article
stringlengths
6
172k
Avropa multikulturalizmin Azərbaycan modelini öyrənir. Stokholm şəhərində “Multikulturalizm və dinlərarası tolerantlıq: Azərbaycanın təcrübəsi və onun Avropa üçün əhəmiyyəti” mövzusunda konfrans keçirilib. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM), Azərbaycan Respublikasının İsveç Krallığındakı səfirliyinin və İsveç Krallığının Təhlükəsizlik və İnkişaf Siyasəti İnstitutunun (İSDP) birgə təşkilatçılığı ilə 18 noyabr 2015-ci il tarixlərində Stokholm şəhərində “Multikulturalizm və dinlərarası tolerantlıq: Azərbaycanın təcrübəsi və onun Avropa üçün əhəmiyyəti” mövzusunda konfrans keçirilib. BBMM-dən verilən məlumata görə, konfransda Azərbaycan tərəfdən Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, BBMM-in Himayəçilər Şurasının sədri Kamal Abdullayev rəhbərliyi altında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete, Azərbaycan dağ yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev, Avropa Yəhudilərinin Bakı Dini icmasının sədri Gennadi Zelmanoviç, BBMM-in İcraçı direktoru Azad Məmmədov iştirak edib. Konfransın açılışında Azərbaycan nümayəndə heyətini və İsveçli qonaqları salmalayan “Təhlükəsizlik və İnkişaf Siyasəti İnstitutunun” direktoru Dr.Svante Kornel bu yaxınlarda Amerika yəhüdiləri nümayəndə heyətinin Azərbaycana səfərini və bu səfərin nəticəsi olaraq tanınmış “Times” jurnalında dərc olunan məqalədə nümayəndə heyətinin təəssüratlarını konfrans iştirakçılarına xatırladıb. Bundan sonra Azərbaycan Respublikasının İsveç Krallığındakı səfiri cənab Adış Məmmədov İsveç və Azərbaycandan gələn qonaqları salamlayaraq bu tədbirin əhəmiyyəti barədə danışıb. Səfir konfransın məqsədinə toxunaraq bildirdi ki, dərin tarixə malik olan Azərbaycanın tolerantlıq ənənəsi, dövlət və din arasındakı münasibət, həmçinin hökümətin din sahəsindəki siyasət ilə bağlı reallıqlar barədə məlumatların İsveç cəmiyyəti ilə bölüşdürülməsi çox əhəmiyyətlidir. Səfir çıxışının sonunda bildirdi ki, hökümətin tolentlıq siyasəti yalnız Azərbaycan hüdudları ilə məhdudlaşmır və Heydər Əliyev Fondunun nəinki Şərqdə, habelə Avropa ölkələrində kilsə və dini abidələrin bərpa və təmir olunması sahəsində gördüyü işlər buna bariz nümunədir. Bu xeyriyyə işləri Azərbaycan xalqının və hökümətinin dünya mədəni irsinə və dini-mədəni dəyərlərə verdiyi töhvədir. Daha sonra Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, BBMM-in Himayəçilər Şurasının sədri Kamal Abdullayev çıxış edərək qonaqları salamladı və konfransın təşkilatçılarına öz təşəkkürünü bildirdi. K.Abdullayev multikultural təhlükəsizliyin ümumi mahiyyəti etnik, dini, irqi, mədəni mənsubiyyətindən asılı olmayaraq bütün xalqların, etnik qrupların mədəni dəyərlərinin qorunması kimi təqdim edərək cəmiyyətin multikultural təhlükəsizliyinin təmin olunması qarşısında yaranan problemlər inkişaf edərsə, etnik, dini, irqi zəmində qarşıdurmalara, münaqişələrə səbəb ola biləcəyini dilə gətirib. Natiq “Azərbaycan müxtəlif xalqların və etnik qrupların dinc, dostluq, qardaşlıq şəraitində yaşadığı, sevinci və kədəri birgə bölüşdüyü bir məkandır. Burada yaşayan bütün xalqlar və etnik qruplar Azərbaycanı öz ortaq vətənlərinə çevirə biliblər. Bir kənd qədər sakini olan, dili və etnik kimliyi bu kənddən başqa heç bir yerdə təmsil olunmayan xınalıqlılar da Azərbaycana məxsusdur. Bütün bu xalqların dil və mədəni zənginliklərini Azərbaycan dövləti öz zənginliyi, öz gücü sayır. Ümummilli lider Heydər Əliyev deyirdi: “Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir.”. Tədbirdə bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə çıxış edərək bildirdi ki, “Azərbaycanın tolerantlıq sahəsində böyük təcrübəyə malik olduğunu və bu təcrübənin təşviq olunması universal bəşəriyyət dəyərləri baxımından çox zəruridir. Şeyxülislam dini və mənəvi dəyərlərin, mədəniyyətlər arası dialoq, həmçinin tolerantlıq ənənələrinə göstərilən hörmətin bizim ölkədə yüksək səviyyədə olmasından fəxr hissi duyduğunu bildirdi. Tolerantlığı yüksək mədəni dəyər hesab edən Ulu öndər Heydər Əliyev dinindən və milliyətindən asılı olmayaraq bütün vətəndaşları ümumi Azərbaycanlıq ideyası altında birləşdirmək istiqamətində apardığı müdrik siyasət hazırda Prezident İlham Əliyev tərəfindən ən yüksək səviyyədə davam etdirilir. Öz çıxışı Ümumilli Lider Heydər Əliyevin “Ölkənin çox millətli olması onun zənginliyidir” sözləri ilə başlayan Rus Pravoslav kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası Arxiyepiskopu Aleksandr İşein Azərbaycanın Konstitusiyasına əsasən bütün dinlətin bərabər olmasını və bu tələbin yüksək səviyyədə icra olunduğunu vurğuladı. Bütün dinlərin nümayəndələrinin Azərbaycanda həm dövlət, həm də ictimai strukturlarında təmsil olunduğu qeyd olundu. Azərbaycanın əsas özəlliklərindən biri milli məhəllələrin və qəsəbələrin olmamasıdır eyni küçədə müxtəlif dini icmaların nümayəndələri yaşayır və birlikdə müxtəlif dini bayramları və mərasimləri qeyd edirlər. Azərbaycanda dini zəmində münaqişələrin olmadığını xatırladan Aleksandr İşein Azərbaycanda yaşadığımız həyat tərzini məhz indi multikulturalizm və tolerantlıq adlandırıldığını qeyd etdi. Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Milix Yevdayev çıxışını Azərbaycandakı gündəlik həyatları üzərində qurdu. O qeyd etdi ki, “Yəhudi icmasına hədiyyə olaraq bir müsəlman dövlətində Prezidentin Sərəncamı ilə sinaqoqun tikintisi və onun saxlanılması üçün Prezident Fondundan maliyyə vəsaiti ayrıldı. Ukraynada keçirilən Anti-semitizmə dair Konfransda anti-semitizmin bütün dünyada tuğyan etdiyi dövrdə Azərbaycanın bu bəladan azad oldu. Hazırda Azərbaycanda yeddi sinaqoq, iki yəhüdi orta məktəbi, üç uşaq bağçası, bir kollec- işiva fəaliyyət göstərir”. Avropa Yəhudilərinin Bakı Dini İcmasının sədri Gennadiy Zelmanoviç çıxışına hələ ümummilli liderimiz Heydər Əliyevin vaxtında tikintisinə icazə verilməsi, müraciətimiz əsasında dövlət başçısının Sərəncamı ilə məktəb və bağçanın tikintisi üçün torpaq sahəsinin ayrılması və açılış mərasimində Prezident İlham Əliyev və Birinci Xanım Mehriban Əliyavanın da iştirak etməsi ilə başladı. Azərbaycanda mövcud olan bu şəraitin əsas səbəbi Azərbaycanda yaşayan bütün millətlərin nümayəndələrinin Azərbaycanın inkişaf etməsində töhvə verməsidir. Digər millətlərin və dini konfesiyaların nümayəndələri dövlətin və mədəniyyətin bütün sahələrində təmsil olunduqlarını bildirərək Gennadiy Zelmanoviç Bakı əsilli yəhüdi alimin Nobel mükafatı laureatı olmasını çox böyük fəxr hissi ilə qeyd etdi. Azərbaycanı fərqləndirən əsas cəhətlərdən biri burada yaşayan bütün vətəndaşların dövlətin mənafeyi üçün çalışmalarıdır. Öz işinə başlayan “Multikulturalizmin Azərbaycan və İsveç modelləri: Müqayisəli təhlil” mövzusuna həsr olunmuş panel Təhlükəsizlik və İnkişaf Siyasəti İnstitutunun direktoru Dr. Svante Kornelin moderatorluğu ilə baş tutdu. Burada çıxış edən İsveç Parlamentinin sabiq üzvü Göran Lenmarker ATƏT-də çalışdığı müddət ərzində Azərbaycana əksər rayonlarına və qaçqın düşərgələrinə tez-tez səfər etdiyini bildirdi. Azərbaycanda mövcud olan qaçqınlar fonunda Azərbaycanın son 15 ildə çox inkişaf etdiyini və bu səbəddən Azərbaycan ilə İsveç arasında paralel aparan sabiq prezident Azərbaycanın regional mərkəz rolunu oynadığını bildirdi. Dağlıq Qarabağ münaqişəsinə toxunaraq natiq Minsk qrupunun son illər elə də effektiv olmayan fəaliyyəti fonunda iki Dövlət arasında dialoqun yaradılmasının vacibliyini bildirdi. Çıxışının sonunda Azərbaycan həm özü üçün həm də region üçün vacib sayılan multikulturalizm sahəsində təşəbbüsü öz üzərinə götürdüyünü bildirdi. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Azad Məmmədov Bakı Beynəlxalq Multikulturulizm Mərkəzinin yaradılması və fəaliyyət istiqamətləri barədə konfrans iştirakçılarına məlumat verdi. Mərkəzin yaradılması Azərbaycanın multikulturalizm ruhunun bariz nümunəsi olduğunu və multikulturalizm sahəsində qədim ənənəyə malik bir ölkədə belə bir mərkəzin yaradılması heç kimi təəcübləndirmədi. Azərbaycanın bu sahədə əldə etdiyi nailiyyətləri digər ölkələr ilə bölüşmək istəyirik. Sonra isə natiq Mərkəzin gördüyü işlər, xüsusilə də bir sıra xarici dövlətlərin tanınmış ali təhsil müəssisələrində Azərbaycan multikulturalizm modelinin tədris olunması və Mərkəz tərəfindən Azərbaycanda yay məktəblərinin təşkil olunması barədə ətraflı məlumat verildi. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı: Xəyalə Sadıqova.
İnsan hüquq və azadlıqlarının təmin edilməsinin əsas istiqamətləri. Demokratik dövlətlərdə insan hüquq və azadlıqlarının müdafiəsinin bir çox istiqamətləri mövcuddur. Tədqiqatların bu məsələ ilə bağlı yanaşmaları müxtəlifdir. M.V.Baqlay hüquq və azadlıqların konstitusion təminatlarını nəzərdən keçirir və onların təsnifatının aşağıdakı kimi verilməsini təklif edir: insan və vətəndaşın hüquq və azadlıqlarının ümumi təminatları; hüquq və azadlıqların müdafiəsi; məhkəmə müdafiəsi; beynəlxalq müdafiəsi; zərərin ödənilməsi (hüquq və azadlıqların ayrılmazlığı, yaş); ədalət mühakiməsinin konstitusion təminatları; hüquqi yardım almaq hüququ, qanunsuz yolla əldə edilmiş sübut və dəlillərin qeyri- qanuniliyi; hökmün yenidən baxılması hüququ; cinayətdən zərər çəkənlərin hüquqları; qanun əks-qüvvəsinin qadağan edilməsi. Bir sıra mütəxəssislər isə O.U.Kutafin və Y.İ.Kozlovanın nöqteyi-nəzərini daha düzgün hesab edirlər. Belə ki, adları qeyd olunan bu müəlliflərin fikrincə, insanın və vətəndaşın hüquq və azadlıqların real həyata keçirilməsi bir çox şərtlər, o cümlədən hüquqdan kənar çərçivədə olan şərtlər tələb edir. Ona görə də təminatlar sosial-iqtisadi, siyasi, və hüquqi təminatlara bölünməlidir. H.Babaoğlunun fikrincə, hüquq və azadlıqların təminatlarının belə təsnifatı bizim nöqteyi-nəzərimizə daha çox yaxın olmaqla, tədqiqat predmeti baxımından siyasi təminatlar xüsusi maraq doğurur. Belə ki, Azərbaycanda hüquqi-demokratik dövlətin və vətəndaş cəmiyyətinin formalaşdığı bir şaraitdə vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi problemlərinin həlli mexanizmləri arasında siyasi-hüquqi təminatlar xüsusi rol oynayır. İnsan və vətəndaş hüquqları və azadlıqlarının təmin edilməsi, onların tam həcmdə həyata keçirilməsi dövlət qarşısında müəyyən vəzifələr qoyur. Azərbaycan Respublikasının Kostitusiyası insan və vətəndaş hüquqları və azadlıqlarını bəyan edərək həm də müəyyən edir ki, onların tanınması və riayət olunması dövlətin borcudur. Bu hüquq və azadlıqların müdafiəsi və təmin olunması üçün zəruri olan əsas "mexanizmlər" də müəyyən olunmuşdur. Ölkədə insan hüquqları və azadlıqlarının müdafiəsi və təmin olunmasına görə məsuliyyət üzərinə qoyulan təsisatlar sırasına dövlət hakimiyyətinin hər üç qolu aid edilir. Belə ki, artıq qeyd etdiyimiz kimi, Azərbaycan Respublikası Kostitusiyasının 71-ci maddəsinə əsasən insan hüquqlarını qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Göründüyü kimi, Konstitusiyada mütərəqqi amillərdən biri kimi təsbit olunmuş hakimiyyətlərin bölgüsü prinsipinə əsasən hakimiyyətin hər üç qolu öz fəaliyyətlərində insan və vətəndaş hüquqları və azadlıqlarını hər bir halda qorumalıdır ki, bu da onların ümdə vəzifələrindən biri və əsası olmalıdır. Ona görə ki, insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir və bu hüquqlar hər hansı bir normativ-hüquqi aktla və ya vəzifəli şəxs tərəfindən ləğv edilə, yaxud məhdudlaşdırıla bilməz. Bu baxımdan, ilk növbədə, Azərbaycanda qanunvericilik hakimiyyətini həyata keçirən orqan kimi Milli Məclis ölkə Konstitusiyasının insan hüquqları və azadlıqlarına dair müddəalarını qəbul etdiyi qanunlarda əks etdirir və onların həyata keçirilməsini təmin etmək üçün mexanizmlər müəyyənləşdirir. H.Babaoğlunun qeyd etdiyi kimi, 1993-cü il siyasi dönəmindən sonra Milli Məclisin bu sahədəki fəaliyyəti daha səmərəli olmaqla xeyli fəallaşmışdır. Belə ki, 1993-cü ilin ortalarından indiyədək Azərbaycan parlamenti tərəfindən bu sahədə 20- dən çox qanun, ölkəmizin 30-dan artıq beynəlxalq konvensiyalara qoşulması barədə qanunlar qəbul etmişdir. Azərbaycanda insan-vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi siyasətinin bir istiqamətini bu sahədə həyata keçirilən hüquqi islahatların və milli qanunvericiliyin beynəlxalq, Avropa standartlarına uyğunlaşdırılması təşkil edir. Qeyd etdiyimiz kimi, Azərbaycan indiyədək 30-dan çox müvafiq beynəlxalq Konvensiyalara qoşulmuşdur. Azərbaycan Respublikası hələ suveren xalqlar ailəsinə daxil olan anda Dövlət Müstəqilliyi haqqında Konstitusiya aktında (maddə 19) insan hüquqları sahəsində ən nüfuzlu beynəlxalq sənəd olan Ümumdünya İnsan Hüquqları Bəyannaməsini tanıdığım bəyan etmişdir. Bu prosesin məntiqi davamı kimi 24 avqust 2002-ci il tarixdə qəbul olunmuş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında" Konstitusiya Qanunu tənzim etdiyi məsələlərin dairəsinə görə çox mühüm əhəmiyyət kəsb edir. Bu Qanun Azərbaycanda insan hüquq və azadlıqlarının həyata keçirilməsini "İnsan hüquq və azadlıqlarının müdafiəsi haqqında" Konvensiyaya uyğunlaşdırmaq məqsədi daşıyır. Konstitusiya Qanunu hər kəsin onun hüquqlarını və azadlıqlarını pozan qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının qərarlarından, bələdiyyə aktlarından Konstitusiya Məhkəməsinə şikayət vermək hüququnu və məhkəmələrin insan hüquq və azadlıqlarının həyata keçirilməsi məsələləri ilə bağlı Konstitusiyanın və qanunların şərh edilməsi haqqında Konstitusiya Məhkəməsinə müraciət edə bilmək hüquqlarını təsbit etmiş və bununla da qeyd olunan Konvensiyanın tələblərinə uyğun tərtib olunmaqla insanların hüquq və azadlıqlarının qorunması, məhkəmənin nüfuzunun və ədalət mühakiməsinin qərəzsizliyinin təmin edilməsi üçün real hüquqi baza yaratmışdır. H.Babaoğlu daha sonra yazır: "Bütövlükdə, dövlət hakimiyyətinin üç qolu Azərbaycanda insan hüquqları və azadlıqlarının dövlətdaxili müdafiəsi və təmin edilməsi mexanizmlərinin əsasını təşkil edir və insan hüquqlarının reallaşmasının təmin edilməsi metodları, prosedura və vasitələrini müəyyən edirlər. Bu dövlətdaxili milli mexanizmlər sırasında xüsusi olaraq, bizim fikrimizcə, ölkə Prezidenti tərəfindən insan və vətəndaş hüquqları və azadlıqlarının konstitusion təminatçısı kimi müdafiəsini ayırmaq olar. Məhz bununla əlaqədar Azərbaycan Respublikasının sabiq Prezidenti Heydər Əliyev 1998-ci il oktyabrın 18-də özünün andiçmə mərasimindəki nitqində qeyd etmişdir: "Prezident kimi mənim üçün hər bir Azərbaycan vətəndaşının hüququnun qorunması vacibdir... Azərbaycan Respublikası öz həyatını demokratik prinsiplər əsasında quraraq daim çalışacaqdır ki, insan hüquqlarının qorunmasına əməl edilsin... İnsan hüquqlarının qorunması Azərbaycan dövlətinin əsas prinsiplərindən biridir...". Ümumiyyətlə, bütün mərhələlərdə Heydər Əliyevin rəhbərliyinin mahiyyətini təşkil edən dəyərlər sırasında insan hüquq və azadlıqlarının qorunması, humanizm, ədalət prinsipləri həmişə üstün yer tutur. Ölkəmizdə həyata keçirilən genişmiqyaslı hüquq islahatları, məhkəmə sisteminin təkmilləşdirilməsi məhz bu prinsiplərə xidmət edir. O, respublikamızda demokratik-hüquqi dövlət quruculuğu prosesini insan hüquqlarının təmin edilməsi kontekstində səciyyələndirərək göstərirdi ki, "...Biz demokratiya yolu seçmişik, demokratiyanı da inkişaf etdiririk. İnsan haqlarını təmin etmişik. Azərbaycanda mətbuat azadlığı, vicdan azadlığı, söz azadlığı tamamilə təmin olunubdur. Siyasi plüralizim hökm sürür. Hər şey demokratik prinsiplər əsasındadır". Şübhəsiz ki, bütün bunlar da ölkəmizdə həyata keçirilən məqsədyönlü dövlət siyasətinin məntiqi nəticəsi kimi qiymətləndirilməlidir. Azərbaycanın konkret inkişaf mərhələsinə uyğun olaraq insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən dövlət siyasətində nəzərdə tutulan tədbirlərin səmərəliliyini artırmaq məqsədi ilə Azərbaycan Respublikasının sabiq Prezidenti Heydər Əliyev tərəfindən bir sıra mühüm əhəmiyyətə malik fərman və sərəncamlar imzalanmışdır". Bu baxımdan qeyd etmək lazımdır ki, ölkəmizdə insan hüquqlarının qorunması və təmin edilməsi siyasətinin həyata keçirilməsinə, bu sahədə milli mexanizmlərin təkmilləşdirilməsinə yönəlmiş tədbirlər sırasında Azərbaycan Respublikası Prezidentinin "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" 22 fevral 1998-ci il tarixli Fərmanı əhəmiyyətli yer tutur. Həmin Fərmanda qeyd olunur ki, Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra Beynəlxalq Dövlətlər Birliyinin tamhüquqlu üzvü kimi əsrlərin sınağından çıxmış ümumbəşər dəyərlərin üstünlüyünü qəbul edərək demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun özünün inkişaf yolunu seçmişdir.
“Bu gün mədəniyyətlərarası dialoqa böyük ehtiyac var”. Bu da beynəlxalq ictimaiyyət tərəfindən qlobal arenada Azərbaycanın rolunun, uğurlu fəaliyyətinin tanınması və bizim nailiyyətlərimizə hörmət, etimad və minnətdarlıq əlaməti idi. Beynəlxalq ictimaiyyətin etibarlı üzvü kimi Təhlükəsizlik Şurasında sədrlik etdiyimiz iki il ərzində biz diqqəti iki vacib məsələyə yönəltdik. Bunlar beynəlxalq terrorizmə qarşı mübarizə və mədəniyyətlərarası dialoqdur. Əfsuslar olsun ki, müstəqillik illərinin lap əvvəlindən Azərbaycan erməni təcavüzünün qurbanına çevrilmişdir”. Bildiyiniz kimi, ötən həftə Parisdə UNESCO Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumu keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva forumda iştirak ediblər. Forumda çıxış edən Prezident İlham Əliyev bütün dünyaya sülh və tolerantlıq mesajları verib. Dövlət başçısı İslam dininin terrorla əlaqələndirilməsinin qəbuledilməz olduğunu vurğulayıb: “Əvvəlcə, noyabrın 13-də Parisdə baş vermiş dəhşətli terror hadisəsi ilə bağlı Azərbaycan xalqı adından Fransa xalqına dərin hüznlə başsağlığı vermək istəyirəm. Azərbaycan xalqı Fransa xalqının kədərini bölüşür və Fransa Respublikasının tarixində bu faciəli məqamda Fransa xalqı ilə çiyin-çiyinə dayanır. Bu dəhşətli terror hadisəsi bir daha göstərir ki, beynəlxalq ictimaiyyət bu bəla ilə mübarizə aparmaq üçün səylərini birləşdirməlidir. Dünyanın heç bir ölkəsinə bu cür hücumlara məruz qalmayacağı barədə yüz faiz zəmanət verilə bilməz. Buna görə də beynəlxalq ictimaiyyətin birgə səyləri bizə bu bəla ilə mübarizə aparmağa kömək edə bilər. Keçmişdə çoxsaylı terror hadisələrinin qurbanı olmuş bir ölkə kimi Azərbaycan terrorizmə qarşı mübarizədə öz rolunu oynayır və bu rol beynəlxalq ictimaiyyət tərəfindən qiymətləndirilir”. Dövlət başçısı qeyd edib ki, Azərbaycan UNESCO-nun fəal üzvüdür: “23 ildən artıqdır, demək olar ki, müstəqilliyini bərpa etdikdən dərhal sonra, Azərbaycan UNESCO-nun üzvü olmuşdur və bəşəri dəyərlərin təşviqində öz rolunu oynamaqdadır. Azərbaycan, demək olar ki, UNESCO-nun bütün konvensiyalarını və digər hüquqi aktlarını imzalamış və ratifikasiya etmişdir. 2003-cü ildə Azərbaycan ilə UNESCO arasında mədəniyyət, elm, təhsil və kommunikasiya sahələrində əməkdaşlıq üzrə Çərçivə Sazişi imzalanmışdır. Bu da Azərbaycana UNESCO donorlarından birinə çevrilmək imkanı vermişdir. Bu, ən zəif inkişaf etmiş ölkələr qarşısında bizim öhdəliyimizdir. Müstəqillik dövrünün əvvəlində Azərbaycan özü yoxsulluq, siyasi böhran, işğal və iqtisadi tənəzzüllə üzləşmişdi və o zaman biz beynəlxalq yardım alırdıq. İndi isə bu yaxşılığın əvəzini ödəmək və dünyanın inkişaf məramına töhfə vermək növbəsi bizimdir. Tamamilə əminəm ki, UNESCO-nun təhsil, mədəniyyət və əlbəttə, elm kimi fəaliyyət sahələri bəşəriyyətin inkişafı üçün əsas istiqamətlərdir. Bu sahələrin inkişafı dünyamızı daha da təhlükəsiz edəcək”. İlham Əliyev bildirib ki, bu gün Azərbaycan beynəlxalq arenada etibarlı tərəfdaş və təmsil olunduğu təşkilatların fəal üzvüdür: “Bizim ən böyük siyasi və diplomatik uğrumuz 2011-ci ildə 155 ölkənin dəstəyi ilə BMT-nin Təhlükəsizlik Şurasına üzv seçilməyimiz olub. Bu da beynəlxalq ictimaiyyət tərəfindən qlobal arenada Azərbaycanın rolunun, uğurlu fəaliyyətinin tanınması və bizim nailiyyətlərimizə hörmət, etimad və minnətdarlıq əlaməti idi. Beynəlxalq ictimaiyyətin etibarlı üzvü kimi Təhlükəsizlik Şurasında sədrlik etdiyimiz iki il ərzində biz diqqəti iki vacib məsələyə yönəltdik. Bunlar beynəlxalq terrorizmə qarşı mübarizə və mədəniyyətlərarası dialoqdur. Əfsuslar olsun ki, müstəqillik illərinin lap əvvəlindən Azərbaycan erməni təcavüzünün qurbanına çevrilmişdir”. Dövlət başçısı qeyd edib ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin Ermənistan tərəfindən işğalı bu günə kimi davam edir: “Ermənistan tərəfindən yürüdülən etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. 250 min azərbaycanlı Ermənistandan deportasiya olunmuş və etnik təmizləməyə məruz qalmışdır, 750 min nəfər isə öz ölkəmizdə məcburi köçkünə çevrilmişdir. Biz humanitar fəlakətlə üzləşmişdik. Biz o zaman iqtisadi cəhətdən o qədər də inkişaf etməmişdik, çox kasib ölkə idik. Bu gün televiziyada Avropanın üzləşdiyi miqrasiya böhranı ilə bağlı reportajları izləyərkən əlbəttə ki, biz evlərini tərk etmək məcburiyyətində qalan insanların ağrısını başa düşürük. Eyni zamanda biz bu prosesin Avropada yaşayanlar üçün çətinliklər törətdiyini də anlayırıq. Bu illər ərzində biz Azərbaycanda bir milyona yaxın insanı yerləşdirməli idik. O vaxtlar Azərbaycanın əhalisi təxminən səkkiz milyondan bir az artıq idi. Beləliklə, bu, dünya miqyasında adambaşına düşən qaçqın və məcburi köçkünlərin sayının ən yüksək göstəricisi idi. Qaçqın və məcburi köçkünlərin cəmiyyətimizə inteqrasiyası üçün əlimizdən gələni etdik. Bu gün onlar ölkəmizin inkişafında çox vacib rol oynayırlar”. Dövlət başçısı əlavə edib ki, ermənilər bu ərazidə XIX əsrin ortalarında məskunlaşıblar: “Çar Rusiyasının XX əsrin əvvəllərinə təsadüf edən xəritələrinə baxsanız görəcəksiniz ki, Ermənistanın bugünkü ərazisinin, bütün şəhərlərinin və kəndlərinin, bütün toponimlərinin mütləq əksəriyyətinin adları öz mənşəyini Azərbaycan dilindən götürüb. Rusiya imperiyasının süqutundan sonra 1918-ci ildə ilk Azərbaycan Demokratik Respublikası yaradılmışdır. Bu respublikanın qəbul etdiyi ilk qərarlardan biri Yerevanı Azərbaycandan Ermənistana vermək oldu. Ermənistanın bugünkü paytaxtı XX əsrin əvvəlində əhalisinin 80 faizini azərbaycanlılar təşkil edən bizim tarixi İrəvan şəhərimizdir. Bu gün bu şəhər tamamilə etnik təmizlənməyə məruz qalıb. Beləliklə, tarix və beynəlxalq hüquq bizim mövqeyimizi dəstəkləyir və sizin də təsəvvür edə bildiyiniz kimi, bu məsələ Azərbaycan üçün, Azərbaycanın hər bir vətəndaşı üçün bir nömrəli məsələdir”. Prezident vurğulayıb ki, İslamı terrorizmlə əlaqələndirmək tamamilə qəbuledilməzdir: “Mən müsəlman ölkəsini, erməni terrorizmindən, işğalından, tarixi abidələrinin məhv edilməsindən əziyyət çəkən bir ölkəni təmsil edirəm. Əlbəttə ki, biz torpaqlarımıza qayıdacağıq, şəhərlərimizi bərpa edəcəyik, orada yeni məktəb və xəstəxanalar inşa edəcəyik, lakin tarixi abidələrimizi bərpa edə bilməyəcəyik. Ermənilər bizim tarixi irsimizi məhv ediblər, lakin onlar bizim iradəmizi, evlərinə geri qayıtmaq istəyən qaçqın və məcburi köçkünlərin, Bakıda və Azərbaycanın digər şəhərlərində dünyaya gələn, öz tarixi torpaqlarını heç vaxt görməyən, lakin doğma torpaqlarına qayıtmaq üçün qəlbində böyük iradə ilə yaşayan insanların nəvə və nəticələrinin iradəsini məhv edə bilməzlər. Onlar geri qayıdacaqlar! Biz Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün hər şeyi edəcəyik. Bir daha qeyd etmək istəyirəm ki, beynəlxalq hüquq normaları Azərbaycanın mövqeyini tamamilə dəstəkləyir. Eyni zamanda Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır. “Qarabağ” sözünün mənşəyi Azərbaycana məxsusdur. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı: Xəyalə Sadıqova. Xəyalə Sadıqova.
Prezident İlham Əliyev: “Multikulturalizm bizim adət-ənənəmizdir”. UNESCO Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumunda çıxış edən Prezident İlham Əliyev Azərbaycanın sivilizasiyalararası və mədəniyyətlərarası dialoqda çox fəal rol oynadığını vurğulayıb: “Biz mədəniyyətlərarası dialoq mövzusunda keçirilən üç forumda UNESCO-nun rəsmi tərəfdaşımız olmasından və Azərbaycanın Şərq ilə Qərbin qovuşuğunda yerləşən, əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edən, lakin eyni zamanda dünyəvi cəmiyyəti və hökuməti olan, Avropa Şurasının və İslam Əməkdaşlıq Təşkilatının üzvü olan bir ölkə kimi nadir rol oynamasından qürur hissi duyuruq. Biz bu çox əlverişli fürsətdən istifadə edərək insanları, sivilizasiyaları bir-birinə daha da yaxınlaşdırmağa çalışırıq. Biz 2008-ci ildə İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin mədəniyyət nazirlərinin Avropa Şurasına üzv olan ölkələrin mədəniyyət nazirlərinin görüşündə iştirakını təmin edən “Bakı prosesi” adlı forum təşəbbüsünü irəli sürdük. İslam ölkələrinin mədəniyyət nazirlərinin görüşünə Avropa Şurasına üzv olan ölkələrin mədəniyyət nazirlərini dəvət etdik”. Azərbaycan Prezidenti bildirib ki, bu gün mədəniyyətlərarası dialoqa heç zaman olmadığı qədər böyük ehtiyac var: “Bakı prosesi” təşəbbüsünü irəli sürəndə dünyadakı vəziyyət tamamilə fərqli idi. Bu gün etimadsızlığın səviyyəsinin artdığını görürük. Müvafiq tədbirlər görməsək, dini zəmində qarşıdurmaların hamımız üçün daha da böyük problemlərə gətirib çıxaracağını görürük. Lakin biz sülh şəraitində yaşaya bilərik və düşünürəm ki, Azərbaycan kimi ölkələrin nümunələri bunu əyani şəkildə göstərir. Bizim ölkəmizdə bütün dinlərin nümayəndələri sülh və dostluq şəraitində yaşayırlar. Hökumətimiz, dövlətimiz nəinki məscidlərin tikintisinə, həmçinin kilsələrin, pravoslav və katolik kilsələrinin, sinaqoqların yenidən qurulmasına və inşasına sərmayə yatırır. Qafqaz regionunda ən qədim kilsələrdən birinin Azərbaycanda, qədim Şəki şəhərinin yaxınlığında yerləşməsindən fərəhlənirik. Eyni zamanda, 743-cü ildə tikilmiş ən qədim məscidlərdən birinin Azərbaycanın qədim Şamaxı şəhərində yerləşməsindən qürur hissi keçiririk. Azərbaycanda müxtəlif konfessiyaların nümayəndələri dini bayramları eyni masa arxasında qeyd edirlər. Buna görə də multikulturalizm bizim üçün bu gün müzakirə olunan, sadəcə, işləyib-işləməməsindən, həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq bir ideya deyil. Multikulturalizm bizim adət-ənənəmizdir”.İlham Əliyev deyib ki, bu gün multikulturalizm təkcə ənənə deyil, bu, dövlət siyasətidir və bizim həyat tərzimizdir: “Bu mümkündür, çünki bizim bu sahədə topladığımız çox vacib təcrübəmiz var. Bunun bir nümunəsi bu il Azərbaycanın ilk Avropa Oyunlarına ev sahibliyi etməsidir. Çox qəribədir ki, Avropadan başqa, bütün qitələrin öz oyunları var idi. Olimpiya Oyunlarının ana vətəni qədim Yunanıstan olmuşdur, sonra Baron de Kuberten Oyunları burada - Fransada bərpa etmişdir. Lakin Avropanın heç zaman özünəməxsus Oyunları olmamışdı. Beləliklə, Avropa Olimpiya Komitəsinin müsəlman ölkəsində Avropa Oyunlarının bərpası ilə əlaqədar müdrik qərarı multikulturalizm və tolerantlıq ideyalarının hamımız üçün əhəmiyyət kəsb etdiyini nümayiş etdirir.Oyunlar uğurla keçirilmişdir və Avropanın 50 Olimpiya Komitəsini təmsil edən 6 mindən çox atlet Oyunlarda iştirak etmişdir. Ola bilsin ki, uzun illər ərzində Azərbaycan və Bakı bu iki yarışın bir məkanda keçiriləcəyi yeganə yer olaraq qalacaqdır. Biz qarşılıqlı anlaşmaya töhfə verməyi davam etdirəcəyik, çünki multikulturalizm qarşılıqlı anlaşmaya, qarşılıqlı hörmətə əsaslanır. Siz digər dinlərə öz dininizə rəğbət bəslədiyiniz kimi hörmət etməlisiniz. Siz qonşunuzdan milliyyətini, kilsədə, sinaqoqda və ya məsciddə ibadət etməsini soruşmadan onunla yanaşı yaşamalısınız. Yalnız bu halda biz potensial riskləri azalda bilərik. Biz artan gərginlikləri aradan qaldıra bilərik. Əfsuslar olsun ki, dünyada vəziyyət bizim istədiyimiz istiqamətə doğru dəyişmir. Biz səylərimizi birləşdirməliyik. Biz Azərbaycanda qitələri, sivilizasiyaları bir araya gətirmək üçün üzərimizə düşən vəzifəni yerinə yetiririk. Konfransın sədrinin qeyd etdiyi kimi, gələn il biz xüsusilə multikulturalizm, dini və etnik tolerantlıq məsələlərinin müzakirəsini nəzərdə tutan BMT-nin Sivilizasiyaların Alyansının qlobal forumuna ev sahibliyi edəcəyik. Bu məsələdə UNESCO-nun nadir rolunu vurğulamaq istəyirəm. Biz UNESCO-nun fəaliyyətini və baş direktoru xanım İrina Bokovanın güclü rəhbərliyini dəstəkləyirik. Azərbaycan UNESCO-ya şərəfli fəaliyyətində dəstək olmaq üçün əlindən gələni edəcəkdir. Bir daha sizi salamlamaq, sizə hörmətimi ifadə etmək və UNESCO-nun 70-ci ildönümü münasibətilə sizi təbrik etmək istəyirəm. Çox sağ olun”.Daha sonra Fransa Prezidenti Fransua Olland çıxış etdi. O, Parisdə törədilən son terror aktlarından bəhs etdi, Fransanın terrorçulara sərt cavab verəcəyini bildirdi. Fransa Prezidenti terrorizmin bəşəri dəyərlərə böyük təhdid olduğunu qeyd etdi.Prezident Fransua Olland terror hadisələri ilə bağlı bütün dünyada Fransa xalqına göstərilən həmrəylikdən də danışdı. O vurğuladı ki, Parisdə terror aktlarını törədənlər qatillərdir və onlar heç bir sivilizasiyaya aid deyillər.Fransa dövlətinin başçısı bəşəri dəyərlərin qorunmasında UNESCO-nun mühüm rol oynadığını bildirdi, təşkilatın Əfqanıstanda, Malidə və digər ölkələrdə dağıdılmış abidələri bərpa etdiyini vurğuladı. Fransa Prezidenti UNESCO-nun mədəni dəyərlərin qorunması ilə bağlı çoxlu layihələr həyata keçirdiyini də diqqətə çatdırdı.Forumdan sonra Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva UNESCO-nun baş direktoru İrina Bokova ilə görüşdülər.Görüşdə Azərbaycan ilə UNESCO arasında uzun illər səmərəli uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulandı. Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın UNESCO Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumunda iştirakı əməkdaşlığımızın yaxşı göstəricisi kimi dəyərləndirildi. Prezident İlham Əliyevin bu tədbirdə çıxışının önəmi qeyd edildi.Söhbət zamanı Azərbaycanın UNESCO-nun fəaliyyətində rolu, bu təşkilatın işinə verdiyi töhfə yüksək qiymətləndirildi. Həmçinin Azərbaycanda multikulturalizmin inkişafı, ölkəmizin mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə verdiyi töhfələr diqqətə çatdırıldı. UNESCO-nun xətti ilə Azərbaycanda mühüm beynəlxalq tədbirlərin keçirilməsinin əhəmiyyəti qeyd edildi.Görüşdə əməkdaşlığımızın bundan sonra da genişləndirilməsinə əminlik ifadə olundu və bu əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı: Xəyalə Sadıqova.
Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir. Çox ölkə və xalqlardan fərqli olaraq ölkəmizdə yaşayan digər xalqların nümayəndələrinə yaxşı münasibət bəslənib. Cəmiyyətimizdə əsrlər boyu mövcud olan tolerantlıq, müxtəlif xalqların və konfessiyaların nümayəndələrinə hörmətlə yanaşılması cəmiyyətin multikultural xarakteri Heydər Əliyevin dövlətçilik dühası, onun siyasi bəsirəti və uzaqgörənliyi nəticəsində siyasi və hüquqi prinsiplər cərgəsinə yüksəldilib. Qeyd etməyə dəyər ki, dünyanın çox ölkələri dini və millətçilik problemləri ilə qarşılaşdığı zaman Azərbaycanın uğurlu multikulturalizm modeli ölkədə hökm sürən tolerantlıq mühiti və konfessiyalararası əməkdaşlıq dünyanın dini liderləri, məşhur siyasi xadimləri, ədəbiyyat və incəsənət xadimləri tərəfindən dəfələrlə qeyd edilib. Tolerantlıq təkcə dini nöqteyi-nəzərdən millətlərin bir-birinə olan münasibətləri deyil. Burada ictimai, siyasi, etnik münasibətlər də əsas yerlərdən birini tutur. Amma Azərbaycan strateji mövqedə yerləşdiyindən, Şərqlə Qərb arasında körpü rolunu oynadığından ən qədim dövrlərdə müxtəlif xalqların məskəninə çevrilib. Digər xalqlar istər təbii zənginliyinə, istərsə əlverişli mövqeyinə və yaxud da hərb yolu, ya da təbii axın vasitəsi ilə tarixən Azərbaycan ərazisinə gəliblər. Biz ən qədim dövrlərdən başlayaraq buna onlarla misal göstərə bilərik. Bir çox tayfalar düşməndən qorunmaq üçün Azərbaycana pənah gətirib, buranı özünə həmişəlik vətən seçiblər. Və uzun əsrlər boyu Azərbaycan ərazisində yurd-yuva, məskən salıb yaşayıblar. Xalqımız həmişə öz ocağının közündən qonşunun ocağına od verib. Xeyrində, şərində iştirak edib. Elə bir misal çəkmək olar ki, öz torpaqlarımızdan yaşamaq üçün yer verdiyimiz, suyumuzdan içib, çörəyimizdən yeyən erməni milləti bu yaxşılığın qarşısında nankor çıxdılar. Onlar Azərbaycanda istədikləri kimi yaşadılar, amma öz murdar əməllərindən əl çəkməyərək torpaqlarımıza göz dikdilər. Daha uzun illərdən sonra anladılar ki, səhv iş görüblər. Bu gün erməni xalqı Azərbaycan xülyası ilə yaşayırlar, azərbaycanlıların qonaqpərvərliyi, insanlığı üçün burunlarının ucu göynəyir. Hətta ara-sıra qaçıb gələnləri də olur. Bizim xalqımız onlara yenə də öz qonaqpərvərliyini, insanlığını göstərir. Baxmayaraq ki, ermənilərin törətdikləri vəhşiliklər bütün dünyaya bəyandır. Azərbaycanın bölgələrində yaşayan qeyri-millətlərin bu gün də məzarlıqları qorunub saxlanılır. Azərbaycanın Yevlax rayonunun Yədilli kəndi də qədim kəndlərdən biridir. Bu kəndin qəbiristanlığı tarixi abidələrlə zəngindir. Həm qəbiristanlıq, həm də muzey kimi tanınan Yədilli kənd qəbirstanlığı 1968-ci ildə Yevlaxın tanınmış ziyalısı, xeyirsevər və inkanlı şəxsi İlyas Daşdəmirov tərəfindən salınıb. 1969-cu ildə isə onun təşəbbüsü ilə qəbirstanlığın içərisində muzeyin tikintisi həyata keçirilib. Bu muzey sovet dövründən tikildiyindən burada həm qədim Azərbaycan tarixi, həm sovet sosialist dövrünə aid nümunələr öz əksini tapıb. Bundan əlavə, bu qəbiristanlıq keçmişdən beynəlmiləl qəbiristanlıq kimi tanınıb. Burada nəinki yerli insanların, rusların, başqa millətlərin də qəbirləri var. Qəbiristanlıqda 2 tarixi tikili var. Muzeyin giriş hissəsində İlyas Daşdəmirovun və Azərbaycanda ilk uşaq evinin müdiri Bahar Ağalarovanın büstü var. Buranı ziyarət edənlər həm Azərbaycanın tarixi dövrlərinin tanınmış ziyalılarının həyatı ilə tanış olur, həm 1941-1945-ci illərdə Böyük Vətən müharibəsində iştirak etmiş Azərbaycan döyüşçüləri haqda məlumatlar əldə edirlər. Burada Yədilli kəndi ərazisində yaşamış keçmiş insanın sümükləri, keçmiş müharibə iştirakçılarına aid geyimlər, tarixi sənədlər var. Həmin döyüş gedən yerlərdən gətirilmiş torpaqlar saxlanılır. Muzey başdan-başa divarlara çəkilmiş rəsm əsərləri ilə zəngindir. Bura baş çəkənlər təəssüratlarını xatirə dəftərinə yazırlar. Qəbiristanlığa ətraf rayonlardan başqa, paytaxt Bakıdan da gələnlər çoxdur. Yədilli kənd ağsaqqalı Səttar Pənahlı bizimlə söhbət edərkən vurğulayıb ki, məzar üstünə gələn insanlar muzeyə baxmamış getmirlər. Səttar Pənahlı onu da bildirdi ki, muzeyin burada olması bir mənada qəm edənlərin qəmlərinin unutmasına səbəbdir. Hətta bu qəbiristanlıqda nəməlum şəhidlərin də olduğunu vurğulayan müsahib onu da dedi ki, burada Azərbaycan şairlərinin, yazıçılarının kitabları da saxlanılır. Gələnlərin daha çox diqqətini akvariumda saxlanılan torpaq nümunələri çəkir. Akvariumların üstündə də torpaqların haradan gətirildiyi yerlərin adları yazılıb. Muzeyə gələn insanlar rəy kitabına da öz ürək sözlərini yazırlar. Bu günə qədər nəsillərdən nəsillərə qorunub saxlanılan bu tarixi abidələrimiz hələ bizdən sonra gələn nəslə də ötürüləcək. Azərbaycana gələn turistlər belə qədim yerlərlə daha çox maraqlanırlar. Bu il Yevlax rayonuna gələn turistlər bu yerləri ziyarət ediblər. Muzeydə nadir ədəbiyyatlar da toplanıb. Yevlaxın şəhid oğulları barədə hazırlanan bir kitab var və o da bu muzeydə saxlanılır. Səttar müəllim onu da bildirdi ki, bu xeyirxah insan haqqında mən də bir kitab yazmışam və kitab hazır olduqdan sonra o kitabı da bu muzeyə verəcəm. Bu gün Azərbaycan multikulturalizm siyasəti və bu sahədəki uğurları ilə dünyanın bir çox ölkələrinə, o cümlədən tarixən zəngin təcrübəsi ilə tanınan Qərb ölkələrinə nümunədir. Qətiyyətlə demək olar ki, Azərbaycan multikulturalizmin siyasi banisi məhz bunu istəyirdi. Ölkədə mədəniyyətlərarası əlaqələrin möhkəmləndirilməsində, dünya ictimaiyyətinin Azərbaycanda bərqərar olmuş tolerantlıq, multikulturalizm mühiti ilə tanış olmasında Heydər Əliyev Fondunun, onun prezidenti, Azərbaycanın birinci xanımı, Milli Məclisin deputatı, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın xüsusi rolu var. Fondun həyata keçirdiyi “Qloballaşma şəraitində mədəniyyətlərin rolu”, “Mədəniyyətlərarası dialoqda qadınların rolu”, “Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşama” layihələri, dünyanın ən böyük mədəniyyət mərkəzlərində keçirilən “Azərbaycan - tolerantlıq məkanı” fotosərgiləri bu xeyirxah məqsədlərə xidmət edir. Azərbaycan Prezidentinin sərəncamı ilə yaradılmış Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi müvafiq sahədə böyük işlər görür. Bu gün hər bir azərbaycanlı fəxrlə deyə bilər ki, ölkəmiz sürətli inkişafı ilə dünyanın diqqətini özünə cəlb edir. Dünyada böhranın hökm sürdüyü şəraitdə Azərbaycan iqtisadiyyatı yüksək sürətlə inkişaf edir. Ölkəmizə diplomatik səfərə gələn iş adamları da buradakı inkişafdan, insanların rifah halından məmnun olduqlarını bildirirlər. Onlar bildirirlər ki, Azərbaycanda digər xalqların nümayəndələri də min illərdir ki, dinc şəraitdə yaşayır, işləyirlər. Bu isə Azərbaycanın mədəni zənginliyi və ən böyük sərvətidir. Bu gün də ölkəmizdə ayrı-ayrı etiqad və inanclara malik etnoslar əmin-amanlıq şəraitində yaşayırlar. Bu dediklərimizdən aydın görmək olur ki, islam Dininin təsiri altında ölkəmizdə tarixən formalaşmış dini tolerantlıq və dözümlülük Azərbaycan cəmiyyətini səciyyələndirən gözəl bir ənənəyə çevrilib. Biz azərbaycanlılar da fəxr edirik ki, bu gözəl məmləkətdə öz milli tolerantlığımızı nümayiş etdirir, ölkəmizin şan-şöhrətini bütün dünyaya bəyan edirik.
Biz öz çoxəsrlik təcrübəmizi bu gün dünya ilə bölüşürük. Bəli, Azərbaycan tolerant dövlətdir, ölkədə müxtəlif dini konvessiyalar fəaliyyət göstərir. Hökumətimiz, dövlətimiz nəinki məscidlərin tikintisinə, həmçinin kilsələrin, pravoslav və katolik kilsələrinin, sinaqoqların (ölkəmizdə məscidlərlə yanaşı, 12 kilsənin (o cümlədən alban) və 6 sinaqoq fəaliyyət göstərir) yenidən qurulmasına və inşasına sərmayə qoyur. Ümummilli lider Heydər Əliyev milli azlıqların nümayəndələri ilə keçirdiyi görüşlərinin birində deyib: “Biz Azərbaycan deyəndə onun sərvətini, onun gözəl təbiətini nəzərdə tuturuq. Lakin bütün bunlarla yanaşı, respublikanın ən başlıca sərvəti əsrlərdən bəri bu torpaqda yaşayan, öz taleyini, öz həyatını bu torpağa bağlayan, müxtəlif millətlərdən olan, müxtəlif dinlərə etiqad edən adamlardır. Bu mənada tolerantlıq bizim adət-ənənəmizdir. Bu isə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın sözləri ilə desək, tolerantlıq xalqımızın tarixi təbii özəlliyidir.Artıq xeyli vaxtdır ki, ölkəmiz bu sahədə əldə etdiyi təcrübəni bütün dünya ilə bölüşür. Bu təcrübəni öyrənmək məqsədi ilə ölkəmizə üz tutanlar da kifayət qədərdir. Məsələn, ABŞ-ın Kaliforniya ştatında yerləşən Sinay məbədinin üzvlərindən ibarət 50 nəfərlik heyət 30 oktyabr-4 noyabr tarixlərində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin “Azərbaycan multikulturalizminə səyahət” layihəsi çərçivəsində ölkəmizdə səfərdə olub. Bu səfər təəssüratlarından söz açan nümayəndə heyətinin rəhbəri - Sinay məbədinin böyük ravvini Devid Volp vətəninə qayıtdıqdan sonra ölkəmizdə olması ilə bağlı məqalə dərc etdirib. Məqaləsində özünü ən demokratik hesab edən Avropa ölkələrində, habelə ABŞ-da dindar yəhudinin sinaqoqa getməsinin heç də asan olmadığını qeyd edən müəllif vurğulayıb ki, Azərbaycan bu baxımdan çox xoşagələndir. O yazıb: “Bir həftə əvvəl Yerusəlimdə keçirilən görüşdə israilli diplomat bizim qrupumuza dedi: “Mən başıma kipa qoyub İsveçin küçələrində gəzişmək istəsəydim, bunu etməzdən əvvəl fikirləşərdim. Lakin Azərbaycanda sizə heç kim fikir verməyəcək”. Mən bu fikrin dəqiqliyini tamamilə təsdiq edə bilərəm. Bir həftə ərzində başımda kipa küçələri gəzdim, hər yerdə insanlar mənə nəzakət və hörmətlə yanaşdılar. Bu, dünyada çox az rastlanan qeyri-adi bir nailiyyətdir. Əhalisinin 90 faizini müsəlmanların təşkil etməsinə baxmayaraq, burada yaşayan yəhudilər özlərini rahat və hörmətli vətəndaşlar kimi hiss edirlər. Bunu digər dini azlıqlar haqqında da demək olar”. O, daha çox diqqəti çəkən bir məqama da toxunub: “Biz Azərbaycanın görkəmli şəxsləri ilə eyni qəbiristanlıqda dəfn edilmiş Azərbaycanın Milli Qəhrəmanı, yəhudi xalqının nümayəndəsinin məzarını da ziyarət etdik”. Bu yerdə ümummilli lider Heydər Əliyevin: “Azərbaycan xalqı özlüyündə, təbiətinə görə, öz xarakterinə görə yüksək tolerantlıq hissinə malikdir. Azərbaycan əhalisinin çox hissəsinin etiqad etdiyi müsəlman dinində, onun kökündə də tolerantlıq var” kəlamını xatırlamamaq mümkün deyil. Prezident İlham Əliyevin sözləri ilə desək,”...bizim birliyimiz reallıqdır. Müstəqil Azərbaycanın ən böyük sərvətlərindən biri də ondan ibarətdir ki, Azərbaycanda bütün xalqların, bütün dinlərin nümayəndələri rahat, bir ailə kimi yaşayırlar, bütün hüquqlardan istifadə edirlər. Heç vaxt Azərbaycan tarixində dini, milli zəmində ayrı-seçkilik, yaxud da qarşıdurma olmamışdır və əminəm ki, olmayacaqdır”. Bu mənada multikulturalizm, tolerantlıq sadə dillə desək, elə insanlıq deməkdir. Multikulturalizmi fəaliyyət sferasının əsas qayəsinə çevirən mərkəzAzərbaycanın tarixi daim müxtəlif xalqların, mədəniyyətlərin və dinlərin vahid dəyərlər naminə birləşdiyinin şahidi olub. Bu vahid dəyərlər azadlıq və firavanlıq, müstəqillik və demokratik dəyərlərdən ibarətdir. Dinlər arasında əmin-amanlığın təmin edilməsi, çoxmədəniyyətliliyin inkişafı ölkəmizdə demokratik dəyərlərin tərəqqisinə yol açan əsas amillərdəndir. Prezident İlham Əliyevin məşhur “Multikulturalizmə alternativ yoxdur!” şüarı müxtəlif mədəniyyətlərin bərabər imkanlara sahib olması ilə yanaşı, demokratik dəyərlərin inkişafının labüdlüyünü özündə birləşdirir. Bu gün müstəqil Azərbaycan öz siyasətini məhz bu möhkəm təməllər üzərində qurur. Məhz bu səbəbdən də XXI əsrin Azərbaycanı bu münasibətlər sistemini özündə cəmləşdirərək müasir dünyanın tolerantlıq simvollarından birinə və digər cəmiyyətlər üçün örnək modelinə çevrilib.Milli Məclisin deputatı, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun həyata keçirdiyi tədbirlərdə də tolerantlıq həmişə ön plana çəkilib. Daha doğrusu, tolerantlıq məsələləri Heydər Əliyev Fondunun fəaliyyətində başlıca yer tutur. Daha doğrusu, bu mötəbər qurum fəaliyyəti ilə müxtəlif xalqlar arasında humanizm, həmrəylik və dözümlülük kimi bəşəri dəyərlərin bərqərar olmasına, ölkəmizdə formalaşmış gözəl ənənəyə töhfələrini verməkdədir. Uğurla həyata keçirilən “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində o qədər işlər görülüb ki...Bu gün ölkəmizdə tolerantlığın təbliğində Heydər Əliyev Fondu ilə yanaşı, Prezident İlham Əliyev tərəfindən təşkil olunmuş Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi də mühüm rol oynayır (Bəri başdan deyək ki, multikulturalizm tərcümədə çoxmədəniyyətlilik deməkdir. Çoxmədəniyyətlilik dedikdə isə ilk növbədə etnik, irqi, dini və mədəni müxtəlifliklər, bu müxtəlifliklərin əsasını təşkil edən dəyərlər nəzərdə tutulur. Multikulturalizm həm də sosial ədalət, imkanların bərabərliyi, demokratiya kimi anlayışların müzakirə olunan terminlər sırasına daxildir). Əsas məqsədi tolerantlığın və mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin etmək, habelə Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modelləri tədqiq və təşviq etmək olan beynəlxalq mərkəzin məhz Bakı şəhərində yaradılması bu sahədə həyata keçirilən dövlət siyasətinin məntiqi davamıdır. Bəli, bu mərkəz də Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modelləri tədqiq etmək məqsədilə dünyada təbliği ilə bağlı bir sıra mühüm işlər, o cümlədən layihələr həyata keçirir.Bəli, artıq Azərbaycan multikulturalizminin dünyaya nümunə olduğunu hər addımda təqdim etmək bu qurumun fəaliyyət sferasının əsas qayəsinə çevrilib. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Bakı Slavyan Universiteti ilə birlikdə hazırladığı “Azərbaycan multikulturalizmi” fənninin (“Azərbaycan multikulturalizmi” fənni əsrlər boyu multikulturalizmin Azərbaycanda meydana gəlməsinin səbəblərini, onun mahiyyətini, nəzəri-ideoloji, hüquqi-normativ əsaslarını, üstünlüklərini, müasir durumunu və inkişaf perspektivlərini öyrədir) xarici ölkələrin (Rusiya, Litva, Bolqarıstan, Gürcüstan, Çexiya, İtaliya, Belarus və sairə) ali təhsil ocaqlarında (Ural Federal Universitetinin Yekaterinburq filialında, Litva Respublikasının Edukologiya Universitetində, Müqəddəs Kliment Oxridski adına Sofia Universitetində, İvan Cavaxişvili adına Tbilisi Dövlət Universitetində, Praqa Karlov Universitetində, Roma Sapienza Universitetidə, Belarus Dövlət Universitetində) tədrisi buna misaldır. Artıq adıçəkilən universitetlərdə fənnin tədrisi başa çatıb. Məhz bu fənn vasitəsilə yüzlərlə tələbə və mütəxəssis Azərbaycan haqda faydalı biliklər alıb. Onu da qeyd edək ki, mərkəz bu istiqamətdə fəaliyyətini davam etdirməkdədir. Belə ki, builki tədris ilindən daha 4 xarici ölkə universitetində - Portuqaliyanın Lusofona Humanitar və Texnologiya Universitetində, Ukraynanın Poltava İqtisadiyyat və Ticarət Universitetində, İsveçrənin Frayburq Universitetində və Türkiyənin Erciyez Universitetində də tədris olunur. Qvami Məhəbbətoğlu.
“ISESCO mədəniyyətlər arasındakörpürolunuoynamalıdır”. Bakı şəhərində İSESCOİcraiyyə Şurasınıniclasıkeçirilir.IclasQuranayəsininoxunmasıiləbaşlayıb. AçılışmərasimindəmədəniyyətvəturizmnaziriƏbülfəsQarayev,İSESCOİcraiyyəŞurasınınsədriBoubakarDoukorevəİSESCO-nunbaşdirektoruƏbdüləzizOsmaniştirakedib. “ISESCOiləAzərbaycanarasındasıxvəməhsuldarəlaqələrtəşəkkültapıb.Bizindiyədəkbirçoxtədbiribirgəkeçirmişik.AzərbaycanPrezidentiİlhamƏliyevindəstəyivəköməyiiləbutədbirlərbaştutub”.BunuBakıdakeçirilənISESCO-nun XIIBaşKonfransıvəİcraiyyəŞurasınıniclasındaISESCO-nunbaşdirektoruƏbdüləzizOsmanTüveycrideyib.Onunsözlərinəgörə, onildətəmsiletdiyibeynəlxalqtəşkilatmüxtəlifmövzulutədbirlərkeçirib: “ISESCO-nunbaşkonfransınınbeləgözəlölkədəkeçirilməsitəşkilatlaAzərbaycanarasındagözələməkdaşlığıngöstəricisidir.BunagörəbirdahaAzərbaycanatəşəkküredirik.Bizimmövqelərimizgüclənibvəbundansonramövqelərimizidahadagücləndirməliyik.İcraiyyəŞurasınıniclasıiləyenitədbirplanınınhazırlığınastartverilir.Bununlabağlıbüdcəməsələlərinidənəzərdənkeçirəcəyik.Bizartıqyenimərhələninbaşlanğıcındayıqvəmövqelərimizigücləndiririk.Anlayırıqki,vəzifələrimizvəməsuliyyətimizböyükdür.Bizİslamümmətinəxidmətedərəktəhsilməsələlərinigücləndirməli,elmitədqiqatlarıgenişləndiribinkişafanailolmalıyıq”. Başdirektorumüsəlmanaləmindəbaşverənsilahlımünaqişələrdənnarahatolduğunudiqqətəçatdırıb: “Təşkilatolaraq,elmi-mədənivətəhsilimkanlarındanməhrumolmuşmüsəlmanicmalarınınqarşısınaçıxmalıyıqvəonlaraimkanlarımızdanistifadəetməyəşəraityaratmalıyıq.Müsəlmanqardaşlığınıngücləndirilməsivacibdir.Bunlarterrorçuluğunaradanqaldırılmasıüçünzəruridir.Qərbmətbuatındaİslamsivilizasiyasıhaqqındaverilənsəhvməlumatlarınvəyanlıştəbliğatınqarşısınıalmalıyıq.Müsəlmantəşkilatlarınsəsibeynəlxalqaləmdəoqədərdəeşidilmir.Təəssüfki,bubelədir.Bizgöstərməliyikki,İslamdinisülh,savad,mədəniyyətvətəhsildinidir.Gələcəkdəmedianınbusahədəoynadığıroladiqqətetməliyik.ISESCOmədəniyyətlərarasındakörpürolunuoynamalıdır”. “Bəzimüsəlmanlarınterrorəməlləridinləəlaqələndiriləbilməz”. Ə.OsmanəlTüveycriİslamıncinayətkarlarınh?yatakeçirdiyiterroraktlarınagörəməsuliyyətdaşımadığınıqeydedib. Obildiribki,cinayətkarlıqheçbirdinləvəmədəniyyətləəlaqəlideyil: “Bütünmədəniyyətvəcəmiyyətlərdəcinayətkarlarvar. Bizbuddistlərinbuddizməqarşı,xristianlarınxristianlaraqarşıtörətdiyicinayətləridinləbağlayabilmərik.Müəyyənmüsəlmanlarınİslamaqarşıterroraktlarıvəcinayətləridədinləəlaqələndiriləbilməz.Bu,ədalətli,obyektivdeyil.İslamsülh,tolerantlıqvəmüxtəlifliklərəhörmətdinidir.Bizdünyayabildirməliyikki,bucinayətlərİslamdeməkdeyil.Parisdəbaşverənterroraktlarınıpisləyirik.Necəki,Yəməndə,Suriyada,İraqdabaşverənterroraktlarınıdaqınayırıq.Terrorterrordurvəbunundinləheçbirəlaqəsiyoxdur”. “İSESCO-nunDağlıqQarabağmünaqişəsiiləbağlımövqeyihəmişəaydınvəbirmənalıolub”. “İSESCO-nunDağlıqQarabağmünaqişəsiiləbağlımövqeyihəmişəaydınvəbirmənalıolub”.BunuAzərbaycanınmədəniyyətvəturizmnaziriƏbülfəsQarayevİSESCOİcraiyyəŞurasınınBakıdakeçirilən36-cısessiyasındadeyib.O,üzvdövlətlərinbuməsələdəvahidmövqedənçıxışetdikləriüçünonlaraAzərbaycandövlətiadındantəşəkküredib. 2006-cıildənetibarənİSESCOxəttiiləAzərbaycandaçoxlusaydavəyüksəksəviyyədətədbirlərkeçirildiyinidiqqətəçatdırannazirBakıvəNaxçıvanşəhərlərininİslammədəniyyətininpaytaxtıelanedilməsiiləəlaqədardaminnətdarlığınıbildirib. Ə.Qarayevqeydedibki,gələnilinaprelindəBakıdaBMT-ninSivilizasiyalararasıAlyansının7-ciqlobalforumukeçiriləcək. O, İSESCO-nunforumdayüksəksəviyyədəiştirakedəcəyiniümidvarolduğunusöyləyib. Nazirqeydedibki,AzərbaycanınbirincixanımıMehribanƏliyevanınİSESCO-nunxoşməramlısəfirielanolunmasıvəfəaliyyətiAzərbaycanvəİSESCOarasındamövcudəməkdaşlığınyüksəksəviyyəsininsübutudur: “Bakıprosesiçərçivəsindəkeçirilənsilsilətədbirlərartıqİslamdünyasınınmədəni, elm,təhsilsəviyyəsinidünyamiqyasındasübutetməyəimkanverir”. Ə.Qarayev2017-ciildəBakıdakeçirilməsiplanlaşdırılanİslamHəmrəyliyiOyunlarınınİslamümmətiningələcəyi,sağlamlığınaminəmühümtədbirolacağınıvurğulayıb.
Azərbaycan regionda gübrədən ən az istifadə edən ölkədir. Azərbaycanda kiçik və ortamiqyaslı aqro-biznes müəssisələrinin inkişafına yardım etmək və aqrar sığortanı təşviq etmək məqsədilə dünən Bakıda “Azərbaycanda kənd təsərrüfatı sığortası mexanizmlərinin təkmilləşdirilməsi” mövzusunda təlim başlayıb. İlk paneldə “Kənd təsərrüfatı sektorunun inkişafı və təkmilləşdirilməsində kənd təsərrüfatı sığortasının əhəmiyyəti” mövzusunda müzakirələr aparılıb. İkinci paneldə iştirakçılara kənd təsərrüfatı sığortası məhsullarının hazırlanması metodologiyası üzrə təlim keçirilib.Təlim zamanı iştirakçılar məlumat tələblərinin icmalı, sığorta məhsullarının növü, strukturu və komponentləri, yenidən sığortalanma və aqro-sığorta sisteminin inkişafı üçün lazım olan digər əhəmiyyətli aspektlər haqqında məlumatlandırılacaq. IFC-nin (Beynəlxalq Maliyyə Korporasiyası) ekspertləri bu sistemin Ukraynada inkişaf etdirilməsi ilə bağlı öz praktik təcrübəsini bölüşüb.Qeyd edək ki, görüş IFC-nin Avropa və Mərkəzi Asiya üzrə Aqro-maliyyə Layihəsi tərəfindən yerli sığorta şirkətləri üçün təlim təşkil etmək məqsədilə Azərbaycan Sığortaçıları Assosiasiyası ilə birlikdə keçirilir.Dünən həmçinin “Azərbaycan kənd təsərrüfatı maliyyə aləti” (AZAFF) adlı layihəsi çərçivəsində “Azərbaycanda iqtisadi diversifikasiyanın sürətləndirilməsi: kənd təsərrüfatına dəstək” adlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə Frankfurt məktəbinin nümayəndəsi Erdal Kocaoğlu açıb.Daha sonra isə Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov çıxış edib. O, son zamanlar Azərbaycanda bu sahədə görülən işlərdən danışıb: “Kənd təsərrüfatı texnikasına marağın çox olması səbəbindən məcbur olduq ki, növbəli sistemə keçək.
Kimliyindən asılı olmayaraq, bütün insanlara qarşı xoş münasibət göstərmək dinimizi bizdən istəyirdir. SƏMƏD İSGƏNDƏROĞLU, Bu gün dünyada baş verən hadisələrə diqqət yetirəndə bütün konfliktlərin təməlində din faktorunun olduğu açıq-aydın görünür. İşin mahiyyətinə vaqif olanlar isə yaxşı bilirlər ki, din ayırıcı, savaşa şövqedici, qan tökülməsini istəyən bir güc qaynağı deyil, sadəcə müəyyən səbəblər üzündən həqiqətləri görə bilməyənlər, yanlış anlayanlar belə qənaətlərə gəlirlər. Çox uzağa gətməyək. Hamımız bu günlərdə Həcc ziyarətində basabas düşərək dünyasını dəyişən zəvvarlarımızın başına gələnlərdən üzülürük. Əslində biz tamamilə başqa şeyə üzülməli, özümüz üçün gərəkli nəticə çıxarmalıyıq. Məlumdur ki, uca dinimiz İslam Allah qarşısında insanlara hər hansı imtiyaz haqqı vermir, hər kəsi darağın dişləri kimi bərabər görür. Sevimli Peyğəmbərimiz Həzrət Muhamməd (s.ə.s.) öz qızı Fatimeyi-Zəhraya söylədiyi bir sözlə bu mövzuda qiyamətə qədər bütün insanlığa misilsiz bir dərs vermişdir. Məsələ belə olur ki, bir savaşdan müsəlmanlar qalib dönürlər və özləri ilə çox sayda qənimət, kölə, kəniz gətirirlər. Həmin dövrdə ən geniş yayılmış qənimətlər sırasında əsir alınmış insanlar yer alırdı. Onları bazara çıxarıb satır, istədikləri kimi incidirdilər. Ancaq İslamın gəlişi ilə bu gedişi dayandırdı və köləylə də insan kimi davranmaq şərtini ortaya qoydu. Fatimə anamız da belə bir zamanda atasının yanına gəlib ondan ev işlərində işlətmək, daha doğrusu, köməyindən faydalanmaq üçün bir kəniz, yəni əsir qadın istədi. İstəyərkən də qabar-qabar olub, dərisi soyulmuş ovcunun içini göstərdi ki, bəlkə istəyi qəbul olunar. Üstəlik onu da söylədi ki, hazırda Mədinədə ortabab ailələr belə qapıda bu cür insanları işlədirlər. Araya ani sükut çökür və sevimli Peyğəmbərimiz ciyərparası Fatimə anamıza təbəsssüm dolu gözlərlə baxdıqdan sonra onu evlərinə yola salır. Yola salanda da sevimli övladının müəyyən qədər küskün ola biləcəyi ehtimalını da düşünür. Bu sənin üçün sənin istədiyindən daha xeyirlidir. yenə Fatimə anamıza belə buyurur: - Qızım, Peyğəmbər övladı olduğuna güvənmə, Allah izn verməzsə, mən belə səni qurtara bilmərəm. Buyurun, uca dinimizin insana münasibəti, kimlərinsə özü üçün imtiyaz əldə etmək cəhdinin nə qədər böyük bir xəta olduğunun sübutu. Qiyamətə qədər bütün qadınlara iffət, iman örnəyi kimi göstərilə biləcək Fatimeyi-Zəhra anamıza verilməyən o imtiyaza özünü layiq görən o zavallı kimdir görəsən? Belə bir iddia var ki, Səudiyyə kralının oğlu şeytanı daşlamaq üçün böyük bir avtomobil korteci ilə yola çıxıb və mühafizəçilər də camaatın yolunun kəsdiyi üçün proqram pozulub, gedənlərlə gələnlər üz-üzə gəliblər, nəticədə basabas yaranıb və yüzlərlə insan həyatını itirib. Əgər bu iddia həqiqətdirsə, hesabı, Allah qatında sorğu-sualı necə olacaq, bunu təsəvvür eləmək adamın varlığını sarsıdır. Sevimli Peyğəmbərimiz buyurur ki, bir ərəbin ərəb olmayandan, bir ərəb olmayanın da ərəbdən heç bir üstünlüyü yoxdur. Bir insanın Allah qatında üstünlüyü yalnız təqva ilədir, yəni Allahdan qorxaraq günahlardan nə qədər uzaq dura bilməsi ilə bağlıdır. Əgər birisi bu həqiqətləri görmək istəmirsə, yer üzünün ən üstün, ən şərəfli ünvanı olan, Allah evi kimi tanınan Kəbədə belə özünü başqasından üstün görürsə, onun İslamdan zərrə qədər də anlayışı yoxdur, lap kral da olsa, seyid də olsa. Dinimiz hər kəsi təvazöyə dəvət edir, başqalarına hörmət göstərməyə çağırır, özünün qüsurlarını düzəltməyi hər gün dünənkindən daha yaxşı, daha xeyirli olmağa təşviq edir. Şeytan daşlamağa xüsusi avtomobil karvanı ilə getmək, gedərkən də dünyanın hər yerindən gəlmiş müsəlmanların haqqını tapdalamaq, onları sıxışdırmaq cəhalətdir, zülmdür və Allah-Təala bu zülmün hesabını o kəslərdən sorar. İşin mahiyyətini bilənlər bilirlər ki, Həcc ziyarəti dünyada ikən axirəti yaşamaq, daha doğrusu, diri ikən ölümü yaşamaq deməkdir. Bu həqiqətin fərqində olan zəvvarlar onları dişləyən ağcaqanadı belə öldürməkdən çəkinir, yeriyərkən ayaqlarının altına baxırlar ki, hansısa həşaratı tapdalayıb öldürməsinlər. Sən yüzlərlə insanın ölümüə səbəb olursansa, aqibətinə acımaq belə doğru deyil. Bu cür əməlləri özünə rəva bilmək üçün nə qədər zavallı, nə qədər nəsibsiz olmaq lazımdır!.. Bəli, insan haqları, kimliyindən asılı olmayaraq, bütün insanlara qarşı xoş münasibət göstərmək dinimizin bizdən istəyidir. Qarşındakı insan dinsizdir, ya hansısa təhrif bir inancın mənsubudur, bu sənə əsas vermir ki, onun qəlbini qırasan, haqqını tapdalayasan. Bizim dinimiz, əxlaqımız bizə səmimi olmağı, dürüst olmağı əmr edir, bir qədər ədəbi üslubla ifadə etsək, izimizdə gül bitirməyi tövsiyə edir. Amma nə yazıq ki, başqalaşmaq, yadlara bənzəmək, əxlaqından imtina etmək son illərin tez-tez görünən acı mənzərələrindəndir. Tarix bir növ çoxsaylı təkrarlardan ibarətdir. Hadisələr o qədər bir-birinə yaxın və bir-birinə bənzər cərəyan edir ki, insan yanılaraq həmişə eyni istiqamətdə, eyni şeylərin cərəyan etdiyi hökmünü də verə bilər. Buna baxmayaraq, düşünənlərin sayı nə qədər az, düşüncələr nə qədər kasad və könüllər həqiqətlərə nə qədər də yaddır! Kim bilir, neçə dəfə girdablara qapılıb cəhənnəm çuxurlarına düşdük və neçə dəfə fəvvarələrə minib zirvələrə ucaldıq. Hələ də bəzi lovğalardan nəsihət alır və yüzdə yüz zərərimizə olan paradokslara giririk. Elə hey kabus kimi göstərilən öz dünyamıza qarşı da insafla yanaşıb özgələşmədən heç cür imtina edə bilmədik. Nə olardı, bir dəfə də bu millətin nəbzinə əlimizi qoyub, öz-özümüzü dinləyə bilsə idik. Millətimizə ədavət bəsləyənlərdən xilaskar əllərin uzanmasını gözlədik və yadların təsbitlərinə görə onlar haqqında bir-bir hökmlər sıraladıq! Özgələşmə bizdə idbar dövrü ilə başlanan bir xəstəlikdir. Başladığı gündən bəri də “rekord” səviyyəli bir sürətlə artaraq yayılmışdır. Bir inayət əli dadımıza çatmasa, önümüzdəki illərdə bu sürətlə haralara gələcəyimizi indidən demək kahinlik sayılmazdı. Özgələşmə millətlərin qaynayıb bir-birinə qarışması və bir-biri ilə səmimi olması ilə başlayar. Düşüncə və mədəniyyət mübadiləsi ilə dərinləşər və kök salar. Beləliklə də, o, həm qaliblərdən məğlublara, həm də məğlublardan qaliblərə keçmə nüvəsini daşıyan bir xəstəlikdir. Bir yöndən onun məğlublara aid bir əhval-ruhiyyə olduğunu iddia etmək olar, lakin mütləq mənada belə olduğunu demək də düşünülmədən verilmiş bir qərar olardı. Məncə, bu mövzuda ən önəmli məsələ özgələşmə zəmin və mühiti hazırlananda milli və ictimai bünyənin xəbərdar edilməməsi və ümumi bir həyəcan siqnalı verilməməsi məsələsidir. Toplumlar özgələşməni sezə biləcək və daxilə sızma istedadına malik zərərvericilərə qarşı parol soruşacaq qədər bəsirətli olduqları dövrlərdə özlərini mühafizə etmiş və müəssisələrinin təxrib olunmasına imkan verməmişlər. Bu sezmə və bəsirəti göstərə bilmədikləri dövrlərdə isə, özlərinə aid əsas doğmalığı və mənanın təhrifinə zəmin hazırlamış və sonra da tarix səhnəsindən silinib getmişlər. Davamı növbəti sayımızda.
“Rəssamlar da şairlər kimi çox mütaliə etməlidirlər”. QVAMI MƏHƏBBƏTOĞLU, Rəssam Kirman Abdin 1959-cu ildə Şahbuz rayonunun Külüs kəndində anadan olub. 1982-ci ildə Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunu, 1988-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsini tətbiqi qrafika ixtisası üzrə bitirib. 1984-cü ildən respublika və keçmiş SSRİ-nin ümumittifaq və beynəlxalq sərgilərinin iştirakçısıdır. 2006-cı ildən Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin, həmçinin FECO (Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyası) Azərbaycan qrupunun üzvüdür. Mütəxəssislər onu həm də müxtəlif mövzulu qrafik əsərlər silsiləsinin müəllifi kimi çox bəyənirlər. Kirman Abdinin son illər kompyuter qrafikasında işlədiyi əsərlər də mövzu zənginliyi baxımından daha çox maraq doğurur. Üç il öncə onun fərdi bədii plakat sərgisi də təşkil olunub. Rəssam Kirman Abdin hazırda çağdaş Azərbaycan poeziyasının klassiklərindən olan Xalq şairi Məmməd Arazın şeirləri əsasında illüstrasiyalar üzərində işləyir. O, həmin əsərlərini gələn ilin yazında sənətsevərlərə, Məmməd Arazı sevənlərə təqdim etmək niyyətindədir. Elə rəssamla da söhbətimiz bu mövzudadır. İstər məktəb, istərsə də tələbəlik illərində həmişə yeni şeirləri oxuyar, əgər belə demək mümkünsə, onlardan könlümə yatanları əzbərləməyə çalışardım. Nə gizlədim, yaddaşıma ən çox yüklədiyim, həkk etdiyim Məmməd Araz idi. Elə indi də onun şeirlərinə tez-tez müraciət edirəm. Məncə, Məmməd Araz ən uca fikir zirvəsidir. Onun poetik ifadələrinin alt qatında böyük hikmətlər var. Onları aforizmə çevirmək, nəğməyə, musiqiyə salmaq, təsviri sənətə gətirmək isə bizlərin üzərinə düşür. Mən bir rəssam kimi deyə bilərəm ki, Məmməd Araz sözün min bir rəng çalarının rəsmini çəkən bir şairdir. Sözün düzü, elə onun bu rəssamlığı məni valeh etdi və mən onun fikirlərini, düşüncələrini illüstrasiyalarla bir daha sənətsevərlərə çatdırmağı qərara aldım. Yeri gəlmişkən, rəssamlıqda böyük sənət əsərlərinə bir baxış məsafəsi var. Böyük sənət əsərlərinə nə qədər uzaq məsafədən baxsan, o qədər də o əsər nöqsansız, bütöv və möhtəşəm görünər. Məmməd Araz yaradıcılığı da məhz bu möhtəşəmliyi ilə seçilir. - Kirman müəllim, Məmməd Arazın yaradıcılığında mayası nur, qayəsi nur olan məmləkət, ayağa qaldırmaq istədiyi və qaldırdığı Vətən və bir qədər də giley vardı. Bu mənada Məmməd Arazı elə Məmməd Araz kimi təqdim etmək çətin olmayacaq ki? Odur ki, şairin bu ya digər şeirinə illüstrasiya çəkəndə həmin əsəri dəfələrlə oxuyur, nə demək istədiyini dərindən duymağa, çalışıram. Bir sözlə, yaxşı başa düşürəm ki, çəkdiyim hər bir əsərdə özünəməxsus müdrikliklə, həm də istehza ilə bütün “mənəm-mənəm” deyənlərə “Dünya sənin, dünya mənim, dünya heç kimin”, içimizdə özünü azərbaycanlı hesab edən, lakin bu xalqın taleyindən heç xəbərləri belə olmayanlara “Vətən daşı olmayandan, olmaz ölkə vətəndaşı”, - deyən Məmməd Araz daha əzəmətli görünməlidir. Yeri gəlmişkən, onu da deyim ki, Məmməd Araz poeziyasında daş motivi bütövlük, Vətənə, torpağa bağlılıq, əsl vətəndaşlıq mənalarını ifadə edir. Şair hətta özünü şeirlərindən birində milli şeirimizin “daş əsgəri” adlandırır. “Məsləhətçim. - Sizin sözlərinizdən belə başa düşdüm ki, şairin hər bəndi, misrası sanki bir illüstrasiyadır. - Elədir, odur ki, mən onun bəzi misralarına, beyt və bəndlərinə də illüstrasiyalar çəkirəm. Məsələn: Ey ilham pərisi varsansa əgər. Bu axşam üstümə qanadını gər. - Bu əsərlərin ərsəyə gəlməsində kimlərinsə yardımına ehtiyac duyursunuzmu? Bayaq dediyim kimi, o, sözün min bir rəng çalarının rəsmini çəkən bir şairdir. Bu mənada bu işdə mənim məsləhətçim elə Məmməd Araz poeziyasıdır. Daha doğrusu, elə şairin özüdür. Çək sinənə - qayaları yamaq elə, Haqq yolunu ayağına dolaq elə, Bayrağını Xəzər boyda bayraq elə. Bu misralarla şair özü elə tablolar yaradıb da. Mən hələ onun “Qayalara yazılan səs” poemasında canlandırdığı təbiət mənzərələrini, peyzaj lirikasının yaddaşlara həkk olunan mükəmməl nümunələrini demirəm. Bir sözlə, Məmməd Araz yaradıcılığında mahir bir şair-rəssam kimi çıxış edir. Belə deyək də... Adətən, bu və ya digər şairin sözlərinə bəstəkarlar tərəfindən mahnılar yazılır. Hərdən bu barədə söz düşəndə bəstəkarlar deyirlər ki, filan şeir o qədər axıcı, o qədər melodik idi ki, ona mahnı bəstələməmək mümkün deyildi. Mən isə belə deyirəm: Məmməd Arazın şeirləri həm də o qədər baxımlıdır ki, onları kətana köçürməmək qəbahətdir. Buynuzlu qeybətlər, cisimlərarası münasibətlər, dumanlı söhbətlər də M. Araz əsərlərində yer alıb. Məsələn: Sonradan anladım, xeyli sonradan. Cibə girən olur gözə girənlər. Başqa bir şeirində isə deyir: Deyirəm, qoltuğa girən adamdan. Yaxşıdır bir sınıq qoltuq ağacı. Məncə, onun belə misraları karikaturaçı rəssamlarımız üçün əsas xammaldır. Şairin tövsiyəsi. - Kirman müəllim, yəqin ki, Məmməd Arazla şəxsi tanışlığınız olub? Şairin anadan olduğu Şahbuz rayonunun Nurs və mənim boya-başa çatdığım Külüs kəndlərini bir-birndən ayıran “Düz” deyilən dağdır. Nəşriyyatda sağlamlığına görə tez-tez onu narahat etmirdim. Narahat edəndə də həmişə gülərüzlə, mehribanlıqla qarşılanırdım. - Onunla bağlı hər hansı maraqlı bir hadisə, yaxud söhbətlər yaddaşınızda qalıbmı? Onlardan birini xatırlatmaq istərdim. Söhbətlərimizin birində o, mənim az kitab oxuduğumu irad tutaraq dedi: “Unutma ki, rəssamlar da şairlər kimi çox mütaliə etməlidirlər. Hər bir maraqlı kitab özü elə bir rəsm əsəridir. Ondan nələri isə öyrənməyin nəyi pisdir ki?” Onun bu sözlərindən sonra mən bədii ədəbiyyata daha çox meyil saldım. İllüstrasiyalarınızdan ibarət sərginizi bu ərəfədə sənətsevərlərə təqdim etmək fikrindəsiniz? - Yox, mən sərgini dediyiniz tarixdə təşkil etmək niyyətində deyiləm. Belə ki, Məmməd Arazın qardaşı İbrahim müəllimin dediyinə görə, şairin anadan olduğu gün yazın 45-ci günü olub. Elə mən də sərgimi bu aylarda, daha doğrusu, yazda sənətsevərlərə təqdim etmək niyyətindəyəm. - Ümumiyyətlə, neçə əsər nümayiş etdirmək fikriniz var? Amma sərgiyə qədər bu istiqamətdə işimi davam etdirəcəyəm. - Kirman müəllim, mən illüstrasiyaların bir neçəsinə baxdım. Onların hər biri mənə çox maraqlı gəldi. Hətta onlarda müxtəlif cərəyanlar özünü göstərir. Bir də mənə elə gəlir ki, bu əsərlərlə siz illüstrasiya sahəsinə yeniliklər də gətirmisiniz. Bu barədə də bir neçə kəlmə danışmağınızı xahiş edirəm. - Bildiyiniz kimi, illüstrasiya mətni müşayiət edən və onu tamamlayan təsvir, daha doğrusu, bədii və elmi əsərləri obrazlı təsvir edən sənət sahəsi anlamındadır. İllüstrasiya sənətinin ilk nümunələri qədim əlyazmaları bəzəyən miniatürlərdir. Amma mənim çəkdiklərim sırf klassik cərəyan janrında deyil. Mən bu əsərlərimdə ötən əsrin birinci rübündə təsviri sənətdə, xüsusilə rəngkarlıqda ərsəyə gəlmiş modernist cərəyanın - kubizmin imkanlarından faydalanmağa çalışmışam. Kubizm həyat gerçəkliyini həndəsi səhtlər, cisim və fiqurlar vasitəsilə təsviri verməyə imkan verir. Yəni bu üslubda işləyən rəssamlar əşyanı, predmetlərin formasını kub, silindr, şar şəklində həndəsiləşdirirlər. Mən onu modern kubizm şəklinə salıb insan fiqurunu bu cərəyana uyğunlaşdırmışam. - Kirman müəllim, indiyədək hansı rəssamlarımız Məmməd Araz yaradıcılığına müraciət ediblər? Lakin ilk dəfə Məmməd Araz şeirlərinə həsr edilmiş illüstrasiyalar sərgisini təşkil etmək mənə nəsib olacaq.
Krımın türk-tatar qaraçıları. ƏZIZ MUSTAFA, Qaraçılar vətəni olmayan və belə demək mümkünsə, dünyanın hər yerinə yayılan və indinin özündə belə böyük hissəsi yarıköçəri, yarıoturaq həyat sürən bir toplumdurlar. Onların tarixinin Hindistandan başladığını tədqiqatçılar dəfələrlə sübut etməyə çalışıblar və bununla bağlı çoxlu sayda elmi tədqiqat əsərləri də yazılıb. Avropadakı və Amerikadakı qaraçılar özlərini rom, Suriya və Fələstindəki qaraçılar isə dom adlandırırlar. Amma Krımda yaşayan qaraçılar özlərinə “krımatika”, “qurbet” deyirlər. Ümumiyyətlə, dünyanın hər yerinə səpələnmiş qaraçıları bir-birilərindən ayıran yeganə xüsusiyyət onların müxtəlif dinlərə mənsub olmalarıdır. Buna səbəb qaraçıların yaşadıqları ölkənin əhalisi ilə sıx kontakta girə bilmələri üçün yerli xalqın sitayiş etdiyi dini qəbul etməyə məcbur olmalarıdır. Avropada katolikliyi, protestantlığı, lüteranlığı, İslam ölkələrində isə İslamı qəbul edən qaraçıların böyük əksəriyyəti 2-3 min il bundan əvvəl olduğu kimi, yenə də köçəri həyat sürməkdə davam edirlər. Amma onların bir hissəsi artıq oturaq həyata keçməyə başlayıb. Bu baxımdan Krım qaraçıları daha çox diqqəti cəlb edir. Qaraçıların Krıma köç etmələrinin dəqiq tarixini heç kim bilmir. Bəzi tədqiqatçılar (V.X.Kondaraki) qaraçıların Krıma İrandan, Balkanlardan, digər tədqiqatçılar (N.Svyatski) Moldovadan gəldiklərini yazırlar. Amma tədqiqatçı alim V.İ.Filonenko qaraçıların Krıma müxtəlif vaxtlarda, fərqli yerlərdən hissə-hissə gəldiklərini yazır. Tatarlardan fərqlənmirlər. Krıma gələn qaraçılar, əvvəlcə, türklərin məskunlaşdıqları Baxçasaray və Salaçikdə məskunlaşıblar. Sonra isə tədricən bütün Krıma yayılıblar. Onlar Qurani-Kərimi tatarlar qədər, hətta onlardan yaxşı bilir, İslam dininin adət-ənənələrinə fanatikcəsinə əməl edirlər. Krım qaraçıları burada yaşayan tatar ( türk) əhali arasında yaşadıqlarından onların dillərini yaxşı bilirlər, onlar kimi geyinirlər. Əyinlərinə tatar xalatı geyinir, başlarına tatar papağı qoyurlar. Onlar bütün vasitələrlə tatarlardan fərqlənmək istəmir, onlara oxşamağa çalışırlar. Krım qaraçıları dinləri eyni olduğundan buradakı tatarlara qız verir və qız alırlar. Bu da onların tatarlarla qaynayıb-qarışmasına gətirib çıxarıb. Krım qaraçıları tatarlar kimi zurna və nağarada məharətlə ifa edirlər. Onların adət-ənənələrini, toyla yas mərasimlərini yerli tatarların analoji tədbirlərindən ayırmaq mümkün deyil”. Türklərlə (tatar) qaynayıb-qarışma nəticəsində Krım qaraçılarının dillərinə kifayət qədər türk sözləri keçib. Hazırda Krım qaraçılarının dillərindəki sözlərin 40 faizindən çoxunu tatar (türk) sözləri təşkil edir. Amma Krımda yaşayan qaraçılarn İslam dinini nə vaxt qəbul etdikləri məlum deyil. Krıma gələn qaraçıların hələ Balkanlarda yaşadıqları vaxtlar İslam dininə sitayiş etdikləri məlum idi. Nəhayət, yenə də qeyd edək ki, Krımda yaşayan qaraçılar özlərini Avropa və Amerika qaraçılarından fərqli olaraq, həm də “Qurbet” adlandırırlar. Bu söz türk sözü olub qürbət, qürbətdə yaşayanlar deməkdir. Onlar özlərini “qurbet” adlandırmaqla türk soyundan gəldiklərini iddia edirlər. Antropoloji baxımdan Krım qaraçıları arasında türklərə bənzəyənlər az qala onların 70-80 faizini təşkil edir. Bu da onların əsrlərlə tatarlarla birgə yaşamalarından, onlara qaynayıb-qarışmalarından irəli gəlir. Krım qaraçıları xarakter etibarilə sakit xalqdırlar. Onlar istənilən mübahisəni dinc yollarla həll etməyə çalışırlar. Amma bu onların fağır, məzlum olmaları demək deyil. Krım qaraçıları yerli tatarlar kimi döyüşkəndirlər və olduqca emosionaldırlar. Onlar donuz əti yemir, şərab içmirlər. Qeyd edək ki, almanlar Krımı işğal edərkən qaraçıları axtarıb taparaq və onları da yəhudilər kimi güllələmək istəyirdilər. Ancaq yerli tatarlar İslam dini qəbul edən qaraçıları almanlara təhvil vermədilər və onların köç edib getdiklərini bildirdilər. Almanlar Krımı işğal etdikləri 3 il ərzində qaraçıları yerli tatarlardan ayıra bilmədiklərindən onlardan bir nəfərini də ələ keçirib güllələyə bilmədilər. Ancaq Orta Asiyaya sürgün edilən müsəlman qaraçıların böyük hissəsi müxtəlif yollarla sürgündən qaçaraq yenidən Krıma - doğma evlərinə qayıda bildilər. Toy və yas mərasimləri. də eynidir. Krımda türklərlə birgə yaşamaları qaraçıların həyatında mühüm rol oynayıb. Onlar qeyd etdiyimiz kimi, Krım türklərinin (tatarların) adət-ənənələrini, dilini elə mənimsəyiblər ki, kənardan baxan heç vəchlə qaraçı ilə Krım tatarını bir-birindən ayıra bilmir. Krımın türkləşmiş, tatarlaşmış qaraçılarını buradakı yerli xalqdan ayırmaq, ümumiyyətlə, mümkün deyil. Çünki zahirən də, xarakter etibarilə də türkləri sanki təqlid edirlər. Türk milli musiqi alətlərində (zurna, saz, nağara) çalmağı öyrənən qaraçılar türk milli mahnılarını da məharətlə, yüksək səviyyədə ifa edirlər. Krımdakı türk-tatar toylarının çoxunu qaraçılar aparırlar. Krım qaraçıları məşğul olduqları sahələrə görə müxtəlif qruplara bölünüblər. Özü də onlar özlərinin məşğul olduqları sahələri türk adları ilə adlandırırlar. Məsələn, ayı oynatmaqla məşğul olan qaraçılar özlərini ayıçılar, ələk və səbət düzəldənlər isə ustalar, nağaraçı, balaban çalanlar, “davulçular” (türkcə davul-nağara) adlandırırlar. Oturaq həyata keçmək qaraçıların daha incə sənətlərlə məşğul olmalarına gətirib çıxarıb. Məsələn, Krım qaraçıları tatarlardan zərgərliyi mənimsəyərək, mahir zərgərlərə çevriliblər. Onu da deyək ki, zərgərlər Krım qaraçıları arasında ən varlılarıdır. Davulçular - nağara çalanlar dini bayramlarda (Ramazan, Qurban bayramı) və toylarda kifayət qədər yüksək qazanc əldə edirlər. Ən mahir davulçular Salaçikdədir. Krım qaraçılarının həyatını tədqiq edən akademik Konçevski yazır: “Ən mahir musiqiçilər Salaçikdədir. Salaçik dünyanın açıq səma altında olan məşhur konservatoriyasıdır. Salaçik qaraçıları tatar toylarının bəzəyidirlər”. Toylardan danışarkən onu da deyək ki, Krım qaraçıları da tatarlar kimi qız ərə verərkən oğlan tərəfindən kalım, süd pulu, başlıq alırlar. Başlıq verə bilməyənlər bu pulu yığıb verməlidirlər. Amma artıq bu adət öz əhəmiyyətini itirməyə başlayıb. Başlıq verə bilməyən Krımın türkləşmiş qaraçıları qızın razılığı əsasında rəsmi nikaha girirlər və bununla da məsələ bitmiş hesab edilir. Krım qaraçılarının yas mərasimləri də yerli tatarlarınkı kimidir. Onlar tatarlar kimi İslam dininin qanun-qaydalarına uyğun olaraq, oruc tutur, qurban kəsirlər. Krım qaraçıları tatarlar kimi “yılbaşı”nı, Novruzu bayram edirlər. Krımın bəzi yerlərində türkləşmiş qaraçılar əhalinin 70-80 faizini təşkil edirlər. Məsələn, Yevpatoriyanın İsmayıl bəy adlı mikrorayonunda yaşayanların da 70 faizi qaraçıdır. Onlar özlərini türklər kimi dayfa (tayfa) adlandırırlar. Onların adları tatar adlarından fərqlənmir, tatarlardan daha çox məscidə gedir, tatarlardan daha çox İslam adət-ənənələrinə hörmət edirlər. Krım-Tatar Etnoqrafiya Muzeyinin Krım-Tatar Etnoqrafiyasının şöbə müdirinin müavini E.S. Zeynəliyeva yazır: “Yevpatoriya qaraçılarını tatarlardan ayırmaq mümkün deyil. Məsələn, Məmişeva Xədicə Cankoyda yaşayır. “Beloqorsk” bazarında alver edən Ədəm Mambetşayevi də tatarlardan ayırmaq çətindir. Amma “beynəlmiləlləşmə” Krımın tatarlaşmış qaraçılarına da təsir edib. Belə ki, Krımdakı türkləşmiş qaraçıların bəziləri qeyri-islam dininə mənsub olan qaraçılarla evlənirlər. Məsələn, Sərvərov Xəlil islam dininə, həyat yoldaşı Rita isə xristian dininə sitayiş edir. Amma bu onların birgə yaşamasına mane olmur. Onlar həm Qurban bayramını, həm Pasxanı, Troitsanı və Yılbaşını (Novruz bayramı və ya Yeni il) birgə bayram edirlər. Yura Umerovun ailəsi də oxşar talelidir. Roza da deyir ki, müsəlman və xristian bayramlarını birgə bayram edirlər. Onlar da özlərini tatarlardan ayırmırlar. Bir sözlə, bu gün Krım qaraçıları haqqında “onlar həm tatar, həm də qaraçıdırlar” deyirlər.
Şərəflə yaşanan ömür. Həmsöhbətim Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, qədim Azərbaycan musiqi alətlərinin bərpası və təkmilləşdirilməsi elmi laboratoriyasının müdiri Maya Qafarovadır. Onun özü təvazökar, sadə, lakin ləyaqətli insan, təpədən dırnağa Azərbaycan xanımıdır. Şərq orta əsr musiqi mədəniyyətində vaxtilə geniş yayılmış cəng, Şirvan tənburu, rud, bərbəd, cəqanə, cövür, rübab, səntur, qopuz kimi musiqi alətləri hal-hazırda Maya xanımın rəhbərlik etdiyi laboratoriyada qorunub saxlanılır. Bu sənət ocağının yaradıcısı bu yaxınlarda 70 illiyini qeyd edəcəyimiz mərhum sənətşünaslıq üzrə elmlər doktoru, professor Məcnun Kərimov idi. Onun vəfatından sonra laboratoriyaya rəhbərlik Maya Qafarovaya həvalə edilmişdir. Beləliklə, sənətkara ilk sualımız: - Nələr var Maya xanımın ömür ssenarisində? Atam musiqiyə, muğama böyük həvəs göstərirdi. Ailədə böyüyən 4 uşağa musiqi təhsili vermişdi. Evimizdə tez-tez qonaqlıq olardı. Gələn qonaqlara biz uşaqlar, sadə dildə desək, konsert təşkil edirdik. 1990-cı ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının “Tarix və nəzəriyyə” fakültəsinin, Azərbaycan xalq çalğı alətləri şöbəsinin xalq artisti, Şəfiqə Eyvazovanın və Azərbaycan Xalq Çalğı Orkestrinin Xalq artisti professor Süleyman Ələsgərovun sinfini bitirmişəm. Elə həmin ildən Azərbaycan Dövlət Konservatoriyası “Azərbaycan xalq çalğı alətlərinin dirijorluğu və orkestrləşməsi” kafedrasında müəllim kimi fəaliyyətə başladım. Xoşbəxtəm ki, gənc yaşlarımda tanınmış sənətçilərdən dərs almış, sonralar isə onlarla çiyin-çiyinə birgə çalışmışam. Bunlardan Xalq artistləri Süleyman Ələsgərov, Tofiq Quliyev, Vasif Adıgözəlov, Hacı Xanməmmədov, Ramiz Mustafayev, Nəriman Əzimov və s. Hazırda respublikanın Xalq artisti, dünya şöhrətli pianoçu Fərhad Bədəlbəylinin rəhbərlik etdiyi sənət məbədində çalışıram. Bu sənət ocagında Xalq artistləri Arif Məlikov, professorlar Gülnaz Abdullazadə, Ramiz Quliyev, Yusif Axundzadə və s görkəmli sənətkarlarla çalışıram. 2002-ci ildə sənətşünaslıq doktoru, professor Ramiz Zöhrabovun rəhbərliyi altında “Bəstəkar Süleyman Ələsgərovun Azərbaycan xalq çalğı alətləri üçün əsərləri və onların interpretasiya xüsusiyyətləri” mövzusunda dissertasiya müdafiə etmişəm. Dəfələrlə bakalavr, magistr, disertantların diplom işlərinə, dissertasiya müdafiələrinə apponentlik etmişəm. 2013-cü ildə VMA-nın rəhbərliyi, professor, müəllim heyətinin böyük etimadı ilə “Azərbaycan xalq musiqisinin nəzəriyyəsi” kafedrasına professor vəzifəsinə seçilmişəm. İşin problemlərini evə daşımaqdan heç xoşum gəlmir. İşdə olanda varlığımı bütünlüklə işə, ailədə isə evə həsr edirəm. - Ailənizdə övladlarınızın tərbiyəsində nəyə üstünlük vermisiniz? Iki oğul böyüdürəm. Tərbiyədə ən vacib olan sadəliyə, səmimiliyə, həqiqətə, mehribançılığa söykənmişik. Hazırda Vüqar Məmmədzadə Bakı Musiqi Akademiyasının bəstəkarlıq fakültəsinin 1-ci kurs tələbəsidir. - Xalqımızın hansı adət-ənənəsi Sizin üçün daha vacibdir? - Ailədə bu dəyərləri qoruyub-saxlaya bilirsinizmi? - Dünyanın hansı ölkəsində olsaq da, hansı vəzifədə oluruqsa, hər zaman azərbaycanlığımızı, etnik kökümüzü unutmuruq. Ulu Tanrı bağışlayır və bağışlayanları qiymətləndirirsə, mən kiməm ki, bağışlamayım? Hər şeyi həvalə edirəm Ulu Tanrıya. Onların hamısı mənə əziz və doğmadır ilk yerdə atalı-analı xatirələr gözümün önünə gəlir. - Ana kimi uşaqlarımı Vətənə layiq vətəndaş kimi böyütməyə çalışıram. Arzum budur ki, torpaqlarımız işğalçılardan azad olsun, bir pedaqoq kimi isə sabahın tələbələrini peşəkar musiqiçi kimi yetişdirmək. Qoy zəngin tarixi olan xalqımız gözəl, bəxtəvər yaşasın, sabit-inkişaf edən Azərbaycanımızın səsi daha da ucalardan gəlsin. Şövkət Hüseynova. H.B.Zərdabi mükafatı laureatı.
Öz əxlaqını yaşamaq və yadlaşmaq. Əvvəli ötən sayımızda. Bəzən rifah, zəngin həyat o qədər cazibəli və güclü olur ki, toplum ona qarşı müqavimət göstərə bilmir. Əslində rifah yaxşı şeydir və ondan qaçmağı da kimsə istəməz. Ancaq rifaha qovuşmaq üçün dəyərlərini satırsansa, bu artıq böyük bir problemdən xəbər verir. Etiraf edək ki, bu gün bir çox müsəlman ölkələrində insanlar zillət içində yaşayırlar. Zillətdən qurtarmaq üçün də rifah səviyyəsinin daha yüksək olduğu Qərb ölkələrinə üz tuturlar. Həm də yaxşı bilirlər ki, gedəcəkləri yerdə öz dinlərini əvvəlki səmimiyyətlə yaşamayacaqlar, üstəlik də gələcək nəsillər Qərbin dinini qəbul edə bilərlər. Bir həqiqət var ki, ortadakı naqislik dinə aid deyil, onu yaşamaq istəməyən topluma aiddir. Tərixdə də bunun çox parlaq örnəkləri var. Romanın zülm və təzyiqinə qarşı xristianlığa dörd əllə sarılan kütlələr daha sonra bilərəkdən və ya bilməyərəkdən, Roma həyatından bir çox yeni anlayışı mənimsəyib dinlərinə qatdılar və beləcə, bəlkə də uca bir dinin əsasını alt-üst etdilər. Bu mübadilə fəaliyyəti sonralar da davam etdi və zavallılar bundan heç cür xilas ola bilmədilər. Bir tərəfdən, o günün məzlum, məğdur (zərər çəkmiş) kölələri zülm və despotizmdən xristianlığın himayəsinə sığınarkən, digər tərəfdən düşmənlərinə aid hər şeyi istifadə etmə, bir naşılıq və bir aldanma, bəlkə də, iqbal ehtirasına qapılma kimi şeylərlə, hər nə olur-olsun, qısa müddətdə müxtəlif mutasiyalarla özlərinə yad bir mahiyyətə büründülər və bir daha da özlərinə qayıda bilmədilər. Tarix təkrar olunur: Bu gün də Qərbə qarşı eyni əhval-ruhiyyəni daşıyan nə qədər millət göstərmək mümkündür. Bu millətlər istər Qərbin texnologiyadakı üstünlüyünü, rifah səviyyəsini əldə edib onlar kimi firavan həyat sürmə arxasınca olsunlar, istərsə də millətlərinə xidmətin ancaq bu yolla olacağına inansınlar, onlar doğmalıqdan uzaqlaşma və öz-özlərini təxrib etmə yolundadırlar. Qarşıdakı dünya keçmişdən bu günə, üstünlüyünü qorumaqdan başqa heç nə düşünmədi və bu yolda hər yolu qanuni, hər səbəbi mübah (doğru, uyğun) saydı. Arada bir fərq var, o da; dünənki kölələrin əvəzinə, bu gün kölələşdirilməsinə çalışan millətlərin olması və dünənki kölələrin baş qaldırma müqabilində bu gün baş qaldıran millətlərin mövcudluğudur. Bəli, əvvəllər yeri, yurdu, kökü və keçmişi olan bütün toplumlar, indi bu ziddiyyətli dünyanın qarşısına çıxma hazırlığındadır. Yaxın tarixə qədər insanımız bu ziddiyyətli dünyaların meydana gətirdiyi qanlı kabuslar önündə belə, ona daim hüsnü-zənn etmiş və optimizmi itirməmişdir. Lakin üst-üstə gələn dünya müharibələri və arxasınca da fəlakətlər bu qarşıdakı dünyanın “şüuraltı” kin və nifrətini cücərtmiş və insanımızın gözünü açmışdır. Artıq hər kəs ayan-bəyan görür ki, bu dünya hüsumət və düşmənlikdən başqa bir şey bilmir. Zəif olduğu dövrlərdə siyasəti ilə, qüdrətli olduğu dövrlərdə də fəlsəfəsinin təməl əsası olan: “Haqq qüvvətdədir” düsturunu rəhbər tutaraq, daim zülm və xəyanət cəbhəsində olub; daim əzib inlətmişdir. Dinlər onu tərbiyə edə bilməmiş; mürşidlər azğın ruhunu uslandırammamış və könlünə bir damla səmimiyyət iksiri içirə bilməmişlər. Bəzən o xristianlığa bir xilaskar kimi sarılmış və bəzən onun da kifayət etmədiyini elan edərək başqa məhbub arxasına düşmüşdür. Xristianlığa qarşı İntibahı belə bir əhval-ruhiyyə ilə üzə çıxarıb Alpların zirvəsinə yerləşdirmişdi. Səlibi bayraqlaşdırıb yer üzünü işğal etməyə başladığı zaman nə qədər səmimiyyətsiz idisə, bir o qədər də yeni bütünə qarşı süni və qeyri-səmimi idi. O, nə min bir canfəşanlıqla Anadolunun hər yanını xaçlıların tapdağına saldığı dövrdə, nə də dini duyğuları zəncirə vurub kilsədə həbs etdiyi dövrdə əsla səmimi olmamışdır. Onun xristianlığa möhkəm sarılması yeni bir inanc, yeni bir nizam və yeni bir “dünya-üqba” anlayışına qarşı qəzəbinin gərəyi, nəticəsi idi. Bu yeni inanc və sistemlə mübarizədə xristianlığın da kifayət olmadığını anlayanda, İntibahla həmbəzm (məclis yoldaşı, kef yoldaşı) oldu. Bu onun “antik” dövrləri imdada çağırması, geri qayıdış və irtidadı (dindən dönməsi) idi. Yəni büdrəyərkən başqa bir dağıntıya söykənməsi, ölülərdən mədəd umması və məzarlara müraciət etməsi idi... Zavallı Qərb bu halı ilə özünü qurtaracağını sanırdı! Əslində, bu libas dəyişməkdən başqa bir şey deyildi. Köhnə paltarının yerinə əyninə keçirdiyi gözoxşayan bir geyimlə əbədi varlığa qovuşacağına ümid edirdi. O, umduqlarından heç birini əldə edə bilmədi. Əksinə, bilə-bilə özünü mürtəcelik bataqlığına sürüklədi. Səlib yürüşləri ilə görmə və tanıma fürsətini tapdığı yeni din və yeni dünyanın insanı onu o qədər ürkütmüşdü ki, mütləq bu dünyanın payını vermək istəyirdi. Çünki yeni nizamın ruhundakı müsamihə və xoşgörünün, onu bir gün Qərbin qapılarına qədər gətirəcəyini və hakim edəcəyini düşünür və düşündükcə də hövsələdən çıxırdı. Bəli, o, beləcə fikir götür-qoyu içində öz dəyərlərini və məsnədlərini (dayaq) yenidən tənqid etməyə başladı. Və yeni bir məşuqun axtarışına başladı. Qısa vaxtda da özünü etnoqrafik muzeylərdə tapdı. Və o gün bu gün bir daha da könlünü verdiyi o qədim müstəhasələrdən (torpaq altında qalıb daşlaşmış heyvan və ya bitki qalığı) xilas ola bilmədi. Kaş ki, təvazökar və fəzilətli ola və qapısına qədər gətirilən bu yeni həyat iksirindən içə biləydi, indi dünyanın çöhrəsi tamamilə fərqli olardı! Lakin o, təəssübkeş davrandı və ona ölümsüzlük müjdəsini gətirən bu şəfqətli əli qırdı. Əslində bu döyüş və mübarizə heç vaxt səmimi və təmənnasız olmayan qatı bir dünyanın mayası səmimiyyət və fitriliklə yoğrulmuş yeni bir dünyaya qarşı ürkəkliyinin göstəricisi idi. Bütün tarix boyu bu belə də davam edəcəkdi. Qüdrətli olduğu vaxt son dərəcədə azğınlaşan; zəiflədiyi dövrələrdə də tamamilə riyakarlaşan və ruhu süniliklərlə dolu bir dünya əbədi nuru təmsil edən bir nizamla qətiyyən uzlaşa bilmədi. Və budur, tarixin qanla yazılmış səhifələri; buyurun, minlərlə misal meydandadır! Nəhayət, ictimai təbəddülatlar onu özünə gətirəcək səviyyəyə çatdı, lakin bu səfər də illərlə aman vermədən əzdiyi xilaskarını öz qapısında boynubükük gördü. Onu əsrlərlə qıvrandıran mərəz indi də qəfildən bu yeni dünyaya yoluxmuşdu. Bu hala düşən bir dünyanın başqalarına Xızır olması qeyri-mümkündü. Üstəlik texnoloji üstünlük və maddi rifah səviyyəsi meyar olar və bu da köməyə möhtacların əlində olarsa... Halbuki, bu birtərəflik də bir işə yaramayacaq. Çünki bir tərəfdən onun yüz illərdir içində daşıdığı qisas duyğusu ortaya çıxarkən, digər tərəfdən də daim istismar edilən yeni dünyada bəzi tərpənişlər görünməyə başlamışdı. İndi iliklərinə qədər qorxu içində tir-tir titrəyən bu məzlum dünya bir az ürkək, bir az narahat və bir az da gərgindir. Bəlkə də, partlama səviyyəsinə gələn bu dünya önümüzdəki illərdə yeni bir çılğınlıq və yeni bir macəra mərhələsinə girəcəkdir! Kaş ki, bir kin və nifrət küpü kimi əsrlərin qaynayan bu fitnə alovu “şüuraltı”na qədər hər şeyini ortaya tökə biləydi. Bəlkə, onda intibaha gəlməyimiz bir az da sürətlənəcək və tezliklə qurtuluşu əldə edəcəkdik. Və bu əfsanəvi ruhun dirçəlişi Qərbi də xilas edəcəkdi. Bizim dinimiz qurtuluş yoludur. Amma nə yazıq ki, biz bu həqiqəti anlamaqda da, onu həyatımıza tətbiq etməkdə də tərəddid içindəyik. Elə buna görə də bu qədər səfalət yaşayırıq, sıxıntılardan keçirik, üstümüzə müsibət üstündən müsibət gəlir. Halbuki, biz onunla qurtulaşa çıxmalı və başqalarının da qurtuluşuna səbəb olmalı idik. Amma anlamırıq, yaşamırıq və bizə baxanlar da bizim halımıza görə dinimizi tanımağa və tanıtmağa çalışırlar. Azərbaycan. Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifə. İsgəndəroğlu.
