Search is not available for this dataset
text
stringlengths 10
518k
|
---|
1989-cu ilin əvvəllərində Mədəniyyət Nazirliyinin tərkibində "Azərkinovideo" İB yaradıldı. |
ASSR Nazirlər Sovetinin 20.05.1989 tarixli əmrinə və Azərbaycan Mədəniyyət Nazirliyinin 31.05.1989 tarixli qərarına əsasən kinostudya Azərkinovideo İB-nin tərkibinə daxil edildi. |
1991-ci ildə Azərkinovideo İB Mədəniyyət Nazirliyinin tərkibindən çıxarıldı və müstəqil fəaliyyət göstərdi. |
2001-ci ilin aprelində prezidentin sərəncamı ilə Azərkinovideo İB ləğv olundu və bunun əvəzinə Mədəniyyət Nazirliyində Kino İşləri Baş İdarəsi təşkil olundu. |
01.09.2003-dən etibarən baş idarənin adı dəyişdirilərək Kino işləri şöbəsi adlandırıldı. |
Hal-hazırda Hazırda Azərbaycanda kino qurumu Azərbaycan Mədəniyyət Nazirliyinin tərkibində fəaliyyət göstərir. |
Kinostudiyanın hazırkı direktoru Nazim Hüseynovdur. |
Azərbaycanfilm"də bədii filmlərin ssenarisini təsdiq edən Bədii Şura (BŞ) fəaliyyət göstərir. |
Heyət hər il yenidən seçilərək təsdiqlənir. |
Təqdim olunan ssenari BŞ heyəti tərəfindən qəbul olunduqdan sonra Mədəniyyət Nazirliyinə təqdim olunur. |
Son sözü Mədəniyyət Nazirliyi deyir. |
Digər adları Kinostudiyanın adı müxtəlif illərdə bir neçə dəfə dəyişdirilmişdir. |
Azərbaycan XMK-nın İncəsənət Şöbəsi (1920–1923) Azərbaycan Foto-Kino İdarəsi (1923–1925) Azərdövlətkino (1925) Azdövlətkino (1926–1930) Azərkino (1930–1931) Azərfilm (1932–1941) Azdövlətkinosənaye (1934–1935) Azərbaycan kinostudiyası (1936) Bakı kinostudiyası (1939–1959) "Azərbaycanfilm" kinostudiyası (1959-cu ildən) Filmoqrafiya Azərbaycan XMK-nın İncəsənət Şöbəsi (1920–1923) XI qırmızı ordu hissələrinin Bakıda paradı (film, 1920) (qısametrajlı sənədli film) XI qırmızı ordu hissələrinin Bakıya gəlişi (film, 1920) (qısametrajlı sənədli film) XI qırmızı ordu komandirləri dağlıların qonağıdır (film, 1920) (qısametrajlı sənədli film) 26 Bakı komissarı cənazələrinin dəfni (film, 1920) (qısametrajlı sənədli film) Bakıda şərq xalqlarının I qurultayı (film, 1920) Pyotr Meydanında iməcilik (film, 1920) Azərbaycanın şuralaşmasının birinci ildönümü (film, 1921) Azərbaycan Foto-Kino İdarəsi (1923–1925) IX beynəlxalq gənclər gününün bayram edilməsi (film, 1923) (qısametrajlı sənədli film) Atəşpərəstlər məbədi (film, 1925) Azərbaycan Mədən Fəhlələri Həmkarlar İttifaqının IX qurultayı (film, 1925) Azərbaycan Sovet Şura Cümhuriyyətinin üçüncü ildönümü (film, 1923) Azərbaycana səyahət (film, 1924) Azərbaycanda çəyirtkə ilə mübarizə (film, 1923) Azərbaycanda ipəkçilik sənayesi (film, 1923) Azərbaycanda suvarmanın və pambıqçılığın bərpa edilməsi (film, 1923) Bakı SSRİ-nin incisidir (film, 1925) Bakıda tramvay yolunun salınması və yolun açılışı (film, 1924) Bayquş (film, 1924) Bibiheybətdə qaz fontanı yanğını (film, 1925) Culfa-Bakı yolu (film, 1924) Dağıstanda "Oktyabr İnqilabı" kanalı (film, 