dərəcələrinin aşağı salınması olduqca əhəmiyyətli addımdır. Hesab edirəm ki, hazırda 5 faiz həddində olan uçot dərəcələri 2 faizə endirilməlidir. Artıq Avropanın bir sıra ölkələrində bankların milliləşdirilməsi prosesi gedir və Azərbaycanda da bu istiqamətdə addımlar atılmalıdır. Maliyyə böhranının gətirdiyi ən ciddi problem işsizlik məsələsi olacaq. Avropada və Rusiyada işsizlik sürətlə artır. Rusiyada çoxlu sayda soydaşımız işləyir və onlar hər il ölkəmizə böyük məbləğdə vəsait göndərir. Əgər bu vəsait ölkəyə daxil olmazsa, ciddi gərginlik yaşana bilər. Amma Azərbaycanın hal-hazırda 18 milyard dollar ehtiyat vəsaiti var və bundan düzgün istifadə olunarsa, maliyyə böhranının təsirini azaltmaq olar. - Bəzi iqtisadçılar təklif edirlər ki, Azərbaycan öz valyuta ehtiyatlarını maliyyə böhranı nəticəsində ucuzlaşan qiymətli kağızların satın alınmasına yönəltməlidir. Bu təklifi nə qədər uğurlu hesab etmək olar? - Dünya maliyyə böhranından Azərbaycanın daha az zərər görməsinin əsas səbəblərindən biri, ölkəmizin dünya qiymətli kağızlar bazarında iştirak etməməsi oldu. Əgər ölkəmiz səhm bazarında iştirak etsəydi, bu gün maliyyə böhranının daha ciddi təsirləri ola bilərdi. Hesab edirəm ki, valyuta ehtiyatlarının qiymətli kağızlar bazarına yönəldilməsi səhv addım olardı. - İqtisadi böhranla əlaqədar olaraq, bir çox ölkələrdə qiymətlərin ucuzlaşması müşahidə olunur. Amma, nədənsə, Azərbaycanda bu ucuzlaşma o qədər də hiss olunmur. - Bəzi sahələrdə qiymətlərin aşağı düşməsi müşahidə olunur. Məsələn, tikinti materiallarının qiyməti təqribən 20-25 faiz həddində ucuzlaşıb. Amma digər sahələrdə bunu müşahidə etmək olmur. Bunun müxtəlif səbəbləri var. Əsas səbəblərdən biri, inhisarçılıqdı ki, bunu dəstəkləyən şəxslər var. Hətta hökumətdə olan şəxslərin içərisində elələri var ki, onlar qiymətlərin aşağı düşməsinə imkan vermirlər. - Davos iqtisadi forumunda baş verən hadisəyə sizin münasibətinizi bilmək istərdik. - Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Davos forumunda atdığı addım tamamilə doğru idi. Fələstində baş verənlərə laqeyd qalmaq mümkün deyil. Eyni zamanda erməni əsilli aparıcı tərəfindən dünyanın aparıcı dövlətlərindən olan Türkiyənin baş nazirinə qarşı hörmətsizlik edildi. Ona görə mən də bütün azərbaycanlılar kimi, eyni zamanda bir millət vəkili kimi Türkiyə Baş nazirinin bu addımını alqışlayıram.
“Kürdəmirin inkişafında hamının əməyi var”. Son illər Kürdəmir rayonunun iqtisadi-sosial və mədəni sahələrində hansı irəliləyişlər əldə edilib? Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini Arzu Şahbazov ona ünvanladığımız suala belə cavab verdi: “Son dörd ildə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində rayonumuzda da bütün sahələrdə inkişafa nail olunub. Rayon mərkəzi və ayrı-ayrı yaşayış məntəqələri öz simasını əsaslı surətdə dəyişib, daha gözəl və yaraşıqlı olub. Bütün bunlar, əlbəttə, insanların həyat tərzinə, mənəvi aləminə, əhvali-ruhiyyəsinə də müsbət təsirini göstərib”. Həmsöhbətimizin sözlərinə görə, artıq Kürdəmirdə “Kürdəmir-Broyler” və “Kürdəmir-Taxıl” açıq səhmdar cəmiyyətləri fəaliyyətlərini genişləndirib, “Şərq” MMC işini bərpa edib. Bütün bunlar isə son illər rayonda sənaye obyektlərinin dirçəlməsi deməkdir. Bu işdə, təbii ki, Prezident İlham Əliyevin regionların inkişaf etdirilməsi ilə bağlı həyata keçirdiyi siyasətin mühüm rolu olub. Şəhərdə Heydər Əliyev Muzeyi istifadəyə verilib, Şəhidlər xiyabanı, 20 Yanvar, Qələbə parkları yenidən qurulub. Ötən ilin sentyabr ayında ölkə başçısı İlham Əliyevin iştirakı ilə bir sıra müəssisələrin, o cümlədən Kürdəmir Olimpiya Kompleksinin, “Gənclər evi”nin, “Qelios” firmasına məxsus şirə emalı zavodunun və Kürdəmir dairəvi yolunun açılışında iştirakını bu gün rayonun hər bir sakini fərəhlə xatırlayır. Hazırda Kürdəmirdə bir sıra obyektlərin inşası aparılır. Qeyd edək ki, belə müəssisə respublikamızda ilk dəfədir ki, inşa edilir. Müxtəlif içkilər istehsal edəcək “Qelios” müəssisəsinin isə bu ilin sonunadək tam gücü ilə işə salınması nəzərdə tutulub. “Azersun Holding” rayonda 27 hektarlıq ərazidə regional əhəmiyyətli süd emalı zavodunun inşasını davam etdirir. Adları qeyd edilən bu üç müəssisədə 6 minə yaxın işçinin çalışacağı gözlənilir. Hazırda rayonun 5 kəndində məktəb, eləcə də inzibati binaların inşası da davam etdirilir. Üzümçülük önə keçir. Rayonda üzümçülüyün inkişafı geniş vüsət alıb. Yaxın illərdə üzüm bağları sahəsinin 1500 hektara çatdırılması nəzərdə tutulub. Bu gün “Şirvanşah” sortuna tələbat daha çox olduğundan son illər 50 hektar ərazidə bu sortun çubuqları basdırılıb. Kürdəmirdə əkinçilik, o cümlədən taxılçılıq, narçılıq, əkinçilik, heyvandarlıq da, beləcə, diqqət mərkəzindədir. Mövcud “Aqrotexservis” şəbəkələrinin maddi texniki bazasının gücləndirilməsi də daim gündəmdədir. Yollara diqqət artıb. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq, rayon ərazisində magistral, rayonlararası və rayondaxili yolların asfaltlaşdırılması, yenidən qurulması sahəsində də müəyyən işlər görülüb. Qazıməmməd-Kürdəmir və Kürdəmir-Ucar avtomobil yollarının rayon ərazisindən keçən hissəsinin 25 km məsafəsi iki qat asfaltlaşdırılıb. Yolun Kürdəmir şəhəri ərazisindən keçən 4,5 km hissəsində asfalt örtüyünün təmiri davam etdirilir. Girdiman çayı üzərində körpü tikilib. Yerli büdcənin vəsaiti hesabına bir sıra kəndlərə gedən yollar da bərpa olunub. Rayon əhalisinin içməli suya olan tələbatını ödəmək məqsədi ilə çəkilən II Köhünlü-Kürdəmir su xətti 2007-ci ildə istismara verilib. Rayonun Sığırlı, Köhünlü, Şüşün, Sovla, Beyi və Çöhranlı kəndlərinə sutəmizləyici qurğular quraşdırılıb. Kürdəmirin digər kəndlərində də bu işə başlanılıb. Kürdəmir şəhərinin çox ərazisində çirkab suların axıdılması ciddi problem yaratdığından 650 metr uzunluğunda yeni kanalizasiya xətti çəkilib. Arzu müəllimin sözlərinə görə, əldə olunan bütün nailiyyətinlərdə hər bir kürdəmirlinin zəhməti var. Babək Əsgərov. Qvami Məhəbbətoğlu.
Türkiyə Dağlıq Qarabağla bağlı diplomatiyasını intensivləşdirir. Türkiyənin baş diplomatı Əli Babacan qardaş ölkənin Dağlıq Qarabağla bağlı mövqeyini bir daha təkrarlayaraq, münaqişəsinin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin mümkün olduğunu deyib. Türkiyənin xarici işlər naziri Əli Babacan Münxendə Ermənistan Prezidenti Serj Sarkisyan və erməni həmkarı Edvard Nalbandyanla görüşdükdən dərhal sonra Azərbaycana qısamüddətli səfərə gəlib. İşgüzar xarakter daşıyan səfər çərçivəsində o, dünən Prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşdükdən sonra mətbuata hər hansı açıqlama vermədən həmin gün Türkiyəyə qayıdıb. Görüşlərdə Dağlıq Qarabağ münaqişəsi başda olmaqla, bir sıra regional və ikitərəfli məsələlər müzakirə olunub. Əvvəlcə, Məmmədyarovla bir araya gələn Babacan azərbaycanlı həmkarı ilə Qafqazda Əməkdaşlıq və Sabitlik Platforması (QƏSP) barədə fikir mübadiləsi aparıb. Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən verilən məlumata görə, Babacan görüşdə: “Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkündür”, - deyib. O, həmçinin regionda sülhün bərqərar olunmasının zəruriliyini qeyd edərək, bölgədəki münaqişələrin tez bir zamanda həllinin vacibliyini də vurğulayıb: “Regiondakı münaqişələr tezliklə həll olunmalıdır”. Nazir E. Məmmədyarov görüşdə Türkiyənin QƏSP təklifini yüksək qiymətləndirib, niyyətin region üçün vacibliyini və onun gələcəkdə reallaşması üçün müzakirələrin davam etdirilməsinin gərəkliyini vurgulayıb. Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Burak Özügərgin də qardaş ölkənin mətbuatına verdiyi açıqlamada deyib ki, Babacan bölgədə sülhə nail olmaq üçün regional anlaşılmazlıqların tez bir zamanda aradan qaldırılmasının vacibliyini vurğulayıb. Ölkə başçısı İlham Əliyevlə görüşdə də eyni məsələlərin müzakirə edildiyi bildirlir. Ə. Babacanın son səfərinə diqqətləri yönəldən fakt onun üç gün əvvəl Münxendə Sarkisyan və Nalbandyan ilə görüşdən dərhal sonra gerçəkləşdirilməsi ilə bağlıdır. 45-ci Təhlükəsizlik Konfransı çərçivəsində bir avropalı deputatın “Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması üçün nə etmək lazımdır” sualına cavab olaraq Babacan deyib ki: “Bizim Ermənistanla başlayan görüşlərimizin hədəfi bölgədə münasibətləri normallaşdırmaqdır. Ermənistanla Azərbaycan və Türkiyə ilə Ermənistan arasındakı münasibətlərin bütünlüklə normallaşmasına nail ola bilsək, bölgədə vəziyyət çox dəyişəcək. Bu dəyişikliyə nail olsaq, bu, bütün tərəflər üçün avantajlı olacaq. Əsas odur ki, indilik bir-birimizə söyləmək istədiklərimizi bağlı qapılar arxasında söyləyək və sadəcə, açıqlamaq istədiyimiz məsələləri açıqlayaq”. Xatırladaq ki, Davos zirvəsində də Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan da Ermənistan rəhbəri Sarkisyanla bir araya gəlmişdi. Siyasi müşahidəçilər bütün bu görüşləri Türkiyənin Qarabağla bağlı diplomatiyasını intensivləşdirməsiylə izah edirlər. Babacanın Azərbaycana səfərinin yalnız regional deyil, həm də beynəlxalq əhəmiyyət daşıdığını söyləyən politoloq Leyla Əliyeva: “Hazırda regionda yeni siyasi vəziyyət əmələ gəlib və bu amil Türkiyənin bölgədəki hərbi strateji, iqtisadi və tranzit ölkə kimi əhəmiyyətini daha da artırıb. Qərb bu amildən istifadə edərək regionda Rusiyanı neytrallaşdırmaq və öz maraqlarını qorumaq üçün Türkiyə amilindən istifadə etməyə çalışır. Onlar bu məqsədlə Türkiyə-Ermənistan münasibətlərini normallaşdırmaq və iki ölkə arasında diplomatik əlaqələrin bərpa edilməsi məsələsinin Dağlıq Qarabağ probleminin həlli şərtindən ayıraraq başqa müstəviyə keçirmək istəyirlər. Eyni zamanda başda ABŞ olmaqla Qərb ölkələri “Nabukko”nun reallaşdırılması üçün Türkiyənin Azərbaycan və Türkmənistanla olan sıx əlaqələrindən də yararlanmaq istəyirlər. Ona görə də Babacanın Azərbaycana bu səfərinin həm də beynəlxalq əhəmiyyət daşıdığı şübhə doğurmur”, - deyib. Politoloq Rasim Musabəyov isə Babacanın Azərbaycana qısa müddətli səfərinin Cümhurbaşqanı Abdullah Gülün Moskvaya gözlənilən səfəri ilə əlaqədar ola biləcəyini söyləyib: “Gülün Moskvaya səfəri ərəfəsində həm regiondakı münaqişələrin həlli, həm QƏSP, həm də “Nabukko” layihəsi, o cümlədən Türkiyə-Ermənistan münasibətləri və Ankara-Moskva əlaqələrinin yeni müstəviyə keçirilməsi yolları əsas müzakirə mövzusu olacaq. Ona görə də Babacan bu məsələlərin Azərbaycan üçün xüsusi önəm daşıdığını nəzərə alaraq, bu barədə Bakının mövqeyini bir daha öyrənmək üçün Bakıya işgüzar səfərə gəlmişdi”, - deyib.
“Məqsədimiz İsmayıllını turizm mərkəzinə çevirməkdir”. Son 4 ilədək İsmayıllı respublikamızın ümumi inkişaf sürəti ilə, demək olar ki, ayaqlaşa bilmirdi. Çox gözəl təbiəti olan bu diyarda hətta adi abadlıq belə, yada düşmürdü. Sanki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının bu rayona əsla dəxli yox idi... Lakin 3 il öncə rayona başçı təyin olunmuş Nizami Ələkbərov öz işgüzarlığı ilə az vaxt ərzində bu boşluğu, sözün həqiqi mənasında, doldura bildi. Bəli, son illər təbiətin İsmayıllıya verdiyi gözəlliyə insan əlinin zəhməti də əlavə olunub. Yeni tikililər, abadlıq-quruculuq işləri rayona gələn hər kəsin ilk baxışdanca diqqətini cəlb edir. Belə ki, İsmayıllı şəhərinin mərkəzində Heydər Əliyev Muzeyi, inzibati binalar, əlillər və şəhid ailələri üçün 52 mənzilli 2 yaşayış binası tikilib istifadəyə verilib. Rayonda müasir mədəniyyət və istirahət kompleksi yaradılıb. Bir sözlə, illərdən bəri yığılıb qalan, rayon əhalisini narahat edən problemlərin həlli istiqamətində görülən işlər rayonun simasını tamamilə dəyişib. Bu mənada son üç il bu rayonun tarixinə abadlıq, quruculuq illəri kimi düşüb. Quruculuq davam edir... İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini Rövşən Ağayev rayon miqyasında görüləcək işlərdən söz açaraq bildirdi ki, gələn il rayonda 3 emal müəssisəsinin (çörək, süd, ət emalı) tikilməsi planlaşdırılıb. Şəhərdə iki ədəd yeddimərtəbəli, bir doqquz-mərtəbəli və üçmərtəbəli yaşayış binalarının inşası davam etdirilir. Onu da deyim ki, bu binalar müstəqillik illərində İsmayıllıda inşa olunacaq ilk çoxmərtəbəli binalar olacaq. Mərkəzi Xəstəxana əsaslı təmir olunacaq, bir neçə məktəb tikiləcək. Bu obyektin bu ilin sentyabrında istifadəyə verilməsi gözlənilir. Texniki Peşə Məktəbinin inşasına başlanılıb. Bu il şəhərin su və kanalizasiya sisteminin yenidən qurulmasına da start veriləcək. Əlillər və şəhid ailələri üçün 52 mənzildən ibarət iki bina istifadəyə verilib. Hazırda daha bir belə bina inşa olunur. Lahıca diqqət artırılıb. Daha sonra hər bir turistin diqqət mərkəzində olan Lahıcdan söz açan Rövşən müəllim bu məkanın onun özü boyda muzey olduğunu dilə gətirdi. Odur ki, İsmayıllıya gələn hər kəs ora baş çəkməyə cəhd edir. Rövşən müəllimin sözlərinə görə, sel sularından mühafizə məqsədilə Lahıcda bəndin tikintisi başa çatdırılıb. Eyni zamanda bu qəsəbəni ətraf kəndlərlə birləşdirən körpü də inşa olunub: “BMT-nin İnkişaf Fondunun “Gözəl Azərbaycan” layihəsi əsasında Lahıcın tarixi görkəminin bərpası sahəsində çox işlər görülüb. Belə ki, müasir standartlar əsasında salınmış darvaza, qapı və pəncərələr evləri öz keçmişlərinə qaytarıb. Yaponiyanın ölkəmizdəki səfirliyinin vəsaiti ilə Lahıcda 500 tonluq su anbarı da inşa olunub. Yeri gəlmişkən, onu da deyim ki, qəsəbədə ən müasir tələblərə cavab verən “Lahıc-Tur” turizm-informasiya mərkəzi də fəaliyyət göstərir. Çalışacağıq ki, Lahıc ilin bütün fəsillərində ən tələbkar turistin belə, zövqünü oxşasın”. Bütövlükdə isə son illər İsmayıllıda 10-dan artıq istirahət mərkəzi istifadəyə verilib. Hazırda Talıstan kəndi ərazisində 502 yerlik Turizm İstirahət Kompleksi də inşa olunur. “Şirinsu” turizm kompleksinin biznes planı isə nazirliyə təqdim edilib. Həmsöhbətimiz bununla bağlı söhbətini bu sözlərlə tamamladı: “Məqsədimiz İsmayıllını Azərbaycanın turizm mərkəzinə çevirməkdir”. Rövşən müəllimin sözlərinə görə, İsmayıllı, Qobustan, Şamaxı rayonlarındakı meşə zolaqları da daxil olmaqla təşkil olunacaq Milli park bu rayonun da təbii ehtiyatlarının qorunmasına öz töhfəsini verəcək. Üzümçülüyə yaşıl işıq... İsmayıllı yollarında “Üzümçülüyü bərpa edək” şüarına tez-tez rast gəlmək mümkündür. Bununla əlaqədar ünvanladığımız sualı cavablandıran Rövşən müəllim dedi ki, sovetlər dönəminin son illərində Kürdəmir üzümçülüyü, sözün həqiqi mənasında, yerlə yeksan edildi. Bununla da əhali əsas gəlir mənbəyindən məhrum oldu. “İndi bu sahəni dirçəltməklə də camaatın rifahını yaxşılaşdırmağa çalışırıq. Artıq proqramın qəbulundan ötən dövr ərzində 700 hektara yaxın sahədə üzüm bağları salınıb. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Bir məsələni də qeyd edim ki, Tircan kəndində fəaliyyət göstərən arıçılıq təsərrüfatı da Kənd Təsərrüfatı Nazirliyi tərəfindən damazlıq təsərrüfat kimi təsdiq olunub”. Kəndlərə qaz verilişi bərpa olunur. Onun sözlərinə görə, ötən il istifadəyə verilmiş yeni 5 saylı qazpaylayıcı stansiya kəndlərin qazla təchiz olunmasına real şərait yaradır. Qeyd edək ki, sovet dönəmində İsmayıllının 38 kəndi qazlaşdırılmışdı. Bunlarla yanaşı, qeyd etmək lazımdır ki, qaz təminatı ilə əlaqədar bir çox kəndlərdə təmir-bərpa işləri görülsə də, əksər yerlərdə qazın təzyiqi aşağıdır. Babək Əsgər, Qvami Məhəbbətoğlu.
O vaxt Avropada və dünyanın əksər ölkələrində zərərlə işləyən şirkətlər Tetçerin islahatlarına müəyyən qədər şübhə ilə yanaşırdılar. Lakin Tetçerin dövlətin nəzarəti altında olan şirkətləri özəlləşdirmə siyasətinin uğur gətirməsini görəndən sonra onlar da analoji təcrübədən istifadə etməyə başladılar. 50-dən artıq ölkə Tetçerin adıçəkilən sahədəki islahatlarından və bununla bağlı əldə edilən təcrübədən istifadə edərək iqtisadi tərəqqi yoluna qədəm qoydular. Tetçerin İngiltərədə keçirdiyi islahatlar tanınmış iqtisadçı, “Ölkələrin zənginliyi” (“The Vealth of Nations”) kitabının müəllifi olan Adam Smit və iqtisadi inkişaf üçün Keynesianizm modelini təklif edərək böyük şöhrət qazanan J.M. Keynesin qazandıqları uğurları belə kölgədə qoydu. Amma Tetçer, sadəcə olaraq, mahir bir iqtisadi islahatlar ustası deyildi, həm də bacarıqlı siyasi strateq, savaş ustası idi. Gözlərini belə qırpmadan savaşa girdi. Ötən əsrin 80-ci illərinin əvvəllərində İngiltərədən minlərlə kilometr uzaqda olan Argentinada hərbi xunta hakimiyyətdə idi. Ölkədə baş verən iqtisadi böhran Argentinanın hərbi rəhbərliyini vəziyyətdən çıxış yolu axtarmağa məcbur etdi. Bunun üçün onlar hədəf də tapdılar. Bu, 19-cu yüzilliyin əvvəllərindən bəri İngiltərə tərəfindən işğal edilən və ölkənin sahil sularında yerləşən Folklend (Malvin) adalarının geri alınması idi. Hərəkətə keçən Argentina hərbi qüvvələri qısa sürən döyüşlərdən sonra adanı ingilislərdən təmizləyərək Malvin üzərində nəzarəti bərpa etdilər. Bu, İkinci Dünya müharibəsindən sonra İngiltərənin nəzarəti altında olan keçmiş müstəmləkə ərazisinə qarşı edilən ilk hərbi hücum idi. Həmin dövrdə İngiltərə iqtisadi islahatların birinci mərhələsində idi və bu, ölkədəki maddi vəziyyəti daha da ağırlaşdırmışdı. Argentinanın Folklend (Malvin) adaları üzərində nəzarəti bərpa etməsi və bu məqsədlə ingilislərlə savaşa girməsi Tetçerin də xeyrinə işləyən fakt oldu. Hamı Tetçerin bu məsələdə qətiyyətsiz hərəkət edəcəyini və adanın yenidən İngiltərənin nəzarəti altına qaytarılması üçün hərbi savaşa girməyəcəyini düşünürdü. Lakin Tetçer dərhal İngiltərə hərbi dəniz və hərbi hava qüvvələrini hərəkətə gətirdi. O, hərbçilərlə görüşündə adanın yenidən ələ keçirilməsi barədə onların qarşısında vəzifə qoydu. Lakin o, ada üzərində yenidən nəzarəti həyata keçirmək üçün sərbəst şəkildə qərarların qəbul edilməsini hərbçilərin özlərinə həvalə etdi. Folklend uğrunda gedən döyüşlərdə İngiltərə İkinci Dünya müharibəsindən sonra ən böyük itkilərini verdi. Baş verən itkilər isə Tetçeri çox məyus etmişdi. O bununla bağlı narazılığını bildirəndə generallar: “Hörmətli baş nazir, əgər bizim daha az itki verməyimizi istəyirsinizsə, onda bizə daha çox təyyarə və hərbi gəmi verin”, - demişdilər. Yəni hərbçilər bununla da Tetçerə hərbi xərclərin artırılmasının vacibliyini bildirmişdilər. Amma böyük itkilər hesabına da olsa, ingilislər ada üzərində nəzarəti ələ keçirə və oradan Argentina əsgərlərini sıxışdırıb çıxara bildilər. Bunun ardınca dənizdə digər hərbi qələbələr də qazanıldı və Argentina sülh anlaşması imzalamaq üçün İngiltərəyə müraciət etmək məcburiyyətində qaldı. Bu müharibədə əldə edilən böyük uğur Tetçerin dünyadakı şöhrətini daha da artırdı. Baş nazirin cəsarətli qərarlar qəbul etməsi Avropada və dünyanın hər yerində rəğbətlə qarşılanırdı. Tetçer həm də o dövrdə Avropadakı qadın siyasətçilər üçün bir modelə çevrilmişdi. Folklend adalarının geri qaytarılması uğrunda gedən savaşlarda İngiltərənin qələbə çalması və bu zəfərdə Tetçerin adının hallandırılması ona növbəti seçkilərdə də qələbə çalmaq imkanı verdi. Amerikanı da o idarə edirdi. Marqaretin iqtisadi, siyasi və hərbi uğurlarına heyran qalan kişi siyasətçilər o dövrdə kifayət qədər idi. Onlardan biri də Tetçerdən 18 ay sonra ABŞ-da prezident seçilən Ronald Reyqan idi. O, Tetçerdən nümunə götürərək onun yolu ilə getməyə başladı. Reyqan da prezident seçiləndə ABŞ-da iqtisadi sahədə bir durğunluq yaşanırdı. Ona görə də ölkə iqtisadiyyatını inkişaf etdirmək və iqtisadi durğunluğu aradan qaldırmaq məqsədi ilə Reyqan Tetçerin təcrübəsindən istifadə etdi. O, özəlləşdirmə və sərbəst bazar iqtisadiyyatının daha azad şəkildə inkişaf etdirilməsi üçün İngiltərə təcrübəsi əsasında bəzi islahatlar həyata keçirdi. Reyqan eyni zamanda bu sahədə Tetçerlə tez-tez məsləhətləşir və onun verdiyi tövsiyələrə can-başla əməl edirdi. Amma Tetçerlə Ronald Reyqanı yalnız iqtsadi sahədə olan işbirliyi birləşdirmirdi. Onların hər ikisini bir-birilərinə daha sıx yaxınlaşdıran bir mühüm amil vardı: SSRİ-yə qarşı barışmaz düşmənçilik. Qərbdə şeytan imperatorluğu adlanan SSRİ-yə qarşı aparılan mübarizədə Tetçer və Reyqanın birgə hərəkət etmələri və bununla bağlı qüvvələrini birləşdirmələri isə SSRİ-nin sonunu yaxınlaşdırdı. Həmin illərdə qazandığı uğurlar onun “Dəmir Ledi” adlanması ilə nəitcələndi. Amma nə qədər qəribə olsa da Tetçerə “Dəmir Ledi” ləqəbini onu sevənlər deyil, düşməni olan SSRİ verdi. Tetçer həmin dövrdə ruslar haqqında belə demişdi: “Ruslar dünyaya hakim olmaq və tarixdə ən məşhur dövlət kimi qalmaq istəyirlər. İctimaiyyətin bu barədə nə düşündüyü və əhalinin necə yaşadığı onları maraqlandırmır. Onlar üçün silahlar kərə yağından əvvəl gəlir. Bizim üçünsə, əksinə, öncə insanların maddi vəziyyəti gəlir”. Tetçerin bu sözlərinə cavab olaraq, “Krasnaya Zvezda” (“Qızıl ulduz”) qəzeti onu təhqiramz şəkildə “Dəmir Ledi” adlandıraraq, baş nazirin ünvanına ağlasığmaz təhqirlər yağdırdı. Moskva radiosu adıçəkilən qəzetin Tetçerə yapışdırdığı bu “təhqiramiz” ləqəb barədə bütün dünyaya məlumat yaydı. Lakin ruslar tərəfindən ünvanına deyilən bu “təhqiramiz” ifadə Tetçerin xoşuna gəldi və o, qürurla ona verilən bu ləqəbi daşımağa başladı. Amma Tetçerin rəhbərliyi dövründə İngiltərə də sürətlə silahlanmağa başlamışdı. İngiltərə və ABŞ-ın ötən əsrin sonunda SSRİ-nin dağılması üçün birgə qəti addımlar atması şər imperiyasının çökməsi prosesinə yeni bir sürət verdi. Tetçer Reyqana bildirmişdi ki, silahlanmaya nə qədər çox pul ayırsalar, o qədər də SSRİ-nin iqtisadi yöndən çökməsini sürətləndirmiş olacaqlar. Reyqan və Tetçer bununla kifayətlənməyərək SSRİ-nin o dövrdəki rəhbəri Mixail Qorbaçova təsir edərək, onu Qərbdəki kimi iqtisadi sahədə islahatlar keçirməyə sövq etdilər və bu yolda sona kimi getməsini məsləhət gördülər. Tetçer Qorbaçova: “Biz birgə işləyə və fəaliyyət göstərə bilərik”,-deyərək ona iqtisadi islahatlardan geri çəkilməməyi məsləhət görmüşdü. Dəmir Ledi SSRİ-yə qarşı digər bir cəbhəni ABŞ-la birlikdə Əfqanıstanda açdı. Əfqanıstanı işğal edən ruslara qarşı döyüşmək üçün əfqan mücahidlərinə təlimlər keçən və onlara silah və maliyyə yardımı göstərən Tetçer sonda istəyinə nail oldu. SSRİ Əfqanıstanda böyük itkilər verərək oranı tərk etmək məcburiyyəti qarşısında qaldı. Bu proses imperiyanın çökməsini daha da sürətləndirdi. Honkonqdan Körfəz savaşına. kimi hər yerdə öndə idi. Baş nazirliyi dövründə xarici siyasətini “üzərində günəş batmayan imperatorluq” çərçivəsində həyata keçirdi. Beynəlxalq səviyyədə harada bir hadisə baş verirdisə, orada ölkəsinin maraqlarını önə çıxarırdı. Tetçer 1984-cü ildə Çinə səfəri zamanı bu ölkə rəsmiləri ilə müəyyən şərtlərlə ölkəsinin müstəmləkəsi olan Honkonqun Çinə qaytarılması üçün anlaşma imzaladı. 1990-cı ildə Səddam Küveyti işğal edərkən Tetçer ingilis hərbi-dəniz qüvvələrini bölgəyə göndərdi. Eyni zamanda o, Vaşinqtona ABŞ hərbi qüvvələrinin İraqa qarşı hərbi əməliyyata başlaması üçün təzyiqlər göstərdi. Nəticədə, ABŞ və İngiltərənin birgə hərbi əməliyyatları ilə Səddam Küveytdən qovuldu və İraq ərazisinin bir hissəsi adıçəkilən ölkələrin hərbi qüvvələrinin nəzarəti altına keçdi. Avropa Birliyini heç sevmədi. Tetçer heç vaxt Avropa Birliyini sevmədi. Ona görə də Tetçer AB-dən ölkəsinə dəyən zərərin ödənilməsini tələb etdi və buna nail oldu. O, AB-nin iqtisadi birlikdən siyasi birliyə çevrilməsinin də əleyhinə idi. AB-nin fəaliyyətinin iqtisadi yöndən mövcud sərhədlər daxilində qalmasını istəyirdi və uzaqgörən siyasətçi kimi AB-nin vahid mərkəzdən idarə edilməsinin, onun vahid dövlətə çevrliməsinin əleyhinə çıxırdı. Tetçer: “İngiltərəni AB qanunlarına tabe edilməsi, AB-nin vahid mərkəzi tərəfindən idarə edilməsi üçün qurmadıq”,- demişdi. Tetçer AB-də vahid pulun - avronun da tətbiqinin əleyhinə çıxdı. Bu gün də Tetçerin müəyyən etdiyi bu siyasətə uyğun olaraq, İngiltərədə AB-də vahid valyuta olan avro deyil, milli pul vahidi sterlinq işlədilir. O, bu kitabda göstərirdi ki, lazım gələcəyi halda, İngiltərə AB-dən çıxmalı və Şimali Amerika ölkələri ilə sərbəst ticarət anlaşmasını imzalayaraq, onlarla (ABŞ, Kanada) birgə hərəkət etməlidir. Seçkilərdə uduzmadığı. halda vəzifədən getdi. Bu dünyada hər şeyin bir sonu olur və bu yazılmamış qanunlar Tetçerdən də yan keçmədi. Amma o, seçkilərdə məğlub olmadı. Əksinə, üç dəfə dalbadal seçkilərdə qalib gələrək Mühafizəkarlar Partiyası tarixində bunu bacaran ən parlaq simalardan biri olmuşdu. Lakin Tetçerə də zərbə partiya daxilindən gəldi. Onun Avropanın birləşməsi ideyasına qarşı çıxması və AB-yə olduqca mənfi münasibət bildirməsi partiya daxilində Tetçerdən narazılığın yaranmasına səbəb olmuşdu. Bu narazılıq partiya daxilində Tetçerin ən yaxın silahdaşı hesab edilən Cefri Hovenin (Geofrey Hove) baş nazirin birinci müavini vəzifəsindən istefa verməsinə gətirib çıxardı. Bunun ardınca partiya daxilində keçirilən seçkilərdə o, rəqibinə məğlub oldu. Bunu həzm edə bilməyənTetçer partiya daxilindəki silahdaşlarına etiraz əlaməti kimi baş nazir vəzifəsindən də istefa verdi. Halbuki buna əsas yox idi. Lakin Tetçer istefasını partiya daxilindəki nizam-intizama əməl etməsi ilə əlaqələndirdi. Lakin Dəmir Ledi baş nazir postundan və paritya rəhbəri vəzifəsindən getsə də öz işini görmüş və SSRİ-nin dağılması barədəki niyyətini həyata keçirmişdi. Ona görə də onun adı tarixə SSRİ-nin məhvinin əsaslarını qoyan bir dövlət başçısı kimi düşüb.
Musa Yaqub: “İnsan etdiklərinə görə əvəz gözləməyəndə, təmənnasız yaşayanda xoşbəxt olur”. Onun qələmindən çıxan misralar arı pətəyindən süzülən bal kimi şirin, ətirli və ürəyəyatımlıdır. Çünki Musa Yaqub poeziyası səmimiyyətlə yoğrulub, təbiətin nəfəsindən güc alıb, boy atdığı torpaqdan pöhrələnib, xalqının dərd-sərindən qidalanıb. O şeirlər pafosdan uzaq, hər bir insanın qəlbini ovudacaq sakit yaşantılardır. Onun əsərlərində Haqqa sevgi, gələcəyə ümid və insanı təmizliyə, ilkinliyə, saflaşmağa sövq edən notlar güclüdür. Buna görə də Musa Yaqubun şeirləri dillər əzbəridir. O, yaradıcılığı ilə şəxsiyyəti eyniyyət, bütövlük təşkil edən nadir sənətkarlardandır. Onu xalqa sevdirən amillərdən biri də budur. Musa Yaqub xoşbəxt şairdir. Çünki onun əsərləri xalqın yaddaşında, ruhunda daim yaşayacaq. Beləliklə, redaksiyamızın növbəti şənbə qonağı ustad şairimiz, gözəl insan Musa Yaqubdur. Çünki uşaqlıq ömrün təməl, təmizlik çağıdır. İnsanın gələcək həyat yolu da çox zaman onun uşaqlığının necə keçməsindən asılı olur. Sizin uşaqlıq illəriniz necə keçib? - Mən İsmayıllının Buynuz kəndində dünyaya gəlmişəm. Uşaqlığım alman faşizminə qarşı müharibə dövrünə düşüb. Evin böyük kişisi mən oldum. On yaşım olanda başladım kolxozda işləməyə. Xış çəkən öküzlərin boynunda otururdum. Ağır, əzablı iş idi. Ən böyük arzum xışın dəstəyindən tutanlardan biri olmaq idi. Günlər də olub ki, şaxtada, qarda bir tağar dən belimdə, ayaqyalın qonşu kəndin dəyirmana getmişəm. Dəni üyütdükdən sonra da unu kürəyimə alıb, evimizə qayıtmışam. Sözün qısası, belə ağır günlərim çox olub. İbtidai məktəbi kəndimizdə bitirmişəm. O məktəb, oradakı müəllimlər mənim üçün həmişə əziz və unudulmazdır. Sonra üç il qonşu Topçu kəndində oxumuşam. Aclıq illərində hamı bir-birinə əl tuturdu. Birinin gözü o birinin süfrəsində deyildi. Çünki insan yoxsul olanda fikir, duyğu və mərhəmət baxımından daha dövlətli olur. “Un işığı” adlı poemamda həmin illərin ağırlığı ilə yanaşı, insanlar arasındakı birlik duyğusunu oxuculara çatdırmağa çalışmışam. Yeddillik məktəbi bitirdikdən sonra Göyçay Pedaqoji Məktəbinə getdim. Orada dörd il təhsil aldıqdan sonra yenidən rayonumuza qayıtdım və Tircan kəndinə sinif müəllimi göndərildim. Sonralar 17 il öz kəndimizdə müəllim və məktəb direktoru işlədim. “Ən böyük əzabım ilk poemam çap olunandan sonra başladı”. Ancaq o yadımdadır ki, Topçuda oxuyanda yeddinci sinifdə Sabir adlı bir oğlan Stalinə, partiyaya şeirlər yazırdı. Onda mən şairlik nə olan şeydi bilmirdim. Ancaq o çağlarda, nədənsə, ürəyimdə qəribə hisslər baş qaldırırdı. Başladım ədəbiyyatdan keçdiyimiz mövzulara uyğun şeirlər yazmağa. Sonra xırda məqalələr yazıb, “Azərbaycan pioneri” qəzetinə göndərməyə başladım. Çox vaxt o yazıları dərc eləmir, mənə məktub yazırdılar. O məktublar özü də məni çox sevindirirdi... Mən doğma kəndimdə müəllim işləyə-işləyə şeirlər də yazırdım. İlk dəfə idi ki, respublika mətbuatında şeirim çap olunmadan, poemamı çap etmişdilər. Bu mənə böyük sevinc gətirdi. Ancaq sənət yolunda ən ağır əzab və həyəcanlarım ondan sonra başladı. Çünki çap edilən poema bir az ritorik və pafoslu əsər idi. Altmışıncı illər poeziyasının tələbləri isə başqa idi. Təxminən ikiillik yaradıcılıq axtarışlarım, əzablarım məni yeni poeziya yoluna çıxardı. Digər tərəfdən, artıq mən üzümü təbiətə tutmuşdum və belə demək olarsa, təbiət mənə necə yazmağı öyrətdi. - Musa müəllim, eşitmişik ki, gözəl şairimiz Məmməd Arazla yaxın münasibətləriniz olub. İndi Məmməd Araz üçün darıxmırsınız ki? - Məmməd Arazla əvvəlcə Bakıda görüşmüşdük. Sonra Məmməd Buynuza gəlib-gedirdi. O, “Ulduz” jurnalında məsul katib işləyəndə mən o redaksiyaya “Mənim tərcümanım siz olun, dağlar” adlı şeir göndərmişdim. Mən isə kənddə yaşayırdım. Buna görə də mən o şeiri dağlara müraciətlə yazmışdım ki, mənim arxam, dayağım siz olun. Elə həmin şeirdən təsirlənərək Məmməd Araz da mənə “Dağlara çağırış” adlı şeir ithaf eləmişdi. Məmməd də kənd adamı idi, həmişə kəndə qayıtmaq arzusu ilə yaşayırdı. Buna görə də o şeirdə mənə müraciətlə yazmışdı ki, mənim də arzumu sən yaşat, ən böyük şöhrəti də elə dağların qoynunda axtar. - Siz uzun illər rayonda yaşamısınız. Həmin anda yazıçı Süleyman Rəhimovun bir sözünü xatırlayıram. Bir dəfə Süleyman müəllim qəzetə müsahibəsində bildirmişdi ki, əgər söz adamı daim ədəbiyyat ab-havası ilə, şeirlə yaşayırsa, rayonda da heç vaxt darıxmaz. Ona görə də mən də kənddə darıxmırdım. Ancaq şeir çap etdirmək, gəlib-getmək, əlaqə yaratmaq çətinliyi vardı. Birinci və ikinci kitabım çap olunanda da mən kənddə yaşayırdım. Amma Musa Yaqub məktəb direktoru da olub, qəzet redaktoru da, millət vəkili də. Sizcə, bu fikirlərdə təzad yoxdur ki? Millət vəkili olmaq da ağlıma gəlməyib. Lakin o mübarizə illərində həm kənddə, həm də rayonda bir ağsaqqal kimi millətin qarşısında danışqan, söz deyən adam olmuşam. Vallah, rayonda məni çox istəyiblər. Elə o mənada dedilər ki, millət vəkilliyinə sənin namizədliyini irəli sürəcəyik. - Ötən yanvar ayı yaddaşımızda Fələstin ağrıları ilə yaşayacaq. Çünki Fələstində törədilən qırğınlar çox dəhşətli idi. O günləri siz necə yaşadınız? Fələstin faciəsinə görə, həqiqətən, mən böyük ağrılar yaşamışam. Çünki birlik xalqa çox şey verir. - Dostlarınız kimlərdir? Kimlərlə oturub-durursunuz? - Mən kənddə yaşayanda çoxlu dostlarım olub. Bəziləri artıq rəhmətə gedib. Qalanlarının çoxu ilə yenə də dostluq edirəm. Amma bir şey var ey: Biz əvvəl həsrəti necə bilmişik- Kimi səsləyirsən gəlmir haraya. Araz həsrətini keçə bilmişik, İndi başqa Araz düşüb araya... Dediyim odur ki, indi dost arasından, qohum-qardaş arasından, kənd arasından, şəhər arasından, partiya arasından yeni Araz axıb gedir. Bu isə insani münasibətləri pozur. İndi də hərdən İsmayıllıya gedirəm. Düzdür, dost-tanış yenə yığılır başıma, amma baxırsan ki, bəziləri əvvəlki kimi deyil. Bu da adamın ürəyinə təsir edir. Mən o adamların baxışına borclu deyiləm. Mən heç vaxt vəzifəyə, can atmamışam. İllah da ki çaylaqdakı, qayadakı ildırım vurub xına qoyan daşları. Çünki o daşlar mənim üçün taledi, ömürdü. Sizə bir söhbət də danışım. Əvvəllər mən Əhmədlidə yaşamışam. Orada daşdan əhəng bişirən bir soba vardı. O sobada daşlar yananda, ilahi, necə əzab çəkirdilər. Mən o daşların yanmasına böyük ağrı ilə baxırdım. - Mənim fikrimcə, insan iddiasız və təmənnasız yaşayanda xoşbəxt olur. Yəni, gərək, etdiyin yaxşılığa görə təmənna gözləməyəsən. Mən özümü elə tərbiyə etmişəm ki, heç vaxt etdiklərimə görə əvəz gözləməmişəm. Heç nədə iddiam olmadığına görə də unudulmaqdan qorxmuram. Unudularam, unudulmaram, onu el bilər. - Həyatınızda cəmiyyətlə bağlı heç unuda bilmədiyiniz hadisələr olubmu? Mən hər şeydə səmimiyyət, inam axtarmışam. Təəssüf ki, bu düşüncədə olmağım çox vaxt mənə baha başa gəlib. Daha doğrusu, yaza bilməmişəm. - Doğrusu, qələm əhlinə sovetin qayğısı daha böyük idi. İndi azadlıqdır. Nə istəsən yazırsan, çap etdirirsən, ancaq qayğı yoxdur. Bu saat bizdə yazıçı-şair əməyi qədər ucuz heç nə yoxdur. - Sizin şeirlərinizi oxuyanda sözdən başqa, onun özü ilə daşıdığı nəyisə hiss edirsən. Siz təbiətə ruhən qovuşa bilirsinizmi? - Açıb demək çətindir ki, mən daşdan, yaxud ağacdan yazanda təbiətə qovuşuram. Yəni onlar elə bil ki, mənim tay-tuşlarımdı, mənim ömür-günümdü, ömrün yollarını onlarla birgə gedirik. Onu da deyim ki, Azərbaycan dili qədər mənimçün zəngin dil yoxdur. Ona görə ki, hər şeyi necə fikirləşirəmsə, bu dildə rahat ifadə edə bilirəm. Yəni dilim imkan verir ki, kövrəkliklə o daşı, o ağacı danışdırıb, oxucuya hissimi, duyğularımı çatdıra bilim. Mən öz dilimə minnətdaram. - Bəs poetik məqamları yaşayıb, yenidən cəmiyyətə qayıdıb təzadlarla üzləşmək daxilən sizi ağrıtmır ki? Doğrudan da, o auranı mən özüm üçün yarada bilirəm. Onda mən heç nəyi görmürəm- nə dost vəfasızlığını, nə həyatdakı eybəcərlikləri, nədə ailəni. Özüm üçün qurduğum o aura ilə mən çox xoşbəxt oluram. Elə ki, şeirimi yazıb qurtarıram, o aura dağılır, belə demək olarsa, o xoşbəxt anlarım da bitir, yenə qayıdıram qayğılı həyata. - Sizcə, sözün də bazara çıxarılması normal haldırmı? Amma mənim fikrimcə, mənəviyyatı bazara çıxarmaq olmaz. Çünki mənəviyyat böyük şeydir. Onun cəmiyyətə gətirdiyi gəlir ölçüyəgəlməzdir. Bir yağışa həsrət söyüdlər kimi. Eləmədiklərim yandırar məni. Özümə verdiyim öyüdlər kimi. Eləmədiklərim yandırar məni. Musa müəllim, hansı hadisələr, hansı olmuşlar yandırıb sizi? Elədiklərimdən yaxam qurtarmaz, Elmədiklərim yandırar məni. Bağışla, daha o barədə heç bir izahat verməyəcəyəm. - “Bu dünyanın qara daşı göyərməz” kitabınızın arxasında belə bir bənd var: Dünyanın zəmisi heç imiş demə, Dünyanın gəmisi köç imiş demə, Heçimi, köçümü indi bilmişəm. İndi bilməyim də gec imiş demə. Bu şeirinizdə də, “Ilahi, mən bu daşı götürüm, götürməyim?” adlı şeirinizdə də oxucunun üzərinə güclü dini ovqatla, cənnət-cəhənnəm qorxusu ilə, inanclarla gəlmisiniz. Bilmək istəyirik ki, Musa Yaqub Allahına nə qədər bağlıdır? Yaradanını nə qədər sevir? - Bilirsiniz, mən sırf Allahsevənəm. Mənim ruhum daim Uca Yaradanla bağlıdır. İnanın, mən o şeiri tamamilə yuxuda yazmışam. Çöllərə saxlamışıq. Çöllərə saxlamışıq. Könlümün mahnısı döz, Sussa da gecə-gündüz, Qəfəsdə bülbülümüz. Güllərə saxlamışıq. Bölgünü haqqı bilən. Əllərə saxlamışıq və sair. Həmişə fikirləşirəm ki, haqq-ədalət nə vaxt gələcək və o payı bərabər böləcək? - Ad gününüzü keçirirsinizmi? Çoxlarını da dəvət etməmişdim. - Dolanışığınız necədir? Qismətimlə dolanıram. Mən həm də Söz Azadlığının Müdafiə Fondunda işləyirəm. Oğlum Şəhriyar da Fövqəladə Hallar Nazirliyində baş hüquqşünas işləyir. - Xoşbəxt ailənin təməli odur ki, hər dəqiqəbaşı nəsihət verməyəsən. Ərlə arvadın bir baxışında min qanun yatır. Qarşılıqlı hörmət-izzət olan ailənin təməli həmişə möhkəm olar. Şükür Allaha ki ailə tərəfdən özümü xoşbəxt hiss edirəm. - Hər vətəndaşını xoşbəxt insan eləmək. Ona əsl vətəndaş kimi qayğı göstərmək. - Əgər dövlət öz vətəndaşını xoşbəxt edə bilirsə, onu sevirsə, o dövlətin təməli sağlamdır. - İndiyədək dediklərimi yerinə yetirən, daim xalqını düşünən, millətin ağsaqqallarına, alimlərinə, loğmanlarına qulaq asan. “Biz çətin gündə Türkiyədən, Təbrizdən başqa üzümüzü hara tuta bilərik ki?”. - Azərbaycandan Türkiyə sizin üçün necə görünür? - Türkiyə ilə bağlı böyük həsrətlərimiz olub. Mən yeniyetmə və cavan çağlarımda yaylağa özümlə radio aparırdım ki, orada türk şərqilərinə qulaq asım. Fikirləşirdim ki, görəsən, Türkiyəyə gedib, İstanbulda istədiyim kimi gəzib-dolaşmaq mənə qismət olacaqmı. Bir də Təbriz üçün belə dəhşətli həsrəti yaşamışıq. Münasibətlər başladı, bəzən aramızda hətta incikliklər də oldu. Amma, mənim fikrimcə, ən böyük arxa və dayağımız elə Türkiyədir. Axı biz çətin gündə Türkiyədən, Təbrizdən başqa üzümüzü hara tuta bilərik ki? - Sizcə, Azərbaycan əhalisinin neçə faizi bu fikirdədir? Bəzən özünü göstərmək istəyən adamlar başqa cür fikir söyləyə bilərlər. Bu günlərdə Türkiyənin Baş naziri Rəcəb Rayyip Ərdoğanın Davosdakı çıxışı ürəyimdən tikan çıxardı, qəlbimi qürurla doldurdu. Əsl türk oğlu kimi hərəkət elədi. Çox qürurlandım. Elə bilirəm ki, əksər insanların ümidlərinin, arzularının çoxu yarımçıq, yaralı qalır... - Musa müəllim, sizin məhəbbət şeirlərinizi oxuyanda bəzən adam başqa şeylər hiss edir. Heç evdə sizə deməyiblər ki, bu nədir yazmısan, kimə yazmısan? Deyiblər ki, əlbəttə, şair sözü yalandır. Yəqin ki, həmin şeirlərin hamısının istinadgahı, söykənəcəyi var. Qaldı ki, o şeirlərlə bağlı evdə elə bir narahatlıq olmayıb. Bəlkə də, içəridə giley olub, ancaq dilə gətirib, üzə vurmayıblar. - Mənəvi dəyərlərimizdə, ailə münasibətlərimizdə bir dağılma, aşınma hiss etmirsiz ki? - Bəzən şoumen aparıcılar ekrana çıxıb xalqa nəsihət verirlər. Belə olmaz. Telekanallar o ixtiyarı onlara verməməlidirlər ki, hər yetən xalqa əxlaq dərsi keçsin. Bu gün mənəvi dəyərlərimizi saxlayan bir qüvvə yoxdur. Onu da bazara salmışıq. Çünki şou qazanc gətirir. Amma min qazanc gətirirsə, milyon abrımızı, adət-ənənəmizi, dəyərlərimizi, əxlaqımızı aparır. Adət-ənənə də qiymətdən düşəndə, çaşqın bir həyat yaşanır. - Ailədə ata-babalardan qalma mühafizəkar qanunlar var. O qanunlar sizin ailədə də yaşayırmı? - Mən o mühafizəkar qanunları sevirəm. Meyvə budaqda bitir, yoxsa gövdədə? Amma bütün budaqlar gövdə üzərində dayanır. - Oğlum, qızlarım, nəvələrim mənə dədə deyirlər, kürəkənlərim isə Musa müəllim deyə çağırırlar. - Ovçuluqla aranız necədir? Ancaq hələ ki qan tökməmişəm, bir güllə də atmamışam. - Musa müəllim, gözəl şeirlərinizə və söhbətə görə qəzetimizin əməkdaşları, çoxsaylı oxucuları adından sizə təşəkkür edir və cansağlığı arzulayırıq. Səməd Məlikzadə.
