Search is not available for this dataset
text
stringlengths
10
518k
Gülarə Azaflı — 2000–2011 Pərvanə Zəngəzurlu — 2011–indi Aşıq Pəri məclisi.
Aşıqlar və el şairləri.
(tərtib edənlər: N. Xatun, M. Əhmədov, Z. Yaqub).
Bakı: Yazıçı, 1991, 440 səh.
Sazın-sözün zirvəsində".
: Pərvanə Mustafayeva, red.
Bakı, "QHT Nəşriyyat" MMC, 2019.
Aşıq Pəri İnciləri" (şeir antologiyası.
(Pərvanə Zəngəzurlu, Güllü Eldar Tomarlı) Aşıq Pəri Məclisi (Almanax).
(Pərvanə Zəngəzurlu, Güllü Eldar Tomarlı) Aşıq Pəri Məclisi "Zəfər Salnaməsi" Aşıq Pəri Məclisi 2-ci "antologiya
Aşıq Ələsgər – 200" yubiley medalı — Azərbaycan aşıq poeziyasının inkişafında xüsusi xidməti olan və aşıq poeziyasında uğurlar qazanmış, habelə Azərbaycan aşıq poeziyasının inkişafında, tanıdılmasında xüsusi xidmətlərə görə təltif ediləcək medal.
Medal diametri 40 mm olan, latundan tökülmüş və qızıl suyuna çəkilmiş dairəvi lövhədən ibarətdir.
Medalın ön tərəfində üç dairə əks olunmuşdur.
Birinci dairə boyu Azərbaycanın buta ornamenti əks olunmuşdur.
İkinci dairədə yuxarı qövs boyunca "Aşıq Ələsgər", aşağı qövs boyunca "200" sözləri yazılmışdır.
Üçüncü dairədə Aşıq Ələsgərin, Göyçə gölünün, Ağrı dağının və günəşin təsviri həkk olunmuşdur.
Medalın ön tərəfindəki yazılar və təsvirlər qabarıqdır.
Medalın arxa tərəfində iki dairə əks olunmuşdur.
Birinci dairədə yuxarı qövs boyunca ""Dədə Ələsgər Ocağı" İctimai Birliyi", aşağı qövs boyunca "2021" sözləri yazılmışdır.
İkinci dairənin üzərində səkkizguşəli ulduz, üst hissəsində dəryadan doğan günəş, alt hissəsində "Aşıq Ələsgər" sözləri, ondan aşağıda "1821–1926" rəqəmləri, və ondan aşağıda saz təsviri göstərilmişdir.
Medalın arxa tərəfindəki yazılar və təsvirlər qabarıqdır.
Təltifin şərt və tələbləri "Aşıq Ələsgər 200" yubiley medalı ilə Azərbaycan aşıq poeziyasının inkişafında xüsusi xidməti olan və aşıq poeziyasında uğurlar qazanmış, habelə Azərbaycan aşıq poeziyasının inkişafında, tanıdılmasında fəal iştirak edən şəxslər təltif edilirlər.
Aşıq Ələsgər adına Qızıl medal və onun diplomu "Dədə Ələsgər Ocağı" İctimai Birliyinin İdarə Heyətinin qərarı ilə, birliyin sədri tərəfindən təqdim olunur.
Aşıqlar" qrupu — 1973-cü ilin avqust ayında Elxan Şıxəliyev tərəfindən yaradılıb.
Qrupun tarixi Qrup özfəaliyyət məqsədilə yaranmışdı və həmin vaxt qrupun əksər üzvləri musiqi təhsili alırdılar.
Ramiz Ağayev qrupun birinci bass gitaristi idi. Hərbi xidmətlə əlaqədar qrupdan ayrılan gitaristi Emil Həsənov əvəz edir.
Sonra isə qrupda Əli Rəsulov çalmağa başlayır.
Qrup Azərbaycan xalq mahnılarını yeni aranjemanda təqdim etməklə yanaşı, öz mahnılarını da bəstələyirdi.
Elxan Şıxəliyev: "Biz əsasən özümüz yazıb, çalıb-oxuduğumuza görə qrupun adını da belə qoyduq.
Aşıq o demək deyil ki, yalnız sazda çalmalıdır.
Sözün əsl mənası odur ki, aşıq öz xalqının musiqisinə aşiqdir.
Özü yazıb, çalıb-oxuyan hər musiqiçi aşıq ola bilər.
Mən həmçinin Azərbaycan xalq mahnılarını elə aranjeman edirdim ki, xalq mahnısı öz stilini dəyişirdi, lakin şirinliyini itirmirdi.
İlk vaxtlarda mahnılarımızı solo musiqi və caz-rok stilində yazmağa başladıq".
Aşıqlar" 1973-cü ildə Bayılda yerləşən Vladimir İliç Ulyanov adına Mədəniyyət Evində keçirilən festivalda Respublikadan 100-ə yaxın qrup arasından birinci yerə layiq görülür.
