Unnamed: 0
int64
0
6.93k
url
stringlengths
41
313
title
stringlengths
3
153
author
stringclasses
256 values
category
stringclasses
371 values
date
stringlengths
17
23
content
stringlengths
3
89.6k
tags
stringlengths
6
314
6,800
https://kayzen.az/blog/B%C4%B0M/867/d%C3%BCnya-t%C9%99s%C9%99rr%C3%BCfat%C4%B1nda-inki%C5%9Faf-etm%C9%99kd%C9%99-olan-%C3%B6lk%C9%99l%C9%99r-ieo%C3%B6,-yeni-s%C9%99naye-%C3%B6lk%C9%99l%C9%99ri-ys%C3%B6.html
Dünya təsərrüfatında inkişaf etməkdə olan ölkələr (İEOÖ), Yeni sənaye ölkələri (YSÖ)
bankir
beynəlxalq iqtisadi münasibətlər
10 aprel 2010, 22:33
İnkişaf etməkdə olan ölkələrin iqtisadi potensialı. Yeni sənaye ölkələrinin (YSÖ) rolu və mövqeyi. “İEOÖ” anlayışı yetərincə şərtidir və yer kürəsinin 80%-dən çox əhalisini, bütün dünya ölkələrinin 4/5-nü birləşdirir.İEOÖ-lər üçün əlamətlər bunlardır: Bütün bu ölkələr dünənə qədər müstəmləkə və qərbdən asılı idilər; Bu ölkələrin iqtisadi sistemi son dərəcə qeyri-sabitdir; Onlar inkişaf etmiş ölkələrin iqtisadiyyatından əhəmiyyətli şəkildə asılıdırlar. Konkret olaraq təhlil etmək üçün İEOÖ-i aşağıdakı qruplara bölmək olar: Aktiv ödəmə balansına (tədiyə) malik ölkələr (enerji resurslarının eksportçuları): Bruney, İraq, İran, Qatar, Küveyt, Liviya, BƏƏ, Səudiyyə Ərəbistanı. Xalis enerji resursları eksportçuları,lakin daima mənfi tədiyyə balansı ilə: Əlcəzair, Venesuela, Qabon, Misir, Kamerun, Konqo, Nigeriya, Peru və başqaları aiddir. Yeni sənaye ölkələri (YSÖ) Cənub-Şərqi Asiya ölkələri: Cənubi Koreya, Honkqonq, Sinqapur, Tayvan, Malaziya, Tailand, İndoneziya, həmçinin Argentina, Braziliya. Dördüncü dünya adlandırılan ölkələr: Bu iqtisadi cəhətdən ən geridə qalan, sosial vəziyyəti pis olan dövlətlərdir (60-a yaxın ölkədən ibarətdir). Onlara Afrika ölkələrinin əksəriyyəti, Asiyanın bəzi ölkələri (Banqladeş, Şri-Lanka, Nepal, Yəmən), Amerika qitəsi ölkələrindən Haiti, Honduras, Nikaraqua, Santo-Dominqo və başqaları aiddir. İnkişaf etməkdə olan ölkələrin sənayecə inkişaf etmiş ölkələrə uzun müddətli “bağlılığı”, onların dünya təsərrüfatı həyatında iştirakına son dərəcə ziddiyət təşkil edir.Bu ayrı-ayrı inkişaf etməkdə olan ölkələrin qeyri-bərabər iqtisadi inkişafı ilə əlaqədardır.Qeyd olunmuş qeyri-bərabərlik, onların beynəlxalq iqtisadi əlaqələrdə iştirakının xarakterinə görə müxtəlif qruplara ayırır.İnkişaf etməkdə olan ölkələr və inkişaf etmiş ölkələr arasındakı iqtisadi potensialda böyük fərqlər bu günün reallıqlarıdır.Lakin, inkişaf etməkdə olan ölkələrin rolunu artırmadan dünya təsərrüfatında kəskin problemlər və ziddiyətlər nəinki azalar,əksinə daha da artar.Digər tərəfdən,sənayecə inkişaf etmiş ölkələr mübahisə olunmaz istehsal,elmi-texniki təchizat səviyyəsi üzrə iqtisadi üstünlüyə malikdir.90-cı illərdə ümumdünya məhsulunun 17%-ə qədəri inkişaf etməkdə olan ölkələrin payına düşür.Bu ölkələrdə sənaye istehsalının ən sabit artım tempi müşahidə olunmuşdur (Çindən sonra). Ümumilikdə,onlar inkişaf etmiş ölkələrdən daha tez inkişaf etmişlər.Bütün inkişaf etməkdə olan ölkələrdə orta artım tempi 6%-ə kimi yüksəlmişdir.Dünya təsərrüfatının ən dinamik hissəsi Cənub-Şərqi Asiya rayonudur.Məhz bu rayonda Yaponiyanın “iqtisadi möcüzəsindən” sonra “Asiya pələnglərinin möcüzəsi” meydana çıxdı,onların arasında Cənubi Koreya, Tayvan, Sinqapur, Honkqonq aparıcı yerləri tuturlar.Bu möcüzənin əsasında ümummilli məhsulun yüksək sabit artımı (son 20 ildə,orta hesabla 8%)və dünya bazarında bu ölkələrin məhsullarının rəqabət qabiliyyətinin yüksəlməsi durur.Cənubi Koreyada 1985-1990 illərdə ümumdaxili məhsulun orta illik artım tempi 9.5% təşkil edib. Ümummilli məhsulun adambaşına düşən səviyyəsinə görə Cənubi Koreya, əgər 1970-ci ildə dünya iyearxiyasının altıncı onluğunda yer tuturdusa,1985-ci ildə artıq ikinci onluğa keçdi.Ölkənin iqtisadi inkişafının əsas,başlıca faktoru avtomobil sənayesinin sürətləndirilmiş inkişafı, yarımkeçiricilərin, məişət elektronikasının sürətləndirilmiş inkişafından ibarətdir.Sürətli iqtisadi inkişafın digər səbəbi Cənubi Koreyanın xarici iqtisadi əlaqələri ilə bağlıdır. Müasir dövrdə, Cənubi Koreya iqtisadiyyatının “simasını” müəyyən edən maddi istehsalın bütün sahələri dəqiq aydın eksportlu orentasiya xarakterinə malikdir.Büdcə daxilolmalarının əsas hissəsi xarici ticarətdən gələn gəlirlərin hesabına düşür. Cənubi Koreya məhsulları Avropanın, ABŞ-nın ən güclü və rəqabət qabiliyyətli firmaları ilə rəqabətə girərək ABŞ və Avropa bazarlarına nüfuz etmişlər. Daewoo, Elektroniks, Samsung, LG kimi firmalar dünyada məşhurdur.Tayvan iqtisadiyyatının uğurunu təmin edən yeganə vasitə - xarici iqtisadi əlaqələrdəki akseptliyidir (xüsusilə nəzərə çarpdırılmasıdır). Ölkə heç bir maddi resurslara malik deyil və hamısını import edir. Müasir dövrdə ölkənin ümummilli məhsulunun 5%-dən çoxu eksporta gedir. Tayvan iqtisadiyyatının ən əhəmiyyətli faktoru ölkə rəhbərliyinin səmərəli iqtisadi siyasəti hesab olunur.Malaziya iqtisadiyyatının əsas uğurlarını emal sənayesinin sahələri müəyyən edir (televizorların yığılması, video texnika, kompüter və s.). Ölkə üçün xarici iqtisadi əlaqələrin əhəmiyyəti yüksəkdir. Ümummilli məhsulun eksportda payı 1982-ci ildə 28%-dən 1997-ci ildə 44%-ə qalxmış, 2000-ci ildə isə 50%-ə yaxınlaşmışdır.YSÖ arasında-Sinqapur, bu kiçik ada ölkəsi xüsusi yer tutur.Sahəsi cəmi 640km2 ,əhalisi isə 3.1mln. nəfər olan bu Cənub-Şərqi Asiya ölkəsinin eksport kvotası əlahiddə yüsəkdir-ÜMM-da təxminən 56% təşkil edir. Ölkə iri maliyyə mərkəzidir. Dünyanın bütün Trans Milli Bankları öz filiallarını burada açmışlar. Sinqapurun güclü daxili kapital yığımını maliyyə vasitəçiliyindən, tranzitdən, turizmdən gələn yüksək gəlirlər təmin edir. Sinqapur Mərkəzi Bankı 65 mlrd.dollar qızıl valyuta ehtiyatlarına malikdir.YSÖ-nə həmçinin Filippin,Tailand və İndoneziyanın bir hissəsi,Braziliya və Argentina aid edilir. Bu ölkələrin iqtisadi uğurları müxtəlifdir. Lakin onları başlıca olaraq aşağıdakılar birləşdirir: onlar əhəmiyyətli iqtisadi inkişaf prosesinə qoşulmaqla əsrlər boyu olan sosial-iqtisadi gerilikdən yaxa qurtardıqlarını inkişaf etmiş ölkələrə göstərə bildilər. YSÖ-nin nəaliyyətləri- Qərbi Avropa və digər inkişaf etmiş ölkələrə, o cümlədən ABŞ-a meydan oxumaqdadır. Son illər ərzində Cənub-Şərqi Asiya ölkələrinin dünya üzrə ÜMM-da xüsusi çəkisi 1.3%-dən 4.5%-əqədər artmışdır. Bu faktın özü isə dünya təsərrüfatında güclərin yeni düzülüşünü səciyyələndirir. Beynəlxalq iqtisadi münasibətlərdə inkişaf etməkdə olan ölkələrin rolu Müstəqillik qazandıqdan sonra ilk dövrlərdə inkişaf etməkdə olan ölkələrin rolu nəzərə çarpmırdı. 1950-1960-cı illərdə onlar sosial-iqtisadi inkişaf modelinin seçilməsi və özlərinin milli özünü dərketmə mərhələsini formalaşdırırlar. Əhaliyə düşən ÜMM həcmi bu dövrdə orta hesabla 3%-dən çox artmadı. Xarici ticarət dövriyyəsinin orta artım tempi, Qərbin inkişaf etmiş ölkələri ilə müqayisədə 2.5 dəfə açağı idi.1973-1975 illərdə inkişaf etməkdə olan ölkələr özləri haqqında ilk sözü dedilər: neft məhsullarını ixrac edən ölkələr xarici iqtisadi mövqelərinin kəskin şəkildə gücləndirirdilər. Qısa zamanda Qərb iqtisadiyyatı keçmiş audsayderlərdən asılı qaldı. Lakin 1970-ci illərin sonu 1980-cı illərin əvvəllərində yeni resurs qoruyucu taxnologiyanın tətbiqi ilə Qərb öz cavabını verdi. Inkişaf etməkdə olan ölkələrin 1970-ci ildə hazır məhsullarla dünya bazarına çıxmaq cəhdləri uğursuzluğa düçar oldu. Məhz onda “yeni beynəlxalq qaydaların” yaradılması məsələsi ortaya çıxdı. Bu konspsiyanın ideoloqlarından biri Argentina alimi R.Prebiş inkişaf etməkdə olan ölkələr və qərb tərəfindən göstərilən real yardımın göstərilməsini və birgə hərəkət etmək zərurətini sübut etdi. Bu isə onların (ieoö) bərabər hüquqlu beynəlxalq əməkdaşlıq yoluna çıxartmaq məqsədini daşıyırdı.İnkişaf etməkdə olan ölkələr əhəmiyyətli tərəqqiyə nail ola bilmədilər. Belçika alimi Q.Van der Vey demişdir; “80-ci illəri üçüncü dünya ölkələri üçün “itirilmiş onillik” hesab etmək olar”. Bu çox kəskin bəyanat idi. İeoö arasında da BİM-də iştiraka nail olan ölkələr var idi (Məsələn;“Asiya pələngləri” olan Tayvan, Sinqapur, Honkqonq, C.Koreya, Malaziya. Onların beynəlxalq ticarətdəki payı 3%-dən 9%-ə yüksəlmişdir).1990-cı il üçün YSÖ, Danimarka, İsveç, İsveçrə və Avstraliya kimi dövlətləri asiya məişət bazarından sıxışdırmaqla,Yapon əmtəələri ilə uğurlu rəqabət apardılar. Bunun başlıca amili Cənub-Şərqi Asiya ölkələrində aşağı səviyyəli əmək haqqı idi.Saat stavkası üzrə orta əmək haqqı ABŞ-la müqayisədə Sinqapurda 4 dəfə, Malaziyada 8 dəfə, Tailandda isə 10 dəfə aşağıdır. Bu faktın özü dünya bazarında rəqabət qabiliyyətli əmtəələrin yüksək səviyyəsini təmin edir.İstehsalın səmərəliliyi, onun texniki səviyyəsi baxımından YSÖ ilə Qərb ölkələri arasında fərqlər heç də azalmır, əksinə dərinləşməkdədir. Qərb istehlakçılarının yüksək texnologiyaya, xidmət sferasına,informasiya və kommunikasiyaya orentasiyası dünya bazarından bir çox  inkişaf etməkdə olan ölkələr sıxışdırır. Neft məhsulları və xammalı ixrac edən ölkələrdən yalnız bəziləri (Küveyt, S.Ərəbistanı) tab gətirdilər.Bundan başqa, 3-cü dünya ölkələri Qərb ölkələri tərəfindən əhəmiyyətli dərəcədə olan tarif və qeyri-tarif məhdudiyyətləri nəticəsində özlərinin sənaye məhsullarının eksportu sahəsində ciddi çətinliklərlə üzləşdilər. 1980-1990-cı illərdə inkişaf etməkdə olan ölkələr xarici borcları müntəzəm surətdə artdı.1982-1983-cü illərdə kəskin borc böhranı Venesuela, Meksika, Ekvador, İndoneziyanı faktiki olaraq müflisləşdirdi.Beləliklə, inkişaf etməkdə olan ölkələrin əksəriyyəti xroniki borclular olaraq qaldılar. Onların borc məbləği ildən-ilə artmaqdadır. Yeni sənaye ölkələrinin (YSÖ) problemləri və gələcək iqtisadi inkişafı Latın Amerikası ölkələri borclular siyahısında liderlik mövqeyindədirlər. Ümumi borcun məbləğindən 500 mlrd.dollar onların payına düşür. Əhaliyə düşən (adam başına) hesaba görə Asiyada 300 dollar qarşı 1200 dollar çoxdur. Dünyada ən iri borclu ölkə Meksikadır. Onun xarici borcunun çəkisi 170 mlrd.dollar-la qiymətləndirilir. Braziliyanın 1994-cü ildə130 mlrd.dollar borcu olmuşdur. YSÖ-də ən vacib və ciddi problemlər aşağıdakılardır: Bu ölkələrin əksəriyyətində sabit daxili yığımın olmaması; Bununla bağlı olaraq,bu ölkələrin inkişafının xarici kapitaldan asılı olmaması; İri ölçüdə xarici borclar. Asiya qitəsində xarici borcun həcminə görə İndoneziya liderdir,borcun çəkisi 107 mlrd.dollardır (1996).1997-ci il kəskin maliyyə bazarlarındakı böhrandan sonra Cənub-Şərqi Asiyada borcluların borcu kəskin surətdə, xüsusilə artdı.Bu ölkələrə maliyyə-valyuta sabitliyini həyata keçirmək üçün kreditlər verildi.YSÖ-nin gələcək iqtisadiyyatı necə olar, onların dünya iqtisadiyyatındakı mövqeləri nə dərəcədə ola bilər? İlk baxışdan bu sual bir mənalı cavablandırılır.Bu ölkələr son 15 ildə dünya iqtisadiyyatında özlərinin mövqelərini möhkəmləndirirdilər, yüksək və sabit iqtisadi artım tempi nümayiş etdirdilər, xarici bazarlarda hücum taktikasını tətbiq etdilər. Onlar Qərbin inkişaf etmiş ölkələrinə əsl, ciddi rəqabət təşkil etməklə,onlardan bəzilərini dünya iqtisadiyyatının iyerarxiya zirvəsindən sıxışdırdılar.Ona görə də bir çox mütəxəssislər onların yaxşı gələcəklərini inamla qabaqcadan göstərdilər.Doğrudur, proqnozlar kəskin maliyyə böhranının təsirini hesaba almadan tərtib olunmuşdur. Bu böhran 1997-1998 illərdə Cənub-Şərqi Asiya ölkələrinin bazarlarını sarsıtdı və bütövlükdə dünya təsərrüfatına neqativ təsir göstərdi. Beləliklə, 1997-ci il Cənub-Şərqi Asiya ölkələri üçün son 20-25 ildə ən çətin və gözlənilməz oldu.Xarici investisiyaların asiya bazarlarından kəskin getməsi,onların iqtisadiyyatını maliyyə cəhətdən gücdən saldı.Maliyyə vəsaitlərinin çatışmaması öz növbəsində milli valyuta kursunun kəskin surətdə aşağı düşməsinə gətirib çıxartdı.Bu fakt,ilk növbədə Cənubi Koreya bazarlarından vəsaitin axınının əsası oldu.Bununla əlaqədar 1998-ci ildə iqtisadi artım tempi aşağı düşdü.Böhran situasiyası Tailand batasının (pul vahidi) 30%,İndoneziya rupisinin 24%,Malaziya rinqqitinin 20%,Filippin pesosunun 22% devalvasiyasına bais oldu.Bu qısa müddətli kapitalın eyni anda axınına gətirib çıxardı.1998-ci ilin əvvəlində maliyyə bazarlarında böhranın qarşısı alındı.Buna səbəb BVF və Qərbin inkişaf etmiş ölkələrinin maliyyə yardımı oldu.1997-ci il dekabrında “yeddilər” qrupu ölkələri Cənubi Koreyaya 10 mlrd dollar veriblər. Bu, vəd olunan 57 mlrd dollar-dan ayrılıb. Bu cür hüdudsuz yardımlar ölkədə dərin iqtisadi reformaların keçirilməsi üzrə kəskin, sərt şərtlərlə verilmişdir. “İslahatlar əvəzinə kütləvi yardım” sxemi artıq özünü Meksikaya münasibətdə doğrultmuşdur. Belə ki,1994-cü ildə Meksika pesosu çökdü.1995-ci ildə ABŞ və BVF 18 mlrd dollar həcmində əlahiddə kömək paketi təqdim etdilər.Liberal reformaları həyata keçirməklə, Meksika beynəlxalq maliyyə bazarları tərəfindən öz etibarını qaytardı.İnflyasiyanın səviyyəsi 80 %-dən 16%-ə qədər aşağı düşdü.Əgər bu cür tədbirlər Cənubi Koreya hökuməti tərəfindən həyata keçirilərsə, onda Cənub-Şərqi Asiya regionuna yüksək investisiya axınını və yüksək potensialı saxlamağa şərait yaradacaqdır. Müəllif Ə.BƏDƏLOV A.AĞAYEV, S.TAĞIZADƏMənbə Dünya İqtisadiyyatı
['yeni sənaye ölkələri', 'inkişaf edən ölkələr']
6,801
https://kayzen.az/blog/ilk/862/ilkl%C9%99r-ilk-sayt.html
İLKLƏR -ilk Sayt
mr13
İKLlər
10 aprel 2010, 18:30
Giriş Əgər profilimə girb nəşrlərimə baxsaz görərsiniz ki, başladığım bir neçə mövzu yarımçıq qalıb. Və belə təəsürat yarana bilər ki, mən təmbələm. Düzdü təmbəlliyimi boynuma alıram. Amma burda başqa səbəblər də mövcuddur. Əsas səbəblərdən biri də xasiyyətimlə bağlıdır. Dostlarım da təstiqləyə bilər ki, mən həyatda da bir mövzunu başlayıram və tam qutarmamış digərinə keçirəm və beləliklə yarım saat ərzində az qala 10 – 15 mövzudan söhbət edirəm. Amma başladığım və yarımçıq qalan mövzuları gec tez tamamlayıram. Söz verirəm ki, burda yarımçıq qalan mövzularımı da tamamlayacam. Nə isə keçirəm təzə mövzuya. İLKlər Dünyada ilk veb saytDünyada ilk veb sayt 6 avqust 1991-ci ildə yaradılıb. http://info.cern.ch/ Onun yaradıcısı Tim Berners Li bu saytda Yeni texnologiya olan, HTTP protokolunda məlumatların ötürülməsi, URİ ünvanlama sistemi, və HTML Hipermətnə əsaslanan World Wide Web (WWW) texnologiyasının təsvir edib. Bundan əlavə saytda veb server və veb brauzerlərin yüklənməsi və istifadə qaydaları barədə məlumatlar yerləşdirmişdir.  Sayt dünyada ilk internet kataloq da sayıla bilər çünki Berners Lİ sonra lar bu saytda başqa saytlara keçidlər siyahısı da yerləşdirmişdi.Birinci saytın işləməsinə lazım olan avadanlıqları isə o hələ əvvəlcədən hazırlamışdı – 1990-cı ildə birinci Hipermətn Veb brauzer, NeXTcube bazasında ilk veb server hazırlamışdır.Tim Berners Li belə hesab edirdi ki, Hipermətn şəbəkədə məlumat mübadiləsi üçün əsas ola bilər və o öz arzusunu həyata keçirə bildi. Hələ 1980-ci ildə o Hipermətn proqram təminatı olan Enquireni hazırladı, sonralar Jenevada Cenevrədə CERN-də işləyərkən o öz yoldaşlarına Bir-biri ilə hiperkeçid əlaqəli olan hipertekstlər yazmağı təklif etdi.  Tim Berners Li HTTP,URİ/UPL və HTML kimi texnologiyaların atası sayılır. Hal hazırda o özünün təsis etdiyi – Ümumdünya şəbəkəsinin Konsorsumunun (World Wide Web Consortium) Rəhbəridir. Bu qurum internet standartlarının hazırlanması və tətbiqi ilə məşğuldur.
['veb-sayt', 'Tim Berners']
6,802
https://kayzen.az/blog/Freddie/860/sitat-obyekti-qad%C4%B1nlar.html
Sitat obyekti: Qadınlar
Freddie
Bloq: Freddie
10 aprel 2010, 04:49
1. Qadınlar heç vaxt kişilər kimi müvəffəqiyyətli olmayacaq, çünki onlara məsləhət verən arvadları yoxdur. -- Dick Van Dyke 2. Qadınlar iki qrupdan ibarətdir: ilahələr və kölələr. -- Pablo Picasso 3. Bütün qadınlar yararlıdır – ya hər şeyə, ya da heç nəyə. -- Miguel De Cervantes 4. Qadınlarda riyaziyyata qarşı sevgi var. Onlar yaşlarını ikiyə bölür, geyimlərinin qiymətini ikiyə vurur, və həmişə də ən yaxın rəfiqələrinin yaşına ən azı beş il əlavə edirlər. -- Marcel Achard 5. Qadınlar: onlarsız yaşaya bilmirəm, qonşular da sezmədən onları arxa bağçada basdıra bilmirəm. -- Sean Williamson 6. Qadını məhkəmədə görməyincə onu tanımaq mümkün deyil. -- Norman Mailer 7. Soyğunçu səndən ya pulunu ya da həyatını tələb edəcək. Qadın isə hər ikisini. -- Samuel Butler 8. Qadınlar fil kimidir, onlara tamaşa etməyi xoşlayıram, amma sahib olmağı istəmirəm. -- W.C. Fields(Mississippi, 1935) 9. İki il bir qızı izlədim ki, sonda onunla mənim zövqlərimizin eyni olduğunu öyrənim -- Groucho Marx 10. Qızın 18 yaşınadək yaxşı valedeynlərə ehtiyacı vardır; 18-35 arası onun yaxçı görünüşə ehtiyacı vardır. 35-55 yaş arası yaxşı şəxsiyyət olmalı. 55 yaşından sonar isə yaxşı pula ehtiyacı vardır. Ona görə də mən pul ehtiyat edirəm -- Sophie Tucker 11. Əgər qadınlar yanlış yoldadılarsa, onların arxasınca gedən kişilər doğru yoldadır. -- Mae West 12. Qadının beyni kişinin beynindən daha təmizdir, çünki o, tez-tez onu təzələyir. (Bizim sözlə barmağı həmişə F5 düyməsindədir) -- Oliver Herford 13. Qadın təxmini kişi dəqiqliyindən daha etibarlıdır. -- Rudyard Kipling 14. Psixiatr qadınlar tərəfindən pulsuz soruşulan sualları səndən baha qiymətə soruşan peşəkardır sadəcə. -- Joey Adams 15. Əgər qadınlar mövcud olmasaydı, yer üzündəki bütün pullar mənasın itirərdi. -- Aristotle Onassis 16. Bir gün bir qız zəng eləyib dedi ki, “gəl bizə, evdə heç kim yoxdur”. Mən də getdim evə. Evdə doğrudan da heç kim yox idi. -- Rodney Dangerfield http://www.amusingquotes.com/h/w/Women_1.htm
['qadınlar', 'kişi və qadın', 'qadına münasibət']
6,803
https://kayzen.az/blog/maraqli-faktlar/859/oxu-v%C9%99-heyr%C9%99tl%C9%99n.html
Oxu və heyrətlən
Aynur
Maraqlı faktlar
10 aprel 2010, 01:39
*V.Harvey qan dövranı haqqında kiçik kitabçası üzərində düz 13 il işləmişdir. *N.Kopernik öz traktatını yaratmağa otuz ildən çox vaxt sərf etmişdir. *İ.Nyuton öz ideyalarını bəşəriyyətə bildirməyə qərara alana qədər onların haqqında 20 il ətraflı düşünmüşdür. *Firdovsi özünün «Şahnamə» əsərinə 30 il sərf etmişdir. *Ç.Darvin özü haqqında belə demişdir: «Mən oxuduğum və konspektini tutduğum cürbəcür kitabların siyahısını nəzərdən keçirəndə öz əməksevərliyimə məəttəl qalıram. *Höte «Faust» əsərini 7 ilə yazmışdır. *Sirri Səkkati Həzrətləri ətrafına yığışanlara səbr haqqında bəhs edərkən bir əqrəb onu bir neçə dəfə çaldı. O, isə buna heç bir əhəmiyyət vermədi. Ondan bunun səbəbini soruşduqda o, belə cavab verdi: «Səbrdən bəhs etdiyim bır halda səbr etməməkdən qorxdum.» *XII əsrdə ispanlar Piriney yarımadasını ərəblərdən azad etmək üçün mübarizə apararaq, qalib gəldilər. Kordova şəhərinin başçısı ərəb Əh Mənsur son nəfəsədək vuruşmağı qərara alır. Lakin məğlub olur. O, islam dinindən dönür və xristian dinini qəbul edir. İspan kralı onu hörmətlə qarşılayır və hərbi rütbə verir. Bir neçə gün sonra Əli Mənsur xəstələnir. Sonra məlum olur ki, Əli Mənsur özünü taun xəstəliyi ilə yoluxdurur və bu yolla ispanlardan intiqam almışdır. *Key Xosrov (e.ə 558-529) Babilistana yürüşü zamanı Hind çayını keçmək istərkən sel onun sevimli atlarından birini aparır. Bundan bərk qəzəblənən şah əmr verir - çayı o qədər dayaz eləsinlər ki, hətta qadınlar belə ondan çirmələnməmiş keçə bilsinlər. Beləliklə, qullar bütün yay ərzində qazıb çayı 360 kanala bölürlər. *«Batil din və ideologiyaları niyə görə dərindən öyrənməyə ehtiyac yoxdur» - deyə türk yazıçısı Mehmed Salahdan soruşduqda, o, belə cavab vermişdi: «Bir yeməyin xarab olmasına əmin olmaq üçün onu sona qədər yeməyə ehtiyac yoxdur.» *«Dünya öküzlə balığın üzərindədir» hədis-şərifinin hansı mənada söyləndiyi bilməyən bir adam Osman Dəmirçiyə: «Hocam, dünyanın altında öküz var deyirlər, bu barədə nə söylərsiniz?» Osman Dəmirçi Hoca: «Dünyanın altındakılarını bilmirəm qardaşım, ancaq üzərində çox sayda olması dəqiqdir.» - söyləmişdir. *Yəhudilər haqqında nə düşünürsünüz?»- sualını Fazil Kısakürəkə verdikdə: «Onlar yumurtalarını bişirmək üçün dünyanı atəşə verən lənətlilərdir» - cavabını vermişdir. *Cəvahirlər Nehru arzuolunmaz ideyalar və xoşagəlməz xahişlərdən xüsusi metodun köməyilə canım qurtardı. Hamını çaş-baş salan bu effektli üsul susmaqdan ibarət idi. Siz ondan nəsə xahiş edirsiniz... O etirazını bildirmir. Sadəcə olaraq xahişinizi təkrar edir və ümidsizlik içində yalnız öz səsinizi eşidirsiniz. Yenə ortaya sükut çökürdü. Siz artıq ondan heç olmasa rədd cavabı eşitmək istəyirdiniz. Və nəhayət bunu eşidəndə rahat nəfəs alır və öz minnətdarlığımızı bildirib, getməyə tələsirsiniz». *«Risalen Nur» kitabının müəllifi olan Badiuzzaman Səid Nursi yeniyetməlik çağında gündə 200 səhifə oxumaqla 90 kitab oxumuş və qeyri-adi hafizəsi hesabına onların hər birini əzbərdən bilmişdir. *1995-ci ildə Verma şəhərində bir qrup tədqiqatçı, başda doktor Əbdül Qədir Əl-Murabit olmaqla Hötenin çox saylı əsərlərini öyrəndikdən sonra, tam əminliklə Hötenin müsəlman olduğu barədə fitva vermişlər. *Hötenin İslam haqqında dediklərindən nümunələr: «Vahid Allaha inam hər an əhval-ruhiyyəni qaldırır, ona görə ki, o, insanın daxili aləminə qulluq edir.» «Allahın 99 xüsusiyyətini əks etdirən adlarını zikr etmək üçün müsəlman təsbehindən istifadə etmək öz-özlüyündə elə ibadətdir. Dua eyləyən onun iradəsinə tabe olaraq heyrətə gəlir və rahatlıq tapır.» «Beləliklə, biz İslamda qalmalıyıq (yəni Allaha tamamilə tabe olmalıyıq) buna daha heç nə əlavə edə bilmərəm.» «O, şair deyil, Peyğəmbərdir və Məhəmməd bizə İlahi qanunu Quranı çatdırdı, insan tərəfindən əyləncə və ya ümumi təhsilin artırılması üçün yazılan kitabı yox.» «İsa pakdır və o, yalnız Allaha tək olana tabe idi.» Sənətkar barədə Üzeyir bəy fikrini aydın ifadə edərək, demişdir: «Gərək şəkil elə çəkilsin ki, daha onun altında «bu atdır» sözünü yazmağa ehtiyac qalmasın.» A.H.Kvik Amerikanın «rəsmi tarixini» kökündən sarsıdan bu tapıntıların cərgəsində Piri-Rəisin (1465-1554) «Kitabi-bəhriyyə» əsərində verilmiş xəritəni də xatırladır. 1513-cü ildə Piri-Rəis adlı müsəlman səyyah tərəfindən çəkilmiş dünya xəritəsi öz mükəmməlliyi ilə insanı heyrətə gətirir. Bu xəritə həmin dövrdə dənizçilik sahəsində müsəlmanların necə böyük nailiyyətlər əldə etdiyini əyani göstərən sənəddir. Hətta bu xəritədə avropalılar tərəfindən 14 ildən sonra (1527) kəşf ediləcək And dağları da qeyd olunmuşdu. *Avropadan Hindistana dəniz yolunun açılması Vasko da Qamanın adı ilə bağlı olsa da qeyd etmək lazımdır ki, onun «San Qabriel» gəmisini Hindistan sahillərinə o dövrə görə Hind okeanının dəqiq xəritəsinə malik olan məşhur ərəb səyyahı Əhməd ibn Məcid aparıb çıxarmışdır. *Birisini tutub Harun-əl-Rəşidin yanına gətirmiş və demişlər:  «Bu kişi kafir olmuşdur!» Xəlifə bu sözün doğru olub-olmadığını soruşduqda, həmin adam: «Müsəlman!» - demişdir. Harun-əl-Rəşid: «Aparın onu o qədər döyün ki, kafirliyini boynuna alsın!» – deyə əmr verdikdə kişi: «Ya xəlifə. Bir kafir gəlib, «müsəlman oldum» desə ona xələt verərsiniz, amma müsəlmanı döyə-döyə kafir etmək istəyirsiniz!» - demişdir. *Qafqaz qartalı Şeyx Şamil ruslar tərəfindən əsir alındıqdan sonra rus çarı böyük ziyafət verir. Günlərlə ac qalan Şeyx Şamil yeməkləri böyük iştaha ilə yeyərkən rus çarı yanındakılara: «Qorxuram bu adam bizi də yeyər» deyir. Şeyx Şamil bu sözləri duyur və çara dönərək: «Narahat olmayın, bizim dinimizdə donuz əti yemək qadağandır» - deyir. *Qədim İran şahlarından Ənuşirəvana (531-579) deyəndə ki: Gözün aydın, filan düşmənin öldü!» - Ənuşirəvan bu sözə: «Bu gözüm aydın», sən ölməyəcəksən xəbəri deyildir? - cavabını verilmişdir. *Deyirlər ki, orta əsr Suriya təbiblərindən olan Əbdulfərəc öz xəstəsi ilə belə bir söhbət etmişdir: «Bax bu otaqda 3 şəxs var - sən, mən, bir də xəstəlik. Əgər biz səninlə birləşsək, sən mənim tərəfimdə dursan, xəstəliyi məğlub edəcəyik. Buna mənim şübhəm yoxdur. Ancaq sən xəstəliyin tərəfinə keçsən, onda mənim vəziyyətim çətin olar!» *Kserks özünün belə bir hərəkəti ilə məşhurdur: böyük donanması ilə fırtınaya düşdüyündən döyüşçülərinə əmr edir ki, dənizi qılıncla doğrasınlar. *Mevlana Həzrətləri müridlərindən biriylə gedərkən, bir neçə köpəyin bir-birinə söykənmiş şəkildə yatdıqlarını görür. Müridi: «Gözəl bir qardaşlıq nümunəsidir. Kaş ki, insanlar da belə olaydı» - deyir. Mevlana gülümsəyərək: «Onların arasına bir sümük atsan, onda qardaşlıqlarının nehri görərsən» - deyir. *Müsəlman dünyasının məşhur həkimi Abu-bəkr Məhəmməd bən Zəkərriyə Razi (865-925) xəlifənin qəzəbinə düçar olmuşdur. Xəlifə qamçı ilə onun başına vuraraq kar etmişdir. Müsəlman hüquq məktəbinin banilərindən biri, mənşəcə türk olan Əbu Hənifə ibn Sabit Kufədə oğurlanmış qoyunların ətinin satıldığını eşidəndən sonra 7 il ərzində ət yeməmişdi, qorxmuşdu ki, ət yeyib günah işləmiş olar. Müharibənin birində səhabələrdən biri olan İbni-Əbbas belə nəql etmişdir: «Döyüşün qızğın halında Həzrəti-Əli bəzən göyə baxır, döyüşür və yenə də göyə baxırdı. Qarşısına keçib «nə üçün göyə baxırsan» - deyə soruşdum - Namazı vaxtında qılmaq istəyirəm - Amma Siz indi döyüş halındasınız! - Namazın əvvəl vaxtını itirməmək lazımdır!» *Məşhur ərəb şairi, Qahirə universitetinin professoru Şeyx Məhəmməd Əbdül İbrahim 150 yaşında vəfat etmişdir. Yunan, türk və fars dilləri bilən bu yüksək mədəniyyətli adam heç bir vaxt nəqliyyatdan istifadə etməmişdi. Vaxtaşırı vətəni Liviyanı ziyarət edən professor 1000 km piyada yol gedirmiş. *Məclisdə möcüzə deməklə məşğul olan O.Dəmirçi Hocaya: «'Hocam, at nalını evimizin qapısına vursaq, uğur gətirərmi?» - deyə soruşduqda, Dəmirçi Hoca: «Zənn etmirəm, o nallardan hər atda dörd dənə var, amma bütün günü qamçı yeyirlər» - deyə cavab vermişdir. *Rabiatül Adəviyyə bir adamın yanından keçərkən, qızardılmış bir qoyun görür. Ona uzun müddət baxır və ağlayır. Adam belə sözlər söylədi: «Yemək istədiyinizdənmi ağladınız? - Xeyr! Onun üçün deyil! Atəşə heyvanlar ancaq öldürüldükdən sonra atılır. İnsanlar isə diri-diri...» *Harun-əl Rəşid Bəhlulu çağırıb demişdir: «Xəlifə olmaq istəyirsənmi? - Yox» – deyə Bəhlul cavab verir. «Nə üçün? - Çünki mən ömrümdə 3 xəlifə basdırmışam. Sən isə ömründə 2-ci Bəhlulu görməmisən.» *Şair Şeyx Məhəmməd ömrünün çox hissəsini subay keçirmiş, 105 yaşında evlənmiş və 5 uşaq atası olmuşdur. Mənbə İlyas Həsənov,Ellada Həziyevanın Əslində onlar kimdir? kitabından Həmçinin bax: Maraqlı hadisələr  
['maraqlı faktlar', 'dahilərin həyatı', 'heyrətləndirici faktlar']
6,804
https://kayzen.az/blog/rus-dili/138/sif%C9%99t-v%C9%99-onun-n%C3%B6vl%C9%99ri.html
Sifət və onun növləri
2ral
Rus dilini öyrənək
9 aprel 2010, 23:54
İstər rus, istərsə də Azərbaycan dillərində sözlərin böyük bir qrupu əşyanın əlamət və keyfiyyətini bildirir. Belə sözlər sifət (имя прилагательное) adlanır. Lakin Azərbaycan və rus dillərində sifətlərin isimlərlə, yəni əşya, şey bildirən sözlərlə əlaqəsi müxtəlifdir. Məlum olduğu kimi, dilimizdə isimlərlə sifətlər arasında sintaktik əlaqə yanaşmadır. Rus dilində isə sifətlər əlamətini bildirdikləri isimlərin cinsindən, tək-cəmindən və halından asılıdır; başqa sözlə desək, rus dilində sifətlər isimlərlə uzlaşır. Misal üçün, настроение (hal, əhval, əhval-ruhiyyə) sözünü götürək. Qrammatik cəhətdən bu söz isimdir, adlıq haldadır və orta cinsdir. Əgər bu sözə biz, deyək ki, хорошее sifətini artırsaq, söz birləşməsi yaratsaq, onda gərək belə işlədək: хорошее настроение; isim orta cins olduğundan sifət də orta cins sonluqla (ое, ее) işlənmişdir. Isim kişi cins olarsa (məsələn, дом, человек) onda sifət -ый, -ий, -ой (большой, хороший, красивый) sonluqlarından biri ilə, qa-dın cins olarsa -ая, -яя, (хорошая, синяя) şəkilçisi ilə işlədilməlidir. Cəm halda isə sifətlər ые, ие sonluqlarını qəbul edir: хорошие дома, богатые колхозы, прилежные ученики, талантливые дети, великие дела və s. Cümlədə sifətlər əsasən təyin və xəbər olurlar. Məna və qrammatik xüsusiyyətlərinə görə sifətlər üç yerə bölünür: keyfiyyət bildirən sifətlər (качественные), nisbi sifətlər (относительные) mənsubiyyət sifətləri (притяжательные). Keyfiyyət sifətləri elə əlamət bildirir ki, bu əlamət hər hansı bir əşyada çox və ya az dərəcədə müşahidə olunur. Misal üçün: интересная игра —игра стала интереснее—интереснейшая игра. Keyfiyyət sifətləri rəng, ölçü, temperatur; dad, güc, səslənmə, insanın və ümumiyyətlə canlı aləmin daxili keyfiyyətlərini bildirir və buna görə də belə sifətlər, bir qayda olaraq, müqayisə dərəcələri olur. Məsələn: стены белые, а потолки еще белее. Лиса хитрая, а охотник хитрее. Волга— длиннейшая из рек Европы (sifətin dərəcələri haqqında gələn dərsimizdə danışacağıq). Keyfiyyət bildirən sifətlərin bir çoxu qısa formada da işlənə bilir: снег бел, дорога длинна. Nisbi sifətlər elə sifətlərdir ki, əşyanın hansı materialdan düzəldiyini, habelə yer, zaman və s. bildirir. Məsələn: фарфоровая (çini) чашка; серебряная ложка; письменный стол; директорское кресло; утренний туман. Nisbi sifətlərin qısa forması və müqayisə dərəcələri yoxdur. Məcazi mənada işlənərkəi nisbi sifətlər keyfiyyət mənasında ola bilər. Məsələn: каменные стены (nisbi)—каменные сердца (keyfiyyət), золотая ложка (nisbi)—золотой человек, характер (keyfiyyət) və s. Nisbi sifətlər xüsusi ан (ян), -ск, -ов (ев) suffiksləri vasitəsilə əmələ gəlir: кожаный, городской, сосновый və s. Keyfiyyət bildirən və nisbi sifətlər eyni şəkilçi qəbul edir, eyni tip hallanmaya malikdirlər: красивый деревянный дом; красивая деревянная изба; красивые деревянные избы; нового деревянного дома; новую деревянную избу. Rus dilindəki sifətlərin üçüncü növü mənsubiyyət sifətləridir (притяжательные прилагательные). Adından göründüyü kimi, bu sifətlər əşyanın hər hansı bir canlı varlığa mənsubiyyətini bildirir və чей? чья? чьё? чьи? suallarına cavab verir. Mənsubiyyət sifətləri iki qrupa ayrılır: 1) -ий, -ья, -ье, -ьи sonluqları ilə düzələnlər: заячий хвост; заячья лапа; заячье ухо; заячьи следы. 2) -ов, -ев və ин suffiksləri ilə əmələ gələnlər:  отцов дом; Андреев велосипед; Поладин карандаш; мамин платок. Yuxarıda qeyd etmişdik ki, keyfiyyət sifətlərinin bütöv (полный) və qısa (краткий) formaları mövcuddur. Qısa şəkilli sifətlər (краткие прилагательные) hallara görə dəyişmir, onlar tək-cəmə, o cümlədən tək halda cinslərə görə dəyişə bilir. Məsələn: дом красив; изба красива; здание красиво; дома, избы, здания красивы. Cümlədə qısa hallanmayan sifətlər xəbərin tərkibinə daxil olurlar. Məsələn: Воздух чист; ясно утро; ночь была темна. Yadda saxlamaq lazımdır ki, bütöv sifətlər hallanır və isimlərlə uzlaşır. Rus dilində рад və должен sözləri yalnız qısa sifət kimi yazılı və şifahi nitqdə işlənir: Он должен принести мне книгу; должна принести мне книгу; задание должно быть выполнено; ученики должны придти на занятие кружка və s. Qısa sifətlərin axırında fışıltılı samitlərdən sonra ь yazılmaz: жгуч мороз трескучий; танкист горяч в работе və s. Istər bütöv, istərsə də qısa sifətləri nitqdə düzgün işlətmək üçün isimlərin hansı cinsə aid olduğunu yaxşı bilmək lazımdır, çünki sifətin halı, cinsi, tək və ya cəm forması əlaqələndiyi isimdən asılıdır. Qısa sifətlər bütöv keyfiyyət bildirən sifətlərdən əmələ gəlir, bunun üçün kişi cins sifətin sonluğu atılır və ona heç bir sonluq əlavə olunmur; красивый (дом)—красив. Qadın cins sifətlərdə а я (-яя) sonluğu atılır və а əlavə olunur. красивая (картина) — красива. Orta cins sifətlərdə isə -o (-e) əlavə edilir: красивое (озеро)—красиво. Cəm halda isə bütün cins sifətlər üçün sonluq eynidir: -ы (-и); красивые (дома, картины, озера) — красивы və s.
['sifət', 'sifətin növləri']
6,805
https://kayzen.az/blog/paint/850/guernika.html
Guernika
IDEAL
Məşhur rəsmlər və rəssamlar
9 aprel 2010, 14:13
Guernika — Bu rəsm əsəri Pablo Picassonun ən məhşur əsərlərindən biridi. Tablonun eni 7,76 m, hündürlüyü isə 3,49 m-dir. Əsərdə Almanıyanın 26 aprel 1937-ci ildə İspanıyadakı Guernika şəhərini bonbalanması Pablo Pikasso tərzinə uyğun şəkildə simvolik olaraq təsvir olunub. Bu rəsm əsərinin çəkilməsinə səbəb Ispaniya hökümətinin 1937-ci ildə Parisdə keçiriləcək sərgidə İspaniyaya ayrılmış bölmə üçün  Pablo Pikassoya böyük bir divar şəkli sifariş etməsi olub. Elə həmin zamanda Guernika şəhəri Almaniyası tərəfindən bonbalandığı üçün rəssam əsərin ideyasını məhs bu hadisədən götürdü və Guernikanın bombalanmasından 15 gün sonra isə rəsmi tamamladı. Rəssamın bu əsəri o dövrün qazetlərindəki şəkillərin rəngi kimi, sadəcə ağ-qara rənglərdən ibarətdi. Belə rənglərdən istifadə, eyni zamanda müharibənin yaratdığı solğunluğu da özündə simvolizə edir. Bu əsər  Parisdə sərgiləndikdən sonra bir çox ölkələrdə sərgilənərək, müharıbənin amansız tərəflərini əks etdirən bir simvol halına gəldi və sərgiləndiyi bir çox ölkələrdə insanların marağını öz üzərinə çəkməyi bacardı. Əsərdə bütün səhnə bir otağın içində təsvir olunub. Rəsmin sol tərəfində böyük gözləri olan öküz, qucağındakı ölü uşağa ağlayan bir qadının üzərində dayanmışdır. Rəsmin ortasında isə nizə ilə vurulan və əzab çəkən bir at təsvir olunmuşdu. Bu atın burnu və üst dişləri isə bir insan kəlləsi şəkildə təsvir olunub. Atın altında isə parçalanmış bir əsgər ölüsü vardır. Bu əsgərin əlində isə üzərində çiçəklər böyümüş qırıq bir qılınc vardır. Əzab çəkən atın üzərində isə açıq bir elektrik lampası işıq salır. Atın sağ üst tərəfində isə əlində qaz lampası tutan bir qadın pəncərədən bu səhnəni görərək sanki dəhşətə gələrək geri çəkilir. Qorxu içində bir başqa qadın isə sağdan mərkəzə doğru irəliləyərək, gözləri ilə elektrik lampasına baxır. Öküz, at və uşaq üçün ağlayan qadının dilləri kimi təsvir olunmuş xəncərlər isə onun əzab dolu qışqırıqlarını simvolizə edir. Rəsmin sol küncündə isə od-alov içərisində yanan bir adam əllərini yuxarı qaldırmış şəkildə təsvir olunub.Rəsmin sağ küncündə isə açıq bir qapı ilə qurtaran qara divar təsvir olunmuşdur. Onu da qeyd edim ki, bu rəsm əsərinində istifadə olunmuş simvolları müxtəlif cür yozurlar və bu yozumlar bəzən bir-birindən çox fərqlənərək mübahisə doğurur. Əsasəndə rəsmin əsas elementləri olan öküz və at barəsində müxtəlif fərziyyələr mövcuddu. Sənət tarixçisi Patrisiya Failingin fikrincə öküz və at, İspan mədəniyyətinin vacib elementləridir və rəssam bir çox əsərlərində onlara müxtəlif simvolik don geyindirdiyi üçün Guernikada bu elementlərin nəyi simvolizə etdiyini dəqiq demək mümkün deyil. Pablo Pikassodan at və öküz obrazının simvolik mənasını izahı barədə soruşulanda isə o belə cavab verib. "...bu öküz bir öküzdür, bu atda bir atdır… Rəsmlərimdəki bəzi simvollara məna verdiyiniz zaman bu doğru ola bilər. Ancaq bu mənanı vermək mənim fikrim olmamışdır. Məndə sizin nəzərdə tutduğunuz fikri düşünə bilərəm ancaq bu şüuraltı ola bilər. Mən sadəcə şəkil çəkməyə çalışıram və əşyaları olduğu kimi çəkirəm." 2-ci Dünya müharıbəsi dövründə Pablo Pikasso Parisdəki evində alman əsgərləri araşdırma aparır. Onlardan biri rəssama «Bu şəkil sizin işinizdi?» sualı ünvanlayanda, Pikassonun cavabı belə olur: «Yox sizin işinizdi» Bu rəsm əsəri 1939-1952 -ci illər arası ABŞ-da, 1953-1956-cı illər arası isə Braziliyada saxlanıldı. İspaniyda Franko hakimiyyətə gəldikdən sonra bu rəsmin İspaniyaya gəlməsinə çalişsada 1968-ci ildə Pikasso buna izin vermədi. O, İspaniya respublika olmayınca buna izn verməyəcəyini bildirdi. 1973-cü ildə Pikasso, 1975-ci ildə isə Franko öldü. 1978-ci ildə isə İspaniya konstitusiyalı monarxiya olsada ABŞ bu rəsmi İspaniyaya vermək istəmirdi və bu səbəbdəndə İspaniyanın konstitusiyalı monarxiya olması, rəssamın vəsiyyətindəki respublika anlayışindan fərqli olduğunu iddia edirdi. Lakin, çoxlu şikayətlər nəticəsində 1981-ci ildə rəsm əsəri İspaniyaya verildi. Bu tablonun bir kopyası Nelson Rokfeller tərəfindən çəkilmişdir. Oriqinalından fərqli olaraq bu əsər qəhvəyi tonlarladı və Nyu-yorkda BMT-nin binasında sərgilənərək bir növ müharibənin dəhşətlərini bir çox dövlətin nümayəndələrinə xatırladir. Şəklin daha böyük variantı 1 024px × 608px-367 kb
['Pablo Pikasso', 'rəssam', 'məşhur rəsmlər', 'Pikasso']
6,806
https://kayzen.az/blog/harware/848/ipad-%C3%BC%C3%A7%C3%BCn-akkordeon.html
iPad üçün akkordeon
HTML
kompüter və hardware
9 aprel 2010, 11:04
Alex Komarov Inc. və Сережей Рачок adlı iki rus yeni çıxmış məşhur iPad üçün çox maraqlı bir application hazırlayıblar. Sonradan iPhone üçün də versiyası təqdim olunan bu maraqlı proqram çox böyük populyarlıq qazanıb. Hətta Apple şirkətinin özü belə bu proqramla maraqlanmağa başlayıb.Məşhur IT-jurnallar da bu barədə ətraflı açıqlama verib.Yüz sətir oxumaqdansa bir dəfə videosuna baxmaq yaxşıdır. Proqramın qiyməti 3.99 dollardır. Əgər canlı ifanı görmək istəyirsinizsə,bu videoya baxın.Doğurdan da çox gözəl alınıb:
['akkordeon', 'iPad']
6,807
https://kayzen.az/blog/diplomat/726/d%C3%B6vl%C9%99t-m%C9%99rasiml%C9%99ri.html
Dövlət mərasimləri
rokfeller
Diplomatiyada protokol və etiket
9 aprel 2010, 10:17
Bayraq, gerb və himn kimi daha bir dövlət rəmzi milli bayramdır.  Beynəlxalq protokol xarici dövlətlərin milli bay­ramlarını qeyd etmək öhdəliyi qoyur. Bununla bağlı tədbirlər ölkələr arasındakı münasibətlərin vəziyyətindən asılıdır. _________________________________________ Milli bayramla əlaqədar həmin dövlətin başçısına digər dövlətlərin başçıları ənənəvi olaraq təbrik teleqramları göndərirlər. Bu cür təbriklər vacib diplomatik sənədlərdir  və həmin an üçün iki ölkə arasında münasibətlərin vəziyyətini əks etdirirlər. _________________________________________ Bəzən teleqramlar səfirlər vasitəsilə çatdırılır. Sonuncular qəbul edən ölkənin protokoluna müvafiq olaraq dövlət başçısına vizit edir və təbriki şəxsən təqdim edirlər. Bütün ölkələrin nümayəndələri üçün hər hansı bir ayrıseçkilik olma­dan teleqramların digər çatdırılma formaları da mövcuddur. Diplomatik korpus milli bayramla əlaqədar, həmçinin dövlət başçısının şəxsi iştirakı ilə mərasimlərdə tam tərkiblə iştirak edir. Diplomatik korpusun iştirakı ilə bağlı seremonial məsələlərində yeganə nüfuzlu orqan hər dövlətin protokol xidmətidir. Protokol şöbələri qəbul edən ölkənin və diplomatik  münasibətlər saxlanılan ölkələrin bütün protokol tədbirləri, milli bayramları, tarixi əhəmiyyətli və yaddaş tarixləri nəzərə alınmış diplomatik təqvimlər aparırlar. ___________________________________ Dövlət mərasimlərinin planlaşdırılması və keçirilməsi də protokol şöbənin səlahiyyətindədir. Bayram tarixlərindən başqa, bura inaqurasiyalar, vizitlər, dövlət əhəmiyyətli yubileylər və s. aid edilir. Bu tədbirlər üçün bir neçə həftə və hətta bir neçə ay öncə detallı planlar tərtib edilir, nazirlik diplomatik korpusun duayeni ilə (sonuncu bu planların tərtibatına cəlb edildiyi halda) məsləhətləşmələr aparır. Planlaşdırma üzrə xüsusi komitələrin və əlaqələndirmə komi­tələrinin (ad hoc lat. qeyd olunan hal üçün, xüsusi) yaradılması adi normaya çevrilib. Sonuncuların tərkibinə hüquq-mühafizə orqanlarının (maşınların park edilməsinə və yol hərəkətinin tənzimlənməsinə nəzarət üçün), ordunun (orkestr və fəxri qaravulun formalaşdırılması üçün), mətbuat və yerli mülki hakimiyyət orqanlarının nümayəndələri və xarici qonaqların (istənilən sayda) iştirakı gözlənilirsə, gömrük, immiqrasiya və aeroport işçiləri daxil ola bilər. ____________________________________ Milli bayram günləri qəbul edən ölkələrin çoxunda səfirlər televiziyada çıxış edir. Yerli mətbuatda ölkə barədə materiallar nəşr edilir, televiziyada informasiya verilişləri hazırlanır. ____________________________________ Adətən səfir, yaxud elçi milli bayramlar günlərində qəbul edən ölkənin paytaxtında öz vətəndaşlarının koloniyasını (milli icmanı) qəbul edir. Əyalət şəhərlərində koloniyanı konsul qəbul edir. Qəbulda xüsusi tostlar söylənilir. Həmçinin dövlət başçısına səmimi, dost hisslərini ifadə edən namə göndərilə bilər. Səfirə onun ölkəsinin milli bayramı ilə əlaqədar yerli və xarici hakimiyyət nümayəndələri tərəfindən vizit edilir və buna cavab olaraq gecikdirilmədən cavab viziti edilmədilir. Əgər nümayəndəlik başçısına xüsusi ehtiram nümayiş etdiril­Miş­dirsə, o dərhal üzərində p.r. inisiallı minnətdarlıq əks edilmiş vizit kartını göndərməlidir. Məsələn, Fransada təkcə tarixi xarakterli yox, həmçinin katolik bayramlar da milli hesab edilir. May ayının birinci bazar günü Janna d’Ark bayramıdır; 14 iyul Bastiliyanın tutulmasının ildönümüdür; həmçinin 1918-ci ilin atəşkəsinin ildönümü və 1945-ci il müharibəsinin bitməsi tarixini qeyd edirlər. Bəzi günlər Fransada qanuni bayramlar hesab edilir: 1 yanvar, pasxa bazar ertəsi, Vozneseniye cümə axşamı, Troitsa bazar ertəsi, 15 avqust (Uspeniye), 1 noyabr (bütün müqəddəslərin günü), 25 dekabr (Milad). _________________________________________ Dövlət başçıları arasında Yeni illə əlaqədar təbrik və arzular mübadiləsi ənənə şəkli alıb (Əlavə 9). _________________________________________ Bu məqsədlə gözəl tərtib edilmiş açıqcalar buraxılır. Yeni il təbrikləri üçün çox vaxt vizit kartlarından istifadə edilir. Bəzən o, təbrik açıqcası, yaxud suvenirini müşayiət edir və r.f.N.A. qeydi ilə tamamlanır. ____________________________________ Bəzi ölkələrdə dini bayramlar geniş qeyd edilir. Dini mərasimlər zamanı protokol məsələləri ilə adətən kilsə özü məşğul olur. ____________________________________ Dövlət başçısının vəzifə başına keçməsi də ali səviyyədə müxtəlif ünsiyyət formaları üçün səbəb hesab edilir. Beynəlxalq etiketə müvafiq olaraq, yeni dövlət başçısına təbrik teleqramları, məktublar, namələr göndərmək qəbul edilib (Əlavə 10). Ölkənin protokol şöbəsi qəbul edilmiş təbriklərin qeydiyyatını aparır, onlara cavablar hazırlanır. Bəzi ölkələrdə mərasimə xarici  nümayən­də heyətləri dəvət edilir. Rəsmi matəmi hökumətin başçısı elan edə bilər. Bu halda ona qeyd edilən nümayəndəliyin başçısı və işçiləri də riayət edir; əgər matəmi qəbul edən dövlətin hökuməti elan edibsə, ona həmin ölkədə akkreditə olunmuş bütün diplomatik nümayəndəliklərin üzvləri riayət edir. Qəbul edən ölkənin dövlət başçısının, hökumət başçısı, yaxud kral ailəsinin üzvünün vəfatı, yaxud milli faciə ilə əlaqədar nümayəndəlik başçısı öz nazirliyindən matəmin müddəti, bayrağın endirilməsi və s. aid təlimatlar alır. Matəm zamanı nümayəndəlik başçısı və işçiləri adətən qara rəngli qalstuk, yaxud onun ekvivalentini taxır (müvafiq geyim formasına qadınlar da riayət etməlidir), və nümayəndəlik başçısı ictimai tədbirləri ziyarət etməkdən mümkün qədər çəkinməlidir. Öncədən planlaşdırılmış tədbirlər ləğv oluna bilər; bu qayda dövlət səviyyəsində qəbullara şamil edilmir. Özəl qəbullar kifayət qədər təmkinli və təntənəli xarakter daşımalıdırlar. Başsağlıqları kitabı adətən səfirlikdə, yaxud nümayəndəlik başçısının iqamətgahında vizit kartları üçün qutu ilə yanaşı olur; başsağlığı bildirmək istəyənlərin hamısı burada öz qeydini edə bilər. Bəzi hallarda üzərində qara matəm lenti olan mərhumun şəkli də qoyula bilər. Diplomatik yazışmada bir müddət qara rənglə nişanlanmış dəftərxana ləvazimatlarından istifadə edilir. Əgər qəbul edən ölkədə rəsmi matəm elan edilirsə, diplomatik korpus protokol şöbənin başçısı ilə sıx əlaqə saxlayan duayenin rəhbərliyi altında nizamlı şəkildə hərəkət edirlər. Diplomatik korpus üzvlərindən bayraqlarını yarıyadək endirmək və qeyri-formal tədbirlərin çoxunu ləğv etmək xahişi edilə bilər. Diplomatik missiya başçıları başsağlıqları ifadə edilmiş rəsmi məktubu şəxsən göndərir və diplomatik nümayəndəliyin hər işçisi müvafiq toplantı keçirilən nazirlikdə, başsağlıqları kitabı ilə yanaşı üzərində p.c. qeydi olan öz vizit kartını qoyur. Diplomat-həmkarların hər hansı birinin təmsil etdiyi dövlətin ali şəxsi vəfat edirsə, diplomatik nümayəndəlik başçıları başsağlığını eyni formada bildirirlər. Başsağlıqları məktub, yaxud vizit kartı vasitəsilə bildirilir.
['dövlət mərasimləri', 'diplomatik protokol']
6,808
https://kayzen.az/blog/mizantrop/841/polis.html
Polis
mizantrop
Bloq: mizantrop
8 aprel 2010, 22:08
Polis ölkə ərazisində asayişi qorumaqla məşğul olan,əynində forma olan və insanların 80 faizinin nifrət etdiyi dövlət işçisidir. PPX- kənddən dünən gəlmiş,qaz vurub qazan doldurmaq istəyən,lakin intellekti çox olmayan əsasən 20-30 yaşlıOper(operativnik) cinayət-axtarış şöbəsində işləyir. Düzdür,bu təhlükəlidir,hətta qarnında güllə də ala bilərsən, maaşı da taraz deyil. Amma cinayət hadisəsinin üstünü örtmək, hədə-qorxu gəlmək, əsl günahkarın yerinə başqasını dama basmaq və s. sayəsində xeyli qazana bilirlər.Daxili Qoşunlar-mitinq dağıtmaqla məşğuldurlar Şöbə işçiləri-daxili kargüzarlıq, dokumentasiya, ərizə qəbulu və s. işinə baxanlar. Süründürməçilik, tənbəllik və s. ilə fərqlənirlər. Xüsusi Təyinatlı polislər- nə işlə məşğul olduqlarını heç özləri də bilmirlər.Terrorizmlə mübarizə olanda-zadda gözə görünürlər. Daxili şöbə-polisin polisi.Belələrini heç polisə də arzu etmək istəmirsən. Az-çox günahı olan polisi soyub buraxırlar. Daxili istintaq elə-belə yer deyil! DYP-onlar haqqında danışmağa ehtiyac yoxdur.Sürücülərin söyüşləri bəsdir. Polisləri əllərindən nə desən gəlir: əl-qol hərəkətləri ilə adamı çırpmaq, şərq əlbəyaxa döyüş növləri adamın başına kisə, kulok keçirtmək, havasızlıqla boğmaq elektroşok adamı cürbəcür üzdəniraq məhbusların yanına salmaq dindirmə, psixoloji fəndlər adamın cibinə nəşə atmaq Daxili İşlər sistemində əsasən elə polislərin uşaqları,məktəbdə xuliqanların əlindən əzab görmüş gədələr,iş tapa bilməyib amma pul qazanmaq istəyənlər,forma altında banditlik etmək istəyənlər,hərbi xidmətdə çavuş-gizir olanlar işləyir.Xüsusi bir tip də var:qanunu müdafiə etmək istəyən,haqq-ədalətin bərqarar olmasını istəyənlər.Amma onlar çox azdır(Antarktidadakı fillərin sayı qədər).Min şükür!
['polis', 'mizantropiya', 'qanun keçikçisi']
6,809
https://kayzen.az/blog/kitab/837/kitab-%C9%99tri.html
Kitab ətri
bloqçu
Kitablar və mütaliə
8 aprel 2010, 16:19
Bəh-bəh-bəh...telefonlardakı bluetooth adlarına baxırsan və fərqli, fərqli düşüncələrə dalırsan, deyirsən ki, gəl-ha-gəl-ə bax. Əslində hər kəsin öz malı ilə istədiyini etməyə haqqı var, amma, gəlin, boynumuza alaq ki, bu gün başqa şeyi demirəm, elə məhz telefonlara olan maraq kitablara olsa, həyat necə olardı?! Və yaxud da internetdə vaxtı sərf etdiyimiz oyunlar əvəzinə (ya da bu vaxtın daha bir qismini) kitablara, əsərlərə, məlumatlara, məqalələrə və yaxud da elə maraqlı postlara ayırsaydıq. Hansı cavanlarımız bir araya toplaşdıqda bir-birləri ilə oxuduğu kitablardan söz açır, hansılar əsərləri müzakirə edir, hansılar kitablarını oxumaq üçün dəyiş-düyüş edirlər??? Axı hansılar? Çox azdır.. Haqsızlıq etməyim, təbii ki, oxuyanlar var, buna da yox desəydim ağartmış olardım. Əlbəttə ki var! Amma, əksəriyyətin fikri-zikri, amalı tamam başqadır. Məqsədləri nədir, onu da bilmirik?! Xarici ölkələrdə, metrolarda, başqa nəqliyyat vasitələrində əllərində telefon, bluetooth-da eşələnən cavanlara az rast gəlmək olar. Çoxluq kitab oxuyur. Yaşlısı da, cavanı da. Hələ yaşlıları qoyum bir kənara, əgər bir ölkədə ki, cavanlar oxuyurlar, elmə-biliyə, mütaliəyə belə maraq göstərirlər, əlbəttə ki, o ölkə hər zaman irəli gedəcəkdir.   Bizdə isə... Əslində mən belə passivliyə bir nöqteyi nəzərdən yanaşmıram, səbəblər də çox ola bilər. Deyir ki, balıq başdan iy verər. İndi dövrdə ən öndə gedən işlər nədir? Bunları hardan bilirik? Təbii ki, reklamdan. Sırf reklam. Məncə kitablar üçün də müxtəlif həvəsləndirici işlər görülsə, müxtəlif kompaniyalar qurulsa irəli bir addım atılmış olar. Yoxsa çox şeyi itirə bilərik. Kitabxanalar var, kitab dükanlarımız da var. Amma, içində özümüzünkülər olsa da əksəriyyəti xarici yazarların kitablarıdır. Hərçənd ki, oxuyan şəxs üçün bunun elə də önəmi yoxdur, amma, bizim özümüz üçün bu çox mənfi bir haldır. Yəni əgər bu gün kitab yazanımız yoxdursa, o zaman oxumayanımızı nə deyək? Bu zaman da ortaya bir sual çıxır? Niyə kitablar istənilən dərəcədə, istənilən sayda çap olunmur? Yəqin ki, buna istənilən dərəcə tələb yoxdur.  Bir çox müasir yazarlar bu gün məhz internet səhifələrində çap olunmçağı daha üstün tuturlar. Çünki, imkanları buna yetir. ATV kanalında izlədiyim bir verlişdə adını xatırlamadığım bir yazıçı qeyd elədi ki, mən əsər yazmıram, çünki, bundan nə xeyir əldə edəcəyəm ki? Baxıb görürsən ki, kişi düz deyir. Balaları ac qalacaqsa hansı əsərdən, hansı romandan söz gedə bilər??? Hərçənd ki, bununla da qismən razıyam, tam yox. Çünki, ədəbiyyat, başqa aləmdir və yazar əgər yazırsa bunu istədiyi üçün yazır, sözlərini sinəsində, ürəyində saxlaya bilmədiyi üçün yazır. Burda pulun nə məsələsi?! Zaman elə zamandır ki, bu saat istədiyin kitabı internetdən yükləyib oxuya bilərsən və ya istədiyin məqalələri, yazıları və s. Bu gün bizim ədəbiyyat əgər toz basmırsa bunda internetin xeyri çox böyükdür, hətta, belə demək olar ki, ədəbiyyatımız internetin sayəsində yaşayır və irəli getməyə çalışır.. Çünki, baxıb, oxuyub görürsən ki, yazanlar, buna səy göstərənlər və öyrənənlər var. Ha doğru, ha yalnış, ha az, ha çox! Amma, var. *** Bir neçə vaxt bundan öncə metrodan çıxanda, elə çıxışdaca bir satıcının öz “butkasında” necə büzülüb, oturub, yuxulamasının şahidi oldum. 26-27 yaşlarında olardı.. Üzüldüm… İndi düşünürəm ki, səhərdən axşamacan işləyən insanlar hansı həvəslə kitab oxusunlar? Və ya hansı vaxtda? Və ya hansı pulla? Tutaq ki, kişi işlədi, gəldi evə, yedi, içdi- indi guya o əlinə kitab alıb başlayacaq oxumağa??? Yox, bu ayda-ildə bir dəfə görülən iş olar.. Balaları evdə çörək gözləyirsə, geyim gözləyirsə (bu o kişinin gün ərzində olan düşüncəsi) və adamın səhərdən axşamacan canı çıxırs (bu o kişinin vaxtı), hansı maraqdan, hansı kitabdan söz gedir axı?! Kişi gəlib, başını atıb yatacaq. Neyləsin?! Demək ki, belə nəticəyə gəlinir ki, insan rahat yaşayarsa çox şey həll eləmək olar. Amma, vallah bəzi rahat yaşayanlarımızda da oxumağa heç həvəs yoxdur.” Pul onsuz da hər şeyi həll edir…” Ehh yuxarı tüpürsən bığ, aşağı tüpürsən saqqal. Deyiləsi isə o qədər şey var ki.. Amma, nə fayda, nəticə ki boşdur?! Çox çalışmaq, çox.. Gələcəyi düşünərək çox çalışmaq, bir çox ideyalara imza atmaq…elə idealar ki, insanların xeyrinə olacaq..