Türkiyə, Amerika və İran üçbucağında İsrail. Qəzzəyə etdiyi sonuncu hücumlar nəticəsində isə mənəvi baxımdan məğlub oldu. İsraildəki vəziyyət onu göstərir ki, siyasi partiyalar seçkilər zamanı istədikləri səsi toplaya bilməyəcəklər. Bəlkə də partiyalar bəzi siyasi hədəflərinə çatacaqlar, amma uzun illər İsrail bütün dünyada “qatil dövlət” kimi tanınacaq. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın hər insanın ürəyindən keçən ifadələri Davosda İsrail Prezidentinə deməsi, onun toplantını tərk etməsindən də təsirli oldu. Peresin Ərdoğana zəng edərək baş verənlərdən incimədiyini bildirməsi onu göstərir ki, İsrail “qatil dövlət” imicini öz üzərindən atmaq üçün baş verənləri şəxsi bir məsələ kimi təqdim etmək istəyir. Qeyd etmək lazımdır ki, İsrailin gələcəkdə nə ilə qarşılaşacağını söyləmək mümkün deyildir. İsrail törətdiyi vəhşiliklər nəticəsində bütün dünya ilə qarşı-qarşıya gəlmişdir. Davos Türkiyə üçün şans ola bilərmi? İsrail Qəzzədə törətdiyi cinayətlərdən sonra bütün dünyadan təcrid olunaraq öz daxili imkanlarından istifadə etməyə məcbur olacaq. Xüsusilə də Türkiyə ilə siyasi bir çəkişməyə girməsi İsrailin intihar etməsi mənasına gəlməlidir. İsrailin Qərb tərəfindən dəstəklənməsinin əsas səbəbi onun İrana qarşı həyata keçirdiyi sərt siyasət idi. Amma İsrailin bölgənin güclü dövlətlərindən olan Türkiyə ilə qarşı-qarşıya gəlməsi, onun bölgədəki strateji hədəflərinin sonu ola bilər. İsrail bölgədə baş verən hadisələrə qarşı təkbaşına siyasət həyata keçirə bilərmi, yoxsa hansısa dövlətin də yardımına ehtiyacı varmı? İsrail istəsə də, istəməsə də bölgədə heç nəyi təkbaşına həll edə bilməz. Dünyada baş verən siyasi dəyişikliklər də İsraili buna məcbur edir. Peresin Ərdoğana zəng edərək baş verənlərdən təəssüfləndiyini bildirməsi də buna işarədir. Əslində Peresin həll edə bilmədiyi məsələnin arxasında Ərdoğan deyil, türk diplomatiyasının gücü dayanır. İsrailin düşdüyü hazırkı vəziyyət “çox istəyən azdan da olar” məsəli şəklində ifadə edilə bilər. İsrail Qəzzəyə etdiyi hücuma istər vaxt baxımdan, istərsə də taktiki cəhətdən yaxşı hazırlanmış kimi görünə bilər. Lakin İsrailin bölgədə gərginliyə səbəb olan siyasəti bu dəfə onun özünə qarşı çevrildi. Artıq bundan sonra İsrailin qarşısında onu dövlət kimi qəbul etməyən İrandan fərqli olaraq, “sülh tərəfdarı olan Türkiyə” duracaq. Bölgədə sülhpərvər siyasət həyata keçirən Türkiyə İsrailin qarşısında ən böyük maneə olacaq. Türkiyə həm Fələstini, həm də bölgədəki digər aparıcı qüvvələri İrandan təcrid edərək, İsrailin bölgədəki əhəmiyyətini azaltmağa nail olub. İsrailin həyata keçirdiyi siyasət Türkiyə tərəfindən maneə ilə qarşılanır. Ərdoğanın Davos forumunu tərk etməsi bu fürsəti əldə etmək üçün “tarixi” bir mərhələ oldu. Türkiyə mətbuatının hadisəyə hansı qiymət verməsindən asılı olmayaraq, Ərdoğanın bu cəsarətli addımı Türkiyəni bölgənin əsas aparıcı dövləti halına gətirdi. Türkiyənin bu tarixi fürsətdən hansı formada istifadə edəcəyi mübahisə mövzusu ola bilər. Əgər türk diplomatiyası HƏMAS və“Əl-Fətih” arasında uzunmüddətli sülhə nail ola bilsə, bu, İsrail üçün ciddi problem olacaq. Türkiyə əldə etdiyi bu fürsətdən istifadə edə bilərsə, bölgədəki nüfuzunu daha da artıracaq. Yaxın zamanlarda Türkiyədən bu istiqamətdə fəaliyyət gözləmək olar. Davos forumunda baş verənlərə ABŞ-ın hansı münasibət göstərəcəyi olduqca əhəmiyyətli idi. Amma bir qədər geriyə, Obamanın İslam dünyasına qarşı səsləndirdiyi sülhpərvər çağırışına diqqət yetirsək, açıq görünür ki, o, əsas fəaliyyətini ABŞ-ın daxili məsələlərinin həllinə, xüsusilə də iqtisadi böhranla mübarizəyə həsr edəcək. Artıq hər kəs başa düşür ki, Buş dönəmindən miras qalan dünyadakı anti-Amerika ovqatı ilə nəyəsə nail olmaq mümkün deyil. Ona görə də Obama iqtisadi böhranla mübarizə apardığı kimi dünyada formalaşan antiamerika ovqatını da dəyişməlidir. Buna görə də İslam dünyasına verilən mesajlar diqqətlə qarşılanmalıdır. İslam dünyası ilə münasibətlərin düzəlməsi həm Fələstin probleminin həll edilməsi, həm də bu məsələdə İsrailin qarşısına məhdudiyyətlərin qoyulması mənasına gəlir. ABŞ İsrailin qarşısını almasa, Fələstin probleminin ədalətli və uzunmüddətli həlli mümkün olmayacaq və Obamanın həyata keçirmək istədiyi sülhpərvər missiya baş tutmayacaq. İsraili yaxın zamanlarda küncə sıxışdıracaq digər mühüm bir hadisə isə ABŞ ilə İran arasında baş verməsi gözlənilən yaxınlaşma olacaq. ABŞ ilə İran arasında buzların əriməsi İsrail üçün həyəcan təbilinin çalınması mənasına gəlməkdədir. Yəhudi lobbisinin İran ilə münasibətlərin düzəlməməsi üçün əllərindən gələni edəcəklərini nəzərə alsaq da, nə zamansa bu münasibətlər düzəlməlidir. İran isə İsrailin bölgədəki təsir gücünü azaltmaq üçün ABŞ-dan gələn təkliflərə laqeyd qalmayacaq. İsrail küncə sıxışdırıla bilər. Obamanın hakimiyyətə gəlməsindən sonra İran tərəfindən ABŞ-a qarşı sərt açıqlamaların verilmədiyi müşahidə edilir. İran beynəlxalq müstəvidə yaxşı bir şahmat oyunçusu kimi tanınır. İraqın işğal edilməsindən sonra bölgədəki gücünü daha da artıran İran ilə münasibətlərin yaxşılaşdırılması qoşunlarını İraqdan çıxarmaq istəyən ABŞ üçün olduqca vacibdir. Eyni zamanda, ABŞ-ın “HƏMAS”la danışıqlara başlaması və İsraili də buna məcbur etməsi yaxın zamanlarda gözlənilən proseslərdən biridir. Belə bir vəziyyətdə İsrail ABŞ-ın bu seçimi qarşısında qala bilər və bu da daxildə ciddi siyasi böhrana səbəb ola bilər. İstənilən halda uzunmüddətli sülhün əldə edilməsi olduqca çətindir və bu, uzaq perspektiv olaraq görünür. Proqnozlar İsrailin gələcəyi üçün yaxşı heç nə vəd etmir. Əslində İsrail öz ərazilərini genişləndirmək baxımından öz məqsədinə nail olub. Əgər Fələstin problemi uzunmüddətli və ədalətli sülh yolu ilə həll olunmalıdırsa, bu problemin kökləri işğaldan əvvəlki dövrdə axtarılmalı və ərazi problemi yenidən müzakirəyə çıxarılmalıdır.
Ahıska türklərinin “Vətən” cəmiyyətinin Azərbaycan nümayəndəliyinin rəhbəri İbrahim Bürhanov deyir ki, indi soydaşlarımızın Gürcüstan ərazisindəki doğma yurdlarına qayıda bilmələri üçün əlverişli şərait yaranıb. Sadəcə, buna nail olmaq üçün kifayət qədər maliyyə vəsaiti lazımdır. İbrahim Bürhanovun sözlərinə görə, təmsil olunduğu qurum bu problemi həll etmək üçün millət vəkili Qənirə Paşayevanın dəstəyi ilə birgə marafona başlayacaq. Həmin tədbirdən əldə olunacaq vəsait Vətənə qayıtmaq istəyən Ahıska türklərinin problemlərinin həllinə sərf olunacaq. - İbrahim bəy, Ahıska türklərinin dədə-baba torpaqlarından sürgünündən 65 il ötür. Bu illər ərzində bununla bağlı araşdırmalar aparılıbmı, yəni müəyyən edilibmi ki, ahıskalıların sürgün edilmələrində əsl məqsəd nə olub? - 1944-cü ildə - İkinci Dünya müharibəsinin taleyinin bəlli olduğu bir vaxtda sovet rəhbərliyinin tapşırığı ilə Gürcüstanla Türkiyənin sərhəd rayonları olan Ahıska, Adıgül, Aspinza, Bağdanovka, Axırkələk rayonlarının 224 kəndindən, hərbi xidmətdə olanları da nəzərə alsaq, 130 minə yaxın insanımız Orta Asiyaya sürgün edilib. Həmin dövrdə Stalin SSRİ Dövlət Müdafiə Şurasının sədri idi və onun imzası ilə sürgün olunan insanların çoxu arxa cəbhədəki dinc yaşayan insanlar, yəni qocalar, əlillər və uşaqlar idilər. Apardığımız araşdırmalar göstərir ki, həmin dövrdə sürgün edilənlərin 70 faizi uşaq olub. Sürgün edilənlərin bir hissəsi Orta Asiyaya, o cümlədən Azərbaycana yerləşdirilib. Həmin əməliyyatla bağlı sənədlərdə yazılırdı ki, Gürcüstanın cənubundakı sərhəd rayonlarını möhkəmlətmək məqsədilə həmin ərazidə türk, kürd və xemşillər müvəqqəti olaraq başqa ərazilərə köçürülməlidirlər. Amma bilindiyi kimi, bu, müvəqqəti köçürülmə olmadı və biz bunun əzabını indi də çəkirik. Stalinin niyyəti Gürcüstanın cənub sərhədlərini Türkiyə torpaqlarını zəbt etmək yolu ilə bir az da genişləndirmək idi. “Xalqlar atası” düşünürdü ki, əgər həmin ərazilərdə sovet ordusu bir az irəliləsə, orada yaşayan Ahıska türkləri onlara mane ola bilər. Lakin Türkiyəyə hücum etmək cəhdləri Stalinə müyəssər olmadı, çünki türk ordusu sərhəddə möhkəm dayanmışdı. Ahıska türklərinin köçürülməsi ilə bağlı digər bir ehtimal da var. Belə ki, həmin dövrdə Qafqazdan türkləri çıxarmaq və onların yerinə erməniləri və gürcüləri yerləşdirmək siyasəti hökm sürürdü və Ahıska türklərinin sürgün edilməsi də bu prosesin davamı hesab oluna bilər. - Ahıska türkləri dədə-baba torpaqlarını tərk edərkən özləri ilə nələri apara biliblər? - Həmin yerlərə əsasən ermənilər və gürcülər köçürülüblər. Ahıskalılar doğma yurddan çıxarkən nələri olubsa, qoyub çıxıblar. Onların cəmi 16 kiloqramlıq yük götürmək hüquqları olub. Əhali də soyuqdan donmamaq üçün ancaq qalın geyimlərini götürüb. Ahıskalıların var-dövləti isə ordudan tərxis olunmuş gürcü və erməni ailələrinə paylanıb. - İbrahim bəy, hazırda ahıskalılar əsasən haralarda yaşayırlar? Kiçik bir toplumu bu hala salmaq, onun mədəniyyətinə, adət-ənənəsinə, varlığına təcavüz etmək, yollarda 17 minə yaxın insanını qırmaq əsl genosid deyilmi? Bunun başqa adı yoxdur. Dağlıq ərazilərdə yaşayan insanları aparıb Özbəkistanda quru, susuz düzənliyə töküblər və əhali çox dəhşətli gün-güzəran yaşayıb. - Gürcüstan parlamenti Ahıska türklərinin geriyə qayıtmaları ilə bağlı qərar qəbul edəndən sonra nə dəyişdi? - Ahıska türkləri 1956-cı ildə komendant rejimindən azad olunandan sonra özlərinə “Vətən” cəmiyyəti qurublar və gizli şəkildə öz hüquqlarının müdafiəsinə başlayıblar. Bu vaxtadək ahıskalılar 181 dəfə Moskvaya nümayəndə göndəriblər və vətənlərini tələb ediblər. Düzdür, Moskva qayıdışla bağlı qərar çıxarırdı, ancaq yerlərdə həmin sənədin icrasına qəti şəkildə imkan vermirdi. Uzun illər sonra mübarizəmizin nəticəsi oldu və 2007-ci ildə Gürcüstan parlamenti Ahıska türklərinin geri qayıtmalarına imkan verən qərar qəbul etdi. Bu qanunda bəzi çatışmazlıqlar var, ancaq istənilən halda, parlamentin belə bir qərar qəbul etməsi müsbət haldır. Həmin qərar qəbul edilənədək Ahıskaya bir ailə də olsa geri qayıda bilməmişdi. Biz onlarla mütəmadi görüşür və lazım olan yardımları edirik. Ancaq orada ümumilikdə 82 kənd tamamilə məhv edilib. Həmin yaşayış məntəqələrini bərpa etmək, orada yenidən məskunlaşmaq təkcə Ahıska türklərinin istəyi ilə mümkün olan iş deyil. Bunun üçün bütün dünya türkləri maddi dəstək göstərməlidirlər. Onların əksəriyyəti ailə başçısıdır. - Əvvəllər Ahıska türkləri kütləvi şəkildə Türkiyəyə köçürdülər. Ancaq Gürcüstan parlamenti belə bir qərar qəbul edəndən sonra bu axın azalıb. Bunun isə əsas səbəbi insanların geriyə qayıdacaqları ilə bağlı ümidlərinin daha da artmasıdır. Hər bir Ahıska türkü geriyə qayıtmaq arzusundadır və buna etiraz edən bir nəfər də yoxdur. Amma hər şey Gürcüstan rəhbərliyinin bu işə münasibətindən və orada qurulacaq şəraitdən asılıdır. - Sürgündən sonra həmin ərazilərə, yəni Ahıskaya yerləşdirilmiş insanların ahıskalıların geri qayıtmalarına münasibəti necədir? - Onlar bunu normal qarşılayırlar. Çünki o insanlar da bilirlər ki, həmin yerlər ahıskalıların dədə-baba torpaqlarıdır. - İbrahim müəllim, bildiyimizə görə, yaxın vaxtlarda Ahıska türklərinin doğma ocağa qayıdışlarına kömək məqsədilə marafona başlayacaqsınız. Ümidiniz necədir? - Biz “Vətən” cəmiyyəti olaraq, Ahıska türklərinin geriyə qayıtmalarını təmin etmək məqsədilə hörmətli millət vəkilimiz Qənirə xanım Paşayeva ilə birgə yeni bir marafona başlayırıq. Marafondan əldə edilən gəlirlər hesabına geriyə qayıdan və qayıtmaq istəyən Ahıska türklərinə maddi yardımlar olunacaq. Marafona mart ayının 20-dən sonra start verməyi planlaşdırırıq. Hər bir ahıskalı bu marafondan çox şey gözləyir. Ümid edirik ki, hər şey gözlədiyimiz kimi olacaq. Soydaslarımızın öz yurdlarına qayıtmaları uzun çəkə bilər. Bu prosesi sürətləndirmək isə bizim əsas vəzifələrimizdən biridir. Prosesi sürətləndirmək üçün isə bu işə Türkiyəni və müxtəlif beynəlxalq təşkilatları cəlb etmək lazımdır. BMT-nin Qaçqınların İşi üzrə Ali Komissarlığı, həmçinin ATƏT-in Milli Azlıqlar üzrə Komissarlığı artıq bu prosesə cəlb olunublar. Avropa Şurasının Azsaylı Əhalinin Hüquqları üzrə Mərkəzinin rəhbəri də bizimlə əməkdaşlıq edir. İntiqam Nicat.
Darıxdıq, görüşüb hal-əhval tutmaq istədik. Telefonda xəstə olduğunu söylədilər. Növbəti dəfə zəng edəndə özü ilə danışa bildik. Sağalması üçün dua edib, görüş üçün zaman istədik. O da yaxşı olarsa, çərşənbə axşamına söz verdi. Çox şükür, əhvalı yaxşı oldu, evində bizi qəbul etdi və iki saata yaxın şirin söhbət elədik. Arada xəstələnmişdiniz deyəsən, keçmiş olsun. Bir az soyuqlamışdım, indi yaxşıyam. - Dostlar zəng edirlərmi, görüşürsünüzmü? Dost məsələsinə gəldikdə isə, biz üç dost olmuşuq: Xudu Məmmədov, Nurəddin Rzayev və mən. Təhsil almaq üçün Türkiyəyə gedib və türkləri o qədər sevib ki, olub bir türk sevdalısı. Məscidə gedib İslam dinini qəbul edib, Əhməd adını da İslamı qəbul etdikdən sonra götürüb. - Bəxtiyar müəllim, nə üzərində işləyirsiniz, təzə nəyiniz var? Əlimdə bir neçə şeirim var. - Bir vaxtlar sizin sandıq ədəbiyyatınız haqqında danışılırdı. Nə var, hamısını üzə çıxarmışam. Mənim davam xalqımın azadlığı, dövlətimin müstəqilliyidir. Ona görə də indi sandığa yığılacaq bir şey də yoxdur. - Övladlarınızdan, nəvələrinizdən yolunuzu davam etdirən varmı? - Xoşbəxtlik nisbi söhbətdir. Mən Allahımdan çox razıyam. Allaha qurban olum, mənə sağlam can verdi, yaxşı övladlar verdi, nəvələr verdi, şairlik verdi, ardınca çox şeylər verdi. Bunlar çox böyük nemətlərdir, nə qədər şükür etsəm, azdır. Ancaq ürəyimdə elə dərdlər var ki, xatırlamaq belə istəmirəm. - Bir uşaqlıq xatirəniz var, kitabda da yazmısınız: atanızı sizin yanınızda vurublar, kişi yıxılıb. - Heç gözümün qabağından getmir. Amma almadım. - Çünki mən Şəkiyə qayıdıb, o adamı görəndə gözləri tutulmuşdu, bədbəxt, rəzil bir halda idi. Qarşısında durub dedim ki, məni tanıyırsanmı? Əvvəl tanımadı, tanışlıq verdim və o hadisəni xatırlatdım. O mənim uşaqlıq xatirəmə qara bir ləkə kimi düşmüşdü, amma indi miskin halda qarşımda dayanmışdı. Qisas almadım. Çünki Allah onun cəzasını vermişdi. - Siz hələ sovet dövründən türkçü kimi tanınmısınız. Yunus Əmrə bu gün bizə Anadolu türklərindən daha yaxındır, daha anlamlıdır. Yəni bizim kökümüz birdir, biz o birliyə doğru getməliyik. - Bəxtiyar müəllim, türk ədəbiyyatından ən çox kimləri sevirsiniz? Amma mənə çoxları deyib ki, zahiri görünüşdən də, yazdıqlarımızdan da Nəcib Fazil Qısakürəklə bir yaxınlığımız, oxşarlığımız var. Bunu Türkiyədə bir neçə dəfə mənə dedilər. Mən onda hələ Nəcib Fazili oxumamışdım. “Çilə”sini aldım, şəklinə baxdım, gördüm həqiqətən də mənə oxşayır. Kitabı oxudum, deyilən yaxınlığı orada gördüm. - Türkiyə ilə Azərbaycan arasında, heç olmasa, ədəbi inteqrasiya məsələsinə necə baxırsınız? - Mən təkcə ədəbiyyat sahəsində deyil, bütün sahələrdə yaxınlaşmağı, inteqrasiyanı arzulayıram. Bu gün Türkiyədə Türk Dünyası Akademiyası təsis olunmalıdır. O akademiyada türk xalqlarını və dövlətlərini təmsil edən riyaziyyatçılar, fiziklər, kimyaçılar, ədəbiyyatçılar, tarixçilər birgə çalışmalıdırlar. Yəni artıq türk xalqlarının ortaq elmi terminologiyası yaradılmalıdır. Türkiyə türkcəsinin türk xalqları arasında ümumi ünsiyyət dili kimi qəbul olunması məsələsinə baxılmalıdır. Məncə, bu məsələ qaçılmazdır. Mən bir özbək dostumla rus dilində danışıram. Həqiqətən də, bu məsələ çox mühüm məsələdir və gərək bu yöndə qətiyyətli addımlar atıla. - Bu gün dünyanın yüzə yaxın ölkəsində türk liseyləri fəaliyyət göstərir. O liseylər Azərbaycanda da var, Qazaxıstanda da, Qırğızıstanda da, Tatarıstanda da, Avropada da, Amerikada da, Yaponiyada da, Rusiyada da, Afrikada da, Avstraliyada da. Onlar çox böyük işlər görürlər. Fəthullah Gülən böyük şəxsiyyətdir. Mən bu məktəblər barədə fikrimi burada da, Türkiyədə də dəfələrlə söyləmişəm. Mən görmüşəm ki, bu liseylərdə təhsil alan fransalı, rusiyalı uşaqlar Mehmet Akifin şeirlərini türkcə oxuyurlar. Onda söylədim ki, bu liseylər türk dünyasının sabahına xidmət edir. - Dünyada qloballaşma prosesi gedir. Ölkələr, xalqlar bir araya gəlirlər, eyni qanunla idarə olunurlar. Biz də dünyanın bir parçası kimi bu prosesə qoşulmağa məcburuq. - Milli dəyərlərimizi qorumasaq, qloballaşma bizim üçün fəlakət olar. Hara gedirsən-get, hara üz tutursan-tut, öz əxlaqının, öz mənəvi dəyərlərinin təəssübünü çəkməlisən, onlarla yaşamalısan. Əxlaqından qopan xalq kökündən uzaqlaşır, özündən uzaqlaşır və dönüb olur yarım-yapalaq bir şey. Biz dünya ilə ayaqlaşmalıyıq, ancaq dəyərlərimizdən də vaz keçməməliyik. Əgər Türkiyə Avropa Birliyinə daxil olmaqla türklüyündən uzaqlaşırsa, mən bunun əleyhinəyəm. Türkiyə qüdrətli dövlət olmalıdır, o ancaq keçmişin üzərində inkişaf edərsə, güclənər, böyüyər. - Türkiyənin dilində də ciddi dəyişikliklər var. Mən də dedim ki, dilimizi korlayan sözlərdən istifadə etmə. Bu gün türkiyəlilərin müəllim əvəzinə, öyrətmən deməsini, danışanda pardon, mersi işlətmələrini heç cür qəbul edə bilmirəm. - Heç imtina etmək istədiyiniz əsərləriniz varmı? Buna görə də mən onları yeni kitablarıma daxil etmirəm. - Bəxtiyar müəllim nədən qorxur? Allaha yalvarıram ki, məni pis günə düşməkdən qorusun. Bir insan kimi ətrafımda, həyatımda mühüm yer tutan çox şeylərimi itirməkdən qorxuram. Qorxu, məncə, insanda normal hissdir. Doğrusu, bir az da ölümdən qorxuram. - Hara səyahət etmək istəyirsiniz? Ora gedən kimi də ilk olaraq, Məmməd Əmin Rəsulzadənin, sonra isə Mehmet Akif Ərsoyun məzarlarını ziyarət edirəm. - Dünyanın hər üzünü görmüş ustad şairimiz Bəxtiyar Vahabzadə üçün dünyanın dadı nədir? - Dünyanın dadı insanlar arasında qarşılıqlı hörmətdir, ehtiramdır. Dünyanın dadı dini düşüncə ilə, imanla bilinir. Dinsiz adamdan nə desən gözləmək olar. - Milli dəyərlərə xüsusi önəm verirsiniz. Bu mövzuda nə kimi qüsurlarımız var? Yəni yapon üçün verilən söz görülən iş kimidir. Məsuliyyətlidirlər, sözdə ciddidirlər. Dəqiqlik, sözündə dürüst olmaq mühüm keyfiyyətdir. Qeyrət özümüzdə olmalıdır, millət ayağa qalxıb öz torpağını geri almalıdır. Ondan-bundan mərhəmət diləmək, kimlərdənsə yardım gözləmək doğru deyil. Azərbaycan öz torpağını özü almağı bacarmalıdır. İnsan niyə ağlamasın axı? - Bəxtiyar Vahabzadə axırıncı dəfə nə vaxt ağlayıb və niyə ağlayıb? Son illərdə çox kövrəlmişəm, hərdən baxdığım filmdən, oxuduğum kitabdan da kövrəlib ağlamağım olur. Dua edəndə nə istəyirsiniz? - Hər gecə yatmazdan əvvəl kəlmeyi-şəhadətimi deyirəm. Sonra da deyirəm ki, ey qurban olduğum Allah, mənim millətimə rəhm eylə, bizə lütfünü, bərəkətini nəsib eylə. Dövlətimizi dünyanın ən güclü dövlətlərindən birinə çevir. Hər gecə, beləcə, xalqımız və dövlətimiz üçün Allaha dua edirəm.
Xocalı soyqırımının 17-ci ildönümünün keçirilməsinə dair tədbirlər planı təsdiqlənib. Azərbaycan Prezidentinin İcra Aparatının rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə Xocalı soyqırımının on yeddinci ildönümünün keçirilməsinə dair tədbirlər planı təsdiq edib. Tədbirlər planına əsasən, fevralın 26-da Bakı şəhərinin Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə və Şəhidlər xiyabanı ziyarət ediləcək. Həmçinin, ölkənin bütün ərazisində saat 17:00-da Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq. Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması məqsədi ilə xarici kütləvi informasiya vasitələri, teleradio kanalları və internet şəbəkəsi ilə bu qanlı qırğına həsr olunmuş materialların yayılması, Azərbaycanın xarici ölkələrdəki səfirliklərində, nümayəndəliklərində və diaspor təşkilatlarında anma mərasimlərinin keçirilməsi nəzərdə tutulub. Tədbirlər planına uyğun olaraq, ölkəmizin televiziya və radiolarında, kütləvi informasiya vasitələrində Xocalı soyqırımı ilə bağlı materiallar veriləcək, idarə və təşkilatlarda, teatr-konsert müəssisələrində, sərgi salonlarında, ali və orta məktəblərdə tədbirlər keçiriləcək, milli azadlıq uğrunda mübarizədən söhbət açan sənədli və bədii filmlər nümayiş olunacaq. Həmçinin, xocalılıların müvəqqəti məskunlaşdıqları şəhər və rayonlarda şəhid ailələrinə yardımlar göstəriləcək.
“İslam ölkələri daha da yaxınlaşmalı, dünyada sülhə xidmət etməlidirlər”. Azərbaycan Prezidenti İlham Əliyev deyib ki, İslam ölkələri bütün sahələrdə əməkdaşlıqlarını sıxlaşdırmalı və öz iqtisadi potensiallarını bir-birlərinin xidmətinə təklif etməlidirlər. “Azərbaycan İslam həmrəyliyinin daha da möhkəmlənməsi üçün səylərini davam etdirəcək. İslam qardaşlıq və tolerantlıq dinidir. İslam dünyası çox zəngin tarixi irsə, mədəniyyətə malikdir. Bu mədəniyyət də dünya birliyinə olduğu kimi təqdim olunmalıdır”. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev dünən “Bakı - İslam Mədəniyyətinin Paytaxtı-2009” mədəniyyət ilinin təntənəli açılış mərasimində çıxış edərkən söyləyib. Ölkə başçısı İslam ölkələrinin daha da yaxınlaşmasına böyük ehtiyac olduğunu vurğulayıb. “Biz bir-birimizi dəstəkləməli, həm iqtisadi, həm siyasi sahədə daha da sıx əməkdaşlıq etməliyik. Biz öz iqtisadi potensialımızı bir-birimizin xidmətinə təklif etməliyik. Daha çox İslam ölkələri arasında qarşılıqlı ticarət aparılmalıdır”, - deyən Prezident qeyd edib: “Xüsusən siyasi müstəvidə, BMT-də İslam ölkələrinin həmrəyliyi və birliyi çox böyük əhəmiyyət daşıyır. Bizim bəzi hallarda birgə təşəbbüslərimiz uğurlu olub. Bu təşəbbüslər bir məqsəd daşıyıb: dünyada təhlükəsizlik, əmin-amanlıq təmin edilsin, müharibələr olmasın, sivilizasiyalararası dialoq daha da möhkəmlənsin”. Bakının 2009-cu il üçün İslam mədəniyyətinin paytaxtı elan olunmasına münasibət bildirən İlham Əliyev bunu çox yüksək qiymətləndirib: “Bu, böyük tarixi hadisə, Azərbaycan üçün şərəfdir”. Dövlət başçısı açılış mərasiminin və bundan sonrakı tədbirlərin uğurla keçəcəyinə və İslam mədəniyyətinin daha da yaxınlaşmasında müsbət rol oynayacağına əminliyini ifadə edib: “Biz müstəqilliyimizi cəmi 17 ildir yaşayırıq. Buna görə də var gücümüzlə çalışırıq ki, İslam ölkələrinin birliyi və həmrəyliyi üçün öz töhfəmizi verək. Bu məqsədlə Azərbaycanda çoxsaylı tədbirlər keçirilir”. Açılış mərasimində çıxış edən İSESKO-nun Baş direktoru Əbdüləziz bin Osman Əl-Tuveycri də tədbirin əhəmiyyətindən danışıb, belə bir tədbirin Azərbaycanda keçirilməsinin böyük hadisə olduğunu vurğulayıb. Daha sonra o, “Bakı-İslam Mədəniyyətinin Paytaxtı” mədəniyyət ilinin emblemini Azərbaycan Prezidentinə təqdim edib. Açılış tədbiri xüsusi hazırlanmış konsert proqramı ilə davam etdirilib. Dünən həmçinin Muzey Mərkəzində “Bakı - İslam Mədəniyyətinin Paytaxtı-2009” mədəniyyət ilinin açılışı münasibətilə foto və rəsm sərgisi də təşkil olunub. Xatırladaq ki, İslam Konfransı Təşkilatına üzv olan ölkələrin mədəniyyət nazirlərinin ötən il keçirilən toplantısında Bakının 2009-cu il üçün İslam mədəniyyətinin paytaxtı elan olunması barədə qərar qəbul edilmişdi. Natiq Pənahlı.