Bu, "Aşıqlar" qrupu adı altında iştirak etdikləri ilk festival olur.
Həmin festivalda xalq artisti, bəstəkar Arif Məlikov səhnəyə çıxıb deyir ki, hələ heç peşəkar qruplar bu səviyyədə çala bilmirlər.
Bu sözlər "Aşıqlar" üçün çox əhəmiyyətli idi. Özfəaliyyətdən peşəkar səhnələrə 1981-ci ildə Polad Bülbüloğlu Azərbaycanı təmsil edəcək azərbaycanlı musiqiçilərdən ibarət qrup yaratmaq qərarına gəlir.
Bunun üçün o, Elxan Şıxəliyevlə danışıb razılığa gəlir.
Yeni yaranan qrup isə "Aşıqlar" dövlət vokal instrumental ansamblı adlanır.
İki ay müddətində həm Polad Bülbüloğlunun konsert proqramını, həm də öz proqramlarını hazırlayan "Aşıqlar" respublikanın bütün şəhər və rayonlarında konsert proqramları ilə çıxış edir.
Ansambl Polad Bülbüloğlunun başçılığı ilə 1982-ci ilin fevral ayında Arxangelskə gedir.
1983-cü ildə Mərkəzi Komsomol Komitəsi onları Əfqanıstana Kabula göndərmək qərarına gəlir və ansambl Nisə Qasımova ilə birlikdə oraya yollanır.
Cəbhə xəttinin qaynar nöqtələrində uğurlu konsert proqramları ilə çıxış edən ansambl oradan Qunduz əyalətinə, sonra Puli Xumri yə gedir.
Elxan Şıxəliyev Əfqanıstan səfərini belə xatırlayır: "Biz o vaxt müharibənin içində əsgərlər üçün gündə 3 dəfə konsert verirdik.
Qunduzda olarkən biz hətta reanimasiyada konsert vermişdik.
Orada minaya düşən üç əsgər yatırdı.
Onlardan biri azərbaycanlı, ikisi isə rus idi.
Biz onları sevindirmək üçün yarım saatlıq konsert verdik.
Onlar sadəcə qulaq asırdılar.
Puli Xumri də təxminən üç və ya dörd gün konsert verdik.
Orada olarkən bir polkovnik bizə yaxınlaşıb xahiş etdi ki, öz ölkələrinə yola düşən əsgərlər üçün səhər saat 7-də konsert verək.
Polkovnik bildirdi ki, onlardan kimin ölkələrinə sağ-salamat çatacağı bilinmir.
Sərhədə çatana qədər onlar hücumlara məruz qalırdılar.
Biz razılaşdıq və Nisə Qasımova ilə birlikdə saat 7-də bir saatlıq konsert verdik.
Saat 8-də maşınlar yola çıxdı və marş sədaları altında yola düşdülər".
Əfqanıstan səfərindən sonra uğurları daha da artan və xarici ölkələrə yolu açılan "Aşıqlar" fəaliyyət illərində həm Azərbaycanda, həm də bir neçə xarici dövlətdə uğurlu çıxışlar edib.
Sonuncu qastrol səfərləri isə 1988-ci ildə Monqolustana olub.
Qarabağ münaqişəsinin başlanması və Polad Bülbüloğlunun mədəniyyət naziri təyin edilməsindən sonra "Aşıqlar" 1989-cu ildə fəaliyyətini dayandırır.
Amma Elxan Şıxəliyev 1997-ci ildə "Aşıqlar" qrupunu yenidən bərpa etmək qərarına gəlir.
Əvvəlki üzvlər və bir neçə yeni musiqiçi ilə yenidən bərpa olunan qrup 2001 və 2002-ci illərdə Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edib.
Diskoqrafiya "Aya baxıram aya"Ay bəri bax"Sevə-sevə"Sənin bir təbəssümün
BTS — Big Hit Music etiketi altında yaradılan yeddi nəfərdən ibarət Cənubi Koreyalı oğlan qrupudur, üç repçi (RM, Suga, J-Hope) və dörd vokalçıdan (Jin, Jimin, V və Jungkook) ibarətdir.
Qrupun debüt albomu 2 Cool 4 Skool (2013) və sonrakı genişləndirilmiş ifa (EP) O!RUL8,2?
(2013), kiçik kommersiya uğuru əldə etməsinə baxmayaraq, 2013-cü ilin sonu və 2014-cü ilin əvvəlində onlara bir neçə yeni sənətçi mükafatı qazandırdı.
Qrup ikinci EP Skool Luv Affair (2014) və ilk studiya albomu Dark & Wild (2014)-ı buraxdı.
Skool Luv Affair-in aparıcı sinqlı "Boy in Luv" 2014-cü ildə Mnet Asian Music Awards-da Ən Yaxşı Rəqs Performansı (Kişi) nominasiyasında, Dark & Wild isə 2015 Qızıl Disk Mükafatlarında Disc Bonsang mükafatını qazandı.
BTS-in üçüncü EP-si "The Most Beautiful Moment in Life, Pt.
