article
stringlengths
6
172k
"Aşıq Şəmşirin poetik aləminə səyahət" təqdim olundu. Ötən gün Atatürk Mərkəzində professor Sədnik Paşa Pirsultanlının "Aşıq Şəmşirin poetik aləminə səyahət" kitabının təqdimat mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan Aşıqlar Birliyinin sədri, şair Zəlimxan Yaqub Aşıq Şəmşiri "əhli-ürfan dünyasının ən böyük şəxsiyyətlərindən biri" kimi dəyərləndirdi: "Aşıq Şəmşir hələ sağlığında klassikləşən sənətkarlardandır. Onun şeiriyyətində xalqımızın milliadət-ənənələri o qədər gözəl əks olunub ki, əsrlər ötsə də, yaşayacaq. Azərbaycanın, demək olar ki, bütün coğrafi məkanlarını onun poeziyasında tapmaq mümkündür. Məhz bu canlı və gözəl lövhələr onun poeziyasının uzunömürlü olmasını şərtləndirir". Z.Yaqub professor S.P.Pirsultanlının ustad sənətkar haqqında yazdığı kitabı həm bədii, həm də mənəvi cəhətdən yüksək dəyərləndirdi, alimin folklorumuzun araşdırılması istiqamətindəki xidmətlərini misilsizliyini vurğuladı. Professor, millət vəkili Nizami Cəfərov Azərbaycan folklorşünaslığına töhfələr vermiş alimləri təsnifləndirərək bildirdi ki, S.P.Pirsultanlı həm nəzəriyyəyə, həm də canlı xalq ədəbiyyatına dərindən bələd olan araşdırmaçıdır. Şair İlyas Tapdıq S.P.Pirsultanlının aşıq ədəbiyyatı və folklorumuzun tədqiqi yönündə gördüyü işlərdən söz açdı, onun ustad sənətkara həsr olunmuş kitabının böyük elmi-ədəbi və mənəvi əhəmiyyət daşıdığını dilə gətirdi. İ.Tapdıq Aşıq Şəmşirlə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşdü. Aşıq Ulduz S.P.Pirsultanlının ustad aşığın həyat və yaradıcılığı ilə bağlı geniş araşdırma aparmasını, bu haqda kitab yazmasını təqdirəlayiq iş kimi qiymətləndirdi. Şair Adil Cəmil S.P.Pirsultanlının Aşıq Şəmşirin həyat və yaradıcılığı, poeziyası barədə yazarkən, digər müəlliflərdən fərqli olaraq, daha dərinliklərə nüfuz etdiyini və sanballı bir tədqiqat işi ortaya qoyduğunu diqqətə çatdırdı. Tədbirin sonunda çıxış edən müəllif tədqiqləri və kitabı haqqında səslənən müsbət fikirlərə görə minnətdarlığını bildirdi. Qeyd edək ki, sözügedən kitabda alimin eyniadlı elmi monoqrafiyası dörd bölmə və nəticə halında təqdim olunur. Əsərdə Aşıq Şəmşirin on altıncı əsrdə ulu babası Miskin Abdaldan başlayan aşıq-şairlik nəsil şəcərəsi, XX əsrdə sənətin fövqünə yüksəlməsi diqqət mərkəzindədir. Kitabda Aşıq Şəmşirin dağlar, Səməd Vurğun, sələfləri və xələfləri ilə bağlı yazdıqları fərqli bölmələrdə ətraflı nəzərdən keçirilir. Bu yeni nəşrdə Aşıq Şəmşirlə bağlı xatirələr və maraqlı fotolar da yer alıb.
Əmir Pəhləvanın yeni romanı Berlində nəşr edilib. Tanınmış yazıçı-dramaturq Əmir Pəhləvanın dördüncü romanı Almaniyanın paytaxtı Berlin şəhərində, ingilis dilində çap olunub. Əsər bir mühacirin taleyilə bağlı məhəbbət motivləri üzərində qurulub. İşgəncəli həyat tərzi keçirən balaca İsanın başına gələn hadisələr əsərin ana xəttini təşkil edir. İsa Təbriz şəhərindəki yoxsul və çoxuşaqlı bir ailənin oğludur. O, atası və ögey anası tərəfindən nə qədər əzab və işgəncələrə məruz qalsa da, doğma, isti ocağından qovulub küçələrə atılsa da, məğrurluğunu itirmir, hər bir çətinliyə dözür. Yeganə arxası olan nənəsinin isti nəfəsinə sığınır. Doğma bacılarının ac-susuz qalmasına, ögey anası və doğma atası tərəfindən döyülüb təhqir olunmasına dözə bilməyəndə özünü məhv eləmək niyyətinə düşür. Lakin mərhum anası gözlərinin önünə gəlir. sən özünü məhv eləmə, bacı və qardaşlarına yiyə dur, mənim ruhum həmişə səni qoruyacaq! İrandakı həyat onu bezdirir, böyüdükcə əzabları və problemləri də çoxalır. Axırda vətəni tərk etmək qərarına gəlir. Amerika səfirliyinə gedir. Konsul Amerikaya getməyinin səbəbini soruşanda o deyir: - Kosmonavt Nil Armstronqun əllərini sıxmağa, üzündən öpməyə gedirəm, çünki o, Allaha yaxın yerə, göyün lap yeddinci qatına gedib çıxıb. Odur ki, onu ziyarət etməliyəm. Konsulun İsanın hərəkətlərindən xoşu gəlir. Çətin günlər yaşayır. Başına yenidən çoxlu macəralar gəlir. Nil Armstronqla görüşmək ona nəsib olmasa da, həmişə başında dolaşan bu fikirlə ömür sürür. Ona həmişə amerikalı Məryəm yardımçı olur. Sonda İsa Sana ilə evlənir. Amma nə Allaha nə də Nil Armstronqa yaxın ola bilmir. Axırda Londona - Toni adlı ilk sevgilisinin yanına dönür... "İsa, Məryəm və Sana" romanını Avropa və Amerikanın kitab satışı mərkəzlərindən əldə etmək mümkündür. Qeyd edək ki, əsərdəki hadisələrin axarı ilə romanın ikinci hissəsində ətraflı tanış olmaq olar. Biz də ədəbiyyatsevərləri öz dramları, ssenariləri, romanları ilə sevindirən dəyərli yazıçı-dramaturqumuz Əmir Pəhləvanı uğurları münasibətilə təbrik edir, ona cansağlığı, uzun ömür arzulayırıq.
Azərbaycan ərəbşünaslığının nur mənbəyi. Azərbaycanda ərəbşünaslıq məktəbi keçən əsrin ortalarından yaranıb. Hazırkı vaxtda yüksək inkişaf dövrünü yaşayan bu əzəmətli məktəb istedadlı nümayəndələrilə respublikanın tərəqqisi yolunda özünəməxsus şəkildə irəliləyir. İki minə yaxın mütəxəssis ordusuna malik bu görkəmli məktəb cəmi əlli iki illik ömrünə baxmayaraq, olduqca şərəfli yol keçib. Hər zaman qürurla xatırlanan, məzunları elm, təhsil, diplomatiya və digər sahələrdə misilsiz nailiyyətlər qazanmış, təxminən yarım əsrlik tarixi olan ərəbşünaslıq məktəbi dedikdə ilk öncə onun yaradıcısı Ələsgər Məmmədovun nurlu siması göz önünə gəlir. Bu il ustad poliqlot, Azərbaycanda ərəbşünaslıq məktəbinin banisi Ələsgər Məmmədovun 90 yaşı tamam olur. Ələsgər Məmmədov Azərbaycan radiosunda ərəbdilli verilişlər redaksiyasını yaradıb və onun ilk redaktoru olub. Ələsgər Məmmədovun xidmətləri çoxşaxəlidir. Onun siyasət, elm, təhsil, jurnalistika sahələrindəki fəaliyyəti keçmiş SSRİ dövründə təkcə respublikamızda deyil, bütün ittifaqda məşhur idi. Onu yaxından tanıyanlara məlumdur ki, özü hər zaman ərəbşünaslıq sahəsindəki fəaliyyətilə əlaqəli söhbətlər etməyə üstünlük verərdi. Ələsgər Məmmədov 1947-ci ildən ömrünün sonlarına qədər taleyini Bakı Dövlət Universitetinə bağlayıb. Onun burada ilk uğuru 1957-ci ildə ərəb dili və ədəbiyyatı şöbəsinin açılması ilə ərəbşünaslıq məktəbinin əsasını qoymasıdır. Yarandığı dövrdən məzunlarının nailiyyətləri məktəbin möhkəm təmələ əsaslandığından xəbər verirdi. İldən-ilə artan və İttifaq çərçivəsində xüsusi mövqe qazanan ərəbşünas mütəxəssislər zaman ötdükcə müəllimlərinin açdığı cığırı şaxələndirdilər. İstər elm, təhsil, istərsə də diplomatiya və ya tərcüməçilik sahələrində ərəbşünaslıq məktəbinin yüzlərlə məzunu uğurla çalışır. Ələsgər Məmmədovun Azərbaycan təhsilində digər böyük xidməti dərsliklərlə bağlıdır. Bir məsələni xüsusi qeyd etmək vacibdir ki, Orta Asiya respublikalarında ərəbşünaslıq Azərbaycandan çox sonra təşəkkül tapıb və bu günün özündə orada rus şərqşünaslarının dərs vəsaitlərindən istifadə olunur. Ələsgər Məmmədov orta və ali məktəblər üçün "Ərəb dili" dərsliklərinin yeganə müəllifi olmaqla 30-dan artıq dərslik yazıb. Ələsgər Məmmədov ərəb dilinin tədrisini fərqli bir formada qurub. Onun ərəb dilini öyrətmək metodunu qeyri-adi bacarıq adlandırmaq olar. Müsahibələrinin birində ərəb dilinin tədris metodikasında alman dilinə bələd olmasının mühüm rolunu və Avropa dilçiliyi əsasında sistemləşdirdiyini qeyd etmişdi. Çətin qrammatik qaydaların yığcam, planlı şəkildə ardıcıl təqdimi onu iki il müddətinə öyrənmək imkanı yaradırdı. Tələbələr oxuduqları dərs vəsaitində siyasi, tarixi, coğrafi və başqa mövzuda mətnlərlə yanaşı, ərəb şairlərinin şeirlərindən nümunələri, hikmətli atalar sözlərini öyrənməklə təkcə söz ehtiyatlarını zənginləşdirmirdilər. Həmçinin dərsliklər onlara ərəb mədəniyyəti haqqında ilkin biliklər verirdi. Bir pedaqoq kimi Ələsgər Məmmədov əvəzsiz müəllim idi. O, dərs prosesində bu çətin dili öyrədərkən ciddi tələbkarlığı ilə yanaşı, incə yumoru ilə tələbələrində zehni yüngüllük yaradardı. Onun metodu bu gün də müəllim işləyən davamçıları üçün ənənə şəklini alıb. Ələsgər Məmmədov barədə ilk təsəvvürlər məndə atamın - AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Zakir Məmmədovun sayəsində formalaşıb. Atamdan hər zaman müəlliminin nadir mütəxəssis, əvəzsiz pedaqoq, nəcib insan olması haqqında maraqlı söhbətlər eşidərdim. Bütün təəssüratlar ürəyimdə nə zamansa deyilənlərin birbaşa şahidi olmaq arzusunu yaratmışdı. İstəyimi qismən reallaşdırdım. Bəzən Universitetdə bu əvəzsiz müəllimlə qarşılaşanda özümün də onun tələbəsi olacağıma ümid edirdim. Lakin müəllimlərimin hamısı onun tələbəsi olub. Bütün bildiklərimi Ələsgər Məmmədovun dərsliklərinə və yetirmələrinə borcluyam. Bunları nəzərə alaraq onu öz ustadım sayıram. Şihabəddin Yəhya Sührəvərdinin fəlsəfi irsinin Azərbaycanda yeganə tədqiqatçısı olan atam - AMEA-nın müxbir üzvü Zakir Məmmədovdan hər zaman mütəfəkkirin əsərində rast gəldiyi bu bənzətməni eşidərdim. Mütəfəkkir əsərlərinin birində bildirib ki, bağbandan bir salxım üzüm alan insan ona təşəkkür edir. Ancaq heç kəs bütün aləmi şəfəqə qərq edən, torpağa bəhər verən Günəşə təşəkkür etmək barədə fikirləşmir. Atam bağbanı onilliklər boyu hazırlanmış ərəbşünas ordusuna, onların cəmiyyətdə uğurlarını bəhərə, Ələsgər Məmmədovu isə bütün bunların yaranma səbəbkarı Günəşə bənzədərdi. O, hər bir ərəbşünasın cəmiyyət üçün hazırlanmasının əsil səbəbkarı, onların parlaq Günəşidir. Böyük müəllim ömrünün son gününə qədər elmi və pedaqoji fəaliyyətlə məşğul oldu, bundan zövq aldı. Lakin misilsiz xidmətləri onun adını əbədiyaşarlar cərgəsinə yazıb. Ələsgər Məmmədov ərəbşünaslığın parlaq Günəşi və nurlu mənbəyidir. Ülkər ZAKİRQIZI (MƏMMƏDOVA), filologiya elmləri namizədi.
Həmin sənətkarın başqa əsərləri də olub, o əsərlər də ona az şöhrət gətirməyib, amma həmin o bircə əsər daha çox xatırlanıb və o sənətkardan söz düşəndə də, ilk növbədə, həmin əsərin adı birinci sırada çəkilib. Bizim XX əsrdə çox istedadlı, satirik şeirlərində Sabir yolunu davam etdirən, lirik şeirlər müəllifi kimi də tanınan, həm də teatr fədailərindən olan Səməd Mənsur adlı şairimiz olub. Həmişə ondan söz düşəndə bütün yaradıcılığı bir yanda qalır, "Rəngdir" şeiri yada düşür. "Uyma, ey dil, xəlqidə yoxdur sədaqət, rəngdir, Məscidü meyxanə rəng, eyşü ibadət rəngdir..." Və bu şeirlə Səməd Mənsur Azərbaycan poeziyasında öz adını əbədiləşdirdi. İndi isə başqa bir ədəbi nümunəyə müraciət etmək istəyirəm: Qoca qartal, nə gəzirsən, Dağlar qoynunda, qoynunda. Ağlar qoynunda, qoynunda. Niyə qəlbin qaralıbdı, Gül üstünü xar alıbdı. Şamamalar saralıbdı, Tağlar qoynunda, qoynunda. Bir həkim yara bağlayır, Bir həkim sinə dağlayır. Bağlar qoynunda, qoynunda. Keçən keçdi ələgəlməz. Çağlar qoynunda, qoynunda. Qartal bizim bədii təfəkkürümüzdə həmişə ucalıq, vüqar, məğrurluq rəmzi olub və şeirimizdə məhz belə inikas olunub. Amma bu gəraylıda Qoca Qartala müraciət olunsa da, əslində, sözbətin məğzi insan ömrünün bir daha ələkeçməz anları barədədir. Elə anları ki, şamamalar saralıb, bağban qan ağlayır, sonalar daha gölə gəlməz. Poeziyada həmişə təbiətin solan vaxtı ilə insan ömrü arasında assosiasiya ilə qarşılaşmışıq. Təbii ki, bu gəraylıda Azaflının ifadə etdiyi fikir parlaq şəkildə də öz inikasını tapıb. Belə nadir poetik incilərə biz klassik aşıq şeirində az rast gəlməmişik. Şeirin gözəlliyi öz yerində..Burada klassikaya bağlılıqla (müticəsinə yox, yaradıcılıqla!) yanaşı, həm də XX əsrin poetik təfəkkürünün izləri, cizgiləri duyulmaqdadır. Bu şeirin nə vaxt yazıldığını deyə bilmərəm, amma o şeirin doğulduğu gündən Mikayıl Azaflı QOCA QARTAL kimi aşıq şeirimizin daha bir zirvəsini fəth etdi. Hörmətli professor Qəzənfər Paşayev və aşığın qızı Maral Azaflının tərtibi ilə Mikayıl Azaflının bütün şeir yaradıcılığını əhatə edən "Qoca Azaflıyam..." kitabı işıq üzü görüb. Elə bilirəm, XX əsrin ustad sənətkarlarından olan Mikayıl Azaflıya, onun ruhuna, ölməyən sənətinə ədəbi və əbədi abidədir bu. Məlumdur ki, Mikayıl Azaflı təkcə Azərbaycanda deyil, ondan kənarda da tanınırdı, sevilirdi. Sovet dövründə dəfələrlə Moskvada konsertləri olmuşdu, Azərbaycan aşıq sənətini layiqincə təmsil etmişdi. Kitaba yazdığı geniş ön sözdə Qəzənfər müəllim qeyd edir ki: "Aşığın şeir bağçasında yer alan bir-birindən gözəl gəraylılar, təsniflər, qoşmalar, müxəmməslər, divanilər, vücudnamələr, cahannamələr, sicilləmələr, ustadnamələr, ithaflar, nəzirələr, bağlama-qıfılbənd deyişmələr, deyişmələr, şeirlə məktublaşmalar, bayatılar, hətta rübai və qəzəllər, poema və dastanlar saz-söz pərəstişkarlarını məftun edir. Bu, onun həm klassik aşıq sənətinə dərindən bələd olması, həm də yazılı ədəbiyyatımızı yaxşı bilməsi ilə bağlı idi". Bu informasiya Mikayıl Azaflı yaradıcılığının janrca rəngarəng olduğunu sübut edir. Deməli, ustad aşıq ömrü boyu yaradıcılığının təkamülünə çalışıb, bu sənətə möhkəm bağlı olduğundan onu öz istedadı müqabilində son nöqtəsinə kimi fəth etməyə can atıb. Deyim ki, Mikayıl Azaflı da əksər klassik aşıqlarda olduğu kimi acı tale ilə üzləşib. Onun sevgilisi əlindən alınmayıb, necə deyərlər, Məcnun kimi çöllərə düşməyib, amma "xoşbəxt sovet quruluşunun" haqsızlığına məruz qalıb. Şöhrətinin ən parlaq bir çağında Dövlət Təhlükəsizlik Komitəsinin qara siyahısına düşüb, dörd il azadlıqdan məhrum edilib. Amma onu susdura bilməyiblər, sürgündə olanda da yaşadığı cəmiyyətin qüsurlarına tənqidi münasibətini dəyişməyib. Azaflının "Zindan şeirləri" özü də ayrıca bir söhbətin mövzusu ola bilər. Bu şeirlər Azərbaycan aşıq poeziyasında yenidir. Azaflıdan öncə də 1937-ci ildə Şirvan aşıq sənətinin görkəmli nümayəndəsi Mirzə Bilal həbs olunmuşdu, amma onun sürgündə şeir yazıb-yazmadığı məlum deyil.El şairi Məzahir Daşqının da həbsdə şeirlər yazdığı məlumdur. Azaflı isə "Zindan şeirləri" ilə gəmidə oturub gəmiçi ilə mübarizə aparan bir mücahidə çevrildi.O, aşıq poeziyasının ənənəvi obraz və rəmzlərini "Zindan şeirləri"nə qatdı, amma həmin obraz və rəmzlər qəm tülünə büründü: Mən dustağa bir xəbər ver, Açılıbmı yaz, ay bülbül? Qızılgüllər yetişirmi, Göldə sona ürküşürmü? El köçürmü dağ sərinə, Dönürmü aran yerinə? Bənövşələr bir-birinə, Eyləyirmi naz, ay bülbül? Mikayıl Azaflının yaradıcılığı barədə bir çox görkəmli tədqiqatçılar, xüsusilə folklorşünas-alimlər dəyərli fikirlər söyləyiblər. Hətta türkiyəli tədqiqatçı Əli Kafqazyalı onun yaradıcılığından namizədlik dissertasiyası qələmə alıb. Azaflının şeir yaradıcılığında aşıq poeziyasının həm qədim, həm də digər ustad aşıqlar tərəfindən çox az işlənən şəkillərinə rast gəlirik. Məsələn, hər bəndi dörd misradan, hər misrası beş, yeddi hecadan ibarət, əvvəlinci üç misrası həmqafiyə olan şeir şəklidir. Düzünü desəm, mən buna aşıq poeziyasında nadir hallarda təsadüf etmişəm. Azaflı aşıq poeziyasında nisbətən az işlənən şeir şəkillərinə müraciət edəndə də bunu dəb xatirinə həyata keçirməmişdir. Sadəcə, ustad olduğu üçün USTAD YOLUNU axıracan başa vurmağa can atmışdır. Götürək "Sicilləmə" şeir şəklini. Bunlar tədqiqatçıların qeyd etdiyi kimi, sicilləmələr əsasən ya divani, ya da müxəmməs şeir şəklinə uyğun yazılır. Daha çox ustadnamələrə oxşayır. Həm də misraların əvvəlində söz təkrarı ilə diqqəti cəlb edir. Kitabda oxucular üçün çox maraqlı bir bölmə də təqdim edilib: "Bənzərsiz şeirlər". Bu bölmədə aşığın qoşma-təcnisləri, ayaqlı qoşması, hərfüstü çarpaz gəraylısı, təkərləmələri, yeddilik təsniflərindən nümunələr verilir və doğrudan da, bunları oxuduqca heyrətlənirsən. Düşünürsən ki, Azaflı üçün standartlar, şablonlar mövcud olmamışdır. O, qoşmanı qoşma, gəraylını gəraylı, təcnisi təcnis kimi yazsa da, bu şeir şəkillərinin hər birində öz ustalığını nümayiş etdirsə də, bəzən yaradıcı şəkildə özü də təzə şeir şəkilləri yaratmaqdan yaxud çox az, nadir hallarda işlənən şeir şəkillərinə müraciət etməkdən çəkinməmişdir. Azaflıyam, dərdim, qəmim ziyada, Yoxdur əhli-kefim, dəmim dünyada. Zahirən adi qoşmadır, amma diqqətlə nəzər yetirdikdə,bu qoşmanın heç də adi olmadığının fərqinə varırsan. Misralararası qafiyələr, hər misranın sonundakı sözlərin ritmik təkrarı necə də xoş bir ahəng yaradır. Azaflının belə gözəl "söz oyunları" onun təbirəvan şair olduğundan xəbər verir. Mikayıl Azaflının şeir yaradıcılığında özündən ustad aşıqlarla səsləşən bir məqamı da qeyd etmək yerinə düşər. Azaflı əksər şeirlərində müdrik pir kimi danışır. Hətta aşiqanə şeirlərində də, o, məcnunluğun aşiqliyindən daha çox, filosof yönünü üstün tutur. Onun fikrincə, aşiq olan kəs təkcə sevgilisinin yox, həm də dünyanın dərdini çəkməlidir. Şeirlərində tez-tez ədalət, ilqar, iman, əhd-peyman və s. sözlər təkrar olunur, bunlar o məqamda səslənir ki, aşıq insanları, həməsrlərini düzlüyə, ədalətə, tərəqqiyə çağırır. Mən bu yazıda professor Qəzənfər Paşayevin Mikayıl Azaflı yolunda çəkdiyi zəhməti xüsusilə qeyd eləmək istəyirəm. 757 səhifəlik bir kitab yalnız Azaflı dünyasına, həmin o ustad dünyasına hədsiz vurğunluğun nəticəsidir ki, Qəzənfər Paşayev məhəbbəti ilə onu araya-ərsəyə gətirəsən. Elə bu yazını da tərtibçilərə təşəkkürlə, bir də onun bu misralarıyla bitirmək istəyirəm: Azəri-türk balasıyam, Hər dərdinə qalasıyam, Yanarsa od alasıyam, Söndürməz su, sellər məni, Sazım, sözüm el eşqinə, Bir mehriban gül eşqinə, Saf məhəbbət, dil eşqinə. Soraqlasın dillər məni, Unutmasın ellər məni.
Avropa Azərbaycanlıları Konqresinə yeni prezident seçildi. Almaniyanın Frankfurt şəhərində Avropa Azərbaycanlıları Konqresinin (AAK) III qurultayı keçirilib. Qurultaya Avropanın 25 ölkəsindən nümayəndə və qonaqlar qatılıb. Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov, Almaniya Bundestaqının deputatı Haqqı Kəskin, millət vəkili, DAK həmsədri Sabir Rüstəmxanlı, AAK-ın üzvü olan diaspor təşkilatlarının rəhbərləri və nümayəndələri iştirak ediblər. AAK prezidenti Natiq Ağamirov qurultay iştirakçılarını və qonaqları salamlayıb. O deyib ki, AAK təsis edilərkən Avropada yaşayan soydaşlarımız arasında əlaqələrin yaradılması və inkişaf etdirilməsi, onların təşkilatlanması, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, Azərbaycanla bağlı həqiqətlərin Avropa ictimaiyyətinə çatdırılması istiqamətində tədbirlərin görülməsi qarşıya əsas məqsəd kimi qoyulub. Ötən dövr ərzində AAK öz imkanları daxilində Avropada güclü Azərbaycan diasporunun formalaşdırılmasına səy göstərib, soydaşlarımızın təşkilatlanması istiqamətində tədbirlər görməyə çalışıb. AAK Avropadakı Azərbaycan icmalarının fəaliyyətinin koordinasiya edilməsi, onların ictimai-siyasi proseslərə təsir imkanlarının artırılması, azərbaycanlıların hüquq və azadlıqlarının qorunması istiqamətində bir sıra işlər görüb. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov qurultay iştirakçılarına prezident İlham Əliyevin salamlarını çatdırıb. Azərbaycan dövlətinin diaspor siyasətindən ərtaflı danışan Dövlət Komitəsinin sədri AAK-ın fəaliyyətini yüksək qiymətləndirib və bundan sonrakı işində quruma uğurlar arzu edib. Komitə sədri bu qurultayın çox önəmli dövrə təsadüf etdiyini də vurğulayıb. Deyib ki, Azərbaycan ətrafında və ümumiyyətlə dünya siyasətində baş verən bugünkü hadisələr diasporumuzun bundan da sıx birləşməsini və daha da güclənməsini zəruri edir. Filmin nümayişindən sonra AAK prezidenti Natiq Ağamirov II qurultaydan ötən müddət ərzində Avropada yaşayan soydaşlarımızın təşkilatlanması, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, soydaşlarımızın hüquq və azadlıqlarının müdafiəsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və digər sahələrdə görülmüş işləri barədə hesabat məruzəsini təqdim edib. Qərara alınıb ki, bu sənəddən irəli gələn tədbirlər planı hazırlansın. O, sənədə uyğun həyata keçirilən işlərdən danışıb. N.Ağamirovun sözlərinə görə, 2007-ci il ərzində Avropa ölkələrində yaşayan azərbaycanlı qadınları öz ətrafında birləşdirən bir neçə təşkilat yaradılıb. Sentyabr ayında Danimarkada "Azərbaycan qadını Danimarkada" adlı yeni təşkilat təsis edilib. Noyabr ayında Londonda fəaliyyət göstərən Azərbaycanlı Gənclər Klubunun təsis etdiyi "Sara Xatun" Qadın Cəmiyyəti fəaliyyətə başlayıb. 2007-ci ilin mühüm hadisələrindən biri də Azərbaycanlı Tələbələrin Avropa Forumu (ATAF) lobbi təşkilatı kimi Avropa Parlamentində rəsmi qeydiyyatdan keçməsi olub. Bundan başqa AAK Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası layihəsinə dair təkliflərini təqdim edib və bu təkliflərin böyük əksəriyyəti nəzərə alınıb. Ötən il Konqres Azərbaycanın zəngin mədəni irsini təbliğ etmək, mədəni dəyərlərimizin başqa xalqlar tərəfindən mənimsənilməsinin qarşısını almaq məqsədilə "Sarı gəlin" xalq mahnısının tarixi haqqında bütün materialları özündə əks etdirən (Azərbaycan, alman, fransız, rus, ingilis dillərində), mahnının Azərbaycan və türk dillərində bütün ifa variantlarının toplandığı audio-diskin hazırlanması təmin olunub. AAK prezidenti Avropada diaspor təşkilatlarının keçirdiyi bir çox tədbirlərin Dövlət Komitəsinin hərtərəfli dəstəyi ilə reallaşdığını da deyib. "İndiki mərhələdə diaspor işi könüllülüklə yanaşı, peşəkarlıq tələb edir. Bu peşəkarlığın ortaya qoyulmasında isə ən böyük ümidimiz gənclərədir. Sevindirici haldır ki, belə bir nəsil artıq yetişib və onların peşəkar kimi formalaşması üçün hər cür şərait, imkan var". N.Ağamirov təklif edib ki, Dövlət Komitəsinin, BDU-nun, yaxud da XİN-in Diplomatiya Akademiyasının nəzdində bu peşəkarların hazırlanması məqsədilə təhsil mərkəzi yaradılsın. Almaniya Bundestaqının türk deputatı Haqqı Kəskin, AAK-ın vitse prezidenti Başar Kömür, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar və başqa çıxış edənlər Azərbaycan və Türkiyənin tarix boyu sevincinin, kədərinin bərabər olduğunu vurğulayıblar.Daha sonra çıxış edən Benilüks Azərbaycanlıları Konqresinin prezidenti Sahil Qasımov bu yaxınlarda II qurultayını keçirmiş qurumun fəaliyyəti, gördüyü işlər barədə danışıb. "Ana Vətən" Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri Gülşən Kazımova bildirib ki, Avropaya nə qədər sürətlə inteqrasiya etmək istəyiriksə, qadınlara bir o qədər işləmək və öz imkanlarını reallaşdırmaq fürsəti vermək lazımdır. O təklif edib ki, AAK üzvü olan təşkilatlarda təmsil olunan qadınların forumu keçirilsin. Çıxışlardan sonra qurultayın qətnaməsi qəbul olunub. AAK-ın sıralarına yeni üzvlər daxil olub. Təkliflər nəzərə alınmaqla Konqresin növbəti qurultaya qədər fəaliyyət proqramının tərtib edilməsi qərara alınıb. Konqresinin fəaliyyətinin operativliyini, qəbul ediləcək qərarların icrasını təmin etmək məqsədilə iki birinci vitse-prezident və beş vitse-prezident vəzifələri təsis edilib. TADEF sədri Bilal Dündar və BAK-ın fəxri prezidenti Sahil Qasımov I vitse-prezidentlər, Belarus Azərbaycan İcmaları Konqresinin sədri Natiq Bağırov, Estoniya Parlamentinin üzvü Eldar Əfəndiyev, Ukrayna Azərbaycanlıları Konqresinin sədri Akif Gülməmmədov, Srtasburq Azərbaycan Evinin rəhbəri Mustafa Alınca, Almaniyadakı Azərbaycanlılarının Koordinasiya Mərkəzinin rəhbəri Samirə Patzer-İsmayılova isə vitse-prezidentlər seçiliblər. Sonra 27 nəfərdən ibarət İcraiyyə Komitəsinin tərkibi təsdiqlənib. Mayns-Azərbaycan Cəmiyyətinin sədri, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının İdarə Heyəti sədrinin müavini, əvvəlki tərkibdə AAK-ın I vitse-prezidenti olan Başar Kömür qurultayda AAK-ın prezidenti seçilib. DİDK sədri Nazim İbrahimov AAK-ın gənclər qolunun gücləndirilməsi, konqresdə təmsil olunan təşkilatların ətrafınfakı gənclərin potensialından, imkanlarından səmərəli istifadə məqsədilə təşkilat komitəsi yaradılması təklifini irəli sürüb. Qurultay bu təklifi qəbul edib. Sonda prezidentə müraciət səsləndirilib.
Moskva Dövlət Dillər Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin açılış mərasimi keçirilib. Dünən Moskva Dövlət Dillər Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin təntənəli açılış mərasimi keçirilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu mərkəz Moskva Dövlət Dillər Universiteti və Bakı Slavyan Universitetinin birgə layihəsi olaraq yaradılıb. Mərasimdə MDDU-nun rektoru İrina Xaleyeva və BSU-nun rektoru Kamal Abdulla simvolik lenti kəsiblər. Daha sonra rəsmi açılış mərasimi universitetin akt zalında davam etdirilib. Mərasimə Moskvadakı Azərbaycan icmasının nümayəndələri, Rusiya Xarici İşlər Nazirliyinin, Dövlət Dumasının, Rusiya elmi ictimaiyyətinin nümayəndələri və tələbələr qatılıblar. Toplantıda çıxış edən İrina Xaleyeva bu gün dövlət başçısı İlham Əliyevin Moskvaya səfər edəcəyini, bu aksiyanın həmin səfərə töhfə olduğunu deyib: "Mərkəz bu gün rəsmi olaraq fəaliyyətə başlayır, amma qeyri-rəsmi olaraq bir neçə ay fəaliyyət göstərir. Artıq üç il sonra Rusiyada ilk dəfə olaraq Azərbaycan dili tərcüməçiləri fəaliyyətə başlayacaq". Səfir Polad Bülbüloğlu çıxışında bildirib ki, mərkəzin açılışı Rusiya ilə Azərbaycan arasında dostluq əlaqələrinin möhkəmlənməsinə daha bir sübutdur: "Azərbaycan rus mədəniyyətinə hörmətlə yanaşılmasına nümunə rolu oynaya bilər, uğurla fəaliyyət göstərən Slavyan Universiteti ilə slavyan xalqlarının, əsasən də rus xalqının mədəniyyət mərkəzidir. Rusiyanın yüksək səviyyəli nümayəndə heyətləri Azərbaycana səfər zamanı mütləq bu universitetə baş çəkirlər". Bakı Slavyan Universitetinin rektoru, professoru Kamal Abdulla mərkəzin fəaliyyətinə yardım göstərdikləri üçün MDDU-nun rəhbərliyinə təşəkkürünü bildirib: "Hələ üç il əvvəl bu nüfuzlu universitetdə Azərbaycan dilinin tədrisinə başlanılıb və Slavyan Universitetinin yüksək səviyyəli müəllimi Bella Musayeva burada yüksək səviyyədə tədris keçir. Bu mərkəzin açılışı ilə Rusiyada azərbaycanşünasların sayı artmış olacaq". Rusiya Xarici İşlər Nazirliyinin MDB dördüncü departamentinin direktor müavini Andrey Kryuçko çıxışında bildirib ki, bu mərkəzin açılışı ikitərəfli münasibətlərin inkişafına böyük töhfə vermiş olacaq: "Azərbaycan çoxmillətli ölkədir, bu dövlətdə rus dili və mədəniyyətinə böyük hörmətlə yanaşılır. Bu mərkəzin açılışı humanitar əməkdaşlıq istiqamətində növbəti hadisədir. Bundan əvvəl Azərbaycanda Moskva Dövlət Universitetinin filialı açılıb, Bakıda Rusiya Mədəniyyət Mərkəzi fəaliyyətə başlayıb". Rəsmi açılış mərasimindən sonra tələbələr Azərbaycan və rus dillərində tərtib olunmuş konsert proqramı ilə çıxış ediblər.
"İş rejimimi görənlər düşünürlər ki, əslində məhsuldar deyiləm". YAZIÇI-DRAMATURQ ELÇİN HÜSEYNBƏYLİ: "KİTAB GÜNDƏLİK TƏLƏBAT MALLARI KİMİ HƏMİŞƏ GÖZ ÖNÜNDƏ OLMALIDIR". - Bu yaxınlarda kitabınızla bağlı İmza günü keçirildi və bununla da ədəbi mühitimizdə yeni bir ənənənin əsası qoyuldu. Bu barədə fikirlərinizi bilmək istərdik. - Təklif Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anardan gəldi. Sədr bildirdi ki, Avropa ölkələrinin əksəriyyətində belə bir ənənə var, biz də tətbiq edək. Anar müəllimin təklifi ilə ilk addımı yeni çapdan çıxmış "Şah Abbas" romanımla mən atdım. Bəzi yazıçılar İmza günü keçirməyə çəkinirlər. Düşünürlər ki, oxucu gəlməz, pərt olarlar. Amma kimsə ilk addımı atmalıdır. Pərt olmaqdan da qorxmaq lazım deyil. Yazıçı ortada əsəri yoxdursa, pərt olmalıdır. Əsər yazırsa, özünə inanırsa, ciddi ədəbiyyata ciddi maraq yaratmaq istəyirsə, belə layihələrdən çəkinməməlidir. Keçirilən ilk İmza gününü başlanğıc üçün uğurlu hesab edirəm. Burada söhbət təkcə maddi qazancdan getmir, həm də kitabı əsasən hədiyyə almağa öyrəşmiş oxucunu kitabı pulla almağa sövq eləməkdən gedir. Məsələ burasındadır ki, imkanı çatan da yazıçıdan kitabı hədiyyə kimi umur. Yaxşı kitab oxumaq istəyirlər, amma ona pul verib əldə etmək istəmirlər. Belə adamların yeyib-içməyə, taksiyə verməyə, müxtəlif əyləncələrə, yaxşı geyinməyə pulları var, amma yaxşı kitaba pul verməyə qıymırlar. Yazdıqları kitabı hədiyyə kimi paylayaraq, oxucunu "pis öyrədiblər". Bəzi yazıçıları qınayıram. Deyirəm, bir neçə kitabınız çıxıb, hədiyyə eləmisiniz, daha belə eləməyin. Ya da özünüzə inanmırsınızsa, kitab buraxdırmayın. Yazıçının kitabını axtarıb tapanda, əldə edəndə o öz yazıçı eqosunu təmin etmiş olur, mənəvi rahatlıq tapır. Yazıçı qapı-qapı düşüb kitabını hədiyyə eləməli deyil. Onu da deyim ki, kitabımı hədiyyə eləmək baxımından ən xəsis yazıçı mənəm. Bu addımı da qazanc üçün deyil, yazıçı eqomu təmin eləmək üçün atıram. Qeyd edim ki, mən ilk addımı atandan sonra İmza günü keçirmək üçün böyük bir yazıçı siyahısı yaranıb. - Yazıçı kitabını satmaq üçün əsasən hansı işləri görməlidir? Kitabı reklam eləmək üçün yazıçının bazarı təşkil olunmalıdır. Kitab satışı şəbəkəsi bərpa olunmalıdır, böyük ticarət mərkəzlərində kitab bölmələri, kitab köşkü vergi vermədən fəaliyyət göstərməlidir ki, oxucu gəlib oxusun, yeni kitablarla tanış olsun. Kitab bazarı olmasa, reklam mənasız işdir. Bu işə də mütləq dövlət müdaxilə eləməlidir. İndi bizdə kitab satışı əsl problemdir. Bakı kimi böyük bir şəhərdə cəmi bir neçə kitab mağazası var. Düşünürəm ki, kitab gündəlik tələbat malları kimi həmişə göz önündə olmalıdır ki, alıcıları cəlb etsin. - Bu yaxınlarda Rusiya mətbuatında bir neçə hekayəniz və "Balıq-adam" romanınız çap olunub. Sizcə, yazıçılarımız dünyada, geniş miqyasda oxucu tapmaq üçün nə etməlidir? Dünyanın aparıcı dillərində yazan yazıçıların oxucu auditoriyası qazanması, məşhurlaşması daha asandır. Dünya miqyasına çıxmaq üçün böyük məbləğdə yatırım olmalıdır. Buraya Azərbaycanda bəyənilən yazıçının sistemli tərcümə işi, yaxşı təqdimat və yaxşı piarının təşkili məsələləri aiddir. Bu da zənnimcə, dövlətin nəzarəti və köməyilə həyata keçirilməlidir. Təbii ki, mən daha nüfuzlu nəşriyyata üstünlük verərdim. Yaxud fikirləşirəm ki, niyə bu əsər ispancaya tərcümə olunmasın? Bir ispana maraqlı olmazmı bir şərqli yazıçı onun ölkəsi haqqında hansı fikirdədir? Bunun üçün, əlbəttə ki, yaxşı ispandilli tərcüməçiyə ehtiyac var. Bütün bunlar hamısı yenə böyük maddi vəsait istəyir. - Bu yaxınlarda Gənc Ədiblər Məktəbinin qonağı oldunuz. Bu məktəb, onun üzvü olan gənclər sizdə hansı təəssüratı oyatdı? - Bu Məktəbin təşkili çox yaxşı addımdır. Gənc Ədiblər Məktəbi bugünkü ədəbiyyatımızın mənzərəsilə adekvatdır. Həmin gənclərin içərisində də istedadlısı, istedadsızı, orta səviyyəlisi var. Elə iddialıları da var ki, səs-küy salırlar, amma içində heç nə yoxdur, danqıldayırlar. Onların arasında cümlə qura bilməyənlərlə yanaşı çox istedadlılarına da rast gəlinir. Ancaq hələ istedad da hər şeyi həll eləmir. Onlar gələcəkdə imzalarını təsdiq etmək üçün çalışmalı, oxumalı, öz üzərlərində işləməlidirlər. Həm də başqa yazarların da haqqını tanımalıdırlar, qələm yoldaşlarına qısqanclıqla yanaşmamalıdırlar. Bu zaman onlar inkişaf və özlərini ədəbiyyatda təsdiq edəcəklər, sıralarından maraqlı şair və yazıçılar yetişəcək. "Ulduz" jurnalının aprel sayını bütünlüklə Gənc Ədiblər Məktəbi üzvlərinin ixtiyarına verdik ki, əsərlərini nəşr etdirsinlər. Həmçinin düşünürük ki, jurnalın nəşrindən sonra həmin nömrədəki materiallar haqqında tanınmış tənqidçilərin rəylərini, fikirlərini də gələcək saylarımızda dərc edək. Onlardan altısı roman, digərləri dramaturgiya və publisistika sahəsini əhatə edir. Ona yaxın dram əsərim səhnələşdirilib, bir o qədəri də səhnə həllini gözləyir. İlk hekayələrimin yer aldığı kitabımı bu il çap etdirməyi düşünürəm. Bu günlərdə "Metro vadisi" romanım ayrıca kitab halında işıq üzü görəcək. Məni məhsuldar yazıçı adlandırsalar da, özümü bu cür qiymətləndirmirəm. Mənim yaradıcılıq intizamımı, iş rejimimi görənlər düşünürlər ki, əslində məhsuldar deyiləm. - Bəs indi hansı əsərlər üzərində işləyirsiniz? Necə alınacaq, gələcək göstərər. Eyni zamanda "Don Juan" əsərini də gələcəkdə müzikl şəklində səhnələşdirmək arzusundayam. Bundan sonra İstanbul həyatından bəhs edən "Ağ yelkənli günəş" romanım üzərində işləri yekunlaşdıracağam. Türkiyədə olanda bu roman əsasında film çəkmək istəyən televiziya kanallarının birindən təklif almışam. Bir sözlə, gələcək üçün planlarım yalnız yazıb-yaratmaqdan ibarətdir.
KƏRAMƏT: "AZƏRBAYCANDA SAĞLAM ƏDƏBİ MÜHİTİN FORMALAŞMASINA ÇALIŞACAĞIQ". Bugünlərdə "Ədəbiyyat naminə" adlı ədəbi-publisistik qəzetin ilk sayı çap olunub. Qəzetin təsisçisi və baş redaktoru şair Kəramətdir. "Fərqli, çox fərqli" devizi ilə işıq üzü görən qəzetin ədəbiyyata yer ayıran digər nəşrlərdən nə ilə fərqlənəcəyini öyrənmək məqsədilə baş redaktorla söhbətləşdik. Hələlik aylıq çap olunan qəzetin gələcəkdə iki həftədən bir nəşrini nəzərdə tutduqlarını deyən Kəramət bu mətbu orqanın hansı zərurətdən meydana çıxdığını belə açıqladı: "İctimai-siyasi qəzetlərdən fərqli olaraq, ədəbiyyat qəzetlərini mütləq bu sahədə istedadlı adam çap eləməlidir. Şəxsən mən bu qəzetə yaradıcılığımın bir parçası kimi baxıram. Fəaliyyətim dövründə təsisçi və baş redaktor olaraq oturub gözləməyəcəyəm ki, kimsə gətirib mənə, şeir, hekayə, ədəbi material versin. Müxtəlif meylli, əks cəbhədən çıxış edən, eyni masa ətrafında oturmayan, bir-birini qəbul etməyən, hətta təhqir edən yazarları bir araya, ortaq məxrəcə gətirməyə, onların ünsiyyətini, polemikasını təşkil etməyə, müştərək məcraya yönəltməyə, Azərbaycanda sağlam ədəbi mühitin formalaşmasına çalışacağıq. Zənnimcə, yalnız bu zaman gənclərin də həqiqi istedadı üzə çıxar, əsl ədəbiyyat yaranar. Bu şəkildə milli ədəbiyyatımız inkişaf edər, ədəbiyyatətrafı, təsərrüfat söhbətlərinə bənzəyən dartışmalar ortadan yığışılar. Nəticədə ədalət prinsipi gözlənilər, yazıçı və şairlərimiz bir-birinin haqqını tanıyarlar". Kəramət qəzetin ədəbi-maarifçilik istiqamətini əsas götürərək nəşrini davam etdirməyi planlaşdırdığını dilə gətirdi. Baş redaktorun sözlərinə görə, müasir ədəbiyyatımızda təmsil olunan bəzi yazıçı və şairlərin, ciddi ədəbiyyatla məşğul olan və olmaq istəyən bir çoxlarının əsaslı şəkildə ədəbi yöndə maariflənməsinə ehtiyac var: "Ədəbiyyatla məşğul olmaq üçün orada baş verən prosesləri öyrənmək, təkcə öz ədəbiyyatımızda deyil, dünya ədəbi müstəvisində də nələr baş verdiyindən xəbərdar olmaq lazımdır. Biz redaksiya heyəti olaraq çalışacağıq ki, bu prosesləri qəzetin səhifələrində müntəzəm və geniş işıqlandıraq. Ədəbi mühitdə tanınan şair və yazıçılarımız var ki, bir qədər inandırıcı görünməsə də, hələ "Dədə-Qorqud" dastanını oxumayıb, Füzulidən bixəbərdir, Dostoyevskinin romanlarını indi mütaliə etməyə başlayıb. Çox acınacaqlıdır ki, bu şair və yazıçıların bəzilərinin yaşı artıq əllini haqlayıb. Belə yazarlarla hansı ədəbiyyatı yaratmaq, yaxud dünyaya tanıtmaq olar? Mütaliəsiz birisınin səviyyəli əsər yaradacağına inanmaq çətindir". Kəramət qəzetdə çap ediləcək səviyyəli materiallarla tanış olan gənc yazarların maariflənəcəyinə, ədəbi savadının artacağına, dünyagörüşünün genişlənəcəyinə və bunun sayəsində daha maraqlı əsərlər yaradacağına inamını ifadə etdi: "Ədəbiyyat naminə"nin səhifələrində lazımlı ədəbi materiallarla tanış olan hansısa istedadlı gənc artıq ədəbiyyata bir təsərrüfat sahəsi kimi baxmaqdan vaz keçib, onu ciddi fəaliyyət sahəsi kimi qiymətləndirəcək". Baş redaktorun bildirdiyinə görə, ədəbiyyata töhfələr verməkdən daha çox ondan imtiyaz umanlar normal ədəbi tənqidi də yoxa çıxarıblar: "İndi təəssüf ki, imzaya baxıb yazını oxuyur, tənqid və tərif edirlər. Bu da bizdə ədəbi tənqidin inkişafını ləngidir. Çünki ədəbiyyatımızdakı müasir tənqidçilərin əksəriyyəti təhlil etdiyi kitabın, mətnin yox, özünün obrazını yaratmaqla məşğuldur. Amma bu biabırçlığa son verib imzanı yox, ortada olan mətni təhlil etmək, araşdırmaq gərəkdir. Artıq imza sahibini tərifləyib, tənqid edib, bəzən də təhqir etməkdən əl çəkib mətnə enməliyik. Tarixdə də adı saxlayan mətndir. Bütün bunları nəzərə alıb düşünürəm ki, bizdə ciddi şəkildə maariflənməyə, normal ədəbi mühitin yaranmasına ehtiyac var. Biz bu ehtiyacı qəzetimiz vasitəsilə ödəməyə, bu boşluğu doldurmağa çalışacağıq. Qəzetimiz milli və dünya ədəbiyyatında gedən ədəbi proseslərə bir üst baxış nümayiş etdirməklə məşğul olacaq". Qeyd edək ki, qəzetin ilk nömrəsində dünya ədəbiyyatında gedən prosesləri işıqlandıran yazılar, bütün dünyada tanınmış görkəmli ədəbiyyat adamlarının həyat və yaradıcılığı haqqında maraqlı materiallar, müxtəlif ədəbi nəsillərin və eləcə də Gənc Ədiblər Məktəbi üzvlərinin yaradıcılıq nümunələri yer alıb.
Beynimizi xarab eləməyək! İNSAN ORQANİZMİNİN ŞAH ÜZVÜNÜ NECƏ QORUMALI? İnsanların bütün fəaliyyəti, işgüzarlığı, istedadı, dünya görüşü, ağlı, düşüncəsi, yaradıcılıq qabiliyyəti bilavasitə beyinlə bağlıdır. Orqanizmi təşkil edən milyonlarla hüceyrə, toxuma və üzvlərin - sistemlərin qarşılıqlı əlaqələri və yararlı iş əmsalları beyin vasitəsilə tənzim olunur. Görmə, eşitmə, qoxu, dad bilmə və digər vacib hissiyyatların dərk edilib, müvafiq cavab reaksiyalarının verilməsi də beyinin fəaliyyətindən asılıdır. O, özünün ali mənsəbinə və vəzifəsinə uyğun olaraq orqanizmin ən uca nöqtəsində - başda yerləşir, kəllə sümükləri ilə hər tərəfdən əhatə olunub, möhkəm qorunur. Beyindən aşağıda onun hər əmrinə müntəzir olan bütöv orqanizm, beyindən yuxarıda isə bütünlükdə dünyanı idarə edən qadir Allah qərarlaşıb. Beyin hüceyrələrinin oksigenə və qana olan ehtiyacı, başqa hüceyrələrə nisbətən, azı on qat artıqdır. Özü orqanizmin ümumi çəkisinin cəmi iki faizini təşkil etdiyi halda, orqanizmin enerji potensialının 25 faizini istəyir. Beyin malik olduğu bu enerjinin əsas hissəsini yaddaşın, düşüncənin, müxtəlif emosiyaların tənzim olunmasına sərf edir. Onun fəaliyyətinin pozulmalarının əsas səbəbi beyin hüceyrələrinin - toxumalarının oksigen çatışmazlığıdır. Oradakı oksigen çatışmazlığının əsas səbəbləri isə beyin damarlarının pazmaları (sıxılmaları), sklerozu (kirəcləşməsi) və hipertoniya xəstəliyi ilə bağlıdır. Beyin damarlarının divarlarına yağlı və yağabənzər maddələrin, xüsusən xolesterinin yığılıb-toplanıb çökməsi nəticəsində ateroskleroz xəstəliyi baş verir. Nəticədə beyin damarlarının divarları qalınlaşır, daralır, beyin hüceyrələri kifayət qədər qanla və oksigenlə təmin olunmur. Bu baxımdan bir sıra qabaqcıl Avropa ölkələrində kərə yağı almırlar. Xüsusən Amerikada kərə yağını evə buraxmırlar. Bizdə isə səhərlər süfrələrə ilk növbədə kərə yağı qoyulur və onu çox iştahayla yeyirik. Beyin hüceyrələrində oksigen çatışmazlığı onun normal fəaliyyətini pozur, yaddaşı, yuxunu, düşünüb nəticə çıxarmaq və yaradıcılıq qabiliyyətini xeyli azaldır. Hüceyrələr uzun müddət oksigen çatışmazlığına məruz qaldıqda isə bir sıra təhlükəli xəstəliklərə - ürəyin işemiki xəstəliklərinə, infarkta, insulta (beyinə qan sızması) əlverişli zəmin yaranır. Vaxtaşırı baş ağrıları, baş gicəllənmələri, əsəbi gərginliklər, yaddaşın, yuxunun pozulmaları beyində oksigen çatışmazlığının ilkin əlamətləridir. Ahıl və qoca yaşlarda beyin damarlarının sklerozu daha bariz şəkildə təzahür edir. İnsanların qocalması ilk növbədə beyin damarlarının aterosklerozu nəticəsində yaranan oksigen çatışmazlığı ilə bilavasitə bağlıdır. Orqanizmi təşkil edən bütün sistemlərin beyinin müvafiq nahiyələrində xüsusi mərkəzləri mövcuddur. Bütün fəaliyyətlərimiz bu mərkəzlər vasitəsilə idarə və tənzim olunur. Beyin mərkəzləri, müxtəlif məqsədlərə xidmət etmələrindən asılı olmayaraq, bir-birilə qarşılıqlı əlaqədə fəaliyyət göstərirlər. Müxtəlif səbəblərdən bir sistemi idarə edən beyin mərkəzinin zəifləməsi zamanı, başqa müvafiq mərkəz ona yardımçı olur. Belə qarşılıqlı əlaqələr çoxşaxəli, mürəkkəb və bəzən izahedilməz amillərlə bağlıdır. Ümumiyyətlə, beyinin quruluşu, çoxşaxəli fəaliyyəti, mərkəzlərin qarşılıqlı əlaqələri tam izah edilməsi mümkün olmayan, bəlkə də xüsusi magik qüvvə ilə bağlı olan sirli - sehrli məsələdir. Beyinin sinir mərkəzləri müəyyən məqamlarda avtomatik və kompensator olaraq bir-birinə yardım etməyə, hətta bir-birini əvəzləyə bilir ki, bunun da səbəbi hələlik elmi yolla tam izah edilməyib. Amerika alimləri son vaxtlar beyindəki düşüncələrin 80 faizini düzgün oxuyub-yoza bilən xüsusi skayner (aparat-qurğu) yaradıblar. Elm aləminin səbirsizliklə gözlədiyi bu kəşf təcrübədə müvəffəqiyyətlə sınaqdan çıxıb. Bu aparatın köməyilə insanların ağlından keçənləri oxumaq, danışıqları, əməlləri ilə beyinlərindən keçirdiklərinin fərqini aydınlaşdırmaq mümkün olacaq. İnsanların keçirdikləri şadlıq-sevinc, qəm-kədər, sevgi-nifrət və digər hisslər müxtəlif emosional reaksiyalara səbəb olur və bu, beyin fəaliyyətilə bağlıdır. Emosiyalar əsasən üç növdə təzahür edir: Xoşa gələn, razılıq yaradan emosiyalar; xoşa gəlməyən, narahatlıq yaradan emosiyalar; ciddi təsir göstərməyən neytral emosiyalar. Bəzən qarışıq hisslər yaradan, mürəkkəb emosiyalar da olur. Emosiyaların təsiri çox vaxt insanların həmin andakı ovqatlarından asılıdır. Onlar insan ovqatının tənzimləyicisidir. İnsan fərddir, özünəməxsus, spesifik xüsusiyyətlərə malikdir. Bu baxımdan müxtəlif hadisələrə reaksiyalar da müxtəlif olur. Emosiyalar bəzi hallarda insanları müəyyən təhlükələrdən qoruya bilir. Ekstremal vəziyyətlərdə qaçmaqla, mübarizə aparmaqla vəziyyətdən çıxmaq mümkün olur. Heyvanlarda emosiyalar fiziki tələbatlarını ödəmək üçündür. İnsanlarda isə bir sıra mənəvi keyfiyyətlər - dostluq vətənpərvərlik, qarşılıqlı yardımlar və güzəştlər emosiyalarla bağlıdır. Çox vaxt vicdanlılıq, günahkarlıq, peşmançılıq kimi hisslər emosiyalarla əlaqədar təzahür edir. Sağlam-düzgün emosiya baş verən hadisəyə adekvat olandır. Emosiyanın adekvatlığı beyinin fəaliyyətilə tənzim olunur. Sinir sisteminin vəziyyətindən asılı olaraq emosiyalar həddən artıq güclü və zəif ola bilər. Yetkin, ziyalı və aqil insan emosiyalarını cilovlamağa qadir olmalıdır. Alimlər xüsusi tədqiqatlarla - maqnit rezonans tomoqrafiya aparatı vasitəsilə aşkar ediblər ki, beyində ətrafda baş verənləri optimist ruhda görməyə imkan yaradan - hissləri bu istiqamətə yönəldən xüsusi zona mövcuddur. Araşdırmalar nəticəsində müəyyən edilib ki, müsbət fikirlərə, xoşagələn emosiyalara beyinin alın nahiyəsində yerləşən toxumalar cavab reaksiyası verirlər. Göz boşluğunun arxasında yerləşən həmin nahiyədəki hüceyrə və toxumalar insanlar işıqlı, xoşbəxt gələcək haqda düşünərkən xeyli aktivləşirlər. Elmi tədqiqatların nəticələri eyni zamanda göstərib ki, insanlar xoş gözəl gələcək haqda düşündükdə optimist zona toxumaları fəallaşır, beyinin emosiyalara cavab verən badamvari kütləsi aktivləşir. Deməli, yaxşı işlər görmək, xeyirxahlıq, xoş gələcək haqda düşünmək və bu yöndə çalışmaq beyində öz əksini tapır, onu fəallaşdırır. Əksinə pessimistlik, pis ovqat, bədgümanlıq insanlarda depressiya halları yaradır, beyinin normal fəaliyyətini pozur. Gülüş, yüksək ovqat gərginliyə yol açan, xəstəlik törətməyə meylli bir sıra hormonların, xüsusən adrenalinin azalmasına səbəb olur. Orta əsrlərdə tanınmış həkim Əli Veysəl ağır qızılca xəstəliyinə yoluxan, həyatı təhlükədə olan uşaqları güldürməklə müalicə edərmiş. Beyin fəaliyyətinin ən vacibi ağıl və yaddaşla bağlıdır. Kimliyindən, nəçiliyindən asılı olmayaraq, demək olar ki, bütün insanlar ağıllarından razıdırlar. Hamı elə bilir ki, hamıdan ağıllıdır. Bu da insan xislətinin qəribəliklərilə bağlıdır. Lakin insanların böyük əksəriyyəti, bəlkə də hamısı yaddaşından razı deyil. İnsan həyatında yaddaşın rolu böyükdür. Dünyada insan fəaliyyəti sayəsində yaradılan və mövcud olan hər nə varsa, fikrin və yaddaşın sayəsində əmələ gəlib. Həyatda baş verən müxtəlif və mürəkkəb hadisələri düzgün dərk edib, yadda saxlamaq baxımından insan beyini çox böyük, bəzi hallarda hüdudsuz imkanlara malikdir. Bəzi yaradıcı insanlar (rəssamlar, heykəltəraşlar, yazıçılar) öz yaddaşlarına güvənərək yaxından bələd olmadan, bəzən üzünü görmədən bir çox insan haqda maraqlı və heyrətamiz əsərlər yarada bilirlər. Böyük ağıl həm də böyük yaddaşdır. Yaddaş beyin yaradıcılığında ən vacib rol oynayır. Bəzi hallarda isə ağıllı, talantla, istedadla yaddaş arasında müəyyən uyğunsuzluqlar, hətta böyük ziddiyyət ola bilər. Elə hal olur ki, yaradıcı insan özü yaratdığı əsəri unudur. Dahi Lev Tolstoy "Hərb və sülh" əsərinin radioda oxunmasına böyük maraqla qulaq asar, əsərin özü tərəfdən yazıldığını unudarmış. Dünya şöhrətli Valter Skot bir poemanın oxunuşunda iştirak edib, çox xoşuna gəlib. Həmin əsərin özünün yazdığı "Pirat" poeması olduğunu öyrənəndə təəccüblənib. Belə misallar yüzlərlədir. Hamı möhkəm yaddaşa malik ola bilməz. Lakin daima, ardıcıl olaraq öz üzərində işləməklə, oxumaqla düşünüb nəticə çıxarmaq tələb edən məsələlərlə məşğul olmaqla, onların dərinliklərinə varmaqla, yaddaşı cilalamaq, onun gizli qatlarının açılmasına nail olmaq mümkündür. Dəmir uzun müddət işlənmədikdə pas atır, korroziyaya uğrayıb, çürüyür, dağılır. Beyin də belədir, uzun müddət ciddi şəkildə işlətmədikdə zəifləyib atrofiyaya uğrayır, ağlın, yaddaşın korlanmasına zəmin yaradır. Beyinin çoxşaxəli mürəkkəb və bəzən izahı mümkün olmayan fəaliyyət növləri var. Lakin beyinin ən əsas fəaliyyəti, beyin qabığında gedən oyanma və tormozlanma proseslərilə əlaqədardır. İnsanların bütün davranışları - çılğınlıqları, laqeydlikləri, təvazökarlıqları, simasızlıqları, mənəviyyatları, şəxsiyyətləri oyanma və tormozlanma proseslərinin qarşılıqlı nisbətindən asılıdır. Beynində oyanma prosesi üstünlük təşkil edən, hadisələrə tez və çılğın reaksiya verən, tələskən, ölçüb-biçmədən qərar qəbul edən, xislətini tez-tez dəyişənlər də var, sakit, təvazökar, sözünün-hərəkətinin yerini bilən, şəxsiyyətini, mənliyini hər şeydən uca tutan, ən ağır anlarda belə, əqidəsinə sadiq qalanlar da. Şəxsiyyətsiz, mənəviyyatsız, əqidəsiz, yalnız öz xeyrini güdən, bütün fəaliyyətini buna sərf edənlər əsil insan sayıla bilməzlər. Tibbi baxımdan belələrini parazit insan hesab edirlər. İnsan həyatı üçün son dərəcə vacib olan bir üzvü - beyini necə qorumalı? Beyini qorumaq üçün ilk növbədə xarici mühit - torpaq, hava, su qorunmalıdır. İnsan onu əhatə edən xarici mühitin bir hissəsidir. Xəstə mühitdə sağlam insan ola bilməz! Beyinin normal fəaliyyəti əzələ işi ilə də sıx bağlıdır. Dünyanın məşhur alimləri, yazıçıları bütün ömrü boyu əqli-yaradıcılıq işlərini fiziki-əzələ işlərilə növbələşdiriblər. Əzələ işi, fəal hərəkət beyin fəaliyyətini tənzim edir. Dahi Lev Tolstoy ciddi yaradıcılıqla məşğul olarkən hər hansı çətinliklə üzləşdikdə, beyinin yorğunluğu ilə əlaqədar yazısı istədiyi kimi alınmayanda açıq havaya çıxar, idmanla məşğul olar, qaçar, at çapar, velosiped sürər, yaxud hovuzda üzərmiş. Sonra çox asan və səmərəli işləyərmiş. Beyinin qidalandırıcı maddələrlə - arterial qanla və oksigenlə təmin olunması üçün normal və ciddi rejimlə (hər gün eyni saatda) qidalanmaq vacib şərtdir. Tez həzm olan, yaxşı-yumşaq bişən, vitaminlərlə zəngin qidalara üstünlük verilməlidir. Yağlı, şəkərli, duzlu, ədvalı, qızardılmış yeməklərdən çəkinmək vacibdir. Yapon alimləri isbat ediblər ki, sağlamlığın qorunması və beyin fəaliyyətinin tənzimlənməsi üçün balıqdan, xususən dəniz və okean balıqlarından maksimum istifadə edilməlidir. Təmiz bal beyinin normal işləməsi üçün vacibdir. Mütaliə ilə daima və ardıcıl məşğul olmaq, şeir əzbərləmək, düşünüb-nəticə çıxarmaq tələb edən məsələləri araşdırmaq, beyin hüceyrələrini hər an intensiv işləməyə yönəltmək beyini daima lazımi formada saxlayır. Beyinin fəaliyyəti beş yaşa qədər 90 faiz formalaşır. Bu baxımdan uşaqlarla ardıcıl məşğul olmaq, onların diqqətinin güclənməsinə çalışmaq vacibdir. Xoş rəftar, qayğıkeşlik, ədalətlilik, humanistlik uşaqlarda beyin fəaliyyətinin düzgün formalaşmasına əlverişli mühit yaradır. Yerli-yersiz, uşaqlara irad tutmaq, onları danlamaq, alçaltmaq, təhqir etmək, döymək narahat, əsəbi, aqressiv böyümələrinə, beyin fəaliyyətinin pozulmasına səbəb olur. Yaponlar uşaqları ciddi günah işlətdikdə də onlara xoş üz göstərib, qayğıkeşlik edirlər. Bəlkə buna görə də dünyanın ən ağıllı, düşüncəli adamları yaponlar sayılır, ən parlaq müasir texniki kəşflər onların adları ilə bağlıdır. Ardıcıl olaraq spirtli içkilərin qəbulu, siqaret çəkmək, narkotiklərə aludəçilik beyinin normal fəaliyyətini pozur, müxtəlif sarsıntılara zəmin yaradır. Həddən artıq yorğunluq, yuxusuzluq, emosional gərginliklər beyin qan dövranının və yaddaşın pozulmasına aparıb çıxarır. İnsan yaşa dolduqca beyin damarlarında skleroz prosesi artır, beyin hüceyrələri kifayət qədər qan və oksigen ala bilmir. Bu da öz növbəsində yaddaşın, yuxunun pozulmasına, baş ağrılarına, baş gicəllənmələrinə gətirib çıxarır. Beyinin vaxtından əvvəl qocalmasının qarşısını almaq üçün peşəkar həkimlərin məsləhətilə, tarixin sınaqlarından çıxıb, özünü doğrultmuş dərmanlar vaxtaşırı qəbul edilməlidir. İnsan yaşa dolduqca ağırlaşır, tənbəlləşir, istirahətə, uzanıb dincəlməyə meylli olur. Belə passiv vəziyyət beyinin qocalmasını tezləşdirir. Ahıl və qoca yaşlarda hər gün ardıcıl olaraq açıq havada kifayət qədər (azı bir saat) piyada gəzmək, yaşa və sağlamlıq durumuna uyğun olan idman hərəkətləri etmək beyinin "qocalmasını" ləngidir. Beynimizi - orqanizmi təşkil edən bütün üzvlərin şahını, idarəedicisini qoruyaq!
Qulu Ağsəs də qırxıncı otağın qapısını döydü. Bəlkə də qırxbirincinin. Döydü deyəndə ki, ömrün qırxla başlayan otağı qapısını taybatay açıb özü ona "xoş gəldin" dedi. Tələbəliyimin ikinci ilində, sıxıla-sıxıla, qorxa-qorxa Yazıçılar Birliyinə gəlib-getdiyim vaxtlarda balaca bir şeir kitabı keçmişdi əlimə. Daha doğrusu, kitabı dostum Əsəd Cahangirin stolunun üstündə görəndə "Ağsəs" təxəllüsünə rast gəlmədiyimdən maraqlı, həm də qəribə görünmüşdü mənə. İsa Muğannanın "İdeal" romanını xatırlayıb SafAğ elmi haqqında fikirləşmişdim və mənə elə gəlmişdi ki, bu təxəllüsü Qulu müəllimə İsa Muğanna verib. "Atam Ağsəs Cəfərqulu oğlunun əcəl elçisi kimi bu dünyaya təşrif buyurdum. Kişi məni ixtiyar yaşında dünyaya gətirdiyinə görə hakimi-mütləqin qəzəbinə tuş gəldi və qara-qırmızı vərəqəylə oyundan uzaqlaşdırıldı. Odur ki, özümü yaşamağa deyil, boşluğu doldurmağa məhkum olunmuşlardan sayıram...". Rəşad Məcid deyəndə ki,Qulu Ağsəsin qırx yaşı tamam olur, inanmadım. Amma üstünü də vurmadım. deyəndə ürəyimdən oldu, sinəmi qabağa verib özümdən razı halda dilləndim ki, niyə yaza bilmirəm, yazaram. Və qismətə bax ki,dörd il əvvəl onun haqqında yazmaq istədiyim sözlərimi taleyi qırx yaşında qarşıma çıxardı. Yolumu "Ulduz" jurnalının redaksiyasından salıb qapısını döydüm. Gülümsəyib başı ilə salamımı aldı. Mane olmaq istəmədim, aprel sayı Gənc Ədiblər Məktəbi üzvlərinin ixtiyarına verilən "Ulduz" jurnalının materiallarını təhvil vermək üçün gətirəcəyinə söz verən dostumuz Qisməti gözlədim. Həmin gün Qulu Ağsəslə üç saatdan çox söhbətimiz oldu. Ədəbiyyata gəlişini xatırladı, o vaxtlar yığışdıqları ədəbi məclisi, qazandığı dostları gözünün qabağına gətirdi. Ölümdən-itimdən yazdığına, həyatın hamının görə bilmədiyi qaranlıq künc-bucağını şeirə gətirdiyinə görə töhmətin, qınağın, tənqidin birinin bir qəpikdən üstünə gəldiyini, yox, hücüm çəkdiyini etiraf etdi. Hamının tanıdığı məşhur bir şairin qəbuluna düşüb "şeir gətirmişəm" demək üçün saatlarla qapı dalında gözlədiyini, sonra şeirlərini oxuyub rəy gözləyəndə redaktor şairin özündən çıxıb onu şeir gətirdiyinə peşman etməsini gözünün qabağına gətirəndə acı-acı gülümsəməsini gizlədə bilmədi. Ev-eşik, maşın, təqaüd dərdində olan şairin "mən ölümə gedən oldum" yazan gəncə qəzəblənib güldən-bülbüldən, çəmənzardan, sentimental sevgidən və başqa belə-belə şeylərdən yazmamasına görə ona az qala öz əlləri ilə "ölüm hökmü" kəsməsinin acılığını itirmək üçün yumorla danışdı. Bəlkə də bizi yormamaq, qorxutmamaq üçün... Qulu Ağsəsin şeirləri haqqında danışmaq vaxtı gəldi. Əlbəttə, hər birində həyat, insanlıq fəlsəfəsi gizlənən şeirlərində sufi psixologiyası, Şərqdə təsəvvüf, Qərbdə ekzistensializim adlanan baxışların hər hansı elementini axtarıb-aramaq niyyətində deyiləm. Nədənsə,onun şeirlərini oxuyanda bir anlıq düşündüm ki, poeziyamızı yaxşı və pis dəyərlərə bölüb qəliblənmiş mövzulardan o yana adlaya bilməyən şairlərin yaratdığı "təmiz" və "murdar" obrazları dağıtdı. Ürəyini, canını, qanını və Allahdan gizli olmayan sirlərini şeirdən gizlətmədi, oxucuya çox görmədi. Və onun bütün yaradıcılığındakı səmimiyyət, şıltaqlıq, təmizlik oxucu üçün yad, göydəndüşmə olmadı. Axırı xeyir olsun, qaşınır ovcum yenə. Bəndəyə borcum yenə. Tanımıram heç kəsi, Heç nəyə qarışmaram. Küsmüşəm bu dünyadan, Ölsəm də, barışmaram. Qulu Ağsəs şeirlərində az sözlə çox şey deyir və bəzən adamın ağlına gəlir ki, insanın gözə görünməyən, ölmüş hisslərini, duyğularını oyadan bu sözləri şıltaqlığına, ipə-sapa yatmadığına görə Allahın özü pıçıldayıb, ona nəsihət edir. Çıxamaq istəyirəm üzü qüruba- Apar dərgahına məni,Yaradan, Kimsəni yarıdammadım, Bəlkə səni yarıdam... Yaxud: Nə boydasan görən heylə? Bir ölçüyə gəlmirsən. Baş çəkmirsən qullarına. Bizə niyə gəlmirsən? Xofun yamandı,Allah! Bizi qırıb qurtarmamış. Mən doğulan gün dedilər. İstədim öləm, qoymadı, Lap nahaq yerə qoymadı. Tanrım bir daşı qıymadı.
İntiqam Mehdizadə kommunist düşüncəsinə milli ictimai düşüncəni qarşı qoyan və son 40-50 illik prosesdə bu düşüncənin oturuşub məfkurəyə, əməli fəaliyyətə çevrilməsi uğrunda mücadilə aparan ziyalı nəslinə mənsubdur. Özünəxas dəsti-xətti və nəcib şəxsiyyəti ilə Azərbaycan jurnalistikasına mötəbərlik gətirən bu aydının imzası oxucu kütləsinə 60-cı illərin sonlarından tanışdır. 70-ci illərdən isə dinləyici auditoriyasına da nüfuz etməyə başlayır. Musiqidə, təsviri sənətdə, teatr və ədəbiyyatda sürətli yeniləşmə prosesi getdiyi, müxtəlif yaradıcılıq sahələrinin, orada çalışan parlaq simaların bir-biri ilə səsləşərək ümummilli mədəniyyətimizin intibahını gəliştirdiyi belə bir tarixi dövrdə hər hansı şəkildə mühitdə olmaq böyük şans idi. O zamanlar üçün milli efir məkanında şəriksiz lider olan Dövlət Radio-Televiziya Komitəsində yaradıcı işdə çalışmaq bütün mühitlərdə təmsil olunmağa bərabərdi. Çünki dövrün şərtləri daxilində olsa belə, bu qurum ümumi mədəni-ictimai ab-havanı ehtiva edirdi. Elmimizə, sənətimizə möhürlərini vuran böyük şəxsiyyətlər burdan gəlib keçirdi. Müxtəlif yaradıcılıq təmayüllərinin təqdimatı bu məkanda gerçəkləşirdi. Fitrətən universal təfəkkürə malik olan İntiqam Mehdizadə belə bir mühitdə daha da cilalanaraq özündə jurnalist, publisist, sənətşünas, yazıçı, şair imkanlarını birləşdirən mütəhərrik bir qələmə sahibləndi. Yaxınlarda "Qarabağ" nəşriyyatında işığa çıxan "Karvanın sarvanı" kitabı da özünü sadəcə, jurnalist adlandıran bu mütəvazi sənət adamının plastik qələm məhsuludur. "Karvanın sarvanı" və "Duyğular" adlı iki bölümdən ibarət olan kitab janrca sintetik olduğu kimi, predmeti də müxtəlifdir. Sənədli hekayə, portret oçerk, esse, publisistik qeydlər, müsahibə kimi rəngarəng janrlarda qələmə alınan yazıların əhatə dairəsi geniş, zamanı hüdudsuzdur. Məhəmmədəmin Rəsulzadə, Heydər Əliyev, Ziya Bünyadov, Xudu Məmmədov, Şəfayət Mehdiyev, Şirməmməd Hüseynov, Əkrəm Cəfər, Əli Fəhmi, Soltan Hacıbəyov, Bəhram Mansurov, Qədir Rüstəmov, Şövkət Ələkbərova, Rübabə Muradova, Flora Kərimova, Barat Şəkinskaya, Əliağa Ağayev, Nəsibə Zeynalova, Səməndər Rzayev, Lətif Kərimov, Tofiq Cavadov, Mir Cəlal, İlyas Əfəndiyev, Əkrəm Əylisli, Rəsul Rza, Əli Kərim, Məmməd Araz, Fikrət Qoca, Ramiz Rövşən... Bir sözlə, xalqımızın son yüzildəki mədəni, ictimai- siyasi inkişafında böyük xidmətləri olan, fəaliyyətləri ilə gələcəyimizin təməllərini, yollarını müəyyənləşdirən görkəmli siyasi şəxsiyyətlər, elm fədailəri, aparıcı ədəbiyyat adamları, mədəniyyətimizin sönməz ulduzları. Bir qismi dünyalarını dəyişib tarixə çevrilən, bir qismi çağdaş tariximizi yaratmaqda davam edən bu müqtədir insanları bizlərdən uzun zamanlar ayırmadığı üçün gözümüzdə-könlümüzdədirlər. Fəqət, hər birimiz onları öz baxdığımız yerdən görürük. Bəs "Karvanın sarvanı"nın görümü necədir, mövcud təsəvvürlərimizə nələri əlavə edib, nələri dəyişdirib? Bu sualın cavabı hər kəsə, yəqin ki, kitabı oxuyanda bəlli olacaq və mən təəssürat fürsətini oxucuya buraxaraq olduqca həssas bir məqam üzərində dayanmaq istəyirəm. Birisi Buddanın yanına məsləhətə gəlir: "Bir işə başlamaq istəyirəm, öncə nədən başlayım?" Məqsəd fərdi olanda cavab da fərdiləşir, yəni hər kəs istək və arzusundan asılı olaraq özü üçün ən zəruri olanı müəyyənləşdirə bilər. Cəmiyyətin, qövmün, dünyanın hüzur və nizamı üçün hər kəsin ayrılıqda və hamının birgə görməli olduğu ən zəruri iş isə ilk növbədə Həqiqət və Ədalətə tapınmaqdır. Hesab edirəm ki, İntiqam Mehdizadənin yazıçı kimi gördüyü ən zəruri işlərdən biri məhz budur; karvanın sarvanı vəzifəsini (bu bir iddia deyil, sadəcə, bir bələdçi olduğunu göstərməkdir) üzərinə götürərkən mümkün qədər Həqiqət və Ədaləti başının üstündə görməsidir. Bunlar fəlsəfənin və gerçəkliyin elə mühüm kateqoriyalarıdır ki, bütün insani duyğular onların varlığından doğulur. "Duyğu insana xas olan, onu digər canlı varlıqlardan fərqləndirən, uca Allahın insana rəva bildiyi ali nemətdir. Onun gücünə kamilləşir, sərraf olur, yaxşının yaxşı, yamanın yaman yerini bilirik... Gözəllik duyğusu var, ağrı-əzab duyğusu var, ölüm duyğusu var. Bir də HƏQİQƏT duyğusu... Yaradıcı insanda həqiqət duyğusunun olması vacib şərtdir. "Duyğular" bölümünə girişdən gətirdiyimiz bu iqtibasda yazıçının mənəvi Konstitusiyasının ali meyarlara söykəndiyi bir daha təsbit olunur. Həqiqət duyğusu reallığı görməkdirsə, ədalət duyğusu reallıq içində doğrunu, haqlını görməkdir. Qarşıdakının sənə münasibətindən, uzaq-doğmalığından, ictimai-siyasi mövqeyindən asılı olmadan onun fəaliyyətini, cəmiyyətdəki, xalqın tarixindəki yerini dəyərləndirmək həm də böyük bir etiraf mədəniyyətidir. Normal cəmiyyətlərdə etiraf adi bir norma olduğu halda, təəssüf ki, bizlərdə mətahdır. Cəmiyyət qütbləşdiyinə, yox, qütbləşmək böyük sözdür, maraqlar üzrə qruplaşdığına görə, şəxsiyyətlərimizin dəyərləndirilməsi bir yana, adicə adlarının bir sırada çəkilməsi bəzən cəsarət kimi qəbul olunur. Bu böyük ağrıdır və mən bu ağrını xırdalamaq istəmirəm. Sadəcə, məmnunluq və ehtiram hissiylə demək istəyirəm ki, İntiqam Mehdizadə hər cür bölücülüyün fövqündə duran bütöv ziyalılarımızdandır. Zamanın səmt küləkləri onun Həqiqət və Ədalət tərəzisini əyə bilmədiyindən xalqımızın bütün böyüklərinə eyni sevgiylə yanaşır, onların hər birini öz tarixi, mənəvi statuslarında görür.Və bu Bütövlük, Duyğularına xəyanət etməmək, Haqqı Mövqenin ayağına verməmək qeyrəti təkcə "Karvanın sarvanı" üçün deyil, ümumiyyətlə, bu ziyalının bütün jurnalistlik, yazıçılıq fəaliyyəti üçün bariz göstəricidir. On ikinci əsr Azərbaycan mədəni mühitindən bəhs edən "Odlu diyar" romanı çoxumuza tanış olsa da, 80-ci illərə qədər əsərin müəllifi haqqında məlumat yox dərəcəsində idi. Ədəbiyyatımızda ilk tarixi romanlardan olmaqla, həm də Azərbaycan haqqında rusca yazılan, 1945-ci ildə A. Fadeyevin "Drujba narodov" jurnalında çap etdirdiyi bu qiymətli əsərin müəllifi Anatoli Zöhrabbəyov 37 yaşında dünyadan getdiyinə görə, üstəlik, onu tanıyanların az olması və biganəliyi səbəbindən məchul qalmışdı. Bu fəci taleli yazıçı haqqında mötəbər məlumatlar İntiqam Mehdizadənin apardığı israrlı araşdırmalardan sonra məlum oldu. Həmin araşdırmaların bəhrəsi kimi bu kitabda yer alan "Odlu diyarın Anatolisi" adlı yazı oxucuları məlumat qıtlığından çıxarmaqla yanaşı, müəllifin bir yazıçı kimi ən savab işlərindəndir. Mən yalnız bir faktı misal gətirdim. Ümumiyyətlə, peşəkar jurnalist qələminin məhsulu olan "Karvanın sarvanı" informasiya yüküylə, enerji və hissiyyatla zəngindir. Fikrimcə, bunun əsas səbəbi müəllifin kənar müşahidəçi qismində deyil, iştirakçı, hətta tərəf müqabili statusunda olmasıdır. Əslində isə müəllifin bəzən müsahib, bəzən də təhkiyəçi, şərhçi qismində qəhrəmanlarının yanında olması, onlara məhrəmliyi və içəridən baxması ədəbi-bədii ştrixlər verdiyi portretlərin real fakturasını yaxın məsafədən işıqlandırmaqla yanaşı, yaradıcılıqda vacib olan energetik amili də gücləndirir. Və bütün bunlar "Karvanın sarvanı"nın ömürlü bir kitab olacağına dəlalət edir.
Kazımbəy nəsli: iki yüz il Rusiya ilə birlikdə. 2001-ci ildə rus dilində "Rusiya şərqşünaslığında Azərbaycan məktəbi" adlı monoqrafiyam çap olunmuşdu. Onun bir nüsxəsini mərhum dövlət başçısı Heydər Əliyevə təqdim etmək qərarına gəldim. Prezident kitabı götürüb yarıciddi-yarızarafat tərzdə: "Biz sənə məsul vəzifə tapşırmışıq. Belə işlərlə pensiyaya çıxandan sonra məşğul olarsan!" Kitabın çoxdan yazıldığını, 11 il əvvəl müdafiə etdiyim doktorluq dissertasiyası əsasında hazırlandığını bildirdim. Prezident mündəricata və şəkillərə baxdı. Sonra: "Sən bilirsənmi ki, bu Kazımbəylərin biri Rusiyanın mühüm keşişlərindən olub?" Mən şərqşünas-alim Mirzə Kazımbəyin Rusiya Sinodu yanında müqəddəs kitabların tatar dilinə tərcüməsi üzrə komissiyanın üzvü kimi fəaliyyətindən danışmağa başladım. O vaxt Kazım bəy soyadlı bir nəfər Moskva Patriarxatlığında işləyirdi. Yəqin eyni nəsildən olarlar. Aradan illər keçəndən sonra maraqlandım və nəticədə bu yazı meydana çıxdı. Azərbaycanəsilli ziyalılar, elm və sənət adamları, ictimai-siyasi və hərbi xadimlər yüz illər boyu dünyanın müxtəlif ölkələrində yaşayıb fəaliyyət göstərmiş, fərqli xalqların mədəniyyətinə və dövlətçilik institutlarına xidmət etmişdilər. Tarixi zərurət nəticəsində elmi-ədəbi fəaliyyət sahəsini seçən soydaşlarımız əsərlərini yaşadıqları ölkələrin dillərində yaratmış, bir sıra hallarda isə mənsub olduqları xalq və doğma vətənləri ilə əlaqələrini tamam itirmişdilər. Təəssüf doğuran haldır ki, həmvətənlərimizin bəziləri zaman keçdikcə hər bir insan üçün ən böyük sərvət olan ana dilini unutmuş, övladlarını milli ruhda tərbiyə edib böyütməyin qayğısına yetərincə qalmamışdılar. Onların arasında dini və milli mənsubiyyətlərini xüsusi nəzərə çarpdırmamağa çalışanlara, ad və soyadlarını, hətta dinlərini dəyişənlərə də təsadüf olunur. Başqa xalqların eyni tale yaşayan, lakin milli köklərindən, din və dilindən ayrılmayan, hətta ayrılsa belə genetik cəhətdən bağlı olduğu etnosla əlaqələrini üzməyən insanları ilə müqayisədə, bu təbii ki, son dərəcə hüznlü və kədərverici haldır. Və belə hallarda mən həmişə böyük Cavidin Topal Teymurun dili ilə azərbaycanlılar haqqında dediyi çox da xoş səslənməyən sözlərin sənətkarın qəlb ağrısından və ürək yanğısından başqa bir şey olmadığı həqiqətinə bir daha inanıram... Amma nə etmək olar? Necə deyərlər, tarix heç zaman şərt şəklini qəbul etmir. Belə şəxsiyyətlərin-yəni, mühacirətin milli köklərdən uzaqlaşmış ayrı-ayrı nümayəndələrinin Azərbaycan xalqının, onun tarix, ədəbiyyat, elm və mədəniyyətinin ayrılmaz tərkib hissəsi kimi öyrənilməsi nə dərəcədə zəruri və məqsədəuyğundur? Millətin bu cür "yolunu azmış oğulları"nı Rembrandtın məşhur tablosundakı şəfqətli ata kimi qəbul edib bağrımıza basmağımız nə dərəcədə məntiqidir? Milli mədəniyyətimiz adlar, şəxsiyyətlər, hadisələr baxımından yetərincə zəngin və rəngarəngdir. Bəlkə də bu zənginlik fonunda Azərbaycana bağlılıqları sadəcə etnik mənsubiyyətdən ibarət olan, müəyyən səbəblər üzündən milli-mənəvi duyğuları öz xalqı ilə bölüşməyən, onun yaşantı və mübarizələrinə qatılmayan, yaxud bunu istəməyənləri "özümüzünkü" saymaq bir qədər qeyri-vətənpərvər təsir bağışlaya bilər. Amma belə yanaşma tərzi əslində daha çox ilk baxışdan meydaha çıxan emosional qənaətdir. Ani hisslər isə heç də həmişə ən yaxşı bələdçi və yolgöstərən sayıla bilməzlər. Bu yaxınlarda professor Rudolf İvanovun bütün həyatı boyu Rusiya imperiyasına sədaqətlə xidmət etmiş azərbaycanəsilli sərkərdə, çarın çoxmilyonlu müsəlman təbəələri içərisindən yetişən yeganə general-adyudantı (doğrudur, daha əvvəllər Tarkovsk şamxalı və Buxara əmiri də bu rütbəyə layiq görülmüşdülər. Lakin rus ordusu və çar sarayı ilə birbaşa bağlılıqları olmadığından onların təyinatı daha çox simvolik mahiyyət daşıyırdı) Hüseyn xan Naxçıvanski (1863-1919) haqqında kitabını oxudum. Heydər Əliyev Fondu rus tarixçisinin diqqətini bu mövzuya cəlb etməklə həqiqətən də xeyirxah iş görmüş, keçmiş Rusiya imperiyasının hərb tarixində mühüm yer tutan parlaq simalardan birini layiqincə tanıtmağa imkan yaratmışdır. Obıvatel nöqteyi-nəzərindən Hüseyn xanın Azərbaycan qarşısında hər hansı xidməti olmayıb. Hətta Rusiya imperiyasının süqutundan sonra tarixi vətəni müstəmləkə asılılığından xilas olub müvəqqəti müstəqillik qazananda digər hərbçi həmvətənləri - generallar Mehmandarov, yaxud Şıxlinski kimi nüfuz, bilik və təcrübəsinə böyük ehtiyac duyan xalqının yanına qayıtmayıb, torpağının yardımına tələsməyib. Buna zərurət hiss etməyib. Əksinə, çarizmin süqutu ərəfəsində son ana qədər öz suvereninə - II Nikolaya sədaqətini mühafizə edib, onu hər vasitə ilə taxt-tacdan imtina fikrindən daşındırmağa çalışıb. Və bütün bunların müqabilində ikinci vətəni saydığı uzaq, soyuq Peterburqda ÇK tərəfindən 1919-cu ilin yanvar ayında məhkəməsiz, mühakiməsiz güllələnib. Nəslinin davamçıları generalın sədaqətlə xidmət etdiyi və həyatını qurban verdiyi Rusiyada özlərinə yer tapa bilməyiblər. İndi ABŞ-da, Fransada və digər ölkələrdə yaşayırlar. Lakin istənilən halda Hüseyn xan bir sıra görkəmli şəxsiyyətlər yetirmiş Naxçıvan torpağının övladıdır, ilk baxışdan bizə bir az ögey görünsə də, böyük və keşməkeşli Azərbaycan tarixinin ayrılmaz hissəsidir. Çünki ən azı fərdi insani keyfiyyətləri, hərbi məharəti sayəsində Azərbaycan türkünün kim olduğunu, hansı dəyərləri yaşatdığını öz şəxsi nümunəsi və yüksək ləyaqəti ilə imperiyanın ən yuxarı dairələrində yüzlərlə, bəlkə də minlərlə insana nümayiş etdirmişdi. Monarxiyaya Hüseyn xan Naxçıvanskidən az sədaqətli olmayan və az xidmət göstərməyən başqa bir azərbaycanlı - Rusiyada şərqşünaslıq elminin yaradıcılarından biri kimi tanınan Mirzə Məhəmmədəli Hacı Qasim oğlu Kazımbəy - Aleksandr Qasımoviç Kazımbəy (1802-1870) də öz taleyini bu şimal ölkəsi ilə gənc yaşlarında bağlamışdı. 1826-cı ildən başlayaraq bütün şüurlu həyatını Rusiya elminə xidmət etmiş, Qazan və Peterburqda dünya miqyasında tanınan şərqşünaslıq mərkəzləri yaratmışdı. Əslində Dərbənd şeyxülislamının oğlu Rusiyaya deyil, daha uzaqlara-Britaniyaya getmək istəyirdi. Şotland missionerlərinin təlqinləri ilə böyük tərəddüd və daxili sarsıntılardan sonra xristianlığın presvetrian məzhəbini qəbul edən Mirzə Kazımbəy özünü pravoslav Rusiyasında deyil, Avropada görürdü. Çar hökuməti isə gələcəkdə hər hansı bir şəkildə Rusiya əleyhinə istifadə olunmasının qarşısını almaq üçün onu Sibirin dərinliklərinə göndərməyi - Omsk Asiya məktəbinə Şərq dilləri müəllimi təyin etməyi daha məqsədəuyğun saymışdı. Taleyin qəribə gərdişi- yolüstü məntəqələrdən biri olan Qazanda xəstələnməsi və yerli universitet rektorunun hüsn-təvəccöhünü qazanması onun həyatını kökündən dəyişmişdi. Mirzə Kazımbəy Rusiyada təkcə elmi məktəbin yaradıcısı və dünya şöhrətli şərqşünas deyil, həm də imperiyanın zadəgan ailələri sırasında özünə yer tutan qollu-budaqlı bir nəslin banisi oldu. Azərbaycanla bağlılıqları daha çox rusiyalı və qərbli üçün ekzotik səslənən soyadlarında, bir də iki yüz ilə yaxın vaxt keçməsinə baxmayaraq dəyişməyən şərqli görkəmlərində mühafizə olunan bu nəslin nümayəndələri ikinci vətənlərinin-Rusiyanın elmi və ictimai-siyasi həyatında mühüm pol oynamışdılar. Nəslin Rusiyadakı banisinin - Aleksandr (Mirzə Məhəmmədəli) Kazımbəyin şərqşünaslıq irsi və pedaqoji fəaliyyəti haqqında indiyə qədər həm Azərbaycanda, həm də Rusiya, Tatarıstan və Dağıstanda az yazılmamışdır. Onun bir sıra mühüm tədqiqatlarını əhatə edən "Seçilmiş əsərləri" 1985-ci ildə Bakıda akademik Ziya Bünyadovun və professor Ağababa Rzayevin redaktorluğu ilə çap olunmuşdur. Mən isə bu yazıda daha çox alimin özünün, habelə övladlarının, yaxınlarının, ümumilikdə Kazımbəy nəslinin həyatı ilə bağlı şəxsi səciyyəli, mövcud tədqiqatlarda öz əksini tapmayan məqamlara toxunmağı daha məqsədəuyğun saydım. Maraq doğuran cəhət Hüseyn xan Naxçıvanski ailəsi kimi Kazımbəylər ailəsinin də Rusiya hakimiyyət dairələrinin ən yüksək təbəqəsi ilə kifayət qədər yaxın münasbətlərə malik olmasıdır, Rusiya cəmiyyətində silinməz və yaddaqalan izlər buraxmasıdır. Təbii ki, onlar təkcə əsl-nəsəbləri ilə deyil, həm də şəxsi keyfiyyətləri, bilik və bacarıqları ilə fərqlənmiş, eyni zamanda tamamilə fərqli və özünəməxsus mədəniyyətin daşıyıcıları kimi rus ictimai-mədəni fikrinin diqqətini cəlb etmişdilər. Rus aristokratiyası bu insanların simasında Şərqi və Azərbaycanı daha yaxından tanımaq imkanı qazanmışdı. Müqayisə üçün qeyd edim ki, ilk gəncliyindən başlayaraq bütün şüurlu həyatını Rusiyada keçirən Hüseyn xan Naxçıvanski xüsusi mömünlüyü ilə seçilməsə də ömrünün sonuna qədər islama etiqadını qoruyub saxlamışdı. Amma onun baronessa Sofiya Traube ilə nikahdan doğulan oğulları - xan Nikolay və xan Georgi (Yuri) Naxçıvanskilər, habelə qızı, xanım Tatyana Naxçıvanskaya atalarının razılığı ilə xristianlığın pravoslav (anaları lüteran idi-V.Q.) məzhəbini qəbul etmişdilər. Xristianlığa öz istəyi ilə 21 yaşında keçən Mirzə Kazımbəy nisbətən gec- 1842-ci ildə Qazan quberniyasının yoxsullaşmış zadəgan ailəsinin qızı Praskovya Kostlivseva ilə evlənmişdi. Həmin il o, xanımını və iki azyaşlı oğlunu itirmişdi. Mənbələrdə alimin bir dəfə rəsmən evlənənə qədər, bir dəfə isə həyat yoldaşının vəfatından sonra vətəndaş nikahı əsasında ailə qurması haqqında məlumatlara təsadüf olunur. Qazanda Natalya Molostvova ilə izdivacdan təxminən 1840-cı ildə qızı Olqa (ərə gedəndən sonra Bolıqina soyadını almışdı), doğulmuşdu. Nikolay ailənin rəsmi varisləri - atabir bacısı ilə qardaşı tərəfindən tanındığı və qəbul edildiyi üçün onun Kazımbəy soyadını daşımasına razılıq verilmişdi. O, Qazan quberniyasında taxılçılıq və otçuluq təsərrüfatlarının sahibi olmuş, iflasa uğradıqdan sonra isə 1907-ci ildə Qazanda "Müflisləşməyimin səbəbləri" adlı kitabça çap etdirərək imperiyanın aqrar siyasətinə qarşı çıxmışdı. Vəfat tarixi (1918) Nikolay Kazımbəyin də bolşevik terrorunun qurbanı olduğunu düşünməyə əsas verir. Nəhayət, Mariya Yefremovanın Qazanın Arsk qəbiristanlığındakı məzar daşının üzərindəki "Mariya Yefremova-Kazımbəy" yazısı alimin nikahdankənar qızının da nəsil soyadına bağlılığının göstəricisi sayılmalıdır. Ailə şəcərəsinin rəngarəngliyindən göründüyü kimi, Mirzə Kazımbəy din dəyişimindən sonra inanclı xristiana çevrilsə də, bəzi məsələlərdə səciyyəvi müsəlman mentalitetindən çox da uzaqlaşa bilməmişdi. Alimin rəsmi nikahdan doğulan qızı Olqa Kazımbəy ənənəvi ev təhsili almış, rus və fransız dillərini öyrənmişdi. Sonralar o, həm də atasının ilk bioqraflarından biri kimi tanınmışdı. XIX əsrin 90-cı illərində Kazımbəylər nəsli ilə bağlı bir sıra tarixi sənəd və materialları "Russkiy arxiv", "Russkiy invalid" kimi jurnallarda dərc etdirmişdi. Olqa Aleksandrovna atasının xeyir-duası ilə 1866-cı ildə məşhur rus şairi, Puşkinin gənclik dostu Yevgeni Boratınskinin oğlu Nikolay Boratınski ilə ailə qurmuşdu. Bu izdivacdan onların babasının şərəfinə Aleksandr adı verdikləri oğulları, Olqa, Yekaterina və Kseniya adlı qızları doğulmuşdu. Yeri gəlmişkən, Yekaterina Boratınskaya anasının söhbətlərinə əsasən onun gənclik həyatı ilə bağlı xatirələrini qələmə almışdır. Burada Mirzə Kazımbəyin Peterburqdakı azsaylı müsəlman icmasının nümayəndələri, ilk növbədə isə İran səfiri ilə ailəvi dostluq əlaqələrini, yaxud Şimal paytaxtına gəlmiş Buxara əmiri ilə görüş və münasibətlərini işıqlandıran maraqlı səhifələr var. 1907-ci ildə oktyabristlər partiyasından III Dövlət Dumasına deputat seçilmişdi. Duma çarın əmri ilə dağıdıldıqdan sonra Qazan yaxınlığındakı ailə mülklərində yaşamış və öz təsərrüfatını idarə etmişdi. 1918-ci ildə bolşeviklər Mirzə Kazımbəy ailəsinin digər yaxınları kimi A.Boratınskini də güllələmişdilər. Dmitri adlı oğlu və Olqa adlı qızının olduğu mənbələrdə öz əksini tapmışdır. Çox güman ki, onlardan biri, yaxud da hər ikisi bolşevik cəhənnəmindən xilas ola bilmişdilər. Çünki Boratınski-Kazımbəy nəslinin davamçılarının ABŞ-da yaşadıqları haqqında məlumatlar mövcuddur. Mirzə Kazımbəyin öz adını verdiyi oğlu Aleksandr Aleksandroviç Kazımbəy Paj korpusunda oxumuş, habelə Peterburq universitetində ali hüquq təhsili almışdı. Mənsəb pillələri ilə sürətlə irəliləyərək nisbətən gənc yaşlarında Ədliyyə Nazirliyində idarə rəisi vəzifəsinə yüksəlmiş, eyni zamanda imperator sarayının qofmeysteri və senator təyin olunmuşdu. Onun məşhur rus hüquqşünası F.Koninin gənclik dostu olması və birlikdə hüquqi islahatlar layihələri üzərində çalışmaları məlumdur. A.A.Kazımbəy 1867-ci ildə qraf Tolstoyların nəslindən olan Mariya Lvovna Tolstaya ilə evlənmşdi. Mariyanın atası, böyük rus yazıçısının adaşı Lev Tolstoy Qazan ətrafında geniş torpaq sahələrinin sahibi idi. Onun qızına cehiz kimi verdiyi 3 min desyatinə yaxın əkinə yararlı torpaq və meşəlik senator A.Kazımbəyi həm də Qazan quberniyasının iri mülk sahiblərindən birinə çevirmişdi. Lakin pis idarəçilik ucbatından bu torpaq sahələri bir müddət sonra ailə üçün əlavə başağrısına çevrilmişdi. Mariya Lvovnanın Qazan Universitetinin nadir kitablar və əlyazmalar fondunda saxlanan "Gündəliklər"ində Kazımbəylər ailəsinin artıq tamam ruslaşmış ikinci nəslinin yaşam tərzi və yüksək cəmiyyətdəki əlaqələri üzərinə yetərincə işıq salınır. Maraqlıdır ki, Mirzə Kazımbəyin yardımı ilə Peterburq Universitetinə Şərq dilləri mühazirəçisi vəzifəsinə təyin olunan və erkən yaşlarında həyatdan köçən tatar maarifçisi Hüseyn Feyzxanovun (1821-1865) qızı Əminə də bir müddət bu ailənin himayəsində yaşamışdı. Başqa bir diqqəti çəkən cəhət isə həmin Əminə Feyzxanovanın Peterburqda Azərbaycan əsilli rus senatorunun şəxsində özünə himayəçi tapdığı halda radikal inqilabçılara- "Narodnaya volya"nın üzvlərinə rəğbət bəsləməsi idi. O, hətta daha uzağa gedərək himayəsinə sığındığı qatı monarxist ailənin uşaqlarını da mütləqiyyətə qarşı mübarizə və xalqçılıq ideyaları ilə maraqlandırmaq fikrinə düşmüşdü. Mariya Lvovnanın gündəliklərində bu məsələ ilə bağlı xof və qorxu ifadə edən sətirlər az deyil. Lakin bir müddət sonra Əminə yaşamaq üçün özünə başqa yer tapmış, beləliklə də yalnız yaxşılıqlarını gördüyü ailənin narahatlıqlarına son qoyulmuşdu. İnsafən təpədən dırnağa qədər zadəgan bir xanım olan Mariya Lvovna da əndişəsini yalnız kağıza etibar etmiş, gənc tatar qızının qəlbinə dəyən, qüruruna toxunan hər hansı sözə, yaxud hərəkətə yol verməmişdi. A.A.Kazımbəyin vaxtsız vəfatından sonra özünün daimi gəlir mənbələrinin çoxundan məhrum olan ailə, təbii ki, maddi çətinliklərlə üzləşmişdi. Lakin bu, Mariya Lvovnanın uşaqlarına yaxşı təhsil verməsinə mane ola bilməmişdi. Mirzə Kazımbəyin qız nəvəsi Praskovya Kazımbəy (1873-1943) Smolnı Nəcib Qızlar İnstitutunu bitirərək sonuncu rus imperatrçəsi Aleksandra Fyodrovnanın freylinaları sırasında yer almışdı. Praskovya sarayda və aristokrat dairələrdə həm də gözəl rəsm əsərlərinin müəllifi və mahir fortopiano ifaçısı kimi tanınmışdı. İlk gənclik illərində Praskovya Kazımbəylə Rusiyada hüquq təhsili alan bolqar əsilli tələbə, sonralar üç dəfə Bolqarıstanın baş naziri, habelə xarici işlər və iqtisadiyyat naziri vəzifələrini tutan Aleksandr Malinov (1867-1938) arasında bir eşq macərası yaşanmış, hətta onlar rəsmən nişanlanmışdılar. Yaxınlarının intizarla gözləmələrinə baxmayaraq izdivac baş tutmamışdı. Ailə qaynaqlarından gələn xəbərlərə görə burada ananın - Mariya Lvovnanın müəyyən təsiri, bəlkə də günahı olmuşdu. Nikah pozulsa da, Praskovya ilə Aleksandr Malinov arasındakı səmimi münasibətlər sonralar da davam etdirilmişdi. Mirzə Kazımbəyin yeganə qız nəvəsi isə həyatının sonuna kimi ailə qura bilməmişdi. Həm 1904-1905-ci illərdəki rus-yapon savaşı zamanı, həm də Birinci Dünya müharibəsi dövründə bir sıra digər freylinalar kimi Praskovya Kazımbəy də imperatriçə Aleksandra Fyodrovna və böyük knyaginalarla birlikdə şəfqət bacısı qismində hərbi qospital və lazaretlərdə yaralılara tibbi yardım göstərmişdi. Bəlli səbəblər üzündən Praskovya bolşevik hakimiyyətini qəbul etməmişdi. Hətta daha irəli gedərək fəal mübarizə yolunu seçmiş və öz yerini Ağ ordu sıralarında tapmışdı. İnqilab burulğanları bu tənha qadını Sibirə, admiral Kolçakın yanına gətirib çıxarmışdı. Hərbi qatarın sanitarı olmuş, qırmızılara qarşı döyüşlərdə iştirak etmişdi. Lakin digər çar generalları kimi Ali Baş Komandan Kolçak da məğlubiyyətə uğradıqdan sonra ayrı çıxış yolu tapa bilməyən Praskovya Kazımbəy Sibirdən ailəsinin vətəni sayılan Qazana qayıtmaq məcburiyyəti qarşısında qalmışdı. Və bir vaxtlar babasının alim kimi şöhrət qazandığı bu şəhərdə həyatını digər bir müharibə - İkinci Dünya savaşı illərində yoxsulluq, ehtiyac, tənhalıq içərisində başa vurmuşdu. Yəqin ki, gizli dövlət müşavirinin qızı, çariçənin freylinası, Kolçakın əsgəri və bolqar nazirin keçmiş nişanlısı olmuş bu tənha qadının sovet xüsusi xidmət orqanlarının diqqətini cəlb etmədən, dünyadan öz əcəli ilə köçməsi Stalin rejiminin nadir istisnalarından biri sayıla bilər. Mirzə Kazımbəyin oğlan nəvəsi Lev Aleksandroviçə (1876-1952) gəldiksə isə o da ailə ənənələrini davam etdirərək Rusiyanın nüfuzlu təhsil müəssisəsini-Paj korpusunu bitirmişdi. Xanımı Nadejda Gennadiyevna Şpigelberq rus-alman mənşəli idi. Mənsub olduğu ailə imperiyanın hərb və diplomatiya tarixində müəyyən izlər qoymuşdu. Xanımının ana tərəfdən babası polkovnik Aleksey Zubin imperatorun şəxsi qvardiyasının zabiti olmuşdu. Alman əsilli atası Gennadi Şpigelberq isə rus diplomatı idi. Nadeşda Şpigelberq 1881-ci ildə Misirdə doğulmuş, yeddi yaşına kimi İskəndəriyyədə yaşamışdı. Bir sözlə, onun da Şərqə, islam dünyasına virtual da olsa, müəyyən bağlılığı vardı. Lev Kazımbəy mənsəb pillələri ilə sürətlə irəliləmişdi. O, qvardiya zabiti kimi elitar hərbi hissələrdə xidmət etmişdi. Qazan Zadəganlar məclisinin sədri və fəxri hakim, habelə Vilnodakı (indiki Vilnüs-V.Q.) Zadəgan Bankının və Kəndli Bankının direktoru olmuşdu. Cəmiyyətdə böyük nüfuza və geniş əlaqələrə malik idi. Şöhrətli ulu babasından düz yüz il sonra - 1902-ci ilin fevralında Qazanda Lev və Nadejda Kazımbəylərin ailəsində nəslin banisinin adını daşıyan Aleksandr Kazımbəy dünyaya gəldi. (Ümumiyyətlə, bu ailədə yeni doğulan körpələrə baba və nənənin adını vermək ənənəsi özünə möhkəm kök salmış və nəsilbənəsil təkrarlanmışdı). Bir vaxtlar "rus şərqşünaslığının patriarxı" (N.Berezin) zirvəsinə yüksələn Mirzə Kazımbəy kimi nəticəsi də öz adını Rusiya tarixinin səhifələrinə həkk edə bilmişdi. Vilayət QULİYEV.
Elçin İsgəndərzadəyə Çingiz Aytmatov Mükafatı təqdim edilib. Dünya ədəbiyyatının görkəmli simalarından olan Çingiz Aytmatovun xatirəsini əbədiləşdirmək naminə Atatürk Tarix, Dil və Kültür Yüksək Kurumunun rəhbəri professor Sadık Kemal Turalın təşəbbüsü ilə Qaziantep Sənət Topluluğu tərəfindən Beynəlxalq Aytmatov Ədəbiyyat Mükafatı təsis edilib. Mükafatın hər il türk dünyası ədəbiyyatına böyük xidmətlər göstərən şəxsə təqdim edilməsi nəzərdə tutulub. Bu il martın 6-da Atatürk Tarix, Dil və Kültür Yüksək Kurumunun toplantı salonunda keçirilən ilk təqdimat mərasimində Türkiyənin tanınmış ziyalıları, elm və mədəniyyət xadimləri, yazarları iştirak ediblər. Mükafat komissiyasının sədri şair-araşdırmaçı Əminə Sevinc Öksüzoğlu böyük yazarın adını daşıyan beynəlxalq mükafata birinci olaraq azərbaycanlı şair, "Vektor" Beynəlxalq Elm Mərkəzinin prezidenti professor Elçin İsgəndərzadənin layiq görüldüyünü açıqlayıb. Ə.S.Öksüzoğlu E.İsgəndərzadənin geniş miqyaslı, elmi-ədəbi-mədəni fəaliyyət göstərən ziyalı kimi dəyərləndirərək, laureatın mərhum Ç.Aytmatovla yaxın ünsiyyətdə olduğunu önə çəkib. Mükafat komissiyasının sədr müavini İsmət Bora Binatlı və komissiyanın üzvü Mehmet Nuri Barmaksız, digər çıxış edənlər - Nail Tan, İsa Kayacan, Vali Halil Nemətoğlu, Oktay Öksüzoğlu E.İsgəndərzadənin bu mükafata layiqli namizəd olduğunu vurğulayıblar. Qeyd edək ki, E.İsgəndərzadə bu yaxınlarda daha iki xarici ölkədə yeni uğurlara imza atıb. Aprelin 14-də Moskvada, Rusiya Yazıçılar Birliyinin (RYB) konfrans salonunda E.İsgəndərzadənin yaradıcılıq gecəsi keçirilib. Gecədə şairin RYB tərəfindən Moskvadakı "AST" nəşriyyatında çap edilən "Krılatıe etyudı" kitabının təqdimatı olub. Yaradıcılıq gecəsini RYB-nin katibi, Moskva təşkilatının icraçı direktoru şair Vladimir Boyarinov açaraq müəllifin şeirlərini rus dilinə tərcümə edərkən çox böyük məmnunluq hissi duyduğunu dilə gətirib, azərbaycanlı şairin həyat və yaradıcılığı haqqında geniş məruzə edib. Sonra V.Boyarinov E.İsgəndərzadənin Rusiya-Azərbaycan-Türkiyə ədəbi əlaqələrindəki xidmətlərini yüksək dəyərləndirərək, RYB idarə heyətinin qərarı ilə onun Vladimir Mayakovski Ordeni ilə təltif olunduğunu və sözügedən birliyə üzv seçildiyini bildirib. Rusiya Ali Akademik Attestasiya Komissiyasının (AAK) sədri Andrey Li çıxışında E.İsgəndərzadənin texnika elmləri üzrə doktor və professorluğu ilə yanaşı, filoloji sahədə də çoxdan bu ünvanlara layiq olduğunu əsas gətirərək, AAK tərəfindən alimin filologiya elmləri doktoru dərəcəsinə və professor adına layiq görüldüyünü söyləyib. Xatırladaq ki, eyni alimin müxtəlif profilli elm sahələri üzrə doktorluq dərəcəsi daşıması ölkəmizdə ilk hadisədir. Sonra tədbir iştirakçılarından RYB katibləri İvan Qolubniçiy və Maksim Zamşev, Ümumrusiya Azərbaycanlıları Konqresinin icraçı direktoru Eldar Quliyev, şairlərdən Svetlana Şimanskaya, Valeri İvanov-Taqanski, Vladimir Nikitin, professorlar Mehdi Şərifov, Altay Mikayılzadə, Moskvada yaşayan azərbaycanlı şairlər Nəsib Nəbioğlu, Sultan Mərzili və Sabir Abdulla çıxış edərək kitab haqqında fikirlərini bildiriblər. Mərasimdə ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlunun E.İsgəndərzadəyə ünvanladığı təbrik məktubu da oxunub. Kitabdakı şeir və poemaları rus dilinə V.Boyarinov, M.Zamşev, M.Vəkilov, S.Heydərova və İ.Lovkova tərcümə ediblər. Bu yaxınlarda şairin "Bir ümid Xarıbülbül" kitabı Makedoniya Yazarlar Birliyi tərəfindən "Makavey" nəşriyyatında çap olunub. Kitabı makedon dilinə tanınmış türk şairi Əsəd Bayram və Branko Svetkoski çeviriblər.