“Ateizmin hökm sürdüyü bir dövrdə də Azərbaycanda milli-mənəvi dəyərlər qorunurdu”. “Xalqımızın ümummilli lideri, müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyev tərəfindən əsası qoyulan dövlətçilik siyasət kursunun əsas məqsədlərindən biri ölkəmizdə etiqad azadlığının və dini tolerantlığın bərqərar olmasının təmin edilməsidir. Heydər Əliyevin tarixi xidmətlərinin nəticəsidir ki, Azərbaycan hazırda bütün dünyada etnik-mədəni tolerantlıq örnəyi kimi qəbul edilir”. Bu fikirlər Astara rayonunda təşkil olunan “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda regional konfransda səsləndirildi. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Astara Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən konfransda Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və Komitənin digər rəsmiləri ilə yanaşı, Lənkəran, Astara və Lerik rayonlarında fəaliyyət göstərən dini icmaların rəhbərləri, din xadimləri, ictimaiyyət nümayəndələri, ziyalılar, gənclər iştirak etdilər. Tədbirin açılışında çıxış edən Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev ölkəmizdə milli mənəvi dəyərlərin qorunub saxlanılmasında və onun daha da inkişaf etdirilməsində ümummilli lider Heydər Əliyevin xidmətlərini yüksək qiymətləndirdi, Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlərdən danışdı: “Ölkəmizdə etiqad azadlığının və dini tolerantlığın inkişafında ümummilli liderimizin həyata keçirdiyi işlər bu gün onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən böyük vüsətlə davam və inkişaf etdirilir. Ölkə Prezidenti məscidlərin, ziyarətgahların təmiri, bərpası ilə bağlı vaxtaşırı olaraq xüsusi sərəncamlar imzalayır, onların açılışlarında şəxsən iştirak edir”. “Çalışmalıyıq ki, gənclərimiz. milli ruhda böyüsünlər”. İcra Hakimiyyətinin başçısı qeyd etdi ki, ölkəmizdə İslam mədəniyyət abidələri ilə yanaşı, ən qədim alban-xristian məbədləri əsaslı surətdə bərpa və təmir edilib, Bakı şəhərində Roma-katolik kilsəsi və regionun ən böyük sinaqoqu inşa edilərək dindarların istifadəsinə verilib: “Hazırda Yaxın Şərqdə, Avropa ölkələrində dinlərarası münasibətlərdə böhran yaşandığı halda, Azərbaycanda bütün millətlərin, dinlərin nümayəndələri vahid ailə kimi mehriban yaşayırlar. Milli-mədəni irsimizin qorunması və inkişafı Vətənimizin müxtəlif dinlərin nümunəvi birgəyaşayışı, əmin-amanlıq və dözümlülük mühiti olan ölkə olduğunu bir daha dünyaya nümayiş etdirir. Milli və dini dəyərlərimiz bizim üçün əzizdir. Çalışmalıyıq ki, gənclərimiz milli ruhda böyüsünlər. Onları yad təsirlərdən qorumalıyıq. Azərbaycan dövləti bu istiqamətdə öz işini yüksək səviyyədə qurub. Gənclərimizin elmi, intellektual, mənəvi, fiziki inkişafı, maddi təminatı daim ölkə rəhbərinin diqqətindədir”. “Ölkəmizdə dini icmaların fəaliyyəti üçün hər cür şərait yaradılıb”. Astara rayonunda da gənclərin milli-mənəvi dəyərlərimizə uyğun, vətənpərvərlik ruhda böyüməsi üçün müxtəlif tədbirlərin həyata keçirildiyini, gənclərlə vaxtaşırı keçirilən görüşlərdə, din xadimləri ilə keçirilən maarifləndirici tədbirlərdə din-dövlət münasibətləri, milli-mənəvi dəyərlərimizin qorunması, gənclərimizin radikal dini meyllərdən uzaq tutulmasının geniş müzakirə edildiyini qeyd edən İcra Hakimiyyətinin başçısı bu cəhətdən regional konfransların keçirilməsinin çox böyük əhəmiyyətə malik olduğunu diqqətə çatdırdı. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxışında ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət-din münasibətlərindən, dahi rəhbərin milli-mənəvi dəyərlərin qorunması istiqamətində gördüyü misilsiz xidmətlərdən, ölkəmizdə hökm sürən tolerantlıq mühiti, ayrı-ayrı dinlər və etiqadlar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətlərindən danışdı: “Sovet dönəmində, ateizmin hökm sürdüyü bir dövrdə Azərbaycanda milli-mənəvi dəyərlər qorunurdu. Bu ənənə bu gün ölkəmizin bütün regionlarında davam etdirilir”. Tədbirdə qeyd olundu ki, multikulturalizm və tolerantlıq ölkəsi olan Azərbaycanda yaşayan əhalinin 96 faizi müsəlmandır. Azərbaycanda 632 dini icmanın qeydiyyatdan keçdiyini vurğulayan Mübariz Qurbanlı ölkəmizdə dini icmaların fəaliyyəti üçün hər cür şərait yaradıldığını bildirdi. “Azərbaycanlılar bir xalq olaraq hər dövrdə öz tolerantlıqlarını qoruyub saxlayıblar”. İslam dinini radikalizmə sürükləmək meyillərinin artmasından, bəzi qüvvələrin İslamı siyasiləşdirərək daxildə qarışıqlıq yaratmaqla onu gözdən salmağa çalışmasından, terrorla əlaqələndirmək istəklərindən danışan Mübariz Qurbanlı, gənclərimizin dini və mənəvi-əxlaqi dəyərlərimizə yad olan radikal təriqətlərin təsirindən qorumaq məsuliyyətinin bütün cəmiyyətin üzərinə düşdüyünü diqqətə çatdırdı. Ənənəvi İslam dəyərlərini qoruyub saxlamağın və bu dəyərləri olduğu kimi insanlara çatdırmağın qarşıda duran ümdə vəzifələrdən biri olduğunu vurğulayan Komitə sədri radikalizmə və xurafata qarşı mübarizədə hamını fəal olmağa çağırdı. Konfransda Türkiyə Universitetləri Məzunları İctimai Birliyin sədri Çingiz Bayramov və Qafqaz Müsəlmanları İdarəsinin Astara rayonu üzrə səlahiyyətli nümayəndəsi İlqar Həsənov mövzu ilə bağlı çıxış etdilər. Bildirdilər ki, Azərbaycan tolerant ölkə kimi dünyada nümunə sayılır: “Tolerantlıq xalqımızın canından, qanında, milli ruhundan gələn bir hisdir, ənənədir. Azərbaycanlılar bir xalq olaraq hər dövrdə öz tolerantlıqlarını qoruyub saxlayıblar. Asiya və Avropa dövlətlərinin əksəriyyətini qabaqlayan, əhalisinin böyük əksəriyyətini müsəlmanlar təşkil edən Azərbaycanın dini tolerantlıq nümunəsi olduğunu vurğulayan tədbir iştirakçıları, ölkəmizdə bəşəri prinsiplərə hörmətlə yanaşıldığını, müxtəlif xalqların və din nümayəndələrinin bir yerdə sülh şəraitində yaşadığını önə çəkdilər. Qeyd olundu ki, Azərbaycan Prezidenti dövlət-din münasibətlərinə xüsusi həssaslıqla yanaşır, zəngin multikulturalizm ənənələrinin qorunub saxlanılması, təbliği və təşkili istiqamətində həyata keçirilən tədbirlərə böyük önəm verir: “Ümumbəşəri dəyərlərə münasibətdə zəngin təcrübəyə malik Azərbaycanda İslamın tarixi, milli mənəvi dəyərlərimizdə yeri, bu dəyərlərin yad təsirlərdən qorunması ilə əlaqədar məsələlər hər zaman gündəmdə saxlanılır”. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı: Mərdan Qurbanov.
Hacı Bayram Vəlinin yazdığı “Leme’at ve Gülşen-i Raz” əsəri Anadoluda sürətlə yayılaraq əhali arasında türk dilində ədəbi əsərlərin yazılmasına, oxunmasına olan həvəsin artmasına səbəb oldu. Hacı Bayram Vəlinin türkcə yazdığı əsərlər saraylara da yol taparaq fars dilində yazılan əsərlərin yerinin, türk dilində əsərlərin tutmasında önəmli rol oynadı. Onun təsiri altında Anadoluda sufilər türk dilində əsərlər yazmağa, oxumağa başladılar və bu, sonrakı dövrlərdə ənənə halını aldı. Hacı Bayram Vəlinin mürdilərindən olan Yazıcıoğlu Muhammed, Ahmet Bican, Eşrefoğlu Rumi və digərləri türk dilndə “Envaru-l Aşıkin”, “Muhammediye”, “Müzekki’n Nüfus” kimi əsərlər yazdılar və bu əsərlər Anadoluda sadə xalq arasında geniş şöhrət qazandı. 1Qarşısındakının üsyançı deyil, nurani və ağıllı biri olduğunu anlayan Sultan II Murad Hacı Bayram Vəlinin ardınca əsgər göndərməsindən peşman olur və ona ən əziz qonağı kimi hörmət edir. Sultan II Murad onu bir müddət sarayda saxladı və bu vaxt ərzində o hamının hörmət və rəğbətini qazandı. O Ədirnədə olduğu müddətdə məscidlərə gedərək orada verdiyi vədləri ilə xalqın da dərin rəğbətini qazandı. Sultan Hacı Bayram Vəlini sarayda saxlamaq istəyirdi. Lakin o razı olmadı və Ankaraya qayıtmaq üçün israr etdi. Bunu görən Sultan II Murad ona çoxlı miqdarda qiymətli hədiyyə bağışladı. Ancaq Hacı Bayram Vəli hədiyyələri götürmədi və onların yoxsullara paylanmasını istədiyini söylədi. Lakin Sultan onun hədiyyələri götürməsi üçün israr edirdi. Bunu görən Hacı Bayram Vəli:-Padşahım, əgər mənə nə isə yaxşılıq etmək istəyirsinizsə, onda əmr verin tələbələrimdən vergi tutulmasın,-dedi. Sultan II Murad dərhal Hacı Bayram Vəlinin tələbələrindən vergi tutulmaması və onların əsgərliyə aparılmaması barədə fərman imzaladı. Sultan II Murad ondan özü üçün nəsihət verməsini də istədi. Hacı Bayram Vəli:- Dövləti idarə edərkən hər kəsin öz yerində olmasına diqqət ver, elm və ürfan sahiblərinə qayğı göstər. Gənclərə sevgi, yaşlılara hörmət et. Xalqla görüşəndə səninlə eyni fikirdə olmayanlara pis münasbət bəsləmə, kinli, xəsis adamlardan uzaq dur. Xalqla yumşaq davran, tam inanmadığın adama sirrini açma. Padşahım, bir də heç vaxt doğru olduğuna əmin olmadığın bir iş haqqında hökm vermə. Hacı Bayram Vəli Ankaraya qayıdandan bir müddət sonra bəzi adamlar onu yendən şərləmək fikrinə düşdülər. Onlar Onlar Hacı Bayram Vəlinin yanına çoxlu sayda gənc göndəririlər ki, tələbəsi olsun. Bundan məqsəd onların əsgərlikdən və vergidən yayındırılması və bu yolla hörmətli zatı şərləmək idi. Hacı Bayram Vəli tələbələrinin sayının sürətlə çoxalmağa başladığını görən kimi məsələni başa düşər. O bu yalançı tələbələrdən yaxa qurtarmaq üçün Ankaranın Qanlı Göl adlanan yerində bir çadır qurdu. Sonra dedi ki tələbələri gəlsin, onları burada qurban kəsəcək. Bunu eşidən tələbələr qaçıb dağılışdılar. Yalnız bir gənc qadın və iki cavan oğlan qaçmadı. Bunu görən Hacı Bayram Vəli: - Mənim tələbələrim yalnız bu üç nəfərdir, qalanları vergi də verəcək əsgər də gedəcəklər,-dedi. Bununla da onu şərləmək istəyənlərin niyyəti boşa çıxdı. Qeyd etdiyimiz kimi hacı Bayram Vəlinin ən böyük şagirdlərindən biri Göynüklü Ağ Şəmsəddin idi. Hacı Bayram Vəli həzrətlərinin təhsil və tərbiyəsilə kamillik mərtəbəsinə yüksələn Ağ Şəmsəddin həzrətləri əvvəl Bəybazarına yerləşir. Orada bir məscid, bir də dəyirman tikdirir. Xalqın ətrafına toplanması üzərinə İskilipdən Evlekə oradan da Göynükə gəlib məkan tutur. Bir gün bir adam gəlir və Ağ Şəmsəddinə bir mülk bağışlayır. Ağ Şəmsəddin həzrətləri ona verilən yerin üzərinə gəlincə, təbəssüm edir: “Nə üçün təbəssüm etdiniz?” deyə soruşdular. Görüncə könlüm bura meyl etmişdi. Könlümdən keçən bu arzu, otuz il sonra reallaşdı. Onu xatırladım və onunçün təbəssüm etdim” deyir. Oturaq həyat təbliği. Müridlərinin əl əməyi ilə özlərini dolandırması üçün bu böyük insan onları əkinçiliklə məşğul olmağa həvəsləndirmiş, eyni zamanda sənət dalınca getmələrinə, gözəl sənətçi olmalarına kömək etmişdir. Onun əslində müridlərini əkinçiliyə həvəsləndirməsi təsadüfi deyildi. Həmin dövrdə Anadoluda yaşayan türklər daha çox köçəri həyat sürür, sənətlə məşğul olmağa həvəs göstərmir, oturaq həyata keçmək istəmirdilər. Hacı Bayram Vəli də məhz bunu nəzərə alaraq müridlərini əkinçiliyə və sənətlə məşğul olmağa həvəsləndirməklə köçəri həyat sürən türklərin oturaq həyata keçməsində əkin-biçinlə məşğul olmasında önəmli rol oynadı. Həmin dövrdə Hacı Bayram Vəli cəmiyyətin yoxsullar və varlılara bölünməsini nəzərə alaraq onlar arasında bundan əmələ gələn ziddiyyətləri aradan qaldırmaq üçün mübarək aylarda müridləri ilə birlikdə Ankaranın ticarət mərkəzlərində dolaşır, dükan sahiblərindən zəkatlarını yığır və onları kasıblara, ərsiz qadınlara, yetim uşaqlara, kasıb tələbələrə paylayırdı. Bununla da Hacı Bayram Vəli hələ o dövrdə Anadoluda böyük bir xeyriyyəçilik məktəbinin əsasını qoymuşdu. Hacı Bayram Vəlinin gözəl adətlərindən biri də təkkəsində böyük bir qazan qaynatması idi. Bu adəti əslində Xoca Əhməd Yasəvidən gəlirdi. Yəsəvi də eyni ilə təkkəsində qazan qaynadır, qazandakı yeməkdən bura gələn kasıblar, yetimlər, dul qadınlar, imkansızlar, səfərdə olanlar gəlib yeyirdilər. Türklüyün təbliği üçün türk dilində əsərlər yazdı. Tarixboyu Şərqdə ərəb və fars dili ədəbi dildə, saraylarda hökmran mövqedə olduğu üçün sadə türklər bu dildə yazılan əsərləri başa düşmürdülər, bu da onların ana dillərində sadə başa düşəcəkləri dildə əsərlər yazılmasını zərurətə çevirmişdi. Hər halda saraylarda yaşayan türk hökmdarlarını da ədəbi dil kimi fars dilindən istifadə edilməsinin yanlış olduğunu başa salmaq, onlara ana, doğma türk dilində gözəl əsərlər yazılmasının mümkün olduğuna inandırmaq lazım idi. Ona görə də Hacı Bayram Vəli əsərlərini türkcə yazmağa başladı. Bu da əslində Xoca Əhməd Yəsəvidən gələn ənənənin Anadoluda dirçəldilməsi demək anlamına gəlir. Böyük ustadın həmin dövrdə türk dilində yazdığı şeirlər Anadoluda sadə xalq arasında böyük şöhrət qazandı. Hacı Bayram Vəlinin yazdığı “Leme’at ve Gülşen-i Raz” əsəri Anadoluda sürətlə yayılaraq əhali arasında türk dilində ədəbi əsərlərin yazılmasına, oxunmasına olan həvəsin artmasına səbəb oldu. Hacı Bayram Vəlinin türkcə yazdığı əsərlər saraylara da yol taparaq fars dilində yazılan əsərlərin yerinin, türk dilində əsərlərin tutmasında önəmli rol oynadı. Onun təsiri altında Anadoluda sufilər türk dilində əsərlər yazmağa, oxumağa başladılar və bu, sonrakı dövrlərdə ənənə halını aldı. Hacı Bayram Vəlinin müridlərindən olan Yazıcıoğlu Muhammed, Ahmet Bican, Eşrefoğlu Rumi və digərləri türk dilində “Envaru-l Aşıkin”, “Muhammediye”, “Müzekki’n Nüfus” kimi əsərlər yazdılar və bu əsərlər Anadoluda sadə xalq arasında geniş şöhrət qazandı. Hacı Bayram Vəlinin digər xidmətlərindən bir xalqın arasında birliyin təbliğ edilməsi oldu. Həmin dövrdə türklər arasında bəzən əsassız, heç bir səbəb olmadan boş, mənasız şeylərə görə çəkişmələr düşür və bu əksər hallarda qanla, ölümlə nəticələnir, böyük bir tayfanın məhv olmasına, günahsız insanların ölümünə yol açırdı. Sonra bu qan davası əsrlərlə davam edirdi. Buna son qoymaq üçün Hacı Bayram Vəli bütün imkanlarından istifadə edərək qan davasını aradan qaldırmağa çalışdı. O dəfələrlə tayfalar arasında qan davasının aradan qaldırılmasına nail oldu. Buna səbəb olan amillərin aradan qaldırılması üçün özünə yaxın olan bütün adamları səfərbər etdi. Güclü ailə güclü dövlət deməkdir. Hacı Bayram Vəli qüdrətli dövlətçiyin əsasında güclü ailənin dayandığını dönə-dönə vurğulayır, cəmiyyətin mənəvi baxımdan təmiz, saf insanlardan ibarət olmasında ailənin böyük rol oynadığını söyləyirdi. O deyirdi ki, ailələrdə saf tərbiyə, ər-arvad arasında mehriban münasibət sağlam nəslin yetişməsində önəmli məsələlərdən biridir. Ona görə də bu böyük insan ailənin saf təməllər üzərində qurulmasının vacibliyini qeyd edirdi. Onun bununla bağlı apardığı təbliğat Sultanın da qulağına gedib çatmış, o Hacı Bayram Vəliyə dövlətçiliyə xidmət edən fəaliyyətinə görə təşəkkür etmiş, onu o dövrünün ən böyük övliyası adlandırmışdı. Hacı Bayram Vəli insanları məhrumiyyətlərə dözməyə çağırır, Allahın yazdığı alın yazsının pozulmaz olduğunu, əlinin əməyi ilə qazanılan saf ruzinin haram yollarla əldə edilən tonlarla qızıl-gümüşdən daha dəyərli olduğunu, insanların o dünyaya Allahın hüzuruna yalnız kəfənlə gedəcəyin, idünya malının dünyada qalacağını, fani dünyadansa axirət dünyasını daha üstün tutulmasının vacibliyini vurğulayırdı. Onun bu tövsiyələri öz növbəsində əhali arasında geniş yayılaraq saf, mənəvi baxımdan yüksək bir cəmiyyətin formalaşmasına verilən əvəzsiz töhfə oldu.
Əvvəllərzülm,küfr,fanatizmbuqədər dərinəkökatmamışdı. Birvaxtlarbizimdünyamızdahərşeyrəngarəngvəhərşeyçoxdərindi. Belə ki, bu aləmdə hər zaman möhkəm bir dünyəviliklə yanaşı, əngin bir üxrəvilik (axirətə meyl, bağlılıq) də gözə çarpardı.Onunab-havasınagirənlər,idraksəviyyələrinəgörəburanıİlahialəmlərləbirgəyaşarvəözlərinibuənginliyinpərvazlanangöyərçinisanardılar.Ümumiab-havabəzimənfiliklərləqararsadaonunatmosferindəheçvaxtnarahatedicisis-dumangörünməzdi.Üstəlikindikisəviyyədəçirkabadabulaşmamışdı...Bəzənüfüqümüzübuludlarvəictimaisarsıntılarbürüsədə,arxasıncabunabənzərxoşagəlməzhadisələrəsəbəbolanşiddət,hiddət,qəzəbsönərvəyenidənkönüllərarasındaruhimünasibətbərpaolunar,hərşeybirdahaözyerinitutardı. Ovaxtlarzülmvəküfrbuqədəraçıq,buqədərbayağı,fanatizmvətəəssübkeşlikdəbuqədərdərinəkökatmamışdı.Hərkəsdəvəhərtəbəqədəmüəyyənqədərinsanolaraqyaradılışınşüurunabağlıbirmərhəmətvəşəfqəthissihakimdi.Bəzənbuinsanlardadamüəyyənsəbəbvəamillərləbağlımüxtəliftündməzaclıqvəfəvəranlar(coşma,şiddət),coşub-daşmalarolsada,sonradərhal“hilmüsilm” (həlimlik,sülh,əmin-amanlıq)havasıhakimolar;səbirözgücünüortayaqoyarvəbirazöncəkiifratavaranfəvəranlarınyerinidəbirmülayimliksüslərdi. Bubeləidi,çünkibudünyanıninsanlarıhərkəsiözükimidüşünür,başqalarındanumduqlarıhörmətnisbətindəvəbundandahaçoxonlaraehtiramgöstərməyəçalışır,birazdairəligedərək,onlarınsevincvəkədərinibölüşürvəistəyənhərkəsəqəlblərininqapılarınıtaybatayaçardılar.İnsaflıidionlar,ədalətəəhəmiyyətverərvəhaqqıayağaqaldırmaqdayarışagirərdilər.Bəli,onlar,əvvəlcəözmillətvəxalqına,sonradabütüninsanlığaqarşıfövqəladəadilvəmərhəmətliidilər;həttadaradüşənqurd-quşonlarınşəfqətinə,mərhəmətinəsığınardı.Nəözaralarında,nədəbaşqalarınaqarşıqətiyyənsəs-küyqoparmazvəhərc-mərclikçıxaranlarıdaəvvəlcədiplomatikyolla,sonradainsanibirzəcrlə(yasaq,qadağa)yolagətirməyiçoxyaxşıbilirdilər. Bağrındayetişdiklərimədəniyyətləyanaşı,özruhvəmənaköklərinəbağlılıqları,adət-ənənəvədinidəyərlərimənimsəməsayəsindəçoxvaxtözləriniəhli-cənnətləbirlikdəvəCənnətyamaclarındaxəyaledər,həranınıoaləminmülahizəsiiləyaşayar,üfüqlərinəyağancənnətnemətlərindənbihuşolubqanadaçarvətalelərinətəbəssümsaçardılar.əslindəonlarınbeləgözəlgörübgözəldüşünmələriənxoşagəlməzhadisələrinarxasındabeləgözəlliyinolduğuinancındanqaynaqlanırdı.Beləliklədəonlarçirkinliyəbaxıbyoldabüdrəməkəvəzinə,imkandaxilindəhərşeyingözəlyönlərinigörməyəsəygöstərər,cəmiyyətəzərəriolmayançirkabagözyumar,onun-bununqüsurvəayıblarıiləməşğulolmakimisəviyyəsizliyəenməz;yıxılanlaraəluzadarvəbirqibləgahkimihərkəsəinsaniüfüqügöstərməyəçalışardılar.Beləidilər,çünkionlar,hal-hazırdabəzilərimizdəolduğukimi,köklərindənqopmamışvəözdəyərlərinəqarşıdayadlaşmamışdılar.Onlarıngözündəmaddəvəməna,dünya-üqba,ruhvəcəsədkimivəhdətiçindəidi,birindənbaxandaobiri, obirindənbaxandadabubirigörünərdi. Bəlionlar,buruhvəfikirzənginliyisayəsindəəslatərəddüdədüşməz, elm-dinmübahisəsiiləməşğulolmaz,fizikavəmetafizikanıbir-birinəziddmütaliəetməzvədin-dünyafərqliliyinəbaxmazdılar.əksinə,bunlarınhərbirinieynihəqiqətinikimüxtəlifüzükimigörərvəhərşeyi,hərkəsibarışdırmağaaçıqolanişıqlıüfüqlərininənginliyindəhəranhüzurlanəfəsalıb-verərdilər. Buqədərgenişdünyagörüşlüotəmizvicdanlıinsanlarvarlıq,əşyavəhadisələrihəmişədüzgünşərhetmələrinəticəsində,görübduyduğundan,duyubdəyərləndirdiyindənkönüllərəaxanmənavəməzmunlarlarəngarəngnaxışlarhörərvəhəranilahidərinliklərdəqanadçalardılarvəhərşeyin,hərkəsindilindənfərqlinəğmələrdinlərvəvarlığınbağrındanfışqıranbirşeirvəbirsevgitufanıiləməstolardılar. Hərzamanözmillidəyərləriniqoruyanvəköklərinəsadiqqalmağaqərarlıbugözəlüzlülər,atalarındanmirasaldıqlarıdəyərlərləoqədərbütünləşmişdilərki,keçmişiindikizamanlayaşar,indikizamanısərmayəkimidəyərləndirər,gələcəyidəümid,imanvəəzməəmanətedərək,onugerçəkbirhəqiqətkimigörərdilər. Ogünlər,bizimqızılgünlərimizdi...Vəgecəsi-gündüzü,baharı-yazı,payızı-qışıiləhərşeymilliruhətrafındadönürdü.Bizəaidolanogünlərdəhərmövsümayrıbirgözəllikləruhlarımızıoxşayar,hərgünvəgecədəmərasimab-havasıiləhissiyyatımızdataxtqurardı. Əfsuslarolsunki, ogünlərbir-birqaraldı, ogözəlliklərdəarda-ardasaralıbsolduvəhəryanyenibirbaharaəmanətqoyubpayızatəslimoldu,əfsuslarolsunki: “Badi-xəzanəsdi,bağlarpozuldu. Gülüstandaməxmərgüllərqalmadı. Əlatacaqbelədallarqalmadı!”. M.LütfüƏfəndi. Görəsənbizəbixəbərnəzərmidəydi,yoxsayenədəşeytanıntorunadüşdükə!Torunadüşübdəyişdirməkimibirmissiyamızınəksinə,özümüzdəhşətlibirdəyişikliyəvəçevrilişəmiməruzqaldıqəDüşüncələrimizşeytaninəzəriyyələrlədopdolu,dilimizdəbizəyadnəğmələr,ifadələrimizfövqəladəkirli...Düzü,ciddişəkildəyadlaşaraq,özümüzdənuzaqlaşdıqvə“köhnə-təzə”deyibbir-birimizigəmirənqurdadöndük.Düşüncələrimizdaimkinvənifrətsaçır,mülahizələrimizşeytanınvəsvəsələriiləeyni,qərarlarımızdaeləbunagörəverilir.Oturub-durubnifaqıkörükləyirik,ətrafımızıyaxıb-dağıtmağıməharətsayırvəplanlarımızıixtilafvəiftiraqüzərindəqururuq.Özdoğmaqardaşımızadainsafımızqalmayıb,özxalqımızaşəfqətimizyoxolub.Bəzənkiçikbirmənfəətmülahizəsi,vəyaşan-şöhrətsevdasıənyaxındostlarımızlamünasibətimizikəsibatmağakifayətedir. Günümüzdəçoxumuzüçündemaqogiyaənsevilənyolvəetibarlıişsayılır.Dialektikadaisə,düzü,bizəçatanolmaz.Eləifadətərzvəüslubumuzvarki,ağzımızıhəraçandaqəlbqırırvəbirçoxinsanınqanınagiririk.Adihaladöndü,bəzilərimizindinvəmüqəddəsataötəriyanaşması,rahatlıqla,yüzmindəfəhaşa,Allahahücumedirlər;PeyğəmbərədiluzadıbOnunşəninəlayiqolmayansözlərsöyləyirlər.Kəbə,Rövzədeyibyerli-yersizsözatırlar.Bubaxımdandeyiləbilərki, odövrüntiranlarıbelədinə-diyanətəhörmətsizlikdəbuqədərdərinəgetməmişdilər.Bəli,Fironlar,Nəmrudlarbeləheçvaxtbuqədərsəviyyəsizliyəenməmişlər.Köhnə-təzədiktatorların,tiranlarınağızlarıheçvaxtbuqədəryırtıq,düşüncələribuqədərkirlivəbəyanlarıdabuqədərsəviyyəsizolmamışdı.Həmçinin, odövrünoqəddarsimalarındanbəziləriilahlıqiddiasınıdaşısalarda,rəqiblərinəifadəimkanıvermişvəonlarıdinləməalicənablığınıgöstərmişlər. Kaşki,aramızdakıbəziAllah,Peyğəmbərdüşmənləridəbeləinsaflıolaydılar.Vəkaşki,bukirliağzıgöyçəklərdövrümüzündespotlarınıdeyil,şanlıkeçmişimizinnurluşəxsiyyətlərininümunəgötürəbiləydilər!..Lakinkimbilir,bəlkədə,buqədərtənəzzülvəsüqutdansonrabirgünbizdəözmilliüslubumuzutaparvəyenidənözdərinliyimizədalarıq! ŞairRəhmidemişkən: “Gündoğmadanməşiməi-şəbdənnələrdoğar”. AzərbaycanRespublikasınınPrezidentiyanındaKütləviİnformasiyaVasitələrininİnkişafınaDövlətDəstəyiFondununmaliyyəsiəsasındasəhifənihazırladı:XəyaləSadıqova.
Bəşər övladına hörmət. İnsanı insan olduğu üçün sevmək və ona hörmət bəsləmək, Yaradana ehtiramın ifadəsidir. Yoxsa yalnız özü ilə həmfikir olanları sevmək və saymaq, səmimi və insani bir sevgi və hörmət deyil, bir eqoizm və insanın öz-özünü bütləşdirməsidir. Hələ bir də, təməl düşüncə və təsəvvürdə eyni yolda olub, lakin eynilə bizim kimi düşünməyənlərə xor baxmaq bir mürüvvətsizlik və özünü bəyənmişlikdir. Biz gələcəyin memar və qurucularını məsələləri çıxış nöqtələrinə, səbəblərə görə deyil, məqsədlərə görə mütaliə edən ali himmətli (hər işə məsuliyyətlə yanaşan) bir heyət olaraq düşünürük. Madam ki, eyni düşüncədə olan biz, bütün millət fərdləri müxtəlif yol və strategiyalarla da olsa, həmişə eyni nöqtəyə varmaq üçün çırpınırıq, axı niyə bu uca hədəfin müqəddəs yolçularını qaralayaq. İnsanlığın gələcəkdə alacağı cəbri (zorla, məcburən edilən) keyfiyyət, hal-hazırda yaşadığımız dünya etibarilə, bizi o dərəcədə diqqət və gözüaçıqlığa məcbur edir ki, indi tələsik verəcəyimiz hər hansı bir qərarın gələcəkdə aradan qaldırılması qeyri-mümkün səhvlərə səbəb olma ehtimalı vardır. Buna görə də, gələcəyin memarları quracaqları dünyanın təməlini insana sevgi və hörmətdən qaynaqlandırmaq məcburiyyətindədirlər. Müasir dünya gətirdikləri ilə bizi zülmətli, uçurumlu yollara saldı. Və hal-hazırda mahiyyətini bilmədiyimiz bir çox məsələ ilə üz-üzəyik. Həlli ilə məşğul olduğumuz bu məsələlər son dərəcə qarma-qarışıq, nəticələri də o nisbətdə ziddiyyətlərlə doludur... Bəli, insanlığa abi-həyat gətirmək üçün Qaf dağına çıxmaq əzmində olan minlərlə Xızır var, lakin heç birində əbədilik (ölümsüzlük) iksirinin əlaməti mövcud deyil. Və bu həvari ruhlu qəhrəmanların bütün səylərinə baxmayaraq, insanlığa hörmət ciddi təhlükələrlə üz-üzədir. Biz illərlə elə hey çırpındıq, lakin heç cür gələcəyin təməlinə çevriləcək əsasları müəyyənləşdirə, əldə edə bilmədik. əldə edə bilməzdik də, çünki duyğu və düşüncələrmizin müxtəlif şeylər vəd etməsi və fərqliliklər gətirməsi bizi, əlində qırıq bir saz və yarımçıq bir nəğmə ilə qapı-qapı gəzən musiqiçilər halına gətirdi. Hər kəs əlinə aldığı “doğru”nun bir parçası ilə başqa doğruları inkar və hər kəsi əlindəki parçacığa tabe olmağa məcbur hesab edərsə, fikir mübadilələri aparmaq, yeni nəticələr və çıxış yolları əldə etmək mümkündürmüə Üstəlik özləri ilə razılaşmayanları kafir kimi qələmə vermə, qaralama, hətta feili təcavüz silahlarından da istifadə edilərsə... Bu gün üsuldakı səhvlərlə varılan məqam çox həzin və düşündürücüdür. Çiyin-çiyinə eyni yolda gedən insanlar bir-birini tanımaz hala gəliblər. Doğrular və yanlışlar əsl dayaqlarından, təməllərindən uzaqlaşdırılmış, müəyyən qrupların istək və həvəslərinə uyğun sürüşkən relslər üzərinə yerləşdirilmişdir. Belə bir qarışıqlıq içində nə məfkurənin ucalığını, nə də vəsilənin ondan fərqliliyini ayırd etmək mümkün deyil. Dövrümüzün insanları bahardan kam almaq üçün seyrə çıxıb bir sarı çiçəyə vurulmuş kimidir. əslində o, vəsilələr üçün döyüşə girdiyi bu yolda çoxdan hədəfə varma ümidini itirmişdir. Artıq gördüyü iş sırf məşğul olmaq üçün məşğul olmaq və hərəkət etmək üçün hərəkət etməkdən ibarətdir. Məbəddə turistlərə şirin görünməyə çalışan mehmandar məbədə xidmət və Yaradana qulluğu necə unudarsa, eləcə də, bu gün hər hansı bir qrup və partiyaya könül verənlər əsl məfkurə və qayəyə qarşı yad və biganədir. Dövrün insanları baharın yolunda bir çiçəyin məhkumu, dəryada bir qətrənin əsiridir. Zənnimcə, onlara yeni bir qayə, baxış verəcəyimiz günə qədər də bu pərəstişkarlığın qarşısını almaq mümkün olmayacaq. Amma buna baxmayaraq, biz doğruya,həqiqətə tərcüman olmaqla mükəlləfik. Gözümüzə girən və qəlbimizi dolduran hava nə qədər cazibədar və ovsunlayıcı olursa olsun, könül verdiyimiz həqiqəti unutmağımıza əsla yol verilməməlidir. Eyni cəmiyyətin mənsubları olaraq biz bir-birimizə yad,uzaq ola bilmərik. Yaxşının və gözəlin mənbəyi əlimizdə deyil ki, eyni hədəfə doğru başqa bir yolun yolçusuna qarşı mücadiləmiz uyğun olsun. Fərqli fikirdə olan bir insanın yol və sistemini analiz edə bilərik. Bu, ağlın fərqli şəkillərdə işlədiyinin ifadəsidir. Amma əgər eyni üfüqə varmaq üçün çırpınırıqsa, heç olmasa, onun düşüncəsinə də hörmət göstərməliyik. Bu, eyni hədəfə istiqamətlənmənin, eyni imana sahib olmanın, eyni anlayışı istifadə etmənin və nəhayət, hər şeydən daha üstün Uca Yaradanın yüksək tutduğu müqəddəs mənaya hörmətin tələbidir. İnsana hörmət göstərək! Onda əks olunan ali həqiqətlərə hörmət edək. Yaradandan ötrü onu sevib-sayaq, ona ehtiram göstərək. Bu düşüncə ilə inkişaf etdirə bildiyimiz cəmiyyət gec-tez özünə-kökünə qayıdacaq və itirdiyi şeyləri axtarmağı və bərpa etməyi bacaracaqdır. İnsan: yüksəlmə və alçalma. İnsan inkişafa açıq və meyilli bir ilahi sirdir. Bu sirrin açılması yenə də insanın özündən asılıdır. Varlıq ağacının ən mükəmməl meyvəsi, bütün kainatın xülasəsi sayılan insan daxili dərinliyi və zənginliyi etibarilə damcı kimi görünən dəryadır, zərrə kimi görünən günəşdir, nöqtə böyüklüyündə kitabdır. Qısacası, insan inkişafa açıq və meyilli bir ilahi sirdir. Bu sirrin açılması yenə də insanın özündən asılıdır. Dağlar, dərələr, çaylar, meşələr, bulaqlar, ən gözəl mənzərələr, bütün canlılar, hətta ən kiçik həşəratlardan tutmuş ən böyük heyvanlaradək, hamısı bu kitabın kəlmələri, cümlələri və ya durğu işarələridir. Bütün bu cümlələr və kəlmələrin yerli-yerində, müəyyən bir ahənglə oxunması üçün insan daha diqqətli olmalıdır. O, diqqətini toplaya bilməsə, bütün bu sadalananlar onun üçün bir məna ifadə etməz, kainat da bir kitab olmaz. Bəli, kainat kimisi üçün oxunan bir kitabdır. Bu kitab oxucuya Katibi xatırladır. Bir alimin sözləri ilə ifadə etsək: bir iynə ustasız, bir kitab katibsiz olmaz, necə ola bilər ki, bu boyda kainat sahibsiz olsunə. İnsanın özündə də bir kainat gizlənir. Boş yerə deyilməyib ki, kainatı kiçiltsən insan, insanı böyütsən kainat alınar. Bu baxımdan insan özü də bir kitabdır, katibini xatırladan bir kitab. Ona görə də insan əvvəla özünü oxumalı, kim olduğunu, haradan gəlib haraya getdiyini anlamalıdir ki, sonra kainatı oxuya, onun ilk baxışdan qarmaqarışıq görünən, əslində isə ciddi bir nizam-intizamla hərəkət edən sistemini görə bilsin. Özünü oxuyan insanın gözlərindəki pərdə qalxar. O, ətrafına hər kəsdən fərqli baxar, fərqli düşünər, fərqli münasibət göstərər. İstiqamətini düzgün müəyyənləşdirmiş və mövqeyini doğru seçmiş insan Haqqın aynası, digər insanların isə rəhbəridir. Onun sözündə yalan, davranışında riyakarlıq yoxdur. O, dürüstdür, dürüstlüyün təmsilçisi, carçısı və müdafiəçisidir. İnsan dürüstlüyü qədər dəyər qazanır. Ancaq son dövrlərdə müasirlik adlandırdığımız çağımızda insan layiq olduğu dəyərləri itirir. İnsani dəyərlər yaralı canlı kimi durmadan qan itirməkdədir. Hətta elə insanlar var ki, onların davranışları nəinki insanlıqla müqayisə oluna bilməz, hətta onların durumu bütün canlıların səviyyəsindən daha aşağıdır. Fiziki görünüşü etibarilə digərlərindən fərqlənməyən belə insanların mənəvi mənlikləri, düşüncə tərzləri və davranışları onları alçaldır. İnsanı insan edən yeganə amil onun insanlığıdır. İnsanlığa layiq davrandıqdan sonra istər qadın olsun, istər kişi, istər qaradərili olsun, istər ağ, istər qərbli olsun, istər şərqli, istər qoca olsun, istər cavan, hamısı möhtərəmdir. İnsan yüksəlmə və alçalma arasında qalan yeganə varlıqdır. Mələklərin də, heyvanların da yeri sabitdir. Seçdiyi yol insanı yüksəldə də bilər, alçalda da. Özünü və kainat kitabını düzgün oxuyan insan hadisələrə də düzgün qiymət verə bilir. İnsanın daxilindəki bu təzad və qütbləşmə onun bu dünyada məruz qaldığı imtahanın sirridir. Bu sirrin gizlinlərini aşkar edən insan həm bu dünyasını, həm də axirətini qazanır. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı: Xəyalə Sadıqova.
ƏZIZ MUSTAFA, Hacı Bayram Vəli bütün hallarda saf ailəni həm İslam dininin, həm də dövlətin möhkəm dayaqlarından hesab edir: “Ailənizə bağlı olun, saf övladlar yetişdirin, ailəni yenilməz bir qalaya çevirin, cəmiyyətə, vətəninə, dininə, ata-anasına sədaqətli olan, onları sevən övladlar yetişdirin. Sizin axirətə aparacağınız ən böyük ilahi nemətlərdən biri özünüzdən sonra arxada qoyub getdiyiniz saf ailəniz, Allahına bütün varlığı ilə bağlı olan, yalnız xeyirli işlər üçün çalışan, sizə hər addımında rəhmət oxudacaq övladlarınız olacaq”. Hacı Bayram Vəlinin uzaqgörənliyindən biri də onun İstanbulun fəthini öncədən bildirməsi ilə bağlıdır. Rəvayətə görə, II Sultan Murad İstanbulu fəth etmək fikrinə düşmüşdü. Ancaq bir neçə dəfə şəhəri mühasirəyə almışdısa da, oranı almağa nail ola bilməyərək fikrindən vaz keçməyə məcbur olmuşdu. Ona görə də Sultan Hacı Bayram Vəlini özünə vəzir götürmək istəmiş, onun məsləhəti ilə bu şəhəri ala biləcəyini düşünmüşdü. Deyilənə görə, birinci dəfə Hacı Bayram Vəli sultanın vəzirlik təklifini rədd etmişdi. Üstündən bir müddət ötəndən sonra Sultan II Murad yenidən Hacı Vəli Bayrama vəziri olması üçün təklif göndərmişdi. Bu dəfə də Hacı Bayram Vəli onun təklifini rədd etmişdi. Sultan bunun səbəbini öyrənmək üçün Hacı Bayram Vəli ilə görüşmüşdü. Rəvayətə görə, sultan ondan İstanbulu nə üçün ala bilmədiyini soruşmuşdu. Sultana cavabında Hacı Bayram Vəli: “İstanbulu sənin övladın alacaq. Onda onun vəziri Ağ Şəmsəddin olacaq. Həqiqətən də, Hacı Bayram Vəli düz demişdi. İstanbulun fəthi Sultan II Muradın oğlu Mehmetə nəsib oldu, fəthin memarı isə bu böyük insanın tələbəsi, o dövrdə sarayda vəzir işləyən Göynüklü Ağ Şəmsəddin oldu. Özünə layiq şagirdlər yetişdirmişdi. Hacı Bayram hələ sağlığında ikən özünə, özünün yolunu davam etdirməyə layiq olan çoxsaylı şagirdlər yetişdirmişdi. Onların arasında Göynüklü Ağ Şəmsəddin, Akbıyık Sultan, Göynüklü Uzun Səlahəddin, Yazıçızadə Muhammed və Əhməd Bican, İncə Bədrəddin, Hızır Dədə, Muhammed Üftadə həzrətləri, həmçinin yeznəsi Əşrəfoğlu Rumi (Abdullah Əfəndi) vardı. Bu şagirdlərin arasında Akbıyık Sultan və Göynüklü Ağ Şəmsəddin ustadlarına daha yaxın idilər. Akbıyık Sultan Sultan Iİ Muradın dövründə böyük vəlilərdən biri kimi yetişmişdi. O həm də hərbi xidmətdə olmuş, döyüşdə göstərdiyi qəhrəmanlıqlara görə sultan ona böyük bir kənd bağışlamışdı. Bu kənddən əldə etdiyi gəlirlər sayəsində qısa müddətdə Akbıyık Sultan ən varlı adamlardan birinə çevrilmiş, Hacı Bayramın yanına az-az getməyə başlamışdı. Onun bu hərəkətləri isə Hacı Bayram Vəlini üzməyə başlamışdı. Ona görə də onların arasında belə bir söhbət olmuşdu. Hacı Bayram Vəli sevimli şagirdinin dünya malına çox bağlı olduğunu görüb, onu bu yoldan çəkindirmək üçün: “Övladım, Allaha sığın, dünya malına tamah salmaqdan çəkin, üzünü həm bu dünyada, həm də axirətdə ağ edəcək işlərlə məşğul ol “,-demişdi. Onun bu sözlərinə cavabında Akbıyık Sultan: “Ustadım, Peyğəmbər Əfəndimiz deyib ki, bu dünya axirətin tarlasıdır. Bu səbəbdən də biz dünya malını rədd etməməliyik, elə deyilmi?”-demişdi. Şagirdindən belə bir cavab alan Hacı Bayram Vəli sərt şəkildə: “Övladım, bir halda ki, dünya malını hər şeydən üstün tutursan, onda bizi tərk et və bir daha yanımıza gəlmə”,-deyərək ondan bərk incidiyini nümayiş etdirmişdi. Ustadının bu sözündən sonra Akbıyık Sultan bərk mütəəssir olmuş və ondan dərhal üzr istəmişdi. O evə qayıdandan sonra var-dövlətini yoxsullara paylamağa, qazancını Allah yolunda xərcləməyə başlamışdı. Bununla da ustadının arzuladığı adam olmuş, dövrünün ən hörmətli zatlarından birinə çevrilmişdi. Namazını Ağ Şəmsəddin qıldırdı. Hacı Bayram Vəli ömrünün sonuna kimi İslam dinini olduğu kimi əhaliyə çatdırmaq, onları dinimizin saf təməlləri üzərində tərbiyə etmək üçün çalışdı. O hər yerdə insanları Qurani-Kərimdə əmr edildiyi kimi yaşamağa çağırır, onlara xoşbəxtliyin, Allahın uca dərgahına gedən yolun bunda olduğunu təlqin edir, onları pis əməllərdən çəkindirməyə çalışırdı. Hacı Bayram Vəlinin bu fəaliyyəti o dövrdə Anadoluda sağlam bir cəmiyyətin formalaşmasında önəmli rol oynadı. Ona görə də hələ sağlığında ikən Hacı Bayram Vəlinin yanına Anadolunun hər yerindən çoxlu sayda insanlar axışır, bu mübarək insanın xeyir-duasını almaq, onun nəsihətlərini eşitmək üçün qapısında növbəyə dayanırdılar. Hacı Bayram Vəli o dövrdə Anadolu insanları üçün mənəvi bir ustada çevrilə bilmiş və bununla da türk-islam tarixində şərəfli bir iz qoymuşdu. Bu böyük insan ölümünü öncədən hiss etmiş və ona hazırlıq görməyə başlamışdı. Amma dövrünün ən böyük övliyalarından və alimlərindən olan bu böyük insan, Hacı Bayram Vəli özünün cənazə namazını sevimli şagirdlərindən olan Göynüklü Ağ Şəmsəddinin qıldırmasını istəmişdi. Onun son sözləri də: “Mənim namazımı Ağ Şəmsəddin qıldırsın və cənazəmi yusun. Bu xəbərimi ona çatdırarsınız!”- oldu və Haqqın rəhmətinə qovuşdu. Həmin vaxt Ağ Şəmsəddin orada deyildi. Hamı məəttəl qalmışdı, Ağ Şəmsəddini həmin vaxt tapmaq müşkül məsələ idi, tapmağı heç kim bilmirdi. Ona görə də Hacı Bayram Vəli vəfat edərkən yanında olanlar: “Hacı Bayram Vəlinin bu sözü, ölüm halında deyilən sözlərdəndir. Buna çox etibar edilməz. Ağ Şəmsəddinə ustadın vəsiyyəti barədə məlumat verdilər. O da vəsiyyətə görə ustadın cənazəsini yudu və namazını qıldırdıqdan sonra dəfn etdi. Hacı Bayram Vəlinin vəfatından sonra qoyduğu yol “Bayramiyyə yolu” adlandırılmışdı. Qeyd edək ki, Hacı Bayram Vəli Ankarada dəfn edilib, məzarı üstündə türbə inşa edilib. Bununla bağlı günümüzdə dillər əzbəri olan bir əhvalat dolaşmaqdadır. Bir vaxtlar türbələrin ziyarət edilməsi qadağan edilmşdi. O vaxt Hacı Bayram Vəlinin də türbəsinin qapısına qıfıl vurulmuş, oranı ziyarət etmək qadağan edilmişdi. Amma ertəsi gün görmüşdülər ki, Hacı Bayram Vəlinin türbəsinə vurulan qıfıl qırılıb. Türbənin qapısına yeni qıfıl vurmuşdular. Ancaq ikinci dəfə də qıfıl qırılmışdı. Ona görə də oraya polis qoymuşdular. Polislər səhərə kimi yatmamış, türbənin qapısında keşik çəkmişdilər. Səhərə yaxın onlar içəridən itələnərək qapının açıldığını və Hacı Bayram Vəlinin təbəssümlə onlara baxdığını görmüşdülər. Bunu görən polislərin biri dərhal özündən getmiş, digərinin isə dili tutulmuşdu. Bundan sonra daha Hacı Bayram Vəlinin türbəsinin qapısına qıfıl vurmadılar. Hacı Bayram Vəlinin mənəvi dünyası. Hacı Bayram Vəli dinimizə olduqca bağlı idi və Allahın uca dərgahına gedən yolu bir nur, qurtuluş yolu olaraq görürdü. Hacı Bayram Vəliyə görə, Allah bu dünyanın yaradıcısı, yeganə sahibidir, təkdir, sonsuzdur və əbədidir. Bayramilik təriqətinin də əsasını bu, həmçinin Allah bütün varlıqlarda görünür, var olmaq Allahın görünməsidir ideyası təşkil edir. O, bununla bağlı şeirlərindən birində yazır: Bilmek istersen seni, Can içre ara canı. Bu şeirdə Hacı Bayram Vəli iki səndən bəhs edir. Onlardan biri nəfsi, digəri ruhudur. Ustadın fikrincə, insan Allahın uca dərgahına ucalmaq üçün nəfsdən qaçmalı, ruhu sənini bu dünyada hər şeydən uca tutmalıdır. Sonrakı misralarda Hacı Bayram Vəli qeyd edir ki, canından keçməklə insan özünə qovuşur, yəni özünü tanıyan Allahını da tanıyır. Belə ki, insan yaradılmasına görə Allaha borcludur, oradan gəlmiş, oraya da dönəcəkdir. Hacı Bayram Vəliyə görə, insan dünya malına meyil etdikcə özünü tanımaz, bu dünyaya nə üçün göndərildiyini anlamaz və axirətini düşünməz. Axirətini düşünməyənlərin isə sonu həmişə faciə ilə bitib, onlar ətrafındakı insanlar üçün təhlükə ocağına dönüblər. Hacı Bayram Vəlinin bu şeiri yazmaqda məqsədi insanın öz dininin qanun-qaydalarına əməl etmədən yaşamasının faciə olduğunu ətrafındakılara çatdırmaq, onlara vaxt var ikən, bu həyatdan köçməmiş dinimizə möhkəm sarılmağı, xilas yolunun ancaq bunda olduğunu anlatmaq, başa salmaqdır. Nəsihətləri. Zəngin belə olsanız çalışın. Boş gəzənlərin yoldaşı şeytandır! Hesabınızı, hesaba çəkilmədən verin. Dünya qəmindən qurtarmaq istəyən qəbristanlığa getsin. Tövbə edin ki, Allah günahlarınıza görə sizi əfv etsin. Harada olsanız olun, orada sizi Allahın qoruduğunu unutmayın. Allahdan qorxun, pis əməllərdən uzaq durun. Vəzifəli insanlarla əlaqələrinizdə oddan faydalandığınız kimi onlardan faydalanın, onlara od tutub yanacağınız qədər deyil, odundan isinəcəyiniz qədər yaxınlaşın. İnsanların fitnəsindən xilas olmaq istəyirsinizsə, onların arasında az-az görünün. Nifrət və kin həqiqətləri görən gözləri kor edər. Əsəbi hal insanı məhvə sürüklər. Allah Təalaya üsyan edən heç kimə yardım etməyin. Uşaqları çox sevin, onlarla rastlaşanda başlarını oxşayın, onları sevindirin, siz bununla da Peyğəmbər Əfəndimizin əmrini yerinə yetirərək, Allahın şəfqətini qazanmış olacaqsınız.
Gənclər və dialoq. Hər insan bir fərd olaraq istər fiziki, istər ruhi, istərsə də digər parametrlərinə görə digərlərindən böyük ölçüdə fərqli yaradılıb. Ümumi görünüşdə nə qədər bir-birimizə bənzəsək də, diqqət edincə, araşdırınca, öyrənincə eyni olmadığımızı, fərqli özəlliklərə sahib olduğumuzu çox asanlıqla görə bilərik. Barmaq izlərinin fərqliliyi buna sadə və əyani misal ola bilər. Afrika ölkələrindən birinə səyahət edən ağdərili adam qaradərili dostuna: “Siz bir-birinizə çox bənzəyirsiniz, bir-birinizi necə tanıya bilirsiniz?” - deyə sual verir. Sima olaraq, xarici görünüş olaraq nə qədər bənzər görünsək də, hər birimiz özümüzü fərd kimi digərlərindən fərqli hesab edirik və fərqliliklərimizi paylaşmaq, yeni nələrisə öyrənmək axtarışında və marağındayıq. Buna görə də bütün insanların bir-biri ilə qarşılıqlı münasibətlərə, bir-birinin özəlliklərini digərləri ilə paylaşmağa, bir-birinin fərqli düşüncələrindən, fərqli fikirlərindən istifadə etməyə ehtiyacları var. Yaşadığımız sürətlə qloballaşan dünyamızda buna daha çox ehtiyac hiss olunur ki, günümüzdə bu qarşılıqlı münasibətlər “Dialoq” termini ilə leksikalogiyamızın ayrılmaz hissəsinə çevrilib. Dialoq fərqli insanların, fərqli toplumların, fərqli millətlərin, fərqli düşüncəyə sahib insanların bir-birini anlama, tanıma və ortaq problemlərinə həll yollarını axtarma əzmidir. Qloballaşan dünyamızda sosial, iqtisadi, mədəni, mənəvi və saya biləcəyimiz sürətlə artan bir çox problemlər var ki, bu problemlərin həlli dövlətləri, millətləri, insanları böyük çətinliklərlə qarşı-qarşıya gətirib. Bu problemlərin həllində ən çox çətinliklərlə qarşılaşanlar məhz gənclərdir. Bu problemlərin həllinə çalışarkən çox vaxt böyük səhvlər edə bilir, böyük risklərlə qarşı-qarşıya qalırlar. Təbii ki, bu da gənclərin kifayət qədər geniş təcrübəyə sahib olmamalarından irəli gəlir. Gənclik dövrü insanın ən gözəl inkişaf dövrüdür və hər bir gənc özünü bu dövrdə çox özəl hesab edir. Gənclər daim dinamik şəkildə dünyanı tanımaq, araşdırmaq və dəyişdirmək marağında və arzusundadırlar. Amma bu istək və arzular bəzən fanatizmə, irqçiliyə, şiddətə çevrilir və şəxsi eqolar ön plana çıxır, hər kəs “MƏN” deyə səsini dünyaya eşitdirməyə çalışır. Bu da çox böyük fəlakətlərə gətirib çıxarır. Belə olan halda, dialoqun önəmi bir az daha artmış olur. Çünki dialoq anlayışı gənclərin bu istəklərini, arzularını tolerantlıq, humanizm, ədalət və barış çərçivəsində dəyərləndirmək, gənclərdə olan bu potensialı müsbət istiqamətə yönəltmək funksiyasına malikdir. Gənclik insan həyatının oxumaq, araşdırmaq, öyrənmək, özünü yetişdirmək üçün əvəzolunmaz və ən əlverişli dövrüdür ki, bu da qarşılıqlı elmi mübadilələr, bir sözlə, dialoq fəlsəfəsi ilə sıx əlaqəlidir. Demək ki, öyrənmək nə qədər önəmlidirsə, dialoqun fəlsəfəsini öyrəmək də o qədər önəmli və əhəmiyyətlidir. Belə bir sual verə bilərik özümüzə: Dialoqun mənim ücün əhəmiyyəti nədir? Gənclik dövrünə nə qədər öyüd, nəsihət dinləməyə ehtiyac dövrü kimi baxılsa da, öz fikirlərini çatdırma, özünü sübut etmə, insanların onları dinləmə istəyi daha çox qabarıq olur. Bu baxımdan da ilk öncə dialoq fəlsəfəsi bizə gəncliyin ən böyük problemlərindən olan qarşıdakını dinləmə mədəniyyətinin, fikirlərə hörmət etmək və olduğu kimi qəbul etməyin nə qədər önəmli olduğunu öyrədir. Ancaq bundan sonra insanlar, özəlliklə də gənclər özəl hesab etdikəri hansısa biliyini, təcrübəsini digər insanlarla paylaşa və öyrənməsi vacib olan şeyləri əldə edə bilərlər. əks halda, fikirlərimiz heç kim tərəfindən qəbul olunmayacaqdır. Bir sözlə, dialoq “İnsanlarla nələri paylaşa bilərəm və insanlardan nələri öyrənə bilərəm?” - sualına ən praktik cavabdır. Bəzən yaşadığımız dünyanın problemlərinə göz yumuruq, həllinə inanmırıq, “dünya belə gəlib, belə də gedəcək” düşünürük, dünyanın dəyişə biləcəyinə, yeni, daha gözəl, daha xoşbəxt bir dünyada yaşaya biləcəyimizə inanmırıq. Dünya dəyişkənliyə, yeniliyə açıq formada yaradılıb və insanlar həm daxili, həm də xarici dünyalarını dəyişdirmək, yenidən inşa etmək bacarığına və potensialına sahibdirlər. Bunu görmək, dərk etmək üçün dünyanın ilk gündən bu günə olan tarixinə qısaca nəzər salmağımız kifayət edər. Bütün hallarda bu, dialoqla, qarşılıqlı anlayışla, tolerantlıqla mümkündür. Şiddət, üsyan, provakasiya heç vaxt həll yolu olmayıb, olması da mümkün deyil. Dialoq təcrübəsi bütün insanlara, özəlliklə də gənclərə dünyanın yenidən inşa edilə biləcəyini göstərməkdə və buna dəvət etməkdədir. Duyğu və düşüncələrin yenidən inşası yalnız və yalnız qarşılıqlı anlayışla, humanizmlə, dialoqla mümkündür. Bir gün məscidlərdən birinin inşası zamanı bir uşaq qaçaraq Memar Sinanın yanına gəlir. Bir müddət minarəyə baxan uşaq minarənin əyri olduğunu söyləyir. Memar Sinanın göstərişi ilə minarənin üst hissəsinə bir kəndir bağlanır. İşçilər kəndiri bir qədər sağa-sola çəkəndən sonra uşaq, “indi əyri düzəldi” deyir. Memar Sinan uşağa təşəkkür edir və bir də şirniyyat verib, yola salır. Baş verənləri heyrətlə izləyən işçilər Memar Sinandan bunun səbəbini soruşurlar. Memar Sinan da cavabında: “Biz bu hərəkətlə uşağın baxışındakı əyriliyi düzəltmis və insanların gələcəkdə səsləndirəcəyi yanlış düşüncənin qarşısını almış olduq. Yoxsa minarənin əyri olmadığını, əyrilik olsa belə, o kəndirlə minarənin düzəlməyəcəyini mən də bilirəm”, - deyir. İnsanlarda hər şeyə şübhə və tərəddüdlə yanaşmaq duyğusu formalaşıb. İndiyə qədər dünyada heç bir ideologiya insanları uzun müddət bir arada və təsir altında saxlamağı bacarmayıb. Nə yaxın və uzaq tarixdə dünyanın böyük bir hissəsinə hökm etmiş Qərb mədəniyyəti, nə də Şərqdəki sosialist və kommunist ideologiyalar bu istiqamətdə böyük uğura imza ata bilməyiblər. Halbuki onların hamısı böyük vədlər və qlobal iddialarla ortaya çıxmışdı. Ancaq bu iddialar özlərini doğrultmadı, vədlər reallaşmadı: insanlara səadət, mənəvi dinclik və təhlükəsiz həyat verilmədi. Bu da insanların bu ideologiyalara olan ümid və etibarlarını ciddi şəkildə zədələdi. Çünki ortaya atılan bütün ideologiyaların əskik tərəfləri vardı və bu əskikliklər onların qloballıq xüsusiyyətləri ilə üst-üstə düşmürdü. Hər şey bununla da yekunlaşmadı. Bir ideologiya sıradan çıxan kimi onu digəri əvəzlədi, ortaya yeni iddialar atıldı, yeni ümidlər və vədlər verildi... Yəni insanların ümidləri durmadan istismar edildi. Sanki müəyyən qüvvələr qaranlıq otaqlarda cəmləşib cəmiyyətdə ümidsizlik toxumları əkmək üçün planlar qururlar. Bu planların icrası üçün isə böyük infrastruktur hazırlanır... Demək olar ki, qaranlıq qüvvələr öz məqsədlərinə müəyyən qədər çatıblar. İndi insanlarda hər şeyə şübhə və tərəddüdlə yanaşmaq duyğusu formalaşıb. Hazırda bəşəriyyət ona təklif edilən hər hansı sistemə qarşı bir az şübhəli, bir az ehtiyatlı, bir az da hiyləgərdir. Çünki o, indiyə qədər onun cəlb olunduğu sistemlərin heç birinin tam işləmədiyinin şahididir... Mexanikada belə bir qayda var: əgər hər hansı bir sistemin kiçik bir hissəsi əskikdirsə, o həmin sistemin fəaliyyət göstərməsinə mane olur və nəticə etibarilə, mükəmməl bir sistem kiçik bir əskiklik ucbatından lazımsız bir struktura çevrilir. İdeologiyalar da əslində bu baxımdan istisna deyillər. Ən mükəmməl ideologiyada nəsə çatışmırsa, bu, onun insanlar tərəfindən mənimsənilməsinə mane olur. Bir ideya ortaya atılır, ancaq o ideya bəşəriyyətin təbiətinə və xarakterinə ziddir, bütün insanları əhatə etmir və bütövlükdə insanlığın ehtiyaclarına cavab vermir, xüsusilə də, bəzi xüsusiyyətləri etibarilə insanlar arasında kin və nifrət toxumları səpir, bəşəri dəyərləri ayaqlar altına atır. Belə bir ideyanın uzun müddət yaşaması, əlbəttə ki, mümkün deyil. Onu da iddia etmək doğru olmaz ki, hazırda dünyadakı bütün insanlar istisnasız olaraq, ümidsizdirlər, həyatdan küsüblər, güvənlərini itiriblər. əlbəttə ki, saf bəşəri duyğularını qoruya bilmiş insanlar da var. Onlar saxta və əldəqayırma ideologiyalardan mədət ummayan, yalan üzərində qurulmuş cərəyanlara ümid bağlamayanlardır. Ayrı-ayrı insanlar tərəfindən ortaya atılan ideologiyaların özünü doğrultmaması bəşəriyyəti ilahi mesajlara istiqamətləndirir. Artıq insanlar yalnız Allahdan mədət ummağa yönəlirlər. Bizi və bizim gördüyümüz, varlığını duyduğumuz, hər şeyi yaradan Allah bizi qane edən şeyin nə olduğunu da ən gözəl biləndir. Bu və ya digər səbəblərdən artıq müasir insanı aldatmaq o qədər də asan deyil. Yanlış qərarları sayəsində başı daşdan daşa dəymiş çağdaş bəşəriyyət bundan sonra daha ehtiyatlı olmalıdır və olacaq da. Doğru istiqaməti tapmaq və saxta ideologiyalara aldanmamaqla bağlı məsələni bütövlükdə bəşəriyyətə də aid etmək olar, konkret fərd olaraq, yaşlı insanlara da. Qocaman bəşəriyyət əsrlər ərzində bu sahədə böyük təcrübəyə yiyələnib. Həyatlarının müəyyən hissəsini yaşamış, saç-saqqalını ağartmış ixtiyarlar, böyük bir həyat təcrübəsi toplamış qocalar da dünyanın gərdişinə daha çox vaqifdirlər. Ümid edək ki, həm fərdi, həm də ictimai təcrübələrimiz bizi bir daha səhv etməyəcəyimiz istiqamətə yönəldər... Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı: Nərmin Haqverdiyeva.
Azərbaycan - millətlərin və dini konfessiyaların yanaşı yaşamasını təmin edən ölkə. Ulu öndər Heydər Əliyevin “Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir” fikirləri Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycanın tolerant ölkə imicini yüksək səviyyədə qorumasına bələdçilik etməklə yanaşı, bu gerçəkliyi də ortaya qoyur ki, ölkəmizdə dilindən, irqindən asılı olmayaraq bütün vətəndaşlar eyni hüquqlara malikdir və bu hüquqlar müvafiq qanunlar əsasında qorunur. Ümummilli lider Azərbaycanın ən başlıca sərvətlərini qeyd edərkən qədimlərdən bu torpaqda yaşayan, öz taleyini, həyatını bu torpağa bağlayan müxtəlif dinlərə etiqad edən insanları xüsusi vurğulayırdı: “Ərazimizdə yaşayan azərbaycanlı da, ləzgi də, avar da, kürd də, talış da, udin də, kumık da, başqası da bütünlükdə hamısı azərbaycanlıdır. Azərbaycanlı sözü bizi həmişə birləşdirib”. Bu gün Azərbaycanın tolerantlıq təcrübəsi digər ölkələrə nümunə göstərilirsə və öyrənilməsinin vacibliyi qeyd olunursa, bu, dövlətimizin uğurlu siyasətinin göstəricisidir. Bu günün reallıqlarını düzgün dəyərləndirmək hər zaman keçilən yola nəzər salmağa, düzgün təhlillər aparmağa böyük zərurət yaradır. Məlum olduğu kimi, ötən əsrin sonlarında sovetlərin dağılması ilə yaranan, dünya birliyi üçün yeni proses olsa da, çox sürətlə yayılan qlobal dəyişikliklər iqtisadi, siyasi, sosial, demoqrafik sahələrdə olduğu kimi, dini dözümlülük ənənələrinin qorunması üçün də əsl sınağa çevrildi. Bəşər sivilizasiyasının müxtəlif mədəniyyətlərin qorunması üçün dinlər və mədəniyyətlərarası dialoqun yaranmasına ehtiyacı artdı. Bu baxımdan tolerantlıq və dözümlülük ənənələri ilə tarixən zəngin olan Azərbaycan bir çox millətlərin və dini konfessiyaların yanaşı yaşamasını təmin edən ölkə kimi nümunə göstərildi. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı xalqlar və dinlərarası münasibətlərin müasir dövrün tələblərinə uyğunlaşdırılmasında mühüm rol oynadı. Dövlət-din münasibətləri modeli çərçivəsində inkişaf edən Azərbaycanda bütün dini konfessiyalar qanun qarşısında bərabərdir və eyni statusa malikdir. Milli Konstitusiyanın 48-ci “Vicdan azadlığı” maddəsində qeyd olunur ki, hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibətilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. 2009-cu ildə keçirilən ümumxalq səsverməsində Konstitusiyanın bu maddəsinə belə bir əlavə də edildi ki, heç kəs öz dini etiqadını və əqidəsini ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz. Avropa ilə Asiya arasında əməkdaşlıq körpüsü olan və uğurlu siyasəti ilə daim bu körpünün möhkəmləndirilməsinə çalışan Azərbaycanda əsrlər boyu müxtəlif dinlərin, millətlərin nümayəndələri bir ailə kimi yaşayırlar. İnsanın sərbəst yaşayıb işləməsi üçün bütün azadlıqların mövcud olduğu ölkəmizdə bu proses uğurla davam etdirilir. İslam Konfransı Təşkilatının üzvü, çoxmillətli, çoxkonfessiyalı, dünyəvi dövlət olan Azərbaycanda kilsə, sinaqoq və digər dini məbədlər mövcuddur. Ölkəmizin ev sahibliyi etdiyi dini sammitlərdə, sivilizasiyalararası dialoqun gücləndirilməsi məsələlərinə həsr olunmuş beynəlxalq konfranslarda da tolerantlıq təcrübəsi yüksək dəyərləndirilərək bildirilir ki, Azərbaycanda milli dəyərlərə sadiqlik, ümumbəşəri dəyərlərə hörmət meyilləri respublikanın müasirləşməsinə, modernləşməsinə xidmət göstərir. Prezident İlham Əliyev bildirir ki, milli dəyərlərimizə sadiq olmalı, qloballaşma adı altında milli mentalitetə xas olmayan keyfiyyətlər aşılanmamalıdır. Sovetlər dövründə xalqımız nə qədər məhrumiyyətlərlə, çətinliklərlə üzləşsə belə dininə, mənəvi dəyərlərinə sadiq qalıb. Müstəqillik əldə etdikdən sonra dini ənənələrimizin təbliği, islami dəyərlərə hörmət və ehtiram güclənib. İslam xalqımıza xoşbəxtlik, inkişaf, mədəniyyət, müqəddəs dəyərlər bəxş edib. Ümummilli lider Heydər Əliyev ictimai-siyasi həyatının bütün sahələrində, o cümlədən dövlət-din münasibətlərinin sivil prinsiplərə uyğun olaraq, tənzimlənməsində, dini etiqad və vicdan azadlığının maneəsiz təminatında, dini-mənəvi, əxlaqi-etik dəyərlərin prioritet yaşayış normalarına çevrilməsində müstəsna xidmətlər göstərib, böyük dövlətçilik təcrübəsinin təməlini qoyub. Son on ildə həmin siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, milli-mənəvi dəyərlərimizin inkişafı, azərbaycançılıq ideyasının təbliği istiqamətində mühüm addımlar atılır. Ölkəmizdə daim diqqət yetirilən vətəndaş birliyi, həmrəyliyi, dini, milli məsələlərin həllində əldə olunmuş uğurlar tarixi sərvətimiz, nailiyyətimizdir. İslami dəyərlərdən qaynaqlanan başqa dinlərə dözümlülük, qarşılıqlı anlaşma prinsiplərinə sadiq qalan azərbaycanlılar hər zaman bütün millətlərə hörmətlə yanaşırlar. Ölkəmizdə inkişaf etdirilən demokratiyanın tələblərinə uyğun olaraq insanlar üçün sərbəst düşünmək, istədiyi dinə inanmaq imkanı yaranır, dövlət-din münasibətləri sivil prinsiplərə uyğun tənzimlənir. Bu günlərdə Mətbuat Şurasının təşkilatçılığı ilə keçirilən “Dini etiqad azadlığı, missionerlik fəaliyyəti və media” mövzusunda konfransda ölkəmizdə din-dövlət münasibətlərindən, bu sahədə mövcud qanunvericilikdən geniş bəhs edilərək, bir daha bu reallıq qeyd oldundu ki, tolerantlıq mühitindən sui-istifadə halları mövcuddur və bu kimi məsələlərin həllində vahid mövqe ortaya qoyulmalıdır. Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirdi ki, dünyanın müxtəlif ölkələrində din və milli zəmində baş verən qarşıdurmalar, münaqişələr, dini konvensiyaların, təriqətlərin, institutların ayrı-ayrı dövlətlərin idarəçilik sisteminə təsir göstərmək cəhdləri din-dövlət münasibətlərini gündəmdə saxlayır və ictimai müzakirəsini aktuallaşdırır. “Təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycanın sürətli inkişafı, ölkədəki sabitlik, vətəndaş həmrəyliyi, dini və milli tolerantlıq mühiti bəzi daxili qrupların və xarici qüvvələrin, müəyyən əcnəbi dairələrin maraqlarına cavab vermir. Son zamanlar ölkəmizin hüdudlarından kənarda yaradılan və sistemli şəkildə istiqamətləndirilən müxtəlif missioner təşkilatları və dini təriqətlər Azərbaycana da ayaq açmış və onlar respublika ərazisində şəbəkələşməyə cəhd göstərirlər” söyləyən Ə. Həsənov qeyd etdi ki, bu gün dövlətçilik maraqlarımıza zidd fəaliyyət göstərən, əsrlərlə formalaşmış milli-mənəvi dəyərlərimizə, adət-ənənələrimizə, milli və dini hisslərimizə hörmət etməyən, cəmiyyət daxilində gərginlik yaratmaq, vətəndaşları doğru yoldan sapdırmaq və üz-üzə qoymaq, onları dünyanın müxtəlif yerlərindəki münaqişələrdə iştiraka meyilləndirmək və təhrik etmək istəyənləri, şəbəkələşərək pozuculuq fəaliyyəti göstərənləri ifşa etmək, onların əsl simasını cəmiyyətə tanıtmaq kütləvi informasiya vasitələrinin qarşısında duran əsas vəzifələrdən biridir. Vətəndaşların müxtəlif yollarla şirnikləndirilməsi, ələ alınması və müxtəlif şəbəkələrdə yerləşdirilməsi, cəmiyyətdə radikal dini ideyaların aşılanması, insanların təfəkkürünün, dünyagörüşünün süni yollarla dəyişdirilməsi, ayrı-ayrı qanunsuz icmaların yaradılması, fəaliyyətinin istiqamətləndirilməsi, mövcud ictimai-siyasi sabitliyin pozulması və s kimi hallar dini radikal təşkilatların ümumi xarakteristikasını təşkil edir. Həmin radikal dini qruplar məhz gəncləri məqsədli fəaliyyətlərinin əsas oyunçularına çevirməyə cəhd göstərirlər. Yazının əvvəlində də qeyd etdiyimiz kimi, ölkəmizdə dini etiqad azadlığı mövcuddur. Lakin hansısa dinin təbliği, insanların təfəkkürünün dəyişdirilməsi istiqamətində gostərilən cəhdlər yolverilməzdir. Mətbuatın ictimai fikrə təsir imkanlarının genişliyini nəzərə alsaq, bu gün din pərdəsi altında göstərilən cəhdlərin ölkə üçün nə kimi problemlər yaratdığını ətraflı şəkildə təhlil etməyə böyük zərurət duyulduğunu daha dərindən dərk etmiş olarıq. Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Ə. Həsənov çıxışında dövlətimizin bu kimi cəhdlərin qarşısının alınması yönümündə atdığı addımları diqqətə çatdıraraq bir daha bildirdi ki, Azərbaycan dövləti müxtəlif dini təriqətlərin, missioner təşkilatların antimilli fəaliyyətinə qarşı qəti barışmaz mövqedədir və onların niyyətləri heç vaxt nəticə verə bilməz. Son zamanlar radikal dini qruplaşmaların fəallaşmasına ictimaiyyətin sərt münasibəti də bu reallığı təsdiqlədi ki, günbəgün güclənən, iqtisadi qüdrətini artıran, müxtəlif mədəniyyətlərin, sivilizasiyaların qovuşduğu məkan kimi beynəlxalq tədbirlərə ev sahibliyi edən Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq qeyri-mümkündür. Azərbaycan kimi ölkənin vətəndaşı olmaqdan qürur hissi keçirən hər kəs ölkədə tolerantlıq mühitindən sui-istifadə edən radikal dini qruplaşmaların cəhdlərinin əbəs olduğunu bildirir. Xalq-iqtidar birliyinin möhkəmliyi fonunda bütün bu kimi cəhdlərin qarşısı hər zaman qətiyyətlə alınır. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı: Coşqun Mövlamov.
Bəşəriyyət insanlığa həsrət qalıb. İnsanı insan olduğu üçün sevmək və sayğı göstərmək Yaradana sayğının göstəricisidir. Bəzən elə olur ki, ancaq öz səviyyəmizdə olan insanlara sayğı və sevgi göstəririk. Bu hərəkət İslam ədəbinə uyğun bir hərəkət deyil. Belə etməklə insanlığa yaraşmayan bir sevgi sərgiləmiş oluruq. Belə sevgi də olsa-olsa, ancaq göstəriş və qürur üçün edilmiş süni bir davranış olur. Belə davranış insanda şeytani bir sifət olan özündənrazılığı və eqoistliyi qabarıq şəkildə üzə çıxarır. Hətta elə olur ki, bu davranışı iman və düşüncədə bizimlə eyni səviyyədə olan, ancaq bizim kimi düşünməyən, bizim kimi davranmayan insanlara qarşı da edirik. Belə davranış xudpəsəndlikdir. Bəşəriyyətin rifahı, gələcəyinin yaxşı olması naminə müəyyən bir qayəsi olan insanlar hadisələri səbəblərə görə yox, qayələrə, məqsədlərə görə mütaliə etməyi bacarmalı və özünü yüksək intellektli bir kadr kimi yetişdirməlidirlər. Eyni düşüncəyə sahib olan biz müsəlmanlar fərqli yollardan da olsa, eyni nöqtəyə çatmaq üçün çabalayırıq. Elə isə, nə haqla bu yolda mübarizə aparanlar barədə xoşagəlməz ifadələr işlədə bilərik? İnsanlarda iki xislət vardır. Biri yaradılışdan gələn xasiyyət, biri də sonradan, ətrafdakı insanların təsiri ilə qazanılan xasiyyətdir. Yaşadığımız müasir dünyada insanlığın sonradan qazandığı xasiyyətlər bizi çox narahat edir. Bu narahatçılığımız bizi vadar edir ki, insanlar haqqında hər hansı bir qərar qəbul edəndə tələsməyək. Çünki tələsik verilən qərarlar gələcəkdə müalicəsi mümkün olmayan yaralar aça bilər. Buna görə də insanlığın rifahı naminə çalışan insanlar verəcəkləri qərarlara, görəcəkləri işlərə insanlığın sevgi və sayğısına söykənən bir məna və “görünüş” köynəyi geyindirməlidir. Müasir dünyamız müxtəlif həyat tərzlərinin mövcudluğu ilə bizləri qaranlıq yollara sövq edir. Və indi nə olduğunu bilmədiyimiz bir çox hadisə ilə qarşılaşmış vəziyyətdəyik. Həll etməyə çalışdığımız problemlər olduqca anlaşılmaz görünür. İş orasındadır ki, belə məsələlərin nəticələri də özləri kimi nöqsanlarla doludur. İnsanlığa həyat suyu gətirmək üçün Qaf dağına getməkdən belə çəkinməyən minlərlə Xızır var. tapdığı ölümsüzlük iksirinin əlaməti belə yoxdu. Təəssüf ki, Xızırın yolunu gedənlərin bütün cəhdlərinə baxmayaraq, insanlıq ruhuna sayğı ciddi təhlükələrlə üz-üzədir. Bizlər illər uzunu çalışıb-çabaladıq, ancaq heç cür gələcəyin düsturlarını formalaşdıracaq tərkiblər əldə edə bilmədik. Belə vəziyyətdə istəyimizə çata da bilməzdik axı. Çünki duyğu və düşüncələrimizin fərqli şeylər vəd etməsi və fərqli şeylər gətirməsi bizləri əlində qırıq val və yarım bir bəstə ilə qapı-qapı gəzən musiqiçilərin halına salmışdı. Hər kəsin əlinə aldığı doğrunun bir parçası ilə başqa doğruları inkar etməsi və hər kəsi əlindəki yarımçıq bəstəyə itaət etməyə məcbur etmək istəyi və düşüncələrin bir-birinə zidd olması yeni xilasedici əlaclar tapmağa mane oldu. Üstəlik, hələ də inandırıla bilməyən insanlara kafirsən, günahkarsan deyilirsə... Bu gün üslubdakı bu səhvlərlə gəldiyimiz məqamlar çox qəmli və düşündürücüdür. Çiyin-çiyinə eyni məqsəd uğrunda çalışan insanlar bir-birilərini tanımaz hala gəlmişlər. Doğrular və səhvlər əsl yerlərindən oynadılaraq, qrupların maraqlarına uyğun olaraq əyri məcralara oturdulmuşdur. Belə bir qarışıqlıq içində nə hədəfin ucalığını, nə də vəsilənin ondan fərqliliyini seçmək mümkün deyil. Bu günün insanı bahardan ləzzət almaq üçün təbiəti seyrə çıxarkən sarı bir çiçəyə ilişmiş biri kimi görünür. Əslində o, vəsilələr üçün mübarizəyə aludə olduğu bu yolda hədəfə çatmaq ümidini çoxdan itirmişdir. Artıq gördüyü iş sırf məşğul olmaq üçün iş görmək və hərəkət etmək üçün hərəkət etməkdən ibarətdir. Tarixi abidə önündə özünü turistlərə sevimli göstərməyə çalışan bələdçinin abidəyə xidməti və Yaradana qulluğu unutduğu kimi, bu gün hər hansı bir missiyaya könül verənlər qayələrinə qarşı yad və biganə qalmışlar. Gündəmimizə girən və qəlbimizi dolduran hava nə qədər cazibəli və zəruri olursa-olsun, könül verdiyimiz həqiqəti unutmağımıza haqq qazandırmağa əsas verə bilməz. Eyni ərazini paylaşan bizlər bir-birimizə biganə qala bilmərik. Fərqli düşüncədə olan birinin davranışlarını tənqid edə bilərik. Bu, ağlın fərqli işləməsinin ifadəsidir. Amma əgər ayrı üfüqə çatmaq üçün çırpınırıqsa, heç olmasa, onun düşüncəsinə də sayğı göstərməliyik. Bu, hər şeyin üstündə Uca Yaradıcının ucaltdığı müqəddəs mənaya sayğılı olmanın gərəyidir. İnsana qarşı sayğılı olmalıyıq. Onun inandığı uca həqiqətlərə sayğılı olmalıyıq. Yaradanından ötrü yaradılanı sevməyi bacarmalıyıq. Bu anlayış içində qurmaq istədiyimiz bir cəmiyyət əvvəl-axır özünə gələcək və itirdiklərini bərpa etməyi bacaracaqdır. Sanki insanların böyük əksəriyyəti sevməyi, mərhəmət etməyi, bağışlamağı, yardım etməyi unudub, ən ülvi bəşəri duyğulardan uzaqlaşıb. Halbuki biz mələklərin belə, qibtə edəcəyi mərtəbədəyik. Bu mərtəbənin qədrini bilmədiyimiz və insanlığa layiq davranmadığımız üçün heyvanlardan da aşağı səviyyəyə düşürük. Sanki indi bütün gözəl hisslər insanları tərk edib, bu hisslərin yerini kin, nifrət, qəzəb, qısqanclıq, intiqam tutub. Qəlblərimiz sevgisiz qalıb, düşmənçilik hissləri bütün mənliyimizi əhatəyə alıb. Kinlə, nifrətlə oturub-dururuq, düşüncələrimiz mütəmadi olaraq pislik etməyə “köklənib”. Ətrafımızdakıları yandırıb-yaxmağa cəhd edirik, hər şeyi özümüzə uyğunlaşdırmağa çalışırıq, bizə uyğun gəlməyən hər şeyə düşmən kəsilirik, başqalarını təsirimiz altına almaq üçün onlara ən ağır işgəncələr verməkdən, böhtan atmaqdan belə çəkinmirik. Bu gün bəşəriyyət insan kimi yaşamağa, yəni insanlığa həsrət qalıb. Sanki insanların böyük əksəriyyəti sevməyi, mərhəmət etməyi, bağışlamağı, yardım etməyi unudub, ən ülvi bəşəri duyğulardan uzaqlaşıb. Halbuki biz mələklərin belə, qibtə edəcəyi mərtəbədəyik. Bu mərtəbənin qədrini bilmədiyimiz və insanlığa layiq davranmadığımız üçün heyvanlardan da aşağı səviyyəyə düşürük. Sanki indi bütün gözəl hisslər insanları tərk edib, bu hisslərin yerini kin, nifrət, qəzəb, qısqanclıq, intiqam tutub. Qəlblərimiz sevgisiz qalıb, düşmənçilik hissləri bütün mənliyimizi əhatəyə alıb. Kinlə, nifrətlə oturub-dururuq, düşüncələrimiz mütəmadi olaraq pislik etməyə “köklənib”. Ətrafımızdakıları yandırıb-yaxmağa cəhd edirik, hər şeyi özümüzə uyğunlaşdırmağa çalışırıq, bizə uyğun gəlməyən hər şeyə düşmən kəsilirik, başqalarını təsirimiz altına almaq üçün onlara ən ağır işgəncələri verməkdən, böhtan atmaqdan belə çəkinmirik. “Mənim bildiyim ən doğrudur” şüarı ilə hərəkət edərək, ən yaxınlarımızı belə, özümüzdən uzaq salırıq. Qısacası, əsiri olduğumuz şər düşüncələri həyata keçirmək üçün insanlığımızı unuduruq. Öz “mən”imizin quluna çevrilərək eqoistcəsinə davranırıq. Daima əsəbi oluruq, hiddətlənirik, qeyzlənirik, gücümüz imkan verirsə, vurub yıxırıq, əzə bildiklərimizi əzirik, əzə bilmədiklərimizin düşmənçiliyini isə içimizdə saxlayırıq, əlimizə imkan düşən kimi onlara da hiyləgərcəsinə zərbələr endiririk... Təəssüflər ki, belələrinin sayı çoxdur. Yalnız insan insana deyil, bir qrup insan bütövlükdə xalqlara, millətlərə olmazın zülmlər, işgəncələr verir. İnsanlar fitnə-fəsadla qarşı-qarşıya qoyulur. Günahsız uşaqların, ağsaçlı ataların, ağbirçək anaların qanları tökülür. İnsanların hüquqları tapdalanır, məzlumlar haqlarını bərpa edə bilmirlər. Çoxlarının ruhlarından insani keyfiyyətlər silinib, vicdan mexanizmi iflic olub. Düzdür, tarixən belə şeylər olub, bütün dövrlərdə haqsızlıqlar, vəhşiliklər baş verib. Ancaq budəfəki hər dəfəkindən daha dəhşətlidir. Qloballaşan və texniki baxımdan sürətlə inkişaf edən dünyada pis niyyətlər sürətlə yayılır. Hər yerdə xəzan var, insanlar saralmış yarpaqlar kimi tökülür. Hamı insanlığı dərk edən insan axtarışındadır. Hamı mərhəmətlə uzanan əl axtarışındadır. Madam ki, ətrafımızda dürüst insanların olmasını istəyirik, onda əvvəlcə özümüz dürüst olmalıyıq. Mərhəmətlə uzadılan əllərdən biri də bizim olsun... Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı: Xəyalə Sadıqova.
Azərbaycan tarixən etnik müxtəliflik məskəni olub. İslamaqədərki dövrdə Azərbaycanda konfessional durum özünün rəngarəngliyi ilə seçilmiş, ölkənin cənub torpaqlarında əhali əsasən zərdüştlüyə və xristianlığın nestorian məzhəbinə sitayiş etsələr də Qafqaz Albaniyasında əhalinin cüzi hissəsi politeist dinlərə itaət etsə də, lakin böyük hissəsi xristianlığın diofizit və monofizit məzhəblərini qəbul etmişdi. Ərəb xilafəti dövründə, islamın yayılması Azərbaycanın bütün bölgələrində eyni zaman ölçüsündə baş vermişdi. Zərdüştlüyün və bütpərəstliyin geniş yayıldığı ərazidə, Azərbaycanın cənub torpaqlarında, daha sonra Mildə, Muğanda, Kaspi sahillərində, Kür və Araz çayları boyunu əhatə edən ərazilərdə islam dini sürətlə yayılmışdı. Lakin Arsax, Uti, Kambisena vilayətlərində yaşayan əhali xristian kitab əhli olduğu üçün ərəblər onların dini etiqadına dözümlə yanaşmışdılar. XX əsrin əvvəllərində görkəmli etnoqraf Vəliyev (Baharlı) göstərmişdi ki, Azərbaycan etnoqrafik muzeydir. Hal-hazırda Azərbaycan Respublikası məkanında 80-dən çox azsaylı xalq yaşayır. Bu azsaylı xalqlar qafqazdili, irandilli, türkdilli qruplara aid olub, ölkə əhalisinin etnokonfessional tərkibinə daxildirlər. Onların sırasında udiləri, ingiloyları, xınalıqları, qırızları, buduqları, tatları, talışları, rusları, ləzgiləri, yəhudiləri və digərlərini göstərmək olar. Bu azsaylı xalqların bir hissəsi Azərbaycanın köklü əhalisi olub, başqa bir hissəsi isə tarixin müxtəlif mərhələlərində baş verən sosial-siyasi proseslərin nəticəsi olaraq ölkə torpaqlarında məskunlaşmışlar. Azsaylı xalqlardan, alban soylarından olan udilərə diqqət yetirərək göstərmək lazımdır ki, müasir udilərin birbaşa əcdadları sayılan utilər haqqında e.ə. V əsrdə yaşamış qədim yunan müəllifi Herodot özünün “Tarix” əsərində məlumat vermişdir. I əsrdə yaşamış Strabon da “Coğrafiya” əsərində Qafqaz Albaniyasında yaşamış 26 yerli alban soyunun arasında udilərin adını göstərmişdir. Udilər əsasən Qafqaz Albaniyasının Uti və Arsax vilayətlərində yaşamışlar. Alban soylarından olan ingiloylar da diqqəti çəkir ki, onlar Qafqaz Albaniyasının Kambisena vilayətində yaşamış, erkən orta əsrlərdə xristianlıq Qafqaz Albaniyasında yayılarkən, udilər kimi xristianlığı qəbul etmişlər. İslamaqədərki dövrdə Azərbaycanda konfessional durum özünün rəngarəngliyi ilə seçilmiş, ölkənin cənub torpaqlarında əhali əsasən zərdüştlüyə və xristianlığın nestorian məzhəbinə sitayiş etsələr də Qafqaz Albaniyasında əhalinin cüzi hissəsi politeist dinlərə itaət etsə də, lakin böyük hissəsi xristianlığın diofizit və monofizit məzhəblərini qəbul etmişdi. Ərəb xilafəti dövründə, islamın yayılması Azərbaycanın bütün bölgələrində eyni zaman ölçüsündə baş vermişdi. Zərdüştlüyün və bütpərəstliyin geniş yayıldığı ərazidə, Azərbaycanın cənub torpaqlarında, daha sonra Mildə, Muğanda, Kaspi sahillərində, Kür və Araz çayları boyunu əhatə edən ərazilərdə islam dini sürətlə yayılmışdı. Lakin Arsax, Uti, Kambisena vilayətlərində yaşayan əhali xristian kitab əhli olduğu üçün ərəblər onların dini etiqadına dözümlə yanaşmışdılar. Azərbaycanda qorunub saxlanılan. alban-xristian abidələri xalqımızın. tarixi yaddaşı üçün bir sübutdur. Tarixin faciəvi dönüşü ölkə əhalisinin ayrı-ayrı bölgələrinin etnokonfessional inkişafını müxtəlif səmtlərə istiqamətləndirmiş və eyni soya, kökə, tarixə malik əhali konfessional amil əsasında bir-birinə yadlaşmış və “din ayrı qardaş” aforizmi söz lüğətimizə daxil olmuşdur. Azərbaycan xalqının tarixən yaşadığı konfessional təkamülü ona polikonfessional mədəniyyət çalarları gətirmişdir. Ölkə ərazisində zərdüştlük, xristian, islam abidələri qorunub saxlanılır. Azərbaycan Respublikasının şimal-qərb, cənub-qərb bölgələrində qorunub saxlanılan alban-xristian abidələri xalqımızın tarixi yaddaşı üçün bir sübutdur ki, Azərbaycan torpaqları yalnız Azərbaycan tarixinə məxsusdur. Əcdadlarımızın yaşadığı tarixi yol multikultural ənənələrin yaranması üçün zəmin olub, Azərbaycan xalqında tarixən konfessiyalara olan tolerantlıq mədəniyyətini formalaşdırmışdır. Rusiya imperiyasının apardığı köçürmə siyasəti nəticəsində XIX əsrin birinci otuzilliyində ermənilər İran və Osmanlı dövlətlərindən kütləvi şəkildə Şimali Azərbaycan torpaqlarına köçürülmüşlər. Rusiya imperiyasının müstəmləkə. siyasəti: köçürmə, ruslaşdırma, xristianlaşdırma. XIX - XX əsrin əvvəllərində Rusiya imperiyasının Şimali Azərbaycanda apardığı müstəmləkə siyasətinin tərkib hissəsi olan köçürmə siyasəti nəticəsində ölkə əhalisinin etnik nomenklaturasında demoqrafik dəyişikliklər baş verdi. Belə ki, XIX əsrin birinci otuzilliyində Türkmənçay və Ədirnə müqavilələri bağlandıqdan sonra Rusiya imperiyası işğal etdiyi Azərbaycanın şimal torpaqlarında özünün siyasi hakimiyyətini bərqərar etmək, işğal etdiyi müsəlman ölkəsində konfessional dayaq yaratmaq məqsədi ilə əhalinin 90%-dən çox müsəlman olduğu ölkənin etnik nomenklaturasında xristian elementinin çəki yükünün artırılmasını əsas götürüb, qeyri-köklü xristian etnosları ölkəyə köçürməyə başladı. Bu siyasətin mahiyyəti, vətən torpaqlarını imperiya coğrafi çərçivəsində əridib, burada yadelli, yaddilli, yaddinli etnosları yerləşdirib, bölgədə özünə sosial dayaq yaratmaq idi. Köçürmə siyasətini apararkən, Rusiya hakim dairələri ermənilərə böyük ümidlər bəsləmiş və hakimiyyətin bu mövqeyini P.D.Sisianov belə izah etmişdi ki, ermənilər xristian olduqları üçün öz şəxsi mənafeləri naminə rus hökumətinə sədaqətlidirlər və Rusiya dövlətinin yeni ərazilərdə hökmranlığının bərqərar olmasını görmək istəyirlər. Azərbaycan tarixinin sonrakı mərhələlərində də ermənilərin ölkəyə köçmələri davam etmiş və XX əsrin əvvəlləri üçün onların çəki yükü ölkə əhalisinin etnik nomenklaturasında 32.65%-ə çatmışdı, halbuki XIX əsrin birinci otuzilliyində ermənil-qriqoryanların çəki yükü Şimali Azərbaycan əhalisinini 9%ni təşkil edirdi ki, onların əksəriyyəti qriqoryanlaşmış albanlardan ibarət idi. Xüsusi olaraq “Zaman-Azərbaycan” üçün Siyasi elmlər üzrə fəlsəfə doktoru Asim Məmmədov. Ardı növbəti sayımızda. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı: Vüqar Nəbiyev.
Azərbaycan tarixinin alman səhifələri. Əvvəli ötən sayımızda. Rusiya imperiyasının Şimali Azərbaycanı tərkib hissəsinə çevirmək məqsədi ilə xristianlaşdırma siyasətini aparan mütləqiyyət bölgədə xristian missioner cəmiyyətlərinin fəaliyyəti üçün şərait yaradır. Və işğalın ilk illərində fəaliyyət göstərən missioner cəmiyyətləri təkcə pravoslav deyil, habelə qeyri-pravoslav yönümlü idilər. Sonuncuların fəaliyyət məkanına Bazel missionerləri cəlb olunmuşdular. Lakin tezliklə Rusiya hakim dairələrinin ayrı-ayrı nümayəndələri belə qənaətə gəlirlər ki, qeyri-pravoslav missioner cəmiyyətləri, o cümlədən Bazel yevangel cəmiyyəti Rusiya imperiyasının dövlətçilik siyasətinin tələblərinə cavab verə bilmədiyi üçün onların fəaliyyətinə xitam verilməlidir. Beləliklə, XlX əsrin 30-cu illərində Rusiya hakim dairəlilərində qeyri-pravoslav missioner cəmiyyətlərə, o cümlədən Bazel missioner cəmiyyətinə münasibət qeyri-loyal duruma gəlmiş və nəticədə 1835-ci ilin payızında Bazel missioner cəmiyyətinin fəaliyyətinə qadağa qoyulmuşdu. Köçürmə siyasəti aparan Rusiya, ölkə əhalisinin tərkibinə yeni etnoslar da gətirdi: almanları və rusları. XIX əsrin birinci rübündə Azərbaycanın şimal torpaqlarını işğal edən Rusiya imperiyasının apardığı müstəmləkə siyasətinin əsas istiqamətlərindən biri işğal olunmuş əraziyə xristian etnosları köçürmək və xristian elementinin çəki yükünü ölkə əhalisinin etnokonfessional nomenklaturasında artırmaq idi. Yadelli xristian etnoslardan ilk olaraq almanlar Azərbaycanın şimal torpaqlarına köçürülmüş və onların koloniyaları salınmışdı. Alman kolonistlər, ölkənin sosial-iqtisadi sahəsinə qərb elementlərini daxil edə bilmiş, kənd təsərrüfatında üzümçülük, şərabçılıq, tütünçülük kimi sahələr, süni mineral suların hazırlanması onların adı ilə bağlı olmuşdur. Şimali Azərbaycanda məskunlaşan almanlar Rusiya imperiyasının apardığı müstəmləkə siyasətinin tələblərinə cavab verməsələr də ölkənin sosial-iqtisadi, mədəni və elm sahələrinə qoşulmuş, Azərbaycan tarixində özünəməxsusu iz qoymuş, ölkədə multikultural mühitin inkişafına təsir göstərmişlər. 1899-cu ildə alman memarı İ.Eyxlerin layihəsi ilə alman qotika üslubunda tilikmiş Kirxa kapitalist Bakısına qərb memarlığı mədəniyyətini gətirərək, Şərq-Qərb dünyalarını yaxınlaşdırmışdır. Bu dövrdə Azərbaycanın multikultural ənənələrə yaxınlaşması özünü başqa sahələrdə də göstərmişdir. Bakı nefti ilə milyonlara sahib olan Nobellər Nobel mükafatını təsis edərək, bəşəriyyətə Qərb-Şərq sivilizasiyalarının vəhdətini nümayiş etdirmişdir. İmperiya çərçivəsinə daxil etdiyi bütün xalqlara velikorus mövqeyindən yanaşan Romanovlar Rusiyası XX əsrin əvvəllərində sosial-siyasi kollaps dövrünə qədəm qoyduqda konfessional cəhətə varmayaraq, özünün qeyri-rus təbəələrinə birtərəfli münasibət göstərmiş və bu baxımdan almanlar istisna təşkil etməmişdilər. Xristianlaşdırma siyasəti. Azərbaycan torpaqlarını özünün müstəmləkə sisteminə qatan Rusiya siyasi hakimiyyətini bölgədə bərqərar etmək məqsədi ilə işğal etdiyi ərazidə mövcud islam sistemini pozmaq və əsas vasitə kimi götürdüyü xristian elementini artırmaq üçün müstəmləkə siyasətinin tərkib hissəsi olan xristianlaşdırma siyasətini məqsədyönlü olaraq aparmışdır. Belə ki, müsəlman ölkəsində Rusiya hakimiyyətini möhkəmlətmək məqsədini əsas tutan mütləqiyyət yaddilli, yaddinli, yadtəbiətli əhalinin assimilyasiyaya uğramasında mütləq vasitə dini, xristianlığın yayılmasını götürmüşdü. Belə ki, Rusiya imperiyasının hakim dairələrinin fikrincə ölkənin köklü əhalisi yadelli işğalla barışmayacaq və bu barışmazlığın dayaq nöqtəsi də İslam dini idi. Çünki, minillik bir tarixi dövr boyunca İslam dininə etiqad edən xalq, xristian dövlətin hakimiyyətini asanlıqla qəbul etməyəcəkdi. Rusiya imperiyasının Şimali Azərbaycanı tərkib hissəsinə çevirmək məqsədi ilə xristianlaşdırma siyasətini aparan mütləqiyyət bölgədə xristian missioner cəmiyyətlərinin fəaliyyəti üçün şərait yaradır. Və işğalın ilk illərində fəaliyyət göstərən missioner cəmiyyətləri təkcə pravoslav deyil, habelə qeyri-pravoslav yönümlü idilər. Sonuncuların fəaliyyət məkanına Bazel missionerləri cəlb olunmuşdular. Lakin tezliklə Rusiya hakim dairələrinin ayrı-ayrı nümayəndələri belə qənaətə gəlirlər ki, qeyri-pravoslav missioner cəmiyyətləri, o cümlədən Bazel yevangel cəmiyyəti Rusiya imperiyasının dövlətçilik siyasətinin tələblərinə cavab verə bilmədiyi üçün onların fəaliyyətinə xitam verilməlidir. Beləliklə, XlX əsrin 30-cu illərində Rusiya hakim dairəlilərində qeyri-pravoslav missioner cəmiyyətlərə, o cümlədən Bazel missioner cəmiyyətinə münasibət qeyri-loyal duruma gəlmiş və nəticədə 1835-ci ilin payızında Bazel missioner cəmiyyətinin fəaliyyətinə qadağa qoyulmuşdu. Verilən qərarla razılaşmayan Bazel missionerləri, baron Q.V.Rozenə yazdıqları hesabatlarında bölgədə xristianlaşdırma siyasətinə toxunaraq, bildirmişdilər ki, onların cəmiyyətinin əsas məqsədi müsəlmanları xristianlaşdırmaqdır. Və bunun üçün də əsas vasitə olaraq Bibliyanın bölgədə təbliği və yayılması məqsədəuyğun hesab edilmişdir. Çünki onların fikrincə dinin və dini baxışların dəyişilməsi üçün nəinki onilliklər, hətta əsrlər gərəkdir. Bu fikri əsas tutan Bazel missionerləri Rusiya rəsmi dairələrinin xristianlaşdırma siyasətində kəmiyyət meyarına istinad etmələrini qəbul etmir və bildirirlər ki, qısa bir zaman çərçivəsində göstərdikləri fəaliyyət onlara belə bir gerçəkliyi aydınlaşdırmışdır ki, Azərbaycan torpaqlarının köklü əhalisi, azərbaycanlıları, xristianlaşdırmaq o qədər də asan deyil. Çünki əsrlərlə Azərbaycan xalqının mentalitetini, özünüdərkini müəyyənləşdirən İslam və islam mədəniyyətini şüurlardan silmək mümkün deyil. Lakin mütləqiyyət müstəmləkə iddialarından əl çəkmək istəməyərək, Bazel missionerlərinin bu müraciətini qəbul etməyərək 1837-ci ilin yayında onların fəaliyyətini dayandırmışdı. Beləliklə, XlX əsrin ikinci otuzilliyində başlayaraq Rusiya imperiyasının Cənubi Qafqazda, o cümlədən Şimali Azərbaycanda apardığı xristianlaşdırma siyasətində yeni istiqamət özünü göstərir. Belə ki, bölgənin işğalının ilk illərində Rusiya zəbt etdiyi torpaqlarda mütləqiyyət, xristian amilini sadəcə olaraq artırmaq məqsədini əsas götürdüyü uçun xristian dininin ayrı-ayrı konfessiyalarını xristianlaşdırma siyasətinə qoşurdusa da, Türkmənçay müqaviləsi bağlandıqdan sonra Rusiya imperiyası bölgədə siyasi hakimiyyətini bərqərar etmək məqsədi ilə qeyri-pravoslav konfessiyaların, o cümlədən Bazel missionerlərinin fəaliyyətini məqsədəuyğun hesab etməyərək onları xristianlaşdırma siyasətindən uzaqlaşdırır və bu siyasətin ana xətti ortodoksal kilsə ilə bağlanılır. Xüsusi olaraq “Zaman-Azərbaycan” üçün Siyasi elmlər üzrə fəlsəfə doktoru Asim Məmmədov. Ardı növbəti sayımızda. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı: Vüqar Nəbiyev.
Azərbaycanda yaşayan xalqlar milli dəyərlərinə sadiq olublar. Əvvəli ötən sayımızda. Ölkədə məqsədyönlü şəkildə xristianlığı yaymaq konturları ilə çıxış edən Rusiya, Qafqazda pravoslavlığı yayan “Osetin komissiyası”nın fəaliyyəti ilə kifayətlənməyib, 1829-cu ildə “Qafqazda pravoslavlığı yayan cəmiyyəti” təsis edir. Xristianlığı ölkədə yayarkən, mütləqiyyət nəzər-diqqəti şimal-qərb torpaqlarına yönəldir və Alban kilsə tarixi abidələrinin mövcud olduğu ərazilərdə xristianlaşdırma siyasətinin uğurlu nəticələrlə sonuclanması qənaətinə gəlir. “Qafqazda pravoslavlığı yayan cəmiyyəti”n fəaliyyəti nəticəsində Zaqatala dairəsində kilsələr tikilməyə başlayır və XIX əsrin ilk illərində ildə 20 minə qədər alban-ingiloy zorxoş xaç suyuna salınır. Əhali mütləqiyyətin apardığı xristianlaşdırma siyasəti ilə barışmır və 1863-cü ildə Zaqatalada üsyan başlayır və bu üsyanın əsas səbəblərindən biri məhz xristianlaşdırma siyasəti olur. Bölgədə sosial-siyasi durumu sabitləşdirmək məqsədi ilə Qafqaz Canişinliyi “xristianlığı qəbul etmişlərə yenidən İslam dininə qayıtmağa icazə verir”. Nəticədə, bir-neçə il ərzində Zaqatala dairəsində 7 məhəllə kilsəsi, o cümlədən Balakən kilsəsi bağlanılir. Beləliklə, Rusiya imperiyasının Azərbaycan torpaqlarında apardığı xristianlaşdırma siyasəti mütləqiyyətin gözlədiyi nəticəni vermir və bunun əsas səbəbi Azərbaycan xalqının İslam dininə olan bağlılığı olur. Bununla belə mütləqiyyət sonrakı illərdə də xristianlaşdırma siyasətini davam etdirilir və bu konturda “Qafqazda pravoslavlığı yayan cəmiyyət” öz xidmətini göstərir, ölkə quberniyalarında pravoslav kilsələri salınır. Xristian kilsələrinin sürətlə salınması, xüsusən Bakı şəhərində özünü daha qabarıq şəkildə göstərir. Burada xristian abidələrinin salınması rus xristian əhalinin etiqadı üçün şəraitin yaranması məqsədini də güdürdü. Belə ki, neft kapitalının sıçrayışlı inkişafı şəhərdə demoqrafik “partlayış”a səbəbə olur. Bu ilin göstəricilərinə görə şəhərdə 17 pravoslav xristian kilsəsi fəaliyyət göstərirdi. Beləliklə, Rusiya imperiyasının işğalı nəticəsində köhnə Bakının Şərq mədəniyyəti ilə Avropa mədəniyyətinin çulğalaması prosesi mərhələsi başlanmışdı. Ruslaşdırma siyasəti. Xristianlaşdırma siyasəti ilə paralel olaraq, mütləqiyyət Şimali Azərbaycana Rusiya imperiyasının mərkəzi quberniyalarından rus əhalisini də köçürürdü ki, məqsəd ölkənin köklü əhalisini, azərbaycanlıları, assimilyasiyaya uğratmaq, bu müsəlman torpaqlarını imperiya çərçivəsində “əritmək” idi. Ruslaşdırma siyasətini XIX əsrin birinci otuzilliyindən aparan mütləqiyyət, Rusiya dövlətçiliyi üçün təhlükə amili kimi qəbul edən rus təriqətçilərini Şimali Azərbaycana köçürsə də, lakin XIX əsrin üçüncü otuzilliyindən etibarən pravoslavlığın yayılmasında rus təriqətçilərinin deyil, rus pravoslav əhalisinin önəmli rol oynadığını əsas götürüb, pravoslav rusların bölgəyə köçürülməsinə üstünlük verir. Mütləqiyyətin devrilməsi ərəfəsində Şimali Azərbaycanda rusların sayı 249.835 nəfərə çatırdı. Demoqrafik dəyişikliklər. Beləliklə, XIX əsrin birinci otuzilliyində Azərbaycan torpaqlarını işğal edən Rusiya imperiyası, ölkədə siyasi hakimiyyətini bərqərar etmək üçün köçürmə siyasəti apararaq, əhalinin etno-konfessional tərkibində ermənilərin sayını mexaniki hərəkətlə artırsa da, əhalinin tərkibinə yeni xristian elementləri - almanları və rusları gətirsə də, Azərbaycan xalqının çəki yükü 54,9%, əhalinin etno-konfessional tərkibində dominant olaraq qalmış, Azərbaycan xalqı özünün tarixi torpaqlarında yaşamaqda davam etmiş, özünün mentalitetini, maddi-mənəvi mədəniyyətini, etnik özünüdərkini, konfessional tolerantlığını qoruyub saxlayaraq, Şərq-Qərb mədəniyyətlərinin sintezi prosesində özünəməxsus rol oynamış, multukulturalizm ənənələrini inkişaf etdirmişdir. Azərbaycan xeyriyyəçiləri. Ruslaşırma və xristinlaşırma siyasətini aparan Rusiya imperiyasının məqsədi Azərbaycan xalqını assimilyasiyaya uğratmaq idi. İnqilabaqədərki Rusiya apologetləri ruslaşdırmanı Rusiyanın tərkib hissəsi olduğunu göstərərək, bildirirdilər ki, bu siyasətin əsas məqsədi qeyri-rusların ruslar kimi düşünməsi və fikirləşməsidir. Müstəmləkə siyasətinin bütün ağırlığının girdabı içində qalan Azərbaycan öz tarixi özünüdərkini əsas tutur və XlX əsrin sonlarında kapitalizmin inkişaf mərhələsinə qədəm qoyan ölkə milli özünüdərk oyanışını yaşayır. Milli özünüdərk intibahının ilhamverici qüvvəsi Azərbaycan maarifpərvərləri və milli burjuaziyanın nümayəndələri olur. Bu xeyriyyəçilərin əsas məqsədi Rusiya imperiyasının müstəmləkə siyasətinin mahiyyətini göstərmək və xalqı oyatmaq idi. Bu məqsədlə xeyriyyəçilər mədəniyyətin, ədəbiyyatın, elmin, mətbuatın, maarifin inkişafına ciddi fikir verirdilər. Və cəmiyyətin bu aspektlərini inkişaf etdirən Azərbaycan xeyriyyəçiləri ölkəni multikultural istiqamətə yönəldirdilər. Həsən bəy Zərdabi. Görkəmli maarifçi-demokrat, pedaqoq və ilk Azərbaycan xeyriyyəçilərindən olan Həsən bəy Zərdabi xalqın milli şüurunun oyanmasında dünyəvi məktəblərin açılmasının zəruriliyini göstərir və bu ideyanın təbliği üçün vasitə olaraq, milli mətbuatın əsasını qoyur. Onun 1875-ci ildə təsis etdiyi “Əkinçi” qəzeti demokratik və maarifpərvər ideyaların təbliğat alətinə çevrilir. Hacı Zeynalabdin Tağıyev. Azərbaycan milli burjuaziyanın görkəmli nümayəndəsi, 1873-cü ildə Bakı nefti ilə milyonlara sahib olan Hacı Zeynalabdin Tağıyev öz xeyriyyəçiliyi ilə də seçilmişdir. Onun adı qızlar məktəbi ilə də bağlıdır. Xalqının gələcək inkişafını maarifdə, tərəqqidə görən uzaqgörən xeyriyyəçi qızların təhsilinə xüsusi diqqət yetirmişdir. O, Bakıda ilk qızlar məktəbini açır. Bu binanın memarı polyak Qoslavski idi. Məktəb Nikolayevski (indiki İstiqlal, hazırda AMEA-nın Əlyazmalar fondunun binası) küçəsində yerləşirdi. Qaraguruhçu ruhanilərin ciddi müqaviməti ilə üzləşən Tağıyev Quran ayələri əsasında göstərir ki, islam dini müslimələrin də biliklərə yiyələnmələrinin vacibliyini göstərir. Hacının səyləri öz nəticəsini verir. 58 şagirddən 35-i kasıb ailədən olduğu üçün böyük xeyriyyəçi onları öz hesabına oxutdurmuşdu. Xüsusi olaraq “Zaman-Azərbaycan” üçün Siyasi elmlər üzrə fəlsəfə doktoru Asim Məmmədov. Ardı növbəti sayımızda. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı: Vüqar Nəbiyev.