1923) Dördüncü Bakı yarmarkası (film, 1925) Əvəz-əvəzə (film, 1925) Fəhlə məişəti (film, 1924) Frunzenin iştirakilə Qızıl Ordunun manevri (film, 1925) Funtikovun mühakiməsi (film, 1925) Hərbi dənizçilərin həyatı (film, 1923) Xalq Torpaq Komissarlığı (film, 1924) Xəzər gəmiçiliyi (film, 1924) İngiltərə Parlamenti nümayəndə heyəti Bakıda (film, 1925) Qız qalası əfsanəsi (film, 1923) (tammetrajlı bədii film) M. İ. Kalininin Bakıya səfəri (film, 1923) Mədənçi-neftçi istirahətdə və müalicədə (film, 1924) Nəriman Nərimanovun dəfni (film, 1925) Rəhbərlərin Bakıya səfəri (film, 1925) Sergey Yeseninin Bakıya səfəri (film, 1925) Suraxanı neft mədənlərində yanğın (film, 1923) Suraxanıda qaz fontanı (film, 1925) Şaxsey-vaxsey (film, 1925) Trotskinin Bakıya səfəri (film, 1924) Azərdövlətkino (1925) Azərbaycan balığı (film, 1925) Azdövlətkino (1926–1930) 1-ci Türkoloji Qurultay (film, 1926) Azərbaycan Sovetlərinin V qurultayı (film, 1927) Azərbaycanda kənd təsərrüfatı (film, 1926) Azərbaycanda kinopavilyonun açılışı (film, 1928) B. |
S. Troyanovskinin qastrolları (film, 1927) Bakı Soveti (film, 1928) Balıqçılar (film, 1927) Balıqçılıq sənayesi (film, 1928) Bizim əsas yolumuz (film, 1928) Əleyhqazla müdafiə (film, 1928) Hacı Qara (film, 1929) Həyat uğrunda mübarizə (film, 1926) Xiffət (film, 1929) İpəkçilik (film, 1928) Kommunist əməyi qalib gəlir (film, 1929) Küləklər şəhəri (film, 1928) Qırmızı Ordunun onilliyi (film, 1928) Qızıl kol (film, 1930) Maksim Qorki Bakıda (film, 1928) Müxtəlif sahillərdə (film, 1926) Mürsəlli daşqını (film, 1929) Neft fontanı (film, 1929) Oktyabrın on illiyi (film, 1927) Pambıqçılıq (film, 1928) Üç dəniz ölkəsinin spartakiadası (film, 1928) Üzümçülük və şərabçılıq (film, 1928) Vulkan üzərində ev (film, 1929) Yaz səpini (film, 1929) Azərkino (1930–1931) XI çağırış Bakı sovetinin I plenumu (film, 1931) (qısametrajlı sənədli film) Azərbaycan (film, 1931) "Azneft"in onilliyi (film, 1930) Bizim əkinimiz (film, 1931) Dənizdə neft yanğını (film, 1931) Gözlərinizi qoruyun (film, 1931) Həmkarlar İttifaqının 10 illiyi (film, 1930) Xalq komissarı Qəzənfər Musabəyovun nitqi (film, 1931) İkinci bolşevik baharı (film, 1931) İliç Buxtasında qaz fontanı yanğını və Qara Şəhərdə neft çənlərində yanğın (film, 1930) İlk komsomol buruğu (film, 1930) Qaz (film, 1931) Qurban Bayramı (film, 1931) Lətif (film, 1930) Milisin onilliyi (film, 1930) Neft beşilliyinin bolşevikləri (film, 1931) Nikita İvanoviç və sosializm (film, 1931) Pambıq koluna qulluq edilməsi (film, 1931) Raport veririk (film, 1930) S. Orconikidze adına Azərbaycan Diviziyasının onilliyi (film, 1930) Şərqə doğru (film, 1930) Taxıldöymə (film, 1931) Tütünçülük (film, 1930) Uşaq baxımsızlığı ilə mübarizə (film, 1931) Üzgüçülük (film, 1931) Velosiped yürüşü (film, 1931) Azərfilm (1932–1941) Azdövlətkinosənaye (1934–1935) Azərbaycan incəsənəti (film, 