Ədliyyə generalı Bəhruz Mahmudov mənə telefon açaraq deyəndə ki, atası - yəni unudulmaz Rəşid Mahmudov haqqında xatirələr kitabı hazırlayır və xahiş edəndə ki, mən də bir neçə söz yazım, doğrusu, bu, mənim üçün çox xoş bir xəbər oldu, çünki Rəşid müəllim mənim həyatda rast gəldiyim və ünsiyyətdə olduğum o insanlardan biridir ki, onun xatirəsi nəinki yaxınlarının ürəyində yaşamalıdır; bu xatirələr qələmə alınmalıdır ki, onların şəxsiyyəti və gördüyü işlər haqqında onları şəxsən tanımayanlarda da bir təsəvvür yaratsın. Söhbət ləyaqətlə yaşanmış ömürdən gedir. Ləyaqətlə yaşanmış bir ömrün izi-sorağı isə bizim bu fani dünyamızdan öz sahibi ilə bərabər getməməlidir, çünki ləyaqətli hər bir ömür ləyaqətin çatışmadığı çağdaş dünyamızda hər dəfə bir örnək olmalıdır. Mən Rəşid müəllimlə nə vaxt tanış olmuşam?-bu sualın cavabını dəqiq xatırlaya bilmirəm, amma onunla ilk ünsiyyətimiz, sonrakı uzun illər davam edən və qarşılıqlı hörmətə, etibara söykənən münasibətimizin başlanğıc nöqtəsi aradan 36 il (!) keçməsinə və o "başlanğıc nöqtəsi"nin tamam sadəliyinə və iddiasızlığına baxmayaraq, təfərrüatı ilə mənim yadımdadır. Mən lap uşaq çağlarımdan etibarən - hələ 50-ci illərin əvvəllərində gənc Məsud yenicə ailə həyatı qurduğu Rəna xanımla birlikdə Şuşa Yaradıcılıq Evinə istirahətə gəldiyi zamanlardan - onu tanıyırdım, sonralar - 1957-ci ildən onun ömrünün sonuna qədər Bakının keçmiş Hüsü Hacıyev küçəsindəki eyni binada (məşhur Yazıçılar Evində) qonşu olduq, 1965-ci ildən - mən aspiranturaya daxil olduqdan sonra isə eyni institutda - Nizami adına Ədəbiyyat İnstitutunda birgə çalışdıq - mən gənc bir ədəbiyyat adamı, o isə yaşının azlığına baxmayaraq artıq məşhur olan görkəmli bir tənqidçi və ədəbiyyatşünas kimi. Həmin tragik 23 iyunda, o bürkülü yay gecəsi İlyas Əfəndiyev də, mən də Əli Vəliyevin çəkdiyi ağrıların ağrısına-acısına dözməyərək, Məsudgilin axın-axın insanlarla dolub boşalan və son dərəcə ağırlaşmış bir aura altında olan mənzilindən çıxdıq, İlyas Əfəndiyev evə getdi, mən isə Məsudgilin blokunun həyət qapısı ağzında dayanıb, siqaret çəkirdim və bir azdan Rəşid müəllim də yas yerindən çıxıb, pilləkanları aşağı düşdü, məni görüb dayandı, cibindən siqaret çıxarıb: - Kibritini ver...- dedi və siqaretini yandırdı. Biz siqaret çəkə-çəkə bir müddət üzbəüz dayandıq və qəribədir, bir kəlmə kəsməsək də, o dəqiqələrdə, elə bil ki, bizim aramızda, əgər belə demək mümkünsə, telepatik bir doğmalıq yaranmışdı - həm də kədərli düşüncələr içində olan bir doğmalıq. Mənim bildiyim dərəcədə Rəşid müəllimin Məsud Əlioğlu ilə xüsusi bir dostluğu yox idi, amma onun o dəqiqələrdə elə bir sarsıntı içində olması, əlbəttə, ürəyinin həssaslığından, təbiətinin kövrəkliyindən, düşüncələrinin zənginliyindən xəbər verirdi. Həmin gündən sonra Rəşid müəllimlə harda rastlaşırdıqsa, yaxın adamlar kimi mehriban görüşürdük, hal-əhval tuturduq, yaşımız arasındakı fərqə baxmayaraq, get-gedə, deyə bilərəm ki, bir-birimizə bir dost münasibəti bəsləyirdik. O vaxt Rəşid müəllim ölkənin hakimi-mütləqi olan Mərkəzi Komitənin ideoloji şöbəsində bölmə müdiri vəzifəsində çalışırdı və dövrün kontekstində o vəzifənin nüfuzu müqabilində bir çox başqalarından fərqli olaraq sadə və təvazökar bir adam idi və mən sonrakı illərdə böyük vəzifələrdə çalışdığı vaxtlarda da onu beləcə sadə və təvazökar gördüm, indicə dediyim o həssaslıq, o kövrəklik, daxili aləminin zənginliyi, eləcə də xüsusi qeyd etmək istədiyim xeyirxahlığı həmişə onunla birlikdə idi. Eyni zamanda, gözəl yumor hissinə malik səmimi bir insan idi və hərdən ürəkdən də gülməyi var idi. "Gülməyi var idi"- dedim, tragi-komik bir əhvalat yadıma düşdü. 1970-ci illərin sonları idi, Rəşid müəllim Zaqatala Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsində işləyirdi və biz - bir dəstə ədəbiyyat və incəsənət xadimi Yaradıcı Gənclərin Ümumrespublika Seminarını keçirmək üçün Zaqatalaya getmişdik. Seminar Rəşid müəllimin şəxsi nüfuzuna görə Zaqatalada keçirilirdi. Yazıçı Anarla mən o zaman Zaqatalanın prokuroru vəzifəsində işləyən (sonralar o da general rütbəsi aldı) və çox hörmətcil ev sahibi olan Akif Rəfiyevgildə qalırdıq. Seminarı keçirdik və Bakıya qayıtmazdan əvvəl rayonun milis rəisi və mehriban, son dərəcə koloritli bir adam olan rəhmətlik Kamandar Qəhrəmanov bizi, yəni məni, bəstəkar Xəyyam Mirzəzadəni və Anarı Katex sahilində, dağların qoynundakı gözəl Şəlaləyə qonaq apardı. Yayın cırhacırında yaz çəməni kimi yamyaşıl, güllü-çiçəkli çöldə ocaq qalayıb, kabab çəkib, gözəl bir məclis qurduq, geri qayıdanda isə Katex çayını keçərkən qəflətən selə düşdük və əsil möcüzə nəticəsində - bu möcüzənin də əsas qəhrəmanı boylu-buxunlu, pəhləvan cüssəli Kamandar Qəhrəmanov oldu - xilas ola bildik. Mən bu macəra haqqında əvvəllər də hardasa yazdığım üçün, təfərrüatına varmıram, təkcə elə onu deyim ki, bizim mindiyimiz "Villis" maşınını selə düşdüyümüz o yerdən yeddi-səkkiz kilometr aralıqda dəmir yumağına çevrilmiş bir vəziyyətdə tapmışdılar. Bu xəbəri, yəni bizim selə düşməyimizi eşidən Rəşid müəllim, xilas olmağımıza baxmayaraq, həddən artıq həyəcan keçirdi və mənə: - Katexin seli bilirsən nə deməkdir? Rəşid müəllimin xeyirxahlığını xüsusi qeyd etdim, çünki bu xeyirxahlığın mən, nəinki başqaları ilə, özümlə də bağlı şahidi olmuşam. 7-8) sonra oxucular arasında da, ədəbi ictimaiyyətdə də böyük maraqla qarşılandı, bir çox məqalələr yazıldı, amma əsərin kitab kimi nəşri gecikirdi, daha doğrusu, gecikdirilirdi. Məsələ burasında idi ki, Mərkəzi Komitədə şöbə müdiri işləyən bir yoldaş - onun adını çəkmirəm, çünki bu gün çox da gözəl olmayan bir həyat sürməkdədir - romandakı orta əsr səfillərinin və ümumiyyətlə, cəmiyyətinin təsvirində sovet cəmiyyətinə "mənfi" işarələr, əsərdə cərəyan edən hadisələrlə müasir sovet dövrü arasında "ezop dilli" paralellər axtarıb tapmışdı və məsələ get-gedə yoğunlamağa başlayırdı. Məni o "yoğunlama" yox, "Mahmud və Məryəm"in tezliklə nəşri narahat edirdi və həmin günlərdən birində dənizkənarı bulvarda təsadüfən Rəşid müəllimlə rastlaşdım, bərabər gəzişməyə başladıq. O zaman Rəşid müəllim respublikanın ən yüksək mətbu tribunası olan "Kommunist" qəzetinin baş redaktoru vəzifəsində işləyirdi, mən isə Yazıçılar İttifaqının katibi idim. Qayğılı olduğumu görüb, səbəbini soruşdu, mən də "Mahmud və Məryəm"in nəşri ilə bağlı nigarançılığımı, həmin şöbə müdiri ilə münasibətlərimizin gərginliyini dedim. Üç-dörd gündən sonra MK Bürosunda bizim hasabatımızdır. - Xasiyyətimin bir az cod olduğunu bildiyi üçün (Yazıçılar İttifaqındakı bəzi müşavirə və müzakirələrdə iştirak edirdi), həmin başabəla şöbə müdirinin adını çəkdi: - Onunla dava-dalaş eləmək lazım deyil. Sən məqaləni mənə çatdır. Həmin gecə 8 martla bağlı bir yazı yazıb, səhər Rəşid müəllimə göndərdim və dörd-beş gündən sonra eşitdim ki, MK Bürosunun iclasında "Kommunist"in hesabatı zamanı Rəşid Mahmudov mənim o yazımın üstündə xüsusi dayanıb, sonra fürsətdən istifadə edərək "Mahmud və Məryəm"lə bağlı redaksiyaya çoxlu oxucu məktubları gəldiyini deyib, romanı tərifləyib və şöbə müdiri dostumuzun da iştirak etdiyi o iclasda Büro üzvlərindən Ramiz Mehdiyev və Həsən Həsənov da roman haqqında müsbət fikir söyləyiblər. Çox keçmədi ki, güclü və zəhmli Mərkəzi Komitə Bürosunda beləcə "bəraət" qazanmış "Mahmud və Məryəm" kitab halında 40 min tiirajla nəşr edildi, qısa bir müddətdə satılıb qurtardıqdan sonra yenidən 40 min tirajla təkrar nəşr olundu. Sonralar Rəşid müəllim Mətbuat Komitəsinin sədri vəzifəsinə təyin edildi və onunla görüşlərimiz, telefon söhbətlərimiz daha da intensivləşdi. Bu görüşlərin, telefon söhbətlərinin tam əksəriyyəti özümlə yox, başqa istedadlı yazıçıların, xüsusən cavanların kitablarının nəşri, onların işə götürülmələri (ya da işdən azad olunmamaqları!) göydən asılı qalmadı: kitablar nəşr olundu, istedadlı cavanlar işə götürüldü, təsadüfən şuluqluq etmiş bəzi cavanlar da işdən azad olunmadı... O zaman nəşriyyatların planları Yazıçılar İttifaqında müzakirə olunurdu, bu planlar tutularkən çox zaman cavanların - yeni nəfəslə, həvəslə ədəbiyyata gələn, yaradıcılıqlarının mahiyyətini kiflənmiş sosializm realizminə qarşı bədii-estetik protest təşkil edən istedadlı yazıçıların, şairlərin, tənqidçilərin əsərləri kənarda qalırdı və Rəşid müəllimin iştirak etdiyi həmin müzakirələrdə də mən bu məsələləri qaldıranda daima onun xeyirxah münasibətinin şahidi olmuşam. Rəşid müəllimin bilavasitə və aktiv müdaxiləsi nəticəsində dediyim həmin cavanların kitabları nəşriyyatların planına daxil edildi və bir çoxu da mənim ön sözüm, redaktəm ilə nəşr olundu. Nəşr olunan o kitabların, mənim də o dövrdə çıxan kitablarım daxil olmaqla və ümumiyyətlə, yüzlərlə digər kitabların hamısında Rəşid müəllimin adı olmasa da, qayğısı, təəssübkeşliyi, təşəbbüsü, zəhməti, xeyirxahlığı var. Savab qazanmaq üçün bundan gözəl nə ola bilər? Rəşid Mahmudov bu dünyadakı missiyasını şərəflə yerinə yetirib haqq dünyasına köçdü.
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış. Hörmətli oxucular, ötən məqalədə ali təhsilin cəmiyyətin və şəxsiyyətin inkişafında rolu, ölkəmizdə ali təhsil sahəsində mövcud olan bir sıra problemlər barədə məlumat vermişdim. Bu məqalədə digər problemlərlə bağlı fikirlərimi sizinlə bölüşmək istəyirəm. Təhlil göstərir ki, ali məktəblərimizin kadr potensialının inkişafına, istedadlı gənclərin bu vacib sahəyə cəlb olunmasına kifayət qədər diqqət yetirilmir. Bir sıra ali məktəblərdə isə bu göstərici daha yüksəkdir. Bəzi ali məktəblərdə isə elmi dərəcəsi olmayan yaşlı müəllimlərin sayı daha çoxdur. Ali məktəblərdə idarəetmə strukturlarında fəaliyyət göstərənlərin yaş tərkibinin təhlili göstərir ki, bu sahədə də ciddi problemlər mövcuddur. Belə ki, bəzi ali təhsil müəssisələrində prorektorlar, dekanlar və kafedra müdirlərinin əksəriyyəti pensiya yaşını ötmüşdür və müasir dövrdə ali təhsil qarşısında duran vəzifələrin yerinə yetirilməsi prosesinə rəhbərlik edə bilmirlər. Ayrı-ayrı universitetlərdə bu vəziyyət daha acınacaqlıdır. Ali təhsil müəssisələrində gənc və perspektivli kadrların inkişafı və irəli çəkilməsi, kadr tərkibinin yaxşılaşdırılması, müasir təfəkkürlü gənc mütəxəssislərin idarəetmə strukturlarına cəlb edilməsi sahəsində zəif iş aparılır. Universitetlərin inkişaf proqramları, strateji planları olmadığı kimi, kadr siyasəti sahəsində də aydın planları mövcud deyildir. Nəzərə alsaq ki, ümumilikdə təhsilin keyfiyyəti bilavasitə peşəkar və müasir düşüncəli kadrlardan asılıdır, onda bu sahədə görülməli işlərin miqyasının nə qədər geniş olduğunu dərk edərik. Fikrimcə, ali məktəblərdə çevik və müasir idarəetmənin olmaması da bilavasitə idarəetmə strukturlarında fəaliyyət göstərənlərin mühafizəkarlığı, yeniliyi qəbul etməməsi, müasir tələblərlə ayaqlaşa bilməməsi ilə birbaşa bağlıdır. Azərbaycan Respublikası Prezidentinin "Ali təhsil müəssisələrində çalışan işçilərin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında" 08.09.2008-ci il tarixli sərəncamı və onun icrası ilə bağlı Nazirlər Kabinetinin "Dövlət büdcəsindən maliyyələşən ali təhsil müəssisələrində çalışan işçilərin yeni vəzifə maaşlarının və vəzifə maaşlarına əlavələrin təsdiq edilməsi haqqında" 12.09.2008-ci il tarixli 210 nömrəli qərarı ilə ali məktəblərdə rektor, prorektor, dekan, kafedra müdiri ştatları vəzifə statusu qazanmış və əvvəlki dövrlərdən fərqli olaraq, həmin vəzifələrdə işləyənlər üçün yüksək vəzifə maaşı və ona əlavələr müəyyən olunmuşdur. Buna baxmayaraq bir çox ali məktəblərdə hələ də prorektorlar, dekanlar paralel olaraq kafedra müdiri vəzifəsini də daşıyırlar ki, bu da mövcud qaydalara ziddir. Prorektorun da, dekanın da, kafedra müdirinin də kifayət qədər vəzifə funksiyaları və öhdəlikləri vardır ki, onların yerinə yetirilməsi elə də asan deyildir. İki vəzifə daşımaq, əlbəttə, fəaliyyətin səmərə və keyfiyyətinə də mənfi təsir göstərir. Konkret misallara müraciət edək. Uzun müddət ali məktəbdə çalışan şəxs kimi düşünürəm ki, kafedra müdiri və dekan vəzifəsi ali məktəbdə ən məsul vəzifələrdəndir. İndiki vəziyyətdə fakültə dekanı və kafedra müdiri fakültədə və kafedrada işlərin təşkili, tədris planı və proqramlarının, cədvəllərin tərtibi, müəllimlərin işə qəbulu, semestr və dövlət imitahanlarının təşkili və onlara nəzarətin həyata keçirilməsi, bütövlükdə təhsilin keyfiyyətinin idarə olunması məsələlərinə cavabdeh olan şəxslərdir və onlar yalnız 0,5 ştat hesabı ilə müvafiq kafedralarda müəllim kimi çalışa bilərlər. Fikrimcə, universitetlərdən kənarda fəaliyyət göstərən millət vəkillərinin, nazirlərin və digər vəzifə sahiblərinin kafedra müdiri kimi fəaliyyət göstərməsi də, əslində, ali məktəbin inkişafına mane olmaqdan başqa bir şey deyildir. Hesab edirəm ki, belə hallar təxirəsalınmadan aradan qaldırılmalı, həmin vəzifələr gənc və perspektivli kadrlara həvalə olunmalıdır. İndi isə məni daha çox düşündürən əlavə təhsil barədə. Etiraf edim ki, müəllimlərin bacarıqlarının artırılmasında mühüm əhəmiyyət kəsb edən ixtisasartırma təhsili üzrə beynəlxalq təşkilatlarla birlikdə müəyyən işlər görsək də, problemlərimiz daha ciddidir. Fasiləsiz təhsilin mühüm tərkib hissəsi olan bu sahədə dünya təcrübəsinə uyğun müasir model və mexanizmlər hazırlasaq da, praktikada səmərəli tətbiq edə bilməmişik. Təhlil göstərir ki, "öyrədənlər" özləri kifayət qədər peşəkar və səriştəli deyildir, müəllimlərin ehtiyacları lazımi səviyyədə qiymətləndirilmir, mövcud ixtisasartırma proqramları müəllimlərin ehtiyaclarını təmin etmir, fəal təlim texnologiyalarının tətbiqinə diqqət yetirilmir, ixtisasartırmanın nəticələrinə görə müəllim fəaliyyəti stimullaşdırılmır. İxtisasartırma təhsili müəssisələrində müəllimlərin ixtisasları üzrə lazımi bilik və bacarıqlara yiyələnməməsi cəmiyyətdə həmin təhsil müəssisələrinə inamın azalmasına və haqlı narazılıqlara səbəb olur. İxtisasartırma təhsilinə hər il on minlərlə müəllim cəlb olunur, xeyli dövlət vəsaiti sərf edilir, lakin bunun müqabilində müəllimlər lazımi bacarıqlar əldə etmirlər, bu kursların formal olduğunu bilərək ümumiyyətlə ixtisasartırma tədbirlərinə həvəslə gəlmirlər. Bu sahədə mövcud problemlərin aradan qaldırılması məqsədilə Təhsil Nazirliyi tərəfindən "Fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığının konsepsiya və strategiyası" sənədi hazırlandı və 2007-ci ildə Hökumət tərəfindən təsdiq olundu. Bu sənədlə gələcək üçün müəyyən etdiyimiz perspektivlər, əsasən, təkmil normativ-hüquqi bazanın yaradılması, bu sistemdə zəruri struktur dəyişikliklərinin aparılması, yeni kurikulumların hazırlanıb təsdiq edilməsi, müasir monitorinq və qiymətləndirmə sisteminin tətbiqindən ibarətdir. Hazırda əlavə təhsil konsepsiyası haqlı olaraq təhsil ictimaiyyəti tərəfindən geniş müzakirə olunan məsələlərdən biridir. Konsepsiyanın yeniliyini və hazırda təhsil sistemimiz üçün əhəmiyyətini nəzərə alaraq, əlavə təhsil barədə bir qədər ətraflı məlumat vermək istərdim. Müasir dövrdə əlavə təhsil və peşəkarlıq səviyyəsinin inkişaf etdirilməsi fasiləsiz təhsilin tərkib hissəsi olmaqla, peşə-ixtisas müəssisəsini bitirən və təhsil haqqında dövlət sənədi olan hər bir vətəndaşın fasiləsiz təhsil almaq imkanları sistemi kimi başa düşülür. Bu, bir tərəfdən müəllimin yaradıcı potensialının inkişaf etdirilməsinə, digər tərəfdən təhsilin və onun idarə edilməsinin müasirləşdirilməsi məqsədilə pedaqoji işçilərin və rəhbər pedaqoji kadrların peşə hazırlığının, elmi-pedaqoji qabiliyyətlərinin və peşəkarlıq səviyyəsinin müxtəlif yollarla inkişaf etdirilməsinə xidmət edir. Əlavə təhsil və peşəkarlıq səviyyəsinin inkişaf etdirilməsi pedaqoji kadrların, cəmiyyətin və dövlətin təhsil tələbatlarının hərtərəfli ödənilməsi məqsədilə peşə-ixtisas təhsilinə əlavə olaraq təhsil proqramları və xidmətləri vasitəsilə həyata keçirilir. Fasiləsiz təhsilin hər bir mərhələsində əlavə təhsilin əsas məqsədi şəxsiyyətin inkişafından, intellektual və peşə baxımından onun fasiləsiz təkmilləşdirilməsindən ibarətdir. Əlavə təhsil proqramlarına ümumtəhsil, peşə-ixtisas və əlavə təhsil müəssisələrində, dayaq məntəqələrində və ümumiyyətlə, müvafiq lisenziyası olan digər müəssisələrdə həyata keçirilən müxtəlif yönümlü təhsil proqramları daxildir. Müasir dövrdə əlavə təhsilin ixtisasartırma, təkmilləşdirmə, stajkeçmə, yenidənhazırlanma, yaşlıların təhsili və sair kimi istiqamətləri müyəyyənləşdirilmişdir. Əlbəttə, bu istiqamətlərin hamısı barədə bir məqalədə məlumat vermək çətin olardı, onlardan yalnız bəzilərinə toxunmaq istəyirəm. İxtisasartırma təhsili dedikdə, pedaqoji kadrların və rəhbər pedaqoji işçilərin öz peşə fəaliyyəti dövründə (və ya müəyyən müddət pedaqoji fəaliyyətdə olmayan dövrdə) mütəmadi olaraq peşəkarlıq səviyyəsini, peşə ustalığını, elmi-nəzəri biliklərini artırmaq məqsədi ilə şəxsi ehtiyac və tələbatlarına uyğun gələn, o cümlədən yenilikləri və dəyişiklikləri əks etdirən tədris plan və proqramları üzrə təhsil almaları nəzərdə tutulur. Stajkeçmə xüsusi ayrılmış müəssisələrdə yüksək ixtisaslı mütəxəssisin rəhbərliyi altında nəzəri biliklərin təsrübi bacarıq və vərdişlərlə əlaqələndirilməsini nəzərdə tutur. Peşə-ixtisas müəssisələri üzrə pedaqoji heyətin ixtisasının artırılması üçün nəzərdə tutulan tədris plan və proqramlarına, lazım gəldikdə, stajkeçməyə dair ayrıca blok əlavə olunur. Bununla belə, nəzəri hazırlıq planlaşdırılmadan da qabaqcıl texnika və texnologiya ilə tanış olmaq məqsədilə? elmi laboratoriya və emalatxanalarda stajkeçmə tədbirləri təşkil edilə bilər. Pedaqoji işçilərin stajkeçməsi pedaqogika, psixologiya və metodika sahələri üzrə bilik və bacarıqların artırılması ilə tamamlanaraq, həmin kateqoriyadan olan müəllimlərin tam əlavə təhsilini təmin edir. Stajkeçmə ikimərhələli proses olmaqla, peşə-ixtisas təhsili müəssisələrində çalışan professor-müəllim, pedaqoji kadr, mühəndis-müəllim kimi kateqoriyalı işçilərin əlavə təhsilidir. Bu cür təhsil şəbəkəsinə ali məktəblərin baza kafedraları, müvafiq ixtisasartırma müəssisələri və fakültələri, ixtisas profilinə uyğun elm, təhsil və istehsalat müəssisələri, təcrübə-sınaq stansiyaları aiddir. Kadrların təkmilləşdirilməsi prosesi əlavə təhsildə gedən bir proses olmaqla, tədrisin keyfiyyətinin yaxşılaşdırılması məqsədi daşıyır və aşağıdakı proseslərin və ya tədbirlərin vəhdətini özündə ehtiva edir: pedaqoji, psixoloji, metodiki sahədə, dərs vəsaiti və dərsliklərdə, eləcə də tədris plan və proqramlarında, təlim və informasiya texnologiyalarında olan yeniliklərlə operativ tanışlıq, öz həmkarları ilə təcrübə mübadiləsi;. distant ötürmə vasitəsilə yeni materialların əldə olunması, bu istiqamətdə fikir mübadilələrinin aparılması; aktual mövzuların dinlənilməsi üçün sahə üzrə qabaqcıl mütəxəssislərin dayaq məntəqələrinə dəvət olunması, problem mövzular ətrafında təhlillərin təşkili; dərslərdə kollektiv iştirak, konkret metodikanın aprobasiyası, nəticələrin təhlili; kadr hazırlığı, əlavə təhsil sahəsində tətbiq olunan plan və proqramlara, eləcə də yeni dərslik və dərs vəsaitlərinə dair əsaslandırılmış təkliflərin verilməsi; "öyrədənləri öyrədən" statuslu müəllim və metodistlərlə diskussiyaların keçirilməsi; daimi özünütəhsil. Təkmilləşdirmə daha geniş anlayış olmaqla, əlavə təhsilin yuxarıda göstərilən digər tərkib hissələrinə təkanverisi proses xarakteri daşıyır, özünütəhsil formasında müəllim hazırlığının fasiləsizliyini təmin edir. Pedaqoji kadrların mütəmadi olaraq təkmilləşdirilməsi gələsək ixtisasartırma və yenidənhazırlanma təhsilini formalaşdırır, müəllimlərin ilkin hazırlığı prosesində mövcud olan çatışmazlıqların aradan qaldırılmasını və onların? hazırlığının keyfiyyətcə yüksək səviyyədə olmasını təmin edir. Əlavə təhsil və peşəkarlıq səviyyəsinin inkişaf etdirilməsi müəllimlərin və pedaqoji prosesin digər subyektlərinin dörd səviyyədə hazırlanması şəklində həyata keçirilir: 1)?müəllimlərin, metodistlərin, rəhbər işçilərin və digər pedaqoji kadrların praktiki fəaliyyət istiqaməti üzrə ixtisasının artırılması və təkmilləşdirilməsi;. 2)?pedaqoji kadrların elmi tədqiqatçılıq fəaliyyəti sahəsində ixtisasının artırılması və təkmilləşdirilməsi;. 3)?pedaqoji və qeyri-pedaqoji ixtisaslı kadrların pedaqoji ixtisaslar üzrə yenidən hazırlanması;. 4)?qısamüddətli təhsil proqramları üzrə təhsil səviyyəsinin və dərəcənin yüksəldilməsi. Əlavə təhsil və peşəkarlıq səviyyəsinin inkişaf etdirilməsi aşağıdakı modellər üzrə həyata keçirilir: -ixtisasartırma və ya baza peşə-ixtisas təhsili müəssisələrində treninqlər;. -təhsil müəssisəsi şəraitində treninqlər;. -kaskad modeli üzrə treninqlər ("öyrədən"lərin öyrədilməsi və müəllimlərin dayaq məntəqələri vasitəsilə ixtisasartırma və təkmilləşmə proseslərinə cəlb edilməsi);. -texnologiyalara əsaslanan treninqlər;. -şəxsi tədqiqata əsaslanan ixtisasartırma və təkmilləşmə;. -müxtəlif təşkilatlar tərəfindən ixtisasartırma sistemindən kənar keçirilən kurslar və treninqlər. Qeyd etmək lazımdır ki, əlavə təhsilin əsas istiqamətlərindən biri olan ixtisasartırma təhsilinin beynəlxalq təcrübəyə uyğun təşkili üçün bir sıra problemlərin həlli vacibdir. Həmin problemlərdən biri məhz bu təhsilin strukturunun müasir tələbləri ödəməməsi ilə bağlıdır. Belə ki, ixtisasartırma təhsili müəssisələri tərəfindən təklif edilən proqramlar bu təhsilə cəlb olunan müəllimlərin ehtiyaclarına uyğun hazırlanmır, ümumiyyətlə bu ehtiyacların dəqiq müəyyənləşdirilməsi sahəsində etibarlı mexanizmlər işlənməmişdir. Etiraf etmək lazımdır ki, bu sahədə sovet dövründəki təcrübədən çox da uzağa gedə bilməmişik. O zaman da hər 5 ildən bir müəllimlər məcburi şəkildə ixtisasartırma kurslarına göndərilirdilər, formal olaraq kursdan keçmələri barədə sənəd alırdılar. Xatırlayıram ki, həmin dövrdə Bakı Dövlət Universitetində işləyərkən mən özüm də belə kurslardan keçmişəm, hətta Moskvada stajkeçmə tədbirlərində də iştirak etmişəm. Lakin bu kurslar müddətindən asılı olmayaraq, müəllimlərə praktik vərdişlər aşılamırdı, bir çox hallarda o zamankı SSRİ-nin müxtəlif şəhərlərinə ixtisasartırma kurslarına və stajkeçməyə göndərilənlər şəxsi karyerası, elmi-tədqiqat işləri ilə əlaqədar problemlərinin həllinə daha çox səy göstərirdilər. İxtisasartırma təhsili sahəsində beynəlxalq təcrübə ilə tanışlıq göstərir ki, dünyada bu sahədə fərqli mexanizmlər tətbiq olunur, ixtisasartırma təhsili modul-kredit sisteminə əsaslanaraq 3 moduldan ibarət təşkil olunur. Hər modul üzrə kreditin həcmi müəyyənləşdirilir, məsələn hər modul üçün 30 kredit. Birinci modul ümumpedaqoji, psixoloji, sosioloji məsələləri, ikinci modul tədris metodikası və təlim strategiyalarını, üçüncü modul isə sərbəst modul adlanır və seçmə kursları, yəni müəllimin arzusuna uyğun təşkil ediləcək kursları əhatə edir. Xüsusi vurğulamaq lazımdır ki, ixtisasartırma tədbirlərinə başlamazdan əvvəl hər bir müəllimin bacarıqlarının ilkin diaqnostikası aparılır (giriş qiymətləndirilməsi), treninq proqramları da qiymətləndirmənin nəticələrinə uyğunlaşdırılır. Sonda isə yekun monitorinq aparılır (çıxış qiymətləndirilməsi). Modullar üzrə zəruri kreditləri toplayan müəllimlər sertifikat alır, bu sertifikatlarda kursun adı, müəllimin əldə etdiyi bacarıqların səviyyəsi, saatların miqdarı, toplanan kreditlərin sayı qeyd edilir. Bu sənəd müəllimin karyerasının inkişafı və əməyinin stimullaşdırılmasında mühüm rol oynayır ki, bu da ixtisasartırma təhsilinin statusunu yüksəldir və ona marağı artırır. Burada bir əhəmiyyətli cəhət də ondan ibarətdir ki, təhsil müəssisələri və ictimaiyyət müəllimlərə verilən sertifikatlara inanır və onu qəbul edirlər. Çünki bu sənədi almamışdan əvvəl kursun, treninqin monitorinqi aparılır, həm "öyrədən"lərin, həm də "öyrənən"lərin fəaliyyəti dəqiq qiymətləndirilir. Eyni zamanda bu monitorinq və qiymətləndirmə mexanizmi işin daha da təkmilləşdirilməsi üçün təkliflərin hazırlanmasına imkan verir. Beynəlxalq təcrübədə ixtisasartırma təhsilinin maliyyələşdirilməsi də bizdə olduğundan tam fərqlidir. Azərbaycanda ixtisasartırma təhsili üçün vəsait əsasən bu təhsili həyata keçirən müəssisələrə verilir. Yəni həmin müəssisənin təqdim etdiyi xidmətin səviyyəsindən asılı olmayaraq, büdcə vəsaiti ixtisasartırma təhsili müəssisəsinə yönəldilir. Dünya təcrübəsində isə belə təhsil müəssisələri vəsaiti özləri qazanırlar, yəni öz proqramlarını elan edirlər, bu proqramlar akkreditasiyadan keçirilib müsbət rəy aldıqdan sonra müəllimlərin seçimi əsasında kurslar təşkil edilir və ixtisasartırma üçün nəzərdə tutulmuş vəsait həmin müəssisəyə yönəldilir. Əgər müəssisənin təklif etdiyi proqramlar müəllimlər tərəfindən seçilməzsə, onda həmin müəssisə vəsait əldə edə bilmir. Bir fərq də ondan ibarətdir ki, ölkəmizdə ixtisasartırma təhsili yalnız dövlət təhsil müəssisələrində həyata keçirilir, beynəlxalq təcrübədə isə dövlət müəssisələri ilə yanaşı, bu fəaliyyətlə daha çox özəl qurumlar, QHT-lər məşğul olurlar ki, bu da rəqabət mühitinin formalaşmasına gətirib çıxarır. Bir maraqlı məqamı da hörmətli oxucuların diqqətinə çatdırmaq istəyirəm. Ölkəmizin 7 məktəbində İngilis dilinin intensiv tədrisi üzrə layihəni başlayarkən bu dili tədris edəcək müəllimlərin müasir metodlarla hazırlanması məsələsini həll etmək istəyirdik, bu məqsədlə British Council təşkilatına müraciət etməli olduq. Çünki bizim ixtisasartırma təhsili müəssisələrində onları istədiyimiz səviyyədə hazırlaya bilməyəcəkdik. Həmin təşkilat qısa müddətdə treninq proqramını hazırladı, Böyük Britaniyadan məsləhətçi də dəvət edərək bu treninqləri keçirdi və Təhsil Nazirliyi bunun üçün təşkilata maliyyə vəsaiti köçürməli oldu. Maliyyə vəsaitinin beynəlxalq təşkilata köçürülməsində qarşımızda bir sıra problemlər yarandı, çünki Təhsil Nazirliyi heç zaman ölkə daxilində ixtisasartırma tədbiri üçün beynəlxalq təşkilatla müqavilə bağlayıb maliyyə vəsaiti ödəməmişdi. Əlbəttə, hesab edirəm ki, bu sahədə yeni mexanizmlərin tətbiqi Azərbaycanda da özəl qurumların, QHT-lərin və beynəlxalq təşkilatların ixtisasartırma tədbirlərində iştirakına şərait yaradacaq. Bu sahədə ən ciddi problemlərdən biri də "öyrədən"lərin hazırlıq səviyyəsinin müasir tələbləri ödəməməsi ilə bağlıdır. Gələcəkdə diqqət yetirəcəyimiz əsas məsələlərdən biri də məhz daha çox sayda peşəkar və səriştəli "trener"lərin hazırlanmasıdır. Daha bir maraqlı məqamı diqqətinizə çatdırmaq istəyirəm. Cari dərs ilindən ümumtəhsil məktəblərinin I siniflərində yeni fənn kurikulumlarının tətbiqinə başlamışıq. Yeni kurikulum tətbiq edilən siniflərdə işləyən 9 minədək müəllim üçün treninqlər keçirmişik. Ötən müddətdə aparılan monitorinqlər göstərdi ki, heç də bütün müəllimlər həmin treninqlərdə lazımi bacarıqlara yiyələnməmişlər. Bunun əsas səbəblərindən biri məhz kifayət qədər peşəkar trenerlərin olmaması idi. Hazırda növbəti dərs ilində I siniflərdə işləyəcək müəllimlər üçün trenerlərin hazırlanması və müəllimlərin bu treninqlərdən keçirilməsi sahəsində iş aparırıq. Nazirlikdə mənim iştirakımla bir neçə dəfə bu məqsədlə müzakirələr aparmışıq. Məni düşündürən və narahat edən odur ki, treninq materialları müəllim üçün zəruri olan məlumatları özündə əks etdirsin, anlaşıqlı dildə olsun və müəllimə elə formada təqdim edilsin ki, o, praktikada qazandığı bacarıqları tətbiq edə bilsin. Təsəvvür edin ki, müəllimlər tam yeni məlumatları - fənn kurikulumlarının strukturu və məzmunu, yeni təlim strategiyaları, təlimin planlaşdırılması, yeni qiymətləndirmə mexanizmlərinin tətbiqi, yeni dərsliklərlə işin xüsusiyyətlərini mənimsəməli, həm də praktik bacarıqlar əldə etməlidirlər. Bu səbəbdən hətta təklif etdim ki, mənim iştirakımla trenerlərdən biri canlı bir treninq təşkil etsin və biz qiymətləndirmə aparaq, özümüz üçün aydınlaşdıraq ki, ölkəmizin ucqar bir kənd məktəbində işləyən müəllim keçiriləcək treninqdən lazımi bacarıqları əldə edə biləcəkmi. Onu da qeyd etmək istəyirəm ki, əslində, bütün bu treninqlər ixtisasartırma təhsili müəssisələrində bu müəssisələrin əməkdaşları tərəfindən keçirilməlidir, lakin təəssüflər olsun ki, həmin müəssisələrdə kifayət qədər səriştəli və bu məsuliyyətli işi çiyinlərində apara biləcək əməkdaşların sayı çox azdır. Digər bir çətinlik onunla bağlıdır ki, istər orta məktəb, istərsə də ali məktəb müəllimləri köhnə üsullarla işləməyi daha asan yol kimi seçirlər, yeniliyə, yeni metodların tətbiqinə səy göstərmirlər. Təhsil Nazirliyi 10 ildir ki, fəal/interaktiv təlim metodlarının tətbiqi sahəsində iş aparır. Beynəlxalq təşkilatlarla birlikdə çoxlu layihələr də həyata keçirmişik, minlərlə müəllimlər hazırlamışıq. Lakin narahatlıq doğuran haldır ki, hələ də fəal/interaktiv təlim ixtisasartırma təhsili müəssisələrinin fəaliyyətinin əsas istiqamətinə çevrilməyib, bir sıra hallarda bu sahədə pərakəndə iş aparılır, lakin müasir dövrdə fəali təlim texnologiyalarının keyfiyyətli təhsilin əsası olması hamı tərəfindən dərk edilmir. Doğrudur, son illərdə Azərbaycan Müəllimlər İnstitutu tərəfindən əlavə təhsilin təkmilləşdirilməsi istiqamətində müsbət addımlar atılıb, bir sıra məzmun dəyişiklikləri edilib, proqramlar yeniləşdirilib, təlimlərin keçirilməsi üçün lazımi infrastruktur formalaşdırılıb. Lakin hesab edirəm ki, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi sahəsində AMİ və onun filiallarının səyləri daha da artırılmalıdır. Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu bu proseslərə daha fəal cəlb olunmalı, təşəbbüskarlığı artırmalıdır. İxtisasartırma təhsili müəssisələrində "öyrədənlər"in tərkibinin keyfiyyətcə yaxşılaşdırılması istiqamətində ciddi tədbirlər həyata keçirilməlidir. Eyni zamanda ölkə təhsili üçün belə həlledici məqamda müəllim hazırlığı ilə məşğul olan ali məktəblərin seyrçi mövqe tutması daha narahatedici haldır. Son illərdə yeni kurikulumun tətbiqi ilə əlaqədar ümumi təhsil məktəblərində bu istiqamətdə müəyyən addımlar atılsa da ali pedaqoji profilli ali məktəblərdə elə bir iş görülməmişdir. On ildir ki, Təhsil Nazirliyinin fəal təlim üzrə strategiyası həyata keçirilir, ali məktəblərimizin proqramlarında bununla əlaqədar dəyişikliklər aparılmır, professor - müəllim heyətinin heç özlərinin müasir təlim strategiyaları barədə məlumatı yoxdur. Sual yaranır, onların hazırladıqları müəllimlər bu bacarıqlara necə yiyələnməlidirlər. Hesab edirəm ki, pedaqoji profilli ali təhsil müəssisələri bu sahədəki fəaliyyətlərini təkmilləşdirməli, təsirli tədbirlər görməlidirlər. Ali məktəblərdə kadr hazırlığında informasiya-kommunikasiya texnologiyalarından, fəal interaktiv təlim metodlarından kifayət qədər istifadə edilmir. Təlimdə İKT-nin tətbiqinin artıq zərurətə çevrildiyi bir vaxtda ali məktəblərimizin əksəriyyətində bu vacib məsələyə yetərincə diqqət yetirilmir, universitetlərin İKT ilə təchizatı çox ləng həyata keçirilir. Müasir tələbə yalnız mühazirələri dinləməklə, seminarlarda iştirak etməklə savadlı mütəxəssis kimi yetişə bilməz. Tələbələrin geniş informasiya məkanına daxil olmasına şərait yaradılmaqla bərabər, onlarda İKT-dən istifadəyə marağın oyadılması çox vacibdir. Boloniya Bəyannaməsinin zəruri müddəalarından biri də məhz bundan ibarətdir. Təəssüflə deməliyəm ki, hazırda dövlət ali məktəblərində hər 100 tələbəyə cəmi 7 kompyuter düşür. Bəzi ali məktəblərdə isə bu göstərici daha aşağıdır. Əlbəttə, hesab edirəm ki, ölkə Prezidenti tərəfindən təsdiq olunmuş "Təhsil sisteminin informasiyalaşdırılması Proqramı (2008-2012-ci illər)" çərçivəsində ali təhsil müəssisələrində İKT-nin tətbiqi imkanlarının genişləndirilməsi sahəsində iş aparılacaq. Lakin bu sahədə universitetlərin özü də ciddi tədbirlər həyata keçirməli, həm tədris, həm də idarəetmə prosesində İKT-nin tətbiqi işində dönüş yaratmalıdır. Misir MƏRDANOV, Azərbaycan Respublikasının təhsil naziri, fizika-riyaziyyat elmləri doktoru, professor.
Sabir Əhmədli Cəbrayıla həsrət qaldı. Sabir Əhmədli öldü! Nədənsə əvəzsiz, böyük insanlar, müqəddəs insanlar öləndə yadıma həmişə Vaqif Bayatlı Odərin Səttar Bəhlulzadənin ölümünə yazdığı bir şeir yadıma düşür. Ölsəydi, Bu dünyanın qara torpaqları. Doldurammazdı. Qocanın üz qırışlarını... Çox ölüm-ölüm deməyin... Su kimi çəkilib torpağa getdi... İndi Sabir Əhmədlinin də nə üz qırışlarını, nə tale qırışlarını bu dünyanın qara torpaqları doldurammaz. O da Səttar Bəhlulzadə kimi suya dönüb çəkilib torpağa getdi. Sabir Əhmədli XX əsrdə Azərbaycan xalqının ən əjdaha yazıçılarından biridi. Çünki şairlər, yazıçılar, sənətkarlar, sərkərdələr cismən ölə bilərlər, amma onları doğuran xalq nə qədər var olduqca, onlar da var olacaqlar. Belə şəxslər ailələri, övladları, nəvələri üçün ölürlər, millət üçün ölmürlər. Tanrı Əhmədliləri bu torpağa qurban göndərib. Sabir müəllimin qardaşı Cəmil Əhmədli 19 yaşında bu torpağa qurban gedib və azərbaycanlılara son dərəcə qısqanclıqla verilən Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Az-çox araşdırmışam və görmüşəm ki, Sovet İttifaqı dönəmində bir azərbaycanlı general-mayor rütbəsi almaq üçün gərək general-polkovnik səviyyəsində olaydı ki, heç olmasa ona general-mayor rütbəsi verəydilər. Müharibədə də. Gürcülərə, ermənilərə Sovet İttifaqı Qəhrəmanı adını xəlbirlə paylayanda bizimkilərə cirəylə verirdilər. Gərək iki Sovet İttifaqı Qəhrəmanı adına layiq qəhrəmanlıq göstərəydin ki, bəlkə birini sənə verəydilər. Məsələn, Mehdi Hüseynzadəyə ölümündən 13 il sonra verdilər, Həzi Aslanova ikinci Sovet İttifaqı Qəhrəmanı adını 50 ildən çox gizlətdilər. Cəmil Əhmədli bu adı bax, beləcə qazanmışdı. Sabir Əhmədlinin oğlu Məhəmməd də bu torpağa qurban getdi. Qarabağ savaşında əmisi kimi Vətən torpağı uğrunda şəhid oldu. Qəribə bir mənzərəni deyim. Məhəmməd Toğanadan yuxarıda (taleyə bax, Sabir Əhmədlinin ən möhtəşəm əsərlərindən birinin adı "Toğana"dı) qızğın döyüşlərdə şəhid olarkən yazıçı özü həmin döyüş bölgəsində əsgərlərə həm yardım aparmışdı, həm də onlara mənəvi dayaq üçün özü səngərdəydi. Bakıya qayıtdıqdan sonra bilmişdi oğlu şəhid olub. Yardımı da oğlunun qulluq etdiyi hərbi hissəyə utandığından aparmayıb ki, deyərlər oğlu burdadı deyin yardım gətirib. Bəli, Allah Məhəmmədi də bu torpağa, bu millətə qurban göndəribmiş. Sabir Əhmədli də bu torpağa, bu millətə Allah tərəfindən qurban göndərilmişdi. Dünən səhər gördüm Sabir Rüstəmxanlı başı alovlu ora-bura qaçır. Dedi ki, Sabir Əhmədlini dəfn eləməyə qəbiristanlıq tapa bilmirik. Bu da xalq yazıçısına xalqının sevgisi!
Azərbaycan-Latviya biznes-forumu keçirilib. Ötən gün Bakıda Azərbaycan-Latviya biznes-forumu keçirilib. Biznes forum İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və "Xəzər-Avropa" İnteqrasiya İşgüzar Klubunun təşkilatçılığı ilə keçirilib. Tədbirdə Latviya tərəfdən dövlət rəsmiləri ilə yanaşı, enerji, maşınqayırma, ticarət, nəqliyyat, kimya, qida sənayesini və digər sahələri təmsil edən 10-dan çox şirkətin nümayəndəsi iştirak edib. Azərbaycan tərəfini isə biznes-forumda uyğun sahələrdə fəaliyyət göstərən 50-yə yaxın sahibkar təmsil edib. Tədbiri giriş sözü ilə açan iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov Azərbaycanla Latviya arasına mövcud iqtisadi və digər əlaqələrdən bəhs edib. O, qeyd edib ki, Latviya Azərbaycanın, Azərbaycan isə Latviyanın etibarlı partnyorudur. "Bizim ölkələrimiz arasına dostluq münasibətləri var. Bu münasibətlər iqtisadi sahədə də öz əksini tapıb. Mən hesab edirəm ki, biz ölkələrimiz arasındakı iqtisadi əlaqələri daha da genişləndirməliyik. ABŞ dolları təşkil edib. Ötən il ərzində isə yatırılan investisiyaların həcmi 11 mlrd. Azərbaycan və Latviyanın iqtisadi əlaqələrindən danışan N. Səfərov qeyd edib ki, ötən il iki ölkə arasında ticarət dövriyyəsi 8 mln. dollar təşkil edib: "Ümid edirəm ki, hər iki tərəf ticarət dövriyyəsinin həcmini yaxşılaşdırılması üçün lazım olan tədbirlər görəcək". Daha sonra Latviya xarici işlər naziri Maris Riekstinş çıxış edib. O, vurğulayıb ki, Azərbaycanla Latviya arasındakı ticarət dövriyyəsi ötən il əhəmiyyətli dərəcədə artıb. "Latviya hökuməti Azərbaycanla daha sıx iqtisadi münasibətlər qurmaq istəyir. Biz hesab edirik ki, iki ölkə arasında mövcud ticarət dövriyyəsini daha da artırmaq olar. Eyni zamanda Latviya şirkətləri Azərbaycanda, Azərbaycan şirkətləri isə Latviyada daha çox sərmayə qoyuluşu həyata keçirə bilər. Biz azərbaycanlı iş adamlarını Latviyada görməyimizə şad olardıq. Bizim üçün sahibkarlığın inkişafı, yeni layihələrdə iştirak və investisiya yatırmaq əsas amillərdəndir"-deyə o, qeyd edib. M. Riekstinş onu da bildirib ki, ötən il ərzində Azərbaycandan Latviyaya ixrac olunan məhsulların həcmi 30%, Latviyadan Azərbaycana gətirilən məhsulların həcmi isə iki dəfə artıb. Tədbirdə AZPROMO-nun prezidenti Rəhim Hüseynov Azərbaycanın biznes imkanları və investisiya mühitinə dair təqdimatla çıxış edib. Biznes-forumda latviyalı sahibkarlar təmsil etdikləri şirkətlər barədə məlumat veriblər. Sonra iş adamları arasında ikitərəfli görüşlər keçirilmişdir. Görüşlərdə sahibkarlar arasında əlaqələrin genişləndirilməsi imkanları müzakirə olunub. Ülkər NƏBİYEVA.
Turizm Assosiasiyası yaradılıb. Azərbyacanda Turizm Assosiasiyası yaradılıb. 8-ci "Turizm və səyahət" beynəlxalq sərgisinin, eləcə də 3-cü "Hər şey otel, restoran, supermarketlər üçün" Qafqaz beynəlxalq sərgisinin açılışı münasibətilə keçirilən mətbuat konfransında Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin Turizm idarəsinin rəhbəri Aydın İsmiyev bu barədə məlumat verib. "Turizmin inkişaf etdiyi bütün ölkələrdə belə strukturlar yaradılıb. Azərbaycanda özəl sektora məxsus 250-ə yaxın turist şirkəti var və bu assossiasiya turist şirkətlərinin hüquqlarının müdafiə olunması, həmçinin onların fəaliyyətinə hər cür kömək göstərilməsi məqsədilə yaradılıb," - deyə A.İsmiyev məlumat verib. "Bu gün Azərbaycanda dünyanın bütün markalı otelləri ya fəaliyyət göstərir, ya da yaxın vaxtlarda açılışı olacaq, qeyd etmək lazımdır ki, onlara hətta iqtisadi böhran dövründə belə, tələb azalmadığından qiymətləri düşmür," - deyə turizm idarəsinin rəhbəri bildirib. A.İsmiyev qeyd edib ki, xidmət sahəsinin səviyyəsini qaldırmaq lazımdır və "bu, təkcə otellərə deyil, eləcə də dükanlara, nəqliyyata və s. "Biz mayda otellərdə, restoranlarda xidmətin səviyyəsinin qaldırılması məqsədilə Qəbələ və Nabranda treninqlər keçirməyi planlaşdırırıq," - deyə o bildirib. "Azərbaycan sərgidə 35 turist şirkəti ilə təmsil olunacaq," - deyə mətbuat konfransında "Iteca Caspian LLC" şirkətinin direktoru Fərid Məmmədov bildirib. Eləcə də İordaniya, Malayziya, BƏƏ, İndoneziya, İraq, İspaniya, Yunanıstan, Tailand, Çin, İtaliya, İsveçrə və digər ölkələr öz turizm potensiallarını nümayiş etdirəcəklər. Aprelin 16-da Levi kurortunun - məşhur Finlandiya və Skandnaviya qış kurortunun açıq təqdimat-seminarı olacaq. İtaliya, Türkiyə, Ukrayna, Rusiya, Almaniyadan olan 20 şirkət 3-cü "Hər şey otellər, restoranlar, supermarketlər üçün" Qafqaz beynəlxalq sərgisində iştirak edəcəklər. Sərgi çərçivəsində xarici mütəxəssislərin iştirakı ilə parlaq kulinariya şouları, aşpaz və barmenlər üçün ustad dərsləri keçiriləcək. Ülkər NƏBİYEVA.
Əli Əmirlinin yeni əsəri tamaşaya qoyulur. Akademik Milli Dram Teatrı yenidən yazıçı-dramaturq Əli Əmirlinin yaradıcılığına müraciət edib. Teatrın son illərdə tamaşaçılara təqdim etdiyi ən uğurlu tamaşalarından biri olan "Mesenat" tarixi dramından sonra bu dəfə dramaturqun müasir mövzuda yazdığı "Sevən qadın" melodramatik komediyası sənətsevərlərin ixtiyarına veriləcək. Pulun, var-dövlətin, zəngin maddi həyatın gözqamaşdırıcı işığında çaşan, məşhur, daima mətbuat diqqətində olan aktrisanın ikicə saatlıq səhnə həyatı, onun iztirabları, həyəcan dolu qəlb çırpıntıları, nəyin yaxşı, nəyin pis olmasını ayırd edə bilməməsi və bu mənəvi labirintlər içərisində, nəhayət, həyat məhvərini itirməsi pyesin əsasını təşkil edir. Əsərdə gərgin melodramatik, bəzən də dramatik həddə çatdırılan hadisələrlə yanaşı, komik məqamlara da geniş yer verilib. Mayın ikinci yarısında təqdim ediləcək tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Bəhram Osmanovdur. "Sevən qadın" tamaşası rejissorun Akademik Milli Dram Teatrında səhnəsində Əli Əmirli ilə birgə beşinci işbirliyidir. Yeni tamaşada baş rollar əməkdar artistlər Sənubər İsgəndərli və Füzuli Hüseynova tapşırılıb. Digər iki rolu isə xalq artisti Laləzar Mustafayeva və əməkdar artist Mehriban Xanlarova ifa edəcək.
Bəxtiyar Vahabzadə Ankarada yad edilib. Ankara Dövlət Rəsm və Heykəl Muzeyində xalq şairi Bəxtiyar Vahabzadənin anım mərasimi keçirilib. Bu barədə Türkiyənin ölkəmizdəki səfirliyindən məlumat verilib. Mərasimi giriş sözü ilə açan Türkiyə mədəniyyət və turizm naziri Ertuğrul Günay B.Vahabzadəni bəşəriyyətin böyük övladı kimi səciyyələndirib: "İnsanların təbii haqlarını müdafiə edən, hüquqları uğrunda çarpışan, bütün millətlərin və xalqların azadlığına hörmətlə yanaşan şair və yazıçılar sadəcə bir topluma deyil, insanlığa xidmət göstərən böyük bəşər övladlarıdır. Bəxtiyar Vahabzadə yalnız şair deyil, həm də görkəmli dövlət, siyasət və fikir adamı idi". B.Vahabzadənin "Dinimiz bir, dilimiz bir, ayımız bir, ilimiz bir, fikrimiz bir, yolumuz bir, Azərbaycan-Türkiyə" misralarını dilə gətirən nazir bu böyük şəxsiyyətin əməllərinin və əsərlərinin yaddaşlarda əbədi yaşayacağına inamını ifadə edib. Azərbaycanın Ankaradakı səfirliyinin əməkdaşı Rəşad Vahabzadə çıxışında ikili hisslər keçirdiyini vurğulayıb: "Qəlbimdən iki fərqli hiss keçir. Biri əzizini itirmiş bir şəxsin çəkdiyi acıdır. Digəri isə azərbaycanlı olmağımdan duyduğum qürur və iftixar hissidir". Tədbirdə Mustafa Şerif Onaran və Rüştü Asyalı şairin şeirlərindən nümunələr səsləndiriblər. Mərasim Ankara Dövlət Türk Dünyası Müzik Topluluğunun konsert proqramı ilə yekunlaşıb.
Akademik Tofiq Köçərli haqqında roman-hekayət. PROFESSOR RAFİQ ƏLİYEV MƏRHUM ALİMLƏ BAĞLI XATİRƏ VƏ DÜŞÜNCƏLƏRİNİ QƏLƏMƏ ALIB. Fəlsəfə elmləri doktoru, professor Rafiq Əliyevin "Ruhla söhbət" kitabı rus dilində işıq üzü görüb. Kitab tarixçi-alim, akademik Tofiq Köçərliyə həsr olunub. Nəşrdə yer verilən materiallar əsasən alimlə dialoq şəklində qələmə alınıb. Müəllif bunu alimin işıqlı xatirəsinə dərin hörmət bəsləməsi ilə əsaslandıraraq, həm də oxucunun Tofiq Köçərli şəxsiyyətini daha yaxından tanımasına yardım etmək istədiyini vurğulayıb. "Giriş"də müəllif oxuculara müraciət edərək kitabın yazılma səbəbini belə açıqlayıb: "Bütün hadisələrin səbəbi var. Tofiq Köçərli haqqında xatirələrin yazılması da qızı İradə xanımın və akademikin yaxın qohumu, həyat yoldaşım Nüşabə xanımın arzusu səbəbindən yaranıb. Mən də bu arzuya həvəslə qoşularaq kitabı yazmağa qərar verdim. Necə alınmasından asılı olmayaraq, artıq qarşınızda akademik haqqında roman-hekayət janrında yazılmış kitab durur. Ciddi mühakimə etməyin. Bu, sadəcə mənim müdrik adamla söhbətimdi. Bu müdrik adamın mənəvi irsinin gələcək nəsillərə lazım olacağını düşünərək, bu söhbəti qələmə aldım". Müəllif Tofiq Köçərli haqqında xatirələri qələmə almağın çətinliyindən də bəhs edib: "Uzun zaman Tofiq Köçərli haqqında xatirələrimi yaza bilmədim. Çünki onun fiziki yoxluğu ilə barışmaq mənim üçün asan deyildi. Onun barəsində keçmiş zamanda danışmaq mənim üçün çox ağırdır. Amma mən iradəmi toplayaraq özümə təlqin etməyi bacardım ki, o, yalnız cismani olaraq aramızda deyil, ancaq onun ruhu bizimlə birgədir". Roman-hekayət müxtəlif başlıqlar altında toplanan yazılardan ibarət olsa da, bütövlükdə Tofiq Köçərli şəxsiyyətinin oxucuya naməlum qalan cəhətlərini açır. Həmin yazılar vasitəsilə oxucular Tofiq Köçərlinin həyatı, yaradıcılığı, düşüncə və fikirləri, müxtəlif hadisələrə baxışını öyrənmək imkanı əldə edə bilərlər. Kitabda həmçinin alimin oxuculara dəyərli məsləhətləri də təqdim olunub. Bu məsləhətlər, insanlarla ünsiyyət qurma bacarığı da daxil olmaqla, müxtəlif məsələləri əhatə edir. Ancaq "Ruhla söhbət" müəllifin publisistik janrda yazdığı ilk kitabdır.
Bəstəkar Ramiz Mirişlinin 75 yaşı qeyd olunub. İbrahim Əbilov adına Mədəniyyət Mərkəzində görkəmli bəstəkar, xalq artisti Ramiz Mirişlinin 75 illik yubileyinə həsr olunmuş yaradıcılıq gecəsi keçirilib. Gecə "Onlar bizim fəxrimizdir" silsiləsi çərçivəsində baş tutub. Mədəniyyət və incəsənət xadimlərinin iştirak etdiyi tədbirdə bəstəkarın yaradıcılığından, Azərbaycan musiqisinə verdiyi töhfələrdən ətraflı söz açılıb. Mərkəzin bədii rəhbəri Mirəhməd Əsgərov yubilyarı təbrik edərək, bəstəkarın mahnı janrının ölməz nümunələrini yaratdığını xüsusi vurğulayıb. Tədbirdə Mərkəzin "Şəlalə" xalq çalğı alətləri ansamblının ifasında bəstəkarın mahnıları səsləndirilib.
Misirin QİNA xalq musiqi qrupu Qafqaz Universitetində olub. Dünən Qafqaz Universitetində Misir Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə bu ölkənin QİNA xalq musiqi qrupunun üzvləri ilə görüş keçirilib. Qeyd edək ki, sözügedən musiqi qrupunun ölkədə fəaliyyət göstərən digər ali təhsil müəssisələrinin tələbə və müəllim kollektivi ilə də görüşləri təşkil olunacaq. Qrup həmçinin R.Behbudov adına Dövlət Mahnı Teatrında konsert proqramı ilə çıxış edəcək. Görüşdə öncə qonaqlar üçün Qafqaz Universitetinin ərəb dilində tanıtım filmi nümayiş olunub. Qafqaz Universitetinin tədris işləri üzrə prorektoru Mustafa Akdağ deyib ki, universitetlər tələbələrin hərtərəfli inkişafını təmin edən bilik ocaqlarıdır. Bu məqsədlə həm təhsil, həm təlim-tərbiyə, həm də sosial və mədəni mövzuda bir çox proqram tətbiq edilib: "Bu çərçivədə demək olar ki, dünyanın bütün ölkələrində universitetlər yerləşdiyi coğrafiya, xidmət etdikləri cəmiyyətin sosial, mədəni və iqtisadi strukturuna görə öz proqramlarını hazırlamaqda və tətbiq etməkdədirlər". Onun sözlərinə görə, müasir elm səviyyəsinə çatmağı və çatdırmağı özünə hədəf seçən Qafqaz Universitetində tələbələrin sosial və mədəni fəaliyyətlərini inkişaf etdirmək, universitet daxili və xarici əlaqələr qurmaq məqsədilə Mədəniyyət Şöbə Müdirliyi yaradılıb. M.Akdağ bildirib ki, universitetin özfəaliyyət dərnəklərində iştirak edən tələbələr bu ali təhsil ocağının tanıtım, əyləncə və bayram proqramlarında, xatirə gecələrində yaxından iştirak edirlər. Dərnəklər Azərbaycan və türk mədəniyyətlərinin ortaq milli dəyərlərini əks etdirən xalq mahnıları, rəqslər və səhnəciklər nümayiş etdirirlər. Misir Mədəniyyət Mərkəzinin rəhbəri Adil Dərviş isə bildirib ki, universitetin klub və özfəaliyyət dərnəklərində aktiv fəaliyyət göstərməsi tələbələrin gələcək iş həyatlarına müsbət təsir göstərir: "Bu qürurverici gerçəyi nəzərə alaraq tələbələr üçün gələcəkdə də bu kimi imkanlar yaradılmalıdır". Misirin Azərbaycandakı səfiri Sabir Əbdül Qədir Mansur qeyd edib ki, Azərbaycanla Misir arasında bütün sahələr üzrə qarşılıqlı əməkdaşlıq əlaqələri mövcuddur: "Mən əminəm ki, bu əməkdaşlıq daha da möhkəmlənəcək". Sonra tədbir QİNA xalq musiqi qrupunun üzvlərinin çıxışı ilə davam edib.
İstanbul şeir festivalında Azərbaycan da təmsil olunur. Aprelin 21-də Türkiyədə IV Beynəlxalq İstanbul Bəyoğlu Şeir Festivalına start verilib. Festivalın Danışma Kurulu üzvü olan Azərbaycan ədəbiyyatı və mədəniyyətinin yorulmaz təbliğatçısı, istedadlı tərcüməçi-yazıçı Yasemin Bayerin verdiyi məlumata görə, builki tədbirə dünyanın 32 ölkəsindən və Türkiyənin müxtəlif şəhərlərindən şairlər qatılıblar. İstanbula gələn 43 əcnəbi şair bu festivalın qonaqları sırasındadır. Festival Dolmabaxça Sarayının Medhal Salonunda təntənəli bir mərasimlə başlayıb. Aprelin 26-dək davam edəcək IV Beynəlxalq İstanbul Bəyoğlu Şeir Festivalına Azərbaycandan şair Çingiz Əlioğlu dəvət alıb. Təşkilat Komitəsinin nəşr etdiyi proqrama görə, şair Çingiz Əlioğlu aprelin 22-23-də təşkil olunan ədbirlərdə şeirlərini oxuyacaq. Ölkələrarası ədəbi və mədəni əlaqələrin inkişaf etməsi naminə bu festivalda bir sıra önəmli addımların atılması, fikir mübadiləsi aparılması nəzərdə tutulub. Nigar RƏHİMOVA, Azərbaycan Atatürk Mərkəzinin elmi əməkdaşı.
Zülmətə açılan qapının işığı. FİRUZ MUSTAFANIN NƏSR VƏ DRAMATURGİYA NÜMUNƏLƏRİ HAQDA DÜŞÜNCƏLƏRİM. Haqqında söhbət açacağım ədibi, güman edirəm ki, yaxşı tanıyırsınız. Onun bir çox teatrlarda nümayiş etdirilən səhnə əsərlərinin tamaşaçısı olub, bədii, elmi və publisistik yazılarını oxumusunuz. (Əslində həmin kitabda gedən eyniadlı romanın bütöv adı belədir: "Zülmətə açılan QAPI sanki həmin anlarda tanrının göz yaşları ilə islanmış qurbanları qəbul etməkdən yorulmuşdu"). Firuz Mustafanın kitabı bu yaxınlarda işıq üzü görüb. Bundan xeyli əvvəl bir səhnə əsərinə baxandan sonra müəlliflə görüşüb fikir mübadiləsi aparmaq istəsəm də, bu, o vaxt mümkün olmamışdı. Bu yaxınlarda isə məzkur kitab mənə töhfə edildi. İlk növbədə kitabın adı məndə maraq oyatdı; xüsusən, peşə həmkarımın yazıçı kimliyi və hələ ömür yolunun ortasında acı keçmişə coşqun meyli! Kitaba müəllifin üç nəsr və üç dram nümunəsi daxil edilib. Nəsr nümunələri müxtəlif janrlardadır: hekayə, povest və roman. Mən indiyədək Firuzu mehriban, nəzakətli, ağıllı, sakit, təmkinli, sadə, təvazökar bir oğlan kimi tanıyırdım. Bu kitabı oxuduqca, gözüm önündə müdrik, həyatın ağrı-acılarına bələd olan, bu yaşda nəşə-xumarlı məhəbbət ovqatı ilə yaşamaq əvəzinə neçə zamanın yamanlıqlarını özünə dərd eləyib, insanları mənəvi epidemiyalardan qorumaq naminə ürəyini yeyə-yeyə, zehnini zəhərli yamanlıqlar arasından çıxararaq, sözün həqiqi mənasında Sokratsayağı, insanlara şəfa məlhəmi vermək əqidəsi ilə yaşayan bir yazıçı canlandı. Məni yeni sözlə, yeni düşüncə ilə əqrabalaşdırdı Firuz! İlk görüşümə gələn "At günü" hekayə-triptixidir. Qoy müəllif ahıl nasirdən bu ifadə üçün inciməsin: filosof-yazıçının təkcə bu əsərini oxumaq kifayət edərdi ki, müəllifin məslək qayəsini, yazıçı qüdrətini anlaya biləsən. Nə qədər düzgün seçilmiş, məharətlə işlənmiş obrazdır At! İlk növbədə o qənaətə gəlirik ki, yazıçı qələmə aldığı həyata dərindən bələddir. Firuz Mustafanın hekayəsi təhkiyə zənginliyi ilə də məni heyran etdi. Simvollarla zəngin olan bu əsərdə at müstəqil bədii obraz kimi götürülüb və onu da deyək ki, Şərq ədəbiyyatında, o cümlədən, Azərbaycan nəsrində və poeziyasında məcazlara istinad cəhətdən, bu obrazla bağlı rəngarəng bir qalereya mövcuddur. Amma belə hesab edirik ki, indiki dövrdə, ictimai-dünyəvi məzmunlu əsərlərə daha kəskin ehtiyac duyulduğu bir vaxtda, "At günü" tamamilə orijinaldır, bənzərsizdir. "Bahar otları kimi şirin arzularının arxasınca" qoşan dayçanın canavara tuş gəlməsi, ilxı stixiyasına qoşulma cəhdi, onun az qala insan kimi keçirtdiyi sarsıntılar qeyri-adi bir ustalıqla qələmə alınıb. Bəlkə də, indiki oxucu, bizim dövrün kitab mütaliə edənlərdən fərqlidir və ona görə də hər seyi öz adı ilə demək lazım gəlir. Qısaca olaraq onu xatırladım ki, gözü bağlanıb anası ilə cütləşməyə təhrik edilən dayça az sonra hər şeyi sanki insan kimi içindən keçirərək sarsılır. "Dayça yaydan qopmuş ox kimi yuxarıya doğru atılıb var gücü ilə özünü yerə çırpdı. Onun başı zərblə kiçik qaya parçasına dəyib guppuldadı... Dayçanın ağzından qan gəlirdi". Baş vermiş müdhiş hadisə bizi düşünməyə, nəticə çıxarmağa vadar edir. İndi biz, görünür, təkcə Aristotellərdən, Tusilərdən deyil, heyvanlardan da "insanlıq" dərsi öyrənmək zorunda qalmışıq. Əsərdə namusunu satan bir adamla "namuslu" bir atın obrazı paralel olaraq, böyük ustalıqla təsvir edilib. Qələm sahibinin səlahiyyəti sözlərlə yol göstərmək çərçivəsindədir, dünyanı düzəltmək iqtidarı verilməyib, axı, ona!.. Firuz Mustafanın "Dəniz köçü" povest-pritçası mənə Heminqueyin "Qoca və dəniz"ini xatırlatdı. Amma burada tamamilə başqa bir məsələ - insanla təbiətin harmoniyası, birliyi uğurla önə çəkilir. Ürəyi Tanrı ilə düz olan kəsin hər cür çətinlikdən xilas olmaq ehtimalı böyükdür. Əsərin qəhrəmanı gənc Tuqayın keçirdiyi hisslər, göstərdiyi şücaət və bütün baş verən hadisələr oxucunu öz təsiri altında saxlayır. İçimizi göynədən, bizi həyəcanlarıdıran hadisələri hikmət sahibi olan yazıçı realist bir qələmlə təsvir edir, məlumdan-məchula, sadədən mürəkkəbə (və gah da əksinə) keçdikdə kitabın leytmotivinin səfini-sırasını pozmur, əksinə, daha da dərinliyə varır. Artıq qeyd etdiyim kimi, ilk növbədə adı ilə übarə xatırlatdı. Yox, xatırlatmadı, yenidən yaşatdı. Mənim həyatımda o illər dəhşətli - qorxulu yuxu kimi qalıb. İllərin üstünə çəkdiyi bər-bəzəkli örtüyü kənarlaşdırdı və məni onlarla - o qara zülmət qapını günahsız insanların üzünə açanlarla eyni bir cinsə məxsus olduğuma görə sanki müttəhimlər sırasına qoşdu. Mövzudan agah olandan, repressiya dəhşətlərini (bu yaxınlarda "Zəmanələrlə üz-üzə" ömürnaməsini yazarkən) ikinci dəfə yaşadığımdan üçüncü müdaxilədən yayınmaq istəyirdim. Bir də ona görə ki, çağdaş zəmanətdə qiyamətə aparan yolda onun əlamətlərindən əzablanıram, onlardan xilas cığırları arayıram. Mən faciələrlə dolu illəri indi ayrı bir məqamda yaşamalı oldum. Bəlkə də haqlı olduğumla razılaşardı da! Axı, o illərin dəhşətini, faciəsini görməyən, yaşamayan adam oxucuya təzə nə deyə bilər? Mən və on minlərlə "mən" - otuzuncu illərin zillətini çəkmişlər (onların arasında məhkumların qələm sahibi övladları da az deyil) nə qədər yazsalar da, ekranlarda ürəklərini boşaltmağa çalışsalar da, nisgilləri-dərdləri tükənmir. Qoca tarixdə bu qədər günahsız insan qırğını, bu qədər ölüm düşərgələrinə sürgünlər, əzablı təqiblər - bu qədər bənzərsiz faciə olmayıb. aid etmirəm (yeri gəlmişkən, xatırladım ki, 30-cu illərdə onlarca qohumun repressiya qurbanı olub və indi oxuduğunuz əsərdə təsvir olunan bəzi epizodlar özündə o dövrün ab-havasını əks etdirir)". Deməli, yazıçı o illərin əzabını fiziki cəhətdən olmasa da ruhən, qəlbən yaşayıb. İnam, inanc ilə romanı oxudum, oxudum yox, hər cümlənin ahəngi, məqamı ilə yaşadım və bu "məngənədən" azacıq xilas olanda, baş verənləri yuxuda görürmüşəm kimi, başımı sirkələyib oyanmaq istədim. Bu bədii səviyyəni Tanrı bəxşişi olan qələm sahibliyin, istedadın, intellektin varlığı ilə bağlamaq da azlıq elədi... Axı, öz canlı həyat müşahidələrimiz bir yana, bu mövzuda rus klassikasının dünya şöhrətli romanlarını oxumuşuq. (Bulqakov, Rıbakov, Platonov...kimi yazıçıların əsərlərində o dövrün ab-havası geniş şəkildə əks etdirilib. Yeri gəlmişkən, onu da deyim ki, əlli il öncə tapıb oxuya bilmədiyim Pasternakın "Doktor Jivaqo" romanını Sovet vətənimizdə yox, Vyanada gənclərin Dünya festivalında (1958) balışımızın altına qoyub gizlicə oxuyurduq). Firuzun kitabı ümumən repressiyadan bəhs etsə də, forması, fabulası ilə tamamilə yeni və orijinaldır. Əsərin qəhrəmanının adı da gizli saxlanılır, romanda həmin obraz O kimi təqdim edilir. Qəhrəmanın sənəti-peşəsi də "gizlidir" (O, adamöldürən, daha doğrusu, həbsxana cəlladı vəzifəsini icra edir). Müəllifin "roman-kantata" kimi təqdim etdiyi əsər sanki, həqiqətən, müxtəlif musiqi ladları üzərində qələmə alınmışdır; belə ki, məsələn, "Kavatina"da gərginləşən hadisələr, "Reçitatv"də səngiyir, "Xor"da isə çoxsəsli vüsət alır. QAPInın "o üzündə" baş verənlərlə tanış olduqca istət-istəməz üşənirsən və fikirləşirsən ki, Allah eləməmiş, bugünün doqqazında tıxaclananlar birdən güc gəlib qara qapıdan bu yana keçsələr, insanların taleyi yenə də zülmün ərşə qalxdığı məramla nəticələnə bilər. Min şükür, bizim məkanda zülmətə açılan QAPI yoxdursa da, haqsızlığa, insanın yaşam hüququna basqılar, bir çox nakəslərin şəxsiyyətləri sındırmaq cəhdi, müqəddəs dəyərlərin alver predmetinə çevrilməsi, çox təəssüf ki, hələ qalmaqdadır. Və biganəlik olsa, onlar bu gün də qara qapıya çevrilə bilər. Nədir doqqazlarda cəm olunanlar? Şərin-xeyri üstəlməsi, nəinki yaxın dostların, hətta, ana-balanın, qohum-əqrabanın yadlaşması, insan təbiətinin ətraf aləmdən- təbiətdən kənarlaşması və bunlardan doğan yamanlıqlar... Bütün bunları yazıçı dörd gözlə, Tanrı baxışı və vicdanlı vətəndaş qeyrəti ilə görüb dərk etmiş və ağlın qüdrətinə söykənərək həqiqəti bütün acılığı ilə göstərmək qənaətinə gəlmişdir. Kitabın mehrabına - QAPI məqamına gələk. Ədəbiyyatımızda bu mövzu - heç bir xalqın taleyində bənzəri olmayan repressiya qurbanlarının faciəsi, son on illərin ağrı-acısı, sızıltısı ilə yaşanmaqdadır. Yazının bu məqamında dahi Norveç dramaturqu Henrik İbsenin "Vəhşi ördək" əsərindən bir görüntü yadıma düşdü. Ovçunun vurub yaraladığı ördək uçub başqa bir yerdə gizlənmir. Suyun dibinə cumur, otdan-yosundan yapışır, özünü qoruyur. Romanı oxuyanda zəngin bədii təfərrüatlar, insan sifətinin şəkildən-şəklə düşməsinin gerçək görüntüləri ilə özünü onların yerinə qoymaq vadarlığı yaradır, içini göynədir. Sallaqxanaya gedən qoyunlar kimi çiyin-çiyinə, boyun-boyuna verib açıq qapıdan içəri keçdilər... Bu damcılar haradan peyda olub bu bədbəxtlərin, zavallıların üz-gözündə? Axı, ola bilməzdi ki, Allah arabir insanların halına ağlayıb göz yaşları tökməsin! İnsanı Allah yaradıbsa, demək, o özü də elə öz yaratdıqları kimi ağlaya bilərdi". Bəndələr Allahı unudanda, həmişə belə olub - budur yazıçının xəbərdarlığı. Buna əməl edilməsə, bu zülm zaman-zaman təkrarlanacaq, "ölülər dirilərə baxıb qətiyyən dirilmək istəməyəcək". Qoy ulu Tanrı öz məxluqunun halına acı-acı göz yaşı axıtmasın, onu sevinc yaşına qərq etsin! Bu gün dram janrına müraciət etmək asan deyil. Bir həqiqət də var ki, indiki həyatımız büsbütün dramatik hadisələrlə zəngindir. Yolda-izdə, yas yerində, yaxınlarla söhbətdə hər gün elə hadisələr nəql edilir ki, bunları bədiiləşdirmək, hətta, Şekspir üçün də çətin olardı... Qəzaya düşmüş insan bütün fikrini bir yerə cəm edir (başıma gəlib): qəzadan sonra sağ qalacağammı?! Bizlər də bəşəri hissləri içimizdən keçirməzdən əvvəl ibtidai insanın qayğıları ilə əlbəyaxa qalırıq: necə eləyək ki, balalarımız (eləcə də özümüz) bu müsibətlərdən xətasız ötüşək... "Müqəvva" monodramını oxuyuram. Bu da rəmzlərlə zəngin olan əsərdir. Amma burada rəmz-təmsil üçün heyvanlar aləmindən obraz seçilməyib. Əsərin qəhrəmanı kişi müqəvvasıdır. "Müqəvva" ictimai səciyyəli mövzuda qələmə alınmış bir əsərdir. İndi az qala dünyanın bütün kişiləri onunçün adi bir müqəvvadır. Budur pəncərədən baxıram, onların hamısı müqəvvaya, manikenə, yəni sənə oxşayır". Qadın bu sözləri müqəvvaya deyir, toplaşanlara isə eyhamla çatdırır: "Bəs nədən, haradan başlayır bizim azadlığımız? Öz nəfsimizdən, öz xislətimizdən, öz daxilimizdən, öz xaricimizdən... başlayır. Əvvəlcə, ürəyinizi azad edin, sonra ruhunuzu, sonra da bütün bədəninizi". Müqəvvanı isə buna inandıraraq istəyir: "Sən tam azadsan. Ancaq elə bu dəqiqədən etibarən dramatik kulminasiyada enmə başlayır. Artıq rollar dəyişir. "Müqəvva" oxucunu-tamaşaçını düşünməyə vadar edir. "Neytral zona" iki sərhədin arasında - neytral zolaqda qalan kişinin tragik və komik situasiyaya düşməsinin ustalıqla təsviridir. Həmin zonada itən heyvanın - itin sahibi tapılır, insana isə yiyə çıxan tapılmır. Oyyy..." Yazıçı fərdi və bəşəri problemi bir insanın taleyində birləşdirərək maraqlı fəlsəfi ümumiləşdirmə aparmışdır. Firuz Mustafa bu dünya dolusu dərdlərimizi qələmə alarkən, daxilən gör nə qədər əzabları yaşayıb və yaşadıb, ürəyini yeyib, çağdaş insanın ağrısını dağdan arana, arandan dağa daşıyıb, ona haqq sözünü demək istəyib və çox mətləbləri incəliklə, eyhamla, ustalıqla deyə bilib. Gizlətmirəm ki, neçə yüz səhifəni oxuyub başa çıxana qədər yazıçı zillətinin bir qismini mən də yaşamalı oldum, için-için göz yaşları axıtdım. Əsəri oxuduqca istər-istəməz yazıçının yaratdığı obrazların -insanların, eləcə də bu obrazları yaradan yazıçının dözümünə heyrətlənməyə bilmirsən. Ancaq son səhifəni nikbin əhvalla çevirdim. İnandım ki, yeni zəmanənin ədəbiyyatını, bax, bu cür ayıq, həyati və cəsarətli, həm də bütün telləri və rişələrilə xalqa bağlı olan yazarlar yaradacaq. Qələm əhli Allah dərgahı ilə bizlər arasında merac yaxınlığı yaradacaq və biz haqqa qovuşacağıq! Əgər mən - qoca nasir bir neçə gündən bəri Firuzun yazılarının təsiri altından çıxa bilmirəmsə, deməli, gənclik bu əsərlərdəki insani çağırışlara səs verəcək, öz həyatını bu inandırıcı bədii təəssüratlar içərisində xoş zəmanə üçün hazırlamalı olacaq, inşallah. Qətiyyətlə demək olar ki, yeni kitab həm oxucuya aşıladığı pak hissələrə və dilimizin qüdrətini dəyərincə zinətləndirdiyinə görə, həm də nəsrimizə yeni işıqlı qapı açdığına görə, nəinki təkcə Firuzun, habelə bütün ədəbiyyatımızın uğuru hesab olunmalıdır. Açıq-aşkar görünür ki, Firuz Mustafa ədəbiyyatımıza yeni nəfəslə gəlib, yeni nəfəs gətirib. Bu istedadı, bu qeyrəti, bu gəlişi alqışlayıram! Cəmil ƏLİBƏYOV.
"Yaşmaq" dərgisinin yeni sayı Ramiz Rövşənə həsr olunub. İRANDA ÇIXAN DƏRGİNİN YARADICI HEYƏTİ GƏLƏCƏKDƏ AZƏRBAYCAN YAZIÇILARININ ƏSƏRLƏRİNƏ DAHA GENİŞ YER AYIRMAQ NİYYƏTİNDƏDİR. Qonşu İran İslam respublikasında Azərbaycan dilində işıq üzü görən "Yaşmaq" ədəbi dərgisinin əsas yazarlarından biri - Həmid Asəfi ötən gün redaksiyamızın qonağı oldu. H.Asəfi söhbət zamanı Bakıya səfərinin məqsədini açıqladı, dərgi ilə bağlı görülən son yeniliklər haqqında danışdı. "Yaşmaq"ın artıq dörd ildir nəşr olunduğunu, üç aydan bir çıxan dərginin çapının hərdən maliyə problemləri səbəbindən gecikdiyini qeyd etdi. Öyrəndik ki, dərginin Novruz bayramından təxminən bir həftə sonra buraxılan sonuncu sayı şair Ramiz Rövşənə həsr olunub: "Böyük şairimiz Ramiz Rövşənin "Göy üzü daş saxlamaz" kitabını bir müddət əvvəl İranda çap edib, oxucuların ixtiyarına vermişik. Bundan başqa, Güneydəki soydaşlarımız buradakı şairlərdən Səlim Babullaoğlu və Qəşəm Nəcəfzadənin kitabları ilə də tanış olublar. Dərgimizin son sayında Ramiz Rövşənin şeirləri ilə yanaşı, onun baş redaktorumuz Səid Muğanlı ilə müsahibəsi və şair haqqında başqalarının fikirləri, yazıları yer alıb". H.Asəfi jurnalın bundan əvvəlki sayında isə xalq yazıçısı Anarın yaradıcılığına yer verildiyini bildirdi. Jurnalda həm Azərbaycan, həm də dünya ədəbiyyatı nümunələri nəşr etdiklərini diqqətə çatdıran həmkarımız, dərginin əlavəsi olaraq, kitab da buraxdıqlarını vurğuladı: "İndiyədək Aytmatov, Markes, Folkner, Borxes və başqalarının tərcümə olunmuş əsərlərini, həmçinin "Yaşmaq"ın kitab əlavəsi halında Şekspirin "Hamlet" faciəsini dərc etmişik. Düşünürük ki, jurnalın gələn saylarından biri bütövlükdə dünya ədəbiyyatına həsr olunsun". H.Asəfi indiyədək jurnalın 50-dən artıq kitab əlavəsinin işıq üzü gördüyünü və bu kitablarda şeirin, poeziyanın daha artıq yer aldığını əsas gətirərək, dərginin növbəti nömrələrində nəsrə daha artıq diqqət ayıracaqlarını açıqladı: "Azərbaycana gəlişimizin məqsədi buradakı yazıçıların yaradıcılığı ilə daha yaxından maraqlanmaq, nəsr nümunələrini əldə etmək, özümüzlə aparmaq və gələcəkdə jurnalda çap etməkdir. Mənim zənnimcə, Güneydə şeir, burada isə nəsr daha artıq inkişaf edib. Amma bununla belə, Güneydə də maraqlı nəsr yazanlarımız var. Onlardan xüsusilə Səid Muğanlı, Hadı Qaraçay, Eyvaz Tahanı qeyd etmək olar".
Böyük bir yazıçı təfəkkürünün itkisi, əsl yazıçı ürəyinin dayanması ilə barışa bilmirdim və mənə elə gəlirdi ki, Yer bu boşluqdan ağlını itirəcək... Ağlı azan, ipi boşalan Yeri Allahın yadına salıb yalvarırdım ki, qanadını onun üstündə saxlasın, balalarımıza, körpələrə rəhm eləsin... Çingiz Aytmatovla vidalaşmaq çətin idi. O, yaxın dostumun atası kimi mənə doğma, Yaradan İnsan kimi əlçatmazdı. O mənim üçün həm də "Əlvida, Gülsarı" deyib "Qiyamət"ə qaçdığım, dəniz kənarındakı alabaşla, ağ buludla, ana maralla, qurd ailəsiylə oynadığım, bu həyatın "Əsrdən uzun gün"ündən, "Edam kötüyü"ndən qorxduğum illərim demək idi. Adam bir ilindən ayrılanda dözə bilmir, o ki ola ömrünün bir parçası ilə vidalaşasan... Onun yubileylərini, bu yubileylərin təntənəsini gözləyirdim, amma heç ağlıma da gəlməzdi ki, 80 illiyinin Bakıdakı təntənəsi bizi görüşdürə bilər. Biz - jurnalistlər onunla birgə Fəxri Xiyabandan keçəndə qəbir daşlarına yanındakı adamlardan daha diqqətlə baxdığını, tez-tez başını qaldırıb səmaya göz gəzdirməyini müşahidə etdim. Heydər Əliyevin məzarını ziyarət edəndən sonra özü bir yer seçib jurnalistlərə işarə ilə "buyurun" dedi, suallara qısa, məntiqi cavabını verdi. Səhərisi gün növbəti toplantıdan sonra qısa müsahibə istədim, dayandı. Yanındakılar tələsdiklərini, harasa artıq yubandıqlarını ona xatırlatdılar, çiynini çəkib bir növ günahkarcasına mənə dedi: "Devuşka, k sojaleniyu, vremeni tak malo...". Ortaq türk dili ideyasına münasibətini, "Qar üstündə Məryəm"in taleyini bilmək istəyirdim... Bildim də - Azərbaycan yazıçıları ilə görüşdə Avrasiya Birliyinə daha çox önəm verdiyini, yarımçıq romanını hökmən bitirəcəyini açıqladı. Müasirlərindən çox razı olduğunu bildirən Aytmatov üzünü auditoriyaya tutub onu da dedi ki, müasirlərinizdən muğayat olun, bunu sizə 80 yaşlı bir ağsaqqal kimi deyirəm... Və bu səfər boyu onun çıxışlarını, jestlərini, görüşlərini izlədikcə məni qəribə bir hiss bürüdü: o elə bil türk elləri ilə vidalaşmağa, dostları ilə halallaşmağa gəlmişdi... Niyə elə düşündüyümü bilmirəm, bəlkə Çingiz ağanın yorğunluğu, bəlkə də dönə-dönə sağollaşması, özünü adlı-sanlı yazıçıdan çox bir ağsaqqal kimi aparması, bizi bir-birimizə, yəni müasirlərimizə tapşırması diqqətimi çəkmişdi... Amma əgər yazıçının intuisiyası nədənsə narahat olsaydı, heç vaxt söz verməzdi, üstəlik təzə yazısı da vardı: "Bugünkü insanın mənəviyyatında bir boşluq var. O boşluq getdikcə böyüyür və bu, dünyada uzun illər boyu yaranmış harmoniyaların dağılmasına, parçalanmasına aparır..." Aytmatov tək-tək insanların həyatından başlanan mənəvi boşluqların nəticəsindən müasirlərini xəbərdar etmək, təlaşını, nigarançılığını yazmağa hazırlaşırdı...Yazıçını yaşadan yazıdır, elə öldürən də... ...O gündən bu günə, bu yazının başladığı vaxtdan bəri bütün bunları gündə yüz kərə ürəyimdə dolandırsam da, yazmırdım. Yazıçı Çingiz Aytmatovun ölümü ilə Yerin ən böyük dayağını itirdiyinə əminiydim, keçirdiyim sarsıntının dərinliyinə də əminiydim, amma elə bil qolumdan tutan kimsə, söykəndiyim nəsə vardı... YAZIÇI öldü, yaşasın YAZI! Hə, elədir, "Yazıçının ölümü"nü yazmırdım, çünki yazının həmişəyaşarlığına inanırdım və Çingiz Aytmatov imzalı yazılardan su içə-içə böyüyən körpə-körpə yazıları, yazılarıyla ölməzliyə, sevgiyə, bəşəriliyə can atan körpə-körpə yazıçıları görürdüm... ...Sabir Əhmədlinin vəfatı aprelin 17-ni tarixləşdirdi. Azərbaycan üçün o günün ən vacib xəbəri bu idi, amma nədənsə televiziyamız, mətbuatımız susdu... Azərbaycan xalqının Nikolay Qoqolu heç vaxt unutmayacağı, Çili, Panama, Koreya hadisələri haqqında məlumatlar yayıldı və... Azərbaycanın xalq yazıçısı, prezident təqaüdçüsü, görkəmli nasir, 20-yə yaxın roman müəllifinin vəfatı, dəfni xəbərinə vaxt qalmadı. "Məhəmmədi əsgərlikdən saxlatdıra da bilərdim, cəbhədən yayındıra da. Amma o boyda oğulu xalqdan gizlədə bilməzdim. Bunu Sabir müəllim bir dəfə müsahibəmizdə dedi. Biz bu böyük etirafı tarixə çevirə bilmədik, ona görə də Sovet İttifaqı Qəhrəmanının qardaşı, şəhid atası, nəhəng yazıçının itkisinin fərqində olmadıq... "O qədər qanı axan canlıda bu qədər nəfəs, hey, güc hardandır, ilahi? Ədəbiyyatımızda Sabir Əhmədli qədər təpədən dırnağa kimi realist olan və realizmi ömrünün sonuna kimi heç bir ədəbi cərəyana dəyişməyən ikinci yazıçımız yoxdur. Bostanın son məhsuluna, ən axıra qalanına deyilir. Ad qəribəydi, heç bilmirdik yazaq, yoxsa yox, yadımdadır, uzun-uzadı müzakirələri, axır ki, rəhmətlik Hüseyn Əfəndi yekunlaşdırdı: "Uralamaq feli dilimizdə var -axıra qalanı yığmaq, son məhsulu toplayıb seçmək, ayırmaq deməkdir, onda elə kök də uradır". Sabir müəllim yazdı, mətbuat yazdı, söz işləkliyini qaytardı, indi hamı işlədir, rahat yazır... Və həmin mətbuat aprelin 17-si, 18-i, 19-u Nikolay Qoqolun Azərbaycan xalqının xatirəsində əbədi yaşayacağını, onun şərəfinə Moskvada, Kiyevdə düzənlənən tədbirlərin xırda detallarını xatırlatdı, Sabir Əhmədlini unutdu... Biz Qoqolun Azərbaycan ədəbiyyatına, mənəviyyatına təsirini desək də, ta ondan uzağa gedə bilmərik. Sabir Əhmədli Qoqol deyil axı, o, Azərbaycan xalqının, Azərbaycan dilinin, Azərbaycan nəsrinin, Azərbaycan təfəkkürünün görkəmli xadimidir. Yazılarını oxuya-oxuya bu dildə yazmağı, müsahibələrini izləyə-izləyə danışmağı, mühakimələrini-müşahidələrini dinləyə-dinləyə düşünməyi, müasirlərin daş karxanasına çevirdiyi mətbuatdan bezəndə susmağı ondan öyrənmişik. Ailə üzvlərini, yaxın qohumlarını tanıyıram - müəllim, həkim, alim... onlar Azərbaycan xalqına xidmət edirlər və edəcəklər də. deyib döyüşə atılmışdı, oğlu Məhəmməd Azərbaycan uğrunda şirin canından keçdi... Sabir Əhmədliylə bərabər bütün nəsli-kökü də Azərbaycana söz atanın qabağına sözlə, Azərbaycan xalqına "qan-qan"deyənin qabağına canıyla, qanıyla çıxıb. Bəs onda niyə Azərbaycan xalqı öz yazıçısının ölüm gününü qırağa qoyub Qoqolu unutmayacağına söz verir?! Oğlunu itirəndən sonra bir müddət mətbuata-filana çıxmadı. "Ədəbiyyat qəzeti"nin baş redaktoruydu, zəng elədim, əvvəl razılıq vermədi. Əsərlərindən, ədəbiyyatımızdan söz saldım... Otağa girəndə nəsə oxuyurdu, salam verib özümü təqdim elədim. Diqqətlə mənə baxdı. Səsyazma aparatını qurdum, yaxın gəldi, stulu çəkib oturdu. Ədəbi prosesimizlə bağlı birinci sualımı verdim... Bu dəfə mən onun yanındakı stulu çəkib oturdum. - Cavanlarımızın üzünə baxa bilmirəm. Bu ilk görüşümüzdən sonra dəfələrlə ondan müsahibə aldım, yaradıcılığıyla bağlı müxtəlif yazılar hazırladım, bir sıra məsələlərə münasibətini soruşdum... Bir dəfə olsun belə, kiminsə, hansı həmkarınınsa qarasınca kəlməsini eşitmədim... Kiminsə yaradıcılığına dodaq büzdüyünü də görmədim, başqasından söz salanda da özünəməxsus ustalıqla söhbəti öz yaradıcılığının üstünə gətirirdi. Əliylə rəfdəki kitablarını göstərib gülə-gülə deyirdi : "Nəvəm məndən soruşur ki, baba, sən bu kitablarlın hamısını oxumusan? İtirdiyimiz adam, bax, belə yazı-pozu adamıydı. Özündən danışıb-eləməyi də yoxuydu, deyirdi ki, bu sənətdə adam öz bağının bəhrəsini yemir. Bir dəfə də soruşdum ki, bu şairlər, yazıçılar diyarında niyə özünüzə yaxın bir dost, həmdəm tapmadınız, axı? Bilirsənmi, daş adamın öz ayağını yaralamayınca, ağrının nə olduğunu bilmirsən... Bizim yazıçımız belə adamıydı - dili şirin deyildi, qılığı yoxuydu, ədəbi tədbirlərdən, çayxana müzakirələrindən, mühitdaxili söz-söhbətlərdən uzaqıydı... Gendən quru adam kimi görünsə də, sadəydi, simsarıydı... Yazıçının sələfi də olmaq gözəldi, xələfi də... Ən çətini yazıçının müasiri olmaqdır. Mirzə Fətəli Axundovun müasirləri onun meyitini ortada qoyduqlarına görə bu gün yada salınır və... "Müasirlərinizdən muğayat olun" - 80 yaşlı Aytmatovun ağsaqqal sözü qulağımda səslənir, "Daş adamın öz ayağını yaralamayınca ağrının nə olduğunu bilmirsən" - 79 yaşlı Sabir Əhmədlinin etirafını da elə bil təzədən eşidirəm və yazıçının ölümünə müasirlərinin etinasız münasibətini düşünürəm... "Sizdən sonra gələn nəsillər bir gün sizin üzünüzə..." - Mirzə Cəlilin səsini eşidirəm, qorxuram, utanıram... YAZIÇI öldü, yaşasın YAZI - yox, inanmıram. Yazıçıların ölümü bizi yazının ölümünə yaxınlaşdırır... Aytmatovun dediyi böyük mənəvi boşluq bəlkə elə budur?! Böyük yazıçı deyiləndə onun adını çəkirik, Nobel mükafatı verəndə başqasının... 80 illiyində namizədliyini türk dünyası irəli sürdü, axırı nə oldu? Biri var, müasirini tanımayasan, bilməyəsən, biri də var, dəyərini biləsən, onu tanıyasan və yanından ötəsən...
Beynəlxalq sənət dərgisi "Bayatı"nın yeni sayı işıq üzü görüb. Dərgi baş redaktor Elçin İsgəndərzadənin ekslibrisi ilə açılır. "Bayatı"nın bu sayında Qərib Mehdi, Arzu Nehrəmli, Hikmət Babaoğlu, Faruk Anbarcıoğlu, Maksim Zamşev, Şaziye Çelikler, Oraz Yağmur, Emine Sevinç Öksüzoğlu, Özlem Sezer, Vasif Süleyman, Ayhan Can, Vahid Aslan, Rəşid Vəliyev, Hafiz Hacxəlil, Faruk Faik Köprülü, Arslan Bayır, Mustafa Bilir, Hasan Ehmet, Arife Kalender, Zabil Təcnis, Sahib Aslanzadə və başqa müəlliflərin şeirləri yer alıb. Dərgidə professor İsa Kayacanın "Çingiz Aytmatov da dünyasını dəyişdi" yazısında dahi yazıçının ölümündən kədərlənən müəllifin xatirələri qələmə alınıb. Elçin İsgəndərzadənin "Türk insanlığının və mədəniyyətinin Bahaeddin Güney zirvəsi" yazısında Bahaeddin Güney türk milli mədəniyyətinin bilicisi kimi xarakterizə olunur. Professor Tamilla Abbasxanlının "Şiir söz sanatıdır və ya yürekteki kanın misralara dönüşüdür" məqaləsində türk şairi Burhanəddin Kocamazın şeirləri təhlil edilir. Dərgidə Təranə Musayevanın "Çarəsizlik", Salidə Şərifovanın "Əriyən şam", Gülafət Bayramovanın "Güldanın göz yaşları", Ayşe Yamacın "Kahve kokusu", "Yaşlı rüzgar" hekayələri nəsrsevərlərin ixtiyarına verilib. Tanınmış tənqidçi Vaqif Yusiflinin 60 illik yubileyinə həsr olunmuş yazıda müəllif Elçin İsgəndərzadə yubilyarın ömür və fəaliyyət yoluna nəzər salıb.
Bu yaxınlarda "Vektor" Beynəlxalq Elm Mərkəzində yazıçı-dramaturq Elçin Hüseynbəylinin "Metro vadisi" kitabı nəşr olunub. Kitabda E.Hüseynbəylinin 2004-05-ci illərdə qələmə aldığı eyniadlı romanı, son hekayələri, pyesləri və publisistik məqalələri toplanıb. Sintez üslubunda yazılmış "Metro vadisi" romanında müəllif "qadın ərini, yoxsa qardaşını çox sevir?" sualına cavab tapmağa çalışıb. Romanın əsas ideyası Şirvanşahlar dövründə baş verən tarixi olay üzərində qurulub. Əsərin qəhrəmanları metroda tunel qazan işçilərin təsadüfən tapdıqları insan skeletinin kimə məxsus olmasını araşdırarkən təhlükələrlə üzləşirlər. Kitabda E.Hüseynbəylinin müxtəlif vaxtlarda mətbuatda dərc olunmuş "Məzar gəlini", "Dezodorant qız", "Sular Günəşə nəğmə oxuyanda", "Qönçə kimi ürək" və oxuculara tanış olmayan bir sıra hekayələri də yer alıb. Kitabın publisistika bölməsində müəllifin "Anarı anlamaq anı", "Ocaq daşını qoruyan", "Cənnətin bağlı qapıları", "Cənab Bartlbi" və digər yazıları var. "Metro vadisi" bu il ədəbi fəaliyyətinin 25 illiyi tamam olan E.Hüseynbəylinin oxuculara təqdim edilən doqquzuncu kitabıdır.
Ermənistan hökuməti başda olmaqla dünyada fəaliyyət göstərən millətçi-şovinist erməni təşkilatları, erməni kilsəsi, erməni lobbisi uydurma "erməni genosidi"nin 94-cü ildönümünü aprelin 24-də qeyd etmək üçün revanş götürüb. Bu məqsədlə onlar yalnız mətbuat vasitəsilə beynəlxalq aləmdə antitürk təbliğatı aparmaqla kifayətlənmir, həm də bir çox dövlətlərin parlamentlərində qondarma "erməni genosidi"nin tanınması üçün fəal iş aparırlar. Hazırda beynəlxalq aləmdə baş verən prosesləri, habelə regionda yaranmış vəziyyəti nəzərə alan ermənilərin əsas hədəfi ABŞ konqresindən "1915-ci ildə Osmanlı Türkiyəsində ermənilərə qarşı soyqırım törədilmişdir" qərarını qəbul etdirmək və prezident Barak Obamaya çıxışında "erməni genosidi" ifadəsini işlətməyə nail olmaqdır. Daşnaksütyunun bayrağı altında birləşən millətçi-şovinist erməni təşkilatlarının on illərlə davam edən təxribatlarının əsas məqsədlərindən biri də dünyanı "türklər tərəfindən qəsb edilmiş - itirilmiş Ermənistan torpaqları"nın mövcudluğuna inandırmaqdır. Təbii ki, uydurma "erməni genosidi" barədə tarixi həqiqətlər tamamilə başqa mətləbləri açıqlayır. Bu barədə onlarla əsər yazılmış, qərəzsiz salnaməçilər 1915-ci ildə baş verən hadisələri gələcək nəsillərə olduğu kimi çatdırmışlar. Lakin nə yazıq ki, beynləri zəhərləyən və dumanlandıran, reallıqla heç bir əlaqəsi olmayan "erməni genosidi" özünə havadarlar da tapmış, bu "əzabkeş" millətin sağalmaz dərdi beynəlxalq aləmdə ən mötəbər məclislərin müzakirə mövzusu olmuşdur. Nə qədər qəribədir ki, dünyanın bəzi ölkələrinin parlamentləri öz dövlətlərinin dərd-sərlərini həll etmək əvəzinə, "erməni soyqırımı"na əlac axtarırlar. Beləliklə, bir tərəfdə böhtan, şər, digər tərəfdə isə reallıq durur. Tarix sübut edib ki, şər heç vaxt həqiqəqətə qalib gələ bilməz. Lakin hələ ki, erməni şərinin əlindən tutub yeritmək istəyənlər yetərincədir. Onlar ara-sıra öz şər qüvvələrinin gücü hesabına reallığı küncə qısnamağı da bacarırlar. Ancaq görünür, ədalət öz ədalətliliyinin arxayınlığında olduqca şər daha çox hücuma keçir. Elə ona görə də hər bir jurnalist, tarixçi, etnoqraf, alim, siyasətçi, vicdanlı şəxs həqiqəti dünya ictimaiyyətinə çatdırmaq üçün əlindən gələni əsirgəməməlidir. Süni şəkildə yaradılmış "Şərq məsələsi" bütövlükdə ciddi tədqiqata ehtiyacı olan bir problemdir. "Erməni məsələsi" isə "Şərq məsələsi"nin tərkib hissəsindən biri kimi 1860-cı ildə ortaya atılmış, Birinci Dünya müharibəsindən sonra səngisə də onun haray-həşiri yaşadığımız dövrə qədər gəlib çıxmışdır. Gerçəkdə "erməni məsələsi" Türkiyəyə zorla calanmış, həm də yabançı güclərin çəkişməsinin süni məhsulu olaraq meydana gətirilmişdir. Əsrin əvvələrində yaşamış məşhur ingilis alimi Edqar Qranvil yazırdı: "Gerçəkdə erməni-türk ilişkilərinə bir nəzər salınarsa, bu iki xalqın illər boyunca ən kiçik bir anlaşılmazlığa düşmədən, dostcasına yaşadığını görməmək mümkün deyil". Sonradan bu dostluğun düşmənçiliyə çevrilməsində, şəksiz, ermənilərin türklərə qarşı soyqırım siyasətini həyata keçirmələri səbəb olmuşdur. İtalyan alimi, şərqşünas, professor Leon Ceatan bu qənaətə gəlmişdir: "Ermənilər din və mədəniyyətlərinin inkişafında türklərə borcludurlar". 1914-1915-ci illərdə Türkiyədə konsul vəzifəsində çalışan çar generalı Mayevski öz hökumətinə göndərdiyi rəsmi təqdimatında yazmışdır: "Ermənilər tərəfindən Türkiyədə həyata keçirilən faciənin məsuliyyəti, əvvəla, erməni komitələri (Rusiyada, Qafqazda və Türkiyədə fəaliyyət göstərən bölücü, millətçi-şovinist erməni təşkilatları nəzərdə tutulur - S.A.) ilə müştərək hərəkət edənlərin, saniyən onları bu işə təşviq edən əcnəbi dövlətlərin üzərinə düşür". Bu rəy və sitatların, gerçəkliyi əks etdirən fikirlərin sayını istənilən qədər artırmaq olar. Bunu ermənilər də bilməmiş deyillər. Məsələ ondadır ki, erməni siyasətbazları və millətçiləri "erməni genosidi" məsələsini XIX əsrin II yarısından sonra Türkiyədə ermənilərin "dəhşətli vəziyyətdə" yaşamaları ilə izah edir (Eyni ssenari 1988-ci ildə Dağlıq Qarabağda oynanıldı - S.A.) və sübut etməyə çalışırlar ki, guya türklər ermənilərin "tarixi ərazilər"ini işğal etdiklərindən həmin ərazilərin əsl sahiblərinin hüquqları "dəhşətli dərəcədə tapdanmış", ermənilərin bir xalq kimi mövcudluğu sual altına alınmış və "barbarlar" (türklər nəzərdə tutulur - S.A.) "dinc erməni xalqı"nı kütləvi surətdə qırmışlar. Bəs əsl həqiqətdə nə baş vermişdir? Həmin dövrdə Türkiyədə yaşayan ermənilərin nə qədər irəli getdiklərini bir yazıda oxuculara təqdim etmək imkan xaricindədir. O səbəbdən də bəzi məqamlara diqqət çəkməklə kifayətlənəcəyəm. XIX əsrin sonunda ermənilər Türkiyə senatında 5 nəfərlə təmsil olunmuşlar. Birinci Dünya müharibəsi ərəfəsində Türkiyənin xarici işlər naziri (Qabriel Noradunkyan) erməni olmuşdur. XİN-in mərkəzi aparatında çalışan 11 nəfər müstəşardan 5-i milliyyətcə erməni imiş. Xarici diplomatiya idarəsində məmurların 35 nəfəri də "əzilən milləti" təmsil edirmiş. Erməni xarici işlər nazirinin dövründə 15 ölkədə Türkiyəni ermənilər təmsil etmişlər. O vaxt - ermənilərin hüquqlarının "tapdandığı" dövrdə Türkiyənin maliyyə naziri də (Akop Kazazyan) erməni olmuşdur. Həmin nazirlikdə 20 nəfər erməni ən məsul vəzifələrdə çalışmışlar. Osmanlı imperatorluğunda daha 8 nazir vəzifəsini icra etmək ermənilərə həvalə olunmuşdur. İmperiyanın süqutuna qədər - son 140 il ərzində silah istehsalına ermənilər rəhbərlik etmişlər. Araşdırmalar onu sübut edir ki, ermənilər tərəfindən başlanan və milyondan çox türkün qətliamı ilə nəticələnən uydurma "erməni genosidi"nin əsas məqsədi Türkiyədə bütövlükdə hakimiyyəti ələ keçirmək, bu mümkün olmadıqda isə bu ölkə ərazisinin böyük bir hissəsində erməni dövləti yaratmaq olmuşdur. Çaxnaşmaya qədər Türiyədə ermənilər sərvət toplayar, əsgər verməz, sərbəst yaşayardlar. Əgər bu məmləkətə (Türkiyəyə - S.A.) heç bir erməni komitəçisi gəlməmiş olsaydı və erməniləri üsyana təşviq və təhrik etməsəydilər, bu qırğınlar da olmazdı". Çar generalı Mayevski də bir raportunda təsdiqləyirdi: "Türkiyədə komitələr (millətçi-şovinist erməni təşkilatları nəzərdə tutulur - S.A.) girişmədiyi yerlərdə ermənilər rahatdırlar. Bu komitələr bu gün də fəaliyyət göstərirlər. Deməli, ermənilər yenidən səfil vəziyyətinə düşəcəklər. Tarixdə bir erməni faciəsi olmuşdursa, bunun ən böyük günahkarı erməni komitələri və komitəçiləridir". Osmanlı imperatoru dövründə onlarla xalq, millət hakimiyyətə tabe olsa da, dövlətə qarşı çıxan ilk təşkilatlar erməni komitələri olmuşdur. Bu məqsədlə ilk təşəbbüs 1860-cı ildə Kilikiyada qurulan erməni "Xeyirsevər cəmiyyəti" tərəfindən göstərilmişdir. Daha sonra 1870-1880-ci illərdə fəaliyyət göstərən "Araratlı" (Van bölgəsi), "Məktəbsevənlər", "Şərqli" (Kilikiya) cəmiyyətləri də erməniləri üsyana səsləmiş, bu məqsədlə şovinist əqidəsi ilə zəhərlənmiş "Silahlılar cəmiyyəti", "Millliyyətpərvər qadınlar cəmiyyəti", "Ermənistana doğru cəmiyyəti", "Gənc Ermənistan cəmiyyəti" və başqa təşkilatlar yaradılmışdır. Bu cəmiyyətlərdən biri də "Hnçak" komitəsi olmuşdur. Onun əsası Rusiya vətəndaşı olan Avetis Nazarberq və arvadı Maro tərəfindən qoyulmuşdu. Əsas üzvləri Rusiya erməniləri olmuşdur. Fəaliyyət dairəsi Güney Türkiyəni əhatə etmişdir. Komitənin əsas qayəsi "Türkiyə Ermənistanı"nı qurtarmaq, daha sonra "Rusiya və İran Ermənistanları"nı da birləşdirərək müstəqil Ermənistan dövləti yaratmaq olmuşdur. Mübarizə üsulu isə terror seçilmişdir. Türklərə qənim kəsilən bu təşkilatın yerli özəklərə verdiyi əmr belə olmuşdur: "Türkü, kürdü hər yerdə, hər şəraitdə vur. Məhz həmin təşkilatın törətdiyi qətliamların nəticəsidir ki, indi də Van. Qars, Ərzurum və başqa bölgələrdə minlərlə türkün toplum halında torpaq altında qalan cəsədləri aşkar edilir. Türkiyə ərazisindən Qərbi Azərbaycan torpaqlarına da keçən Daşnaksütyun İrəvanda, Gümrüdə, Zəngəzurda, Vedibsarda, Zəngibasarda, Ağbabada, Qarakilsədə ağılasığmaz dəhşətlər törətmiş, qadına, uşağa, qocaya baxmadan günahsız adamları od vurub yandırmış, süngülərdən keçirmiş, əsl soyqırım törətmişdir. XX əsrin əvvəllərində bu gün Ermənistan adlandırılan ərazidə yaşayanların 70 %-dən çoxu bu torpaqların əzəli sahibləri - azəri türkləri olmuşdur. Bu gün Ermənistan Respublikasında bircə nəfər də azərbaycanlının yaşamaması nədər xəbər verir? Ermənistan azərbaycanlılara qarşı soyqırım siyasətini əvvəlcə çar Rusiyasının, daha sonra Sovetlər Birliyinin rəhbərlərinin əli ilə həyata keçirdiyini görməmək üçün kor olmaq lazımdır. Azərbaycana qarşı ərazi iddiası ilə işğalçılıq siyasətinə başlayan Ermənistan Dağlıq Qarabağ və işğal etdiyi ətraf rayonlarda kütləvi qırğınlar törətməklə tam etnik təmizləmə siyasətini də həyata keçirməyibmi? Bəs nədən dünya birliyi ermənilərin yalançı göz yaşlarına bu qədər inanır? Bunun başqa adı yoxdur. Qayıdaq mövzuya. Qeyd etmək lazımdır ki, ermənilər öz siyasətlərini həyata keçirmək, Türkiyə ərazisində (tarixi Azərbaycan torpaqlarının böyük bir hissəsi də daxil edilməklə - S.A.) Böyük Ermənistan ideyasını reallaşdırmaq üçün Birinci Dünya savaşından bəhrələnməyə, Osmanlı ordusuna qarşı vuruşan müttəfiq qoşunlarına lazımınca yardım etməyə, bununla da Türkiyəni daxildən və xaricdən çökdürmək üçün tam güclərini sərf etmişlər. Bunu "biz müttəfiq davasına xidmət üçün qan tökdük" - deyə etiraf edən ermənilərin özləri də təsdiqləmişlər. Osmanlı ordusu cəbhədə savaşarkən ermənilər Daşnaksütyun partiyasının rəbhərliyi ilə yurd içində - Türkiyənin daxilində dövlətlər hüququna görə xəyanət hesab edilən, insanlığa yaraşmayan cinayətkarlıqla məşğul olmuş, müttəfiq orduların cəza dəstələrini təşkil etmişlər. Məsələn, o dövrdə rus ordusunun tərkibində türklərə qarşı 180 min erməni əsgəri vuruşmuşdur. Fransızların Şərq legionlarının tərkibində də minlərlə erməni olmuşdur. Dünyanın bir çox uzaq ölkələrində yaşayan ermənilər belə türklərə qarşı həyata keçirilən soyqırımı siyasətində fəal iştirak etmək üçün Türkiyəyə getmişlər. Deyilənləri savaş zamanı ələ keçən yüzlərlə sənəd, məktub və başqa materiallar təsdiq edir. Daşnaksütyun üzvü olan bir nəfər erməninin məktubundan sətirlər: "Sevimli atam, bu, son məktubumdur. Zira, mən də artıq vətəni vəzifəmi yerinə yetirmək və türkün başını əzmək üçün erməni könüllülərinə köməyə gedirəm. Rusiya, İngiltərə və Fransa Türkiyə və Almaniyadan tam bir intiqam almağa qərar vermişlər. Birinci Dünya müharibəsində Türkiyənin məğlubiyyəti ermənilərə öz mənfur niyyətlərini reallaşdırmaq üçün geniş imkanlar vermişdi. Türkiyəni parçalamaq üçün real şərait yaranmışdı. İngiltərə, Fransa və çar Rusiyası digər müsəlman xalqlarına örnək ola biləcək bir dövlət görmək istəmirdilər. Türkiyə ərazisi hesabına qondarma bir erməni dövləti yaratmaq cəhdi də həmin məqsəddən irəli gəlirdi. Müharibədən sonra ermənilərin müstəqil Ermənistan dövləti yaratmaq müraciətlərinə cavab olaraq ingilis, fransız, rus və yunan təmsilçiləri bir araya gələrək yeni Ermənistan dövlətinin hüdudlarını müəyyənləşdirməyə çalışmış, hətta onun gələcək ərazisinin konturlarını da cızmışlar. Bundan sonra məqsədə nail olmaq üçün ABŞ prezidenti Vilsonun qərarına ehtiyac duyulmuşdur. Bu məqsədlə də prezident Vilson general Harbord başda olmaqla xüsusi nümayəndə heyətini Türkiyəyə göndərmişdir. Bunun əksinə olaraq ermənilər İrəvan və Qars bölgələrində, Güney Anadoluda türklərə qarşı soyqırımı və köçürmə siyasətini həyata keçirmişlər. Qara dənizdən İrana qədər uzanan türk sərhədlərini gəzdik, fəqət erməni raportlarını təsdiqləyəcək heç bir şey bulmadıq". Beləliklə, hər şey aydın olur: soyqırımı türklər deyil, ermənilər törətmişlər. Birinci Dünya müharibəsindən sonra Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə bəhrələnən ermənilər Azərbaycanda da öz iddialarını və qatı düşmənçilik siyasətlərini bolşevik bayrağı altında reallaşdırmağa nail olmuş, xalqımıza qarşı dəhşətli soyqırım siyasətini həyata keçirmişlər. 1918-ci ilin mart ayından etibarən "əksinqilabçı ünsürlərlə mübarizə" şüarı altında Şaumyanın rəhbərliyi ilə Bakı Kommunası (əsasən ermənilərdən təşkil olunmuş - S.A.) tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək üçün mənfur planın həyata keçirilməsinə başlanmışdır. Bu siyasət həm də Şamaxı, Quba qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və başqa bölgələrdə də xüsusi qəddarlıqla həyata keçirilmişdir. Ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırım siyasətinə məşhur bolşeviklər də haqq qazandırmış, onların "sudan quru çıxmaları" üçün əllərindən gələni əsirgəməmişlər. Məsələn, Orconokidze Leninə vurduğu teleqramda yazırdı: "Polojenie Armenii traqiçeskoe, na nebolğşom kloçke dvux uezdov Erivanskoy qubernii skopilosğ 600 tısəç bejentsev, kotorıe qibnut massami ot qoloda i xolerı. Şuşuniskiy i Zanqezurskiy uezdı - oba zavoevanı turkami. Budur Azərbaycan xalqına gələcəkdə də divan tutmaq üçün daşnaqsütyuna qol-qanad vermək. Yeri gəlmişkən, qeyd edim ki, törədilən bütün cinayətlərə, soyqırımına qiymət vermək üçün Azərbaycan Xalq Cümhuriyyəti tarixi həqiqəti bərpa etmək yolunda xeyli iş görmüşdür. Bu məqsədlə 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirilmişdir. Nazirlər Şurası 1918-ci il iyulun 15-də faciənin tədqiqi məqsədilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul etmişdir. Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıda, İrəvan quberniyasında ermənilər tərəfindən törədilən vəhşilikləri araşdırmışdır. Həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün XİN nəzdində xüsusi qurum yaratmışdır. Əslində bu, Azərbaycana və Azərbaycan xalqına qarşı törədilən soyqırımına tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin Cümhuriyyətin süquta yetirilməsi bu işin başa çatdırılmasına imkan vermədi. Yalnız 80 ildən sonra müstəqil Azərbaycan Respublikasının prezidenti, ümummilli lider Heydər Əliyev 1998-ci il martın 26-da "Azərbaycanlıların soyqırımı haqqında" Fərman imzaladı. Məhz bu fərman həm Azərbaycan ictimaiyyətinə, həm də dünya birliyinə təkzibedilməz tarixi faktları özündə əks etdirərək azərbaycanlılara qarşı ermənilərin törətdiyi soyqırım siyasətinin iç üzünü açdı. İndi biz maskası yırtılmış bu üzün yenisini taxmasına imkan verməməliyik. Həmin vampir sifətə müasir, gözlə görünməyən maska taxmaq istəyənlər isə nə qədər desən var. Biz həm də onlarla mübarizə aparmalıyıq. Çox çətin mübarizədir. Lakin həm azərbaycanlılar, həm türklər nəinki mübarizə aparmağa, həm də birlikdə vuruşaraq qalib gəlməyə məhkumdurlar. ... Günlərdir ki, içində bir sonsuz türk, Türkiyə sevgisi olan jurnalist kimi mənə müraciət edənlərin "Türkiyə Ermənistanla qapılarını açacaqmı" sualına cavab vermək məcburiyyətində qalıram. Hər dəfə də son sözüm bu olur ki, türk xalqı onu qondarma "erməni genosidi" törətməkdə suçlayan, ərazilərinə iddia edən və bunu öz konstitusiyasında yazan, murdar hədəfinə çatmaq üçün bütün imkanlardan istifadə edən, Azərbaycan ərazilərinin xeyli hissəsini işğal altında saxlayan, tarixə Xocalı qətliamı kimi bir faciəni yazan Ermənistanla sərhədlərin açılmasına icazə verməz. Yaranmış vəziyyətə Azərbaycan xalqının, onun ziyalılarının və yazarlarının narahatlığı yersiz deyil. Açıq-aydın görünür ki, AKP iqtidarı Ermənistanla qapıları açmaq ərəfəsində olub. Yalnız Türkiyə və Azərbaycan ictimaiyyətinin birgə təzyiqləri Ərdoğan hökumətini bu addımı atmaqdan çəkindirib. Günlərdir ki, Türkiyədən yayımlanan televiziya kanallarında AKP yönlü jurnalistlər və siyasətçilər Azərbaycan iqtidarını bu və ya başqa formada, özü də çox sərt şəkildə ittiham etməkdə davam edirlər. Bəzən elə sərsəm fikirlər söylənilir ki, onları heç cür həzm etmək mümkün olmur. Ötən gün Avrasiya telekanalı ilə yayımlanan (AKPyönlü digər telekanallarda da bənzər verilişlər bu gün də davam edir - S.A.) verilişdə adını çəkmək istəmədiyim bir türk siyasətçisi elə belə də dedi: "Biz sözdə soyqırım məsələsi ilə bağlı tarixçilərdən və alimlərdən ibarət ortaq komissiya yaratmaq tərəfdarıyıq. Bu iş onlara həvalə olunacaq. Sözdə soyqırım məsələsi gündəlikdən çıxarıldıqdan sonra erməni lobbisinin anlamı da qalmayacaq. Biz bütün qonşularımızla, o cümlədən Ermənistanla münasibətlərin normallaşmasının tərəfdarıyıq". Doğrusu, həmin fikirləri eşidərkən Ərdoğan hökumətində yer alan o siyasətçinin dayaz düşüncəsinə heyrət etdim. Düşündüm ki, görəsən, Türkiyə hökumətinin üzvlərindən biri məgər bilmirmi Ermənistan dövlətinin və erməni lobbisinin yaşaması və varlığı üçün "erməni genosidi" məsələsi həlledicidir? Onlar məhz bu saziş əsasında bərqərar olublar. ... Aprelin 24-də erməni lobbisi bütün dünyada, Ermənistan hökuməti isə Ermənistanda qondarma "erməni soyqırımı"nı qeyd edəcək. Allah-Təala özü qıymasın ki, biz yenə də "genosid günü" qurban kəsilən azərbaycanlılar, yaxud terrora məruz qalan türk diplomatları haqqında xəbər eşidək. Səyyad Ağbabalı, "Arena" qəzetinin baş redaktoru.