Marketə girib, satıcı qıza dedim: - Mən sizin müdirinizlə - Faiz müəllimlə görüşmək istəyirəm. Daşı ətəyimdən tökmədiyim üçün satıcı qız məni müdiri ilə görüşdürməkdən imtina etdi. Amma insafən belə bir şərt qoydu: “Müdirimizin adını düzgün deyərsən, onda görüşdürərəm”. Mən vizit kartoçkamı (bilet və ya vərəqə şəklində vəsiqə) ona verib, marketi tərk etdim. Buradan çıxan kimi özümü qarşıdakı şadlıq sarayına saldım. İçəri girəndə özünü mühafizəçi kimi təqdim edən şəxsə: - Mənə bu şadlıq sarayının müdiri Yaz müəllim lazımdır, - dedim. Mühafizəçi hirslə dilləndi: - Buranın müdiri Ayaz müəllimdir, sizin dediyiniz Yaz müəllim yox. Xahiş edirəm, danışığınıza fikir verəsiniz, kişinin adını təhrif etməyin. - Nə danışdığımın və sizdən nə xahiş etməyimin fərqindəyəm. Yenə deyirəm, mənə Yaz müəllim lazımdır. - Elə isə müdirimizin adını düzgün deyin. Müdirimiz yoxdur... Gələndə bir başıxarabın onu axtardığını deyərəm, - söylədi. Onunla mübahisəmin heç bir nəticə vermədiyini görüb, vizit kartoçkamı ona verərək oradan uzaqlaşmaq fikrinə düşdüm. Lakin nə qədər inad etdimsə, o, kartoçkamı qəbul etmək istəmədi. Rədd cavabını da: “Mənim müdirimin vaxtı haradadır, sənin kimilərə baş qoşmağa” sözləri ilə əsaslandırdı. Mən kartoçkamı onun stolunun üstünə qoyub, şadlıq sarayından uzaqlaşdım. Yolüstü ehtiyat hissələri satılan mağazaya da baş çəkib, müdiri Turran müəllimi soruşdum. Burada da müdirin adını düzgün demədiyimə görə məni o ki var məzəmmət etdilər. Sözün düzü, buradakıların əlindən birtəhər qurtula bildim. Bu söhbətlərdən bir aydan çox keçdi. Günlərin bir günü zəng edib dedilər ki, bəs sizi məhkəməyə veriblər, mühakimə olunacaqsınız. Bəs siz insanları təhqir etmisiniz. Nə qədər fikirləşdimsə, kimsəni təhqir etdiyimi xatırlaya bilmədim. Uzun sözün qısası, məhkəmə yetişdi. Hakim ittihamnaməni oxuyandan sonra şahidlər o ki var, haqqımda danışdılar. Dövlət ittihamçısı - prokuror məni ən ağır cəzaya məhkum olunmağımı istədi. Mən isə susaraq deyəcəyim son sözü gözləyirdim. Bəri başdan deyim ki, neçə il iş alacağımdan asılı olmayaraq, belə mühakimə edilməyimdən qürur duyuram. Bəli, mağaza, market, şadlıq saraylarının müdirlərinin, üstəlik, şahidlərin dedikləri ilə tam razıyam. Yəni, həqiqətən də, mənim iştirakımla belə olaylar yaşanıb. Lakin baş verənlərin heç birinə görə peşman deyiləm və buna görə də kimsədən üzr istəmək fikrim yoxdur. Əslində onlar üzr istəməlidirlər, özü də təkcə məndən yox... Bilirsinizmi niyə? İndi bu məsələni incələməyə çalışacağam. Başlayaq marketdən. Həmin marketin adının yazıldığı lövhədəki hərflərdən biri yoxa çıxıb. Bu dilimizə, qanunlarımıza hörmətsizlik deyilmi? Buna görə marketin müdirinə güldən ağır söz deyən, məhkəməyə çəkən yoxdur. Mən də elə bu səbəbdən müdirin adındakı bir hərfi düşürüb Ayaz əvəzinə, “Yaz” dedim, görüm buna necə reaksiya veriləcək. Reaksiya göz qabağındadır. Ehtiyat hissələri satılan mağazanın müdirinə “Turran” deməyim lövhədə “Ehtiyat” sözünün əvəzinə, “Ehtiyyat” yazılmasıdır. Cənab hakim, hər kəs öz dilini qorumalıdır. Əgər öz dilini qorumursansa, bu nəticə etibari ilə o deməkdir ki, sən ana dilinə, dövlət dilinə qarşı çıxırsan. Bu, yalnız mədəni məsələ deyil, çox ciddi siyasi məsələdir və məsuliyyət daşımalısan. Hakim bu son çıxışımdan sonra hökmü oxudu və mənə bəraət verdi. Sevincimdən göz yaşlarımı saxlaya bilmədim, hönkür-hönkür ağlamağa başladım. Bu zaman həyat yoldaşımın səsi eşidildi: “A kişi, başa düşə bilmirəm, axı sən yatanda niyə ağlayırdın? Qvami Məhəbbətoğlu.
“Prezidentin verdiyi ad məsuliyyətimi bir qədər də artırdı”. Hər il olduğu kimi, bu il də Beynəlxalq Müəllimlər Günü ərəfəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə ölkəmizdə təhsilin inkişafındakı xidmətlərinə görə bir qrup təhsil işçisi fəxri adlarla təltif olundu. Zəhmətlərinin layiqincə qiymətləndirilməsi təltif olunanların hər birində böyük sevinc, məmnunluq və minnətdarlıq hissləri doğurub. Müsahibimiz bu il “Əməkdar müəllim” fəxri adı almış Mingəçevir Texniki Humanitar Liseyinin riyaziyyat müəlliməsi “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilmiş, dərslik müəllifi Arzu xanım Hüseynovadır. Arzu müəllimə “Əməkdar müəllim” adının onun məsuliyyətini bir qədər də artırdığını söylədi. Müəlliməni fəxri ad alması münasibətilə təbrik etdik. Həyatımda təhsillə bağlı maraqlı, yaddaqalan hadisələr çox olub. Hər birinin də ayrı-ayrılıqda xatirələri var. Yetirmələrimin uğru ən yaddaqalan hadisələrdən biridir. Bu adın çox böyük məsuliyyəti var - olduğundan da yaxşı işləmək məsuliyyəti. Bu sərəncam müəllim üçün stimuldur. Təbii ki, belə yüksək ada layiq görülməyim məndə hər şeydən öncə minnətdarlıq hissi doğurur. Buna görə də Prezident İlham Əliyevə təhsilə və təhsil işçilərinə göstərdiyi diqqət və qayğıya görə minnətdarlığımı bildirirəm”. Bu tədris ilinə son illər təhsilimizdə gedən islahatları daha da dərinləşdirmək, əldə olunmuş uğurları artıqmaq əzmi ilə başlamışıq. Belə ki, bu il məzunların ali məktəblərə qəbulu üzrə tədris ocağımız yüksək nəticə göstərmişdir. Əminliklə deyə bilərəm ki, bu gün Mingəçevir Texniki Humanitar Liseyi özünün yeni inkişaf mərhələsini yaşayır. Demək olar ki, lisey Azərbaycan təhsilinin ən qabaqcıl təhsil ocaqlarından biri sayılır. Sevindirici haldır ki, liseyin adı respublikanın ən yaxşı təhsil ocaqları ilə bir sırada çəkilir. Ən mühüm amil isə yüksək intellektual potensiala malik olan pedaqoji kadrlarının olmasıdır. Odur ki, liseyimizdə gələcəyin hərtərəfli şəxsiyyətinin yetişdirilməsinə yüksək inam var. Şagirdlərimiz də bizim ümidlərimizi doğruldurlar. Məhz bunun nəticəsidir ki, məzunlarımız respublikanın nüfuzlu ali ocaqlarına yüksək balla qəbul olublar”. Liseydə respublikamızın qabaqcıl müəllimləri çalışırlar. Liseyin direktoru və qurucularından biri olan Nailə Məmmədova bizimlə söhbətində bildrdi ki, bu gün liseyin ənənələrinin yaşadılması, nailiyyətlərin ildən-ilə artmasının ən mühüm səbəbi öz işinin mahir bilicisi olan müəllimlər, eyni zamanda ölkədə həyata keçirilən təhsil layihələridir: “Ölkə rəhbəri cənab İlham Əliyevin sərəncamı ilə həyata vəsiqə qazanan “Təhsil Sahəsinin İnkişafı üzrə Dövlət Strategiyası” müasir dövrdə təhsilimizin inkişafını stimullaşdıran, onun dünya təhsili ilə inteqrasiyasına yol açan amillərdəndir. Bu gün liseyimizdə təkcə Mingəçevirdə deyil, respublikamızda qabaqcıl kimi tanınan müəllimlər çalışırlar. Onlardan Mingəçevirdən ilk “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi Mahiyyə Məmmədovanı, “Əməkdar müəllim”, dərslik müəllifi Sevda İsmayılovanı, dərslik müəllifi, “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilmiş Arzu Hüseynovanı, Yaşar Hüseynovu, Söylü Qorçuyevanı, Zemfira Talıbovanı, Cəmilə Namazovanı, Aytən Əliyevanı, Kəmalə Mayılovanı və digərlərini göstərmək olar. Onu da qeyd edim ki, bu gün liseyin fəaliyyəti bir neçə istiqamətdən diqqəti cəlb edir. Bunlar təhsilyönümlü, inkişafyönümlü layihələrdir. Ümumiyyətlə, məktəbdə 11 pilot layihə fəaliyyət göstərir ki, bunların hər biri təlim keyfiyyətinin yüksəldilməsində müstəsna əhəmiyyətə malikdir. Mən bir lisey direktoru kimi fəxr edirəm ki, liseyimizdə belə təcrübəli müəllim kollektivi çalışır. Məhz bu müəllimlərin iş təcrübəsi öyrənilərək şəhər məktəbləri arasında yayılır. Onu da qeyd edim ki, bu liseydə çalışan fəxri adlara layiq müəllimlər çoxdur. Onu da vurğulamaq istərdim ki, fəxri adlar ibtidai sinif müəllimlərinə də şamil edilsə yaxşı olar. Əgər bu müəllimlər bu gün dərslik yazmırsa, şagirdləri ilə hər hansı bir beynəlxalq layihəyə çıxmırsa (çünki ibtidai sinif səviyyəlidir), bu gün həmin ibtidai sinif müəlliminin yetirmələri (bir sinifdən 4 şagird) qızıl medal alırsa, əsas təməli qoyan bir müəllim niyə fəxri ad ala bilməsin? Hal-hazırda liseyimizin ibtidai sinif müəlliməsi olan Söylü Qorçuyevanın yetirməsi olan şagirdimizi beynəlxalq olimpiadaya hazırlayırıq”. Sonda onu da qeyd edək ki, lisey əvvəlki illərdə də uğurlara imza atıb. Esmira Hidayətova, Mingəçevir.
Sovet İttifaqının millətlərarası münasibətlər siyasətinin xüsusiyyətləri. Əvvəli ötən sayımızda. Bu məsələdən danışarkən, bolşevizmin “bütün ölkələrin proletarları birləşin” şüarına diqqət yetirmək lazımdır. Milli məsələni bolşevik-proletar ideologiyası əsasında, sinfi prinsiplər əsasında həll etməyə çalışan sovetlər, süni tarixi kateqoriya sovet xalqı yaratmağı əsas götürərək, xalqlara formal müstəqillik verərək, SSRİ kimi dövləti təşkil edərkən, onun xəritəsini “qayçılama” prinsipi əsasında qurur, yaradılmış inzibati-ərazi qurumlarında birləşən xalqların tarixi torpaqları nəzərə alınmır, “milli məsələ”nin həlli kağız üzərində qalır. Azərbaycan SSR-də də milli məsələ avtoritar rejimin tələbləri əsasında getmiş, süni “beynəlmiləlçilik” prinsipləri əsasında aparılmış, Azərbaycan xalqının tarixi yaddaşını unutdurmaq üçün iki dəfə onun əlifbası dəyişdirilmiş, ərəb-fars dillərini bilən mütəxəssislər “panislamist” damğası ilə damğalanmış, “torpaq”, “vətən” deyənlər “pantürkist” adlandırılmış, Azərbaycan mühacirləri xalqa “düşmən” obrazında aşılanmış, “cənub” mövzusu qapalı sahəyə çevrilmişdi. Bu siyasi-mənəvi təzyiqləri Azərbaycan xalqı ilə birgə, Azərbaycana ikinci “vətənləri” kimi baxan almanlar da yaşamış, Böyük Vətən müharibəsi başladıqdan sonra 001487 saylı qərarla 1941-ci ilin oktyabrında Orta Asiya və Sibirə sürgün edil-mişlər. Milli məsələdə göstərilən amirlik və zor prinsipləri SSRİ-nin dağılması ərəfəsində milli zəmində bir-sıra konfliktlərin başlanmasına gətirib çıxarmışdı. Qondarma “Dağlıq Qarabağ” probleminin növbəti mərhələsi və onun tarixi kökləri. Problemlə bağlı qeyd etmək lazımdır ki, Qarabağ bir anlayış kimi heç bir zaman axarında “dağlıq” və “düzənlik” məfhumlarına bölünməmişdir. Bu problemi araşdıran prof. V.Piriyev öz tədqiqatlarında F.Rəşid əd-Dinin “Mükatibat” əsərinə istinad edərək göstərmişdir ki, Qarabağ Arranın daxilində dağlıq və dağətəyi sahələrini birləşdirən vahid ərazidən ibarət olmuşdur. Tarixin sonrakı mərhələsində Aran torpağı Qarabağ adlanmağa başlayır ki, bu da ilk dəfə Hülakülər dövlətinin görkəmli nümayəndəsi Rəşid-əd-Dinin əsərində göstərilir. Bu problemi öyrənən prof. V.Piriyev göstərmişdir ki, tarixi Qarabağ ərazisi Araz çayından başlayaraq şimali-qərb istiqamətində uzanmış və Beyləqandan tutmuş Zəyəmçaya kimi olan əraziləri əhatə etmişdir. Bu coğrafi ərazi çərçivəsini nəzərə alsaq aydın olar ki, Qarabağ Qafqaz Albaniyasının bir sıra vilayətlərini - Arsax, Sünik, Uti və qismən də Paytakaran vilayətlərini əhatə etmiş və ölkənin siyasi, sosial-iqtisadi və mədəni həyatında mühüm rol oynamışdır. XX əsr boyu ermənilik bütün dünya ictimaiyyətini inandırmağa çalışmışdır ki, onların fəaliyyəti Qarabağda mövcud olmuş “erməni Arsax” dövlətinin bərpasına xidmət edir. Lakin Qarabağ torpaqlarına iddialı olan və tarixi reallıqla hesablaşmayan erməni millətçiləri “Arsax” məfhumunu özəlləşdirmək istəsələr belə tarixi gerçəklik buna imkan vermir. Birincisi ona görə ki, Arsax Qafqaz Albaniyasının iri vilayətlərindən biri olmuş və deməli, Azərbaycanın tarixi torpağıdır. İkincisi, erməni tərəfi “Arsax” məfhumunun erməni leksikonuna aid olduğunu iddia etsə də, lakin leksik təhlilini verməkdə acizdir. Bu problemə toxunarkən görkəmli sovet alimi İ.P.Petruşevski göstərir ki, nə Arsax, nə də əhalisi erməniləşdirilmiş albanlar heç bir zaman erməni mədəniyyəti mərkəzinə mənsub olmamışdır. Türkmənçay və Ədirnə müqavilələri bağlandıqdan sonra, Rusiya imperiyasının köçürmə siyasəti nəticəsində kütləvi şəkildə Azərbaycan torpaqlarının ayrı-ayrı bölgələrinə, o cümlədən Qarabağa köçürülən ermənilərin, tarixin sonrakı mərhələlərində, Qarabağa mexaniki hərəkəti davam etsə də, XIX əsrin ikinci yarısında və Romanovlar sülaləsinin devrilməsi ərəfəsində Qarabağ torpaqlarını özündə birləşdirən Şuşa, Zəngəzur, Qaryagin və Cavanşir qəzalarında ermənilərin çəki yükü azərbaycanlılarla müqayisədə aşağı idi. Belə ki, 1897-ci il Ümumrusiya siyahıyaalınmasına görə bu qəzalarda ümumilikdə 172.872 erməni yaşayırdı. Bu statistik göstəricilər bir daha sübut edir ki, XIX əsr boyu Azərbaycan torpaqlarına kütləvi və mütəmadi köçmələrinə baxmayaraq, ermənilər Qarabağda dominant etnos ola bilməmiş, Azərbaycan torpağına gəlmə əhali olmuşlar. Birinci Dünya müharibəsi illərində, Dördlər İttifaqının aparıcı qüvvəsi olan - Kayzer Almaniyasının apardığı dağıdıcı antirusiya siyasəti Romanovlar sülaləsinin devrilməsi ilə nəticələnir və 1917-ci ilin payızında Rusiyada baş alıb gedən siyasi-iqtisadi-sosial böhran hakimiyyətin bolşeviklər tərəfindən zəbt edilməsi ilə sonuclanır. Yaranmış vəziyyət imperiyanın ucqarlarında, habelə Mərkəzi Qafqazda milli-azadlıq hərəkatının yüksəlişinə səbəb oldu və 1918-ci ilin may ayının son günlərində bölgədə üç müstəqil dövlət yarandı. Gürcüstan Demokratik Respublikası və Azərbaycan Xalq Cümhuriyyətindən fərqli olaraq, yapılan Ermənistan Respublikası (Ararat Respublikası) ermənilər üçün yad bir ərazidə - tarixi Azərbaycan torpağı olan İrəvan quberniyası ərazisində bir qurum kimi meydana çıxdı. Lakin tarixi Çuxur-Səəd torpaqlarına yiyələnən erməni millətçiləri, “Daşnaksutyün” partiyası və erməni-qriqoryan kilsəsinin birgə siyasi xəttini əsas götürərək, Qarabağ torpaqlarına gözlərini dikdilər. Həmin dövrdə, Naxçıvan ərazisinin köklü əhalisi azərbaycanlılar Ararat Respublikasına tabe olmaqdan imtina etdikləri üçün erməni tərəfi çıxış yolunu Qarabağda məskunlaşmış ermənilərə bağladı. “Daşnaksutyün” partiyasının göstərişi ilə hərəkət edən Şuşa şəhərinin erməni icması “Millətlərin öz müqəddəratının təyin etməsi hüququ” prinsipini əsas tutaraq, 1918-ci ilin yayında “Dağlıq Qarabağın öz müqəddəratını təyin etmək” şüarını irəli sürərək, erməni separatçılığının mahiyyətini, Azərbaycan torpaqlarına qərəzli iddialarını nümayiş etdirdi. Beləliklə, tarixə təhrif olunmuş bir məfhum daxil oldu - Dağlıq Qarabağ və bu məfhum sonradan Azərbaycan tarixini saxtalaşdıran sovet tarixşünaslığında kök salmış oldu. Xüsusi olaraq “Zaman-Azərbaycan” üçün Siyasi elmlər üzrə fəlsəfə doktoru Asim Məmmədov. Ardı növbəti sayımızda. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı: Vüqar Nəbiyev.
Erməniliyin multikultural mədəniyyətdən uzaq olan vandalizm təbiətinə şahidlik etdik. Əvvəli ötən sayımızda. Rusiyada cərəyan edən sonrakı sosial-siyasi proseslər erməni millətçilərinin Azərbaycanın ərazi bütövlüyünə qarşı apardığı məqsədyönlü siyasətini dayandırmadı. Tarixi reallıqla hesablaşmayan erməni separatçıları bolşeviklərin dəstəyinə arxalanaraq 1920-ci ü dekabrın 1-də Qarabağın ürəyi olan Zəngəzuru ələ keçirir və bununla da Naxçıvanın quru yol əlaqələri Azərbaycanın qalan ərazisi ilə kəsilir. Qarabağı “özəlləşdirmək” planlarında israrlı olan ermənilik Zəngəzurla kifayətlənməyərək, Qarabağın dağlıq hissəsinə olan iddialarından əl çəkmir və bolşeviklərin dəstəyi ilə 1923-cü il iyulun 7-də Dağlıq Qarabağın Muxtar Vilayətinin (DQMV) (1937-ci ildən etibarən Dağlıq Qarabağ Muxtar Vilayəti - red.) elan edilməsinə nail olur. Beləliklə, gələcəkdə Qarabağın bu hissəsinin də Azərbaycandan qoparılması planının birinci mərhələsi həyata keçirilir və 1988-1994-cü illər hadisələri üçün “münbit” şərait yaranmış olur. Ümumiyyətlə isə, sovet hakimiyyəti illərində rəsmi İrəvan DQMV-nin “Ermənistan DQMV”-yə transformasiya olunaması ilə bağlı 16 dəfə, “DQMV-nin Ermənistan SSR tərkibinə daxil olması hüququ” ilə isə 45 dəfə Moskvaya müraciət etmişdi. Erməniliyin məqsədyönlü fəaliyyəti nəticəsində 1988-ci ilin fevralında qondarma “Dağlıq Qarabağ! probleminin növbəti fazası başlanır. Heç bir sosial-siyasi əsasa malik olmayan erməni separatçıları DQMV-nin Ermənistan SSR tərkibinə daxil olması tələbi ilə çıxış edirlər. Paralel olaraq, XX əsrin əvvəllərindən etibarən tarixi Azərbaycan torpaqlarına iddialarından əl çəkməyən ermənilik Ermənistan SSR-də etnik “təmizləmə” aparır və 1988-ci ilin noyabrın sonlarında azərbaycanlıları tarixi torpaqlarından çıxardır. Və özlərini dünyaya “məzlum”, “mədəni” xalq kimi qələmə verən erməni millətçiləri multikultural prinsipləri pozaraq, azərbaycanlıların tarixi torpaqlarda yaşamaq hüququnu pozurlar. Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi Ermənistan silahlı qüvvələri. tərəfindən Azərbaycan torpaqlarının. işğalı və Qərb dövlətlərinin siyasi təzyiqi. 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa edən Azərbaycan Respublikası erməni separatçılığının hərbi təzyiqi ilə qarşılaşır. Erməni lobbisinin dəstəyi ilə silahlanmış erməni yaraqlılarının Azərbaycan torpaqlarına basqınlarının və hücumlarının qarşısını almaq üçün müstəqil respublikamız ölkənin ərazi bütövlüyünü qorumağı dövlətin əsas vəzifəsi olaraq qarşıya məqsəd qoyur. SSRİ dağıldıqdan sonra isə öz məkrli niyyətlərini həyata keçirmək məqsədi 1991-ci ilin sonlarından etibarən erməni millətçiləri Qarabağ müharibəsinə başlayırlar. Müharibə nəticəsində erməni hərbi qüvvələri 870 yaşayış məntəqəsini, o cümlədən 10 rayon mərkəzini dağıtmış, bir-sıra mühüm obyektləri ələ keçirtməklə yanaşı, Azərbaycan xalqının tarixi isinə zərbə endirmiş, mədəni-dini abidələri və maddi sərvətlərini məhv etmişdir. İşğal zonasında qalan Alban xristian məbədləri, məscidlər erməni vandalizminə məruz qalmış, Azərbaycanın mədəni sərvətinin nümayəndələrinin Vaqifin, xan qızı Natəvanın, Ü.Hacıbəyovun, Bülbülün abidələri dağıdılmış, mədəniyyət ocaqları yerlə-yeksan edilmişdir. Bəşər sivilizasiyanın nadir nümunələrindən olan Azıx mağarasının taleyi müəmmalı qalmışdır. Bu faktlar, erməniliyin multikultural mədəniyyətdən uzaq olan vandalizm təbiətinə şahidlik edir. Azərbaycanın çağdaş tarixinə Xocalı faciəsini yaşadan ermənilik, həmin dövrdə beynəlxalq təşkilatların səbatsız addımlarına arxalanırdı. Belə ki, Azərbaycan Respublikası Xocalı faciəsindən sonra beynəlxalq təşkilatlara rəsmi müraciətlər göndərsə də bu qurumlar, XX əsrin əvvəllərində bolşevik “süngüsünün” köməyi ilə tarixi Azərbaycan torpaqlarında yaranmış, Ermənistan adlı dövləti təcavüzkar kimi qiymətləndirməyə tələsmir, Yuqoslaviya variantının mümkünlüyü haqda fikirlər söyləyir, problemin həllini ilk növbədə regional təşkilat olan ATƏT-lə bağlayır, ölkənin ərazi bütövlüyü məsələsi sual altında qalırdı. O biri tərəfdən spyürkün siyasi aləti olan erməni lobbisi Qərb dövlətlərinə təsir edə bilir, Qarabağ müharibəsinin gedişatında ermənipərəst senator C.Kerrinin təklifi ilə ABŞ Konqresi Azərbaycan Respublikasına qarşı yönəlmiş 907 saylı düzəlişi təsdiqləyir. Müasir dövrdə Azərbaycan Respublikasının millətlərarası münasibətlər siyasətinin məqsəd və vəzifələri, prinsipləri və əsas. istiqamətləri, hüquqi bazası. Polietnik əhaliyə malik olan Azərbaycan Respublikası azsaylı xalqların hüquq və azadlıqlarının qorunmasını dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu götürərək, 1992-ci il 16 sentyabr fərmanı ilə “Azərbaycan Respublikasında yaşayan milli azlıqlar, azsaylı xalqlar və etnik qrupların qorunması, dil və mədəniyyətinin inkişafına dövlət yardımı haqqında” azsaylı xalqların mədəni inkişafına geniş imkanlar vermiş, onların hüquqlarının qorunmasını hüquqi dövlətin əsas vəzifəsi kimi götürmüşdür. Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra, separatçı qüvvələrə qarşı əməli tədbirlər görmüş, millətlərarası münasibətlər siyasətini demokratik prinsiplər əsasında inkişaf etdirmək istiqamətini əsas götürərək, azsaylı xalqların hüquq və azadlıqlarını qorumağı dövlətçilik quruculuğunun ümdə vəzifəsi kimi qarşıya məqsəd qoymuşdu. Müasir dövrdə Azərbaycan Respublikasının millətlərarası münasibətlər siyasətinin hüquqi bazası dövlətin ali qanuna konstitusiyaya əsaslanır. Demokratiya prinsiplərini əsas götürən ali qanun Azərbaycan Respublikasının bütün vətəndaşlarına qanun və məhkəmə qarşısında bərabərlik hüququ verir. Konstitusiyanın İkinci bölməsinin lll fəslinin 25-ci maddəsinin 3-cü bəndində deyilir: “İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məh-dudlaşdırmaq qadağandır”. Azərbaycan Respublikasının konstitusiyası ölkə əhalisinin tərkib hissəsi olan azsaylı xalqların milli mənsubiyyət hüququnun qorunmasını əsas götürərək, İkinci bölmənin lll fəslinin 44-cü maddəsində göstərir: “Hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq hüququ vardır. Heç kəs milli mənsubiyyətini dəyişdirməyə məcbur edilə bilməz”. Etnosun əsas atributlarından olan dil hüququnu da Azərbaycan Respublikasının konstitusiyası qoruyur və dövlətin ali qanununun İkinci bölməsinin lll fəslinin 45-ci maddəsində deyilir: “Hər kəsin ana dilindən istifadə etmək hüququ vardır. Hər kəsin istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququ vardır. Heç kəs ana dilindən istifadə hüququndan məhrum edilə bilməz”. Azsaylı xalqların hüquqlarını qoruyan Konvensiyanın ll hissəsinin 4 maddəsində göstərilir ki, Avropa Şurasının üzvü olan bütün dövlətlər “milli azlığa mənsub olan hər bir şəxsin qanun qarşısında bərabər müdafiə olunmaq hüququna zəmanət verirlər. Bununla əlaqədar olaraq, milli azlığa mənsubluğa əsaslanan hər cür ayrı-seçkilik qadağan olunur”. Multikultural ənənələri inkişaf etdirən Azərbaycan Respublikası ölkənin azsaylı xalqlarının mədəniyyətini, dilini, adət-ənənələrini qoruyur və məqsədyönlü iş aparır. Azsaylı xalqların etnik mənşə və konfessional fərqlərinə baxmayaraq, Azərbaycan Respublikası onların hər birinə eyni dərəcədə qayğı göstərir, dilindən, dinindən, etnik mənşəyindən, sayından asılı olmayaraq, toleyrantlıq ənənələrini əsas tutaraq, azsaylı xalqlara hörmətlə yanaşır. Azsaylı xalqların hüquqlarının qorunması üzrə ardıcıl siyasət aparan müstəqil dövlətimiz onların etno-konfessional inkişafına hərtərəfli köməklik göstərir. Milli azlıqlar öz milli mərkəzlərini, assosiasiyalarını və digər qurumlarını yaratmaq hüquqlarından tam istifadə edirlər. Hazırda respublikamızda onlarla milli mədəniyyət mərkəzləri fəaliyyət göstərir ki, onların sırasında “Birlik” cəmiyyəti rus icması, Ukrayna cəmiyyəti, Alman-Azərbaycan cəmiyyəti, Azərbaycan-İsrail cəmiyyəti, Azərbaycan-slavyan mədəniyyət mərkəzi, tat mədəniyyət mərkəzi, “Ronai” kürd mədəniyyət mərkəzi, “Samur” ləzgi milli mərkəzi, Ahıska türklərinin “Vətən” cəmiyyəti, talış mədəniyyət mərkəzi, avar cəmiyyəti, dağ yəhudilərinin icması, Avropa yəhudiləri (Aşkenazi) ic-ması, “Kapelhaus” alman mədəniyyət icması, “Polonia” polyak mədəniyyət mərkəzi və başqaları fəaliyyət göstərirlər. İslam dinini, pravoslavlığı və iudaizmi özündə birləşdirən “Üç qardaş” təşkilatının Azərbaycan Respublikasında fəaliyyət göstərməsi multikultural mədəniyyətin daşıyıcısı olan dövlətimizin tolerantlıq ənənələrinə hörmətlə yanaşmasının bariz nümunəsidir. Xüsusi olaraq “Zaman-Azərbaycan” üçün Siyasi elmlər üzrə fəlsəfə doktoru Asim Məmmədov. Azərbaycan. Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifə. ni hazırladı: Vüqar Nəbiyev.
Sonsuzluğa açılan qapı - könül. Maddi böhranlardan daha çox, mənəvi böhranlardan qorunmağın yollarını axtarmalıyıq. Çünki daha əvvəl də qeyd etdiyimiz kimi, maddi böhranların kökündə əsasən mənəvi böhranlar yatır. Könül insanoğlunun ən önəmli və ən ciddi yanı, onun mənəvi varlığının ifadəsi, hiss və inanclarının qaynağıdır. Könül insanın daxili aləminə açılan yolların həm ilk, həm də son mənzilidir. Könül yolu ilə irəliləyənlərin qarşısına qaranlıq çıxmaz, onlar daima nur içindədirlər. Könlünün səsinə qulaq asanlar ayrı-ayrı fərdlərdən asılı olmazlar. Bütün mənəvi dəyərlər könüldə yetişir, boy atır, meyvə verir: iman, eşq, ruhani zövqlər... Könlünün səsini dinləməyənlər insanlıqdan məhrum olmuş quru cəsədlərdir. Çünki insanlığın toxumları könülün mənəvi atmosferində boya-başa çatır. Bütün duyğular könülün əmrində olarsa, insan həqiqi xoşbəxtliyə nail olar. Belə olan halda, ruh cəsədə, qəlb ürəyə, iradə nəfsə qalib gələr, insan adi dünyəvi zövqlərin əsirinə çevrilməz, daha böyük idealların arxasınca düşər. Bir də bunun əksini düşünün: iradə heç nəyə təsir edə bilməyən zəif bir qüvvəyə çevrilmiş, insan ən adi əyləncələrin məngənəsinə düşmüş, pərişan olmuş ruhu ilə gələcək ideallarını cılızlaşdırmış... Bu insanda insanlıqdan əsər qalmışmı, sizcəə... Könülsüz insanın şeytanın tələlərinə düşmək ehtimalı çox böyükdür. Şeytan da məhz belə insanları özünə əsgər seçib, əmrinə müntəzir edir: həm dünyasını, həm də axirətini bərbad edir... Çox təəssüf ki, hazırda şeytanın oyununa gələnlərin sayı hər zamankından xeyli çoxdur. Ona görə də könül hərəkatına hər zamankından daha çox ehtiyacımız var. Bunun üçün könlümüzü qidalandıran “yeməklər” yeməliyik. Könlünün diktəsi ilə yaşayanların siması da aydındır, məramı da. Belələrinin çöhrəsi o qədər sevimli olur ki, bunun adi bir yaşayış tərzi olmadığını anlayırsan. Onların eşqi sonsuzdur, çünki bu eşq Haqqa yönəlir, ilhamını da Haqdan alır... Belə bir bənzətmə etsək, hər halda fikrimiz daha aydın izah olunar: insanın duyğularının hər biri fərddir, qəlb bu fərdləri idarə edən komandirdir, könül isə məşəldir, bu fərdlər və komandir pərvanə kimi bu məşəlin ətrafında dövrə vurur, ondan ilhamlanırlar... Könül hər şeydən yuxarıda durmalı, ancaq əmrlər verməli, bütün duyğulara komandanlıq etməlidir. Çünki Haqqın əmrlərini ən dəqiq və etibarlı şəkildə başqalarına yönləndirən məhz könüldür. Könülün funksiyasını nə məntiq, nə elm, nə də başqa bir qüvvə yerinə yetirə bilməz. Çünki məntiqin də, elmin də müəyyən məhdudiyyəti var. Könül isə Sonsuzdan qaynaqlandığı üçün imkanları da məhdudiyyətsizdir... İki böhran. Hazırda dünyamız iki böhranı birdən yaşayır. Həm iqtisadi, həm də mənəvi böhran dünyanı öz ağuşuna alıb. Beynəlxalq aləm cidd-cəhdlə maliyyə çatışmazlıqlarına qarşı mübarizə apararkən, əslində bu krizin kökündə dayanan mənəvi böhranı, sanki, ya görmür, ya da görmək istəmir. Əslində bütün böhranlar Sonsuz Qüdrət Sahibindən uzaq düşməkdən qaynaqlanır. Nə qədər qəribə olsa da, böhranları cənnəti yalnız bu dünyada yaşamağa çalışanlar çıxarırlar. Onlar bu dünyanın nemətlərindən maksimum faydalanmağa çalışır, yalnız öz səadətlərini və rahatlıqlarını düşünürlər, başqalarının rahat yaşamaq hüquqlarını tanımamaq bir yana, əllərinə fürsət düşdükcə onları əzirlər. Belələri haqq-ədalətə qarşı gözlərini, qulaqlarını, bütün duyğularını qapayıblar. Bunu yalnız ayrı-ayrı fərdlər etmədilər, dövlətlər də bu yola baş vurdular. Nəticədə, zülm müxtəlif dövlətlərin simasında daha da gücləndi, vəhşiləşdi. Bu gün yaşadığımız, gördüyümüz, müxtəlif vasitələrlə şahidi olduğumuz vəhşiliklərin başqa səbəbi yoxdur. Yeganə səbəb Haqqı tanımamaq və nəticə etibarilə qlobal vicdansızlıq sindromuna qapılmaqdır. Dünyanın bugünkü halı VI-VII əsrlərdə ərəb yarımadasındakı vəziyyəti, o cahilliyi xatırladır. İndi hamı bu vəziyyətdən çıxmaq üçün qurtarıcı bir əl gözləyir... Bir tərəfdən, məzlumların ah-fəryadı yüksəlir, digər tərəfdən, zalımların kini, nifrəti daha vəhşi hal alır. Kütlənin yaşamaq hüququ məhz “insan haqları”, “demokratiya” deyən qüvvələr tərəfindən ən zalım şəkildə pozulur. Bu vəziyyət belə davam edərsə, kim bilir, daha hansı vəhşiliklərin şahidi olacağıq, daha nə qədər insana qan qusdurulacaq, zalımlar alqışa tutulacaq, həyasızlar həya dərsi keçəcəklər... Bütün bunlara rəğmən, ümidsiz olmağa ehtiyac yoxdur. İnsan nə günahlar işləsə də, sonradan yenidən doğru yola qayıtması mümkündür. Bəşər tarixi dəfələrlə şahidi olub ki, insanlıq indiyə qədər bir neçə dəfə qeyri-əxlaqi yollara düşüb, ancaq sonra yenidən doğru istiqamətə qayıda bilib. Bir zamanlar kommunist bir rejimdə yaşayırdıq, bütün insanlara sistemli şəkildə ateizm aşılanırdı, insanlar Allaha qarşı məsuliyyətsiz olmağa məhkum edilirdi. İnsanlar inanmadıqları halda, Darvini əzbərləməyə məcbur olmuşdular. Ancaq sonra nə baş verdiə Bütün qadağalar alt-üst oldu. Həqiqətin üzərinə salınmış pərdə yırtıldı. Çünki həqiqəti gizlətmək mümkün deyildi. Səhər zülmətin ən pik nöqtəsindən sonra açılır... Ola bilsin ki, bütün problemlər hələ tam həll olunmayıb. Ateizmin dövlətləşməsindən qurtulsaq da, başqa problemlərlə qarşı-qarşıyayıq. Hər zaman terror haqqında düşünən, başqalarına qan qusdurmağı özünə peşə seçən, narkotika ilə gəncləri zəhərləyən, silah ticarəti ilə məşğul olan, insan alveri edən, millətin malını qamarlayan, korrupsiyaya qurşanan, rüşvəti müntəzəm gəlir halına gətirən insan cildinə girmiş canavarlardan xilas olmağın yollarını axtarırıq. Bu böhranların hamısı insanların daxilindəki boşluqlardan qaynaqlanır: mənəvi boşluq. Ruh lazımi qidalarla qidalandırılmadıqda, bu aclıq fiziki arzuların azğınlaşmasına səbəb olur və nəticədə, bir az əvvəl sadaladığımız fəsadlar ortaya çıxır. Əslində bu böhranlar insana stimul verməli, onu daima ayıq-sayıq olmağa sövq etməlidir. Maddi böhranlardan daha çox, mənəvi böhranlardan qorunmağın yollarını axtarmalıyıq. Çünki daha əvvəl də qeyd etdiyimiz kimi, maddi böhranların kökündə əsasən mənəvi böhranlar yatır. İnsanoğlu öz mövcudluğu ilə varlığa. rəngarənglik qatır. İnsan yaradılış ağacını tamamlamaq üçün dünyaya göndərilib. Ruh və cismin vəhdətindən doğan insan bu iki cövhər arasındakı tarazlığı qorumaq üçün həmişə çətinlik çəkib. Hətta bu tarazlığı qurarkən uçuruma yuvarlanma təhlükəsini də yaşayıb və yaşamaqdadır. Onun həyatı sanki bir hörgü kimi sevinc və kədər ilmələrindən ibarətdir. İnsanoğlunun ruhunda əbədiyyətə məftunluq var və insan da həyatını bu tellər üzərində qurmaq istəyir. Ancaq şeytani hiylə və tələlər daim onu fərqli istiqamətlərə yönləndirir, hər zaman doğru yoldan çıxarmağa çalışır. Bu baxımdan insan daim təhlükə altındadır və mübarizədədir: ya əbədi səadəti qazanacaq, ya da əbədi zillətə məhkum olacaq. Onun varlığındakı fərqliliklər və üstünlüklər eyni zamanda müəyyən məsuliyyəti də onun çiyinlərinə yükləyir. Ağlı və iradəsi sayəsində o, bu məsuliyyətini dərk etməli və həyatını düzgün istiqamətləndirməlidir. Onu xüsusi bir formada yaradan, özünəməxsus duyğularla təchiz edən və qeyri-adi məxluq halına gətirən Sonsuz Qüdrət Sahibinin bütün bunların müqabilində ondan istədiyi, sadəcə bir şükürdür. O həm bu dünya, həm də axirət səadətinə nail ola biləcək keyfiyyətlərlə təchiz edilib. İnsanda elə xüsusiyyətlər var ki, onların sayəsində hər iki dünyada müvəffəq olmaq mümkündür. O, zahiri görkəmi etibarilə dar bir çərçivəyə yerləşdirilmiş kimi görünsə də, əslində mənən dərin və dibsizdir. O, duyğuları sayəsində ən uca zirvələri fəth edə biləcək qabiliyyətlərə malikdir. İnsan mahiyyəti etibarilə kainatın və canlılar aləminin qafiyəsidir. insanı özünə xəlifə seçməsidir. Yəni ətrafda hər nə varsa, hamısı insanoğlunun əmrinə müntəzirdir. Bu həm də onu göstərir ki, insan yaradılan hər şeydən üstündür, onun hansısa bir məxluqla və ya canlı ilə müqayisəsi yersizdir. Ona görə də insan nəyin bahasına olursa-olsun, nəyəsə qurban edilməməli, dəyəri hər zaman üstün tutulmalıdır. Belə ki, o, fiziki baxımdan kainatla müqayisədə çox kiçik görünür. Onu dəyərlər üstü zirvəyə qaldıran amil onun mahiyyəti, mənəvi varlığı, vicdanı, qəlbi və ruhudur. O, məhz bu mənəvi keyfiyyətləri sayəsində bütün varlıqlara hökm etməyi bacarır, mələkləri belə geridə qoyur... Onu “beşgünlük dünyada yeyib-içən, keyf çəkən” varlıq gözündə görmək, əslində ona təhqirdir. Çünki bu xüsusiyyətlərə heyvanlar da malikdir, onlar da yeyib-içir, şəhvani istəklərinə uyğun yaşayırlar. Hər halda insanı belə canlılarla müqayisə etmək olduqca yersizdir. Onu bütün varlıqlardan fərqləndirən cəhət şüur, iradə və ruhdur. Yəni mənəvi keyfiyyətlərdir. Yalnız mənəvi dəyərinin fərqində olan insanlar bütün bu deyilənləri idrak edir və özünü dünyada xəlifə kimi aparır, davranışlarına, hətta düşüncələrinə, fikirlərinə diqqət yetirir, uçuruma yuvarlanmamaq üçün ehtiyatla yaşayır. Bəzən ayağı büdrəyir, sürüşür, yıxılır. Çünki doğru istiqaməti bilir. Əslində yıxılmaq və yenidən dikəlib yola davam etmək iman əhlinin həyat tərzidir, qədəridir, alın yazısıdır. onun bu xüsusiyyətlərini də bildiyi üçün tövbə qapısını son anadək açıq saxlayır.
Eyni cəmiyyətin mənsubları olaraq biz bir-birimizə yad, uzaq ola bilmərik. İnsanı insan olduğu üçün sevmək və ona hörmət bəsləmək, Yaradana ehtiramın ifadəsidir. Yoxsa yalnız özü ilə həmfikir olanları sevmək və saymaq, səmimi və insani bir sevgi və hörmət deyil, bir eqoizm və insanın öz-özünü bütləşdirməsidir. Hələ bir də, təməl düşüncə və təsəvvürdə eyni yolda olub, lakin eynilə bizim kimi düşünməyənlərə xor baxmaq bir mürüvvətsizlik və özünü bəyənmişlikdir. Biz gələcəyin memar və qurucularını məsələləri çıxış nöqtələrinə, səbəblərə görə deyil, məqsədlərə görə mütaliə edən ali himmətli (hər işə məsuliyyətlə yanaşan) bir heyət olaraq düşünürük. Madam ki, eyni düşüncədə olan biz, bütün millət fərdləri müxtəlif yol və strategiyalarla da olsa, həmişə eyni nöqtəyə varmaq üçün çırpınırıq, axı niyə bu uca hədəfin müqəddəs yolçularını qaralayaq ?.. İnsanlığın gələcəkdə alacağı cəbri (zorla, məcburən edilən) keyfiyyət, hal-hazırda yaşadığımız dünya etibarilə, bizi o dərəcədə diqqət və gözüaçıqlığa məcbur edir ki, indi tələsik verəcəyimiz hər hansı bir qərarın gələcəkdə aradan qaldırılması qeyri-mümkün səhvlərə səbəb olma ehtimalı vardır. Buna görə də, gələcəyin memarları quracaqları dünyanın təməlini insana sevgi və hörmətdən qaynaqlandırmaq məcburiyyətindədirlər. Müasir dünya gətirdikləri ilə bizi zülmətli, uçurumlu yollara saldı. Və hal-hazırda mahiyyətini bilmədiyimiz bir çox məsələ ilə üz-üzəyik. Həlli ilə məşğul olduğumuz bu məsələlər son dərəcədə qarma-qarışıq, nəticələri də o nisbətdə ziddiyyətlərlə doludur... Bəli, insanlığa abi-həyat gətirmək üçün Qaf dağına çıxmaq əzmində olan minlərlə Xızır var, lakin heç birində əbədilik (ölümsüzlük) iksirinin əlaməti mövcud deyil. Və bu həvari ruhlu qəhrəmanların bütün səylərinə baxmayaraq, insanlığa hörmət ciddi təhlükələrlə üz-üzədir. Biz illərlə elə hey çırpındıq, lakin heç cür gələcəyin təməlinə çevriləcək əsasları müəyyənləşdirə, əldə edə bilmədik. Əldə edə bilməzdik də, çünki duyğu və düşüncələrmizin müxtəlif şeylər vəd etməsi və fərqliliklər gətirməsi bizi, əlində qırıq bir saz və yarımçıq bir nəğmə ilə qapı-qapı gəzən musiqiçilər halına gətirdi. Hər kəs əlinə aldığı “doğru”nun bir parçası ilə başqa doğruları inkar və hər kəsi əlindəki parçacığa tabe olmağa məcbur hesab edərsə, fikir mübadilələri aparmaq, yeni nəticələr və çıxış yolları əldə etmək mümkündürmü? Üstəlik özləri ilə razılaşmayanları kafir kimi qələmə vermə, qaralama, hətta feili təcavüz silahlarından da istifadə edilərsə... Bu gün üsuldakı səhvlərlə varılan məqam çox həzin və düşündürücüdür. Çiyin-çiyinə eyni yolda gedən insanlar bir-birini tanımaz hala gəliblər. Doğrular və yanlışlar əsl dayaqlarından, təməllərindən uzaqlaşdırılmış, müəyyən qrupların istək və həvəslərinə uyğun sürüşkən relslər üzərinə yerləşdirilmişdir. Belə bir qarışıqlıq içində nə məfkurənin ucalığını, nə də vəsilənin ondan fərqliliyini ayırd etmək mümkün deyil. Dövrümüzün insanları bahardan kam almaq üçün seyrə çıxıb bir sarı çiçəyə vurulmuş kimidir. Əslində o, vəsilələr üçün döyüşə girdiyi bu yolda çoxdan hədəfə varma ümidini itirmişdir. Artıq gördüyü iş sırf məşğul olmaq üçün məşğul olmaq və hərəkət etmək üçün hərəkət etməkdən ibarətdir. Məbəddə turistlərə şirin görünməyə çalışan mehmandar məbədə xidmət və Yaradana qulluğu necə unudarsa, eləcə də, bu gün hər hansı bir qrup və partiyaya könül verənlər əsl məfkurə və qayəyə qarşı yad və biganədir. Dövrün insanları baharın yolunda bir çiçəyin məhkumu, dəryada bir qətrənin əsiridir. Zənnimcə, onlara yeni bir qayə, baxış verəcəyimiz günə qədər də bu pərəstişkarlığın qarşısını almaq mümkün olmayacaq. Amma buna baxmayaraq, biz doğruya, həqiqətə tərcüman olmaqla mükəlləfik. Gözümüzə girən və qəlbimizi dolduran hava nə qədər cazibədar və ovsunlayıcı olursa olsun, könül verdiyimiz həqiqəti unutmağımıza əsla yol verilməməlidir. Eyni cəmiyyətin mənsubları olaraq biz bir-birimizə yad, uzaq ola bilmərik. Yaxşının və gözəlin mənbəyi əlimizdə deyil ki, eyni hədəfə doğru başqa bir yolun yolçusuna qarşı mücadiləmiz uyğun olsun. Fərqli fikirdə olan bir insanın yol və sistemini analiz edə bilərik. Bu, ağlın fərqli şəkillərdə işlədiyinin ifadəsidir. Amma əgər eyni üfüqə varmaq üçün çırpınırıqsa, heç olmasa onun düşüncəsinə də hörmət göstərməliyik. Bu, eyni hədəfə istiqamətlənmənin, eyni imana sahib olmanın, eyni anlayışı istifadə etmənin və nəhayət, hər şeydən daha üstün Uca Yaradanın yüksək tutduğu müqəddəs mənaya hörmətin tələbidir. Mübarək dinimiz bizə bir-birimizi sevməyi, kömək göstərməyi əmr edir. Buyrulur ki, bir-birinizi sevmədikcə kamil iman etmiş sayılmazsınız. Hər zaman söylənən və nə qədər söylənsə belə təkrar edilməsinə ehtiyac olan böyük həqiqətlər var: “Bir insanın xilasına səbəb olmaq bütün insanlığı qutarmaq kimidir; haqsız yerə bir insanın canına qıymaq bütün insanlığı qətl etmək kimidir.” Göründüyü kimi, dünümüz bizi əldən tutmağa, yaxşılığı, xeyiri paylaşmağa yönəldir. “İnsanı qurtarmaq” ifadəsi ölümün ağzından almaq anlamına gəlməz. Ölüm - Allahın ədalətinin təcəllisidir. Ölümsüz Adəm oğlu yoxdur, hər kəs ölümə məhkumdur, kimsə kimənin yerinə ölə bilməz, kimsə kimsəni öz yerinə qurban edə bilməz. “İnsanı qurtarmaq” ifadəsi onun zülmətdən nura, cəhalətdən imana köç etməsinə səbəb olmaqdır. Allahını tanıyan, Onun əmrlərinə tabe olan, ömrünün hansı yaşında olur-olsun, anlayan və Haqqa yönələn insan, xətaları üçün tövbə edib əfv diləyən, işlədiyi yaxşılıqları, savabları unutmağa çalışan, başa qaxmayan insan zərərdə olmaz. Dinimizin yetişdirmək istədiyin insan obrazı da budur. Hər zaman ətrafına xeyir verən, tikan deyil, gül bitirən, əldən tutan, qarşı tərəfi anlamağa çalışan, cahilin deyil, cəhalətin düşməni olan, insanın Haqqa yönəlməsi üçün əlindən gələni əsirgəməyən insan. Təəssüflə qeyd eləmək istəyirik ki, bir çox dini terminlərin mənası ya tamamilə dəyişdirilmiş, ya da çox dar, bəsit bir çərçivəyə hbs edilmişdir. “Cihad” sözü bu mənada ən çox diqqətimiz çəkən dini islahdır. Bu sözün daşıdığı məna ancaq öldürmək deyil, əksinə ölünün dirilməsinə səbəb olmaqdır. Döyüş meydanında bir kafiri öldürmək “cihad” qavramının, bəlkə də, ən sonuncu mənasıdır. Həqiqi cihad insanın qəlbini fəth etməkdir, onu sevmək və özünü ona sevdirməkdir. belə buyurmuşdur: “Ya Əli, bir insanın qurtuluşuna səbəb olmaq, içindəki bütün naz-nemətləri ilə birlikdə bu dünyaya sahib olmaqdan daha xeyirlidir.”. Bəli, biz bir-birimizlə imtahan olunuruq, bir-birimizlə ya qazanırıq, ya uduzuruq. Səmimi olduğumuz qədər sevirik, sevilirik. Sevdiyimiz, sevildiyimiz qədər də etibarımız, etimadımız olur. İnsan Allah-Təalanın yaratdığı uca varlıq, yer üzünün xəlifəsidir. İnsana hörmət göstərək! Onda əks olunan ali həqiqətlərə hörmət edək. Yaradandan ötrü onu sevib-sayaq, ona ehtiram göstərək. Bu düşüncə ilə inkişaf etdirə bildiyimiz cəmiyyət gec-tez özünə-kökünə qayıdacaq və itirdiyi şeyləri axtarmağı və bərpa etməyi bacaracaqdır. Azərbaycan. Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifə. ni hazırladı: Əli Çərkəzoğlu.
“Türkiyə -Azərbaycan iqtisadi birliyinin əldə etdiyi nəticələr kiminsə xoşuna gəlmir”. Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev son günlər Türkiyədə nəşr olunan bəzi mətbuat orqanlarında SOCAR-la bağlı yazılanlara münasibət bildirərək qeyd edib ki, bəzi qüvvələr Azərbaycan-Türkiyə böyük siyasi və iqtisadi birliyinə kölgə salmaq istəyirlər. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədə icra etdiyi investisiya layihələri uğurla həyata keçirilir. Bunu SOCAR prezidenti Rövnəq Abdullayev son günlər Türkiyə mətbuatında yazılanlara münasibət bildirərək qeyd edib: “Ola bilər ki, bəzi qüvvələr Azərbaycan-Türkiyə böyük siyasi və iqtisadi birliyinə kölgə salmaq istəyir”. R.Abdullayev əlavə edib ki, SOCAR-ın bu ölkədəki layihələri uğurla həyata keçirilir: “TANAP layihəsi yüksək templə irəliləyir. Artıq boruların düzülməsi və qaynaq işlərinin aparılması həyata keçirilir. Bu layihədə gözəl nəticələr var”. Burada işlər proqramı qabaqlayır. “Petlim” limanı artıq başa çatdırılır, burada kranlar quraşdırılır. Bu liman gələn ilin birinci rübündə artıq yükləri qəbul etməyə başlayacaq. Bu gözəl nəticələr, Türkiyə-Azərbaycan iqtisadi birliyinin əldə etdiyi nəticələr kiminsə xoşuna gəlmir. SOCAR Monteneqronu da qazlaşdırmaq istəyir. SOCAR Albaniya ilə yanaşı Monteneqronun da qazlaşdırılması layihəsində iştirak edə bilər. Bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayev məlumat verib. R.Abdullayev qeyd edib ki, iki dövlətin qazlaşdırılması layihəsi böyüdülərək birlikdə həyata keçirilə bilər. Bu işlərə baxılır. Trans-Adriatik Boru Kəməri (TAP) istifadəyə verildikdən sonra Albaniyaya qaz nəql olunacaq. Bundan sonra qazın paylaşdırılmasına başlanılacaq”, - deyə SOCAR rəhbəri qeyd edib. Gürcüstanın qaz bazarı açıqdır, kim istəsə qaz sata bilər. SOCAR-ın prezidenti həmçinin qeyd edib ki, Gürcüstan qaz bazarı açıq bazardır və SOCAR burada digər mənbələrdən gətirilən alternativ qazın satılmasına etiraz etmir: “İş adamları Gürcüstana alternativ qaz gətirməyə çalışırlar. Bura açıq bazardır və bu bazarda rəqabətqabiliyyətli qaz gətirib sata bilənlər iştirak edə bilərlər”. R.Abdullayev bildirib ki, gələn il Gürcüstana ötürülən Azərbaycan qazının həcmi builki səviyyədə qala bilər, lakin onun artırılması da mümkündür. Kanadada ofis açmaq üçün “SOCAR Trading” şirkəti aktiv işlərə başlayıb. Bunu SOCAR prezidenti Rövnəq Abdullayev bildirib. R.Abdullayev qeyd edib ki, bu ölkədə SOCAR müəyyən biznes əlaqələri qurub: “İnanırıq ki, Kanadanın neft sənayesində müəyyən işlər görmək olar və bunun üçün də hazırlıq görürük”. “Bilirsiniz ki, neftin qiyməti düşdükdən sonra müəyyən dəyişikliklər baş verir. Kanadada uzunmüddətli, amma ağır çıxarıla bilən ehtiyatlar var. Xatırladaq ki, SOCAR-ın nümayəndəliyi Kanadanın Kalqari şəhərində yerləşəcək. SOCAR-ın bu ölkədə nümayəndəlik açması beynəlxalq bazarlarda faəliyyətini genişləndirməsi planları çərçivəsində həyata keçirilir. “Qazprom”la SOCAR müqavilə imzalayacaq. Rusiyanın “Qazprom” ASC ilə Azərbaycan SOCAR arasında təbii qazın “svop” rejimində alqı-satqısı müqaviləsinin texniki detalları hazırlanır. Bu barədə jurnalistlərə SOCAR-ın prezidenti məlumat verib. R.Abdullayev qeyd edib ki, hələlik müqavilənin nə vaxt imzalanacağı məlum deyil: “Bildiyiniz kimi, Rusiya qazı burada laylara vurulması, gələcəkdə neft hasılatının artırılması və qaz anbarının maksimal gücə çatdırılması üçün nəzərdə tutulub”. kubmetr qaz nəql edəcəyi nəzərdə tutulur. Həmin qaz SOCAR-ın anbarlarına vurularaq saxlanılacaq. Gələn ildən isə alınan Dağıstanın qazla təmin edilməsi üçün nəql olunacaq. Neftimizin Bakı-Novorossiysk kəməri ilə nəqli davam edəcək. Bakı-Novorossiysk neft kəməri ilə Azərbaycan neftinin nəqli 2016-cı ildə də davam etdiriləcək. Bu barədə Rövnəq Abdullayev bildirib. R.Abdullayev qeyd edib ki, bu boru kəmərinin istifadəsi vacibdir: “Bu kəmər iqtisadi cəhətdən daha çox üçüncü alternativ marşrutun saxlanması baxımından vacibdir. Bu xəttə bizim neftin verilməsi qarşı tərəf üçün də vacibdir”. Qeyd edək ki, Bakı-Novorossiysk neft kəməri xam neftin Şimal istiqamətində nəqli üçün inşa olunub. Bu kəmərlə xam neft Qara dənizin Novorossiysk limanına Rusiya ərazisindən keçməklə nəql olunur. Azərbaycan neftinin Rusiya ərazisindən keçməklə Novorossiysk limanına nəql olunması haqqında müqavilə 1996-cı il fevralın 18-də Moskvada imzalanıb. Borunun neftlə doldurulmasına 1996-cı ilin oktyabrında başlanılıb. SOCAR kəmərin 231 km uzunluğunda olan Azərbaycan ərazisi ilə keçən hissəsinin operatorudur. Kəmərin maksimum ötürmə qabiliyyəti gündə 105 min bareldir. Kəmərin ölçmə stansiyası Şirvanovkada yerləşir. Rusiyanın baş naziri Dmitri Medvedev 2013-cü ilin may ayında Azərbaycan neftinin Bakı-Novorosiysk kəməri ilə Rusiya ərazisindən tranziti haqqında 1996-cı ildən qüvvədə olan müqavilənin ləğvinə dair sərəncam imzalayıb. 2014-cü il fevralın 18-də isə SOCAR ilə Rusiyanın “Transneft” şirkəti arasında qarşılıqlı faydalı kommersiya şərtləri əsasında yeni müqavilə imzalanıb. SOCAR və “Transneft” Azərbaycan neftinin Bakı-Novorossiysk boru kəməri ilə nəqli haqqında müqaviləni 2015-ci ilin sonuna kimi uzadıb.
Çox sevdiyi, hər söhbətində söylədiyi İraq türkmanlarının bir xoyratı vardı: Bu dünyaya yayaq gəldim, Uyumadım, oyaq gəldim. Bu xoyratı söyləyə-söyləyə duyğulanar və hər şeyin nə qədər tez, nə qədər sürətlə axıb getdiyini, dünənki uşağın bu gün ağsaqqal bir ixtiyar olduğunu, amma hər kəs kimi özünün də bu həqiqətə inanmaq istəmədiyini deyərdi. İndi tanınmış şairimiz, səmimi insan, yaxın dostumuz Məmməd Aslanın ölümündən qırx gün keçir. İstəsən də belədir, istəməsən də. Bəzən uşaq kimi kövrək, bəzən də dağlar qoynunda qoyub gəldiyi çaylar kimi coşqun Məmməd Aslan artıq yoxdu aramızda. İstəsən də belədir, istəməsən də. Efirdən “sözün özü” adlı qısa, amma dolğun, tutumlu, dilimizin heysiyyətini qoruyan söhbətlərinə alışmışdıq, amma daha yoxdur. Olsa-olsa lentlərin yaddaşında qalır. Çox şeylər danışmış, çox şeylər düşünmüşdük, amma heç biri alınmadı. Neyləyə bilərik, Məmməd Aslanla çox şeylərimiz getdi. Dədə Qorqudun o məşhur sözü ağıldan, qulaqdan getmir. Anadoluda deyildiyi kimi, adam kimi adam idi. Qəlbinə dəyən olanda, əvvəlcə, sakit-sakit dinləyər, nəyin nə olduğunu içində götür-qoy eləyər, kükrəyəndə də, Allah göstərməsin, üzünü görmə. Sözü də elə sərt, elə tutarlı deyərdi ki, adamın yeddi qatından keçərdi. Bir dəfə birinə demişdi ki, sənin kimi alçaq bir personajı mən heç bir kitabda belə görməmişəm. Sərt idi, sərt olduğu qədər də mərd idi. Yaltaqlıqla onu bir arada təsəvvür edə bilmirəm. Başqaları söyəndə o öydü, söyənlər sözlərini dəyişib öyəndə o susdu. Bu şəhər həyatı, şöhrət, böyük-böyük kürsülər, efir dəyişə bilmədi onu. Elə dəyişə bilmədiyi üçün də rahatlıq axtaranlar onu özlərindən uzaqlaşdırmağa çalışdılar. “Dərədən-təpədən” adlı bir verilişi vardı, adı uşaqlar üçün idi, amma böyüklərə də oradan əməlli-başlı dərs keçirdi. “Ağla qərənfil, ağla” adlı şeiri indinin özündə də 20 Yanvar faciəsini əks etdirən ən canlı ədəbi nümunələrdən hesab olunur. “Türkiyə” adı eşidəndə dodaqlarımızın çat verdiyi illərdə “Ərzurumun gədiyinə varanda” adında bir kitab yazıb, ortalığa qoydu. Ardınca Yunus Əmrə və Aşıq Veysəlin seirlərindən seçmələr edib “İki zirvə” adında çap elədi. O kitabları oxuyanlar türk sevgisində bir daha saflaşdılar, arındılar. Sevimli Peyğəmbərimiz Həzrət Muhammədin (Ona Allahın salamı olsun!) Mövlana aşiqi idi, hər söhbətində ondan bir neçə misal danışardı. Təxminən iki il əvvəl razılaşmışdıq ki, telekanalların birində fərqli bir veriliş başlayaq onunla. Belə planlamışdıq ki, şounun aləmi başına götürdüyü bu günlərdə o proqramda mənəvi dəyərlərimizə üz tutaq, köhnə kişilərin köhnə söhbətlərini daşıyaq o verilişə. Biz düşünmüşdük, amma olmadı. Sonuncu dəfə redaksiyamıza təxminən 7-8 ay əvvəl gəlmişdi. Ağlımıza nə gəldisə kameraları qurduq və beş saatdan artıq davam edən söhbətimizi lentin yaddaşına köçürdük. O qədər səmimi bir atmosfer alınmışdı ki, Məmməd əmi arada bir “senzurasız” bir-iki lətifə də danışdı. İnsan vətənsiz qərib olduğu kimi, vətən də hər böyük övladını itirdikcə sanki kiçilir, yetimləşir. Məmməd Aslan mənim üçün vətənimin belə böyük övladlarından idi. Mənim üçün cəmisi bir neçə şair var, onlar da öləndən sonra canlı şair qalmayacaq. Onunla ilk və qiyabi tanışlığım 70-ci illərdə çap olunan “Gənc şairin ilk kitabı” seriyasından əl boyda bir kitabça ilə başladı. Sonra qəzetlərdə şeirlərini oxudum. Tanınmış alimimiz Tofiq Hacıyevin o illərdə “Azərbaycan” jurnalında çıxan “Üç Məmmədin biri Araz, biri Aslan, biri İsmayıl” adlı məqaləsi o qədər səmimi, o qədər təsirli olmuşdu ki, adı Məmməd olan başqa şairin də hayıfsılanaraq “Kaş Tofiq müəllim “dörd Məmməd yazaydı, dördüncü də mən olaydım” dediyini eşitmişəm. Tələbə olandan sonra Əlyazmalar İnstitutunda işləyən qohumum Seyfəddin müəllimin yanında onunla görüşüb tanış olduq. Söhbət əsnasında atamı yaxşı tanıdığını və xətrini istədiyini dedi. Sonrakı görüşlərimizdə də məni “qardaşoğlu” deyə çağırdı və mən də bu xitaba qarşılıq olaraq, ona “Məmməd əmi” deməyə başladım. Digər rayonlarımız kimi, Kəlbəcərdən də əlimiz üzüləndən sonra onun nə qədər dərd çəkdiyini, yandığını açıq-aydın görürdük. “O Kəlbəcər qayıtmaz, qayıtsa yüz Kəlbəcər” deyə dərdini dilə gətirirdi Məmməd əmi. Son söhbətlərindən birində kəlbəcərli bir qarıdan danışardı və deyərdi ki, o qarı o yurddan çıxanda götürdüyü bir ovuc torpağı illər uzunu saxlayıb və bu yaxınlarda ölüm yatağına düşəndə balalarına deyib ki, sandığı açın, oradakı dükçəkdə torpaq var, o torpağı mənim qəbrimə tökərsiniz. Görünür, o nənə içində Kəlbəcərə dönmək ümidini yaşada bildiyi üçün o bir ovuc torpağı sirr kimi saxlayıbmış, amma ölümün qoxusunu alanda öz sirrini açdı. Deyəsən, Məmməd əmi də Kəlbəcərə dönə bilməyəcəyindən şübhələnmişdi. Heç zaman dilə gətirməsə də, kimsə cəsarət edib bu mövzuda bir şey soruşmasa da, mən onun gözünün dərinliyində bu qorxunu sezmişdim. Amma bu elə dəhşətli qorxu, elə sarsıdıcı həqiqətdir ki, üz-üzə, göz-gözə qalana qədər dilə gətirmək olmur. Yaxşı adamlar ağızdan diş, bəbəkdən yaş kimi düşüb gedirlər. Ölən kimi unudulan, yeri doldurulmayan adamlar var. Məmməd Aslan fərqli insan idi, özünü yaşayırdı, kimsəni təqlid etməz, təqlid edənləri də sevməzdi. Şair var ki, şeiri özünə oxşamır, yəni özü yaltaq, ikiüzlü olduğu halda bir də görürsən ürəyəyatan bir şey qoydu ortaya. Çünki haqlı olduğunu bilirdi, tutduğu səmtin doğru olduğuna inanmışdı. Son aylarını Zaqatalada, qızının ailəsinin yanında keçirirdi. Arabir zəng edib kefini soruşurdum. Son zəngimdə telefonu qızı açdı, mən kim olduğumu dedim, qarşı tərəfdən “denən onu öpürəm, danışa bilmirəm” dediyini eşitdim. Ondan əvvəlki zəngimdə də ağlamışdı və eləcə hıçqırıqlarla telefonu söndürmüşdü. Ərəfə günü, yəni Qurban bayramından bir gün əvvəl səhər saatlarında ölüm xəbərini eşitdik. Ölümü də həyatı kimi təmənnasız oldu. Çoxları kimi, mən də elə təsəvvür edirdim ki, onu ən azı ikinci Fəxri xiyabanda dəfn edəcəklər, amma Masazırda, Kəlbəcərlilər qəbiristanlığında torpağa verildi. Elə yazımın sonunda yadıma düşdü və xatırlatmağı lazım bildim ki, o heç xalq şairi adı da almamışdı. Ölüm deyilən bu sonluq Allah-Təalanın ədalətinin təcəllisidir. Hara gedirsən-get, nə iş görürsən-gör, zamanı yetincə əcəl atının tərkinə minib gedər-gəlməzin yolçusu olursan. Qurani-Kərimdə buyurulur ki, nəfs daşıyan hər kəs ölümü dadacaq. Yəni heç birimizin qaçacaq yerimiz yoxdur. Hər birimiz zamanımız gəldikdə o qapıdan keçib gedəcəyik. Amma ölümün ölümdən fərqi dünyanın bu başından o başına olan məsafədən daha böyükdür. Axirət günündə də hər kəsin sarılacağı bir xeyir, bir əmələ ehtiyacı var. Ümid eləyirəm ki, Məmməd Aslan Peyğəmbər eşqiylə qələmə aldığı o nətin həqiqi qonorarını qəbir qapısının o üzündə alacaq. Böyüklərimiz deyirlər ki, müsəlmanın müsəlmana verə biləcəyi ən böyük xeyir içindən gələn səmimi duyğularla ona dua etməkdir, yəni Allah-Təaladan ona xeyir diləməkdir. Bu sətirlərin müəllifi də hər dəfə “Məmməd əmi” deyə müraciət etdiyim Məmməd Aslana mərhəməti sonsuz olan Allah-Təaladan rəhmət diləyirəm, mübarək Əsmaül-Hüsnası hörmətinə o Məmməd qulunun günahlarını aza, savablarını çoxa yazmasını təmənna edirəm. Allah rəhmət eləsin! Əziz qardaşım. Məmmədin ölümünə... Sən dağlar oğlusan, pozulmaz əhdin, Səsin var qartallar səsində, Məmməd. Mənim məzarımı qazarsız dedin, O Laçın qayanın köksündə, Məmməd. A vətən vurğunu, dağlar vüqarı, Dağlara səməndər nəslin də, Məmməd. Budurmu əhdinə ilqarın sənin? Bu ucuz ölümə niyə tələsdin? Taledənmi küsdün, bizdənmi küsdün? Azman türk itirdik əslində Məmməd. Birləşin Türküstan, birləşin dedin, Türkün birliyində vətəni gördün, Vətəndə vətənsiz dözə bilmədin, Yadında qalar hər kəsin də Məmməd.
Siyasi-ictimai vəziyyətlərdən asılı olmayaraq Azərbaycan hər zaman tolerantlıq nümayiş etdirib. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra dini azlıqların hüquqlarının qorunması və təminatı sahəsində mühüm və ciddi qərarlar verilib. 1992-ci ildə “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanunu qəbul edilməsini və daha sonralara həmin qanuna 1996 və 1997-ci illərdə müvafiq düzəlişlərin edilməsi dini etiqad azadlığının təminatı istiqamətində atılan mühüm addımlardandır. Qanunda deyilir: “Hər bir kəs dinə münasibətini müstəqil müəyyənləşdirir, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, dinə münasibəti ilə əlaqədar əqidəsini ifadə etmək və yaymaq hüququna malikdir”. Dövlət istər etnik, istərsə də dini azlıqlara hüquq və azadlıqlarının bərabərliyinə tam təminat verir. Bu, Azərbaycan Respublikasının Konstitusiyasında da öz əksini tapıb. Konstitusiyanın 25-ci maddəsinin III bəndində deyilir: “Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır”. Konstitusiyanın sözügedən maddəsində də aydın şəkildə göstərilib ki, milli və ya dini azlığın nümayəndəsi olmasından asılı olmayaraq, Azərbaycan vətəndaşı olan hər bir kəs eyni hüquqlara malikdir. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunun 3-cü maddəsində Azərbaycan Respublikasının vətəndaşlığı onun əldə edilməsi əsaslarından asılı olmayaraq, hamı üçün bərabər olduğu göstərilib. Azərbaycan Respublikası vətəndaşlarının hüquqları, azadlıqları və vəzifələri onların mənşəyindən, sosial və əmlak vəziyyətindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən, məşğuliyyət növündən və xarakterindən, yaşayış yerindən, həmin yerdə yaşadığı müddətdən və başqa hallardan asılı olmayaraq bərabərdir”. Bununla belə, Azərbaycan Respublikasında heç bir millətin, milli və ya dini azlığın nümayəndəsinə və ya onlardan olan qrupa milli xüsusiyyətlərinə və ya dini mənsubiyyətlərinə görə başqalarından üstün olmaq kimi ideyaları aşılamaq, çox fəal təəssübkeşlik göstərmək, hətta, bu ideyaların həyata keçirilməsində fiziki təzyiqlərdən istifadə edilməsi qanunla məhdudlaşdırılır, bu sahədə sui-istifadə hallarına yol verən şəxs və ya qrup cinayət məsuliyyətinə cəlb edilməklə müvafiq qanunlar çərçivəsində cəzalandırılır. Bu baxımdan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ölkədəki dini sabitliyi qorumaq, həmçinin dini ayrı-seçkilik yaranmasının qarşısını almaq, münaqişələrin səviyyəsinin yüksəlməsinə yol verilməməsi, dini mərasim adı altında müxtəlif antidövlət meyilli şəxs və qrupların qarşıdurma yaratmaq cəhdlərinin zərərsizləşdirilməsi, ictimai təhlükəsizlik və sosial sabitliyin qorunması, din-dövlət münasibətlərinin tənzimlənməsi üçün mövcud dini duruma lazımi nəzarəti təşkil etmək və bu yolda hər cür neqativ halların qarşısının alınması işində müvafiq beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Bu gün Azərbaycanda yalnız kilsə və sinaqoqlar deyil, eyni zamanda bir çox xristian, yəhudi dini tədris müəssisələri sərbəst, heç bir maneə olmadan fəaliyyət göstərir və onlara dövlət tərəfindən qanun çərçivəsində lazımi dəstək verilir. Bu da öz növbəsində təkcə Şərqin deyil, həm də Qərbin diqqət mərkəzindədir. Qeyd etmək lazımdır ki, ölkəmizdə müxtəlif dini cərəyanlar tərəfindən ibadət evləinin tikintisi və bərpasına digər dini icmalar tərəfindən maddi və mənəvi dəstək verilməsi tarixi keçmişdən qalan bir ənənədir. Buna misal olaraq XIX əsrin sonlarına yaxın Bakıda “Qızıllı kilsə” kimi tanınan “Aleksandr-Nevski” kilsəsinin inşası üçün toplanılmış ianənin böyük hissəsinin müsəlmanlar tərəfindən verilməsi dünya tolerantlıq tarixinin mühüm hadisəsidir. Dünyada dinlərarası münasibətlərin gərginləşdiyi, dini və etnik zəmində qarşıdurmaların daha da artığı bir vaxtda Azərbaycanın uzun illərdən bəri formalaşdırdığı tolerant siyasətini nümunəvi hadisə kimi dəyərləndirmək olar. Bu Azərbaycanda aparılan uğurlu din siyasətinin nəticəsi idi ki, bir neçə il ərzində Moskva və Ümumrusiya Patriarxı II Aleksinin, Roma Papası II İohann Pavelin, Gürcüstan Patriarxı II İliyanın, Rum Patriarxı I Varfolomeyin ölkəmizə səfərləri təşkil olundu və bu qonaqlar ölkəmizdə bərqərar olan tolerantlığın şahidi oldular. Milli və dini kimliyindən asılı olmayaraq bütün vətəndaşların hüquqları konstitusiya ilə tənzimlənir. Bununla yanaşı, ölkədə tolerantlığı, dini dözümlülüyü möhkəmləndirmək məqsədilə insan hüquq və azadlıqları, o cümlədən vicdan və dini etiqad azadlığı ilə bağlı qanunvericilik beynəlxalq hüquq normalarına uyğunlaşdırılmışdır. Mərhum prezident Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi müddətdə dövlət siyasətinə uyğun olaraq dini konfessiyalar arasında dözümlülük mühitinin daha da inkişaf etdirilməsi sahəsində mühüm işlər aparmış və bununla da dövlətlə dini qurumların münasibəti yeni mərhələyə qədəm qoymuşdur. Bunun nəticəsi olaraq 2001-ci ildə konstitusiyada vicdan azadlığı barədə müddəalarının həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılması, dövlət-din münasibətlərinin tənzimlənməsi, dini etiqad azadlığı ilə bağlı qanunvericilik aktlarına riayət olunmasına nəzarət edilməsi məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılması barədə fərman imzalandı. Heydər Əliyev Dövlət Komitəsini yaratmaqla ölkədə din siyasətini daha da möhkəmləndirmiş, tolerantlıq mühitinin inkişaf etdirilməsinə təkan vermiş və baş verə biləcək mənfi halların qarşısını əvvəlcədən almışdır. O, tolerantlığın təkcə ölkədaxili sabitliyin qorunmasında deyil, eyni zamanda, dövlətlərarası münasibətlərin qurulmasında önəmli yeri olduğunu bildirmişdir: “Tolerantlıq, dözümlülük çox geniş anlayışdır. O, həm insani münasibətlərin, həm cəmiyyətdə gedən proseslərin, həm də dövlətlərarası, millətlərarası, dinlərarası münasibətlərin bir çox cəhətlərinə aiddir. … O, təkcə dinlərin bir-birinə dözümlülüyü deyil, həm də bir-birinin adətlərinə, mənəviyyatına, mədəniyyətlərə dözümlük deməkdir”. Azərbaycan qədim dövrlərdən bəri müxtəlif xalqların birlikdə yaşadığı bir ölkədir. Heç bir dini və etnik münaqişələrin baş vermədiyi nadir ölkələrdən olan Azərbaycan bu baxımdan multikulturalizm siyasətinin ən yaxşı modeli hesab olunur. Ölkəmizdə tarixən bu sahəyə pozitiv mövqe sərgiləndiyi üçün bu gün Azərbaycan dünyanın humanitar əməkdaşlıq mərkəzinə çevrilmiş sayılır. Bu sahədə Azərbaycan Respublikası Prezidentinin 15 may 2014-cü il tarixli fərmanı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradıldı. Sözügedən qurum azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın və mədəni, dini müxtəlifliyin qorunmasına xidmət edən, eyni zamanda, ölkəni bütün dünyada multikulturalizm mərkəzi kimi tanıdan və dünyada mövcud multikulturalizm modellərini tədqiq edən bir qurumdur. Ölkədə mövcud siyasi-ictimai vəziyyətlərdən asılı olmayaraq Azərbaycan hər zaman tolerantlıq nümayiş etdirməyi bacarıb. XXI əsrin xarakterik xüsusiyyəti ondan ibarətdir ki, bütün dövlətlərin istər iqtisadi, istər siyasi, istər də sosial həyatına qloballaşma prosesinin təsirlərini gətirməsidir. Buna görə də qloballaşma prosesinin qarşısında duran əsas vəzifələrdən biri beynəlxalq iqtisadi inteqrasiyanı daha sürətli və səmərəli şəkildə həyata keçirməkdir. Qeyd etmək lazımdır ki, bu inteqrasiya nəticəsində bəzi ölkələr tranzit ölkələrə çevrilir bəziləri müxtəlif iqtisadi birlikllər yaradır, bəziləri isə ərazilərində azad iqtisadi zona yaradır. İnteqrasiya prosesində də təbii və qeyri-təbii miqrasiya baş verir ki, bu zaman da humanitar məsələ aktual bir problem olaraq öz həll edilməsinə zərurət yaranır. Bu da öz növbəsində dövlətlərarası sazişlə və beynəlxalq normalarla nizama salınır. Azərbaycan. Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifə. ni hazırladı: Allahvedi Cəfərov.
Azərbaycan Qərb və Şərq arasında tolerantlıq və multukulturalizm körpüsüdür. İqtisadi, siyasi və hərbi-strateji baxımdan dünyanın ən həssas coğrafi məkanlarından birində yerləşən Azərbaycan həm də dini və milli baxımdan ən həssas bölgələrdən biri kimi tanınır. Bu baxımdan ölkəmizə düşmən güclər müxtəlif vaxtlarda Azərbaycan daxilindəki milli, dini fərqliliklərdən istifadə etməyə və bu yolla ölkəmizdə milli dini toqquşmalar salmağa cəhd etmişlər. Lakin tarixboyu Azərbaycan xalqı dini, milli tolerantlığı ilə seçilmiş və ölkəmizdə yaşayan bütün xalqların və dinlərin nümayəndələrinə münasibətdə yüksək bəşəri dəyərlər çərçviəsindən yanaşmışlar. Bu düşmən güclərin ölkəmiz daxilində milli dini qarşıdurmalar salmaq cəhdlərinin qarşısının alınmasında önəmli rol oynamışdır. Bu baxımdan qədimlərdən günümüzə qədər Azərbaycanda yaşayan əhalinin 90 faizini təşkil edən Azərbaycan türklərinin etnik və dini azlıqların nümayəndələrinə münasibətdə dözümlülük nümayiş etdirmələri, onlara qarşı hər hansı milli dini ayrı seçkliyə yol verməməsini bəşəri, mədəni, demokratik inkişafın ən yüksək mərhələsi, sivilizasiyaya nümunə hesab etmək olar. Hər halda hazırda Avropanın ən inkişaf etmiş dövlətlərində belə Azərbaycandakı qədər tolerantlıq tapmaq mümkün deyil. Bütün bunlar da Azərbaycan türklərinin milli, mənəvi, elmi dünya görüşünün ən yüksək səviyyədə inkişafının parlaq nümunələrindən biridir. Yəni sözün əsl mənasında Azərbaycan türklərinin təfəkkürü, zehni, elmi, mədəni dünyagörüşü və fərqli sivilizasiya nüməyəndələrinə münasibətdə tolerantlıq nümayiş etdirmələri milyardlarla insanın dinc, qarşılıqlı hörmət şəraitində yaşaması üçün yeni bir inkişaf erasının əsasını təşkil etməkdədir. Bu müstəvidə də Azərbaycan dini və milli tolerantlıq baxımından bölgə dövlətləri arasında liderlik edir. Məsələyə münasibət bildirən politoloqların əksəriyyətinin fikrincə Azərbaycanda tolerantlıq hazırda özünün yeni mərhələsini yaşamaqdadır və bu, sivil bəşəri inkişafa verilən bir töhfə olacaq. Azərbaycanda tolerantlığın belə yüksək səviyyədə inkişaf etdirilməsinin isə arxasında təbii ki, Azərbaycan türklərininn uca Yaradanın yaratdığı ən şərəfli varlıqlardan olan insana olan bəşəri sevgi və məhbbətindən irəli gəlir. Məsələnin bu tərəfinə diqqəti cəlb edən politoloq Qabil Zamanlının sözərinə görə, Azərbaycanda bütün dinlərə və digər millətlərə mənsub olan toplumlara tarixən tolerant münasibət bəslənilib. O deyir ki, belə bir münasibət, təbii ki, inzibati metodlar hesabına formalaşdırılmayıb və formalaşdırılması da mümkün deyil. Politoloq belə hesab edir ki, tolerantlıq hər kəsin fərqli ifadə tərzinə hörmət etmək, fərqli düşüncələrinə, onun fikirlərinə dözümlü yanaşmaqdır. Qabil Zamanlı: “Hər halda unutmaq olmaz ki, Azərbaycanda dünyaya nümunə olan tolerantlıq ilk növbədə türk millətininin xarakterindən, min illər boyu onun daxilində formalaşan milli-mədəni, bəşəri mənəvi dəyərlərindən tarixi ənənələrindən irəli gəlir. Azərbaycanda bütün dinlərin, millətlərin nümayəndələrinə tolerant münasibət milli özündərkin, sivil inkişafın ana xəttinə çevrilib. Əks halda yəni tolerantlıq milli şüurun tərkib hissəsinə çevrilməsəydi, onda ölkəmiz ona düşmən güclərin daxili qarşıdurmalar meydanına çevriləcəkdi. Bu baxımdan hesb edirəm ki, Azərbaycandakı tolerantlığın belə yüksək səviyyədə olması və zehinlərdə həkk olunması ölkəmizin sivil, demokratik inkişafına yol açıb. Bu əsasda da Azərbaycan demokratik və sivil inkişaf beşiyinə çevrilərək bəşəri inkişafa əvəzssiz töhfələr verməkdədir”,-deyir. Qabil Zamanlı eyni zamanda qeyd edir ki, Azərbaycanın sivil bəşəri inkişafının əsasında dayanan tolerantlıq və multikulturalizm ölkəmizə daha yeni zirvələr fəth etməyə dünya üçün sülh, barış mərkəzi rolunu daha yüksək səviyyədə oynamağa imkan verəcək. Qabil Zamanlı həm də təəssüf hissi ilə qeyd edib ki, Azərbaycan dünyaya tolerantlıq nümunəsi nümayiş etdirdiyi bir dövrdə Qərbdə bəzi radikal güclər tərəfindən islamofobiya körüklənməkdədir. Bunun da əsasında Qərbdəki bəzi mürtəce güclərin müsəlmanlara düşmən münasibət bəsləməsi, Qərb ölkələrində müsəlmanların sayının artmasından təşviş keçirməsi dayanır. Erməni lobbisi tolerantlığın əksi olan. islamofobiyanı qızışdırır. Qərbdə son dövrlərdə özünü açıq şəkildə göstərən İslamofobiyanın arxasında isə erməni lobbisinin dayanması istisna edilmir. Bəzi məlumatlara görə, bir sıra Qərb ölkələrində, o cümlədən Danimarka, İsveç, Norveç və digər ölkələrdəki anti müsəlman güclərinin islam əleyhinə çıxışları erməni lobbisi tərəfindən təşkil edilir və maliyyələşdirilir. Məqsəd Qərbdə anti müsəlamn ovqatını gücləndirməklə gələcəkdə Şərqə qarşı yeni xaçlı yürüşlərini təşkil etmək və bundan “Böyük Ermənistan”ın yaradılması üçün istifadə etməkdir. Qabil Zamanlı: “Azərbaycanda dini milli tolerantlığın yüksək səviyyədə inkişaf etməsi, müxtəlif millətlərə, dinlərə mənsub olan insanların tolerantlıq, multikulturalizm şəraitində yaşaması monoetnik dövlət olan Ermənistanı və xaricdəki ermənii lobbisini daim narahat etməkdədir. Onlar Azərbaycanın dünyaya tolerantlıq, dini, milli dözümlülük nümayiş etdirməsini daim həyəcanla izləyirlər və bundan ciddi şəkildə təşviş keçirirlər. Çünki ölkəmizdə olan milli dini dözümlülük, tolerantlıq və multukulturalizm digər millətlərə düşmənçilik xəttini özünün ana xəttinə çevriən və nəticədə monoetnik dövlətə çevrilən Ermənistanın iç üzünün ifşa edilməsinə gətirib çıxara bilər. Bu isə Qərbdəki bəzi dövlətlərin yardımı hesabına işğalçılıq siyasətini davam etdirən Ermənistanın qonşu dövlətlərin hesabına “Böyük Ermənistan” yaratması planlarını boşa çıxara bilər. Ona görə də Ermənistan dövləti və erməni lobbisi bəşəri inkişafa yeni töhfə hesab edilən, onun varlığını qoruyub saxlamasına, sivil inkişafına yol açan tolerantlıq əleyhinə çıxırlar. Ermənistan və erməni lobbisi bu müstəvidə Şərq və Qərb sivilizasiyası arasında düşmənçilik toxumları səpməklə, tolerantlığın əleyinə çıxmaqla, Avropada və dünyanın digər yerlərində islamofobiyanı körükləməklə xristian dünyasından kömək almaq istəyirlər. Guya Ermənistan Şərq-Qərb qarşıdurmasının mərkəzində yerləşib və onlar müsəlmanlar tərəfindən hər an məhv edilmək təhlükəsi qarşısındadırlar. Bu müstəvidə də onlar müsəlmanlara münasibətdə xristian həmrəyliyinin guya vacib olması barədə əsassız və çirkin bir iddianı gündəmə gətirirlər. Amma bütün bunlarla ermənilər, erməni lobbisi və onları dəstəkləyənlər çətin ki, öz arzularına çatsınlar. Çünki Azərbaycan dini, milli dözümlülük, dünyaya nümunə olan tolerantlıq bəşəri inkişafın, sivilizasiyanın gələcəyinin tolerantlıqdan, multukulturalizmdən asılı olduğunu bir daha sübut etməkdədir. Bəşəriyyətin sivil inkişafının gələcəyi də məhz tolerantlıqdan, multukulturlizmdən, milli dini dözümlülükdən asılıdır”,-deyir. Onu da deyək ki, erməni lobbisinin Qərbdə islamofobiyanı körükləməsinə və bu yolla İslam ölkələrində anti Qərb çıxışlarının vüsət almasına səbəb olmasına baxmayaraq Azərbaycan bu cür mənfi hallara münasibətdə təmkinli mövqe nümayiş etdirməkdədir. Belə ki, son illərdə Avropa və Amerikada İslam dini və Məhəmməd Peyğəmbər (səv) təhqir olunarkən əksər müsəlman dövlətlərində arzuolunmaz proseslər baş verdi. Lakin milli, dini tolerantlıq üzərində köklənən Azərbaycan xalqı buna daha yüksək dini və milli dözümlülük nümayiş etdirməklə cavab verdi. Bu cür düşmən radikal erməni oyunlarına ölkəmiz tərəfindən, elmi, savadlı cavablar verildi. İnsanlarımız əllərində gül kilsə və sinaqoqların qarşısına getdilər, fərqli dinlərin təmsilçiləri ilə söhbət etdilər. Bu hətta fərqli dinə dözümsüz münasibət göstərən avropalılara bir örnək idi... Beləliklə Azərbaycan günümüzdə Qərb və Şərq sivilizasiyası arasında tolerantlıq, multukulturalizm körpüsü olaraq qalmaqda davam edir. Təbii ki, belə bir bəşəri funksiyanı həyata keçirməklə Azərbaycan həm də özünün nə qədər yüksək mənəvi dəyərlərə malik olduğunu bir daha nümayiş etdirmiş olur. Bütün hallarda tolerantlıq, multukulturalizm sahəsində dünyaya örnək ölkə olmaq Azərbaycan üçün şərəfli, həm də məsuliyyətli bir işdir və bu, həm də ölkəmiz üçün beynəlxalq aləmdə qürur mənbəyi deməkdir. Azərbaycan. Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifə.
Parisdə “Azərbaycan tolerantlıq ölkəsi” fotosərgisinin və “Azərbaycan şəhərciyi”nin rəsmi açılışı olub. Sentyabrın 3-də Parisdə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə dünya şöhrətli fotoqraf Reza Deqatinin “Azərbaycan tolerantlıq ölkəsi” adlı fotosərgisi açılıb. Xəbərə görə, daha sonra Parisin Pale Royal meydanında Heydər Əliyev Fondunun təşkil etdiyi “Azərbaycan şəhərciyi”nin rəsmi açılışı olub. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tədbirlərdə iştirak edib. Parisin 1-ci rayonunun meriyasının binasında açılan “Azərbaycan tolerantlıq ölkəsi” fotosərgisinə Mehriban Əliyeva ilə birlikdə Fransanın tanınmış ictimai və mədəniyyət xadimləri qatılıb. Parisin 1-ci rayonunun meri Jan Fransua Löqare Reza Deqatinin fotolarının mühüm mövzuya - tolerantlıq mövzusuna həsr edildiyini qeyd edərək, sərginin təşkilinə verdiyi dəstəyə görə Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya təşəkkür edib. Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov bu tədbirin iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsinə xidmət etdiyini vurğulayaraq, Azərbaycanın birinci xanımının hər zaman mədəniyyətlə bağlı tədbirlərə öz dəstəyini verdiyini qeyd edib. Reza Diqətinin bu dəfəki fotolarının Azərbaycanda tolerantlıq mühitini aydın şəkildə əks etdirdiyini deyən Elçin Əmirbəyov bildirib ki, Azərbaycan sivilizasiyaların qovuşduğu məkanda yerləşir və bu sərgi ölkədəki dinlərarası münasibətləri mükəmməl şəkildə göstərə bilir. Reza Deqati tədbirə gəldiyinə görə Mehriban Əliyevaya minnətdarlığını bildirərək, hazırkı mürəkkəb dünyada müxtəlif dinlərin və xalqların mehriban şəraitdə yaşadığı bir məkan - Azərbaycan olduğunu qeyd edib. Tədbirin təşkilatçısı Karla Areqoni sərginin yüksək səviyyədə keçirilməsi üçün verdikləri dəstəyə görə Azərbaycanın birinci xanımına və əməyi olan hər kəsə minnətdarlığını bildirib. Qeyd edək ki, sərgidə məşhur fotoqraf Reza Deqatinin müxtəlif illərdə çəkdiyi fotolar nümayiş etdirilir. Bu fotolar izləyiciləri Azərbaycanda yaşayan müxtəlif millətlər və dinlərə mənsub xalqların həyat tərzi, adət-ənənələri ilə tanış edir. Mehriban Əliyeva Reza Deqatinin Azərbaycana həsr olunmuş kitablarından danışaraq, bu kitabların ölkənin tanıdılması baxımından əhəmiyyətini vurğulayıb. 1997-ci ildə isə bir neçə ay Azərbaycanda yaşayıb, ölkəni gəzərək sadə insanların gündəlik həyatını, məişətini, adət-ənənələrini fotolarda əbədiləşdirib. O, ABŞ-ın Milli Coğrafiya Cəmiyyətinin üzvü, bir çox nüfuzlu universitetlərin fəxri doktoru, Fransa Respublikasının “Xidmətlərə görə” ordeninin laureatıdır. Sonra Luvr muzeyinin qarşısındakı məşhur “Pale Royal” meydanında “Azərbaycan şəhərciyi”nin rəsmi açılışı olub. Mehriban Əliyevanın da açılış mərasimində iştirak etdiyi “Azərbaycan şəhərciyi” Parisdə artıq ikinci dəfədir fəaliyyətə başlayır. Şəhərciyin təşkilindən əsas məqsəd Azərbaycanın xaricdə daha yaxşı tanıdılmasını, Fransada və onun paytaxtında bununla bağlı təbliğat xarakterli tədbirlərin davamlılığını təmin etməkdir. Tədbirin aparıcısı Azərbaycan haqqında qonaqlara ətraflı məlumat verib. Mərasimdə çıxış edən Mehriban Əliyeva bildirib ki, həm Paris sakinləri, həm də bu şəhərə gələn turistlər Azərbaycan şəhərciyində ölkəmiz haqqında dolğun məlumat ala biləcəklər. Bu şəhərciyin hazırlanmasında və layihənin həyata keçirilməsində əməyi olanlara minnətdarlığını bildirən Mehriban Əliyeva son illərdə təkcə Parisdə deyil, Fransanın digər şəhərlərində də Azərbaycanın mədəniyyət tədbirlərinin keçirildiyini və bunun böyük maraqla qarşılandığını vurğulayıb. Azərbaycanın Fransa ilə ikitərəfli münasibətlərə böyük önəm verdiyini qeyd edən Mehriban Əliyeva son illər bu münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını, ölkələrimizin bütün sahələrdə uğurlu əməkdaşlıq qurduğunu və bu əlaqələrin genişləndiyini bildirib. “Xalqların, insanların daha yaxın olmasında mədəniyyət tədbirləri böyük əhəmiyyət daşıyır və Fransa-Azərbaycan münasibətləri bu sahədə son illər tamamilə yeni səviyyəyə qaldırılıb. Mütəmadi olaraq Fransada Azərbaycan mədəniyyət günləri keçirilir, bu gün Fransanın ali məktəblərində Azərbaycan dili, tarixi, mədəniyyəti tədris olunur. Bakıda fransız liseyi fəaliyyət göstərir, Azərbaycan-Fransa universitetinin yaradılmasına dair niyyət məktubu imzalanıb, 3 ildir ki, Kann şəhərində Azərbaycanın mədəniyyət günləri keçirilir və bu, gözəl ənənəyə çevrilib”, deyə birinci xanım qeyd edib. Parisin 1-ci rayonunun meri Jan Fransua Löqare Fransa paytaxtının mərkəzində, Luvr muzeyinin qarşısında belə yüksək səviyyəli tədbirin təşkili Azərbaycana marağı daha da artırdığını bildirib. Heydər Əliyev Fondunun bu işdəki fəaliyyətini yüksək qiymətləndirən Jan Fransua Löqare bu cür tədbirlərin ölkələr arasında mədəni mübadilənin daha da genişləndirilməsində mühüm rol oynadığını bildirib. Fransada Azərbaycanın Dostları Assosiasiyasının sədri Jan Fransua Mansel Mehriban Əliyevanı Heydər Əliyev Fondu tərəfindən bu cür yüksək səviyyəli tədbirin təşkilinə görə təbrik edib. O, ölkədə birinci Avropa Oyunlarının uğurla keçdiyini və bu idman tədbirinin Azərbaycanın qüdrətini bütün dünyaya nümayiş etdirdiyini vurğulayıb. Jan Fransua Mansel Prezident İlham Əliyevin və Oyunların Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın Avropanın həyatında mühüm hadisə olan bu idman bayramını keçirməklə böyük uğura imza atdıqlarını diqqətə çatdırıb. Şəhərciklə tanışlıq zamanı qonaqlar Azərbaycan Dövlət Rəqs Ansamblının çıxışına baxıblar. “Azərbaycan şəhərciyi”ndə bu dəfə də ölkəmizin tarixi, mədəniyyəti, xalq sənətkarlığı, adət-ənənələri, milli mətbəxi təqdim olunub. Şəhərcikdə, həmçinin Fransada yaşayan məşhur azərbaycanlı və ölkəmizdə yaşayan fransızların əsərlərindən ibarət “Azərbaycanlılar və fransızlar: tanışlıq tarixi” adlı fotosərgi təşkil olunub. Qeyd edək ki, “Azərbaycan şəhərciyi” sentyabrın 9-dək fəaliyyət göstərəcək. Daha sonra tarzən Şəhriyar İmanovun rəhbərliyi ilə Azərbaycanın etno-caz musiqisi təqdim olunub. Azərbaycanın birinci xanımı Parisin 1-ci rayonunun meri ilə görüşüb. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Fransaya səfəri çərçivəsində Parisin 1-ci rayonunun meri Jan Fransua Löqare ilə görüşüb. Görüşdə iki ölkə arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunub, son illərdə Fransa paytaxtında Azərbaycan ilə bağlı mədəniyyət tədbirlərin keçirilməsinin əhəmiyyəti vurğulanıb. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xətti ilə Parisdə təşkil olunan mədəniyyət tədbirlərinin Fransa ictimaiyyəti tərəfindən yüksək səviyyədə qarşılandığı diqqətə çatdırılıb, bu layihələrin gələcəkdə də davam etdiriləcəyinə əminlik ifadə olunub. Görüşdə qarşılıqlı əlaqələrin perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb. Sonra Mehriban Əliyevaya meriyanın binasının tarixi və memarlıq quruluşu barədə məlumat verilib. Bildirilib ki, 1-ci rayonunun meriyası Parisin mərkəzində yerləşir və Fransa memarlığının nadir inciləri sırasındadır. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı: Xəyalə Sadıqova.
“Biz dünyaya çatdırmaq istəyirik ki, birgə yaşayış mümkündür”. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə həyata keçirilən “Azərbaycan Parisin ürəyində” adlı layihə çərçivəsində Parisdə “Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti” mövzusunda konfrans təşkil olunub. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva konfransda iştirak edib. Konfransın aparıcısı görkəmli politoloq Pyer Konesa Fransa cəmiyyətində tolerantlıq mövzusunun hər zaman aktual olduğunu bildirərək Azərbaycan tərəfindən bu sahədə atılan addımların əhəmiyyətindən danışıb. O, Heydər Əliyev Fondunun Parisdə təşkil etdiyi konfransda həm Azərbaycanın, həm də Fransanın nüfuzlu din xadimlərinin və dini təşkilatların nümayəndələrinin iştirak etdiyini bildirdi və burada aktual məsələlərin müzakirə olunacağını vurğulayıb. Parisin 1-ci rayonunun meri Jan Fransua Löqare bu gün dünya gündəmində tolerantlıq mövzusunun daha aktual olduğunu bildirib. O, dünyəvi məsələ olan bu mövzuya Azərbaycanın göstərdiyi marağın nümunəvi xarakter daşıdığını diqqətə çatdırıb. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva konfransda çıxış edərək ölkəmizin tarix boyu sivilizasiyaların və mədəniyyətlərin qovuşuğunda yerləşdiyini, Asiya ilə Avropa arasında körpü olduğunu və bu amillərin mədəniyyət müxtəlifliyinin yaranmasında mühüm rol oynadığını bildirib. “Tolerantlıq ənənələri bizim ölkədə indi də yaşayır. Azərbaycan həm İslam Konfransı Təşkilatının, həm də Avropa Şurasının üzvüdür. Biz mədəni və tarixi irsimizlə fəxr edirik”,- deyən Mehriban Əliyeva Azərbaycanda məscidlərin, kilsələrin və sinaqoqların mövcudluğunu diqqətə çatdırıb və ölkəmizdə bütün dini azadlıqların təmin edildiyini bildirib. Mehriban Əliyeva vurğulayıb ki, Azərbaycanda bütün dinlərin nümayəndələri eyni hüquqa malikdirlər, heç vaxt ölkəmizdə dini, milli zəmində heç bir qarşıdurma baş verməyib. Birinci xanım Mehriban Əliyeva diqqətə çatdırıb ki, ölkəmizdə tolerantlıq ənənələrinin qorunmasında dövlət-din münasibətləri mühüm rol oynayır, Azərbaycanda yaradılan şərait onu deməyə əsas verir ki, multikulturalizmin alternativi yoxdur. Rəhbərlik etdiyi Heydər Əliyev Fondunun digər dinlərə də xüsusi diqqət göstərdiyini deyən Mehriban Əliyeva Luvr muzeyində İslam mədəniyyəti bölməsinin təşkilində, Romada katakombaların bərpasında, yəhudi uşaqlar üçün təhsil imkanlarının yaradılmasında, Strasburq və Fransanın digər regionlarındakı kilsələrin təmirində Fondun yaxından iştirak etdiyini bildirib. Mehriban Əliyeva çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunub. Bu münaqişə nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal olunduğunu, 1 milyon insanın qaçqın və məcburi köçkünə çevrildiyini,Xocalıda 613 azərbaycanlının vəhşicəsinə qətlə yetirildiyini, milli və tarixi abidələrimizin dağıdıldığını diqqətə çatdırıb. Azərbaycanın birinci xanımı ölkəmizin gələcəkdə də ümumbəşəri dəyərlərə öz töhfəsini verməkdə davam edəcəyini vurğulayıb. Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı 1995-ci ildə qəbul olunan Konstitusiyamızda Azərbaycanın dünyəvi dövlət olması prinsipinin yer aldığını, bu dünyəviliyin isə özündə din-dövlət münasibətlərini ehtiva etdiyini bildirib. Qeyd edilib ki, bu gün Azərbaycanda tolerantlığın mühüm elementlərindən biri onun qorunmasının dövlət siyasətinə çevrilməsidir. Mübariz Qurbanlı 2001-ci ildə yaradılan Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin fəaliyyəti barədə məlumat verib, ölkəmizdə ənənəvi dini icmaların fəaliyyətinə hərtərəfli yardım göstərildiyini, onların arasında ayrı-seçkiliyin qoyulmadığını diqqətə çatdırıb. Heydər Əliyev Fondunun ölkəmizdə tolerantlıq mühitinin daha da güclənməsinə mühüm töhfələr verdiyini vurğulayıb. Sonra konfrans öz işini diskussiyalar şəklində davam etdirib. Qeyd olundu ki, Azərbaycanda müxtəlif xalqların birgə yaşamaq qaydası, müxtəlif dinlərə münasibət, digər ölkələrlə müqayisədə dini təriqətlərə fərqli baxış, cəmiyyətdə tolerantlıq mühitinin qorunması kimi məsələlərin müzakirəyə cəlb edilməsi daha aktualdır. “Təsəvvür edin, müsəlman ölkəsində dövlət bizim üçün sinaqoq tikib”. Azərbaycan Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev çıxışında ölkəmizdə yəhudilərin 7 sinaqoqunun, 2 orta məktəbinin, 1 kollecinin, 3 uşaq bağçasının və Yəhudi evinin fəaliyyət göstərdiyini bildirib. O, qeyd edib ki, Azərbaycan və yəhudi xalqları hər zaman bir yerdə yaşamağın yaxşı nümunəsini nümayiş etdiriblər və dağ yəhudiləri indi də Azərbaycanda inkişaf proseslərində yaxından iştirak edirlər. “Təsəvvür edin, müsəlman ölkəsində dövlət bizim üçün sinaqoq tikib. Bunun dünyada analoqu yoxdur”,- deyən Milix Yevdayev bildirib ki, Azərbaycanda dinlərarası konsensus dövlət siyasəti səviyyəsinə qalxıb və bu sahədə ikili standart yoxdur. Fransa Yəhudi Təsisatları Əlaqələndirmə Şurasının nümayəndəsi Jan Pyer Alali bir müddət əvvəl ölkəmizə səfər etdiyini, Azərbaycanda gördüklərindən böyük təəssürat aldığını, ölkəmizdə etiqad sərbəstliyinin, yəhudi icmasına göstərilən münasibətin yüksək səviyyədə olduğunu konfrans iştirakçılarının diqqətinə çatdırdı. Diskussiyaya qoşulan digər iştirakçılar ölkəmizdə dinlərarası münasibətlərin tənzimlənmə qaydaları, orta məktəblərdə dinin tədrisi və digər məsələlərlə bağlı suallar veriblər. Qeyd olunub ki, Azərbaycanda dinlərarası münasibətlərdə heç bir problem yoxdur və bu, əsrlərdir ki, davam edir. Orta məktəblərdə dinin tədrisinə yer verilib və gənclərin milli mənəvi dəyərlər ruhunda tərbiyə olunması diqqət mərkəzində saxlanılır. “Azərbaycanda təhsil sektorunun inkişafına xüsusi diqqət göstərilir”. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ölkəmizdəki tolerantlıq mühitinin əsasında duran mühüm amillərdən danışarkən, ilk növbədə siyasi sabitliyi, sosial və iqtisadi inkişafı ön plana çəkdi. Qeyd edib ki, Azərbaycanda sosial problemlər uğurla həll olunur, təhsil sektorunun inkişafına xüsusi diqqət göstərilir və bu da özlüyündə cəmiyyətdə radikal meyillərin yaranmamasına şərait yaradır. “Biz dünyaya çatdırmaq istəyirik ki, birgə yaşayış mümkündür”,- deyən Mehriban Əliyeva Azərbaycanın bu təcrübəsinin bütün dünyada geniş təbliğ olunmasının vacibliyini vurğulayıb. Fransa Müsəlmanları Şurasının vitse-prezidenti Tofiq Septi ölkəmizdəki tolerantlıq mühitinin onda böyük maraq doğurduğunu, bunun canlı şahidi olmaq istədiyini bildirib. Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmərxanım Cavadlı 1823-cü ildən fəaliyyət göstərən idarənin dövlət-din münasibətlərinə töhfə verdiyini, bu prosesdə qadınların fəaliyyətindən də istifadə olunduğunu bildirib. Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein qeyd edib ki, bütün dinlər Azərbaycanda eyni hüquqa malikdir və onlar cəmiyyətin həyatında yaxından iştirak edirlər. Bütün bu uğurların təməlində Azərbaycan xalqının nadir mentaliteti dayanıb. Alban-udin dini icmasının sədri Robert Mobili 170 il kilsədən uzaq düşən udin icmasının indi Azərbaycan dövlətinin qayğısı sayəsində yenidən kilsəyə qayıtdığını, ölkəmizdə udin etnosu üçün məktəblərin fəaliyyət göstərdiyini bildirib. Bakı Avropa Yəhudiləri dini icmasının sədri Gennadi Zelmanoviç Azərbaycanda digər dinlərin nümayəndələri ilə yanaşı, yəhudilərin də diqqət və qayğı ilə əhatə olunduğunu, onların ibadəti üçün heç bir problemin olmadığını bildirib. Roma-Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete Azərbaycan katoliklərinin də onlar üçün yaradılan münbit şəraitdən istifadə edərək, dini ayinləri sərbəst yerinə yetirdiklərini və onlar üçün katolik kilsəsinin tikildiyini qeyd edib. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva bir daha konfrans iştirakçılarına minnətdarlıq edib və bildirib ki, belə tədbirlər xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır. Mehriban Əliyeva konfransın 2-ci hissəsinin gələcəkdə Bakıda keçirilməsi təklifi ilə çıxış edib. Qeyd edək ki, konfransda Azərbaycan ilə yanaşı, Fransanın nüfuzlu dini təşkilatlarının rəhbər şəxsləri və nümayəndələri də iştirak ediblər. Xatırladaq ki, Heydər Əliyev Fondu “Tolerantlığın ünvanı-Azərbaycan” layihəsi çərçivəsində bu günədək Azərbaycanda və digər ölkələrdə bir sıra tədbirlər həyata keçirib. Müxtəlif mədəniyyətlərin və sivilizasiyaların qarşılıqlı zənginləşməsinə, xalqlararası dialoqun dərinləşməsinə, ölkəmizdə tolerantlıq ənənələrinin qorunmasına xüsusi əhəmiyyət verən Heydər Əliyev Fondu bu layihələr çərçivəsində dini abidələrdə, ziyarətgahlarda, tikililərdə təmir-bərpa işləri aparır, müxtəlif konfranslar, sərgilər təşkil edir. Həmin gün Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Parisin ürəyində Azərbaycan musiqisi” adlı klassik musiqi gecəsi keçirilib. Gecədə çıxış edən Parisin 1-ci rayonunun meri Jan Fransua Löqare bir neçə gündür ki, Parisdə Azərbaycan incəsənətinin uğurla təmsil olunduğunu və səslənən əsərlərin Paris sənətsevərlərinin xatirində unudulmaz təəssürat yaratdığını bildirib. Xalq artisti, pianoçu Murad Hüseynovun, eləcə də gənc skripkaçılar Ceyla Seyidova, Anar Seyidov və digərlərinin iştirakı ilə keçirilən konsertdə Azərbaycan və dünya klassik musiqisinin nümunələri səsləndirilib. Konsertin sonunda dünya şöhrətli fotoqraf Reza Deqatinin ölkəmizdə tolerantlıq mühitini əks etdirən fotolarından ibarət maraqlı kompozisiya nümayiş etdirilib. 3D formatında hazırlanan illüstrasiya konsert salonunun tavanında rəngarəng görüntülər yaradıb və tamaşaçıların böyük marağına səbəb olub. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı: Xəyalə Sadıqova.