1934) I Azərbaycan spartakiadası (film, 1934) (qısametrajlı sənədli film) Bakıda Oktyabrın 17-ci ildönümü (film, 1934) Bismillah (film, 1925) Dostlar (film, 1934) Gilan qızı (film, 1928) İki yoldaş (film, 1934) İnqilab tribunu (film, 1934) İsmət (film, 1934) Quş qoruğu (film, 1934) Malyariya (film, 1934) Proletar Bakısının sovetlərini möhkəmləndirək (film, 1934) Sevil (film, 1929) Azərbaycan kinostudiyası (1936) Almaz (film, 1936) Bakı kinostudiyası (1939–1959) "Azərbaycanfilm" kinostudiyası (1959-cu ildən) Studiyaları "Azanfilm" Studiyası "Birlik" Studiyası "Debüt" studiyası "Mozalan" Studiyası "Rakurs" Studiyası "Salnamə" Studiyası "Yaddaş" Studiyası Direktorları Müxtəlif illərdə "Azərbaycanfilm"ə rəhbərlik etmiş şəxslər Hənifə Terequlov — (dir. |
1923) Şamil Mahmudbəyov — (1924–1928) Şəmsəddin Abbasov — (1939–1941) Rəsul Rza — (1942–1944) Mehdi Hüseyn — (1944) Sabit Rəhman — (1945–1946) Zəki Səfərov — (1953–1959) Məhərrəm Haşımov — (1960–1965) Adil İsgəndərov — (1966–1974) Cəmil Əlibəyov — (1974–1984) Eyvaz Borçalı — (1984–1986) Ramiz Fətəliyev — (1986–1995) Ziyafət Abbasov — (dir. |
1995–2001) Xamis Muradov — (2 yanvar 2002–2011) Müşfiq Hətəmov — (2011–2019) Cəmil Quliyev — (2019–2020) Nazim Hüseynov — (2020) Fariz Əhmədov — (2020–2022) Nazim Hüseynov — (2022-ci ildən) Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. |
C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. |
Bizim "Azərbaycanfilm". |
Bakı: Mütərcim, 2004. |
Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. |
Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. |
Xarici keçidlər Azərbaycan Filmləri |
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyi" Azərbaycan Respublikasının yubiley medalı — Azərbaycan Respublikasının dövlət mükafatı. |
Azərbaycan Respublikasının 2012-ci il 1 oktyabr tarixli Qanunu ilə təsdiq edilmişdir.1. |
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyi" Azərbaycan Respublikasının yubiley medalı (bundan sonra ─ medal) ensiz lövhə ilə birgə bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 35 mm olan dairəvi lövhədən ibarətdir. |
Medalın ön tərəfinin üzərində iri səkkizguşəli ulduzun içərisində olan Azərbaycan Respublikasının xəritəsinin fonunda "20 il" sözləri həkk olunmuşdur. |
Ulduzun guşələri arasında olan hissədə səkkiz ədəd xırda fiqurlar əks olunmuşdur. |
Medalda çevrə boyunca "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin Bərpasının 20 illiyi" sözləri yazılmışdır. |
Medalın arxa tərəfi hamar səthlidir, orta hissəsində qızılı rəngli "AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT MÜSTƏQİLLİYİNİN BƏRPASININ 20 İLLİYİ" sözləri, aşağı hissədə "1991 ─ 2011" rəqəmləri, yuxarı hissədə medalın seriyası və nömrəsi həkk olunmuşdur. |
Bütün yazılar və təsvirlər qabarıqdır. |
Medal paltarın yaxasına bərkidilmək üçün elementi olan, 37 mm x 50 mm ölçüdə düzbucaqlı xara lentə halqa və ilgək vasitəsilə birləşdirilir. |