Bəxtiyar Vahabzadəni “çətin addım” atmağa nə vadar etdi? Ustad şairin son günləri və son şerləri. Cavanşir müəllim Şəkidə “5 ulduz”lu otel tikdirmişdi. O istəyirdi ki, şəhərin mərkəzində Bəxtiyar müəllimin abidəsini qoydursun. Lakin Bəxtiyar müəllim bildirdi ki, mənim heykəlim əsərlərimdir, onları insanlar oxuyub faydalanırlarsa, xoşbəxtəm. Axı quru daş parçası onlara nə verəcək? Bilirdim ki, şair indiyədək çap olunan kitablarındakı naqisliklərdən narahatdır. Cavanşir müəllimə şairin heykəlinin qoyulması ilə razılaşmadığını dedim. O vaxtlar yazıçı dostunun oncildliyinin xərcini ödəyən bir iş adamının televiziya kanallarında “filankəsin əsərlərini mən üzə çıxartdım, dahi şairimizin Şamaxıda məzarına abidə ucaltdım, özüm də şair olduğumdan Rusiyada qazandıqlarımı ədəbiyyatın inkişafına xərcləyirəm” deyərək ağızdolusu danışması, qəzetlərdə özünü öyməsi B.Vahabzadəyə pis təsir etmişdi. Əsərlərinin çapı üçün heç kimin yardımını qəbul etmirdi. Uzun söhbətlərdən sonra onu yumşaltdım. Çünki Bəxtiyar müəllim Cavanşir Feyziyevin xeyriyyəçiliyi barədə çox eşitmişdi, kənddə məktəb tikdirməsini, xəstələri müalicə etdirməsini, müharibə veteranlarına və qocaman müəllimlərə təmənnasız yardımlarını alqışlayırdı. C. Feyziyevin etdiyi saysız-hesabsız yaxşılıqları bir dəfə də olsun üzə vurmadığını görüb deyirdi ki, halal yolla pul qazanmaq özü də istedaddır. Zeynalabdin Tağıyev də, Musa Nağıyev də böyük istedada malik idilər. Onların istedadları olmasaydı, milyonlara sahib ola bilməzdilər. Nəhayət, Cavanşir müəllimlə görüşə razılıq verdi. Onunla birsaatlıq söhbətdən sonra səmimiyyətinə inandı və külliyyatının nəşrinə başladıq. Əsərlərinin hər birini nəzərdən keçirir, bəzi misralarının yanında xətlər çəkirdi. O misralar İlahidən gələn ilhamdır”. Bəxtiyar Vahabzadə əsərlərinə qarşı çox tələbkar idi. Bəzilərinin külliyyatına salınmasını istəmirdi. Əvvəllər böyük rəğbət bəsləyərək şeir həsr etdiyi insanların ikiüzlülüyünü görüb, ithafı götürməyi xahiş edirdi. Yeni cildlərini əlinə alanda uşaq kimi sevinirdi. Dözmədi. Qalan 4 cildin bütün materiallarını mənə təhvil verib, Haqqa qovuşdu. Türkiyədəki cəmiyyətlərin birinin rəhbəri il yarım əvvəl B.Vahabzadə ilə görüşmək üçün Bakıya gəlmişdi. Onu cəmiyyətlərinin qurultayına dəvət edirdi. Qərara almışdılar ki, şairi başqanları seçsinlər. Yenicə əməliyyatdan çıxdığından şair evində türk qardaşlarına olan tövsiyələrini lentə aldırdı. Cəmiyyətin qurultayında onun çıxışını hamı ayaq üstdə dinləmişdi. Bu il fevralın 14-də mənə Cəmiyyətdən başsağlığı məktubu gəldi. “Ramazan Bey, Büyük üstad Bahtiyar Vahapzade’nin vefatını derin bir üzüntü ile oğrendim. Türkiyə Cümhuriyyətinin Bakıdakı Böyükelçiliyində maliyyə attaşesi vəzifəsində çalışmış Bünyamin Özgür də ürəkağrısı ilə yazır: “Aziz kardeşim merhaba... Bahtiyar müellimin vefatını öğrendim ve çok üzüldüm. Yanvarın 27-də Türkiyə Cümhuriyyətinin Bakı Böyükelçisi Hulusi Kılıç və “Qafqaz Plus” jurnalının Türkiyə təmsilçisi Mehmet Hatiboğlu ilə birlikdə B.Vahabzadənin qonağı olduq. Orada şairin son şəkillərini çəkdim. Dostumuz İkramın oxuduğu şeirlərə kövrəlsə də, ürəyi həyat eşqi ilə döyünürdü, İstanbulu, Ankaranı bir də görmək, türk xalqı ilə görüşmək arzusundaydı. Hulusi Kılıç şairin külliyyatının tezliklə Türkiyədə də basılacağını vəd etdi. Fevralın 11-də Qafqaz Universitetinin rektoru professor Əhməd Sanıc və xarici əlaqələr üzrə prorektor Murad Ərgüvən “Qafqaz” jurnalı redaksiyasında qonağım oldular. B.Vahabzadənin külliyyatının çapdan çıxan 8 cildini onlara hədiyyə etdim. Yaxın günlərdə şairə baş çəkəcəklərini bildirdilər. Sonra Bəxtiyar müəllim zəng edib, məni yanına çağırdı. Günortaüstü onun iş otağında görüşdük. Son qeydlərini mənə verdi, istəklərini bildirdi. Növbəti cildlərdəki əsərlərin tərtibi ilə maraqlandı. Bütün məsələləri müzakirə edib razılaşdıq. - Sənə öz atama arxayın olduğum qədər arxayınam. Daha gücüm qalmayıb. Kövrəldiyimi görüb, sözünü dəyişdi: - Sən yayda Şəkiyə gələcəksən? - Məni Gavur qalasına apararsan... Fevralın 13-də, saat 16.30-da məni Türkiyə Cümhuriyyətinin Bakı Böyükelçiliyinə çağırdılar, mədəniyyət və turizm nazirinin şəxsi məktubunu B.Vahabzadəyə verməyimi xahiş etdilər. KÜLTÜR VE TURİZM BAKANI. İki saatdan sonra şair Qafqaz Universitetinin rektoru ilə görüşür, 7-10 dəqiqəlik çay süfrəsindən sonra qonaqları ötürüb, iş otağına keçir, “Ramazan müəllim əsərlərimə baxmağı tapşırıb”, - deyə iki kitabını yazı masasının üstünə qoydurur, həmişəki kimi mənə zəng etməyi evdəkilərdən xahiş edir və könlündən alma yemək keçir... Maşında evə gedirdim. Ekranda “Bəxtiyar Vahabzadə” sözlərini oxuyuram. Lakin ilk dəfə onunla danışmağa imkan tapmıram. Xətt kəsilir. Demə, bu an şair almanı ağzına apararkən İlahinin çağırışını eşidir. Həyat yoldaşı Dilarə xanıma: “Mən gedirəm”, - deyib əbədiyyətə qovuşur... Bir neçə dəqiqədən sonra mobil telefonum təkrar səslənir. Ekranda son dəfə “Bəxtiyar Vahabzadə” sözlərini oxuyuram və həmişəki kimi Tengiz xanımın səsini eşidirəm. Ancaq bu dəfə “Ramazan müəllim, Bəxtiyar müəllim sizinlə danışmaq istəyir” əvəzinə, ağlamsınaraq: “Bəxtiyar müəllim dünyasını dəyişdi”, - deyir... Bağışladığı kitablarının birində “Əqidə dostum Ramazan Qafarlıya”, ithaf etdiyi “Dünən də, bu gün də” şeirində isə, sadəcə, “Dostum Ramazan Qafarlıya” sözlərini yazıb. Xudu müəllimdən sonra B.Vahabzadənin dostu, özü də əqidə dostu olmaq, ömrün on beş ildən çoxunu onunla qəlbən birləşmək, inanıb inandırmaq, fikirlərinə şərik olmaq elə bir xoşbəxtlik idi ki, həyatımdakı bütün sıxıntıları, məhrumiyyətləri, üstümə yağdırılan şəri, böhtanı unutdururdu. İndi Bəxtiyar Vahabzadə itkisi həyat yoldaşı Dilarə ananı göynətdiyi qədər məni də göynədir. Cənazəsini qəbiristanlığa aparanda dedilər ki, onu təyyarəyə mindiririk, uçub uzaqlara gedəcək. Ani olaraq atamın qayıdacağına ümid bəsləyirəm. B.Vahabzadə insaniyyətin atası idi. Milyonları yetim qoydu. İndi hamının gözləri göyə dikiləcək. Onu qaytaracaq uçağı axtaracaq. Ömrünü uzatmaq üçün cildlərin sayını 15-ə çatdırmaq istəyirdim. Elə bilirdim özündə güc tapıb axıradək tövsiyələrini əsirgəməyəcəksən. Axı söz vermişdin, Novruzu bir yerdə keçirəcəydik.
“Türkiyə ilə münasibətlərimizdə heç bir problem yoxdur”. Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Xəzər İbrahim deyir ki, Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətləri indi də çox yüksək səviyyədədir və heç bir problem yoxdur. Bununla belə, o, ictimaiyyətdə yanlış fikirlərin oyanmaması üçün rəsmi qurumların açıqlamalarının davamlı, tam aydın və ikili məna daşıyan ifadələrdən uzaq olmasının vacibliyini vurğuladı. - Xəzər bəy, Türkiyə ilə Ermənistan arasında gedən son danışıqlar gizli saxlanılır. Buna danışıqların konfidensial olması əsas gətirilir. Məsələyə bu prizmadan yanaşdıqda ortada gəzən söz-söhbətləri necə başa düşmək olar? - Rəsmi olaraq gizli diplomatiyadan istifadə olunmasa da, qeyri-rəsmi olaraq bu yola əl atılır. Türkiyə-Ermənistan danışıqlarında isə söhbət gizli diplomatiyadan getmir. Burada məsələ konfidensiallığın qorunmasıdır. Yəni masa üzərində müzakirə olunan məsələlərin detalları açıqlanmır, ancaq ümumi çərçivə barədə ictimaiyyətə məlumat verilir. Məsələn, Azərbaycan və Ermənistan da konfidensial danışıqlar aparırlar. Bu danışıqlar barədə açıqlama verəndə biz deyirik ki, müzakirələr 15 bənd üzrə aparılır. Ancaq bu bəndlərin nədən ibarət olduğunu açıqlamırıq. Sonra deyirik ki, bunlardan bir çoxu razılaşdırılıb, bir-iki bənd qalıb. Bu artıq ictimaiyyətə bir mesajdır ki, danışıqlarda müəyyən irəliləyişlər var. Sonra da deyirik ki, danışıqların əsas prinsipi ərazi bütövlüyüdür. Başqa ölkələr də belə konfidensial danışıqlar apara bilərlər. Ancaq onlar da həm öz ictimaiyyətləri, həm də bu danışıqlarda marağı olan digər dövlətlərin rəsmiləri və ictimaiyyətləri üçün müəyyən məlumatlar verməlidirlər. Belə məsələlərdə ictimaiyyəti məlumatlandırmaq çox vacibdir. Ola bilsin ki, bu tipli danışıqlarda ictimaiyyətin məlumatlandırılması baxımından düzgün strategiyanın seçilməməsi hansısa fantaziyaların, şayiələrin ortaya çıxmasına səbəb olur. - Sizcə, Azərbaycan ictimaiyyətinin narahatlığı bundan qaynaqlanır? - Deməzdim ki, rəsmi səviyyədə hansısa narahatlıq var. Qardaş münasibətlərimiz indi də çox yüksək səviyyədədir və heç bir problem yoxdur. Ancaq qəzetləri oxuyanda görürsən ki, sanki ölkələr arasında hansısa problem var. Bunun qarşısını almaq üçün hər iki tərəf öz səylərini artırmalıdır. Xüsusilə də, açıqlamalarımızda ikili məna daşıyan ifadələrə yer verməməliyik. Çünki qardaş ölkələr arasında belə ifadələrdən istifadə etdikdə ictimaiyyətdə belə bir təsəvvür formalaşır ki, sanki ölkələr arasında hansısa problem var. Dolaylı ifadələrdən qaçınılmalıdır. - Türkiyə-Ermənistan danışıqlarından narahat olanlar belə bir əsas gətirirlər ki, Ermənistan hiyləgər dövlətdir, ona güvənmək olmaz. Siz necə düşünürsünüz: doğrudanmı təcrübəli Türkiyə diplomatiyası erməni reallığını dərk edə bilmir? - Türkiyə tarixinə nəzər saldıqda bu qənaətə gəlmək olmaz ki, belə bir diplomatiya təcrübəsinə malik dövlət həmin problemlə üzləşə bilsin. Türkiyə diplomatiyası yalnız Azərbaycan tərəfdən deyil, beynəlxalq ictimaiyyət tərəfindən çox yüksək qiymətləndirilir. O, həm tarixinə, həm də məzmununa görə ən irəlidə gedən diplomatiya məktəblərindən biri sayılır. Ancaq burada söhbət kiminsə hiyləgər olmasından getmir. Söhbət ondan gedir ki, Türkiyə ilə Ermənistan arasında münasibətlər var, bu münasibətlər inkişaf etməkdədir və Azərbaycan da bundan xəbərdardır. Azərbaycan həmişə bəyan edib ki, ölkələrin kiminləsə diplomatik münasibətlər qurması onların suveren hüquqlarıdır. Azərbaycanın da öz məsələləri var və kimlərinsə münasibətlərində Azərbaycana dair məqamlar varsa, həmin həssaslıq nəzərə alınmalıdır. Ancaq biz heç zaman belə münasibətlərə qarışmırıq. Azərbaycan özünə güvənən ölkədir və öz milli maraqlarını qorumağa qadirdir. Ancaq biz istəyirik ki, bölgədə baş verən proseslər ərazidəki ölkələrə və xalqlara sülh və sabitlik gətirsin, Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun. - Belə görünür ki, Türkiyə həm Qafqazda Əməkdaşlıq və Sabitlik Platforması (QƏSP-red.) təklifini irəli sürməklə, həm də Ermənistanla münasibətləri bərpa etməklə Dağlıq Qarabağ (DQ) problemini həll etməyə çalışır. - Burada üç məsələ var: Azərbaycan-Ermənistan münasibətləri, Türkiyə-Ermənistan münasibətləri var və Türkiyənin irəli sürdüyü QƏSP təklifi. Bunları bir-birinə qarışdırmaq bir az təhlükəlidir. Birinci məsələdə Azərbaycan konfidensiallığı qorumaqla ictimaiyyəti məlumatlandırır. İkinci məsələdə isə ictimaiyyəti Türkiyə məlumatlandırmalıdır. Bu, ictimaiyyəti rahatlatmağa xidmət edərdi. Digər tərəfdən, QƏSP təklifi Minsk Qrupunun nə əvəzinədir, nə də ona alternativdir. Bu, tamamilə müstəqil təşəbbüsdür. Türkiyə də bu təklifi əvəzləyici bir təşəbbüs kimi irəli sürmədiyini bildirmişdi. Azərbaycan tərəfi bəyan edib ki, platforma təşəbbüsünü müsbət hesab edir və onun həyata keçirilməsi üçün müzakirələrin aparılması lazımdır. Azərbaycan həmişə regional sülhə xidmət edən təşəbbüslərin tərəfdarı olub. Ancaq münaqişə həll olunmayanadək hansısa əməkdaşlıqdan söhbət gedə bilməz. - Əgər Türkiyənin Ermənistanla münasibətlərinin qurulmasında DQ şərtini geri götürməsi barədə şaiyələrə inansaq, belə çıxır ki, Türkiyənin QƏSP təşəbbüsü “ölü doğulub”? Axı QƏSP-də əsas yeri Azərbaycan tutur. - Piar işlərində çox həssas məqamlar var. Hətta bir saniyə belə diqqətsizlik edəndə, problemlər ortaya çıxa bilər. Ona görə durmadan işləmək lazımdır. Ötən il Münxendə Ərdoğanın Oskanyana cavabının şəxsən şahidi oldum. Ərdoğan çox dəqiq ifadələrlə Ermənistanın işğalçı olduğunu bildirdi. Ancaq bu mövqe hər zaman təkrarlanmalıdır. Məsələn, mən Azərbaycanın mövqeyini durmadan təkrarlayıram. Bir dəfə təkrarlamadıqda deyirlər ki, yəqin mövqedə dəyişiklik var. Jurnalistlər belə məqamlara xüsusi fikir verirlər. Türkiyənin Azərbaycanın dostu və qardaşı olduğunu biz hər məqamda vurğulayırıq. Türkiyə də hər məqamda öz mövqeyini təkrarlamalıdır. Bu mövqe dövlətə aydın ola bilər, ancaq ictimaiyyət üçün bu, hər zaman təkrarlanmalıdır. - Son bir ayda həm Türkiyə və Ermənistan, həm Türkiyə və Azərbaycan, həm də Türkiyə, Azərbaycan və Ermənistan arasında bir neçə yüksəksəviyyəli görüşlər keçirilib. Bunu hansısa mesaj kimi başa düşmək olmazmı? Bu görüşləri ümidverici nəticələrə aparan yol kimi dəyərləndirmək olarmı? - Diplomatlar məsələlərə ümidlə deyil, reallıqla yanaşırlar. Ancaq ictimaiyyət xəyallarla da yaşaya bilər. Onların fikirlərinin formalaşmasına KİV təsir edir. Əgər KİV-də gedən məlumatlar reallıqları əks etdirmirsə, ümidsizliyi formalaşdırırsa, onda problem yaranır. - Sizin deməyinizdən belə çıxır ki, görüşlərin sayından və ya məzmunundan asılı olmayaraq, ictimaiyyətə dəqiq açıqlamalar verilməlidir ki, onların hansısa fərqli məna çıxarmalarına ehtiyac qalmasın. - Əlbəttə ki, ictimaiyyətin düşünməsinin qarşısını almaq olmaz. Ancaq onların düzgün nəticə çıxarmaları üçün düzgün, ikimənalı olmayan məlumatlar vermək lazımdır. - Türkiyə həm regional və ikitərəfli münasibətlərdə, həm də beynəlxalq müstəvidə bir il əvvəlki səviyyədə qalıb? - Türkiyə-Azərbaycan münasibətləri qardaşlığa əsaslanır və bu münasibətlər gündən-günə güclənir. Ümumiyyətlə götürdükdə isə, Türkiyənin mövqeyi bütün dünyada bəllidir və bu mövqe güclənir. Azərbaycan bundan yalnız fərəhlənir. Türkiyə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür. - DQ ətrafında informasiya müharibəsi davam edir. Bu baxımdan Azərbaycan və Ermənistanın strategiyası nə ilə fərqlənir? - Ermənistanın resursları bu baxımdan çox genişdir. Ancaq bu o demək deyil ki, biz fəaliyyətsiz qalmalıyıq. Çalışırıq ki, reallıqları və mövqeyimizi dünya ictimaiyyətinə düzgün çatdıraq. İndi biz uduzan tərəf deyilik. Özümüzü udan tərəf kimi göstərmək də istəmirik. Eyforiyaya qapılmamağa çalışırıq. Əminliklə deyə bilərəm ki, beynəlxalq ictimaiyyət qarşısında irəli sürdüyümüz arqumentlər vəziyyəti ciddi şəkildə dəyişdirib. - Xəzər bəy, bu baxımdan Azərbaycan mediasına tövsiyəniz nədir? - XİN-media əlaqələrində böyüklük-kiçiklik münasibətlərindən deyil, tamamilə bərabər səviyyələrdən söhbət gedir. Məqsəd eynidir. Sadəcə olaraq, bunun forması düzgün seçilməlidir. Çalışmalıyıq ki, bir-birimizi dəstəkləyək və güclənək, bir-birimizin fəaliyyətindən bəhrələnək. Qarşılıqlı şəkildə peşəkarlığımızı artırmalıyıq. - Münaqişə ilə bağlı ümidverici və optimist açıqlamalar çox vaxt Qərb diplomatları tərəfindən verilir. Halbuki bunların həqiqəti əks etdirmədiyini görürük. Belə bəyanatlar səsləndirməkdə onların məqsədləri nədir? Birincisi, bu, onların beynəlxalq bürokrat mahiyyətlərindən irəli gəlir. Onlar həmişə çalışırlar ki, diqqət çəksinlər. Digər tərəfdən, onlar həmişə sülh yolunu xüsusi vurğulayırlar. Vasitəçilər açıqlamalarını məhz bu formada verməlidirlər. Onlar hərbçi kimi açıqlama verə bilməzlər. İkinci səbəb isə odur ki, bu, onların deyil, bizim ağrımızdır, onların torpaqları işğal olunmayıb. - Üçüncü səbəb bu ola bilərmi ki, nikbin danışmaqla hansısa iş gördükləri, nəyəsə nail olduqları barədə rəy formalaşdırmağa çalışsınlar? - Abdullah Gülün Ermənistana səfərini Türkiyənin məğlubiyyəti kimi qələmə verənlər də, buna ümidlə yanaşanlar da oldu. Azərbaycan pəncərəsindən vəziyyət necədir? - Yenə deyirəm ki, diplomatlar ümidlərlə yaşamırlar. Real vəziyyət budur ki, Ermənistanın mövqeyində hansısa dəyişiklik yoxdur. Türkiyənin diplomatik uğurunu bilmirəm, ancaq futbolda qalib gəlmişdi (gülür). - Diasporların ortaq fəaliyyətini ölkələrimizin xarici siyasətinin bir parçası kimi dəyərləndirə bilərikmi? Xarici siyasətdə bunlar arasında tam əlaqələndirmə olmasa da, təbii ki, bunun təsiri var. Ermənistan diasporunun təsiri isə çox böyükdür, hətta Ermənistanın xarici siyasətinin tam mərkəzidir. Türkiyə-Azərbaycan ortaq diasporuna gəldikdə isə, əsas məsələ keçirilən görüşlərin məzmunudur. Kəmiyyət önəmli deyil. Keyfiyyət artırılmalıdır. - Rusiya-Türkiyə yanaşması DQ probleminin həllinə nəcə təsir edə bilər? - Hər ikisi güclü dövlətlərdir və hər ikisinin regionda maraqları var. Rusiya-Türkiyə münasibətlərinin, eləcə də Türkiyə-Ermənistan danışıqlarının DQ münaqişəsinin həlli prosesinə birbaşa aidiyyəti yoxdur. Ancaq bu münasibətlər elə bir şərait yarada bilər ki, danışıqlar prosesində hansısa irəliləyiş olsun. Hər hansı problemin həllində birbaşa xətt var. Eyni zamanda həmin xətt müəyyən bir çərçivədə, şəraitdə fəaliyyət göstərir. Əgər Türkiyə-Rusiya və Türkiyə-Ermənistan münasibətləri həmin çərçivələri əlverişli edə bilsələr, onda biz o xətt üzərində işimizi qura bilərik. Yəni Türkiyə həmsədr kimi birbaşa o xəttin üzərində olmasa da, o şəraitin yaradılmasında çox müsbət rol oynaya bilər. Ancaq gərək biz ortada nəyisə görək. Hazırda ortada heç nə yoxdur, bəlkə də olacaq. - Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT-red.) ordu qurmaq barədə qərar qəbul edib. Eyni zamanda Rusiya və Ermənistan da ortaq hərbi hava komandanlığı yaratmaq barədə razılığa gəliblər. Ermənistanda Rusiyanın hərbi bazasının olduğunu da nəzərə alsaq, Azərbaycanın Türkiyə ilə analoji addım atmasına ehtiyac varmı? - Həmişə KTMT-nin üzvlərinə xatırladırıq ki, onlar Ermənistanla eyni hərbi blokda olsalar da, bu ölkənin təcavüzkar olduğunu nəzərə almalıdırlar. Onun hərbi potensialının gücləndirilməsinə və bunun Azərbaycanın əleyhinə istifadə olunmasına yol verməməlidirlər. Digər tərəfdən, Ermənistan çalışır ki, həmin təşkilata üzvlüyünü öz təhlükəsizliyinin təminatının göstəricisi və öz işğalçı siyasətinə dəstək kimi göstərsin. Bu, tamamilə yanlışdır. Çünki hərbi bloklar bir-birilərinin ərazisini müdafiə etmək üçün qurulurlar. Azərbaycan da əgər hansısa məqamda beynəlxalq hüquqa söykənərək, öz ərazilərini işğaldan azad etməyə çalışacaqsa, bu, yalnız Azərbaycan ərazilərində (hazırda işğal altında olan ərazilərimizdə-red.) baş verəcək. Ona görə də Ermənistan həmin təşkilatın dəstəyinə ümid etməməlidir. Azərbaycan isə, ümumiyyətlə, blokçuluğun tərəfdarı deyil. Düşünürük ki, bloklar arasında hansısa konfrantasiya olduqda, bu, həmin blokların üzvlərinin maraqlarına uyğun deyil. Biz mərhələli həll yolunun tərəfdarıyıq. Moskva Bəyannaməsində də bu, öz əksini tapıb. Mərhələlərdə, ilk növbədə, hansısa rayonların qaytarılması öz əksini tapa bilər. Azərbaycan mövqeyini dəyişməyib. Bütün rayonlar azad edilməlidir. Sonra qaçqınlar öz yurd-yuvalarına qayıtmalıdırlar. DQ-dəki ermənilərə də Azərbaycan pasportları verilməlidir. Sonra status müəyyən olunmalıdır. Dəfələrlə bəyan etmişik ki, biz DQ-yə vəsait qoymağa, hətta Ermənistanın özünə də yardım etməyə hazırıq. - İndiyə qədər Azərbaycan pasport üçün müraciət edən erməni olubmu? Onlar özləri də işğal altındadırlar. Əgər belə bir müraciət olarsa, biz buna hazırıq. - Türkiyə bir neçə il əvvəl Azərbaycanla vizanı ləğv etdi. Ancaq Azərbaycanın da eyni addımı atmaması Türkiyə tərəfindən birmənalı qarşılanmadı. Bu məsələ ilə bağlı hansısa yenilik varmı? - Azərbaycanda hansısa ölkə ilə viza məsələsini aradan qaldırmaq və ya asanlaşdırmaq qurumlararası danışıqların aparılmasını tələb edir, hər qurum buna öz rəyini bildirməlidir. Yəni bu, müəyyən prosedura bağlıdır. Azərbaycanda bu məsələni Türkiyədə olduğu kimi, xarici işlər nazirinin bir sözü ilə həll etmək olmur. Natiq Pənahlı.
“Türkiyə heç vaxt Azərbaycanın milli maraqlarına zidd addımlar atmayacaq”. “Azadlıq” radiosunun erməni bürosunun bir müddət əvvəl Türkiyənin Ermənistanla danışıqlarda Dağlıq Qarabağ məsələsində guya geri addım atdığı barədə yaydığı məlumatın Azərbaycan daxilində doğurduğu əks-səda davam edir. Bəs, doğrudanmı, Türkiyə Ermənistanla diplomatik əlaqələr qurmaq xətrinə Azərbaycanın milli maraqlarını qurban verə və işğal altında olan torpaqlarımız azad edilmədən Yerevana hansısa güzəştlərə gedə bilər? Bizi maraqlandıran bu və digər suallara cavab almaq üçün Bakı Dövlət Universitetinin professoru, hüquq elmləri doktoru, politoloq Rüstəm Məmmədova müraciət etdik. - Rüstəm müəllim, son vaxtlar Azərbaycan və Türkiyə mətbuatında Ankaranın Yerevanla apardığı danışıqlarda müəyyən güzəştlərə getdiyi barədə yazılar gedir. Buna da səbəb “Azadlıq” radiosunun erməni bürosunun Ermənistanla apardığı danışıqlarda Türkiyənin Dağlıq Qarabağ məsələsində geri addım atdığı barədə yaydığı məlumatdır. Bu baxımdan Türkiyənin Azərbaycanın milli maraqlarına cavab verməyən hər hansı bir addım atması, sizcə, mümkündürmü? - Hər şeydən öncə qeyd edim ki, Türkiyə dövləti dünən də, bu gün də onun qurucusu olan böyük Mustafa Kamal Atatürkün ideyaları əsasında fəaliyyət göstərir. Türk dünyasına, ilk növbədə, Azərbaycana münasibətdə Türkiyənin yeritdiyi siyasət Atatürkün müəyyən etdiyi prinsiplər əsasında davam edir. Bu siyasətdə isə Azərbaycanın milli maraqları önə çəkilib. Xatırladım ki, ötən əsrin 20-ci illərinin əvvəllərində Rusiya ilə Türkiyə arasında imzalanan Qars anlaşmasında Atatürk Naxçıvanın Azərbaycanın ərazisi kimi saxlanılması şərtini irəli sürdü və bunun orada əks olunmasına nail oldu. Eyni zamanda Rusiya ilə aparılan danışıqlarda Türkiyə Dağlıq Qarabağın Azərbaycan tərkibində saxlanılması şərtilə ona muxtariyyət verilməsinə Moskvanı inandıra bildi. Əgər o vaxt Türkiyənin Rusiya ilə qurduğu isti münasibətlər olmasaydı, onda Azərbaycanın taleyi tamamilə başqa cür həll ediləcəkdi. Yəni o vaxt, sözün əsl mənasında, Azərbaycanın xəritədən silinməsinin qarşısını Türkiyə aldı. Qars anlaşmasının imzalanmasından əvvəl - 1918-ci ildə də yenə Nuru Paşanın komandanlıq etdiyi türk əsgərləri Azərbaycanın yardımına gəlməsəydilər, ermənilər bu torpaqlarda tarixdə tayı-bərabəri olmayan soyqırımı həyata keçirəcəkdilər. Yəni Türkiyənin tarix boyu Azərbaycana qarşı belə böyük bir sədaqət nümayiş etdirdiyi bir vaxtda qardaş ölkənin bizim milli maraqlarımıza cavab verməyən hər hansı bir addım atacağını yalnız siyasətdən xəbərsiz adamlar düşünə bilərlər. Türkiyənin nə bu gün, nə də sabah Azərbaycanın milli maraqlarına cavab verməyəcək bir addım ata bilməsi belə, mümkün deyil. Mən buna inanmıram. Bu məlumatı yayanlar Azərbaycanın və Türkiyənin düşmənləridir və burada emosiyalara uymaq bizim təhlükəli oyunlara sürüklənməyimiz demək olardı... - Türkiyə ilə Ermənistan arasında danışıqlar gedir və bu, Azərbaycanda müəyyən qədər narahatlığa səbəb olur... - Türkiyə kifayət qədər dövlətçilik təcrübəsi olan bir ölkədir və onun xarici siyasət sahəsində atdığı hər hansı addım, şübhəsiz ki, müəyyən məqsədlərə xidmət edir. Bu baxımdan Ankara Yerevanla danışıqlar aparırsa, deməli, bunun arxasında yalnız bu günümüz üçün deyil, həm də gələcəyə yönələn siyasi niyyətlərin həyata keçirilməsi dayanır. Əslində Türkiyə danışıqları intensivləşdirməklə Ermənistanı müəyyən siyasi güclərin təsiri altından çıxarmaq, onu bölgənin təcavüzkar dövlətindən sülhsevər ölkəsinə çevirməyə cəhd edir. Amma bu o demək deyil ki, Türkiyə özünün və Azərbaycanın milli maraqlarını Ermənistana və onu dəstəkləyən ölkələrə qurban verəcək. Türkiyə Ermənistanla danışıqları müəyyən şərtlərlə aparır. Bu şərtlərin arasında həm işğal altındakı Azərbaycan ərazilərinin azad edilməsi, həm də Ermənistanın Türkiyəyə qarşı ərazi və qondarma soyqırımı iddialarından əl çəkməsi dayanır. Hətta Türkiyə bu şərtlərdən birindən əl çəksə belə, Ermənistan digər şərtlərdə güzəştə getməsə, iki ölkə arasında diplomatik əlaqələrin qurulması mümkün olmayacaq. Çünki Ermənistan Türkiyəyə münasibətdə güzəştə getməmək siyasəti nümayiş etdirir. Ona görə də mən istənilən halda Türkiyə ilə Ermənistan arasında aparılan danışıqlardan narahatlıq keçirilməsinə əsas görmürəm. - Narahatlığa digər səbəb isə bu günə kimi Türkiyə Xarici İşlər Nazirliyinin adıçəkilən məsələ ilə bağlı müvafiq açıqlama ilə çıxış etməməsidir. Bu, danışıqların konfidensiallığı ilə bağlıdır, yoxsa ortada başqa səbəblər var? - Mənə elə gəlir ki, hazırki mərhələdə danışıqların konfidensieallığı mühüm məsələdir və onun barəsində mətbuata məlumat sızdırılması ortaya əlavə problemlər çıxara bilər. Bu baxımdan Türkiyə Xarici İşlər Nazirliyinin məsələyə münasibətdə təmkinli mövqe nümayiş etdirməsi başa düşüləndir. Ona görə də mən tələsik nəticələrin çıxarılmasını məntiqsiz hesab edirəm. Təkrar edirəm: Türkiyə Ermənistana və Rusiyaya münasibətdə heç vaxt Azərbaycanın və özünün milli maraqlarına zidd addımlar atmayacaq. Çünki Türkiyənin bölgədə yeganə müttəfiqi Azərbaycan, Azərbaycanın isə tək müttəfiqi Türkiyədir. Amma bu o demək deyil ki, Türkiyə müəyyən məqsədlərinə çatmaq üçün siyasi manevrlər etməyəcək. İstənilən halda Türkiyənin siyasi manevrlər etməyə haqqı var və bunu təbii qarşılamaq lazımdır. Çünki bu siyasi manevrlər həm də Azərbaycanın maraqlarının təmininə xidmət edəcək. - Rusiya ilə Türkiyə arasında aparılan danışıqlar Dağlıq Qarabağ münaqişəsinin həllində Moskvanın hansısa güzəştə getməsi ilə nəticələnə bilərmi? - Rusiya ilə Türkiyə Qafqazda siyasi təsir dairəsi uğrunda mübarizə aparırlar və bu baxımdan onlar arasında müəyyən məsələlərə münasibətdə mövqelərin üst-üstə düşməməsi anlaşılandır. Bununla birlikdə Rusiya üçün bölgədə ABŞ və ya İngiltərə ilə siyasi təsir dairəsi uğrunda mübarizə aparmaqdansa Türkiyə ilə rəqabətə girmək, hətta onun maraqları ilə qismən hesablaşmaq daha məqsədəuyğundur. Digər tərəfdən də, ötən əsrin 20-ci illərinin əvvəllərində olduğu kimi, hazırda yenə də bölgədə Moskva ilə Ankaranın maraqları daha çox üst-üstə düşməyə başlayıb. Çünki Avropa Birliyi və ABŞ Rusiyanı nəinki Qafqazda və Orta Asiyada, həm də beynəlxalq səviyyədə ən təhlükəli düşmən hesab edirlər. AB və ABŞ Rusiyadan böyük güzəştlər tələb edərək, onun Avropaya inteqrasiyasına hər vasitə ilə mane olmağa çalışırlar. Rusiya da AB-yə və ABŞ-a münasibətdə özünün hərbi strateji və milli maraqlarını ən sərt şəkildə müdafiə etməyə çalışır. Eyni sözləri Türkiyə barədə də demək olar. Qərb ölkələri Türkiyənin AB-yə üzvlüyünə imkan vermir və bunun üçün müxtəlif bəhanələr gətirirlər, hətta ona alçaldıcı, təhqiredici şərtləri qəbul etdirməyə çalışırlar. Belə bir vəziyyət isə Rusiya və Türkiyənin təbii müttəfiqlərə çevrilməsi ilə nəticələnib. Ümumiyyətlə, son 80-90-cı illərdə Türkiyə Rusiya faktorundan Qərbə qarşı bacarıqla istifadə edib. Eynilə Rusiya da oxşar təcrübədən məharətlə bəhrələnib. Mənə elə gəlir ki, bu dəfə də belə bir siyasət tərəflərə uğur gətirəcək. - Maraqlıdır, tərəflər bir-birilərinə hansı sahələrdə qarşılıqlı güzəştlərə gedə bilərlər? - Mənə elə gəlir ki, Türkiyə “Nabukko”da Rusiyanın iştirakı məsələsində qarşı tərəfə güzəştə gedə bilər. Artıq mənə məlum olan faktlara görə, Türkiyə “Nabukko” layihəsində Rusiyanın iştirak etməsi barədə müəyyən təkliflərlə çıxış edib. Yəni “Nabukko”ya Moskvanın da cəlb edilməsi və kəmərə nəzarətin Rusiyaya verilməsi Ankaranın Moskvaya gedə biləcəyi mühüm güzəşt ola bilərdi... - Yəqin ki, “Nabukko”ya nəzarətin Rusiyaya verilməsini deyəndə siz bu kəmərin Ermənistan ərazisindən keçməsini nəzərdə tutursunuz... - Mən belə bir variantı istisna etmirəm. Çünki kəmərin Ermənistan ərazisindən keçməsi Qərbin bəzi dövlətlərinin də marağındadır. - Azərbaycan Ermənistanla müharibə vəziyyətindədir. Bəs belə bir şəraitdə qaz kəmərinin Ermənistan ərazisindən keçməsindən Azərbaycanın udacağı nə ola bilər? - “Nabukko”nun Ermənistan ərazisindən keçməsi və ona nəzarətin Rusiyaya verilməsinin əvəzində Moskva münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli üçün müvafiq addımlar ata bilər. O cümlədən Dağlıq Qarabağa Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ən yüksək status verilməsinə Ermənistanı razı sala bilər. Bu isə münaqişənin aradan qaldırılmasında həlledici rol oynayardı. Əlbəttə, bütün bunlar hələlik ehtimallardır. Amma mənə elə gəlir ki, Türkiyənin son addımları bölgədə əmələ gələn siyasi reallığı tamamilə özündə əks etdirir və belə bir siyasət həm də Azərbaycanın milli maraqlarına tam şəkildə cavab verir.
Bəxtiyar Vahabzadəni “çətin addım” atmağa nə vadar etdi? Bu hələ onda onun həyatla vidalaşmağa hazırlaşdığından xəbər verirdi. Evin hər küncündən bir kabus kimi. Mənə göz bərəldir ölüm hər gecə. O çağlarda bir neçə dəfə yanımda yaşamaq istəmədiyini dilinə gətirmişdi. Onun yazıb-yaratmaq həvəsi də sönmüşdü. Ölüm vahiməsi artır günbəgün. Yanıma gələnlər, təsəlli üçün. Hər gün daha şirin söz axtarırlar. Onlara həsədlə baxıram hərdən. Xoşum gəlməsə də təsəllilərdən, Qəlbimdə hamıdan umduğum odur. Duyurdum ki, qələmi əlindən düşən andan şair ölümlə çarpışır. Hələ gileyliyəm özüm özümdən. İnsandan ağırdır onun istəyi, Həmişə təşnədir insan ürəyi. Külliyyatının nəşri məsələsi ortaya çıxanda B.Vahabzadə yenidən qələmini əlinə aldı və iki ildən artıq yaşamağa özündə güc tapdı, yazıb-yaratdı da... Şairin ölümündən bir neçə gün qabaq dediyinə görə, son şeiri “Çətin addım”dır. Ömrü boyu vətən sevgisi ilə ürəyi döyünən B.Vahabzadə məhəbbət mövzusuna həsr etdiyi son misraları ilə yaradıcılığına nöqtə qoyub. Əslində onun üçün həyatının ən çətin addımı məhz yaradıcılığına nöqtə qoyması idi. Bu şeirdən sonra şair ötənləri saf-çürük etməklə məşğul olub. Sevgilisindən əfv diləyərək onu elə unutmasını istəyir ki, unudulduğunu onun gözlərindən oxuya və onun rahat olduğunu görə bilsin. Bu müdrik insana ahıl yaşında da üzüntülər çəkdirən sevgili kimdir? Bu sevgili onun Vətəni və xalqıdır. O, ancaq əbədiyyətə qovuşmaq üçün Vətənindən ayrılarkən haqqa əyilər, bir gilə istəyinin ürəyində qalmaması ilə barışardı. Və anlayırdı yaxınlarda bu çətin addımı atmaq məcburiyyətindədir: Qəlbimi gəmirən tərəddüdləri. Sənə birər-birər açandan bəri. Hər gün öz-özümü danlayıram mən. Bir yolluq qurtarsın o şirin nağıl. Söndürən ağıl! Sənin gözlərindən oxuya bilim... Keçdi bir zaman, sordum özümdən: Verdiyin o hökmə inandınmı sən? Xəbərin oldumu öz ürəyindən? Qəribədir, 2008-ci ilin 20 iyulunda B.Vahabzadə yenə naməlum sevgilini xatırlayır, onun özü ilə vuruşduğunu, tərəddüdlərinin arxada qaldığını, qəlbinin ağlı, kamalı ilə barışdığını və sabahını şairdən soruşduğunu bildirir. Uzun tərəddüdlər qaldı arxada. Qəlbi kamalıyla barışan gülüm, Sabahını məndən soruşan gülüm. Şair ömrünün son aylarında qələmə aldığı “Tapınmaq” (avqust, 2008) şeirində “gülüm” deyə müraciət etdiyi həmin sevgilisinin ruhani kamilliyinə tapındığını etiraf edir: Yaman nigaranam mən səndən yana, Hələlik sevgini qoyaq bir yana. Çox sınmışam, ay gülüm, Ancaq səndə gördüyüm ruhani kamilliyə. Çətin addımı atandan sonra şairin etirafları başlayır. Bir həmdəm axtardım özümə, yarəb. Çatmışam doğruma, düzümə, yarəb. İndi Allahımdan əfv diləyirəm, Qibləmi sözlərə çevirir qələm. Arzuma, eşqimə Allahdan kərəm! Demə könlümdəymiş könül həmdəmim. Könül həmdəminin səsini telefonda eşidib təsirlənir, onsuz boşalan dünyadan ayrılıb göylərə uçmağa çalışır: Səsini eşitdim telefonda mən, Dünya mənim üçün cənnətə döndü. Səsinin sövdalı titrəyişindən. Sənsiz mənim üçün bomboşdu dünyam, Səninlə göylərə uçuşdu dünyam. Sənsiz başdan-başa yoxuşdu dünyam, Səninlə ən gözəl, ən xoşdu dünyam. Sənsiz daş-kəsəkli yoldu bu dünya, Sənin gəlişinlə doldu bu dünya. Səninlə özünü buldu bu dünya, Sənsiz bir andaca boşaldı dünya! Şəkidə qələmə aldığı dörd misralıq şeirindən (İyul 2008) hiss olunur ki, o, olaylardan baş çıxarmağa can atır, ağlının qüdrətilə dolaşıq məsələləri çözə bilməyəndə fəhminə, hissinə arxalanır. Çünki xalqın iki əkiz qardaş kimi təqdim etdiyi xeyir də, şər də haqdan gəlirdi. Bu, mübariz insanın zaman qarşısında təslimçiliyi deyil, taleyin hökmü ilə barışmasıdır: Taleyin hökmüdür xeyir də, şər də, Onu da, bunu da haqdan sanmışam. Ağlımın qüdrəti çatmayan yerdən. Fəhmimə, hissimə arxalanmışam. Bəlkə də, onun tez-tez kövrəlməsinin səbəbi soydaşlarını qeyri-adiliklərlə, zülm, məşəqqətlərlə, ehtiyac və yalanlarla baş-başa qoyub əbədiyyət yoluna qədəm basacağı anın yaxınlaşdığını duyması idi. Vətəninin parçalanması, soyulub talanması ilə də barışa bilmirdi. İçimdə baş qaldıran. İçimdə çarpazlaşan. Toqquşmalardan bəri. Fəhmimin gözlərilə. Anlayıram, görürəm. Gözə görünməzləri. külliyyatının tərtibçisi və redaktoru.