Azsaylı xalqların zəngin mədəniyyəti Azərbaycan mədəniyyətinin ayrılmaz tərkib hissəsini təşkil edir. Şəkidə keçirilən “İpək yolu” festivalından görüntü. Azərbaycanda dinlər ölkənin indiki ərazisində yaşayan xalqlar və etnik qruplar arasında yayılmış dini cərəyanların məcmusundan ibarətdir. Azərbaycanda müxtəlif dini konfessiyalar fəaliyyət göstərir. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu hər bir şəxsin dinə münasibətini müəyyənləşdirmək və ifadə etmək hüququna və həmin hüququ həyata keçirməyə təminat yaradır. Azərbaycanda yaşayan bütün dini konfessiyalar və cəmiyyətlər Azərbaycanın qanunlarına uyğun şəkildə fəaliyyətlərini qura bilirlər. Onlar müstəqil şəkildə öz etiqadlarını, dini ayinlərini icra edirlər. Bu yolda onlara mane olacaq bir əngəl yoxdur. Məhz dini tolerantlığın bəhrəsi olaraq Azərbaycanda müxtəlif təriqətlərin nümayəndələri fəaliyyət göstərə bilirlər. Əhalisin əksəriyyətinin müsəlman olmasına baxmayaraq bu gun ölkə ərazisində bu insanların ibadətgahları fəaliyyət göstərir. Azərbaycanda heç vaxt məzhəb ixtilafına və dini-etnik yöndə problemlər olmayaıb. Çünki müstəqil Azərbaycanın demokratik quruluşunun ştrixləri ulu öndər tərəfindən düşünülərək ölçülüb biçilmişdir. Yürüdülən milli siyasət nəticəsində məlum olmuşdur ki, Azərbaycanda etnik zəmində toqquşmaların yaranmasına səbəb yoxdur. Azərbaycanda yaşayan xalqlar dinindən, dilindən, etnik mənsubiyyətindən asılı olmayaraq onun vətəndaşlarıdır və onların hüquqlarını Azərbaycan hökuməti hər zaman müdafiə edir. Azərbaycanda müxtəlif məzhəblər var. Ancaq bu məzhəblər arasında toqquşma halları yoxdur. Halbuki təəssüflə də olsa etiraf etməliyik ki, İslam dünyası məzhəb ixtilafı, təriqət çəkişmələrindən çox əziyyət çəkir. Azərbaycanda isə müasir dövlətin yaradıcısı Heydər Əliyevin dərin zəkası və qətiyyətliliyi, eləcə dini liderlərin təcrübəsi həmin bəlanın qarşısına möhkəm, keçilməz sədd çəkmişdir. Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Azərbaycanda yaşayan digər dinlərin nümayəndələrini qəbul etdi. Onların dini etiqadları ilə maraqlandı, bir lider kimi milli mənəvi dəyərlərin qorunmasında, yaşadılmasında komək etdi. Bir xalqı məhv etmək üçün onun dilini, dinini, milli mədəniyyətini almaq kifayətdir. Bu ölkədə bütün dini konfessiyaların nümayəndələri qarşılıqlı anlaşma və dinc şəraitdə yaşayır və fəaliyyət göstərirlər. Onlara münasibətdə hər hansı bir ayrı-seçkilik müşahidə edilmir. Ermənistan silahlı qüvvələri Azərbaycan torpaqlarını işğal etmişdir. Dinc insanları qətlə yetirmişdir. Adamları öz yurd-yuvalarından didərgin salmışdır. Ancaq bütün bunlara baxmayaraq indi də Azərbaycanda 35 mindən artıq erməni hər hansı bir təzyiqə və təcavüzə məruz qalmadan rahat yaşayır. Təkcə bu faktın özü Azərbaycan ölkəsinin, Azərbaycan xalqının sivil-mədəni səviyyəsini göstərən ən tutarlı bir misaldır. Müsəlman etiqadı VII əsrdən İslam dininin qəbulundan bu günəcən tariximizdə, mənəviyyatımızda, təfəkkürümüzdə, ədəbiyyat və mədəniyyətimizdə əvəzsiz rol oynayıbdır. Daha doğrusu etnik birliyimizin son 1300 ildəki təminatçılarından biri islamçılıq olmuşdur. Azərbaycan dinlərarası, mədəniyyətlərarası tolerantlıq, dözümlülük ocağı olaraq bütün dünyada tanınır. Son illər Zaqatala-Balakən bölgəsində də dini vəziyyət normaldır. Hazırda bölgədə bir çox dinlərin nümayəndələrinə rast gəlmək mümkündür. Müxtəliflik nə qədər çox olsa da birlik, ümum dəyərlər və ölkənin qanunlarına qarşı sadiqlik bölgədə xalqların həyatında özünü əks elətdirir. Zaqatala və Balakən rayonlarında olan müsəlmanlar arasında məzhəb müxtəlifliyi olsa da İslam dininin adına ləkə gətirəcək mənfi hərəkətlər yol verilməzdir. Azərbaycan dövlətinin tarixi düşmənləri dəfələrlə bu müxtəliflikdən öz xeyirlərinə yararlanmaq istəsələr də cəhdləri boşa çıxmış layiqli cəzalarını almışlar. Bölgədə din təhsili verən yerlərdən biri də 1998-ci ildə Azərbaycan xalqınınn ümummilli lideri, ulu öndər Heydər Əliyev cənablarının şəxsi təşəbbüsü və tələbi ilə yaradılmış və QMİ-nin sədri Şeyxülİslam Hacı Allahşükür Paşazadənin 26 avqust 1998-ci il tarixli 121 saylı əmri ilə rəsmi olaraq fəaliyyətə başlamışdır. Bu təhsil ocağının yaradılmasında əsas məqsəd, bölgədə dini vəziyyətin mürəkkəbliyini, ali təhsilli din xadiminə olan ehtiyac və ölkədən xaricdə olan dini təhsil ocaqlarına olan məqsədli axının qarşısını almaq olmuşdur. Təhsıl ocağı Azərbaycan Respublikasında, Qafqaz bölgəsində, zərurət olduqda başqa dövlətlərdəki dini idarələrin xahişini nəzərə alaraq onlar üçün ali dini mütəxəssislər, habelə ali, orta ixtisas və ümumtəhsil məktəbləri, həmçinin dövlət və qeyri-dövlət təşkilatları üçün ali dini təhsilli mütəxəssislər hazırlamaqdır. “Dini Etiqad Azadlığı Haqqında Qanun”una əsasən təhsil ocağının tələbələri dövlət ali tədris müəssisələrinin tələbələrinə aid imtiyazlardan istifadə edirlər. Qəbul prosesində hamı üçün bərabər imkanlar yaradılır, tədris prosesində məzhəb ayrı-seçkiliyi qadağan olunur, dünyəvi fənlərin tədrisi təmin olunur. Burada Azərbaycandakı və ümumən dünyadakı mövcud dünyəvi və bəşəri vəziyyət tam nəzərə alınaraq tələbələrin hər tərəfli elmə və inkişafa yiyələnə bilmələri üçün dini fənlərlə yanaşı bəşəri, dünyəvi fənlərin öyrənilməsinə də diqqət yetirilir. Hər cür elmi ədəbiyyatla zəngin olan geniş və tərtibatlı kitabxanası tələbələrin tam şəkildə dini və dünyəvi elmlərlə tanış olmaları və hər bir sahədə elmi araşdırma aparmaları üçün imkan vardır. Buraya sadəcə Azərbaycan vətəndaşları deyil, eyni zamanda qonşu dövlətlərdə yaşayan müsəlmanlar da müraciət edirlər. Bu gün burada Rusiyanın müxtəlif əyalətlərindən, Ukrayna və Gürcüstandan olan bir çox əcnəbi tələbə təhsil alır. Bölgə müsəlmanları bayram və cümə namazlarının qılınmasında, xeyirdə və şərdə, dövlət tədbirlərində aktivlik nümayiş etdirirlər. Xüsusən də son dövrlərdə bölgədə aparılan quruculuq və tikinti işlərində, sosialyönlü dövlət proqramlarının həyata keçirilməsində və digər tədbirlərdə ölkə rəhbərliyini tam dəstəkləyirlər. Bu gün bölgədə olan bu rəngarənglik Azərbaycan hökumətinin nə qədər demokratik modern və tolerant bir ölkə olmasından xəbər verir. Azərbaycanın bütün xalqlarının zəngin mədəniyyəti ədəbiyyatı demokratik cəmiyyətimizin həmrəyliyi üçün xüsusi əhəmiyyətə malikdir. Azərbaycanda müxtəlif azsaylı millətlər və xalqlar yaşayır. Burada azərbaycan türklərilə yanaşı, ruslar, talışlar, ləzgilər, gürcülər (ingloylar), avarlar, saxurlar, yəhudilər, tatarlar və s. etnik azlıqlar əsrlər boyu yanaşı yaşamışlar. Məmləkətimiz dinlərarası, mədəniyyətlərarası toleranlıq ocağı olaraq bütün dünyada tanınır. Azərbaycanda yaşayan bütün millətlər və xalqlar tarixən uzunmüddətli birgə yaşayış şəraitində özlərinə məxsus milli-mədəni dəyərlərini uğurla qoruyub saxlamışlar. Azsaylı xalqların zəngin mədəniyyətləri Azərbaycanın mənəvi mədəniyyətinin ayrılmaz tərkib hissəsini təşkil edir. Doğma yurdumuz Azərbaycan dinlərarası, mədəniyyətlərarası tolerantlıq, dözümlülük ocağı olaraq bütün dünyada tanınır. Azsaylı xalqların zəngin mədəniyyəti Azərbaycanın mənəvi mədəniyyətinin ayrılmaz tərkib hissəsini təşkil edir. Ölkədə milli azlıqların dil, təhsil, mədəniyyət hüquqları ən yüksək səviyyədə qorunur. Burada yaşayan tat, udin, kürd, talış, saxur, ləzgi, avar və b. xalqlar öz adət-ənənələrini qorumaq imkanına, mədəniyyətlərini adət və ənənələrini dini inanclarını yaşatmaq hüququna malikdir. “Bu millətlərin arasında ermənilər belə. qalmaqdadır”. SSRİ-nin tərkibində olduğu 70 il ərzində xalqlarımız qəlblərində yaşatdıqları Allah inancını dilə gətirməkdən məhrum idilər, məscidlər dağıdılaraq, taxıl anbarına və ya kinotetrlara çevrilmişdi. Dini və tarixi abidələr məqsədli şəkildə dağıdılmışdı. Bölgənin bütün məscid və mədrəsələri viran qoyulmuşdu. Minlərlə din alimi “vətən xaini” adı ilə Uzaq Sibirə sürgün olunmuşdu. Azərbaycanda din adına nə varsa hamısını məhv etmişdilər. Bir sözlə Azərbaycanın tarixinə, mədəniyyətinə, milli adət-ənənələrinə, dininə və ən əsası isə genofonduna vurulan ziyan hədsiz dərəcədə böyük olmuşdur. Azərbaycan və eləcə də onun Zaqatala-Balakən bölgəsi sabitliyin xalqlar dostluğunun bərqərar olduğu tolerant bir bölgədir. Yuxarıda qeyd edildiyi kimi, bölgədə müxtəlif millətlər yaşayır. Bu millətlərin arasında ermənilər belə qalmaqdadır. Əgər Azərbaycan dövlətində özbaşınalıq anarxiya, ədalətsizlik olsaydı bu millət burda qalardımı? Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı: Ruslan Abdulov.
Buduqlular keçmişə fəxrlə, sabaha daha ümidlə baxırlar. Respublikamız təbiətinə, təbii sərvətlərinə, insan qaynaqlarına, eyni zamanda etnik tərkibinə görə çox zəngindir. Burada çoxlu xalq, millət və etnik qruplar yaşayır. Yüz illərdir ki, yurdumuzda müxtəlif dini inanclara, milli-mənəvi dəyərlərə malik insanlar mehriban şəraitdə yaşayırlar. Bu, hər şeydən əvvəl, azərbaycanlıların mənəviyyatca tolerant bir xalq olduğuna dəlalət edir. Bu gün də Azərbaycanda talışlar, ləzgilər, yəhudilər, ruslar, ukraynalılar, molokonlar, gürcülər və onlarca etnik qrup yaşayır. Öncə qeyd etdiyimiz kimi, bu, belə demək olarsa, Azərbaycanın insan xəritəsinin zənginliyinin göstəricisidir. Əhalisinin etnik tərkibinə görə zəngin olan ərazilərimizdən biri Quba-Xaçmaz bölgəsidir. Burada azərbaycanlılarla yanaşı, ləzgilər, yəhudilər, eyni zamanda Şahdağ etnik qrupuna aid edilən xınalıqlılar, haputlular, buduqlular, yergüclülər, ceklilər, qrızlılar, əliklilər yaşayırlar. Onların hər biri müxtəlif dilə mənsub olsalar da, təbii ki, oxşar adət-ənənələrə malikdirlər. Bu etnik qrupların tarixi də zəngindir və çox qədimlərə gedib çıxır. Buduqluların tarixi haqqında. “Buduq” onlara qonşuları tərəfindən verilmiş addır. Tarixçi buduqların etnik mənsubiyyəti haqqında bunları qeyd edir: “Buduqluların etnik mənsubiyyəti haqqında müxtəlif fikirlər mövcuddur. Məsələn, onların ləzgilərlə yaxın qohumluq əlaqələlərinin olmaması (M. H. Baharlı), onların Şəki- Zaqatala zonasından köçüb gəlmələri və ya alban diyarı olan Beddən (O. Qeybullayev), eləcə də Herodotun fərziyyələrinə görə budiyalarla yaxınlığı (K. Əliyev), Fəzlullah Rəşidəddinə görə isə budat tayfalarına aid olmaları barədə (V. Piriyev) müxtəlif fikirlər vardır. Bu mövzu ilə bağlı geniş tədqiqat işlərinin aparılması vacibdir. Bunu da qeyd etmək lazımdır ki, buduqluların Qafqaz Albaniyası tayfalarına aidiyyəti şəksizdir.”. Buduqluların keçmişi haqda məşhur tarixçi və səyyahların əsərlərində, eyni zamanda Azərbaycan tarixinin müxtəlif səhifələrində məlumatlar az deyil. Məlumatların birində bildirilir ki, Buduq kəndinin əsası Qafqaz Albaniyası zamanı qoyulub. Kəndin uca dağ yamacında salınmasının əsas səbəbi onun yaddellilərin basqınından qorunması ilə bağlıdır. Buduq kəndi meşəsiz ərazidə qərar tutur. Oradan baxanda geniş bir panoram diqqəti cəlb edir. Bu panoramda təbiətin zənginliyi, ucalığı adamı valeh edir. Bu panoramda təbiətin ilkinliyi, saflığı yaşayır. Dağların təmiz havası insanı təmizləyir, saflaşdırır. Fəzlullah Rəşidəddin “Tarixin toplusu” əsərində yazıb ki, bu qəbilə Tumbinə xanın beşinci oğlu Bat-Kulkinin nəslindən şaxələnib. Çingiz xanın dövründə onların başçısı Uriday idi. Çingiz xan Tayciut qəbiləsi ilə vuruşduğu vaxt buduqlular Çingiz xanla müttəfiq idilər və onun qoşununa birləşmişdilər. Sonralar, yəni 1607-ci ildə Səfəvi hökümdarı I Şah Abbas Buduq və buduqlular barədə fərman imzalamış, onların hüquqlarının qorunmasını təsbit etmişdir. Müxtəlif əsrlərdə bu barədə Quba xanları tərəfindən də fərmanlar verilmişdir. Bütün bunlar onu göstərir ki, Buduq kəndi və toplum olaraq buduqlular regionun içtima, iqtisadi həyatında rol oynamışlar. Azərbaycanın böyük şair, ailim və fikir adamı Abbasqulu Ağa Bakıxanov “Gülüstani- İrəm” əsərində də buduqlular haqqında məlumatlar verib. Bütün bunlar onu sübut edir ki, buduqlular hər zaman öz yurdlarına sadiq, mübariz, zəhmətkeş insanlar olmuşlar. Yəqin elə buna görə qədim türklər buduqluları dəliqanlı, hirsli insanlar kimi xarakterizə etmişlər. Müasir buduqluların da bu xüsusiyyətlərə malik olduğunu nəzərə alsaq, bu yozuma inanmaq olar. Qeyd etdiyimiz kimi, kəndin yerləşdiyi məkan da bu yozumla uzlaşır. Buduq dili və mədəni tarixi abidələr. Buduqlular müsəlmandırlar. Onların öz dilləri var. Buduqlular öz dillərini “budadi-mez” adlandırırlar. Alimlərin sözlərinə görə, onların dili bu bölgədə yaşayan qrızlıların dilinə bir qədər yaxındır. Bu dilin əlifbası olmayıb, dil yalnız şifahi şəkildə yayılıb. Bu dildə boğaz səslərinin çox olması onun latın əlifbası ilə yazılışına o qədər də imkan vermir. Ancaq son illər buduqlu tədqiqatçıların əməyi nəticəsində “budadi-mez”in əlifbasının ilkin versiyası və dilin lüğəti hazırlanıb. Buduq kəndindən bir qədər aralı “Yeddilər” adlı qalanın qalıqları, “Pir Bənövşə” adlı müqəddəs sayılan yer, mağaralar və sair vardır. 1994-cü ildən fəaliyyət göstərən “Buduq” Xeyriyyə Cəmiyyəti buduqluların mənəvi mərkəzinə çevrilib. Cəmiyyətin təşkilatçılığı və sərmayəsi ilə kəndin və buduqluların inkişafı üçün müəyyən işlər görülüb. Kənddə xeyli abadlıq aparılıb və neçə-neçə şəhid ailəsinə uzun müddət yardım göstərilib. “Buduq və buduqlular” adlı kitab da nəşr etdirilib. Buduqlular keçmişə fəxrlə, sabaha daha ümidlə baxırlar. Yaşam tərzləri. Buduqlu ailədə böyüyə hörmət çox vacibdir. Ataya ehtiram xüsusi yer tutur. Əksər buduqlu ailələrində hörmət əlaməti olaraq nə ər arvadın adını çəkir, nə də arvad ərin. Ailədə gəlin qaynatasının, qayınlarının və ailənin digər böyüklərinin yanında yaşmaqsız gəzmir, onların yanında uşağını qucağına almır, həyat yoldaşı ilə danışmır. Buduqlu ailələri əsasən çoxuşaqlı olur. Buduqlular qonaqpərvərdirlər. Buduqda evlər digər dağ kəndlərinə bənzər formada, yonulmuş daşdan inşa edilir. Hamar ərazi demək olar ki, olmadığından evlər bir-birinə yaxın tikilir. Hətta bəzi yerlərdə bir evin damından o biri evin damına keçmək mümkündür. Otaqlar xalça-palazla bəzədilir. Bu payız-qış aylarında evlərin daha isti və rahat olmasına şərait yaradır. Buduqlular əsasən heyvandarlıq və qismən də əkinçiliklə, bostaçılıqla məşğul olurlar. Hazırda buduqlulara respublikamızın müxtəlif rayon və şəhərlərində rast gəlmək olar. Onların müəyən hissəsi Dağıstanda yaşayır. Bu gün Buduq kəndinin inkişafı üçün hökumət tərəfindən bəzi problemlərin həlli vacibdir. İlk növbədə kəndə müasir yolun çəkilməsi hər kəsin arzusudur. Yolun çəkilməsi ərazidə əhalinin rahatlığına, turizmin inkişafına yaxşı şərait yarda bilər.
Əvvəli ötən sayımızda. Azərbaycanın Şəki rayonu ərazisində yerləşən qədim alban məbədindən biri də “Şəki” məbədidir. III-V əsrlərdə Qafqaz Albaniyası dövründə tikilmiş məbəd dairəvi plandadır. İlkin görünüşünü saxlayan məbədin üstü böyük gümbəzlə tamamlanır. Dağıntılara məruz qalan məbəddə əsaslı təmir-bərpa işləri aparıldıqdan sonra bina Şəki Xalq Tətbiqi Sənət Muzeyinin istifadəsinə verilib. Burada yeləşən digər abidə də “Zəyzid” məbədidir. Şəki rayonunun Orta Zəyzid kəndində yerləşən bu alban kilsəsi X-XI əsrlərə aiddir. Elmi ədəbiyyatda “sərbəst xaç” tipli alban kilsələrindən biri kimi məlumdur. Sadə xaçvari kilsələr digər xristian ölkələrində olduğu kimi Qafqaz Albaniyasında da geniş yayılıb. Artıq VII əsrdə demək olarki bütün kilsələr bu inşa olunub. Orta Zəyzit kəndindəki məbəd kifayət qədər inkişaf etmiş konstruktiv və dekorativ xüsusiyyətlərinə görə XII-XIII əsrlərdə Qafqaz Albaniyasında xristian memarlığının ikinci çiçəklənmə dövrünün əvvəllərində inşa edilmiş abidələrə aiddir. Zəyzit kilsəsi birinci mərhələdə tikilmiş belə kilsələrə nisbətən daha zərif və dekorativ olmaqla estetik tələblərin yüksəldiyini əks etdirir. Azərbaycanın Gürcüstanla sərhəd bölgəsində yerləşən Qaraca yaxud, David Qareci məbədi kimi də tanınan Keşikçidağ monastrı da Azərbaycanda xristianlığın hakim olduğu bir dövrdə inşa edilib. Dəniz səviyyəsindən 850 metr hündürlükdə olan və böyük coğrafi sahəni əhatə edən məbəd kompleksinin bir hissəsi Gürcüstanın Saqareco rayonu, digər bir hissəsi Azərbaycanın Ağstafa rayonu ərazisində yerləşir. Məbədin mənşəyinə dair Azərbaycan və gürcü mənbələri arasında tarixi konsensus mövcud deyildir. Azərbaycan mənbələrinə görə, Keşikçidağ məbədi qədim alban mənşəli olub, Qafqaz Albaniyasının mədəni irsinə aiddir. Əksər gürcü mənbələri isə məbədin gürcü mənşəli olub tarixən Gürcü Pravoslav Kilsəsinə tabe olduğunu iddia edirlər. Bundan sonra məbəd gürcüləşdirilir. Aparılan tədqiqatlar göstərir ki, məbədin divarlarına çəkilmiş şəkillər və gürcü dilində olan yazılar sonradan əlavə olunub. Belə ki, yazının yazılma tarixi ilə məbədin tikilmə tarixi fərqli dövrlərə aid olduğu aşkar olunub. Qax rayonunda, Ləkit Kötüklü kəndi ərazisində, hazırda xalq arasında “Yeddi kilsə” adı ilə məşhur olan alban monastır kompleksi, uzun müddət alban kilsəsi yepiskopluğunun mərkəzi sayılıb. Burada eramızın əvvəllərinə aid doqquz abidənin qalıqları mövcuddur. 1980-ci ildən sonra baxımsızlıq ucbatından kompleks yararsız hala düşüb. Abidə hazırda qəzalı vəziyyətdədir. Məbədin tarixi ilə bağlı kifayət qədər məlumat yoxdur. Lakin məbədin IV-V əsrlərdə Qafqaz Albaniyasında xristianlığın inkişaf etdiyi bir dövrdə inşa edildiyi güman olunur. Azərbaycanda xristianlığın geniş yayılmış bölgələrində biri də Daşkəsən rayonudur. Burada yerləşən Quşcu kilsəsi qədim alban məbədi rayonun mərkəzindən təxminən 14,5 kilometr məsafədədir. Qeyd edək ki, tikili hazırda qəza vəziyyətindədir və bir hissəsi dağılmışdır. Gədəbəy rayonunun Böyük Qaramurad kəndində yerləşən Həmşivəng məbəd kompleksinin əsası XII əsrdən əvvəl qoyulub. Məbəd qədim alban məbədi olmaqla Qafqaz Albaniyasının mədəni irsinə aiddir. Tədqiqatçı memarlarımız Həmşivəng məbədinin ərazisində Arsax xaçdaşına bənzər xaçdaşı aşkar ediblər. Eyni qəbildən olan Qazax rayonunda yerləşən Əskipara məbədi V-VIII əsrlərdə tikilib. Qafqaz Albaniyasının mədəni irsinə aid olan məbəd qırmızı tuf daşdan dördkünc planda inşa edilib və möhtəşəm görünüşə malikdir. Məbədin divarlarının bir neçə yerində böyük alban xaçı həkk olunub ki, bu da məbədin albanlara məxsusluğunu sübut edən əsas göstəricidir. Bu monastır meşədə, əlçatmaz dağlıq yerdə yerləşir. Kompleks təqribən 2,5 hektar ərazini tutur və divarlarla əhatələnib. Yüksək mövqedə yerləşmiş əsas tikililər kompleksin qalan hissəsindən divarla ayrılıb. Bu, özünəməxsus içqala, iqamətgahdır. Kompleksin divarları və qüllələrinin tikintisində iri çay daşlarından istifadə olunub ki bu da məbədin yaxşı mühafizə olunduğunu göstərir. Güman edilir ki, içqalalı kompleks Alban dövlətinin başçıları olmuş böyük Mihrani hökmdarlarının iqamətgahı olub. Albaniya hökmdarlarının qış iqamətgahı olmuş Xalxal şəhərinin məhz bu yerdə yerləşməsi bunu təsdiq edə bilər. Buna görə də kompleksin hələ V əsrdə yarandığını ehtimal etmək olar. Kərpic texnikasının xarakteri və memarlıq formalarının bəzi xüsusiyyətlərinə görə isə əsas binanı XI əsrə aid etmək mümkündür. Azərbaycanda qədim alban mədəniyyətinin və memarlıq sənətinin inkişafından xəbər verən tikililərdən biri də Daşkəsən rayonunun Bayan kəndi ərazisində yerləşən Bayan məbədidir. IV - V əsrdə tikildiyi güman edilən monastır xristian dininin təbliğindən xəbər verir. Qeyd edək ki, böyük bir tarixi özündə əks etdirən məbəd hazırda qəza vəziyyətindədir. Ərazi baxımından rayonda olan digər monastırlardan böyüklüyü ilə seçilən tikilinin əsas binasından başqa həyətdə çoxlu sayda otaqlar, sədd divarları, təsərrüfat damları və çay daşlarından tikilmiş xeyli sayda quyular var. Mərkəzdə böyük bir meydan yerləşir. Bu isə vaxtilə burada dini ayinlərin keçirildiyini deməyə əsas verir. Monastırın özü ağ və qırmızı rəngli qaya daşlarından inşa olunub. Sütunların inşasında istifadə olunan daşların üzərinə döyülən xaç işarələri bugünədək qalmaqdadır. Daşların üzərində alban əlifbası ilə yazılmış kiçik kitabələr də var. V əsrə aid edilən məbəd baxımsızlıqdan uçmaq təhlükəsi ilə üzləşib. Məbədin inşası zamanı səs akustikasını yaratmaq üçün divarlarına içi boş küplər yerləşdirilib. Bunun qızıl küpləri olacağını güman edənlər tarixi əhəmiyyətli abidənin divarlarını uçurmaqdan və ətrafını qazmaqdan belə çəkinməyiblər. Ölkə ərzisinin əhəmiyyətli məbəd komplekslərindən biri də Balakəndə yerləşən Arılıqbinə monastrıdır. Balakəndən Gürcüstana gedən magistral yolun sağında, rayon mərkəzindən 5 km qərbdə yerləşir. Əsas kilsə binası qismən salamatdır və çox keyfiyyətli kərpiclə tikilib. Təxminən 4 hektar sahədə çay daşı və hasar daxilindəki ərazidə çoxsaylı tikili qalıqları, o cümlədən xeyli qəbirlər vardır. Qeyd edək ki, məbəd Qafqaz Albaniyasının maddi-mədəniyyət abidələrindən biri kimi qorunmaqdadır. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı: Xəyalə Sadıqova.
“Azərbaycan əsl sivilizasiyalararası dialoq nümunəsidir”. Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşkilatçılığı ilə keçirilən “Dini və Milli Tolerantlıq - Millətlərası münasibətlərin inkişaf etdirilməsində medianın rolu” adlı forumda çıxışlar zamanı qeyd olundu ki, bəzi yerlərdə əvvəlcə qanunlar yaradılır daha sonra mili-mənəvi dəyərləri qanunlara uyğunlaşdırırlar. Azərbaycanda isə qanunlar milli-mənəvi dəyərlər əsasında yaradılıb. Azərbaycan bütün millətlərə və dinlərə açıq bir ölkədir. Azərbaycan digər ölkələrlə bu sahədə qarşılıqlı fikir mübadiləsi aparmağa hər zaman hazırdır. “Bu gün sadə insanların milli, dini heysiyyatı, azad və sülh şəraitində yaşamaq kimi təbii hüquqları dünyanın müxtəlif güc mərkəzlərinin nəzarətində olan media qurumlarının əsas hədəfinə çevrilib. Millətlərarası dialoq, dini tolerantlıq, multikulturalizm məsələləri heç zaman bu günkü kimi aktual olmayıb. Məlumdur ki, medianın cəmiyyətimizə təsiri güclüdür. Media bizim fikirlərimizin və davranışlarımızın aynasıdır. Bəzən cəmiyyətdəki ziddiyyətləri kəskinləşdirməsinə, münaqişələri qızışdırmasına baxmayaraq, medianın mövcud problemlərin həll edilməsi üçün töhfə vermək potensialı da çoxdur”. Bu fikirləri Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşkilatçılığı ilə keçirilən “Dini və Milli Tolerantlıq - Millətlərası münasibətlərin inkişaf etdirilməsində medianın rolu” adlı forumda çıxışı zamanı fondun sədri Umud Mirzəyev söylədi. Məlumat üçün bildirək ki, ölkənin rəsmi şəxsləri, dini icmaların sədrləri, media nümayəndələri, xarici ölkələrin dini ekspertləri iştirak ediblər. Umud Mirzəyev Azərbaycandakı dini və milli tolerantlığın ənənələrindən söz açdı. Forum dünyanın müxtəlif ölkələrindən dəvət olunan qonaqları, jurnalistləri və ekspertləri Azərbaycandakı tolerantlıq ənənələri ilə daha yaxından tanış etmək məqsədi ilə təşkil olunmuşdu. U. Mirzəyev belə tədbirlərin keçirilməsinin sülhün, tolerantlığın, azad, bərabər və birgə yaşayışın, milli münaqişələrin həllinin vacibliyinin dünyaya çatdırılması baxımından çox önəmli olduğunu dedi. Azərbaycanın tolerantlıq modelinə nəzər... Onun sözlərinə görə, mediadan cəmiyyəti parçalamaq, azlıqlara qarşı nifrət oyatmaq və kütləvi zorakılıqları birbaşa təşviq etmək kimi istifadə edilməsinə dair nümunələr də az deyil. Keçmiş Yuqoslaviyadakı müharibə və Ruandadakı soyqırımı millətlərarası ədavətin qızışdırılması ilə çoxsaylı etnik icmaların parçalanmasında medianın nə dərəcədə güclü rol oynadığına sübutdur: “Bu gün dini inancların təhqir edilməsi, milli və etnik dözümsüzlüyün təşviqi, insanların minilliklər boyu hörmət etdiyi dəyərlərin tapdalanması ilə müşayiət olunan balanslaşdırılmamış, neqativ və birtərəfli məlumatlar bəşəriyyət üçün təhlükə mənbəyinə çevrilib. Yaxın Şərqdə İslam pərdəsi altında törədilən dəhşətli qətllər, Avropa və Amerikada İslam əleyhinə kampaniyaların mediada geniş işıqlandırılması əslində Qərb və Şərq sivilizasiyaları arasında uçuruma gətirib çıxarır. Təkcə Azərbaycan üçün deyil, bütöv dünyamız üçün zəruri olan bu məsələlərin müzakirəyə ehtiyacı var. Əsas məqsəd sülhün, tolerantlığın, multikulturalizmin açar elementlərini aydınlaşdırmaq və təşviq etməklə yanaşı, Azərbaycanın tolerantlıq modelinə, tarixi-mədəni irsinə nəzər salmaq, mümkün təcrübələri paylaşmaqdır”. Dini Qurumlara İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanda tarixən mövcud olan dini və milli tolerantlığın dövlət siyasəti səviyyəsinə qaldırılmasının tarixi hadisə olduğunu söylədi. O vurğuladı ki, Azərbaycana ilk dəfə gələn insan buranı görəndən sonra onda ölkəmiz haqqında yüksək fikirlər yaranır. Azərbaycan ənənəvi tolerant ölkədir. Azərbaycanda heç vaxt dini zəmində münaqişə olmayıb. Burada yaşayan digər xalqlara qarşı hər zaman hörmətlə yanaşılıb. “Azərbaycan barədə həqiqətləri yaymaqdan çəkinirlər”. Mübariz Qurbanlı öz çıxışında Azərbaycanın tarixən bütün dinlərə dözümlü yanaşdığını bildirdi: “Qafqazda yəhudilərin məskunlaşması, Qafqaz Albaniyasının olması daima bu bölgədə tolerantlıq olduğunu göstərib. İslamı qəbul etdikdən sonra da digər dinlərə qarşı dözümlü olmuşuq. Bizim tariximizə baxsanız orada heç zaman dinlərarası, millətlərarası savaş olmayıb. Bizim 20 faiz torpağımız Ermənistan tərəfindən işğal edilib. Bununla belə Azərbaycanda ermənilərə qarşı düşmənçilik aşılanmır. Bizdə daima belə olub. Azərbaycana gələn Əlcəzirə beynəlxalq televiziyasının əməkdaşı ilə görüşdüm. Müxbirə Azərbaycana gəlməmişdən öncə nə kimi məlumatlar əldə etdiyini soruşdum. Dedi: “Bəli, mən Azərbaycanla bağlı məlumatlar əldə etməyə cəhd etdim. Təəssüflə deyim ki, Azərbaycan barədə çox bədbin məlumatlarla rastlaşdım. Azərbaycan Əfqanıstanın Kabulu kimi tanıtdırılır. Lakin bura gəldikdən sonra əldə etdiyim məlumatların tamamilə yanlış olduğunu gördüm. Burada xalq mehriban şəkildə yaşayır. Azərbaycan inkişaf etməkdə olan müsəlman ölkələrindən biridir”. Mən də təəssüf edirəm ki, aparıcı KİV nümayəndələri Azərbaycan barədə həqiqətləri yaymaqdan çəkinirlər. Azərbaycana ilk dəfə gələn insan bədbin fikirlərlə gəlsə də, buranı gəlib görəndən sonra fikirləri tamamilə dəyişir”. Mübariz Qurbanlı Avropada son günlər davam edən miqrant axını məsələsinə də toxundu: “42 ölkədə bu gün məzhəblər arası, millətlərarası savaşlar gedir. Şəhərlər məhv edilir. İndi Avropaya 1 milyon miqrantın axını gözlənilir. Bu böyük bir iqtisadi problem yaradacaq. Dini və məzhəb müharibələri cəmiyyətləri məhvə aparır. Dövlətlər bunun qarşısını almaq üçün çalışmalıdırlar. Bizə Allah peyğəmbərlər göndərib. Həzrəti İsa, Həzrəti Musa, Həzrəti Məhəmməd (ə) və onlarla birlikdə kitablar göndərilib. Bütün dinlər hazırda baş verənləri tənqid edir”. “Azərbaycan bütün millətlərə və dinlərə açıq bir ölkədir”. Millət vəkili Bahar Muradova insan azadlığının vacibliyindən, qanunların aliliyindən, milli adət-ənənələrə hörmətin vacibliyindən danışdı. O dedi ki, Azadlıq mücərrəd məfhumdur. Azadlığın haradan başlanacağı, harada bitəcəyi müzakirə olunası məsələdir. Məlum məsələdir ki, bir insanın azadlığı digərinin azadlığına mane olmamalıdır. Əsas qanunların aliliyidir. Bəzi yerlərdə əvvəlcə qanunlar yaradılır daha sonra mili-mənəvi dəyərləri qanunlara uyğunlaşdırırlar. Azərbaycanda isə qanunlar milli-mənəvi dəyərlər əsasında yaradılıb. Azərbaycan bütün millətlərə və dinlərə açıq bir ölkədir. Azərbaycan digər ölkələrlə bu sahədə qarşılıqlı fikir mübadiləsi aparmağa hər zaman hazırdır. Milli Məclis sədrinin müavini Bahar Muradova qeyd etdi ki, Azərbaycanda hər kəsin milli, dini, etnik ənənələrinə hörmət edən bir cəmiyyət mövcuddur: “Biz digər ölkələrlə bu sahədə qarşılıqlı fikir mübadiləsi aparmağa hər zaman hazırıq. Biz öyrənməyə və öyrətməyə çalışırıq. Biz cəmiyyətlərdə qarşılıqlı anlaşma, bir-birinə dözümlülük şəraitində yaşayan insanların olmasını istəyirik və bunun üçün əlimizdən nə gəlirsə etməyə çalışırıq. Bahar Muradova vurğuladı ki, hazırda Qərbdəki dəyərlərlə mövcud reallıq fərqlənir. Dəyərlərin reallığa çevirməsi sahəsində medianın ciddi fəaliyyətinə ehtiyac var. Azərbaycan dəyərləri qanun üzərində deyil, qanunlarımız milli mənəvi dəyərlərimiz üzərində qurulub. Ardı var... Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı: Nicat İntiqam.
“Tolerantlıq Azərbaycan cəmiyyətinin mühüm əsaslarından biridir”. “Azərbaycan unikal dünyəvi ölkə, İslam dünyasının yüksək iqtisadi sürətlə inkişaf edən, Qərb praqmatizminin Şərq qonaqpərvərliyi və ənənələri ilə sıx çulğalaşdığı inkişaf mayakıdır. Azərbaycan bir çox dinlərin və xalqların nümayəndələrinin vətəni olub və olacaq. Qədim Azərbaycan torpağında yəhudilik və İslam, atəşpərəstlik və xristianlıq mövcud olub. Elə bu günün özündə bu torpaq tolerantlığa və dini dözümlülüyə misli görünməmiş cəhdlər göstərir”.Azərbaycan Respublikasının millətlərarası, multikukturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayev Azərbaycanın müxtəlif konfessiyaların, xalqların birgə yaşadıqları ölkə olduğunu xatırlatdı. Bildirdi ki, burada ayrı-ayrı etiqad və inanclara malik etnosların yüz illərlə əmin-amanlıq şəraitində yaşamasında humanizm dəyərlərinin rolu böyükdür: “Yay təlimlərində iştirakım zamanı Azərbaycanın məntəqələrinin birində sinaqoqa daxil oldum. Sinaqoqun ravvini ilə görüşdükdən sonra müxtəlif məsələlər üzərində danışmağa başladıq. 8 il öncə Azərbaycanda işləməyə gəlib. Rəhbərlik onu Azərbaycana göndərəndə ravvin bura gəlmək istəməyib. Azərbaycanda İslam şəriətinin hökm sürdüyünü, yəhudilərə qarşı sərt münasibətin olduğunu zənn etdiyinə görə etiraz edib. Lakin ravvinin etirazlarına baxmayaraq, məcburi şəkildə Azərbaycana gələn ravvin indi buranın vətəndaşı olmaq üçün ərizə ilə müraciət edib. Budur Azərbaycan multikulturalizmi. Sizi bu multikulturalizmə dəstək olmağa çağırırıq. Azərbaycan bütün təzyiqlərə baxmayaraq, bunu qorumaq üçün çalışır”.Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev terrorçulara din adı verilməsinə narazılığını bildirdi: “Bu gün media nəhəngləri terrorçuları islamçı kimi təqdim etməyə çalışırlar. Bu gün İŞİD adında terror təşkilatı var. Terrorçuların hər hansı dinlə heç bir əlaqəsi yoxdur. Təəssüf ki, bu gün həm beynəlxalq, həm də bəzi yerli mətbuatda onları “İslam dövləti” kimi təqdim edirlər. Onlar özlərini nə cür adlandırırlarsa adlandırsınlar. Onların özlərini islamçı adlandırması həqiqətdə onların dindar olmasına sübut deyil. Burada iştirak edən mətbuat nümayəndələrindən də bu məsələyə diqqətli olmalarını istəyirik.”Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmər Cavadlı dedi ki, Azərbaycan mediasında hər zaman dini və mənəvi dəyərlərlə bağlı mövzular ön planda olub. Hazırda milli tolerantlıq mövzusunda mediada saysız-hesabsız informasiyalar var. Mediada dini daha düzgün işıqlandırmaq üçün jurnalistika fakültəsində də dini biliklər verilə bilər. Sonra “Qloballaşma dövründə tolerantlıq. Mədəni müxtəlifliyi olan cəmiyyətlərdə dini və qeyri-dini inanclara tolerant yanaşmada medianın rolu”, “Multikulturalizmin, dinlərarası dialoqun, tolerant mühitin vacibliyi və bu proseslərdə Azərbaycan modeli”, “Ayrı-seçkilik, dözülməzlik və zorakılığın bütün formaları ilə mübarizədə dini və qeyri-dini inancların töhfəsi” mövzularında müzakirələr aparıldı. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin böyük məsləhətçisi Məhsəti Əliyeva isə bildirdi ki, bu gün Azərbaycanda 30 min erməni əsilli Azərbaycan vətəndaşı yaşayır: “Lakin əgər siz Ermənistana getsəniz, orada nəinki 30 min - 3 nəfər də azərbaycanlı əsilli Ermənistan vətəndaşı tapa bilməzsiniz. Ermənistanda ermənilərdən başqa, bütün digər millətlər ölkədən çıxarılıb. Bu gün Ermənistan monodövlətə çevrilib. Ermənistanda tək antitürkizm yox, həmçinin güclü antisemitizm də baş alıb gedir, orada yəhudi əsilli vətəndaş çox az qalıb, qalanlar da güclü təzyiqə məruz qalıblar. Deyilənlərdən belə nəticə çıxarmaq olar ki, Azərbaycanda etnik problem və ümumiyyətlə, millətlərarası münasibətlərdə heç bir problem yoxdur. Onda ortalığa sual çıxır, bəs onda ermənilərin burada nə problem olub? Cavab birdir - ermənilərin Azərbaycana qarşı yalnız ərazi iddiası var”. Beynəlxalq münasibətlər sahəsində tanınmış İsrail eksperti, “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri Arye Qut tədbirdə çıxışı zamanı bildirdi ki, Ermənistanla ağır və qanlı ərazi münaqişəsinə və ərazisinin 20 faizinin işğal edilməsinə, bir milyondan çox qaçqın və məcburi köçkünün olmasına baxmayaraq, ikili standartlardan əziyyət çəkən və çox mürəkkəb və kövrək geosiyasi əhatədə yerləşən Azərbaycan Respublikası Cənubi Qafqazın hamı tərəfindən qəbul edilən regional lideri olmaqla bərabər, həm də həqiqi sivilizasiyalararası və dinlərarası dialoq nümunəsidir: “Ancaq etnik təmizləməyə və təcavüzə baxmayaraq, tolerantlıq və multikulturalizm Azərbaycan cəmiyyətinin mühüm əsaslarından biri olaraq qalmaqdadır. Bu baxımdan Azərbaycan unikal dünyəvi ölkə, İslam dünyasının yüksək iqtisadi sürətlə inkişaf edən, Qərb praqmatizminin Şərq qonaqpərvərliyi və ənənələri ilə sıx çulğalaşdığı inkişaf mayakıdır. Azərbaycan bir çox dinlərin və xalqların nümayəndələrinin vətəni olub və olacaq. Qədim Azərbaycan torpağında yəhudilik və İslam, atəşpərəstlik və xristianlıq mövcud olub. Elə bu günün özündə bu torpaq tolerantlığa və dini dözümlülüyə misli görünməmiş cəhdlər göstərir. Ölkənin yəhudi icmasına səmimi qardaşlıq münasibəti Azərbaycan tolerantlığının parlaq nümunəsidir. Azərbaycanda heç vaxt antisemitizmin olmadığını və yəhudilərin heç vaxt özlərini əcnəbi hiss etmədiklərini vurğulamaq lazımdır. Azərbaycan Prezidenti İlham Əliyevin himayədarlığı ilə iki sinaqoq və Cənubi Qafqazda ən iri yəhudi təhsil mərkəzi inşa edilib. Bundan əlavə, ölkədə ilk yəhudi muzeyi inşa etmək planlaşdırılır. İnsanların təkcə eyni dinin başqa bir cərəyanına məxsus olmaları səbəbindən məhv edildiyi bu zalım və qanlı-qadalı dünyamızda biz İsraildə müasir, sivil və güclü Azərbaycanın həqiqi və keyfiyyətli nümunəsini müşahidə edir və dəyərləndiririk. Azərbaycan əslində İslam dünyasının bir çox ölkələrinə həqiqi bir örnək, bir növ tərəqqi və inkişaf mayakı ola bilər”. İsrailli ekspert təqdimat çərçivəsində qeyd etdi ki, Azərbaycan bir sıra dinlərin və xalqların nümayəndələri üçün vətən olub və bu gün də vətəndir: Qədim Azərbaycan torpağında iudaizm və islam, atəşpərəstlik və xristianlıq yanaşı mövcud olub. Bu diyar bu gün də tolerantlığa və dini dözümlülüyə meyil nümayiş etdirir. Ölkədə yəhudi icmasının nümayəndələrinə səmimi və qardaşcasına münasibət Azərbaycan tolerantlığının parlaq nümunəsidir”. Ardı var... Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı: Nicat İntiqam.
“Azərbaycan ahıskalılar üçün ikinci vətən olub”. Dünyanın bir çox dövlətləri kimi, Azərbaycan da çox qədim dövrlərdən polietnik dövlətlərdən biridir. Bu təkcə yerləşdiyi coğrafi mövgeyin, malik olduğu sərvətlərin zənginliyi ilə deyil, əhalisinin milli tərkibinin rəngarəngliyi ilə də seçilir. Burada çoxlu milli azlıqlar, etnik qruplar yaşayır ki, onlar tarixin müxtəlif mərhələlərində bu əraziyə köçmüş və ya köçürülmüş, daim yaşayış yeri kimi buranı özlərinə yurd seçmişlər. Nəticədə, Azərbaycan çoxmillətli bir ölkəyə çevrilmişdir. Azərbaycanda məskunlaşan xalqlardan biri də ahıska türkləridir. ”Postsovet məkanında millətlər arası münasibətlərin təkmilləşdirilməsi ciddi problem olub. Deportasiya olunmuş xalqların 80-ci illərin sonunda yeni faciələrlə üzləşməsi, nəinki, hələ də nəsillərin yaddaşından silinməmiş, əksinə, onun xalqların həyatına və düşüncəsinə vurduğu sosial-mənəvi ziyanın nəticələri indi də özünü göstərməkdədir. Belə tarixi ədalətsizliklərlə üzləşən, yaşayan xalqlardan biri də ahıska türkləridir”. Bu sözləri qəzetimizə açıqlamasında İstanbulda Mədəniyyət Universitetinin müəllimi, dosent Sevil Piriyeva bildirib. Onun sözlərinə görə, Sovetlər İttifaqında yaşayan ahıskalıların böyük əksəriyyəti qaçqınlıq və sürgün həyatını yaşamalı olmuş, keçmiş İttifaqın müxtəlif ərazilərinə səpələnərək dağınıq halda yaşamaq məcburiyyətində qalmışlar: “Sonrakı illərdə də ahıskalıların öz tarixi Gürcüstandakı vətənlərinə - Ahıskaya qayıtması nəinki mümkün olmamış, əksinə, sanki həlledilməz bir məsələyə çevrilmişdi. XX əsrin sonunda ikinci dəfə 1989-cu ildə Fərqanədən deportasiya olunaraq, Azərbaycanda məskunlaşmış və buranı özlərinə vətən bilmişlər. Ahıska türklərinin istər tarixi vətənləri sayılan Ahıskada, eləcə də sürgün olunduqları Orta Asiya respublikalarında və ən nəhayət, özlərinə ikinci vətən saydıqları Azərbaycanda eyni hüquqda yaşayıb yaradırlar. Azərbaycanda yaşayıb yaradan milliyətcə ahıska türkü olan Tahircan Kukulovun “Ahıska türklərin tarixinə bir nəzər” adlı əsərində ahıskalıların tarixi haqqında geniş məlumat verilib. Belə ki, tarixçi Tahircan Kukulov adı çəkilən kitabında yazır ki, “əlverişli coğrafi şəraitə, zəngin floraya, faunaya, mülayim iqlimə malik olan Ahıska yer kürəsində ibtidai insanlarının formalaşdığı ərazilər sırasına daxildir”. Ahıska türklərinin mədəniyyətini tədqiq edən müəlliflərdən biri prof. Asif Hacılı “Qəribəm bu vətəndə” əsərində bu problemin araşdırılmasına mühüm yer vermişdir. O, yazır ki, XX əsrin 60-cı illərində ahıskalıların vətənə qayıtması problemi ilə məşğul olan xüsusi təşkilat - Türklərin Vətənə Qaytarılması üzrə Müvəqqəti Təşkilat Komitəsi (TVQMTK) yaranır”. “Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldiktən sonra ahıskalılara olan qayğı və diqqət daha da artmışdır”. Sevil Piriyevanın sözlərinə görə, XX əsrin sonlarında Azərbaycan ağır vəziyyətdə olduğu, özü Ermənistandan zorakılıqla çıxarılan qaçqınları qəbul etdiyi halda, başqa ölkələrdən, regionlardan qaşqın düşən ahıska türklərini də qəbul edib: “Ona görə də təcavüzə məruz qalmış bir xalqın bütün istiqamətlərdə həyatında heç şübhəsiz yeni məskunlaşdığı ərazilərin təsiri də az deyildir. Bəşər mədəniyyətinə böyük töhfələr vermiş şumerlərlə bağlı araşdırmalarda da bu hal özünü göstərir. Son tədqiqatlar şumerlərin gəlmə olduğunu və onların yaratdığı böyük mədəniyyətin gəlmələrlə yerlilərin qovuşuğunda yarandığını vurğulayır. Ahıska türklərində bütün istiqamətlərdə deportasiyanın izləri görünür. Məhz ona görə də professor Asif Hacıyev yazır: “Ahıska türklərinin maddi mədəniyyətinin öyrənilməsi böyük çətinliklərlə bağlıdır. Vətəndən uzaqlarda türklərin ənənəvi yaşayış tərzi, ənənə vərdişləri xeyli dəyişilmişdir. Təbii ki, qürbətdə hər şeydən çətin təsərrüfat və məişət özünəməxsusluğunu saxlamaq olmuşdur”. Bu qərara görə ahıska türklərinə Gürcüstandan başqa SSCB-nin hər bir yerində yaşamaq izni verildi və ahıska türklərinin böyük bir hissəsi Vətənə yaxın olsun deyə Azərbaycanda yerləşmişlər. 1958-1960-cı illərdə Azərbaycanda məskunlaşmış ahıskalılara Azərbaycanda istər dövlət tərəfindən istərsə də millət tərəfindən hər cür yardımlar edilmiş və dəstək verilmişdir. Belə ki, Azərbaycana pənah gətirən ahıskalılar üçün ayrıca yaşayış məntəqələri yaradılmış və normal yaşayış üçün hər cür şəraitlə təmin olumuşdur. Təbii ki, ahıskalılar da yan gedib yatmamışdır. Ahıska türkləri 1944-cü ildə Orta Asiya və Qazaxstana sürgün edilmiş ahıska türkləri Azərbaycan dövlətinin hər tərəfli inkişafinda sosial, iqtisadi və s. sahələrdə inkişaf etməsində var gücüylə çalışmış və çalışırlar. Azərbaycan dövləti tərəfindən həmişə olduğu kimi sonraki illərdə də ahıska türklərinə diqqət getdikcə artırılmışdır. Mərhum Ümummilli liderimiz, ulu öndər Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldiktən sonra ahıskalılara olan qayğı və diqqət daha da artmışdır. Belə ki, ulu öndər H. Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ahıskalıların günü və güzaranı daha da yaxşı vəziyyətdə olmuşdur”. “Vətənləri Ahıskaya köçmək mübarizəsində Azərbaycan tərəfindən ahıskalılara hər zaman dəstək və qayğı göstərilib”. ”Azərbaycandakı ahıskalılara evlərin tikilməsində, torpaq yerlərinin ayrılmasında, sosial sahələrdə, təhsil sahəsində, vətənləri Ahıskaya köçmək mübarizəsində dövlət tərəfindən hər zaman dəstək və qayğı göstərilib. Mərhum Heydər Əliyev Saatlı və Sabirabad bölgələrində yaşayıb yaradan ahıska türklərini ziyarəti zamanı: “Ahıska türkləri artıq 50 ildir ki, öz yerlərindən didərgin düşmüşlər. Bu qədər vaxt keçməsinə, bir neçə nəsil meydana gəlməsinə baxmayaraq, onlar yenə də öz torpaqlarına qayıtmaq istəyirlər. Biz bu arzuların da yerinə yetməsinə tərəfdarıq, eyni zamanda o vaxtacan onları öz ölkəmizdə saxlamağa hazırıq” demişdir”, -deyən S.Piriyevanın dediyinə görə, Ahıskalı gənclərə Azərbaycan Dövlət Üniversitetlərində müsabiqədən kənar təhsil almaları üçün dövlət tərəfindən lazımi şərait yaradılmışdı: “Bu illərdə 30-40-a yaxın ahıskalı gənc universitetlərə qəbul olaraq təhsilini başa vurub. Onun yerinə gələn, onun layıqlı davamçısı olan İlham Əliyev cənabları atasının yolunu davam etdirmiş, Ahıskalılara eyni dəstək və qayğını göstərmişdir. Belə ki, istər respublika daxilində, istərsə də Vətənə, Gürcüstana köç etmək mübarizəsində dövlət səviyyəsində hər tərəfli yardımlar hiss edilir. Azərbaycanda ahıska türkləri barədə hər hansı bir tədbirin keçirilməsində, festivalların, konsertlərin keçirilməsində Azərbaycan dövlətinin istər maddi, istərsə də mənəvi dəstəkləri olur. Belə ki, keçən ildə Türkiyənin Gəbzə şəhərində keçirilən 1-ci Beynəlxalq Kültür və Mədəniyyət Festivalında Azərbaycandakı Ahıska Türkləri Folklor Qrupunun həmin Festivaldakı iştirakı üçün çəkilən bütün xərclər Azərbaycan dövləti tərəfindən qarşılanmışdır. Azərbaycandakı ahıska türklərin “Vətən” İctimai Birliyi olaraq ahıskalıların sürgün illərinə qədərki və ahıskalıların sürgün olduqları yerlərdəki həyatları haqqında, ahıskalıların ziyalıları və aydınları ahıska türklərinin dili, dini, adət ənənələri və folkloru, ahıska türkləri və H. Əliyev, ahıskalıların indiki vəziyyəti, ahıskalıların gələcəyi haqqında 8 hissədən ibarət filim çəkilib və SƏS TV internet vasitəsi ilə bütün dünyaya yayımlanmışdır. Bütün bu işlərin görülməsində Azərbaycan dövləti ahıska türklərinə hər tərəfli maddi və mənəvi dəstək göstərmişdir”. davamı növbəti sayımızda. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı: Elvin Əliyev.
“Ahıskalılar özlərini Azərbaycanın bərabərhüquqlu övladı sayırlar”. Əvvəli ötən sayımızda. “Ahıska türkləri təkcə XX əsrdə üç dəfə deportasiyaya məruz qalmışlar. Tarixi torpaqlarından Qazaxıstanın və Orta Asiyanın çöllərinə sürgün edilən ahıskalıların Azərbaycana kütləvi köçürülməsi XX əsrin 50-ci illərinə təsadüf edir. Bu da onunla əlaqədar idi ki, xalqın qeyri-qanuni sürgün edilməsi SSRİ hökuməti tərəfindən qəbul edilsə də, lakin onların öz ata-baba yurdları Ahıskaya qayıtmalarına imkan verilməmişdir”, - deyən İstanbulda Mədəniyyət Universitetinin müəllimi, dosent Sevil Piriyevanın sözlərinə görə, belə bir çıxılmaz vəziyyətdə qalan xalq məcburiyyət qarşısında qalaraq Orta Asiya çöllərindən Azərbaycana üz tutmalı oldu: “1958-ci ilin sentyabrında Ahıska türklərinin ilk dəstəsi Azərbaycana gəldi. Respublikanın Xaçmaz, Quba, Saatlı, Sabirabad və Beyləqan rayonlarında ahıskalıların ilk yaşayış məskənləri salındı. Ahıska türklərinin Azərbaycanda məskunlaşmasının ikinci dövrü 1989-cu ilin may-iyun aylarında baş vermiş Fərqanə hadisələri ilə bağlıdır. Məhz bu bədnam hadisədən sonra Özbəkistanda və eləcə də digər Orta Asiya respublikalarında yaşayan Ahıska türkləri kütləvi sürətdə Azərbaycana gələrək, onlarla rayonunda yerləşməli oldular. Beləliklə, XX əsrin 90-cı illərində Azərbaycanda Ahıska türklərinə məxsus xeyli yaşayış məskənləri meydana çıxdı ki, ümumilikdə respublikada yaşayan Ahıska türklərinin sayı 115 minə çatdı. Bununla da Azərbaycanda yaşayıb-yaradan yeni bir böyük qüvvə təşəkkül tapmış oldu. Şübhəsiz, bu əhalinin böyük bir hissəsi Azərbaycanın rayonlarında məskunlaşdığından onlar kənd təsərrüfatı işləri ilə məşğul olmağa başladılar. Lakin bu əhali arasında xeyli ziyalı-müəllim, həkim, aqronom, mühəndis və b. sənət sahibləri yerləşdikləri kəndlərdə, rayon mərkəzlərində öz ixtisaslarına müvafiq işlə təmin edilərək işləməyə başladılar. Tədricən Azərbaycanın özündə də xeyli ahıskalı ziyalısı yetişib, respublikanın mədəni və ictimai-siyasi həyatında yaxından iştirak etməyə başladı. Hal-hazırda Azərbaycanda yaşayan Ahıska türkləri içərisində alim, müəllim, həkim, mühəndis və s. var. Onlar ahıskalı olsalar da, özlərini artıq bu respublikanın bərabərhüquqlu övladı sayır və ona qulluq edirlər. Qırx ildən çoxdur ki, ahıskalılar Azərbaycanda yaşayıb-yaradır, yerli əhali ilə qaynayıb-qarışır, qız verib-oğlan evləndirirlər. Hamı tərəfindən qəbul olunmuş adət-ənənələrə malik olan ahıskalılarla azərbaycanlıları bu gün bir-birindən ayırmaq mümkün deyil. Elə buna görədir ki, Azərbaycanda onlara ayrı-seçkiliklə deyil, vətəndaşlıq prinsiplərindən yanaşılır. Keçmişdə olduğu kimi, bu gün də respublikanın idarəçilik aparatında, təhsil və səhiyyə ocaqlarında Ahıska türklərinin yüzlərlə nümayəndələri çalışmaqdadır. XX əsrin əvvəllərində olduğu kimi, əsrin sonunda da ahıskalılar Azərbaycanın ictimai, iqtisadi və mədəni həyatında, dövlət quruculuğunda, idarəçilikdə yaxından iştirak etmiş və bu gün də etməkdədirlər. Bütün həyatını Saatlı rayonunun Adıgün kəndində keçirmiş kəndin sosial-mədəni inkişafı üçün böyük işlər görmüş, bununla da təkcə Saatlı rayonunda deyil, bütün Azərbaycanda tanınan Mövlüd Bayraqdarov Ahıska xalqının oğludur. Yaşadığı kəndi respublikanın abad, sahmanlı-səliqəli yaşayış məskəninə çevirməklə, onun əhalisinin həyat şəraitini xeyli yüksəldən bir təsərrüfat başcısı kimi, M. Bayraqdarovun özü də yüksəlmişdir. Onun adı-sanı bütün Azərbaycana yayılmış, keçmiş Sovetlər İttifaqının ən böyük və şərəfli adlarından sayılan “Sosialist Əməyi Qəhrəmanı” kimi ada layiq görülmüşdür. M. Bayraqdarov rəhbərlik etdiyi təsərrüfatı respublikanın ən adlı-sanlı təsrrüfatları sırasına çıxarmışdır. Maraqlıdır ki, bir təsərrüfat başcısı kimi M. Bayraqdarovun qoyduğu ənənələri ondan sonra qardaşı oğlu Rasim Bayraqdarov davam etdirmişdir. “Adıgün” kolxozuna rəhbərliyə gəlmiş R. Bayraqdarov da bütün Saatlı rayonunda tanınmış təsərrüfatçı olmuşdur. Bir millət vəkili olaraq o, istər Saatlı rayonunun və istərsə də sakini olduğu Adıgün kəndinin sosial-iqtisadi inkişafı üçün xeyli işlər görmüş, Milli Məclisdə respublikanın iqtisadi problemlərinin həlli ilə bağlı məsələlərin müzakirəsində, qanunların qəbulunda yaxından iştirak etmişdir”. Ahıska türkləri Azərbaycan türkləri ilə milli həmrəylik nümayiş etdirərək erməni faşistlərinə qarşı qəhrəmanlıqla döyüşmüşlər. Məlum olduğu kimi, keçən əsrin əvvəllərindən Ahıska ilə Azərbaycan arasında elmi, mədəni və digər əlaqələr mövcüd olmuşdur. Ahıska türkləri bir əsrdə üç dəfə deportasiyaya məruz qalsalar da, məskunlaşdıqları bütün regionlarda, o cümlədən Azərbaycanda milli-mənəvi dəyərlərini qorumaqla yanaşı, həmin ölkələrin inkişafında mühüm rol oynayan ictimai-siyasi hadisələrdən, proseslərdən kənarda qalmamış, burada xalqların müstəqilliyinin dəstəklənməsində, millətlərin suveren hüquqlarının, azadlıqlarının qorunmasında və demokratiyanın bərpası sahəsində yerli xalqlarla eyni mövqelərdən çıxış etmişlər. Sürgünlər dövründə ahıskalılar hansı bölgədə yaşamaqlarından aslı olmayaraq, yerli dövlətçilik ənənələrinə hörmət edir, bölgənin ictimai-siyasi həyatında fəal çalışırdılar. XX əsrin 50-ci illərindən başlayaraq Azərbaycanın ictimai-siyasi həyatında böyük quruculuq işlərinə qoşulan Ahıska türkləri son illərdə qardaş Azərbaycan türkləri ilə milli həmrəylik nümayiş etdirərək erməni faşistlərinə qarşı qəhrəmanlıqla döyüşmüşlər. Bu döyüşlərdə şəhidlik zirvəsinə ucalan çoxlu Ahıska türkü bu gün azərbaycanlıların tarixi yaddaşında ləyaqətli yer tutmuşlar. Həqiqətən də, Fərqanə faciəsindən sonra Azərbaycan Respublikasında məskunlaşan 115 minə yaxın ahıskalı şəxsi problem və qayğılarını unudaraq, Azərbaycanda baş verən ictimai-siyasi proseslərlə əlaqədar olan məsələlərə öz doğma problemləri kimi yanaşmışlar. Onlar da Azərbaycan soydaşları kimi 1988-ci ildən burada azadlıq və müstəgillik uğrunda başlanan ümummilli hərəkata qoşulmuş, azərbaycanlıların haqq işinin müdafiəsində yaxından iştirak etmiş, xalq. hərəkatına dərin ehtiram göstərmişlər. Milli həmrəylik hissləri onların böyük bir qisminin xalq hərəkatı sıralarında iştirak etməsi ilə nəticələnmişdir. Ermənilərin Azərbaycana qarşı torpaq iddialarına, 1990-cı il yanvarın 20-də Bakıda yüzlərlə günahsız insanların qanını tökən Sovet rejiminə qarşı Ahıska türkləri Azərbaycan xalqı ilə birlikdə həmrəy olmuş. İmperiyaya qarşı etiraz səslərini qaldırmışlar. Ermənistanın Azərbaycana qarşı başladığı müharibədə yüzlərlə Ahıska türkü silaha sarılaraq döyüşə getmişdir. Azərbaycan torpağının müdafiəsi uğrunda döyüşmüşlər. Döyüş bölgələrində düşmənə qarşı qəhrəmanlıqla vuruşan ahıskalılardan biri olan İsgəndər Aznaurovun adı bu gün respublika ictimaiyyətinə yaxşı bəllidir. Qarabağda erməni qoşun birləşmələrinə qarşı döyüşən, qəhrəmanlıqlar göstərən Ahıska türkü İskəndər Aznaurov döyüş yoldaşları arasında “Qrad İsgəndər” kimi tanınmış, Qarabağ savaşı başlayan gündən ön cəbhələrdə vuruşmuşdur. Yüzlərlə qəhrəman azərbaycanlı övladı kimi İskəndər də Mutudərə savaşında həlak oldu. Minlərlə azərbaycanlı övladı kimi, Ahıska türkü İskəndər Aznaurov da bu gün müqəddəs “Şəhidlər xiyabanı”nda uyuyur. Zənnimizcə, bu faktın özü də hər bir ahıskalının Azərbaycan torpağı uğrunda ölümə hazır olduğuna əyani bir sübutdur. Əsl türk həmrəyliyinə sadiq qalan xalq övladları Azərbaycan ordusunda xidmət etməyi özlərinə vətən borcu sayırlar. Azərbaycan ordusunda xidmət göstərən Ahıska türklərinin yüksək rütbəli zabitləri öz bilik və təcrübələrini xalqının haqq işinin qalib gəlməsi naminə sərf edirlər. Fərqanə hadisələrindən sonra Azərbaycanda məskunlaşmış ahıskalılar özlərinin ağır şəraitdə yaşamalarına baxmayaraq, bütün Azərbaycanın milli oyanış və milli dirçəliş istiqamətində başlayan hərəkatına laqeyd qalmadılar. Bu gün ahıskalıların nümayəndələri Azərbaycanın ictimai və siyasi həyatında fəal iştirak edirlər. Ahıskalıların Azərbaycan cəmiyyətinin ictimaisiyasi həyatında rolu barədə qısa məlumat verməklə, onların fəaliyyətinin əsas istiqamətlərini göstərməklə biz yuxarıda söylədiklərimizi təsdiq etmək istəyirik. Davamı növbəti sayımızda. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı: Elvin Əliyev.
Dünyanı heyrətləndirən məşhur müsəlman alimləri: Əl-Xarəzmi. Sivil dünyada İslam aləminin texniki tərəqqidən geri qalması barədə çoxsaylı fikirlər səsləndirilir və bunun günahını bəzən az qala dinimizdə axtarmağa cəhd edirlər. Əslində isə çoxları bilmir ki, hazırda sivil inkişafın ən yüksək mərhələsindən birini yaşayan bugünkü Qərb texniki-tərəqqi sahəsində əldə etdiyi uğurlara görə məhz İslam aləminə, İslam elm adamlarına borcludurlar. Təbii ki, Şərq yalnız humanitar və mənəviyyat elmlərinin vətəni deyil. Bunu son minillik ərzində bu regionda yaranmış, fundamental elmlərin aparıcı mövqeyə malik olduğu məşhur elm məktəbləri və akademiyalar da təsdiq edir. Onların bir çoxunda isə şərqli alimlərlə bərabər, Qərbdən gəlmiş, Avropadan təşrif buyurmuş elm fədailəri də çalışırdılar. Bu cəhətdən Bağdaddakı “Beytül-Hikmət” və məşhur Məmun akademiyalarının fəaliyyətini xüsusi qeyd etməliyik. Mərkəzi Asiyadan yetişib çıxmış, şan-şöhrəti bu günümüzə qədər gəlib çatmış məşhur mütəfəkkirlər bu akademiyalarda üstünlük təşkil edirdilər. Xüsusən, Məmun Akademiyasının əsas elmi istiqamətlərini müəyyənləşdirən qüdrətli alimlər Orta Asiya torpaqlarında doğulub boya-başa və kamala çatmış təfəkkür sahibləri idilər. Onların arasında Əbu Nəsr ibn İraq, Mahmud Xocəndi, Əhməd ibn Həmid Nəysəburi, Əbu Reyhan Biruni, Əbu Əli ibn Sina, Əhməd ibn Məhəmməd Xarəzmi kimi dahilər vardı. Yeri gəlmişkən, onu da deyək ki, adları çəkilən şəxslərin və onlarla başqalarının misilsiz elmi cəsarətlərini çağdaş dünya yaddan çıxarmayıb. Yenə də onu qeyd etməyi özümüzə borc bilirik ki, uzaq orta əsrlərdə müsəlman ölkələrindəki elm mərkəzlərində yüksək dərəcədə insana, bəşəriyyətə, bütün yaradılmışlara bəşəri məhəbbət təbliğ edilib. Bu mərkəzdə dini-milli tolerantlıq yüksək səviyyədə idi. Buna paralel olaraq, onu da vurğulayaq ki, Bağdaddakı Məmun Akademiyasında yalnız ərəb dünyası, Şərq ölkələrindən olan müsəlman elm mütəxəssisləri deyil, eyni zamanda qeyri-müsəlman dinlərin nümayəndələri, onlar arasından çıxan böyük alimlər də vardı. Onlar Mərkəzdə sərbəst şəkildə işləmək, burada elmi tədqiqatlarla məşğul olmaq, öyrənmək, müsəlman alimlərlə elmi müzakirələr aparmaq imkanı əldə etmişdilər. Yəni onlara münasibətdə sözün əsl mənasında tolerantlıq hökm sürürdü. Sivil Avropada İslam aləminə düşmən mövqe tutan, İslam dininə mənsub insanlara elmdən, mədəniyyətdən uzaq, geridə qalanlar kimi baxan bəzi elm, dövlət adamlarının olmasına baxmayaraq, həqiqəti hər şeydən uca tutanlar da az deyillər. Məsələn, Avropanın və dünyanın ən böyük alimlərindən biri olan İsaak Nyuton Qərbin xaosda və qaranlıqda, cahillikdə olduğu dövrlərdə İslam aləminin bəşəri elmin inkişafına yüksək töhfələr verdiyini etiraf edib. Bu baxımdan İsaak Nyuton orta əsrlər İslam dünyasının ən böyük alimlərindən biri olan Əbu Reyhan Məhəmməd ibn Əhməd əl Biruni haqqında belə yazıb: “O, (Biruni) əsl düha idi. Riyaziyyat, astronomiya, fizika, botanika, coğrafiya, geologiya, mineralogiya, etnoqrafiya, tarix və xronologiyaya onun töhfələri əvəzsizdir”. Dahi fizik Albert Eynşteyn isə həmişə deyirdi ki, Biruni Yerin öz oxu ətrafında fırlandığı və Günəş ətrafında dövr vurduğunu Qalileo Qalileydən 6 əsr əvvəl kəşf etmişdi: “Biruni bəşəriyyət tarixinin ən böyük intellektualıdır”. İsaak Nyutonla Albert Eynşteynlə bərabər, digər həqiqətsevər Qərb alimləri də İslam elminin Qərbdə elmin inkişafına təsir etdiyini dönə-dönə vurğulayıblar. Onlar tərəfindən belə bir fikir vurğulanır ki, orta əsrlərin cəhalət zəncirindən, qaranlıq zülmətindən xilas olaraq, texniki-tərəqqi yoluna qədəm qoymasına görə Avropa, ilk növbədə, orta əsrlərin məşhur müsəlman alimlərinə, müsəlman elmi mərkəzlərinə, müsəlman incəsənəti və ədəbiyyatına özünü borclu hesab edir. Hər halda unutmaq olmaz ki, V-VII əsrlərdə və ondan sonrakı dövrlərdə Avropa elmdən, mədəniyyətdən uzaq düşmüşdü. Həmin dövrdə bəşəriyyətin min illər ərzində yaradılan mədəniyyətlər, sivilizasiya yox olmaq dərəcəsinə gəlib çatmışdı. Avropa isə sanki özlərindən əvvəl qoyulan mədəniyyəti unutmuş və obrazlı şəkildə desək, daş dövrünə qayıtmaq təhlükəsi ilə üzləşmişdi. Məhz belə bir taleyüklü dövrdə İslam aləmində elm və texnika sürətlə inkişaf edərək, bəşəriyyətin texniki-tərəqqisinə təkan verən onlarla elm dahisi yetişdi. Beləliklə İslam aləminin elmi inkişafı avropalıların cəhalətdən xilas olmasına yol açaraq gələcək elmi-teniki tərəqqilərdə əvəzsiz xidmətlər göstərdi. Xarəzmdən doğan türk günəşi. Orta əsrlər İslam dünyasının bəşəri sivilizasiyaya, elmi-texniki tərəqqiyə bəxş etdiyi ən böyük alimlərindən biri isə böyük türk alimi Əbu Əbdullah bin Musa əl-Xarəzmi idi. Əbdullah bin Musa əl Xarəzmi 780-ci ildə Xarəzmdə (indiki Özbəkistanın Xivə şəhərində) imkanlı bir türk ailəsində anadan olub. Onun atası öz dövrü üçün mükəmməl hesab edilən təhsil almışdı. O, müasir elmlərdən xəbərdar idi və ona görə də övladlarının da elmli olmasını istəyirdi. Ona görə də atası Əbdullahı türk mədəniyyətinin və sivilizasiyasının mərkəzlərindən biri hesab edilən Xarəzmdə o dövr üçün mükəmməl ibtidai təhsil verən məktəbə qoydu. Bu məktəbdə Xarəzmi elmin sirlərinə yiyələnmək üçün ilk addımlarını atdı. İbtidai təhsilini tamamlayandan sonra balaca Əbdullah bir müddət nə edəcəyini bilmədi. O, təhsilini davam etdirmək istəyirdi. Ancaq buna necə nail olacağını o bilmirdi. Belə bir vəziyyətdə onun köməyinə atası çatdı. O oğlunun təhsilini davam etdirməsi üçün onu o dövrdə İslam dünyasının elm mərkəzi hesab edilən Bağdada göndərdi. Bağdadda həmin dövrdə İslam aləminin elmi mərkəzi hesab edilən və o vaxt üçün sivil elmi bilikləri öyrədən mədrəsələr və indiki dövrün ifadəsi ilə desək, elmi tədqiqat mərkəzi fəaliyyət göstərirdi. Bağdadda oxuması o dövrdə gəldiyi, anadan olduğu yerin adı ilə tanınan Əbdullah bin Musa əl-Xarəzminin həyatında önəmli rol oynayaraq, onun türk-islam dünyasının məşhur alimi kimi yetişməsində böyük rol oynadı. Necə deyərlər, Əbdullah bin Musa əl-Xarəzmi gəncliyinin ilk illərində Bağdaddaki müasir, inkişaf etmiş elm atmosferinə alışaraq burada özünün istedadını üzə çıxarmaq üçün gecə-gündüz bilmədən çalışmağa başladı. Elmi mövzulara hədsiz dərəcədə bağlı olan Xarəzminin istedadı və elmləri olduqca dərindən bilməsi qısa müddətdə ona böyük şöhrət gətirir. Əl-Xarəzminin mahir elm bilicisi alim olması xəbəri həmin dövrdə Abbasilərin Bağdad xəlifəsi olan Məmuna da gedib çatır. Məmun əl-Xarəzmini öz yanına çağıraraq onunla şəxsən tanış olur. O dövrün məşhur alimlərinin də iştirak etdikləri məclisdə əl-Xarəzmi ilə söhbətdən sonra xəlifə onun, həqiqətən, dövrünün ən böyük alimlərindən bir olduğu qənaətinə gəlir. Ona görə də xəlifə Məmun əl-Xarəzminin elmə daha da dərindən yiyələnməsinə yardım etmək üçün onu qədim Misir, Mesopotamiya, Yunanıstan və Hindistan mədəniyyətlərinə aid olan kitablarla zəngin Bağdaddakı saray kitabxanasına rəhbər təyin edir. Bu kitabxanaya rəhbərliyi dövründə əl-Xarəzmi qədim dövrə aid olan kitablarla yaxından tanış ola bilir və bu onun elmi inkişafına yeni bir təkan verir. Xəlifə Məmun həmin dövrdə bir çox alimlərin müxtəlif dillərdə olan qədim kitabları oxuya bilməmələrini və bu dilləri öyrənmələri üçün çox vaxt sərf etdiklərini nəzərə alaraq, əl-Xarəzmini özü tərəfindən qurulan Beytül-Hikmət Tərcümə Mərkəzinə rəhbər təyin edir. Əl-Xarəzmi həvəslə işə girişir və qısa müddətdə müxtəlif dillərdə olan onlarla elmi, texniki məzmunlu əsərlərin ərəb dilinə tərcümə edilməsinə nail olur. Bu tərcümə fəaliyyəti əl-Xarəzminin elmlərə daha da dərindən yiyələnməsinə imkan verir. Təbii ki, texniki elmlərlə dərindən maraqlandığı üçün, ilk növbədə, əl-Xarəzmi astronomiyaya və riyaziyyata aid əsərlərin tərcümə edilməsini önə çıxarır. Bu əsərlərin tərcüməsi və onlarla tanışlıq isə həmin dövrdə İslam aləminin elmi inkişafında onlarla məşhur alimin yetişməsində böyük rol oynayır. Amma əl-Xarəzmi bunlarla da kifayətlənmir, o daha çox öyrənmək istəyirdi. Həmin dövrdə ona elə gəlirdi ki, oxuduqları azlıq edir. Ona görə də əl-Xarəzmi Dəməşqdə fəaliyyət göstərən rəsədxanada çalışan astronom alimlərlə də yaxından tanış olur və onların elmi araşdırlmalarını oxuyur.
Ahıskalıların Azərbaycanda məskunlaşan hissəsi öz mədəniyyətini inkişaf etdirmək imkanı qazanıb. Əvvəli ötən sayımızda. ”Öz işgüzarlığı və biliyi ilə seçilən ahıskalı ziyalılar istər Rusiya, istər Türkiyə, istərsə də digər dövlətlərin rəhbərləri ilə görüşərkən onlara öz problemləri barədə ətraflı informasiya verməklə yanaşı, həmçinin son illərdə Azərbaycanın erməni təcavüzü nəticəsində məruz qaldığı çətinliklərin həll olunması barədə azərbaycanlıların da arzularını çatdırmışlar. Azərbaycanda yaşayıb-yaradan Ahıska türk ziyalıları-Rasim Bayraqdarov, Bəkir Mamoyev, Xalid Taştanov, Zəki İbrahimov, Çinqiz Nemanzadə, Seyfəddin Buntürk, Məhəmməd Cəlilov, Xalid Xəlilov, Ənvər Əmrahov 1995-ci il iyulun 10-da Türkiyənin Baş Naziri xanım Tansu Çillərlə görüşərkən ahıskalıları dərindən narahat edən bir çox aktual məsələlərdən bəhs etmişlər”, - deyən İstanbulda Mədəniyyət Universitetinin müəllimi, dosent Sevil Piriyeva bildirir ki, “Vətən” cəmiyyəti Mədəniyyət Mərkəzinin keçmiş sədri Seyfəddin Buntürk çıxışında Ahıska türklərinin problemlərindən, ermənilərin hələ əsrin əvvəllərindən başlayan, 1988-ci ildən xüsusilə genişlənən həyasız təcavüzkar hərəkatlarından, onların Azərbaycana qarşı qaldırdıqları ədalətsiz torpaq iddialarından və bundan dolayı meydana çıxan problemlərdən söz açmışdı: “Eyni zamanda, natiq Ahıska türklərinin bu hadisələrdən kənarda qalmayacaqlarını, erməni işğalı altında qalan Azərbaycan torpaqlarının geri qaytarılması uğrunda hər zaman vuruşa hazır olduqlarını bildirmişdir. O demişdir ki, müharibənin yaratdığı ağır iqtisadi durum Ahıska türklərini də çətin tarixi sınağa çəkmişdir. “Lakin biz də hər cür çətinliyə dözəcəyik, erməni qəsbkarlarını isə öz yerində özümüz oturdacağıq” - deyən natiq Türkiyəni də bu hadisələrdə müşahidəçi kimi qalmamağa çağırmışdır. Azərbaycan Respublikasının ictimai həyatında özünəməxsus yeri olan ahıskalılardan biri də Nürəddin Hasan oğlu Sasiyevdir. O, Ahıska rayonunun Azğur qəsəbəsində anadan olub, 1944-cü ildə digər soydaşları kimi ailəsi ilə birlikdə Özbəkistana sürgün edilib. 1967-ci ildə Özbəkistan Respublikasının Namanqan şəhərinin baş memarı vəzifəsində çalışıb. O, 1974-cü ilin noyabr ayında Namanqandan Bakıya köçüb və Azərbaycan Kənd Dövlət Layihə İdarəsinin baş mühəndisi vəzifəsində işləməyə başlayıb. Azərbaycanın rayon və kəndlərində geniş inşaat işləri görmüş N. Sasiyevin lahiyələşdirdiyi məktəblər, uşaq bağçaları, ambulatoriyalar, xəstəxanalar, seysmostansiyalar, yaşayış evləri, kənd təsərrüfatı binaları və digər yüzlərlə müxtəlif təyinatlı obyektlərin inşası bunu deməyə əsas verir ki, onun Azərbaycan memarlığında xüsusi xidmətləri olmuşdur”. Sevil Piriyevanın sözlərinə görə, İsmayıllı rayonunda baş verən təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması ilə əlaqədar olaraq, o, 14 il rayonun dağılmış yaşayış binalarının bərpa olunmasında çalışmışdır: “Azərbaycanın ictimai-siyasi həyatında Ahıska türklərinin xüsusi yeri bir də onda görünür ki, ədalətsizliyin, haqsızlığın, müharibənin dəhşətlərinin canlı şahidi olan Ahıska türkləri Azərbaycanda son illərdə cərəyan edən ictimai-siyasi proseslərdə yaxından iştirak etmiş, ictimai əhəmiyyət kəsb edən bütün hadisələrə sağlam düşüncə mövgeyindən fəal və obyektiv münasibət bəsləmişlər. Beləliklə, 1991-ci ilin iyunun 26-da Ahıska türklərinin “Vətən” cəmiyyətinin şura üzvləri E. N. Abbasovun xahişi ilə Krasnodar diyarının Abi, Abşeron və Beloreqensk rayonlarında ahıskalıların ağır vəziyyəti ilə bağlı xalq yığıncaqları yerli hökumətin türklərə qarşı təbliğatı nəticəsində çox gərgin şəraitdə keçirilmişdi. Yığıncaqlarda kazakların nümayəndələri və yerli hökumətin təmsilciləri türklərə qarşı nifrətlə dolu olan çıxışlar edirdilər. Onlar hətta ahıskalıların Krasnodar diyarından çıxıb getməsi üçün vaxt qoyur və türklərin diyarı tərk etməyəcəkləri təqdirdə baş verəcək hadisələr üçün məsuliyyət daşımayacaqlarını elan edirdilər. Belə çıxışlarda deyilirdi: “Əgər siz çıxıb getməsəniz, nəticəsi üçün heç bir cavabdehlik daşımayacağıq və sizə sakitlik təminatı da vermirik. Bizim uşaqlarımız öz dillərində danışmalıdırlar. Türk uşaqlarının ucbatından siniflərdə uşaqların sayı artmışdır. Bununla əlaqədar bizim uşaqların davamiyyəti kəskin şəkildə aşağı düşmüşdür”. Doğrudur, Ahıska türklərinin “Vətən” cəmiyyətinin üzvləri yerli əhaliyə müraciət edərək onları ahıskalıların vəziyyətini başa düşməyə çağırırdılar. Ahıskalılar bildirirdilər ki, bizim təqsirimiz deyildir ki, ölkə boyu səpələnmişik. Bütün postsovet məkanında, eləcə də Azərbaycan Respublikasında yaşayıb-yaradan ahıskalıların mədəni həyatının hüquqi-təşkilatı tənzimlənməsində Ümumittifaq “Vətən” cəmiyyətinin rolu olduqca böyükdür. Onun proqramının “Mədəniyyət və təhsil” bölməsi 6 maddədən ibarətdir. Həmin bölmənin birinci maddəsində ahıskalıların özlərinə məxsus mədəniyyətlərinin və dillərinin, çoxəsrlik ənənələrinin və məişətinin dövlət tərəfindən müdafiə olunmasına nail olmaq, onların bir milli sərvət kimi gələcəkdə aradan çıxmasına yol verməmək bir vəzifə kimi irəli sürülür. Burada həmçinin xalqın öz tarixi vətənində qədim mədəniyyətini və mənəvi dəyərlərini bərpa etmək, doğma dildə yazı mədəniyyətini dirçəltməkdən söhbət gedir”. ”Bölmənin ayrı-ayrı maddələri ilə tanışlıq bunu deməyə əsas verir ki, ahıskalıların “Vətən” cəmiyyətinin proqramı həm milli və həm də demokratik ruhda tərtib edilmişdir. Ahıskalılar çalışırlar ki, Ahıska bölgəsində öz doğma dillərində (eləcə də gürcü dilini dövlət dili kimi qəbul etmək şərti ilə) məktəb şəbəkəsi fəaliyət göstərsin, respublikada bu sahədə kadr hazırlığı işi təşkil edilsin”, - deyə fıkırını davam edtirən Sevil Piriyeva bildirie ki, müasir reallıqları və inteqrasiya proseslərini düzgün qiymətləndirən ahıskalılar xalqın mədəni inkişafını keçmiş ittifaqın xalqları, bütün dünya xalqları ilə geniş və zəngin əlaqələrin genişləndirilməsində görürlər: “Müasir qloballaşma proseslərinin xalqların və dövlətlərin ictimai-siyasi həyatına dərin nüfuz etməsi göstərir ki, belə bir şəraitdə xalqlar öz mədəni-mənəvi dəyərlərinin özünəməxsusluğunu xüsusilə qorumalıdır. Çünki azsaylı xalqlar qloballaşmanın neqativ təsirinə daha çox məruz qalırlar. Buna görə də informasiya əsrinin tələblərinə cavab olaraq, ahıskalılar bu gün öz ana dillərində qəzet, jurnal və kitab nəşrlərinin genişləndirilməsi arzusundadırlar. Kütləvi informasiya vasitələri ilə onlar öz milli faciələrinin əsl səbəblərini aşkarlamaqla yanaşı, mədəni-mənəvi dəyərlərinin təbliğ olunmasını, dünyanın bütün dövlətlərinə çatdırılmasını da günün vacib problemlərindən sayırlar. Respublikanın radio və televiziya verilişlərində öz mədəni dəyərlərinin təbliğinə çalışırlar. Çünki məhz kütləvi informasiya vasitələri ilə xalqın siyasi mədəniyyətini və mənəvi simasını göstərmək olar. Ahıskalılar üçün ikinci ən mühüm problem hazırda milli məsələnin ədalətli həllinə nail olmaqdır. Milli məsələnin düzgün həll edildiyi ölkədə xalqların milli mədəniyyətinin inkişafı üçün geniş demokratik imkanlar açılır. Buna görə də Ahıska türklərinin “Vətən” cəmiyyəti millətçiliyin, şovinizmin, milli müstəsnalığın hər cür təzahürlərini rədd edir, xalqların iqtisadi-siyasi və mədəni bərabərliyinin təmin olunması mövgeyini müdafiə edir. Beləliklə, Ahıska türklərinin öz tarixi vətənlərinə qayıtmaq problemi həll olunmasa da, onların Azərbaycan Respublikasında məskunlaşmış hissəsi öz mədəniyyətini inkişaf etdirmək imkanı qazanmışdır. Yerli hakimiyyət orqanları Azərbaycan xalqının çoxlu sayda sosial problemləri olmasına baxmayaraq, Ahıska türklərinin mədəni həyatı ilə bağlı problemlərin həllinə xüsusi diqqət yetirir, onların vətənə qayıtmaq naminə mübarizəsi ilə əsl türk həmrəyliyini nümayiş etdirirlər”. Azərbaycan. Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifə.
Dini və milli dəyərlərimizdə tolerantlıq anlayışı. ƏLI ÇƏRKƏZOĞLU , “Tolerantlıq” sözünün lüğəvi mənası fərqli dinlərə, mədəniyyətlərə, dünyagörüşünə qarşı anlayışla yanaşmaq deməkdir. Yəni səndən olmayana düşmən münasibəti bəsləmək deyil, yol axtarmaq, ünsiyyət qapısı tapmaq, ortaq nöqtələri kəşf eləmək, münasibətləri dava müstəvisinə deyil, sülh, anlaşma zəmininə daşımaqdır. Əslində “İslam” sözünün mahiyyətində tolerantlıq var. “İslam” sözünün dini anlamı “Həqiqətə təslim olaraq əbədi səadətə qovuşmaq təlimi”dir. Bəli, həqiqətə təslim olmaq, Haqqa boyun əymək, gerçəyə təslim olmaq. Bir qədər yuxarıda xatırlatdığımız həqiqət o qədər önəmli, o qədər gərəklidir ki, nə qədər tez-tez xatırladılsa və xatırladıldıqca da ehtiva elədiyi məna izah edilsə, o qədər çox effekti olar: Hidayət yalnız Allahdandır. Hətta bir dəfə sevimli Peyğəmbərimizə belə vəyh də gəlib ki, onlar İslam dininə gəlmirlər deyə az qala sən özünü parçalayacaqsan. Halbuki, hidayət ancaq Allahdandır. Göründüyü kimi, Peyğəmbər belə hidayət mövzusunda iddia sahibi deyil. Olsa-olsa dua edər, kiminsə İslamla şərəflənməsi üçün əl açıb Allahdan diləyər. Uca dinimiz İslam insanı bir-birindən seçmir. Rəngi, irqi, dili, milli mənsuniyyəti nə olur-olsun, insan Allahın əsəri kimi hörmətə layiq varlıqdır. Kim daha ədalətlidirsə, dürüstdürsə, başqaları üçün xeyirlidirsə, səmimidirsə, öz yaradılış qayəsini anlayır və boynuna düşən borcları layiqincə yərinə yetirirsə, üstün olan odur. İnsana əsl tolerant yanaşma da elə budur. Fərqlilikləri ixtilaf mövzusu görməmək, hər zaman ortaq dəyərlər, ümumi nöqtələr axtarmaq, ortaya hər hansı problem çıxıbsa, onu güclə deyil, anlaşma yolu ilə həll etməkdir tolerantlıq. İstər dini, istərsə də milli dəyərlərimizdə bu anlayış geniş əksini tapmışdır. Son aylarda bəzi Avropa ölkələrində məscidlərə qarşı başlamış arzuolunmaz kampaniya həmin ölkələrdə dinin doğru-düzgün anlaşılmamasının göstəricisidir. Bir insan başqa bir insanın, bir toplum başqa bir toplumun ibadətinə, məbədinə əl uzadırsa, hətta bu müdaxiləni ən sərt, ən amansız şəkildə yerinə yetirirsə, demək bu işi görən insan öz insanlığının mahiyyətini anlamayıb. İstər-istəməz ağlımıza belə bir sual gələ bilər ki, bəs bu gün islam coğrafiyasında özlərini müsəlman adlandıran bəzi qruplar, cərəyanlar necə olur ki, özləri kimi olmayanları sorğu-sualsız öldürür, asır-kəsir, mal kimi bazarda satır, zindana atırlar? Tam haqlı sualdır, cavabı da çox bəsit, - o cür düşünənlərin müsəlman olduğununa zərrə qədər də əhəmiyyət verməyin. Çünki İslam dini sevgi dinidir, azadlıq dinidir, səmimiyyət, qardaşlıq, əldan tutmaq təlimidir. Dinimizə görə, haqsız yerə bir cana qıyan insan bütün bəşəriyyəti öldürmüş kimidir; bir insanı da qurtarmaq bütün bəşəriyyəti qurtarmaq kimidir. Bu günlərdə İsveçdə yerli əhalinin yol kənarındakı müsəlman məscidini ehtimal olunan basqından qorumaq üçün gecə-gündüz növbə çəkdikləri xəbəri dünyanın bütün agentlikləri tərəfindən geniş işıqlandırıldı. Müxtəlif din mənsubları, xüsusilə də xristianlar müsəlmanların məbədini qorumaq üçün öz rahatlıqlarından vaz keçirdilər. Etiraf edim ki, bir müsəlman kimi bu xəbərdən həm çox duyğulandım, həm də bir qədər utandım. Çünki bu xəbər biz müsəlmanların hamısının heç də həqiqi İslam dünyagörüşündə, sevimli Pyeğəmbərimizin (s.ə.s.) yolunda olmadığını göstərir. Bəli, bu bir həqiqətdir ki, Allah qatında həqiqi din İslamdır. Amma bu həqiqət heç də sənə əsas vermir ki, başqa din mənsublarına basqı edəsən, ona zor tətbiq edəsən. Onu da unutmayaq ki, dində məcburiyyət yoxdur. Sən olsa-olsa təbliğ edə bilərsən. Əslində bütün peyğəmbərlərin də əsas vəzifəsi elə təbliğ olub. Hidayət Allahdandır. Sən olsa-olsa kiminsə hidayət qapısına yönəlməsinə səbəb ola bilərsən, amma bu zaman heç də zülm, haqsızlıq, işgəncə, can qorxusu olmamalıdır. Özünü təmsilçi məqamında görən, yəni başqalarını İslama təşviq edən kəs ilk növbədə söylədiklərini yaşayaraq örnək göstərməlidir. Məsələ burasındadır ki, bizim ən böyük bəlamız da elə bu nöqtədədir. El arasında zarafatla da olsa bir misal söylnəməkdədir: “Mollanın dediyin elə, elədiyini eləmə!” Əgər bu misalı əsas götürsək, demək, o mollanın sözü ilə əməli bir-birini tutmur. İnsan məxluqatın əşrəfi kimi yaradılmışdır. Allah-Təalanın bu qədər dəyər verib yaratdığı insan öz mahiyyətini anlamayanda ixtilafa düşür, müharibə törədir, qana susayır. Halbuki, insan olmanın təməlində sülh var, anlaşma var, ağlın işığında iradənin gücü ilə xeyirə yönəlmək var. Sənin mahiyyətin hətta mələklərdən də ülvidir: Aləmlər səndə pünhandır, cahanlar səndə gizlidir. İnsan, hər fəlsəfi və elmi görüşün təməl mövzusudur. Onu nəzərə almadan nə fəlsəfə yürütmək, nə də elmi şərhlər vermək mümkün deyil. Fiziki və mənəvi yönü ilə bütün elmlərə mövzu odur və insandan kənarda hər şeyin ağırlığı və dəyəri yenə onunla münasibətə görə ölçülür. Elmlər qol-budaq atıb onun ətrafında toplanır və onun müxtəlif yönlərindən söz açırlar. Kitablar ona doğru qanad açır, ondan bəhrələnir və ətrafa nur saçır. Bədən quruluşunun forma və funksiyalarının mükəmməl nizamlanması ilə son dərəcə ideal bir sistem olan bu varlığın üzvlərindən hansının anatomiyasına nəzər yetirsək, qarşısında heyranlıq duymamağımız qeyri-mümkündür. Hələ daxili aləmindəki dərinlik və daim bir mənəvi üfüqdən digərinə varma istedadına baxsan... Kompleks bir beyin və maddi ölçülər içində bulanıq bir mahiyyət ifadə edən ruh; sonra bu iki sirli varlığın mükəmməl ahəngi... Bunların hər biri o möhtəşəm abidənin tacındakı rənglərdən billurlaşan mənalardır. İnsan hər şeyi ilə anlaşılması çətin olan bir varlıqdır. Qəribəliyi və qeyri-adiliyi dünyaya gəlişi ilə başlayır və beləcə davam edir. Ondan başqa hər canlı dünyaya başqa bir aləmdə yetişdirilmiş kimi, həyat qanunlarına aşina və ən mükəmməl sövqi-İlahi ilə (instinkt) gəlir. İnsan isə möhtəşəm və uca varlıq olmasına baxmayaraq, bütün bu təbii instinktlərdən və həyat üçün lazımlı funksiyalardan məhrum şəkildə dünyaya qədəm qoyur. Onun heyvani varlığının mexaniki nizamını aşan hər şey ağıl, zehin, iradə, azadlığa meyil, hiss və daxili müşahidə sayəsində burada təşəkkül edir. Daxili və xarici bütünlüyünə bu surətlə və mənliyinə də ancaq bu yolla qovuşur. Onda bir meyil və gələcəyin böyük şəxsiyyətinin əlamətlərini daşıyan bu istedadlar, ancaq təlim və tərbiyə ilə inkişaf etdirilə bilər. Və ardınca da daxili müşahidə və müraqibə (izləmə, təqib etmə) ilə mənəvi mərtəbələr fəth edilir. Onu öz təbii hissləri ilə tamamilə baş-başa buraxmaq isə, nəticəsi ən yüksək mövqelər olacaq bir nüvəni və ya nüvələr toplusunu bu gözəlliklərdən məhrum etmək, onu ən alçaq, ən səfil və ən acınacaqlı hala salmaq deməkdir. Aslan ona lazım olanı pəncəsi ilə, mal-qara buynuzu ilə, it dişi ilə qazanır, insan da bütün müdafiə və hücum vasitələrini özü hazırlama məcburiyyəti ilə dünyaya göndərilir. Davamı növbəti sayımızda Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı: Əli Çərkəzoğlu.
Milli və dini dözümlülük, tolerantlıq Azərbaycanın böyük sərvətidir. O, həm insani münasibətlərin, həm insan cəmiyyətində gedən proseslərin, həm də dövlətlərarası, millətlərarası, dinlərarası münasibətlərin bir çox cəhətlərinə aiddir... O, təkcə dinlərin bir-birinə dözümlülüyünü deyil, həm də bir-birinin adətlərinə, mənəviyyatına dözümlülük, mədəniyyətlərə dözümlülük deməkdir. Heydər Əliyev. Hər il bu gün müxtəlif mədəniyyətlərin və dinlərin planetimizdə birgə yaşamasının mümkünlüyü günü kimi qeyd olunur. Məqsəd - qurumun da nizamnaməsində qeyd olunduğu kimi, dünyada hamını bir-birinə dözümlülük nümayiş etdirərək mehriban qonşular kimi yaşamağa çağırışdır. Fəxrlə qeyd etmək olar ki, doğma vətənimiz Azərbaycan bu baxımdan, indi dünyada bir çox millətlərin və dini konfessiyaların dinc yanaşı yaşamasının unikal nümunəsinə çevrilib. Ombudsman Elmira Süleymanovanın təbirincə desək, Azərbaycan indi bütün dünyada, həm də tolerantlıq örnəyi kimi tanınır: “Ulu öndər Heydər Əliyevin ölkəmizdə tolerantlığın qorunub saxlanılması istiqamətində həyata keçirdiyi tədbirlər Azərbaycanı müxtəlif milli və mədəni dəyərlərin qovuşma müstəvisinə çevirib. Bu gün Azərbaycan dünyanın nadir ölkələrindəndir ki, burada ayrı-ayrı millətlərin, xalqların, dinlərin nümayəndələri bir ailə kimi yaşayır. Ölkəmizdə dini və milli dözümlülük, tolerantlıq yüksək səviyyəddir və tarixən formalaşan bu tolerantlıq Azərbaycan cəmiyyətini səciyyələndirən gözəl bir ənənəyə çevrilib. Dini-mənəvi dəyərlərə həssas münasibət, müxtəlif dinlərə və sivilizasiyalara hörmət demokratik Azərbaycan cəmiyyətinin mənəvi əsaslarını təşkil edir. Prezident İlham Əliyev dövlət başçısı kimi fəaliyyətinin elə ilk dövründən dini-mənəvi dəyərlərin, maddi-mədəniyyət abidələrinin bərpası və təmiri ilə bağlı ardıcıl tədbirlər görməyə başladı, qədim dini ocaqlar, müqəddəs yerlər yenidən quruldu, onların bərpası istiqamətində mühüm işlər görüldü. Ulu öndər Heydər Əliyevin başlanğıc verdiyi bu kurs İlham Əliyevin Prezidentliyi dövründə dini mənəvi dəyərlərə münasibətin yeni mərhələdə inkişafına təkan verdi. Bir vacib məqam isə ondan ibarətdir ki, ölkəmizdə yaşayan bütün xalqlara, dinlərə məxsus tarixi abidələr, dini məbədləri qorunur, bərpa edilir, dindarların ixtiyarına verilir”. Heydər Əliyev Fondunun “Tolerantlığın ünvanı: Azərbaycan” layihəsi çərçivəsində görülən tədbirlər də bu sahəyə böyük töhfə verib. Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə keçirilən mötəbər tədbirlər də Azərbaycanın öz dininə və mənəviyyatına sədaqətini, eyni zamanda mədəniyyətlərarası dialoqa verdiyi önəmi təsdiq edir. Azərbaycanda milli, yaxud dini zəmində heç bir qarşıdurma, anlaşılmazlıq olmayıb. Hələ 2011-ci ilin 10-11 oktyabrında Bakıda “XXI əsr: ümidlər və çağırışlar” devizi ilə keçirilən Beynəlxalq Humanitar Forumda çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tarixən ölkəmizin milli və dini dözümlülük ənənəsinə malik olduğunu vurğulayaraq demişdi: “Heç vaxt Azərbaycanda milli, yaxud dini zəmində heç bir qarşıdurma, anlaşılmazlıq olmamışdır. Heç vaxt ayrıseçkiliyə yol verilməmişdir və bu gün müstəqil Azərbaycan bu ənənələrə sadiqdir.”. H. Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva 7-9 aprel 2011-ci ildə Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda dinlərarası münaqişənin qızışdırılmasını pisləyərək demişdir: “Biz elə bir dövrdə yaşayırıq ki, hətta insanların ən müqəddəs, ən ülvi hissləri ilə oynamaq istəyənlər də tapılır. Bizim hər birimiz müxtəlif dinə mənsubuq və bu dinlərin dəyər sistemləri olduqca yaxındır. Biz müxtəlif dinlərdə bir Allaha dua edirik və dualarımızın mahiyyəti də eynidir. Lakin biz bu gün insanlıqdan kənar və ağlasığmaz bir faktla üzləşirik. Özünü din xadimi adlandıran biri müqəddəs kitabı “Qurani-Kərim”i oda atıb yandırır. Nədir belə hərəkətin adı? Nədir onun məqsədi? Hansı siyasi qüvvələrin sifarişidir bu? Belə insanlar kimə və nəyə xidmət edirlər? Lakin biz belə bir dəhşətli halın, hadisənin dünya ictimaiyyəti tərəfindən qəti şəkildə pislənməsi ilə də rastlaşmadıq. Nəticədə cəzasız qəddarlıq bir az da, daha da dəhşətli qəddarlıqla nəticələndi və biz bunun da şahidi olduq.”. Ölkəmizdə vaxtaşırı dini və milli dözümlülüklə bağlı tədbirlər keçirilir. Prezident İlham Əliyevin “dinlərarası dialoqa, qarşılıqlı anlaşmadan birgə əməkdaşlılğa doğru” yolda mühüm əhəmiyyət kəsb edən bu cür beynəlxalq konfranslarda dünyada sülhün, əmin-amanlığın təmin edilməsi, asayişin qorunması üçün mütləq dinlərarası münasibətin, dinlərarası dialoqun gücləndirilməsinin vacibliyini diqqətə çatdırır. Dövlətimizin başçısının dindarlarla, dini icmaların liderləri ilə keçirdiyi görüşlər, onların ehtiyac və problemlərinin həllinə göstərdiyi diqqət, dini bayramlarda müxtəlif dinə mənsub ölkə vətəndaşlarını təbrik etməsi, Ramazan bayramlarında ənənəvi olaraq din xadimləri ilə birgə iftar süfrələrində ıştirakı, bu mərasimlərə Azərbaycanda mövcud digər dini icmaların, qurumların nümayəndələrinin də qatılması isə ölkəmizdə tolerant düşüncənin tam bərqərar olduğunu göstərir. Prezident İlham Əliyev belə görüşlərin birində deyirdi: “İctimai-siyasi quruluşdan asılı olmayaraq, bütün dövrlərdə Azərbaycanda yaşayan bütün xalqlar bir yerdə olmuşlar və bugünkü mərasim bunun əyani sübutudur. Əminəm ki, bundan sonra da Azərbaycanda millətlərarası, dinlərarası münasibətlər bu sağlam zəmində inkişaf edəcək və bizim birliyimiz, gücümüz artacaqdır. Bu gün Azərbaycan güclü dövlətdir və bizim gücümüz təkcə iqtisadi nailiyyətlərlə ölçülmür. Cəmiyyətimizin çox sağlam dayaqları vardır. Bu dayaqlar tarix, dərin mənəviyyat, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək üzərində qurulubdur. Hesab edirəm ki, bizim təcrübəmiz bir nümunə olaraq artıq dünyada öyrənilir. Azərbaycanda vaxtaşırı keçirilən mötəbər beynəlxalq tədbirlər, xüsusilə dini və milli dözümlülüklə bağlı olan tədbirlər bir daha bunu göstərir”. Davamı növbəti sayımızda. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı: Nicat İntiqam.
Milli və dini dözümlülük, tolerantlıq Azərbaycanın böyük sərvətidir (2). Hazırda Azərbaycanın bütün bölgələrində milli-mənəvi dəyərlərimizə, azərbaycançılıq məfkurəsinə mühüm diqqət yetirilir və millətlərarası ünsiyyət yüksək səviyyədə təşəkkül tapıb. Prezident İlham Əliyev Bakıda keçirilən “Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru” beynəlxalq konfransda da bir daha bəyan edib ki, dünyada sülhün, əmin-amanlığın təmin edilməsi, asayişin qorunması üçün mütləq dinlərarası münasibət, dinlərarası dialoq gücləndirilməlidir. Elə bunun nəticəsidir ki, Azərbaycan müxtəlif millətlərə və dinlərə məxsus insanların birgə mehriban yaşadığı, Şərqlə Qərb, Qərblə İslam dünyası arasında bir körpü olaraq mədəniyyətlər və sivilizasiyalararası dialoqa böyük önəm verən bir ölkədir. Azərbaycanda tarixən tolerant cəmiyyətin bərqərar olması burada məskunlaşmış azsaylı xalq və etnik qrupların öz varlığını qoruyub saxlamasına əlverişli mühit yaradıb. Azərbaycandakı tolerantlıq mühiti, dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların dini etiqad azadlığının təmin olunmasına şərait yaradıb. Azərbaycanda bütün millətlərin, dinlərin nümayəndələri sülh, əmin-amanlıq, qardaşlıq şəraitində yaşayıblar. Ölkəmiz sivilizasiyalararası dialoqun təşkili, genişləndirilməsi üçün dünya mərkəzinə çevrilib. Bakının böyük uğurla ev sahibliyi etdiyi beynəlxalq tədbirlər bunun nümunəsidir. Bu tədbirlər xalqımızın tolerantlığını, bu sahədə əldə edilən nailiyyətləri bir daha bütün dünyaya nümayiş etdirir. Qətiyyətlə demək olar ki, Azərbaycanda bütün millətlərin, dinlərin nümayəndələri sülh, əmin-amanlıq, qardaşlıq şəraitində yaşayıblar. Dövlət başçısı dəfələrlə vurğulayıb ki, ölkəmizdə hökm sürən ictimai-siyasi quruluşdan asılı olmayaraq, bütün dövrlərdə Azərbaycan dözümlülük, tolerantlıq məkanı olmuşdur: “Bu gün müstəqil Azərbaycan öz siyasətini bu möhkəm təməl üzərində qurur. Bu gün Azərbaycanda çoxmillətli, çoxkonfessiyalı cəmiyyət mövcuddur. Bu, bizim böyük sərvətimiz, böyük dəyərimizdir. Biz bu sərvəti qoruyuruq və qoruyacağıq. Bütün xalqların, bütün dinlərin nümayəndələrinin tarixi abidələri qorunur, bərpa edilir. Azərbaycanda qədim Zərdüştlük məbədi bərpa edilmişdir. Qafqazın ən qədim kilsəsi də Azərbaycanda yerləşir. O da əsaslı şəkildə bərpa edilibdir. Dünyanın ən qədim məscidlərindən biri olan Şamaxı Cümə məscidi əsaslı təmir edilibdir. Yəni, bütün dinlərin abidələrinin bərpası, qorunması dövlət siyasətidir. Əlbəttə ki, Azərbaycanda toplanmış bu gözəl tarixi təcrübə bu gün müasir şəraitdə özünü büruzə verir. Vətəndaş cəmiyyətinin formalaşması, millətlərarası münasibətlərin müsbət istiqamətdə inkişafı hesab edirəm ki, bizim böyük nailiyyətimizdir”. Azərbaycan tarixən müxtəlif xalqların və dinlərin birgə yaşadığı, mədəniyyətlərin qovuşduğu müqəddəs məkan olub. Yeri gəlmişkən bir məqamı da qeyd etmək yerinə düşər. Azərbaycan keçmiş sovet respublikaları arasında tolerantlıq gününü qeyd edən ilk ölkə olub. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyir ki, Azərbaycan tarixən müxtəlif xalqların və dinlərin birgə yaşadığı, mədəniyyətlərin qovuşduğu müqəddəs məkan olub. O, qeyd edib ki, tolerantlığın Azərbaycanda çox möhkəm təməl sütunları, zəngin ənənələri, dərin tarixi və mədəni kökləri var: “Dövlətin din siyasətinin əsas məqsədi ölkədə dini durumun müsbət və münaqişələrdən uzaq məcrada inkişafı üçün əlverişli şəraitin yaradılmasından, həmçinin cəmiyyətdaxili sabitliyin möhkəmləndirilməsindən ibarətdir. Dövlətimiz din sahəsinə qayğı göstərir, ulu öndər Heydər Əliyevin də milli-mənəvi dəyərlərimizin qorunmasında müstəsna xidmətləri olmuşdur”. “Bu istiqamətdə aparılan siyasətə ölkədə ictimai-siyasi sabitliyin tərkib hissəsi kimi yanaşmaq lazımdır”. Hər bir Azərbaycan vətəndaşı üçün tolerantlıq təkcə hüquqi vəzifə deyil, həm də mənəvi tələbatdır. Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov da bu fikirdədir ki, Azərbaycan tolerantlıq sahəsində bütün dünyaya nümunədir: “Bu da dövlət başçısının məqsədyönlü siyasətinin nəticəsidir. Ölkəmizdə tolerantlıq həm də dövlət siyasəti kimi həyata keçirilir. Biz həmişə mənəvi-əxlaqi dəyərlərimizlə öyünmüşük. Bu keyfiyyətləri qoruyub saxlamaq, dövlətçiliyimizi qoruyub saxlamaq deməkdir. Müstəqil dövlətimiz bizim ilahi qismətimizdir. Ona görə də, indiki və gələcək nəsillər ona hədəflənməlidir ki, ən böyük sərvətimiz olan müstəqilliyimiz qorunsun. Bizim bundan böyük nailiyyətimiz və sərvətimiz yoxdur”. Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, millət vəkili Eldar İbrahimov ölkəmizdə dini dözümlülük ənənələrinin qorunub saxlanmasında ümummilli lider Heydər Əliyevin xidmətlərini xüsusi qeyd edir: “Bu istiqamətdə aparılan siyasətə ölkədə ictimai-siyasi sabitliyin tərkib hissəsi kimi yanaşmaq lazımdır”. Qeyd edək ki, YUNESKO-ya üzv dövlətlərin tolerantlıq prinsipləri haqqında Bəyannamədə qeyd edilir ki, bütün insanlar öz təbiətlərinə görə fərqli olsalar da, dəyər və hüquqlarına görə bərabərdirlər. Bu sənədə görə, dözümlülük dünyada mədəniyyətlərin, özünüifadənin və insan şəxsiyyətinin təzahürünün müxtəlifliyinin başa düşülməsi, qəbul edilməsi və buna hörmət göstərilməsidir: “Tolerantlıq hər bir insana heç bir diskriminasiya olmadan iqtisadi və sosial inkişaf imkanı yaradılmasını tələb edir”. Azərbaycandakı tolerantlıq mühiti. Yəqin siz də razılaşarsınız ki, tolerantlıq Azərbaycan xalqının ruhundadır, məhz buna görə də tarixən çoxmillətli ölkəmizdə, müxtəlif dinlərin, mədəniyyətlərin və sivilizasiyaların birgəyaşayışı təmin edilib. Ölkəmizdə keçirilən tədbirlər Azərbaycanı müxtəlif milli və mədəni dəyərlərin qovuşma müstəvisinə çevirib. Azərbaycan indi dünyanın nadir ölkələrindəndir ki, burada yaşayan bütün millətlərin, xalqların, o cümlədən müxtəlif dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar. Dövlətimizin gücünü əhalinin çoxmillətli olmasında, müxtəlif dinlərin, mədəniyyətlərin və sivilizasiyaların birgə yaşayışında görən Azərbaycan Prezidenti bütün dünyaya göstərir ki, tolerantlıq Azərbaycan xalqının ruhundadır. Tolreantlıq hər bir insana heç bir diskriminasiya olmadan iqtisadi və sosial inkişaf imkanı yaradılmasını tələb edir. Hazırda Azərbaycanın bütün bölgələrində milli-mənəvi dəyərlərimizə, azərbaycançılıq məfkurəsinə mühüm diqqət yetirilir və millətlərarası ünsiyyət yüksək səviyyədə təşəkkül tapıb. Prezident İlham Əliyev Bakıda keçirilən “Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru” beynəlxalq konfransda da bir daha bəyan edib ki, dünyada sülhün, əmin-amanlığın təmin edilməsi, asayişin qorunması üçün mütləq dinlərarası münasibət, dinlərarası dialoq gücləndirilməlidir. Elə bunun nəticəsidir ki, Azərbaycan müxtəlif millətlərə və dinlərə məxsus insanların birgə mehriban yaşadığı, Şərqlə Qərb, Qərblə İslam dünyası arasında bir körpü olaraq mədəniyyətlər və sivilizasiyalararası dialoqa böyük önəm verən bir ölkədir. Davamı növbəti sayımızda Azərbaycan. Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı: Nicat İntiqam. Əvvəli ötən sayımızda.