Xara lentin üzərində ardıcıl sıralanan, Azərbaycan Respublikasının Dövlət bayrağının rənglərini əks etdirən mavi, qırmızı və yaşıl rəngli bərabər ölçüdə üfüqi zolaqlar, kənarlarında isə 1 mm enində qızılı rəngli şaquli zolaqlar təsvir olunmuşdur. |
Lentin üst hissəsinə eni 4 mm olan qızılı təbəqə bərkidilir. |
Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37mm x 10mm ölçüdə qəlib əlavə edilir. |
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti — Azərbaycan Respublikasında su təchizatı sahəsində dövlət siyasətini və strategiyasını həyata keçirən, mərkəzləşdirilmiş qaydada istehlakçıları içməli su ilə təchiz edən və onlara kanalizasiya xidmətləri göstərən dövlət şirkətidir. |
Cəmiyyətin bütün səhmləri dövlətə məxsusdur. |
5 noyabr 2020-ci ildən 30 mart 2023-cü ilə qədər Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsində olub. |
ASC 30 mart 2023-cü ildə əmlakları ilə birlikdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında yaradılan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyinə verilib. |
Bakı şəhəri icməli su ilə XX əsrin müxtəlif dövrlərində tikilmiş kəmərlər vasitəsilə 4 mənbədən təchiz olunur – Şollar və Xaçmaz yeraltı suları, Ceyranbatan su ambarı və Kür çayı, lakin 80 illərin sonu – 90-cı illərin əvvəllərində baxımsızlıq nəticəsində su təchizatı sistemində ciddi çətinliklər yaranmışdır. |
1993-cü ildə ölkədə sabitlik bərqərar olunduqdan sonra qarşıda duran əsas vəzifə iqtisadiyyatın bir çox sahələrində olduğu kimi, su təchizatı sistemindəki çətinlikləri də aradan qaldırılmaqdan ibarət idi. İlk növbədə Bakı, Sumqayıt şəhərlərinin və Abşeron yarımadasının yaşayış məntəqələrinin içməli su ilə təchizatının yaxşılaşdırılmasına imkan verə biləcək bir qurumun yaradılmasına başlandı. |
Bununla əlaqədar olaraq, iki sabiq dövlət qurumu olan "Kommunsənayesutəchizatı" İstehsalat Birliyi və "AzSuGEO" Elmi-Tədqiqat İnstitutunun əsas və dövriyyə vəsaitlərinin zəminində Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə 1995-ci ildə Abşeron Regional Səhmdar Su cəmiyyəti yaradılmışdır. |
Həmin dövrdə MDB ölkələri arasında ilk dəfə olaraq "Böyük Bakının su təchizatı sisteminin yenidənqurulması layihəsi" üçün beynəlxalq maliyyə institutlarından su sektoruna güzəştli şərtlərlə kredit ayrılmasına nail olundu və bu layihə uğurla həyata keçirildi. |
İqtisadiyyatın digər sahələrində olduğu kimi, su təchizatı sisteminin yaxşılaşdırılması istiqamətində aparılan islahatlar bu gün də uğurla davam etdirilir və daha da genişləndirilir. |
Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında su təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" 11 iyun 2004-cü il tarixli Sərəncamı dövlət başçısının bu sahəyə olan böyük qayğı və diqqətinin təzahürü olaraq islahatların aparılması və idarəetmə strukturunun təkmilləşdirlməsi istiqamətində həyata keçirilən işlərin daha da sürətləndirilməsinə geniş şərait yaratdı. |