Yəhudi əlifbası. Nəvəm Həmidə və onun dünyadakı bütün yaşıdlarına. Hörmətli Adam! Diqqətlə baxsan görəcəksən ki, mən də sənə oxşayıram - gözlərim var, ağız-burnum, qulaqlarım, ayaqlarım, əllərim var. Mən adam əti yemirəm. Orasını da bəri başdan deyirəm ki, mənim yanımda dayansan peşman olacaqsan, fikirləş. Gözləyirəm. Mən elə həmişəki yerimdəyəm... Ancaq əsnəmə, əsnəsən səni qovacam! Müəllifdən. Bütün bəşəriyyət dik qalxdı. Qəbirlər də dikəldi, baş daşları ilə üzbəüz dayandı. Zaman da dikəlib dayanan kimi Gələn gəldi, Yer kürəsi sətəlcəm olmuş adam kimi ölü sükuta büründü, bu sükut ağappaq idi, kəfənə oxşayırdı. Sükut yenə çabalaya-çabalaya Öldü və Gələn bu ölünü təzədən diriltdi: - Bütün bunları əsas götürərək qərara alıram: - Bütün Bəşəriyyət haqqında həbs qətimkan tədbiri seçilsin və haqqında cinayət işi qaldırılsın. Bu hökmdən bir ay müddətində Allahdan yuxarı bir kimsə tapsanız, quşların vasitəsilə ona şikayət edə bilərsiniz... Sükut təzədən partdam-partdama düşdü, çabaladı, çabaladı və öldü - bu dəfə onu dirildən olmadı. Bəşəriyyət ayaq üstə donmuşdu, heykələ dönmüşdü - axır ki, Bəşəriyyətə də heykəl qoyan tapıldı... Dünyanın bütün saatları çıqqıldaya-çıqqıldaya, taqqıldaya-taqqıldaya, şaqqıldaya-şaqqıldaya və nəhayət hıqqıldaya-hıqqıldaya dayandı - Zaman dayanmışdı... Dünyanın insan əli, ayağı, nəfəsi dəyməyən cənnət bir guşəsində mələklər körpələri əmizdirirdilər - doğum evinə oxşayırdı buralar, uşaqları da nömrələmişdilər, adları yox idi... Uşaqlar harda olduqlarını bilmirdilər, elə mələklər də. Onları Allah yerbəyer eləmişdi. Bu məkanda demək olmazdı ki, Zaman dayanmışdı və yaxud dayanmamışdı, bu məkanda Zaman yox idi. Bu uşaqlar nə heykəlləşmiş valideynlərin balaları idilər, nə də Zamanın - bu uşaqlar Allahın balaları idilər. Allahın körpələrə bir az rəhmi gəlmişdi, elə körpələr də Allahı bir az rəhmə gətirmişdilər. Və bu rəhm Allahın nə zamansa adamlara elədiyi rəhmə oxşamırdı və bu rəhmin özü də körpə idi, sanki körpələr üçün idi... Mələklərdən biri necə qışqırdısa şeytanlar dünyanın hər yerindən tökülüb gəldilər, bu məkanı mühasirəyə alıb təəccüblə bir-birlərini süzəndən sonra pıqhapıq başlandı, davam elədi və sonda xorla yer üzünü başına götürən uzun-uzadı bir qəhqəhə çəkdilər və çıxıb getdilər. Məlum oldu ki, mələklərdən biri körpəni əmizdirərkən uşaq onun döşünü dişləyib və onun döşündən süd əvəzinə ağappaq qan tökülüb... Şeytanların qəhqəhəsi mələklərin qulaq pərdəsinə tərəf sürünməkdə idi... Şeytanlar çıxıb getsələr də nəfəsləri bu məkana toxunmuşdu, indi bu məkan toxuntulu idi. Bu toxuntunu isə Allahdan başqa heç kəs götürə bilməz. Özünü Axtaran Adam rast gəldiyindən soruşdu: - Məni görməmisən, ay Adam? İlanın zəhəri dişinin dibində olur. - Dilimin altındadı deyillər. - Gözləri az qalırdı hədəqəsindən çıxsın. Nə qədər qulaq kəsilsə də onun dediklərini eşitmədi. Arxadan kiminsə ona tərəf qaçdığını hiss eliyən kimi geri çöndü, Özünü Axtaran Adam sürətlə ona tərəf qaçırdı. Bərk qorxdu, qorxudan qanad taxdı, qaçdıqca qaçdı və taqətdən düşdü, yıxıldı və yıxılmaq ona ləzzət elədi - dincəlirdi. Uzandığı yerdə başını qaldırıb qoltuğunun altından geri baxdı ki, görsün Özünü Axtaran Adam onu nə vaxt tapdalayacaq, ancaq onu görmədi. İki əlini yerə dirəyib bir az qalxdı və böyrü üstə çönüb başını qaldırdı: Özünü Axtaran Adam yox idi; başını silkələyib gözlərini bir neçə dəfə döyəndən sonra yenə o səmtə baxdı: Özünü Axtaran Adam təxminən yüz, yüz əlli metr ondan aralı üzü üstə düşüb qalmışdı. Ürəyində onu da hesabladı ki, eyni sürətlə qaçırmışlar, çünki aralarındakı məsafə elə əvvəlki qədər olardı. Ancaq mübahisə elədikləri yerdən xeyli uzaqlaşmışdılar. Başını qaldırıb Özünü Axtaran Adama baxanda gördü ki, o da buna baxır. Özünü Axtaran Adam da onu təkrar elədi. Özünü Axtaran Adam sağ əlini göyə qaldırıb silkələdi, üzünə təbəssüm qondu. Bu da onun hərəkətini təkrar elədi və Özünü Axtaran Adamın üzündəki təbəssüm qanadlandı və uça-uça gəlib bunun üzünə qondu. Onlar bir-birinə tərəf ağır-ağır addımlamağa başladılar. Aralarında əlli metrə qədər yer qalmışdı. Əvvəlcədən danışmış adamlar kimi ikisi də birdən dayanıb durduqları yerə mıxlandılar, sanki onları dizə qədər torpağa basdırmışdılar, elə bil ağac kimi yerə əkmişdilər ki, burdan tərpənə bilməzsiniz. Xeyli bir-birinə baxandan sonra Özünü Axtaran Adam dedi: - Füsunkar. Sənin adın nədi? - İstehza üz-gözündən tökülürdü. Özünü Axtaran Adam qəşş elədi, o qədər güldü ki, gülüşü tükəndi, bir azca qalmışdı, o da gözlərinin bulağından damcıladı yaxasına və sakitləşdi. Aralığa çökən sükut hər ikisini qorxutdu. Bu sükut xeyli davam elədi və ikisi də bərk qorxdu. Füsunkarın sağ əlinin barmaqları daraqlanıb qalın saçlarına keçdi, bu daraqla bir neçə dəfə saçını arxaya daradı, qeyri-iradi Özünü Axtaran Adama tərəf bir addım atan kimi qarşısındakı bir addım geriyə çəkildi və aralarındakı məsafə yenidən bərabərləşdi. Özünü Axtaran Adam bir addımın törədə biləcəyi təhlükəni aradan qaldıran kimi dedi: - Nəslinizdə-kökünüzdə şairdən-zaddan olmayıb ki? - Bu dəfə qeyri-iradi Özünü Axtaran Adam irəli bir addım atıb dayanan kimi Füsunkar bir addım gerilədi və məsafə yenidən əvvəlki həddinə yetişdi. - Sən nə danışırsan... O bazar dünyanın böyük dövlətlərinin başçılarının nəzarətindədi. - Füsunkar yersiz təmkinlə soruşub sağ əlini göydə oynatdı. Füsunkar da öz növbəsində ona tərəf cumanda necə bağırdısa Özünü Axtaran Adam vahiməyə düşdü və qayıdıb var gücü ilə geriyə qaçmağa başladı. İndi hər şey tərsinə idi; Özünü Axtaran Adam qaçırdı, Füsunkar qovurdu. Qaçan qovandan bərk qaçar deyiblər. Füsunkar ona çata bilmirdi, hərdən bağırtısı çatırdı Özünü Axtaran Adama və onu çox qorxudurdu. Birdən Özünü Axtaran Adam dayanıb geri çöndü. Füsunkar başını aşağı salıb gəlirdi; başını qaldıranda isə onun dayanıb gözlədiyini görən kimi özü də dayandı. Qanlı-qanlı bir-birlərinə baxdılar, baxdılar; burda qanlı-qanlı baxmaqdan daha çox bir dincəlmək məsələsi vardı. Özünü Axtaran Adam bu düzəngahda onlardan başqa bir kimsənin olmadığını dəqiq bilsə də, ətrafı özünməxsus olan bir sayıqlıqla nəzərdən keçirdi, belə deyək də, tam arxayın olandan sonra gözünü Füsunkara zillədi: - Hazırlaş! İkisi də çökdü, əllərini müvafiq olaraq yerə dirəyib, ayaqlarını uzatdılar, dincəlmək üçün bundan ideal şəkil almaq qeyri-mümkün idi. Xeyli dincəldilər. Sükutdan və aralarındakı əlli metr məsafədən başqa onların arasına girəcək bir zad yox idi. Gözləri danışırdı, qulaqları gözlərinin səsini eşitmirdi, ancaq gözləri bir-birini eşidirdi. Füsunkarın gözləri deyirdi: - Əlimdə əlacım olsaydı səni dəli inək balasını tapdalayan kimi tapdalayardım... Özünü Axtaran Adamın gözləri deyirdi: - Əlacım olsaydı balaca tikəni qulağın boyda eliyərdim. Füsunkarın gözləri deyirdi: - Sən öləsən, o dəli-ipləmə nəslinin başı haqqı sənnən qorxmuram. Özünü Axtaran Adamın gözləri deyirdi: - Sən öləsən, o oğraş nəslinin canına and olsun ki, səndən qorxub eləmirəm. Füsunkarın gözləri deyirdi: - Ancaq ipləmə kopoyoğlu heyvərədi ha... Özünü Axtaran Adamın gözləri deyirdi: - Pəzəvəng oğlu pəzəvəng... Onların dili gözlərinin sözünü kəsdi. Özünü Axtaran Adam yalandan qəhqəhə çəkdi: - Sənin əslin Hindistannandı ki... Mera Cuppa hi copana... - oxudu və Hind kinofilmindən eşitdiyi bu mahnının sözlərini bir neçə dəfə təkrar elədi, qollarını göyə qaldırıb rəqs elədi də; onu qorxu beləcə oynadırdı. Füsunkar müəyyən üstünlüyə malik idi, özü də bunu hiss elədi və hiss eliyən kimi dedi: - Sənin başın yeddinci olacaq. - Şərəf və ləyaqətimi təhqir etdiklərinə görə. Bəlkə boynuma almayım, hə? Özünü Axtaran Adamın belə gözlənilmədən razılaşması Füsunkarı çaşdırmışdı: "Birdən o axıracan sözünün üstündə durdu, onda mən neyləyəcəm, hə, mənnən baş kəsən olar? Özünü Axtaran Adam kədərli və bu dünya ilə vidalaşmağa hazır olan adam görkəmi almışdı - güzgüyə baxsaydı özü özündən qorxardı. Özünü Axtaran Adam özünü güclə saxladı, gülmək onun boğazında tıxanıb qalmışdı. - Sən bilməyəndən sonra mən hardan bilim... - Özünü Axtaran Adam Füsunkarın qoltuğuna verdi və deyəsən onun qoltuğu bir az da şişdi və bunu Özünü Axtaran Adam da hiss eləyib zəhmətinin itmədiyindən məmnun oldu. - Yox, mən qibləsiz başımın kəsilməyinə razı ola bilmərəm, günaha batmaq istəmirəm. Füsunkarın üstündən dağ boyda yük götürülmüşdü... Özünü Axtaran Adam deyəsən bunu bir balaca hiss eləmişdi: - Gəl məhkəmədə ayırd eliyək məsələni. - Füsunkar daxilən rahatlıq tapsa da, özünü narazı kimi göstərdi, ancaq Özünü Axtaran Adam bu narazılığı görmədi və nəticədə Füsunkarın "özünü başqa cür göstərmə" hikkəsi məğlubiyyətə uğradı. - Füsunkar səsinin yoğun yerini işə saldı. Füsunkar bir-iki addım ona tərəf gəldi, o bir-iki addım arxaya çəkildi. Füsunkar dedi: - Yaxşı, məhkəmə soruşsa ki, bu kişinin şərəf və ləyaqətini niyə təhqir etmisən, nə cavab verəcəksən? - Mən o şəcərənin ən şərəfli və ləyaqətli nümayəndələrindən biriyəm. - Axırıncıdan da axırıncı. - Füsunkar uzaqdan gözlərini qıyıb ümidlə ona baxdı, əməlli-başlı alver gedirdi. - Bax, əgər sizin nəsl-kökün, şəcərənin qiymətini min dollara razılaşmışıqsa, söz danışıqdan keçər də, mə. Füsunkar xeyli fikirləşdikdən sonra şəhadət barmağını alnının ortasından çəkdi, üzünü ona tutub dedi: - Mən bu məsələni təkbaşına həll edə bilmərəm, gərək məsləhətləşim, mənim də ləyaqətli ağsaqqallarım var... məsləhətləşib bir söz deyərəm. Füsunkar təəccübləndi: - Nəyi tapdın? - Məhkəməyə verəcəyim cavabı, cavabı tapdım... Məhkəmə məndən soruşanda ki, sən bu kişinin özünün və nəsl-kökünün, şəcərəsinin şərəf və ləyaqətini niyə təhqir eləmisən, bilirsən nə deyəcəm? - Deyəcəm ki, möhtərəm hakim, bu suala cavab verməzdən qabaq arzu edərdim ki, bu kişinin nəsli-kökü özü də başda olmaqla yığışsın gəlsin bu məhkəmə salonuna, qoy əvvəlcə mənə və sizə sübut eləsinlər ki, onların doğurdan şərəf və ləyaqətləri var, bax, ondan sonra mən sizin sualınıza cavab verərəm - olmayan şeyi mən necə təhqir eliyə bilərəm, ay möhtərəm hakim, necə?! Möhtərəm hakim də görəcək əə, sən öləsən burda fil kimi güclü, pələng kimi çevik bir məntiq var, bunu görəndən sonra məhkəməni təxirə salacaq, sabah saat onikiyəcən. Sabah saat on ikidə hamı yığılacaq, sənin bütün nəslin-kökün, yeddi arxa dönənin hamısı yığılıb gələcək məhkəməyə, möhtərəm hakim məndən soruşacaq: - Sən necə sübut eliyə bilərsən ki, bu tayfanın şərəf və ləyaqəti yoxdur. - Eliyərəm möhtərəm hakim, eliyərəm. İcazə versəniz on dəqiqəyə sübut edərəm, istəyirsiniz lap saata baxın. İcazə verirsiniz? - Möhtərəm hakim, bu yaxınlarda mən zərərçəkən İnadkarov Füsunkarla bir çölün düzündə, duelə çıxan adamlar kimi əlli metr məsafədə üz-üzə, göz-gözə dayanıb bu məsələ ilə bağlı söhbət elədik. - Bundan sonra bütün qohum-əqrəban sənin cəmdəyinə tüpürəcək, səni mal kimi döyüb, çıxıb gedəcəklər, ay şərəfsiz. Füsunkar necə bağırdısa, bu düzəngahın sağ tərəfindən, xeyli aralıda bir dəstə quzğun diksinib havaya qalxdı. - Bağıra-bağıra onun dalınca qaçırdı. Özünü Axtaran Adam ondan bərk qaçırdı və bu qaçışla Füsunkar yüz il də ona çata bilməzdi. Özünü Axtaran Adam ondan xeyli aralandığına görə arxayın dayandı, dərindən bir nəfəs aldı, bir nəfəsalma müddəti dincələndən sonra ona tərəf qaçan Füsunkara dedi: - Başımı kəsəssən?! - Sənin başını erməni qibləsinə kəsəcəm. - Erməni qibləsinin yerini bilərsən. Füsunkar yerindən dik qalxıb qaçmağa başladı. Bunlar ikisi də haqq-hesab çürüdən adamlara oxşamırdı, ancaq bir-birindən əl də çəkmirdilər. Onların arasında əməlli-başlı bir cığır doğulmuşdu, bu cığır onların ikisininkidi, şərikdilər. Qaçanın isə qorxudan ayaqları bir-birinə dolaşa bilmirdi, dolaşmadı da, o arxadan tappıltı eşitdi, artıq o bu tappıltını yaxşı tanıyırdı, ona görə də dayandı, geriyə çönmədən xeyli irəli baxdı, əvvəlcə yavaş-yavaş oturdu, sonra isə ədəb-ərkanla arxası üstə uzandı, yorğunluq onun da, elə o birisinin də bədənindən buxar kimi çıxırdı - onlar buxarlanırdılar, ancaq tükənən deyildilər... Torpağın üstündə uzanmaq ikisinə də ləzzət verirdi - elə bil qu tükünün üstündə uzanmışdılar, bircə yorğanları çatmırdı. Hava yavaş-yavaş qaraldıqca dünyada yeganə olan, heç bir ünvana tuşlanmayan bu ikibaşlı cığır yavaş-yavaş öləziməkdə idi. - Axı ona demişdim ki, qaranlıq düşən kimi sənin başını kəsəcəm... Qaranlıq düşməyib ki, hələ... - Füsunkar fikirləşdi.
İstiqlal şairimiz Xəlil Rza Ulutürkün bizə miras qoyub getdiyi ədəbi irs olduqca zəngindir. Onun özünün orijinal şeir və poemalarından, tərcümələrindən, elmi monoqrafiyalarından, məqalələrindən başqa, demək olar ki, yaradıcılığa başladığı dövrdən etibarən yazdığı gündəlikləri neçə-neçə cild təşkil edir. Müasir dövrümüzdə bu gündəliklər böyük əhəmiyyətə malikdir. Xəlil Rza iştirak etdiyi bütün ədəbi məclisləri, mədəni tədbirləri, görüşlərini təfərrüatı ilə gündəliyində yazıb. Bu gündəliklər, eyni zamanda, qiymətli ədəbi, mədəni və tarixi mənbədir. Tədqiqatçılar arxivlərdə tapa bilmədikləri faktları X.R.Ulutürkün gündəliklərindən öyrənmək imkanına malikdirlər. X.R.Ulutürk öz gündəliklərində hörmət və məhəbbət bəslədiyi qələm yoldaşları haqqında ürək dolusu danışır. Onların müvəffəqiyyətinə ürəkdən sevinir. Xalq yazıçısı Elçinin yaradıcılığı və şəxsiyyəti daima Xəlil Rzanın diqqət mərkəzində olub. O, Elçinin hələ gənc yaşlarından başlayaraq əldə etdiyi yaradıcılıq uğurlarını diqqət və maraqla izləyib. İllər keçdikcə, Elçinin hekayə, povest və romanları keçmiş SSRİ-nin "Literaturnaya qazeta", "Yunost", "Drujba narodov", "Voprosı literaturı", "Teatr", "Smena", "Literaturnoye obozreniye" və bu kimi ən nüfuzlu mətbuat orqanlarında çap olunduqca, yaradıcılığı yalnız Azərbaycan deyil, bütün sovet ədəbi tənqidinin yüksək qiymətini qazandıqca, əsərləri artıq dünya səviyyəsində nəşr edildikcə, Xəlil Rza Ulutürk yazıçının bu böyük uğurlarını ürəkdən alqışlayıb. Oxuculara təqdim olunan bu iki yazı da Xəlil Rzanın gündəliklərindən götürülüb. Həmin gün gənc yazıçı və ədəbiyyatşünas Elçin ədəbi ictimaiyyət arasında geniş əks-səda doğuran bir müvəffəqiyyətlə namizədlik dissertasiyası müdafiə edib. Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun Müdafiə Şurasının iclasında iştirak edən Xəlil Rza müdafiənin gedişatını gündəliyinə yazıb. İkinci yazı isə 13 il sonranın, artıq Elçinin yaradıcılığı geniş şöhrət qazandığı vaxtın yadigarıdır. Bu, Elçinə ünvanlanmış və gündəlikdə yazılmış məktubdur. Məktubu oxuyarkən Xəlil Rza Ulutürkün ürək genişliyinin və böyük səmimiliyinin şahidi oluruq. O, Elçinin müvəffəqiyyətlərinə qəlbən sevinir, onunla fəxr etdiyini bildirir. Bu, Xəlil Rza Ulutürk şəxsiyyətinin aliliyini göstərir. Nəhayət, qeyd etmək istərdik ki, Xəlil Rza Ulutürkün gündəliklərinin üzə çıxmasında, əsərlərinin nəşrində onun vəfalı və zəhmətkeş həyat yoldaşı Firəngiz xanım Ulutürkün böyük xidmətləri var. Yanımda Əliağa Kürçaylı əyləşmişdir. Ədəbiyyat İnstitutunun aspirantı olub. İndi əməkdaşıdır. "İnstitutumuzda ən gözəl oğlan Elçin bəy" (Gülruh Əlibəylinin ifadəsidir) söz kürsüsündədir. "Qəribə sürətlə yürüyür həyat. Elçinin uşaqlığı, Şuşada erməni kilsəsindəki lağıma gedib girməsi, atası İlyasın həyəcanı, az qala dəli olması, elə bil, dünənin söhbətidir..." - deyən od yanaqlı Əliağa Kürçaylı diqqətimi natiqdən yayındırır. Dissertantın elmi yolbaşçısı (rəhbəri) Mir Cəlal Paşalı Elçini yüksək zövqlü nasir, yetkin gənc alim kimi dəyərləndirir: - Elçin 1000-ə qədər məqaləni araşdırıb. Elçin ədəbiyyata peşə üçün yox, amal üçün gəlib. Ehtiraslı və cəsurdur, obyektivdir. Məni ən az incidənlərdən biri Elçindir. Professor Mirzəağa Quluzadə rəsmi opponent sifətilə danışır: - Elçinin bu əsəri çox ciddi, maraqlı əsərdir. Dissertant haqlı olaraq belə sayır ki, ədəbi tənqid ədəbi təcrübədən geri qalır. Bu əsər həmin geriliyi aradan qaldırmaq yolunda ciddi addımdır. Qüsuru budur ki, Elçin çox problemlər qoyub: tipiklik, gələnək və yenilikçilik, çağdaş roman, sənətçilik, müsbət qəhrəman. Dissertant hansı əsasla iddia edir ki, Sevil tipik surət deyil, simvolikdir?! Cavab-qayıdış nitqində Elçin bəy ustada təşəkkür edir və qayıdış verir. Çox problem qoymağını gərəkli sayır. Elçinin cavabı elmi, dərin və yığcamdır. Son dərəcə maraqlı problemlər qoyulduğuna və düzgün açıldığına sevindim. 20 illik ədəbi tənqidin mənzərəsi, nəsrin artım budaqları bu əsərdə aydın görünür. Dissertasiyasını oxuyanda opponent olduğumu unutdum. Az sitat gətirməsini bəyənirəm. Qorki sitatbaz tənqidçiləri haqlı olaraq lağa qoyur. Axı Engels özü deyir ki, bizim fikrimiz ehkam deyil, irəliləmək üçündür. Elçinin əsərinin ləyaqəti çoxdur: 1.Tənqidin düzgün tənqidini verir;. 2.Ədəbi təcrübəni bugünkü bədii yüksəliş baxımından işıqlandırır. Xarakter, müasirlik, sənətkarlıq haqqında fəsillər güclüdür. Elçin ehtiraslı, cəsur tənqidçidir, yaramaz əsərləri ehtirasla tənqid edir. Bununla belə, etika və təvazö cızığından çıxmır. Bildirir ki, tənqidçi dərin biliyə, fəlsəfi dünyagörüşə malik olmalıdır. Özü bu keyfiyyətlərə malikdir. Ancaq bəzən gərəksiz çəkişmələrə uyur. Mehdi Hüseynə, Məmməd Cəfərə qarşı fikirləri inandırıcı deyil. Mehdi Hüseyn deyir ki, mənfi obrazı orta istedad da yarada bilər. Lakin müsbət surət yaratmaq daha çətindir. Bunun üçün ədib özü şəxsi yetkinliyə, təcrübəyə, dərin biliyə malik olmalıdır. Yalnız Mehdi Hüseyndə deyil, Qorkidə, Belinskidə də buna oxşar fikirlərə tuş gəlmək olar. ...Yaxud obrazı şüurlu surətdə böyütmək nə vaxtdan bəri yaramaz elmi kriteriya olub. Məmməd Cəfər bu fikrini, zənnimcə, indi də qoruyur. "Köhnəlmiş doğu gələnəkləri hansılardır?" Bu köhnə gələnəkləri vaxtilə Səbuhi də göstərib: qəzəlçilik, mədhiyyə!.. Qayıdış nitqində Elçin deyir ki, mənfi surət yaratmaq üçün də çox istedad gərəkdir. Mehdi Hüseyn özü də Cavanşirlə yanaşı Bəhram kimi rəzil surəti işlərkən az istedad sərf etməyib. Partiyanın XIX qurultayından sonra tipikliyə dair yanlış təsəvvür yaranmışdır. Kamal Talıblı deyir ki, ədəbi proses yalnız bədii yaradıcılıqdan ibarət deyil, ədəbi tənqid də bura girir. Elçin qüdrətli nəzəriyyəçidir. Ağ saçlı Abbas Zaman səmimi danışır, yazılı rəyini təqdim etdiyini bildirir. Moskvada kimsə tənqid olunub deyə, biz də burada antipatriotik ədiblər axtarmış, onlara ləkə atmışıq. Elçin sayıq oğuldur, gözü açıq igiddir. Azərbaycan ədəbiyyatını yalnız respublika ölçüsündə deyil, dünya ölçüsündə araşdırır. Əziz Mirəhməd deyir ki, tənqidçilikdən çoxdan ayrılmışam. Ancaq Elçinin əsəri məni o qədər həyəcanlandırdı ki, danışmaya bilmirəm. Elçin Əfəndi bilikli, qələmli və cəsurdur. Mehdi Hüseyn, əlbəttə, yanılıb. Elçin müəllim, əsərinizi oxuyanda sizi adil hakim gördüm. Ancaq iki məsləhətim var: 1.Ədəbi tənqidimizi geniş ürəklə qiymətləndirin. 2.Oçerklərə dair mülahizələrə yenidən baxmaq gərəkdir. Yaşar Qara deyir ki, bu əsər bizim nəzəriyyə şöbəsinin iftixarıdır. Səsvermənin sonucunu gözləmədən Elçinin əlini sıxırıq. Atası İlyası, əmiləri Tofiq Əfəndini və Mustafanı təbrik edənlər çoxdur. Dənizə! Görünür, yazıçının qüdrəti onun yalnız irihəcmli əsərlərində deyil, yol qeydlərində, ən adi yazılarında belə üzə çıxır. Qabrovo mükafatı çələngdarı yazıçı Leonid Lençin tez-tez itib-tapılan və sonda Çarli Çaplinin oğlunun papağı kimi ispan turistləri tərəfindən yəğma edilən ağ parusin kepkası ilə bağlı söhbətlər "Qabrovo görüşləri"nə xüsusi bir estetik hüsn gətirir, süjet zəncirini çəkib aparır və yol qeydlərini bədii əsər səviyyəsinə qaldırır. Fransada yaşayan Güney Azərbaycan rəssamı Mustafa bəylə görüşlərinizin təsviri xüsusilə təsirli və unudulmazdır. "Əlbəttə, Bakıda da Mustafanın əsərlərinin sərgisini təşkil etmək olar (və təşkil etmək lazımdır!). Amma məsələ təkcə bu sərgidə deyil. Ürəyin dərinliyində hərdən közərən o ağrı təkcə bir sərgi ilə özünə əlac tapan deyil". ), yıpranmış ifadə ilə desəm, böyük vətəndaş sənətkarın qələmindən çıxa bilər. Çağırdığınız bayatılar oçerkə xüsusi bir gözəllik gətirir: Əziziyəm mərd çəkər, Sənsiz könül dərd çəkər. Vətənin qeyrətini. Namərd çəkməz, mərd çəkər. Dəryada dəryalıqlar, Oynar suda balıqlar. Nə belə dostluq olsun, Nə belə ayrılıqlar. Sən, əziz Elçinimiz, Almaniyada və Fransada, ümumən Qərbi Avropada yaşayan və yaradan azərbaycanlı sənətçilərin, yadların milli fondunu zənginləşdirən istedadlar haqqında nə qədər ürək ağrısı ilə danışırsan. Eynəlqüzzat, Qətran Təbrizi, Xaqani və Nizami kimi yaddilli doğma dahilər ilə bağlı dərdləri bizə bir daha xatırladırsan. Sənin Parisdə yaşayıb yaradan Bəhram Əmioğlu, Nasir Dirəxşani, Daryuş, Xaqani, Əli Sərmədi kimi rəssamlar haqqında misralarını həyəcansız oxumaq olmur. Ariflərin töhfəsidir əzəl gündən bizə şeir, Çünki şeir uzun sürən mətləbləri qısa deyir, Ruhu yüksək oxucular dinlədikcə nəşələnir. (S.Vurğun çevirisində Şota Rustaveli). Bununla belə, Covanoli, Antuan de Sent-Ekzüperi, Çingiz Aytmatov, Səbətçioğlu, Yuri Bondarev, Mövlud Süleymanlı, İsmayıl Şıxlı, İsa Hüseyn Anadil, Sabir Əhməd, Anar və Elçin qəbilindən olan nasirləri oxumaq həvəsindən özümü saxlaya bilmirəm. Fürsətdən istifadə edib deyim ki, "Azərbaycan" dərgisində basılmış "Mahmud və Məryəm" romanınız çağdaş nəsrimizin qızıl fonduna daxil olan nadir əsərlərdəndir. Çaldıran düzündə insan kəllələrindən yapılmış qanlı minarənin, qarğa, quzğun tərəfindən didişdirilən bəbəklərin təsvirini hələ də unuda bilmirəm. Sənin nəsr fırçan çox dəhşətli, sərt, unudulmaz rəsmlər çəkir. Folklor sərvətlərindən, mühüm tarixi qaynaqlardan, şair, alim fantaziyasından, qərb mədəniyyəti ilə şərq uyğarlığını birləşdirmək ehtirasından yaranmış bu roman, abidə ciddi elmi araşdırmaya möhtacdır və bunu yalnız Elçinin özü təkin qüdrətli tənqidçi-təhlilçi bacarar. Vaxtilə mənə bağışladığın "Tənqid və ədəbiyyatımızın problemləri" ("Yazıçı", 1981) kitabınız mizüstü kitablarımdandır. Bu cür cəsur elmi siqlətə, sanbala malik kitablar yalnız çağdaş bədii tərəqqi uğrunda duraqsız mübarizə aparan sənətçinin və alimin qələmindən çıxa bilər. Bu kitabı oxuduqca ürəyimdən keçən bircə fikir vardı: Elçinimiz necə sürətlə boy atdı, Doğunu və Batını mənimsəyən parlaq bir ədəbiyyat bilicisinə, filosof qüdrətli nəzəriyyəçiyə çevrildi. Buradakı məqalələrin çoxu, xüsusilə "Poeziyamızın bəzi yaradıcılıq problemləri" qəbilindən olan əsərləriniz incə şeirşünas qələmindən saçılıb. Təxminən iki il öncə "Azərbaycan" jurnalındakı Türkiyəyə səfəriniz ilə bağlı əsəriniz bütöv bir xəzinədir. Azərbaycan-Türkiyə ədəbi-mədəni ilişgilərinin yeni və ləkəsiz aynasıdır. Bu əsər bütöv bir dissertasi hökmündədir və yenidən oxumağa, öyrənilməyə layiqdir. Mirzə Fətəli Səbuhi üstünə məruzənizi bizim qüdrətli şairimiz Qabil ilə birlikdə oxuyub müzakirə etmişik. Qabilimizin Sizinlə fəxr etdiyini bildirməsi mənim üçün unudulmazdır. Bu yaxınlarda "Azərbaycan" dərgisində basılmış hekayələrinizdən birini ("Ayaqqabı"nı) oxumağa macal tapdım. Yalnız ayağını sıxan ayaqqabıdan deyil, ümumən ictimai sıxıntıdan qurtulmaq uğrunda mübarizə aparan mətin bir gəncin parlaq surəti yaradılıb bu zəngin, çoxqalereyalı hekayədə. Sənin oxucun olmaq çətindir, əziz Elçinimiz! Çünki Sosialist Əməyi Qəhrəmanı hökmü ilə qələm çalırsan və saçdığın inciləri yığıb-yığışdırmaq olmur. Hələ Afrika yazıçısı və bolqar tənqidçisi ilə görüşlərindən, dartışmalarından doğan sənədli povestləri, esseləri demirəm. Qanadlı və cəsur yaşayırsan. Bircə saniyəni belə itirmədən böyük poeziya yaradıcısı kimi qələm çalır və can yandırırsan. Aldığın Bütünittifaq Komsomol çələngi sənə halal olsun. Bundan da şöhrətli çələng aldığı halda adicə oxucu təşəkkürünə layiq olmayanlar var. Qorxma, qiymətini ala bilməsən, Ömrünü məşəltək tulla zülmətə. Qorx, haram şöhrətə başın qarışa, Tamarzı qalasan halal şöhrətə! Yaxşı ki, sən, əziz Elçinimiz, belələrinə - haram şöhrət düşkünlərinə qarşı mübarizədə yetişirsən, boy atırsan. Bu yolda sənə daha cürətli, daha qüdrətli döyüş qanadları arzulayan qardaşın –.
Elə bu məqamda fikrimdən məşhur İsveçrə psixoloqu Karl Qustav Yunqun "İnananlar uşaq kimi yox, uşaq olaraq qalmaq istəyirlər" sözləri keçdi; inananlar, inanclılar sırasına şairləri də qatmaq olar. Şairlər böyümürlər; böyük şairlər tamam başqa adamlardı; özgə qitələrə, yad yerlərə gedib çıxmış səyyahlardı. Mənim qəhrəmanımsa nə qədər uzaqlara baş vursa da, əlçatandı, yaxındı, doğmadı. Şair İlhamdı, İlham Qəhrəmandı. Həmişə düşünmüşəm ki, İlhamın Qəhrəman təxəllüsü onun uşaqlıq arzularına, canatımlarına bağlıdı. Uşaqlıqda hansımız qəhrəman olmaq, uca dağları aşırtmaq istəmirdik ki? Şairin, yazıçının, yaradıcı adamın təxəllüsü çox zaman "qeyri-formal" olur, onu "ayama" adlandırmaq da mümkün deyil. Təxəllüs nəsə ciddi bir "təzahürdü", yenidən doğuluşa cəhddi. Zira onu da bilirəm ki, bu Qəhrəman onun familindən "ov" hissəciyinin atılmasıyla yaranıb. Şair təzədən bax beləcə doğulub. Əldə tüfəng getdim. İlham Qəhrəmandan oxuduğum və sehrinə düşdüyüm ilk misralar bunlardı. Şeir özü səni başına çəkir, udur, balıq qarnındakı Yunus peyğəmbər kimi başlayırsan tövbəyə, daxili qapanmadan göyüzünə cığır salmağa. Həmin misraları ilk dəfə oxuyandan sonra - səhv eləmirəmsə, 98-ci ilidi - dərhal ürəyimə Qəhrəmanla görüşmək duyğusu calandı. Bu, bulağın qaynadığı nöqtəyə, su çıxan quyuya baxmaq-boylanmaq hissi kimi bir şeydi. Doğrusu, İlhamla ilk görüş məni çaşdırdı, ola bilsin, şeirlərini oxuyub sonra onunla görüşən hər adam mən düşən günə düşür. Şeirlərindəki qəmdən, ağrıdan fərqli onun üzündə elə həmin qəmin-kədərin axıb süzüldüyü yerdən boylanmış uşaq təbəssümü, gülümsərliyi vardı. Kostyumu da qəttəzəydi; yəni şair kimi yox, "minstr" sayağı geyinmişdi. Bəlkə təzəcə dəlləkdən çıxmışdı - saçları, lənət şeytana, əməlli-başlı sahmanlıydı. Bütün bunların davamı kimi o, məni və mənimlə olan dostumuzu fasilə vermədən, tələsgən bir tövrlə kabab qonaqlığına dəvət edirdi. Kabablamağa getdik, amma şeirin yanında qalmaq olardı. Əlbəttə, bu, şeirdən-şairdən getmək deyildi, Şeirdən Şairə qonaq getməyidi. Oxucu, yaxud naşir olsan belə, neynəyəsən ki, Şairin və Şeirin yolu bu cür tüstülü ünvanlardan adlayır. Doğrusu, İlham Qəhrəmanı tanıyanlar onunla ünsiyyətin məxsusi gözəlliyini yaxşı bilirlər. Mənə dost şairlər içərisində o, yeganə adamdı, rastlaşanda şeir deməsini xahiş eləyirəm. Onun şeirləri yalnız kağız ucunda yayılanlardan deyil; onun şeirlərinin emosiyasına şifahi - "hava və damcı" vasitəsilə daha tez, daha asan yoluxmaq olur. Bu şeirlər elə bil, sən demək istədiyini danışır, ifadə eləməkdə çətinlik çəkdiklərini oxuyur. Nə qədər kədərli olsa, hansı qəmin siminə köklənsə də, həm də özündə az qala dodaq qaçıran, heyrətli bir əlac gəzdirir. İlham bəzən öz dərdinə, dərd elədiyi problemə, fakta uşaq sadəlövhlüyülə fərqli bir çarə yazır. Yaxud dərdin rişələrini sadəlövh və ağlagəlməz bir səbəbə bağlayır. Böyük bir elin haqsız yerə yurd-yuvasından didərgin düşməsi şairin ifadəsində belə bir səbəblə simvollaşır: Nə günah elədik. Kimlər üstümüzə. Ağlasığmaz dərdin ağlasığmaz dərmanı olar - bu, bəlli... Ancaq mənə elə gəlir, İlhamın yanaşmasından həm də uşaq təmizliyi süzülür. O öz dərdilə bu sayaq paklanır, belə vidalaşır. İlhamın şeirləri El, Oba fonundadı.
Könüllər dərvişi və ya Ürəyindən göylərə yol açan şair. Hər bir insanın öz daxili aləmi, dünyaya baxış prizması olduğu kimi, hər bir yazıçı və şairin də öz yaradıcılıq üslubu və düşüncələrinin poetik ifadə tərzi var. İndi şairlərimiz çoxdur, ənənəvi qaydada yazanlar da var, yenilikçi olmağa çalışanlar da. Şair Elxan Zal Qaraxanlının özünəməxsus yenilikləri ilə zəngin olan poeziyası da öz polifonikliyi və unikallığı ilə seçilir. Elə bu səbəbdən mən onu kimlərləsə müqayisə etmək istəmirəm. qasid kimi aramızda. ikimizin, sənə aldım bu gülləri, görürsənmi. qönçədirlər, açılanda necə. gözəl olacaqlar, sənin kimi, Qədim qam-şamanlardan qalma ənənəyə görə qoşmaların sonuncu bəndində müəllifin adı çəkilir. Müəllifi bilinməyən bir şeirin isə bir neçə şairin adına çıxıldığının dəfələrlə şahidi olmuşuq. Ancaq şairin öz yazı üslubu olduqda belə hallar baş vermir, şeirdəki üslub və ya onun manerası müəllifin adı çəkilməsə belə kimə məxsus olduğunu bildirir. Elxanın da üslubu bu silsilədəndir. Bir şair kimi düşüncələrini, fikirlərini, eləcə də həyatda rastlaşdığımız problemlərə, reallıqlara münasibətini bəlağətsiz, qısa və konkret misralarla ifadə etməkdə ustadır. Konkretlik, duruluq onun ifadə tərzinin və ya poeziyasının saflığının təcəssümü olduğu kimi, həm də cəmiyyətin şüurunda inkişafın stimuludur. Elxan Zal Qaraxanlı çağdaş poeziyamızın məhsuldar şairlərindəndir. Şeirləri və esseləri vaxtaşırı mətbuatda yayımlanır, beş kitab müəllifidir. O, yaradıcılığı ilə oxucunun diqqətini özünə çəkə bilir, zövqünü oxşayır, onu düşündürməyi bacarır. Elxanı postmodernist şair kimi təqdim edənlərin sayı az deyil. Lakin mənim düşüncəmə görə, bu təqdimat yanlışdır, çünki postmodernizm ədəbi cərəyan yox, ədəbi mühit ola bilər. Əgər doğrudan da bu mühit yaranmaqdadırsa, ora kimlərin daxil olduğunu gələcək göstərəcək. Ancaq Elxanın müasir bədii təfəkkürə köklənmiş poeziyasının fərqli xüsusiyyətlərə malik olması istisnasızdır. Onun şeirləriylə başbaşa qalıb pıçıldaşmaq, dərdləşmək, söhbətləşmək insana mənəvi rahatlıq gətirir, çünki onun şeirlərində isti bir doğmalıq, sərbəstlik var. Bu şairin səmimiyyətindən, insanpərvərliyindən, Allahın yaratdıqlarına olan sevgisindən doğur. baxmaq həmişə xoşdur, Tanrının yaratdığını. danışdırmaq ondan da xoş. Sən mənə xoş sözlər pıçılda ki, Ürəyimdən göyə yol açılsın. Elxanın şeirlərində bir-birinə zəncirvari bağlı olan hər misranın öz əzəməti var. Belə ki, ayrılıqda öz məna kəsəri ilə seçilən bir misrasının itməsi, bir kərpicin uçması ilə bütöv bir binanın yerlə yeksan olması qədər faciədir. Bugünkü ocağın dünənki kül üstündə alışdığına ustalıqla eyham vuraraq sevgisini dilə gətirir və bu deyimi şeirində öz üsulu ilə ifadə edir: Yalnız səni istəyirəm, Burası işvəli mərcanların. Məzarlığından doğan bir ada, Qayğısızlıq ətri gəlir havadan. Elxan Zal Qaraxanlı şairlik ənənəsinə yaradıcı yanaşır. Onun duyğularında məhdudluq da hiss olunmur. Poeziyada baharın gəlişi ənənəvi olaraq güllərin açması, qaranquşların gəlməsi və digər bu kimi stereotip təbiət əlamətləri ilə ifadə olunur. Elxan isə şeirində baharın gəlişini indi artıq kəndlərə də yayılmış şəhər əlamətləri ilə müjdələyir: Müştəri çağırır kafelər və köşklər, İndi bahardı. Doğrudan da biz baharın bu əlamətini qışda görmürük. Türkçü şair Elxan Zal Qaraxanlı təkcə Azərbaycanın yox, həm də Türk dünyasının şairidir. O, "Türk əsrinin türküləri" kitabında oxucunu yenidən tarixə qaytarır, ulu keçmişini xatırladır, ona nostalji hisslər yaşadır. Elxanın əsərlərində Türk dünyasının az qala dünya boyda olan miqyasının bir daha şahidi oluruq. Şair bu kitabında həm də millətimizin böyük oğullarını özünəxas məftunluqla mədh edir. Saltuq Buğra, Temuçin, Bəybars, Artıq xan, Çağrı bəy, Atilla, Gürşad, Fateh Sultan Mehmet kimi yenilməz türk hökmdarlarını, sərkərdələrini da unutmur, misralarında ulu babalarımızı qürur hissi ilə anır, onların xatirəsini əziz tutmağı tövsiyə edir və xalqımızı özünüdərkə, özünəqayıdışa səsləyir: Elxanın Türk sufiliyinin mədəniyyətimizin inkişafında rolunun böyük olduğunu bir daha göstərdiyini onun Yunis Əmrə, Əhməd əl Yasəvi, Mövlana Cəlaləddin Rumi kimi mürşidlərimizi xatırladan sufisayağı yazdığı şeirlərində oxuyuruq: Mən könüllər dərvişiyəm, Sufilərin ermişiyəm, Haqqa yol varan kişiyəm, Yahu, Yahu, hu söylə, hu. Elxan Zal Qaraxanlının üstün cəhətlərindən biri də mütaliəni sevməsi, gündəlik mətbuatı izləməsi və tariximizi dərindən bilməsidir ki, bu əlamətlər əsərlərində aydın görünür. Aşağıdakı bəndləri ilə dediklərimi təsdiqləyən şair, eyni zamanda türk xalqının gözəl yaddaşa malik olduğunu, onların bəşəriyyətə şölə saçan zəngin mədəniyyətini daha çox qədim şamanlar və qamlar, ozanlar və aşıqlar vasitəsilə şifahi ədəbiyyatda yaşatdıqlarını vurğulayır: Kitablar itdi getdi, Kitab bildik ozanı. Türkülər qanadında, Yaydıq ulu azanı. Atüstü gəzər olduq. Qədim türkcədə işlədilən sözləri də ara-sıra misralarına gətirən Elxan türkcü şair olduğundan yaradıcılığında ortaq türkcənin təzahürləri duyulur. Bu səbəbdən onun şeirlərinin bütün türkcələrdə daha asan anlanılmasının mümkün olduğunu düşünürəm. Türklüyə çəp baxanın. Güzgüsünə çat gələcək. deyərək keçmişilə qürurlanan, gələcəyinə ümidlə baxan şair Amerikanın İraqı bombalamasına, eləcə də digər güclü dövlətlərin bir qədər zəifləri hədələməsinə öz etirazını qətiyyətlə bildirir, insana yaranışların ən alisi kimi baxır, Allahın yaratdıqlarına sevgiylə yanaşır: Ölmək yaxşıdırsa, öl, Yaxmaq yaxşıdırsa, yaxıl, Babil Allahın qapısıdır, Amerika, Allahın öz cəza günü var. Beləliklə, Elxanın yaradıcılığı zəngin, şeirləri məna çalarlarıyla dolu və şəffaf, dəyər nisbətiylə bir-birindən gözəldir. Olduqca səxavətli, geniş ürəkli, dostlarına sədaqətli və etibarlı yol yoldaşı olan Elxanın bu keyfiyyətləri əsərlərinə hoparaq misralarında apaydın görünür. Elxan təkcə bədii yaradıcılıqla kifayətlənmir, eyni zamanda Azərbaycan Yazıçılar Birliyinin nəzdində fəaliyyət göstərən Mahmud Kaşqari Fonduna rəhbərlik edir. Qeyd edim ki, o Fondun rəhbəri kimi kifayət qədər məsuliyyətli işlərə baş vurmaqla xalqa xidmət edir.
Son zamanların ədəbiyyatında, xüsusən şeir mətnlərində cisim (rusların təbirincə: telesnıy)?metaforası üstünlük təşkil edir, bir sözlə insan cisimlə ruhun "suayrıcında" qərar tutur. Beləliklə, müasir fəlsəfədə insan bədəninin sirrinə meyl artıb. Bunu bizdə 2000-ci illərdə ədəbiyyata gələn nəslin yaradıcılığında da müşahidə etmək olar. Necə deyərlər, ruhdan bədənə dönüş bu cismin üzvi və qeyri-üzvi duallığı ilə bağlıdır. Yəni həm də: insanın varlığı (mahiyyəti) onun orqanizminin içində deyil, ondan xaricdədir, Karl Marks demişkən, "ictimai münasibətlərin məcmusundadır" (ictimailiyin özü də insanın qeyri-üzvü cismidir və mahiyyət səciyyəlidir). Bir sözlə, klassik fəlsəfədəki "ruh-bədən" elementləri indi yerini dəyişib. Bu, hər şeydən öncə sövq-təbii baş vermiş "dekonstruksiyadır". Çingiz Göytürkün "Üzüm bağı" şeiri həmin "kortəbii" dekonstruksiyanın qabarıq nümunəsidir. Burda açıq-aşkar planda heç bir "bədən elementi" nümayiş etdirilmir, insan özündən kənardakı əşyalara əli, barmaqları, kirpikləri, gözləri... bir sözlə, müxtəlif cismani elementlərlə nüfuz edir, özünü həmin əşyaların üzərinə "köçürür", bir kətanın üstündə, bir səthdə ən müxtəlif fikir və mülahizələri, yaxud onların ixtiyarı seçilən hissələrini yerləşdirir, köçürülən hissələr arasında münasibətlər qəribədir ki, dəqiq və konkret düzüm daxilində yaranır. Kənardakı cisimlər həmişə "zərbə", təmas gözləyir, canındakı ağrını, min illər boyu içinə yığdığı həyəcanı ifadə etmək, göstərmək istəyir. Salxım-salxım ulduz dərin budağından... Ancaq bu hadisələr xaotik şəkildə baş verdiyindən, sözdən obrazın, obrazdan detalların, ştrixlərin, ən kiçik "məna vahidlərinin" ayrılıb şaxələnməsinin sonda necə başa verması gözlənilmir, daha doğrusu, sonluğun nə olması sual kimi qoyulmur. Çaxır çəkin dəniz-dəniz. Sal söyüdlər sağlığına. Haram olsun qızıl lalə çanağında. içməsəniz... Şeir bitmir, tamamlanmır, konkret əşyaların sırası genişlənir, zaman keçdikcə, sözlər, əşyalar, obraz və detallar ən kiçik məna vahidlərinə qədər bölünür, parçalanır və bir şeirin ən müxtəlif variantları meydana gəlir. Çingiz Göytürkün bu şeirini dəfələrlə oxumuşam, həmişə Derridanın "Poeziya nədir?" məqaləsindən bir fikrini xatırlamışam: şeir yaralayır və yaranın üstünə məlhəm kimi sarılır. Haram olsun qızıl lalə çanağında içməsəniz...Burda yuxarıda deyilən "Suqovuşan" məsələsi meydana çıxır. Ən kiçik məna vahidi nöqtə kimi gah görünür, gah gözdən itir, onun hansı məqamda olması bilinmir, yaxud dəqiq bir ünvan, dəqiq bir ayrıntı göstərilmir. Süleyman Məhəmmədinin "O qatarın səsi" şeirində poetik vurğu ayrı-ayrı misraların və əşyaların üzərində hərəkət edir, ən müxtəlif olaylardan keçir, yanır, susur, dayanır, parçalanır, bir anda yanğından, səsdən, səsin daha parçalana bilməyən küy tonallığından keçir. Bu becid yerdəyişmələr həm maddi, həm qeyri-maddi, həm üzvi, həm də qeyri-üzvi nəsnələrin içində bir xaotiklik yaradır. Meşə yandı? Təsvir momento elə seçilib ki, hərəkət edən əşyanın sürət anlayışı eyni anda iki zidd durumun içindədir. tanımadılar heç məni? uzaqdan gələn bir mahni səsi? qulaq asmadım? doyunca səsinə mən? o qatarin səsi gəlmir daha? gözləyirdim sərhəd boyunca? bəlkə döndü? tellərdən buyana. dəmir yolda? sabahını itirdimi?? Bu kiçik yazını düşünərkən ad axtarmalı olmadım, Seyid Heydər Bayat ismi o qədər tutumludur ki, hər hansı addan vaz keçdim. Niyəsini izah etməli olsam gərək, zarafatla desəm, "Kultaz"a bir məqalə yazmış olam. Seyid Heydər Bayat bu gün güneydə yazıb-yaradan ən istedadlı şairlərdən biridir və onun ortaya qoyduğu nəsnələr şeirlə, ədəbiyyatla, dünyanı anlamaqdan çox, onunla bəhsləşməklə doludu. Seyid Heydər Bayatı tanıtdırmaq üçün nə tərcümeyi-halından rəqəmlər vermək, nə yaxınlarda çap edilən "Alma yolu" kitabını sərgiləmək, nə də başqa bir ayrıntını qabartmağa ehtiyac var. Sadəcə bir, ya iki şeirini oxumaq lazımdı. fəlsəfə sona yetdi. qarğa qanadlanırdı. Əsfar kitabının üstündə. Kəhəkdən daha oyanlıq bir çayda. nə Söhrəvərdə. nə kollara. hamısı da eşitdilər. mən fikrə getdim qarğa nə deyir? mən deyildim. bəzənmiş duyğumda. boş görünürkən. duyğum gücənməkdəydi. qarğanı duymağa. Bu şeir bir qayda olaraq Bayat bəyin ən yaxşı mətni kimi nümunə gətirilir. Və bir çox qələm əhli, o sıradan Hadi Qaraçay şairin kitabı və şeirləri üstünə çox maraqlı bir yazı yazmışdı və xüsusən bu məqalədə bu mətnlərin özəlliyi haqqında çox dəqiq mülahizələr söylənmişdi. Ancaq mən o dəqiq fikirlərin fonunda bir neçə ştrixi qeyd etmək istərdim. Bu mətnlərdə hamının bildiyi, amma olsun ki, heç kəsin görmədiyi bir nöqtə var, ona toxunan kimi sistem açılır, göz önündə gözləmədiyin halda ən müxtəlif duyumlar, deyimlər və ən əsası mətləblər peyda olur. "Qarğanı anmaq" şeirində bu məqamın, yaxud nöqtənin işartısı bir az zəifdi, üzdə deyil, mətnə eyham, ironiya, dünyanı anmağın metafizik-fəlsəfi müşkülləri sıralanır. Şeiri ayrı-ayrı semantik seqmentlərə bölməli olsaq (şərti olartaq-!) Ancaq bütün seqmentlərdə dominantlıq təşkil edən anlamamaqdı. Seyid Heydər Bayatın mətnləri normal oxucunu və tənqidçini (-!) izaha varmaqdan uzaqlaşdırır, ona işarə kimi heç bir tutalqac da vermir, sadəcə qarşısında bir-birini tamamlayan, çarpaz kəsən və bu halında da qovuşma yerləri görünən mənzərələr açır. Bu "kəsiklərdən" hansı modeli yaratmaq artıq sənlikdir. Fikrimizcə, dünya ədəbiyyatının ən kamil nümunələrinin mayasında məhz belə bir poetik prinsip dayanır.? ?Belə mükəmməl nümunələrdə bütün təsadüflərdə əslində "olmayan işlər oluşur", baş verir, ağlın dirəndiyi məntiqin köynəyini cırır, elə bir aura yaradır ki, cisimlərin, əşyaların, insanların... doğmalığı və yadlığı, onların ən müxtəlif keyfiyyətləri bir xəttin üstünə yığılır, oxuya bildinsə, bu xətt zaman içində formasını tapır, sənə qaibdən dürlü-dürlü mətləblər söyləyir. ?Bildiyimə görə Bayat bəy qədim mətnlərin bilicisidir, onların bərpası, yazıya alınması və sair işlərlə məşğul olur. Bəlkə buna görədir ki, şeirində bir obrazın - meraforanın bətnində oxuyanın açmalı, düşünməli olduğu çoxlu qatlar, nüanslar var. Yuxarıda nişan verilən məqam - nöqtə eynən bu mətləbin içindədi- qarğa, Əfsar kitabı, Kəhəkdən daha o yanlıq bir çay... yay dartıldıqca metafornaı bəlləyən pərdələr gəlir, ancaq bunlar sadəcə paralel cərgələrdə sıralanır, belə deyək, "uzaq" anlayışı sadəcə bildiyimiz uzaqları yox, bəlkə onun "sərhədlərindən" o yanı (Kəhəkdən daha o yanlıq bir çay..., səfərdən daha o yanlıq bir səfər...) göstərir, inadla təsəvvürlərimizin "bitdiyi" yeri, bir sözlə bu dünyada mövcud olan hər şeyin sınırlarını genişləndirməyə cəhd göstərir. Elə hadisələr baş verir ki, deməklə deməmək, eşitməklə eşitməmək arasında sərhəd itir, bütün nəsnələr "süd yolundan" - təxəyyül kəhkəşanının sərhədindən keçir.?? Seyid Heydər Bayat bəyin ikinci şeirinə baxaq. Boynumu qucaqlamağa. Bilirəm. Bu ölkənin dar ağacları. Belə ki darları uca qururlar. Son görüşdə. Boyunumu qucaqlamağa. Bilirəm. Hadi Qaraçay yuxarıda adı çəkilən məqaləsində yazmışdı: "...Şair xitabəçi deyil, kəsinliklə deyil. Siyasətçi deyil, profesjonell?olaraq deyil, psycholog deyil, filosof deyil, boyaçı deyil, heykəlyonan deyil...ancaq bunların hamısıdır. Şeiri amaclayıb gedən şair, yolunun sonunda arabasının qızıl pedalına şeir yazar, olanları olmuş, ?keçənləri keçmiş tutar, "özüm" deyə-deyə gəlib, qarnının qurultusuna da bir şeir ithaf edər, uzağa gedəni Ultraist?olar, qurtarıb gedər. Yazın, ədəbiyyat daha geniş bir dünya olsa gərək. Bəli, yolun sonunda arabasının qızıl pedalına şeir yazan şair, əslində heç nə "yazmır", o yalnız nəyisə, yaxud bəxti gətirərsə, nələrisə qeydə alır, "sadə katiblik edər" (Əli Kərim), millərin qulağının dibində pıçıltıyla deyilən sözdən yapışar, ona heç bir rəng qatmadan min bir rəngin içində cilvləndirər. Bu şeirlərin demək olar əksərini oxumuşam, xüsusən çağdaş poeziyada bu nəsnə ilə bağlı yersiz bir patetika diqqətimi çəkib. Patetikanın "xüsusi çəkisi" çox olduğundan həmişə dar ağacının mətndə ləngər vurduğunu görmüşəm. Amma Seyid Heydər Bayatda yuxarıda dediyim kimi, əsas olan məqam tutulub - elə bir məqam ki, ordan bütün məmləkət görünür, quzeyli, güneyli bütün Azərbaycan.
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış. Ötən məqalələrdə ölkəmizdə ali təhsil sahəsində mövcud olan problemlərlə bağlı bəzi fikirlərimi bildirmişdim, bu məqalədə də qalan problemlər barədə mülahizələrimi yekunlaşdırmaq istəyirəm. Ali məktəblərimizdə dərs yükünün optimal müəyyənləşdirilməməsi, azsaylı qrup və birləşmələrin yaradılması, dərs yükünün minimal hədlə müəyyən edilməsi tələbə-müəllim nisbətinin dünyadakı göstəricilərə uyğunlaşdırılmasına imkan vermir. Belə ki, ikinci məqalədə qeyd etdiyim kimi, ali təhsil müəssisələrində bir müəllimə düşən tələbələrin sayı hələ də aşağı səviyyədə qalmaqdadır (7,4 nəfər). Bəzi ali məktəblərdə isə həmin göstərici daha aşağıdır. Cədvəldən göründüyü kimi, ali məktəblərdə professor-müəllim heyəti və digər işçilərin ümumi sayı 24133 nəfərdir ki, bu da işçi-tələbə nisbətinin müəllim-tələbə nisbətindən iki dəfə aşağı enməsinə gətirib çıxarmışdır. Bu barədə də düşünməyə dəyər. Başqa bir ciddi problem də ali məktəblərin kadr istehlakçıları ilə əlaqələrinin zəif olmasıdır. Bazar iqtisadiyyatı şəraitində ali məktəb məzunlarının işlə təmin olunması məsələsi uzun illər tərkibində olduğumuz sovet təhsil sistemindən xeyli fərqlidir. Sovet dövründə həm ali məktəblərə tələbə qəbulu, həm də onların işlə təmin olunması məsələsi əvvəlcədən planlaşdırılırdı. Bu baxımdan həmin dövrdə ali məktəblər öz məzunlarının harada işləməsində o qədər də maraqlı deyildilər. İndi isə zaman dəyişib, məzunlarının işlə təmin olunması ali məktəbin nüfuzuna birbaşa təsir göstərən amillərdəndir. Dünya səviyyəli universitetlərin reytinqi müəyyənləşdirilərkən məzunların hansı müəssisələrdə işləməsi, onların əmək haqqı və işəgötürənlərin məzunların bilik və bacarığı haqqında rəyi əsas amil kimi nəzərə alınır. Ölkəmizdə isə, təəssüf ki, müəllim, həkim hazırlayan və xüsusi təyinatlı ali məktəblər istisna olmaqla, digər ali məktəblərimiz məzunlarının işlə təmin olunması ilə az maraqlanırlar, əslində, məzunların harada işləməsi barədə onların heç bir dəqiq məlumatı da olmur. Təcrübə göstərir ki, ali məktəblərin istehlakçılardan təcrid olunmuş formada fəaliyyəti nəticə etibarilə yüksək ixtisaslı mütəxəssis hazırlığını təmin edə bilməz. Bu, ilk növbədə, ali məktəblərə ona görə lazımdır ki, onlar məzunlarının rəqabətqabiliyyətliliyini təhlil etməli və mütəxəssis hazırlığında olan çatışmazlıqları aradan qaldırmaq üçün təhsilin məzmununda müvafiq dəyişikliklər aparmalıdırlar. Əslində isə, ali məktəb rəhbərləri, fakültə dekanları, kafedra müdirləri bu vacib məsələ ilə tələbənin təhsil aldığı bütün müddət ərzində ciddi məşğul olmalı, gələcək məzunların potensial iş yerləri ilə birbaşa əlaqə saxlamalı, onların arzu, istək, rəy və təkliflərini nəzərə almalıdırlar. Əslində, onların da iş yerinə çatıb-çatmaması barədə dəqiq məlumatlar yoxdur (cədvəl 2). Pedaqoji profilli ali məktəblərin məzunlarının işlə təmin olunmasını izləmək müəyyən mənada mümkündürsə, digər ali məktəblərimizdə bu məsələyə ümumiyyətlə diqqət yetirilmir. Əlbəttə, mümkünsüzdür ki, ADNA, AzTU, AMİU və cədvəldə göstərilən digər universitetlərin məzunları işlə təmin olunmurlar. Düşünürəm ki, bu sahədə problemləri aradan qaldırmaq üçün beynəlxalq təcrübədən istifadə edərək ali məktəblərdə karyera mərkəzlərinin yaradılması vaxtı çatmışdır. Ali təhsil müəssisələrinə qəbul və buraxılışın təhlili göstərir ki, bu sahədə də narahatlıq doğuran problemlər çoxdur. Yaxın keçmişdə, mənim ali təhsil aldığım dövrdə, ali məktəblərdə semestr və dövlət imtahanlarına çox ciddi yanaşılırdı. Yaxşı xatırlayıram, o zamankı Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin əyani şöbəsinə 75 nəfər qəbul olunmuşduq. Birinci semestrdən başlayaraq ilbəil müxtəlif fənlərdən müsbət qiymət ala bilməyən tələbələr olurdu, onların bəzilərini kursda saxlayır, digərlərini axşam şöbələrinə keçirirdilər. Bundan əlavə həmin dövrdə ali məktəblərin əyani şöbəsində təhsil alan tələbələri ordu sıralarına çağırırdılar və hərbi xidmətini başa çatdıranlar müvafiq kursa bərpa olunurdular. Başqa fakültələrdə də vəziyyət təxminən belə idi. Təhlillər göstərir ki, dünyanın ən nüfuzlu ali məktəblərində belə qəbul olunanların ən yaxşı halda 70 faizi ali təhsil haqqında sənəd alır. Məni düşündürən və təəssüfləndirən bir də odur ki, ölkəmizdə 70-ci illərdə qüvvədə olmuş qaydalarda elə bir ciddi dəyişiklik olmadığı halda, bu gün az qala ali təhsilimiz də icbariləşib, ali məktəbə daxil olanların hamısı, bir qayda olaraq, "müvəffəqiyyətlə" məzun olurlar. Keçmişdə bizdə və indi dünyada yalnız o şəxslərə ali təhsil haqqında sənəd verilir ki, nəzərdə tutulmuş proqramı müvəffəqiyyətlə yerinə yetirsin. Təbii olaraq belə bir sual meydana çıxır, vəziyyəti dəyişmək üçün nə etmək lazımdır? Hesab edirəm ki, Təhsil Nazirliyinin bu sahəyə cavabdeh olan əməkdaşları, ali məktəblərin rəhbərləri, fakültələrin dekanları, kafedra müdirləri, hər bir ali məktəb müəllimi və əlbəttə, dövlət imtahan komissiyalarının sədrləri və üzvləri bu vacib məsələyə daha məsuliyyətlə yanaşmalı, dünya təcrübəsində uğurla tətbiq olunan attestasiya mexanizmlərinin tətbiqi üzrə tədbirlər görməlidirlər. Məni düşündürən daha bir problem barədə. Ölkəmizin ali məktəblərinin beynəlxalq əlaqələrinin genişləndirilməsi, beynəlxalq layihə və proqramlarda iştirakı, müəllim və tələbə mübadiləsinin həyata keçirilməsi xarici dilləri bilən müəllim və tələbələrin sayı ilə birbaşa bağlıdır. Açığını deyim ki, bu sahədə yaxın və uzaq qonşularımızla müqayisədə xeyli geridə qalmışıq. Rus dili yaxın keçmişdə bizim ikinci ana dilimiz idi və ölkədə rus dillilərin sayı kifayət qədərdir. Hazırda təlim rus dilində aparılan məktəblərdə təhsil alan alanların sayı şagirdlərin ümumi sayının 7 faizini təşkil edir. Bu sahədə bu gün problemimiz ondan ibarətdir ki, rus dilinin xarici dil statusunda olmasını ictimaiyyət və bu dili vaxtilə ikinci ana dili kimi tədris edən müəllimlər qəbul edə bilmirlər. Fikrimcə, əsrlərlə qonşu olduğumuz böyük rus xalqı ilə əlaqələrimiz, postsovet ölkələrinə çıxış və dünya mədəniyyəti ilə əlaqələrin davam etdirilməsi üçün bu dili bilmək çox vacibdir. Bununla yanaşı, o da həqiqətdir ki, ingilis dili bu gün dünyanın hər yerində beynəlxalq ünsiyyət vasitəsi kimi qəbul olunur və bu dilin öyrənilməsi inkişaf üçün zəruri şərtlərdən biridir. Təəssüflə qeyd etmək istərdim ki, sovet dövründəki təlim ənənəsinə uyğun olaraq müstəqillik illərində də xarici dillərin tədrisi şagirdlərdə nitq bacarıqlarının formalaşdırılmasından çox qrammatik qaydaların mənimsədilməsinə xidmət etmişdir. Bu səbəbdən də şagirdlər xarici dili məktəbdə yox, daha çox həmin dilin daşıyıcıları olan insanlarla ünsiyyətdə öyrənirlər. Təhlil göstərir ki, ölkəmizin ümumtəhsil məktəblərində xarici dillərin tədrisi sahəsində mövcud olan problemlər, əsasən, proqram və dərsliklərin, tədris metodikasının müasir tələbləri ödəməməsi və sagirdyönümlü olmaması, bir çox müəllimlərin peşəkarlıq səviyyəsinin, mövcud ixtisasartırma sisteminin müasir tələblərə cavab verməməsi ilə bağlıdır. Mövcud problemlərin aradan qaldırılması üçün xarici dillər intensiv tədris edilməli, bunun üçün ünsiyyət əsaslı (kommunikativ) yanaşma metodikasına üstünlük verilməsi, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması sahəsində müasir və effektiv ixtisasartırma/təkmilləşdirmə sistemi tətbiq edilməlidir. Bu istiqamətdə Britaniya Şurası ilə ingilis dilinin intensiv tədrisi üzrə birgə layihə artıq Bakı şəhərinin 7 məktəbində həyata keçirilməkdədir. Təsadüfi deyil ki, 2008-ci ilin mayında Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Bakı şəhərində 30 ölkənin 200-ədək təhsil ekspertinin iştirak etdiyi "Dünyada savadlılığın dəstəklənməsi" mövzusunda UNESCO-nun regional konfransı keçirildi. Bu konfrans təhsil tariximizdə mühüm hadisə olmaqla bərabər, müasir dövrdə savadlılıq anlayışına yeni yanaşmalarla yadda qaldı. Belə ki, bu mötəbər tədbirdə iştirak edən dünya səviyyəli ekspertlər qeyd etdilər ki, hazırda savadlılıq dedikdə ana dili ilə yanaşı, minimum bir xarici dildə danışa bilmək bacarığı nəzərdə tutulur. Hazırda, o kurikulum uğurlu hesab olunur ki, digər əsas kompetensiyalarla yanaşı, insanda ana dili və xarici dildə kommunikasiya bacarıqlarını da formalaşdırır. Onu da qeyd etmək lazımdır ki, ali məktəbdə həftədə 2 saat tədris olunmaqla xarici dili öyrənmək mümkün deyildir və bu, yanlış ideyadır. Xarici dil vərdişlərinə orta məktəbdə yiyələnmək lazımdır. Bu məsələ indi daha da aktuallaşmışdır. Azərbaycan müstəqillik əldə etdikdən sonra dünya birliyinə inteqrasiya meyillərinin artması, beynəlxalq əməkdaşlığın genişlənməsi xarici dillər sahəsində müvafiq kompetensiyalara malik gənc nəslin formalaşdırılmasını daha da zəruri etdi. Bu amil isə xarici dillərin tədrisinin təkmilləşdirilməsini, beynəlxalq təcrübədə uğurla istifadə olunan metodikaların ölkəmizdə də tətbiqini xeyli aktuallaşdırdı. İndiki zamanda bir və ya bir neçə xarici dil bilmək artıq həyati tələbat hesab olunur. Ali təhsil sahəsində mövcud olan ən ciddi problemlərdən biri də istehsalat təcrübəsinin təşkilidir. Hazırda ixtisasını mükəmməl bilən, bazar iqtisadiyyatının tələblərinə cavab verən, rəqabətqabiliyyətli mütəxəssis hazırlığı ali təhsil müəssisələri qarşısında təxirəsalınmaz bir vəzifə kimi qoyulmuşdur. Bununla əlaqədar ölkəmizin kadr hazırlığını təmin edən ali təhsil müəssisələrinin əsas məqsədi və vəzifəsi yüksək peşəkarlığa malik, müstəqil əmək fəaliyyətinə hazır olan mütəxəssis yetişdirməkdir. Bu isə təhsilalanlara həm nəzəri biliklərin, həm də praktik vərdişlərin aşılanması vasitəsilə həyata keçirilir. Sirr deyil ki, qazanılan nəzəri biliklər praktik vərdişlərlə möhkəmləndirilməsə, yüksək səviyyəli mütəxəssis hazırlamaq mümkün olmaz. İlkin praktik vərdişlər isə təlim dövründə istehsalat təcrübəsi zamanı aşılanır. İxtisas üzrə təcrübə tələbələri mütəxəssis kimi formalaşdırır, innovasiyaların incəliklərinə yiyələndirir, istehsalatda tətbiq olunan yeni texnologiyalar və çevik əməliyyatlarla tanış edir. Lakin təəssüflər olsun ki, ali təhsil müəssisələrimiz tərəfindən mütəxəssis hazırlığında müstəsna rolu olan təcrübələrin əhəmiyyəti kifayət qədər nəzərə alınmır, onun təşkilində bir sıra nöqsanlara yol verilir, ciddi problemlər müşahidə olunur. Həmin problemlərdən bəziləri barədə fikirlərimi bildirmək istərdim. Bazar iqtisadiyyatı şəraitində dövlət və özəl sektor arasında mütənasibliyin dəyişməsi, təhsil və istehsalat müəssisələrinin bağladıqları ikitərəfli müqavilələrin hüquqi cəhətdən yetkin olmaması, təcrübəni keçirmək üçün təkmil maliyyələşdirmə mexanizminin yaradılmaması, dövlət müəssisələrində təcrübəni təşkil edən müvafiq struktur bölmələrin fəaliyyətinin demək olar ki, dayandırılması, özəl strukturlarda belə bölmələrin ümumiyyətlə olmaması, təcrübəyə ayrılan müddətin azlığı və sair bu kimi problemlərin mövcudluğu şəraitində, təbii ki, rəqabətqabiliyyətli, yüksək səviyyəli mütəxəssis hazırlığından söhbət gedə bilməz. İstehsalat təcrübəsi ilə əlaqədar mövcud vəziyyəti təhlil etmək, problemləri və onları doğuran səbəbləri aşkar etmək, həlli yollarını müəyyənləşdirmək, bu sahədə hüquqi-normativ bazanı təkmilləşdirmək məqsədilə Təhsil Nazirliyi tərəfindən son iki dərs ilində ali məktəblərin bu sahədə fəaliyyətinin monitorinqini aparmışdır. Monitorinqin nəticələri göstərmişdir ki, mütəxəssis hazırlığında istehsalat təcrübəsinin təşkili və keçirilməsinə bir sıra ali təhsil müəssisələrində kifayət qədər diqqət yetirilmir. Belə ki, tədris müəssisələri tərəfindən pedaqoji təcrübənin təşkili, müəssisə, idarə və təşkilatlarla müqavilələrin bağlanması və onların həyata keçirilməsi məsələləri tələb olunan səviyyədə qurulmur, bağlanan müqavilələrdə təcrübə keçənlərin ümumi sayı qeyd olunmur, müəssisənin nə qədər təcrübəçi qəbul edə bilmə imkanları haqqında məlumat verilmir, tərəflərin öhdəlikləri ətraflı şərh edilmir, təcrübə zamanı təcrübəçilərin işə götürülmə, vakant yerlərin tələbələrə iş yeri kimi müəyyən edilməsi barədə heç bir məlumat göstərilmir. Bu da onu göstərir ki, bir çox hallarda təcrübənin təşkili və keçirilməsi formal xarakter daşıyır. Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi tərəfindən "Təhsil siyasəti forumu" layihəsi çərçivəsində keçirilən sorğunun nəticələri də bu sahədə ciddi problemlərin olduğunu aşkar etmişdir. Pedaqoji təcrübə pedaqoji kadr hazırlığı aparılan ali təhsil məktəbləri məzunlarının müəllim kimi formalaşmasında və metodik ustalıqlarının qazanılmasında başlıca təlim vasitəsidir. Pedaqoji təcrübənin təşkili, keçirilməsi və qarşıya çıxan problemlərin həlli pedaqoji kadr hazırlayan təhsil müəssisəsi ilə yanaşı, həm də orta məktəblərin məsuliyyəti və cavabdehliyi əsasında yerinə yetirilməlidir. Həmin təhsil müəssisələrinin Təhsil Nazirliyi tabeliyində olmalarına baxmayaraq bu sahədə də müəyyən nöqsanlar mövcuddur. Belə ki, ali təhsil müəssisələri üçün baza ümumtəhsil məktəbləri müəyyənləşdirilmədiyindən bir ümumtəhsil məktəbinə eyni zamanda bir neçə ali (orta ixtisas) təhsil müəssisəsindən təcrübə keçmək üçün çoxlu sayda tələbələr göndərilir. Təbiidir ki, belə bir şərait müvafiq müzakirələrin keçirilməsinə, siniflərdə nəzəri biliklərin təcrübəyə tətbiq edilməsinə, təcrübə keçənlərə lazımi metodiki yardım göstərməyə imkan vermir və son nəticədə təcrübənin formal keçirilməsinə səbəb olur. Qeyd etmək lazımdır ki, ali təhsil müəssisələrində bütün növ təcrübələrin keçirilməsində problemlərin yaranması səbəblərindən biri də mövcud hüquqi-normativ sənədlərin müasir dövrün tələbləri ilə uzlaşmaması idi. Əsasnamədə təcrübə ilə bağlı tərəflərin məsuliyyət və öhdəlikləri, təcrübə keçən tələbələrin və ona rəhbərlik edən müəllimlərin vəzifələri, təcrübənin keçirilməsi üçün maliyyə mexanizminin müəyyənləşdirilməsi, pedaqoji təcrübəyə ayrılan saatların həcmi və sair bu kimi müddəalar öz əksini tapmışdır. Bir məqamı da qeyd etmək istərdim ki, hər bir təcrübənin təşkili və keçirilməsinin ixtisasdan asılı olaraq özünəməxsus xüsusiyyətləri mövcuddur. Bu mənada hər bir ali məktəb mütəxəssis hazırlığı aparılan ixtisasların xüsusiyyətləri və bu sahədə beynəlxalq təcrübəni nəzərə almaqla öz qaydalarını hazırlamalıdır. Yeri gəlmişkən, ixtisas üzrə təcrübələrin təşkili və keçirilməsi sahəsində beynəlxalq təcrübə haqqında bəzi məlumatları diqqətinizə çatdırmaq istərdim. Avropanın əksər ali məktəblərində texniki ixtisaslar üzrə təcrübəyə ayrılan saatlar ümumi saatların 18-20%-ni, pedaqoji ixtisaslar üzrə isə 1/3 hissəsini təşkil edir. ABŞ-ın əksər ali məktəblərində pedaqoji təcrübə əsasən sonuncu kurslarda il boyu iki formada həyata keçirilir. Bir sıra ali məktəblərdə təcrübə keçən tələbələr müəllimlər üçün nəzərdə tutulan maaşın 1/3 hissəsini almaqla ümumtəhsil məktəblərində müəllim kimi fəaliyyətə cəlb olunurlar, bəzi ali məktəblərdə isə tələbələrin təcrübəsinin təşkili demək olar ki, bizim qaydalarda nəzərdə tutulan formada həyata keçirilir. Türkiyənin bir çox ali məktəblərində pedaqoji ixtisaslar üzrə təcrübə əsasən III kursun II semestrində başlayır və təcrübəyə ayrılan saatların miqdarı orta hesabla həftədə 7 saat müəyyənləşdirilir. Kanadada ali məktəb tələbələri pedaqoji təcrübəni bütün təlim boyu keçirlər. Lakin tədqiqatçıların özləri də etiraf edirlər ki, belə bir qaydanın müsbət cəhətləri ilə yanaşı, mənfi cəhətləri də vardır. Burada mənfi cəhət ondan ibarətdir ki, tələbələr lazımi nəzəri bilikləri tam almadan təcrübə keçməli olurlar. Avstraliyanın əksər universitetlərində pedaqoji təcrübə buraxılış kurslarda il boyu həftədə iki gün ərzində həyata keçirilir. İsveçrədə isə belə bir maraqlı təcrübə vardır ki, pedaqoji təcrübəyə rəhbərlik edən müəllimlər xüsusi proqramlar üzrə mütəmadi olaraq ixtisasartırma kurslarından keçirlər. Təcrübələrin təşkilindəki mövcud problemlərin aradan qaldırılması istiqamətində aşağıdakıları təklif edirik: hər bir ali təhsil müəssisəsi tərəfindən təsdiq olunmuş Əsasnaməyə və təhsil müəssisəsinin profilinə uyğun təcrübələrin keçirilməsinə dair qaydaların hazırlanması;. müvafiq istiqamətlər (ixtisaslar) üzrə mütəxəssis hazırlığını təmin edən dövlət təhsil standartlarında beynəlxalq təcrübə baxımından ixtisas təcrübələrinə ayrılan saatların artırılması;. bir çox istehsal sahələrinin regionlarda yerləşdiyini nəzərə alaraq və hazırlanan mütəxəssislərin həmin istehsal sahələrinə istiqamətləndirilməsi məqsədilə təcrübənin bu regionlarda keçirilməsi və onun maliyyə dəstəyini yaradan mexanizmin hazırlanması;. orta ümumtəhsil məktəblərində tələbələrin təcrübə keçmələrini tənzimləmək məqsədilə pedaqoji kadr hazırlayan hər bir ali təhsil müəssisələri üçün yerləşdiyi əraziyə yaxın baza ümumtəhsil məktəbinin müəyyənləşdirilməsi;. tələbələrin təcrübə keçdikləri müəssisə və təşkilatlarda vakant iş yerlərinə müvəqqəti işə götürülməsi və onlara əmək haqqının verilməsi imkanlarının nəzərdən keçirilməsi;. Hazırda narahatlıq doğuran problemlərdən biri də ali məktəb tələbələrinin yataqxana təminatı məsələsidir. Göründüyü kimi bir neçə ali məktəb (ADU, ADDA) istisna olmaqla, ali məktəblərin əksəriyyətinin yataqxanalarında məcburi köçkünlər yerləşmişlər. Belə vəziyyətin mövcudluğu təhsilin keyfiyyətinə mənfi təsir göstərməyə bilməz. Çünki tələbələrin bir şəhərcikdə yaşamaları onların dərsdən sonra da birgə ünsiyyətinə, təhsillə bağlı birgə fikir mübadiləsi və müzakirələrin aparılmasına, asudə vaxtın səmərəli keçirilməsinə, mövcud tədris vəsaitlərindən birgə istifadəyə, mədəni-kütləvi tədbirlərin təşkilinə imkan verir. Digər tərəfdən ali məktəblərin yataqxana şəraitinin olması daha çox əcnəbi tələbənin və beləliklə də daha çox maliyyə vəsaitinin cəlb olunmasına imkan yaradır. Bununla əlaqədar ali məktəblər üçün yataqxana imkanlarının genişləndirilməsi, tələbə şəhərciklərinin yaradılması sahəsində dövlət proqramının hazırlanıb həyata keçirilməsi məqsədəmüvafiqdir. Bütün deyilənləri müqayisəli təhlil edərək bu qənaətə gəlmək olar ki, sadalanan çatışmazlıqların çoxu yalnız bizim ölkəmizin ali təhsil sisteminə xas olmayıb, həm də bir çox Avropa ölkələrinin və xüsusilə postsovet məkanındakı ölkələrin də problemləridir. Buna görə də ali təhsil sisteminin qarşılıqlı inteqrasiyasının təmin edilməsi üçün bu sahənin istalahatının davam etdirilməsi aktual olaraq qalır və daha sistemli yanaşma tələb edir. Misir MƏRDANOV, Azərbaycan Respublikasının təhsil naziri, fizika-riyaziyyat elmləri doktoru, professor.
Kazımbəy nəsli: iki yüz il Rusiya ilə birlikdə. Əvvəli ötən şənbə sayımızda. 2001-ci ildə rus dilində "Rusiya şərqşünaslığında Azərbaycan məktəbi" adlı monoqrafiyam çap olunmuşdu. Onun bir nüsxəsini mərhum dövlət başçısı Heydər Əliyevə təqdim etmək qərarına gəldim. Prezident kitabı götürüb yarıciddi-yarızarafat tərzdə: "Biz sənə məsul vəzifə tapşırmışıq. Belə işlərlə pensiyaya çıxandan sonra məşğul olarsan!" Kitabın çoxdan yazıldığını, 11 il əvvəl müdafiə etdiyim doktorluq dissertasiyası əsasında hazırlandığını bildirdim. Prezident mündəricata və şəkillərə baxdı. Sonra: "Sən bilirsənmi ki, bu Kazımbəylərin biri Rusiyanın mühüm keşişlərindən olub?" Mən şərqşünas-alim Mirzə Kazımbəyin Rusiya Sinodu yanında müqəddəs kitabların tatar dilinə tərcüməsi üzrə komissiyanın üzvü kimi fəaliyyətindən danışmağa başladım. O vaxt Kazım bəy soyadlı bir nəfər Moskva Patriarxatlığında işləyirdi. Yəqin eyni nəsildən olarlar. Aradan illər keçəndən sonra maraqlandım və nəticədə bu yazı meydana çıxdı. Müasir dövrdə Aleksandr Lvoviç Kazımbəyi (1902-1977) yalnız rus mühacirətinin ictimai-siyasi fəaliyyət tarixi ilə məşğul olan mütəxəssislər, bir də rus pravoslav kilsəsinin ayrı-ayrı nümayəndələri tanıya bilərlər. Ötən əsrin 30-cu illərində isə o, Avropadakı Rusiya siyasi mühacirətinin kifayət qədər populyar və parlaq simalarından biri idi. Geniş erudisiyası, natiqlik məharəti, yüksək təbəqə ilə əlaqələri və nəhayət, şəxsi xarizması onu yeni Rusiya tərəfdarlarının - "Mladorossiya" təşkilatının qurucularından birinə və şəksiz liderinə çevirmişdi. Atasının işi ilə əlaqədar Aleksandr hələ kiçik yaşlarında Rusiyanın müxtəlif bölgələrində (Qazan, Tula, Kaluqa, Revel, Vilno), həm də Qərbi Avropa ölkələrində (Fransa, İtaliya, İsveçrə, Almaniya, Avstriya-Macarıstan və s.) olmuşdu. Mükəmməl ev və gimnaziya təhsili nəticəsində ingilis, alman və fransız dillərinə dərindən yiyələnmişdi. Rusiyanın Birinci Dünya müharibəsinə qoşulduğu ilk günlərdə ata - Lev Kazımbəy cəbhəyə yollanmışdı. Anası isə Sarskoe Selodakı hərbi lazaretlərdən birinə rəhbərlik edirdi. 13-14 yaşlı Aleksandr Kazımbəy müharibənin bütün dəhşət və çıxılmazlıqlarını həmin dövrdə dərk etmişdi. İkinci Dünya müharibəsinin də müsibətlərini öz taleyində yaşayandan sonra o, 1949-cu ildə yazırdı: "Dünya müharibəsi öz xarakter və mahiyyətinə görə əsl dünya inqilabıdır. Həm də bəşəriyyət tarixində ağla gətirilməsi mümkün olmayan ən dəhşətli, ən sarsıdıcı, ən dağıdıcı inqilab...". 16-17 yaşlı yeniyetmə ikən Aleksandr Kazımbəy də Ağ Ordunun sıralarında müharibənin dəhşətlərini yaşamışdı. Bolşeviklərin qələbəsinin labüd xarakter aldığı 1920-ci ildə valideynlərilə birlikdə mühacirətə yollanmışdı. İstanbulda, Salonikdə (Yunanıstan), Belqradda yaşamışdılar. Gimnaziya təhsilini Yuqoslaviya paytaxtında başa vurmuşdu. 1923-cü ildə rus mühacirətinin əsas mərkəzlərindən sayılan Münxenə gəlmişdi. Yerli universitetdə təhsil aldığı dövrdə tələbə hərəkatının fəallarından biri kimi tanınmış, Münxendəki Rus Monarxistləri Klubuna rəhbərlik etmişdi. 1925-ci ildə Parisdə, Sorbonna universiteti yanında Ali siyasi və sosial elmlər məktəbini bitirmişdi. Eyni ildə Fransa paytaxtında onun rəhbərliyi altında daha çox Mladorossiya adı ilə tanınan "Gənc Rusiya İttifaqı" yaradılmışdı. Həm ideoloji istiqaməti, həm də təşkilati mükəmməlliyi baxımından bu İttifaq həmin dövrdə Avropada Rusiyanın güclü siyasi mühacirət qurumlarından biri idi. Mühacirət nümayəndələri arasında ümidsizlik və depressiya əhvali-ruhiyyəsinin hökm sürdüyü şəraitdə belə inamlı, nikbin təşkilatın meydana gəlməsi çox önəmli idi. Bu elə bir dövr idi ki, vətənlərini, bütün keçmiş və gələcəklərini itirmiş adamlar hətta Rusiyanın sonraki mövcudluğuna da inanmaq istəmirdilər. Kütləvi etinasızlıq, laqeydlik, tale ilə barışmaq əhvali-ruhiyyəsi mühacirlərin arasında geniş yayılmışdı. Rus mühacirətinin ilk şairlərindən olan Georgi İvanov həmvətənlərinin bu düşkün əhvalını şeirlərinin birində ustalıqla əks etdirmişdi: Xoroşo, çto net tsarya, Xoroşo, çto net Rossii. Tolko joltaya zarya... Mladorosslar isə mühacir həmvətənlərini hansı siyasi rejimin və hakimiyyətin idarəçiliyi altına düşməsindən asılı olmayaraq, Rusiyanı sevməyə, onun gələcəyinə inanmağa və bu gələcək uğrunda mübarizə aparmağa səfərbər edirdilər. Aleksandr Kazımbəy 1928-ci ildə Rusiyadakı dəyişikliklərdən sarsılanları hər şeyə ayıq nəzərlərlə baxmağa çağıraraq yazırdı: "Dağıdıcı, gözlənilməz, coşqun inqilab bütün rus axtarışlarının son qayəsidir. Bu inqilabdan sonra rus həyatının yeni forması öz qəlibinə düşəcəkdir. Bu artıq başqalarından əxz edilməyəcək; təbii, Rusiyanın öz məqsəd və məzmununa uyğun bir forma olacaqdır. İndi dizinə döymək və ah-vay etmək vaxtı deyil. İşə başlamaq, zəhmət çəkmək zamanıdır". Gənclərin ittifaqı 1934-cü ildə Aleksandr Kazımbəyin liderliyi ilə hakimiyyətə iddialı siyasi təşkilata - Gənc Rusiya Partiyasına (GRP) çevrilmişdi. Siyasi şüarlarının eklektikliyinə görə ilk vaxtlar mladorossları o qədər də ciddi qüvvə saymırdılar. Amma hamının belə düşündüyünü də söyləmək düzgün olmazdı. Məsələn, hələ ilkin təşəkkül mərhələsində məşhur rus filosofu N.Berdyayev mladorossları Rusiya mühacirətinin mənəvi-siyasi həyatının diqqətəlayiq və maraqlı hadisələrindən biri kimi səciyyələndirmişdi. A.Kazımbəydən başqa qurumun rəhbərliyinə D.Qoradevski (ideoloq), N.Arsenyev, G.Butakov, K.Elita-Velçkovski, S.Zenkovski, A.Lvov, S.Obolenski və başqaları daxil idilər. Partiyanın Parisdə, Berlində, Praqada, Nyu-Yorkda, hətta Latın Amerikası və Asiya ölkələrində yerli şöbələri və tərəfdarları, habelə tələbə-gənclər, qadınlar, kazaklar, idmançılar qolları da fəaliyyət göstərirdi. Mladorosslar ötən əsrin 20-30-cu illərinin dəbdə olan ideologiyaların - faşizm və bolşevizmin təsirindən kənarda qala bilməmişdilər. Partiyanın üzvləri tünd göy rəngli yarımhərbi forma geyinirdilər. Bir-birlərini sağ əllərini başları üzərinə qaldıraraq teatral isterika ilə üç dəfə "Qlava! çağırışı ilə salamlayırdılar. Mixail Kellaqın Oksford universitetində yayımlanan "Faşizmin Rusiya kökləri" ("The Russian roots of nazism") kitabında "prins Mirzə Kazım Bəyin" hələ 20-ci illərin sonunda Almaniyada siyasi səhnəyə can atan faşistlərlə əlaqə yaratdığı iddia olunur. Lakin bu bənzərlik daha çox zahiri xarakter daşıyırdı. Ən azı faşizmin irqçilik ideyaları A.Kazımbəyə və həmfikirlərinə tamamilə yad idi. Onlar Rusiyanın gələcəyini ölkədəki bütün millətlərin qarşılıqlı anlaşma şəraitindəki birgəyaşayışı kimi təsəvvür edirdilər. kimi mətbu orqanlar vasitəsi ilə yayırdılar. Gənc Rusiya Partiyası qarşısına əslində yerinə yetirilməsi mümkün olmayan vəzifə - əkslikləri və ziddiyyətləri barışdırmaq məqsədi qoymuşdu. Partiya mütləqiyyət ideyasına əsaslanan cəmiyyət quruculuğunu, federal imperiya ideyasını və bütün sahələrdə dövlət nəzarətinin tətbiqini siyasi sahədə özünün əsas şüarları elan etmişdi. Qurumun yaydığı ilk bəyannamədə deyilirdi: "Rus dövlətçiliyinin süqutu, rus xalqının fəlakətləri müxtəlif yollarla insani birgəyaşayışın, dinin, ailənin, vətəndaşlığın və nəhayət, dövlətin əsaslarını dağıdan məhvedici elmi təlimlərin yayılması və həyata keçirilməsi ilə bağlıdır". Təbii ki, bu "dağıdıcı", "məhvedici" elmi təlimlər sırasında ilk yeri Rusiyada çox eybəcərliklə tətbiq olunan marksizm-leninizm tuturdu. Mladorosslar islah olunmuş mütləqiyyət vasitəsi ilə rus cəmiyyətini yenidən öz məhvərinə qaytarmağı düşünürdülər. Qarşısına qoyduğu məqsədlərə çatmaq üçün GRP xaricdəki rus gənclərinin maarifləndirilməsini və onları tarixi vətənlə bağlayan əlaqələrin daha da möhkəmləndirilməsini mühüm şərtlərdən sayırdı. Qəbul edilmiş məramnamədə "Rusiyaya sədaqətli olan gənc qüvvələrin qardaşcasına birliyi, onların Vətənin xilası və dirçəldilməsi uğrunda mübarizlər kimi hazırlanması, sıralarından dövlət, ictimai və özəl sahələrdə çalışacaq əsl mütəxəssislərin yetişdirilməsi, rus gəncliyinin pravoslav dininə hörmət, vətənə məhəbbət, sərt intizam və cəngavərlik ruhunda tərbiyə edilməsi" partiyanın əsas vəzifələri kimi müəyyənləşdirilirdi. 1935-ci il Gənc Rusiya Partiyasının şöhrətin zirvəsində olduğu dövr sayıla bilər. Aleksandr Kazımbəy Vətənə xidmət etmək istəyən və simasını, şəxsiyyətini itirmədən ölkəyə qayıtmaq ümidi ilə yaşayan rus siyasi mühacirlərinin sevimlisinə çevrilmişdi. Onun çıxışları hər dəfə böyük auditoriya toplayırdı. Buraya yalnız mladorosslar deyil, digər siyasi partiya və cəmiyyətlərin nümayəndələri də gəlirdilər. Şahidlərdən biri Parisdə keçirilən bu səs-küylü toplantıları belə xatırlayırdı: "Sen-Didyedəki nəhəng zal ağzına qədər dolmuşdu. Elə təəssürat yaranırdı ki, indiyə qədər rus mühacirəti arasında gənclərin toplaşdığı belə kütləvi tədbir keçirilməyib. Çoxsaylı iştirakçıların içərisində demək olar ki, bütün siyasi partiyaların və təbəqələrin, yaşlıların və cavanların, ən çox da cavanların təmsilçilərini görmək mümkün idi". Aleksandr Kazımbəy canlı və parlaq nitqləri ilə auditoriyanı ələ almağı, onu istədiyi səmtə yönəltməyi yaxşı bacarırdı. GRP-nin tədbirlərindən birində iştirak edən keçmiş mühacir Roman Qul sonralar öz xatirələrində yazırdı: "Qonaqlardan ilk gələn Gənc Rusiya Partiyasının lideri Aleksandr Lvoviç Kazımbəy oldu. O, nitq söyləməyə başlamamış, iyirmi nəfərə qədər gənc səhnədə sıra ilə düzüldü. Liderləri səhnəyə qalxanda sağ əllərini əski romalılar kimi başlarının üzərinə qaldıraraq "Qlava! Kazımbəy orta boylu, təndürüst bədən quruluşu olan xoş simalı adam idi. Sifətində onu şərqlilərə bənzədən cizgilər vardı. Salamlaşdıqdan sonra mən penzalı Kazımbəylərdən (haqqında bir qədər aşağıda söhbət gedəcək Mirzə Əbdülsəttarın - Mirzə Məhəmmədəli Kazımbəyin kiçik qardaşının nəsli-V.Q.) Onlarla əminəvəsi olduğunu, özünün isə Qazanda doğulub boya-başa çatdığını dedi. Nitqində bəzi cəfəng mladoross şüarlarına təsadüf edilsə də, Kazımbəy yaxşı tərbiyə görmüş və kifayət qədər ağıllı adam təsiri bağışlayırdı". Mladorosslar, imperiyanın süqutu ilə nəticələnməsinə baxmayaraq, 1917-ci il Rusiya inqilablarının (fevral və oktyabr-V.Q.) qaçılmazlığı fikrini dəstəkləyirdilər. Bolşevik ideologiyasına düşmən münasibət bəsləsələr də, Rusiyanın böyük dövlət kimi qorunub saxlanmasında, rus xalqının dünya miqyasında mövqe və maraqlarının təmin olunmasında sovet rəhbərliyinin xidmətlərini təqdir edirdilər. Onların fikrincə, radikallığı ilə seçilən Oktyabr inqilabı ilk növbədə köhnə tipli monarxiyanın aradan qaldırılması və yeninin doğulması üçün zəruri idi. Mladorosslar daha da irəli gedərək proletariatı yeni mütləqiyyətin istinad nöqtəsinə çevirməyi özlərinin əsas vəzifələrindən biri adlandırırdılar. Aleksandr Kazımbəy və həmfikirləri sadəlövhcəsinə güman edirdilər ki, yalnız fəhlə, kəndli və əsgər sovetlərinin siyasi iradəsinə əsaslanan, hakimiyyəti qismən də olsa, xalq nümayəndələri ilə bölüşən rus monarxı ölkəni bolşevik zülmündən qurtara bilər. Təbii ki, bu da onların ilk baxışdan bir qədər qeyri-ciddi görünən "Çar və Sovetlər" şüarını ortaya atmalarına gətirib çıxarmışdı. Mladorossların fikrincə, yerli sovetlər vasitəsi ilə ölkə idarəçiliyində iştiraka cəlb olunan xalq kütlələri Mütləqiyyət, Milliyyətçilik və Sosializm prinsipləri əsasında rus çarının hakimiyyətini təmin etməli və onu legitimləşdirməli idilər. Sosial-iqtisadi sahədə də mladorosslar bir sıra kiçik dəyişiklik və istisnalarla bolşeviklərin "təcrübəsindən" yararlanmaq istəyirdilər. Əlbəttə, bu zaman öz proqramlarının gözünə müəyyən qədər liberalizm qatmağı da yaddan çıxarmırdılar. İqtisadiyyat planlı aparılmalı, dövlət istehsala nəzarət etməli, geniş miqyaslı sosial layihələr işlənib həyata keçirilməli idi. Kazımbəyin "yeni Rusiya" qurmaq istəyən partiyası dini, milli və irqi ayrıseçkilikləri qətiyyətlə rədd edir, ölkənin tərkibinə daxil olan bütün millətlərin mədəni-mənəvi haqlarını tanıyırdı. Mladorosslar gələcək Rusiyanı "federal imperiya-dövlətlər ittifaqı" şəklində təsəvvür edirdilər. Bu ittifaq imperiyanın tərkibinə könüllü şəkildə daxil olan xalqların iradəsi əsasında tarixi tale oxşarlığı, mənəvi yaxınlıq və iqtisadi maraqların ümumiliyi zəminində formalaşmalı idi. Göründüyü kimi, A.Kazımbəyin həmfikirləri əslində Stalinin sərt idarəçilik və çoxsaylı qurbanlar bahasına qurduğu hazır siyasi sistemə sahib çıxmaq istəyirdilər. Bir şərtlə ki, Stalin özü ortada olmasın. Lakin bolşeviklərin lideri öz yerində kifayət qədər möhkəm oturduğu üçün xaricdəki opponentlərinin bu boşboğazlıqlarına yalnız bığaltı gülümsəməklə reaksiya verirdi. Eyni zamanda Avropanın mərkəzində, könüllü şəkildə sovet rejiminin təbliğatçısı kimi çıxış edən mütəşəkkil qüvvə ilə əlaqələr yaratmağın və lazım gələndə onlardan "beşinci dəstə" kimi yararlanmağın da mahiyyət etibarilə heç bir ziyan gətirməyəcəyini başa düşürdü. Məsələnin ən maraqlı tərəfi Aleksandr Kazımbəyin imperator ailəsinin üzvlərini də əslində hər cür reallıqdan məhrum olan bu ideyanın nə vaxtsa həyata keçməsinin mümkünlüyünə inandırması idi. Doğrudur, bu məsələdə Romanovların itirəcəkləri heç bir şey yox idi. Onlar da hakimiyyətdən uzaqlaşdırılmış bütün siyasi rejimlər kimi "Bəlkə də qaytardılar" xülyası ilə yaşadıqlarından bolşeviklərin devrilməsi ilə bağlı ən fantastik layihələri də dəstəkləməyə hazır idilər. Amma təbii ki, Kazımbəyin Romanovlar evinin başçısı, böyük knyaz Kirill Vladimiroviçlə dostluğunun əsasında yalnız belə merkantil maraqlar dayanmırdı. Rusiyanın mühacirətdəki imperatoru Kirill Romanov Aleksandr Lvoviçi ilk növbədə dərin ağlına, yüksək mədəniyyətinə və şəxsiyyətinin bütünlüyünə görə dəyərləndirirdi. Onların on ilə yaxın davam edən dostluğu heç bir qaramsar hadisə ilə ləkələnməmişdi. Aralarında həmişə qarşılıqlı hörmət və anlaşma olmuşdu. Aleksandr Kazımbəy Rusiya taxt-tacına iddia edən Kirill Romanovun ən yaxın çevrəsinə daxil idi. Məhz bu səbəbdən də sovet xüsusi xidmət orqanları onun şəxsiyyəti və fəaliyyəti ilə yaxından maraqlanırdılar. 30-cu illərdə SSRİ-nin casus şəbəkəsi bütün Avropa ölkələrini bürümüşdü. Həm də sovet çekistləri bu sahədə tək çalışmırdılar. Kommunist əqidəli Avropa vətəndaşları, yaxud əllərini hər şeydən üzmüş bəzi mühacirət nümayəndələri də onların yaxın köməkçiləri idilər. Təbii ki, sovet kəşfiyyatı SSRİ-yə rəğbəti ilə seçilən, bir sıra hallarda isə özünü hətta "ikinci sovet partiyası" adlandıran mladorossların yanından da sakit ötüb keçə bilməzdi. Odur ki, partiyanın rəhbəri Aleksandr Kazımbəyi əməkdaşlığa cəlb etmək üçün bir sıra cəhdlər göstərilmişdi. 1937-cu ildə o, atasının Paj korpusundakı kursant yoldaşı, keçmişdə qraf, sonralar isə sovet generalı olan Aleksey İqnatyevlə görüşüb danışıqlar aparmışdı. A.İqnatyev həmin dövrdə Sovet İttifaqının Fransa paytaxtındakı Ticarət Nümayəndəliyində işləyirdi. Amma onu ticarət yox, tamamilə başqa məsələlər, ilk növbədə Parisdəki rus mühacirəti maraqlandırırdı. Mladorossların rəhbəri ilə görüşdən əsas məqsəd də bu sahədə məlumat toplamaq idi. Adətən həmin görüşü A.Kazımbəyin sovet xüsusi xidmət orqanları ilə əməkdaşlığının başlanğıcı sayırlar. Mladoross liderinin anadan olmasının 100 illiyi münasibəti ilə 2002-ci ildə "Reliqiya" jurnalında böyük məqalə çap etdirən akademik V.Nikitin həmin şübhələrin tamamilə zəminsiz olduğunu göstərərək yazırdı: "Aleksandr Kazımbəyin KQB tərəfindən ələ alınması barəsində rus mühacirətinin müəyyən dairələrində yayılan uydurmaların heç bir əsası yox idi". Bu artıq bizim günlərdə verilən qiymətdir. Həmin dövrdə isə Sovetlərlə əlaqə yaratmaq təşəbbüsünün mühacirət dairələrində nə qədər kəskin reaksiya doğurduğunu sübut etməyə ehtiyac yoxdur. Mühacirət dairələrində mladorossların rəhbərini Sovet İttifaqına işləməkdə suçlayan səslər eşidilməyə başlanmışdı. Yuxarıda da qeyd etdiyim kimi, 30-cu illərdə mühacirətdəki Romanovlarla sıx əlaqələrə malik olan A.Kazımbəy həm də tacsız Rusiya imperatoru sayılan böyük knyaz Kirill Vladimiroviçin xarici siyasət məsələləri üzrə məruzəçisi idi. A.İqnatyevlə görüş haqqındakı məlumat mühacirət nümayəndələri arasında yayıldıqdan sonra o, 1937-ci il avqustun 8-də "Bodrost" qəzeti vasitəsi ilə Kirill Vladimiroviçdən tutduğu vəzifədən azad olunmasını xahiş etmişdi. A.Kazımbəy bu addımının səbəblərini "öz hərəkətləri ilə Hökmdarı ciddi məsuliyyət qarşısında qoymaq istəməməsi" ilə əlaqələndirmişdi. Kirill Vladimiroviç xüsusi reskript yayaraq A.Kazımbəyin fəaliyyətini və şəxsiyyətini yüksək qiymətləndirdiyini bildirmişdi. Eyni zamanda xahişini yerinə yetirərək istefasını qəbul etmişdi. Bunun ardınca Aleksandr Kazımbəy könüllü şəkildə GRP rəhbərliyindən də uzaqlaşmışdı. Onun siyasi səhnədən çəkilməsi partiyadakı tənəzzülü daha da gücləndirmişdi. Bütünlükdə, İkinci Dünya müharibəsi ərəfəsində Avropa dövlətlərinin, eləcə də mühacirət nümayəndələrinin mladorosslara marağı xeyli azalmışdı. Alman ordularının Parisi işğal etməsi ilə partiya fəaliyyətini tamamilə dayandırmalı oldu. Bir çox mladorosslar öz yerlərini Fransa Müqavimət Hərəkatının iştirakçıları sırasında tapdılar. Onun bütün üzvlərinə "müharibə şəraitində olan Vətənə münasibətdə vətənpərvərlik borclarını istədikləri şəkildə yerinə yetirmək sərbəstliyi verildiyi" elan olundu. Bütün bu proseslərdə Aleksandr Kazımbəyin sovet xüsusi xidmət orqanları ilə əməkdaşlığının nə dərəcədə rolu olmuşdu? Mənbələr sualı birmənalı şəkildə müsbət cavanlandırmağa əsas vermir. Bir məsələ aydındır ki, Aleksandr Kazımbəy öz əqidə yoldaşlarına xəyanət etməmişdi. Amma əlaqələrin uzun müddət sürməsi də təkzibolunmaz faktdır. Ümumiyyətlə, 30-cu illərin ikinci yarısından etibarən Gənc Rusiya Partiyasının artıq sovet kəşfiyyatının çətiri altında işləməsi çoxlarında şübhə doğurmurdu. SSRİ xüsusi xidmət orqanlarının keçmiş əməkdaşı Aleksandr Sokolovun da xatırladığı kimi, SSRİ DTK-da mladoross partiyasının proqram və fəaliyyətinin təhlili ilə bağlı çoxsaylı dosyelər vardı və sonralar gənc kəşfiyyatçıların hazırlanması işində onlardan tədris materialları kimi istifadə edirdilər. Bununla bir sırada A.Sokolov xatirələrində partiya başçısının "sovet casusu" və ümumiyyətlə casus olması fikrini qətiyyətlə rədd edirdi. İkinci Dünya müharibəsinin başlanması minlərlə siyasi mühacir kimi Aleksandr Kazımbəyin həyatında da dəhşətli izlər buraxmışdı. Müharibə ərəfəsində o, Parisdə rus siyasi mühacirətinin tanınmış nümayəndələrinin iştirakı ilə "dəyirmi masalar" təşkil edirdi. Bu toplantılardan məqsəd yaxınlaşan təhlükə qarşısında mühacir qüvvələrin faşist Almaniyasına qarşı mübarizədə vahid cəbhədə birləşdirilməsi idi. Antisovet mövqeyi ilə seçilən Fransa hökumətinin qərarı ilə 1940-cı ilin iyulunda Aleksandr Kazımbəy və həmfikirləri həbs olunmuşdular. Fransa ilə Amaniya arasında barışıq əldə edildikdən sonra mladorossların keçmiş liderinin həyatına real təhlükə yaranmışdı. Onu hər an faşistlərə təhvil verə bilərdilər. Akademik V.Nikitinin yazdığına görə, antifaşist fəaliyyətinə görə nasistlər hətta Aleksandr Kazımbəyin başına 100 min marka qiymət qoymuşdular. Fransanın nüfuzlu adamlarının və Senat üzvlərinin yardımı ilə onu həbs düşərgəsindən çıxarmaq və ABŞ vizası ilə təmin etmək mümkün olmuşdu. Artıq Fransada qalmaq təhlükəli idi. Avropanın od içərisində olduğunu görən Kazımbəy 1940-cı ilin payızında ABŞ-a - San-Fransiskoya mühacirət etmək qərarına gəlmişdi. Burada o, tezliklə rus mühacirətinin populyar mətbu orqanlarından biri - "Novaya zarya" qəzetinin köşə yazarı kimi məşhurlaşmışdı. Aleksandr Kazımbəy sonralar əsas fəaliyyət sahəsinə çevrilən publisist yaradıcılığa 20-ci illərin axırlarında başlamışdı. "Sovet Avropasına, yoxsa Gənc Rusiyaya doğru?" Bu yazılar onu Birləşmiş Ştatların "tanınmış sovetoloqlarından biri"nə çevirmişdi. Lakin eyni mövzuya müraciət edən həmkarlarından fərqli olaraq A.Kazımbəyin sovetoloji məqalələri yalnız qərəz və təhriflər üzərində, inkarçılıq zəminində qurulmamışdı. Burada məntiqi polemika və dərin analitik araşdırmalar daha mühüm yer tuturdu. Xüsusən İkinci Dünya müharibəsi illərində onun publisist fəaliyyəti mündəricə və əhatə dairəsi baxımından geniş xarakter almışdı. Həqiqi rus vətənpərvəri kimi Aleksandr Kazımbəy rus xalqının faşizmə qarşı mübarizəsinə öz töhfəsini verməyə çalışırdı. Bolşevik liderləri ilə barışmasa da, Rusiyanın bu müharibədən qalib çıxması müəllifin çoxsaylı məqalələrinin əsas leytmotivini təşkil edirdi. Bir sıra siyasi mühacirət təmsilçilərindən fərqli olaraq, A.Kazımbəy kəmfürsətçilik mövqeyi tutmamışdı. Əksinə o, rus mühacirətini Almaniyaya qarşı mübarizədə Rusiya, Fransa və Böyük Britaniyanın yanında olmağa çağırırdı. 1944-1954-cü illərdə Aleksandr Kazımbəy əvvəlcə ABŞ-nın məşhur Yel universitetində rus dili dərsləri aparmış, sonrakı dövrdə isə Konnektikut kollecində rus dili və ədəbiyyatı kafedrasına rəhbərlik etmişdi. Pedaqoji fəaliyyətlə bir sırada 40-cı illərin sonundan etibarən ilahiyyatla da yaxından maraqlanmağa başlamışdı. Bu dövrdə A.Kazımbəy Amerikadakı rus Patriarxat Ekzarxlığının "Yedinaya tserkov" ("Vahid kilsə") jurnalının daimi müəlliflərindən idi. Jurnalda çap olunan maraqlı məqalələrindən biri "Puşkinin dini yolu" adlanırdı. Rus Pravoslav kilsəsinin Şimali və Cənubi Amerikadakı ekzarxı mitropolit Boris (Vika) tez-tez Aleksandr Lvoviçin siyasi və hüquqi xarakterli məsləhətlərindən faydalanırdı. Nəhayət, o, nüfuz və təcrübəsi əsasında rus kilsəsinin Amerikadakı mülkiyyətinin qorunmasında əvəzsiz xidmətlər göstərmişdi. İkinci Dünya müharibəsi başa çatdıqdan sonra Aleksandr Kazımbəy tarixi vətəninə qayıtmaq haqqında ciddi şəkildə fikirləşirdi. Onun Rusiyaya gedən yolu da ünlü rus səyyahı Afanasi Nikitin kimi Hindistandan keçmişdi. Bu hadisənin maraqlı tarixçəsi var: 1953-cü ildə Hindistanın baş naziri Cəvahirləl Nehrunun bacısı Rameşvari Nehru ABŞ-nın Konnektikut kollecində təcrübə keçirdi. Xanım Nehru rus dili kafedrasının müdiri A.Kazımbəyin nənəsinin Hindistanda son dərəcə böyük məhəbbətlə anılan L.N.Tolstoyun qohumu olduğunu öyrəndikdən sonra onu öz ölkəsinə, rus dili kursları açmağa dəvət etmişdi. Beləliklə, 1954-cü ildən keçmiş Mladoross liderinin həyatının Hindistan dövrü başlanmışdı. Vilayət QULİYEV.