Təhsil naziri Misir Mərdanov: “Çağ” Öyrətim Şirkətinin qardaş ölkələr arasında tikdiyi körpünü kimsə yıxa bilməz”, - deyərək bu şirkətin Azərbaycan təhsilinə böyük töhfələr verdiyini vurğuladı. Dünən keçirilən Azərbaycan və Türkiyə türkcələri üzrə olimpiadada həyəcanlı anlar yaşandı. Müslüm Maqomayev adına Dövlət Filarmoniyasında baş tutan möhtəşəm tədbir - I Azərbaycandaxili “Ana dilimizi sevək, sevdirək” yarışı və “VII Beynəlxalq Türkiyə Olimpiadaları-Azərbaycan finalı” əsl dil bayramına çevrildi. Azərbaycanın müxtəlif rayonlarının, eləcə də paytaxt Bakının orta məktəblərində təhsil alan şagirdlər mahnı, şeir, qrammatika, inşa, aparıcılıq və natiqlik qabiliyyətləri nominasiyaları üzrə yarışdılar. Balaca yarışmaçıların qabiliyyətləri tədbir iştirakçılarının coşqulu alqışları ilə qarşılandı. Tədbir Təhsil Nazirliyi, Atatürk Mərkəzi, “Çağ” Öyrətim Şirkəti və Türkiyənin ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə baş tutdu. Qaliblərə pul mükafatları və medallar verildi. Birinci yerin sahibləri isə ongünlük Türkiyə gəzintisinə də göndəriləcəklər. Tədbirin münsiflər heyətində Azərbaycandan xalq artisti Arif Babayev, Tünzalə Ağayeva, Faiq Ağayev, Türkiyədən isə Ertoğrul Erkişi, Erhan Güleryüz və digər tanınmış mədəniyyət və elm xadimləri təmsil olunurdular. Tədbirdə çıxış edən Azərbaycanın təhsil naziri Misir Mərdanov: “Çağ Öyrətim Şirkətinin belə bir tədbir keçirməsi təhsil naziri kimi məni çox məmnun edir. Bu şirkətin Azərbaycanda olması, örnək məktəblər qurması və mükəmməl təhsillə yanaşı dilimizin təbliğinə xidmət edən tədbir keçirməsi məni çox sevindirir. Çağ Öyrətim Şirkəti uzun illərdir ki, Azərbaycanda fəaliyyət göstərir və ölkələrimiz arasında qardaşlıq körpüsü qurur. Bu körpü ilbəil möhkəmlənir. Bu körpünü uçurmağa heç kim cəhd göstərməsin, çünki bacarmaz. Mən bu tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkürümü bildirirəm. Təhsil naziri kimi bundan sonra da Çağ Öyrətim Şirkətinə dəstəyimi davam etdirəcəyəm”,- deyə qeyd etdi. Azərbaycan-Türkiyə Özəl Liseylərinin baş idarə rəisi Adəm Önal isə çıxışında bu il müsabiqədə ümumilikdə 5 minə yaxın şagirdin iştirak etdiyini söylədi: “Bu müsabiqədə birinci yeri tutanların hər biri Türkiyədə 115 ölkənin təmsilçiləri arasında keçiriləcək “VII Beynəlxalq Türkcə Olimpiadaları” adlı tədbirdə iştirak edəcəklər. Keçən il Azərbaycanı mahnı kateqoriyasında təmsil edən Xədicə Əlizadə birinci yeri tutdu və ölkəmizin bayrağını dalğalandırdı. Bu bizi çox sevindirdi və inanırıq ki, bu ilki qaliblərimiz də həmin tədbirdə qızıl medal qazanacaqlar”. Türk dünyasının dahi şairi Bəxtiyar Vahabzadənin türkcə olimpiadaları mütəmadi izlədiyini deyən Adəm Önal: “Bəxtiyar Vahabzadə deyirdi ki, dilimiz bizim kimliyimizdir, pasportumuzdur, dil yoxdursa, ölkə də yoxdur. Bu baxımdan keçirdiyimiz bu tədbirin önəmi danılmazdır”. Çağ Öyrətim Şirkətinin İdarə Heyyətinin sədri Ənvər Özərən də bu tədbirin türk və Azərbaycan dilinin təbliği baxımından xüsusi çəkisi olduğunu qeyd etdi: “Ümid edirəm ki, burada qalib olanlar Azərbaycana qızıl medal gətirəcəklər. Bu tədbir Azərbaycan və türk xalqlarının əməldə və sözdə bir olduğunun nümunəsidir”. Millət vəkili, Atatürk mərkəzinin rəhbəri Nizami Cəfərov Türkiyənin dünyada lider dövlətə çevrilməsi üçün həm də onun dilinin təbliğ olunmasının vacibliyini qeyd etdi. Azərbaycanı təmsil edən şagirdlərin bu olimpiadalarda uğur qazanması bizim bir dövlət kimi uğurumuzdur”,- deyən Nizami Cəfərov tədbirin təşkilatçılarına təşəkkürünü bildirdi: “Bu işi təşkil edənlərə, bu inteqrasiyanı, Azərbaycanın bu inteqrasiyada iştirakını təmin edənlərə təşəkkürümü bildirirəm”. Türkiyənin ölkəmizdəki səfiri Hulusi Kılıç bu tədbirin əsl türkçülük bayramı olduğunu dedi. Səfirin sözlərinə görə, dilimizin təbliğinə yönəlmiş belə tədbirlərin mütəmadi keçirilməsi çox önəmlidir. Xalq artisti Arif Babayev də belə bir tədbirin keçirilməsindən məmnunluq hissi keçirdiyini dedi: “Burada münsiflər heyətinin üzvü olmaqdan şərəf duyuram. İnanıram ki, bizim seçdiyimiz bu şagirdlər Türkiyədə də etimadları doğruldacaqlar”. Əməkdar artist Tünzalə Ağayeva çıxışında: “Çox gözəl tədbirdir. Hesab edirəm ki, belə tədbirlər ölkələrimizi yaxınlaşdırır. Bu tədbir türk dilinin, Azərbaycan dilinin tanıdılması baxımından faydalıdır. Tədbirin iştirakçılarının gənclər olmasının xüsusi əhəmiyyəti var. Hər bir ölkənin dili onun mədəniyyəti, onun tarxidir. Tariximizi, dilimizi, keçmişimizi öyrənmək və təbliğ etmək baxımından bu tədbirin xüsusi əhəmiyyəti var”,-dedi. Türkiyənin tanınmış sənətçisi Erhan Güleryüz də türkcə olimpiadaların önəmini xüsusi vurğuladı və hər il keçirilən bu tədbirlərin xalqlarımızı daha da yaxınlaşdırdığını söylədi. Digər tanınmış türk sənətçisi Ertoğrul Erkişi də bu olimpiadaların keçirilməsinin önəmini qeyd etdi: “Hazırda dünyada 600-ə yaxın türk liseyi var. Bu tədbir türk dilinin Azərbaycanın da, Türkiyənin də, digər türk respublikalarının da ortaq dili olması baxımından çox önəmlidir”.
Həmin gün yağan qar müəyyən çətinliklər yaratsa da, jurnalistlər sərhəd bölgəsində yaşayan insanların durumu, həmçinin erməni vəhşilikləri barədə kifayət qədər fakt toplaya biliblər. Onlar gözləri ilə gördüklərini Türkiyə, eləcə də dünya ictimaiyyətinə çatdıracaqlarını bildiriblər. Səfər Tovuz şəhərindən başladı. Millət vəkili Qənirə Paşayeva “Tovuz qalası”ndakı tarixi materiallara əsasən, rusların zaman-zaman Azərbaycan torpaqlarını ermənilərə hədiyyə etdiyini faktlarla söylədi: “Nəticədə, Azərbaycan Xalq Cümhuriyyəti dönəmindəki 114 min kvadratkilometrlik ərazimiz sovet dönəmində 86,6 min kvadratkilometrə qədər azalıb. Özü də ermənilərə hədiyyə olunan torpaqların əksəriyyəti Türkiyə ilə sərhəddəki ərazilərimiz olub. Elə bu fakt göstərir ki, ruslar tarixən dili bir, qanı bir olan qardaşlarımızı bizdən ayırmaq missiyasını yerinə yetiriblər. Buna yalnız Naxçıvanda nail olmayıblar ki, bu prosesdə də vaxtilə imzalanmış Qars müqaviləsi önəmli rol oynayıb. Millət vəkili Elman Məmmədov isə hazırda Azərbaycanın 17 min kvadratkilometr ərazisinin düşmən tapdağı altında olduğunu vurğuladı. Azər Nağıyevin hekayəti. Şəhidlər Xiyabanını ziyarətdən sonra Hacalı kəndinə yollanan nümayəndə heyəti gördüklərindən, eşitdiklərindən dəhşətə gəlmələrini gizlədə bilmədilər. Belə ki, onların keçirdikləri həyəcan, ağrı üzlərindən görünürdü. Jurnalistlər kənd sakinlərinin danışdıqlarını qeyd edir və yaşanmış faciəli anları fotoaparatın yaddaşına köçürürdülər. Hacalı orta məktəbinin darvazasındakı, eləcə də evlərin divarlarındakı güllələrdən deşik-deşik olmuş yerləri görəndə onlar lap dəhşətə gəldilər. Sabiq polis işçisi Azər Nağıyevin 5 il öncə məktəbdə yaşananları danışanda isə Fikri Türkel qeyri-ixtiyarı əli ilə göz yaşlarını gizlətməyə çalışırdı: “Ermənilər dərs zamanı məktəbi vurdular. Məktəb uçdu. Şagirdlər otaqlardan çıxa bilmədilər. Özümü yetirib, onları oradan çıxara bildim. Son anda isə özüm düşmən gülləsinə tuş gəldim”. Qənirə xanım ötən il bu kənddə yeni məktəb binasının inşa olunduğunu dedi. Bildirdi ki, əslində məktəbin binasının tikintisinə çoxdan start verilmişdi: “Bu istiqamətdə müəyyən işlər də görülmüşdü. Lakin sonradan yeni məktəbin inşa olunduğu ərazinin ermənilərin güllərinə tuş gəldiyini görüb, onun yerini dəyişməli olduq. Həyətə belə çıxa bilmirik, ermənilər kəndi atəş altında saxladıqlarına görə, mal-heyvanı otara bilmirik, əkin-biçinlə məşğul olmaq mümkün deyil. Buna rəğmən, kəndi bir nəfər belə tərk etməyib və bundan sonra da başqa yerə köçmək fikrimiz yoxdur”. Nümayəndə heyəti Tovuzun Ermənistanla sərhəddə yerləşən Ağdam kəndini də ziyarət etdi. Ağdam kənd icra nümayəndəsi Mirhəsən Hacıyev cəbhə xəttində atəşkəs rejiminin pozulmasının adi hala çevrildiyini dedi: “Ermənilərin iriçaplı silahlardan açdıqları güllələr kəndin ərazisinə çatır. Onlar bu kəndi atəş altında saxlamaqla, sakinləri vahiməyə salmaq istəyirlər. Lakin sakinlər buranı tərk etməməkdə israrlıdırlar. Ona görə ki, bizim Silahlı Qüvvələrimiz ermənilərin cavabını hər an verməyə hazırdır. Bu zaman ermənilər mərasimə toplaşanları atəşə tutdu. Camaat birtəhər canını qurtara bildi. Beləcə, düz 3 gün həmin cəsəd qəbiristanlığın içində dəfn olunmamış formada qaldı. Bundan sonra ölülərimiz üçün yeni qəbiristanlıq aramaq zorunda qaldıq”. Bu acı hekayətdən sonra ortaya çökmüş sükutu Nuh Gönültaşın: “Allah qəhr etsin” sözləri pozdu. Tovuza dönərkən jurnalistlərin bu səfərlə bağlı təəssüratlarını öyrənməyə çalışdıq. “Aksiyon” jurnalının yazarı Tuncər Çətinqaya bizimlə söhbətində bu səfərdən çox təsirləndiyini dilə gətirdi: “Yəqin ki, o qazinin - Azərin söylədikləri ömrüm boyu yaddaşımdan çıxmayacaq. Mən burada ermənilərin azərbaycanlıları necə soyqırıma məruz qoyduqlarını gördüm. Mən burada insanların öz həyətlərinə çıxmağa çətinlik çəkdiklərinin şahidi oldum. Mən burada ermənilərin Azərbaycandakı dinc insanlara qarşı törətdikləri vəhşiliklərin dolğun mənzərəsini gördüm. Bunu Türkiyəyə, eləcə də dünyaya bir daha çatdıracağıq. Nə qədər qəribə olsa da, ermənilərin törətdikləri soyqırımı ilə bağlı dünya ölkələrinin heç birinin səsi eşidilmir”. O, son günlər Türkiyənin Ermənistanla sərhədi açacağı barədə səslənən fikirlərə də münasibətini bildirib: “Bu səfərimdə bir daha anladım və bu qənaətə gəldim ki, Ermənistanla Azərbaycan arasındakı münaqişə Türkiyənin bu məsələyə ciddi müdaxiləsi ilə çözülə bilər. Mənim fikrimcə, Türkiyə öz nüfuzundan yararlanaraq, Ermənistanı buna sövq etməlidir. Mənim şəxsi qənaətimə görə, bu dəhşətlər bitməyənə qədər heç bir sərhəd açılmasından danışılmamalıdır”. Sualımızı cavablandıran Fikri Turkel Azərbaycana ilk dəfə gəldiyini və ilk gəlişində də cəbhə bölgəsində olmasından məmnun olduğunu dilə gətirdi: “Gördüklərimi sözlə ifadə etməkdə çətinlik çəkirəm. Bununla bağlı təəssüratlarımı yazacağım yazıda çılpaqlığı ilə verəcəyəm. Zənn edirəm ki, dünya mətbuatı Türk mediasındakı bu ağrılı yazılara biganə qalmayacaq. Son illər Azərbaycanın iqtisadiyyatı çox inkişaf edib. Onun bu gün enerji sektorunda tutduğu mövqeyi nəinki Türkiyə, eləcə də Avropa üçün mühüm əhəmiyyət daşıyır. Azərbaycan artan qüdrətindən səmərəli yararlanmalı, bu gücü Dağlıq Qarabağ probleminin çözülməsinə yönəltməlidir”. “Kanal-7”-nin əməkdaşı Ünal Tanık 15 il öncə Bakıya gəldiyini və onun Azərbaycanla tanışlığının bu şəhərlə məhdudlaşdığını bildirdi və bu səfərin daha işgüzar olduğunu dedi. Onun bu fikrini dəstəkləyən Nuh Gönültaş Bakıya ayaq basan hər bir jurnalistin bölgələrə səfərlərinin vacibliyini qeyd etdi. Cəbhə bölgəsində yaşayan hər bir insanın qəlbində bu gün Türkiyəyə xüsusi bir məhəbbətin olduğunu vurğulayan jurnalistlər Türkiyənin heç bir zaman yanlış addım atmaq niyyətində olmadığını və deyilənlərin iki ölkə arasındakı münasibətləri gərginləşdirmək məqsədi güddüyünü dedilər. Qeyd edək ki, qonaqlar bu səfər çərçivəsində Gəncə şəhərini də ziyarət ediblər. Gəncə Özəl Türk Liseyində jurnalistlərə məktəb şagirlərinin iştirakı ilə maraqlı proqram təqdim olunub. Bu proqramdan sonra çıxış edən məktəbin VII sinif şagirdi, Tovuz rayonundan olan Tamerlan Sultanov bu məktəbdə təhsil almasından qürur duyduğunu dilə gətirdi. Onun sözlərinə görə, məhz belə şəraiti olan məktəblərdə oxumaqla sabah ölkə naminə dünya miqyasında müəyyən işlər görmək mümkündür. O ən böyük arzusunun dünya miqyasında Azərbaycana töhfə verməkdən ibarət olduğunu dedi. Bu görüşdən sonra onlar Azərbaycan Xalq Cümhuriyyətinin ilk dövrlərdə Gəncədəki fəaliyyəti ilə bağlı təşkil olunmuş muzeyə də baxıblar. Onlar hər gün səhəri ölümlə göz-gözə açırlar. Güllə vıyıltısı onlar üçün adi səsə çevrilib, heç nədən qorxmaz, çəkinməzlər, bu vaxta qədər neçəsi düşmən gülləsinə tuş gəlib, neçəsinin evi yanıb, neçəsinin heyvanı örüşdəcə erməni gülləsi ilə tələf olub. Türkiyədən gəlmiş jurnalistlər də Tovuzun Ermənistanla üz-üzə olan kəndlərinə səfəri zamanı yerli əhalinin nişangah altında yaşadığının şahidi oldular.
90 illik yubileydən mesaj: “Azərbaycanın xarici siyasətinin prioriteti Dağlıq Qarabağ münaqişəsinin həllidir”. XİN başçısı Azərbaycanın xarici siyasətində neft strategiyasının və enerji diplomatiyasının xüsusi yer tutduğunu da bildirib. Azərbaycanın diplomatik xidmətinin 90 illik yubileyi ilə bağlı silsilə tədbirlərin keçirilməsi davam etməkdədir. İyulun 6-da Gəncədə, 7-də Naxçıvanda keçirilən tədbirlərdən sonra bu qəbildən olan növbəti tədbir dünən Bakıda keçirildi. “Azərbaycan qlobal siyasətdə: Xarici siyasətin formalaşması” mövzusunda təşkil olunan beynəlxalq konfransda Azərbaycanın xarici ölkələrdəki səfir və konsulları, eləcə də ölkəmizdəki xarici diplomatik korpusların nümayəndələri iştirak ediblər. Konfransa sədrlik edən xarici işlər nazirinin müavini, Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev 90 il əvvəl Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulduğunu, bu dövlətin diplomatik xidmətinin əsaslarının qoyulduğunu deyib. O bildirib ki, AXC dövründə Azərbaycanın xarici ölkələrdə 16 diplomatik missiyası fəaliyyət göstərib. Çıxışında Azərbaycan diplomatiyasının tarixinə toxunan xarici işlər naziri Elmar Məmmədyarov isə deyib: “Azərbaycan müstəqillik dövrünə Dağlıq Qarabağ münaqişəsi ilə daxil olub və xarici siyasətin birinci prioriteti də məhz Ermənistan-Azərbaycan münaqişəsidir”. Nazir bu münaqişənin həlli üçün BMT-nin dörd qətnaməsinə əməl etməyin vacibliyini də vurğulayıb. Ermənistanla aparılan danışıqların vacib olduğunu da deyən E. Məmmədyarov: “İki ölkə prezidentlərinin danışıqları çox vacibdir. Danışıqları 5 il əvvəllə müqayisə edəndə irəliləyişlər var. Çətinliklər var, ancaq irəliyə gedirik. Həll prosesində çox ləng hərəkət edirik, ancaq hərəkət edirik. Danışıqları davam etdirəcəyik. Qoşunlar Azərbaycan ərazisindən çıxarıldıqdan, ərazilər azad edildikdən, qaçqınlar qayıtdıqdan sonra daha əsas məsələlərin müzakirəsinə başlayacağıq. Danışıqları bugünkü status-kvoda saxlamaq istəmirik. XİN başçısı Azərbaycanın xarici siyasətində neft strategiyasının və enerji diplomatiyasının xüsusi yer tutduğunu da bildirib. Onun sözlərinə görə, enerji sahəsində beynəlxalq sazişlər imzalandıqdan sonra ölkədə bütün sahələrdə inkişafın əsası qoyulub. Türkiyənin sabiq xarici işlər naziri və parlamet sədri Hikmət Çətin Türkiyə və Azərbaycan arasında möcvud olan ortaq diplomatik münasibətlərdən danışıb. O deyib ki, bütün dövrlərdə Türkiyə diplomatiyası Azərbaycanın yanında olub və Azərbaycanın mənafeyinə xidmət edib. Azərbaycanın diplomatiya tarixinə də toxunan H. Çətin bildirib ki, Əbülfəz Elçibəyin hakimiyyəti dövründə Azərbaycanın Rusiya və İranla münasibətlərinin pozulması həmin hökumətin iki əsas səhvi olub. O, Heydər Əliyevin Azərbaycanın Avroatlantik məkana inteqrasiyası yolunda böyük işlər gördüyünü, Rusiya və İranla münasibətlərin yaxşılaşması istiqamətində mühüm addımlar atdığını söyləyib. H.Çətin həmçinin Azərbaycanın müsəlman Şərqində 1918-ci ildə ilk demokratik dövlət qurduğunu və qadınlara seçki hüququ verdiyini xatırladıb. Qeyd edək ki, yubileylə bağlı tədbirlər bu gün də davam etdiriləcək. Natiq Pənahlı.
“Festivallara dəvət almaq Lənkəran teatrının uğurudur”. Teatrın direktoru İslam Həsənovun Fiqereydonun “Ezop”u əsasında hazırlanmış eyniadlı səhnə əsərini tamaşaçılarla birgə izlədiyini öyrəndik. Çox vaxt “əyalət teatrları” adlandırdığımız rayon teatrlarının fəaliyyəti nadir hallarda mətbuat aləmində öz əksini tapır. Hazırda həmin teatrların bəzilərinin öz yeni inkişaf mərhələsini yaşadığını, hətta “əyalət teatrlığından” çıxdıqlarını nəzərə alsaq, onlardan söz açmamaq ədalətsizlik olardı. Belə teatrlardan biri bu gün adı daha çox hallandırılan N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrıdır. Lənkəranda olarkən, bu mədəniyyət ocağına da baş çəkmək qərarına gəldik. Teatrın direktoru İslam Həsənovun Fiqereydonun “Ezop”u əsasında hazırlanmış eyniadlı səhnə əsərini (tamaşanın quruluşçu rejissoru da odur) tamaşaçılarla birgə izlədiyini öyrəndik. Biz də zala keçib, bu tamaşanı izləməyə başladıq. ...Təmsil söyləmək bacarığı ilə seçilən Ezop azad yaşamağı hər şeydən üstün tutsa da, dövrün tələbləri onun hüquqlarını əlindən alır. Lakin o, mənəvi azadlığı ilə nəyə qadir olduğunu sübut edir. Hətta iş o yerə çatır ki, Ezopu həyat yoldaşı cazibədar Kleyaya hədiyyə edən Ksanf sonralar bundan peşman olur. Çünki bir zamanlar Ezopun görkəmindən qorxan Kleya sonradan onun gözəl ürəyinə vurulur. Elə tamaşadan sonra İslam müəllimə ünvanladığımız ilk sual da “Ezop”la bağlı oldu. - Azadlıq ideyasını özündə yaşadan “Ezop”un tamaşaçılar tərəfindən maraqla qarşılanacağına inandığımızdan. Bir də bu gün müstəqil, azad respublikamız inkişaf prosesindədir. Ölkəmizdə insan azadlığı, insan hüquqları da qanun çərçivəsində nizamlanıb. Bu tamaşa ilə sənətsevərlərə əldə olunan bu müstəqilliyi, bu azadlığı, bu hüquqları qoruyub saxlamağı təlqin etməyə çalışmışıq. - Sizcə, qarşıya qoyulan məqsədə nail olursunuzmu? - Hazırda daha hansı tamaşalar üzərində iş gedir? - Kollektivimiz iki beynəlxalq layihə üzərində çalışır. Bunlardan biri, macar yazıçısı Mikloş Xubayın “Neron oynayır” və ya “İblisin 7 komediyası” əsəridir ki, ona Kutaisi Gənclər Teatrının bədii rəhbəri və direktoru Zurab Xakadze quruluş verir. Tamaşa iyulun axırında təhvil veriləcək. “Neron oynayır” Kutaisidə gürcü dilində gürcü aktyorlarının ifasında da səhnələşdirilir. Tamaşanın Lənkəran və Kutaisi teatrlarının aktyorlarının birgə iştirakı ilə həm Azərbaycan, həm də gürcü dillərində sənətsevərlərə təqdimatı da nəzərdə tutulub. İnşallah, “Neron oynayır”ı Bakıda da nümayiş etdirmək fikrindəyik. Türkmənistanın xalq artisti, Türkmənistan Akademik Teatrının bədii rəhbəri və direktoru Kakacan Aşırov isə teatrımızda Çingiz Aytmatovun “Gün var əsrə bərabər” əsəri əsasında “Manqurt” tamaşasına quruluş verəcək. O, bu məqsədlə sentyabrda Lənkərana gələcək. Məlumat üçün bildirim ki, hər iki tamaşa dövlət sifarişi əsasında hazırlanacaq. Bu tamaşalarla beynəlxalq teatr festivallarında da iştirak edəcəyik. Yeri gəlmişkən, iki ildir ki, teatrımız beynəlxalq festivallarda da mütəmadi təmsil olunur. Bunlardan başqa, kollektivimiz Vaqif Səmədoğlunun “Mamoy kişinin yuxuları” tamaşasını da bu yaxınlarda səhnələşdirib sənətsevərlərə təqdim etdi. Türk yazarı Turqut Özakmanın “Ocaq”ının isə masaarxası məşqləri gedir. “Həmişə axtarışdayıq”. - İslam müəllim, bütün bunlar kollektivinizin geniş əlaqələrindən xəbər verir. Mənim aləmimdə bu və ya digər xarici ölkənin teatr kollektivi ilə əlaqəsi olmayan teatr, sözün həqiqi mənasında, qanadı qırılmış quş kimidir. Ona görə də teatrımız belə münasibətlərə çox diqqət yetirir. Bu və ya digər beynəlxalq festivallarda, yaxud qastrollarda həmişə özünə tərəfdaş axtarır və bu da öz bəhrəsini verir. - Bu prosesdə hansı amillər önəmli rol oynayır? - Mən deyərdim ki, hər şeydən əvvəl, kollektivin hazırladığı maraqlı tamaşalar. - Payızda Polşaya gedəcəyik. “Neron oynayır” və ya “İblisin 7 komediyası” əsərini göstərməyi planlaşdırırıq. Ankarada keçiriləcək Beynəlxalq Teatr Festivalına isə teatrımızın baş rejissoru, əməkdar incəsənət xadimi Baba Rzayevin “Dədə Qorqud”un “Dəli Domrul” boyu əsasında hazırladığı “Məhəbbət və ölüm” tamaşası ilə qatılmaq niyyətindəyik. “Neron oynayır” və ya “İblisin 7 komediyası” ilə ispan sənətsevərləri qarşısında çıxış edəcəyik. Məlumat üçün bildirim ki, son iki ildə teatrımız 4 festivala qatılıb. - İslam müəllim, festivallara qatılmaq, yaxud bu və ya digər ölkənin mədəniyyət ocaqlarında çıxış etmək üçün, necə deyərlər, özünüzü oda-közə çox vurursunuz? - Artıq biz festivallara dəvət alırıq. Bu, təbii ki, teatrımızın nailiyyətidir. Elə bu kimi üstünlüklərimizə görə indi Lənkəran Dövlət Dram Teatrı bir çox, hətta paytaxtda fəaliyyət göstərən teatrlara da nümunə göstərilir. “İnzibati yollarla zalı doldurmağa cəhd etmirik”. - Deyəsən, tamaşaçı sarıdan korluq çəkmirsiniz? - Bəri başdan deyim ki, biz inzibati yollarla zalı doldurmağa cəhd etmirik. Bizdə kassaya yaxınlaşıb, bilet alırlar. Bu proses artan sürətlə gedir. Halbuki əvvəllər teatrın kassası qarşısında kimsəni görmək mümkün deyildi. - İslam müəllim, Lənkəranda teatr tamaşaçını öz ardınca aparır, yoxsa tamaşaçı teatrı? - Bizim teatr tamaşaçının arxasınca getmir, tamaşaçını öz arxasınca aparmağa çalışır və artıq buna da nail olub. Müşahidələrimə əsasən deyə bilərəm ki, tamaşaçının ardınca gedən teatrın gələcəyi yoxdur. - Bəzi teatrlar əyləncəli proqramlara üstünlük verirlər... Lakin sizin repertuarla tanış olarkən belə tamaşalara rast gəlmədik. Sadəcə, əlavə etmək istəyirəm ki, biz hər təqdim olunan əsəri musiqinin, işıq effektlərinin köməyi ilə, necə deyərlər, birtəhər səhnəyə çıxarmağa cəhd etmirik. Hər şeydən əvvəl, əsərin bu gün tamaşaçı üçün marağını nəzərə alıb, ona quruluş veririk. - Klassik əsərlərə daha çox önəm verməyiniz də bundan qaynaqlanır? Bizim teatrda müasir yazarlara də yer ayrılır. Amma unutmayaq ki, aktyorların yetişməsində klassik əsərlərin rolu əvəzsizdir. Bir də müşahidələrimə əsasən deyə bilərəm ki, Lənkəran teatrı bütün mövzularda pyeslərə müraciət etsə də, məncə, onun ifasında klassik əsərlər daha uğurlu alınır. Bu mənada, belə əsərlərə müraciətimiz məntiqəuyğundur. - Daha hansı tamaşanı repertuarınızda görmək istəyirsiniz? Hazırda bu pyes üzərində işləyirik. - Adətən, əyalət teatrlarında aktyor çatışmazlığından şikayətlənirlər... - Hələ ki teatrımızın nəzdində təşkil etdiyimiz studiya bu boşluğu, qismən də olsa doldurmağa imkan verir. Həmin gənclərin arasında elələri var ki, sizi inandırım, diplomlu artistlərdən də istedadlıdırlar. Onu da qeyd edim ki, studiyada çalışan bütün həvəskar gəncləri ştata götürmüşük. - İslam müəllim, teatrın inkişafı hansı amillərdən asılıdır? - Repertuar siyasəti çox önəmlidir. Zalın dolu olması üçün günün nəbzini tutan tamaşaların repertuarda yer alması vacibdir. Mənim fikrimcə, repertuar teatrın pasportudur. Məlumat üçün bildirim ki, hazırda repertuarımızda 17, necə deyərlər, oynaq tamaşa var. - Mən Lənkəran teatrının yetirməsiyəm. Buradan ayrılandan sonra da Bakıda mədəniyyət sahəsində müxtəlif inzibati işlərdə çalışmışam. Sözün düzü, 2007-ci ilin əvvəlində bura gələndə içimdə bir qorxu da var idi. Hətta bəziləri mənim rəhbərliyim altında bu teatrın belə uğurlara imza atacağına da inanmırdılar. - Böyük coşqu və məhəbbətlə işə başlayanda, bütün diqqəti yaradıcılığa yönəldəndə hər şey alınır. Necə deyərlər, təki istək olsun. Məndə də belə istək vardı. Və mən bu istəyi burada çalışanlara da aşılaya bildim. Xarici ölkələrə qastrollarımız da elə mənim bu teatra gəlişimdən sonra başlandı. Təbii ki, teatrımızın bütün proyektlərində Lənkəran Şəhər İcra Hakimiyyəti və Mədəniyyət və Turizm Nazirliyi maddi və mənəvi dəstək göstərir. Məsələn, Konya festivalında iştirak üçün bütün xərcləri nazirlik və Lənkəran Şəhər İcra Hakimiyyəti çəkib. - Deyəsən, teatrınız daha əyalət teatrlığından uzaqlaşıb? - Zənn edirəm ki, teatrımız artıq əyalət teatrı yarlığından qurtarmaq üzrədir. Məlumat üçün bildirim ki, sovet dönəmində Lənkəran teatrı rayon teatrları arasında seçilən mədəniyyət ocaqlarından olub. Bu teatrın səhnəsində hazırlanmış bir sıra tamaşalar Azərbaycan televiziyasının “qızıl fond”unda saxlanılır. Lənkəran Dövlət Dram Teatrının 80-ci illərdə tamaşaya qoyduğu Cəlil Məmmədquluzadənin “Ölülər” əsəri peşəkar aktyor oyunu ilə Azərbaycan teatr mühitində əsl hadisəyə çevrilib. Lakin 90-cı illərin əvvəllərində ölkədəki böhranlı ictimai-siyasi vəziyyət üzündən bu teatr da ciddi problemlərlə üzləşib. Bu gün teatrımızın öz şöhrətini qaytarmasından hamı kimi mən də qürur duyuram. Qvami Məhəbbətoğlu. Pənah Abdurrahmanlı.
Şərqin ən sehrli səsi: Alim Qasımov. Türkiyənin ZAMAN qəzeti Məqalədə Alim Qasımovun ifası “Şərqin ən sehrli səsi” kimi təqdim olunur və onun sənəti ən böyük ustad musiqiçilərin irsi ilə müqayisə edilir. Türkiyənin ZAMAN qəzeti mədəniyyətimizin təbliği məqsədilə tez-tez maraqlı yazılar verir. Qəzet son saylarının birində Azərbaycan muğamının mahir ifaçısı, musiqimizi dünyada uğurla təmsil edən Alim Qasımovun sənəti ilə bağlı geniş yazı çap edib. Məqalədə Alim Qasımovun ifası “Şərqin ən sehrli səsi” kimi təqdim olunur və onun sənəti ən böyük ustad musiqiçilərin irsi ilə müqayisə edilir. Bütün dünyada “Qafqazın sehrli səsi” kimi təqdim edilən və heyranlıqla dinlənilən Azərbaycan xanəndəsi Alim Qasımovu Türkiyədə kifayət qədər tanımırlar. Heç Türkiyədə onun bir albomu sənətsevərlərə təqdim edilməyib. Halbuki Alim xarici ölkələrdə çıxış edərkən, sadəcə, Azərbaycanı deyil, türk dünyasını təmsil etdiyini söyləyir. Azərbaycanın görkəmli muğam ustası Alim Qasımov bu günlərdə Beynəlxalq Caz Festivalında türk sənətsevərləri ilə görüşdü. O, Aya İrini Muzeyində Türkiyənin sayılan bəstəkarlarından Erkan Oğur və klassik kamança ustadı Dərya Türkanla eyni səhnədə çıxış etdi. Bu, Alimin Türkiyədə ilk konserti deyildi. Belə ki, 1990-cı illərin sonlarında Fransa Böyükelçiliyinin dəvəti ilə Türkiyəyə gələn Alim Qasımov daha sonralar İstanbul, Konya, Ankara, İzmir kimi şəhərlərin səhnələrində uğurlu konsertlər verib. Azərbaycanın Neşet Ertaşı kimi tanınan sənətçi öz ifa tərzi ilə Şərqin ən önəmli sənətkarlarından olan Nüsrət Əli Xanın varisi kimi dəyərləndirilir. Azərbaycan muğamını ifa edərkən o, sufi ənənələri ilə də diqqəti çəkir. Konsertlərində bardaş quraraq çıxış edən sənətçinin Amerikadan Fransaya, Braziliyadan İrana qədər olan geniş coğrafiyada dinləyici kütləsi var. “Türkiyədə albomum buraxılmayıb”. 1999-cu ildə YUNESKO-nun mükafatına layiq görülən Alim Qasımov Türkiyədə lazımi qədər tanınmır. Heç Türkiyədə onun bir albomu da buraxılmayıb. İndiyədək Türkiyədən albomumun hazırlanması barədə bir təklif də almamışam. Əgər pul qazandıracağına inansaydılar, indiyədək yüz dəfə buraxardılar”, - deyir. Xaricdə albomlarının satıldığını deyən sənətçi məhz buna görə ona pul da göndərildiyini söyləyir: “Bir çox ölkələrdən mənə pul göndərirlər. Demək, albomlarım yaxşı satılır”. Alim Qasımovun ifa etdiyi muğamlar türk xalq musiqisinə bənzəyir. Bizim klassik musiqimizdə olduğu kimi, muğamın da məqamları var. O, görkəmli türk sənətkarları Saadəttin Kaynak, Hafiz Burhan, Münir Nurəddin Selçukun musiqisini çox sevdiyini deyir. Toy-düyündə muğam ifa edən bir sənətçinin indi bütün dünyada sevildiyini Alim Qasımov “Allahın qisməti” kimi dəyərləndirir: “Mən özümə təsir edən muğamları və xalq mahnılarını oxuyuram. Hər şeyi unudub, o musiqi ilə səhnədə yaşayıram. Zənn edirəm ki, insanlar da bundan təsirlənirlər. Bu məqama çatmaq üçün çox çalışmışam. Axı hər şey zəhmətlə başa gəlir. Bir işi həvəslə, ürəkdən görəndə o sevgi dinləyicilərə də sirayət edir”. Dünyanı bir yerdə gəzən ata və qız İstanbulun başqa bir şəhər olduğunu söyləyir. Eyni zamanda Azərbaycandan çox, türk dünyasını təmsil edirəm”, - cavabını verir. Konsert verdiyi ölkələrdə tez-tez qarşılaşdığı mənzərəni isə belə anladır. “Haradan gəldiniz?” deyə soruşanda “Azərbaycandan” cavabını verirəm. Amma onlar Azərbaycanı tanımırlar. Klassik türk musiqisinin Azərbaycanda o qədər də tanınmadığını bildirən Alim Qasımov Tarkan, Sibel Can, İbrahim Tatlısəs, Sərdar Ortaç, Hadisə kimi şərqiçilərin Azərbaycanda çox sevildiyini söyləyir. O, bu musiqiləri dinləyən yeniyetmələrin musiqi zövqlərinin bayağılaşmasından da şikayətlənir: “Bizdə türk musiqisi o qədər sevilir ki... Gənclər davranışlarını belə bilmirlər. Könülləri oxşayan bir musiqi deyil pop musiqisi. Bunu da əməlli-başlı oxuyan yoxdur. Bu sənətə sevgi üçün deyil, pul qazanmaq üçün gəlirlər”. Alim Qasımov dünyanın hər yerində pop musiqisinin geniş yayıldığını qəbul edir: “Əsl musiqinin olduğu yerdə tamaşa az olur. Hər vaxt belədir. Nəsiminin dərisini soydular. O, türk seriallarının Azərbaycanda böyük maraqla izlənildiyini deyir: “Gənclər artıq azərbaycanca deyil, Osmanlı türkcəsində danışmağa başlayıblar. İndi serialların Osmanlı türkcəsində yayımına qadağa qoyulub. Halbuki biz “Samanyolu”ndakı “Sirr qapısı”nı sevərək izləyirdik”. Alim Qasımov Azərbaycandakı türk liseylərinin çox böyük uğurlara imza atdığını söyləyir. Bu liseylərin tədbirlərinə böyük həvəslə qatılaram”, - deyir.
“18 yaşı tamam olandan sonra uşaq evlərini tərk edən yeniyetmələrin taleyi ilə maraqlanan olmur”. Yəni uşaq evlərindən kənarlaşdırılandan sonra müstəqil həyata qədəm qoyan gənclərin çoxu ağır şəraitdə yaşamağa məhkum olurlar. Rəsmi məlumatlara görə, hazırda ölkəmizdə ümumilikdə 65 uşaq müəssisəsi (internat, uşaq və körpələr evi) fəaliyyət göstərir. Həmin müəssisələrdə valideyn himayəsindən məhrum olan 21 min uşaq tərbiyə alır. Kimsəsiz uşaqlarla bağlı indi Azərbaycanda ən böyük problem 18 yaşdan sonra onların bu müəssisələrdən məcburən uzaqlaşdırılması və sonrakı taleləri ilə maraqlananların olmamasıdır. Yəni həmin yaş dövründən sonra müstəqil həyata qədəm qoyan gənclərin çoxu ağır şəraitdə yaşamağa məcbur olurlar. Çünki yaşamaq üçün üz tutmağa evləri, döyməyə qapıları, dolanışıqlarını təmin etmələri üçün iş yerləri yoxdur. Yeri gəlmişkən, Azərbaycanda valideyn himayəsindən məhrum olan uşaqlarla bağlı məsələlər Ailə Məcəlləsinə əsasən tənzimlənir. Həmin məcəllədə 18 yaşı tamam olmuş yeniyetmələrin təminatı ilə bağlı xüsusi bir maddə var. Məcəllədə qeyd olunur ki, 18 yaşından sonra həmin yeniyetmələrin problemlərinin həlli ilə yerli icra hakimiyyətləri məşğul olmalı, onları işlə və evlə təmin etməlidirlər. Təəssüf ki, indi Azərbaycanda bu məsələ, sözün həqiqi mənasında, əsl problemə çevrilib. Yəni məcəllənin müvafiq maddəsində göstərilən bu öhdəlik yerli icra hakimiyyətləri tərəfindən yerinə yetirilmir. Təmiz Dünya İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova bizimlə söhbətində bildirdi ki, bu sahədə, demək olar ki, heç bir iş görülmür: “Bu problemlə bağlı rəhbəri olduğum birliyə mütəmadi müraciətlər daxil olur”. Mehriban xanımın sözlərinə görə, sovet dövründə 18 yaşdan sonra internat evlərini tərk edən kimsəsiz uşaqların həm təhsillərini davam etdirmələri, həm də mənzil və işlə təmin olunmaları üçün şərait yaradılırdı: “Amma indi bu problemi həll edilən yeniyetmələrin sayı, demək olar ki, yox səviyyəsindədir. Məhz buna görə onların ailə qurmaq, gələcək müqəddəratlarını həll etmək şansları yoxdur”. Mehriban Zeynalova bildirdi ki, indi internat evlərində uşaqların taleyi həmin müəssisələrin rəhbərlərinin insafından asılıdır: “Belə ki, cəmiyyətdə onlar üçün lazımi şərait yaradılmadığına görə, internatların rəhbərləri 18 yaşı tamam olandan sonra da həmin yeniyetmələri internat evlərində saxlamağa məcbur olurlar. Halbuki bu, qanunla qadağan olunub və onlar uşaqların sonrakı taleyinə cavabdeh deyillər”. Uşaq evlərindən uzaqlaşan qızların taleyinin daha narahatedici olduğunu vurğulayan Mehriban Zeynalova onların iş tapa bilmədikləri üçün təhlükəli yollara düşdüklərini xüsusi qeyd etdi: “Həm oğlanlar, həm də qızlar iş tapa bilmir və cinayətkar qruplar onları öz dairələrinə cəlb edirlər. Məsələn, onlar narkotik alverçilərinin toruna düşə, silah alverinə qoşula, dilənçiliyə, oğurluğa, fahişəliyə cəlb edilə bilərlər. Qızların qadın alverçilərinin qurbanına çevrilmək qorxusu isə daha böyükdür”. Mehriban xanım daha sonra dedi ki, problemi həll etmək məqsədilə internat evlərini tərk edənlər üçün xüsusi yataqxanalar tikilə bilər. Oğlanlara gəlincə, həmsöhbətim bununla bağlı Müdafiə Nazirliyinə müraciət etdiklərini qeyd etdi: “Oğlanların problemlərinə dəstək olmaq məqsədilə Müdafiə Nazirliyinə müraciət etdik və təklif etdik ki, onların ali hərbi məktəblərə daxil olmaları üçün güzəşt tətbiq edilsin. Biz hesab edirik ki, onlar ali hərbi məktəblərə daxil olsalar, həm gələcəkdə problemlərinin həlli üçün şərait yaranar, həm də dövlətimiz üçün hərbi kadrlar hazırlanar. Ancaq müraciətimizin üstündən xeyli vaxt ötməsinə baxmayaraq, Müdafiə Nazirliyindən heç bir rəsmi cavab və yaxud dəstək ala bilməmişik”. Müsahibimizin fikrincə, müvafiq qurumlar bu problemə biganə yanaşdıqca onun həlli daha da çətinləşəcək və vəziyyət daha acınacaqlı olacaq. Məsələ ilə bağlı suallarımıza cavab almaq üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət etsək də nəticəsi olmadı. Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən isə bu məsələnin hər zaman sözügedən qurumun gündəmində saxlanıldığını bildirdilər. Qurumun mətbuat xidmətinin adının çəkilməsini istəməyən əməkdaşının sözlərinə görə, 18 yaşı tamam olandan sonra uşaq evlərini tərk edən yeniyetmələr hərbi xidməti başa vurub qayıtdıqdan sonra zavod və fabriklərdə, şirkətlərdə 6 ay təcrübə keçir, daha sonra isə işlə təmin olunurlar. Ancaq mətbuat xidmətinin əməkdaşı indiyədək neçə nəfər yeniyetmənin işlə təmin olunduğu və yaxud onların neçəsinin yaşayış yeri ilə təmin edildiyi barədə hər hansı açıqlama verə bilməyəcəyini dedi: “Təəssüf ki, sizə indiyədək neçə nəfərin işlə və yaxud mənzillə təmin olunması barədə dəqiq məlumat verə bilməyəcəyəm. Çünki bizdə belə bir statistika yoxdur”. Nicat İntiqam.