Dünyanı heyrətləndirən məşhur müsəlman alimləri: Əl-Xarəzmi. Əl-Xarəzmi bu biliklərinin yetərsiz olduğunu düşünərək Hindisatandakı elmi kitablarla tanış olmaq niyyətinə düşür. O burada gəlişinin məqsədini hind imperatoruna bildirir və onun razılığı ilə bir müddət qədim kitabların tədqiqi ilə məşğul olur. Hindistandan qayıdandan sonra bildiklərini və oxuduqlarını yenidən nəzərdən keçirərək, Xarəzmi cəbr sahəsində ilk əsəri olan “Kitabül müxtəsər fi hesabil cəbri müqabələ”ni (“Cəbr və müqayisə hesabları”) yazır. Bununla da Xarəzmi Yaxın Şərq tarixində və dünyada cəbr elmi ilə bağlı ilk əsər yazan alim kimi məşhurlaşır. Qeyd etdiyimiz kimi dəqiq elmlər sahəsində daha əvvəl də bir sıra elmi tədqiqatlar aparılmışdı. Xarəzmi isə elmi tədqiqatları yenidən işləyərək onları təkmilləşdirdi və bununla da cəbri müstəqil elm sahəsi kimi elmə daxil etdi. O dövrdə onun ən böyük xidmətlərindən biri də birdərəcəli tənliklərin həlli yollarına paralel olaraq, ikidərəcəli tənliklərin həlli yollarını tapması oldu. Xarəzmi ikinci kitabı olan “Əl-cəbr vəl-müqabələ” ilə ikidərəcəli tənliklərin həlli yollarını sistemli olaraq müəyyən etdi. Bu əsərində Xarəzmi müəyyənləşdirdiyi həll yollarını bir müəllim kimi izah etmiş və həndəsi qanunlarla sübuta yetirmişdir. Məşhur riyaziyyatçı alim əsərində həm də 1 və 2 dərəcəli tənliklərin həlli və cəbri kəmiyyətlərlə əməllərin qaydasını vermiş, hədləri tənliyin bir tərəfindən digər tərəfinə əks işarə ilə keçirmə əməlini “Əl-cəbr” adlandırmışdır. Xarəzmi çıxılanı tənliyin bir tərəfindən digər tərəfinə keçirmək əvəzinə, “bərpaetmə”, məchulları tənliyin bir tərəfinə, məlumları isə o biri tərəfinə keçirmək əvəzinə, “müqayisəetmə” işlətmişdir. İndi bir çox əcnəbi dillərdə işlənən “alqebra” sözü “əl-cəbr” sözünün dəyişdirilmiş tələffüzüdür. Əl-Xarəzmi “Kitabül müxtəsər fi hesabil cəbri müqabələ”nin (“Cəbr və müqayisə hesabları”) əvvəlində belə yazır: “Alqoritm belə deyir: “Rəbbimiz və qoruyucumuz olan Allaha həmd və səna olsun”. Bu əsərində Əl-Xarəzmi cəbri ayrı fənn kimi təqdim edir və onun texniki elmlərin öyrənilməsində önəmli yerə malik olduğunu elmi araşdırmaları ilə sübuta yetirir. Əl-Xarəzmi kitabında dünyada ilk dəfə onluq say sistemini gündəmə, elmə gətirmiş, həmçinin tənlik qurma yolu ilə məsələlərin həllinin yolunu göstərmişdir. Əl-Xarəzmi həmçinin ilk dəfə elmə kvadratın kök dərəcəsi, tək, tək say kimi terminləri gətirib. Məşhur türk riyaziyyatçı aliminin ən böyük xidmətlərindən biri də sıfırdan istifadə etməsi olub. Əl-Xarəzmi sıfrı hər şeyin başlanğıcı hesab edirdi. O sıfrın əhəmiyyəti haqqında belə yazıb: “Bütün saylar birdən çıxıb, bir isə sıfırdan. Sıfırda böyük bir məbədin gizləndiyini bilmək lazımdır: O (Allah), nə başlanğıcı olan, nə də sonu olan sıfır ilə simvollaşır. Nəhayət, sıfır bütün sayları on qat çoxaldır və ya azaldır. Onu da deyək ki, Xarəzminin adı Avropada latınca “Alkhorismi” kimi tələffüz edildiyi üçün tapdığı metoda “alqoritm” adı verilmişdir. Yenə də təəssüflər olsun ki, sivil Avropanın orta məktəblərində cəbr fənninin tədrisi zamanı alqoritm terminindən istifadə edən müəllimlər bu terminin məhz Əl-Xarəzminin adı ilə bağlı olması barədə şagirdlərə heç bir məlumat vermirlər. Bunun səbəbini isə Qərbin min illər boyu Əl-Xarəzmidən öyrənməsinə baxmayaraq, bu məşhur türk aliminin dahiliyini və böyüklüyünü həzm edə bilməməsində axtarmaq lazımdır. Halbuki Əl-Xarəzminin “Kitabül müxtəsər fi hesabil cəbri müqabələ” (“Cəbr və müqayisə hesabları”) və ya qısaca desək ,cəbr kitabı min ildən artıq bir müddətdə Avropada dərs kitabı kimi istifadə olunub. Yenə də fəxrlə vurğulamaq istəyirik ki, Xarəzminin bu əsəri dəqiq elmlər sahəsində inqilabi bir sıçrayışa gətirərək, sonrakı yüzilliklərdə elm və texnikanın sürətli inkişafının bünövrəsini təşkil etdi. Bugünkü sivil elmi-texniki inkişafı Əl-Xarəzminin “Kitabül müxtəsər fi hesabil cəbri müqabələ”sız (“Cəbr və müqayisə hesabları”) təsəvvir etmək mümkün deyil. Təsadüfi deyil ki, məşhur türk riyaziyyatçı aliminin bu əsərindən dünyada yüz illər ərzində tədris vasitəsi kimi istifadə edilib. Qərbin məşhur Rocer Bekon, Fibonaççi kimi alimləri Əl-Xarəzminin bu əsərini dönə-dönə tədqiq etmiş, onun dahiliyi qarşısında baş əymiş və bunu fəxrlə də dilə gətirmişlər. Xarəzmi ikinci kitabı olan “Əl-cəbr vəl-müqabələ” ilə ikidərəcəli tənliklərin həlli yollarını sistemli olaraq müəyyən etmişdir. Bu əsərində Xarəzmi müəyyənləşdirdiyi həll yollarını bir müəllim kimi izah etmiş və həndəsi qanunlarla sübuta yetirmişdir. Əl-Xarəzminin “Kitabül müxtəsər fi hesabil cəbri müqabələ”sız (“Cəbr və müqayisə hesabları”) “Cəbr və müqabələ...” əsəri XII əsrdə ərəbcədən latıncaya tərcümə edildikdən sonra hind say sistemi Avropada tanınmışdır. Əl-Xarəzmi “Cəbr və müqabələnin hesablanması haqqında qısa kitab”, “Hind hesabı haqqında kitab”ından əlavə, “Zic”, “Yerin mənzərəsi haqqında kitab” elmi əsərlərini də yazıb. Digər elmi sahələrdə də. kəşflər etdi. Riyaziyyatla bərabər, müxtəlif rəsədxanalarda fəaliyyət göstərən Xarəzmi astronomiya və coğrafiya elmlərində də əsərlər yazıb. Bu müstəvidə də onun Günəş saatları və saatlar haqqında əsərləri digər elmi tədqiqat kitabları ilə bərabər, uzun illərboyu astronomların stolüstü kitabı olub. Əl-Xarəzminin ən böyük xidmətlərindən biri də xəlifə əl-Məmunun tapşırığı ilə yerin uzunluğunu ölçməsi oldu. Bu məqsədlə də əl-Xarəzmi Sincar səhrasına elmi ekspedisiya təşkil edir. Ekspedisiya uğurla nəticələnir və əl- Xarəzmi. Yer kürəsinin bir dərəcəlik meridian uzunluğunu o dövr üçün olduqca dəqiq ölçə bilir. Coğrafiya ilə bağlı apardığı araşdırmalar əl-Xarəzmiyə “Yerin mənzərəsi kitabı”nın (Kitab surat əl-arz) yazmağa imkan verdi. Bu kitabda dünyanın o dövrdəki xarakteristikası, məlum olan əraziləri, mühüm yerlərin, şəhərlərin koordinatları, coğrafi adlar, iqlimlər, dövlətlər barədə geniş elmi məlumatlar verilib. Əl-Xarəzmi coğrafiya ilə əlaqəli “Kitab surat al-arz” (Yerin mənzərəsi kitabı) kitabında yerin 2402 məntəqəsinin koordinatlarını müəyyən edib. Əl-Xarəzminin tərtib etdiyi dünyanın xəritəsi Ptolemeyin xəritəsindən daha dəqiq və mükəmməl idi. Bu xəritənin hazırlanması üçün əl-Xarəzmi 70-dən artıq qədim coğrafiyaşünas alimin əsərlərini təqdiq etmiş, eyni zamanda özü də coğrafi tədqiqatlar aparmış və bunun da nəticəsində olduqca mükəmməl bir elmi əsər meydana çıxarmışdı. Təsadüfi deyil ki, məşhur tarix elmləri doktoru, tədqiqatçı alim C. Sarton əl-Xarəzmini bütün dövrlərin ən böyük alimi adlandırıb. Əl-Xarəzminin ən böyük xidmətlərindən biri də astronomiya sahəsində yazdığı elmi tədqiqat əsərləri ilə bağlıdır. Əl-Xarəzmi astronomya elmini dərindən öyrənərək planetlərin yerləşdiyi ərazilər, Günəş tutulması, planetlərin hərəkətlərini müəyyən edən astroloji cədvəl hazırlayıb. Astronomiya sahəsində apardığı tədqiqatlar əsasında əl-Xarəzmi “Astronomiya cədvəli” (Zic), “Günəş saatları haqqında” kitablarını yazıb. Ümumiyyətlə, əl-Xarəzminin aşağıdakı elmi əsərləri var: “Kitabül müxtəsər fi hesabil cəbri müqabələ” (“Cəbr və müqayisə hesabları”) Hindistan hesabı haqqında kitab, Yer kürəsinin mənzərəsi, Astroloji müşahidələrın köməyi ilə hərəkət kitabı, Günəş saatları haqqında kitab, Tarixi kitabı, Yəhudi erası və onların bayramlarının müəyyən edilməsi haqqında traktat, Astronomik cədvəllər ( Zic). Əl-Xarəzminin əsərləri ərəb dilindən latın dilinə, oradan da Avropa dillərinə tərcümə edilib. Bu əsərlərin əsasında Qərb alimləri yeni elmi kəşflərin əsaslarını qoydular və cəbr elmini daha da inkişaf etdirdilər. Məşhur türk riyaziyyatçı alimi, dünyanın dəqiq elmləri sahəsinə yeni elmi kəşflə daxil olaraq, cəbr fənnini ayrıca elm kimi elmə gətirən Əl-Xarəzminin xatirəsi günümüzdə də hörmətlə anılmaqdadır.
Milli və dini dözümlülük, tolerantlıq Azərbaycanın böyük sərvətidir (3). Əvvəli ötən sayımızda. Prezident İlham Əliyevin “Dini tolerantlığın möhkəmləndirilməsi (Azərbaycan modeli, ATƏT regionu və onun hüdudlarından kənarda çağırışlar)” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına ünvanladığı məktubda səsləndirilən fikirlər bu mənada xüsusi diqqət çəkir: “Son illər sivilizasiyalararası dialoq, multikultural dəyərlərin qorunması, dini tolerantlığın inkişafı kimi humanitar problemlərin ənənəvi müzakirə məkanına çevrilən Azərbaycanda etnik-mədəni müxtəlifliyin, multikultural, tolerant mühitin qorunması və təşviqi dövlət siyasətinin başlıca istiqamətlərindən biridir. Ölkəmizdə dövlət-din münasibətləri zəngin milli-tarixi ənənəyə əsaslanır və beynəlxalq hüquqi normalarla tənzimlənir. Biz bu təcrübəni həyata keçirdiyimiz din siyasətinin uğurlu təminatı kimi qəbul edir və mövcud ictimai-siyasi sabitliyin, vətəndaş həmrəyliyinin, nümunəvi dözümlülük mühitinin vacib amili kimi dəyərləndiririk”. Ölkəmiz müstəqillik əldə etdikdən sonra qəbul edilən bütün qanunvericilik aktlarında milli azlıqların, milli etnik qrupların hər birinin öz dilində təhsil almaq, öz mədəniyyətlərini qoruyub saxlamaq hüquqları tam şəkildə qorunub və bu siyasət indi də davam etdirilir. Azərbaycan hazırda regionun ən təhlükəsiz, tolerant və multikulturizmin hökm sürdüyü ölkəyə çevrilib. Qeyd edək ki, hər il regionlarımızda da Beynəlxalq Tolerantlıq Günü münasibəti ilə müxtəlif tədbirlər keçirilib. Respublikamızın regionlarında belə dəyirmi masaların keçirilməsində məqsəd ölkəmizin çoxmədəniyyətli və tolerant bir dövlət olmasını, müxtəlif bölgələrdə etnik qrupların vahid Azərbaycan dövlətində bərabərhüquqlu vətəndaşlar kimi yaşamasını, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilən insan hüquq və azadlıqlarının daim qorunmasını bir daha sübuta yetirmək və müzakirə etməkdir. Hazırda Azərbaycanın bütün bölgələrində milli-mənəvi dəyərlərimizə, azərbaycançılıq məfkurəsinə mühüm diqqət yetirilir, millətlərarası ünsiyyət yüksək səviyyədədir. Ölkəmizdə dini etiqada hörmət hökm sürür, dinlərarası heç bir ziddiyyət yoxdur. Məhz buna görə də Azərbaycan hazırda regionun ən təhlükəsiz, tolerant və multikulturizmin hökm sürdüyü ölkəyə çevrilib. Prezident İlham Əliyevin “Dini tolerantlığın möhkəmləndirilməsi (Azərbaycan modeli, ATƏT regionu və onun hüdudlarından kənarda çağırışlar)” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına ünvanladığı məktubda səsləndirilən fikirlər bu mənada xüsusi diqqət çəkir: “Son illər sivilizasiyalararası dialoq, multikultural dəyərlərin qorunması, dini tolerantlığın inkişafı kimi humanitar problemlərin ənənəvi müzakirə məkanına çevrilən Azərbaycanda etnik-mədəni müxtəlifliyin, multikultural, tolerant mühitin qorunması və təşviqi dövlət siyasətinin başlıca istiqamətlərindən biridir. Ölkəmizdə dövlət-din münasibətləri zəngin milli-tarixi ənənəyə əsaslanır və beynəlxalq hüquqi normalarla tənzimlənir. Biz bu təcrübəni həyata keçirdiyimiz din siyasətinin uğurlu təminatı kimi qəbul edir və mövcud ictimai-siyasi sabitliyin, vətəndaş həmrəyliyinin, nümunəvi dözümlülük mühitinin vacib amili kimi dəyərləndiririk”. Dinlərarası və mədəniyyətlərarası dialoq, tolerantlıq və qarşılıqlı anlaşma kimi bəşəri dəyərlərin inkişafı. Razılıq hissi ilə qeyd etmək istərdim ki, bu gün dünyada tolerantlıq örnəyi kimi tanınan Azərbaycan sivilizasiyalararası dialoqun, beynəlxalq sülh və təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl olaraq zəruri təşəbbüs və çağırışlarla çıxış edir. Son illər ölkəmizdə beynəlxalq humanitar forumların, dünya dini liderlərinin sammitlərinin keçirilməsi, Beynəlxalq Tolerantlıq Gününün böyük məmnuniyyət hissi ilə ayrı-ayrı konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd olunması, bəşəriyyəti narahat edən qlobal problemlər ətrafında birgə müzakirələrin aparılması bunun bariz nümunəsidir. Bu gün bir sıra ölkələrdə şahidi olduğumuz mürəkkəb etno-siyasi proseslər, dinin siyasi ambisiyalara alət edilməsi cəhdləri, radikalizm və ekstremizmin artması göstərir ki, sülh və əmin-amanlıq axtarışında olan dünyamızda multikulturalizmin alternativi olmadığı kimi, müxtəlif dinlər və məzhəblər arasında dostluq və dözümlülük münasibətlərinin də alternativi yoxdur”. Bəli, müasir dövrümüzdə cərəyan edən hadisələr göstərir ki, dinlərarası və mədəniyyətlərarası dialoqun, həmrəylik, tolerantlıq və qarşılıqlı anlaşma kimi bəşəri dəyərlərin inkişafı zərurətə çevrilib. “Elə bir dövrdə yaşayırıq ki, hətta insanların ən müqəddəs, ən ülvi hissləri ilə oynamaq istəyənlərin sayı artır”. Mədəniyyətlərarası və sivilizasiyalararası dialoq indi dünyada ən aktual mövzulardan biridir. Dünyanın müxtəlif ölkələrində bu problemə həsr olunmuş çoxlu sayda konfranslar, forumlar keçirilir. Millət vəkili Qənirə Paşayeva hələ bir müddət öncə çıxışında bildirmişdi ki, bu mövzu tez-tez gündəmə gətirilsə də, əfsuslar olsun ki, mövcud vəziyyətə onun təsiri olduqca azdır: “Biz elə bir dövrdə yaşayırıq ki, hətta insanların ən müqəddəs, ən ülvi hissləri ilə oynamaq istəyənlərin sayı artır. Özünü din xadimi adlandıran biri müqəddəs “Qurani-Kərim”i oda atıb yandırdı. Harada və kim tərəfindən törədilməsinə baxmayaraq, biz bu cür halları, müqəddəs dini kitabların yandırılmasını, təhqir edilməsini qətiyyətlə pisləməliyik. Biz mədəniyyətlər və sivilizasiyalararası dialoqun vacibliyini böyüyən uşaqlarımıza ailədən, məktəbdən başlayaraq öyrətməliyik. Unutmamalıyıq ki, dözümsüzlük qarşıdurma, münaqişə və ağır fəsadlar doğurur. Dözümsüzlüyün artması, tolerantlığın azalması və ksenofobiyanın nələrə səbəb olduğunu görməyimiz üçün dünyada bir çox örnəklər var və biz onlardan dərs almalıyıq. Mənim ölkəm - Azərbaycan müxtəlif millətlərə və dinlərə məxsus insanların birgə mehriban yaşadığı bir ölkə, Şərqlə Qərb, Qərblə islam dünyası arasında bir körpü olaraq mədəniyyətlər və sivilizasiyalararası dialoqa böyük önəm verir. Bu gün Azərbaycan əsl dialoq məkanına çevrilir. Bütün bunlar mənim ölkəmin bütün dinlərə və mədəniyyətlərə yüksək ehtiram bəsləməsindən xəbər verir və dövlətimiz bu istiqamətdəki fəaliyyətini gələcəkdə də davam etdirəcəkdir”. Şərqlə Qərbin qovuşduğu coğrafi məkanda yerləşən Azərbaycan. Tarixən dinlər fərqli mədəniyyətlərin yaxınlaşmasına da öz böyük töhfələrini verib. İndi - təbii və siyasi kataklizmlərin tüğyan etdiyi gərgin dövrlərdə dinlərin də, mədəniyyətlərin də rolu əvvəlki zamanlardan daha artıqdır. Bu isə məsuliyyət deməkdir - dinin və mədəniyyətin məsuliyyəti, din və mədəniyyət xadimlərinin məsuliyyəti. Azərbaycan əhalisinin əksəriyyəti müsəlmanlardır. Ölkəmizdə müsəlman olmayan, başqa dinə mənsub olan xalqların nümayəndələri də yaşayırlar. Dini ayrı-seçkiliyə yol verilmir. Bir kimsə dini baxışına görə təqib edilmir. Müxtəlif dinlərin nümayəndələri azərbaycanlılarla sülh və dostluq şəraitində yaşayırlar. Mədəniyyətlərarası dialoq hər dinə, millətə, mədəniyyətə və tarixə qarşı hörmət və tolerantlıq əsasında qurulur. Şərqlə Qərbin qovuşduğu coğrafi məkanda yerləşən Azərbaycan dünya mədəniyyətlərarası dialoqa öz töhfələrini verməkdədir. Elə bunun nəticəsidir ki, Azərbaycanda müxtəlif dinlərin nümayəndələrinin yaşaması heç də xalqlar arasında qarşıdurma yaratmır, əksinə, bundan istifadə etməklə biz mədəni dəyərlərimizi daha da zənginləşdiririk. Azərbaycanda bu gün müxtəlif dinlərə qarşı mövcud dözümlülük Avropa Şurasının bir çöx üzv ölkələrinə nümunə ola bilər... Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı: Nicat İntiqam.
Tolerantlıq - başqasının düşünmək haqqını qəbul etməkdir. Ötən əsrin 80-ci illərinin sonunda keçmiş SSRİ məkanında millətlərarası münaqişələrin pik nöqtəsinə çatdığını orta nəslin nümayəndələri yəqin ki, yaxşı xatırlayırlar. Bu münaqişələrın qızışmasının başlıca səbəblərindin biri keçmiş SSRİ-də milli və dini tolerantlığın üstünün ustalıqla suvanması idi. SSRİ-də insan haqları deylən bir məfhum haqqında danışmaq belə çox risqli idi. Guya SSRİ dövlətində insan haqları barədə danışmağa ehtiyac yoxdur, burada insanlar dövlət tərəfindən ən yüksək səviyyədə qorunur. O vaxt millət anlayışı qeyri-təbii yolla aradan çıxarılmağa çalışılırdı, din isə, ümumiyyətlə, yaxına buraxılmırdı. Belə bir şəraitdə müxtəlif milli mənsubiyyətə malik olan, müxtəlif dinlərə stayiş edən adamların qarşılıqlı münasibəti necə olmalı idi? Bu mövzuda insanları danışdırarkən, adətən belə bir qənaətə gəlirsən: Milli mənsubiyyət də, din də insanın şərəf məsələsidir. Şərəflə oynayanda isə ortalqda konfiliktin yaranması qaçılmazdır. Bəs necə etməliyik ki, bu cür konfliktlərə rəvac verilməsin? Heç kim öz ayranına turş deməz. Uca tutmaq başqalarının aşağıda olması anlamına gəlməz. Yadda saxlamaq lazımdır ki, qarşındakı başqa millətə və dini mənsub olan adamın da sənin kimi düşünmək haqqı var. Başqasının sənin kimi düşünmək haqqını qəbul eləmək artıq tolerantlıqdır. Bəzən insan haqları ilə dinin tələblərini qarşı-qarşıya qoyumaq cəhdlərinə rast gəlmək olur. Bununla insan haqlarını önə çıxarıb dini aşağılamaq həddinə gəlirlər ki, bu da dindar adamlarda narazılıq doğurur. Bəs din və insan haqları bir-birini inkar edirmi? Bu suala Fərhad Mehtiyevin “Nəzəriyyə və təcrübədə insan hüquqları” kitabında tutarlı cavab verilir. Gəlin həmin cavabla tanış olaq: “Dini məsələlər ilə insan hüquqlarının bir arada ələ alınaraq səhv nəticələr əldə olunması, adi hala çevrilib. Bu səhvlər insanların zehnində olduğu qədər, dövlətlərarası münasibətlərdə belə müşahidə olunur. Belə ki, insan hüquqları hakim meyar halına çevrildiyinə görə, dini dəyərlər tənqidə məruz qalır, çünki iddia olunur ki, dini doqmalar nəinki insan hüquqlarını qorumur, hətta onları pozur. Lakin bu iddianı irəli sürənlər dinin hansı münasibətləri tənzimlədiyini və nəyi məqsəd güddüyünü, insan hüquqlarının isə nəyi hədəf güddüyünü tamamilə unudurlar. Din insanın daxili aləmini və saflığını, insan ilə onun Yaradıcısı arasındakı münasibətləri tənzimlədiyi halda, insan hüquqları şəxslərin dövlətə qarşı qorunması məqsədini güdür. Düzdür, dini qaydalar insan və cəmiyyət həyatının bir çox sahələrini tənzimləyir. İstər xristianlıq, istərsə də islamiyyətdə bu qayda eynidir. Lakin qaydaların formalaşma tarixinə baxsaq görərik ki, bunların hamısı heç də ilahi mənşəli deyildir, böyük bir qismi də dünyəvi mənşəlidir və sosioloji məsələdir. Məsələn, katolik kilsəsi, ilk çap vasitələri çıxdıqda bunu şeytan əməli və icadı saymışdı. Soruşmaq olar ki, çap maşınlarının şeytanın qlobal fəaliyyəti ilə nə əlaqəsi ola bilər? Belə səbəblərə görə katolik kilsəsi uzun müddət tənqidlərə məruz qaldı, protestantlığın isə tərəqqi dini olduğu irəli sürüldü. Hətta Maks Veber belə bir anlayış ortaya atmıştı ki, liberal sistemlərin yerləşməsində şəxsi məsuliyyət, kilsənin dövlətdən ayrılmasını və demokratik ictimai həyatı müdafiə etməklə protestantlıq müstəsna yerə sahibdir. Günümüzdə bu cür ittihamlar da, əsasən, islam dininə qarşı yönəlir, çünki islamiyyət, indiyə qədər reviziyaya ən az məruz qalmış bir dindir. Reviziya dedikdə, burada bir şeyi də nəzərdən qaçırmamaq lazımdır. İslamiyyətdə olan ənənəvi məzhəblər, VII- VIII əsrlərdə formalaşdıqlarına görə, bu məzhəblərdə olan bir çox qayda, dini olmaqdan çox zamanın tələb və dəyərlərini əks etdirirdi. Qərb alimləri də etiraf edir ki, Konfutsi məktəbinin və İslamiyyətin qeyri-liberal din sayılması, Katolik məzhəbində olduğu kimi, səhv yanaşmadır. Çünki XVIII və XIX əsrlərdə də Katolik məzhəb mürtəce məzhəb sayılırdı, amma müasir dünyamızda artıq Katolik məzhəbini avtoritar və zalım məzhəb saymaq mümkün deyildir. Dinə qarşı irəli sürülən ittihamların əsas səbəbi dinin ruhunun qavranılmamasından və onun qaydalarının bilinməməsindən irəli gəlir. Burada ən çox irəli sürülən iddialara nəzər salaq. Başqa dindən olanlara qarşı dözümsüzlük heç bir dində postulat kimi əsla olmayıb. Amma faktiki olaraq, dindaşların başqa dindən olanlara neqativ münasibət bəsləməsi sosioloji və psixoloji bir haldır. İnkişaf etməmiş və cahil insanların bir xüsusiyyəti var - onlar müxtəlif əsaslarla başqalarına qarşı üstünlük iddiasında olurlar: bu meyarlar coğrafi mənşə (haralısan? “Din fərqi” də bunlardan birisi kimi qarşımıza çıxa bilər. Halbuki insanların bir-birindən üstün olması, ümumiyyətlə, mübahisəli məsələ olmaqla bərabər, onların cəmiyyətə verdiyi müsbət təsirlərlə ölçülməlidir. İslamiyyətin nəcib peyğəmbəri Hz. Məhəmməddən (s.ə.s) islamın ilk müəzzini Bilali Habəşi soruşur ki, kəsdiyi qurbanın ətindən yəhudi olan qonşusuna versin, ya yox? Peyğəmbərimiz başqa bir hədisi-şərifində islamın tolerant bir din olduğunu açıq ortaya qoyur: “Kafir də olsa, məzlumun haqqına əsla girməyin, onu incitməyin, çünki məzlumun bədduası (imansız olsa belə) Allah qatında məqbuldur”. Bu hədisi-şərifdən bir neçə məna çıxır. Hədisdə məzlumlardan bəhs olunur. Məzlum - imkansız, köməksiz, ehtiyacı olan, ağır həyat şəraitində olan, sıxışdırılmış şəxsdir. Dininə və dilinə, cinsiyyətinə və rənginə baxılmadan, onun sıxışdırılması, haqqı olanın ona verilməməsi, o imkansız insandan nəyinsə zorla alınması qadağan olunur. Buradan bunu anlayırıq ki, qeyri-müsəlmanların da hüquqları universal mahiyyətdədir. Habelə dünyadakı haqq-ədalətin dini mənşəyə aid olmadığı bəlli olur: haqq və ədalət naminə uca Yaradan, ona inanmayan insanın istəyini də qəbul edir (insanların bərabərliyi). Düzdür, müxtəlif ayə və hədislərdə buna zidd kimi görünən mənalar çıxarıla bilər, lakin belə bir təfsir xətasının səbəbi, məsələyə bir bütün olaraq yanaşılmamasından irəli gəlir. Dində siyasi hüquqların yaşanmasına gəldikdə, daha doğrusu, başqa dindən olanların bu hüquqa sahib olub-olmamalarına, bunların dövlət idarəsində olmağını qadağan edən açıq bir dini doqma heç vaxt olmayıb. Bunu bir qayda halına gətirməyə imkan verən hadisə də yoxdur. Mədinədə cəmiyyəti idarə edəndə ancaq səhabələri ilə məsləhətləşirdi, etiraz etmək olar ki, Məkkədə ikən əmisi Əbu Talib ilə də məsləhətləşirdi, halbuki Əbu Talib bir qeyri-müslimdi. Əslində bu bir praktikadan başqa şey deyildir və dinlə heç bir əlaqəsi yoxdur. İctimai və dövlət işlərinin bir neçə seçkin tərəfindən aparılmasına aristokratiya deyilir və bu idarəetmə sistemi də din tərəfindən qoyulmayıb, zamanın praktika, şərtləri və tələbi ilə yaranmışdı. İslamiyyətə görə qeyri-müsəlmanlara aktiv və passiv seçki hüququ tanına bilərmi? Müsəlmanlar üçün vacib olan budur: dövlət dindarların dini həyatına qarışmamalıdır, yəni dinə görə haram sayılan sərxoşluq verici içkiləri mənə zorla içirə bilməz və içmədiyimə görə də negativ hallara (sanksiyaya) məruz qoya bilməz, məsələn, işdən çıxara bilməz. Habelə himayəmdə olan uşağın da içməməsini dövlətdən istəyə bilərəm (buna görə də 18 yaşın altında olanlara içki satışı qadağandır). Ümumiyyətlə, qeyd olunmalıdır ki, dövlət idarəsi din azadlığını pozmamalıdır, bu dünyəvi dövlət prinsipi olduğu qədər, dinin əsas qaydalarından da birisidir. Belə olan halda, başqa dindən olanların seçki hüququnun tanınmasının dinə heç bir zərəri ola bilməz. Çünki başqa dindən olanlar idarəçi olsalar belə, hər halda sizin əqidənizə qarışma hüququ yoxdur. Həqiqətən də azadlıq, mülkiyyət, şəxsi həyat, fikir və din, söz azadlığı, sərbəst toplaşma və birləşmə azadlığını əngəlləyən hər hansı dini qayda mövcud deyildir. İşgəncə baxımından islamiyyətin üzü həmişə təmiz olub, işgəncə praktikası orta əsrlərdə krallar və padşahlar tərəfindən tətbiq olunsa da, dində buna əsla icazə verilməyib. Bəllidir ki, islamiyyətdə heyvanlara belə əziyyət eləmək günah sayılır. Orta əsr Avropasında isə, işgəncə normal və zəruri praktika idi. Lakin bu xristianlığın tələbi deyildi. Bütün səmavi dinlər zorakılığa, işgəncəyə qarşı olub. “Allahın kitabı ilə qadağan edilməmiş hər şey sərbəstdir” deyən dini hüquq, liberalizm anlayışı ilə demək olar ki, eyni cizgidə qalır. Buna görə də din və insan hüquqlarını bir-birinə zidd görmək ya qərəzli, yaxud da təhlildən uzaq bir yanaşma tərzidir. Ən son diqqətinizi bir məqama çəkmək istəyirik: dinə inanma və ibadət etmə azadlığı, insan hüquqlarının əsas tərkib hissələrndən biridir. Göründüyü kimi, biz insan hüquqları və din dedikdə təkcə islamı nəzərdə tutmuruq. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı: Elvin Əliyev.
Azərbaycan multikulturalizm siyasətində nümunəvi modeldir (2). Əvvəli ötən sayımızda. Dünyanın müxtəlif yerlərində baş verən siyasi, ictimai dəyişikliklər, eyni zamanda, ekoloji fəlakətlər insanların böyük məhrumiyyətlər yaşamasına gətirib çıxarır. Bundan başqa diqqət etdikdə bütün bu məhrumiyyətlərin, münaqişələrin kökündə milli və dini anlaşmazlıqların dayandığını aydın şəkildə görmək mümkündür. Azərbaycan bu gün dünyanın ən sabit və multikulturalizmi yaşadan, qoruyan ölkələrdən biridir. Tarixə baxsaq Azərbaycanda bütün etnosların dostluq münasibətində yaşadığını, milli-dini zəmində heç bir qarşıdurmanın baş vermədiyinin şahidi olarıq. Bu xalqımızın qədimdən bəri özünəməxsus dövlətçilik ənənəsini yaşatmasının ən bariz nümunəsidir. Bu da öz növbəsində müasir dövrün nümunəvi yaşam təcrübəsidir. Azərbaycanda millətlərarası, dinlərarası münasibətlərin sağlam zəmində qurulması və dövlətin siyasi, iqtisadi və sosial həyatında müsbət nəticələrlə müşayiət olunması bu gün çox xarakterik və artıq dünyada da təsdiq və təqdir olunan bir göstəricidir. Belə ki, hər bir azərbaycanlı ölkəmizdə tarixən yaşayan bu adi insani birgəyaşayış normasını xalqımızın milli-mənəvi dəyərinin ayrılmaz hissəsi sayır, dövlətçilik ənənəmizdə multikulturalizmi təqdir edir. Bu keyfiyyət xalqımızın elə qədimdən bəri kin, paxıllıq və eqoizm kimi xislətlərdən uzaq olduğunu göstərir. Elə bu mehribanlıq, qardaşlıq münasibətinin qarşılığıdır ki, Qarabağ uğrunda aparılan döyüşlərdə azərbaycanlılarla yanaşı digər xalqların nümayəndələri də erməni işğalçılarına qarşı döyüşüblər. Qeyd etmək lazımdır ki, bu birlik hazırki gərgin beynəlxalq şəraitdə dünyaya sivilizasiyalararası dialoq sahəsində münasibətlərə nümunə olacaq bir mesajdır. “Azərbaycan siyasətinin təməlində Azərbaycan vətəndaşı dayanır”. Azərbaycan dövlətinin bu gün də öz vətəndaşlarına aşıladığı humanizm və multikulturalizm bütün dünyada sosial sabitliyin və iqtisadi inkişafın ən mühüm amillərindən biridir. Azərbycan xalqının birliyi ölkənin sürətli inkişafında özünü göstərir. Ölkə prezidenti İlham Əliyev iqtisadiyyatla humanitar məsələnin qarşılıqlı təsiri barədə deyib: “Dünyanın qlobal məsələlərindən biri də iqtisadi inkişafın humanitar aspektləridir... Yenə də Azərbaycanın təcrübəsi maraqlı ola bilər. Çünki baxmayaraq ki biz etnik təmizləməyə məruz qalmışıq və torpaqlarımız işğal altındadır, bir milyondan artıq qaçqın, köçkün vardır və dövlət onlara maliyyə yardımı, qayğı göstərir. Bizim iqtisadi inkişafımız son 10 il ərzində dünya miqyasında ən sürətli olmuşdur. Son 10 il ərzində aparılan islahatlar nəticəsində ölkə iqtisadiyyatı 3,4 dəfə artmışdır. Bu, əgər belə demək mümkündürsə dünya rekordudur... On il bundan əvvəl Azərbaycanda yoxsulluğun səviyyəsi 49 faiz idi. Aparılmış islahatlar nəticəsində bu gün cəmi 5,5 faizdir. Aparılan islahatlar nəticəsində 10 ildə Azərbaycanda bir milyon 200 min iş yeri açılmışdır. Hazırda Azərbaycanda işsizlik 4,8 faizdir. Bütün bu məsələlər əlbəttə ki iqtisadi islahatların nəticəsidir. Eyni zamanda bütün bu məsələlərin bilavasitə humanitar sahəyə dəxli vardır. Çünki Azərbaycan siyasətinin təməlində və mərkəzində Azərbaycan vətəndaşı, onun problemləri, qayğıları, təhlükəsizliyi və rifahı dayanır”. “Milli və dini müxtəliflik ayrıseçkiliyə yox, daha da güclənməyə səbəb olmalıdır”. Ölkəmizdə təşkil olunan bir çox beynəlxalq konfranslar, forumlar heç də təsadüfi deyil. Bütün bu humanitar sahədə aparılan islahatlar Azərbaycanın adı ilə bağlıdır. Çünki əsrlər boyu Azərbaycanda müxtəlif mədəniyyətlərə mənsub olan xalqlar bütün dövrlərdə Azərbaycanda hökm sürən ictimai-siyasi quruluşdan asılı olmayaraq bir ailə kimi yaşayıblar. Heç vaxt Azərbaycanda milli, yaxud dini zəmində heç bir qarşıdurma, anlaşılmazlıq olmamışdır. Heç vaxt ayrı-seçkiliyə yol verilməmişdir və bu gün müstəqil Azərbaycan bu ənənələrə sadiqdir. Azərbaycanın illərlə qazandığı təcrübə əyani şəkildə göstərir ki, müxtəlif mədəniyyətlərə, müxtəlif dinlərə mənsub olan xalqlar mehribanlıq, sülh, əməkdaşlıq şəraitində yaşaya bilərlər. Azərbaycanın coğrafi vəziyyəti təbii ki, ölkənin inkişafına da təsirini göstərir. Azərbaycan o ölkələrdəndir ki, burada mədəniyyətlər, sivilizasiyalar görüşür, birləşir. Milli və dini müxtəliflik ayrıseçkiliyə yox, daha da güclənməyə yardım edən bir vasitəyə çevrilməlidir. Azərbaycanda bütün dini abidələr dövlət tərəfindən qorunur. Azərbaycanın çoxmillətli bir ölkə olsa da, burada yaşayan bütün dinlərin nümayəndələri bərabər hüquqa malikdir. Qeyd etmək yerinə düşər ki, bütün dini abidələr dövlət tərəfindən qorunur, bərpa edilir və eyni zamanda, yenisi tikilir. Ölkəmizdə müstəqillik dövründə yaşanan sabitlik və dostluq ab-havası əlbəttə ki, bu gün Azərbaycanı regional ölkə kimi gücləndirən əsas faktorlardan biri hesab etmək olar. Bu barədə ölkə prezidenti İlham Əliyev öz çıxışlarının birində belə qeyd etmişdir: “Ölkəmizdə aparılan bütün islahatlar - istər siyasi, istər iqtisadi islahatlar bir məqsədi güdür ki, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar və ölkə öz gücünü daha da artırsın. Və bildirməliyəm ki, bunu etmək üçün təkcə iqtisadi islahatların aparılması kifayət deyildir. Bunu etmək üçün cəmiyyətdə çox sağlam iqlim olmalıdır. Bunu etmək üçün əlbəttə ki, Azərbaycanda bütün xalqlar həmişə olduğu kimi, mehribanlıq və əməkdaşlıq şəraitində yaşamalıdır. Azərbaycanın tarixi və keçmişi göstərir ki, bunu etmək mümkündür. Bu gün Azərbaycan müstəqil ölkə kimi həm Avropa Şurasının, həm də İslam Əməkdaşlığı Təşkilatının üzvüdür. Azərbaycan nadir ölkələrdəndir ki, hər iki təşkilatda üzvdür və eyni zamanda, fəal üzvdür. Sivilizasiyaları, dünya dinlərini birləşdirmək, əməkdaşlığı dərinləşdirmək üçün hesab edirəm ki, bizim ölkə kifayət qədər böyük səylər göstərir. Ən önəmlisi ondan ibarətdir ki, bu səylər öz nəticəsini verməkdədir. Çünki əgər belə olmasaydı, Azərbaycanın bu sahədəki təcrübəsi maraq doğurmazdı. Multikulturalizm başqa xalqın nümayəndəsinə hörmət, başqa dinə hörmətdir. Multikulturalizmin alternativi özünütəcriddir. Mən inanmıram ki, iyirmi birinci əsrdə, qloballaşan dünyada hər hansı bir siyasi qüvvə özünütəcrid siyasətini aparmağa cəhd etsin. Multikulturalizmin dəyərləri, əsasları möhkəmləndirilməlidir. Multikulturalizm başqa xalqın nümayəndəsinə hörmət, başqa dinə hörmətdir. Öz dininə hörmət başqa dinə hörmətdən başlayır. Multikulturalizm ayrı-seçkiliyə yol vermir, əksinə bütün xalqları birləşdirir. Eyni zamanda, hər bir ölkənin öz qaydaları, öz ənənələri vardır. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı: Xəyalə Sadıqova.
Azərbaycan milli və dini tolerantlıq nümunəsi olan ölkədir (2). Əvvəli ötən sayımızda. Həmin görüşdə Heydər Əliyev qeyd etmişdi ki, respublikamızda yəhudilər azərbaycanlılar ilə qardaş şəraitində yaşayrlar və onlar özlərini öz doğma evlərində olduğu kimi rahat hiss edirlər. Öz növbəsində yəhudi dini xadimləri Azərbaycandakı tolerantlıqdan məmnunluqlarını ifadə edərək xalqımıza minnətdarlıqlarını bildirmiş, özlərinə göstərilən qayğıya görə prezident Heydər Əliyevə sonsuz təşəkkürlərini çatdırmışdılar. Təbii ki, bütün bunlar da Heydər Əliyevin tolerantlığıa yüksək qiymət verməsindən, onun bəşəriyyətin gələcəyi üçün önəmli bir faktor oynayacağını uzaqgörənliklə müəyyən etməsindən irəli gəlirdi. Ümumiyyətlə ötən əsrin 90-cı illərinin əvvəllərindən başlayaraq Heydər Əliyev qədər tolerantlığı xüsusi diqqət mərkəzində saxlayan və bu faktora bəşəriyyətin gələcəyi kimi baxan ikinci bir siyasi xadim tapmaq mümkün deyil. Azərbaycanda tolerantlığın yüksək səviyyədə inkişaf etdirilməsini daim düqqət mərkəzində saxlayan Heydər Əliyevin təşəbbüsü ilə 1999-cu il noyabr ayının 16-ı respublikamızda tolerantlıq günü elan edildi. Həmin dövrdən başlayaraq hər il noyabr ayının 16-sı ölkəmizdə tolerantlıq günü kimi yüksəks əviyyədə qeyd edilir. Bu çərçivədə də Qafqaz Müsəlmanları İdarəsi, Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyası və yəhudi dini icması ilə birgə təşkil olunan toplantılar dini icmalar arasında əməkdaşlığın mühüm mesajını ortaya qoyur. Yəni ölkəmizdə xristianlar və yəhudilər öz dini etiqadlarını sərbəst şəkildə həyata keçirmək üçün hər cür imkanlara malikdirlər. Heydər Əliyevin dini tolerantlığa yüksək qiymət verməsini ulu öndər tərəfindən 2001-ci il iyun ayının 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılması barədə fərman imzalaması bir daha sübut etdi. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əsas vəzifəsi Azərbaycan Respublikası Konstitusiyasının dini əqidə azadlığını təmin edən 48-ci maddəsinin həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılmasından ibarətdir. Bu komitənin yaradılması ölkəmizdə böyük hadislərdən biri oldu. Bu gündə ulu öndər tərəfindən uzaq görənliklə yaradılan bu komitə ökəmizdə dini özümlülük ənənələrinin qorunub saxlanılmasında önəmli rol oynamaqdadır. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq dini icmaların başçıları iştirakı müxtəlif səviyyəli görüş və seminarlar təşkilmedilir. Bu da Azərbaycanda rəsmi dövlət səviyyəsində veriəln ən böyük dini töhfələrdən biridir. Heydər Əliyev tərəfindən yaradılan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən 2003-cü il aprel ayının 3-də keçirilən “Dini stabillik-ümumi stabilliyin ayrılmaz hissəsidir” mövzusunda seminar beynəlxalq aləmdə də rəğbətlə qarşılandı. Belə ki, seminarda dini dözümlülük və terrorizmə qarşı mübarizədə dini icmaların rolu məsələləri müzakirə edildi və terrorizməi dini radikalizmə qarşı birgə mübarizənişn vacibliyi vurğulandı. Qeyd edildi ki, radikal dini cərəyanların hqiqi islamla heç bir əlaqəsi yoxdur. Bu müstəvidədə islamı və ya başqa bir dini terrorizmlə eyniləşdirmək səhvdir. Dini tolerantlıq məsələsində ölkəmizin dünyaya örnək olkə olduğunu o dövrdə Bakıda keçirilən “İslam sivilizasiyası Qafqazda” mövzusunda Beynəlxalq simpozium da sübut etdi. ”İslam sivilizasiyası Qafqazda” mövzusunda Beynəlxalq simpoziumda çıxış edən Azərbaycan Prezidenti Heydər Əliyev: “Dünyada bir çox böyük dinlər mövcuddur. Hər dinin özünəməxsus yeri var. Biz azərbaycanlılar islam dini ilə fəxr edərək, eyni zamanda heç vaxt başqa dinlərə qarşı mənfi münasibət göstərməmişik, düşmənçilik etməmişik, ədavət aparmamışıq və heç bir başqa xalqı da öz dinimizə itaət etməyə məcbur etməmişik. Ümumiyyətlə, başqa dinlərə dözümlülük, başqa dinlərlə yanaşı və qarşılıqlı anlaşma şəraitində yaşamaq islam dəyərlərinin xüsusiyyətidir. Bu, tarix boyu Azərbaycanda da, Qafqazda da öz əksini tapıbdır. Azərbaycanda islam dini ilə yanaşı xristian dini də, yəhudi dini də əsrlər boyu yaşayıb və indi də yaşayır. Qafqazda da bu mənzərə var. Hesab edirik ki, insanlar hansı dinə, hansı mədəniyyətə mənsubluğundan asılı olmayaraq, bütün başqa mədəniyyətlərə, dinlərə, mənəvi dəyərlərə də hörmət etməli, o dinlərin bəzən kiməsə xoş gəlməyən adət-ənənələrinə dözümlü olmalıdırlar,-dedi. Bütün bunlar da Heydər Əliyevin bəşəriyyətin gələcəyinin dini dözümlülükdən, tolerantlıqdan asılı olacağını uzaqgörənliklə müəyyən etməsinin bariz nümayişinə çevrildi. Azərbaycanın dini və milli tolerantlıq sahəsində uğurlara nail olmasının nəticəsidir ki, bu gün Rusiyada, digər dövlətlərdə rahat yaşaya bilməyəcəklərini anlayan, yaxud oradakı arzuolunmaz mühitlə üzləşən insanlar Azərbaycana üz tuturlar. Bu da Azərbaycanın tolerantlıq sahəsində qazandığı uüğurların, dünyay bu sahədə nümunə ölkə olmağının nəticəsidir. Təbii ki, ölkəmizdə dini dözümlülük ruhunun qorunub saxlanılmasında dini icmların rəhbərləri də önəmli rol oynamaqdadırlar. Buna da ən önəmli səbəblərdən biri Azərbaycan dövlət-din münasibətlərinin qarşılıqlı anlaşma şəraitində qurulması və bu çərçivəd də bütün dini konfessiyaların qanun qarşısında bərabər, eyni statusa malik olmlarıdır. Onu da fəxrlə deyək ki, ölkə vətəndaşlarının əksəriyyətini təşkil edən müsəlmanlarla yanaşı dövlətimiz respublikamızda yayılmış digər dinlərin də inkişaf etdirilməsinə yardım edir. Bunu 1920-ci ildə bağlanmış Jen Mironosets baş kilsəsinin binasının 1991-ci ildə Rus Pravoslav Kilsəsinə verilməşi də ölkəmizdə müxtəlif dinlərə göstərilən qayğının nəticəsidir. 2001-ci il may ayının 27-də Azərbaycana səfər edən Moskvanın və bütün Rusiyanın Patriarxı II Aleksi bu məbədi müqəddəs elan edərək ona baş kafedral kilsə statusu verdi və ölkəmizdə dini tolerantlığın qorunmasına yardım etdiyi üçün ölkə rəhbərliyinə, şəxsən prezident Heydər Əliyevə dərin təşəkkür etdi. Hökumət üzvləri, səfirliklərin nümayəndələri və dini icmaların başçılarının da iştirak etdiyi açılış mərasimində çıxış edən ulun öndər Azərbaycanın dünyaya nümunə göstəriləcək tolerant ölkə olduğunu xüsusi vurğuladı. Adın çəkilən kilsə ilə bağlı digər bir maraqlı məqam da bu kilsənin bərpasında və yenidən fəaliyyətə başlaya bilməsində azərbaycanlı iş adamlarının mühüm rol oynaması oldu. Bu da olduqca önəmli faktıorlardandır. Belə ki, Allah evinin bərpası Moskvada yaşayan azərbaycanlı iş adamı, dini mənsubiyyətinə görə müsəlman olan Aydın Qurbanov tərəfindən həyata keçirildi. Onun vəsaiti hesabına baş kafedral kilsə az bir zamanda bərpa edilərək dindarların ixtiyarına verildi. Bir sözlə Azərbaycanın dinlərarası dialoq və əməkdaşlıq sahəsində nadir təcrübəsi xaricdə yüksək qiymətləndirilirir və bu amil xüsusi vurğulanır. Bu baxımdan Azərbaycanda dini dözümlülüyün yüksək səviyyədə olmasını və bu sahədə respublikamıızn dünyaya örnək olduğunu Roma-katolik Kilsəsinin sabiq başçısı II İoann Pavelin 2002-ci il may ayının 22-də respublikamıza etdiyi etdiyi tarixi səfər də bir daha təsdiq etdi. Roma-katolik Kilsəsinin sabiq başçısı II İoann Pavel ölkəmizə səfəri çərçivəsində Azərbaycandakı tarixi dözümlülük ənənələrini xüsusi qeyd edərək bundan məmnun olduğunub dilə gətirdi. Yeri gəlmişkən məsələ ilə bağlı xatırladaq ki, qədimlərdə Roma hakimiyyəti tərəfindən vaxtilə təqib olunan xristianlar məhz burada sığınacaq tapmış və burada öz dini ayinlərini sərbəst şəkildə icra etmişlər. II İoann Pavelin o dövrdə ölkəmizə səfəri və bununla bağlı söylədikləri də Azərbaycanda dini tolerantlığın bariz nümunəsi hesab edilə bilər. Bütün bunlar da azərbaycanlıların yüksək bəşəri dəyərlərə sahib olmalarından, sivilizasiyalararası dialoqa öz möhtəşəm töhfələrini vermələrindən irəli gəlir. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı: Əziz Mustafa.
Gənc nəslin tolerant ruhda böyüməsində təhsilin rolu. Mədəniyyətdə, iqtisadiyyatda və siyasətdə baş verən müasir qlobal dəyişikliklər “dosta”, “başqasına”, “yada” münasibətlə bağlı sualları son dərəcə kəskinləşdirir. Üçüncü minilliyin əvvəlində müxtəlif siyasi sistem və fərqli iqtisadi inkişaf səviyyəsi, müxtəlif milli-mədəni ənənələrə malik olan dövlətlər dini ayrıseçkiliyin kəskinləşməsinə qarşı mərkəzi problem kimi tolerantlığı irəli sürürlər. Müasir dünyada miqrasiya siyasəti dövlətin ümumi sosial-demoqrafik siyasətinin ayrılmaz hissəsini təşkil edir. Miqrasiya ictimai həyatın bütün sahələrini əhatə edir, dövlətin sosial-iqtisadi inkişaf perspektivlərinə, stabilliyin qorunmasına, milli təhlükəsizliyin, insan və vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsinə təsir göstərir. Bütün bu proseslər SSRİ dağılandan sonra müstəqillik əldə etmiş ölkələrdə özünü göstərməkdədir. Bu istiqamət bu gün Azərbaycanın daxili və xarici siyasətinin prioritetlərindən birini təşkil edir. Bu gün miqrasiya prosesi yalnız keçmiş milli respublikalardan geri qayıtmış azərbaycanlılarla deyil, həm də digər millətin nümayəndələrinin Azərbaycana dönüşü ilə bağlıdır. Bəzən bunlar etnik konfliktlər, separatizmin artması və ölkənin təhlükəsizliyinə yol açan digər hadisələrlə müşahidə olunur. Məhz bununla bağlı cəmiyyətin və dövlətin qurulması tolerant şüur və davranışların formalaşması istiqamətində fəaliyyətin genişlənməsi və dərinləşməsi, dözümlülüyün tərbiyə edilməsi, sülhsevərlik, ekstremizmlə barışmazlıq ölkəmizdə xüsusi əhəmiyyət daşımağa başladı. Dözümsüzlüyün kökləri həmişə cəhalət və məlum olmayan - yad dinlər, mədəniyyətlər, etnoslar, miflər, stereotiplər barədə sosiumda formalaşan təsəvvürlərlə bağlı olur. Bununla bağlı olaraq çoxmədəniyyətli mühitdə etnik tolerantlığın və şəxsiyyətin tolerant şüurunun inkişafı təlimin əsas probleminə çevrilir. Bu problemin həllində aparıcı rol şəxsiyyətin sosiallaşmasının labüd institutu kimi məktəbə məsusdur. Bu gün təlimin ən vacib problemlərindən biri təhsil sistemi və sferasında humanist və tolerant ideyaların daşıyıcısı olan yeni insan şəxsiyyətinin formalaşmasından ibarətdir. Məktəb, cəmiyyətdə baş verən proseslərə daha kəskin şəkildə reaksiya verir. Şagirdlər onlara məxsus maksimalizm və dözümsüzlüklə əksər hallarda aqressiv əhvali-ruhiyyənin əsas translyatoru kimi çıxış edirlər. Bu gün təhsil müəssisələrində müxtəlif din və millətlərin nümayəndəsi olan uşaqlar azərbaycanlılarla bir parta arxasında əyləşirlər. Yetirməsinin dözümsüz olması və ya gəlmələr və digər dinlərə mənsub uşaqlarla ümumi dil tapması müəllimin pedaqoji istedadından çox asılıdır. Kreativ düşüncə qabiliyyəti, sinifdə sərt əhvali-ruhiyyəyə dərhal reaksiya vermə, neqativ düşüncəyə qarşı real alternativlər təqdim etmək və hamı üçün maraqlı olan birgə kommunikativ mühit yaratmaq bacarığı müasir müəllimdən tələb olunan keyfiyyətlərdəndir. Beynəlxalq təcrübə təhsil müəssisələrində seminar-treninqlərin keçirilməsinin çox faydalı olduğunu göstərir. Əsas vəzifələrdən biri ölkəyə gələn uşaqlı mühacir ailələrinin tezliklə adaptasiya olunması və uşaqlara təhsil, səhiyyə və hüquqi sahələrdə yardım göstərilməsidir. Mühacir uşaqlarının adaptasiyası nə qədər tez reallaşsa, onların dözümsüzlərdən əziyyət çəkənlərin cərgəsinə qoşulmaq riski və sosial reabilitasiyası üçün vəsaitə ehtiyac az olacaqdır. İnsanların gəldiyi ölkənin dilini öyrənməsi onların daha tez reabilitasiyası və sosiallaşması üçün başlıca və əsas yoldur. Bu, Azərbaycan və rus dillərini bilməyən və ya bu dillərdə pis danışan mühacir uşaqlar üçün son dərəcə əhəmiyyətlidir. Azərbaycan və rus dillərini bilmək - yaşıdları və müəllimləri ilə normal münasibət qurmaq, təhsil almaq imkanı, sonra isə işlə təmin olunmaq, etnik və digər konfliktlərin qarşısının alınmasında çox əhəmiyyətli amildir. Bundan başqa, uşaqların valideynlərinin dili bilməməsi əmək bazarında onlara olan tələbatı azaldır, uşaqların isə təhsil alması və oxumasını çətinləşdirir. Bundan başqa, dil bilməmək də yerli əhali ilə gəlmələr arasında qarşıdurmaya səbəb olur. Heç kəsdə şübhə doğurmur ki, mühacir uşaqlara həm pedaqoji, həm psixoloji, həm də linqvistik baxımdan yardım göstərilməsi zəruridir. Bundan ötrü dərsliklərin və belə uşaqlarla işləmək üçün xüsusi proqramların hazırlanması, əlbəttə ki, dilin peşəkərcasına mənimsədilməsi üçün mütəxəssislərə böyük ehtiyac vardır. Adaptasiyanın müvəffəqiyyəti, uğur qazanması bir çox faktordan asılıdır. Uşaq bağçaları və məktəblərə gəlmək özlüyündə adaptasiya prosesinin başlamasından xəbər verir. Məktəb əsas və praktik olaraq yeganə sosiallaşma institutudur və mühacir uşaqlarının hüquq və qanuni maraqlarının reallaşdığı başlıca inteqrasiya bazasıdır. Təhsil alan mühacir uşaqlar yaşayış yerindən asılı olmayaraq istənilən təhsil müəssisəsini seçməkdə tam hüquqludurlar. Yuxarıda göstərilən kateqoriyalara aid bütün uşaqlar Azərbaycan vətəndaşlarına şamil olunan ümümi əsaslarla, yəni heç bir ayrıseçkiliyə məruz qalmadan təhsil almaq hüququna malikdirlər. Orta və tam orta məktəbləri qurtaran bütün uşaqlara qaydalara uyğun şəkildə attestat verilir. Uşaqların məktəbə qəbulunda heç bir maneə yoxdur. Pedaqoqların qarşısında indi xüsusi vəzifələr durur. Bu vəzifələr təbii şəraiti pozmadan onu lazımi materiallarla zənginləşdirmək, uşağın yaddaşında bilikləri möhkəmləndirmək və ona öyrəndiyi materialı başa düşməkdə kömək göstərmək və dil materialının strukturlaşdırılması ilə bağlıdır. Əksər məktəb pedaqoqlar qeyd edirlər ki, əgər uşaq məktəbdən əvvəl uşaq bağçasında təlim görübsə, tədris proqramının onlar tərəfindən mənimsənilməsi heç bir problem yaratmır. Çünki məktəbəqədər tədris müəssisələrində boş yerlərin azlığı, bir qayad olaraq gərginlik yaradır. Məktəb cəmiyyətin bir hissəsidir. Cəmiyyətin inkişafı ilə bağlı həm bütün müsbət, həm də mənfi tendensiyalar ona xasdır. Ona görə də təlim-tərbiyə prosesinin həyata keçirilməsi vətəndaş cəmiyyətinin əsası kimi tolerantlığın formalaşması ilə sıx və ayrılmaz şəkildə aparılmalıdır. Qarşıya qoyulmuş məqsədə nail olmaq üçün məktəbdə uşağın sosiallaşması prosesi şəxsiyyətin tolerant tərbiyəsinin praktik modelinin hazırlanması və reallaşmasından keçməlidir. Dözümlülük, anlama və digərlərini qəbul etmə yeniyetmənin cəmiyyətdəki rolunun və əhəmiyyətinin dərk edilməsində zəruridir. Məktəbdə tərbiyə prosesində sosial hadisələr barədə uşağın təsəvvürlərinin hərtərəfli inkişafını təmin etmək, digər millət nümayəndələri ilə qarşılıqlı münasibətdə təcrübə qazanmaq olduqca vacibdir. Müasir məktəb yeniyetmələr arasında sosial tərəfdaşlığın təmin edilməsi imkanına malikdir. Müəllimlərin isə müasir təlimin inkişafının prioritetliyinə əsaslanaraq sinifdə qeyri-dost əhvali-ruhiyyəyə dərhal reaksiya verməsi çox önəmlidir. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı: Loğman Məmmədov.
İmran Bədirxanlı Xaçmaz rayonunun Həsənqala kəndində fəhlə ailəsində doğulub. O, 1991-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirdikdən sonra “Səhər” qəzetındə əmək fəaliyyətinə başlayıb. 2005-ci ildən İctimai Teleradionun əməkdaşı olan İmran Bədirxanlı əvvəl radioda müxtəlif səpkili verilişlərə müəlliflik və aparıcılıq edib, telekanalın “TV-1” jurnalının redaktoru olub. Hazırda “Carçı-Film” Yaradıcılıq Birliyinin böyük redaktorudur. Bu münasibətlə keçmiş əməkdaşımızı redaksiyamıza dəvət edib söhbətləşdik, ötənləri xatırladıq. Yubilyarla söhbətə ənənəvi sualla başlamaq istədik. Hər şeydən əvvəl mən doğma ocağıma gəlmişəm. Bu ocaqla bağlı mənim şirin, faydalı və unudulmaz xatirələrim var. “Zaman-Azərbaycan” mənim vətənimin məstəqilliyinin yaşıdıdır. “Zaman” mənim üçün təkcə bir jurnalistika məktəbi deyil, həm də bir həyat tərzi, əxlaq və düşüncə məktəbi oldu. Bəlkə də “Zaman” mərhələsi olmasaydı, İmran Bədirxanlı bir başqa xarakterli, bir başqa yönlü jurnalist olardı, bunu etiraf eləyirəm. Peşə prizmasından yanaşsaq, təvazökarlıqdan uzaq olsa da deyim ki, universiteti fərqlənmə ilə bitirmişəm, mən sovet jurnalistikasının nəzəri biliklərini yaxşı mənimsəmiş bir adamam. Amma mən “Zaman”da jurnalistikanın sovet nəzəriyyəsinin kamil olmadığını anladım. “Zaman”da Türkiyə qəzetçiliyinin, onun vasitəsi ilə də Avropa jurnalistikasının dəyərlərini öyrəndim. Bu təcrübə bütün sonrakı mərhələlərdə mənə yaşıl işıq yandırdı. İlk dəfə spotun - yəni yazının canını bir neçə cümlədə yazıb fərqləndirmə ilə oxucuya təqdim olunmanı mən “Zaman”da gördüm. Guşə yazısının nə olduğunu bizə “Zaman” öyrətdi. İndi kimsə etiraz eləyə bilər ki, guşə yazısı bizdə əvvəllərdən olub. Mən isə deyirəm ki, hər sütuna salınan yazı guşə yazısı deyil. Hadisəyə, mahiyyətə qısa və lakonik şəkildə münasibət ortaya qoymaq, artıq peşəkarlıq söhbətidir. 23 illik jurnalist həyatımın ən əziz və doğma mərhələsini mən “Zaman”da keçmişəm. Sonradan bir “Samanyolu” TV mərhələsi də oldu. Təəssüf ki, 2000-ci ilin iyulunda baş verən yanğından sonra telekanalda uzunmüddətli təmir getdi və bu əməkdaşlıq orada qırıldı. Burada hazırda tanıdığım və tanımadığım hər bir əməkdaş mənim üçün əzizdir. - İndi ki, “Zaman” xatirələrindən başladınız, onda bura gəlişinizin tarixini də bilmək maraqlı olardı... - “Zaman-Azərbaycan” qəzetinə gəlməzdən əvvəl “Səhər” qəzetində parlament müxbiri işləyirdim. O vaxt “Səhər” qəzeti bütün Azərbaycanda ən çox sevilən və hörmət edilən qəzetlərdən biri hesab edilirdi. “Səhər” qəzeti həmin dövrdə 120 min tirajla çıxırdı və satışı da çox yüksək idi. Təbii ki, belə bir qəzetin parlament müxbiri olmaq məsuliyyətli iş idi. Parlament müxbiri olduğum vaxt mən “Zaman-Azərbaycan” qəzetində xəbər şöbəsinin müdiri işləyən Nədim Yalçınla tez-tez görüşür, tədbirlərdə birgə iştirak edirdik. O dövrdə “Səhər” qəzeti Nəşriyyatın birinci mərtəbəsində, “Zaman-Azərbaycan” qəzeti isə ikinci mərtəbədə, bizim üstümüzdə yerləşirdi. “Zaman” hər mənada bizdən üstdə idi. Boş vaxt tapan kimi ikinci mərtəbəyə qalxaraq Nədim bəy və qəzetin digər əməkdaşları ilə görüşürdüm. O vaxt mənə “Zaman-Azərbaycan”ın özü də, işçiləri də fərqli təsir bağışlayırdı. Çünki buradakı iş prosesi yerli qəzetlərin iş prosesindən fərqli xüsusiyyətlərə malik idi. “Zaman-Azərbaycan”da çalışanlar arasında heç bir kollektivdə, heç bir iş yerində görmədiyim səmimilik, mehribanlıq vardı. Mən burada xəbər sorumlusu kimi yazıları yoxlayır, lazımi düzəlişləri edirdim. İlk günlərdən də kollektivə qaynayıb-qarışdım. Ürfan bəylə, Əli bəylə, Aydın bəylə, Əziz bəylə və digərləri ilə aramızda səmimi münasbət yarandı. Bu yerdə bir məqamı da qeyd etmək istəyirəm. Mən “Zaman-Azərbaycan” qəzetinə işləməyə gələndə burada işləyənlərin arasında bir-iki nəfər istisna olmaqla sırf jurnalist, demək olar ki, yox idi. Ona görə də bu məsələ mənə həmişə qəribə gələrdi. Yəni mən ixtisasca jurnalist olduğum üçün kənardan bu sahəyə gələnləri başa düşə, qəbul edə bilmirdim. “Zaman-Azərbaycan”da da məni ən çox təəccübləndirən bu oldu. Ancaq burada çalışandan, kollektivlə daha yaxından tanış olandan sonra gördüm ki, qəzetin əməkdaşları ixtisasca jurnalist olmasalar da, sahəni peşəkar jurnalistlərdən pis bilmir, əksinə, çox şeylərdə onlardan daha üstündürlər. Yəni nəzəri baxımdan burada çalışanlar jurnalistikanı dərindən bilməsələr də, praktiki baxımdan peşəkar jurnalistlərdən geridə qalmırdılar. Şübhəsiz ki, jurnalistika fakültəsini bitirənlərin heç də hamısı yaxşı, peşəkar jurnalist olmur, digər sahələrdə də belədir. Jurnalistika istedad tələb edir. Jurnalist olmayan, ancaq yaxşı yazmaq istedadı, yaxşı qələm sahibi olan və hazırda bu sahəyə kənardan gələn, ancaq qələmi ilə tanınan çoxlu sayda məşhur jurnalistlər var. Amma jurnalistika təkcə yazmaq deyil, həm də elmdir. Rusiya Elmlər Akademiyası, səhv eləmirəmsə, 2001-ci ildən jurnalistikanı elm qrifinə salıb. Moskva Dövlət Universitetində 3 və ya 4 nəfər jurnalistika elmləri doktoru, 6-7 nəfər jurnalistika elmləri namizədi var. Jurnalistika predmeti, subyekti, obyekti olan, diğər elmlərlə əlaqəsi öyrənilən, tədqiq və tətbıq olunan elmdir. Jurnalistika nə tarixdir, nə psixologiya, nə sosiologiyadır, amma eyni zamanda bunların hamısıdır. - İmran bəy, siz əmək fəaliyyətinizə qəzetdə başlamısınız. İndi isə televiziyada çalışırsınız. Bu dəyişikliyə uyğunlaşmaq çətin olmadı ki? Mənim üçün çətinlik olmadı. Mən bu qənaətdəyəm ki, qəzet jurnalistikanın əlifbasının yarandığı bir media məbədidir. Həm də ən qədim institutdur. Radio-televiziyada önə çıxarılan daha çox danışıq, reportajı hazırlamaq və hadisəni tamaşaçıya operativ çatdırmaq məsələsidir. Burada sözləri dal-qabaq demək, təkrarçlılığa yol vermək o qədər də hiss olunmur. Qəzetdə isə yazdığın hər söz, hər cümlə dəqiq olmalıdır, burada səhv edə, təkrarçılığa yol verə bilməzsən. Bu baxımdan belə hesab edirəm ki, yazılı mətbuat radio-televiziyada çalışanlar üçün bir məktəbdir. Bir dəfə Almaniyanın ZDF telekanalının məsul bir işçisindən soruşdum ki, siz işçini hansı meyarlarla seçirsiniz. Cavabı bilirsinizmi necə oldu? Dedi ki, biz əməkdaşlarımızı yazılı mətbuatda ən azı 5 il təcrübəsi olan jurnalistlər arasından seçirik. Çünki yazılı mətbuat, dediyim kimi, radio-televiziya jurnalistikası üçün bir baza, bir məktəb rolunu oynayır. Leksikonun zənginləşməsi, fərdi üslubun, təsvir-təhkiyə vərdişinin, ələlxüsus da müşahidə, analitik düşüncə qabiliyyətinin yaranıb-formalaşması məhz qəzetdə baş verir. - İmran bəy, sizi 50 illik yubileyiniz münasibətilə qəzetimizin kollektivi adından təbrik edir, sizə yeni karyera uğurları arzulayırıq. Mən də öz növbəmdə “Zaman-Azərbaycan” qəzetinin əməkdaşlarına gələcəkdə daha böyük uğurlar qazanmağı, iki qardaş ölkə arasında oynadıqları körpü funksiyasını sona kimi yerinə yetirməyi arzulayıram. Söhbəti Elvin Əliyev qələmə aldı.
“Dözümlülük” və “tolerantlıq” anlayışlarının nisbəti. Tolerantlıq mövzusunun aktuallığını belə bir fakt gətirməklə əsaslandırmaq olar ki, son onilliklərdə terrorizm, qeyri-ənənəvi dini hərəkatlar, rasizm hadisələri və s. problemlər kəskinləşməkdədir. Bu gün tolerantlıq cəmiyyətin bütün sosial, iqtisadi, siyasi, mənəvi sferalarında işlədilən universal termin kimi təqdim olunur. Bütün dünyada hər il tolerantlıq problemlərinə həsr olunmuş onlarla konferensiya, “dəyirmi masalar”, konqreslər keçirilir. Tolerantlıq fenomeninə maraq göstərilməsinin ümumi tendensiyası onun praktik tətbiqinə yönəlmişdir. Tolerantlığa həsr olunmuş əksər materiallarda o müasir cəmiyyətin ekstremizm və fanatizm xəstəliyinin əlacı kimi izah olunur. Bəzi ölkələrdə orta məktəb və ali təhsil ocaqlarında tolerantlığın əsaslarına həsr olunmuş mühazirə və dərslərin keçilməsinə dair tədris proqramı hazırlanmışdır. Tolerantlığın əsasları 16 noyabr 1995-ci ildə YUNESKO-nun qəbul etdiyi tolerantlıq prinsipləri deklorasiyasında öz əksini tapmışdır. Bütün bu coşqun marağa baxmayaraq, tolerantlıq konsepsiyası hələ də bitkinləşməmiş qalır. Situasyanın paradoksallığı ondan ibarətdir ki, “yadlar”la qarşılıqlı münasibət formasını inkar edən polemikanın özü öz ətrafında polemika yaradaır. Tolerantlıq bəzən dünyagörüşünün prizması kimi başa düşülür... Tolerantlıq fenomeninə müasir cəmiyyətin münasibəti özündə inkişafın mənfi, müsbət və neytral tendensiyasını cəmləşdirir və tolerantlığın özü isə “yadlar”a mənfi, müsbət və neytral münasibət kimi qəbul edilir. Tolerantlıq bəzən dünyagörüşünün prizması kimi başa düşülür. Hər bir digər prizmalar kimi, tolerantlıq da müxtəlif bucaqlar altında sındıraraq həqiqəti təhrif etdirir. Lakin bundan əlavə tolerantlığın özü “yad” dünyagörüşü prizmaları tərəfindən təhrif olunur. “Yad” anlayışına yad insan, yad həyat tərzi, yad ideologiya, yad mədəniyyət, bir sözlə, özünə münasibətdə yadlıq göstərən yad subyekt uyğun gəlir. Müxtəlif alimlər, mütəfəkkirlər, ideoloqlar və tədqiqatçılar tərəfindən tolerantlıq kontekstdən asılı olaraq ideologiya, dəyər, insanlar arasında qarşılıqlı münasibət üsulu, paradiqma, subyektlərarası münasibətlər forması kimi başa düşülə bilər. Qərbdə tolerantlıq ən pis halda konformizm şəklində üzə çıxır. İnteqrasiya, qloballaşma, çoxmədəniyyətlilik, plüralizm və s. tendensiyaları ilə müşahidə olunan bugünkü reallıq tolerantlığın mədəniyyətyaradıcı rolunu qəbul etməyi cəmiyyət qarşısında bir zərurət kimi qoyur. Tolerantlıq anlayışının özü qədim zamanlarda meydana gəlib və “hər qızıl və ya gümüş sikkənin standartdan mümkün fərqi ... fəndgir hakimlər sikkələri qəsdən korlayıb fərqi ciblərinə qoydular” anlamına gəlirdi. Elmi dövriyyəyə isə bu termin 1953-cü ildə ingilis immunoloqu T.Medovarov tərəfindən orqanizmin immun sisteminin köçürülmüş yad orqanlara dözümlülük göstərməsini ifadə etmək üçün gətirilmişdir. “Tolerantlıq” termini güclü evolyusiyaya uğrasa da, ondan tamah məqsədilə hazırki dövrdə də istifadə edilməsinə rast gəlinir. Hazırki “fəndgir hakimlər” özlərinə tolerant münasibətdən istifadə edərək, aşağı səviyyələrdə totalitar rejim qururlar. Bu fakt totalitar sektaların böyüməsi və genişlənməsini təsdiq edir, müəyyən fikir adamları tərəfindən tolerantlığın neqativ qəbul edilməsinə səbəb olur. Ən başlıcası isə neqativ köklənmiş provoslav din xadimləri məktəblərdə tolerantlıq dərslərinin keçilməsinə qarşı çıxırlar. Tolerantlıq şəxsi mövqeyinin olmaması ilə şərtlənə bilər, elə buna görə də başqalarına qarşı laqeydlik meydana gəlir. Qərbdə tolerantlıq ən pis halda konformizm şəklində üzə çıxır: konformizm - əxlaqi-siyasi termin olub, hər bir şəraitə uyğunlaşmanı, hakim fikir, mövcud qaydaların passiv qəbul edilməsini ifadə edir. Tolerantlıq sözünün çoxlu antonimləri var - “dözümsüzlük”, “ekstremizm”, “fanatizm” və s. Bununla belə əksər tədqiqatçılar tolerantlığı müsbət ümumdünya tendensiyası kimi qəbul edirlər. Dünya tarixi kursundan məlumdur ki, roma papasının və bütün katolik kilsəsinin digər konfessiya və torpaqları katolik kilsəsinin qoynuna yığmağa can atırdı. Dini fanatizm dövründə kilsə bu istəyini birbaşa, fiziki, qan tökmə yolu ilə reallaşdırırdı. Hüququn hökmranlığı, konsolidasiya və sülh ideyaları ilə müəyyən edilmiş müasirlik isə nə “yadlığı” zorla mənimsəmək, nə də “yadı” fiziki yolla məhv etməyə yol verir. Ona görə də tolerantlığı istənilən mədəni, xüsusilə də dini qarşılıqlı əlaqənin əsas prinsipi kimi tərənnüm edən qərbin katolik kahinliyinin davranışları tamamilə əsaslanmış görünür. Xristianlığın comərdlik kimi qəbul etdiyi tolerantlıq o vaxt üzə çıxır ki, subyekt xarici təsirin nəticəsi kimi ağrı, diskomfort hiss edir. Tibdən gəlib ətrafın həm müsbət, həm də mənfi təsirinə qarşı laqeydlik, hissiyatsızlıq göstərməyi ifadə edən və fəlsəfi mühakimədən keçən tolerantlıq anlayışı isə subyektdən “yad”ın varlığını qəbul etməyi tələb edir. Başqa sözlə, ağrıya necə dözmək olar, əgər onu hiss etmirsənsə? Lakin insan buna baxmayaraq, dözür, belə ki, tolerant şüur “yad” kimi tanınmışın təsirinə tolerant münasibət bəsləmək zərurəti doğurur. Fanatizm - “başqasının” varlığını mütləq şəkildə rədd etmək, öz pozisiyasını yeganə doğru hesab etməkdir. Lakin fanatizmin antonimi heç də tolerantlıq deyil. Tolerantlıq əvvəlcədən “yadlıq” münasibətinin inkişafından əl çəkmək. Tolerantlıq fanatizmin inkişafının xüsusi hallarında - totalitarizm (siyasətdə), faşizm, nasizm (etnik aspektdə), ortodoksiya (dini aspektdə), monopoliya (iqtisadi aspektdə), fan-klub (idman) - özünü qarşı qüvvə kimi göstərir. Lakin göründüyü kimi, faşizmi yalnız güc və məcburiyyətlə məhv etmək olar. Yerdə qalanları isə analoji olaraq aradan qaldırmaq olar. Tarixdən tolerantlığın faşizm təhlükəsi ilə barışmaq və əməkdaşlığa qarşı qoymaq cəhdləri məlumdur. Lakin bildiyimiz kimi Millətlər Liqası dağıldı, sülh danışıqları kağız üzərində qalaraq fəaliyyətə keçmədi. Fanatizmin özünüməhv qalıqları üzərində yetişən tolerantlıq cəmiyyətin ekstremist istiqamətlənməsinə müxalif ola bilmir. Düzdür, tolerantlığın dəyəri fanatizmə cavab cəhdi kimi üzə çıxır. Tolerantlığın özlüyündə qiyməti yoxdur. Tolerantlıq əvvəlcədən “yadlıq” münasibətinin inkişafından əl çəkməkdir. Tolerant münasibət prosesin inkişafına yol açmır, bu, hörmət, dözümlülük və “özgəni” “özündən” məsafədə saxlamaq üzərində qurulmuş bir mövqedir. Tolerantlıq yalnız əks mövqedə dayanan başlanğıcların bir-birini məhv etməsini zəiflədir və ya qarşısını alır. Və sonuncusu: əgər fanatizm bütün “özgələrin” məhvinə ağırlıq verirsə, tolerantlıq “doğmaları” öldürür? Tolerantlıq yalnız “doğma - yad” müxalifliyini aradan qaldırır. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı: Loğman Məmmədov.
Azərbaycan özündə millətlərarası və dinlərarası münasibətlər modelini ehtiva edir. “Azərbaycan Respublikasının Prezidenti tərəfindən formalaşdırılmış şərait nəticəsində ölkəmizdə millətlərarası münasibətlər yüksək səviyyədə qurulub, dinlərarası ünsiyyət təmin edilib, Azərbaycan toleriant ölkə kimi dünyaya nümunəyə çevrilib”. Bu fikirlər Azərbaycan Respublikasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayevin Bərdəyə səfəri zamanı etdiyi çıxışındandır. Kamal Abdullayev rayon ziyalıları ilə görüşdə bildirib ki, yerlərdə milli-mədəni təşkilatlar və dini icmalar öz təklif və layihələrini Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirinə təqdim edə biləcəklər: “Artıq xeyli müddətdir ki, bu istiqamətdə işlərə başlamışıq. Müəyyən düşüncələrimiz, müəyyən məsələlər ətrafında artıq nəzərdə tutduğumuz istiqamətlər var. Burada əyləşən hər bir insan öz cəmiyyəti ilə bərabər, bütövlükdə Azərbaycan dövlətçiliyini təmsil edən və bu istiqamətdə xüsusi xidməti olmuş insanlardır. Biz addım-addım qarşıya qoyduğumuz problemləri, layihələri, düşüncələri həyata keçirməyə çalışacağıq. Bu, bizim mənsub olduğumuz xalqların, mədəniyyətlərin, dinlərin inkişafı, daha geniş vüsət tapması ilə bağlı müxtəlif layihələr ola bilər. Biz Allahın köməyi ilə bunları birgə həyata keçirəcəyik”. Dövlət müşaviri bildirib ki, icma rəhbərləri təmsil etdikləri icmanın fikrini, arzusunu, diləyini, tövsiyəsini ümumiləşdirib onlara təqdim edə bilərlər: “Hər hansı icmanın problemi təkcə onun deyil, hamımızın problemidir və hamımızı düşündürməlidir. Yəni bütövlükdə Azərbaycan vətəndaşları kimi bu istiqamətdə bir-birimizə dəstək olmalı, bir-birimizin mənəvi, intellektual ehtiyaclarını ödəməyə yardım etməyə hazır vəziyyətdə olmalıyıq”. “Azərbaycanı sevməyənlərin dəyirmanına su tökənlərlə bizim yolumuz bir deyil və olmayacaq”. Dövlət müşaviri respublikanın cənub və şimal bölgəsinə səfər etdiyini, məscid, sinaqoq, kilsədə olaraq sadə insanlarla görüşdüyünü deyib: “Mənə insanlar sual verirlər. Tolerantlıq, multikulturalizm nədir? Bu, əslində insanlıq deməkdir. Bir-birimizin dininə, mədəniyyətinə, tarixinə insani münasibət bəsləyə biliriksə, deməli, multikultural cəmiyyətdə yaşayırıq. Azərbaycan bu mənada multikultural cəmiyyətini nəinki təqdim edə bilər, hətta hansısa gəldiyimiz nəticə və təcrübədən çıxış edərək dünyanı öyrədə bilərik. Dünyanın müxtəlif ölkələri Azərbaycanın multikultural təcrübəsini diqqətlə öyrənməyə çalışırlar”. K. Abdullayev ümumiyyətlə “azsaylı xalq” ifadəsinin işlənməsinin əleyhinə olduğunu açıqlayıb: “Əvvəllər azsaylı xalqlar deyirdik. İndi ümumiyyətlə “azsaylı xalqlar” ifadəsini öz leksikonumuzdan çıxartmalıyıq. Biz hamımız bir-birimizin yanındayıq və hamımızı birləşdirən bir Azərbaycan var. Dağlıq Qarabağ məsələsi ortaya çıxanda öncə talışlar, ləzgilər, tatlar, ruslar getdi. Burada əyləşən hər bir millətin nümayəndəsi getdi. Budur azərbaycançılıq. Xalqlarımızın mədəniyyətinin, Azərbaycanda təmsil olunan dillərin çiçəklənməsi, müxtəlif tarixin, mədəniyyətin öyrənilməsi, müxtəlif ənənələrin davam etdirilməsi istiqamətində layihələr olacaq. Bu istiqamətdə sizin irəli sürəcəyiniz layihələri gözləyirəm. Elə layihələr olacaq ki, bizim hamımızı birləşdirəcək. Biz artıq işlərə çox intensiv şəkildə başlamalı, öz işimizi görməliyik. Öz fəaliyyətimizlə həm öz icmamızın nümayəndələrini, həm də bütövlükdə Azərbaycanı və dostlarını sevindirməliyik. Azərbaycanı sevməyənlərin dəyirmanına su tökənlərlə bizim yolumuz bir deyil və olmayacaq. Kimlər ki, məkrli niyyətlərlə, hiylələr və üstü bəzədilmiş ibarələrlə yanlışlığa, aldatmağa cəhd edirlər, onlarla bizim işimiz olmayacaq. Onlara qarşı öz sözünü dövlət deyəcək. Gənclərimiz müxtəlif yollara, dövlətçiliyimizə yad olan yollara gedə bilərlər. Onları həmişə təxribatçılar bu yollara çəkmək istəyirlər. Ona görə də gəncliyimizi bu yollardan qorumalıyıq. Onları bu yollardan uzaqlaşdırmaq üçün birlikdə düşündüyümüz layihələri yerlərdə - şəhərlərdə, qəsəbələrdə gerçəkləşdirmək zamanı gəlib çatıb. Bu istiqamətdə ciddi addımlar atacağıq. Biz ancaq milli, mədəni məsələlərlə deyil, bütövlükdə dini, mənəvi, milli, etnik məsələlərlə birlikdə məşğul olmalıyıq. Bəzi icmaların yerlə, qeydiyyatla və ya daxildə hansısa məsələlərlə bağlı problemləri yaşanır ki, o problemləri də biz Allahın köməyi ilə yavaş-yavaş, bir-birimizi anlaya-anlaya, vahid və bütöv Azərbaycan çərçivəsində həll edəcəyik. Millətlərarası münasibətlər, multikulturalizm və dini münasibətlər bir-biri ilə sıx, vəhdətdə olan istiqamətlərdir və onlardan birini digərlərindən ayrı şəkildə öyrənmək mümkün deyil. Prezidentin qarşıma qoyduğu məsuliyyət tək mənə deyil, bütün icmalara da aiddir. Sabah bir-birimizi başa düşməyəndə, siz öz icmalarınız qarşısında cavab verəcəksiniz ki, nə cür oldu, biz Azərbaycan dövlətçiliyinin irəli sürdüyü məsələlərdən kənarda qalmışıq. Azərbaycan vahid, bütövləşmiş bir orqanizmdir. Xalqların ümid bəslədiyi insanlar bu birləşməni qorumalı və irəli aparmalıdırlar”. Yazımızda bu fikirləri genişliyi ilə ona görə təqdim edirik ki, Kamal Abdullayevin bu açıqlamaları dövlətimizin milli-mədəni təşkilatlara, dini icmalara, xalqların, millətlərin nümayəndələrinə olan xoş münasibətini ortaya qoyur. “Din həm mədəniyyətdir, həm həyat tərzidir, həm ideologiyadır”. Əməkdar müəllim, fəlsəfə elmləri namizədi, dosent Əlihəsən Həmzəyevin fikrincə, mədəniyyət fenomeninin universallığı həm də öz təzahürünü onda tapır ki, bütöv bir mədəniyyət çərçivəsində uzaq və bəzən bir-birini istisna edən hallar “eyni bərabərdə” çıxış edir: “Bunların arasında elm və din, fəlsəfə və incəsənət, sağlam düşüncə və mistika, kütləvi kommunikasiya və yaradıcılıq intuisiyasını göstərmək olar. Bu gün artan qloballaşma şəraitində bütün dünyada xalqların milli özünü-dərkinin artması, milli və mədəni eyniliyin axtarışı, mənəvi köklərə qayıdış getdikcə daha çox özünü büruzə verir. Davamı növbəti sayımızda. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı: Nicat İntiqam.
Ekstremizmin növləri və onun subyektlərinin tipi. Müasir cəmiyyət bütün əvvəlki inkişaf mərhələlərində olduğu kimi xəstədir. Bu xəstəlik kütləvi xarakter daşıyan və bir-biri ilə sıx əlaqədə olan fanatizm, ekstremizm, terrorizmdən törəyir. Xəstəlik məcbur edir ki, orqanizm bu vəziyyətdən xilas olsun. Bunun üçün orqanizm anticisimlər hasil edir, dəyişir, yeni həyat şərtlərinə uyğunlaşır. Eynilə bu şəkildə sosium mübarizə aparır, hiddətlənir və sosiuma əks olan xəstəliklə üzləşəndə inkişaf edir. “Extreme” sözü ingiliscə ifrat, həddindən artıq anlamına gəlir. Ekstremal, ekstremist, ekstremum sözləri ekstremizmlə eyni kökdəndir. Orta məktəb riyaziyyat kursunda ekstremum nöqtələri funksiyanın maksimum və mimimum nöqtələri kimi izah edilir. Riyaziyyatda ekstremum anlayışı antinomiya (max və min) ifadə edir, eyni zamanda humanitar elmlərdə ekstremum sözü eyniköklü sözlə - ekstremizmlə əvəz olunur. Funksiyanı (y) - sosium, dəyişəni (x) isə inkişafda olan şəxsiyyət kimi qəbul etsək, ekstremizm birmənalı şəkildə funksiyanın minimum nöqtəsi kimi şərh oluna bilər. Şəxsiyyət ekstremum nöqtələrində inkişaf edə bilməz, belə ki, ekstremum nöqtələrində dəyişmə və artma sıfra bərabərdir. Ekstremist müasir anlamda ən aşağı dərəcədə sosiallaşan şəxsiyyətdir. Kəmiyyətin keyfiyyətə keçdiyi anda sosiallaşmanın ən aşağı dərəcəsi birmənalı şəkildə mənfi qəbul edilir. Bu cür yanaşmanı əksər sosial-humanitar fənlər qəbul edir. “Ekstremizm” termininin fəlsəfi analizi köhnə problemin yeni aspektlərini görməyə və aktuallaşdırmağa imkan verir. Dağıdıcı xarakter daşıyan ekstremizm sosial həyatın dərinliklərinə qədər işləmişdir. Ekstremizmə və onunla mübarizəyə qanunlar, konstitusiyalar, beynəlxalq hüquqi sənədlər və digər hüquqi aktlar həsr olunmuşdur. Ekstremizmə qida lazımdır və bu qida fanatizm hesabına hasil olur. Ekstremist fəaliyyətinin mənbəyi şəzsiyyətdaxili xarakter daşıyır. Ekstremizm öz ideya və daxili etiqadı naminə istənilən hərəkətə əl atmağa hazırdır. Ekstremizm - fanatizmin xarici forması, fanatizm fəaliyyəti kimi üzə çıxmasıdır. Bir çox tədqiqatçıların fikrincə, fanatizm ekstremizmlə forma və məzmun kimi uyğunlaşır. Ekstremizm sərbəst deyil, ona qida lazımdır və bu qida fanatizm hesabına hasil olur, fanatizm isə öz növbəsində kifayətləndirici deyil, o da nəyəsə çevrilməlidir. Ekstremizmin profilaktikası son onillikdə olduqca aktualdır. Bu sahəyə müxtəlif idman, mədəniyyət, siyasət tədbirləri, elmi-praktik konferensiyalar və “dəyirmi masa”lar həsr olunur. İstənilən hadisənin profilaktikası bu hadisənin varlığı və realizasiyasını qabaqcadan duyur. “Ekstremizmin profilaktikası” anlayışı profilaktikanın özü üçün məzmun tələsi yaradır. Bir tərəfdən profilaktika orqanizmdə xəstəliyin yaranması və inkişafından əvvəl aparılır, orqanizm (başqa sözlə, cəmiyyət) xəstələndikdə isə profilaktika aparmaq faydasızdır. Digər tərəfdən isə ekstremizmin qarşısını almaq üçün profilaktika aparmaq təhlükə olmadığı hallarda belə ekstremizm təhlükə kimi düşünülür, başqa sözlə, ölüm düşüncəsi həyatı sıxışdırır. Mömin insan öz dini pozisiyası olan və onu qoruyandır. Gündəlik həyatda geniş yayılmış belə bir təsəvvür var ki, hər bir inancı insan mahiyyət etibarilə dözülməzdir. Dözülməzlik anlayışı inkaredici konnotasiyalarda eksteremizmə meyillilik kimi işlədilir. Tolerantlıq, ekstremizm, dözümlülük, dözülməzlik anlayışlarındakı yanlışlıq məntiqi ziddiyyətə gətirib çıxarır. Mömin insan öz dini pozisiyası olan və onu qoruyandır. Belə çıxır ki, öz mövqeyini (dini, siyasi, vətəndaşlıq) qoruyan istənilən insan ekstremist meyilliliyi ilə xarakterizə olunur. Bəs ictimaiyyətin fikrincə ekstremizmin profilaktikası kimi qəbul edilən vətəndaşlıq mövqeyi necə olsun? Vətəndaşlıq mövqeyi nə qədər möhkəmdirsə, profilaktikanın nəticələri də o qədər müsbətdir. Lakin mövqenin möhkəmlənməsi ekstremizmin güclənməsinə aparıb çıxarır. Beləliklə, vətəndaşlıq mövqeyinin möhkəmlənməsi vətəndaş-ekstremistin formalaşmasına səbəb olur ki, bu da mümkün deyil, həyatla heç bir uyğunluğu yoxdur. Bu konteksdə “vətəndaş” sözü hüquqi dövlətin vətəndaşı və yüksəksəviyyəli hüquqi şüura malik vətəndaş cəmiyyətinin üzvü kimi işlədilmişdir. Ekstremizm fenomeni bircinsli deyil, onun müxtəlif tip subyektləri var: 1. Ekstremist - öz fanatik düşüncəsinə uyğun olaraq istənilən addımı atmağı bacaran və buna hazır olan insandır (yada salaq ki, “ekstremum nöqtəsi” həm minimum, həm də maksimum nöqtələrə malikdir). Müsbət ekstremistlərə müharibə qəhrəmanları və ya əzabkeşləri, ya da hansısa başqa bir işə sədaqətlə xidmət edənləri göstərmək olar. Sovet dövründəki Matrosov, Staxanov və s. buna misal ola bilər. Müasir dövrdə mənfi mənada ekstremizmi ifadə edənlərə terroristlər aiddir. Lakin onları birləşdirən cəhət də var - onların fəaliyyətinin əsasında nəyəsə, kiməsə sarsılmaz inam, həm də sosiallaşmanın min-max səviyyəsi durur. Qəhrəman - çətin, təhlükəli, ağır həyat situasiyası ilə üzbəüz qalan insandır. Ekstremal vəziyyət qəhrəmandan onun qəhrəmanlığına möhtac olan insanları, ətraf mühiti və özünü xilas etmək üçün maksimal mərdlik, cəsarət, fədakarlıq və digər xeyirxahlıqlar tələb edir. Misal göstərmək çətindir, çünki o gizlidir, əksər hallarda isə açıqlanmır. Bir çox insanın həyatında qəhrəmanlıq yeri var. Bir nümunə kimi qədin yunan mifologiyasının qəhrəmanı Odisseyi göstərmək olar. Qəhrəman üçün təsadüf və onun düşdüyü situasiyaların gözlənilməzliyi və hücumun onun özündən asılı olmaması əsasdır. Ekstremal - süni şəkildə özü üçün yalnız bütün fiziki və əqli qabiliyyətlərin bir nöqtəyə yönəldilməsi hesabına keçilməsi mümkün olan təhlükəli situasiyalar yaradan insandır. Belə süni ektremallığın yaradılmasının səbəbi dəf edilən çətinlikdən ekstremal tərəfindən alınan məmnunluq hesabınadır. Ekstremal üçün meydan ekstremal idman növləridir. Bu kontekstdə ekstremal anlayışına hərbçilər, polislər, kosmonavtlar və digər peşə sahibləri aiddir, o mənada ki bu peşələr və deməli, onlardas rast gələn təhlükələr insanın şüurlu seçiminin nəticəsidir. Belə işlə məşğul olan insan bu və ya digər situasiyalarda qəhrəmanlıq göstərə bilər, amma qəhrəman ola bilməz. Öz seçimi ilə o təhlükə və ekstremallıqla razılaşır, lakin bu ekstremallıq abstraktdır. Ekstremal idman növü ilə məşğul olan insan isə elə bir konkret təhlükə ilə üzləşir ki, onu dəf etmək qəhrəmanlıq deyil, eksrtim gətirir. Onu nə risk hormonu, nə də qorxunun dəf edilməsi qane edir, onu qorxunun dəf edilməsi faktı məmnun edir. Postekstremal kiməsə və ya özünə “Bunu mən etdim” deyəndə aldığı həzzə can atır. Sadə desək, ekstremal əvvəlcədən təhlükədən xəbəri varkən paraşütlə tullanır və bu tullanışdan, postekstremal isə tullanışın fotosu - sənədli təsdiqindən və sakitcə “Bunu mən etdim” demək hüququndan həzz alır. “Nəyin hesabına olursa, olsun, sağ qalmaq” teleserialı postekstremallığın əyani illüstrasiyasıdır. Burada qəhrəman kameraya işləyərək, təbiətin vəhşi ekstremal şərtlərini imitasiya edir və sağ qalmaq üçün zəruri olan vərdişlər nümayiş etdirir. Postekstremalın fəaliyyəti nümayişə çevrilir. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı: Loğman Məmmədov.
Dünyanı heyrətləndirən məşhur müsəlman alimləri: Əl Fərabi. ƏZIZ MUSTAFA, Fərabinin dinlərə münasibəti də olduqca özünəməxsusdur və o bu məsələyə fəlsəfi baxımdan yanaşır. Əl-Fərabi belə hesab edir ki, bütün dinlər mərkəzə doğru cəhd edirlər. Bu mərkəz isə Allahın özüdür. Bu baxımdan əl-Fərabidə günümüz üçün xarakterik olan özünəməxsus tolerantlıq hiss edilir. Məsələn, əl-Fərabi deyir ki, insanları ayıran onların etiqad etdikləri dinlərin müxtəlifliyi deyil, həqiqəti başa düşməmələridir. Bu həqiqət ondan ibarətdir ki, bütün insanlar varlığın müxtəlif səviyyələrində və mənəvi tərəqqinin müxtəlif mərhələlərində olmaqlarına baxmayaraq, onların hamısı İlahi iradənin yaratdıqlarıdır. Həqiqətin vahidlik məsələsinin dərinliyinə varan Fərabi peyğəmbər şəxsiyyətinin hərtərəfli və ifadəli təsvirinə geniş yer verir. Onun fikrincə, peyğəmbər həm fəlsəfə məsələlərində, həm də mənəviyyat məsələlərində ən yüksək zirvəyə çatan müqəddəs varlıqdır. Fərabiyə görə, insanların xoşbəxtliyi yalnız dövlət çərçivəsində mümkündür. İnsanlar müxtəlif qabiliyyətlərə malikdir; cəmiyyətə və dövlətə xidmətdə müxtəlif vəzifələrini yerinə yetirirlər. Ona görə də dövlət öz vətəndaşları üçün elə şərait yaratmalıdır ki, onlar özlərinin həqiqi qabiliyyətlərini göstərə bilsinlər. İdeal dövlət ilahi qanunlara uyğun qurulduğundan onun vətəndaşları tamamilə xoşbəxt olmalı idi. Dövlətin isə borcu vətəndaşlarının xoşbəxt olmasını təmin etmək idi. Fərabi xoşbəxtliyin mahiyyəti və onun əldə edilməsi yolları haqqında ətraflı danışır. 2) Xoşbəxtlik sırf praktiki fəaliyyətdir. 3) Xoşbəxtlik yuxarıda deyilənlərin hər ikisinin əlaqələndirilməsidir. Xoşbəxtliyin əldə edilməsinin real yollarının fərdi-şəxsi fəaliyyətin nəticəsi kimi göstərilməsinə baxmayaraq, Fərabinin həmin xoşbəxtliyin əxlaqi qanunlarına müvafiq olaraq xoşbəxtliyə insanların birliyi sayəsində, daha dəqiq desək, cəmiyyət kontekstində, Allaha sarılmaqla nail olmağın mümkünlüyünü qeyd etməsi diqqəti cəlb edir. Göründüyü kimi, Fərabi mükəmməl dövlət quruculuğunun zəruriliyini ali ideal hakimin mövcudluğu ilə əlaqələndirir (Mənbə zəka.az). Əl-Fərabi yaradıcılığının. Azərbaycana təsiri. Əl-Fərabi Azərbaycanda da sevilən və hörmətlə xatırlanan ən böyük insanlardan biridir. Əl-Fərabinin yaradıcılığı Azərbaycanda da ciddi şəkildə tədqiq olunub. Dahi elm xadiminin yaradıcılığı fəlsəfə elmləri doktoru Zakir Məmmədov, professor M. Xeyrullayev və digərləri tərəfindən tədqiq olunub, araşdırılıb. Zakir Məmmədov “Bəhmənyarın fəlsəfəsi” kitabında yazır ki, Əl Farabi Bağdadda Əbubişr Məttə ibn Yunisin məclisində iştirak etmiş, ondan dərs almışdır. Farabi sonra Hərran şəhərinə getmiş, orada xristian filosofu Yuhənna ibn Həylanın yanında məntiqin incəliklərinə yiyələnmişdir. M.Xəyrullayev Farabinin 950-ci ildə noyabr, yaxud dekabr ayında Dəməşqdə vəfat etdiyini yazmışdır. Fərabi riyaziyyat, fəlsəfə, tibb və musiqi elmlərinə misiliz töhfələr bəxş etmiş, Aristotelin əsərlərinə yazdığı şərhlərlə məşhurlaşmışdır. Farabi İslam dünyasını Yunan fəlsəfəsi ilə tanış etmiş ilk alimlərdən olmuşdur. kateqoriyaya ayırmışdır.. AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Zakir Məmmədov Əl Farabi yaradıcılığını iki istiqamətdə apardığını bildirmişdir: 1) Öz sələflərinin kitablarına yazmış. Alimin məşhur əsərlərindən biri “Fəzilətli şəhər əhlinin baxışları” adlı kitabıdır. Bu əsərində “İdeal dövlət” konsepsiyasını irəli sürmüşdür. Farabi həmçinin fizikada boşluqların varlığı və onlarin təbiəti haqqında fikir söyləmiş ilk tədqiqatçılardan biri hesab olunur. Fərabinin əsərləri bir neçə əsr müddətində dünya elm və fəlsəfəsinin inkişaf istiqamətini müəyyənləşdirmiş, Şərqdə, sonralar isə Qərbdə bir neçə yüzilliklər ərzində masaüstü dərslik kitabları olmuşdur (Füsus əl-Hikam). Fərabi “Səadətə çatmağın yolları” əsərində yazır: “Fəlsəfə... bizə yunanlardan: Platon və Aristoteldən gəlmişdir. Onların hər biri bizə təkcə fəlsəfəni deyil, həm də ona doğru gedən yolu, o itərkən və ya tənəzzülə uğrayarkən onun yenidən yaradılması yolunu öyrətmişdir”. Ümumiyyətlə, əl-Fərabi Aristoteldən sonra bütün dövrlərin və xalqların ən böyük filosofu sayılır. Fərabi Şərqin İbn Sina və İbn Rüşd kimi dühalarının formalaşmasına birbaşa təsir göstərmişdir. Musiqiyə aid ilk kitab yazıb. Əl-Fərabinin ən böyük xidmətlərindən biri də musiqiyə böyük qiymət verməsi və onu elmi baxımdan tədqiq etməsi olub. Bu müstəvidə də əl-Fərabi dünyada musiqiyə aid ilk əsər yazan alimlərdən biri kimi məşhurdur. Musiqiyə dair “Kitab əl-musiq əl-kəbir” (”Musiqi haqqında böyük kitab”) çoxcildli məşhur əsərində Fərabi musiqi elmini nəzəri və əməli hissələrə bölüb, melodiyanın daxili düzülüşünü, qanunauyğunluqlarını hesablamışdır. Şərq musiqisinin ritmik əsasını dəlillərlə şərh etmişdir. Fərabi məşhur musiqiçi, bəstəkar, yeni musiqi alətlərinin ixtiraçısı olmuşdur. Yazdığı “Kitabi əl-Musiqə əl-kəbr” (Musiqi haqqında böyük kitab) əsəri ilə musiqişünaslığın inkişafına təkan vermişdir. Müasir ərəb musiqisində istifadə olunan səs sistemini məhz Fərabi işləyib hazırlamışdır. Əl-Fərabinin musiqini yaxından bilməsi, ona dərindən bələd olması, özünün də musiqi alətində çalmağı bacarması təsadüfi deyil. Çünki qədimlərdən türklər düşmən üzərində qələbə çaldıqdan sonra qələbələrini musiqi ilə qeyd etmiş və məclislərinə el aşıqlarını ( manasları) dəvət etmişlər. Manasların o dövrdə Türküstanda geniş yayılan dombrada və qopuzda ( kopuz-saz) məharətlə etdikləri ifalar türklərin toylarının, el şənliklərinin ruhu idi. Türklərin əksəriyyəti o dövrdə bu musiqi alətlərində çalmağı bilirdi. Təbii ki, məhz belə bir mühitdə böyüdüyündən əl-Fərabi hələ uşaq yaşlarında musiqi alətində çalmağı öyrənmişdi. Ona görə də o musiqi sahəsini tədqiq edərək özündən bu sahəni elmi şəkildə araşdıran ilk alim olmaq şərəfinə nail olub. “Kitab əl-musiq əl-kəbir” (“Musiqi haqqında böyük kitab”) kitabı bu gün də araşdırmaçı musiqişünaslar üçün qədim türk və Şərq milli musiqisini öyrənmək və tədqiq etmək baxımından olduqca qiymətli bir mənbədir. Əl-Fərabi irsi bu gün də öz əhəmiyyətini qoruyub saxlamqda davam edir və o əbədiyyətə kimi özündən sonra qoyub getdiyi zəngin elmi əsərləri ilə yaşayacaq.
Azərbaycan özündə millətlərarası və dinlərarası münasibətlər modelini ehtiva edir (2). Əvvəli ötən sayımızda. Dünya kommunikasiya sistemlərinin sürətli inkişafı müasir maarifçilikdə mədəniyyətlərarası və dinlərarası dialoqun vacibliyini və aktuallığını şərtləndirir. Çağdaş dövrümüzdə dinlərarası qarşılıqlı anlaşma, hörmət prinsiplərinin və dialoqun qorunub saxlanması, dini məsələlərin siyasiləşdirilməsinin qarşısının alınması üçün düzgün dini maariflənmənin aparılması xüsusilə vacibdir. Açıq etiraf etməliyik ki, dünyada dini zəmində baş verən münaqişələrin əsas yaranma səbəblərindən biri dini maarifləndirmənin zəif aparılması və dini şüur səviyyəsinin aşağı olmasıdır. Bu məsələlərin həllində təkcə dinlərarası deyil, həm də bununla sıx bağlı olan mədəniyyətlərarası dialoqun aparılması mühüm şərtdir. Hər mədəniyyətin öz taleyi, öz tarixi, dəyərlər sistemi vardır. Mədəni tarix dini, siyasi, sosial-iqtisadi əlamətlərlə bir-birindən fərqlənir. XX əsrin ikinci yarısından sonra dövlət sərhədlərinin açılması, eyni zamanda mədəni sərhədlərin açılmasına da şərait yaratdı və onun müasir modernləşdirmə formalarından biri kimi mədəniyyətlərin qovuşmasının, mədəniyyətlərarası dialoqun təməlini qoydu. Biz eyni ilə dinlərarası əlaqələrin genişlənməsini və onlar arasında dialoqun yaranmasını da bu qayda ilə izah edə bilərik”. Əlihəsən Həmzəyev elmi yanaşmasına görə, müasir maarifçilikdə mədəniyyətlərarası və dinlərarası dialoqlar insanların və millətlərin yaxınlaşmasının həlledici amilinə çevrilir, bir-birinin əksi olan həyat tərzlərinin, bəzən bir-biri ilə mübarizə aparan dinlərin və dəyərlər istiqamətlərinin yaxınlaşmasına səbəb olur: “Din təkcə milli dəyər deyil, ümum-bəşəridir, yəni universallıq onun təbiətindədir. Din mifologiyanın ən fəal tərkib hissəsidir. Din həm mədəniyyətdir, həm həyat tərzidir, həm ideologiyadır. Məsələyə dərindən baxanda dinlərin heç biri digərini təkzib etmir, ancaq bu və ya digər dinin, təriqətin daşıyıcıları dinə aid olmayan müxtəlif münasibətlərdə tarix boyu aqressiyalar nümayiş etdirmişlər”. “Bütün dövrlərdə Azərbaycanda dini və milli dözümlülük, tolerantlıq çox yüksək səviyyədə olub”. Əməkdar müəllim qeyd edir ki, dinə bəşəri, tolerant və dünyəvi münasibət baxımından Azərbaycan bir çox ölkələrə nümunə ola bilər: “Ona görə ki, Azərbaycanın milli, dini, coğrafi xüsusiyyətlərindən irəli gələn həmrəylik və dini dözümlülük keyfiyyəti artıq xalqımızın genefondunun ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Tarixən dinlərin və mədəniyyətlərin qovşağı olmuş Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra da bu funksiyanı uğurla yerinə yetirir. Ölkəmizdəki dini dözümlülük, ümumiyyətlə, tolerantlıq mühiti ümummilli lider Heydər Əliyevin dövlət-din münasibətlərinin daha da təkmilləşməsi sahəsində aparılan müdrik siyasətinə uyğun olaraq möhkəmlənmiş, ümumdövlət siyasətinin aparıcı istiqamətlərindən birinə çevrilmişdir. Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev ölkəmizdə dinlərarası münasibətlərin inkişafına daim ciddi önəm vermiş, bu vacib məsələyə diqqəti bir an da olsun azaltmamışdır. Cənab Prezidentin qeyd etdiyi kimi, Azərbaycan əsrlər boyu dinlərarası münasibətlərin inkişafında öz rolunu oynamışdır. İctimai-siyasi quruluşundan asılı olmayaraq, bütün dövrlərdə Azərbaycanda dini və milli dözümlülük, tolerantlıq çox yüksək səviyyədə olmuşdur. Bu, Azərbaycan xalqının duyğularıdır, eyni zamanda, müstəqil Azərbaycan dövlətinin siyasətidir və Azərbaycanda fəaliyyət göstərən dini qurumların əməyinin praktiki nəticəsidir. Həqiqətdir ki, bütün siyasi proseslərdə, dinlərarası, millətlərarası münasibətlərdə daim dövlət dəstəyi olmalıdır. Dövlətimizin bu məsələlərlə əlaqədar çox düşünülmüş siyasəti vardır və ölkəmizin hərtərəfli inkişafı məhz bu şəkildə mümkün olacaqdır. Bu gün Azərbaycanda elə şərait yaradılmışdır ki, bu ölkədə yaşayan bütün vətəndaşlar dini və milli mənsubiyyətindən asılı olmayaraq, özlərini ölkənin tamhüquqlu vətəndaşları kimi hiss edirlər”. “Azərbaycan özündə millətlərarası və dinlərarası münasibətlər modelini ehtiva edir”. Moskva Patriarxlığının Kilsə və cəmiyyət arasında qarşılıqlı münasibətlər şöbəsinin sədri Vsevolod Çaplinin bir müddət əvvəl etdiyi çıxış yəqin ki, çoxlarının xatirindədir. Onun səsləndirdiyi fikirlərdə Azərbaycanın önəmi bir daha ortaya çıxır: “Bəşəriyyətin gələcəyi Qafqazdakı vəziyyətin inkişadından asılıdır. Bu nağıl deyil, Qafqazda baş verən çoxlu sayda tarixi hadisələrdən irəli gələn reallıqdır. Azərbaycan özündə millətlərarası və dinlərarası münasibətlər modelini ehtiva edir. Qafqaz Balkanlar və Qüds kimi dünya ictimai prosesləri üçün əsas regiondur. Bəşəriyyətin gələcəyi Qafqazdakı vəziyyətin inkişadından asılıdır. Bu nağıl deyil, Qafqazda baş verən çoxlu sayda tarixi hadisələrdən irəli gələn reallıqdır”. ”Biz bütün dini abidələri bərpa edirik. Azərbaycan elə bir ölkədir ki, orada müxtəlif dinlər mövcuddur, xalqlar həmişə sülh, həmrəylik, əməkdaşlıq şəraitində yaşamışlar. Biz haqlı olaraq fəxr edirik ki, Qafqazda ən qədim kilsə Azərbaycanda, Şəki şəhərinin yaxınlığındakı kiçik bir kənddə yerləşir. Ən qədim məscidlərdən biri də Azərbaycanda, Şamaxıda yerləşir. Bakıdakı Atəşgah da bizim tarixi keçmişimizin, zərdüştilik dövrünün abidəsidir. Katolik kilsəsi də bərpa edilmişdir, sinaqoqlar da tikilir. Yəni, bunlar bizim cəmiyyətimizin inkişafının göstəricisidir, ilk növbədə cəmiyyətin durumunun, həmçinin dövlət siyasətinin göstəricisidir. Sevindirici haldır ki, bu məsələlərdə cəmiyyətin durumu da, dövlətin siyasəti də, necə deyərlər, yanaşı dayanır”. Bu fikirləri Prezident İlham Əliyev Bakı və Azərbaycan Yeparxiyasının Pravoslav Dini-Mədəniyyət Mərkəzinin açılışında deyib. Davamı növbəti sayımızda. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı: Nicat İntiqam.
