Search is not available for this dataset
text
stringlengths
10
518k
Filmin üzərində işləyənlər Ssenari müəllifi: Aydın Dadaşov Rejissor: Aydın Dadaşov, Valeri Kərimov Operator: Valeri Kərimov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi.
C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası.
Bizim "Azərbaycanfilm".
Bakı: Mütərcim, 2004.- səh.
Həmçinin bax Azərbaycan filmlərinin siyahısı1989-cu ilin Azərbaycan filmləri1980-ci illər Azərbaycan filmlərinin siyahısı
"Ağ pələng"lə görüş — qısametrajlı sənədli film.
Rejissorlar Yalçın Əfəndiyev və Çayn Ayn Ça tərəfindən 1988-ci ildə çəkilmişdir.
Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir.
Kinolent qardaşlaşmış şəhərlər-Azərbaycan respublikasının paytaxtı Bakı və Vyetnam şəhəri Vunqtaunun dostluğu haqqındadır.
Kinolent qardaşlaşmış şəhərlər-Azərbaycan respublikasının paytaxtı Bakı və Vyetnam şəhəri Vunqtaunun dostluğu haqqındadır.
Burada göstərilir ki, Xəzər neftçiləri ilə Vyetnam neftçilərinin əməkdaşlığı ildən ilə möhkəmlənir.
Vyetnam neftçilərinin bir çoxu Məşədi Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu bitirmiş və Xəzər neft mədənlərində təcrübə keçmişlər.
Filmin üzərində işləyənlər Ssenari müəllifi: Cavanşir Məlikov Rejissor: Yalçın Əfəndiyev, Çayn Ayn Ça Operator: Valeri Kərimov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi.
C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası.
Bizim "Azərbaycanfilm".
Bakı: Mütərcim, 2004.- səh.
Həmçinin bax Azərbaycan filmlərinin siyahısı1988-ci ilin Azərbaycan filmləri1980-ci illər Azərbaycan filmlərinin siyahısı
Ağ Qartal Ordeni— Serbiya krallığında (1883–1918) və Yuqoslaviya krallığında (1918–1945) Kral ordeni idi. Serbiya Monarxı I Milan Obrenoviç 23 yanvar 1883-cü ildə Müqəddəs Sava Ordeni ilə eyni vaxtda Ağ Qartal Ordenini təsis etdi.
Ordenin beş dərəcəsi var və dövlət, millət və Krallıq üçün xüsusi xidmətlərinə görə və ya müharibə və sülhdəki nailiyyətlərinə görə Serbiya və Yuqoslaviya vətəndaşları təltif olunub.
1883–1889-cu illərdə Ağ Qartal Ordeni Serbiya Krallığının ən yüksək mükafat idi. 1898-ci ildə Böyük Miloş Ordeni Ağ Qartal Ordenindən üstün sayılırdı və 1904-cü ildə Karađorđenin Ulduz Nişanı ilə əvəz edildi.
Ağ Qartal Ordeninin beş dərəcəsi var və vətəndaş xidmətlərinə və hərbi xidmətlərinə görə verilə bilər.
Orden beş dərəcədə təşkil olunub.
I Dərəcə — Ağ Qartal Ordenin Böyük Xaçı II Dərəcə — Ağ Qartal Ordenin Böyük Zabit Xaçı III Dərəcə — Ağ Qartal Ordenin Komandir Xaçı IV Dərəcə — Ağ Qartal Ordenin Zabit Xaçı V Dərəcə — Ağ Qartal Ordenin Cəngavər Xaçı Xarici keçidlər Serbia Awards and Decorations (ing.)
Order of the White Eagle Arxivləşdirilib 2013-11-13 at the Wayback Machine (ing.)
Ağ qızıl" ustaları — Muxtar Dadaşov tərəfindən 1958-ci ildə çəkilmiş Azərbaycan filmi.
Film Bakı Kinostudiyasında istehsal edilmişdir.
Film Azərbaycanın qabaqcıl pambıq ustalarına həsr olunmuşdur.
Film Azərbaycanın qabaqcıl pambıq ustalarına həsr olunmuşdur.
Filmin üzərində işləyənlər Ssenari müəllifi: Muxtar Dadaşov Rejissor: Muxtar Dadaşov Operator: Əlibala Ələkbərov, Cavanşir Məmmədov Həmçinin bax Azərbaycan filmlərinin siyahısı1958-ci ilin Azərbaycan filmləri1950-ci illər Azərbaycan filmlərinin siyahısı
Ağ qızıl" ustası — Əhməd Abdullayev tərəfindən 1972-ci ildə çəkilmiş film.