Həmin Sərəncama müvafiq olaraq aparılan islahatlar və təkmilləşdirmələr çərçivəsində Abşeron Regional Səhmdar Su cəmiyyəti "Azərsu" Səhmdar Cəmiyyətinə çevrilmiş, Bakı şəhər İcra Hakimiyyətinin "Bakıkanalizasiya" İstehsalat Birliyinin və Dövlət Tikinti və Arxitektura Komitəsinin ləğv edilmiş "Azərsukanaltəmir" və "Azərkəndsutəchizat" İstehsalat Birliklərinin respublikanın şəhər və rayonlarındakı müəssisə və təşkilatları onun tabeliyinə verilmişdir. |
Cəmiyyətin bütün səhmləri dövlətə məxsusdur. |
Regionlarda su təchizatı və kanalizasiya xidməti sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə aparılan struktur islahatları nəticəsində "Birləşmiş Sukanal" Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılmış, Sumqayıt, Gəncə, Şəki, Göyçay və Ağdaş şəhər və rayon su-kanalizasiya müəssisələri Törəmə Səhmdar Cəmiyyətlərinə çevrilmişdir. |
Respublikanın eyni rayon və ya şəhərlərində paralel fəaliyyət göstərən su təchizatı və kanalizasiya xidməti müəssisələri birləşdirilərək mobil təşkilatlara çevrilmiş, digər struktur təkmilləşdirmələri aparılmışdır. |
Su təchizatında sabitliyin təmin olunması, yaşayış məntəqələrində suya olan tələbatın ödənilməsi, istehlakçılara verilən suyun keyfiyyətinin yaxşılaşdırılması və su xidmətinin səviyyəsinin yüksəldilməsi məqsədilə işlənilmiş və ölkə başçısının müvafiq sərəncamları ilə təsdiq edilmiş "Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı (2004–2008-ci illər)", "Regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər planı", "Bakı şəhərinin qəsəbələrinin 2006–2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər planı"na və s. müvafiq olaraq mühüm tədbirlər yerinə yetirilmiş, hər bir iqtisadi rayon üzrə konkret iş proqramı müəyyən edilmişdir. |
Azərsu ASC ölkə üzrə 1171065 abunəçini içməli su ilə təmin edir. |
Bunlardan 1132575-i əhali, 38490-i isə qeyri-əhali istehlakçılarıdır. |
Cəmiyyətin balansında 17265 km uzunluğunda su, 3050 km uzunluğunda kanalizasiya və yağış suları xətləri vardır. |
Azərsu ASC Bakı şəhəri və Abşeron yarımadasını 5 mənbədən götürülən su ilə təchiz edir. |
Bunların 2-si Xaçmaz rayonunun, 1-i isə Oğuz rayonunun yeraltı su mənbələridir. |
Bunlardan başqa Samur çayından qidalanan Ceyranbatan su anbarının ehtiyatlarından və Kür çayının sularından da istifadə olunur. |
İçməli suyu Bakıya nəql etmək üçün Xaçmazdan 2 ədəd — Şollar və 2-ci Bakı su kəmərləri, Kür və Ceyranbatan təmizləyici qurğularından magistral kəmərlər və Oğuz-Qəbələ-Bakı su kəməri çəkilmişdir. |
Hazırda respublikanın şəhər və rayonlarının su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurulması layihələri icra olunur. |
İşlər dövlət vəsaitləri və beynəlxalq maliyyə qurumlarından cəlb olunan kreditlər hesabına maliyyələşdirilir. |