Naxçıvanskilər qürbətdə. Tarixi yaratmaq qəhrəmanlıq, onu yüzilliklər keçəndən sonra araşdırmaq, ortalığa doğru-dürüst çıxarmaq isə fədakarlıq tələb edir. Az qala bir igidin gənclik illəri qədər axtarışlar apardığımız Kəngərli qəhrəmanlarının həyat səhifələrindən yeni bir fakt tapanda çox sevinirik. Elə bu baxımdan Naxçıvanski familiyası daşıyan Kəngərli generalları ilə axtarışlarımızı nəinki MDB məkanında, hətta qonşu ölkələrdə də aparırıq. Çünki 1920-ci ildən sonra sağ qalan Naxçıvanskilər və onların ailələri xarici ölkələrə mühacirət ediblər. Cəsur generallarımız Cəmşid Naxçıvanskinin ata-anasının, bacısının və qardaşlarının 1920-ci ildən sonra yaşadıqları qədim bir şəhərə. Bütün səfərlərdə olduğu kimi, sərhəd gömrük məntəqəsində işlərimizi qurtarıb Ərəblər kəndinə, indiki Pol-Dəştə yollanırıq. Çatan kimi üzü dağlara-Maku şəhərinə gedən minik maşınlarından birinə oturub yola düşürük. Yolboyu xatirimizdə çox hadisələr çözələnir, yada düşür. Nələri yazmışıq, nələr qalıb. Ürəklərində vətən həsrəti və qürbət kədəri... Birinci dəfədir ki, İrana gedirik. Hər tərəfdə naxçıvanlılara qarşı doğmalıq və səmimiyyət hiss edirik. Belə bir münasibət adamı darıxmağa qoymur. Füsunkar, əzəmətli coğrafi bir məkanda qərar tutan bu şəhərlə bağlı çox eşitmişik və oxumuşuq. İndi isə bu şəhərdəyik. Yuxarıdakı qaya papaq kimi tarixlər şahidi olan Maku qalasını örtüb. Bir vaxtlar şəhərin mərkəzində tikilən möhtəşəm bir sarayda Maku xanı Əli xan və onun varisləri yaşayıb. Buradaca tarixə ekskurs etsək yerinə düşər. Naxçıvan xanlığının başçısı I Kalbalı xan öz qızını Maku xanlığını idarə edən Əli xana ərə verib. Hələ bir az da Səfəvilər dövrünə gedə bilsək, görərik ki, Nisə şəhərində dövlətin sərhədlərini qoruyanlar Kəngərli, Cavanşir və Bayat süvariləridir. Sonralar Kəngərlilər Naxçıvana, Cavanşirlər Qarabağa və Bayatlar Şərura, həmçinin İrəvana qayıdıblar. Sonralar Maku qalasını yağılardan qorumaq üçün 300 Bayat ailəsini Makuya küçürüblər. 1920-ci ildən sonra İrəvanda və Şərurda yaşayan Bayatlar Makinski, İranda yaşayanlar isə Bayat Makulu, yaxud Qaçi Bəyat soyadını daşıyıblar. Aydınlıq üçün deyək ki, Naxçıvanski, Makinski rus familiyası deyil. Bu əsasən xəzər türklərinin Polşada, ümumiyyətlə, Avropada bir neçə əsr bundan əvvəl daşıdıqları bir soyadın formasıdır. Çar Rusiyası dövründə əlahiddə hərbi şücaətləri olan nəsillərin ən məşhur adamlarına belə formalı familiyaları daşımaq üçün çarın xüsusi icazəsi olmalı idi. Buna görə də indi biz həmin dövrlərin tarixini araşdırdığımız üçün familiyaları olduğu kimi saxlayırıq. Yəni, onu Naxçıvanlı, yaxud Makulu kimi yazmağımız doğru olmazdı, sadəcə qarışıqlıq yaradardı. Çünki bu nəsillərin Rusiyada da tədqiqatçıları var... XIX əsr Ordubad ədəbi mühitinin layiqli nümayəndəsi olan Hacı Mirzə Ağarəhim Qüdsi Vənəndi Cənubi Azərbaycan xanlarına da mənzum məktublar, həmçinin mədhiyyə-tərifnamələr yazıb. Şairin ən yaxşı mədhiyyələrindən biri Əli xanın oğlu Teymur Paşa xana ithaf olunub. Və Qüdsi əsərin müqəddiməsində "Makulu Əli xanın oğlu və İsgəndər şöhrətli Ehsan xanın bacısı oğlu Teymur Paşanın tərifi" sözlərini qeyd edib. Bununla bağlı materiallar şairin tədqiqatçısı filologiya elmləri doktoru Əsgər Qədimovun monoqrafiyasına da daxil edilib. I Kalbalı xanın qızının və sonralar həmin ailədən bir çoxlarının yaşadıqları Sərdar sarayı, deyilənə görə, son illərə qədər qalırmış. O evdə general-mayor II Kalbalı xan Naxçıvanskinin qızı Şahbəyim xanım, sonralar Cəfərqulu xanın qızı Nazlıbəyim və Abbasqulu xan İrəvanskinin nəvəsi Nazxanım Məmmədquluxan qızı (Cəfərqulu xanın qaynı qızı) yaşayıblar. Maku xanlığının tarixinə dair yazılanlardan öyrənirik ki, Əli xan və onun oğlu Teymur Paşa xan xanlıqlar dövründə Naxçıvan xanlığı ilə sıx əlaqə, diplomatik münasibətlər saxlamışlar. Bu münasibətləri isə qohumluq daha yaxın etmiş və I Kalbalı xanın İrəvanda, Xoyda olduğu kimi, Makuda da nüfuzunu yüksəltmişdi. Yəni, Rusiyanın Qafqaz siyasətində I Kalbalı xanı söz sahibi etmişdi. Bunu dərindən anlayan Rusiya dövlətinin generalları hələ 1790-cı illərdən başlayaraq I Kalbalı xanla danışıqlar aparırdılar. Maku xanlarının şəcərəsinə baxdıqda görürük ki, Əli xanın Teymur Paşa xan, Hacı Mahmud Paşa xan, Hacı İsmayıl Paşa xan, İbrahim Paşa xan və İshaq Paşa xan adlarında oğlanları olub. Əli xanın atasının adı Hüseyn xandır. Teymur Paşa xanın oğlanlarından hələlikdə ikisinin - Mürtəzaqulu xanın (Iqbal Sultan) və Bəhlul Paşa xanın ailəsinin Naxçıvan, həmçinin İrəvan xanlıqları ilə qohumluqlarını təsdiqləyən sənədlər mövcuddur. Bəhlul Paşa xanın nəvəsi Midhət Paşa Məmməd Paşa xan oğlu Abbasqulu xan İrəvanskinin nəvəsi Nazxanımla 1912-ci ildə ailə qurub. Nazxanım Cəmşid Naxçıvanskinin dayısı qızıdır. Onun anası Tovuç xanım tam süvari generalı İsmayıl xanın oğlu Bəhman xan Naxçıvanskinin qızıdır. Bəhman xanın həyat yoldaşı isə general-mayor II Kalbalı xan Naxçıvanskinin qızı Çimnaz xanımdır. Nazxanımın övladlarından İsmayıl xan və Suğra xanım sağdırlar. Bəhlul Paşanın ikinci oğlu Mustafa Sultan 1883-cü ildə general-mayor II Kalbalı xan Naxçıvanskinin qızı Şahbəyimlə ailə qurub. Kəbin kağızı Naxçıvan Muxtar Respublikası Dövlət Arxivindədir. Makudakı sənədlərdə isə onun adının yanında "Qafqaz əhli" yazılıb. Mustafa Sultanla Şahbəyim xanımın 4 oğlunun adlarına şəcərədə rast gəlirik. Həmin oğlanlardan birinin adı Əlixandır ki, sizə təqdim etdiyimiz fotoşəkildə atasının sağında dayanıb. Sənədlərdən öyrənirik ki, o, əsasən Rusiyada təhsil alıb. Biz indiyədək rus alimi K.N.Smirnovun yazdığına əsasən elə bilirdik ki, Cəmşid Naxçıvanskinin bacısı Nazlıbəyim xanım Abbas Paşa xanla ailə qurub. Amma Makuda olarkən aşkar oldu ki, Nazlıbəyim Sərdarın oğlu sərhəng Rzaqulu xanla ailə qurub və bu izdivacdan Teymur xan, Ehsan xan və Məniçöhr xan adında oğlanları olub. Nazlıbəyim vəfat edəndən sonra onun balaca körpələrini anası Fəxrəntac xanım böyüdüb. Öyrənirik ki, Fəxrəntac xanım xeyli illər Makuda yaşayıb. Sonralar kiçik oğlu polkovnik Davud xan onu öz yanına Təbrizə aparıb. Onu da deyək ki, polkovnik Davud xan uçun illər İran ordusunda xidmətdə olub. Özü də Naxçıvani soyadını daşıyıb. Qohumlarının dediklərinə görə, onun Şapur xan və Pərviz xan adlı oğlanları olub. Pərviz xan İranda ilk pilotçulardan imiş və sonralar Amerikaya köçüb. Hələ pilotçu olanda polkovnik rütbəsini daşıyıb. Pərviz xan bibisi Nazlıbəyimin oğlu Teymur xanın qızlığı Sima xanımla ailə qurub. Arəş və Orod (Urud) adlı oğlanları Amerikada yaşayırlar. Mənucöhr xan isə Xoyda yaşayır. Nazlıbəyimin gəlini Puranduxt xanım (o, əslən Avacıq mahalındandır) Makuda yaşayır. Qulamrza, Əlirza və Bəhram xan adlı oğlanları var. Axtarışlar zamanı məlum oldu ki, general-mayor III Kalbalı xan 1934-cü ildə Makunun yaxınlığındakı Başyer döyüşlərində arxadan vurulub. Bu gün də onun Baxçacıqdakı (Sərdarın yay sarayı) cənazə törənini indi də xatırlayanlar var. Burada bir haşiyə çıxmaq maraqlı olardı. Sərdar Mürtəzaqulu xanın həyat yoldaşları İrəvan xanlarından Pənah xan Makinskinin qızları olub. Birinci xanımı vəfat edəndən sonra onun bacısı Analı xanımı alıb. (Rus mənbələrində onu Annana xanım kimi yazırlar). Sovet qoşunlarının tərkibində Irana gedən yazıçı orada Muradəli xanın qonağı olub və onlarda ikən xanın anası ilə tanışlığı yaranıb. Nədənsə yazıçı onu qarabağlı kimi təsvir edib. Analı xanım şairə Xurşid banunun çəkdiyi rəsmlərdən və yazdığı qəzəllərdən bir neçəsini Hüseyn Şərifə bağışlayıb. Yazıçı bunları "Azərbaycan gəncləri" qəzetində dərc etdirib. Bir tarixçi alim, Qarabağ xanlarının varisi və şəcərəçi Nurlanə xanım Cavanşirlə bu maraqlı məsələni araşdırırıq. Belə ehtimalımız var ki, Analı xanım ana, yaxud nənə tərəfdən şairə Xurşid banuya yaxın qohumdur. Hələlikdə bu yöndə axtarış gedir. Analı xanımın bacısı və qardaşı Süleyman xanla Sərdar sarayında çəkilən fotoşəkilləri bu gün də qalmaqdadır. Sənədlərə əsasən öyrəndik ki, I Ehsan xanın qızı Lalabəyim Pənah xanın oğlu Süleyman xanla ailə qurub. Analı xanım çox xeyirxah və qorxmayan qadın olub. Hətta, inqilabdan əvvəlki kitablarda adına çox rast gəldiyimiz Budaqovlara və Pişnamazzadələrə də. Pəhləvi şahı tərəfindən çox təqiblərə məruz qalsa da, Baxçacıqdan getməyib. Baxçacığa gedirəm. Makudan bir az aralı, çiskin dağının ətəyində, ab-havası gözəl olan bir yerdədir. Indi muzey olan Sərdar sarayı memarlıq üslubu ilə çox möhtəşəm bir tikilidir. Muzey təmirdə olsa da, qonaq olduğumdan icazə verirlər ki, salonlara baxım. Bu salon Naxçıvanskilərlə də çox bağlıdır. Eşitdiyim xatirələr həzin-həzin düşür yadıma. Sərdarın hərbi silahlarından muzeydə nümayiş etdirilir. Maku xanları da yaxşı hərbçilər olublar. Mürtəzaqulu xan Rusiyanın hərbi mükafatlarını da alıb. Tiflisdə arxivlərdə onunla bağlı bir sənədə rast gəldik. Oxuduğumuz sənədlərdən aydın olur ki, zəngin xəzinəyə və bolluca silah-sursata sahib olan Maku sərdarı 1923-cü ildə zindanda öldürülüb. Tarixlər şahidi olan bu sarayın həyətindən çiskin dağın başında duman görünür. Yavaş-yavaş dağın sinəsi ilə aşağıya tökülür. Şəhərə qayıdıram... Naxçıvanskilər, İrəvanskilər və Makinskilər haqqında tapdığım yeni faktları yaddaş dəftərçəsinə köçürürəm. Qürbətdə yaşayan Naxçıvanskilərin varislərini tapmaq ümidimizə işıq düşüb. Bu işıq onların ulu babalarının- bizim naxçıvanlıların yaratdıqları tarixi səhifələdikcə daha da çoxalır və axtarışlarımızı uğurlu edir. Musa QULİYEV, AMEA Naxçıvan bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşı.
Hər iki ölkədə həssas bir durum var. Hər iki ölkənin xalqı bu durumdan çox rahatsızdı. Ona görə mən dərin eşqlə sevdiyim və dəfələrlə getdiyim bu şəhərə mart ayının sonlarında etdiyim bir səfər haqqında yazmaq qərarına gəldim. Allaha şükür ki, indi İstanbula getmək çox asandı, biletini alırsan, elə öz ölkəndə olduğun kimi rahat gəzib-dolaşa bilirsən. Görünür, bizim rahat gəzib-dolaşmağımız kimlərisə çox narahat edir. Yazının içində məxsusi olaraq Türkiyə türkcəsindən istifadə etmişəm, bunu da mənə eyib tutmayın. Mən bu şəhərə aşiqəm. Aşıqsan əyər. Və yazmamaq. Bu şəhərə neçənci səfərimdi? Və hər səfərimdə içimdəki xəritəyə yeni-yeni əlavələrim olub, kəşflərim olub. Heyranlığım, təəssüflərim olub. Mən bu şəhərə hər fəsildə gəlmişəm. Könlümün hər fəslində də bu şəhər var. Amma bu dəfə durum fərqlidi. Səfərimin özəl səbəbləri var, çox özəl... Təyyarəyə minik başlanır. Gördüyüm qədəri heç boş yer yoxdu. Vətəndaşlarımız ongünlük tətildən iyi yararlanırlar. (Deyəsən uçaqdakı kresloma oturan kimi keçdim Türkiyə türkcəsinə). Yata bilsəm yaxşı olardı deyə düşünürəm. Ürəyimdə sağ-salamat yerə enməyimiz üçün sidq ürəkdən dua edirəm. İstanbul hava alanında bizi onun devrə arkadaşı qarşılayacaq (bizim dildə desək tələbə yoldaşı). Qürur duyuram - hər zaman mənim gəzdirdiyim bu cocuq adam oldu artıq, anasını gəzdirir. Bir də dərin zövqlə dalımca yaşarmış, dolmuş gözlərlə baxan eşimi xatırayıram. Kişilər bir azacıq yaşlanandan sonra cocuğa dönürlər. Belə ağlayarsan ha dalımca, gəncliyimdə məni çox ağlatmısan... İstanbul bizi tutqun, yağmurlu çöhrə ilə qarşılayır. Deyəsən sərhəd söhbəti iqlimə də təsir edib axı. Of,burda da bu siyasi fikirlərdən qurtula bilmirsən, canım, bəsdi də. Oğlum baqajı götürür, nəsə çamadan mənə bir az yad gəlir. Beynimdə o qədər fikir var ki, buna əhəmiyyət vermirəm. Pasport işləmləri tamamlanandan sonra o tərəfdə komissar Adil Polad (yəni oğlumun devrə arkadaşı) bizə əl edir. Bu cavan oğlanın belə şəstlə, arın-arxayın gəzməsi, əynindəki uniforma, çiynindəki paqon, belindəki tapança ilə bağlıdır. Türkiyədə polisin hörməti çoxdur. Makam arabasında bizi yerləşəcəyimiz "Polis Evi"nə aparırlar. (Məlumat üçün deyim ki, Türkiyədə dövlət işində xidmət edən bütün məmurların öz kafeləri, otelləri, pansionatları və s. var. Onlar burdan yarıbayarı, ucuz qiymətə yararlana bilirlər). Yolboyu İstanbuldakı yenilikləri seyr edirəm. Getdi Aqil Abbasın paracıqları deyə düşünürəm. Maşın Bosforun kənarındakı beş-altı mərtəbəli, sadə görünümlü binanın qarşısında durur. ... Oğlanlar resepsionda bəzi işləmləri həll edənə qədər mən içəriyə bir göz atıram. Təmir getdiyindən ətrafda bir qarışıqlıq var. Amma ürəyə yatımlı, xudmani bir yerdi. İlk müsafir siz oluyorsunuz- deyirlər nəzakətlə. Bax, mənim Türkiyə insanında ən çox sevdiyim məziyyət elə budu - nəzakət. Hara getsən, nə soruşsan, nə desən diqqətlə qulaq asarlar, anlamasalar da çox ədəb-ərkanla bir "əfəndim" deyərlər. Qalxırıq otağımıza. Oğlum dostu ilə baqajımızı qaldırır. Vurnuxma başlayır, gənclər ora-bura telefon açırlar. Yenidən hava limanına qayıtmaq lazım gəlir. Bir az sonra qayıdacaqlarını deyib gedirlər. Mən də pəncərədən Boğazı seyr edirəm. İçimdəki həyəcan artmağa başlayır, neçə saat keçib, gəlmək bilmir. Özümü də, məni bura gətirən səbəbləri də lənətləyə-lənətləyə aşağı, resepsiona enirəm. - Sizdə komissar Poladın cep numarası varmı? Belə neçə saat keçir, bilmirəm. Tuncay qayıdıb gələnə qədər bu hal davam edir. Onu ürəyimdə şükür edə-edə, ağlamsına-ağlamsına qarşılayıram. Deyəsən üzümün ifadəsi onu da çaşdırıb. Şəhərə axşam çökməyə başlayır. İstanbul axşamları da bir başqa oluyor... Hələ Boğaz kənarındaysan, bir başqa. Polad Ələmdar kimi bir skamyada oturub Boğaz körpüsünə baxıram. Və İSTANBULU DİNLİYORUM GÖZLERİM KAPALI... BAŞIMDA ESKİ ALEMLERİN SARHOŞLUĞU... - Kan tahşisi yapmamız lazım. Günəş insanın hər hüceyrəsini isidir. Və sən də aşiq olduğun bu gözəl şəhərin küçələri ilə addımlaya-addımlaya doktorun hökmünü gözləməlisən. Bak, böcekler də öyle yapıyor - deyirəm özümə Orxan Vəlinin şəhərində onun sözləriylə. Bu meydanda iki möhtəşəm came bir-birinə meydan oxuyur. Mübahisə doğura bilər, amma nə qədər memarlıqdan uzaq bir insan olsam da, mənə elə gəlir ki, İstanbulun bütün abidələri Ayasofyanın övladlarıdı. Ayasofya çox möhtəşəmdi və insan oğlunun o zamankı şərtlər daxilində cəmi beş ilə belə bir qüdrət yaratmasına inana bilmirsən. Hər gəlişimdə bu meydanı qarış-qarış gəzsəm də eramızın 537-ci ilində imperator Yustinianı tarixə salmış amillərdən biri olan bu tikilidən aldığım zövqü heç yerdən ala bilmirəm. Mərmər sütunlara söykənib fikirləşirəm ki, ay gidi dünya, bir vaxtlar bu sütunlar Romanın, Afinanın, Efesin saraylarında bəzək olublar, sonra imperatorun əmri ilə yeni paytaxta gətiriliblər. Dünyanın hər yerindən gəlmiş turistlər uzun-uzadı növbəyə dayanıb bilet alırlar. Elə biz də At meydanında gəzişəndən sonra Ayasofyaya yaxınlaşırıq. Növbəyə baxıb tərəddüd edirəm. Bu arada bir az o tərəfdə dayanmış rus qadın mənə yaxınlaşır. Pozuq türk dilində: - Sizi keçireyimmi, orda tanıdıqlarım var. Tuncay, gəl, növbəsiz keçəcəyik. Tuncay utana-utana, çəkinə-çəkinə bizə yaxınlaşır. Görürsən bizimkidi, sovet adamıdı. Orda gözləsək vaxtımız gedəcək. Yəqin nəyə görəsə qorxur və içəridə artıq aldığı 10 lirənin müqabilində həvəslə abidədən, tikilmə tarixindən danışır. Mane olmuram, qoy danışsın. Yavaş-yavaş yuxarı qalxırıq. Ayasofyada pilləkənlər yoxdu. İmperator ağır çəkili xanımını yuxarı qaldıracaq taxt-rəvanın rahat daşınması üçün buranı məxsusi belə yapdırıb. Amma biz imperator ailəsinə məxsus olmadığımızdan özümüz qalxırıq, amma bir vaxtlar imperatriçanın dayandığı balkonda dayanıb şəkil çəkdiririk. Sultan Əhmədə gedən turistlərin də sayı çoxdu. Amma ordakı turistlərə tarixdən danışmırlar. Bunları deyən yoxdu. İstanbuldakı ən böyük yapı-kompleksdi. Mədrəsələri, çeşməsi, türbəsi, darüşşifası, hamamı, dükanları olub. Yapıların bəziləri gəlib günümüzə çatmayıb. Rəvayətə görə, sultan minarələri altından yapdırmaq istəyib, amma memar "altın" sözünü "altı" kimi anlayıb, elə də tikib. Sonra İslam aləmindən gələn etirazlara görə (Məkkədəki məscidin minarə sayına bərabər olduğundan) sultan Kəbədəki məscidə 7-ci minarəni əlavə edib. Başqa bir rəvayətə görə, İran şahı tikintinin yubanmasına görə sultana qızıl göndərib. Sultan da İrandan gələn qızılı palçığa qarışdırıb divara vurmaq əmrini verib. Nəzərə alsaq ki, o vaxt İranda Səfəvilər hakimiyyətdə idi bu versiyaya inanmaq olar. İstanbulun bu tarixi yarımadasında azəriceyi iyi anlıyorlar. Çayın parasını verəndə "dörd manat" deyir qarson gülümsəyə-gülümsəyə. Siyasətçilər nə danışıb-konuşurlar bilmirəm, sadə vətəndaş öz işindədi. Yəni Topqapı sarayı. Birinci darvazadan keçəndə bilet istəmirlər. Bu hissədə vaxtilə Osmanlı imperiyasının maliyyə, arxiv idarələri, zərbxanası, vakıflar idarələri yerləşibmiş. Əvvəllər sultanın sarayı Aksarayda, indiki İstanbul universitetinin yerində olub. 1478-ci ildə Osmanlının ən güclü dövrlərində köhnə Bizans sarayının qalıqları üzərində yeni Topqapı sarayı tikilib. Tikilib, sökülüb, dəyişdirilib, hər sultanın özünün əlavələri olub. Topqapını hər gəlişimdə ziyarət eləmişəm. Və mənə maraqlıdı ki, niyə 600 illik dünya imperiyasının baş sarayında qiymətli bir sənət əsəri yoxdu? Niyə Ermitajın, Luvrun, Viktoriya-Albertin, Pradonun bir şöbəsi qədər zəngin deyil? Yəqin təbii qarşılamaq lazımdı. Türk erkekləri hərəmxanalarındakı eksponatların sayını artırmaqla məşğul olublar. Dünyanın hər yerindən qadınları satın alıblar. Yanımdakı türk erkeyinə (yəni oğluma) ikinci həyətin içindəki qocaman çinarı göstərirəm. Muzeyi gəzə-gəzə bir otağa giririk. Lövhədə xəbərdarlıq elanı var. "Başörtüsüz və qısa ətəkdə girmək olmaz". Peyğəmbərimizin kutsal əmanətləri burda saxlanır. Qəribə təzaddı, yan otaqlarda saray intriqaları cövlan edib, vəzirlərin başı kəsilib, yeniçərilər sultanları boğub öldürüblər, hərəmdəki körpə şahzadələri qətlə yetiriblər, bu otaqda "Quran" sədası kəsilməyib. Bu günə qədər ənənə yaşayır. Qardaş qardaşa qənim kəsilsə də "Quran" sədası kəsilmir. Yaxşı ki, insanları birləşdirəcək dəyərlər qalıb hələ... Tarixi İstanbul tramvayına minib geri qayıdırıq. Bu qədər şəhərlərdə olmuşam, hər yerdə tramvay qalıb, Bakıda nəyə mane olurmuş, hələ də anlaya bilmirəm. İstanbul tramvayı hər yerdə tarixə yolçuluq bələdçisidi. Gülhanə parkının yanından keçəndə bir göz atıram. Bu dəfə gedə bilmədim. Beşiktaşda sonuncu durakda enirik, burdan qaldığımız Polis Evinəcən avtobusla gedəcəyik. Bu şəhərin hər yerindən tarix fışqırır. Dolmabaxça, Çırağan saraylarının, Rumeli hisarının yanından ötüb keçirik. Gözüm yamyaşıl təpənin üstündən Boğaza baxan Orxan Vəliyə sataşır. Görəsən səhər burdan keçəndə niyə fikir vermədim? Nə gözəl heykəldi, əsl şair obrazıdı. İstanbulda heykəlin şəklini çəkməyi unutdum. Yazını hazırlayanda sizə göstərmək üçün internetdəki axtarışlarım nəticə vermədi. Abimizə zəng elədim, Tofiq Abdinə. O da İstanbula telefon açıb bir vaxtlar Türkiyə səfirliyində müşavir olmuş Fəthi Gədiklidən rica etmiş, o da sağ olsun, şəkli bizə göndərib. Hər ikisinə təşəkkür edirəm). Gərək buralara bir baş çəkim. Hava gözəl olsa səhər gələcəm... BENİ BU GÜZEL HAVALAR MAHVETTİ, BÖYLE HAVADA İSTİFA ETTİM. TÜTÜNE BÖYLE HAVADA ALIŞDIM, BÖYLE HAVADA AŞIK OLDUM. EVE EKMEKLE TUZ GÖTÜRMEYİ. ŞİİR YAZMA HASTALIĞIM. Boğazın düz kənarında Polad Ələmdar sayağı skamyada oturub körpüyə baxıram. - Tuncayın sualı məni fikirlərimdən ayırır. Hər şeyin gözəl olacağına inanmaq çox gözəl. Hələlik isə... İSTANBULU DİNLİYORUM GÖZLERİM KAPALI. YAVAŞ-YAVAŞ SALLANIYOR. İradə TUNCAY.
Kamal Abdullanın Almaniyada Mayns Universitetinin rəhbərliyilə görüşü olub. Görkəmli alim və yazıçı, Bakı Slavyan Universitetinin (BSU) rektoru Kamal Abdulla Almaniyanın nüfuzlu Mayns Universitetinin dəvəti ilə bu ölkədə səfərdə olub. BSU-nun mətbuat xidmətindən verilən məlumata görə, K.Abdulla sözügedən universitetin tələbə və müəllimləri qarşısında Azərbaycan mədəniyyətinin tarixi və bu günü haqqında mühazirə ilə çıxış edib. Rektor həmçinin "Kitabi-Dədə Qorqud"la yunan mifologiyasının müqayisəli təhlilini aparıb, "Dədə Qorqud" və almanların "Nibelunqlar haqqında nəğmə" dastanları arasında paralellərdən danışıb, dinləyicilərin çoxsaylı suallarını cavablandırıb. Qeyd edək ki, hələ 2007-ci ilin oktyabrında professor Kamal Abdullanın təşəbbüsü ilə Bakı Slavyan Universiteti və Mayns Universiteti arasında "Dədə Qorqud" və "Nibelunqlar" dastanlarının müqayisəli öyrənilməsi haqqında 5 illik layihə razılaşması imzalanıb. Səfər zamanı K.Abdulla ilə Mayns Universitetinin rəhbəri arasında bu layihənin reallaşması istiqamətində atılacaq addımlar müzakirə edilib. Bundan başqa iki ali məktəb arasında müəllimlərin mübadiləsini həyata keçirmək barədə razılığa gəlinib. Bu razılaşmaya əsasən, Mayns Universitetinin müəllimləri BSU-nun tələbələrinə alman dilini, BSU-nun müəllimləri isə alman tələbələrə Azərbaycan dilini öyrədəcəklər. Volkenşteyn cəmiyyətinin sədri, professor Z.Hartman və Mays Universitetinin Türkologiya İnstitutunun müdiri, professor H.İushotenlə aparılan danışıqlar zamanı orada "Azərbaycan dili və mədəniyyəti" mərkəzinin yaradılması qərara alınıb. Xatırladaq ki, BSU-nun təşəbbüsü və bilavasitə iştirakı ilə belə bir mərkəz artıq Moskva Dövlət Linqvistika Universitetində fəaliyyət göstərir.
"İrs-Nasledie"nin yeni sayı çapdan çıxıb. Dərgi baş redaktor Musa Mərcanlının "Azərbaycan - möcüzələr ölkəsi" yazısı ilə açılır. Yazıda baş redaktor jurnalın yeni dizaynla çıxmış bu sayının əsasən Azərbaycanın yeddi möcüzəsinin seçilməsinə həsr olunduğunu qeyd edib. "Azərbaycanın yeddi möcüzəsini seçirik" adlı növbəti yazı da birincinin davamı hesab oluna bilər. Məqalədə keçən il "İrs-Nasledie"nin "Azərbaycanın yeddi möcüzəsi" adlı müsabiqə keçirdiyi diqqətə çatdırılıb və oxuculara möcüzələrin siyahısı təqdim edilib. Məqalədə oxuculardan elektron poçt vasitəsilə öz seçimlərini etmək, Azərbaycanın yeddi möcüzəsini seçmək xahiş olunur. Təqdim olunan möcüzələr sırasında Azıx mağarası, Atəşgah məbədi, Qarabağlar türbəsi, Qobustan, Qız qalası, Şəki xan sarayı, Gəncədəki və Şamaxıdakı Cümə məscidi, Şəki Karvansarayı, Gəncədəki İmamzadə kompleksi, Qırmızı körpü, Mömünə Xatun türbəsi, Mərdəkan qalası, Xudafərin körpüsü və başqa tarixi məkanlar, abidələr yer alıb. Dərgidə professor Əli Rəcəblinin Səfəvilər dövlətinin pul sistemi ilə bağlı məqaləsi verilib. Professor Arif Mustafayevin məqaləsində isə Xınalıq kəndinin tarix və məişətinə güzgü tutulub. "Qədim və yeni Təzəpir" yazısında Z.Alxanoğlu məscidin inşası tarixindən, içərisinin dizayn və bədii tərtibatından söz açıb. Sergey Badyaginin "Bir az din haqqında" yazısında xristianlıq dini görüşləri haqqında fikirlər öz əksini tapıb. Dərgidə Azərbaycan atalar sözləri təqdim olunub və onların rus dilindəki qarşılığı verilib. Jurnalda ingilis dilində işıq üzü görən "Onlar cəzasız qalmamalıdır" məqaləsində Azərbaycan tarixində qanlı səhifə olan Xocalı soyqırımının günahkarlarından söhbət açılıb. Tibb elmləri doktoru Nadir İsmayılovun "Parapsixologiyaya elmi baxış" məqaləsində oxucuları maraqlandıran bir sıra faktlar və mülahizələr yer alıb. Jurnalın ənənəvi "Analiz" rubrikasında Moisey Musulmanski "Rusiyada ermənilər haqqında nə danışır və düşünürlər?" adlı məqaləsində bu suallara cavab tapmağa çalışıb. Dərgidə müxtəlif mövzulara aid başqa yazılar da dərc olunub.
"Sıravi Dursun" Bakı Uşaq Teatrının səhnəsinə çıxacaq. Bakı Uşaq Teatrı "Sıravi Dursun" tamaşasını təqdim edib. Bu barədə teatrın direktoru, rejissor İntiqam Soltan məlumat verib. Direktorun dediyinə görə, vətənpərvərlik mövzusunda hazırlanan tamaşa əsgərlik yaşına çatmış gənclərə həsr olunub. Tamaşada çağırışçı Dursunəlinin əsgəri xidmətdən boyun qaçırmaq üçün min cür hiyləyə əl atması təsvir edilib. O, gününü hərbi hissənin tibb məntəqəsində keçirərək, xidmətə yaramadığını sübut etmək istəyir. Üstəlik, burada tibb məntəqəsinin baş həkimi ilə tez-tez mübahisəyə girir. "Sıravi Dursun" tamaşasının musiqi tərtibatçısı Mahir İbrahim, rəssamı isə Sevda Məmmədovadır. Rejissorun dediyinə görə, tamaşanın cəbhə bölgələrində xidmət edən hərbçilər qarşısında da nümayişi nəzərdə tutulur.
Aprelin 26-da 42-ci Beynəlxalq Hyuston Kinofestivalının nəticələri açıqlanıb. Kinofestivalda Azərbaycanı təmsil edən "40-cı qapı" bədii filmi "Ən yaxşı xarici film" nominasiyası üzrə qızıl mükafata layiq görülüb. Bakı Şəhər Mədəniyyət və Turizm idarəsindən verilən məlumata görə, festivalda filmin rejissoru Elçin Musaoğlu iştirak edib. Filmin prodüseri "Ritm production"ın Xaqani Savalan, ssenari müəllifi və rejissoru Elçin Musaoğludur. Baş rolları Həsən Səfərov, Rövşən Ağayev, Gülər Nəbiyeva və başqaları ifa ediblər.
Türkiyədə Azərbaycan rəssamının fərdi sərgisi açılıb. Anadolu Karikatura Muzeyində azərbaycanlı karikaturaçı rəssam Bayram Hacızadənin fərdi sərgisi təşkil edilib. Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin İdarə Heyətindən APA-ya bildirilib ki, sərgidə rəssamın əsasən beynəlxalq müsabiqələrdə iştirak etmiş və mükafatlar qazanmış 70-dən artıq əsəri nümayiş olunub. Sərginin açılışında Anadolu Universitetinin rəhbərliyi, muzeyin direktoru professor Atilla Özer və Bayram Hacızadə çıxış edib. Türkiyənin Anadolu Universitetinin təşəbbüsü ilə keçirilən sərginin nümayişi mayın 8-nə qədər davam etməsi nəzərdə tutulub.
Dillər Universitetinin Teatr Klubu Türkiyədəki festivala qatılıb. Azərbaycan Dillər Universitetinin (ADU) Teatr Klubunun üzvləri Türkiyədə keçirilən Universitetlərarası Beynəlxalq Teatr festivalı çərçivəsində aprelin 25-də Akdeniz Universiteində çıxış ediblər. Bir çox xarici və Türkiyən universitetlərinin teatr klublarının iştirak etdiyi festival gənclər arasında əlaqələrin, sıx ünsiyyətin qurulması baxımından mühüm əhəmiyyət daşıyır. Türkiyənin bir çox tanınmış teatrşünaslarının da qonaqların sırasında olmaları festivalın dəyərini daha da artırır. Məlumata görə, "Özümüz" adlı tamaşa ilə bu festivala qatılan ADU-nun Teatr klubu ötən il Kamal Abdullanın "Bir, iki, bizimki" tamaşası ilə bu festivala qatılıb, Ankara və Samsunda çıxış ediblər. Builki festivalın açılışı isə aprelin 20-də Antalyanın Akdeniz Universitetində baş tutub. Festivalda müxtəlif universitetlərin tələbələri həm dünya ədəbiyyatından seçmə əsərləri, həm də öz ssenariləri əsasında hazırladıqları səhnəcikləri təqdim ediblər. ADU-nun Teatr Klubunun üzvləri öz ssenariləri əsasında hazırladıqları tamaşanı oynayıblar. Onların ifası tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Aprelin 26-da festivalın Akdeniz Universitetindəki hissəsinin bağlanış mərasimi keçirilib. Tədbir zamanı ADU nümayəndələrinə fəxri diplom təqdim edilib. Daha sonra keçirilən bədii hissədə Azərbaycan musiqisi səsləndirilib. ADU-nun Teatr Klubunun növbəti çıxışı aprelin 28-də Fatih Universitetində baş tutacaq.
Biz bəzən həyatda görmədiklərimizi, bilmədiklərimizi, eşitmədiklərimizi, uzun ömrün dolaylarında sınaqlarından keçirmədiklərimizi bədii cəhətdən kamil, həyat hadisələrilə zəngin əsərlərdən öyrənirik. Əsas odur ki, bu, ustad qələmindən çıxsın, həyatın, cəmiyyətin, təbiətin rəngarəng lövhələrini əlvan boyalarla canlandırsın,insanın hiss və duyğularını oyatsın.Belə əsərlər daim bizim yol yoldaşımıza çevrilir, həyat yolumuzun əbədi bələdçisi olur. Mən həyatım boyu bu hissləri zaman-zaman yaşamışam, mükəmməl bədii əsərlərlə ömrün harmoniyasına qovuşmuşam. Görkəmli yazıçı,istedadlı qələm sahibi Əli İldırımoğlunun yaradıcılığı ilə ilk tanışlıqdan sonra da bu hissləri yaşadım. Bu yaxınlarda yaradıcılığının mükəmməl toplusu olan on cildlik seçilmiş əsərlərini oxuyandan sonra onu qeyri-adi bir insan və istedadlı qələm əhli kimi sanki yenidən dərk etdim, iç dünyamda yazıçı ilə bağlı özümdən özümə yönəlmiş mənəvi-əxlaqi və estetik bağları yenidən çözələdim. Əli müəllimin əsərləri yaşadığımız dünyanı bizim üçün sanki yenidən kəşf edir, bizə yenidən tanıdır. Bu cazibə dairəsi o qədər güclüdür ki, ondan heç vaxt ayrılmaq olmur. Əli müəllimin yaradıcılığında yaxın və uzaq dövr tariximiz canlı insan kimi nəfəs alır, keçmiş solmuş bir xatirə yox, canlı yaddaş təsiri bağışlayır. Ədəbiyyat insan hisslərini, düşüncələrini, arzu-istəklərini, cəmiyyətin problemlərini obrazlı şəkildə əks etdirən söz sənətidir. Onun vəzifələrindən biri zövq verməkdirsə, ikincisi insanları tərbiyə etmək, onlara gözəl mənəvi, əxlaqi sifətlər aşılamaq, həyatda düzgün mövqe tutmağa kömək göstərməkdir. Dünya,eləcə də Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri,klassik sənətkarlar həmişə ədəbiyyatın tərbiyəedici imkanlarına fikir vermiş, öz əsərlərində böyük idealların, müqəddəs amalların, arzuların daşıyıcısı olan kamil qəhrəmanlar yaratmışlar. Haqqında söhbət açdığımız yazıçı da öz yaradıcılığında tənbəllik, xudbinlik, xəsislik, məsləksizlik və başqa mənfi xüsusiyyətlərin doğurduğu faciələri bütün çılpaqlığı ilə əks etdirir. Həyatdakı, cəmiyyətdəki eybəcərliklərin məntiqini, fəlsəfəsini açıb göstərir,obrazlı dilində, təsvir vasitələrində xalq ruhunun əbədi qoruyucusu kimi çıxış edir. Əli İldırımoğlunun əsərlərinin on cildliyini dönə-dönə, böyük maraq və həvəslə oxudum. Bu əsərlərlə yenidən tanışlıq mənəvi dünyamı bir qədər də zənginləşdirdi. Bu məqamda yazıçının bir fikrini xatırlamaq yerinə düşərdi. "Tələbə ilkən torpaq döşəməli evimizin bir küncündə şölələnən neft lampasının sönük sarımtıl işığında hey şəkillər çəkirdim. Rəssamlıq həvəsinə düşmüşdüm. Müəllimliklə yolumun səmti dəyişdi. Fırçam əlvan boyalarda donub qaldı. Taleyin hökmü ilə ədəbi-bədii yaradıcılığın çətindən çətin cığırlarına çıxdım... Mənsub olduğum millətin adət-ənənələrinin bir qismini, üzləşdiyim insanların mərdini, namərdini təxəyyül, təfəkkür dünyamın süzgəcindən keçirdim. Söz səltənətinin bitib-tükənməyən sətirlər aynasında real gerçəkliyə söykənən tablolar yaratdım." Hörmətli Əli müəllim, yaxşı ki, Siz yazıçı oldunuz. Yaxşı ki, bu yolu seçərək irili-xırdalı əsərlərinizlə biz oxuculara dünya boyda sevinc bəxş etdiniz. Təxəyyülünüzdə çoxlu sayda insanlara ömür verdiniz, obrazlar,xarakterlər yaratdınız. Əli İldırımoğlunu ədəbiyyata öz istedadı gətirib. Ədib müxtəlif səpkili roman, povest, hekayə, oçerk və felyetonlarında Azərbaycan gerçəkliklərini professional şəkildə qələmə alıb.Onun bütün əsərlərində xalq ruhu, torpağa, elə, obaya bağlılıq, vətən sevgisi,adət-ənənələrimizə hörmət, azərbaycançılıq, milli dəyərlərə rəğbət zəngin bədii dil və obrazlı yanaşma tərzilə canlanır. Əli İldırımoğlunun ən böyük müəllimi həyatdır. O,həyatı fantastikcəsinə, romantikcəsinə deyil, gördüyü kimi, real təsvir edir. Onun qəhrəmanları süni deyil, təbiidir, adi insanlardır,onlar xalq dilində danışırlar, bizim hər birimiz kimi düşünüb-daşınırlar. Ədəbiyyatda "kişi" obrazı deyilən bir anlayış var.Adətən kişilər, gənclər belə obrazları özlərinə ideal seçirlər. "Mənim rəncbər atam" romanındakı İldırım kişi o qədər güclü,real, həyatı bir şəxsdir ki, hər kəs onu özünə ideal seçməyə hazırdır. Halallıq, nəciblik, əsl kişiyə xas olan mərdlik Əli İldırımoğlunun bütün yaradıcılığı boyu izlədiyi, dəfələrlə müraciət etdiyi daimi mövzudur. Ədibin yaradıcılığı haqqında müxtəlif monoqrafiyalar, məqalələr yazılıb çap olunmuşdur. Məni bu məqaləni yazmağa səsləyən tamam başqa bir hiss oldu. Bu sevinc hissi idi. Qeyd etdiyim kimi ədibin on cildliyinin çapdan çıxdığını eşidəndə və bu kitabları fərəh hissi ilə kitab dolabıma düzəndə qəlbimdə qəribə hisslər baş qaldırdı.Minnətdarlıqmı deyim, yazıçıya qarşı mənəvi borcmu deyim, bilmirəm. Həmin anda qəlbimdən keçənləri kağız üzərinə köçürmək istədim. Mən ədəbiyyatçıyam. Özüm də Əli İldırımoğlu yaradıcılığının vurğunuyam. Bu gözəl insanın ədəbi dünyasını şagirdlərimə də tanıtdırmağı, sevdirməyi bacarmışam. Ona təkcə yazıçı-publisist kimi deyil, həm də bir şəxsiyyət kimi həmişə pərəstiş etmişəm.Onu bütöv şəxsiyyətli, ləyaqətli, mübariz, gələcəyə inamla baxan mətin bir sənətkar kimi tanımışam. Özlüyümdə onu qollu-budaqlı, fırtınalara, qasırğalara baş əyəməyən, üstünə kölgə düşməyən, həmişə qürurla, "ayaq üstə" dayanan bir çinara, ömrünü də bir çinar ömrünə bənzətmişəm.R.Rzanın "Çinar ömrü" şeirində olduğu kimi: Bir belə çinar ömrü. Olsun deyirəm ömrüm. Əziyyəti dəyməmiş olsun. Bir oxucu kimi Əli İldırımoğlu yaradıcılığını həmişə izləmiş, bir ədəbiyyat müəllimi kimi yazıçının leksik imkanlarından dərslərimdə geniş istifadə etmişəm. Ədib öz yaradıcılığında sinonimlərdən, antonimlərdən, frazeoloji birləşmələrdən, məcazlardan geniş istifadə edir.Onun ədəbi dili xalq ruhundan çağlayıb gəlir.Yazıçı öz əsərlərində mətbuat dilindən daha çox, xalq dilindən istifadə edir, bu da onun yaradıcılığını zənginləşdirir. Onu sevdirən xüsusiyyətlərdən biri də yaradıcılığında atalar sözlərindən, ibarələrdən, zərb-məsəllərdən yerli-yerində, ustalıqla istifadə etməsidir.O, təmsil etdiyi cəmiyyətin ruhuna uyğun idiomatik ifadə və ibarələri seçib obrazların dilində yerli-yerində işlədir. Əli İldırımoğlunun dil və üslubu bir ədəbiyyat müəllimi kimi həmişə mənim diqqətimi çəkib. Bu məqaləni yazmamışdan qabaq qəribə bir hadisə ilə rastlaşdım.Evə yay tapşırığı verərkən şagirdlərimə tapşırmışdım ki, klassiklərimizlə yanaşı, müasir yazıçılarımızın əsərlərindən də oxusunlar.Yay tətilindən qayıdan zaman hər kəs oxuduğu kitablar haqqında məlumat verməyə başladı. Şagirdlərimdən biri dedi ki, müəllim, mən müasirlərin əsərlərini tapa bilmədim. Sonra bir neçə müasir yazıçı və şairin adını çəkdim, o cümlədən Əli İldırımoğlu yaradıcılığı ilə şagirdi tanış etdim. On cildliyinin çıxdığını və onları alıb oxumağı ona və həmçinin atasına tövsiyə etdim. Valideynə belə bir sifariş də göndərdim ki, humanizmi, nəcibliyi,xeyirxahlığı təmsil edən Əli İldırımoğlu yaradıcılığına müraciət etsəniz,özünüz görərsiz ki, bu gün yazan var, yoxsa yoxdur? Bunun müsbət təsiri oldu. Şagird də, onun atası da Əli İldırımoğlu yaradıcılığı ilə yaxından tanış oldu. Bütün görkəmli qələm sahibləri, filosoflar,siyasətçilər,mütəfəkkir insanlar dünyanın sözlə idarə olunduğunu bu və ya digər şəkildə zaman-zaman etiraf etmişlər. Doğrudan da sözün kəsəri və qüdrəti hər silahdan daha güclüdür. Müasir elmi-texniki, kosmik, kompyuter əsrində sözə münasibətin zəiflədiyini, sözə etinasızlıq göstərildiyini, sözün zamanı olmadığını söyləyənlər yanılıralr .İnsanlar bu gün də quru, şablon,sxematik texniki vasitələrlə deyil sözlə tərbiyə olunurlar. Əli İldırımoğlu kimi müqtədir qələm sahiblərinin sözü ilə, xalqın tarixi keçmişinin, bu gününün əxlaqı-mənəvi dəyərlərini, insanın hiss və duyğularının, əqlinin, intellektinin yaddaşı,milli mentalitetimizin daşıyıcısı, kodu olan,torpağımızın ətrini,təbiətimizin təravətini yaşadan söz ilə.
Uşaq ədəbiyyatının nəşrində "Beşik" nümunəsi. Azərbaycanda son zamanlar uşaq ədəbiyyatının yaranmaması, yaxud çox az yaranması ilə bağlı fikirlərə bir daha qayıtmaq, onları təkrarlamaq niyyətindən uzağam. Amma bu bir həqiqətdir ki, indi bizdə uşaq ədəbiyyatı ilə məşğul olan, uşaqlar üçün yazanlar azdır, belə kitablar da çox az nəşr edilir. Amma bir ildən artıq zaman ərzində fəaliyyət göstərən "Beşik" nəşriyyatının çap məhsulları ilə tanışlıq məni yuxarıda vurğuladığım pessimist notlardan müəyyən qədər uzaqlaşdırdı. Zənnimcə, "Beşik" bu boşluğu doldurmağa müvəffəq olub. Bunu təkcə bir oxucu kimi deyil, həm də övladının intellektual səviyyəni yüksəldəcək uşaq ədəbiyyatı mütaliə edərək və öyrənərək böyüməsini istəyən bir valideyn məsuliyyəti ilə bildirirəm. "Beşik" nəşriyyatının çap etdiyi məhsullar yüksək poliqrafik keyfiyyəti ilə yanaşı, məzmun və mahiyyət etibarilə də hər bir uşağın sevə-sevə vərəqləyəcəyi, öyrənəcəyi kitablardır. Çox sevindiricidir ki, kitablar məhdud mövzunu əhatə eləmir, onlar müxtəlif sahələrə, əsasən də tarixi keçmişimizə aid olmaqla uşaqlara Vətən həqiqətlərini çatdıran çox əhəmiyyətli nəşrlərdir. Uğurla seçilmiş adından da göründüyü kimi, "Beşik" uşaqların lap körpəlikdən maariflənməsini nəzərdə tutaraq, maraqlı kitablar ərsəyə gətirib. Ötən il 60-dan artıq uşaq ədəbiyyatı nümunəsi çap edən nəşriyyatın kitablarını vərəqlədikcə onun övladlarımızın hələ beşikdən başlayan tərbiyəsində, milli ruhda böyüməsində, vətənpərvər şəxsiyyət kimi yetişməsində iştirak arzusunu görməmək mümkün deyil. Nəşrlərin ərsəyə gəlməsində uşaq ədəbiyyatının azsaylı, lakin sanballı nümayəndələri - Abbas Səhhət, Abdulla Şaiq, İlyas Əfəndiyev, Teymur Elçin, İlyas Tapdıq, Elçin, Ələkbər Salahzadə, Aslan Qəhrəmanlı ilə yanaşı, gənc ədəbi nəslin nümayəndələri Sevinc Nuruqızı, Aygün Həsənoğlu və digər müəlliflərin əsərlərindən istifadə olunması nəşriyyatın zamanla ayaqlaşmaq niyyətindən xəbər verir. Tariximizi və milli-mənəvi dəyərlərimizi təbliğ edən nəşrlərin dünya standartlarına cavab verməsi də diqqət çəkir. "Güvəncin nağılları" silsiləsindən olan hekayətlərin adları kiçik oxuculara maraqlı mövzular vəd edir. Azərbaycanın coğrafi məkanları, adlı-sanlı şəxsiyyətləri haqqında maraqlı faktlar balacaların yaş səviyyəsinə uyğunlaşdırılmış şəkildə Güvəncin dili ilə təqdim olunur. Müvəffəqiyyətlə seçilmiş nağıl qəhrəmanı, qədim türk adını özündə daşıyan Güvənc körpə balaları bu nağıllar vasitəsilə tarixi torpaqlarımızla, tanınmış şəxsiyyətlərimizlə tanış edir, onlara həqiqətləri anladır. Kitablarda maraqlı bir cəhət - uşaqları vətənpərvərlik ruhuna kökləmək, vətənimizin düşmənlərini tanıtmaq istəyi, lakin bununla belə, onlara aqressiya, hərbsevərlik təbliğ etməməsi də başadüşüləndir. Nəşriyyatın əməkdaşlıq etdiyi yazarlar bununla da uşaqları məlum həqiqətlərdən agah etməklə yanaşı, həm də onların saflıq, təmizlik, barış, sülh və sevgi dolu dünyalarına müdaxilə istəyindən uzaq olduqlarını göstəriblər. Nağılların dilində bəzi qüsurlar nəzərə çarpsa da, ümumilikdə onlar balacaların dünyagörüşünü, intellektual səviyyəsini və tarixi biliklərini möhkəmləndirmək baxımından çox önəmlidir. Nəşriyyat tərəfindən təqdim olunan "Dünya nağılları" silsiləsi də uşaqların dünyagörüşlərinin formalaşmasında yardımçı rolunu oynayır. Artıq satışa çıxarılmış bu cür çap məhsullarının çox satılmasının səbəbi, zənnimcə, kitablarda müxtəlif sferaları əhatə edən mövzuların məharətlə işıqlandırmasıdır. "Beşik"in təqdim etdiyi kitabların sırasında uşaqların məntiqini inkişaf etdirən nəşrlər də yer alıb. Uşaqların yaş səviyyəsinə uyğun məntiqi məsələlərin dərc olunduğu bu tipli kitablar onların riyazi-məntiqi dünyagörüşünün inkişafında əvəzsiz rol oynayır. Heyvanlardan, quşlardan bəhs edən hekayətlər də uşaqların marağını ödəyəcək səviyyədədir. Müasir texnologiyaların inkişaf etdiyi, dövlətlər və millətlər arasında sərhədlərin şəffaflaşdığı, bəzən də itdiyi çağdaş dünyamızda böyüklü-kiçikli hamımızın heç olmasa bir xarici dili öyrənməyimiz zəruri hala çevrilib. Nəşriyyatın bu zərurəti də nəzərə alaraq hazırladığı "Min söz" adlı şəkilli lüğət haqqında ayrıca bəhs etmək istərdim. Burada doğma dilimizlə yanaşı, rus, türk və ingilis dillərindən təqdim olunan, əsas dil bazasını təşkil edən min ümumişlək söz, rəngli şəkillərlə verilib və bu da onların asanlıqla yadda qalmasını təmin edir. Bu sözlükdən istifadə edərək uşaqlar hələ məktəb yaşına qədər həm görmə, həm də valideynlərinin köməyilə, eşitmə yaddaşı vasitəsilə üç dildə müəyyən söz ehtiyatına sahib ola bilərlər. Oxumağı bacarmayan azyaşlı qızımın kitabların şəkillərinə həvəslə, yalnız özünün anladığı və hələ mənim başa düşmədiyim dildə sevincək reaksiyalar verməsini görəndə bu nəşrlərin gələcəkdə öz dəyərli məzmunu ilə onun gərəyi olacağına inanıram. Hazırda "Beşik"də uşaq ensiklopediyalarının nəşri istiqamətində də işlər gedir. Ümid edək ki, çap olunacaq ensiklopediyalar da bugünkü şəkər balaların sırasından gələcəyin alimlərinin, şairlərinin, musiqişünaslarının, müxtəlif sahə üzrə mütəxəssislərin, ən ümdəsi, vətəninin sevən vətəndaşların bilik təməlinin atılmasında möhkəm bazis rolunu oynayacaq.
On iki yaşlı kündəgir. Anadan olmasının 100 illiyi tamamlanan görkəmli alim, mərhum akademik Məmməd Cəfər Cəfərovun XX əsrin yetmişinci illərində yazdığı "Xatirələr"i Azərbaycanda memuar ədəbiyyatının dəyərli nümunələrindən sayıla bilər. İndiyədək heç yerdə çap olunmamış "Xatirələr" memuarının aşağıda oxuculara təqdim etdiyimiz hissəsi bu fikri söyləməyə əsas verir. Yazını redaksiyamıza akademik, millət vəkili İsa Həbibbəyli təqdim edib. O illərdə şəhərdə beş çörəkçi dükanı vardı. Bu dükanlarda çörək (lavaş) təndirdə bişirilirdi. Təndirdə quru saman yandırılırdı. Tüstü "talavar" deyilən iri bacadan çıxırdı. Külək olanda tüstü içəridə cövlan edir, boğanaq əmələ gətirirdi. Dükanın əmələləri dörd nəfərdən ibarət idi: Xəmirgir, kündəgir, lavaş açan və şatır, yəni çörəyi təndirə yapan. Xəmirgirin vəzifəsi obaşdan gəlib bir təlis (meşok) unun xəmirini yoğurmaq, bu xəmir işləndikcə ikinci, üçüncü... partiya xəmir hazırlamaq idi. Kündəgirin vəzifəsi hava təzəcə işıqlananda gəlib hazır xəmirin kündələrini salmaq, sonra da bu işi axşama qədər davam etdirmək idi. Lavaşçının vəzifəsi kündəgirdən sonra gəlib təndiri qızdırmaq və şatır gələndən sonra hazır kündələri ağır vərdənə ilə dalbadal arası kəsilmədən şatıra ötürmək, şatırın vəzifəsi yenə arası kəsilmədən yayılmış lavaşı xüsusi səbətcə ilə bir ucdan təndirə yapmaq, o biri ucdan bişən lavaşları çıxarıb çörək satana ötürmək idi. Ümumi iş səhər saat 6-da başlayıb, axşam saat 7-yə qədər davam edirdi. Və bütün bu işləri əmələlər ayaq üstə görürdülər. Oturmaq, dincəlmək yox idi. İş bir növ konveyer üsulu ilə görülürdü. Dörd nəfərdən biri dayansaydı, iş də dayanardı. Elə bil dörd nəfər insan deyil, 4 maşın aramsız hərəkətdə idi. Xüsusən şatırın hərəkəti çox mürəkkəb idi. O, bir tərəfdən lavaş açanın yayıb ona ötürdüyü yayılmış xəmiri qolunda bir neçə dəfə dolandırıb lazımi formaya salıb təndirə yapır, bir tərəfdən bişən lavaşları təndirdən çıxarıb dəxildara, yəni çörək satana ötürür, bir tərəfdən təndirin alovu sönməsin deyə tez-tez təndirə saman salmalı və bu əməliyyatı aramsız davam etdirməli olurdu. Əgər bir nəfər xam adam kənardan baxsaydı elə bilərdi ki, şatır durduğu yerdə oynayır, elə buna görə də bu sənətə farsca "şatır", yəni oynağan adı verilmişdi. Şatırların əlləri, üzləri həmişə qaralmış, qaşları ütülmüş olardı. Çünki onlar təndirə əyiləndə təndirdən qalxan alov tez-tez onların üzünə toxunurdu. Şatırlıq ən ağır sənət idi. Ona görə də şatırların çoxu bir aydan artıq işləyə bilmirdilər, arada ən azı bir həftə dincəlməli olurdular. Bircə şatır Fərəc aramsız işləyirdi, dincə çıxanda da iki gündən artıq dincəlmirdi. Lavaş açanlar həmişə qollarının və qıçlarının ağrımasından şikayət edirdilər. Çünki onlar 13-14 saat tərpənmədən bir yerdə ayaq üstə durmalı olurdular, yalnız qolları hərəkətdə idi. Xəmirgirlərin işi nisbətən yüngül idi. Belə ki, bir partiya xəmir salandan sonra bir az dincələ bilərdilər. Bununla belə, onlar da bel ağrısından şikayətli idilər. Bizə gündə bir saat nahar üçün tənəffüs verilirdi. Qalan saatları dayanmadan işləməli idik. Əgər quldarlıq dövründən başı çıxan bir tarixçi gəlib bizim işləməyimizi müşahidə etsəydi, elə bilərdi ki, biz 4 nəfər kiminsə köləsiyik, çünki bizim əməyimiz kölə əməyinə çox oxşayırdı. Geyimimizə görə də bizi köləyə oxşatmaq olardı. İşə başlamadan əvvəl biz paltarlarımızı tamam soyunmalı, ayaqqabılarımızı, corablarımızı çıxarmalı, nazik bezdən uzun köynək geyməli idik. Paltarlı və ayaqqabılı işləmək mümkün deyildi. Çünki bütün günü aramsız tərləyirdik. Elə bil bizi suya salıb çıxarırdılar. Xüsusən təndirin qabağında olan şatırın elə bil bədənində çeşmə vardı. Alnından, üzündən hey tər axırdı. Bütün bu işlər böyük zəhmət, diqqət və xüsusi sənətkarlıq tələb edirdi. Məsələn, indi müasir çörək zavodlarında nəhəng maşının gördüyü işi xəmirgir görməli, hər dəfə qolları ilə xəmir yoğurmağa 2-3 saat vaxt sərf etməli, xəmirin mayası qaydasında olmalı, kündələr elə səliqə ilə salınmalı idi ki, hərəsi iki yüz qramdan artıq olmasın, çünki çox hallarda lavaş çəkisiz satılırdı və alıcı da bilirdi ki, hər lavaş nə qədərdir. Lavaş açan diqqət etməli idi ki, yaymanın bir tərəfi qalın, bir tərəfi nazik olmasın, çünki qalın yeri təndirdə bişənə qədər nazik yeri yana bilərdi, yanıq lavaşı da alan olmazdı. Şatır çalışmalı idi ki, təndirdə boş yer qalmasın və çörək bişməmiş təndirdən çıxarılmasın. Əgər kündələrin biri iri, biri xırda, lavaşın bir tərəfi nazik, bir tərəfi qalın, xəmirin mayası artıq-əksik olsaydı; şatır çörəyi vaxtında təndirdən çıxarmayıb yandırsaydı, belə əmələlər sahibkara yaramırdı. Odur ki, hər bir əmələ öz işində diqqətli olmalı idi. Çörəkçi dükanında çörək bişən yerdə maşın, tərəzi-flan yox idi. Kündəgir iki ovcunda xəmiri elə ustalıqla götürməli idi ki, kündələrin hamısı bir boyda, bir çəkidə olsun, bir qram oyan-buyan olmasın. Əgər kündə 200 qramdan artıq olsaydı sahibkara zərər idi, əksik olsaydı alıcıya xəyanət idi. Kündəgirin kündə salmaqdan başqa vəzifələri də vardı. Bunlardan biri təndirin yanında saman qurtardıqca saman anbarından təlislə saman gətirmək idi. Samanın da yaman tozu olurdu. İkinci vəzifə sahibkarın, dəxildarın, şatırın, lavaş açan və xəmirgirin evinə ət-çörək... aparmaq idi. Üçüncü vəzifə ət, noxud alıb, nahara piti bişirmək idi. Piti təndirin üstündə xüsusi çalada bişirdi. Diqqət etmək lazım idi ki, piti yanmasın və əmələlər naharsız qalmasın. Dördüncü vəzifə işə başlamadan və işdən sonra dükanı silib-süpürmək idi. Bu vəzifələri də yerinə yetirmək üçün kündəgir iş sürətini artırıb o qədər kündə salıb hazır qoymalı idi ki, bu əlavə işləri görəndə lavaş açan məəttəl qalmasın. Kündəgirə əlavə buyruqlar da olurdu. Mən kündəgirliyi tez öyrəndim. 16-17 yaşlarında olan ustam kündəgir Yusif oxumağa getməli olduğundan məni öz yerinə hazırlamağa xüsusi səy göstərdi (İndi Yusif harda isə dəmir yol naçalnikidir). Biz əmələlər günəmuzd işləyirdik. Bununla belə mənim gündəlik muzdum ailəmiz üçün ət- çörəyə və qənd-çaya çatırdı. Çörəkçi dükanlarında bir qayda, ənənə olaraq, əmələlər iş günü istədikləri qədər çörək yeyə bilərdilər. Əlbəttə, pulsuz nahar üçün alınan ət və içdiyimiz beş-altı stəkan çay da sahibkarın hesabına idi. Kündəgirin bir əlavə gəliri də vardı: Təndirin üstündə piti bişirmək üçün kərpicdən hörülmüş çala çox geniş olduğundan ora 7-8 çölmək sığışırdı. Mənim qonşu dükançılardan bir neçə piti həvəskarı "müştərilərim" vardı. Hər səhər hərə öz çölməyinin ətini, noxudunu, duzu, istiotu, soğanı hazır gətirib mənə verir, mən də vaxtlı-vaxtında suyuna baxırdım ki, yanmasın. Günorta gəlib çölməkləri aparanda hərə mənə beş-on qəpik "əməkhaqqı" verirdi. Mənim işlədiyim çörəkçi dükanını əzançı Kərbəlayı Baxşəli ilə qohumumuz şatır Fərəc şərikli açmışdılar. Bu o illər idi ki, hələ sənətkar artelləri düzəldilməmişdi. Yeni iqtisadi siyasət illəri idi. Müvəqqəti olaraq, xüsusiliyə icazə verilmişdi. Bir dəyirmanı da icarəyə götürmüşdü. Cavanlığında o da çörəkçi əmələsi imiş. Çox gözəl səsi olduğundan sonra bu sənəti atıb neçə il xanəndəlik etmiş, ancaq nə səbəbdənsə ziyarətə gedəndən sonra xanəndəliyi qoymuşdu yerə ("Naxçıvanda təkcə bir xanəndəliklə dolanmaq çətin imiş"). İndi namaz qılır, oruc tutur, vaxtı olanda məscidə də gedirdi. Xanəndəliyi əzançılıqla əvəz etmişdi. Pulsuz, təmənnasız səhər, günorta və axşamüstü (ikindi çağı) bazar məscidinin minarəsində əzan verməyi "savab bir iş" kimi öhdəsinə götürmüşdü. Ürəkdən gələn fövqəladə gözəl səsi olduğundan və muğamatı da çox yaxşı bildiyindən o, minarəyə çıxıb əzan verəndə bütün bazar əhli dəstə-dəstə toplaşıb qulaq asır, həzz alırdılar. Hətta Naxçıvana göndərilən narkomlardan biri - Əsəd Axundov tapşırmışdı ki, Kərbəlayı Baxşəli əzan verəndə ona bildirsinlər, qulaq assın. Mən başqa əzançıları da eşitmişdim. Kərbəlayı Baxşəlinin səsi onlara bənzəmirdi. O, minarədə də xanəndə idi, bir dəstgahdan başqa dəstgaha keçir, zəngulələri ilə dinləyiciləri heyran edirdi. Oxumaq onun stixiyası idi. Dükana gələndə də əmələlərdən hər hansı biri xahiş etsəydi ki, bir-iki ağız oxusun, sözü yerə salmaz, keçmiş xanəndəliyini xatırlayıb, ürəkdən oxuyardı. Belə hallarda dükanın qabağı dinləyicilərlə dolurdu. Kimdənsə mənim də yaxşı səsim olduğunu eşitdiyinə görə hərdənbir özü oxuyandan sonra məni də oxutdurardı. Mən də utana-utana üzümü divara çevirib oxuyardım. Muğamatdan az-çox xəbərdar olduğum onu sevindirərdi. Hər hansı havanı səhv oxuyanda məni dayandırıb özü oxuyardı, necə oxumaq lazım gəldiyini başa salardı. Qohumumuz şatır Fərəcin əksinə olaraq, Kərbəlayı Baxşəli deyərdi ki, oxumaq eyib deyil, yaxşı səsi özgələrindən gizlətmək günahdır. Mən oxuduğum qəzəllərin çoxunu Kərbəlayı Baxşəlidən eşitmişdim. O, daha çox Sidqinin qəzəllərini oxuyurdu: Canan, mürəvvət eylə günüm. Karım həmişə naləvü ahü fəğan keçir. Gül mövsümündə qonçasifət. qan olur könül, Fəsli-bahar içində baharım. xəzan keçir... Qəribədir ki, mənim də belə qəmli qəzəllərdən xoşum gələrdi, evi, ailəsi, uşaqları, əkin-biçini, mal-qarası, kifayət qədər gəliri, qazancı olan Kərbəlayı Baxşəli də belə qəmli qəzəllər oxuyurdu. Mənim günəmuzd işləyən kasıb əmələ yoldaşlarım da belə qəmli qəzəllərdən zövq alırdılar... Namazına, orucuna baxmayaraq Kərbəlayı Baxşəli heç də başqa avam mömünlərə bənzəmirdi, oğlanlarını, qızını da məktəbə qoymuşdu. Qızının başı açıq, çadrasız gəzməsini zəmanə tələbi hesab edirdi. Himayəsində olan qardaşı oğlu məktəbdən qaçdığına görə onu danışdırmırdı. Yaxşı güzəranı özünün çalışıb-çabalamasından gözləyirdi. Səhər erkən qalxır, mal-qaraya baş çəkir, zəmiyə gedir, oradan dəyirmana, dəyirmandan dükana qaçırdı. Bağçılar, bostançılar deyirdilər ki, onlar hər səhər zəmisinə baş çəkməyə gələn Kərbəlayı Baxşəlinin öz-özünə oxuduğunu eşidirlər. Bir müddət əmələlər öz aralarında danışarlardı ki, Kərbəlayı Baxşəli bir erməni arvadına aşiq olub. Bu xəbəri bizim lavaşaçan "bic oğlan" Qasım gətirmişdi. O and içirdi ki, səhər alatoranda işə gələndə bir neçə dəfə Kərbəlayı Baxşəlini zəmidə həmin erməni arvadı ilə görmüşdür. Babalı Qasımın boynuna, amma bir həqiqət vardı ki, bu müddətdə Kərbəlayı Baxşəli tez-tez saqqalını qırxdırıb, başını vurdurur, çox şad-xürrəm görünür, xahiş etməmiş, həvəslə oxuyurdu. Hər halda, başqa bir səbəb olmasa da, Kərbəlayının platonik eşqə tutulduğu aydın idi. Bir dəfə Qasım bizə erməni arvadını göstərmişdi. Görünür, bu Kərbəlayının da qəlbi əvvəl binadan bir növ Şeyx Sənan qəlbli imiş, gözəl səsi də bu qəlbə uyğun imiş, sonra bu qəlbə mömünləri təqlid etmək ehtiyacı kimi süni bir həvəs də dolmuş, beləliklə də iki Baxşəli əmələ gəlmişdi: gözəl, məlahətli səsi ilə hər kəsi heyran edən xanəndə Baxşəli və özünü süni sürətdə mömünlərə oxşadan bir Kərbəlayı. Dükan şəriki kimi mömün Kərbəlayının işi asan idi. Onun vəzifəsi buğda alıb, hamballa dəyirmana göndərmək idi. Siyasi iqtisad dilində ancaq "kapital qoyuluşu" onun idi. Bir "şərik" kimi işin ağırlığı şatır Fərəcin üzərinə düşürdü. O, gündə saatlarla qızmar təndirin qabağında işləməli, əmələlər üzərində nəzarət etməli, işdən sonra da oturub dəxildarla, çörək satanla haqq-hesab çəkməli və qazancın yarısını da Kərbəlayıya verməli idi. Bu açıq-aşkar bir ədalətsizlik idi. Şatır Fərəc bu ədalətsizliyə necə dözürdü? Çünki əvvəldən pulu-mayası olmamışdı ki, müstəqil dükan aça bilsin. Gələcəkdə necə, onun belə bir imkanı ola biləcəkdimi? Biz görürdük ki, onun gündəlik qazancı heç də muzdla işləyən şatırın qazancından çox olmurdu və ümumiyyətlə, çörəkçi dükanının qazancı o qədər olmurdu ki, dükan sahibi artıq pul toplaya bilsin. Burada yüngül zəhmətlə qazanan ancaq Kərbəlayı Baxşəli idi. O elə bil pulunu banka qoymuşdu, hər gün gəlib sələmini alır, gedib əzanını verir, yaxşı səsi ilə camaatın hörmətini qazanır, tanınırdı. Şatır Fərəci isə həmkarlarından və bir-iki dostdan başqa tanıyan yox idi. DƏXİLDAR BEKTAŞİ BAĞIR ƏMİ. Bizim çörəkçi dükanında günəmuzd işləyənlərdən biri də dəxildar- çörək satan idi. Dəxildar təmiz, etibarlı adam olmalı idi. Bizdə daimi dəxildar Bektaşi Bağır əmi idi. Ümumiyyətlə, Bektaşilər şəhərdə təmiz, həm də mütərəqqi adamlar kimi tanınmışdır. Hamısı da savadlı, kimisi mollaxana, kimisi mədrəsə təhsili görmüşdü. Bağır əmi də savadlı idi. Gündəlik qazancının yarısını qəzet, jurnala verər və elanlara qədər oxuyardı. Hər gün oxuduğu qəzetlərdən bir-ikisini mənə verib deyərdi ki, apar, evdə oxuyarsan. Bu mənim mətbuatla ilk tanışlığım idi. Özünün səsi, oxuması yox idi, ancaq muğamatı ən usta xanəndələrdən yaxşı bilirdi. Kərbəlayı Baxşəli dükanda oxuyanda elə bil dünyanı ona verirdilər. Bir dəfə işə gecikəndə məni evinə göndərdilər ki, öyrənim görüm nə olub, niyə işə gəlmir? Xəstələnmişdi. Kasıb, bəzək-düzəksiz bir otaqda yorğan-döşəkdə uzanmışdı. Ümumiyyətlə, Bektaşilər sadə yaşayırdılar, onların evində təmtəraq görünməzdi, ancaq Bağır əminin otağı lap hücrəyə oxşayırdı. Mənim Bağır əmiyə yazığım gəldi. O, qızdırma içindəydi. Qəribədir ki, səhərisi hələ tamam sağalmamış işə gəlmişdi. Bağır əmi niyə belə sadə yaşayırdı? Ala bilərdi, amma almırdı. Həsir üstə asketcəsinə yaşamaq onun üçün daha xoş idi. Niyə? Deyirdilər ki, zahidvari yaşayır. Ancaq o axı zahidə oxşamırdı! Məscidə getmir, namaz qılmır, oruc tutmur, ruhanilərdən zəhləsi gedir, dini kitablar oxumur, oxuduğu qəzet, jurnaldır, danışanda da elmdən, maarifdən danışır. Daha bu haradan zahidlik oldu. Bəlkə Bağır əmi evlənə bilsəydi belə olmazdı?! Belə sualların cavabı mənə bir sirr idi. Mən ancaq onu görürdüm ki, Bağır əmi yaxşı adamdır, mehriban adamdır, təmizdir, mütərəqqi fikirlidir, avam, mövhumatçı deyildir, ancaq kasıbdır, yoxsuludur. Bektaşilərdə belə yaxşı sifətlərlə yanaşı, bir ətalət, laqeydlik də vardı. Onların adlarının yanına bəy, ağa sözləri də qoşurdular. Bağır əmiyə Bağır ağa, qardaşına Mirzalı bəy deyirdilər. Ancaq o dövrdəki bəylikdən onlarda əsər-əlamət görünmürdü. Bəylərin çoxu çinovnik, mirzə, kargüzar işləyirdilər. Bektaşilərdən çinovnik yox idi. Onlardan "rus məktəbində" oxuyan da yox idi, ancaq fars, ərəb dillərini bilənlər var idi. Alimlərin yazdığına görə, bektaşilik təriqət imiş, bunlarda təriqətçilik də görünmürdü. Dedi ki, deyəsən, azyaşlı fəhlələr üçün gecə kursları açacaqlar, açılan kimi səni də yazdıraram, gedib oxuyarsan. Bu fikri Leylan xalanın oğlu Əsəd də bəyəndi. Şatır Fərəc dedi ki, oxutmaq-flan bəhanədir, aparıb uşaqları komsomola yazıb avara edəcəklər. Bir də fəhləliklə oxumaq bir yerdə tutmaz, çatdıra bilməz. Xəmirgir Hacı söz verdi ki, gecələr oxumağa iş qurtarmamış getsəm, məni əvəz edər. Xəmirgir Hacıdan mən həmişə bir böyük qardaş qayğısı görürdüm. Təzəlikdə Hacının bir qızı da olmuşdu. Soruşanda qızın necədir, utanıb qızarırdı. Bir arada məni malyariya xəstəliyi tutmuşdu. İşlədiyim yerdə məni üşütmə-titrətmə tuturdu. Belə hallarda Hacı məni təndirin dalında yatırır, mənim əvəzimə kündə salırdı. Bəzən yuxuya qalıb, işə gecikdiyim olurdu. Yuxudan durub təngənəfəs qaça-qaça gəlib görürdüm ki, Hacı öz işini qurtarandan sonra kündələri də salmış, saman da daşımışdır. Yavaşca deyirdi ki, yuxuya qaldığını şatıra demə. Şatır Fərəc yuxuya qalan, tənbellik edən əmələlərə qarşı çox amansız idi. Qızdırma xəstəliyinə tutulan günləri mən çox zəifləmişdim. Əvvəlki kimi sürətlə işləyə bilmirdim. Belə vaxtda Hacı mənə kömək edəndə şatır Fərəc ona acıqlanırdı: "Tənbəl öyrətmə, qoy bərkə-boşa alışsın!" Biz hərdən şatırın çubuğunun da acısını dadırdıq. Onun əlində təndirdə bişən lavaşları çıxarmaq üçün xüsusi çubuq olurdu. Kündənin biri artıq-əksik çıxanda, kündə yaxşı yayılmayanda və ya işləyə-işləyə ayaq üstə bizi yuxu tutanda qəflətən isti çubuq əlimizin üstünə enirdi. Lakin bu zabitəliliyi, amansızlığı ilə bərabər, şatır Fərəc çox qayğıkeş usta idi. Əmələlərdən hər hansı biri xəstələnəndə öz hesabına onun evinə ət-çörək alıb göndərər və göndərdiyi adama tapşırardı ki, soruş gör, daha nəyə ehtiyacı var? Dincə çıxan günləri də gəlib lavaş açır, kündə salır, bizə işin incə, sənətkarlıq sirlərini başa salırdı. Odur ki, onun əlinin altında işləyən əmələ öz işinin yaxşı ustası olurdu. Ustanın ümumi işə belə diqqətli olmasının başqa bir səbəbi də vardı. Çörəkçi dükanları stixi olaraq bir-birilə yarışırdılar. Hansı dükanda çörək yaxşı bişirdisə, müştərilər o dükana axardılar. Bəzi dükanlarda buğda ununa gizlicə arpa da qatırdılar. Şatır Fərəc dünyasında belə bir işə yol verməzdi. Belə bir işi o, müştəriyə xəyanət və böyük günah hesab edirdi. Odur ki, onun bişirdiyi çörəklərin biri də yerdə qalmazdı. Şatır Fərəc namaz qılmaz, oruc tutmaz, məscidə getməz, ancaq möhkəm etiqad sahibi idi. "Bismillah" deyib Allahın adını çəkməmiş işə başlamazdı. O inanırdı ki, bu dünyada başqasına xəyanət edən o dünyada sözsüz cəhənnəmlikdir. FARS ŞEİRİNİN BİLİCİSİ KOR ADIGÖZƏL. Bizim dükandan çörək alanlardan iki nəfərin əmələlər arasında xüsusi hörməti vardı. Bunlardan biri kor Adıgözəl idi. Adıgözəl 65 yaşında arıq, hündürboy, qaraşın bir kişi idi. Deyirdilər, cavanlığında mədrəsə təhsili görmüş, bir müddət müəllimlik etmiş, sonra yazığın iki gözü də tutulmuş, işsiz, köməksiz qalmışdır, bir uçuq daxmadan ibarət ata evində tək yaşayır. Adıgözəlin heç yerdən gəliri yox idi. Az-çox imkanı olan cavanlıq dostları ona görüm-baxım edirdilər. Adıgözəl hər səhər bir əlində dəmir çəlik, birində xırda çölmək evdən çıxıb bazara gəlir, əvvəlcə qəssab dükanına gedib ət alır, sonra bizim dükana gəlib əti, çölməyi mənə verər, mən çölməyə noxud, soğan, duz-istiot salıb onun üçün piti bişirərdim. Piti bişib hazır olana qədər Adıgözəl bizimlə söhbət edər, Firdovsidən, Xəyyamdan, Nizami, Sədi və Hafizdən ilhamla qəzəllər oxuyub, farscadan tərcümə və təfsir edərdi. Bu şairlərin əsərlərini o, cavanlığında oxuyubmuş... Mən farsdilli ədəbiyyat nümunələrini birinci dəfə Adıgözəldən eşidirdim. Adıgözəl islam tarixini və şəriəti də yaxşı bilirdi, yeri gəldikcə bunlardan da danışırdı, ancaq onun etiqadı heç də bizim gördüyümüz başqa mömün müsəlmanların etiqadına bənzəmirdi. Adıgözəl o vaxta qədər bizim eşitmədiyimiz sözlər deyir və sevimli şairlərindən gətirdiyi misallarla əsaslandırırdı: "Allahın vaxtı hardaydı, dünya işlərinə müdaxilə edə və ya insanların taleyi ilə məşğul ola? Əgər yaradıbsa bir dəfə yaradıb, çəkilib durub kənarda. Peyğəmbərin göyə çıxması yalandır. Peyğəmbər ağıllı adam idi, ancaq ərəblər cahil olduqlarından onları cəhənnəmlə qorxutmağa məcbur olmuşdur. Həşr, qiyamət, cənnət, cəhənnəm uydurmadır. İmamlar da adi insanlar, hökmdarlar olmuşdur, onları fırıldaqçı mollalar müqəddəsləşdirmişlər. Məhərrəmlik, baş çapmaq artıq və ağılsız işdir". Şatır Fərəc Adıgözəlin "insanın taleyi onun öz əlindədir, Allah göydən yerə nərdivan qoyub biz çörək göndərməyəcək" fikri ilə razılaşır, ancaq cənnət, cəhənnəm, imamlar haqqında fikrinə şərik olmurdu və Adıgözəl olmayanda bizə deyirdi: "Sarsaqlayır, ancaq qəlbinə dəyməyin, yazıqdır..." Onu da deyim ki, biz əmələlər Adıgözəlin fəlsəfi fikirləri ilə deyil, daha çox onun oxuyub şərh etdiyi şairlərlə maraqlanırdıq. Adıgözəlin gündə dörd lavaş norması idi. Dəxildara tapşırılmışdı ki, Adıgözəldən pul almasın. Bir gün Adıgözəl dükana təzə paltarla gəldi, gülüb dedi ki, hökumət ona təqaüd təyin etmişdir, bundan sonra çörək pulunu verəcəkdir... XX ƏSR ƏDƏBİYYATI BİLİCİSİ QULAMHÜSEYN. Hörmətli və daimi söhbətcil müştərilərimizdən biri də börkçü (papaqçı) Qulamhüseyn idi. Sabir, Məhəmməd Hadi, Hüseyn Cavid, türklərdən Namiq Kamal və Tofiq Fikrət Qulamhüseynin sevimli şairləri idi. Onun görsətmə bir hafizəsi vardı. Bu şairlərin əsərlərini əzbərdən, həm də coşğun bir ilhamla oxuyub şərh etməkdən, mənalandırmaqdan özü də xüsusi zövq alardı. Qulamhüseynin də əqidəsi Adıgözəlin əqidəsinə bənzəyirdi. Onun fikrincə, molla, dərviş, şeyx, vaizlər, mərsiyəxanlar bir sürü müzür insanlar idi. Zarafatla deyirdi ki, əgər bircə saatlığa ona ixtiyar verilsəydi, birinci növbədə ruhaniləri "cəhənnəmə vasil edərdi", çünki "Allahı da, peyğəmbəri də biabır edən ruhanilərdir". Bilmirəm, ədəbiyyatınmı, mətbuatınmı və ya canlı həyatınmı nəticəsi idi, Qulamhüseyn kimi çoxları həyat, səadət düşmənləri dedikdə ancaq ruhaniləri, başqa sözlə mənəvi əsarəti nəzərdə tuturdular. Belə oxumuşların dilindən mən siyasi, ictimai, cismani əsarət haqqında söz eşitmirdim... Qulamhüseynin Pedaqoji Texnikumun tələbələrindən bir neçə müridi hər gün onun dükanına gəlir, sevimli şairlərindən əzbər oxuduğu şeirlərə qulaq asırdılar... İkinci Dünya müharibəsi illərində mən eşitdim ki, Qulamhüseyn çox qocalıb, gözləri zəifləyib, daha papaqçılıq etmir, cümə axşamları qəbirstanlıqda ölülərə Quran oxumaqla dolanır və buna çox təəssüf etdim... Beləliklə, kor Adıgözəl və Qulamhüseyn bir müddət bizim ədəbiyyat müəllimlərimiz olmuşdular ki, onların bu xidmətlərini minnətdarlıq hissi ilə xatırlamamaq nankorluq olardı. ŞATIR QƏMƏR ƏMİ. Bəzi xüsusiyyətləri ilə M.Qorkinin Konovalovuna oxşayan şatır Qəmər əmini də xatırlayıram. Qəmər əmi bir yerdə daimi işləməyi sevməzdi. Bir yerdə uzun müddət işləməyə qərarı gəlmirdi. Bəzən işin qızğın vaxtında da xoşa gəlməyən bir söz eşidəndə və ya bir nəfərdən inciyəndə işi yarımçıq qoyub, əməkhaqqı da almadan çıxıb gedərdi. Elə buna görə də o, çörəkçi əmələləri mühitində "ehtiyat şatır" hesab olunurdu. Başqa şatırlar bir neçə günə dincə çıxanda və ya xəstələnəndə sahibkar iş dayanmasın deyə şatır Qəməri dilə tutub işlətməyə məcbur olurdu. Onu bizim dükana müvəqqəti işlətməyə çağıranda gələrdi, çünki bizim dükanın sahibkarının biri onun kimi əmələ, şatır idi və şatırın qədrini bilən idi, ikinci sahibi də Kərbəlayı Baxşəli idi ki, Qəmər əmi də onun səsinə vurğun idi. Qəmər əmi işə başladımı, əmələlər onunla xoş rəftar etməli idi, çünki kimdənsə bir balaca inciyən kimi işi yarımçıq qoyub, çıxıb gedə bilərdi. Bir pəhlivan kimi onu məğlub edən olmamışdı. Mehdi kişi də həmişə çörəyi bizdən aldığı üçün onu tez-tez görərdik. Yaşı doxsanı ötdüyünə baxmayaraq, qoca pəhlivanın qolu yenə bir çox cavanların qolundan qüvvətli idi. Hərdənbir bizim lavaşaçan Qasım "Mehdi əmi, gəl bir güləşək" deyəndə qoca pəhlivan bir əli ilə onun qolundan tutub elə sıxırdı ki, Qasım qışqırıb yalvarırdı ki, buraxsın, Mehdi kişi də gülümsəyib deyərdi: "Hım... necə gördün qocanı?... Mehdi əminin səsi də qeyri-adi idi. Elə bil danışmır, nərildəyirdi. Qəmər əmi də işdə yorulmaq bilməzdi. Pəhlivan idi, ancaq atası kimi deyib-gülən, zarafatcıl deyildi. Arabir də işləyə-işləyə yanıqlı səslə, ürəkdən, təsirli məhəbbət qəzəlləri üstə "Mirzə Hüseyn" və "Yetim" segahları oxuyurdu. Heç kəs ona demirdi ki, oxu, ancaq oxuyur və özü üçün oxuyur, oxuduqca hər hansı bir hissin, xatirənin təsiri iləsə gözləri dolur, ağlayırdı və ağlaya-ağlaya öz-özünə əsəbiləşir və daha sürətlə işləyirdi. Bu ağır, sürətli işlə sanki kimdən, nədənsə acığını çıxırdı. Fikri dağınıq olduğundan bəzən təndirə artıq saman tökür, tüstü dükanı bürüyür, alov qalxıb talvarda dayanırdı. Bəs bu kişi niyə bu hala düşmüşdü, nəyin fikrini çəkirdi? Onun həyatından bizə məlum olan yalnız bu idi ki, cavan yaşlarında evlənmişdi, iki oğul atası idi. Böyük oğlu evli, uşaqlı idi, sənəti lavaşaçandı. Kiçik oğlu subay idi. Hər ikisi işləyir, özlərini dolandırırdılar. Arvadı Xeyrənsə xala yazda evində iri küplərdə xiyar, qırmızı, qara badımcan, həftəbecər qoyar, qışda satardı. Onun turşusu şəhərdə məşhur idi. Qapısında həmişə turşu müştərisi görərdin və bu "sənətdən" Xeyrənsə xalanın qazancı o qədər idi ki, ər, oğul qazancına ehtiyacı yox idi. Söz gəzirdi ki, Xeyrənsə xala Qəmər əmini yola vermir, söyür, incidir. Xeyrənsə xala oğlanlarını da necə tərbiyə etmişdisə, onlar da atalarına hörmət etmirdilər. Biz bir neçə dəfə oğlanlarının Qəmər əmini söyüb-yamanladığının şahidi olmuşduq. Ümumiyyətlə, bu oğlanlar hərzə danışıqları, şit zarafatları ilə "məşhur" idilər. Çaxır içir, qumar oynayır, lotuluq edirdilər. Deyirdilər, onlar evdə analarını da söyürlər, anaları da onları söyür, ağır sözlər deyir. Oğlanları Qəmər əmiyə ağır söz deyəndə, söz qaytaranda Qəmər əmi deyirdi ki, taqsır sizdə deyil, o it qızındadır (yəni Xeyrənsə xalada), o sizi mənim başıma çıxarıb". Aydın görünürdü ki, Qəmər əmi arvadından çox narazıdır. Qonşular deyirdilər ki, Qəmər əmini evdə görmək olmur. Qəmər savadsız idi. Qəribə xasiyyətinə görə ona "dəli Qəmər" də deyirdilər və bu "dəliliyin" səbəbini onunla izah edirdilər ki, guya cavanlığında bir qıza aşiq olmuş, qızı ona verməmişlər. O vaxtlar belə "dəliliklər" edənlərin hamısı haqqında deyirdilər ki, cavanlığında bir qıza aşiq olub, qızı ona verməyiblər. Qəmər əmi dəli deyildi. Bir mömün çörəkalan gəlib dindən, etiqaddan, namaz, orucdan danışanda Qəmər əmi öz-özünə qəhqəhə çəkib gülər, qəşş edərdi. Bir başqası gəlib dünya işlərindən və ya eşqdən, məhəbbətdən danışsaydı, Qəmər əmini yenə gülmək götürərdi. Bizim savadsız "basyak"ımız da belə "basyak" idi... Qeyd: Qəzetimizin dünənki sayında dərc olunmuş, akademik İsa Həbibbəylinin "Bir şəkil, ədəbiyyat siyahısı və iki məktub haqqında oda" yazısının 7-ci səhifədəki hissəsində şəkilaltı mətnlər dəyişik verilib. Texniki nöqsana görə üzr istəyirik. Məmməd Cəfər CƏFƏROV.
Zərifə Əliyevanın xatirəsinə həsr olunan konfrans keçirilib. Ötən gün Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda Azərbaycanın görkəmli alimi, əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunan elmi-praktik konfrans keçirilib. Tədbirdə çıxış edən səhiyyə naziri Oqtay Şirəliyev Z.Əliyevanın həyat və yaradıcılığı haqqında məlumat verib. Z.Əliyevanın 1923-cü ildə Şərur rayonunun Şahtaxtı kəndində anadan olduğunu deyən nazir bildirib ki, 1942-ci ildə orta məktəbi bitirdikdən sonra o, Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub və 1947-ci ildə həmin institutu bitirib. Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətlərinin olduğunu söyləyən nazirin sözlərinə görə, o, 1947-ci ildən bu sahədə fəaliyyət göstərib. "1967-ci ildən Əziz Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri kafedrasının dosenti, professor, görmə orqanının peşə patologiyası laboratoriyasının müdiri, oftalmologiya kafedrasının müdiri (1982-1985) vəzifələrində çalışıb. O, traxomanın, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən "Terapevtik oftalmologiya", "İridodiaqnostikanın əsasları" kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir", - deyə nazir əlavə edib. O.Şirəliyevin sözlərinə görə, 1981-cı ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə - görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə professor Z.Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata - SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülüb. Z.Əliyevanın həmin mükafata layiq görülən ilk qadın olduğunu deyən səhiyyə naziri qeyd edib ki, Zərifə Əliyeva traxoma xəstəliyinin son dərəcə geniş yayıldığı bir dövrdə onun Azərbaycanda ləğv olunması istiqamətində böyük xidmətlər göstərib. Onun sözlərinə görə, peşə xəstəlikləri ilə göz xəstəliklərinin əlaqəsini araşdıran ilk alim kimi Zərifə Əliyeva sənayedə göz xəstəliklərini aşkar edən laboratoriya yaradıb. Tədbirin davamında Zərifə Əliyevaya həsr olunan müxtəlif mövzulu məruzələr dinlənilib. Ülkər NƏBİYEVA.
"Bakıdakı yazarlarla sıx əlaqələr qurmaq istəyirik". GÜNEYLİ SOYDAŞLARIMIZ SƏTTAR MAHMUDOĞLU VƏ FƏRHAD EYVƏZİ AZƏRBAYCAN ƏDƏBİYYATI VƏ MƏDƏNİYYƏTİNİN İRANDA GENİŞ TƏBLİĞİNƏ ÇALIŞIRLAR. Təbriz şəhərində Azərbaycan mədəniyyətinin təbliği istiqamətində ardıcıl fəaliyyət göstərən Səttar Mahmudoğlu və Fərhad Eyvəzi bugünlərdə Bakıda olublar. Əməkdaşımızla söhbət zamanı güneyli soydaşlarımız həm özləri, həm də Təbriz və Tehranda Azərbaycan ədəbiyyatı və mədəniyyətinin təbliğilə bağlı gördükləri işlər barədə geniş məlumat veriblər. Səttar Mahmudoğlu Təbrizdə tibb fakültəsinin mexanika bölməsinin məzunudur. Lakin dəqiq elmlər sahəsi üzrə mütəxəssis olması ilə bərabər, hər zaman ədəbiyyat və mədəniyyət sahəsinə böyük maraq göstərib: "Uşaqlıqdan bəri Azərbaycan musiqisi və ədəbiyyatı ilə yaxından maraqlanmışam. Evimizdə Baba Mahmudoğlu, Zeynəb Xanlarova, Teymur Mustafayev və başqalarının səsləri yazılmış kasetləri dinləyərək böyümüşəm". Hələ tələbəlikdən Azərbaycan ədəbiyyatı ilə maraqlanan S.Mahmudoğlu universitetdə təhsil aldığı zaman Azərbaycan türkcəsində "Səhər" jurnalı nəşr etdiklərini deyib: "Səhər" dərgisi tələbələr arasında keçirilən nəşrlər müsabiqəsində iki dəfə mükafata layiq görülüb. Bacardığımız qədər Azərbaycan ədəbiyyatının jurnalda çapı üçün çalışmışıq. Həmin jurnalda Məmməd Araz, Zəlimxan Yaqub və başqa tanınmış Azərbaycan şairlərinin əsərləri çıxıb. Alim Qasımov başda olmaqla istər musiqi, istərsə də incəsənətin digər sahələrində çalışan dəyərli sənət adamları ilə müsahibələrimiz olub". S.Mahmudoğlu Azərbaycan və fars ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinə yaxından bələddir. Bu da ona ədəbiyyatın təbliği yönündə apardığı işlərdə kömək edir. Fotorəssam Fərhad Eyvəzi də "Səhər" jurnalında S.Mahmudoğlu ilə birgə çalışdığını, daha çox incəsənətin rəssamlıq və kino sahəsilə maraqlandığını vurğulayır. Artıq 8 ildir ki, Tehranda yaşadığını deyən F.Eyvəzi sənədli filmlər çəkdiyini, Bakıya gəlməkdə məqsədinin yazıçılarımızın dram əsərləri və ssenarilərini alıb, İranda ekranlaşdırmaq üçün aparmaq olduğunu bildirir. "Fəaliyyətiniz təkcə Təbrizlə məhdudlaşırmı, yoxsa digər şəhərlərdə yaşayan azərbaycanlılarla da əməkdaşlıq mövcuddur" sualımızı cavablandıran S. Mahmudoğlu Təbrizdə çalışmağın bir qədər asan olduğunu söyləyir: "Amma Azərbaycan türklərinin yaşadığı digər bölgələrdə də ədəbiyyat və mədəniyyətimizin təbliği ilə məşğul olanlar var. Onlar barmaqla sayılacaq qədər az olsalar da, biz həmişə bir-birimizlə əlaqə saxlamağa çalışırıq. Doğrudur, bu ünsiyyət yalnız şəxsi əlaqələr vasitəsilə baş tutur, lakin hər halda cəhd edirik. Bir layihəmiz olanda birgə fəaliyyətə əsaslanırıq". Birgə nəşr etdikləri "Günəş" jurnalı haqqında da danışırlar: "İranda çıxan "Günəş" jurnalı azərbaycanlı gənclərin birgə səyilə nəşr olunur. Jurnalda kimsənin ayrıca vəzifəsi yoxdur. Onun işıq üzü görməsi üçün hamımız birlikdə çalışırıq. Hamımızın ortaq maddi vəsaiti əsasında ərsəyə gələn jurnalın nə ayrıca mətbəəsi, nə də xüsusi redaksiyası var. Ancaq bütün çətinliklərə baxmayaraq, Azərbaycan və bütün türk ədəbiyyatına sevgimiz bizim daha da səylə çalışmağımıza, çətinliklərin öhdəsindən gəlməyimizə yardımçı olur". Jurnalın Tehranda - Fərhad Eyvəzinin kirayə qaldığı evdə yığılan son nömrəsi min nüsxə tirajla çap olunub. Soydaşlarımızın bildirdiyinə görə, artıq 4-cü nömrəsi işıq üzü görən "Günəş"in tirajı hər dəfə maddi vəsaitdən və tələbatdan asılı olaraq dəyişir. Dərginin hər sayı bir mövzuya həsr edilir. İndiyədək üç dəfə oxucuların görüşünə gələn jurnalın dördüncü sayında da maraqlı materiallar yer alıb: "Son sayı qədim el bayramımıza Novruza həsr etmişik. Jurnalın son nömrəsində mərhum ustad Bəxtiyar Vahabzadə, şair Ramiz Rövşən, Nobel mükafatçısı Orxan Pamukla bağlı materiallar yer alıb". S.Mahmudoğlu Bakıdakı yazarlarla sıx əlaqələr qurmaq istədiklərini, bunun üçün səylə çalışdıqlarını bildirir: "Biz də, ədəbiyyatla maraqlanan bir çox gənclərimiz də yeni nəslə mənsub azərbaycanlı ədiblərin əsərlərilə əsasən internet vasitəsilə tanış olurlar. İnternet saytlarının köməyilə Rəşad Məcid, Səlim Babullaoğlu, Qəşəm Nəcəfzadə, Ədalət Əsgəroğlu və başqalarının əsərlərini oxumuşuq. Qəşəm Nəcəfzadənin "Ölülər bizə gülür" kitabını orada yayımladıq, maraqla qarşılandı". Güneyli soydaşlarımız indiyə qədər xalq yazıçısı Anarın "Sizsiz" əsərini və bir çox başqa nəsr nümunələrini, şairlərimizin şeirlərini oxuduqlarını, dünya ədəbiyyatında baş verən proseslərin Güney Azərbaycan ədəbiyyatına da təsirsiz ötüşmədiyini deyirlər: "Səid Muğanlı, Eyvaz Taha, Seyid Heydər Bəyaz, Duman Ərdəm, Aydın Araz kimi müasir ədəbi prosesləri izləyən və postmodernizm üslubunda yazan şair və nasirlərmiz var. Bizdə sərbəst şeir geniş yayılıb və poeziya nəsri qabaqlayır. Amma Azərbaycan türkcəsində yazan görkəmli nasirlərimizdən Gəncəli Səbahi, Haşım Tərlan, Eyvaz Tahanın əsərləri də rəğbət doğurur". Söhbətin sonunda Azərbaycan ədəbiyyat və mədəniyyət nümunələrini İrana apararaq fars dilinə tərcümə etmək, kitablar buraxmaq, sənədli filmlər çəkmək istədiklərini bir daha qeyd edən güneyli qonaqlar gələcəkdə buradakı yazarlarla əməkdaşlığı genişləndirmək niyyətində olduqlarını da vurğulayırlar: "Azərbaycan ədəbiyyatına, yazar dostlarımıza gözəl ab-hava, parlaq gələcək arzulayırıq".
İrəvan Teatrı "Xilaskar" tamaşasını təqdim edib. Aktyor Evində Cəfər Cabbarlı adına İrəvan Dövlət Dram Teatrının ümummilli lider Heydər Əliyevə həsr olunmuş "Xilaskar" tamaşasına ictimai baxış keçirilib. Dramaturq Aqşin Babayevin eyniadlı pyesi əsasında hazırlanan tamaşada XX əsrin 90-cı illərində Azərbaycanda baş verən hadisələr diqqət mərkəzindədir. Həmin vaxtlar Azərbaycanda gedən proseslər, Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıtması və ölkəni parçalanmaqdan xilas etməsi Teatrın təqdimatında özünün səhnə təcəssümünü tapıb. Tamaşanın quruluşçu rejissoru və tərtibatçısı əməkdar incəsənət xadimi Oruc İzzətoğludur. Baş rolu əməkdar mədəniyyət işçisi İftixar Piriyev ifa edir. Digər rollar isə Elmira İsmayılova, Süleyman Nəcəfov, Tamilla Abdullayeva, Elnarə Heydərova və başqa sənətçilərə tapşırılıb. İctimai baxışdan sonra tamaşa ilə bağlı fikirlərini bölüşən O.İzzətoğlunun bildirdiyinə görə, səhnə əsərində xeyli sayda tarixi faktdan istifadə edilib: "Bu əsər publisistik məzmun daşıdığı üçün bu tamaşanı hazırlamaq çox çətin idi. Burada ənənəvi dram qanunları ilə işləmək mümkün olmur. Tamaşada Heydər Əliyevin çıxışları tarixi stenoqramlar əsasında, bir vergülə, bir nöqtəyə də toxunulmadan, onun nitqləri əsasında tərtib edilib". Tamaşanın həm də tərtibatının müəllifi olan rejissor bu barədə də danışıb: "Səhnədə əvvəlcə "istefa" qışqıran insanların şəkilləri hissə-hissə təsvir olunur. Sonra Heydər Əliyevin səyləri nəticəsində birləşən Azərbaycanın simvolu kimi bu qırıq dekorasiyalar bir bütöv halında tamaşanın axırında nümayiş etdirilir. Bu dekorasiya fonunda Heydər Əliyevin xilaskar obrazı daha qabarıq nəzərə çarpır". Tanınmış aktyor İftixar Piriyev səhnədə H.Əliyevin obrazını yaratmağın ağır, çətin və məsuliyyətli iş olduğunu önə çəkib: "Mən artıq on ilə yaxındır ki, səhnə fəaliyyətimə fasilə vermişdim. Bu gün isə möhtəşəm bir işlə - dahi rəhbərimizin parlaq obrazını yaratmaqla son illərdə ilk dəfə olaraq səhnəyə çıxıram və bundan qürur hissi keçirirəm. Heydər Əliyev həmişə gözümüzün qarşısında olub, bu baxımdan onun obrazını yaratmaq xüsusilə çətindir, bu daha artıq zəhmət və məsuliyyət tələb edir. Amma inanıram ki, yaradıcı heyətlə birgə tamaşaçıların bəyənəcəyi bir səhnə əsəri hazırlamışıq".
"Yuğ" Dövlət Teatrında Anton Çexovun "Albalı bağı" əsəri əsasında rejissor Vaqif İbrahimoğlunun quruluş verdiyi "Birinci akt" tamaşasına ictimai baxış keçirilib. "Birinci akt" Mədəniyyət və Turizm Nazirliyinin dövlət sifarişi proqramına əsasən hazırlanıb və bu, teatrın 72-ci səhnə işidir. 20 illik fəaliyyəti ərzində "Yuğ" Teatrı böyük rus yazıçısının yaradıcılığına dördüncü dəfə müraciət edir. İndiyədək Çexovun əsərləri əsasında teatrda "Sentimental vals", "Təklif" (rejissor Vaqif İbrahimoğlu) və "Formalar" (rejissor Gümrah Ömər) adlı tamaşalar hazırlanıb. "Birinci akt"da hadisələr bir malikanənin ətrafındakı albalı bağında cərəyan edir. Bu bağa görə iki tayfa arasında tez-tez mübahisələr düşür. Tayfalardan biri bağın qorunmasının, digəri isə dağıdılmasının tərəfdarıdır. Nəticədə bağın məhv edilməsi hər iki tərəfin mübahisəsinə son qoyur. Rolları Sonaxanım Mikayılova, Oqtay Mehdiyev, Məmməd Səfa, Kamran Yunis, Mətanət Abbasova, Natəvan Qeybani və başqaları ifa edirlər. Rəşid Şerifin quruluşçu rəssam kimi əmək sərf etdiyi tamaşada Pyotr Çaykovskinin "İlin fəsilləri" əsərindən istifadə olunub. Səhnə əsərinin premyerası mayın 3-nə planlaşdırılıb.
Fransız yazıçısı Jül Renarın hansı hisslərin təsiri altında öz gündəliyinə belə bir sətirlər yazdığını başa düşə bilmirəm: "Dostlar paltar kimidir. Nə qədər ki, köhnəlməyib, ayrılmaq lazımdır. Yoxsa onlar özləri bizdən ayrılacaqlar". Əlli yeddi illik ömrümün yarısından bu yana könül həmdəmi, sevinc, qəm ortağı olduğum Nizami Əlioğlu haqqında bu cümlələri yazdığım məqamda fransız Jül Renarın yuxarıdakı fikrinin yanlışlığına bir daha əmin oldum. Mən isə indi 60 yaşının tamamının ərəfəsində yazı-pozu əhli olan qardaşım Nizami haqqında yubiley yazısı yox, yazdıqlarının bəlkə də ilk oxucusu kimi söz demək istəyirəm. Neçə illərdir ki, Nizaminin nəsr nümunələrini - ona görə nəsr nümunələri deyirəm ki, o, əlinə qələm aldığı cavanlıq çağlarından bu yana şeir də yazıb və o şeirlərin bir qismi hətta "Azərbaycan" jurnalı kimi mötəbər bir mətbu orqanda da dərc edilib - kitab halında görmək mənim də, müəllifin özü kimi, arzum, istəyim idi. Həm də əvvəllər mənə elə gəlirdi ki, dostum çox güman, kitabının adını "Sarı maşının yolu" qoyacaq... Bəlkə də o vaxt bu fikir məndə ona görə yaranmışdı ki, "Sarı maşının yolu" Nizaminin ilk ciddi hekayəsi idi, bu hekayədən qabaq Nizami bir neçə satirik, yumoristik hekayələrlə "Ədəbiyyat və incəsənət" qəzetinin son səhifəsində çıxış etmişdi və "Sarı maşının yolu" hekayəsi az qala sətir-sətir, sözbəsöz mənim gözlərim qarşısında yazılmışdı. Onda ötən əsrin səksəninci illərinin əvvəlləri idi. Hazırda Güzdək dəmir yolu stansiyasının rəisi işləyən N.Əlioğlu o vaxt həmin stansiyanın post növbətçisi işləyirdi. "Sarı maşının yolu" adlandırdığı hekayə üzərində işləyən Nizami gündə vur-tut iki-üç cümlə yazırdı, elə bil hər sözü sal qayadan külünglə çapıb qoparırdı. Və mən "peşəkar" ilk hekayəsini gözlərim qarşısında beləcə ağır-ağır, tər tökə-tökə yazan Nizaminin səbrinə, hövsələsinə, əzmkarlığına heyran qalır, qibtə edirdim. "Sarı maşının yolu" hekayəsini Nizami Əlioğlu, beləcə, cümlə-cümlə yaza-yaza başa çatdırdı. Bu hekayələr Nizaminin özünün yaşadığı, keçirdiyi hiss və duyğuların bədii ifadəsi idi. Yadımdadır, o vaxtlar oturub-durduğumuz, indi çox tanınmış qələm adamı olan dostlarımız da bu hekayələri bəyənmişdilər. Ancaq hər iki hekayə o illərdə uzun müddət redaksiyaları gəzdi... Nəhayət, 1994-cü ildə gözəl şairimiz, həm də xeyirxah, qayğıkeş bir insan olan Ələkbər Salahzadə üzünü görmədiyi müəllifin irihəcmli "Sarı maşının yolu" hekayəsini baş redaktoru olduğu "Ulduz" jurnalında çap etdi. O zaman iqtisadi çətinliklər ucbatından çox az sayda çıxan jurnalın nüsxələrindən birini mən, işıq üzü görəndən az qala bir il sonra, Nizamiyə çatdıra bildim. Xalqımız doğma torpaqlarımızın müdafiəsi uğrunda erməni işğalçıları ilə Vətən müharibəsinə qalxmışdı. Orada, Güzdəkdə - dünyaya gəldiyi Dəvəçidən uzaqda dəmir yolunun üstündəki bir təpədə dostumun şəhid oğlu Həzi Cavadov uyuyur... Həzinin erkən uşaqlıq illəri Dəvəçidə keçmişdi. Orta məktəbi isə Güzdəkdə oxumuşdu. Hər gün stansiyanın lap beş-on addımlığındakı evlərinin qənşərindən böyük-böyük şəhərlərə keçib gedən neçə-neçə qatar görmüşdü. Adamı uzaqlara çağıran bu qatarlar, kökə, torpağa bağlı olan Həzi balamızı yerindən eləyə bilməmişdi. Paytaxta yaxın qəsəbədə böyüyən uşağın arzusu, çox qəribəydi ki, torpaqla ünsiyyət, əkib-becərmək, quş, heyvan saxlamaq idi! Elə buna görə də Güzdəkdə orta təhsilini başa vurduqdan sonra Dəvəçiyə qayıtmışdı. Burada peşə məktəbinə daxil olub, mexanizatorluq kursunu bitirmişdi. Sakit, başıaşağı, dinc bu oğul bala yer şumlayacaq, torpağı əkib-becərəcəkdi. Ancaq Həzi Nizami oğlu bu vacib işlərdən əvvəl daha müqəddəs bir iş görməli - torpaqlarımızı yağı düşmənlərdən qorumalı oldu! Özü də qanı bahasına! 1992-ci ilin payızında, ömrünün bahar çağında, 19 yaşı hələ tamam olmamış qeyrətli oğul Laçında gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəldi. Bu hekayədəki dil aydınlığı, şirinlik, incə və dəqiq müşahidə, təbiilik və səmimilik Nizaminin daha sonralar qələmə aldığı əsərlərində, dərinləşdi. Şeytan isə öz əbədi vəzifəsini yerinə yetirmək üçün cilddən-cildə girməyi bacarır, necə ki, ilan hər dəfə qabığını dəyişir... İlanlı ev... Demə, uzun müddət heç birimiz görməmişik ki, doğma ocağımızda ev yiyəsi olan ürəyi düz, qəlbi geniş, xeyirxah, həm də sadəlövh olan bizləri hər an çalmağa girəvə axtaran, fürsət gəzən, zəhəri dilinin altında hazır bir ilan yaşayır... Öz yurd-yuvasından qaçıb Yuxarı Dadaşlıya, Azərbaycan kəndinə pənah gətirən Mesrop burada Musaya çevrilir, kənddə ona "gözünün üstündə qaşın var" deyən də yoxdur. Qarabağ hadisələri başlayanda, Ermənistandan soydaşlarımız doğma yurd-yuvalarından qovulub qaçqın düşəndən sonra da kənd əhli Mesropa - Musaya ögey baxmağı ağlına gətirmir. Bir gün Yuxarı Dadaşlıya Qarabağda erməni işğalçıları ilə döyüşlərdə həlak olmuş ilk şəhidi gətirirlər. Fərziyyələr, gümanlar haçalana-haçalana çoxalır. Hətta kəndin "uçastkovı"sı şəhid atası Mirzəli kişidən, kəndin dəliqanlı cavanlarından şübhələnir. Musanın axtarışında iştirak edənlərin, onlarla birgə polis rəisinə müraciət edənlərin arasında şəhid atası, traktorçu Mirzəli kişi də var. Vaxtilə kəsdiyi duz-çörəyə, haqq-salama hörmət qoyan şəhid atasının ürək sözləridir bunlar: "Vallah, heylə Sənəm bacınız da sabaha kimi gözün yummayıb, - traktorçu Mirzəli kişi də danışdı. Əlbətdə, əsl xislətini dəyişməyən Mesrop isə erməniliyinə sadiq qalır... Nizami Əlioğlunun "Əl saxla" hekayəsi də millətimizə xas bəşəri insanpərvərlik, humanizim ruhundadır. Yeganə oğlu, əri ermənilər tərəfindən öldürülən azərbaycanlı qadın əsir düşmüş yeniyetmə erməni balasının yalvarışlarına, göz yaşlarına dözə bilmir, əsiri güllələmək istəyən komandirin dizlərini qucaqlayır: "Əl saxla!". Bu hekayəni qəlbində düşmənə qarşı oxucularından da çox qəzəb, kin-küdurət gəzdirən bir qələm sahibi yazıb. Və mən də bir oxucu kimi qələm dostumun səmimiyyətinə, Azərbaycanlı kişinin qəlbinin, ürəyinin böyüklüyünə, bəşəri humanizminə, onun təsvir etdiyi şəhid anasına inanıram... Nizaminin povest və hekayələrini oxuduqca xalqımızın qəlbinin böyüklüyü ilə öyünə-öyünə, qürurlana-qürurlana həm də fikirləşirsən: İlanı bundan sonra da olsa, unutmayaq... Nizami indi 60 yaşın astanasındadır. Qarşıda isə yol durur. Aydın TAĞIYEV, Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Gürcüstanlı uşaqlar Azərbaycan səhnəsində. Bakıda səfərdə olan Gürcüstanın "Basti-Bubu" uşaq ansamblı və "Bzikebi" qrupu Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edib. Konsert Mədəniyyət və Turizm Nazirliyinin, Gürcüstanın Azərbaycandakı səfirliyinin və "Lider Media Holdinq"in təşkilati dəstəyilə baş tutub. Konsert proqramında ansambl üzvləri maraqlı, rəngarəng ifalar təqdim ediblər, "Alisa", "Gözəl və Div", "Ələddin, Jasmin və Cin", "Buratino" kimi nağıl qəhrəmanlarını səhnədə canlandırıblar. Qrup səhnədə gürcü dilində mahnılarla yanaşı, Azərbaycan dilində "Gəl-gəl, a yaz günləri"ni ifa ediblər.