['kitab', 'mütaliə', 'savadsızlıq', 'bibliofil']
6,810
https://kayzen.az/blog/daxili-sekresiya/832/daxili-sekresiya-v%C9%99zil%C9%99ri.html
Daxili sekresiya vəziləri
loğman
daxili sekresiya xəstəlikləri
8 aprel 2010, 13:23
Vəzi epitel toxumasından əmələ gəlmiş və özündən şirə ifraz edən orqandır. Vəzilər birləşdirici toxumadan əmələ gəlmiş kapsulla əhatə olunur. Onlar morfoloji-fizioloji xüsusiyyətlərinə görə iki qrupa bölünür: 1) xarici sekresiya, yaxud ekzokrin vəzilər; 2) daxili sekresiya və ya endokrin vəzilər. Qarışıq vəzilər də vardır. Axacağı olan vəzilərə xarici sekresiya vəziləri deyilir. Bu vəzilər öz şirələrini (məhsullarını) axacaqlar vasitəsilə müəyyən orqanlara tökür və ya xaricə çıxarır. Xarici sekresiya vəzilərinin ifraz etdikləri məhsul iki növdür: 1) ifrazat-sekret; 2) ifrazat-ekskret. Birinci məhsul insana lazım olan, ikincisi isə insana lazım olmayan məhsullardır.   Xarici sekresiya vəziləri formaca borulu, alveollu və borulu-alveollu vəzilərə bölünür. Onlar sekresiya-ifrazetmə mexanizminə görə üç qrupa bölünür: 1) merokkrin-hüceyrələri sekresiya zamanı sökülmür; 2) apokrin hüceyrələrin protoplazmasının bir hissəsi sökülərək onun sekretində iştirak edir; 3) holokrin-vəzinin hüceyrələri tamamilə sökülüb, onun sekretini təşkil edir. Axacağı olmayan və öz məhsulunu bilavasitə qana, yaxud limfaya buraxan vəzilərə daxili sekresiya vəziləri yaxud endokrin və ya inkretor vəzilər, yaxud da axacaqsız vəzilər deyilir. Bu vəzilər qan damarları ilə çox zəngin olur. Bundan başqa, onların kapillyarları genişliklərə malikdir ki, bu da vəzinin məhsulunun qana keçməsinə şərait yaradır.   Daxili sekresiya vəzilərinin ifraz etdiyi bioloji aktiv maddələr hormon adlanır. Hormonlar maddələr mübadiləsində iştirak edir, orqanların böyüməsini və inkişafını tənzim edir. Orqanizmin inkişafına və böyüməsinə təsir edən məhsula hormonozon deyilir. Hormonlar qana keçərək, bütün bədənə yayılır, orqanların fəaliyyətini ya artırır, ya da azaldır və beləliklə orqanizmdə funksiyaların humoral tənzimində iştirak edir. Humoral tənzim də müstəqil olmayıb sinir sisteminin tabeçiliyində olur, yəni daxili sekresiya vəziləri və sinir sistemi bir-biri ilə sıx rabitədə fəaliyyət göstərərək, birlikdə neyro-humoral tənzim sistemini təşkil edir. Daxili sekresiya vəzilərinə aşağıdakılar aiddir: qalxanabənzər vəzi, qalxanabənzərətrafı vəzilər, timus (çəngələbənzər vəzi), böyrəküstü vəzilər, hipofiz, epifiz (əzgiləbənzər vəzi), mədəaltı vəzinin və cinsiyyət vəzilərinin daxili sekresiya hissələri. Orqanizmdə orqan və toxumaların qarşılıqlı əlaqəli şəkildə fəaliyyət göstərməsində, eləcə də xarici mühit təsirlərinə qarşı orqanizmin uyğunlaşması proseslərində sinir sistemi ilə yanaşı, daxili sekresiya vəziləri də bilavasitə iştirak edir. Bu isə hormonların hesabına olur. Vəzilər sinir sisteminin nəzarəti altında fəaliyyət göstərir, eyni zamanda qana ifraz etdikləri hormonlar vasitəsilə sinir sisteminin fəaliyyətinə təsir göstərə bilir. Müxtəlif səbəblərdən endokrin vəzilərin fəaliyyəti zəifləyə (hipofunksiya) və ya arta bilər (hiperfunksiya). Hipofizin funksiyaları. Daxili sekresiya vəziləri arasında hipofiz əsas yer tutur. Çünki bir sıra digər endokrin vəzilərinin fəaliyyətinin tənzimində iştirak edir. Bu vəzi baş beynin alt hissəsində, türk yəhəri çökəkliyində yerləşmişdir. Ona yerləşdiyi yerinə və vəzifəsinə görə beyin artımı da deyilir. Ön, arxa paylardan və ara hissədən ibarətdir. Bu vəzidə 22-dən artıq hormon ifraz olunur. Onun hormonları kimyəvi cəhətdən zülal tipli birləşmələrə aiddir. Hipofizin ön payında (adenohipofiz) hazırlanan somatotrop hormon boyatma prosesini tənzim edir, daxili orqanların böyüməsinə kömək edir, maddələr mübadiləsini gücləndirir. Uşaqlarda somatotrop hormonun sekresiyasının azalması cırtdanboyluğa (karlik), artması isə uşaqlarda nəhəngboyluğa (giqantizm) və yaşlılarda akromeqaliyaya (ayrı-ayrı orqanların böyüməsi və bədənin mütənasibliyinin pozulması) səbəb olur. Ön payın adrenokortikotrop hormonunun ifrazı və təsiri orqanizmdə stress reaksiyaları zamanı artır. Onun qonadotrop hormonlarının təsiri qadınlarda süd vəzilərinin fəaliyyətinin artmasına, kişilərdə də cinsi fəaliyyətin yüksəlməsinə səbəb olur. Ümumiyyətlə, qonadotrop hormonlar cinsiyyət vəzilərinin inkişafını və cinsiyyət orqanlarının fəaliyyətini artıraraq, cinsiyyət hormonlarının ifrazını sürətləndirir və beləliklə, ikincili cinsi əlamətlərin yaranmasını təmin edir. Tirotrop hormon qalxanabənzər vəzinin funksiyasını artırır. Hipofizin arxa payının (neyrohipofiz) hasil etdiyi antidiuretik hormon (vazopressin) böyrəyin yığıcı borucuqlarında suyun geriyə sorulmasını artırır. Odur ki, həmin hormonun çatışmazlığı zamanı şəkərsiz diabet xəstəliyi əmələ gəlir: xəstədə şiddətli susuzluq hissi yaranır və sutkada on litrlərlə tərkibində şəkər olmayan sidik ifraz edir. Antidiuretik hormonun böyük dozaları damarların (xüsusən arteriolaların) saya əzələlərini daraldaraq arterial qan təzyiqini artırır. Arxa payın digər hormonu olan oksitosin xüsusən hamiləliyin sonunda uşaqlığın saya əzələlərinin yığılmasını stimulyasiya edir. Doğuş aktının normal getməsi üçün bu hormonun olması vacibdir. Hipofizin ara hissəsində hasil olan melanotrop hormon (intermedin) dəridə piqment mübadiləsini tənzim edir. Qalxanabənzər vəzi. Bu vəzi boyun nahiyəsində qırtlağın önündə yerləşmişdir. O, iki yan və bir ön hissədən ibarətdir. Bu hissələr arasında anatomik əlaqə vardır. Vəzi limfa və qan damarları ilə yaxşı təchiz olunmuşdur. Qalxanabənzər vəzinin bioloji aktivliyə malik tərkibində yod olan hormonları tiroksin və triyodotironindir. Tiroksinin aşağıdakı bioloji təsirləri vardır: 1. Orqanizmdə maddələr mübadiləsini sürətləndirir ki, bu da istilik enerjisinin artması ilə müşayiət olunur. Hormonun təsirindən zülal, yağ, xüsusilə karbohidratların və mineral maddələrin mübadiləsinin səviyyəsi yüksəlir. 2. Vegetativ sinir sisteminin fəaliyyətini artırır. Sinir sisteminin qıcıqlara qarşı həssaslığını yüksəldir. 3. Orqanizmin böyüməsi və inkişafı prosesinin nizamlanmasında iştirak edir. Belə ki, uşaqlarda onun funksiyası pozulduqda boyatma ləngiyir, ali sinir sisteminin fəaliyyəti pozulur və kretinizm xəstəliyi baş verir. 4. Süd və cinsiyyət vəzilərinin, böyrəküstü vəzinin funksiyasını artırır, mədəaltı vəzinin funksiyalarına isə tormozlayıcı təsir göstərir. 5. Orqanizmdə su mübadiləsinin tənziminə təsir göstərir. Qalxanabənzər vəzinin tirokalsitonin hormonunun təsirindən qanda kalsiumun miqdarı azalır və kalsium sümük toxumasında toplanır. Qalxanabənzər vəzinin funksiyası hipofizin tirotrop hormonu, eləcə də qida və su ilə daxil olan yod elementinin və qanda olan tiroksinin miqdarı ilə tənzim olunur. Qida məhsullarında və suda yod çatışmadıqda endemik ur xəstəliyi baş verir. Qalxanabənzər vəzinin hipofunksiyası kiçik uşaqlarda kretinizm xəstəliyi əmələ gətirir. Belə uşaqlar zehni və fiziki inkişafdan geri qalırlar, alın kiçik olur, ağız boşluğundan daim ağız suyu ifrazı müşahidə olunur, dil böyük olub, ağıza sığmır. Yaşlı insanlarda isə vəzinin hipofunksiyası zamanı miksödema xəstəliyi baş verir. Qalxanabənzər vəzinin hiperfunksiyası zamanı tireotoksikoz və ya Bazedov yaxud Qreyvs xəstəliyi əmələ gəlir. Bu vaxt orqanizmdə oksidləşmə və fosforlaşma prosesləri arasında qarşılıqlı əlaqə pozulur. Üzvi maddələrin parçalanması xeyli sürətlənir. Lakin enerji mənbəyi kimi ATF-in sintezi zəifləyir. Odur ki, maddələrin parçalanmasından alınan enerji istilik enerjisi şəklində orqanizmdən xaric olunur. Böyrəküstü vəzilər. Bu vəzilər böyrəklərin üst nahiyəsində yerləşmişdir. Vəzinin kütləsi 5-7 qramdır, 40-dan artıq hormon sintez edir. Qabıq və beyin maddədən ibarətdir. Qabıq maddənin bəzi hormonları orqanizmdə mineral duz və su mübadiləsini, digərləri karbohidrat, yağ və zülal mübadiləsini nizamlayır. Hormonlardan qlükokortikoidlər orqanizmdə iltihab proseslərini söndürür. Stress reaksiyası zamanı onların qanda miqdarı artır. Allergiya zamanı da ondan müalicəvi məqsədlə istifadə olunur. Kortikosteron isə əsasən karbohidrat mübadiləsini tənzimləyir, qanda şəkərin miqdarının normal səviyyədə saxlanılmasını təmin edir. Böyrəküstü vəzilərin beyin maddəsinin hormonları adrenalin və noradrenalindir (katexolaminlər). Adrenalin daim ifraz olunur və çox fəaldır. Aqressiv emosiyalar, qorxu və ağrı ilə əlaqədar olan emosional vəziyyətlər, stress, əzələ işi qanda katexolaminlərin artması ilə müşayiət olunur. Adrenalin ürəyin fəaliyyətini sürətləndirir, mədə-bağırsaq sisteminin fəaliyyətini ləngidir, arteriolaları daraldıb, qan təzyiqini yüksəldir, qaraciyərdə və əzələlərdə qlikogenin parçalanması nəticəsində qanda şəkərin miqdarını artırır, toxumalarda oksidləşmə proseslərini gücləndirir. Adrenalinin qana ifraz olunmasını böyük beyin yarımkürələri qabığı və ara beynin vegetativ mərkəzləri tənzim edir. Mədəaltı vəzi. Mədəaltı vəzidə iki qrup hüceyrə ayırd edilir. Bir qrup hüceyrələr həzm prosesində iştirak edən şirə ifraz edir. Vəzinin Langerhans adacıqlarının beta hüceyrələrində isə insulin hormonu sintez olunur ki, bu da qanda qlükozanın miqdarını azaltmaqla onun sabitliyinin saxlanılmasına şərait yaradır. Odur ki, insan qida qəbul edən kimi mədəaltı vəzidən qana çoxlu insulin ifraz olunur. Nəticədə həzm orqanlarından külli miqdarda qana sorulan qlükoza orqan və toxumalara keçir, burada hormonun təsiri ilə surətlə qlikogen ehtiyat qida mənbəyi kimi toplanır. Bundan başqa, insulin membran keçiriciliyinə, zülal sintezinə müsbət təsir edir. Eyni zamanda hormon zülalların və yağların karbohidratlara çevrilməsini tormozlayır. Məhz buna görədir ki, şəkərli diabeti olan şəxslər tədricən arıqlayır və bir qədər iş görən kimi yorğunluq hiss edirlər. Bu hormon adrenalinlə qarşılıqlı əlaqədə fəaliyyət göstərərək, karbohidratların mübadiləsini və qanda qlükozanın miqdarının sabit vəziyyətdə saxlanılmasını tənzim edir. Mədəaltı vəzinin alfa hüceyrələrində qlükaqon hormonu əmələ gəlir ki, bu da ehtiyat halındakı qlükogeni qlükozaya çevirir. Bu zaman qanda şəkərin miqdarı artaraq onun bütün toxumalara, xüsusilə əzələlərə və beyinə çatdırılması fəallaşır. Mədəaltı vəzidə sintez olunan lipokain hormonu qaraciyərin piylənməsinin qarşısını alır. Mədəaltı vəzinin hipofunksiyası zamanı insanlarda şəkərli diabet xəstəliyi inkişaf edir. Bu zaman qanda şəkərin miqdarı artır, sidikdə onun sutkalıq miqdarı bir neçə dəfə çoxalır, sidiklə şəkərin orqanizmdən xaric olması, susuzluq hissi, arıqlama, başgicəllənməsi kimi əlamətlər meydana çıxır. Qeyd etmək lazımdır ki, bəzi bitkilərdə insulinəoxşar, onu əvəz edən maddələr sintez olunur. Bu maddələr də orqanizmdə insulin kimi təsir göstərir. Onlar ən çox vələmirdə, lobyada, noxudda və az miqdarda düyüdə, buğdada və kartofda toplanmışdır. Mədəaltı vəzinin hiperfunksiyası zamanı qanda şəkərin miqdarı azalır. Tənəffüsün tezliyi artır və mərkəzi sinir sistemində oyanma vəziyyəti yaranır. Timus. Timus və ya çəngələbənzər vəzi döş sümüyünün arxa hissəsində yerləşmişdir. Kütləsi 38 qrama bərabərdir. Timus vəzi immun sistemin formalaşmasını, uşaqların böyüməsi prosesini və kalsium mübadiləsini fəallaşdırır, sümüklərdə bu elementin yığılmasını tənzim edir. Timus cinsiyyət və qalxanabənzər vəzilərin funksiyasına tormozlayıcı təsir göstərir, cinsi yetişkənlik prosesini xeyli zəiflədir. Vəzi uşaqlarda 11-12 yaşadək böyüyür, sonra tədricən kiçilir və piy toxuması ilə əvəz olunur. Epifiz. Epifiz və ya əzgiləbənzər vəzinin bioloji funksiyalarına aşağıdakılar aiddir. 1. Cinsiyyət orqanlarının endokrin funksiyasına tormozlayıcı təsir göstərir. 2. Epifizin təsiri altında sutkalıq yuxunun dərinliyi və müddəti artır. İnsanın sutkalıq bioritminin yaranmasında bilavasitə iştirak edir. 3. İnsanda həftəlik, aylıq, mövsümi və illik bioloji ritmlərin tənzim olunmasında həlledici rol oynayır. 4. Mərkəzi sinir sisteminin, o cümlədən, simpatik sinir sisteminin funksiyasına təsir göstərir. Cinsiyyət vəziləri. Bunlar qarışıq vəzilərdir. Onlarda həm xarici sekretor, həm də daxili sekretor fəaliyyət müşahidə olunur. Kişilərin bu vəzilərində spermatozoidlər — kişi cinsiyyət hüceyrələri, qadınlarda isə qadın cinsiyyət hüceyrələri (yumurta hüceyrələri) yaranır. Kişi cinsiyyət hormonları androgenlər, qadın cinsiyyət hormonları estrogenlər adlanır. Bunların hər ikisi həm kişi, həm də qadın orqanizmində, amma müxtəlif nisbətlərdə hasil olur. Androgenlər, xüsusən testosteron və estrogenlər birincili cinsiyyət əlamətlərinin (daxili və xarici cinsiyyət orqanlarının inkişafı) və ikincili cinsiyyət əlamətlərinin (kişilərdə bığ, saqqal, qadınlarda süd vəziləri, enli çanaq və s.) əmələ gəlməsini təmin edir. Estrogenlər kişi orqanizmində spermatozoidlərin yaranmasını, androgenlər isə qadınlarda aybaşını ləngidir. Androgenlər orqanizmdə maddələr mübadiləsinə müsbət təsir göstərir, qaraciyərdə və toxumalarda qlikogenin sintezini tormozlayır. Qadın cinsiyyət hormonları uşaqlıqda, uşaqlıq yollarında və vulvada aybaşı vəziyyətinə uyğun morfoloji və funksional dəyişiklikləri törədir. Qadın cinsiyyət sikli ovulyasiya ilə əlaqədar olan bioloji prosesdir və dövri olaraq aylıq qanaxmalar menstruasiya (aybaşı) şəklində təzahür edir. Həmin siklin müddəti normal, sağlam, yetkin qadınlarda 27-28 gündür və 4 mərhələdən ibarətdir: 1. Ovulyasiyadan əvvəlki dövr — 14-15 gün. Orqanizmin cinsi akta və hamiləliyə hazır vəziyyətidir. Uşaqlıq bir qədər böyüyür, qanla zənginləşir. Qraaf qovuqcuqlarında yumurta hüceyrəsi yetişir və qovuqcuq partlayır, cinsi hüceyrə azad olur; 2. Ovulyasiya dövrü — 3 gün davam edir. Yumurta hüceyrəsi uşaqlığa yönəlir. Əvvəlki dövrdə cinsi akt olubsa, mayalanma baş verir, hamiləlik başlanır. Mayalanma baş verməyibsə, üçüncü dövr başlanır. 3. Ovulyasiyadan sonrakı dövr-menstruasiya 3-7 gün davam edir. Uşaqlıq əzələsinin təqəllüsü ilə əlaqədar olan ritmik hərəkətlər baş verir. Uşaqlığın selikli qişasından külli miqdarda örtük epitel hüceyrələri ayrılır və menstruasiya qanı ilə xaric olur. Qadında zəiflik, yorğunluq, başağrısı, əsəbilik müşahidə edilir, psixi davranışı pozulur. Sonra sakitlik dövrü başlanır. 4. Sakitlik dövründə uşaqlığın selikli qişası bərpa olunur. Bir neçə gün davam edir. Sonra qadının cinsiyyət sikli yenidən başlanır. Mayalanma baş veribsə, mayalanmış diploid hüceyrədə blastula və qastrulyasiya bölünmələri baş verir, sonra ektodermal, mezodermal və entodermal rüşeym qatlarından rüşeymin müxtəlif orqan və toxumaları yaranır, inkişaf edir. Qadınlarda hamiləlik dövrü 40 həftə davam edir. Androgen hormonlar həm kişi, həm də qadın fərdlərində sintez olunur. Lakin onların qanda miqdarı bu fərdlərdə eyni deyildir. Kişilərin qanında androgenlər, qadınların qanında isə estrogenlər üstünlük təşkil edir və bununla əlaqədar olaraq, iki cinsiyyət arasında müəyyən morfo-fizioloji fərqlər yaranır. Hormonların təsir mexanizmi. Hormonlar orqanizmin böyümə və funksional yetişkənlik prosesində, maddələr mübadiləsinin bütün sahələrinin tənzim olunmasında iştirak edərək daxili mühitin nisbi sabitliyinin saxlanmasını təmin edir. Müəyyən hormonlar xarici mühit amillərinin təsiri nəticəsində törənən stress reaksiyaları zamanı orqanizmin uyğunlaşma reaksiyalarında (ümumi adaptasiya sindromu) bilavasitə iştirak edir. Hormonlar orqanizmdə bir sıra digər funksiyaları da icra edir. Qan vasitəsilə orqan və toxumalara çatdırılan hormonların bioloji təsiri aşağıdakı xüsusiyyətlərlə xarakterizə edilir: 1. Hormonlar yüksək dərəcədə spesifikliyə malikdir ki, bunun nəticəsində hər bir hormon müəyyən orqanların fəaliyyətini və ya müəyyən funksiyasını tənzim edir. 2. Hormonların molekul çəkisi nisbətən kiçik olduğundan, onlar qan kapillyarlarından hüceyrələrarası mayeyə, oradan isə hüceyrə daxilinə asanlıqla keçir. 3. Qida ilə həzm orqanlarına çatdırılan hormonları həzm şirələri parçalayır. 4. Hormonlar azacıq miqdarda olduqda belə öz təsirini göstərir, yəni onlar yüksək bioloji aktivliyə malikdir. Hormonların təsir mexanizmində ikinci mühüm cəhət odur ki, onlar müxtəlif orqanların hüceyrələrində fermentlərin sintezini stimullaşdırır və hüceyrələrdə kimyəvi reaksiyaları müəyyən istiqamətlərdə sürətləndirir. Daxili sekresiya vəzilərinin qarşılıqlı əlaqədə fəaliyyət göstərməsi, hormonların təsir mexanizminin üçüncü əsas cəhətidir. Vəzilər arasında qarşılıqlı funksional əlaqənin mövcud olması hesabına orqanizmdə tənzimedici humoral sistem əmələ gəlmişdir. Bu sistemdə hipofiz həlledici rol oynayır. Mərkəzi sinir sistemi isə hipofizin funksiyasına və eləcə də bütün daxili sekresiya vəzilərinin fəaliyyətinə tənzimedici təsir göstərir. Orqanizmdə vahid neyro-endokrin tənzimedici sistem mövcuddur. Mənbə: Tibbi biliklərin əsasları Müəlliflər: Sabir Cahan oğlu Əliyev, Həqiqət Məhəmmədhacı qızı Hacıyeva, Nijad Cəbrayıl oğlu Mikayılzadə Həmçinin bax: Hipofiz, qalxanabənzər, böyrəküstü və çəngələbənzər vəzlər
['daxili sekresiyar', 'hormonlar', 'mədəaltı vəzi', 'hipofiz', 'qalxanabəzər vəzi', 'böyrəküstü vəzi', 'cinsiyyət vəziləri']
6,811
https://kayzen.az/blog/Sufi/830/imperatorun-o%C4%9Flunun-m%C3%BC%C9%99mmal%C4%B1-%C3%B6l%C3%BCm%C3%BC.html
İmperatorun oğlunun müəmmalı ölümü
Sufi
Bloq: Sufi
8 aprel 2010, 11:07
1889-cu ilin günəşli yanvar günlərinin birində Vyana şəhəri ilk qarın göz qamaşdıran bəyaz qiyafəsində par-par parıldayırdı. Avstriya-Macarıstan imperiyasının vəliəhdi şahzadə İosif Rudolf kral arabasında bahalı mehmanxananın giriş qapısına yaxınlaşdı. Mehmanxanadan şahzadənin on yeddi yaşlı məşuqəsi baronessa Ma­riya Veçera çıxaraq, arabaya əyləşdi. Araba Vyana şəhərindən cənubi-şərqdə, yəni iyirmi kilometrlik məsafədə yerləşən Mayerlinq adlı kiçik kəndə tərəf yollandı. Bir neçə saatdan sonra krallığın Ma­yerlinq kəndində yerləşən ov üçün ayrılmış evinin tavanı altında, nəinki Avstriya-Macarıstanı, həmçinin dünyanı sarsıdan XX əsrin ən müəmmalı faciələrindən biri baş verdi. Mayerlinq sirri haqqında romanlar, elmi-tədqiqat əsərləri yazılmış, tamaşalar və hətta balet səhnələşdirilmiş, Ömər Şərifin və Katrin Denyovun iştirakı ilə rejissor Terens Yanq tərəfindən çəkilmiş kino əsərini də daxil etməklə, bir neçə kinofilm çəkilmişdir. Özünə sui-qəsd üzrə ekspert mütəxəssislərin Mayerlinq kəndində beynəlxalq konfransı keçirilmiş və baş vermiş cinayət hadisəsi haqqında müxtəlif mülahizələr irəli sürülmüşdür. Əsas mülahizələrdən biri şahzadə ilə baronessanın həyatlarına birlikdə sui-qəsd etməsi kimi fərziyyədən ibarət idi. Dikkensin yazdığı kimi, XIX əsrin sonu Avstriya-Macarıstan üçün ən yaxşı və həm də ən pis vaxtlardan biri idi. Monarxiya çiçəklənirdi. Vyana musiqi və şən gülüş səslərinin müşayiəti altında yaşayırdı. Frans İosifm imperiyası sarsılmaz dövlət təsiri bağışlasa da, ölkə çətin həll olunan problemlərlə qarşılaşmağa başlamışdı. Balkan yarımadasında və Çexiyada baş qaldırmış milli-azadlıq hərəkatlarının fəaliyyəti də buna dəlalət edirdi. Çoxları Mayer­linq faciəsinin baş verdiyi ildə bütün Avropam «lərzəyə salan» bir şəxsiyyətin - Adolf Hitlerin Avstriyada dünyaya gəlməsini rəmzi hesab edirlər. Maraqlı hadisələr Habsburqlar imperiyasının məhz bu ildən etibarən süqut etdiyini vurğulamaq düzgün olardı. Təmtəraqlı Vyana sarayının pərdəsi arxasında imperiya sülaləsini parçalayan «xora» gizlənirdi. Daş qəlbli Frans İosif ona yaxın olan insanlar ilə normal və xoş münasibətler saxlamaq istəmirdi. Frans İosifin qohumlarını isə sanki taleyin acı yazısı izləyirdi. Frans İosif qardaşı Maksimiliana dövlətin idarə olunması prosesində iştirak etməsinə izin vermişdi. Bir qədər keçmiş Frans İosif özünü Meksikanın imperatoru elan etdi. Frans İosif hakimiyyət uğrunda həlledici mübarizədə məğlub olaraq həyatını intiharla başa vurdu. Frans İosif həyat yoldaşı imperatriça Yelizavetanı özündən uzaqlaşdıraraq bədbəxt etmişdi. İmperatriça Yelizaveta çox gözəl, ziyalı, həssas və mehriban qadın idi. O, demək olar ki, bütün ömrünü ailəsindən uzaqda yaşamış və ən nəhayət, oğlunun faciəli ölümündən doqquz il son­ra Cenevrə şəhərində qətlə yetirilmişdi. Frans io­sifin gəlini Paris şəhərində baş vermiş yanğın nəticəsində həlak olmuşdu. İmperatorun qardaşı oğlu ershersoq Frans Ferdinand 1914-cü ildə Sarayevo şəhərində qətlə yetirilmişdi ki, bu hadisə, tarixdən məlum olduğu kimi, I Dünya müharibəsinin başlanmasına səbəb olmuşdur. imperator Frans İosif hətta yeganə oğlu, vəliəhd şahzadə Rudolfu da sevmir, onun həyat tərzindən və siyasi baxışlarından narazılıq edirdi. Rudolfun tutma halları onu çox narahat edirdi. Çünki ruhi xəstəlik əlamətləri imperator ailəsində çoxdan müşahidə olunurdu...Rudolfun əmisi oğlu ershersoq Otto bir dəfə şam yeməyinə (şam yeməyi Vyana restoranında təşkil olunmuşdu) ekzotik «qiyafədə» təşrif buyurmuşdu. Onun boynunda Qızıl Runa nişanı olduğu halda, bədəni çılpaq idi. Bu, çox güman ki, gənc əsilzadənin ətrafdakıları heyrətə gətirə bilən hərəkəti deyildi. Bu, daha çox ruhi xəstəliyin əlamətinə oxşayrrdı. İmperatriça Yelizavetanın əmisi oğlu Lüdviq, uşaqlıqdan ruhi xəstəlikdən əzab çəkməsinə baxmayaraq, Bavariya taxt-tacma sahib ola bilmiş, lakin Reyn çayına tullanaraq həyatına son qoymuşdu. О, vəliəhd şahzadə Rudolfun yaxın dostu idi. Onun ölümimdən sonra, vəliəhd də, özünə sui-qəsd etməyə çalışırdı. Hətta vəliəhdin bir ordu zabiti və növbəti məşuqəsi Missi Kaspar ilə birlikdə müştərək sui-qəsd əməli təşkil etməsi də sarayda məlum olmuşdu. Bu ideya ordu zabiti ilə keçmiş məşuqənin son məqamda fikirlərindən dönmələri səbəbindən həyata keçməmişdi. Melanxoliya tutmalarına baxmayaraq, otuz yaşlı şahzadə fəal Don Juan olmaqla yanaşı, məşuqələrinin siyahısını tərtib etməyi çox xoşlayırdı. Onun çoxsaylı məşuqələri arasında həm kübar cəmiyyətin xanımları, həm də rəiyyətin nünıayəndələri var idi. Kübar xanımlar şahzadə ilə münasibətdə olduqdan sonra, Habsburqlar sülaləsinin gerbi ilə döyəclənmiş gümüş tütün qabını hədiyyə kimi əldə edirdilər. Rəiyyət qızlarına isə daha ucuz hədiyyələr təqdim olunurdu. Şahzadə Rudolfun qəlbini ələ alan sonuncu xanım erməni mənşəli italyan baronu ilə kübar mənşəyi Vyana ictimaiyyətində şübhə doğuran Yelenanın qızı, on yeddi yaşlı, əsmər saçlı, dolu bədənli baronessa Mariya Veçera idi. Gəncliyinə baxmayaraq, Mariya Veçera asanlıqla fıtnə-fəsad vasitəsinə çevrilərək, ehtirasın güclü təsiri altına düşüb, sevdiyi insan ilə birlikdə özünə sui-qəsd etməyə hazır olan xanım idi. Mariyanı siyasi qraplaşmalardan birinin məxfi agenti olmağından şübhələnənlər də var idi. Digərləri isə, Mariyanın, oğlunun siyasi fəallığından ehtiyat edən imperator tərəfindən göndərilən casus olduğunu güman edirdi. Sevilməyən tənha insan 1889-cu il yanvar ayının 30-da, dumanlı bir səhər günü Mayerlinq kəndində yerləşən kral evində nə baş verdiyini öyrənməyə cəhd göstərməzdən əvvəl, vəliəhd, şahzadə Rudolfun şəxsiyyətinin necə formalaşdığını xatırlamaq gərəkdir. Şübhəsiz, onun xasiyyətində və temperamentində rast gəlinən qəribəliklər nəinki kral sülaləsində təsadüf edən qan qohumluğu (onun atası ilə anası əmioğlu-əmiqızı idilər), eləcə do onun uşaqlıq və gənclik illərində aldığı tərbiyə və təşəkkül tapdığı mühit ilə çox əlaqədardır. Ata ilə oğulun münasibətləri çox mürəkkəb idi. Ziqmund Freydin təbirincə desək, Frans İosifin ailəsindəki «ata-ana-oğul» üçlüyü Edip kompleksinin daha klassik nümunəsi kimi çıxış edirdi. İmperator oğlunu 1858-ci ildən, yəni dünyaya gəldiyi andan etibarən, macar piyadası alayına təyin etmişdi. Lakin Rudolf çox utancaq uşaq olub, öz gücünə inanmırdı. Bu, atanı qeyzləndirərək, qıcıqlandırırdı ki, uşaq da bütün bunları duyurdu. Rudolfun altı yaşı tamam olanda, imperator, Avstriya ordusunun zabitini vəliəhdin müəllimi təyin edərək, «onu əsl kişi kimi formalaşdırmağı» tapşırmışdı. Bundan sonra imperator oğlunun tərbiyəsinə müdaxilə etmir və onunla nadir hallarda görüşürdü. Qoçaq döyüşçü gənc Rudolfa atıcılığı, döyüş üsullarını və at çapmağı öyrətmişdi. Lakin gənc döyüş sənətini xoşlamır, elmə və siyasətə maraq göstərirdi. Vəliəhdi siyasətdən kənarlaşdıraraq, «düz yola sövq etmək» tapşırığı verildi. Şahzadəni həyatın intim tərəfləri: şərab, qadınlar və oyun kartları ilə tanış edən əcnəbi vətəndaş tapıldı. Ru­dolf bu cür həyat ilə tanış olduqdan sonra zöhrəvi xəstəliyə yoluxdu. Şahzadə atasının təkidi ilə sülalə nikahına qədəm qoydu. O, Belçika kralı Leopoldun qızı Stefaniya ilə evləndi. Kral Leopold qızım «Belçikanın qızılgülü» adlandırırdı. Stefaniya Rudolf ilə ailə həyatı qurduqdan sonra, həyat yoldaşının saysız-hesabsız eşq macəralarından əzab çəkərək tədricən gözəlliyini itirməyə, saralıb-solmağa başladı. Lakin sülalə nikahı bütün təhqirlərə dözməyə məcbur edirdi. Budur, həmin faciəli gün gəlib çatdı. Kral evində Rudolfdan və onun gənc məşuqəsindən savayı, knyaz Filip Koburqski və qraf Yojef Layoş da var idi. Şam yeməyindən sonra şahzadə ilə gənc baro­nessa yataq otağına çəkildilər. Qraf ilə knyaz isə onlar üçün ayrılmış otağa yollandılar. Rudolf ilə baronessanın cəsədləri növbəti günün səhəri qraf Layoş ilə otaq xidmətçisi Loşek tərəfindən tapıldı. Mariya Veçera ürəyindən güllə yarası alaraq həlak olmuşdu. Şahzadə Rudolf isə baş nahiyəsindən güllə yarası almışdı. Doğrudur, növbəti gün Rudolfun başının şüşə qab ilə yarıldığı haqqında şayiə yayılmağa başladı. Vyanadan gələn bəd xəbər Avropanın bütün çar ailələrinə təqdim olundu. Şahzadə Rudolfun ölümünün rəsmi səbəbi ürək tutması nəticəsində meydana çıxmış ölüm hadisəsi kimi bəyan edilmişdi. Məxmər maska Lakin Vyana sakinləri şayiələrə inanmırdılar. Paytaxtda gəzən şayiələr baş vermiş hadisəni izah etmir, əksinə, vəziyyəti daha da kəskin şəklə salırdı. Bır qisim insanlar şahzadənin ov zamanı bədbəxt hadisə nəticəsində qətlə yetirildiyindən bəhs edirdilər. Digərləri bu cür mülahizəyə qarşı etiraz edərək, «bədbəxt hadisə» faktının gizli saxlanmasının mənasız olduğunu söyləyirdilər. Bədbəxt hadisə sülaləni nüfuzdan sala bilməzdi. Üçüncü qisim insanlar Rudolfun mütləq qətlə yetirildiyini və bu qətldə onun məşuqəsi Veçeranın əli olduğunu söyləyirdilər. Lakin digər tərəf buna etiraz edərək, Mariyanın özü qurban olduğu halda necə qatil ola biləcəyini söyləyirdilər. Oğlunun ölüm xəbərinə Imperatorun ilk reaksiyası dərin hüzn deyil, qəzəb oldu. «Menim oğlum zavallı dərzi kimi həlak oldu» - deyə imperator qışqırırdı. Bir neçə il bundan əvvəl imperatorun həyatına bir dərzi qəsd etmişdi. Bu baxımdan, im­peratorun oğlunu dərzi ilə müqayisə etməsi şahzadəyə qarşı qərəzçi münasibətdən xəbər verirdi. Lakin Frans İosifin oğlu Rudolfa qarşı bəslədiyi münasibətdən asılı olmayaraq, şahzadə təmtəraqla dəfn olundu. imperator oğlu Rudolfun özünə sui-qəsd etməsi haqqında yayılmış şayiələrə baxmayaraq, Roma papasına müraciət edib, ondan şahzadənin Roma katolik kilsəsinin ayinlərinə uyğun dəfn olunmasına icazə verilməsini təvəqqe etdi. O, «hətta oğlum sui-qəsd əməlini icra etdiyi təqdirdə də bunu bilərəkdən deyil, ağlının dumanlandığı zaman həyata keçirmişdir» - deyə bəyan etdi. im­perator Roma papasını inandıraraq, dəfn mərasimini şahzadəyə layiq şəkildə təşkil edilməsinə, oğlunun cəsədini Vyanada yerləşən Kapusinlər məbədində salınmış qəbiristanlıqda, habsburqlar ailəsinin digər mərhum üzvlərinin yanında torpağa tapşırılmasına nail oldu. Dəfn mərasimində nəinki şahzadənin bədəni, həm də başı da möhkəm sarınmış, üzünə isə məxmər maska taxılmışdı. Onun dəfnindən sonra «məxmər maskalı şahzadə» adlı həcv nəşr olunmuşdu. Naməlum müəllif, maskanın qətl zamanı şahzadənin üzündə əmələ gələn yaraları gizlətmək üçün taxıldığını sübuta yetirmişdir. Müəllif şahzadə Rudolfun əxlaqı yüngül şəxsiyyət olduğunu bilərək, onun, həyat yoldaşına və yaxud qızına həqarət etdiyi bir şəxs tərəfindən qətlə yetirildiyini də istisna etmirdi. Əlbəttə, bu mülahizə baronessa Veçeranın nəyə görə öldürüldüyünü izah etmək iqtidarında deyildi. Daha bir fərziyyə Rudolfun əmisi oğlu, yaxın dostu, ershersoq İohan ilə bağlı idi. Bu fərziyyəyə görə, ershersoq İohan guya gənc baronessaya aşiq olub, onu dəlicəsinə qısqandığı üçün şərab şüşəsi ilə şahzadənin başına vuraraq, qətlə yetirmişdir. Saray əyanlarından birinin şahidliyi bu fərziyyənin doğrulmasına şərait yaratmış oldu. Bu şəxs, saray həkiminin şahzadənin başından şüşə qırıntılarını necə çıxartdığını gördüyünü söyləyirdi. Şahzadənin əmisi oğlu ilə bağlı digər fərziyyəyə müvafiq olaraq, burada qətl hadisəsinin silahı kimi şərab şüşəsi çıxış etsə də, İohann müşahidəçi rolunu oynayırdı. O, bu fərziyyəyə əsasən, eyvanda olduğundan, Rudolf ilə baronessanın qaldıqları otağı müşahidə edə bilirdi. Mariya sarayda hökm sürən siyasi mübahisədən söhbət açmış, Rudolf isə siyasət haqqında mübahisəyə qoşulmuşdur. Baro­nessa hiddətlənərək, şampan şüşəsini sevgilisinin başına çırpmışdır. Şahzadənin otaq xidmətçisi Loşek daxil olaraq, sahibinin cəsədi ilə qarşılaşmış və qəzəbindən qızı güllələmişdir. Ershersoq İohan gördüklərini Frans İosifə nəql etsə də, imperator ona inanmamışdı. Bütün bunlar azmış kimi, o, İohanın oğlunun qətlində təqsirkar olduğundan şübhələnmişdir. Bu şübhə üçün impe­ratorun heç bir əsası olmasa da, o, qardaşı oğlunu bütün fəxri adlardan məhrum edib, bəzəkli poqonlarını söküb, qılıncını sındıraraq, ölkədən sürgün etmişdi. Bütün bu mülahizələr Avropada mövcud olsa da, şayiələrə son qoyan rəsmi sənəd yox idi. Baş prokuror Ekler fon Langerin şahzadənin qətli ilə bağlı təhqiqat apardığı yaxşı məlumdur. Lakin bu təhqiqatın nəticələri haqqında heç bir məlumat təqdim olunmamışdır. Ershersoq İohanın ölkədən qovulmasına və yoxa çıxmasına da, bir çox əsassız ehtimallar səbəb olmuşdur. 1900-cü ildə şahzadənin dul həyat yoldaşı Stefaniya qraf Karl Lonai ilə ailə həyatı qurmuş, qızı Elizabet isə şəcərəsi Habsburqlar ilə müqayisədə daha qədim olan knyaz Otto Vindişqresin həyat yoldaşı olmuşdur. Frans İosif bu izdivaca mane olmağa çalışsa da, nəvəsi açıq-aşkar itaətsizlik nümayiş etdirmişdir. 1918-ci ildə bir zamanlar Rudolfa məxsus olan zabit çantasının aşkar edildiyi məlum olmuşdur. Çantanın dibində külqabı da tapılmışdı. Külqabında isə qadın xətti ilə bir neçə sətir yazılmış kağız parçası aşkar olunmuşdu: «Mən zəhərdən deyil, güllədən ölməyə üstünlük verirəm. Tapança daha etibarlıdır». Bu kəlmələr şahzadə Rudolf ilə Mariya Veçeranın müştərək sui-qəsd əməli haqqında razılığa gəlmələrinə dair fərziyyələrə inanan müəyyən qrup insanlar üçün daha bir sübut idi. Artıq Mayerlinq faciəsinin üstündən 40 il keçdikdən sonra, hadisəni izah edən daha etibarlı dəlillər aşkar edilmişdi. Professor Eduard Albert imperatordan Rudolfun ölümü haqqında şəhadətnamə tərtib etməyə dair sərəncam alınması barədə məlumat vermişdir. Bu şəhadətnamədə hadisə belə təsvir edilmişdir: Mariya Veçeranın dayısı baron Aristid Baltassi bacısı qızının məşuqəlik həyatından qeyzlənərək, onun ailənin namusunu təhqir etməsi ilə heç cürə barışa bilmirdi. Baron sevgililərin Mayerlinqə təşrif buyurduqlarından xəbər tutan kimi, evə daxil olub, Rudolfun başına bilyard ağacı ilə zərbə endirmişdir. Daha sonra, baron, rüsvay olmuş bacısı qızını güllələmişdir. Bu hadisədən bir qədər sonra qatil ölkədən sürgün edilmişdi. «Qara əl», yoxsa «dəmir kansler»? Lakin bu, son mülahizə deyildir. Bəziləri şahzadənin qətlində «Balkan yarımadasının qara əli» adlanan terrorçu təşkilatı ittiham edirdilər. Digərləri bu qətlin «dəmir kansler» Otto Bismarkın ssenarisi olduğunu təsdiq edirdilər. Guya Otto Bismark, Rudolfa sui-qəsdi, vahid Almaniyanın siyasi maraqları naminə təşkil edə bilərdi. Şahzadə Kayzer Vilhelmə nifrət edirdi və bu amil Avstriya-Macarıstan ilə Almaniya arasında bağlanacaq hərbi ittifaq planına mane olmağa qadir idi. Kimlər isə Rudolfu separatçı Madyar ordusu yaratmağa cəhd göstərən və buna görə də Macarıstanın xüsusi xidmət dəstələri tərəfindən qətlə yetirilən Macarıstan vətənpərvəri kimi təsəvvür edirdilər. Mayerlinq hadisəsi ətrafında formalaşan mülahizələrə görə, xalq şahzadənin ölümündə hətta çar Rusiyası hökumətini ittiham etməyə başlamışdı. Bu fərziyyələrə əsasən, çar Rusiyası radikallardan ehtiyat etdiyi üçün, şahzadənin sırf radikal olduğunu zənn edib, onun ölümünə fərman vermişdi. Rudolf ilə ershersoq İohanın əmisi qızı qrafinya fon Valderzeye-Vittelsbex xatirələrində şahzadənin ölümündən bir gün əvvəl əmisi qızına kiçik polad seyf etibar edərək, onu yalnız seyfin sirrini bilən şəxsə verməyi haqqında xəbərdarlıq etməsindən yazırdı. İki həftədən sonra İohan gələrək,seyfin şərtləşdirilmiş məxfi sözünü söyləmiş və qrafinya seyfi ona təhvil vermişdir. Avstriya imperatoru tərəfindən sürgün edilmiş İohan «Santa-Marqerita» gəmisinin Qori burnu yaxınlığında qəzaya uğraması nəticəsində həlak olmuşdur. Onun qrafinyadan təhvil aldığı və bəlkə də şahzadə Rudolfun müəmmalı ölümünü izah edə bilən seyf də dənizin dibində yatır. Hətta Iohanın gəmi qəzası zamanı həqiqətən də həlak olması və yaxud xilas yolunu tapması da naməlum faktlar sırasına daxil olmuşdu. Müəyyən müddətdən sonra, Norveçdə yaşayan iki şəxs, demək olar ki, eyni vaxtda, ershersoq İohanın nəvəsi olduqlarını, İohanın dəniz qəzası zamanı həlak olmadığını, əksinə, Norveçdə məskunlaşaraq, qondarma Hüqo Keller adı altında yaşadığım, ailə qurduğunu, oğul-uşaq sahibi olduğunu və 1945-ci ildə 93 yaşında vəfat etdiyini söyləyirdilər. Digər mənbələrdən məlum olduğu kimi, İohan dəniz qəzası zamanı həlak olmamış, guya ilk əvvəl Meksikaya, daha sonra isə Kaliforniyaya yollanmışdrr. Guya onu bütün səyahətlər zamanı Ru­dolf müşayiət edirdi!Bu mülahizəyə əsasən, Rudolf Stefaniya ilə bağladığı nikahdan əvvəl gizli surətdə ağır xəstə olan və daha sonra vəfat edən kübar italyan xanımı ilə evlənmişdi. Bir neçə il keçdikdən sonra şahzadə Stefaniya ilə izdivaca girən zaman Rudolfun birinci həyat yoldaşının vəfat etmədiyi məlum olmuşdur. Bundan xəbər tutan Rudolf dəhşətə gələrək, Vatikana məktub yazaraq, papadan nə cür davranacağım soruşur, ondan məsləhət istəyirdi. Lakin bu məktub Frans İosifin agentlərinin əlinə keçmiş, imperator oğlunu yanına çağırmış və oğluna rüsvay olmaqdan qaçmaq üçün Avstriyanı tərk etməsini, ölümünün uyduralmasını bəyan etmişdir. Rudolf əmisi oğlu İohanın köməyi ilə tibb institutundan boyuna və bədən quruluşuna görə oxşayan bir cəsəd taparaq, onu Mayerlinqə göndərmişdir. Burada cəsədin üzünə, başına zərbə endirərək, onu tanınmaz hala sahmşdılar. Guya əmioğluların bu niyyətini Rudolfun heç də məşuqəsi olmayan baronessa Veçera ifşa etmiş və təhlükəli şahiddən ehtiyat edən əmioğlular onu güllə ilə vnrmuşdular. Rudolf xaricdə heç bir maneə olmadan gizlənmiş və tezliklə İohan ona qoşulmuşdu. Amerika sahillərinə üz tutaraq, Kaliforniyada ranço sahibləri ki­mi həyat sürmüşdülər. Bu, çox gözəl mülahizə olsa da, həqiqətdən çox teleserial süjetini xatırladır. İmperatriçanin bağlaması Rudolfun ölümündən 100 il keçdikdən sonra Mayerlinq sirrinə qarşı yeni maraq oyanmışdır. Yeni mülahizələrdən ibarət bir neçə kitab artıq işıq üzü görmüşdür. Lakin bütün bunlar əsassız ehtimallar kimi qalmaqda davam edirdi. Yalnız, həmin dövrə aid hər hansı bir rəsmi sənəd aşkar olunması ilə həmin hadisəyə aydınlıq gətirmək olar. İmperatriça Yelizavetanın İsveçrədə qətlə yetirilməsindən sonra tapdan məxfi bağlama ümid işığını yandırmışdı. İsveçrənin mədəniyyət naziri bu bağlamanı təmtəraqlı şəkildə açmış, lakin Mayer­linq hadisəsini izah edən heç bir fakt aşkar edə bilməmişdir. Bağlamada imperatriçanın dərc olunmamış iki dəftər şeri var idi. Bununla bağlı daha bir maraqlı mənbə - «İmperatriçanın faciəsi» adlı kitab mövcuddur. Onun əsas qəhrəmanı Ш Napoleonun həyat yoldaşı Yevgeniya idi. O, əri ilə birlikdə ölkədən sürgün edilmişdi. Yevgeniya bədbəxt imperatriça Yelizavetanın yaxın rəfiqəsi olmuşdu. Onlar çox güman ki, Mayerlinq hadisəsini dəfələrlə müzakirə etmişdilər. Yelizaveta guya rəfiqəsinə daşqəlbli Frans İosifin oğlu Rudolfa verdiyi bəyanatdan bəhs etmişdir: Rudolf baronessa Mariya Veçera ile əlaqəsini qeyd-şərtsiz kəsməli idi. Şahzadə bunu yaxın vaxtlarda edəcəyi haqqında vəd verməyə məcbur olmuşdu. O, məhz bunun üçün baronessa ilə birlikdə Mayerlinqə yola düşmüşdü. Gözəl şam yeməyindən və qonaqların dağılışmasından sonra Ru­dolf məşuqəsinə ayrılıq Xəbərini təəssüflə bildirmiş, qız isə hamilə olduğunu söyləmişdir. Bu za­man onlar birlikdə həyatlarına sui-qəsd etməyi qərara almışlar. Rudolf ilk əvvəl Mariyanı, daha sonra özünü güllə ilə vurmuşdur. Çox təəssüf olsun ki, bu mülahizədə Mariya Veçeranın hamiləlik faktından savayı yeni bir məlumata rast gəlmək mümkün olmamışdır. Rudolfun həyat yoldaşı Stefaniya 75 yasında xatirələrini dərc etdirmişdir. O, bu kitabda habsburqlar sarayının yüngül əxlaqından bəhs etmiş, Rudolf ilə bağlı bədbəxt həyatının təsvirini vermiş, həyat yoldaşının qadınlar ilə məxfi əlaqələrindən söhbət açmış və ərinin özünə suiqəsd etmək ideyasına xidmət etdiyini vurğulamışdır. Xatirələrə Rudolfun yazdığı məktubun fotosurəti əlavə olunmuşdur: «Əzizim Stefaniya! Sənə mənimlə bağlı problemlərdən azad olmuş həyatında səadət arzu edirəm. Qızımıza qarşı mehriban və qayğıkeş ana ol. Mənim son salamımı dostlarıma çatdır. Mən ölməliyəm. Çünki yalnız ölüm mənim adımı ləkələnməkdən xilas edə bilər. Səni öpürəm, bağrıma basıram. Soni hər zaman sevən Rudolf». Stefaniya ərini xilas etməyə çalışdığından, onu bu boş xülyalardan əl çəkməyə məcbur etdiyindən yazırdı. Lakin onun səyləri əbəs idi. 1956-cı ildə, о dövrün rəsmi sənədi nəşr edilmişdir: bu, Vyana polisinin şefi baron Kraussun Mayerlinq hadisəsi haqqında təqdim etdiyi hesabatı idi. Lakin bu sənəddə də yeni bir fakt aşkar etmək mümkün olmamışdır. Hesabatda Rudolfun ilk əvvəl baronessanı, sonra isə özünü güllə ilə vurması, Mariya Veçeranın cəsədinin heç bir dini ayinləri icra etmədən Mayerlinqə yaxın olan Hayligekroys şəhərciyində gizli surətdə torpağa tapşırılması faktı əks olunur. Hesabatda hətta açılan atəşin evdə yatan qonaqları, eləcə də otaq xidmətçisi ilə şahzadənin faytonçusunu oyatmaması haqqında məsələyə də toxunulmamışdır. Rudolfun və onun məşuqəsinin Mayerlinqdə baş verən dramatik əhvalatına son nöqtəni qoymaq üçün psixoloqların, tibb işçilərinin, sui-qəsd əməllərini tədqiq edən mütəxəssislərin konfransı toplanmışdır. О zamanlar bu hadisə ilə bağlı əldə olunmuş materiallar konfransın ixtiyarına verilmişdir. Konfransın son qərarı: - Rudolf atası konservator imperatorun rejimində müxalifətdə dayanan liberal meylli, təhsilli insan idi. - О, özünü təcrid olunmuş hiss edirdi. - О, xüsusilə kral Lüdviq Bavarskinin ölümündən sonra, özünə sui-qəsd ideyasına xidmət edir­di. - О, tənha ölməkdən qorxurdu. - O, baronessa ilə razılaşdırıldığı kimi, ilk əvvəl Mariya Veçeranı, daha sonra isə özünü güllələmişdi. Konfransın iştirakçıları yenə də bu hadisənin cavabını tapa bilməmişdilər. Bu, bir-birindən аul yaşaya bilməyən sevgililərin sui-qəsd əməli, yoxsa xudbin mühakimələr əsasında  «tənha ölməmək» qorxusundan irəli gələn hərəkət idi? Belə olduğu təqdirdə, Mayerlinq əhvalatında romantizm, qəbul edildiyindən də az miqdarda olmuşdur. Hal-hazırda şahzadənin ov üçün ayrılmış evi kilsəyə məxsusdur. Onun mehrabı Rudolf ilə Mariyanın həlak olduğu yataq otağının yerində yerləşir.The Crown Prince (cronprinz Rudolph) filminin treylerini(trailer) təqdim edirəm.Baxmaq istəyənlər həm də məşhur İllusionist(doktor Eyzenxeym-gözbağlayıcı və kabbalist) filmində maraqlı məqamlar görə bilər. «İnterPOLİSİYA» jurnalı, № 1, 2002-ci 11. Mənbə Qanun jurnalı Rudolf, Crown Prince of Austria - Wikipedia, the free encyclopediaТрагедия в Майерлинге - дворцовые тайны, тайные общества ...Рудольф (кронпринц Австрии) — Википедия
['Avstriya-Macarıstan', 'prins Rudolf', 'monarxiya', 'şahzadə']
6,812
https://kayzen.az/blog/u%C4%9Fur/821/daha-%C3%A7ox-5-,-daha-az-5.html
Daha çox 5 +, daha az 5 -
Raskolnikov
uğur psixologiyası
7 aprel 2010, 21:42
Olimpiyadalarda 400 məsafəni ən qısa zamanda üzən, bu sahədə rekorda imza atan idmançı bunu necə bacarır?Əgər hərhansı bir idmançı hər gün, hər həftə, hər ay əvvəlki gün, əvvəlki həftə, əvvəlki ayda olduğu qədər məşq etsə bu sahədə rekorda imza ata bilərmi? Bəlkə, tanıdığımız uğurlu insanların uğur sirrlərindən biri də davamlı olaraq öz üzərlərində işləmələri, inkişafa meyilli olmaqlarıdır? Bəlkə, onlar hər gün, hər həftə, hər ay daha çox uğura imza atmaq, daha çox yaxşılıq etməyə çalışırlar?Bəlkə, biz də həyatımızda müsbət dəyişikliklər etmək üçün, "daha çox 5 +" və "daha az 5 -"qaydaları qoyub, bu qaydaları tətbiq etməklə həyatımızı və başqalarının həyatlarında fərq yarada bilərik? Məsələn, kitab oxumaqda çətinlik çəkən biri "hər gün əvvəlki gündən 5 səhifə daha çox kitab oxuyacam", yaxud "hər ay əvvəlki aydan 5 kitab daha çox oxuyacam" deyə bilər. Yaxud, xaricdə təhsil almaq istəyən bir gənc, hazırlaşdığı imtahan üçün "hər gün əvvəlki gündən daha çox 5 yeni söz öyrənəcəm, hər gün 5 daha çox riyaziyyat məsələsi edəcəm" deyə bilər.Kimsə "mən hər həftə daha 5 nəfərə gülümsəyəcəm, daha 5 yardıma möhtacı olan şəxsə, ailəyə kömək edəcəm, məndən bir kömək xahiş edən 5 nəfərə nəzakətlə kömək edəcəm" deyə bilər.Bir başqası "hər həftə xeyirli işlər üçün 5 manat daha çox, özümə və başqalarının həyatını yaxşılaşdırmayan işlərə 5 manat daha az pul xərcləyəcəm, hər həftə 5 siqaret daha az çəkəcəm" deyə bilər.Yaxud kimsə "həyatımda hər həftə şükür edəcəyim yeni 5 tərəf tapacam, hansılar ki, digərlərində yoxdur. Eyni zamanda məni məyus edən 5 problemi həll etməyə çalışacam və bundan şikayətlənməyəcəm" deyə bilər.  Kimsə "Mən hər gün, yaxud hər həftə Azərbaycanda müsbət dəyişikliklərin olacağına ümidini itirmiş daha çox 5 nəfərə ümid, inam aşılayacam." deyə bilər.Təbii ki, bütün bunları tətbiq etmək üçün bir az iradə, bir də bunları sizə xatırladacaq və birlikdə tətbiq edəcəyiniz dostlar olmalıdır. Onu da bilirəm ki, bu yazını oxuyacaq hər 200 nəfərdən bəlkə də 195-i sadəcə oxuyub keçəcək, 10 dəqiqə sonra yaddan çıxaracaq belə yazı ilə qarşılaşdığını. Bəlkə də, 200 nəfərdən sadəcə 5 nəfər bu prinsipi öz həyatına tətbiq etməyə çalışacaq, həm öz həyatında, həm də başqalarının həyatlarında müsbət dəyişikliklər etməyə çalışacaq. Amma biz oxuyub keçən 195 nəfəri yox, bu həftə sonu 5 nəfər bunu öz həyatında tətbiq etməyə, daha çox 5 nəfərə təbliğ etməyə çalışanları görsək və başqalarına təbliğ etməyə çalışsaq, gələn həftə sonu 25 nəfər, ondan sonrakı həftə 125 nəfər eyni müsbət dəyişiklikləri öz həyatlarıında və başqalarının həyatlarında tətbiq edə biləcəklər. 1-ci həftə: 5 nəfər2-ci həftə: 5*5 = 25 nəfər3-cü həftə: 25*5 = 125 nəfər4-cü həftə: 125*5 = 625 nəfər5-ci həftə: 625*5 = 3125 nəfər6-cı həftə: 3125*5= 15625 nəfər....Maraqlıdır, siz müsbət məsələlərdə "daha çox 5 +", mənfi məsələlərdə "daha az 5-"qaydasını tətbiq etmək haqqında fikirləşirsinizmi? Fikirləşirsinizsə, sizin üçün "daha çox 5+" nə olacaq, "daha az 5-" nə olacaq?
['uğur', 'rekord']
6,813
https://kayzen.az/blog/n%C9%99rgiz/788/qad%C4%B1n-v%C9%99-ki%C5%9Fi-beyinl%C9%99ri.html
Qadın və kişi beyinləri
nərgiz
Bloq: nərgiz
7 aprel 2010, 09:45
Deyəsən qadınların ailə həyatına bağlılığı və şıltaqlılığını onların heç də məhdud, zəif düşüncələri kimi başa düşmək düzgün deyil. Onlar dünyanın ən zərif və hissiyyatlı, pak və məkrli, sevinc və iztirabı vücudlarında yaşatmağı bacaran məxluqdur. Onlara qarşı son dərəcə nəzakətli, ehtiyatlı və həssas olmaq kişinin başlıca niyyəti olmalıdır. Psixoloqlar sualı çox öncə özlərinə vermiş və xeyli götür-qoydan sonra maraqlı nəticələrə gəlmişlər. İo Durden və Dmana de Simonen «Cinsiyyət və beyin» adlı maraqlı kitab yazıb, Qərbdə çap elətdirmişlər. Həmin əsərdən qeydlərin oxuculara maraqsız olmayacağına əminik. Ər-arvad üç il ərzində Amerika və Avropanı gəzib adamların beyni və əxlaqının tədqiqi ilə məşğul olan tanınmış alimlərlə görüşüb danışmışlar. Nəticə etibarilə bu müsahibələrə belə yekun vurulmuşdur: kişi və qadın beyinləri doğulan gündən bir-birindən fərqlənir. Oğlanlara və qızlara hətta eyni cür oyuncaq verib, eyni cür geyindirsəniz belə, onlar elə olduğu kimi də qalacaqlar. Tədqiqatçıların gəldikləri nəticə belədir. Beynin hipotalamus adlanan kiçicik bir hissəsi belə inkişafın əsasıdır. Kişi və qadınlarda bu hissə öz quruluşu və funksiyasına görə tamamilə fərqlidir. Qadın beyni öz həcminə görə kişi beyni ilə müqayisəyə gəlməsə də, sən demə, o, daha «yaxşı qurulmuşdur»,- daha səmərəli işləyir və nəticədə kişi beynini xeyli geridə qoyur. Belə «qeyri-bərabərliyə» dair bir neçə misal: - öz məşhur intuisiyalarını qadınlar bioloji yolla, yəni beyinlə birlikdə irsən qəbul edirlər; - qadınlar baxışları daha yaxşı «oxuyur» və həmsöhbətinin əl-qol hərəkəti və mimikasını (hətta qeyri-sərbəst) daha mükəmməl başa düşürlər; - qadınlar daha həssasdırlar; onlar bir anda ətrafdakı adamların əhval-ruhiyyəsində dəyişikliyi sezir, hər bir yanlış məlumatı dərhal hiss edirlər; - qadınlar dilçilikdə bir qayda olaraq kişilərə nisbətən daha bacarıqlıdırlar. Onların nitqi öz mürəkkəbliyi və bütövlüyü ilə fərqlənir. Onlar qrammatikada və xarici dilləri öyrənməkdə, elə mütaliədə də daha qüvvətlidirlər. - Qadınlar həm də iy, səs və toxunmaya daha həssasdırlar. Onlar kişilərə nisbətən bu qıcıqlandırıcı­ların yaranması, yaxud dəyişməsinə tez reaksiya verirlər. - Qadınlar kişilərə nisbətən bəzi yoluxucu formalara daha uğurlu müqavimət göstərə bilirlər. Qadınlarda bu qəribə keyfiyyətlər heç də əbəs yerə yaranmamışdır. Buna səbəb beynin sol yarımkürəsinin daha çox inkişaf etmiş olmasıdır. O, dilə, qavramaya və görmə obrazlarının təhlilinə «rəhbərlik» edir. Bütün bu sahələrdə qadının kişidən «ağıllı» olmasına səbəb nədir? Alimlər belə bir fikrə meyl göstərirlər ki, buna səbəb beyin gövdəsidir - o, qadınlarda kişilərdən fərqli olaraq daha qalındır. Professor-sosioloq Maksimiana Zinovats deyir ki, kişilərin əksəriyyəti cinsi bərabərlikdən danışsalar da, əslində, nədənsə bu, görünmür. Evlərin əksəriyyətində kişilər bu gün də ailə başçısı olaraq qalırlar. Demək olar ki, 80 faizə yaxın bütün mühüm qərarları o qəbul edir. Özünün inkişafdan qalmış sol yarımkürəsi ilə onun nə kimi qərarlar qəbul edə biləcəyini təsəvvür edirsinizmi? Mənbə Allahverdi Eminov Şərq ailəsinin sirləri kitabından P.S.Astona Universitetinin koqnitiv neyrovizuallaşdırma üzrə professoru Cina Rippon hesab edir ki, kişi və qadınların davranışa təsir göstərən beyin strukturlarının fərqi minimaldır. Bunun əksini düşünənlər isə elmi faktların “qoxusu” gələn köhnəlmiş stereotiplərin məngənəsindədirlər. C.Rippon demişdir: ”Bəşəriyyətin bütün tarixi boyu bioloji izahlardan cinslərarası sosial fərqləri sübuta yetirmək üçün istifadə olunmuşdur. Kraliça Viktoriya dövründə alimlər belə güman edirdilər ki, qadınlar düşünərkən beyinin kişilərin düşüncələrinin qaynaqlandığı hissəsini işlətmirlər. 1950-ci illərdə isə tədqiqatçılar belə qənaətə gəlmişdilər ki, qadının düşüncələrini hormonlar idarə edir. Hazırda isə kişi və qadınların beyin strukturlarının fərqli olması barədə fərziyyə dəbdədir”. C.Ripponun fərziyyəsini onun həmkarları da bölüşürlər. Avstraliya alimi Kordeliya Faynın fikrincə, beynin strukturunda heç bir fərq yoxdur. Fərq yalnız təlim-tərbiyədədir.
['cinsi bərabərlik', 'kişi və qadın']
6,814
https://kayzen.az/blog/dahil%C9%99r-maraql%C4%B1/676/dahil%C9%99rin-h%C9%99yat%C4%B1ndan-m%C9%99z%C9%99li-m%C9%99qamlar.html
Dahilərin həyatından məzəli məqamlar
Aynur
Böyük insanlar,şəxsiyyətlər
6 aprel 2010, 11:32
Məşhur holland həkimi Burxavenin əşyaları içərisindən tapılmış 100 səhifəlik başı bağlı bir tibb kitabı hərraca qoyularaq 10.000 dollara satılmışdı. Kitabın möhürü götürüldükdən sonra onun ağ səhifələri üzə çıxmış, yalnız birinci səhifədə: «Başını sərin saxla, ayaqlarını isti. Bununla da sən ən yaxşı həkimi yoxsul günə qoyarsan!» - sözləri oxumuşdular.XVII əsrdə yaşamış ingilis alimi E.Cenner şahidlərin iştirakı ilə 18 yaşlı oğlanı əvvəlcə çiçək xəstəliyinə tutulmuş Vakka adlı inəyin çiçəyi ilə, 15 gündən sonra isə əsl insan çiçəyi ilə yoluxdurur. Uşaq insan çiçəyi ilə xəstələnmir. Bu böyük qələbə idi. Beləliklə, E.Cenner yoluxucu xəstəliklərə qarşı peyvəndlərin, vaksinaların hazırlanmasının başlanğıcını qoymuşdur. Vaksin sözü də, həmin inəyin adından götürülmüşdür.Q.N.Minx və O.O.Moçutkovski təbabət elminin inkişafı üçün özlərini qayıdan yatalaq və səngili yatalaq törədicilərlə yoluxdurmuş və xəstəliyi öyrənmişlər. N.Latışev gənəni öz üzərində qidalandırmaqla qayıdan yatalağı öyrənmişdir.V.Veresayev yazır ki, «əgər şəxsin xəstəliyi əlacsızdır, ancaq o həqiqəti bilmək istəyirsə, bu o deməkdir ki, məni elə aldat ki, heç bir an belə şübhə etməyim ki, sən mənə həqiqəti deyirsən.»Dövrünün Hippokratı adlanan XVII əsrin məşhur həkimlərindən biri Sidenqam demişdir: «Şəhərə onun əhalisinin sağlamlığından ötrü dərman yüklənmiş onlarla savadsız həkimin gəlməsindən bir təlxəyin gəlməsi daha xeyirlidir.»Deyilənlərə görə 36 pyesin, 154 sonetin və bir neçə poemanın əslində 1564-cü ildə anadan olub, 1616-cı ildə vəfat edən ingilis taciri və aktyoru Vilyam Şekspirə heç bir dəxili yoxdur. Bu ölməz əsərlər Oksfordun 17-ci qrafı olan zadəgan Eduard Deverə məxsusdur və zadəgan qraf bütün əsərləri yazıb tacir Vilyam Şekspirin ad-familiyasını özünə təxəllüs götürmüşdür. Səbəbi də o olmuşdur ki, o dövrün ənənələrinə görə pyes və ya sonet müəllifi olması məlum olan kimi zadəgan dərhal hörmətdən düşərdi.Dahi alman bəstəkarı Şubert də (1797-1828) Motsart və Bethoven kimi bütün dövrlərin ən məşhur bəstəkarları ilə bir sırada durur. Şubertin yaradıcılıq ilhamı və qüdrəti doğrudan da heyrət doğurur. O təkcə bir ildə, 1815-ci ildə 4 opera, 2 simfoniya, 144 mahnı və başqa əsərlər yaratmışdı. O, bəzən bir gündə 10 mahnı bəstələyirdi. Onun elə mahnısı var ki, 7 variantda mövcuddur. Şubert atasının sözündən çıxdığına görə gənc yaşlarında onun köməyindən məhrum olub, amansız həyat meydanında tək qalmışdır. Ehtiyac və məhrumiyyətlər Şuberti yaradıcılığının çiçəkləndiyi, həyatının gənc bir dövründə məzara sürükləmişdi.Bir dəfə bir məclisdə bir xanıma yer çatmadığını görən Bernard Şou qalxıb öz yerini ona verir. Xanım minnətdarlıq edib bu centlemenliyınə görə ona öz razılığını bildirir. Bernard Şou sanki təvazökarlıq edirmiş kimi deyir:- Nə danışırsınız, xanımlara hörmət etmək biz kişilərin borcudur. İndiki zəmanədə düzdür, bir çox kişilər belə lütfkarlığı ancaq gözəl xanımlara göstərirlər, lakin görürsünüzmü mənim üçün heç bir fərqi yoxdur və mən belə məsələlərdə heç bir istisna etmirəm.Bir dəfə öz yalanları ilə şöhrətlənmiş birisi məşhur şair Pindara deyir ki, mən hər yerdə və həmişə səni tərifləyirəm. Cavabında Pindar deyir:- Buna görə mən sənə heç də minnətdar deyiləm. Çünki mən özümü elə aparıram ki, sən getdikcə həqiqəti danışan bir insana çevrilirsən.Olimpiya oyunlarından birində döyüşçülərdən biri ağır yaralanır. Bunu görən tamaşaçılar bərkdən qışqırırlar. Məşhur faciə ustası Esxil bunu görüb deyir:- Maraqlıdır. Yaralanan susur, əvəzində qıraqdan baxanlar qışqırır. Bir şair tez-tez Avqusta öz mənasız şeirlərini gətirib oxuyar, lakin əvəzində ondan heç nə ala bilməzdi. Avqust da onun şeirlərinin aşağı səviyyədə olduğunu ona başa salmaq üçün bir dəfə özü də bir şeir yazır və növbəti dəfə həmin şair gələndə bu şeiri ona oxuyur. Şeirə axıra qədər qulaq asan şair ən axırda zəhmət haqqı kimi cibindən pul çıxarıb Avqusta verir və əlavə olaraq da deyir:- Bağışla, şahım, olanım budur, yoxsa çox verərdim.Bu hərəkət hamını güldürür, Avqustun da xoşuna gəlir və ona böyük məbləğdə mükafat verir.V Kral incəsənətə çox böyük hörmət edirdi və ələlxüsus rəssam Tisianın dahiliyinin pərəstişkarlarından idi. Bir dəfə Tisianın işlədiyi vaxtda V Karl da onun yanında imiş və təsadüfən rəssamın əlindən fırçası düşür. V Karl özü əyilib onun fırçasını yerdən qaldırıb rəssama verir və əlavə edir:- Tisian ona layiqdir ki, ona hətta Sezar da xidmət etsin.Özünün redaktoru olduğu qəzetdə Mark Tven birisi barədə çox sərt bir məqalə dərc edir. Məqalə bu sözlərlə qurtarır: «Cənab N. hətta üzünə tüpürülməyə də layiq deyil»Cənab N. təbii ki əsəbiləşir və qəzeti məhkəməyə verir. Tələbi də bu olur ki, redaktor təkzib versin və üzr istəsin. Məhkəmənin qərarını yerinə yetirərək, növbəti nömrələrdən birində belə bir təkzib verir: «Biz keçən nömrəmizdə yazmışdıq ki, Cənab N. hətta üzünə tüpürülməyə də layiq deyil. Biz səhvimizi etiraf edərik və sözümüzü geri götürürük: Cənab N. üzünə tüpürülməyə layiqdir». Mənbə İlyas Həsənov,Ellada Həziyevanın Əslində onlar kimdir? kitabından
['dahilərin həyatı', 'dahi']
6,815
https://kayzen.az/blog/diplomat/728/islam-m%C9%99rasiml%C9%99ri.html
İslam mərasimləri
rokfeller
Diplomatiyada protokol və etiket
6 aprel 2010, 11:12
Məscid Məscid (ərəbcə magid) – müsəlmanlarda ibadət evi. O sözün əsl mənasında məbəd, müqəddəs yer sayılmır. Istisna Məkkədə yerləşən Əl-haram Məscidi təşkil edir. Əl-haram Məscidinin mərkəzində müsəlmanların əsas müqəddəs yeri – Kəbə yerləşir. Islamın erkən əsrlərində məscid canişinin evi ilə divar divara tikilirdi, orada xəzinə saxlanılır, əmrlər elan edilir, şəriət məhkəməsi icra olunurdu. Bizim dövrdə məscidin dünyavi vəzifələri xeyli azalsa da, o, əvvəlki tək özünməxsus «klub» rolunu oynayır. Burada müxtəlif bayramlar təşkil olunur (bəzən dini olmayanlar belə), islam xadimlərinin çıxışları olur, Quran oxuyanların müsabiqədəri  keçirilir və s. Bundan başqa, məsciddə həmişə şəhərə gələn qonaq gecələyə bilərdi. Əhəmiyyətinə görə məscidlər baş, yaxud cümə, kvartal, ev, mədrəsə yanında məscidlərə, həmçinin aeroport, meh­manxana və s. yanında məscidlərə və s. bölünürlər. Məscidin öyrəşdiyimiz, minarə və kümbəzdən ibarət görkəmi təxminən VIII əsrdə formalaşır. Gündə beş dəfə dəqiq müəyyən edilmiş vaxtda minarədən azan – namaza çağırış səsi gəlir. Onu müədzin bəyan edir. Məscidin içərisində namazın istiqamətini Məkkəyə yönəlmiş divardakı xüsusi divar oyuğu – mehrab müəyyən edir. Baş məsciddə mehrabdan sağ tərəfdə moizəçi üçün tribuna – minbər yerləşir. Qadınlar adətən ikinci mərtəbədə, yaxud birinci mərtəbənin onlar üçün ayrılmış hissəsində ibadət edirlər. Qadınlar və kişilər üçün giriş həm ümumi, həm ayrıca ola bilər. Məscid müqəddəs yer olmasa da, dini etiqadından asılı olmayaraq hamıya şamil olunan müəyyən qaydalar mövcuddur. Məscidə sərxoş halda daxil olmaq qadağandır. Ziyarət edənin xarici görünüşü dindarların təhqir kimi qiymətləndiricək formada olmamalıdır: təmiz, ədəbli və kifayət qədər bağlı geyimə üstünlük vermək lazımdır. Qadınlar üçün xüsusi qayda mövcuddur: geyim üz, əl biləkləri və ayaqların pəncəsi istisna olmaqla, bütün bədəni örtməli, üz rəngi aşkaranə boyalı, silueti (gölgəsi) kip olmamalıdır. Saçları tamamilə yaylıq altında gizlətmək lazımdır. Qadının xarici görünüşünə tələbələr səviyyəsi müxtəlif məscidlərdə fərqlidir. Belə ki, Moskva­da nisbətən uzun don və yaylıq kifayətdirsə, Məşhəddə əcnəbi xanıma çadra verilir. Məscidin döşəməsi xalçalarla bəzədilib, ayaqqabını girişdə çıxarırlar. Böyük məscidlərdə ayaqqabıları xüsusi xidmətçilər qəbul edir. Ümumən məscidi ziyarət edənlər özlərini kifayət qədər sərbəst aparırlar: onlar döşəmədə oturur, yaxud uzanır, yeyir, yatır, ünsiyyətdə olurlar. Bu zaman kimsə namaz (ərəbcə salat, salət) qıla bilər; dindarlar Quran oxuyur, yaxud sadəcə fikirlərini Allah, dinlə bağlı mövzularda cəmləşdirməyə çalışırlar. Buna görə səsini ucalt­maq, gülmək, söymək və s. olmaz. Namaz vaxtı gəldikdə, dindarlar dəstamaz (vüdu) alır və ibadət zamanı hamıdan öndə duran imamın arxasınca cərgələrlə düzülürlər. Hər hansı səbəbə görə ümumi namazda iştirak etməyənlərin məscidi tərk etmələri məcburi deyil. Islam ruhaniliyi Islamda ruhanlik institutu mövcud olmadığı üçün, din xadimlərinə müraciət konkret regionda tarixən formalaşmış praktikadan asılıdır. Məsələn, Rusiyada tatarlar mollaya «həzrət» - yəni  ərəbcədən müqəddəs deyə müraciət edirlər. Lakin müsəlmanların böyük əksəriyyəti bu adı yalnız peyğəmbərlər və müqəddəs insanlara şamil edirlər. Ən universal müraciətlər «səid» (ərəbcə cənab demək­dir) və «hacı»dır. Lakin bu müraciətlər yalnız din xadimlərinin müstəsna səlahiyyətlərinə aid deyil. Müsəlman bayramları Müsəlman bayramları namaz, oruc, zəvvarlıq və sədəqə paylama kimi islam dini ayinlərinimn ayrılmaz hissəsidir. Əsas iki bayram mövcuddur: Id əl-Ədh və Id əl-Fitr. Müsəlman dünyasında ümumən qəbul edilmiş bayramlara həmçinin Mövlud, Merac və Leylət əl-Qədir aid edilir. Çox vaxt müsəlman bayramlarına islama bilavasitə aidiyyatı olmayan, məsələn, yaz gecə-gündüz bərabərliyi bayramını – Novruzu da aid edirlər. Bütün bayramlar müsəlman ay təqviminə əsasən qeyd edilir. Hicrə təqvim ili günəş ilindən 11 gün qısadır, ona görə müsəlman bayramları qriqorian təqviminin müxtəlif ayları və tarixlərinə düşür. Türk xalqları arasında daha çox Qurban bayramı adı altında tanınan Id l-Ədh (qurban bayramı) 3-4 gün davam edir. O, həcc ziyarəti bitərkən, zəvvarlar Ibrahimin (Avraamın) qurbanına xatirə olaraq Mina vadisində qurbankəsmə ayinini icra edərkən keçirilir. Bu gün təkcə zəvvar yox, imkanı olan hər müsəlman qurban kəsməlidir: adətən qurbanlıq heyvanın ətinin üçdə biri bayram süfrəsinə gedir, qalanı kasıb-küsuba paylanılır. Qurban bayramını səhər erkəndən qeyd etməyə baş­layırlar. Dan yeri sökülməmiş müsəlmanlar tam dəstəmaz alır, ən yaxşı paltarlarını geyinir, səhər namazını qılırlar. Bir müddət sonra məsciddə xütbəyə (moizəyə) və bayram namazına toplaşırlar. Bundan sonra qurbankəsmə mərasimi keçirilir. Bütün bayram günləri ərzində Quran oxunulur, ibrətamiz söhbətlər aparılır, hədiyyələr verilir, qəbiristanlıqlar ziyarət edilir. Id əl-Fitr (pəhriz bayramı - türk adı Ramazan bayramı) ramazan ayında orucun bitməsi şərəfinə keçirilir və 3-4 gün davam edir. Id əl-Ədh kimi bu bayrama da xüsusi namaz, kasıblara qidanın paylanışı və bol bayram süfrəsi daxildir. Qəbiristanlıqları ziyarət edib orada Qurandan surələri oxumaq da qəbul edilib. Mövlud ən-Nəbi – Peyğəmbərin ad günü (hərçənd Məhəmməd peyğəmbərin dəqiq doğum tarixi məlum deyil). Mövludla əlaqədar məscidlərdə moizə oxunur, Məhəmmədin şərəfinə ümumi ibadət edilir, sədəqə paylanılır. Mövludun mütləq elementi məvaliddir və ona Qurandan Məhəmmədi vəsf edən ayətləri oxumaq daxildir. Bir çox ölkələrdə yanmış fənər və məşəllərlə təntənəli kütləvi yerişlər keçirilr. Isra vəl-Merac (gecə səyahəti və göyəçəkilmə) Məhəmmədin qanadlı əl-Burak adlı heyvanın üzərində Qüdsə gecə səyatinə və göylərə qalxmasına həsr edilmiş bayramdır. Bayram gününün gecəsi yatmayaraq Quran oxuyur, dua edir, dönə-dönə Məhəmmədin möcüzəli uçuşu barədə əhvalatı danışırlar. Leylət əl-Qədr (Qüdrət, Qismət, alın yazısı gecəsidir) – bu bayramın müqəddəsliyi məhz həmin gecə Quranın Məhəmmədə hasil olmasının başlanması ilə bağlıdır. Leylət əl-Qədiri məscidlərdə Quran oxumaq və Allaha dua etməklə keçirmə qəbul edilib. Şiə bayramlarına imamların və peyğəmbərin qızı Fatimənin ad günləri, Peyğəmbərin, qızı Fatimənin və imamların matəm günləri, həmçinin Peyğəbərin Əlini öz varisi elan etdiyi gün hesab edilən Qədir Kom (farsca) yaxud Qədir hümma (ərəbcə) bayramı aiddir. Əsas şiə mərasimi – Aşura (imam Hüseynin yad edilməsi günü) günüdür. Ilk on gün ərzində Hüseynin həlak olması hadisəni canlandıran səhnələr qurulur, matəm bayraqları və şüarları asılır. Onuncu gün təntənəli kütləvi hərəkat – Hüseynə görə ağlaşma (taziyyə) baş verir. Tədbir moizə ilə başlayır, sonra oğlanlardan ibarət xorun matəm ifası və kütləvi hərəkatın özü həyata keçirilir. Iştirakçılar, öz kədərlərini göstərmək və Hüseynin həlak oluğu qanlı döyüşü xatırlatmaq məqsədi ilə özlərinə qanıyan yaralar vururlar. Matən hərəkatında gedənlər ucadan imama görə ağlayır və «Şah Hüseyn, vah Hüseyn» ifadəsini təkrarlayırlar. Bu ifadə Aşura matəminin daha bir adının yaranmasına səbəb oldu: «Şahsey-vahsey».
['islam mərasimləri', 'məscid']
6,816
https://kayzen.az/blog/dusundurucu-hekayeler/802/b%C3%B6y%C3%BCkl%C9%99r-%C3%BC%C3%A7%C3%BCn-na%C4%9F%C4%B1l.html
Böyüklər üçün nağıl
IDEAL
Düşündürücü hekayələr
5 aprel 2010, 23:17
Adətən nağıllar “Biri vardı biri yoxdu” sözləri ilə başlayır. Bu nağılın isə bu sözlərlə başlaması məsləhətdi “Əgər görsən ki, su təpə boyunca altdan yuxarı qalxır, deməli, kimsə xeyirxahlığa xeyirxahlıqla cavab verib”. Ovçuların qovduqları ilan kəndlidən həyatını xilas etməyi xahiş etdi. Kəndli ilanı xilas etmək üçün ilanın qarnına girməsinə izin verdi. Lakin, təhlükə sovuşduqdan sonra kəndli ilandan çölə çıxmasını xahiş etdikdə, ilan buna etiraz etdi. Çünki içəri isti və təhlükəsiz idi. Kəndli evə qayıdarkən yolda vağ ilə rastlaşdı. O, nə baş verdiyini pıçıltı ilə Vağa başa saldı. Vağ ilanı çıxartmaq üçün ona oturmağı və qaytarmağı tapşırdı. Kəndli onun dediyi kimi etdi. İlanın başı kəndlinin ağzında göründükdə vağ onu dimdiyi ilə tutdu və bütünlükdə dartıb çıxararaq öldürdü. Kəndli qorxurdu ki, daxilində ilan zəhəri qalar. Vağ ona dedi ki, ilan zəhərindən altı ağ quşu bişirib, yeməklə müalicə olunmaq mümkündür. Kəndli bunu eşitdikdə : “Sən ağ quşsan, elə səndən başlayıram!” deyib vağı tutub, kisəyə saldı və evə gətirdi. Evdə başına gələnləri arvadına danışdı. Kəndlinin arvadı əhvəlatı eşitdikdə “Sən məni təəccübləndirirsən. Quş xeyirxahlıq edərək səni müsübətdən qurtarıb, sən isə onu yemək istəyirsən?!” deyib, dərhal vağı azad etdi. Quş uçub getdi ancaq, getməzdən əvvəl dimdiyi ilə qadının gözlərini çıxartdı. Afrika xalq nağılı. P. S. Bu Afrikalıların nağılı da qəribədi. Uşaq vaxtı oxuduğum bütün nağılların sonu xoşbəxt sonluqla qurtarıb. Ya da ki, cəzalanan tərəf yaxşılıq başa düşməyən nankor biri olub. Bu nağılda isə hadisələr tamam başqa cür cərəyan edir. Kəndli ilana yaxşılıq edir, əvəzində pislik görür. Vağ kəndliyə yaxşılıq edir, əvəzində pislik görür. Qadın isə vağa yaxşılıq edir və əvəzində pislik görür. Deyirəm nə yaxşı ki, uşaq vaxtı bu nağılı eşitməmişəm yoxsa psixikam pozulardı. :-)
['nağıl', 'yaxşılıq', 'müsəlmançılıq']
6,817
https://kayzen.az/blog/fidan/797/ququ%C5%9F-googoosh.html
Ququş (Googoosh)
fidan
Bloq: fidan
5 aprel 2010, 17:03
Ququş (Googoosh,farsca فائقه آتشین) əslən azərbaycanlı olan ən məşhur İran müğənnisidir.Əsl adı Faiqə Atəşin olan ququş 1950-ci ildə Tehranda Sarıçeşmə küçəsində dünyaya güz açıb. İranda 60-70-ci illərdə müasirlik və gözəllik rəmzi olub. O,çox kinolarda çəkilib. Biz azərbaycanlılar isə onu əsasən müğənni kimi tanıyırıq. İranda molla rejimi hakimiyyətə gələndən sonra onun yaradıcılığı dayandı(əvvəllər Rza Öəhləvinin ad günündə,müxtəlif toy şənliklərində və s. çıxış etmişdi),çünki islam qanunlarına görə Ququşun müğənni kimi yaradıcılığı uyğun gəlmirdi. 2000-ci ilə qədər dözsə də sonradan o ABŞ-a,Kaliforniyaaya köç edir.Onun ən məşhur mahnısı isə təbii ki,Ayrılıqdır. İlk dəfə bu mahnı Bakıda oxunub(1972-ci ildə).O vaxtdan bəri Ququş hər konsertində bu mahnını ifa edir. 1971-ci ildə Kann,1972-ci ildə Karfagen,1972-ci ildə San-Remo musiqi festivallarında birinci olur.İndiyə kimi 4 dəfə ərdə olub. Yalnız bir Kambiz adlı oğlu var ki(birinci ərindən),onunla ABŞ-da yaşayır. 2000-ci ildən sonra bu İran musiqisinin primadonnası divası haralarda konsert verməyib? Vankuver,Hyuston,Ouklend,Stokholm,Kuala-Lumpur,Vyana,Dubay,Melburn,toronto...İranlı mühacirlərin çox yaşadığı böyük şəhərlərin hamısında konsert verib. bu xanımın oxuduğu musiqiyə axıracan baxın.Axırda nəinki tək özü,həm də məni kövrəltdi:
['Ququş', 'İran mədəniyyəti']
6,818
https://kayzen.az/blog/q%C9%99dim-%C5%9E%C9%99rq/782/q%C9%99dim-misir.html
Qədim Misir
papatürk
qədim Şərq tarixi
5 aprel 2010, 10:20
Misirin coğrafi mövqeyi. Nil daşqını. Qədim Misir Afrikanın şimali-şərqində Nil çayının vadisində və deltasında yerləşirdi.Dünyanın ən uzun və ən çox lil gətirən çayı Misir ərazisində axırdı. Onu «Böyük çay» da adlandırırdılar. Qədim Şərqdə Misir qızılı çox olan ölkə hesab edilirdi. Qızıl Nubiyada, mis Sina yarımadasında hasil edilirdi. Yayın əvvəlində gur yağışlar yağır, ətrafı su basırdı. Noyabrda su çəkilir, üzvü maddələrlə zəngin olan lil sahili örtürdü. Bu qara lil qatı rütubəti yaxşı saxladığı üçün çox məhsuldar idi. Buna görə də misirlilər öz ölkələrini «Qara torpaq» adlandırırdılar. Qədim Misirlilər ili üç dövrə bölürdülər: 1. İlin başlanğıc dövrü (iyul). 2. Torpağın oyanışı, əkin-biçin dövrü. 3. Quraqlıq (susuzluq) dövrü.   Misirdə əkinçilik. Böyük səhrada yaşayan insanlar Nil vadisində e.ə. VIII minillikdə tədricən məskunlaşıb buranı mənimsəməyə başladılar. Onların mənsub olduğu tayfalar yığıcılıq, balıqçılıq, ovçuluq və əkinçiliklə məşğul olur, torpaq sahələrini kolluqlardan təmizləyir, bəndlər düzəldir, kanallar çəkirdi. Misirlilərin başlıca məşğuliyyəti əkinçilik idi. Hündür yerlərə su çıxarmaq üçün şaduf adlanan qurğudan istifadə edirdilər. Şaduf e.ə. II minillikdə ixtira olunmuşdu. İnsanlar güclü daşqınlardan qorunmaq üçün Nil çayı boyunca damba adlanan bəndlər tikirdilər.   Qədim Misirdə dövlətin yaranması. Misirdə əkinçilik Neolit dövründən başlayaraq inkişaf etdirilirdi. Əkinçilikdə və digər işlərdə birgə əməyə ehtiyac artdı. Birgə əmək fəaliyyəti zamanı «Nom» adlanan təşkilatlar yarandı. Nom (yunanca vilayət deməkdir) şəhər və onun ətrafındakı yaşayış məntəqələrindən ibarət idi.Nomun mərkəzi müdafiə divarları ilə əhatə olunurdu. Misir ərazisində 40 nom yaranmışdı. Bu nomlar arasında hakimiyyət uğrunda mübarizə gedirdi. E.ə. IV minilliyin ikinci yarısındaYuxarı Misir və Aşağı Misir padşahlığı yarandı. Hökmdarların hakimiyyət rəmzi Yuxarı Misirdə ağ tac,Aşağı Misirdə isə qırmızı tac idi. Hər iki dövlət arasında uzun müddət müharibə getdi. Bu müharibə e.ə. IV minilliyin sonunda iqtisadi cəhətdən güclü olan Yuxarı Misirin qələbəsi ilə başa çatdı. Yuxarı və Aşağı Misir vahid dövlətdə birləşdirildi, onun ilk hökmdarı Nahmer oldu və Misirin paytaxt ıMemfis şəhərinin əsası qoyuldu. Misir dövlətinin padşahları firon adlanırdı. Misirin bütün adamları, torpaqları, suları fironun ixtiyarında idi. Firon öləndən sonra onun oğlu, qohumları firon olurdu. Onlar işğalçılıq müharibələri aparırdılar. Firona allah kimi baxırdılar. Fironun ən yaxın köməkçisi çati adlanan ali məmur hesab olunurdu.Çati adətən fironun övladlarından təyin olunurdu. Ölkənin təsərrüfat həyatı, məhkəmə orqanlarının idarə olunması, fironun dəftərxanası, dövlət xəzinəsi çatinin səlahiyyətinə daxil idi. Hərbi idarəyə hərbi rəis başçılıq edirdi, Qədim Misirdə piyada ordu kəndlilərdən ibarət idi. Qədim Misirdə din hakim idi. Dinə görə, firon yer üzünün allahı elan edilirdi. Fironu «Günəş oğlu» adlandırırdılar. Misirdə sənətkarlıq və ticarət. Qədim Misirlilər sənət və mübadilə ilə məşğul olurdular. Misirlilər bacarıqlı dulusçu, daşyonan, toxucu, zərgər idilər. Misir sənətkarları adlı-sanlı misirlilər üçün bər-bəzəkli paltar, ayaqqabı, qab-qacaq, mebel, bəzək əşyaları hazırlayırdılar. E.ə. II minillikdə Misir dövlətinin yeni paytaxtı Fiv şəhəri oldu. Misirlilər Ön Asiya ilə ticarət edirdilər. Misir karvanları Süveyş aşırımı və Sina yarımadasının şimalından keçərək Fələstin və Suriyaya gedirdi. Misirə Babil vasitəsilə sidr ağacı, Mesopotamiyadan qiymətli əşyalar gətirilirdi. Misirin cənubunda Nubiya ilə ticarət genişlənirdi. Misirdə sosial qruplar. Tayfa başçıları, iri əyanlar öz qəbilə üzvlərinin əməyini istismar etməyə başladılar. Qədim Misirdə əhalinin bir hissəsini kəndlilər təşkil edirdi. Kəndlinin bir parça torpağı, əmək aləti, mal-qarası var idi. Onlar istehsal etdikləri məhsulun bir hissəsini vergi şəklində əyanlara verirdilər. Qədim Misir cəmiyyətində istismar olunanlar içərisində çoxluğu qullar təşkil edirdi. Qulun heç bir hüququ və əmlakı yox idi, sahibinə məxsus idi. Ağası onu sata, bağışlaya və öldürə bilərdi! İnsanlar iki yolla qula çevrilirdilər: ya varlı əyanlardan aldığı borcu qaytara bilmədiyinə, ya da müharibələr zamanı əsir düşdüklərinə görə. Əvvəllər əsirləri öz yeməklərini qazana bilmədiklərinə görə öldürürdülər. Əmək alətləri təkmilləşdirildikdən sonra əsirləri öldürməyib qula çevirdilər. Qulu«canlı ölü» adlandırırdılar. Çoxlu qulları, geniş torpaq sahələri, əmlakı olan varlı əyanlar quldar adlanırdı. Beləliklə, Misirdə qullar və quldarlar sinfi yarandı. Qəbilə və tayfa başçıları quldar oldular. Misirdə icmanın üzvü olan xırda əkinçilər, maldarlar «kiçiklər» adlanırdı. Fironların hərbi yürüşləri. ITutmos hakimiyyətə gəldiyi gündən işğalçılıq müharibəsini genişləndirdi. O, Aralıq dənizinin şərqindəki ölkələrə uğurlu hərbi səfər edərək, Fərat çayına qədər ərazini tutdu. I Tutmos, özündən əvvəlki fironlardan fərqli olaraq, piramidalar əvəzinə qayalıqlar arasında yer altında sərdabələr tikdirdi və orada dəfn olundu. Onun oğlu II Tutmosun hakimiyyəti uzun çəkmədi. E.ə.l504-cü ildə III Tutmos (e.ə. 1504-1450) Misirin hökmdarı oldu və Ön Asiyada Misirə tabeçiliyi bərpa etmək üçün Suriya və Fələstinə hücum etdi, Suriya və Mitani hərbi birləşməsinə qalib gəlib çoxlu qənimət ələ keçirdi. Ön Asiya ölkələrini firona tabe olan canişinlər idarə edirdi. Onun hər il Aralıq dənizi sahillərinə etdiyi hərbi səfərlər Misirin sərhədlərini genişləndirdi. Nubıyada da Misir hakimiyyəti qurulmuşdu. Onun sərhədd cənubda dördüncü Nil keçidindən başlayaraq Şimalda Şimali Suriyaya Çatırdı. III Tutmos dövründə əyanların mövqeyi möhkəmləndi. Misir fironları Mesopotamiya hökmdarlarına qızıldan hədiyyə göndərirdilər. III Tutmos 54 il hakimiyyətdə oldu, 70 yaşında öldü, hökmdarlar vadisində gizli sərdabədə dəfn edildi. II Ramzes (e.ə.1301-1235) dövründə işğalçılıq müharibələri genişləndi. Həmin dövrdə Fələstin, Suriya və Finikiyada Misirin mövqeyi zəifləmişdi. II Ramzes Suriyaya iki hərbi səfər etdi. E.ə.1296-cı ildə birinci hərbi səfərdə Hetlər onu məğlub etdilər. Ikinci yürüş zamanı Fələstin, Finikiya, Suriya tutuldu və Misirin hakimiyyəti altına düşdü. E.ə. 1280-cı ildə II Ramzes və Hett çarı III Hatuşili arasında dünyada ilk dəfə diplomatik yazdı sənəd imzalandı. Şimali Suriya hetlərin hakimiyyəti altında qaldı. II Ramzes ölkədə quruculuq işlərinə başladı. Misirdə və Nubiyada böyük sərdabələr, məbədlər, imarətlər tikdirdi. Nubiyada oyulmuş sıldırım qayanın oyuğunda tikilmiş məbədin qarşısında II Ramzesin 24 metr hündürlüyündə heykəli qoyuldu. E.ə. I minillikdə Qədim Misir dövləti zəiflədi. Onun başlıca səbəbi kəndlilərin var-yoxdan çıxması, qulların və yoxsulların üsyanı, əsarət altında olan xalqların çıxışları idi. Misirin hakimiyyəti altında olan xalqlar Misirin zəifləməsindən istifadə edib onun tabeliyindən çıxdılar. Qədim Misir sərhədlərini xarici düşmənlərdən qoruya bilmədi. Fürsəti əldən verməyən İran şahı Kambiz e.ə. 525-ci ildə Misiri işğal etdi.
['qədim Misir', 'qədim misirlilər', 'Misir mədəniyyəti', 'Misir', 'qədim Şərq']
6,819
https://kayzen.az/blog/diplomat/709/diplomatiyada-birincilik.html
Diplomatiyada birincilik
rokfeller
Diplomatiyada protokol və etiket
5 aprel 2010, 10:06
Ümumən qəbul edilib ki, diplomatik nümayəndəlik başçılarının birinciliyi onların ranqı – dərəcəsindən asılıdır: səfir, ali komissar yaxud apostol nunsisi; föv­qəl­adə elçi və səlahiyyətli nazir, yaxud Vatikan elçisi (nadir hallarda təsadüf edilən ranq); işlər üzrə müvəkkil en titre yaxud en pied (titulu, rütbəli). Hər növ ranq çərçivəsində isə birincilik müvafiq diplomatik nümayəndəlik başçısının vəzifəsinə keçməsi zamanı ilə müəyyən edilir. Dövlət başçısına etimadnamələrin verilməsi tarixi, yaxud xarici işlər nazirinə gəlişi barədə bildirişin və ya xarici işlər nazirinə etimadnamənin nüsxəsinin verilməsi tarixi nəzərə alınır. Hər şey bu və ya digər dövlətin rəhbər tutduğu təcrübədən asılıdır. Əksər ölkələrdə dövlət başçısına etimadnamənin verilməsi tarixi nəzərə alınır, bəzi dövlətlər etimadnamənin nüsxəsinin verilməsi anını qəbul edirlər. Əgər eyni zamanda bir neçə diplomatik nümayəndəlik başçısı etimadnamələrini təqdim edirsə, birincilik onların təmsil etdiyi dövlətin adının birinci hərfinin fransız yaxud ingilis əlifbasında yerindən, yaxud onların öz vəzifələrini icra etməsi anından keçdiyi müddətdən asılı olaraq müəyyən edilir. Katolik dini üstünlük təşkil edən dövlətlərin bir qismində, məsələn, Italiya, Polşa, Ispaniyada eyni ranqlı diplomatik nümayəndəlik başçıları arasında üstünlük  müqəddəs taxtın (Vatikanın) diplomatik nümayəndəsinə verilir. Diplomatik nümayəndəlik başçılarının iştirak etdiyi tədbirlərdə işlər üzrə müvəkkil en titre ranqca səfir ranqında olan diplomatik missiya başçılarında ardınca gedir. Birincilik üzrə üçüncülər işlər üzrə müvəkkil ad interim (müvəqqəti) tanınır və bu zaman onların hər birini münasibətdə öz üzərinə səlahiyyətləri götürməsi tarixi nəzərə alınır. Diplomatik nümayəndəliyin digər üzvlərinin (o cümlədən diplomatların xanımlarının) də iştirakı halında sonun­cular nümayəndəlik başçısı, yaxud işlər üzrə müvək­kil üçün qəbul edilmiş birincilik dərəcəsinə müvafiq yer tuturlar. Diplomatik nümayəndəlik başçısının etimadnaməsinin onu imzalayanın, yaxud qəbul etmiş dövlət başçısının ölümü ilə bağlı müvəqqəti olaraq etibarsız sayılması birinciliyə təsir etmir. Formal yaxud diplomatik qəbullar zamanı fərdi birincilik müvafiq şəxsin ranqından asılı olur və aşağıdakı qaydada müəyyən edilir: Apostol nunsisi (vəzifəsinə görə duayen ex offisio (lat. tutduğu vəzifəsinə görə) kimi tanındığı dövlətlərdə); səfir, ali komissar, apostol nunsisi; fövqəladə elçi və səlahiyyətli nazir; işlər üzrə müvəkkil (en titre); işlər üzrə müvəkkil (ad interim); səlahiyyətli nazir; elsi-məsləhətçi; məsləhətçi; birinci katib; ikinci katib; üçüncü katib. Səfirliklərdə çalışan diplomatların fərdi birinciliyi aşağıdakı qaydada müəyyən edilir: Səlahiyyətli elçi; elçi-məsləhətçi; məsləhətçi; birinci katib; ikinci katib; üçüncü katib hərbi və xüsusi attaşelərin birinciliyi hər nümayəndəlik tərəfindən fərdi qaydada müəyyən edilir. Bir qayda olaraq, onlar birinci katibdən öndə olsalar da, daha yüksək ranqlı diplomatlardan nadir hallarda üstün sayılırlar.  Birinciliyə riayət olunmanın dəqiq qaydası adətən diplomatik korpus siyahısında göstərilir. Bu siyahı diplomatik nümayəndələri qəbul edən dövlət tərəfindən təqdim edilir. Diplomatik nümayəndəlik başçısının səlahiyyətlərinə xarici işlər nazirini ona tabe olan işçilərin birincilik qaydası barədə bildiriş daxildir.
['diplomatiya']
6,820
https://kayzen.az/blog/atmosfer/760/atmosferin-%C3%BCmumi-sirkulyasiyas%C4%B1.html
Atmosferin ümumi sirkulyasiyası
2ral
Atmosfer
4 aprel 2010, 18:53
Planetar küləklər. Troposferin eyni xassələrə malik böyük həcmli havasına – hava kütləsi deyilir. Hava kütləsi müxtəlif səth örtükləri üzərindən keçərkən onların fiziki xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, okean üzərində hərəkət edən hava kütləsi rütubətli; səhra üzərində hərəkət edən hava quru, isti və tozlu; qar və buz örtüyü üzərində formalaşan hava soyuq, quru və şəffaf olur. Hava kütlələri daxil olduqları ərazinin havasının uzun müddət dəyişməsinə səbəb olur. Temperaturuna görə hava kütlələri isti və soyuq olur. Yer kürəsində 4 hava kütləsi var: Ekvatorial- isti, rütubətli və bol yağıntılı; Tropik- isti və quru; Mülayim- rütubətli və sərin; Arktik (Antarktik)- soyuq və quru. Rütubətlənmə dərəcəsinə görə ekvatorial hava kütləsindən başqa, qalan 3 hava kütləsinin hər biri 2 yarımtipə ayrılır: a) Rütubətli və ya dəniz - su sahəsi üzərində formalaşdığından hava buludlu, rütubətli, yay mülayim və sərin, qış isə yumşaq olur; b) Quru və ya kontinental - materiklər üzərində formalaşdığından hava quru, aydın, yay isti və quru, qış isə sərt, temperatur amplitudu böyük olur. Hava kütlələri Yerin Günəş ətrafında fırlanması nəticəsində yayda qütblərə; qışda isə ekvatora doğru meyl edir. Atmosferin aşağı qatındakı hava kütlələrinin hərəkətinə atmosferin ümumi sirkulyasiyası (və ya dövranı) deyilir. O,atmosferin 20 km-lik alt qatını əhatə edir. Tərkibinə - passat, musson, qərb küləkləri, siklon, antisiklon və hava kütlələri daxildir. Atmosfer sirkulyasiyasında yerli küləklər, məsələn: briz, xəzri, gilavar və s. zəif iştirak edir. Atmosfer sirkulyasiyasının yaranmasına səbəb isti ekvatorial havasının yuxarı qalxması, relyefin mürəkkəbliyi və Yerin öz oxu ətrafında fırlanmasıdır. Atmosfer sirkulyasiyası yağıntıların və istiliyin Yer kürəsində paylanmasını müəyyən edir. Yer kürəsində temperaturun və təzyiqin qeyri-bərabər paylanması nəhəng atmosfer burulğanlarının: siklon və antisiklonların yaranmasına səbəb olur. Siklon- mərkəzində alçaq, kənarında yüksək təzyiq olan qapali təzyiq sahəsidir. Siklonun mərkəzində atmosfer təzyiqi normal təzyiqdən (760 mm) aşağı olur. Siklonda külək kənardan mərkəzə doğru əsir. Yerin öz oxu ətrafında fırlanması nəticəsində hava Şimal yarımkürəsində saat əqrəbinin əksinə, Cənub yarımkürəsində isə saat əqrəbi istiqamətində olur. Siklonda hava qalxan hərəkətli, küləkli, buludlu, rütubətli və yağıntılı olur. Temperatur azalır. Antisiklon - mərkəzində yüksək atmosfer təzyiqi olub, kənarlara doğru getdikcə azalması müşahidə edilən qapalı təzyiq sahəsidir. Antiksiklonda hava Şimal yarımkürəsində saat əqrəbi istiqamətində, Cənub yarımkürəsində isə əks istiqamətdə hərəkət edir. Antisiklonda mərkəz tam sakit, kənarlar isə zəif küləkli olur. Hava enən hərəkətli, aydın, buludsuz və yağıntısız olur. Temperatur qışda azalır, yayda isə artır. Hava kütlələrini bir-birindən ayıran sərhəddə atmosfer cəbhəsi deyilir. Onlar Yer səthinə 10 meylli olub, 10 km-lə uzanır. Üç cür cəbhə olur: a) Əgər isti hava kütləsi daha fəal olub, soyuq hava kütlələrini geri çəkilməyə məcbur edirsə, bu kütlələr arasındakı cəbhə isti cəbhə adlanır. Lələkli və laylı buludlar yaranır, yağıntı düşür. b) Əgər soyuq hava kütləsi daha fəal olub, isti hava kütləsini geri çəkilməyə məcbur edirsə, bu kütlələr arasındakı cəbhə soyuq cəbhə adlanır. Topa, topa-yağışlı buludlar yaranır, bol yağıntı düşür, güclü külək əsir. c) Əgər hava kütlələri bir-birindən kəskin fərqlənmirsə atmosfer cəbhəsi də fəal olmur. Zəif külək əsir, nəzərə çarpmayan rütubət müşahidə olunur. Belə cəbhə stasionar və ya sabit cəbhə adlanır.