Ruslar Qarabağda təşəbbüsün əldən veriləcəyindən narahatdırlar. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq təşkilatların fəallaşması Rusiyada bəzi dairələrin narahatlığına səbəb olub. Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması ilə bağlı Azərbaycan və Ermənistan prezidentləri arasında Moskvada keçiriləcək növbəti görüş ərəfəsində Rusiyada müəyyən bir narahatlıq özünü göstərməkdədir. Buna da səbəb Rusiyanın bu günə kimi münaqişənin həllinə yönələn ciddi addımlar atmaması və bunun da nəticəsində problemin aradan qaldırılmasında Qərbin təşəbbüsü ələ ala biləcəyi təhlükəsidir. Vəziyyətin get-gedə Rusiyanın xeyrinə olmayan istiqamətdə inkişaf etməsi isə adıçəkilən ölkənin tanınmış politoloqlarını da narahat etməyə başlayıb. Məsələn, Rusiya Strateji İnkişafın Modelləşdirilməsi Mərkəzinin vitse-prezidenti Qriqori Trofimçuk APA-ya verdiyi açıqlamada bildirib ki, münaqişənin həllinin uzadılması və Rusiyanın bu problemin aradan qaldırılması üçün konkret addımlar atmaması Qərbin bununla bağlı təşəbbüsü ələ alması üçün yeni imkanlar əmələ gətirib. Onun fikrincə, Rusiya rəsmi bəyanatlarla kifayətlənərək münaqişənin həllinin daha 20 il uzadılmasına yol verə bilməz. Qriqori Trofimçuk Rusiyanın təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentləri arasında Moskvada keçiriləcək növbəti görüşə də münasibət bildirib. O, belə görüşlərin problemin aradan qaldırılmasına yardım etmədiyini, əksinə vəziyyəti daha da pisləşdirdiyini söyləyib: “Çünki bu, heç bir sənədin müzakirə olunmadığı və real nəticələrin olmayacağı növbəti görüşdən başqa bir şey deyil. Digər tərəfdən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini diqqətlə izləyən Qərb, yaxud digər strukturlar bu vəziyyətdən istifadə edə bilərlər. Hər şey vəziyyətin bu istiqamətə doğru sürükləndiyini göstərir”. Strateji İnkişafın Modelləşdirilməsi Mərkəzinin vitse-prezidenti belə hesab edir ki, Rusiya əslində 5 il bundan əvvəl və ya azı ötən ilin yayında iki ölkə prezidentləri arasında keçirilən görüşdən sonra münaqişənin həllində azacıq da olsa irəliləyişlərə nail olmalı idi. Trofimçuk iki ölkə prezidentlərini bir araya gətirərək onların bəyanatlar verməsinə nail olan Rusiyanın bundan heç nə qazanmadığını bildirib. O deyib ki, danışıqlarda irəliləyiş olmasa heç kim bu prosesdə Rusiyanın səmimiliyinə inanmayacaq: “Qoy heç olmasa əhəmiyyətli olmasa da, azacıq real və konkret irəliləyişlər olsun. Bu irəliləyişlər mütləq regionun siyasi xəritəsində öz əksini tapacaq. Əks təqdirdə Rusiyanın nizamlanma prosesində iştirakı formal xarakter daşıyacaq”. Ekspertin fikrincə, Rusiya problemin həllini hansısa formada öz üzərinə götürməli və bunun üçün müvafiq addımlar atmalıdır. O xəbərdarlıq edib ki, əks təqdirdə digər ölkələr, o cümlədən Türkiyə, Amerika Avropa İttifaqı bu işdə təşəbbüsü ələ alaraq Rusiyanı bu prosesdən kənarda qoyacaqlar. Trofimçuk xatırladıb ki, böyük “yeddiliy”in böyük “səkkizliy”ə çevrilməsi Rusiya üçün heç nəyi dəyişdirmədi. O bildirib ki, oxşar hadisə Dağlıq Qarabağ münaqişəsinə münasibətdə də özünü göstərə bilər. Politoloq belə olacağı halda problemin aradan qaldırılması ilə bağlı qərarların başqa yerlərdə qəbul olunacağı barədə ölkənin ali dairələrinə xəbərdarlıq edib. Onun fikrincə, bu baş verməsin deyə Rusiya hökmən münaqişənin həllində irəliləyişlərə nail olmalıdır. Postsovet Məkanının Tədqiqi Mərkəzinin baş direktoru Aleksandr Karavayev isə deyib ki, prezidentlərin Moskva görüşünün ən pozitiv nəticəsi ermənilərin işğal altında olan Azərbaycan torpaqlarından çıxmağa razılıq verməsi ola bilərdi. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını çətinləşdirən məqam burada çoxlu sayda subyektiv faktorların mövcud olmasıdır: “Hər halda erməni tərəfinin konstruktiv danışıqlar və nəticələrə hazır olmadığını müşahidə edirik”.
Əsərlərim Lənkəranın təbliğinə xidmət edir”. Rəssamlıq, keramika ilə məşğul olan Tərlan Sadiqovun sərgidə nümayiş etdirilən kiçikölçülü əsərlərinin ana xəttini Lənkəranın təbiəti, tarixi məkanları təşkil edir. Bu yaxınlarda I Ümumrespublika Dekorativ-Tətbiqi Sənət Festivalı çərçivəsində Lənkəranda dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi keçirilib. Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının foyesində təşkil olunan sərgidə Cənub bölgəsinin 12 rayonu üzrə 500-ə yaxın əl işlərindən ibarət sənət nümunələri nümayiş etdirilib. Sərgidə Lənkəran Uşaq Rəssamlıq Məktəbinin müəllimi Tərlan Sadiqovun da əl işləri sənətsevərlərin marağına səbəb olub. Elə buna görə də bu ilin dekabrında I Ümumrespublika Dekorativ-Tətbiqi Sənət Festivalının Bakıda keçiriləcək yekun sərgisində onun keramikadan hazırladığı 4 əsərinin nümayişi nəzərdə tutulub. Rəssamlıq, keramika ilə məşğul olan Tərlan Sadiqovun sərgidə nümayiş etdirilən kiçikölçülü əsərlərinin ana xəttini Lənkəranın təbiəti, bu qədim yurdun tarixi məkanları, görməli yerləri təşkil edir. Dediyinə görə, hərdən belə əsərləri suvenir kimi dost-tanışa, xüsusilə, xaricilərə bağışlayanda, ya da satanda mənəvi rahatlıq tapır. Bu da səbəbsiz deyil: “Bir sənət adamı kimi bu formada Azərbaycanı, onun bir guşəsi olan Lənkəranı təbliğ etməklə üzərimə düşən vəzifəni yerinə yetirirəm. Lənkəranın tarixi-mədəni abidələrini, onun özünəməxsus atributlarını elə sənət əsərləri ilə çatdıranda xüsusi bir zövq alıram. Mənim əsərlərim Lənkəranın təbliğinə xidmət edir”. Belə suvenirləri silsilə şəklində istehsal etmək fikrində olduğunu bildirən həmsöhbətimiz buna imkanı olmadığını qeyd etdi. Dediyinə görə, ev şəraitində işləməklə bu ehtiyacı ödəmək, bəzi sifarişləri gerçəkləşdirmək mümkün deyil: “Hazırda emalatxanam yoxdur. İnşallah, yaxın illərdə bu istəyimin reallaşmasına nail olacağam”. Rayonda sadəcə dulusçuların olduğunu vurğulayan Tərlan müəllim bu sahə üzrə peşəkarların olmadığını bildirdi: “Hətta peç olmadığına görə hazırda çalışdığım tədris müəssisəsində keramikanın sirlərini şagirdlərə aşılaya bilmirik”. “Bu, unikal bir sənətdir” sözləri ilə söhbətini davam etdirən Tərlan müəllim dedi ki, dulusçular bir qayda olaraq, məişət əşyaları hazırlayırlar. Lakin o, keramika ilə daha incə sənət əsərləri ərsəyə gətirir: “Burada rəssamın təxəyyülü də əsas rol oynayır”. Qeyd edək ki, Tərlan müəllim dulusçular tərəfindən hazırlanmış məişət əşyalarına da suvenir ömrü yaşatmaq niyyətindədir. Dediyinə görə, artıq həmin əşyaların bəzilərinin eskizlərini hazırlamaqla bu istiqamətdə müəyyən addımlar da atıb.
“Bir pəncərə” sistemi miqrasiya sahəsində yeni mərhələdir”. Vətəndaşların çoxsaylı müraciətlərini nəzərə alıb, mövzu ilə bağlı suallarımızı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimova ünvanladıq. Hazırda Azərbaycanda əsas müzakirə olunan mövzulardan biri də miqrasiya proseslərinin idarə olunmasında “bir pəncərə” sisteminə keçilməsi, qanunvericiliyə, vizaların verilməsi qaydalarına dəyişikliklər edilməsidir. Vətəndaşların çoxsaylı müraciətlərini nəzərə alıb, mövzu ilə bağlı suallarımızı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimova ünvanladıq. - Arzu müəllim, iyulun 1-dən respublikamızda miqrasiya proseslərinin idarə olunmasında “bir pəncərə” sisteminə keçilib. Bununla əcnəbilərin yalnız Dövlət Miqrasiya Xidmətinə (DMX) müraciət etməklə viza problemlərini həll edəcəkləri bildirilir. Bu barədə məlumat verməyinizi xahiş edirik. - Azərbaycan ərazisinə daxil olan hər bir əcnəbi xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və diplomatik korpuslara müraciət edərək, müəyyən olunmuş qaydada viza almalıdır. Ölkəmizə daxil olan əcnəbi və vətəndaşlığı olmayan şəxslər burada qanuni əsaslarla yaşamaları və əmək fəaliyyəti ilə məşğul olmaları üçün müvafiq icazələrin alınması, həmçinin yaşayış yeri üzrə qeydiyyata alınmaları məqsədi ilə DMX-yə müraciət etməlidirlər. Miqrasiya proseslərinin idarə olunmasında “bir pəncərə” prinsipi üzrə vahid dövlət orqanının səlahiyyətlərinin həyata keçirilməsi DMX-yə həvalə edilib. DMX əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi məqsədi ilə sənədlərin qəbulu, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün fərdi icazələrin verilməsi məqsədi ilə sənədlərin qəbulu edir və onları öz rəyi ilə birgə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilməsi ilə məşğul olur. Bundan əlavə rəhbəri olduğum qurum əcnəbilərə və vətəndaşlıığı olmayan şəxslərə Azərbaycan ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, Azərbaycan ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazə almış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvafiq vəsiqələrin verilməsini təşkil edir. DMX həmçinin respublikamıza gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin burada müvəqqəti olmaq müddətinin uzadılmasını həyata keçirir. Həmçinin DMX-nin vahid miqrasiya məlumat sistemi ilə Azərbaycanda yaşayan və müvəqqəti olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçotu aparılır. Qeyd edim ki, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazələrin verilməsi ilə bağlı vəsatətlərə DMX tərəfindən 20 iş günü müddətində baxılır. ”Bir pəncərə” prinsipinin tətbiq edildiyi gündən Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq üçün icazə almış əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər şəxsiyyətlərini təsdiq edən etibarlı sənədlər (pasportlar və ya vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən müvafiq sənəd) və DMX tərəfindən verilmiş müvafiq vəsiqələr əsasında respublikadan gedə və qayıda bilirlər. - Bəs miqrasiya haqqında qanunvericiliyə, vizaların verilməsi qaydalarına son vaxtlar hansı dəyişikliklər edilib? - Azərbaycana viza əsasında gələn əcnəbilərin ölkədə olmaq müddəti vizadakı qalmaq müddəti ilə müəyyən edilir. Bu müddət bitənədək əcnəbilər ya bu müddətin uzadılması məsələlərini həll etməli, ya da ölkə ərazisini tərk etməlidirlər. 1 iyul 2009-cu ildən miqrasiya proseslərinin idarə olunmasında tətbiq edilən “bir pəncərə” prinsipinin tələblərinə əsasən, əcnəbilərin ölkədə viza müddəti deyil, buna əsas olduqda DMX tərəfindən ölkədə qalmaq müddətləri uzadılacaq. - Qaydalar bütün əcnəbi vətəndaşlar üçün eynidirmi? Yoxsa fəaliyyət sahəsindən asılı olaraq onlara güzəştlər edilə bilər? - Qaydalar bütün əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər üçün eynidir. Lakin xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəlik və konsulluqlarının, habelə beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşları, inzibati-texniki xidmət heyətinə daxil olan şəxslər və onların ailə üzvləri, həmçinin Azərbaycana diplomatik missiya ilə və ya ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda xüsusi missiya ilə səfər edən əcnəbilər istisna təşkil edir. Belə ki, sadalanan şəxslərin qeydiyyatı Azərbaycanın Xarici İşlər Nazirliyi tərəfindən aparılır. - Gürcüstan azərbaycanlıları üçün qanunvericilikdə hansısa güzəştlər nəzərdə tutulurmu? - Gürcüstan vətəndaşları (azərbaycanlılar) üçün qanunvericilikdə heç bir güzəşt nəzərdə tutulmayıb. - Ölkəmizdə daimi yaşamaq istəyən və yaxud Azərbaycan vətəndaşlığına qəbul üzrə əlavə meyarlar müəyyənləşdirilib, həmçinin miqrasiya qanunvericiliyinin pozulmasına görə məsuliyyət artırılıb. Bu barədə məlumat verməyinizi xahiş edirik. - Ölkə ərazisində daimi yaşamaq və ya Azərbaycan vətəndaşlığına qəbul Azərbaycanın qanunvericiliyi ilə tənzimlənir. 24 iyun 2008-ci il tarixdə bir çox qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilib ki, onlardan biri də “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında” Qanundur. Bu qanunun 5-ci maddəsinin yeddinci hissəsinə əsasən əcnəbi və ya vətəndaşlığı olmayan şəxs ölkə ərazisində qanuni əsaslarla azı 2 il müvəqqəti yaşadıqdan sonra “İmmiqrasiya haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin birinci hissəsinə əsasən ölkə ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla qanuni gəlir mənbəyi olduqdan, habelə Azərbaycanın dövlət dilini bilmək haqqında sənəd təqdim etdikdən sonra Azərbaycan vətəndaşlığına qəbulla əlaqədar vəsatət verə bilər. Yeri gəlmişkən, bir məsələni də ictimaiyyətin nəzərinə çatdırmaq istəyirəm. “Əcnəbilərin vətəndaşlığı haqqında” Qanunun 14-cü maddəsinin dördüncü hissəsinə əsa-sən, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər bir sıra hallarda qanunvericilikdə müəyyən edilmiş müddət nəzərə alınmadan Azərbaycan vətəndaşlığına qəbul edilə bilərlər. Birincisi, şəxsin elm, texnika, mədəniyyət və ya idman sahələrində yüksək nailiyyətləri olduqda. İkincisi, şəxs Azərbaycan üçün xüsusi maraq kəsb etdikdə və digər müstəsna hallarda. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərə Azərbaycanda müvəqqəti yaşamaq üçün icazə alınması ilə əlaqədar bu şəxslərə - iqtisadiyyat, sənaye, müdafiə, mədəniyyət, idman və digər sahələr üzrə yüksəksəviyyəli mütəxəssislərə, bir sözlə, Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən şəxslərə birillik müvəqqəti yaşamaq üçün icazə verilir. Miqrasiya qanunvericiliyini pozan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər DMX tərəfindən ölkədə olmaq və ya ölkə ərazisindən tranzit keçid qaydalarının pozulmasına görə (bu şəxslərə qarşı ölkə hüdudlarından kənara çıxarılma da tətbiq edilə bilər), eləcə də miqrasiya qanunvericiliyini pozan vəzifəli şəxslər üçün cərimənin məbləği əhəmiyyətli dərəcədə artırılıb. Bununla belə, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə yaşayış sahəsi vermiş və qanunvericiliklə müəyyən edilmiş qaydada onların vaxtında qeydiyyata alınması və qeydiyyatdan çıxarılması üçün tədbirlər görməyən şəxslərə qarşı da cərimələr bir neçə dəfə artırılıb. - “Bir pəncərə” prinsipi ilə ölkəmizdə yaşamaq və əmək fəaliyyəti ilə məşğul olmaq istəyən əcnəbilər üçün müvafiq icazələrin verilməsi proseduralarının sadələşdirildiyi qeyd olunur. Sadələşdirmə dedikdə, nə nəzərdə tutulur? - Ölkəmizə gələn əcnəbilər müvafiq icazələrin alınması və qeydiyyat proseduralarının mürəkkəb olması səbəbindən indiyə qədər müxtəlif orqanlara müraciət etmək məcburiyyətində qalırdılar. Prezident İlham Əliyevin imzaladığı fərmanın icrasına başlanılandan respublikamıza gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkə ərazisində qanuni əsaslarla yaşamaları və əmək fəaliyyəti ilə məşğul olmaları üçün müvafiq icazələrin verilməsi, onların yaşayış yeri üzrə qeydiyyata alınması proseduraları tam sadələşdirilib. Yəni əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər qeyd edilən məsələlərlə əlaqədar artıq bir neçə dövlət orqanına deyil, yalnız bir ünvana - DMX-yə müraciət edirlər. - Sözügedən prosesləri keçmək istəyən əcnəbilər üçün dövlət rüsumu nə qədərdir? - Problemlərlə üzləşən əcnəbilər hara müraciət etməlidir? -DMX-nin ötən ilin noyabr ayından “www.migration.gov.az” rəsmi internet səhifəsi fəaliyyətə başlayıb. O ki qaldı problemlə üzləşən əcnəbilərə, onlar bizə xidmətin həm “e-mail” ünvanları (“info@migration.gov.az” və “statemigrationservice@bakinter.net”), həm də internet səhifəsində aktiv olan “Sual-Cavab” bölməsi vasitəsilə müraciət edə bilərlər. - Dövlət Miqrasiya Xidmətinə lazım olan bütün proseduralardan keçən əcnəbilərə ölkəmizdə yaşamaq, yaxud giriş və ya çıxış izini verən xüsusi kartlar təqdim edilir. Həmin kartların sərhəddə çalışanlar tərəfindən tanınması üçün hər hansı maarifləndirmə işləri aparılırmı? Miqrasiya proseslərinin idarə olunmasında “bir pəncərə” prinsipi tətbiq edildiyi gündən Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər şəxsiyyətlərini təsdiq edən etibarlı sənədlər (pasport) və DMX tərəfindən verilmiş müvafiq vəsiqələr (etibarlılıq müddəti başa çatanadək) əsasında ölkəmizdən gedə və ölkəmizə qayıda bilərlər. Nicat İntiqam.
“Məqsədimiz itirilmiş şöhrəti qaytarmaqdır”. Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti Respublika Şurasının sədri polkovnik Novruzəli Orucova müraciət etdik. Sovetlər dönəmində ölkəmizdə Orduya, Aviasiyaya, Donanmaya Könüllü Yardım Cəmiyyəti (OADKYC) fəaliyyət göstərirdi. Bu cəmiyyətin əsas məqsədi ölkənin müdafiə qabiliyyətini yüksəltmək, gənclərə hərbi vətənpərvərlik hissləri aşılamaqdan ibarət idi. 1992-ci ildən Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti adı ilə fəaliyyətini davam etdirən və bu gün (iyulun 28-də) 85 illiyini qeyd edəcək həmin qurum üzərinə düşən missiyanı necə yerinə yetirir? Bu və ya digər suallarla Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti Respublika Şurasının sədri polkovnik Novruzəli Orucova müraciət etdik. Həmsöhbətimiz bizimlə söhbətə rəhbərlik etdiyi qurumun keçmişinə səyahətlə başladı. Bir müddət Macarıstanda xidmət edib. Daha sonra hərbçi kimi Macarıstan, Əfqanıstan, Almaniya, Belarus, Gürcüstanda olub. 1991-ci ildə Vətənə qayıdıb və Salyan, Kürdəmir, Cəlilabad hərbi komissarlıqlarında çalışıb. 2007-ci ilin fevral ayından Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti Respublika Şurasının (KHVTİCRŞ) sədri seçilib. -Bəri başdan deyim ki, bu qurum sovet dönəmində sayılıb-seçilən cəmiyyətlərdən biri olub. Hətta bu cəmiyyətə rəhbərlik edən şəxslər o zaman ölkə miqyasında keçirilən bütün tədbirlərə dəvət edilirdilər. Məlumat üçün bildirim ki, bu cəmiyyətin - o vaxt OADKYC adlanırdı - qurultayında Heydər Əliyev də iştirak edib. Quruma belə diqqət də səbəbsiz olmayıb. Çünki o, gənclərin hərbi vətənpərvərlik ruhunda yetişməsində ölkə miqyasında önəmli rol oynayırdı. Lakin ölkəmiz müstəqillik əldə etdikdən sonra bu qurum da digər sahələr kimi gözdən-könüldən iraq düşdü. Nəticədə, onun maddi-texniki bazası, demək olar ki, dağıdıldı. Quruma rəhbərlik edən şəxslər onun fəaliyyətində bir dönüş yarada bilmədilər. Bu da onun həm əhali arasında, həm də dövlət səviyyəsində nüfuzunun düşməsi ilə nəticələndi. “Tirlərdən pomidor-xiyar budkaları kimi istifadə olunurdu”. - Artıq iki ildir ki, bu cəmiyyət sizin rəhbərliyiniz altında fəaliyyət göstərir və o, öz əməli işləri ilə yenidən diqqət mərkəzinə düşüb. Yeri gəlmişkən, son iki ildir ki, müxtəlif informasiya vasitələrində KHVTİC-nin adı yaxşı mənada daha tez-tez hallanır. Cəmiyyəti durğunluqdan çıxarmaq üçün ilk olaraq nədən başladınız? - Atıcılıq tirlərindən. Onların əksəriyyətindən pomidor-xiyar budkaları kimi istifadə olunurdu. Çox cəhdlərdən sonra respublika üzrə onların sayını 36-ya çatdıra bilmişik. Hesablamama görə, ölkə əhalisinin təxminən üçdə birinin məskunlaşdığı Bakıda ən azı 50 atıcılıq tiri olmalıdır. Halbuki sovet dönəmində ölkəmizdə onların sayı 120 olub. Belə tirlərin hazırda müharibə şəraitində yaşayan ölkəmizin hər bir rayonunda olması günün tələbidir. Odur ki, bu istiqamətdə işlərimizi davam etdiririk. - Novruzəli müəllim, etiraf edək ki, onların bəziləri əhalinin gur olduğu yerlərdə yerləşmir. - Sizin bu fikrinizlə qismən razıyam. Amma bir məsələni xüsusi vurğulamaq istəyirəm ki, nə qədər qəribə olsa da, indi əhalinin gur olduğu ərazilərdən yer almaq, o yerlərdə tir açmaq müşkül məsələdir. - Səhv etmiriksə, durğunluq illərində cəmiyyətin itkiləri yalnız tirlərdən ibarət olmayıb. Elə götürək, Milli Parkdakı paraşüt qülləsini... - Vaxtilə balansımızda olan Milli Parkdakı paraşüt qülləsi indi, sadəcə, eksponat kimi saxlanılır. Yeri gəlmişkən, indiki Şəhriyar adına parkın ərazisində də bizim belə bir paraşüt qülləmiz olub. Ötən il oranı bərpa etmək məqsədi ilə layihə-smeta sənədləri hazırlayıb müəyyən qurumlarla danışıqlar apardıq. Təəssüf ki, bu cəhdimiz baş tutmadı. Bütün bunlara rəğmən, son iki ildə müəyyən işlərə imza atmağa nail olmuşuq. Belə ki, Sumqayıt, Şirvan, Xaçmaz, Zaqatala və Mingəçevirdə yeni avtodromlar tikdik. KHVTİC-nin bütün avtomobil məktəblərinin, rayon şuralarının və rayon texniki idman klublarının binalarında əsaslı təmir aparıldı, onların maddi-texniki bazalarının möhkəmləndirilməsi məqsədi ilə tədbirlər həyata keçirildi. Hazırda paraşüt idmanının inkişafına diqqətin artdığını nəzərə alaraq, bu idman növü ilə məşğul olmaq istəyənlər üçün 15-ə yaxın müasir paraşüt əldə etdik. İdmançı-paraşütçülərin hazırlanması məqsədi ilə yeni sinif təşkil etdik. Respublikamızın əksər orta məktəblərini, kollec və ali təhsil ocaqlarını əhatə edən “Mahir nişançı” atıcılıq yarışları isə gənclərin ruh yüksəkliyinə səbəb oldu. Müstəqillik tariximizdə bu il Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü münasibətilə ilk dəfə Bakı səmasına aerostat qaldırdıq. Yaxın gələcəkdə idmanın bu növü üzrə yarışların keçirilməsi də nəzərdə tutulub. Artıq bu günlərdə snayper kursları da təşkil olunacaq. Bu niyyətlə biz artıq pnevmatik SVD-7 silahı da almışıq. - Bəs beynəlxalq yarışlar təşkil etmirsiniz? - Biz artıq beynəlxalq yarışlara da start vermişik. Belə ki, təşəbbüsümüzlə Müstəqil Dövlətlər Birliyi idmançı-paraşütçülərinin Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr olunmuş beynəlxalq turniri ölkəmizin idmansevərlərinin böyük marağına səbəb oldu. Rusiya, Belarus, Qazaxıstan, Tacikistan və ölkəmizdə olan 50-yə yaxın idmançı-paraşütçü 1500 metr hündürlükdən dörd gün ərzində hədəfə dəqiq tullanmaq uğrunda gərgin mübarizə apardılar. İdmanın bu növü üzrə daha təcrübəli olan Belarus komandası birinci, Rusiya isə ikinci oldu. Bu cür mötəbər yarışlara ilk dəfə qatılan Azərbaycan komandası isə üçüncü yerə layiq görüldü. Komandamızın mükafatçılar sırasına çıxması, təbii ki, idmançı-paraşütçülərimizin ardıcıl və gərgin məşqlərinin real nəticəsi idi. “Təlim təyyarələrində quşlar yuva qurmuşdular”. - Yəqin ki, yaddaqalan işləriniz sırasında Balakən Aviasiya Mərkəzinin xüsusi çəkisi var. - Biz iyirmi ildən çox müddətdə istifadəsiz qalmış həmin mərkəzi öz daxili imkanlarımız hesabına bərpa edərək, Heydər Əliyevin anadan olmasının 84-cü ildönümündə istifadəyə verdik. İnandırım sizi, həmin gün mənim həyatımın ən unudulmaz günü kimi xatirəmə həkk olunub. Yeri gəlmişkən, onu da qeyd edim ki, o mərkəz elə bərbad vəziyyətə salınmışdı ki... Hətta mərkəzin paraşüt otağında qoyun saxlanılırdı. Yəni oradan tövlə kimi istifadə olunurdu. İyirmidən artıq təlim təyyarəmizin isə təmirə ehtiyacı var. Hazırda bu istiqamətdə də əməli işlər görülür. - Onların bərpasında yerli mütəxəssislər iştirak ediblər, yoxsa?... - Təlim təyyarələri Gürcüstan və Rusiyadan olan təcrübəli mütəxəssislər tərəfindən yenidən bərpa edilib. Elə zəruri avadanlıqlar və ehtiyat hissələri də bu ölkələrin aviasiya müəssisələrindən gətirilib. Unutmayın ki, bu və ya digər təyyarə elə bir nəqliyyat vasitəsidir ki, o, həftədə minimum iki dəfə havaya qalxmalıdır. - Daha hansı gözdən-könüldən uzaq düşmüş, unudulmuş mərkəzi dirçəltmək niyyətindəsiniz? - Güzdək Aviasiya Mərkəzi də yenidən qurulacaq. Məlumat üçün bildirim ki, 64 hektar ərazini əhatə edən bu mərkəz uzun illər sovet hərbi hissəsinin nəzarətində olub, dislokasiya zamanı isə tamamilə bərbad hala salınıb. İndi ora baxanda, sözün həqiqi mənasında, adamın ürəyi ağrıyır. Mərkəzin inzibati korpusları, xidmət sahələri, uçuş-enmə zolaqları, kommunikasiya qurğuları yerlə yeksan olub. Cəmiyyətimizin balansında olan Aviasiya Mərkəzinə yeni həyat vermək, onu tamamilə bərpa edib, müasir texniki idman qurğuları ilə təchiz etmək məqsədi ilə ölkə başçısı İlham Əliyevə məktubla müraciət etdik. Prezidentimiz bu təklifimizə müsbət yanaşdı. Elə bu faktın özü sübut edir ki, cəmiyyətimiz ölkə başçısının diqqət mərkəzindədir. Artıq əməkdaşlarımız bu mərkəzin layihə-smeta sənədləri üzərində işlərini tamamlayıblar. Əsaslı təmirdən sonra mərkəzdə texniki idmanın müxtəlif növləri - motokartinq, motobol, avtokross, paraşüt, aerostat üzrə respublika və beynəlxalq əhəmiyyətli yarışların keçirilməsi mümkün olacaq. Gələcəkdə cəmiyyətimizin həvəskar təyyarəçiləri və gənc idmançı-paraşütçülər də təlim məşqlərini bu mərkəzdə davam etdirəcəklər. Bir sözlə, bərpa olunacaq mərkəzi cəmiyyətimizin əsas bazası kimi formalaşdırmaq niyyətindəyik. Oranı dirçəltmək bizim gələcək nəsil üçün mütləq lazımdır. “Onları avtoxuliqan adlandırmaq düzgün deyil”. - Novruzəli müəllim, siz avtokrosun da orada fəaliyyət göstərəcəyini qeyd etdiniz. Onlar, sözün həqiqi mənasında, texnikaya həvəsli gənclərdir. Onların indi bu və ya digər formada özlərini göstərən vaxtlarıdır. Odur ki, onlara irad tutulmasının əleyhinəyəm. Unutmayaq ki, onlar gələcəyin Şumaxerləridir. Onları bu şəkildə sındırmaq doğru deyil. Bu mənada belə gənclər həmin mərkəzin açılış gününü səbirsizliklə gözləyirlər. - Sizin hesablamalara görə, həmin gün çox uzaqdadır? - Zənnimcə, iki ilə həmin mərkəzi işlək vəziyyətə gətirə biləcəyik. - Novruzəli müəllim, bəlkə də, verəcəyim növbəti sual yerinə düşmür. Amma məni maraqlandırdığına görə bir sualla da sizə müraciət etmək istəyirəm. Ümumiyyətlə, bu cəmiyyət ölkəmizdə hazırda inkişaf etməkdə olan turizm sektoruna da öz töhfəsini verə biləcəkmi? - Maraqlı bir məsələyə toxundunuz. Güzdək Aviasiya Mərkəzinin yenidən bərpasında bu məsələ də gündəmdədir. Zənnimcə, deyək ki, turist buradan, məsələn, Balakənə belə təyyarələrlə uçmaqla həm vaxta qənaət etmək, həm də ölkəmizi səmadan daha aydın seyr etmək imkanına malik olacaq. “Kərim Kərimov da ilk addımlarını bu cəmiyyətdə atıb”. - Bütün bunlara rəğmən, etiraf edək ki, bu gün ölkədə hərbi vətənpərvərlik təbliğatı zəifdir. Halbuki bu gün torpaqlarımızın iyirmi faizi erməni işğalındadır. Di gəl, bu işğaldan qurtuluşa səsləyən elə bir reklama rast gəlmək mümkün deyil. Nə isə, həmin torpaqları nəyin bahasına olursa-olsun, biz azad etməliyik. Buna görə olum-ölüm döyüşünə də səylə hazırlaşmalıyıq. Bu hazırlığın əlifbası isə bizim cəmiyyətdə öyrədilir. - Novruzəli müəllim, indiyədək gördüyünüz işlər sizi qane edirmi? - Hələ cəmiyyətin fəaliyyətini arzuladığımız səviyyəyə çatdıra bilməmişik. Amma inanıram ki, yaxın illərdə onun itirilmiş şöhrətini qaytarmağa nail olacağıq. Hər halda, son iki ildə görülən işlər belə qənaətə gəlməyimizə əsas verir. - Sizə elə gəlmir ki, vaxtilə bu cəmiyyətin gördüyü işləri indi müxtəlif qurum və təşkilatlar da yerinə yetirirlər. Bu məsələ sizi narahat etmir? - Amma unutmayaq ki, bizim cəmiyyətdə digər qurumlardan fərqli olaraq, yaş məhdudiyyəti yoxdur. Necə deyərlər, ağlı kəsən hər bir şəxs bizim cəmiyyətin üzvü ola bilər. Bu kimi dərnəklərimizlə biz həm də gələcəkdə dövlətin üzərinə düşəcək xərcləri minimuma endirməyə çalışırıq. Və yaxud niyə bizim gənclər hələ uşaq yaşlarından təyyarə sürməyi, yaxud müxtəlif nəqliyyat növləri üzrə konstruktor kimi çalışmağı bacarmasınlar? Unutmayın ki, sovet kosmos tarixinə adı qızıl hərflərlə həkk olunmuş Sosialist Əməyi Qəhrəmanı, general-leytenant Kərim Kərimov da ilk addımlarını bu cəmiyyətdə atıb. Qvami Məhəbbətoğlu.
“Pəri cadu”muz Kazandadır. Teatr festivalda Əbdürrəhimbəy Haqverdiyevin “Pəri cadu” əsəri əsasında Nicat Kazımovun hazırladığı eyniadlı tamaşanı təqdim edəcək. Dünən Tatarıstanın paytaxtı Kazanda - Q. Kamal adına Tatar Akademik Dram Teatında Türkdilli Xalqların IX Beynəlxalq Teatr Festivalına start verildi. “Nauruz” adlı festivalda ölkəmizi Gənc Tamaşaçılar Teatrı təmsil edir. Teatr festivalda Əbdürrəhimbəy Haqverdiyevin “Pəri cadu” əsəri əsasında Nicat Kazımovun hazırladığı eyniadlı tamaşanı təqdim edəcək. Teatrın ədəbi hissə müdiri Rafiq Rəhimlinin sözlərinə görə, Gənc Tamaşaçılar Teatrı bu festivala 30 nəfərdən ibarət heyətlə qatılıb. Heyətə teatrın direktoru, əməkdar artist Mübariz Həmidov rəhbərlik edir. Tamaşada əsas rolları əməkdar artist Naibə Allahverdiyeva, artistlrdən - Kəmalə Hüseynova, Elşən Rüstəmov, Mehriban Allahverdiyeva, Rasim Cəfərov və başqaları ifa edirlər. Qeyd edək ki, mistika və simvolizənin sintezində səhnə təcəssümünü tapan tamaşa Xeyrin Şər qüvvələr üzərində əbədi qələbəsini bir daha təsdiq edir. Dinamik gerçəklikdə həllini tapan tamaşada tryuklar, mürəkkəb fiziki elementlər, musiqi, bir sözlə, bədii ifadə vasitələri sistemi onun rahat qavranılmasına kömək edir. Tamaşanın quruluşçu rəssamı Lətifə Quluzadə, musiqi tərtibatçısı İradə Muradovadır. Tryukların quruluşu İsa Əsədova, sinxron tərcümə isə Səriyyə İsmayılovaya məxsusdur. Rafiq müəllimin sözlərinə görə, bu, “Pəri cadu”nun beynəlxalq festivalda ilk iştirakıdır. Qeyd edək ki, festivalda Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Qırğızıstan, Qazaxıstan, Başqırdıstanın teatr kollektivləri də iştirak edirlər. Festival çərçivəsində milli teatrların problemlərinə həsr olunmuş dəyirmi masa və master-klasslar da keçiriləcək. Rusiya və Tatarıstanın mədəniyyət nazirliklərinin, teatr xadimləri ittifaqlarının, TÜRKSOY-un təşkilatçılığı ilə keçirilən festivalın münsiflər heyətində MDB ölkələrinin və digər xarici ölkələrin mədəniyyət, incəsənət xadimləri, eləcə də tanınmış teatr tənqidçiləri təmsil olunublar. Münsiflər heyətinə Rusiya Teatr İncəsənət Akademiyasının professoru Anna Stepanova rəhbərlik edir. Festivalın fəxri qonaqları arasında TÜRKSOY-un baş direktoru Dyusen Kaseinov, ispan rejissoru Alexandro Puce, “Teatr həyatı” jurnalının baş redaktoru Oleq Pivovarov və başqaları da var. Gülər Tapdıq.
“Türkiyəni bölgənin ən güclü ölkəsi edən demokratiya bizi AB-nin üzvü də edəcək”. Siyasətdə baş verən çalxalanmalar, “Ergenekon” adlandırılan həbs dalğaları, eləcə də konstitusiya dəyişiklikləri ilə bağlı müzakirələr bu çərçivədə qiymətləndirilir. - Baş nazir gənclərin önünü açmaq üçün bir müddət sonra siyasətdən gedəcəyini açıqladı. Bu fikirlə razısınız? - Əslində sistem özünü yeniləyir. Müvəffəq olmayan bir insan sistemə müqavimət göstərə bilməz. Müvəffəq olduğunuz halda sistemi tərk etsəniz, bu da yaxşı olmaz. Bizim kimi cəmiyyətlərdə siyasi prosesləri öz adları ilə idarə edənlər, bu proseslərə təkan verənlər siyasətdən çox uzaqlaşmamalıdırlar. Bunun iki səbəbi var. Birincisi, onların təcrübələrindən faydalanmaq lazımdır. İkincisi, belə liderlər gənc nəsilləri rahatlıqla siyasətə gətirə bilirlər. Qısacası, gənclər də olmalıdır, təcrübəlilər də. - Yəni Ərdoğan hələ siyasətdə qalmalıdır? Bunun üçün uyğun çərçivə olmalıdır. Qərb demokratiyalarına baxaq. Onlarda çoxlu yeni liderlər var, amma çox təcrübəliləri də fəaliyyət göstərirlər. - Siyasətə yeni simalar lazım deyil? Ancaq bunu “yenilər köhnələrin yerinə gətirilməlidir” formasında etməməliyik. Gənclərə siyasət institutunu sevdirməliyik, onların siyasətə maraqlarını artırmalıyıq, siyasətə etibar qazandırmalıyıq. Bunu isə təcrübəli siyasətçilər bacara bilərlər. Siyasətdən uzaqlaşmağı qanunlaşdırmamalıyıq, bunu seçicilərin öhdəsinə buraxmalıyıq. - Türk siyasətinə müdaxilələr var. İki dəfə parlament qapadıldı. Bunların nəticəsində siyasət nə itirdi? Bu hadisələr nəticəsində yalnız parlament qapadılmadı, siyasi kadrları da siyasi fəaliyyətdən kənarlaşdırdılar. Digər tərəfdən, gənc nəsillərin siyasətə olan maraqlarını da söndürdülər. Bundan daha önəmlisi isə, Türkiyədə demokratik siyasi mədəniyyətin inkişafına ciddi şəkildə mane oldular. - Qərbdəki siyasət mədəniyyəti niyə bizdə yoxdur? Siyasətə müntəzəmlik qazandıra bilmədik. - Hərbiçilər və bürokratlar “siyasətçilər çox pis idarə etdilər” iddiası ilə çıxış etdilər. Demokratiyada pis idarəetmə və yanlışlıqlar var. Diktatorluqda yanlışlıq yoxdur. Diktatorun dediyi hər şey doğrudur. Siyasətdə səhv addımlar olub və olacaq da. Bu səbəbdən də siyasi partiyalar var. Səhvə yol verən gedəcək, onu “mən daha doğru və yaxşı olanı edəcəyəm” deyən əvəzləyəcək. Demokratiyanın var olmasının əsas səbəbi də budur. - Siyasəti pisləyən çevriliş tərəfdarları hakimiyyətə gəlib nəyə nail oldular? - 12 sentyabr ərəfəsində “siyasətçilər tavanı kirlətdilər, onları tullayaq, biz onları əvəz edək” dedilər. Təmizləyə bildilərmi? Ölkənin rifahını artıra bildilərmi? Hələ də 12 sentyabr konstitusiyasını müasir anayasa səviyyəsinə gətirmək üçün çalışırıq. - Demokratiyadan başqa rifaha gedən yol yoxdur? Qeyri-demokratik ölkələrdə rifah və gəlir bir ovuc insanın əlində cəmlənib. Biz demokratik rifahı hədəfləyirik və o da ancaq demokratik şəraitdə olur. Demokratiyanın olmadığı yerdə iqtisadiyyat böyük ola bilər, ancaq gəlir bölgüsü müəyyən bir zümrənin monopoliyasında olur. - Terror başda olmaqla bəzi problemlərin həllində demokratiyanın qarşıda dayanan ciddi maneə olduğunu iddia edənlər də var. - Terrora qarşı mübarizədə mütləq qələbənin yeganə yolu demokratiyadır. Demokratiyasız terrora qalib gəlmək mümkün deyil. Qalib gəlmiş kimi görünə bilərsiniz, ancaq bir müddət sonra daha pis vəziyyətə düşdüyünüzü görərsiniz və yenidən başa qayıdarsınız. Müasir demokratiyalarda rifah, təhlükəsizlik və azadlıq biri-birinin alternativi deyil. “Demokratik şəraitdə terrora qarşı mübarizə aparmaq olmaz” demək doğru deyil. - Türkiyə əsas problemlərini demokratik yollarla həll etmək iradəsini nə vaxt göstərəcək? - Bu məsələdə önəmli addımlar atmışıq. Bir refleks şəklində demokratiyaya sahib çıxırıq. Demokratiyadan başqa seçimimizin olmadığı barədə 100 faizə yaxın konsensus içindəyik. - Demokratik addımlar Türkiyəyə nə qazandırdı? Dünyanın ən böyük iqtisadiyyatına malik 17-ci ölkəsi oldu. Sadəcə regionda deyil, ətraf bölgələrdə də sözü keçən, varlığına ehtiyac duyulan, hörmət edilən ölkə halına gəldi. Qafqazda və onun ətrafında bizimlə əməkdaşlıq sayəsində əldə edilən razılıqlar əsasında problemlər həll oluna bilir. Qafqazda inanılmaz dərəcədə Türkiyə sevgisi və təsiri var. Oralarda bizimlə birgə göstərilən fəaliyyət daimi sülhə xidmət edir. Dağılan Yuqoslaviyanın problemləri Türkiyənin iştirakı ilə həll edildi. Türkiyəni önə çıxaran faktorlardan ən önəmlisi demokratiyadır. Soyuq savaş dövründə Türkiyə qanad ölkə statusunda idi. Savaş bitdi, Türkiyə körpü ölkə oldu. Şərq ilə qərb, şimal ilə cənub arasında körpü rolumuz davam edir. İndi isə diqqət mərkəzində olan ölkəyik. Türkiyə ətrafında baş verənlərdən təsirlənir və daha da önəmlisi, ətrafında baş verənlərə təsir edir. Bitməz-tükənməz təbii qaynaqlarımızmı var? Bizi bölgənin ən güclü ölkəsi edən sirr demokratiyadır, yetişdirilmiş insan gücüdür. Bu güc bizi regionun mərkəz ölkəsi etməklə qalmayacaq, Türkiyəni Avropa Birliyinin üzvü də edəcək. - Avropa Birliyi Türkiyəni niyə qəbul etməlidir? - 45 il əvvəl Almaniya Berlin küçələrini təmizləmək üçün bizdən işçi tələb edirdi. İndi Avropa iqtisadiyyatın aparıcı qüvvəsi olan türkləri tələb edəcək: mühəndis, həkim, müəllim... Avropanın yaşlı əhalisinin Türkiyənin gənc əhalisinə ehtiyacı var. Cümhuriyyətimizin 100-cü ilində dünyanın 10-cu ən böyük iqtisadiyyatına malik ölkəsi olacağıq. - Türkiyədə əhali mülki bir konstitusiya gözləyir. Bu parlament niyə mülki konstitusiya hazırlaya bilmir? - Bu məsələdə Türkiyənin əlinə tarixi bir fürsət keçib. Yeni bir anayasa qəbul etmək üçün cəmiyyətin böyük bir hissəsi razıdır. Əlbəttə ki, hər kəs anayasanın modelini fərqli görür, ancaq əsas olan odur ki, hamı yeni anayasa istəyir. - 4 il əvvəl anayasanın dəyişdirilməsi əvəzinə onun yenidən yazılmasını təklif etmişdim. Məqsədə xidmət edə bilməz və müasir Avropa anayasası səviyyəsində ola bilməz. - Ancaq təklifinizi qəbul etmədilər. “Dünyəvilik prinsipini pozmağa çalışır” dedilər. Ancaq bu tərəddüdləri ortadan qaldırmaq mümkündür. - Biri-birimizə güvənmirik. - Bundan sonrakı addımlarınız necə olacaq? - Hər kəs istədiyi dəyişikliyi gətirib masanın üstünə qoysun. Bu təkliflər arasında üst-üstə düşənləri ortaya çıxaraq, düşməyənləri isə müzakirə edək. Hansısa məsələdə razılığa gələ bilmədiyimizi anlamaq üçün də müzakirələr aparmalıyıq. - Məhkəmə hakimiyyətinin qanunverici hakimiyyətin səlahiyyətlərinə müdaxiləsini necə şərh edirsiniz? - 367 hadisəsində məhkəmə hakimiyyəti qanunverici hakimiyyətin səlahiyyətlərinə ciddi şəkildə müdaxilə etdi. 367 məsələsinə ağlasığmaz bir şəkildə şərh verən Anayasa Məhkəməsi yeni bir konstitusiyanın qəbul edilməsini zəruri hala gətirdi. Hər kəs öz səlahiyyətindən anayasa çərçivəsində istifadə etməlidir. - Türkiyə bu problemlərin öhdəsindən gələ biləcək? - Demokratiya yaşandıqca inkişaf etdirilən və mədəniyyətə çevrilən bir prosesdir. Bu problemləri həll edəcəyimizə inanıram. Məncə, demokratiya yolunda atdığımız addımlar, demokratiya mədəniyyətinin formalaşması, siyasi partiyaların aralarında qarşılıqlı etimad mühitinin meydana gəlməsi önümüzü aydınladacaq. O günü necə qiymətləndirirsiniz? - O çevriliş və ondan sonrakı Yassıada mühakiməsi bir hicrandır. Bəzi nazirlər və Baş nazir Menderesin edam olunmasından bir insan olaraq çox təsirləndim. Siyasətə gəlməyimin səbəbi də budur. “Demokratik Partiya”lı bir ailə idik, çox sıxıntılar çəkdik. Atam işsiz qalmışdı. Bunlar bir tərəfə. Məsələyə ölkəmin prizmasından baxdıqda, Yassıada mühakiməsinin ayıb bir şey olduğunu düşünürəm. Məni məyus edən əsas şey isə bu gün 27 may tarixini bayram kimi qeyd olunmasını istəyən insanların olmasıdır. Çox şükür ki, belə düşünənlərin sayı ölkənin taleyinə təsir edəcək səviyyədə deyil, ancaq yenə də belə düşünən bir insanın belə olmasını qəbul edə bilmirəm. Gənclərimizə demokratiyanı aşılamalıyıq.