Film Azərbaycan Televiziyasında ("Ekran") tərəfindən istehsal edilmişdir.
Filmin üzərində işləyənlər Ssenari müəllifi: Gəray Fəzli Rejissor: Əhməd Abdullayev Operator: Ömər Qazıyev Həmçinin bax Azərbaycan filmlərinin siyahısı1972-ci ilin Azərbaycan filmləri1970-ci illər Azərbaycan filmlərinin siyahısı
Ağdamın azad olunmasına görə" medalı — Azərbaycanın dövlət təltifi (medal).
İkinci Qarabağ müharibəsində qələbə münasibətilə təsis edilmişdir.
Təsis edilməsi 2020-ci il noyabrın 20-də Azərbaycan Respublikasının Milli Məclisində Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi təqdim edilmiş və birinci oxunuşda təsdiqlənmişdir.Azərbaycan Respublikasının "Ağdamın azad olunmasına görə" medalının əsasnaməsi Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir.
Əsasnamədə deyilir: Maddə 1.
Təltif edilən şəxslər "Ağdamın azad olunmasına görə" Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir.Maddə 2.
Təltif edən orqan "Ağdamın azad olunmasına görə" Azərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər.Maddə 3.
Taxılma qaydası "Ağdamın azad olunmasına görə" Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, "Kəlbəcərin azad olunmasına görə" medalından sonra taxılır.
Medalın təsviri Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir.
Medalın ümumi təsviri "Ağdamın azad olunmasına görə" Azərbaycan Respublikasının medalı (bundan sonra – medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 36 mm olan dairəvi lövhədən ibarətdir.Maddə 2.
Medalın ön tərəfi 2.1.
Medalın ön tərəfinin kənarları bəzəkli naxışlarla konturlanmışdır.
Bəzəkli konturdan medalın daxilinə doğru, xarici və daxili çevrələrlə konturlanmış dairəvi lövhə təsvir olunmuşdur.
Xarici və daxili çevrələrin arasında, yuxarı qövs boyunca "AĞDAM", aşağı qövs boyunca "20 NOYABR 2020" sözləri yazılmışdır.
20 NOYABR 2020" sözlərindən sol və sağ tərəflərdə, aşağıdan yuxarıya doğru dəfnə çələngləri təsvir olunmuşdur.
AĞDAM" sözü ilə dəfnə çələnglərinin arasında iki səkkizguşəli ulduz və kompozisiyanı tamamlayan xətlər təsvir olunmuşdur.
Daxili çevrənin içərisində, doğan günəş şüaları fonunda at belində Azərbaycan Respublikasının Dövlət Bayrağını aparan Azərbaycan əsgəri təsvir olunmuşdur.
Bütün elementlər və yazılar relyefli olaraq qabarıqdır.Maddə 3.
Medalın arxa tərəfi 3.1.
Medalın arxa tərəfində xarici və daxili çevrələrlə konturlanmış lövhənin üzərində qövs boyunca "AĞDAMIN AZAD OLUNMASINA GÖRƏ" sözləri yazılmışdır.
Lövhənin aşağı hissəsinin mərkəzində səkkizguşəli ulduz, ulduzla sözlərin arasında isə kompozisiyanı tamamlayan xətlər təsvir olunmuşdur.
Medalın arxa tərəfinin mərkəzində medalın seriyası və nömrəsi həkk olunmuşdur.
Bütün elementlər və yazılar relyefli olaraq qabarıqdır.Maddə 4.
Medalın elementləri 4.1.
Medal paltara bərkidilmək üçün elementi olan, 37 mm x 50 mm ölçülü beşbucaqlı xara lentə iki halqa və ilgək vasitəsilə birləşdirilir.
Xara lentin mərkəzində 10 mm enində qızılı rəngli şaquli zolaq, qızılı rəngli zolaqdan sol və sağ kənarlara doğru ardıcıl olaraq 8 mm enində bir göy rəngli və 5.5 mm enində bir qızılı rəngli şaquli zolaqlar təsvir olunmuşdur.
Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə olunur.
Aşıq Pəri Məclisi — 1984-cü ildə yaranan, qadın aşıq və şairələrin ədəbi birliyi.
Yaradıcısı və ilk sədri Azərbaycanın Əməkdar Mədəniyyət işçisi Narınc Xatun olmuşdur.