['atmosfer', 'siklon']
6,821
https://kayzen.az/blog/cqk/786/sakura-4-aprel-turniri-cavablar.html
Sakura 4 aprel turniri-cavablar
2ral
Nə? Harada? Nə zaman? (ЧГК)
4 aprel 2010, 18:17
1.Pablo Pikasso- 290, Mark Şaqal - 220, Salvador Dali - 128, Albrext Dürer - 116. Burdakı ədadlər nə qədər çox olsa,rəssamın başı bir o qədər uca olar))) Bu ədədlər nəyi ifadə edir? Cavab: oğurlanan rəsmlərin sayı 2.optimist təyyarə haqqında fikiləşir,bəs pessimist? Cavab: paraşüt haqda 3.Napoleon deyirdi ki,... bir fahişədir və onunla istədiyi kimi rəftar edəcək. Hitler deyirdi ki,ona sahib olmaqdan ötrü əvvəlcə onu zorlamalıdır. Amma hər ikisinin arzusu ürəyində qaldı:-))) qədim yunan əfsanəsinə görə Zevs onu Finikiya çarının sarayından oğurlayıb Krit adasına qaçırtmışdı. Nöqtələrin yerinə hansı coğrafi obyekt yazılmalıdır? Cavab: Avropa 4.  1  və 2 məhz bizə məxsusdur.3 və 4 havanın soyuq olduğu üçün istəyir ki,qapını örtülsün. 5 və 6 geoloji tədqiqat üçün daşın altına baxmaq lazımdır.7 və 8 hansı qıza aiddir? Cavab: bir,iki,bizimki Üç,dörd-qapını ört, Beş,altı-daşaltı Yeddi,səkkiz-Firəngiz Doqquz,on-qırmızı don 5. diplomat,filosof,kimyaçı,həkim,fizik,mexanik,linqvist və əlbəttə ki riyaziyyatçı. Norbert Viner deyirdi ki, kibernetika elminin atası o sayıla bilər.Öz vətənində şərəfinə heykəl ucaldılmış ilk mülki şəxs odur. 1646-cı ildə anadan olmuş bu şəxs kimdir? Cavab: Vilhelm Leybnits 6. Amerikanlar elə bilirdi ki,onu bir elmi-tədqiqat institutu hazırlayıb, əslində isə onu ali təhsili olmayan bir insan yaratmışdı. Bir fransız jurnalı onu XX əsrin ən böyük kəşfi sayırdı. Zimbabve, Mozambik, Şərqi Timor kimi ölkələrdə o milli rəmzdir. Onun populyarlığı o qədər yüksəkdir ki, Səddam Hüseyndən tutmuş terrorçulara qədər çoxları onu sevir. Söhbət nədən gedir? Cavab.Kalaşnikov avtomatı 7. Bir dəfə Nitsa şəhərində ən dözümlü siqaret çəkən müsabiqəsi keçirilir. İştirakçılardan biri rekord buraraq 60 siqaret dalbadal çəksə də, mükafatı ala bilmir:-((( niyə? Cavab: ölür. . Məşhur rus həkimi doktor Botkinin yanına bir xanım gəlib soruşur ki , doktor, bəs mən arıqlamaq üçün hansı hərəkətləri edim? Botkin deyir ki,başı soldan sağa və sağdan sola hərəkət etdirmək lazımdır. Xanım bəs bunu nə vaxt etməliyəm deyə soruşanda həkim cavab verir. Nə vaxt? Cavab: yemək görəndə(yemək masası arxası və s. cavablar da qəbul olunur) 9. Amerikan stomatoloqu Cozef Berkovski iddia edir ki,onun sifətinin quruluşundan  belə nəticə çıxaraq olar ki,onun qabaq dişləri yoxdur. Onun kim olduğu barədə çox fərziyyələr var. Bəziləri deyirdi ki, o kişidir, bəziləri onun müəlliminin homoseksualist partnyoru olduğunu, bəziləri isə onun sadəcə ideal qadın olduğunu deyirdi. son nəticələr isə sübut edir ki, o bir kommersantın arvadıdır. Söhbət kimdən gedir? Cavab: Cokonda 10. "Bağışlayın,müsyö,mən təsadüfən bunu etdim.. " Kraliça Mariya Antuanetta bunu .... əvvəl deyib. ... əvvəl ayaqqabılarını verərək Mixail Romanov "İstifadə edin,hər nə olsa da çarındır" deyib. Eyni vəziyyətdə Eynşteynin nə dediyini isə heç kim bilmir. Çünki o vaxt yanında duran adam alman dilini bilmirdi.... yerinə nə olmalıdır? Cavab: ölümdən əvvəl. 11. Siseron deyib ki, X-danışan qanun,Y-lal məhkəmədir. Müvafiq olaraq X və Y nədir? Cavab: Məhkəmə-danışan qanun,qanun-danışan məhkəmədir. . Azərbaycanlılar ləzzət görmək üçün ondan istifadə etməyi xoşlayır:-) Bir şəhər isə öz həyatını onlara borcludur. Söhbət nədən gedir? Cavab: qaz(yeyərsən qaz ətini,görərsən ləzzətini)
['sakura turniri', 'intellektual oyunlar', 'NHN']
6,822
https://kayzen.az/blog/g%C3%B6z-x%C9%99st%C9%99likl%C9%99ri/617/g%C3%B6z-m%C3%BCayin%C9%99si.html
Göz müayinəsi
fidan
göz xəstəlikləri
3 aprel 2010, 20:51
Gözün müayinəsinə göz qapaqlarının, göz qapaqları və göz alması konyuktivalarının yoxlanılması ilə başlanır. Aşağı göz qapağı konyuktivasının müayinəsi zamanı aşağı göz qapağını şəhadət barmağı və ya baş barmaq vasitəsilə aşağıya elə çəkirlər ki, keçid büküşü aydın görünür. Yuxarı göz qapağı konyuktivasının müayinəsində xəstəyə aşağı baxmağı təklif edirlər. Sonra göz qapağının kirpikli kənarını sağ əlin baş və şəhadət barmaqları ilə tutub göz almasından aşağı və qabağa çəkirlər, Tibb bacısı sol əlinin baş barmağı ilə göz qapağının ortasını qığırdağın yuxarı kənarında təsbit edir. Bu zaman yuxarı göz qapağını diyircək üzərində çevrilmə kimi barmaq ətrafında çevirirlər.Göz qapaqlarını barmaqla çevirdikdə xəstənin müxtəlif istiqamətli yuxarı, aşağı, sağa və sola baxışlarında göz almasının konyuktivasını görmək olar. Göz qapağının və konyuktivanın müayinəsi aydın gün işığında və ya süni işıqda müayinə edilməlidir. Bu zaman yandan işıqlandırma metodundan istifadə edilməsi daha yaxşı nəticə verir. Ön kameranın, buynuz qişanın, bəbəyin, qüzehli qişanın tədqiqi də hökmən yandan işıqlandırma metodu ilə aparılmalıdır. Xəstəni, stulda oturdaraq ondan sol tərəfdə 100 vatlıq güclü işıq lampası (ən yaxşısı donuq rəngli lampa) yerləşdirirlər. İşıq şüaları onun (lampanın) fokus məsafəsində (5 sm) qoyulan iki tərəfi qabarıq 20,0 D-lik lupanın köməyi ilə buynuz qişada toplanır. Göz yaşı kisəsinin müayinəsi xəstənin həmişə göz yaşı axmasından və konyuktiva kisəsində selikli və ya selikli-irin ifrazatın olmasından şikayət etdiyi halda keçirilir. Bundan ötrü tibb bacısı aşağı göz qapağını sol əlin baş barmağı ilə çəkib aralayır ki, aşağı göz yaşı nöqtəsi aydın görünür. Sağ əlin baş barmağı ilə gözlə burnun arxası arasındakı göz yaşı kisəsi sahəsinə basılır. Bu zaman bulanıq irin mayesinin çıxması göz yaşı kisəsi iltihabının olmasını göstərir. Bu xəstəni həkimə göndərmək lazımdır. Narahat uşaqların gözlərini xüsusi üsul ilə müayinə edirlər. Ana tibb bacısından sağda əyləşərək uşağın bədənini və əllərini tutub saxlayır. Bu zaman tibb bacısı uşağın başını öz dizləri arasında təsbit edir və müayinə üçün əlləri sərbəst qalır. Sarği materiali ancaq hiqroskopik pambıqdan hazırlanır. Gözlərin qorunması üçün 4 - 5 sm-lik kvadratşəkilli və ya 4 - 5 sm diametrində dairəvi pambıq - tənzif yastıqcıqlar tətbiq edilir. Bunları qabaqca sərilib hazırlanmış və hər iki tərəfindən tənziflə örtülmüş pambıq qatlarından uyğun şəkildə biçirlər. Operasiya edilmiş xəstələr üçün pərdəciklər tətbiq edilir. Onların eni 9 sm, uzunluğu isə 14 - 16 sm olan və ikiqat qatlanmış tənzif və ya bintlərdən hazırlayırlar. Həmin pərdəciklər leykoplastır ilə xəstənin alnına yapışdırılır. Göz qapaqlarını təmizləmək üçün dərman damcıları damızdırılmasında və məlhəm qoyulmasında yumşaq pambıq kürəcikləri işlədilir. Qabaqca avtoklavda sterilizə edilmiş pambıq kürəcikləri üzərinə 1:6000 civə oksisianatı və ya 2 %-li borat turşusu məhlulu tökülərək 40 - 60 dəqiqə qaynadılır. Kürəciklər həmin məhlulda saxlanır. Göz sarğilari göz qapaqları və göz alması zədələndikdə aparılan operasiyadan sonra gözün rahatlığını təmin etmək üçün qoyulur. Konyuktivanın kəskin iltihab xəstəliyində gözə sarğı qoymaq olmaz. 5-7 sm enində bint sarğıları əsasən göz alması çıxarıldıqdan və ya göz orbiti sahəsində operasiya keçirildikdən sonra tətbiq edilir. Sarğı kip olmalı, lakin xəstə onun gözə təzyiq etməsini və ya qulaq altını dartmasını hiss etməməlidir. Bir gözə qoyulan - monokulyar və hər iki gözə qoyulan - binokulyar sarğı ola bilər. Sarğı qoyulmazdan qabaq qapalı göz qapağı üzərindən pambıq tənzif yastıqcıq yerləşdirilir və bunun üzərindən sarğı qoyulur. Bu zaman tibb bacısı bintin ucunu sol əlilə xəstə tərəfindəki qulaq sırğalığı yanında tutub saxlayır. Pambıq tənzif sarğını bint vasitəsilə alnın ətrafında elə təsbit edirlər ki, bintin baş hissəsi sağlam gözə tərəf aparılsın. Sonra binti xəstə göz tərəfindən qulağın altı ilə yuxarı aparıb gözün üzərindən keçirərək yastıqcığı başlıca olaraq burun tərəfdən örtür və sonra binti ənsə üzrə yenə qulaq sırğalığı altına aparırlar. Bu surətdə binti 4-5dövrə sarıyır və sonuncu dövrəsini alnın üzərindən keçirərək, sarğını xəstə gözdən əks tərəfdən yan hissədə bağlayırlar. Başqa hallarda, lazım gəldikcə, bint əvəzində pambıq-tənzif yastıqcıqlar tətbiq edilir və bunlar 1 sm enində yapışqan plastırla bərkidilir. Xəstənin gözdaxili operasiyalarina hazirlanmasi. Operasiya ərəfəsində xəstə gigiyenik vanna qəbul edir. Bu zaman onun yataq camaşırı və alt paltarı dəyişilir və ona işlətmə dərmanı verilir. Xəstənin operasiya ediləcək gözünün kirpikləri qırxdır. Xəstənin sinir sisteminin oyanıqlığını azaltmaq üçün həkim ona yuxu dərmanı və sedativ vasitələr təyin edir. Xəstə bunları operasiya ərəfəsi axşamı və operasiya günü səhər qəbul etməlidir. Operasiyaya 30 dəqiqə qalmış 2 %-li promedol məhlulu ilə inyeksiya aparılır. Bir sıra hallarda qlaukoma operasiyasından qabaq və ya kataraktanın ekstraksiyasına 1 saat qalmış həkimin təyinatı üzrə xəstəyə qliserol (daxildə qəbul etmək üçün 50 %-li qliserin məhlulu) verilir. Tibb bacısı həkimin operasiyaqabağı etdiyi bütün təyinat və göstərişlərinin yerinə yetirilməsinə ciddi fikir verməlidir. İstilik proseduralarinin, soyuğun və yayindirici vasitələrin tətbiq edilməsi. Gözlərə isidici kompres aşağıdakı qaydada qoyulur. Qapalı göz qapaqları üzərinə qaynanmış isti suda və ya izotonik natrium-xlorid məhlulunda isladıb sıxmış və tənzif üstündən kompres kağızı və ya nazik müşəmbə qoyurlar (bunlar ölçüsü yaş salfetin ölçüsündən artıq olmalıdır), sonra bunu pambıq qatı ilə örtərək bint ilə sarıyırlar. Gözlərə spirt və yarıspirt kompreslər qoyulması praktikada tətbiq edilmir. Quru istilik - isitqac şəklində tətbiq edilir. 80° C-yə qədər istiliyi olan suyu adi isitqaca və ya yastı butulkaya tökürlər. Xəstə yanı üstə uzanır və salfetlə örtülmüş xəstə gözünü həmin isitqaca söykəyir və bu vəziyyətdə 30 dəqiqə qalır. Göz travmasından (kontuziyadan) və operasiyadan sonra xəstənin gözünə soyuq təyin edilir. Bundan ötrü rezin qovuğa buz parçaları və ya buzlu (dondurulmuş) su doldurub salfet, ya da dəsmalın üzərindən xəstənin qövs sahəsinə qoyulur. Bu zaman həmin gözə təzyiq etməməlidir.. Zəli qoyulması. Göz xəstəliklərinin müalicəsi praktikasında zəli bir yayındırıcı vasitə kimi tətbiq edilir. Zəli tətbiqi metodu adidir, lakin onu gözün yaxınlığında qoyduqda tibb bacısı ehtiyatlı olmalıdır. Zəlini başı yuxarı quru sınaq şüşəsinə və ya balaca damcı şüşəsinə salıb, sonra sınaq şüşəsinin ağzını, göz yarığı səviyyəsində gicgah dərisinə yapışdırır, ta zəlinin sormağa başlanmasına qədər şaquli vəziyyətdə saxlayırlar. Zəli dəriyə yapışandan sonra şüşəni götürürlər. Gicgahda venalar üzdə yerləşdikdə və gicgah arteriyasının döyünməsi hiss olunan yerlərə zəli qoyulmasına icazə verilmir. Gicgaha ən çoxu 2 zəli qoymaq olar. Zəli qoyulmasından 35 - 60 dəqiqə sonra özü düşməzsə, onun üzərinə hipertonik natrium-xlorid məhlulu tökmək və ya duz səpməklə düşürmək olar. Bundan sonra zəlinin sorduğu yerə təzyiqedici sarğı qoyulur. Manipulyasiyalarin (əllə görülən işlərin) keçirilməsi. Bütün göz manipulyasiyaları olduqca ehtiyatlı keçirilməlidir. Hər manipulyasiyadan əvvəl tibb bacısı əllərini sabunla yumalıdır. Traxoma dənələrinin əzilməsi əməliyyatında xəstə uzanmış vəziyyətdə olur. Əlləri - operasiyaya hazırladıqda olduğu kimi dərmanlayıb təmizləmək yaxşıdır. Tibb bacısı gözlərini xəstənin gözündən sıçrayan ifrazatdan qorumaq üçün hökmən qoruyucu eynək və ya roslavsev maskası taxmalıdır. Göz qapaqları dərisini spirtlə silir, gözləri kalium-permanqanatın zəif məhlulu ilə yuyur və gözə 30 %-li natrium-sulfat məhlulu damızdırırlar. Göz alması və göz qapaqları konyuktivasını 0,5 - 1 %-li dikain məhlulu ilə anesteziya edirlər. Bundan sonra yuxarı göz qapağını çevirir, yuxarı keçid büküşünün konyuktivası altına 1 %-li novokain məhlulu, sonra aşağı göz qapağını çəkib aşağı keçid büküşünün konyuktivası altına da, cəmi 2 ml-dən çox olmayaraq, novokain yeridirlər. Tibb bacısı anesteziyadan sonra sağ əlilə Bellyarminov pinsetini götürərək, yuxarı göz qapağını çevirir, pinsetin bir branşını konyuktivanın yuxarı tacına daxil edir, digərini isə çevrilmiş göz qapağı qığırdağının konyuktivası üzərinə qoyur. Pinsetin branşlarını (taylarını) basıb bağlayaraq, onu göz qapağı boyunca ötürür və follikulları partladırlar, lakin elə etmək lazımdır ki, selikli qişa çox zədələnməsin və buynuz qişaya toxunmasın. Aşağı göz qapağı sahəsində də eyni manipulyasiya təkrarlanır. Göz qapaqlarının xarici və daxili bucaqlarında olan follikulları pinsetin kənarları ilə əzirlər. Traxoma dənələri əzildikdən sonra konyuktiva boşluğunu kalium-­permanqanat məhlulu ilə yuyur, göz qapaqları arxasına 1%-li tetrasiklin məlhəmi qoyurlar. Göz konyuktivasından yaxmanı səhər əl-üz yuyulmamışdan və gözlərə damcı damızdırmamışdan əvvəl götürürlər. Tibb bacısı bakterioskopik tədqiq üçün əvvəlcə od üzərində (közərdilənə kimi) sterilizə edilən platin ilgək və ya adi zond vasitəsilə yaxma götürür. Közərdilmiş ilgək soyuduqdan sonra, aşağı göz qapağını çəkib aralayaraq keçid büküşü üzərindən yaxma götürürlər; göz qapağını çevirərək, yuxarı keçid büküşündən də azca yaxma götürmək yaxşı olardı. Götürülmüş sekretin (ifrazatın) nazik qatı spirtlə silinmiş əşya şüşəsinə yaxılır. Preparat quruduqdan sonra onu lampa alovu üzərində tutub təsbit edirlər. Şüşə üzərində yaxmanın qoyulduğu yeri karandaşla cızıb qeyd edir və şüşənin kənarında xəstənin familiyasını yazıb, tədqiq olunmaq üçün laboratoriyaya göndərirlər. Əkmək (bakterioloji tədqiqat) üçün konyuktivadan götürülən materialı da, yaxma materialı götürüldüyü kimi, ilgəklə götürür, lampanın alovu üzərində qida mühiti aqara və ya bulyona salırlar. Material sınaq şüşəsindəki qida mühitində yayılıb paylaşdırıldıqdan sonra həmin sınaq şüşəsini lampa alovu üzərində tıxacla bağlayırlar. Göz damcıları pipetlə damızdırılır. Pipetləri azı 40 dəqiqə qaynatmaqla sterilizə edirlər. Damcıların damızdırılması üçün tibb bacısı aşağı göz qapağını sol əlində saxladığı pambıq tampon vasitəsilə aşağı çəkir və onu gözə yox, göz orbitinin kənarına doğru basır. Sonra xəstəyə yuxarı baxmağı təklif edirlər. Bundan sonra tibb bacısı sağ əlin baş və şəhadət barmaqları ilə pipetin başına basaraq konyuktivanın aşağı tacına 1 - 2 damcı dərman damızdırır. Xəstə gözünü yumduqda göz qapağı kənarından çıxan artıq damcıları eyni tamponla silib götürürlər. Gözə 2 damcıdan artıq göz damcısı damızdırmaq mənasızdır, çünki konyuktiva kisəsində ancaq 1 damcı yerləşir. Göz damcıları otaq temperaturu istiliyində olmalıdır. Çox soyuq damcılar göz qapaqlarının spazmına səbəb olur. Damcı məhluluna infeksiya düşməsinə və nəticədə məhlulun bütünlüklə infeksiyaya tutulub çirklənməsinə yol verilməməsi üçün, damcılama zamanı pipetin ucunu xəstənin kirpiklərinə toxunmamasına fikir verilməlidir. Əgər pipet xəstənin kirpiklərinə və ya göz qapağına dəyibsə, onu mütləq sterilizə etmək lazımdır. Hər xəstə üçün ayrıca steril pipet işlədilməsi infeksiyanın damcı məhlulu ilə bir xəstədən digərinə keçirilməməsini tamamilə təmin edir. Damcı məhlulunun 2 sm-dən artıq məsafədən damızdırılmasını xəstə xoşlamır. Göz bəbəyini genəldici vasitələrin - midriatiklərin, bəbəyi daraldıcı vasitələrin - miotiklərin damızdırılmasında xüsusilə çox ehtiyatlı olmaq lazımdır. Midriatiklər və miotiklər qrupuna aid preparatların yanlış damızdırılması arzu olunmayan ağır nəticələrə səbəb olur. Məsələn, qlaukomalı xəstəyə bəbəyi genəldici dərmanlar (atropin, skopollamin, efedrin) damızdırdıqda daxili göz təzyiqi kəskin qlaukoma tutmasına səbəb olan dərəcədə yüksələ bilər. Damar qişasının kəskin iltihabı (ifrit, uvenit) olan xəstəyə bəbəyi daraldıcı dərmanların (pilokarpin, fosfakol) damızdırılması gözü iltihab prosesinin artıq dərəcədə şiddətlənməsinə və ağırlaşmalara (qüzehli qişanın büllurla bitişməsinə) səbəb olur. Göz məlhəmləri dərman maddələrinin daha uzun müddət təsir göstərməsi və göz qapaqlarının gözə sürtünməsini azaltmaq lazım olduqda tətbiq edilir. Məlhəm belə qoyulur: tibb bacısı sol əli ilə aşağı göz qapağını çəkir (bu zaman xəstə yuxarı baxır); steril (qaynadılmış) çöpün enli ucu ilə az miqdarda məlhəm götürüb aşağı göz qapağının selikli qişasına yaxır, sonra xəstəyə gözlərini yummağı təklif edir və çöpü götürür. Məlhəmin gözdə bir bərabərdə yaxşı yayılması üçün tibb bacısı göz qapaqları hələ yuyulmuş halda ikən gözü yüngülcə masaj edir. Hazırda müalicəedici göz plyonkaları (MGP) buraxılır. Bunların tərkibində atropin, pilokarpin, antibiotik preparatları olur. Tərkibində bu cür preparat olan plyonkanın konyuktiva kisəsinə daxil edirlər. Selikli qişa ilə isladılma nəticəsində plyonka elastikləşir və 25 - 40 dəqiqə ərzində tədricən əriyir. Bu plyonkalar gözə sutkada 1 - 2 dəfə qoyulur. Gözə poroşok (dərman tozu) səpilməsi. Tibb bacısı aşağı göz qapağını sol əlin götürdüyü şüşə çöp vasitəsilə göz qapağının daxili səthinə poroşok səpir. Sonra göz, qapaqları qapalı olmaqla gözü yüngülcə masaj edir, bu zaman poroşok göz yaşında əriyib həll olur. Göz poroşoku kimi çox vaxt pudra şəklində narın xırdalanmış natrium-sulfasil (albusid) və ya ağ streptosid tətbiq edilir. Gözlərin yuyulması. Konyuktiva kisəsinin dezinfeksiyası, ondan selik və irinin kənar edilməsi üçün, habelə kimyəvi maddələrlə əmələ gətirilmiş yanıqlarda ilk yardım göstərilən zaman gözləri yuyurlar. Gözlərin yuyulması üçün natrium-xloridin izotonik məhlulu, 1:5000 kalium-permanqanat, 2 %-li borat turşusu və s. tətbiq edilir. Sol əlin baş və şəhadət barmaqları ilə hər iki göz qapağını aralayaraq, gözü tibb bacısının sağ əlində saxladığı undinkadan və ya rezin baloncuqdan verilən məhlulu şırnağı ilə yuyurlar. Göz yuyulan zaman bu baloncuğu və ya undinkanı kirpikləri toxundurmaq olmaz. Göz yuyularkən axan maye gözdən xəstənin çənəsi altında tutduğu ləyənə tökülür.Göz qapaqları kənarlarına brilyant abısı 1 %-li spirt məhlulunun sürtülməsi göz qapaqlarının isti su ilə və ya 50 %-li spirt-efir qatışığı ilə silinərək yağdan təmizlənməsindən sonra keçirilir. Göz qapaqları kənarına dərmanı zonda kip sarınmış pambıq tampon və ya ağac çöpün itiləşdirilmiş ucu ilə sürtürlər. Bu zaman aşağı göz qapağını aşağıya çəkirlər, yuxarı göz qapağı kənarına dərman sürtüldükdə isə göz almasından aralayırlar ki, məhlul xəstənin konyuktivasına və ya buynuz qişasına düşməsin. Kirpiklərin qırxılması. Göz almasının yarılması ilə əlaqədar operasiyanın keçirilməsi ərəfəsinə kirpikləri qırxırlar. Bunları ehtiyatlı qırxırlar ki, göz qapağının kənarı yaralanmasın. Kirpiklərin konyuktiva boşluğuna və ya buynuz qişaya düşməməsinə də fikir vermək lazımdır. Bu zaman xəstələri pəncərə qabağında və ya işığa qarşı oturdur, küt uclu kiçik qayçının taylarını steril vazelinlə yağlayır və sonra göz qapağının kənarı üzrə xaricdən içəriyə doğru bütün kirpikləri qırxırlar. Yuxarı göz qapağının kirpikləri qırxılan zaman xəstə aşağıya, aşağı göz qapağının kirpikləri qırxılan da isə yuxarıya baxmalıdır. Kirpiklərin epilyasiyası (çıxarılması) onlar düzgün böyümədikdə, epilyasiya pinseti vasitəsi ilə keçirilir. Göz protezinin qoyulması texnikası. Gözü olmayan xəstə hökmən göz protezi taxmalıdır, əks halda konyuktiva boşluğunun həcmi (ölçüsü) azalır. Böyümə dövründə protezin olmaması üzün müvafiq yarım hissəsinin böyüməkdə geri qalmasına səbəb olur, protez olmadıqda göz qapaqları və kirpiklər konyuktiva boşluğuna doğru qıvrılaraq selikli qişanı qıcıqlandırır. Göz protezini gözün çıxarılmasının 4 - 5-ci günü taxmağa başlayırlar (bu ilk protezləşdirmə adlanır). 1 ½ - 2 ay keçdikdən sonra konyuktiva kisəsinin şişi keçdikdə isə həmişəlik göz protezi qoyulur. Süni gözün konyuktiva boşluğuna qoyulması və ona qulluq etmə metodikasını öyrətmək tibb bacısının vəzifəsinə daxildir. Protezi qoymazdan qabaq konyuktiva boşluğunu yuyur və oraya 30 %-li natrium-sulfasil (albusid) məhlulu damızdırırlar. Sağ və sol protezi onların daxili səthində olan buruna yönəldilən kəsiyə görə fərqləndirirlər. Protezi taxdıqda xəstənin aşağıya baxmasını təklif edirlər. Bu zaman tibb bacısı xəstənin yuxarı göz qapağını sol əlilə dartıb aralayır. Protezi sağ əlin baş və şəhadət barmaqları ilə tutaraq yuxarı kənarı ilə keçid büküşünə qoyur, sonra xəstənin yuxarıya baxmasını təklif edərək aşağı göz qapağını çəkib aralayıb və protezi aşağı kənarı ilə asanlıqla öz yerinə qoyurlar. Protezi çıxarıldıqda xəstə yuxarıya baxmalıdır. Tibb bacısı aşağı göz qapağını aşağıya tərəf elə dartır ki, protezin kənarı aydın görünsün. Eyni zamanda o sağ əlilə şüşə çubuğu protezin arxa divarı altına çatdıraraq, onun köməyi ilə protezi konyuktiva boşluğundan itələyib çıxarır və qabaqcadan hazırlanmış salfet və ya nəm pambıq üzərinə salır.
['göz müayinəsi', 'göz xəstəlikləri', 'oftalmologiya', 'oftolmoloji xəstəliklər']
6,823
https://kayzen.az/blog/paint/757/salvador-dali-v%C9%99-la-persistencia-de-la-memoria.html
Salvador Dali və La persistencia de la memoria
IDEAL
Məşhur rəsmlər və rəssamlar
3 aprel 2010, 14:25
Elə sənət əsərləri var ki, məsələn, "Mona Liza" kimi sözün həqiqi mənasında baxılmağa və haqqında məlumat öyrənməyə dəyər. Bu səbəbdən ən çox xoşuma gələn bir əsərlə Salvador Dalinin “Yaddaşın əzmi” (və ya “Yaddaşın sabitliyi”) əsəri ilə başlamaq istədim. La persistencia de la memoria – Bu əsər eyni zamanda “Əriyən saatlar” kimi də məhşurdu.1931-ci ilə aid olan bu rəsm əsəri 1932-ci ildə 250 ABŞ dolları müqabilində satılıb. Geniş bir qum çölü təsvir olunan əsərdə ki, əriyən saatlar ideyasını Dali avqust günəşi altında əriyən camembert pendirindən götürüb. Əsəri zamanın dəyişməzliyi anlayışına protesto kimi də yozmaq mümkündür. Rəsmin mərkəzi hissəsində canavar və insan obrazının sintezini görürük. Belə bir obrazı rəssamın bəzi əsərlərində də görmək mümkündü.Tablonun sol hissəsində olan saatın üzərində isə ölümü və qadın cinsiyyət orqanını simvollaşdıran qarışqaları görmək mümkündü. Onu da qeyd edim ki, deyilənə görə bu əsər tamamlandıqdan bir müddət sonra qırmızı şərabla isladılıb. Sürrealist bir əsər olan bu tabloda eyni zamanda Ziqmund Freyd fəlsəfəsinin Salvador Dali yaradıcılığına olan təsirini də hiss edə bilərsiz. 
['rəsm əsərləri', 'Salvador Dali', 'sürrealizm']
6,824
https://kayzen.az/blog/rus-dili/129/d%C3%BCzg%C3%BCn-yaz%C4%B1-v%C9%99-t%C9%99l%C9%99ff%C3%BCz-qaydalar%C4%B1.html
düzgün yazı və tələffüz qaydaları
2ral
Rus dilini öyrənək
3 aprel 2010, 10:05
Bu məqalədə sizin diqqətinizi rus dilini öyrənməyinizlə əlaqədar olaraq, bəzi mühüm məsələlərə cəlb etmək istəyirəm. Birincisi, ь və ъ hərflərini düzgün işlətmir və həmin hərflərin olduğu sözləri düzgün tələffüz etmirlər. Məsələn: шью yerinə шју (bəzən də шију), съел əvəzinə sel və ya, siyеl, syеl işlədirlər və s. Ikincisi, sözlərin hansında ь və hansında ъ yazmaqda çətinlik çəkirlər. Misal üçün, подъезд sözünü подезд, подијезд kimi yazırlar. Üçüncüsü, sonu ь, ilə bitən isimlərin bir qismi kişi cinsinə, digərləri isə qadın cinsinə aid olduğu üçün şagirdlər həmin  isimlərin cümlədəki başqa sözlərlə uzlaşmasında səhvə yol  verirlər. Məsələn, день kişi cinsə aid olduğu halda, тень sözü qadın cinsli isimdir. Теплый день—düzgündür, lakin пробежал тень desək və yazsaq səhvə yol vermiş olarıq. Пробежала тень deyilməli və yazılmalıdır. Bu qayda конь (kişi cinsi), лошадь (qadın cinsi) isimlərinə də aiddir. Dördüncüsü, fel formalarında ь müxtəlif hallarda yazılır. Misal üçün: Он трудится.—Ему надо трудиться. Yuxarıda qeyd etdiyimiz məsələlərlə əlaqədar olaraq aşağıdakıları bilmək lazımdır:  1. Əgər ь səsi saitlə samit səs arasında tələffüz edilirsə (məsələn: şyu, syel, muravyi), bu halda yazıda hər üç səsin birləşməsi xüsusi qayda ilə təsvir olunur: samit hərfdən sonra е, ё, ю, я, и-dən əvvəl ь və ya ъ yazılır. Onlar da (yəni ь və ъ) bölüşdürücü işarələr (hərflər) (разделительные) adlanır. ъ hərfi, е, ё, ю, я-dan əvvəl iki halda yazılır: a) sonu samit səslə bitən pristavkaların (sözönlərin) axırında: подъем, предъюбилейный, объявление, подъезд; b) двух, трех, четырех saylarından düzəlmiş mürəkkəb sözlərdə: двухъярусный və s.  2. Sozün qalan hissəsində ь, е, ё, ю, я və habelə и hərflərin-dən əvvəl yazılır. Məsələn: шьёт, обезьяна, воробьи, вышьёт. Başqa dillərdən alınma sözlərin əvvəlində və axırında saitdən sonra к (я) əvəzinə ью yazılır: гор. Нью-Йорк, е (ё) əvəzinə isə alınma sozlərin çoxunda ьo yazılır:  батальон, бульон, медальон və s. Ay adlarından düzəlmiş aşağıdakı sifətlərdə ск suffiksindən qabaq da ь (мягкий знак) yazılır: (сентябрьский, ноябрьский, декабрьский, июньский, июльский, февральский, апрельский, habelə деньской (день—деньской—bütün günü), январский sözü ь-sız yazılır. Felin məsdər forması (инфинитив) əksər hallarda ь-la bitir; читать, беречь, течь, рассказать, уважать, рисовать, одеваться və s. Saitlərdən sonra qayıdış fellərində ь yazılır: одевать, радуюсь və s. Indiki və sadə gələcək zamanın ikinci şəxsin təki də ь-la yazılır: рассказываешь, читаешь, напишешь, принесешь və s. Felin üçüncü şəxsinin təki və cəmi qalın tələffüz olunur və ь-sız yazılır. Məsələn: Арзу читает и смотрит. Полад умывается. Lakin məsdər formanı felin üçüncü şəxsindən fərqləndirmək lazımdır. Fel məsdər formada что делать? və что сделать? suallarına cavab olur və ь-la yazılır. Müqayisə edək: Расим трудится и Расиму надо трудиться. Он пишет и Ему надо писать və s. Fel üçüncü şəxsdə что делает? və что сделает? suallarına cavab verir, özü də ь-sız yazılır. Əgər felin əmr forması samit səslə bitərsə bu samitdən sonra ь yazılır: кинь, киньте (at, tulla, atın, tullayın), брось, бросьте və s.
['orfoqrafiya', 'orfoepiya', 'düzgün yazı']
6,825
https://kayzen.az/blog/maraqli-faktlar/746/maraql%C4%B1-faktlar-2.html
maraqlı faktlar 2
ramzes
Maraqlı faktlar
2 aprel 2010, 18:54
1.  Bədənimizdəki ən güclü əzələ dilimizdədir ·2.  Sağ əllə işləyən insanlar solaxay insanlardan orta hesabla 9 il çox yaşayır ·3.  Mirvarilər sirkədə əriyir ·4.  Fillər tullana bilməyən yeganə heyvandır.5.  Planetlərdən yalnız Venera saat əqrəbi istiqamətində fırlanır.6.  İlbizlər üç il yata bilirlər.7.  Gözlərimiz anadan olandan ölənə kimi eyni ölçüdə olurlar , amma qulaqlarımız və burnumuz daima inkişaf edir 8.  Dəvələrin gözlərini qumdan qoruyan üç göz qapağı var9.  Delfinlər bir gözü açıq yatırlar10. Əldəki dırnaqlar ayaqdakılardan təxminən 4 dəfə sürətlə böyüyür 11. Zürafələrdə heç bir səs teli olmur 12. Bal arılarının gözlərində də tük (saç) olur 13. Los_Ancelesdə avtomobillər insanlardan çoxdur   14. Kosmosda astronavtlar qışqıra bilmir , çünki orda cazibə qüvvəsi yoxdu , həmçinin onların gözlərindən yaş da gəlmir ·15. Son 4000 il ərzində yeni heyvan əhliləşdirilmib 16. Ağcaqanadların da dişləri olur 17. Molyuskların 4 burnu olur 18. Antarktida üçün beynəlxalq telefon kodu 672 -dir  19. İngilis dilinin ən uzun sözü "pneumonoultramicroscopicsilicovolcanoconiosis" Oksford lüğətində  20. Pinqivin yeganə quşdur ki, onunla üzə bilərsən uça bilməzsən  21. İki başlı doğulan ilanlar qidanı yeyərkən bir birləri ilə vuruşurlar 22. Ürəyimiz gündə təxminən 100 000 dəfə vurur 23. Hər il ABŞ -da  166,875,000,000  bu qədər mail qəbul olunur 24. Zürafə dili ilə qulaqlarını təmizləyə bilir 25. Meduza 95% sudan ibarətdir  26. Dəvənin südü çürümür  27. 111,111,111 x 111,111,111 = 12,345,678,987,654,321  28. Əfsanəyə görə Yaponiyada monarxiya bizim eradan əvvəl 7 - ci əsrdə yaranıb   29. Yaponlar 4 müxtəlif yazı sistemindən istifadə edirlər30. Yaponiyada əksər insanlar deyirlər ki buddistdirlər, amma Buddaya inanmırlar 31. Yapon küçələri çox dar olur32. Yaponiyada küçələrin adları olmur                     Müəllif : Dilqəm Kərimov
['maraqlı faktlar']
6,826
https://kayzen.az/blog/GMAT/742/critical-reasoning-1.html
Critical Reasoning 1
Wizard
GMAT
2 aprel 2010, 17:06
Verbal hissə: Dərs 1 Critical Reasoning: An İntroduction Critical Reasoning(CR) bölməsi Azərbaycan tələbələrinin ən az tanış olduğu bölmə hesab oluna bilər.Digər bölmələrə biz ən azı  məktəb vaxtı və qəbul imtahanlarında rast gəlmişik! Sizin CR suallarında rast gəldiyiniz istənilən arqument 2 hissədən (assumption(evidence  və conclusion) hissələrindən ibarətdir. CR bölməsinin ğhdəsindən gəlmək üçün 7 əsas prinsip: 1. Arqumentin strukturunu anlamaq.Yəni nəyin fakt, nəyinsə nəticə olduğunu ayırd etmək lazımdır. Məsələn: The Brookdale Public Library will require extensive physical rehabilitation to meet the new building codes passed by the town council. For one thing, the electrical system is inadequate, causing the lights to flicker sporadically. Furthermore, there are too few emergency exits, and even those are poorly marked and sometimes locked. Analiz: Diqqətlə fakt və nəticəni ayırd edək. Bu nümunədə faktın - The Brookdale Public Library will require extensive physical rehabilitation.... olduğunu müəyyənləşdirmək elə də çətin olmadı. Nəticə isə uyğun olaraq `the electrical system is inadequate, causing the lights to flicker sporadically` olacaq. Biz qarşımıza çıxacaq bütün arqumentləri bu üsulla analiz etməliyik. 2. Suala diqqət yetirin! Bu sizə dərhal nəyi axtarmalı olduğunuz barədə bir ipucu verəcək! Yuxarıdakı arqumentdən sonra belə bir sual gəlir: The author supports her point about the need for rehabilitation at the Brookdale Public Library by citing which of the following? Suala baxan kimi bizdən nəyin soruşulduğunu dərhal anlaya bilərik. Bu sizə qızıldan da qiymətli vaxtınıza qənaət etməyə kömək olar. Həmçinin bu metod sizə digər bölmələrdə də lazım olar. 3. Sadələşdirin(Parafraz).Cümləni oxuduqdan sonra onu elə qısa formaya gətirməlisiniz ki, dərhal mövunu başa düşəsiniz. Bu sizi artıq və çaşdırıcı sözlərdən azad edər.Məsələn kitabxana ilə bağlı sualımızda:The Brookdale Public Library will require extensive physical rehabilitation to meet the new building codes passed by the town council, cümləsini The library will need fixing up to meet new codes. ilə sadələşdirsək daha aydın alınar!  Bu üsul sizə müəllifin nöqteyi-nəzərini daha yaxşı başa düşməyə və mətnin parçasını daha yaxşı anlamağa köməklik edər (Bəzən onlar çox uzun olurlar). 4. Aqrumentin doğruluğunu şübhə altına alın.(fikrimcə bu bizlərdə əla alınacaq.Çünki müəllifi `neprav` çıxartmaq tələb olunur). Siz aktiv şəkildə oxumalısınız.Yəni oxuduğunnuz hər şeyə tənqidi yanaşmalı və onun hansı dərəcədə doğru olub olmamasını tapmalısınız.Özünüzə sual verin ki, müəllifin gəldiyi nəticə məntiqi cəhətdən düzgündürmü? Məsələn: kitabxana müəyyən qədər reabilitasiya) ehiyacı var.Lakin,şəhər şurasının yeni qaydaları haqqında deyiləndə, deyilmişdi ki, bu qaydalar bu məsələni nəzərə alıb? Bu arqument  maraqlıdır, lakin boşluq var. 5. Verilən suala cavab verdiyinizdən əmin olun! CR bölməsində əsas məsələ sizdən nəyin soruşulduğunu anlamaqdır. Məsələn: Sizdən məntiqi nəticə(inference) soruşulanda, axmaqlıq edib sadəcə olaraq parafraz olunmuş cavabı seçməyin! Həmçinin, sizdən assumption soruşulanda müəllifin faktalından ibarət cavabı seçməyə tələsməyin! Bir də such, except kimi sözlərə diqqət yetirin! Bu hissəciklər mənanı tam tərsinə çevirə bilər. 6. Cavabı parafraz edin! Bu prinsip, əvvəlki prinsipin davamı sayıla bilər. Siz sualları xüsusi metodlarla dəyişdirməli deyilsiniz.Sadəcə olaraq xəyalən belə cavaba malık mətnin sualının necə ola biləcəyini fikirləşməlisiniz. Bir sıra cavablar üçün bunu həyata keçırmək demək olar ki mümkünsüzdür.Əgər alınmırsa narahat olmayın. Ancaq bu üsuldan çox istifadə etsəz biz uğur qazanacaqsınız(CR-da əlbətdə ki) 7. Mövzudan kənara çıxmayın! Səhv cavabların əksəriyyəti mətndə olmayan informasiyanı daşıyır.Özünüzdən hüç nə uydurmayın! Əgər cavab mətnin məntiqinə uyğundursa, amma əlavə bir kiçik info da varsa o cavabı sılıi atın! Cavablarda bu sözlərə fikir verin: always, all, never, none və s. Bu sözlər konkretdirlər və əksər hallarda səhv cavablardır. Nümunə: Sual: The author’s argument depends on which of the  following assumptions about the new building codes? Cavab: A. The new building codes are far too stringent. Göründüyü kimi cavabda  mətndə olmayan əlavə informasiya(stringent codes)var. Müəllif bu barədə heç nə deməyib. Deməli bu cavab səhvdir. Dərsi tam başa düşdüyünüzü anlamaq üçün bir testi həll edin: • Insurance company X is considering issuing a new policy to cover services required by elderly people who suffer from diseases that afflict the elderly. Premiums for the policy must be low enough to attract customers. Therefore, Company X is concerned that the income from the policies would not be sufficient to pay for the claims that would be made. Which of the following strategies would be the most likely to minimize Company X’s losses in the policies? A) Attracting middle-aged customers unlikely to submit claims for benefits for many years B) Insuring only those individuals who did not suffer any serious diseases as children C) Including a greater number of services in the policy that are included in other policies of low cost D) Insuring only those individuals who were rejected by other companies for similar policies E) Insuring only those individuals who are wealthy enough to pay for the medical services Cavab: Hələlik özünüz tapın :)
['GMAT hazırlıq', 'gmat', 'GMAT imtahanı', 'critical reasoning']
6,827
https://kayzen.az/blog/diplomat/733/y%C9%99hudi-m%C9%99rasiml%C9%99ri.html
Yəhudi mərasimləri
rokfeller
Diplomatiyada protokol və etiket
2 aprel 2010, 12:34
Sinaqoq Yəhudi icmasının dini və ictimai həyatının mərkəzi sina­qoqadır (synagoge yun. toplantı deməkdir). Onun mövcudluğu haqqında ilk məlumatlar e.ə. III əsrə aiddir. Qədim zamanlarda yəhudilərin yeganə ibadət yeri hər gün ibadətlər edilən və din xadimlərinin qurban kəsdiyi Qüds məbədi idi. Məbəd dua və moizə üçün məkan rolunda çıxış edirdi; həmçinin orada dindarlar Əhdi-ətiqi öyrənir və Yəhudi qanunlarına müvafiq olaraq necə hərəkət etmək barədə izahatlar alırdılar. E.ə. IV əsrdə Babil çarı Navuxodonosor məbədi dağıtmış, yəhudi əhalisinin xeyli hissəsi zorla Babilə apa­rılmışdı. Vətənindən ayrı düşmüş və məbəd qurbanları icra etməkdən məhrum olan sürgün edilmiş yəhudilər əsas diqqəti ibadətə və Əhdi-ətiqin öyrənilməsinə yönəltdilər. Onlar ibadət toplantılarını keçirirdi; belə toplantı məkanları «sinaqoqa» adını aldılar. Sinaqoqa yəhudi xalqı vətənə döndükdən və Qüds məbədi bərpa edildikdən sonra da onun həyatında mühüm rol oynayırdı. B.e. 70-ci ilində romalılar yenidən Qüds məbədini dağıtdılar və bu andan etibarən sinaqoqa dini sitayişin icrasının tək məkanına və yəhudilərin ictimai həyatının mərkəzinə çevrildi. Hal-hazırda iudaizmdə ultra ortodoksallardan tutmuş ultraliberallara qədər müxtəlif cərəyanlar mövcuddur. Nəticədə müxtəlif yəhudi icmalarında ibadətlər xeyli fərqlənə bilərlər. Qədim ənənələr daha çox ortodoksal iudaizmdə qorunub saxlanılmaqdadır. Ortodoksal sinaqoqalarda ibadət adətən gündə üç dəfə icra edilir; bayram və şənbə günləri əlavə dualar oxunur. Ibadətin baş verməsi üçün minyan (kvorum) təşkil edən 13 yaşdan yuxarı azı on kişi tələb olunur. Qüds məbədi dövründən irəli gələn ənənəyə əsasən, qadınlar üçün sinaqoqada yer ya kişilərin yerindən çəpərlə ayrılır, ya da qadınlar qalereadakı yerləri tuturlar. Sinaqoqada başıaçıq olmaqlarına qadağa qoyulmuş kişilər səhər duası zamanı dördbucaq şəklindəki, uclarında 4 kist (sisit) olan yun materiyadan ibarət xüsusi dua örtüyü (talit) taxırlar. Adi günlərdə səhər duası zamanı kişilər tfilin — içərisində Əhdi-ətiqdən mətnlər qeyd edilmiş perqament hissəcikləri olan yun qutucuqları taxırlar. Uzun kəmərciklər vasitəsilə bu qutucuqlar dua edənlərin alnı və sol əlinə bağladılır. Sinaqoqa daxil olarkən və müəyyən duaların oxunuşu zamanı başı əymək qəbul edilib. Dualar ayaqüstə, yaxud oturaraq deyilir: bayram ibadətlərinin ayrı-ayrı məqamları istisna olmaqla, dua edənlərə üzüquylu düşmək və ya dizüstə çökməyə icazə verilmir. Dualar ivritdə, bir sıra dualar isə qədim yəhudilərin gündəlik ünsiyyət dili olan aramit (aramey) dilində oxunur. Əsrlər boyu formalaşmış ibadət qaydası ardıcıllığı dini təqvimin bu və ya digər gününə müvafiq olan müəyyən duaların deyilişini nəzərdə tutur. Ibadətə istənilən yəhudi-kişi rəhbərlik edə bilər. Böyük icmalarda bayram və şənbə günlərində duaların oxunması üçün xüsusi olaraq şəxsinə xüsusi hörmət bəslənən adam – xazzan təyin edilir (bəzən onu kişi xoru müşayiət edir). Liturgiya­nın bəzi hissələri sinaqoqada olanların hamısı tərəfindən oxunur. Ibadətin mərkəzi anı lülə şəklində bükülmüş kağızda Tövratın (Musa beşkitablığı) gətirilməsi və oxunuşudur. Tövratdan arpçalar müəyyən günlərdə elə oxunular ki, bütövlükdə Tövrat bir il ərzində oxunsun. Tövrata əlavə olaraq Peyğəmbərlərin kitablarından parçalar oxunur: bunun üçün xüsusi qiraətçi – maftir çağırılır. Tövratın oxunuşu fəxri vəzifə sayılır: qədimlərdə Tövratı icma üzvləri növbə ilə oxuyurdu, hal-hazırda isə icma üzvləri oxunuşa xüsusən təntənəli hallarda dəvət edilirlər. Lakin adətən böyük icmalarda dini kitabın oxunuşu üçün qədim yəhudi dilini mükəmməl bilən reçitativ (mahnı arasında danışıq) məharətinə malik xüsusi qiraətçi dəvət edilir. Oxunuşdan sonra Tövrat təntənəli şəkildə sinaqoqda gəzdirilir və dindarlar böyük ehtiramla ona toxunurlar. Ibadətin hazırlanmasına, dua kitablarının paylanmasına, Tövrat parçalarının hazırlanmasına nəzarət etmək vəzifəsi xüsusi işçinin – şamaşanın üzərinə qoyulur. Iudaizmin digər qollarına (mühafizəkar, islahatçı, liberal) aid olan bir çox icmalarda sinaqoq ənənələri xeyli fərqlənə bilər. Əksər ölkələrdə ibadətin bir hissəsi həmin ölkənin dilində aparıla bilər və bu zaman ivrit və başqa dildə duaların nisbəti müxtəlif icmalarda fərqli ola bilər. Müxtəlif icmaların ibadətlərində duaların tərkibinin özü də dəyişir. Ravvinlər Qüds məbədi dövründə iudaizmdə ruhanilik mövcud idi. Lakin artıq e.ə. birinci əsrə yaxın Müqəddəs kitabın və yəhudi Qanununun biliciləri, dindarlara dini ehkamları izah edən və tövsiyələr verən dini müəllimlər institutu formalaşır. B.e. 70-ci ilində məbədin dağılmasından sonra məbəd ruhaniliyi yox olur və o vaxtdan ravvin (ravvi yəhudi dil. müəllimim deməkdir)- müəllimlər yəhudilərin bütün həyatına rəhbərlik edirlər. Hal-hazırda da ravvinlər yəhudi icmalarına başçılıq etsələr də, bu daha çox ruhani müəllimlik xarakteri daşıyır. Böyük icmalar ravvinə maaş ödəməklə onu daimi xidmətə dəvət edirlər. Ravvin müəllim, xətib funksiyalarını icra edir: o, gündəlik həyatda dini ehkamların tətbiqi ilə bağlı məsləhətlər verir. Ravvinlərin vəzifələrinə kəbinin kəsilməsi, yasın keçirilməsi və s. təntənəli dini mərasimlərin təşkili də daxildir. Bu zaman ravvin ruhani vəzifələrini icra etmir və onunla icmanın sıravi üzvü arasında kəskin fərqlər yoxdur. Sinaqoqa ibadətində ravvin duaetmədə digər dindarlarla birgə iştirak edir, o, yalnız Əhdi-Ətiq və Tövratı daha dərindən bilməsi ilə seçilir. O, icmaya rəhbərliyi də həyata keçirmir: bu vəzifələri adətən könüllü olaraq icmanın üzvləri – dünyavi şəxslər öz üzərinə götürür. Dünyanın müxtəlif ölkələrində ravvinlərin mövqeyi və vəzifələri fərqli ola bilər. Belə ki, Israildə ravvinlər dövlət vəzifəli şəxslərdir. Onlar vəzifələrinə ali ravvinlərə ə din işləri üzrə nazirlik tərəfindən təsdiqlənir və öz üzərlərinə vacib dövlət və məhkəmə funksiyalarının bir hissəsini götürürlər. Iudaizm daxilində müxtəlif cərəyanlara məxsus olan ravvinlərin mövqeyi və ənənələrində də fərqlər mövcuddur. Belə ki, əgər ortodoksal iudaizmdə ravvin yalnız kişi ola bilərsə, islahatçı və mühafizəkar iudaizm­də ravvin vəzifəsini qadın da tuta bilər. Xasid icmasına başçılıq edən ravvin xüsusi mövqeyə malikdir: onu çox vaxt xüsusi dindarlıq və möminliklə fərqlənən insan – tsaddik qismində nəzərdən keçirirlər. Aparıcı xasid ravvinlərinin xüsusi mistik gücə malik oldu­ğunu düşünürlər; onların məsələhət və göstərişlərinə gündəlik və dini həyatın bütün məqamlarında mübaliğəsiz əməl edilir. Müxtəlif rütbəli ruhanilərlə ünsiyyətdə müəyyən etiket normaları mövcud olan digər dinlərdən fərqli olaraq, iudaizmdə bu cür qaydalar yoxdur. Sadəcə hərdən ravvinə adı ilə müraciət edəndə, «rabbi» sözünü əlavə edirlər. Yəhudi bayramları Digər dinlərdə olduğu kimi iudaizmdə də dindarların gündəlik həyatını qurarkən nəzərə aldıqları həftəlik, aylıq və illik tsiklləri ayırmaq olar. Həftə tsiklli çərçivələrdə yəhudilər üçün müqəddəs gün şənbədir (şabat). Bu sevinc və istirahət günüdür və bu gün Tövratı öyrənmək, dincəlmək və bayram süfrəsi düzəltmək tapşırılır. Yəhudi şənbəsi ümumən qəbul edilmiş təqvimlə cümə gününün axşamı günəşin batması ilə başlayır; evin sahibəsi şamları yandırır və xeyir dualar söyləyir. Bütün ailə və dəvətedilmiş qonaqlar bayram süfrəsində iştirak edir və  bu zaman şərabı və iki xüsusi bayram çörəyini (xalı) uğurlayırlar. Adətən şənbə günü sinaqoqa xidmətini ziyarət edirlər. Şənbə günü xüsusi dualar oxunan, xoş ətirlər ətrafa səpirlər və xüsusi şam yandırılan Xavdal mərasimi ilə bitir. Ortodoksal yəhudilər şənbə gününün riayət edilməsinə çox ciddi yanaşır, çoxsaylı dini göstərişləri pozmamağa çalışırlar; onlar işləmir, siqaret çəkmir, maşina minmir və s. Islahatçı-yəhudilər qədim qadağaların çoxunu nəzərə almırlar. Növbəti ayın başlanğıcı yəhudilərdə ayın təzə çıxdığı vaxta (Roş-xodeş) təsalüf edir. Bu gün əlavə dualar oxunur, sinaqoqada daha bir ibadət mərasimi keçirilir. Təzə ay çıxan vaxt oruc və yas tutmaq qadağandır. Yəhudilərin illik dini tsiklində dindarın həyatında özünəməxsus mərhələni təcəssüm edən bayramlar xüsusi yer tutur. Bu tsikl yeni ilin qeyd edilməsi (Roş-xaşana) ilə payızda başlayır. Talmuda əsasən, Roş-xaşana növbəti ilin Tanrı tərəfindən insanların əməllərinin qiymətləndirilməsinin məhşər günüdür. Bu gün xüsusi təntənəli sinaqoqa ibadəti zamanı qoyun buynuzundan şeypurda (şofar) çalınır, yeni ilin ilk gecəsində isə şirnilər –bala batırılan, alma yaxud piroq yeyilir. Ikinci gecə təzə yetişmiş bar gələn ilin bolluğuna ümidlərin rəmzi kimi yeyilir. Roş-xaşana 10 günlük tövbənin başlanğıcının rəmzidir. Bu günlər Böyük günahların təmizlənməsi Günü (Iom-Kuppur) ilə bitir. Iom-Kuppurda günəşin batmasından növbəti günün axşamına qədər oruc tutmalıdır. Bir çox mömin yəhudilər bu gün ayaqqabı geymirlər. Yəhudi ənənəsinə görə, insan Iom-Kuppur günündə yalnız bütün incitdiklərinin əfvini alandan sonra günahlarından təmizlənə bilər. Sinaqoqada beş ibadət keçirilir; ilk axşam ibadətinin əvvəlində ən tanınmış sinaqoqa duası – Kol Nidre səsləndirilir. Dua edənlər tövbə etməyə, günahlarını etiraf etməyə çağırılır: sinaqoqaya daxil olan hər kəs diz üstə çökür. Bütün yəhudi bayramlarının əvvəli iki gün ərzində qeyd oluna biləcəyi halda (təzə ayın çıxması günündə mümkün səhvlərlə bağlı olan qədim ənənəyə əsasən), Iom-Kuppur yeganə bayramdır ki, yalnız bir gün ərzində qeyd edilir. Iom-Kuppur şofarın sədaları ilə tamamlanır. Tövbə günündən beş gün sonra Kuşey (Sukkot) bayramı başlanır. O, səkkiz gün davam edir və ikimənalılıq daşıyır – aqrar və mənəvi-tarixi. Daha qədimdən məhsul bayramı olan Kuşey eyni zamanda yəhudilərin 40 illik səhrada sərsəriliyini xatırladır. Sukkot gunlərində meyvə və güllərlə bəzədilmiş yüngül şalaş tipli tikili (sukku) qurulur. Bu cür şalaşda yəhudi ailəsi mümkün qədər çox vaxt keçirməyə çalışır. Sukkotun hər günündə dindarların kütləvi yerişi sinaqoqanı dolanır. Sinaqoqa ibadəti zamanı dindarlar əllərində sitrus meyvəsini (etroq) tutur və palma, mərsin və bədmüşk budaqlarından ibarət dəstəni yellədirlər. Sukkotun qeyd edilməsinin səkkizinci günü Tövratın oxunuşunun illik tsikli bitir və yeni tsikl başlayır. Buna görə bu gün Tövrata sahib olma (Simxat-tora) bayramı adlanır. Şən nümayiş yeddi dəfə sinaqoqanı dolanır; dindarlar əllərində Tövratın qiymətli mətn parçalarını tuturlar. Səhər ibadətində bütün kişilər növbə ilə Tövratın oxunuşuna dəvət edilirlər. Mərkəzi yəhudi bayramı Pasxadır (Pesax). Bu gün bütün dünyanın yəhudiləri misir əsarətindən azad olunmalarını qeyd edirlər. Bayramın keçirildiyi səkkiz gün ərzində yalnız şirin çörək (matsu) yeməyə icazə verilir. Buna görə Pasxanı bəzən «Opresnok» bayramı adlandırırlar. Pasxanın başlanmasının ilk iki günündən birində bütün ailə qonaqlarla birgə xüsusi pasxa süfrəsində (sedere) iştirak edir. Pasxa süfrəsində matsudan başqa mütləq acı otlar, xaroset (sürtkəcdən keçirilmiş almalar, qazlar və şərabdan ibarət qarışıq), yumurta, qoyun sümüyü, tərəvəz, içində duzlu su olan kasa olur. Ev sahibi Misirdən gedişin tarixçəsini danışır və danışığını   izah­larla müşayiət edir. Süfrədə əyləşənlər dua edir və dörd qədəh şərab içirlər. Sedera mərasiminə xeyir-duaların deyilməsi, dini mahnıların oxunması daxildir. Sinaqoqada pasxa günlərində bayram ibadətləri keçirilir. Pasxa qədimdən, həmçinin əkinçilik bayramı hesab edilirdi. Bu zaman biçinin başlanması qeyd edilirdi. Pasxadan yeddi həftə sonra ( may, iyun aylarında) Sedmits (Şavuot) bayramı başlayır. Qədim yəhudilərdə o Pasxatək aqrar bayram olsa da (məhsul yığımının bitməsi), zaman keçdikcə tarixi-mənəi mənaya da sahib oldu; onu Sinay dağında Qanunun əldə edilməsi ilə əlaqələndirirlər. Bir çox icmalarda Şavuotun birinci axşamında Əhdi-ətiq kitabını oxuyur, mömin yəhudilər bütün gecə Bibliya və Talmudu oxuyurlar. Bir çox icmalarda məhz bu gun oğlan və qızların yetkinlik yaşına çatmaları qeyd olunur. Əsas bayramlara əlavə olaraq yəhudilikdə digər «kiçik» bayramlar da mövcuddur. Xüsusən geniş sevinc və Allaha minnətdarlıqla dolu olan iki bayram qeyd edilir. Işıq (Xanuka) qış bayramında yəhudilər eramızdan əvvəl ikinci əsrdə yunanlar üzərində qələbələrini və Qüds məbədinin təmizlənməsini yada salırlar. Xanukanın səkkiz gününün hər birində xüsusi səkkiz şamlı qəndildə (menore) növbəti şam yandırılır. Dini himnlər oxunur, uşaqlar şən oyunlar oynayır (ilk növbədə fırlanğıc-dreydl oyunu). Bu günlərdə şən ziyafətlər təşkil edilir, hədiyyələr mübadiləsi aparılır.
['iudaizm', 'yəhudilər', 'Pasxa bayramı', 'ravvin', 'sinaqoq', 'yəhudi mədəniyyəti', 'yəhudi']
6,828
https://kayzen.az/blog/diplomat/731/pravoslav-m%C9%99rasiml%C9%99ri.html
Pravoslav mərasimləri
rokfeller
Diplomatiyada protokol və etiket
2 aprel 2010, 12:07
Pravoslav məbədi Qədim dövrlərdən apostol qərarlarına müvafiq olaraq, pravoslav məbədləri «uzunvari quraşdırılmış gəmiyə bənzər», «şərqə istiqamətlənmiş» səcdəgahla yaratmaq əmr edilirdi. Bir qayda olaraq, məbəd üç girişə malikdir: əsas (qərbi, səc­dəgahla üzbəüz); şimal və cənub.  Bütün kilsə binası səcdəgah, bilavasitə məbədə və pritvora bölünür. Səcdəgahı məbəddən əksər hallarda tavana qədər çatan ikonostas ayırır. Səcdəgahda taxt və qurbangah yerləşir. Səcdəgaha çar qapıları (mərkəzi), həmçinin şimal və cənub qapıları aparır. Qadınların ora daxil olması qadağandır. Kişilər səcdəgaha yalnız keşişlərin icazəsi ilə şimal və cənub qapılarından keçə bilərlər. Çar qapılarından səcdəgaha yalnız keşişlər keçir. Bilavasitə ikonostasla yanaşı soleya – səcdəgah boyu hündür meydança yerləşir. Çar qapıları ilə üzbəüz amvon – soleyanın mərkəzi hissəsi yerləşir. Keşişlərin icazəsi olmadan amvon və soleyaya da qalxmaq qadağandır. Küçədən məbədə giriş adətən bir neçə pillənin apardığı giriş qapılarının ağzındakı meydança – kilsə kandarı şəklində qurulur. Məbədə əsas (qərb) girişdən daxil olmaq lazımdır. Bu zaman dindarlar üç dəfə dua etməklə təzim etməlidirlər. Pravoslav kilsənin ibadəti dedikdə, duaların, dini nəğmələrin, müqəddəs kitab əhdi-ətiq və əhdi-cədidin oxunuşunun və müəyyən qaydaya əməl edilən müqəddəs hərəkətlər məcmusu başa düşülür. Kilsə adından və bütün xaçpərəstlərin ümumi ehtiyaclarına cavab verən ibadət ictimai, ayrı-ayrı xaçpərəstlərin ehtiyacları və istəkləri ilə edilən ibadət özəl adlanır. Bu bölgüyə müvafiq olaraq bütün kilsə ibadətləri daimi və icrası xüsusi olaraq sifariş edilməli olan treba (kəbin, xaç suyuna salma, cənazə duası, suyun müqəddəsləşməsi, ibadət və s.) bölünür. Qədim zamanlardan ibadətin gündə üç dəfə edilməsi müəyyənləşib: axşam - veçernya, səhər – utrenya və gündüz - liturgiya. Liturgiya kilsə ibadətlərinin ən vacibi, bütün digərləri isə ona hazırlıq hesab edilir. Hal-hazırda prixod (müəyyən ərazi, məhəlli çərçivəsində xaçpərəstlərinin birləşdiyi yer) məbədlərində ibadət gün­də iki dəfə edilir: səhər liturgiya, əvvəlki günün axşamı isə utrenya ilə birləşdiririlən veçernya. Bilmək lazımdır ki, kilsə günü təqvim gününün 0 saatında yox, əvvəlki günün 18.00 radələrində başlayır. Məbəddən yalnız keşişin ibadət bitdikdən sonra söylədiyi otpust (buraxılma)dan sonra çıxmaq lazımdır. Əvvəllər kişilər məbədlərdə sağ, qadınlar sol tərəfdə dururdular. Pomazaniye (alna «müqəddəs» yağ sürtməkdən ibarət olan dini mərasim) və priçastiye (xaçpərəst dini ayin) vaxtı birinci kişilər, onlardan sonra qadınlar yaxınlaşırdı. Hal-hazırda bu qayda yalnız monastır və monastıryanı şəhər kilsələrində qalmaqdadır. Məbədləri ziyarət edərkən bədənin əksər hissəsinin örtülü olmasına fikir vermək lazımdır. Indi dəbdə olan qeyri-xaçpərəst rəmzlərlə bəzədilmiş üst geyimlə məbədə getmək məsləhət görülmür. Qadınlara məbədə qısa yubka, şalvarda, dekolte və makiyajla və xüsusi olaraq boyalanmış dodaqlarla getmək lazım deyil: sonuncu halda nə ikonalara dodaqlarla  toxunmaq, nə də priçastiye ayinini icra etmək olmaz. Kişilər və qadınlar həmçinin mayka və qısaqollu köynəklər geyinməkdən çəkinməlidirlər. Qadınlar başlarına yaylıq bağlamalıdırlar. Kilsə ənənəsinin praktiki əhəmiyyəti ondan ibarətdir ki, insanları duadan heç nə ayırmamalıdır. Ibadət zamanı tanışlarla əllə salamlaşmaq, söhbət etmək və yerdən yerə keçmək olmaz. Şamları ibadətdən öncə almaq və qoymaq arzuolunandır. Hər halda onları Incil və sadiqlərin liturgiyasının (xeruvim mahnısının oxunması və müqəddəs sövqatların priçaşeniye edilməsi zamanı) oxunuşu vaxtı qoymaq lazım deyil. Məbəddə insanlar çox olduqda, ibadət zamanı ehtiram etdiyiniz ikona qarşısında şam qoymaq üçün dindarlar arasından keçməyə çalışmaq lazım deyil, onun zəncirvari olaraq ikonanın yanına çatdırılması barədə xahiş etmək daha yaxşıdır. Din xadimi kilsədə olanları xaçla, Incillə, cam, yaxud müqəddəs ikona ilə «nişanlayan» zaman baş əyərək xaç çəkmək lazımdır. Başla təzimi həmçinin Incilin oxunuşu və din xadimi kajdeniye və xeyir-dua verərkən «Allah qarşısında başlarınızı əyin» - deyə çağırarkən etmək lazımdır. Pravoslav din xadimləriRəsmi şəraitdə dini rütbəyə malik şəxslərə aşağıdakı formada müraciət etmək lazımdır: Moskva və bütün Rusiyanın müqəddəs patriarxına – zati-müqəddəsləri; Kiyev və bütün Ukrayna mitropolitinə – zati-müqəddəsli; Mitropolit, yaxud arxiyepiskopa –…(titulu) ali həzrətləri; Yepiskopa -- …(titulu) həzrətləri; arximandritlərə, iqumenlərə, iqumenyalara, protop­res­viterlərə, protoiyereylərə – …(titulu) ali cənabları; iyeromonaxlar və iyereylərə - …(titulu) cənabları; arxidyakonlara, protodyakonlara, iyerodyakonlara və dyakonlara – allahısevən cənab. Qeyd etmək lazımdır ki, hal-hazırda göstərilən rütbə sis­teminə yalnız yepiskop, arxiyepiskop, mitropolitlər və patriarxa aid ciddi riayət edilir, digər dini xadimlərə aid çox nadir hallarda tətbiq olunur. Qeyri-rəsmi şəraitdə dini xadimlərə müraciət edərkən onları aşağıdakı şəkildə adlandırmaq qəbul edilib: patriarxa – müqəddəs vladıka (hakim), yepiskopa - vladıka, keşişlərə – keşiş baba, baba, iqumenyalara – matuşka (anacan), dyakonlara – dyakon ata. Pravoslav bayramlar Pravoslav bayramlar kilsə tərəfindən Cənabü Tanrının, Tanrı Anasının və müqəddəslərin təntənəli şəkildə yad edilməsi günləridir. Bütün kilsə bayramları əhəmiyyət dər əcəsinə görə kiçik, orta və böyüklərə bölünürlər. 12 xüsu­sən hörmətli böyük bayramları dvunadesyatıy adlandırırlar. Pravoslav kilsənin ən əsas bayramı (onu çox vaxt bayramlar bayramı adlandırırlar) Isa Pasxası, yaxud Nurlu Isa Dirilişi (Voskreseniye) adlanır. Dvunadesyatıy bayramları keçici və keçməyən olurlar. Bu onunla izah olunur ki, xüsusi cədvəllərlə (pasxaliyalarla) hesablanan Isa Pasxasının qeyd edilməsi tarixi təsbit edilmiş bayram gününə malik deyil. Dvunadesyatıy keçici bayramlar: Tanrının Qüdsə daxilolması (Bədmüşk Bazar günü) – Pasxaya bir həftə qalmış; Tanrının Vozneseniye Pasxanın qırxıncı günü; Müqəddəs Troitsa günü (Pyatidesyatnitsa) – Pasxadan sonra 50-ci günü. Dvunadesyatıy keçməyən bayramlar: Milad – 7 yanvar; Tanrının xaç suyuna salınması – 19 yanvar; Tanrının Sreteniye – 15 fevral; Müqəddəs Boqoroditsanın Blaqoveşşeniye – 7 aprel; Tanrının Preobraşeniye – 19 avqust; Müqəddəs Boqoroditsanın Uspeniye – 28 avqust; Müqəddəs Boqo­roditsanın Miladı – 21 sentyabr; Tanrı xaçının qurulması Vozdviceniye – 27 sentyabr; Müqəddəs Boqoroditsanın məbədə daxiledilməsi – 4 dekabr. Böyük bayramlar: Tanrının sünnəti və müqəddəs Böyük Vasilinin xatirəsi – 14 yanvar; Ioann Predteçin Miladı – 7 iyul; müqəddəs ilk ali apostollar Pyotr və Pavel – 12 iyul; Ioann Predteçin başının vurulması – 11 sentyabr; Müqəddəs Boqoroditsanın Pokrovu – 14 oktyabr.Həmçinin bax:Katolik kilsəsinin mərasimləri
['pravoslav kilsəsi']
6,829
https://kayzen.az/blog/xiridar/724/azerbaycanl%C4%B1lar-rusca-meyxana-deyir.html
Azerbaycanlılar rusca meyxana deyir
xiridar
Bloq: xiridar
2 aprel 2010, 09:55
Mehdi Xaçmazlı və Mehman Əhmədli rus dilində meyxana deyir. Bolşe takogo momenta ne naydesh(Belə anı bir də tapmayacaqsan). мы с тобою были знакомы заочно, ты мне позвонил- приходи срочно. я из Баку, но я знаю что точно, ты мою речи, акцента не найдешь. Больше такого момента не найдешь aşağıda xahişi nızərə alaraq ən maraqlı bəndlərin sözlərini də yazıram: вскоре опят отправлюсь в поход, там же работа, там скромный доход. мне в карман доллар кладет народ, ты в своем кармане цента не найдешь, Больше такого момента не найдешь. азербайджанцы люди приличные, русские- братья заграничные, Мамед ,Иван друзья отличные, между ними инцидента не найдешь. Больше такого момента не найдешь. Уважаемая публика, разберитесь Кто есть кто сами убедитесь, Сколько вас поэтов соберитесь, Лучше меня конкурента не найдешь. Больше такого момента не найдешь У нас Мехман, сегодня состязание, Это для нас хорошо испытание, У меня восточное воспитание, Ты лучшего интеллигента не найдешь. Больше такого момента не найдешь.
['meyxana', 'rus dilində meyxana']
6,830
https://kayzen.az/blog/Cavid/715/london-v%C9%99-t%C9%99l%C9%99b%C9%99%C3%A7ilik.html
London və tələbəçilik.
Cavid
Bloq: Cavid
1 aprel 2010, 20:34
Bakıdakı dostlarımdan biri məndən London haqqında soruşdu. Burdakı tələbəçilik, London camaatı və bəzi özünəxas xüsusiyyətlər haqqında kiçik də olsa bir məqalə yazmamı xahiş etdi. Doğrusu bu məqalədə mənim Londonu başqa bir şəhərlə müqayisə etmək yaxud da tərifləmək deyil, mən sadəcə öz təcrübəmdən irəli gələn bəzi məqamları çatdırmaq istərdim.Əvvəlcə qeyd etmək istərdim ki, burada deyildiyi kimi çox şey fərqlidir. İstər tələbə olmaq istərsə adi bir vətəndaş yaxud da turist. Hər bir təbəqənin özünəməxsus xüsusiyyətləri var. Səhər vaxtı dərsə tələsən tələbəni müşahidə etmək nə qədər təəssürat yaradirsa axşamlar da "kefi kök" evlərinə getməyə çalışan insanları görmək adamda başqa cür təsir oyadır. Amma burada insanlar çox səmimidir və ən çox işlətdikləri söz isə "sorry" yəni bağışla, fərqi yoxdur günah səndə olub ya yox.Həftənin günləri də özünüməxsusdur. İş günləri hamı işə yaxud dərsə, istirahət günləri isə ya kinoya, ya kluba, ya da digər məşğuliyyətlər dalınca qaçırlar. İngilis camaatı çox səmimidir, istədiyin sualı soruşa bilərsən, əgər bilməsələr sadəcə bağişla deyib üzr istəyəcəklər.Hamımıza məlum olduğu kimi təhsil sistemi də çox fərqli və təqdirə layiqdir. Tələbələr çox sərbəstdir. Dərsdən çıxmaq üçün icazə almağa ehtiyac yoxdu, sadəcə durub otağı tərk eləmək kifayətdir. Səmimi olmaq gərəkirsə mən iki aydan artıq müddətdə burada oxusamda hələ dərsi tərk eləməmişəm. Ən sadə səbəb isə sərbəstliyin insana öz məsuliyyətini hiss etməsinə böyük bir stimul verməsidir.Londonda vaxtı cox maraqlı keçirməyə kifayyət qədər imkan var, amma dərslərin çox olması meni bu maqarladan az da olsa geri çəkir. İsrirahət günləri isə müxtəlif maraqlı yerlərdə olmağa çalışıram, istər muzeylər, istərsədə digər gəzməli və insanların çox sıx olduğu gözəl yerlərdə olmaqdan xüsusi zövq almaq mümkündür.Burada ən bahalı nəqliyyat və evə verilən puldur, ümümiyyətlə London dünyanın ilk öndə gedən bahalı şəhərlərindən biridir, bu xüsusi ilə tələbələrə daha çox təsir edir. Tələbələrin üzərinə düşən ən məsuliyyətli iş isə sərbəs oxumaq və öz üzərində işləməkdir, müəllimlər də mühazirələri çox maraqlı və başa düşülən edirlər. Açığı burada yüksək qiymət almaq və ümümiyyətlə təhsil almaq bir az çətindir, və bəzən bu adamı məyus edir.Və sonda özümün az da olsa təcrübəmə əsaslanaraq deyə bilərəm ki, xarici ölkələrdə tələbə olduqda adam öz ölkəsinin qədrini daha çox bilir və özü özündə bəzi qərarları qəbul etmək məcburiyyətində qalır. Hörmətlə Cavid Qədimov
['xaricdə təhsil', 'London']
6,831
https://kayzen.az/blog/maraqli-faktlar/714/maraql%C4%B1-faktlar.html
maraqlı faktlar
ramzes
Maraqlı faktlar
1 aprel 2010, 19:08
1.  Timsahın dili damağına birləşik olur. 2.   Kenquri quyruğu yerə dəymədən tullana bilmir. 3.   Bir erkək kəpənək bir dişi kəpənəyi 7 mil məsafədən hiss edir, qoxusunu duyur. 4.   Köstəbək bir gecədə 250 addımlıq bir tuneli qaza bilir. 5.   Yerfındığında heç bir noxud və ya fındıq yoxdur. 6.   Bayquşların qrupu, toplusu parlament adlandırılır. 7.   Siçovul susuz dəvədən daha dözümlüdür  8.   Gəmiricilərin dişləri daima böyüyür. 9.   Səudiyyə Ərəbistanı qadını boşanma hüququ ala bilər,Əgər onun əri onun qəhvəsini vermirsə.  10.  Köpək balığı tökülmüş dişlərini bir həftəyə bərpa edə bilər.  11.  İlbizin təxminən 25000 dişi var.  12.  Təxminən 300 milyon hüceyrə hər dəqiqə bədənimizdə ölür. 13.  Təxminən 3000 il əvvəl əksər misirli 30 yaşına kimi ölürdü.  14.  Dünyadakı canlı orqanizmlərin təxminən 70% -i bakteriyalardır.  15.  Yer planetindəki bitki həyatının 85%-i  okeanlardadır.  16.  Avstraliyadakı soxulcan növləri 10 ayaq uzunluğuna kimi böyüyür. 17.  Dəniz ulduzu tərs üzünə dönə bilir.  18.  Balinaların ürəyi hər 9 dəqiqədən bir bir dəfə vurur.  19.  Zebra üzərində qara zolaqlar olan ağ rəngli heyvandır.  20.  Qarışqayeyənlər ov üçün termitləri qarışqalardan daha üstün tuturlar.  21.  Albert Brooksun real adı Albert Eynşteyndir.  22.  Albert Eynşteynə 1952-ci ildə İsrailin prezidentliyi təklif edildi.  23.  Böyük Aleksandr epileptik idi.  24.  Kanada Hindistan sözü olub böyük kənd mənasını verir.  25.  Uşaqlar yazda daha çox böyüyür.  26.  Konfutsi 16 yaşında olarkən taxıl zəmil ərində qar ovulçu idi.  27.  Əgər sizi timsah qovursa sərt dönmələr, manevrlər edin. Timsah sərt döngələr qarşısında acizdir.  28.  Yerfındığı dinamitin konponentlərindən biridir.  29.  Dollar dəyişikliyi etmək üçün 293 üsul var.  30.  Orta yaşlı şəxs komputerdə yazı yazarkən bu işlərin 56 faizini onun sol əli edir.  31.  Dünyada cücələr insanlardan daha artıqdır.  32.  Dünyadakı badımcanın üçdə ikisi Nyu_Cersidə yetişdirilir.  33.  Los-Ancelesin bütöv adı belədir: «El Pueblo de Nuestra Senora la Reina de los Angeles de Porciuncula»  34.  Dəvəquşunun gözü beynindən daha böyükdür.  35.  Əksər reklamlarda saatlarda göstərilmiş vaxt 10:10 -dur.  36.  Cırcıramanın 24 saat ömrü var.  37.  Gözləriniz açıq asqırmağınız mümkün deyil.  38.  Qədim Misirdə pişiyi öldürən ölüm cəzasına məhkum edilirdi.  39.  Türkiyədə 16 və 17-ci əsrlərdə kimsə kofe içərkən tutulardısa ölümə məhkum olunurdu.  40.  Birləşmiş Ştatlarda orta hesabla hər 8 saniyəyə bir doğum və hər 14 saniyəyə bir ölüm qeydə alınır.  41.  Tokioda itlər üçün pariklər satılır.  42.  İrlandiya yel dəyirmanlarının saat əqrəbi istiqamətində fırlandığı yeganə yerdir.  43.  Ceymis Buchanan ABŞın yeganə evlənməmiş prezidenti idi.  44.  Leonardo Da Vinçi eyni zamanda bir əli ilə yazı yazır digər əli iləsə rəsm çəkməyi bacarırdı.  45.  Li Çində 87 milyon insanın familyasıdır.    Müəllif: Dilqəm Kərimov
['maraqlı faktlar']
6,832
https://kayzen.az/blog/dusundurucu-hekayeler/713/allah%C4%B1m-m%C9%99n%C9%99-yox-dedi.html
Allahım mənə "yox" dedi
Nailə_Rzayeva
Düşündürücü hekayələr
1 aprel 2010, 18:40
Bizlər daim Allaha dua edərkən ondan sevgi, xoşbəxtlik, səbr, dözüm diləyirik. Daha sonra isə Allahın bizim arzularımızın yerinə yetməsi üçün yaratdığı şəraitə təəccüblənirik... 1. Mən Allahdan qürurumu almağı xahiş etdim, O isə "yox" dedi. O dedi ki, qüruru almırlar, ondan imtina etmək lazımdır. 2. Mən Allahdan yatağa məhkum olunmuş qızımı müalicə etməyi dilədim, Allah isə mənə "yox" dedi. O dedi ki, səbr əziyyətlərin nəticəsidir. Onu vermirlər, onu qazanmaq lazımdır. 3. Mən Allahdan mənə xoşbəxtlik nəsib etməsini dilədim, o isə "yox" cavabını verdi. Allahım dedi ki, "Mən sənə xeyir-dua verirəm", xoşbəxt olub-olmamaq isə sənin öz əlindədir. 4. Mən Allahdan məni ağrıdan, acıdan uzaq etməsini dilədim, o isə "yox" dedi. Allahım dedi ki, "ağrı, acı insanı dünya problemlərindən uzaqlaşdırır və Mənə yaxınlaşdırır." 5. Mən Allahdan mənim başqalarını onun məni sevdiyi kimi sevməmi dilədim. Allahım dedi: " Nəhayət ki, sən nəyi diləmək lazım olduğunu bildin". 6. Mən Allahdan güc istədim, o mənə əziyyət göndərdi ki, mən bir az da möhkəmlənim. 7. Mən Allahdan müdriklik istədim, o mənə problemlər verdi ki, mən onlar üzərində düşünüm. 8. Mən Allahdan cəsarət istədim, o mənə təhlükə göndərdi. 9. Mən Allahdan sevgi istədim, o mənə ehtiyacı olanları göndərdi. 10.Mən səadət istədim, o mənə imkan yaratdı. Mən dilədiyim heç bir şeyi almadım. Mən mənə lazım olanları aldım. Allah mənim dualarıma diqqət yetirdi...
['Allahım və mən', 'səbr', 'dözüm', 'inam']
6,833
https://kayzen.az/blog/diplomat/707/diplomat-pe%C5%9F%C9%99si.html
Diplomat peşəsi
rokfeller
Diplomatiyada protokol və etiket
1 aprel 2010, 18:27
Diplomat peşəsinin yaranması XV əsrdə daimi missiyaların yaranması dövrünə, Avropada geniş yayılması isə 1648-ci ilin Vestfal müqavilələrindən sonrakı dövrə təsadüf edir. Diplomatik vəzifələrə diplomat qarşısında qoyulan yüksək tələblərə cavab verməyən insanların yiyələnməsi hallarına tarixdə heç də az rast gəlinmir. Buna görə hərdən ironiya və hətta xoşagəlməz stereotiplər yaranır. Bir çoxları Henri Uotsonun «diplomat – vətənin xeyri naminə xaricə yalan söyləməyə göndərilmiş dürüst insandır» atmacalı fikrini söyləməyi xoşlayırlar. Bunu bəlkə də kardinal Rişelyenin dövrünə şamil etmək mümkün olsa da, hal-hazırda səfirin sözü diplomatik sənəd qədər dəyərli olmalıdır.Q.Flober «Hamıya məlum həqiqətlərin leksikonu» əsərində diplomatlar barədə ironiya ilə qeyd edir: «Gözəl karyeradır, lakin təhlükələr və çətinliklərlə doludur. Yalnız əsilzadə şəxslərə məxsusdur. Qeyri-müəyyən  əhəmiyyətli məşğuliyyətdir, lakin kommersiyadan yüksəkdir. Diplomat həmişə incə və səmimidir». XVII əsrin fransız filosofu C.Labrüyer «Indiki əsrin xasiyyətləri, yaxud adətləri» əsərinində diplomatiyanın xarakteristikasına aşağıdakı qeyddən başlayır: əgər hökmdarların və respublikaların səfirləri və nümayəndələri  hər-hansı bir işi müzakirə etmək üçün toplaşırlar və bu iş onların rütbələrinə görə yerləşməsi və hətta sədrlik qaydası və digər formallıqlar haqqında debatlardan daha çox vaxtını alırsa, deməli, bu iş doğrudan da öz vacibliyi və mürəkkəbliyinə görə xüsusən seçilir. Atatürkün silahdaşlarından biri, tanınmış türk yazıçısı Y.K.Karaosmanoğlu  «Məcburən diplomat» əsərinində yazırdı: «Diplomatik xidmətə keçməzdən öncə mən hesab edirdim ki, diplomatlar onlara ən parlaq qələbədə məğlubiyyəti və əksinə, ən sarsıdıcı məğlubiyyətdə qələbəni görmək imkanı verən hansısa xüsusi bir hissin köməyi ilə tarixi hadisələrin gizli yayları tapmaq kimi qeyri-adi qabiliyyətlərə malik olan adamlardır… Səhv etdiyimdə əmin olmaq üçün çox da vaxt lazım olmadı. Diplomatın həyatında özünəməxsus sınaq daşı nahar masasıdır. Məhz masa arxasında insanın əsas məziyyətləri və çatışmazlıqları aşkar edilir. Burada uğur və hörmət qazanırlar… Diplomat daima sayıq olmalı və qoyulan suala cavab verməyə hazır olmalıdır, elə cavab verməyə ki, onun cavabını nə müsbətə, nə də mənfiyə şərh etmək mümkün olsun». Arxaik salon diplomatiyasının nümayəndələri dip­lomatın çox da cəlbedici olmayan bir obrazını yaratmışdılar. Bu obraz özünün fərdi keyfiyyətlərinin çalarlarında dəyişərək, XIX-XX əsrin bədii ədəbiyyatının bir əsərindən digərinə köçürdü.Bu cür qiymətləndirmələrə diplomatik kadrların əsil-nəcabət, əmlak senzi, tapşırıqla və saraydaxili, hökumət, parlament və ya bank sahələrində əlaqələr əsasında seçimə gətirib çıxardı. Lakin ədəbi ironiya və acıdilliyi, lətifə xarakterli halları bir kənara qoysaq, etiraf etməliyik ki, beynəlxalq münasibətlər və diplomatiya tarixi onda öz izini qoymuş işlər və insanlardan heç o qədər də kasad deyil. Artıq qeyd etdiyimiz C.Kambon yazırdı ki, o diplomat peşəsindən daha çoxşahəli fəaliyyət tanımır. Bu fikri inkişaf etdirərək, o, iddia edirdi ki, bu peşədə dəqiq qaydalar azdır və çox şey ənənəyə əsaslanır. Burada uğur üçün xüsusi inadkarlıq lazımdır və uğur taleyin oyunundan daha çox asılıdır; burada ciddi nizam-intizam lazımdır və insan möhkəm xasiyyətə və müstəqil ağıla malik olmalıdır. C.Kambon mənəvi nüfuzu diplomat üçün ən vacib keyfiyyət hesab edirdi. Müxtəlif ölkələrin diplomatları bir-birlərini bir neçə il, bəzi hallarda onilliklər ərzində tanıyır və ünsiyyətdə olurlar. Onların adları informasiya materialları əsasında hökumətlərə, diplomatik qurumlara məlumdur. Diplomat digər ölkənin şəxsən tanımadığı nümayəndəsi ilə görü­şürsə – bu sadəcə görünən tanımazlıqdır. Bir qayda olaraq, onlar ikisi də əvvəlcədən bir-birləri barədə yaxşı məlumatlıdırlar. _____________________________________ Demək olar ki, diplomatik etibarlılıq (reputasiya) beynəlxalq birjası mövcuddur. Diplomatın etibarlılığı, onun mənəvi nüfuzu, sözünə sadiqliyi, vicdanlılığı nə qədər yüksək qiymətləndirilirsə, bir o qədər o öz ölkəsinə, onu danışıqlarda təqdim edərkən, XIN mərkəzi aparatı yaxud səfirliyində işləyərək, daha çox xeyir gətirə bilər. _____________________________________ Fəaliyyətinin xüsusiyyətinə görə diplomat öz həmyerlilərinin – müvəffəqiyyətli biznesmenlərin, istedadlı inzibatçıların və dövlət məmurlarının ən yaxşı keyfiyyətlərinə malik olmalıdır. Ingilis diplomatı R.C.Feltxem «Diplomatın stolüstü kitabı» əsərində diplomata lazım olan peşəkar bilikləri və şəxsi keyfiyyətləri aşağıdakı şəkildə təsbit edir. Xüsusi biliklər – öz ölkəsi anlamaq və tanımaq, bilmək deməkdir: coğrafiyasını, tarix və mədəniyyətini, siyasi, sosial, iqtisadi və demoqrafik strukturları və institutlarını, insani və iqtisadi resurslarını, kənd təsərrüfatını, sənayeni, maliyyəni – bir sözlə xarici siyasətin prioritetlərini müəyyən edən hər şey. Digər ölkələr və öz ölkəsinin üzv olduğu regional təşkilatlar, həmçinin müasir və potensial superdövlətlər haqqında bu kimi, mümkün qədər son alınmış anlayış və bilik. Beynəlxalq münasibətlərin mexanizmləri və qaydalarının biliyi. Bu bilik diplomatik missiyaların və konsul məntəqlərinin geniş dünya torunu, onların vəzifə, praktikası və strukturunu; ticarət və maliyyə təşkilatlarının geniş dünya torunu və bu təşkilatların fəaliyyət formalarını; Birləşmiş Millətlər Təşkilatını və beynəlxalq siyasi, sosial və iqtisadi əməkdaşlığın digər ümumdünya və regional dövlətlərarası institutlarını, həmçinin dövlətlər arasında davranış qaydalarını müəyyən edən beynəlxalq ictimai hüququn məcəlləsini; beynəlxalq institutların fəaliyyətini nizamlayan qanunvericiliyi bilməyi tələb edir. Eyni dərəcədə o KIV-nin müasir inqilabının (media-inqilab) sosial və siyasi təzahürləri barədə təsəvvürə malik olmalıdır (Feltxem R.C. Diplomatın stolüstü kitabı. S.44-45). Diplomatların davranışı həm ictimai, həm də şəxsi həyatında qüsursuz olmalıdır. Diplomatik nümayəndələrin seçimi və təyini zamanı insanın təkcə peşəkar yox, həmçinin mənəvi keyfiyyətlərini rəhbər tuturlar.    Nümayən­dəsi qismində hörmətə layiq olmayan insanı təyin edən dövlət özünə də hörmət etmir. _____________________________________ Danışıqların aparılması həmişə fərdi və subyektivdir. Bu diplomatik işin ən cəlbedici, eyni zamanda ən mürəkkəb tərəflərindən biridir. Məhz danışıqlar zamanı diplomatın şəxsi keyfiyyətləri və temperamenti özünü tam qabarıq şəkildə büruzə verir, qazandığı simpatiya və etibar özünü doğruldur. _____________________________________ Diplomat üçün informasiya ilə işləmək bacarığı çox önəmlidir. Məhz danışıqlar zamanı diplomat ağıl çevikliyini, vəziyyəti düzgün qiymətləndirmək və əlverişli məqamı seçmək bacarığını, peşəkar mahirliyini və topladığı təcrübəni nümayiş etdirə bilər. Bütün hallarda diplomat vicdanlı hərəkət etməyə borcludur. Diplomatla danışıqlar aparanlar onun öz dövlətinin adından  danışdığına və nəyə nail olmaq istədiyini bilən adam olduğuna inandıqları halda diplomatın sözlərinə fikir veriləcək, məsləhətlərinə əməl ediləcək və o yaxşı nəticələr əldə edəcək. Yox, əgər diplomatın peşəkar nüfuzu yaxud mənəvi keyfiyyətləri şübhə altına alınırsa, opponentdə yaranan inamsızlıq hissi danışıqlarda konstruktiv qərarın qəbul edilməsinə mane ola bilər. Diplomatın yalan dediyi ifşa edilsə, o tamamilə nüfuzdan düşmüş olacaq. Diplomat heç vaxt təmkinli və təvazökar olmağın vacibliyini unutmamalı, öz uğurunu vurğulamamalıdır – bu əldə olunmuş nəticələri kiçildir. ____________________________________ Diplomat, xüsusilə səfir obyektiv olmalı və sağlam mühakimə qabiliyyətinə malik olmalıdır. O, özünü sadə və anlaşıqlı dildə danışmağa öyrəşdirməli, öz bacarıqlarını polemikaya yox, qarşılıqlı şəkildə qəbul edilə biləcək qərarların nailiyyətinə yönəltməyi öyrənməlidir. ___________________________________ C.Kambon hesab edirdi ki, səfir uğur zamanı artıq səs-küydən qaçmalı, hər cür əsəbilik, coşğunluqdan qaçmalıdır və bunlar da diplomatın mütləq, ayrılmaz keyfiyyətlərinə aiddir. Bir neçə dili bilməyən müasir diplomatı təsəvvür etmək çətindir. Diplomat, həmçinin onun xanımı, sakit təbiətli, böyük səbrə malik olmalı və digərlərinin baxışlarına anlayışla yanaşmalıdır. Ş.Martens yazırdı: «Ilk növbədə diplomat ədəbli olmalıdır. Bəsirətsiz ağıl  formaya həqarətlə baxdığı halda ədəb formaya qarşı hörmət tələb edir. Cəmiyyət nə qədər mədəniyyətlidirsə, bir o qədər xasiyyətlər və prinsiplər müxtəlifliklərinin yaratdığı qaçılmaz antaqonizmlər, ziddiyətlər qarşısında sərhəd rolunda çıxış edən formaya bir o qədər daha diqqətlə riayət olunur. Nəzakət yalan deyil. O, sadəcə bizə digər insanlarla münasibətlərdə rəhbər tutmalı olduğumuz ədalət və daxili təvazökarlıq barədə xatırladır. Yalnız yaramaz çevrədə eşidilmək üçün qışqırmaq lazımdır». Şarl Moris Taleyranın fikrincə, diplomatiya sahəsində uğurlu fəaliyyət üçün lazım olan ruh və qəlb keyfiyyətləri iki kateqoriyaya bölünür. Birincisinə «ehtiyatlılıq, təvazökarlıq, tam təmannasızlıq və nəhayət, milləti xaricdə təmsil etmək və ölkə daxilində onun siyasi hüquqlarına riayət edilməsinə nəzarət etmək öhdəliklərinin bütün aliliyini, böyüklüyünü hiss etməyə vadar edən hisslərin müəyyən aliliyi aiddir. Ikinci kateqoriyaya siyasi münasibətlərin öyrənilməsinə ruhi meyllik, məsələlərin mahiyyətini tez və yaxşı dərk etmək bacarığı aiddir, çünki başqa heç bir məşğuliyyət daha tez, çox vaxt ani reaksiyanı, fikir genişliyini tələb etmir və bu qeyd olunan sahədə bütün detalların vahid tamlıqda birləşməsini ehtiva edir». 1800-cü ilin martında Fransa hökumətinə təq­dim etdiyi diplomatik karyera barədə məruzədə Taleyran qeyd edirdi ki, sadalanan bütün bu keyfiyyətlər, birlikdə götürüldüyü və təcrübə yolu inkişaf etdirildiyi halda, «diplomatın karyerası  şərəfini təşkil edirlər». Q.Nikolson «Diplomatiya» kitabında ideal diplomatın portretini cızmağa çalışırdı. O, 7 xüsusi diplomatik qabiliyyətləri qeyd edir: düzgünlük, dəqiqlik, aramlıq, sakit təbiətlilik, səbr, təvazökarlıq, loyallıq. Əgər diplomat istəmədən kimisə aldadır, yanlış düşünməsinə səbəbkar olursa, o, dərhal yaranmış anlaşılmazlığı düzəltməlidir. Diplomat üçün bir nömrəli qayda heç bir halda öz sözləri və hərəkətlərinə görə məsuliyyət hissinin zəifləməsinə imkan verməməkdir. Hər iki halda ehtiyatlılıq həmsöhbətə qarşı inam yaradır. Ən yaxşısı susmaq və ya açıq şəkildə məlumatsız olduğunuzu bildirməkdir.
['diplomat', 'diplomat peşəsi']
6,834
https://kayzen.az/blog/Ferbara/703/%C3%B6z%C3%BCn%C3%BCqiym%C9%99tl%C9%99ndirm%C9%99y%C9%99-v%C9%99-%C3%B6z-g%C3%BCc%C3%BCn%C9%99-inam%C4%B1-y%C3%BCks%C9%99ltm%C9%99y%C9%99-imkan-yaradan-m%C9%99sl%C9%99h%C9%99tl%C9%99r.html
Özünüqiymətləndirməyə və öz gücünə inamı yüksəltməyə imkan yaradan məsləhətlər.