Azərsu ASC-nin sədri Qorxmaz Hüseynov 4 may 2021-ci ildə vəzifəsindən azad edilib. |
Sədrin birinci müavini Teyyub Cabbarov, İstismar üzrə müavin Köçərli Həsənov, İqtisadi məsələlər üzrə müavin Mahir Məmmədov, Tikinti üzrə müavin Seymur Seyidov və Ümumi işlər üzrə müavin İlqar Tağıyevdir. |
Hazırda sədrin səlahiyyətlərini Köçərli Həsənov icra edir. |
Azərsu Açıq Səhmdar Cəmiyyətinin aparatı Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti Azərsu Açıq Səhmdar Cəmiyyətinin tabeliyində olan hüquqi şəxs olmayan təşkilatlar: "Bakı Sukanal" İdarəsi "Sumqayıt Sukanal" İdarəsi "Abşeron Sukanal" İdarəsi "Oğuz-Qəbələ-Bakı Su Kəməri" İdarəsi "Kür Su Kəmərləri" İdarəsi "Ceyranbatan Su Kəmərləri" İdarəsi "Xaçmaz Su Kəmərləri" İdarəsi "H. Z. Tağıyev adına Su Kəmərləri" İdarəsi "Sanqaçal Su Kəmərləri" İdarəsi Nəqliyyat və Xüsusi Texnika İdarəsi Mərkəzi Laboratoriya Azərsu Açıq Səhmdar Cəmiyyətinin tabeliyində olan hüquqi şəxslər (müəssisələr): "Sutikinti" Müəssisəsi İstehsalat-Texniki Komplektləşdirmə İdarəsi "Birləşmiş Sukanal" Məhdud Məsuliyyətli Cəmiyyət "Gəncə Sukanal" Törəmə Səhmdar Cəmiyyəti "Şəki Sukanal" Törəmə Səhmdar Cəmiyyəti "Göyçay Sukanal" Törəmə Səhmdar Cəmiyyəti "Ağdaş Sukanal" Törəmə Səhmdar Cəmiyyəti "Sukanal" Elmi-Tədqiqat və Layihə İnstitutu Həmçinin bax Meliorasiya və Su Təsərrüfatı ASC Xarici keçidlər Azərsu ASC-nin rəsmi saytı |
Açıq qapı" doktrinası (ing. |
Open Door Policy) — 1899-cu ildə ABŞ böyük dövlətlərdən tələb etdi ki, Çindəki nüfuz dairələrində Amerika mallarının gətirilməsi və satışına şərait yaratsınlar. |
Özünün iqtisadi üstünlüyünə arxalanan ABŞ bu yolla rəqiblərini Çindən sıxışdırıb çıxarmaq istəyirdi. |
XIX əsrin sonu — XX əsrin əvvəllərindən ABŞ-nin Uzaq Şərq siyasətində Çin mərkəzi obyekt oldu. |
Amerika diplomatiyası Çinə gələcəkdə kapital qoymaqda mühüm bazar kimi baxırdı. |
Lakin Çin artıq digər böyük dövlətlər tərəfindən bölüşdürülüb qurtardığından belə vəziyyət ABŞ-ni təmin edə bilməzdi. |
Amerika diplomatiyası Çini bölüşdürən dövlətlərlə diplomatik mübarizəyə başladı. |
1899-cu ildə ABŞ dövlət katibi Aleksandr Heyq Çin barəsində öz dövlətinin siyasətini açıqladı. |
Bu siyasət "açıq qapılar" doktrinası adını aldı. |
Doktrinaya görə Çində bütün millətlərin kapitalının fəaliyyəti üçün bərabər imkanlar və bərabər şərtlər yaradılmalı və Çində azad iqtisadi fəaliyyət prinsipi gözlənilməli idi. Amerika diplomatiyasının bu addımının ciddi siyasi və iqtisadi səbəbləri var idi. ABŞ özünün iqtisadi qüdrətinə arxalanaraq kapitalının köməyi ilə bütün rəqiblərini Çindən vurub çıxarmağa ümid edirdi. |
Açıq qapı" doktrinası (ing. |
Open Door Policy) — 1899-cu ildə ABŞ böyük dövlətlərdən tələb etdi ki, Çindəki nüfuz dairələrində Amerika mallarının gətirilməsi və satışına şərait yaratsınlar. |
Özünün iqtisadi üstünlüyünə arxalanan ABŞ bu yolla rəqiblərini Çindən sıxışdırıb çıxarmaq istəyirdi. |