Firəngiz Əlizadə: "Telekanallarda Bədii Şuranın yaradılmasına ehtiyac yaranıb". Azərbaycan Bəstəkarlar İttifaqının mahnı və estrada musiqisi bölməsinin iclası keçirilib. APA-nın məlumatına görə, İttifaqın sədri Firəngiz Əlizadənin iştirakı ilə keçirilən iclasa qurumun katibi Eldar Mansurov sədrlik edib. E.Mansurov son illər mahnı yaradıcılığı sahəsində xoşagəlməz halların artdığını, qeyri-peşəkar və təsadüfi adamların özlərini "bəstəkar" adlandıraraq, bu sənətə baş vurub, maliyyə imkanlarının hesabına efiri zəbt etdiklərini söyləyib. Belə hallar üzündən bəstəkarlıq sənətinin nüfuzuna xələl gəldiyini söyləyən E.Mansurov mahnı janrından, sənət növündən daha çox insanların şüuruna təzyiq vasitəsi kimi istifadə edildiyini dilə gətirib. O, həmkarlarından artıq həyəcan təbilinin çalındığı bir məqamda belə bir vəziyyətin normallaşdırılması istiqamətində təkliflər və bu istiqamətdə birgə fəaliyyət gözlədiklərini qeyd edib: "Peşəkar bəstəkarların əsərləri bu gün efirdə səsləndirilmir. Bəstəkarlıq sənətini təhqir etmək olmaz. Küçədən gedən sıradan bir şəxs də özünə bəstəkar desin, mən də. Lazımdırsa, lap telekanallara müraciətlər göndərərək, qeyri-peşəkar musiqi ilə peşəkar bəstəkarın yaradıcılığına fərq qoyulmasını tələb etmək lazımdır". Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə mahnı sənəti sahəsində yaşanan nöqsanların nəinki peşəkar musiqiçiləri, hətta sadə insanları da narahat etdiyini vurğulayıb: "İnsanlar mənə tez-tez zəng edib Bəstəkarlar İttifaqının sədri kimi bu acınacaqlı vəziyyətin aradan qaldırılması üçün lazımi ölçülər götürülməsini tələb edirlər. Bəlkə də efirdə səslənən musiqilərin 10 faizi peşəkar bəstəkarların, 90 faizi isə qeyri-peşəkarların payına düşür. Aranjemançılar özləri etiraf edirlər ki, internetdən hazır standart qəlibləri axtarıb tapır, hərəsindən bir parçanı götürüb birləşdirib, mahnı formasına salırlar. Halbuki, onların heç not və ya partitura yazmaq bacarığı yoxdur. Bu məsələləri nizamlamaq üçün telekanallarda Bədii Şura yaradılmasına ehtiyac yaranıb. İstərdik ki, sağlam rəqabətin yaranması üçün bəstəkarlar öz əsərlərini bu şuralara təqdim etsinlər. Telekanalların musiqi redaksiyalarına Bəstəkarlar İttifaqının üzvlərinin cəlb edilməsini çox istərdik. Bununla yanaşı bəstəkarlarımız müasir tələbata cavab verən keyfiyyətli əsərlər yaratmalı və əsərlərini özləri aranjeman etməlidir". Bəstəkarlardan Sərdar Fərəcov, Mobil Babayev, Vüqar Camalzadə, Nadir Əzimov da Bədii Şura yaradılmasının vacibliyini vurğulayıblar. İclasın sonunda çıxışlarda vurğulanan problemlərin aradan qaldırılması məqsədilə atılacaq addımlar müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.
Qətərin səfiri Dövlət Sosial Müdafiə Fondunda olub. Qətər dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mübarək bin Fəhd Cəsim Əl-Səni Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunda olub. Diplomata Fondun müasir tələblərə uyğun qurulan iş şəraiti ilə bağlı ətraflı məlumat verilib. Fondun ictimaiyyətlə əlaqələr sektorundan daxil olan məlumata görə, DSMF sədri Səlim Müslümov qonağı mərkəzləşdirilmiş idarəetmə, fərdi uçotun avtomatlaşdırılması sistemləri, tədris otağı, sosial sığorta şəhadətnamələrinin çapı mərkəzi, müasir avadanlıqla təchiz olunmuş arxivlə yaxından tanış edib. "Sığorta-pensiya sahəsində həyata keçirilən islahatlardan bəhs edən S.Müslümov vurğulayıb ki, əhalinin pensiya təminatının qabaqcıl beynəlxalq təcrübə əsasında yenidən qurulması ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin strateji istiqamətlərindəndir. 2006-cı ildən etibarən ölkəmizdə yeni, beynəlxalq təcrübədə özünü doğrultmuş üçpilləli struktura əsaslanan əmək pensiyaları sisteminin fəaliyyətdə olduğunu deyən S.Müslümov diplomatın diqqətinə çatdırıb ki, yeni sistemin fəaliyyəti dövründə əmək pensiyalarının istər minimal məbləği (baza hissəsi), istərsə də orta aylıq məbləği əhəmiyyətli şəkildə artmışdır. Sığorta-pensiya sistemində həyata keçirilən islahatlar nəticəsində məcburi dövlət sosial sığortada fərdi uçot sistemi yaradılıb, vətəndaşların pensiya təminatının fərdi uçotun məlumatları əsasında aparılması həyata keçirilmiş və beləliklə də pensiya təminatında sığorta prinsiplərinə keçid təmin olub. S.Müslümov bildirib ki, məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərin təyin olunması və uçotunun avtomatlaşdırılması da qarşıda duran əsas vəzifələrdəndir. Bu məsələnin həlli üçün artıq kifayət qədər iş görülmüş, avtomatlaşdırılmış iş yerləri və proqram təminatı hazırlanmışdır. Hazırda sistemin pilot ərazilərdə tətbiqi həyata keçirilir. Öz növbəsində Mübarək bin Fəhd Cəsim Əl-Səni Azərbaycanda sığorta-pensiya sistemi sahəsində həyata keçirilən islahatların onda böyük maraq doğurduğunu vurğulayıb. Diplomat öz ölkəsində Azərbaycan təcrübəsinin öyrənilməsi və tətbiqi üçün müəyyən addımların atılmasına çalışacağını nəzərə çatdırıb. Səfir qeyd edib ki, o, Azərbaycan təcrübəsinin öyrənilməsi məqsədi ilə Qətərın Sosial Təminat Təşkilatının nümayəndə heyətinin ölkəmizə səfər etməsi üçün iş aparacaq. Mübarək bin Fəhd Cəsim Əl-Səni əlavə edib ki, DSMF ilə tanışılıq onda olduqca xoş təəssürat yaradıb və o, tezliklə iki ölkənin müvafiq qurumları arasında əlaqələrin qurulmasında maraqlıdır"-deyə məlumatda qeyd olunur.
Şeyxov Nəsrullanın dövlət idarələrindən birinə rəhbər təyin edilməsi xalq arasında söz-söhbətə səbəb oldu. Onu yaxşı tanıyanların fikri bu oldu ki, uzun illərdən bəri idarələrdə rəis müavini işləmiş Nəsrulla əməkdaşlar arasında ikinci vəzifədə, yəni rəis müavini vəzifəsində yer almış adam kimi tanındığından təyin olunduğu idarədə birinci şəxs kimi uğurla çalışacağına inam azdır. Nəsrulla müəllimdən gələcəkdə yararlanmaq fikrində olanlar isə onu hey tərifləyir və əvəzsiz adam kimi qələmə verirdilər. Şeyxov Nəsrulla təzə idarəyə qədəm basan kimi, işə dəmir intizam yaratmaq məramından başladı. O, rus dilində işlədilən ifadələrin hərfi tərcüməsini işlətməkdən qürur hissi duyurdu və özünü rusdilli adam kimi göstərməyə çalışırdı. Nə vaxtsa qəzetlərdə oxumuşdu ki, İngiltərənin sabiq baş naziri Tetçerə rus siyasi ədəbiyyatında "Jeleznaya ledi" deyirlər. Nəsrulla müəllim həm də buna görə "dəmir intizam" həvəskarı idi. Şəxsən tanıyıb-bildiyi yaxın adamı Caduyeva Pərini özünə köməkçi təyin edəndən dərhal sonra onu yanına çağırıb diqtə etdiyi əmri hazırlamağı tapşırmışdı. Bir sözünün iki olmasını xoşlamayan Nəsrulla müəllim köməkçinin bu qeydini qeyzlə qarşılayıb demişdi: "Sənə nə deyirlər, onu da yaz, daha söz münəccimliyi eləmə. Köməkçi-katibə öz iradından dönməyərək belə demişdi: "Nəsrulla müəllim, axı dəmir sınmır, əyilir. Əyilməyən poladdır". Nəsrulla müəllim özünü qışqırıq qoparmaqdan birtəhər saxlayaraq "Nə deyirsən, polad intizam yazaq? Rəisin əmri divardan asıldıqdan sonra da o, özünə sakitlik tapa bilmədiyindən idarənin məsul əməkdaşlarının toplantısını keçirdi. İdarədə dəmir intizama nail olmağın üstünlüklərindən danışdı və sonda bildirdi ki, iş vaxtı heç kim ondan icazə almadan, hətta idarə işləri ilə əlaqədar olaraq da, heç yana gedə bilməz. Təzə rəis dəmir intizama nəzarət etməyi yeni müavini Qələmquliyev İrada tapşırdı. İrad müəllim yerinə yetirməli olduğu əsas işləri bir tərəfə qoyub, rəisin bu tapşırığını özünə göstərilən, əlbəttə ki, rəis tərəfindən böyük etimad kimi dəyərləndirərək idarənin dəhlizlərində qaravulda dayanmağa başladı ki, görsün kim işə vaxtında gəlmir, kim işə çıxmır, kim kiminlə dəhlizlərdə söhbət edir və sairə. İrad müəllim günlərin birində şöbə işçisi Qorxmaz Qorxmazovun bütün gün idarədə olmadığını müəyyənləşdirib, dərhal rəis Nəsrulla Şeyxova bu barədə yazılı məlumat verdi və bunu dəmir intizamın ziddinə olan addım kimi dəyərləndirdi. Nəsrulla müəllim dərhal hiddətlənib, şöbə müdiri Yenilməz Adamovu kabinetinə çağırıb, əvvəlcə ona dəmir intizamın yaranmasına etinasızlıq göstərdiyi barədə xəbərdarlıq etdi. Şöbə müdirinin ünvanına xeyli təhdidlər yağdırandan sonra, nəhayət ki, Qorxmaz Qorxmazovun işə çıxmadığının səbəbini soruşdu: "Qorxmaz Qorxmazov hansı səbəbdən işə çıxmayıb?". Adamov təmkinini pozmadan dedi ki, Qorxmaz Qorxmazov rayona getdiyinə görə işə gəlməyib. Bunu eşidən kimi Nəsrulla Şeyxov qeyzlə yumruğunu yazı masasına vurub kəkələyə-kəkələyə soruşdu: "Qorxmazov rayona nə üçün gedib və kimdən icazə alıb?". Şöbə müdiri Yenilməz Adamovun bu cəsarəti rəisin heç xoşuna gəlmədi və dedi: - Bilmirsən ki, idarənin əməkdaşlarına hər hansı bir icazəni vermək hüququ məndədir? - Bilməyinə bilirəm, ancaq siz məsələni aydınlaşdırmadan hücuma keçirsiniz. Bir soruşun ki, Qorxmaz Qorxmazovun rayona getməsinin səbəbi nədir. Şeyxov Nəsrulla müəllim dərhal soruşdu: - Nədir səbəbi bu intizamsızlığın? Yenilməz Adamov bildirdi ki, bu, intizamsızlıq deyil. Rəis Şeyxov tələsik soruşdu: - İntizamsızlıq deyil, bəs nədir? Sonra da dedi ki, işçinin heç bir səbəb olmadan işə gəlməməsi əsl intizamsızlıqdır. Adamov dilləndi: - Cənab rəis, Qorxmazovun işə gəlməməsinin səbəbi rayonda yaşayan ata nənəsinin dünyasını dəyişməsidir. Sizcə, nənənin dəfnində nəvənin iştirakı intizamsızlıqdır? Rəis gözləmədiyi cavabı eşidəndə bir qədər tutuldu, lakin bunu büruzə vermədi. - Hər halda intizamsızlığa yol vermisən, mənim- rəisin funksiyasını sən öz boynuna götürmüsən. - Nənəsinin qəfildən ölməsi xəbərini gecə yarısı alan Qorxmazov çarəsizlikdən mənim evimə zəng vurub nə edəcəyini bilmədiyini söyləyəndə mən sizin yerinizə ona icazə verməyi vətəndaşlıq borcu hesab etdim. Zavallı Qorxmazov, məgər gecəyarısı sizdən necə icazə ala bilərdi? Ev telefonunuzu bilmədiyindən lap çaşıb qalmışdı. Rəis Nəsrulla bir qədər fikirləşəndən sonra, bayaqdan boynunu burub tapşırıq almaq üçün müntəzir dayanmış rəis müavini Qələmquliyev İraddan soruşdu: "İndi nə edək?" Qələmquliyev dərhal dilləndi: "Cənab rəis, onu edək ki, əvvəlcə Yenilməz Adamova vəzifə həddini aşdığı üçün töhmət verək və sonra da məsələyə aydınlıq gətirmək üçün Qorxmaz Qorxmazovu çağıraq və yazılı izahat tələb edək". Qorxmaz Qorxmazovu rəis Şeyxov Nəsrullanın kabinetinə çağıranda o elə bildi ki, rəis və rəis müavini ona nənəsinin vəfatına görə başsağlığı vermək istəyirlər. Qorxmazov rəisin kabinetinə daxil olandan sonra rəis Nəsrulla Şeyxovun və rəis müavini İrad Qələmquliyevin ciddi görkəmlərindən şübhələndi. Ona oturmağı da təklif etmədilər. Nənəsinin vəfatı münasibətilə heç başsağlığı da vermədilər. Qormazov "Nənəm vəfat etdiyinə görə, onun dəfn mərasimində iştirak üçün rayona getmişdim" - deməklə rəisin və rəis müavininin, üzlərinə bir qədər kədər ifadəsi verməklə, süni şəkildə də olsa, onun halına acıyacaqlarını gözlədi. Rəis Şeyxov müavini Qələmquliyevə tapşırıq verdi: "Gedin, Qorxmazovun işə gəlməməsinin əsl səbəbini araşdırın və mənə məruzə edin". Qələmquliyev kabinetinin qapısını açıb yerini kresloda rahatlayandan sonra Qorxmazova belə dedi: "Dəmir intizamı pozmaqda günahlandırılmamaq üçün siz rayonunuza gedib şahidlər tapın, onlardan nənənizin doğrudan da nənəniz olduğunu sübuta yetirən akt alandan sonra icra hakimiyyətində təsdiq etdirin. Nənənizin ata, yaxud ana nənəniz olduğunu sübuta yetirən sənəd də gətirin. Sənəd deyəndə atanızın və ananızın metrikalarının kopiyalarını nəzərdə tuturam. Sonra da rayona nə ilə getdiyinizi göstərən sənəd də gətirməyi unutmayın. Yəni rayona getdiyiniz qatar, yaxud sərnişin avtobusu biletini gətirmək də yadınızdan çıxmasın, yaxşı olar ki, biletlərdə gedib-gəlmə tarixləri də göstərilsin". Rəis müavini Qələmquliyev İrad Qorxmaz Qorxmazovun rayona sənəd dalınca getməsindən ötrü ona rəis Şeyxov Nəsrulladan iki gün də rüsxət aldı. Qorxmaz Qorxmazov rayona çatan kimi ilk növbədə nənəsinin məzarını ziyarət edib, ona şikayətləndi. "Ay nənə, görürsən də idarəmizin rəisi və müavini başıma nə oyun açırlar, mənə başsağlığı vermək əvəzinə rayona göndəriblər ki, sənin mənim əsl nənəm olduğunu sübuta yetirən sənəd alıb aparım". Qorxmazov fotoqraf çağırıb nənəsinin şəkli, adı, soyadı həkk edilmiş qəbrinin yanında Qələmquliyevə göstərmək üçün hər ehtimala qarşı şəkil çəkdirdi. Sonra da qohum-qonşudan nənəsinin nəvəsi olması barədə akt da alıb icra hakimiyyətində təsdiq elətdirdi. Rayona gedib qayıtma biletlərini də tapıb digər sənədlərə qoşub Bakıya qayıtdı. Dəmir intizam tərəfdarı Şeyxov Nəsrullanın qəbuluna düşmək üçün adını siyahıya yazdırdı. Şeyxov Nəsrulla idarədə belə bir dəmir qayda qoymuşdu ki, onun qəbuluna düşmək istəyənlər adlarını hökmən katibə Caduyeva Pərinin siyahısına yazdırmalıdırlar. Rəis Şeyxov Nəsrulla və rəis müavini Qələmquliyev İrad rayondan gətirilən sənədləri nəzərdən keçirdilər, hətta nənənin qəbirüstü şəklinə də xeyli baxdılar. Dəmir intizam əllaməliklərindən, deyəsən, razı qaldılar. Rəis Nəsrulla dedi: "Mən dəmir intizamı sevirəm, intizam olmayan yerdə iş də getməz. Məsələn, mən və mənim hörmətli müavinim İrad Qələmquliyev hətta polis-patrul xidmətində də dəmir intizam yaratmaqdayıq. Biz xidməti maşınımızla gedib-gələndə polislər küçəyə çıxır və yoldan ötən maşınları saxlayırlar ki, hansısa bir hadisə baş verməsin. Səni də dəmir intizama alışdırmaq üçün nənənin həqiqətən nənən olduğunu sübut edən sənədlər istədik və sən də gətirdin. Deməli, dəmir intizamın nə olduğunu özün də yəqin etdin". Qorxmaz Qorxmazov daha özünü saxlaya bilməyərək hiddətləndi. "Siz mənim başıma gətirdiyinizi dəmir intizam adlandırırsınız? Bəs insanlığınız harada qaldı?".
Sərdar Əsəd- Sevgidən intihara. Sərdar Əsəd - bu son dərəcə bənzərsiz və istedadlı şairlə sağlığında bir neçə dəfə üz-üzə gəlsəm də, bircə kərə də yanaşı əyləşib söhbətini dinləməmişəm. O illərdə mən tələbə, sonra kənd müəllimi olmuşam. O illərdə mən Sərdar Əsədə istedadlı bir şair kimi baxırdım, sevdiyim üç şairdən biri idi (Əli Kərim və Məmməd Arazla birgə). Mənim Sərdar Əsəd poeziyasına sevgim onun bir neçə şeirindən başladı. O şeirlər o dövrün poeziyasında sanki akvarellə çəkilmiş rəsmlər idi. Qısa, yığcam şeirlərdə şair bizim adi nəsnələrdə görə bilmədiklərimizi gözlərimiz qarşısında canlandırırdı. Bağladı günəşi dağın qarına, Yaydı yalmanını atdı şəlalə. Dözməyib düzlərin intizarına. Zirvədən özünü atdı şəlalə. Cəmi dörd misralıq bir şeir və şəlalə obrazı. Yaxud, bir şair gecəsinin yuxusuzluğunu, söz axtarışını təsvir etmək üçün qələmə alınan yeddi misralıq başqa bir şeir: Gün düşdü duyğular pəncərəsinə, Səhər müjdəsinə açıldı qapı- Qanadlı sorğular üstümü aldı! Yuxusuz gecədən mənə nə qaldı: Qızaran gözlərin rahat əzabı, Razı vərəqlərə boşalan sinə, Dolu külqabı.. Beləcə, Sərdar Əsəd mənim üçün doğma bir şairə çevrilirdi. Bu doğmalığı onun mətbuatda az-az çap olunan, amma hər bir şeirində şair fərdiyyətini təsdiq edən poetik dünyası yaşadırdı. Bir neçə il keçəcək, ədəbi mühitə isnişəndən sonra biləcəyəm ki, vəfat yox, intihar edib. Əlbəttə, bunların hər ikisi ölümdür, amma intihar bir az adama ağır gəlir və çoxlu suallar doğurur: niyə, nə səbəbə? Gecə, düzü-dünyanı sakitlik bürüyəndən və hamı yatandan sonra üzündə qəm nişanəsi belə bir yaddaş yazdı: "Özüm olmadığım təqdirdə mənim arxivim Məmməd Araz, Ələkbər Salahzadə, İsa İsmayılzadənin diqqətli qayğısı ilə açıla bilər. Sərdar Əsəd. Bu "yaddaşdan" kimsə xəbər tutmayacaqdı. Sonra bu "yaddaş" son şeirləri arasından üzə çıxacaqdı. Elə düşünə bilərsən ki, ömrün-günün hardasa qırılacağı qorxusu ilə yazılıb. Amma "yaddaş"ın sonundakı tarixi gördükdə dəhşətə gəlirsən. Deməli, Sərdar Əsəd -o gözəl şair ən gözəl şeirlərini, poemalarını yazdığı illərdə ölüm haqqında fikirləşirmiş, artıq onun zəruri,qaçılmaz olduğunu görürmüş.Budur, Sərdar Əsədin iki şeir kitabı- "Yanan memar" və "İllər ayrısı"..bir də ölümündən sonra "Ədəbiyyat qəzeti" və "İlham" qəzetlərində çap edilən şeirləri ilə üz-üzə dayanmışam. Bircə-bircə o şeirləri oxuyuram və hər misraya sərraf gözüylə baxıram. Görüm bu misralardan onun intiharından xəbər verən işartılar görünürmü? Ara-sıra qəm aşılayan misralar da var, ancaq bunların heç biri S.Əsəd şeirlərinin nikbinliyi üzərinə kölgə sala biləcək xallar deyil. Bəli, kədərli misralar var. S.Əsəd də bir çox şairlər kimi ana ölümündən kədərlənir, yazırdı: Ana ağrısının sözü olaydım, Titrəyib yanaydım tellərin üstə. Söhbət ki bu məqama yetişdi, gərək deyim: Azərbaycan şairləri içərisində ən yaxşı ana şeirlərindən birini də S.Əsəd yazıb. Sərdar Əsədi görmək mənə də qismət olub. Tələbə ikən bir neçə dəfə şeir gecələrində görmüşəm onu. Qəribə səsi vardı və bu səs ən yaxşı misralarında adamın içini göynədirdi. Sərdar Əsədin yaşadığı 45 illik bir ömürdə xoşbəxt günlər də olub. Bu dünyada bəlkə də ən həssas kardioqramma şair ürəyinin ağrılarını hiss edəmməz. Sərdar Əsəd Cəbrayılın Soltanlı kəndində dünyaya gələn bir insan elə ağlı, şüuru kəsəndən repressiya qasırğasına tuş olub. Atası Heydər kişi Sovetin əleyhinə qaçaqçılıq edirmiş. Və qaçaq atasına görə anası və böyük bacısıyla bir yerdə Sibirə sürgün olunur. Doğrudur, tezliklə onlar Sibirdən qayıdırlar, çünki atası qaçaqçılıqdan çəkinir. Amma bu hadisə gələcək şairin həyatından hələm-hələm silinib gedə bilməzdi. Sonrakı illər sakit keçir. O zaman Leninin adını daşıyan PEDAQOJİ İnstitutun filologiya fakültəsində təhsil alır. Sonra da Süleyman Rəhimovun köməkliyi ilə "Ədəbiyyat və incəsənət" qəzetində işə düzəlir. Əlfi Qasımovla, Əli Kərimlə, Tofiq Bayramla, Məmməd Arazla, Ələkbər Salahzadə, Səttar Bəhlulzadə ilə oturub-durur. Xoşbəxt ədəbi həyat... Ancaq Sərdar Əsəd faciəsi onun "Ədəbiyyat və incəsənət" qəzetindən işdən çıxarılması ilə başlayır. Sonra bir nəşriyyatda işə düzəlir. Yazı stolunda yox, yeməkxanalarda, bufetlərdə, şərab stolunda yaşanan o günlər, o saatlar, o dəqiqələr bəlkə də neçə şeirin, poemanın, hekayənin, povestin elə oradaca boğulması, o şərab istisində əriyib buxarlanmasıydı. Bəlkə də bu mənim subyektiv fikrimdir, yanlışlığa yol verirəm. Çünki istedadlı insanları məhv edən, vaxtından tez qəbrə sürükləyən heç də araq olmayıb. O insanları şəraba meylləndirən yaşadıqları mühit olub. sualına qısaca cavab vermək istəyirəm. Əvvəlcə S.Əsədin şair dünyasından soraq verən kiçik bir xatirəni dinləyək. deyirdi: "Mən balaca bir qələm sahibiyəm. Təzə şeir işləyəndə xəlvətə çəkilirəm ki, görən olmasın. Qələm sözümə baxmayanda elə bilirəm ki,onun düzgün şırım açmadığını kimsə görür, kimsə onu əlimdən qapıb sındırmaq istəyir. Qələmin də fəhmi var. Naşı əl torpağa xəyanət eləyir. Onun açdığı şumu malalamaq, toxum səpmək olmaz, olsa da cücərti alınmayacaq. Sərdar Əsəd beləcə şeirə, sözə qarşı həssas, son dərəcə ehtiyatkar, məsuliyyətli idi. İstəyirdi ki, hər şeirində nəsə təzə bir söz desin, məlum deyilmişlərə qayıtmasın, qayıtsa da ona təzə can versin. R.Rza novator şeirin öncülü olaraq qalırdı. Digər şairlərimiz də sözün əlçatmaz qatlarına can atırdılar. Sərdar Əsəd ana dilli şeirimizin qoşma, gəraylı kimi formaları ilə bu söz qatlarına "hücum" elan eləmişdi. Sözlər, ifadələr dünyanın adiliklərindəki qeyri-adilikləri, məchulluqların arxasındakı məlumluqları və əksinə, məlum şeylərin, nəsnələrin daxilindəki naməlumluqları kəşf edirdi. Ona adi gözlə baxanda heç nə görə bilməzsən. Sərdar Əsəd gözüylə baxanda isə: Yanağı gündən allanır, Bir xəzəllə sığallanır, Kirpiyindən şeh sallanır, Buzları qışda ağlayır. Donub görünməz qorxuya, Susub cavabsız sorğuya, Ayılmaz, gedib yuxuya, Gözləri huşda ağlayır. Görmür özü gündüzünü, Döndərib dostdan izini, Əliylə örtüb üzünü, Heykəli daşda ağlayır. Şəlaləyə baxın. O gözəllikdən özünüzü itirənəcən bu misraları yadda saxlayın: Dərələr söykənib o qayalara. Asılıb şəlalə sarmaşığından. Səhər dan yerinə boylanmısınızmı? Üstünüzə tökülən "o tonqal şəlaləyə" baxın, S.Əsədi xatırlayın. Kiminsə dərdinə ağlasın deyə, torpağa sıxılan qar kövrəkliyini görün, ağacın meyvəsiylə saçın çiçəyi arasındakı bu doğmalığa heyrət edin: Çəkmişəm əlimi ağ saçlarına, Saçın ağ çiçəyi əlimdə qalmış. Sərdar Əsəd sözü belə diriltməyib, adilikdən, yekrəngdikdən çıxarıb ona yeni mənalar işığında baxmağı xoşlayırdı. Ən çox anasına şeir həsr etmişdi; ana nisgili, ana ömrü bu şeirlərin başlıca mövzusuydu. Ancaq anaya aid hər şeirdə Ana obrazı təzə bir poetik biçimdə üzə çıxırdı: Ay illər, səninlə gəl qucaqlaşım, Məsum körpəliyi yenə anırıq. Nədənsə üstümdə durmayır başım- Yenəmi beşikdə yırğalanırıq?! Öncə qeyd etdim ki, Sərdar Əsəddə rəssamlıq duyğusu, təbii ki, sözlə gözəl bir mənzərə yaratmaq duyğusu güclü idi. İstənilən rəssam bu gün onun çox şeirini oxuyub tabloda nəsə yarada bilər... Zəmi dalğasında istəyir daşa- Yellər yelkənini yoxlayır nədir: Qönçələr titrəyir gəlir baş-başa, Güllər bir-birini qoxlayır nədir. Deyirlər ki, Sərdar Əsədlə Əli Kərim çox möhkəm dost olublar. Onların talelərində, həyata, dünyaya şair baxışında doğmalıq çoxdu. Sərdar Əsəd də Əli Kərim kimi söz heykəli yonurdu, yüzilliklər boyu qəlibdən qəlibə keçən sözü bir də sığallayır, tutiyə kimi əzizləyir, tapılmaza çevirirdi. Sərdar Əsəd də sağlığında qədr-qiymət adlı bir insaf gözündən keçə bilmədi. Tənqidçilər susdular. O yerdə ki, Sərdar Əsəd görünməliydi, o yerdə ortabablar, miyanələr meydan suladılar. Sözləri, taleləri yaxın şairlərin ölümü də yaxın oldu. Sərdar Əsədin bu misraları ilə ikisinin də ruhu şad olsun deyirəm: Gedəni gəlməz olur, Hey fikir daşıyanlar. Dünyada ölməz olur.
İnsan tərifi, vəsf edilməyi tənqiddən çox sevir. Bəlkə də dildə bunun əksini xoşladığını təkid edən tək-tük qeyri-adilər tapıldı, amma hər halda əksəriyyət mədh olunmaqdan daha artıq həzz alır, həm də buna yetərincə maildir, nəinki üzünə qarşı nöqsanlarının, əyər-əskiklərinin deyilməsindən. Görünür səbəbsiz də deyil. Oxşanmaq, əslində layiq olduğumuzdan da artıq öyülmək canımıza-qanımıza ana südüylə hopur. Hələ ağlımız söz kəsməyən andan analarımız ən şairanə kəlmələri, ən şirin mübaliğələriylə bizi əzizləyə-əzizləyə tərifə alışdırır. "Analarımız" - yəni yalnız azərbaycanlıların anaları yox, milliyyətindən asılı olmayaraq hamınınkılar. Ona görə də tərifə susamaqda bütün dünya təxminən elə bir-birinə uyğun kimidir. Adi adam tərifdən xoşhallanırsa, tərif eşitməkçün sinov gedirsə, hökmdarların bunu daha artıq istəməsində, imkanlarını da nəzərə alsaq, bunu daha artıq təşkil etdirməsində əcaib bir şey yoxdur. Sadəcə, əndazə məsələsi var. Ən yüksək qiymətlərə layiq insanı da qədərindən artıq, ölçüsündən çox tərif edəndə tərif də dadsızlaşır, şiti-şoru çıxır. Təriflənən də asta-asta o xumarlandırıcı göyəqaldırmaların həqiqət olmasına inanmağa başlayır. Lakin orta əsrlər Şərq saraylarının mühitinə daldıqca onu anlayırsan ki, taxt-tac yiyələri bu şeirləri tərif kimi yox, ain, dua, dövlət şərqi və marşları kimi qavrayırmışlar: Cahanda yox sənə tay, ey əmir, ədalətdə, Nə səydə, nə əməldə, nə də səxavətdə. Cahan əmirləri içrə tayın görən yoxdur, Sənə bərabər olan şah nişan verən yoxdur. Əsər ki mədhinə həsr olmadı, əsər olmaz, Qılıncla nizən işə düşməsə, zəfər olmaz! Bu qəsidənin sərlövhəsində "Onun mədhi" yazılıb. Təbii ki, digər vərəqləri çevirincə bu şeirin birbaşa hansı hökmdara ithaf edildiyi aşkarlanır. Amma "onun" yerinə istnilən digər şahın da adı qoyularsa, mahiyyət dəyişməz. Aydın məsələdir ki, bunu həmin şeirləri dinləyərək qəbul edən, töhfələrə layiq görən hökmdar da duymamış deyildi. Bu mədhiyyələr, bir növ, sufi təriqətlərində vəcd məqamına yetmək üçün dərvişlərin etdikləri rəqslər, dinlədikləri musiqilər kimiydi. Bu qəsidələr ab-hava yaradırdı, bu tərifnamələr dərbar təmtərağı və cah-cəlalının bir ayrılmaz parçazı, özəl bir süsü idi. Tərifdən-tərifə təfavüt var. Bir var sıradan olan insanlar bir-birini tərif eləsin, bir də var bunu şair etsin. Qərb ədəbiyyatlarında da bu var, Şərqdə də. Şair, Hökmdarın hüzurundasan. Bir göyərçin. Uçub girməz. Şahin qəfəsində. Bu misralar Vaqif Səmədoğlunundur. Mənə hədiyyə etdiyi dəftərə yazdığı şeirlərindən biridir. Və sözüm şahin qəfəsində oxumaq istəməyən bülbül yox, ömrü uzunu şahın qəfəsində oxumuş, sözə qiymət verməyi bacaranlar tərəfindən çox istedadlı olduğu təsdiqlənmiş, sözün bülbülü olduğu etiraf edilmiş şair haqqındadır. Hamımıza əziz olan iki məzarlıq var. Əslində, bütün məzarlıqlar sayğıya, sevgiyə layiqdir. O əbədi sükut məskənlərində insanlar, ailələr, nəsillərçün ölümləriylə, qayıdışsız gedişləriylə bir az da gözəlləşmiş, munisləşmiş kimsələr uyuyur. Amma bizlərdən ötrü iki paytaxtımızdakı iki qəbiristanlıq bütün başqa məzarlıqlardan seçilir. Orada da, burada da milləti millət edən, tarix içərisində yurdun başını ucaldan, bütöv xalqın övladı sayılan parlaq zəkalar əbədi rahatlıq tapıblar. "Fəxri xiyaban" 1948-ci ildə yaradılsa, ilk ağuşuna aldıqlarından biri Üzeyir bəy Hacıbəyov olsa da, az sonra daha əvvəl dünyadan köçmüş Həsən bəy Zərdabi də, Hüseyn Ərəblinski də, Cəlil Məmmədquluzadə də, Əbdürrəhim bəy Haqverdiyev də, Cəfər Cabbarlı da, Müslüm Maqomayev də... orada qovuşmuş, yanaşı olmuş, bu ünvanı Azərbaycandan ötrü müqəddəsləşdirərək and yerlərimizdən birinə çevirmişlər. Təbrizdəki Sorxab məhəlləsində qərar tutan "Məqbərət üş-şüəra"nınsa yaşı çoxdur. Mücirəddin Beyləqani də oradadır, Xaqani Şirvani də, Zülfüqar Şirvani də oradadır, Hümam Təbrizi də, Məğribi Təbrizi də, Lisani Şirazi də, Şəkiba Təbrizi də... Həmin məzarlıqda ilk dəfn olunansa Əsədi Tusi olub. Qətran orada torpağa tapşırılan ikinci şairdisə də, məhz onun gəlişiylə bura dönüb olur Şairlər Məzarlığı. Başqa bir yöndə isə Qətran artıq şəriksiz birincidir. O, farsca yazıb-yaratmış, "Divan" bağlamış ilk məşhur Azərbaycan şairidir. Söz tariximizdəki mühüm bir qanadın, XI əsrdən başlayaraq doqquz əsrdən artıq müddətdə anadilli şeirimizlə yanaşı yaşayıb irəliləyən farsdilli ədəbiyyatımızın başlanğıcını qoyan Qətran Təbrizidir. Amma bu, tarixin danılmayacaq həqiqətidir. Qətran ilkdir. Nizə boylum, kirpiyi peykanmisallım, dilbərim, Ey qara zülfü kəməndim, qaşları yayım mənim. Sərv qamətlim, nədəndir ruhuma biganəlik? Yoxsa səndən naümidlikdir fəqətpayım mənim? Varsa inciklik belə, ey canımın sultanı, bil, Xatirindən çıxdımı haqqım mənim, sayım mənim? Sən mənə can tək yaxınsan, mən sənə candan yaxın, Tək şirindillikdə, əfsus, olmadın tayım mənim. Bu şeir Qətran Təbrizinindir və bir məhbuba, sevgili yara həsr olunduğu güman edilən misraların hədəfi başqadır. Yox, şair istəklisinə üz çevirərək məcazi anlamda "sultanım" demir. O elə gerçəkdən hökmdarı nəzərdə tutur və hökmdarlara da qız-gəlinə olan sayaq bu cür gözəlləmələr bağışlamaq çoxəsrlik ənənəydi. Qətran həm şairlik məharətində və təəssüf ki, həm də bu ənənəyə can-başla sadiqlikdə müasirləri və sələflərinin çoxunu kölgədə qoydu. Haçansa həmin sədaqətin onun özünü də kölgədə qoyacağının fərqində deyildimi? Bu barədə heç düşünmürdü, ya şairliyin təyinatı, məramı barədə onun qənaəti başqa idi? Saray şairi və mədhiyyəçi olmağa Qətran zəmanəsinin baxışı başqa idisə də, o dövrlərin içərisində də büsbütün ayrı yol tutan, qələmini saraya fəda etməyənlər də vardı axı... ***. Əbu Mənsur Qətran Azərbaycani 1012-ci ildə Təbriz yaxınlığındakı Şadiabad kəndində doğulub. Onillərlə firavan, xürrəm ömür sürən bu şairin yadigar misraları bir tərəfdən onun şadlıq şəhəri Şadiabadda doğulduğunu nişan verirsə, digər tərəfdən ömrünün o biri - qəmli tərəfini, üzdən görünən bəxtiyarlığın alt qatında dərdin, nisgilin olduğunu da anladır: Bu şəhərdə mən sənə xidmətdəyəm, can qəm dolu, Çox da ki Şadiabadda xəlq edib Allah məni. Haralı olmasıyla bağlı bu, Qətranın özünün sözüdür. Amma bir qisim təzkirəçilər onun doğum yeri haqda fərqli mülahizələr irəli sürmüş və əsası, qaynağı olmayan bu fikirlər sonralar müəyyən çaşqınlıqlar da doğurmuşdur. Ona görə də min il əvvəlin olmuşları haqqında qəti qərar verməzdən öncə ortada olan, güman gələn məxəzlərin hamısını tutuşdurmaq gərəkdir. Hacı Xəlifə "Kəşf əz-zünun" əsərində tutarlı sübut gətirmədən, qaynaq göstərmədən Qətranın Urmiyadan olduğunu bildirir. Yenə heç olmazsa həmin mənbə Qətranı bu yox, digər Azərbaycan şəhərinə bağlayır. Şairimizi Orta Asiyada dünyaya gətirən mənbələr də var. Dövlətşah Səmərqəndi yanlışlıqlar, uyğunsuzluqlarla dolu olan, ona görə də tək indi deyil, lap tərtib edildiyi XV yüzildən başlayaraq sən deyən belbağlanası mənbələrdən sayılmayan "Təzkirət üş-şüəra"sında Qətranı Tərməzli edir. Dövlətşahın tərsavand soraqlarının azdırdığı Şəmsəddin Sami bəy də "Qamus ul-əlam"da sadəcə "Tərməzlidir" yazmır, "Təbrizlidir" yazanlara da arxayın-arxayın qabarır. Amma Qətranın öz dilindən qopan sözlərin əks olunduğu "Divan"ı görənlər və daha dürüst qaynaqlardan bəhrələnən əksər təzkirəçilər Qətranın Təbrizli, Şadiabadlı olmasına heç şübhə etməmişlər. "Tərməz" sözünün həm yazılışca, həm səslənişcə "Təbriz" sözünə bənzərliyi, bir də qüdrətli şairi özününkü etmək istəyənlərin çox yüzillər öncə ədəbi gedişata atdıqları şayiə toxumu beləcə qaynaqlarda cücərib. Təbii ki, şairin təvəllüd yeri, dədə-baba yurduyla bağlı özünün mötəbər sözü varkən bu təhər qovuq iddialar bir göz qırpımında dağılıb gedir. Amma buna nə deyirsiniz ki, Qətranı artıq XXI əsrdə qəsb etmək, azərbaycanlılıqdan çıxarmaq istəyən tamam başqa ünsürlər də peyda olub?! İnternetə dürtülmüş fitnəkar "Sadval" saytının "Qafqaz Albaniyası - Ləzgistan" səhifəsində Nizami, Məhsəti kimi, Qətranın da azərbaycanlı olmadığı, şairin təxəllüsünün də ləzgi dilində "Qızılquş" mənası verdiyi göstərilir. Görəcəkli günlərimiz varmış! Azərbaycanın sərvətlərindən nələrisə qoparmaq, yağmalamaq, oğurlamağa gücü çatmayanda başqasınınkılaşdırmaq indinin yox, yüzillər əvvəlin, şahidi oldunuz ki, lap min il irəlinin qəziyyəsiymiş. Beləykən bir an da olsa sayıqlığı əldən vermək yaramaz. Vətənin sərhədi gözün üst qapağıyla alt qapağının arasıdır, - söyləyən hikmət, əlbəttə, haqlıdır. Qətran həyatı boyu yazıb-pozub və məntiqlə zəngin irsi olmalıymış. Həm də saraylarla daimi və sıx ünsiyyətləri göz önünə alınarsa, Qətranın ədəbi mirası günümüzə salamat gəlib yetişməliydi. Çünki əlyazmaların bahalı kağızlarda, mahir xəttatlara köçürdülməsi, naxışlanması, cildlənməsi, nüsxələrinin artırılması kasıb şairlərin rahatca girə biləcəyi kol deyildi. Sarayda isə bunu gerçəkləşdirmək xeyli asan idi. Hər dərbarda məvacibi elə mütəmadi olaraq mətnlər köçürdüyü üçün alan xəttatların miqdarı oradakı şairlərin sayından çox idi ki, az deyildi. Bir sarayın digər saraya yolladığı hədiyyələr sırasına adətən seçmə əlyazmalar da qatıldığından xəzinələrdə bolluca şeir məcmuələri - "Divan"lar, "Məsnəvi"lər, cünglər, bəyazlar bir ucdan hazırlanaraq ehtiyada saxlanırdı. Bu minvalla gərək Qətranın əlyazmalarının əlindən indi tərpənmək mümkün olmayaydı. Amma belə olmayıb. Onun adı bəlli bir para əsərləri var ki, hələ onları gördüm deyən yoxdur. Yaxın və Orta Şərqin köhnəlməz nəsihətlər kitabının müəllifi Şəms ül-Məali Qabus ibn Vəşmgirin oğlu İskəndər Qətranla simsar imiş. Atası "Qabusnamə"ni İskəndərə həsr etdiyi kimi, Qətran da məsnəvilərindən birini dostuna ithaf edib. Əmin Əhməd Razinin XVI əsrin saxlancı olan "Həft iqlim"i isə digər itkin Qətran əsərinin sorağını çatdırır: "Qövsnamə". Amma Əmin Əhməd Razi bundan başqa Qətranın dörd müxtəlif vəzndə olan digər dörd məsnəvisindən də bəhs açır. Həm də onun məlumatı işarə edir ki, bu məsnəviləri təzkirəçi bilavasitə görüb, oxuyub. Çünki həmin məsnəvilərin hansı vəzndə olduğunu, həm də yəqin ki, hansı ovqatda səsləndiyini əyaniləşdirməkçün onları müasirlərinin yaxşı tanıdığı əsərlərlə tutuşdurur - məsnəvilərdən birinin Caminin "Söhbət ül-əbrar", ikincisinin Zülalinin "Zərrə və Xurşid" vəznində olduğunu, üçüncüsünün həzəc və dördüncüsünün mütəqarib bəhrində yazıldığını bildirir. Qətran da lüğətçilikdə gücünü sınayıbmış. Onun "Ət-təfasir" əsərinin də bugünlük adı ortadadır. Bu, fars dilində ilk izahlı lüğətdir. Görkəmli İran ədəbiyyatşünası Vəhid Dəstgirdinin "klassik elmlə əsrimizin bilikləri arasında keçid nöqtəsi olan möhkəm bir körpü" adlandırdığı Məhəmmədəli Tərbiyət (1875-1940) "Daneşməndan-e Azərbaycan" ünvanlı əsərində Qətran lüğətinin farsların öyündüyü, lüğətçiliklərinin tarixində ən mükəmməl və zirvə əsərlər saydıqları Əsədinin "Müstəşhədat", Əbu Həfs Sədin "Risalə", Əlaəddinin "Zübdət ül-luğə" kitablarının üçündən də əvvəl meydana gəldiyini iftixarla bəyan edirdi. Bəs bu Qətran incilərinin özləri haradadır? Hələ ki, elmin bu suallar qarşısında dili qısadır. İranda, Orta Asiyada, Türkiyədə və Hindistandakı əlyazma xəzinələrində neçə-neçə pırtlaşıq düyünlərə kələf ucu ola biləcək və inadlı araşdırıcı nəfəsi dəyməmiş yüzlərlə əlyazmalar mürgüləyir. 1980-ci illərin əvvəllərində Ermənistanda Moskvanın təşkilatçılığıyla keçirilən bir konfransda iştirak edərkən fürsətkən Matenadarana baş vuranda o dövrün özündə də müxtəlif başaldatmalarla, çək-çevirəsalmalarla bizdən gizlədilən fars, ərəb, türkdilli əlyazmaların bir qismini gözdən keçirə bildim. Onların çoxu öyrənilməmiş, təsviri verilməmiş, adları, məzmunları belə kataloqda düzgün əks etdirilməmişdi - bilməzlikdən, yaxud qəsdən. Bəzilərinin adları mənə Salman Mümtaz arxivindən tanış idi. Necə? 1956-cı ildə 1930-cu illər sovet repressiyalarının digər qurbanları kimi, Salman Mümtaza da bəraət verilməsi Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən təhqiq edilərkən bu alimin də ailəsi müsadirə olunmuş əmlakla bağlı müraciət edir. Salman Mümtazın əmlakı nə olacaqdı ki! Bütün var-yoxunu nadir kitablara, əlyazmalara sərf etmişdi, Azərbaycanı, Orta Asiyanı kənd-kənd gəzərək tariximizin bu dürdanələrini toplamışdı. NKVD yırtıcılarında savad və səbir nə gəzirdi apardıqları əlyazmaları adbaad qeydiyyata götürəydilər. Bəraət komissiyası təzminatı ödəmək üçün Salman Mümtazın evindən hansı əlyazmaların aparıldığını, onların qiymətinin neçə ola biləcəyini aydınlaşdırmalıydı. Salman Mümtazın evinə gedib-gəlmiş, onun arxivinə bələd olmuş bir neçə alimdən siyahılar, arayışlar alırlar. Sonra o siyahıları tutuşduraraq üst-üstə düşən məqamlara üstünlük verməklə bir son siyahı tərtib edir, əlyazmaların gözəyarı dəyərini çıxararaq Mümtaz ailəsinə o kitabların "qanbahasını" ödəyirlər. Bakıda, Əlyazmalar İnstitutundakı Mümtaz arxivindən həmin qeyb olmuş, yandırılmış zənn etdiyim kitabların adlarının çoxu mənə bəlli idi. Matım-mutum onda qurudu ki, yalnız adlarının qaldığını fərz etdiyimiz o əlyazmaların bir neçəsiylə Matenadaranda rastlaşdım. Deməli, hələ 1930-40-cı illərdə Dövlət Təhlükəsizlik Komitəsinə daraşmış daşnaklar yalnız nurlu insanlarımızı məhv etməklə kifayətlənmir, ədəbi, mədəni, tarixi mirasımızı da əl altından Ermənistana ötürürlərmiş. Ona görə də Ermənistanın işğalının hüdudları əslində görünəndən qat-qat geniş və dərindir ki, bu təcavüzdən bütün yönləriylə axıracan xilas olmadan biz heç özümüzü fərli-başlı tanıya da bilməyəcəyik. Çünki düşmən yaddaşımızın da parçalarını, tikələrini, qəlpələrini oğurlayıb. Və Matenadarandakı bir neçə cüngdə tanımadığım əski Azərbaycan şairlərinin şeirlərilə yanaşı Qətranın da bir silsilə qəsidəsini tapdım. O zaman tamam başqa mövzuları araşdırdığımdan Qətran irsi də, rastlaşdığım ayrı naməlum şairlərimizin yazdıqları da məni həmin anda cəzb etməmişdi, bu mətnləri gələcəkdə ehtiyac olarsa necə tapacağım barədə dəftərlərimdə yüyrək qeydlər aparmışdım. Nə biləydik bizi qarşıda nələr gözləyir?! Məhəmmədəli Tərbiyət "Daneşməndan-e Azərbaycan"da Qətranın 12 min beytlik "Divan"ını öz gözüylə gördüyünü deyir. Qətranın məsnəviləri, lüğəti bir yana, heç şeirlər külliyyatı da dolğunluğuyla ortada yoxdur axı. Qətrana mənsub qəsidələrin böyük hissəsi də uzun zaman "fars şairlərinin Adəmi" adlandırılan Rudəkinin ayağına yazılıb. Diqqətcil Azərbaycan təzkirəçisi Rzaqulu xan Hidayət "Məcmə ül-füsəha"sında bu qəbil topluları yaradanların çoxundan fərqli olaraq yalnız toplayıcılıqla məşğul olmamış, alimanə incələmələr də aparmışdı. Qətranı "ən uca ulduzlardan daha yüksəkdə bərq vuran, işığıyla gözlərə nur bağışlayan" adlandıran Rzaqulu xan Hindistanda daşbasma üsulu ilə nəşr edilmiş Rudəki "Divan"ının əslində Qətrana aid olduğunu ilk dəfə kəşf etmiş, bu şeirlərin Rudəkiyə mənsub olmadığını ilk növbədə ən üzdə olan bir əlamətlə isbat etmişdir - qəsidələrin çoxu Rudəkidən xeyli sonra yaşamış Azərbaycan hökmdarlarına həsr edilib ki, Qətran da onların saraylarında yaşayıb-yaradıb. Sonralar isə Rzaqulu xan Hidayətin açdığı cığırla gedən böyük İran alimi Səid Nəfisi Rudəkiyə həsr etdiyi sanballı araşdırmasında həqiqəti yerbəyər edib, bu yanlış addımın XVI əsrdən etibarən atıldığını, 1595-97-ci illərdə yazılmış "Fərhəng-e Cahangiri"də ilk dəfə bu xətanın yer aldığını, sonra isə əsərdən-əsərə, əsrdən-əsrə keçərək kök atdığını göstərmiş, nüfuzlu alim hökmüylə Qətranın adından ayrı salınmış şeirlərin hamısını rəsmən ona "qaytarmışdır". Sağlığında həmkarlarının çoxunun həsəd apardığı, bəxtəvərlik oxuduğu Qətranın "Divan"ısa onun öz adıyla ortaya yalnız 1955-ci ildə çıxır. Azərbaycan alimi Məhəmməd Əli Naxçıvani səkkiz müxtəlif nüsxədən yararlanmaqla Qətranın nisbətən bütöv "Divan"ını araya-ərsəyə gətirməyə müvəffəq olur. Bu "Divan" əvvəldən-sonacan Qətranın ayrı-ayrı padşahlara və hökm sahiblərinə həsr etdiyi mədhiyyələrdən ibarətdir. Yəni tərkibinə bir neçə tərkibbənd, tərci, müqəttə və rübailər daxil olsa da, bu mədhiyyə qəsidələrdən ibarət bir məcmuədir və divançılığın oturuşmuş yol-yolağasına mütabiq olaraq əslində burada başqa şeir şəkilləri də sıralanmalıydı, qəzəllər də olmalıydı. Söz yox ki, yetərincə məhsuldar və məharətli qələm sahibi Qətran qəzəldən də yan keçə bilməzdi. Elə qəsidələrindəki lirik dəst-xətt onun aşiqanə şeirlərinin də ola biləcəyinə dəlalət edir. Doğrudur, "Divan"da birləşən şeirlərdə də sevgi var. Ünvanı səhv düşmüş məhəbbətdir. Bu miqdara şəkk etmək olar. Lakin doğruçuluğu ilə seçilən Məhəmməd Oufi hələlik tanıdığımız ilk məşhur təzkirə olan "Lübab ül-əlbab"da Qəznəvilər sarayında çalışan və ad-san qazanmız 29 şairi xatırladır. 29 məşhurun bir neçə yüzün içərisindən parlaması ehtimalı da əsassız deyil. "Məlik üş-şüəra" ("Şairlər sultanı") deyimi də yalnız bir şairanə ifadə yox, ayrıca vəzifə olaraq ilk dəfə Sultan Mahmudun dərbarında təibiq olunur. Bu həmin Sultan Mahmuddur ki, Əbülqasım Firdovsiyə sifariş etdiyi "Şahnamə"nin hər misrasından ötrü ona 1 qızıl sikkə boyun olmuş və rəvayətə görə, 60 min beytə sığan məsnəvini mükafatlandırarkən vədinə xilaf çıxaraq qızıl əvəzinə gümüş vermişdi. Guya küsən Firdovsi bu ənamdan imtina edərək Sultan Mahmuda kəskin həcv yazandan sonra şah peşmanlamış, bir dəvə karvanının yükü olan 120 min qızılı şairə göndərmişdi. Ancaq qızıl yüklü dəvə qatarı şəhərin bir darvazasından daxil olanda o biri darvazadan Firdovsinin cənazəsi çıxırdı... Şairlərdən əlavə saraylarda nədimlər də olurdu ki, onlar da xeyli dərəcədə şeirlə, ədəbiyyatla, hikmətlə bağlıydılar. Nədim təbiətən müdrik, təmizəxlaq, üzügülər, təmizməzhəb, sirr saxlayan, pakməslək, yaxşı nağıl danışan, lətifə, ciddi hekayələr söyləməyi bacaran, əzbərdən çoxlu rəvayət bilən, həmişə şirin deyib, şirin gülə bilən, nikbin, xoşxəbər olmalıdır. ...Nədimləri xoşxasiyyət, xoştəbiət, alim, təvazökar, səbirli olduqda şahın da bədxasiyyət, bədtinət, bədbin və bədtəbiət olmadığı bilinər. Şah nədimləri tam mənada təmin edilməli, əyan-əşrəf arasında onlara böyük hörmət yaradılmalıdır". Və nədimin sahib olmalı olduğu bolluca bilik və bacarıqlar, vərdişlər sırasında bir məqama da diqqət yönəldir Nizamülmülk: "Şaha tərəfdar çıxmalı, şahın ağzından hər nə söz qopsa, "afərin", "mərhəba" deməlidir, müəllimlik edib göstəriş verməlidir". Beləliklə, saray şairi, nədim vacib dövlət vəzifələri idi və onlar hökmdarın ruhuna, düşüncəsinə yaxın insanlar sayılırdılar. Ayda-ildə hansısa hökmdara bir-iki mədhiyyə yazan, ənamını alıb gedən, sarayın bu və digər ədəbi sifarişini yerinə yetirən şairlə saray şairi başqa-başqa təfəkkürə, müxtəlif yanaşma tərzlərinə malik yaradıcılar idi. Saray şairləri üçün şairlik dövlət işinin tərkib hissəsi idi və onlardan ötrü şeirin borcu dövlətçiliyə, siyasətə, bu işi həyata keçirən əsas simaya - hökmdara xidmət idi. Onların şeir həsr etdikləri hökmdarlar ədəbiyyatdan bixəbər deyildilər. Mükəmməl savadları şəhriyarlara şeiri yaxşıca hiss etmək keyfiyyəti bağışlamaqdan əlavə çox vaxt özlərini də şeir yazmağa iştahlandırırdı. Bəyəniləsi şairliyi olan hökmdarları da tarix tanıyır və yalnız şah yox, şair kimi də qəbul edib. Bir söz, - orta çağın şeir nəzəriyyəsini, qəlboxşayan şeir üçün qəlibləşmiş meyarları beş barmaqları kimi bildiklərindən onlara sadəcə tərif edən qəsidələr yazmaqla "əhsən" eşitmək olmazdı. Və onun Qətrana verdiyi bu qiymət adi tərif deyil, qüdrətli alimin müəyyənləşdirdiyi diaqnozdur: "Mən həyatımda gördüyüm şairlər arasında həkim Qətranı əsas şair kimi tanıyıram, yerdə qalanlar isə şairlik elminə vaqif olan yox, ümumən şairlik təbi olanlardır". Başqa şairlər zərrə, o isə Günəşdir. Onun şeirləri sənətkarlıqda ustadanə, zəriflikdə hamıdan üstündür". Allah Qətrana böyük şairlik istedadı vermişdi, amma görünür şairlik istedadı azdır. Gərək Tanrı insandan o şairlik vergisini istifadə etmək istedadını da əsirgəməyə. Saray Qətranı məmnuniyyətlə qəbul edirdi. Çünki ağlıyla, qabiliyyətiylə, şeirdəki hünərvərliyilə söz ustaları qafiləsində də, nədimlər cərgəsində də birinciliyə layiq idi. Və Qətran ilhamını güzərana, yaxud gələcəyə həsr etmək deyə iki yol ayrıcında qalanda yaxşı dolanışığı seçmişdi. Əsl şair həmişə bir az tərkidünyadır, hamının əhatəsində olanda da bir az tənhadır, öz içərisindədir. Qətranınsa hissə qapılmaqla arası yox idi. Cavanlığında şeirə çılğınca bağlandığı olmuşdu. Şeirin yüyənini maddiyyata sarı döndərmişdi. İllər ötüncə dönə-dönə mədhiyyələr həsr edəcəyi Əmir Məmlana ilk tanışlıq məktubunda-qəsidəsində onun barəsində heç kəsin yaza bilməyəcəyi səviyyədə yazmağa hazır olduğunu deyərək əvəzində nə istədiyini də bildirməyi unutmurdu, umacağını da diqqətə çatdırmağa tələsirdi: Nəsibim olmasa da heç zaman dərgahın, Cahanda mən kimi yoxdur bu gün də məddahın. Sənə açıb deyirəm, ey əmir, dərdimi mən, Zərər toxunmamalı heç kəsə bu sözlərdən. Xeyir xəbərlə açsın qulağını Yaradan, Səxavətində tayın yox bəşərdə, ey Məmlan! Həyatda yarımaq üçün güclülərə, imkanlılara yarınmaq yolunu tutmaq qəbahətdirmi? Başlanğıcda şeirini gətirdiyim daxilən azad sənətkar Vaqif Səmədoğlu bir dəfə bu barədə söz düşəndə özünəməxsus müdriklik və kinayə ilə bir fikir söylədi. Onun dediyi təxminən olduğu kimi, uzaqbaşı bir hərf təhrifi ilə belə idi ki, gözəgirənlik şair üçün ümumən mümkündür. Amma gərək girəndə necə çıxmağın yolunu da biləsən. Qətransa ömrün müəyyən mərhələsindən sonra özünü elə kökləmişdi ki, nə yazsa, bir ucu gedib mədhə çıxırdı. Buluda xitabən yazıb. Yaz gələndə coşan eşq atəşindən ötən bahariyyələrin nə qədər qan qaynadan, ürək atlandıran sevimli örnəkləri var. Ağaclara sulu mərcan ilə bəzək verdin, Bağa, çəmənliyə firuzə don geydirdin. O dilbərin ki fəraq-i qəmində odlanıram, Ürəkdə ağlayıram, canda od tutub yanıram. Qıfıllasam qapını, nur, işıq saçar bacadan. Və Qətran səni qəfildən şirin yuxudan silkələyib oyadan kimi diksindirir. Başa salır ki, qəhrəmanı nə buluddur, nə baharın gözəlliyidir. İzah edir ki, bu dəm-dəstgah hamısı məmduhunu - hökmdarı öyməyə bəhanədir: Oturduğun saraya yüz gözəl bəzək vurmuş, Gəzişdiyin çölü yüz nemət ilə doldurmuş. Onun camalına bax istəsən süsən görmək, Düşübsə sünbülə meylin, əlini zülfünə çək. Beləcə, Qətran özünü bir ömür boyu xərcləyib. Tərif harada bitir, yaltaqlıq harada başlanır? Ya bəlkə bunlar ikisi də eynidir? Ağıllı adamlar təriflə yalmanlığı fərqləndiriblər. Qətran dərrakəliydi, bilgin, bişkin idi, sıravi saray məddahlarından fərqli olaraq yarınmağı layiqli tərif ucalığına qaldıra bilirdi. Amma Onore de Balzak bu mərəzin fəlsəfəsinin xirtdəyindəncə tutaraq düpbədüz söyləyib: "Yaltaqlıq heç vaxt möhtəşəm qəlblərdən törəmir. O, cılız qəlbcikli adamların qismətidir. O adamların ki, mühüm bir şəxsin ürəyinə, qılığına, mühitinə girməkçün olduqlarından da kiçik olmağı bacarırlar". Qətranın farsca "Divan"ını tanınmış şərqşünas Qulamhüseyn Begdili Azərbaycan dilinə bütünlüklə sətri tərcümə edərək 1967-ci ildə Bakıda nəşr etdirib. İstənilən şair onu götürüb nəzmə çəkə bilərdi. Amma bu həvəsə düşən olmayıb. Lap götürüb ən lətif bir şəkildə o nəsrən tərcümələri şeirləşdirsəydilər, kim oxuyacaq ki onları! O şeirlər indi yalnız tarixi mənbə kimi, XI əsr Azərbaycanının, bir sıra sülalələrin, hökmdarların tərcümeyi-halının ayrı-ayrı cizgilərini dəqiqləşdirməkçün kara gəlir. O şeirlərdə ürək yoxdur. O şeirlərdə gerçək həyat uzaqdan qaraltı kimi görünür. İslam tarixinə dair kitablarda bir rəvayət var. Müsəlmançılığın yenicə yarandığı, hələ yetərincə möhkəm ayaq tutmadığı əyyamlarda bir etiqadlı dindar eşidir ki, filan ucqar kənddə insanlar bir ağacı xaliq sayaraq ona sitayiş edirlər. Baltasını götürüb dikəlir o ağacı dibindən kəsməyə. Elə çathaçatda yolunu İblis kəsir. Başlayırlar güləşməyə. Elə tutaşan kimi allahpərəst müsəlman İblisin kürəyini vurur yerə, baltasını qaldırır onu öldürməyə. İblis yalvarır: "Canıma qıyma, ağacı sındırmağa da getmə, elə edərəm ki, hər səhər balıncının altından bir kisə qızıl taparsan". Kişi inanır, baltasını da götürüb qayıdır evinə. Həqiqətən o gündən başlayaraq hər sabah yastığının altından İblis vəd eləyən qızılları tapır. Bir neçə ay belə davam edir, etiqadlı kəndli kef-damaq içində yaşayır və bir gün qızıl kisələrinin dalı kəsilir. Hövsələsini basıb üç-dörd gün də gözləyir və nətiçə hasil olmadığını görüncə baltasını götürərək dəbərir İblislə rastlaşdığı kəndə sarı. Neçə dəfə girişirsə, hamısında İblis onu çırpır yerə. İblis qımışır: "Mən qüvvətlənməmişəm, sən zəifləmisən. Əvvəl ona görə basılmaz idin ki, sənin içərində təmənnasız Allah eşqi vardı. İndi mənim adamımsan, sənin içərini dolduran tamahdır, nəfsdir, ona görə taqətin azalıb". Qətran Təbrizdə olub, Naxçıvanda olub, Gəncədə olub... Hansı saray nazını daha çox çəkirdisə, oradaydı. Gəzib və qələmi də daim işləyib. O, işinin peşəkarı idi. Təqribən 1033-1039-cu illərdə Qətran Gəncədə Arran padşahı Əmir Əbülhəsən Əli Ləşkəri Şəddadinin sarayında yaşayaraq ona da bir silsilə qəsidələr həsr etdikdən sonra Təbrizə qayıdır. Amma Təbrizdə onu sarsıntılı günlər, zəlzələ fəlakəti gözləyirdi. Tarixi salnamələrin və elə Qətranın özünün bu zəlzələni təsvir edən qəsidəsinin verdiyi bilgilər zəlzələnin şəhəri viran qoyduğunu, dağıdıcı gücü ilə müqayisəsiz bir faciə olduğunu pıçıldayır: Fənaya uğradı Təbriz qəzanın əmri ilə, Bir anda yetdi fələkdən bu şəhrə gör nə zaval. Şəhərdə hər tərəfin altı döndü üst oldu, Kiçildi qum kimi dağlar, qum oldu dağmisal. Bu yerdə ərşə çatan çoxlu qəsrlər vardı, Bu yerdə Aydan ötən sərv çəkmiş Ayə sığal. Həminki sərvlərin qaldı indi bircə yeri, Həminki qəsrlərin oldu indi əsli xəyal. Əzildi çoxları, onlar cahanı tərk etdi, Ölənlər öldü, qalan qaldı çox pərişanhal. O dağılan qəsrlərdən biri də elə Qətranın öz mülkü idi. Amma bu göz yaşı, ələm, hıçqırıqlar məngənəsində də Qətran ayıqdır, hissiyyata təslim olmayıb - hökmdarı ruhlandırmaq, onu öymək, zəlzələnin də onun ülviyyətinin müqabilində heç olduğunu nəzmə çəkmək lazımdır. Və həmin qəsidədə sərt döngəyə çatıb burulan axın kimi kəskin bir tərzdə misraların səmti dəyişir. Alt-üst olmuş Təbrizi bir qırağa qoyaraq keçir Əbu Mənsur Məmlanın vəsfinə: Kərəmdə aləm onun qarşısında bir zərrə, Səbatda, səbrdə Yer, qarşısında bir misqal. Döyüşdə canına düşmənlərin bəla sənsən, Kərəmdə dosta deyirsən: çəkinmə, bəxşişi al. Gələrsə səcdənə ta cümlə aləmin şahı, Rəva olar səni bir qiblə sansa bəxt, iqbal. Bugünlə yaşayanda isə sabaha gedən yol qısalır. Ağıllı, çox oxumuş, çox bilən Qətran bu həqiqətdən agah olmamış deyildi. Bilməyinə bilirdi, amma tutduğu cığır başqaydı, getdiyi yol ayrıydı. Ona görə də yazdıqları bugünə gəlib çatıbsa da, o yazılanlar bugünün deyil. Hamısı dünənlə nəfəs alır. Çünki nəzm kimi kamil olan, hər sözü, hər təşbehi ölçülü-biçili, səliqəli-sahmanlı həmin mənzumələrin ürəyi yoxdur, nəbzi vurmur, cansız, soyuq gözəllərdir onlar. Yanıma gələrək özü ilə Məncüqün və Dəqiqinin "Divan"larını gətirdi. Oxuyaraq qəliz yerlərini məndən soruşdu. Şərhlərimi yazdı və öz şeirlərini də mənimçün oxudu". İllərcə bu xəbərin məntiqi dolayısınca alimlər baş sındırıb, hərə bu əhvalatı öz döşünə yatan tərzdə yozmağa cəhd edib. Biri sübut etməyə çalışıb ki, bir halda Nasir Xosrov Qətranın farscanı yaxşı bilmədiyini deyir, amma həm də özünün yazdığı gözəl şeirlərini oxuduğunu etiraf edir, deməli, Qətran ana dilində - türkcə şeirlər söyləyibmiş. Bir başqası isə bu nəticəyə gəlib ki, dəri dili və fars dili ayrı-ayrı anlayışlardır. Guya Qətran fars dilinin azəri ləhcəsini yaxşı bilirmiş, həmin ləhcədə şeirlər yazırmış, amma ədəbi fars dili zəif imiş. Bir başqası mübahisəyə nöqtə qoyduğunu zənn edərək sevincək buyurub - Qətran farscanın yazı dilini yaxşı bilirmiş, danışmağı zəifmiş. Hamısı ləngər vuran, ayaq üstə duruş gətirməyə qadir olmayan özülsüz tutalğalardır. Qətranın şeirləri əlimizdə - hamısı sağlam ədəbi fars dilində. Sadəcə, Nasir Xosrovla görüşdüyü ərəfə Qətranın öz izahlı lüğətini tərtib etdiyi çağlar idi, ola bilsin ki, daha təcrübəli saydığı həmsöhbətindən Dəqiqi, Məncüq "Divan"larında olan qədimi sözlərin kökünü, əslini, məna çalarlarını xəbər alırmış. Necə ki, indinin indisində də farsca doğmaca ana dili olan fars oğlu fars yeri gələndə izahlı lüğətləri açır, orta əsrlər şeirində keçən ayrı-ayrı çətin deyişlərin fərqli mənalarını arayır. Dili bilməyə-bilməyə həmin dildə gözəl şeirlər yazmaq olardımı? O, sarayın, hökmdarların, münasibət qurmağın, dərbar vəzifəliləriylə yola getməyin dilini mükəmməl bilirdi. Bilməsəydi, hiyləylə, fitnəylə dolu cürbəcür saraylarda bunca uzun müddətdə baş çıxara bilməzdi. Bu dili yetərincə bilməyənlərin söz deyən dilinin, qələm tutan əlinin, düşünən başının kəsilməsinin tükürpədən təfərrüatları haqqında təzkirə və salnamələrdə qanlı səhifələr az deyil. Qətran qılıq dilini bilirdi, meydan dilini bilirdi, güzəranın, dolanışığın dilini bilirdi. Ömrü yağ-bal içində yaşadı. Amma hər halda Nasir Xosrov da haqsız deyil. Qətranın yaxşı bilmədiyi dil varmış. Qətranın yaxşı bilmədiyi dil əsl sevginin dili idi. Onun damazlıq üçün bircə saf məhəbbət şeiri bizə gəlib çatmadı. Qətranın yaxşı bilmədiyi dil səmimiyyətin dili idi. Bircə mənzuməsində belə sidq ürəkdən gələn hansısa açıq etirafı, ürəkboşaltması yoxdur. Qətranın yaxşı bilmədiyi dil gələcəyin dili idi. Bircə isti misrası da özündən sabaha diri gəlib yetişmədi. O yazmağa erkən - 15-16 yaşlarında başlamışdı, tezcə də tanınmışdı, sevilmişdi, amma başqa şeyə gücləri çatmayanda "hələ çox cavandır" deyə dodaq büzən qısqanclarla, paxıllarla da rastlaşmışdı. Dərhal ötkəm-ötkəm cavablarını vermişdi: Ağlı naqislər "Hələ Qətran uşaqdır" söyləyir, Yaş əgər azdırsa, ağlın da məgər az olmalı? Həmin dəliqanlı çağlarında yaxşı bildiyi könül dilini Qətran sarayın ləzzətini duyandan sonra asta-asta unutdu. "Mən əslində əkinçiydim, nadanlığımdan şair oldum" söyləyən bu sabiq kəndli balasını unutduğu dil bağışlamadı. Bəlkə itkin əsərləri də elə buna görə Qətrandan küsərək qeybə çıxmaqla intiqam alıblar? İxtiyarlığında Qətran məhzun-məhzun ağlamsınırdı: Vəfa quşu, Hüma quşu bu dünyadan qanadlandı, Uçdu vəhdət aləmindən, bəs haranı yuva saldı? Yelkənimi dənizlərdə açdı kədər fırtınası, Qəm çiyninə aldı canı... Can viran bir gülüstandı. Bu, son idi. Qoca şair başında köhnə şöhrət havası qalan, lakin artıq yaşlaşmış, səsi sözünə qulaq asmayan müğənni kimiydi. Daha saraylar heysiz şairə yiyə durmurdu. Oralara şairin də canısulusu gərək idi. Ömrü boyu sevgisinin ünvanını səhv salmış, qələmini tacların parıltısına qurban vermiş Qətran son anında vəfa umurdu, ruhunun quşunun harada yuva tapacağından nigaran idi. Qonası budaq yox idi... Hüseynov R.
Məmməd Arazın xatirəsi yad edilib. Dünən xalq şairi Məmməd Arazın xatirə günü idi. Bu münasibətlə şairin yaxınları, ailə üzvləri, Məmməd Araz poeziyasının vurğunları Fəxri Xiyabanda şairin məzarını ziyarət etdilər. Ölümündən beş il keçməsinə baxmayaraq, Məmməd Araz yaradıcılığı indi də oxucuların çox sevdikləri, tez-tez üz tutduqları poeziya xəzinəsidir. Elə yağışlı dekabr günündə çoxsaylı insanların şairin məzarını ziyarət etməsi də bu sevginin bariz təzahürü idi. Millət vəkili, yazıçı-publisist Aqil Abbas Fəxri Xiyabana toplaşanlara təşəkkürünü bildirərək, Məmməd Arazın fiziki yoxluğunun ailəsi, yaxınları tərəfindən hiss olunduğunu, ancaq onun mənəvi ömrünün davam etdiyini söylədi. Aqil Abbas bildirdi ki, Məmməd Araz poeziyası əbədi olaraq Azərbaycan xalqının qəlbinə həkk olunub, onun əsərləri şeirsevərlərin yaddaşında daima yaşayacaq. Ziyarətə gələnlər şairin məzarı üstünə çiçək dəstələri qoydular.
Məmməd Arazın xatirəsi yad edilib. Dünən xalq şairi Məmməd Arazın xatirə günü idi. Bu münasibətlə şairin yaxınları, ailə üzvləri, Məmməd Araz poeziyasının vurğunları Fəxri Xiyabanda şairin məzarını ziyarət etdilər. Ölümündən beş il keçməsinə baxmayaraq, Məmməd Araz yaradıcılığı indi də oxucuların çox sevdikləri, tez-tez üz tutduqları poeziya xəzinəsidir. Elə yağışlı dekabr günündə çoxsaylı insanların şairin məzarını ziyarət etməsi də bu sevginin bariz təzahürü idi. Millət vəkili, yazıçı-publisist Aqil Abbas Fəxri Xiyabana toplaşanlara təşəkkürünü bildirərək, Məmməd Arazın fiziki yoxluğunun ailəsi, yaxınları tərəfindən hiss olunduğunu, ancaq onun mənəvi ömrünün davam etdiyini söylədi. Aqil Abbas bildirdi ki, Məmməd Araz poeziyası əbədi olaraq Azərbaycan xalqının qəlbinə həkk olunub, onun əsərləri şeirsevərlərin yaddaşında daima yaşayacaq. Ziyarətə gələnlər şairin məzarı üstünə çiçək dəstələri qoydular.
Görkəmli rəssam Ağarəhim Əliyevin xatirəsinə. Azərbaycan ictimaiyyətinə, mədəniyyəti və incəsənətinə ağır itki üzü verib. Görkəmli rəssam, əməkdar incəsənət xadimi, ziyalı, əsl dost, qayğıkeş insan Ağarəhim Əliyev 78 yaşında vəfat edib. O, əmək fəaliyyətinə Azərbaycan Dövlət Dram Teatrında dekorator vəzifəsində çalışmaqla başlayıb. Eyni zamanda o, Ə. Əzimzadə adına İncəsənət peşə məktəbində təhsil alıb, peşəkar rəsm sənətinin incəliklərinə yiyələnib. Uzun müddət sevdiyi sənətlə məşğul olan rəssam Xalq Təsərrüfatı İnstitutuna daxil olaraq, iqtisadçı ixtisası da alıb. Xalq təsərrüfatının müxtəlif sahələrində çalışaraq “İnturist” Ümumittifaq Səhmdar Cəmiyyətinin sədrinin birinci müavini, 20 ildən artıq Bakı şəhərinin ən böyük mehmanxanasının baş direktoru, Azərbaycan Otel Kompleksləri Assosiasiyasının prezidenti vəzifəsində çalışıb. Ağarəhim Əliyev müxtəlif illərdə Dövlət Televiziya və Radio Verilişləri Komitəsində quruluşçu hissənin rəhbəri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr Dekorativ İncəsənəti fakültəsinin dosenti kimi elmi və yaradıcılıq fəaliyyətini davam etdirib. Akademik Milli Dram, Opera və Balet və digər teatrlarda bir sıra səhnələrin bədii quruluşu ilə məşğul olaraq, 20-yə yaxın bədii və sənədli filmlərin quruluşçu rəssamı olub. Bu filmlərin arasında ulu öndər Heydər Əliyevə həsr olunmuş çoxseriyalı sənədli film, “Hər şey yaxşılığa doğru”, “Milli bomba”, “Yoxlama” və başqaları xüsusi yer tutur. Azərbaycan Respublikası Rəssamlar İttifaqının üzvü olan Ağarəhim Əliyev 1998-ci ildə Səttar Bəhlulzadə adına Rəsm Qalereyasında özünün bədii rəsm əsərlərindən ibarət şəxsi sərgisini keçirib. Eyni zamanda İlyas Əfəndiyev Fondunun İdarə Heyətinin üzvü və İlyas Əfəndiyev Beynəlxalq Mükafatının müəllifi olub. Onun zəngin fəaliyyətini qiymətləndirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mədəniyyət sahəsində məhsuldar fəaliyyətinə görə Ağarəhim Əliyevə Əməkdar İncəsənət Xadimi fəxri adı verib. Ağarəhim Əliyevin vəfatı ilə bağlı aldığım xəbər məni hədsiz kədərləndirdi. Aramızda 50 illik yaş fərqinə baxmayaraq o, həmişə mənə dost deyərdi, dəfələrlə Fondda, yaxud onun iş yerində müxtəlif tədbirlərdə, hətta xarici səfərlərdə belə bir yerdə olarkən, mən heç vaxt aramızda olan yaş fərqimizi hiss etməmişəm. Düzünü desəm, məhz Ağarəhim müəllim onu hiss etdirməzdi. O da onun əsl ziyalılığından, ağsaqqallığından, müdrikliyindən və insaniyyətindən irəli gəlirdi. İndiki zəmanədə belə insanlara çox nadir hallarda rast gəlmək olar. Ağarəhim Əliyev kimi insanlar çox olsaydı, bəlkə də bu dünya daha maraqlı, ədalətli və şən olardı. O, hamıya, istər uşaqlara, gənclərə, istərsə də öz yaşıdlarına eyni dərəcədə hörmət etməyi bacaran bir insan idi; dostlarının xeyrinə-şərinə yarayan əsl dost idi. Həmişə gümrah, gülərüz, zarafatcıl, eyni zamanda sözünü deyən, ədalətli, özünə və başqalarına hörmət eləməyi bacaran, hamıya əl tutan, ürəyiyumşaq bir insan kimi minlərlə insanın, onu sevənlərin xatirələrində yaşayacaq. Hər bir şəhərin özünəməxsus və müxtəlif simvolları var, məncə, Bakının simvollarından biri də Ağarəhim Əliyev sayıla bilər. Ağarəhim Əliyevin vəfatı ilə əlaqədar mərhumun ailəsinə və yaxınlarına şəxsən öz adımdan və rəhbərlik etdiyim İlyas Əfəndiyev Fondunun adından dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin. Tural ƏFƏNDİYEV, İlyas Əfəndiyev Fondunun prezidenti.
İslam dünyasına həsr olunan “Freer” Sərgi Qalereyası təşkil edilib. Smitson İnstitutunun təşkilatçılığı ilə Vaşinqton Kolumbiya Dairəsində, Azərbaycan da daxil olmaqla, ümumilikdə İslam dünyasına həsr olunan “Freer” Sərgi Qalereyası açılıb. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sərgidə IX-XX əsrləri əhatə edən 2200-dən artıq incəsənət nümunəsi və tarixi eksponatlar nümayiş olunur. Ziyarətçilərə tarixi IX-XIII əsrlərə gedib çıxan və ərəb xilafəti dövründə Azərbaycan, İran və digər ərazilərdə formalaşan incəsənəti özündə təcəssüm etdirən böyük bir keramika kolleksiyası təqdim edilib. Burada Misir və Suriya metal işləmələri, İran, Ərəb dünyası və Türkiyədən gətirilən Quran nüsxələri, eyni zamanda Ərəb Xilafətinin tərkibində olmuş ərazilərdən gətirilən illüstrasiyalı və miniatür əlyazmalar sərgilənib.
Elm sahəsində plagiat problemi. Son günlər ölkəmizdə elmi araşdırmalar, xüsusilə elmi dərəcələrin verilməsi sahəsində mövcud olan nöqsanlar ən yüksək səviyyələrdə müzakirə edilməkdədir. Dəfələrlə toxunduğumuz bu ağrılı problemin bir sıra tərəflərinə öz münasibətimizi bildirmək istərdik. ELMİ ARAŞDIRMALARIN İLK MƏRHƏLƏSİ. Hələ Sovet dövründən Elmlər Akademiyasının ayrıca bir quruma çevrilib təhsildən uzaqlaşması elm və təhsilin vəhdətini pozmuş, xüsusilə gənclərin elmi proseslərə qoşulmasına sədd çəkmişdir. Halbuki dünyanın bir çox inkişaf etmiş ölkələrində elmi-tədqiqat mərkəzləri məhz universitetlərin nəzdində fəaliyyət göstərir. Ona görə də, tələbələr çox erkən elmi yaradıcılığa cəlb olunur. Bugünkü hər bir referat özündə sabahkı geniş tədqiqatın rüşeymini daşıyır. Təəssüf ki, ölkəmizdə bu məsələ olduqca yarıtmaz vəziyyətdədir. Tələbələrin yazmalı olduğu kurs və buraxılış işlərinin, magistr dissertasiyalarının onlara satılması hamının bildiyi bir faktdır. Bunun qarşısını almaq üçün universitetlərin elmi potensialı güclənməli, Elmlər Akademiyasının alimləri tədris prosesinə, xüsusilə tələbələrin elmi yaradıcılıqla məşğul olması işinə cəlb olunmalıdır. Bakı Dövlət Universitetinin və Elmlər Akademiyasının binalarının sıx yaxınlığı bunun üçün olduqca yaxşı bir şərait yaradır. Təbii ki, tələbələrin elmi yaradıcılığı yalnız kurs işləri və sairə ilə məhdudlaşmayıb, daha intensiv xarakter daşımalı, yazılan işlərin oğurlanıb yenidən satılmasının qarşısının alınması üçün onlar kompyuterlərin yaddaşına köçürülməli, hər bir oğurluğun həm kafedra və dekanlıq, həm də rektorluq tərəfindən açılmasına xidmət edən bir tərzdə proqramlaşdırılmalıdır. Burada universitetlərarası əməkdaşlıq da faydalı ola bilər. Məsələn, Misir Ərəb Respublikasında tələbəyə hər hansı bir mövzu verilərkən, həmin mövzunun digər universitetlərdə işlənib-işlənməməsi mütləq universitetlərarası əməkdaşlıq prinsipi ilə yoxlanılır. Ölkəmizdə isə eyni bir kafedrada bir buraxılış işi bəzən dəfələrlə “müdafiə olunur”. Ən böyük problemlərdən biri də yalançı alimlərin auditoriyalara yol açması, müqəddəs dərs saatlarını boş söhbətlərlə başa vurulmasıdır. Hər bir səviyyəsiz auditoriya saatı elmimizə, mənəviyyatımıza və gələcəyimizə xəyanətdir. Buna görə də, mövcud texniki vasitələrdən istifadə etməklə dərs saatlarının əyaniləşməsi günümüzün vacib tələbinə çevrilib. Digər tərəfdən, tələbələrə müasir təhsil sisteminə xas müəllim seçmək şansının verilməməsi də qüsurlu haldır. Məhz buna görə də, təhsil sahəsindəki islahatlar yarımçıq xarakter daşıyır və nəticə isə heç də həmişə arzuedilən olmur. TƏDQİQAT, TƏRTİBAT YOXSA TƏRCÜMƏ? Elmimiz qarşısında duran əsas problemlərdən biri dissertasiya mövzularının düzgün seçilməməsi ilə bağlıdır. Elmi əsərlərin yeniliyinin düzgün anlaşılmaması bir çox hallarda elmi tədqiqat əvəzinə ortaya tərtibat və tərcümə əsərlərinin çıxması və bu əsərlərin də dissertasiya kimi müdafiə edilməsi ilə sonunclanır. Bəzən dəfələrlə işlənmiş mövzular yeni ad altında təqdim olunur, dissertant elmə heç bir yenilik gətirmədən deyilən fikirləri təkrarlayır. Təəssüflər olsun ki, bu cür dissertasiyalar bəzən heç bir çətinliklə üzləşmədən uğurla “müdafiə edilir”. Hətta çətinlik yaransa belə, dissertant əvvəl-axır dəyərsiz tədqiqatını işə keçirə bilir. Halbuki həqiqi istedadlar elmi işlərini müdafiə etmək üçün xeyli çətinliklərlə qarşılaşırlar. Bu yerdə məşhur bir deyim yada düşür: “İstedadlara yol verin, istedadsızlar özləri özlərinə yol açacaqlar”. Azərbaycan elmində, xüsusilə humanitar sahədə “bu mövzu Rusiyada və yaxud ərəb ölkələrində işlənib, Azərbaycanda isə işlənməyib” arqumenti hökm sürür. Nəticədə dissertasiya işi elə həmin əsərlərin tərcüməsinə çevrilir. İndi dünyanın bir çox elmi tədqiqat mərkəzi arasında mübadilə imkanlarının artdığı, hər bir kəsin asanlıqla dünyanın hər hansı bir regionunda gedən elmi prosesləri izləmək şansının olduğu bir zamanda bu problem birdəfəlik həll olunmalı, Azərbaycan üçün yenilik anlamı dünya səviyyəsində yenilik gətirmə tələbatı ilə nəticələnməlidir. Bu tələbat elmimizə xas digər bir bəlanı, plagiat azarını da cilovlayar. Bəzən nəinki xaricdə yaşayan alimlərin əsərləri oğurlanır, hətta bir institutda, bir şöbədə, bir kafedrada işləyənlərin öz həmkarlarının zəhmətinin məhsuluna yiyələnməsi də baş verir. Eləcə də dünyasını dəyişmiş alimlərin haqqı da layiqincə qorunmur. Buna görə də, müəllif haqları məsələsi bir daha gündəmə gəlməli, plagiatla məşğul olanlar cəzalanmalıdır. Plagiat problemi elm sahəsində digər ağrılı məsələni – həmmüəlliflər məsələsini ortaya gətirir. Məsələ burasındadır ki, plagiatla məşğul olan başabəla alimlər özlərini sığortalamaq üçün bəzən nüfuzlu şəxsləri özlərinə həmmüəllif olmağa razı sala bilirlər. Bununla da onlar bir tərəfdən oğurluqlarının üstünün açılmasının qarşısını alır, digər tərəfdən isə başqasının zəhməti hesabına özlərinə arxa, himayədar qazanırlar. Halbuki dünya praktikasında həmmüəlliflər tərəfindən yazılan əsərlərdə hər bir kəsin yazdığı fəsil, bölmə ayrıca göstərilir. Azərbaycanda həmmüəllifliyin digər nöqsanlı tərəfi rəhbərlikdə təmsil olunan şəxslərin sıravi işçilərin zəhmətinə şərik çıxmasıdır. Bu, mənə vaxtilə gördüyüm bir karikaturanı xatırladır. Həmin şəkildə bir nəfər arıq, sümükləri çıxmış kişi velosiped sürürdü. Şişman bir kişi isə onun tərkində oturmuşdu. Karikatura “həmmüəlliflər” adlanırdı. Təəssüflər olsun ki, Azərbaycanda elmin inkişafında fərdiçiliyə meyl bir çox hallarda məktəb yaratmaq istəyini üstələyir. Elmdə fərdiçilik qol-budağı olmayan, əvvəl-axır qurumağa məhkum bir kötük kimidir. Məktəb isə budaqları şaxə verən, bəhrəsi tükənməz iri gövdəli, bol bəhrəli bir ağacdır. Gəlin etiraf edək ki, alimlərimizin bəzilərinə cılız paxıllıq hissi xasdır. Bu paxıllıq nisbətən gənc kadrların, istedadların boğulmasına yönəlir, onların irəli getməsinə, öz potensialını aça bilməsinə maneçilik törədir. Sovet dövründə elmi məkanın nisbətən genişliyi bu halı bir qədər cilovlayır, öz ölkəsində şəraiti olmayan alimlər Moskvaya, Kiyevə və s. üz tuturdular. Müstəqillik dövründə isə ayrı-ayrı alimlərin müəyyən elm sahələrindəki monopoliyası dözülməz həddə çatıb. Nəticədə bir sıra elm sahələrində dünya səviyyəsində tanına biləcək kadrların yetişməsi ləngiyir. Elmimizdə müasir dövrün tələblərindən geri qalan köhnə nəslin və əl-ayağı bağlı yeni nəsilin mövcudluğu əbədi və əzəli atalar və oğullar problemini ölkəmizdə eybəcər bir şəklə salıb. Öz şöhrət hay-küyünün harayına qalan və təəsüflər olsun ki, bir çox hallarda geniş imkanları olan və mühüm elm sahələrini nəzarətdə saxlayan alimlər elmimizin əsas bəlasıdır. Təbii ki, alim məhz yetişdirmələri ilə tanınır. Yetişdirmələr və yetişdirmələrin yetişdirmələri ona əbədi bir ehtiram gətirir. Bu olmayan yerdə elmin inkişafı da şübhəli və perspektivsizdir. Məsələn, dünyaca məşhur olan Peterburq şərqşünaslığının çoxsaylı dəyərli alimləri ilə yanaşı bu gün dünya səviyyəsində etiraf edilən iki məşhur nümayəndəsi var. Bunlardan biri Miçiqan universitetinin professoru, İslam Ensiklopediyasının 3-cü nəşrinin sufizm bölməsinin məsul redaktoru Aleksandr Knış, digəri isə məşhur quranşünas alim, “Quran və onun dünyası” əsərinə görə bir çox beynəlxalq mükafatlara layiq görülmüş, o cümlədən Səudiyyə kralının qızıl medalını almış Yefim Rezvandır. Bu alimlərin bugünkü uğurlarında A.Xalidov, P.Qryazneviç və s. kimi Peterburq şərqşünaslarının böyük xidməti olub. Knışın və Rezvanın uğurları bütünlükdə Peterburq şərqşünaslığına, onların rəhbəri olmuş alimlərə, Kraçkovski məktəbinə də uğur və şöhrət gətirib. Yəni məktəb yaratmaq və o məktəbin bəhrəsini görmək əsl alimə xas cəhətdir. Təəssüf ki, Azərbaycanda məhz müstəqillik dövründə bu mühüm məsələ nəzərdən yayınıb, elmdə fərdiçilik əhvali ruhiyyəsi bəzi elm sahələrinin axsamasına gətirib çıxarıb. Azərbaycan insanına xas bu cəhət, yəni özündən başqa heç kimin qabağa çıxmasına imkan verməmək az qala milli mentalitetimizə xas bir qüsur mahiyyəti kəsb edib (Məşhur qır qazanı lətifəsini xatırlayaq.) Mənə elə gəlir ki, bu qüsurun səbəbini xalqımızın uzun illər boyu əsarət altında olması ilə izah etmək olar. Kölə psixologiyasına xas olan özünəinamsızlıq, cürbəcür komplekslər, qazanılan uğuru hər an itirə bilmək qorxusu az-çox istedadı olan hər bir kadrı rəqibə çevirir, onun məhvi üçün bütün silahlar işə salınır, əvəzində istedadsız və əliəyri kadrlar əzizlənir, qabağa çəkilir, təriflənir və sairə. Bir ərəbşünas həmkarımın dediyi kimi, “konfetdən zibil, zibildən konfet hazırlanır”. ELMİ JURNALLAR PROBLEMİ. Elmi jurnal dedikdə, elmi məqalələri redaksiya heyəti tərəfindən oxunan jurnallar nəzərdə tutulur. Hər bir məqalə anonim şəkildə həmin sahənin mütəxəssisi olan iki redaktor tərəfindən oxunur. Hər iki redaktorun rəyi müsbət olarsa, məqalə nəşr edilir. Rəyin biri müsbət, digəri mənfi olduqda isə məqalə üçüncü rəyə göndərilir. Azərbaycanda elmi jurnallarda nəşr olunan məqalələrdən redaksiya heyətinin xəbəri olmur. Bir alim bəzən onlarla jurnalın redaksiya heyətində “təmsil olunur”. Çünki nəşr olunan məqalədən redaksiya heyətinin xəbəri olmur. Ümumiyyətlə, nəinki elmi məqalələrin, hətta monoqrafiya və dissertasiyaların belə oxunmaması elmimizin əsas bəlalarındandır. Monoqrafiyalara və dissertasiyalara rəyi bəzən müəlliflər özləri yazır, rəyçilər isə yalnız imza atırlar. Ona görə də elm sahəsində dəyərsiz əsərlər günü-gündən artır. Hətta bəzən milli maraqlarımıza ziyan vuran əsərlər belə nəşr olunur. Çünki bayaq qeyd etdiyim kimi, bu əsərlər oxunmur. Mənə elə gəlir ki, hər sahə üzrə bir elmi jurnal nəşr etmək Ali Attestasiya Komissiyasına həvalə edilə bilər. Bu qurumun ekspert komissiyaları həmin jurnalların redkollegiyasında təmsil olunmaqla məqalələri oxuyub rəy verdikdən sonra məqalələr nəşr olunar. Belə olduqda, məhz həmin jurnallarda nəşr olunmaq dissertantlar qarşısında bir tələb kimi irəli sürülər. Təbii ki, bunun üçün ilk növbədə dövlət yardımı və maliyyə vəsaiti lazımdır. Bütün bunlar ölkəmizdə elm və təhsil sahəsində mövcud olan neqativ halların yalnız bir hissəsidir. Bu problemlərin həlli dövlət səviyyəsində dəstəklə bərabər, həm də hər bir alimdən öz işinə, öz elmi-tədqiqat sahəsinin gələcəyinə qayğı və vicdanla yanaşmağı tələb edir.
Hərbi –səhra komandirinin meymunu. Hərbi-səhra komandirinin balaca, suyuşirin ipək meymunu yenə də kresloda yayxanıb əyləşmiş sahibinin çiyinlərində gəzirdi. Meymunun başa düşdüyü o idi ki, komandir dincəlməyə başlayıb. Son aylarda onun başının ağasının dincəlməyi getdikcə mərasim şəklini alırdı. Həftə səkkiz, mən doqquz qərargahda məclislər qurulur, süfrələr açılırdı. Xüsusi zövqlə bəzədilmiş və üstü hər cür naz-nemətlə doldurulmuş bu şah süfrələrində dadlı yeməklər, şirniyyatlar, çərəzlər, meyvələr, bahalı içkilər, siqaretlər bir-birilə bəhsə girirdi. Məclislərdən musiqiçilər, meyxanaçılar, rəqqasələr, yüngül, dingiş qadınlar əskik olmurdu. Meymun az vaxtda çox görüb-götürmüşdü, öz yerini yaxşı bilirdi. Döyüş mövqelərindən top, güllə səsi eşidiləndə elə ki, görürdü qərargahda ara qarışıb məzhəb itib, ortada həyəcan, qanqaraçılığı var, tez aradan çıxırdı. Onun gizlənməsi üçün böyük daldanacaq lazım olmurdu: komandirin çarpayısının altı, şinelinin qoltuğu, meyvə səbətinin bir küncü, dəmir sobanın arxası... Hərdən qorxuya düşmüş meymunbala sahibinin iri qış papağında büzüşüb asılqandan asılırdı. Meymunun adı “Atəş” qoyulmuşdu. Çünki hərdən gecələr düşmənə xox gəlmək üçün toplar guruldamağa başlayanda “Atəş” əmrini döyüş mövqeyinə çıxarılmış meymun verirdi. Əhlilləşdirilmiş heyvan sahibinin əlinin işarəsilə ciyildəyən kimi lüləsi düşmən tərəfə tuşlanmış toplar alışdırılırdı. Cəmi üç ayın tanışı və dostu olsalar da, Atəş hərbi-səhra komandirinə adyutantı qədər yaxın idi. Sahibi meymun dostuna bir necə kostyum tikdirmişdi. Bunların içərisində ən fısqırığı hərbi geyim idi. Hərbi-səhra komandiri düşməni lərzəyə gətirən növbəti atəşfəşanlıqdan sonra Atəşə mayor rütbəsi vermişdi və bu təltif də xüsusi təmtəraqla qeyd olunmuşdu. Əvvəllər Atəş hərbi geyimdə daha çox görünərdi. Son vaxtlar isə onu kef məclislərinə qara kostyumda çıxardardılar. Hətta meymunun boynunda kəpənək qalstuk, döş cibində yaylıq da olardı. Atəş məclisin yaraşığı idi. O, təkcə hərbi-səhra komandirini deyil, süfrə arxasında əyləşənlərin hamısını əyləndirərdi. Onlar meymunla qənşər-qənşərə əyləşib düt deyincə vurardı. Meymuna badələri toqquşdurmağı da öyrətmişdilər. Meymunun anaşa çəkməyi lap dəsgah idi. Xudmani çarpayısında uzanıb nazbalışa dirsəklənəndə forsu adamı öldürürdü. Qıçını qıçının üstünə elə aşırırdı ki, lap bəzən hərbi-səhra komandirinin meymun variantına çevrilirdi. Yüz ilin nəşəxoru onun kimi anaşa darta bilməzdi. Hərbi-səhra komandirinin sərt cizgiləri olan sifətinin qırışığını yalnız onun hoqqabazlıqları açırdı. Meymunun siqaret tüstülətməyi, süfrədəkilərin başında gəzməyi, kəndirbaz hərəkətləri, məzəli rəqsi güllələri boşaldılmış tapançanı havada atıb-tutmağı sahibi üçün bütün gördüklərindən maraqlı idi. Axır zamanlar hərbi-səhra komandiri Atəşi qadına dadandırmışdı. Hər dəfə yanına gətirilən ayağısürüşkən qadınla yatıb-durandan sonra meymununu onun üstünə salışdırırdı. Qadınlar çimçəşə-çimçəşə olsa da, ehtiraslı heyvancığaza təslim olurdular. Hətta, bəzən Atəşə ayrıca qadın düşürdü. Adam güllələmiş, qan tökmüş, kəsik baş təpikləmiş hərbi-səhra komandiri meymunun qadına girişməsinə ləzzətlə tamaşa eləyirdi. Atəş özünü onun ixtiyarına buraxmış qadının alt tumanını elə cəld və ustalıqla soyundururdu ki... Hərbi-səhra komandirinin əsəbləri pozulmuş, içi-içalatı bir-birinə qarışmışdı. Daha ağzının ləzzəti qaçmışdı, istədiyini yeyə bilmirdi, canının təpəri günü-gündən azalırdı. Yaşı qırxı təzəcə adlasa da, gendən baxan ona azı iyirmi yaş artıq verərdi. Sanki o, meymun vasitəsilə dünyadan güc və həzz almağa çalışırdı. Meymunu bəsləmək elə özünü bəsləmək kimi görünürdü ona. Hərbi-səhra komandiri üç il bundan qabağa qədər yaşadığı kiçik şəhərdə aptekçi kimi tanınırdı, dərman işinə baxırdı. Hərbi təlimi yalnız əsgərlikdə görmüşdü. Ancaq xaraktercə möhkəm idi, gözünün qorxusu yoxdu. Elə ki, Qarabağ uğrunda qonşu Ermənistanla münaqişə başladı və sürətlə qızışdı, bir də onda ayıldı ki, qonşu ölkə ilə həmsərhəd olan öz bölgəsində əsgərlərə başçılıq edir. O zaman mərkəzi hökumət dişsiz olduğuna görə bütün cəbhə boyu münaqişənin ağırlığı könüllü özünümüdafiə dəstələrinin üzərinə düşmüşdü. Qarşı tərəfdə də vuruşmanı idarə edən hərbi-səhra komandirləri idi. Bu qarşıdurmanın özəl cəhətləri vardı. Döyüş bitən kimi tərəflər rabitə vasitəsilə əlaqəyə girir, əsirləri, meyidləri ya pula, ya benzinə, ya da başabaş dəyişirdilər. Hər iki tərəf gülləni, tüfəngi, topu, qumbaranı, zirehli maşını, hətta tankı rus ordusundan satın alırdı. Rus generalları səxavətlə hər iki tərəfi silahlandırırdı. Bu hərbi ticarətin başında daha çox hərbi-səhra komandirləri dururdu. Vətənpərvər əhalidən, idarələrdən, təşkilatlardan, xeyriyyə cəmiyyətlərindən ianə, yardım kimi toplanan pullar onların əlində cəmləşirdi. Onlar da getdikcə qənimətlər, toplanan pullar, qeyri-məhdud səlahiyyətlər hesabına idarəolunmaz fiqura çevrilirdilər, güllələnməyə qədər cəza verə bilirdilər. Hətta bəzən hər iki tərəfin səhra komandirləri mərkəzə tabe edilmək üçün öz hökumətləri tərəfindən sıxışdırılanda qabaqcadan razılaşıb xırda qələbə hücumları və ya geriçəkilmələr təşkil edirdilər. Belə dava-dava oyununda ayaq altda qalanlar, yaralananlar, ölənlər hesaba alınmırdı. Bizim hərbi-səhra komandiri daha yorulmuşdu. Getdikcə yaxşı başa düşürdü ki, bu vuruş acı bağırsaq kimi uzanacaq. Çünki qarşıdurmanın taleyi, deyəsən, vuruşan tərəflərin əlində deyildi. Ancaq başqa həmkarları kimi o da hökmlərindən əl çəkmək istəmirdi. Axıra qədər vuruşmaq istəyirdi, harda qırıla-qırıla... Hətta təxribat olacağından qorxub evinə də getmək istəmirdi. Gedəndə də yüngülcə arvad-uşağa baş çəkib geri dönürdü. Onun ev işlərinə baxanlar var idi. Yan-yörəsində silah alverini, əsgərlərin ərzaq, geyim, başqa xırım-xırda məsələlərini yoluna qoyanlar öz yerlərini möhkəmlətmişdilər. Əlinin altında işləyib pul-para qazananların, ona arxalanıb ora-bura əl atanların sayı barmaq hesabını çoxdan keçmişdi. Evinə getməyi seyrələndən bəri hərdən onun xanımı bir-iki saatlığa olsa da, qərargaha gəlib ərinə baş çəkərdi. Hərbi-səhra komandiri kreslodan qalxıb köməkçisini səslədi. Köməkçi içəri girən kimi sual gözləmədən sanki əzbərlədiyi cümlələri hüdüləyib tökdü: – Komandir, mövqelərimizdə sakitlikdir. Rubengil xeyir işimizdən xəbərdardır. Bu gecə atışma olmayacaq. O, köməkçidən yeni bir şey eşitməyib qımışdı. Çünki Rubenlə özü danışmışdı. Köməkçi qancıqlandı: – İndi bəyi hamama aparacağıq. Gəlinin paltarı da hazırdır. Axşam saat altıda gəlini gətirəcəklər. Hərbi-səhra komandiri gərnəşdi: – Gecikdirməyin. Toy gərək bəyin adına layiq olsun. Bəy elə bəydir ki... Həmişə köməkçisinə ələkçinin qıl verəni kimi baxan və hərdən onun yastı danışığına qıdığı tutan komandir, sanki məzə üçün çımxırdı: – Çərənləmə! Köməkçi qaş-göz oynatdı, quyruğu olsaydı, quyruq bulayardı. Atəş köməkçinin him-cimini göydə tuturdu. Sanki bu günün xüsusi gün olduğunu və belə vaxtda şən və qıvraq görünməyin vacibliyini yaxşı anlayırdı. Bütün meymunlar kimi Atəşin də ağzı açılanda dişləri çöldə qalırdı. İndi də elə idi. Amma bu mənzərəni görüb “Meymun dişlərini ağardır” demək olmazdı. Atəş gülə-gülə hoppanıb köməkçinin qucağına mindi və onlar qapıdan çıxdılar. Axşam Atəşin toyu olacaqdı. Meymun toyu olsa da, hazırlıq zamanı mərasimin bütün incəlikləri nəzərə alınmışdı. Köməkçi Atəşi bəy hamamına aparırdı. Hamam uzaqda deyildi, qərargahın həyətində idi. Ara qarışandan sonra əhalisi köçürülmüş bu balaca kəndin ən böyük evində yerləşən qərargahın geniş, bağ-bağatlı həyətində bir azdan iri süfrə açılacaqdı, bəylə gəlin toy libasında süfrənin başında əyləşəcəkdi, musiqiçilər mərəkə qaldıracaqdı, aşbazlar tər tökəcəkdi, xidmətçilər var-gəl etməkdən yorulub əldən düşəcəkdi, Atəş həm bəylik, həm də meymunluq edəcəkdi, buranın yolunu yaxşı tanıyan gənc fahişə gəlin rolu oynayacaqdı, araq su yerinə axacaqdı, videokamera, fotoaparat vurhavur işləyəcəkdi, sağlıqlar səhra komandirində başlayıb, bəylə gəlində qurtaracaqdı və axırda toplardan yaylım atəşi açılacaqdı. Bu tamaşa hərbi-səhra komandirindən ötrü qurulurdu. İdeya müəllifi də onun özü idi. “Allah mübarək eləsin!” – deyə hərbi-səhra komandiri dodaqaltı mızıldana-mızıldana əlini saqqalına çəkib güzgünün qabağına keçdi və güzgüdə özünə baxa-baxa indikindən tamamilə fərqlənən köhnə görkəmini və keçmiş şəkillərini xatırladı. İlahi, insanın belə düşməsi, bədən üzvlərinin eyni vaxtda qocalması nə asan məsələ imiş. Dəyişən təkcə onun görkəmi deyildi, bütün həyatı, düşüncələri idi. Gör, zəmanə hara gəlib çıxmışdı ki, dünənin sıravi bir aptekçisi rus generalları ilə çaşka-loşka olub onlardan tank, top satın alırdı və o, əlinin içi kimi yaxşı bilirdi ki, həmin o silah-sursata verilən pul onların əsl qiymətinin heç yüzdə biri də deyil. Hər iki vuruşan tərəfə su qiymətinə silah-sursat satılması onu çoxdan şübhəyə salmışdı. Bu özü də xüsusi siyasətlə aparılan bulaşıq bir işə oxşayırdı. Onluq nə qalırdı? Sadəcə vəziyyəti idarə etmək. Ən dəhşətlisi o idi ki, dünənin vətənpərvər döyüşçüləri artıq boşalmışdılar, münaqişə həyatına öyrəşmişdilər. Eyni yerdə lövbər salıb su kimi iylənirdilər. Elə bil işlərinə, evlərinə qayıtmaq hissinə yadırğamışdılar. O, silah yoldaşlarına baxıb düşünürdü ki, bu adamlar burada, döyüş həyatında ötəri sərbəstlik, azadlıq və səlahiyyət qazanıblar, komandirlərindən başqa heç kimdən asılı deyillər. Yalnız silahdan möhkəm yapışıblar. Silah təkcə düşmənə tuşlanmır. Silah qarşısında düşmən də, dost da eyni qorxunu keçirir. Həyətdən qarışıq musiqi səsləri eşidilməyə başladı. Musiqiçilər alətlərini kökləyirdilər. O, güzgüdən, daha doğrusu, öz aləmindən ayrılıb əynini dəyişdi, üst-başını səliqəyə saldı. Zarafat deyildi, toy başqasının olsa da, hamının bir gözü ona zillənəcəkdi. Oxuyan da, oynayan da, sağlıq deyən də, arada-bərədə gəzənlər də onun xoşuna gəlməyə çalışacaqdı. Qərargahın həyətindəki ağacların geniş və sıx kölgəsi havanın bürküsünü tam sındırmamışdı. Avqustun çıxmağına beş-altı gün qalırdı. Toyun başlanma vaxtı ötürdü, ancaq ona xəbər gətirəcək köməkçidən səs çıxmırdı. Birdən-birə onun hövsələsi daraldı, ratsiya ilə köməkçisini çağırdı. Köməkçi içəri girib özünü günahkar kimi göstərdi. Yazıq-yazıq dilləndi: – Biz hazırıq, amma gəlini rayonun mərkəzindən gətirib çıxartmayıblar. Deyirlər, gəlin hələ hamamlanır. Tapşırdım tələsdirsinlər... İndilərdə gələrlər. – Atəşin bəy paltarını geyindirmişik – köməkçi cəld cavab verdi. Atəşi bəy taxtında oturdaq. Hərbi-səhra komandiri köməkçisi ilə həyətə çıxdı. Toya yığışmış təxminən iyirmi beş-otuz yaxın döyüş yoldaşı və onun məclislərini görmüş musiqiçilər ayağa qalxıb farağat dayandılar. Həm onlar, həm musiqiçilər hətta toyda da komandirdən çəkinirdilər. Xüsusilə də komandirləri ayıq olanda. Adətən yemək-içmək məclisi qızışandan sonra canlarına istilik gəlirdi. Hərbi-səhra komandiri keçib süfrənin başında əyləşdi və ondan sonra hər kəs məclisdə öz yerini tutdu. Köməkçinin işarəsilə musiqiçilər “Vağzalı”ya dəm verdilər. Başçıları ritmlə əl çalmağa başlayan kimi məclisdəkilər ona qoşuldular. Alqışlar musiqini müşayiət edirdi. Musiqiçilər daha da qızışıb çalğılarında xırdalıqlara baş vururdular. Bəy, yəni Atəş tək-tük bəyə qismət olan bahalı və şıq geyimdə meydanda göründü. Sağdış və soldış onu “bəh-bəh”lə gətirib taxtında əyləşdirərək çəkildilər. Musiqiyə ara verildi. Meymun ki, meymun, yerini rahatlayan kimi bu boyda dəmdəsgahı üç qəpiklik eləyib, görməmiş kimi süfrənin üstündəki meyvəqabına əl atdı. Bir göz qırpımında götürdüyü bananı içəri ötürə-ötürə bic-bic ətrafı süzdü və ona uzadılan yuxaya bükülmüş lüləkababı alıb rahathülqum kimi asanca çeynəyib içəri ötürdü. Sonra dalını məclisdəkilərə göstərib, bir əlini yanına döyəclədi. Bu azmış kimi çevrilib, əlini şalvarının qabağında gəzdirərək şelləndi. Başda komandirləri olmaqla məclisdəkilər pıqqıldaşdılar. Bu, Atəşin dəfələrlə göstərdiyi təlxəkliklərdən biri kimi həmişə hamını güldürürdü. Sonra meymun əlini onun üçün süzülüb hazır qoyulmuş badəyə atdı. Bu da tanış nömrə idi. Sağlıq deyilən kimi badəni başına çəkəcəkdi və arağın acılığından zingildəyə-zingildəyə ağzına duzlu bir şey atıb gəvələyəcəkdi. Buranın adamları üçün tanış sima olan müəllim-tamadanın dediyi sağlıqdan sonra Atəş arağı başına çəkdi və süfrədən götürdüyü duzlu xiyarı ağzına atdı. Musiqiçilər yenidən tüğyan etməyə başladılar. Hamı yemək-içməyə girişdi. Xidmətçilər qaynaşırdı. Növ-növ yeməklər süfrəyə daşınırdı. Sağlıqlar, mahnılar, oyun havaları növbəyə düzülmüşdü. Hərbi-səhra komandirinin özü də ağızdan yava idi. O, hətta sevimli meymununu da tez-tez söyüşlə yuyub sərirdi. Tez-tez məclisə girib-çıxan köməkçi çox narahat görünürdü. Toyun məsuliyyəti onun boynunda olduğuna görə Atəşə, musiqiçilərə, xidmətçilərə, aşpazlara, əl-ayaq verənlərə göz qoyurdu, buyruq buyururdu, iradlar edirdi. Amma onu ən çox hövsələdən çıxaran gəlinin gecikməsi idi. Gəlini gətirməyə gedənlər onun ratsiya çağırışına nə qədər “Gəlini gətiririk!” desələr də, gəlin gəlib çıxmırdı. Gah deyirdilər gəlin hamamdadır, gah deyirdilər gəlin gözəllik salonundan çıxmayıb, nə bilim, paltar belə gəldi, ayaqqabı elə getdi. Yazıq lap başını itirmişdi. Bu vaxt sərxoş hərbi-səhra komandiri ayağa qalxmaqla musiqiçilərə “Dur” işarəsi verib, üzünü köməkçiyə tərəf tutaraq qışqırdı: – Ə, boşboğaz, hanı gəlin? Atəş də ciyildədi. Sanki o da bəy kimi gəlinin gecikməyindən qəzəblənmişdi. Köməkçi başını aşağı dikib dodaqlarını sürüdü: – Komandir, bəlkə özüm gedim gəlin maşınının dalınca? Komandiri onun təklifini sanki eşitməyib zarafata keçdi: – Ə, görmürsən, Atəş qızıxıb arvad istəyir?! Atəş yenə ciyildədi. Bəy sözümü təsdiq edir. Heç olmasa bu yazığa bir baş anaşa doldurun, çəkib uysun. Atəşin “bəy” sözünə hələ qulağı öyrəşmədiyinə görə deyiləni başa düşmədi və xumar gözlərini məclisə dolandırdı. Sanki, komandirinin dediklərini ona başa salacaq adamı axtarırdı. Atəş həmin adamı tapmasa da, çıxış yolunu tapdı. Sıçramaqla yerindən tullanıb, musiqiçilərin qabağına gəldi. Musiqiçilər bu anı çoxdan gözləyirdilər. Atəş dingildəyə-dingildəyə həmişə oynadığı “Tərəkəmə”sini tələb edirdi. Ona təzəcə eşilib-bükülmüş anaşa uzatdılar və Atəş papirosu damağına qoyan kimi onu alışdırdılar. Atəş uyuşdurucudan dörd-beş qullab aldı. Oyun havası çalınan kimi meymun qollarını açıb ortaya düşdü. Mən bu səhnəyə indi də videokassetdə tamaşa edəndə “Tərəkəmə” sümüyümə düşür. Atəş arabir elə akrobatik hərəkətlər edib, elə sındıra-sındıra oynayır ki, məclisdəkilərin hayıl-mayıl olub ona ürəkdən əl çaldıqlarına baxdıqca yerində dingildəyirsən. Mən də o toyda olsaydım, Atəşi alqışlayardım. Köməkçinin yüngül işarəsilə musiqiçilər “Tərəkəmə”dən zənci rəqsinə keçdilər. Bu rəqs çalınanda Atəş əsl meymunluq eləyirdi. Zəncilər kimi gah əzilib-büzülür, gah da atılıb-düşürdü. Bəlkə də ona görə ki, meymunların əksəri qaradərili olduğu üçün rəqs məsələlərində onlar irq baxımından zəncilərə oxşamağa daha çox üstünlük verirlər. Atəş oynaya-oynaya gəlib hərbi-səhra komandirinin çiyninə tullandı və yerini rahatladı. Meymun ona uzadılmış badəni alıb, ara verə-verə ciyildədikcə tamada guya bu sevimli məxluqun dilmanclığını edəcəkdi. Məsələn, bugünkü sağlığın tərcüməsi belə başlayırdı: – Əziz qonaqlar! Ey bizdən törəyənlər! Başda sevimli komandirimiz olmaqla hamınızı toyumda görməkdən məmnunam. Zəhmət çəkib toyumda iştirak etdiyiniz üçün bütün dünya meymunları adından hamınıza təşəkkür edirəm. İlk meymunam ki, siz mənə toy edib gözəl bir xanımla evləndirirsiniz... Hər məclisdə Atəşin sağlığının məzəli hissəsi xüsusi düzülüb-qoşulurdu və vəziyyətə uyğunlaşdırılırdı. Bu dəfə sağlıq toy mövzusundan kənara çıxmırdı. Tamadanın naqqallığı davam edirdi: – Meymunlar arvad məsələsinə insanlardan fərqli yanaşırlar. Ancaq mən öz Allahımıza and içib söz verirəm ki, yataqda öz xanımıma hörmətlə yanaşacaq, onun qadın hüquqlarını pozmayacağam. Meymunlar kimi öz arvadımı cəld və çevik altıma basıb işini bitirməyəcəyəm. Əvvəlki vərdişlərimdən əl çəkib, xanımımı onun icazəsilə soyunduracaq, yatağa uzadacaq... Tamada danışdıqca Atəş başını bulayıb, onun dediklərinə züy tuturdu. Həyətin çölündən eşidilən maşın siqnalının səsi sağlığı yarımçıq qoydu. Hamının qulağı şəkləndi. Kimsə qışqırdı: – Gəlini gətirdilər! Məclis uğuldadı. Guya fövqəladə bir şey baş vermişdi. Buradakıların hamısı gəlini yaxşı tanıyırdı, təkcə onu gəlin paltarında görməmişdilər. Qadının, necə deyərlər, dəyişəyi, qabı, “upakovka”sı ayrı idi. O, dəfələrlə başının dörd-beş nəfərlik kəpənək dəstəsilə hərbi-səhra komandirinin lirik məclislərinin altından girib üstündən çıxmışdı. Hətta Atəş də onun dadına baxmışdı. Günlərin bir günü kefi duran komandir öz sevimli meymununa arvad axtardığını deyəndə şəstlə Atəşə ərə getməyə razı olduğunu bildirən elə bu xanım olmuşdu. “Bir kişi tapılmadı gəlinlik paltarı geyindirsin mənə, əlac meymunçaya qalıb” – bu sözləri də o demişdi. Onda hərbi-səhra komandiri onlara xudmani bir toy edəcəyini boynuna götürmüşdü. “Vağzalı” məclisin səsini batırdı. Həyət qapısının arxasındakı əsas fiqur sanki musiqi səsinə can atdı. Yüngül, nazik paltarda içəri girən yaraşıqlı cavan qadın beş-altı addım atıb dayandı, nə baş verdiyini anlamağa çalışdı. Məclisin aurası deyəsən onu vurdu, üzündəki təbəssüm dondu. Həmin anda komandir də çaşbaş düşdü. Başını sirkələyib beynindən sərxoşluq dumanını qovmağa çalışdı. Boğazı tutulduğundan səsini çıxarda bilmədi. Qadını yaxşı tanıyan köməkçi komandirin ağzına baxdı. Özbaşına nəsə bir hərəkət etməyə cəsarəti çatmadı. Məclisdəkilərin bəziləri qadınla göz-gözə gəlməməkdən ötrü başlarını aşağı saldılar. Musiqi səsi də öləziyib kəsildi. Son aylarda qadın görən kimi üstünə cummağa öyrədilmiş Atəş sahibinin çiynindən yerə tullanıb qadına sarı götürüldü. Meymun ona çatan kimi qadının ağappaq qıçlarını ehtirasla öpməyə, ağzının suyunu tökə-tökə onun dizlərini yalamağa başladı. Qadın Atəş barədə az-maz eşitmişdi, onun varlığından qiyabi xəbəri vardı. Hətta ərinin əhlilləşmiş meymununu görmək də istəmişdi. Ona görə də meymun onun üstünə gələndə özünü itirmədi. Ancaq meymunun ildırım sürətilə ona sarmaşmağı qadını təəccübləndirdi və qorxutdu. Meymun qadının alt paltarına əl atıb aşağı çəkəndə qadın müqavimət göstərərək qıyya çəkdi. Bu dəhşətli səs məclisdəkiləri içki havasından və donuqluqdan ayıltdı. Hərbi-səhra komandiri yerindən sıçrayıb, on-on iki addımlıqda onu haraylayan arvadına çatınca meymun qadının alt tumanını iti diş-dırnağı ilə cırıq-cırıq edib yerə atdı. Atəş əvvəllər də onu özünə yaxın buraxmaq istəməyən fahişələrin alt tumanlarını cırıb dağıdırdı. Bundan buradakıların xəbəri var idi. Özünü itirən komandir meymunun paltarından yapışıb özünə tərəf necə dartdısa, bəyin pencəyinin düymələri qırıq-qırıq oldu və pencək onun əlində gəldi. Meymun qadının bir qıçından möhkəm-möhkəm yapışdı. Həmişə yiyəsinin bir sözünü iki eləməyən Atəşin bu dəfə tərsliyi tutmuşdu və sürüşkən balığa dönmüşdü. Deyəsən, arağın və anaşanın təsirindən ağlını itirmişdi bədbəxt. Adamlar biri-birinə dəydi. İrəli duran yox idi. Arvadına toxunmamaqla Atəşlə süpürləşən komandirə necə yardım edəydilər? Meymun əllərini dişdəm-dişdəm eləyib qanatsa da, hərbi –səhra komandiri yeni həmləsində Atəşi arvadından güc-bəla aralayıb üç-dörd addım kənarda yerə çırpdı və belindəki tapancasına əl atdı. Yiyəsi silahı qoburdan çıxardıb ona tuşlayana qədər meymun tapancanı tanıdı və bir anlıq kövrək baxışla qatili olacaq insana baxmağa və ciyildəməyə macal tapdı. Amma bu ciyiltidə dünənəcən “Atəş” əmrini bildirən səsdən əsər-əlamət yox idi. Birinci güllə Atəşi qarnından tutdu, çünki o, yıxılıb arxası üstə qalmışdı. Yaralı ölgün-ölgün tərpəşincə qisasçı ikinci gülləni onun nişan alınması çox asan olan tərpənməz gicgahına sıxdı. Atılan üçüncü, dördüncü, beşinci güllə artıqdı, Atəş bayaqdan ölmüşdü. Meymunun aşsüzənə dönmüş bədənindən şoruldayan qan ortada göllənirdi. Yazığın bəylik köynəyi və qısa şalvarı qana bulaşmışdı. Səhra komandirinin cırmaqlanmış və dərin dişlənmiş sol əlindən qan damcılayırdı. Onun əlindən damcılayan qanın meymunun qan gölünə düşməsi deyəsən, adamları üşəndirirdi. Komandirin arvadı baş vermiş hadisəni bir dilbilməz heyvancığazın vəhşiliyi və hoqqabazlığı kimi qavrayırdı, o qədər də pisikməmişdi, key-key ətrafındakı adamları gözdən keçirirdi. Ancaq hərbi-səhra komandiri və onun adamları əhvalatın arxasında nələr yatdığını bircə-bircə bildiklərinə görə sınmışdılar. Komandir qanrılıb arvadına baxmaq istəyəndə hasarın o üzündən maşın siqnallarının səsi gəldi. Onun arvadından başqa bu siqnalların nə hoqqa olduğunu buradakıların hamısı başa düşdü. O, cəbhədə olduğu son üç ildə belə bir axmaq vəziyyətə heç düşməmişdi. Bu biabırçı səhnədən çıxmaq, heç olmasa, olmuşları keçmişə çevirəcək onca dəqiqəlik qabağa qaçmaq, yaddaşını əzən düşüncələri unutmaq nə qədər çətin idi. Nə varmış əsgərlərə əmr verməyə, güllə, top atdırmağa, tank sürdürməyə?! Gəlin və onun başındakı dörd-beş özükimilər hay-küylə həyətə girdi. “Atəşim məni bağışlasın, çox gözlətdim onu. Ancaq o və onu gətirənlər heykələ dönmüş adamların arasında quruyub qaldılar. Bir an sonra gözləri alacalanmış gəlin Atəşi qan içində gördü və dərhal xoşagəlməz bir əhvalatın baş verdiyini anladı. O, hərbi-səhra komandirinin yanında dayanmış qadına nəzər yetirəndə dalağı sancdı ki, hər halda burada nə olubsa, onun ucbatından olub. Bir istədi, səhra komandirinin könlünü almaq üçün özünü o yerə qoymayıb öldürülmüş meymuna – bəyə canıyananlıq eləsin, yalançı vay-şivən salsın, tamaşa düzəltsin, ancaq çəkindi, susmağa üstünlük verdi. Hərbi-səhra komandirinin bu bağırtısı bayaqdan gözə görünməməkdən ötrü buradan qeyb olmaq, buxarlanmaq, hətta qarışqaya, milçəyə, parabüzənə, ağac qurduna çevrilmək istəyənlərin hamısının ürəyindən oldu. Bircə dəqiqədən sonra həyətdə onunla arvadından başqa heç kəs qalmamışdı. Çox qəribədir ki, hərbi-səhra komandiri də bir anlıq yay havasında uçan, tərpəşən, ağaclara yapışan həşəratları ondan qaçıb gizlənməyə çalışan döyüşçülərinin cırtdan görüntüsünə oxşatdı. Qulağının dibində vızıldayan haf, onun bütün çikini-bikini bilən köməkçisini xatırlatdı. Komandir uşaqlıqda yaşıdları kimi çöldə-bayırda haf tutanda bu boşboğaz həşəratın dalına çöp soxub havaya buraxardı və ona elə gələrdi ki, haf bundan həzz alır. Yəqin haflar uşaqların onların başına gətirdikləri oyundan ləzzət almırmışlar, tutulanda ölümdən yaxa qurtarmaq üçün özlərini belə göstərirlərmiş. Əgər elə deyildisə, indi ondan əl çəkməyən haf nə istəyirdi? Yoxsa, bu həşərat vaxtı ilə incitdiyi hafların törəmələrindən idi? Ulu babalarının incik ruhunu ovutmaq üçün qəzəblə vızıldayıb onu məsxərəyə qoyurdu? Bəlkə o, özü-özündən xoflanırdı? Yəni, ütük köməkçi elə cəsarətlənib ki, haf cildinə girib ona dirsək göstərir? İndi hökm sahibindən adi ərə çevrilmiş hərbi-səhra komandiri əmr verməyə kimsənin olmadığı bir məkanda xeyli miskin görünürdü. Əynində hərbi geyim olmasaydı, o, bir neçə il əvvəlin aptekçisiydi ki, vardı. Arvadı ərinin əsəblərinin pozulduğunu bildiyindən sanki heç nə olmayıbmış kimi dedi: – Nahaq meymuna baş qoşdun! Allahın qanmaz məxluqudur, nə elədiyini bilmir. Mən özümü güllələdim. Araya sükut çökdü. Qadın sükutu sındırdı: – Neçə həftədir evə gəlmirsən. Bilirəm, macalın yoxdur. Nigaran qalmışdım, ona görə sənə baş çəkdim. Hərbi-səhra komandiri alnını ovuşdurdu: – Mən dostlarımı, tay-tuşlarımı, cavanları başıma yığıb silahın tətiyinə barmaq qoyanda elə bilirdim tezliklə qalib gələcəyik. Ancaq yanılırmışıq. Günəş batmaqda idi... Həmin gecə saat birə işləmiş hərbi-səhra komandiri cəbhənin təxminən iyirmi kilometrliyində yerləşən evindən top səslərini eşitməyə başladı. Ratsiya ilə özününkülərdən öyrəndi ki, top atan düşmən əsgərləridir. O, qarşı tərəfin səhra komandiri Rubenlə əlaqəyə girmək istədi. Ruben dərhal xəttə çıxıb, yaxşı bildiyi Azərbaycan dilində dedi: – Ara, narahat olma, gördüm sizdən səs çıxmır, dedim Atəşin toyunun atəşfəşanlığını özüm eləyim. Keçən dəfə bizim Qraqın1 ad günündə sən bizi qabaqlayıb toplardan yaylım atəşləri açdırmışdın. Borcundan çıxıram. Top səsləri kəsiləndən sonra səhra komandiri eyvana çıxıb siqaretini alışdırdı.