Rafiq Hüseynli: “Qarabağdakı qələbəmizi efirdən elan etmək arzusundayam”. Azərbaycan Kinomatoqrafçılar İttifaqı İdarə Heyətinin katibi, Milli Kinomatoqrafiya Mərkəzinin baş direktoru, tanınmış diktor, professor Rafiq Hüseynli ilə söhbətləşdik. Diktorları jurnalist hesab etmək olarmı? - Əvvəllər diktorlar ekrana çıxıb, ancaq ona verilən mətni tamaşaçılara çatdırırdı. Lakın sonradan bu peşəyə jurnalistlər cəlb edildi və bundan sonra diktorlar da xəbərlərin hazırlanmasında iştirak etməyə başladılar. O zaman mən də bunun tərəfdarı idim. Mən ozüm də diktor olmağıma baxmayaraq, müəllif verilişləri hazırlayırdım və müsahibələr alırdım. Aparıcının həm xəbər hazırlaması, həm də onu səsləndirməsi daha yaxşıdır. Diktor həm jurnalist olmalıdır, həm də digər aparıcılardan bir çox xüsusiyyətlərinə görə fərqlənməlidir. - Bəzən deyirlər ki, diktoru digər aparıcılardan onun diksiyası fərqləndirir. Təkcə diksiya deyil, həm də onların səsləri gözəl olmalıdır. Mən eyni zamanda zahiri görünüşü də əsas amillərdən biri hesab edirəm. Aparıcılar efirə elə çıxmalıdılar ki, tamaşacının onlara qarşı məhəbbəti olsun. - Siz necə fikirləşirsiniz, aparıcı öz mövqeyini tamaşaçıya çatdırmalıdırmı? - Bəzi verilişlər var ki, burada aparıcılar öz siyasi fikirlərini ifadə edə bilərlər. Amma elə verilişlər də var ki, orada aparıcı öz mövqeyini bildirməməlidir. Məsələn, xəbər proqramlarında. Burada aparıcının əsas vəzifəsi xəbəri tamaşaçılara olduğu kimi çatdırmaqdır. Xüsusilə xəbər verilişlərinə hər hansı bir qonaq dəvət edilibsə, aparıcı həmin şəxsin fikirinə müdaxilə etməməlidir. Amma bəzən bizdə buna əməl etməyən aparıcılar da olur. - Bir çox ölkələrdə xəbər proqramlarının əksər aparıcıları yaşlı nəslin nümayəndələridir. Bizdə isə efirə daha çox cavan diktorlar çıxırlar. - Aparıcı tamaşaçının gözləri qarşısında yaşa dolmalıdır. Birdən-birə yaşlı bir insanı gətirib aparıcı qoymaq da düzgün deyil. Vaxtı ilə bəzi televizya rəhbərləri bu məsələyə düzgün yanaşmadı və 10-15 il bundan əvvəl orta yaşlı insanlar bu işdən uzaqlaşdırıldı. Halbuki həmin insanlar öz işlərinə davam etsəydilər, bu gün onlar yaşlı nəsli təmsil edəcəkdilər. Bu insanlar tamaşaçılar tərəfindən daha yaxşı qarşılanacaqdılar. - Siz özünüz necə, yenidən aparıcı kimi efirə qayıda bilərsinizmi? İndi gənc nəsil məni tanımır. Uzun fasilədən sonra yenidən efirə çıxsam məni necə qarşılayacaqlar? Bu illər ərzində həm də zahiri görünüşüm dəyişib. Bu baxımdan fikirləşirəm ki, tamaşacı mənfi reaksiya verə bilər. Televizyada qalsaydım və gündəlik olaraq tamaşaçının gözü qarşısında olsaydım, o zaman aparıcı kimi efirə çıxa bilərdim. Amma bu gün həm də orta yaşlı aparıcılar televizya işinə cəlb edilir. Tamaşaçı müəyyən illərdən sonra yaşlı nəslin nümayəndələrindən də aparıcıları görə biləcək. Bizim televizya kanallarımız da yaş etibarilə gəncdir. Başqa ölkələrdə aparıcılar ona görə yaşlı nəslin nümayəndəsi olur ki, onlar 40-50 il ərzində həmin televizyada, tamaşaçının gözü qarşısında yaşlanıb. - Son zamanlar bəzi diktorlar xəbərləri səsləndirərkən əl-qol hərəkətlərindən, mimika və jestlərdən çox istifadə edirlər. Buna münasibətiniz necədir? Əgər aparıcının hərəkətləri təbiidirsə, tamaşaçı onu qəbul edəcək, yox əgər sünidirsə, tamaşaçı tərəfindən qəbul edilməyəcək. Aparıcı xəbərlərin məzmunundan asılı olaraq əl-qol hərəkəti edə bilər. Amma bu zaman səmimi olmalıdır. Aparıcı efirə çıxmazdan əvvəl xəbərlər haqqında məlumatı olmalıdır. Yenə deyirəm, əsas məsələ aparıcının səmimiyyətidir. Məsələn, bəzən aparıcı faciəvi bir xəbəri tamaşaçıya çatdırdığı zaman göz yaşı axıdır, özünü həddindən artıq qəmgin göstərir. Bu mənə bir az qeyri-səmimi görünür. Əlbəttə, xəbərin məzmununa görə aparıcı öz hisslərini büruzə verə bilər. Amma bu da öz həddində olmalıdır. Aparıcı öz hərəkətləri ilə tamaşaçıya çatdırmalıdır ki, o da bu xəbərdən kədərlənib. Əgər tamaşaçı kədərli bir xəbərdən əyləncəli bir xəbərə keçirsə, bunu qəfil etməməlidir, arada müəyyən bir fasilə olmalıdır. Bilirsinizmi, tamaşaçı hər şeyi aparıcının gözlərindən oxuyur. Tamaşaçını süni hərəkətlərlə aldatmaq olmaz. Tamaşaçı hansı hərəkətin süni, hansı hərəkətin təbii olduğunu ayırd edə bilir. Kimin efirdə aktyorluq etdiyini seçə bilir. - Uzun illər xəbərlər proqramının aparıcısı olmusunuz. Canlı efir vasitəsilə tamaşaçıların qarşısına çıxmısınız. Həyəcanlandığınız vaxtlar olubmu? - Həyatımda iki dəfə olub ki, efirə çıxarkən çox sarsıntı keçirmişəm. Televizya partladıldıqdan sonra ilk dəfə idi ki, canlı efirə çıxırdım. Həmin vaxtı keçirdiyim hisslər həyəcandan çox sarsıntı idi. Mənə elə gəlirdi ki, efirə çıxsam ağzımı açıb bir kəlmə də danışa bilməyəcəyəm. O cür ağır bir faciədən sonra efirə çıxıb xalqa nə isə demək çox çətin idi. Verilişdən sonra tir-tir əsirdim. Bir də övladım vəfat edərkən çox sarsıntı keçirmişəm. Hətta efirə belə çıxmaq istəmirdim və televizyadan getmək istəyirdim. Rəhbərliyin təkidindən sonra efirə qayıtdım. - Olubmu ki, hansısa bir xəbəri efirdən demək istəmisiniz, amma deyə bilməmisiniz? - İşdən çıxandan sonra evdə oturub televizyaya baxırdım və öz-özümə deyirdim ki, Qarabağdakı qələbəmizi efirdən mən elan edəcəyəm. Həmişə fikirləşmişəm ki, məni çağırıb deyəcəklər ki, “artıq Qarabağ bizimdir və sən efirə çıxıb bu xəbəri səsləndirməlisən”. Qarabağdakı qələbəmizi efirdən elan etmək arzusundayam. Mən o anı təsəvvür edərkən belə, çox həyəcanlanıram. Bu gün də bu mənim ən böyük istəyimdir və belə bir şeyi mənə həvalə edərlərsə, böyük məmnuniyyətlə bunu edərəm. - Xarici ölkələrdə xəbərlər proqramlarının aparıcıları mətbuat işçiləri arasında ən varlı insanlar hesab edilir. - Ölkəmizdə aparıcılıq o qədər də gəlirli peşə deyil. Sovet dövründə də bu belə idi. Xarici jurnallardan oxuyurduq ki, Amerikada aparıcılar çox zəngin həyat yaşayırlar. Amma mən o vaxt iki otaqlı evi çox çətinliklə aldım. Hələ də bu evdə yaşayıram. Buna baxmayaraq, bizdə dövlət bu peşə sahiblərinə, xüsusən də təcrübəli diktorlara böyük qayğı göstərir. Şəxsən mənə müxtəlif fəxri adlar verilib. Bəzi həmkarlarım hazırda prezident təqaüdünə layiq görülüblər. Ona görə razıyam ki, indi aparıcı olmaq istəyən, aparıcılıq peşəsini seçən gənclər bu işə həvəslidirlər. Yeni bir şeylər öyrənmək üçün can atırlar. Mən bunu AzTV-də işləməyə gələn gənclərdə müşahidə edirəm. Narazı olduğum məqam isə odur ki, bəzi aparıcılar Azərbaycan dilinin qol-qanadını sındırırlar. Bizim dildə axıcılıq var. Bəzi aparıcılar da o axıcılığı qırırlar. Bəzi aparıcılar isə əcnəbi dillərdən götürülən sözlərdən istifadə edirlər. - Qalmaqal yaratmaqla verilişlərini baxımlı etmək istəyənlər də var. Təcrübəli bir aparıcı kimi buna sizin münasibətiniz necədir? -Bu məsələ hamımızın ümumi problemidir. Əgər canlı efirdə qalmaqal baş verirsə və aparıcı peşəkardısa bu vəziyyətdən çıxmağı bacarmalıdır. Yox əgər aparıcının özü bu qalmaqala şərait yaradırsa bu yolverilməzdir. Təəssüf ki, bəzi verilişlərdə qalmaqal yaratmaqla tamaşaçı cəlb etmək istəyirlər. Bəzən mənə deyirlər ki, bu verilişin reytinqi yüksəkdir, tamaşaçı bu cür verilişlərə baxmaq istəyir. Tamaşaçının bu cür verilişərə baxmasının səbəbkarı da həmin verilişin müəllifləridir. Onlar tamaşaçılara bu cür verilişlərə baxmağı öyrədirlər. Bizdə daha çox başqa ölkələrdə yayımlanan proqramlara baxıb onlardan nümunə götürürlər. Mən hesab edirəm ki, biz daha çox özümüzə uyğun verilişlər hazırlamalıyıq. Veriliş həm müasir, həm də məzmunca milli olmalıdır.
Novruz Məmmədov: “Namərdi son mənzilə qədər qovmaq lazımdır”. Azərbaycan Prezident Administrasiyasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov yenidən ATƏT-in Minsk Qrupu həmsədrlərinin ünvanına sərt tənqid ünvanlayıb. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların intensivləşdiyi indiki məqamda Azərbaycan Prezident Administrasiyasının (PA) Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov yenidən ATƏT-in Minsk Qrupu (MQ) həmsədrlərinin ünvanına sərt tənqid ünvanlayıb. O, APA-ya dünənki açıqlamasında deyib ki, həmsədrlər iki ildən artıqdır münaqişənin nizamlanmasını nəzərdə tutan baza prinsiplərinin hazır olması və yaxınlarda sənəd imzalanacağı barədə bəyanatlar versələr də, ortada konkret heç nə yoxdur: “Lakin bu günə qədər biz yerimizdə dayanmışıq, heç bir irəliləyiş yoxdur”. PA rəsmisi MQ həmsədrlərini Ermənistan rəhbərliyi barədə dünyada müsbət imic formalaşdırmağa çalışmaqda və bu yolla dünya ictimaiyyətini aldatmaqda da ittiham edib. Novruz Məmmədov: “Onlar Ermənistanı və onun rəhbərliyini konstruktiv dövlət, konstruktiv prezident kimi dünya ictimaiyyətinə, beynəlxalq birliyə təqdim edirlər. Beynəlxalq birlik də düşünür ki, bunlar danışıqlara gedirlər, danışıqlar davam edir, işlər yaxşıdır və bununla bağlı narazılığa əsas yoxdur”, - deyib. N. Məmmədov Ermənistan rəhbərliyinə mesaj göndərməyi də unutmayıb: “Danışıqlar bu cür davam etsə, heç bir irəliləyiş olmasa, şübhəsiz ki, Azərbaycan mövqeyini dəyişə bilər. Hələlik danışıqlar davam etdirilməlidir. Yəni namərdi axıra qədər, son mənzilə qədər qovmaq lazımdır”. Azərbaycan və Ermənistan prezidentlərinin iyul ayında yenidən görüşəcəklərini istisna etməyən şöbə müdiri görüş yerinin yenidən Rusiya ola biləcəyini bildirib. Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının qurultaydan sonra danışıqlara aktiv qoşulub-qoşulmayacağı barədə sualı cavablandıran N. Məmmədov icmanın təsis olunmasında əsas məqsədin vasitəçilərlə görüş olmadığını qeyd edib: “Bu da mümkündür. Ümumiyyətlə, düşünürük ki, danışıqların müəyyən mərhələsində Dağlıq Qarabağın həm azərbaycanlı, həm də erməni icmasının müəyyən məsələlərdə iştirak etməsi zərurəti yaranar. Hələlik isə o zaman yetişməyib. Qurultayı keçirməkdə bir məqsəd də var idi: Azərbaycanın torpaqları - Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayon 20 ildir, kiçik bir dövlət olan Ermənistanın işğalı altındadır, orada daş üstə daş qalmayıb, hər şey dağıdılıb, məscidlər, xəstəxanalar, muzeylər, mədəniyyət abidələri, evlər məktəblər yerlə yeksan edilib. Həm bunlar, həm də, ümumiyyətlə, Dağlıq Qarabağ ətrafında gedən proseslər haqqında Avropada, ABŞ-da müəyyən məlumatlar yaymaq, həqiqətləri onlara çatdırmaq lazımdır. Bu həqiqətləri də müxtəlif vasitələrlə çatdırmaq olar. Buraya müəyyən səfərlər, internet, mətbuat, KİV-in başqa növləri ilə məlumatların çatdırılması və s. daxildir. Düşünürəm ki, bu qurultaydan sonra icmanın rəhbəri və İdarə Heyəti bu sahədə daha da fəal işləyəcək”. Prezidentlər arasında növbəti görüş barədə müzakirələr aparılacaq. “Azərbaycan və Ermənistan prezidentlərinin iyulda görüşünün baş tutub-tutmaması həmsədrlərin yaxın həftələr ərzində xarici işlər nazirləri ilə sıx əməkdaşlıqda gördüyü işdən əldə olunan tərəqqidən asılıdır”. Prezidentlərin Sankt-Peterburq görüşünü şərh edən həmsədr dialoqun müsbət məcrada keçdiyini qeyd edib: “Prezidentlərin əhval-ruhiyyəsi konstruktiv məcrada köklənmişdi. Həmsədrlərprezidentlər arasında dialoq prosesində əldə olunan tərəqqini məmnuniyyətlə qeyd edirlər. Bu tərəqqinin əsasında diplomatik məsləhətləşmələrin yeni raunduna başlayırıq ki, tərəflərəbazaprinsiplərini razılaşdırmaq prosesini başa çatdırmaqda kömək edək”.
Azad Rəhimov: “Ali məqsədimiz idmanı ölkədə və ölkəni idmanda lider etməkdir”. Gənclər və idman naziri Azad Rəhimov öz fikirlərini bizimlə bölüşdü. Son illər idmana dövlət qayğısının nəticəsi olaraq idmançılarımız beynəlxalq səviyyəli yarışlarda böyük nailiyyətlər qazanırlar. Təkcə XXIX Pekin Yay Olimpiya Oyunlarında əldə edilən nəticələrə nəzər salmaq kifayətdir ki, ölkəmizdə bu sahəyə göstərilən diqqətin hansı səviyyədə olduğunu deyə bilək. Ötən ilin idman nəticələri, respublikanın bütün regionlarını əhatə edəcək şəkildə inşa edilən Olimpiya kompleksləri, ayrı-ayrı federasiyaların maddi-texniki bazalarının gücləndirilməsi, idmançıların sosial təminatının yaxşılaşdırılması və digər məsələlərlə bağlı gənclər və idman naziri Azad Rəhimov öz fikirlərini bizimlə bölüşdü. Söhbət zamanı nazir həmçinin dövlətin həyata keçirdiyi gənclər siyasəti barədə də ətraflı məlumat verdi. - Cənab nazir, ötən il ölkəmizdə idman sahəsində qazanılan nailiyyətlər sizi qane edirmi? - Ötən ilin ən böyük uğur 29-cu Pekin Yay Olimpiya Oyunlarında Azərbaycan idmançılarının qazandığı qələbə oldu. Olimpiya oyunlarında idmançılarımız 1 qızıl, 2 gümüş və 4 bürünc medal qazandılar. Ötən ilin ən mühüm idman hadisələrindən biri də 13-cü Pekin Yay Paralimpiya Oyunları oldu. Azərbaycan bu yarışlarda dünyanın 147 ölkəsinin cərgəsinə qatılaraq 18 idmançı ilə təmsil olundu. 2008-ci ildə olimpiya və qeyri-olimpiya idman növləri üzrə rəsmi beynəlxalq yarışlardan idmançılarımız vətənə 550 müxtəlif əyarlı medalla dönüblər. Qeyri-olimpiya idman növlərindən karateyə 360 min manat xərclənib. Bu il də idmanın inkişafı üçün eyni məbləğdə maliyyə vəsaiti ayrılıb. - Ölkədəki olimpiya komplekslərinin fəaliyyəti sizi nə dərəcədə qane edir? Yaxın illərdə isə daha 16 kompleks istismara veriləcək. Təbii ki, fəaliyyəti bizi qane etməyən Olimpiya kompleksləri var. Bu sahədə nöqsanların aradan qaldırılması daim diqqətimizdədir. - Bu komplekslərdən gəlir əldə olunurmu? - Dövlət qarşısında duran əsas məqsədlərdən biri bu gün sağlam və gənc nəsil yetişdirməkdir. Ona görə də istifadəyə verilən olimpiya komplekslərinin 90-95 faizi dövlət büdcəsindən maliyyələşdirilir. Yəni, burada gəlirdən söhbət gedə bilməz. Burada başqa bir məsələ də var. Xarici ölkələrdə işadamları idmana çox böyük sərmayə qoyurlar. Dəstəklədikləri komanda və ya idmançının qələbəsi onlara sevinc gətirdiyi kimi, maliyyə vəsaiti də gətirmiş olur. Əfsuslar olsun ki, Azərbaycanda işadamları idmana sərmayə qoymağa bir o qədər də maraqlı deyillər. Onları buna məcbur etmək mümkün deyil. - London Olimpiya Oyunlarına hazırlıq məqsədi ilə respublikamızda nə kimi işlər görülür? - 2012-ci il London Olimpiya Oyunlarına hazırlıqla əlaqədar artıq strategiya işlənib hazırlanıb. Bu strategiyanın hazırlanmasında bizim nazirliyimiz, həmçinin Təhsil Nazirliyi ilə yanaşı, bütün müvafiq federasiyalar və aidiyyatı qurumlar da fəal iştirak edir. Milli strategiya 2020-ci ilədək idmanı ölkədə və ölkəni idmanda lider etmək məqsədini qarşıya ali məqsəd kimi qoyub. Bədən Tərbiyəsi və İdmanın inkişafı üzrə Milli strategiya 12 illik dövrü əhatə edir. - Eyni zamanda nazirliyiniz hökumətin gənclər ilə bağlı siyasətini də həyata keçirir. Bu baxımdan gənclərimizin gələcəyini necə görürsünüz? - Gənclər və İdman Nazirliyi olaraq hər bir gənclə işləməyə daim hazır bir qurumuq. Bu gün Azərbaycan gəncliyi, sözün əsil mənasında inkişafa can atan, müasir, açıq düşüncəli gənclərdən ibarətdir. Həyata keçirdiyimiz layihələrdə mütəmadi olaraq görünən yeni simalar, artıq bir çox qurumlarda çox böyük müvəffəqiyyətlə çalışan gənclər dediklərimin bariz nümunəsidir. Eyni zamanda, gənclərin məşğulluq probleminin həlli istiqamətində də mütəmadi işlər görürük. Ümumiyyətlə, nazirlik olaraq daha çox gənci ölkənin və onların özlərinin gələcək həyatında böyük rol oynayan layihələrə cəlb etmək, hər birinin daha peşəkar və vətənpərvər yetişməsinə kömək göstərib istiqamətləndirmək əsas məqsədlərimizdəndir. - Azərbaycan Prezidentinin gənclərin xaricdə təhsil almasına dəstək verən 2007-2015-ci illəri əhatə edən proqramı imzalanmasından sonra kadr potensialından istifadə xüsusilə aktuallaşıb. Bununla bağlı nazirliyin siyasətini açıqlaya bilərsinizmi? - Ölkəmizin təbii sərvəti olan neft və qaz Azərbaycanın gələcək inkişafını təmin edən vasitə kimi qəbul edilir. Bu şəraitdə əldə olunan vəsaitlərin ən səmərəli xərclər istiqamətlərindən biri kimi gənclik müəyyən edilib. Bu istiqamətdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin imzaladığı “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” gənclərin xaricdə təhsil almalarına böyük imkanlar açır. Sevindirici haldır ki, həm dövlət xətti ilə, həm də müxtəlif proqramlar çərçivəsində xaricdə təhsil alan və elmi fəaliyyətlə məşğul olan gənclərimizin sayı ildən-ilə artır. Onu da qeyd edim ki, xaricdə təhsil alan gənclərimizin son dövrlərdə böyük əksəriyyəti Vətənə dönərək əldə etdikləri bilikləri Azərbaycanın inkişafı istiqamətinə yönəldirlər. Azərbaycanın daha sürətli inkişafını təmin etmək üçün ölkəmizin bu gün dünyada gedən proseslərdə fəal iştirakı qaçılmazdır. Məhz buna görə də xaricdə təhsil alan gənclərimiz vasitəsilə bu istiqamətdə kadr boşluğunu tamamlamaq olar. - Gənclərin ictimai həyatda rolunu artırmaq üçün planlarınız necədir? Gənclər təşkilatlarının bu istiqamətdə rolunun necə görürsünüz? - Gənclərin ictimai həyatda fəallığının artırılmasında gənclər təşkilatları xüsusi çəkiyə malikdir. 2005-ci ildən bu günədək gənclər təşkilatlarının 140-ə yaxın layihələrin maliyyələşdirilməsinə, 400-dən çox ictimai fəal gəncin beynəlxalq tədbirlərdə iştirakına köməklik göstərilib. Əminliklə deyə bilərəm ki, gənclər təşkilatları bu gün Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları içərisində həm həyata keçirdikləri maraqlı layihələr, həm də davamlı fəaliyyətlərinə görə fərqlənirlər. - Gənclər və İdman Nazirliyinin xaricdəki gənclərimizin qurduqları təşkilatlarla əlaqələri hansı səviyyədədir? Sizin bu təşkilatlardan hansı gözləntiləriniz var? - Son illər xaricdə təhsil alan gənclərimizin ictimai fəallığı xüsusi nəzərə çarpır. Gənclərimizin xarici ölkələrdə təşkilatlanması bizi sevindirir. Gənclər və İdman Nazirliyi hazırda əsasən MDB və Avropa ölkələrində fəaliyyət göstərən təşkilatlarla əməkdaşlıq edir. Bundan başqa, onların tədbirlərinin təşkilində yaxından iştirak edərək lazımı köməklik göstərilir. Nazirlik olaraq xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan gənclər təşkilatlarından bir sıra gözləntilərimiz də var. Azərbaycan haqqında həqiqətlərin düzgün və daha səmərəli üsullarla çatdırılması, yaşadıqları cəmiyyətə daha çox nüfuz etmələri və ən əsası isə mükəmməl təhsil alıb peşəkar mütəxəssis olmaları onların özləri, gələcəkləri üçün vacib olduğu qədər, ölkəmizin daha da inkişafı, tanınması istiqamətində danılmaz rol oynayır. Allahverdi Cəfərov.
Anarın personajları ilə bunlara bənzəyən əsərinin də ancaq belə istedadlı teatr adamları tərəfindən kəşf edilə biləcəyinə inanıram. Cağdaş Azərbaycan ədəbiyyatının tanınmış isimləri arasında Anarın özəl bir yeri olduğunu bilirdim. Romanlarını və hekayələrini sevə-sevə oxuduğum bu yazarı ilk dəfə Çingiz Aytmatovun rəhbərlik etdiyi və İstanbul Bələdiyyəsi Kültür İşləri Dairəsi Başqanlığının ev sahibliyi etdiyi toplantıda tanımışdım. O, Türk Dünyası Yazarlar Kongresi adını daşıyan bu toplantı ilə Strasburqda düzənlənən Türk Şeiri Şöləninə Azərbaycan təmsilçisi olaraq qatılmışdı. Anası və atası da tanınmış yazarlar olan Anarla bəhs etdiyim toplantılarda ünsiyyətdə olmuşdum. 15 gün öncə Ramiz Əsgərdən kardeskalemler@gmail.com <mailto:kardeskalemler@gmail.com>. ünvanına, oradan da mənim elektron poçtuma bir mail göndərildi. Nəql edilən məqalə Bakıda tanınmış bir yazar olduğunu zənn etdiyim Rövşanə Səlimovaya aid olub “Anarın ”Adamın adamı“ komediyası üzərində düşüncələr” adlanırdı. Həmin yazı bu günlərdə səhnələşdirilən başqa bir əsərlə mövzu oxşarlığı olduğu üçün diqqətimi çəkdi. Bir də mənim çox önəm verdiyim başqa əsərləri xatırladırdı. Bunlardan birincisi bu günlərdə tamaşaya qoyuldu, o biri də bu cür əsərlərə səhnə həyatı verə biləcək bir teatr xadimini gözləməkdədir. Anarın personajları ilə bunlara bənzəyən əsərinin də ancaq belə istedadlı teatr adamları tərəfindən kəşf edilə biləcəyinə inanıram. Bu üç əsər bir-birinə yaxın dönəmlərdə, bir-birindən xəbərsiz olaraq ortaya çıxsa da, eyni mətləbləri anladır. Rövşanə Səlimova yazısına belə baslayır: “Cağdaş Türk Dünyasının ən ünlü yazarlarından biri olan Anar roman, hekayə, esse, şeir və ədəbi məqalələrlə yanaşı, dram əsərləri də yazaraq, Azərbaycan teatrına bir çox uğurlar qazandırıb. Bu əsərlər arasında ”Adamın adamı“ komediyası özəl bir yerə sahibdir”. Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəs”i adlı romanı əsasında yazdığı səhnə əsəri İstanbul Şəhər Teatrlarında tamaşaya qoyulub və tamaşaçı rəğbətini qazanıb. 20 ildir ki, bir çox hekayəsi və romanı Türkiyə türkçəsinə uyğunlaşdırılaraq nəşr olunan Anarın Azərbaycan Yazıçılar Birliyində çalışdığı halda, uzun müddət İstanbulda yaşadığını da bilirik. Anar on ilə qədər Memar Sinan Universitetində seminarlar verdiyi üçün Türkiyədə də xeyli tanındı və o, bizim həyatımıza daha yaxından bələd oldu. Fəqət bu pyesin Anarın digər ədəbi əsərlərindən fərqli bir keyfiyyətə malik olduğunu bilirik. O səbəbdən də “Adamın adamı”na daha yaxşı bələd olmaq üçün bu əsərdən söz açan həmin müəllifdən daha iki iqtibas etmək istəyirəm: “”Adamın adamı“ komediyasında tipajların adları maraqlıdır. Yazar adları açıq kod və şifrəli olaraq seçib, Azərbaycan dilinin imkanlarından ustalıqla istifadə edib. Hər bir tipin adı onun iç dünyasını anlatmaq, müyyən etmək üçün bəlli bir mesaj keyfiyyəti daşımaqdadır. Məsələn, komediyanın qəhrəmanlarından İbiş İbişli, Süsən Sünbül, Fağır Bağır, Fənd Fərəc, Nazlı Qəmzəli, At Balaxanım, Əhməd Biqəm, Hefçi Məlik, Xoca Zığzığ, Xəbərçi Xədicə, Mərd Mazarov, Əli Əyrizadə və başqalarının adları belə tamaşaçını, oxucunu güldürməyə yetir”. A. H. Tanpınarın “Saatları nizamlama institutu” adlı romanı ilə Nəcip Fazilin “Püf nöqtəsi” adlı pyesində də “Adamın adamı”nda olduğu kimi obrazların davranışlarında, yumor hisslərində, daxili xarakterlərində ənənəvi türk teatrına məxsus üslub sezilir. Bu sətirlər də Anarın əsəri ilə “Saatları nizamlama institutu” arasındakı bənzərliyi özündə əks etdirir: “Komediyada hadisələr ”Az. Bəzilərinin düşüncəsinə görə, Anar bu ixtisarlarla Azərbaycan Yazarlar və Pozarlar Cəmiyyəti adlı xəyali bir qurumu canlandırsa da, əslində o, Yazarlar Birliyini nəzərdə tutub. Fəqət komediyada bu qurumun nə ilə mübarizə apardığı anlaşılmır. Tək bir yerdə sədrin kağız məsrəfini ödəmək məqsədi ilə xüsusi sərəncam verdiyi və bunu 100 nüsxə çoxaldaraq hər kəs görsün deyə, divarlara yapışdırmaq üçün əmr verdiyinin şahidi oluruq. Bu detal sovet dönəmində bəzi yazarların heç bir sənət dəyəri olmayan əsərlər yazdıqlarına, dolayısı ilə kağız məsrəfinə səbəb olduqlarına işarə kimi izah oluna bilər. Komediyanın təməlində ”Az. Poz“ adlı qurumun fəaliyyəti, əslində isə fəaliyyətsizliyi durur”. Beş roman və iki hekayə kitabından başqa, sadəcə klassik dönəmə aid iki pyes tərcümə edən A. H. Tanpınarın əsərləri içində yalnız “Saatları nizamlama institutu”, bəlkə də, ən çox diqqət çəkən və sistem əleyhinə yönəlmiş, mesajı çox açıq olan bir romandır. Bəlkə də bu səbəbdən onun başqa yönləri ön plana çıxarkən bu əsərə maraq göstərilməmişdir. Həmin əsərin ən önəmli tərəfi Tanzimatdan bu yana yaşadığımız qərbləşmə cəhdlərinin xəyali bir qurumdakı olaylarla çox düşündürücü bir şəkildə verilməsindədir. İronik bir dillə yazılan romandakı bəlli qəhrəmanlar olan iki şəxs- Hayri İrdal və Halit Ayarcı xarakterlərinə, hərəkətlərinə uyğun bir şəkildə adlandırılıblar. Saatları nizamlama institutunu quran bu şəxslər bütün vəzifələrə yaxın adamlarını yerləşdirirlər. İnstituta göndərilən müfəttişlərin sayəsində Ankara tərəfindən bu institutun bağlanılmasına qərar verilir. Və təhvil-təslim komissiyası həmin şəxslərdən təşkil edilir. O biri xarakterlərlə bu iki xarakter arasında oxşarlıqlar görünür. Bu roman saat maraqlısı olan insanları öz ətrafında toplayan Halit Ayarcı tərəfindən qurulan institutdan və qısa zamandan sonra onun ləğv edilməsindən bəhs edən satirik bir əsərdir. Çoxlu sayda qeyri-adi hadisələrlə zəngin olan, müxtəlif tiplərin maraqlı hekayələrini özündə cəmləşdirən roman hələ 60-ci illərdə yazılsa da, əsərdə postmodern əlamətləri hiss edilir. Bu həmin illərdə yazılan və “pul-hakimiyyət-dəstə” əlaqələrindən bəhs edən Nəcip Fazilin “Püf nöqtəsi” adlı pyesi qədər əhəmiyyətli və maraqlıdır. Ənənəvi üslubda qələmə alınan bu əsərdə müasir tiplər öz “yenilikləri” ilə ön planda veriliblər. Buna görə də ədəbiyyatımızda süni şəkildə müasirləşməni tənqid edən “Saatları nizamlama institutu”na layiq olduğu dəyər verilməmişdir. Lakin Kənan İşık tərəfindən səhnələşdirilən “Hüzur” tamaşası qədər maraqla qarşılanmadığı üçün repertuardan çıxarıldı. Bəlkə də bu dəfə fərqli bir rejissorun diqqətini cəlb etdiyi üçün səhnəyə qoyuldu. Bu əsərin teatr tənqidçiləri tərəfindən tənqidlə qarşılanmasının əsas səbəbi onun vaxtilə düzgün rejissor həllini tapmamasından irəli gəlir. Əziz Nesinin ömrü boyu yazdığı və 80 kitabda izah edə bilmədiyi məqamları Nəcib Fazil, A. H. Tanpınar və Anar bu əsərləri ilə ortaya qoya bildilər və bu da onların ortaq cəhətləridir.
“Türkiyəyə qarşı vizanın ləğvi texniki məsələdir”. Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Elxan Poluxov qəzetimizə müsahibəsində deyib ki, Azərbaycan və Türkiyə diplomatiyası da digər sahələrdə olduğu kimi qardaşlaşmağa doğru gedir. Onun sözlərinə görə, hazırda iki ölkə arasında viza rejiminin aradan qaldırılması ilə bağlı müzakirələr aparılmaqdadır. - Türkiyə tərəfi bütün Orta Asiya ölkələrinə və türk respublikalarına, eləcə də Azərbaycana qarşı viza rejimini ləğv etdi. Ancaq bu, həmin ölkələr tərəfindən adekvat cavabını almadı. Azərbaycan tərəfi olaraq, bunu necə izah edərdiniz? Ötən ay XİN-də iki nazirliyin konsulluq idarələri arasında danışıqlar aparılıb. Bunun nəticəsində qarşılıqlı razılığa dair niyyət protokolu imzalanıb. Həmin sənəddə müzakirəyə açılan məsələlər ondan ibarətdir ki, Türkiyədən gələn iri yük maşınlarının sürücüləri 15 gün ərzində Azərbaycan ərazisində vizasız qala bilsinlər, 30 gün ərzində Türkiyə vətəndaşları ölkəmizə vizasız gələ bilsinlər və s. Hazırda müvafiq qərarların qəbul olunması üçün müzakirələr davam etməkdədir. Burada başqa məsələlər də var. Məsələn, Azərbaycan vətəndaşlarının Türkiyədə mülkiyyət sahibi ola bilməmələri, Azərbaycan məhkəmələrinin qəbul etdiyi qərarların Türkiyə tərəfindən tanınmaması və digər məsələlər. Yəni müzakirələr məsələyə kompleks yanaşma əsasında aparılır və bütün bu məsələlər geniş tərkibdə keçirilən görüşlərdə müzakirə olunur. Demək istədiyim odur ki, vizanın aradan qaldırılması yalnız iki tərəfdə də olan texniki xarakterli məsələlərdən biridir. - Vizaların verilməsi qaydalarına da dəyişiklik olunub. Bu dəyişiklik nədən ibarətdir? - Yeni qaydalara əsasən, xarici vətəndaşlar Azərbaycandan pulsuz viza alaraq, 30 gün ərzində ölkəmizdə qala bilərlər. Türkiyə vətəndaşlarına bir aylıq viza pulsuz verilir. Ölkəyə gələn əcnəbi vətəndaşlar vizanı həm sərhəddə, həm də Azərbaycanın xaricdəki konsulluq və səfirliklərindən ala bilərlər. Ölkəyə daxil olduqdan sonra hər hansı xarici ölkə vətəndaşı burada qalmaq müddətini uzatmaq üçün yeni təsis olunmuş Miqrasiya Xidmətinə (MX) müraciət etməlidirlər. Bu idarənin verdiyi arayış əsasında XİN-in konsulluq idarəsi vizanın müddətini uzadacaq. Azərbaycan daxilində bütün konsulluq xidmətləri ödənişli əsaslarla həyata keçirildiyi üçün müddətdən asılı olaraq xarici ölkə vətəndaşları pul ödəməli olacaqlar. Birillik viza üçün müraciət edən əcnəbi vətəndaşın Azərbaycanda qalma müddəti 90 gün təşkil edir. Yəni birillik vizaya malik əcnəbi vətəndaş Azərbaycanda il ərzində yalnız 90 gün qala bilər. Qaydalara əsasən, iş adamları, Azərbaycan qarşısında xüsusi xidmətləri olanların və digər bu qəbildən olan xarici vətəndaşlar və onların ailə üzvləri üçün müxtəlif formalar da nəzərdə tutulub. Yəni xarici vətəndaşa Daxili İşlər Nazirliyi (DİN) tərəfindən daimi yaşayış haqqında sənəd verilir. Bunun proseduru da ondan ibarətdir ki, xarici vətəndaş MX-yə müraciət edir, MX məsələni araşdırdıqdan sonra DİN-ə məlumat verir və DİN də daimi yaşayış haqqında sənəd verir. Bu sənədi aldıqdan sonra həmin xarici vətəndaş ölkəni tərk etmək istəyərsə, o, bu sənədi və pasportunu XİN-in Konsulluq İdarəsinə təqdim edərək, pulsuz çıxış vizası alır. Eyni qaydada həmin sənədlərlə Azərbaycana geri qayıdanda yenidən pulsuz viza ala bilir. DİN tərəfindən başqa bir sənəd də verilir. Bu, müvəqqəti qalma sənədidir. Bu da eyni qaydada əldə olunur. Yəni MX-yə müraciət edilir, MX-nin verdiyi məlumat əsasında DİN o sənədi verir. Bu sənəd əsasında Azərbaycanda müvəqqəti yaşayan xarici vətəndaş müvəqqəti sənədin etibarlı olduğu müddət ərzində istənilən vaxt XİN-in Konsulluq İdarəsinə müraciət edə bilər və pulsuz çıxış vizası alaraq, ölkəni tərk edə bilər və eyni qaydada, yəni viza rüsumu ödəmədən ölkəyə qayıda bilər. Xarici jurnalistlər ilə bağlı da müəyyən dəyişikliklər var. İndiyə qədər vizalar ştamb əsasında verilirdi və möhürlənirdi. İndi isə vizalarımız ciddi hesabat sənədi formasında verilir. Yəni, o yapışdırılır və nömrələnir. Ciddi hesabat sənədi olduğu üçün jurnalistlərə pulsuz viza verilməsi kateqoriyası aradan qaldırılıb. Xarici jurnalistlər də bundan sonra ümumi qaydada viza əldə edəcəklər. Yəni onlar da eyni qayda ilə MX-yə müraciət etməlidirlər. Onu da qeyd edim ki, yeni qaydalar iyul ayının 1-dən etibarən tətbiq olunmağa başlanacaq. Gözlənilir ki, bu sistemdə də dəyişiklik olsun. Hazırda MX-nin fəaliyyəti haqqında qanun hazırlanır və bu qanun əsasında yeni qaydalar tərtib olunacaq. Bu qanun hazırlanan kimi ictimaiyyətə bu barədə geniş açıqlama veriləcək və məlumat XİN-in saytına yerləşdiriləcək. - Yeni qaydalarda hansısa güzəştlər nəzərdə tutulmur? - Bu yaxınlarda Türkiyə və Azərbaycan XİN Konsulluq idarələri arasında imzalanmış qarşılıqlı anlaşma haqqında protokolda belə bir müddəa da öz əksini tapıb ki, gələcəkdə səfirlərin müraciəti əsasında bəzi şəxslərə müəyyən güzəştlər edilə bilər. Yəni səfirlik müəyyən bir siyahı tərtib edir və həmin siyahıda adları olan şəxslər viza ödəmələrindən azad olurlar. Bu səfirliyin öz qərarı ilə ola bilər. Hələ ki, bu istiqamətdə iş aparılır. Konkret qayda yoxdur. - Köhnə qaydalarla viza alanların aqibəti necə olacaq? - Onların köhnə rejimlə aldıqları vizaların müddəti başa çatana qədər heç bir problem yoxdur. Ancaq bu müddət başa çatdıqdan sonra onlar yeni qaydalar əsasında viza almalı olacaqlar. - Türkiyə XİN Azərbaycan səfirliyi olmayan ölkələrdəki vətəndaşlarımıza Türkiyənin diplomatik korpuslarının xidmət göstərə biləcəyi barədə qərar qəbul edib və bu təklifi Azərbaycan tərəfinə də göndərib. Azərbaycan XİN-in bu məsələyə münasibəti necədir? - Qardaş ölkənin təklifi olduqca önəmli və dəyərlidir. Deyə bilərik ki, qardaş ölkələrimiz qardaş diplomatiyaya doğru gedir. Bu, ilk növbədə bizim vətəndaşlarımıza qarşı böyük qayğıdır. Dünyanın bütün ölkələrində Azərbaycan vətəndaşları var. Bizim səfirliyimiz olmayan yerdə onlar Türkiyənin imkanlarından istifadə edə biləcəklər. Bundan əvvəl də bizim səfirliklərimiz arasında belə əməkdaşlıq mövcud olub, biz həmişə bir-birimizə kömək etmişik. Sadəcə olaraq indi bunu rəsmiləşdirməkdən söhbət gedir. Konsulluq fəaliyyəti çox şaxəlidir. Ona görə də biz konkret əməkdaşlıq sahəsini dəqiqləşdirməliyik. İndi XİN-də bununla bağlı iş aparılır. Çərçivə müəyyənləşdirildikdən sonra bu barədə xarici ölkələri məlumatlandırmalıyıq ki, biz Türkiyə ilə bu sahə üzrə əməkdaşlıq edirik. - Azərbaycan icmasının iyul ayında erməni icması ilə yenidən görüşəcəyi barədə məlumatlar doğrudurmu? - Dağlıq Qarabağ münaqişəsinin həllinin bir hissəsi icmalar arasında qarşılıqlı inamın yaradılmasıdır. Ancaq məsələ bunun hansı formatda baş tutması ilə bağlıdır. Siz dediyiniz formatda görüş bir dəfə olub, bunun ikinci dəfə baş tutması da istisna deyil. Amma hələ ki, bunun hansı formatda olacağı və tərkibi dəqiqləşdirilməlidir. Hazırda hansısa qəti qərar yoxdur. Bu münasibətlə hansı tədbir keçiriləcək? 90 ildə keçdiyimiz yol Azərbaycan üçün böyük məktəb olub. Bu illər ərzində biz həm kifayət qədər təcrübə topladıq, həm də çox böyük işlər gördük. Şərəflə qeyd edə bilərik ki, Azərbaycan artıq öz addımları sayəsində və əlində olan imkanlardan istifadə edərək, regionun təsiredici qüvvəsinə çevrilib. 90-cı illərin əvvəllərində səsimiz hər zaman eşidilmirdisə, ədalətli mövqeyimiz çox yerdə tanınmırdısa, indi biz buna nail olmuşuq. Yubiley ilə bağlı bir sıra tədbirlər keçiriləcək. 90 illik fəaliyyətimizdən bəhs edən iki kitab hazırlanıb və bir film çəkilib. İndiyə qədər 15 xarici işlər nazirimiz olub, onlar barədə məlumatlar da bu kitablara əlavə olunacaq. Naxçıvana və Gəncəyə səfərlər təşkil ediləcək. - Hazırda Azərbaycanın xaricdə açdığı, eləcə də ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusların sayı nə qədərdir? - Dünyanın 65 ölkəsində Azərbaycanın diplomatik nümayəndəliyi və fəxri konsulluğu fəaliyyət göstərir. Bu, Azərbaycan kimi çox da böyük olmayan ölkə üçün olduqca böyük rəqəmdir. Ancaq bununla belə Azərbaycanın iqtisadi durumu və kadr potensialı imkan verir ki, dünyada öz nümayəndəliklərinin sayını artırsın. Bu gün Azərbaycanda səfirlik açmaq istəyən ölkələrin sayı da çoxalır. Hazırda ölkəmizdə 40 səfirlik, diplomatik statusa malik 16 beynəlxalq təşkilatın nümayəndəliyi, 2 baş konsulluq və 9 fəxri konsulluq fəaliyyət göstərir. - Türkiyə Gəncədə konsulluq açmaq istəyir. - Bu, qardaş ölkənin niyyətidir və biz buna müsbət yanaşırıq. Bu məsələdə heç bir problem yoxdur. Azərbaycan Prezidenti ölkənin bütün regionlarının inkişafında maraqlıdır. Regionların beynəlxalq aləmə çıxışı bunun tərkib hissəsidir. Belə diplomatik nümayəndəliklərin açılması buna xidmət edir. Natiq Pənahlı.