Ferbara
Bloq: Ferbara
1 aprel 2010, 12:48
İnsanın özünə inamı problemini dərindən araşdırmış məşhur Lazarus, bu mühüm hissə əsaslanan bir sıra keyfiyyətləri xüsusi qeyd etmişdir: 1.Öz istəkləri və tələbatları haqqında açıq-aydın danışmaq bacarığı. 2.“Yox” demək bacarığı. 3.Öz hissləri barədə açıq danışmaq bacarığı. 4.Ünsiyyət qurmaq, davam etdirmək və bitirmək bacarığı. Təəssüflər olsun ki, xalqımızın bəzi ənənələri öz istəkləri barədə danışmağa əsrlər boyu qadağa qoymuşdur. Bu xüsusilə qadınlara və uşaqlara aid edilir. Çox hallarda bu, mədəniyyətsizlik, ədəbsizlik, həyasızlıq kimi qəbul edilirdi. Hələ indi də “başqasının xətrinə dəymək olmaz”, “yaxşı deyil” deyərək öz rahatlığımızı, komfortumuzu, vaxtımızı qurban vermək halları ilə tez-tez rastlaşmaq olar. Başqasına, xüsusilə böyüklərə etiraz etmək eşidilməmiş kobudluğa və ya təhqirə bərabər sayılır. Ətrafdakı haqsızlıqlar və cinayətlər susaraq razılaşmağımız nəticəsində baş vermirmi? Əgər uşaqlıqdan hər kəsi öz şıltaqlıqlarına, zəifliklərinə, pis adətlərinə, kobudluqlarına “yox” deməyi öyrətsəydilər, əminik ki, hər bir insanın həyat vərdişləri daha mükəmməl olardı. Müasir insanlar “hisslər dilində” danışmağı tamam yadırğamışlar. Biz: “Belə düşünürəm, mənə belə gəlir, mən hesab edirəm, mənə məlumdur və s.” deyirik. Aşağıdakı sözlərdən, demək olar ki, istifadə etmirik: “mən məyus oldum, mən fərəhlənirəm, mənə toxundu, mən çox həyəcan keçirirəm, mən dilxoram, mən xoşbəxtəm”. Müasir psixologiya özünüqiymətləndirməni və öz gücünə inamı yüksəltməyə imkan yaradan aşağıdakı məsləhətləri təklif edir: 1.Çalış özünü başqaları ilə müqayisə etməyəsən (müqayisənin kimin xeyrinə olması əhəmiyyət kəsb etmir). Ən yaxşı yol odur ki, “bugünkü” özünü “dünənki” özünlə” müqayisə edib, “sabahkı” özünü görə biləsən. Təhlil edərək öz keçmişinlə müqayisədə uğur və nailiyyətlərini gördükdə özünlə fəxr etməyi öyrənməyi bacarmaq lazımdır. 2.Özünü olduğu kimi qəbul et. Çox vaxt insanlar başqalarının nailiyyətlərinə nəzər salıb, onların başqalarına heyran olurlar, bununla yanaşı öz dəyərli keyfiyyətlərini və üstünlüklərini görmürlər. Özümüzdə olan keyfiyyətlərə əsaslanmalıyıq və onlardan daha çox əhəmiyyətlə özümüz üçün istifadə etməliyik. 3.Həyatın hər bir hadisəsinə qarşı özünün mümkün alternativ əməl və düşüncələrini hasil etməyi öyrən. Əgər sənin bir yox, bir neçə arzu və ya məqsədin olarsa, ciddi müvəffəqiyyətsizlik məqamında səndə özünə inamsızlıq hissləri ortaya çıxmaz. 4.Heç zaman, heç bir kimsəyə özünü pisləmə, özünə “səfeh”, “bədbəxt”, “bacarıqsız” və s. kimi adlar vermə. Əgər bacarsan, çalış hətta bu haqda düşünməyəsən. 5.Çalış öz istək və tələblərini çox vaxt düz və açıq söyləyəsən. Söylənməmiş və ya tam söylənməmiş istəklər münasibətlərə anlaşılmazlıq, qeyri-müəyyənlik gətirir ki, bu da nəticə etibarı ilə özünə yalnız ziyan gətirir. 6.İnkar etməyi öyrən. “Yox” demək bacarığı şəxsiyyətin yetkinliyini göstərir. Hər dəfə başqasının düşüncələri arxasınca getmək və ya onunla razılaşmazdan əvvəl fikirləş, sən həqiqətən belə düşünürsənmi? Sənə bu lazımdırmı? Öz istəyin kimi hərəkət etmədikdən sonra özünü necə hiss edəcəksən? 7.Öz düşüncələrin hisslər dilində ifadə etmək vərdişini qazan. Belə özünüifadə tərzi psixoloji problemlərin yığılıb toplanmasına imkan vermir, problemin həllini və yoldaşlarla qarşılıqlı anlaşmanı asanlaşdırır. 8.Öz üzərində işlə. Kommunikativ bacarığını (ünsiyyət saxlamaq bacarığı) inkişaf etdir, etika qaydalarını öyrən, özünüinkişafla məşğul ol. Bilən və bacaran insan üçün özünü dəyərləndirməmək həddən ziyadə çox mürəkkəbdir. Yeni işə başlayarkən, təcrübəni artırmaqla və müvəffəqiyyətlər əldə etməklə sən tədricən özünə inamsız və utancaq insandan, bacarıqlı, maraqlı və özünə inamlı insana çevriləcəksən. “Ekstremal şəraitlərdə psixoloji xidmət” Ali məktəblər üçün dərslik , Bakı – 2006 Müəlliflər R.Ə. Cavadov, G.B. Tağıyeva  
['uğur psixologiyası', 'motivasiya', 'özünəinam']
6,835
https://kayzen.az/blog/Sufi/700/xo%C5%9Fb%C9%99xtliyin-baromateri-ev-heyvanlar%C4%B1.html
Xoşbəxtliyin barometri-ev heyvanları
Sufi
Bloq: Sufi
1 aprel 2010, 10:36
Ev heyvanlarının davranışına əsasən ev şəraitində hansı iqlimin və ailədə hansı münasibətlərin hökm sürməsini kifayət qədər dəqiq təyin etmək mümkündür. Nə üçün evsiz-eşiksiz pişik və yaxud it balasına sığınacaq tapmaq bu qədər çətindir? Çünki heyvanları sevən və yaxud götürmək istəyən insanların artıq ev heyvanı vardır. Heyvanları sevməyən insanların isə ev heyvanı saxlaması məsləhət deyildir. Bu cür in­sanlar ev şəraitində heyvanın bəslənməsini natəmizlik və artıq əziyyət, gərəksiz öhdəliklər və məsrəflər, ümumiyyətlə yük hesab edirlər. Heyvan saxlayan insanlar isə bunun sevinc və zövqü-səfa olduğunu təsdiq edirlər. Onlardan kim haqlıdır? Doğrudanmı bu, artıq əzab-əziyyətdir? Hər bir medalın iki üzü var. Əlbəttə, ev şəraitində pişiyin və ya itin, quşun və yaxud dağsiçanının qədəm qoyması ilə əlavə təmizlik işlərinin yerinə yetirilməsi zərurəti yaranır. Ədalət naminə qeyd etmək lazımdır ki, bəzi ailə üzvləri, heyvanlardan fərqli olaraq, daha çox natəmizlik yaradırlar. Bir qisim sehrli əşyalar mövcuddur: süpürgə, əsgi, tozsoran. Onlar hətta tənbəl ev sahibəsinin də problemlərini dərhal həll edirlər. Ezamiyyət və yaxud məzuniyyət zamanı ev heyvanı ilə nə etməli? Axşamlar iti kim gəzintiyə aparacaqdır? Qəfəsdən azad olan kimi sevimli qış köynəyini gəmirən dağsiçanını cəzalandırmağa dəyərmi? Xəstələnmiş tutuquşunu nə cür sağaltmaq olar? Belə ki, bəzi ailələrdə bu kimi problemlər qeyri-iradi olaraq özbaşına həllini tapsa da, bir qisim ailələrdə narazılığa səbəb olur. Bununla da heyvan qeyri-iradi şəkildə ailə xoşbəxtliyinin barometrinə çevrilir. Həqiqətən də, itlər artıq mühafizə məqsədlərinə, pişiklər isə gəmiricilər ilə mübarizəyə xidmət etmirlər. Heyvanlar heç bir zaman böyüməyən uşaqlara bənzəyirlər: onlar bizı əyləndırməkdən, xəstəliyə yoluxmaları ilə məyus etməkdən, sevgiyə və qayğıya ehtiyac duyaraq cavabında məhəbbət və sədaqət nümayiş etdirməkdən yorulmurlar. Evinin ruhu Ev yalnız yaşayış məskəni deyildir. О, formalaşmasında ailə üzvlərinin iştirak etdiyi ab-havadır. Mehriban, isti, işıqlı evdə, bir qayda olaraq, qanadlı, quyruqlu və yaxud dördayaqlı canlı üçün də yer tapılır. Soyuq və ifrat dərəcədə ciddi ev şəraitində heyvanlara rast gəlmək qeyri-mümkündür. Bu cür ailədə insanlar yaşamaqdan çox rol ifa edirlər. Sahibəni necə tərbiyə etmək olar? Məşhur ifadəni dəyişdirməklə onu növbəti şəklə salmaq olar: «Mənə heyvanını göstər, deyim sən kimsən». İtin sinirli olması əksər hallarda onun irsiyyətinin qeyri-sağlam olmasından deyil, ailədə ər ilə arvadın daima «bu evdə ev sahibi kimdir» kimi məsələni ucadan aydınlaşdırmağa çalışmalarından asılı olması kimi izah olunur. Heyvanların ailə üzvlərini səliqəli olmağa vadar edən misallar da mövcuddur. İt dai­ma ayaqqabının dabanını gəmirdiyi zaman ayaqqabını dolaba qoymağa məcbur olursunuz. Pişiyin nahardan sonra ayaq yolu kimi istifadə etdiyi şalvarınızı bir daha qoltuqlu kürsüyə qoymayacaqsınız. Bütün bunlara baxmayaraq, ev heyvanı se­vinc, yoxsa artıq yükdür? Prinsip etibarilə, hər şey sizin nöqteyi-nəzərinizdən asılıdır: təbiəti se­vən və onunla vəhdət təşkil etmək istəyən hər bir insan it, pişik və yaxud balıq saxlayaraq, on­lar ilə ünsiyyət qurmaqdan həzz alır. Ev heyvanı saxlayan insanların uzunömürlü olub, nadir hal­larda xəstələnməsi və hər yeni günü sevinc hissi ilə qarşılamaları müşahidə olunmuşdur. Heyvanlar ev şəraitində mehribanlıq ilə rahatlığın xüsusi mikroiqlimini yaratmağa qadirdirlər.Mənbə Qanun jurnalı
['ev heyvanları']
6,836
https://kayzen.az/blog/ingilis-dili/166/qay%C4%B1d%C4%B1%C5%9F-%C9%99v%C9%99zliyi.html
Qayıdış əvəzliyi
2ral
İngilis dilinin qrammatikası
31 mart 2010, 15:17
REFLEXİVE PRONOUNS Müаsir Аzәrbаycаn dilindә оlduğu kimi, ingilis dilindә dә qаyıdış әvәzliyi аdlаnаn хüsusi qrup әvәzliklәr vаr. Bu qrupа dахil оlаn әvәzliklәrin hаmısı düzәltmә sözlәrdir: birinci vә ikinci şәхs tәk vә cәm qаyıdış әvәzliklәri müvаfiq yiyәlik әvәzliklәrinin, üçüncü şәхs tәk vә cәm qаyıdış әvәzliklәri isә оbyеkt hаldа şәхs әvәzliklәrinin sоnunа -self (-selves) mоrfеmi әlаvә еtmәklә düzәldilir, mәsәlәn: myself, yourself, ourselves, yourselves, himself, herself, itself, themselves. Qаyıdış әvәzliklәri dә şәхs vә yiyәlik әvәzliklәri kimi, şәхs, kәmiyyәt vә üçüncü şәхs tәkdә cins kаtеqоriyаsınа mаlikdir. Bunа müvаfiq оlаrаq qаyıdış әvәzliklәri şәхsә, kәmiyyәtә vә üçüncü şәхs tәkdә cinsә görә fәrqlәnir. Bu fәrqlәri аşаğıdа vеrilmiş cәdvәldәn аydın görmәk оlаr. 1-ci şәхs 2-ci şәхs 3-cü şәхs kişi cins qаdın cinsi Оrta cins t ә k myself yourself himself herself itself c ә m ourselves yourselves themselves Oneself sözü dә qаyıdış әvәzliyi qrupunа dахildir. Göründüyü kimi, bu qаyıdış әvәzliyi one qеyri-müәyyәn şәхs әvәzliyinin sоnunа -self mоrfеmi әlаvә еtmәk yоlu ilә düzәldilmişdir. Digər qаyıdış әvәzliklәrindәn fәrqli оlаrаq oneself әvәzliyi nә şәхsә, nә kәmiyyәtә, nә dә cinsә görə fәrqlәnmir. Qаyıdış әvәzliklәri аncаq ismi әvәzlik kimi işlәnir. Bu qrupа dахil оlаn әvәzliklәr cümlәdә әsаsәn vаsitәsiz tаmаmlıq rоlundа çıхış еdir, mәsәlәn: İ shall kill myself. (Maugham). Fieta shook herself and got up. (Abrahams.) Soames added: "Well, I hope, you'll both enjoy yourselves." (Galsworthy). Qаyıdış әvәzliklәrindәn әvvәl sözönü işlәnә bilir. Bu hаldа qаyıdış әvәzliklәri sәzönlü tаmаmlıq funksiyаsındа çıхış еdir, mәsәlәn: He thinks too much of himself. (Galsworthy.) I was left to myself. (Maugham.) He burst out laughing at himself. (Thackeray.) ...; I have faith in myself. (London.) Qаyıdış әvәzliklәri bəzәn (1) prеdikаtiv, (2) zәrflik vә (3) təyin rоlundа işlәnә bilir. Bu hаldа qаyıdış әvәzliklәri әksәrәn sözönü ilә işlәnir, mәsәlәn: (1) She was by herself at home. There's only one explanation, and that is that he's not himself. (Maugham.) (2) If June did not like this, she could have an allowance and live by herself. (Galsworthy.) (3) The other evening I found a photo of myself,... (Braine.) Qаyıdış әvәzliklәri bəzәn әdаt funksiyаsı dаşıyır; cümlәdә ifаdә еdilәn mənаnı qüvvәtlәndirmәk mәqsәdilә işlәnir. Bu hаldа qаyıdış әvәzliklәri (1) yа аid оlduğu sözdәn bilаvаsitә sоnrа, yа dа (2) cümlәnin lаp sоnundа işlәdilir, mәsәlәn: (1) He himself was determined not to speak first. (Lindsay.) (2) I suggested it myself. (Maugham.) "You helped me to put the things there yourself." (Christie.) Ingilis dilindә mеvcud оlаn qаyıdış әvәzliklәri Аzәrbаycаn dilinә müvаfiq qаyıdış әvәzliklәri vаsitәsilә tәrcümә еdilir, mәsәlәn: myself özüm yourself özün himself özü (kişi cinsi) herself özü (qаdın cinsi) itself özü (оrtа cins) ourselves özümüz yourselves özünüz themselves özlәri Ingilis dilindәki qаyıdış әvәzliklәri hәrәkәtin iş görәn üzәrindә icrа еdildiyini bildirdikdә Аzәrbаycаn dilinә tәrcümә еdilmir, mәsәlәn: He washed himself — О yuyundu. She dressed herself—O gеyindi. Müəllif: Oruc Musayev Mənbə: İngilis dilinin qrammatikası kitabı  
['qayıdış əvəzliyi', 'əvəzlik', 'pronouns']
6,837
https://kayzen.az/blog/videofan/689/ruhdan-d%C3%BC%C5%9Fm%C9%99!%C3%B6z%C3%BCn%C9%99-inan.html
Ruhdan düşmə!Özünə inan!
videofan
Bloq: videofan
31 mart 2010, 13:58
['motivasiya', 'özünəinam', 'kayzen.az']
6,838
https://kayzen.az/blog/litosfer/683/yerin-%C9%99m%C9%99l%C9%99-g%C9%99lm%C9%99si.html
Yerin əmələ gəlməsi
2ral
litosfer
30 mart 2010, 23:52
Yerin quruluşu və inkişaf tarixini öyrənən elm Geologiya elmi adlanır. Yerin bir planet kimi əmələ gəlməsi 6-7 mld. il bundan əvvəl başlanmışdır. Yerin yaranması haqqında çoxlu fərziyyələr var. Məs. P. Laplas və I. Kanta görə uzun dövrlər ərzində qızmar qaz və toz dumanlığının tədricən soyuması Yerin həcminin kiçilməsinə və onun üst bərk qabığında qırışıqlıqlar, yəni müasir dağların əmələ gəlməsinə səbəb olub. Şmidt və Fesenkova görə isə Yer və digər planetlər çox yavaş fırlanan soyuq qaz və toz dumanlığının birləşməsi nəticəsində yaranıb. O, mantiya və nüvədən ibarət idi. 4,5 mld il əvvəl Yerin mantiya qatının üzərini bazalt qatı örtmüşdür. Yerin daxilindəki radioaktiv maddələrin parçalanması nəticəsində vulkanlar püskürməyə başlamış və ilk Yer qabığı yaranmışdır. Kütləvi vulkan püskürmələri ilə xarakterizə olunan bu dövr Yerin planetar inkişaf mərhələsinin «Ay erası» adlanır. Müasir dövrdə bərk və qalıq yer qabığının yaranması ilə əlaqədar olaraq kütləvi vulkan püskürmələri baş vermir. «Ay erası» dövründə lavalardan çıxan qazlardan əsasən su buxarında ibarət ilk atmosfer yaranmışdır. Ilk atmosferin temperaturu 1000 C-dən yuxarı, tərkibində isə oksigen yox idi. Atmosferin tədricən soyuması nəticəsində güclü yağışlar yağmış və ilk okean-Pantalas yaranmışdır. Bu hadisə 4,5 mlrd il bundan əvvəl baş vermişdir. Yer üzərində ilk okeanın əmələ gəlməsi ilə yerin planetar inkişaf mərhələsi sona yetmiş, yeni, geoloji inkişaf dövrü başlanmışdır. Pangeya dünyanın ən qədim materiki olub, sonradan 2 materikə - Lavraziya və Qondvanaya parçalanıb. Lavraziya və Qondvana arasında Tetis okeanı yaranıb. Daha sonra Lavraziya-Avrasiya və Şm. Amerikaya; Qondvana isə Afrika, Cənubi Amerika, Avstraliya və Antarktidaya parçalandı. Yaranma tarixinə görə- Sakit və Şimali Buzlu okean qoca; Atlantik və Hind okeanları isə cavandırlar. Materik tipli litosfer tavalarının, Sakit okean tavası ilə toqquşması nəticəsində müasir dövrdə Sakit okeanın tədricən qapanması prosesi gedir. Yerdə canlı aləmin yaranması ilə əlaqədar olaraq eonlar, eralar və dövrlər ayrılmışdır. Bəzən arxey və proterezoy eralarını birlikdə Kembridən əvvəlki dövr adlandırırlar. Eonlar Eralar Dövrlər Dağəmələgəlmə mərhələləri Digər faktlar Fanerozoy «aşkar həyat çağı» Kaynozoy III. Antropogen (IV dövr) II.Neogen (III dövr) I. Paleogen Alp dağəmələgəlməsində (orogenezində) yaranan dağlar cavan olduğundan burada tez-tez vulkan və zəlzələlər baş verir: Alp, Pireney, Appenin, Karpat, Krım, Pont, Tavr, Qafqaz, Elburs, Zaqros, Kopetdağ, Pamir, Himalay, And dağları, Anadolu yaylası. Qədim dağlardan bəzilərində – Altay, Sayan, Zabaykalye, Tyan-Şan dağlarında «yenidən çavanlaşma» baş verib. Iqlimdə IV dövr buzlaşması və sonradan istiləşmə baş verib. Qara, Xəzər və Aral dənizləri bir-birindən ayrılıb. Son 2 mln ildə (antropogen dövründə) insan yaranıb. Süxurlar metamorfozlaşdığından qiymətli daşlar (almaz) yaranıb. Cökəkliklərdə iri neft – qaz yataqları yaranıb. Mezozoy III. Təbaşir II. Yura I. Trias Mezozoy (və ya Kimmeri) qırışıqlığı – Verxoyansk-Kolıma, Koriyak, Çersk, Tibet, Böyük hövzə, Qayalı dağlar yaranıb Quşlar və ilk məməlilər yaranıb. Nəhəng sürünənlər (məs. dinozavr) yaranıb və məhv olub. Qondvana materiki parçalanıb orta okean dağları yaranıb. Iri neft və qaz yataqları əmələ gəlib. Paleozoy VI. Perm V. Karbon (Daş kömür) IV. Devon III. Silur II. Ordovik I. Kembri Kaledon qırışıqlılığı - Skandinaviya, Tyan-Şan, Böyük Suayrıçı silsiləsi yaranıb. Dənizlərin sahəsi kiçilib. Duz, kömür, mis, neft, sadə quru bitkiləri, balıqlar, suda-quruda yaşayanlar, sürünənlər yaranıb. Hertsin qırışıqlığı - Ural, Appalac, Altay dağları yaranıb. Kriptozoy «gizli həyat çağı» proterezoy   Ən qədim Baykal dağəmələgəlməsi (qırışıqlığı) baş verib və nəticədə Pribaykalye, Zabaykalye, Sayan dağları, həmçinin Şərqi Avropa, Orta Sibir, Hindistan, Afrika-Ərəbistan, Şimali və Cənubi Amerika, Antarktida kimi platformalar yaranıb. Dəmir filizi, yosun və bakteriyalar yaranıb. arxey Güclü vulkanizm baş vermiş, dəmir filizi bakteriya və təkhüceyrəlilər yaranıb.  
['Yer planeti', 'geologiya', 'materik', 'litosfer']
6,839
https://kayzen.az/blog/hidrosfer/682/hidrosfer.html
Hidrosfer
2ral
Hidrosfer
30 mart 2010, 23:40
Hidrosfer- yeri əhatə edən su təbəqəsidir. Dünyanın 2/3-si (71%-i)- yəni 361 mln. km2-i su ilə örtülüdür. Yer kürəsində 1,38 km3 su vardır ki, bunun da 96,5 %-i okean və dənizlərdə cəmləşib. Dünyadakı suyun yalnız 2,53%-i şirindir. Yerin daxilində fiziki və kimyəvi birləşmələr şəklində çox böyük miqdarda su var. Hidrosfer - mantiya və kosmosdan ayrılan suyun hesabına əmələ gəlmişdir. Əhəmiyyəti: 1) Yerdə həyatın əsasıdır. 2) istilik daşıyıcısıdır. 3) Nəqliyyat vasitəsidir. 4) Enerji mənbəyidir. 5)Mineral mənbədir. 6) Üzvi aləmin əsasıdır. 7) Sənaye xammalıdır. Suyun xassələri. 1) Suyun 3 halı var: 0cC temperaturda donur, 1000 C temperaturda qaz halına keçir. 2) Bütün maddələr soyuduqda sıxlığı artır. Suda isə maksimum sıxlıq +4°C-də olur. Sonra sıxlıq azalır. 3) Su donduqda xüsusi çəkisi azalır, həcmi isə artır. 4) Suda səsin yayılma sürəti digər maddələrdən çoxdur. Su atmosferdə 8 günə, çaylarda 16 günə, göllərdə 17 ilə, okeanlarda isə daha uzun bir müddətə bərpa olunur (yəni təzələnir). Suyun dövranı. Su təbiətdə daim təmizlənir. Hər il okean səthindən çoxlu miqdarda su buxarlandırır ki, bunun da 90%-i yenidən yağıntı şəklində okeana qayıdır. Yəni okean → atmosfer → okean halqası suyun kiçik dövranını yaradır. Buxarlanan suyun qalan 10%-i isə külək və hava axınları vasitəsilə quru üzərinə gətirilərək yağıntı şəklində quruya düşür. Düşən yağıntı çay və yeraltı sular vasitəsilə yenidən okeana qayıdır: Okean → atmosfer → quru → okean halqası suyun bövük dövranını yaradır. Suyun böyük dövranı okean və quru üzərində rütubəti yayır. Quruda şirin suyu yaradır, maddələr mübadiləsini tənzimləyir. Suyun böyük dövranının yaranmasına səbəb küləkdir. Dünya okeanının ümumi sahəsi 361 mln. km2 olub, tərkibi – okean, dəniz, körfəz və boğazdan ibarətdir. Yer yarandığı zaman o, yalnız su qatından - okeandan ibarət olmuşdur. Lakin sonradan fəal vulkanizm nəticəsində ilk quru sahəsi yaranmışdır. Yerin geoloji inkişaf tarixində dənizlərin quruya nisbətən daha geniş sahə tutduğu zamanı - yerdə iqlimin mülayimləşməsi və rütubətlənməsi, bitki və heyvanlar aləminin sürətli inkişaf prosesləri getmişdir. Hazırda mövcud olan 4 okean - materiklərin konfiqurasiyası, dib relyefi, cərəyan sistemi. suyun temperaturu, duzluluğu və su kütlələrinin strukturu ilə seçilən su hövzələridir. Okeanların sərhədi onları ayıran materiklərin ucqar nöqtələrindən keçən meridian və paralellərin qiyməti ilə hesablanır. Dənizlər Dəniz- okeandan qismən quru, qismən də sualtı astanalarla ayrılmış su sahələridir. Dəniz okeandan xassələrinə, cərəyanlarına və canlı aləminə görə fərqlənir. Coğrafi mövqeyinə görə dənizlər 3 qrupa ayrılır: 1. Daxili dənizlər- materikin içərisinə daxil olmuş və okeanla boğaz vasitəsilə birləşmiş dənizlərdir. Materikin içərisinə çox daxil olduğundan okeanla əlaqəsi zəif olur. Sakit okeanda daxili dəniz yoxdur. Atlantik okeanında – Azov, Egey, Qara, Aralıq, Mərmərə, Baltik, Adriatik, Hind okeanında - Qırmızı, Şimal Buzlu okeanında - Ağ dəniz daxili dənizdir. 2. Kənar dəniz - materikin kənarında yerləşmiş, okeandan adalar və ya sualtı dağlar vasitəsilə ayrılır. Okeanla əlaqəsi daha güclüdür. Sakit okeanda - Berinq, Mərcan, Filippin, Oxot, Yapon, Sarı, Cənubi Çin, Şərqi Çin, Tasman, Atlantik okeanında – Şimal, Norveç, Karib, Sarqass, Hind okeanında – Andaman, Ərəbistan, Şimal Buzlu okeanında – Barens, Qrenlandiya, Çukot, Qara, Laptevlər, Boffort, Baffin, Şərqi Sibir. Antarktida materikini əhatə edən - Ross, Lazerev, Belenshauzen və Uedella dənizləri də kənar dənizlər olub 3 okeana aiddirlər. 3. Adalararası dənizlər- ada qrupları arasında yerləşirlər: Yava, Sulu, Sulavesi, Fici, Timor, Banda. DƏNİZLƏRİN CОĞRAFİ MÖVQEYİNƏ GÖRƏ TƏSNİFATI DAХİLİ DƏNİZLƏR Sakit оkean Atlantik оkean Hind оkeanı Şimal Buzlu оkean Sarı Baltik, Aralıq, Tirren, İоnik, Adriatik, Egey, Mərmərə, Qara, Azоv Qırmızı Ağ KƏNAR DƏNİZLƏR Sakit оkean Atlantik оkean Hind оkeanı Şimal Buzlu оkean Berinq, Охоt, Yapоn, Şərqi-Çin, Cənubi-Çin, Mərcan, Tasman, Rоss, Amundsen, Bellinshauzen Şimal, Karib, Ueddell Ərəbistan, Andaman, Timоr, Arafur, Deyvis, Birlik Nоrveç, Barens, Kara, Laptevlər, Şərqi-Sibir, Çukоt, Bоfоrt ADALARASI DƏNİZLƏR Sakit оkean Atlantik оkean Hind оkeanı Şimal Buzlu оkean Filippin, Sulu, Sulavesi, Yava, Fici İrlandiya - Qrenlandiya, Baffin Qeydlər: 1. Sarqass dənizi hər hansı qrupa daхil edilmir. 2. Ərəbistan dənizi cоğrafi mövqeyinə görə əslində körfəzdir. Körfəz - okeanın və ya dənizin quruya çox daxil olmuş, lakin okeanla sərbəst əlaqəsi olan hissəsidir. Sakit okeanda – Alyaska, Kaliforniya, Atlantik okeanında - Qvineya, Meksika, Müqəddəs Lavrenti, Biskay, Fin, Riqa, Botnik, Fandi, Hind okeanında – Benqal, Böyük Avstraliya, Iran, Ədən, Oman, Şimal Buzlu okeanında – Hudzon, Ob. Dənizlərdən fərqli olaraq, suyunun xassələrinə, axınlarına və orada yaşayan canlılara görə okeanlardan az fərqlənir. Bəzi dənizləri səhvən körfəz, bəzi körfəzləri isə dəniz adlandırmışlar. Əslində Meksika körfəzi dəniz, Qırmızı dəniz isə körfəz adlandırılmalıdır. Çünki Meksika körfəzinin suyunun fiziki-kimyəvi xüsusiyyətləri və üzvi aləmi onu dəniz adlandırmağa imkan verir. Körfəz dar olduqda gəmiçilik üçün yararlı buxta əmələ gətirir. Kənar dənizləri körfəzlərdən fərqləndirən əsas əlamət, onların təbii sərhədlərə malik olmasıdır. Boğaz - 2 su hövzəsini birləşdirən və eyni zamanda 2 quru sahəni bir-birindən ayıran su sahəsidir. Boğaz okeanı okeanla (Məsələn: Dreyk, Malakka, Berinq), okeanı dənizlə, dənizi dənizlə, dənizi körfəzlə birləşdirir. Dünyanın ən enli və ən dərin boğazı olan Dreyk Antarktidanı Cənubi Amerikadan, Berinq boğazı Avrasiyanı Şimali Amerikadan. Cəbəllütariq və Bab-əl-Məndəb boğazları isə Afrikanı Avrasiyadan ayırır. Dünyanın ən uzun boğazı Afrika ilə Madaqaskar adası arasında olan Mozambik boğazıdır. Iki geniş quru sahəsini bir-biri ilə birləşdirən ensiz quru sahəsinə bərzəx deyilir. Məsələn: Panama, Süveyş bərzəxləri. Hər 2 bərzəxdən gəmiçilik kanalları çəkilib.   KÖRFƏZLƏR Sakit оkean Atlantik оkean Hind оkeanı Şimal Buzlu оkean Siam, Alyaska, Kalifоrniya Bоtnik, Fin, Riqa, Biskay, Böyük Sidr, Qvineya, Müqəddəs Lavrenti, Fandi, Men, Meksika, Bayya-Qrande Ədən, Iran, Оman, Benqal, Karpentariya, Böyük Avstraliya Hudzоn, Peçоra qubası, Оb qubası BОĞAZLAR Оkeanları birləşdirən Qitələri ayıran Digərləri Berinq (Sakit – Şimal Buzlu), Magellan, Dreyk (Sakit – Atlantik), Malakka, Zоnd, Tоrres, Bass (Sakit – Hind), Hudzоn, Baffin, Danimarka (Atlantik – Şimal Buzlu) Cəbəlüttariq (Avrоpa – Afrika), Dardanel, Bоsfоr, Kerç (Avrоpa – Asiya), Bab-əl-Məndəb (Asiya – Afrika), Berinq (Asiya – Amerika), Dreyk (Amerika – Antarktida) Skagerrak, Katteqat, Böyük və Kiçik Beltlər (Şimal – Baltik dənizləri), La-Manş, Pa-de-Kale (Britaniya adas – Avrasiya), Hörmüz (Iran – Оman körfəzləri), Tatar (Saхalin adası – Avrasiya), Kara qapıları (Nоvaya Zemlya – Avrasiya), Matоçkin şar (Nоvaya Zemlya), Mоzambik (Madaqaskar adası – Afrika) Cədvəllər coğrafiya müəllimi Yaşar Seyidəliyev tərəfindən hazırlanıb.Müəllimin saytı- http://yasharaz.narod.ru
['hidrosfer', 'dəniz', 'körfəz', 'boğaz']
6,840
https://kayzen.az/blog/dahil%C9%99r-maraql%C4%B1/675/dahil%C9%99rin-q%C9%99rib%C9%99-i%C5%9F-%C3%BCslubu.html
Dahilərin qəribə iş üslubu
Aynur
Böyük insanlar,şəxsiyyətlər
30 mart 2010, 16:10
Avstriya bəstəkarı İosif Haydn (1732-1809) Prusiya kralı II Fridrixin ona bağışladığı üzüyünü barmağına taxmamış musiqi bəstələməzdi.Böyük ingilis şairi Con Milton (1608-1674) başını arxa tərəfə əyməmiş şeir yaza bilməzmiş.Qədim dövrün ən görkəmli natiqi Demosfen uşaqlıqda pəltək imiş və danışarkən ciddi surətdə kəkələyirmiş. Uzun müddət inadla, təkidlə çalışmaq, məşq etmək, bu sahədə bütün iradə qüvvəsini səfərbərliyə almaq nəticəsində o, bu fiziki qüsuru aradan qaldırmağa və hətta öz dövrünün ən mahir natiqi olmaq səviyyəsinə nail olmuşdur.Edison özünün laboratoriyasında işləyən qıza yaxınlaşaraq soruşur:- Siz Edisonun xanımı olmaq istərdinizmi? Müsbət cavab aldıqdan sonra o, tezliklə toy gününü təyin edir. Toy günü Edison öz xanımından yarım saat müddətinə laboratoriyaya getmək üçün icazə istəyir. Edisonun xanımı və qonaqlar onu nə qədər gözləyirlərsə də o gəlib çıxmır. Narahat olan qonaqlar laboratoriyaya gedirlər. Edison onu işdən ayıranlardan bunun səbəbini soruşduqda yadına düşür ki, bu gün onun toy gecəsidir.Leybnis - horizontal, Heminquey - ayaq üzrə duraraq, Bethoven - otaqda gəzişərək düşünüb, ideyanı formalaşdırıb yalnız ondan sonra kağıza köçürərmiş.Fransız filosofu, utopik - sosialist Jan Jak Russo yalnız qızmar günəş altında ot çalarkən ən dərin mühakimə yürüdə bilərdi.Şair və dramaturq İohan Şilleri çürümüş alma iyi yaradıcılığa ruhlandırırdı. Bu səbəbdən o həmişə stolun gözündə alma saxlayardı. Şairə Elizabet Bşion yatmamışdan qabaq rokfor pendiri yeyərdi. O belə düşünürdü ki, bunun nəticəsində o yaxşı yuxular görəcək, bu isə öz növbəsində onu gözəl şeirlər yazmağa ruhlandıracaq.Çarlz Dikkens yazı masasının arxasında əyləşərkən üzünü şimal tərəfə çevirərdi. O belə zənn edirdi ki, Şimal qütbünün maqnit sahəsi yaradıcılığa müsbət təsir edir.Gənclik illərində Bethoven tez-tez başına soyuq su tökürdü, çünki fikirləşirdi ki, beynin fəaliyyətini stimullaşdırır.Məşhur fransız izahlı lüğətini tərtib edən Buast ciddi şəkildə mənəviyyat məsələlərində ciddi mühafizəkar idi və öz lüğətindən də bütün əxlaqsız terminləri çıxarmışdı. Günlərin bir günündə məclislərin birində bir xanım ona kompliment demək istəyir və onu təbrik edir ki, o öz əsərini «bütün əxlaqsız sözlər zəhərindən təmizləyib».Lakin Buast kobud bir insan idi və qadınlarla çətin yola gedirdi. Qadının bu cür xoş sözlərinin müqabilində deyir:- Siz nə cür bildiniz ki, orada belə sözlər yoxdur. Deməli, siz orada bunları axtarmısınız.Mənbə İlyas Həsənov,Ellada Həziyevanın Əslində onlar kimdir? kitabındanHəmçinin bax: Dahilərin ikinci peşəsi
['dahilərin həyatı', 'iş üslubu', 'dahilik']
6,841
https://kayzen.az/blog/dusundurucu-hekayeler/672/%C3%BCr%C9%99kl%C9%99rin-yax%C4%B1nl%C4%B1%C4%9F%C4%B1.html
Ürəklərin yaxınlığı...
Nailə_Rzayeva
Düşündürücü hekayələr
30 mart 2010, 12:53
Bir gün müəllim uşaqlardan soruşur: - Uşaqlar nə üçün insanlar mübahisə edəndə səslərini yuksəldirlər? - Çünki sakitliklərini qoruya bilmirlər - deyə uşaqlardan biri cavab verdi. - Bəs nə üçün qışqırırlar, axı mübahisə etdiyi insan yaxınlığında dayanır? - deyə müəllim soruşdu - sakit danışmaq olmaz? Hirslənəndə qışqırmaq lazımdır? Uşaqlar müxtəlif cavablar verirlər, amma bunlardan heç biri müəllimi qane etmir və o izah etməyə başlayır: - İnsanlar bir-birlərindən narazı olanda, mübahisə edəndə onların ürəkləri bir-birindən uzaqlaşır. Bu məsafəni bağlamaq və bir-birlərini eşitmək üçün onlar səslərini yüksəldirlər. Nə qədər çox hirslənirlərsə bir o qədər də yüksəkdən danışırlar. - Bəs insanlar sevəndə nə olur? Onlar qışqırmırlar, əksinə çox sakit danışırlar. Çünki onların ürəkləri bir-birinə çox yaxındır və məsafə çox azdır. Bəs daha güclü sevəndə necə olur? - deyə müəllim davam etdi - onlar danışmırlar, sadəcə pıçıldayırlar. Daha sonra bu pıçıltılara da ehtiyac olmur. Onlar bir-birlərinə baxanda artıq hər şeyi sözsüz anlayırlar. Bu yalnız bir-birlərini hədsiz sevən insanlarda olur. Ona görə də mübahisə edərkən ürəklərinizin bir-birindən uzaqlaşmağına imkan verməyin, buna səbəb yaradacaq kəlimələr işlətməyin. Çünki elə bir zaman gələr ki, bu məsafə daha da böyüyər ve geriyə dönüşü heç mümkün olmaz
['ünsiyyət', 'sevgi']
6,842
https://kayzen.az/blog/musiqi%C3%A7il%C9%99r/667/yohannes-brams-1833-1897.html
Yohannes Brams (1833 - 1897)
2ral
böyük musiqiçilər
30 mart 2010, 11:02
Bramsı çox zaman opera janrına müraciət etmədiyinə görə tənqid edər və bunun səbəbini soruşarmışlar. Brams isə bu suallara zarafatla belə cavab verərmiş: "Mənim opera yazmağım elə ailə qurmağıma tən gələr. Bunların heç biri mənlik deyil".Görkəmli alman bəstəkarı Yohannes Brams romantizmə xas çılğınlığı, emossionallığı dəqiq klassik formalarla məharətlə uzlaşdırmışdır. Ona görə də Bramsın musiqisi incə, səmimi, lakin eyni zamanda sərt və təmkinlidir. Bu səbəbdən Bramsı çox vaxt "romantiklər arasında klassik" adlandırırlar. Bramsın bədii irsi geniş və çoxşaxəlidir. Təkcə opera istisna olmaqla bəstəkar, demək olar ki, musiqinin əksər janrlarına müraciət etmişdir. Bethovendən sonrakı dövrdə Bramsın dörd simfoniyası Avropa simfonizminin ən yüksək nailiyyətləri sırasındadır. Şubertin yaradıcılıq axtarışlarını davam etdirən Brams külli miqdarda gözəl, poetik mahnılar bəstələmişdir. Onların bəziləri, məsələn, məşhur "Laylay" mahnısı vokal musiqinin gözəl inciləri sırasındadır. Onu da qeyd edək ki, Brams doğma vətəni Almaniyanın xalq mahnılarını toplayıb onları səs və fortepiano üçün işləmişdir. Brams fortepiano musiqisinin mahir ustası sayılır. Onun bu alətçün bəstələdiyi kiçik əsərləri - məşhur "Macar rəqsləri", intermetsoları, kapriççioları, balladaları, valsları və rapsodiyaları, eləcə də irimiqyaslı konsertləri lirik və dramatik obrazların şərhi və yüksək bədii zövq baxımından fərqlənir. Brams həmçinin bir sıra kamera-instrumental əsərlərin və nəhayət, "Alman rekviyemi"nin müəllifıdir. Şumanın Brams haqqında söylədiyi məşhur sözlərini xatırlatmaq istərdik. 20 yaşlı Bramsın əsərlərini dinlədikdən sonra o: "Cənablar, papaqlarınızı çıxardın, qarşınızdakı insan dahidir!" - deyə sənətə yenicə qədəm qoymuş gənc musiqiçiyə öz xeyir-duasını vermişdir. Elə biz də bu gün Şumanın fıkrinə şərik çıxaraq Brams irsinin dahiliyi qarşısında baş əyir, onun ecazkar sənətinə məftun oluruq. ✓ "Laylay" mahnısı ✓ Rapsodiya si minor (or. 79 N 1) ✓ 1 və 6 N-li "Macar rəqsləri" ✓ 4 N-li simfoniya: 4-cü hissə Bramsın həyatı və özü haqqında çox maraqlı bir videoçarxa isə zövqlə qulaq asın: Mənbə Ayna uşaq ensiklopediyası MUSİQİ səmimiyyət məbədi Müəllif Aida Hüseynova
['Brams', 'bəstəkar', 'klassik musiqi']
6,843
https://kayzen.az/blog/u%C4%9Fur/665/%C3%B6z%C3%BCm%C3%BCz%C9%99-olan-inam%C4%B1-art%C4%B1raq.html
Özümüzə olan inamı artıraq
Dronqo
uğur psixologiyası
30 mart 2010, 00:52
Özünə olan inamı inkişaf etdirmə taktikaları Əhəmiyyətli bir döyüş əsnasında Yapon bir sərkərdə əsgərlərinin sayının düşmənlə müqayisədə çox az olmasına baxmayaraq hücuma keçmək qərarını verir. Ordusunun qazanacağına olan etibarı sonsuzdur. Ancaq əsgərləri zəfər mövzusunda olduqca narahatdırlar. Döyüş sahəsinə doğru irəliləyərkən yol kənarındakı bir məbəddə dayanıb birlikdə dua edirlər. Daha sonra sərkərdə cibindən xırda pul çıxararaq: "İndi bu pulu atacağıq. Əgər şəkil gəlsə, biz qazanacağıq, yox, əgər yazı tərəfi düşsə, uduzacağıq və qismətimiz beləcə ortaya çıxacaq" deyir.Xırda pulu havaya atır və hər kəs səbirsizcə pulun yerə düşməsini gözləyir. Şəkil üzü düşür. Döyüşçülər çox sevinirlər və özlərinə olan inamları artır. Bu coşquyla düşmənə hücum edir və döyüşü qazanırlar. Bir müddət sonra köməkçilərindən biri sərkərdənin yanına gələrək onun şücaətini təqdir edərcəsinə, "Kimsə qisməti dəyişdirə bilməz" deyir. İki tərəfi də şəkil olan pulu göstərərək "haqlısan" deyə cavab verir sərkərdə...!! Hamımız hekayədə olduğu kimi zaman-zaman çətin vəziyyətlərlə qarşı-qarşıya qalmışıq. Əksər hallarda qərar vermək və hərəkətə keçmək üçün bəzi istiqamətləndirmələrə ehtiyac duymuş və sanki içimizdəki "Biz"i biz edən və hərəkətə keçməmizə köməkçi olacaq o gücü hiss etməkdə çətinlik çəkmişik. Bu bir həqiqətdir ki, həyatda əldə etdiyimiz müvəffəqiyyətlərin heç biri təsadüflər nəticəsində qazanılmamışdır. Yəni, burada əhəmiyyətli olan məqam bizim müvəffəqiyyətli olmaq və qazanmaq üçün qismət oyunu oynamayıb, əksinə, bu qisməti meydana gətirə bilməyimiz üçün bir ön hazırlıq etməyimiz, çalışmağımız, bacarma instinktiylə hərəkətə keçməyimizdir. Bəzən sanki bir şeylər səsimizi kəsər: bəyənilməmək qorxusu, kənarlaşdırılma qayğısı, davam edən nizama boyun əymək, ya da sıx bir çatışmazlıq hissi və s. kimi mənfi gözləntilər duyğu və düşüncələrimizi çox az açmağımıza, yaxud da heç açmamağımıza səbəb olur. Bütün bunlarla yanaşı öz mənfi fərziyyələrimizlə bəslədiyimiz "dağıdıcı" düşüncə strukturlarımızı məğlub etmək üçün bəzi "təmir edici" texnikalar da var: Güclü tərəflərimizi müəyyən etmək və onların üstündə daha çox dayanmaq: Sınadığımız hər yeni şey üçün özümüzə şans verməliyik. Əhəmiyyətli olan əldə edilən nəticə deyil, bu yolda xərclənən səylərdir. Buna görə özümüzü təqdir etməyi bacarmalıyıq. Riskə getmək: Hər yeni sınağa yeni bir öyrənmə fürsəti olaraq baxa bilmək. Əsl olan qazanmaq, yaxud itirmək deyil! Ancaq bu şəkildə yeni fürsətlərlə qarşılaşa bilərik və özümüzü olduğumuz kimi qəbul edə bilərik. Əks təqdirdə hər fürsət açılmamış bir qutu olaraq içimizdə qalacaq, bu səbəbdən də müvəffəqiyyətsizliklə nəticələnib, fərdi inkişafımıza maneə törədəcək. Öz daxilimizlə danışmaq: Özümüzlə danışaraq mənfi fərziyyələrimizə son qoya bilərik. Özümüzə haqsızlıq etdiyimiz vəziyyətlərdə "dayan baxaq, o qədər də deyil" deyərək daha müsbət fərziyyələr çıxarmalıyıq. Məsələn, hər hansı bir şeyin mükəmməl olmasını gözlədiyimiz bir vəziyyətdə, hər şeyi mükəmməl edə bilməyəcəyimizi, əhəmiyyətli olanın əlimizdən gəldiyi qədərini ən yaxşı şəkildə etməyə çalışmaq olduğunu özümüzə xatırlamaq gözəl bir fikirdir. Fərdi qiymətləndirmə etmək: Özümüzü hər şeydən və hər kəsdən müstəqil olaraq qiymətləndirə bilmək... Daxili olaraq özümüz öz davranışımız haqqında nə düşünürük? Bu tərz bir dünyagörüşü daxili olaraq daha güclü hiss etməmizi təmin edəcək və fərdi gücümüzü başqalarının əllərinə təslim etməmizə maneə törədəcək. Özümüzü sevmək: İnsanlar özlərini sevdiklərində həm duyğusal, həm də fiziki olaraq özlərini etibarda hiss edirlər. Nəticə olaraq: Özümüzə olan inam üçün başımızı qaldırıb dik dayanmağımız və gələcəyə güvənlə, nikbin bir şəkildə baxmağımız həyatımıza yeni üfüqlər qazandıracaq.
['Uğur psixologiyası', 'özünəinam', 'motivasiya', 'optimizm']
6,844
https://kayzen.az/blog/xo%C5%9Fb%C9%99xt-ail%C9%99/662/t%C9%99hmin%C9%99.html
Təhminə
Dior
Xoşbəxt ailə
29 mart 2010, 23:53
Yəqin ki,çoxunuz bu filmə baxmısız.Bu film Anarın 5 mərtəbəli evin 6-cı mərtəbəsi adlı romanı əsasında çəkilib.Qısa xatırlatma etmək istərdim.Belə ki,Təhminə və Zaur filmin qəhrəmanlarıdır.Onlar bir birilərini sevirlər.Lakin Təhminə ərdədir.Zaurun valideynləri isə bu münasibətə qarşıdırlar.Lakin Təhminə sonradan boşanır.Zaurun ailəsi isə yenə də bu münasibətlərə qarşı çıxırlar.Bütün söz-söhbətlərə baxmayaraq,onlar bir birilərini dəlicəsinə sevirlər.Sonra isə Zaur anasının sözünə qulaq asır və ailə qurur.Təhminə isə bu hadisədən çox pis təsirlənir.Tez-tez içməyə başlayır.Serroz xəstəliyinə tutulur və dünyasını dəyişir. Filmdə Təhminə haqqında müxtəlif şaəlar gəzir.Onun Zaurdan başqa birisi ilə münasibətdə olmasına baxmayaraq. Təhminə azad bir qadın olur.Onun çoxlu kişi dostlarının olması,bu şaələrin yaranmasına təkan verir.Mən heç inanmaram ki,real həyatda da hər hansısa bir valideyn,Təhminə xarakterli birini öz evində gəlin obrazında görsün.
['Təhminə', 'Beş mərtəbəli evin altıncı mərtəbəsi']
6,845
https://kayzen.az/blog/cqk/653/renessans-komandas%C4%B1n%C4%B1n-suallar%C4%B1-i-hiss%C9%99.html
"Renessans" komandasının sualları (I hissə)
mr13
Nə? Harada? Nə zaman? (ЧГК)
29 mart 2010, 13:14
Bu başlıq altında Sumqayıtın "Sim Club" intellektual klubunun özümün də üzvü olduğum "Renessans" komandasının suallarını təqdim edəcəm. 1. Yaxşı qiymətləri o ancaq rəsm dərsindən alırdı.Çünki xüsusi istedadı var idi. Onun yeganə arzusu memar olmaq idi. 1907-ci ildə 18 yaşında anası Klara Plyosıl öləndən sonra o Venaya köçdü bir neçə dəfə Vena incəsənət akademiyasına sənəd versə də qəbul ola bilmədi. Akademiyanın rektoru deyirdi ki, ondan rəssam olmayacaq, ondan ancaq əla memar olar. Düzdür o rəssam olmadı, lakin heç memar da olmadı. Pul qazanmaq üçün markalar çəkən daha sonralar isə öz rəsmi markalarında təsvir edilən və bu rəsmlərin müəllifi olan bu şəxsin adını deyin. Müəllif: Nadir Zamanov (mr13 2. Məlumdur ki, qondarma erməni soyqırımını tanıyan amerikalı siyasət adamlarının sayı günü-gündən artmaqdadır.Məşhur amerikan aktyorlarından biri olan bu şəxs siyəsət meydanında ilk addımlarını atandan və kifayət qədər mötəbər vəzifəyə seçiləndən sonra yuxarıdakı bədnamların siyahısına daxil oldu.O, daha irəli gedərək Hollivudun ermənilər yaşayan küçəsinə "kiçik Ermənistan” adının verilməsinə razı oldu, qondarma soyqırımla bağlı müxtəlif tədbirlərdə iştirak etdi.Bu yaxınlarda belə tədbirlərin birində iştirak edən bu şəxs hətta erməni xalqına pərəstiş etdiyini də bildirdi. Diqqət sual – xəbəri yayımlayan XƏZƏR TV-nin xəbərlər  proqramı bu şəxsə özünəməxsus ləqəb vermişdi. Hansı ləqəbi? Müəllif: Sabir Əsgərov 3. Onların hamısı eyni hüquqa malikdirlər.Hər şeyin, hətta vaxtın da onlar arasında bərabər bölüşdürülməsi vacib sayılır. AmmaI bir növ "kapitan” funksiyası daşıyır və I -nin razılığı olmadan digərləri "oyuna” daxil edilə bilməzlər.Bəzi yerlərdə I-yə hörmət əlaməti olaraq baybiçə də deyirlər.Bu kvartetin kimlərdən ibarət olduğunu tapdınızsa, onların kimə tabe olduğunu yazın. Müəllif Şamxal Cəmilzadə. 4.  Eynşteyn deyirdi ki, əgər onun nisbilik nəzəriyyəsi təstiqlənərsə almanlar onu alman, fransızlar dünya vətəndaşı hesab edəcəklər.Yox əgər təsdiqlənməsə onda fransızlar onu ....... , almanlar isə ...... hesab edəcəklər. Adı buraxılmış xalqların  adını müvafiq olaraq qeyd edin.... Müəllif: Azər Tarverdiyev (Azero) 5.Bu firmanın marketinq strategiyası 3 sözlə ifadə olunur: keyfiyyət, servis və təmizlik. Lisenziya alıcıları İllinoys ştatının Elk-Qrouv Vilic şəhərciyində 10 günlük tədris kursu keçərək əsas ixtisas «bifşteksşünaslıq» əlavə ixtisas kimi isə «yağda qızardılmış kartof yonqarının hazırlanması» ixtisasina yiyələnirlər. Bu firma 1952-ci ildə süd kokteyli hazırlamaq üçün mikserlər satıcıları Rey Kork Riçard və Moris tərəfindən yaradılıb. Diqqət Morisin soyadını 1 dəqiqədən sonra cavab kartına qeyd edin. Müəllif: Nadir Zamanov (mr13) Davamı var...
['NHN', 'cqk', 'Renessans klubu']
6,846
https://kayzen.az/blog/cqk/652/n%C9%99-harada-n%C9%99-zaman-oyununun-tarixi.html
Nə? Harada? Nə Zaman? oyununun tarixi
mr13
Nə? Harada? Nə zaman? (ЧГК)
29 mart 2010, 12:39
Nə? Harada? Nə zaman? – intellektual oyunu (Qısa tarixi məlumat.)Nə?- Intellektual ViktorinaHarada?-Keçmiş SSRİ-də. İctimai kanalada (ORT) Nə Zaman?-4 sentyabr 1975 – ci ilTək Rusiya və MDB məkanında deyil az qala bütün dünyada yayılmış bu intellektual oyun milyonlarla insanın həyat tərzinə çevrilib desəm yanılmaram. Çoxları bu oyunun televiziya versiyasını izləyib. Amma tarixini çoxumuz bilmirik. Çalışacam az da olsa sizi məlumatlandırım. 1975-ci ildə çox istedalı bir televiziyza rejissoru sayılan V.Y. Voroşilov sonralar bütün SSRİ – ni bürüyəcək bir xəstəlik, bir virus hazırladı . Bu virusun adı “Что? Где? Когда?” idi. Yəqin ki, o heç düşünməzdi ki, onun bu virusu çox böyük epidemiyalar törədəcək, xroniki xəstəliyə çevriləcək və bu günə qədər yaşayacaq. 4 sentyabr 1975-ci il Bu oyunun ad günü sayılır. Həmin gün bir oyun keçirilmişdir və bu oyunun qaydaları indiki qaydalara heç bənzəmirdi. I oyunda bir-birinə qarşı iki ailə oynayırdı. Oyun 2 raunddan ibarət idi və və hər iki ailənin evində çəkilirdi. 1976 –cı ildə “volçok” yəni fırfıra verilişə əlavə olundu . Fırfıra haqqında, xatirələrində Voroşilov yazırdı ki: "3 yaşlı dostuma ad gün hədiyyəsi almaq üçün Oyuncaq dükanına girdim. Atlı fiquru olan fırfıra çox xoşuma gəldi. ikisini aldım birin ona birin özümə. 10 gün evdən çıxmadan oynadım." Lakin ilk dövrlərdə fırfıra sualı yox cavab verəcək şəxsi seçirdi. Elə həmin ildə oyun “Televiziya Gənclər klubu” adı aldı. Birinci verilişi daha bir televiziya “əjdahası”, sonralar başqa bir “Epidemiya” – KVN-i hazırlayan Aleksandr Maslyakov aparmağa başladı. Birinci oyunçular MDU-nun(Moskva Dövlət Universiteti) tələbələri idi. Onlar fərdi oynayırdılar, oyun zamanı çox danışırdılar və siqaret çəkirdilər. Bir dəqiqəlik müzakirə vaxtı da yox idi. 1977-ci ildə oyun nəhayət ki, son formasını aldı: fırfıra sulı seçirdi və bir dəqiqə lik müzakirə vaxtı. Elə həmin ildə Yapalaq (bayquş) Fomka oyunun simvolu oldu. Davamı var...
['ÇQK', 'Voroşilov', 'NHN']
6,847
https://kayzen.az/blog/cqk/640/sakura-28-mart-turniri.html
Sakura-28 mart turniri
2ral
Nə? Harada? Nə zaman? (ЧГК)
28 mart 2010, 18:23
1. Vilhelm Rentgen,Vant-Qoff,Emil fon Berinq,Fransua Arman Prüdom...Məhz bu adamlar o siyahiya başçılıq edir. Hansı siyahıya?Cavab: İlk Nobel mükafatı laureatları2. Yapon dilində "incəsənət adamı" deyin.Cavab: qeyşa3. yunan dilindən tərcümədə "döşsüz" olsa da,biz azərbaycanlılar(xüsusilə də qızlar) onlarla fəxr edirik.Cavab: amazonka4.Bu ingilisin bir xarici laboratoriyaya gəlməsinin şərəfinə əvvəlcədən hər yeri silib-təmizləyirlər. Bu şəxs gəlib tərtəmiz laboratoriyanı görüb deyir: "Əgər mən belə yerdə işləsəydim,indiki şöhrətimi qazana bilməzdim".Söhbət kimdən gedir?Cavab: Penisillini kəşf etmiş Aleksandr Fleminq5. Skeptik bir insanın dediyinə görə ... . -riyaziyyatı zəif bilən insanlar üçün vergidir. Nə?Cavab: lotoreya6. Kompüter istifadəçilərinin tez-tez rastlaşdığı bu termini əvvəllər yalnız qədim yunan şairinin əsəri ilə tanış olanlar başa düşürdülər.Cavab: Troyan(Troya atı)7. ərəb dilindən polyak dilinə "cəmahiriyyə" sözünü çevirinCavab: Reç Poslpolita(söhbət respublika sözündən gedirdi)8. 1986-cı ildə ABŞ-da çıxan kataloqda 18 189 292 ... koordinatları və parlaqlığı verilmişdi.Nəyin?Cavab: ulduzun9. ABŞ-da,Sietl şəhərinin yaxınlığında Li Syaolunun qəbri var.Onun həyatı və fəaliyyətləri haqda 30 kino çəkilib. Söhbət kimdən geidir? cavab: Bryus Li10. MƏHV ET komandasını ən çox işlədənlər hansı sənət sahibləridir?Cavab: proqrammistlər(delete sözü ingiliscə məhv etməkdir)11. Demosfen,Molyer,Merilin Monro,Bryus Uillis,Çörçilli məhz bu xüsusiyyət birləşdirir. Kişilər arasınd bu qadınlara nisbətən 3-4 dəfə çoxdur. Dünyada 50 milyona yaxın insan bundan əziyyət çəkir. Söhbət nədən gedir?Cavab: kəkələmə12. Böyük Vətən müharibəsinin 50 illiyi münasibətilə Moskvada Poklonnaya dağında tikilən abidənin hündürlüyü 141.8 metr idi. Nİyə görə 141 yaxud 142 yox,məhz 141.8 metr?Cavab:Müharibə 1418 gün çəkmişdi.Hər gün üçün 10 santimetr.13. 1.Nyu-York,doktor Bodhem 2.Atlanta,əczaçı Con Pemberton. Ikisi də düşməndir.Söhbət nələrdən gedir?Cavab: Coca-Cola və Pepsi14. Ən az doğum əmsalı hansı ölkədədir?Cavab: Vatikan15. İsveçrənin "Diogenes" nəşriyyatı əsərlərini buraxdığı müəlliflərin kataloqunu çıxarmışdı.Burada Eynşteyn,Dante,Şekspir və s 200 müəllifin adı vardı.Ən birinci kimin adı gəlirdi?Cavab: Homer.Tarixdə ilk yazılı əsər müəlllifi kimi o tanınır.Nəticənin bir hissəsi istifadəçilərin xahişi ilə:Sakura 28 mart uf
['sakura turniri']
6,848
https://kayzen.az/blog/marketinq/629/marketinqin-r%C9%99ngi.html
Marketinqin rəngi
Dronqo
Marketinq
28 mart 2010, 00:53
Gözümüzü hər sabah rəngarəng bir dünyaya açırıq və bu rənglər bizə bizim anladığımızdan daha çox şey söyləyir. Rəng ilk nəzərimizə çarpan və son unutduğumuz şeydir. Rəng ən dərin düşüncələrimizin, duyğularımızın və istəklərimizin qapısıdır. Məşhur alman filosofu Höteyə görə "işığın acıları" olan rənglər, əslində, "marketinqin sevincinə" çevrilə bilər. Sənaye inqilabından fərqli olaraq informasiya əsrində bazara istehsalçıların satmaq istədikləri deyil, sata biləcəkləri, yəni istehlakçıların arzuladıqları, almaq istədikləri məhsulların çıxarılması zərurəti yaranmışdır. Müasir marketinq strategiyalarının əsasında da məhz mürəkkəb sosial-psixoloji varlıq olan insan, onun arzu və istəkləri, davranışı dayanır. Başqa sözlə, müasir marketinq anlayışı müəssisənin istehlakçıların təlabatının, istəklərinin, zövqlərinin, davranışının öyrənilməsi və onlara uyğun mal və xidmətlərin təqdim edilməsinə yönəldilmiş istehsal-satış fəaliyyətini ifadə edir. İnsanın davranışında isə heç şübhəsiz ki, onun fərdi-psixoloji xüsusiyyətləri mühüm yer tutur. Bu baxımdan da, müəssisənin marketinq fəaliyyətinin effektiv təşkili, bununla da geniş satış və bazar payının artırılması imkanlarının əldə olunması üçün insanın davranışına təsir göstərən bütün psixoloji təsirlərin öyrənilməsi tətbiq olunan marketinq strategiyalarının əsasını təşkil edir. Rəng faktoru da belə təsirlərdəndir. Rəngi bir elm kimi ilk dəfə ingilis fiziki İsaak Nyuton araşdırmışdır. Göy qurşağını bir müddət müşahidə edən Nyuton onun Yer üzünə necə endirilə biləcəyi haqqında düşünmüşdür. O, qaranlıq bir otağa işığın girə biləcəyi kiçik bir deşik açmış və onun qabağında prizma yerləşdirmişdir. Nyuton bu deşikdən keçən işığın prizmaya dəyərək sınması ilə qarşı divara astığı pərdə üzərində rəngarənəng göy qurşağını yaratmağa nail olmuşdur. Beləliklə, Nyuton ağ işığın sınıb əks olunması ilə müxtəlif enerjilərə sahib olduğunu müəyyən etmişdir. Nyutonun bu addımından sonra alman filosofu və şairi Höte rənglərin insanın fərdi xüsusiyyətləri ilə birbaşa əlaqəsinin olduğunu və insanın sevdiyi rəng ilə xarakteri arasında münasibətin olduğunu bildirmişdir. "Rənglər işığın acılarıdır" fikrini ifadə edən filosof rəngin elmiliyi ilə yanaşı onun psixologiyasını önə çəkmişdir. Sonralar psixoloq Yunq xəstələrinin şüuraltı düşüncələri ilə bağlı məlumat əldə etmək məqsədilə onlara rəngarəng tablolar çəkdirmiş, rəng seçimini xəstələrə buraxmış və seçilən rənglərə görə onların şüuru ilə bağlı məlumatlar əldə etmişdir. İngiltərədə 1984-cü ildə ilk rəsmi rəng müalicə mərkəzini quran Houvard və Dorosi Sun müasir dövrdə də rənglərlə müayinə və müalicəni tətbiq etməkdədirlər. Marketinqdə rənglər mühüm təsir vasitəsi kimi istifadə edilir. Çünki qeyd etdiyimiz kimi müasir marketinq konsepsiyası istehlakçı yönümlüdür və istehlakçıların davranışlarının öyrənilməsi üçün ilk növbədə ona təsir göstərən əsas faktorlardan olan rəng amilinin insanlar üzərindəki təsirlərini müəyyənləşdirmək, daha doğrusu rənglərin psixologiyasına diqqət yetirmək vacibdir. İnsan duyğuları bir çox hallarda rənglərdən təsirlənir. Marketoloqlar məhz hansı rəngin hansı duyğuya təsir göstərdiyini bilməlidirlər. Satın aldığımız, yediyimiz, geydiyimiz və yaşadığımız, işlədiyimiz, əyləndiyimiz yerdə olan hər bir maddi cisim müəyyən bir rəngə sahibdir. Bu rənglər hər bir kəsdə psixoloji və duyğusal hisslər oyadır. Rəng məhsulun dilidir. O, istehsalçının nə demək istədiyini istehlakçıya çatdıraraq onlar arasında ünsiyyəti təmin edir. İnsanlara ayrı-ayrı rənglərin təsiri isə müxtəlifdir. Hötenin fikirlərinə istinad etsək, məsələn, qırmızı rəng bəzi adamlar üçün sevimli olmasına baxmayaraq, bəziləri üçün də heç də cəlbedici olmaya bilər. Eyni şəkildə mavi kiməsə soyuq gələrkən, kiməsə də rahatlaşdırıcı təsir bağışlaya bilər. Rənglərin insana təsirinin belə müxtəlifliyində insanın yaşamış olduğu hadisələr (xüsusilə də uşaqlıqda yaşadıqları) və cəmiyyətin qoyduğu qanunlar mühüm rol oynayır. Müxtəlif mədəniyyətlər arasındakı fərqlərin də daxil olduğu belə yazılmamış qanunlar insanı ən çox geyimlə bağlı rəng seçimində sərbəst buraxmırlar. Məsələn, geyim almaq istəyən bir xanım müəyyən bir paltara baxarkən rəfdə qatlanmış bir paltar diqqətini cəlb edə bilər. Rəfdə qatlanılmış vəziyyətdə olan bu paltarın nə modeli görülmüş, nə də qiyməti məlumdur. Birdən-birə onunla maraqlanan istehlakçını yalnız bu paltarın rəngi cəlb etmişdir. Həmin rəngin xarakterik xüsusiyyətinə ehtiyac duyulmuşdur. Əgər bu qırmızıdırsa, hərəkətə keçməyə və ya həyatında bir dəyişiklik etməyə ehtiyacı vardır, sarıdırsa, yeni layihələr vardır fikrində, yeniliklərin arxasınca qaçdığı, çox düşündüyü bir dövrdədir. Bu rəng mavidirsə, məntiqlə hərəkət etməyə ehtiyacı vardır, qürurunun ön planda olmasının vacib olduğu bir dövrdədir. Əgər çəhrayı rəngdirsə, xəyal gücü çox öndədir. Fərqli bir dövrü yaşayır. Hətta yuxusuzluq probleminin olduğu bir dövr də ola bilər. Yaşıl rəngdirsə, hüzur və güvənə ehtiyacı var, narıncıdırsa, duyğusal bir dövrdədir, şən və nəşəli yerlərə ehtiyacı vardır və s. Rənglərin insanlar üzərindəki belə ümumi təsirlərini nəzərə alan iri firmalar bu təsirlərdən strateji məqsədlər üçün istifadə edirlər. Buna Mc Donalds və Burger King kimi fast food xidməti göstərən firmaları misal olaraq göstərmək olar. Onların daha çox istifadə etdikləri qırmızı rəng iştah açan və hərəkətə keçirən (xüsusilə, qida maddələrində geniş istifadə edilir), sarı isə diqqət artıran, hətta zehni açan rəngdir. Həmin firmalar qırmızı və sarı rənglərlə bərabər içəridə qəhvəyi və ağ rənglərdən də geniş şəkildə istifadə edirlər. Burada istifadə edilən ağ rəng təmizliyə, gigiyenaya və sağlamlığa işarədir. Amma tünd qırmızı, sarı və qəhvəyi narahatedici rənglərdir. Bunlardan daha çox istifadə etməkdə məqsəd insanların içəridə çox oturmamasını təmin etməkdir. Çünki fast food sektorunda əsas məqam daha çox insana xidmət göstərilməsini təmin etmək və ayaqüstü yemək alışqanlığını formalaşdırmaqdır. Bundan fərqli olaraq yüngül (light) qidalarda, əsasən, mavi, yaşıl və çəhrayı rənglər ön plandadır. Mavi yaxşılaşdırıcı və məntiqi önə çəkən bir rəngdir. Yaşıl isə tarazlıq, hüzur və güvən verir. Çəhrayı isə gözəl duyğuları hərəkətə gətirən rəngdir. Yüngül qidalara üstünlük verən insanların bu duyğulara ehtiyac duymaması mümkün deyildir. Light siqaretlər isə əsasən ağ çalarlıdır. Burada ağ məsumiyyət və sağlamlıq duyğularını hiss etdirmək üçün təklif edilmiş rəngdir. Xəstəxanalarda da ağ rəngdən çox geniş istifadə edilir. Sağlamlıqla bərabər gigiyenanı da hiss etdirmək məqsədilə istifadə edilmiş bu rəng çox təəssüf ki, xəstələrdə klostrofobiyaya yol açdığı üçün bəzi ölkələrdə qadağan edilmişdir. Biznes təcrübəsində hətta rəngə "sahibləndikdə" o rəng firmanın və ya məhsulun adı ilə əlaqələndirilir. Məsələn, Coca Cola qırmızısı, Tide narıncısı, John Deere yaşılı. Məhsullar üçün rəng seçimində diqqətli olmalı və xüsusilə də, əlaqəli bir rəng qəbul edilməlidir. Rənglər dadı, markanı və məhsulu müəyyənləşdirir. Bir təmizləyicidə yaşıl rəng şam ağacını, ağız təmizləmə suyunda nanəni (mavi, əsasən, sərt nanəni, buz kimi təravət hissini) ifadə edir. Rənglərlə bağlı qərar verdikdə müxtəlif mədəniyyətlərdə rənglərin təsirləri arasındakı fərqlər də nəzərə alınmalıdır. Məsələn, ağ Çin mədəniyyətində, bənövşəyi rəng isə Brazilyada ölüm rəngi hesab edilir. Sarı Çinlilər üçün müqəddəs olduğu halda, Yunanıstanda kədər, qəm, Fransada isə qısqanclığı ifadə edir. Şimali Amerikada yaşıl rəng qısqanclıqla, paxıllıqla bağlıdır. Yaşadıqca və ətrafda gördükcə çox belə misallar göstərə bilərik. Amma buradan çıxan yeganə nəticə budur ki, bilərək və ya bilməyərəkdən istifadə etdiyimiz rənglər bizə hesab etdiyimizdən daha çox təsir göstərməkdədirlər. Beləliklə, marketinqlə bağlı qərar verdikdə, marketinq materiallarını hazırladıqda (internet səhifəsi, broşuralar, reklam stendləri və s.) istər-istəməz rəng seçimi ilə üzləşirik. İdeyalarımızı istehlakçılara çatdırmaq üçün rənglər mühüm strateji vasitədir. Hətta rəngləri marketinqin dili adlandırsaq, yanılmarıq. Marketinq bazar fəaliyyətidir. Bazarlar isə olduqca müxtəlif və rəngarəngdir. Bəs marketinqin rəngi nədir? - Marketinq qırmızıdır. Yox, sarıdır. Bəlkə yaşıldır? Yox-yox ağdır... Əslində isə marketinq elə bazarlar kimi rəngarəngdir, daha doğrusu, isə istənilən rəngə sahib ola bilər... Rəşad HƏSƏNOV
['Marketinqdə rənglər', 'rənglər']
6,849
https://kayzen.az/blog/happy/627/robin-%C5%9Farma-h%C9%99yat%C4%B1n-200-d%C9%99rsi.html
Robin Şarma "Həyatın 200 dərsi"
Dronqo
Xoşbəxtlik üçün
28 mart 2010, 00:10
"Həyatın 200 dərsi" 1. Az yatın. Bu, həyatınızı daha tam və məhsuldar etməyə kömək edəcək. Əksər insanlar üçün gündə 6 saat yuxu sağlamlıq üçün kifayətdir. 21 gün ərzində bir saat tez durmağı sınayın və bu sizdə adətə çevriləcək. Yadda saxlayın: yuxunun kəmiyyəti deyil, keyfiyyəti əsasdır. Təsəvvür edin ki, sizin həqiqətən də vacib olan əlavə 30 saatınız meydana çıxacaq. 2. Səhər bir saatınızı özünüzü təkmilləşdirməyə sərf edin. Ruhlandırıcı mətnlər oxuyun, ilhamverici yazılara qulaq asın və ya məşhur kitabları oxuyun. Bunları sakit vaxtda edin ki, ruhunuzu sizi gözləyən ağır gün üçün lazım olan güc və enerji ilə zənginləşdirəsiniz. Günə yaxşı başlamaq özünü bərpa etməyin, yeniləşdirməyin effektiv üsuludur. 3. Xırda, əhəmiyyətsiz şeylərin sizi vacib işlərdən uzaqlaşdırmasına imkan verməyin. Özünüzdən soruşun: "Mən öz vaxtımı və enerjimi daha yaxşı istifadə edirəmmi?" Vaxtın idarə olunması - həyatın idarə olunmasıdır. Buna görə də öz vaxtınıza qayğı ilə yanaşın. 4. Ağlınızı həyatınızın ən müsbət elementlərinə cəmləşdirməkdən ötrü rezin lent metodundan istifadə edin. Biləyinizə rezin lent geyinin. Hər dəfə beyninizə mənfi fikirlər gəldikdə rezin lenti sıxın. Beyniniz mənfi düşüncələrlə ağrı arasında əlaqə yaradacaq və tezliklə ağılın güclü müsbət xarakteri formalaşacaq. 5. Həmişə telefon zənglərinə səsinizdə entuziazm hiss etdirməklə cavab verin və zəng edənə öz hörmətinizi ifadə edin. Yaxşı telefon maneraları çox vacibdir. Zəng edənin sizin hörmətinizi hiss etməsi üçün ayağa qalxın. Bu səsinizə inandırıcılıq verəcək. 6. Gün ərzində beynimizə ruhlandırıcı əla ideyalar gəlir. Öz dəftərçənizdə bu ideyaları qeyd etmək üçün kiçik kartoçkalar və qələm saxlayın. Evə gəldikdə isə həmin kartoçkaları görünən bir yerə qoyun və zaman-zaman onlara nəzər yetirin. Oliver Uendell Holmsun qeyd etdiyi kimi "Yeni ideyalarla artan insan ağlı heç vaxt əvvəlki ölçülərinə qayıtmır". 7. Bazar gününün axşamını özünüzə həsr edin və bunu güclü vərdişə çevirin. Bu vaxtı yeni həftənin planlaşdırılmasına sərf edin, sizi gözləyən görüşləri və bu görüşlərdən nə əldə etmək istədiyinizi təsəvvür edin, yeni materiallar və kitablar oxuyun, həzin və sakitləşdirici musiqi dinləyin. Bu vərdiş sizin bütün gələn həftə ərzində konsentrasiya olunmuş, motivə edilmiş və effektiv olmağınıza kömək edəcəkdir. 8. Həmişə əsas prinsipi xatırlayın, hansı ki, həyatınızın keyfiyyəti - ünsiyyətinizin keyfiyyətidir. Bu sizin digər insanlarla ünsiyyətiniz və daha vacib olan sizin öz-özünüzlə ünsiyyətinizdir. Siz nəyə yönəlib cəmləşmisinizsə, onu da əldə edəcəksiniz. Əgər müsbət şeylər axtarırsınızsa, onları da əldə edəcəksiniz. Bu həyatın əsas qanunudur. 9. Nəticəyə deyil, məqsədə yönəlin. Başqa sözlə, işi ona görə edin ki, onu etmək sizin xoşunuza gəlir və ya bu kiməsə kömək edəcək və yaxud da bu çəx dəyərli tapşırıqdır. Bunu pulun və şöhrətin xatirinə etməyin. Bunlar öz-özünə gələcəklər. Dünya belə qurulmuşdur. 10. Hər səhər güzgünün önündə beş dəqiqə gülümsəyin. Stiv Martin də belə edir. Gülüş orqanizminizdə bir çox vacib elementləri aktivləşdirir. Gülüş həmçinin orqanizmin tarazlı vəziyyətini bərpa edir. Gülüşlə terapiya müxtəlif xəstəliklərin müalicəsində müntəzəm olaraq istifadə edilir və həyati problemlərin qəribə dərmanı hesab edilir. 4 yaşlı uşaq orta hesabla gün ərzində 500 dəfə, yaşlılar isə ancaq 15 dəfə gülürlər. Gülmək adətini canlandırın və sizin həyatınız daha canlı olacaq. 11. Axşamlar oxuyan zaman işıqları yandırın. Bu son dərəcə sakitləşdirici atmosfer yaradır. Öz evinizi dünyadan tədric olunmuş vahəyə çevirin. Onu gözəl musiqi, əla kitablar və gözəl dostlarla bəzəyin. 12. Konsentrasiyanızı artırmaq üçün yeridiyiniz zaman addımlarınızı sayın. Bu çox effektiv metoddur. Nəfəsinizi alaraq altı addım atın, növbəti altı addım zamanı nəfəsinizi saxlayın, sonra isə növbəti altı addım zamanı nəfəsinizi buraxın. Əgər altı addım sizin üçün çoxdursa, bunu sizə uyğun hesabda edin. Bu çalışmadan sonra özünüzü daxilən daha sakit və konsentrasiya olunmuş hesab edəcəksiniz. İnsanlar çox tez-tez beyinlərini boş-boş cəfəngiyyatlarla dolmağa izn verirlər. Öz bacarıqlarının zirvəsində işləyən insanlar daima mühüm məsələlərə konsantra olunmuş sakit beyinin gücünü qiymətləndirirlər. 13. Effektiv şəkildə meditasiya etmeyi öyrənin. Ağıl təbiətcə bir mövzudan digərinə keçmək istəyən çox səs-küylü maşındır. Nəyəsə əhəmiyyətli bir şeyə nail olmaq istəyirsinizsə, öz şüurunu məhdudlaşdırmaq və disiplinə salmağı oyrənmək lazımdır. 6 ay ərzində müntəzəm olaraq səhərlər və axşamlar 20 deqiqe meditasiya etmək sizə əhəmiyyətli nəticələr verəcək. Artıq 5000 ildir ki, Şərqin müdrik alimləri tərəfindən meditasiyanın çoxsaylı üstünlüklərini təbliğ olunur. 14. Sakit olmağı oyrənin. İnsan orta hesabla ay ərzində 30 dəqiqədən az müddəti tam səssiz və sakit vəziyyətdə keçirir. Gündə heç olmasa 10 dəqiqə səssiz oturub və sakitlikdən həzz almaq vərdişinə yiyələnin. Sadəcə həyatda sizə vacib olan şey haqqında düşünün. Missiyanız barədə dərindən düşünün. Susmaq həqiqətən də qızıldır. Bir vaxtlar Ustad Zenin dediyi kimi bu, qəfəsi saxlayan barmaqlıqlar arasındakı məkandır. Robin Sharma
['fərdi inkişaf', 'Robin Şarma', 'kayzen', 'gündəlik məsləhətlər']
6,850
https://kayzen.az/blog/u%C4%9Fur/626/kamillik-elmi-baltazar-qrasiandan-se%C3%A7m%C9%99l%C9%99r.html
Kamillik elmi (Baltazar Qrasiandan seçmələr)
Dronqo
uğur psixologiyası
27 mart 2010, 23:58
Niyyətini bildirmədən hərəkət et. Hətta başa düşülmək istədikdə belə ürəyiaçıqlıqdan və səmimilikdən qaç, heç kimin qəlbinə soxulmasına imkan vermə. Təmkinlik kamilliyin məbədidir. Niyyəti açıqlamaq onu məhv etmək deməkdir. Belə halda onun qüsurları qabaqcadan aşkar edilər və müvəffəqiyyətsizliyə uğramaq isə ikiqat fəlakət olar. Öz nəfsinin ağası olmaq yüksək ruha xas olan xüsusiyyətdir. Bu yüksəklik ruhu yabançı, alçaq təsirlərdən qoruyur. Özün, öz nəfsin üzərində hakimiyyətdən və ehtiraslarının özbaşınalığı üzərində qələbədən yüksək hakimiyyət yoxdur. Müdriklik və mərdlik əzəmətin təməlidir. Ağıl insanın gözü, qüdrət isə əlləridir. Mərdlik olmasa, müdriklik faydasızdır. Bilik və bacarıq - insanın bütün məziyyətlərini əks etdirən iki dayaqdır.Qoy sənə möhtac olsunlar. Bütü səcdəgah edən heykəltəraş deyil, ona sitayiş edənlərdir. Yaxşısı budur ki, səndən xahiş etsinlər, nəinki minnətdarlıq bildirsinlər. Birinci nə qədər unutqandırsa, ikinci bir o qədər hafizəlidir. Asılı olanlar minnətdar olanlardan daha faydalıdırlar: susuzluğunu söndürən bulaqdan üz döndərəcək, sıxılmış portağal qızıl qabdan bataqlığa atılacaq. Ehtiyacın sonu dostluğun, sənə olan hörmətin sonu deməkdir. Səndən yuxarıda duran adam üzərində qələbədən çəkin. Qələbə kin, ədavət oyatmaq deməkdir. Öz ağana qalib gəlmək isə ağılsızlıqdır, bəzən isə təhlükəlidir. Üstünlüyünü nümayiş etdirmək hamıda, xüsusən də, zat-alilərində nifrət oyadır. Gözəlliyi səliqəsiz geyimlə gizlətmək olduğu kimi, cəh etsən öz üstünlüyünü də gizlədə bilərsən. Çoxları, xüsusən də başçılar ağıldan başqa hər hansı qabiliyyətdə başqalarına güzəştə gedə bilərlər, çünki ağıl bütün qabiliyyətlərin üzərində hökmranlıq edir. Yüksək mərtəbədə duranlar köməyi qəbul edirlər, amma üstünlüyü yox. Ona görə də onlar istəyirlər ki, verilən məsləhət yalnız unutduqları nəyi isə yada salmaq məqsədi daha başa düşmədikləri bir şey haqqında izahat olmasın. Nə isə öyrənə bildiyin adamlarla ünsiyyətdə olmaq. Qoy dostlarınla ünsiyyət sənin üçün idrak məktəbi, söhbət isə qeyir-adi xoş bir dərs olsun. Dostlarına müəllim kimi bax, dərsdən aldığın faydanı, söhbətdən aldığın ləzzət ilə tamamla. Mahiyyət və tərz. İşin mahiyyəti - onun yarısıdır. İşin nə cür görülməsi az əhəmiyyət kəsb etmir. Kobudluq hər şeyə, hətta ədalət və düşüncəyə də ziyan vurur. Lütfkarlıq hər şeyi bəzəyir, "yox" sözünü yumşaldır, həqiqəti şirinləşdirir. Gülərüzlük müvəffəqiyyətin rəhnidir. Ağıllı köməkçilərin olsun. Ağılı xoş məramla uzlaşdırmaq - bütün nailiyyətlərin rəhnidir. Yüksək şüur və zəif iradə - əcaib bir şeydir. Kamilliyi olmayan ağıl - ikiqat ağılsızlıqdır. Üsulu dəyişmək - diqqəti, xüsusilə də düşmənçilik məqsədi güdən diqqəti yayındırmaqdan ötrü lazımdır. Başladığın üsulla axıra kimi getmə. Yeknəsəqlik niyyətin duyulmasına, qabaqlanmasına, hətta pozulmasına gətirib çıxarır. Düz istiqamətdə uçan quşu vurmaq asan, dövrə vuranı çətindir. İkinci üsula da axıra kimi riayət etmə, iki gedişlə oyunu başa düşərlər. Təcrübəli oyunçu rəqibin arzuladığı, xüsusilə də gözlədiyi gedişi getməz. Səy və istedad. Əgər heç biri yoxdursa, əzəmət də yoxdur. Birləşdikdə valehedici olurlar. Səy göstərən adi adam, səy göstərməyən istedadlı admadan daha çox şeyə nail olur. Şöhrət ciddi əmək hesabına qazanılır. Asanlıqla başa gələn şey yüksək qiymətləndirilə bilməz. Hətta kiçik nöqsanınla da barışmaz ol. Kamilliyin əlaməti budur. Hər bir adamın dilini tapmaq lazımdır. İnsanları idarə etmək məharəti bundadır. Hər bir adımın fərdi ehtirasları var, bunlar fərqlidir, çünki təbii meyllər müxtəlifdir. Bütün insanlar ideala qulluq edirlər. Bəzilərinin idealı tərif, digərlərinin qazanc, əksəriyyətinin isə zövqdür. Əsas məsələ kimin idealının nə olduğunu təyin etməkdir. Sonra onun ehtiraslarının açarını tapmaq lazımdır. Hər şeyin dalınca qaçma, dərinliyə can at. Əzəmətin mahiyyəti miqdarda yox, keyfiyyətdədir. Hər şeyin əlası az-az tapılır, nadir olur. Çox olan şeyin qiyməti də aşağı olur. Universal adamların bədbəxtliyi ondadır ki, çox şeyi bilməyə can atırlar və heç nəyi axıra kimi bilmirlər. Boyun qaçırmağı bacarmaq. Özünün ən yaxşı cəhətini bilmək. Digər qabiliyyətlərini unutmadan öxünün ən yaxşı qabiliyyətini inkişaf etdir. Öz üstünlüyünü bilən adam nədə isə yüksək zirvələrə qalxa bilər. Gizli oxlar atmaq və qaytarmaq. Uğurlu oyuna vaxtında son qoymaq mahir oyunçuların əsas qaydasıdır. Həddindən artıq heyrətlənmə. Mahiyyəti təhrif etməmək və ağılsız kimi görünməmək üçün ifratçılıqdan qaç. Həddən artıq tərifləmək və heyranlığını büruzə vermək zövq və dərrakənin məhdudluğunu bildirir. Haqq-hesab apar, amma sui-istifadəyə yol vermə. Haqq-hesab aparmaqda mənfəət güddüyünü üzə çıxarma və açıqlanmasına qəti surətdə imkan vermə. Kimdənsə xoşun gəlmədiyini gizlət. Öhdəçilikdən qaçmaq kamilliyin ilkin qaydalarından biridir. Düşüncəli və diqqətli adam şəraitə tabe olmur, onu idarə edir.Özünə hörmətini heç vaxt itirmə. Baltasar Qrasianın (XVII əsr İspan mütəfəkkiri) "Kamillik elmi" kitabından
['kamillik elmi', 'praqmatizm']
6,851
https://kayzen.az/blog/Dior/624/toylara-sal%C4%B1nan-pul.html
Toylara salınan pul
Dior
Bloq: Dior
27 mart 2010, 23:08
Deyirəm indi Vallah toylara getmək də artıq problem olub.Tək getsən gərək aşagısı heç olmasa 50 manat pul salasan.Əgər ayda 2 toya getsən onda gərək maaşının yarısını qoyasan orda.Tək də getmək olmur.Gərək ailənin bütün üzvləri ilə gedəsən.Qohum toyudur axı,yaxşı çıxmaz.Sonra deyərlər filankəs gəlmədi.Hələ geyinib keçinməkdən danışmıram.Qadınların xərci lap çox çıxır.Paltarı,saç düzümü,makiyajı, manikürü.Kişilər də isə bi o qədər də problem deyil.Çünki təkcə kostyum ilə kifayətlənirlər.Əvəzində isə bütün xərclərdə elə onların boynuna düşür. Nə isə,təki həmişə şadlıq olsune.Amma bir az israfçılıqdan da uzaq qaçmaq lazımdı.Süfrəyə də o qədər yerli-yersiz təamlar doldururlar ki,sonra da deyirlər menyu nə bilim 50 manatlıqdı,70 manatlıqdı.İndi pulun varsa gəl adambaşı 50 manat olan süfrədə,mədənin tutduğu 10 manatlıq təamın pulunu ver.UPD. Milli Azərbaycan toyu necə olur?
['toya pul salmaq', 'milli toy']
6,852
https://kayzen.az/blog/cqk/610/sakura-28-mart-turnirinin-anonsu.html
Sakura 28 mart turnirinin anonsu
2ral
Nə? Harada? Nə zaman? (ЧГК)
27 mart 2010, 11:12
Novruz bayramı və texniki çətinliklər ilə əlaqədar olaraq bir müddət Sakura onlayn-breyn rinq yarışı keçirilmədi. Müjdə vermək istəyirəm ki,sabah(28 mart) saat 18:00 yarış təzə sistem ilə başlayır.Artıq cavab vermək,şərhə cavab yazmaq,kimin tez,kiminsə gec cavab verdiyini yoxlamaq kimi şeylər olmayacaq:-)Ayrıca bir səhifə veriləcək və hər bir qeydiyyatdan keçmiş istifadəçi suallara cavab verəcək,onun cavablarını heç kim görməyəcək. Ola bilər ki,birinci dəfə yeni sistem ilə olduğu üçün problemlər yaransın,amma inanmıram ki,olsun.Suallar həmişəki kimi orijinal olacaq,Facebook-da Nə?Harada?Nə zaman? qrupundakı sualları oxumaya bilərsiniz:-)Hansı səhifədə yarışın keçiriləcəyi və s. sabah elə bu topikdə elan olunacaq. Mükafat həmişəki kimi qalır.
['sakura-anons']
6,853
https://kayzen.az/blog/dusundurucu-hekayeler/609/b%C3%B6y%C3%BCk-u%C5%9Faqlar.html
Böyük uşaqlar...
Nailə_Rzayeva
Düşündürücü hekayələr
27 mart 2010, 02:23
- Mən artıq həyatdan yorulmuşam- pəncərə qarşısında əyləşmiş oğlan uşağı dilləndi. - Niyə?- deyə yaxınlıqdakı anası soruşdu. - Mənim bu həyatla mübarizə aparmağa gücüm yoxdur- deyə uşaq fikirli və kədərli halda cavab verdi. - Kimsə məktəbdə xətrinə dəyib? Yəqin yenə də o 5-ci sinifdə oxuyan Dimkadır. Artıq neçənci dəfədir ki, sinif rəhbərinizə şikayət edirəm. Görəsən onun valideynləri nə fikirləşir. - Yox, ana, yox, məktəbdə hər şey qaydasındadır. - Bəs sənin əhvalını pozan nədir? - Nə üçün bu həyatda mənim fantaziyalarıma, arzularıma yer yoxdu? - Başa düşmədim, sən nə haqda danışırsan, oğlum? - Sinifdə yalnız mən təyyarəçi olub buludlar üzərində uçmaq istəyirəm. Digər yoldaşlarım isə biznesmen, direktor olub çoxlu pul qazanmaq istəyirlər.Dostum Vanyanın atası deyir ki, təyyarəçi olmaq həm axmaqlıq, həm də qorxuludur. Çünki təyyarə xarab ola bilər, sən qəzaya uğraya bilərsən, həm də ki, onlar çox az maaş alırlar. Ən yaxşısı bir dükan açmaqdır. Dostlarım arasında yeganə mən bədii ədəbiyyat oxumağı xoşlayıram. Ona görə yox ki, bunu bizə tapşırıq kimi verirlər, sadəcə mənə bu doğrudan da maraqlıdır. Təkcə mən kitabxanaya gedir, o toz basmış kitabları oxuyuram. Digərləri isə mənə gülür, məni botanik adlandırırlar. Özləri isə kompüter oyunlarını, internetdəki hazır hekayələri xoşlayırlar. Mən çalışıram və bəzən də ev tapşırıqlarında səhvlər edirəm, yoldaşlarım isə valideynlərinin uşaqlarının yaxşı oxuması üçün onlara aldıqları vəsaitlərdən hazır həlləri köçürürlər. Vladik mənə deyir ki, onun atası 7-ci sinifə qədər oxuyub, buna baxmayaraq tikinti firmasında müdirdir, lakin onun qarovulu institut bitirib. Ana, insanlar nə üçün bu qədər ünsiyyət vasitələri fikirləşirlər, lakin öz yaxınları və sevdikləri ilə çox az ünsiyyətdə olurlar. Bilərək ki, istənilən an zəng edə bilərlər, çox zaman bu zəngi də unudurlar... - Oğlum! -kövrəlmiş ana oğlunu qucaqladı. - Yəqin mən bu dünyanı başa düşmək üçün çox balacayam. - deyə uşaq qəmgin halda sözünə davam etdi - o həyatı ki, mənim yaşıdlarımın uşaqlıq arzularını, ümidlərini, sadəlövhlüyünü alır, indi heç kim düzgünlüyə, xeyirxahlığa, sədaqətə, səmimiliyə inanmır... - Mən hələ balacayam - deyə uşaq anasının qucağında mürgüləyərək sözünə davam edirdi - Mən hələ mübarizə aparmaq üçün balaca və gücsüzəm, lakin böyüyəndə mütləq, amma...amma mənə maraqlıdır ki, bəs böyüklər niyə heç bir şey etmirlər, sadəcə olaraq vaxtın, pulun, gücün, sağlamlığın azlığından şikayət edirlər. Yadındadı atam deyirdi ki, müdir olandan sonra bizimlə daha çox vaxt keçirəcək, amma o indi heç evə də normal gəlmir, gah məzuniyətlər, gah iclaslar. O hətta dünən mənim oynadığım tamaşaya da gəlmədi. Ana, sən isə baş mühasib olandan sonra artıq mənim sevdiyim blinçiklərdən də hazırlamırsan., hansı ki, qəzetə büküb mənim çantama qoyurdun ki, mən məktəbdə ac qalmayım. Onların əvəzinə indi çantamda kağız parçaları var, o kağız parçaları ki, onlarla mən məktəbin bufetindən özümə yeməyə nəsə almalıyam. Axı orada sənin blinçiklərindən satmırlar, mən onların qoxusu üçün darıxmışam. Mən heç vaxt, amma heç vaxt sənin blinçiklərini o çantamda olan kağız parçalarının milyonuna da dəyişmərəm. Mən hələ balacayam, balacayam, balac... O yuxuya daldı, harda ki, o həqiqətən də xoşbəxt idi.   Tərcümə: Rzayeva Nailə
['həyat və uşaqlar', 'ümidlər...', 'ailə münasibətləri', 'ailə səadəti']
6,854
https://kayzen.az/blog/B%C4%B0M/608/qlobal-b%C3%B6hran-v%C9%99-onun-s%C9%99b%C9%99bl%C9%99ri.html
Qlobal böhran və onun səbəbləri.