Türk dünyasının unudulmaz şairini xatırlayarkən... MƏŞHUR KABARDİN-BALKAR ŞAİRİ QAYSIN QULİYEVİN AZƏRBAYCANA VƏ BÜTÜN TÜRKDİLLİ XALQLARA BÖYÜK MƏHƏBBƏTİ VARDI. Keçən yüzilliyin 70-ci illərindən başlayaraq Azərbaycanda hər sahədə olduğu kimi, elmin, mədəniyyətin və incəsənətin də inkişafında ciddi irəliləyiş oldu. Artıq keçmiş SSRİ-nin hər məkanından məşhur yazıçı və şairlər Azərbaycanda keçirilən ədəbi konfranslarda, yubileylərdə böyük həvəslə iştirak edirdilər. Bizimlə qonşuluqda yaşayan dağıstanlı yaradıcı adamlar və Şimali Qafqazda yaşayan xalqların sənət korifeyləri Bakıya dəvət olunurdular. Onlar buradakı görüşlərdən, o zamanlar Azərbaycanın rəhbəri olan Heydər Əlirza oğlu Əliyevin göstərdiyi böyük qayğıdan hər yerdə söhbət açırdılar. Azərbaycanı, onun hər bir guşəsini özünə çox doğma yurd yeri bilən böyük söz sənətkarı Qaysın Şuva oğlu Quliyev də belə şəxsiyyətlərdən idi. Kabarda-Balkariyanın xalq şairi, Lenin mükafatı laureatı Qaysın Quliyev deyirdi “Heydər Əliyev nəinki Azərbaycanın, Qafqazda yaşayan türkdilli xalqların ümid yeridir”. 1982-ci ilədək yubiley təntənələrində, ümumxalq konfranslarında onun xitabət kürsüsündən söylədikləri hələ də çoxlarının yadındadır. Bu söz ustasının kitabları Bakıda tez-tez nəşr olunurdu. Şeirlərini unudulmaz şairlərimiz Məmməd Araz, Tofiq Bayram, Vilayət Rüstəmzadə və digərləri böyük həvəslə Azərbaycan dilinə çevirirdilər. Biz həmin vaxtlar tələbə idik. Bu kitabları alar və böyük ləzzətlə oxuyar, polemikaya girişərdik. Çünki Qaysın Quliyev türk xalqının böyük oğullarından və şairlərindən idi. Onun yazdığı lirik, fəlsəfi şeirlər, poemalar, balladalar və roman-dastanlar özünün yaşadığı illərdə SSRİ xalqlarının bütün dillərinə, həmçinin alman, ingilis və fransız dillərinə də tərcümə edilmişdi. Onunla bağlı dostluq münasibətlərimizdən söhbət açmazdan əvvəl, ömrü odlar içində keçən şairin həyat yolundan bəzi səhifələri, azacıq da olsa, vərəqləmək maraqlı olardı. Qaysın Quliyev 1917-ci ildə noyabrın 1-də Balkariyanın dağ kəndlərindən olan Yuxarı Çegemdə dünyaya gəlib. Çox erkən, iki yaşı olanda atasını itirib. Hər bir yazdığı şeirdə, xüsusən uşaqlıq illərindən bəhs edən “Çegem poeması”nda əməkçi insanların xeyirxahlığından və igidliyindən söhbət açanda öz valideynlərini də onlardan ayırmayıb. Kəndli ailəsində böyüsə də, onun ədəbiyyata çox böyük marağı olub. Yuxarı Çegem kəndi Kabarda-Balkariyanın paytaxtı olan Nalçik şəhərindən 4-5 kilometr aralıda, mənzərəli bir ərazidə yerləşir. Nalçik isə o illərdə ümumən Qafqazın mərkəzi sayılan Tiflisdən 330 kilometr aralıdır. Qafqaz tarixindən bilirik ki, bura müharibələr meydanına çevrilsə də, neçə-neçə şöhrətli rus yazıçılarının da ilham mənbəyi olub. Lev Tolstoy, A.S.Puşkin, M.Y.Lermontov və digər rus ədibləri Qafqazla bağlı xeyli əsərlər yazıblar. Sonralar o, Moskvada teatr institutunda və ədəbiyyat institutunda ali təhsil alıb. Böyük Vətən müharibəsi başlayanda cəbhəyə göndərilib və mərdliklə vuruşub. Ancaq müharibədən dönəndə ona doğma Çegemə getməyə icazə verməyiblər. Şimali Qafqazda türkdilli xalqların heç biri qalmamışdı. Ona görə də Qaysın Quliyevin yaşadığı bu ağrı onun hər bir şeirində özünü büruzə verir. Yalnız 1957-ci ildə öz doğma yurdlarına qayıda bilən balkarlar sanki yenidən doğuldular. Axı, almanlar bu torpaqlara hücum etmişdilər və balkarlar da onlarla kişi kimi döyüşmüşdülər. Yeri gəlmişkən, Elbrus (balkarca Minqi Tao) dağına gedən yolda bir azərbaycanlı şəhid əsgərin məzarı üstündə abidə qoyulub və səyyahlar (turistlər) hamısı düşüb o məzar üzərinə güllər düzürdülər. Ancaq o vaxtlar artıq şair vəfat etmişdi. Mükafatı onun vəfalı ömür-gün yoldaşı Elizat xanıma təqdim etdilər. Böyük şair Qaysın Şuva oğlunu ilk dəfə 1976-cı ilin yayında Nalçik yaxınlığında olan Həsəniyyə kəndində görmüşdüm. Hər yay çox sevdiyim Jeleznovodsk (Dəmirlisu) şəhərinə istirahətə gedirdim. Adı istirahət idi. Bu qədim türk yurdlarını gəzməyi xoşlayırdım. Buradakı türk yer adları əsasən XIX yüzillikdən sonra dəyişdirilib. Nə qədər dəyişsələr də, indi də o adların çoxu işlədilir. Biz – yeddi gənc istirahət etdiyimiz “Dağ havası” sanatoriyasında “Ədəbiyyatçılar dərnəyi” yaratmışdıq. Hər şənbə və bazar günləri gəzməyə getdiyimiz yerlərdə yaradıcılığını sevdiyimiz şair, yazıçı və aktyorlarla görüşməyi də planlaşdırırdıq. Xəbər tutduq ki, Həsəniyyə kəndində Qaysın Quliyevin şeir gecəsi olacaq. Biz də orada iştirak etmək istədik. Qaysın Quliyev əzəmətli görünüşə malik, qamətli bir insan idi. Qafqazın qranit qayaları kimi dik dayanıb şeir oxuyurdu. Lirik və dostluq duyğulu şeirlərini oxucular onunla birlikdə təkrarlayırdılar. Biz yeddimiz də şairə yaxınlaşdıq. Özümüzü təqdim etdik. Azərbaycan, Naxçıvan adlarını eşitcək görkəmli sənətkarın üzü sevinclə işıqlandı. Dedi ki, Səməd Vurğun mənim ən çox sevdiyim və etibar etdiyim şair dostum olub. Payızda onun yubiley şənliklərində Bakıda olacağam, dəvət ediblər. Böyük şairimizin anadan olmasının 70 illiyi təntənəli qeyd ediləcək. Şairin Naxçıvanla bağlı sualları çox idi. Mən də həvəslə cavab verirdim. Həyatın bərkinə-boşuna düşməyən bu dilli-dilavər cavanı diqqətlə süzdü. Bizi Nalçikə, Çegem şəlalərinə baxmağa dəvət etdi. O biri il Çegemə getdik və onun dünya turistlərini heyrətdə qoyan məşhur şəlalələrinə baxdıq. Qaysın Quliyevin şeirlərindəki sevgi, dostluq duyğularının içində qəribə, çox xəfif, gizli bir kədər var. O kədərin özü bizim üçün olduqca maraqlı idi. Çünki aşkarda olmasa da (qadağan edilmiş mövzu idi), gizlində yaşlılar bizə danışırdılar ki, sovet hökuməti Stalin dövründə balkarları çox incidib, çoxlarını məhv edib. 1983-cü ildə “Literaturnaya qazeta”da poeziya səhifəsində Qaysın Quliyevin dostlarına Moskvanın Kreml xəstəxanasından yazdığı şeirlər adamı birtəhər edirdi. Bu gün də oxuyanda o şeirlərdəki fəlsəfi kədər, qəm canlanaraq, insanı təsirləndirir. Qaysın Quliyev yazırdı: “Əgər sən məni ən ağır vaxtda xatırlamısansa, dostumsan”. Xalq şairi və bir çox mükafatların sahibi olan Qaysın Quliyevin çox sadə, xeyirxah və səmimi insan olduğunu görüşüb tanış olduğumuz Həsəniyyə kəndindən bilirdim. Bu şeirlərin təsiri ilə bir məktub yazıb Yuxarı Çegem kəndinə göndərdim. Çox sevirdi sıldırım qayalarında qartallar oynaşan Çegem kəndini. Bir müddətdən sonra məktubuma cavabı, özünün diktəsi ilə, həyat yoldaşı Elizat xanım Moskvadan yazmışdı. O yazırdı ki, şair tezliklə sağalacaq və özü sizə cavab yazacaq. Elizat xanımın yazdığı məktublar onun özünün də sənət adamı olduğundan xəbər verirdi. Bağışlayın ki, uzun müddətdir məktublara cavab verə bilmirik. Çoxlu səbəblər var. İndi Qaysın yenidən Moskvada Kreml xəstəxanasında yatır. Həkimlər çox çalışırlar, bilmirəm kömək edə biləcəklərmi? Allaha Qaysın Quliyevi sevənlər adından yalvarıb dua edirəm ki, kömək olsun. Ümid edirəm və inanıram! Sizə isə əziz dostumuz, onun ingiliscə nəşr edilmiş “Ot və daş” şeirlər kitabını göndərirəm. Nəsə fikirləşib, bu kitabı göndərdim”. Bilirdim ki, yaralı daşın özü elə Qaysın Quliyevdir. Onu türk olduğuna görə başqalarının vasitəsilə çox incidirdilər. Və şair özündən çox həyat yoldaşını, oğlu Axmatı düşünürdü. Əgər başına bir iş gəlsə, onların vəziyyəti necə olacaqdı... Şeirlərində siyasi motivləri sətiraltı misralarda yazan şair gizlincə təqib olunurdu. Elə həmin gün də radio, televiziya və qəzetlər Qaysın Quliyevin vəfatı barədə xəbər verdilər. Dərc edilən müsahibə bir növ şairin oxucularına son müraciəti kimiydi. Aradan bir neçə ay keçəndən sonra Elizat xanım və oğlu Axmatdan məktub aldım. Elizat xanım yazırdı ki, bu müddətdə başı məhkəmələrə qarışıb. Qaysının Moskvada yaşayan bədxahları onlara qarşı qərəzli bir kampaniyaya başlayıblar. Elizat xanım Kabarda-Balkar Dövlət Dram Teatrında ədəbi hissə müdiri vəzifəsində işləyirdi, Axmat isə Nalçik universitetinin ikinci kurs tələbəsi idi. Onlardan tez-tez məktublar alırdım. Bu qədər gərginliyə baxmayaraq, onlar Azərbaycanın Qarabağ dərdinə şərik olur, doğma respublikamızın ayrılmaz hissəsi olan Naxçıvandan ötrü bərk narahatlıq keçirdiklərini bildirirdilər. Bu baxımdan Axmatın məktubundan bəzi cümlələr həmin yanğının bariz nümunəsidir: “...Naxçıvana görə çox narahatıq. Bizdə də gərginlik var. Balkarları sıxışdırırlar... Belə bir məqamda mən istəyirəm ki, Ümumdünya Türk Qurultayı Nalçikdə çağırılsın... Dünyaya Qaysın Quliyev kimi böyük türk oğlu bəxş etmiş balkarlar öz türk qardaşlarından kömək gözləyirlər...”. Məktub çox genişdir və bir tələbə gəncin o illərdə vətəni üçün çəkdiyi ürək ağrısını ifadə edir. Axmat Qaysın Quliyevin oğlu idi və xalqının təəssübünü verə bilməzdi. ...Yolum Şimali Qafqaza düşəndə iki yerə baş çəkməyi özümə borc bilirəm. Biri Azərbaycanı və onun ayrılmaz hissəsi Naxçıvanı ürəkdən sevən Qaysın Quliyevin ata ocağının həyətindəki bağda olan məzarı (şair, öz vəsiyyətinə görə, yaşadığı ata evinin bağında dəfn olunub), o biri isə Elbrus dağına gedən yolun kənarında torpağa tapşırılan azərbaycanlı şəhid əsgərin məzarıdır. Öz şeirlərində çörəyi və kitabı çox müqəddəs bilən şair Qaysın Quliyevin “Çörək və kitab” adlı əsəri var. O, vəsiyyət eləmişdi, sinədaşına qızılgül və qələm rəsmi həkk etsinlər. Qızılgül gələcək nəsillər üçün məhəbbətin, qələm isə elmin simvolu idi. Böyü şair dünyanın, o cümlədən Qafqazın bütün gənclərini xoşbəxt görməyi arzulayırdı. Musa QULİYEV, AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işçisi.
Tərcümeyi-halım. Görkəmli şair-publisist, dəyərli alim-pedaqoq, ləyaqətli ziyalı, nurlu şəxsiyyət Famil Mehdinin 75 illiyi tamam olur. Azərbaycanın XX əsrdəki ədəbi-ictimai həyatında özünəməxsus yeri olan Famil Mehdi maraqlı həyat və yaradıcılıq yolu keçib. Mərhum şairimiz işıqlı əməllərilə, hər zaman əsl vətəndaş mövqeyində dayanması ilə yaxın dövr tariximizin səhifələrinə öz imzasını həkk edib. 1990-cı illərin ortalarında – Azərbaycan xalqı üçün olduqca narahat bir dönəmdə qələmə aldığı “Tərcümeyi-halım” əsərindən parçaları oxucularımıza təqdim etməklə unudulmaz Famil Mehdini bir daha ehtiramla xatırlamağı özümüzə mənəvi borc bildik. Azərbaycan Respublikası Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutu adından başqa qələm yoldaşlarım kimi mənə də tərcümeyi-halımı yazmağım, həm də standartçılıqdan uzaq, mühitim, yaradıcılığımla əlaqəli bir tərzdə yazmağım təklif olunub. Haradan başlayım, harada qurtarım? Həm də həyat və yaradıcılığımda qeyri-adi nə olub ki? Mənim həyatım yaşıdlarımın keçdiyi yoldan elə bir şeylə fərqlənirmi?! Əgər fərqlənmirsə, bunun kimə xeyri ola bilər? Bu suallar ətrafında düşündükcə müxtəlif illərdə yazdığım şeir və poemadan misralar yadıma düşür. Bu misralar arasında bütün keçdiyim yol, sevincli-kədərli, iztirablı, sarsıntılı günlərim gəlib göz önümdən keçdi. Bir daha hiss etdim ki, şeirlərim mənim tərcümeyi-halımdır. İnamımdır, mübarizəmdir, məğrurluğumdur, hünərimdir, canıyananlığımdır, həm də qorxaqlığımdır, zəifliyimdir, arxasızlığımdır, kimsəsizliyimdir. Elə buna görə də belə qərara gəldim ki, tərcümeyi-halımı yazım. Qoy onlarca müasirim-dostlarım, tanışlarım, qələm yoldaşlarım yazdıqlarımın səmimiliyinə, yaxud qeyri-səmimiliyinə şahid olsunlar, yalanım varsa, açıq desinlər, məni məzəmmət etsinlər, lap sənətin müttəhimlər kürsüsünə çəksinlər. Mən həqiqəti yazacağam. Əgər bəzi sözlərim özünütərif kimi səslənsə, qeyri-təvazökarlıq kimi görünsə, bəri başdan üzr istəyirəm. Ömrüm boyu gəldiyim nəticələrdən biri də budur: qeyri-təvazökarlıq pis sifətdir, ancaq həddən artıq təvazökarlıq da bir şey deyilmiş!... Sarıhacılı kəndi Ağdamın yuxarı qapısı hesab olunur. Şuşaya gedən yolun üstündə yerləşir. Artıq şəhərə bitişməkdədir. Bir otaqdan ibarət ata evimizin baş pəncərəsi düz Qarabağ dağlarına baxır. İsti yay gecəsində pəncərəni açanda yorğansız yatmaq olmur. Həm də külək, sərin meh dağların, yamacların, bağların gül-çiçəyinin ətrini evimizə doldurur. Kəndimizi bölüb axan Kötəl çayı da həmin dağlardan başlayıb gəlir. Son vaxtlar bədxah qonşular çayın suyunu nasoslarla göllərə qaldırdığından demək olar ki, quruyub. Bununla da kəndin sanki bütün gözəlliyi itib. Doqulduğum gün kənd kitabında qeyd olunmayıb. Anam da dəqiq bilmir. Böyük çətinliklərlə qarşılaşmışıq. Xüsusilə müharibə illərində. Həmin illərdə Karyaginin (Füzulinin) taxılı olmasa, bəlkə bütün Qarabağ camaatı batardı. Həftədə, on gündə bir adamlar atlanıb Karyaginə gedər, olan qızıl-gümüşünü, paltar-palazını, gəbəsini buğdaya, arpaya dəyişib gətirərdi. Bizdə də belə idi. Həm də kasıb qohum-əqrəbaya, kənd adamlarına əl tutmaq lazım gəlirdi. Adamlar pencər yeməkdən şiş gətirmişdilər. Əziz nənəm bizimlə bir yerdə qalırdı. Səhər-səhər sağıb növbəyə dayanan əlsiz-ayaqsızlara verir, aparıb südə bir az un çalır, yaxud pencər töküb pörtlədir və yeyirdilər. Kənddə bir ailə vardı. Vaxtilə rayonda rəhbər işlərdə işləyirdilər. Obadan aralı gözəl daş ev tikdirmişdilər. Darvazalarının başına qızıl ulduz vurulmuşdu. İşə faytonla gedib-gələrdilər. Camaata o qədər qaynayıb-qarışmazdılar. Müharibə vaxtı kişilər cəbhəyə getdi. Ailə üzvləri hara isə köçdü. Yalnız bir qadın üç uşağı ilə qalmışdı. Evdə nə vardısa satmışdılar, dilənçi kökünə düşmüşdülər. Biz obadan aralı, camaatdan uzaq, həmin evin yanında qoyun-quzu otaranda bəzən uşaqlar çıxıb yanımıza gələrdilər. Cibimizdəki əl boyda çörəyi onlarla bölüb yeyərdik. Bir neçə gün uşaqlar görünmədi. Gedib pəncərədən baxdıq gördük ki, ana da, uşaqlar da yan-yana uzanıblar. Çağırdıq cavab vermədilər. İçəri keçdik. Məlum oldu ki, uşaqların üçü də acından-xəstəlikdən ölüb. Qaçıb kənd qocalarına xəbər verdik. Üçünü də arabaya qoyub yaxın təpənin döşündə bir yerdə basdırdılar. Belə bir vaxtda atam bəzən öz gödəkçəsini, hətta ayağımıza iri olan çarığını bizə geyindirir, dərsdən qalmağa qoymurdu... Boğazının yeganə isti şərfini açıb mənə vermişdi ki, apar məktəbdə qızıl orduya yardıma yazdır. Mən də aparıb yazdırmışdım. Elədiklərini heç vaxt üzümüzə vurmazdı. Yalnız bir söz deyərdi: “Ata olarsınız, özünüz bilərsiniz ki, ata nə deməkdir.” Hərdən axşam bizi oturdub öyüd-nəsihət verərdi və məcbur edərdi ki, dəftərə yazıb əzbərləyək. Həmin nəsihətlərdən: “Hər adamla dostluq eləməyin. Eləyəndə axıra kimi eləyin. Əlinizdəki bir tikə çörəyin kəsib çoxunu dostunuza verin, azını özünüz götürün.” “Bir yerə qonaq gedəndə özünüzü qaydaya salın ki, gecə yarı deməyəsiniz: “İtinizin qabağına durun, su başına gedim.” Çox istəyirdi ki, kənddə hamımızın ayrıca evimiz, qapı-bacamız olsun. Etirazımızı belə bir misalla dəf etdi: “Külək əsəcək alma ağacından alma yerə düşəcək. Uşaqlarınız bu bir almanın üstündə dalaşacaq. Sonra arvadlarınız dalaşacaq. Sonra özünüzün aranız sərinləyəcək.” Mənə torpaq sahəsi götürdü. Son vaxtlar göz xəstəliyinə tutulmasına, pis görməsinə baxmayaraq gözəl bir bağ saldı. Birincisi dedi ki, öz suyumuzdan (Kötəl çayının suyunu nəzərdə tuturdu. Axır vaxtlar daha çox mineral su içirdi) içmək istəyirəm. İkincisi dedi ki, mən hələ bağ salacaqdım, ağac əkəcəkdim. Kötəlin suyundan içməsi ilə dünyasını dəyişməsi bir oldu. Mən sonralar onun xatirəsinə və nəvələrinin torpağa bağlanması üçün orada ev tikdirdim. Atamın son sözləri də ürəyimdə şeirə çevrildi: Yorub yollar gəldim qışın qarında, Öpüb qucaqladım, üzünə baxdım. Atamın ömrünün son vaxtları mənim aspirantura illərimə, onun məsləhəti ilə ailə qurduğum və ilk uşağın- Şamilin dünyaya gəldiyi günlərə, ən başlıcası isə müdafiə etdikdən sonra ağır xəstəliyim vaxtına düşür. Ona görə də heç bir köməklik göstərə bilmədim. Yeri gəlmişkən həmin ağır günlər haqqında, namizədlik müdafiəsi ərəfəsində, qışın qarlı-şaxtalı bir günündə xəbər gəldi ki, kişinin vəziyyəti çox ağırdır. Yolları qar basdığından avtobuslar işləmirdi. Birtəhər Şamaxıya gəldim. Raykomun birinci katibi işləyən qohumum Rəşidin maşınını alıb yola düşdüm. Dəfndə iştirak etdim. Bir neçə gün qalıb geri qayıtdım. Müdafiəyə bir həftə qalmış ürəyimdə şiddətli ağrı başladı. Azərbaycanda hamının “Loğman” deyə çağırdığı yazıçıların həkimi Veyisov gəldi. Vaxt yaxınlaşırdı. Universitetdən zəng edir, gəlir, əhvalımdan xəbər tuturdular. Müdafiəni başqa vaxta keçirmək istəyirdilər, qoymadım. Müdafiə günü dedim, paltarımı verin, geyinirəm. Rayondan gəlmiş qohumların, evdə ailə üzvlərinin, heç kimin sözünə baxmadım. Geyindim, məni taksiyə oturdub universitetə gətirdilər. Pilləkənlərı necə çıxdım, Allah bilir. Elmi Şura üzvləri dilxor idilər. Sədr professor Əlövsət Abdullayev (Allah rəhmət eləsin) başqa məsələləri dayandırıb müdafiəyə başladı. Ürək döyüntüsü nəfəs almağa belə aman vermirdi. Elmi Şura üzvlərinin razılığı ilə çıxışımın mətnini şair Xəlil Rza oxudu. Xəstə olduğum günlərdə tez-tez yanıma gəlirdi. Hətta çıxışımın mətninin hazırlanmasına da kömək etmişdi. Müdafiə birtəhər keçdi. Evə qayıtdım. Ancaq səhər Veyisovun təkidi ilə məni xərəyə qoyub xəstəxanaya apardılar. Təxminən beş ay xəstəxanada qaldım. Dava-dərmanın heç bir köməyi olmadı. Ürək döyünməsini hətta saymaq belə mümkün olmurdu. Professor Cahangir Abdullayev bir dəfə Mərdəkanda xəstəxanada mənə baxandan sonra dedi: “Köpəkoğlunun cavanlığı gör nə deməkdir ey. Yaşlı adam olsaydı, bu döyüntüynən ürək çoxdan partlayardı...” Bu uzun əhvalatdır. Təfsilata varmaq istəmirəm. Ancaq onu deyirəm ki, beş ay xəstəxana həyatından sonra Veyisov mənə dedi: “Famil, sənin dərdinin dərmanı vətənin havasıdır. Dərman sənə kar eləmir. Gəl sən xəstəxanadan çıx, get əvvəl Ağdama, bir neçə gün qalandan sonra çıx Şuşaya. Hər şey düzələcək. İstəyirsən, dilimdən kağız verim”, Təəccübləndim: necə yəni Şuşa? Ürək xəstəliyi hara, Şuşa yüksəkliyi hara? Ancaq o məni inandırdı. Həqiqətən Şuşada iki ay ərzində hər şey qaydasına düşdü. İndi bu cümlələri yazıram, yenidən ürəyim ağrıyır. Hələ o günlərdə bu, dərdimin üstünə dərd gətirirdi. Bir az babatlaşandan sonra ünvanı yazıb cibimə qoyurdum (hər ehtimala qarşı, bir şey olsa, bilsinlər kiməm) və universitetə gedib-gəlirdim. Təqaüd düzəltmək lazımdır”. Bu söz məni yenidən dərdə saldı. Ancaq özümdə cəsarət tapdım. Jurnalistika kafedrasına baş laborant vəzifəsinə işə götürdü. Az sonra müəllim, baş müəllim... Doktorluq dissertasiyası da yazdım. Şeir kitabları da çap etdirdim... Mən bu cümlələri atam qarşısında günahımı yumaq üçün yox, keçdiyim yolun bu dəhşətli günlərini xatırlatmağı lazım bildiyim üçün yazdım. İnsan prinsipiallıq göstərsə, özündə cəsarət tapsa, hətta ölümə də qalib gələ bilər. Anam Şövkət Həşim qızı Ağdamın Sarıhacılı ilə qonşu Əhmədavar kəndindəndir. Hacı Sadıq oğlu Həşimin qızıdır. Babam dövlətli olub. Su dəyirmanları bu son vaxtlara kimi Kötəl çayı üstündə işləyirdi. Kənddə ən yaxşı ev babamgilin evi olub. İkimərtəbəli. Sütunlar üstündə. Dörd tərəfi açıq eyvan. Binanın iki tərəfindən yuxarı qalxmağa daş pilləkənlar. Hacı Sadıq babam da maarifpərvər adam olub. Oğlu Rüstəm Avropa təhsili alıb. Həşim babam isə təsərrüfatla məşğul olub. Rüstəmbəy çox savadlı imiş. Neçə xarici dil bilirmiş. Hətta deyilənə görə, 20-ci ildə rus qoşunları Ağdama gəlib camaata ultimatum verəndə əhali adından irəli sürülən sərt tələblərlə Rüstəmbəy çıxış edib. Səhhəti imkan verdikcə kolxozda işləyib. Xəstə olanda kolxozda onun əvəzinə biz işləmişik: arx çəkmişik, xəndək qazmışıq, ağac dibi belləmişik, alaq eləmişik və s. Görünür ata yurdunun dağıdılması ona bərk təsir etmişdi. Bunu tez-tez xatırlayır, həyəcanlanır, kövrəlirdi. Üstəlik də Bakıda təhsilli qardaşı çox cavanikən vəfat etdi. Digər qardaşı Məhəmməd müharibə başlanan günü, hələ 18 yaşı tamam olmamış, könüllü, orduya gedib. Yalnız bircə məktubu gəlib... Anam lap bu son illərə kimi qardaşlarının səliqə ilə təmiz ağa büküb sandıqda saxladığı paltarlarını açıb qarşısına qoyar ağlayar, bayatı çağırar, ağı deyər, özündən gedərdi. Daşlaşmış əllərini, barmaqlarını açıb, üz-gözünə, sinəsinə su səpib güclə ayıldardılar. Anamla bağlı bu faktlar sonradan “Səni gözləyirəm” poemamın yaranmasına səbəb oldu. Əri cəbhədə həlak olmuş, ömrü boyu yol gözləyən Azərbaycan qadınının sədaqət və məhəbbəti burada əsas yer tutur: Oxumağımızda anamın haqqı-sayı daha çoxdur. Müharibənin ağır günlərində kəndin bütün uşaqları məktəbdən çəkildilər. Ancaq anam bizi qoymadı bir gün də dərsdən qalaq. Hətta tikə-tikə bölünən çörəyin özünə düşənini bəzən yemir, səhər heybəmizə qoyurdu ki, sinifdə çörək yeyənin əlinə baxmayaq. Atamın köhnə paltarlarını söküb xalam Mələklə birlikdə bizə paltar tikirdi. Bizim təhsilimizdə, xüsusən ali təhsilimizdə xalam Mələk Həşim qızının böyük haqqı olub. Allah ona min rəhmət eləsin. Biz qardaşlar, hətta qohumlar tələbə vaxtı onun Mirzə Fətəli döngəsi 7 nömrəli həyətdəki darkeş otağında yaşayıb oxumuşuq. Onun ən ucuz qiymətə aldığı ətdən bişirdiyi supu, küftə-bozbaşı yeyib yaşamışıq, oxumuşuq. Heç nə ona kömək etmir: nə həkimin məsləhəti, nə gəlini Ofelya Qara qızının, nəvələri Yeganə və Nərimanın yastığının yanında dayanmaları, nə də mənim təskinlikverici sözlərim. Nə demək istədiyini başa düşürəm. Ağır dərddir: ana ağır xəstə, vətən, qəbiristanlığımız düşmən əlində. Əslində yuxarıda yazdıqlarım ata-anamdan çox özümə aiddir. Mənim kimliyim nə karalığım haqqında çox söz deyir. Şerimin mayasının haradan gəldiyini, fikir və duyğularımın, hisslərimin necə yaranıb-formalaşdığını müəyyən dərəcədə açıb göstərir. İndi də özüm və mühitimin tərəfləri haqqında bir qədər ətraflı danışmaq istəyirəm. Yuxarıda qeyd etdiyim kimi yeddinci sinfi Əhmədavar kənd məktəbində bitirib, Ağdam pedaqoji məktəbinə daxil oldum. Bu məktəbdə aldığım təhsil, savad, bilik, məlumat mənim taleyimdə həlledici rol oynadı. Oradakı polad intizamı, pedaqoji qayda-qanunu sonralar heç yerdə görmədim. Kənd məktəbində Müzəffər Kərimovun ciddiliyi, prinsipiallığı, tələbkarlığı çox xoşuma gəlirdi. Yadımdadı, bir dəfə tarix dərsinə hazırlaşa bilməmişdim. Neft olmadığından lampamız yanmadı, işıqsız qalmışdıq. Səhər məktəbə gedəndə evin taxtapüştünə çıxdım. Yekə bir şirin nar götürdüm. Heybəmə qoyub məktəbə apardım. Müzəffər müəllim sinfə girən kimi aparıb stolun üstünə qoydum. Gözlədiyimin tam əksi oldu. Qapını açıb narı kolların arasına fırqıtdı... Maraqlı insan idi. İndi də yaşayır. Pedaqoji məktəbdə isə əsl ziyalı, tələbələrlə səmimi ünsiyyət yaradan alicənab müəllimlərə rast gəldim. Ağsaqqallar İdris Əlimirzəyev, Kərrar Mikayılov, Hacı Hacızadə, Əmir Əmirli, İsmayıl Ağayev, Süleyman Məmmədov, daha sonra Nəriman Qəhrəmanov, Hüseyn Əliyev, Əbdüləhəd müəllim, Alı və Nuriyyə Rəhimovlar, Mahmud Çolakov. Bunlar həqiqətən ziyalı idi. Bütün tələbələrə öz övladları kimi baxırdılar. Onların sırasında Kübra əliyevanı ayrıca qeyd etmək istəyirəm. Kübra müəllimə onlara nisbətən çox cavan idi. Sözün həqiqi mənasında mənə analıq, bacılıq edibdir. Allah, necə də nəcib, həssas, qayğıkeş insan idi... Pedaqoji məktəbdə komsomol-komitəsinin katibi seçildim. Rayonun ictimai həyatında iştirak etdim. Kommunist Partiyası sıralarına qəbul olundum. Rayon yas tutub ağlayırdı. Qəzetlərdən oxuyurdum ki, bütün dünya Stalinə yas saxlayır. Hətta Yunanıstanlı bir ana öz körpəsinin venasını kəsib qanını köynəyinə boyayıb, Moskvaya göndərmişdi ki, Stalinə sonsuz məhəbbət nümunəsi kimi muzeydə saxlasınlar. Hələ o vaxt pərəstişin-filanın nə olduğunu bilmirdim. Pedaqoji texnikumu fərqlənmə diplomu ilə bitirib, 1953-cü ildə Azərbaycan Dövlət Universiteti filologiya fakültəsinin jurnalistika şöbəsinə daxil oldum.
Sumqayıtda Hüseyn Arif yad edilib. Sumqayıt şəhər Səməd Vurğun adına Mədəniyyət Sarayında Azərbaycanın görkəmli şairi Hüseyn Arifin 85 illik yubileyi münasibətilə xatirə gecəsi keçirilib. Bu barədə APA-ya Sumqayıt şəhər İcra Hakimiyyətindən məlumat verilib. Məlumata görə, tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev, millət vəkilləri Nizami Cəfərov, Qənirə Paşayeva, xalq şairi Zəlimxan Yaqub, yazıçı Eyvaz Borçalı, professor Məhərrəm Qasımlı, doktor Cavad Heyət, şairin ailə üzvləri və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib. Qonaqları salamlayan V.Əliyev H.Arifin 85 illik yubileyinin Sumqayıtda keçirilməsinin əlamətdar hadisə olduğunu vurğulayıb. Tədbir zamanı çıxış edənlər şairin həyat və yaradıcılığından, H.Ariflə bağlı xatirələrindən danışıblar. Gecənin sonunda musiqili qonaqlar tədbirə xüsusi ovqat qatıb.
Musiqi və efir mədəniyyəti. Pisi söyməkdənsə, yaxşını öymək yaxşıdır. Televiziya, mənəviyyat və bədii-estetik aura. Son vaxtlar televiziya verilişlərinin milli mənəvi dəyərlərə uyğunluğu, ideya-bədii dəyəri, tərbiyəvi və ya anti-tərbiyəvi funksiyası haqqında müzakirələr artmışdır. Daha doğrusu, bu sahədəki vəziyyət elə dözülməz hala çatmışdır ki, hətta ən liberal və tolerant şəxslər də dilə gəlmiş, çıxış yolu barədə düşünməyə başlamışlar. “Kütləvi mədəniyyətin” efiri bürüməsi, əksinə, milli mənəviyyatı ifadə edən sanballı verilişlərin azlığı açıq-aşkar bir disbalans yaratmışdır. Hətta bəzi televiziya kanallarının guya mənəviyyat məsələlərinə həsr etdikləri verilişlər də bir növ şou səciyyəsi daşıdığına görə, daha çox dərəcədə mənəviyyatsızlıq təlqin edir. Necə deyərlər, “üzrü qəbahətindən daha betər”. Yəni mənəvi nihilizm mövqeyindən yayınlanan belə verilişlərdə mənəvi prinsiplər özü gülüş hədəfinə çevrilir. Biz bilərəkdən ad çəkmirik. Çünki bu cür proqramların müəllifləri də əslində həmin o şouları hazırlayanların özüdür. Onların isə prinsipi, məqsədi bundan ibarətdir ki, tənqid, hətta təhqir olunmaq da populyarlaşmağın bir vasitəsidir. Ən əsası gündəmdə olmaqdır. Bax, həmin bu səbəbdən də biz anti-mənəvi yönlü verilişləri tənqid etməkdənsə, onların adını çəkmədən, diqqəti onlara qarşı qoya biləcəyimiz pozitiv mündəricəli, yüksək bədii-estetik səciyyəli verilişlərə yönəltmək istərdik. Amma təəssüf ki, bütün efir məkanında bu cür verilişləri barmaqla saymaq olar. Bununla belə, nə yaxşı ki, tək-tük də olsa, bədii, intellektual və mənəvi meyarlar baxımından yüksək olan verilişlər hər halda vardır. Demək olar ki, bütün televiziya kanallarında ən çox görünən və deməli, gənclərimizə ən çox təlqin olunan şəxslər musiqiçilər, müğənnilərdir. Əlbəttə, gözəl musiqi nümunələri, istedadlı müğənnilər kifayət qədər çoxdur. Televiziyanın funksiyalarından biri də zəngin milli mədəniyyətimizi, o cümlədən musiqi mədəniyyətini təqdim etmək və insanların bədii zövqünü oxşamaqdır. İctimai Televiziyada və AzTV-də muğamatın, saz sənətinin və müasir musiqinin təbliğinə dair gözəl verilişlər az deyil. Lakin özəl televiziya kanallarının çoxunda biz müğənniləri təkcə ifaçı kimi, sənətkar qismində deyil, həm də və daha çox dərəcədə çalıb-oxumaq əvəzinə, danışan, millətə əxlaq dərsi deyən “fikir sahibləri” qismində görürük. Əlbəttə, onların sənəti barədə, ifalarının bədii-estetik prinsiplərə uyğunluğu barədə də danışıla bilər. Lakin bizi təəccübləndirən onların efirə öz peşələrinə uyğun olmayan, fərqli ampluada çıxmaları, jurnalist və aparıcı kimi çıxış etmələridir. Görəsən, televiziya kanallarının ideya yönəldiciləri bu məsələdə hansı məntiqdən çıxış edirlər? Əgər tamaşaçıların həyat və məişətlə bağlı söhbətlərə ehtiyacı varsa, onu nəyə görə mütəxəssislər deyil, şoumenlər və artistlər aparmalıdır? Həm də əxlaqi-mənəvi aspektdə yox, məzhəkə formasında ? Bir daha təkrar edirəm ki, heç kim musiqili verilişlərin əleyhinə deyil, əksinə, yüksək bədii-estetik nümunələr təkcə zövqü inkişaf etdirmir, həm də mənəvi yüksəlişə xidmət edir. Sadəcə olaraq, şouları ixtisar edə bilmək üçün, mənəvi səfalət yayan verilişlərin tamaşaçılarını didaktik moizə yolu ilə deyil, açıq rəqabət yolu ilə daha yüksək səviyyəli verilişlərə cəlb etmək tələb olunur. Bax, buna görə də, mənəvi-estetik prinsiplər uğrunda mübarizədə üstünlük qazanmaq əzmində olan, rəqabətə davamlı verilişlər dəyərləndirilməli, onlara yaşıl işıq yandırılmalıdır. Pisləri tənqid etmək, hallandırmaq və bir daha yada salmaqdansa, rast gəldiyimiz yaxşı verilişlərə münasibət bildirməyi daha vacib hesab edirəm. Bu baxımdan, “Açıq dərs” verilişinin böyük maarifçilik missiyasını, onun günü-gündən püxtələşən, təhsilşünaslığı və elmşünaslığı bizim bir çox rəsmi professorlardan daha yaxşı mənimsəmiş olan aparıcısı Cəsarət Valehovun axtarışlarını, prinsipiallığını, ölkəmizdə elm və təhsilin vəziyyəti barədə həqiqətləri çatdırmaq istiqamətində məqsədyönlü fəaliyyətini xüsusi qeyd etməklə yanaşı, “Ovqat”, “Zərif çərşənbə” kimi proqramların da örnək ola biləcək cəhətləri barədə mətbuatda vaxtaşırı çıxış etmişəm. Maarifçilik istiqamətində, “elm və təhsil” səpkisində başqa proqramlar da var. Amma əsas məsələ səviyyədə və işə yaradıcı münasibətdədir. Hər gün məktəbdən, universitetlərdən, təhsillə bağlı hər hansı bir hadisədən bəhs etmək, problemlərə toxunmadan, mahiyyətə nüfuz edə bilmədən, sadəcə təsvirçi mövqedən çıxış etmək insanları cəlb etmir və potensial tamaşaçı başqa proqramlara üz tutur. Əlbəttə, ictimai şüurun “kütləvi mədəniyyətlə” qidalandırıldığı, şouların, məzhəkələrin baş alıb getdiyi, əksər televiziya kanallarının sanki məqsədyönlü surətdə millətin əxlaqi-mənəvi invariantlarını sarsıtmaq istiqamətində işlədiyi bir zamanda, elm, təhsil, mənəviyyat haqqında hər hansı söhbət daha məqbul görünür. Maarifləndirici verilişlərin xüsusi rolunu qeyd etməklə bərabər, musiqi verilişlərində də yüksək səviyyə və yaradıcılıq sayəsində böyük uğur qazanmaq mümkün olduğunu bu günlərdə tamaşa etdiyim bir verilişin timsalında gördüm və heyranlığımı gizlədə bilmədim. İctimai Televiziyada milli musiqi sənətimizin tarixi aspektdə işıqlandırılmasına həsr olunmuş belə bir proqram var: “Bir mahnının tarixçəsi”. Bu, əslində orijinal bir yaradıcılıq işidir və ənənəvi musiqili verilişlərdən çox fərqlidir. Burada musiqi ilə maarifçilik, bədii dəyərlə əxlaqi-mənəvi dəyər üzvi surətdə qovuşur. Yaxın günlərdə baxdığım növbəti buraxılışda “Söz olmasaydı” mahnısından bəhs olunurdu. Şair Ənvər Əlibəyli və bəstəkar-həkim İbrahim Topçubaşovun birgə yaradıcılıq işinin məhsulu olan bu mahnı həqiqətən gözəldir! Lakin mən mahnıdan yox, verilişin ssenarisindən, bir mahnının tarixini üzərə çıxarmaq istiqamətində aparılmış araşdırmalardan, jurnalistin öz işinə yaradıcı münasibətindən söhbət açmaq istəyirəm. Əvvəla, “tarix” sözü verilişin adında öz əksini təsadüfən tapmayıbmış. Burada həqiqətən bir sənət əsərinin, klassik bir nümunənin yaranması və sonrakı “həyatı” tarixi yöndə izlənir, sanki yenidən işıqlandırılır. Bir mahnının müxtəlif zəmanələrdə, fərqli ifalarda və yeni ab-havada, yeni interpretasiyalarda gündəmə gəlməsi əslində həm də estetik ictimai şüurun, zövqlərin, sosial sifarişin təkamülünü, bu yoldakı qabarma və çəkilmələri müşahidə etməyə və konkret, nisbi müstəqil bir tarixçədən çıxış edərək bütövlükdə mədəni-mənəvi həyatımızın keçdiyi inkişaf yoluna nəzər salmağa imkan verir. Hadisələrin sadəcə təsvirindən ibarət olan, yalnız xronoloji və faktiki material əsasında yazılan tarixlərdən fərqli olaraq, bu cür araşdırmalar canlı tarixin yazılmasına, başqa sözlə desək, tariximizin hansı isə bir rakursda yenidən canlandırılmasına səbəb olur. Həqiqi yüksək sənətkarlığın təqdimatı üçün bu sənətə tən gələn, incə zövqlə müəyyənləşdirilmiş bədii-estetik fon, dəvətlilərin uğurlu seçilməsi və onların çıxışlarının bir-birini vahid ideya xətti üzrə bir-birini tamamlaması, dekorasiya ilə təbii fonun harmonik vəhdəti, kompozisiya bütövlüyü və nəhayət, aparıcının yüksək peşəkarlığı – bütün bunlar başqa verilişlər üçün də örnək ola bilər. Bu verilişdə Şövkət Ələkbərova, Mənsum İbrahimov kimi ciddi sənətkarların ifası yüksək sənətşünaslıq səviyyəsində işıqlandırılır, klassik ifalar qondarma deyil, həqiqi müasirlik fonunda təqdim olunur. Bir var sənətin özü, bir də var onun uğurlu təqdimatı, ictimai rəyin düzgün yönəldilməsi və formalaşdırılması. Təəssüf ki, çox vaxt sənətkarlıq baxımından aşağı səviyyədə olan, hətta lap tutaq ki, hansı isə cəhətlərinə görə cazibədar olan ifaların ümumi fonu, bədii-estetik aura və ifanı müşayiət edən şoumen təqdimatları, verilişdə səslənən yöndəmsiz söz və ifadələr, “ideyalar” o dərəcədə naqis olur ki, sənət elementləri tamamilə kölgədə qalır, tamaşaçıların zövqü tədricən korlanır, psixikası pozulur və real mənəvi ehtiyaclar əvəzinə, instinktlər və reflekslər işə düşür, insan öz ali mahiyyətinə doğru yüksəlmək əvəzinə, cismani başlanğıcına doğru sürüklənir. Yəni təqdim olunan konkret sənət nümunəsi, ifanın özü nə qədər əhəmiyyətlidirsə, onun təqdimat üslubu, verilişin ideya xətti də bir o qədər əhəmiyyətlidir. Bizcə, tamaşaçının diqqətini cəlb etmək üçün bəhanə gətirilən və guya müasirlik əlaməti olan ifrat dinamikaya, klipbazlığa, açıq-saçıqlığa, məzhəkələrə, şoulara ehtiyac olmadığına əmin olmaq üçün “Bir mahnının tarixçəsi”nə baxmaq kifayətdir. Bəli, mahnı həqiqətən gözəl idi, elə təqdim olunan bütün ifalar da. Amma bizim məqsədimiz ifa məharətindən deyil, yüksək ziyalı mədəniyyətindən və bədii özünüdərk səviyyəsində təhlil qabiliyyətindən bəhs etməkdir. Mən yuxarıda müğənninin əsas işinin danışmaq yox, oxumaq olduğunu vurğulamışdım. Müğənni jurnalistliyinin, onların aparıcılığı ilə düzənlənən “didaktik” söhbətlərin əleyhinə fikir söyləmişdim. Amma bu o demək deyil ki, müğənnilər arasında da yüksək intellektual səviyyəli şəxslər ola bilməz. Belə şəxslər onsuz da öz missiyasını düzgün bilir və ancaq məqamında və qədərində danışırlar. “Söz olmasaydı” mahnısından bəhs edərkən Mənsum İbrahimov diqqəti belə bir cəhətə yönəltdi ki, bu mahnının gözəlliyi onun sadəliyindədir. Müğənni bunu xüsusi vurğuladı ki, sadə əsəri yüksək sənətkarlıqla ifa etmək çox çətindir. Çünki mürəkkəb kompozisiyaya malik olan əsərin ifası yüksək texnika tələb edir. Ona görə də, belə əsərlərin ifasını ancaq müvafiq təhsil görmüş, ifaçılıq texnikasına mükəmməl yiyələnmiş şəxslər üzərinə götürür. Sadə mahnıları isə hamı oxuya bilir; texnikası olan da, olmayan da. Bax, səsin öz təbii keyfiyyəti və imkanları bu zaman yeganə meyar olur. Bu təhlil göstərdi ki, Mənsum İbrahimov gözəl səsə, yüksək səhnə mədəniyyətinə, ifaçılıq məharətinə malik olmaqla yanaşı, öz sənətini nəzəri cəhətdən də mükəmməl mənimsəmişdir və onu təkcə musiqi ilə deyil, söz və mühakimə ilə də təqdim edə bilir. Əsl sənətkarlıq üzdə sadə görünənin alt qatdakı dərin mənasını üzə çıxarmaq məharətidir. Alabəzək və qatmaqarışıq klip həvəskarlarından fərqli olaraq, yüksək zövqlü tamaşaçı diqqətini sadəcə sənətin özünə yönəltmək istəyir. Onu şousuz-filansız, səsin, musiqinin öz sehri ilə ovsunlamağa isə ancaq həqiqi sənətin gücü çatar. Səlahəddin XƏLİLOV.
Əsrin böyük səadəti – Xalq Cümhuriyyəti dövründə ədəbiyyat. Azərbaycanda Xalq Cümhuriyyətinin qurulması ölkəmizdə ictimai həyatda olduğu kimi, mədəni, ədəbi həyatda böyük bir canlanmaya təkan verdi. Məhəmməd Hadi “Əsgərlərimizə, könüllülərimizə”, “Məfxureyi-aliyəmiz”, “Şühədayi- hürriyyətimizin əhvalinə-ithaf” kimi şeirlərində əldə edilən milli azadlığın qorunub saxlanması uğrunda millətini mübarizəyə səsləyir. “Şühədayi-hürriyyətimizin əhvalinə-ithaf” şeirlərində 1918-ci ildə erməni daşnaklarının törətdikləri qanlı cinayətlərdən, erməni-müsəlman faciəsindən, tökülən günahsız qanlardan sarsılmış şair bu yolda şəhid olanlarımızı ağlayır: Sizin məzarınız iştə qülubi-millətdir, Bu sözlərim ürəyimdən gələn həqiqətdir. Sizi unutmayacaq şanlı millətim əsla, Əmin olun buna, ey ziynəti-cahani fəna. Sizinlə buldu bu millət həyati –püriqbal. Sizinlə buldu bu millət şərəfli istiqlal. “Əsgərlərimizə, könüllülərimizə” şeirində müstəqillik uğrunda mübarizədə igid vətən oğullarına üz tutur, onları vətənpərvər olmağa, torpağı, milləti, dövləti qorumağa çağırır. M.Hadinin bu sətirlərində M.Ə.Rəsulzadənin “Ah, Azərbaycan! M.Hadi bolşeviklərin hakimiyyətə gəlməsinə, Xalq Cümhuriyyətinin süqutuna dözməyərək Gəncə üsyanında yaxından iştirak etmiş, bu amal, məqsədə xidmət etmiş, bu yolda həlak olmuşdur. Türkçülük, turançı ideyaları ilə köklənmiş Abdulla Şaiqin yaradıcılığında Xalq Cümhuriyyətinə bəslənən hörmət və ehtiram əsasdır. Bu şeirlərdə azad, müstəqil dövlətə, Xalq Cümhuriyyətinə sevgi yaşayır. Bu şeirlərdə “Bir kərə yüksələn” və bir daha enməyən, onu endirməyə çalışanlara qarşı xalqın apardığı mübarizə, bu mübarizədə “müvəqqəti məğlubiyyət”, beşiyində boğulmuş müstəqil Azərbaycan dövlətinin bayrağının 70 ildən sonra yenə başımız üstündə dalğalanması həqiqəti yaşayır, xalqın mübarizə dolu həyatı, qanı- canı bahasına əldə etdiyi müstəqilliyə yenidən qovuşması, milli duyğular yaşayır, bu gün də şairin “Azərbaycan bayrağına” şeri, buradakı milli qürur, milli dövlətçiliyimiz atributlarından biri kimi öyülən bayraq, şeirdəki hər vaxt, hər zaman özünü qoruyub saxlayan müasirlik hissi – qan bahasına əldə edilmiş dövlətə, onun bayrağına hörmət və ehtiramdan yoğrulmuş misralar yada düşür: Türküstan yelləri öpüb alnını, Söylüyor dərdini sana, bayrağım! Üç rəngin əksini Quzğun dənizdən, Ərmağan yollasın yara, bayrağım! Əhməd Cavad yaradıcılığında ölkəni yenidən işğal edən rus imperiyasına nifrət hissi var. “Göygöl” şeirinin ideya məzmununda azadlıq göynərtisi, müstəqillik arzusu, milli-istiqlal yanğısı ilə yanaşı üsyankar bir qəlbin səsi duyulur. Türkçülük, turançılıq ideyalarına gənc yaşlarından böyük səmimi rəğbəti olan Cəfər Cabbarlı milli hərəkatın genişləndiyi ilk illərdə “Trablis müharibəsi” və “Ədirnə fəthi” pyeslərini yazdı və bu əsərlər Türkiyədə baş verən inqilabi-tarixi hadisələri, türk xalqının öz suverenliyi, ərazisini qoruyub saxlamaq uğrunda mübarizəsini əks etdirirdi. Milli hökumətin yarandığı illərdə parlamentdə stenoqraf işləyən C. Cabbarlı dramaturgiya, eləcə də lirik yaradıcılığını davam etdirir, milli dövlətçiliyi, vətənin, torpağın gözəlliyini tərənnüm edir. İlk şeirlərində-”Azərbaycan bayrağına”, “Sevdiyim”, “Sevimli ölkəm”, “Salam” və s. şeirlərində Xalq Cümhuriyyətinin şirin dadını duyan, bu dövlətin məhəbbətini qəlbində yaşadan vətənpərvər qəlbin səsi duyulur. Şairin “Azərbaycan bayrağına” şeiri şairin “azadlıq və istiqlal” sevgisini orijinal formada əks etdirən əsərlərdən” biri kimi yüksək qiymətləndirilir. “Azərbaycan bayrağına” o, şeirində üç rəngi – Azərbaycan bayrağının rəmzlərini bədii şəkildə verir: Bu göy boya Göy Moğoldan qalmış. Yaşıl boya İslamlığın sarsılmayan imanı, Ürəklərə dolmalı! Şu al boya azadlığın, təcəddüdün fərmanı, Mədəniyyət bulmalı! Səkkiz uclu şu yıldız da səkkiz hərfi od yurdu, Əsarətin gecəsindən fürsət bulmuş quş kibi. Səhərlərə uçmuşdur. “Sevdiyim” şeirində də şair üçrəngli bayrağa, vətənə müqəddəs hisslərlə yanaşır, bu bayraqda türkçülük, turançılıq ideyalarını ümumiləşdirir. “Əli Yusifin şeirlərini səciyyələndirən başlıca keyfiyyət onların canlı hiss və təəssüratlardan qaynaqlanması, yüksək mübarizlik əhval-ruhiyyəsinin məhsulu olmasıdır. Bu cəhət bir tərəfdən şairin fitri poetik keyfiyyətlərinin göstəricisi kimi özünü büruzə verirsə, qarşı tərəfdən onun yazılarının Cümhuriyyət idealları ilə bağlılığından mayalanır”. Repressiya qurbanı olmuş, həbsxanalara salınmış Umgülsüm Sadıqzadənin “Əsgər anasına”, “Çəkil, dəf ol”, “Bir mayıs günündə”, “Yolunu bəklərdim” şeirlərində azadlığını, müstəqilliyini əldə etmiş Azərbaycan xalqına, onun yenicə qurduğu azad, müstəqil, suveren dövlətinə məhəbbət, Vətənin sabahı üçün narahatlıq, xalqına çətin anda köməyə gələn, onu düşmən caynağından qurtarmağa çalışan Türk ordusunun arxa, dayaq olmasından ürəyində qürur hissi doğması, dili bir, qanı bir türk-Azərbaycan xalqının hiss və duyğuları, bu tarixi həqiqətlərin xalqın ruhunda, yaddaşında buraxdığı dərin izlər yaşayır. Onun şeirlərində eyni zamanda ölkədə Xalq Cümhuriyyətinin süquta uğraması, başımıza gətirilən müsibətlər, tarixi ədalətsizliklər öz əksini tapmışdır. Məmməd Səid Ordubadi, Əliqulu Qəmküsar, Hüseyn Cavid, Əli Şövqü, Davud Ağamirzadə və başqa sənətkarlarımız Xalq Cümhuriyyətinin yaşadığı dövrün ümumi mənzərəsini poeziyada verdiyi kimi, bu illərdə bədii nəsr yaradıcılığı ilə məşğul olan Cəlil Məmmədquluzadə, Əbdürrəhimbəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Abdulla Şaiq, Seyid Hüseyn, Tağı Şahbazi kimi tanınmış ədiblər də öz yaradıcılıqlarında bunu əks etdirirdilər. Cəlil Məmmədquluzadə hekayələrində qadın azadlığı (“Konsulun arvadı” “Xanın təsbehi”, “Qəssab”) problemlərinə toxunur. “Zırrama” hekayəsində mənfi əxlaqi keyfiyyətlər tənqid olunur. “İsmailliyə” hekayəsində ədəbiyyatşünaslar Seyid Hüseynin “bu tarixçənin istiqlal və azadlıq hərəkatı ilə bağlı məqamlarına diqqət yetirildiyini, “əslində İsmailliyənin simasında” yazıçının bütün ruhu və qəlbi ilə bağlı olduğu doğma Azərbaycanın obrazını yaratdığını bildirirlər. Abdulla Şaiqin “Əsrimizin qəhrəmanları” romanının bir hissəsini Cümhuriyyət dövründə qələmə aldığı, bu əsrdə birinci dünya müharibəsi, çar Rusiyasının tənəzzülü, Oktyabr inqilabı dövründə yeni nəsli düşündürən və narahat edən problemlərin diqqət mərkəzinə çəkildiyi qeyd edilir. Ağababa Yusifzadənin “Sınan qanad” romanında xalqın, millətin qayğılarını bir vətəndaş kimi irəli çəkmək məsələləri, vətənin azad və abad yaşaması, qurulması ideyaları verilir. Tədqiqatçılar Hüseyn Cavidin “İblis” faciəsinin “bu illərdə cərəyan edən hadisələrin ümumi ruhundan və mahiyyətindən qaynaqlan”dığını bildirir: “Dramaturq I Dünya savaşının ağır siyasi böhranının və erməni-daşnak birləşmələrinin fitvası ilə törədilmiş Mart faciəsinin onun şüurunda və dünyagörüşündə yaratdığı güclü təəssüratın təsiri ilə belə bir əsərin yaradılmasını vacib hesab etmişdir”. Milli birlik, mənəvi bütövlük ideyaları üzərində qurulan dövlətin tərəfdarı olan Cəlil Məmmədquluzadənin “Anamın kitabı” pyesinin ədəbi tənqiddə dərin təhlili verilmişdir: “Böyük mütəfəkkirin fikrincə, birliyi və bütövlüyü olmayan millətin iqtisadi, siyasi, mənəvi güc, qüdrət sahibi olması, tarix səhnəsində uzun müddət duruş gətirməsi mümkün deyildir. Dramaturq pyesdə bir ananın övladları olan Rüstəm bəy, Mirzə Məhəmmədəli, Səməd Vahid timsalında köləlik və əsarətin millətin xarakterində qoymuş olduğu acı nişanələrə diqqəti yönəldə bilmişdir. Eyni zamanda, müəllif millətin ruhuna hopdurulmuş yabançı xislətləri diqqət mərkəzinə çəkməklə kifayətlənməmiş, bu bəlalardan xilas olmağın yollarını göstərmişdir”. Azərbaycan ədəbiyyatı tənqidi və ədəbiyyatşünaslığı Cümhuriyyət dövründə özünəməxsus inkişaf yolu keçib. “Bu özünəməxsusluq, hər şeydən öncə, ədəbi irsin milli-nəzəri fikir müstəvisində təhlil və tədqiqinin aktuallıq kəsb etməsi, həmçinin ədəbiyyatşünaslığı məşğul edən problemlərin daha operativ şəkildə diqqət mərkəzinə çəkilməsi ilə şərtlənməkdədir. Belə ki, Cümhuriyyət dövründə bir tərəfdən klassik ədəbi irsin tədqiqi istiqamətində mühüm addımlar atılmış, digər tərəfdən çağdaş ədəbi proses yetərincə dəyərləndirilmiş, həmçinin ədəbiyyatın nəzəri-estetik problemlərinin araşdırılması ilə bağlı müəyyən işlər görülmüşdür”. Məmməd Əmin Rəsulzadə milli azadlıq yolunda əldə edilən müvəffəqiyyətlərin qazanılmasında bədii ədəbiyyatın rolunu belə dəyərləndirir: “Azadlıq və istiqlaliyyət əsas süngüləri ilə yox, ədəbiyyat və incəsənət vasitəsi ilə əldə olunur” və “Qurtuluş günü” məqaləsində yazır: “Ey millətin lisanül-qeybi olan şairlər, ədiblər, millətin əməllərini, ülvi niyyət və məqsədlərini oxşayınız, kəndisinə millət sevgisi, vətən məhəbbəti, hürriyyət eşqi təlqin ediniz”. Cümhuriyyət dövründə Seyid Hüseyn “Yaşıl qələm” ədəbi-elmi cəmiyyət yaradır. Bu cəmiyyət Məmməd Əmin Rəsulzadə, Hüseyn Cavid, Seyid Hüseyn, Nəcəf bəy Vəzirov, Üzeyir Hacıbəyov, Abdulla Şaiq, Əhməd Cavad, Cəfər Cabbarlı, Salman Mümtaz, Əli Yusif və digər ziyalıları, sənətkarları özündə birləşdirirdi. Yusif Vəzir Çəmənzəminli bu dövr ədəbiyyatşünaslığına dəyərli əsərlər vermişdir. “Azərbaycan ədəbiyyatına bir nəzər” monoqrafik tədqiqat əsəri 1919-cu ildə İstanbulda nəşr edilmiş öz elmi-nəzəri əhəmiyyəti ilə seçilir. Firidun bəy Köçərli Tiflisdə “Azərbaycan teatrının ədəbiyyatı” əsərini rus dilində nəşr etdirir. F. Köçərli elə bir dövrdə fəaliyyətə başlamışdır ki, o dövrdə Rusiyada ictimai-siyasi ziddiyyətlər kəskinləşir. Azərbaycanda milli şüur getdikcə qüvvətlənirdi. Azərbaycanda dramaturgiya, nəsr, nəzm, realizm üslubu ilə inkişaf edir, ədəbiyyat ideyaca zənginləşir, qəzet və jurnallar dilimizdə nəşr edilir. Azərbaycan ədəbiyyatı tarixinin sistemli şəkildə öyrənilməyə meyl artırdı. Firidun bəy Köçərli silsilə məqalələrini, “Azərbaycan türklərinin ədəbiyyatı” əsərini, “Azərbaycan ədəbiyyatı” əsərlərini yazır. Onun ən böyük xidməti “çox əsrlik Azərbaycan ədəbiyyatı irsini toplayıb, elmi prinsip və ardıcıllıqla öyrənərək öz tədqiqatının nəticələrini “Azərbaycan ədəbiyyatı” əsərində xalqın istifadəsinə verməsi”dir. Yusif Vəzir Çəmənzəminli əsərlərində Nəsimi, Abbasqulu Ağa Bakıxanov, Mirzə Fətəli Axundov, Qasım Bəy Zakir, Mirzə Ələkbər Sabir və başqa şairlər, sənətkarlar haqqında, onların yaradıcılığı haqqında nəzəri fikirlərini söyləmişdir, Mirzə Fətəli Axundov irsinə xüsusilə yüksək qiymət verilmişdir: “Milliyyət hissi birinci dəfə olaraq bu ədibdə oyanmışdır və intibahın dəlili olan kritisizm də Mirzə Fətəlinin əsərlərilə başlayır”. Yusif Vəzir Firudin bəy Köçərlinin Azərbaycan ədəbiyyatı tarixi ilə bağlı tədqiqatlarını yüksək dəyərləndirir: “Ədəbiyyatımızı müntəzəm bir şəklə salmaq və ümumən tanıtmaq əhəmiyyətli, həm də çox əhəmiyyətli məsələlərdəndir. Firidun bəy ən müqtədir, ən sevimli ədiblərimizdən biridir. Bu şəxs ədəbiyyat tariximizi yazmaq ilə bütün keçmişimizi diriltdi...”. Tədqiqatçılarımız Cümhuriyyət dövrünün araşdırıcılarından Adilxan Ziyadxanın “Azərbaycan haqqında tarixi, ədəbi və siyasi məlumat” (1919) əsərinin “milli ədəbiyyat tarixinin öyrənilməsi baxımından” dəyərli bilirlər. A. Ziyadxan Çəmənzəminlidən fərqli olaraq azərbaycanlı müəlliflərin, ərəb və fars dillərində yazıb-yaradan ədiblərin irsini milli ədəbiyyatımızın ayrılmaz tərkib hissəsi kimi tədqiqata cəlb etdiyini bildirirlər: “tədqiqatda ayrı-ayrı klassiklərin yaradıcılığının bağlı olduqları ədəbi-kulturoloji və ictimai-siyasi mühit kontekstində təhlilə cəlb olunması bütövlükdə milli ədəbiyyatın regional çalarlarının üzə çıxarılmasına imkan vermişdir”. Əlimərdan bəy Topçubaşov, Ceyhun bəy Hacıbəyli və b. Azərbaycan ədəbiyyatını, mədəniyyətini təbliğ etmək məqsədilə bir sıra məqalələr, kitablar Avropada çap etdirmişlər. Bu dövrdə Abdulla Şaiq, Cəfər Cabbarlı, Abbas Səhhət yaradıcılığı ilə bağlı müxtəlif məqalələr yazılmış, bu məqalələrdə “ədəbi-estetik fikrin milli məfkurəyə üstünlük” verdiyi, “bədii əsərləri bu yöndə dəyərləndirmək meyli” diqqəti çəkir.
“Şirvanşahlar dövləti” və “Bakı şəhərinin tarixi” təqdim edilib. Dövlət Neft Akademiyasında görkəmli tarixçi alim Sara Aşurbəylinin bu il yenidən nəşr olunmuş “Şirvanşahlar dövləti” və “Bakı şəhərinin tarixi” kitablarının təqdimatı keçirilib. Tədbir sözügedən təhsil müəssisəsinin rektorluğu və Heydər Əliyev adına “Azərbaycan-Qazaxıstan” Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə gerçəkləşib. S.Aşurbəylinin kitablarının yenidən nəşrinin təşəbbüskarı da “Azərbaycan-Qazaxıstan” Dostluq Cəmiyyətidir. Cəmiyyətdən verilən məlumata görə, kitabların nəşrinə Moskvadakı “Almaz” Elm İstehsalat Birliyinin baş direktoru İqor Aşurbəyli yardım edib. Akademiyanın rektoru, əməkdar elm xadimi, akademik Siyavuş Qarayev çıxışında Azərbaycanın beynəlxalq əlaqələrinin get-gedə genişləndiyini xüsusi vurğulayaraq Azərbaycan və Qazaxıstan arasında sıx əlaqələrin yaradıldığını bildirib. S.Qarayev Sara Aşurbəylinin əsərlərinin böyük əhəmiyyətə malik olduğunu deyib. Qazaxıstanin ölkəmizdəki səfiri S.Primbetov təqdim olunan əsərlərin Azərbaycanın böyük tarixinin aynası olduğunu, Vətənə, dünyaya çoxlu istedadlar bəxş edən Azərbaycan torpağına böyük məhəbbət hissi ilə qələmə alındığını diqqətə çatdırıb. Kitabların təqdimat mərasimində “Azərbaycan-Qazaxıstan” Dostluq Cəmiyyətinin vitse-prezidentləri, ölkəmizin görkəmli ədəbiyyat və incəsənət xadimləri Ömər Eldarov, Çingiz Abdullayev, Oqtay Mirqasımov və başqaları iştirak ediblər. Görüş zamanı ali məktəbin kiçik akt salonunda rəssamlar Sabir Çopuroğlunun və Təranə Məmmədovanın əsərlərindən ibarət sərgi də nümayiş etdirilib. Görüşün sonunda Azərbaycanın Aktaudakı baş konsulu Rəşad Məmmədov iki ölkə arasında dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi istiqamətində görülən tədbirlərlə əlaqədar “Azərbaycan-Qazaxıstan” Dostluq Cəmiyyətinin üzvlərinə və cəmiyyətin prezidenti Eldar Günaydına minnətdarlıq edib.
Görkəmli şair-publisist, yazıçı-pedaqoq, maarifçi-alim Abdulla Şaiqin mənzil-muzeyində ədibin vəfatının 50 illiyinə həsr olunmuş tədbir keçirilib. Muzeyin elmi işçisi Arzu Hacızadənin verdiyi məlumata görə, tədbir iştirakçılarına Abdulla Şaiqin “Şaiqanə yad et” adlı yeni veb-saytı (www.abdullashaiq.com) təqdim edilib. Muzeyin direktoru Ülkər Talıbzadə saytın yaranmasında muzeyə yaxından yardım etmiş “İT service” MMC-nin rəhbərliyinə, Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllim və tələbələrinə minnətdarlığını bildirib: “Saytın yaradılmasında əsas məqsəd Abdulla Şaiq irsinin yayılması, onun maarifçi ideyaları, ədəbiyyat haqqında yazıları və əlbəttə ki, bədii yaradıcılığının gənc nəslə çatdırılmasıdır”. Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi Nəzirə Əliyeva layihənin yaranma tarixi və xüsusiyyətlərilə bağlı məlumat verərək qeyd edib ki, istifadəçilər Abdulla Şaiqin həyatı və yaradıcılığı haqqında internetdə yerləşdirilmiş informasiya blokları ilə tanış olacaq, ədibin sözlərinə yazılmış mahnılar dinləyəcəklər. Tədbirdə saytı yaradan “LT service” MMC şirkətinin nümayəndələrindən Şahmar Bayramlı və Toğrul Bayramlı, Sevda Əhmədova, Gülər İsmayılova, Hüseyn Yusifov, Səadət Qarabağlı, Rasim Nəbioğlu çıxış ediblər. Saytın müəllifləri Abdulla Şaiqin Mənzil Muzeyinin fəxri fərman və xatirə əşyaları ilə mükafatlandırılıblar.
Dağ qürurlu, şəlalə hökmlü şair Hüseyn Kürdoğlu. Mən Hüseyn Kürdoğlunu sakit təbiətli, səmimi, qayğıkeş bir insan və həm də coşqun təbli, yüksək poetik istedada malik bir şair kimi tanıyırdım. O, AMEA-nın Ədəbiyyat İnstitutunda sayılıb-seçilən alimlərdən biri idi. Şair Hüseyn onu düşündürən problemlər ətrafında məntiqi əsasla mənalı şeir yazan bir qələm adamı idi. Onun şeirləri şeir yazmaq xatirinə yaranmırdı. Onların hər birində şairin qəlbindən qopan niyə və nə üçün suallarına cavab axtarılırdı. Odur ki, Hüseynin şeirləri son bənddəki bir poetik vurğu ilə sona yetmir. Poetik vurğular onun şeirlərinin hər bir bəndində öz əksini tapır. Dərin mənalı fikirlə poetik ustalığın vəhdətindən yaranan şeirlərin həm ömrü uzun olur, həm də oxucular tərəfindən sevilir, müəllifinə şərəf, şöhrət gətirir. Hüseynin şeirləri oxucuları düşündürən şeirlərdir. 1963-cü ildə nəşr edilən “Səhər nəğmələri” kitabı ədəbiyyatımıza yeni bir istedadın gəlişindən xəbər verdi. Mən Hüseynlə demək olar ki, hər gün işə gələndə rastlaşar və baxışlarımızın çarpazlaşması ilə görüşür, çox hallarda kənardan hiss edilmədən bir-birimizə sakitcə baş əymək ilə sağollaşırdıq. Hüseyn Kürdoğlu çox danışmağı sevməzdi. Buna görə də o yüngül danışıqdan, ürək bulandıran sözlərdən çox uzaq idi. Bəlkə də o müəyyən mənada öz dünyasına qapılan bir şair idi. El içində Hüseyn kimilərinə “ağır təbiətli adamdır” deyirlər. O “ağır oturub batman gələnlərdən” idi. Hüseynin bu daxili dünyasına görə, insani keyfiyyətlərinə görə mənim ona xüsusi hörmətim və məhəbbətim var idi. Mən poeziya aşiqiyəm, mənalı poeziyanın, poetik vurğularla dolu poeziyanın! Poeziyada təbiət mənim idealımdır. Hüseyndə də təbiətlə bağlı şeirlər çox çeşidli və tutarlıdır. Mən ana təbiəti poeziyaya gətirən və onu duyaraq, dərk edərək tərənnüm edən şairlərin şeirlərini çox sevirəm. Hüseyn Kürdoğlu da bu cərgəyə daxil olan şairlərdəndir. Zəngin təbiəti duymaq, onu sevmək və onu həyatda, işdə, əməldə qorumaq lazımdır. Təbiəti qorumaq hər bir insanın, hər bir namuslu vətəndaşın qəlbində, vicdanında olmalıdır. Təbiət qansızlar, amansızlar, rəhimsizlər əlindən kasıblayır, deqradasiyaya uğrayır, bəsitləşir, təbii gözəlliyini itirir. Təbiətə edilən zülüm qısa bir müddətdə onu törədən insanların və ya onların gələcək nəsillərinin başına dağ kimi uçur, onları sel kimi süpürərək bir dəfəlik aparır. Şair Hüseyn uşaqlıq illərini dağlar qoynunda keçirmişdi. Bu səbəbdən də onun şeirlərində təbiət ən ali yerlərindən birini tutur. Dağların gözəlliyini saymaqla qurtarmaq olmaz. Onun gözəlliyi qarlı zirvələrdə, uçurumlu yamaclarda, coşqun çaylarda, Kəsmə şikəstədə olduğu kimi gah zilə qalxan, gah da bəmə enən şəlalələrdə, bal arısının zümzüməsində, qartallarda, çiçəkli çəmənlərdə, ceyranlı düzlərdədir. Çobanlar istədiyi vaxt onları ovlayırdılar. İnsanlar düzlərə yaraşan ceyranları ovlayaraq onların axırına çıxdılar. Onlar get-gedə ceyranlara qarşı amansızlaşdılar. Zalım ovçular qanunsuz ov edəndə yüksək dağların zirvələrini dağ keçisiz, meşələri əliksiz, düzləri ceyransız qoydular. İnsanlar ana təbiətə yağı kəsildilər. Düzlər kasıblaşdı, Ağ gölün, Sarı gölün su aynası ceyran gözünə həsrət qaldı. İnsanların təbiətə göstərdiyi bu zülmü görən Hüseyn yazmışdı: Yaman divan tutdu ceyrana yağı, Demədik heyifdir ceyran, a yağı! Bir yolluq kəsildi Mildən, Muğandan, Qamçıya sap oldu ceyran ayağı. Kim dağlarda olubsa, saf havanın, sakit təbiətin qoynunda əlik səsi, maral nəriltisi, yaxud da bülbül cəh-cəhi eşidibsə həmin günlər onlara təkrar olunmaz mənəvi zövq verib. O cümlədən də kəkliyin qaqqıltısı, bülbüllərin oxuması. Mən ekspedisiya vaxtı dağlarda kəklik səsi eşidəndə ayaq saxlayır, onlara qulaq asır və hədsiz zövq alırdım. Kəklik dağlar gözəlidir. Kəkliyin oxuması dağları da darıxmağa qoymur. Təbiəti qorumaq, onun gözəlliyini saxlamaq işində Hüseyn Alışanov da öncül olmuşdu. Hələ tələbə ikən yazdığı şeirlərindən birində üzünü təbiətə qənim kəsilənlərə tutub deyirdi: “Onu haylamağa dilim gəlmədi, Rastıma düşsə də əlim gəlmədi, Demə ki ovçusan, hanı kəkliyin”. İllər ötəcək, şair Hüseyn ömür boyu hər daşını, qayasını, gülünü, çiçəyini vəsf elədiyi Laçın dağlarında qəhərdən boğula-boğula bir qaçqın qızın dilindən kəkliyə deyəcək ki, “oxuma, kəklik, oxuma”, çünki “qarşıda yağı gizlənib”. Bu yağı sadəcə təbiət qənimi ovçu deyil, torpaq qənimi, Vətən düşməni erməni daşnakdır. Şair müvəqqəti itirilmiş torpağa dözə bilmir. O həyat yoldaşına deyir ki, mənim kəfənimi tikə-tikə, boynunu bükərək, telini üstümə tökərək ağla. Şairin fikrincə insan vətənini itirəndə o diri də olsa ölü hesab edilməlidir. Budur vətən itkisinin şairin sinəsinə çəkdiyi sağalmaz dağ! Bir qeyrətli vətən övladı kimi vətən itkisinə laqeyd qalmamış və əksinə onu ömürlük sinəsinə çəkilmiş dağ hesab etmişdi. Şair Hüseyn Kürdoğlu bütün Laçın əhalisi kimi doğma vətəni itirmişdi. Bu bütün namuslu azərbaycanlılar, xüsusilə şair Hüseyn üçün böyük dərdə çevrilmişdi. Vətəni əldən getdiyindən Hüseyn həyatda özünə yer tapa bilmirdi. Bununla əlaqədar narahatlıq onun qəlbinə hopmuşdu, onun düşüncələrini fəth etmişdi. Quş bir yaşıl budaqdan uçandan sonra bir yuvaya qonmalıdır. Quşun qonmağa yuvası olmalıdır. O havada vurnuxa-vurnuxa, göydən yerə həsrətlə baxa-baxa özünə qonmağa yer axtarır. Əgər quşun qonmağa bir yuvası yoxdursa deməli o quş yuvasızdır, yersizdir, yurdsuzdur, vətənsizdir. Dahi şairimiz Rəsul Rza “Füzuli” poemasında vətəndən uzaq düşmüş Vətənsiz Məhəmməd Füzulini yada salaraq yazmışdır: “Torpaqsız insan da yuvasız quşdur, ömrün boranından necə qorunsun? Düzdür Azərbaycan hamımızın doğma vətənidir. Ancaq biz hamımız etiraf etməliyik ki, vətənin qibləgahı insanın doğulduğu evin astanasından başlanır. İnsan üçün doğma astana yoxdursa demək o adam vətənsizdir, sərgərdandır. Dumana, borana, yağışa qalmış, Xilası bir qanlı vuruşa qalmış. Qurd da viranədə yuva bağlamaz, Viranə yurdumuz bayquşa qalmış. Bu fikir Hüseyndə dərin iz buraxdığından şairdə olan qapalılıq daha da güclənmişdi. O həyatda özünə yer tapa bilmədiyindən həyat onu sıxırdı. Hüseyn özünü göydə qanad çalan, lakin qonmağa yer tapa bilməyən qartala bənzədirdi. Bu düşüncələr şairin qəlbini göynədir və onu hansısa bir viran qalmış evin küncünə sıxırdı. Odur ki, öz daxili dünyasınla vətənə qayıtmaq hissləri həyatdan küskün şairi caynağına alıb göylərin yeddinci qatına qaldırmışdı. Bu şairin son vaxtlar yazdığı şeirlərdə özünü çox qabarıq şəkildə göstərirdi. Müasir həyatın uçurumu qarşısında dayanmış şair Hüseyn Kürdoğlu qəflətən aramızdan getdi. Onun yeri cənnətlik olduğu üçün də cənnətə getdi. Ancaq şair biz dostlarını ağır psixoloji gərginlikdə qoyub getdi. Bizim heç birimiz Hüseynin belə tezliklə aramızdan getməsini gözləmirdik. Allah təla bütün haqq dünyasına göndərilmişlərə rəhmət eləsin, içində də bizim sevimli dostumuza, sirdaşımıza, şair qardaşımız Hüseyn Alışanov – Kürdoğluna. Xalq şairi Bəxtiyar Vahabzadənin məsləhəti ilə şərti olaraq ancaq Kürdoğlu təxəllüsünü öz üzərinə götürmüş Hüseynə, Azərbaycanın Laçın rayonunun Əhmədli kəndində dünyaya göz açmış şair Hüseyn Alışanova dönə-dönə rəhmət diləyirəm. Mən böyük ürək açıqlığı ilə deyirəm ki, Hüseyn Həsən oğlu Alışanov ömrü yazdığı elmi əsərlərində, şirin şeirlərinin bəndlərində, dostların qəlbində və bir də Dəli dağın zirvəsində, Həkəri çayın coşğun sularında, Laçının yalçın qayalarında, hər il təkrarən açıb solan çiçəklərində, əliklərin məsum baxışında, arıların şirinli-şəkərli balında yaşayır. Hüseynin yüksək insani keyfiyyətləri, elmi əsərləri və poetik yaradıcılığı bizə yadigar kimi qalıb. Biz bu yadigarları əzizləyə-əzizləyə, hər an tumarlaya-tumarlaya saxlayacağıq. Vətən naminə, insanların mənəvi qida alması, tariximizin daha da dərinə kök salması naminə. Hüseyn bütün varlığı ilə insanları, həyatı, Azərbaycanı sevdiyi kimi təbiəti də ürəkdən sevir və onu tutarlı şeirləri ilə qoruyurdu. Əli Turxan demişdi: “Milli ruh məhəbbətlə ağlın ittifaqından yaranır”. Hüseyn Kürdoğlunda vətənə məhəbbət onun Milli ruhundan və ağlının zənginliyindən yaranmışdı. Onun Milli ruhu və ağlı onun poeziyasının kökündədir. Hüseyn xalqımızın qeyrətli oğlu idi. Doğma Vətənin itirilməsi hər bir vicdani vətən övladı üçün ağırdır. Laçının itirilməsi Hüseynin sanki ürəyində bir düyün, beynində sağalmaz yara yaratmışdı. Hüseyn Laçınsız yuvasız qartal idi. Vətənsizlik dərdi içəridən Hüseyni didirdi, ürəyini ovurdu, fikrini-zikrini ovsunlayırdı. Şair şeirlərindən birində dünyasını dəyişmiş atasının məzarından üzr istəyərək deyir ki, “Ey qəhrəman ata, keç günahımdan, qoruya bilmədim məzarını mən” (səh. Yurd-yuva həsrəti ilə qovrulan şair ürək ağrısı ilə deyir: “Bir xınalı daşa baş qoyub öləm, dinləyə-dinləyə torağayları”. Vətən itkisində Hüseyni yandıran cəhətlərdən biri də odur ki, vaxtı ilə şairin doğma kəndinə gəlib dilənən ermənilər işğal etdikləri obanı darmadağın etmişlər. Namərdlər nə günə qoymuş, ay Allah, Gəlib diləndiyi mərdanə kəndi. Şair vətən yolunda vuruşmaq, düşmənə qalib gəlmək arzusunda idi, lakin ixtiyar yaş buna imkan vermirdi. Şair bu münasibətlə yazmışdı. Yad bir hava çalmadı mənim bu könül sazım, Vətən çeşmələrində axır həzin avazım. Qoca vaxtıma düşdü, şəhid ola bilmədim, Budur əlimdən gələn: yurduma şeir yazım. Şair öz poetik yaradıcılığından razı qaldığını bildirərkən yazmışdı: Dağların dastanıdır yazdığım başdan-başa, Dağlar başında bir gün göyə qalxar heykəlim. Bəli, şair, sən öz poetik yaradıcılığınla vətən dağları zirvəsində yer tutaraq göylərə ucalmaq haqqını qazanmısan. Şair Hüseyn Kürdoğlunun vəfatından sonra çap olunan “Yurduma qurbandır sözüm” kitabında toplanan hər bir şeiri, xüsusən bayatıları həyəcansız oxumaq mümkün deyil. Bayatı yazanların düşüncəsində dolaşıqlıq olmur, hər şey aydın ox kimi düz və bir istiqamətlidir; şair bu bayatıları Laçınsız, Şuşasız, Ağdamsız illərin ağrı-acısı ilə qələmə alıb. Dağlarda qarmı qalar, Söyləsəm qara dərdim. Qəlbimdə gizləmişdim, Tez çıxdı üzə dərdim. Qışa dönmüş ömrümün. Şerimdə yazı qaldı. Şair iş başında olarkən kiməsə deyir: Ayırma sözdən məni, Bu gün qələm üstəyəm. Laçın yada düşəndə şair belə yazıb: Göllərə qırov düşdü, Xəyalıma ov düşdü. Laçının həsrətindən. Qanıma alov düşdü. Bu dünya mərdi dağlar, Məhşəri gördü dağlar. Dağlardan uca qalxıb, Laçının dərdi, dağlar. Vətən oğullarını vətənin qisasını almağa çağıran Hüseyn belə yazmışdı: Yurdumuzu dağıdan, Sevinər bu ağıdan. Hüseyn bir cənnət quşu kimi bizim aramızdan qəflətən uçub getdi. Şair bu işıqlı dünyadan getməmişdən dedi: Dağ kükrər, başdan yanar, Od saçar, daşdan yanar. Kövrəkdir məzar daşım, Ağlama, yaşdan yanar. Kürdoğlu el dərdini. Laçının işğalı şairi kökündən silkələmiş, onun daxili dünyasına dağ çəkmişdi. O, sağlığında heç cürə Laçını azğın, layiqsiz, murdar ermənilərin işğal etməsi ilə barışmayıb. Şair Hüseyn Kürdoğlu öz diyarını, dağılmış od-ocağını şeirində tam açıqlayır. Vətənpərvər Hüseyn Kürdoğlu yazır: Bilirsənmi nə növrağım dağılmış, Behiştdən də gözəl idi Laçınım, Ata yurdum dağım-dağım dağılmış! Budur şair Hüseynin varlığından gələn nida, budur Azərbaycana dəymiş yaranın ümumiləşdirilmiş təzahürü. Şair Hüseyn Kürdoğlunun işğalçı ermənilərə qarşı daxili nifrətinin atom cəmi, yığcam hökmü: Alınmazmı azğın başın havası, İntiqamdır yaramızın davası! Əsir düşə yapalağın oğluna?! Hüseyn “Şair, xəyalların şirin olsa da” şeirində xəyal qanadında dağlara çəkilib qədim bir mağaraya sığınır, müasir dünyanın bütün səs-küyündən, informasiya mənbələrindən ayrılır, şehli çiçəklərin ətrinə batır, başına dolanan ulduzları, ayı müşahidə edir, dünyaya təzə gəlmiş topu, tüfəngi unudur. Sonra şair gözəl nağıllar dünyasından ayrılaraq bu günümüzə qayıdır və yenə də itirilmiş vətən yada düşür. Bir fayda verərmi gözəl nağıllar, Səngər tutmalıyıq cəbhələrdə biz! Bu şeirin poetik vurğusunun birində Hüseyn yazır: Sonuncu şeirini qaya döşünə. Axır nəfəsində al qanınla yaz... Hünərin tac olsun dağlar başına, Sonuncu məzarı düşmənə sən qaz! Şair üçün vətənin itirilməsindən ağır əzab olmamışdır. Vətənin itirilmiş torpaqları geri alınmalıdır ki, dirilərin göz yaşı qurusun, dünyasını dəyişmişlərin isə ruhu rahatlıq tapsın. Kürdoğlu dünyasını dəyişib getdi: Kürdoğlu gəldi, getdi, Qəm nədir, bildi getdi. Eşqini ağlar qoyub. Saçının bir dəstəsi ağappaq ağararaq sağa daranıb, qalın qara qaşların altından baxan tünd qəhvəyi gözlərin dərin fikrə dalıb. Sənin bütün düşüncələrin, fikirlərin şeirlərində daşlaşıb. Odur ki, sən həyatının təfəkkür şirəsini bizlərə – vətən övladlarına qoyubsan (mən qəsdən qoyub getmisən demirəm). Çünki sən bir talantlı şair kimi, qeyrətli vətən oğlu kimi, məhsuldar bir alim kimi həyatını öz əsərlərində, öz şeirlərində əks etmisən. Sənin poetik yaradıcılığın dahi Sabir demişkən “Canlı dəyirmanlar” üçün deyil, vətənin düşüncəli övladları üçündür. Məmməd Araz demişkən – Vətən daşı olduğun üçün də, sən vətənin əsl vətəndaşısan. Vətən sənə oğul deyib. Bu səbəbdən də mamır olub sevdiyin dağların qayalarının üzərində bitməyə tam haqqın var. Hüseynin ruhu, sənin baxışlarında yorğunluq, üzgünlük hiss olunur. Ancaq bu üzgünlüyün içində böyük qələbəyə ümid və inam var. Mən sənin gözlərində bir vətən sevgisi, vətən həsrəti, bir də yağı düşmənlərə tükənməz nifrət hissi görürəm. O zaman sənin doğma vətən torpağından bir ovuc gətirib qəbrin üstə səpəcəklər. Bu gün sənin narahat ruhun, göydə uçaraq qonmağa bir yuva tapa bilməyən quş kimi bizimlədir. Sənin səmada cövlan edən ruhun vaxt gələcək ki, Laçın elinə enəcək, qoruya bilmədiyin atanın məzarı üzərinə qonacaq. Deyirlər tarix təzələnir, deyirlər insan yenidən köçdüyü yerə qayıdır. Allah aman versə sənin ruhun bir də bu dünyaya qayıdacaq və vətənin mamırlı daşını yumşaq yastıq hesab edib, ora baş qoyacaq, oradan göy qübbəsinə, onun ulduzlu, aylı səmasına tamaşa edəcək. Mən sənin narahat ruhuna səbir diləyirəm.
Gözəllik, müdriklik, bir də sadəlik. (Aida xanım İmanquliyevanın ad gününə sözardı). Qərbi Avropa filosoflarından biri deyərmiş ki, güclü iradə məntiqli düşüncə tərzilə qovuşanda, liderlik keyfiyyəti aşkarlanır. Yazılarımın birində isə belə cümlə işlətmişdim: “Mən müdrik insanla, xüsusilə müdrik azərbaycanlı ilə fəxr edirəm”. Məhz bu duyğular məndə görkəmli şərqşünas-alim, böyük Azərbaycan qadını Aida İmanquliyeva haqqında ürək sözlərimi qələmə almaq ehtiyacı yaratdı. Sovet Birliyi dönəmində həmişə mənə elə gəlirdi ki, şərqşünaslıq kişi işidir və bu gün də həmin dövr üçün bu fikirdəyəm, çünki müşahidələrimə və qənaətlərimə görə şərqşünas – qadının o vaxtlar – dövlətin humanitar sahələr üzrə elmi də siyasiləşdirdiyi zəmanədə – yaxşı ədəbi-tarixi əsər yazmağa gücü, iradəsi, səbri yetərincə olmaz. Özü də mövzusu yeni dövr – mühacirat ədəbiyyatı ola! Səmimi etiraf edirəm–Aida xanımın elmi fəaliyyəti mənim bu qənaətimi alt-üst elədi. Tale ona çox üstünlüklər bəxş etmişdi, təkcə uzunömürlülükdən başqa. Təəssüf... Ona görə təəssüf ki, müdrik və savadlı tədqiqatçı-alim, mehriban insan və əsl pedaqoq Aida İmanquliyeva doğma Azərbaycanımıza çox töhfələr verə bilərdi... Güclü iradə də Allah vergisidir. Bioloqlar onu çox vaxt genlə əlaqələndirirlər. Ona görə də eşidəndə ki, Aida xanım Azərbaycan mətbuatının patriarxlarından biri, çox hörmətli Nəsir müəllimin qızıdır, onda məsələ tamam aydınlaşır. Tale mənə nə qocaman jurnalist Nəsir İmanquliyevlə, nə də görkəmli ərəbşünas Aida İmanquliyeva ilə şəxsən yaxın tanışlıq qismət edib, amma uzun illər humanitar sahədə olduğumdan, söz sənəti sahəsində qazandığım dost-tanışlarla ünsiyyət vaxtı haqqında çox-çox ləyaqətli fikirlər eşitdiyimdən, sanki Nəsir müəllimlə yüz illərin tanışıyam. İlk gənclik illərində mətbuatda çalışmağım və bugünədək qazandığım həyat təcrübəm birmənalı şəkildə təsdiq edir ki, Nəsir İmanquliyev görkəmli redaktor idi. Otuz il Bakı kimi çox geniş və zəngin infrastruktura malik böyük regionun mətbu sözü onun imzası ilə işıq üzü görüb. Azərbaycan və rus dillərində dərc olunan həmin “Bakı” – “Baku” qəzetləri Azərbaycan jurnalistikası tarixinə sözün əsl mənasında fərqli qəzet kimi daxil olmuşdur. Həm axşam qəzetlərinin özünəməxsusluğu baxımından, həm texniki tərtibat seçimi, həm də mövzu rəngarəngliyi, janr müxtəlifliyi, cəsarətli və kəsərli müxbir sözü, novatorluğu ilə. Çünki o qəzetin redaktoru zövqlü, ötkəm və prinsipial jurnalist Nəsir İmanquliyev idi. Bu gün Azərbaycan mediasında peşəkarlıqları ilə seçilən bir çox qələm sahibləri məhz onun tələbələridir. Bu fikri Nəsir müəllimin tələbəsi olmuş ayrı-ayrı jurnalistlərdən eşitdiyimdən, “sənədliliyinə” şübhə etmirəm, ona görə də sizlə bölüşürəm. Nəsir müəllim gələcək jurnalistlərə tövsiyələrini özünəməxsus formada sirayət etdirərmiş. Məsələn, o gələcək həmkarlarına deyərmiş: ”Təsəvvür edin ki, qatarla Bakıdan Moskvaya gedirsiniz, kupedə sizdən əlavə neftçi-mühəndis, həkim və kimyaçı ixtisasında səfər yoldaşlarınız var. Bax, siz jurnalist, bu müxtəlif peşə sahiblərinin hər üçü ilə onların peşə səviyyəsində iki gün söhbət etməyi bacarmalısınız”. O, öz tələbələrinin hərtərəfli olmasına tələbkarlığı və bu tələbkarlığa xidmət edən prinsipiallığı ilə nail olurdu. Bütün bunları ona görə xatırlatdım ki, bu gün böyük hörmətlə anadan olmasının 70 illiyini qeyd etdiyimiz Aida xanım həmin o kişinin qızıdır. Aida xanım İmanquliyevlər ailəsinin tək övladı olub. Və ailə sağlam olduğundan, bu tip müştərəklik övladda qətiyyətlik, prinsipiallıq, qarşıya qoyulmuş məqsədə nail olmaq cəhdi və liderlik xüsusiyyəti formalaşdırmışdır. Onu yaxından tanıyan respublikamızın say-seçmə insanları Aida İmanquliyevanın xarakterindəki xarizmin məhz buradan qaynaqlandığını deyirlər. Aida xanım sadə, mənəviyyatlı el qızı və gənc tədqiqatçı kimi yetişdiyi Ata evindən Ər evinə – ötən əsrin görkəmli klassik yazıçısı və əvəzsiz – bənzərsiz ziyalısı Mir Cəlalın ailəsinə köçür və onun həm alim, həm də şəxsiyyət kimi formalaşması prosesi çox ritmik davam edir. Ömür yoldaşı istedadlı fizik, özü kimi yaraşıqlı, sadə və müdrik Arif Paşayevlə bir damın altında yaşadıqca bir-birlərini daha bütöv tamamlayırlar. Aida İmanquliyeva təkcə Azərbaycan deyil, ümumiyyətlə, sovet ərəbşünasları pleyadasına məxsus alimdir. O, doğma Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ilk qırmızı diplomlu məzunlarındandır. Ziyalı mühitimiz bilir ki, Şərqşünaslıq fakültəsinin həmin buraxılışı çox güclü məzunları ilə bu günədək elm və təhsil sistemində xatırlanılr. Aida İmanquliyeva həmin istedadlı məzunlardan biridir. Respublikamızda şərqşünaslıq üzrə ilk elmlər doktoru da Aida İmanquliyevadır. Bugünkü gənc nəslə daha aydın olsun deyə, bir qədər açıqlayım; söhbət o dövrdən gedir ki, ali təhsil almaq hədsiz dərəcədə fəxarətli, tanınmış ailənin övladı olub, əlaçı oxumaq isə çox prinsipial məsələ idi. Yəni məşhur redaktor və universitet müəllimi Nəsir İmanquliyevin övladı gərək imtahan suallarına “beş”dən yuxarı cavab verəydi ki, ona sadəcə, minnətsiz “əla” qiymət yazılaydı. Çünki o vaxtlardan başlayaraq, “İmanquliyev” soyadı Aida xanım üçün məşhur “əlahəzrət dayı”nın sehrli və keçərli sözü deyildi, savad ölçüsü, mədəniliyin, prinsipiallığın və liderliyi ələ almağın keyfiyyət nişanı idi. Bu gün o təvazökar xanımın qısa, lakin çox şərəfli ömür yoluna nəzər salanda, müəllimləri, tələbə dostları, iş yoldaşlarının xatirələrini dinləyəndə, görkəmli şərqşünas alimlərin elmi əsərlərini vərəqləyəndə bütün bunların reallığına heç bir şübhə qalmır. Aida xanım SSRİ ilə bir adı olan, məşhur ərəb dili müəllimi Ələsgər Məmmədovun tələbəsi olub. Görkəmli şərqşünaslar: Rüstəm Əliyev və İosif Braginski onun elmi axtarışlarına rəhbərlik edib və ən prinsipial cəhət isə odur ki, gənc aspirant elmi mövzu seçəndə asan yolla getməyib. Yuxarıda bəzi mətləbləri açıqlamışam. İndi əlavə edəcəklərim dediklərimə başqa yöndən aydınlıq gətirəcəkdir. Əvvəllər İqnati Kraçkovskinin tədqiqat sahəsi olmuş ərəb mühacir ədəbiyyatını elmi mövzu seçmək asan deyil. Buna ancaq özünün nəzəri səviyyəsinə arxayın aspirant cürət edə bilərdi. Ərəbcədən əlavə, həm də Avropa dillərində yazan, XIX-XX əsrlərdə Cənubi Amerkaya mühacirət etmiş, əsasən Suriya və Livan əsilli ədəbiyyatçıların yaradıcılığını tədqiqat obyekti kimi müəyyənləşdirmək ancaq poliqlot istedadına malik ədəbiyyatçılara məxsus qərar ola bilərdi. Başqa sözlə desək, İqnati Kraçkovskidən sonra elmi söz demək məsuliyyəti, Avropa dillərinə və dünya humanitar fikir tarixinə bələd olmağın çətinliyi gənc aspirantdan ciddi hazırlıq səviyyəsi və istedad tələb edirdi. Aida xanım nə edəcəyini yaxşı bilirdi... Cubran Xəlil Cubran, Əmin ibn Faris ər-Reyhani, İlya Əbul-Madai, Mixail Nuayme, “Qələm cəmiyyəti” onun əsas tədqiqat sahəsi idi. Dördcildlik “ər-Reyhaniyyət” külliyatını tədqiqata cəlb edən şərqşünas da Aida xanım İmanquliyeva olub. Ümumiyyətlə, mühacir ərəb ədəbiyyatını tədqiq etmək üçün ancaq ərəb dilini bilmək kifayət deyildir. Hətta, ingilis dilini də bilmək bu mövzuya girişmək üçün son əsas şərt hesab olunmurdu. “Mühacir ərəb ədəbiyyatı” mövzusu kompleks yanaşma tələb edən sahədir. Yəni Qərbi Avropa və rus ədəbiyyatını yaxşı bilmək, XVIII-XX əsr dünya ədəbi cərəyanlarının nəzəri əsaslarını, həm idealist, həm də materialist fəlsəfi fikrə bələdliyi tələb edən tədqiqat sahəsidir. Çünki bir tərəfdən, Aida İmanquliyevanın mövzuya yanaşma metodunda, təfəkkür tərzində müqayisəli analizə meyil xüsusilə güclü olub, digər tərəfdən isə o, hər dəfə bu və ya digər ədəbi problemlə əlaqədar öz tədqiqat sahəsinə müraciət edəndə, əvvəlki qənaətləri ilə paralellik axtarmır, əsl alim kimi yeni mahiyyətə və onun təsdiqinə xidmət edən başqa detalları sezib qabartmağa üstünlük verirdi. Çağdaş ədəbiyyatşünaslar – istər ərəb, istərsə də qeyri-ərəb – mühacir ərəb ədəbiyyatının nəzəri əsaslarından və ədəbi tarixindən söz düşəndə, Aida İmanquliyevanın yaradıcılığına dönə-dönə müraciət edir, elmi dəstək alırlar. Çünki sanballı şərqşünas kimi onun elmi axtarışlarının ən dəyərli cəhəti konseptual formatda olmasındadır: a) ərəb ədəbiyyatının Avropa və Amerika ədəbiyyatından təsirlənməsində mühacir ərəb ədəbiyyatı xüsusi vasitəçilik missiyası rolu oynamışdır, yəni ümumi ərəb ədəbiyyatı + mühacir ərəb ədəbiyyatı = yeni ərəb ədəbiyyatı. Və bu xüsusilik ilk növbədə janr müxtəlifliyi və yeni bədii ifadə tərzində, təhkiyə formasında təsbitlənmişdir, başqa sözlə desək, müasir ərəb ədəbiyyatı dünya maarifçi və sentimental ədəbiyyat ənənəsindən romantik və tənqidi realist ədəbiyyata doğru inkişaf yolu keçmişdir. Aida İmanquliyevanın filoloji kəşfinin çox yığcam formulu, bax, bundadır. Alim öz qənaətlərini, ərəb gerçəkliyinin təsvir-təqdimini yeni məzmun və forma uyarlığı müstəvisində təsdiq edəndə ədəbiyyatşünas kimi, yaradıcılığına toxunduğu yazarların dil-üslub xüsusiyyətlərinə toxunanda, onların leksik-semantik zənginliyini izah edəndə isə dilçi alim kimi çox məntiqli görünür. Məhz bu keyfiyyətlərinə görə Aida İmanquliyeva gözəllik, müdriklik, bir də sadəlik mücəssəməsi kimi həm yaxınları, həm də elm-təhsil ictimaiyyəti arasında daim seviləcək və xatırlanacaq ziyalılarımızdandır. Onun həmkarlarından biri çox yaxşı deyib: “Aida xanım... keçmiş sovet ərazisi çərçivəsində, qonşu dövlətlərdə, dünyanın ən böyük paytaxtlarında keçirilən beynəlxalq və regional konfranslarda, simpozium və yığıncaqlarda arzuolunan qonaq idi...”. Bir-birinə yaraşan iki ailənin qohumluğu nadir xoşbəxtliklərdəndir. Görkəmli şərqşünas haqqında ürək sözlərimi İmanquliyevlər və Paşayevlər ailəsini məhz bu cür xoşbəxt talelər qismində dəyərləndirmək fikrilə yekunlaşdırmaq istərdim.
