Search is not available for this dataset
text
stringlengths
10
518k
Binanın ümumi sahəsi 4 min 590 m², istehsal sahəsi isə 3 min 600 m² idi. Müəssisəyə Badamlı yatağından nəql edən xəttin uzunluğu 25 kilometr idi. 2017-ci ildə Badamlı bulağının mənbəyində 4 hektar ərazidə, ümumi sahəsi 10590 m² olan yeni Badamlı istehsalı müəssisəsinin tikintisinə başlanılmışdır.
Müəssisə 2020-ci ilin əvvəllərində Badamlı qəsəbəsində bulağa 60 metrlik məsafədə istifadəyə verilib.
Badamlı suları "Badamlı Mineral Sular" MMC tərəfindən Avropa və dünyada qəbul edilən ən yüksək texnologiyaların tətbiqi əsasında, qapalı şəraitdə insan təması olmadan qablaşdırılır.
Müəssisədə ISO 22000 Qida Təhlükəsizliyi sertifikatı mövcuddur və məhsullar dünya standartlarına cavab verir.
Müəssisədə həyata keçirilən qablaşdırma prosesi Fransanın "Sidel" firmasının istehsalı olan avadanlıqlar vasitəsi ilə aparılır.
Bununla yanaşı müəssisədə Almaniya və ABŞ istehsalı olan müasir avadanlıqlarla təmin edilmiş xüsusi laboratoriya mövcuddur.
Burada suyun keyfiyyətinə mütəmadi nəzarət olunur, fiziki-kimyəvi, mikrobioloji və orqanoleptik analizlər aparılır.
Badamlı" qazlı və qazsız olmaqla müxtəlif həcmli qablaşmalarda istehsal olunur.
Mövcud istehsal müəssisəsində günlük istehsal potensialı 500.000 şərti butulka təşkil edir.Badamlı hal-hazırda Azərbaycan bazarı ilə yanaşı Rusiya Federasiyası, Çin Xalq Respublikası, Birləşmiş Ərəb Əmirlikləri, İraq Respublikası, Qazaxıstan Respublikası kimi xarici dövlətlərə ixrac olunur.
2021-ci ildə Şirkətin bazardakı kimliyi, kommunikasiya vasitə və üsullarında daha dayanıqlı olması, müştərinin istək və ehtiyaclarında daha həssas, müsbətyönümlü inkişaf və dəyişiklik yaratmaq, su istehlakçılarının loyallığının artırılması, brendin hazırkı vəziyyətinin daha yaxşıya doğru təkmilləşdirilməsi məqsədi ilə Rebrendinq edilmişdir.
Mədəniyyətdə Badamlı istehsal olunduğu gündən bəri insanlara bəxş etdiyi sərinlik və xoş əhval ruhiyyəsinə görə dillər əzbəri olmuş və adına musiqilər bəstələnmişdir.
Badamlı suyunun təravəti və şöhrəti Rəşid Behbudov, Anatollu Qəniyev kimi karifey sənətkarların da diqqətindən yayınmamış, ifalarında öz əksini tapmışdır.
Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)" Azərbaycan Respublikasının yubiley medalı — Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikasının 2019-cu il 22 oktyabr tarixli 1687-VQD nömrəli qanunu ilə təsdiq edilmiş medal.
Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)" Azərbaycan Respublikasının yubiley medalı ilə elm və təhsil sahələrində yüksək nailiyyətlər əldə etmiş, bu sahələrin inkişafına xüsusi töhfə vermiş, sosial-mədəni inkişafda fəal iştirak etmiş müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşları, veteranları, məzunları, həmçinin elm, təhsil və beynəlxalq əməkdaşlıq sahəsində dövlət siyasətinin həyata keçirilməsində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) tərəqqisində xüsusi xidmətləri olan Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif edilir.