Cavid
beynəlxalq iqtisadi münasibətlər
26 mart 2010, 21:08
Sizlərə təqdim etdiyim məqalə Emin Hüseynov tərəfindən bir tanışının xahişi əsasında yazdığı çox maraqlı və elmtutumlu məqalədir. Sizə bu məqaləni olduğu kimi çatdırıram... Tanışlarımdan biri məndən qlobal böhranın səbəbləri barədə soruşdu və mənim cavabım uzun alındı. Amma fikirləşdim ki, ictimaiyyətə bu barədə yazım və bəlkə elə fikirlər oldu ki, hamı üçün, o cümlədən mənim üçün də maraqlı olsun. O üzdən buyurun oxuyun və fikrinizi bildirin. Əslində iqtisadiyyat nə qədər mürəkkəb görünsə də, çox sadə və qeyri-səlis elmdir, hətta o qəder qeyri-selis ola bilir ki, bəzən hetta iqtisadiyyati bir elm sahəsi kimi qəbul etməyənlər də olur. Buna baxmayaraq hesab edirəm ki, iqtisadiyyat elmdir, çünki tarixin sınağından çıxmış və sübuta yetmiş fundamental qanunları var. Qanun varsa, demək ki, elmdir. Indi isə qayıdaq əsas məsələyə. Əslində yaxşı iqtisadçı ən mürəkkəb prosesləri sadə dildə izah etməyi bacarmalıdır, çünki bu prosesləri başa düşmək üçün adi məntiqdən başqa bir şey tələb olunmur və riyazi təfəkkür, filan, beşməkan çox şişirdilmiş şeylərdir, iqtisadcçıların özləri haqqında yaratdıqları bir mifdir. Bu mənim subyektiv fikirlərimdir. Qlobal maliyyə böhranına nə səbəb oldu? Bir neçə şey və eyni zamanda, həm de bir-birindən doğan tərzdə bu böhranı şərtləndirdi. Burada mən sadə məntiqli bir alqoritmi yazacam, amma sözsüz ki, digər amillər də olub, lakin Zənnimcə ən vacib olanlar aşağıdakılardır: 1. Ən əvvəldə son 10-15 ildə dünyada iqtisadi tarazlığın deyişməsi müşahidə olunmağa başladı. 80-cı illərə qədər ABŞ dünyada əsas ixracatçıdan en böyük idxalatçıya çevrildi. Səbəb: Çinin iqtisadiyyatının güclənməsi, Amerikalıların isə istehsal etməkdən və pul yığımlarına qənaət edərək gələcək uçun saxlamaqdan daha çox istehlak etməyə, pulların xərcləyib yeməyə meyl etməsi. Nəticə: Çin istehsal edir, Amerikaya göndərir, onlar alırlar əvəzində pulu ödəyirlər Çinə, onların rezervləri artır və bu rezervləri yenidən Amerikaya borc kimi verirlər ki, onlar da həmin pulun bir hissəsindən təzədən Çinin mallarını almaq üçün xərcləyirdilər. Göründüyü kimi bu proses özü bir maliyyə piramidasına bənzər bir prosesdir və vaxt getdikcə yavaş-yavaş daha da Amerikanı borclandırır, Çini ise varlandırırdı. Digər ölkələrin investorları da görəndə ki, Çin Amerikaya borc verir və Amerika özünün inkişaf etmiş maliyyə bazarlarında bu pulları "firladaraq" puldan pul yarada bilir, onlar da başladılar Amerikaya pul yatırmağa. Beləliklə, dünya Amerikanı borclandırır, əvəzində özü daha da varlanırdı. Əslində nə qədər ki, Amerikaya xaricdən yeni pullar gəlirdisə, bu prosesi davam etmək mümkün idi. Problem onda yarandı ki, bu pullar birdən-birə dayandı və Amerikaya daha gəlmədi. Nəticədə, dollar xeyli dəyərdən düşdü, yeni xarici investorları dollar almaq artıq maraqlandırmırdı və ona görə dollara tələb xeyli aşağı düşdü. Bu isə öz növbəsində öz valyutalarını dollara bağlamamış digər ölkələrin rəqabət qabiliyyətinə mənfi təsir etdi və bu həmin ölkələrdə resessiya meylərini gücləndirdi. 2. Bu resessiya meylləri digər amillər vasitəsilə daha da gücləndi: 1) Amerikadakı maliyyə böhranının başlaması və digər ölkələrə yayılması 2) neftin qiymətinin düşməsi Birinci amil ondan irəli gəldi ki, yuxarıda artıq yazdığım kimi Amerika iqtisadiyyatına yatırılan pullar birdən kəsildi. Bunun bir səbəbi yuxarıda yazdığım kimi bəzi investorların Amerikanın həddindən artıq borçlandığını və artıq böhranın qaçılmaz olduğunu hesab etməsi idi. Lakin, əsas səbəb haqqında çox söz-söhbət gedən kredit ödəmək qabiliyyəti aşağı olan insanlara verilmiş ipoteka kreditləri və onlarla bağlı buraxılmış CDS deyilən xüsusi qiymətli kağızların kəskin dəyərdən düşməsi oldu. Nə üçün? Ona görə ki, Amerika iqtisadiyyatı zəiflədikcə həmin borcalanlar öz borclarını verməkdə çətinlik çəkirdilər və elə bir an gəldi ki, bu borcalanlar artıq özlərini bankrot elan edib aldıqları evləri satmağa başladılar. Nəticədə bu evlərin qiymətləri düşdü, eyni zamanda bu evlərlə təmin olunmuş CDS-lər və digər qiymətli kağızlar da kəskin dəyərdən düşdü, onlarla bir yerdə isə bankların itkiləri kəskin artdı və banklar iflasa uğramağa başladılar. Banklar isə elə bir həssas təşkilatlardır ki, bir-birinə borc verib əlaqəli şəkildə fəaliyyət göstərdikləri üçün biri yıxılanda, digərlərini də yoluxdurmuş olur və onların da yıxılmasına səbəb olur. Beləliklə, Amerikanın maliyyə sistemində böhran başladı. Lakin Amerika hökuməti və Mərkəzi Bankə (Federal Ehtiyatlar Sistemi) çalışdı ki, böyük bankları iflasdan qurtarsın və etdi də, sadəcə bir böyük bankı (Lehman Brothers) xilas etmək fikrindən vaz keçdi və o bank batdı. Bu isə onunla bağlı həm Amerika, həm də digər ölkələrin bankları və maliyyə institutlarının da batmasına gətirib çıxartdı. Dünyada maliyyə böhranı məhz bu andan etibarən başladı, yeni 2008-ci ilin sentyabrından. Dünya ictimaiyyəti indiyə kimi tam əmin deyil ki, nə üçün Amerika hökuməti LB-i xilas etmədi. Istənilən halda maliyyə böhranı bütün dünyada bankların iqtisadiyyata kredit vermək imkanlarını məhdudlaşdırdı və iqtisadiyyat kredit almayanda iqtisadi aktivlik azalmağa və aşağı düşməyə başlayır, nəticədə iqtisadi resessiya dərinləşdi. Ikinci amil isə bundan sonra başladı öz təsirini göstərməyə. 2008-ci ilin 4-cü rübü ərzində dünya iqtisadiyyatı zəifləməyə başladıqca neftə tələb də azalmağa başladı. Bunu görən spekulyantlar pullarını itirməmək üçün investisiya obyekti kimi aldıqları nefti satmağa başladılar və bu 2009-cu ilin ilk iki ayı ərzində neftin qiymətinin birdən-birə $150-dən $38-ə düşməsinə səbəb oldu. Nəticədə bu neft gəlirlərindən asılı olan bir çox ölkələrin, o cümlədən Azərbaycanın da neft ixracı gəlirlərinin də kəskin azalmasına gətirib çıxartdı. Beləliklə, birinci amil bütün dünyada kredit sıxıntısına, ikinci amil isə bununla yanaşı neft ixracı gəlirlərinin kəskin azalmasına səbəb oldu. Azərbaycan kimi ölkələrdə isə bu iki amil ilə yanaşı həm də Rusiyada çalışan qasterbayterlər də evlərinə əvvəlkindən qat-qat az pul baratları göndərməyə və ya ümumiyyətlə heç pul göndərməməyə başladılar. Bütün bunlar bu ölkələrdə əhalinin və biznesin gəlirlərini xeyli azaltdı. Bizim regionun bir çox ölkələri bu gəlirləri süni şəkildə bərpa etmək üçün öz valyutalarını ucuzlaşdırmağa başladılar. Onlar bununla ümid edirdilər ki, iqtisadiyyatları yeni bir tarazlıq nöqtəsini tapacaq və resessiyanın qarşısını almaq mümkün olacaq. Təəssüf ki, bu böhran adi böhran deyil və hələ çox çəkəcək güman ki, və əvəzində onlar yüksək inflyasiya və davamlı resessiya qazandılar. Azərbaycanda valyutanın sabitliyi təmin olundu, lakin bu da itkisiz ötüşmədi-bunu etmək üçün valyuta rezervlerimizdən təxminən $1mlrd. satmalı olduq. Biz hesab etdik ki, valyutanı ucuzlaşdırsaydıq (digərləri kimi) bundan qat-qat çox pul itirərdik. Bu fikirlə razılaşmayanlar da olsa da, mən şəxsən razılaşıram, amma bununla belə yenə hesab edirəm ki, təkcə bu addımla böhranın bitdiyini hesab etmək yanlış olardı və 2010-cu il çətin il olacaq. Bütün deyilənlərə yekun olaraq belə söyləmək olar ki, qlobal tarazsızlıq, Amerika maliyyə böhranı, və bu iki amildən irəli gələn kredit sıxıntısı və neftin qiymətlərinin kəskin aşağı düşməsi və digər amillər (məs., pul baratlarının azalması) dünyada və o cümlədən Azərbaycanda iqtisadi aktivliyin xeyli aşağı düşməsinə gətirib çıxartdı. Müəllif: Emin Hüseynov
['qlobal maliyyə böhranı', 'beynəlxalq krizis', 'böhran']
6,855
https://kayzen.az/blog/islam-tehriflere-cavab/607/m%C3%BCs%C9%99lman-aliml%C9%99rin-elm-qar%C5%9F%C4%B1s%C4%B1nda-xidm%C9%99tl%C9%99ri.html
Müsəlman alimlərin elm qarşısında xidmətləri
səlahəddin
İslam: təhriflərə cavab
26 mart 2010, 19:48
Müsəlman alimləri bir çоx ixtira və kəşfləri avrоpalılardan yüzlərcə il əvvəl etmişdir.Avrоpada cəhalətlə öyünüldüyü, elm ilə düşmənçiçik edildiyi, elm adamlarının öldürüldüyü və yandırıldığı inkvizisiya dövrlərində, müsəlman alimlərin etdikləri elmi axtarışlar və kəşflərin bəziləri aşağıda göstərilmişdir:Ilk kağız fabrikası 794-çü ildə Bağdadda Harun ər-Rəşidin vəzirinin oğlu Ibni Fazl tərəfindən quruldu. Belə bir fabrik 800-cü ildə Misir, 950-də Əndəlüsdə (Ispaniyanın cənubu) inşa edildi. Avrоpaya isə ancaq neçə illər sоnra bu fabrik girə bildi. 1100-cü ildə Bizans, 1102-ci ildə Siciliya, 1228-ci ildə Almaniya, 1309-cu ildə isə Ingiltərədə kağız fabrikası quruldu. Məlum оlduğu kimi kağız kitabın xam maddəsidir. Islam dünyasında kağız fabriklərinin qurulması elmin sürətlə yayılmasını göstərir. Tibb· Həkimlərin sultanı оlaraq tanınan Ibni Sinanın (980-1037) Tibbə bir çоx yeniliklər gətirən "Qanun" adlı tibb kitabı Islam dünyasında оlduğu kimi Avrоpada da Tibbin əsas kitabı оlmuşdur. "Tibbin Incili" ünvanını qazanması, 600 il Avrоpa Universitetlərində dərs kitabı оlaraq оxudulması bunun ən böyük dəlilidir. Ibni Sina tibb də daxil оlmaqla 29 müxtəlif elm sahəsindəki ixtiraları ilə avrоpalı elm adamlarına öndərlik edən bоyük bir alimdir.· Bəzi tədqiqatçıların fikrincə, Ibni Sina qədər bir həkim оlaraq qəbul edilən Razi (864-925) çiçək və qızdırma xəstəliklərini kəşf etmiş və bu mövzuda ilk əsəri yazan elm adamı оlmuşdur.· Fatih Sultan Məhmədin tərbiyəçisi və müəllimi Ağşəmsəddin (1389-1459) mikrоbu (bəzi tədqiqatçılar bunu Ibni Sinanın etdiyini söyləyirlər) kəşf etmişdir.· Vərəm mikrоbunu Kambur Vesim (?-1761) tapmışdır.· Ibrahim Cessar (?-1009) günümüzdən 1000 il əvvəl çüzamın səbəb və müalicəsini göstərmiş, elmi yоllarla vəbanın yоlxuçu bir xəstəlik оlduğunu Ibni Hatib (1313-1374) оrtaya qоymuşdur.· Gözlə bağlı tədqiqatları ilə müsəlman həkimlər elm dünyasının əsrlərlə öndəri оlmuşlar. Gözdəki retina təbəqəsinin funksiyasından ilk dəfə bəhs edən Ibni Rüşddür (1126-1198). XI əsrdə yaşayan məşhur göz həkimi Əli bin Isanın gözlə baqlı yazdığı "Təzkirə" adlı əsəri yüz illərcə göz sahəsində yeganə kitab оlaraq qalmışdır.· Əmmar isə bundan 9 əsr əvvəl özünə xas оlan üsulla göz əməliyyatını həyata keçirmişdir.· Əli bin Abbas (?-994) dövrümüzdəki müasir əməliyyatlara uyğun bir tərzdə xərçəng əməliyyatını etməyə başlamışdır. Qələmə aldığı "Kitabul Məliki" adlı Tibb ensiklоpediyası müasir dövrdə belə heyranlıqla оxunmaqdadır.· Kiçik qan dövranını Avrоpa alimlərindən təxminən 300 il əvvəl Ibnülnəfis (1210-1288) adlı bir müsəlman kəşf etmiş, Ibni Sinanın Qanununa yazdığı şərhdə incəliklərinə qədər anlatmışdır.· Bütün bunlar о vaxt baş verirdi ki, Avrоpada həkimi sehrbaz, xəstəxananı isə şeytan yuvası hesab edir, cərrahi əməliyyat aparmaq istəyən həkimləri təqib edirdilər. Ilk xəstəxana 707-ci ildə müsəlman hökmdarlarından Vəlid bin Əbdülməlik tərəfindən qurulmuşdur. Xəstəxananın bütün xərcləri dövlət tərəfindən ödənilmişdir. Qaçmamaları üçün cüzamlı xəstələrin həbs edilmələrini əmr etmişdi. Оnlara və kоrlara ərzaq təsis etmişdir. RiyaziyyatRiyaziyyatda da müsəlmanların böyük xidmətləri vardır. O qədər ki, bu sahədə etdikləri xidmət müasir Avrоpada belə heyranlıq оyandırmaqdadır. Məsələn, prоf. Jak Risler "Renessansımızın riyaziyyat müəllimləri müsəlmanlardır" deyərkən, fransız prоfessоrlarından E.F.Qautye də: "Yalnız cəbri deyil, digər riyaziyyat elmlərini də Avrоpa mədəni dairələri müsəlmanlardan almış оlduğu kimi, bugünkü qərb riyaziyyatı gerçəkdən Islam riyaziyyatından başqa bir şey deyildir" deyir.· Sıfırı ilk dəfə işlədən Xarəzmi (780-850) Cəbrin təməllərini atmışdır. Ilk cəbr kitabını "ƏlCəbr vəl Muqabelə" adıyla о yazmış və kitabın adı оlan "Əl-Cəbr" Qərbə "Alqebra" kimi kiçik bir tələffüz dəyişikliyi ilə keçmişdir. "Əl-cəbr" bu gün "Cəbr" оlaraq оxudulmaqdadır.· Riyaziyyat sahəsində Avrоpaya müəllimlik edən müsəlman alimləridən biri də Bəttanidir (858-929). Jak Rislerə görə, triqоnоmetriyanın gerçək mənada əsasını qоyan Bəttanidir.  · Sinusu tapanlar da müsəlmanlardır. Müsəlmanlar Sinusa "Seyb" deyərdilər. Qərblilər bunu tərcümə edərkən Sinus dedilər.· Triqоnоmetriyaya Tangens, Kоtangens və Kоsekansı Əbül Vəfa (940-998) qazandırmışdır. Triqоnоmetriya ilə əlaqəli ilk ciddi əsəri isə Nəsirəddin Tusi (1201-1274) yazmışdır. Triqоnоmetriyadakı dəyişən fоrmullar da Ibni Yunusa (?-1009) aiddir.· Nyutоna aid edilən binоm fоrmulunu Cəbrə qazandıran isə Ömər Xəyyamdır. (?-1123).· Differensiоnal hesab da Nyutоndan əvvəl Sabit bin Kurra (?-901) tərəfindən tapılmışdır. Riyaziyyatın bir qоlu оlan caleluisu(calculus) elm dünyasına qazandıran da Sabit bin Kurradır. Geоmetriyadan (həndəsə hesabı) ilk istifadə edən bəzilərinin qəbul etdiyi kimi Dekart (1596-1650) deyil, müsəlman alimlərindən Sabit bin Kurradır.· Şpenqler (1880-1936) riyaziyyatdakı funksiya fikrinin tamamən Avrоpaya aid оlduğunu, funksiya deyilincə, Avrоpanın ağla gələcəyini, başqa heç bir mədəniyyətdə bu mövzuda hər hansı bir ipiucuna rast gəlinmədiyini sоyləyir. Bu xüsusda geniş tədqiqatlar aparan Məhəmməd Iqbal isə həmin görüşü rədd edir. Avrоpalılardan bir neçə əsr öncə funksiya fikrini ilk dəfə Biruninin оrtaya atdığını söyləyir. Biruninin uğurlarında bunun da оlduğunu göstərir.· Оnluq kəsir sistemini tapan, bu mövzuda əsər yazan ilk alim Qiyasəddin Cəmşiddir (?-1429). Vergüldən riyazi hesablamalarda ilk dəfə istifadə edən yenə оdur. AstrоnоmiyaMüsəlman alimlərini ən çоx maraqlandıran bir elm sahəsi də astrоnоmiyadır. Islam ölkələrinin demək оlar ki, hər bоyük şəhərində bir rəsədxana var idi. Bu rəsədxanalarda müsəlmanlar elə gözəl kəşf və tədqiqatlar apardılar ki, əldə etdikləri nəticələrlə elm dünyasına əsrlərlə yоl göstərdilər. Cоrdanо Brunо (1546-1601), Kоpernik (1743-1543), Qaliley (15641642) kimi bir çоx qərb alimlərinə belə ilham qaynağı оldular.Paris Islam Institutunun keçmiş prоfessоrlarından Jak Risler müsəlmanların renessansa təsirini anladarkən "Müsəlman astrоnоmları riyaziyyat alimləri dərəcəsində renessansımıza təsir etdilər" deyir.· Ulduzların yer, yüksəklik və aralarındakı məsafəni оlçmək kimi bir çоx işdə istifadə etdikləri üslubları "yenidən" deyilə biləcək şəkildə işləyən və dəyişik şəkillərini düzəldənlər müsəlmanlardır. Bu mоvzuda ilk əsəri Maşallah (?-815) yazdı. Zərkalinin (1029-1087) icad etdiyi yeni tip üslublar bu xarakterdədir.· Dünyanın yuvarlaq оlub fırlandığını, müsəlman alimləri avrоpalılardan çоx öncə bilirdilər. Biruni dünyanın həm öz ətrafında, həm də Günəşin ətrafında döndüyünü isbatlamışdı. Hindistanın Nəndənə şəhəri yaxınlığında etdiyi araşdırmalar nəticəsində Yer kürəsinin sahəsini ölçməyi bacardı. Bu mövzuda оrtaya qоyduğu qanun Avrоpada "Biruni qaydası" deyə tanındı.· Hələ 1X-X əsrlərdə belə Musa qardaşları dünyanın çevrəsini ölçdülər.· Fərqaninin astrоnоmiya sahəsindəki əsərləri Avrоpada 700 ilə qədər dərs kitabı оlaraq оxuduldu. Fərqani eyni zamanda Günəşin üzündəki ləkələri kəşf etmişdir.· Lalanda görə dünyanın 20 ən məşhur astrоnоmu arasında yer alan Battaninin hazırladığı "Sabi cədvəlləri" adındakı astrоnоmiya cədvəlləri Kоpernik (1473-1543) dövrünə qədər Avrоpada əsas qəbul edildi. О, eyni zamanda günəş ilini bugünkünə tam uyğun, yalnız 24 saniyə artıq оlmaq şərtilə hesabladı. · Hökmdar оlmasına rəğmən özünü elmə həsr etmiş Uluq bəy (1394-1499) Səmərqənddə böyük bir rəsədxana tikdirdi. Elmi fəaliyyəti ilə dövrünün ən böyük astrоnоmu оldu.· Yaşadığı yüz ilində Batlamus ünvanını qazanan Əli Quşçu (?-1474) isə Şimal və Cənub trоpiklərini bugünkünə çоx yaxın оlaraq hesabladı.Trоpik əyrilərini ilk dоğru hesablayan isə Fərqani оlmuşdur.· Bitruci (XIII əsr) planetlərin hərəkət trayektоriyalarının xarici mərkəzləri dairələrə aid nəzəriyyəsini alt-üst edərək Kоpernikə yоl açdı. · Cabir bin Eflah (XII əsr) ulduzların yer və məsafələrini оlçən azimut bucağını avrоpalılardan əvvəl tapdı. Alman astrоnоmu Rejintans isə 300 il bundan sоnra eyni metоdla оna uyğun оlaraq həmin nəticəni əldə etdi. Fizika· Əhməd bin Musa "Mükəmməl nizamlar" adlı əsərində 1000-ə qədər avtоmatik nəzarət sistemli alətin şəklini çəkmişdi.· Əbul Ismayıl əl-Cəzəri (?-1206) isə "Kitabül Hiyel" adındakı mükəmməl əsəri ilə kibernetikanın qurucusu оldu.· Оptika elminin təməllərini atan Ibni Heysəm (965-1051) "Görüntülər kitabı" ilə Rоcer Bekоn (12141294), Kepler (1571-1630) və Leоnardо (1452-1519) kimi alimlərin fəaliyyətlərinə rəhbər оldu. 600 il elm dünyasında qaynaq əsər оlaraq qaldı. Işığın kürəvi aynalarda əks оlunması öz adıyla anılan Əl-Hazən (Ibni Heysəmin Avrоpadakı ismi) prоblemi оnun kəşfidir.· Fərabi (870-950) səsin fiziki izahını verdi.· Ibni Karara (?-1100) ilk tоrna dəzgahını qurdu.· Ilk uçuş sınağını həyata keçirən Ismayıl Cövhəri (950-1010) həlak оldu. Əhməd Çələbi isə (XVII əsr) ilk uğurlu uçuşu həyata keçirə bildi. Taxdığı qartal qanadları ilə Istanbuldakı Qalata qülləsindən Üsküdardakı Dоğanlara qədər uçdu. Raket növündən оlan ixtirasıyla ilk uçuş şərəfini isə IV Murad zamanında yaşayan Laqari Həsən Çələbi qazandı.· Ilk təyyarəni hələ 880-ci ildə Ibni Firnans adında bir islam alimi qurdu. Quş tükü və qumaşdan da istifadə edərək hazırladığı təyyarəsi ilə uzun müddət havada qaldı və süzərək yerə endi. Qərbdə isə ancaq Rayt qardaşlarının 1903-də bir təyyarə ilə uça bildiyini görməkdəyik.· Yerin cazibə qüvvəsinin Nyutоn tərəfindən kəşf edildiyini düşünürük. Halbuki Razidən tutmuş Biruniyə, hətta Haziniyə qədər Islam alimlərinin yerin cazibə qanunu ilə maraqlandıqlarını görürük. Prоfessоr Ismayıl Haqqı Izmirli və Əhməd Kürkan, Razi və Biruninin yerin çazibəsi ilə əlaqəli dəlillərini оrtaya qоymuşlar. Bu araşdırmaçılar göstərir ki, Islam alimləri Nyutоndan əsrlərcə əvvəl yerin cazibəsini kəşf etmişlər və bu sahədə nəzəriyyələr оrtaya atmışlar.· Kəfkirli saatdan Qalileydən (1564-1642) əvvəl Ibni Yunus istifadə etmişdir.· hazini "Mizanül hikmət" adlı əsərində tərəzilər haqqında bilgi verdi, bir çоx maddənin xüsusi çəkisini hesabladı.· Biruni isə 18 maddənin xüsusi çəkisini, bir qismini günümüzkünə tam uyğun оlmaq üzrə hesabladı. Su­yun qatılığını tapdı.· Hazini havanın sıxlığını hesabladı. Küləyin sürəti ilə hava sıxlığı arasındakı əlaqəni Tоriçellidən (1608-1647) daha əvvəl kəşf etdi.· Atоmda bоyük bir enerjinin оlduğunu, parçalana biləcəyini və parçalandığı zaman da Bağdadı alt-üst edə biləcək bir gücə sahib оlduğunu ilk dəfə irəli sürən, "kimyanın atası" adını qazanan Cabir bin Həyyandır (721-805).· Nəsirəddin Tusinin tələbəsi Qutbəddin Şirazi Dekartdan 300 il əvvəl alaimüssəma (göyqurşağı) hadisəsini düzgün bir şəkildə izah etdi.· Eynşteynin (1879-1955) üzərində tədqiqat apardığı, fəqət sоna çatdıra bilmədiyi zəif elektrоmaqnit qüvvələrin birləşmiş sahə nəzəriyyəsinə görə prоf. Əbdüssəlam (1926-1979) Nоbel mükafatını aldı. Kimya· Kimya deyilincə ağla Cabir gəlir. Оnun kimyada açdığı cığır Pristley (1733-1804) və Lavuazye (17431794) kimi alimlərin xidmətlərindən belə daha əhəmiyyətlidir. Cоrdanо оnu dünyanın 12 dahisi arasında görür. Cabir əsrlər əvvəl qurduğu xüsusi labоratоriyasında etdiyi çalışmalar nəticəsində, bir çоx turşuları kəşf etmiş, kimyadakı kəşf və ixtiraları ilə öndər оlmuşdur.· Həkim оlduğu qədər də böyük bir kimyakər оlan Razi də sulfit turşusunu, saf spirti əldə etmişdir.· Bəşir Brantdan öncə fоsfоru tapmışdır.· Barıt və tоpdan ilk dəfə müsəlmanlar istifadə etdilər. Havan tоpu Fatih Sultan Məhmədin (14321481) kəşfidir. Ilk raketi düzəldənlər də müsəlmanlardır. Coğrafiya· Cоğrafiyanın bir elm kimi оrtaya çıxmasına təkan verənlər də müsəlmanlardır. Qarış-qarış, bucaq-bucaq dünyanı dоlaşan Evliya Çələbi (1611-1682), 29 il durmadan оlkə-оlkə, qitə-qitə gəzən Ibni Batutinin (1304-1369) səyahətnamələri ayrı-ayrılıqda tarix və çоğrafiya xəzinələridir.· Biruni əsrlər öncə Amerikanın mоvcudluğundan söz etmişdir. Piri Rəis (1465-1554) də "Kitabi-Bahriyyə"sində Amerikanın varlığından bəhs etmişdir.· Vaskо de Qamaya (1450-1554) dünya səyahətində Ibni Məcid (XV əsr) isimli bir müsəlman dənizçi yоl göstərmişdir.· Idrisi (1100-1166) günümüzdən 850 il öncə müasir dünya xəritələrinə bənzər bir xəritə çəkə bilmişdi. Piri Rəisin Amerika xəritəsi mükəmməl bir vəsaitdir. Hələ Mürsiyeli Ibrahimin Piri Rəisdən 52 il əvvəl çəkdiyi Ağ dəniz xəritəsi müasir ölçülərə tam uyğundur. Bоtanika və Zооlоgiya· Оrta əsrlərin ən böyük bоtaniki və əczaçısı Ibni Baytar (1190-1248) 1400-ə yaxın bitki və dərman təsvir edən kitabları ilə XVI əsrə qədər elm mənbəyi оlmuşdur.· Dəmiri (1349-1405) adlı alim heyvanlar aləmini incələdiyi əsəri ilə zооlоgiyaya zənginlik gətirmişdir. Ibni Əvvam (XII) kənd təsərrüfatına aid kitabı ilə оrta əsrlər bоyunca elm dünyasına özünü sübut etdirmişdir.Tarix və Memarlıq· Tarix fəlsəfəsinin ən görkəmli simalarından birisi оlan Ibn Xaldun (1332-1406) sоsiоlоgiya elminin qurucusu оlaraq xatırlanmaqda, açdığı cığırla bir çоx qərbli alimə yоl göstərib.· Memarlıq deyildimi, ilk ağla gələn Memar Sinan (1489-1588) ölümsüz əsərləriylə hələ də yaşamaqdadır. Avrоpa elm və mədəniyyəti müsəlmanlardan öyrəndiHəqiqət bu ikən avrоpalılar bir çоx ixtiranı öz adlarına çıxarmaqdan çəkinmədilər, bəzi gerçəkləri gizlətdilər və ya görə-görə inkar etdilər. Qan dövranı deyincə Harveyi (1578-1657), planet hərəkətləri deyilincə Kepleri (1571-1630), yerin cazibəsi deyilincə Nyutоnu (1642-1727), atоm deyilincə Eynşteyni (1879-1955) və s. xatırlayanlardan оlduq. Bu kəşf və ixtiraların daha öncədən Islam alimləri tərəfindən sdildiyini bilmədik, çünki gözlərimizi Avrоpaya çevirmiş və оzümüzü görməz оlmuşduq. Halbuki Avrоpa, bizim оlanları öz adına çıxaraq təkrar bizə satdı.Məsələn, Kоstantin (1016-1087) adlı bir papa Əli Bin Abbasın "Kitabül Məliki"sini alıb italyancaya çevirərək öz əsəri imiş kimi "Liber Pateqni" adı altında satışa çıxardı. Bu saxtakarlığı 40 il sоnra Stepan adında bir keşiş sübut etdi. Beləcə öyrəndik və yenə öyrənirik ki, Avrоpaya elmin keçməsində bir körpü оlan Əndəlsuda (Ispaniya) elm оğurluğu о qədər çоxalmışdı ki, XIII əsrdə Sevilyada müsəlmanların əsərlərini mənimsəyi qadağan edən qanun belə çıxarılmışdı.Bunu tam əminliklə söyləyə bilərik ki, bu gün Qərb mədəniyyəti ayaqda durması üçün Islam elm və mədəniy­yətinə bоrcludur. Həmçinin bax: Müsəlman alimlərinin tibb elminə tövhələri
['islam və elm', 'islam mədəniyyəti', 'islam sivilizasiyası']
6,856
https://kayzen.az/blog/rus-dili/141/s%C3%B6z-v%C9%99-onun-t%C9%99rkibi-haqq%C4%B1nda.html
Söz və onun tərkibi haqqında
2ral
Rus dilini öyrənək
26 mart 2010, 13:57
Bundan əvvəlki dərslərimizdən məlumdur ki, dili (nitqi) təşkil edən sözlər biri digəri ilə əlaqəyə girir və nəticədə ya söz birləşməsi, ya da cümlə əmələ gətirir. Bu sözlər də öz növbəsində bir-birindən törəyir. Məsələn: вода sözündən водный və водяной sözləri, sonuncudan isə водянка və водянистый sözləri yaranmışdır: соль ismindən солить feli, ondan isə соленый sifəti düzəlmişdir və s. Belə sözlərə qohum sözlər (родственные слова) deyilir: рыба—рыбак, рыбник—рыбий—рыбный—рыбачий—рыбацкий—рыбачить və s.Yeni sözlərin yaranması cəmiyyətin tələbi ilə, ictimai quruluşdakı artan və mürəkkəbləşən dəyişikliklərlə, istehsalın genişlənməsi ilə, texnikanın, elmin, ədəbiyyat və incəsənətin və s. inkişafı ilə əlaqədardır. Yeni sözlərin əmələ gəlməsi həmin dildə olan sözlərə əsaslanır (очерк—очеркист; киоск—киоскер). Yeni sözlər köhnə sözlərdən əsas etibarı ilə sözün məna kəsb edən hissələri vasitəsi ilə yaranır (suffiks və pristavkalarla). Dildə müəyyən dərəcədə formalaşmış, kamilləşib təşəkkül tapmış yeni sözlər əmələ gətirmiş nümunələrə (söz vahidlərinə) tez-tez rast gəlinir. Məsələn: возчик, переводчик, рассказчик, переписчик kimi söz nümunələri timsalında летчик (летать felindən) sözü yaranmışdır. Qeyd etmək lazımdır ki, elə yeni sözlərin əmələ gəlməsi priyomlarının özü də dilin inkişafı prosesində dəyişir, sözdüzəltmənin yeni növləri yaranır. Məsələn, lap bu yaxınlarda rus dilində с pristavkalı fellərdən ность suffiksinin köməyi ilə birgəlik mənasını bildirən yeni isimlər düzəlmişdir. Misal üçün, сыграться—сыгранность (musiqiçilərin və idmançıların nitqəndə), сработаться—сработанность və s. Bütün bu isimlər kollektivin birgə mehriban fəaliyyəti nəticəsində əmələ gəlmiş və dilə daxil olmuşdur. Bilməlisiniz ki, qohum sözlərlə eyni sözün qrammatik formalarını dəyişdirmək olmaz. Qohum sözlər özlərinin leksik (söz) mənaları ilə fərqlənir. Deyək ki, рыба—рыбак. Bu iki söz qohum sözlər olmasına baxmayaraq, mənaca müxtəlifdir. hər hansı bir sözün qrammatik formaları dedikdə, onun bir-birilə fərqlənən qrammatik mənaları nəzərdə tutulur. Müqayisə edək: рыба-рыбы-рыбе-рыбу və s. Istənilən qrammatik formada sözün öz leksik mənası dəyişməz qalır. Qrammatik forma dedikdə ismin cins formaları, tək-cəmi, halları; sifətin cins formaları, tək-cəm hallanması, müqayisə dərəcələri; fellərin zaman şəxs, növ və s. formaları nəzərdə tutulur. Qohum sözləri müqayisə edərkən onlarda ümumi bir hissə və ya hissələr ayırd olunur ki, bu hissələr daha parçalanmır. Məsələn: вода, водный, водяной, подводный, подводник və s. вод ümumi parçalanmayan hissədir. Daha parçalanmayan qohum sözlərin ümumi hissəsinə kök (корень) deyilir. Kökün mənası ilə bütün qohum sözlərin leksik mənası əlaqədardır. Yuxarıda misal ktirdiyimiz sözlərdə вод kökdür. Sözün məna verən hissələri kökdən əvvəl gələrsə приставка, kökdən sonra gələrsə суффикс (аффикс) və окончание (sonluq) ola bilər. Sözün cümlədə (nitqdə) başqa sözlərlə əlaqədə olub dəyişməsi nəticəsində sonluqlar (окончания) yaranır. Deməli, sonluq dedikdə cümlədə və ya nitqdə dəyişərkən sözün qəbul etdiyi şəkilçilər nəzərdə tutulur. Sonluqlar vasitəsi ilə sözlər nitqdə əlaqələndirilir. Misal üçün: Полад пошел к сестре. Он увидел сестру. Sözün formalarından biri digərindən sonluğun olmaması ilə də fərqlənə bilər. Misal üçün, брат sözündə sonluq yoxdur; брата, брату, братом, о брате sözləri isə sonluqlarla (hal şəkilçiləri) işlənmişdir. Suffikslər söz kökündən sonra gəlib əsasən iki funksiya yerinə yetirir. Birincisi, suffikslərin keməyi ilə qohum sözlər (bəzən də eyni mənalı sözlər) yarana bilər: гора-горный, гористый-горец. Bunlara sözdüzəldici suffikslər deyilir (словообразующие суффиксы). Ikincisi, suffikslərdən sözlərin müxtəlif qrammatik formalarının fərqlənməsində istifadə olunur (формообразующие суффиксы). Belə suffikslər sözlərin yalnız qrammatik mənasını dəyişdirə bilər. Məsələn, sifətin və zərfin müqayisə dərəcələrinin suffiksləri yalnız onların qrammatik formasını dəyişir: красивый-красивее, красивейший; низко-ниже, нижейше və s. Pristavkalar isə həmişə sözün kökündən qabaq işlənib, həmin sözə yenilik çaları verir və ya çox hallarda sözün qrammatik mənasını dəyişdirə bilir. Pristavkalar əsas etibarı ilə fel formalarının, xüsusilə fel növlərinin (tərzlərinin) düzəldilməsinə xidmət edir. Müqayisə edək: ходить-входить, выходить, подходить, отходить, заходить; писать-написать və s.
['qohum sözlər', 'sonluqlar']
6,857
https://kayzen.az/blog/d%C9%99rmanlar/588/d%C9%99rmanlar-haqda-%C3%BCmumi-m%C9%99lumat.html
Dərmanlar haqda ümumi məlumat
fidan
dərmanlar
25 mart 2010, 18:09
Dərman maddələri orqanizmə həm yerli, həm də ümumi təsir edir. Dərman maddələrinin yeridilməsinə olan reaksiya orqanizmin fərdi xüsusiyyətlərindən, onun toxuma və üzvlərinin həssaslığından asılıdır. Dərman preparatlarını insanın orqanizminə müxtəlif yollarla yeridirlər. Onların ağzından (oral metod) və ya düzbağırsaqdan (rektal metod) yeridilməsinə enteral metod deyilir. Bu vaxt dərman maddəsi mədə-bağırsaq yolunun selikli qişasından sorulur. Dərman maddələrinin mədə-bağırsaq yolundan kənar (əzələyə, venaya, dərialtına və s.) yeridilməsinə parenteral metod deyilir. Dərman preparatları yerli, birbaşa xəstəlik ocağına; onurğa beyni kanalına (endolümbal) - meningitdə, oynaq kisələrinə bunlarda iltihab prosesi olduqda: plevra boşluğuna, bronxlara, traxeyaya və s.-yə yeridilə bilər. Dərman preparatları əsas müalicəvi təsirindən başqa əlavə mənfi reaksiyalar da törədə bilər. Bəzən dərman maddələrinin bir-birinə təsiri zərərli, tamamilə yeni fiziki-kimyəvi reaksiyalara səbəb olur. Tibb bacısı bilməlidir ki, hansı dərmanları bir vaxtda vermək olmaz. Bəzi dərman preparatlarına qarşı orqanizmin göstərdiyi mənfi reaksiyaları çox vaxt dozanı azaltmaqla, yaxud müalicənin ilk günlərindən sonra tez aradan götürmək mümkün olur. Bu reaksiyaları orqanizmin bu və ya başqa dərman maddəsini götürməməsindən fərqləndirmək lazımdır, belə ki, orqanizmin dərman maddəsini götürməməsi anafilaktik şok kimi ağır dərəcəli ağırlaşmalara səbəb olur. Bəzən dərman maddəsini müalicə təsiri eyni olan və orqanizmin daha yaxşı götürdüyü başqa bir dərmanla əvəz etmək lazım gəlir. Bəzi xəstələr müəyyən dərmanların onlara düşmədiyini bildirirlər. Odur ki, xəstə özü bunu həkimə deməyibsə tibb bacısı deməlidir. Orqanizmin götürmədiyi bəzi dərman preparatlarını tətbiq etməzdən əvvəl sınaq qoyurlar. Bunun üçün dərman maddəsini kiçik dozada yeridirlər. Reaksiya əmələ gəlməsi həmin preparatın (yod preparatları, rentgen-­kontrast maddələr, serumlar və s) xəstəyə verilməsinin məsləhət olmamasını göstərir. Dərman maddəsindən uzun müddət istifadə etdikdə çox vaxt onun müalicəvi təsiri azalır ki, bu da mikrobun həmin dərman preparatına həssaslığının itməsi, yaxud onun həmin preparata qarşı müqavimət qazanması ilə izah olunur. Mikrobların müqavimətinin qarşısını almaq məqsədilə dərman maddələrinin işlədilməsinin çox müxtəlif metodları işlənib hazırlanmışdır. Bir neçə preparatın eyni vaxtda verilməsi, müalicənin ara verib aparılması və s. Preparatı təyin etməmişdən əvvəl mikrob florasının həssaslığını, xüsusən antibiotiklərə həssaslığını bilmək üçün xəstənin ifrazatını (bəlğəmi, irinli ifrazatı və s.) əkmək məsləhət görülür ki, bu da dərhal daha təsirli dərman maddələri təyin etməyə imkan verir. Orqanizm bəzi preparatlara alışır, hətta dərmandan asılı olur. Narkotik maddələrdən istifadə ağır xəstəliyə - narkomaniyaya səbəb olur, bu preparatların təyin edilməsinə və tətbiqinə ciddi nəzarət olmalıdır. Bir sıra dərman preparatları orqanizmdən yavaş çıxır, yaxud orqanizmdə toplanır (kumulyasiya), odur ki, belə preparatların (üskükotu preparatları) dozalarını təyin edəndə bunu nəzərə almaq, bəzən dozanı azaltmaq lazımdır. Tibb bacısı dərman maddələrinin dozalarını bilməlidir. Dərman maddələrinin dozasını bədənin kütləsindən və yaşdan asılı olaraq təyin edirlər. Birdəfəlik doza - bir dəfə qəbul etmək üçün, yüksək birdəfəlik doza - dərmanı bir dəfədə qəbul edilən ən böyük miqdarı, sutkalıq doza dərman maddəsinin sutka ərzində qəbul edilən ən böyük miqdarıdır. Tibb bacısı preparatın zəhərlənmə əmələ gətirən toksik və ölümcül dozasını bilməlidir. Tibb bacısı həkimin icazəsi olmadan xəstəyə dərman verə bilməz, belə ki, hətta adi dərman, məsələn, işlətmə dərmanı, ağrıkəsən dərman müəyyən hallarda ağır nəticələrə səbəb ola bilər (apendisitdə, uşaqlıqdankənar hamiləlikdə işlətmə dərmanı və s. kimi). Dərman qəbulundan sonra xəstənin özünü pis hiss etməsini yaxud hər hansı səbəbə görə dərmandan imtina etməsini tibb bacısı dərhal həkimə xəbər verməli və özü heç nəyi dəyişməməlidir. UPD. Dərmanı bölərək içməyin! Bölərək qəbul edilən dərmanlar orqanizm tərəfindən sürətlə sorulmadığından iflic və ürək xəstəliyi kimi ağır fəsadlar meydana çıxır. Çünki hər dərman xüsusi olaraq orqanizm tərəfindən sorulma sürətinə malik olduğundan dərmanı böldükdə bu “sürət“ pozulur və bundan da orqanizm ciddi ziyan çəkir.
['dərmanlar']
6,858
https://kayzen.az/blog/James/586/v%C9%99fs%C4%B1z-q%C4%B1zlard%C4%B1-yoxsa-o%C4%9Flanlar-niy%C9%99.html
Vəfsız qızlardı yoxsa oğlanlar? Niyə?
James
Bloq: James
25 mart 2010, 17:28
Daha çox hansı cins xəyanətə meyllidir?
['xəyanət', 'vəfasızlıq']
6,859
https://kayzen.az/blog/u%C4%9Fur/574/b%C9%99z%C9%99n.html
Bəzən...
Nailə_Rzayeva
uğur psixologiyası
25 mart 2010, 12:59
Bəzən insanlar bütün həyatları boyu axtarırlar, bəzən isə bir günün içində tapırlar... Bəzən biz gözləyirik, gözləyirik, gözləyirik, bəzən isə kimisə bizi gözləməyə vadar edirik... Bəzən gülməkdən ağlayırıq, son zamanlar isə ağlamamaq üçün gülürük... Bəzən qollarımızı geniş açıb küləyə doğru addımlayırıq, bəzən də paltomuza bürünüb şarfımızı bərk-bərk bağlayırıq... Bəzən üzümüzü günəşin isti şüalarına doğru tutub ona gülümsəyirik, bəzən isə iri eynəklər taxıb nədənsə gizlənməyə və ya nəyisə gizlətməyə çalışırıq... Bəzən həyatımızda kimisə qarşılayırıq və elə bilirik ki, bu əbədidir, bəzən isə yola salırq və sanırıq ki, belə də olmalıdır... Bəzən ünsiyyət axtarırıq, ətrafımızı genişləndirirk, harasa, kiməsə tələsirik, bəzən isə sadəcə gözlərimizi yummaq istəyirik, heç nə lazım deyil, yalnız özün və ağlına, ürəyinə sakitlik gətirən sükut... Bəzən biz bahalı hədiyyələr istəyirik adi yumşaq ayı oyuncaqlarına gülüşlə baxırıq, bəzən isə sadə bir söz, baxış sənin üçün daha qiymətli olur... Bəzən biz damın altında, çətirin altında yağışdan gizlənirik, bəzən isə Allaha o yağışı göndərməyi üçün yalvarırıq və yalın ayaqla,sevinclə, insanlardan ayrı, sərbəst, təbiətin bir parçası olaraq o yağışın altında qaçmaq istəyirik... Bəzən içində uzun müddət yığılıb qalanları bir andaca söyləmək istəyirsən, bəzən isə bir-birini başa düşmək üçün sadəcə susub baxmaq lazım olur... Bəzən heç kimin bizi narahat etməməsi üçün telefonu söndürürük, bəzən isə yeganə bir zəng üçün nəfəs almadan içimiz titrəyərək telefonun başında otururub o zəngi gözləyirik... Bəzən biz gözləyirik, gözləyirik, uzadırıq və bir zaman baxırıq ki, artıq gecdir. Ürək uçuruma doğru getməyə başlayır... Bəzən danlaqdan, məzəmmətdən qorxuruq, bəzən isə bütün dünyaya meydan oxuyaraq öz haqlılığımızı sübut etməyə çalışırıq... Bəzən məhəbbət romanlarında olduğu kimi çılğın ehtiras gözləyirik, bəzən isə adi gülüş, toxunuş bütün ehtiraslara bərabər olur... Bəzən doqquzda yatmağa uzanırıq, bəzən isə sutkalarla yata bilmirik... Bəzən gözəl geyinib, bəzənirik, bəzən isə günlərlə eyni köynəkdə gəzirik... Bəzən ... Bəzən... Bəzən kimisə qucaqlayıb, ondan" hər şey yaxşı olacaq" sözlərini eşitmək, ağlamaq, ürəyini boşaltmaq istəyirsən.. Və bəzən istəyirsən ki, kimsə səndən getməməyi, onunla daim qalmağı xahiş etsin... Bəzən... Bəzən... Bəzən... Tərcümə: Rzayeva Nailə
['düşüncələr', 'publisistik düşüncələr']
6,860
https://kayzen.az/blog/dahil%C9%99r-maraql%C4%B1/573/makedoniyal%C4%B1-isg%C9%99nd%C9%99rin-h%C9%99yat%C4%B1ndan.html
Makedoniyalı İsgəndərin həyatından
Aynur
Böyük insanlar,şəxsiyyətlər
25 mart 2010, 09:41
Bir dəfə İsgəndərə xəbər çatdırırlar ki, onun əsgərləri pis bir əhval-ruhiyyədədirlər, növbəti döyüşdən sonra əllərinə keçən hər şeyi qarət edib, öz aralarında bölməyi planlaşdırırlar. İsgəndər bunu eşidib deyir: - Bunun harası pisdir. Demək onlar qabaqcadan qələbə qazanmaq əhval-ruhiyyəsindədirlər. Bir dəfə Dara üzərində qələbələrin birindən sonra küçə ilə gedərkən, İsgəndər ona çatmalı olan qızıl əşyalar ilə yüklənmiş ulağı dartıb aparmağa çalışan bir sıravi döyüşçü ilə rastlaşır. İsgəndər, çaşıb-qalmış döyüşçüyə deyir: «Ruhdan düşmə, yükü çadıra apar.» Ümumiyyətlə, onun xasiyyətində qabarıq cəhət qeyri-adi səxavəti idi. Makedoniyalı İsgəndər qiyam qaldırmış əsgərlərini heç nə ilə inandıra bilmədiyini görüb silahsız və müdafiəsiz onların arasına girir və qiyamın əsas səbəbkarlarından 13 nəfəri öz əlilə edama sürükləyir. Orduda nizam-intizam o qədər güclü idi ki, heç kim müqavimət göstərmədi İsgəndər - Makedoniya çarı II Filippin yetim qız olan Olimpiadadan yeganə oğlu idi. Yunanca onun adı Aleksandrdır. Sonra ərəblər onun adını öz dillərinə uyğun şəklə salıb İsgəndər kimi yazdılar. Rəvayətə görə anasının toy gecəsi bir neçə əlamət və təbiət hadisəsi ilə müşayiət olunmuşdu. Onlardan biri - Olimpiada yuxuda görmüşdü ki, göy guruldadı və ildırım onun bətnini vurdu. İsgəndər öz ruhi əzəmətini və fövqəlbəşər təbiətini hələ uşaqlıqdan məlum edirdi. Belə ki, yaşıdları ilə oynayarkən hər dəfə atasının yeni bir ölkə fəth etdiyini eşidəndə pərt olub deyirmiş: «Atam dünyanı aldı, mənə heç nə qalmadı.» İsgəndərin tərbiyəçisi sərt xasiyyətli Leonid idi. Məhz Leonid İsgəndərin həm fiziki, həm də mənəvi cəhətdən güclü bir şəxsiyyət kimi yetişməsində rol oynamışdı. Məşhur yunan filosofu Aristotel isə bir neçə il İsgəndərə dərs demiş, ona elmi biliklərlə yanaşı dövlət quruluşu və idarəçiliyinin sirlərini öyrətmişdi. Sonralar İsgəndər demişdi ki, həyata gəldiyinə görə Filipə, ləyaqətli həyat sürdüyünə görə isə Aristotelə borcludur. İsgəndər, tanışları ona olimpiya oyunlarında iştirak etməyi təklif etdikdə, demişdi ki: «Əgər rəqiblərim şahlər olacaqsa, iştirak edərəm.» Makedoniya ordusunun gücündən qorxuya düşmüş III Dara özü döyüşə rəhbərlik etmək qərarına gəldi. O, İsgəndərə qarşı yüz min nəfərlik qoşun çıxardı. Öz gücünə arxalanan Dara bu yürüşə saysız-hesabsız qulluqçuları, rəqqasələri və ailəsi anası, arvadı və qızları ilə birgə çıxmışdı.İkinci döyüş İss şəhəri yaxınlığında baş verdi. Taktiki manevrlərindən ustalıqla istifadə edən İsgəndər Daranı döyüş yerindən qaçmağa məcbur etdi. Bu İran döyüşçülərini ruhdan saldı və makedoniyalılar özlərindən sayca qat-qat çox düşmənə qalib gəldilər. Daranın ailəsi əsir götürülmüşdü, İsgəndər hamıya tapşırdı ki, onlarla şah ailəsi kimi rəftar etsinlər, qadınların saxlandığı çadıra yaxınlaşmasınlar. Makedoniya çarının bu alicənablığı Asiya xalqları arasında ona böyük nüfuz və hörmət qazandırdı. Döyüşdən sonra Dara İsgəndərə xəbər göndərib öz imperiyasının bir hissəsini - Yunanıstandan Dəclə-Fərat sahillərinə kimi geniş bir ərazini ona təklif etdi. Makedoniya ordusunun ən nüfuzlu sərkərdəsi Parmenion İsgəndərə dedi: -Mən İsgəndər olsaydım, razılaşardım. -Mən də razılaşardım əgər İsgəndər olmasaydım - deyə cavab verdi. O, Daraya öz məşhur cavabını göndərdi: «Mən İranın hamısını yarısına dəyişmək fikrində deyiləm.» Makedoniyalıların düşərgəsindən qaçmış bir fars Daraya xəbər gətirdi ki, İsgəndər onun ailəsi ilə çox ləyaqətli davranır, onlar özlərini şah sarayındakı kimi hiss edirlər. Bunu eşidən Dara üzünü göylərə tutub dedi: - Ey mənim nəslimə və səltənətimə himayədarlıq edən allahlar, mənə farsların əzəmətini qaytarmaqda kömək edin ki, əzizlərimə göstərdiyi qayğıya görə İsgəndərin borcundan çıxa bilim. Yox, əgər qəzavü-qədərin cəza saatları çatıb fars hökmranlığı yerlə-yeksan olacaqsa, onda qoy İsgəndərdən başqa heç kim Kirin taxtına oturmasın! İranla döyüşlər arasındakı fasilələrdə İsgəndər Misiri, Babilistanı, Finikiyanı zəbt etdi. Şəhərlərin çoxu ona könüllü tabe olurdu, çünki o, heç vaxt şəhərləri talamır, məğlub olmuş hakimiyyətlərlə, əhali ilə, xü­susilə qadınlara ehtiramla davranır, onların adət-ənənələrinə, dinlərinə hörmət edirdi. Şəhərlərin birində makedoniyalı əsgərlərin qadınları zorladığını eşidib onların komandanına məktub yazmışdı ki, həmin döyüşçüləri ən ağır cəza ilə cəzalandırsın. Hindistandan qayıdarkən İsgəndərin ordusu uzun müddət susuz çöllərlə getməli oldu. Yolda onlar qatırın üstündə bir tuluq su aparan adamlara rast gəldilər. Günorta vaxtı idi, hamı kimi İsgəndər də susuzluqdan yanırdı. Köməkçiləri bir dəbilqəni su ilə doldurub ona gətirdilər. İsgəndər dəbilqəni aldı, lakin ətrafına baxıb dodaqları qurumuş döyüşçüləri görəndə geri qaytarıb dedi: -Mən suyu tək içsəm, onlar ruhdan düşərlər. Bunu görən döyüşçülər dedilər ki, qoy o, tərəddüd etmədən onları qabağa aparsın. Belə hökmdarla onlar susuzluğa da qalib gələ bilərlər. 20 yaşında taxta çıxan İsgəndərin ordusu 11 illik aramsız müharibələrdə dəfələrlə özündən çoxsaylı ordularla döyüşməsinə baxmayaraq bir dəfə də olsun, məğlub olmadı. O, təzə istiqamətdə yürüşlərə hazırlaşırdı, lakin azmüddətli xəstəlikdən sonra İsgəndər 33 yaşında vəfat etmişdi. Yürüşlərin bütün ağırlığını öz əsgərləri ilə birlikdə çəkən, susuz səhralarda onlarla çiyin-çiyinə addımlayan, döyüşə birinci atılan və sonuncu çıxan İsgəndəri əsgərləri çox sevir və döyüşlərdə onunla birgə böyük ruh yüksəkliyi ilə vuruşurdular. İsgəndərdən sonra gələn müzəffər sərkərdələr onun bu keyfiyyətini qələbə çalmaq üçün əsas hesab etmiş və öz əsgərlərinin hörmətini qazanmağa çalışmışlar. Çünki ən mahir sərkərdə də bilir ki, döyüşdə qələbəni əsgərlər qazanır... Tarixçilərin söylədiyi bir rəvayət də gənc İsgəndərin cəsarətindən və inadkarlığından xəbər verir. Bir gün tacirlər Filipə Bukefal adlı çox gözəl və güclü at təklif edirlər. Lakin minilməmiş at heç kimi yaxına buraxmadığından Filip ondan imtina edir. Bunu görən İsgəndər qışqırır: - Gör qorxularından necə gözəl atı əldən verirlər. Bu sözləri eşidən Filip qəzəblənir və İsgəndərə atı minməyi təklif edir. İsgəndər atın yüyənindən tutub üzü günəşə tərəf çevirir. O görürdü ki, at öz kölgəsindən qorxur. Bundan sonra o, ata minib çapmağa başlayır. Atası İsgəndəri bağrına basıb deyir: - Oğul, özünə münasib şahlıq axtar. Makedoniya sənin üçün çox kiçikdir. Yürüşə başlamazdan əvvəl İsgəndər Yunanıstanın bir çox adlı-sanlı və ağıllı adamları ilə görüşdü. Müəllimi Aristotel ona dedi: - İsgəndər, sən çox böyük işə başlayırsan. Ancaq qorxuram ki, onun öhdəsindən gələ bilməyəsən, çünki çox cavansan. Bəlkə, bir az gözləyəsən, təcrübə toplayasan. - Yox - deyə İsgəndər qəti cavab verdi. - İllər keçdikdə bəlkə də təcrübəm artacaq, ancaq qətiyyətim azalacaq. Yürüşə xeyir-dua verənlər arasında sinoplu filosof Diogenin olmadığını görüb İsgəndər özü onunla görüşə yollandı. Gənc Makedoniya hökmdarı Diogenə yaxınlaşanda filosof günün qabağında uzanıb qızınırdı. İsgəndər salam verib soruşdu: - Əgər bir arzu-istəyin varsa, de, yerinə yetirim. Diogen yerindən qımıldanmayıb sakitcə dedi: - Mümkünsə, bir az kənara çəkil, günün qabağını tutursan. Filosofun bu məğrurluğundan və ruhi əzəmətindən heyrətə gələn İsgəndər sonralar demişdi: - And olsun tanrılara ki, əgər mən İsgəndər olmasaydım, Diogen olmaq istərdim. Mənbə İlyas Həsənov,Ellada Həziyevanın Əslində onlar kimdir? kitabından
['Makedoniyalı İsgəndər', 'sərkərdə']
6,861
https://kayzen.az/blog/ingilis-dili/175/sual-%C9%99v%C9%99zlikl%C9%99ri.html
Sual əvəzlikləri
2ral
İngilis dilinin qrammatikası
25 mart 2010, 00:39
İNTERROGATİVE PRONOUNS Müаsir ingilis dilindә аşаğıdаkı suаl әvәzliklәri vаrdır: who, whose, what, which. Suаl әvәzliklәri хüsusi suаllаrdа işlәnir vә bir qаydа оlаrаq cümlәnin bаşlаnğıcındа durur, mәsәlәn:Who is in the room? Whose book is this? What do you want? Which pen do you prefer? 1. Who suаl әvәzliyi.Bu әvәzlik hәmişә nsmi әvәzlik kimi işlәiir vә cаnlı vаrlıqlаrа аid оlur, mәsәlәn:Who is that man? Who is in the garden? Who suаl әvәzliyinin iki hаl fоrmаsı vаr: 1) аdlıq hаl fоrmаsı: who; 2) оbyеkt hаl fоrmаsı: whom. Cümlәnin mübtәdаsınа suаl vеrәrkәn birinci, tаmаmlığınа suаl vеrәrkәn isə ikinci fоrmа işlәnir, mәsәlәn:Who is working in the garden? Whom do you see in the street?Qeyd. Muаsir ingilis dilindә who әvәzliyinin iki hаl fоrmаsı (who, whom) аrаsındаkı fәrq gеt-gеdә itir; hаzırdа bu әvәzliyin әn çох аdlıq hаl fоrmаsı (who) işlәnir. Müаsir ingilis dilindә Whom do you see there? әvәzinә Who do you see there? dеmәk mümkündür. Who әvәzliyi Аzәrbаycаn dilinә (1) kim? suаl әvәzliyi vаsitәsilә, оnun оbyеkt hаl fоrmаsı оlаn whom isә (2) kim әvәzliyinin yönlük vә təsirlik hаl fоrmаlаrı ilә tәrcümә еdilir, mәsәlәn: (1) Who is that man? — O аdаm kimdir? (2) Whom do you see in the yard? — Sәn hәyәtdә kimi görürsәn? Whom does she want to give the book? — Bu kitаbı o kimә vеrmәk istәyir? 2. Whose suаl әvәzliyi. Bu suаl әvәzliyi mәnsubiyyәt, sаhiblik ifаdә еdir. О hәmişә sifәti әvәzlik kimi işlәnir vә аid оlduğu ismin bilаvаsitә qаrşısındа durur.Bu hаldа ismin qаrşısındа hеç bir аrtikl işlәnmir, mәsәlәn:Whose book is it? Whose flat was it? Whose brother is that boy? Whose әvәzliyi Аzәrbаycаn dilinә kim suаl әvәzliyinin yiyәlik hаl fоrmаsı ilә tәrcümә еdilir, mәsәlәn:Whose sister is the girl? — Bu qız kimin bаcısıdır? Whose pen is it? — Bu kimin qәlәmidir?  3. What suаl әvәzliyi. Bu әvәzlik аdәtәn cаnsız vаrlıqlаrlа işlәnir, mәsәlәn:What is it? What is there on the table? What do you see in the room? Lаkin аdаmlаrın sәnәtini, vәzifәsini sоruşаrkәn what әvәzliyi şәхsә аid dә işlәnә bilir, mәsәlәn:What is he? — О nәçidir? What are they? — Оnlаr nәçidirlәr? What suаl әvәzliyi hәm ismi, hәm dә sifәti әvәzlik kimi işlәnә bilir. Ismi әvәzlik kimi işlәnәrkәn о, Аzәrbаycаn dilinə (1) nә; sifәti әvәzlik kimi işlәnәrkәn isә (2) nеcә; (3) hаnsı suаl әvәzliklәri vаsitәsilә tәrcümә еdilir, mәsәlәn: (1) What has happened? — Nә оlub? (2) What book is it? — Bu nеcә kitаbdır? (3) What book did you buy? — Siz hаnsı kitаbı аldınız?  4. Which suаl әvәzliyi. Bu әvәzlik sеçmә mənаsınа mаlikdir; mövcud оlаn iki vә dаhа аrtıq şәхs, yахud әşyаdаn hаnsının münаsib, lаzım оlduğunu sоruşаrkәn işlәdilir, mәsәlәn:Which boy is your brother? Which book do you want to read? Which ismi vә ya sifәti әvәzlik kimi hәm şәхsә, hәm dә əşyalara aid оlаrаq işlәnә bilir, mәsәlәn:Which of the boys is the strongest? Which side of the bed do you like, Mum? (Galsworthy.) Which one do you mean—the "Red Girdles?" (Voynich.) Which Аzәrbаycаn dilinә hаnsı suаl әvәzliyi vаsitәsilә tərcümә еdilir, mәsәlәn:Which is he? — О hаnsıdır? Which room do you like? Siz hаnsı оtаğı хоşlаyırsınız?  Suаl әvәzliklәri cümlәdә (1) mübtәdа, (2) prеdikаtiv, (3) tаmаmlıq vә (4) təyin rоlundа işlәnә bilir, mәsәlәn: (1) "Who told you I belong to a "sect?" he interrupted sharply. (Voynich.)(2) "What is it you want me to do?" (Voynich.)(3) "What does she want?" (Voynich.)(4) "From which farm does he come?" (Abrahams.) Müəllif: Oruc Musayev Mənbə: İngilis dilinin qrammatikası kitabı
['əvəzlik', 'sual əvəzlikləri', 'pronouns']
6,862
https://kayzen.az/blog/kulturologiya/543/q%C9%99dim-yunan-m%C9%99d%C9%99niyy%C9%99ti.html
Qədim yunan mədəniyyəti
papatürk
Kulturologiya (mədəniyyətşünaslıq)
23 mart 2010, 22:29
Yunan əfsanələri. Homer. Qədim yunanlar ölkənin keçmişindən bəhs edən çoxlu əfsanələr və mahnılar yaratmışlar. Bu mahnı və əfsanələrdə uydurmalar olsa da, onlar yunanların məşğuliyyəti, əmək alətləri, hansı ölkələrdə olmaları, dini və s. haqqında məlumat verir. Alimlər əfsanələrdən tarixi mənbə kimi istifadə edirlər. Yunanlar «Dedal və İkar», «Tesey», «Arqonavtlar», «Herakl», «Promotey», «Demetra və Persofena» və s. əfsanələr yaratmışlar. Bu əfsanələrin hər biri yunanların keçmişi, insanları və onların qəhrəmanları haqqında iftixar hissi tərbiyə edirdi. Yunan əfsanələrindən birinə görə, Troya şahzadəsi Paris ilahə Afroditanın yardımı ilə Sparta padşahının arvadı Yelenanı qaçırır. Padşah bundan qəzəblənir, bütün yunanları müharibəyə çağırır. Yunanların yüzlərlə gəmisi Troyanın yerləşdiyi Kiçik Asiyaya yan alır. Müharibə on il davam edir. Troya müharibəsi e.ə 1200-cü ildə başlanmışdı. Yunanlar Troya müharibəsi haqqında çoxlu əfsanələr yaratmışdılar. Kor şair Homer bu əfsanələr əsasında e.ə. VIII əsrdə «İliada» və «Odisseya» epik poemalarını yaratmış, onlar e.ə. VI əsrdə yazıya alınmışdı. Yunanların adət-ənənələri, etiqadları, həyat tərzi haqqında geniş məlumat verən bu poemaların əhəmiyyəti tarix üçün o qədər böyükdür ki, e.ə. XI-IX əsrlər Homer dövrü adlanır. Yunanıstanın erkən qədim tarixini öyrənmək üçün Homerin poemaları etibarlı mənbə sayılır. Arxeoloji qazıntılar nəticəsində Homerin «İIiada» və «Odisseya» poemalarında təsvir olunmuş hadisələrin tarixən olduğu sübut edilmişdir. Yunanlar Troya şəhərini İlion adlandırırdılar. «İliada» poemasının adı da buradan götürülmüşdür. Poemada göstərilir ki, Troyanın mühasirəsi yunanları tamam yormuşdur. Yunanların qəhrəmanı Axillesin anası Yelena onun dabanından tutub yeraltı suda çimizdirərmiş. Odur ki, onun bütün bədəni daşbatmaz, dabanı isə zəif imiş. Bu, Axillesin ölümünə səbəb olur. İndi insanın zəif yerini «Axilles dabanı» adlandırırlar. Yunanlı Odissey Troyanı tutmaq üçün taxtadan nəhəng at düzəltdirir və içərisinə yunan döyüşçülərini doldurur. Troyalılar gecə atı şəhərə çəkib aparırlar. Döyüşçülər gecə atdan çıxıb darvazaları açır, yunanlar troyalıları məğlub edirlər. Buradan da «Troya atı» ifadəsi meydana gəlmişdir. Bu isə düşməndən hədiyyə qəbul etməyin təhlükəli olması deməkdir.«Odisseya» poemasında yunanların Troyanın alınmasından sonra Odisseyin başçılığı ilə yunanların vətənə dönmələri və yolda onların başına gələn hadisələr, Odisseyin öz doğma şəhəri İtakaya gəlməsi təsvir edilir. Odissey İtakaya gəlib evində ağalıq edənləri qırır və əvvəlki hakimiyyətini bərpa edir. Hər iki poema böyük ədəbi əsər olmaqla yanaşı zəngin tarixi mənbədir. Din. Dünyanın başqa xalqları kimi, yunanlar da təbiət hadisələrinin səbəbini bilmir, ondan qorxurdular. Onlara görə, təbiəti allahlar və ilahələr idarə edirlər. Rəvayətə görə, baş allah Zevs, Poseydon və Aid dünyanı öz aralarında bölüşdürmüşlər. Zevs yer və göyün, Poseydon dənizin, Aid isə yeraltı padşahlığın allahı idi. Zevsin iradəsi ilə şimşək çaxır, yağış yağırdı. Apollon işıq və incəsənət allahı idi. Günəş allahı Helios qızıl arabası ilə səfərə çıxanda gün başlanır. Münbitlik allahı Demetra idi. Onun qızı Persefonanı Aid oğurlayır. Onu anasının yanına buraxmır. Demetra kədərlənir. Hər şey solur, təbiət təravətini itirir. Zevs Aiddən xahiş edir ki, Persefonanı bir neçə ay anasının yanına buraxsın. Qız anasının yanına gələndə yaz gəlir, yeraltı dünyaya gedəndə anası kədərləndiyinə görə qış gəlir. «Demetra və Persefona» əfsanəsi də buradan yaranmışdı. Yunanlar meşə allahlarını satirlər, bulaq allahlarını nimfalar adlandırırdılar. Yunanlarda əkinçilik, maldarlıq, ovçuluq, sənətkarlıq və sairə sahələr yarandıqca onları himayə edən allahlar da yaradılırdı. Dionis şərabçılıq, Hefest dəmirçilik, Hermes ticarət allahı idi. Afina müdriklik və müharibə allahı idi. Yunanlar belə güman edirdilər ki, allahlar ən yüksək dağ olan Olimpdə yaşayırlar. Onları Olimp allahları adlandırırdılar. Prometey insan azadlığı uğrunda mübarizə aparırdı. Allahlar odun, sənətin sirlərini insanlardan gizlədirdilər. Prometey isə insanlara ağıl, idrak vermiş, insanlara hesab, sənət öyrətmişdir. Zevsin əmri ilə Hefest Prometeyi Qafqaz dağlarında yalçın qayaya zəncirləyir. Zevsin göndərdiyi qartal onun ciyərinin bir hissəsini hər gün qoparır. Hər gün ciyər bərpa olunur. Prometey bu dəhşətə dözür, amma Zevslə barışmır. Buradan da «Prometey» əfsanəsi yaranmışdır. Məktəb və gimnaziyalar. Yunanlar e.ə. II minillikdə unutduqları öz yazılarına bir daha qayıtmadılar. Onlar e.ə. IX əsrdə finikiyalıların əlifbasına sait səsi bildirən 2 işarə əlavə edib 24 hərfdən ibarət yunan əlifbasını tərtib etdilər. Onlar mətni papirus, gil lövhə, üzərinə mum çəkilmiş taxta parçası üzərində stil adlanan metaldan düzəldilmiş ucu şiş çubuqla yazırdılar. Azad yunanların uşaqları 7 yaşından məktəbə gedirdi. Sənətkar və kəndli uşaqları ibtidai məktəbdə, dövlətli uşaqları 18 yaşınadək gimnaziyada oxuyurdu. Onlar Homerin, Hesiodun və başqa yazıçıların əsərlərini əzbər bilirdilər. Şagirdlərə şəkil çəkməyi, rəqs etməyi, mahnı oxumağı və lirada çalmağı, valideynlərinə və yaşlılara ehtiramla yanaşmaq qaydalarını öyrədirdilər. Qızlar və qullar oxumurdular. Teatr. E.ə. VI əsrin sonu V əsrdə Afinada açıq havada tamaşa göstərmək üçün ilk teatrlar tikildi. Yunan sözü olan «teatr» «tamaşa yeri» deməkdir. Xorun çıxış etdiyi yer «orkestra», aktyorların oynadığı yer «skena» adlanırdı. Qədim Yunanıstanda şərab allahı Dionisin şərəfinə təşkil edilmiş bayram, onun barəsində əfsanələrin səhnələşdirilib nümayiş etdirilməsi ilə qədim yunan teatrının əsası qoyuldu. Qədim Yunanıstanda teatra «böyüklər üçün məktəb» deyirdilər. E.ə. V əsrin sonları - IV əsrdə bütün yunan şəhərlərində açıq havada tamaşa göstərilən teatrlar tikilmişdi. Yunanıstanda əfsanələr əsasında tragediyalar adlanan pyeslər yarandı. Tragediya «keçi mahnısı» deməkdir. Tragediyada qəhrəmanlar arasında gərgin mübarizə gedir, sonra isə qəhrəmanlar öz ideyaları uğrunda həlak olurlar. Afinada tragediyanın banisi Esxil olmuş, o, «ZəncirIənmiş Prometey» tragediyasını yazmışdır. E.ə. V əsrdə yaşamış Sofokl «Antiqona» faciəsinin müəllifidir. Esxil və Sofokl müdrik dahilər sayılırdı. Yunanıstanda komediyalar şən, məzəli və gülməli səhnəciklərdən ibarət olurdu. Komediya sözü «şən sakinlər mahnısı» deməkdir. Komediyalar adamları düşünməyə məcbur edirdi. «Quşlar» komediyasını yazmış Aristofan (e.ə. 445-385) çox məşhur idi və «komediyanın atası» sayılırdı. Memarlıq, heykəltəraşlıq və rəssamlıq. E.ə.V-IV əsrlərdə Yunanıstanda memarlıq, heykəltaraşlıq və rəssamlıq yüksək inkişaf səviyyəsinə çatmışdı. Ölkədə çoxlu ictimai binalar tikilmişdi. Yunanıstanın ən gözəl şəhərlərindən biri Afina idi. Afinanın baş meydanı Aqora (bazar meydanı) idi. Portiklər (kölgəliklər) bir və bir-neçə cərgə sütunlar üzərində tikilirdi və yunanlar bu portiklərin kölgəsində istirahət edirdilər. E.ə. VI-V əsrlərdə Yunanıstanda iki növ sütun var idi. Dori sütunları sanki daş döşəmədən çıxan və yuxarıda adi sal daşla tamamlanan möhtəşəm sütunlar idi. Bəzəkli məbəd tikintisində ionik sütunlarından istifadə olunurdu. Sütunların yuxarısında əyri qoyun buynuzuna bənzər qıvrım naxışlar olurdu. Afinada ən məşhur məbəd Akropol idi. Onu Fidi tikmişdi. Akropolda ucaldılan binalar və heykəllər e.ə. V əsrdə yunan incəsənətinin zirvəsi sayılırdı. Akropol (qədim yunancadan aκρόπολις — yuxarı şəhər)– Afinanın mərkəzində hündürlüyü 156 metrə çatan qayalıq meydançada 2500 il tarixi olan memarlıq abidələri ilə zəngin açıq muzeydir. Arropol mərmər sütunlardan ibarət portiklərlə əhatə olunmuşdu. Burada Afinanın şərəfinə Parfenon məbədi tikilmişdi. Heykəltəraş Fidi Parfenonda Marafon vuruşmasında qənimət kimi əldə edilmiş qızıl və fil sümüyündən ilahə Afinanın 12 m hündürlüyündə heykəlini qoymuşdu. Parfenon qarşısında qurbanlar kəsilirdi. Heykəllərlə bəzədilən xəzinə saxlanılırdı. Yunanlar heykəlləri ağacdan, tuncdan və mərmərdən canlı və cazibədar düzəldirdilər. Heykəltəraşlar insan bədənini hərəkət vəziyyətində də təsvir etməyi bacarırdılar. Heykəltəraş Miron e.ə. V əsrdə «Diskatan» heykəlini yaratmışdı. Allahların, qəhrəmanların və başqalarının heykəlləri düzəldilirdi. Qədim Yunanıstanda vaza rəssamlığı və gil heykəltəraşlığı geniş yayılmışdı. Elm. Qədim yunanlar onlara qədər şərqdə yaranmış elmi mənimsədilər, təbiət üzərində müşahidələr apardılar. Bir çox ölkələrə səyahət etdilər və təbiət haqqında elmi inkişaf etdirdilər. E.ə. VII-VI əsrlərdə Milet şəhəri və Egey dənizinin şərqində yerləşən İoniya vilayətindəki şəhərlər elm mərkəzlərinə çevrildi. İoniya alimləri təbiət hadisələrini izah etməyə, onların səbəblərini öyrənməyə çalışır, dünyanın mənşəyini də izah etməyə cəhd göstərirdilər. Bir qrup alimlər təbiətin başlanğıcını suda, bəziləri havada, torpaqda, digərləri odda görürdülər. E.ə. V əsrdə yunan elminin mərkəzi Afina idi. Burada Demo­krit (e.ə. 460-370) İoniya alimlərinin işini davam etdirdi. O, belə bir fikir söyləmişdir ki, bütün dünya ən xırda zərrəciklərdən atomlardan ibarətdir. Demokrit insanlarda ruhun ölməzliyini inkar edirdi. O, dinin yaranmasının səbəbini insanların təbiət hadisələri qarşısında aciz qalmaları və qorxusu ilə izah edirdi. Demokrit materialist olduğuna görə onu cəzalandırmaq istəyirdilər. Demokritin ardıcılı Hippokrat (e.ə. 460-377) idi. Onun fikrincə, həkim xəstənin bədənində xəstəliyə qarşı müqaviməti artırmalıdır. Onun tibb elminin inkişafında böyük xidməti olmuşdur. Həkimin mənəvi davranış normaları olan «Hippokrat andı» onun adı ilə bağlıdır. Aristotel (e.ə. 384-322) qeyri-adi biliyə malik alim idi. İsgəndərin müəllimi olmuşdu. Şərqdə Aristotelə Ərəstun deyirlər.O, bütün bilikləri ayrı-ayn sahələrə böldü, elmlərə ad verdi: botanika yunanca «bitki», fizika-«təbiət», poIitika-«dövlət» sözlərindən götürülmüşdür. Buna görə də ona birinci müəllim deyirlər. Aristotel hesab edirdi ki, Yer kürə şəklindədir, dünyanın mərkəzində yerləşir, Günəş və ulduzlar isə onun ətrafında fırlanır. Yunanıstanda tarix elminin əsası e.ə. V əsrdə qoyulmuşdur. Həmin dövrdə yunan tarixçisi Herodot (e.ə. təqribən 490-425) «Tarix» əsərini yazmış, Plateya vuruşmasına qədər olan dövr haqqında məlumat vermişdi. Bu kitab Yunanıstan, Ön Asiya və Misirin, o cümlədən, Azərbaycanın tarixini öyrənmək üçün qiymətli mənbədir. Bu əsərdə İran-yunan müharibəsində iştirak edən bütün xalqlar haqqında tarixi, etnoqrafik materiallar şərh olunmuşdu. Midiya əfsanələrini ilk dəfə Herodot yazıya almışdır. Kitabda Azərbaycan ərazisində yaşayan xalqlar barədə maraqlı faktlar var. Siseron onu «tarixin atası» adlandırmışdı. Olimpiya oyunları Yunanıstandakı Peloponnes vadisindəki Olimpdə keçirilirdi. Yunanlar əsas idman növləri üzrə 4 ildən bir keçirilən olimpiya oyunlarında yarışırdılar. 4 at qoşulmuş arabada yarış daha təhlükəli idi. 12 dəfə dövrə vurmaq lazım gəlirdi. Hakimlər qalibləri zeytun ağacının budaqlarından hörülmüş çələnglə mükafatlandırırdılar. Olimpiya oyunlarında ancaq varlılar iştirak edə bilirdi. Çünki yoxsulların bu yarışa hazırlaşmağa imkanları olmurdu. Qadınlar yarışlarda iştirak edə və onlara ba­xa bilməzdilər. Olimpiya oyunlarında on minlərlə adam iştirak edirdi. Buraya koloniyalardan da tamaşaçı və iştirakçı gəlirdi. Müharibələr dayandırılır, yarışlar başlanır və beş gün davam edirdi. Olimpiya yunanlar üçün müqəddəs yer idi. Onun mərkəzində Zevs məbədi, bu məbəddə Zevsin nəhəng heykəli yerləşirdi. Bu heykəl dünyanın 7 möcüzəsindən biri idi. İlk Olimpiya oyunları e.ə. 776-cı ildə keçirilmişdi. Yunanların il hesabı həmin ildən başlanır. Bizans imperatoru I Feodosi Olimpiya oyununu qadağan etdi. Olimpiya oyunlarının keçirilməsi 1896-cı ildə bərpa edildi. İndi hər dörd ildən bir Olimpiya oyunları keçirilir. Oyunların harada keçirilməsindən asılı olmayaraq, onun məşəli Olimpdə günəş şüalarından odlanmış alovla yandırılır. Yunan mədəniyyətinin müasir dövrümüz üçün misilsiz əhəmiyyəti var. Yunan əlifbası bir çox əlifbalar üçün əsas oldu, onlar elmin inkişafında nailiyyətlər qazandı, onların əsərləri müasir dövrdə əksər xalqların dilinə tərcümə edilmiş, yaratdıqları heykəllər və tikintilər sonrakı dövr üçün nümunə idi. Quldarlıq demokratiyası azad yunanların elm və incəsənətlə məşğul olmasına şərait yaratdı və bu da elmin və incəsənətin tərəqqisinə təkan verdi. Yunanlar ellin mədəniyyətini yaradarkən başqa xalqların da elm və mədəniyyətini mənimsəyirdilər.
['yunan ədəbiyyatı', 'yunan mədəniyyəti', 'qədim yunanlar', 'ellin mədəniyyəti']
6,863
https://kayzen.az/blog/fizikl%C9%99r/515/lev-dav%C4%B1dovi%C3%A7-landau.html
Lev Davıdoviç Landau
Aynur
Görkəmli fiziklər
23 mart 2010, 09:57
«Bütün fiziki nəzəriyyələrin ali məhkəməsi təcrübədir» L.D.Landau L.D.Landau görkəmli Sovet nəzəriyyəçi-fizikidir. Lev Davıdoviç 1908-ci ildə Bakıda anadan olub. Onun atası mühəndis, anası həkim idi. 13 ya­şında olarkən orta məktəbi qurtaran Landau ali məktəbə daxil olmamışdan ali riyaziyyatı bilirmiş. Yaşı az oldu­ğundan Landau Universitetə qəbul olmaq üçün işini verə bilmir və ailəsinin məsləhəti ilə bir il Bakıda İqtisad Texnikumunda oxuyur. 14 yaşı olanda bu istedadlı gənc Azərbaycan Dövlət Universitetinə daxil olaraq eyni zamanda iki fakültədə təhsil alır: fizika-riyaziyyat və kimya. 1924-cü ildən etibarən Landau öz təhsilini Leninqrad Dövlət Universitetində davam etdirib 19 yaşında fizika fakültəsini bitirmişdir. 1927-ci ildə o, Leninqrad Fizika-Texnika institutunda aspiranturaya daxil olmuş və 1929-cu ildə bir çox xarici ölkələrdə /Almaniya, İsveçrə, Hollandiya, İngiltərə, Belçika, Danimarka/ ezamiyyətdə olmuşdur. Həmin dövrlərdə Landau bu ölkələrin adlı-sanlı alimləri ilə bilavasitə tanış olmuş və onların tədqiqat işlərinə böyük maraq və meyl göstərmişdir. Landau 1931-ci ildə vətənə qayıdaraq geniş tədqiqat işləri­nə başlayır və dövrün problem məsələləri üzərində işləyir. 1932-ci ildən 1937-ci ilə kimi Landau Xarkov Fizika-Texnika İnstitutunun nəzəri fizika şöbəsinə rəhbərlik edir. Burada, o, bərk cisimlərin nəzəriyyəsinə aid bir sıra fundamental işlər yerinə yetirir. 1937-ci ildə Lev Davıdoviç P.L.Kapitsa tərəfin­dən təşkil olunmuş fizika problemlər institutuna keçir. O, burada aşağı temperaturlar fizikası sahəsində mühüm təd­qiqatlar aparır və dünyada şöhrət qazanmış kəşflər edir. İfrat keçiriciliyin təbiətini aydınlaşdırmaqda müvəffəqiyyət qazanan ilk alim Landau olmuşdur. O, həmin institutda uzun müddət işləmiş və məşhur əsərlərini burada yazmışdır. Landau bütün dünyada məşhur olan «Nəzəri fizika» kitabının və başqa dəyərli kitabların müəllifidir. Onun əsərləri xaricdə: ABŞ-da, Yaponiyada, Çində, İngiltərədə, Polşada və başqa ölkələrdə çap olunmuşdur. Onun ən çox maraqlandığı sahə kvant mexanikası olub. Landau iki «qəribə» hadisəni — ifrat keçiriciliyi və ifrat axıcılığı-duru helium 2-nin dar kapillyardan sürtünmədən axmasını tutuşduraraq belə fikir irəli sürür ki, həmin hadisələrin bir-biri ilə qohumluğu var. İfrat keçiricilik maraqlı xüsusiyyətə malik mayenin-elektron mayesinin ifrat axıcılığıdır. Beləliklə, Landau 1941-ci ildə ifrat axıcılığın ilk nəzə­riyyəsini yaratmışdır. İfrat keçiricilik haqqında sonrakı nəzəriyyələrin yaranmasında onun ideyalarından istifadə olun­muşdur.Landaunun bu kəşfi fizikada bir sıra yeni istiqamətlərdə tədqiqat işlərinin aparılmasına səbəb olmuşdur. O, elmin bir çox müxtəlif sahələrində /bərk cisimlər fizikası, faza keçidləri nəzəriyyəsi, kosmik şüalar fizikası, nüvə nəzəriyyəsi, heliumun ifrat axıcılıq nəzəriyyəsi, hidrodinamika, sahənin kvant nəzə­riyyəsi və elementar zərrəciklər, Fermi mayesi nəzəriyyəsi və s./ dəyərli kəşflər etmişdir. Landaunun əməyi yüksək qiymətləndirilərək SSRİ EA-nın həqiqi üzvü /1946/ seçilmiş, 3 dəfə Dövlət mükafatına /1946, 1949, 1953/, Sosialist Əməyi Qəhrəmanı /1954/ adına layiq görülmüş, Lenin ordeni ilə təltif olunmuş, 1962-ci ildə isə Lenin mükafatı laureatı adı almışdır. Beynəlxalq miqyasda Landaunun elmi xidmətləri yüksək qiymətləndirilmişdir. O, İngiltərədə Kral Cəmiyyətinin, Danimarka və Niderland EA-nın, ABŞ Milli Elmlər Akademiyasının, Amerika Elm və İncəsənət Akademiyasının üzvü olmuşdur. 1960-cı ildə ona F.London adına mükafat və Maks Plank adına medal, 1962-ci ildə isə «İfrat axıcılığın nəzəriyyəsini verdiyinə görə» Nobel mükafatı verilmişdir. 1962-ci ildə Landau avtomobil qəzasından ağır zədələndiyinə görə elmi yaradıcılığını davam etdirə bilmir və 1968-ci ildə vəfat edir. Landau Nəzəri minimum adlı geniş əhatəli imtahan kursu işləmiş və tələbələri yalnız bu imtahandan keçdikdən sonra banisi olduğu Landau məkətəbinə qəbul olunurdular. İmtahan nəzəri fizkikanın bütün aspektəlırin əhatə edir və yalnız 43 nəfər bu imtahanı keçə bilmişdir,onlardan 11 donralar akademik olmuşdur.Onun teorminimiumunu vermək böyük nailiyyət sayılırdı. İkisi riyaziyyat,qalanı fizika olmaqla 11 sual verilirdi: riyaziyyatdan iki sual mexanika (механика) sahə nəzəiyyəsi (теория поля) kvant mexanikası (квантовая механика) statik fizika (статистическая физика) механика сплошных сред электродинамика сплошных сред kvant elektrodinamikası (квантовая электродинамика) Sualların tam siyahısı üçün http://chair.itp.ac.ru/index.php?sub=minimum ünvanına baxmaq olar. Mənbə Görkəmli fiziklər kitabı Müəllif Fərhad Hacıyev
['Landau', 'görkəmli fiziklər', 'yəhudi', 'Lev Davidoviç Landau', 'dahi fizik', 'dahi insan', 'Böyük insanlar', 'məşhur fiziklər']
6,864
https://kayzen.az/blog/dahil%C9%99r-maraql%C4%B1/509/dahil%C9%99r-v%C9%99-%C5%9Fahmat.html
Dahilər və şahmat
Aynur
Böyük insanlar,şəxsiyyətlər
22 mart 2010, 19:28
Firdovsi, Nizami, Məhsəti Gəncəvi, Ömər Xəyyam, Dante, Höte, Volter, Puşkin, Turgenev, Brext, Hemenquey, Qaliley, Nyuton, Leybnits, Mendeleyev, R.Ştraus, E.Karuzo, Rimski-Korsakov, Lenin və başqaları çılğın şahmat həvəskarı idilər. Məlumdur ki, görkəmli fizika alimi L.O.Landau şahmat oyununu sevir və oynamağı bacarırdı. Buna baxmayaraq, onu şahmat oynamağa dəvət edənlərin təklifindən imtina edirdi. O eşidəndə ki, məşhur ingilis fiziki Zommerfald öz tələbələrinə şahmat oynamağı qadağan etmişdir, bunu xüsusi rəğbət hissi ilə alqışladı. Yəqin ki, bu elmi işlə məşğul olanların əsas işlərindən yayınmaları ilə əlaqədardır. Məşhur şahmatçı Morfi yazı taxtasına baxmadan eyni zamanda 3 oyunçu ilə, rus şahmatçısı Alyoxin 32 nəfərlə, Argentina qrossmeysteri Miquel Naydorf 45 oyunçu ilə oynamışdı. 1960-cı ildə macar şahmatçısı idman ustası Yanoş Freş şahmat taxtasına baxmadan 52 oyunçu ilə oynamışdır. Ona qarşı 4 nəfər ustalığa namizəd, 12 nəfər birinci dərəcəli, digərləri isə 2-ci və 3-cü dərəcəli şahmatçılar oynamışlar. Yanoş Freş bu oyunlardan 31-ni udmuş, 18-ni heç-heçə qurtarmış, yalnız 3 oyunu uduzmuşdur. Bu seans 13 saata yaxın bir müddət ərzində keçirilmiş, cəmi 4 dəfə 10 dəqiqəlik tənəffüs verilmişdir. Bu oyun zamanı o, 6 kq qədər çəkisini itirmişdir. D.İ.Mendeleyev çox ehtiraslı şahmat pərəstişkarı və oyunçusu idi. O, yazırdı: «Mənim üçün elm - şahmat oynamaq kimidir. Odur ki, vaxtı bu cür əyləncələrlə keçirmək xoşuma gəlir.» Fransa kralı XIV Lüdovik (1638-1715) bir dəfə şahmat oynadığı zaman üzünü hersoq Qrammona tutaraq demişdir: «Siz hakim olun, oyunun vəziyyətini müəyyən edin. - Əlahəzrət, siz oyunu uduzmuşsunuz» - deyə hersoq oyun taxtasına baxmadan cavab vermişdir. Kral ona: «Siz oyun taxtasına baxmadan, hökm yürüdürsünüz» - deyə etiraz edərkən. Hersoq: «Əlahəzrət, baxıb-baxmamağın fərqi yoxdur. Siz uduzmuşsunuz. İnandıraram sizi ki, əgər bir balaca sizin xeyrinizə olsaydı indi hamı vəcdə gələrək, sizi qabiliyyət münasibətilə təbrik edərdilər!» - demişdir.
['şahmat', 'dahilərin həyatı', 'şahmatçı']
6,865
https://kayzen.az/blog/u%C4%9Fur/507/i%C5%9F%C4%B1%C4%9Fa-do%C4%9Fru.html
İşığa doğru...
Nailə_Rzayeva
uğur psixologiyası
22 mart 2010, 18:28
Bir dəstə arını və milçəyi şüşə qaba salırlar. Şüşənin açıq, yəni ağız tərəfini qaranlığa, bağlı, yəni dib tərəfini isə işığa doğru yerləşdirirlər. Arıların hamısı işıq olan tərəfə uçurlar. Ancaq şüşənin dibi bağlı olduğu üçün qaça bilmirlər. Milçəklər isə qaranlıq olan tərəfə uçurlar və şüşənin ağzı açıq olduğu üçün qaça bilirlər. Təcrübə davam edir və nə qədər qəribə də olsa, heç bir arı ( hətta şüşənin ağzıaçıq olmasına baxmayaraq) qaranlıq tərəfə getmir. İlk baxışdan arıların ağılsız olduqlarını düşünmək olar. Ancaq daha dərindən düşündükdə çox əhəmiyyətsiz görünən bu hadisədə böyük bir hikmət olduğunu görmək olar... Bəli, işığa can atanların qarşısında həmişə maneələr var. Ancaq onlar bütün bunlara baxmayaraq, işıqdan əl çəkmirlər. Qarşılarında nə cür maneələr olursa olsun, işığa can atmaqda davam edirlər. Hətta lazım gəlsə onun uğrunda ölməyi də bacarırlar. Bütün bunlara əsas səbəb isə sevgi, əqidə və cəsarətdir... Milçəklər isə qaranlıq "qəhrəmanlarıdır". Əslində şüşənin ağzının qaranlığa baxmasının da onlar üçün heç bir əhəmiyyəti yoxdur. Onlar sevgisiz, əqidəsiz və qorxaqdırlar. Onlar üçün əsas məsələ öz həyatlarıdır. Harada yemək varsa, harada rahat yaşayacaqlarsa, harada çox pul qazanacaqlarsa, onlar üçün həyat oradadır... Arıları qovsanız da getmirlər. Nə olursa-olsun öz əqidələri üçün mübarizə aparırlar. Yeri gələndə sancmağı, yeri gələndə ölməyi də bacarırlar. Yeri gələndə maneələrə də əhəmiyyət vermirlər. Məqsədləri yalnız işığa çatmaqdır... Milçəkləri isə qovan kimi qaçırlar. Sonra yenə də qovduğunuz yerə qayıdırlar. Yeməklərinizə, qollarınıza qonurlar. Çirkli ayaqlarını yaşadığınız hər yerə basırlar... Arılar yumurtalarını ancaq öz pətəklərinə qoyurlar. Milçəklər isə yumurtalarını qoyacaqları yerə əhəmiyyət belə vermirlər... İşığa can atanlardan olmaq diləyi ilə... Mənbə: " Ailəm" jurnalı...