Bir vaxtlar Azərbaycana milyonlar qazandıran bu kombinatlar indi baxımsızlıq ucbatından bərbad vəziyyətə düşüb. Bir neçə gün öncə qəzetimizdə bir vaxtlar Bakının Zirə qəsəbəsindəki və Ağsu rayonu ərazisində fəaliyyət göstərən, ancaq sonradan ölkəmizdə baş verənlərlə əlaqədar fəaliyyətini dayandıran herpetoloji kombinatların işi barədə yazı vermişdik. Qeyd etmişdik ki, bir vaxtlar Azərbaycana milyonlar qazandıran bu kombinatlar indi baxımsızlıq ucbatından bərbad vəziyyətə düşüb. Zirə qəsəbəsindəki kombinatın Əjdər adlı keçmiş işçisi isə qəzetimizə açıqlamasında bu müəssisənin yenidən müasir hala gətirilməsi üçün 15 milyon dollar vəsaitə ehtiyac olduğunu bildirmişdi. Sözügedən yazı çap olunandan sonra kombinatın direktoru, mərhum Fazil Şərifovun qızı, Bakı şəhəri 47 saylı məktəbin biologiya müəlliməsi Fatma Məmmədova redaksiyamızla əlaqə saxlayıb bəzi məqamlara aydınlıq gətirmək istədiyini bildirdi. Bizimlə həmsöhbət olan Fatma xanım kombinatın yenidən fəaliyyətə başlaması üçün 15 milyon dollara yaxın vəsaitin lazım olması barədə deyilənlərin həqiqətəuyğun olmadığını söylədi. Fatma xanımın dediyinə görə, atası biologiya elmləri namizədi olub, 1966-cı ildən bu işlə məşğul imiş: “O vaxtlar atam Zoologiya İnstitutunda elmi işlə məşğul olurdu və Frunzendəki (indiki Bişkekdə) ilan kombinatında təcrübə keçirdi. Atam bu işin sirlərini öyrəndikdən sonra Azərbaycanda da belə bir kombinat qurmaq qərarına gəldi və bu məqsədlə institutun direktoru Musa Musayevə müraciət etdi. Musa müəllim isə bu işdə ona əlindən gələn köməkliyi göstərdi. Atam kombinat üçün yer axtarırdı və onu hətta doğulduğu Ağsu rayonunun Musabəyli kəndində qurmaq istəyirdi. Ancaq onun bu niyyəti müəyyən səbəblərdən gerçəkləşmədi və kombinat Zirədə fəaliyyətə başladı”. Fatma müəllimə deyir ki, atası kombinatın fəaliyyətini davam etdirməsi üçün çox əzab-əziyyətə qatlaşıb: “İlk vaxtlar təcrübəsizlikdən çox böyük çətinliklərlə üzləşdilər. Yəni, kadrlar çatışmırdı, ilantutanlar yox idi. Bütün problemlərə baxmayaraq, 1970-ci ilin ortalarında müəssisə tam fəaliyyətə başladı. Həmsöhbətimiz onu da bildirdi ki, həmin dövrdə Sovetlər İttifaqında cəmi 4,5-5 kiloqram zəhər istehsal olunurmuş. Fatma xanım qeyd etdi ki, kombinat ilan zəhərini istehsal üçün çəkilən xərclərin üzərinə 30-35 faiz əlavə edərək Tallinndəki müəssisəyə satıb. Ona görə də bu qiymətə zəhər almaq istəyən olmadı və kombinat öz fəaliyyətini dayandırdı”. Müsahibimiz qeyd etdi ki, qiymətlər baha olduğuna görə alıcı tapılmadığı üçün 1990-cı illərin əvvəlində istehsal edilmiş 20 kiloqrama yaxın ilan zəhərini alan olmur: “Kombinatın fəaliyyətinə o vaxt hökumət üzvləri tərəfindən müəyyən müdaxilələr olurdu. Özlərini Ayaz Mütəllibovun adamları kimi təqdim edən bəzi şəxslər zorla kombinatdan zəhər almaq istəyirdilər. O vaxtlar Azərbaycanda dəbdə olan “qara biznes” növlərindən biri də ilan zəhəri alveri idi. A. Mütəllibovun adamları zor gücünə kombinatdan aldıqları zəhərləri İrana satmaq istəyirdilər”. Fatma xanımın sözlərinə görə, bütün bunların nəticəsi olaraq 1991-ci ildə atası Fazil Şərifov təzyiqlərin qarşısında tab gətirmir və Ağsuda yeni kombinat yaradır. Zirədəki kombinata isə yeni sədr təyin olunur. Ancaq ölkədəki hərc-mərclik buraya da sirayət edir və bir müddət sonra Zirədəki kombinatın direktoru dəlixanaya salınır. Heydər Əliyev hakimiyyətə qayıdandan sonra isə atam Fazil Şərifov yenidən Zirədəki ilansaxlama kombinatına direktor təyin edildi. Ancaq 90-cı illərdə ölkədə baş verənlər kombinatın fəaliyyətinə mane oldu. Hazır zəhərlərin satılması üçün atam bir sıra xarici şirkətlərlə danışıqlar apardı: “O bu işə dəstək olması üçün Səhiyyə Nazirliyinin Xalq Təbabəti Elm-İstehsalat Birliyinin rəisinə müraciət etdi. Rəis atama nazirlə danışmağı tövsiyə etdi. Bununla da zəhər satışı baş tutmadı. Bundan sonra atamın səhhəti pisləşdi. O şəkər xəstəliyinə tutuldu və ayağını kəsdilər. Atam öz ərizəsi ilə bu işdən uzaqlaşdırıldı və bundan bir az sonra Zirədəki və Ağsudakı müəssisələr fəaliyyətini dayandırdı. Burada saxlanılan ilanları isə açıb dağlara buraxdılar”. Müsahibim atasının bu sənətin bəzi sirlərini övladlarına öyrətdiyini də qeyd etdi. Onun sözlərinə görə, indi ilan zəhəri kombinatının işini yenidən bərpa etməsi üçün əlverişli şərait var: “Bunun üçün Ağsudakı kombinatdan istifadə etmək olar. Həmin kombinatın avadanlıqları dağılsa da bina yerindədir və istifadəyə yararlıdır. Ağsudakı ilansaxlama kombinatının hazır işçiləri də var, ancaq müəssisə fəaliyyətini dayandırdığı üçün başqa işlə məşğul olurlar. Onları da yenidən işə qaytarmaq mümkündür”. Fatma xanımın dediyinə görə, kombinatın ilkin fəaliyyəti üçün 500-ə yaxın ilanın olması kifayətdir. Həmin ilanları tutmaq üçün isə uzağı 20 gün vaxt lazımdır, çünki dağlarda kifayət qədər ilan var. Alınan zəhər laborotoriya şəraitində qurudulduqdan sonra hazır məhsul şəklinə salınır. Onu da qeyd edim ki, ilan zəhərindən hazırlanan dərmanlar qara ciyərin bərpasına, ürək-damar xəstəliklərinə, astmaya, revmatizmaya qarşı işlədilir. Fatma xanım qeyd etdi ki, Ağsudakı ilansaxlama kombinatı fəaliyyətini bərpa edərsə 100-ə yaxın daimi iş yeri açılar. Nicat İntiqam.
Həkim Samir Cavadov: “Əhəmiyyət vermədiyiniz səhv addım həyatınızı puç edə bilər”. Son illər Azərbaycanda mikrob, bakteriya və infeksiya mənşəli xəstələrin sayı kəskin şəkildə artıb. - Həkim, xahiş edirik öncə oxucularımıza fəaliyyətiniz barədə məlumat verəsiniz? - Biz virusları, mikroorqanizmləri, bakteriyaları, göbələkləri, onların quruluşunu, xəstəliktörətmə qabiliyyətlərini və həmin infeksiya xəstəliklərinin gedişini öyrənir və sonra müalicə üsullarını hazırlayırıq. Onu da deyim ki, infeksion xəstəliklər əvvəllər də insanlar arasında yayılıb. Amma son dövrlər bu xəstəliklərin əhatə dairəsi bir qədər də genişlənib. Bu isə həm ətraf mühit amillərinin insanlara təsiri, qidalanma və eləcə də stress amillərinin artması ilə bağlıdır. - Bu cür xəstəliklər əsasən hansı yaş təbəqəsi arasında geniş yayılıb? - Bu, infeksiyanın xarakterindən, növündən asılı olaraq dəyişir. Yəni elə xəstəliklər var ki, uşaqlar arasında, elə xəstəliklər də var yetkinlik dövründə özünü büruzə verir. Yaşlı insanlarda isə immun sisteminin zəifləməsi nəticəsində bu xəstəliklərə təsadüf olunur. - İnfeksion xəstəlikləri tamamilə müalicə etmək olarmı? - Elə xəstəliklər var onlar müalicə deyil, remissiya edilir. Yəni xəstəliyin güclənməsinin qarşısı alınır. Çünki həmin virusları orqanizmdən tam kənarlaşdırmaq mümkün olmur. - Bəs müalicəsi tam mümkün olmayan viruslar əsasən hansı yolla yayılır? - Bu viruslara müxtəlif yollarla yoluxmaq mümkündür. Mikroorqanizmin xarakterindən asılı olaraq, onlara yoluxma yolu da fərqlidir. Bunlar əsasən məişətdə təmas, cinsi, qidalanma, hava, tənəffüs yolu ilə yayılır. Ancaq bu məsələdə immun sisteminin böyük rolu var. Əgər insanın immun sistemi normaldırsa, onda orqanizm özü daxil olan mikroorqanizmi kənarlaşdırma qabiliyyətinə malik olur. - Belə xəstəliklərin yayılmasında stress nə dərəcədə rol oynayır? - Stress də immun sistemi ilə bağlı məsələdir. Yəni streslə əlaqədar olaraq, immun sistemi zəifləyir və şərti patogen dediyimiz bakteriyalar aktivləşir. Bu daimi olaraq iş rejimi ağır olan insanlara aiddir. - İnam, psixoloji hazırlıq mikrobioloji xəstəliklərin müalicəsində nə dərəcədə əhəmiyyətlidir? İlk növbədə, xəstə həkimə inanmalıdır. Əgər inam olmasa, xəstəliyin müalicəsi uzun çəkir və yaxud həmin şəxs tam sağalmır. Praktikada biz belə hallarla bir neçə dəfə rastlaşmışıq. Xəstə bir dəfə yoluxduğu cinsi xəstəlikdən bir neçə dəfə müalicə edilir, ancaq əhəmiyyəti olmur. Ona görə də xəstələr həkimə və özünə inama xüsusi önəm verməlidirlər. Xəstə düşünməlidir ki, məndə heç bir şey yoxdur, hər şey qaydasındadır və s. - Mikrobioloji xəstəliklər qadınlar, yoxsa kişilər arasında geniş yayılıb? - Bu göstərici mikroorqanizmdən asılı olaraq dəyişir. Yəni cinslərə bölmək doğru deyil. - Həkim, sonsuzluğun neçə faizi infeksion xəstəliklərdən qaynaqlanır? - Bununla bağlı konkret rəqəm deməkdə çətinlik çəkirəm. Çünki biz sonsuzluğun yalnız mikroorqanizmlərlə bağlı tərəfini öyrənirik. Ancaq onu da deyim ki, sonsuzluq səbəbindən bizə müraciət edənlərin 95 faizi məhz bu problemdən şikayətlənir. - Gənc ailə neçə aydan sonra uşaq olmadığı üçün həkimə müraciət etməlidir? - Ümumdünya Səhiyyə Təşkilatının açıqlamasında bu problemlə bağlı bir il sonra həkimə müraciət etmək tövsiyə olunur. Yəni bir ilə qədər heç bir prosedura aparılmamalıdır, yalnız bundan sonra müayinə və müalicə barədə düşünmək olar. Hətta Türkiyə və digər Avropa ölkələrində bu müddət 2 il qəbul olunub. Ancaq Azərbaycanda vəziyyət bir qədər fərqlidir, yəni uşaq olmadığına görə hətta 1 ay sonra da həkimə müraciət edirlər. - Son vaxtlar Azərbaycanda evliliyə hazırlaşan gənclərin toydan öncə həkim müayinəsindən keçmələri ilə bağlı qərar qəbul olunması ciddi müzakirə obyektinə çevrilib. Bir həkim kimi bu məsələyə münasibətinizi bilmək maraqlı olardı? - İndiki zamanda belə müayinəyə mütləq ehtiyac var. Bunun üçün isə insanlar arasında maarifləndirilmə işləri aparılmalıdır. Övladların, uşaqların maarifləndirilməsi isə, ilk növbədə, valideynlərin üzərinə düşür. Düzdür, bəzən valideynlər bu işdən çəkinirlər. Ancaq belə olmamalıdır, ata oğlunu, ana isə qızını maarifləndirməlidir, başa salmalıdır ki, belə xəstəliklər var. Məhz bu maarifləndirilmənin səviyyəsinin aşağı olmasının nəticəsidir ki, bu gün bizə müraciət edən xəstələrin yaşı 15-27 arasıdır. Çünki vaxt az olanda müalicə mümkün olmur. Bir məqamı da qeyd edim ki, içində Allah qorxusu olan və yaxud müqəddəs dinimizin əmrlərinə əməl edən insanlar mikrobioloji xəstəliklərə çox az yoluxurlar. Çünki həmin insanlar zina etməkdən çəkinirlər. Ürəyində axirət inancı olmayan insanlar bu yolun sonunu, təbii ki, düşünmürlər. Lap düşünsələr belə, bu dünyadakı vəziyyəti düşünürlər. Amma bəs bundan sonrakı həyat... Allahın verdiyi bədən hər bir insana əmanətdir və bizim hər birimiz bu əmanətdən sorumluyuq. İnsanlar həm də bunu düşünməlidirlər. - Evlilikdən öncə müayinənin əleyhinə olanlar isə onu əsas gətirirlər ki, gənclərin qanı bir-birinə uyğun gəlməz və onlar ayrılmaq məcburiyyətində qalarlar. - Bu fikirdə olanlar, görünür, məsələdən az məlumatlıdırlar. Çünki burada söhbət qan qruplarının uyğun gəlib gəlməməsindən getmir. Söhbət anticism məsələsindən gedir. Yəni bəzən olur ki, tərəflərin qanının tərkibindəki zərrəciklər uyğun gəlmir. Bunun nəticəsində isə uşaqlar vaxtından əvvəl doğulurlar. Əgər müayinə nəticəsində belə bir problem ortaya çıxarsa, orqanizmin həssaslığı müalicə ilə aşağı salınır. Boşanmadan, ayrılmadan isə söhbət belə gedə bilməz. - Bəzi özəl klinikalarda həkimlərin maddi maraq xətrinə, heç bir ehtiyac olmadan xəstələri lazımsız müayinədən keçirmələri ilə bağlı müxtəlif xəbərlər yayılır... - Bəli, bu cür hallar var. Bizə müraciət edən xəstələrin reseptlərinə baxarkən məlum olur ki, bəzi özəl klinikalarda çalışan həkimlər hamilə qadınları və yaxud mikrobioloji xəstəlikdən əziyyət çəkənləri ehtiyac olmadan, pul xətrinə əlaqəsi olmayan müalicəyə cəlb edirlŠr. Bunu etməkdə məqsəd, təbii ki, ancaq xeyir götürməkdir. Ancaq bu, həkimliyə yaraşmayan hərəkətdir. Hətta elə həkimlər var ki, hamilə xanımları hamiləliyə, dölə heç bir maneçilik törətməyən viruslara görə də müalicə edirlər. Halbuki bu “müalicə” uşaqların qüsurlu və ya vaxtından tez doğulması ilə nəticələnir. - Dərman firmalarının əməkdaşları bir-bir xəstəxanaları gəzir və öz məhsullarını təklif edirlər. Həmin dərmanların keyfiyyəti barədə nə deyə bilərsiniz? - Bu dərmanların içərisində keyfiyyətliləri də var, keyfiyyətsizləri də. Biz həmişə həmin dərmanların tərkibini yoxlayırıq. Səhiyyə Nazirliyinin bununla bağlı müvafiq qurumu da var. Həmin qurum keyfiyyətsiz dərmanların satışının qarşısını almaq üçün mütəmadi olaraq müxtəlif tədbirlər həyata keçirir.
Vəfa Quluzadə: “Hər axşam Mirzə Xəzərə qulaq asıb, üstünə beşini də qoyub, Əlcazair mətbuatına ötürürdüm”. “Həyatımda gizlədiləsi böyük bir şey yoxdur, ancaq təəssüf ediləsi məqamlar olub”. Vəfa Quluzadə Sovet rejimində işləsə də, bu rejimə nifrət etdiyini, Allaha olan imanını qəlbində gizlədiyini söyləyir. Ümumilikdə həyatından razıdır, ancaq bəzi məqamları həyatın diktəsi ilə etmək məcburiyyətində qaldığını deyir... Azərbaycanda daha çox politoloq kimi tanınır. Onun fikirləri həm də ona görə əhəmiyyətlidir ki, uzun müddət xarici siyasət üzrə dövlət müşaviri işləyib, dövlət əhəmiyyətli mətləblərin bir çoxu ona aydındır... Redaksiyamızın budəfəki qonağı Vəfa Quluzadədir. O, Sovet rejimində işləsə də, bu rejimə nifrət etdiyini, Allaha olan imanını qəlbində gizlədiyini söyləyir. Ümumilikdə həyatından razıdır, ancaq bəzi məqamları həyatın diktəsi ilə etmək məcburiyyətində qaldığını deyir... - Azərbaycan cəmiyyəti sizi politoloq kimi tanıyır. Şəxsi həyatınız barədə isə elə də geniş məlumat yoxdur. Bəlkə söhbətimizə özünüz, ailəniz barədə qısa arayış verməklə başlayaq? Həmin vaxt II Dünya müharibəsi gedirdi və atam Mirzağa Quluzadə Sovet qoşunlarının tərkibində bu müharibədə iştirak edirdi. Anam Yaqut Dilbazi isə müəllimə idi. Yazıçılıqla da məşğul olurdu. Tərbiyəmlə əsasən nənəm Cəvahir Dilbazi məşğul olub. Nənəm ziyalı olmaqla yanaşı, gündə beş dəfə namaz qılan dindar bir qadın idi. Allah məfhumunu, İslamın nə olduğunu, şəhadətimi, Quranı mənə o öyrədib. Nənəm deyirdi ki, çətin günlərdə sənin dayağın Quran olacaq, eyni zamanda başa salırdı ki, müasir dövrlə ayaqlaşmaq lazımdır, bunun üçün Allaha imanımı qəlbimdə saxlamalıyam. O, nəslimizin Azərbaycanın ən varlı və görkəmli nəsillərindən olduğunu, babamı, əmilərimi Leninin güllələtdirdiyini, sürgün etdirdiyini söyləyirdi. Ancaq möhkəm-möhkəm tapşırırdı ki, bu barədə heç kimə heç nə deməyim, əks halda bizim hamımızı öldürərdilər. Qohumlarımın hamısının dosyası “KQB”də idi. - Belə bir keçmişlə sovet rejimində dövlət vəzifələrində yüksəlməyiniz necə baş verdi? - Ümumiyyətlə, siyasətlə məşğul olmağımı tamamilə qeyri-adi hadisə kimi qiymətləndirirəm. Çünki mənim qohumlarımın hamısının dosyası “KQB”də idi. Bunu nəzərə alan valideynlərim məni zorla musiqi məktəbinə göndərmişdilər. Onlar anlayırdılar ki, mənim kimi bioqrafiyası olanın dövlət işində irəli getməsi mümkün deyil... Universitetin Şərqşünaslıq fakültəsini bitirmişdim. Həmin vaxt bu fakültəni bitirənləri xaricə göndərirdilər. Məni isə göndərmədilər. Mən Moskvaya aspirantura oxumağa getdim. Orada müdafiə etdim. O əsnada SSRİ Yaxın Şərqə doğru genişlənməyə başlamışdı. Moskvanın ərəb dilli mütəxəssislərə ehtiyacı vardı. Şərqşünaslığı bitirənlərlə, o cümlədən mənimlə müxtəlif söhbətlər aparıldı. Onların arasından yeganə mən seçildim. Ancaq Kommunist Partiyasına üzv olmağımın vacib olduğunu söylədilər. 28 yaşımda bu partiyaya üzv yazılmağa məcbur oldum. Diplomatik fəaliyyətimə Misirdə - Sovet səfirliyində başladım. Misir həmin dövrdə SSRİ-ABŞ qarşıdurmasının ön cəbhəsi idi. SSRİ-nin Siyasi Bürosundan Misirə gələn rəsmi şəxslərin danışıqlarını, eləcə də SSRİ-nin səfirinin Ənvər Sədatla görüşlərini mən tərcümə edirdim. Kasıginlə Ənvər Sədatın görüşündə də tərcüməçi mən idim. Heydər Əliyevlə də Misirdə tanış olmuşdum. Mən səfirliyin II katibi idim. Heydər Əliyev Misirdə bir sıra ciddi görüşlər keçirməli idi. Ona bir tərcüməçi verilmişdi. Ancaq həmin tərcüməçi işini yaxşı bacarmırdı. Ona görə də Əliyevin işləri yaxşı getmirdi. Sonradan səfirliyin tövsiyəsi ilə mən tərcüməçiliyi mən etdim. O vaxt Heydər Əliyevlə dostlaşdım. Onu yola salmaq münasibətilə səfirlikdə təşkil olunan tədbirdə mənə saat da bağışladı və dedi ki, Bakıya gələn kimi ona zəng edim. Həmin yay Bakıya gələndə zəng etdim. Başqa adla Əlcəzair mətbuatında anti-SSRİ təbliğatı aparırdım. - Azərbaycana birdəfəlik qayıtmağınız necə oldu? - 20 yanvar hadisələri zamanı Əlcəzairdə işləyirdim. Həmin qanlı gecədən sonra özümü sovet diplomatı hesab etmirdim. O hadisələr baş verdikdən dərhal sonra Türkiyə səfirinin yanına getdim. Dedim ki, mənə siyasi sığınacaq versinlər və mən Türkiyədən SSRİ-nin əleyhinə çıxışlar edim. Əlcəzair rəsmilərinə də siyasi sığınacaq üçün müraciət etdim. Onlar da SSRİ-i ilə münasibətlərə xələl gətirməmək üçün mənə siyasi sığınacaq vermədilər. Ancaq iqtidarda olan partiyanın təbliğat şöbəsini mənim səlahiyyətimə verdilər. Mən də başqa adla Əlcəzair mətbuatında anti-SSRİ təbliğatı aparırdım. Hər axşam Mirzə Xəzərə qulaq asıb, üstünə beşini də qoyub Əlcəzair mətbuatına ötürürdüm. Artıq Azərbaycana qayıtmaq istəyirdim. Həmin vaxt Moskvada mərkəzdə işləyən Rafiq Nişanovla (Özbəkistan KP MK-nın keçmiş I katibi-red.) İstanbulda tanış olmuşdum. Bu barədə onunla danışdım. Nişanov məni Moskvaya Qorbaçovun komandasına dəvət etdi. Mən qəbul etmədim. Ona Azərbaycanda işləmək istədiyimi dedim. O da Ayaz Mütəllibova bu barədə tapşırıq verdi. Bakıya qayıdanda Mütəllibovun qəbulunda oldum və o, mənə iki yer təklif etdi: Mərkəzi Komitə və Prezident Aparatı. Mən ikincini seçdim. Bu, həmin vaxt idi ki, Azərbaycanda milli azadlıq hərəkatı gedirdi. Həmin vaxt həmçinin xalam Mirvarid Dilbazinin evində Elçibəylə gizli görüşlərim olurdu. Sonradan Elçibəy hakimiyyətə gəldi... Elçibəy tələbəlik dostum idi. - Üç prezidentlə işləmisiniz... - Mütəllibova məni tapşıran Nişanov olub. Ancaq Mütəllibovun yaxın komandasına daxil deyildim. Elçibəy isə tələbəlik dostum olub. O, bizim evimizə gəlirdi, birlikdə yemək yeyirdik. Elçibəy hələ prezident olmamışdan əvvəl də mən Prezident Aparatında müşavir işləyirdim. Onda da görüşlərimiz olurdu. Bir xatirəmi də sizinlə bölüşüm: universitetdə tələbə bileti üçün şəkil çəkdirəndə Elçibəyin kostyumu və qalstuku yox idi. O qədər kasıb idi. Atasından qalma bir plaşı vardı. Şəkil üçün kostyumumu, qalstukumu ona verdim. Bu hadisə yadımdan çıxmışdı. Bunu mənə sonradan Elçibəy özü prezident olandan sonra İstanbulda xatırlatdı... Elçibəy də hakimiyyətə gələndə mənə harda işləmək istədiyimi soruşdu və mənə xarici işlər naziri postunu təklif etdi. Mən də ona dedim ki, AXC hakimiyyətində portfel davası başlayacaq, mən heç bir vəzifə istəmirəm. Müşavir kimi qalmaq istədiyimi dedim. Onun qərarı ilə dövlət müşaviri oldum. Vəzifəsindən getməzdən əvvəl mənə təşəkkür etdi. Qərb və ABŞ ilə əlaqələri yaxınlaşdırmaqda böyük rolumun olduğunu söylədi. Elçibəy gedəndən sonra axırıncı saniyəyə qədər mən işimə, vəzifəmə və şəxsiyyətimə sadiq qaldım. Ona görə bir qrup azərbaycanlı Heydər Əliyevin 70 illiyi ilə əlaqədar Naxçıvana getmək üçün toplaşdı. Mənə də getməyi təklif etdilər. Onlara dedim ki, mən prezidentin müşaviriyəm, Elçibəy hələ ki, prezidentdir, vəzifəmi atıb özbaşıma Naxçıvana gedən deyiləm. Sonradan onlar Heydər Əliyevdən yüksək vəzifələr aldılar. Əgər Elçibəy prezident olmasaydı, mən də məmnuniyyətlə gedərdim. Mən o vəziyyətdə Elçibəyin yanına gəlib: “İcazə verin Heydər Əliyevin yubileyinə gedim”, - deməyi mənliyimə sığışdırmazdım. Heydər Əliyev də bunu başa düşən insan idi. O, həmişə mənim şəxsiyyətimə hörmətlə yanaşıb. İkilikdə bu barədə mənə deyib. Heydər Əliyev çox zaman özününkülərdən mənə şikayət edib. Onun mənə yalnız bir iradı olub. Ancaq istefamdan sonra da o mənə daima zəng edirdi, müxtəlif məsələlərdə məsləhətləşirdik. İstefamdan sonra da Heydər Əliyevlə məsləhətləşirdik. Ancaq əmin idim ki, Heydər Əliyev istefama razılıq verməyəcək. Əvvəlcə, ağlıma belə bir fikir gəldi ki, İstanbula gedib orda mətbuat konfransı keçirib istefamı açıqlayım. Sonra düşündüm ki, türk jurnalistlər məni sıxma-boğmaya salacaqlar, məndən çox şey almağa nail olacaqlar. Digər tərəfdən, İstanbuldan geri qayıtmaq məsələsi də vardı. Sonra bu qərara gəldim ki, Prezident Aparatında keçirdiyim brifinqlərin birində bu qərarımı açıqlayım. Sonra başqa bir fikir gəldi ağlıma. Prezidentə yarımsəhifəlik məktub yazdım. Onun 30 ilini yüksək diplomatik və dövlət işlərində çalışmışam. Sovet diplomatik işində, qaynar nöqtələrdə xidmətdə olmuşam. Sizinlə Kommunist Partiyasının Mərkəzi Komitəsində ən gərgin zamanlarda, Sovet İttifaqı çökdükdən sonrakı yeni dövrdə üç prezidentin müşaviri, həmçinin Təhlükəsizlik Şurasının üzvü olmuşam. Bu dövrdə mən çox yorulmuşam, çox streslər almışam. Hesab edirəm ki, indi şərait belədir ki, müstəqil şəxsiyyət kimi də xalqıma xidmət edə bilərəm. Xahiş edirəm mənim istefamı qəbul edin və mənim bu addımımı siyasi addım kimi qiymətləndirməyin. Sonra bu məktubu faksla “Turan” agentliyinə göndərdim. Bu vaxt Heydər Əliyevin köməkçisi gəlib dedi ki, prezident məni çağırır. Onun sözlərinə görə, sonra da Naxçıvanın 70 illiyini qeyd etmək üçün ora getməli idik. Mənə tapşırdı ki, bütün xarici səfirləri dəvət edim, onlara filan-filan şeyləri deyim. Prezidentin otağından çıxanda firikləşdim ki, istefa etməyin əsl vaxtıdır. Mənim Azərbaycan torpağında Köçəryanın əlini sıxmaq və onunla nahar etmək fikrim yoxdur. İstefamın səbəbi başqa idi, ancaq hərəkətverici qüvvəsi bu oldu. Ondan sonra həmin məktubu yazdım. Heydər Əliyev: “Vəfa, sən Qarabağ məsuliyyətini çiyinlərinə götürməkdən qorxursan”, - demişdi. - Heydər Əliyev istefanızı necə qarşıladı? - Oktyabrın 8-də onun otağına gələndə bütün tapşırıqları yerinə yetirmişdim. Sizə həmin hadisəni olduğu kimi danışıram. Tapşırıqların nəticəsi barədə məlumat verdim. Məndən ona sözümün olub-olmadığını soruşdu. Kimdən olduğunu soruşdu. Mənim oxumağımı istədi. Ümumiyyətlə bir neçə ay idi ki, önəmli məktubları mənə oxutdururdu. O, hələ Klivlenddə gözlərindən əməliyyat olunmamışdı və yaxşı görmürdü. Mənə çox güvənirdi və inanırdı. Mən də məktubu oxudum. Məktub bitdikdən sonra çox sakitliklə dedi ki: “Vəfa, mən sənin istefanı qəbul etmirəm. Mən də: “Cənab Prezident, biz bir-birimizi yaxşı tanıyırıq və mən çox gözəl bilirdim ki, siz mənim istefamı qəbul etməyəcəksiniz. Artıq istefa məktubumu “Turan”a göndərdiyimi və bütün mediaya yayıldığını söylədim. Bunu eşidəndə o, bir dəqiqəlik otaqdan çıxmağımı istədi. Sözsüz ki, mənim dediklərimi yoxlamaq istəyirdi. Bir az sonra Heydər Əliyev məni yenidən dəvət etdi. Dedi ki, mənim istefamı qəbul edə bilməz. Mən də bunun mənim qəti qərarım olduğunu söylədim. Sonra o mənə belə bir ifadə işlətdi: “Vəfa, sən Qarabağ məsuliyyətini çiyinlərinə götürməkdən qorxursan”. Baxın, srağagün ikimizin də yaxın dostu rəhmətə getdi. Həyat belə şeydir. Ölümdən qorxmaq olmaz. Ondan sonra aramızda xeyli söhbət oldu və onu mətbuata açıqlamıram. Soruşdu ki, istefaya getdikdən sonra onun sözünə, tapşırığına baxacağammı. Dedim ki, dostluğumuz əbədi olaraq qalacaq, mənə nə desə canla-başla yerinə yetirəcəyəm. Doğrudan da, biz sonralar da məsləhətləşirdik. Ancaq onu da qeyd edim ki, mətbuatda yazılanların əksinə olaraq, Tofiq Zülfüqarov və Eldar Namazovun istefalarında mənim təsirim olmayıb, onların hərəsinin öz səbəbi vardı. Azərbaycanın belində hələ sovet yükü uzun müddət qalacaq. - Son vaxtlarda Türkiyə ilə münasibətlərdə bir soyuma, geri çəkilmə hiss olunur. Siz bunu necə qiymətləndirirsiniz? - Türkiyə ilə münasibətlərdə hansısa irəliləyiş görsəydim, indi də deyərdim ki, geriləmə var. Azərbaycan keçmiş sovet cümhuriyyətidir. Azərbaycanın belində hələ sovet yükü uzun müddət qalacaq: beyinlərdə, fikirlərdə. Sovet dövlətlərində rejim çökdükdən sonra hakimiyyət keçmiş “KQB”çilərin, sovet liderlərinin əlinə keçdi. Onlar yenilik istəsələr də, bunu bacarmırlar. Çünki onların beyinləri, mentalitetləri fərqli cür tərbiyə olunub. Ona görə Rusiyada və bütün keçmiş sovet respublikalarında demokratik proseslər ləng gedəcək. O vaxta qədər ki, keçmiş kommunistlərin yerini müasir fikirli, demokratik görüşlü insanlar tutacaqlar. - Türkiyə cəmiyyətinin ideologiyası Azərbaycandakından fərqlidir. Azərbaycan ziyalısı türk ziyalısından fərqli düşünür. Türk ziyalısı cəbhəsindən asılı olmayaraq, əksəriyyət etibarilə Allaha inanır. Azərbaycan ziyalıları isə ateist rejimdə tərbiyə olunublar. Türkiyədə iqtisadi rejim də bizimkindən fərqlidir. Bizim yaşadığımız şərait vəhşi kapitalizmdir: heç bir prinsip olmadan hər cür yolla bacardığın kimi varlan. Bunu da məmurlar özləri edirlər. Bu, yalnız Azərbaycanda belə deyil. Bütün keçmiş sovet ölkələrində vəziyyət eynidir. Heç bir ölkədə orta təbəqə və vətəndaş cəmiyyəti yoxdur. Ona görə də Türkiyə və Azərbaycan müxtəlif dünyaların ölkələridir. Dilimiz bir olsa da, intellektuallarımız bir-birlərini başa düşmürlər. Ancaq talelərimiz bir olduğu üçün bir-birimizə yaxınlaşmağımız labüddür. Türkiyə Ermənistanla heç vaxt dost ola bilməyəcək. - Türkiyə Ermənistanla münasibətləri bərpa edə bilərmi? - Türkiyə-Ermənistan münasibətlərini yalnız qlobal məsələlərlə bağlı surətdə başa düşmək olar. Türkiyə Ermənistanla heç vaxt dost ola bilməyəcək. Çünki Ermənistan müstəqil ölkə deyil. Rusiya yalnız onu istəyə bilər ki, Türkiyə Ermənistanın iqtisadiyyatını dirçəltsin. Ancaq Ermənistanın hərbisi Rusiyanın əlində qalacaq. İndi isə qlobal situasiya dəyişib. İndi Rusiyada həm siyasi, həm də iqtisadi vəziyyət çox pisdir. Bu vəziyyət davam edərsə, Ermənistan Rusiya imperatorluğunun təsiri altından çıxacaq. Yeni vəziyyətdə Ermənistanın Türkiyənin əlinin altına girməsi pis olmazdı. Bu perspektivi görürüksə, Türkiyənin Ermənistanla əlaqələr qurması düzgündür. Ancaq istənilən halda Türkiyə Rusiyadakı vəziyyəti düzgün dəyərləndirməlidir. Sözsüz ki, Türkiyə müstəqil dövlətdir və Azərbaycanın nazı ilə oynaya bilməz. Hələ Azərbaycanın nazının da nə qədər obyektiv olduğu məlum deyil. Hələ məlum deyil ki, Türkiyə-Ermənistan sərhədlərinin bağlı, yoxsa açıq olması bizim xeyrimizədir. Bunu gələcək göstərəcək. Bütün bunlara baxmayaraq, düşünürəm ki, Ermənistanla bağlı qərar 2015-ci ildən tez qəbul olunmamalıdır. Hələlik bəzi görüşlər keçirilə bilər, nazirlər səviyyəsində gediş-gəliş ola bilər. O ki qaldı Dağlıq Qarabağ məsələsinin Türkiyə-Ermənistan danışıqlarında prioritet olmasına, Türkiyə bunu əvvəlcədən şərt kimi irəli sürsə, onda bu danışıqlar heç başlamayacaq. Ancaq emosional baxımdan bizim qardaşımız gedib düşmənimizlə qucaqlaşarsa, biz əzab və izdirab çəkəcəyik. Bunu bilmək lazımdır. Emısional baxımdan biz bununla heç vaxt barışa bilməyəcəyik. Rusiya çökmədən Dağlıq Qarabağ problemi həll olunmayacaq. - Dağlıq Qarabağ probleminin həlli perspektivini necə görürsünüz? Bu problem tələ kimi Rusiya tərəfindən qurulub. Məqsəd ondan ibarətdir ki, nə vaxtsa Rusiya İmperiyasını bərpa edəndə bu tələ yardımçı olsun. Putin elə düşünürdü ki, neftin qiyməti artmaqda davam edəcək, 300 dollara qədər qalxacaq və bu gəlirlər sayəsində bütün ordunu yeniləşdirəcək, sonra ABŞ-a yumruq göstərəcək, nəticə etibarilə köhnə imperiyanı bərpa edəcək. Ancaq son böhran Rusiyanın məqsədlərini yarımçıq qoydu. Rusiyanın Sovet İttifaqını bərpa etmək planları tam alt-üst olduqdan sonra Dağlıq Qarabağ problemini həll etmək mümkün olacaq. Yəni Rusiya çökmədən bu problem həll olunmayacaq. Siyasətdə dostluq yoxdur. - Vəzifədə çalışdığınız günlər arxada qalıb. Həmin günlərdə dostlarınız olubmu? İndi sizə zəng edib hal-əhval tuturlarmı? - Siyasətdə dostluq yoxdur. Mənim dostlarım başqa yerlərdədir. Vəzifə tanışlarımdan heç kim mənə zəng etmir. Heç onları qınamıram da. Çünki bizdə hələ də köhnə sovet sistemi işləyir. Sovet dövründə də elə olub ki, vəzifədən gedən insanlarla bütün əlaqələr kəsilirdi. Vəziyyət indi də elədir. İndi hər kəs bir-birləri ilə salamlaşmağa ehtiyat edir. - Vəzifədə olan adamın qohumlarla gediş-gəlişi zəif olur. İşim həmişə gərgin olub. Bir məsələ də var ki, indi Azərbaycan dönüb olub Amerika: qohumlararası gediş-gəlişlər yoxdur, qonşu ilə münasibətlər kəsilib. Əvvəllər bir evdə yemək bişəndə qonşuya da verirdilər ki, iy çəkib. - Ailə-məişət münasibətləri dəyişir. Siz bu dəyişiklikləri necə qiymətləndirirsiniz? Biz bu gün gəncləri başa düşmürük. Bizim valideynlərimiz də bizi başa düşməyib. Mənim dinlədiyim musiqini atam-anam başa düşmürdü. Mən də bugünkü gənclərin dinlədiyi repi başa düşmürəm. Sadəcə olaraq bütün bunlara dözümlülüklə yanaşmaq lazımdır. Hesab edirəm ki, dünyadakı bütün insanlar öz dinlərinin qayda-qanunlarına riayət etsələr, (adam öldürmək, yetim malı yemək, xəyanət etmək və s. yasaqdır) bu, kifayətdir. Kim necə geyinir, hansı mahnıya qulaq asır, bunları dəyişmək mümkün deyil. Dünya ilə ayaqlaşmaq lazımdır. Həyatıma yenidən başlasaydım, bu məkruhları etməzdim. - Qafqaz Universitetində mühazirə oxuyursunuz. Dərs dediyiniz gənclərə hansı istiqaməti göstərməyə çalışırsınız? - Həyatı başa düşmələrinə çalışıram. Realist, praqmatik, optimist olmaları üçün istiqamət verirəm. Əxlaq və davranış sahələrində öz dünyagörüşümü onlarla bölüşürəm. - Qafqaz Universitetini necə qiymətləndirirsiniz? Düşünürəm ki, Türkiyə Azərbaycanda nə qədər çox belə ziya ocaqları açsa, Azərbaycan xalqına bir o qədər çox kömək etmiş olar. Hamı gedib Avropada oxuya bilməz. Ancaq Qafqaz Universiteti ona bərabər təhsil verir. Texniki və metodoloji imkanları müasirdir. Bu çox uğurlu layihədir və belə layihələr çox olmalıdır. - Həyatınıza geri baxdıqda tənqidi yanaşdığınız məqamlar olubmu? Ancaq təəssüf ediləsi məqamlar olub. Məsələn, təəssüf etmişəm ki, siqaret çəkmişəm, ancaq bunsuz mümkün olmayıb. Sovet diplomatik xidmətində olanda spirtli içki içməyə də məcbur idim. Həyatıma yenidən başlasaydım, əlbəttə ki, bu xoşagəlməzliklərə yer verməzdim. Allaha qul olan həqiqi azadlığa qovuşmuş olur. - Kimləri oxuyursunuz? Tolstoyu, Çexovu dəfələrlə oxumuşam. Puşkini, Turgenevi də oxumuşam. Onlar Qərb mentaliteti ilə böyümüşdülər və rus cəmiyyətində olan çatışmazlıqları görürdülər. Hətta ayələrə özüm üçün şərhlər verirəm. Quranda Allaha qul olmaq anlayışı var. İnsan Allahın quludursa, başqa heç kimə qul ola bilməz. Allaha ibadət edən, onu ən böyük hesab edən heç kimə qul olmamalıdır. Ona görə də Allaha qul olan həqiqi azadlığa qovuşmuş olur. - Mənim bütün həyatım Allahın əlindədir. Onun varlığını, əlbəttə ki, qəbul edirəm. Kəlimeyi-şəhadətimi hər gün təkrarlayıram. Qurandan bəzi ayələri hər gün oxuyuram. Vaxtım olduqca Quranı da oxuyuram. Düşünürəm ki, əsl müsəlman olmaq asan deyil. Özümü ruhən müsəlman hesab edirəm. Ancaq Quranda göstərilən bütün məsələlərə riayət edə bilmirəm. Mən müasir insanam. Ona görə də Allahın yanına bu cür gedəcəm. Necə qərar verəcəyi Onun öz işidir.