Təltif edilən şəxslər "Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)" Azərbaycan Respublikasının yubiley medalı ilə elm və təhsil sahələrində yüksək nailiyyətlər əldə etmiş, bu sahələrin inkişafına xüsusi töhfə vermiş, sosial-mədəni inkişafda fəal iştirak etmiş müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşları, veteranları, məzunları, həmçinin elm, təhsil və beynəlxalq əməkdaşlıq sahəsində dövlət siyasətinin həyata keçirilməsində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) tərəqqisində xüsusi xidmətləri olan Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif edilirlər.
Təltif edən orqan "Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)" Azərbaycan Respublikasının yubiley medalı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq, Azərbaycan Respublikasının 2019-cu il 22 oktyabr tarixli 1687-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən, Azərbaycan Respublikasının Təhsil Naziri tərəfindən təltif edilir.
Taxılma qaydası "Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)" Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır.
Medalın təsviri Medalın ümumi təsviri "Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)" Azərbaycan Respublikasının yubiley medalı (bundan sonra — medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 36 mm olan dairəvi lövhədən ibarətdir.
Medalın ön tərəfi Medalın ön tərəfi iki çevrə ilə konturlanmışdır.
Xarici və daxili çevrələrin arasında yuxarı qövs boyunca "BAKI DÖVLƏT UNİVERSİTETİ" sözləri, aşağı qövs boyunca "1919–2019" sözləri yazılmışdır.
Yazıların arasında, sol və sağ tərəflərdə səkkizguşəli ulduz vardır.
1919–2019" sözlərindən sol və sağ tərəflərə doğru qövs boyu sünbüllərdən ibarət çələng yerləşir.
Medalın daxili çevrəsinin mərkəzində təhsili simvolizə edən relyefli kitab emblemindən və elmi simvolizə edən relyefli atom təsvirindən ibarət kompozisiya vardır.
Həmin kompozisiyanın yuxarı hissəsinə loqotip şəklində relyefli "BDU" sözü, aşağı hissəsinə "100" rəqəmləri həkk edilmişdir.
Səkkizguşəli ulduz, çevrənin konturları, atom təsviri və kitab emblemi, sözlər və rəqəmlər, "BDU" loqotipi və sünbül çələngləri relyefli olaraq qızılı rəngdədir.
İki çevrə arası tünd göy rəngdə, ikinci çevrə daxilində arxa fon qızılı rəngdədir.
Medalın arxa tərəfi Medalın arxa tərəfinin yuxarı hissəsində "BDU-100" sözləri, mərkəzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əsas binasının eskizi relyefli həkk olunub.
Medalın arxa tərəfində medalın seriyası və nömrəsi həkk edilib.
Medalın elementləri Medal paltara bərkidilmək üçün elementi olan, 50 mm x 40 mm ölçüdə beşbucaqlı xara lentə iki halqa və ilgək vasitəsilə birləşdirilib.
Xara lentin üzərində hər iki kənarından mərkəzə doğru ardıcıl olaraq 1,68 mm enində tünd göy, 1,83 mm enində ağ, 15 mm enində tünd göy, 1,83 mm enində ağ, 5,27 mm enində qızılı və mərkəzdə eni 4,55 mm olan göy rəngli şaquli zolaqlar vardır.
Xara lentin yuxarı hissəsinə mərkəzində relyefli kitab emblemindən və atom təsvirindən ibarət kompozisiya, sol və sağ tərəflərə doğru sünbüllərdən ibarət çələng təsvir edilmiş, qızıl suyuna çəkilmiş 37 mm x 5,5 mm ölçüdə bürünc lövhə bərkidilib.
Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə edilib.
Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)" Azərbaycan Respublikasının yubiley medalı haqqında ƏSASNAMƏ