Azərbaycan tarixində xalqın mənəvi dəyərlərini, xarakterini, milli xüsusiyyətlərini özündə birləşdirən görkəmli sərkərdələr olmuş, hazırda həmin ənənələr uğurlu davamını tapır. Şadlinskilər nəsli milli tariximizin parlaq səhifəsini təşkil edir. Tanınmış şəxsiyyət, ictimai xadim, tibb elmləri doktoru, professor Vaqif Şadlinski hazırda şəcərənin layiqli davamçısıdır. Qışın oğlan çağında dünyaya gəlsə də qəlbi, əməli, niyyəti, diləyi hər zaman bahar təravətli, bahar müjdəli olub. Ömrünün hər anını ən xeyirxah, ən ülvi hisslərə sərf edib. Yaşamağın mənasını, müqəddəsliyini bunda görüb. Vaqif müəllimlə ünsiyyətdə olmaq, dünəndən bu gündən söhbət açmaq tibdən, təhsildən məlumat almaq, onun ibrətamiz fikirlərini dinləmək çox maraqlıdır. Vaqif Şadlinskinin adı ölkə ictimaiyyətinə yaxşı tanışdır. Onun həyat mərhələlərini müşahidə etsək ailə qayğılı günlərindən tutmuş, ömrünü həsr etdiyi tibb sahəsi, alim və pedaqoji fəaliyyəti, ziyalı qayğıkeşliyi gözümüz önündə canlanır. Professor V.Şadlinski Vedibasar elinin görkəmli sərkərdəsi, xalq qəhrəmanı Abbasqulu bəy Şadlinskinin yaxın qohumu Bilas Şadlinskinin oğludur. Bu şəcərənin layiqli övladı, dəyərli davamçısı kimi Vaqif Şadlinskiyə rəğbət göstərir və sevirlər. Bu münasibətlə alimlə müsahibəmiz belə başladı. Quş qanadlı illər bir-birini əvəz edir. Mahiyyət etibarilə həyat əvvəlki mənasını qoruyub saxlayır. - Sizin üçün həyatın mənası nədir, hansı anlamdadır? Zənnimcə, bu suala dünyanın bütün insanları, hətta filosofları cavab verməyə çətinlik çəkər. Mənim anlamımda həyatın fəlsəfəsi nədir? Yaşa dolmuş insan ömrü boyu əsas məqsədinə doğru addımlayır. Bunun üçün insanın sənəti, sənəti üzrə iş təcrübəsi və ailəsi olmalıdır. Lakin dərindən düşünəndə, həyatımın amalının bir fəlsəfəsi var. Vətən sevgisi bunların hamısından üstündür. Vətəni sevməyən bir insanın hansı gerçəkliyə söykənməsinə inanmıram. Ümumiyyətlə, mənim həyat amalımın, əsas prinsiplərimndən biri “düşmənə aman verməmək!” prinsipidir. Belə mənəvi dəyər meyarları Şadlinskilər nəslinin qanına, canına hopub. Bütün bunlar neçə-neçə yüzilliklərdən bəri genetik kodda təsbitlənib möhkəmlənərək dayanıqlı immunitet yaradıb. Belə dönməz, sarsılmaz immunogenlər nəsildən-nəslə ötürülür, bəşəri əhəmiyyət kəsb edir, təkcə Şadlinskilər nəslinin deyil, bütövlükdə xalqın, millətin milli dəyərlərinə çevrilir. - Ömrünüzün mühüm hissəsini həsr etdiyiniz həkim-alim, pedaqoq kimi fəaliyyətiniz həyatınızda hansı çalarlar vurub? - Sənətim elmi fəaliyyətimlə formalaşdı. Elmi düzgün halal yol kimi seçdim.1982-ci ildə Tbilisidə “Gözyuvasıaltı və aşağı alveol sinirlərinin topoqrafıyası və kötükdaxili quruluşu” mövzusunda namizədlik, 1999-cu ildə yenə də həmin şəhərdə “Normada və zobogen faktorların təsiri altında qalxanabənzər vəzin struktur homeostazı və morfofunksional xüsusiyyətləri” mövzusunda doktorluq dissertasiyası müdafıə etdim. Doktorluq dissertasiyası müdafiəsindən sonra elmi fəaliyyətimi daha qlobal şəkildə inkişaf etdirməyə başladım. Bu illər ərzində kafedranın tarixi ənənələrinin bərpası, mühafızəsi və davam etdirilməsi istiqamətində fundamental işlər görüldü. Bunlarla yanaşı, insan anatomiyası morfoloji elmlər sahəsinə aid olan digər kafedralarla tədrici inteqrasiyasının, onların birgə vəhdət fəaliyyətinin və vahid orqanizm kimi tamlığının bərqərar olmasının təmin etdim. Bununla da morfologiya elminin xaotik şəkildə müxtəlif istiqamətlərə faydasız dartılma qüvvələrinin, yerində sayaraq tərpənməz qalıb inertləşməsinin qarşısı alındı. Bu elmə tətbiq edilən qüvvələr birləşdirildikdən, onların eyni istiqamətə yönəldilməsindən sonra ölkəmizin morfoloji elmlərə aid kafedralarında gözoxşayan dinamiklik yarandı. Çox keçmədi ki, bu kafedralarda yaranan və inkişaf etdirilən sağlam elmi-pedaqoji atmosfer tədrisin və elmin inkişafında öz inamlı sözünü deyə bildi. Çəkdiyimiz zəhmət bəhrəsini verdi. Son 20 il ərzində ATU rəhbərliyinin tədris prosesinin yenidən təşkili və keyfiyyətinin yaxşılaşdırılması uğrunda həyata keçirdiyi tarixi layihələrdə yaxından iştirak etdim. Bu illərdə universitetin mənə doğma olan bütün kafedraları ilə birlikdə insan anatomiyası kafedrasının da elmi-pedaqoji fəaliyyətini diqqət mərkəzində saxladım. ATU-da elmi və tədris proseslərində qəbul edilən bütün yeniliklərin tətbiqini həyata keçirən ilk kafedralardan biri insan anatomiyası kafedrası olurdu. Onu da qeyd etmək istəyirəm ki, kafedraya rəhbərlik etdiyim dövrdən keçən 20 il ərzində əsası K. Balakişiyev tərəfındən qoyularaq dünyada tanınan Unikal Tədris və Elmi-Tədqiqat Muzeyinin yenidən qurulmasına, tarixi ənənələrin mühafızəsinə, yeni otaqların təşkilinə, onların müasir avadanlıqla təchizinə, yeni eksponatlarla zənginləşməsinə böyük zəhmət və enerji sərf etmişəm. Bundan da xoş bir qürur hissi keçirirəm ki, bütün bunları vətənim, xalqım, millətim və onun övladları üçün etmişəm. Mənim yaratdığım elmi məktəbin nümayəndələrinin elmi-tədqiqat işlərində endokrinologiya, ekzokrinologiya, limfologiya və immunologiyanın morfoloji xüsusiyyətlərinin əsas prinsipləri prioritetlik təşkil edir. Bu sahələr üzrə tədqiqat işlərini yerinə yetirən aspirant və dissertantlar namizədlik və doktorluq dissertasiyaları müdafiə edərək, ölkəmizin morfologiya elmini yeni müasir elmi dəlillərlə zənginləşdirirlər. - Kafedranın elmi əlaqələri, gördüyünüz işlər barədə nə deyə bilərsiniz? - İnsan anatomiyası kafedrasının beynəlxalq münasibətlərinin, dəyərli əlaqələrinin genişləndirilməsinə böyük əmək sərf etdim və belə əlaqələrin bünövrəsini gələcək nəsillər üçün də sarsılmaz edərək möhkəmləndirdim. Belə ki, ölkə rəhbərliyinin təhsil işçiləri üçün yaratdığı əlverişli şəraitdən yetərincə istifadə edərək, 1997-ci ildə A. N. Natişvili adına Tbilisi Dövlət Eksperimental Morfologiya İnstitutunun baş direktoru akademik N.A.Cavaxişvili, İ.M.Seçenov adına Moskva Dövlət Tibb Akademiyasının (hazırkı - Tibb Universitetinin) insan anatomiyası kafedrasının müdiri akademik M.R.Sapin kimi görkəmli alimlərlə, həmçinin qardaş Türkiyə Cümhuriyyətinin bir sıra universitetlərinin tibb fakültələrinin rəhbərləri ilə aparılan danışıqlar nəticəsində Azərbaycan Tibb Universitetinin insan anatomiyası kafedrasının rəhbərliyi ilə həmin ali tibb müəssisələrinin rəhbərləri arasında tibb təhsili və tibb elminin inkişafı istiqamətində ikitərəfli müqavilələr imzalandı, yeni layihələrin həyata keçirilməsi üçün razılıqlar əldə edildi.Dəfələrlə Almaniyada, ABŞ-da, Türkiyədə, İsraildə, Rusiya Federasiyasında, Ukraynada, Belarusda, Gürcüstanda, İspaniyada, Fransada, Rumıniyada və digər xarici ölkələrdə keçirilən konqres, konfrans və simpoziumlarda elmi məruzələrlə çıxışlar etmiş, həmin ölkələrin elmi toplu və məcmuələrində məqalə və tezislər çap etdirmiş, bu ölkələrdə Azərbaycan morfologiya elmini ləyaqətlə təmsil etmişəm.450-dən artıq çap olunmuş elmi işin, o cümlədən 11 monoqrafıya, 19 dərslik və dərs vəsaitinin, 20 metodik vəsaitin, 2 səmərələşdirici təklifin, onlarla elmi-publisistik məqalələrin müəllifiyəm. 1998-ci ildə Türkiyənin İzmir şəhərində Şərqdə ilk dəfə olaraq, mənim təşəbbüsümlə orijinal “İnsan anatomiyası atlası” çap etdirilərək tələbələrin ixtiyarına verilib. “Normada və strumogen faktorların təsiri altında qalxanabənzər vəzin struktur təşkili və morfofunksional xüsusiyyətləri”, həmçinin “Həzm və tənəffus sistemlərinin kiçik vəziləri” adlı monoqrafıiyalarım Moskvada çap olunub. Bu kitab 1964-cü ildə K.Balakişiyevin 1955-ci ildə Parisdə qəbul edilmiş yeni terminologiya əsasında 3 dildə (Azərbaycan, latın və rus dillərində) çap etdirdiyi “Anatomik nomenklatura” kitabının işıq üzü görməsindən keçən 50 ildən sonra respublikamızda dərc olunmuş yeganə ikinci orijinal kitabdır. - Bu günlərdə sizin yubiley yaşınız tamam olur. Sizi bu münasibətlə təbrik edirik. Ömrün bu pilləsində ətraf-mühiti, dünyanı, insanları necə görürsüz? Elə bir yolu seçiblər ki, mənəviyyat yavaş-yavaş itir. Bax, mən bundan qorxuram, mənəviyyata ləkə düşməməlidir. İllər keçdikcə bu da keçəcək. Dünyanın hər bir ölkəsində Azərbaycan üstün dövlət kimi seçilir. Bütün insanlara, cəmiyyətə sağlam həyat, vətən sevgisi arzulayıram. Şövkət Hüseynova.
Dini tolerantlıq qloballaşan dünyada stabilliyin əsas şərtlərindəndir (2). sayımızda Əvvəli ötən. “Dini tolerantlıq son dərəcə həssas məsələdi. Həm dövlət, həm də qeyri-dövlət təşkilatları tərəfindən bu istiqamətdə işlər görülməlidir. Əks halda bunun çox acı nəticələri ola bilər. Misal üçün, Böyük Britaniyada 200 ildir ki, Şimali İrlandiyada katoliqlərlə protestantlar arasında, sözün əsl mənasında, ölüm-dirim davası gedir. Böyük Britaniyanın dünyanın inkişaf edən və demokratik ölkələrindən biri olmasına baxmayaraq, sözügedən məsələ öz həllini hələ də tapa bilmir”. Mövzumuzla bağlı suallarımızı cavablandıran Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət Quruculuğu və Hüquq kafedrasının müdiri Fəxrəddin Nağıyev bildirdi ki, insanlar dini tolerantlığa məhkumdurlar: “Dünyada baş verən bir çox proseslər dini tolerantlığın nə qədər aktual bir məsələ olduğunu göstərir. Dini tolerantlığa alternativ mən görmürəm. Azərbaycanda da çox sayda ayrı-ayrı din mənsubları, müxtəlif xalqların nümayəndələri yaşayır. Buna baxmayaraq, ölkəmizdə dini və ya millətçilik zəminində uzun illərdir ki, heç bir insident müşahidə olunmayıb. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan xalqı başqa dinlərə, xalqların nümayəndələrinə hörmətlə yanaşmağı bacarırlar”. F. Nağıyevin sözlərinə görə, tolerantlığın şüurunun vətəndaşlarımızın ağlında daha da möhkəmlənməsi istiqamətində dövlət tərəfindən də məqsədyönlü işlər həyata keçirilir: “Bir vaxtlar bizdə dini işlər üzrə nümayəndəlik fəaliyyət göstərirdi. Onun müstəqil dövlət komitəsinə çevrilməsini, konstitusiyamızda dövlətin dindən ayrı olması məsələsənin əks olunmasını, son vaxtlarda Prezident İlham Əliyevin sərəncamı Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin formalaşdırılmasını və s. dövlətin bu istiqamətdə gördüyü mühüm işlərdəndir”. Prezident İlham Əliyevin sərəncamı ilə 2014-cü ilin may ayında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təsis edilməsinə də diqqət çəkən müsahibimiz fikirlərini belə davam etdirdi: “Həmin sərəncamda qeyd olunur ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Azərbaycanın tolerantlıq baxımından hansısa mövqeyi dəstəkləyən yox, özünün bu sahədə dünyaya örnək ölkə kimi inkişafını təmin etmək məqsədilə təsis edilib. Bütün vunlar onu göstərir ki, Azərbaycanda bu məsələlərə çox böyük diqqət yetirilir”. “Azərbaycanlıların başqa dinlərə münasibəti həmişə dözümlü olub”. Tolerantlığa qayğı təkcə bu günkü günün diqqəti deyil deyən F. Nağıyev fikrini belə əsaslandırdı: “Ümummilli lider Heydər Əliyevin 1998-ci il may ayında Prezident Aparatında din xadimləri ilə görüşündəki çıxışını xatırlatmaq istəyirəm: “Azərbaycanda müxtəlif dinlərin bu cür birliyinin olması müstəsna dərəcədə nümunəvi xarakter daşıyır. Bu Azərbaycan reallığını, eyni zamanda xalqımızın dini dözümlülüyünü göstərir. Azərbaycan əhalisinin böyük əksəriyyətinin islam dininə etiqad etməsinə baxmayaraq, burada digər din mənsubları da heç bir özgəlik hiss etmədən yaşayır. Azərbaycanlıların başqa dinlərə münasibəti həmişə dözümlü olub”. Ulu öndər bu sözləri dedikdə sonra onun qaynağını da göstərirdi: “Bu cür dözümlülük müqəddəs Qurani-Kərimin, Peyğəmbərimizi Həzrəti Məhəmmədin (s. ə. s) bizə vəsiyyətdir”. “Dini tolerantlıq insan hüquqları ilə birbaşa bağlıdır”. F. Nağıyevin sözlərinə görə, Paris hadisələri fonunda dünyada baş verən hadisələr onu göstərir ki, tolerantlıq təkcə müsəlmanlar üçün həm xarakterik, həm də zəruri deyil: “Dini tolerantlıq qloballaşan dünyada insanların birgə yaşayışının artıq məzmunudur, məcburi tələbidir”. Müsahibimiz bildirdi ki, dini tolerantlıq insan hüquqları ilə birbaşa bağlıdır: “Dini tolerantlıq son dərəcə həssas məsələdir və beş-üç tədbirlə həll olunası bir şey deyildir. Mütəmadi şəkildə həm dövlət, həm də qeyri-dövlət təşkilatları tərəfindən bu istiqamətdə işlər görülməlidir. Əks halda bunun çox acı nəticələri ola bilər. Misal üçün, Böyük Britaniyada 200 ildir ki, Şimali İrlandiyada katoliqlərlə protestantlar arasında, sözün əsl mənasında, ölüm-dirim davası gedir. Böyük Britaniyanın dünyanın inkişaf edən və demokratik ölkələrindən biri olmasına baxmayaraq, sözügedən məsələ öz həllini hələ də tapa bilmir. Hətta Marks və Engelsi öz əsərlərinə bu məsələnin həlli üçün vasitələr təklif ediblər. Dünyada baş verən hadisələr onu göstərir ki, toreantlıqla bağlı işlər mütəmadi xarakter daşımalıdır”. Parisdəki hadisələrlə bağlı dünyanın Fransa ilə həmrəylik nümayiş etdirməsini təqdir etdiyini dilə gətirən müsahibimiz əlavə etdi ki, dünyanın bu məsələlər ilə də bağlı ikili standartı özünü göstərir: “Demək olar ki, Pakistanda, Suriyada, İraqda, Əfqanıstanda hər gün çox sayda insanlar terror hadisələrinin qurbanları olurlar. Amma Fransada həmrəylik nümayiş etdirən dövlətlərin başçıları bir dəfə də olsun adını çəkdiyim ölkələrdə baş verən terror hadisələri ilə bağlı bəyanat vermirlər, bu hadisələri pisləmirlər. Paris hadisələri bir daha sübut edir ki, dünyanın heç bir ölkəsi terrordan sığortalanmayıb. Hətta Avropa ölkələri belə təkbaşına olduqları vaxt terror qarşısında acizdirlər. Ona görə də, bütün dünya dövlətləri heç bir ayrı seçkilik etmədən terrora qarşı birə mübarizə aparmalıdırlar”. “Azərbaycan dini tolerantlıq baxımından dünyaya örnək ölkədir”. Müsahibimiz sonda qeyd etdi ki, Azərbaycan dini tolerantlıq baxımından sözün əsl mənasında bütün dünyaya örnək ölkədir: “2011-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamda qeyd olunub ki, Bakıda hər iki ildən bir Mədəniyyətlər arası Dialoq çərçivəsində ümumdünya forumu keçirilsin. Həmin forumda dünyanın 20 Nobel mükafatçısı, çox sayda fəaliyyətdə olan və keçmiş dövlət və hökumət başçıları iştirak edirdilər. Bu forumlarda xalqların, mədəniyyətlərin bir-birinə yaxınlaşması məsələləri müzakirə edilirdi”. F. Nağıyevin sözlərinə görə, Azərbaycanın və xalqının tolerantlıq düşüncəsi ölkə konstitusiyasına da sirayət edib: “Azərbaycan əhalisinin 90%-dən çoxunun müsəlman olmasına baxmayaraq, konstitusiyamızda yazılmayıb ki, bu və ya digər dinə, xüsusilə də islam dininə üstünlük verilir. Amma bəzi ölkələrdə bunun əksini görürük. Misal üçün, Yunanıstanın və yaxud Bolqarıstanın konstitusiyalarında bir mənalı şəkildə provaslav kilsəsinin hakimliyi qeyd olunub. Bu məsələ son dövrdə Rusiyada da çox aktiv şəkildə müzakirə edilir. Belə ki, Rusiyan Konstitusiyasına provaslav dininin hakimliyi məsələsinib salınıb, salınmaması çoxdandı əsl müzakirə predimetidir. Amma bu məsələ bir çox ekspertlərin də vurğuladığı kimi kifayət qədər problemləri olan Rusiya üçün böyük fəlakətə yol aça bilər. Çünki Rusiyada çox sayda din mənsubları yaşayır. Sözügedən məsələ qeyri-provaslavların ikinci, üçüncü və s. dərəcəli vətəndaşlığının rəsmiləşdirilməsi olardı”. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı: Elvin Əliyev.
Azərbaycan özündə millətlərarası və dinlərarası münasibətlər modelini ehtiva edir (3). Əvvəli ötən sayımızda. Prezidenti İlham Əliyev: “Son illər sivilizasiyalararası dialoq, multikultural dəyərlərin qorunması, dini tolerantlığın inkişafı kimi humanitar problemlərin ənənəvi müzakirə məkanına çevrilən Azərbaycanda etnik-mədəni müxtəlifliyin, multikultural, tolerant mühitin qorunması və təşviqi dövlət siyasətinin başlıca istiqamətlərindən biridir. Dövlət başçısı qəti şəkildə vurğulayıb ki, multikulturalizm Azərbaycanın dövlət siyasəti və həyat tərzidir: “Bu gün Azərbaycan artıq dünyada tanınmış multikulturalizm mərkəzlərindən biridir. Biz diqqəti ona görə bu məsələlər üzərində cəmləşdiririk ki, bu mövzuya yanaşmalar müxtəlifdir. Təəssüf ki, belə fikirlər də var ki, bəzi ölkələrdə multikulturalizm iflasa uğramış, özünü doğrultmamışdır. Bunlar çox narahatlıq doğuran bəyanatlar, tendensiyalardır. Əgər bu həqiqətən belədirsə, onda bu ciddi müzakirə mövzusudur. Azərbaycanda isə belə hesab edirəm ki, biz öz siyasətimizlə də, cəmiyyətin durumu ilə də sübut edirik ki, elə deyil, multikulturalizm yaşayır. O, yaşayır, möhkəmlənir, dərin köklərə malikdir və gələcəkdə bəşəriyyətin inkişafının yeganə yoludur. Ona görə ki, qloballaşma dövründə, informasiya mübadiləsinin və bütövlükdə inteqrasiya proseslərinin fəallaşdığı bir vaxtda özünütəcrid ilə məşğul olmaq sadəcə məhvə məhkumdur. Dünya ölkələrinin əksəriyyəti multimədəni ölkələrdir. Bu ölkələrdə müxtəlif xalqların və müxtəlif dinlərin nümayəndələri əsrlər boyu yaşayırlar. Müxtəlif dinlərin nümayəndələri arasında dostluq və qardaşlıq münasibətləri bütün ölkələrin gələcək inkişafının əsasıdır”. “Azərbaycanda dövlət səviyyəsində dünyaya bəyan edilir ki, çoxmillətlilik bizim sərvətimizdir”. Bəzi ölkələrdə çoxmillətlilik dövlətin varlığına bir təhlükə kimi qəbul edilir. Ancaq Azərbaycanda dövlət səviyyəsində dünyaya bəyan edilir ki, çoxmillətlilik bizim sərvətimizdir. Azərbaycanda artıq təkcə tolerantlıq barədə, yəni bir-birimizə münasibətdə dözümlülük barədə deyil, konstruktiv dinlərarası dialoq barədə danışırıq, həyatın və cəmiyyətin din xadimləri qarşısında qoyduğu müxtəlif problemlərin birgə səylərlə həlli müzakirə edilir. Azərbaycanda bütün xalqların və dinlərin nümayəndələrinin qardaşlıq, dostluq və qarşılıqlı hörmət əsasında yaxınlaşması, birləşməsi məqsədi əsas götürülür. Dövlət başçısının da vurğuladığı kimi, cəmiyyət o vaxt sağlam olur ki, həm ölkənin inkişafının qlobal məsələlərinə, həm də millətlərarası, dinlərarası dialoq məsələlərinə dair ictimai konsensus mövcud olsun. Bu işdə, eləcə də milli dəyərləri qoruyub-saxlamaq və inkişaf etdirmək üçün regionlarda ziyalılılar, dini qurumların nümayəndələrinin, eləcə də müxtəlif yaş təbəqələrinə mənsub insanların da üzərinə böyük iş düşür. Gənclərə vətənpərvərlik tərbiyəsinin aşılanması, onların maarifləndirilməsi və elmi biliklərin öyrədilməsi, pis vərdişlərdən uzaq olması ideyalarının aşılanması bu baxımdan çox zəruridir. Azərbaycan dünyəvi dövlətdir. Ancaq bununla bərabər din ilə dövlət birdir. Bu birlik hamımızı qarşımızda duran amallar ətrafında birləşdirir. Bu amallardan biri də Azərbaycanın dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi, xalqımızın rifah halının yaxşılaşdırılması üçün əməli tədbirlər görmək, dinlərarası münasibətlərin həmişə müsbət istiqamətdə inkişaf etməsini təmin etmək, Azərbaycanda yaşayan bütün xalqların hüquqlarını qorumaq olmalıdır. “Ölkəmizdə dövlət-din münasibətləri zəngin milli-tarixi ənənəyə əsaslanır və beynəlxalq hüquqi normalarla tənzimlənir”. Yazımı Azərbaycan Prezidenti İlham Əliyevin “Dini tolerantlığın möhkəmləndirilməsi (Azərbaycan modeli, ATƏT regionu və onun hüdudlarından kənarda çağırışlar)” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciətində səsləndirdiyi fikirlərlə yekunlaşdırmaq istərdim: “Son illər sivilizasiyalararası dialoq, multikultural dəyərlərin qorunması, dini tolerantlığın inkişafı kimi humanitar problemlərin ənənəvi müzakirə məkanına çevrilən Azərbaycanda etnik-mədəni müxtəlifliyin, multikultural, tolerant mühitin qorunması və təşviqi dövlət siyasətinin başlıca istiqamətlərindən biridir. Ölkəmizdə dövlət-din münasibətləri zəngin milli-tarixi ənənəyə əsaslanır və beynəlxalq hüquqi normalarla tənzimlənir. Biz bu təcrübəni həyata keçirdiyimiz din siyasətinin uğurlu təminatı kimi qəbul edir və mövcud ictimai-siyasi sabitliyin, vətəndaş həmrəyliyinin, nümunəvi dözümlülük mühitinin vacib amili kimi dəyərləndiririk. Razılıq hissi ilə qeyd etmək istərdim ki, bu gün dünyada tolerantlıq örnəyi kimi tanınan Azərbaycan sivilizasiyalararası dialoqun, beynəlxalq sülh və təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl olaraq zəruri təşəbbüs və çağırışlarla çıxış edir. Son illər ölkəmizdə beynəlxalq humanitar forumların, dünya dini liderlərinin sammitlərinin keçirilməsi, Beynəlxalq Tolerantlıq Gününün böyük məmnuniyyət hissi ilə ayrı-ayrı konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd olunması, bəşəriyyəti narahat edən qlobal problemlər ətrafında birgə müzakirələrin aparılması bunun bariz nümunəsidir. Bu gün bir sıra ölkələrdə şahidi olduğumuz mürəkkəb etno-siyasi proseslər, dinin siyasi ambisiyalara alət edilməsi cəhdləri, radikalizm və ekstremizmin artması göstərir ki, sülh və əmin-amanlıq axtarışında olan dünyamızda multikulturalizmin alternativi olmadığı kimi, müxtəlif dinlər və məzhəblər arasında dostluq və dözümlülük münasibətlərinin də alternativi yoxdur. Nüfuzlu beynəlxalq təşkilatların, dövlət və hökumət rəsmilərinin, tanınmış din xadimlərinin, alimlərin və ekspertlərin iştirak etdiyi belə bir faydalı tədbirin Bakıda keçirilməsi mühüm əhəmiyyət kəsb edir”. Azərbaycanda tolerantlıq, mulli tolerantlıq mövzularda keçirilən yerli və beynəlxalq tədbirlər ölkəmizin bu sahəyə verdiyi önəmi, göstərdiyi diqqəti ortaya qoyur. Bu cür tədbirlər dinlərarası və mədəniyyətlərarası dialoqun, həmrəylik, tolerantlıq və qarşılıqlı anlaşma kimi bəşəri dəyərlərin inkişafına öz layiqli töhfəsini verəcək. İnanırıq ki, Azərbaycan bundan sonra da bu istiqamətdə dünya ölkələrinə nümunə olacaq və özünəməxsus tədbirləri, layihələri gerçəkləşdirməkdə davam edəcək. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı: Nicat İntiqam.
“Azərbaycanlılar öz dədə-baba yurdlarının işğaldan azad olunmasını istəyirlər”. Son günlər cəbhədə baş verənlər harada yaşamasından asılı olmayaraq, hər bir soydaşımızın diqqətindədir. “Zaman-Azərbaycan” qəzeti olaraq mövzunu diqqətdə saxlayır, baş verənlərlə bağlı keçmiş döyüşçülərin, hərbi ekspertlərin, Qarabağla bağlı qeyri-hökumət təşkilatları rəhbərlərinin fikirlərini öyrənir, rəy və təkliflərini ictimaiyyətə çatdırırıq. Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyinin (AVMVB) sədri Fizuli Rzaquliyev qəzetimizə açıqlamasında hazırda Füzuli rayonunda olduğunu bildirdi: “Bir neçə gündür cəbhə bölgəsindəyik. Cəbhədə baş verənlərlə bağlı onu deyə bilərəm ki, məqamı yetişib və torpaqlarımız şərəfsiz ermənilərdən azad olunmalıdır”. F. Rzaquliyev dedi ki, hər şey çox yüksək səviyyədə təşkil edilib: “İstər yerli əhali, istər döyüşçülər, istərsə də keçmiş döyüşçülər - hamı birlik nümayiş etdirir, hamı bir ağızdan hazırdır. Bakıdan cəbhə bölgəsinə bilirsinizmi nə qədər könüllü gəlib? Sadəcə olaraq, hələ onlara ehtiyac yoxdur, əmr olarsa, biz də əsgər formasını geyinib səngərlərə yollanacağıq. Hər kəs cəbhədə baş verənləri alqışlayır, döyüşməyə hazır olduğunu bildirir. Keçmiş döyüşçülərin, hərbçilərin çoxu cəbhə bölgəsindədir. Onlar gecə-gündüz hərbçilərimizin, mülki insanlarımızın yanındadırlar”. Qardaşı 1992-ci ildə Qarabağ uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olmuş Dəyanət İsmayılovun da şəhid ailəsinin bir üzvü kimi cəbhədə baş verənlərə münasibətini öyrəndik: “Cəbhədə baş verənlər göz qabağındadır. Allaha şükür, ordumuz irəliləyib, ermənilərlə müqayisədə bizim itkilərimiz o qədər də çox deyil. Ordumuz düşmənin necə lazımdır cavabını verib. Döyüş əhvali-ruhiyyəsi yüksək səviyyədədir. Döyüşə, cəbhəyə getmək istəyənlərin sayı kifayət qədərdir. İnternet və televiziya vasitəsi ilə cəbhədəki vəziyyətlə bağlı son məlumatları izləyirik. Azərbaycan öz haqq işi uğrunda mübarizə aparır və ordumuzun uğurlarına sevinirik”. “Qarabağ əhalisi öz hüquqlarından məhrum edilib”. “Müharibə Veteranları Qadınlarına Sosial Yardım” İctimai Birliyinin sədri Radə Abbasın isə “Zaman-Azərbaycan”a müsahibəsində mövzu ilə bağlı fikirləri belə oldu: “Cəbhədəki vəziyyəti diqqətlə izləyirik, yaralılarımıza baş çəkirik. Onlarda yaralı olduqları halda belə çox böyük ruh yüksəkliyi var, Qarabağ torpaqlarının işğaldan azad olunmasına can atırlar. Biz haqq savaşı uğrunda mübarizə aparırıq. Uzun illərdir Azərbaycan ərazisində - Qarabağda insan haqları kütləvi surətdə pozulur. Qarabağ əhalisi uzun illərdir təhsil, mədəniyyət, oxumaq, öz ata-baba yurdlarında yaşamaq hüquqlarından məhrum olunub. Bu gün Azərbaycan Prezidenti öz vətəndaşlarının hüquqlarını bərpa eləyir, biz də onun, müdafiə nazirimizin bu fəaliyyətini, döyüşçülərimizin bu fəaliyyətini dəstəkləyirik - ana olaraq, vətəndaş olaraq. Neçə-neçə şəhidimiz var. Amma buna baxmayaraq, Azərbaycan torpaqlarının ta Laçın koridorunun bağlanmasına qədər azad olunmasını istəyirik. Bu gün əgər biz qan töküb torpaq almaq istəyiriksə, bundan sonrakı mərhələdə heç bir muxtariyyətdən söhbət gedə bilməz. 1992-ci ilə qədər Qarabağda yaşamış ermənilər - ondan sonrakılar yox - bizim kimi tam hüquqlu vətəndaş olub yaşayacaqlar bu torpaqlarda. 1988-ci ilə qədər Dağlıq Qarabağ ərazilərində yaşayan ermənilər Azərbaycan vətəndaşları qədər hüquqlara malik olublar. Bu bizim gözümüzün qarşısında olub, mən həmin nəslin nümayəndəsiyəm, onlarla birgə yaşamışıq. Əgər Qarabağda indi yaşayan ermənilər Ermənistan erməniləri ilə birgə yaşamaq istəyirlərsə, biz onlara mane ola bilmərik - yolları açıq olsun. “Təkcə Qarabağ torpaqlarının yox, bütün ərazilərimizin azad olunmasını istəyirik”. İnsanlarımızdakı yüksək döyüş əhvali-ruhiyyəsinə gəlincə, R. Abbas: “Yüksək əhvali-ruhiyyəni çox yüksək qiymətləndirirəm. Azərbaycan vətəndaşları öz dədə-baba yurdlarının azad olunmasını istəyirlər. Azərbaycan vətəndaşı ölkə Prezidentindən illərdir tələb edir ki, Qarabağın işğaldan azad edilməsinə dair əmr ver. Bu gün o iradə var deyə Azərbaycan xalqının sevincinin həddi-hüdudu yoxdur. Uzun illərdir Naxçıvan Azərbaycandan ərazi baxımından ayrı salınıb. Biz Zəngəzuru azad etməliyik. Naxçıvan Azərbaycan torpağıdır, biz bu torpaqlarımıza təyyarə ilə uçub getmək istəmirik, maşınımıza oturub getmək istəyirik. Azərbaycan Xalq Cümhuriyyəti qurulanda bizim xeyli ərazimiz - o vaxt konfederasiya idi ermənilərə verilib. Bu gün biz Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Sovetlər dövründə oğurlanmış ərazilərimizi də geri almalıyıq. Göyçə mahalı və Zəngəzur daxil olmaqla bütün torpaqlarımız alınmalıdır. İrəvan xanlığı bizim dədə-baba yurdumuzdur. Onlar ora məqsədli şəkildə köçürülüblər. Biz təkcə Qarabağ torpaqlarının yox, bütün bu ərazilərimizin də azad olunmasını istəyirik”. Nicat İntiqam.
Azərbaycan tarixində ilk dəfə olaraq 5 mərtəbəli metro stansiyası istifadəyə verildi. Azərbaycan prezidenti İlham Əliyev Bakı Metropoliteninin yeni - bənövşəyi xəttinin “Avtovağzal” və “Memar Əcəmi” stansiyalarının açılışında iştirak edib. Dövlət başçısı “Avtovağzal” stansiyasının rəmzi açılışını bildirən lenti kəsib və burada yaradılan şəraitlə yaxından tanış olub. “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov dövlət başçısına Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi barədə məlumat verib. Konseptual inkişaf sxemi Bakı Metropoliteninin mövcud infrastrukturunun 2030-cu ilədək mərhələlərlə genişləndirilməsini və nəhəng yeraltı nəqliyyat şəbəkəsinin yaradılmasını nəzərdə tutur. Bu da Bakı Metropoliteninin gələcəkdə 2-si mövcud və 3-ü əlavə olmaqla 5 xətdən, 76 stansiyadan və 119 kilometr uzunluğunda yeraltı yollardan ibarət ümumi şəbəkəsinin yaradılması deməkdir. Biləcəri qəsəbəsində yaşayan sakinlərin rahatlığını təmin etmək üçün Bakı-Sumqayıt avtomobil yolunun altından keçid inşa edilib. Bakı Beynəlxalq Avtovağzal Kompleksinə isə iki keçid quraşdırılıb. Digər beş çıxış isə “Avtovağzal” stansiyası kompleksinin ərazisində yerləşir. Sonra prezident İlham Əliyev qatarla “Avtovağzal” stansiyasından “Memar Əcəmi” stansiyasına gəlib. Dövlət başçısına məlumat verilib ki, burada təmir-tikinti işləri yüksək keyfiyyətlə yerinə yetirilib, stansiya ən müasir tələblərə cavab verir.
III Beynəlxalq Uşaq Ədəbiyyatı Simpoziumuna start verildi. Bu gün III Beynəlxalq Uşaq Ədəbiyyatı Simpoziumu öz işinə başladı. Qafqaz Universiteti və Yazıçılar Birliyinin birgə təşkil etdiyi simpozuimda Türkiyə, Qırğızıstan, Makedoniya, İran, İraq və Rusiyanın 40 fərqli universitetindən elm adamları, uşaq ədəbiyyatı şair və yazıçıları, uşaq jurnal və qəzetlərinin redaktorları iştirak edirdilər. Simpoziumun əsas məqsədi uşaq ədəbiyyatının əhəmiyyətini bir daha vurğulamaq, klassik və müasir əsərlərlə yanaşı, həmin əsərlərin müəlliflərini tanıtmaqdır. Simpoziumda diqqətə çatdırılacaq məsələlərdən biri də uşaq ədəbiyyatı üzrə daha dolğun və məzmunlu əsərlərin qələmə alınması, eyni zamanda bu ədəbiyyat vasitəsilə ümumbəşəri dəyərlərin təbliğinə yer verilməsidir. Qeyd edək ki, bu simpozium daha əvvəl 2008 və 2012-ci illərdə keçirilən Beynəlxalq Türk Xalqları Uşaq Ədəbiyyatı Konqresinin davamı olaraq uşaq ədəbiyyatının inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Qafqaz Universitetinin rektoru prof. Əhməd Saniç tədbirdə çıxışı zamanı simpozium müddətində müzakirə olunan məsələlərin bəlkə də indiyə qədər mövcud olub nəzərə çarpmayan problemlərin ortaya çıxmasına və bu sahədə birgə işlərin aparılmasına şərait yaradacağını bildirdi: "Qafqaz Universiteti və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə keçirilən III Beynəlxalq Uşaq Ədəbiyyatı Simpoziumuna qatılan iştirakçılar arasında uşaq ədəbiyyatının şair və yazıçıları, uşaq qəzeti və yazıçılarının redaktorları, nəşriyyat evlərinin yayım müdirləri yer alıb. Universitet olaraq Azərbaycanın inkişafına töfhə verən kadrlar yetişdirmək üçün əlimizdən gələni etmişik. Uşaq haqqında danışmaq dünya haqqında danışmaq deməkdir. Simpozium müddətində dünyanın müxtəlif coğrafiyalarından təşrif gətirən, xüsusilə uşaq psixologiyasına bələd olan, dünyaya uşaqların gözü ilə baxa bilən, yazan akademik və yazıçılarımız uşaq ədəbiyyatı haqqında müzakirələr aparacaqlar. Bu müzakirələr bəlkə də indiyə qədər mövcud olub nəzərə çarpmayan problemlərin ortaya çıxmasına və bu sahədə birgə işlərin aparılmasına şərait yaradacaq. Gələcəyimizin təminatı olan uşaqlar haqqında nə qədər yazılsa, nə qədər danışılsa azdır. Həm valideynlərin, həm də elm ocaqlarının üzərinə düşən vəzifə onların oxumağını təmin etmək və gələcəyə doğru addımlarını sağlamlaşdırmaq olmalıdır". "Nəsillərin yetişməsində əlbəttə ki, təhsilin rolu böyükdür". Azərbaycan Yazıçılar Birliyinin sədri Anar nəsillərin yetişməsində ədəbiyyatın rolunu yüksək qiymətləndirdi: "Ulu öndər Heydər Əliyevin də dediyi kimi Azərbaycanın sabahı yeni nəsillərin necə yetişməsindən asılıdır. Nəsillərin yetişməsində əlbəttə ki, təhsilin rolu böyükdür. Təhsilin önəmli ünsürlərindən biri də ədəbi təhsil, yəni ədəbiyyatdır. Azərbaycan ədəbiyyatında "Dədə Qorqud"dan indiyə qədər dastanlarda, nağıllarda, müxtəlif yazıçıların əsərlərində uşaqlara həsr olunmuş mövzular önəmli yer tutub və hələ də tutmaqdadır. Sizə deyə bilərəm ki, AYB Qafqaz Universiteti və Təhsil Nazirliyinin dəstəyi ilə, eyni zamanda, digər aidiyyatı qurumlarla birlikdə uşaq ədəbiyyatının inkişafı üçün əlindən gələni əsirgəməyəcək". "Uşaq ədəbiyyatı sahəsində qazanılan uğurlar təhsilin inkişafına təkan verəcək". Təhsil Nazirliyinin Tədris Resursları şöbəsinin müdir müavini Əsgər Quliyev simpoziumun xalqlar arasında mədəni əlaqələrin daha da genişlənməsində və milli-mənəvi dəyərlərin qorunub saxlanmasında əhəmiyyətli yer tutacağını vurğuladı: "Hesab edirəm ki, bu simpozium xalqlar arasında mədəni əlaqələrin daha da genişlənməsinə və qloballaşma şəraitində ən çox təzyiqə məruz qalan milli-mənəvi dəyərlərin qorunub saxlanmasında və gələcək nəsillərə ötürülməsində önəmli rol oynayacaq. Sürətlə dəyişən dünyada uşaqlarımızı elə yetişdirməliyik ki, gələcəkdə vətəninə, millətinə faydalı bir fərd olsun. Azərbaycan Respublikasında təhsilin inkişafı və dövlət strategiyasına dair Prezidentimizin təsdiq etdiyi əsas islahat yönlərindən biri təhsilin məzmunu məsələsidir. Təhsilin məzmunu olmadan bu sahədə hansısa uğurdan danışmaq olmaz. Təhsilin məzmunun müəyyənləşdirilməsində bu gün qloballaşan dünyada gedən prosesləri nəzərə almaq şərti ilə xalqın milli-mənəvi və ümumbəşəri dəyərlər şagirdlərə çatdırılmalıdır. Bu zaman ədəbiyyat təhsilə daha çox yardımçı olmaq iqtidarında olur. Lakin etiraf etmək lazımdır ki, hazırki ədəbiyyatımızda milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət hissini aşılayan, uşaqlarımızın yaş xüsusiyyətini nəzərə alan əsərlər kifayət qədər çox deyil. Qeyd etməliyəm ki, Təhsil Nazirliyi bu sahədə bir sıra layihələrə imza atıb. Xüsusən şagirdlərdə mütaliə mədəniyyətinin inkişafı və oxuya motivasiyanın yüksəldilməsi istiqamətində müəyyən işlər nəzərdə tutulub. Bu layihələrin əsas məqsədi uşaqlarımıza milli və dünya ədəbiyyatına oxu hissini aşılamaqdan ibarətdir. Hesab edirəm ki, III Beynəlxalq Uşaq Ədəbiyyatı Simpoziumunun nəticələri bu və bir çox layihələrin həyata keçirilməsinə yardımçı olacaq. İnanırıq ki, uşaq ədəbiyyatı sahəsində qazanılan uğurlar təhsilin inkişafına təkan verəcək və xüsusilə milli və dünya ədəbiyyatının daha dərindən öyrənilməsinə şərait yaradacaq". "Ədəbiyyatı olan insan topluluğuna millət deyilir". Türkiyənin Hacəttəpə Universitetinin nümayəndəsi prof. dr. Şükrü Haluk Akalın uşaq ədəbiyyatının millətin inkişafında və dünyagörüşünün formalaşmasında xüsusi istiqamət təşkil etdiyini diqqətə çatdırdı: "Məşhur fransız yazıçısı Onore de Balzak deyib ki, ədəbiyyatı olan insan topluluğuna millət deyilir. Bu baxımdan insanların maddi və mənəvi olaraq yüksəlişində ədəbiyyatın rolu əvəzsizdir. Bu mənada uşaq ədəbiyyatının əhəmiyyəti daha da böyükdür. Uşaq ədəbiyyatı millətin inkişafında, dünyagörüşünün formalaşmasında xüsusi istiqamət təşkil edir. Ona görə də bu mövzu daim diqqətdə saxlanmalı və inkişaf etdirilməlidir". "Bu gün uşaq ədəbiyyatı beynəlxalq problemə çevrilib". Qafqaz Universitetinin Azərbaycan dili və ədəbiyyatı bölməsinin müdiri prof. Akif Hüseynli uşaqların tərbiyəsində və gələcəyə hazırlanmasında uşaq ədəbiyyatının rolundan danışdı: "Uşaq ədəbiyyatı barədə danışmaq bizim gələcəyimiz haqqında danışmaq deməkdir. Bu baxımdan hesab edirəm ki, bugünkü tədbir xüsusi əhəmiyyət daşıyır. Biz bu gün uşaqlarımızı necə tərbiyə edirik, necə öyrədirik, onları gələcək həyata neçə hazırlamağın bir növ hesabatını veririk. Əsl uşaq ədəbiyyatı odur ki, uşaq bu dünyaya gözünü həm də kitabla açsın. Təəssüflər olsun ki, bu gün uşaq ədəbiyyatı beynəlxalq problemə çevrilib. Həm mənfi, həm də müsbət cəhətləri mövcuddur. Texnologiyanın inkişaf etməsilə uşaqların əllərində kitabı telefon, planşet kimi vasitələr əvəz etdi. Hesab edirəm ki, bu məsələlər də konfransın əsas mövzularından olmalıdır". Qeyd edək ki, 21-23 aprel tarixləri arasında davam edəcək simpoziumda uşaq ədəbiyyatının mövcud vəziyyəti və qarşıda duran vəzifələri müəyyənləşdiriləcək, bu mühüm sahənin inkişafı, xüsusən uşaq ədəbiyyatının təhsil müəssisələrində tədris məsələləri təhlil ediləcək. Xəyalə Sadıqova.
Çinin əfsanəvi sərkərdəsi və dövlət xadimi: Çan Kayşi. Çin dünyada özünəməxsus qədim tarixə malik olan ölkələrdən biri hesab edilir və dünya mədəniyyəti, sivilizasiyalar tarixinə müəyyən töhfələr veriblər. Bu baxımdan çinlilər günümüzdə belə milli mədəni dəyərlərini qoruyub saxlaya bilən və digər millətlər içində assimilyasiyaya uğramayan yeganə xalqlardan biri kimi tanınır. Çinlilər lap qədimdən özlərini Günəş imperiyasının övladları adlandırırlar. Onlar tarixboyu müxtəlif imperiyalar qurmuş, adlarını tarixin şanlı səhifələrinə yazdıran böyük hökmdarlar və məğlubedilməz sərkərdələr yetişdirmişlər. Hətta ingilislərin əsarəti altına düşmələrinə belə baxmayaraq, çinlilər yenidən ayağa qalxmağı, üstündən əsrlər ötəndən sonra yenidən qüdrətli və güclü dövlət qurmağı, sivil inkişafda müəyyən rol oynamağı bacardılar. Amma Çinin yenidən ayağa qalxaraq müstəmləkə zəngirini qıraraq müstəqilliyini əldə edə bilməsi heç də asan olmadı. Sivil inkişafa doğru gedən əzablı yollarda Çin xalqının içindən onu müstəqil dövlət kimi yenidən gələcəyə aparmağı bacaran liderlər yetişdi. Bu baxımdan ötən yüzillikdə Çin səmasında üç böyük ulduz parladı. Onlardan biri monarxiyanın devrilməsinə rəhbərlik edən Sun Yatsen, digərləri isə böyük hərbi sərkərdəlik bacarığı nümayiş etdirdiyinə görə generalissimus rütbəsinə yüksələn Çan Kayşi və xalq tərəfindən “Ellər atası” adlandırılan Mao Tszedun idi. Adətən, müasir Çində Çan Kayşidən danışarkən: “Mao tərəfindən Çindən qovulan, ancaq Maonu məğlub edən adam” ifadəsini işlədirlər. Həqiqətdə isə əsl adı Tszyan Çjunçjen olan Çan Kayşi 25 il ərzində milyonlarla çinlinin rəhbəri olmuşdur. Lakin o, sonralar SSRİ tərəfindən külli miqdarda hərbi texnika və canlı qüvvə ilə yardım göstərilən Mao Tszedunla döyüşdə məğlub olmuş və Tayvana qaçaraq oranı idarə etmişdi. Çan Kayşini Çində “Böyük adam” adlandıraraq, məşhur filosof Konfutsi ilə müqayisə edirdilər. Çin xalqı dəfələrlə döyüşlərdən qalib kimi çıxan Çan Kayşi qarşısında göylərdən göndərilmiş xilaskar kimi səcdə edirdi. Ona görə də hələ sağlığında ikən Çan Kayşinin şəxsiyyəti ilə bağlı əfsanələr yaranmışdı. Kasıb ailədə doğulan, ancaq hökmdar nəslindən olan uşaq. 1887-ci il oktyabrın 31-də liman şəhəri olan Ninbo yaxınlığında anadan olan Çan Kayşi ailənin yazılı şəkildə saxladığı nəsil şəcərəsinə görə, məşhur hökmdar Çjou Hunun nəslindəndir. Onun atası adi kəndli idi və ailəsini dolandırmaq üçün duz alveri ilə məşğul olurdu. Bu nəslin mənsub olduğu adamların çoxu vətənpərvərlikləri ilə şöhrət qazanmışdılar. Gələcək generalissimus da məhz belə bir ruhda böyümüşdü. Anası ona “qızıl adam” mənasını verən Çjunçjen adını verərkən elə adı kimi də olmağı arzulamışdı. Çan Kayşinin 6 yaşı olanda onu özəl məktəbə qoyurlar. Amma anası oğlunun təhsilini başa çatdırması üçün əlindən gələni edir. Kənd məktəbini bitirdikdən sonra Çan əyalət mərkəzində təhsil alır. Burada o, Çin klassiklərinin əsərləri ilə tanış olur. Həmin əsərlərin təsiri altında Çan Kayşi hərbci olmaq fikrinə düşür. Bu məqsədlə də Yaponiyaya gedərək hərbi məktəbə daxil olur. Yaponiyada o, inqilabçı qüvvələrə qoşulur və Sun Yatsenlə görüşür. Qeyd edək ki, Yaponiya o vaxt Çindəki monarxiya əleyhinə çevrilən hər cür hərəkatı dəstəkləyirdi. Ona görə Yaponiyanın yardımı ilə 1911-ci ildə Çində monarxiya əleyhinə çevrilmiş inqilab baş verir. Vətənə qayıdan Çan Kayşi də bu inqilabda yaxından iştirak edir. İnqilab nəticəsində monarxiya devrilir və Sun Yatsen yeni hökumətin rəhbəri seçilir. Amma az sonra monarxiyaçılar qüvvələrini toplayaraq Sun Yatseni məğlub edirlər. İnqilabın rəhbəri təcili Yaponiyaya mühacirət etməli olur. Çan Kayşinin Sun Yatsenlə dostluğu onu daha da mətinləşdirir. 1912-ci ildə Sun Yatsenin başçılıq etdiyi Tumnmenxoy partiyası liberal burjua təşkilatları ilə Homindan partiyasında birləşir. Bundan sonra Çan Kayşi Sunun tapşırığı ilə Şanxaya gedərək orada inqilabi hərəkata başçılıq edir. O, Şanxayda inqilabi hərəkata maliyyə yardımı etmək üçün birjada işə düzəlir, eyni zamanda Sun Yatsenin tapşırığı ilə mövcud rejim əleyhinə bir neçə üsyan təşkil edir. Amma hər dəfə də üsyanlar ordu tərəfindən yatırılır. Ümumiyyətlə, həmin dövrdə Sun Yatsen Çan Kayşiyə çox inanır və etibar edirdi. Sun Yatsen Çan Kayşinin hərbi işi çox gözəl bilməsinin və onun özünü peşəkar hərbçi kimi aparmasının heyranı idi. O bu insanın simasında gələcəkdə qurmağı planlaşdırdığı yeni sosialist dövlətin müdafiə nazirini, sərkərdəsini görürdü. Sun Yatsen bunu ətrafındakılardan da gizlətməmiş və fəxrlə: “Çan Kayşi mənim quracağım dövlətin ən böyük dahi sərkərdəsi olacaq. Qoy buna heç kim şübhə etməsin. Mən xoşbəxtəm ki, ətrafımda belə istedadlı insanlar var”,-demişdi. Çan Kayşinin sərkərdə kimi ilk uğurları. 1921-ci ildə Çində baş verən dəyişikliklər nəticəsində Sun Yatsen ölkənin prezidenti seçilir. Bundan bir il sonra Çan Kayşi ölkədə baş verən bir neçə qiyamı yatırır. Lakin növbəti dəfə Sun Yatsendən narazı olan hərbçilər onun əleyhinə üsyan qaldırırlar. Vəziyyət olduqca ağırlaşır. Sun Yatsen hökuməti çətin vəziyyətə düşür. Belə bir vəziyyətdə dövlətə sadiq azsaylı qüvvələrlə üsyançıların üzərinə yeriyən Çan Kayşi qəfil zərbə ilə onları darmadağın edir. Bu qələbə Sun Yatseni o qədər riqqətə gətirir ki, o, dövlət rəsmilərinin gözü qarşısında Çan Kayşini özünün kiçik qardaşı və varisi adlandırır. Çan Kayşi Moskvada Trotski və Çiçerinlə görüşür və ordu quruculuğu ilə tanış olur. O, geriyə qayıdandan sonra Moskvada gördükləri barədə Sun Yatsenə məlumat verir və yeni ordu qurulmasını təklif edir. Bu iş üçün o, ilk mərhələdə sovet mütəxəssislərindən istifadə etməyin də faydalı olacağını söyləyir. Onların siyasəti xalqları köləyə döndərməyə və yeni imperiya yaratmağa yönəlib”,-deyir. Sun Yatsen isə hazırkı mərhələdə ruslarla əlaqə saxlamağın daha düzgün olduğunu vurğulayır. Ordu quruculuğunu sürətləndirmək üçün hərbi zabit məktəbi açılır. Bu məktəbdə dərs demək üçün Rusiyadan hərbi mütəxəssislər dəvət edilir. Onun yerini müvəqqəti olaraq Çan Kayşi tutur. Bununla belə, Çan Kayşi Sun Yatsendən fərqli olaraq, ruslara və onların sosializm ideyalarına inanmırdı. O, sövqi təbii hiss edirdi ki, rusların məqsədi heç də sosializm qurmaqda çinlilərə yardım etmək deyil; bu yolla böyük və qədim milləti özünün siyasi hərbi təsiri altında saxlmaq, bu ölkədən özünün dünya ağalığı niyyətlərini həyata keçirmək üçün istifadə etməkdir. Ona görə də Çan Kayşi, ətrafındakılara: “Hamıya, hətta ingilislərə belə inanmaq olar, ancaq ruslara yox. İngilislər gəldi-gedərdi, onların zəncirini qırıb atacağıq. Ancaq ruslar qonşumuzdur, onlar heç vaxt bizim simamızda güclü və qüdrətli Çin dövlətinin dünyanın siyasi səhnəsinə çıxmasını qəbul etməyəcək, buna hər vasitə ilə mane olacaqlar”,-demişdi. Hadisələrin gedişi Çan Kayşinin uzaqgörənliyini bir daha sübut etdi. Bolşeviklərin əlaltıları olan yerli kommunistlərə qarşı sərt tədbirlərə əl atılır. Həmin dövrdə ölkənin müxtəlif vilayətlərdə hakimiyyəti əldə toplayan qüvvələr vardı və onlar mərkəzi hakimiyyətə tabe olmaq istəmirdilər. Bunu nəzərə alaraq, ölkəni birləşdirmək və vahid idarəçilik tətbiq etmək üçün Kayşi hökumətə tabe olmayan əyalətlərə qoşun yeridir. Qoşunla birgə rus-bolşevik generalı Blyuxerin rəhbərliyi altında rusiyalı zabitlər də döyüşlərdə işltrak edirlər. Eyni zamanda bolşevik Rusiyası da Kayşiyə silahla yardım göstərir. Qanlı döyüşlərdən sonra Çan Kayşi dövlətə qarşı çıxan qüvvələri darmadağın edə bilir. Bundan sonra özünü daha sərbəst hiss edən Çan Kayşi Moskvanın vassalı kimi çıxış edən və bütün tapşırıqları Moskvadan alan Çin Kommunist Partiyasının fəaliyyətini qadağan edir. Eyni zamanda o, SSRİ ilə diplomatik əlaqələri kəsir. Buna görə Moskva sözəbaxmayan generalı cəzalandırmaq qərarına gəlir. Çan Kayşi yaponlarla qızğın döyüşə girir və düşmənin ölkənin içərilərinə irəliləməsinin qarşısı alınır.
“Ağız boşluğunun gigiyenasına düzgün qulluq olunmaması bir çox diş əti xəstəliklərinə yol açır”. Müsahibimiz Azərbaycan Stomatoloqlar Assosiasiyasının, Azərbaycan Peşəkar Ortodontlar Cəmiyyətinin, Türk Oral İmplantoloji dərnəyi üzvü və Sağlamlıq Naminə Təbiblər İctimai Birliyinin İdarə Heyətinin üzvü həkim stomatoloq Fərid Qədirovdur. F.Qədirov Litva, London, Finlandiya, İsraildə və Almaniyada təkmilləşmə kursları keçib və bir çox seminar, konfransların iştirakçısı olub. - Diş əti xəstəlikləri hansı səbəbdən yaranır? - Diş əti xəstəlikləri bir çox səbəblərdən yaranır və əsasən infeksion faktor nəzərdə tutulur. Belə ki, dişlərdə əmələ gələn ərp diş ətinin iltihabı xəstəliyini ortaya çıxarır. Bütün bunlar ağız boşluğunun gigiyenasına düzgün qulluq edilmədikdə yaranır. İlk öncə yemək qalıqları diş ətinin altına yığılır və daha sonra mikroblar konalizasiya olur. Qeyd edim ki, mikroblar 20 dəqiqə müddətində çoxalır və 2-4 gün ərzində həmin yerdə çoxlu sayda mikrob əmələ gəlir və nəticədə iltihabla müşahidə olunur. Bu da özünü diş ətində qızartı, qanama ilə göstərir. - Diş əti xəstəliyi hansı mərhələdə diş itkisinə səbəb olur? - Diş əti iltihabı qeyd etdiyim kimi, əvvəl qızartı ilə müşahidə olunur. Daha sonra isə qanama başlayır. Bundan sonra isə diş əti çəkilməyə başlayır və bununla yanaşı, çənə sümüyündə sovrulma özünü göstərir. Nəticədə dişlərin dibi boşalır və vaxtında həkimə müraciət edilməzsə, diş itkisinə gətirib çıxarır. - Diş rənginin dəyişməsinə yol açan amillər nələrdir? Birincisi, anadangəlmə olur ki, bu ananın qəbul etdiyi hansısa dərmanın təsiri ilə yaranır. Sonradan dəyişməsində isə yaş faktoru rol oynayır. Yaş artdıqca insanın orqanizmində müəyyən proseslər getdiyi kimi bu dəyişiklik özünü dişlərdə də göstərir. Başqa bir səbəb müalicə olunmuş, yəni siniri çıxarıldıqdan sonra kanala doldurulan “blomp”un materialından asılı olaraq dişlərdə rəng dəyişikliyi yarana bilir. Qeyd edim ki, “blomp”un materialından asılı olmayaraq da dişin siniri çıxarıldığı üçün vaxt keçdikcə diş ağın tonlarından tünd qəhvəyi rəngə qədər dəyişə bilir. Dişlərində rəng dəyişikliyi müşahidə olunan pasiyentlər daha çox çay, kofe qəbul edən və siqaret çəkənlərdir. Ağız boşluğu gigiyenasına düzgün qulluq olunmaması da dişlərin rənginin saralmasına gətirib çıxarır. Dişlərin rəng dəyişməsi müxtəlif peşə sahələrində çalışan insanlarda da ola bilir. Bəzi zavodlarda turşu və müxtəlif kimyəvi dərmanlarla işləyənlərin dişlərinin üst qatına təsir göstərir. - Bu zaman dişlərin ağardılması üçün hansı üsul tətbiq olunur? - Əgər dişlər ərp nəticəsində saralıbsa, o zaman “air-flow” adlanan proses həyata keçirilir. nəticədə dişlər öz təbii rənginə qayıdır. Bu, xüsusi “zoom” aparatı vasitəsilə dişləri işləmələrdən keçir. Qeyd edim ki, bu metod dişlərdə müəyyən qədər həssaslıq yaradır. Dişlərin rəngi ağardıldıqdan sonra pasiyent mütləq çay, kofe və bu kimi rəngləndirici qidalardan uzaq olmalıdır. - Dişlər çəkildikdən neçə müddət sonra protez qoyulmalıdır? - Dişlər çəkildikdən sonra minimum 1 ay gözləmək lazımdır. Bu müddətdən sonra protez qoyula bilər. Əks halda, qonşu dişlər çıxarılan dişin yerinə doğru əyilir. Əgər tam dişsiz çənədirsə, bu zaman damaq sovrulur və protez saxlamaq qabiliyyəti çətinləşir. Xüsusilə, alt çənədə ciddi problemlər yaranır. Çünki alt çənə hərəkətlidir və dil hərəkət etdikcə, dodaqlar da protezin sabit durmasına mane olur. Əgər alt çənə tamamilə sovrulubsa, bu zaman protezi saxlamaq üçün implantdan istifadə olunur. Çənəyə iki ədəd implant əkilir və protez onlara bərkidilir. - Uşaqlarda çox zaman dişlərin üst-üstə çıxması və ya əyilməsi müşahidə olunur. Bunun səbəbi nədir? - Dişlərin əyilməsinin müxtəlif səbəbləri var. Burada irsi və sonradan qazanılmış səbəblər rol oynayır. Diş əyilməsi uşağın bəzi vərdişlərindən qaynaqlana bilir. Belə ki, uşaq barmağını əmirsə, əmzikdən uzun müddət istifadə edirsə, daim bir tərəfi üstə yatırsa, burunda artıq ət olduğundan ağızdan nəfəs alırsa, bütün bunlar uşağın alt-üst çənəsində əyilmələrə gətirib çıxarır. Buna görə də 5 yaşına qədər uşaq sadaladığımız vərdişlərdən uzaqlaşdırılmalıdır. Əgər çənə sümüyündə əyrilik yaranıbsa, bu 12 yaşına qədər düzəldilməlidir. Çünki bu yaşdan sonra artıq sümük tam formalaşır və çənə sümüyündə dəyişiklik etmək mümkün olmur. Lakin əyrilik təkcə dişlərdədirsə, breket taxılmaqla bu problem aradan qaldırılır. - Breketlər hansı yaşa qədər taxılmalıdır? Çünki diş kökləri bu yaşdan sonra tam formalaşır. Maksimum yaş həddi isə yoxdur. Təcrübəmdə 45 yaşlı pasiyentin dişlərindəki əyriliyi breketin köməyi ilə düzəltmişik. - Breket çıxarıldıqdan sonra düzələn dişlər yenidən deformasiya ola bilərmi? Əgər pasiyent tələb olunan prosesləri yerinə yetirməzsə, dişlər yenidən formasını itirə bilər. Dişlərin stabil qalması üçün həkim müəyyən izahatlar verir. Xəstə bunlara əməl etməzsə, dişlərdə yenidən əyilmələr baş verə bilər. - Dişlərdə əmələ gələn diş daşı təmizlənməsi dişlərin sağlamlığına mənfi təsir edirmi? Tam əksinə, diş daşlarının təmizlənməsi dişlər üçün faydalıdır. Diş daşı dişin özünə və ətinə yapışır. Buna düzgün qulluq edilmədikdə diş əti iltihabları, diş əti çəkilmələri baş verir. Nəticədə isə dişlərin laxlamasına gətirib çıxarır. Buna görə də dişlərə düzgün qulluq olunarsa, onların üstü təmiz olur və gələcəkdə hər hansı diş əti xəstəliklərinin qarşısı alınır. - Breket dişlərdə çürük yarada bilərmi? Breket özü dişlərdə çürük yaratmaz. Lakin pasiyent breket taxdığı halda dişlərə qulluq etmirsə, bu zaman çürük yarana bilir. Qida qalıqları breketin altına yığılır və tellər çıxarıldıqdan sonra breketin formasında kariyesli zona əmələ gəlir. - Uşaqlarda diş nə zaman çəkilməlidir? - Dişlərdə əyriliyin əsas səbəbi vaxtından tez çəkilən süd dişləridir. Başqa diş gəlib süd dişinin yerində çıxır və belə demək mümkünsə, özü çıxmağa yer tapmır. Belə olduqda isə çənənin həmin hissəsi inkişafdan geri qalır. Buna görə də dişlərin çəkilməsi yaşa görə bölünməlidir. Ön dişlər isə 7 yaşından sonra tam çıxmış olur deyə bu yaşa qədər çəkilməlidir. - Əlavə etmək istədikləriniz? - Bu sahədə maarifləndirmə aparılmasına çox ehtiyac var. Çünki insanlar stomatoloqa çox gec müraciət edirlər. Artıq elə bir mərhələdə gəlirlər ki, dişlər çürüyüb getmiş olur. Yaxşı olar ki, pasiyentlər həkimə vaxtında müraciət etsinlər. İstər diş əti xəstəlikləri, istər kariyes, istərsə də diş daşı problemlərinə erkən müdaxilə edilməlidir ki, effektli nəticə əldə olunsun. Xəyalə Sadıqova, Pənah Abdurrahmanlı.
“Neftdən asılılıq tamamilə aradan qaldırılmalıdır”. “İndi əsas məqsəd ölkəmizdəki inkişafın dayanıqlı olmasını təmin etməkdir. Bu məsələdə gənclərin fəaliyyəti, onların baxışları həlledici rola malikdir”. Bir neçə gündən sonra Birinci Gənclər Forumunun 20-ci ildönümünün qeyd olunacağını deyən Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı ildə keçirilən ilk Forumun Azərbaycanda gənclər siyasətinin müəyyən olunmasında mühüm rol oynadığını diqqətə çatdırıb. Azərbaycanın müstəqillik tarixindən danışan dövlətimizin başçısı ilk illərin ölkəmiz və xalqımız üçün ağır keçdiyini, Azərbaycana qarşı ermənilərin torpaq iddiaları ilə çıxış etdiyini, sovet rəhbərliyinin Bakıda cinayət törədərək günahsız insanları qətlə yetirdiyini dedi. Prezident İlham Əliyev bildirdi ki, məhz o dövrdə Heydər Əliyev Moskvada sovet rəhbərliyinin cinayətkar əməllərini pislədi. Bu, nadir hadisə olmaqla Heydər Əliyevin cəsarətli addımı idi. Sonradan Ulu Öndərin Bakıya, buradan da Naxçıvana getməsi muxtar respublikanı ermənilərin işğalçılıq siyasətindən xilas etdi. “Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır”, - deyən dövlətimizin başçısı əminliklə söylədi ki, biz ərazi bütövlüyümüzü bərpa edəcəyik.1990-cı illərin əvvəllərindəki problemlərin əsas hissəsini hakimiyyət böhranı ilə əlaqələndirən Prezident İlham Əliyev dedi ki, o dövrdə AXC-Müsavat hakimiyyəti xalq üçün böyük bəla idi. Zorla hakimiyyətə yiyələnən bu qüvvələr torpaqlarımızın bir hissəsinin işğalında rol oynayıblar. Bu şəxslərin hakimiyyətə gəldikdən sonra bir-biriləri ilə mübarizə apardıqlarını, vəzifədən getdikdən sonra isə bəzilərinin qaçıb gizləndiyini deyən Prezident İlham Əliyev 1993-cü ildən Heydər Əliyevin ölkədəki vəziyyəti normallaşdırdığını bildirdi. “Heydər Əliyevin xidmətləri sayəsində “Əsrin müqaviləsi”nin imzalanması bir çox xarici qüvvələri hərəkətə gətirdi, onlar Azərbaycanda dövlət çevrilişlərinə cəhd etdilər, amma Ulu Öndər xalqın köməyi ilə vəziyyəti aradan qaldırdı”, - deyən Prezident İlham Əliyev bildirib ki, indi əsas məqsəd ölkəmizdəki inkişafın dayanıqlı olmasını təmin etməkdir. Bu məsələdə gənclərin fəaliyyəti, onların baxışları həlledici rola malikdir.”Biz Azərbaycanda güclü, özünəgüvənən dövlət qururuq və bu dövlət əbədi yaşamalıdır”, - deyən Prezident İlham Əliyev son 20 ili inkişaf və sabitlik dövrü kimi xarakterizə edib, Azərbaycanın 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasında təmsil olunduğunu, mühüm enerji layihələrini icra etdiyini, kosmik ölkəyə çevrildiyini, iqtisadi şaxələndirilmənin aparıldığını, elmin və təhsilin inkişafı ilə bağlı mühüm addımların atıldığını, güclü ordunun və güclü sosial siyasətin qurulduğunu diqqətə çatdırıb. Hazırda iqtisadi sahədə ciddi islahatların aparılmasına böyük ehtiyacın olduğunu deyən Prezident İlham Əliyev bildirib ki, gələcək illər innovasiya dövrü olacaq və əsas sözü texnologiyalar deyəcək. Buna görə də neftdən asılılıq tamamilə aradan qaldırılmalı, gənclər də cəmiyyətin bütün işlərində fəal rol oynamalıdırlar. “Azərbaycanın xarici maliyyə qurumlarından yardım istəməsi barədə məlumatlar yalandır”. Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan hökumətinin Azərbaycan Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı (DB) ilə 4 mlrd. dollarlıq təcili yardım paketinin cəlb olunması ilə bağlı danışıqlar apardığı barədə yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib. Dövlət başçısı deyib ki, Azərbaycanın xarici maliyyə qurumlarından yardım istəməsi ilə bağlı son günlərdə xarici mətbuatda gedən yazılar yalandan ibarətdir.Prezident yeni iqtisadi şəraitdə həyata keçiriləcək geniş özəlləşdirmə proqramının sahibkarlığın inkişafına güclü dəstək verəcəyini də bildirib. Sonra Azərbaycanda gənclər siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətlərinə görə bir qrup gəncə Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomları təqdim olunub. Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev Azərbaycan gəncliyinin və gənclər təşkilatlarının hər zaman dövlətimizin başçısının diqqət və qayğısını hiss etdiyini dedi, buna görə Prezident İlham Əliyevə təşəkkür edib. “ASAN Könüllüləri” Gənclər Təşkilatı İctimai Birliyinin sədri Fərid Sadıxlı hazırda ölkədə 3 mindən çox gənclər təşkilatının fəaliyyət göstərdiyini dedi, könüllülərin cəmiyyətin aparıcı qüvvəsinə çevrildiyini, onların fəaliyyətinin birinci Avropa Oyunlarında, “ASAN xidmət”in fəaliyyətində daha aydın hiss olunduğunu bildirdi. O, Gənclər Evi, peşə ixtisası təhsili, xaricdə təhsil proqramının perspektivləri ilə bağlı təkliflərlə çıxış edib.Prezident İlham Əliyev könüllülər hərəkatının ölkəmizdə böyük gələcəyinin olduğunu, peşə təhsilinin geniş vüsət almasının əhəmiyyətini vurğuladı, dünyanın aparıcı ali məktəblərinin Azərbaycanda öz filiallarını açdığını diqqətə çatdırıb.Gənclər və idman naziri Azad Rəhimov paytaxtda bir neçə Gənclər Evinin açıldığını dedi, bu prosesin davam etdiriləcəyini vurğulayıb.“Tələbələrin İqtisadiyyat və Menecmentlik üzrə Assosiasiyası” İctimai Birliyinin sədri Məryəm Məcidova qeyri-formal təhsilin inkişafı və intellektual oyunların keçirilməsi ilə bağlı fikirlərini bölüşüb.Prezident İlham Əliyev ölkəmizdə bir çox intellektual beynəlxalq oyunların keçirilməsi ideyasını dəstəklədiyini bildirib.”BMT-nin modeli” layihəsinin əlaqələndiricisi Elmira Məmmədova Azərbaycan nümayəndələrinin beynəlxalq təşkilatlarda təmsilçiliyi ilə bağlı məsələyə toxunub. Dövlət başçısı Azərbaycanın BMT başda olmaqla bütün beynəlxalq təşkilatlarla yüksək əlaqələrə malik olduğunu deyib, gənclərin beynəlxalq təşkilatlarda təmsilçiliyini yüksək qiymətləndirdiyini diqqətə çatdırıb. Yeri gəlmişkən, Prezident İlham Əliyev Azərbaycanın xarici maliyyə qurumlarından yardım istəməsi ilə bağlı son günlərdə xarici mətbuatda gedən yazıların yalan olduğunu bildirib.Gənc sahibkar, Davos İqtisadi Forumunun “Qlobal şefrs” təşkilatının üzvü Müşfiq Həsənov gənc sahibkarlara daha geniş imkanların yaradılması məsələsindən danışıb.Prezident İlham Əliyev yeni iqtisadi şəraitdə həyata keçiriləcək geniş özəlləşdirmə proqramının sahibkarlığın inkişafına güclü dəstək verəcəyini bildirib. “Gəncə 2016 - Avropa gənclər paytaxtı” İctimai Birliyinin beynəlxalq əlaqələr üzrə katibi Aysun Zeynalova Gəncənin Avropanın gənclər paytaxtı elan edilməsi ilə bağlı görülən işlər barədə məlumat verib.Dövlət başçısı da Gəncənin bu tədbiri yüksək səviyyədə keçirəcəyinə əminliyini qeyd edib.Prezident yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev Fond tərəfindən həyata keçirilən layihələr barədə məlumat verib.Prezident İlham Əliyev gələcəkdə də Fondun fəaliyyətinə dəstək veriləcəyini və maliyyə yardımının davam etdiriləcəyini bildirib. Heydər Əliyev Mərkəzinin baş mütəxəssisi, hüquq üzrə fəlsəfə doktoru Zafiq Xəlilov gənclərin elmi tədqiqatlara daha çox cəlb olunması məsələsini qaldırıb.Prezident İlham Əliyev də bu məsələnin əhəmiyyətini vurğulayıb.
Azərbaycan xalqının çoxəsrlik xalçaçılıq tarixi. Azərbaycan xalq - tətbiqi sənəti və onun bir qolu olan xalçaçılıq xalqın milli mədəniyyəti tarixində özünəməxsus yer tutur. Xalçaçılıq insanların həyatında özünə yer tutaraq, demək olar ki, xalqın rəmzinə çevrilib. Dövrümüzə yalnız daş və ya taxta üzərində əks olunmuş təsvirlər gəlib çatıb. Bu cür təsvirlərə hətta Misir fironu Tutmosun sərdabələrində də rast gəlinir. Azərbaycanda isə xalçaçılıq tarixi qədim izlərə malikdir. Qədim Azərbaycan xalçaları üzərində təsvir olunan ornamentlər xalqımızın həyat tərzini əks etdirib. Bir çox alim bu sahədə tədqiqat aparaq maraqlı məlumatlar ortaya çıxarıblar. Rus alimi, görkəmli türkoloq Lev Qumilyov qədim xalçaları yun kitabələr adlandırır. Çünki xalça təkcə dekorativ bəzək əşyası funksiyasını daşımır. Eyni zamanda, xalqın dünyagörüşünü, çoxəsrlik mədəni tarixini əks etdirir. Bildiyiniz kimi, qədim türk tayfaları köçəri maldarlıqla məşğul olublar. İlk vaxtlar heyvanın dərisindən soyuqdan qorunmaq məqsədilə istifadə ediblər. Daha sonra şüur inkişaf etdikcə, heyvanların yunundan ip əyirib, bitkilərdən isə boya hazırlayıblar. Hörümçəyin tor hördüyünü görüb, qamış parçalarını və budağı bir birinə keçirərək həsir hazırlamağa başlayırlar. Xalçanın əsası onun ərişi və arğacından ibarətdir. Arğac üfüqi, əriş isə şaquli istiqamətdə gedən xalça saplarıdır. Qeyd edək ki, xalçalar xovlu və xovsuz olaraq iki yerə ayrılır. Aşağı sıxlıqla toxunan xalçalarda xov az və qalın olur. Yuxarı sıxlıqlı xalçalarda isə əksinə sıxlıq yüksəldikcə xov qısa olur və ornament daha aydın görünür. İlk toxunan xalça nümunəsi isə palaz olub. İçərisi xırda formalı ornamentlərlə doldurulan palazlar ciyi adlanır. Taxtadan dəzgahlar düzəldirilib və bu yolla şal, palaz, cecim toxunub. Daha sonra isə daha mürəkkəb toxuma forması, yəni kilim hazırlanıb. Kilim elementlərinə diqqət yetirildikdə, onun pilləkənvari olduğu məlum olur. Ümumiyyətlə, türk xalqı qədimdən bəri xalçadan geniş istifadə edib. Belə demək mümkünsə, onlar xalça üzərində doğulub, böyüdülüb, toy məclisi qurulub və dünyasını dəyişdikdə də xalça üzərində son mənzilə göndərilib. Azərbaycan xalqının bu qədər xalçaya bağlı olması onun soykökü ilə bağlıdır. Qədim tərəkəmələr alaçıqların döşənməsində xalçadan istifadə ediblər. Əvvəllər mebel olmadığından xalçadan məfrəşlər, məişət qabları və s. hazırlanıb. Həm də yun çox olduğundan insanlar bunu müxtəlif şəkildə dəyərləndiriblər. Hətta qızlar öz cehiz xalçalarını özləri toxuyub. Yaxın keçmişə qədər bəzi bölgələrimizdə bu ənənə davam etdirilib. Qarabağ zonasında daha geniş yayılmış dəst xalı-gəbələr xüsusi yer tutub. Bu da evlərin çox böyük olmasından irəli gəlib. Xalçanın ərsəyə gəlməsi üçün ilk növbədə onun layihəsi hazırlanır ki, bu da eskiz adlanır. İncəsənət Universitetində və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında xalçaçılıq tədris edilir. Xalçanın həm layihəsi verilir, həm də onun material üzərində toxunuşunu bilmək vacibdir. Təbriz xalçaları... Xalçanın keyfiyyətini göstərən əsas göstəricilərdən biri də onun sıxlığıdır. Təbriz xalçaları çox böyük sıxlıqla toxunur. Bu da onun çox baha olmasının əsas səbəbidir. Qeyd edim ki, 1 kvadart santimetrdə yerləşən ilmələrin sayına sıxlıq deyilir. Bu xalçalarda nəbati ornamentlərdən çox istifadə olunub. Digər bölgələrin xalçaları üçün isə həndəsi fiqurlar xarakterik olub. Azərbaycanda xalçaçılıq sənətinin ən parlaq dövrü XVI-XVII əsrdə Səfəvilər dövrü ilə bağlıdır. Mənbələr göstərir ki, bu dövr xalçaların toxunmasında təkcə toxucu özü deyil, eyni zamanda, dövrün məşhur rəssamları da yaxından iştirak ediblər. Rəssam onun eskizini verir, toxucu isə onu xalça üzərində əks etdirirdi. Təbriz xalça məktəbi də Səfəvi dövlətinin xalça məktəbi hesab olunub. Ümumiyyətlə, Azərbaycan xalçaları 7 məktəbə bölünür ki, onlardan biri də Təbriz xalça məktəbidir. Təbriz xalçaları öz rəngləri, ornamentləri, kompozisiyası və sıxlığı ilə fərqlənirlər. Qeyd edək ki, ən aşağı sıxlıq Qazax, Gəncə məktəbində, ən yuxarı isə Təbriz məktəbi xalçalarında olub. Təbriz xalçaları arasında saray üçün toxunan iri xalılar daha məşhur olub. Sərdabələri, məqbərələri bəzəmək üçün böyük ölçüdə xalçalar toxunub. Hətta xalçaların toxunmasında ipəkdən, bahalı daş-qaşdan da istifadə olunub. Xalça üzərində əks olunan hər bir ornamentin özünün simvolik mənası olub. Alimlər illərdir bunun tədqiqatı ilə məşğul olurlar. Vaxtilə Qarabağda “Dəst xalı-gəbə”- böyük sahələrdə döşəmələrin örtülməsi üçün nəzərdə tutulmuş dəst xalçalar toxunurdu. Bu cür xalçalar bəy evləri üçün xarakterik idi. Qeyd edək ki, Qarabağda dəst xalı-gəbələr evlərin böyük ölçülü olması ilə əlaqədar olaraq toxunub. Fabrik xalçaları əl ilə toxunan xalçalardan nə ilə fərqlənir? XIX əsrin ortalarından etibarən süni boyalar meydana gəlməyə başlayır. Bu da öz növbəsində təbii boyalardan istifadəni azaldır. Hər bitkinin həm gövdəsindən, həm kökündən, həm yarpağından, həm də gülündən müxtəlif rənglər əldə etmək mümkündür. Əsasən sovet hakimiyyəti dövründə tədricən süni boyalar geniş istifadə olunmağa başlanılır. Eyni zamanda, bu dövrdə pambıq nisbətən bahalı material sayıldığı üçün kimyəvi liflərdən fabrik xalçalarının toxunması geniş vüsət alır. Bu da öz növbəsində bir sıra xəstəliklərin yaranmasına yol açır. Astma, bronxit, dəri və bir sıra allergik xəstəliklərə gətirib çıxara bilər. Həm də təmizlik baxımından toxunma xalça daha məqsədəuyğundur. Təbii xalçalar tozu az saxlayır və çirkdən daha tez təmizlənir. Fabrik xalçası ilə əllə toxunan xalçaları bir-birindən fərqləndirən bir sıra xüsusiyyətlər var. İlk növbədə bilmək lazımdır ki, fabrik xalçası digəri ilə müqayisədə daha yüngül və təbii xalçanın ilmələri daha sıx olur. Fabrik xalçaları ilə əllə toxunan xalçaların fərqi ondadır ki, peşəkar rəssam və ya xalçaçı özü bədii zövqə malikdirsə, eskizini hazırlayır. Həm də eskizi köhnə xalçanın üzündən köçürə bilir. Daha sonra isə onu özü toxuyur. Lakin fabrik xalçası yun saplardan deyil, süni liflərdən istifadə olunaraq hazırlanır.
Dram Teatrının kollektivi Əliabbas Qədirovun məzarını ziyarət edib. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi xalq artisti, görkəmli teatr və kino xadimi Əliabbas Qədirovun məzarını ziyarət edib. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, ziyarətdə Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru, xalq artisti Azər Paşa Nemət, sərəncamçı direktor Natiq Gülməmmədov, xalq artistləri Rafiq Əzimov, Mərahim Fərzəlibəyov, Hacı İsmayılov, Nurəddin Mehdixanlı, professor Rafiq Sadıqov, Ə.Qədirovun ailə üzvləri, teatr ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Xalq artisti A.Paşa Nemət Ə.Qədirovun həyat və yaradıcılığından, Azərbaycan teatr sənətindəki rolundan, aktyor kimi yaratdığı obrazlardan danışıb. Professor R.Sadıqov, əməkdar incəsənət xadimi Məhərrəm Bədirzadə Ə.Qədirovun pedaqoji fəaliyyətindən bəhs edib, sənət dostları haqqında xatirələrini bölüşüblər. O, 1965-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Tələbəlik illərində institutun tədris teatrının ştatlı aktyoru kimi burada Cəfər Cabbarlının “Aydın” (Surxay), Hüseyn Cavidin “Azər”, Afanasi Salinskinin “Təbilçi qız” (Fyodr) əsərlərinin tamaşalarında maraqlı rollar oynayıb.
Günlərin birində Sultan Fateh Mehmetin qızı Cövhərxan xəstələndi. Saray həkimləri onu müalicə edə bilmədilər. Yenə də çarəsiz qalıb Ağ Şəmsəddinə müraciət etdilər. Ağ Şəmsəddin Cövhərxanı da müalicə etdi. Ona görə də Sultan Fateh Mehmet taxta çıxan kimi xalq arasında hörmət qazanan adamların saraya dəvət edilməsini əmr etdi. Onların içində Ağ Şəmsəddin də vardı. Fateh Mehmet Ağ Şəmsəddinə xüsusi hörmət edir və özünü onun şagirdi adlandırır, ondan hər gün nə isə öyrənirdi. Sultanla Ağ Şəmsəddin arasında müəllim tələbə münasibətindən daha çox, ata-oğul münasibətləri yaranmışdı. Sultan Ağ Şəmsəddinin bir sözünü iki etmirdi. Həmin dövrdə bir müddət Osmanlı daxilində baş verən hadisələr nəticəsində ölkədə zəifləmə hiss edilirdi. Bu isə Bizansı çox sevindirirdi. Xüsusi ilə olduqca gənc olan Fateh Mehmet taxta çıxanda Bizans artıq Osmanlının əvvəlki gücünü itirdiyini düşünərək bayram edirdi. Ancaq Bizansa ən ağır zərbə də məhz onların uşaq hesab etdikləri Sultan Fateh Mehmetdən gəldi. İstanbulun fəthi. Müəllim-tələbə söhbətlərinin birində Ağ Şəmsəddin olduqca ehtiyatlı bir şəkildə ona bildirdi ki, İstanbulun fəthinin vaxtı artıq çatıb və bu işi gecikdirmək olmaz. Əslində Ağ Şəmsəddin öncədən bununla bağlı saray əhlindən özünə yaxın olanların fikirlərini öyrənmiş və onlar da bununla razılaşmışdılar. Fateh Mehmet ətrafındakıların fikrini soruşanda onlar da buna xeyir-dua verdilər və İstanbulun fəthinin gəlib çatdığını söylədilər. Bunu görən Sultan Fateh Mehmet İstanbulu fəth etmək üçün ordunu hərəkətə gətirdi. Sultan Fateh Mehmet İstanbulun önündə qərargahını quraraq düşmənə İslamı qəbul etməsi və təslim olması barədə xəbər yolladı. Lakin onun bu təklifi Bizans tərəfindən qəbul edilmədi. Bunu görən sultan İstanbulu mühasirəyə aldırdı. Ancaq düşmən inadla müqavimət göstərməkdə davam edirdi. Bunu görən saray adamlarından bəziləri ümidsizliyə dükar oldular. Onlar tezliklə düşmənə əlavə yardım gələcəyini və bundan sonra İstanbulun fəth edilə bilməyəcəyi barədə saray daxilində təbliğata başladılar. Bu ümidsiz sözlər sultanın da qulağına çatdı. O dərhal Göynüklü Ağ Şəmsəddini yanına çağırdı. Bu arada isə Avropadan ərzaq və əsgər gətirən gəmilər dənizdən İstanbula daxil oldular. Bunu görən müsəlmanlar və saray əhli, o cümlədən əsgərlər də yenidən ümidsizliyə düşdülər. Onlar açıq şəkildə: “Sultan bir sofunun (Ağ Şəmsəddinin) sözü ilə bu qədər əsgərin qırılmasına səbəb oldu. Xəzinəni də göyə sovurdu. Bundan sonra İstanbulu fəth etmək üçün imid yerimiz qalmadı”, - dedilər. Bunu eşidən sultan Ağ Şəmsəddinin saraya gəlib çıxmasına səbir edə bilməyərək bu dəfə vəziri Vəliyəddin Əhməd paşanı onun yanına göndərərək: “Şeyxdən soruş, gör qalanı fəth etmək və düşmən üzərində qələbə çalmaq imkanımız varmı?”-deyə tapşırıq verdi. Həmin vaxt Ağ Şəmsəddin saraya çata çatda idi. O, vəzirdən sultanın soruşduqlarını eşidən kimi: “Məhəmməd ümməti ümidini üzməyib düşmən üzərinə hücumu davam etdirsə, onda, inşallah, İstanbul fəth ediləcək”, - deyə cavab verdi. Özü isə saraya girməkdən vaz keçərək qapıda gözləməyi daha məqsədəuyğun hesab etdi. Bu dəfə sultan yenidən vəziri Ağ Şəmsəddinin yanına göndərərək ondan xahiş etdi ki, qalaya hücum gününü müəyyən etsin və ona bildirsin. Bunu eşidən Ağ Şəmsəddin bir otağa çəkilərək bütün varlığı ilə uca Allaha sarıldı və başını əyərək ona dua etməyə başladı. Bir müddət uca Yaradana yalvardı və birdən mübarək üzü tərlədi. Sonra başını qaldıraraq vəziri səslədi və ona: “Bu ilin Cəmadiyələvval ayının 20-də səhər filan tərəfdən qalaya hücum etsinlər. Bunun ardınca sultana məktub da yazaraq: “Qul hərəkət edir, Allah Təala istədiyini ona verir. Hökm Allahındır. Lakin qul da əlindən gələn qədər qeyrət göstərməlidir və bu işdə canını əsirgəməməlidir. Rəsulullahın və Əshabının sünnəti budur”,-deyə bildirdi. Fateh dərhal qoşuna hazırlaşmağı əmr etdi. Bundan sonra Allaha dualar oxundu və həm saray əhli, həm də ordu səbirlə Göynüklü Ağ Şəmsəddinin dediyi günü gözləməyə başladı. Ağ Şəmsəddinin dediyi gün gəlib çatanda ordu İstanbula doğru hücuma başladı. Bu dəfə orduda bir ruh yüksəkliyi vardı. Sultan Mehmet də Bizansın bu ana şəhərinin alınacağına əmin idi. İstanbula hücum başlayan kimi Ağ Şəmsəddin çadıra girərək, orada üzü üstə qapanaraq Allaha dualar etməyə başladı. Çadırın bir hissəsini qaldırıb baxdı: Ağ Şəmsəddin sanki bayılmış vəziyyətdə id. O durmadan İstanbulun fəthi üçün Allaha dualar edirdi. Bunu görən Sultan Mehmet həmin an geri çevrilib qalaya hücum edən əsgərlərinə baxdı. Onların önündə sanki ağ əbalı bir dəstənin getdiyini və onların qala divarlarını aşaraq şəhərə daxil olduğunu gördü. Bunun ardınca da əsgərlərinin həmin yerdən qalaya daxil olduğunun şahidi oldu. Bunun ardınca da İstanbuldan “Allahu Əkbər” sədaları ucalmağa başladı. Beləliklə, İstanbul fəth edildi və kainatın günəşi sonuncu İslam peyğəmbərinin yüz illər bundan əvvəl verdiyi müjdə doğru çıxdı. Fateh Sultan Mehmet isə şəhərə həmin gün günorta saatlarında ağ atın belində Topqapı istiqamətindən daxil oldu. O, Ayasofyaya doğru irəliləyərək hər yerdə küçələri, evləri diqqətlə gözdən keçirirdi. İstanbulun fəthinin mənəvi atası hesab edilən Ağ Şəmsəddin, vəzirləri, ordu komandanları və Osmanlının tanınmış alimləri də Fatehin yanında idilər. Məğlub olan xalq küçələrdə İstanbulun fatehlərini həsəd və maraqla seyr edirdi. Bu arada qaliblərə rəğbət bəsləyən bəzi bizanslılar Ağ Şəmsəddini padşah hesab edərək ona gül dəstələri verirdilər. Fateh də buna cavab olaraq: “Sultan mənəm, ancaq bu qalanın fəthinin mənəvi atası odur”-deyə Ağ Şəmsəddini göstərirdi. İstanbulun fəthindən sonra Ağ Şəmsəddin bir müddət yoxa çıxdı. Üç gündən sonra onu axtarıb İstanbulun xaraba, viranə qalmış bir məhəlləsində ibadət edən vəziyyətdə tapdılar. Ondan sonra həmin məhəllə Ağ Şəmsəddinin adı ilə Göynüklü Ağ Şəmsəddin məhəlləsi adlandırıldı. Fateh də İstanbulun fəthindən bir neçə gün sonra Ayasofyanın məscidə çevrilməsi barədə əmr verdi. Ancaq bu məsələdə məğlub olan bizanslıların da razılığı alınmışdı. Ayasofyada qılınan ilk namazda imam vəzifəsini Ağ Şəmsəddin həyata keçirdi. Xütbəsində o İstanbulun fəthini və bununla əlaqədar Peyğəmbər Əfəndimizin müjdəsini xatırladaraq bu şəhərin fəthində iştirak edən əsgərlərin hamısının islam aləminin ən xoşbəxt əsgərləri olduğunu, bu yolda şəhid olanların hamısının birbaşa cənnətə getdiyini, sağ qalanların da vəfat edəndən sonra üzlərinə cənnət qapılarının açılacağını müjdələdi. Bundan sonra İstanbulun Ok meydanında bir zəfər mərasimi keçirildi. Mərasimdə çıxış edən Ağ Şəmsəddin: “Ey qazilər. Bilin və bir daha agah olun: İstanbulu fəth edən sizlər barədə axır zaman Peyğəmbəri, Kainatın Sərvəri belə deyib: “Onlar necə də gözəl əsgərlərdir”. İnşallah, cümləmiz bu zəfərin əvəzini artıqlaması ilə hər iki dünyada alacağıq,”-dedi. Göynüklü Ağ Şəmsəddin Əbu Əyyub Ənsarinin məzarının yerini göstərir. İstanbulun fəthindən sonra Ağ Şəmsəddinin adı istər saray, istər xalq, istərsə də ordu arasında övliyalar övliyası kimi anılırdı. İstanbulun fəthindən günlər keçəndən sonra Fateh onu ziyarətə getdi. O müəlliminə: “Xocam kitablardan Əshabi İkramın böyüklərindən olan Əbu Əyyub Ənsarinin mübarək qəbrinin İstanbulun qala qüllələrinə yaxın bir yerdə olduğunu oxudum. Ağ Şəmsəddin də bununla əlaqədar Fatehi xəbərdar etmək və o mübarək zatın qəbrinin aşkar edilərək üzə çıxarılmasını istədiyini ona çatdırmaq niyyətində idi. İndi sultan özü bunun üçün onun yanına gəlmişdi. Amma məzarı necə tapmaq olardı? Üstündən 700-ildən artıq vaxt keçmiş və bu müddətdə onlarla qəbir yer üzündən silinmiş, itib-batmışdı. Bir müddət o mübarək zatın qəbrini İstanbul ətrafında aradılar, ancaq tapa bilmədilər. Qəbir haradasa Əbu Əyyub Ənsarinin öldüyü yerdə olmalı idi. Bununla əlaqədar o dövrün kitablarında məlumatlar olduqca dəqiq verilmiş, qəbrin yeri də göstərilmişdi. Ancaq bu da müqəddəs zatın qəbrini arayanların köməyinə gəlmirdi. Bunu görən Fateh yenidən Ağ Şəmsəddinin yanına gəldi və ondan bu məsələdə yardım istədi. Ağ Şəmsəddin İstanbul ətrafına çıxaraq uzun müddət ətrafı gəzib-dolaşdı. Sonra gözlənilmədən bir təpəni göstərərək: “Oranı qazın. Sultan Fateh Mehmet buna mat qalmışdı və səbirlə işin sonunu gözləyirdi. Ağ Şəmsəddin deyən təpəni qazdılar və həqiqətən də, Əbu Əyyub Ənsarinin qəbri orada idi. Bu müqəddəs zatın ruhsuz bədəni sanki dünən haqqın rəhmətinə qovuşmuş kimi tər-təzə qalmış, bədənin bir əzası belə çürüməmişdi. Sultan da heyrətə düşməsini gizlədə bilmirdi. Nəhayət, o özündə güc taparaq xocasından soruşdu: “Bizlər günlərdir axtardıq, ancaq bu müqəddəs zatın məzarını tapa bilmədik. Bəs sən bunu necə müəyyən etdin. Ağ Şəmsəddin gülümsədi və bir anda sanki sifətindəki nur daha da çoxalaraq sultanın qəlbinə bir sərinlik gətirdi: -Ey İslam dünyasının ən xoşbəxt sərkərdəsi, sən bu qalanı fəth etməklə cənnəti qazandın və kainatın son peyğəmbərinin müjdələdiyi ən xoşbəxt komandanlardan oldun. Bu müqəddəs işi həyata keçirmək xoşbəxtliyi sənə nəsib oldu. Bilirsən, Peyğəmbər Əfəndimizin, Uca Allahın sevimlilərinin başı üzərində sağlıqlarında da, o dünyaya köç edəndə də gömüldüyü məzar üstündə nur dolaşır. Mən bu gün İstanbulun ətrafını gəzərkən məhz bu nurun olduğu yeri aradım. Allahın Nuru da məhz həmin təpənin üstündə idi. Dərhal anladım ki, orada məhz Əyyub Ənsari həzrətləri dəfn edilib. Burada İstanbul ətrafında çox əshabələr dəfn edilib. Amma onların arasında Əbu Əyyub Ənsaridən müqəddəsi, Allaha daha çox yaxın olanı yox idi. Ona görə də məzarı üzərində Allahın nuru vardı”,- dedi. Fateh onun bu sözlərindən çox məmnun oldu və Əbu Əyyub Ənsarinin qəbri sahmana salındı. Qəbrin üzərində sultanın əmri ilə bir türbə inşa edildi. Türbənin ətrafında isə Ağ Şəmsəddin və tələbələri üçün xüsusi otaqlar, həmçinin məscid də tikildi. Bu müqəddəs məkan 100 illər boyu müsəlmanların ən çox ziyarət etdikləri yerlərdən biri oldu.
“Heç vaxt güldürmək xatirinə and içməmişəm”. Müsahibimiz tanınmış komediya ustası Tərlan Nur Yaşardır. - Tərlan bəy, istərdim müsahibəmizin əvvəlində özünüz haqqında oxucularımıza məlumat verərdiniz... - Tərlan Nur Yaşar. Hələ universitet vaxtından sırf Azərbaycan dilində olan Şən və Hazırcavablar Klubunda (ŞHK) iştirak etmişəm. Daha sonra peşəkarlaşdırmağa başladım. Bizim sənət elə sənətdir ki, oxumaqla deyil, oxumadan da peşəkar olmaq mümkündür. Biz də çalışırıq ki, olduğumuz yerdə saymayaq, get-gedə daha da peşəkarlaşaq. Ailəliyəm, iki qız övladım var. - Azərbaycan Dövlət Texniki Universitetindən məzunsunuz. - Texniki Universitetin komandası var idi. Komandaya gəldiyim gündən fəal üzvlərindən birinə çevrildim. “Texniki oğlanlar komandası” ümumilikdə çox adamlar yetişdirib. Universitetimizin o vaxtkı rəhbərlərinə çox təşəkkürümü bildirirəm. Məşqlərə gedirdik deyə dərslərdə az olurduq. Bütün müəllimlər bunu nəzərə alırdılar. Amma kömək etməyənlər də olurdu. Məsələn, elə bir müəllim olub ki, mənə də, digər Şən və Hazırcavablar Klubunun üzvlərinə də deyirdi ki, siz bu universitetin üz qarasısınız. Ona görə də düşünürəm ki, bir insan haqqında, xüsusilə də gənclər haqqında heç vaxt tələsik qərar vermək olmaz. Gənclərə bir az azadlıq vermək lazımdır ki, özlərini daha yaxşı olduqları yerdə tapsınlar. Diplom hər şeyi həll eləmir. Mən əlimdə olan diplomla hələ bir gün belə işləməmişəm. Hətta bəzi həmkarlarım elə bilirlər ki, İncəsənət Universitetini bitirmişəm. “Şən və Hazırcavablar Klubu aktyor məktəbi deyil”. - Həmin komanda yenə də fəaliyyətini davam etdirirmi? Çünki qalsaydı, çempionat olardı, çempionat da olsaydı, yəqin ki, bizlərə xəbər edərdilər, gəlib münsiflər heyətində oturardıq. ŞHK-dan anlayışı olan adamları çağırırlar, adətən, ora. Bəzən olur ki, peşəkar aktyorlardan, peşəkar incəsənət xadimlərindən çağırırlar münsif kimi, amma onlar Şən və Hazırcavablar Klubunun münsiflər heyətində oturanda səhv qiymətlər verirlər. Şən və Hazırcavablar Klubu aktyor məktəbi deyil. Məsələn, səhnədə olanda yerindəcə analiz edə bilməlisən, zalda oturanların nəbzini tuta bilməlisən. Məsələn, gördün ki, tamaşaçılar sənin bir sözünə güldülər, əgər başın işləyirsə, operativlik varsa, davamını gətirəcəksən, ssenaridə yazılmayan şeyləri də əlavə edəcəksən. Üstəlik, onlar İncəsənət Universitetində oxumurlar. Aktyorluq hər bir insanda var, yaradılışında var. İnsan nəyəsə nail olmaq üçün lap belə körpə yaşından aktyorluq edir. Adicə balaca uşaq adama yaxınlaşır, konfeti istəyəndə belə adi dillə istəmir axı. Şirin sifət alır, xüsusi intonasiya ilə istəyir. Bu da aktyorluqdur əslində. Üzərində işləyə-işləyə, qarşısına çıxdığın tamaşaçıların rəyləri, fikirləri sənin üçün önəmlidirsə, get-gedə peşəkarlaşırsan. Əslində onlar elə bir-birinə bağlı iki fərqli xasiyyətdir desəm yanılmaram. Əslində hazırcavab, ancaq şən olmayan, acıdil adamlar da var, amma onlar xalq arasında sevilmirlər. Məsələn, adam var ki, bir söz deyirsən, o dəqiqə cavab verir sənə, amma onun verdiyi cavabda şirinlikdən daha çox acılıq olur. Hazırcavab insan şən olanda o, cəmiyyətə xeyirli bir adam olur. Çünki insanın üzünü güldürmək asan bir şey deyil. Ağlatmaq asandır insanı. Güldürmək asan bir şey deyil, hamını güldürmək isə heç asan bir şey deyil. Filmin inkişafı 4 mərhələdən ibarətdir. Mənim fikrimcə, dünyanın ən sevilən, ən şedevr filmləri yumorla bağlıdır. Bu artıq ağıllı yumordur. Məsələn, Fellini kimi rejissorların çəkdiyi komediyaları yada salanda düşünürsən ki, tamam ağır mövzulardır: faciəni götürür, gülməli şəkildə sənə göstərir. Elə Azərbaycanda Vaqif Mustafayevin çəkdiyi filmlərin çoxu, demək olar ki, faciəli komediyadır. Bir müddət Azərbaycanda komediya filmlərində durğunluq dövrü yaşandı. Lakin hamımız bilirik ki, “Xoxan” filmi ilə “Oğlan evi” filmi ilə, komediya janrı ilə Azərbaycan filmlərinə maraq yaradırıq və sübut edirik ki, Azərbaycan rejissorları film çəkə bilərlər, qazanc əldə edə bilərlər. Düşünürəm ki, bu mərhələdən sonra yerli döyüş filmlərinin inkişafı başlayacaq. Hazırda döyüş filmləri çəkmək lazımdır. Mən demirəm ki, peşəkar döyüş filmləri. Təzə çəkilən döyüş filmlərimiz çoxdur. O cür idmançılarımız var, heç birini filmə çəkmirlər. Hətta idmançılarımızın üzərində film çəkmək lazımdır. Hollivud özü vaxtilə bütün tanınmış idmançıları özünə cəlb eləmişdi. Kobra var, Fariz Məmmədov var - bu idmançılarımızdan istifadə edilib film çəkilsə, mən sizi inandırıram ki, uğur əldə edilər. Amma hələ ki buna hazırlıq prosesi getməlidir. Ən azı döyüş səhnələrini çəkə biləcək operatorlar yetişməlidir. Onu maraqlı göstərə bilən rejissorlar yetişməlidir. - Ümumiyyətlə, mən hazırcavab olmamışam, az danışan olmuşam. Mən çox oxuyan və az danışan olmuşam. Nə vaxt baxırdılar, əlimdə kitab var idi. Sinifdə müəllimim riyaziyyat fənnindən sual verirdi, mən özümdən asılı olmayaraq, o suala özümdən yuxarı sinfin cavabını verirdim. Müəllim də deyirdi tələsmə, sənin hələ onu öyrənməyinə var. Uşaqlar onsuz da mən deyən cavabı başa düşmürdülər. Hər şey vaxtında olsa gözəldir. Hazırcavablığım demək olar ki, öz üzərimdə işləməklə meydana gəlib. - Sosial şəbəkələrlə aranız necədir? Sosial şəbəkə vaxtı yeyir, sovurub aparır. Buradan heç nə öyrənmədim. Kiminsə qeybətini oxudum, kiminsə deyinməyini oxudum və s. Mənim xəbərim mənim ətrafımdadır. Bir il bundan əvvəl yenidən sosial şəbəkəyə qoşuldum. Sonra gördüm ki, yox ey, sosial şəbəkənin vurduğu ziyan xeyrindən daha çoxdur. “Heç kəsi qınamayın, qınadığın başına gəlmədən ölmürsən”. - Bəzi aktyorlar tamadalıq edib, pul qazanırlar. Sizə bu barədə təkliflər olurmu? Buna münasibətiniz? - Mən başqalarının işinə qarışmamağı xoşlayıram. Mənim onları qınamağım doğru bir şey deyil. “Heç kəsi qınamayın, qınadığın başına gəlmədən ölmürsən” deyə məşhur bir fikir var. Ona görə də heç kimi qınamamışam. Sadəcə olaraq, mən düşünürəm ki, tamadalıq, toy biznesi, restoran biznesi bir balaca təbiiliyi itirir. Toyu bir dəfə həvəslə aparırsan, beş dəfə həvəslə aparırsan, lap on dəfə aparırsan. Bu səbəbdən istər-istəməz sən artıq yalandan başlayırsan gülməyə, yalandan münasibət göstərməyə, bəzi adamları yola verməyə, o da insanın üz mimikalarını dəyişir. Bir şeyi davamlı elədikcə o sənin bacarığın olmaqdan çıxır, artıq ixtiyarsız olaraq eləməyə başlayırsan. Düzdür, bir müddət ayrı düşdüyümüz vaxtlar olub, amma ümumilikdə götürəndə bizi birləşdirən Şən və Hazırcavablar Klubunu kənara qoysaq, “Tək səbir” idi. Çöldə olanlar isə “Tək səbir”ə baxmırdılar və deməli, həmin kollektivi tanımırdılar. Ona görə çox rahatlıqla çıxıb bulvarda da gəzirdilər. Hazırda Fərda ilə bir yerdəyik - “Qardaşlar” serialında. Elməddin isə rəhbərimizdir. Mənəm, Ramin var - Məhəbbət obrazını oynayan, yəni biz hamımız “Tək səbir”dən bir yerə toplaşmış adamlarıq. Bizə bir-birimizlə daha rahatdır. Bir-birimizi artıq yarım sözlə başa düşürük, bir yerdə səhnə oynayanda yaxşı rəqabətimiz var. Rəqabətin olması çox yaxşı bir şeydir. Öz aramızda intriqalar yoxdur. Məsələn, sabah Elməddin Cəfərova hər hansı fəxri ad verilsə, bu tək ona verilmiş ad yox, ümumilikdə, bizim heyətin dövlət tərəfindən qiymətləndirilməsidir. Böyüklərimizdən eşitmişəm ki, vaxtilə teatrlarda da belə olub. Bir nəfərin uğru tək onun uğru deyil, ümumilikdə ansanblın uğrudur, bir yerdə görülən işin uğrudur. Gördüyümüz iş onsuz da bir neçə sənət növünün sintezidir. Kino ən çox sənətin sintez olduğu işdir. Çünki orada musiqi var, ədəbiyyat var, aktyorluq var, operatorluq var, rejissorluq var, rəssamlıq var. - Nur Yaşar soyadını seçməyinizlə bağlı iki dəfə suala cavab vermisiniz. Amma hər ikisində fərqli cavablar olub. İkincisinə gəlincə, bu, insanın aurasıdır. Azərbaycanda belə bir söz var - deyirlər bu qara adamdır. Yəni yaxşı olmayan, pis olan adama qara adam deyirlər. Nəyisə görməyəndə hətta deyirlər ki, mən qaranlıq görürəm bu məsələnin axırını. Amma nəyi isə yaxşı demək istəyəndə deyirlər ki, bunun axırı işıqlıdır, yolun axırında işıq görünür, filankəsin üzü nurludur. Hər bir yaxşı insanın nuru var. İnsan nurlu olanda ətrafdakıları isidir. Bəzi şeylər yaddan çıxır, bəzi şeylər mühümlüyünü itirir. Bizdə də işimizlə bağlı olaraq düşünürəm ki, işimiz bir nurdur, işıqdır, insanlara verilən bir ümiddir, evə gələn yaxşı havadır. Bu da ki, insanın özündə varsa, onu paylaşmalıdır, yoxdursa, tamaşaçı onsuz da onu qəbul eləmir. - Hansı teatrda çalışmaq istərdiniz? Ümumiyyətlə, təklif varmı? Tamaşa daha qəlizdir, orada səhv bağışlanmır. Məsələn, filmdə nə isə alınmayanda onun daha yaxşısını tamaşaçıya göstərmək üçün bir neçə dəfə çəkirik. Səhnədə oynayan aktyorun isə o şansı yoxdur, səhv elədisə, artıq düşür tarixə. Ən azı orda oturan tamaşaçıların beyninə həkk olunur. Bir az hələ özümü hazır saymıram ona, amma nə vaxtsa istəyərəm. Tamaşa atmosferi mənə maraqlıdır. Bir neçə nəfər peşəkarlarla məşq elədim, görürəm ki, tamam ayrı atmosferdir. Amma yaxşı xəstəlikdir. Çox istəyərdim ki, tamaşaçılarımız teatrlara da getsinlər. Tamaşaçı az olanda aktyorlar tamaşaçının nəbzini, nə istədiyini tuta bilmirlər. Tamaşaçı çox olsa, fərqli şeylər yaxşı mənada tələb etsələr, teatrlarımız min qat bundan artıq işlərə nail ola bilərlər. Azərbaycan sənət baxımından bir çox ölkələri geridə qoymuş dövlətdir, xalqdır. Bizim üçün nədir ki, onu inkişaf etdirmək? Məsələn, bir film çəkirsən, pul gəlmirsə, maraqla qarşılanmırsa, deməli, növbəti film çəkilməyəcək. Teatr da həmin şeydir. Teatra tamaşaçı gəlsə, zal dolu olsa və gün ərzində üç seans oynasalar, təbii ki, teatrın gəlirləri artar. Bu nədən irəli gəlir: bizdə yaxşı ssenaristlər yoxdur? - Bəli, ssenarist heyətinin içindəyəm. Şən və Hazırcavablar Klubunda olanlar bayaq dediyimiz operativliyin nəticəsində ssenari də yaza bilirlər. Əvvəllər peşəkar səviyyədə yazmırdıq. Baxa-baxa, öyrənə-öyrənə, öyrədilə-öyrədilə, nəticə çıxara-çıxara daha yaxşı şeylər yazmağa başladıq. Get-gedə anladıq ki, sən demə, ssenari yazanda müəyyən xətləri də fikirləşmək lazımdır. “Tək səbir” vaxtı yazdığımız monoloqları götürəndə orada heç bir xətt yox idi. Serial elədir ki, hər həftə məcbur olursan bu işi daha peşəkar öyrənməyə. İşləyə-işləyə öyrənir adam. Yəni ən qorxduğum şey fasilədir. İnsan dayananda passivləşir, artıq heç bir nəticə əldə edə bilmir. Rusların bir sözü var; məsafə yeriyə-yeriyə qət olunur. Xaricilər film çəkəndə həm də fikirləşirlər ki, baxılsın və çəkilən xərc qayıtsın geri. Hollivudun ən uğurlu rejissorlarından biri olan Torontino heç də peşəkar rejissor olmayıb. Bu adam adi video kasetlərin icarəyə verildiyi bir yerdə işləyirmiş. Hazırda Torontino ən çox gəlir gətirən kommersiya filmləri çəkir... - Nəbzi siz də tutursunuz? Nədir o tələblər? Tamaşaçının nəbzi evindir, yaşadığın məhlədir, getdiyin məkanlardır, gələn zənglərdir. Bu bizim özümüzün dərin araşdırmamızdır. “Heç kimin işinə qınaq kimi yanaşmamışam”. - Qadın paltarı ilə səhnəyə çıxanlara qarşı amansızsınız. Hətta qadın paltarı geymərəm demisiniz. Elə isə qadın paltarı ilə geyinib səhnəyə çıxanlarla münasibətiniz necədir? Heç kimin işinə bayaq da dediyim kimi, qınaq kimi yanaşmamışam. Yuxarıda qeyd etdiyiniz fikirləri dırnaqarası jurnalistlər mənim adımdan yazıblar. Başqalarını deyə bilmərəm, Rəfail qardaşım da, Coşqun qardaşım da, Müşfiq qardaşım da məni yaxşı tanıyırlar, mən də onları yaxşı tanıyıram. Onlar mənim böyük qardaşlarımdır. Həmçinin digər aktyorlar da. Mən hamının fikrinə hörmətlə yanaşıram və xahiş edirəm ki, mənim fikrimə də hörmətlə yanaşsınlar. - Sənət adamları arasında çox az şəxs tapılar ki, özü haqqındakı tənqidi qeydləri həssaslıqla, hətta kəskin reaksiya ilə qarşılamasın. Bəs siz özünüzü tənqid edə bilirsinizmi? Tənqid var ki, ağıllı tənqiddir. Bizdə yarızarafat, yarıciddi deyirlər ki, Azərbaycanda insanların, demək olar ki, 90 faizi həkimdir, 50 faizi hüquqşünasdır, bir çox hissəsi də çoxbilmişdir. Kimə deyirsən ki, filan yerim ağrıyır biri deyir öddür, biri deyir ciyərdir, biri filan şeydir. Hərə öz bildiyi işdən nəsə məsləhət versə hətta tənqid belə eləsə, qulaqburması belə versə, qəbulolunandır. Amma başın çıxmayan bir şeylə bağlı məsləhət verəndə də adama pis təsir eləyir. Özümüz-özümüzü də tənqid edirik. Məsələn, baxırıq deyirik ki, çox səhv eləmişəm bunu. Bir balaca çox vaxtım olsaydı, tələsməsəydim və yaxud da dərindən fikirləşsəydim, onu tam başqa cür edərdim. Tutaq ki, Firəngiz Mütəllimova hansısa seriyaya baxıb sərt şəkildə gəlib desə ki, bunu niyə belə eləmisən, onu xoş qəbul edəcəm. İkincisi, bəlkə, mənim səhv elədiklərimi cavan vaxtlarında o da edib, onun səhvini də kimsə düzəldib. O səhvimi düzəltmək üçün deyir. - Tərlan bəy bu sahəyə uyğun ali təhsil almadan kimlərəsə dərs verə bildimi? - Heç kimə dərs verməmişəm, pedaqoqluq mənlik deyil. Məsləhət isə bəzən verirəm kiməsə, amma səhv başa düşülür. Qəbul eləyənlər də var. Məsələn, Elməddinə çox rahatlıqla deyə bilirəm ki, bunu belə elə, o da mənə rahatlıqla deyə bilir və biz bir-birimizdən o şeyləri qəbul edirik. Biz artıq illərdir serial biznesinin içindəyik. Ümumi toplasaq, bəlkə də, mən artıq min bölüm seriala çəkilmişəm. Bu, Azərbaycan üçün kiçik göstərici deyil. Bizdən, məncə, məsləhət qəbul eləmək olar. Dediyim kimi, illərdir o nəbzi tutan adamlarıq, biz heç vaxt pis mənada kiməsə məsləhət vermərik. Yeri gəlmişkən alınsa, imkan olsa, nə vaxtsa incəsənət sahəsinə uyğun ali təhsil almağı da fikirləşirəm. Çünki istər-istəməz təcrübə elmlə birləşəndə daha yaxşı şeylərə nail olmaq olur. Buna görə də məsuliyyətimi daha çox istifadə edirəm ki, söz eşitməyim. Yəni tərif olmasa belə, səhv az tapılsın. Məsuliyyət bununla bağlıdır. Məsuliyyət işdən çıxıb evə qayıdanda ailənin sənə baxdığı nəzərdir, onların sənə münasibətidir. Sən efirdə özünü məsuliyyətsiz aparsan, özünü bir az ayrı cür aparsan, ilk növbədə, evdəkilər deyəcəklər ki, bu niyə belə edir. Ailənin, qonşuların, qohumların hər birinin məsuliyyəti var. Məsələn, insan Allah qarşısında da böyük məsuliyyət daşıyır. Məsələn, başa düşə bilmirəm ki, sənət xatirinə necə olur ki, yalandan and içirlər. Heç vaxt serialda and içməmişəm. Güldürmək xatirinə and içməmişəm. Türk seriallarında görürəm ki, yalandan and içməkdən gülüş tuturlar. Onun cavabını artıq burada verməyəcəksən. O təri burada tökməyəcəksən deyə daha qorxulu tərdir. O məsuliyyətləri çiyninə alıb çıxan adam inanmıram ki, nədə isə səhv eləsin. - Özünüzü kimlərə borclu bilirsiniz? - Deyirlər, valideyn və müəllim, əslində tanıdığın, gördüyün, bildiyin, söhbət elədiyin, oturub durduğun, dava elədiyin hər bir adama borclusan. Səni döyən adam sənə güclü olmağı öyrətdi, səni söyən adam gələcəkdə söyülməməyi öyrətdi, sənə gülən adam səni də başqasına gülməyi öyrətdi, sənin hansısa səhvini düzəldən adam sənin ömürlük hansısa bir qəbahətini düzəltdi. Bəziləri pis mühitdə böyüyürlər deyə həmin o pis nümunədən irəli gələrək səhv böyüyürlər. Mühit çox önəmlidir. Hamını yaxşı mühitə salmaq lazımdır, olduğu pis mühitdən ayırmaq lazımdır ki, o da gələcək üçün yaxşı mühitdə böyümüş bir adam olsun və yaxşı məsləhət versin. Hamıya borcluyam, hər kəsə borcluyam və bunu deməyə də çəkinmirəm. Hərədən bir şey öyrənmişəm. - Həyatda ən böyük təsəlliniz nədir? - Bir dəfə İsmayıllıya gedirdik, rəhmətlik atam sağ idi. Gedə-gedə, maşını saxlamadan insanlarla zarafat edirdim. Evə qayıdanda dedilər ki, bax bu kişi Tərlanın atasıdır. Mənim həyatda ən böyük təsəllim odur ki, atamın sağlığında ona oğlunun nəyəsə nail olduğunu və onun istəyini doğrultduğunu vermişəm. Hər bir valideynin arzusudur ki, ona kiminsə atası, kiminsə anası olduğunu desinlər - yaxşı mənada. Hər bir uşağa bu cür olmağı arzulayıram, hər bir valideynə də, içi özüm qarışıq, yaxşı bir övladın atası, övladın anası olmağını eşitməyi arzulayıram.