Aşıq yaradıcılığının inkişafına xidmət edən məclis XIX əsr Azərbaycan aşıq-şairi Aşıq Pərinin adını daşıyır.
Məclisin hazırkı rəhbəri Pərvanə Zəngəzurludur.
Məclis 1984-cü ildə IV aşıqlar qurultayından dərhal sonra, xalq şairi Hüseyn Arif və yazıçı Əzizə Cəfərzadənin dəstəyi ilə şairə Narınc Xatunun çox böyük fədakarlığı sayəsində yaranmışıdır.
Belə ki, Narınc Xatun Borçalıda bir məclisdə olarkən Aşıq Sona Hamamlı (1918–1988) bir Zarıncı havası çalır.
Narınc Xatun belə bir sənətkar xanımın ifasını gördükdən sonra düşünür ki bir təşkilat yaratmaq və istedadlı xanım aşıqları orada cəm etmək lazımdır.
Aşıq Pəri Məclisi Azərbaycan Yazıçılar İttifaqında 22 sentyabr 1984-cü il tarixdə təsis olunmuşdur.
Məclisin şöhrəti qısa müddət ərzində Gürcüstan, Dağıstan, İran, Türkiyə və İraqda da yayılmağa başladı.
Məclisin üzvləri folklor-musiqi festivallarında iştirak etmək üçün bir çox xarici ölkələrə dəvət olundular.
Azərbaycan Dövlət Televiziyası vasitəsilə Aşıq Pəri Məclisi 1984-cü ildən 2006-cı ilin yayına qədər fasiləsiz olaraq efir fəaliyyəti göstərmişdir.
Hal-hazırda Dünya TV-də "Aşıq Pəri İnciləri" adı ilə veriliş yayımlanır.
2015–2022-ci illərdə Güllü Eldar Tomarlı məclisin mətbuat katibi, sədr müavini və bədii rəhbəri olmuşdur.
2011-ci ildən hal-hazıradək Aşıq Pəri Məclisinin rəhbəri Pərvanə Zəngəzurludur.
Keçirdiyi tədbirlər Aşıq Pəri Məclisinin 1989-cu ildə 5 illiyi, 1994-cü ildə 10 illiyi Dövlət Filarmoniyasında, Aşıq Pərinin 180 illiyi, Narınc Xatunun 70 və 75 illiyi Rəşid Behbudov adına Mahnı Teatrında yüksək səviyyədə qeyd olunmuş və Azərbaycan televiziyasında yayımlanmışdır.Aşıq Pəri Məclisi 2015-ci il Noyabr ayında R. Behbudov adına dövlət mahnı teatrında Narınc Xatunun xatirəsinə həsr olunmuş konsert proqramı, 2019-cu il may — R. Behbudov adına mahnı teatrında "Aşıq Pəri Sazın-Sözün Zirvəsində" adlı konserti, 10 iyul 2019-cu il Heydər Əliyev adına Respublika sarayında konsert, 2 iyul 2019 — "Aşıq Pəri Məclisi" və "Azərbaycanın Aşıqlar Birliyi"nin birgə təşkil etdiyi konsert proqramı, 26 noyabr 2019-cu il R. Behbudov adına mahnı teatrında "Kəlağayı günü"nə həsr olunmuş konsert, Dekbar 2019 — Muğam mərkəzində Narınc Xatunun xatirəsinə həsr olunmuş konsert, 25 noyabr 2022-ci il R. Behbudov adına mahnı teatrında "Kəlağayımız, əsrlərin yadigarı" adlı konsert proqramları keçirmişdir.
Narınc Xatun — 1984–?
Gülarə Azaflı — 2000–2011 Pərvanə Zəngəzurlu — 2011–indi Aşıq Pəri məclisi.
Aşıqlar və el şairləri.
(tərtib edənlər: N. Xatun, M. Əhmədov, Z. Yaqub).
Bakı: Yazıçı, 1991, 440 səh.
Sazın-sözün zirvəsində".
: Pərvanə Mustafayeva, red.
Bakı, "QHT Nəşriyyat" MMC, 2019.
Aşıq Pəri İnciləri" (şeir antologiyası.
(Pərvanə Zəngəzurlu, Güllü Eldar Tomarlı) Aşıq Pəri Məclisi (Almanax).
(Pərvanə Zəngəzurlu, Güllü Eldar Tomarlı) Aşıq Pəri Məclisi "Zəfər Salnaməsi" Aşıq Pəri Məclisi 2-ci "antologiya