Çaydaşı ustası “Müqəddəs cütlüy”ünü təqdim etdi. Ədalət Elmanın çay daşları üzərinə həkk etdiyi rəsm əsərlərinin növbəti sərgisi keçirildi. Dünən Müşfiqabad qəsəbəsinin Mədəniyyət Sarayının təşəbbüsü ilə Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü münasibətilə Ədalət Elmanın çay daşları üzərinə həkk etdiyi rəsm əsərlərinin növbəti sərgisi keçirildi. Sərgidə sənətkarın, digər əsərləri ilə yanaşı, ilk dəfə olaraq ulu öndər Heydər Əliyev və Zərifə xanım Əliyevanın portretlərindən ibarət “Müqəddəs cütlük” əsəri nümayiş etdirildi. Sərgidə Azərbaycanın tanınmış şəxsiyyətlərinin portretləri, tarixi abidələri və müxtəlif mövzulara həsr olunmuş 50-yə yaxın əl işi nümayiş etdirilir.
“Xilaskar” maraqla qarşılandı. Tamaşada Heydər Əliyev obrazını teatrın direktoru, əməkdar mədəniyyət işçisi İftixar Piriyev canlandırır. Aktyor Evində yazıçı Aqşin Babayevin Heydər Əliyevin xatirəsinə həsr etdiyi “Xilaskar” sənədli-publisistik pyesi əsasında hazırlanmış eyniadlı tamaşaya içtimai baxış keçirilib. C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyorları tərəfindən nümayiş etdirilən birhissəli tamaşada Heydər Əliyevin ikinici dəfə hakimiyyətə qayıdışı canlandırılıb. Əsərə quruluş və tərtibat vermiş əməkdar incəsənət xadimi Oruc İzzətoğlu (Qurbanov) aktyor heyətindən ustalıqla bəhrələnərək yaxın keçmişimizin təlatümlü anlarını, ölkəni uçuruma aparan siyasətbazların, dövlət məmurlarının iç üzünü, xəyanətkar xislətlərini qabarıq ştrixlərlə tamaşaçıya çatdırmağa müvəffəq olub. Tamaşada Heydər Əliyev obrazını teatrın direktoru, əməkdar mədəniyyət işçisi İftixar Piriyev canlandırır. Bəri başdan deyək ki, o, Heydər Əliyevin xalqa, vətənə olan sədaqət və məhəbbət hisslərini, onun prinsipial, həm də qətiyyətli xarakterini tamaşaçılara yaddaqalan cizgilərlə çatdıra bilir. Hətta o, Heydər Əliyevin məlum tarixi çıxışlarını edərkən tamaşaçılar bu səsin aktyora məxsus olduğuna şübhə ilə yanaşdılar. Elə ictimai baxışda çıxış edənlər də - rejissor Vaqif Əsədov, aktyor Azad Şükürov və başqaları onun bu obraz üzərində mükəmməl işlədiyini vurğuladılar. İftixar Piriyev bizimlə söhbətində bu rolun onun yaradıcılığında ilk tarixi obraz olduğunu vurğulamaqla yanaşı, üzərinə düşən məsuliyyəti də dilə gətirdi. Sədr obrazını canlandıran xalq artisti Elmira İsmayılova prototipi hamıya bəlli olan şəxsi tamaşaçılara xarici görkəminin uyarlığı və daxili aləminin təzadları ilə birgə təqdim etməyi yüksək peşəkarlıqla bacarır. Digər rolların ifaçıları - xalq artisti Süleyman Nəcəfov (Saqqal Həmzə), əməkdar artist Vaqif Kərimov (Deputat), Nazir Rüstəmov (ikinci deputat) öz rollarının öhdəsindən lazımınca gəlirlər. Yeni tamaşanın Gürcüstanda, Türkiyədə və Misirdə nümayişi nəzərdə tutulub. İsmət Tapdıq.
“Region teatrlarında müəyyən boşluq yaranıb”. "Yazarlar da öz yeni əsərlərini Bakı teatrlarına təqdim etməyə səy göstərirlər. Bizə isə hərdən müraciət edirlər". Ötən ilin iyul ayında Mərziyə Davudova adına Mingəçevir Dövlət Dram Teatr binasının əsaslı təmirinə başlanılıb. Bu və ya digər suallarla teatrın direktoru Nazir Qafarova müraciət etdik. Onun sözlərinə görə, hazırda teatr şəhərin Energetiklər qəsəbəsindəki Azər Niftəliyev adına Mədəniyyət evində fəaliyyətini davam etdirir: “Hazırda A. Qəhrəmanovun ”İfritə“ əsərinin son məşqləri gedir. Bu yaxınlarda həmin tamaşaya ictimai baxış keçiriləcək”. Həmsöhbətimiz oradakı şəraitsizlikdən də gileyləndi: “Hələlik şəraitimiz o qədər də ürəkaçan olmadığından tamaşalarımızı səyyar formada nümayiş etdiririk. Mingəçevirdə fəaliyyət göstərən müəssisələrdə çıxış edirik”. Kollektivin səfərlərindən söz açan Nazir müəllim Tərtər və Zərdab rayonlarında alqışlarla qarşılandıqlarını dedi. Nazir müəllim yaradıcılıq prosesində qarşılaşdıqları problemlərdən də söz açdı: “Ən başlıcası kadr çatışmazlığıdır. Söhbət təkcə aktyorlardan getmir. Bu kimi çatışmazlıqlar artıq teatrımızda açıq-aydın özünü büruzə verir. Yeri gəlmişkən onu da qeyd edim ki, hazırda aktyorlarımızın əksəriyyəti ixtisaslı kadrlar deyil”. Onun sözlərinə görə: “sovet dönəmində bu ixtisas üzrə təyinatlar vardı. Aktyor təyinatla iş yerinə gəlirdi və onun üçün hər cür şərait yaradılırdı. Məsələn, mən özüm təyinatla bura gəlmişəm. Dövlət məni mənzillə də təmin edib. Amma indi... Bəlkə də, elə bu səbəbdən indi Mədəniyyət və İncəsənt Universitetini bitirənlər Bakıdan kənara çıxmaq istəmirlər. Bu çətinlik bir yana. Digər tərəfdən 130 manat məvaciblə hansı adam gəlib bölgədə aktyorluq edər? Ona görə də region teatrlarında müəyyən boşluq yaranıb. Həyat yeniləşməyi tələb edir. Bir sözlə, bu gün bölgə teatrlarında gənclərə ciddi ehtiyac var”. O, bölgə teatrlarına yazarların da maraqlarının azaldığını vurğuladı: ”Yazarlar da öz yeni əsərlərini Bakı teatrlarına təqdim etməyə səy göstərirlər. Bizə isə hərdən müraciət edirlər. Odur ki, biz ancaq klassiklərə üz tutmaqla kifayətlənirik. Demirəm ki, klassiklərə ehtiyac duyulmur. O, son illər teatra gələnlərin sayının azaldığını da vurğuladı. O, belə bir tədbirin teatrın təmirdən sonrakı açılış günündə qeyd olunacağını bildirdi: “Açılış gününə isə Elçin Əfəndiyevin “Qatil” tamaşasını hazırlamaq niyyətindəyik”. Rafael Mayılbəy, Esmira Hidayətova.
Allah-Təalaya yaxınlaşma fürsəti. Başqaları üçün olmasa belə heç olmasa insan özü üçün bu qurbanı kəsərək ibadətini yerinə yetirməlidir. Özünü sevən, axirətini düşünən müsəlman atəş əzabına səbəb olacaq əməli işləməz. “Qurban” sözünün lüğətdə hərfi mənası “yaxınlaşmaq, Allaha yaxınlaşmaq üçün bir yol”dur. İslam dinində isə bu söz termin kimi “ibadət niyyəti ilə İslam qaydalarına uyğun heyvan kəsmək” deməkdir. Qurban bayramı günlərində (ilk üç gündə) Allah rizası üçün kəsilən qurbana “udhiyyə” deyilir. Qurban kəsən dini məsuliyyətdən qurtular. Qurban kəsən şəxs dini məsuliyyətdən qurtular. Vacib olan bu ibadət əlbəttə ki, axirət məhkəməsində soruşulacaqdır. Başqaları üçün olmasa belə heç olmasa insan özü üçün bu qurbanı kəsərək ibadətini yerinə yetirməlidir. Özünü sevən, axirətini düşünən müsəlman atəş əzabına səbəb olacaq əməli işləməz. Vacib fərzə bir addım yaxınlıq deməksə, məsuliyyəti çox olan bu ibadətin əhəmiyyətini heç kim inkar edə bilməz. Qurban xəsislik xəstəliyini müalicə edir. Qurban bəzi varlılardakı xəsislik xəstəliyini müalicə etmək üçün ən təsirli dərmandır. Qurban varlılarda malını Allahın razılığını qazanmaq üçün vermə kimi bir peyğəmbər adətini, vərdişini formalaşdırır. Qarşılıqlı əl tutmağa təşviq edir və bunun ləzzətini vicdanlarında hiss etdirir. Beləcə xəsislik xəstəliyindən, dünya malına olan hərislikdən xilas edir. Qurban ibadətinə əhəmiyyət verməmənin hökmü. Qurban ibadətinə əhəmiyyət verməmənin dini cəhətdən hökmünü müəyyənləşdirmək üçün əvvəla, onu İslam hüququ baxımından hökmünü bilmək lazımdır. Qısa cavab: Allahın əmridir, Rəsulullahın sünnətidir. Qurban bayramında qurban kəsmənin fiqhi hökmü nədir? Nəsslərə (Qurani-Kərimdə və ya Hədisi-Şərifdə olan hökm) istinad edən Hənəfi füqəhası (fiqh alimləri) qurban kəsmənin vacib olduğu fikrindədir. Əgər bir səhih nəssin hökmü qəti, dəlili isə zənnə əsaslanırsa, ona vacib hökmü verilir. Qurban bayramında müəyyən şərtlərə riayət edən möminlərin qurban kəsmələri Hənəfi məzhəbinə görə vacibdir, digər məzhəblərə görə isə tərk edilməsi istənilməyən müəkkəd (təkid edilən) sünnətdir. Qurbanlıq heyvanlar. Quş qismindən və ov heyvanlarından qurban kəsilməz. Qurban kəsiləcək qoyun və ya keçi ən azı 1 yaşında olmalıdır. Əgər bu heyvanlar 1 yaşına çatmayıblarsa, ən azı 1 yaşındakı kimi görünməlidir, yəni böyük olmalıdır. Bir məsələni xüsusilə vurğulamaq istəyirik: bəzən bir neçə adam yığışıb bir qoyuna şərik olurlar. Dinimizə görə 1 qoyunu bir adam öz adından qurban kəsə bilər. Hər biri də bu heyvanın qurban niyyətinə kəsildiyini bildirməlidir. Qurbanlıq heyvanların sağlamlığı da çox əhəmiyyətli məsələdir. Əgər xatırlayırsınızsa, Həzrəti Adəmin oğlu Qabil Allah-Təalanın adına qurban vermək üçün yetişdirdiyi meyvələrin çürüyünü, xarabını ayırmışdı. Əlbəttə, Allah-Təala qulunun bu sayğısızlığını qəbul etməzdi. Biz bütün malın, mülkün gerçək Sahibinin Allah-Təala olduğuna inanmış müsəlmanlar olaraq, Allah adına bir heyvanı qurban ediriksə, ən yaxşısını seçməliyik. Yoxsa, əldən düşmüş, ölmək üzrə olan, xəstəlikdən üzülmüş, dişlərinin ən azı yarısı tökülmüş, gözlərinin biri və ya ikisi də kor olan, buynuzları qırılmış, qulaqları dibindən kəsilmiş heyvanların qurban kəsilməsi doğru deyil. Yəni bu ibadətdə ədəb deyilən bir anlayış var. Əgər qurbanı ibadət niyyəti ilə kəsirsənsə və o ibadətin qəbul olmasını istəyirsənsə, əlbəttə, ən yaxşısını seçəcəksən. Qurban kəsmək ədəbi. Qurbanlıq heyvanı kəsərkən onu incitməmək lazımdır. Böyüklərimiz deyirlər ki, bıçağı son məqama qədər heyvana göstərməmək yaxşıdır. Heyvanı üzü qibləyə yıxırlar, “Bismillah, Allahu-Əkbər” və ya sadəcə “Bismillah” deyərək kəsirlər. Kəsərkən də niyyət edilir: “niyyət edirəm Allah rizası üçün bu heyvanı filankəs filankəs oğlunun adından qurban kəsməyə”. Məsləhət görülür ki, heyvanı qurban sahibinin özü kəssin. Amma o, bunu bacarmırsa, başqalarına da vəkalət verərək kəsdirə bilər. Bəzi yerlərdə qurban qanından uşaqların alnına, üzünə sürtmək ənənəsi var. bu işi yasaqlayıb və qurban qanı olsa belə, onu uşağın üzünə, alnına sürtməyi doğru saymayıb. Qurban ətinin paylanması. xanımı Həzrəti Ayşə anamızdan qurban ətini necə bölüşdürdüyünü soruşur. Sənin verdiklərin bizə qaldı. Müsəlmanlar Peyğəmbərimizin bu adətini örnək götürərək qurban ətinin 3 yerə bölünməsini üstün tuturlar. Üçdə biri qohum-qonşulara paylanır, üçdə biri qonaqlar üçün bişirilir, üçdə biri isə ailəyə qalır. Əgər ürəyiniz istəyirsə, Qurban ətinin hamısını paylaya bilərsiniz. Bu, sizin səxavətinizə və maddi imkanınıza bağlıdır. Qurban bayramı sevgi, qardaşlıq atmosferidir. Bayram onda bayram olur ki, sən onun sevincini, coşqusunu könlündə hiss edirsən. Əgər söhbət qurbanlıqdan gedirsə, bu duyğu daha həssas xarakter alır. Məsələn, evində oturduğun yerdə qapın döyülür, qalxıb açırsan, qonşunun balaca oğlu əlində ət dolu boşqabla qapıda dayanıb. Əlbəttə, könlünüzdə ona qarşı xoş bir duyğu hiss edirsiniz. Və yaxud da siz kəsdiyiniz qurbandan kimlərəsə pay göndərirsiniz. Onlar da sizin üçün dua edirlər. Qurban kəsmək əslində insanda bir çox mənəvi keyfiyyətlərin inkişafına təkan verir, xəsislik xəstəliyindən qurtarırsınız, fədakarlıq, xeyirxahlıq ruhuna girirsiniz, imkansızları düşünürsünüz, aldığı qurban payı ilə kimin könlünün İslama yönələcəyini ağlınızda götür-qoy edirsiniz. Bir ibadətin içindən nə qədər bərəkət çeşməsi açıldığına fikir verirsinizmi? Bir məsələni də heç unutmaq olmaz ki, bütün sədəqələr kimi qurban payı da təmənnasızlıq prinsipi üzərindədir. Yəni pay verən pay alana minnət qoymamalıdır, əksinə, könlündə ona təşəkkür etməlidir. Bu da mənəvi tərbiyənin başqa bir yönü, təmənnasızlıq ədəbi. İnanırsan ki, bütün xoş əməllərin kimi qurban ibadətinin də qarşılığını ancaq Allah-Təaladan gözləməlisən. Allah-Təala bütün ibadətlərimizi, o cümlədən Həzrəti İbrahimin sünnəti hesab etdiyimiz, Qurani-Kərimdə müsəlmanlara əmr edilən və Peyğəmbərimizin də dönə-dönə tövsiyə elədiyi qurbanlarınızı Uca Dərgahında qəbul buyursun. Qurban bayramınız mübarək olsun! Qurban bütün dinlərdə olan bir ibadətdir. Quranda Qurbanın hər dində olduğu bildirilməklə yanaşı, Qurbanla bağlı müxtəlif dövrlərə aid ayələr də öz əksini tapmışdır. “Quran”da izah edilən bu hadisə bəzi fərqlərlə “Kitabi-Müqəddəs”də də vardır. tam təslim olaraq bu əmri yerinə yetirmək istəyərkən Allahın (c.c.) Bu hadisə “Tövrat”da bir az fərqli şəkildə izah edilmişdir. Qurban, demək olar ki, bütün dinlərdə olan bir ibadətdir. Onlara Adəmin iki oğlunun əhvalatını olduğu kimi söylə. Onlar qurban gətirdikləri zaman birinin qurbanı qəbul edilmiş, digərininki isə qəbul olunmamışdı.
“Yolayrıcı”dan boylanan əsərlər. Xanım Abrahamsen sanki, yol ayrıcındadır - hara tarixi vətəndir: Azərbaycan və ya Norveç? Abşeron” Rəsm Qalereyasında “Yolayırıcı” adlı sərgi açılıb. 13-cü Beynəlxalq Şəki İncəsənət Simpoziumunun yekun tədbiri kimi nəzərdə tutulan bu sərginin təşkilatçıları Norveç Krallığının Azərbaycandakı səfirliyi, “Abşeron” Rəsm Qalereyası və art-kurator İnna Kostinadır. Sərgidə 6 ölkədən olan sənət ustaları iştirak edir: Norveç Krallığından Miree Abrahamsen, Kvam Thomas və Bugge Liv, Xorvatiyadan Sanya Pribiç, Rusiyadan Svetlana Rumak, Türkiyədən Kurtay Ayşecan, Gürcüstandan Mamuka Tsetsxladze. Azərbaycanı isə İnna Kostina, Adil Yusif, Eldar İbadullayev, Zərnişan Alqayeva və Aytən Mehdiyeva təmsil edirlər. Sərgidə rəngkarlıq, qrafika, bədii fotoqrafiya, heykəltəraşlıq və bədii installyasiya nümunələri nümayiş olunur. Bu əsərlərin köməyi ilə iştirakçılar sərginin əsas qayəsini sənətsevərlərin nəzərinə çatdırırlar - dünya çox vaxt bir-birinin əksi olan ideyaların, başlanğıcların, enerjilərin təsirinə məruz qalır. Bəzən bu əks qütblər elə güclü təsirə malik olur ki, insan bir növ yolayrıcında qalır. Düzgün qərarı qəbul etməkdə, özünə yol seçməkdə çətinlik çəkir. İnsan həyatı dərk etməyə başladığı andan etibarən yolayrıcındadır. Miree Abrahamsen Şəkidə yandırılan böyük tonqalın ətrafında əks olunan insan kölgələrinin təsiri altında iki maraqlı qrafik kompozisiya tərtib edib. Bu kompozisiyadakı simpozium iştirakçıları Qobustan qayalıqlarındakı qaya rəsmlərini xatırladırlar. Məlum olduğu kimi, Norveçdə də Qobustan rəsmlərinin eyni olan qaya rəsmləri vardır. Xanım Abrahamsen sanki, yol ayrıcındadır - hara tarixi vətəndir: Azərbaycan və ya Norveç? Xorvatiyalı Sanya Pribiç öz triptixində insanın xeyir və şər arasında çırpındığını təsvir edir. İnsan bu mübarizənin əsiridir, sanki, barmaqlıqlar arasındadır. Sərginin təşkilatçısı İnna Kostina isə həm konseptual tablolarını, həm də fotokompozisiyalarını diqqətimizə təqdim edir. Foto-kompozisiyaların birində “yolayrıcında” olan adamların baxışları, digərində isə əl və barmaqları obyektivə alınıb. Ən maraqlısı budur ki, həmin baxışlar və əllər beynəlxalq simpoziumun iştirakçılarına məxsusdur. Qeyd edək ki, Şəki Beynəlxalq Simpoziumu ilk dəfə mərhum rəssam və aktyor Elçin Məmmədovun təşəbbüsü ilə keçirilib. İsmət Tapdıq.
Ramazandan bizə nə qaldı. Bir ay boyunca fərqli bir atmosferdə yaşadıq. Hər il 10-11 gün yayın mərkəzinə doğru yaxınlaşdığından çoxumuz bu il Ramazanın daha çətin və üzücü keçəcəyini düşünmüşdü. Qurban olduğum göydəki kondisionerləri qoşdu və evində ventilyatoru olmayan kasıblar da rahatlandılar. Çox ağızdan eşitdiyim bir həqiqət bir daha öz gücünü hiss etdirdi: sənin niyyətin xalis olsa, Rəbbin yox yerdən qapı açar. Ümumiyyətlə, Ramazan ayrılığı hər dəfə mənə “Məlikməmməd” nağılını xatırladır: simurq quşu Məlikməmmədi qaranlıq dünyadan işıqlı günyaya gətirir, ayrılıq zamanı öz lələyindən bir neçəsini çəkib ona verir və deyir: - Nə zaman dara düşsən, bu lələklərdən birini yandır, imdadına yetişəcəm. Əminəm ki, bu Ramazan da bizə öz lələklərini verib getdi və köməyə ehtiyacımız olduğu yerlərdə və zamanlarda bu Ramazanlar o simurq quşu kimi imdadımıza yetişəcək. Bayramın ilk günü məsciddə namaz qılan müsəlmanlar bir-birini təbrik edər, sonra da hər kəs öz doğması, yaxınları ilə görüşə, bayramlaşmağa gedər. belə bir sünnəti (adəti) var ki, Ramazan bayramının namazına gedərkən bir şey yeyib-içəndən sonra evdən çıxarmış, Qurban bayramının namazına isə ac gedər, o günün ilk yeməyi kəsdiyi qurbanın ətindən olarmış. Bayram namazını qılmaq üçün İlahiyyat fakültəsinin məscidinə getdim. Heç zaman görmədiyim bir basırıq vardı orda. İstər-istəməz eyni zamanda fərqli duyğular yaşamalı oldum: sevindim ki, maşallah, nə qədər namaz qılan var, üzüldüm ki, daha çox məscidə ehtiyacımız olduğu halda, şəhərimizdəki mövcud məscidlərin başı üzərində qara buludlar dolaşmaqdadır. Bu hesabı kim verəcək? Şəhərimizin ən böyük məscidləri bağlanıb. Kimlərsə bu məsələni təmir, təmizləmə və digər bu kimi inandırıcı olmayan səbəblərlə izah edirlər. Amma kim nə deyir-desin, Allah evini bağlamağın nə qədər böyük bir xəta olduğunu kimsə inkar edə bilməz. Sən şəhərində Allah evini bağlayırsansa, nə üzlə əl açıb bir şey diləyə bilirsən? Telekanallarımızda aparılan müzakirələrə baxıram, özünü alim hesab edən məmurlar məsləhət görürlər ki, məscid tikintisindənsə məktəb tikintisinə üstünlük verilsə, daha yaxşı olar. Bilirsinizmi, niyə belə deyirlər?- Çünki onların dini düşüncəsi yalnışdır, İslamın mahiyyətindən xəbərdar deyillər, ən böyük mədəniyyətin də, maarifin də, elmin də İslam olduğunu bilmirlər. Məktəblər tikilsin, əlbəttə, məktəb tikmək də gözəl işdir. Amma bayram günü məsciddəki o basabası görənlər əmin ola bilərlər ki, heç bir məktəbdə o qələbəlik olmayıb, olmaz da. Yeni məscidlər tikmək bir yana qalsın, hazır məscidləri həbsdə tutmağın nə qədər günah olduğunu anlamırıqmı? O məscidlərdə “Allah” kəlməsi dalğa-dalğa yüksəlmirsə, bunun hesabının sorulacağını düşünən yoxdurmu? Kim o məscidlərin namazdan məhrum qoyulmasının hesabını boynuna götürəcək? Ölçüyə görə normal müsəlman şəhəri elə olmalıdır ki, azanın ilk “Allahu Əkbər”i səslənəndə sən evdən çıxıb o çağırışın sonuna qədər məscidə çatmalısan. Bu gün bir çox islam ölkələrində bu cür şəhərlərin olması hər kəsə məlumdur. Bizdəki vəziyyəti isə özünüz təsəvvür edin, daha heç nə demirik. İftar süfrələrində. Bu Ramazanda ilk dəfə olaraq Xəzər TV-nin başladığı bir təşəbbüsə qatılaraq tanınmış sənətçilərimizin açdıqları iftar süfrələrinə qonaq oldum. Nə qədər təzadlı, kontrast görünsə də “Ay Zaur iftarda” layihəsini uğurlu hesab edir və onun təşəbbüskarlarına, xüsusilə də, proqramın aparıcısı Zaur bəyə təşəkkürlərimi bildirirəm. Bu təşəbbüsün müəyyən korrektələrlə gələn illərdə də davam etdirilməsini istəyirəm. Həm də yaxşı olar ki, digər kanallarımız da bu istiqamətdə, yəni Ramazanın, dinimizin, orucun təbliği və öyrədilməsi yönündə müəyyən addımlar atsınlar. Demək olar ki, hazırda bütün telekanallarımız sənətçilər arasındakı söz-söhbət, qalmaqallar haqda kifayət qədər proqramlar yayınlayırlar. Hətta bəzi telekanallar, demək olar ki, ancaq bu istiqamətdə hazırladıqları proqramlarla reytinq qazanıblar. Nə olar, Ramazanda da hamı bu cür xeyir işlərdə yarışsın. İftar süfrəsinə qonaq olduğum bütün sənətçilərə, ümumiyyətlə, iftar süfrəsi açmış hər kəsə səmimi təşəkkürlərimi çatdırır və onlar üçün “Allah-Təala süfrənizin bərəkətini artırsın” deyə dua edirəm. Arzusunda olduğum o mənzərəni bu il də Bakının küçələrində görə bilmədim. Ramazanda bir müsəlman şəhərinin bəzəyi küçələrdə qırulmuş iftar çadırlarıdır. Bu çadırlar zahiri görüntüdən daha çox, mahiyyəti, islami düşüncəni, Allaha təslimiyyətin dərəcəsini göstərir. Əgər küçələrdə iftar çadırları azanla başlayacaq o saatı gözləyirlərsə, demək, o şəhərin insanları ibadət ruhuna varmışlar, ya da ən azı varmaq istəyindədirlər. Amma çox üzülərək söyləyim ki, Ramazan ayı boyunca şəhərimizdə gördüyüm çadırların heç biri iftar çadırı deyildi, deyildiyinə görə, ehsan çadırı idi. Açıq ifadə edim ki, mübarək Ramazanda kimsə gündüz çadır qurub yemək paylayırsa, özünə də, ölüsünə də zülm etmiş olur və bunun adını ehsan qoymaq olmaz. Çünki Allah əmrinə qarşı çıxırsansa, əməlin də ehsan deyil, ehsanın ziddi nədirsə, elə odur. Bizdə də elə olaydı... Bir çox müsəlman ölkələrində qurulmuş iftar çadırlarına və iftar zamanı insanların bir-birini süfrəyə dəvət etməsinə tamaşa etdikcə içimdən keçən istək, duyğu o oldu ki, kaş bizdə də belə olaydı. Bu ayın zövqünü, dadını, gözəlliyini insanlar xeyirxah duyğularla hiss edərlər. Bir şəhərdə iftar süfrəsi açılmışdı və insanlar hər biri öz masasını, kətilini küçəyə çıxarıb baş-başa düzmüş, evdə yeyiləcək nə varsa hamısını ora daşımışdı. Bütöv bir şəhər mənim gözümə bir ev, hətta bir süfrə kimi göründü. Hər kəs də gətirdiyindən başqalarına pay verməyə çalışırdı. Yoldan ötənləri sevgi dolu bir coşqu ilə, bir qədər də ərklə qolundan tutaraq süfrə başına oturdurdular: kimsə bu süfrənin yanından nəsibsiz keçməsin. İnsanı bir-birinə sevdirən, xalqı birləşdirən, bütövləşdirən, aradakı uçurumları dolduran ən gözəl mənzərə idi. Nə deyim, kaş bizdə də elə olaydı. Bu mübarək ayda kimimiz oruc tutdu, kimimiz də Allah bilir nə işlərlə məşğul oldu. Amma bütün ruhumla əmin olduğum bir həqiqət var ki, kim neyləyirsə, özünə eləyir. Yəni insan öz bəlasını israrla istəmədikcə Allah-Təala onun bəlasını başına endirmir. Yolları da özümüz seçirik, hansı yolun hansı mənzilə varacağını irəlicədən bildiyimiz halda. Bəzi alimlər deyirlər ki, cəhənnəmdə od-zad yoxdur, hər kəs içində yanacağı odu özü ilə aparır. Qurani-Kərimdə də cəhənnəmdən danışılarkən “yanacağı daşlar və insanlar olan” ifadəsi işlədilir. Mən o alimlərin bir qədər yuxarıda yer almış fikirlərinə münasibət bildirmək səviyyəsində və iddiasında olmasam da bu fikrin bir ədalətə işarət etdiyinə bütün varlığımla əminəm. Doğrusu, nə qədər düşünsəm də deyə bilmirəm ki, Ramazanmı bizdən keçdi, yoxsa biz Ramazandanmı. Amma nəticə hər nə olursa-olsun, həyatımızdakı sayılı Ramazanlardan biri də azaldı. Görəsən bundan sonra qismətimizdə neçə Ramazan qalır hələ? Və qismətimizdə varsa, biz o Ramazanları ürəyimiz istəyən kimi ibadətlə, orucla, namazla, duayla yaşaya, idrak edə biləcəyikmi? Hər halda bizə düşən o duyğuyla yaşamaq, Allah-Təalanın verdiyi imkanları Ona ibadətə yönəltməyə çalışmaqdır. Dua edək ki, Uca Rəbbimiz bizi bir-birindən xeyirli Ramazanlara qovuşdursun. Həyatımızı Ona ibadətlə süsləsin, Öz mərhəmətindən, Rəsulunun şəfaətindən mərhum qoymasın! Yazımı da bu Ramazanda eşitdiyim bir zarafatla tamamlamaq istəyirəm: Kimi Mövlaya aşiqdir, kimi Leylaya. Əgər Mövlaya aşiq deyilsənsə, Ona bağlanmırsansa, bir dünya gözəlinin sevdasına bağlanmısansa, Məcnun kimi sevmə, Fərhaq kimi sev. Məcnun olub səhrada avara-avara dolaşma, Fərhad kimi külüng götürüb dağ yar ki, bəlkə, kəndə su gəldi. Əli Çərkəzoğlu.
Fərhad Bədəlbəyli: “Şuşada yaşadığım hisslər məni əməliyyat stoluna apardı”. Sentyabrın 18-də ölkəmizdə Milli Musiqi Günü, başqa sözlə desək, Üzeyir Musiqi Günü növbəti dəfə qeyd olundu. Şərqdə ilk operanın yaradıcısı, görkəmli bəstəkar Üzeyir Hacıbəyovun doğum günündə qeyd olunan bu tədbir musiqi ictimaiyyətini yenə bir araya gətirdi. Tədbirdən sonra Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli ilə görüşüb, bizi maraqlandıran suallarla ona müraciət etdik. O, söhbətə elə günün təəssüratı ilə başladı: - Dahi Üzeyir bəyin doğum gününün açıq havada təntənə ilə qeyd olunmasının ilk təşəbbüskarı maestro Niyazi (o, Üzeyir bəyin qardaşı oğludur) olub. Bakı Musiqi Akademiyasının önündə düzənlənən bu tədbir artıq neçə ildir ki, qeyd olunur. Çox arzulayıram ki, bu günü Şuşada təşkil edək. - Fərhad müəllim, eşitdiyimizə görə, Üzeyir bəyin doğum gününün bu şəkildə qeyd olunmasına onun vəfatından sonra start verilib... - Yanlış informasiyadır. Bu ənənənin əsası ötən əsrin 70-ci illərinin əvvəllərində qoyulub. 1995-ci ildə isə ölkə başçısı Heydər Əliyev Üzeyir Hacıbəyovun anadan olmasının 110 illik yubileyi ərəfəsində həmin günün Milli Musiqi Günü kimi qeyd olunması barədə fərman imzalayaraq, necə deyərlər, bu ənənəni rəsmiləşdirib. O, musiqimizin Bethoveni, Baxı, Motsartıdır. O olmasaydı, nə bu səviyyədə musiqimiz olardı, nə də musiqi təhsilimiz. O, mədəniyyət tariximizə bəstəkar, nəzəriyyəçi, dirijor, jurnalist kimi daxil olub. Azərbaycanda opera, operetta, simfonik, instrumental, kamera, xor, kütləvi mahnı, romans janrlarında yazılmış ilk əsərlər onun qələminin məhsuludur. O, “Azərbaycan xalq musiqisinin əsasları”nı yaradıb. Respublikamızda musiqi məktəblərinin və texnikumlarının, Dövlət Konservatoriyasının , notlu xalq çalğı alətləri orkestrinin, dövlət xorunun, dövlət simfonik orkestrinin, musiqili teatrın, Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçısı olub. Onun opera və komediyaları da milli və zəngindir. Başqa sözlə desək, xalq musiqisi əsasında qurulub. Qərb vokalçıları belə əsərləri oxuya bilməzlər axı? Buna baxmayaraq, onu dünya arenasına çıxarmaq lazımdır. - Fərhad müəllim, son günlər bir sıra açıqlamalarınızla gündəmdəsiniz... Şuşada musiqi məktəbi tikdirəcəyinizi demisiniz... - Bəli demişəm, bu fikrimdə də israrlıyam. Məktəbin layihəsi də hazırdır, üstəlik, sponsorlar da tapmışam. Yəni sabah desələr ki, Şuşaya köçürük, mən dediyim o işə başlaya bilərəm. Yeri gəlmişkən, bilirsinizmi, mənim fikrimcə, Qarabağ problemi Şuşasız həll oluna bilməz. Çünki Şuşa Qarabağın tacıdır. Şuşa musiqimizin simvoludur. Biz o yerlərə mütləq qayıtmalıyıq və qayıdacağıq da. Belə olan təqdirdə, həmin qayıdışa psixoloji cəhətdən hazır olmalıyıq. - Bəs Dağlıq Qarabağa növbəti səfərdən niyə imtina etdiniz? Bu məsələ yenidən gündəmə gələndə də dedim ki, bir məqsəd yoxdursa, mən ora niyə gedim axı? Yəni bu vəziyyətdə görüşməyə heç ehtiyac da duymuram. Dostum Polad Bülbüloğlu da sonradan açıqlama verdi ki, onlar heç bir kompromisə getmək istəmirlər, başqa sözlə desək, onlar sülh istəmirlər. Sonradan bu yaşantılarım üzərimdə aparılacaq əməliyyatlara səbəb oldu. Bilirsinizmi, orada olmaq, ermənilərin törətdikləri vəhşilikləri görmək necə də ağırdır... “Üzeyir bəyin güllələnmiş büstünü öpməklə mənəvi təskinlik tapıram”. - Fərhad müəllim, yeri gəlmişkən, Şuşa yalnız dağıntılardan ibarətdir? Bu, bir tərəfdən o anlama gəlir ki, ermənilər oranın müvəqqəti sakinləri olduqlarını, azərbaycanlıların öz yurdlarına qayıdacaqlarını bildikləri üçün belə ediblər. Amma axırıncı dəfə Şuşaya gedəndə orada müəyyən inkişafın şahidi oldum. Bu isə, zənnimcə, olduqca təhlükəli prosesdir. - Bəs Şuşada güllələnmiş, sonradan Bakıya gətirilərək R. Mustafayev adına İncəsənət Muzeyinin həyətində yerləşdirilmiş büstlərə - Üzeyir bəyə, Bülbülə, Vaqifə, Natəvana hər dəfə baş çəkəndə hansı hissləri keçirirsiniz? - Hər dəfə yolum ora düşəndə elə anlar keçirirəm ki... Lakin bütün bu yaşantılarıma baxmayaraq, Üzeyir bəyin güllələnmiş büstünü öpür və bununla mənəvi təskinlik tapıram. Qəbələdə nələr oldu? - Bu günlərdə Qəbələdə keçirilən I Beynəlxalq Musiqi Festivalı barədə nə deyə bilərsiniz? - Biz belə bir festival keçirməklə dünyanın diqqətini bir daha Azərbaycana, onun mədəniyyətinə, musiqisinə yönəldə bildik. Heydər Əliyev Fondunun dəstəyi ilə gerçəkləşdirilən bu tədbir yüksək səviyyədə keçdi. Bunu tədbir iştirakçıları da etiraf etdilər. Zənnimcə, bu festival müasir musiqimizə, onun inkişafına öz töhfəsini verəcək. Onu da deyim ki, bu festivalı mütəmadi təşkil etmək niyyətindəyik. - Həmin festivalın iştirakçısı olmuş dünya şöhrətli dirijor və violonçel ifaçısı Dmitri Yablonskinin Bakı Musiqi Akademiyasına dəvət olunması səhihdirmi? Onu da deyim ki, Dmitrinin anası tanınmış pianoçu Oksana da akademiyamızda professor vəzifəsində çalışacaq. Bu mənada onları müstəqillik illərində akademiyamızda çalışan ilk əcnəbi qaranquşlar kimi xarakterizə etmək olar. Bilirsinizmi, biz onları Bakıya cəlb etməklə Üzeyir bəyin ənənəsini də bərpa etmiş olduq. - Bəzi söhbətlərinizdə nəfəs alətləri ifaçılarının yoxluğu ilə bağlı narahatçılığınız açıq-aydın sezilir. Zənn edirəm ki, gələn il Qəbələdə təşkil olunacaq növbəti tədbir bu problemi çözməyə imkan verəcək. - Sirr deyil ki, beynəlxalq müsabiqələrdə iştirak edən gənclərin çoxu daha sonra xarici ölkələrə üz tuturlar... - Sözün düzü, mən istəmirəm ki, istedadlı gənclərimiz ancaq və ancaq Bakıda otursunlar. Fikrimcə, yeni musiqiçilər nəsli Avropanı dolaşmalıdır. Çünki onlar Azərbaycanda oturub, karyera qura bilməzlər. Bu və ya digər ölkədə ölkəmizi təmsil etməlidirlər. Bir də, belələrinin dil problemi də olmamalıdır. Bu gün hansısa bir xarici dil bilmədən Qərbdə karyera qura bilməzsən. Dmitri Yablonski beş dildə öz fikrini sərbəst ifadə edə bilir. O, gələn festivala kimi Azərbaycan dilini də tam öyrənmək niyyətindədir. Bir sözlə, bu sahədə dil bilmək önəmlidir. Odur ki, mən istedadlı uşaqların hər birinə deyirəm ki, dil öyrənin, sizi mütləq xaricə göndərəcəyik. - Fərhad müəllim, Bakı Musiqi Akademiyasının rektoru kimi yeni nəsil musiqiçilərin savadı sizi qane edirmi? Bizim nəsil daha qüvvətli idi. Çünki onlar daha çox kitab oxuyurdular. Ədəbiyyatı, tarixi, coğrafiyanı yaxşı bilirdilər. Mən məktəbdə oxuyarkən Napoleon haqqında məruzə etmişəm. Amma indikilərin bəziləri... Hərdən soruşursan ki, Hüseyn Cavid hansı əsərləri yazıb, bilmirlər. İnandırım səni, elələri var ki, Sabirin şeirlərindən, onun “Uşaq və buz”undan xəbərsizdir. Riyaziyyatı, fizikanı, kimyanı demirəm, bu fənlər bir qədər çətindir, amma musiqiçi hər halda öz tarixini, ədəbiyyatını bilməlidir. Yəni demək istəyirəm ki, müasir gənclər çox az kitab oxuyurlar. Səhərdən axşama kimi internetdən çıxmırlar. Demirəm, kompyuter lazım deyil. Lazımdır, amma kitab başqa şeydir. Kitab insana çox şey verir, kompyuter isə kitabın verdiyini verə bilməz. Qvami Məhəbbətoğlu.