XIX əsrin sonu — XX əsrin əvvəllərindən ABŞ-nin Uzaq Şərq siyasətində Çin mərkəzi obyekt oldu. |
Amerika diplomatiyası Çinə gələcəkdə kapital qoymaqda mühüm bazar kimi baxırdı. |
Lakin Çin artıq digər böyük dövlətlər tərəfindən bölüşdürülüb qurtardığından belə vəziyyət ABŞ-ni təmin edə bilməzdi. |
Amerika diplomatiyası Çini bölüşdürən dövlətlərlə diplomatik mübarizəyə başladı. |
1899-cu ildə ABŞ dövlət katibi Aleksandr Heyq Çin barəsində öz dövlətinin siyasətini açıqladı. |
Bu siyasət "açıq qapılar" doktrinası adını aldı. |
Doktrinaya görə Çində bütün millətlərin kapitalının fəaliyyəti üçün bərabər imkanlar və bərabər şərtlər yaradılmalı və Çində azad iqtisadi fəaliyyət prinsipi gözlənilməli idi. Amerika diplomatiyasının bu addımının ciddi siyasi və iqtisadi səbəbləri var idi. ABŞ özünün iqtisadi qüdrətinə arxalanaraq kapitalının köməyi ilə bütün rəqiblərini Çindən vurub çıxarmağa ümid edirdi. |
Ağ-qara" gecələr — tammetrajlı bədii film. |
Rejissor Ayaz Salayev tərəfindən 2013-cü ildə ekranlaşdırılmışdır. |
Film Mədəniyyət və Turizm Nazirliyinin sifarişilə "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. |
Filmin əsas obrazı bədbəxt qadındır. |
O, öz aşnasını ərini öldürməyə sövq edir. |
Gözlənilməz ölüm bu planı alt-üst edir. |
Filmdə əsas rolları Solmaz Süleymanlı, Fəxrəddin Manafov, Levan Xurtsia, Rasim Balayev, Həmidə Ömərova, Gülzar Qurbanova, Nərmin Salayeva, Vidadi Həsənov, Nodar Şaşıqoğlu və Aqil M. Quliyev ifa edirlər. |
Xəyanət və nifrətin yer aldığı qeyri-real və fantasmaqorik klassik məhəbbət hekayətidir. |
Qadının ərinə qarşı amansız nifrət hissi əriylə birgə qurduqları telekanalın verilişlərində qəflətən vizual görüntülərlə üzə çıxmağa başlayır.Filmin əsas obrazı bədbəxt qadındır. |
O, öz aşnasını ərini öldürməyə sövq edir. |
Gözlənilməz ölüm bu planı alt-üst edir. |
Film 2013-cü ildə 14-cü Beynəlxalq Tbilisi kino festivalında nümayiş etdirilmişdir. |
Filmin üzərində işləyənlər Ssenari müəllifi: Ayaz Salayev</ref>, Nadya Mağuli Rejissor: Ayaz Salayev Operator: Bayram Fəzli Prodüser: Müşfiq Hətəmov Rəssam: İbrahimxəlil Aminov, Əziz Məmmədov Bəstəkar: İlyas Mirzəyev Solmaz SüleymanlıFəxrəddin Manafov Levan XurtsiaRasim BalayevHəmidə ÖmərovaGülzar QurbanovaMehriban ZəkiFərqanə Quliyeva Nərmin SalayevaVidadi HəsənovNodar ŞaşıqoğluAqil M. QuliyevYuri Baliyev Həmçinin bax Azərbaycan filmlərinin siyahısı2013-cü ilin Azərbaycan filmləri2010-cu illər Azərbaycan filmlərinin siyahısı |
Ağ pambığı becərəndə, yığanda…" — qısametrajlı sənədli film. |
Rejissorlar Aydın Dadaşov və Valeri Kərimov tərəfindən 1989-cu ildə çəkilmişdir. |
Film "Yaddaş" Sənədli Filmlər Studiyasında istehsal edilmişdir. |
Film "ağ qızıl"ın-Azərbaycan pambığının xalqımızın bəlasına çevrilməsindən bəhs edir. |
Film "ağ qızıl"ın-Azərbaycan pambığının xalqımızın bəlasına çevrilməsindən bəhs edir. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.