1 ", 2016 Qızıl Disk Mükafatlarında Disc Bonsang qazandı, aparıcı sinqlı "I Need U" isə 2015 Melon Music Awards-da Ən Yaxşı Kişi Rəqsi mükafatını aldı.
Qrupun davam edən EP-i, "The Most Beautiful Moment in Life, Pt.
2 ", 2016 Gaon Chart Music Awards-da İlin Albomu nominasiyası aldı.
BTS-in ilk Koreya kompilyasiya albomu The Most Beautiful Moment in Life: Young Forever (2016) BTS-ə ilk 2016 Melon Musiqi Mükafatlarında İlin Albomu və 2016 Mnet Asian Music Awards-da İlin Artisti üçün Daesang mükafatını qazandırdı.
Albomun ikinci sinqlı "Fire" 2016 Melon Musiqi Mükafatlarında Ən Yaxşı Rəqs — Kişi nominasiyasını aldı.
Badamlı — Azərbaycan Respublikasının Şahbuz rayonunun Badamlı qəsəbəsi ərazisində mineral bulaq.
Ümumi məlumat Badamlı mineral suyunun kəşfi və dünyada tanıdılması geologiya-mineralogiya elmləri doktoru Əziz Əsgərovun adı ilə bağlıdır.
1947-ci ildən bəri istehsal olunan "Badamlı" Azərbaycanın ilk və ən məşhur su brendidir.
Sovet İttifaqı dövründə 15 müttəfiq respublikaya satılan Badamlı suları faydalı komponentlərlə zəngin tərkibi və unudulmaz dadı ilə bütün Sovet İttifaqı alıcılarının könlünü fəth etmişdir.
1990-cı illərdə ittifaq dağıldıqdan sonra, bazar iqtisadiyyatına keçid prosesi ilə əlaqədar yaranan çətinliklərə görə Badamlı sularının ixracı dayanmışdır.
Adını ərazidə yerləşən Badamlı kəndinin adından alan bulaqlar XIX əsrin sonlarında yer qatının çatlaması nəticəsində üzə çıxmışdır.
Badamlı mineral süfrə suyu həzmi asanlaşdırır, iştahı artırır.
Tərkibində olan minerallar insan orqanizminə müsbət təsir edir, həmçinin orqanizmdə çatışmayan mineralların bərpasına köməklik göstərir.
Qiymətli süfrə suyu kimi sənaye miqyasında istifadə edilir.
Badamlı mineral su yatağı Badamlı bulağı Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Badamlı kəndinin cənub-qərbində, 1262–1274 metr hündürlükdə yerləşir.
Badamlı bir neçə bulaqdan ibarət qrup təşkil edir.
Badamlıda beş mənbədən su çıxır və bunların gündəlik məhsuldarlığı 1.1 milyon lt-dir.
Badamlı suyunun tərkibində hidrokarbonat, maqnezium, kalsium, natrium, kalium, yod və digər faydalı minerallar var.
Bu bulaqların ümumi minerallaşması 0,4–7,4 q/lt-dir, temperaturu 17–22 °C-dir.
PH dəyəri isə 7.5-dir.
Bulaqlar üst təbaşirin argillitləri və mergellərindən təşkil olunmuş və kiçik qırış və faylarla mürəkkəbləşdirilmiş antiklinal qalxımın tağında qərar tutmuşlar.
Suyun tərkibində yod, brom, mis və borat turşusu var.Badamlı suyunu mədə-bağırsaq, sidik yolları və qara ciyərin bəzi xəstəlikləri zamanı içmək faydalıdır.
Hal-hazırda istismar olunan "Badamlı 5" bulağının minerallaşma dərəcəsi nisbətən az olduğundan süfrə suyu sayılır.
Bulağın ümumi minerallıq dəyəri 450 mq/litrdir.
Bu elə bir dəyərdir ki, istifadə edildiyi təqdirdə insanın günlük mineral ehtiyacının əhəmiyyətli bir hissəsini qarşılayır, bununla yanaşı uzun müddətli istifadə zamanı orqanizmdə mineral artıqlığı yaratmır.
Badamlı 5" bulağının istismar ehtiyatı 700 m³/gün hesablanmışdır (1972).
Badamlı mineral sular zavodu Badamlı zavodu 1947-ci ildən Şahbuz rayonunda fəaliyyət göstərirdi.
1970-ci və 1980-ci illər arasında həmin müəssisə yenidən qurulduqdan sonra məhsulun 90%-i Azərbaycandan kənara göndərilirdi.
1990-cı ildə Badamlı zavodunun fəaliyyəti yenidən bərpa edilmişdir.
Zavod 1999-cu ildə "Naxçıvan Mineral Sular İstehsalat Birliyi"-nin tərkibindən çıxmışdır.
2004-cü ildə isə özəlləşdirilmişdir.
Naxçıvan şəhərində 2008-ci ilin avqust ayında tikintisinə başlanmış zavod 2,1 hektar ərazidə yerləşirdi.