['əqidə', 'məqsəd', 'cəsarət', 'arılar', 'milçək', 'optimizm']
6,866
https://kayzen.az/blog/Az%C9%99rbaycan-co%C4%9Frafiyas%C4%B1/505/x%C9%99z%C9%99r-d%C9%99nizi.html
Xəzər dənizi
2ral
Azərbaycan coğrafiyası
22 mart 2010, 15:40
Xəzər dünyanın ən böyük qapalı su hövzəsi-gölüdür. Lakin böyüklüyünə, hidroloji xüsusiyyətlərinə görə ona dəniz deyirlər. Vaxtı ilə o, Qara dənizlə bitişik olan Sarmat dənizini əmələ gətirib. Keçmişdə Xəzərin okeanla əlaqəsinin olmasını okean üçün xarakterik olan suitinin Xəzərdə yaşaması bir daha sübut edir. Tarixən Xəzərin 70-ə yaxın adı olub; Kaspi, Hirkan, Bakı, Dərbənd, Xvalın, Gürgan və s. Xəzər 5 ölkənin — Iran, Azərbaycan, Rusiya, Qazaxıstan və Türkmanistanın dənizidir. Xəzər sahillərində yarımsəhra və səhralar geniş sahə tutur. Sahəsi 371 min km2, həcmi 76000 km3, uzunluğu 1200 km, eni 320 km, orta dərinliyi 184 m, ən dərin yeri — Lənkəran çökəkliyində — 1020 m, ən dayaz yeri şimalda 5 m-dir. Xəzərin sahil xətlərinin uzunluğu 6,5 min km-dir. Əsas yarımadalar — Abşeron, Mangistau, Buzaçı, Çələkən, Krasnavodsk. Əsas adalar — Bakı və Abşeron arxipelaqları, Çeçen, Oqurçi, Kulalı, Suiti adaları. Körfəzlər — Qaraboğazqol, Krasnavodsk, Manqistau, Qızılağac, Türkmən, Bayıl buxtası. Xəzərə şimal və qərbdən daha çox çay tökülür. Şimaldan-Volqa, Emba, Ural; Qərbdən — Terek, Samur, Kür; Cənub-Şərqdən — Atrek; Cənubdan — Qızılüzən (Səfidrud) çayları tökülür. Xəzərə tökülən bütün çay sularının 82%-i Volqanın payına düşür. Bu hissə Xəzərin ən «şirin» hissəsi sayılır. Xəzər coğrafi cəhətdən 3 hissəyə ayrılır: 1. Şimal (44° şm.enindən şimalda) dayaz, az duzlu, qışda donur. Bəzən buradakı buzlar güclü şimal küləklərinin təsii ilə Abşeron yarımadasına qədər gələrək, neft buruqlarına ziyan vururlar. 2. Mərkəzi (40°- 44° şm enlikləri arasında) 3. Cənub (40° şm enindən cənubda) daha dərin və duzlu, neft-qaz yataqları ilə zəngin. Temperaturu yüksək, duzluluğun çox olması nəticəsində Xəzərin Mərkəzi və Cənub hissələri qışda donmur. Buxarlanma çox getdiyindən və axarsız hövzə olduğundan Xəzər şorsuludur. Volqa çayının təsirindən şimalda duzluluq ən az 1-2‰, cənub-şərqdə isə ən çox 13-14‰-dir. Buna səbəb buxarlanmanın çox və çayların dənizə az tökülməsidir. Burada yerləşən Qaraboğazqol körfəzi Xəzərin ən duzlu körfəzidir. Xəzərdə ən hündür dalğalar (10-12 m) Abşeron sahillərində olur. Canlı aləm Xəzərə tökülən çayların çoxluğu Azərbaycan sahilində qiymətli balıq növlərinin çox olmasına səbəb olmuşdur. Burada nərə, kütüm, ilanbalığı, xəşəm, qızılbalıq, naxa, uzunburun və s. yaşayır. Suiti Xəzərin yeganə məməli heyvanıdır. Xəzərdə 5 ali bitki növü var. Problemləri: 1. Səviyyə tərəddüdü. Dənizin dibində baş verən tektonik proseslər, son illərdə iqlimin dəyişməsi və insanların təsərrüfat fəaliyyəti — Xəzərin səviyyəsinin qalxmasına təsir edən əsas amillərdir. Səviyyəsinin qalxması — sahilyanı ərazilərin su altında qalmasına, istehsal və sosial obyektlərin dağılmasına, qrunt sularının səviyyəsinin qalxmasına səbəb olmuşdur; 2. Bioloji; Bu problemi yaradan amillərdən biridə, Xəzərə tökülən çaylar üzərində su anbarlarının tikilməsidir. Nəsil artırmaq üçün çayların yuxarı axınına Üzən balıqlara bu bəndlər Mane olur. 3. Ekoloji. Neftin çıxarılması və müxtəlif tullantıların tökülməsi ilə əlaqədar Xəzərin suları çox çirklənmişdir. Istifadə — Nəqliyyat və ticarət əlaqələrinin genişlənməsində, müxtəlif sənaye sahələrinin (balıqçılıq) inkişaf etdirilməsində, neft-qaz hasilatında, iqlimin yumşalmasında və rütubətlənməsində böyük rolu var. Xəzərin qumlu çimərlikləri- kurort-turizm kompleksi üçün əlverişlidir. (Xüsusən Yalama-Nabran, Giləzi-Abşeron, Lənkəran sahilləri).
['Xəzər dənizi', 'hidrosfer', 'Xezer denizi haqqinda']
6,867
https://kayzen.az/blog/karyera/486/cv-nec%C9%99-yazmal%C4%B1.html
CV necə yazmalı?
təpəgöz
Karyera və yüksəliş
21 mart 2010, 19:43
Rezüme(xülasə)- iş axtarmaq üçün ən səmərəli vasitələrdən biridir. Əslində o, potensial işəgötürən üçün sizin tərcümeyi-halınız və peşəkar təcrübəniz barədə ən əhəmiyyətli faktların qısa şərhidir. Rezüme yazarkən yadda saxlamaq lazımdır ki, o, sizdən ötrü bir növ vizit vərəqinə çevriləcək, buna görə də xülasə sizi iş axtaran insanların böyük axını arasında fərqləndirməlidir. Rezüme 1-2 səhifədən ibarət olmalı və orada aşağıdakı məsələlər işıqlandırılmalıdır: 1. Soyadınız, adınız, atanızın adı Bu məlumatları vərəqin yuxarı hissəsində mərkəzdə iri hərflərlə (18-20 ölçülü şriftlə) yazmaq məsləhətdir. 2. Əlaqə məlumatları Bu bənddə öz telefonunuzun nömrəsini, elektron poçtunuzun və İnternetdə ev səhifənizin (əgər varsa) ünvanını göstərin. Ev ünvanınızı göstərmək məsləhətdir, lakin bu zəruri deyil. Yaşadığınız rayonu (yaxınlıqdakı metro stansiyasını) göstərməklə kifayətlənmək olar. Bir sözlə, sizinlə tez və operativ əlaqə yaratmaq üçün mümkün əlaqə vasitələrini göstərin. 3. Məqsəd Hansı vakansiyaya, işə və ya fəaliyyət sahəsinə iddia etdiyinizi göstərin, özünüzün peşəkar maraqlarınızın əhatə dairəsini qeyd edin. Burada həmçinin sizin gələcək iş yeriniz barədə arzu və tələblərinizi də göstərə bilərsiniz. 4. Təhsiliniz (əsas və əlavə) Həm əsas, həm də əlavə təhsiliniz: oxuduğunuz kurslar, məşğul olduğunuz seminarlar, iştirak etdiyiniz treninqlər, stackeçmə və s. barədə informasiyanı göstərin. Hər bir təhsil yeri barədə aşağıdakı zəruri məlumatlar göstərilməlidir: • daxil olmaq vaxtı; • qurtarmaq vaxtı (ay, il); • təhsil müəssisəsinin adı, fakültənin adı; • təhsil səviyyəsi (orta, orta texniki, natamam ali, ali və s.); • ixtisasın adı. 5. İş təcrübəniz Sonuncu (cari) iş yerinizdən başlayaraq hər bir iş yeriniz barədə aşağıdakı məlumatları göstərin: • daxilolma tarixi; • çıxma tarixi (ay, il); • şirkətin adı; • şirkətin fəaliyyət istiqaməti; • sizin tutduğunuz vəzifənin adı; • funksional vəzifələriniz, mümkün qədər ətraflı; • qazandığınız vərdişlər, biliklər, bacarıqlar, nailiyyətlər (peşəkar fəaliyyətinizlə bağlı konkret faktlar).  Bir qayda olaraq, son on ilə aid iş təcrübəniz barədə məlumatlar göstərilir. Tələbələr və məzunlar bu bölmədə həm ödənişli, həm də ödənişsiz iş (kurs işinin, diplom işinin yazılması, ictimai fəaliyyət) barədə məlumatlar göstərə bilərlər.  6. Peşəkar vərdişlər və biliklər Sizin xülasənin məqsədi olan ixtisas üçün münasib vərdişlərinizi və biliklərinizi sadalayın, həmçinin aşağıdakı məlumatları göstərin: • kompüterlə, xüsusi proqramlarla bağlı bilik səviyyəniz; • orqtexnika (faks, modem, skaner, surətçıxarma avadanlığı, ofis ATS-i və s.) ilə davranmaq bacarığınız; 7. Peşə sertifikatları Əgər varsa, onları göstərin 8. Dil bilikləriniz Hansı dilləri və hansı səviyyədə (ibtidai, orta, sərbəst) bildiyinizi göstərin. 9. Şəxsi məlumatlar (göstərmək zəruri deyil) Bu bölmədə aşağıdakı məlumatları göstərə bilərsiniz: • doğulduğunuz tarix; • ezamiyyətə getmək imkanınız; • ailə vəziyyətiniz, uşaqlarınızın olub-olmaması; • sürücü vəsiqənizin olub-olmaması. Xronoloji yanaşma. Sizin peşə statusunuz və işlədiyiniz təşkilatlar xüsusi qeyd edilir. Bu siyahı axırdan, yəni zaman etibarilə ən sonuncu iş və ya təhsil yerindən başlanır. Bundan əlavə, sizin işiniz, bilavasitə vəzifələriniz və qazandığınız uğurlar barədə məlumat göstərilməlidir.   Bu yanaşma aşağıdakı hallarda tətbiq edilir: - əgər sizin fəaliyyətiniz əvvəlki sahə ilə əlaqədar olacaqsa; - əgər sizin işəgötürənin adı gərəkli və mühüm məlumatdırsa; - əgər bu siyahı sizin karyera üzrə irəliləyişinizi və inkişafınızı əks etdirirsə; - əgər sizin əvvəllər işlədiyiniz təşkilatların adları sanballıdırsa; - əgər sizin əvvəlki işiniz ənənəvi sahələrlə, məsələn, dövlət strukturları və ya təhsil sahəsi ilə əlaqədar olmuşdursa. Aşağıdakı hallarda bu yanaşmadan istifadə etməyə dəyməz: - əgər sizin əvvəlki iş yerinizdə hər hansı problemləriniz olmuşdursa; - əgər siz karyera üzrə inkişafınızın istiqamətini dəyişmək istəyirsinizsə; - əgər siz iş yerlərini çox tez-tez dəyişmisinizsə; - əgər siz öz yaşınızı məxsusi göstərmək istəmirsinizsə; - əgər siz ilk dəfə iş axtarırsınızsa. Fəaliyyət baxımından yanaşma. Əgər siz konkret iş tapmağa çalışırsınızsa, bu halda yaxşı olar ki, xülasəni əsas ixtisas dərəcələrinin rubrikaları üzrə təşkil edəsiniz, həmin fəaliyyət növünə birbaşa aidiyyəti olan qabiliyyətlərinizi sadalayasınız və bu fəaliyyətin yerinə yetirilməsi üçün malik olduğunuz xüsusi keyfiyyətləri vurğulayasınız. Bir neçə nümunə: liderliyə meyl, şəxsiyyətlərarası ünsiyyət vərdişləri, işin təşkil olunmasına və idarə edilməsinə görə məsuliyyəti öz üzərinizə götürmək bacarığınız. Sizin xüsusi bacarıq və keyfiyyətlərinizin tətbiq sahəsi televiziya, proqramlaşdırma və menecment kimi fəaliyyət sahələri ola bilər. Bu halda xülasədə sizin əvvəlki iş yerində tutduğunuz vəzifələr və oradan təqdim edilən xasiyyətnamələr ikinci dərəcəli rol oynayır.  Bu yanaşma aşağıdakı hallarda tətbiq edilir: - əgər əvvəlki iş yerində istifadə etmədiyiniz potensial qabiliyyətlərinizi xüsusi vurğulamaq istəyirsinizsə; - əgər karyera üzrə inkişaf sahənizi dəyişirsinizsə; - əgər siz əmək bazarında öz xidmətlərinizi ilk dəfə təklif edirsinizsə; - əgər sizin karyera üzrə inkişafınız uğurlu olmamışdırsa; - əgər əvvəlki məşğulluq sahələriniz arasında qarşılıqlı əlaqə olmamışdırsa; - əgər əvvəlki əmək fəaliyyətiniz ştatdankənar və ya müvəqqəti xarakter daşımışdırsa. Aşağıdakı hallarda bu yanaşmadan istifadə etməyə dəyməz: - əgər siz karyera üzrə inkişafınızı xüsusi vurğulamaq istəyirsinizsə; - əgər sizin potensial işəgötürənləriniz sizin xidmətlərə hədsiz yüksək maraq göstərirsə; - əgər sizin vəzifə borclarınız çox olmamışdırsa; - əgər sizin axırıncı iş yeriniz çox presticli olmuşdursa. Bax: CV nümunəsi, CV nümunəsi
['CV yazmaq', 'rezüme', 'curriculum vitae', 'xülasə', 'iş tapmaq', 'CV', 'tərcümeyi-hal', 'CV forması']
6,868
https://kayzen.az/blog/t%C3%BCrkl%C9%99r/484/x%C9%99z%C9%99r-xaqanl%C4%B1%C4%9F%C4%B1.html
Xəzər xaqanlığı
papatürk
Türklərin tarixi
21 mart 2010, 17:34
Xəzər xaqanlığının ərazisi və məşğuliyyəti. Xəzərlər Sabir türklərinin davamçıları idi. 470-ci ildə Hun imperiyası dağılan­dan sonra Şərqi Avropa çöllərində yaşayan xalqlar müstəqillik qazandılar. VII əsrin əvvəllərində xəzərlər əvvəlcə Xəzər dənizinin qərb sahillərində yaşamış və sonra isə qərbə və şərqə yayılmışdılar. Xəzərlər Göytürk dövlətinin tərkibinə daxil olmuş, 634-cü ildə bu dövlət dağılandan sonra yenidən müstəqil olmuşdu. VII- IX əsrlərdə Şimali Qafqaz, Azov dənizi sahilləri, Krım yarımadasının bir hissəsi, Şərqi slavyanların bir qismi, Manqışlaqdan Aral gölünə qədər ərazi Xəzər xaqanlığına daxil idi.Xəzərlərin paytaxtı 723-cü ilə kimi Səməndər, sonra isə İdil şəhəri olmuşdu. Şəhər Volqa çayının adı ilə adlandırılmışdır. X əsrlərdə oturaq əhali əkinçilik, maldarlıq, bağçılıq və bostançılıqla məşğul idi. Xəzərlərdə ovçuluq geniş yayılmışdı, onlar balıqçılıqla da məşğul olmuşdular. Şəhərlərdə sənətkarlıq inkişaf etmişdi.Xəzər xaqanlığı VII-IX əsrlərdə qüdrətli dövlət idi. Ölkəni qeyri-məhdud hakimiyyətə malik xaqan idarə edirdi. Xaqanın baş məsləhətçisi irsi olan «məlik» və ya «xaqanbəyi» adlanırdı.Şəhərlər. Ticarət əlaqələri. Xəzərlərin əsas şəhərləri Səməndər, Sarkel, Bələncər, Tumtarakan, Xanbalıq, İdil idi. Xəzər xaqanlığında ticarət mühüm əhəmiyyətə malik idi. Xəzər xaqanlığının şəhərlərinə Skandinaviyadan xəz, kürk və s., Türküstandan ipək, qumaş, Bizansdan zinət əşyaları və s. gətirirdilər. Xəzərlərdə göytürk, yəhudi, ərəb, kiril əlifbaları işlənirdi. X əsrdə müsəlmanlıq yayılmağa başladı. Məscid, kilsə, sinaqoq, məbəd yanaşı tikilirdi. Əhalinin bir hissəsi yəhudi dinini qəbul etdi. Bu dindən meydana gələn məzhəb «qaray», buna mənsub olan türklərə «qarayimlər» deyirdilər. Xəzərlərin törəməsi olan qarayimlər müasir dövrdə Krımda, Polşada, Türkiyədə yaşayırlar. Bizansla münasibətlər. Xəzərlər sasanilərə və ərəblərə qarşı mübarizədə Bizansla müttəfiq idi. Bizans sasanilərə və ərəblərə qarşı mübarizə aparmaq üçün dəfələrlə xəzərlərdən istifadə etmişdi. Xəzər xaqanının qızı Çiçək Bizans sarayına gəlin getmiş, onun oğlu VI Leon Bizans imperatoru olmuşdu. Xəzərlərin slavyanların üzərində böyük təsiri var idi, onlar Kiyev dövlətinin yaranmasına kömək etmişdilər. 839-cu ildə ilk slavyan birliyinin baş vəziri xaqan titulu daşıyırdı. Şərq slavyanları xəzərlərə tabe idi və onlara vergi verirdi. 882-ci ildə Oleq Kiyevi tutdu və Qədim Kiyev dövlətini Xəzər xaqanlığı nümunəsində yaratdı. Xəzər - ərəb müharibələri. Xəzərlər uzun müddət peçeneqlərə qarşı müharibə aparmışlar. VII əsrdə ərəblərin hücumu ilə əlaqədar xəzərlərin Azərbaycana marağı artdı. Xəzərlər 643, 653-cü ildə Bələncər yaxınlığında ərəbləri məğlub etdilər. 662-ci ildə Xəzərlər yenidən Bələncər yaxınlığında qalib gəldilər və Azərbaycana soxuldular. Alban hökmdarı Cavanşir Kür sahilində onları məğlub etdi. Xəzərlər 665-ci ildə hücuma keçdilər, lakin Cavanşir ərəblərə və xəzərlərə qarşı eyni zamanda mübarizənin çətin olmasını başa düşüb, xəzərlərlə sülh bağladı və Xəzər xaqanının qızı ilə evləndi.Azərbaycanı ərəb qoşunu işğal etdi. Bundan sonra xəzər-ərəb müharibəsi yeni mərhələyə qədəm qoydu. 709-cu ildə xəzərlər hücum edib ərəbləri Dərbənd keçidindən qovdular, 724-cü ildə xəzərlər qıpcaqlarla ittifaq bağladılar, Arranda ərəbləri məğlub etdilər.730-cu ildə xəzərlər hücum edib Ərdəbili tutdular, sonra Diyarbəkrə, oradan Mosula gəlib çıxdılar. Xəzərlərin hücumu Xilat şəhəri yaxınlığında dayandırıldı. Ərəblər əks hücuma keçdilər, Səməndərə qədər irəlilədilər, şəhəri tuta bilmədilər, böyük qənimətlə Dərbəndə qayıtdılar. 150 minlik qoşunla hücuma keçib xəzərlərin bütün ordusunu məhv etdilər. Xaqan sülh bağladı, islamı qəbul etdi. Xəzər-ərəb müharibəsi qurtardı, Xəzər xaqanlığı zəiflədi.Xəzər xaqanlığının dağılması. Xaqanlığın əyanlarının hamısı islamı qəbul etmədi, onların bir hissəsi yəhudi (iudaizm) dinini yaymağa başladılar. Xəzər xaqanı Obadi 790-cı ildə iudaizmi xaqanlığın rəsmi dini elan etdi, lakin onu və oğlanlarını öldürdülər. Hakimiyyətə Obadinin qardaşı keçdi. O, ölkəyə hücum edən peçeneqləri Dneprə qədər qovdu. Daxili çəkişmələr Xəzər xaqanlığını zəiflətdi. 965-ci ildə Kiyev knyazı Svyatoslavın hücumu Xəzər xaqanlığının dağılmasının başlanğıcını qoydu. O, Səməndər və Sarkel şəhərlərini dağıtdı. Svyatoslav Sarkel şəhərinin yerində Belaya Veja adlı qala tikdirdi. Xəzərlərin bir qismi Krıma, bir qismi də Şimali Qafqaza çəkildi. Şimali Qafqaza çəkilən xəzərlər indiki qaraçay türklərinin ulu babaları idi. X əsrdə Xəzər xaqanlı­ğına son qoyuldu, lakin -xəzərlərin adı hələ XII əsr mənbələrində çəkilirdi.
['Xəzər xaqanlığı', 'xəzərlər']
6,869
https://kayzen.az/blog/Nesin/477/biz-ev%C9%99-q%C9%99zet-alm%C4%B1r%C4%B1q.html
Biz evə qəzet almırıq
2ral
Əziz Nesin satirası
21 mart 2010, 11:14
Ankarada, neçə ildən bəri görüşmədiyim çox yaxın bir dostumun evində qonaq idim. Səhər tezdən yuxudan oyanan kimi qəzet oxumasam, başqa iş görə bilmərəm. Mən qonaq yerində də bu vərdişimdən əl çəkmək istəməyib səhər tezdən xidmətçidən qəzet istədim. O, əvvəlcə özünü eşitməməzliyə vurdu. İkinci dəfə istəyəndə isə bir söz deməyib getdi. Mən elə bildim ki, o, qəzet gətirməyə getmişdir.Bir az sonra dostumun arvadı salona gəldi.- Sabahınız xeyir!...- Sabahınız xeyir...- Rahat yata bildinizmi?- Çox rahat yatdım.- Xidmətçidən qəzet istəmişsiniz?- Bəli.Qadın pıçıltı ilə dedi:- Biz evimizə qəzet almırıq.Mən də onun kimi pıçıltı ilə soruşdum:- Nə üçün?O yenə də pıçıltı ilə dedi:- Əvvəllər hər səhər üç qəzet alırdıq, indi almırıq... Altı aydır evimizə qəzet gəlmir.Mən yenə də pıçıltı ilə:- Nə üçün yavaşcadan danışırsınız – deyə soruşdum.O bir az da qulağıma tərəf əyilib dedi:- Uşaqlar eşitməsin deyə...Bu zaman dostum o biri otaqdan arvadını çağırdı. Səhər yeməyində dostumdan soruşdum:- Nə üçün sizin evə qəzet gəlmir?O gözü ilə uşaqlara tərəf işarə etdi, barmağını dodağının üstə qoydu:- Sı-s-s.Az sonra, uşaqlar bağçaya oynamağa getdilər. O zaman dostum mənə dedi:- Evə necə qəzet alım? Başımıza nə oyun gəldiyini bilsəniz, bunu soruşmazsınız? Oğlum ikinci sinifdə, qızım birdə oxuyur. Ən kiçiyi isə hələ məktəbə getmir. Amma o da təkbaşına oxumağı öyrənmişdir. Bir dəfə bazar günü idi. Hamımız evdəydik. Biz bazar günü beş, başqa günlər isə üç qəzet alırıq. Anam paltar ütüləyirdi. Bu zaman oğlum:- Nənəcan, striptiz nə deməkdik? - deyə soruşdu. Anam:- Sus, o nə sözdür... Bu saat ağzına istiot tökərəm. Belə tərbiyəsiz sözləri haradan öyrənirsən?! - deyib, oğluma acıqlandı.Mənə görə, uşaqların bütün suallarına cavab vermək lazımdır. Əlbəttə, onların anlaya biləcəkləri bir şəkildə... Həm də uşaqların sual vermək arzusunu boğmaq çox böyük səhvdir.Oğlum anamın sualına:- Heç kimdən öyrənməmişəm, nənəcan, qəzetdə yazılıb...- deyə cavab verdi, - «Striptiz ulduzu...»Anam yenə:- Sus deyirəm sənə! - deyə açıqlanaraq qəzeti oğlumun əlindən aldı.Mən yavaşcadan anama dedim:- Uşağa belə acıqlanmaqla heç də yaxşı iş görmədin! İndi uşaq daha da maraqlanacaq. Onların hər sualına cavab vermək lazımdır... Uşağı başa sal! Anam:- Görəcək günlərimiz varmış! - dedi, - bu əl boyda uşağa bu yaşımda striptiz nə olduğunu öyrədim?Oğlum anamla nə haqda danışdığımı hiss etdi və bu səfər mənə yaxınlaşıb soruşdu:- Ata, striptiz nə deməkdir?- Qəzeti gətir baxım!Gətirdi. Qəzetdə böyük bir şəkil var idi: Bir çılpaq qadın dizlərinin üstündən başını geriyə əymişdi. Onun bədəninin yalnız qabaq tərəfində kiçik bir üçbucaq parça var idi. Şəkil çox yaxından və qabaq tərəfdən çəkilmişdi.Oğluma striptizin nə olduğunu anlatmaq istəyərkən o biri uşaqlar da yanıma gəldi:- Bu şəkli görürsünüz də... Qadınlar paltarlarını belə çıxarıb soyunurlarsa ona striptiz deyirlər. Bu şəkildəki qadın striptiz oynamışdır.Bu dəfə qızım soruşdu:- Oğlanlar da striptiz oynayırlar?- Xeyir, striptizi yalnız qadınlar oynayır.- Nə üçün oğlanlar oynamırlar? İndi mən buna nə cavab verməli idim?- Kişilər oynamazlar, - dedim, - təkcə qadınlar oynayır.- Nə üçün, axı?Buna da çətinliklə cavab verdim.- Dedim ki, kişilər striptiz oynamazlar. Qadınlar striptiz oynadığı üçün kişilər oynamazlar.- Mən də striptiz oynayacağam? Nənəsi bunu eşidən kimi:- Görəcək günlərim varmış! - deyə bağırdı.- Sən oynamayacaqsan, qızım...- dedim.- Niyə, mən məgər qız deyiləm?Uşaqların ən balacası hər şeyi bilirmiş kimi ona dedi:- Axmaq, sən hələ balacasan, böyüyəndə striptiz oynayacaqsan...Qızım birdən anamdan soruşdu:- Nənəcan, sən də striptiz oynamısanmı? Anam üzünü mənə tutub:- Öyrət, uşaqları, öyrət, - deyə bağırdı, başını yırğalayıb mətbəxə getdi.Oğlum soruşdu:- Ata, qadınlar nə üçün soyunur?- Bu elə rəqs kimi bir şeydir...- Kişisiz rəqs edirlər?- Bəli...- Axı, indi hava soyuqdur...- Onlar örtülü, isti yerdə soyunurlar.- Hə, başa düşdüm, hamamda... Lap kiçiyi də soruşdu:- Ana, sən striptiz oynayırsanmı? Arvadım:- Sizin başqa işiniz yoxdurmu? - deyə acıqlandı. - Haydı, keçin içəri!Uşaqların hərəsi bir tərəfə çəkildi. Bu məsələ ilə əlaqədar olaraq anam mənim xəbərim olmadan, qızıma:- Tərbiyəli qadınlar striptiz oynamazlar, - deyir, - striptiz oynamaq ayıbdır...Yaşlı bir qadın görün nə edir? Heç uşağa belə söz deyərlər?O axşam bir rejissor, bir mühəndis, bir də baş müdir işləyən üç dostum arvadları ilə birlikdə bizə şam yeməyinə gələcəkdilər. Dostum rejissorun arvadı bir zaman rəqqasə olub... Bu qadın haqqında xoşa gəlməyən şeylər də danışırdılar. Çox qısqanc olduğu üçün əri ilə həmişə dava-dalaş salırdı.Baş müdir olan dostumun evlənməyi isə lap qəribə olmuşdu. Yanında məmur işləyən ərli bir qadınla günah iş görərkən cinayət başında yaxalanır. Qadının əri arvadına o adamla evlənərsə məhkəməyə verməkdən vaz keçəcəyini söyləyir. Onlar da beləcə evlənirlər. İşin maraqlı cəhəti budur ki, baş müdirin əvvəlki arvadı da başqa bir evdə belə bir iş üstündə yaxalanmış, hətta adı qəzetlərə belə düşmüşdü.Gənc mühəndisin arvadı isə məşhur bir kino ulduzu idi.Bilirsən ki, mənim əvvəldən kinoya böyük marağım vardır. Biz dördümüz bir film şirkəti qurmaq istəyirdik. Mən ssenari yazacaqdım. Dostum baş müdir ilə mühəndis isə sərmayə qoyacaqdılar.Mühəndisin arvadı baş rolu oynayacaq, rejissor dostum isə filmi çəkəcəkdi. Beləcə ilk filmimizi birlikdə ucuz başa gətirəcəkdik. Şam yeməyinə toplaşmaqda məqsədimiz iş haqqında söhbət etmək idi.Qonaqlar gəldi. Süfrədə oturmamışdan qabaq salonda söhbət edirdik. Qonaqların xanımları bizim uşaqları çox sevirlər. Qardaşım, bu vaxt başımıza gör nə iş gəldi! Böyük oğlum birdən rejissorun köhnə rəqqasə olan arvadından: - Xala, siz striptiz oynayırsınızmı? - deyə soruşdu.Elə çıxdı ki, guya biz uşağı öyrətmişik. Keçmiş günlərini unutdurmağa çalışan qadın pərt oldu. Mən o saat dişlərimi ağardıb dedim:- Hi, hi, hi... bu gün qəzetdə oxumuşdur.Bunun dalınca qızım başladı:- Mən böyüyəndə striptiz oynayacağam... Kiçik oğlum:- Oynaya bilməzsən - deyə onun üstünə bağırdı. - Niyə oynaya bilmərəm? Lap yaxşı oynayaram!- Nənəm mənə dedi ki, striptizi pis qadınlar oynayırlar. (Yenə də rəqqasə qadından soruşdu). Elə deyilmi, xala?Allah bunların cəzasını versin... Böyük oğlum da dedi:- Amma atam qadınların nə üçün soyunduqlarını bizə demədi.Baş müdir məni çətin vəziyyətdən qurtarmaq üçün dedi:- Oğlum, bu bir sənətdir! Sənət! Gözəl qadınlar soyunur, başqaları da onu seyr edir.- A-a-a, ayıb deyil?Bu dəfə baş müdirin arvadı ərini qısqandı, köhnə rəqqasəyə tərəf baxıb:- Əlbəttə, sənətdir, oğlum... o işin də öz ustası var, hər qadın soyunmaz, - deyə ona söz atdı.İndi gəl çulu sudan çıxart!Nə isə əfəndim, mən dərhal söhbəti dəyişdim. Arvadım uşaqları apardı. Bir az sonra qızım əlində qəzet qaça-qaça gəlib, kino ulduzu olan mühəndisin arvadından soruşdu:- Kirəlik qız, nə deməkdir? Qadın qıpqırmızı oldu. Oğlum:- Mən oxumuşam, - dedi, - qəzetdə kirəlik bir qızın həyatından yazıblar. Mən bunun nə demək olduğunu bilirəm.Böyük oğlum ona:- Az danış, - dedi. - Mən bilməyəndən sonra sən haradan biləcəksən... Ata, kirəlik qız nə deməkdir?İki odun arasında qalmışdım...- Bəzi qadınlar vardır... Onları... Şey edirlər... Yəni... Kirə ilə alırlar... Yəni makinaçılar... katibələr var ha... onlar belə... işləyirlər...- Elədirsə çox yaxşı şeydir. Elə bir iş görmək üçün neçə sinif oxumaq lazımdır.Mən qızımı başa salarkən, oğlum bir yandan bağırdı:- «Namünasib vəziyyətdə» nə deməkdir, ata? «Namünasib vəziyyətdə»...Azacıq bundan əvvəl baş müdirin arvadı rəqqasəyə söz atmışdı. Bu dəfə rəqqasə:- Quzum, sən onu bu xaladan soruş! - deyə baş müdirin arvadını göstərdi.Vəziyyət çox gərgin idi. Evə bir qonaq gələn kimi, bu uşaq qismi hər şeyə burnunu soxur. Arvadım bu xoşagəlməz vəziyyəti yüngülləşdirmək üçün:- Süfrəyə oturaqmı? - dedi.- Bilmirəm... Siz bilərsiniz... Deyəsən, hələ tezdir...Bunu deyən mühəndisin arvadı idi. Anam uşaqları yan otağa apardı. Bir az sakitləşdim.İçəridən uşaqların səs-küyü gəlirdi. Otaqdakı gərgin vəziyyət bir az yatmışdı ki, oğlum əlində bir qəzet qaça-qaça yanımıza gəldi. Qardaş, elə bil öyrətmişdik, gələn kimi rejissorun arvadından soruşdu?- Xala «Genel ev» necə olur? Bax, burada şəkli var...O saat oğluma dedim:- Buraya gəl baxım! Gəl mən deyim. «Genel ev»... Vəziyyətdən çıxmaq üçün qonaqlara dedim:- Uşaqdır da... uşaqçın hər şey maraqlıdır... Qəzetdə nə görsələr, nəyi oxusalar soruşurlar.- Ata tez ol, de...- «Genel ev» sadəcə evdir də...- Bizim ev də geneldirmi?Qonaqlar gülüşdü, mən isə ciddi bir halda dedim:- Xeyir, bizimki xüsusi evdir.- Yenə başa düşmədim. «Genel ev» necə olur?- Sabah səni başa salaram. Haydı, qaç uşaqların yanına...- Ata «Genel ev»də nə edirlər?- Nə edəcəklər, canım, yaşayır, yatırlar. Evdir də...Bundan sonra qızım əlində bir qəzet əlavəsi ilə gəlib kino ulduzuna dedi:- Xala, bax, bu abla deyir ki...- Hansı abla...Qızım qəzetdən məşhur bir kino ulduzunun adını oxudu.- Bu abla deyir ki, «şöhrətin yolu rejissorun yatağından başlayır...»Rejissorun arvadı qısqanclıqla:- Əlbəttə, - dedi, - rejissorun yatağından başlayır...- Ata, niyə rejissorun yatağından başlayır?- Qızım, sən məsələn, bəzən ananla yatmırsanmı?- Kino ulduzunun öz yatağı yoxdur ki, rejissorun yatağında yatır?- Var, qızım, var... vardır, amma, məsələn... Bəzən gec olanda və ya xəstələnəndə...- Deməli, bərabər yatırlar...- Canım, niyə də yatmasınlar, bunda nə var axı?- Soyuq olduğu üçün, hə?- Hə, hə soyuq olduğu üçün...Birdən mühəndisin arvadı ayağa qalxıb dedi:- İcazənizlə biz gedək!- A-a-a, bu necə olar? Bəs yemək?İndi də rejissorun arvadı mühəndisin arvadına söz atdı:- Xanım hirsləndi...- Mən niyə hirslənim, elə əsil kefi pozulan sənsən... Balaca bir uşaq «Genel evini» soruşmaqla nə etdi axı, üzün belə qızardı?Baş müdirin arvadı da yerindən qalxdı:- Biz də gedirik...- Xanım əfəndim, rica edirəm... Üzr istəyirəm... Əgər bizim...Üç-beş dəqiqə sonra çıxıb getdilər. Bizim film işimiz belə qurtardığı üçün, o üç dost həm bizdən, həm də bir-birlərindən incidilər...Onlar gedəndən sonra arvadım uşaqları döyməyə başladı. Zorla uşaqları onun əlindən aldım. Döymək daha pis nəticə verir... O gündən sonra evə qəzet alınmasını qadağan etdim. Mən qəzetləri işdə oxuyuram, sonra gizlincə evə gətirirəm. Arvadım da yatanda oxuyur... Bu evə qəzet alınmır, bəyim! Səbəbi sizə aydın oldumu?Həmçinin bax: Xadimə tutmaq istəyirdik,nəticəsi... Mənbə Əziz Nesinin Kor döyüşü kitabı
['Əziz Nesin', 'qəzet', 'genel ev', 'striptiz', 'kirəlik qız']
6,870
https://kayzen.az/blog/sevgi/471/erotik-%C3%A7alarlar.html
Erotik çalarlar
nərgiz
Sevgi
21 mart 2010, 00:01
Bu,heç də göydəndüşmə deyil və münasibətlər psixologiyasının şah damarıdır. Ona görə ki, məhəbbətin ilkin qığılcımları alışana qədər müəyyən cinsi həvəs əlamətləri özünü büruzə verməlidir. Bir az açıqlasaq, intim yaxınlıq məhəbbətin apogeyidir — desək yanılmarıq və ər-arvad (bu, sonrakı mərhələdir) bağlılığının əsasında durur. Yeniyetmələrdə isə erotik fantaziya özünü o vaxt diktə eləyir, onlar artıq diqqət mərkəzindədir, yaxud buna cəhd göstərir, ətrafı duyur, fikrən həyat çalarlarını təsəvvürlərində canlandırırlar. Bu isə zəruri və normal haldır. Maraqlıdır, bu dövrdən də irəli getmək lazım gəlir. Necə deyərlər, ilk məhəbbət əlamətləri (əlbəttə, bəsit formada, qeyri-şüurlu) bağça yaşlarında özünü göstərir və xüsusilə, oğlan uşağı intuitivcəsinə düzgün hərəkətdə bulunur: xoşuna gələn qıza oyuncaq gətirir, naharda almasından pay verir, ikilikdə həyətdə oynamağı təklif eləyir və sairə. 12-13 yaşlarında bu cür məhəbbət erotik çalar doğurur, məhəbbətin obyektinə (predmetinə) yaxınlaşmaq əlamətinə çevrilir. 5-6-cı siniflərdə qızlar və oğlanlar bir-biriylə şıltaqlıq eləyir, dəftərlərini götürüb vərəqlərini cırır, saçlarının rənginə «sataşır» və beləliklə, onlarda oyanma başlayır, əməlli-başlı gizlin yazışmalar gəzib-dolaşır ciblərdə, kitablar arasında. Xarakteriki odur ki, bu yaşlarda onlar məhəbbəti az-çox anlasalar da, utanırlar, həm valideynlərindən, həm də məktəbdən… Sual olunur: İlk cinsi kontakta necə yanaşmaq gərək? İnsanın uzun illik təcrübəsində suala hələlik dəqiq cavab verilməmişdir. Qadağanlar sistemi, valideynlərin haqlı (haqsız da az olmur) ehtiyat instinkti və s. yeniyetmələrin qəlbinə bir kövrək örtük çəkir. Həqiqətdir ki, yeniyetmələrin qarşılıqlı münasibətləri sferası: qəti «Olmaz» və «Olar» qadağanında əksini tapır. Ən optimalı isə zənnimizcə, qadağan yox, tərbiyə etməkdir. Hansı ki, gələcək intuitiv hissetmənin mövcud və gələcək rolunu aydınlaşdırmaqdır. Mətləbə qayıdaq. Məhəbbətin hər iki subyekt tərəfindən anlanmasında müəyyən şərtlərin rolu inkaredilməzdir; şübhəsiz ki, məhəbbət mücərrəd məfhum olsa da, onun maddiləşmiş statusu vardır: Cinsi akt (intim oyun) cinsi həyat stereotipini şərtləndirir. Belə ki, cinsi həvəs yetkin yaşa qədər üçüncü mərhələdir, özü də ən ciddisindəndir və artıq psixoseksual inkişaf başlayır: məktəbli illərdən bir sıra ardıcıl stadiyaları (mərhələləri) ehtiva eləyir və 25-26 yaşlarında qurtarır. Qeyd eləyək ki, cinsi həvəsdə başlıca amil təmasdır və bu proses hələ intim yaxınlıq (akt) deyildir. Bu, son dərəcə həssas və zərif, zəruri və uzunömürlü hissdir. İnsan yaşadığı mühitdə təbiətlə, adamlarla istər-istəməz əlaqəyə girir, ünsiyyət bağlayır. Təbiətin gözəlliyini duyur, zövq alır, emosional həzzi yaşayır. Adamlarla təmasda onun həm də sosial tələbatı ödənilir. Məqsədimiz məhz fizioloji-bioloji ehtiyacın ödənilməsi məsələsidir. Bu isə qadınla təmasdır. Gəlin, bir azca sakitləşək və aydın baxışla yanaşaq qadınla təmasın ehtiyacına. Bəllidir ki, təmas kişinin (oğlanın) beynində iki cür formalaşır: sosial-mənəvi və erotik-bioloji aspektlərdə. Şərti adlandırdığımız belə bir qruplaşmada ikinci uzunmüddətli və məqsədli olur; yəni kişi təmasla özünün seksual davranışını ödəyəcək, ya da ünsiyyətin məişət çalarlarını reallaşdıracaq, gələcəkdə evlənəcəkdir. Və bu iki halda da eyni bir nöqtə: intim yaxınlıq reallaşır. Lakin bütün bunlara qədər təmasın emosional çalarları başlıca şərtə çevrilir. Təmas vasitəsilə kişi qadının səsinini ahəngini (unutmayaq ki, qadın münasibətlər prosesində səsinin ahəngini dəyişir: iclasda, küçədə, evdə və s.) bilavasitə duyur. Bu səs həlim, kövrək, yaxud cod, sərt ola bilər və təbiidir ki, birinci sıra ahəng ilkin təmasda müsbət rol oynayır. Səsin həlimliyi, kövrəkliyi o deməkdir, qadının xasiyyəti də, davranışı da yumşaqdır, istiqanlıdır. Müşahidələr təsdiq eləyir ki, kobud, cod səsli, danışıqlı qadın davranışda da belədir və adətən sosializm cəmiyyətində onları əlüstü tapıb, rəhbər vəzifələrə qoyurdular ki, həyalı kişiləri intizama çağırsınlar...Təmasda səsin emosionallığı qadının xüsusilə əllərinin, üzünün cizgilərini zahirən görmək cəsarətinə gətirir. Kişi qadının barmaqlarına toxunanda əsəb sistemi toxdayır, daxilən qürur hissi keçirir və nəhayət cinsi həvəsin zərif, gizlin oyanışı özünü büruzə verir. Lakin ilkin təmasda bu, nə qədər «örtülü» saxlanarsa, partnyorlar udmuş olarlar. Atalar vaxtilə deyib ki, tez alışan tez də sönər. Dəqiq nəticədir! Təmas qadın bədənindəki qoxunu reallaşdırır. Qoxu cinsi həvəsin oyanışında həssas və sürətli ötürücüdür. Məşhur polyak seksoloqu M. Vıslotskaya «Sevmək məharəti» əsərində «Seksual qoxu» anlayışını işlətmiş və bunu insana təsir edən hissi qıcıqlandırıcıların ən güclüsü saymışdır. Burda qeyd eləməyi özümüzə borc bilirik ki, qadın qoxusu hər bir millətdə ayrı cürdür və bu, anadangəlmədir. Yaxşı olardı bu cəhəti, tibb mütəxəssislərimiz açıqlasın və elmi nəticələrini geniş oxuculara çatdırsınlar. Təmasda ikinci şərt qadın üzünün qəşəngliyi, xoşagəlimliyidir. Təsadüfi deyil ki, Şərq klassikləri qadın üzünü, baxışlarını, saçlarını poetik ovqatla tərənnüm etmişlər. Vaqif deyirdi: Xumar-xumar baxmaq göz qaydasıdır, Lalə tək qızarmaq üz qaydasıdır. Bulut zülflü, ay qabağlı gözəlin, Durub başına dolanmaq gərək. Adətən «Surətpərəst» sözü dilimizdə yad səslənmir, həqiqətən, insan mövcudluğundan qadın gözəlliyinə məftunluğunu gizlətməmişdir. Gözəlliyin komponentləri sırasında üzün çevrəsi: qaş-göz, burun, alın, çənə və s. cinsi həvəsin oyanmasında alışdırıcı vasitədir. Kişi baxışı ilə onu duymağa, erotik fantaziyasında canlandırmağa çalışır. Və real hissə gəlirsə, artıq kişi üçün kənar yad təsirlər olmur; yalnız həmin qadının üz cizgilərinin təması ilə yaşayır. Bir dəfə bir qadınla maraqlanan bir adamla söhbətimdə sualıma cavabında dedi ki, mən ona vurğunluğumu ilk dəfə qəşəng üzündə tapdım. O, ən pis geyinsə belə, bunun fərqi yoxdur mənim üçün. Heyf ki, görməmisiz, düzü təsvirdə çətinlik çəkirəm, amma qeyri-adi üz cizgilərinə malikdir. Xoşbəxt qadındır...Kaş o deyən olsun. Lakin cinsi həvəs belə proseslərdə hamıya eyni təsir eləmir. Burada hər adamın fərdi-emosional zövqü əsasdır. Və biz bizə aşılanmış estetikanın qanunlarını şahidliyə çağırmırıq, inandığımız o formulaya da şübhə ilə baxmırıq: İnsan (o cümlədən qadın) mənən, daxilən gözəl olmalıdır! Hər halda qadın zahirən həlim, suyuşirin, qəşəngdirsə, ətrafına yalnız xoş ovqat bağışlayar. Təmasda üçüncü şərt qadın bədənidir. Oxucular məni düzgün anlasınlar: Qadın bədəninin fiziki görümlüyü onun elə sağlamlığını şərtləndirən amildir. Əgər qadının məftunedici effekti varsa, bu o deməkdir o, sağlam uşaq dünyaya gətirəcəkdir...Kişi adətən zövqü müqabilində bədənin bütövlüyünü mənimsəməyə çalışır və bu, o vaxt baş tutur ki, artıq o məxluqla təmasdadır. Nədənsə elmi-kütləvi ədəbiyyatda estetikadan, gözəllik ehtiyacından yazanlar qadın bədəninin fiziki-sağlamlıq funksiyasından çəkinirlər. Və unudulur ki, burada qeyri-əxlaqilik axtaran, demaqoq-peşəkarın vaxtsız banlayan xoruz üçün qonşusuna tutduğu iradına bənzəyir. Antik dövrün yazılı-mədəniyyət abidələrində bu, əbədiləşib. İntibahın dahi fırça və tişə ustaları qadın bədəninin ecazkarlığını yaratmaqla, o Dövrü ölməzləşdiriblər. İntibahın Rafaelinin, Sandra Botiçellisinin «Örtüklü qadın» və «Romalı Venera» portretlərini xatırlatmaq kifayətdir. Hər iki dahi sənətkar fırçanın möcüzəsini qadın bədəninin gözəlliyində işıqlandırmışlar! İndi intellektual inkişaf həm də zövq yaddaşını y həssaslaşdırmışdır. Və biz varlığımızın erotik çalarlarını daima qorumağa borcluyuqsa, qadınlar fəxrlə öz fiziki-sağlamlıq qayğısını çəkməlidir! Mənbə Allahverdi Eminov Şərq ailəsinin sirləri kitabından
['seks haqqında', 'erotika', 'cinsəl həyat', 'qadın-kişi münasibətləri', 'cinslərarası münasibətlər', 'kişi-qadın münasibətləri', 'cinsəl bilgilər', 'cinsəllik', 'seksual harmoniya', 'seksual mədəniyyət']
6,871
https://kayzen.az/blog/Az%C9%99rbaycan-dili/469/morfologiya.html
Morfologiya
Səbinə
Azərbaycan dili
20 mart 2010, 22:28
Dilçiliyin əsas bölmələrindən biri olan qrammatikada sözlərin formaca dəyişməsi və cümlədə birləşməsi qaydaları öyrənilir. Qrammatika iki hissəyə bölünür: 1.Morfologiya 2. Sintaksis Morfologiya (yunanca morfos — forma və loqos -elm, təlim  sözlərindən təşkil olunub) sözün  formalarını  öyrənir.Morfologiyanın əsas mövzusu nitq hissələridir.Morfologiyada sözlər nitq hissələri kimi öyrənilir, onların quruluşu və dəyişmə qaydalar araşdırılır. Sintaksis (yunan sözüdür; tərtib, birləşmə deməkdir) söz birləşmələrini və cümlələri öyrənir. NİTQ HİSSƏLƏRİ Sözlər ümumi qrammatik mənalarına görə müəyyən qruplara bölünür.Məsələn: ev, kitab, dəflər, qələm, çanta, məktəb və s. sözləri əşyanın adınıbildirdiyi üçün isimadlanan nitq hissəsində qruplaşır. Həmin əşyaların əlamətinibildirən hündür, maraqlı, qalın, göy, qara, böyük və s. sözləri isə sifət adlanan başqa bir nitq hissəsində birləşirlər. Eləcə də hərəkətbildirən sözlərdən morfologiyada fel kimi: hərəkətin tərzini, yerini, zamanınıbildirən sözlərdən isə zərf kimi bəhs olunur. Dilımızdəki nitq hissələri əsas əlamətlərinə görə üç növə bölünür: əsas nitq hissələri, köməkçi nitq hissələri, xüsusi nitq hissəsi (nida). Əsas nitq hissələrinin ikiəsas səciyyəvi xüsusiyyəti var 1.Müstəqil leksik məna daşıyaraq, əşyanı, əlaməti, miqdarı,hərəkəti və s.bildirir. 2.Cümlə üzvü vəzifəsində işlənir. Köməkçi nitq hissələrində bu xüsusiyyətlər yoxdur. Onlar  yalnız qrammatik məna daşıyır. Xüsusi nitq hissəsi olan nidanın isə nə leksik, nə də qrammatik mənası var. O yalnız hiss, həyəcan bildirdiyi öçün xüsusi  nitq hissəsi sayılır. Əsas nitq hissələriBuraya tammənalı sözlər daxildir:    1) Əşya adı bildirənlər – İsim    2) Əşyaya məxsus əlamət, keyfiyyət bildirənlər – sifət    3) Əşyaya məxsus miqdar,sıra bildirənlər – Say    4) Əşyanın hərəkətini bidirənlər – Fel    5) Hərəkətin əlamətini bildirənlər – Zərf    6) Əvəzlik – Əvəzliyin özünəməxsus mənası, morfoloji əlaməti və sintaktik vəzifəsi yoxdur.Yuxarıdakı 5 nitq hissəsinin əvəzində işlənir və hansını əvəz edirsə, onun da əlamətlərini daşıyır. Buna görə də əvəzlik əsas nitq hissəsi sayılır.  Köməkçi nitq hissələri   7) Qoşmalar    8) Bağlayıcılar    9) Ədat    10) Modal sözlər Əsas nitq hissələrinə aid olan sözlərin tam mənası olur,həm leksik,həm qrammatik mənaya malik olur, morfoloji cəhətdən dəyişir, sintaktik vəzifə daşıyır. Köməkçi nitq hissələri isə yalnız qrammatik mənaya malik olur.
['morfologiya', 'nitq hissələri', 'Azərbaycan dilinin qrammatikası', 'qrammatika']
6,872
https://kayzen.az/blog/u%C4%9Fur/464/yax%C5%9F%C4%B1-yol.html
Yaxşı yol!
2ral
uğur psixologiyası
20 mart 2010, 16:43
Böyük bir şirkətin sahibi qaz balonu ilə Nyu-York səmasında səyahətə başlayır. Bir müddət sonra əlindəki kompas yerə düşür və yolunu azır. Enmək üçün münasib yer axtara-axtara göydələnlərdən birinə yaxınlaşır və görür ki, bir nəfər binanın başında dayanıb siqaret çəkir. Sahibkar siqaret çəkən adamdan: “Bağışlayın, mən haradayam?” – deyə soruşur. Siqaret çəkən adam: “Yerdən 200 metr yüksəklikdə, qaz balonunun içindəsiniz”, – deyir. Sahibkar davam edir: – Siz mühəndissiniz, elə deyilmi? – Doğrudur, haradan bildiniz?  – Sizin dedikləriniz doğrudur. Ancaq bunların heç biri mənim işimə yaramır.  – Deyəsən, sizin də vəzifəniz müdirdir? – Bəli. Bəs siz necə bildiniz? – Çünki yerdən 200 metr yüksəklikdə bir  qaz balonun içində azmısınız və məni təqsirkar hesab edirsiniz. Öz günahınıza görə başqalarını təqsirkar bilsəniz də, bu, məsələni həll etməyəcək. Bəlkə də, özünüzü bir anlığa  rahat hiss edə və diqqəti başqasına yönəldə bilərsiniz. Ancaq kompasınızı tapmaqda bu yol sizə heç vaxt kömək etməyəcək. Problemi həll etmək üçün  bir üsul var. O da kompassız uçmağı öyrənməkdir. Həmişə yerində saymaq istedad və qabiliyyətlərin itirilməsinə səbəb olur ki, nəticədə insan özünəinam və özünəhörmət kimi ülvi hisslərdən məhrum olur.  Alimlər laboratoriyada bir şüşə qabın içərisinə bir neçə birə qoyub ağzını bağlayırlar.  Birələr “azadlığa” çıxmaq üçün hər dəfə yuxarı tullananda başları qabın qapağına dəyir və buna görə də tədricən onlar tam yüksəyə tullanmaqdan əl çəkirlər. Bir müddət sonra alimlər qapağı açıq qoyurlar. Ancaq birələr “yeni həyata” öyrəşdikləri üçün qabdan çıxmağa cəhd göstərmirlər. Biz insanlar da qabdakı birələr kimi yüksəkliyə tullanma potensialımızdan əsl qapağa görə yox, öyrəşdiyimiz və qəbul etdiyimiz “qapaz”a görə istifadə edirik. Öz kölgəsindən qorxub gizlənən, tullandıqda (!) belə öz boyunu keçə bilməyən insanların bütün bəd əməlləri elə özlərinə qalsaydı… Di gəl ki, “hind quşları ilə bərabər yaşamağa məhkum olmuş birisinin qartallarla birgə yüksək zirvələrdə süzməsi mümkün deyil!” Onlar “qurunun oduna yanan yaş odunlar”a bənzəyirlər. Bənzətməyə qüvvət, hind quşu və od-ocaq əla bir ziyafət süfrəsindən xəbər verir. Bir boya qabına 10 qurbağa düşür. Qabın ətrafındakı qurbağalar “boğulacaqsınız” deyib hay-küy salmağa başlayırlar. Doğrudan da, qurbağalar – bu “xoş” sədaların təsiri altında – bir-bir boyada  boğulub tələf olurlar. Onlardan yalnız biri çabalayıb qabdan çıxa bilir. Sonra məlum olur ki, xilas olmuş qurbağa  kar imiş… Dünyaya göz açdığı anda insanı qarşıda sonsuz potensial güc və imkanlar gözləyir. Amma həmişə kimlərsə insanın potensialından tam yararlanmasına və yaranmış imkanlardan onun səmərəli istifadə etməsinə maneçilik törədir. Bəzən kənar müdaxilələr və söz-söhbətlər gələcəkdə böyük uğurlar qazandıracaq bir işin başlamadan qurtarmasına səbəb olur. Bir sözlə, yolumuzu davam etdirmək üçün iki alternativ var: 1. Yalnız müsbət keyfiyyətlərimizi bəsləyərək mənfiliklərimizi acından öldürmək… 2. Ömür boyu kompassız uçmaq, hind quşları ilə birgə yaşamaq və...   Mənbə SƏMƏRƏLİ İŞ HƏYATI kitabı Müəllif SƏLİM ÖZDƏMİR
['uğur psixologiyası', 'ruhdan düşməmək', 'optimizm']
6,873
https://kayzen.az/blog/ad%C9%99tl%C9%99r/437/novruz-bayram%C4%B1.html
Novruz bayramı
Wizard
adət-ənənələr
19 mart 2010, 10:57
Novruz bayramı (Yeni Gün bayramı, Ərgənəgün Bayramı, Bahar bayramı; fars. نو روز - Nou ruz, özbək. Navruz, türkm. Nowruz, kürd. Newroz, qazax. Naurız, qırğız. Nooruz, türk. Nevruz, krımtatar. Navrez) — yazın gəlişini simvolizə edən qədim xalq bayramı.Novruz Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi günündə (martın 20-si, 21-i və ya 22-sində) keçirilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlamış, bu münasibətlə şənliklər keçirmiş, onu yeni ilin başlanğıcı kimi bayram etmişlər. Qədim zamanlardan başlayaraq İran, Əfqanıstan, Tacikistan, Özbəkistan və bəzi başqa şərq xalqları ilə yanaşı azərbaycanlılar da baharın - yeni ilin gəlişini şənliklərlə qarşılayırdılar. Martın 21-i İran və Əfqanıstanda rəsmi təqvimin ilk günü sayılır. Novruz həmçinin Bəhai təqvimində ilin ilk günüdür.2009-cu il sentyabrın 30-da Novruz YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" elan edilmişdir. Novruzun mənşəyi və tarixi Novruz bayramının mənşəyi, onunla bağlı əsatirlər, miflər qədimdir. Tədqiqatçılar Novruz bayramının məhz Yaxın Şərqin qədim əkinçiliklə məşğul olan xalqları arasında meydana gəldiyini söyləyirlər. Novruz bayramının ayrı-ayrı tarixi və əfsanəvi şəxsiyyətlərin (əfsanəvi İran şahları Kəyumərs (Avestada Qaye Mərdan), Cəmşid və başqaları) adı ilə bağlamağa çalışmışlar. İslam dini Yaxın Şərq və Orta Asiya ölkələrində yayıldıqdan sonra Ərəb xilafəti bu ölkələrin xalqlarının adət-ənənələrini, bayramlarını təqib etməyə başladı. Əsrlər boyu dini xadimlər, müxtəlif təriqət nümayəndələri bu bayramı təbii və tarixi köklərindən ayırmağa çalışmış, ona dini, mövhumi libas geyindirməyə cəhd göstərmşlər. Hətta bəzi din xadimləri belə bir fərziyyəyə uydurmuşlar ki, Novruz bayramı guya IV xəlifə Əlinin hakimiyyətə (656-661) gəldiyi günlə əlaqədardır. Halbuki imam Əli iyul ayında hakimiyyətə gəlmiş, Novruz isə yazda bayram edilir. Əslində, xalqın bayramla əlaqədar keçirdiyi mərasimlər heç bir dini ehkamlar ilə bağlı deyildir. Əksər xalqlar bahar bayramının əsl mahiyyətindən doğan bir sıra adət-ənənələri, oyunları indiyədək saxlamışlar.Orta əsr müəllifləri Şərq ölkələrində İslam dini yayıldıqdan sonra da Novruz bayramında yaz ənənələrinin, əkinçilik təqvimi etiqadlarının möhkəm yer tutduğunu göstərirlər. Əbu Reyhan əl-Biruni (XI əsr) Novruz bayramı haqqında müxtəlif rəvayətlərdən onun yaranması səbəblərindən, bu bayram münasibətilə xalq arasında yayılmış adət-ənənələrdən bəhs etmiş, Novruz bayramının təbiətin oyanması, əkinçilik təsərrüfatının başlanması ilə bağlı əsl dünyəvi bayram olduğunu qeyd etmişdir. Nizamül Mülk (XI əsr) "Siyasətnamə" əsərində Novruz bayramından yazın gəlişi ilə əlaqədar keçirilən kütləvi xalq bayramı kimi bəhs etmişdir. Novruzun gəlişi klassik Şərq, o cümlədən Azərbaycan poeziyasında geniş yayılmış "Bahariyyə" adlı lirik şeirlərdə də təsvir və tərənnüm edilir. Novruz bayramında çərşənbələr İnsan, kainat 4 ünsürdən - su, od, torpaq və küləkdən yaranıb. Hər il 4 çərşənbə Novruzdan, günün bərabərləşməsindən əvvəl qeyd olunur. Aşıqlarımız da «Ab, atəş, xak, badan yarandım» deyiblər vücudnamələrində, yəni su, od, torpaq və yelə bağlıdır insan.Birinci su çərşənbəsi adlandırılırdı. Yəni bahara doğru çayların azacıq buz bağlayan yerləri əriyib çaylara tökülür. Torpaq yavaş-yavaş islanmağa başlayır. Qızlar bulaqlardan sərin, şirin su gətirərdilər, evin ətrafına çiləyərdilər, üzlərini yuyardılar. İkincisi od çərşənbəsi adlanır. Ona görə ki, bahara doğru günəş yavaş-yavaş torpağı qızdırır, isindirir, onu yaratmaq üçün hazırlayır. Od çərşənbəsində tonqallar qalayardılar. Hər ailə üzvünün adına bir dənə şam yandırardılar. Xonçalar düzəldilərdi.Üçüncüsü yel çərşənbəsidir. Bəzi bölgələrimizdə çox əziz tutulur. Yəni yel artıq azacıq oyanmış torpağı, təzəcə çığmış yaza həsrət gülləri tərpədir, tumurcuqlanan ağacları yellədir.Axırıncısı torpaq çərşənbəsidir. Torpağı ana təbiət – Allahımız su ilə islatdı, günəşlə isitdi, onu yaratmağa hazırladı. Ona görə də ilk yaz əkinini xışla-kotanla məhz torpaq çərşənbəsi günündə başlayardılar. Nənələrimiz «Səməni, saxla məni, ildə göyərdərəm səni»- deyib buğda isladardılar. Novruz dünya xalqlarının bayramı kimi Hər bir xalq bu bayramla bağlı etnik, yerli, milli xüsusiyyətlərinə uyğun, özünəməxsus mövsum nəğmələri, mərasim nəğmələri yaratmışdır. Ümumilikdə Novruz İranda, Qafqazda və Mərkəzi Asiyada, Türkmənistanda, Tacikistanda, Özbəkistanda, Pakistanda, Qazaxıstanda, Qırğızıstanda xüsusi təntənə ilə qeyd edilir. Albaniyada Sultan Nevruz bayramı dini bayram kimi Bəktaşilik təriqətinin davamçıları tərəfindən qeyd olunur.Adətə görə süfrəyə "s" hərfi ilə başlayan 7 növ ərzaq qoyulur Ümumiyyətlə Novruz dünyanın əksər ölkələrində bu xalqların nümayəndələri tərəfindən geniş şəkildə qeyd edilir. Bu cür məkanlar arasında Los-Anceles, Toronto, Londonu saymaq olar. Los-Ancels şəhərinin ocaq qalamağa dair sərt qərarları var, heç bir kəsə öz mülkündə ocaq qalamağa icazə verilmir. Hətta buna baxmayaraq Cənubi Kaliforniyada yaşayan və Novruzu qeyd etmək istəyən İranlılar və Azərbaycanlılar Kaliforniyanın çimərliklərinə gedir və ocaq qalamağa icazə verilmiş yerlərdə ocaq qalayırlar.
['novruz bayramı']
6,874
https://kayzen.az/blog/sa%C4%9Flam-h%C9%99yat-t%C9%99rzi/414/yuxusuzluq-yaxud-insomnia.html
Yuxusuzluq yaxud insomnia
Sufi
sağlam həyat tərzi
18 mart 2010, 12:46
Yaşlı insanların 30 faizi pis yatır Faina Georgiyevna Ranevskaya bunları xatırlayır: «Yuxu dərmanı qəbul edib, uzanmışam. Gah sağ böyrü, gah da sol böyrü üstə dönərək, «yat» deyə özümə əmr edirəm. Heç nə alınmır. Bir saat uzandıqdan sonra mətbəxə keçib, daha bir həb içirəm. Puşkinin şerlərini oxuyaraq, yuxuya gedəcəyimi gözləyirəm. Ən nəhayət, yatıram. Yuxumda Puşkini görürəm. Mən onun ardınca qaçaraq, qışqırıram: «Siz mənim ən çox sevdiyim şairsiniz». О isə cavabında üzünü mənə tutub deyir: «A qoca kaftar, heç bilirsən məni necə təngə gətirmisən!». Həkimlər ya həyat yoldaşı ilə, ya da iş yerində baş verən mübahisədən bir gün sonrakı gecə yuxusuz qalan insanın durumunda qorxulu heç nə görmürlər. Bütün bunlardan savayı, bəzən toy və digər xoşbəxt hadisələr ərəfəsində də yuxusuzluq müşahidə olunur. Lakin hər gecə, yaxud bir gecədən bir istirahət etmək mümkün olmadıqda, bu hal, daimi yuxusuzluq he­sab olunur. Bəzən bu cür yuxusuzluğa fəal həyat tərzi nəticəsində tez-tez rast gəlinir. Yorğun orqanizm gecələr yatmağın əvəzinə yenə də yüksək tempdə işləməkdə davam edir və yuxusuzluq yaranır. Neçə saat yatmaq lazımdır? Bu, yalnız fərdi xüsusiyyətlərdən asılıdır. Orta hesabla insan üçün 7-9 saatlıq yuxu kifayət etdiyi halda, 4-5 saatlıq yuxu ilə kifayətlənən unikal şəxsiyyətlərə də rast gəlmək mümkündür. Yuxunuzun kifayət qədər olub-olmamasını bilmək üçün növbəti suallara cavab vermək gərəkdir: a) siz iş günlərindən fərqli olaraq istirahət günü daha çox yatırsınız? b) günorta və axşam saatlarında mütəmadi olaraq yuxusuzluq hiss edib, bəzən isə oturduğunuz yerdə yatırsınız? c) siz yatağa uzandığınız andan 5 dəqiqə sonra dərhal yuxuya gedirsiniz? Hər üç suala mənfi cavab verdiyiniz halda, bu, istirahətinizin qaydasında olduğuna işarə edir. Qoy Sizi sonuncu sual çaşdırmasın: normal istirahət edən insanlara, yuxuya getmək üçün, 15-20 dəqiqə kifayət edir. Bilirsinizmi ki... - yuxusuzluq daha çox yaddaşa təsir göstərir. insan beynində toplama məntəqəsi deyilən bir şöbə vardır. O, görünən və eşidilən informasiyam toplayır. Beyin kifayət qədər yuxu almadıqda, bu şöbəyə daxil olmaq mümkünsüz şəkil alır. Bu şöbədə toplanan informasiyaya bir neçə gün müraciət etmədikdə, o, tamamilə silinir; - aclıq hissi yatmağa mane olduqda, müəyyən məhsullar ilə qidalanmaq gərəkdir. Bir qisim insanların yatmasına banan, şirə və peçenye, digərlərinə isə isti süd, yumurta, qoz və hind quşunun kababı kömək edir. Hər iki variantdan istifadə edərək, özünüzə yarayan variantı tapın; - həkimin göstərişi olmadan yuxu dərmanını qəbul etmək səhv hərəkətdir; qeyri-peşəkar, naşı insanlar adətən psixiatriya sahəsində, epilepsiyanın, psixoloji və patoloji zəhlə tökmək hallarının müalicəsi üçün tətbiq edilən dərman vasitələrini məsləhət görürlər. Daimi yuxusuzluq zamanı yuxu dərmanlarından istifadəyə tələbat artır. Lakin bu cür vasitələrin mütəmadi tətbiqi depressiya, artrit, nevroloji pozuntular kimi ciddi xəstəliklərin yaranmasına səbəb ola bilər. Yuxu məhz bu cür xəstəliklər nəticəsində pozulduqda isə, onu yaradan xəstəliklərin təcili müalicəsinə başlamaq gərəkdir. Yuxusuzluğun dərman vasitəsi qəbul etmədən aradan qaldırılması İlk növbədə, yuxunun optimal davamiyyətini aydınlaşdırmaq lazımdır (yaş artdıqca о azalır). Tam istirahət üçün 6 saat kifayət etdiyi təqdirdə, siz yataqda 8 saat vaxt itirirsinizsə, burada yuxusuzluqdan danışmağa dəyməz. Sadəcə olaraq yatağınıza yarım saat tez uzanın. Yuxusuzluqdan həqiqətən də əziyyət çəkən insanlara həkimlər bir neçə məqama fikir verməyi tövsiyə edirlər. Əsas məqam - yuxudan durmaqdır. Yuxuya hazırlıq zamanı hərəkətə icazə verildiyi halda, yuxudan durmaq prosedurası ani baş verməlidir. Yorğunluqdan asılı olmayaraq, istirahət gününü də daxil etməklə, hər gün eyni saatda yuxudan durun. Heç bir çətinlik olmadan yuxuya getmək üçün gün ərzində fiziki fəallıq nümayiş etdirmək faydalı olardı, bu zaman hovuzda üzmək məcburi deyildir. Bunun üçün təmiz havada 15 dəqiqə idman etmək və yaxud yarım saat gəzmək də (və ya qaçmaq) kifayət edir. Yalnız günorta saatlarında futbol oynamaq və yaxud məşq etmək olar. Ümumiyyətlə, gərəkli işi yatmazdan 3 saat əvvəl icra etmək məqsədəuyğundur. Gümrah qalmaq üçün nanəli və yaxud çobanyastığı ilə dəmlənmiş sakitləşdirici çay içmək də məsləhətdir. Əgər: - yuxu prosedurasında 6 saat əvvəl kofein tərkibli məhsulları yeyib, içməsəniz (şokolad, koka-kola, qəhvə, çay); - tütün çəkən insan axşam siqaretindon imtina etsə (hər bir siqaret yuxunu 52 dəqiqə gecikdirir); - yuxudan əvvəl spirtli içkidən istifadə etməsəniz (onun köməyi ilə həqiqətən də sərxoş olub yuxuya getmək mümkündür, lakin bu, daha çox istirahətə oxşar olub, tez-tez oyanma halları ilə müşayiət olunacaqdır); - günorta saatlarında yatmasanız (hətta 15 dəqiqə yatdığınız halda da, gecə yuxusunu pozmuş olursunuz); - yuxudan əvvəl telefon ilə danışmasanız və yaxud televizora baxmasanız (beyin yeni informasiya alaraq, onu «həzm etməyə» başlayır), rahat yata bilərsiniz. Əsəblər yorulanda... Bu narahatlığı aradan qaldırmaq üçün, əsas şərtlərdən bi­ri. Sizin iradəli olmağınızdır, Siz həmçinin əsəb zəifliyi törədən amillərə qarşı müalicə olunmalısınız. Bir sıra maddələr əsəblərin möhkəmlənməsinə kömək edir. Bu baxımdan armud, yumurta, süd, düyü, lobya, noxud, kartof, kələm, çörək, alma. zeytun yağı, təzə xama, pendir, badam içi çox faydalıdır; Əsəbi şəxslərdə adətən yuxusuzluq halları müşahidə edilir. Belələri, ilk növbədə, yuxunun qeydinə qalmalıdırlar. Təsirli müalicə üsulları: açıq havada gəzinti, suda çimmək və müxtəlif əyləncə ilə məşğul olmaq. Nigarançılıq, təngə gəlmək və s. yorğunluğa və nəticə etibarilə əsəblərin zəifləməsinə səbəb olur. Həddən çox yorğunluq zamanı yuxusuzluq bas verir, qan təzyiqi yuxarı qalxır, ürək zəifləyir. Bu cür adamlar lazımi qədər istirahət etməyə, az işləyib özünü çox yormamağa, yuxu rejimini saxlamağa diqqət yetirməlidir. Əsəbi yorğunluq və narahatlıq hallarında bir sıra bitki mənşəli dərmanlar müsbət təsir göstərir. Çobanyastığı gülü yorğunluq, əsəb ağrıları və baş ağrısı üçün faydalıdır. Bunun üçün bir xörək qaşığı quru çobanyastığı gülünü 100 qram qaynanmış suda bir saat dəmə qoyur, sonra onun şirəsini çəkib bir azca şirin edir və içirlər. Onun yağını isə, əsəbdən ağrıyan yerlərə sürtmək məsləhətdir. Mənbə Qanun jurnalı UPD. Kolorado Universitetindən bir qrup alim tərəfindən aparılan araşdırma, yataqda sağa sola dönərək gecəni keçirənlərin, mışıl-mışıl yatanlara nisbətən daha çox kalori itirir. Faktxeber.com-un verdiyi məlumata görə, "Journal of Physiology" jurnalında nümayiş olunan araşdırmaya görə, gecəni yuxusuz keçirən bir nəfərin itirdiyi enerji miqdarı, 8 saat yatarkən itirdiyi enerjidən təxminən 135 kalori çoxdur.Eksprementdə sağlam olan 7 nəfər könüllü iştirak edib. Araşdırmanın rəhbəri Kennet Vriqtin sözlərinə görə, yuxuda olarkən enerji-kalori yandırmaq imkanı az olur.Amma mütəxəssislər yuxusuzluğun arıqlamaq üçün təhlükəli üsul olduğunu bildiriblər. UPD. Yuxusuzluq sağlamlıq üçün təhlükəli ola bilər Dünyada yaşından, cinsindən, milliyyətindən, sağlamlıq vəziyyətindən və ya sosial statusundan asılı olmayaraq ən müxtəlif adamlar yuxusuzluqdan əziyyət çəkir. Hətta tam sağlam və uğurlu adam da bu və ya digər şəkildə yuxusuzluqla qarşılaşa bilər. Bu gün statistikaya görə, dünyanın hər üç sakinindən biri yuxusuzluqdan əziyyət çəkir.Böyük Britaniyadan olan alimlər apardıqları tədqiqatlar sayəsində əmin olmuşlar ki, yuxusuzluq insanın nəinki fiziki, həmçinin ruhi sağlamlığına məhvedici təsir göstərir. Yuxusuzluq ciddi ruhi pozğunluqların meydana çıxmasına səbəb olaraq insanın ağlını başından çıxara bilər. Yuxu orqanizmin ahəngdar fəaliyyəti üçün zəruridir. Beyin hüceyrələrinə də istirahət lazımdır. Onların da bütün digər orqanlar qədər istirahətə ehtiyacı vardır. Alimlər qeyd edirlər ki, əgər beyin hüceyrələri kifayət qədər istirahət etmirsə, onlar gec-tez əvvəlki kimi fəaliyyət göstərə bilməyəcəklər. Zərər çəkmiş hüceyrələr əsəb pozğunluqlarına və mərkəzi sinir sisteminin işində problemlərə gətirib çıxaracaqdır.Bununla əlaqədar insanda yuxusuzluğun ilk təzahürləri müşahidə edilən kimi buna qarşı mübarizə aparmaq lazımdır. Bu ilk təzahürlər yuxuyagetmə çətinliklərindən ibarət ola bilər. Əgər insan bunun öhdəsindən vaxtında gəlməsə, sonradan o, xroniki yorğunluq sindromu, daimi stress, qarmaqarışıq fikirlər və məntiqsiz hərəkətlərlə qarşılaşacaqdır. Bundan başqa, yuxusuzluq immuniteti zəiflədir. Yuxusu ərşə çəkilənlərə məsləhət Tamamilə yuxusuz heç vaxt yaşaya bilmərik. Bütün insanlar yuxuya ehtiyac duyurlar. Normal yuxu müddəti sutka ərzində 8 saat olmalıdır. Fərdi olaraq yuxunun müddəti yaşdan, sinir sistemindən və həyat tərzindən asılıdır. Yuxusuzluq tibbi dildə «insomniya» adlanır.Əsl insomniyadan o zaman söhbət gedə bilər ki, insan gündəlik həyatda özünü pis hiss etmədən, zəiflikdən, yorğunlundan, tez əsəbiləşməkdən şikayət etsin.Bəziləri belə hesab edirlər ki, intellektual və yaradıcı insanlar həmişə yuxusuzluqdan əziyyət çəkirlər. Hətta belə bir fikir var ki, yuxusuzluğun qurbanı daha çox qadınlar olurlar.Məlumdur ki, yuxusuzluqdan heyvanlar əziyyət çəkmirlər. Deməli, yuxusuzluq müəyyən intellektə sahib insanların xəstəliyidir. Qadınlar gənclik dövrlərində daha çox yuxusuzluğa düçar olurlar. Bu da onların həddən artıq emosional həyatı ilə əlaqədardır. Kişilərdə yuxusuzluq başqa səbəblərdən və daha gec yaşlarında yaranır. Bunlar əsasən karyera və ailə həyatı ilə bağlı problemlərdir. Bununla yanaşı, demək olmaz ki, kişilər daha az emosionaldırlar. Sadəcə, onlar öz problemləri barədə nadir hallarda danışırlar. Bir şey də var ki, 60 yaşından sonra həm qadınların, həm də kişilərin yuxuya olan ehtiyacları 5-6 saata qədər azalır. Bu, ümumi fizioloji prosesdir. Bəziləri isə belə düşünürlər ki, yuxusuzluq hər hansı xəstəliyin göstəricisidir. Əlbəttə ki, yuxusuzluq müxtəlif xəstəliklərlə yanaşı müşahidə oluna bilər. Əgər yatan zaman diskomfort hiss edirsinizsə, hər şeydən əvvəl əsas xəstəliyi - kəskin mədə yarasını, bağırsaqların iltihabını, döş xəstəliklərini müalicə etdirməlisiniz. Yuxusuzluq daha çox nevroz və depressiya zamanı müşahidə olunur. Onlar müalicə olunduqda keçib gedir. Bəzən isə belə olur ki, o özü əsas xəstəlik hesab olunur.Məsələn, pasient hipertoniyadan müalicə alır. Bu zaman yuxu pozğunluqlarına fikir vermir. Həkim onda yuxusuzluqdan şübhələnir və ona yuxugətirici preparatlar təyin edir və bundan sonra xəstə özünü daha yaxşı hiss edir, onun təzyiqi aşağı düşür.Bəzi xəstələr yuxusuzluqdan əziyyət çəkən zaman həkimə müraciət etməkdən qorxurlar. Bunun səbəbi isə odur ki, həkim yuxugətirici dərmanlar təyin edə bilər. O isə buna alışacaq və heç vaxt özü yuxuya getməyəcək. Mütəxəssislər isə söyləyirlər ki, qısamüddətli insomniya bir qayda olaraq stressin əlaməti olaraq meydana çıxır. Belə olan halda psixoterapevtin yardımı müsbət nəticə verə bilər. Əlbəttə ki, stress uzun müddət davam edərsə, yuxusuzluq da xroniki hala keçə bilər. Bu ən çox ağır ailə problemləri, iqtisadi böhranlar zamanı baş verir. Ancaq əksər  insanlarda dərhal orqanizmin yardımçı imkanları işə düşür və insan qənaətbəxş olmayan bu vəziyyətə uyğunlaşır.Qısamüddətli yuxusuzluq zamanı həkim bir-iki gün üçün yuxugətirici təyin edə bilər. Bu zaman vərdiş əmələ gəlmir, yuxusuzluq inkişaf etmir, sağlamlığa heç bir zərər gətirmir. Mütəmadi olaraq yuxugətirici dərman preparatının 3-4 gün ərzində qəbul olunması, həqiqətən də, vərdiş yarada bilər. Lakin bundan yaxa qurtarmaq üçün bir neçə gün kifayətdir. Başqa bir məsələ psixoloji amildir. Əgər insan özü həblərdən əl çəkmək istəmirsə, onu ayırmaq çox çətin məsələdir. Yenə də bu işlə məşğul olan mütəxəssis öz təcrübəsindən bizə bir misal göstərir. Belə ki, onun bir pasienti heç bir səbəb olmadan həftədə 2-3 dəfə yuxusuzluqdan əziyyət çəkir. Ona gündəlik tutmağı, ora hər gün nə vaxt yatdığını, nə vaxt oyandığını, gün ərzində nə baş verdiyini, necə yuxuya getdiyini yazmağı məsləhət görürlər. İki həftə sonra məlum olur ki, yuxusuzluq işdə olan periodik xoşagəlməzliklərlə, narahatlıqlarla əlaqədardır. Ona stress əleyhinə dərman preparatı, o cümlədən yuxugətirici təyin edilir. Bu yuxugətirici sxem üzrə deyil, konkret əsəbilik situasiyalarında qəbul edilir. Bir ay sonra problem tamamilə həll olunur və dərman preparatlarına qarşı heç bir vərdiş əmələ gəlmir.
['yuxu', 'yuxusuzluq', 'insomnia']
6,875
https://kayzen.az/blog/musiqi%C3%A7il%C9%99r/407/pyotr-%C3%A7aykovski.html
Pyotr Çaykovski
2ral
böyük musiqiçilər
18 mart 2010, 00:10
«Mən musiqimin geniş yayılmasını, onu sevən, onda təsəlli və dayaq tapan insanların sayca çoxalmasını bütün varlığımla arzu edərdim», — Çaykovskinin bu niyyəti artıq bəstəkarın sağlığında reallaşmağa başladı. Çaykovski bir bəstəkar və dirijor kimi doğma vətəni Rusiyadan uzaqlarda — Almaniya, Fransa, İtaliya, Çexiya və ABŞ-da belə böyük şöhrət qazanmışdı. O, Kembric Universitetinin fəxri doktoru adına layiq görülmüşdü. Bu gün də Çaykovski dünyada ən çox tanınan və sevilən rus bəstəkarlarından biridir. Onun opera və baletləri ən nüfuzlu opera teatrlarında tamaşaya qoyulur, simfoniyaları, fortepiano və kamera əsərləri, romansları müxtəlif ölkələrin konsert salonlarında ifa olunur. Çaykovski musiqisinin cazibədarlığının, qeyri-adi populyarlığının sirri onun yüksək səmimiyyətində, insan qəlbinin ən incə tellərinə toxunmasındadır. Çaykovski üslubunun daha bir məziyyəti onun zəngin, gözəl melodizmidir. Dünya musiqisində melodiklik baxımından ən istedadlı bəstəkarlar sırasında Mosart, Verdi, Şopenlə bərabər, heç şübhəsiz, Çaykovski də vardır. Çaykovski irsinin ən mühüm sahələrindən biri onun simfonik musiqisidir. Məşhur 4-cü, 5-ci və 6-cı simfoniyalarında Çaykovski Bethoven ənənələrini davam etdirərək ali varlıq olan insanın mürəkkəb problemlərinə müraciət edir, onların dramatik şərhinə nail olur. Bəstəkarın «Romeo və Cülyetta» uvertüra-fantaziyası isə ülvi məhəbbət hissini tərənnüm edən ən gözəl sənət nümunələrindən biridir. Çaykovskinin operaları sırasında A.Puşkinin süjetləri əsasında bəstələdiyi «Yevgeni Onegin» və «Qaratoxmaq qadın» əsərləri xüsusilə fərqlənir. «Sonalar gölü'', „Yatmış gözəl“ və „Şelkunçik“ baletləri isə balet janrının inkişafı tarixində mühüm mərhələ kimi qiymətləndirilməlidir. Bu baletlərin üçü də nağıl süjetləri əsasında yazılmışdır. Çaykovski uşaqlar üçün çoxlu əsərlər bəstələmişdir. Onun „İlin fəsilləri“ silsiləsinə daxil olan on iki pyesini sənətə təzəcə qədəm qoymuş ifaçılar həvəslə çalırlar. Bəstəkarın „Uşaq albomu“ da gənc musiqiçilərçün nəzərdə tutulmuşdur və dünya musiqisində bu qəbildən yazılmış əsərlər içərisində ən yaxşı nümunələrdəndir. İllər keçdikcə Çaykovski musiqisinin təsir gücü, onun insan qəlbinin ən gizli nöqtələrinə nüfuzetmə dərəcəsi nəinki azalır, əksinə, daha da artır. Mstislav Rostropoviçin idarəsi ilə Vaşinqtonda simfonik orkestr açıq havada ABŞ-ın müstəqillik günü münasibətilə Çaykovskinin „1812-ci il“ uvertürasını ifa etmişdir. 300 mindən artıq dinləyici bu əsəri böyük maraqla və minnətdarlıq hissi ilə dinləmişdir. Rusiyada Çaykovski adına ifaçıların çox nüfuzlu beynəlxalq müsabiqəsi keçirilir. Dünyanın ən şərəfli musiqi tədris ocaqlarından biri — Moskva Konservatoriyasına Çaykovskinin adı verilmişdir. Bu əsərlərlə tanış olun:»Şelkunçik" baleti«Sonalar gölü» baleti: Vals; «Balaca sonaların rəqsi»; İspan rəqsi; Neapolitan rəqsi«Yatmış gözəl» baleti: «Yasəmən pərisinin rəqsi»; Vals; «Qırmızı papaq və canavar»; Adajio«Romeo və Cülyetta» uvertüra-fantaziyası »/ Fortepiano və orkestr üçün 1 N-li konsert"İlin fəsilləri"/ «Uşaq albomu»«Yevgeni Onegin» operasi: Giriş; Vals; Lenskinin ariyası (2-ci pərdə)"İolanta" operasi: Vodemonun romansıMənbə Ayna uşaq ensiklopediyası; MUSİQİ səmimiyyət məbədi Müəllif Aida Hüseynova
['Çaykovski', 'Pyotr Çaykovski', 'bəstəkar', 'rus mədəniyyəti', 'rus bəstəkarı', 'rus musiqisi']
6,876
https://kayzen.az/blog/u%C4%9Fur/403/m%C9%99qs%C9%99dsiz-olmay%C4%B1n.html
Məqsədsiz olmayın...