Şkaf əhvalatı. Redaksiyanın binasında təmir işləri başlanmışdı.İşlər çox sürətlə gedirdi.Elə bil yüzdən çox yaşı olan bu bina doğrudan da təmir üçün darixmışdı.Qarovulçünun sözlərinə görə hələ o ,60 ildə bir dəfə də olsun bu binada təmir aparıldığını görməmişdi.Qapı-pəncərələr cərçivəsindən çıxarılır,divarların suvağı qazınır,yalnız qədim mərmər pilləkənlərə toxunulmurdu.O isə təp-təzə görünürdü.Təmir gedə-gedə biz işləyirdik.Qəzet öz ahəngi ilə həftənin altı günü çıxırdı. Ətraf toz duman,ustaların hay küyü,mexanizmlərin taqqıltısı burada görülən işlərə fon verirdi.Bu səs-küy olmasaydı ətrafdakı canlanma lap səssiz filmə bənzəyərdi. Redaktorun kabineti dördüncü mərtəbədə yerləşirdi.Orada təmir artıq tamamlanmışdı.Gündə bir neçə dəfə iş otağımdan onun kabinetinə gedib gəlməli olurdum.Yuxarı qatdakı otaqlardan köhnə stol stul və digər yararsız hala düşmüş əşyaları bizim koridora yığmışdılar.Orada bir kitab şkafı da vardı ,etajerka deyərdik adına.Barmaq yoğunluğunda çubuqlardan düzəldilmişdi.Çubuqların üzərində yandırma üsulu ilə çox incə naxışlar vurulmuşdu.Bu şkaf mənə redaksiyaya ilk işə gəldiyim günün xatirəsi idi.O zaman məni baş redaktorun müavini qəbul edəndə onun kabinetində görmüşdüm. Mənə çox əzəmətli təsir bağışlamışdı.Ölçülərinə ,böyuklüyünə görə yox Üzərinə düzülmüş kitablara görə, Burada kimlərin əsərləri yox idi. Sonradan bu şkaf bizim otağa qoyuldu.Bu işlərə təsərrüfat müdiri baxırdı.Yerdəyişmə olanada mən xahiş etmişdim.Bu şkafa böyük bir sevgim var idi.Orta məktəbin son sinfində oxuyanda sinif yoldaşım Muradla hər gün dərsdən sonra onlara gedib buraxılış imtahanlarına hazırlaşardıq.Eyni bu şkafdan onların evlərində də var idi.Ora Murad və onun dörd qardaşı dərs kitablarını yığardılar.O şkafı çox sevirdim.Bir arzu yaranmışdı içimdə.Keşkə bizimdə belə şkafımız olaydı.Muradgilin iri yemək stolu da var idi.Biz o stolun ətrafında oturub dərslərimizi oxuyardıq.Bizim stolumuz yox idi.Biz pəncərənin döşəməsinə dəftərimizi qoyub yazılarımız yazardıq. Amma kitab şkafı başqa idi. Qərəz şkaf sevgisi hələ uşaqlıqdan beynimə yüklənmişdi. Hər dəfə şkafın yanından keçəndə o sanki məni səsləyir dur deyirdi.Başımda onu bir axşam götürüb evə aparmaq fikri dolaşırdı.Təxminən üç aya kimi özüm özümlə sanki döyüşürdüm.Elə bil dünyada başqa heç bir dərdim sərim,heç bir planım flanım yox kimi.Kitablarım çox idi həm alırdım,həm də hədiyyə edirdilər.Üstəlik uşaqların anası da filoloq olduğundan koridor,otaqlar,iri bir kitab şkafı və balkondakı sağlı-sollu şkaflar. Amma koridordakı şkafa məftun olmuşdum.Lap uşaqlıq sevgisi kimi. Yaxşi tutaq ki,bir axşam növbətçi olanda gecə evə gedəndə bu şkafı düşürdüm aşağı gözətçidən də bir təhər keçirdim.Evdəkiləri də bir təhər başa salaram ki,onsuz da atacaqdılar götürüb gəldim laklayaram istifadə edərik –deyə düşünürdüm.Birdən günlərin bir günü xəstələndim iş yoldaşlarım bizə gəldilər.Və şkafı gördülər.Bu ki ,biabırçılıq olar. Əslində redaktordan istəsəm yox deməz də.Amma onu da özümə sığışdra bilmirəm.Təzə adamdı.Bir az da sərt xasiyyətlidir.Söz deyəsi deyil. O gün yenə koridordan keçib gedəndə şkafı gördüm.Qanım möhkəm qara idi.İki otaqlı evdə yaşayırdım.Kənddən atamı gətirmişdilər.Xəstəxanaya yerləşdirmişdim.Sağolsunlar dostlar zəng etmişdilər yaxşı klinikada yaxşıda həkim tapmışdıq.Əməliyyat olunmalı idi.Klinikanın pulunu ödəməli idim. Əslində pul irəlicədən ödənməli idi.Dostlar sağolsun müddət aldılar.Bir az özümdə var idi.Qardaşım yaxın durmadı.Təzə CİP almışdı kreditini güclə ödəyirdi. Kimə müraciət edəcəyimi düşünürdüm.Şkafın yanında durmuşdum.O nu görəndə hər şeyi unudurdum.Bu gecə növbətçi idim.Düşündüm bəlkə aparım.Dünən xəstəxananın həyətində oturanda bir ağsaqqal dostumla şkaf barədə söhbət etmişdim.Məsələni ətraflı izah edib bitirdikdən sonra o mənə bir cümlə dedi.-Murad şeytan insanın damarlarındakı qanla bərabər fırlanır və hər an onu bir haram iş görməyə sövq edir.Sən neçə aydır nəfsinlə döyüşürsən.Çalış qalib gəl yoxsa şeytan sənin boş yerini tapıb səni hələ çox şeylərə sövq edər. Axşam saat səkkiz idi.Düşdüm binanın həyətinə.Yuxarı mərtəbələrdən ataılan zir-zibil,taxta-tuxtanın ətrafın dolaşdım.Üçüncü mərtəbədəki iri pəncərəyə baxdım.Pəncərədən biri boğuq səslə soruşdu-Nəsə itirmisən.-Hə itirmişdim.Tapdım-dedim. Hava qaralmışdı.Tələsik pilləkənlərlə yuxarı qalxıb koridora keçdim.Şkaf elə bil mənə boylanırdı.İri addımlarla irəlilədim.İki əllərimlə şkafı qaldırıb pəncərəyə yaxınlaşdım və onu atdım.Boylandım həyətdə kimsə yox idi. Həyətdə aşağıdakı tullantıların üzərinə düşən şkafın səsi çox güclü əks-səda verdi.O səs indi də qulağımdadır.Əyilib bir də pəncərədən baxdım.Şkafın şınıq çubuqları otərəf-bu tərəfə yellənirdi.Elə bil canlı can verirdi.Yüngülləşdim.Elə bil içimdən nəyisə dartıb çıxardılar.Bədənim birdən birə boşaldı.Yerə oturdum. Ağladım.Qalxıb iş otağıma getdim.Bir müddət başımı əllərimin üstünə qoyub nəm gözlərimi yumdum.Desəm mürgülədim də.Ayılanda gözlərimi aça bilmirdim kipriklərim yapışmışdı.Ayağa qalxıb koridora çıxdım.Bura əməlli başlı genişlənmişdi.Pencərəyə yaxınlaşıb həyətə baxdım.Qaranlıq idi heç nə görünmürdü. Xəstəxananın həyətndə görüşdüyüm dostuma zəng edib məsələni danışdım.Bir xeyli gülüb dedi-Afərin sən şeytana qalb gəldin.Nəfsini boğa bildin. Məmmədli Ağarəsul. Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
Mingəçevirdəki çimərlik, Kür çayında gəmi ilə. gəzinti, müasir otellər turistlərin marağına səbəb olur. Mingəçevir şəhərinin iqlimi və coğrafi mövqeyi ilin bütün fəsillərində turizm üçün çox əlverişlidir. AZƏRTAC xəbər verir ki, Mingəçevirdə yay mövsümündə fəaliyyətə başlayan çimərlik yerli sakinlərin və şəhərə gələn turistlərin sevimli istirahət yerlərindən biridir. Mingəçevir su anbarının sahilində yerləşən çimərlikdə hər gün 3 minə yaxın insan dincəlir. Burada insanların normal istirahəti və onların təhlükəsizliyinin təmin edilməsi üçün lazımi işlər görülüb. Şəhərdə 5 müasir otel və istirahət mərkəzi fəaliyyət göstərir və eyni vaxtda yüzlərlə turisti qəbul etmək imkanı var. İstirahət mərkəzlərində və otellərdə ötən illə müqayisədə bu mövsüm qiymətlər daha münasib, xidmət isə yüksək səviyyədədir. Bəzi otellər hətta Kür çayında gəmi ilə və kanatla ekskursiya xərclərini də öz üzərinə götürür, tarix muzeyinə və şəhərin görməli yerlərinə səfərlər təşkil edirlər. Yay mövsümü üçün qonaqlara edilən güzəştlər də çoxdur. Qida məhsullarının və yeməklərin qiymətlərində 10-12 faiz endirim tətbiq edilir. Məlumdur ki, turizm sahəsi bacarıqlı mütəxəssislərin hesabına inkişaf edə bilər. Elə bu səbəbdən də ölkəmizdə turizm sahəsi üzrə ixtisaslı kadrlar yetişdirən iki təhsil müəssisəsi fəaliyyət göstərir ki, onlardan biri də Mingəçevir Turizm Kollecidir. Kollec mütəxəssis hazırlığı sahəsində dünyanın tanınmış təhsil ocaqları ilə əməkdaşlıq edir. Kollecin direktoru, professor Əyyub Əyyubov AZƏRTAC-a bildirib ki, son illər ölkəmizin otel və istirahət mərkəzlərində turistlərə xidmət mədəniyyəti xeyli yüksəlib, turistlərin qəbul edilməsi və yola salınması istiqamətində böyük təcrübə qazanılıb. Bu istiqamətdə Mingəçevir Turizm Kollecinin məzunlarının da xidməti var. Şəhərə turistləri cəlb edən məkanlardan biri də Mingəçevir Tarix Muzeyidir. Yeni binada fəaliyyət göstərən muzeydə Mingəçevirin yerləşdiyi ərazinin qədim tarixini özündə əks etdirən 15 minə yaxın eksponat saxlanılır. Kür çayının hər iki sahilindəki müasir parklar istirahət və əyləncə üçün çox əlverişlidir. Kürün sağ və sol sahillərini birləşdirən kanat yolu da turistlərin ixtiyarına verilib. Son bir ildə Mingəçevirdə aparılan böyük tikinti, quruculuq və abadlıq işləri də şəhərin minlərlə turist qəbul etməyə hazır olmasından xəbər verir. Heydər Əliyev parkında yeni inşa edilən “Mingo Park” istirahət və əyləncə mərkəzi, eləcə də Kür çayının kənarındakı “Sahil” parkı əsaslı şəkildə yenidənqurmadan sonra mingəçevirlilərin və şəhərə gələn turistlərin sevimli istirahət yerinə çevrilib. Tez-tez başqa ölkələrdən, respublikanın digər şəhər və rayonlarından Mingəçevirə avarçəkənlər, müxtəlif sahələr üzrə idmançılar, turistlər gəlirlər. Yeri gəlmişkən, “Bakı-2015” Avropa Oyunları çərçivəsində avarçəkmə idman növü üzrə yarışların Mingəçevirdə keçirilməsi şəhərin böyük potensialından xəbər verir. Mingəçevirə gələn yerli və xarici turistlər həm də şəhər ərazisindəki qədim tarixi abidələr, maddi-mədəniyyət nümunələri ilə maraqlanırlar. Mingəçevir Dövlət Dram Teatrının binası, Kür çayının üzərində ötən əsrin ortalarında salınan körpü də memarlıq abidələrinə aiddir. Turistlər Mingəçevirdə bütün bunları görməklə bərabər, şəhər sakinlərinin qonaqpərvərliyinin də şahidi olurlar. Mingəçevirlilərin qonaqlara, turistlərə qarşı münasibəti onlarda həmişə məmnunluq yaradır.
Qarabağ atları Azərbaycan xalçalarında. Qarabağ atları ən qədim zamanlardan Azərbaycanda mövcud olmuş atların nəsillərindən törəyiblər. Mənbələrə görə, Qarabağ atları Azərbaycan ərazisində hökm sürən Manna, Midiya, Albaniya və Artopatena dövlətlərinin qədim at nəsillərindəndir. E. ə I minilliyə aid Manna dövlətində atlardan geniş istifadə edilib. Tarixçi Herodot (e.ə IV əsrə aid) Midiyada, Xəzərin cənub-qərbində olan Nesey adlanan geniş düzənlikdə gözəl və güclü atlar haqqında yazırdı. Tədqiqatlardan belə məlum olur ki, Qarabağ atları öz mənbəyini ən qədim dövrlərdən, Nesey atlarından götürüblər. Qarabağ atları hər zaman öz gözəllikləri, plastikaları və dözümlülükləri ilə seçiliblər. Xüsusilə, Qarabağın Dilbaz atları hər yerdə böyük şöhrət qazanıb. Avropa və Rusiyada hər zaman bu atlara böyük maraq olub. Hazırda respublikamızda milli at cinsi sayılan növlər qədimdən Şuşa, Ağdam və onlara yaxın ərazilərdə geniş yayılıb. Almaniya Qarabağ xalça məktəbindən faydalanıb. Qeyd edək ki, İngiltərədə Ağdamın “Qarabağ” futbol klubu üçün tərtib olunan loqotipdə məhz Qarabağ atları təsvir olunub. 2012-ci il iyunun 19-da Almaniyada Berlinin mərkəzində yerləşən tarixi “Hotel de Rome”da Almaniyanın EDSOR Berlin Moda Evinin hazırladığı və Avropa Azərbaycan Cəmiyyətinin (AAC) dəstəyi ilə Qarabağ xalçalarının ornamentləri və italyan ipliyi ilə yüksək bədii zövqlə hazırlanmış əl işləri olan cib dəsmalları, qalstuk və şərflərdən ibarət kolleksiyanın təqdimatı keçirildi. 500 nəfərə yaxın moda, biznes, siyasət və ictimaiyyətdən olan tanınmış şəxslərin qatıldığı tədbirdə nümayiş olunan sənət əsərləri Azərbaycanın incəsənətinin izlərini özündə daşıyırdı. EDSOR moda evinin meneceri Jan-Henrik Shaper-Stuke bu kolleksiyada Qarabağ motivlərindən bəhrələndiyini bildirmişdi. AAC-nin sədri və təsisçisi Taleh Heydərov öz çıxışında sözügedən kolleksiyanın ilham mənbəyi Qarabağ mövzusu olduğunu deyib. Belə ki, kolleksiyada Qarabağ xalçaçılıq məktəbinin ornamentlərindən və at təsvirlərindən istifadə olunub. Bu təqdimatın keçirilməsində əsas məqsəd 20 ildən artıq işğal altında olan musiqi, mədəniyyət və sənət beşiyi olan Qarabağın erməni tapdağı altında məhv olduğuna diqqəti yönəltmək idi. Kolleksiyanın satışından əldə olunan gəlirin bir hissəsi Azərbaycanda məcburi köçkün uşaqları üçün tikilən Şuşa Uşaq Musiqi Məktəbinə musiqi alətlərinin alınması üçün nəzərdə tutulmuşdu. Tədbirdə işğal nəticəsində 1 milyona yaxın Azərbaycan vətəndaşının məcburi köçkün və qaçqın olması xüsusilə vurğulanmışdı. Qarabağ bölgəsinin xalçalarında qədim türk tayfalarının totemi olan at təsvirlərinə tez-tez rast gəlinirdi. Hər zaman həm cıdır, həm də minik atları ilə məşhur olan qızılı başlı Qarabağ atları məhz bu əraziyə xas olaraq yetişdirilirdi. Hətta tarixən Avropa qadınlarının öz saçlarını Qarabağ atlarının rənginə baxaraq qızılı rəngə boyadıqları deyilir. Qarabağ xanı İbrahimxəlil xanın dövründə atçılığa çox fikir verilərək ildə iki dəfə Cıdır düzündə at yarışları keçirilirdi. Gözəl, atletik quruluşlu, şux duruşlu atların təsviri özünü şərflərin üzərində tapmışdı. Milli musiqimizin təntənəli sədaları altında şou göstərən atlarımız böyük rəğbət qazanıblar. Nəsli kəsilməkdə olan Qarabağ atları xalçaların üzərində təsvir olunur. Onu da qeyd etmək lazımdır ki, hazırda Qarabağ atlarının sayı dünyada 1000-ə qədərdir və nəsli məhv olma təhlükəsilə qarşı-qarşıyadır. 1993-cü ildə Ermənistan tərəfindən Ağdam işğal olunanda Ağdam Atçılıq Zavodunun fədakar işçiləri tərəfindən atlar çıxarılaraq Bakı ippadromuna gətirildi. Vaxtilə Ağdam, Zəngilan, Şuşa, Qasımuşağı, Laçında toxunan, XIX əsrin sonunda yaranmış süjetli “Atlı itli” kompozisiyalı Qarabağ xalçaları da dünyaca məşhurdur. Qarabağ atları mərdlik, cəsarət, möhkəmlik simvolu kimi xalça üzərində öz əksini tapıb. Öz rənglərinin şuxluğu, temperamentli Qarabağ atlarının ekspressiv təsviri ilə seçilən bu xalçalar əntiq xalça kimi xaricdə yüksək qiymətləndirilir. Qeyd etmək lazımdır ki, təbii bitki boyaqları ilə rənglənmiş saplarla sıx toxunuşlu, ipək kimi parlaq xova malik bu cür kompozisiyalı xalçalar nadir sənət əsəri hesab olunurlar. Adətən, xalçaların ara sahəsində isti qırmızı rəngli fonda stilizə edilmiş, beli yəhərli oynaq atların və onları müşayiət edən itlərin ritmik hərəkəti təsvir edilirdi. Ara sahənin fonu, adətən, doldurucu funksiya daşıyan həndəsi naxışlar, gül elementləri və müxtəlif formalı ev heyvanlarının təsvirləri ilə zəngin olur. At və itlərin realistik təsvirləri xüsusilə diqqəti cəlb edir. Bəzən isə atların çəmənlikdə, güllərin əhatəsində təsvir olunmağına da təsadüf edilir. Həndəsiləşmiş nəbati ornamentli haşiyə zolaqları ara sahəni əhatə edərək, xalçalara bütov, lakonik bir forma bəxş edir. Azərbaycana məxsus xalçalar erməni xalçası adı ilə tanıdılır. Qarabağın toxucu xanımları bu xalçalarda doğma təbiətlərinin gözəlliyini, atlarının çevikliyini tərənnüm edərək ilmələrə köçürüblər. Qarabağ xalçaları, adətən, böyük ölçüdə olub. Təəssüflər olsun ki, hazırkı dövrdə bir sıra Azərbaycan xalçaları erməni adları altında dünyaya tanıdılır. Məsələn, Qarabağın qədim çeşnilərindən olan Çələbi xalçası Kelabard, Malıbəyli xalçası Xondzoresk, Qazax xalçası Sevan, Şulaver, Qubanın Əjdəhalı xalçası erməni adları ilə adlandırılır. Xüsusilə, burada erməni xalçası kimi təqdim olunan Qarabağın Qasımuşağı xalçasını da vurğulamaq lazımdır. Nəinki torpaqlarımızın, eyni zamanda milli mədəniyyət nümunələrimizin, mətbəximizin, musiqimizin, incəsənətimizin də işğal olunmağı çox ürəkağrıdıcı faktdır. Əsrlər boyu özlərinə məxsus heç nələri olmayan işğalçı ermənilərin bizlərə məxsus olanları qəsb edib, özününküləşdirməsi açıq aydın göz önündədir. Bunun qarşısını almaq üçün hökumətimiz tərəfindən hər il dünyanın bir sıra ölkələrində Azərbaycan mədəniyyətini, incəsənətini, tarixini tərənnüm edən və tanıdan dövlət tədbirləri, elmi konfranslar, sərgilər, mədəniyyət günləri, təqdimatlar və s. keçirilməkdədir.
“Türk məktəblərinin bağlanması Türkiyənin təməlinə bomba qoyar”. Türkiyənin "Özgür düşünce" qəzeti şair, yazıçı, əslən azərbaycanlı bir mühacir ailənin övladı olan Yavuz Bülənd Bakilərdən özəl bir müsahibə alıb. Müsahibədə türk dili, türk məktəbləri, Türkiyənin təhsil sistemi və ən son siyasi mövzular əhatə olunub. Həmin müsahibəni sizə təqdim edirik. - Türk dilinin istifadəsi məsələsində çox həssasınız. Bu mövzu uzun illərdən bəzi müzakirə olunur. Hazırda bu işin gedişatı nə yerdədir? - Bir milləti məhv etmək üçün ordu göndərib müharibə aparmağa ehtiyac yoxdur. Bir millətin mədəniyyəti məhv edilərsə, o millət yavaş-yavaş yox olar. Bizim mədəni dəyərlərimizin başında dil gəlir. Buna görə də, Türkiyə torpaqlarında rahat yaşamaq istəyən hər bir insan türk dilini birinci planda tutmalıdır. Türk dilinin başına açılan oyunlar qarşısında öz mövqeyini açıq göstərməlidir. Bizim xalqımız isə bunu bilmir. Uzun illər Mədəniyyət Nazirliyində çalışdım. Dünyanın ən az oxuyan millətlərinin siyahısında başda biz varıq. Bizdən sonra Yaxın Şərq ölkələri, ondan sonra da afrikalıllar var. - Dilin daha yaxşı inkişafı üçün təklifləriniz nədir? Ancaq bir qrup insanlar dilimizdəki ərəb və fars dilindən daxil olan kəlmələri çıxarmağa çalışırlar. Dövləti idarə edən insanlar dilimizə girən və hər kəs tərəfindən mənimsənilən sözləri sorğusuz-sualsız qəbul edirlər. Gənclərimizin dil qısırlığı var. Bu qısırlıq dövlət tərəfindən təşkil edilir. - Dil və türk dili deyiləndə ağlımıza ilk olaraq türk məktəbləri gəlir. Xaricdəki bu məktəblər barəsində nə düşünürsünüz? - Mən bu mövzu ilə bağlı fikirlərimi rəhmətlik Süleyman Dəmirələ prezidentliyi dövründə demişəm. Ona dedim: “Azərbaycandan Çin səddinə qədər getdim. Gördüm ki, oralarda dövlətimizin bayrağını şərəflə dalğalandıran bir insan var: Fəthullah Gülən. Mən belə deyəndə prezident təccübləndi və “Həqiqətənmi, həqiqətənmi?” dedi. Mənim bu açıqlamalarımdan bir müddət sonra Dəmirəl bütün Türk Cümhuriyyətlərini gəzdi. Qayıtdıqdan sonra da mətbuat konfransı keçirdi. Bu zaman dedi: “Getdiyim bütün Türk Cümhuriyyətlərində ölkə rəhbərləri bu məktəblərinin sayının artırılmasını istədi. Mən də sizdən xahiş edirəm, bu məktəblərin sayını artırın”. Həm imperiya dövründə, həm cümhuriyyət dövrünə baxsaq ən ciddi işləri həmin məktəblər görüb. Buna sizə toxunduğum qədər inanıram. - Məktəbləri bağlamaq istəyirlər. - Bu addım Türkiyənin təməlinə bomba qoymaq deməkdir. Mən “Turqut Özal Türkmən liseyi”ndə türkmən əsilli bir ədəbiyyat müəllimindən soruşdum: “Hansı dərsləri keçirsiniz?”. “Türküstan türkü ilə Türkiyə türkünün arasınında ayrılıq salmaq üçün” dedi. İndi də biz həmin o məktəbləri tamamilə bağlatmaqla rus siyasətinə xidmət etmiş oluruq. Məktəblərin bağlanılması 100 yox 1000 faiz rusların mədəniyyət siyasətinə xidmət göstərmək deməkdir. Çünki ruslar bizim oradakı soydaşlarımızı öz dillərindən, dini inanclarından, mədəniyyətlərindən qoparmağa çalışırlar. Sadəcə türk cümhuriyyətlərində deyil, Afrikada və digər ölkələrdə də məktəblər var. İmperiyanın belə bir dərdi olmayıb. Cümhuriyyət dövrü belə bir işə onsuzda heç qarışmayıb. Bunu düşünən bir insan var: Fətullah Gülən Hoca Əfəndi. Onun da anasından əmdiyi südü burnundan gətirməyə çalışırlar. - Dil və Mədəniyyət festivalının (Türk dili olimpiadaları) da artıq Türkiyədə keçirilməsinə icazə verilmir. Bu barədə nə deyə bilərsiziniz? Mən bu mövzuda yarım saat danışa bilərəm. Bu məktəbləri bağladanlar, Dil və Mədəniyyət festivalının keçirlməsinə mane olanlar ortaya çıxsınlar və mərdcə məktəbləri niyə bağlatdırmaq istədiklərini, festivalların niyə qadağan olunduğunu, bayrağımızın oralarda niyə dalğalanmasını imkan vermədiklərini açıqlasınlar. Bu mövzu siyasətə girir. Mən də siyasətə qarışmaq istəmirəm. Bu çox yanlış bir qərardır. Arzu edirəm ki, dövlətimizi idarə edənlər bu addımların yanlış olduğunu görsünlər. Kimin yanlış hərəkəti varsa, o cəzalandırılsın. Ancaq burada Dil və Mədəniyyət festivalının keçirilməsinə mane olmaq, oradakı uşaqların Türkiyə türkçülüyünə olan sevgisini kəsməyə çalışmaq, dövlətə və millətə xidmət etmək deyil. Bu məsələyə necə baxırsınız? İslan yardım, kömək dinidir. - Onda silahsız bir terror təşkilatı quraraq tarixə düşək. “Biz kasıblara yardım edən, insanlara dilimizi öyrədən, bayrağımızı dünyanın hər yerində dalğalandıran möhtəşəm bir terror təşkilatıyıq” deyərək bütün dünyanı özümüzə güldürək. - Təhsil sistemi haqqında nə düşünürsünüz? Son illər ərzində Təhsil Nazirliyi və imtahan sistemində dəyişikliklər olub. - Bizim insanlarımız düşünə bilmədiyi üçün təhsil sistemində tez-tez dəyişikliklər olur. Düşüncənin meydana gəlməsində dövlətimizin, ailəmizin, məktəblərimizin böyük rolu var. Sistemin bu qədər çox dəyişməsi heç bir fayda verməz. Əksinə, böyük faciələrə səbəb olar. - Uzun illər Mədəniyyət Nazirliyində çalışmısınız. Mədəniyyət siyasətimiz haqqında nə düşünürsünüz? - Mədəniyyət siyasətimiz çox da yaxşı deyil. Bu işin başına gətirilənlərin mədəniyyətlə əlaqəsi yoxdur. Məsələn, Ərtoğrul Günay Sivasda “Madimak” otelinə milyonlar xərcləyərək oteli muzeyə çevirmək istədi. Hər dəfə “Cənab nazir oranı muzeyə çevirməyin heç bir faydası yoxdur. Həmin pulla Hacı Bektaş Vəlinin “Malakat” adlı kitabını 1 milyon tirajla çap etdirin Sivas və ətraf bögələrə paylayın. Beləliklə bu düşmənliyə son qoyula bilər. Dünən “Madimak”ı yandıran bu dəfə muzeyi yandırar”. Bu kimi düşüncələri dəyişmək lazımdır. Ölümü hələ də aydınlaşmayıb. Bu məsələyə necə baxırsınız? Səbəbi də budur: Muhsin bəyin vertolyotunun düşdüyü yeri kəndlilər tapır, ancaq dövlət rəsmiləri tapa bilmir. Sonra vertolyotun içərisindəki bəzi cihazlar rəsmilər tərəfindən çıxardılır. Bu kimi şeylər də məni şübhələndirir. Bir neçə ay əvvəl Turqut Özalın oğlu ilə söhbətləşdik. Ona “Atanızın zəhərlənməsi ilə bağlı bir şübhəniz varmı?” sualını verdim. Atamı zəhərləyiblər. Ancaq bunu açıqlaya bilmirik”, dedi. - İnsanlar korrupsiya faktlarına qarşı laqeyddir. Belə deyən insanlara “Yaxşı onda Əhməd, Məmməd də çalışqan birisidir amma gözü onun, bunun namusundadır. Sənin qızının da namusuna göz dikir” desək qəbul edərlərmi? Etməzlər. Yaxşı, onda niyə onu qəbul edirsən bunu qəbul etmirsən? Bu suallara doğru cavab vermək üçün doğru düşünmək, doğru düşünmək üçün də doğru kəlmələrdən istifadə etmək lazımdır. Cahil insan düşünə bilməz. Tərcümə etdi: Nərmin Haqverdiyeva.
Budəfəki müsahibimiz respublikanın sevilən müğənnisi Nadir Bayramlı olub. Digər şou nümayəndələri kimi adı qalmaqallarda hallanmayan müğənni daha çox yeni mahnıları ilə gündəmdə olur. İfaçılıqla yanaşı, bəstəkarlıqla da məşğul olan N. Bayramlı el şənliklərində də iştirak edir. Müğənninin bilmədiyimiz digər tərəflərini suallarımıza cavabları ilə tanıya bilərik. Sənət aləmində bir müğənni kimi, bir sənət adamı kimi tanınıram. Həmişə çalışmışam ki, Azərbaycan musiqisini bacardığım qədər yaxşı təmsil edim. Buna nə qədər nail olmuşam tamaşaçı bilər. Bu, Allahın verdiyi bir istedaddır. Hər insan sənətçi olmağı arzu edər, amma ola bilməz. Allahın bizə verdiyi bu səsi, istedadı dəyərləndirmək lazımdır. Mən də uşaqlığımdan hiss edirdim ki, o istedad məndə var. Oxumağı bacarıram, musiqiyə böyük həvəsim var. Artıq 10 yaşımdan sonra böyük bir həvəslə musiqinin ardınca düşdüm. 13-14 yaşlarımdan hərbi xidmətə qədər musiqiçilərə qoşularaq toy məclislərində oxumağa başladım. Hərbi xidmətdən qayıtdıqdan sonra sərbəst şəkildə müğənnilik sənəti ilə məşğul oldum. - Bildiyimiz qədər ilk musiqi təhsiliniz xanəndəlik olub. Bəs sonradan niyə estrada janrında oxumağa üstünlük verdiniz? - Mənim ifa etdiyim mahnılar estrada janrına çox da yaxın deyil; sırf Azərbaycan musiqisidir. Əsasən bəstəkar mahnıları, xalq mahnıları, muğamlar, təsniflər ifa edirəm. Bəzən də öz bəstələdiyim mahnıları oxuyuram. - Hazırda sənətinizlə bağlı yeni layihələriniz varmı? - Daim öz sənətimin üzərində çalışıram. Bu yaxınlarda yeni musiqi albomum çıxacaq. Buraya da dediyim kimi, xalq mahnıları və bir çox yeni bəstəkar mahnıları daxildir. - İfa etdiyiniz mahnıların çoxu sevgi barəsindədir. İnsanı sevmək, Allahın verdiyi bütün nemətləri sevmək bizim Yaradana olan sevgimizdən doğur. Bu sevgini mahnı ilə də ifadə etmək olar. Buna görə də bu tip mahnıları sevərək oxuyuram. Ümumiyyətlə çalışıram ki, bütün janrlarda oxuyum. Ümumiyyətlə, efirdə çox az görünürsünüz. Çox istəyiblər olum. Ancaq mən qalmaqallardan uzaq olmaq istəmişəm. Şou-biznes də belədir ki, gündəmə gəlmək istəyən qalmaqallardan istifadə edir. Ona görə də mən kənara çəkilib öz sənətimlə məşğul olmuşam. Efirlərdə görünməməyimin səbəbi isə mənim təqsirim deyil. Nə vaxt dəvət edirlər, mən onda efirə çıxıram. - Elariz Məmmədoğlu qəzetimizə verdiyi müsahibəsində bildirmişdi ki, müğənni sənətlə yanaşı, kommersiya mahnılarını da ifa etməlidir ki, pul qazansın. Siz necə, pul qazana bilirsinizmi? - Gündəmdə qalmaq, tamaşaçının nəzərini cəlb etmək üçün elə musiqilər seçmək lazımdır ki, unudulmayasan. Bizim də qazancımız çox vaxt toy məclislərindən olduğu üçün biz bəzən belə mahnılara yer verməyə məcbur oluruq. Ancaq onu da çalışırıq yaxşı ifa edək ki, bəyənilsin. Bəzən ola bilər ki, mahnı çox da səviyyəli olmasın, ancaq ifaçı yaxşıdırsa, bütün manevrləri onun üzərində yaxşı edə bilirsə yəni istedadını göstərə bilirsə mahnı da uğurlu alına bilər. - Şou-verilişlərlə bağlı cəmiyyətdə münasibət birmənalı deyil, əksəriyyət tənqid edir. Bəs sizin fikirləriniz necədir? - Cəmiyyətin dedikləri ilə mən də razıyam. Elin gözü tərəzidir. Sənət adamları xalqın narahat bir vaxtında xalqdan uzaq düşüb, efirdə öz həvəslərinə uyub insanların heysiyyəti ilə oynamamalıdırlar. İnsanların əhvalına uyğun, onların düşdüyü çətin vəziyyətləri nəzərə alaraq musiqi seçməlidirlər. Bir sözlə, xalqın içindəsənsə, musiqini yaşatmaq niyyətindəsənsə, xalqın istəklərinə uymalısan. - Kanallarımızda nələrin dəyişməsini istərdiniz? - Hesab edirəm ki, kanallarımızda şou səpkili verilişlər, musiqili proqramlar bir az çoxdur. Bu barədə də Milli Televiziya və Radio Şurasının rəhbəri göstəriş verib ki, bu tip verlişlər azaldılsın. Maarifləndirici, insanların görmək, eşitmək istədikləri verilişləri efirə çıxarsınlar. Sadəcə, hər şey zamanında olsa yaxşıdır. - Müasir dövrdə müzakirələrin ən çox getdiyi ünvanlardan biri də sosial şəbəkələrdir. Sosial şəbəkələrdən istifadə edirsinizmi? Ancaq özüm çox ciddi məşğul olmuram. Bu işləri kiçik qızıma həvalə etmişəm. Xasiyyətimə yaxşı bələd olduğu üçün kimə nə cür cavab vermək lazımdır, qızım bilir. Bəzən önəmli bir şey olduqda mənə bildirir. - El şənliklərinə gedirsinizmi? Buna şou-biznesdən uzaq olmağınızmı səbəbdir, sizcə? - Özüm həmişə qalmaqallardan uzaq olmağa çalışıram. Bəzən mənə təklif olunur ki, qalmaqala qarışasınız. Ancaq mən bunun əleyhinəyəm. Sənət adamı sənəti ilə məşğul olsa, daha yaxşıdır. Sizcə, qalmaqallarla gündəmə gəlmək nə dərəcə doğrudur? Bəlkə də, mən yanlış düşünürəm. Ancaq səsi ilə sevilmək, səsi ilə gündəmə gəlmək, insanların sevgisini qazanmaq daha gözəldir, məncə; nəinki xoşagəlməz hadisələrlə yadda qalmaq. - Ailədə sizin yolunuzu davam etdirən varmı? Oğlum Şəmsi Bayramlı yeni başlayıb oxumağa. Onun bu işin öhdəsindən necə gələcəyini isə zaman göstərəcək. - İndiyə qədər ifa etdiyiniz mahnılar arasında ən çox bəyəndiyiniz, sevərək ifa etdiyiniz mahnınız hansıdır? - Ən çox sevdiyim mahnım “Vətənə getməyim gəlir” musiqi-kompozisiyasıdır. Musiqi sırf Qarabağımızla, vətən həsrəti ilə yaşayan insanların arzusu ilə bağlıdır. Ana unutmaz övladın, qoynunda yatmağım gəlir! Vətənə getməyim gəlir. Elimə, obama, yurduma, torpağıma, Vətənə getməyim gəlir. - Onu da qeyd edim ki, bir neçə gün əvvəl xalqımızın ən ağır günlərindən biri olan Xocalı faciəsinin ildönümü qeyd olundu. Mən buradan sizin vasitənizlə Xocalıda dünyasını dəyişənlərə Allahdan rəhmət, qalanlara da səbir diləyirəm. Nərmin Haqverdiyeva.
Bölgələrimizdə on minlərlə ağac əkildi. Samuxda ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibəti ilə anım tədbiri keçirilib. Öncə tədbir iştirakçıları Heydər Parkında müstəqil Azərbaycan Respublikasının yaradıcısı və qurucusu ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər, abidənin önünə tər çiçəklər düzərək ulu öndərə məhəbbət və ehtiramlarını ifadə ediblər. Daha sonra ulu öndərin doğum günü münasibəti ilə rayonun əsas magistral avtomobil yollarının kənarlarında rayon ictimaiyyətin iştirakı ilə 3000 ədəd ağac və 15 min ədəd dekorativ güllər əkilib. Şəmkir rayonunda ümummilli lider Heydər Əliyevin abidəsi ictimaiyyət nümayənləri tərəfindən ziyarət edildikdən sonra rayon ərazisində ağacəkmə aksiyası və iməcilik təşkil olunub. Yerli iqlim şəraitinə uyğun əkilən 10 minə qədər həmişəyaşıl şam ağacları, yeni gül kolları küçə və parkların yaşıllaşmasına xidmət edəcək. Göygöl rayonunda da Bakı-Qazax magistralının rayon ərazisindən keçən hissəsində yaşıllıq aksiyası keçirilib. Yol kənarlarına 3500-ə yaxın şam ağacları əkilib, yaşıllıqlara aqrotexniki qulluq göstərilib. Tovuzda da ulu öndər Heydər Əliyevin anadan olmasının 93 illiyi münasibətiylə yaşıllaşdırma aksiyası keçirilib. Dahi şəxsiyyətin abidəsi ziyarət edildikdən sonra rayon ictimaiyyəti Tovuz çayı ətrafında, magistral yolların kənarında 2 mindən çox sərv, şam, tuya ağacları əkib. Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında rayon gəzintisi olub. Qazax rayonunda yeni yaşıllıqların salınması, bərpası, mühafizəsi və qorunması ilə bağlı ənənəyə uyğun olaraq Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, Aparatın əməkdaşları, idarə, müəssisə və təşkilatların əmək kollektivləri, ictimaiyyət nümayəndələri tərəfindən ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə ağacəkmə iməciliyi keçirilib. Rayon sakinlərinin və ictimaiyyət nümayəndələrinin də fəallığı ilə müşayiət olunan tədbirdə Bakı-Tbilisi magistral avtomobil yolunun Qazax rayonu ərazisindən keçən hissəsində iqlim şəraitinə uyğun 5 mindən çox müxtəlif növ ağaclar əkilib, eyni zamanda həmin ərazidə ötən illərdə əkilmiş ağaclara aqrotexniki qulluq göstərilib və təmizlik-abadlıq işləri aparılıb. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü Gəncə şəhərində silsilə tədbirlərlə geniş qeyd olunub. Ulu öndərin doğum günü münasibətilə keçirilən ümumşəhər tədbirinin iştirakçıları - şəhər rəsmiləri, idarə və müəssisə təşkilatlarının rəhbərləri, ziyalılar, ağsaqqallar ulu öndərin şəhərin baş meydanında ucaldılan abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüb, xatirəsini ehtiramla yad ediblər. Daha sonra tədbir ağacəkmə aksiyası ilə davam etdirilib. Yaşıllaşdırma işləri Heydər Əliyev Park Kompleksində, Nizami Məqbərəsi istiqamətində, şəhərin giriş və çıxış hissələrində, həmçinin şəhərin park, prospekt və küçələrində həyata keçirilib. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev bildirib ki, ümumilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ərəfəsində şəhərdə 82 min 500 ağac əkilib. Ağacəkmə aksiyası may ayının sonuna kimi davam etdiriləcək. İməcilikdə şəhərin idarə və müəssisə kollektivləri, gənclər, ictimaiyyət nümayəndələri böyük həvəslə iştirak ediblər. Tədbir iştirakçıları şəhərin landşaftına uyğun olaraq şam, sərv, çinar ağacları, qızılgül kolları, eləcə də müxtəli. Vüqar Nəbiyev.
Azərbaycanda xalça sənəti və xalça alətləri. Xalça sözünün kökü xalı sözünə gedib çıxır. Xalı xalça məmulatlarının ölçüsünə görə ən böyüyünə deyilir. “Ça” leksik şəkilçisi artırmaqla kiçiltmə, əzizləmə mənalı isim alınmışdır. Xüsusən də Qarabağ evlərində iri ölçülü dəst xalı gəbələrə rast gəlinirdi. Dilimizdə işlənən xalı sözünə digər türkdilli xalqların leksikonunda da rast gəlmək mümkündür. Ərəb əlifbası ilə yazılan türk dilli ədəbiyyatda “qali” kimi yazılaraq zamanla “xalı” formasını alıb. Gəbə sözünə şifahi xalq ədəbiyyatında da rast gəlinir. Xovsuz xalçalarla müqayisədə xovlu xalçalar qalın və kobud olur. Bəzən Orta Asiyada səhvən Kəbə (Kaba) sözü ilə əlaqələndirilir. Həmçinin əfqanlar və cığatay türkləri iri və qalın toxunuşlu xalıları qalın (qalin) adlandırırlar. Hazırda Qubada böyük ölçüdə olmayan xalıya “qalınça” (xalça) deyirlər. Ümumiyyətlə isə onu qeyd etmək lazımdır ki, lap əvvəllər xalça döşənək, alaçıq və ya çadırı isti saxlamaq üçün istifadə olunan məişət əşyası kimi olaraq formalaşıb. Zamanla isə inkşaf edərək toxunma texnikası və bədii ornamental tərtibatı zənginləşərək firavanlıq, var-dövlət rəmzinə çevrilən bir hala gəlmişdi. Həmçinin xalçadan nəinki evin daxili interyerində, eyni zamanda köçəri həyatda yük yığmaq üçün, xurcun, xaral, duz torbası, pərdə, yəhər üstü, hətta incə toxunuşlu xalçalardan geyim belə hazırlanmasında istifadə edirdilər. Xalçanın toxunma texnikası. Xalçaçılıqda toxumaq üçün bu alətlərdən istifadə olunur - xalçaçıların sayına görə həvə və ya toxmaq, kirkid və ya daraq, qayçı, bıçaq, qarmaqlı bıçaq, divar hanası yaxud yer hanası. Həvə xalça, palaz və s. toxumaq üçün ilmələri döyüb yerində bərkitmək üçün ucu kəsik, dişli alətə deyilir. Bu alət heyvan buynuzundan və ya metaldan hazırlanır. Bəzi yerlərdə toxmaq da adlanır. Keçmişdə arğacı döymək üçün möhkəm ağac oduncaqdan hazırlanan dişli həvələrdən istifadə olunurdu. Xalça toxunan zaman ilmələri sıxlaşdıran, arğacın yatımını düzləşdirən alətə kirkid deyilir. Zamanla digər alətlər kimi kirkit də forma və texniki xüsusiyyətlərinə görə inkşaf edib, dişləri metal materiallardan düzəldilməyə başlanıb. Arğacın hamar salınması üçün nəzərdə tutulan texnoloji tələblərə tam cavab vermədiyi üçün bu alət sonda tam metaldan düzəldilmiş, müasir kirkit olaraq metal nümunələri meydana gəlmişdi. Xalça qayçısı - ilk dövrlərdə qayçıdan istifadə etməsələr də sonralar xalçanın xovunu hamar etmək üçün evdə işlənən məişət qayçılarından istifadə olunurdu. Adi qayçı xov kəsmək üçün rahat olmadığından toxucuların barmaqlarını yorurdu. Hazırda xalçaçılıqda yüngül və rahat metal qayçılardan istifadə olunur. Xovu əldə etmək üçün qayçının qolları sərbəst hərəkət edərək qolların arxasındakı halqalar kəsici hissələrə nisbətən hündür olurdu. Xalçada şaquli istiqamətdə xalça dəzgahına uzadılmış pambıq və ya yun iplərə ilmə vurub sonra onu kəsmək üçün bıcaqdan istifadə olunur. Yaxın keçmişdə qarmağı olmayan sadə metal bıçaqlardan ilmələri kəsmək üçün istifadə edirdilər. Bu məqsədlə hətta mətbəx və cib bıcaqları da kəsici funksiya daşıyırdı. XIX əsrin əvvəllərində isə qarmaqlı bıçaqlar meydana gəlir. Adi bıçaqlar kənd yerlərində köhnə dəryaz, yəni kərəntidən hazırlanırdı. Bu dövrdə istifadə olunan müasir formalı bıçaq qarmaq, kəsici hissə və tutacaqdan ibarətdir. Qarmaqla səhvi düzəltmək, ilmələri təzədən açıb bağlamaq olurdu. Qarmaqlı bıçaqla əriş iplikləri tutur, ilmə bağlayır və ipliyi kəsirlər. Köhnə ilmələri söküb yenidən salmaq funksiyasını daşıyır. Onlardan xalça toxunan zaman istifadə edilmir. Adi bıçaq və qarmaqlı bıçaqdan əlavə xalçaçılıqda və xalça bərpasında bölgülü sapı (tutacağı) olan bıçaqdan da istifadə olunur. Toxucular bu bıçaqdan xovun uzunluğunu, xalçanın sıxlığını, eləcə də bəzək detallarını ölçmək üçün istifadə edirlər. Hananın formalaşması və inkişafı. Qədimdən indiyədək əllə toxunan xalçalar hana adlı sadə dəzgahlarda toxunulur. Hana paralel və əks tərəfləri olan dördbucaq şəkilli toxucu dəzgahıdır. İlk yaranan və geniş istifadə olunan yer hanası olmuşdur. Daha sonra təkmilləşərək şaquli şəklə salınaraq divar hanası adlanan əriş saplarla dartılmış dördbucaqlı taxta çərçivə formalı dəzgah şəklinə düşmüşdü. Qədimdə xalça toxumaq üçün yalnız yun ipdən istifadə olunurdu. Daha sonralar isə xalçanın əsasını təşkil edən əriş və arğac adlanan ipliklər pambıqla əvəz olunur. Xalça toxunuşunda zamanla ipək, qızıl və gümüş saplardan, qiymətli daşqaşdan, ağac qabığı və budaqlardan və s. istifadə olunub. Xalçanın armaturasını təşkil edən əriş sapları şaquli istiqamətdə xalçanın eni boyda tarım halda hanaya çəkilir. Yun saplardan isə qarmaqlı bıcaq vasitəsilə və yaxud əllə ərişlərə ilmə adlanan düyünlər vurulur. Bütün xalça boyu xalçanın eninə ilmələr ornamentə görə vurulandan sonra bir çin adlanan cərgə yaranır. Xalçanın ornamental kompozisiyası əvvəlcə çeşnə adlanan damalı kağıza köçürülür, daha sonra isə material formasında artıq xalçada öz əksini tapır. Çeşnənin bir kiçik daması toxunan xalçanın bir ilməsilə eyni olur. Yəni çeşnədə nə qədər dama sayı varsa, xalçada da o qədər ilmə olmalıdır. Daha sonra hananın qol adlanan hissəsi aşağı salınaraq əriş saplarının yeri dəyişir. Arxadakı çarpaz olan əriş sapları qabağa, öndəki ərişlər isə arxaya keçir və həvə alətilə pambıqdan olan ağ arğac deyilən iplik tarım şəkildə dartılaraq xalça yatımlı olsun, ilmələr sonradan çıxmasın deyə vurulur. Buna xalçanı döymək deyilir. Sonra isə hananın qolu yenidən qaldırılır, ərişlər öz əvvəlki vəziyyətinə qayıdır, bu dəfə isə qırmızı rəngdə olan pambıq arğacdan istifadə olunaraq arğac boş vurulur. Arğacı bu dəfə boş döyməkdə məqsəd alt arğacın üstünü vuraraq üst arğacın köməyi ilə ilmələri sıxlaşdırmaqdır ki, bu zaman qırmızı arğac əriş ipliklərinin arasına keçərək, əvvəlcə kirkit daha sonra isə həvə alətilə oturdulur. Sonda da xalçanın qıraqları hər iki tərəfdə yun ip vasitəsilə iki ön və arxa əriş, eyni zamanda alt və üst arğac da götürülərək yun iplə 8 formasında dolanır. Buna xalçaçılar qıraq bükmə deyirlər. Sonda da ilmələr əvvəl xüsusi kiçik daraqla daranır və qayçı ilə müəyyən qalınlıqda kəsilir. Beləliklə, xalçanın xovu meydana gəlir. Qayçıladıqdan sonra səliqə ilə eyni boyda xovun yaranmasına diqqət edilir. Müasir dövrdə ən çox süni liflərdən xammalının ucuz başa gəldiyi üçün maşın xalçalarından istifadə olunur. Əl xalçaları indi də qədim dövrlərdə olduğu kimi yalnız təbii materiallardan və əl əməyi ilə toxunulur. Tahirə Ağayeva.
Əlilliyin təyinatında yeni mərhələ: təkrar əlillik müayinəsi hər il olmayacaq. Prezident İlham Əliyevin 14 sentyabr 2015-ci il tarixli Fərmanına uyğun olaraq, əlillik təyinatında məmur-vətəndaş təmaslarının minimuma endirilməsi və şəffaflığın artırılması məqsədilə “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də müvafiq dəyişikliklər aparılıb və Nazirlər Kabinetinin 06 yanvar 2016-cı il tarixli 413 nömrəli qərarı ilə yeni Əsasnamə təsdiq edilib. Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov yanvarın 6-da keçirdiyi mətbuat konfransında məlumat verib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “Zaman-Azərbaycan” qəzetinə verilən məlumata görə, nazir bildirib ki, bu Əsasnamənin təsdiq edildiyi günədək əlilliyi müəyyən edilmiş və həmin günədək əlillik müddəti başa çatmamış ikinci və üçüncü dərəcə əlilliyi olan şəxslərin əlillik müddəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qurulmuş Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi (TSERAS) tərəfindən 5 (beş) il müddətinə uzadılır. Əsasnamənin təsdiq edildiyi günədək əlilliyi müəyyən edilmiş və əlillik müddəti başa çatmamış birinci dərəcə əlilliyi olan şəxslərin əlilliyi TSERAS tərəfindən müddətsiz müəyyən edilir. Əsasnamənin 3.1.1 - 3.1.22-ci yarımbəndlərində göstərilən səbəblərdən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş və bu Əsasnamənin təsdiq edildiyi günədək sağlamlıq imkanlarının məhdudluğu müddəti başa çatmamış 18 yaşadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu isə TSERAS tərəfindən, 18 yaşından yuxarı olmamaqla 3 (üç) il müddətinə uzadılır: “Bununla əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilliyi olan şəxslərə müraciət edərək bildirir ki, əlilliyi olan şəxslərin əlillik müddətlərinin başa çatması səbəbindən səhiyyə müəssisələrinə (müvafiq göndəriş (88 nömrəli forma) almaq məqsədilə), eləcə də zona tibbi-sosial ekspert komissiyalarına (TSEK) müraciət etmələrinə ehtiyac yoxdur”. S. Müslümov vurğulayıb ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qurulmuş TSERAS vasitəsilə birinci dərəcə əlillik təyin olunmuş və əlillik müddəti başa çatmış şəxslər avtomatik olaraq ömürlük birinci qrup əlilliyi olan şəxs kimi qeydiyyata alınacaqlar. Həmçinin ikinci və üçüncü dərəcə əlillik təyin edilmiş şəxslərin əvvəlki qayda ilə ildə bir dəfə təkrar əlillik müayinəsindən keçirilməsinə son qoyulur və onların təkrar əlillik müayinəsi əlillik təyin olunduğu vaxtdan beş il sonra aparılacaq: “Ona görə də bir daha bəyan edirik ki, hazırda həmin vətəndaşların təkrar müayinə üçün səhiyyə müəssisələrinin müvafiq göndəriş formaları (88 nömrəli forma) ilə zona tibbi-sosial ekspert komissiyalarına müraciət etmələrinə ehtiyac yoxdur. Avtomatlaşdırılmış sistem vasitəsilə onların əlillik təyinatının 5 ilədək uzadılması elektron qaydada təmin olunacaq və bu barədə rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzlərinə (müavinət alma müddətinin uzadılması üçün) və Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna (pensiya alma müddətinin uzadılması üçün) məlumat veriləcəkdir”. Nazir bəyan edib ki, bu islahat tədbiri əlilliyin müəyyən olunması sahəsində neqativ hallara şərait yaradan məmur-vətəndaş təmaslarının əhəmiyyətli şəkildə azaldılmasına, şəffaf tibbi-sosial ekspertiza mühitinin formalaşmasına, əlilliyi olan şəxslərin hər il təkrar əlillik üçün müraciət etmələri səbəbindən onlarda yaranan narazılığın aradan qaldırılmasına yönəlib. Qeyd olunanlarla yanaşı, ilkin əlilliyin təyin olunması prosesinə nəzarətin gücləndirilməsi məqsədilə bu sahədə də ciddi dəyişikliklər edilib. Belə ki, yeni, avtomatlaşdırılmış idarəetmə modeli tətbiq olunanadək ilkin əlillik təyinatları barədə qərar zona TSEK-ləri tərəfindən deyil, nazirlikdə yaradılmış, tibbi-sosial ekspertiza mütəxəssislərindən ibarət səyyar komissiyalar tərəfindən həyata keçirilir. Komissiyalar müəyyən olunmuş vaxtlarda və müddətlərdə zona TSEK-lərdə olaraq, ilkin əlillik dərəcəsi almaq üçün müraciət etmiş vətəndaşların əlilliyinin müayinəsini aparırlar. İlkin əlillik üçün zona TSEK-lərinə müraciət edən şəxslərə əlillik müayinələrinin aparılacağı vaxt barədə əvvəlcədən məlumat verilir. Səyyar komissiyalar həmin vaxtda müayinələri aparır və müayinələrin nəticələrinə uyğun olaraq, əlillik dərəcəsinin təyin olunub-olunmaması barədə yerindəcə qərar qəbul edir, vətəndaşa müayinənin nəticəsi barədə dərhal rəsmi məlumat təqdim olunur. S. Müslümov diqqətə çatdırıb ki, respublikada əlilliyin və sağlamlıq imkanları məhdudluğun müayinəsi ilə bağlı aparılmış bütün müayinələrin nəticələri TSERAS-a daxil edilir. Bu informasiya bazası aparılmış müayinələrin nəticələrinə dair məlumatların aidiyyəti qurumlar arasında elektron şəkildə mübadiləsinə imkan verməklə yanaşı, “Elektron hökumət” portalı üzərindən “tibbi-sosial ekspert komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatın verilməsi” e-xidmətin istifadəyə verilməsinə şərait yaradıb. Əlilliyinin və ya sağlamlıq imkanları məhdudluğunun müayinəsi aparılmış bütün şəxslər portala daxil olaraq, həmin e-xidməti seçməklə, aparılmış müayinənin nəticəsinə dair elektron qaydada məlumat ala, habelə bu və ya digər təşkilata təqdim etmək üçün əlilliyini təsdiq edən elektron arayış əldə edə bilərlər. Arayışın təqdim edildiyi təşkilatlar isə bu sənəddəki müvafiq autenfikasiya kodu vasitəsilə “E-Hökumət” portalı üzərindən arayışın dürüstlüyünü yoxlamaq imkanına malikdirlər. Yeni Azərbaycan Partiyası sədrinin müavini - icra katibi Əli Əhmədov Azərbaycanda əlilliyin təyinatı ilə bağlı yeni qaydaların hazırlanması və bu qaydaların əlilliyin təyinatı sahəsində şəffaflığın təmin edilməsinə təsiri ilə bağlı məsələləri şərh edərkən bildirib. Ə. Əhmədov deyib ki, Azərbaycanda mövcud olan qanunvericiliyə görə, əlilliyi olan insanların əmək pensiyasına çıxması üçün çox ciddi güzəştlər mövcuddur və bu güzəştlərdən də Azərbaycan vətəndaşları istifadə edirlər: “Amma təbiidir ki, narahatedici məqamlar da var və bu ondan ibarətdir ki, bəzi hallarda əlilliyə pensiya yaşına çatmazdan əvvəl pensiya hüququ qazanmaq şansı kimi yanaşan insanlar var. Mən bunu çox təəssüf hissi ilə qeyd etmək istəyirəm. Bizim qarşımızda duran ən mühüm vəzifələrdən biri ondan ibarətdir ki, əlillikdən, bu və ya digər səbəbdən insanların öz fiziki sağlamlığını itirməsi halından sui-istifadə etmək istəyən insanların sayı azaldılsın və yaxud bu cür sui-istifadə halları mümkünsüz edilsin”.
Qarabağ hadisələri başlayanda Rusiyada müstəntiqlikdən imtina edib, vətənə dönən şair. Poeziya ruhun cəmiyyətə, insan psixologiyasına təsiri ilə zamanla insan arasında olan dərin bağlantını əks etdirən bir sənət aləmidir. Onun diktəsi insan ruhuna, insan qəlbinə nüfuz edə bilir. Haqqında söz açdığımız müsahibimiz də poeziya aləmində öz istedadı ilə seçilənlərdəndir. Söhbət 25 il müstəntiq işləmiş, hazırda istefada olan polis mayoru Qəmbərov Bəhman Asdan oğlundan gedir. O, fərdi poeziyası ilə neçə illərdir ki, yol gələn, yazıb-yaradan, dövri mətbuatda müxtəlif məzmunlu şeirləri dərc edilən, sözə dəyər verən, bir söz sərrafıdır. “Söz buludu” adlandırdığı ilk kitabında da vətən sevgisi, əzəli-əbədi məhəbbət və milli dəyərlərimizə sədaqət motivlərinə üstünlük verib. İstər sadə həyat tərzi keçirən insan olsun, istərsə də yaradıcı insan - fərq etməz, əgər bu insanın içində yazıb-yaratmaq eşqi varsa, o, bir vaxt büruzə verəcək. Bəhman müəllim uzun illər hüquq-mühafizə orqanlarında çalışsa da, boş vaxtları olan kimi qələmi əlinə alıb sevdiyi peşəsi ilə məşğul olub. İstefaya çıxandan sonra vaxtın bolluğu ona imkan verib ki, öz sevdiyi hobbisi ilə məşğul olsun. Bəhman Asdanoğlunun öz dünyası, baxışları, sevgisi var və bu dünyasındakı kiçik sirlərini bizimlə bölüşdü: “1955-ci ildə Yevlax rayonunun Gülövşə kəndində anadan olmuşam. Orta məktəbi Xaldan kəndində bitirdikdən sonra ali təhsil almaq üçün Bakıya yollandım. Azərbaycan Neft və Kimya İnstitutuna (AZİ) qəbul oldum. Ailə vəziyyətimiz çətin olduğuna görə iki il təhsil aldıqdan sonra hərbi xidmətə - Qazaxıstana yollandım. İkiillik hərbi xidməti başa vurduqdan sonra, yenə təhsilimi davam etdirmək üçün Bakıya qayıtdım. Bir il də oxudum və gördüm ki, ailəmiz çox çətinliklərlə üzləşir, yəni maddi imkan yol vermədi təhsilimi davam etdirməyə. Komsomol putyovkası ilə Rostovun Volqadonsk şəhərinə getdim. “Atommaş” İstehsalat Birliyinin zavodunda işləyə-işləyə təhsilimi də davam etdirdim. Daha sonra zavodun təşəbbüsü ilə polisə işə göndərildim. 3 il serjant kimi polisdə işlədikdən sonra Ryazan şəhərində Daxili İşlər Nazirliyinin Ali Polis Məktəbində 4 il təhsil aldım. Fəal tələbə olduğuma görə həm leytenant rütbəsi verildi, həm də seçimi sərbəst verdilər. Mən də Volqadonsk şəhərinə qayıtdım. Volqadonsk şəhərində 10 il müstəntiq işlədim”. - Bəs Azərbaycana qayıtmaq heç yadınıza düşürdümü? - Azərbaycan üçün darıxırdım. Qarabağ hadisələri yeni-yeni başlayan vaxtlar idi. Öz xahişimlə işdən azad olub, Bakıya gəldim. Amma məni burada bir şərtlə qəbul etdilər - dedilər ki, Qarabağda xidmət etməlisən. Mən də cavab verdim ki, lap Ermənistana da göndərsəniz gedəcəyəm; vətənim üçün hazıram. Müstəntiq kimi fəaliyyətə başladım. Şuşada sakinlərin cinayət işlərini mən aparırdım. İşləmək çox çətin idi. Bir neçə dəfə məni üstümdə silah olduğuna görə tutub ermənilərə təhvil vermişdilər. İki dəfə girovluqdan azad olunmuşam. Onu da deyim ki, bu qədər işin-gücün arasında şeir yazmağı da unutmurdum. Nə qədər yorğun olsam da, əlimə qələm alan kimi sanki rahatlaşırdım. Bundan sonra uzun müddət Suraxanıda, Xətaidə baş müstəntiq işlədim. Daha sonra təcrübəli mütəxəssis olduğum üçün nazirliyə işləməyə yolladılar. - İşlədiyiniz dövrdə sizin üçün ən maraqlı proses hansı olub? Çünki hər bir işimə ürəkdən yanaşıram. İndi vəkil kimi fəaliyyət göstərirəm. Bir insanın işini ədalətlə başa vurduqdan sonra, inanın, ondan çox özüm sevinirəm. Çox insanlara təmənnasız kömək etmişəm. - Ədəbi fəaliyyətinizi də qənaətbəxş hesab edirsinizmi? - Mən Azərbaycan Yazıçılar Birliyi Mingəçevir bölməsinin üzvüyəm. Məni sevənlər, yaxınlarım oxuyurlar. Yəqin ki, ədəbiyyat aləmində hansı yerdə olduğumuzu xalqımız vaxtı gələndə özü dəyərləndirəcək. Buna görə mən heç də narahat deyiləm. Onu da deyim ki, kitablarım işıq üzü gördükcə yaradıcı dostlarım, oxucular və doğmalarım tərəfindən müsbət qarşılanıb. Kitab oxumaq, mütaliə etmək insanın mənəvi zənginliyini artırır, onu daha da müdrikləşdirir. Müşahidəmə görə şeirə, ədəbiyyata, kitaba bağlı olan adam başqa tərbiyədə olur. İndi isə təəssüflər olsun ki, zövqlər köhnəlib, yetişən gənc nəsil kitab oxumur. Bu qısa ömür yolunda insanların ağrı-acısını, sevincini hiss edərək hər hansı bir şeiri yaza bilmək qabiliyyətinə malikəmsə, buna görə Allahıma minnətdaram. Yəni bu, yazıçının özündən asılı deyil. Hərdən elə olur ki, vaxtımı ancaq yazmağa sərf edirəm, yəni həmin gün başqa işlə məşğul olmuram. - Gənc yazarların şeirlərini oxuyursunuzmu, münasibətiniz necədir? - Mətbuatı, ədəbi dərgiləri mütəmadi izləyirəm. Gənclərin yazdığı şeirləri də oxuyuram. Hesab edirəm ki, yazıçı ədəbi mühitdən kənar qala bilməz. Gənc yazarların arasında naşıları da var, yaxşıları da. Öz üzərlərində çalışsalar alınar. - Yaşlı nəslin nümayəndələri gəncləri qəbul edirlərmi? Onlar da bizim yaşa çatanda, həyata baxışları bir başqa olacaq. Ədəbiyyat, yaradıcılıq inkişafı sevir. Bu mənim fikrimdir. - Bəziləri belə düşünürlər ki, indiki dövrdə sevgidən, bahardan, payızdan az yazmaq lazımdır, daha çox vətənpərvərlik mövzusuna üstünlük verilməlidir. Bu barədə sizin fikirlərinizi bilmək istəyərdik. Məncə, indiki dönəmdə vətəndən, vətənpərvərlikdən daha çox yazılsa, məqsədəuyğun olar. Ona görə ki, torpaqlarımızın 20 faizi düşmən tapdağı altındadır. Bu vaxtı əlimizə gül alıb dağlarda gəzməkdənsə, vətənpərvərlik mövzularına daha çox yer versək, gənclərimiz də bizdən örnək götürərlər. Sonda bir daha qeyd edək ki, Bəhman müəllim bir insan kimi sədaqətli, ölkə vətəndaşı kimi vətənini, xalqını, ata ocağını ürəkdən sevən səxsdir. Sonda müsahibimiz bir arzusunu da dilə gətirdi. Dedi ki, arzusu doğulduğu Gülövşə kəndinin tarixi ilə bağlı bir kitab yazmaqdır. Biz də həm bu yolda, həm də digər işlərində şairə uğurlar arzulayırıq. Esmira Hidayətova Mingəçevir.
Ağsu Tarix-Diyarşünaslıq Muzeyinə 249 yeni eksponat verilib. Yeni eksponatlar hesabına getdikcə zənginləşməkdə olan Ağsu Tarix-Diyarşünaslıq Muzeyi bu gün Azərbaycanın, onun bir guşəsi olan rayonun ta qədimdən bəri tarixi, mədəniyyəti, nəsillərin yaşam tərzi barədə hərtərəfli bilgilər verməyə qadir məkana çevrilib. AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Ağsu-İsmayıllı ekspedisiyası tərəfindən XVIII əsr Ağsu şəhər qalıqlarında (”Xaraba şəhər”), Bəyimli kəndində, Girdiman çayının sol sahilində (“Torpaqqala”), “Bəyimli qalası” kimi tanınan ərazidə (Mehranilər sülaləsi tərəfindən əsası qoyulan Mehrəvan şəhər qalıqlarının burada olduğu güman edilir) tapılan bir sıra eksponatlar muzeyi xeyli zənginləşdirib. Ağsunun Nüydü qəbiristanlığında, Gəgəli kəndi ərazisində eramızdan əvvəl V əsrdən başlayaraq istifadə olunan Nərgizava antik dövr qəbiristanlığında “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşəbbüsü və yardımı ilə aşkarlanan və muzeyə verilən bir sıra tapıntılar da böyük əhəmiyyət daşıyır. Pul nümunələri, bəzək əşyaları, silah, məişət və təsərrüfat alətləri və sair arxeoloji eksponatlar muzeyə gələnlərə bu yerlər barədə yeni məlumatlar verir. Tarix-Diyarşünaslıq Muzeyinin müstəqillik illərindən sonrakı bölmələri də çox zəngindir. Burada müstəqil Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyevin, eləcə də Prezident İlham Əliyevin həyat və fəaliyyətlərini, Ağsu rayonuna səfərlərini əks etdirən xüsusi stendlər yerləşdirilib.
Lənkəran teatrında 20 Yanvar hadisələrindən bəhs edən tamaşa nümayiş etdirilib. Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında 1990-cı ilin 20 Yanvar hadisələrinə həsr olunmuş yazıçı-publisist Ağaddin Babayevin “Qanlı Yanvar” adlı yeni tamaşası nümayiş etdirilib. 26 il öncə Bakıda, Lənkəranda və Azərbaycanın digər bölgələrində xalqımızın başına gətirilən müsibətlərdən bəhs edən səhnə əsərinin quruluşçu rejissoru respublikanın Əməkdar artisti Adil Zeynalov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur. Aktyorlardan Respublikanın Xalq artisti Qabil Quliyev, Əməkdar artistlər Sucəddin Mirzəyev və Zemfira Nəcəfova, Aynur Əhmədova, Əlibala Əsgərov, Miraslan Ağayev, Sayad Əliyev, Emin Fərzullayev, Gülər Kərimova, Şəbnəm Hüseynova və digərləri 1990-cı ilin həmin qanlı-qadalı günlərində öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladlarının canlı obrazlarını yaratmağa nail ola biliblər. Tamaşa rayonun ümumtəhsil məktəblərinin müəllim və yuxarı sinif şagirdləri tərəfindən maraqla izlənilib. Kənan İbayev.
“O gün mənim üçün qəhrəmanlıq qətliamı çəkərək dünyaya duyurmaq idi”. Türkiyənin “Cihan” xəbər agentliyi 20 Yanvar hadisələrinin fotoşəkillərini çəkərək o gecə Bakıda baş verən qətliamı bütün dünyaya çatdıran fotoqraf Rasim Sadıqovdan aldığı müsabəni yayımlayıb. Fotoqraf o qanlı şənbə gecəsi gördüklərini hələ də unuda bilmədiyini bildirib: “İnsanların qışqırıqlarını, yaxınlarının cəsədlərinin yanındakı ah-nalələrini, ağlayan insanları unuda bilmirəm”.60 yaşlı R. Sadıqovun sözlərinə görə, qətliam törədənlərin xarici görünüşü normal hərbçilərdən fərqli idi: “Sanki onları yataqlarından yeni qaldırmışdılar. Uzun saçları, saqqalları, qəribə simaları var idi. Onlar gecə qətliam törətdikdən sonra səhərə yaxın yox oldular. Vəzifələrini icra edib dərhal getdilər. Sonra Bakıya gənc Sovet ordusu gəldi”. R.Sadıqov baş verən faciəni sənədləşdirmək üçün şəhərin hər tərəfini gəzdiyini, fotolentləri əsgərlərdən qorumaq üçün dostlarından da kömək istəməli olduğunu deyib: “Çəkdiyim fotolentləri dostlarıma verirdim. Yaxalansam çəkdiyim fotoların itəcəyindən çox qorxurdum”. R.Sadıqov qorxduğunun başına gəldiyini, ancaq hərbçilərin ondan yalnız üzərində olan iki lenti aldıqlarını bildirib.Fotoqraf gördüyü hər şeyi çəkdiyini qeyd edib: “Nə gördümsə çəkdim. Hətta güllə izləri olan ağacı da. Qan, insan hissələri, cəsədlər, yaralı insanları, hər şeyi çəkirdim. Qətliam günü 3 min fotoşəkil çəkdim”.R.Sadıqov sözlərinə belə davam edib: “O gün mənim üçün ölmək qəhrəmanlıq deyildi. Qəhrəmanlıq qətliamı çəkərək dünyaya duyurmaq idi. Hər gün minlərlə fotoşəkli səfirliklərə, iş adamlarına, əcnəbi jurnalistlərə çatdırırdım. Azərbaycanda yaşanan bu faciənin hər yerdə eşidilməsini istəyirdim. Dünyanın bu hadisədən xəbərsiz olduğunu zənn edirdik. Sonradan öyrəndik ki, hamı səssiz qalmağı seçib. Çəkdiyim fotolar daha çox Türkiyədə yayımlandı”. Nərmin Haqverdiyeva.
“Sosial müavinət və təqaüdlərin artımına 25 milyon manat ayrılacaq”. “Dünyada kəskin xarakter alan böhran prosesləri səbəbindən ölkəmizdə manatın məzənnəsinin devalvasiyaya uğramasının mənfi təsirlərinin aradan qaldırılması məqsədi ilə Azərbaycanda həyata keçirilən çevik və məqsədyönlü islahatlar kursu ilk növbədə, əhalinin dövlət tərəfindən etibarlı sosial müdafiəsinin təmin edilməsinə yönəlib”. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən “Zaman-Azərbaycan” qəzetinə verilən məlumatda belə deyilir. “Azərbaycan Prezidenti İlham Əliyev iqtisadi və sosial məsələlərin həlli ilə bağlı bu günlərdə keçirilən müşavirədə də mövcud iqtisadi şəraitdə ilk növbədə insanların sosial müdafiəsi məsələlərinin daim diqqətdə saxlanılmasının vacibliyini bir daha bəyan edib. Dövlət başçısı tərəfindən bu məqsədlə son bir neçə gündə ardıcıl olaraq sosial müdafiə xarakterli fərman və sərəncamlar imzalanaraq, ölkədə əmək pensiyaçılarına, məcburi köçkünlərə, 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə, şəhid ailələrinə dövlət tərəfindən ödənilən sosial ödənişlərin, habelə ayrı-ayrı sahələrdə çalışan işçilərin əmək haqlarının artırılması təmin olunub. Bu istiqamətdə növbəti addımlar kimi, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən yanvarın 19-da sosial müavinətlərin və müharibə əlillərinə Prezident təqaüdlərinin artırılmasını nəzərdə tutan daha iki Fərman imzalanıb. Azərbaycan Respublikası Prezidentinin “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün artırılması və “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 19 yanvar 2016-cı il tarixli Fərmanı müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsinin daim diqqət mərkəzində olduğunu göstərir. Fərman müharibə əlilləri və onlara bərabər tutulan şəxslərdən ibarət ümumilikdə 19 min nəfərdən çox vətəndaşa şamil olunacaq. Onlardan 12 min nəfəri Qarabağ müharibəsi əlilləridir. Bu artımın təmin edilməsi üçün ilin sonunadək dövlət büdcəsindən 2,7 milyon manat vəsait xərclənəcək”. Nazirlik bildirir ki, son iki ildə artıq ikinci dəfədir ki, müharibə əlillərinə, o cümlədən Qarabağ müharibəsi əlillərinə Prezident təqaüdü artırılır: “2014-cü ilin əvvəli ilə müqayisədə həmin təqaüdlərin orta aylıq məbləğində 61 faizdən çox artım özünü göstərib. Dövlət başçısının “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” 19 yanvar 2016-cı il tarixli Fərmanı isə əhalinin rifah halını yaxşılaşdırmaq və sosial müdafiəsini gücləndirmək məqsədilə sosial müavinətlərin məbləğinin 2016-cı il fevralın 1-dən orta hesabla 10 faiz artırılmasını nəzərdə tutur. Sənədin ölkədə dövlət tərəfindən sosial müavinətlə təmin olunan ümumilikdə 453 min min nəfərədək şəxsi əhatə edəcəyi nəzərdə tutulur. Bu artımla əlaqədar dövlət büdcəsindən ilin sonunadək 25 milyon manat vəsaitin ayrılması təmin olunacaq”. Qeyd edək ki, hər iki Fərmanla müharibə əlillərinə (o cümlədən Qarabağ müharibəsi əlillərinə) həm Azərbaycan Respublikası Prezidentinin təqaüdünün, həm də əmək pensiyası almaq hüquqları olmadığı halda əlilliyə görə aldıqları aylıq sosial müavinətin məbləği artırılır. Bu Fərmanların əhatə etdiyi vətəndaşların 62 min 46 nəfəri məhz Qarabağ müharibəsi əlilləri və veteranlarından ibarətdir.
“Xüsusi qayğıya ehtiyacı olan gənclərə kompüter tədrisi” adlı layihəyə start verilib. Gənc Mühəndislərin İnkişafı İctimai Birliyi xüsusi qayğıya ehtiyacı olan gənclərə kompüter tədrisi adlı layihəyə start verib.Gənc Mühəndislərin İnkişafı İctimai Birliyi “Xüsusi qayğıya ehtiyacı olan gənclərə kompüter tədrisi” adlı layihəyə start verib. Bu barədə “Zaman-Azərbaycan” qəzetinə birlikdən məlumat verilib. Layihə çərçivəsində valideyn himayəsindən məhrum olmuş gənclər qismində Bakı (3), Sumqayıt (1) və Şirvan (1) şəhərlərində yerləşən uşaq evləri və internat məktəblərinin 15 yaşından yuxarı şagirdlərinə, həmçinin xüsusi qayğıya ehtiyacı olan gənclər qismində isə Bakı və Sumqayıt şəhərlərində məskunlaşmış fiziki qüsurlu gənclərə kompüter tədrisi keçiriləcək. Layihədə ümumilikdə 140 gəncin iştirakı nəzərdə tutulur. Layihənin məqsədi müstəqil həyata atılmağa hazırlaşan valideyn himayəsindən məhrum olmuş və xüsusi qayğıya ehtiyacı olan gənclərin müasir dünyanın tələbləri ilə ayaqlaşmasına və onların cəmiyyətimizə uğurla inteqrasiyasına yardım etməkdir. Bu, həmçinin bizim üçün bir ictimai məsuliyyətlilik layihəsidir ki, belə layihələr sağlam cəmiyyətin formalaşması üçün çox vacibdir. Layihənin nəticəsi olaraq, kurslarda iştirak etmiş gənclər kompüterdən istifadə ilə bağlı fundamental bilikləri öyrənmiş olacaqlar.Layihədə iştirak edənlərin Gənc Mühəndislərin İnkişafı İctimai Birliyinin İKT klubu ilə gələcəkdə də əlaqə saxlaması və kompüter istifadəsi sahəsində lazımi köməkliyin göstərilməsi üçün şərait yaradılacaq. Sosial təminata ehtiyacı olan Azərbaycan gənclərinin İKT sahəsində biliklərinin artırılması üçün oxşar layihələrin gələcəkdə də mütəmadi olaraq təşkil olunması nəzərdə tutulur.Qeyd edək ki, Gənc Mühəndislərin İnkişafı İctimai Birliyi 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi VII Qrant müsabiqəsinin, “Xüsusi qayğıya ehtiyacı olan gənclərə kompüter tədrisi” adlı layihə ilə qalibi olub.
Baş Nazirin müavini Mingəçevirdə ictimaiyyət nümayəndələri ilə görüşdü. Baş Nazirin müavini Yaqub Eyyubov Mingəçevir şəhərində ictimaiyyət nümayəndələri, sahibkarlar, təhsil işçiləri, gənclər və ziyalılarla görüşüb. Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək, məlumat verib ki, 1948-ci ildə şəhər statusu alan və hazırda 102 min nəfər əhalisi olan Mingəçevir ölkənin dördüncü sənaye şəhəri kimi tanınır. Ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə Mingəçevir şəhəri çox böyük inkişafa nail olub. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Mingəçevir şəhəri daha da gözəlləşib, əhalinin rifah halı yaxşılaşıb; yeni istehsal müəssisələri istifadəyə verilib; küçələr, parklar yenidən qurulub; yeni inzibati binalar inşa edilib; xəstəxana və məktəb binaları əsaslı təmir olunub; idman kompleksi, gənclər mərkəzi, yaşayış binaları inşa edilib. Niyazi Bayramov görülən işlərlə yanaşı, həllini gözləyən bəzi problemlərin mövcud olmasını bildirib və həmin məsələlərin həlli yollarının müzakirəsi üçün bu tədbirin səmərəli olduğunu qeyd edib.Baş Nazirin müavini Yaqub Eyyubov ölkə Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, mingəçevirlilərin görüşünə gəldiyini bildirib. Yaqub Eyyubov mingəçevirlilər qarşısında qeyd edib ki, bu il maaşlar, pensiyalar, sosial müavinətlər qaldırılıb ki, bu da ölkəmizin sosial siyasətinin əsasını təşkil edir: “Ancaq görülən tədbirlər nəticəsində sosial müdafiə paketinin təqdim edilməsi, qiymətlərə nəzarət, eyni zamanda çox dərin iqtisadi islahatların aparılması dövlətimizə imkan verəcək ki, bu vəziyyətdən də uğurla çıxa bilək. Artıq müvafiq qərarlar qəbul edilib, qanunvericiliyə dəyişikliklər olunub. Bu il bizim iqtisadiyyatımız daha da güclənəcək”.Sonra “Mingəçevir İzolit” ASC-nin sədri İsmayıl Məmmədov, “Mingəçevir Texniki-Rezin” ASC-nin sədri Vaqif Əsədov çıxış ediblər. Sahibkarlar rəhbərlik etdikləri zavodların fəaliyyət istiqamətləri, istehsal etdikləri məhsullar, aylıq istehsal gücü, avadanlıqlar barədə məlumat veriblər. Qazandıqları uğurlarla yanaşı, qarşılaşdıqları çətinliklərdən də danışan sahibkarlar keçmiş sovet dövründə Mingəçevirdə mövcud olan iri sənaye müəssisələrindən hazırda bir neçəsinin xırda istehsal sexi səviyyəsində fəaliyyət göstərdiyini bildiriblər. Onlar yerli və xarici bazar üçün rəqabət qabiliyyətli məhsullar istehsal etmək gücünə malik olduqlarını, bunun üçün Mingəçevirdə kadr potensialının olduğunu, lakin müəyyən maliyyə çatışmazlıqları ilə üzləşdiklərini və idxalın təsiri səbəbindən məhsulun satışı üçün yerli alıcılıq qabiliyyətinin aşağı olduğunu bildiriblər. Tədbirdə məlumat verilib ki, şəhərdə “Mingəçevir Su-Elektrik Stansiyası silsiləsi” MMC, şüşə-plastik və polietilen borular istehsal edən “Mingəçevir İzolit” ASC, maşınqayırma və neft avadanlıqları istehsalı üzrə ixtisaslaşan “Azneftmaş” ASC, “Akkord” Şirkətlər Qrupunun Mingəçevir Maşınqayırma Zavodu, “Azərkabel” ASC və Bakı Dəmir-Beton Məmulatları Zavodunun filialı fəaliyyət göstərir. “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC isə hazırda Mingəçevirin və ölkənin ən iri enerji istehsalı müəssisəsindən biridir. Bu gün “Mingəçevir Texniki-Rezin” və “Azərkabel” zavodlarının bəzi sexləri fəaliyyət göstərir. Sahibkarlar şəhərin köhnə sənaye müəssisələrinin fəaliyyətinin yenidən bərpası və xarici idxalın qarşısının alınması məqsədilə Mingəçevirdə avtomobil şinləri, şüşə, dəmir-beton məmulatları, xalça istehsalı üçün tədbirlərin görülməsinə köməklik göstərilməsini təklif ediblər. Vaxtilə minlərlə insanın çalışdığı sənaye müəssisələrinin fəaliyyətinin dayanması səbəbindən şəhərdə işsizlik problemi yarandığı qeyd edilib. Tədbirdə həmin müəssisələrin fəaliyyətini yerli və xarici investorların cəlb edilməsi və dövlətin köməkliyi ilə bərpa edilməsi ilə bağlı təkliflər irəli sürülüb.
Mingəçevirlilər həyata keçirilən, quruculuq-abadlıq işlərini dövlətin qayğısı kimi qiymətləndirirlər. Yola saldığımız 2015-ci il ümumilikdə bütün dünya üçün çətin iqtisadi şərtlər altında keçsə də, Azərbaycanda planlaşdırılan bütün layihələr həyata keçirilib. Regionların timsalında götürsək, Mingəçevir şəhərində, əsasən, yol infrastrukturu yenidən qurulub, köhnə yollar əsaslı təmir olunub. Ötən il həmçinin Mingəçevir iri müəssisə və təsərrüfatların yaradılması ilə də yadda qalıb. Geridə qoyduğumuz 2015-ci ildə Mingəçevirdə İqtisadi cəhətdən əhəmiyyət kəsb edən bir sıra layihələr reallaşıb, istehsal müəssisələrinin yaradılması və inkişafı üçün mühüm addımlar atılıb. Ölkə iqtisadiyyatının inkişafı üçün vacib amil yol infrastrukturudur. Şəhərin avtomobil yollarının əsaslı təmiri və tikintisi bu il də davam edir. Heydər Əliyev parkı və Məhəmməd Füzuli parkının əsaslı surətdə yenidən qurulması işləri davam etdirilib. Mingəçevir şəhərinin təhsil müəssisələrinin əsaslı təmiri və tikintisi sahəsində də işlər davam etdirilir. 4 saylı tam orta məktəbində və 12 saylı Körpələr Evi-Uşaq Bağçasında əsaslı təmir işləri başa çatdırılıb və istismara verilib. 2015-ci ildə əhalinin məşğulluğunun təmini sahəsində əmək yarmarkalarının təşkili də davam etdirilib. Mingəçevir Şəhər İcra Hakimiyyətinin Əsaslı Tikinti, Təmir və Abadlaşdırma şöbəsi tərəfindən 2015-ci ildə yerli büdcədən ayrılmış vəsaitə əsasən, yaşayış binalarının dam örtükləri yenilənib. Ötən il Azərbaycan Respublikasının Prezidentinin Ehtiyat Fondundan ayrılmış vəsaitə əsasən isə 2 ədəd dairəvi və düzbucaqlı fəvvarə, 1 ədəd minifutbol meydançası, 2 ədəd uşaq əyləncə və trenajorlar kompleksi quraşdırılıb. Eyni zamanda 22 yaşayış binasının fasad hissələrinin rənglənməsi, 40 yaşayış binasının dam örtüyünün metal kirəmitlə örtülməsi, yaşayış binalarının bünövrə hissələrinin aqlay tava ilə üzlənməsi işləri həyata keçirilib. Azərbaycanın ən mənzərəli yerlərindən olan Mingəçeviri ötən il 10 mindən çox turist ziyarət edib. Ötən il şəhərin bir sıra yerlərində park-bulvarlar istifadəyə verilib. Sözsüz ki, bu da Mingəçevirin gözəl təbiətə və turizm potensialına malik bir məkan olmasından xəbər verir. Yaxın zamanlarda şəhərə turist axınının sürətləndirilməsi istiqamətində də işlər görüləcək. Bütün bunlar isə onu deməyə əsas verir ki, bölgələrin sosial-iqtisadi inkişafı proqramı uğurla davam edir və bu sahəyə diqqət yüksək səviyyədədir.Bölgələrdə sənaye potensialının gücləndirilməsi, müasir infrastruktur və istehsal müəssisələrinin yaradılması, həmçinin yeni iş yerlərinin açılması istiqamətində görülən işlər Mingəçevirdə də sürətlə davam etdirilir. Mingəçevir Sənaye Parkının yaradılması bu istiqamətdə atılan ən mühüm addımdır. Artıq bununla bağlı müvafiq işlərə başlanılıb. Hal-hazırda ərazidə söküntü işləri aparılır və bu işlərin fevral ayının sonuna qədər yekunlaşması nəzərdə tutulur. Bunun ardınca yeni layihə əsasında həmin ərazidə qeyri-neft sənaye sahələri, o cümlədən yüngül sənaye sahələri üzrə rəqabət qabiliyyətli məhsulların istehsalı planlaşdırılıb. Uzun illər Toxuculuq Kombinatında işləyib və kombinatın bağlanması ilə əlaqədar əməkhaqlarını ala bilməyən insanlara qalmış əmək haqqının ödənilməsi işi başlayıb və hazırda davam edir. Bundan başqa, region üçün mühüm əhəmiyyət kəsb edən tədbirlər sırasında Mingəçevir şəhərində 1,3 hektar ərazidə Yüksək Texnologiyalar Parkının qurulması da yer alır. Parkda innovasiya məhsulunun və yüksək texnologiyaların hazırlanması, işlənməsi və ya təkmilləşdirilməsi məqsədi ilə elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılması, eyni zamanda onların nəticələrinin tətbiqi mümkün olacaq. Atılan addımlar Mingəçevirdə sahibkarlıq təşəbbüslərinin dəstəklənməsinə, müasir infrastruktur və istehsal müəssisələrinin yaradılmasına, eyni zamanda yeni iş yerlərinin açılmasına və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına xidmət edəcək. Mingəçevirlilər həyata keçirilən, quruculuq-abadlıq işlərini dövlətin qayğısı kimi qiymətləndirirlər.
Xaricdə nəşr edilib. Bu günlərdə Qəşəm Nəcəfzadənin şeirlər toplusu Tehranda "Yaşmaq" yayım evində nəfıs şəkildə çap edilib. Nəşriyyatın öz hesabına nəşr etdiyi bu kitaba şairin müxtəlif illərdə yazdığı şeirləri toplanıb. Kitabın redaktoru istedadlı şair və naşir Səid Muğanlıdır. Üz qabığının qurucusu Ayxan, şeirləri ərəb qrafikası ilə yazan və ön sözün müəllifi Səttar Mahmudoğludur. Ön sözdə deyilir: "Yaşadığımız uzaq-yaxın dünyamız o qədər qarışıqdı ki, özünü, özlüyünü axtarmağa insan oğlu macal tapa bilmir. Şeir mələyi yuxulu kəpənək sayağı gəlib şairi tapdığı kimi, dost da tapırsan bu dünyada. Kiçik dünyamızın böyük guşəsində, Təbrizin mürgüləyən anlarında Muğan oğlu Qəşəm Nəcəfzadəni beləcə tanıdım öz səsiylə, şeirləriylə. Qardaşım Səid Muğanlı ilə birlikdə Azərbaycan anamızın yaşmağına ("Yaşmaq dərgisi") büküb dostluq körpüsündən adlayaraq sizlərə çatdırdıq bu kitabı". Bundan əlavə Tehranda "Səhər" musiqi qrupunun buraxdığı alboma Qəşəm Nəcəfzadənin öz səsi ilə şeirləri daxil edilib. İnternet saytlarının və mətbuatın yazdığı xəbərlərə görə həm albom, həm də "Ölülər bizə gülür" şeirlər kitabı İranda maraqla qarşılanıb. Amerikada nəşr edilən "İllyria" qəzeti isə Q.Nəcəfzadənin şeirlərini alban dilində öz oxucularına təqdim edib. Şeirləri alban dilinə beş-altı ay öncə şairin şeirlərini alman və ingilis dillərinə çevirib Amerikada, o cümlədən Albaniyada nəşr etdirən şair Rozi Tıeohari tərcümə edib. Sərvaz.
Mirzə Əli Möcüz yaradıcılığının tədqiqi və nəşri tarixinə dair. 1948-ci ildə Mehdi Müctəhidi nəşr etdirdiyi «Ricali-Azərbaycan dər əsri-Məşrutiyyət» adlı kitabında Möcüzə xüsusi yer ayırmışdır. Məqalənin sərlövhəsində şairin «Aşiqi-pərişan» şerindən aşağıdakı beyt verilir: «Gör al» rəsmdir, bəs «görmə al» nədir, Əcəb nizam qoyub hökmdarı Tehranın. Beyti açıqlayan müəllif «gör al» və «görmə al» ifadələrini yanlış olaraq «müstəqim və qeyri-müstəqim maliyyat» kimi izah edir. T.Hacıyevin sözləri ilə desək, şair «öz üslubuna, ideyasına uyğun yeni sözlər və ifadələr yaradır». Səranə - adambaşına vergi ilə əlaqədar yaranan bu iki ifadənin mənası əsərin özündən məlum olur. Şeirdə deyilir ki, başı bəlalı oğlum heç vətəndə yaşayırmı ki, mən onun səranəsini (dövlətə ödənilən adambaşına vergi) verim. Şairin məfkurəsi ilə əlaqədar, xüsusilə də onun dinə münasibəti barədə söylənilən ziddiyyətli fikirlər diqqəti daha çox cəlb edir. Dini mövqedən çıxış edən Mehdi Müctəhidi yazır: «Möcüz bəzən tənqidlərində ifrata varır, öz dərk və fəhmindən uzaq mövzulara girişərək, etiqadsızlıqlara yol verir». Sonra müəllif bu dediklərinin tam əksinə olaraq yazır: «Möcüzün din xadimlərinə etdiyi hücumlara baxmayaraq, o qəlbən şiə olub imamın zühuruna etiqad edirdi». Sözsüz ki, Müctəhidi bu səhv mülahizəsini söylərkən şairin «Vəsiyyətnamə» adlı şerinin son beytinə əsaslanıb. Zühuri-həzrəti-Qaim yaxındır, ölmə, ya Möcüz, Bulut altında qalmaz daima gün, xəlq zülmətdə! Möcüzə məxsus yumoristik üslubun bir xüsusiyyəti də ondan ibarətdir ki, o, əsərini bəzən avam, mövhumatçı dilindən deyir, bəzən də özünü mənfi tiplərin təmsilçisi kimi apararaq kinayə, ironiya və eyhamlarını da özünə ünvanlayır. Şair oxucuya daha güclü təsir etmək üçün bu üsuldan xeyli istifadə etmişdir. Məsələn: Möcüz utanır qırxmır saqqalı deyirlər, Nə? Bizdə həya olsa, cəhalətdən utannux! Həqiqi bir mübariz, maarifpərvər şair kimi Möcüz yalnız ruhanilərin tənqidi ilə kifayətlənmir, xalqa dinin əsas mahiyyətini başa salmağa çalışır. Şairin yumorunun mahiyyətini anlamayan M.Müctəhidi onun misralarını yanlış istiqamətdə təhlil etmiş və eyni halda öz yazdığı ziddiyyətli mülahizələrində fərqinə vara bilməmişdir. 226 səhifə həcmində olan «Ricali-Azərbaycan dər əsri-Məşrutiyyət» kitabının nəşrindən əlli il sonra Qulamrza Təbatəbayi Məcd ona 400 səhifə əlavə edərək, kitabı yenidən çap etdirmişdir. Kompilyasiya məhsulu olan bu mənbənin əlavələr bölümündə, həmçinin izahlarda gedən səhv və qeyri-elmi mülahizələr ümumiyyətlə, mətnin özündən daha rəngarəng və zəngin olmuşdur! Tərtibçi Möcüzlə bağlı «izah»ında yazır: «Möcüz Şəbüstərdə sakin olduğu ilk çağlarda növhə yazmaqla məşğul olmuşdur». Artıq İstanbulda bir mütərəqqi, demokrat şair kimi dünyagörüşü formalaşan Möcüz 1905-ci ildə vətənə qayıtmışdı. Vətəninin maddi-mənəvi səfalətini, fəlakətli vəziyyətini görən şair ürək ağrısı ilə onun ağlar halını öz «növhə»lərində əks etdirmişdi. Vətənin ağlar halını gördükdə, növhəxanlığa başladım. [Lakin] axundlar mənim növhəxanlığımı bəyənmədilər. Heç bir şərhə ehtiyac olmayan bu sətirlərdə şairin kinayəli şəkildə dediyi «növhə» sözünün hansı mənada işləndiyi aydındır. Bu növhələr Təbatəbayinin və eləcə də onun səviyyəsində olan Ustadının başa düşdüyü növhələrdən tamamilə fərqlənir. Məhz buna görə də axundlar, mürtəcelər, qaragüruhçular Möcüzün “növhəxanlığ”ını nəinki bəyənmədilər, hətta ona qarşı müharibə elan etdilər. Maraqlıdır ki, Möcüzün bu bədii ifadəsinə təxminən səksən il sonra fars şairi Mehdi Əxəvanın şerində rast gəlirik: «Mən mərsiyəquye-vətəne-mordeye-xişəm» («Mən ölmüş vətənimin mərsiyə (növhə) deyəniyəm». Doğma yurduna qayıtmış Möcüzün vətənin ağlar halına yazdığı «Dedilər» rədifli şerini, öz təbiri ilə desək, növhəsini bir misal olaraq nəzərdən keçirsək, yerinə düşər. Əcəb sahibi-mürüvvət, rəhmdil millətdi bu millət. Səkinə adlı çox qızlar yatır ac bu vilayətdə, Çörəkçixanələr bağlı, qalıb avarə iranlı. Yalandır bu nümayişlər, inanma hərgiz, ey Möcüz, Yığır azuqəsin xəlqin qoyur anbarə iranlı. İranda çeriki (partizan) hərəkatının görkəmli nümayəndələrindən olan şair Əlirza Nabdil «Azərbaycan və milli məsələ» adlı əsərində Möcüzün ictimai-siyasi görüşlərinin təhlilinə xüsusi yer vermişdir. Ümumiyyətlə, Möcüz yaradıcılığını yüksək qiymətləndirən Nabdil onun barəsində bəzi tənqidi fikirlərini də söyləyir: «Onun (Möcüzün) əsas mübarizəsi yerli istismarçılara və onların himayədarları olan ruhanilərə qarşı idi. Şəhərlərdə müctəhidlərin hakimiyyətə qarşı müxalif olmaları və onlarla hər cür əməkdaşlığı haram elan etmələri Möcüzün recimə qarşı sərt münasibət göstərməsinə mane olur. Möcüz din əleyhinə mübarizəsini (əlbəttə, materializm mövqeyindən deyil, özünəməxsus formada) sinfi mübarizədən ayırmamışdır... Bununla belə feodal militarizmi hakimiyyətə gəldikdən sonra bütün istismarçı qüvvələri ətrafına toplayıb özünə tabe etdirmək istədikdə, Möcüz günü-gündən artmaqda olan təzyiqlərə qarşı qətiyyətlə mübarizə aparmır. Nabdil dini rəhbərlərin həqiqi simasını lazımınca başa düşmədiyinə görə Möcüzü tənqid etmişdir. Hər şeydən əvvəl Möcüz irticaçı ruhanilərin mahiyyətini, onların ictimai-siyasi həyatda oynadıqları dəhşətli rolu yaxşı başa düşür, dərindən dərk edirdi. Məhz buna görə də o dönəmdə o, mollaların hərəkatı qarşısında şaha üstünlük verirdi. Onun «recimə qarşı sərt münasibət göstərməməsi»nə müasir tarixin təcrübəsi də haqq qazandırır. Xalqın maarifləndirilməsi uğrunda bir mübariz şair kimi Möcüzün böyük əməyi, çəkdiyi zəhmətlər də Nabdil tərəfindən əhəmiyyətsiz kimi qələmə verilmişdir. Möcüzün istər dinə, istərsə də Rza şaha münasibəti barədə xüsusi olaraq ətraflı danışacağıq. M.T.Zehtabi Qulam Məmmədlinin Möcüz əsərlərindən ibarət bu son nəşrində yol verilən çoxsaylı səhvləri göstərmiş, şairin Rza şaha münasibətini də bir neçə sətirdə olduqca düzgün və dolğun təhlil etmişdir. Həmin məqalədə tədqiqatçı «qaval» sözü ilə əlaqədar bir səhvə yol vermişdir. Möcüzün «Gündə» rədifli və başlıqlı şerində belə bir beyt vardır. Məsələ burasındadır ki, Möcüzün şerində «qaval» sözü ney mənasında işlədilir. Şairin yaradıcılığında işlənən türkizmlərdən bir də “qaval” sözüdür. Möcüzün iki müxtəlif fotoşəkli barədə doktor Zehtabinin verdiyi düzgün məlumat Qulam Məmmədlinin bu xüsusdakı səhvini aradan qaldırmışdır. Rəhim Rəisniya 1995-ci ildə çap etdirdiyi «İran və Osmani dər astane-qərne-bistom» adlı əsərində İstanbulda mühacirətdə yaşamış ziyalılar sırasında Mirzə Əli Möcüz haqqında da məlumat vermişdir. Şairə həsr etdiyi 4-5 səhifəlik yazısında müəllif heç bir yeni söz deməmişdir. Burada R.Rəisniya istinad etdiyi mənbələrdəki bəzi kobud səhvləri təkrar etməklə bərabər, özü də bunlara bir neçə xırda yanlışlıqlar əlavə etmişdir. Qulam Məmmədli Təbrizdə Möcüz əsərlərinin tərtibi və nəşri ərəfəsində şairin tərcümeyi-halını Hacı Məhəmməd ağa Naxçıvanidən və başqalarından öyrəndiyi zaman Möcüzün görkəmli mütəfəkkir Şeyx Mahmud Şəbüstəriyə dərin hörməti ilə əlaqədar belə bir məlumatı da eşitmişdi: «Möcüz vaxtının çoxunu Şeyx Mahmud Şəbüstəri türbəsinin mücavirətində keçirərmiş». Buradakı «mücavirət» sözünü səhv başa düşən Q.Məmmədli belə yazmışdır: «[Möcüz] böyük alimin məqbərəsində mücavirlik etmək və şeir yazmaqla məşğul olmuşdur». Şairi bir məqbərə xidmətçisi kimi qələmə verən bu sözlərin yazılmasından yarım əsr keçdikdən sonra Rəisniya bu yanlışlığı əsərində təkrar etmişdir. Bizdən öncə Qurbanəli Məhəmmədzadə bu məsələ ilə bağlı Qulam Məmmədliyə etirazını bildirmişdi. 1982-ci ildə yazdığı «Azərbaycan şairi Mirzə Əli Möcüz Şəbüstəri və mənim xatirələrimdən» adlı əsərində Q.Məhəmmədzadə o dövrdə Şeyx Mahmud məqbərəsinin xüsusi xidmətçisi və yaxud mücaviri olan Rzaqulu adlı şəxsdən danışır, onun haqqında ətraflı məlumat verir. Möcüzün həyat və yaradıcılığı haqqında azacıq məlumatı olanlar bilirlər ki, dillərdə əzbər olmasına, əldən-ələ gəzməsinə baxmayaraq, sağlığında şairin əsərləri çap edilməyib. Öz qısa tərcümeyi-halında da şair bunu söyləmişdir. Rəisniya Möcüzün həmin tərcümeyi-halından bu hissəni yazısına köçürüb: «... Bu günə qədər [təxminən] üç min beyt yazmışam, rəfiqlərə vermişəm. Mən özüm [şeirlərimi] toplamamışam, bəziləri toplayıblar... Mənim şeirlərim fikahidir (gülməli, məzhəkəli), xalq tərəfindən bəyənilməsinin də səbəbi budur, yoxsa qabiliyyətinə görə deyil». Şairin böyük təvazökarlıqla yazılan bu sözlərini unudan Rəisniya Cavad Heyətin bu barədə yazdığını yeni bir kəşf kimi qələmə verir: «... Cavad Heyət xatırlatmışdır ki, bu xalq şairinin (Möcüzün) bir para şeirləri çap edilməmişdən öncə ağızdan-ağıza gəzərmiş». Möcüz «var» rədifli şeirlərindən birində əsərlərinin geniş miqyasda xalq arasında yayıldığını və artıq məşhur bir şair olduğunu göstərmişdir: Təsxir edibdi hər yeri əşarı Möcüzün, Zənn etməyin ki, bircə Şəbüstərdə namı var. Rəisniyanın məqaləsində yol verilmiş bir neçə başqa səhvləri də göstərmək istərdik. Burada XIX əsrin ikinci yarısında yaşayıb-yaratmış, 1907-ci ildə vəfat etmiş məşhur növhə və qəzəl şairi Hacı Rza Sərraf Təbrizi həcvgu şair kimi təqdim edilmişdir ki, bu da tamamilə səhv fikirdir. Yazıda nümunə gətirilən «Məktublaşma» başlıqlı şerin birinci misrasındakı «əhvən» («ucuz») sözü «ərzan»la əvəz edilmişdir. Möcüz öz qısa tərcümeyi-halını ana dilində deyil, farsca yazmışdır. Möcüzə həsr edilmiş elə bir əsər yoxdur ki, orada Sabirin adı çəkilməsin, Sabirin Möcüzə təsirindən bəhs edilməsin, bu iki sənətkarın dünyagörüşü və yaradıcılığından danışılmasın. Mən məqaləmin bu məqamında ancaq bu iki böyük şairin ədəbi irsinin taleyi ilə bağlı müqayisəni aparmaq istərdim. Hər iki şairin maddi vəziyyətinin ağırlığını, irticaçı qüvvələr tərəfindən mənəvi təzyiqlərə məruz qalmasını nəzərə alsaq, onların həyat şəraitinin təxminən oxşar olduğunu deyə bilərik. Lakin Sabirlə Möcüzün ədəbi irsinin taleyi, əsərlərinin nəşri və tədqiqinə gəldikdə aradakı böyük fərqi görməmək mümkün deyil. Sabir əsərlərinin taleyini xoşbəxt hesab etmək olarsa, Möcüzün ədəbi irsi barədə bunun tam əksini demək olar. M.Ə.Sabir 1911-ci ildə vəfat etdikdən sonra C.Məmmədquluzadə, Ə.Haqverdiyev, A.Səhhət, Ə.Qəmküsar kimi görkəmli ədəbi-ictimai xadimlər onun əsərlərini toplayıb şairin gizli imzalarından birini nəzərə alaraq «Hophopnamə» adı ilə çap etdirmişlər. 1914-cü ildə isə, xalqdan toplanan maddi yardım və ianələr hesabına nəşr edilən nisbətən bu mükəmməl kitaba Azərbaycanın xalq rəssamı Əzim Əzimzadənin Sabir əsərlərinə çəkdiyi karikaturalar və təsvirlər də daxil edilmişdir. «Hophopnamə»nin bu çapı istər özünün mütərəqqi məzmunu ilə, istərsə də nəfislik etibarı ilə Şimali Azərbaycanın kitab nəşri tarixində əlamətdar hadisə kimi dəyərləndirilir. Bu nəşr bütün Azərbaycan ziyalılarının, maarifpərvərlərinin, xüsusilə də Cənubi Azərbaycan azadixahlarının son dərəcə qiymətli və əziz kitabı kimi şöhrət qazanıbdır. Kitabın ilk çapından bir əsrə yaxın vaxt keçsə də, o qiymətli bir cəvahir kimi hələ də əhəmiyyətini saxlamaqdadır. Sabir əsərlərinin onun adına layiq şəkildə nəşrini, təbii ki, Şimali Azərbaycanda mövcud şərait və atmosferlə izah etmək lazımdır. Belə bir şərait o zaman, hətta bu gün belə İranda, xüsusilə də onun tərkib hissəsi olan Cənubi Azərbaycanda olmamışdır. Möcüzün bəzi məqamlarda bir çox cəhətdən Şimali Azərbaycana qibtə etməsi də yersiz deyildir: Qibtəmiz yersiz deyil, var illəti, Orda toydur, burda matəm əl-əman. Qeyd etdiyimiz kimi, qatı fars millətçiliyi ideologiyasına əsaslanan Pəhləvi reciminin apardığı siyasət ucbatından Möcüzün əsərləri şairin sağlığında çap edilmir. (Rza xanın hakimiyyətə gəlməsindən öncə Möcüzün 1920-ci ildə Təbrizdə çıxan «Molla Nəsrəddin» curnalının nömrələrində dərc olunmuş iki şeri istisna təşkil edir). Möcüzün vəfatından xeyli sonra, Cənubi Azərbaycanın Milli Hökuməti zamanında (1945) onun əsərlərinin müəyyən hissəsi nəşr edilir. Amerika, İngiltərə imperialistlərinin himayəsi altında Məhəmməd Rza şahın qoşunu irtica və yerli mülkədarlarla birgə Milli Hökumət tərəfdarlarını qan dəryasında qərq etdiyi zaman Möcüzün də nəşr edilmiş divanının əksər nüsxələri qalaq-qalaq yandırılan anadilli kitablar içində zəbanə çəkərək yanıb kül olur. 1979-cu ildə Pəhləvi hakimiyyəti devrildikdən sonra ana dilimizlə bağlı yaranmış nisbi azadlıq şəraitində Möcüz əsərləri də bəzi şəxslər tərəfindən nəşr edilir, vaxtaşırı olaraq mətbuat səhifələrində müxtəlif məqalələr dərc olunur. Məhəmmədəli HÜSEYNİ.