Sizə ehtiyacımız var... Sağlığında xalqın sevimlisi və öldükdən sonra adı tarixin bəzəyi olmaq dünyada ən böyük səadətdir. Bunu duymaq üçün onu tanıyanlarla bircə dəfə həmsöhbət olmaq kifayətdir. Dostlarının, doğmalarının əhatəsində bu yubileyi qeyd edəcəkdi... Amma tale yazan öz hökmünü başqa cür yazdı. Salona daxil olanların ilk diqqətini çəkən səhnədə qoyulmuş böyük portret oldu. Son dərəcə nurlu bir sima sanki dalğın baxışları ilə tədbirə gələnləri salamlayırdı. Şəklin qarşısında olan beş budaqlı şamdanda şölələnən şamların alovu titrəyərək onun surətini bir az da nurlandırırdı. Tədbir başlandı. Dahi üzeyir Hacıbəyovun Nizaminin sözlərinə bəstələdiyi "Sənsiz" romansının həzin sədaları salona yayıldı. Qəlbləri titrədən, ürəkləri riqqətə gətirən bu musiqi dalğa-dalğa salona axdıqca salonda əyləşənlərin hıçqırıq səsləri aydın eşidilirdi. Onu insanlar sevirdi... ürəkdən sevirdi... Mülayim təbiətinə, mehribanlığına, təmkinli olmasına, yüksək mədəniyyətinə, zəngin mənəviyyatına, insanları dinləmək bacarığına və daha nələrə, nələrə görə sevirdilər onu. O, həyatını incəsənətsiz təsəvvür etmirdi. ömrünün böyük bir hissəsini sevdiyi musiqi sənətini böyüməkdə olan gənc nəslə öyrətməyə həsr etmişdi. Onun yetirmələri arasında respublikadan kənarda da böyük uğurlar qazanıb, sevimli müəllimlərinin üzünü ağ edən şagirdləri çoxdur. başlığı altında təşkil olunan xatirə gecəsi də məhz onun uzun illər direktor kimi fəaliyyət göstərdiyi Bakı şəhəri, Buzovna qəsəbəsi 4 nömrəli uşaq incəsənət məktəbinin məzun və şagirdlərinin ifası ilə əhatələnmişdi. Musiqi nömrələri bir-birini əvəz etdikcə səhnədə qoyulmuş monitorda Yusif Quliyevin həyat və yaradıcılığı ilə bağlı süjetlər nümayiş etdirilir, eyni zamanda aparıcı Xoşqədəm Bağırovanın səhnə arxası diqtəsi eşidilirdi. Tədbirə toplaşanlar bu gözəl insan və tələbkar müəllim barədə yetərincə məlumat alırdı. İncəsənət onun həyatının əsas qayəsi idi. Sevdiyi peşənin sirlərini sevə-sevə yetirmələrinə öyrədirdi. Məhz bunun nəticəsidir ki, onun diqqət yetirdiyi şagirdlər arasında müxtəlif festivalların qalibləri, Prezident təqaüdçüsü, uşaq folklor müsabiqələri laureatları və diplomantlar var. Tədbirin gedişi vaxtı bu şagirdlər öz sevimli müəllimlərinin xatirəsinə həsr etdikləri musiqi nömrələrini böyük məhəbbətlə ifa edirdilər. Onlar sanki bu gün Yusif müəllimin qarşısında imtahan verirdilər. Amma bu imtahanın qiyməni tədbirə gələnlərin ürəyinə yazılacaqdı. Tədbirin proqramına Yusif müəllimin çox sevdiyi əsərlər daxil edilmişdi. Əlibəndə Əliyevin kamançada ifa etdiyi "Şüştər"muğamı elə bil hamını sehirləmişdi. Daha sonra mahnı ifaçıları Orxan Məmmədov, Kifayət Dadaşova, muğam ifaçıları Arif Gözəlov və ülviyyə Rəhimova muğamın dili ilə öz müəllimlərinə ehtiramlarını bildirdilər. Fortepiano ifaçılarından Abbas Abdullazadənin ifa etdiyi L.Bethovenin sonatasından "Patetik"hissə və Müşfiq Quliyevin ifa etdiyi Raxmaninovun "Elegiya"əsəri tədbir iştirakçılarında həzin duyğular oyatdı. İncəsənət məktəbi şagirdlərinin ifa etdiyi "Şahnazsayağı" musiqi nömrəsini isə mərhum Yusif Quliyev sağlığında özü hazırlamışdı. çox təəssüf ki, bu musiqi nömrəsinin nümayiş olunmasını görmək ona qismət olmadı. "Leyla" rəqs kollektivinin ifa etdiyi "İgidlər rəqsi" tamamlananda bütün salona toplaşanları heyrət bürüdü. Başlarında papaq, əyinlərində milli kişi paltarı olan bu rəqqaslar şüx rəqsin sonunda papaqlarını çıxaranda onların uzun saçları çiyinlərinə töküldü. Qeyd olundu ki, bu rəqs Yusif müəllimin ən çox sevdiyi rəqsdir. Bu rəqsi qızların ifa etməsində bir məqamı da qeyd etmək yerinə düşərdi. Həqiqətən Azərbaycanın mərd və igid qızları lazım olan vaxt kişi paltarı geyinib kişilərlə çiyin-çiyinə rəqs etməyi də, döyüşməyi də bacarırlar. Tədbirin sonunda incəsənət məktəbinin direktoru Səadət Eminova Yusif Quliyev barədə ürək sözlərini dedi və gələn qonaqlara təşəkkür etdi. Beləcə, bir insan ömrü də xatirəyə çevrildi. Elə bir insan ki, sağlığında elin sevimlisi olub, dünyadan köçəndən sonra isə adı doğma kəndinin tarixinə bəzək olmağa layiqdir.. Gülarə Munis, Azərbaycan Yazıçılar. və Jurnalistlər Birliklərinin üzvü.
“Bakının İslam mədəniyyəti əcnəbilərin gözü ilə” mövzulu konfrans olub. Turizm İnstitutunda (ATİ) “Bakı İslam mədəniyyətinin paytaxtı –2009” Mədəniyyət ili çərçivəsində “Bakının İslam mədəniyyəti əcnəbilərin gözü ilə” mövzusunda elmi konfrans keçirilib. Konfransda tanınmış ziyalılar, ictimai-siyasi xadimlər, bir sıra səfirliklərin nümayəndələri iştirak ediblər. Konfransda çıxış edən ATİ-nin rektoru Cəfər Cəfərov “Bakı İslam mədəniyyətinin paytaxtı –2009” Mədəniyyət ili çərçivəsində Bakıda 100-dən çox ölkə və beynəlxalq miqyaslı tədbirlər keçirildiyini vurğulayıb: “Azərbaycan şərqlə qərbin mədəniyyət və din qovşağında yerləşir. Bu isə ölkəmizi turizm sahəsində də cəlbedici edir. Azərbaycanda İslam mədəniyyətinin yaranması və yayılması çox qədim tarixə söykənir. İslam mədəniyyətinin Azərbaycanda hansı rol oynadığını bütün dünya bilir”. Konfransda Şimali Kipr Türk Cümhuriyyətinin Bakıdakı təmsilçisi Zəki Qazioğlu “Kiprin islam əsərləri ilə Bakının İslam mədəniyyətini əks etdirən sənət əsərləri arasında doğmalıq elementləri”, İran Mədəniyyət Mərkəzinin sədri İbrahim Nuri “Azərbaycan Respublikasının İslam mədəniyyəti nümunələrinə baxış” mövzularında məruzələrlə çıxış ediblər. Misir Mədəniyyət Mərkəzinin rəhbəri Adel Dərviş orta əsr Bakı şəhərinin maddi və mədəniyyətində İslam amilinin rolundan, sonrakı dövrlərdə bu mədəniyyətin ölkənin inkişafına verdiyi təkandan söz açıb. Konfransda xəttat Vüqar Məmmədov və rəssam Tahir Ələkbərovun əl işlərindən ibarət sərgi də nümayiş etdirilib.
Dekabrın 9-da Rəşid Behbudov adına Mahnı Teatrında Yaradıcılıq Fondunun təşkilatçılığı ilə Özbəkistanın görkəmli alimi və şairi, əslən azərbaycanlı olan Maqsud Şeyxzadənin yubiley gecəsi keçirildi. Millət vəkili Eldar İbrahimov özünü “iki xalqın şairi adlandıran” M.Şeyxzadənin şəxsiyyətinə və irsinə Azərbaycanda hər zaman böyük ehtiram göstərildiyini bildirdi. Özbəkistanın Azərbaycandakı səfiri İsmətulla İrqaşev çıxışında ədəbiyyat tarixini çox gözəl bilən böyük dramaturqun əsərlərinin dəyərli ədəbi nümunələr olduğunu önə çəkərək, M.Şeyxzadənin əsərlərinin geniş öyrənildiyini və təbliğ edildiyini söylədi. Tədqiqatçı Əlizadə Əsgərlinn sözlərinə görə, M.Şeyxzadə istedadlı tərcüməçi, publisist və eyni zamanda XX əsr özbək poeziyasının yaradıcılarından olub. Ə.Əsgərli yubilyarın həyat və yaradıcılıq yolundan, ana vətəni Azərbaycana bağlılığından danışdı. Tədbirdə “İki xalqın bir oğlu” filmindən fraqmentlər və Maqsud Şeyxzadənin yaradıcılığının şah nümunəsi sayılan “Mirzə Uluqbəy” faciəsindən səhnə göstərildi. Özbəkistan Milli Elmlər Akademiyasının üzvü Akif Bağırov yubilyar barədə fikrini belə ifadə etdi: “Şeyxzadə Özbəkistanda yüksək qiymətləndirilir. Əzminə görə Əmir Teymura, elmi təfəkkürünə görə Mirzə Uluqbəyə, bədii irsinə görə Əlişir Nəvaiyə bənzəyən M.Şeyxzadənin irsi diqqətlə qorunub saxlanılır”. Tədbirdə M.Şeyxzadənin şeirləri, Azərbaycan və özbək musiqisindən nümunələr səsləndirilib.
Milli mədəniyyətimizdə tarixi hadisə – “Dünya ədəbiyyatı kitabxanası”. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə nəşr olunan “Dünya ədəbiyyatı kitabxanası” seriyası böyük milli əhəmiyyəti olan layihədir. Klassik və müasir dünya ədəbiyyatının görkəmli nümayəndələrinin, Nobel mükafatına layiq görülmüş müəlliflərin əsərlərinin, dünya ədəbiyyatı üzrə antologiyaların daxil olduğu bu seriyanın tərcüməsi (özü də xüsusi qeyd etmək istərdim ki, orijinaldan tərcüməsi) və nəşri ədəbi-mədəni həyatımızda, bütövlükdə milli inkişafımızda mühüm hadisə olacaq. Seriyanın nəşri Azərbaycan tərcüməçilik məktəbinin, redaktorluq və korrektorluq peşəsinin də yeni mərhələyə qalxmasına təkan verəcək. Dünya ədəbiyyatının ən parlaq və müasir ədəbi düşüncəni ifadə edən nümunələrinin Azərbaycan dilində ilk dəfə orijinaldan tərcüməsi və nəşrinin ədəbi fikrimizə, mədəniyyətimizə müsbət təsiri ilə yanaşı, ədəbi dilimizin təkamülündə də böyük rol oynayacağı şübhəsizdir. Digər bir amil də, dövlət rəhbərimizin milli təəssübkeşlikdən doğan sərəncamı sayəsində tərcüməçilərimizin, redaktorların, korrektorların əməyinin mənəvi və həm də maddi cəhətdən qiymətləndirilməsidir. Bir çox dillərdən bədii əsərlərin orijinaldan tərcüməsini nəzərdə tutan bu layihənin yaradıcılıq işləri Şərqi və Qərbi Avropa dillərinin tədris olunduğu Bakı Slavyan Universitetinə həvalə olunub. Kitabların tərtibatını, tərcüməsini, redaktə və korrekturanı əhatə edən bu yaradıcılıq işlərinin icrası üçün universitetimizin mütəxəssisləri, eləcə də respublikamızın bir çox yaradıcı adamları – tərcüməçilər, redaktorlar, korrektorlar cəlb olunmuşdur. Bu vaxta qədər 150 cild kitaba daxil olacaq əsərlərin siyahısı hazırlanmış, tərtibat işləri aparılmışdır. Artıq 30-dan çox kitab ilk dəfə, böyük əksəriyyəti orijinaldan tərcümə edilərək universitetimizdəki işçi qrupuna təhvil verilmişdir. Hazırda işçi qrupu, yəni redaktorlar, korrektorlar bu tərcümələr üzərində işləyir. “Şərq – Qərb” nəşriyyatına çap üçün göndərilmiş kitabların qonorarı tərcüməçilərə, redaktorlara və korrektorlara ödənilmişdir. Hazırda 12 kitab çap olunmuş və oxucular tərəfindən müsbət qarşılanmışdır. Bu kitablar universitetimizdə və Bakı kitab klubunda təqdimat zamanı, eləcə də mətbuatda yüksək qiymətləndirilmişdir. Digər kitablar üzərində isə hal-hazırda yaradıcı iş gedir. Redaktorla tərcüməçilərin son dəqiqləşdirmə və tamamlama işləri hələ başa çatmayıb. Bu tərcümələr tələblərə cavab verən əsərlər kimi qəbul edilib nəşrə təhvil verildikdən sonra qonorar haqda danışmaq mümkündür. Yoxsa, gəlin, “Bəxtiyar” filmindəki kimi çalıb qurtarmamış “pulumu verin!” qışqıran kontrabasçıya bənzəməyək. Prosesin real və obyektiv, şəffaf və aşkar mexanizmi bundan ibarətdir. Şablon olaraq “adının açıqlanmasını istəməyən mənbə”nin (kontrabasçının – ?) və qəzetin redaksiyasının nəzərinə çatdırıram ki, hətta biz bəzi tərcüməçilərin, yazıçıların ədəbi mühitdə tanınan imzasını, yaradıcılıq təcrübəsini nəzərə alaraq, onların orijinaldan olmayan və hətta nə vaxtsa çap olunmuş tərcümələrini də qəbul etmişik. Hazırda bu kitablar üzərində mərhələ-mərhələ redaktə işi gedir. Bəzi kitablar ya qəbul edilməyib, ya da hələ çapa tam hazır deyil və qonorarları kitablar nəşrə qəbul edildikdə veriləcək. Bir daha bildirmək istərdim ki, seriya üzərində ciddi iş gedir. Proses bütün mərhələləri ilə davam etməkdədir. Milli mədəniyyətimizdə tarixi hadisə olacaq bu nəcib layihəyə, böyük bir kollektivin fədakar əməyinə qısqanclıqla kölgə salmağa çalışan yazılar isə ancaq təəssüf doğurur. Asif Hacıyev Filologiya elmləri doktoru, professor.
1893-cü il dekabrın 15-də Danimarka alimi Vilhelm Tomsen Orhun çayı sahilində daşların üzərində yazılmış sirli yazıları deşifrələdi. Şifraçma prosesi “tenqri” sözündən başladı və məlum oldu ki, bu qəribə yazılar qədim türk dilindədir. Həmin gün özünü sivil adlandıran xalqların mədəniyyətsiz köçərilər hesab etdiyi türklərin, qədim yazı mədəniyyətinə malik olduğu meydana çıxdı. Bu hadisə, onlarla imperiya yaratmış və yüzlərlə meydan savaşında qalib gəlmiş türk etnosunun tarixində əlamətdar bir hadisə oldu. Mədəniyyətsiz köçərilər və birdən-birə əlifba. İlkin tədqiqatçılar onların VIII əsrdən öncə yaradıldığını söyləyirdilər. Əlbəttə, V.Tomsen başda olmaqla, bütün Avropa alimlərini bircə şey maraqlandırırdı – görəsən bu “vəhşilər” yaratdıqları əlifbanı kimdən çırpışdırıb. Orxon və Yenisey abidələrindəki mətnləri yazan və onların yazıldığı əlifbanı yaradan Göytürklərin yaşadığı arealda yalnız çinlilərin və soqdiyalıların əlifbaları vardı. Çinlilər yazıda heroqliflərdən istifadə ediblər. Elə ilkin ehtimal da yazıları deşifrələmiş V.Tomsendən gəldi. O türk runlarının arami əlifbasının əsasında yaradıldığı barədə fərziyə irəli sürdü. Finikiya əlifbası əsasında, e.ə IX-VIII əsrlərdə formalaşan arami əlifbası dünyada mövcud olan əlifbalar içində ən qədimlərindən biridir. Ön Asiyanın qədim xalqları-yahudilər, assuriyalılar, babillilər, bu əlifbadan istifadə edib. Uzun illər dünyanın böyük bir hissəsində dominantlıq etmiş Əhəməni və Parfiya imperiyaları da, bu əlifbadan istifadə ediblər. Sonrakı İran əlifbaları da, o cümlədən Avesta əlifbası arami əlifbasından törəyib. Ərəb əlifbası da həmçinin. Buna görə ilkin olaraq, türk runlarının arami əlifbasından törədiyini söyləyən V.Tomsen sonradan onun Parfiya əlifbası əsasında yarandığını iddia etdi. Amma çox əsrlik zaman məsafəsi, bu fərziyyəni də şübhə altına alırdı. Buna görə böyük poleoqraf yeni fərziyə irəli sürdü- türk runaları, zaman və məsafə baxımından yaxın olan soqdi əlifbasından yaranıb.Baxmayaraq ki, soqdi əlifbasının bircə işarəsinin belə türk hərflərinə bənzəyişi yoxdur. Beləliklə, türk runik əlifbasını dünya və türklər üçün deşifrələyən Vilhelm Tomsen onun pəhləvi-soqdi əlifbasının əsasında yaranması nəzəriyyəsinin banisi oldu. Elə bu gün də vəziyyət dəyişməyib. Mənim bu yazıda məqsədim, runik əlifbanın tədqiqat tarixini incələmək deyil. Mən daha çox onun əhəmiyyətini qeyd etmək istəyirəm. Çünki bu əlifbanın oxunduğu gün türk etnosunun tarixinə baxış bucağı dəyişdi. Birdən məlum oldu ki, Avropanın Paris, London, Berlin və s. kimi sivilizasiya mərkəzləri hesab olunan şəhərləri hələ mövcud olmayanda, onların sivilizasiyadan uzaq adlandırdıqları türklərin babalarının intellektual imkanları heç yanda analoqu olmayan əlifba ortaya qoyub. Bu əlifbanın yaranmasını şərtləndirən mədəni və mənəvi mühit olub. Birdən birə heç bir xalq qəfildən əlifba icad edib qayalar üstündə gözəl, təkmil və poetik bir dildə mətnlər yaza bilməz. Belə bir əlifbanın və onunla ifadə olunan dilin formalaşıb ərsəyə gəlməsi üçün yüz illər lazımdır. Bu əlifbanın nə üçün unudulması isə tamam ayrı bir mövzudur. Bəziləri bu əlifbanın unudulmasını islam amili ilə bağlayırlar. Amma islamı qəbul etməyən və göytürklərin olduğu arealda yaşayan tuvalılar və altaylılarda da bu əlifbaya təsadüf olunmur. Məsələ heç də islamda deyil. İslam dinini tanrıçılığa yaxınlığını görən və onun böyük ideoloji gücünü hiss edən türk boylarının əksəriyyəti bu dini qəbul etdi və böyük islam mədəniyyətinə öz töhfələrini verdilər. Hətta İslam xilafətini kökündən laxladan tanrıçı Çingizxan orduları da yekunda İslamı qəbul etdi. Əsrlər boyu, ərəb əlifbası və İslam, böyük ərazilərə səpələnmiş türk xalqlarının mənəvi yaxınlaşmasında aparıcı amil oldu. Böyük Tanrı özü qədim əlifbalarını türklərin yadına saldı. Qəhrəman danların soyundan olan görkəmli türkoloq Vilhelm Tomsenin oxuya bildiyi ilk kəlimə “tenqri” sözü oldu və bu kəlimə qalan mətnlərə açar yolunu oynadı. Çünki bütün kilidlərin açarı Tanrı özüdür. Bu açar, türklər üçün, gələcəyin və keçmişin qapılarının açılmasında mühüm rol oynadı. Uzun illər yabançı təbliğatın ağırlığı altında əskiklik kompleksi ilə yaşayan türk etnosunda, mənsub olduğu etnosun intellektual imkanlarına inam yarandı. Bu baxımdan V.Tomsenin runik əlifbanı, türk əlifbasını deşifrələdiyi günü – dekabrın 15-ni mən bütün türk xalqlarının əlifba bayramı hesab edirəm. Bugünkü türklərin ortaq bayramları çox azdır. Ona görə də əlifba bayramı bütün türk xalqları tərəfindən qəbul edilə biləcək bir törəndir. Çünki, bu əlifba bütün türk xalqlarına məxsusdur. Özünü türk mədəniyyətindən sayan hər bir kəs, bu yazıları yaradanların varisidir, onu ruhən və fikrən qəbul etməyə hazırdır. Əsas məsələ ortaq məqamların önə çəkilməsidir. Bu məqamlar daha çox ortaq dil və ortaq dövlətlərin, ortaq mədəniyyətlərin olduğu dövrlərdir. Belə dövrlər daha çox keçmişdə olub. Bizim hamımızı birləşdirən bir tarixi əzəmət var. Bizim bütün ortaq ənənələrimiz keçmişin bətnində mayalanıb. Böyük qazax şairi Oljas Süleymenov “keçmişi olmayan xalqın gələcəyi də yoxdur” – deyir. Amma Azərbaycan filosofu Səlahəddin Xəlilov “bu günü olmayan xalqın keçmişi yoxdur” – deyir. Prinsipcə, onların hər ikisi eyni anlayışı ifadə edir. Nə keçmişi olmayan xalqın böyük gələcəyi ola bilər, nə də bu günü olmayan xalqın böyük keçmişi. Bir çoxları keçmişi olmadan böyük dövlət yaratmış ABŞ cəmiyyətini misal göstərir. Doğrudanmı, ABŞ-ın keçmişi yoxdur? Amerika Ştatları, o cümlədən Kanada və Avstraliya Avropa mühacirlərinin yaratdığı dövlətlərdir. Özü də, bu dövlətləri Avropa passionariləri yaradıb. Onlar keçmişlərinin, yəni babalarının nailiyyətlərini yeni dövrə tətbiq ediblər. Onlar babalarının dividentlərini xərcləyirlər. Onların irəli getmişliyinin sirri bundadır. Bugünkü Qərb ədəbiyyatı, kinosu, əzəmətli Avropa mədəniyyətinin böyüklüyünün və qədimliyinin tərənnümüdür. Əlbəttə, bu yeni bir şey deyil, Çin və İran kimi çoxəsrlik mənəvi imperiyalar yaratmış dövlətlər, bu tipli təbliğatdan geniş istifadə etmişlər və bu təbliğat əsrlər boyu öz effektini verib. İndi mənəviyyat ekspansiyası Qərbin əlindədir və bu ekspansiya onların mənəvi vassallarını yaratmaq yolunda ciddi bir vasitədir. Tale elə gətirib ki, əsrlər boyu Avrasiya subkontinentində dominantlıq etmiş türklər, Şərq və Qərb arasında körpü rolunu oynayıb və onların mədəniyyətində hər iki sivilizasiyanın izləri var. Onlar Şərq ruhaniyyatını və Qərb praqmatizmini daim, elə bu gün də özlərində birləşdirməyə çalışıblar. Bu amil Avropa və Asiyada geniş ərazilərə malik olan Osmanlı imperatorluğunda özünü aydın göstərirdi. Lakin Osmanlı ideoloqlarının heç bir istinad nöqtəsi olmayan “osmanlı milləti” yaratmaq ideyası sonda iflasa uğradı. XX əsrin əvvəllərində türk millətçiliyinin ideoloqları Əli bəy Hüseynzadə, Ziya Göy Alp və başqaları osmanlıları iflasa gətirən səbəblərin nəticələrini görərək, türk millətləri üçün “türkləşmək, islamlaşmaq, avropalaşmaq” doktrinasını irəli sürdülər. Bu doktrina mövcud şəraitdə bütün türklərin manafeyini ifadə edən bir ideyadır və düşünmək olar ki, bütün müsəlman türklər tərəfindən qəbul edilib. Türk kökləri üzərində, İslam mənəviyyatında və Avropa yaşam tərzində bir cəmiyyət qurmaq. Faktiki olaraq bütün türk dövlətləri öz dövlət quruculuğunda bu ideyanı prioritet istiqamət elan edib. Amma Azərbaycanda bu doktrinanın birinci bəndi – türkləşmək ideyası daha çox şüarçılıq xarakteri daşıyır. Türkləşmək, kökə qayıdışdır, təhtəlşüurda yatan genetik özəllikləri oyandırmaqdır, “ imzalar içinə” öz imzanı qoymaqdır. Biz imzamızı unutmuşuq və yabançı imzaların imitasiyasına çalışırıq. İdeyanın məğzi ondan ibarətdir ki, Bakıda “Türkan” adlı şəhərcik salınır. Bu şəhərcik türk dünyasının kiçik maketidir. Burada Ötükən ormanı var, Orxon-Yenisey abidələri var, Tanrıdağ var, Altay var, böyük türk şəxsiyyətlərinin heykəlləri var, binalar türk xalqlarının arxitekturasında tikilib, gəlib-keçmiş bütün türk dövlətləri burada simvolizə olunur. Burada türklərin qəbul etdiyi dinlərin məbədləri-məscid, kilsə, sinaqoq, buddist məbədi, şaman məbədi var. Bu şəhərcik türk dünyasının mənəvi mərkəzidir. Belə bir şəhərciyin salınması çox maraqlı olar, xarici turistlər də buna böyük maraq göstərər. Azərbaycan dövlətinin bunu etmək üçün hər cür imkanı var. Azərbaycan Türkiyə və Türküstan arasında körpüdür, birləşdiricilik onun missiyasıdır. Mən inanıram ki, V.Tomsenin “Tenqri” kəlməsini oxuduğu gün – dekabrın 15-də, Türklərin əlifba bayramında bir vaxtlar rus şairi Yeseninin “Türk gözəli” adlandırdığı Bakıda yeni bir dönəm başlayacaq.
Avropa Şurasının media ilə bağlı nəşr etdiyi kitabların təqdimatı keçirilib. Dünən Azərbaycan Media Mərkəzində Avropa Şurasının media ilə bağlı nəşr etdiyi kitabların təqdimat mərasimi keçirilib. Mərasimi giriş sözü ilə Avropa Şurası İnformasiya Ofisinin Direktoru İlqar İbrahimli açaraq, Avropa Şurasının Azərbaycan dilində nəşr etdirdiyi yeni vəsaitlər barədə məlumat verib. Qeyd edib ki, “Birgə yaşayış” adlanan birinci kitab “Media Work” beynəlxalq təşkilatının idarəçi tərəfdaşı Yaşa Lenge, Avropa Audiovizual Observatoriyasının Redaktorlar Şurasının üzvü Tarlak Makqonaql və müqayisəli konstitusiya hüququ sahəsində elmlər doktoru, media eksperti Bissera Zankova tərəfindən hazırlanıb. Bu kitab medianın sosial vəhdətə, mədəniyyətlərarası dialoqa, anlaşmaya, tolerantlığa və demokratik proseslərdə iştirakına yardımçı olmaq üçün Avropa Şurasının standartları haqqında məlumat verir. Vəsaitdə insanlar arasında dialoqun və həmrəyliyin inkişafında medianın mühüm rolu, həmçinin bu sahədə standartların və müsbət təcrübənin təşviqində Avropa Şurasının rolu önə çəkilir. “Böhran vaxtlarında ifadə azadlığı-Avropa Şurası Nazirlər Komitəsinin rəhbər tövsiyələri” adlanan ikinci kitabda isə oxuculara medianın hüquqları barədə geniş məlumatlar verilir. Kitabda böhran zamanı Avropa Şurasının Nazirlər Komitəsnin söz azadlığına dair direktivləri, demokratik cəmiyyətin əsaslarından olan informasiyanı əldə etmək və onu ötürmək hüququ ilə əlaqəli müəyyən məsləhətlər verilib. Bu məsləhətlər müharibə, terror aktları, təbii fəlakətlər kimi böhran vəziyyətləri zamanı jurnalistlərə yardımçı olacaq. Buradakı mətnlər rahat oxunaqlı və anlaşılan şəkildə tərtib olunmaqla yanaşı, həm də informativdir. Vəsaitin ön sözünün müəllifi isə Avropa Şurasının keçmiş Baş katibi Terri Devisdir. Ümumiyyətlə hər iki kitab siyasətçilər, hökumət nümayəndələri, pedaqoqlar, media təmsilçiləri, qeyri-hökumət təşkilatları, müxtəlif ictimai qurumlar və gənclər üçün nəzərdə tutulub”. Hər iki vəsaitin cari ilin noyabr ayında ingiliscədən tərcümə edilərək dekabr ayında nəşr olunduğunu diqqətə çatdıran İ.İbrahimoğlu, kitabların Avropa Şurası Bakı Ofisinin kitabxanasında yer alacağını da qeyd edib: “Bu kitablar bizim kitabxanamızda olacaqdır. Jurnalistlər, tələbələr, eləcə də digər kateqoriyadan olan insanlar ofisimizə təşrif buyurub bu kitablarla tanış ola bilərlər. Bununla yanaşı, yanvar ayında kitabların onlayn versiyası www.coe.az saytında da yerləşdiriləcək. Mərasimdə Azərbaycanda Avropa Şurasının xətti ilə həyata keçirilən layihədə iştirak edən müstəqil ekspert Devid Qoldberq də çıxış edib. O, ölkəmizdə media sahəsində vəziyyəti qiymətləndirdiklərini, eyni zamanda Azərbaycan Respublikasının Prezidenti yyəti ilə tanış olduqlarını söyləyib. Qeyd edib ki, Azərbayyanında Mətbuatın İnkişafına Dövlət Dəstəyi Fondunun fəalican Avropa Şurasının üzvü olduğu üçün burada Avropa standartları tətbiq olunmalıdır.
Azərbaycan xalqı nə qədər varsa, Heydər Əliyev o qədər yaşayacaq. Mərhum prezident Heydər Əliyevin dünyasını dəyişməsindən altı il keçsə də, onun haqqında keçmiş zamanda danışmaq çox çətin, çox ağırdır. Çünki onsuz müstəqil Azərbaycanı təsəvvür etmək mümkün deyil. XX əsr çox böyük şəxsiyyətlər yetişdirib. Lakin Heydər Əliyev bu şəxsiyyətlərdən böyük nüfuzu, qeyri-adi zəkası, fitri istedadı, müdrik dövlət xadimi olmağı ilə daim seçilib. Xalqını, dövlətini böyük xalqların, dövlətlərin sırasına çıxaran dahi bir şəxsiyyət idi Heydər Əliyev. Ulu öndərimizin bütün varlığı ilə bağlı olduğu doğma xalqı qarşısındakı xidmətlərinin əsl dəyərini müəyyənləşdirmək çox çətindir. Onun bənzərsiz ömür yolu, zəngin ictimai və siyasi fəaliyyəti müasir tariximizdə mühüm və şərəfli mərhələdir. Dövlətimizin bərqərar olması, ölkəmizin siyasi, iqtisadi və mədəni inkişafı, dünyanın nüfuzlu siyasi qurumlarına inteqrasiyasında, bəşər sivilizasiyasına qarışmasında Heydər Əliyevin misilsiz xidmətləri var. Yeni Azərbaycan Partiyası yarandığı gündən bu partiyaya Azərbaycanın xilaskarı kimi baxmışam. Çünki bu partiyanın yaradıcısı, rəhbəri dünyaşöhrətli siyasətçi Heydər Əliyev olub. İndi Azərbaycanda o ailə tapılmaz ki, heç olmasa bir nəfəri bu partiyanın üzvü olmasın. Birmənalı şəkildə demək olar ki, indi siyasətlə məşğul olmaq istəyənlər yalnız bu partiyaya üz tuturlar. Bunun isə yuxarıda da qeyd etdiyim kimi bir səbəbi var: Yeni Azərbaycan Partiyasının xalqın partiyası, ulu öndərin partiyası olması. O partiya ki, Azərbaycanın xoş gələcəyi birbaşa onunla bağlıdır. Hələ sağlığında Heydər Əliyev-Xalq, Xalq-Heydər birliyi ayrılmaz qüvvə kimi özünə yer tapıb. Bu gün isə leksikonumuza Xalq, Heydər Əliyev sinonim kimi daxil olub. Bunları biri-birindən ayrı təsəvür etmək mümkün deyil. Hələ sağlığında ulu öndər deyirdi ki, Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir. Hesab edirəm ki, Azərbaycan xalqı nə qədər varsa, Heydər Əliyev o qədər yaşayacaq. Ona görə də bu gün Heydər Əliyev yoxdur demək düzgün deyil. Bir daha deyirəm ki, Heydər Əliyev mənən hər vaxt Azərbaycan xalqının yanında olacaq. Ulu öndərdən bizə mütəqil Azərbaycan qalıb. Heydər Əliyev Prezident kimi Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumaq, demokratiyanı inkişaf etdirmək, ölkənin bazar iqtisadiyyatı yolu ilə tərəqqisinə şərait yaratmaq, erməni təcavüzkarlarına qarşı xalqın ədalət müharibəsini sülh vasitələri ilə başa çatdırmaq, respublikanın ərazi bütövlüyünü bərpa etmək üçün yorulmadan çalışdı. Dahi öndərimiz tərəfindən əsası qoyulan müstəqil respublikamızda bu gün onun siyasi kursunu cənab Prezident İlham Əliyev layiqincə davam etdirir. Onun apardığı qlobal, məqsədyönlü və ardıcıl siyasət bütün sahələrdə öz bəhrəsini verməkdədir. Məhz bu siyasət sayəsində ölkəmiz inkişaf tempinə görə dünyada ilk yerlərdən birini tutur. Bu gün ölkəmiz daha da müasirləşir, müxtəlif istiqamətlərdə inkişaf edir, cəmiyyətin demokratikləşməsi, əhalinin müxtəlif qrupları arasında milli birliyin olması istiqamətində uğurlu addımlar atılır. İlham Əliyev Azərbaycanda perspektivinə hamının inandığı, siyasi nüfuzu ilə hesablaşdığı, gələcəyinə etibar etdiyi lider imici qazanıb. O, şəxsi, siyasi keyfiyyətləri, intellektual potensialı, siyasətə proqmatik baxışları, ictimai rəylə işləmək bacarığı ilə Heydər Əliyev kursunun layiqli davamçısı olmağını sübut etdi. İlham Əliyev siyasətdə böyük bir məktəb keçməsini real nəticələrə söykənən fəaliyyəti ilə sübut etdi. Bu gün Azərbaycan xalqı ölkəmizin gələcəyinin İlham Əliyev faktoru ilə bağlı olduğuna inanır. Məhəbbət İBRAHİMOVA.
Müəllimlər İnstitutunun 80 illiyi qeyd olunub. Dünən Azərbaycan Müəllimlər İnstitutunda bu təhsil müəssisəsinin 80 illik yubileyinə həsr olunan tədbir keçirilib. Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov deyib ki, ötən əsrin 20-ci illərinin sonlarından fəaliyyətə başlayan və bu gün də öz işini uğurla davam etdirən Müəllimlər İnstitutu ölkənin pedaqoji kadr potensialının gücləndirilməsində, onun elmi-metodiki səviyyəsinin yüksəldilməsində mühüm rol oynayır. İnstitutun rektoru, professor Aqiyə Naxçıvanlı bildirib ki, müxtəlif adlar altında fəaliyyət göstərən Müəllimlər İnstitutu həmişə öz vəzifələrinin öhdəsindən şərəflə gəlib. Hazırda bu təhsil ocağının çox geniş profilli ali məktəbə çevrildiyini vurğulayan rektor qeyd edib ki, institut bir tərəfdən ölkənin böyük müəllimlər ordusunun təkmilləşdirilməsi və yenidən hazırlanması işini həyata keçirir, digər tərəfdən müxtəlif ixtisaslar üzrə ilkin pedaqoji kadrlar hazırlayır: “Bu gün ölkə məktəblərinin ibtidai sinif müəllimlərinə, uşaq bağçalarının tərbiyəçilərə ehtiyacının 60-70 faizini məhz Azərbaycan Müəllimlər İnstitutu və onun filialları ödəyir. Hazırda filiallarla birlikdə institutda bakalavr pilləsində 8 minə yaxın tələbə və 100 nəfərdən artıq magistr təhsil alır. İnstitutda milli fənn kurrikulumlarının orta məktəblərdə tətbiqini, təhsilin idarə edilməsini, məktəb rəhbərlərinin idarəçilik fəaliyyətinin elmi əsaslara söykənməsini təmin etmək məqsədilə ixtisasartırma kurslarının tədris proqramlarının yeniləşdirilməsi, onların məzmununa elmi yeniliklərin daxil edilməsi sahələrində məqsədyönlü işlər aparılır”. Millət vəkili Fəttah Heydərov qeyd edib ki, son bir neçə ildə Azərbaycan Müəllimlər İnstitutu və digər ixtisasartırma təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmlənməsi, müasir avadanlıq və texniki vasitələrlə təchizi, kadr tərkibinin keyfiyyətcə yaxşılaşdırılması ixtisasartırma tədbirlərinin yeni forma və məzmununda təşkilinə əlverişli şərait yaradıb: “Bu gün təhsildə əsas məqsədlərdən biri də yüksək ixtisaslı müəllim kadrların hazırlığından, tədris prosesində tədrislə praktik iş arasında daha sıx əlaqələrin formalaşmasından, gələcəkdə məzunların işlə təmin olunmalarının həllinə köməklik göstərməkdən ibarətdir”. Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmovun sözlərinə görə, müasir dövrdə elmi-texniki nailiyyətlərdə, ictimai–siyasi baxışlarda meydana çıxan sürətli inkişaf və modelləşmə cəmiyyətin yeni dinamik inkişaf səviyyəsini meydana çıxartdı. Bu yeni inkişaf isə sərhədləri aşdı. Başqa sahələrdə olduğu kimi təhsil sahəsində də nümunəvi təcrübələrin mübadiləsinə, inteqrasiyaya ehtiyac yarandı. Bu mühit inkişaf etmiş ölkələrdə təhsil almağa həvəsli, azad düşüncəli və daha ağıllı gənclər yetişdirdi. Milli Məclisin elm və təhsil daimi komissiyasının sədri, Şəmsəddin Hacıyev deyib ki, hazırda Azərbaycanın əksər ali məktəbləri kimi Azərbaycan Müəllimlər İnstitutu, onun filialları Bolonya prosesinə qoşulub. Bolonya prosesinin üstünlükləri çoxdur. Lakin bu prosesin həyata keçirilməsi üçün müəllimlər də işlərinə yaradıcı yanaşmalı, təhsilin köhnə metod və üsullarından əl çəkməlidirlər.
Təhsil Nazirliyi ilə “Microsoft-Azərbaycan” əməkdaşlıqla bağlı memorandum imzalayıb. Dünən “Təhsildə Əməkdaşlıq” Proqramı çərçivəsində Təhsil Nazirliyi ilə “Microsoft-Azərbaycan” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb. Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, Təhsil Nazirliyi ilə “Microsoft” şirkətinin Anlaşma Memorandumu çərçivəsində əməkdaşlığı “2008-2012-ci illərdə Azərbaycanda təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”na dəstək məqsədilə həyata keçirilir. Nazirin sözlərinə görə, burada əsas məqsəd təhsil informasiya kommunikasiya texnologiyalarının (İKT) tətbiqi və məktəblərin, təhsil ocaqlarının internetə bağlanmasıdır: “Hazırda 500-ə yaxın ümumtəhsil məktəbi internet sisteminə qoşulub və gələcəkdə bunun sayı artırılacaq. Birgə Anlaşma Memorandumu məktəblərin internetə qoşulması, məktəblərdə qoşulan kompyuterlərin lisenziya məsələri, müəllimlərin treninq, beynəlxalq tədbirlərdə, olimpiadalarda iştirakını təmin etmək üçün şərait yaradacaq. Bundan əlavə şirkət yeni imkanlar yaratmaq və təhsili daha da təkminləşdirmək üçün yüksək potensiala malik olan 3 əsas istiqamətdə çalışır. “Microsoft” sıradan olan bir şirkət deyil, bu işdə lider şirkətdir. Ona görə də həmin şirkətlə belə bir əməkdaşlıq haqqında sənədin imzalanmasını uğurlu bir hadisə hesab edirik”. M.Mərdanov qeyd edib ki, memorandum çərçivəsində müəllimlər üçün treninqlər keçiriləcək, məktəblilər üçün yeni imkanlar yaradılacaq, ümumilikdə təhsil sistemi təkmilləşdiriləcək. “Microsoft-Azərbaycan” şirkətinin Orta və Qərbi Avropa üzrə “Təhsildə Əməkdaşlıq” Proqramının rəhbəri Teodor Milev Azərbaycanla əməkdaşlığı davam etdirəcəklərinə hazır olduqlarını deyib. Onun sözlərinə görə, bundan sonra da müəllimlərin, şagirdlərin uğur qazanması üçün məktəblərə kömək etməyə hazırıq. “Microsoft-Azərbaycan” şirkətinin baş direktoru Teymur Axundov isə bildirib ki, bu günlərdə şirkət nazirliklə birgə müsabiqə keçirib. Müsabiqənin məqsədi orta məktəblərin tədris prosesində ən yaxşı innovasiya üsullarını tətbiq edən müəllimlərin seçilməsi olub. Müsabiqə iki nominasiya – “Məzmunda innovasiyalar” və “Tərəfdaşlıqda innovasiyalar” üzrə keçirilib. “Məzmunda innovasiyalar” nominasiyası üzrə məktəbin dərs proqramında innovativ yanaşma və informasiya texnologiyalarından səmərəli istifadə etmək yolu ilə tədris proqramının hazırlanmasına imkan verən ən yaxşı təhsil layihəsi seçilib. “Tərəfdaşlıqda innovasiyalar” nominasiyasında isə müəllim, şagird, məktəb, valideyn və sair kimi müxtəlif qrupları daha effektiv şəkildə cəlb edən tədris layihəsi müəyyən olunub: “İki mərhələdə keçən müsabiqənin finalında 20 müəllim iştirak edib. Hər iki nominasiya üzrə müvafiq olaraq birinci, ikinci və üçüncü yerləri tutan qaliblər “Microsoft-Azerbaican” şirkəti tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılıblar”.
Tərcümeyi-halım. Görkəmli şair-publisist, dəyərli alim-pedaqoq, ləyaqətli ziyalı, nurlu şəxsiyyət Famil Mehdinin 75 illiyi tamam olur. Azərbaycanın XX əsrdəki ədəbi-ictimai həyatında özünəməxsus yeri olan Famil Mehdi maraqlı həyat və yaradıcılıq yolu keçib. Mərhum şairimiz işıqlı əməllərilə, hər zaman əsl vətəndaş mövqeyində dayanması ilə yaxın dövr tariximizin səhifələrinə öz imzasını həkk edib. 1990-cı illərin ortalarında – Azərbaycan xalqı üçün olduqca narahat bir dönəmdə qələmə aldığı “Tərcümeyi-halım” əsərindən parçaları oxucularımıza təqdim etməklə unudulmaz Famil Mehdini bir daha ehtiramla xatırlamağı özümüzə mənəvi borc bildik. Azərbaycan Respublikası Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutu adından başqa qələm yoldaşlarım kimi mənə də tərcümeyi-halımı yazmağım, həm də standartçılıqdan uzaq, mühitim, yaradıcılığımla əlaqəli bir tərzdə yazmağım təklif olunub. Haradan başlayım, harada qurtarım? Həm də həyat və yaradıcılığımda qeyri-adi nə olub ki? Mənim həyatım yaşıdlarımın keçdiyi yoldan elə bir şeylə fərqlənirmi?! Əgər fərqlənmirsə, bunun kimə xeyri ola bilər? Bu suallar ətrafında düşündükcə müxtəlif illərdə yazdığım şeir və poemadan misralar yadıma düşür. Bu misralar arasında bütün keçdiyim yol, sevincli-kədərli, iztirablı, sarsıntılı günlərim gəlib göz önümdən keçdi. Bir daha hiss etdim ki, şeirlərim mənim tərcümeyi-halımdır. İnamımdır, mübarizəmdir, məğrurluğumdur, hünərimdir, canıyananlığımdır, həm də qorxaqlığımdır, zəifliyimdir, arxasızlığımdır, kimsəsizliyimdir. Elə buna görə də belə qərara gəldim ki, tərcümeyi-halımı yazım. Qoy onlarca müasirim-dostlarım, tanışlarım, qələm yoldaşlarım yazdıqlarımın səmimiliyinə, yaxud qeyri-səmimiliyinə şahid olsunlar, yalanım varsa, açıq desinlər, məni məzəmmət etsinlər, lap sənətin müttəhimlər kürsüsünə çəksinlər. Mən həqiqəti yazacağam. Əgər bəzi sözlərim özünütərif kimi səslənsə, qeyri-təvazökarlıq kimi görünsə, bəri başdan üzr istəyirəm. Ömrüm boyu gəldiyim nəticələrdən biri də budur: qeyri-təvazökarlıq pis sifətdir, ancaq həddən artıq təvazökarlıq da bir şey deyilmiş!... Sarıhacılı kəndi Ağdamın yuxarı qapısı hesab olunur. Şuşaya gedən yolun üstündə yerləşir. Artıq şəhərə bitişməkdədir. Bir otaqdan ibarət ata evimizin baş pəncərəsi düz Qarabağ dağlarına baxır. İsti yay gecəsində pəncərəni açanda yorğansız yatmaq olmur. Həm də külək, sərin meh dağların, yamacların, bağların gül-çiçəyinin ətrini evimizə doldurur. Kəndimizi bölüb axan Kötəl çayı da həmin dağlardan başlayıb gəlir. Son vaxtlar bədxah qonşular çayın suyunu nasoslarla göllərə qaldırdığından demək olar ki, quruyub. Bununla da kəndin sanki bütün gözəlliyi itib. Doqulduğum gün kənd kitabında qeyd olunmayıb. Anam da dəqiq bilmir. Böyük çətinliklərlə qarşılaşmışıq. Xüsusilə müharibə illərində. Həmin illərdə Karyaginin (Füzulinin) taxılı olmasa, bəlkə bütün Qarabağ camaatı batardı. Həftədə, on gündə bir adamlar atlanıb Karyaginə gedər, olan qızıl-gümüşünü, paltar-palazını, gəbəsini buğdaya, arpaya dəyişib gətirərdi. Bizdə də belə idi. Həm də kasıb qohum-əqrəbaya, kənd adamlarına əl tutmaq lazım gəlirdi. Adamlar pencər yeməkdən şiş gətirmişdilər. Əziz nənəm bizimlə bir yerdə qalırdı. Səhər-səhər sağıb növbəyə dayanan əlsiz-ayaqsızlara verir, aparıb südə bir az un çalır, yaxud pencər töküb pörtlədir və yeyirdilər. Kənddə bir ailə vardı. Vaxtilə rayonda rəhbər işlərdə işləyirdilər. Obadan aralı gözəl daş ev tikdirmişdilər. Darvazalarının başına qızıl ulduz vurulmuşdu. İşə faytonla gedib-gələrdilər. Camaata o qədər qaynayıb-qarışmazdılar. Müharibə vaxtı kişilər cəbhəyə getdi. Ailə üzvləri hara isə köçdü. Yalnız bir qadın üç uşağı ilə qalmışdı. Evdə nə vardısa satmışdılar, dilənçi kökünə düşmüşdülər. Biz obadan aralı, camaatdan uzaq, həmin evin yanında qoyun-quzu otaranda bəzən uşaqlar çıxıb yanımıza gələrdilər. Cibimizdəki əl boyda çörəyi onlarla bölüb yeyərdik. Bir neçə gün uşaqlar görünmədi. Gedib pəncərədən baxdıq gördük ki, ana da, uşaqlar da yan-yana uzanıblar. Çağırdıq cavab vermədilər. İçəri keçdik. Məlum oldu ki, uşaqların üçü də acından-xəstəlikdən ölüb. Qaçıb kənd qocalarına xəbər verdik. Üçünü də arabaya qoyub yaxın təpənin döşündə bir yerdə basdırdılar. Belə bir vaxtda atam bəzən öz gödəkçəsini, hətta ayağımıza iri olan çarığını bizə geyindirir, dərsdən qalmağa qoymurdu... Boğazının yeganə isti şərfini açıb mənə vermişdi ki, apar məktəbdə qızıl orduya yardıma yazdır. Mən də aparıb yazdırmışdım. Elədiklərini heç vaxt üzümüzə vurmazdı. Yalnız bir söz deyərdi: “Ata olarsınız, özünüz bilərsiniz ki, ata nə deməkdir.” Hərdən axşam bizi oturdub öyüd-nəsihət verərdi və məcbur edərdi ki, dəftərə yazıb əzbərləyək. Həmin nəsihətlərdən: “Hər adamla dostluq eləməyin. Eləyəndə axıra kimi eləyin. Əlinizdəki bir tikə çörəyin kəsib çoxunu dostunuza verin, azını özünüz götürün.” “Bir yerə qonaq gedəndə özünüzü qaydaya salın ki, gecə yarı deməyəsiniz: “İtinizin qabağına durun, su başına gedim.” Çox istəyirdi ki, kənddə hamımızın ayrıca evimiz, qapı-bacamız olsun. Etirazımızı belə bir misalla dəf etdi: “Külək əsəcək alma ağacından alma yerə düşəcək. Uşaqlarınız bu bir almanın üstündə dalaşacaq. Sonra arvadlarınız dalaşacaq. Sonra özünüzün aranız sərinləyəcək.” Mənə torpaq sahəsi götürdü. Son vaxtlar göz xəstəliyinə tutulmasına, pis görməsinə baxmayaraq gözəl bir bağ saldı. Birincisi dedi ki, öz suyumuzdan (Kötəl çayının suyunu nəzərdə tuturdu. Axır vaxtlar daha çox mineral su içirdi) içmək istəyirəm. İkincisi dedi ki, mən hələ bağ salacaqdım, ağac əkəcəkdim. Kötəlin suyundan içməsi ilə dünyasını dəyişməsi bir oldu. Mən sonralar onun xatirəsinə və nəvələrinin torpağa bağlanması üçün orada ev tikdirdim. Atamın son sözləri də ürəyimdə şeirə çevrildi: Yorub yollar gəldim qışın qarında, Öpüb qucaqladım, üzünə baxdım. Atamın ömrünün son vaxtları mənim aspirantura illərimə, onun məsləhəti ilə ailə qurduğum və ilk uşağın- Şamilin dünyaya gəldiyi günlərə, ən başlıcası isə müdafiə etdikdən sonra ağır xəstəliyim vaxtına düşür. Ona görə də heç bir köməklik göstərə bilmədim. Yeri gəlmişkən həmin ağır günlər haqqında, namizədlik müdafiəsi ərəfəsində, qışın qarlı-şaxtalı bir günündə xəbər gəldi ki, kişinin vəziyyəti çox ağırdır. Yolları qar basdığından avtobuslar işləmirdi. Birtəhər Şamaxıya gəldim. Raykomun birinci katibi işləyən qohumum Rəşidin maşınını alıb yola düşdüm. Dəfndə iştirak etdim. Bir neçə gün qalıb geri qayıtdım. Müdafiəyə bir həftə qalmış ürəyimdə şiddətli ağrı başladı. Azərbaycanda hamının “Loğman” deyə çağırdığı yazıçıların həkimi Veyisov gəldi. Vaxt yaxınlaşırdı. Universitetdən zəng edir, gəlir, əhvalımdan xəbər tuturdular. Müdafiəni başqa vaxta keçirmək istəyirdilər, qoymadım. Müdafiə günü dedim, paltarımı verin, geyinirəm. Rayondan gəlmiş qohumların, evdə ailə üzvlərinin, heç kimin sözünə baxmadım. Geyindim, məni taksiyə oturdub universitetə gətirdilər. Pilləkənlərı necə çıxdım, Allah bilir. Elmi Şura üzvləri dilxor idilər. Sədr professor Əlövsət Abdullayev (Allah rəhmət eləsin) başqa məsələləri dayandırıb müdafiəyə başladı. Ürək döyüntüsü nəfəs almağa belə aman vermirdi. Elmi Şura üzvlərinin razılığı ilə çıxışımın mətnini şair Xəlil Rza oxudu. Xəstə olduğum günlərdə tez-tez yanıma gəlirdi. Hətta çıxışımın mətninin hazırlanmasına da kömək etmişdi. Müdafiə birtəhər keçdi. Evə qayıtdım. Ancaq səhər Veyisovun təkidi ilə məni xərəyə qoyub xəstəxanaya apardılar. Təxminən beş ay xəstəxanada qaldım. Dava-dərmanın heç bir köməyi olmadı. Ürək döyünməsini hətta saymaq belə mümkün olmurdu. Professor Cahangir Abdullayev bir dəfə Mərdəkanda xəstəxanada mənə baxandan sonra dedi: “Köpəkoğlunun cavanlığı gör nə deməkdir ey. Yaşlı adam olsaydı, bu döyüntüynən ürək çoxdan partlayardı...” Bu uzun əhvalatdır. Təfsilata varmaq istəmirəm. Ancaq onu deyirəm ki, beş ay xəstəxana həyatından sonra Veyisov mənə dedi: “Famil, sənin dərdinin dərmanı vətənin havasıdır. Dərman sənə kar eləmir. Gəl sən xəstəxanadan çıx, get əvvəl Ağdama, bir neçə gün qalandan sonra çıx Şuşaya. Hər şey düzələcək. İstəyirsən, dilimdən kağız verim”, Təəccübləndim: necə yəni Şuşa? Ürək xəstəliyi hara, Şuşa yüksəkliyi hara? Ancaq o məni inandırdı. Həqiqətən Şuşada iki ay ərzində hər şey qaydasına düşdü. İndi bu cümlələri yazıram, yenidən ürəyim ağrıyır. Hələ o günlərdə bu, dərdimin üstünə dərd gətirirdi. Bir az babatlaşandan sonra ünvanı yazıb cibimə qoyurdum (hər ehtimala qarşı, bir şey olsa, bilsinlər kiməm) və universitetə gedib-gəlirdim. Təqaüd düzəltmək lazımdır”. Bu söz məni yenidən dərdə saldı. Ancaq özümdə cəsarət tapdım. Jurnalistika kafedrasına baş laborant vəzifəsinə işə götürdü. Az sonra müəllim, baş müəllim... Doktorluq dissertasiyası da yazdım. Şeir kitabları da çap etdirdim... Mən bu cümlələri atam qarşısında günahımı yumaq üçün yox, keçdiyim yolun bu dəhşətli günlərini xatırlatmağı lazım bildiyim üçün yazdım. İnsan prinsipiallıq göstərsə, özündə cəsarət tapsa, hətta ölümə də qalib gələ bilər. Anam Şövkət Həşim qızı Ağdamın Sarıhacılı ilə qonşu Əhmədavar kəndindəndir. Hacı Sadıq oğlu Həşimin qızıdır. Babam dövlətli olub. Su dəyirmanları bu son vaxtlara kimi Kötəl çayı üstündə işləyirdi. Kənddə ən yaxşı ev babamgilin evi olub. İkimərtəbəli. Sütunlar üstündə. Dörd tərəfi açıq eyvan. Binanın iki tərəfindən yuxarı qalxmağa daş pilləkənlar. Hacı Sadıq babam da maarifpərvər adam olub. Oğlu Rüstəm Avropa təhsili alıb. Həşim babam isə təsərrüfatla məşğul olub. Rüstəmbəy çox savadlı imiş. Neçə xarici dil bilirmiş. Hətta deyilənə görə, 20-ci ildə rus qoşunları Ağdama gəlib camaata ultimatum verəndə əhali adından irəli sürülən sərt tələblərlə Rüstəmbəy çıxış edib. Səhhəti imkan verdikcə kolxozda işləyib. Xəstə olanda kolxozda onun əvəzinə biz işləmişik: arx çəkmişik, xəndək qazmışıq, ağac dibi belləmişik, alaq eləmişik və s. Görünür ata yurdunun dağıdılması ona bərk təsir etmişdi. Bunu tez-tez xatırlayır, həyəcanlanır, kövrəlirdi. Üstəlik də Bakıda təhsilli qardaşı çox cavanikən vəfat etdi. Digər qardaşı Məhəmməd müharibə başlanan günü, hələ 18 yaşı tamam olmamış, könüllü, orduya gedib. Yalnız bircə məktubu gəlib... Anam lap bu son illərə kimi qardaşlarının səliqə ilə təmiz ağa büküb sandıqda saxladığı paltarlarını açıb qarşısına qoyar ağlayar, bayatı çağırar, ağı deyər, özündən gedərdi. Daşlaşmış əllərini, barmaqlarını açıb, üz-gözünə, sinəsinə su səpib güclə ayıldardılar. Anamla bağlı bu faktlar sonradan “Səni gözləyirəm” poemamın yaranmasına səbəb oldu. Əri cəbhədə həlak olmuş, ömrü boyu yol gözləyən Azərbaycan qadınının sədaqət və məhəbbəti burada əsas yer tutur: Oxumağımızda anamın haqqı-sayı daha çoxdur. Müharibənin ağır günlərində kəndin bütün uşaqları məktəbdən çəkildilər. Ancaq anam bizi qoymadı bir gün də dərsdən qalaq. Hətta tikə-tikə bölünən çörəyin özünə düşənini bəzən yemir, səhər heybəmizə qoyurdu ki, sinifdə çörək yeyənin əlinə baxmayaq. Atamın köhnə paltarlarını söküb xalam Mələklə birlikdə bizə paltar tikirdi. Bizim təhsilimizdə, xüsusən ali təhsilimizdə xalam Mələk Həşim qızının böyük haqqı olub. Allah ona min rəhmət eləsin. Biz qardaşlar, hətta qohumlar tələbə vaxtı onun Mirzə Fətəli döngəsi 7 nömrəli həyətdəki darkeş otağında yaşayıb oxumuşuq. Onun ən ucuz qiymətə aldığı ətdən bişirdiyi supu, küftə-bozbaşı yeyib yaşamışıq, oxumuşuq. Heç nə ona kömək etmir: nə həkimin məsləhəti, nə gəlini Ofelya Qara qızının, nəvələri Yeganə və Nərimanın yastığının yanında dayanmaları, nə də mənim təskinlikverici sözlərim. Nə demək istədiyini başa düşürəm. Ağır dərddir: ana ağır xəstə, vətən, qəbiristanlığımız düşmən əlində. Əslində yuxarıda yazdıqlarım ata-anamdan çox özümə aiddir. Mənim kimliyim nə karalığım haqqında çox söz deyir. Şerimin mayasının haradan gəldiyini, fikir və duyğularımın, hisslərimin necə yaranıb-formalaşdığını müəyyən dərəcədə açıb göstərir. İndi də özüm və mühitimin tərəfləri haqqında bir qədər ətraflı danışmaq istəyirəm. Yuxarıda qeyd etdiyim kimi yeddinci sinfi Əhmədavar kənd məktəbində bitirib, Ağdam pedaqoji məktəbinə daxil oldum. Bu məktəbdə aldığım təhsil, savad, bilik, məlumat mənim taleyimdə həlledici rol oynadı. Oradakı polad intizamı, pedaqoji qayda-qanunu sonralar heç yerdə görmədim. Kənd məktəbində Müzəffər Kərimovun ciddiliyi, prinsipiallığı, tələbkarlığı çox xoşuma gəlirdi. Yadımdadı, bir dəfə tarix dərsinə hazırlaşa bilməmişdim. Neft olmadığından lampamız yanmadı, işıqsız qalmışdıq. Səhər məktəbə gedəndə evin taxtapüştünə çıxdım. Yekə bir şirin nar götürdüm. Heybəmə qoyub məktəbə apardım. Müzəffər müəllim sinfə girən kimi aparıb stolun üstünə qoydum. Gözlədiyimin tam əksi oldu. Qapını açıb narı kolların arasına fırqıtdı... Maraqlı insan idi. İndi də yaşayır. Pedaqoji məktəbdə isə əsl ziyalı, tələbələrlə səmimi ünsiyyət yaradan alicənab müəllimlərə rast gəldim. Ağsaqqallar İdris Əlimirzəyev, Kərrar Mikayılov, Hacı Hacızadə, Əmir Əmirli, İsmayıl Ağayev, Süleyman Məmmədov, daha sonra Nəriman Qəhrəmanov, Hüseyn Əliyev, Əbdüləhəd müəllim, Alı və Nuriyyə Rəhimovlar, Mahmud Çolakov. Bunlar həqiqətən ziyalı idi. Bütün tələbələrə öz övladları kimi baxırdılar. Onların sırasında Kübra əliyevanı ayrıca qeyd etmək istəyirəm. Kübra müəllimə onlara nisbətən çox cavan idi. Sözün həqiqi mənasında mənə analıq, bacılıq edibdir. Allah, necə də nəcib, həssas, qayğıkeş insan idi... Pedaqoji məktəbdə komsomol-komitəsinin katibi seçildim. Rayonun ictimai həyatında iştirak etdim. Kommunist Partiyası sıralarına qəbul olundum. Rayon yas tutub ağlayırdı. Qəzetlərdən oxuyurdum ki, bütün dünya Stalinə yas saxlayır. Hətta Yunanıstanlı bir ana öz körpəsinin venasını kəsib qanını köynəyinə boyayıb, Moskvaya göndərmişdi ki, Stalinə sonsuz məhəbbət nümunəsi kimi muzeydə saxlasınlar. Hələ o vaxt pərəstişin-filanın nə olduğunu bilmirdim. Pedaqoji texnikumu fərqlənmə diplomu ilə bitirib, 1953-cü ildə Azərbaycan Dövlət Universiteti filologiya fakültəsinin jurnalistika şöbəsinə daxil oldum.
Payızın əvvəlləri idi. Çiskin yağış yağırdı. Evdən işə gedirdim. Şəhərin “Muğan” hoteli yerləşən hissəsində – dörd küçənin kəsişdiyi yerdə işıqforun qırmızı işığında maşını əylədim. Bu zaman bir əl maşının pəncərəsinə sarı uzandı. Ötəri baxdım – iyirmi iki – iyirmi üç yaşlarında bir gəlin idi. Onun qaranquş yuvası kimi bapbalaca ovcunun içində dəmir qəpiklər vardı və göydən düşən yağış damlaları bu qəpiklərə dəydikcə onların cingiltisindən xəfif bir ahəng yaradırdı. Düzünü desəm, bu mənzərədən bir qədər mütəssir oldum, qeyri-ixtiyari əlimi cibimə salıb bir manat çıxartdım və qəpiklərin üstünə qoydum. Qadın yəqin yağışdan islanmasın deyə – manatı o biri əli ilə götürüb gödəkçəsinin cibinə qoydu və özünəməxsus tərzdə dua etdi: – Allah əvəzin versin! Onun səsi o qədər məlahətli idi ki, istər-istəməz başımı yuxarı qaldırdım və gözlərimə inanmadım; qarşımda qumral saçlı, mavi gözlü bir gözəl dayanmışdı! Ömrümdə qadın üzündə belə mükəmməl uyarlıq, simmetriya görməmişdim. Bu işi Yaradanın özü görmüşdü. Mənalı, dupduru gözləri bulaq suyu kimi axıb gedirdi. Əsmər çöhrəsinə doyunca baxa bilmədim. İşıqforun yaşıl işığı yandığı üçün maşını yerindən tərpətməli oldum... Bu işə mat qalmışdım. Avtomobili idarə edə-edə özümdən israrla soruşurdum: necə ola bilər, bu cür qənirsiz bir gözəl dilənsin? Onu əl açmağa vadar edən nədir? Bəlkə ərindən ayrılıb – tək-tənhadı, kimsəsizdi? Bəlkə... Qəribədir, elə bil sehrə düşüb ofsunlanmışdım; səhər tezdən küçədə, üstəlik belə bir havada dilənən bu qadını görmək, onunla tanış olmaq, söhbət etmək istəyirdim. Yazıçı marağı, yoxsa dincliyimə qənim kəsilən gözəlliyi? Məftunluq duyğusu, yoxsa mərhəmət hissi?.. Heç özüm də bilmirdim... İş vaxtının başlanmasına hələ xeyli vardı. O qadını görmək arzusu mənə güc gəlib həmin işıqfora tərəf çəkirdi. Qırmızı işıq yananda düz işıqforun yanında olum deyə maşının sürətini artırdım. Artıq işıqforun yanında dayananda həmin əl yenə maşının pəncərəsinə sarı uzandı və bu dəfə onun qaranquş yuvasına oxşayan bapbalaca ovcuna bir beşlik qoydum və o gülümsədi; bəmbəyaz mirvari dişləri bərq vurdu. Bir qədər təəccüblə, sonra isə minnətdarlıq və şəfqət dolu nəzərlərlə üzümə baxdı və yenə o biri əli ilə beşliyi götürüb gödəkçəsinin cibinə qoydu. Baxışlarında müəmmalı bir sehr, ovsun duyulurdu. Amma təəssüf ki, buna imkan olmadı – yol açılmışdı – məndən arxada sıralanmış maşınların sürücüləri siqnal verə-verə səs-küy salmağa başlamışdılar. Yenə çarəsiz halda maşını yerindən dəbərtdim və qəti əmin oldum ki, məni təkrar bura gəlməyə vadar eləyən qüvvə mərhəmət yox, məftunluq hissidir... Lənət sənə, kor şeytan! Mən doğrudan da işə düşmüşdüm. O gündən həmin gözəlin dayandığı işıqforun altına çatanda əllərimiz görüşür, baxışlarımız toqquşurdu. Hər dəfə rastlaşanda onun sehrli təbəssümü ağlımı başımdan alır, cazibəsindən isə qurtulmaq asan olmurdu. Sadəcə, onu görmək, mələklərin çöhrəsini andıran təmiz üzünə, sirli təbəssümünə dönə-dönə baxmaq, yenə də baxmaq istəyirdim. Özümə söz vermişdim, evdən çölə çıxmayacağam, bütün günümü yazı-pozu masası arxasında keçirəcəyəm. Tezdən qəlyanaltı eləyəndən sonra hiss etdim ki, yazı masam nədənsə, məni özünə sarı çəkmir, bütün fikrim-zikrim bayırda – “aktrisa” adlandırdığım həmin dilənçi qızın yanındadır... Dünəndən yağan narın yağış kəsilmişdi. Göyün ayna üzü özünə gəlmiş, dupduru durulmuşdu. Buna baxmayaraq isti geyindim. Kiminsə məşhur bir deyimi yadıma düşdü: “Payız günəşi vəfasız qız kimidir, inansan, aldanarsan”. Düşündüm ki, maşını bir qədər ondan aralıda saxlayım – söhbət etməyə imkanım olsun. Qəribədir, on üç-on dörd yaşımda ilk dəfə sevməyə başladığım vaxtlardakı kimi həyəcanım durmadan artırdı, özümü tanıya bilmirdim... O, həmişəki yerində dayanıb açıq əlini irəliyə uzatmışdı. Elə bil min ilin gözəllik ilahəsiydi – heykəlləşib tərpənmirdi. Özümdə cəsarət toplayıb bir qədər yaxına getdim, üzünə (əslində buna üz yox, klassik şeirimizdə deyildiyi kimi, çöhrə demək daha düzgün olardı) baxdım. Deyəsən, tanımışdı. Çaşqın-çaşqın üzümə baxdı. Bu zaman baxışlarından demək istədiyini oxumaq mümkün idi: “Sənə nə lazımdır?”. Handan-hana kilidlənmiş dil-ağzı açıldı: – Polissən? O, mənim təhlükəli adam olmadığımı göydəcə tutdu, zərif dodaqlarını azacıq dartaraq gülümsədi: – Dorito. Mən daha təəccüblə gözlərimi ona zillədim: – Dorito? Sən məgər azərbaycanlı deyilsən? Qeyri-ixtiyari fransız yazıçısı Prosper Merimenin qaraçı qızı Karmenini xatırladım. Görünür, sən özün qiymətini bilmirsən... Dorito pörtdü, yanaqları azca allandı və bu həyəcandan daha da gözəlləşdi. Onunla ani təmasdan tilsimləndim, çıxılmaz bir cazibə dairəsinə yuvarlandım, Bermud üçbucağındakı kimi... Söhbətin mövzusunu dəyişdim: – Dorito, belə çıxır, sən bizim yerli qaraçılardan deyilsən, haradansa gəlməsən. Biz lap keçmişdə İspaniyada olmuşuq. Oradan Rumıniyaya, Rumıniyadan Moldovaya, daha sonra Azərbaycana köçmüşük. Mən Azərbaycanda doğulmuşam. Taborda vaxtilə ən gözəl rəqqasə mənim anam olub. Amma indi rəqsə pul verən yoxdur. Son vaxtlar peyda olmuş ekstrasenslər, baxıcılar, görücülər öz yalanları, aldadıcı oyunları ilə falabaxmanı gözdən tamam salıblar. İndi yazıq qaraçılar qalıblar dilənməyin ümidinə. Dorito danışdıqca sifəti haldan-hala düşür, elə bil məni özünə daha çox bağlayırdı. Duyğularıma hakim kəsilə bilmirdim. Biz ilk gündən bir-birimizə nədənsə “sən”lə müraciət edirdik. Amma sabah mütləq gələcəyəm. İntizarla gözlədiyim səhər açıldı, “Ağ çiçəyim”dən bir dənə, bəli, yalnız bircə dənə qızılgül qönçəsi aldım. Düşündüm ki, bəlkə dünyada ilk insanam, küçə dilənçisinə gül bağışlayacağam. Bu qəribə hadisəydimi? Çünki mən Doritoya küçə dilənçisi kimi baxmırdım, onunla yaxın, lap yaxın həmdəm olmaq istəyirdim. Dünən çox güman, o da falıma baxanda bunu hiss eləmişdi və bərk qorxmuşdu. Bunun zərəri yoxdu, qoy nə qədər müqavimət göstərir göstərsin, mən onu ram eləyəcəm! Qadınlar inadkar kişiləri sevirlər... Həyəcan dolu bir sevinclə maşınımı tanış ünvana sürdüm, kənara çəkib saxladım. O, məni görən kimi dünənkindən fərqli qeyri-ixtiyari maşınıma sarı gəldi. Şüşəni endirib salamlaşdım. Nəzakətlə gülümsədi, başı ilə salamımın cavabını aldı. Qızılgül qönçəsini ehtiyatla Doritoya uzatdım. Diksinib qızardı, bir an duruxdu, əli havada quruyub qaldı. Sonra həyəcanla, təlaşla yan-yörəsinə baxdı. Kiminsə fikir vermədiyinə tam arxayın olub pulu və gülü tələsik aldı. Bu dəfə qızılgülün saplağına bir əllilik də bükmüşdüm. O, pulu həmişəki kimi gödəkcəsinin cibinə qoydu. Gül qönçəsini zərif və yaraşıqlı burnuna tutub iylədi. Səsindəki məlahətdən onun yumşaldığını hiss etdim: – Səninlə yaxından tanış olmaq istəyirəm... –Yoxsa həyatımdan povest yazacaqsan?.. Sən öz sərhədini keçirsən, mən də öz sərhədimi. Həmişə məndən açarın lazım olub-olmadığını soruşur. Bu, məni çox sevindirirdi. Sonra o, nəzərlərini məchul bir nöqtəyə dikərək, xəyala daldı. Sifəti allandı. Yuxum ərşə çəkilib. Neçə yol az qalıb maşınla qəza törədəm. Gecələr də, gündüzlər də yalnız səninlə danışıram. Gözüm həmişə saatdadır ki, iş nə vaxt qurtaracaq, gedib səni görəcəm. Baxmayaraq ki, səni görəndə elə bil doğma adamımı görürəm. Ancaq üz vurma, yoxsa buradan birdəfəlik gedəcəyəm. Doritonun “birdəfəlik gedəcəyəm” sözündən sonra məni fikir götürdü: bəlkə doğrudan da heç yaxşı iş görmürəm? Bütün günü küçədə sədəqə toplamaqla çörək pulu qazanan bir insanı incidirəm. Qəhərləndim, ürəyim sıxıldı. Özümü danladım, söz verdim ki, bir də o istiqamətə hərlənməyim, bu sevdadan biryolluq əl çəkim. Düz bir həftə yolumu başqa yerdən saldım, yox, dözə bilmədim. Yenidən onu görmək arzusu ixtiyarımı əlimdən aldı, iradəmi sarsıtdı. Bir də baxıb gördüm ki, yenə həmin işıqforun yanındayam. Qaraçı gözəli də öz yerində dayanmışdı. Ancaq gələn maşınlara gözünün ucuyla da baxmır, fikir vermirdi. Çox dalğın və kədərli görünürdü. Baxışlarındakı qüssə açıq-aydın sezilsə də, əyin-başı təptəzəydi. Görkəmi tamam dəyişmişdi. Yalnız nurlu çöhrəsini xəfif, zərif bir çən bürümüşdü. Qeyri-ixtiyari gülümsədi. Hətta yaxınlaşıb salam verdi və ürkək-ürkək soruşdu: – Sənə nə olmuşdu, xəstələnmişdin? Mən əvvəlcə nə deyəcəyimi bilmədim. Doritonun bu gözlənilməz qayğısı və səmimiyyəti ürəyimdə az qala sönməkdə olan hissləri təzədən alovlandırdı. Səfərə çıxmışdım. Gəlməyini həm istəyir, həm də istəmirdim. Sifəti allandı. – Mən qızılgülləri çox sevirəm... Ancaq gülü çox çətinliklə ərimdən gizləyə bildim. Allah eləməmiş, görsəydi, mənim sonum olacaqdı. Mən də narahat oldum. Arada uzun sürən sükutu pozdum və zarafatla: – Dorito, maşallah, lap gözəlləşmisən. Yanaqların qızılgül ləçəyi kimi allanıb, – dedim. Sehrli təbəssümü üzünü yenə qeyri-adi nura boyadı. Onunla daha yaxından təmasda olmaq arzusu yenidən qəlbimi alovlandırdı. Həsrət dolu, nigarançılıq dolu baxışlarımı mənə son dərəcə doğma görünən iri mavi gözlərinə tuşladım. Sənə yalvarıram. Biz təzəcə evlənmişik, ərimi də çox sevirəm. Lap sevməsəydim belə, yenə o istəyin baş tutmazdı. Qaraçı qızlarının ələ keçməzliyini, ramolmazlığını bilsəm də, Doritonun füsünkar gözəlliyi, cazibədarlığı məni valeh etmiş, mən onu nəyin bahasına olursa-olsun ram etmək niyyətindəydim. Qaraçı kişilərinin bəzən xəlvət bir yerdə dayanıb öz qadınlarını güddüyünü, qorxulu bir hadisə baş verərsə gözlənilmədən peyda olub onları qorumalarını, xoşagəlməz vəziyyətlərdən xilas etmələri barədə çox oxuyub, çox eşitmişdim. “Dorito bu qədər gözəldirsə, yəqin nəzarətsiz buraxmazlar” düşünür, həm də ehtiyatlanırdım. Ancaq onun dərin, dupduru mavi gözlərinin, işvəli baxışlarının, zərif təbəssümünün, gözəl əllərinin, uca boyunun qarşısında bütün qorxular zərif bir yaz çəni kimi dağılıb gedirdi. Sevincimdən az qala bayılacaqdım. Birdən ciddiləşdi, – o, indilərdə bu yanlarda görünməlidir, xahiş edirəm çıx get, – deyib sağını, solunu ürkək baxışlarla gözdən keçirdi. Görüşümüzdən əvvəlki gecə, gənclik illərində olduğu kimi uzun müddət yuxuya gedə bilmədim. Yatağımda elə hey qurcalanır, tez-tez sağa-sola çevrilirdim. İşdə də gözümü saatdan çəkə bilmirdim. Vaxt da tərslikdən dayanmışdı. Variantları götür-qoy edir, qaraçı qızına haqq qazandırırdım. Ənənənin gücü ilə vədinə xilaf da çıxa bilər və gəlməz də. Ərindən qorxar. Təsadüf nəticəsində nəsə baş verər... Və... Dostumdan bağın açarlarını götürmüşdüm. (Baxmayaraq ki, Doritoya haradasa oturub çay içəcəyimizi söz vermişdim). Xəyalımda onu gah bahalı restoranların, gah da beşulduzlu hotellərin birinə aparırdım. Gah da özümü onunla bir yerdə dostumun Şüvəlandakı bağında hiss edirdim. Xəzərin sahilində olan bu bağ sanki hər ikimizi doğma övladı kimi bağrına basıb oxşayırdı. İntizarla gözləyirdim. O, yox idi. Nəhayət, saat dördə on beş dəqiqə işləmiş Doritonun ağır-ağır, ovçu hənirini almış maral kimi səksəkəli halda maşınıma tərəf yan aldığını yan güzgüdə gördüm. Çox yorğun, əsəbi və dalğın görünürdü. Elə bil səhərəcən yatmamışdı. Görəsən, bir gecənin içində niyə belə solmuşdu? Nə gözlənilməz hadisə baş vermişdi? Hiss edirdim, qəşəng, təravətli, zərif dodaqları asta-asta tərpənir, pıçıltıyla nəsə deyirdi. Başını aşağı dikmişdi, zorla addımlayırdı – sanki edam kürsüsünə doğru yeriyirdi... Ciddi və qaşqabaqlıydı. Bu mənzərəni seyr edəndən sonra qəlbimdən qara qanlar axdı. Üzbəüz dayandıq. O, başını yuxarı qaldıranda mən dəhşətdən yerimdə donub qaldım. Doritonun gül çöhrəsi qapqara qaralmış, şüşə kimi çiliklənmiş, eybəcər hala düşmüşdü, için-için ağlayırdı. Çaşıb qaldım. Daha heç nə məndən asılı deyildi, qəfildən maşına oturdum. Gözümə heç nə görünmürdü. Dorito gözlərimin qabağındaca qatı bir zülmətdə gizlənmişdi. Maşını yerdən elə sürətlə götürdüm ki, təkərlərin səsindən diksindim. Doritonun mavi gözləri böyüdü, təəccüblə mənə baxdı. Zorla gülümsədim, yanından ötəndə qeyri-ixtiyari əl elədim. O, heç nə başa düşməyərək küt nəzərlərlə yenə mənə baxırdı. Gözlərindəki təəccüb və maraq sönməmişdi. Onu güzgüdən seyr edirdim, sonra bir anlıq geri çevrilib o tərəfə baxdım. Müqəddəs bir sevgiyə, ilahi bir gözəlliyə bələnmiş heykəl kimi... Bəlkə bu qəribə, ağlasığmaz hərəkətlərimə görə qəzəblənmişdi? Bəlkə elə xoşbəxtlikdən yerində donub heykələ dönmüşdü? Bilmirəm... Ordan uzaqlaşdıqca hiss edirdim ki, gülümsəyir, üzündəki təlaş, səksəkə çəkilirdi. Gülümsədikcə üzünün cizgiləri cilalanır, xof, təlaş itir, əvvəlki gözəlliyi bərpa olunurdu... Uzun illər Dorito yadımda elə o cür də qaldı: qumral saçlı, mavi gözləri xoşbəxtcəsinə süzülən, sehrli təbəssümü ilə ruhumda yaşayan, qızılgülləri çox sevən zərif bir qaraçı gözəli kimi... Noyabr, 2009. Hüseynbala MİRƏLƏMOV.
Tural Anaroğlunun ilk kitabı çapdan çıxıb. Ani olaraq gənc yaşlarında yazmağa başlayarkən atası, böyük şair, Rəsul Rzanın Anara dediyi sözləri xatırladım: “Sən də yazıçı oldun?”. Tural Anaroğlunun “Tənha mələk” kitabını oxuyandan sonra onun da əsl yazıçı olduğuna qəlbən inandım. Əvvəlcə ön sözün müəllifi Kamal Abdullanın “Turalın gəlişi” yazısını oxudum və “Gec danışan birdən dil açıb təəccüb doğuracaq qədər təmiz şəkildə necə deyərlər, “dil-dil ötməyə başlayır”, zaman boyu içinə yığdığını birdən büruzə verir” sözlərinin Turala nə qədər aid olub-olmadığını “araşdırmaq” üçün onun hekayələri ilə “tanış olmaq” istəyirdim ki, kitabın arxasında onun yaraşıqlı şəklini gördüm və şəkilin altında yazıçı haqqında məlumatı oxudum. Heç demə, çoxdan “tanıdığım” Turalı əməlli-başlı tanımırammış. İstanbulda işləyərkən onu AzərTAcın müxbiri kimi tanımışam, bir də yazıçı Anarın oğlu kimi, vəssalam. Onun haqqında məlumatdan gördüm ki, Tural çox şərəfli bir həyat yolu ilə irəliləyir, diplomatik işdə çalışır, üstəlik istedadlı tərcüməçi və yazıçıdır. Rus, ərəb, türk və ingillis dillərini bilir... “Bir günlük müharibə və ya otuz beş silahlı əsgər” adlı iyirmi səhifəlik ilk hekayəni birnəfəsə oxudum və doğrudan heyrətləndim: Turalın nə böyük yumor hissi varmış! Xeyli güldüm və düşündüm: bir hekayədə nələr yoxdur?! “Tapşovannılar” – yəni tanınmış, vəzifəli şəxslərin balalarının əsgərlikdə özlərini necə aparmaları, onların danışıq tərzləri, baş verən hadisələr sətiraltı mənalarla necə gözəl təsvir olunub! Mənə elə gəldi ki, Tural özü təsvir etdiyi hadisələrin iştirakçısı olub. İlk sətirlərdən yazı dili məni tutmadısa, atıram bir kənara. Amma “Tənha mələk” kitabında müəllifin dili mənə o qədər doğma, o qədər axıcı, şirin təsir bağışladı ki, böyük maraqla o biri hekayələri oxumaq istəyində bulundum. Kitabda növbəti hekayə belə adlanır. Bu hekayədə ucqar dağ kəndində yaşayan Bəşir kişinin oğlu Eldar Türkiyə universitetlərindən birinə daxil olur. İki ildən sonra yazdığı məktub kənd adamları, qohum-əqrəba arasında başa düşülmür. Çünki məktub türkcə yazılıb. Məsələ burasındadır ki, türkcə bəzi sözlər bizim dilimizdə başqa məna daşıyır. Turalın bu hekayəsində və ümumiyyətlə onun bütün hekayələrində məni sevindirən odur ki, yazıçı heç bir fikrini yarımçıq qoymur, oxucuya tam, bitkin, mənalı əsər təqdim edir. Yeri gəlmişkən, qeyd edim ki, Türkiyədə uzun müddət işləyən bir adam kimi əvəllər mən də bəzi sözlərə təəccüb etmişəm. Məsələn, restoranda “xiyar gətirin” deyəndə xidmətçinin rəngi ağappaq ağarıb. Yanındakılardan səbəbini sourşmuşam, deyiblər ki, “xiyar” ayıb söz hesab olunur. Heç demə, türkcə “subay” bizim dildə “zabit” demək imiş... Tural da “Türkiyədən məktub” hekayəsində türkcə çoxlu belə sözlərdən istifadə edib və təmkinlə, səbrlə onların mənasını oxuculara çatdırmağa çalışıb. Dolğun yumorla dolu gözəl bir hekayə meydana çıxıb. T.Anaroğlunun hekayələrini oxuduqca, çoxdan tanıdığım (həm də yaxşı tanımadığım) Tural ürəyimə, qəlbimə daha da yaxınlaşdı, mən ona istedadlı bir yazıçı, bir insan kimi hörmət və ehtiram bəsləməyə başladım. Rayonun tanınmış və nüfuzlu ağsaqqalarından olan Əşrəf kişi xəstəxanaya düşüb. Mədəsində əməliyyat aparılıb. Ona ağır yeməklər vermək olmaz. Xəstəxana xidmətçisi menyunu söyləyir: “Mannı kaşa, vermişel kaşası, püre, qreçka, suda bişmiş kartof, xaşlanmış kök və alma. Əşrəf kişi isə gah toyuq ləvəngi, gah antrikot, gah xaş, gah osetrin balığının qızartması, gah kartof lüləsi, yanında da şişə çəkilmiş pomidor, badımcan, bibər, içinə ləvəngi doldurulmuş çolpa və nələr, nələr istəyir. Həkim Deyus Göttenborq (Əşrəf kişinin qohumları ona “dəyyus” deyirlər) Əşrəf kişiyə belə yeməkləri yeməyə icazə vermir. Nəhayət, Əşrəf kişinin qohum-əqrəbası, qardaşları rayondan gəlib, həkimə rüşvət təklif edirlər, guya hədiyyə verirlər, xəstəxananın həyətində qoyunlar kəsirlər, özləri ilə aşıq gətirirlər. Xəstəxanada baş həkimdən tutmuş hamı özünü itirir... Aləm qarışır bir –birinə... Tural Anaroğlu bütün bu səhnələri o qədər gözəl təsvir edir ki, oxucunun “gördüklərinə” ürəkdən gülməkdən başqa əlacı qalmır. “Aliliya” hekayəsində yazıçı Azərbaycana təyin olunmuş Vatikan səfirinin tapşırığı ilə Elşən Məmmədov adlı bir musiqiçinin azərbaycanlıları, rusları, tanışlarını dostlarını, hətta anasını bir günlüyə necə katolikə “çevirməsini” qələmə alır. Bu ona görə lazımdır ki, Roma papası Bakıya ziyarətə gəlir. Hekayə o qədər maraqlıdır ki, oxucunun “yağı daşsa” da oxumağından ayrıla bilmir... Yazıçının hekayələrində nəzərimi cəlb edən onun cəlbedici üslubu oldu. İstedadlı qələm sahibi heç də gülməli sözlərdən istifadə edib yumor yaratmır. O, əhvalatı olduğu kimi, bəzək-düzəksiz, çox ciddi şəkildə təsvir edir. Yumor gülünc əhvalatların özündən doğur. Məsələn, “Yüksək qonaq” hekayəsində Leonid İliç Brejnevin Bakıya gəlişinin təsviri kimi... Deməli, şəhərdə hər yerdə təmizlik, səliqə-səhman işləri görülür. Rənglənəsi yerlər rənglənir, balaca uşaqlara şeir əzbərlətdirilir. Hər yerdə gecə-gündüz məşq gedir. Binaların üstündə milis nəfərləri qoyulub. Bu günlər “semiçka” qovurmuyacam. Əlimə bir bayraq, bir də Kapitanovun şəklini verdilər. Leonid İliç Brejnev maşın karvanının müşayiəti ilə Binə hava limanından Lenin meydanına yola düşdü... Doğrudan da yer-göy titrədi. Dəhşətli bir gurultu qopdu. Hər kəs bir şeylər qışqırırdı. Mən də var gücümlə bağırırdım. qışqırsan sənin ağız-burnunu dağıdacam. Çapayın gününə düşəcəksən. Yaxşı başa düşdünmü? İstər-istəməz ürəkdən gülürsən. Yanımdakı qız bir psixopat kimi “Lenin” haqqında şeiri təkrar-təkrar söyləyirdi. Arxada, düz qulağımızın dibində bizim məktəbin ikinci sinif şagirdi bağıra-bağıra mahnı oxuyurdu... Müəllimimiz bir dirijor ədası ilə əllərini sallayır və var gücü ilə Azərbaycan dilində “Xoş gəl-di-niz, ə-ziz, Le-o-nid İ-liç” deyə boğazını yırtırdı”... Belə təsvir hekayə bitənə kimi davam edir. Məsələ burasındadır ki, bu təsvirlərdə heç bir uydurma yoxdur. Bu sətirlərin müəllifi kimi təsdiq edirəm ki, mən də o günlərin şahidi olmuşam. Tural olanı yazıb... “Sinifkom seçkiləri” hekayəsində sinifdə aparılan “demokratik” seçkidən bəhs olunur. Oxucu burada həyatda gördüyü əsl “demokratiyanın” şahidi olur. “İclas” hekayəsində isə Elmlər Akademiyası Tarix İnstitutunun baş elmi işçisinin başqasının əvəzinə məruzə etmək üçün qonşu ölkəyə göndərilməsindən, elə gülünc əhvalatların da bundan sonra başlanmasından söhbət açılır. “Tənha mələk” hekayəsi isə başqa aləmdir. Həmin hekayə haqqında yazmaq, danışmaq yox, o hekayəni diqqətlə oxumaq gərəkdir. Kitabda və “Tənha mələk” hekayəsində nələrin yazılmasını bilmək istəyirsinizsə, Turalın kitabını oxuyun... “Qorxduğuma görə xoşbəxtəm”. Bu hekayə həyatı anlayan, onu qiymətləndirən bir insanın – Tural Anaroğlunun qorxu haqqında şəxsi düşüncələridir. Onu da qeyd edək ki, bu hekayəyə qədər olan hekayələr satira və yumorla zəngin idi, bu hekayədə isə yazıçı həyati faktlara söykənmiş, öz fikirlərini yazmışdır. “Bilmədiyimiz Türkiyə” hekayəsini oxuyanda doğrudan da bizim hələ Türkiyəni dərindən tanımadığımız məlum olur. Tural yazır: “Türkiyə çox maraqlı ölkədir. Bu yöndə söhbət açdığımız mövzular aysberqin su üzərində görünən hissəsidir. Burada həm şaxta Babanın, yəni müqəddəs Nikolanın, həm də Hoca Nəsrəddinin, yəni bizim bildiyimiz Molla Nəsrəddin hekayələrini görmək mümkündür. Şaxta baba belində hədiyyələr dolu çəllək ilə donub qalmışsa, Molla Nəsrəddin eşşəyini tərs minərək gülümsəməkdədir. Zəmanəsinin cahillərinəmi? “Viza problemi” hekayəsini böyük zövqlə oxudum. Hekayədə təsvir olunan Can-can dövləti mənə çox tanış gəldi... Tural “Cəhənnəmin əzabı” hekayəsində o dünyanı təsvir edib. Doğrudur, cənnət, cəhənnəm, o dünyanın “gözəllikləri” barədə çox yazılıb, amma Turalın ruhlar haqqında yazdıqları özünəməxsusdur. Bu dünyada yaramaz işlərlə məşğul olan, öləndən sonra o dünyadan bu dünyaya it şəklində dönən ruhun taleyi də ibrətamizdir. Durduğun yerdə hərə səni bir vəzifəyə “qoyur”. Bu hekayədə diplomat Tahirə müxtəlif vəzifələr “yaraşdırılır”. Səhər-səhər çörək almağa gedən Tahirin tanışlarından biri onun Qondurasa səfir təyin olunacağını, o biri rayona icra başçısı göndəriləcəyini, bir başqası apteklər idarəsinin müdiri olacağını, polis rəisi (?!) vəzifəsinə qoyulacağını, kanalizasiya işlərinə baxacağını... uydurur. Sonra da onu işlədiyi nazirliyə çağırırlar, nazir deyir ki, “sənin mənim yerimə keçəcəyinlə əlaqədar şayiələr gəzir”. Bu da şayiələrin axırı! Yazıçı “arada-ortada gəzən” bu söz –söhbətləri olduqca inandırıcı qələmə alıb. Tural Anaroğlunun hekayələri o qədər duzlu, məzəlidir, mənalıdır ki, oxuduqca oxumaq istəyirsən. “Xaricdə təhsil” hekayəsi də düşündürücüdür. Necə deyərlər, pul açılmayan qapıları açır. Harada gəldi saqqız çeynəyən, mobil telefonla oynayan, orta məktəbdə oxumağa qabiliyyəti çatmayan, “eksponat”, “zibil”, inigiliscə bilməyən, heç bir fəndən başı çıxmayan, “yekəbaş”, ancaq xarici avtomobil növləri ilə maraqlanan... vəzifəli şəxsin oğlu atasının pulunun gücünə İngiltərənin Oksford Universitetinə daxil olur. Sonra da universitetə evdə geydiyi “şap-şap”la gəlir, xanım müəllimlərə nalayiq təkliflər edir, müəllimlərə “sən” deyə müraciət edir, maşınını rektor üçün ayrılan yerdə saxlayır... Xarici İşlər Nazirliyi, İngiltərə səfirliyi isə belə bir “yekəbaş”a xüsusi qayğı göstərirlər... Yenə atasının hesabına. Yazımızın başlanğıcında qeyd etmişdim ki, Tural Anaroğlu bir sıra millətlərin dillərini bilir. Hekayələrinin çoxunda xarici dillərdən yeri gəldikcə istifadə edir. Nəticədə onun əsərlərinin koloriti gözəlləşir, yumor çoxalır. Turalın bütün hekayələrini, o cümlədən, “İsveç masası” hekayəsini oxuduqca təəccüb edirdim: Yazıçı bu qədər xarici və Azərbaycan dilində gülməli sözləri necə yerində işlədir, bu sözləri haradan tapır, hadisələri necə qurur ki, son dərəcə inandırıcı və təbii əsərlər alınır? Təkcə “Preziya gecəsi”ndəki adları hörmətli oxuculara çatdırmaq istəyirəm: Sahib İqtidarov, Yeni Bəylər Şeir Ocağının üzvü Müxalifət Narazıbəyli, Alaqaranlıq Ədəbi Birliyinin həmsədri Zülmət Qara, Müstəqil Alternativ Heca Cəmiyyətinin sədri Sual Nida və Cırt-cırt Pen, Tenşen ədəbi klubunun fəallarından şair Bratan Sporoğlu, Sauna müəllim, Cəh-cəh Poprepmeyxanalı, Şair usta, Zövqsüz Bərbadqızı, Sual müəllim, Uybala Uçmuş... Yeri gəlmişkən, qeyd edim ki, hekayələrdki belə adlar obrazların xarakterinə uyğun seçilmişdir. Turalın kitabını oxuyandan sonra ürəyimdən ona belə bir sual vermək keçir: İndiyədək haradaydın, qardaş! Yazdıqlarını zərgər kimi min dəfə cilalayandan sonra ortaya çıxarmısan. Həm də ədəbiyyatımızda iz qoyacaq əsərlər yazmısan. Oxucular mütləq məmnun qalacaqlar. Şəxsən mənə verdiyin ədəbi zövqə görə çox sağ ol!
“Mustafa Kamal Atatürk bütün dünyaya sübut etmişdir ki, müsəlman ölkəsində, əsrlər boyu dinin təsiri altında dini dövlət kimi yaşayan bir ölkədə cümhuriyyət, Layiq cümhuriyyət qurmaq, demokratik yolla getmək olar. O, dünyanın bəşəri dəyərlərindən istifadə edərək, xalqının mənəvi dəyərlərini bunlarla birləşdirərək, öz xalqını daha da yüksəklərə qaldırmışdır”. “Türk xalqının içindən çıxaraq Osmanlı imperatorluğunun dağıntılarının, külünün yerində yeni bir çağdaş dövlət” yaratdı. Əvvəli ötən şənbə sayımızda. Atatürkün 100 illik yubileyinin YUNESKO-nun üzvü olan 152 ölkədə eyni anda keçirilməsi təklifi müzakirə edilərkən, İsveç nümayəndəsi ayağa qalxaraq, etiraz edir: “Necə yəni? Dünyada nə qədər dövlət xadimi var, hamısının yubileyini qeyd eləməliyik məgər?” Bu kinayəli sual qarşısında Rusiyanın nümayəndəsi yerindən dik atılaraq, yumruğunu masaya vurur və 152 ölkənin təmsilçisinə belə deyir: “Gənc nümayəndə dostların yadına salmaq istəyirəm ki, Atatürk sadəcə böyük bir dövlət xadimi deyildir. Atatürk, bu çağa öz möhürünü vuran insandır. Yaxşı olardı ki, onu yad etməklə qalmayaq, həm də onun əməllərindən özümüz üçün nümunə götürək.”. Təklifin imzaya açıldığı gün İsveç nümayəndəsi mikrofona yaxınlaşaraq, belə deyir: “Mən Atatürkü araşdırdım. Bütün ölkələrin nümayəndələrindən üzr istəyərək, ilk imzanı özüm atıram.”. Bu, YUNESKO-nun tarixində ilk və tək belə hadisədir. Təklifin əleyhinə səs verən və ya bitərəf qalan heç bir ölkə olmadı. Atatürk, beynəlxalq tolerantlıq, sülh və əməkdaşlıq uğrunda çalışan ali insan, fövqəladə inqilablar həyata keçirmiş bir inqilabçı, istilaçılıq və müstəmləkəçiliyə qarşı mübarizə aparan ilk liderdir. İnsan hüquqlarına hörmətlə yanaşan, ümumdünya sülhünün öncüsü, həyatı boyu insanlar arasında rəng, dil, din, irq fərqi qoymayan tayı-bərabəri olmayan bir dövlət xadimidir. Türkiyə Cümhuriyyətinin qurucusudur”. Bəli, 152 ölkənin imzaladığı bu həqiqətləri dedirdən Qazi Mustafa Kamal Atatürkdür. Bütün Türk dünyasının qüruru olan böyük Atatürk! 29 oktyabrlar, 10 noyabrlar artıq onun prinsiplərini, inqilablarını, İstiqlal savaşı və sivilizasiya mübarizəsi yolundakı tövsiyələrini, əhəmiyyətini, niyələrini, nə üçünlərini müzakirə edərək, açıqlayaraq, düşünərək, mənimsəyərək, anlayaraq, tətbiq edərək öyrətməli olduğumuz, sevdirməli olduğumuz tarixlərə çevrilməlidir. İnanırıq ki, Türkiyənin xilasını və yüksəlişini başqa ölkələrin liderlərində və ya sistemlərində axtarmaq qəflətinə düşənlərə ən yaxşı cavabı atatürkçülüyün keçmişdə yaşanmış parlaq bir hadisə deyil, bugünkü və sabahkı problemlərin hamısının həllinə kömək edəcək aktual, mötəbər və yol göstərici bir sistem olduğunu izah edərək verilə bilər. 71 il əvvəl aramızdan gedən Atatürk, hansı cəhəti ilə ələ alınırsa alınsın, yaşadığı çağa damğasını vurmuş və tarixin unudulmazları arasındakı mötəbər yerini tutmuşdur. Varlığını yalnız düşüncələri və sözləri ilə deyil, özündən sonra qoyduğu əsərləriylə də isbat etmişdir. Atatürkün “ən böyük əsərim” dediyi Cümhuriyyət inqilabı ilə ümmət toplumundan dünyəvi-milli dövlətə keçilərkən, etnik və dini fərqlərə bağlı olmayan, fəqət dil, mədəniyyət və ideal birliyi kimi ortaq məxrəclərdə birləşən siyasi, hüquqi və sosial bir birlik əldə edilmişdir. Milli dövlətin var olması və daha da güclənməsi, bu ortaq məxrəclərin hər kəs tərəfindən səmimi bir şəkildə mənimsənməsi və qəbul edilməsi ilə mümkündür. Ölkə, millət, hakimiyyət ünsürləri, qanunvericilik, icra və mühakimə orqanları baxımından vahid unitar dövlət; ədalət prinsipinin qorunmasının, bölgəçiliyə və irqçiliyə yol verilməməsinin və azlıqlar yaradılmamasının qarantiyasıdır. Dünyəvilik prinsipi Türkiyə Cümhuriyyətini meydana gətirən bütün dəyərlərin təməlidir. Türkiyənin var olma fəlsəfəsidir. Demokratiyanın bərqərar olması və yaşadılması, yalnızca dövlət və toplum nizamının ağıla və elmə istinad etməsi şəklində ifadə edilə biləcək dünyəvilik prinsipi sayəsində mümkündür. Bu gün hər qarışı şəhid qanı ilə sulanmış müqəddəs Türkiyə torpağında, insanlar hür, müstəqil, şərəfli və azad yaşaya bilirsə, bunu İstiqlal savaşında canları bahasına qələbə qazananlara və onların dahi komandanı Atatürkə borclu olduğunu əsla unutmamalıdır. Onu nüfuzdan salmağa və qurduğu cümhuriyyəti degenerasiyaya uğratmağa çalışanlar belə, təməlləri onun tərəfindən atılan sərbəstlik ab-havasından istifadə etməkdədirlər. Uğrunda milyonlarla insanın ölümə göndərildiyi ideologiyalar tarixin dərinliklərində batarkən, əqli və elmi bir yanaşmanı əsas götürən Atatürkçü Düşüncə Sistemi dimdik ayaq üstündədir. Unutmayaq ki, cümhuriyyətin, inqilabların, Türkiyənin varlığının və gələcəyinin qorunmasının yeganə yolu Atatürkçü Düşüncə Sistemidir. Ölkənin bölünməz bütövlüyü, davamlılığı və millətin xoşbəxtliyi üçün gənc nəsillərinin üzərinə düşən ən böyük vəzifə, Böyük Atatürkün yadigarlarına sahib çıxaraq, demokratik, dünyəvi və sosial bir hüquq dövləti olan Türkiyə Cümhuriyyətini əbədi olaraq yaşatmaq, qarşılaşılan bütün çətinlikləri birlik və həmrəylik içərisində onun göstərdiyi ağıl və elm yoluyla dəf etmək olmalıdır. Hətta Adolf Hitler belə Atatürkə heyranlığını açıq şəkildə deyirdi: “Mustafa Kamal, bir millət, o, bütün vasitələrindən məhrum edilsə belə, millətini qurtaracaq vasitələri yarada biləcəyini isbat edən adamdır”. O, həm də bütün insani xüsusiyyətləri ilə bir örnək idi. Atatürk örnəyi.... Atatürk, bu qədər böyük işlər görməsinə baxmayaraq, mövqeyini və şəxsiyyətini, yəni kim olduğunu bəlkə də ən yaxşı bilən bir liderdir. İstanbul Universitetinin açılış mərasimi keçirilir. Sadə bir salonda stullar, ortada isə Atatürk üçün çox dəbdəbəli və bəzəkli bir kreslo qoyulmuşdur. Atatürk salona professorlarla birgə gəlir. Professorlar, Atatürkü kresloya dəvət etdiyində o, bir kresloya, bir professorlara baxır və: “Mənim sizlərdən öyrənməli olduğum çox şey var; buna görə bu kreslo ancaq sizlərə layiqdir” – deyərək, kreslonun yanındakı stula oturur və ən yaşlı professora kresloya oturmaqda kömək edir. Budur lider olmağın mahiyyəti: HAQQI OLMADIĞINA İNANDIĞI HEÇ BİR KRESLOYA OTURMAYAN BİR İNSAN. Onun insani keyfiyyətləri onunla qısa bir təmasda olan insanlarda belə heyranlıq yaradırdı. Fransanın “Vu” qəzetinin əməkdaşı George Bennes 1938-ci ildə yazırdı: “Kamal Atatürkün xarakterinin bir hissəsini göstərmək üçün bir xatirəni xatırlamaq istəyirəm. Bizə savaşlardan birini danışırdı. Amma bunların ən böyüyündən sonra belə hər axşam, savaş meydanında ölən bütün əsgərləri düşünərək, içimdə dərin bir kədər duydum”. Cəsarət və zəkasından başqa ürəyi bu qədər böyük və gözəl olan bir liderin ölkəsi üçün möcüzələr yaratmış olmasına şaşılabilirmi? Atatürkü daha çox bir hərb və dövlət xadimi olaraq tanıyırıq. Bu həqiqəti 21 noyabr 1938-ci il tarixində əcnəbi bir jurnalist belə ifadə etmişdi: “Belə dühalar ancaq zahirən ölürlər, həqiqətdə isə millətlərin zehnində dərin və silinməz izlər qoyan əsərləri ilə əbədi olaraq yaşamaqdadırlar. Belə insanlar müəyyən bir zaman və ya müəyyən bir coğrafiya üçün doğulmurlar. Onlar yüzilliklər boyu millətlərin tarixinə hökm edə bilən insanlardır.”. Əfqan kralı Emanullah Xan deyirdi: “O böyük insan yalnız Türkiyə üçün deyil, bütün Şərq millətləri üçün də ən böyük öndərdir”. Hind Parlamentinin nümayəndəsi Sucheta Krıpalani yazırdı: “Atatürk yalnız türk millətinin deyil, azadlıq, müstəqillik uğrunda savaşan bütün millətlərin öndəriydi. Onun direktivləri altında siz müstəqilliyinizə qovuşdunuz. Biz də o yoldan yürüyərək, müstəqilliyimizə qovuşduq. Hindistanın müstəqillik illərində ilk baş naziri olmuş Cavahirləl Nehru da Atatürk haqqında heyranlıqla danışırdı: “Kamal Atatürk və ya bizim onu o zamanlar tanıdığımız isimlə Kamal Paşa, gənclik günlərimdə mənim qəhrəmanımıydı. Türkiyənin modernləşmə yolunda Atatürkün girişdiyi böyük çabaları heyranlıqla qarşıladım. Onun dinamizmi, yenilməz və yorulmaq bilməzliyi insanda böyük bir etki yaradır. O, Şərqdə modern çağın qurucularından biridir. Zatən önəmli olan, bu gün çox sıx rast gəldiyimiz kimi CANLI ÖLÜ olmaq yox, öldükdən sonra belə, bu qədər canlı bir şəkildə YAŞAMAQ deyilmi? Çünki həyat bu dərəcədə doğru və gözəl bir şəkildə yaşanıbsa, ölümün özü də bir həyatdır. Əsl böyüklük, ondan uzaqlaşdıqca, özümüzü ona daha yaxın hiss etməyimiz deyildirmi? Çünki böyüklük zamanla məhdudlaşdırılmır. Böyük insanlar həm keçmişin, həm də gələcəyin batmayan günəşləridir. Bu həqiqəti Belçikanın Ankaradakı səfiri görün nə qədər sadə və gözəl bir şəkildə ifadə etmişdi: “Ankarada olanda daim günəşə baxırdım. Amma günəşi üfüqdə deyil, Çankayada görürdüm. Bəs bu canlılığın sirri nədədir? Onun hərb xadimliyi cəhətimi, yoxsa dövlət xadimliyi cəhətimi? Yoxsa, tarixə keçən bu cəhətləriylə birgə, çox da bəhs edilməyən başqa bir cəhətimi? Bəli, onun günümüzdə də canlı olmasının əsl sirri, insani cəhətidir. Onun bu dərəcədə ümumbəşəri olmasının səbəbi “sarı saçlı, mavi gözlü bir div” olması, qarğaları hürkütməsi və ya adının Kamal olması deyil. Bu sirr Atatürkün tarixə keçmiş hərb və dövlət xadimliyindən başqa, onun İNSANİ CƏHƏTLƏRİNDƏDİR. Atatürkün bu dərəcədə ümumbəşəri bir lider olmasını təmin edən və onu bir çox digər liderlərdən fərqləndirən xüsusiyyətin, onun insani cəhətləri olduğunu dedik. Bu sualın cavabını Atatürkün xatirələrində, yaşadıqlarında və yaşatdıqlarında axtaracağıq. Heç bir zaman təkəbbür göstərməmiş, hər şeyi ancaq xalqı, milləti, dünya xalqlarının rifahı və xoşbəxtliyi naminə etmiş, daim tolerant və təvazökar olmuş, sadəliyindən heç bir şey itirməmişdir. İzmir zəfərindən sonra qatarla Ankaraya qayıdan müzəffər komandanla bağlı, Ankara valisinin bir xatirəsi: “Gecədən xeyli keçmişdi. Hər kəs çox yorğun idi. Mustafa Kamal, bizimlə söhbətdən sonra istirahətə çəkilmişdi. Mən də onunla söhbət etmək üçün çox darıxırdım. Qapını açıb girdim. Əynində şalvar və köynəklə ayaq üstündə dayanmışdı. Saqqalı uzanmış, üzünə yuxusuz keçən gecənin yorğunluğu həkk olunmuşdu. Köynəyini və şərfini yuduğunu gördüm. “Yorğun görünürsünüz” dedim. Yastıq və adyal qoymayıblar; başımı qoluma söykədim, ağrıdı; pencəyimi yastıq eləmək istədim, üşüdüm. Yatmaq mümkün olmadı. Heyrət və təəssüflə soruşdum: “Bəs nə üçün heç kimə demədiniz?” Təbəssümlə cavab verdi: “Hamı mənim qədər yorğun və yuxusuz idi. Narahat eləmək istəmədim.” Mustafa Kamal, Vətənini xilas etdikdən sonra İzmirdən Ankaraya bax bu şəraitdə qayıtmışdı”. Macarıstanın “Esti Ujsağ” qəzeti yazırdı: “O, yüzilimizdə “olmayacaq heç bir şey yoxdur” şəklində tarixi gerçəyi isbatlayan ilk adam olub”. Alman tarixçisi Herbert Melziq yazırdı: “O, öz milləti və bəşəriyyət üçün bəslədiyi məhəbbətlə, bir dahinin nələr yaratdığına dair dünyaya fövqəladə həyəcanlı bir səhnə göstərməkdədir”. Atatürk, incəsənətin bir millətin həyatındakı yerini və əhəmiyyənini layiqiylə qiymətləndirə bilənlərdən idi. Hüsnxət sənətinin son üstadlarından Macid Ayralın başına belə bir hadisə gəlmişdi: Çanaqqala döyüşlərinin davam etdiyi vaxt, Macid Bəy Çanaqqalada əsgər imiş. Döyüşlərin dərin səngərlərdə aparıldığı günlərdə, Macid Bəy malyariyaya tutulur. Malyariya böhranının olmadığı vaxtlarda yazdığı gözəl hüsnxət nümunələrini səngərlərin divarına asırmış. Mustafa Kamal səngərləri təftiş edərkən, bu hüsnxət nümunələrini görür və çox xoşuna gəlir. Onları kimin yazdığını soruşanda və müəllifinin Macid Ayral olduğunu öyrənəndə, üzünü yanındakı adamlara tutaraq: “Bunlar sənət əsərləridir, bir ölkədə belə sənətkarlar asan yetişmir; belə bir sənətkarın burada nə işi var? Çanaqqalada güclü Avropa dövlətlərinə qarşı qəhrəmanlıq dastanı yazdığı o fövqəladə şərtlər daxilində, millətinin bağrında doğan sənət adamlarına belə bir həssaslıq göstərməsi və onları müharibədən uzaqlaşdırması, Atatürkün sənətə və sənətkara verdiyi qiymətin nümunəsidir. Görün, Yunanıstan kimi o zamanlar Türkiyənin ən böyük düşməni olan ölkənin təmsilçisi Atatürklə bağlı nə deyir: “Türkiyə, dost və düşmənlərin heyran olduğu bir dahi adama malik olmaq kimi xoşbəxtliyə çatmışdır”. Fransız yazarı Gerard Tonqas yazırdı: “Bu, insanlığa təcrübədən keçmiş bir fəlsəfə örnəyi olaraq təqdim oluna bilər. Milli televiziya kanallarından birində ikinci xəbər olaraq 6 dəqiqə davam edən və 5 dəfə kadr böyüdülərək verilən bir xəbər yer aldı. Bu xəbər, Amerikada məşhur bir müzik-xollun sökülmədən, dünyada ilk dəfə tətbiq edilən bir metodla relslər üzərində 20 metr kənara sürüşdürülməsi və yerində yeni bir binanın yapılması haqqında idi. 1930-cu il. Atatürk Yalova köşkünə doğru çıxarkən, bağbanın qoca bir çinar ağacını kəsməyə hazırlaşdığını görür. Bağban cavab verir: “Paşam, çinarın kökləri köşkün bünövrəsini qaldırır. Yarpaqları da köşkün pəncərələrinə toxunur. Bu səbəbdən bizi üzürlü hesab edin, ağacı kəsmək məcburiyyətindəyik.”. “Xeyr, lazım gələrsə köşkü ağacdan uzaqlaşdırarıq” deyir. Yanındakı adamlar, “Bugün Mustafa Kamalda bir qəribəlik var, heç köşkü ağacdan uzaqlaşdırmaq olar?” deyirlər. İstanbuldan Yalovaya tramvay relsləri gətirtdi, onları köşkün altına döşətdi və köşkü hərəkət etdirib, ağacdan 4 metr 80 santimetr kənara çəkdirərək, çinarı xilas elədi. Dünyada 1980-ci illərdən sonra ekologiyadan bəhs edilməyə başlandı. Ətəyində yaşayanlar bu ucalığı fərq edə bilməzlər. Bu dağın əzəmətini qavraya bilmək üçün, ona çox uzaqlardan baxmaq gərəkdir”. Məşhur arxeoloq Zübeyir Koşayın xatirələrindən: “Bilirsiniz ki, bütün arxeoloji qazıntıların aparılması haqqında əmr verən Mustafa Kamaldır. Muzeylərin açılması haqqında əmr verən də Mustafa Kamaldır. Məsələn Efesdə qazıntılar başladı, iki dəfə ora getdi. Konyada Assur qazıntıları başladı, işin başında yenə Atatürk var idi. Axlatlıbel qazıntıları başladı; bir baxdıq ki, işin başında torpaq alır, ölçür, biçir”. Onun fikrinə görə, üstündə yaşadığımız torpaqların həqiqi sahibi ola bilmək üçün, bu ərazidə yaşayan toplumları və onların meydana gətirdikləri mədəniyyətləri, qaynağından başlayaraq günümüzə qədər keçən müddət içində, layiqincə öyrənib bilməliyik. Çankayada üç gün üç gecə yatmayaraq işləyir. Yatmamaq üçün alnına yaş dəsmallar qoyur. Axlatlıbelə gedirik. Arxeoloqları ətrafına toplayır. Başlarında Zübeyir Koşay var. Niyə işimizə qarışırsınız?” Amma əmr böyük yerdən gəlib. Başlayırlar Mustafa Kamalın göstərdiyi yeri qazmağa. Nəticə necəmi oldu? Onun sayəsində türklər, onun möhtəşəm əsərini izləyə biləcəklər və zatən dünyaca çox yüksək olan şərəflərini daha çox yüksəldə biləcəklər”. Həmin ölkənin nümayəndəsi professor Morrf isə yazırdı ki, Türkiyəni yaradan, tariximizin bu ən Böyük Adamını, başımı ən dərin hörmətlə eyərək salamlayıram. Zaman keçdikcə, Atatürkün yuxarıda sadalamağa çalışdığımız xüsusiyyətlərindən əlavə, gözəl bir tədqiqatçı və maarifçi olduğu da ortaya çıxmışdır. Misal üçün, Atatürkün ölümündən iki il əvvəl bir “Həndəsə” kitabı yazdığını və bu kitabda, məktəblərimizdə bu gün də istifadə edilən sadələşdirilmiş həndəsə terminlərinin yer aldığını göstərə bilərik. Polşa mətbuatı yazırdı ki, onun yaradıcı ruhunun və atəşli yurdsevərliyinin hərəkətə keçməmiş olduğu heç bir sahə yoxdur. Bu isbata ehtiyacı olmayan həqiqətdir. Atatürk, bu günü dəqiqliklə görmüş, görməklə də qalmayaraq, bu gün istifadə edə biləcəyimiz dərəcədə aktual, mötəbər və problemlərin həllinə istiqamətlənmiş təkliflərini yazaraq miras qoymuşdur. ABŞ-ın ən məşhur iqtisadçılarından olan Mister Cons belə deyir: “Türkiyə iqtisadiyyat ilə müharibədə sadəcə Atatürk’ü nümunə götürsə, kifayətdir.”. “Bugünkü mübarizəmizin qayəsi tam müstəqillikdir. Müstəqilliyin tam olması isə ancaq maliyyə müstəqilliyi ilə mümkündür” – deyən Atatürkün dövründə həyata keçirilən iqtisadi siyasətin ən böyük uğuru, şübhəsiz ki, türk lirəsinin daxili və xarici bazardakı dəyərinin qorunması sahəsində olub. On doqquz illik müddətdə (1919-1938) ölkənin böyük ehtiyacları qarşısında inflyasiyasız və sürətli bir inkişafı həyata keçirmək fövqəladə bir müvəffəqiyyətdir. Bildiyimiz kimi, 1929-cu ildə bütün dünyada ən güclü iqtisadiyyata sahib olan ölkələri belə sarsıdan bir iqtisadi böhran yaşanmışdı. Bu böhranın öz zərərli təsirini göstərmədiyi ölkələrdən biri də Türkiyədir. Hətta Türkiyə bu böhrandan qazancla çıxmışdır. Çünki Türkiyənin başında sürətli və balanslı bir iqtisadi inkişaf siyasətinə, strategiyasına və taktikasına sahib olan Atatürk var idi. İsmayıl Həbib Sevük belə demişdir: “Bəzi insanlar söylədikləri sözlər sayəsində böyük görünür, bəzi sözlər isə onu söyləyən insan sayəsində. İngiltərənin “Times” qəzeti yazırdı: “O, Türkiyənin öncəki quşaqlarının heç birinə nəsib olmayan özgürlük və güvən dolu bir həyat yaşadı. Uğurları Türkiyənin Avropa dövləti olmasını təmin etdi, orta Şərqin tarixini dəyişdirdi”. Doğrudan da Atatürkün mücadiləsi və inqilabi islahatları orta Şərq üçün böyük təsir göstərdi. Pakistanın məhşur şairi İqbal necə də gözəl deyirdi: “Bizim əslimiz rəngi uçmuş bir qığılcım ikən, Onun baxışı ilə dünyayı kaplayan və aydınlatan bir günəş halına gəldik”. Bir çox liderlər onu özləri üçün örnək görürdülər. Biz Pakistanda, onu keçmiş bütün çağların ən böyük adamların biri olaraq görüyoruz. Dahi bir hərbçi, anadangəlmə bir lider və böyük bir yurdsevər”.... İtaliyanın “Tribuna” qəzeti yazırdı: “Atatürkün ölümü ilə Orta Şərqin inkişafına birinci dərəcədə təsiri olan son dərəcə qüvvətli bir şəxsiyyət itirildi. Amma təkcə orta Şərq üçünmü? Xeyr, onun addımları dünyanın mənzərəsini dəyişdirdi... Və onun itkisi bütün dünya üçün böyük bir itki oldu. Livanın “An Nahar” qəzeti isə yazırdı: “Atatürk dünyanın çox nadir yetişdirdiyi dahilərdəndir. O, bütün bir tarixin görüntüsünü dəyişdirmişdir”. “Mən əmin olduğumu bildirirəm ki, Türkiyə Cümhuriyyəti böyük öndər Mustafa Kamal Atatrükün yolu ilə əbədi olaraq gedəcəkdir. Bir anlığa tarixin səhifələri arasına baş vursaq, aşağıdakı lakonik sözlərin nə qədər böyük sözlər olduğunu və onların ancaq çox böyük bir insanın, bir dahinin ağzından çıxa biləcəyini anlayarıq: “Ölümün, biz canlılar üçün bir son olduğu qəbul edilir. Ancaq tarixdə bəzən elə insanlar olur ki, onların ölümü özlərindən sonra qoyduqları əsərlər və müəyyən etdikləri ideallarla, mənsub olduqları toplumlar və hətta bütün bəşəriyyət üçün bir son deyil, bir başlanğıcdır”. 71 il əvvəl itirdiyimiz böyük öndər Atatürk də fikirləri və əməlləri ilə türk millətinin taleyini qəti bir şəkildə dəyişdirmiş və mirasını qoruyub yüksəltməyi, ideallarını həyata keçirməyi bizlərə tapşıraraq aramızdan getmişdir. “Chicago Tribune” onun ölümü ilə bağlı yazırdı: “Dünya səhnəsindən tarixin ən diqqətli, çəkici adamlarından biri keçdi”. Macarıstanın “Pester Lioyd” qəzeti isə yazırdı: “Dünya, bu savaş və barış qəhrəmanı böyük adamın ölümü ilə yoxsul düşmüşdür. Fransanın “Sanerwin” qəzeti yazırdı: “Atatürk öldü. Barış qübbəsinin Şərq sütunu yıxıldı. Artıq dünyada sülhü kimsə təmin edəməz. Hətta Avropalı dövlət adamları onun 1930-cu ildə etdiyi xəbərdarlıq və tövsiyələri dinləməmiş və dünyanı 1939-cu ildə ikinci böyük müharibə fəlakətinin içərisinə sürükləmişdilər”. İngiltərədə çıxan “Word Price” yazırdı: “O, bənzəri olmayan bir dövlət adamı idi. Diktatorların tahammül edəmədiyi sərbəst bir nizamla,demokratiyaların bacarmadığı və bacara bilməyəcəyi işlər görmüşdür. Tarixdə bu cür adamlar dövrlərinə öz adlarını vermişlər”. “Savaşda Türkiyəni qurtaran, savaşdan sonra da Türk dövlətini yenidən dirildən Atatürkün ölümü, yalnız yurdu üçün deyil, Avropa üçün də ən böyük itkidir. Müxtəlif təbəqələrin Onun üçün töktükləri gözyaşları, bu böyük qəhrəmana və modern Türkiyənin Atasına layiq təzahürdən başqa bir şey deyil”. “Mənə böyük Atatürkün adını daşıyan Beynəlxalq Sülh Mükafatı təqdim olunubdur. Bu mənim üçün, bütün Azərbaycan xalqı üçün, müstəqil Azərbaycan dövləti üçün böyük şərəfdir. Mən bununla fəxr edirəm. Atatürkün şəxsiyyəti, onun yaratdığı Türkiyə Cümhuriyyəti mənim üçün örnəkdir. Bu sözlərin müəllifi, Azərbaycan prezidenti Heydər Əliyev dəfələrlə qeyd etmişdir ki, Atatürk ideyaları, milli dövlət quruculuğu prinsipləri Türkiyənin yalnız keçmişi, tarixi deyil, həm də gələcəyidir. Atatürk, “böyük insanlar” kimi dəyərləndirilən insanlarla özünün müqayisə edilməsini və təriflənməsini heç bir zaman xoşlamayıb. Hətta bunu edənlərə qəti şəkildə etirazını bildirib. Belə davranışlar həm də millətinə xidmət edən bir insanın milləti uğrunda apardığı mübarizənin düzgün başa düşülmədiyi anlamına gəldiyi üçün onu narahat etməkdə idi. Türkiyə Cümhuriyyətinin quruluşunun 12-ci ildönümündə: “Atatürk bizim ən böyüyümüzdür”. “Atatürk bu millətin ən yüksəyidir”. “Atatürk ən böyük dahidir” kimi çox sayda şüarlar hazırlanmışdı. Şüarların siyahısını gözdən keçirən Atatürk, hamısının üstündən xətt çəkərək, belə yazdı: “ATATÜRK BİZİM İÇİMİZDƏN BİR NƏFƏRDİR”. Nə mutlu Atatürkü sevənə! Qənirə Paşayeva, millət vəkili.