Bakılı" press-avtomatı — qısametrajlı sənədli film.
Rejissor Seyfulla Bədəlov tərəfindən 1967-ci ildə çəkilmişdir.
Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir.
Filmdə yeni texnikanın-"Bakılı" press-avtomatının istehsalatda tətbiqindən, bunun xalq təsərrüfatının inkişafında əhəmiyyətli rolundan danışılır.

Filmin üzərində işləyənlər Ssenari müəllifi: C. Məmmədov Rejissor: Seyfulla Bədəlov Operator: Seyfulla Bədəlov Həmçinin bax Azərbaycan filmlərinin siyahısı1967-ci ilin Azərbaycan filmləri1960-cı illər Azərbaycan filmlərinin siyahısı
Balta Mika Braile" (Parcul Natural Balta Mică a Brăilei) — Rumıniyanın cənub-şərqində milli park.
Milli park Breila judetsi ərazisində yerləşir.
Əsasən su-bataqlıq əraziləri əhatə edir.
Sahəsi 17 529 hektar olan bu qoruq Dunay çayının iki kiçik qolu arasındadır.
Dunayın mənsəbindən 62 km qərbdədir.
Jurjen və Vadu-Ouy kənləri yaxınlığındadır.
Balta" adlı bu ərazidə 7 ada, 52 kiçik göl var.
Milli park Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyinin V kateqoriyasına daxildir.
Ümumi məlumat Ərazidə yerləşən əsas coğrafi obyeklər Braile düzənliyi, Böyük Braile adası və Kiçik Braile adasıdır.
12 mart 2000-ci ildə ərazi milli park elan edilmişdir.
Əsasən su-bataqlıq landşafı, eləcə də su quşlarının qorunması üçün yaradılıb.
Kommunist rejimi olan zaman bu ərazi kənd təsərrüfatı məqsədilə istifadə olunurdu.
Ancaq bölgənin torpaqları heç də kənd təsərrüfatı üçün əlverişli deyildi.
Uzun müddət ərzində bu ərazilər polder halına gətirilmişdir.
Ümumi ərazinin 94,6% və ya 681,3 km² qurudulmuş və əkin üçün istifadə edilmişdir.
Bu prosesdə əsasən mühəndisləri əsas rol oynamış və hidroloqların, limnoloqların və ixtioloqların rəyi nəzərə alınmamışdır.
Uzun sürən təsərrüfat işləri nəticəsində yerli qovaq və söyüd ağaclarını daha tez bitən avro-amerika növləri əvəz etmişdir.
Bu ağaclardan əsasən sellüloza istehsalı üçün istifadə olunurdu.
Sonrakı illərdə müəyyən olunmuşdur ki, bu ağaclar çay sahillərini yaxşı qoruya bilmir və ərazilər su altında qalırdılar.
Bioloqların rəyi əsasında kanada növü olan bu ağacları tədricən yerli qovaq və söyüd ağacları ilə əvəz etdilər.
2015-ci ildə parkın 6000 hektarlıq ərazisi meşə örtüyü ilə örtülmüş idi.
Berlinin alınmasına görə" medalı — İkinci dünya müharibəsində qələbə mükafatı.. Medal İkinci dünya müharibəsi zamanı Berlinin ələ keçirilməsi şərəfinə 9 iyun 1945-ci il tarixində SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə yaradılıb.
Dəyirmi, 32 mm diametrli, tunc medal.
Arxasında döşə asılması üçün xüsusi sancaq yerləşdirilmişdir.
Medalın üzərində "Berlinin alınmasına görə" sözləri, ən yuxarı hissəsində isə sovet ordusunun rəmzi olan 5 guşəli ulduz həkk edilmişdir.
Beynəmiləlçi-döyüşçüyə" döş nişanı — müxtəlif ölkələrdə sülh məqsədilə döyüşən keşmiş SSRİ döyüşçülərinə verilib.

Beynəmiləlçi-döyüşçüyə Əfqan xalqı adından minnətdarlıq" medalı — Əfqanıstan Demokratik Respublikası tərəfindən burada döyüşən beynəlmiləlçi şəxslərə verilir.

Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərmişdir.
Sənədli filmlər və cizgi filmləri istehsal etmişdir.
Rəhbəri Firəngiz Qurbanovadır.
Filmoqrafiya Ad günü (film, 1992) (cizgi filmi) ("Birlik" studiyası) İfritə Meymunə (film, 1992) ("Birlik" studiyası) Keşikçi (film, 1990) ("Birlik" studiyası) Kürən (film, 1989) ("Birlik" studiyası) Naməlum torpaq (film, 1992) ("Birlik" studiyası) Şahzadə qız (film, 1991) ("Birlik" studiyası) Yaramaz kral (film, 1990) ("Birlik" studiyası) Zəka yatarsa... (film, 1996) ("Birlik" studiyası)
Bolqarıstan" kolxozu — qısametrajlı sənədli film.
1959-cu ildə Bakı Kinostudiyasında istehsal edilmişdir.
Film Azərbaycanın qabaqcıl təsərrüfatlarından biri-Bərdə rayonundakı "Bolqarıstan" kolxozuna, onun əmək adamlarına, belə bir nümunəvi təsərrüfata başçılıq edən kolxoz sədrinə həsr olunmuşdur.

Həmçinin bax Azərbaycan filmlərinin siyahısı1959-cu ilin Azərbaycan filmləri1950-ci illər Azərbaycan filmlərinin siyahısı