Nailə_Rzayeva
uğur psixologiyası
17 mart 2010, 16:53
Sizcə, həyatda uğur qazanmaq üçün ilk şərt nədir? Bəlkə bilikdir? Bəlkə zəhmətdir? Əslində bunların heç biridir. Həyatda uğur qazanmaq üçün ilk şərt məqsəddir... 1953-cü ildə bir qrup alim Yell Universitetinin məzunları arasında araşdırma aparırlar. Məzunlardan gələcək planlarını və bu planları necə həyata keçirmək istədiklərini yazmağı tələb edirlər. Nəticədə məzunların ancaq 3 faizinin belə "yazılı planları" olduğunu görürlər. İyirmi il sonra alimlər ( yəni 1973-cü ildə) araşdırmada iştirak edən adamlarla yenidən görüşürlər və onların maddi baxımdan qalan 97 faizin hamısından daha yaxşı vəziyyətdə olduqlarını görürlər. Üstəlik, alimlər rəqəmlərlə ölçmək mümkün olmayan subyektiv məsələlərdə də (məsələn, xoşbəxtlik kimi) həmin 3 faizin qalan 97 faizdən irəli olduqlarını müəyyən edirlər. Sizcə, elə bu kiçik misal da həyatda uğur qazanmaq üçün ilk şərtin məqsəd olduğunu göstərmirmi?.. Ancaq hər şeydə tarazlıq olduğu kimi, məqsəddə də tarazlıq olmalıdır. Məsələn, əgər insan " Uğur qazanmaq ürəyin istədiyini etməkdir " deyirsə, zövqlərinin əsirinə çevrilir. Halbuki zövq dediyimiz şey dəniz suyuna bənzəyir. İnsan o sudan içdikcə susayır, susadıqca içir. " Uğur insanın özünü bir şeyə həsr etməsidir " deyən insan da səhv edir. Çünki o da öz məqsədlərinin kölgəsində cansıxıcı bir həyat yaşayır. Həyatını " xəzinə axtarmağa " həsr etsə də, " həyat xəzinəsi " əriyib gedir. Ona görə burada da əsas məsələ tarazlığı qorumaqdır. Tarazlığı qorumaq üçün əsas şərt isə ölçülü olmaqdır. Başqa ehtimalın və ya variantın olmaması da uğur qazanmaqda vacib şərtdir. Məsələn, keçmiş sovet idmançılarının olimpiadalarda bütün medalları qazanmasının əsas səbəbi " kommunizm üçün " mübarizə aparmaları idi. Tariq ibn Ziyad isə 5 min nəfərlik bir ordu ilə özündən iyirmi dəfə çox düşmənə qarşı vuruşmaq üçün sahilə çıxmış və geri qayıtmamaq üçün gəldiyi gəmiləri yandırmışdı. Və o bu yolla nəinki İspaniyanı fəth etdi, həm də bəşər tarixinə böyük incilər bəxş edəcək 8 əsrlik bir mədəniyyətin təməlini atdı. Gəlin məqsədimizə doğru irəliləyək... Mənbə: " Ailəm" jurnalı
['uğur qazanmaq', 'məqsəd']
6,877
https://kayzen.az/blog/Nesin/396/ism%C9%99timi-nec%C9%99-qorudum.html
İsmətimi necə qorudum
2ral
Əziz Nesin satirası
17 mart 2010, 11:37
Çox şükür olsun ki, ismətimi tərtəmiz, toz zərrəsi qədər də ləkələndirmədən qurtardım. Bəyəfəndi, deyin görüm insan nə üçün yaşayır? İsmətli olmaq üçün yaşamır? Əlbəttə ki, ismətli olmaq üçün yaşayır. Bir qadın ismətini itirdi, üstəlik camaat da bundan xəbər tutdusa, sonra o qadın bir qəpiyə də dəyməz, heç kim onun üzünə baxmaz. Bəyəfəndi, elə bu səbəbə görə ismətimi çox yaxşı qorumuşam.Onlar çox azğın ismət düşmənləriydi. Görüm onların gözü çıxsın, harada bir ismətli qadın görsələr ona göz dikirdilər. Hələ saf bir ismət görəndə onu ləkələmək üçün əllərindən gələni edirdilər.Bəyəfəndi, mənim başıma gələnlər, heç kimin başına gəlməmişdir. Hansı birini sizə danışım. Bəyəfəndi, çox şükür ki, o vaxtlar keçdi, çox şükür ki, ismətimiz də azadlığa qovuşdu. Bəyəfəndi, vətənimiz, millətimiz var olsun...Mənim də ismətimə göz dikdilər. Çox üzr istəyirəm, elə bilməyin ki, mən özümü tərifləyirəm, ancaq bircə onu deyim ki, mənim çox təmiz bir ismətim vardır. Əgər inanmırsınızsa, məni yaxından tanıyanlardan soruşa bilərsiniz.Bunları özümü reklam etmək üçün demirəm. Rica edirəm, məni adi reklamlar verən ticarət müəssisələri ilə bir yerə qoymayın. Məni hamı tanıyır. Haqqımda kimdən istəsəniz soruşa bilərsiniz. Nə vaxt istəsələr bonservis göstərə bilərəm.«Fənər saray» klubunun solisti Çətin var ha, ondan neçə dəfə soruşmuşam:- Çətin can, düzünü de, sən mənim nəyimi sevirsən? O da mənə:- İsmətini, anam, bacım, ismətini! - deyə cavab vermişdir.Ondan sonra kişilərin ismət düşgünü olduğunu öyrəndim. Bəyəfəndi, mən tərtəmiz bir qızam. Hər səhər üzümü yuyur və üstəlik, bağışlayın, üzr istəyirəm, ayda iki dəfə Qalatasaray hamamına da gedib çimirəm. Kisə çəkən qadına bədənimi yaxşıca kisələdib, tərtəmiz oluram.Qulaq asın, o ismət düşmənlərinə birinci dəfə rastlaşmağım haqda sizə danışım. Heç yadımdan çıxmır, bir gün axşamçağı Bəyoğlu küçəsiylə gedirdim. Bir də gördüm ki, bir nəfər dalıma düşüb. O adama bax, belə baxdım. Gözüm onu tutmadı. Dalıma düşən kişilər könlümə yatmayanda ailə tərbiyəmə layiq olmadığı üçün heç səsimi çıxartmaram. Vücudi iki qəpiyə dəyməyən adamlar yanında insan nə üçün özünü tərbiyəsiz göstərsin? Düz demirəmmi, əfəndim?Amma, o kişi söz atmağa başlayan kimi, özümü saxlaya bilməyib:- Əfəndi, - dedim, - mən ismətli bir qadınam! Necədir, yaxşı demişəm? Bəyəfəndi, mən heç kimdən çəkinmirəm. Allaha and olsun, mən hələ o vaxtlar hakim partiyanın siyasətinə qarşı müxalifətdə dururdum. Mən həmişə söz azadlığını müdafiə etmişəm.Nə isə, başınızı ağrıtmayım, demə həmin adam belə işlərdə təcrübəli imiş. Dalımca düşüb məndən əl çəkmədi. Yəqin ki, Abanoz küçəsini tanıyırsınız... Necə, tanımırsınız? Əzizim yaxşı, yaxşı, mənə kələk gəlməyin. Heç elə şey olar, kişi olasan, Abanoz küçəsini tanımayasan? Tanıyırsınız, tanıyırsınız... Bəyoğlunun yanındakı Abanoz küçəsini deyirəm. Hə, Abanoz küçəsinin başına çatanda ona dedim:- Çox rica edirəm, küçəmizə çatmışam, daha dalımca gəlməyin.O bu işlərdə çox bişkin imiş. Yenə də dedim:- Məhəlləmizə çatmışıq, məni təqib etməyin. Gör o, mənə nə dedi:- Yavrum, mən səni özüm üçün deyil, bir bəyəfəndi üçün təqib edirəm.Həəə, gördüm ki, bu adam belə işlərdə ustadır.- Mənə bax, - dedim - mən sənin bildiyin qadınlardan deyiləm. Bəyəfəndinin məndən bir istəyi varsa, evin nömrəsini verim, qoy özü gəlsin.O, bu sözümün müqabilində cibindən vizit vərəqəsini çıxarıb mənə verdi. Vizit vərəqəsini oxudum: Orada «Seksualitə produktoru» sözü yazılmışdı.Bu sözün nə demək olduğunu başa düşmədim. Elə bildim ki, o, film çəkəndir. Mənim də kino artistliyinə uşaqlıqdan bəri son dərəcə həvəsim vardır. Film çəkilişini görəndə ürəyim gedir. Fikirləşdim ki, madam məni bəyənibdir, deməli, məni filmə çəkəcək. Əfəndim, mən haradan biləydim, mən ürəyi təmiz bir adamam. Dalıma düşən adam məni maşına mindirib bir yerə apardı. Orada başıma nələr gəldiyini sizə danışsam, Vallahi təəccübdən gözləriniz bərələr və ağzınız sulanar. Ah, bəyəfəndi, ah, xalq bu adamların əlindən nələr çəkmədi...Onlar mənə qutu-qutu cavahirat verdilər. Demə bunların hamısı saxta imiş. Milləti aldatdıqları bəs deyil, məni də aldadıb namusuma toxunmaq istədilər. Amma yol vermədim, şükür allaha, ismətimi qoruya bildim.Bir dəfə eşitdim ki, cavahiratların hamısı Yassnadaya göndəriləcək. Orada cavahiratlar qəsb ediləcək. Bunu eşidən kimi cavahiratı satmaq istədim və onların saxta olduğunu bu zaman öyrəndim. Bəyəfəndim, saxta cavahirat bağışlayıb namuslu bir qadını aldatmaq ayıb deyilmi? Birdən şeytana uyub ismətimin pozulmasına yol versəydim, onda nə olardı? Haramları olsun, onları görüm zəlil olsunlar, boğazlarında qalsın, məndən aldıqları ləzzət burunlarından piltə-piltə tökülsün. Onları görüm bu dünyada xar olsunlar...Bəyəfəndi, bu danışdıqlarım o biri sərgüzəştlərimin yanında bir şey deyil. Sizə başqa bir qəziyyə haqqında danışım... Bəli, illərdən 1955-ci il, fəsillərdən qış fəsli, günlərdən cümə günü, vaxtlardan gecə yarısı idi. Heç yadımdan çıxmaz. Saat dördə on səkkiz dəqiqə işləyirdi. Pavilyonun bağlanmasına az qalırdı. Bu zaman birisi sallana-sallana salona girdi. Gəlib mənim oturduğum stolda əyləşdi. Daha doğrusu stolda minimlə bərabər oturanlar: «Buyurun, bəyəfəndi» - deyə onu çağırdılar. Demə, onlar mənə tələ qurublarmış. Mənim də heç bir şeydən xəbərim yox... Bəyəfəndi, mən məsum bir qadınam, yüksək cəmiyyətə on il olardı ki, düşmüşdüm. Onların gizli məqsədlərini haradan biləydim?... Mən bu mühitdə hələ təzə idim.Həə, o biriləri ayağa durub, məni onunla yalqız qoydular. Onlar gedəndən sonra yanımdakı sırtıqlığa başladı.- Bəyəfəndi, mənə sataşmayın, - dedim - mən sən deyən qadınlardan deyiləm. Çantanı başına elə çırparam ki, boyun bir qarış qısalar.Hərif söz başa düşənə oxşamırdı. Məni qucaqlayır, oramı-buramı əlləşdirirdi.Bəyəfəndi, nə axtarırsınız – deyə soruşdum. O, gör mənə nə dedi:- Əlcəyimi axtarıram.- A kişi, mənim qoynum sənin üçün qarderobdur məgər?Hərif lap cızığını aşdı. Gördüm ki, bir az da keçsə ismətim əldən gedəcək. Yenə də dedim:- Bəyəfəndi, bəyəfəndi, ismətimlə zarafat etməyin. Rica edirəm, əlinizi çəkin, yoxsa axırı pis olar. Mən hələ o zaman müxalifətçilərdən idim. Buna baxmayaraq o, marçamarçla məni öpüb:- Bunun axırı nə olacaqsa, qoy olsun - dedi. Dedim ki:- Bəyəfəndi, camaatın içində öpməyin, ağıllarına başqa şey gələr.Mənim necə qadın olduğumu camaat haradan bilir. Dost var, düşmən var. O, əməlli-başlı sərxoş idi. Əlini belimə atdı. Mən geri çəkildim.- Niyə çəkilirsən, - deyə soruşdu - paltarının köhnəlməsindən qorxursan?- Paltarım köhnəlməyinə köhnəlməz, ancaq qıdığım gəlir.Sonra başladı mənə hücum etməyə, əl atmağa. Bir baxın, beş il üstündən keçib, hələ də bədənimdə dişlərinin yeri görünür. Buraya baxın, kürəyimin bu tərəfinə baxın. Görürsünüzmü necə dişləyib? Baxın, görün, az qalmışdı baldırımı qoparsın. Bu göyərmiş yerləri görürsünüz də... Heç cür keçib getmir.Bu adamın əlindən qurtarana qədər nələr çəkdiyimi sizə deyib qurtara bilmərəm. Tam iki il mübarizə etdim. Bəyəfəndi, azadlıq mübarizəsi asan olmur. Bədənimdə gördüyünüz bu yaralar, çapıqlar, hələ görmədiyiniz yerlərin yaralarını demirəm, o günlərin acı xatirələridir. Amma, ən axırda, çox şükür, ismətimi qoruya bildim.Bir dəfə gecə vaxtı köhnə qurdlardan biri evimə gəldi. Mənim sevgi macəralarımı, məmləkətimizin ən yüksək transferli futbolçularıyla olan macəralarımı eşidib qəzəblənmiş və buna görə də evimə gəlmişdi.Ona:- Bəyəfəndi, - dedim. - Nahaq yerə zəhmət çəkmisiniz. Mən günortadan başqasına vəd vermişəm. Bir gəncə vurulmuşam. Eşqimə xəyanət edə bilmərəm.O vaxt zəngin bir izmirli oğlana ərə getməyə hazırlaşırdım. Hətta altı ay idi ki, üzr istəyirəm, hamilə idim.- Mən ancaq sevgilim ilə danışıram - dedim. Əvəzində o mənə dedi:- Bu sənin üçün bir fürsətdir əlinə düşüb, fürsəti fota vermə.Bu adamın siyasi məhəbbət dəllalı olduğunu bilirdim. Onun vasitəsilə siyasi həyata atılıb, ölkə üçün faydalı adam ola bilərdim. Məqsədim heç də pis deyildi. Niyyətim bu ali məclisə düşmək, ölkəmizdəki antidemokratik gedişi onlara anlatmaq və vətənə xidmət etmək idi. Çünki yuxarıda oturanları kənardan mübarizə etməklə yıxmaq olmurdu. Onların aralarına girib içəridən yıxmaq lazım idi. Elə buna görə də o hərifin təklifini qəbul etdim. Mənim səsim əzəldən çox gözəldir. Radiodan xalqa səsimi eşitdirmək istəyirdim. Nəhayət, arzuma çatdım. Onun nüfuzu sayəsində radioda müğənnilik etməyə başladım. Radioda tez-tez «Zurnası var gümüşdən, anlamıram bu işdən» mahnısını oxuyurdum. Bunun mənasını anlayan mənim nə demək istədiyimi başa düşürdü. Həqiqəti xalqa başqa cür demək mümkün olmurdu. Siz yəqin ki, radioda oxuduğum mahnılara diqqət vermisiniz: «zurnası var gümüşdən» deyərkən zilə keçməyimə, «anlamıram bu işdən» deyərkən isə səsimin titrəməsinə fikir vermisiniz. Ölkədəki inqilab, bunun sayəsində yarandı. Mən bu xidmətlərimə görə heç də xüsusi bir mükafat gözləmirəm. Hamısını halal edirəm. Ancaq, qəzetinizdə azadlıq fonunda çəkilmiş bir şəklimi versəniz, mənə bəs olar...Həmin adamın əlindən nələr çəkdiyimi sizə deyib qurtara bilmirəm. Amma, çox şükür ki, ismətimi ləkələndirmədən bu işdən də qurtardım.Sizə yalnız bunu deyə bilərəm ki, mən başqa «peşəkarlar» kimi, heç bir zaman eşqimi siyasət yolunda alətə çevirmədim. Nə eşqimi siyasətə alət etdim, nə də siyasəti eşqə. Mənim fikrimə görə, hərəsinin öz yeri vardır. Sizə bir əhvalatı da danışım. Bir gecə məni saraya çağırdılar. Nə dedin, hansı saraya? Hansı saray idi? Hə, yadıma düşdü, Qalatasaraya! - Mən saraya getmirəm, - dedim. Onlar mənə: «Mattuka əmiri Şeyx Kazulətdin Əssəid Həpdullah ölkəmizə qonaq gəlmişdir. Bu saat ölkəmizdə ondan hörmətli qonaq yoxdur. Bu ay bələdiyyə məmurlarına maaş vermək üçün büdcədə pul yoxdur. Bəyəfəndi Əmir həzrətlərini tovlayıb milli mənafeyimizə uyğun şəkildə yüzdə min faizlə borc almaq niyyətindədir. Əgər sən gəlməsən, bəyəfəndinin gəlməyi baş tutmaz. Bununla da dövlətlər arasındakı münasibətləri pozmuş olarsan. Bunun da ən azı on beş ilə qədər cəzası var, - dedilər.- Həmişə belə vəzifələr mənim üzərimə düşür, - dedim. - Bu cür vəzifələrdən artıq yorulmuşam.Məni himayə edən, radiodan mahnılar oxutduraraq məni «məşhuri-cahan» edən adam bunu eşidən kimi:- Belə vəzifələr təkcə sənin boynuna düşmür, - dedi. - Biz səni ancaq Ərəbistandan böyük qonaqlar gələndə çağırırıq. Amerikalılar gələndə səni narahat etmirik. Biz iş bölgüsünə, ixtisasa riayət edirik. Hər kəsin görəcəyi iş ayrıdır.Balıq əti olduğum üçün, məndən ancaq şərqli qonaqların məclisində istifadə edirlər. Kərkənəz Könül var ha, o da amerikalıların məclisinə dəvət edilirdi.Mənim qorxum başqa şeydən idi. Bundan qabaq millətlərarası münasibətləri möhkəmlətmək üçün bir rəfiqəmi saraya çağırmışdılar. Həmin gün Hurayda əmiri ilə saziş bağlanmalı imiş. Səhərə yaxın sazişi rəfiqəmin göbəyində yazıb imzalayırlar. Rəfiqəm «olmaz» - deyə etiraz etmişdi. «Vay, sən vətən uğrunda göbəyini əsirgəyirsən?» deyə onu məzəmmət etmişdilər. Rəfiqəm də: «bu göbək vətənə fəda olsun?» deyib razı olmuşdu. Lakin sonra saziş pozulmuşdu. Yəni saziş bağlayanlar sözlərində durmayıb imzalarını pozurlar, tüpürdüklərini yalayırlar.Mənim qorxum bundan idi. Çünki mənim bədənimə toxunanda yaman qıdığım gəlir. Göbəyimdə sazişi imzalayarkən özümü saxlaya bilməyib gülsəm, siyasi müzakirənin ciddiyyəti pozulardı.Vəzifə, vəzifədir deyib saraya getdim. Mən bu xidmətlərimdən heç zaman qazanc axtarmamışam. Salona girdim. Məni gözü götürməyənlər belə şayiə yayıblar ki, guya mən araq süfrələrində köhnə qurdların dizi üstündə oturmuşam. Bunlar dedi-qodudur. Qətiyyən düz deyil. Bəli, mən həmin gecə bu qurdlardan ancaq birinin dizi üstündə əyləşməli oldum. Bunun isə səbəbi bu idi ki, o gün orada boş kreslo yox idi. Başqa cür də mümkün deyildi. Onlardan biri:- Gəl, quzum, otur! - deyə mənə təklif etdi.Məni çağıran adam atam yerində, saçı-saqqalı ağarmış bir kişi idi.Süfrə arxasında oturub içirdilər. Musiqi çalınırdı. Məndən də mahnı oxumağı xahiş etdilər. Mən də oxudum. Bu zaman Ərəb Şeyxi dedi:- Quzum, sən «təhsisati məsturəsən? Nə üçün hər tərəfini örtürsən? Soyunsana.Mən onların gizli məqsədlərini haradan biləydim. Bir söz deməyib soyundum.- Lap soyun - deyə əmr etdilər.- Soyunmağına soyunaram, - dedim. - Amma elə etmək lazımdır ki, konstitusiyaya zidd gəlməsin.O biri müğənnilər də soyundular. Rəqs başlandı. Salonda son dərəcə antidemokratik bir hava vardı. Hətta rəqqasələrdən biri striptiz oynayarkən o qədər antidemokratik soyundu ki, üstündə heç bir şey qalmadı. Demə, ali qonaqlardan biri «rentgençi» imiş. Rəqqasələr nə qədər soyunurdularsa da, o, qane olmurdu. Buna görə ölkə xəstəxanasından rentgen aparatı gətirib rəqqasəyə onun vasitəsilə tamaşa etdilər.Mən neçə dəfə belə əyləncələrdə iştirak etmişəm. Lakin, bəyəfəndi, vallah belə əyləncələrdən iyrənirəm. O qədər iyrənirəm ki, daha çox şeyi açıb deyə bilmirəm. Neçə dəfə onlara belə əyləncələrdən iyrəndiyimi göstərmişəm. Ürəyim bulanır, sonra özün bilirsən də nə olur...Bir gecə də, heç yadımdan çıxmaz, yenə belə məclislərin birində az qaldı ki, onlardan birisinin qucağına yıxılam, yəni əxlaqsızlıq girdabına düşəm. Xoşbəxtlikdən o adamın özü masanın altına yıxılıb qaldı və mən də onun qucağına düşməkdən xilas oldum. Amma mənim bir neçə rəfiqəm belə məclislərdə ismətlərini qoruya bilməyiblər.Yenə də bir gecə, heç yadımdan çıxmaz, onlardan birisi:- Fındıq sındırmaq istəyirəm, fındıq gətirin - deyə bağırdı.Belə yaşlı qoca necə fındıq sındıracaq? Həəə, bir boşqab dolusu fındıq gətirdilər. Ancaq o kişinin ağzında fındığı qıracaq diş yox idi... O, bunu görən kimi bağırdı:- Mənim dişlərim haradadır? Üst dişlərim yoxdur... Dişlərim kimdədir?Qadınların üst-başını axtarmağa başladılar. Çox şükür ki, onun dişi məndə deyildi. Diş indi adını çəkmək istəmədiyim bir qadın müğənnidə tapıldı. Qadının da bundan xəbəri yox imiş. Sizdən çox üzr istəyirəm, bu qadın süni döş gəzdirir. Dişi itən bəyəfəndinin üst protez dişləri də həmin qadının süni döşünə ilişib qalıbmış. Protez dişlər qadının döşündə medal kimi sallanıb dururdu. Axı yazıq qadın bunu haradan biləydi... Yaxşı ki, Huvayda əmirinin yavəri bunu gördü və ingiliscə «Bu nədir?» - deyə soruşdu.Bizimkilər o saat vəziyyətdən çıxdılar:- Bu bizim ən yüksək ordenimizdir. Bunun adı «süni diş ordenidir».Yavərin gözü hamının üstündə gəzirdi. Bəyəfəndinin boynuna ağ rəngli bir şey dolanmışdı. Yavər:- Bəs bu nə nişanıdır? - deyə soruşdu.- Bu da corab bağı nişanıdır. Ərəb Şeyxi:- Bu corab nişandan mənim də boynuma keçirtsinlər! Mən də istəyirəm...- deyə tələb etdi.Müğənni qadınlardan biri corab bağını Şeyx həzrətlərinin boynuna keçirtdi. Ertəsi gün isə Şeyx həzrətlərinə fəxri hüquq professoru adı verildi.Ay, bəyəfəndi, mən ismətimi qoruya bildim. Bunu necə bacardığımı məndən soruşun...Belə məclislərdə mənə çox zülm etdilər. Bəyəfəndi, mən demokrat ruhlu bir qadınam. Təzyiqə-zada heç bir zaman dözə bilmirəm.Neçə dəfə onlara: Mən belə zülmə dözə bilmərəm, çox antidemokratik hərəkətlər edirsiniz! - deyə, bağırmışam.Amma onlar, hakimiyyət sərxoşluğu bir yandan, içki sərxoşluğu da o biri yandan bizim səsimizi eşitməyiblər.Bəyəfəndi, zülmün də bir hüdudu var. O hüdudu aşanda insan azadlığını əlinə almaq istəyir.Hətta bir dəfə zülmün ağırlığına dözə bilməyib bağırdım:- Saçlarından utan! O mənə:-Mənim saçlarım xınalıdır, - dedi.Bəli, bu köhnə qurdlar çoxlu xına işlədirdilər. Ona görə ölkəmizə ən çox idxal edilən şey xına ilə viski idi.İndi o dəqiqələri xatırlayarkən elə bil ki, onları yenidən yaşayıram və zövqdən, pardon, dəhşətdən bədənim ürpəşir.Bir dəfə onların birinə eynilə bu cür dedim:- Bəyəfəndi, mən avam bir qızam, bəlkə də yaxşı başa düşmürəm. Əcəba, bu hərəkətləriniz demokratiyaya zidd deyil? Elə edək ki, konstitusiyanı ayaqlarımız altında əzməyək.Bu sözümə qarşı o:- Boşla görək, qoy kefimizi çəkək...- dedi.Belə bir şəraitdə, bir qadının öz ismətini mühafizə etməsinin nə qədər çətin olduğunu təsəvvürünüzə gətirin... Mən həmişə buna müvəffəq olmuşam.Ümumiyyətlə, mənim o mühitdə olmağımın səbəbi, onları daxilindən yıxmaq idi. Hətta bir gecə onlardan birisi mənəvi böhran belə keçirtdi.Əgər hamı mənim kimi çalışsaydı, onların heç birisi qalmaz, millət də xilas olardı.Bir gecə məni «Ankara Palasa» aparmışdılar. Oturduğum masaya üç nəfər yaxınlaşdı. Onlar məni dalbadal içirtdilər. Kim olduqlarını bilmirdim. Məni o qədər içirtdilər ki, huşumu itirdim. Ondan sonra nə oldu, nə olmadı, heç birini xatırlamıram. Səhərə yaxın gözümü açıb gördüm ki, desəm inanmazsınız, tanımadığım bir yerdə çıl-çılpaq yataqda uzanmışam. Bu əxlaqsızların tələsinə necə düşməyimdən heç xəbərim də olmayıb... Qəhrəman ordumuz üsyan etməsəydi, tələyə düşdüyümü hələmə-hələm anlamayacaqdım. Yaxşı ki, bu hadisə baş verdi və mən də xilas oldum. Buna görə ürəyim çox sakitdir. Mənbə Əziz Nesin Kor döyüşü kitabı
['Əziz Nesin', 'fahişəlik', 'ismət', 'namus', 'Türkiyə həyatı']
6,878
https://kayzen.az/blog/dahil%C9%99r-maraql%C4%B1/391/verner-heyzenberq-v%C9%99-atom-bombas%C4%B1.html
Verner Heyzenberq və atom bombası
Sufi
Böyük insanlar,şəxsiyyətlər
16 mart 2010, 21:41
Tarixdə onun haqqında çox az danışılıb və onun adı yalnız müəyyən dairələrdə tanınır. Halbuki, bir vaxtlar o, bir sıra elmi kəşflərinə görə gənc yaşlarında Nobel mükafatı almışdı. Ötən əsrin 30-cu illərinin sonunda Hitler Almaniyasında fizik Verner Heyzenberqin adı gələndə hamı ayağa qalxırdı. O, məşhur fizik, atom bombasının müəlliflərindən biri olan Nils Borun ən sevimli tələbələrindən idi. Onlar hər ikisi о dövr üçün mühüm hesab edilən atom bombası üzərində işləyirdilər. Lakin Heyzenberq və Bo­run yolları ayrılmışdı. Bor faşist Almaniyasına xidmət etmək istəmirdi və buna görə də, Danimarkaya köçmüşdü. Heyzenberq isə bütün həyatını Almaniyanın gələcəyinə həsr etməyi qərara almışdı. O, Hitlerin yüksək inkişaf etmiş sivilizasiya quracağına əmin idi və hesab edirdi ki, fürerin axıtdığı qanlar da elə bu müqəddəs vəzifəyə xidmət edir. Lakin Heyzenberqin almanlara xidmət etməsi heç də birdən-birə başa gəlməmişdi. Heyzenberq nə üçünsə nasistlərin qara siyahısında idi. Nasistlər hakimiyyətə gəldikdən sonra, ilk növbədə, elmi müəssisələrdən yəhudiləri qovmağa başladılar. Lakin Heyzenberq bunun əleyhinə idi. О, bir dəfə açıq şəkildə qəzetlərin birinə bildirmişdi ki, ölkədən çıxarılan yəhudi alimlər sonradan Almaniyamn başağrısına çevriləcəklər. Çünki onların hamısı yüksək texniki biliklərə malik idilər və tə­bii ki, Hitlerin düşmənlərinə canla-başla xidmət edəcəkdilər.Hitlerə rəğbəti olsa da, nasistlərin yəhudilərə münasibətini bəyənməyən Heyzenberq Hitlerin partiyasına üzv olmaq fikrindən vaz keçmişdi. Bunu görən məşhur alman fizikləri Nobel mükafatı laureatları Filipp Leonard və Yoharmes Ştark 1937-ci ilin iyun ayında «Der Scwarze Korps» qəzetində yəhudilərə satılan ağ yəhudilər barədə böyük bir məqalə dərc etdirdilər. Onlar bu məqalədə Heyzenberqi kəskin tənqid edərək, onu Hitlerə münasibətdə qeyri-səmimilikdə suçlayırdüar. Gııya o, elmdə yəhudi Eynşteynin nəzəriyyəsini təbliğ edirdi. Bundan qəzəblənən Heyzenberq anası vasitəsi ilə Henrix Himmlerin anasına müraciət et­di. Bunun ardınca о, Himmlerə şəxsən müraciət edərək, onu böhtanlardan qorumasını xahiş etdi. Himmler noyabra qədər fikirləşdikdən sonra məsələni arasdırmağı gestapo şefı Reynxard Heydrixə tapşırdı. Heyzenberqi dərhal gestapoya çağırdılar. Onun Hitlerə loyallığının yoxlanılması isə 7-8 ay çəkdi. Sınaqdan uğurla çıxan Heyzenberqə Fizika İnstitumna rəhbərlik etmək tapşırıldı və o, Berlin Universitetinin professoru seçildi. 1939-cu ildə el­mi konfransda iştirak etmək üçün ABŞ-a gedən Heyzenberqə orada qalmaq təklif edildi. Onun keçmiş aspirantı, sonralar hidrogen bombasının müəllifi Edvard Teller Heyzenberqə Hitlerə xidmət etməyin insanlıqla bir araya sığmadığını bildirdi. Heyzenberq isə Tellerə «əgər qardaşım evimi oğurlayıbsa, bu, о demək deyil ki, o, artıq qardaşım deyil» cavabını verdi. İkinci Dünya müharibəsi başlanarkən, nüvə fizikası sahəsində işləyən alman alimləri «Uran Klubu» ətrafında birləşmişdilər. Kluba məşhur fizik Valter Herlax rəhbərlik edirdi. Ancaq klubun ilhamverici qüvvəsi Heyzenberq idi. Klubun məqsədi atom bombası əldə etməyə imkan verəcək nüvə reaktorunun qurulması idi. ABŞ-ın Kolumbiya Universitetində aparılan analoji tədqiqatlara isə, italiyalı fizik Emiko Fermi rəhbərlik edirdi. Ancaq hər iki alim bu qənaətdə idilər ki, müharibə başa çatmayana qədər atom bombası hazırlanmayacaq. 1940-cı ilin əvvəllərində Heyzenberq gözlənilmədən qəribə bir fikir irəli sürdü. O, müharibədə almanların və müttəfiqlərinin qələbə çala bilməyəcəklərini, əksinə, rusların müharibəni qələbə ilə başa vuracaqlarını söylədi. 1941-ci ilin yayında «Uran Klubu» ABŞ-lı həmkarlarını nüvənin bölünməsi üzrə aparılan tədqiqatlarda azı 4-5 il qabaqlamışdı. Sonralar Heyzenberq yazırdı: «1941-ci ilin sentyabr ayında biz atom bombasına gedən yolun astanasında idik». Lakin o, öz müəllimi Nils Bordan məsləhət almaq üçün Danimarkaya getməyi qərara aldı. Onun Borla apardığı danışıqların mahiyyəti təfərrüatı ilə məlum deyil. Ancaq Verner Qey­zenberq Almaniyaya qayıtdıqdan sonra sanki tamam dəyişdi. Bor isə, Heyzenberqlə görüşündən iki il sonra, Amerikaya gedərək orada atom bombasının hazırlanmasına qoşuldu. Tədqiqatçıların çoxunun fikrincə, Heyzenberq Nils Bora Almaniyada işə dəvət etmişdi. Belə ki, Danimarkaya səfərində Heyzenberqi fizik Karl Fridrix və Rixard Fon Vaytzekker qardaşları müşayiət edirdilər. Həmin dövrdə mətbuatda gedən bir xəbər faşist Almaniyasında böyük həyəcana səbəb olmuşdu. Xəbərdə deyilirdi ki, ABŞ atom bombasının astanasındadır. Görünür, Almaniya da bu işi sürətləndirmək üçün Nils Boru aparılan tədqiqatlara cəlb etmək istəyirdi. Sonradan Heyzenberq Borla görüşü barədə demişdi ki, o, müəlliminden bəzi mənəvi məsələlərə aydınlıq gətirməsini xahiş edibmiş. Məsələn, o, Bordan soruşub ki, fiziklərin müharibə vaxtı atom bombası üzərində tedqiqat aparmağa mənəvi haqları varını? Bor isə atom bombasının bəşəriyyətə fəlakətlər gətirəcəyi barədə şagirdinə xəbərdarlıq etmişdi. Atası alman, anası isə yəhudi olan Nils Bor Hitlerə nifrət edirdi və o, bunu heç kimdən gizlətmirdi. Hər halda, hadisələr Borun sözlərinin Heyzenberqə böyük təsir göstərdiyini üzə çıxardı. 1942-ci il iyul ayının 4-də Almaniyanın hərbi sursat sənayesi naziri Albert Şpeyer Berlində fiziklərin xüsusi müşavirəsini çağırdı. Məqsəd atom bombası ilə bağlı tədqiqatların sürətləndirilməsi idi. Müşavirədə çıxış edən Heyzenberq adı çəkilən sahədə aparılan tədqiqatlar barədə geniş məlumat verdi. Şpeyer Heyzenberqdən birbaşa: «Atom bombasını əldə etmək üçün nə qədər vaxt lazımdır?» - deyə soruşdu. Fizik isə bunun üçün ən azı 3-4 il lazım gələcəyini bildirdi. O, eyni zamanda Şpeyerə dedi ki, bombanın müharibənin sonuna ki­mi hazır olması inandırıcı görünmür. Buna cavab olaraq, Şpeyer atom bombasının əsas hissəsi olan uran reaktoru üzərində tədqiqatların dayandırılacağını xəbər verdi. Şpeyer Hitlerə hesabatında bildir­di ki, atom bombasından bir şey çıxmayacaq. Ona görə də Verner fon Braunun möcüzə silahı hesab edilən ballistik raketlər üzərində aparılan tədqiqatları sürətləndirmək lazımdır. Beləliklə, Almaniya bir müddət atom bombası ideyasını dəfn etmiş ol­du. Belə ehtimal etmək olar ki, bu məsələdə Borla gizli söhbət edən Heyzenberqin də rolu oldu. Çünki Heyzenberq atom bombası ilə bağlı tədqiqatları yubatmaqla faktiki olaraq Almaniyaya böyük bir zərbə vurdu. İşğal edilmiş Parisdə yaşayan tanınmış fizik Frederik Jolio Küri də almanların gizli obyektlərindən xəbərsiz idi. Bunu görən Amerika kəşfiyyatı diqqəti Strasburqdakı universitetin fizika nəzəriyyəsi kafedrasına rəhbərlik edən Karl Fon Vaytzekkerə yönəltdi. Noyabr ayının 25-də müttəfiq qoşunları Strasburqu tutdular. Vaytzekkerin laboratoriyası isə «Alsos» tərəfindən ələ keçirildi. Laboratoriyada məhv edilməyən onlarla gizli sənəd var idi. ABŞ-dan təcili şəkildə gətirilən mütəxəssislər bir həftə ərzində gizli sənədləri öyrəndikdən sonra məlum oldu ki, Almaniya atom bombası hazırlamaq əvəzinə, nüvə reaktoru qurub. Halbuki, eldə edilən vasitələr atom bombasının yaradılması üçün kifayət idi. Alman kəşfiyyatçdan heç vaxt ABŞ və Böyük Britaniyanın atom bombası ilə bağlı apardıqları tədqiqatlarla maraqlanmırdılar. Çünki onlar əks tərəfin atom bombası düzəldə biləcəyinə inanmırdılar. Bunun da səbəbi alman fiziklərinin özləri idi. Heyzenberq başda olmaqla bütün alman fizikləri bu sahədə digər ölkələri xeyli qabaqladıqlarını bildirirdilər. Əvəzində isə ingilis və Amerika kəşfiyyatçıları Almaniyanın atom bombası ilə bağlı apardığı tədqiqatlara xüsusi maraq göstərirdilər. Çünki Böyük Britaniya və ABŞ Almaniyadakı fiziklərin gücünə yaxşı bələd idilər. Meşhur «Manhetten» layihəsinin rəhbəri, general Lesli Qrovz 1943-cü ilin payızında böyük Britaniyanın xüsusi xidmətlər idarəsinin şefi Uilyam Donovana müraciət etdi. O, Donovandan alman və Italiya fiziklərinin yerinin müəyyənləşdirilməsini, həmçinin atom bombası ilə bağlı obyektlərin aşkar edilməsini xahiş edirdi. Həmin ilin noyabrında Qrovzun köməkçisi gizli şəkildə Londona getdi. Səfərdən məqsəd Nils Bo­run ABŞ-a aparılmasına nail olmaq idi. Çünki ABŞ-da basa düşürdülər ki, Borun yardımı olmadan atom bombasını yarada bilməyəcəklər. Bor üç il idi ki, Kopenhagendə tək-tənha yaşayırdı. Demək olar ki, heç kimlə əlaqə saxlamır, yalnız Bi-Bi-Si-nin informasiyalarına qulaq asırdı. Ona görə də, o, Böyuk Britaniya kəşfiyyatının əməkdasları ilə söhbətində onların nə istədiklərini başa düşə bilmirdi. Bora ingilis dostu, Nobel mükafatı laureatı Ceyms Çedvikin müraciətini təqdim edəndə o, donub qaldı. Çünki Çedvikin ingilis kəşfiyyatına cəlb edilməsi Bor üçün inanılmaz görünürdü. Çedvik Heyzenberqin imkanlarına yaxşı bələd idi və onun atom bombası ilə bağlı apardığı tədqiqatları uğurla başa çatdıracağına inanırdı. Çedvik Qeyzen­berqin Borla xoş münasibətdə olmasından istifadə etmək qərarına gəldi. Onu da deyək ki, ingilis kəşfiyyatı almanların atom bombası sahəsində apardıqları tədqiqatlarla hələ 1942-ci ildən maraqlanırdı. Borla Heyzenberqin görüşlərini diqqətlə izləyən ingilis kəşfiyyatı Bordan istifadə etməyi qərara aldı. 1943-cü ilin yanvar ayında Boru Londona dəvət etdilər. Danimarka hərbi kəşfiyyatının zabiti Volmar Hit Bora bildirdi ki, ingilislər almanların atom bombası üzərində apardıqları tədqiqatlarla maraqlanırlar. Bor isə əvəzində Londonun ondan nə istədiyi barədə yazüı izahat tələb etdi. Hitler çətinliklə də olsa, məsələnin ciddiliyini öz şefinə izah edə bildi. Öz növbəsində, ingilis kəşfiyyatı Çedviklə məsləhətləşməyi qərara aldı. Çedvik Boru yazılı şəkildə Londona dəvət etməyin təhlükəli olduğunu başa düşürdü. O, almanların məsələdən xəbər tutacaqlarından və Boru həbs edəcəklərindən qorxurdu. Buna baxmayaraq, Çedvik Boru Londona dəvət etdi. Hitler onun dəvətini Bora çatdırdı. Lakin Bor Danimarkanı tərk etməyəcəyini bildirdi. Ancaq 1943-cü ilin yayında Bora məlum oldu ki, Almaniya uranın əldə edilməsinin bir addımlığındadır. Üstəlik, almanlar Norveçin Ryukan şəhəri ətrafında yerləşən Norsk-Hudro zavodunda atom bombasının yaradılması üçün əsas rol oynayan ağır suyu almağa başlamışdılar. Almanların atom bombasının astanasında olduqları ingilis kəşfiyyatına da məlum idi. Çedvik giz­li məktubla Bordan Norveçdəki zavodun bombalanmasına ehtiyac olub-olmadığını soruşdu. Bor isə ona zavodun bombalanmasının vacibliyini bil­dirdi. Alman əks-kəşfiyyatı da ingilis kəşfiyyatının Danimarkada fəallaşmasından xəbər tutmuşdu. Ona görə də, Almaniya 1943-cü ilin avqust ayında, işğal altında olan Danimarkada hərbi vəziyyət elan etdi. Bunun ardınca, Himmler Fürerdən Danimarkadakı bütün yəhudilərin deportasiyası barədə əmr aldı. Yəhudilərin Danimarkadan köçürülməsi sentyabrın 30-na təyin edilmişdi. Ancaq ingilis kəşfiyyatı Hitlerin əmrindən xəbər tuta bilmişdi. Bu barədə dərhal Danimarkadakı yəhudilərə xəbərdarlıq edildi. Bor da daxil olmaqla, yəhudilərin böyük əksəriyyəti, gizli şəkildə Danimarkanı tərk edərək İsveçə keçə bildilər. 1943-cü ilin noyabr ayında ABŞ aviasiyası Ryukandakı (Norveç) ağır su zavodunu bombalayaraq sıradan çıxartdı. Eyni zamanda, ingilis generalı Brovz Heyzenberqin qaçırılması barədə xüsusi plan hazırladı. Bu planı ABŞ və ingilis kəşfiyyatı birgə həyata keçirməli idi. Lakin Heyzenberq yoxa çıxmışdı. ABŞ və ingilis kəşfiyyatının bütün cəhdlərinə baxmayaraq, Heyzenberqin yerini müəyyən etmək mümkün olmadı. 1944-cü ilin mart ayında, ABŞ aviasiyası, Berlin ətrafında yerləşən Kimya İnstitutuna məxsus laboratoriyanı bombalayaraq yerlə-yeksan etdi. Laboratoriyaya Heyzenberq şəxsən özü rəhbərlik edirdi. Təcili şəkildə laboratoriyanı digər yerdə yenidən yaratmaq lazım gəldi. 1944-cü ilin mart ayında ABŞ kəşfiyyatı xəbər tutdu ki, laboratoriya Hexingen şəhəri yaxınlığında yerləşdirilib. Hexingendə təcili şəkildə gücü 200 milyon volta çatan siklotron inşa edilirdi. Bütün bunlar ABŞ və Böyük Britaniya kəşfiyyatını daha da fəallaşmağa məcbur etdi. 1943-cü ilin dekabr ayında, ABŞ kəşfiyyatı, alman gizli nüvə tədqiqatları mərkəzlərini aşkara çıxarmaq və orada işləyən alimləri müəyyən etmək üçün «Alsos» adlı xüsusi əməliyyat planı hazırladı. Əməliyyat planına uyğun olaraq, 1943-cü ilin sonlarına yaxın Avropaya xüsusi kəşfiyyat qrupu göndərildi. Onlar almanların gizli obyektləri barədə informasiya toplamalı idilər. İtaliyaya müttəfiq qoşunlarının daxil olması ABŞ kəşfiyyatçılarına orada fəal axtarış işlərini həyata keçirməyə imkan verdi. Eyni zamanda, ABŞ-ın məşhur kəşfiyyatçısı Morris Berq do Romaya gəldi. Morris Berq 30-cu illərdə ABŞ-da beysbol həvəskarları arasında yaxşı tanınırdı. O, beysbolun ən mahir ustası hesab edilirdi. Prinston Universitetini bitirən Berq güclü yaddaşa malik idi və istənilən adamı asanlıqla ələ ala bilirdi. Berqin atası Ukraynadan ABŞ-a köçən yəhudilərdən idi. Onların Nyu-Cersi ştatındakı Nyuark şəhərində aptekləri var idi. Morris Berqdə anadangəlmə yaxşı dilöyrənmə qabiliyyəti var idi və о nəinki Avropa ölkələrinin dillərində, həm də qədim Sanskrit dilində sərbəst danışırdı. On minlərlə tamaşaçının sevimlisi olan Morris Berq 1939-cu ilin avqust ayında güclülər dəstəsində çıxışını başa çatdırdı. Buna səbəb isə, onun kəşfiyyat idarəsində işə cəlb olunması oldu. Morris Berqin qeyri-adi bacarığı MKİ-de işləyənləri mat qoymuşdu. Əldə edilməsi mümkünsüz görünən bir çox sirləri asanlıqla toplayan Berq qısa müddətdə təcrübəli kəşfiyyatçı kimi məşhurlaşdı. Berqi İtaliyaya göndərən MKI onun tezliklə Almaniyanın gizli obyektlərinə açar əldə edəcəyinə əmin idi. «Alsos» qrupu İtaliyada almanların gizli obyektlərinin izinə düşə bilmədi. Ələ keçirilən İtaliya fizikləri də almanların gizli obyektləri barədə heç nə bilmirdilər. Qeyd edək ki, həmin dövrdə Heyzenberq artıq atom bombası haqda deyil, özünün gələcəyi barədə düşünürdü. 1944-cü il dekabr ayının ortalarında alman ordusu müttəfiqlərə güclü zərbələr endirərək, onları geri çəkilməyə məcbur etdi. Dekabrın 17-də Heyzenberq yerli universitetdə mühazirə oxumaq üçün köhnə dostu Paul Şenerin dəvətilə Sürix şəhərinə gəldi. О burada dostu Paul Şenerlə görüşdü. Həmişəki kimi Vaytzekker də onunla idi. Amma nə üçünsə Heyzenberq və Vaytzekker özlərinin təhlükəsizliklərini təmin edən heç bir tədbir görməmişdilər. Alman kəşfiyyatı da iki məşhur fizikin İsveçrəyə səfərində onların təhlükəsizliklərinin təminatını yaddan çıxarmışdı. Heyzenberq və Vaytzekker Sürix Universitetində bir neçə mühazirə oxudular. Mühazirələri dinləyənlər əsasən Heyzenberqin köhnə dostları idilər. Lakin Morris Berq və onun silahdaşı Leo Martinutsi də müxtəlif yollarla mühazirə zalına yol tapmışdılar. Berqin cibində 42 kalibrli pistolet vardı. Avropaya səfəri ərəfəsində nüvə fizikası ilə tanış olan Berq, lazım gələcəyi təqdirdə, Heyzenberqi yerindəcə öldürmək tapşırığı almışdı. Amma Berq tələsməməyi qərara aldı. Çünki məlum olmuşdu ki, Almaniya atom bombası hazırlamaqdan hələ uzaqdır. Digər tərəfdən də, Heyzenberqin ələ keçirilərək ABŞ-a aparılması da nəzərdə tutulmuşdu. Berq yaxşı anlayırdı ki, ölü Heyzenberq deyil, ələ keçirilən diri Heyzenberq ABŞ-a daha çox fayda verə bilər. Alman fizikin mühazirəsindən heç nə anlaya bilməyən Berq onun natiqlik qabiliyyətinə heyran qalmışdı. O, qarşısındakının özü kimi qeyri-adi bir fenomen olduğunu dərk etməyə başlamışdı. Lap ön sırada oturan Berq və Heyzenberq hansısa bir məqamda qeyri-ixtiyari olaraq bir-birilərini süzdülər. Qarşısındakının qaraya çalan kürən saçları, qəzəbli gözləri və dodaqlarının xəfif təbəssümü Berqə nə üçünsə irlandları xatırlatdı. O, artıq Heyzenberqi песə ABŞ-a aparmaq barədə düşünürdü. Bu işdə isə Şenerin ona yardımı dəyə bilərdi. Sürix Universitetinin professoru Paul Şerrer ABŞ kəşfiyyatı tərəfindən ələ alınmışdı. O, alman fiziklərilə bağlı əldə etdiyi məlumatları müntəzəm olaraq ABŞ-a ötürürdü. Heyzenberqin Sürixə dəvət edilməsini də MKI-nin tapşırığı ilə etmişdi. Berqin Sürixə gəlməsindən hansısa gizli əməliyyata hazırlıq getdiyini anlayan Şener mühazirədən sonra Martinutsini və onu öz otağına dəvət etdi. Berq Şenerdən haçansa Heyzenberqi ailəsilə birlikdə Sürixə dəvət edə bilib-bilməyəcəyini soruşdu. Şener dərhal anladı ki, bu, Heyzenberqin ələ keçirilərək ABŞ-a qaçırılmasına vurulan işarədir. Şener isə şübhə doğurmamaq üçün Heyzenberqin digər adamlar, məsələn, onun müəllimi Bor tərəfindən Sürixə dəvət edilməsini daha məqsədəuyğun hesab etdiyini bildirdi. О bununla belə, Heyzenberqdən Sürix Universitetində mühazirə oxumağa gələ bilib-bilməyəcəyi ilə maraqlanacağını vəd etdi. Mühazirədən sonra, Şener və dostları, Heyzenberqlə birlikdə göl sahilində yerləşən restoranda axşam yeməyi yedilər. Yeməyin ortasında qəzetsatan «Neue Zurcher Zeimng» qəzetinin axşam nömrəsini gətirdi. Heyzenberq qəzeti alaraq dərhal xəbərləri oxumağa girişdi. O, alman ordusunun feldmarşal Rudenştedin başçılığı altında əldə etdiyi uğurdan çox məmnun olmuşdu. Heyzenberq qələbə sevincini çətinliklə gizlətməyə çalışırdı. Çünki yemək dostlarından bəzilərinin Almaniyanın uğurlarına sevinmədiyini anlayırdı. Bir neçə gündən sonra, Şerrer, evində Qeyzen­berq üçün daha bir qonaqlıq təşkil etdi. Qeyzen­berq bu dəvəti qonaqlıqda siyasətdən danışılmaması şərtilə qəbul etdi. Lakin qonaqlıqda bu şərtə əməl etmək mümkün olmadı. Belə ki, almanlar cəbhədə - Ardennada çətin vəziyyətə düşmüşdülər. Siyasət barədə söhbətə isə gözlənilmədən Şenerin arvadı başladı. O, Heyzenberqdən yəhudilərin qətlinə hansı münasibət bəslədiyini soruşdu.Heyzenberq isə bildirdi ki, yəhudilərin kütləvi şəkildə qətlə yetirilmələri barədə heç bir məlumata malik deyil. Amma yəhudilərin soyqırıma məruz qalmaları barədə söhbət xoşagəlməz istiqamətdə inkişaf etməyə başladı. Qonaqların bəzilərinin almanların hamısını nasist adlandırmağa başlaması Heyzenberqi özündən çıxartdı. O, almanların dünyanın ən mədəni və ari millət olmalarını sübuta yetirən onlarla fakt gətirəndən sonra: «Mən nasist deyiləm, milyonlarla mədəni, sivil almanlardan biriyəm», - dedi. Qonaqlıqda olan Berq Heyzenberqi müşahidə edir və Heyzenberqin əsəbiləşməsindən və özünü nasist deyil, alman adlandırmasından basa düşdü ki, Almaniya heç bir möcüzəli silaha malik deyil. Heyzenberq özü də bu müharibədə məğlub olduqlarını artıq başa düşür. Qonaqlıq başa çatdıqdan sonra, Berq, Qeyzen­berqi otelə qədər müşayiət etməli oldu. Alman fiziki hələ universitetdə mühazirə oxuyan zaman Berqi görmüşdü. Qonaqlıqda siyasi diskussiyalar zamanı, o, hiss edirdi ki, bu cavan oğlan onun tərəfindədir və lazım gələcəyi təqdirdə onu müdafiəyə qalxacaq. Onlar Sürixin qaranlıq küçələrilə otelə doğru gedirdilər. Berq istər-istəməz cibindəki tapançanı hazır vəziyyətə gətirmişdi. Amma yenə də, əvvəlki kimi, Heyzenberqi öldürməyə ona hansısa qüvvə mane olurdu. Yolda Heyzenberq həyatın onun üçün darıxdırıcı olduğunu Berqə söylədi. O, Almaniyanın hara isə gözlənilməz uçuruma sürükləndiyini və bun­dan ürəyi ağrıdığını xüsusi vurğuladı. Qarşısındakını adi bir isveçrəli hesab edən Heyzenberq, həmin an, taleyinin bir tükdən asdı olmasından xəbərsiz idi. Berq də, öz növbəsində, alman fiziklərinin atası hesab edilən həmkarına «Almaniya həmişə yasayacaq, insanlar və hökmdarlar gəldi-gedərdir» - deyərək təsəlli verdi. Heyzenberqlə bağlı Berqin ABŞ-a göndərdiyi məlumatlar dərhal prezident Ruzveltə çatdırıldı. Ruzvelt Berqin Heyzenberqi öldürməməsindən vəcdə gəldi. O, general Brovza: «Əla, əla, çox əla. Berq düzgün qənaətə gəlib. Agentə mənim şəxsi təşəkkürlərimi yetirin» - dedi. Heyzenberqin sonrakı taleyi digər alman fiziklərinin taleyi kimi oldu. Almaniyanın məğlub olmasından sonra «Uran Klubu»nun qalan üzvləri də, ələ keçirilərək Ingiltərəyə aparıldılar. Londondan bir neçə saatlıq məsafədə yerləşən Farın-Xoll malikanəsində saxlanılan alman fizikləri hələ başlarına nə gələcəklərini bilmirdilər. «Alsos» əməliyyatını uğurla başa çatdıran ABŞ və İngiltərə kəşfiyyatçıları isə, qələbələrini bayram edirdilər. 1945-ci il avqust ayının 6-da, axşam saat 6-da «Bi-Bi-Si» Xirosimaya atom bombası atılması barədə məlumat yaydı, Farm-Xollun komendantı mayor Ritter Xirosimanın külə döndərilməsi barədə əsir fiziklərə məlumat verdi. Amma nə Heyzenberq, nə də digər alman fizikləri, nə üçünsə, bu xəbərə inanmaq istəmirdilər. Amma digər kütləvi informasiya vasitələrində gedən məlumatlarla tanış olduqdan sonra, bir vaxtlar atom bombası yaradılmasının bir addımlığında olan alman fiziklərinin ABŞ-ın atom bombası əldə etdiyinə inanmaqdan başqa çarələri qalmadı. Alman fiziklərinin qaldığı malikanəyə ingilis kəşfiyyatı onlarla «juk» - dinləmə cihazı yerləşdirmişdilər. Alman fiziklərinin pıçıltı ilə dedikləri sözlər belə dərhal «juk»lar vasitəsilə mərkəzdə dinlənilirdi. Və fiziklərin öz aralarındakı danışıqlar vergül-nöqtəsinə kimi stenoqrama alınırdı. İngilis kəşfiyyatı alman fiziklərinin öz aralarında nə danışdıqlarının stenoqramı üzərindən gizlilik möhürünü yalnız 1992-ci ildə götürdü. Stenoqramın mətbuatda dərc olunan mətni böyük sensasiyaya səbəb oldu. Çünki Farm-Xolldakı alman fiziklərinin öz aralarındakı danışıqlardan belə başa düşmək olar ki, həm Heyzenberq, həm Vaytzekker, həm də digər fiziklər mənəvi amilləri nəzərə alaraq, düşünülmüş şəkildə atom bombasının əldə edilməsini yubadıblar. Əslində, alman fizikləri, bununla, bəşəriyyəti atom bombası ilə məhv edilməkdən xilas ediblər. Şübhəsiz ki, atom bombası Hitlerin əlinə düşsəydi, onun qarşısında heç bir dövlət tab gətirə bilməyəcəkdi. Alman fizikləri hər halda Hitlerin və ətrafındakıların müharibədən əvvəl də, müharibə dövründə də törətdikləri cinayətlərdən xəbərdar idilər. Ona gö­rə də, Hitlerə bəşəriyyəti məhv etmək imkanı vermədilər. Halbuki, bu fiziklərin hər biri alovlu millətçi idilər və onlar Almaniyanı doğma anaları ki­mi sevirdilər. Heyzenberq və ətrafindakılar yaxşı başa düşürdülər ki, atom bombası əldə etmədən müharibəni qələbə ilə başa vurmaq olmayacaq. Məğlubiyyət isə Almaniyanın fəlakəti demək idi. Amma onlar bəşəriyyəti xilas etmək naminə doğ­ma Almaniyanın məğlubiyyətinə, onun fəlakətinə yol açan addımı atdılar. Alman fiziklərinin bu hərəkətinə məşhur pro­fessor Mark Uolker belə münasibət bildirib: «Xirosimaya atom bombası atılana kimi bombanın törədəcəyi dəhşətlər Qərbdəki fiziklərdən heç kimi narahat etmirdi. Amma Heyzenberq və onun komandası atom bombasının gətirəcəyi dəhşətləri düzgün anlamışdılar. Ona görə də, onlar Hitlerin bu bombanı əldə etməsinə imkan vermədilər. Am­ma mənim əlimdə onların bu işi şüurlu şəkildə həyata keçirdiklərini sübuta yetirən fakt yoxdur». 1956-cı ildə Robert Yunqun «Min günəşdən parlaq» adlı kitabı çapdan çıxdı. Kıtabda alman fizikləri iddia edirdilər ki, onlar könüllü şəkildə Hitlerin atom bombası yaratmasına imkan verməyiblər. Kitabda Heyzenberqlə Yunqun söhbəti də verilib. Heyzenberq bildirir ki, о istəsəydi, atom bombası yaradılması üzərində işi 1942-ci ilin əvvəllərində başa çatdırardı. Lakin vicdanının səsinə qulaq asaraq, minlərlə adamın qurban getməsinə razı olmayıb. O, Borla müharibədən əvvəlki görüşlərinə toxunaraq deyib ki, biz müharibənin sonuna kimi atom bombasının yaradılmaması barədə fikir mübadiləsi etdik. Ancaq təəssüflər olsun ki, Qərbdəki həmkarlarımız bizim kimi hərəkət etmədilər. Heyzenberqin bu açıqlaması Borun əsəbiləşməsinə gətirib çıxarmışdı. O, dərhal Heyzenberqə məktub yazrmşdı. Məktubda Bor Heyzenberqin dediklərini təkzib edirdi. Əslində Boru başa düşmək çətin deyil. Çünki söhbət milyonlarla günahsız adamın məhv edilməsindən gedirdi. Bor isə bəşəriyyətə üzüqaralıq gətirən alim kimi tarixdə qalmaq istəmirdi. Əslində faktlar sübut edir ki, həqiqətən do Borla Heyzenberq arasında atom bombasının müharibə basa çatana kimi yaradılmaması barədə centlmen sazişi olub. Bu, tədqiqatçılarda şübhə doğurmur. Amma anası yəhudi olan Bor, yəhudilərin Hitler tərəfindən qətlinə görə, ABŞ-a atom bombası yaratmağa yardım etdi. Məsələyə münasibət bildirən tədqiqatçı Pol Rolzu yazır: «Tanış olduğum sənədlər göstərir ki, Bor Heyzenberqin atom bombası yaradılması üzərində işlədiyini eşidəndə şoka düşüb. Bor Hitlerə nifrət edirdi. Aydın məsələdir ki, o, şagirdi Heyzenberqə: «Hitler üçün bomba hazırlama», - əmri verə bilməzdi. Ona görə də, Bor, atom bombasının bəşəriyyətə gətirəcəyi fəlakəti Heyzenberqə çatdırmaqla ona mənəvi təsir göstərib. Və Heyzenberqlə Bor atom bombasının müharibənin sonuna kimi təxirə salınması barədə öz aralarında müəyyən razılığa gəliblər. Amma Вor bunu etiraf etməkdən çəkinir. Çünki o, sözünün üstündə durmadı və bununla da Heyzenberqi aldatmış oldu». Hidrogen bombasının yaradıcılarından biri, milliyyətcə yəhudi olan və İkinci Dünya müharibəsi qurtardıqdan sonra ABŞ-a aparılan Edvard Teller həm Boru, həm də Heyzenberqi yaxından tanıyırdı. Bor və Heyzenberq arasında müharibədən son­ra gedən mübahisələrə münasibət bildirən Teller öz xatirələrində yazır: «Heyzenberq istedadlı fizik olduğu qədər də əsl humanist, centlmen bir insan idi. Əgər Heyzenberq istəsəydi, Hitler müharibə basa çatana kimi atom bombası əldə edərdi. Ancaq о, həqiqəti sevən və insanlara münasibətdə çox həssas bir adam idi. Ona görə də Heyzenberqin vicdanı Hitler üçün atom bombası yaratmağa im­kan vermədi. O, alman millətini canından artıq sevsə də, ölkəsinin məğlubiyyətinə razı oldu. Halbuki, atom bombası yaradılsaydı, müharibəni almanlar udacaqdılar. Heyzenberq isə milyonlarla insanın Hitlerin qurbanına çevrilməsini istəmədi, vicdanı buna yol vermədi. Ona görə də, Borun Heyzenberq barədə dediklərinə inanmıram. Əgər Bor da vicdanının səsinə qulaq assaydı, atom bombasının yaradılması hələ bir neçə 10 il də uzanacaqdı». Bununla belə, Heyzenberqin atom bombası yaratmamasına digər səbəblər də göstərirlər. Guya Heyzenberq Uranın kütləsini səhvən 235 hesab edib. Halbuki, Uranın kütləsi və ona bölünməsi 235 deyil, 238 olub. Lakin inanmaq çətindir ki, Heyzenberq belə bir adi səhvə yol versin. Çünki çəki və kütlə müxtəlifliyi atom bombası yaradılmasına imkan verməsəydi, onda digər variantlar sınaqdan çıxarılacaqdı. Bu faktlar isə asanlıqla atom bombasının yaradılması üçün vacib olan nöqtəni tapmağa imkan verəcəkdi. Biz, tədqiqatçıların fikirlərinin düzgün olub-olmaması barədə rəy yürütməkdən uzağıq. Çünki bunun üçün əlimizdə fakt yoxdur. Amma bir faktı nəzərə çatdırmaq istəyirik. Yuxarıda adı çəkilən Teller yəhudi idi və Hitler onun bütün qohum-əqrəbasını qaz kamerasına göndərmişdi. Teller Hitlerə nifrət edirdi, Heyzenberq isə Hitlerin xidmətində idi. Əgər Heyzenberqin atom bombası yaradılması məsələsində vicdanı təmiz olmasaydı, Teller ona bu qədər rəğbət bəsləməzdi. O, Heyzenberqin atom bombası yaratmamaqla, bəşəriyyəti Hitlerin qaniçənliyindən xilas etdiyini yaxşı bilirdi. Ona görə də, müharibədən sonra, Teller, ağır vəziyyətdə yaşayan Heyzenberqin ailəsini himayəyə götürmüşdü və onlara ərzaq və pulla yardım edirdi. Bütün bunlar da Heyzenberqin vicdanının təmiz olduğunu göstərir.   Mənbə Qanun jurnalı
['Verner Heyzenberq', 'görkəmli fiziklər', 'dahi fizik', 'dahilərin həyatı']
6,879
https://kayzen.az/blog/dusundurucu-hekayeler/379/dayan%C4%B1n.html
Dayanın...
Nailə_Rzayeva
Düşündürücü hekayələr
16 mart 2010, 02:24
Dostlar, bu məqaləni mən rus dilində oxumuşdum, mənə çox təsir etdi və sizlərlə bölüşmək istədim. İndi yaşadığımız cəmiyyətdə məncə ən böyük problemlərdən biridir. “Biz tərbiyələndirdiyimiz insanlara cavabdehik” ( Ekzyüperi) " Mən narkoman ailəsində anadan olmuşam. Deyirlər ki, insanlar yalnız 5-6 yaşlarından etibarən həyatında olan hadisələri xatırlayarlar. Bəlkə də heç kim mənə inanmaz, amma mənim uşaqlıq xatirələrim 2 yaşımdan başlayır. Məncə buna səbəb həyatımda baş verən hadisələr idi. Mənim 2 yaşım vardı, o zaman ki, atam məni çarpayımdan götürüb 2-ci mərtəbədən həyətə atmışdı.İlk qorxunu mən o zaman hiss etmişdim,anamın qışqıraraq pillələrdən aşağı düşməsi… O zaman mənə heç nə olmamışdı, hətta bu hadisədən sonra mən atama nifrət də etmədim, sadəcə olaraq mən belə hislərə hələ hazır deyildim. … Nə üçün bizim ailədə belə hadisələr olurdu, mən bunu başa düşə bilmirdim… Bəlkə onların özləri də bu sualın cavabını bilmirdilər. Mənim atam ali təhsilli, alicənab insan idi və həmçinin narkotiklər… Anam gözəl, savadlı müəllimə və bütün bunlara dözürdü… Niyə? Çünki o onun övladının atası idi,  onların ailəsində ayrılmaq düzgün qəbul olunmurdu... Anam mənim üçün, atam üçün, ailəsini qorumaq üçün daim mübarizə aparırdı. Amma görünür ki, narkotiklər ondan da güclü idilər. Zamanla narkotiklər atamın həyatının mənasına çevrilməyə başladı. Nə qədər ki, atam narkotikdən sonra “ çox-çox yüksəklərə qalxırdı”, anam bir o qədər də gündən günə alçalırdı. Belə günlərdə onlar nə bir-birlərindən, nə də məndən utanırdılar. Qışqırır, bir-birlərini təhqir edirdilər, hətta elə yüksəkdən qışqırırdılar ki, mən nə qədər də qulaqlarımı bərk-bərk bağlasam, başqa otağa keçsəm də yenə də onların səsini eşidirdim. Hərdən barışıq olurdu. Qohumlar yığılır, atamı tənbeh edirdilər. Atam isə başını aşağı salıb onlara qulaq asırdı, belə anlarda mənim ona çox yazığım gəlirdi… Mən ona yaxınlaşar, əlini tumarlayardım, o isə məni qucaqlayardı. Qohumların gəlişindən sonra bir müddət hər şey qaydasına düşərdi. Atam mənə balaca maşınlar düzəldərdi, anam qəşəng geyinər, saçını düzəldər və biz gəzməyə gedərdik. Lakin bu o qədər də uzun çəkməzdi. Müəyyən zamandan sonra hər şey yenidən başlanırdı. Evimizdə yenə dəhşət dolu qara günlər başlayırdı. Mən çalışırdım ki, atamın gəlişinə qədər tez yatım, başımı yastığın altına salardım ki, heç nə eşitməyim. Mən çox tənha idim, heç kim məni anlamaq istəmirdi. Mən onlara qarşı olan hislərimi ifadə edə bilmirdim və bu da mənə əziyyət verirdi. Sadəcə olaraq mən çox balaca idim. Qaranlıq otaqda çarpayımda uzanaraq mən həm atamın yolunu gözləyirdim, həm də onun gəlməməsini istəyirdim. Onu dayandıracaq sehrli sözləri tapmağa çalışırdım. O yastığın altında mən çox göz yaşları tökmüşdüm, mənim yeganə dostum o idi. Mənə elə gəlirdi ki, valideynlərim məni tamam unudublar, onların başları özlərinə, öz problemlərinə o qədər qarışmışdı ki, mənim varlığımı unutmuşdular. Hər halda mən belə düşünürdüm. Və mən onlardan intiqam almaq qərarına gəldim. Bəs kiçik, kimsəsiz bir insanın belə səhnələrlə qarşılaşması, belə əziyyət çəkməsi ədalətdənmidir? Mən tamamilə getmək qərarına gəldim, yəni ölmək. Mənim artıq 7 yaşım var idi və həyat, ölüm haqqında çox az da olsa anlayışım var idi. Mən güclü olmaq qərarına gəldim, artıq ağlamayacaqdım. Axşamlar atamın gəlməsinə yaxın mən gözlərimi bərk-bərk bağlayır və nəfəs almamağa çalışırdım. Belə hallarda mənim ürəyim çox zəif döyünürdü. Bir gün mən yenə də nəfəs almamağa çalışanda birdən ürəyimin döyüntüsü yavaş-yavaş azalmağa başladı. Mən çox qorxdum və bütün gücümü toplayıb: “Ana, ana” deyə qışqırdım. Sonra isə heç nə xatırlamıram... Mən ayılanda ilk olaraq valideynlərimi gördüm, onlar çox yorğun görünürdülər, günlərlə mənim yanımdan heç yerə ayrılmayıblar. Mənim vəziyyətim onlara pis təsir edib, onlara əziyyət verib, incidib. O zamandan artıq 5 il keçib. Mənim 12 yaşım var, 7-ci sinifdə oxuyuram. Hər axşam atam mənə maşınlar düzəldir,bu bizim onunla hobbimizdir, biz şaxmat oynayır, rəsmlər çəkirik. Hər istirahət günü isə anam, atam və mən gəzməyə gedirik. Mən sevilirəm və bundan da xoşbəxtəm..."Tərcümə: Rzayeva NailəHəmçinin bax: Narkotiklər uçuruma aparır
['narkomaniya', 'ailə münasibətləri', 'uşaqlar və biz', 'narkotiklərlə mübarizə', 'övlad tərbiyəsi', 'narkotik', 'uşaq tərbiyəsi', 'Uşaq gözüylə baxa bilmək', 'uşaq dili']
6,880
https://kayzen.az/blog/dahil%C9%99r-maraql%C4%B1/371/nyutonun-h%C9%99yat%C4%B1.html
Nyutonun həyatı
Aynur
Böyük insanlar,şəxsiyyətlər
15 mart 2010, 16:56
Klassik fizikanın əsasını qoymuş İsaak Nyuton bir gün Kral cəmiyyətindən məktub alır. Bu məktubda İsaak Nyuton bir məsələni həll etmək tapşırığını alır. Bir neçə ay ərzində Böyük Britaniya alimlərinin «baş sındırdıqları» məsələ əyrinin nöqtələrindən ona toxunan çəkmək idi. Məsələni səhər tezdən almış Nyuton çarpayının kənarında oturaraq fikrə dalır. Nahar vaxtına qədər hərəkətsiz və həyatdan tam təcrid olunmuş halda qalan İsaak Nyuton məsələnin nəinki tam həllini tapır, o həmçinin diferensial hesabın metodlarını işləyib hazırlayır. İ.Nyutonun həyatında baş verən ən böyük hadisələrdən biri 25 aprel 1685-ci ildə «Natural fəlsəfənin başlanğıcı» əsərini Kral cəmiyyətinə təqdim etməsidir. Kitabda Kopernikin təliminin sübutları, Keplerin fərziyyələri, fəza cisimlərinin günəş ətrafında fırlanması və s. bir çox kəşflər öz əksini tapmışdır. Əsərin müzakirəsi zamanı R.Huk yerindən qalxaraq əsərə qəti etirazını bildirib dedi ki, İ.Nyuton cazibə qanunu haqqında onun məlumatını oğurlamışdı. Ancaq Hukun etirazına baxmayaraq, cəmiyyətin iclası I.Nyutonun əsərini qəbul etmişdir. Vaxtı ilə çox möhkəm dost olan Nyutonla o gündən etibarən Huk bir-birinə düşmən kəsilirlər.İ.Nyuton 4 yanvar 1643-cü ildə İngiltərədə kiçik bir kənddə yoxsul fermer ailəsinə doğulmuşdur. O, vaxtından qabaq doğulmuşdur, uşaqlıqda zəif olmuşdur. Yaxınları onun yaşaya biləcəyinə şübhə edirdilər. Nyuton ilk təhsilini kənd məktəbində almışdır. 1661-ci ildə «yoxsul tələbə» kimi Tripiti kollecinə daxil olur. O, kollecin üzvlərinə və varlı tələbələrə xidmət edir. Bir dəfə tələbələrdən biri Nyutonu döyür. O, Nyutondan həm güclü, həm də bilikli idi. Nyuton özünə söz verir ki, bilikdə bu tələbədən üstün olmalıdır. Tez bir zamanda o, özünün biliyi, bacarığı, kəşfləri ilə ad çıxarır və yoxsul «qulluqçu» tələbəlikdən azad olur. Universiteti qurtardıqdan sonra isə kollecdə saxlanılır. Bir dəfə İ.Nyuton aydın havada gəzməyə çıxarkən, çobana rast gəlir. Çoban məsləhət görür ki, uzağa getməsin, çünki bərk yağış yağacaq. Nyuton ona qulaq asmır. Doğrudan da, yarını saatdan sonra möhkəm yağış yağır. Nyuton suyu süzülə-süzülə özünü çobana yetirir və bunun sirrini ondan soruşur. Məlum olur ki, çoban qoyunun tüklərinin vəziyyətinin dəyişməsinə görə bunu təyin edə bilmişdir. M. Bertranın fikrincə — Nyuton Arximedlə yanaşı başqalarının hamısından yüksəkdə durmuşdur. Nyutonun abidələrindən birinin üzərində belə sözlər həkk edilmişdir:  «Nyuton — bəşəriyyətin yaraşığıdır.» P.Laplas «Başlanğıc»ın başqa əsərlərdən üstün olduğunu qeyd etmişdir. J.Laqranj «Başlanğıc»ı insan zəkasının çox böyük əsəri adlandırmışdır. R.Akoffun fikrincə müdriklik — ediləcək hərəkətin ayrı-ayrı nəticələrini qabaqcadan görmək, gələcəkdəki böyük faydaların xatirinə, hazırkı ötən mənfəətləri qurban vermək qabiliyyəti və idarə olunanı idarə etmək məharətidir. S.İ.Vavilovun fikrinə görə, təbiətşünaslıq tarixində Nyutonun «Başlanğıc»ının meydana gəlməsindən böyük hadisə olmamışdır. Nyutonun yaxın dostu Halley 1682-ci ildə «Başlanğıc»ın formullarından istifadə edərək parlaq bir kometin orbitini hesabladı və onun 1759-cu ildə qayıdacağını qabaqcadan xəbər verdi. Kometa deyilən vaxtda qayıtdı. Bu kometa Halleyin adı qoyuldu. Volter kometin qayıtmasına öz münasibətini coşqun şeirlərlə bildirdi. Nyuton hələ öz sağlığında şöhrət, hörmət və nüfuz qazanmışdır. O, özü isə təvazökarlıqla deyirdi:«Hamının məni nə hesab etdiyini bilirəm, lakin özüm-özümə dəniz qırağında oynayan və hamar daş, yaxud adi görkəmdə olmayan gözəl balıqqulağı tapanda sevinən uşaq kimi görünürəm, halbuki qarşımda tədqiq edilməmiş böyük okean durur.» Nyuton əsrimizin III əsrində yaşayıb yaratmış Evklidin «Həndəsənin əsasları» kitabını böyük çətinliklə yazmasına təəccüb edirdi. Nyutona elə gəlirdi ki, kitabda verilmiş isbatlar beş aksiomdan çox asanlıqla alınır. Nyutonun dostu, Halley öz mədhiyyəsində demişdir ki, o, adi adamlarla yaxın dayana bilməz. Həyatının son 40 ilində Nyuton demək olar ki, elmlə məşğul olmamışdır. O, da son illərdə ingilis kimyaçısı və fiziki Boyl kimi peyğəmbər Daniil haqqında Apokalipsisin (bizə gəlib çatmış ilk xristianlıq əsəri) şərhi haqqında dini əsərlər yazır və ilahiyyat elminin böyük bilicisi kimi də şöhrət qazanmışdır. Bir dəfə bir qrup adam məclisdə Nyutonu pis vəziyyətə qoymaq üçün onu belə bir imtahana çəkirlər. Deyirlər ki, heç kimin görüb duymadığı, əlinin çatmadığı göylərdə nəyin necə baş verməsi barədə versiyalar irəli sürmək hələ alimlik deyil onsuz da onun doğru ya yalan olmasını yoxlamaq bizim imkanımız xaricindədir, əsl alim odur ki etdikləri göz qabağın­da olsun, bax məsələn bu yumurtanı dikinə qoya bilsən, yəni uc tərəfi aşağı olmaqla bilərik ki, əsl alimsən. Nyuton heç bir söz demədən yumurtanı götürür, uc tərəfini sındırıb yastıladır, onu dikinə qoyur və yumurta deyildiyi kimi dayanır hamı etiraz edib deyəndə ki, bunu biz də edərdik, Nyuton cavab verir ki, «Edəydiz». Bir dəfə İsaak Nyutonun 20 il ərzində apardığı riyazi hesablamalar, aldığı nəzəri nəticələrin xeyli hissəsi təsadüfən yanıb kül olur. Nyuton bir müddət əsəbi sarsıntı keçirsə də, sonralar bütün iradəsini ələ alaraq inadla çalışır, həmin işləri yenidən bərpa edir. Nyuton ömrünün axırına yaxın çox varlı adam idi. Deyirlər ki, Nyutonun milyonları onun bir vecsiz qohumuna qismət olur. Bu adam həm də tarixə öz qeyri-adi ölümü ilə daxil olmuşdur. Sərxoş olarkən, o ağzında tutduğu çubuqla boğulub ölüb. Nyutonun parlamentdə söylədiyi ən böyük «nitq» belə səslənirdi: Pəncərəni bağlayın, — deyə xidmətçiyə müraciət etmişdi. Nyuton iş otağında işi ilə məşğul olduğu vaxtlardan birində, görür ki, bayır tərəfdən kiçik pişik qapını cırmaqlayır ki, içəriyə keçsin. Nyuton qapını açıb onu içəri buraxır. Bir qədərdən sonra indi də iti içəriyə keçmək üçün qapını döyəcləyir. Nyuton onu da içəri buraxır. Bir azdan indi də hər ikisi qapını cırmaqlayırlar ki, bayıra çıxsınlar. Nyuton əsəbiləşib ayağa qalxır, mişarı götürüb qapıdan bir böyük və bir də kiçik deşik açır və üzünü it ilə pişiyə tutub başa salır ki; «Bax bu sənin üçündür, bu da sənin üçün. İndi özünüz girin-çıxın, daha mənim əsəblərimi oynatmayın».Elə bir böyük deşiyi açmaq onun ağlına gəlmir. Bir gün öz dostunu nahara dəvət edən Nyutonun işi çox olduğundan bu barədə xidmətçiyə xəbər verməyi unudur. Nahar vaxtı xidmətçi yemək stoluna ancaq bir adamlıq yemək qoyur. Qonaq gəlir, Nyutonun düsturlarla, mürəkkəb hesablamalarla məşğul olduğunu görüb, stolun üstündəki bir nəfərlik yeməyi yeyir və gedir. Xeyli sonra qonağın necə gəlib-getdiyini duymayan Nyuton bir anlığa sevimli işindən ayrılıb stolun üstündəki boş qablara baxaraq öz-özünə deyir: «Qəribə işdir, əgər stolun üstündəki bulaşıq qabları görməsəydim, hesab edərdim ki, mən bu gün nahar etməmişəm». C.Herşelin fikrincə: «İnsan dərrakəsinin tam yetkinlik dövrü Nyutonla başlayır.» Nyuton bir dəfə soyutma yumurta bişirmək istəyir və yumurtanı suya atıb, zəngli saatı da qurur ki, müəyyən vaxtdan sonra zəng çalıb yadına salsın. Lazımı vaxtdan sonra zəng çalır. Nyuton gedir ki, yumurtanı qaynayan sudan çıxarsın. Lakin baxıb görür ki, suya yumurta əvəzinə zəngli saatın özün atıbmış, yumurta isə hələ də əlindədir.... Mənbə İlyas Həsənov,Ellada Həziyevanın Əslində onlar kimdir? kitabından
['İsaak Nyuton', 'dahi fizik', 'görkəmli fiziklər', 'Nyuton', 'ingilis fiziki', 'dahi insan', 'dahi insanlar', 'böyük fiziklər', 'Böyük insanlar']
6,881
https://kayzen.az/blog/rus-dili/156/z%C9%99rfl%C9%99rin-%C9%99m%C9%99l%C9%99-g%C9%99lm%C9%99si-v%C9%99-yaz%C4%B1l%C4%B1%C5%9F%C4%B1.html
Zərflərin əmələ gəlməsi və yazılışı
2ral
Rus dilini öyrənək
15 mart 2010, 09:20
Zərflər (наречия) müxtəlif nitq hissələrindən əmələ gəlmiş və gəlməkdədir. Bəzi zərflər lap çoxdan yaranmış, sonralar yox olmuş, bəziləri isə bu yaxınlarda başqa nitq hissələrindən düzəlmiş və hazırda rus dilində işlədilir. Misal üçün, по-вражески zərfi вражеский sifətindən düzəlmişdir. Müxtəlif nitq hissələrinə məxsus olan bəzi sözlər də zərflərə keçərək öz əvvəlki leksik mənalarını və qrammatik xüsusiyyətlərini itirmiş, yeni, zərflərə xas olan əlamətlər qəbul etmişlər. Aşağıdakı iki cümləyə diqqət yetirək: 1) вошел в темную комнату. 2) Нельзя действовать втемную. Birinci cümlədəki темную sözü sifət olub комнату sözü ilə uzlaşaq tək-cəmə, cinsə və hala görə dəyişir (burada темную təsirlik halda işlədilib). Bu sözün leksik mənası «işığı olmayan, qaranlıq» deməkdir. Ikinci cümlədəki втемную sözü isə zərfdir: o, dəyişmir, özü də действовать felinə aiddir. Bu sözün leksik mənası «görmədən, bilmədən, kor-koranə, bəxtəbəxt» deməkdir. Əmələ gəlmə (düzəlmə) xüsusiyyətlərinə görə zərflər on qrupa bölünür. 1.Ismin vasitəli hallarından predloqsuz və predloqla yaranan zərflər: издали, снизу, посередине, вверх, наспех, вдали, накануне; бегом, кругом, ужас.2.Qısa sifətlərdən müxtəlif predloqlarla düzəlmiş zərflər. Bu zərflər rus dilində hələ qısa sifətlərin hallanması dövründə yaranmışdır: справа, сослепу, досуха, издавна, поровну, заново, вскоре, навеселе.3.Predloqlar vasitəsilə bütün qadın cinsi sifətlərinin təsirlik halında törəmə zərflər: вкрутую (bərk), впустую, наудалую (düşünmədən, cəsarətlə), зачастую (çox vaxt, tez-tez). 4.Xüsusi suffiks (специальные суффиксы) və pristavkalar vasitəsilə sifətdən düzələn zərflər; 4.1.о və е suffiksləri ilə yaranan zərflər; странно (от «странный»), красиво (от «красивый»), хорошо (от «хороший), искренне (от «искренний»), излишне (от «излишний») və s. 4.2.и suffiksi və по pristavkası ilə düzələn zərflər: русский—по-русски, волчий—по-волчьи, дружеский—по-дружески;4.3.по pristavkası və ому-ему suffiksləri ilə yaranan zərflər: по-военному, по-весеннему. 5.Miqdar, sıra və toplu (собирательные) saylarından əmələ gələn zərflər: однажды, дважды; впервые, во-первых, во-вторых; вдвое, втрое, вшестеро və s. 6.Əvəzliyin müxtəlif vasitəli hallarından predloqla və predloqsuz düzələn zərflər: потому, затем, совсем, потом;7.Tərz və zaman mənalarını itirmiş fel formasının feli bağlamanın (деепричастие) zərfə keçməsi: зря (boş yerə, hədər), нехотя (istəməyərək, bilmədən,  qəsdsiz), немедля (cəld, tez, dərhal, təxirsiz).8. мя suffiksi ilə fel köklərindən əmələ gələn zərflər i həmin kökdən olan fellərin mənalarını gücləndirmək məqsədi ilə işlədilir: ревмя ревет (şivən qoparır, hönkürtü ilə ağlayır), ливмя льёт (yağış sel kimi yağır, yağış bərk yağır)9.Başqa zərflərdən törəyib predloqlu isim mənalarında işlənən zərflər: докуда (haraya kimi, harayacan), навсегда, намного, послезавтра, донельзя (son dərəcə). 10.Qədim mənşəli əvəzlikli zərflər: где, куда, когда, как, там, туда, так. Zərflərin axırında fışıltılı samitlərdən (шипящие согласные) sonra vurğu altında о, vurğusuz isə е yazılır: хорошо, свежо, горячо, но; певуче, искренне, излишне və s. о və е suffiksləri vasitəsilə tərkibində н olan suffikslərdən əmələ gəlmiş zərflərdə də н yazılır: искусственый—искусственно, взволнованный—взволнованно. Ismin və ya sifətin vasitəli hallarından əmələ gəlmiş zərflərdə həmin halların sonluqları saxlanılır: втайне, вначале, сначала, впустую. Buna görə də orta cins qısa sifətlərin yiyəlik halının təkindən (от родительного падежа единственного числа среднего рода кратких прилагательных) с, из, до predloqları ilə düzələn zərflərin sonunda а yazılır: слева, справа, издавна, досуха və s. Orta cins təsirlik halının təkindən, в, на, за predloqları ilə düzələn zərflərin axırında isə о yazılır: вправо, налево, заново, (смолоду, сослепу, сдуру zərfləri müstəsnalıq təşkil edir). Fışıltılı samitlə bitən zərflərin sonunda ь yazılır: вскачь (çaparaq, derdayaq), настежь (taybatay), наотмашь (qulaylanıb, qulaylanaraq). по pristavkası və ски, -цки, -и, -ому, -ему suffiksləri ilə yaranmış zərflər defislə yazılır: по-прежнему, по-пустому, по-немецки. Sıra saylarından düzəlmiş və ara söz sifəti ilə işlənən zərflər da defislə yazılır: во-первых, в-третьих, в-седьмых və s. Eyni sözün təkrarı ilə əmələ gəlmiş zərflər, habelə sinonim zərf sözlər də defislə yazılır: еле-еле, чуть-чуть, мало-по-малу, давным-давно; нежданно-негаданно və s. То, -либо, -нибудь, -кое ədatları ilə düzəlmiş qeyri-müəyyən əvəzlikli zərflər: где-то, когда-либо, куда-нибудь, кое-как və s. Не və ни ədatları inkar əvəzlikli zərflərdə pristavka olub sözlə bir yerdə yazılır, həm də vurğu ilə не, vurğusuz isə ни yazılır: негде, некуда, некогда, никуда, нигде, никогда, və s. Qeyri-müəyyən əvəzlikli zərflər не ilə bir yerdə yazılır: некогда (когда-то) и несколько (отчасти).
['zərf', 'zərflər']
6,882
https://kayzen.az/blog/kayzenin-r%C9%99smi-bloqu/302/%C9%99n-%C3%A7ox-reytinq-y%C4%B1%C4%9Fan-m%C3%BCkafatlanacaq.html
Ən çox reytinq yığan mükafatlanacaq
2ral
kayzen.az saytının rəsmi bloqu
14 mart 2010, 12:27
kayzen.az administrasiyası saytın inkişafı və istifadəçilərə daha rahat şəraitin yaradılması üçün müzakirədən sonra yeni bir qərara gəlib. fidanın təklifi və digər istifadəçilərlə razılaşmadan sonra qərara alındı ki, saytın ən yüksək reytinq qazanmış istifadəçiləri mükafatlandırılsın. Mart ayının 15-dən sonra saytda ən çox aktiv olmuş,ən çox reytinq yığmış şəxs istifadəçilərin təklifi ilə başlanğıc üçün 250 USD mükafatlandırılsın. Sayt administrasiyasından admin, 2ral və fidan reytinq yarışmasında iştirak etmir. Reytinq sistemi ilə bağlı https://kayzen.az/page/faq/reytinq oxumaq məsləhət görülür. Mükafat hər aybaşı ayın sonunda veriləcək. Bilənlərin təkrarlaması,bilməyənlərin isə bilməsi üçün bir daha təkrar olunur: 1. ən çox xalı istifadəçinin profilində veriləns səs gətirir. 2. sonrakı yerdə yaxşı postlara verilən müsbət xallar durur. 3. əgər istifadəçinin yaratdığı bloq da maraqlı olsa,reytinqinə müəyən qədər əlavə olunur. 4. Ən az isə şərhlər verir. Amma saytda olan anliz göstərir ki, bəzi istifadəçilər məhz maraqlı şərhlərin hesabına reytinq yığa bilirlər. Reytinq üçün süni şişirtmədən(nakrutkadan) istifadəyə cəhd etməyin, effekti olmayacaq:-) Kimin reytinq məsələsi ilə bağlı sualı olsa burada bildirsin, hər dəfə mənə şəxsi ismarıc yazmağa ehtiyac yoxdur.