Kinorejissor Fikrət Əliyevin 70 yaşı tamam olur. 1966-cı ildə “Azərbaycanfilm” kinostudiyasında rejissor asisstenti kimi işə başlayan Fikrət Əliyev quruluşçu rejissor səviyyəsinə yüksəlib və bu gün də fəaliyyətini davam etdirir, O öz yaradıcılığı və dəsti-xətti ilə Azərbaycan kinosunun inkişafında və formalaşmasında xüsusi rola malikdir. 1962-66-cı illərdə İncəsənət institutunda Adil İskəndərovun kursunda, 1971-72-ci illərdə Moskvada Ali rejissor kurslarında təhsil alıb və “Azərbaycanfilm” kinostudiyasına qayıdaraq yaradıcı fəaliyyətini davam etdirib. İstedadlı sənətkar bir çox filmdə aktyor kimi çəkilib. 2003-2008-ci illərdə Lider TV-nin dublyaj şöbəsində rejissor işləyərək onlarla xarici filmin doğma dilimizə professional səviyyədə dublyajını həyata keçirib. Onun filmləri Beynəlxalq Festivallarda iştrak edərək bir sıra mükafatlar qazanıb. Azərbaycanın Əməkdar İncəsənət Xadimi fəxri adına layiq görülmüş Fikrət Əliyev Professional Kinorejissorlar Gildiyasının üzvü olaraq milli kinematoqrafiyanın inkişafında fəal iştirak edən və dostları arasında böyük nüfuza malik olan bir sənətkardır. Azərbaycan Professional Kinorejissorlar Gildiyasının Bürosu Fikrət Əliyevi dəyərli və əziz həmkar kimi 70 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı və daha yüksək yaradıcılıq zirvələri arzulayır.
Milli Kitab Mükafatının sorağıyla: bu dəfə Qərb bölgəsində. Gecə səfəröncəsi həyəcandan yatmaya bilərsən, amma bu, vədə yerinə gecikməyəcəyinə təminat vermir. “İçərişəhər” metrostansiyasının çıxışında telefon konturu axtarmaq da bir tərəfdən canımı sıxır. Elə bilirəm, ürəyim ağrıyır. Yüz faiz artıq Funiklyorun qarşısındadır, az qala paxıllığım tutur: bu oğlan heç vaxt gecikmir. Bəhram Gur heykəlinin yanına çatanda məlum olur ki, məndən başqa da gecikən varmış. Uşaqların səsi şeirdən başqa bir şey fikirləşməyə qoymur. Evlə bağlı bəzi narahatlıqlarımı unudub, Ramiz Rövşənin, Nüsrət Kəsəmənlinin, Salam Sarvanın misralarına köklənirəm. Sonra öz mətnlərinə müraciət edirlər. Düşünürəm ki, heca şeirlərinin böyük bir üstünlüyü var – onları yadda saxlamaq asandır... Anar Aminin ifası Nigar xanımı maraqlandırır. Bir az da keçsə, Milli Kitab Mükafatının (MKM) təsisçisi şeir müsabiqəsi keçirmək fikrinə düşəcək deyəsən. Afərin, uşaqlar... Rəşad Məcid Lənkərandan Nigar xanıma ünvanlanan şeiri ucadan oxuyur, bəzi qısa haşiyələr çıxır, sonra zarafatlar yolboyu uzanır. Arada təsisçi ilə münsiflər heyətinin üzvü arasında maraqlı polemika gedir, MKM-lə bağlı KİV-də yazılanlar və cəmiyyətdə danışılanlar müzakirə olunur... Səfərlə bağlı narahatlıqlarım var. Məsələn, bir az da önyarqı ilə təxmin edirəm ki, rayonlarda bu müsabiqə ilə bağlı təfərrüatları bir-bir sadalamalı olacağıq, yenə yerli şairlər müsabiqənin niyə yalnız nəsr sahəsini əhatə etməsindən gileylənəcəklər, şagirdlər bizi yüksək pafoslu, poeziyadan uzaq vətənpərvərlik “şeirləri” ilə salamlayacaqlar. Bunları düşünəndə əhvalım pozulur. Özümə Feyziyyənin misraları ilə təsəlli verirəm: “Nədənsə başlamaq lazımdı”. Ən azı, müsabiqənin təbliğatı bölgələrdə ədəbiyyata diqqəti artıracaq, yeni imzalarla (səfərdə iştirak edən gənc yazarlarla – II Qismət, Anar Amin, Fərid Hüseyn, Elvin Bakiroğlu və Vüsal Nuru ilə) tanış olacaq, onların şeirlərini dinləyəcəklər... Nahar etmək üçün Gəncədə dayanırıq və fürsətdən istifadə edib, Bakıdakı xırda-para məişət problemlərini telefonla həll etməyə çalışıram. Anar Amin ustadı Zəlimxan Yaqubdan danışır, Nigar xanım səfərlərin birindən geri dönərkən qarşılaşdığı situasiyanı nağıl edir. Elə oradaca bir ömür boyu unudulmayacaq lətifələr yaranır. Mikroavtobusumuz bir də Tovuzdakı Şəhidlər Xiyabanının qarşısında dayanır. Maşından enib bizi qarşılayan millət vəkili Qənirə Paşayeva, şair Elxan Zal Qaraxanlı və Əkbər Qoşalı və Tovuz ictimaiyyətinin nümayəndələri ilə görüşürük. Şəhidlərin məzarını ziyarət etdikdən sonra Tovuzdakı hərbi hissələrdən birinə yollanırıq. Burada Qənirə xanımın gəlişlərinə alışıblar – komandir belə deyir və ötən dəfə millət vəkilinin gətirdiyi kitablardan söz açır. Sonra söz Gənc Ədiblər Məktəbinin rəhbəri Rəşad Məcidə verilir, Elxan Zal, Əkbər Qoşalı çıxış edincə götür-qoy edirik: hansı şeirləri deyək? Anlaşılandı, bu, gənc şairlərin hərbçilərlə ilk görüşləridir. Anar Aminin köməyinə yenə ustadı Zəlimxan Yaqubun vətənpərvərlik şeiri gəlir: “Şair, bu gün şeirini evdə yox, səngərdə yaz”. Aramızda ən çox alqış II Qismətə çatır – yarızarafat yazdığı “Cehiz” şeiri fərəqət komandasında dayanan əsgərlərin qırışığını açır. Sonra komandir fərqlənən əsgərlərin adlarını çəkir və Qənirə xanımın gətirdiyi hədiyyələr onlara təqdim olunur. Havanın qaralmasına az qalır, hamımız bir az yorulmuşuq. Amma bizdən bir az əvvəl Bakıdan Tovuzadək yol qət edən Qənirə xanıma baxanda bu, hiss olunmur – qətiyyətlə “Ön cəbhəyə gedirik” deyir. Bu cümlədən sonra hamımızda qəribə bir canlanma yaranır. Məlum olur ki, mikroavtobus yüksəkliyə çıxa bilməyəcək, əvəzində “UAZ”a əyləşməyi təklif edirlər. Nigar Köçərli və Rəşad Məcidlə birgə Qənirə xanımın maşınına otururuq. Millət vəkili Tovuzun problemlərindən danışır, müasir ədəbi proseslə bağlı suallar verir, uşaqlıqdan bəri sevərək mütaliə etdiyi müəlliflərin adlarını çəkir: Məhəmmədhüseyn Şəhriyar, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Xəlil Rza Ulutürk. Müxtəlif üslublarda yazan bu şairləri birləşdirən mövzunu axtarıb tapmağa ehtiyac yoxdur – vətənpərvərlik lirikası. Sonra Qənirə xanım öz yaddaşı ilə hamımızı təəccübləndirir: Tofiq Bayramın “Volokardin” şeirini sonadək əzbərdən deyir, Bəxtiyar Vahabzadənin şeirlərindən sitat gətirir. Mən bir qədər əvvəl yolda Elvin Bakiroğlu ilə mübahisəmi xatırlayıram (Doğrudanmı, zövqlər dartışılmır? İstənilən halda, yaxşı mətni müəyyən etməyə imkan verən kriteriyalar mövcuddur axı). Əlimərdanlı kəndindəki N saylı hərbi hissədə sürprizlə qarşılaşırıq – həmkarımız Elmin Həsənlini əsgərlərin arasında görmək olduqca xoşdur. Bir-bir yaxınlaşıb görüşürük. Onların yataq və yemək otaqlarına nəzər salırıq. Divardakı rəfdəki kiçik televizorda futbol matçı göstərirlər. Sonra səngərlə yüksəkliyə doğru çıxıb, qaranlıqda qarşı tərəfdəki işıqlara baxırıq – bələdçilərimiz izah edirlər ki, ətraf kəndlərdə əhali yaşayır. Qarşı tərəfdən görünən dağın o biri üzündə isə Ermənistanla sərhəd başlayır. Hərbi hissədə bizi kəklikotulu çaya qonaq edirlər. Ayrılarkən Ə.Qoşalı Elminin qulağına pıçıldayır: “Bəlkə, nəsə problemin, ya bir arzun var? Nə lazımdısa de, burda olduğumuz müddətdə həll edək”. Elmin gülümsəyir və deyir ki, hər şey qaydasındadır. Hava artıq qaralıb, şəhərdə – Tovuzun Heydər Əliyev Mərkəzində bizi gözləyirlər... Mərkəzdəki tədbirə Tovuzun ədəbi ictimaiyyəti cəm olub. Şübhəsiz ki, onlar arasında böyük əksəriyyəti şairlər və aşıqlar təşkil edir. Rəşad Məcid və Nigar Köçərli MKM barədə məlumat verir, müsabiqənin şərtlərindən danışırlar. Sonra şeirlər oxunur – bu bir növ, elə Rəşad Məcidin də dediyi kimi, müsabiqədən kənarda qalan şairlərin könlünü almağa hesablanıb. Amma elə tədbirin gedişindəcə məlum olur ki, Tovuzda nasirlər də az deyil. Onlar artıq çapdan çıxmış əsərlərini hansı yolla müsabiqəyə təqdim edə biləcəkləri ilə maraqlanırlar. Gecə gənc həmkarlarımdan ayrılmalı oluram. Onlar koteclərdə qalırlar, Rəşad Məcid, Nigar Köçərli və bəndəniz isə Qənirə xanımgilə qonaq düşürük. Yorğunluğumuzu unudub söhbətə başlayırıq. Rəşad Məcid ona ayrılan otağa çəkiləndən sonra üç xanım öz aramızda cani-dildən söhbət edirik (Sonradan bu barədə zarafatla belə deyəcəkdilər: “Bizim otel beş, sizinki yeddiulduzluydu. Çünki sizə şəxsən millət vəkili özü qulluq edib, üstəlik, gecəyarıyadək onunla maraqlı söhbətlər etmisiniz). Bircə səhər tezdən oyanmaq olmaya. Xoşbəxtlikdən, bu mənada Nigar xanımın timsalında həmdərd tapmışam. Qazağın mərkəzi Tovuz qədər abad görünmür, bəlkə də əslən tovuzlu olduğumdan mənə belə gəlir. Amma Mütəfəkkirlər Bağında gəzmək xoşdur. Yağışda islanacağımızdan ehtiyatlanmadan, yazarların, elm və incəsənət xadimlərinin, hərbçilərin heykəllərini seyr edirik. Mədəniyyət evinin mətbuat klubundakı tədbirdə ayaqüstə qalanlar da var. Amma görüş maraqlı keçdiyindən heç kəs narahat deyil. Qazaxlılar ədəbiyyatla bağlı məlumat azlığından şikayət edirlər, kitab mağazasının yoxluğundan gileylənirlər. Amma bu giley-güzar bizi əməlli-başlı sevindirir – yolboyu məni narahat edən təxminlərim puça çıxır. Məlum olur ki, bölgələrdə mütaliə etmək istəyənlər var. Yerli yazarlardan biri Paviçin “Xəzər sözlüyü”nü oxumaq üçün axtardığını söyləyir. Başqa bir sevindirici məqam da var: burada “525-ci” qəzetin şənbə sayını həsrətlə gözlədiklərini deyirlər. Oxucular Vüsal Nurunu, II Qisməti və bəndənizi tanıyırlar, görüşdən sonra ayaqüstü söhbətləşirik. Anar Amin isə onlara “Space” telekanalı ilə yayımlanan “Kiçik Qala” verilişindən tanışdır. Ortayaşlı yazarlardan biri “niyə bu dəfə məni çap etmədiniz” deyə şeirlə yazdığı şikayətini R.Məcidə təqdim edir. Nisbətən yaşlı oxucunun isə baş redaktordan xahişi var: “Klassik ədəbiyyatla bağlı silsilə yazıları dərc etməyin nə mənası? Qoy bunu kitab şəklində çap edib, kitabxanalara versinlər. Qəzetdə isə müasir ədəbi prosesə daha çox yer ayırın, çünki bu barədə məlumatı yalnız sizin qəzetdən alırıq”. Qazaxda MKM-ə yeni namizədlər qoşulur, Nigar xanımı əhatəyə alıb suala tuturlar. Kitab yükümüz də artır. Yolüstü Hüseyn Arifin ev-muzeyinə baş çəkirik. Eksponatlarla zəngin, müasir səviyyədə təmir olunan muzeydə 12 işçi çalışır. Rəşad müəllim bu faktı eşidəndə bizə sarı çevrilib deyir: “Görürsünüz, bu cür muzeylər həm də iş yeri kimi vacibdir”. Yenə Tovuza qayıdırıq. Yerli ədəbi ictimaiyyət şeirlə, sözlə, sazla “silahlanıb” SNTV regional televiziya kanalının canlı efirində bizi gözləyir... GƏNCƏ. Gəncədə bizi mədəniyyət və turizm idarəsinin rəhbəri Minaxanım Əliyeva qarşılayır. Minaxanım fürsət düşən kimi Gəncənin tarixindən, şəhərin adının bir neçə dəfə dəyişdirilməsindən bəhs edir. Deyir ki, Rusiya canişinliyi vaxtında şəhər Yelizavetpol adlanırmış və Gəncə adını çəkənlər cərimələnərmişlər. İgid gəncəlilər isə meydana çıxıb cəriməni əvvəldən ödəyərək bu adı daha ucadan bəyan edərmişlər... Elmi tədqiqat mərkəzindəki tədbirin vaxtına bir qədər var. Bu səbəbdən də, vaxtımızı boş yerə sərf etməyib, yaxınlıqdakı Mir Cəlal Paşayev Muzeyinə baş çəkirik. Burada öyrənirik ki, görkəmli ziyalının ömrünün bir hissəsi Gəncədə keçib. Ülviyyə adlı bələdçi qız suallarımıza həvəslə cavab verir, sonra bizdən şeir istəyir. Muzey işçiləri Bakıdan gəldiyimizi bilib, paytaxtdakı ədəbi proseslərdən xəbərsiz olduqlarını, yeni kitablarla tanışlıq imkanlarının məhdudluğunu vurğulayırlar. Bizdən bəzi ədəbi saytların internet ünvanlarını götürürlər. Az sonra MKM-in təbliği ilə bağlı növbəti tədbir başlayır. Rəşad Məcid mükafat barədə məlumat verir, Tovuz və Qazax təəssüratlarından danışır. Nigar xanım müsabiqədə iştirak etmək istəyənlərin suallarını cavablandırır. Gəncəyə gəlib dahi Nizamini ziyarət etməmək, yumşaq desək, haqsızlıq olardı. Adını dünya ədəbiyyatına böyük hərflərlə həkk etmiş şairin məzarına qibtə hissi ilə baxırıq. Bir-birimizə nəzər salırıq – içimizdən sadəlövh bir sual keçir: ikinci bir azərbaycanlı nə zamansa onun şöhrətinin yarısını qazanacaqmı? Bələdçimiz Ziyafət Əliyeva bizə Nizami barədə məlumat verir, ayrılanda isə yaradıcılıq uğurları arzulayır. Əlbəttə, buna hamımızın ehtiyacı var... Gəncədən sonra Yevlaxa üz tuturuq. Rəşad Məcidlə Nigar Köçərli yerli televiziyada çıxış edirlər... BAKI. Amma əminik ki, səfər səmərəli keçib. Kitab mükafatını beş nəfər qazanacaq. Amma bu mükafat həm də bizim hər birimizə ünvanlanıb. Bəhrəsini – milli kitabı hamımız görəcəyik. Bir də ki, elə Tovuzdakı çıxışlarımızdan birində dediyimiz kimi, burada əsas məsələ prosesin özüdür, daha doğrusu, ədəbi prosesi sürətləndirmək. MKM-in təbliğat qrupu adından, bizə göstərdikləri dəstəyə, yardıma görə millət vəkili Qənirə xanım Paşayevaya, Tovuz, Qazax, Gəncə şəhərlərinin icra hakimiyyətlərinə minnətdarlığımızı bildiririk. RƏBİQƏ.
Heç zarafat-zad eləmir. Etimad Başkeçidi deyirəm. Qeybət elədiyini də eşitməmişəm. Ədəbiyyat haqqında uzun-uzadı axmaq və axsaq mübahisələrə girişdiyini də. Tez-tez kitab çap etdirmir, mətbuata “məndən başqa hamı yalandır” tipli müsahibələr vermir. Hətta bir az dərinə getsəm, onu qaraqabaq adam da adlandıra bilərəm. Qırxdan çox yaşı var, cəmi bircə kitabı çıxıb. Hara gedirsən axı, ay Etimad bəy, hələ bizim bu şair yığnağı axıra kimi oturacaq, toy başa çatandan sonra da özlərini verəcəklər pivəxanaların birinə. Elə o pivə məclisindəcə başlayacaqlar bir-birini acılamağa. Pivəxanadakı bütün qonşu stollar tamaşa edəcək bunların dava-dalaşına. Hələ səhəri günü demirəm. Bəh-bəh-bəh, heç nə olmamış kimi bir-birinə zəng vurmalar, görüşə dəvət etmələr (guya mərd oğlanlardır, içki söhbətinə qayıtmırlar), beyinlərindəki qurdların növbəti üsyanına kimi bir-birlərinə dedikləri uzun-uzadı tərifnamələr... Şairliyin resepti bütün bu sadaladıqlarım deyilmi? Özün də Qorki adına Ədəbiyyat İnstitutunu bitirmisən, bizdən yaxşı bilirsən ki, şairlik nə olan şeydir. İlhamın cövlan eləyir, şeirlərini oxuyanda elə bil adamın üstünə tank gəlir: Silkinər, qovzanar, kişnər at kimi, Bu çölün üstünə o çöl yürüyər. Qurban olum sənə ay Allah. Hər şey aydındır. Məclislərin birində nəsil və estetika qarşıdurması barədə söhbət düşdü. Söhbətindən tutdum ki, kimin hansı yuvanın quşu olduğunu yaxşı bilir və cəbhəsindən asılı olmayaraq, istedadlı adamlara dərin sevgisi, sayğısı var. “Qorki” məzunu olan yazarımız rus dilini mükəmməl bilir. Ötənlərdə roman yazdığını eşitdim. Məndən olsa, kitabı Rusiyada çap etdirər. Onsuz da bizdə çox zaman adam “özünü xaricdə sübut eləyəndən sonra” daha hörmətli olur. Ortada qos-qoca Əkrəm Əylisli, yaxud musiqidə Alim Qasımov örnəyi var. Azərbaycanda isə bədii mətndən əvvəl adamın siyasi dünyagörüşü ilə maraqlanırlar. Hansı tərəfdədir, hansı partiyaya rəğbəti var, hansı siyasi liderlə şəkli var, hansı ədəbi təşkilatın üzvüdür... Şübhəsiz ki, bütün bunların önəmi olmamış deyil. Yazıçının ziyalı mövqeyi olmayanda onun yazdıqları gözdən düşür. Amma hər şeydən öncə səmimiyyət olmalıdır. Yoxsa “mən müxalifət ruhlu yazaram” deyibən telefonunu deputat nömrələri ilə bəzəyəsən? Bunu qəbul etmək olmur. Uzun müddətdir qürbətdə yaşadığını bilirəm. Hekayələrində də qürbətçilik, qəribsəmək yalançı sentimental ruhda yox, mənəvi-psixoloji planda qələmə alınıb. Bizim elə kişi yazarlar var ki, darıxmaqları qadın darıxmağıdır. Uzun illər qadın yazarlarımız kişi kimi, kişi yazarlarımız qadın kimi yazıblar. Etimadın hekayələrində isə onları qələmə alan yazıçı ilə birlikdə qədim-qayım bir türk kişisi addımlayır. Bu iki Etimad bir-birinə nəinki mane olur, əksinə kömək edir, dialektik vəhdətdədir. Məsələn, oxuyanda ağladığım “Velosiped” hekayəsi, bununla yanaşı “Veyil dərəsi”, “Devri-aləm və bir gün”ün təhkiyəsində dastançılıq ovqatı hiss olunur. Hekayələr mənə böyük türk yazıçısı Yaşar Kamalın təhkiyəsini xatırladır. Fikrimcə, yeni tipli türk nəsri Yaşar Kamalla inkişaf etdiyi kimi, bizdə də yeni yazıçılar nəsli bu cür köklü-köməcli mətnlərin üzərində qurulacaq. Etimad Başkeçidin yazılarını oxuyanda elə bil çoxdan unutduğum kədərli bir hadisəni və yaxud maraqlı bir insanı xatırladım. Mənə elə gəldi ki, bu kitabı nə vaxtsa birinci cümləsindən axırıncı cümləsinə kimi əzbər bilmişəm. Onun şeirlərini, hekayələrini oxuduqca, hər şey bir-bir yadıma düşürdü. Bəlkə də elə qan yaddaşı deyilən şey budur. Müəyyən dövrdə adam ordan uzaqlaşar, gedər məmləkətlər gəzər, kitablar oxuyar, cürbəcür adamlar tanıyar, amma bayaq dediyim yaddaş onu heç vaxt tərk etməz. Əyilə-əyilə çuğul yürüyər. Adam az qalır gedib bu şeirlərin müəllifinə elə beləcə də desin: “Bağışlayın, Sizə əllə toxunmaq olar?” Şeirlərdə bəzən hecalar qırılır, amma intonasiya axsamır. Məsələn, Şərif Ağayara həsr edilmiş “Qarşı yatan qara dağın binası” şeirinə fikir verək: Dəlmədeşik, Paramparça, Çilməçilik, Ötələrdən varaqlanan gündəlik. İlk tanış olduğumuz vaxtlarda qaraqabaqlığını heç bəyənməzdim. Mənə elə gəlirdi ki, həddindən artıq özündənrazı adamdır. Sonralar öyrəndiyim bütün ciddi ədəbi mətləblərin işartılarını onun kitabında gördüm. Çox danışmağı sevməməyinin əsas səbəbini də bir çox şeyləri bilməsi ilə əlaqələndirirəm: Niyyətinə dövran yapdın, nəf nədir, İşin Allah tərəfində, kef nədir, Dəlil-isbat meydanında laf nədir, Qədəyi, gəl, açılmayan dil mənim. Bu misraların müəllifi “internet şairləri” dövründə sükuta qərq olmalı idi. Başqa cür ola da bilməzdi. Mövlud MÖVLUD.
“Mənim Azərbaycanlılarım” İki böyük şəxsiyyət haqqında: biri yazıçı, biri bəstəkar. Xarici Dillər institutunun birinci kursunda oxuyanda Lord Bayronun “Ayrılanda biz” şeirini Azərbaycan dilinə tərcümə etmişdim. Tərcümə rəhmətlik Ənvər Rzanın xoşuna gəldi və o, məni tərcüməmlə bərabər “Azərbaycan müəllimi” qəzetinin baş redaktor müavini Məhyəddin Abdulovun yanına göndərdi. Getdim, şeiri verdim; təxminən bir həftədən sonra qəzetdə mənim tərcüməm dərc olundu. Təşəkkürümü bildirmək üçün bir də Məhyəddin müəllimin yanına getdim. Məhyəddin müəllim məni yenə gülərüzlə qarşıladı və təşəkkürümü qəbul edib soruşdu: – Əli Vəliyevi tanıyırsan? – Xalq yazıçısıdır, əsərlərini oxumuşam. Bu qəzetin iki nüsxəsini apar ver şəxsən Əli müəllimə. Əvvəla sevinirdim ki, tərcüməm dərc olunan nömrədə Əli Vəliyev kimi nəhəng bir yazıçının da məqaləsi getmişdi. İkinci, ona görə sevinirdim ki, Əli Vəliyevi şəxsən görəcək, onun evində əlini sıxacaqdım. O zamanlar beləydi; böyük yazıçı və şairlərlə şəxsən görüşüb tanış olmaq bizim üçün fəxarət idi. Həmin o fəxarəti və qüruru içimdə duya-duya “Bakı” Univermağının üstündəki binaların birinin qapısının zəngini basdım. İçəridən qətiyyətli, həm də amiranə kişi səsi gəldi: – Gəl, qapı açıqdı... Dəmir qapı açıq idi və mən içəri girəndə ilk gözümə sataşan uzun dəhlizin qurtaracağındakı otağın sağ tərəfində divanın üstündə böyrü üstə dirsəklənən nəhəng bir Adam oldu. Bu, Əli Vəliyev idi. Şəkillərdə gördüyüm Əli Vəliyevə heç bənzəmirdi. Şəkillər nə qədər canlı, nə qədər gözəl və cazibəli olsa da insanın Bütövlüyünü və Nəhəngliyini əks edə bilməz. Mən doğrudan da qarşımda Bütöv və Nəhəng Əli Vəliyevi görürdüm. O, bir qədər də yanpörtü oturub dirsəyini yastığa qoydu; baş tərəfində divana yaxın yerdə stul vardı; orda müxtəlif dərmanlar, içində yarıya qədər su olan stəkan və deyəsən mürəbbə üçün büllur qab da vardı. Mən irəli yeriyib Əli müəllimin əlini sıxdım. Mən o qədər həyəcan keçirmişdim ki, nə üçün gəldiyimi belə unudub “Azərbaycan müəllimi” qəzetinin nüsxələrini əlimdə bərk-bərk saxlamışdım. Nəhayət, qəzetləri Əli müəllimə uzatdım. Yoxsa sənə bir yaxşı çay verərdim. Bilmirəm həyəcandanmı, ya da sualı yaxşı eşitmədiyimə görəmi özümə də gülməli görünən belə bir cavab verdim: – Tərcüməçiyəm... Bu qəzetdə tərcüməm də çıxıb... (O da mənim cavabıma xəfifcə gülümsədi, qəzeti dərhal varaqladı, yəqin həmin o tərcüməni tapmaq istəyirdi). Mən redaksiyadan çıxandan sonra Məhyəddin müəllim onunla telefonda danışmışdı, deyib ki, “bizim uşaqdır”. Yəqin atamın haqqında da məlumat verib, düşündüm. Deyirsən tərcüməçisən? Bayrondan... İlk tərcüməmdir... Əli müəllim qəzetə baxa-baxa başını razılıqla tərpədirdi, üzündəki sərtlik və solğunluq yavaş-yavaş əriyib getdi. – Tərcüməçi öz ana dilini yaxşı bilməlidir. Birinci iş budur. Sonra üstündəki ədyalı sol əli ilə aşağı itələdi, divandan qalxıb içəri otağa getdi. Görünür həmin kitab əlinə keçmişdi, onu da mənə uzatdı. Az qalırdı qanadlanıb uçam, qəlbim sevincdən od-tutub yanırdı; bu sevincimi bölüşməyə adam axtarırdım. İnanın ki, kimi görsəydim dərhal deyəcəkdim ki, mən Əli Vəliyevin evindən gəlirəm, onunla görüşüb söhbət etdim, mənə kitabını bağışladı, hətta mənim atamı, babamı da tanıyır... ...Bir müddətdən sonra atamdan və babamdan soruşdum: – Siz Əli Vəliyevi tanıyırsınız? – Mən elə demirəm, yəni onunla şəxsən tanışlığınız olubmu? Onunla bir dəfə görüşüb söhbət etmək imkanım olub. Hamının “Maestro” kimi tanıdığı Niyazi o zaman Azərbaycan Filarmoniyasının rəhbəri idi və bizim görüşümüzün qısa tarixçəsi də bu məbəddə baş verdi. Dedilər ki, Maestro sizi gözləyir, içəri keçə bilərsiniz. Mən onun kabinetinə girəndə gördüm ki, Maestro Niyazi geniş və işıqlı otaqda yekə bir stolun arxasında oturub; rəngi solğun idi; yorğun gözlərini stolun üstünə elə diqqətlə zilləmişdi ki, deyirdin bəs, nəsə çox maraqlı, yaxud vacib bir şeyi oxuyub başa çatdırmaq istəyir. Biz onu “Maraqlı Görüşlər Klubu”na dəvət etmişdik; bu klubu ilk dəfə Astarada Çingiz Fərəcovun təşəbbüsü ilə yaratdıq. Azərbaycanın ən tanınmış adamlarını bu Kluba üzv etmək, onları xalqa daha yaxından tanıtmaq istəyirdik. Dünyanın tanıdığı Niyazini də bizim balaca, yaşıl meşəli və dənizli şəhərə gətirmək istəyirdik; o, bütün dünyanı gəzir, bütün dünya ondan danışır, ən hörmətli titullar sahibidir; onu heç nə ilə təəccübləndirmək və heyrətləndirmək olmur! Biz onu bu balaca şəhərdə heyrətləndirmək istəyirdik. Balaca şəhər öz böyük oğlunu təəccübləndirmək istəyirdi! Heç Azərbaycanı tanıyan yoxdu! Əvvəlcə onun nə demək istədiyini anlamadım. Biz sovet mədəniyyəti adı altında dünyaya çıxmışıq. Bizim ədəbiyyatımız, incəsənətimiz, musiqimiz... gör nə qədər inkişaf edib. Bunu danmaq olar? Amma hərdən bax, xarici səfərlərə gedəndə, belə şeyləri görəndə adamın ürəyi ağrıyır. Axı, nə üçün biz Azərbaycanı, millətimizi təmsil edə bilməyək? Biz sovet xalqını təmsil edirik. Onlar da bundan istifadə edib bizi daha da yandırmaq üçün yazırlar ki, rus dirijoru... Telefon zəng çaldı. O, dəstəyi qaldırıb dərhal da yerinə qoydu. Yəqin bununla demək istəyirdi ki, hələ ürəyindəkilərin hamısını boşaltmayıb. Nazik barmaqlarının uclarını astaca mizin üstünə toxundurdu. Sonra əlini mizin üstündəki armudu stəkana uzatdı, gülə-gülə: – Sənin üçün tünd çay demişəm... –deyə o, qabağındakı içi dolu armudu stəkanı (stəkanın içindəki mayenin qəribə rəngi vardı, üst hissəsi açıq qəhvəyi rəngdəydi, alt hissəsi isə tamam şəffaf suydu) işarələdi. Vallah, görüşlərdən qaçıram, amma sizin Klubun məramı nəsə məni maraqlandırdı... Klubun məqsəd və məramını danışdıqca Maestro ağıllı gözləriylə məni süzürdü. Aradabir telefon zəngi olurdu, lakin o, telefonu götürmür, mənə qulaq asırdı və bu da mənə əsas verirdi ki, onu maraqlandıra bilmişəm. Sonradan öyrəndim ki, Maestro xəstələnib, uzun müddət işə çıxmayıb. ...Bu ilin yanvarında Niderlanda getmişdim. Haaqadakı Teatr binalarının birində mənim ədəbiyyatsevərlərlə görüşüm oldu. İngilis dilində keçən görüşün əvvəlində bildirdim ki, mən azərbaycanlıyam, müstəqil Azərbaycandan gəlmişəm... Görüş bitdikdən sonra tamaşaçılardan biri səhnəyə qalxıb əlimi bərk-bərk sıxdı, gülərüzlə dedi: – O, Azerbaycan, Azerbaycan!
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış. Hörmətli oxucular, müstəqillik illərində təhsil sahəsində beynəlxalq əlaqələrin miqyası xeyli genişlənmişdir. Bu məqalədə ayrı-ayrı ölkələrlə qurulmuş təhsil əlaqələri, təhsil sektorunun müxtəlif sahələri üzrə əməkdaşlıq, eləcə də tələbə, müəllim mübadiləsi barədə fikirlərimi Sizinlə bölüşməyə çalışacağam. Azərbaycan Respublikası ilə Ukrayna arasında genişlənən əməkdaşlıq nəticəsində 2000-ci ildə Ukraynanın paytaxtı Kiyev şəhərində Heydər Əliyev adına Siyasi və Sosial Elmlər İnstitutu fəaliyyətə başlamışdır. Eyni zamanda 3 nəfər Ukraynalı tələbə Azərbaycanın ali məktəblərində təhsil alır. Ayrı-ayrı təhsil müəssisələri səviyyəsində də Azərbaycan-Ukrayna əməkdaşlıq əlaqələri yaradılmışdır və inkişaf etməkdədir. Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu Ukraynanın müvafiq təhsil müəssisələri ilə təcrübə mübadiləsi aparır, birgə layihələr həyata keçirir, beynəlxalq konfranslar təşkil edir. Bakı Slavyan Universiteti Ukraynanın ali təhsil müəssisələri ilə sıx münasibətlər yaratmışdır. BSU-nun tələbələri Ukraynanın ali məktəblərində dil təcrübəsi keçirlər. Universitetdə 2000-ci ildə yaradılmış “Səfir saatı” klubunda digər dövlətlərin səfirləri ilə yanaşı, Ukraynanın Azərbaycandakı səfiri ilə də görüşlər təşkil olunur. Ənənəvi olaraq, səfirlər öz ölkələrinin mədəniyyəti, tarixi, iqtisadiyyatı və digər mövzulara aid məruzələrlə çıxış edirlər. Universitetdə Ukrayna ilə əməkdaşlığın inkişafına xidmət edən Ukrayna tədris-mədəniyyət mərkəzi yaradılmışdır. Belarusla təhsil sahəsində əməkdaşlıq əlaqələri 2006-ci ilin oktyabrında Minsk şəhərində Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Belarus Respublikasının Təhsil Nazirliyi arasında imzalanmış təhsil sahəsində əməkdaşlıq haqqında Saziş çərçivəsində həyata keçirilr. Bu əməkdaşlıq tələbə mübadiləsinin genişləndirilməsi, texniki peşə-təhsili müəssisələri üçün kadr hazırlığı və digər məsələləri əhatə etmişdir. Bakı Slavyan Universiteti akademik mübadilə sahəsində M.Tank adına Belarus Dövlət Pedaqoji Universiteti ilə əməkdaşlıq edir, universitetlərin müəllimləri qarşılıqlı səfərlər edir və mühazirələr oxuyurlar. 2009-cu ilin mayında Belarusda UNESCO-nun dəstəyi ilə “Texniki-peşə təhsilinin modernləşdirilməsi və inkişafı” mövzusunda beynəlxalq konfransda Təhsil Nazirliyinin nümayəndə heyəti iştirak etmişdir. İki ölkə arasında təhsil sahəsində əməkdaşlıq əlaqələrinin inkişafında Belarusun Azərbaycandakı Səfirliyinin təşəbbüsləri qeyd edilməlidir. Onu da qeyd etmək lazımdır ki, hazırda Belarusdan olan 4 tələbə ölkəmizin ali məktəblərində təhsil almaqdadırlar. 2009-cu ilin noyabrında Azərbaycan Respublikası Prezidentinin Belarus Respublikasına rəsmi səfəri çərçivəsində “Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Belarus Respublikası Təhsil Nazirliyi arasında 2010-2011-ci illərdə təhsil sahəsində əməkdaşlıq üzrə Sazişin həyata keçirilməsi barədə” Protokol imzalanmışdır. Protokolda iki ölkə arasında tələbə, doktorant və stajçı mübadiləsi üzrə birbaşa əməkdaşlığın qurulması məsələləri öz əksini tapmışdır. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra təhsil sahəsində geniş əlaqələr yaratdığı, ikitərəfli tələbə mübadiləsi proqramlarını həyata keçirdiyi ölkələrdən biri də Çin Xalq Respublikasıdır. 1993/1994-cü tədris ilindən başlayaraq məhdud sayda Azərbaycan vətəndaşı Çin Xalq Respublikasının ali məktəblərində təhsil almağa göndərilmişdi. Bu mübadilə Çin hökumətinin Azərbaycana ayırdığı təqaüdlər əsasında həyata keçirilirdi. Ümummilli lider Heydər Əliyevin 1994-cü ildə Çin Xalq Respublikasına səfəri zamanı imzalanmış “Azərbaycan Respublikası hökuməti ilə Çin Xalq Respublikası hökuməti arasında mədəni əməkdaşlıq haqqında müqavilə” Azərbaycanla ÇXR arasında digər sahələrlə yanaşı, təhsil əlaqələrinin də genişləndirilməsi üçün böyük perspektivlər açmışdı. 2002-ci ildə ÇXR Təhsil Nazirliyinin dəvəti ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndə heyətinin Çinə səfəri zamanı imzalanmış “2002-2005-ci illər üçün Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Çin Xalq Respublikası Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”ə əsasən ikitərəfli tələbə mübadiləsi tənzimlənməyə başladı. Həmin Sazişə uyğun olaraq dövlət təqaüdləri hesabına ÇXR-də eyni vaxtda 15 Azərbaycan vətəndaşı təhsil ala bilərdi. 2007/2008-ci tədris ilində Azərbaycan Respublikası Təhsil Nazirliyinin xətti ilə Çində təhsilə başlayan 17 nəfərdən 6 nəfəri bakalavr pilləsində, 6 nəfəri isə magistratura və doktorantura pillələrində təhsillərini davam etdirirdilər. Hazırda dövlət xəttilə Çində təhsil alan azərbaycanlı tələbələrin sayı 26 nəfərdir. Bu tələbələr Çinə gedərkən yalnız bir il xüsusi dil hazırlığı keçdikdən sonra tədris dili Çin dili olan proqramlarda təhsil alırlar. Çin universitetlərində təhsil almış 9 nəfər artıq məzun olmuşdur, onlardan 2 soydaşımız hazırda Xarici İşlər Nazirliyinin əməkdaşlarıdır. Onlar müxtəlif vaxtlarda Azərbaycanın Pekindəki səfirliyində işləmişlər. İndi onlardan biri növbəti müddət üçün Pekindəki səfirliyimizdə diplomatik fəaliyyətini davam etdirir. Qüvvədə olan müvafiq Saziş çərçivəsində Çin Xalq Respublikasının 13 nəfər vətəndaşı müxtəlif ixtisaslar üzrə Azərbaycan tərəfinin təqaüdləri hesabına respublikamızın ali məktəblərində ödənişsiz əsaslarla təhsil alır. Hazırda respublikamızda 228 nəfər Çin vətəndaşı təhsil alır ki, bunların böyük əksəriyyəti Azərbaycan Dövlət Neft Akademiyasının tələbəsidir. ÇXR ilə əməkdaşlıq əlaqələrinin davamlılığının təmin edilməsi istiqamətində “Azərbaycan Respublikası Təhsil Nazirliyi və Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında yeni Saziş layihəsi hazırlanmışdır. Çinlə əməkdaşlıq əlaqələri bir sıra digər sahələri də əhatə etmişdir. Belə ki, 2001-ci ildə Çin hökuməti tərəfindən Azərbaycan hökumətinə qrant kimi 300 kompüter dəsti ayrılmış, Azərbaycanın müxtəlif regionlarındakı orta məktəblərdə 35 kompüter sinfi yaradılmışdır. Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsində 1997-ci ildən Çin dili ixtisası şöbəsi fəaliyyət göstərir. Bu ixtisasın açılması ÇXR-in Azərbaycandakı Səfirliyinin kadr və texniki dəstəyi nəticəsində mümkün olmuşdur. Azərbaycanın ərəb ölkələri arasında təhsil sahəsində geniş əməkdaşlıq etdiyi ölkələrdən biri Misir Ərəb Respublikasıdır. Qədim tarixi köklərə malik olan Azərbaycan – Misir əlaqələri digər sahələrdə olduğu kimi, indi təhsil sahəsində də yüksələn xətt üzrə inkişaf etməkdədir. Həmin ölkənin ali məktəblərində təhsil almaq üçün hər il qarşı tərəf Azərbaycana təqaüdlər ayırır. 2009-cu ilin sonuna olan məlumata görə, Misirin aparıcı ali məktəblərində Azərbaycan Respublikası Təhsil Nazirliyinin xətti ilə 21 nəfər tələbə təhsil alır. Bu tələbələr Misirin tanınmış ali məktəbləri olan Qahirə və Aynu-Şəms universitetlərində əsasən iqtisadiyyat, kommersiya, hüquq, ərəb dili və ədəbiyyatı, islam tarixi və sair ixtisaslar üzrə təhsil alırlar. Misir tərəfinin qaydalarına görə, ixtisasdan asılı olaraq, tələbələr ərəb və ingilis dillərində təhsil ala bilərlər. Əgər müvafiq ixtisas üzrə ingilis dilində tədris mövcuddursa, onda ali məktəbin tələblərinə uyğun olaraq tələbələr müvafiq olaraq ingilis dili üzrə hazırlıq səviyyəsi barədə sənəd təqdim etməklə bu dildə təhsil hüququnu qazana bilərlər. Hazırda Misir universitetlərini bitirmiş çoxlu sayda məzunlarımız müxtəlif strukturlarda, dövlət və özəl qurumlarda çalışırlar. Bu məzunlar yüksək səviyyəli mütəxəssislər olmaqla yanaşı, həm də ərəb dilini mükəmməl bilirlər. İki ölkə arasında imzalanmış İqtisadi, Texniki və Elmi Əməkdaşlıq haqqında Sazişə uyğun olaraq İqtisadi, Texniki və Elmi Əməkdaşlıq üzrə Azərbaycan-Misir Dövlətlərarası Birgə Komissiyası yaradılmışdır. Komissiyanın birinci iclası 2002-ci ilin oktyabrında Bakı şəhərində keçirilmiş və protokolda humanitar sahədə, xüsusilə, təhsil sahəsində əməkdaşlığa geniş yer verilmişdir. Bu da iki ölkənin Təhsil Nazirlikləri, habelə tədris müəssisələri arasında yeni əlaqələrin qurulmasına əsaslı zəmin yaratmışdır. Misir Ərəb Respublikası ilə təhsil əlaqələri müxtəlif mübadilə proqramlarının reallaşdırılmasını nəzərdə tutur. Bu proqramlar həm tam ali təhsil, həm qısamüddətli dil kursları üçün tələbə mübadiləsi, həm də ali məktəb müəllimlərinin ixtisasartırma təlimlərini əhatə edir. 2002-ci ildə MƏR-in MDB ölkələri üzrə Texniki Əməkdaşlıq Fondunun yardımı çərçivəsində Azərbaycanın ali və orta ixtisas təhsili müəssisələrində ərəb dilini tədris edən 15 müəllim və ərəb dili və ədəbiyyatı ixtisası üzrə təhsil alan 25 tələbə Qahirə şəhərində təşkil olunmuş ərəb dili kurslarında iştirak etmişdir. Qarşı tərəf bütün maliyyə xərcləri öz hesabına olmaq şərtilə üç müəllimini ərəb dilini tədris etmək üçün dörd il müddətinə respublikamızın ərəb dili tədris olunan ali və orta ixtisas məktəblərinə göndərmişdi. Bu sahədə qarşılıqlı əməkdaşlıq hər il olmaqla bu gün də davam etməkdədir. Əməkdaşlıq əlaqələri təkcə tələbə-müəllim mübadiləsi ilə bitmir. Ölkə universitetləri arasında da birbaşa əlaqələr mövcuddur. Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Naxçıvan Dövlət Universiteti ilə Misir Ərəb Respublikasının aparıcı ali məktəbləri arasında mövcud olan müqavilələr çoxşaxəli əməkdaşlığın bariz nümunəsidir. Əməkdaşlıq proqramları çərçivəsində rəsmi dəvətlər əsasında nümayəndə heyətlərinin qarşılıqlı səfərləri də həyata keçirilir. Böyük uğurla nəticələnmiş səfərlərdən biri 2005-ci il 18-23 aprel tarixlərində Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndə heyətinin Misir Ərəb Respublikasına rəsmi səfəri olmuşdur. Səfər zamanı iki ölkə arasında təhsil sahəsində əməkdaşlıq haqqında Protokol, o cümlədən, Misirin Qahirə, İsgəndəriyyə və Helnan universitetləri ilə Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Naxçıvan Dövlət Universiteti arasında birbaşa əməkdaşlıq Protokolları imzalanmış və bununla da Azərbaycan Respublikası ilə Misir Ərəb Respublikasının ali məktəbləri arasında genişmiqyaslı birbaşa əlaqələrin əsası qoyulmuşdur. 2005-ci ilin oktyabrında MƏR-in Ali Təhsil və Elmi-Tədqiqatlar Nazirliyinin nümayəndə heyəti Bakıda, dekabr ayında isə Azərbaycan Təhsil Nazirliyinin nümayəndə heyəti Misirdə işgüzar səfərdə olmuşdur. Səfərlər zamanı Azərbaycan Dövlət Neft Akademiyasının Misirdə filialının açılmasının detalları müzakirə edilmiş və müzakirələrin nəticəsi olaraq tərəflər arasında ilkin razılaşma imzalanmışdır. İmzalanmış Əməkdaşlıq Proqramının icrası çərçivəsində ilk dəfə olaraq Misir Ərəb Respublikası vətəndaşlarının Azərbaycan tərəfinin təqaüdləri hesabına ali məktəblərimizdə təhsilə başlaması reallaşmışdır. Misirin müxtəlif universitetlərinin bakalavr və magistr pillələrini bitirmiş 22 nəfər tələbə təhsillərini növbəti pillələrdə Azərbaycanda davam etdirməyə başlamışlar. Hazırda onlardan bir hissəsi təhsillərini tamamlayaraq Misirə qayıtmış, digər hissəsi isə doktorantura pilləsində təhsil almaqdadırlar. Azərbaycan Respublikası Təhsil Nazirliyinin beynəlxalq əlaqələrində həm məzmun, həm də miqyas baxımından Amerika Birləşmiş Ştatları xüsusi yer tutur. Azərbaycan ABŞ-ın qeyri-hökumət təşkilatlarının “Azadlığın dəstəklənməsi aktı” çərsivəsində həyata keçirdiyi müxtəlif təhsil proqramlarında fəal iştirak edir. ABŞ-ın təhsil və mübadilə proqramları əsasən aşağıdakı nüfuzlu qeyri-hökumət təşkilatları – ACTR/ACCELS (Təhsil və Dillər Öyrənilməsi üzrə Amerika Əməkdaşlıq Şurası/Beynəlxalq Təhsil üzrə Amerika Şuraları), İREX (Beynəlxalq Tədqiqatlar və Mübadilələr üzrə Şura), Project Harmony və Beynəlxalq Sülh Korpusu tərəfindən idarə olunmuşdur və hazırda da əməkdaşlıq davam etdirilir. 2001-ci ildə ACCELS-in prezidenti professor Den Devidsonun rəhbərliyi ilə ABŞ nümayəndə heyətinin Azərbaycana səfəri olmuş, Təhsil Nazirliyində keçirilən görüşlərdə ACCELS-in Azərbaycanda fəaliyyəti və gələcək əməkdaşlığın istiqamətləri müəyyən olunmuşdur. Bu səfərin uğurlu nəticəsi kimi 2001-ci ilin iyununda Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə ACCELS arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş imzalanmışdır. Sazişə əsasən çoxsaylı mübadilə proqramları həyata keçirilmişdir və bu barədə daha ətraflı beynəlxalq təşkilatlarla bağlı yazıda məlumat veriləcəkdir. ABŞ-la əməkdaşlıq çərçivəsində həyata keçirilən Fulbright proqramı alimlər, tədqiqatçılar və ali məktəb müəllimləri üçün nəzərdə tutulmuş qarşılıqlı mübadilə proqramıdır. Yəni proqram təqaüdçüləri olan Azərbaycan mütəxəssisləri Amerika Birləşmiş Ştatlarında, amerikalı mütəxəssislər isə Azərbaycanda 3 aydan 10 aya qədər müddət ərzində tədqiqat aparmaq üçün qarşı tərəfin ali məktəblərinə göndərilirlər. Proqram biznes və maliyyə, iqtisadiyyat, kitabxanaçılıq, siyasi elmlər, biznesin idarə olunması, kompüter sistemləri, təhsilin idarə olunması, biologiya və ətraf mühit elmləri, ictimai idarəetmə, sosiologiya, antropologiya, kimya, riyaziyyat, o cümlədən incəsənətin müxtəlif sahələrini əhatə edən 48 istiqamət üzrə ixtisaslaşmış mütəxəssislərə qarşı tərəfin ali məktəblərində tədqiqat aparmaq üçün geniş imkanlar açır. Proqram çərçivəsində 50-dən çox azərbaycanlı mütəxəssis ABŞ-da, həmin sayda amerikalı mütəxəssis Azərbaycanda təcrübə mübadiləsində olmuşdur. Eyni zamanda, 2008-ci ilin iyununda ABŞ Dövlət Katibinin müavini xanım Qoli Amerinin Bakıya səfəri zamanı Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında Sazişin imzalanması iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın inkişafına təkan vermişdir. Belə ki, bu Sazişin 4-cü maddəsində xaricdə təhsil üzrə Dövlət Proqramının həyata keçirilməsi üçün magistr pilləsi üzrə Azərbaycan gənclərinin ABŞ-da təhsil alması məqsədi ilə Fulbright Proqramı çərçivəsində əməkdaşlıq öz əksini tapmışdır. Qeyd olunan Sazişə əsasən Dövlət Proqramı çərçivəsində Azərbaycan gənclərinin 2009/2010-cu tədris ilində 4 nəfər magistr təhsili almaq üçün ABŞ-a göndərilmişdir. Qeyd etmək lazımdır ki, indiyədək ACCELS, İREX təşkilatlarının həyata keçirdiyi və ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən təhsil mübadilə proqramları çərçivəsində artıq 2500-dən artıq Azərbaycan vətəndaşı ABŞ-da təhsil almiş, tədqiqatlar aparmış, yaxud ixtisasartırmadan keçirmişdir. Azərbaycanla Yaponiya arasında siyasi və iqtisadi münasibətlərin inkişafında əsas dönüş 1998-ci ilin fevralında Azərbaysan Respublikasının Prezidenti Heydər Əliyevin Yaponiyaya rəsmi səfərindən sonra başlanmışdır. İndiyədək iki ölkənin Təhsil Nazirlikləri arasında əməkdaşlıq haqqında hər hansı bir razılaşma mövcud olmasa da, bilavasitə Yaponiya hökuməti və ya qeyri-hökumət qurumları tərəfindən həyata keçirilən layihələr çərçivəsində çox uğurlu əməkdaşlığa və faydalı nəticələrə nail olunmuşdur. Təhsillə bağlı olan bu layihələri strukturuna görə üç yerə bölmək olar: 1.Təhsil müəssisələrinin, xüsusilə məktəblərin tikintisi və ya təmiri. 2.Təhsilə yardım layihələri. 3.Tələbə və müəllim mübadiləsi proqramları. 2002-ci ildən başlayaraq Yaponiya Fondu tərəfindən maliyyələşdirilən “Orta məktəb müəllimləri üçün tədris səfəri proqramı” çərçivəsində hər il bir neçə müəllim Yaponiyaya getmək imkanı qazanır. Proqramın əsas məqsədi orta məktəb müəllimlərinin Yaponiyanın təhsil sistemi, mədəniyyəti və cəmiyyəti ilə yaxından tanış olmaq üçün şərait yaratmaqdır. Proqramda orta məktəblərin sosial elmlər, tarix, coğrafiya, iqtisadiyyat fənləri üzrə dərs deyən və ingilis dilini bilən, ən azı üç il iş təcrübəsi olan müəllimləri iştirak edirlər. 2006-cı ildə Azərbaycan tərəfinə “Yaponiya-Qafqaz gənclərinin dostluq proqramı” çərçivəsində təhsilin idarə olunması üzrə mübadilə proqramı təklif olundu. Bu proqram Yaponiya hökumətinin tapşırığı ilə Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi (CİCA) tərəfindən Cənubi-Qafqaz ölkələrində insan resurslarının inkişafına dəstək və Yaponiya ilə bu region ölkələri arasında dostluq əlaqələrini möhkəmləndirmək məqsədilə texniki yardım çərçivəsində həyata keçirilir. Proqram çərçivəsində iştirakçı ölkələrin gələcəkdə məsul vəzifələr tuta biləcək gəncləri 23 gün müddətinə öz peşə bacarıqlarını artırmaq, Yaponiya və yaponlarla əlaqələr qurmaq imkanlarını qazanmaq üçün bu ölkəyə dəvət olunurlar. Yaponiyanın Azərbaycanda təhsillə bağlı həyata keçirdiyi layihələr əsasən bu ölkənin Azərbaycandakı Səfirliyi tərəfindən idarə olunur. Burada Yaponiya Səfirliyinin xüsusi təşəbbüskarlığı, Təhsil Nazirliyi ilə çox səmərəli və faydalı əməkdaşlığa həmişə hazır olduğunu nümayiş etdirməsi xüsusi qeyd olunmalıdır. Təsadüfi deyildir ki, 2002-2005-ci illərdə Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri kimi çalışmış Toşiyuki Fucivara “maarifçi səfir” kimi tanınmışdı. Bu, Fucivaranın digər sahələrlə müqayisədə təhsilə daha çox diqqət yetirməsi və qısa müddət ərzində təhsillə bağlı çoxsaylı layihələrin, xüsusilə də “Ot kökləri və insan təhlükəsizliyi” qrant layihəsi əsasında məktəb tikintisi və təmiri ilə bağlı layihələrin yüksək səviyyədə yerinə yetirilməsini təmin edə bilməsi ilə bağlı olmuşdur. Xüsusi vurğulamaq lazımdır ki, həmin Layihə çərçivəsində Azərbaycanın regionlarında ümumilikdə 50-dək iəktəb tikilmiş və əsaslı təmir olunmuşdur. Hazırda da hər il Yaponiya Hökumətinin qrantları hesabına Azərbaycanın regionlarında ən azı 3 məktəb əsaslı təmir və bərpa edilir. Toşiyuki Fucivaranın bütövlükdə Azərbaycandakı fəaliyyəti təkcə Təhsil Nazirliyi və təhsil ictimaiyyəti tərəfindən deyil, Azərbaycan dövləti və onun rəhbərliyi tərəfindən də yüksək qiymətləndirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2005-ci ildə Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Toşiyuki Fucivara “Şöhrət” ordeni ilə təltif edilmişdir. Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankı ilə birgə fəaliyyətimiz 2005-ci ilin martından başlanmışdır. Təhsil Nazirliyi ilə Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankı arasında peşə təhsilinin İnkişaf layihəsinin hazırlanması üçün 12 avqust 2005-ci il tarixdə pilot tədqiqatının icra protokolu imzalanmışdır. İcra protokoluna əsasən 5 nəfərdən ibarət tədqiqat qrupu Azərbaycanda 93 texniki-peşə təhsili müəssisəsinin fəaliyyətini tədqiq etmiş, təhsil müəssisələrinin direktorları və mühəndis-pedaqoji heyəti ilə söhbətlər aparmış, müxtəlif ixtisaslar və kurslar üzrə təhsil alan 2681 şagirdlə sorğu keçirmişdir. Tədqiqat qrupu tərəfindən hazırlanmış hesabat Nazirlər Kabinetinə və Təhsil Nazirliyinə təqdim edilmişdir. Hesabatda texniki-peşə təhsilinin mövcud vəziyyəti təhlil edilmiş, bu sahədə olan problemlər və çətinliklər öz əksini tapmış, sahənin inkişafı üçün təkliflər verilmişdir. 2009-cu ilin mayında Təhsil Nazirliyinin nümayəndə heyəti Yaponiyada səfərdə olmuş, bu ölkənin Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyi, Tokio Milli Texnologiya Kolleci, Yaponiya Fondu və Tokio Universitetində işçi görüşlər keçirmişdir. Yaponiyanın Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyində Yaponiya ilə Azərbaycan arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi, iki ölkə arasında Təhsil sahəsində əməkdaşlıq haqqında Sazişin imzalanması, eləcə də azərbaycanlı gənclərin Dövlət Proqramı çərçivəsində Yaponiyanın ali təhsil müəssisələrində təhsil alması və Yaponiya hökuməti tərəfindən azərbaycanlı gənclərin bu ölkədə təhsil alması məqsədi ilə qrantların ayrılması məsələləri müzakirə edilmişdir. Tokio Universitetində aparılan qarşılıqlı fikir mübadiləsi zamanı ali təhsil müəssisələrinin maliyyələşdirilməsi, təhsilin məzmunu, ali məktəblərin idarə olunması və tələbə qəbulu, tələbələrin biliklərinin qiymətləndirilməsi və universitetlərin reytinqinin müəyyənləşdirilməsi sistemi ilə bağlı məsələlər müzakirə olunmuş, eyni zamanda azərbaycanlı gənclərin Dövlət Proqramı çərçivəsində Tokio Universitetində təhsil alması, yapon gənclərinin ölkəmizin ali təhsil müəssisələrində azərbaycanşünaslıq üzrə təhsil proqramlarında iştirakı, müəllim və tədqiqatçı mübadiləsi, eləcə də İKT sahəsində Azərbaycan universitetləri ilə birbaşa əməkdaşlığın həyata keçirilməsi imkanları nəzərdən keçirilmişdir. Səfər çərçivəsində Azərbaycanla Yapon Fondu arasında gələcək əməkdaşlığın qurulması ilə bağlı bir sıra təkliflər irəli sürülmüşdü. Qeyd etmək lazımdır ki, 1972-ci ildə Yaponiyanın Xarici İşlər Nazirliyi nəzdində yaradılmış və 2003-cü ildən müstəqil fəaliyyətə başlamış Yapon Fondu dünyada beynəlxalq mədəni mübadilə sahəsində müxtəlif layihələrin hazırlanması və həyata keçirilməsi sahəsində geniş fəaliyyət göstərən ictimai təşkilatdır. Təşkilat Yaponiya dövləti tərəfindən maliyyələşdirilir və onun illik büdcəsi 1.1 milyard ABŞ dolları həcmindədir. Yapon dilinin, mədəniyyətinin və iqtisadiyyatının öyrənilməsi ilə bağlı beynəlxalq layihələrin maliyyələşdirilməsi və həyata keçirilməsi Fondun əsas fəaliyyət istiqamətini təşkil edir. Görüş zamanı Təhsil Nazirliyi ilə Yapon Fondu arasında Fondun dəstəyi ilə Azərbaycan-Yaponiya qardaşlaşmış məktəblər şəbəkəsinin yaradılması və Azərbaycan məktəblərində yapon dilinin tədrisinin təşkilinə ekspert yardımının edilməsi, Yaponiyanın mədəniyyəti və iqtisadiyyatının öyrənilməsi məqsədi ilə bu ölkə tərəfindən təqaüdlərin ayrılması, eləcə də Fondun nəzdində fəaliyyət göstərən təlim mərkəzlərində azərbaycanlı müəllimlərin ixtisasartırma kurslarında iştirak etməsi barədə razılıq əldə olunmuşdur. Səfərin nəticəsi olaraq Yaponiya ilə Azərbaycan arasında təhsil sahəsində əməkdaşlığın daha səmərəli həyata keçirilməsi üçün aşağıdakı təkliflər irəli sürülmüşdür: 1. Yaponiyanın ali təhsil və elmi tədqiqatlar sahəsində əldə etdiyi nailiyyətləri nəzərə alaraq bu ölkə ilə müvafiq istiqamətlərdə əməkdaşlığın daha da genişləndirilməsi;. Yaponiyada təhsilin keyfiyyət baxımından yüksək olduğunu nəzərə alaraq İKT, yüksək texnologiyalar, iqtisadiyyat və elektronika sahələrində daha çox sayda azərbaycanlı tələbə və tədqiqatçıların həmin ölkədə təhsil alması imkanlarının artırılması məqsədilə müvafiq ali təhsil müəssisələrində ingilis və yapon dillərinin akademik səviyyədə öyrədilməsi istiqamətində xüsusi tədbirlərin görülməsi;. Yapon Fondunun Yaponiyanın akademik mühitində nüfuzunu nəzərə alaraq xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində, eləcə də yapon dili, mədəniyyəti və iqtisadiyyatı üzrə Azərbaycan gənclərinin Yaponiyada təhsil almaq imkanlarının artırılması məqsədilə bu qurumla əməkdaşlığın genişləndirilməsi;. Azərbaycanla Yaponiya arasında Təhsil sahəsində əməkdaşlıq haqqında Sazişin imzalanmasını sürətləndirmək və bu ölkə ilə təhsil sahəsində konkret tədbirlər planı hazırlamaq məqsədilə yapon ekspertlərinin ölkəmizə dəvət edilərək Azərbaycan təhsil sistemi ilə daha yaxından tanış olmasının təmin edilməsi;. Texniki-peşə təhsili sahəsində Yaponiyanın əldə etdiyi uğurları nəzərə alaraq ölkəmizdə bu sahədə aparılan islahatlar prosesində həmin ölkənin təcrübəsinin öyrənilərək tətbiq olunması. Misir MƏRDANOV, Azərbaycan Respublikasının təhsil naziri, fizika-riyaziyyat elmləri doktoru, professor.
Musiqi sevdasıyla yaşanan ömür. Ziyalı olmaq – böyük məsuliyyətdir. Mən fəxr edirəm ki, dövrümüzün ən ziyalı, mədəni, istedadlı və təvazökar xanımlarından biri – bəstəkar Sevda İbrahimovanın müasiriyəm. Sevda xanım Azərbaycanın xalq artisti və professordur, Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Metodika və pedaqoji hazırlıq” kafedrasının müdiridir. Lakin o ilk növbədə bəstəkar və ziyalıdır. Bu da təsadüfi deyil: onun atası – xalq yazıçısı və ictimai xadim, milli dəyərlərimizin təəssübkeşlərindən biri Mirzə İbrahimov, anası Sara xanım isə məşhur tarzən Qurban Pirimovun qızı, fortepiano üzrə ilk ali təhsil alan qadınlardan biri olub. Musiqiyə olan həvəs S.İbrahimovanı Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki orta ixtisas musiqi məktəbinə gətirib. O, dahi Qara Qarayevin bəstəkarlıq sinfinin yetirmələrindəndir və özünün bir şəxsiyyət kimi formalaşmasında ailəsi ilə yanaşı həmişə dahi bəstəkar Q.Qarayevin də böyük rola malik olduğunu qeyd edir. Sevda xanımın konservatoriyanı iki ixtisas üzrə bitirməsi bəstəkarlıq işində onun qarşısında böyük imkanlar yaratmışdı. Belə ki, S. İbrahimovanın konservatoriyada yazdığı buraxılış işi – fortepiano və simfonik orkestr üçün “Poema” müəllimi tərəfindən yüksək qiymətləndirilmiş və 1965-ci ildə Bakıda keçirilən ilk “Zaqafqaziya baharı” musiqi festivalında müəllif və simfonik orkestrin ifasında böyük müvəffəqiyyət qazanmışdı. Ümumiyyətlə, fortepiano bəstəkarın sevimli musiqi aləti kimi, bütün yaradıcılığı boyu onun diqqət mərkəzində olub. Lakin bəstəkarın yaradıcılıq fəaliyyəti təkcə bu alət üçün yazılmış əsərlərlə məhdudlaşmır. Bəstəkarın “Nənəmin nağılları” operası Azərbaycanın hüdudlarını aşaraq 1985 ildə Səmərqənd Dövlət Opera və Balet teatrında səhnəyə qoyulub. S.İbrahimova yaradıcılığının ən parlaq səhifələrindən biri, sözsüz ki, onun babası Qurban Pirimovla bağlıdır. O, görkəmli tarzənə həsr edilmiş bir neçə əsərin müəllifidir. Bu əsər gözəl tarzən, xalq artisti Ramiz Quliyevin ifasında tamaşaçılar tərəfindən böyük hərarətlə qarşılanıb. Tarzən Vüsal İskəndərzadə, əməkdar artistlər Fidan Hacıyeva, Həsən Enami və Dövlət Kamera Orkestrinin (dirijor xalq artisti T. Göyçayev) ifasında səslənmiş əsər son dərəcə lirik, yaddaqalan melodiyalara əsaslanaraq, dinləyicilərin xəyalında qocaman tarzənin nurani obrazını canlandırır. Göründüyü kimi, bəstəkar məşhur babasına həsr etdiyi hər üç əsərdə tar alətinin ecazkar səslənməsindən istifadə edərək onun xatirəsini yad edib. Bəstəkarın digər əsərində tar və kamera orkestri üçün nəzərdə tutulan “Sənin üçün darıxıram, Şuşa” (1999) onun bir vətənpərvər insan kimi keçirdiyi bütün hisslər, Şuşa, Qarabağ həsrəti tərənnüm olunur. Azərbaycan xalqını düşündürən, onu sarsıdan hadisələr S. İbrahimovanın musiqisində də öz inikasını tapıb. Ümumiyyətlə, Sevda xanımın təmkinli, lakin çox emosional bir insan olması onun musiqisində də öz əksini tapır. Sevda İbrahimovanın bütün əsərlərini duyğusallıq və lirizm səciyyələndirir. Burada ifadəli və həzin melodiya hökm sürür. Bu sözləri tam olaraq bəstəkarın kamera-vokal yaradıcılığına da şamil etmək mümkündür. Bu sıraya nəzər saldıqda aydın olur ki, Sevda xanım ədəbiyyatımızın seçmə isimlərinin poeziyasına müraciət edərək, öz poetik zöqünü bir daha nümayiş edir. Onun “Qız, səni gəlin olasan”, “Sən məni yad et”, “Amandı”, “İncimərəm”, “Səni düşünürəm”, “Bəxtimin ulduzusan” və digər mahnıları Azərbaycanın ən məşhur müğənnilərindən Şövkət Ələkbərova, Zeynəb Xanlarova, Xuraman Qasımova, Elmira Rəhimova, Flora Kərimova, Əli Haqverdiyev, Rauf Adıgözəlov, Akif İslamzadə və bir çox başqa tanınmış müğənnilərin repertuarını bəzəyib. Bəstəkar həmçinin çoxlu sayda sonetlərin (ümumiyyətlə, Azərbaycanda bu janrda işləyən ilk bəstəkar Sevda xanım olmuşdur), o cümlədən Adil Babayevin sözlərinə “Getdin”, “Bir dəfə gəlirik bu dünyaya biz”, “Məhəbbət ürəyimdədir”, “Sənin səadətin” əsərlərinin müəllifidir. Onun Nəbi Xəzrinin sözlərinə yazdığı “Dəniz, göy, məhəbbət” vokal silsiləsi xalq artistləri, müğənni Rauf Atakişiyev və pianoçu Zöhrab Adıgözəlzadə tərəfindən ifa olunaraq lentə yazılıb. Bu günlərdə başa çatmış Azərbaycan Bəstəkarlar İttifaqının 75 illiyilə bağlı Beynəlxalq Musiqi Festivalının təntənəli açılış konsertində S. İbrahimovanın yeni, fortepiano və simfonik orkestr üçün sayca 4-cü konsertinin premyerası böyük uğurla keçib. Bu birhissəli əsərdə sanki bəstəkarın bütün həyatı dinləyicilərin gözü önündən keçir, onun ən dərin və səmimi hissləri musiqi vasitəsilə ifadə edilir. Əməkdar artist Murad Adıgözəlzadə və Dövlət Simfonik Orkestrinin (dirijor Əyyub Quliyev) səslənməsində konsert virtuoz fortepiano partiyası və dərin lirik əhval-ruhiyyəsi ilə yadda qaldı. S.İbrahimovanın yaradıcılıq yoluna nəzər saldıqda onun fəaliyyətinin ən vacib sahələrindən birini qeyd etməmək mümkün deyil. Sevda xanım uzun illərdi ki, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “Metodika və pedaqoji hazırlıq” kafedrasının müdiri vəzifəsində işləyir. Tam əminliklə demək olar ki, o təkcə bəstəkar kimi deyil, qayğıkeş və vicdanlı müəllim, gözəl təşkilatçı kimi bütün kollektivin, o cümlədən çoxsaylı tələbələrin məhəbbətini qazanıb. Onun dərs otağı həmişə tələbələr, yanına gələn müəllim həmkarları ilə dolu olur. Və hamı üçün Sevda xanım mehriban bir söz, dəyərli məsləhət, keçən konsert haqda təəssüratla bölüşmək üçün vaxt tapır. Onun dərs otağından çıxan hər bir kəsin çöhrəsində Sevda İbrahimova xeyirxahlığından bir pay olur. Əlbəttə, bir məqalə çərçivəsində bəstəkarın keçdiyi həyat və yaradıcılıq yolu haqda kifayət qədər ətraflı, dolğun fikir söyləmək mümkün deyil. Bunun üçün böyük tədqiqatlar, kitabların yazılması lazımdır. S.İbrahimova yaradıcılığı musiqinin simfonik, opera, vokal, kamera-instrumental, fortepiano musiqisi sahəsində tədqiqatlar aparmaq üçün zəngin bir sahəni təşkil edir. Ümidvarıq ki, Sevda xanım bundan sonra da öz yaradıcılığının tədqiqatçıları üçün töhfələr verərək, yeni-yeni əsərlər yaradacaq, öz istedadının yeni çalarları ilə musiqisevərləri sevindirəcək. Sevda İbrahimovanın dərs otağının yanından keçirəm. Musiqi sədaları eşidilir – Sevda xanım tələbələrlə və gənc musiqiçilərlə məşğul olur. Onun sakit səsi musiqi sədaları fonunda eşidilməsə də, bilirəm – təcrübəli müəllim və gözəl insan Sevda İbrahimovanın konkret, səmimi göstərişləri mütləq yerinə yetiriləcək.
Yazıçılar Birliyinin 75 illiyi ilə bağlı tədbirlərə start verilib. DÜNYANIN BİR ÇOX ÖLKƏSİNDƏN TANINMIŞ ƏDƏBİYYAT XADİMLƏRİ AYB-nin YUBİLEY TƏDBİRLƏRİNƏ QATILMAQ ÜÇÜN BAKIYA GƏLİB. Dünən Yazıçılar Birliyində (AYB) sözügedən qurumun və onun ədəbi orqanı “Ədəbiyyat qəzeti”nin 75 illik yubileyinə, eləcə də III Beynəlxalq Yazıçılar Forumunun Bakı toplantısına həsr olunan mətbuat konfransı keçirilib. Tədbiri giriş sözü ilə açan AYB-nin mətbuat katibi Ədalət Əsgəroğlu ölkə başçısı İlham Əliyevin 18 may 2009 il tarixli sərəncamına əsasən qurumun və “Ədəbiyyat qəxzeti”nin 75 illik yubileyinin dövlət səviyyəsində qeyd edildiyini diqqətə çatdırıb. Ə.Əsgəroğlu sərəncamdan irəli gələn vəzifələrin yerinə yetirilməsi və yubiley tədbirlərinə hazırlıqla bağlı Birliyin fəaliyyəti dövründə quruma rəhbərlik edən yazıçı və şairlərin, ədəbiyyatımızı zənnginləşdirən qələm sahiblərinin həyat və fəaliyyəti haqqında dərgilər, AYB-nin saytına yeni internet portalının əlavəsi, rus dilində üçcildlik Azərbaycan poeziyası antologiyasının hazırlanması və bir sıra məsələlərin artıq həllini tapdığını deyib. AYB-nin sədri, xalq yazıçısı Anar yubiley ərəfəsində “Sərhədsiz söz” III Beynəlxalq Yazıçılar Forumunun Bakıda keçirilməsini əhəmiyyətli hadisə kimi dəyərləndirib: “Dünyanın bir çox ölkəsindən tanınmış ədəbiyyat nümayəndələri bu toplantıda təmsil olunur”. Birliyin sədri Rusiyadan Yuri Pompeyev, Alla Axundova, Aleksandr Ebonoidze, Türkiyədən Ataol Bəhramoğlu, Əli Akbaş, Çingiz Bektaş, Ukraynadan İvan Draç, Boris Oleynik, Qazaxıstandan Oljas Süleymenov, Nurlan Qrazalin və başqa tanınmış ədəbiyyat xadimlərinin tədbirə dəvət olunduğunu nəzərə çatdırıb. Xalq yazıçısı yubileylə əlaqədar Bakıda “Park İNN” otelində “Sərhədsiz söz” forumunun, M.Maqomayev adına Dövlət Filarmoniyasında beynəlxalq şeir gecəsinin, Gənc Tamaşaçılar Teatrında təntənəli tədbirin keçiriləcəyini diqqətə çatdırıb. Sonra AYB sədri mətbuat nümayəndələrinin suallarını cavablandıraraq onları maraqlandıran müxtəlif məsələlərə aydınlıq gətirib. Artıq xaricdən 43 tanınmış yazıçı və şairin yubiley mərasimlərində iştirak üçün Bakıya gəldiyini deyən sədr təkcə Türkiyədən 15 müxtəlif təmayüllü yazıçı və şairin dəvət olunduğunu bildirib. Birliyin rəhbəri sualları cavablandırarkən çağdaş dövrümüzdə təkcə Azərbaycanda deyil, demək olar ki, bütün dünyada kitaba marağın azaldığını vurğulayıb: “Kitaba marağın azalmasının səbəbləri insanların daha çox internetdən istifadə etməsi, kitab almağa maddi imkanlarının çatmaması, daha çox əyləncə xarakterli nəşrlər oxumasıdır. Bütün bu səbəblər küll halında təkcə Azərbaycanda deyil, bütün dünyada kitabların tirajlarının azalmasına gətirib çıxarıb. Amma bir məsələni deyim ki, Yazıçılar Birliyinin nəzdində “Bayatı” kitab mağazası açılandan orada əsasən cavan yazıçıların imza günü keçirilir. Deməli, təbliğat işi çox önəmlidir. Biz də əlimizdən gələn qədər təbliğat işini genişləndirməyə çalışırıq. Gələcəkdə Bakıda daha çox kitab mağazaları olarsa, televiziyalar kitabı təbliğ edərsə, daha çox imza günləri keçirilərsə, yəqin ki, ədəbiyyata maraq müəyyən dərəcədə arta bilər”. “Yubileylə bağlı yazıçılar təltif olunacaqlarmı” sualını cavablandıran xalq yazıçısı fikrini özünəməxsus yumorla davam etdirib: “Mən yazıçıyam, yazıçılara da hörmət edirəm. Ona görə də fikirləşdik ki, heç olmasa yubileydə narazılıqlar baş verməsin. Fərdi şəkildə yubileylər keçiriləndə, yəqin ki, təltiflər də olacaq”. Birliyin fəaliyyətinin sədr kimi onu nə dərəcədə qane etməsi ilə bağlı sualın cavabında xalq yazıçısı rəhbərlik etdiyi qurumun 1500-dək üzvünün olmasından narahatlığını gizlətməyib: “Mən də sədr kimi, əlbəttə, narazıyam ki, bu qədər üzvümüz var. Amma elə adamlardan zəmanət gətiriblər ki, həmin rəylərə görə hörmət etməli olmuşuq, təsadüfi faktlar da olub, mən bunu danmıram və bunu qurumun nöqsanı hesab edirəm. Birliyin fəaliyyətinin bizi qane edib-etməməsi məsələsinə gəldikdə onu deyim ki, heç bir şey dünyada insanı tam qane edə bilməz. Yazıçılar Birliyinin ictimai təşkilat olduğunu deyən Anar ölkə üçün taleyüklü məsələlərdə AYB-nin həmişə ön cərgədə olduğunu nəzərə çatdırıb: “Xüsusilə Qarabağ məsələləri başlayandan sonra Moskvaya, Qorbaçova bir neçə dəfə etiraz məktubunu ilk olaraq biz yazmışıq. 20 Yanvar hadisələrində, Xocalı faciəsi haqqında və bir sıra taleyüklü məsələlərdə də birlik öz mövqeyini ortaya qoyub, millətin yanında olub. Azadlıq meydanına gedən yol da Yazıçılar Birliyindən başlayıb. Birlik xalq hərəkatının ön cərgəsində olub. Ona görə o vaxt Yazıçılar Birliyi bu işlərə qarışırdı ki, onda heç bir siyasi partiya yox idi. İndi o qədər siyasi partiya, o qədər ictimai təşkilat var ki, AYB yenə də ölkənin taleyüklü məsələlərindən yayınmadan daha çox yaradıcılıq işlərinə önəm verir”.
Xaqani Şirvaniyə həsr olunmuş elmi seminar keçirilib. M.F.Axundov adına Milli Kitabxanada “Bakı – İslam mədəniyyətinin paytaxtı – 2009” tədbirlər planı çərçivəsində İSESKO-nun Regional Mərkəzi, Mədəniyyət və Turizm Nazirliyi və AMEA-nın birgə təşkilatçılığı ilə XII əsr görkəmli Azərbaycan şairi Əfzələddin Xaqani Şirvaninin yaradıcılığına həsr olunmuş elmi seminar təşkil edilib. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, AMEA Ədəbiyyat İnstitutunun direktoru, akademik Bəkir Nəbiyevin sədrliyi ilə keçirilən tədbiri giriş sözü ilə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxış edərək həyata keçirilən tədbirin əhəmiyyətindən danışıb. Seminarda akademik Bəkir Nəbiyev Əfzələddin Xaqaniyə həsr olunmuş “Poetik istedadla həyat həqiqətinin nadir vəhdəti” mövzusunda məruzə ilə çıxış edib: “Xaqani Şirvani klassik Şərq poeziyasının bütün janrlarında yüksək sənətkarlıq nümunələri yaradıb. Tədbirdə akademik Vasim Məmmədəliyev, AMEA-nın müxbir üzvləri Teymur Kərimli və Rafael Hüseynov, filologiya elmləri doktorları Tərlan Quliyev, İmamverdi Həmidov, Nüşabə Araslı, Şəfəq Əlibəyli və başqaları məruzələrlə çıxış ediblər.
Azərbaycanlı şairənin adı Almaniyada nəşr olunan ensiklopediyada yer alıb. Almaniyanın birləşməsinin 20 illiyi münasibətilə “Who is who” (Kim kimdir”) Hübner nəşriyyatı bu ölkədəki nüfuzlu kişi və qadınlardan ibarət xüsusi yubiley ensiklopediyası buraxıb. İki cilddə nəfis şəkildə tərtib edilən ensiklopediyada Almaniyanın siyasətində, iqtisadiyyatında və mədəniyyətində görkəmli yer tutan şəxslərdən bəhs olunur. APA-nın məlumatına görə, nəşrdə yeganə azərbaycanlı olaraq, Almaniyada N.Gəncəvi adına Azərbaycan Mədəniyyət İnstitutunun direktoru Nuridə Atəşinin bioqrafiyasına yer verilib. O, ensiklopediyada mədəniyyət xadimi, yazıçı, şairə və Almaniyada N.Gəncəvi adına Azərbaycan Mədəniyyət İnstitutunun direktoru, dünya şöhrətli azərbaycanlı yazar Məhəmməd Əsəd Bəyin (Qurban Səidin) tədqiqatçısı, Azərbaycanın minillik klassik ədəbiyyatının “Pərvanə və şam” adlı antologiyasının alman dilinə tərcüməçisi və Qafqaz Amazonlarının tədqiqatçısı kimi təqdim olunub. Bundan başqa, N. Atəşi ensiklopediyada “Qafqazın vəhşi Amazonu” təxəllüsü ilə verilib.
II Beynəlxalq Nəsimi Elmi Konfransı başlayıb. Ötən gün Milli Elmlər Akademiyasında (AMEA) böyük Azərbaycan şairi İmadəddin Nəsimiyə həsr olunan II Beynəlxalq Elmi Konfransa start verilib. Konfransın rəsmi açılış mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İ. Nəsiminin tariximizdə özünəməxsus yer tutduğunu bildirib: “Azərbaycan xalqının mədəniyyət tarixinə İmadəddin Nəsiminin adı qızıl hərflərlə yazılıb. O, Azərbaycan dilinin saflığı uğrunda mübarizə aparan görkəmli şairlərdəndir”. Konfransın “Bakı İslam Mədəniyyətinin Paytaxtı – 2009” ili çərçivəsində keçirildiyini deyən nazir Mədəniyyət və Turizm Nazirliyi tərəfindən İmadəddin Nəsiminin türbəsinin bərpası, yenidən qurulması, orada Azərbaycan Mədəniyyət Mərkəzinin yaradılması barədə təkliflər hazırlandığını diqqətə çatdırıb: “2008-ci ilin noyabrında İmadəddin Nəsiminin əbədi uyuduğu Hələb şəhərində böyük şairin həyat və yaradıcılığına həsr olunmuş I elmi konfrans keçirilib, Hələb vilayətinin müvafiq dövlət orqanlarında Nəsiminin məqbərəsinin vəziyyəti, onun bərpası istiqamətində azərbaycanlı və suriyalı mütəxəssislərin əməkdaşlığı, Hələb şəhərinin memarlıq üslubu nəzərə alınmaqla, kompleksin interyerində Azərbaycan memarlıq elementlərini əks etdirən müəyyən yenidənqurma və genişləndirmə işlərinin aparılmasına dair ilkin razılıq əldə edilib. 2009-cu ildə 640 illik yubileyi qeyd olunan Nəsiminin xatirəsinə həsr olunmuş tədbirlər, onun məqbərəsinin yenidən qurulması ilə bağlı görülən işlər ölkə başçısı İlham Əliyevin xüsusi tapşırığı əsasında həyata keçirilir”. AMEA-nın prezidenti Mahmud Kərimov İ.Nəsiminin hər bir qəzəlilə insanın ürəyinə yol tapmağa müvəffəq olduğunu çıxışında önə çəkib. Suriyanın Hələb şəhər qubernatorluğunun mədəniyyət məsələləri üzrə müavini Məhəmməd Qəccə konfransda “Sufiliyin şəhidi” adlı məruzə ilə çıxış edib. M.Qəccə 600 il ərzində qorunub saxlanılmış böyük şairin qəbrinin hər iki xalq üçün əziz olduğunu və bu birləşdirici amilin xalqlarımız və dövlətlərimiz arasında münasibətlərin daha da gücləndirilməsinə təkan verə biləcəyini qeyd edib. “Varlıq” dərgisinin redaktoru, professor Cavad Heyət Nəsimi yaradıcılığında sənətkarlıq məsələləri barəsində danışıb. Hələb vilayətinin müftisi Mahmud Ökkəm məruzəsində şairi “həqiqət şəhidi” adlandırıb. Günortadan sonra da davam etdirilən konfransda AMEA-nın müxbir üzvü Yaqub Mahmudov Nəsiminin dövrü barəsində, dövrün şairin yaradıcılığına göstərdiyi təsirdən danışıb. Akademik Bəkir Nəbiyev konfransda “Nəsimi qəzəlindəki bir qədim qafiyə yuvasının izi ilə”, AMEA-nın müxbir üzvü Əliyar Səfərli “Nəsiminin elmi tərcümeyi-halının yazılması zərurəti və nəsimişünaslığın bəzi problemləri” mövzusunda məruzələrlə çıxış edib. Hələb Universitetinin professoru İsam Qəsəbçi çıxışında Nəsimini Azərbaycanın Həllac Mənsuru kimi səciyyələndirib. Professor Gövhər Baxşəliyeva Nəsiminin ərəb dilində yazdığı qəzəllərinin ideya-məzmun və bədii-estetik xüsusiyyətlərindən bəhs edib. İslam şərqində və Nəsimi şeirində musiqi mövzusundan isə AMEA-nın müxbir üzvü Rafael Hüseynov söz açıb. Qeyd edək ki, konfrans dekabrın 16-dək davam edəcək və Nəsimi yaradıcılığına müxtəlif baxışları əks etdirən məruzə və araşdırmalar təqdim olunacaq.
Rəşid Behbudov yad edilib. Dekabrın 14-ü Azərbaycan musiqi tarixinin önəmli simalarından biri, mərhum müğənni Rəşid Behbudovun doğum günüdür. APA-nın məlumatına görə, 94 illiyilə əlaqədar sənətkarın məzarı ziyarət olunub. Ziyarətdə Rəşid Behbudovun qızı Rəşidə Rəşid, onun adını daşıyan Dövlət Mahnı Teatrının rəhbərliyi və kollektivi, eləcə də bir sıra tanınmış müğənnilər iştirak ediblər. R.Behbudovun qəbirüstü abidəsi önünə gül dəstələri qoyulub. Axşam isə Dövlət Mahnı Teatrında sənətkarın doğum gününə həsr edilmiş konsert proqramı təşkil olunub. 1966-cı ildən musiqi və estrada sənətinin caz, balet, pantomim kimi müxtəlif janrlarını üzvi surətdə birləşdirən Azərbaycan Dövlət Mahnı Teatrını təşkil edib və ömrünün sonunadək onun solisti və bədii rəhbəri kimi çalışıb.
Giriş sözü ilə çıxış edən teatrın direktoru Əliqismət Lalayev teatrın keçdiyi çətin, keşməkeşli yoldan danışıb: “Bir zamanlar burada işləməyə başlayan gənc aktyorlar hazırda teatrımızın korifey sənətkarlarıdır. İndi həmin korifeylər bugünün gənclərinə öz təcrübələrini öyrədirlər. Mən yaşlı nəslin nümayəndələrinə güvəndiyim qədər gənc aktyorlara da ümid bəsləyirəm”. Ə.Lalayev bu ildə qazanılan uğurlardan da danışdı: “Buraya yığışmaqda məqsədimiz həm də 2009-cu ildəki yaradıcılığımız barədə hesabat verməkdir. Hazırladığımız tamaşalar xarici ölkələrdə nümayiş olunub”. Bakı şəhər icra hakimiyyəti başçısının müavini Fidumə Hüseynova teatr haqqında fikirlərini bölüşüb: “Bu müqəddəs məbədgah ən çətin sınaqlardan həmişə üzüağ çıxıb və Azərbaycan mədəniyyətini yaşatmaqla yanaşı, həm də dünyada tanıdıb”. “Əslində bu gün gənclərin günüdür. Bu günün gənci, sabahın orta nəsli, gələcəyin korifeyidir. Teatrın foyesində korifey sənətkarlarımızın rəsmləri var. Bu teatrın inkişafı məhz həmin insanların adları ilə bağlıdır. Gənclər üçün bu görkəmli sənətkarlar çox böyük örnəkdir”. Bu fikirləri mərasimdə xalq artisti Afaq Bəşirqızı səsləndirib. 2009-cu ildəki yaradıcılıq uğurlarına görə bir qrup gənc aktyor fəxri fərmanlarla təltif edilib. Hüsniyyə İSMƏTQIZI.
Sənət məbədimiz. AZƏRBAYCAN YAZIÇILAR BİRLİYİ-75. Həmin gün SSRİ Yazıçılar İttifaqının üzvlük biletini əlimə almışdım. Sevincimin həddi-hüdudu yox idi. Özümü xoşbəxt hiss edirdim. İndi o vaxtdan illər keçib. Gözlərimizin qarşısında dünyaya meydan oxuyan böyük bir imperiya-SSRİ dağıldı. Azərbaycan yazıçılarının çoxdan arzuladıqları müstəqillik ideyası xəyallardan həqiqətə döndü. Vətənimiz və dövlətimiz kimi Azərbaycan Yazıçılar İttifaqı da müstəqil oldu, azad bir təşkilata çevrildi, az sonra bu təşkilat Azərbaycan Yazıçılar Birliyi kimi fəaliyyətini davam etdirdi. Bu il bu sənət məbədimizin-Yazıçılar Birliyinin təsis edilməsindən 75 il keçir. Amma onun yaranması bircə günün işi olmayıb, ona görə də bir az qədimdən başlayıb çağımıza gəlmək istərdim. Mənim fikrimcə, Azərbaycan Yazıçılar Birliyinin tarixi müəyyən mənada elə XX əsr Azərbaycan ədəbiyyatının tarixi deməkdir... Sənət adamlarının, xüsusilə şairlərin, ədib və yazıçıların bir araya toplanması, ədəbi məclislər təşkil etməsinin tarixi çox qədimdir. Görüb-götürmək, bir-birindən öyrənmək, fikir birliyinə nail olmaq baxımından bu məclislərin çox böyük əhəmiyyəti olmuşdur. Ədəbi məclisə o adamlar toplaşmışlar ki, onların dünyagörüşü, yaradıcılıq istiqaməti, bədii zövqü bir-birinə yaxın olmuşdur. Dünya ədəbiyyatı tarixində buna aid xeyli misallar gətirmək olar. Belə ki, hələ eramızdan əvvəl I əsrdə – Roma mədəniyyətinin “qızıl dövrü”ndə Vergili, Horatsi, Propersi kimi tanınmış yazıçıları birləşdirən ədəbi dərnək mövcud olmuşdur. Fransada ən çox məşhur olan “Parnas” ədəbi qrupu böyük şöhrət qazanmışdı (Bu haqda ən qısa və yığcam məlumatı “Ədəbiyyatşünaslıq terminləri lüğəti”ndən tutmuş Xarici ölkə ədəbiyyatlarının tarixini əks etdirən kitablarda geniş məlumat ala bilərsiniz) . Bizə yaxın olan Rusiyada isə XVII-XIX əsrlərdə “Ədəbiyyat, elm və incəsənət həvəskarlarının azad cəmiyyəti”, “Arzamas” kimi birliklərdə Radişşev, Cukovski, Puşkin kimi klassiklər yetişmişdir. Azərbaycanda isə bu ənənənin əsası hələ orta əsrlərdə-XII əsrdə Şirvanşahlar və Eldəgizlər sarayında qoyulub. Bu haqda söz açan tədqiqatçılar yazırlar ki, Şirvanşahlar sarayında o dövrün bir çox qüdrətli sənətkarları- Xaqani, Əbülüla Gəncəvi, Fələki Şirvani bir ədəbi məclis qurmuşdular. Əbülüla Gəncəvi sarayda yaşayan bu şairlərin məliküş-şüərası (indiki anlamda-başçısı) idi. Ədəbiyyat tarixçilərimiz saray ədəbiyyatından söz açarkən birmənalı şəkildə onu hakim feodal-ruhani görüşlərini təbliğ edən bir ədəbiyyat kimi qələmə vermişlər. Məliküş-şüəra başda olmaqla saray şairləri əsasən xidmətində durduqları şahları mədh edir, həmin şahların həyatını, apardığı müharibələri vəsf edir, tərənnüm və tərif yarışında bir-birini ötməyə çalışırdılar. Bunu biz XII əsrin ən qüdrətli söz ustası olan Xaqaninin yaradıcılığında da izləyə bilərik. Belə ki, Xaqani sarayda yaşayarkən Şirvanşah Mənuçöhrü tərifləyən xeyli mədhiyyələr qələmə almışdı. Ancaq saray ədəbiyyatını qiymətləndirərkən onu təkcə mədhiyyə ədəbiyyatı kimi səciyyələndirmək doğru olmazdı. Saray şairləri həm də dövrün poeziyasını yaratmaqda böyük rol oynamışlar – Azərbaycan ədəbiyyatında dünyəvi və dini motivlər, fəlsəfi şeir saray ədəbiyyatının da əsas istiqamətini təşkil etmişdir. Bu mənada sarayda yaşayan Xaqani ilə sarayda yaşamayan Nizami poetik sənətkarlıq baxımından əsl hünər sahibi olmuşlar. Demək istəyirəm ki, ədəbiyyat tarixini tədqiq edərkən “bu, saray ədəbiyyatı”, “bu, xalq ədəbiyyatıdır” kimi stereotipdən yaxa qurtarmaq vaxtı gəlib çatıb. Söz adamlarının ədəbi məclislər şəklində birliyinə sonrakı əsrlərdə də rast gəlirik. Biz Füzulinin ustadı kimi xatırlanan Həbibini XV əsrdə Şah İsmayıl Xətayinin, Füzuli davamçısı Saib Təbrizini XVII əsrdə II Şah Abbasın, Şamaxılı, beş dil bilən Mirzə Nəsrullah Baharı XIX əsrdə Nəsrəddin şahın, İranın qüdrətli şairi Məhəmmədtağı Baharı Pəhləvilərin sarayında Məliküş-şüəra rütbəsində görürük. O da məlumdur ki, Xaqani, onunla bir əsrdə yaşayan Fələki, XX əsrdə isə Məhəmmədtağı Bahar saraydan üz döndərmişlər, şahların qəzəbinə düçar olan bu şairlər ruhlarına yad olan o məkana bir daha qayıtmamışlar. Ancaq fakt burasındadır ki, onlar böyük bir missiyanın-ədəbi birliklərin yaranmasında mühüm rol oynamışlar. Ədəbi məclislər bir çox hallarda həm də ədəbi məktəblərə çevrilmişdir. “Onlarla istedadlı şairlər həmin ədəbi məktəblərdə yetişmiş, ilk şeirlərini bu məclislərdə oxumuşlar, məclisin başında duran ustad şair gənc istedadların qayğısına qalır, müəyyən şeir formalarının yaranmasında onlara istiqamət verir, aralarında bir növ, yarış təşkil edirdi. Bunun üçün o, klassik şairlərin məşhur qəzəlinə nəzirə, təxmis yazmağı onlara tapşırır və məclisin yığıncaqlarında oxutdurub qiymət verirdi” (Həmid Məmmədzadə). Ədəbi məclislərin daha gur, qızğın dövrü XIX əsrdir. XIX əsr Azərbaycan ədəbiyyatı tarixində iki fərqli, bir-birilə müxalifət təşkil edən zövqlərin, dünyagörüşlərin, ədəbi platformaların üz-üzə gəldiyi dövrdür. Həmin dövrdə klassik poeziyanın-Füzuli “əsarəti”nin hələ bitmədiyi bir həqiqət idi (“Şairlər, ədiblər Füzulini ötməyə deyil, bəlkə ona yetişməyə və var qüvvələri ilə öz əsərlərini Füzulinin əsərlərinə bənzətməyə və beləliklə, ədəbiyyatı qırıldığı nöqtəyə vardırmağa çalışırdılar. Beləliklə, azəri ədəbiyyatı öz orijinal mənliyini itirmiş və Füzulinin ardınca qoşmağa başlamışdı...Ədəbiyyat öz normal yolunu itirmiş, həlqəvi bir gedişlə Füzulinin başına hərlənir, haraya getdiyini özü də bilmirdi- Cəfər Cabbarlı”), digər tərəfdən, realizmin, maarifçilik xəttinin ədəbiyyatda tədricən üstün mövqe nümayiş etdirməsi də diqqəti cəlb edirdi. XIX əsrdə yaranan və ədəbi prosesi dinamik hala gətirən məclislər əsasən orta əsrdəki klassik şeir məclislərini xatırlatsa da, burada fərqli məqamlar da diqqətdən yayınmır. Ədəbi məclislərdə təkcə şeir müzakirəsi keçirilmir, həm də dövrün, zamanın yeni meyl və tendensiyalarının da ifadəsi öz əksini tapırdı. Bu məclislərin özü də ədəbiyyatda maarifçilik xəttinin bir təzahürü idi. Azərbaycanın ayrı-ayrı bölgələrində yaranan bu ədəbi məclislər vahid ədəbi prosesin ayrı-ayrı şaxələri kimi bir-birilə sıx bağlı idilər, məclislər arasında məktublaşmalar gedirdi, bir məclis üzvünün digər bir məclisdə iştirak etməsi də təəccüblü deyildi. Ən başlıcası isə, məclislərin ədəbi zövq dairəçi, yeniliyi qiymətləndirmək duyğusu bir-birilə çulğaşırdı. Kimlər idi məclis üzvləri? Orada A.Bakıxanov və onun yaxın dostları (Mirzə Möhsün Xəyali, Xınalıqlı Əmin, Hacı Qubalı, Sədi Xaltani iştirak edirdilər. Bundan başqa Şəki, Qazax, Ağdaş, Dərbənd, İrəvan, Təbriz, Ərdəbil kimi şəhərlərdə yaranan kiçik ədəbi məclislər də olmuşdur.Adlarını çəkdiyim bu ədəbi məclislərin başında Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələri dururdu, Naxçıvanda M.S.Ordubadinin atası Hacağa Fəqir, Lənkəranda Mirzə İsmayıl Qasir, Şamaxıda Seyid Əzim Şirvani, Qarabağda X.B.Natəvan və Mir Möhsün Nəvvab, Bakıda Məhəmmədağa Cürmi kifayət qədər tanınmış ədəbi simalar idi. Ədəbi məclis ənənəsi XX əsrin əvvəllərində də davam edir. Fikir və əqidəcə, ədəbi zövq və dünyagörüşü etibarilə bir-birinə yaxın olan yazıçılar dərnəklərdə, cəmiyyətlərdə yaxud nüfuzlu bir ədəbi dərgi ətrafında birləşirdilər. Bu mənada biz ilkin olaraq XX əsrin əvvəllərində dövrün ictimai-ədəbi-mədəni hadisələrindən biri kimi “Molla Nəsrəddin” məcmuəsinin adını çəkə bilərik. Tədqiqatçılar haqlı olaraq “Molla Nəsrəddin” ədəbi məktəbi ifadəsini işlədirlər: Mirzə Cəlil, Sabir, Ömər Faiq Nemanzadə, Haqverdiyev, Qəmküsar, Ü.Hacıbəyli, Yusif Vəzir, Əli Nəzmi, Mirzə Əli Möcüz, M.S.Ordubadi, Əli Razi, Salman Mümtaz, Bayraməli Abbaszadə, Cəfər Cabbarlı, Səməd Mənsur, Əlabbas Müznib bir amal uğrunda mübarizə aparırdılar. Dəxi bu dairələrdən kənar bəni-noi-bəşər üçün nicat yolu yoxdur”. Vətən, Dil və Millət anlayışları mollanəsrəddinçilər üçün bütün yaradıcılıqları boyu dəyişməz mövqe, ədəbi meyar olmuşdur. Sovet dövründə tədqiqatçılar ideoloji aspekti əsas götürərək “Fyuzat” jurnalı ətrafında toplaşan ədibləri mollanəsrəddinçilərə qarşı qoymuşlar. Bu günün meyarları ilə yanaşdıqda mollanəsrəddinçilərlə fyuzatçılar arasında heç də kəskin ideoloji təzadlar olmamışdır, yalnız müəyyən məsələlərə münasibətdə fikir-ayrılıqları olub ki, bu da təbii idi, ədəbi mübarizə düşmənçiliyə aparıb çıxarmamışdır. Xüsusilə, dil məsələsində onların fikirləri bir-birilə ziddiyyət təşkil edirdi və bu da məhz ədəbi mübarizə kimi diqqəti cəlb edirdi. Görkəmli ədəbiyyatşünas Kamal Talıbzadə “XX əsr Azərbaycan tənqidi” monoqrafiyasında ayrı-ayrı mətbuat orqanlarında bu ədəbi mübarizələri geniş işıqlandırır. Ümumiyyətlə,XX əsrin əvvəlləri ədəbi prosesin mürəkkəbliyi ilə seçilirdi və bu da özünü ilk növbədə, yazıçıların müxtəlif ədəbi qüvvələrə bölünməsi ilə diqqəti cəlb edirdi. Kamal Talıbzadə həmin monoqrafiyasında yazır ki, ədəbi qüvvələr yalnız kiçik cəmiyyət, dərnək və məclislərdə birləşirdilər. Gəncədə “Ədəbiyyat və sənayeyi-nəfisə cəmiyyəti” yaradılmışdı, Abbas Səhhət Şamaxıda kiçik bir ədəbi məclis təşkil etmişdi, belə bir məclis Bakıda da fəaliyyət göstərirdi və hər üç məclisdə “əski və yeni ədəbiyyat” məsələsi daha çox müzakirə obyektinə çevrilirdi. Bu sırada N.Nərimanovun təşkil etdiyi “Tənqid gecələri” ədəbiyyat dərnəyinin də adını çəkmək olar. Bir tərəfdən bolşevizmin şüurlara hakim kəsilməsi, digər tərəfdən milli istiqlal hərəkatı...Rüsvayçılığa məhkum olunmuş Bakı Kommunası ...sonra Azərbaycan Demokratik Respublikası. Ermənilərin kütləvi qırğın törətmələri..Nəhayət, qəsbkar Qızıl Ordunun Bakıya daxil olması. Amma belə çətin və mürəkkəb şəraitdə də yazıçılar bir araya gələ bilirdilər. Həmin illərdə bir qrup jurnalist və yazıçı “Qırmızı qələm cəmiyyəti”ndə, bir qismi isə “Ədəb yurdu” və Yaşıl qələm” dərnəklərində birləşdilər. Adı çəkilən dərnəklərə tanınmış tənqidçi və mühərrir Seyid Hüseyn rəhbərlik edirdi. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra tədricən yazıçıların təşkilatlanması prosesi başlandı. Məlum idi ki, bolşevik ideologiyası yeni quruluşun təbliğ olunmasında, ədəbiyyat işinin ümumproletar işinin tərkib hissəsinə çevrilməsində inadlı idi. V.İ.Lenin hələ 1905-ci ildə yazmışdı ki: “Ədəbiyyat partiyalı olmalıdır. Rədd olsun bitərəf ədəbiyyatçılar! Ədəbiyyat işi ümumproletar işinin bir hissəsi, bütün fəhlə sinfinin bütün şüurlu avanqardı tərəfindən hərəkətə gətirilən vahid, böyük sosial-demokrat mexanizminin “təkərciyi və vintciyi” olmalıdır”. Bu siyasət inqilabın ilk illərində Rusiyada və onun bolşevikləşdirdiyi bütün respublikalarda həyata keçirilməyə başladı. Bu qərardan sonra Rusiyada VOAPP, RAPP, RAMP adlı ədəbi-bədii təşkilatlar aradan qaldırıldı, ədəbi plüralizmə son qoyuldu. Ayrı-ayrı pərakəndə ədəbi qruplar əvəzinə vahid təşkilat-SSRİ Yazıçılar İttifaqı yaradıldı. Diqqət yetirsək, bu proses digər sovet respublikalarında da eyni şəkildə həyata keçirilirdi.Məsələn, Ukraynada, keçən əsrin 20-ci illərində Vaplite (Proletar ədəbiyyatının azad akademiyası) adlı ədəbi qrupu yaradılmışdı, bu qrup özünü proletar ədəbiyyatının təmsilçisi hesab edirdi. Eyni vəziyyəti Belorusiyada da müşahidə edirik. Azərbaycanda olduğu kimi Belorusiyada da 1928-ci ildə “Belorusiya Proletar Yazıçıları Cəmiyyəti” fəaliyyətə başladı və bu cəmiyyətin fəaliyyəti Belorusiya Sovet Yazıçılar İttifaqının yaradılması üçün zəmin oldu. Eyni prosesi Gürcüstan, Qırğızıstan, Özbəkistan, Qazaxıstan respublikalarının ədəbi həyatında da izləyə bilərik. Azərbaycana gəldikdə isə... gəlin, bu prosesi xronoloji şəkildə izləyək.