Bir gözəl hünərə doğru. Sonra o söhbəti yenidən, yenidən, bir də yenidən təzələmək ehtiyacı baş qaldırır: Bağlaya bilmədim mən bu qapını, Elə açıq oldu vaxtın üzünə…. Bu duyğulu misralar Firuzə Məmmədlinin özünəməxsus deyim tərzini, yazı texnikasının elastikliyini, sənətkarlıq məziyyətlərini bütöv, boyaboy qapsayır. Bütün bunlar öz yerində… Ancaq əsas məsələ bu misraların altyapısında hifz olunan bir xəfif auranın sərhədsizliyində, genişliyindədi. O genişlik, sərhədsizlik fonunda müəllifin qış ilə yaz arasında çəpərə tutulmuş ömrünün dustaqlığı da vaxtı-vədəni saymağındadı. Qışla yaz arasında çəpərlənən sevdalı bir ömrün yaşantılarını isə onun öz misralarından yaxşı heç nə ifadə edə bilməz. Bu barədə Vaqif Yusiflinin, Ələkbər Salahzadənin, Kəramətin, Qurban Bayramovun, Tehran Əlişanoğlunun, fərqanənin, Dəyanət Osmanlının, Əli Rza Xələflinin, Fariz Çobanoğlunun və b. yazdıqlarını oxumuşam. Kəramətin "Füruzə Məmmədli poeziyası haqqında danışarkən "qanad" epitetini fərqləndirməyim, altını cızmağım təsadüfi deyil, onun bədiyyatının stixiyasından doğulub, ruhundan qanadlanaraq özümlüyün göstərən alimlərdən biridir" - fikri əslində hər bir söz adamının münasibətini ifadə edir. Eləcə də Vaqif Yusiflinin yazdıqları: "Firuzənin şeirləri hər şeydən öncə yaşanmış hisslərin, duyğuların ifadəsidir. Bu hissləri, duyğuları poetik hisslərə çevirmək, onları şerin də yaşam duyğuları kimi ifadə etmək o zaman mümkün olur ki, sevgini - o müqəddəs hissi adilikdən qeyri-adiliyə qaldıra biləsən… Firuzənin lirik qəhrəmanı üçün sevgi həyatdır, gözəl ömürdür, mənəviyyatdır, bundan kənarda adiliklər, xırdalıqlar, təfərrüatlar yaşayır". Əlavə edirik ki, bunun başlıca səbəbi F.Məmmədlinin özünün də vurğuladığı kimi, şeirdə diri olmaq, yaşamaq elmindədi: Ötüb-keçdi, qış ömrünü sürüdü, Hər yetən gün bir xatirə yeridi, firuzə ki, hər şerində diridi, Belə ömür hər ömürdən öncədir. Firuzə xanımın müşahidələri. Günün qarası qəlbimdə, Ağı saçımda çevrilir - şəklində ifadə olunanda da təzədi, tərdi. Sənsiz keçən günlə ölüm. Gözümü örtsün gəlməyim - kimi təqdim ediləndə də. O, görünənin maddi olanın alt yapısını, mantar qatını müxtəlif görüm bucaqlarından təqdim edir. Brilyantdı, qızıldı daş, Daşı daş görən yanıldı. Firuzə xanım şerin-sənətin geniş yoluyla Məhsəti Gəncəvi, Ağabəyim Ağa, Heyran xanım, Mirvarid Dilbazi, Mədinə Gülgün, Nigar xanım Rəfibəyli xanım-xatınlığıyla gedir. Özünün yazdığı kimi, bir gözəl hünərə doğru döşünə döyübən addımlayır. Şerin, sənətin yolu, səması isə intəhasızdı, sonsuzdu. Sərvaz.
Minarə başındakı «qurğu» ürək kimi döyünür. Haradasa güllə açılır, impulslar itiləşir. Xorun mahnısı təhlükədən xəbər verir. Əlində kəlbətin Aləmzər oğrun-oğrun həyətə girir. Aşağıdan yuxarı «qurğu»nu nifrətlə süzür. Xonçası bəzənib, şamı yandırılmasın. İlan dişini çıxaracam ki, daha heç kəsi sanca bilməyəsən (Minarəyə nərdivan söykəyir. Yuxarı qalxarkən ayağı pillədən çıxır, yerə çırpılır). Allahın Məleykəsi də indi at çapan olub. Yox, mən də ayaq altında qalanlardan deyiləm. İynə batırana biz batıracam! Dedim bəlkə sizin həyətinizdədi. MƏLEYKƏ - Yox, bizim çəpərlərimiz çox möhkəmdi. A… bu nərdivanı minarəyə kim söykəyib? Əlindəkini gizlət heç olmasa. Deməli Ərşadımın «qurğu»sunu sındırmaqdı qəsdin? Heyif deyilmi, el-obada tərifi ala buluda qalxıb. Şpionluğundan danışır hamı. Biz görmüşük ki, Allaha dualar oxunar minarə başlarında. Leyləklər, qaratoyuqlar yuva qurar, bala çıxarar. Neynək, bərəkətdi, artımdı. Kimin evini yıxıb? O gözü qurumuş atamın aptekindəki dərmanları qurudub. Bəs donuz piyilə əhəng qarışığını ver xəstəyə ki, qaşınmanı sağaldıram. Dəri xərçəngi basıb kəndi. ALƏMZƏR - Yox, bunlar sənin qayırmalarındı. Paxılsan, ehtiyat eləyirsən. Deyirsən, oglum Əhməd də birdən bir laboratoriya açar, elə bir qurğu düzəldər ki, Ərşadın o bayquşa oxşuyanı xırp gözdən düşər. Bəs puçunu necə buraq? Gəl, aptekçi atasını partiyadan qovduraq, oğlu da gözdən düşsün. Çinədanın doludu zəhərnən. Gəl dalımca (Laboratoriyada kompyuteri işə salır. Printer yazılı bir vərəq atır). Sən, mən, qızlarımız, gəlinlərimiz Şeyx Cəmaləddinin gönçə nəvə-nəticələri. Bacım, qurutmayın kökümüzü də. Təvəllüd günləri. Pervıy may, təzə il bayramları. Tortlar, şəkərburalar başımızdan aşırdı. Əşi mən də qan qaraldıram ey… Hə, bəs Ərşada Ərəbistandan gəlin qətirəcəm deyirdin. Bəs Aləmzar xalasının da bir muradı var axı (barmağındakı üzüyü çıxarır). Sən Allah, bu gəlinlik üzüyünü də qoy onun xonçasına. Allah mübarək eləsin! Üzüyü sat zərgər Qulamhüseynə, ev-eşiyi dolandır. Məni darda qoymazsan ki. Nolar bəlkə oğluna bir dilucu deyəsən bizə dəyməsin?! Gül ləçəyi kimidi Ərşadım. Saxtakarlığa, yalana necə öyrədim onu? O «qurğu»nun impulsları Qulamhüseynin vitrinindəki bilərziklərdə cəmi 13 faiz qızıl göstərib. Tutaq ki gözümü yumub, o bir qaşıq zəhəri udum, bəs sonra Qulamhüseynin topunun qabağında kim dayansın? Deməli quş gətirən quşdu sizin «qurğu»nuz? Qurğu nəzarətdədi. Dalında da Kosmik tədqiqatlar mərkəzi durur (sandıqdan qəzetlər, şəkillər, teleqramlar çıxarır). Həmkar deməkdi burda bu «kolleqa» (boğazını arıdlayıb oxuyur). «Hörmətli Ərşad fərəcullayeviç! Orijinal «qurğu»nuz səhrada bitən şam ağacıdı. Pöhrələri davamlı, rişələri uzun ömürlüdür. Burada kibernetika elminin yeni perspektivləri görünür. İmza, SSRİ Elmlər Akademiyasının prezidenti. Onun impulsları cəmiyyəti ulduzlara çapdıran qamçı, bu yolda buludları parça-parça sökən şimşək olacaq. ALƏMZƏR - (Məleykəni yamsılayır) Olacaq, çevriləcək! Amma sən xəşilin yağlı tərəfini öz qabağına çək! Düz deyirlər balam, daş daşlığa yağarmış. Qurban bayramında çantana nəzir qoyulan xoruz da bəlkə yumurtlayır. Mən səni bacı bilib oğluna tarixdən beş yazdım. O qızıl medala düşdü. Kembricdən ixtiraçı kimi qayıtdı. Neylək, xeyrini görəsən. Amma sən Əhmədimin dəftərinə bir üç yapışdırdın qapısı bağlandı. Mən qızıl gül kolunun dibinə sabunlu su axıda bilməzdim. Əmbə sən bir aptekə görə, günəşini söndürmək istəyirsən. ALƏMZƏR - Belə əlimin içindən gələcək, beş qaba çəkəcəm! Toxun, ajdan xəbəri olamaz. Tovuz quşusan, başın kolda, quyruğun bayırda sayrışır. Əməllərini, fırıldaqlarını elə bilirsən xalq görmür? MƏLEYKƏ - Hansı əməllərimi? Quru palçıq divara yapışmaz. Mən kimə neyləmişəm? (Aləmzərin üstünə cumur) Çəpəri-cızığı keçmə! (Yaxasından bir Quran nüsxəsi çıxarır) Böhtana görə kitaba əl basdıraram, daşa dönərsən! Vaxtilə Bağdadın xəlifəsi Cəmaləddin babamı Xəzinə torpaqlarına vali qoyub. Babam da burda məscid, mədrəsə, xəstəxana tikdirib, çayda körpü saldırıb. Dəyirmanını biz indi də işlədirik. Sən fırıldaq nəyə deyirsən? Məktəbin böyründəki təpəyə indi də «rəsədxana günbəzi» deyirlər. MƏLEYKƏ - Onu da yadında saxla, Nuh peyğəmbərimizin Naxçıvandakı qəbrini ziyarətə gedənlər burda, bax bu meyvə ağaclarının kölgəsində iftar açıb dualar oxuyublar. Burda qurbanlar kəsilib, yetim-yesirə paylanıb. Bütün kəndi dolandırıb bu ocaq. Rəhmətə gedənləri yerdən götürüb. Burda hər şey müqəddəsdi. Bəs Şeyxi bayraq eləyən Şeyx ocağının paklığını niyə qorumur? Amma sən elə bil ki, ulu peyğəbərimizin bayrağını xaç suyuna salıb, islama qara ləkə vurmusan. ALƏMZƏR - Ocağın torpağına, hətta yarpağına da mənfur, kafir nəfəsi dəyməməlidi! Amma sən kimə-kimə, bir gavura bu ocaqdan torpaq satmısan! Belə möminlik olar? Maskalanıb Cəmaləddin ocağını it-qurd oylağına döndərən kimdi bəs? Yazığım gəldi erməni tifillərinə! Gözləri sönməkdə olan şam kimi titrəyirdi. Daş olasan gərək, belə siqlətə dözəsən! Amma mən anayam! Allaha xoş gələn insanlıq naminə bir iş gördüm. Sən ulu bir ocağa tula bağlamısan! Xəbərin olsun ki, bütün risalələrdə bir mətləb qırmızı xətnən keçir. Kafir də olsa, hal-hazırda müsəlmanın mənafeyinə toxunmursa, yedirib-içirtməlisən. Lütdürsə, paltar verməlisən. Ölüsünü kəfənə yox, bir parçaya büküb dəfn etməlisən! Axı hamımız Həzrət Adəmin nəsliyik. Mən ürəyimin səsinə qulaq asdım. Əmbə sonra da özümüz özümüzü tayfalara, millətlərə ayırırıq. Kapitalizmdə erməni yəhudiyə, bütpərəst müsəlmana düşmən ola bilər. Əmbə dinimizdə, ölkəmizdə bütün millətlər qardaşdı. O, maqnitafonda şeir səsləndirir. «Bir bayraq altında yüz min millətin, qardaşlıq dünyası partiyamızdı». Bunu zəmanəmizin dahi şairi Səməd Vurğun deyir. Mən də belə ədəbiyyatlardan tərbiyə almışam. Bəs onlar da bu «qardaşlıqdan» yazıblarmı? Onların Zori balayanları, Silva kaputikyanları da ancaq onu yazırlar ki, dünyada erməninin bir düşməni varsa, o da türkdü. Əmbə o tətiklərdə Çar Rusiyasının barmağı olub. Bakı kommunasının sədri Stepan Şaumyan soveti istəməyən ünsürlərdi, - deyib Bakıda minlərlə müsəlman öldürdüb. (Aləmzərin qulağına) Dahi Lenindən millətiycün sərfəli bir sanksiya alib Şaumyan. Meşədə ağaclarımız bir boyda, çayda daşlarımız bir rəngdə, evlərimiz bir üslubda, iclasımız, toyumuz da eynidi. Biz bir-birimizin əlindən tutmalıyıq! Vedidə, İdjivanda, lap Yerevanda da bizimkilərə elə od qoyurlar ki, tüstü-qurum içində hara qaçdıqlarını görmək olmur. Amma qılıncının dalı da kəsir, qabağı da! Bir yerdə Quran tapşırırsan, doqqaza buzov bağlanır. Ağız-burnunu əyib bir yasin oxuyursan, çantana bir zaqraniçni kalqotqa qoyurlar. Üçköklü azı dişi mismar kəlbətiniylə çıxarırsan. Bəs əl uzadanın əlini kəsim? Az... bəs eşitməmisən, sekanın katibi Şıxəli Qurbanov azı dişi çıxarılan stolda qalıb. İndi qorxudan diş çıxarmır doxdurlar. Mən də oturduram xəstəni, səhərlər günəşi dan yerinə qoyanı, axşamlarsa al-qırmızı konsert səhnəsinə bənzəyən qürub yerindən ulduzların işıq nəğmələriylə bizi həyata, yaşamağa ruhlandıran böyük Tanrını köməyə çağırıram. Hicaz müğamı üstündə astaca oxuduğum dualar xəstəyə bu dünyanı unutdurur. Allah-təalanın izniylə kəlbətini o məkrli dişə yaxınlaşdırıram, bir az sonra da xəstə sarılır boynuma, öpür üz-gözümdən! Bir uşağa banka qoy, ahılın kürəyindən qan al! Nəslimizə belə bir vergi də Cəmaləddin ağanın Xaliqə xidmətlərinin əvəzidi. Biz də bu işıqla kiməsə əl yetiririksə, deməli Tanrı yanında üzümüz ağdı. Müəllimlər boyunlarında torba gəzdirir, şagirdlər papirosa, içkiyə qurşanırlar? Millətin sabahı yoxdusa, Ərşadın o Amerikaya apardığı “qurğu” da kimə lazım olacaq? MƏLEYKƏ - Bilirsən, Aləmzər, ilanın quyruğunu basarsan, üstünə qayıdar. Mən Ərşadımın taleyindən qorxuram. Amerika səfəri də çox güclü xərc istəyir. Allah saxlamış yenə döşünü verdi irəli. Bacım, mən oturduğum ağaca balta çala bilmərəm! Məleykə dəstəyi qaldırır. Səhəttiniz necədi, Şəmsəddin dayı? Bəli, Aləmzər bizdədi. Aptekin bağlanıb, ona görədi də. Astman tutub yenə? Sən dost-düşmən tanıyan döyülsən. Onlar apteki yıxmışdılar başımıza, indi evimizi də uçurtdular. ŞƏMSƏDDİN - Oğlun Əhmədi qandallayıb aparıblar. İndi çəp İsmayılın qazamatındadı. (Aləmzər ürəyini tutub yıxılır). MƏLEYKƏ - (Dərman qutusunu gətirir) Bu validolu qoy dilinin altına. Öyümə, qaşınma verəcək! Ərşad gətirib, moskovskidi. Alverçi bizə də Moskvadan gətirib dərmanları. MƏLEYKƏ - (Quyu suyuna bir çimdik torpaq atıb Aləmzərə verir) Dilinə bismillah gətir, Tanrıya tapın, iç bu ocağın abuzəmzəmindən, səbəb olsun! Bəs nəyə görə aparıblar Əhmədi? ŞƏMSƏDDİN - Dünən gecə qonşumuz Məmmədyarın tövləsinə girib guya, kişinin atını oğurlamaq istəyib! Bəs onu gecənin o qaranlığında kim görüb? Lov salan hansı qaraçıdı bəs? ŞƏMSƏDDİN - Aptekimizi banqut eləyən kimdi? Bacılığın o Məleykənin oğlu döyülmü? Bu da onun şeytan “qurğu”sunun hoqqasıdı dayna! ALƏMZƏR - Balamı tutduranın ana ağısına qol götürüb oynaram. (Xəncəli sıyırıb Məleykənin üstünə cumur) Ərşad kimi əzrayıl doğanın qarnı cırılmalıdı. Məleykə həyətə qaçır. Aləmzər onu tuta bilmir. O, quyunun qırmağıyla «qurğu»nu yerə salmağa çalışır. Qırmaq çatmır. Xəncəli «qurğu»ya tulazlayır. Minarə divarında çoyuyan xəncəl Aləmzərin ətəyindən keçib onu yerə mıxlayır. Aləmzər dartınır, yerdən qopa bilmir. Mən neyləmişəm? Cəmaləddin ocağında «qurğu»ya xəncəl çəkmişəm! Allah mənim kimisinə qənim olmalıydı. Kəndimizi çirkabdan təmizləmək istəyir. Zərgər Qulamhüseyn elə qudurmuşdu ki, hec Allahını da tanımırdı. Daha o da qızıla mis doldurmaz. Nurcahan başını divara döyər, bir də südə su qatmaz. Buz kimi uşaq bağçalarımız, doğum evimiz də indi ipistidi. Həyət-baca cadar-cadar idi. İndi fantanlarda sular şırıltıyla axır. Onun gözlərindən öpməliyəm. Ölkəni rüşvət dağıdır, balıq başdan iylənir axı. Başına dolanan səyyarələr üstünə vaxtlı-vaxtında işıq salmalıdılar. Qadınlar daş-qaşa gedir. Deyirlər ki, hardasa buzlar əriyir, yer-göyü su basır yavaş-yavaş. İstiləşmənin qabağını alar bəlkə? Amma mən çəmən, tarla göyərdən çayın qabağına bənd çəkirəm. Zəfər marşı səslənir. Laboratoriyadan Ərşad çıxır. Anasına yaxınlaşır. Amerikadan qayıdaram, əlimə pul gələr, ata-baba mülkümüzü cənnətə döndərərik. Amma dünən rəsədxana sütunları məni çaşdırdı. Orda ermənicə nəsə yazılıb. Kimsə su bulandırır. Bir vaxt gürcü mədəniyyəti nümunələrini özləşdirmək istədilər. Böyük marifçi İlyas Çavçavadze “Ağlayan daşlar” əsəriylə varvarların cavabını verdi. Ancaq nədəndi bəs Qoçu Məsmə yetənə yetir, yetməyənə daş atır. Bilmirəm dilənçidi, yoxsa talançı. Qabağına keçəni soyur. Bir az qohumluğu da çatır sizə. faraonluğu, özbaşınalığı ona görədi də! Məsmə nənəni kənddə xeyirxah kimi tanıyır hamı. Qanuna təpik atanları hərdən o da təpikləyir. Ərki çatan bəzi imkanlıları kasıb-kusuba əl yetirməyə çağırır. Maraqlıdı, bəs indi nə işnən məşğuldu görəsən? Səhnəyə səs yayılır. Utanım yerinə. Üç yetim böyüdür Sərvinaz. Sabah basılmaz əsgər olacaq bu uşaqların hər biri. Arvadın qapısına gətirilən bir araba otu almısan əlindən ki, oğurluqdu. Qoy gedim, səhvimi düzəldim. O, elin-obanın sevimlisi, ağbirçəyi, qayğıkeşidi. Burda bir qəbahət görmürəm. Əhmədi ayırıb səni əmizdirmişəm çox vaxt. Siz süd qardaşısız. Qulamhüseyn qələt elər, daha qızıla mis qatmaz. Qəssab Nəcəfqulunun tərəzisi qramaqram çəkər. İtə zəncir, kəhərə cidar qıymayan Əhmədimi cidarlayıblar. Bəs sənin qardaşlığın hanı? Əhməd sağ əlimdi. Mən ölərəm, onun başından bir tük əksilsə. İndi baxaq görək «qurğu» Məmmədyarın tövləsində nə görüb, çəp İsmayıl da kimi, nəyə görə qandallayıb?! Minarədəki «qurğu»nun impulsları işləyir. Printer yazılı bir vərəq atır. Ərşad vərəqi oxuyur. “Əhməd tövləyə girir. Kəhərə yaxınlaşır. Atın ayaqlarına yun corab geyindirir. Noxtasından tutmaq istərkən qığılcım qopur, at hürkür, Əhmədi ayaqları altına alır. Ev sahibinin qışqırığına qonşular yığılır. Telefon zəngləri. ALƏMZƏR - Bəs ay xala qurban, bir yerdəsiniz həmişə, başına ağıl qoyub niyə çəkindirmirsən onu bu xuliqanlıqdan? Mən də ona heç vaxt biganə qalmamışam. Amerikaya apardığım «Ürək-robot»da onun neçə-neçə elmi təklifi yer tutub. Biz bir yerdə işləyirik, yenə işləyəcəyik. ALƏMZƏR - Qara pasportnan onu kim buraxar o yerlərə? At çapmaq Əhmədin xobbisi, şakəridi. Çoban atlarını çayda çimizdirir, qoşovlayır. Məmmədyar kişinin yalmanı buğda dərzi kimi, ceyran yerişli o atını da çoxdan gözü almışdı. Bu kəhəri də çapıb-çapıb sonra yenə tövləsinə gətirəcəkdi. Ondan nigaran qalmayın. Bəs çəp İsmayılın qazamatındadır axı! Fərəculla gəlir. FƏRƏCULLA - Yox, tütün fabrikindəydim. FƏRƏCULLA - Oranın qırmızı guşəsində uşaqlara dərs keçirdim. Atalar qözəl deyib ki, axtaran tapar. fabrikdəki “Qırmızı guşə”nin qapısını aylarla açan olmur. Mən də şagirdləri başıma yığıb orda dərs keçirdim Bəs ay Məleykə, qonağın qabağında süfrə görmürəm. Boğazacan yedirdiblər. FƏRƏCULLA - Ay Məleykə, belə getsə, keçici bayraq alacaq dəyirmanımız. Maşallah, daşlar fırfıradı elə bil. Unu yığıb-yığışdırmaq olmur. Gözünə döndüyüm qapının böyründə bir çəltik döyən də qoydurdu. Hörmət nə qədər olar? fərəculla dəstəyi qaldırır. İstəməzdim bəd xəbər verən olum. Amma, Ərşadın poyuz biletini apar qaytar geri! Rəisimiz tapşırıb ki, o amerikannan oturub-duran Ərşadı mən serjant İsmayıl şöbəyə gətirməliyəm! ALƏMZƏR - (Əllərini göyə açır) Aha… Qurban olduğum haqqın bayrağını qaldırdı. Mənəm-mənəm deyən, dünyanı ağladan, Nadir şahları, qacarları axırda ağlar görmüşəm. Xahişim eşidilmədi. Amma neynək. Heç olmasa orda gözün Əhmədimin üstündə olsun. Sənin pal-paltarını, siqaretini, peredaçanı da özüm gətirərəm. Burda nəsə anlaşılmazlıq var. (Aləmzərə yaxınlaşır) Əhmədin gələcəyinə heyranam. Bu təzə «ürək-robot»umun aparıcı layihəsi onun tədqiqatlarına əsaslanır. O, burda açacağımız filialın görən gözü, döyünən ürəyi olacaq. Kefindən qalmır ey! Ay Ərşad, qazamatda filial açacaqsan? Dostum, qardaşım deyə-deyə axırına necə çıxır uşağımın? Aləmzərlə Məleykə qucaqlaşıb ağlaşırlar. Sınaqlar, bombalar kəsmək bilmir. Deyirlər istiləşmə də güclənir, elə xəstəliklər çıxır ortaya ki, heç professorlar da baş tapmırlar. Nastradamus da, bolqar baxıcısı Vanqa da dünyanın dağılacağını xəbər veriblər. Ancaq neyləyim, sənin o böyüklükdə işlərini qanmayan kiçiklər indi səni tuturlar. İlk cığır açan ayaqlar döyənək olur. Qorxaq din xadimləri və inkvizitorlar «yer şarı fırlanır» deyən Qalileyi edam edib, Cordano Burunonu yandırıblar. Nəsimi də belə cahillərin qurbanı olub! Dünyamız ağıllı insanların hesabına belə gözəl dünyadı. Tutulmağıma heç bir əsas görmürəm. Amma nə bilmək olar, Sibirdə, Bayılda yatanların üçdən biri günahsızdı, dəsxoşa yatandı. Təngnəfəs içəri girən İsmayıl fərəcullaya sarmanır, ağlamsınır. (Məleykənin əlindən tutur) Allah səbir versin. Gəlincan, fikir eləməyin əşi, səkkiz il-on il bir papaq fırlamasıdı. Döyülməyən düyüdən aş olmaz. Stanok, dəmir-dümür orda itivə tökdü. Orda qurğu-filan düzəltməyə o qədər vaxtı olacaq ki! Məleykə həyətə yüyürür. Qoltuğunda xoruzla qayıdır. Xoruzbazlara satsan yaxşı pula gedər. İstəməzsən, apararsan evə, uşaqlara bir həftə bəsdi. Günü-gündən şişib dağılan naçalnikə də de ki, Ərşad gedib Amerikaya. İSMAYIL - (fərəcullaya sığınır) Ay dayoğlu, gəlincanın başı xarabdı elə bil. Ərşad semiçka satan, cibgirdi bəyəm əlindəkini alıb buraxım? (Minarənin başını göstərir) O boyda cidanı çuvalda gizləmək olar? Bu qədər adamı dolaşdırıb, baş-başa vurub. Residivistdi Ərşad, xüsusi təhlükəli cinayətkardı. Amma xoruzdan da heç keçməli döyül! Qoy görək neynirik də. Bu boyda cinayət olar, sənə zarafat qəlməsin. Sən ən vəhşi ayını, ən tərbiyəli adama döndərəsən. Bəs ayısız qalsın meşələr? Bəs uşaqlar sirkdə ayılara baxıb, şənlənməsinlər? Təbiətin tarazlığını pozub, disbalans yaratmağın öz statyası var. Başa düşmürəm. Başın xarab olub, İsmayıl, vəhşi ayını necə yəni insana döndərib, Darvindi bəyəm Ərşad. Hec bilirsən nə eləyib? Kolxoz sürüsünə dadanan boz ayının qoltuğuna bir “ötürücü element” qoydurub. FƏRƏCULLA - Həlbət yuxudaymış da heyvancığaz! İSMAYIL - Hə, bizim bu Ərşadın təzə hazırladığı “ürək robot”un, müsbət emosiya daşıyan impulsları, ayının yırtıcı hüceyrələrini, insani hüceyrələrə cevirib. İndi ayı da ağıllanıb, qoyunlarla bir yerdə otlayır. Arabir qalxıb ayağa duranda, ətrafdakı canavarlar girməyə deşik axtarırlar. Ərşad da öz qurğusunu təkmilləşdirir. Elə bu ağıllanan ayı da Amerikaya aparmaq istədiyi “ürək robot”un bar-bəhrəsidi. Daha Amerika qurtardı. Ərşad qohumumdu, can-ciyərimdi deyin, qazamatda dostu Əhmədin böyründə bir setkalı koyka qoydurmuşam onunçün. Düş qabağıma gedək. Ərşad dəstəyi qaldırır. SƏS - Ərşad müəllim, milis şöbəsinin rəisi sizinlə danışmaq istəyir. Məleykə titrəyir, Aləmzər sevinir, fərəculla var-gəl edir. (Məleykə sevinir, Aləmzər qəmlənir, fərəculla yerində donur) Bilirəm, yol üstəsən, başın bərk qarışıqdı. Amma biz səniynən gərək yaxşı-yaxşı oturaydıq. Səndən yer-göy qədər razıyıq, oğlum... Ərazidəki şarlatanlar, dələduzlar, əliəyrilər, xuliqanlar da özlərini yığışdırıblar. Xəzinə kəndində bayramdı. Tütün fabriki keçici bayraqlar alır. Konserv kombinatı dörd növbəli işə keçib. İsmayıldan xahiş elədim ki, səni motoskletində yanıma gətirsin. Biz də nazirimizin fəxri fərmanı və pul mükafatıyla səni sevindirək! Mükafatların ən başı mənə inamınızdı. Siz yenidənqurmanın önündə gedən, gələcəyi də çox aydın görən bir ziyalısınız. Yerinizdə bəlkə başqası olsaydı, mənim «qurğu»m ayaq açıb yeriməzdi, indi Amerikaya da yol açmazdı. SƏS - Biz xalqın ürəyindən olan təşəbbüslərə dəstək olmağa həmişə hazırıq. ƏRŞAD - Məni sevindirən bir də odur ki, şöbəniz təkcə asıb-kəsmir, əksər hallarda tərbiyələndirir, maarifləndirir. Bəs dostum, istedadlı həmkarım Əhmədin işi nə yerdə qaldı? O da belə zarafatların təkrar olunmayacağına söz verdi. (Aləmzərlə Məleykə qucaqlaşırlar). Həsənbəy Yusif.
Yazıçı və zaman. XX əsr uzaq qədimlərdən başlanan ümumazərbaycan tarixinin və mədəniyyətinin məhz Azərbaycan mahiyyətini müəyyənləşdirən çox mühüm və möhtəşəm bir dövrdür. Tarixən humanist ideallarla zəngin olan Azərbaycan ədəbiyyatı XX əsrin əvvəllərindən yeni təkamül mərhələsinə qədəm qoydu. Elə bu zaman böyük milli idealların bədii təcəssümünə və ümumən mədəniyyətin vüsətli inkişafına münbit zəmin yarandı. Bu inkişaf ictimai-tarixi, siyasi, psixoloji, sosial-mədəni təzadlar və dəyişikliklər üzərində yarandı. Avropadan və Rusiyadan gələn, sənətə və ədəbiyyata təkanverici qüvvə kimi müəyyənləşən mədəni yeniliklər, maarifçilik ideyaları, həmçinin neft sənayesinin uğurları ilə bağlı olan iqtisadi dirçəliş də XX əsr Azərbaycan mədəniyyətinin bütün sahələrində böyük sıçrayışa, inkişafa şərait yaratdı. Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə Azərbaycan ədəbiyyatı və mədəniyyəti dünya ədəbiyyatı və mədəniyyəti sırasında layiqli yerini tapmağa tam qadir idi. Lakin məlum səbəblərdən Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. Yeni sosial-iqtisadi quruluş, yeni ictimai münasibətlər formalaşdı və sosializm diktaturası "mədəni inqilab" proqramı elan etdi. Məhz bu dövrdə sonralar Azərbaycan sovet ədəbiyyatının baniləri sayılan cavan yazıçılar və şairlər nəsli yetişirdi. O, Əndəbil kəndinin ən möhtərəm və hörmətli sakini olan Mir Paşa bəyin nəvəsi idi. Atası Mir Əli Mir Əşrəfi - çoxlu mülkiyyət sahibi olduğundan böyük oğullarına, Mir Cəlalın özündən böyük dörd qardaşına Əndəbil kəndinin işlərini idarə etməyi tapşırardı. O, ən kiçik, beşinci oğlu Mir Cəlalı isə bu işlərdən uzaqlaşdırıb təhsil dalınca Şimali Azərbaycana, Gəncəyə gətirir. Burada acı tale kiçik yaşlı Mir Cəlalı erkən atasız qoyur. Vəfat etməmişdən bir qədər əvvəl Mir Əli böyük oğullarına kiçik Mir Cəlalı tapşıraraq deyir: "Bu uşağı oxudun, onun mükəmməl təhsili olsun". Beləliklə, Mir Cəlal Gəncə şəhərində qalıb təhsilini davam etdirir, uşaqlıq və gənclik illərini burada keçirir. Çoxəsrlik ədəbi ənənələri olan Gəncədə o zaman beynəlmiləl tərkibli seminariya, şəhər teatrı, sənət texnikumu, sanballı kitabxana, gözəl mətbəə, "Qızıl qələmlər" Cəmiyyətinin Gəncə filialı fəaliyyət göstərir, "Qızıl Gəncə" jurnalı çap olunurdu. S.Vurğun, H.Araslı, N.Rəfibəyli, Əli Razi, Əli Məhzun, Mikayıl Rzaquluzadə kimi gələcəyin görkəmli şəxsiyyətləri orada keçirilən ədəbiyyat tədbirlərinin təşkilatçıları və fəal iştirakçıları idilər. Uşaqlıq və gənclik illərini belə bir mühitdə keçirən Mir Cəlalın yazıçı taleyi onu lazımi vaxtda lazımi yerə gətirmişdi. Görünür, Mir Əlinin öz oğlunu məhz Gəncə şəhərinə gətirməyi təsadüfi deyildi. Aydındır ki, İranda mülkiyyət sahibi olan Mir Əli Paşayev o taydan bu taya qazanc və çörək dalınca yox, Mir Cəlala doğma dilində təhsil vermək arzusu ilə gəlmişdir. O, bilmirdi ki, oğlu - balaca Mir Cəlal onun bu son arzusunu, istəyini həyata keçirməklə kifayətlənməyəcək, artıq dərəcədə ümidləri doğruldaraq mənsub olduğu xalqın mənəvi dəyərlərinin daşıyıcısına və qoruyucusuna çevriləcək, böyük yazıçı, alim və böyük insan adını qazanacaqdır. Gəncə mühiti həm də müəllimlik peşəsinin müstəsna rolunu Mir Cəlalın gələcək həyatında və yaradıcılığında bu zamandan etibarən sona qədər müəyyən etdi. Beləliklə, bu mərhələdə zaman və məkan amilləri öz işini görmüş oldu. Bədii sənətin inkişafında zaman faktoru və mövcud mühit çox mühüm rol oynayır. Sovet hökuməti qurulduqdan sonra "fəhlə-kəndli-əməkçi" birliyi o dövr ədəbiyyatının başlıca mövzularından birinə çevrilir. Azərbaycan yazıçıları da ideoloji sifariş olan bu mövzuları bu və ya digər dərəcədə öz yaradıcılıqlarında əks etdirməli idilər. Bunun nəticəsi olaraq bədii əsərlərdə mövzunun aktuallığı birinci dərəcəli, məzmun rəngarəngliyi, sənətkarlıq, bədiilik kimi mühüm estetik meyarlar isə bir növ ikinci dərəcəli məsələlər sayılır, insan şəxsiyyətinin əsl mahiyyəti və onun bədii ifadəsi çox vaxt arxa planda qalırdı. Professor Mir Cəlal hələ o zaman diqqəti bu məsələyə cəlb edərək yazırdı: "Bir çox əsərlərimizdə təsvir olunan adamlar real, təbii çıxmır. Meşin pencəyi əynindən çıxaran raykom katibi öz obrazını itirmiş olur". Bu dövrdə içində anlamaq dərdi yaşayan S.Vurğun, Mir Cəlal, S.Rüstəm, Mehdi Hüseyn, Süleyman Rəhimov, Rəsul Rza kimi sənətkarlar kor-koranə ideoloji tabeçiliyi insan təbiətinə, azad və həqiqi sənət qanunlarına tamamilə zidd olan qaçılmaz ağır zərurət kimi qiymətləndirirdilər. Nə yaxşı ki, bu tabeçiliklə yanaşı onlar həm də öz dünya duyumuna, təxəyyülünə, istedadına, vətəndaş mövqeyinə, fikirlərinin və qənaətlərinin bilavasitəliyinə tabe idilər. Çünki onlar əsl sənət adamları idi. Sosializm realizmi metodunun banisi sayılan Maksim Qorki yüksək sənəti hətta despotik rejimdə belə istedadın gücü ilə yaranan gözəllik adlandırırdı. Qorkinin bu fikri ən azından ədəbi-estetik düşüncənin, mövcud ideologiyanın nəsihət və dərslərindən boyun qaçırmaq cəhdlərindən xəbər verirdi. Lakin dözmək və susmaq gərək idi. Ötən əsrin 30-cu illərinin repressiyaları, o amansız və dəhşətli illər ədəbi və çox vaxt insani prinsiplərin ancaq insan və həyatı bahasına mümkünlüyünü həmişəlik o nəslin hafizəsinə və beyninə həkk etmişdi. Belə ki, Mir Cəlal hekayələrinin birində yazır: "Qışqırıram ki, xəyal uzaqlaşsın, unudum, bəlkə özümə gəlim. Unutmaq nə böyük nemət, nə yüksək istedad imiş. Tale məni bundan məhrum etmişdir". "Kölgədə bitən ağacın kölgəsi olmaz" fikrini sənət devizi seçən Mir Cəlal böyük fikirlərin lakonik bədii təcəssümünə meydan açan hekayə janrına xüsusi maraq göstərir. Bu hekayələrdə ədibin şəxsi müşahidələri, tükənməz vətənsevərlik, psixoloji hal-vəziyyət, dərin lirizm çox qabarıq şəikldə nəzərə çarpır. "Gölgəsiz ağac" dedikdə isə bu hekayələrdə qələmə aldığı bir çox yazıq, həm də çox hiyləgər və riyakar təbiətli insan obrazlarını nəzərdə tuturdu. Məlumdur ki, Mir Cəlal böyük gülüş ustadları C.Məmmədquluzadə və Ə.Haqverdiyevin layiqli davamçısı olaraq Azərbaycan ədəbiyyatında satirik nəsrin görkəmli nümayəndələrindən biri kimi böyük şöhrət qazanmışdır. Lakin Mir Cəlalın, necə deyərlər, öz gülüşü vardır. Bu gülüş ilk növbədə Mir Cəlalın bənzərsiz fərdi təbiəti, şəxsi xarakteri ilə əlaqədardır, onun təzahürüdür. Yəni, o, bəzən bir yazıçı kimi oxucularını həyatın qüsurlarından, eybəcərliklərindən uzaq olmağa çağırır, bəzən alim müdrikliyi ilə həyatın həqiqət yolunu nişan verir, bəzən də müəllim təmkini ilə nəsihətlərini çatdırmış olur. Təsadüfi deyildir ki, Mir Cəlal yaradıcılığında son dərəcədə səmimi, müdrik yumor aparıcıdır, əsasdır. Yumorlu kinayələrinin isə misli yoxdur! Əsərlərdəki ideyanın, əsas mətləbin məğzi, mahiyyəti çox vaxt elə bu kinayələrdə açılır, aşkar olur. Elə ki, Əhmədovun hər yerdə adı hörmətlə çəkildi, ispolkom da hər işi onunla, ancaq onunla məsləhətləşəmyə başladı…. … Şair füzuliyə rayon mərkəzində heykəl qoyulurdu. Bizim rayonda bu layihənin müzakirəsi keçəndə ispolkom birinci Mədəd Əhmədovu çağırdı: - Yoldaş Mədəd, nə deyirsən, füzulinin başında papaq olsa yaxşıdır, ya olmasa? Heykəltəraşlara göstərin, qoy işləsinlər…. Başqa bir hekayəsində ədib yazıçılığı asan bilib özünə mütləq peşə kimi seçən istedadsız müəllifdən və o dövr ədəbi tənqidinin gülüş doğuran xüsusiyyətlərindən danışır. "Keçiyev dramanı çətin, tənqidi xatalı, şairləri çox görüb nəsrə keçdi. İlk hekayəsini gəlib-gedənə oxudu. Eşidənlər yorulsa da, o yorulmadı… Birinci yazısı aşpazdan şikayət oldu. Görünür aşpaz onun iştahasının tələblərini ödəyə bilmir, yaradıcılığına mane olurdu. Bu gənc nasirin şikayətini nəzərə alıb aşpazın məsələsinə baxanda, yazıçının özünün aşpazlıq işindəki məharəti meydana çıxdı… O gündən bəri sanatoriyanın xörəkləri Həpirin zövqündən, Həpirin hekayələri də mətbəx səliqəsindən kamilləşirdi. Bütün bunların nəticəsində mətbəx işləri ilə ədəbiyyat işlərinin vəhdəti möhkəmləndi. Həpirin təcrübəsindən bəziləri istifadə etməyə, ədəbiyyatı zənginləşdirməyə başladılar". Lakin onu da qeyd etməliyik ki, Mir Cəlal lirik-romantik, lirik-psixoloji, lirik-dramatik hekayənin də böyük ustası idi. 40-cı illər nəsrində başlıca mövzular Böyük Vətən müharibəsi ilə əlaqədar idi. Mir Cəlalın 1942-ci ildə yazdığı "Odlu mahnılar" hekayəsi Azərbaycan ədəbiyyatında müharibənin dəhşətlərini əks etdirən ən dəyərli əsərlərdən biri kimi qiymətləndirilə bilər. Yazıçı bütün yaradıcılığı boyu 300-ə yaxın hekayə qələmə almışdır. Bu hekayələrdə o, 20-ci illərin axırlarında rayondan köçüb Bakıda, Kiçik Qala küçəsi 16 nömrəli evdə yaşadığı vaxtdan ömrünün sonuna qədər həyatının müxtəlif mərhələlərində rast gəldiyi insan xarakterlərinin, üzləşdiyi həyat hadisələrinin, təzadlı və mürəkkəb gerçəkliyin dolğun bədii təsvirini vermişdir. Bu əsərlərdə zaman və məkan obrazı aydın nəzərə çarpır. Bakı şəhəri və onun saiknləri, şəhər ab-havası, insani münasibətlər, bu münasibətlərdə zamanın tələbindən, obyektiv şəraitdən gələn həm mənfi, həm müsbət olan çalarlar, dünəni bu günə bağlayan həyat sürəti, siyasi-ictimai quruluşun olduğundan daha gözəl və üstün görünmək təşnəsi və cəhdləri özünəməxsus, maraqlı detalları ilə Mir Cəlal nəsrində yüksək bədiiliklə ifadə olunmuşdur. Bu isə bir epoxanın, bir dövrün bədii portreti idi. Bədii ədəbiyyatın ən mükəmməl və mürəkkəb janrlarından olan roman janrında da Mir Cəlal böyük uğurlar qazanmışdır. Gənc ikən qələmə aldığı ilk "Dirilən adam" romanı yazıçının təkcə hekayələr deyil, həmçinin roman yaratmaq qabiliyyətini və məharətini də sübut etdi. Dediyimiz kimi sənətin inkişafında zaman faktoru mühüm rol oynayır. Lakin sənətin özünün də tarixin hər hansı bir məqamında zamanla nə dərəcədə səsləşib-səsləşməyəcəyi zərurəti var. "Dirilən adam"ın yazıldığı dövr ədəbiyyatı üçün (unutmayaq ki, söhbət 30-cu illərdən gedir) tənqidolunmaz, toxunulmaz mövzular, obrazlar və bunun əksi olaraq mütləq təbliğ və təsdiq edilən mövzular və obrazlar sistemi mövcud idi. Sovet ədəbiyyatının bir çox dövrləri üçün klişe olaraq şablon vahid qəhrəman tipi müəyyən edilmişdi. Bu sosializmin təntənəsini ifadə edən müsbət qəhrəman obrazı idi. Ümumittifaq sosialist ruhlu, partiyalı ədəbiyyata qovuşmaq Azərbaycan yazıçılarının mənəvi və professional borcu kimi təqdim olunurdu. Azərbaycan ədəbiyyatı da SSRİ civarlarında baş verən "gözəl və müasir" həyatı tərənnüm etməli, müasir mövzuları əsas götürməli idi. Lakin o dövr sovet ədəbiyyatını və həmçinin Azərbaycan ədəbiyyatını bütövlükdə ancaq bu tipli ədəbiyyatdan ibarət hesab etmək heç də düzgün olmazdı. Çünki o vaxt əsl ədəbiyyatı və sənəti yaratmaq və yaşatmaq istedadına malik olan yazıçılar, şairlər Azərbaycan ədəbiyyatı tarixini zənginləşdirən bədii əsərlər yaradırdılar. Mir Cəlalın da elə ilk romanında sevdiyi mövzu, toxunduğu problem, ifadə etdiyi bədii-estetik fikir və qənaətləri konyunkturaya yox, əsl ədəbiyyata köklənmişdi. İndiki zaman prizmasından adi və təbii görünən bu mövqe o dövr ədəbiyyatı üçün heç də adi və ən başlıcası isə təqdir olunan hal deyildi. Mir Cəlal yazdığı bütün romanlarda bu prinsipə sadiq qalmışdır. Sovet dövrü ədəbiyyatımızın bir çox əsərlərində zaman və məkan konteksti müxtəlif taleli xoşbəxt və bədbəxt insanların qüdrətli, canlı, cazibədar obrazlarını yaratmaq üçün, onların psixoloji təbəddülatlarını, səadət və faciə yaşantılarını təhlil etmək üçün əslində bir növ bədii zəmin, şərti fon, vasitə mövqeyində görünə bilər. Dünya klassikasının ən məşhur bədii qəhrəmanları göstərildiyi ictimai mühitin, tarixin, hətta zəmanələrinin ən güclü ideologiyalarını belə adlayaraq ümumbəşəri, ümumtarixi "status" qazanmışlar. Bu əsərləri yaşadan nə oradakı həmin vaxtların "qabaqcıl" ideologiyasıdır, nə mühitin diktə etdiyi metod və metodologiyadır, nə də etnoqrafik təfərrüatlardır. Onları yaşadan və yaşadacaq əsas amil oradakı əsl sənət qüdrətilə canlandırılmış insan xarakterləri və taleləridir! Bu gün Mir Cəlal əsərlərini müasir oxucular üçün müasir edən də elə budur. Tək ədəbiyyatın deyil, elmin də elə sahələri var ki, orada ictimai məzmun və bu məzmunun bilavasitə zamanla bağlılığı çox aşkar və inkaredilməz olur. Mir Cəlalın sözləri ilə desək "zamana boyun əymək" meyli ədəbiyyatşünaslıq elminə də yad olmamış və sovet ədəbiyyatşünaslığını bütövlükdə götürsək, bu cəhətin mənfi təsirini etiraf etmək məcburiyyətindəyik. Lakin elə elmi əsərlər də yaranmışdır ki, onların uğurlu taleyi ilk gündən müəyyənləşmişdir. Buna ən başlıca səbəb o idi ki, dövründən və zamanından asılı olmayaraq müəllif sözü, fikri, nəzəri qənaətləri, elmi nəticələri yarandığı vaxtdan bu günə kimi orijinallığını, elmi dürüstlüyünü və dəyərini qoruyub saxlaya bilmişdir. Mir Cəlalın yüksək professionallığa malik alim qələminin məhsulu olan "Azərbaycanda ədəbi məktəblər" monoqrafiyası XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatı tarixi, mədəniyyəti, elmi, ictimai həyatı haqqında ən sanballı elmi əsərdir. Bu kitab o dövrün ədəbiyyatının tək faktoloji icmalı yox, həm də bədii-estetik, ideya-estetik ictimai prinsiplərinin və ideallarının sistemli şəkildə elmi-nəzəri təhlili kimi çox qiymətlidir. Mir Cəlal firidun bəy Köçərlidən sonra Azərbaycan ədəbiyyatı tarixini yazanlardan biri, professional Azərbaycan ədəbiyyatı nəzəriyyəsinin ilk yaradıcısıdır. O, ədəbiyyat nəzəriyyəsinin əsaslarının və mühüm mərhələlərinin elmi izahını və təsnifatını verən ilk ədəbiyyatşünas alimdir. Mir Cəlalın elmi əsərləri təsviri məzmun daşımır. Onlar dərin, mükəmməl, nəzəri təhlil xarakterlidir, həm də lakonik, aydın və sadə üslubda yazılmışdır. Qəliz izahlar, ağır, pafoslu cümlələr, dolaşıq mülahizələr Mir Cəlal elminə yaddır. Bu isə gözəl bir ədəbi nümunə, sadəlik və müdrikliyin vəhdəti demək idi. fikrimizcə, bugünkü ədəbiyyatşünaslıq üçün bu cəhət də bir örnək ola bilər. Altı elmi monoqrafiyanın müəllifi olan Mir Cəlalın alim kimi əvəzsiz xidmətlərindən bəhs etdikdə iki əsas məqamı qeyd etməliyik. Məhz Mir Cəlal 1940-cı ildə füzulişünaslığın təməlini qoydu, ilk dəfə füzuli yaradıcılığının elmi-nəzəri şərhini verdi. Bu əsəri ədibin böyük ustada - Hüseyn Cavidə olan ithafı da adlandırmaq olar. Maraqlıdır ki, Mir Cəlalın ilk elmi yazısı da məhz romantizmdən bəhs edir. İiknci məqam Mirzə Cəlil yaradıcılığı ilə bağlıdır. "Sizi deyib gəlmişəm, ey müsəlman qardaşlarım” - çağıran Mirzə Cəlili Yaxın Şərqə tanıtmağı Mir Cəlal özünə borc bilirdi. Mirzə Cəlil yaradıcılığından bəhrələnmək isə onda daxili bir tələb idi. O, ömrünün son günlərinə qədər, ümumiyyətlə, ədəbiyyatdan söz düşəndə qarşısındakına ancaq bir sual verirdi: Mirzə Cəlili oxumusan, ya yox? Məlumdur ki, böyük və qızıl dövrləri bir hadisə və yaxud bir insan deyil, məhz kompleks şəkildə yaranan mədəni hadisələr və böyük şəxsiyyətlər toplusu meydana gətirir. Mir Cəlal Paşayev də XX əsr Azərbaycan tarixinin böyük və zirvə şəxsiyyətlərindən biridir. 100 il bundan əvvəl dünyaya göz açmış Mir Cəlalın bütün ömrü boyu gizlətməyə məcbur olduğu əsli onun nəcabətindən görünürdü. Bu gün yazıçı, alim, müəllim, böyük insan qarşısında mənəvi borc kimi etiraf edəcəyimiz bir acı həqiqət də ondan ibarətdir ki, Mir Cəlal müəllim sağlığında öz haqqını almamış, bir çox məqamlarda və şəraitlərdə öz prinsipiallığı və dönməz əqidəsi bahasına tam layiq olduğu adlardan, titullardan qəsdən məhrum edilmişdir. Amma o dövrdə bunu edənlərin, Mir Cəlalı kiçiltmək istəyənlərin və ömürlərində rəsmi partiya sənədlərindən savayı bir şey oxumayan yüksək rütbəli məmurların heç xəbəri belə yox idi ki, Mir Cəlal əsərlərinin birinə belə bir epiqraf yazmışdı: "Bəzi ulduzlar kiçik olduqları üçün yox, yüksəkdə olduqları üçün görünmürlər". Mir Cəlal heç vaxt olduğu yüksəklikdən enib, haqqı da olsa, heç kəsdən heç nəyi tələb etmədi. Çünki o, yaxşı bilirdi ki, əsl yüksəklik kağızların, sənədlərin, möhürlərin, qərarların, iclasların hökmü ilə deyil, ləyaqətli insan ömrü və bu ömrün zamandan-zamana təsdiqi və təntənəsi ilə ölçülür. O da sirr deyil ki, daxilində bir ilahi qığılcım yaşayan hər bir yazıçı, alim, ümumiyyətlə, hər bir istedad zaman çərçivəsini yararaq əbədiyyətə qovuşur. Beləliklə, yazıçı və zaman qarşıdurması həmişə olduğu kimi, bu dəfə də yazıçı qalibiyyəti ilə nəticələnir. Bu qalibiyyətin mənəvi tutumu bu gün 100 illiyini qeyd etdiyimiz Mir Cəlalın həyatı və yaradıcılığı, fiziki inikası isə onun qohumları, tələbələri, saysız-hesabsız oxucuları və nəvələrindən ən gözəli, ən yaraşıqlısı olan Mir Cəlal Aqil oğlu Paşayevdir. Paşayeva Nərgiz.
Hörmətli Paşa Əlioğlu! Sizi - istedadlı ədəbiyyatşünas alim və tərcüməçini 50 yaşınızın tamam olması münasibətilə təbrik edirik. Siz ədəbi yaradıcılığa ötən əsrin 70-ci illərində başlamısınız. 1981-ci ildə Bakıda Dövlət Universitetinin filologiya fakültəsini bitirmisiniz. 1982-ci ildən AMEA Məhəmməd füzuli adına Əlyazmaları İnstitutunda çalışırsınız. 1991-ci ildə "Əlican Qövsi Təbrizi "Divan"ının tekstoloji tədqiqi və elmi-tənqidi mətni" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi almısınız. Neçə illərdir ki, Azərbaycan türkdilli yazılı abidələrinin tekstoloji və filoloji tədqiqi sahəsində çalışırsınız. Bir sıra yazılı abidələrimizi ilk dəfə olaraq tədqiq edərək oxuculara təqdim etmisiniz. Bunlardan Qövsi Təbrizinin, Mürtəzaqulu xan Şamlunun divanlarını, XIX əsr Azərbaycan şairi Mirzə İsmayıl Qasirin əsərlərini (T.Nurəliyeva ilə birgə), Hacı Zeynalabdin Tağıyevə dair əsər və sənədləri, M.Ə.Rəsulzadənin "Çağdaş Azərbaycan tarixi", "Çağdaş Azərbaycan ədəbiyyatı" əsərlərini, C.Cabbarlının çap edilməmiş məqalələrini, Nəsib bəy Yusifbəylinin "Təslim" hekayəsini, XIX əsr Qarabağ şairlərinin şeirlərini, M.Çakərin tərcümələrini və s. göstərmək olar. "Azərbaycan əlyazma kitabı tarixi" fənnindən xüsusi kurs proqramının müəllifisiniz. Tərtib etdiyiniz "XVII əsr Azərbaycan lirikası" adlı antologiyada (M.Hüseyni ilə birgə) ilk dəfə olaraq Sadiq bəy Əfşar, Müsahib Gəncəvi, Məczub, Vəhid Qəzvini, Tərzi Əfşar, Mövci Əhəri, Mirzə Saleh Təbrizi, Məlik bəy Avcı, Vaiz Qəzvini, Mürtəzaqulu Sultan Şamlu, Təsir Təbrizi kimi şairlərimizin ana dilində şeirləri oxuculara təqdim edilmişdir. Klassik ədəbiyyatımızın, XVII əsr Azərbaycan lirikasının tədqiqinə dair onlarla məqaləniz, klassik irsimizin təbliğinə həsr edilmiş yüzlərlə yazınız çapdan çıxmışdır. Tərcüməçi kimi də fəaliyyətiniz diqqətəlayiqdir. Hörmətli Paşa Əlioğlu! Sizi bir daha yarıməsrlik yubileyiniz münasibətilə təbrik edirik. Sizə uzun ömür, cansağlığı, yaradıcılıq uğurları arzulayırıq. Azərbaycan Yazıçılar Birliyi.
Ayağı yerə, daha doğrusu, beton döşənmiş meydançaya dəyəndə Kərəm qeyri-ixtiyari başını qaldırıb göyə baxdı; sanki buraya hansı yolla gəldiyini müəyyənləşdirmək istəyirdi. Göyün üzündə mavi-çəhrayı bulud layları vardı. Adətən yayı isti keçən əyalət şəhərinin bu kiçik hava limanı sanki mürgü dənizindən silkinib çıxmaq istəyirdi. Elə meydançada tənbəl-tənbəl vurnuxan adamların da üz-gözündən yuxu tökülürdü; deyəsən, bu səhər ilk təyyarəni qəbul etmişdilər. Bürküyə düşəcəyini düşünən Kərəm zənnində yanılıbmış. Yaxınlıqdakı şam meşəsinin ətrinə xoş bir sərinlik hopmuşdu. Köhnə hava limanından əsər-əlamət qalmamışdı. Burada meydançadan tutmuş zalacan hər yeri, bir sözlə, bütün köhnə tikililəri söküb təzədən qurmuşdular. Kərəmin yükü yüngül idi; o, diyircəkli, kiçik əl arabasının dəstəyindən yapışıb salondan çıxdı. Alıcı quş kimi başının üstünü kəsdirən üzü tüklü, qartalburun taksi sürücüsünün sorğu-sualına etina etmədən arabasını sürüyə-sürüyə enli asfalt yola çıxdı. O, əlbəttə, bu yolu mənziləcən payi-piyada getmək niyyətində deyildi. Sadəcə olaraq, bir müddət özü ilə tək qalmaq, doğma və doğma olduğu qədər də indi yad görünən bu yerlərə gözüdolusu baxmaq, çoxdan qopub ayrıldığı - artıq keçmişə çevrilən o uzaq illərə, xəyalən də olsa qayıtmaq, bir növ yaddaşını təzələmək istəyirdi. Addımlarını yavaşıtdı.Yanından keçən taksiyə əl elədi. Sürücü əyləci basıb maşını saxladı. Kərəm, gözünü açıb-yumunca, sürücü cəld yerə düşüb arabacığı maşının yük yerinə atdı, qapını açıb mərifətli adamlarsayaq əlini sinəsinə qoyaraq dilləndi: -Xahiş edirəm, buyurun. Yəqin şəhərə gedirsiniz. Mən qiymət davası döyən adam deyiləm... Nə versəniz qənimətdir. Qismət Tanrıdandır... Kərəm diqqətlə ətrafa baxırdı. Yolun üstündə salınmış meşə zolağı bu yerlərin əzəlki, onun uşaqlıqda gördüyü, sərt görkəminə mülayim bir ab-hava gətirmişdi. Kərəm əlini irəli uzadıb qeyri-ixtiyari dilləndi: -O ağaclar çoxdan əkilib bu yerlərdə? Sürücü sürəti hiss olunacaq dərəcədə azaldıb, yolçunu sınayıcı nəzərlərlə süzdü. Kərəm də azacıq yana dönüb kişinin tüklü sifətinə baxdı: sivri burnu bu adamı profildən qartala oxşadırdı. Kişi çəkinirmiş kimi astadan: -Kərəm deyilsən? Qəfil sualdan Kərəm duruxdu. Elə bil onun bayaqdan açılmayan tutqun sifəti birdən-birə işıqlandı. Kərəm müsahibini süzdü; sürücünün lupa altında böyüdülmüş kimi bütün cizgiləri aydın görünən tüklü sifəti bir andaca dəyişib başqa görkəm aldı; sanki gözəgörünməz bir əl ötüb keçmiş illərin üstünə qalaqlanmış qalın toz laylarını sildi. Onlar yerə düşüb qucaqlaşdılar. Keçib maşına əyləşdilər. İndi bayaqkı soyuq sükut aradan götürülmüşdü. -Arabir aeroporta baş vururam, -deyə, sükanın arfasında yerini rahatlayan Murad, bir daha Kərəmi diqqətlə süzərək asta-yumşaq səslə dilləndi. -Əvvəlcə səni tanımadım, düşündüm ki, yəqin buralara bələd olmayan yad adamdır. Sonra, özünü nə qədər boğsan da, rəftarında bir doğmalıq hiss elədim. Səsini eşitdəndə isə yüz faiz əmin oldum ki, bu, sənsən... Kərəm bir az əvvəl öz keçmiş məktəb yoldaşına qarşı göstərdiyi saymazyanalığı xatırlayıb pərt oldu, daxilən özünü qınadı. Hava get-gedə isinirdi. Murad maşının sürətini artırdı... Kərəmlə Murad cəmi beş il birlikdə oxumuşdular: beşinci sinifdən onuncuyacan. Əslində onları bir-birinə bağlayan xatirələrin ömrü də elə bu qədər ildi. Ömrün beş ilində baş verən bir çox hadisələrin birgə şahidi olmuşdular və elə birlikdə keçirdikləri o beş il indi onları istər-istəməz birləşdirirdi. Söhbətlərinin mövzusu xatirəyə çevrilmiş beş illik vaxt çərçivəsindən kənara çıxmırdı. Hər ikisi valideynlərini körpə ikən itirmişdi. Elə bu erkən yetimliyə görə yaxın qohumları onları rayon mərkəzindəki internat məktəbə qoymuşdular. Onların uşaqlıq dövrü o internatda keçmişdi. Yaxın dost olmasalar da, o vaxt xoş münasibətləri vardı. İndi onların bir-birinə “pəhləvan” və “kosmonavt” deyə müraciət etmələrinin də öz tarixçəsi vardı. Ədəbiyyat müəllimi bir dəfə “Mənim arzum” mövzusunda inşa yazdırmışdı. Onda Kərəm böyüyəndə hava gəmisi ilə kosmosa uçacağını, Murad isə güləşçi olacağını yazmışdı. Uşaqlar öz yazılarını ucadan oxuyan zaman müllim zarafatla Kərəmə və Murada üz tutub, arzularına müvafiq olaraq, “kosmonavt” və “pəhləvan” deyə müraciət etmişdi və elə həmin vaxtdan da bu sözlər onların ləqəbinə çevrilmişdi. O zaman nədənsə bəyənmədikləri bu müraciət forması indi hər ikisinin ürəyindən idi... Orta məktəbi bitirəndən bəri görüşməmişdilər. Həyatın sərt küləkləri onların hərəsini bir tərəfə atmışdı. Bir yandan da yetimlik, imkansızlıq... Əvvəllər uzaqdan-uzağa da olsa bir-birinin iş-gücündən xəbər tuturdular. Sonralar bu “simsiz” əlaqələr də tədricən qırıldı. Murada məlum olan təkcə bu idi ki, Kərəm Moskva tərəflərdə yaşayır və deyilənə görə, hansısa hərbi zavodda mühəndis işləyir. -Harada işləyirsən? Kərəmin sualına Murad gülə-gülə cavab verdi: -İnternetdə... Muradın qaşı çatıldı. -İnternetdə? İnternatda işləyirəm. İndi oraya cavanlar təzə ad qoyublar: internet... Kərəm də Murada qoşulub ürəkdən qəhqəhə çəkdi. -Təsərrüfat işlərinə baxıram.Boş vaxtlarımda da bax belə, gördüyün kimi, aeroportda qonaq qarşılayıram... Yaxşı, de görüm, sən özün haralardasan, nə işlə məşğulsan? -Moskva yaxınlığında yaşayıram. Kərəm duruxub handan-hana dilləndi: -Kosmonavtam. Murad başını yana döndərdi; Kərəmin sifətinin ciddi poza almasından belə çıxırdı ki, o, heç də zarafat etmir. Murad gülməkdən özünü zorla saxlayıb dedi: -Kosmonavt olduğunu bilirəm.Onsuz da sən köhnənin kosmonavtısan...Bəs çörəyin nədən çıxır? Sınaq uçuşlarında iştirak etmişəm... Hazırda kosmik cihazlar zavodunda mühəndisəm. -Deyəsən bizim uşaqlar arasında öz arzusunun arxasınca gedən təkcə sən olmusan... -Amma sən, deyəsən, öz arzuna xəyanət etmisən. -Düzdür, pəhləvan ola bilmədim... Amma həmişə arzularımın dalıyca sürünmüşəm. Hətta, idman texnikumunu bitirib bir müddət müəllim işləmişəm... Özün yetimliyin dadını görmüsən, bilirsən ki, həyat ayrı şeydir. Axırda yenə öz doğma ocağıma - internata qayıtdım. Yetim uşaqlarla işləyirəm... Kərəm handan-hana dilləndi: -Bilirəm ki, ürəyində mənə gülürsən. Murad təəccüblənsə də, özünü o yerə qoymadı; baxışlarını yoldan ayırıb Kərəmə baxdı: -Gülürəm?.. Onsuz da sən elə o vaxtdan kosmonavtsan. Kərəm susdu. Maşının pəncərəsindən ətrafa göz gəzdirdi. Hər şey dəyişmişdi: yol kənarındakı palçıq evlərin yerində hündür binalar ucaldılmışdı. Bir vaxtlar çayın üstündən keçən darısqal körpüdən əsər-əlamət qalmamışdı - orada beton bənd atıb kiçik göl yaratmışdılar. Kərəm yüz faiz əmin idi ki, hər bir yerin yalnız özünəməxsus təbiəti, relyefi, adamları, heyvanları olduğu kimi, başqa yerlərdə təsadüf olunmayan səması olur. Murad sanki Kərəmi vurnuxduğu dərin xəyallar aləmindən dartıb çıxarmaq üçün ehtiyatla dilləndi: -Kərəm, bir az yerinə düşməsə də soruşum: nə yaxşı yolun bu tərəflərə düşüb? Hərdən sənə baş çəkirdi. Uşaqların hərəsi bir yerdə işləyir. Gülüşdülər. Arabir Muradın ordan-burdan verdiyi sualları dilucu cavablandıran Kərəmin fikri tez-tez baş alıb uzaqlara gedirdi. O, həqiqətən uşaqlıqda kosmonavt olmaq istəyirdi. Elə bu arzularla da Rusiyaya getmişdi. Bəxti gətirmişdi: əsgəri xidmətdən sonra hərbi təyyarəçilik məktəbində oxumuş, kosmonavtlar hazırlanan kursa daxil olmuşdu. Hətta, pilotla idarə olunan kosmik aparatlar heyətində ağır sınaq və təlimlər keçmişdi. Amma ona uçmaq qismət olmamışdı. Son illər kosmik cihazlar zavodunda layihəçi-mühəndis vəzifəsində çalışırdı. Amma, yenə də öz uşaqlıq arzusu ilə yaşayırdı. Göylər Kərəmi yenə də özünə doğru çəkirdi. Bəlkə yer üzündə gördüyü ədalətsizliklər? Düzdür, özünün uşaqlıq vaxtlarında adamlardan xeyirxahlıq görmüşdü. Amma Kərəm həyatı boyu çoxlu haqsızlıqlarla da üzləşməli olmuşdu. Nədənsə ona həmişə elə gəlirdi ki, Yer üzündə baş verən bütün xırda və böyük hadisələrin kökü göylərlə bağlıdır. Bəlkə də elə buna görə o, nə vaxtsa Yerin orbitindən çıxmaq, ulduzları yaxından görmək, Ayın, hətta imkan olarsa, Marsın üstündə gəzib-dolaşmaq və oradan insanların yaşadığı planetə baxmaq istəyirdi. Amma kosmik mərkəzdə onun uçmağına həmişə mane olmuşdular. Kimlərsə onun simasında öz rəqibini görürdü... Kosmonavt olmaq - uçmaq istəyi Kərəmə ağır bəlalar da gətirmişdi. Sevimli arvadı ərinin göyə sevgisinə qısqanıb ondan ayrılmışdı. Kərəm, hətta arada bir müddət psixi sarsıntılardan üzülüb yatağa düşmüşdü. Amma uçmaq arzusu onu heç vaxt rahat buraxmamışdı. Kərəm neyləyə bilərdi ki? Göylər Kərəmi daim öz qoynuna çağırırdı. Görünür, adamlar kimi göylərin də öz arzusu olur. Nə bilmək olar,bəlkə də Kərəm elə o uzaq səmadakı ulduzlardan birinin Yerdəki gizli-sirli arzusu idi? Göylər səsləyir, insanların yaşadığı Yer planeti isə onu öz orbitindən çıxmağa qoymurdu. Hələ uşaqlıqdan Kərəmə elə gəlirdi ki, insan bu dünyaya uçmaq üçün gəlib və əslində insanın vətəni göylərdir; hansı təsadüfsə insanı uçmaq imkanından məhrum edərək torpağın əbədi köləsinə çevirib. Kosmik sürətlə ötüb keçən illər Kərəmin kosmosa uçmaq arzusunu öldürə bilməsə də, onun Yer orbitindən çıxmaq şansını arxa plana atmışdı. Bütün dünyada kosmosa yalnız boy-buxunlu, yaraşıqlı, sağlam gənclər uçur. Kosmonavt olmaq əslində elə aktyor olmaq kimi bir şeydir: gərək tamaşaçı sənə vurulsun, səni hər yerdə alqışlasın. Əvvəllər Kərəm tez-tez öz gəmisi ilə ucuşa necə çıxacağını təsəvvüründə canlandırmağa çalışardı: budur, uçuş əmri verilir, əvvəl uğultu, sonra partlayış səsləri eşidilir, gəmi yerdən ayrılır... Daha sonra mavi səma, parlaq ulduzlar, sonsuz kəhkəşan... Kərəm tapşırıqları uğurla yerinə yetirib Yerə qayıdır. Onu böyük təntənə ilə qarşılayırlar. Əli gül-çiçəkli adamlar onu atıb-tutur. Kərəm dodaqaltı nəsə mızıldandı. Murad əyləci basdı. Uşaqlar tətilə çıxıblar, düşərgəyə göndərmişik.Ona görə indi buralarda sakitlikdir. Səni bilərəkdən əvvəlcə bura gətirdim ki, hər şeyi öz gözünlə görəsən. Onlar maşından düşdülər. Yol boyu səliqəli tikililəri görüb bayaqdan daxilən sevinən Kərəmin indi qanı qaraldı: köhnə məktəb binası uçub-dağılmaq üzrə idi. Murad onun ürəyindən keçənləri oxuyubmuş kimi, ətrafa göz gəzdirib dedi: -Görürsən də, şəhərdə çox şey təzələnib... Amma məktəb yaddan çıxıb. Görunür, yetimlərin məktəbi də yetim günündə olmalıdır... Məktəb həyətinin yuxarı başında - postament üzəridə ucaldılmış təyyarə Kərəmin diqqətini uzaqdan çəkdi. Murad əlini irəli uzadıb dostunu məlumatlandırdı: -Məktəbimizin yeganə yeniliyi bax, o təyyarədir. Bilirsən nə üçün gətirib quraşdırıblar burada? Sən demə, ölkənin ilk təyyarəçisi bizim şəhərdə doğulubmuş, özü də bizim məktəbin məzunu imiş. Elə onun şərəfinə qoyulub bu abidə. Kərəm sövq-təbii, postamentə sarı addımladı. Murad təəccüblə onu süzürdü. Kərəmin bayaqkı asta-ləngərli yerişi dəyişmişdi; elə bil, o, bu dəqiqə ayaqlarını yerdən üzüb təyyarəyə sarı atılacaqdı. Dostunun bayaqdan yorğunluq tökülən sifətində indi işıq dolu bir təbəssüm oynayırdı. Kərəm mavi səmanın fonunda siluetinin kəskin cizgiləri ilə aydın seçilən gümüşü təyyarəyə yaxınlaşdı. Bu təyyarəni quraşdıranda dedilər ki, yəqin elə ilk təyyarəçi kimi ilk kosmonavt da bizim məktəbdən çıxacaq. Ona görə, bu təyyarə həm də kosmik peykin rəmzidir. Bu an sanki möcüzə baş verdi: Kərəm “hopp” edib pişik cəldliyi ilə yuxarıya - postamentin üstünə tullandı. Heyrətdən Muradın sözü ağzında qaldı. Boğazı qurudu. O, əlini həyəcanla tanış qurğunun gövdəsində gəzdirdi. Sanki qəfildən canına elektrik cərəyanı işlədi; qurğunun gövdəsində yalnız təcrübəli mütəxəssisin duya biləcəyi bir titrəyiş vardı. Murad əlini gözünün üstünə çardaqlayıb postamentin üstündə vurnuxan Kərəmi heyrətlə süzməkdə idi. Keçmiş məktəb yoldaşının nə kosmonavtlarla bağlı bayaqkı söhbətindən, nə də indiki gözlənilməz hərəkətindən onun ağlı bir şey kəsmirdi. Kərəm qeyri-ixtiyari əlini uzadıb kip örtülmüş kabinənin dəstəyini burdu. Bu ki, lap möcüzə idi: dəmir kreslonun üstündə kosmonavt skafandrı vardı! Kosmik uçuş aparatının bütün cihazları starta hazır vəziyyətdə idi. Kərəm səhv edə bilməzdi, bu, əsl kosmik gəmi idi. Onun ürəyi həyəcanla vurmağa başladı. Bir anlıq hər şeyi unutdu. Keçib pultun arxasında əyləşdi. Gəminin uğultusu hiss ediləcək dərəcədə artmışdı. Aşağıdan Muradın boğuq qışqırığı gəlirdi: -Kərəm... Kərəm hey... Kərəm əmin oldu ki, indi kabinəsində əyləşdiyi bu hava gəmisinin bütün daxili sistemi vaxtilə onun təlim keçdiyi konfiqurasiyalı - açılan kosmik peyklə az qala eynidir. O, bir peşəkar inamı ilə əlini atıb qarşısındakı parlaq metal düyməni basdı. Əvvəlcə işıqlar yandı, sonra kütlə hərəkətə gəldi. Havatəmizləyən qurğu işə düşdü. Salona yayılan sərinlik xoş bir rayihə kimi Kərəmin içinə hopmağa başladı. Artıq Muradın səsi eşidilmirdi. Kərəm tanış cihazlarda təzyiq, rabitə, meteoroloji sistemlərin vəziyyətini nəzərdən keçirib şəhadət barmağını uçuş pultunun üstünə qoydu. Hava gəmisi hiss olunacaq bir təkanla postamentdən ayrılıb yüksəkliyə doğru start götürdü. Artıq Yer arxada qalmışdı... Kabinəyə mavi-çəhrayı bir duman layı çökmüşdü.Deyəsən bu duman layını Kərəm bu səhər hava limanının üstündə görmüşdü. Uzaqda parlaq ulduzların soyuq ziyası bərq vururdu. Hava gəmisinin içində nəsə boğuq səslə guruldamağa başladı. Mavi-çəhrayı duman get-gedə rəngini dəyişərək tünd-kəsif qoxulu qara tüstüyə çevrilirdi. Cihazların əqrəbləri qəzəblənmiş zəhərli əqrəblər kimi qıvrılıb-açılırdı. Kərəmin gözləri alacalandı. Gəmi yırğalandı. Az sonra cihazlar taxçadan düşən uşaq oyuncaqları kimi bir-bir qopub gəminin döşəməsinə töküldü... ...Gözünü açanda başının üstündə ağ xalatlı cavan həkimi görüb təəccübləndi. Onun nəbzini tutan həkim, qanadı qırılmış qartal kimi büzüşərək kənarda dayanmış Murada sarı dönüb gümrah səslə dedi: -Dostunun lap kosmonavt təzyiqi var. Hər şey yaxşı olacaq... Kərəmin gözləri önündən kiçik qığılcımlar - parlaq ulduz zərrələri ötüb keçdi. Onun qulağında nəsə tanış bir uğultu vardı. Bu xata-bəladan yaxşı qurtulduq. Kimin ağlına gələ bilərdi ki, oyuncaq təyyarənin içində yanacaq olsun... Bu, Muradın səsi idi. Amma deyəsən deyilənləri Kərəm eşitmədi. Gözlərini təzədən yumdu. Kərəm daxilən öz ömrünün ən böyük arzusuna qovuşduğuna əmin idi. O, uçuşu uğurla başa çatdırmışdı.
Həm idmanda, həm də təhsildə qazandığı uğurlar Aynuru, belə demək olarsa, ulduza çevirib. Respublikamız müstəqillik qazandıqdan sonra, belə demək olarsa, dünyanın qapıları üzümüzə açılıb. Az vaxtda çox şeylər görmüşük. Xüsusilə, ölkədə iqtisadiyyatın bazar qanunları üzərinə keçirilməsi insanlarımızın mənəviyyatına ciddi təsir göstərib. Bəs Azərbaycan ailəsi necə dəyişib və inkişaf edib? - Söylədiyiniz dəyişmələr, təbii ki, Azərbaycan ailəsinə də xeyli təsir göstərib. Bu dəyişmənin tamamilə müsbət istiqamətdə olduğunu söyləyə bilmərik. Yəni baş verənlər mənəvi dəyərlərimizdə müəyyən qədər aşınmalar yaradıb. Bununla belə, Azərbaycan ailəsinin qorunması, inkişafı və problemləri daim ölkə rəhbərliyinin və hökumətin diqqət mərkəzindədir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi bu sahədə üzərinə düşən vəzifələrin öhdəsindən gəlmək üçün ciddi səy göstərir. - Elə isə, komitə Azərbaycan ailəsinin sağlamlığı naminə hazırda nə kimi işlər görür, hansı layihələri həyata keçirir? - Öncə qeyd edim ki, Azərbaycan ailəsinin modeli unikaldır. Bu sahəni tədqiq edən mütəxəssislər, xüsusilə, xarici ölkələrin alimləri Azərbaycan ailəsinin inkişafı yolunu öyrənərkən özəlliklərə xüsusi fikir verirlər. Lakin biz hər hansı məsələ ilə bağlı problemi araşdıranda beynəlxalq təcrübəyə və statistikaya da müraciət etməli oluruq. Bu, yeni layihələr həyata keçirərkən daha çox köməyimizə gəlir. Son illər bir sıra vacib layihələr həyata keçirmişik. Həmin tədbirlərdən biri “Azərbaycan ailəsi” adlı müsabiqə-festivaldır. Bu layihənin keçirilməsində əsas məqsəd Azərbaycan ailəsinin statusunu yüksəltmək, ictimaiyyətin diqqətini bir daha ailə məsələlərinə cəlb etməkdir. Bu il də kinonun imkanlarından istifadə etməklə ailə mövzusunda çəkilmiş qısametrajlı filmlərin müsabiqəli festivalını keçiririk. Festivala maraq böyükdür. Dekada şəklində əvvəlcə mayın 4-dən 15-dək müxtəlif rayonlarda ailə mövzusunda rəngarəng tədbirlər keçirir və yekunda dediyimiz “Ailə bayramı”nı düzənləyirik. Həmin bayramda hər rayonu təxminən bir ailə təmsil edir. - Yəqin ki, sizə ölkəmizin müxtəlif bölgələrində yaşayan ailələrdən və ya qadın və uşaqlardan məktublar gəlir, zənglər edilir. Müraciətlərin çoxu nə ilə bağlı olur? - Bəli, müxtəlif bölgələrdən çoxlu məktub və teleqramlar alırıq. Təəssüf ki, həmin müraciətlər əsasən ilədaxili problemlərlə bağlı olur. Lakin biz məhkəmələrin işinə müdaxilə edə bilmirik. Müraciətləri sistemləşdirdikdə belə qənaətə gəlirik ki, bu sahədə mövcud olan qanunvericiliyin və Ailə Məcəlləsinin təkmilləşdirilməsinə xüsusi fikir verilməlidir. Bütün bunları nəzərə alaraq, komitə rəhbərliyi tərəfindən Ailə Məcəlləsində dəyişikliklər edilməsi üçün təkliflər verilib. İnanırıq ki, həmin təkliflər Milli Məclis tərəfindən tezliklə qəbul ediləcək. Dəyişikliklərdən biri erkən nikahla bağlıdır. Digər təklif isə nikah bağlanmazdan əvvəl ailə quran gənclərin bir-birinə sağlam olmaları barədə arayış təqdim etmələridir. Bəziləri mentalitetimizi əsas gətirərək, bu təkliflə razılaşmaq istəmirlər. Ancaq unutmayaq ki, hər bir ailənin sağlamlığı genefonda təsir edən məsələdir, cəmiyyətin sağlamlığı məsələsidir. Bunlardan əlavə, daşınmaz əmlakla, cehizlə bağlı təklif də irəli sürülüb. - Aynur xanım, bizə elə gəlir ki, Avropa standartlarına uyğun bəzi qanunların qəbulu ailələrin dağılmasına daha çox şərait yaradır. Bəs son illərin statistikası nə deyir? - Öncə deyim ki, mətbuatda bu barədə gedən informasiyalarda fərqli rəqəmlər göstərilir. Təəssüf ki, həmin göstəricilərin çoxu həqiqəti əks etdirmir. Guya Azərbaycanda boşanmaların sayı sürətlə artır, gənc ailələr tezliklə dağılır. Əslində belə deyil. Son bir neçə ilin statistikası göstərir ki, Azərbaycanda boşanmaların sayı 10-11 faiz arasında dəyişir. Yeri gəlmişkən müqayisə üçün deyim ki, bu gün Avropa ölkələrində hər il bağlanan nikahların 30 faizdən 60 faizə qədəri boşanma ilə nəticələnir. Təbii ki, hər bir ailənin dağılması mənfi haldır və cəmiyyətə öz təsirini göstərir. Məlumdur ki, ölkəmizdə sosial vəziyyət ilbəil yaxşılaşır. Bu da ailələrin rifahının yüksəlməsinə təsir göstərir. - Çoxları boşanmalarını sosial çətinliklərlə, ya da “xasiyyətlərinin tutmaması” ilə bağlayırlar. Çünki ailə sağlam əsaslar üzərində qurulubsa, ailədaxili münasibətlər hərtərəfli tənzimlənirsə, qarşılıqlı hörmət varsa, ailə mədəniyyəti formalaşıbsa, sosial ehtiyaclar həmin ailənin dağılması üçün bəhanə ola bilər. Əslində sosial çətinliklərə dözə bilən ailələr daha sağlam olurlar. - Siz valideynlərdən hansını ailədə aparıcı sayırsınız? Bu, ata və ananın bilik və bacarığından, onların dünyagörüşlərindən və sair amillərdən asılıdır. Ancaq danılmazdır ki, uşaqların tərbiyəsində ananın rolu daha böyükdür. Lakin tərbiyə işində atanın kənarda qalması yolverilməzdir. Çünki atanın ailədə nüfuzu uşaqların tərbiyəsinə xüsusilə böyük təsir göstərir. - Uşaqların övladlığa götürülməsi ilə bağlı qaydaların çox sərt olduğunu söyləyirlər. Bu isə deyilənlərə görə, bəzi övladsız soydaşlarımızı uşaq evlərindən körpə götürüb tərbiyə etməkdən müəyyən qədər çəkindirir? - Hesab edirəm ki, həmin qaydaları çox da sadələşdirmək olmaz. Çünki elə hallar olur ki, bəzən uşağı götürürlər və bir müddət onu, belə demək olarsa, evdə əşya kimi saxlayırlar, sonra da xoşlarına gəlmədiklərini bəhanə edərək geri qaytarırlar. Bu isə uşağın mənəviyyatına əlavə zərbə olur. Belə hallar baş verməsin deyə, qoy övladlığa uşaq götürmək istəyənlər əvvəlcədən, belə demək olarsa, sınaqdan çıxsınlar və sübut etsinlər ki, onlar, həqiqətən də, övlad sahibi olmağa layiqdirlər. Prosedura qaydalarından bezənlər yarı yoldan qayıtsalar, daha yaxşıdır. Əlbəttə ki, söhbət bu işin qanuni icrasından gedir, bilərəkdən uzadılmasından yox. Əlavə edim ki, son illər kimsəsiz uşaqların ailələrə verilməsi ilə bağlı layihə də həyata keçirilir. Bu yolla xeyli uşaq sağlam ailələrə qovuşub. - Aynur xanım, zarafatla da olsa deyək ki, indi gələnlərin çoxu qayınana-qayınata ilə birgə yaşamaq, onlarla yola getmək istəmir. - Ancaq illərin təcrübəsi göstərir ki, hansı ailədə ağsaqqal, ağbirçək varsa, orada sağlam mühit daha tez formalaşır. Çünki çox gənc yaşlarında ailə quranlar öz məsuliyyətlərini tam dərk etmirlər. Bu baxımdan şəxsən mən həmişə ağsaqqal, ağbirçəklərlə birlikdə yaşamağı arzulamışam. Gəncləri də müəyyən qədər başa düşmək olar ki, onlar sərbəstlik istəyirlər. Amma daha düşüncəli gənclər heç vaxt birgə yaşayışın əleyhinə olmurlar. - Bəs hazırda ailə məsələsində narahatlıq doğuran hansı məsələ mövcuddur? - Həmin problemlərdən biri də son illər oğlan uşaqlarının çox doğulmasıdır. İstər qızların və istərsə də oğlanların doğulması həmin nisbəti keçirsə, gələcəkdə ölkədə demoqrafik problemlər yaranacaq. Hazırda respublikamızda oğlan uşaqlarının doğulması təqribən 54 faiz təşkil edir. Bu isə xeyli dərəcədə mentalitetdən irəli gəlir. Buna görə də bu istiqamətdə dövlət səviyyəsində işlərin görülməsi vacibdir. Yəni tədbirlər görülməzsə, 20-30 ildən sonra Azərbaycanda demoqrafik vəziyyət ağırlaşa bilər. - Aynur xanım, siz dövlət məmuru, həyat yoldaşınız Yunis bəy isə “Karvan” futbol komandasının baş məşqçisidir. Yəni siz çox zaman vəzifə stolu arxasında, o isə komanda ilə məşqdə, səfərlərdə.Bəs ailə qayğılarını necə həll edirsiniz? Amma kişi və qadının hər ikisi işləyəndə bu bölgü müəyyən qədər dəyişir. Bəzən olur ki, mən hansısa işi çatdırmayanda Yunis bəy köməyini əsirgəmir. Kişiyə aid yüngül işlər də var ki, onları hərdən mən etməli oluram. Lakin inamla deyə bilərəm ki, bu məsələdə mənim bəxtim gətirib. Zarafatla da olsa deyim ki, bəlkə də, bu, hər ikimizin idmançı olmağımızdan irəli gəlir. Ancaq qızlarımız artıq böyüyüblər və ev işlərinin görülməsində mənə kömək edirlər. - Yunis bəy bu vəzifəni könüllü olaraq mənə həvalə edib. Təbii ki, əmək haqlarımız bir yerə gələndə həmin vəsaitin nələrə xərclənəcəyini qısaca da olsa birgə müəyyənləşdiririk. - Qızlarınızdan hansı idmanla məşğul olur? - Böyük qızım Gülşənin şahmata marağı çox idi. Amma düzünü desəm, onun şahmatla məşğul olmasını istəmədim. İstədim ki, yaxşı təhsil alsın. Hər ikisi yaxşı oxuyur. Hətta böyük qızım 2007-ci ildə Xorvatiyada bürünc, keçən il isə ABÞ-da beynəlxalq fənn olimpiadasında fizika üzrə qızıl medala layiq görülüb. Amma daha şahmat oynamağa vaxtım yoxdur….
Regionların sosial-iqtisadi inkişafının yeni mərhələsi başlanır. Azərbaycan Prezidenti İlham Əliyev regionların sosial-iqtisadi inkişafı ilə bağlı növbəti 5 illik Dövlət Proqramını təsdiqləyib. Bu dövr ərzində respublikanın bütün yaşayış məntəqələrinin, hər bir kəndin qazlaşdırılması, fasiləsiz elektrik enerjisi, keyfiyyətli su xidmətləri ilə əhatə olunması, bütün məhəllədaxili yolların əsaslı şəkildə yenidən qurulması, qəsəbələrdə yeni müəssisələrin, ticarət mərkəzlərinin, xidmət obyektlərinin yaradılması nəzərdə tutulur. 2009-2013-cü illəri əhatə edən Dövlət Proqramında əksini tapan məsələlərdən biri də işğal olunmuş ərazilərdə sosial-iqtisadi layihələrin həyata keçirilməsi ilə bağlıdır. Belə ki, 2013-cü ilə kimi Yuxarı Qarabağ və Kəlbəcər-Laçın iqtisadi rayonlarına daxil olan ərazilərdə sosial obyektlərin tikintisi və kommunal infrastrukturanın yenidən qurulması da nəzərdə tutulur. Həmin rayonlar işğaldan azad edildikdən sonra burada sosial-iqtisadi inkişafla bağlı xüsusi proqram da hazırlanıb həyata keçiriləcək. Paytaxtı içməli su ilə təmin edəcək Oğuz-Qəbələ-Bakı su kəmərinin tikinisinə başlanılıb. 8 elektrik və 1 istilik stansiyası istifadəyə verilib. Dövlət Proqramında nəzərdə tutulan məsələlərin 98%-i həyata keçirilib.
Türkiyə ilə aramızdakı narahatlığa ailədaxili məsələ kimi baxmaq olar. Son aylar GUAM-a üzv ölkələr daxilində bir çaxnaşma baş verməkdədir. - Pənah bəy, postsovet məkanının həm iqtisadi, həm siyasi, həm də hərbi-strateji yöndən ən həssas nöqtələrində yerləşən və Avropanın gələcəyi üçün xüsusi önəm daşıyan Ukrayna, Gürcüstan, Moldova və Azərbaycanda son aylar müəyyən bir gərginlik hiss olunur. Bu ölkələrin hamısının GUAM üzvü olduğunu nəzərə alanda belə bir sual ortaya çıxır: GUAM-a üzv ölkələrin daxilində baş verən çaxnaşmalar nə ilə əlaqədardır? - Dünyanın müxtəlif bölgələrində gedən siyasi proseslər istənilən ölkəyə müəyyən təsir göstərməkdədir. Bu baxımdan GUAM ölkələri də istisna deyil. Məsələn, Avropanın qonşuluğunda yerləşən Moldovada son parlament seçkilərindən sonra əmələ gələn qarşıdurma müxalifəti dəstəkləyən yüzlərlə insanın küçələrə çıxmasına səbəb oldu. Oxşar hadisələr Gürcüstanda da baş verir. Burada Qərb tərəfdarı kimi tanınan Mixail Saakaşviliyə qarşı müxalifət etiraz aksiyalarına başlayıb. Hələlik dinc şəraitdə keçən etiraz aksiyalarının necə nəticələnəcəyini öncədən proqnazlaşdırmaq çətindir. Ukraynaya gəlincə, burada da müxalifətdə olan qüvvələrin fəallaşması və buna paralel olaraq iqtidar daxilində əmələ gələn parçalanma siyasi vəziyyətin gərginləşməsinə yol açıb. GUAM-ın digər üzvü olan Azərbaycanda əmələ gələn narahatlıq daha çox Türkiyənin Ermənistanla sərhədləri açmağa hazırlaşması ilə bağlı yayılan məlumatlarla bağlıdır. - Türkiyə Baş naziri və Prezidentinin son günlərdə bir-birinin ardınca Ermənistanla sərhədlərin açılmayacağı barədə verdikləri bəyanatlara baxmayaraq, Azərbaycanda narahatlıq davam edir. - Mən Türkiyəni və onun indiki iqtidarını ürəkdən sevən və ona rəğbət bəsləyən bir insanam və Ərdoğan-Gül hökumətinə olan simpatiyamı heç vaxt gizlətməmişəm. Amma Türkiyənin Ermənistanla sərhədləri açması barədə yayılan məlumatlar, bütün Azərbaycan ictimaiyyəti kimi, məni də ciddi şəkildə narahat edib. Çünki ölkəmizdə belə hesab edirlər ki, əgər Türkiyə də Azərbaycanı atarsa, onda biz meydanda tək qalacağıq. Amma burada başqa bir siyasət də var. Cəmiyyətə belə bir mesaj ötürülür ki, Ermənistanda iqtisadi durum çox ağırdır və getdikcə də pisləşir. Əgər belə davam etsə, Ermənistan münaqişənin həllində geri addım atmağa və güzəştə getməyə məcbur olacaq. Belə bir vəziyyətdə Türkiyənin Dağlıq Qarabağ, qondarma soyqırımı, həmçinin ermənilər tərəfindən irəli sürülən ərazi iddialarını bir kənara qoyaraq, AB-yə üzvlük naminə və ya Obamanın “soyqırımı” ifadəsini işlətməyəcəyinə ümid edərək Ermənistanla sərhədləri açması vəziyyəti daha da pisləşdirəcək. Bu məsələdə güzəştə getməklə Türkiyə heç nə qazanmayacaq. Belə ki, bununla Türkiyənin AB-yə üzv olacağına və ermənilərin qondarma soyqırımı və ərazi iddialarından geri çəkiləcəyinə inanmaq çətindir. “Soyqırımı” iddiası ermənilərin milli ideyasıdır. Türkiyə ilə müqayisədə Azərbaycanda bu reallığı daha aydın dərk edirlər. Azərbaycanda Türkiyəni ürəkdən sevənlər çoxdur. Amma bu hadisələr hamını üzür. Üstəlik Türkiyə rəsmiləri məsələyə tam aydınlıq gətirə biləcək bir açıqlamalar da vermir və bununla bağlı üstüörtülü danışırlar. Bu da Azərbaycanda narahatlığı artırır. - Türkiyə ilə Azərbaycan arasında beynəlxalq layihələrin həyata keçirilməsi ilə bağlı strateji ortaqlıq mövcuddur. Qardaşlığı bir yana qoysaq, Ermənistanla sərhədlərin açılması bu strarteji ortaqlığa necə təsir edəcək? - Türkiyə sərhədləri açacağı halda, Azərbaycan öz neft və qazını Türkiyə ərazisi ilə dünya bazarına nəql etməklə bağlı imzaladığı beynəlxalq anlaşmalardan geri çəkilə bilməz və çəkilməyəcək də. Lakin bu, ölkələrimiz arasında ciddi soyuqluğa səbəb ola və əlaqələrimizə illərlə düzəldilməsi mümkün olmayan zərbə vura bilər. Türkiyənin də bundan itirəcəyi çox şey olacaq və itirdiklərini yenidən bərpa etmək heç də asan olmayacaq. Digər tərəfdən, Türkiyənin Ermənistanla sərhədi açması Azərbaycanın təklənməsi və maraqlı qüvvələrin bundan istifadə edərək bizi zorla təslimçi sülhü imzalamağa məcbur etməsi demək ola bilər. Türkiyə bizim yanımızdan çəkilən kimi Azərbaycan cəmiyyəti ümidsizliyə qapıla bilər. Yəni belə bir məqamda bəhanə gətirilə bilər ki, biz onsuz da artıq meydanda tək qalmışıq və ərazilərimizin işğalını rəsmiləşdirən sənədi imzalamaqdan qeyri çarəmiz yoxdur. - Azərbaycandakı bəzi qüvvələr baş verən hadisələrdən Türkiyə əleyhinə kampaniya aparılması məqsədilə istifadə edirlər. Sizə elə gəlmirmi ki, bəzi qüvvələr Azərbaycan-Türkiyə münasibətlərini gərginləşdirməkdə maraqlıdırlar? - Məni də narahat edən budur və istənilən halda Azərbaycanla Türkiyə arasında münasibətlərin gərginləşdirilməsini istəyən qüvvələrin cavabı verilməlidir. Türkiyə Azərbaycanın yeganə müttəfiqidir və bunu heç vaxt unutmaq olmaz. - Azərbaycan müxalifəti Dağlıq Qarabağ məsələsində iqtidarı dəstəkləyirmi? - Müxalifət işğal altında olan torpaqlarımızın azad edilməsi məsələsində iqtidarla birgə hərəkət etməyə hazırdır və bu yöndə hökumətin atdığı bütün addımları birmənalı şəkildə dəstəkləyəcək. - Türkiyənin AB-yə üzvlüyü üçün Qərb tərəfindən irəli sürülən şərtlərdən biri də Ermənistanla sərhədlərin açılması ilə bağlıdır. Türkiyənin Qərbin şərtlərini yerinə yetirəcəyi halda, onun AB-yə üzvlüyünə gedən yolu açılacaqmı? Avropa Türkiyəyə Osmanlının varisi kimi baxır və onun yenidən dirçəlməsinə yol verməmək üçün bütün imkanlarını işə salıb. Türkiyədə terroru dəstəkləyən və körükləyənlərin arxasında AB-nin dayandığı da heç kimə sirr deyil. Türkiyəni etnik dövlətlərə parçalamaq, onu məhv etmək üçün AB PKK və erməni kartını işə salıb. Sabah bu məsələdə AB-nin qardaş ölkədəki digər etnik azlıqlardan da istifadə edəcəyi şübhə doğurmur. AB İslam ölkəsinə qarşı çevrilən bir xristian klubudur və bu klubda heç baxt Türkiyəyə yer olmayacaq. Bir sözlə, Avropa Türkiyəni tamamilə məhv etmədən ondan ələ çəkməyəcək. Sadəcə olaraq bu sadə həqiqəti çoxları başa düşə, ciddi qəbul edə bilmir və reallıqdan uzaq illüziyalara qapılaraq, Qərbin mərhəmətinə bel bağlamaqda davam edirlər. - ABŞ qondarma soyqırımını tanıyacağı halda nə baş verəcək? - Ermənistan müstəqilliyini əldə edəndən sonra bu məsələ beynəlxalq aləmdə əsas müzakirə obyektlərindən birinə çevrilib. Erməni lobbisi 2015-ci ilə, yəni həmin hadisələrin 100-cü ildönümünə kimi beynəlxalq aləm tərəfindən onun tanınmasını qarşısına əsas məqsəd qoyub və addım-addım öz məqsədinə doğru irəliləyir. Yəni Türkiyə Ermənistan qarşısında nə qədər güzəştə getsə də, ermənilər nə “soyqırımı”, nə də Türkiyəyə qarşı ərazi və təzminat iddialarından əl çəkməyəcəklər. Konkret olaraq, ABŞ-ın “soyqırımı”nı tanıması da dünyada baş verən hadisələrin hansı istiqamətdə inkişaf etməsindən asılı olacaq. Hazırda Türkiyə bölgədə ABŞ-ın əsas müttəfiqlərindən biridir və Ankaranın yardımı olmadan Vaşinqtonun burada uzun müddət qalması mümkün deyil. Ona görə də ABŞ Prezidenti Barak Obama bu məsələdə erməni lobbisinin təzyiqlərini azaltmaq üçün Türkiyənin Ermənistanla apardığı danışıqları dəstəkləyir və bundan bəhrələnmək istəyir. Bütün bunlara baxmayaraq, Obamanın “soyqırımı” sözünü işlədib-işlətməyəcəyini öncədən söyləmək çətindir. Üstəlik, erməni lobbisi ermənipərəst konqresmenlərin yardımı ilə Konqresdə də “soyqırımı” məsələsini müzakirəyə çıxarmağa hazırlaşır. Yəni bu məsələ hələ çox uzanacaq. Konkret olaraq “soyqırımı” beynəlxalq aləm tərəfindən tanınsa, Türkiyəyə qarşı təzminat, ərazi iddiaları qaldırılacaq və bu qardaş ölkənin dövlət müstəqilliyini və varlığını təhlükə altında qoyacaq. Bu təhlükəyə qarşı indidən hazırlaşmaq lazımdır. Belə hesab edirəm ki, Qərbdən gələ biləcək bu təhlükənin qarşısını Türkiyə türk dövlətlərini və İslam ölkələrini öz ətrafında yumruq kimi birləşdirməklə ala bilər. - Pənah bəy, Türkiyə ilə Azərbaycan arasında indiki dönəmlə sızın Dövlət katibi və Baş nazir olduğunuz dönəm arasında bir fərq varmı? Amma indi bu proseslərdən kənardayam və bununla bağlı qəti bir fikir söyləmək düz olmazdı. O vaxt bizim mövqeyimiz fərqli idi. Elçibəy o vaxt Türkiyə ilə konfederasiya, birgə silahlı qüvvələrin yaradılmasının tərəfdarı idi. Biz onda “bir millət - bir dövlət” siyasətini dəstəkləyirdik. Biz Türkiyəyə bir qonşu dövlət, strateji müttəfiq kimi baxmırıq. Əslində indiki narahatlığa bir ailədaxili məsələ kimi də baxmaq olar. Qardaşlar arasında, ailədə də mübahisələr olur. Rusiya ərazilərimizin işğalında Ermənistana yardım edib, İran Ermənistanla əlaqələr qurub, onlara heç nə deyə bilmirik. Çünki onlar bizə Türkiyə qədər yaxın, eyni millət deyil. Bunu, nəhayət, başa düşmək lazımdır. Biz Türkiyə ilə bir millətik və çox məsələlərdə bir dövlət kimi hərəkət etməliyik.
20 il öncə teatr məkanımızda Vaqif İbrahimoğlunun rəhbərliyi ilə “Yuğ” teatrı fəaliyyətə başladı. - Sənət aləmində, belə demək mümkünsə, teatrımızla həmyaşıdam. O ki qaldı konkret sualınıza, doğrudur, “Yuğ”a kənardan baxanda dar görünür. Əslində isə o, olduqca geniş məkandır. Bu mənada, bir neçə kvadrat metrlik səhnə mənə böyük meydan kimi görünür. Onu da deyim ki, böyük səhnələrdən fərqli olaraq, bu teatrda aktyor daha təbii oynamağa məhkumdur. Mənə elə gəlir ki, bəlkə də, böyük səhnədə olsaydım, bu sənəti daha dərindən duya bilməzdim. Belə mühiti formalaşdıran isə Vaqif İbrahimoğludur. - Hazırda hansı rol üzərində işləyirsiniz? - Kollektivimiz hazırda Anton Pavloviç Çexovun “Albalı bağı” əsəri əsasında “Birinci akt” tamaşasının məşqlərini davam etdirir. Vaqif İbrahimoğlunun quruluş verdiyi həmin səhnə əsərinin bu yaxınlarda təqdimatı olacaq. - Səhv etmirəmsə, bu əsər bizim teatrlarda səhnələşdirilib. - Bu əsərin hansı teatrda tamaşaya qoyulduğunu dəqiq deyə bilmərəm. Amma tanınmış rejissorumuz həmin əsəri başqa bir quruluşda tamaşaçılara təqdim edəcək. - Bu teatrda çalışdığınız illərdə siz peşəkarlıq baxımından çox şey qazanmısınız. Deyə bilərsinizmi, maddi baxımından nəyə sahib olmusunuz? - Mən heç zaman şikayətlənməmişəm. Bu mənada maddiyyat da məni heç vaxt sıxmayıb, sənətimi atmağı, ondan uzaqlaşmağı əsla düşünməmişəm. Çünki mən öz sənətini sevən aktyoram. - Nə əcəb indiyədək rejissor kimi fəaliyyət göstərmək fikrinə düşməmisiniz? - Tamaşa hazırlamaq, quruluş vermək mənim işim deyil. Zənnimcə, hər kəs öz işi ilə məşğul olanda daha effektli olur. Mən aktyoram və elə aktyor kimi də səhnə fəaliyyətimi davam etdirməkdə qərarlıyam. - Hansısa rolu oynamaq fikrinə düşmüsünüz? - Heç vaxt hansısa rolu oynamaq barədə düşünməmişəm. Belə iddialar mənim təbiətimə ziddir. Onu da deyim ki, hələ indiyədək ürəyimcə olmayan rol oynamamışam. - Yəni rejissorun sizə təqdim etdiyi hər rola qane olmusunuz? “Köpək” ekranlara çıxmayıb. Bəs bu sahədə yeni rolunuz hansıdır? - Hələlik kinoda son işim “Nərimanfilm” studiyasının çəkdiyi “Sahə” filmidir. Türk, rus aktyorlarının da yer aldığı bu filmin rejissoru İlqar Safatdır. - Yeri gəlmişkən, indiyədək ondan artıq filmə çəkilmiş Məmməd Səfa kinoda ilk dəfə nə vaxt çəkilib? Bu mənada, deyə bilərəm ki, kinoya gəlişim Şamil Nəcəfzadə ilə bağlı olub. Sonradan onun və Nazim Abbasın birgə çəkdikləri “Leyli və Məcnun” filmində Nofəli canlandırmışam. - Səhv etmirəmsə, siz Tofiq Tağızadənin də filmlərində çəkilmisiniz? Amma həmin film indiyədək ekranlara çıxmayıb. - Müxtəlif rejissorlarla işləmisiniz. Onlardan hansı ilə işləmək sizin üçün daha rahat olub? - Mənim yaradıcılığımda hər rejissorun öz yeri var. Həmin obrazların ayrı-ayrılıqda adları yoxdur. Digər obrazlar isə həmin İblisin müxtəlif formalarda təzahürülŠridir. - Elə isə bu obraz üzərində işləyərkən nədən, kimdən bəhrələnmisiniz? Axı aktyor bu və ya digər rol üzərində işləyərkən müəyyən müşahidələr aparır. - Sadəcə, mən onu duyduğum, anladığım şəkildə təqdim etməyə çalışmışam. Sadəcə, bu rola görə təşəkkür edənlər olub. - Yeri gəlmişkən, sizdə mənfi rollar olduqca uğurlu alınır. Bu sözləri Oqtay Mirqasımovun “Ovsunçu” filmində yaratdığınız obraz barədə də demək olar. - Bəri başdan deyim ki, mənim leksikonumda mənfi, müsbət obraz anlayışları yoxdur. Odur ki, mənə bu və ya digər rol həvalə olunanda onların mənfi-müsbətliyi ilə maraqlanmıram. Sadəcə, o rolları necə təqdim edəcəyimi, oynayacağımı düşünürəm. - Mən bütün rollarımda elə özümü oynayıram. “Qismət Allahdandır”. - Qismətə, alın yazısına inanansınız? - Elə isə Məmməd müəllim özünü bu sənətdə bəxti gətirmiş aktyor hesab edirmi? - Bir məsələyə diqqətinizi çəkmək istərdim. Bu gün telekanallarda elə aktyorlar peyda olublar ki... İnsafən, həmin aktyorlar bu gün sizdən də çox tanınırlar. O da ondan ibarətdir ki, tamaşaçılar öz repertuarında daha çox komik əsərlərə yer verən aktyorların fanatına çevriliblər. Odur ki, gəlin burada başqa bir şey axtarmayaq. - Artıq bu ildən bütün xarici filmlər dilimizə tərcümə olunaraq yayımlanır. Hətta Türkiyədə istehsal olunan filmlər də... Bu məsələ ilə bağlı sizin fikrinizi bilmək maraqlı olardı. - Mənim fikrimcə, bu proses qanunla nizamlanıb. Özü də mən bunu normal qarşılayıram. Yəni hər verilişin onu seyr edən millətin öz dilində təqdim olunması təbiidir. Ona görə də bu barədə uzun-uzadı danışmaq istəməzdim. Bu mənada həmin filmlərin də dilimizə uyğunlaşdırılaraq tamaşaçılara təqdim olunmasında heç bir qəbahət görmürəm. - Yeri gəlmişkən, etiraf edək ki, dublyaj olunan filmlər tamaşaçılara o qədər də ləzzət vermir. Çoxu da bu amili həmin işlə peşəkar aktyorların məşğul olmaması ilə izah edir. Bir sözlə, bu barədə giley-güzar kifayət qədərdir. - Mən bu məsələni onları səsləndirən aktyorlarla bağlamazdım. Unutmayaq ki, kütləvi şəkildə bu yaxınlarda başlanılıb. Digər tərəfdən, bu proses bizdə yeni olduğu üçün hələ tamaşaçılarımız buna öyrəşməyiblər. Amma mənə elə gəlir ki, az vaxtdan sonra dublyajlarımız da tamaşaçılarımızın ürəyincə olacaq. - Bəlkə, bu prosesdə vahid dublyaj studiyasının olmaması da müəyyən rol oynayır? - Bilirsinizmi, indi hər bir telekanalın öz iş prinsipləri var. Yəqin ki, nə vaxtsa mərkəzləşdirilmiş bir dublyaj mərkəzi də təşkil olunar. - Məmməd müəllim, bəzilərinə elə gəlir ki, daha bizdə güclü aktyor nəsli yetişmir. Siz həm də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyən müəllim kimi bu barədə nə deyə bilərsiniz? Ona görə ki, bu gün gənclərimizin bir aktyor kimi yetişmələrində birbaşa rol oynayan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti fəaliyyət göstərir və burada yetərincə istedadlı tələbələrimiz var. Bu mənada bizim sənət hələ çox istedadlı aktyorların şahidi olacaq. Q.Məhəbbətoğlu.