['reytinq sistemi']
6,883
https://kayzen.az/blog/ingilis-dili/171/saylar%C4%B1n-oxunu%C5%9Fu-v%C9%99-yaz%C4%B1l%C4%B1%C5%9F%C4%B1.html
Sayların oxunuşu və yazılışı
2ral
İngilis dilinin qrammatikası
14 mart 2010, 09:20
Kәsr sаylаrı (fractional numbers) Müаsir Аzәrbаycаn dilindәn fәrqli оlаrаq, ingilis dilindә kәsr sаylаrındа hәm miqdаr, hәm dә sırа sаylаrındаn istifаdә еdilir; Аzәrbаycаn dilindә kәsrin hәm surәtindә,hәm dә mәхrәcindә miqdаr sаyı işlәnir, mәsәlәn; — ½ ikidә bir. İngilis dilindә isә surәt miqdаr sаyındаn, mәхrәc isə sırа sаyındаn ibаrәt оlur, mәsәlәn;1/5 one fifth. Sаylаrın охunuşu Sаylаrın охunuşu bахımındаn müаsir ingilis dili ilə Аzәrbаycаn dili аrаsındа müәyyәn fәrqlәr vаrdır. Bu fәrqlәr аşаğıdаkı hаllаrdа müşаhidә еdilir: 1) müаsir Аzәrbаycаn dilindә оn birdәn iyirmiyә kimi sаylаrdа әvvәlcә оn sаyı, sоnrа isә müvаfiq tәklik işlәnir, yəni hәmin sаylаr оn bir, оn iki, оn üç vә s. dеyә охunur. Müаsir ingilis dilindә isә bu qәbildәn оlаn sаylаrdа əvvəlcə müvаfiq tәklik, sоnrа isә оn mənаsı vеrәn -teen şәkilçisi gəlir vә hәmin sаylаr tәklikdәn bаşlаnаrаq bu tәrzdә охunur: fourteen, fifteen, sixteen və s. 2) Аzәrbаycаn dilindәn fәrqli оlаrаq, ingilis dilindә хrоnоlоji tаriхlәr miqdаr sаyı ilә göstәrilir vә dilimizdә оlduğu kimi, mәsәlәn, min dоqquz yüz yеtmiş. bеş şәklində dеyil, tаriхi göstərәn rәqәmlәr cüt-cüt охunur, mәsәlәn, 1945 (nineteen forty-five), 1975 (nineteen seventy-five). 1800, 1900 və s. qәbildәn оlаn tаriхlәr müаsir dilimizdәki kimi min sәkkiz yüz, min dоqquz yüz dеyil, bеlә охunur: eighteen hundred (оn sәkkiz yüz), nineteen hundred (оn dоqquz yüz). 1802 kimi tаriхlәr iki cür охunа bilir; 1.tаriхin tәrkibindә оlаn sıfır охunmur: eighteen two, 2.tаriхin tərkibindә оlаn sıfır охunur: eighteen ou two. Qеyd. Аzәrbаycаn dilindәn fәrqli оlаrаq, ingilis dilindә хrоnоlоji tаriхdәn sоnrа il — year sözü işlәnmir. Охunmаsındаn məlum оlur ki, dеyilәn rәqәmlәr tаriхi göstərir: nineteen seventy-nine vә s. Tаriхlә year sözü işlәnәrkәn, о, tаriхi göstərәn rәqәmlәrdәn әvvәl durur, mәsәlәn: in the year nineteen seventy — 1970-ci ildә. 3) ingilis dilindә аyın tаriхi sırа sаyı ilә ifаdә оlunur vә bеlә охunur: 1 of May, 1975 — the first of May, nineteen seventy-five, yахud May 1, 1975 — May the first, nineteen seventy-five. 4) məlum оlduğu kimi, müаsir Аzәrbаycаn dilindә әvvәlcә kәsrin mәхrәcn, sоnrа isә surәti охunur. Ingilis dilindә isә әksinә, әvvәlcә surәt, sоnrа isә mәхrәc охunur. Mәsәlәn: 3/5: 2/4 kәsr sаylаrı bеlә охunur: three fifths, two fourths. Kәsrin әvvәlindә tаm rәqәm оlduqdа, әvvәlcә tаm, sоnrа isә sаyın kәsr hissәsi, yuхаrıdа dеyildiyi qаydаdа, охunur. 5) оnluq kәsrlәrdә tаm rәqәmlә kәsr rәqәmlәrin аrаsındа vеrgül işаrәsi qоyulur vә rәqәmlәrin hәr biri (hәttа vеrgül işаrәsi dә) аyrı-аyrı охunur. Mәsәlәn, 6,48 оnluq kәsri bеlә охunur: six point four eight. Sаylаrın yаzı qаydаlаrı Müаsir ingilis dilindә sаylаrdа аşаğıdаkı yаzı qаydаlаrınа riаyәt еtmәk lаzımdır: 1) four tәkliyindәn оnluq düzәldәrkәn hәmin sözün tәrkibindәki u hәrfi düşür: forty; 2) five tәkliyindәn sırа sаyı, оnluq vә еlәcә dә оn bеş sayını düzәldәrkәn v hәrf birlәşmәsi f hәrfi ilә әvәz оlunur: five-fifth, fifteen, fifty; 3) nine miqdаr sаyındаn sırа sаyı düzәldәrkәn е hәrfi düşür; ninth; 4) eight miqdаr sаyındаn sırа sаyı düzәldәrkәn оnun sоnunа ancaq — h hәrfi әlаvә еdilir: eighth; 1 rәqәmindәn sоnrа st, 2 rәqәmindәn sоnrа -nd, 3 rәqәmindәn sоnrа isә -rd yаzılır: 1st, 2nd, 3rd. Sırа sаyı bildirәn rәqәm nеçә аdlı оlur-оlsun şәkilçi аncаq sоn rәqәmә әlаvә еdilir: -st, -nd, -rd vә ya -th şәkilçilәrindәn hаnsının işlәdilmәsi sоn rәqәmdәn аsılı оlur: sоn rәqәm 1 оlаrsа -st, 2 оlаrsа -nd, 3 оlаrsа -rd, qаlаn hаllаrdа isә аdi qаydа üzrә -th şәkilçisi işlәdilir: 21st, 32nd, 43rd, 1351st, 2672nd, 25th, 3676th vә c; 5) Аzәrbаycаn dilindәn fәrqli оlаrаq, ingilis dilindә оnluq bildirәn isimlәrlә tәklik bildirәn isimlәr аrаsındа dеfis işаrәsi qоyulur: twenty-one, forty-two, fifty-six vә s. Müəllif: Oruc Musayev Mənbə: İngilis dilinin qrammatikası kitabı
['saylar', 'sayların oxunuşu', 'sayların yazılışı']
6,884
https://kayzen.az/blog/u%C4%9Fur/321/bir-add%C4%B1m-at%C4%B1n.html
Bir addım atın
2ral
uğur psixologiyası
12 mart 2010, 13:40
Ən böyük uğurlara ilk addımla başlanılır. Siz də həyatdan və özünüzdən şikayət etməyin, bunun əvəzinə, özünüz üçün kiçik bir addım atın. Kiçik addımlar, böyük uğurlara gedən yolda ilk addımdır. Etmək istəyib, lakin edə bilməyəcəyiniz və ya cəsarət edə bilməyəcəyiniz bir şey edin. Gücünüz də, istedadınız da var. Pessimist insanlar "alınmaz" deyə düşündükləri halda, optimistlər "alına bilər" düşüncəsinə mailk olurlar. Hər zaman müsbət düşünən insan isə "etdim" deyər. Heç düşünmüsünüzmü ki, hər səhər sizi ruhlandıran mesajlar dinləsəydiniz, zehniniz, ürəyiniz, ruhunuz coşğu və həyəcanla dolsaydı, gününüz necə keçərdi? Bir dostunuz, həyat yoldaşınız və ya partnyorunuz sizinlə ilham verən, enejinizi artıran, "bacara bilərsən" mesajları ilə dolu bir dialoq aparsaydı, içinizdəki gerçək potensialınızı ortaya çıxarmaq üçün daxili  gücünüzü necə istifadə edərdiniz? Hər şeyi edə bilmək, hər şey ola bilmək, həyatınızın hər anını istədiyiniz şəkildə istədiyiniz yönlərə dəyişdirmək gücünüz var. Bu yazı vasitəsilə düşüncələrinizə təkan vermək, stimullaşdırmaq, üzünüzdə təbəssüm yaratmağı, ürəyinizi ümidlə, ruhunuzu coşğu ilə doldurmağı güman edirik. Bir turist ziyarət etdiyi qəsəbənin yaşlı dülgərindən soruşur: "Bu qəsəbə nəyi ilə məşhurdur?" Yaşlı cavab verir: "Bu qəsəbə, dünyada gedə biləcəyiniz hər bir yerin başlanğıc  nöqtəsidir. Buradan başlayaraq istədiyiniz hər yerə gedə bilərsiniz". Yaşlı çox haqlı idi. Halbuki çoxumuz həyatın zənginliyinin həzzinə nail olmaq üçün başqa bir yerdə olmağımızın vacibliyini düşünürük. Öncə, bir nöqtəyə gələk, həsrətində olduğumuz şeylərə qovuşaq, ondan sonra xoşbəxtlikdən bəhs edə bilərik. İndi buradayıq. Başqa bir məkanda və ya yerdə olmağımız imkansızdır. Elə isə, verəcəyimiz qərarları "əgər" sözü idarə edir. Əgər universiteti bitirsəm, xoşbəxt olaram. Əgər sevdiyim insanla ailə qursam, xoşbəxt olaram. Əgər çox pul qazana biləcəyim bir işə qəbul olsam xoşbəxt olaram... Sonsuz sayda belə "əgər"lər mövcuddur. Bu "əgər"lər olduğumuz yerdən başlamağımızın qarşısına səddlər çəkir. Gücümüzü  və xoşbəxtliyimizi baltalayır. Hazırda başlanğıc nöqtədəsiniz. Kənardan qazanacağınızı düşündüyünüz enerji içinizdədir. Sizə düşən yalnız ondan düzgün istifadə etməkdir. Heç fillərin necə tərbiyə olunduğunu bilirsinizmi? Hələ kiçik ikən, qalın bir zəncirlə heyvanın ayağı bir dirəyə bağlanır. Əvvəl heyvan qaçmağa çalışır, amma nə qədər cəhd göstərsə də, nə zənciri qopara bilir, nə də dirəyi yerindən tərpədə bilir. Fil balası ayağında zəncirlə böyüyür və qaça bilməyəcəyini qəbul edir. Azadlıq anlayışını itirir. Budur, bu nöqtədə ayağındakı zəncir qırılır və yerinə qoyulan incə bir halatla bir neçə santimetrə qədər taxtadan bir çubuğa bağlanır. Fil, bu şərtlərdə asanlıqla qaça biləcək səviyyədə olmasına baxmayaraq olduğu yerdə qalır. Çünki, hələ varlığını düşündüyü zənciri əsla qıra bilməyəcəyinə inanır. Çoxumuzun həyatı da uşaqlıq düşüncələrimiz, hiss və inamlarımızın qalıqlarının əsarətində davam edir. Bacarıqlarınız, istedadınız var və istifadə olunmağı gözləyir. Əgər edə biləcəklərinizin hamısını edə bildiyinizi görsəydiniz çox təəccüblənərdiniz. "Edə bilmərəm" deyib edə biləcəklərinizə mane olmayın. Tək bir insan belə etmək istədiyinizi bacarıbsa, eyni güc sizdə də var. Nə qədər sürətli edə biləcəyinizi bilmək istəyirsinizsə, olimpiadalarda ən sürətlə qaçan insanı gözləyin, küçədə gəzən insanı deyil. Olimpia çempionu da bu uğuru qazanmaq üçün uzun müddət  əzələlərini, bədənini, düşüncələrini hərəkətə gətirib. Və yarışdan əvvəl məşqçisi ruhlandırıcı sözlər söyləyib, elədirmi? Minlərcə tonu qaldıra biləcəyi halda, gücünü bilmədiyi üçün taxta çubuğun əsarətində yaşayan fil kimi özünüzü içərisinə saldığınız çərçivələrin fərqinə varın. Gücünüzün və bacarığınızın fərqində olduğunuzda, özünüzə olan inamınız da artacaq. Hər şey olub bitdikdən sonra, "bunu mən də bacara bilərdim" deməyin. Halbuki, əvvəllər "edə bilmərəm" deyirdiniz. Sonra "bəlkə bacara bilərəm" deməyə başladınız. "Bir sınayım" nöqtəsinə gəldikdə, artıq bir nəfər etmişdi. Çünki, bacaran bir şəxs, əvvəlcədən görə biləcəyinə inanırdı. Uğurlu insan yaradıcı və məhsuldardır. Bir şeyi ancaq "görərək" edərsinizsə, edə biləcəyinizi düşünmək kifayət etməz. Uğurlu insan uğurun bir gündə əldə olunmayacağını bilir. Addım-addım hədəfə yaxınlaşır və hədəfin arxasınca gedir. Sizi ola biləcəyinizin ən yaxşısı olmaqdan, istədiklərinizə sahib olmaqdan və edə biləcəklərinizdən ayıran nədir? Tənbəllikmi? Riskə getmək qorxusumu? Uğursuzluq yoxsa uğur qorxusumu? Bu gün hər şeyə mane olan da əslində bu qorxulardır. Cəsarətli olun! "Sabah hər şeyi yenidən başlayacam" deməyin. Unutmayın sabah artıq çox gec ola bilər!     Mənbə Marketinq jurnalı Həmçinin bax: Zəngin olmağın yolları
['optimizm', 'ilk addımlar', 'uğur psixologiyası', 'uğur qazanmaq']
6,885
https://kayzen.az/blog/dahil%C9%99r-maraql%C4%B1/317/albert-eyn%C5%9Fteynin-h%C9%99yat%C4%B1ndan-maraql%C4%B1.html
Albert Eynşteynin həyatından maraqlı
Aynur
Böyük insanlar,şəxsiyyətlər
11 mart 2010, 13:11
A.Eynşteyn (1879-1955) çox sakit böyümüş, danışmayan uşaq olub, həmişə səs-küydən qaçmışdır. Dahi Eynşteyn uşaqlıqda riyaziyyat və fizikadan geri qalırdı. Dayısı Yakob onu sakitləşdirərək dekyirdi: «Heç nə olmaz, Albert, hamı professor ola bilməz ki… sən də gələcəkdə bir sənət sahibi olarsan.» Eynşteyn bütün dünyada ən populyar fizik və alim olmuşdur. İsrail dövləti hətta onu ölkənin prezidenti olmağa dəvət etmişdi, lakin böyük alim bu təklifi qəbul etməmişdi. Buna oxşar hadisə XVII əsrdə olmuşdur. 1654-1658-ci illərdə İngiltərənin vahid prefektoru olsa da Oliver Kromvel dönə-dönə edilən təklifləri rədd edib kral olmaqdan imtina etmişdir.Corc Vaşinqton da (1732-1799) ikinci prezidentlik səlahiyyəti başa çatdıqdan sonra konqres ondan konstitusiyaya əlavə etməklə üçüncü dəfə prezident olmasını xahiş etsə də o bu təklifi rədd etmişdi. Məşhur professor Eynşteyn (1879-1955) İngiltərənin Mançester universitetində fizikaya aid mühazirə oxuduğu vaxt, yazı taxtasına bir formul yazmış və mühazirəni davam etdirmişdir. Bir daha taxtaya tərəf döndükdə onu yerində görməmişdir. Məlum olmuşdur ki, tələbələr Eynşteyndən yadigar qalsın deyə, yazı taxtasını götürüb, yerinə başqasını qoymuşlar. Sonra həmin taxtada Eynşteyn tabaşirlə yazdığı xəttinin üzərinə lak çəkilmiş və həmişəlik qalması üçün tədbir görülmüşdür. 1933-cü ildə Eynşteyn Avropadan Amerikaya gələrkən Belçikada qaldı. Belçika kraliçası onun həyatını qorumaq tədbirlərini gördü. O, bağlı karetdə İngiltərəyə, oradan da Amerikaya getdi. 20-ci illərdə Eynşteynə o qədər məktub gəlirdi ki, qulluqçu bu məktubları iri bir səbətdə gətirirdi. Məktublar müxtəlif dillərdə və məsələlərə aid yazılırdı. Buna isə poçtalyon əsəbiləşirdi və yeni korrespondensiyanı onun üstünə tullayardı. Eynşteyn isə poçtalyonu özünün qəddar düşməni adlandırır və hesab edirdi ki, o bu qulluqçudan canını qurtara bilməyəcəkdir. Məktubların çoxuna arvadı Elza cavab verərdi, Eynşteynin bu məktublara cavab yazmağa vaxtı olmazdı. Eynşteynin tədqiqat apardığı, amma sona çatdıra bilmədiyi zəif elektromaqnit qüvvələrin birləşmiş sahə nəzəriyyəsinə görə prof. Əbdülsəlim (1926-1979) Nobel mükafatını almışdır. A.Eynşteyn demişdir ki, təcrübə ilə təsdiq edilən hadisələrin məntiqi riyazi dəlillərlə sübuta yetirilməsi üçün əsas tapmaq ancaq Nyutona müyəssər olmuşdur. Eynşteyn demişdir: «Hamı bilir ki, bu şey ola bilməz, lakin «Bu şeyin ola bilməzliyini» bilməyən bir nəfər tapılır və o da həmin şeyi kəşf edir.» Eynşteyn demişdir: «Əgər cavan və sağlam bır yırtıcı heyvana qamçı gücünə hər gün həddindən artıq ət versən, tədricən o, yeməkdən tamamilə iyrənəcəkdir.» Bir dəfə Eynşteyn məşhur Avstriya fiziki Feliks Eranqaftın evində qonaq qalır. Feliksin arvadı — Avstriyada qadın təhsilinin təşkilatçısı — Eynşteyndən xahiş edir ki, mühazirəyə gedəndə bir qədər geyiminə fikir versin. Bu məqsədlə qadın ona bir təzə şalvar verir ki, onu dərzidə ütülətdirsin və geyinsin. Lakin Eynşteyn mühazirəyə həmin ütülənməmiş şalvarda gedir. Bir dəfə Eynşteyn Praqada «Uraniya» cəmiyyəti zalında mühazirə oxumaq əvəzinə konsert verir. O, skripkada Motsartın sonatasını çalır. Bir dəfə Eynşteynə sual verirlər ki, «Necə oldu ki, siz Nisbilik Nəzəriyyəsini kəşf edə bildiniz? Cavabında Eynşteyn deyir; — Bunu bilmək üçün gəlin ümumiyyətcə araşdıraq görək, kəşf nədir, onu necə edirlər. Bax, təsəvvür edin ki, elm min-min il ərzində inkişaf edib və öz qanunları ilə müəyyənləşdirib ki, nəyi etmək olar, nəyi yox. Elmi dərindən bilən adamlar da, onun qadağan etdiyi şeyləri etmirlər, çünki bilirlər ki, bu filan-filan qanunlarla ziddir. Birdən bir dəlisov peyda olur və bilmir ki, nəyi etmək olar, nəyisə yox. Xəbərsizliyin ə görə də, əvvəl qadağan hesab olunan şeyləri edir və nə isə yeni bir kəşf alınır. Nəticədə hamı görür ki, sən demə, belə də etmək olarmış. Eynşteyn 1955-ci il aprelin 17-də qarlı havada anevrizmdən ölmüşdür. Öz arzusuna görə cəsədi yandırılır və külü havaya səpilir. Eynşteyn vaxt alan iclaslardan və dəvətlərdən zəhləsi gedərdi. Eynşteyn yazmaqdan və oxumaqdan çox, fikirləşirdi. Eynşteyn Sahənin Vahid Nəzəriyyəsini tapmaq üçün ömrünün 30 ilindən artıq bir hissəsini sərf etmiş, lakin heç bir nəticə almamışdır. Bir dəfə ondan bu barədə soruşanda belə cavab vermişdir: — Hər halda indi doğru olmayan on min üsul bilirəm. Eynşteyn skripkada və pianoda çalmağı çox sevərdi. O, 14 yaşında evdə konsert verərdi. Musiqi aləmində onun çox sevdiyi Motsart, elmdə isə həndəsə olmuşdur. Eynşteyn bir dəfə yoldaşları ilə restoranda oturarkən başqalarının cingiltisi, musiqi səsləri, danışıqlar onu fikirli vəziyyətdən çıxarır. O, sakitcə yerindən durub skripka çalana yaxınlaşır və ondan skripkanı alıb özü çalır. Xeyli sonra üzr istəyərək skripkanı sahibinə qaytarır. Eynşteyn hesab edirdi ki, «fiziki nəzəriyyə elə olmalıdır ki, hər cür hesablamalarla yanaşı, uşaqların başa düşəcəyi tərzdə onun şəklini çəkib izah etmək mümkün olsun.» Eynşteynin səliqəsinə qarşı əcaib başısoyuqluğu vardı. Adəti üzrə o, həmişə görkəmini tamam itirmiş bir dəri kurtka geyərdi, saçlarını vurdurmazdı, corab geyməzdi, qalstuk bağlamazdı, şalvara toqqa taxmazdı. Priston institutunun dosenti İnfeld hesab edirdi ki, Eynşteyn özünə qulluq işlərini tam başlı-başına buraxan adamdır. O deyirdi ki,Eynşteynə görə, insana yalnız ayaqqabı, şalvar, köynək, pencək, lazımdır. İnsan kiçik şeylərdə çox vaxt sərf edir. Eynşteynin həyat tərzi və həyatı çox sadə idi. Laboratoriyası və alətləri yox idi. Onun otağında Nyutonun şəkli və kiçik bir teleskop qoyulmuşdu. Bir dəfə yoldaşları ondan bu teleskopun nəyə lazım olduğunu və onun alətlərinin nədən ibarət olduğunu xəbər alırlar. O, cavabında:  «Teleskop baqqalındır, mən onu oyuncaq kimi saxlayıram, alətlərə gəldikdə isə sadəcə olaraq avtoqələmdən ibarətdir» — deyir. İkinci Dünya Müharibəsinin başa çatmasından sonra Eynşteynə sual verirlər ki, «Siz Üçüncü Dünya Müharibəsini necə təsəvvür edirsiniz». Eynşteyn cavabında bildirir: — Üçüncü yox, dördüncü barədə deyə bilərəm ki, o, ox-yayla aparılacaq. Nəzərdə tutaraq ki, artıq Üçüncü Dünya Müharibəsi Yer üzündə sivilizasiyanı tam şəkildə məhv edəcək. Məlum olduğu kimi Eynşteynin Nisbilik Nəzəriyyəsinin əsasında duran ən fundamental prinsip işıq sürətinin sabitliyi prinsipidir. Mühazirələrindən birində Eynşteyn dönə-dönə bu prinsipə istinad edərək Nisbilik Nəzəriyyəsini izah edir, hesablamalarında qiymətini göstərmədən dəfələrlə bu sürətin ədədi ifadəsindən istifadə edir. Mühazirənin sonunda dinləyicilərdən biri qalxıb sual verir ki, cənab Eynşteyn siz bayaqdan bəri işıq sürətindən, onun bu nəzəriyyənin əsasında durmasından bəhs edirsiniz. Amma onun qiymətini göstərmirsiniz. Xahiş edirəm deyin, bu sürət nə qədərdir? Cavabında Eynşteyn deyir; — O şeyləri ki, mən istənilən məlumat kitabçasından axtarıb tapa bilərəm, elə şeyləri əziyyət çəkib yaddaşımda saxlamıram. Nasist partiyası siyahısında ölümə məhkum olunanlar arasında bir nömrəli adam Eynşteyn idi. Hətta Hitler düşmənlərinin fotoşəkilləri xüsusi albomlarda saxlanılırdı. Bu şəkillərin içərisində Eynşteynin şəkli də vardı. Şəkildə yazılmışdı: « Hələ asılmayıb.» Nisbilik Nəzəriyyəsi artıq məşhurlaşıb, bütün dünyanı fəth etdiyi vaxtlardan birində Eynşteyndən xahiş edirlər ki, bu nəzəriyyənin mahiyyətini nisbətən sadə dillə onlara başa salsın.Eynşteyn cavabında deyir: — Riyaziyyatçılar ona baş qoşandan bəri, mən özüm də ondan bir şey anlamıram. Bir dəfə observatriyanın (rəsədxananın) müdiri nəhəng teleskopları göstərərək, fəxrlə öz işlərindən danışır. Yekunda Eynşteynin həyat yoldaşı rəsədxana rəhbərindən soruşur ki, «Bağışlayın, bütün bunlar maraqlıdır. Ancaq ki, mən bir şeyi başa düşmədim ki, bu qədər hamısı göyə tuşlanmış nəhəng qurğular, teleskoplar nəyə lazımdır? Observatoriyanın rəhbəri cavabında bildirir ki, «Necə yəni nəyə? Əlbəttə ki, göydəki ulduzların hərəkət qanunauyğunluqlarını izləyib öyrənmək üçün». Eynşteynin arvadı cavabında deyir: — Maraqlıdır, sizin bu qədər nəhəng qurğular, teleskoplar vasitəsilə axtarıb tapdıqlarınızı, mənim ərim köhnə bir konvertin arxasında cızma-qara etməklə tapır. Mənbə İlyas Həsənov,Ellada Həziyevanın Əslində onlar kimdir? kitabından Eynşteynin dahiliyinin mümkün səbəbləri tapılmışdır Albert Eynşteynin beyninin şəklinin tədqiqatı fizikin çox böyük qabiliyyətini izah edə bilən qeyri-adi anatomik xarakteristikasını üzə çıxarmışdır. İşin şərhilə bağlı olan məqalə Frontiers in Evolutionary Neuroscience jurnalında çapa hazırlanır. Science NOW portalı isə onun əsas xülasələrini verir. 1955-ci ildə Eynşteynin ölümündən sonra patoloji anatom Tomas Harvey tərəfindən onun beyni kəllə sümüyündən çıxarılmışdır. O, mikroskopik tədqiqatlar üçün yararlı olan 240 beyin kəsintisi aparmışdır. Keçən illər ərzində bir neçə mütəxəssis qrupu bu kəsintiləri tədqiq etsə də, heç bir mühüm nəticə əldə olunmamışdır. Böyük fizikin beyininin ən qeyri-adi səciyyəsi onun kütləsi, yəni 1230 qr çəkisi hesab olunmuşdur. Bu isə normanın ən aşağı həddinə yaxındır. Hal-hazırda Eynşteynin beyin nümunəsi saxlanılmamış, lakin onun şəkilləri qalmışdır. Yeni tədqiqatın müəllifi Florida ştatı Universitetindən olan xanım antropoloq Din Falk şəkilləri analiz etmiş və onları tədqiq edən zaman aldığı nəticələri «adi» adamların beyininin xarakteristikası ilə tutuşdurmuşdur. Falk bu nəticəyə gəlmişdir ki, Eynşteynin beyninin əmgək hissəsi orta statistik ölçüdən kifayət qədər yüksəkdir (bu, əvvəlki işlərin birində də müşahidə edilmişdir). Bundan başqa, Falk müəyyən etmişdir ki, fizikdə sol əlin hərəkətinə nəzarət edən beynin fizioloji qabığının müəyyən strukturları daha çox inkişaf etmişdir. Bunu adətən musiqi istedadı ilə əlaqəlndirirlər (Eynşteyn uşaqlıqda skripkada ifa etmişdir). Falk tərəfindən üzə çıxardılmış üçüncü səciyyəvi cəhət beyin yarımkürələrinin gicgah nahiyəsindəki qırışıqların qeyri-adi şəkildə olmasıdır.
['Eynşteyn', 'dahi', 'görkəmli fizik', 'Albert Eynşteyn', 'məşhur fiziklər', 'dahi insan', 'dahi insanlar']
6,886
https://kayzen.az/blog/cqk/291/nhn-haqda-yenilikl%C9%99r.html
NHN haqda yeniliklər
2ral
Nə? Harada? Nə zaman? (ЧГК)
10 mart 2010, 00:53
Kommunistlər kimi desək, Yoldaş Wizard-ın təklifi ilə həyata keçirilən Nə?Harada?Nə vaxt? formatı ilə keçirilən Sakura-7 mart turnirinin sevinclə qarşılanmasından sonra qərara gəldik ki,bu məsələyə diqqəti artıraq. Çünki, bu kayzen ideologiyasının tərkib hissəsi olan daha ağıllı olmaq amalı ilə səsləşir. Ona görə də aşağıdakıları qərara aldıq:1. Mükafat kimi pul məbləği getdikcə artırılsın.2. Ekspertlər şurasının tərkibi tam müəyyənləşsin.3. Ən əsas məsələ. suallara cavab verilməsi üçün daha rahat və operativ metod yaradılsın. Bu məqsədlə yaxın 2-3 həftə ərzində lazımi modullar quraşdırılacaq:) Hətta saytımızın bir üzvü bunun üçün kömək etmək iqtidarında olduğunu bildirdi.4. Sakura intellektual klubunun kodeksi yenidən və müfəssəl tərtib olunsun. 5. Sakura intellektual klubunun (eyni zamanda kayzen.az saytının digər maarifləndirici fəaliyyətlərinin) tanıdılması üçün təkliflər planı hazırlansın və həyata keçirilsin.Yarışın texniki tərəfinin mükəmməl olmasına çalışılacaq. Artıq istifadəçilərin arasında yalnız ilk dəfə düzgün cavab qalib sayılmayacaq. Yarışın keçirilməsinin texniki özəllikləri sirr olaraq saxlanılır. Yaxın müddətdə bu barədə anons veriləcək.Təşkilati məsələlər üzrə sualları və maraqlı təklifləri olanlar bu postda öz fikirlərini bildirsin.
['CQK']
6,887
https://kayzen.az/blog/cqk/296/sakura-8-mart-turniri.html
Sakura 8 mart turniri
2ral
Nə? Harada? Nə zaman? (ЧГК)
8 mart 2010, 19:01
1.Bir dəfə alman filosofu Kanta sual verirlər ki, onun fikrincə hansı qadınlar ərlərinə daha sadiq olurlar: "Qara saçlı qadınlar ya sarı saçlı?" Kant fikirləşmədən cavab verir: .......2.Seçki kompaniyasının gedişində respublikaçılar partiyasının namizədi Teodor Ruzvelt kiçik şəhərləri gəzərək alovlu nitqlərlə çıxış edirmiş. Şəhərciklərin birində bir dəqiqədən bir- "Mən demokratam!" bağırıb onun əsəblərinə toxunan adamdan soruşur:-Deyə bilərsinizmi ki, siz nə üçün demokratsınız?-Çünki babam mənim demokrat olub, atam demokrat olub, indi də mən özüm demokratam.-Yaxşı... əgər sizin babanız eşşək olsaydı, atanız da eşşək olsaydı, o vaxt siz nə olardınız?Ruzveltin opponenti də söz altında qalmayıb Ruzvelti nəyi var sındırır. O nə cavab verir?3.İdman gimnastikası üzrə yarışlarda heç idmançılara və onların hərəkətlərinə baxmadan belə yarışda qadınların yaxud kişilərin çıxış etdiyini bilmək olar. Necə? 4.Həddindən artıq kök olan bir nəfər Bernard Şounun arıqlığına işarə ilə: "Sizə baxanda adama ələ gəlir ki, Ingiltərə aclıq çəkir," - deyir. Şou özünəməxsus tərzdə onun cavabını verir. O,nə cavab verir? 5.Üç il bundan əvvəl Murmanskda yaşayan böyük qardaşımgilə qonaq getmişdim. Onun doğulandan elə orada qalmış 5 yaşlı balaca uşağı vardı,gələndən sonra ona Azərbaycanın adət-ənənələrini və s. öyrədirdim. Hər gecə ona Azərbaycan nağıllarını deyirdim. Bir dəfə ona Cırtdanın nağılını danışırdım. Divin xəlbirdə su gətirməsi prosesini deyəndə o, bildirdi ki,div axmaq olub,suyu evə gətirmək elə də çətin deyil. Nəyə görə sualını verəndə isə o elə bir cavab verdi ki,özüm də təəccübləndim. Əlavə heç bir alətdən və s. istifadə etmədən su gətirmək necə mümkündür?6.Microsoft kompaniyasının tarixi muzeyində bir eksponat var. Orada bir telefon var qeyd edilib ki, telefonun dəstəyini qaldırmaqla ən vacib şəxsin danışığını eşitmək olar. Sizcə şirkət əməkdaşlarının fikrincə firmada ən vacib şəxs kimdir? Telefonda nə səsi eşitmək olar?7.ABŞ-da çox yüksək kvalifikasiyalı və yüksək maaşlı peşələrdən biri çox qəribə jarqon ada malikdir: Prefessional əbləhlər(idioti).Bu şəxslər nə ilə məşğul olurlar?8. `Bazar gününün övladları`. Fransada oliqofreniya xəstələrini belə adlandırırlar! Səbəb?9. Bildiyimiz kimi Motsart ümumi qəbirstanliqda dəfn olunub.Niyə? 10. Nəyə görə xanımlarda düymə solda kişilərdə isə sağ tərəfdədi?
['sakura turniri', 'cqk']
6,888
https://kayzen.az/blog/ingilis-dili/176/%C5%9F%C9%99xs-%C9%99v%C9%99zlikl%C9%99ri.html
Şəxs əvəzlikləri
2ral
İngilis dilinin qrammatikası
8 mart 2010, 10:03
PERSONAL PRONOUNS Müаsir ingilis dilindә mövcud оlаn şәхs әvәzliklәrini kоntеkst vә situаsiyа bахımındаn üç qrupа bölmәk оlаr: 1) kоnkrеt şәхs bildirәn әvәzliklәr; I, you, he, she, it, we, you, they; 2) qеyri-müәyyәn şәхs bildnrәn әvәzliklәr: you, we, they, one; 3) şәхs bildirmәyәn әvәzlik: it. Müаsir ingilis dilindә I, she, he vә we әvәzliklәrinin оbyеkt hаl fоrmаsı supplеtiv yоllа, yəni bаşqа kökdәn оlаn sözlә düzәldilir. Müqаyisә еdin: I — me, he — him, she — her, we — us. İngilis dili şәхs әvәzliklәri üçüncü şәхs tәkdә cinsә görә dә fәrqlәnir: kişi cinsindә he, qаdın cinsindә she, оrtа cinsdә isә it işlәnir, bаşqа sözlә, he kişi cinsi bildirәn isimlәrin, she qаdın cinsi bildirәn isiılәrin, it isә оrtа cinsi bildirәn sözlәrin, yəni cаnsız әşyаlаrı bildirәn isimlәrin әvәzinә işlәnir, mәsәlәn: My brother is ten years old. He is a schoolboy. His sister is twelve years old. This is my book. It is very interesting. Qеyd еtmәk lаzımdır ki, ingilis dilindә üçüncü şәхs tәkdә işlәnәn hәmin әvәzliklәrin hаmısı (he, she, it) Аzәrbaycаn dilinә еyni оlаrаq üçüncü şәхs tәk әvәzliyi оlаn о əvәzliyi ilә tәrcümә еdilir. Müqаyisә еdin: He is a worker — O, fәhlәdir. She is a doctor — O, hәkimdir. İt is a table — O, stоldur. Ikinci qrupа dахil оlаn, qеyri-müәyyәn şәхs bildirәn әvәzliklәrin әksәriyyәti (you, we, they) оmоnim sözlәrdir, yəni оnlаr fоrmаcа birinci qrup, kоnkrеt şәхs bildirәn әvәzliklәrdәn fәrqlәnmir. Lаkin bildirdiklәri şәхsin rеаllığı bахımındаn оnlаr birinci qrupа dахil оlаn şәхs әvәzliklәrindәn fәrqlәnir, mәsәlәn: The workers have come, they want to begin their work cümlәsindәki they әvәzliyi ilә, They say he is a kind man cümlәsindәki they әvәzliyini müqаyisә еtsәk, аydın оlаr ki, birinci hаldа they әvәzliyi kоnkrеt şəхs (fәhlәlәr) bildirdiyi hаldа, ikinci cümlәdәki they әvәzliyi ümumiyyәtlә, şәхs bildirir. Оnun kоnkrеt şəxs bildirmәsindәn dаnışmаq mümkün dеyil. Еyni sözü аşаğıdа vеrilmiş cümlәlәrdә işlәnmiş you, we vә they әvәzliklәri hаqqındа dа dеmәk mümkündür: We are fighting for peace. "Heron was his name, a Professor, so they tell him. (Galsworthy.) "Padre, you know I trust you. But there are some things you can't talk about to anyone (Voynich.) They say a woman always remembers her first lover with affection; ... (Maugham.) One әvәzliyi isә one sаyı ilә оmоnimdir. Lаkin о bəzәn cümlədә mübtәdа rоlundа işlәnәrәk qеyri-müәyyәn şәхs bildirir. Bеlә hаldа оnа qеyri-müәyyәn şәхs bildirәn şәхs әvәzliyi dеmәk оlаr, mәsәlәn: One must keep one's promise. One mənacа everybody, every one әvәzliklәrinә çох yахındır. Bu әvәzliklәrdәn hәr biri оnun әvәzindә işlәnә bilәr. Bunа görә dә tәsаdüfi dеyil ki, one әvәzliyi dә, everybody, everyone әvәzliklәri kimi, dilimizә әksәrәn hәr (bir) kәs qеyri-müәyyәn әvәzliyi ilә tәrcümә еdilir, mәsәlәn: One must do one's duty — hәr (bir) kәs öz vәzifәsini yеrinә yеtirmәlidir. One must keep one's promise — Hәr (bir) kәs öz vədinә әmәl еtmәlidir. One әvәzliyi yiyәlik hаl fоrmаsındа dа işlәnir vә cümlәdә təyin оlur, mәsәlәn: Nothing clears one's ideas so much as explaining them. (Wilde.) When one loves one's Art no service seems too hard. (O. Henry.) One әvәzliyi ümumi hаldа cümlәdә sifәti әvәzlik kimi nşlәnә bilmir. Bunа оnun sаylа оmоnim оlmаsı imkаn vеrmir. One hәr hаnsı bir ismin qаrşısındа ümumi hаldа işlәndikdә sаy mənаsı ifаdә еdir. Bеlәliklә, one әvәzliyi umumi hаldа аncаq ismi әvәzlik kimi işlәnir vә cümlәdә mübtәdа оlur, mәsәlәn: The tragedy of old age is not that one is old, but that one is young. (Wilde.) I have bought a book. It is very interesting cümlәsindә işlәnmiş it әvәzliyi ilә It is hot cümlәsindә işlәnәn it әvәzliyi аrаsındа ciddi fәrq vаr: birinci hаldа it әvәzliyi kоnkrеt әşyаnı әvәz еdәrәk müәyyәn şәхs (üçüncü şәхs tәk) bildirir, ikinci hаldа isә о hеç bir әşyаnı әvәz еtmir vә kоnkrеt şәхs bildirmir. hәmin хüsusiyyәti nәzәrә аlаrаq ingilis dilindә оmоnim söz kimi işlәnәn iki it әvәzliyinin оlduğunu dеmәk lаzım gəlir; birinci hаldа it әvәzliyini müәyyәn şәхs bildirәn şәхs әvәzliyi, ikinci hаldа isә şәхs bildirmәdәn işlәnәn fоrmаl şәхs әvәzliyi аdlаndırmаq оlаr. Bu hаldа It әvәzliyi cümlәdә аdәtәn mübtәdа rоlundа çıхış еdir. It әvәzliyinin fоrmаl şәхs әvәzliyi kimi işlәndiyi cümlәlәrә şәхssiz cümlәlәr dеyilir. Bu hаldа it әvәzliyi Аzәrbаycаn dilinә tәrcümә еdilmir, mәsәlәn: It is morning — Sәhәrdir. It is hot — Istidir. It is late — Gеcdir. Müəllif: Oruc Musayev Mənbə: İngilis dilinin qrammatikası kitabı
['əvəzlik', 'şəxs əvəzliyi', 'pronouns']
6,889
https://kayzen.az/blog/masonluq/286/masonlu%C4%9Fun-t%C9%99kam%C3%BCl%C3%BC.html
Masonluğun təkamülü
papatürk
Masonluq,onun tarixi
7 mart 2010, 11:13
Tarixi mənbəyə əsasən həqiqətdə ilk mason lojası 1215-ci ildə Şotlandiyanın Maqdeburq şəhərində yaradılıb. İlk mason ordeni isə 1376-cı ildə Londonda meydana gəlib. Ona görə də İngiltərə masonluğun beşiyi adlandırılır. Müasir masonluq isə öz əsasını 1717-ci ildə İngiltərədə fəaliyyət göstərən dörd lojanın birləşib, İngiltərə "Böyük Şərq" lojasının yaradılmasından götürüb. 1717-ci ildə yaradılmış "Böyük Şərq" lojasının təsiri altında vaxt axarı boyu Avropada, şimali və Cənubi Amerikada, digər ölkələrdə yeni-yeni mason lojaları yaradılıb. Ümumdünya ensiklopediyasının məlumatına əsasən dünya üzrə masonların sayı 30 milyona qədərdir. Təkcə Amerikada 5 milyona qədər mason fəaliyyət göstərir. 1717-ci ildə Londonda 4 lojanın birləşib "Böyük Şərq" lojası yaradandan sonra ümumi konstitusiyaya ehtiyac yarandı. İlk olaraq 1722-ci ildə Şotland keşişi Ceyms Anderson mason konstitusiyasını yazdı. Ümumi mason konstitusiyası bütün mason lojalarının vahid halda idarə edilməsinə imkan yaratdı. Konstitusiyada aşağıdakı bölmələr öz əksini tapır: Allah və din, hakimiyyət haqqında, lojalar haqqında, us­ta, usta köməkçisi və şagird haqqında, lojada və lojadankənar əxlaq haqqında, kənar adamlar arasında masonluq davranışı haqqında, masonun evdə və qonşularla davranışı haqqında və s. Həmin konstitusiya 1734-cü ildə böyük usta Benjamin Franklin tərəfindən tipoqrafik üsulla Amerikada nəşr edilir. Konstitusiyada deyilir: "Biz bənnalar universal dinə mənsubuq, biz bütün millətlərə, dinlərə, vətənlərə mənsubuq, hər hansı siyasətin əleyhinəyik". Daha sonra deyilir: "Mason sülhsevərdir və qanunu hakimiyyətə tabedir. Mason heç vaxt öz xalqının və vətəninin əmin-amanlığı və firavanlığı əleyhinə sui-qəsddə iştirak etməz". 1782-ci ildə Vilhelmsbadda hersoq Ferdinand Braunşveyqin rəhbərliyi altında qəbul edilmiş konstitusiya Rusiya masonluğunun tarixində əsas rol oynayıb. Bu konstitusiya "Azad bənnalar nizamnaməsi" də adlanır. Konstitusiya aşağıdakı sahələri əhatə edir: Allah və din, ruhun ölməzliyi, hakimiyyətə və vətənə münasibət, insanlara münasibət, masonun özünün mənəvi tərbiyəsi, mason qardaşlara münasibət, orden qarşısında masonun vəzifəsi və s. Bu konstitusiya 1787-ci ildə Vilhelmsbadda Ümumi Konvent Şurasında təsdiq edildikdən sonra Rusiyaya mason aktları, mərasim və onların izahı, mənəvi tövsiyələr ayaq açır və Rusiya qismən müstəqil mason əyalətinə çevrilir. Buna baxmayaraq, Rusiyada masonluq həmişə Avropa mason lojalarının filialı kimi fəaliyyət göstərib, onların təlimat və göstərişlərini yerinə yetirib. Hətta qısa müddətdə müstəqil fəaliyyət göstərdikləri zaman rus masonlarının daxili həyatına xarici mərkəzdən nəzarət edilirdi. Bütün bunları sübut etmək üçün rus masonlarının xarici mason rəhbərləri ilə məktublaşmasına nəzər yetirmək kifayətdir. Xaricdən rus masonlarına məlumatlar, dövri məktublar, göstərişlər mütəmadi daxil olurdu. Xarici mason rəhbərlərinin hörməti rus masonları üçün qanuni hökumətdən üstün idi. Masonluq haqqında zəngin tarixi mənbələrdən biri də Polşa tarixçisi Lüdviq Xasın "Orta Şərqi Avropada masonluq" adlı üç cildlik monoqrafiyasıdır. Əsər XVIII əsrin əvvəlindən ikinci dünya müharibəsinədək olan dövrü əhatə edir. Monoqrafiyada masonluq haqqında ətraflı məlumat verilməklə yanaşı, onun fəaliyyətinin ziddiyyətli tərəfi də açıqlanır. Ümumiyyətlə, masonluğun tarixini, fəaliyyətini araşdıran tarixçi və tədqiqatçılar masonluğun mahiyyətini insanlıq üçün zərərli sayır, sübut edirlər ki, tarix boyu baş verən bütün qarşıdurmalarda, islahat və inqilablarda onların əli var. Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı L.Qonsales-Mata 1979-cu ildə yazdığı "Dünyanın həqiqi hakimləri" kitabında dünyanın gizli hakimiyyətinə daxil olan masonların siyahısını dərc edib. Siyahıda əsas yerləri Amerikanın yüksək rütbəli masonları tutur. Tərtib edilmiş siyahıda MKİ-nın 1953-1961-ci illərdə direktoru olmuş A.Dalles, Cozef Retinger - Bilderberq klubunun baş katibi, Uilyam Donovan - MKİ-nin direktoru, Man­lio Brozyo - NATO-nun baş katibi, Liço Celli - İtaliya P-2 lojasının rəhbəri, Jak Attali - Avropa yenidənqurma və inkişaf bankının prezidenti, Amerikanın prezidentləri - H.Trumen, R.Nikson, C.Ford, R.Reyqan, C.Buş, D.Rokfeller, Üçtərəfli Komissiyanın rəhbəri, H.Kissincer - Amerikanın keçmiş dövlət katibi, "Bnay-Brit" lojasının rəhbəri və s. tuturlar. Bu siyahını Amerika, Avropa və s. ölkələrin rəhbər kadrları, siyasətçilər, bankirlər, yüksək rütbəli hərbçilər hesabına daha da uzatmaq olar. Onu da qeyd etmək lazımdır ki, Amerikanın əsasını qoyanlar, müstəqillik aktına imza atanlar Amerikada masonluğun əsasın qoyublar. Bunlardan C.Vaşinqton haqqında aşağıda ayrıca məlumat verilib. Bu gün çoxları fikirləşir ki, masonluq tarixdə qalıb, fəaliyyəti hiss olunmur və rəmzi xarakter daşıyır. Bu ideyanı masonlar özləri yayırdılar ki, cəmiyyəti çaşdırsınlar və yanlış yola yönəltsinlər. Masonluq yüz illərlə fəaliyyət göstərib, bu gün də göstərir. Lakin əvvəlki masonluqdan fərqli olaraq, siyasiləşib, taktika və iş metodu dəyişilib. Müasir masonluq qədim masonluqdan da böyük təsir gücünə malikdir və dünyanı idarə etmək istiqamətində məqsədyönlü iş aparır. Müəllif Sultan Məmmədov Mənbə Masonluq:Dünyanı idarə edən qüvvə
['mason lojaları', 'masonluğun tarixi', 'masonluq']
6,890
https://kayzen.az/blog/masonluq/285/masonluq-v%C9%99-onun-tarixi-%C9%99h%C9%99miyy%C9%99ti.html
Masonluq və onun tarixi əhəmiyyəti
papatürk
Masonluq,onun tarixi
7 mart 2010, 09:42
"Bütün dövrlərdə, başqa vaxta nisbətən dünyanı indi daha çox gizli təşkilatlar idarə edir. Siyasətdə təsadüfən heç nə baş vermir. Əgər nəsə baş verirsə, deməli, belə nəzərdə tutulub". Franklin Delano Ruzvelt, sabiq ABŞ prezidenti Masonluq ən böyük və məxfi fəaliyyət göstərən, özünün əmlakı, çox milyardlıq büdcəsi olan beynəlxalq təşkilatdır. Böyük Britaniya Ensiklopediyası masonluğa belə tərif verir: "Masonluq - nəhəng ümumdünya təşkilatı olan qardaşlıq cəmiyyətinin nəzəriyyə və praktikasıdır". Masonluq bütün dövrlərdə cəmiyyəti və dünyanı dəyişmək və bütün dünyanı bir respublika kimi, bir qanun, bir hakimiyyətlə idarə  etmək uğrunda səbirlə, təmkinlə və məqsədyönlü iş aparan beynəlxalq, gizli təşkilatdır. Masonluq bədəninin yarısı yerin altında, yarısı çöldə  olan Sfinksi xatırladır. Ona görə, masonluğun mahiyyətini axıradək dərk etmək mümkün deyil. Heç masonların özləri də masonluğun mahiyyətini axıradək dərk edə bilmirlər. Son illərdə masonluq haqqında mətbuatda, televiziyada, internetdə və s. kütləvi informasiya vasitələrində çoxlu materiallar dərc edilir. İndiyədək masonluqla bağlı əlli mindən çox kitab yazılmasına baxmayaraq, onun mahiyyəti və cəmiyyətdəki rolu tam aydınlaşdırılmayıb. Masonların əməli o qədər məxfidir və elə böyük təsir gücünə malikdir ki, onu aysberqlə (suda üzən buz) müqayisə edirlər. Suyun üstündə olan hissəsi görünür, bəllidir, suyun altında olan hissəsi isə görünmür, qaranlıqdır. Aysberqin suyun altında olan hissəsi suyun üstündə olan hissəsindən qat-qat böyükdür. Arxiv sənədlərindən bəllidir ki, müasir masonluq XVIII əsrin əvvəllərində İngiltərə və Avropada təşəkkül tapıb və qısa müddət ərzində dünyanın bir çox ölkələrinə yayılıb. Böyük Britaniya Ensiklopediyasının məlumatına əsasən hazırda Avropada 4 milyondan, Amerikada 5 milyondan çox mason fəaliyyət göstərir. Həmçinin, bəllidir ki, onlar Fransa, İngiltərə, Avstriya, Amerika və s. dövlətlərin idarə olunmasında fəal iştirak edirlər. Parisin, Romanın, Milanın və s. şəhərlərin merləri mason təşkilatında fəaliyyət göstərmişlər. O da bəllidir ki, mason mərkəzi-Ümumdünya İsrail ittifaqı Parisdə yerləşir. Bu mərkəzdən bütün sərəncam və göstərişlər dünyanın hər yerinə yayılmış mason lojalarına göndərilir. Beynəlxalq masonluq qərb ölkələrinin xüsusi xidmət orqanları ilə birlikdə keçən əsrin 70-80-ci illərində apardıqları məqsədyönlü siyasət nəticəsində Rusiyada ictimai-siyasi quruluşu dəyişdirib, siyasi hakimiyyəti öz əllərinə ala bildilər. Bu işdə onların uğurlu fəaliyyəti SSRİ-də hökumət və partiya rəhbərliyinin masonluğa cəlb edilməsi, SSRİ-də 50 mindən çox təsir agentlərinin hazırlanması, masonluğun bərpa edilməsi, Rusiya təbii sərvətlərinin talanması ilə nəticələndi. Rusiyada siyasi rəhbərliyin masonluğa cəlb edilməsi xarici qüvvələrin maraqlarına üstünlük verirdi. Bolqarıstan Kommunist Partiyasının rəhbəri G.Dimitrov vaxtilə demişdir: "İctimaiyyət tez-tez təəccüblənir ki, məşhur dövlət xadimləri tələsik və əsasız olaraq, öz mövqelərini dəyişirlər, sözdə bir şey deyir, əməldə tamamilə əksinə hərəkət edirlər. Zahiri müşahidəçilər üçün bütün bunlar məntiqsiz və anlaşılmaz görünür. Mason təşkilatlarının işi ilə tanış olanlara hər şey aydındır. Adları çəkilən dövlət xadimləri mason təşkilatının üzvü olduqları üçün müvafiq lojaların göstərişlərini, tövsiyə və tapşırıqlarını icra edirlər. Hətta belə göstərişlər rəhbərlik etdikləri ölkənin və xalqın zərərinə olsa belə yerinə yetirməyə borcludurlar. Belə ki, üzv olduqları lojanın intizamına danışıqsız əməl etməlidirlər". G.Dimitrovun bu sözlərinə keçən əsrin 90-cı illərində Rusiyada baş verən hadisələr əyani sübutdur. SSRİ rəhbərləri M.Qorbaçov, A.Yaklovlev, E.Şevardnadze, Y.Primakov, V.Medvedev, B.Yeltsin və on­larla yüksək rütbəli şəxslərin rəhbəri olduqları dövlətin maraqlarını xarici qüvvələrə satmaları şübhəsiz ki, masonluqla bağlıdır. Masonluğun tarixi haqqında müxtəlif məlumatlar mövcuddur. Tarixi mənbələrdən məlumdur ki, mason ittifaqı XVIII əsrin əvvəllərində azad bənna və ya tikinti birliyindən yaranıb. Daha doğrusu, masonluğun tarixi kökü daha erkən dövrlərə gedib çıxır. Masonluğun tarixi ətrafında çoxlu əfsanə, mif və uydurma rəvayətlər mövcuddur. Ən çox hallarda masonluğun tarixini lap qədim dövrlə əlaqələndirməyə cəhd göstərilir. Bir çox mason tədqiqatçıları - bəziləri həqiqətə uyğun, bəziləri fərziyyə və təhriflərə yol verməklə, masonluğu ən qədim cəmiyyətlərlə əlaqələndirməyə cəhd göstərirlər. Hətta masonluğun tarixini Həzrəti-Adəmə aparıb çıxaranlar da olub. Bir çoxları masonluğun yaranmasını çar Solomon (Süleyman peyğəmbər) məbədinin tikintisi ilə əlaqələndirirlər. Bir çox tədqiqatçılar masonluğun kökünü pifaqorçuluqda və xristianlıqda axtarırlar. Lakin ən çox həqiqətə uyğun gələn fərziyyə çar Solomonun məbəd tikintisi və tikintiyə rəhbərlik edən Misir kahinlərinin şagirdi Adoniram rəvayətidir. Yəqin ki, mason sözünün mənası oxucular üçün maraqlıdır. Mason - bənna (daşyonan usta) deməkdir. Rəvayətə görə, onlar öz başlanğıcını çar Solomonun məbədinin tikintisindən götürüblər. Bizə gəlib çatanlara inansaq, çar Solomon elə bir əzəmətli məbəd tikdirmək qərarına gəlir ki, həmin məbəd ilahi bilikləri və həqiqəti dərk etmək istəyənlər üçün məbədgah olsun, həm də ilahi bilikləri, həqiqəti nəsildən-nəsilə ötürə bilsin. Məbədin tikintisinə müxtəlif xalqlara mənsub olan 130 min işçi cəlb olunur. Məbəd tikintisi işinə Misir müdriklərinin şagirdi Adoniram rəhbərlik edir. Solomon kimi, ilahi bilikləri mənimsəmiş Adoniram işçiləri üç qrupa - şagird, usta köməkçisi və usta dərəcələrinə bölür və hər dərəcəyə uyğun olaraq fərqləndirici nişan, söz və qayda müəyyənləşdirir. Adoniram onları dərəcələri üzrə seçilmiş müdriklərin işi ilə və xüsusi simvollarla tanış və həmin dərəcələrə uyğun əmək haqqı təyin edir. Ona görə, qalan işçilərin bir qrupu hiylə, güc ilə Adoniramdan usta dərəcəsi almağa cəhd göstərirlər. Bir dəfə işdən sonra məbəd boş olan vaxt Adoniram görülən işə baxış keçirəndə cənub qapıdan ona sui-qəsdçi yaxınlaşır və usta dərəcəsi tələb edir. Usta dərəcəsi ala bilməyən sui-qəsdçi ona çəkiclə vurur. Adoniram şimal qapıya doğru gedir, şimal qapıda digər sui-qəsdçi ona kirkə ilə zərbə endirir. Adoniram ölümünü hiss edib, ilahi başlanğıcı və sirri ifadə edən, üzərində "İqovi" sözü olan qızıl pərgarı quyuya atır. Onda Şərq qapısından üçüncü sui-qəsdçi Adonirama hücuma keçib, onu ölümcül yaralayır. Adoniramın cəsədini gizlətmək üçün onu torpağa basdırıb, yerini zeytun budağı ilə nişanlayırlar. Solomon Adoniramın ölüm xəbərini eşidəndə çox qəmgin olur və tap­şırır ki, onu tapsınlar. Axtarışdan sonra cəsəd tapılır. Qəbrin üstündə basdırılmış zeytun budağı göyərmişdi. Günahsız olduqlarını sübut etmək üçün işçilər ağ əlcək geyirlər. Bu rəvayətdə istifadə olunan sözlər-çəkic, pərgar, əlcək, önlük, zeytun çələngi, şagird, usta köməkçisi və s. müasir masonluğun önəmli simvollarıdır. Davamı olacaq.... Müəllif Sultan Məmmədov Mənbə Masonluq: dünyanı idarə edən qüvvə
['masonluq', 'masonlar', 'masonluğun tarixi', 'adoniram']
6,891
https://kayzen.az/blog/Az%C9%99rbaycan-dili/274/fonetika.html
Fonetika
Səbinə
Azərbaycan dili
6 mart 2010, 01:33
Dilçiliyin əsas bölmələrindən biri olan fonetikada danışıq səsləri öyrənilir. Ahəng qanunu, heca və vurğu da fonetikanın mövzularına daxildir. Danışarkən tələffüz etdiyimiz səslər danışıq səsləri adlanır. Bu səslər danışıq üzvlərinin köməyi ilə yaranır. Dodaqlar, dil və səs telləri danışıq səslərinin yaranmasında daha fəal iştirak edir. Danışıq səslərini tələffüz edir və eşidirik. Yazıda onlar hərflərlə işarə olunur. Hərfləri isə görür və yazırıq. Səsləri hərflərdən fərqləndirmək üçün dərslik kitablarında onlar böyük mötərizə içərisində verilir. Məsələn: [a] Danışıq səsləri fərqli xüsusiyyətlərinə görə iki növə bölünür: saitlər, samitlər. Saitlər ağız boşluğunda sərbəst və maneəsiztələffüz olunur. Buna görə də onlar aydın şəkildə və avazlasəslənir. Saitlərin daha bir xüsusiyyəti heca əmələ gətirməsidir. Samitlərin tələffüzündə isə ağız boşluğunda müxtəlif maneələr olur. Saitlərin bölgüsü Dilimizdə 9 sait səs var: [a], [e], [ə], [i], [ı], [o], [ö], [u], [ü]. Yaranma vəziyyətinə görə saitlərin aşağıdakı üç bölgüsü var. 1. Dilin arxa və ön hissəsində deyilməsinə (dilin üfüqü vəziyyətinə) görə: Qalın saitlər: [a], [ı], [o], [u] İncə saitlər: [e], [i], [ə], [ö], [ü] 2. Dilin üst damağa doğru yuxarı qalxması və nisbətən aşağı enməsi vəziyyətinə (dilin şaquli vəziyyətinə) görə: Qapalı saitlər: [ı], [i], [u], [ü] Açıq saitlər: [a], [e], [ə], [o], [ö] Qapalı saitlərin tələffüzündə alt çənə yuxarıya doğru qalxır və ağız boşluğu daralır. (Buna görə də onlara dar saitlər də deyilir). Bu saitləri asan yadda saxlamaq üçün dilimizdəki dörd cür yazılan şəkilçiləri (-çi, -çi, -çu, çü,-lıq,-lik,-luq, -lük və s) yadda saxlamaq lazımdır. belə şəkilçilərin tərkibində qapalı saitlər iştirak edir. Açıq saitlərin tələffüzündə isə alt çənə aşağı düşür və ağız boşluğu genəlir. (Buna görə də onlara gen saitlər də deyilir). 3. Dodaqların vəziyyətinə görə: Dodaqlanan saitlər [o], [ö], [u], [ü] Dodaqlanmayansaitlər: [a], [e], [ə], [ı], [i]. Dodaqlanan saitlərin tələffüzündə dodaqlar bir qədər irəliyə gəlir və dairəvi şəkil alır. Dodaqlanmayan saitlərin tələffüzündə isə bu hal baş vermir. Sait səslərin növlərini aşağıdakı cədvəldə daha aydın şəkildə görmək olar: Cədvəldən göründüyü kimi, hər bir saitin üç növü var. Məsələn: [a] saiti qalın, açıq, dodaqlanmayan; [ü] saiti incə, qapalı, dodaqlanandır. Bəzi saitlərin uzun tələffüzü Dilimizdə, əsasən, ərəb mənşəli bir sıra sözlər var ki, onlarda bəzi saitlər bir qədər uzun tələffüz olunur. Məsələn: Arif, alim, Sabir, şikayət, əfsanə sözlərindəki [a:] səsi; Etibar, elan, nemət sözlərindəki [e:] səsi; möcüzə,, şölə, mötəbər sözlərindəki [ö:] səsi; məna, bəzi, tətil sözlərindəki [ə:] səsi uzun tələffüz olunur. Goründüyü kimi, [e], [e], [ö] saitlərinin uzun tələffüz edildiyini bildirmək üçün yazıda çox vaxt bu saitlərdən sonra apostrof(çixarılıb) isarəsi qoyulur. Bezi sözlərdə [i], [u] və [o] saitləri də uzun tələffüz olunur. Məsələn: vəsiqə, həqiqət, zinət sözlərində [i] saiti; Füzuli, musiqi, xüsusi sözlərində [u] saiti uzun tələffüz olunur. Dovşan, sonra, dovğa, lovğa və s. kimi sözlərdə [o] saiti uzun tələffüz olunur. belə sözlərdə o hərfindən sonra gələn v samiti (bəzən də n samiti) tələffüzdə düşür [do:vşan], [so:ra], [lo:ğa] Eyni hal tövbə, lövbər, bənövşə və s. kimi sözlərin tələffüzündə də baş  verir: [tö:bə], [l:.bər], [bə:növşə]. Dilimizdəki [1] və [ü] saitləri isə uzun tələffüz olunmur. Qoşasaitli sözlərin yazılışı və tələffüzü Dilimizdə bəzi sözlər var ki, onlarda iki sait səsi ifadə edən hərflər yanaşı gəlir. Belə sözlər qoşasaitli sözlər adlanır. Qoşasaitli sözlərin çoxunun yazılışı və tələffüzü fərqlənir. Bu aşağıdakı qaydada olur 1. Eynicinsli qoşa saitləri ifadə edən iki hərf bir uzun sait kimi tələffüz olunur. Məsələn: saat — [sa:t], maaş- [ma:ş], camaat — [cama:t], təəssüf — [tə:ssüf], mətbəə — [mətbə:], bədii- [bədi:], təbii — [təbi:] və s. 2. Tərkibində ai, ei, ie, (bəzən də io, ia, eə, ea) hərf birləşmələri olan sözlər bu saitlər arasına y samiti əlavə olunmaqla tələffüz edilir. Məsələn: ailə [ayilə], daima — [dayima], zəif — [zəyif], Səidə — [Səyidə], təbiət — [təbiyət], müdafiə — [müdafiyə], radio — [radiyo], dialoq — [diyaloq], iaşə — [iyaşə], maneə — [maniyə]. 3. Tərkibində əa, üa, üə hərf birləşmələri olan sözlərdə birinci sait dəyişilir, ikincisi isə bir qədər uzun tələffüz edilir. Məsələn: səadət — [saadət], fəaliyyat — [fa:liyət], müavin [mavi], müalicə — [malicə], müəyyən — [məyyən], müəllim — [məllim] və s. Qeyd 1: Əliağa, əmioğlu əliaçıq, bacıoğlu, dayıoğlu, xalaoğlu, başıaçıq və s. kimi qoşasaitli mürəkkəb sözlərin tələffüzündə də yanaşı gələn saitlərdən birincisi deyilmir, lakin  ikincisi uzun tələffüz olunmur:Əliağa — [Əlağa, əmioğlu — [əmoğlu], əliaçıq — [əlaçıx], bacioğlu — [bacioğlu], xalaoğlu — [xaloğlu] və s. Qeyd 2: Şüar, şücaət, məcmuə, sual, mətbuat, seans, bəraət, şüəra, riayət və s. kimi qoşasaitli sözlərdə bunlarin  heç biri baş vermir. Ahəng qanunu Ahəng qanunu dilimizin əsas fonetik qanunudur. Sözdə qalın və incə saitlərin ahənginə, bir-birini izləməsinə ahəng qanunu deyilir. Ahəng qanununa görə söz qalın saitli heca ilə başlayırsa, sonrakı hecalar da qalın saitli olur. Məsələn: ya+zı+çı+lar. Eyni hal incə saitlə başlanan sözlərə də aiddir. Məsələn: ə-kin-çi-lə-ri-miz. Əsl Azərbaycan sözləri ahəng qanununa tabe olur(İşıq, ilan, ilğım, inam, iraq, ilxi, ildırım, ilıq, işartı və s. kimi bir neçə söz istisnadır). Bir çox alınma sözlərdə isə ahəng qanunu pozulur. Məsələn: alim, vəfa, kitab, dünya, büro və s. Ahəng qanunu kök və şəkilçi arasında daha möhkəm və sabit (dəyişməz) olur. Belə ki, hər hansı bir sözə öz dilimizə məxsus şəkilçi artırsaq, o, hökmən sözün son hecasının ahənginə uyuşmalıdır. Məsələn: ki-tab+da, təy-ya-rə+çi+lər və s. Qeyd: Əsl Azərbaycan sözlərindən ibarət olan bəzi mürəkkəb sözlərdə də ahəng qanunu pozulur. Məsələn:dəvəqusu, quşüzümü, günəbaxan, Günay, Aybəniz və s. Heca Tələffüz  zamanı sözün asanlıqla bölünən hissələrinə heca deyilir.Məsələn: və-tən, a-zad-lıq, dil-çi-lik və s. Hecanın əsasında saitlər dayanır. Sözdə neçə sait səs varsa, o qədər də heca olur. Heca bir saitdən də ibarət olur. Məsələn: a-na, ü-rək, ma-a-rif və s. Sözü sətirdən sətrə keçirərkən bir hərfdən ibarət olan hecanı sətrin sonunda saxlamaq və ya yeni sətrə keçirmək olmaz. Vurğu Sözdə hecalardan birinin o birinə nisbətən daha qüvvətli deyilməsi vurğu adlanır. Üzərinə vurğu düşən heca vurğulu heca adlanır. Dilimizdəki sözlərin çoxunda vurğu son hecadakı sait səsin üzərinə düşür. Məsələn: Azərbaycan, azadlıq, istiqlaliyyət və s. Bayaq, dünən, bildir, niyə, necə, sa`nki, ancaq və s. kimi əsl Azərbaycan sözlərində, elecə də üstünlük dərəcəsində olan sifətlərdə: (gömgöy, sapsarı, qupquru və s.) vurğunun ilk hecanın üzərinə düşməsi istisnadır. Bəzi sözlərdə vurğunun yerini dəyişməsi ilə məna da fərqlənir. Məsələn: alın (isim — bədən üzvü) – alın (fel), güldür (çiçəkdir) –güldür (fel), dimdik (isim) — dimdik (sifət) və s. Sözdə vurğunun yerini müəyyən etmək üçün sözü hecaya ayırmadan vurğunu əvvəl birinci hecanın, sonra ikinci, daha sonra isə üçüncü hecanın üzərində demək lazımdır. Məsələn: qə`rənfil, qərə`nfil, qərənfi`l Aydındır ki, bu sözdə vurğu sonuncu hecanın üzərinə düşür. Qeyd: Yuxarıda qeyd olunduğu kimi dilimizdəki bəzi sözlərdə uzun tələffüz olunan saitlər vardır. Məsələn: Adil, Sabir, laqeyd,həkim, memar, məna, şölə və s. Bu sözlərin hamısında vurğu sonuncu hecaya düşür. Deməli, saitin uzun tələffüz olunması heç də o demək deyil, həmin heca vurğulu olmalıdır. Nadir hallarda isə uzun saitli heca ilə vurğulu heca üst-üstə düşür. Məsələn:sonra — [so:ra], bəzi- [bə:zi] və s. Sözlərin düzgün deyiliş qaydalarını orfoepiya, düzgün yazılış qaydalarını isə orfoqrafiya öyrənir. Orfoepiya lüğətində sözlərin düzgün tələffüz şəkilləri, orfoqrafiya lüğətində isə düzgün yazılış formaları verilir. Mənbə Möhsün Nağısoylunun Azərbaycan dili kitabı
['fonetika', 'saitlər', 'samitlər', 'ahəng qanunu', 'heca', 'vurğu', 'Azərbaycan dilinin fonetikası', 'Azərbaycan dili', 'fonetik təhlil']
6,892
https://kayzen.az/blog/ingilis-dili/168/nisbi-%C9%99v%C9%99zlikl%C9%99r.html
Nisbi əvəzliklər
2ral
İngilis dilinin qrammatikası
5 mart 2010, 17:41
RELATİVE PRONOUNS Müаsir ingilis dilindә аşаğıdаkı nisbi әvәzliklәr vаr:who, which, that, whose, as. Nisbi әvәzliklәr әksәrәn nitqdә еyni vахtdа iki vәzifә yеrinә yеtirir. Оnlаr hәm cümlә üzvü оlur, müәyyәn sintаktik funksiyа dаşıyır, hәm dә təyin budаq cümlәsini bаş cümlәyә bаğlаyır, yəni bаğlаyıcı kimi işlәnir, mәsәlәn: The man who is standing in the corridor is our teacher. The books which are on the table must be returned to them. Nisbi әvәzliklәrә xas оlаi bu ümumi хüsusiyyәtlәrlә yanаşı, оnlаrın hәr birinә аid fәrdi хüsusiyyәtlәri dә vаrdır. 1. Who nisbi әvәzliyi. Bu әvәzlik аncаq cаnlı vаrlıqlаrı, yəni insаn vә hеyvаn bildirәn isimlәrlә işlәnir vəcümlədә mübtәdа funksiyаsı dаşıyır, mәsәlәn: He was the first boy who returned. (Dickens.) James Grant was a journeyman carpenter who did not always pay his bills and who owed Maria three dollars. (London.) The dog who is in the yard is very vigilant. 2. Which nisbi әvәzliyi. Bu әvәzlik cаnsız әşyа vә yа hеyvаn bildirәn isimlәrlә işlәnir. Which nisbi әvәzliyi cümlәdә (1) mübtәdа vә yа (2) tаmаmlıq funksiyаsındа işlәnir, mәsәlәn: (1) The plates which are on the table must be washed. (2) He showed me the book which he bought some days ago. 3. That nisbi әvәzliyi. Bu әvәzlik bir qаydа оlаrаq hеyvаn vә yа cаnsız әşyа bildirәn isimlәrlә işlәnir vә cümlәdә (1) mübtәdа, yахud (2) tаmаmlıq rоlundа çıхış еdir, mәsәlәn: (1) As the car crossed the zone of scattered dwellings that separated Oakland from Bereley he kept a lookout for a familiar two-story building. (London.) (2) He was the prey of an anxiety that he found, ... (Galsworthy.) Qеyd еtmәk lаzımdır ki, that nisbi әvәzliyi bəzәn şәхs bildirәn isimlәrlә dә işlәnә bilir, mәsәlәn: The doctor that you visited yesterday is very popular in our city. 4. Whose nisbi әvәzliyi. By әvәzlik bir qаydа оlаrаq (1) cаnlı vаrlıqlаrı bildirәn isimlәrlә,bəzәn isә (2) cаnsız әşyаlаrı bildirәn isimlәrlә işlәnir vә hәr iki hаldа təyin funksiyаsındа çıхış еdir, mәsәlәn: (1) It was the Gadfly whose eyes sank first. (Voynich.) It is the dog whose name is Rex. (2) "I am jealous of everything whose beauty does not die. (Wilde.) 5. As nisbi әvәzliyi. By әvәzliyә xas оlаn bаşlıcа хüsusiyyәt оndаn ibаrәtdir ki, о hәmişә such vә ya (the) same әvәzliyi ilә әlаqәdаr оlаrаq işlәnir; as nisbi әvәzliyi budаq cümlәdә, such yахud (the) same әvәzliyi isә bаş cümlәdә işlәdilir, mәsәlәn: We shall meet you at the same place as we did last year. I never told you such thing as you did. Nisbi әvәzliklәr, isim kimi, sözönü ilә dә işlәnә bilir. Bu hаldа оnlаr (1) sözönlü tаmаmlıq vә yа (2) zәrflik funksiyаsı dаşıyır, mәsәlәn: (1) "That is the point about which I have to go to Rome."(Voynich.) (2) We arrived at the house in which I lived. (Maugham.) Nisbi әvәzliklәr bir qаydа оlаrаq, Аzәrbаycаn dilinә tәrcümә еdilmir. Mәsәlә burаsındаdır ki, ingilis dilindә işlənən təyin budаq cümlәli mürәkkәb cümlәlәr Аzәrbаycаn dilinә әksәr hаllаrdа sаdә geniş cümlә vаsitәsilә tәrcümə еdilir, təyin budаq cümlә təyinlә әvәz оlunur. Budаq cümlә оlmаdığınа görә оnu bаş cümlәyә bаğlаmаq üçün işlәnәn nisbi әvәzliyә dә еhtiyаc qаlmır. Bunа görә dә nisbi әvәzliklәr, yuхаrıdа dеyildiyi kimi, Аzәrbаycаn dilinә tәrcümә еdilmir, mәsәlәn: The boy who is standing at the window is my brother — Pәncәrәnin yаnındа durаn оğlаn mәnim qаrdаşımdır. This is the letter which (that) I recieved yesterday — Bu mәnim dünәn аldığım mәktubdur.
['əvəzlik', 'pronouns']
6,893
https://kayzen.az/blog/milli-idman-oyunlar%C4%B1/265/idman-oyunlar%C4%B1n%C4%B1n-t%C9%99snifat%C4%B1-haqq%C4%B1nda.html
Idman oyunlarının təsnifatı haqqında
2ral
Milli idman oyunları
4 mart 2010, 13:53
Fransız səyyahı Şardenə görə, orta əsrlərdə Azərbaycanda və Iranda idman oyun növləri aşağıdakılardan ibarət olmuşdur: 1. Oxatma, 2. Qılınc oyunu, 3. Atçapma, 4. Atlı idman, 5. Atüstü oxatma idmanı, 6. Nizə tullamaq, 7. Zorxana, 8. Qılıncoynatma (ikinci növ qılıncoynatma), 9.Kəndirbazlıq, 10. Sirk oyunları, 11. Gözbağlıca, 12. Fırfıra oyunu, 13. Tas oyunu, 14. Tilə oyunu (buna avropalıların pinq-ponq oyunu uyğun gəlir. Müəyyən yerdə çövkənlə topu bir-birinə vurmaq oyununa deyilir), 14. Nərd, 16. Şahmat, 17. Şatırlıq nümayişi. Şarden həmin idman təsnifatından sonra onların hər biri haqqında ətraflı izahat verir. Əlbəttə, Şardenin təsnifatının özündə müəyyən qüsurlar var. Burada güləş, çevkən, qopuq, rəqqasəlik, su oyunu, qar tökmə oyunu və s. idman növlərinə toxunulmur. Ancaq orası da var ki, indiyə qədər tarixi ədəbiyyatın orta əsr qaynaqlarında idman oyunlarının başqa təsnifatına rast gəlməmişik. Şardenə görə, ilk idman oyunu oxatmadır. Səyyah onun qaydalarını belə izah edir. Yayı əldə yaxşı saxlamalı, yay ipini rahatlıqla çəkib buraxmalı, sol əldə saxlanılan yayda sağ əllə zehi elə çəkmək lazımdır ki, qollar bir zərrə də olsun titrəməsin. Yay-ox oyununa kəbbadə oyunu və ya qısaca kamanə oyunu da deyilirdi. Odlu silah meydana çıxana qədər istər dəyüşlərdə, istərsə də ov işlərində ox atmaq əsas peşə kimi gənclərə öyrədilirdi. M.Dadaşzadə haqlı olaraq yazır ki, bu peşəyə yiyələnmək qaydaları kiçik yaşlarından gənclərə aşılanırdı. Yayın əl yeri saf dəmirdən, zehi isə ona yapışdırılmış zəncirlərdən ibarət idi. Ilk növbədə məşqdə işlədilməsi asan olan yaylardan istifadə edilir, sonra get-gedə daha möhkəm yaylarda məşqə keçilirdi. Məşq müəllimləri şagirdlərinə yayı neçə sürət və asanlıqla irəli, geri, yana, yuxarı və nəhayət, yüz formada yay ipi (girişi) ilə düzəltməyi öyrədirdilər. Şarden yazır ki, iranlılarda elə yaylar var ki, onları çəkmək çox çətindir və ondan yalnız gücü yoxlamaq üçün istifadə edilir. Onları mismarla divara vurur və zehlə yaya ağır çəkili şeylər asırlar. Adi yayda məşq etmiş şagirdə sonra çox qalın dəmir halqalar bərkidilmiş və zehlə hazırlanmış yay verirdilər. Bəzən məşqçi tullanmaq, hərəkət etmək vəziyyətində, kah da bir ayağı üstündə və ya iki dizi üstündə onu əyməyi öyrədir. Bu yolla yayı düzəltdikdə, dəmir halqaların (zəncirin) narahatedici səsi qulağa dəyir. Bu, daha artıq qüvvə əldə etmək üçündür. Məharətini sübut etmək istəyən tələbə, yayı sol əlində elə tutmalı idi ki, qolunun dirsəyə qədər hissəsi bükülmüş olsun və qolu titrəmədən yayı möhkəm saxlaya, zehi sağ əlinin baş barmağı ilə qulağına qədər çəkə bilsin. Yayı öyrəndikdən sonra qabaqca havaya ox atmağı öyrədirdilər. Bu ilk idman oyunu qüvvəni yoxlamaq, həm də hərbi əhəmiyyətli oxatma növüdür. Ən yaxşı ox atan o şəxs hesab olunurdu ki, kamanı ən yüksək zirvəyə, yəni 45° aparıcı məsafəyə ox ata biləydi. Ox atmaqla, zehi çəkməklə iş bitmirdi. Sonra işin daha ağırı, yay-oxlardan ox atmaq öyrədilirdi. Bu məqsədlə çərçivəyə doldurulmuş nəm qumu nişan alıb ox atırdılar. Ox atan təkrar-təkrar həmin hədəfə o qədər vurmalı idi ki, oxun ucu görünməyənə qədər quma sancılsın. Təlim oxları döyüş oxlarından fərqlənirdi. Idman oxlarının ucu girdə, kiçik dəmirdən ibarət olduğu halda, döyüş oxlarının başı nizənin ucu kimi şiş olurdu, neştər ucuna oxşayırdı. 1637-çi ildə Şamaxıda olmuş alman səyyah-alimi Adam Oleari şamaxılıların qar tökmə, qaçış və hədəfə ox vurmaq kimi maraqlı məşğuliyyətləri var. Şamaxı xanı Ərəbxan özünün oxatma qabiliyyətini dərindən yoxlayıb deyirmiş ki, gənclikdə tükü oxla vura bilirmiş. Indi 45 yaşında, yenidən öz  məharətini yoxlamaq istəyir. Buna görə də öz oğullarından birinə buyurur ki, bir at tükünü üzük halqasına bağlayıb barmağı ilə saxlasın. Xan 6 addımlıqdan at tükünü oxla iki yerə bölür. Xanın göstərişi ilə almanı göyə tullayırlar. Alma göydən yerə düşərkən havadan onu oxla vura bilir. Gənclərin ikinci idman oyunu qılıncoynatmada qolun çiyindən dirsəyə qədər olan hissəsi çox qüvvətli olmalı idi. Qılıncoynatma məşqində cavanlar ilk növbədə ağır çəkili yükü çiyinlərindən dirsəklərinə qədər olan hissəyə bağlayır və qılınc əldə, dirsəklərini sürətlə yuxarı, aşağı, geri və irəliyə fırladırlar. Dirsək yaxşı açılsın deyə, qılınc oynatma vaxtı çiyinləri üzərinə ağır yük də alırdılar. Həmin yük at nalına bənzəyirdi. Bu ona görə idi ki, qalıncoynadanın hərəkət və sıçrayışına maneçilik törənməsin. Şarden yazır ki, idmanın bu növü qılınc oynatmaqda faydalı olduğu kimi, güləş və yumruqlaşma üçün də çox xeyirlidir. Idmanın üçüncü növü at çapmaq - atı yaxşı minmək, atın üzərində özünü saxlamaq, atın cilovunu buraxaraq atı çapmaq, çaparkən silkələnmədən, tərpənmədən atı yerində saxlamaq və nəhayət, atı çaparkən 20 möhrəni yerə tullayıb, qayıdarkən həmin qayda ilə dayanmadan onları yerdən yığmaqdan ibarət idi. Şarden yazır: Iranda (Şarden Azərbaycanı da Iran yazmışdı) o qədər çevik at çapanlar vardır ki, onlar atın üzərində yəhərdə ayaq üstə durur, atın cilovunu buraxaraq hücum edə bilirlər. Yay-ox oyunu idmanın ilk növü hesab edilsə də, atlı yay-ox oyunu çövkəndən sonra ikinci yeri tutur. At üstündə yay-ox oyunu belə başlanır: 120 pa (təqribən 3*9 metr) hündürlüyündə olan bir sütunun üzərinə bir fincan qoyulur. Süvari oxu geriyə tullamaqla fincanı vurub salır. O, itibaşlı nizə əlində sürətlə atını çapır. Dəstədən ayrılıb birinci dəstə ilə mütəqabil üz-üzə gəlir. Hər iki tərəf əlindəki nizələri bir-birinin üstünə atır və sonra əsas qüvvələrinə sarı qayıdırlar. Sonra yarışı davam etdirmək üçün meydana yeni süvari dəstəsi daxil olur. Oyun qurtarana qədər vəziyyət bu cür davam edirdi. Bu süvarilər arasında 18-20 yaşlı 15 nəfər həbəş olurdu. Onlar nizə tullmaqda tam mahir idilər və öz atlarını meydanın eni və uzununa yüksək sürətlə çapırdılar. Bu yaxşı təlim görmüş cavanlar yerdən nizələri yığarkən atlarını saxlamır və ayaqlarını yerə qoymurdular. Məharətlə atın böyründən aşağı əyilib nizələri yerdən yığırdılar. Şarden yazır ki, cərid oyunçularının hünər və məharəti tamaşaçıların diqqətini özünə cəlb edirdi. Bütün bu idman oyun növləri həqiqətən iranlıların şənlik nümayişləri hesab olunurdu. O dövrdə yarış və oyunların getdiyi zaman adamlarda həmin oyun növünə maraq yaranırdı. Cərid oyunu haqqında 1660-cı ildə Iranda olmuş fransız səyyahı Rafael Düma da məlumat vermişdir. O yazır: "Kübar adamlardan heç biri öz gücünü nümayiş etdirmək üçün cərid atmaqla məşğul olmur. Bu, dairəvi dəmirdən hazırlanmış uzun və ağır bir tirdir. Kim onu nizə və mizraq təki uzağa atsa, o da qalib sayılırdı..." Çox vaxt cərid oyunu zamanı oyunçu atdan yıxılıb ölürdü. Seyid hüseyn ibn Murtuza Hüseyni Astrabadi 1532-33-cü il hadisələrindən danışarkən yazır ki, Şah Təhmasibin möhrünü saxlayan Mahmudbəy Zülqədər cərid meydanında atdan yıxılıb öldü. Onun vəzifəsini Şahqulu Xəlifəyə verdilər. Mənbə Azərbaycan Milli İdman Oyunlarının Tarixi Müəllif Akif Əliyev
['idman oyunları', 'idman təsnifatı']
6,894
https://kayzen.az/blog/u%C4%9Fur/263/e-mailim-olsayd%C4%B1,microsoftda-s%C3%BCp%C3%BCrg%C9%99%C3%A7i-i%C5%9Fl%C9%99y%C9%99rdim.html
E-mailim olsaydı,microsoftda süpürgəçi işləyərdim
2ral
uğur psixologiyası
4 mart 2010, 10:33
İş axtaran bir adam süpürgəçi işləmək üçün dünyanın ən varlı biznesmeni Bill Qeytsin kompüter texnologiyalarının istehsalı ilə məşğul olan “Microsoft” şirkətinə müraciət edir. O, kadrlar şöbəsinin keçirdiyi bütün sınaqlardan uğurla çıxır və işə qəbul olunur. Rəsmi müqavilənin elektron formasının göndərilməsi üçün kadrlar şöbəsinin işçisi ondan e-mail ünvanını istəyir. Amma həmin şəxs utana-utana: “Mənim e-mailim yoxdur”, – deyə bildirir. Şirkətin əməkdaşı isə buna cavab olaraq: “Bağışlayın, şirkətimizin prinsiplərinə görə e-maili olmayanın özü də mövcud deyil və bu səbəbdən biz sizi işə götürə bilmərik”, – deyir. Bütün ümidləri puç olan adam “Microsoft”u tərk edərək yeni iş yeri axtarmaq üçün küçəyə çıxır. Yolda boş-boş gəzməkdənsə, heç olmazsa evinə pul aparmaq üçün xırda alver etmək qərarına gəlir. Bir marketə girərək cibindəki bütün pula – cəmi 10 dollara (!) – pomidor alır. Qapı-qapı gəzərək iki saat ərzində bütün malını satır və ikiqat xeyir qazanır. Axşama kimi bir neçə dəfə bu yolla alver edir və həmin gün sərmayəsini 80 dollara çıxarır. Pomidor alveri ilə məşğul olaraq, günü-gündən ticarətini genişləndirən qəhrəmanımız 5 ilə ABŞ-ın ən böyük ərzaq tədarük edən şirkətlərindən birinin sahibi olur. Artıq ailəsi, sağlamlığı, təhlükəsizliyi haqqında fikirləşir və həyatını sığortalamaq üçün bir şirkətə müraciət edir. Sığortaçı öz xidmət paketini göndərmək üçün ondan e-mail ünvanını istəyir. Amma qəhrəmanımız yenə də elektron poçtunun olmadığını deyir. Sığortaçı heyrətlə: “Çox maraqlıdır, sizin e-mail ünvanınız olmadığı halda belə nəhəng bir şirkət qura bilmisiniz. Gör indi e-mailiniz olsaydı, nələr etmişdiniz?” – deyə təəccübünü gizlədə bilmir. Amma həmin şəxs əhvalını pozmadan: “E-mailim olsaydı, indi “Microsoft”da süpürgəçi işləyərdim!!!” – deyir. Mənbə SƏMƏRƏLİ İŞ HƏYATI kitabı Müəllif SƏLİM ÖZDƏMİR
['uğur', 'uğur psixologiyası', 'optimizm', 'süpürgəçi']
6,895
https://kayzen.az/blog/u%C4%9Fur/217/motivasiya-v%C9%99-u%C4%9Fur-qazanmaq-%C3%BC%C3%A7%C3%BCn-taktikalar.html
Motivasiya və uğur qazanmaq üçün taktikalar
2ral
uğur psixologiyası
3 mart 2010, 17:13
Hər bir iş, uğurlu alınması üçün bizdən yüksək enerji tələb edir. İşgüzar adam nə qədər motivasiyalı olarsa, bir o qədər də uğur qazana bilər. Məsələn, təsəvvür edin ki, çox tənbəl və daim mənfi enerji daşıyan bir müdiriniz var. Siz belə müdirin yaratdığı mühitdə nə qədər yüksək rüh yüksəkliyi ilə işləyə bilərsiniz? Bəllidir ki, bu, mümkün olan bir şey deyil. Ancaq daim böyük ruh yüksəkliyi ilə çalışan, qarşısındakı insanlara müsbət enerji verən insanlarla işləmək, uğur qazanmaq üçün çox yaxşı vasitədir. Motivasiya, xoşbəxt və uğurlu olmaq üçün vacib əhəmiyyət daşıyır. Aşağıda təqdim edilən ipucları, özünüzü motivə etməyiniz və bunu qorumağınız üçün çox faydalı olacaq. Bunlar, praktik və nəticəyə yaxın tövsiyyələrdir. Tətbiq edilməyənə kimi, heç bir irəliləyiş gözlənilmir. 1. Gələcəyinizi yazın Təmiz bir kağızda bir-iki paraqraf şəklində arzuladığınız gələcəyin hekayəsini yazın. Gələcəkdə görəcəyiniz işi, yaşadığınız yeri və sahib olduqlarınızı yazın. Bu, sizi həm indi, həm də gələcəkdə motivə edəcək. 2. Gələcəyi gözünüzdə canlandırın Gözlərinizi yumun və özünüzü gələcəkdə etmək istədiyiniz işi görərkən canlandırın. Sağlam bir şəkildə idmanla məşğul olursunuz, bağçanızdakı çiçəklər ilə maraqlanırsınız və ya çalışırsınız. Nümunə üçün; xəyalınızda kiçik bir iş yeri açmaq varsa, özünüzü təqdimat günündə, müştəriləriniz və işçiləriniz ilə salamlaşarkən xəyal edin. Beləcə, xəyallarınızı reallaşdıra bilərsiniz. 3. Keçmişi gözünüzdə canlandırın Keçmişi gözünüzdə canlandırarkən, daha əvvəl harada olduğunuzu və nə qədər yol qət etdiyinizi görəcəksiniz. Planlı hədəflərinizə nə qədər çatdığınızı və harada səhv etdiyinizi başa düşəcəksiniz. Və bu, sizin doğru yolla irəliləməyinizə şərait yaradacaq. Məsələn, hər hansı bir sürücü yalnız qarşısına baxsa və arxa güzgüdən istifadə etməsə nələrlə qarşılaşa bilər? Zaman-zaman keçmişə baxmaq, ən azından sürücünün arxa güzgüyə nəzər yetirməsi qədər faydalıdır. 4. Dərindən düşünün Gələcəyinizlə bağlı hərtərəfli düşünməkdən qorxmayın. Bu, qısa müddətli uğursuzluqlara tab gətirməyinizi asanlaşdıracaq. Əngəllər sizə mane olmayacaq. Çünki, sizin gözləriniz böyük hədəfə zillənmiş olacaq. Uzun müddətli ayrılıqdan sonra sevdiyinizə qovuşacağınızı düşünün, onu qarşılamağa gedərkən, sizi bütünlüklə isladan yağış narahat edə bilərmi? 5. Özünüzü maarifləndirin Hədəf və ya arzunuz ilə bağlı hər şeyi öyrənin, oxuyun, araşdırın, dinləyin və təcrübədən keçirin. Əgər yazıçı olmaq istəyirsinizsə, təhsil alın, mütaliə edin, yazın, digər yazıçılar ilə əlaqə saxlayın, məsləhətləşin. 6. İntizamlı olun Səliqəli, zövqlü və yüksək səviyyədə təşkil olunmuş ev, ofis də əhvalımıza müsbət təsir edir. Fiziki dağınıqlıq, zehni dağınıqlığa səbəb olur. İntizamlı, sistemli bir həyatınız olsun, beləcə özünüzü hər gün daha da yüksəkdə hiss edəcəksiniz. Nümunə üçün; gecə yatma, sabah qalxma saatınız mütəmadi olsun. Səhərlər mütləq nahar edin və ən azı yarım saat idmanla məşğul olun. 7. Evinizdə və ofisinizdə sizi motivasiya edəcək şeylərə yer ayırın Evinizdə, ofisinizdə, avtomobilinizdə, portmanatınızda sizə hədəflənmiş və xəyallarınızı xatırladacaq simvollara, işarələrə, qeydlərə və ya obyektlərə yer ayırın. Bu əşyalar, sizin motivasiyanızın davam etməsi üçün şərait yaradacaq. Son model bir avtomobilə sahib omaq istəyirsinizmi? O zaman xəyalınızdakı avtomobilin şəkillərini otağınızın divarlarına asın, portmanatınızda saxlayın və ehtiyac duyduğunuz an baxıb, hədəfinizi xatırlayın. 8. Könüllü işlərə qoşulun Könüllü olaraq başqa insanlara kömək edin. Bunu etdikdə, digər insanları sevindirməyin nə qədər məmnunedici bir şey olduğunu dərk edəcəksiniz. Həftə sonları, həyat yoldaşınızla birlikdə “Körpələr evi”nə getmək yaxşı ideya ola bilər. 9. Öz motivasiyanız ilə başqalarını başqalarına müsbət enerji verin Ən yaxşı öyrənmə metodu, öyrətməkdir. Uşaqlarınızın daim yüksək ruh yüksəkliyində olmalarına, dostlarınızın daha effektli hədəflər müəəyyənləşdirmələrinə, həyat yoldaşınızın şəxsi arzularını reallaşdırmağa kömək edin. Onlara kömək etdikdə, əslində özünüzə də kömək etmiş olursunuz. 10. Uşaqlarınızla vaxt keçirin Uşaqlarınızla vaxt keçirmək sizə perspektiv qazandıracaq. İş və ya özəl həyatınızdakı narahatlıqlar, uşaqlarınız ilə əyləndikdə əriyib gedəcək. Uşaqlar hər şeyə asan yolla baxarlar və hətta bunu öyrənmək bizim üçün faydalı ola bilər. 11. İdmanla məşğul olun və avtomobil idarə edin Ətrafı gəzin və ya olduğunuz istiqamətdə avtomobilinizlə dolaşıb, rahatlaşın, sərbəst vaxt keçirin. Hamımızın istirahətə ehtiyacı var və əslində sürətli qaçış, avtomobil sürmək, həqiqətən yaxşı bir həlldir. Bu şəkildə etdiyiniz məkan dəyişikliyi, üzərinizdəki mənfi emosiyaları dağıdacaq. 12. Uğurlu hekayələr oxuyun Ətrafınızdakı insanların uğurlu hekayələrini oxuyun. Hətta gündəlik qəzetlərdə belə, sizə ilham verəcək, ruhlandıracaq və enerji verəcək parçalarla zəngin kiçik uğurlu hekayələr var. Kitabxanalar insanların həyat yolundan bəhs edən bioqrafiya və avtobioqrafiya ilə zəngindir. Bu kitablar sizləri uğur əldə etmək üçün rəflərdə həyacanla gözləyir. 13. Musiqi dinləyin Musiqi sakitləşdirir, həyəcanlandırır, kədərləndirir və hətta ruhlandırır. İdmanla məşğul olarkən Rocky-nin film musiqisini dinləmək, musiqini mötivator olaraq istifadə etməyə ən gözəl nümunədir. Sizi ruhlandıran musiqiləri seçin və ehtiyac duyduğunuz zamanlarda onlardan faydalanın. Məsələn, səhərlər ofisimdə və ya təhsil verəcəyim şirkətə gedərkən, xalq mahnısı dinləmək məni ruhlandırır. 14. Ruhlandırıcı filmlər izləyin Sizi ruhlandıran filmlərin siyahısını tırtib edin və kiçik bir arxiv hazırlayın. Nümunə; “Forrest Gump” filmini izləmək bir çox insanı ruhlandıra bilər. Bilirik ki, bu filmdə İQ’su normal insandan daha çox ağılsız bir insan kimi böyük uğurlar qazanır. 15. Sağlam şəkildə qidalanın Xoşbəxt həyat üçün, düzgün qidalanma çox vacibdir. Düzgün pəhriz, sizin vücüdunuz üçün lazım olan bütün qida, vitamin və mineralları özündə birləşdirir. Daha artığı isə təbii ki, zərərli ola bilər. Necə deyərlər “sağlam bədəndə, sağlam ruh olar”. Vücudunuz və motivasiyanız üçün sağlam qidalanın. Siqaret və içkidən uzaq durun. 16. Kifayət qədər yatın Bəzi insanlara 6 saat yuxu kifayət edərkən, bəziləri üçün isə 8 saat kifayət edə bilər. Kifayət qədər yatdığınıza əmin olana kimi yatın. Ancaq, 8 saatdan artıq olmamasına da fikir verin. Davamlı bir yuxuya sahib olmağın, həm vücudunuz, həm də zehniniz baxımından nə qədər faydalı olduğunu görəcəksiniz. 17. Davamlı mütaliə edin Ən önəmli dərs budur. Ətrafınızdakı dünya haqqında davamlı öyrənməyə davam edin və əsla dayanmayın. Sizi maraqlandıran şeylər haqqında oxuyun, dinləyin və araşdırın. Məsələn; sizə ünvanlanan hər hansı bir suala “bilmirəm” deyə cavab verdikdən sonra, dərhal o haqda bilmədiklərinizi öyrənin. Maraqlı olun. Bilirsiniz, maraq elmin müəllimidir. 18. Hədəflərlə çalışın. Hədəflərlə bağlı ən önəmli ipucu budur. Hədəflərlə çalış..! Hədəflər, həyatınızın bütün sahələrindəki inkişafınız üçün önəmlidir, hədəfsiz çalışsanız, inkişafınızda çətinliklərlə qarşılaşarsınız. İstədiyinizi əldə etmək üçün, işinizi şansın öhdəsinə buraxmağınız heç də ağıllı fikir deyil. Earl Wilson’un gözəl bir sözü var. “Uğurmu? Uğur tamamilə şansa bağlıdır. İnanmırsınızsa uğursuz insanlardan soruşun...!” Hədəflərlə çalışın, onlar sizə uğuru və yanında dirilik alması olan xoşbəxtliyi gətirəcəklər. 19. Beyin fırtınası yaradın Təmiz kağız və qələm götürün. Uyğun bir məkan seçin. Kiminsə sizi narahat etməyəcəyi, telefonlardan uzaq bir məkan tapın. Sonra düşünün, düşünün və təkrar düşünün. Ağlınıza gələn hər ideyanı yazın. Maliyyə hədəfləri, şəxsi hədəflər, ictimai hədəflər, sağlamlığınız ilə əlaqəli olanlar və s. Bütün fikirləri yazın. Bitirdikdə, üzərində çalışmaq üçün lazım olan bir çox hədəfləriniz olacaq. Bunlar arasından sizin üçün mühüm olanları seçin. 20. Hədəfinizi kağız üzərinə yazın Üzərində çalışağınız hədəfi seçmədən öncə, onu bir kağızda yazın, hədəfinizin reallaşmasını təmin edin. Beləcə, sizin üçün lazım olub-olmamasına daha asan qərar verə bilərsiniz. 21. Hədəfi seçmə səbəblərini yazın Nə üçün məhz bu hədəfi seçdiniz? Hədəflərinizin hər biri üçün, “Bunun mənə nə xeyri var” sualını verin. Hədəfi seçmə səbəblərinizi asanlıqla açıqlaya bilməlisiniz. Əgər açıqlaya bilmirsinizsə, bu hədəfi siyahıdan silin və digərinə keçin. 22. Hədəfinizin spesifik olmasını təmin edin Hədəfinizin effektli ola bilməsi üçün, onu spesifik olaraq ələ alın. “Uşaqlarınız ilə ünsiyyətinizi inkişaf etdirmək” çöx mühüm və dəyərlidir, ancaq hədəfiniz adına çox geniş bir təqdimat olacaq. Bunun əvəzinə, daha spesifik hədəf müəyyənləşdirin. Məsələn, bazar günləri birlikdə gəzintiyə çıxmaq, şam yeməklərini 19:00-20:00 arasında birlikdə etmək və ya gecə yatmazdan əvvəl onlarla 1 saat söhbət edərək məlumat və təcrübələrinizi bölüşmək kimi. Bu, sizi hədəfinizə daha asan yaxınlaşdıra bilər. 23. Başlanğıc tarixindən istifadə edin Termin mühimdir, ancaq onun qədər mühim olan başqa bir mövzu daha var ki, bu da başlanğıc tarixinin konkret olmasıdır. Hədəfiniz üçün yola çıxarkən, başlanğıc tarixini ertələməyə yönəlmiş bir sıra səbəbiniz olacaq. Bunun öhdəsindən gəlmək üçün, başlanğıc tarixini müəyyən edin və o tarixə sadiq qalın. 24. Özünüzü çox yükləməyin Lazım olandan artıq və ya eyni anda bir sıra hədəf üzərində çalışmayın. Başlamaq üçün birlə üç arası hədəf uyğundur. 25. İrəliləyişlərinizi ölçün İşlərinizdəki irəliləyişləri olçün. 300 səhifəlik bir roman yazmaq istəyə bilərsiniz. 300 səhifəni birdən hədəfə almayın. 25-lə 50 səhifəlik artımlar şəklində planlaşdırın və tamamladığınız səhifələrin gündəlik siyahısını tutun. İrəliləməyinizi ölçmək, hədəfiniz reallaşana kimi əhval-ruhiyyənizi yüksək səviyyədə saxlayacaq. 26. Özünüzü mükafatlandırın Özünüz üçün mükafatlar müəyyənləşdirin. Hədəfinizə nail olduqda və ya kiçik də olsa bir addım atdığınız zaman özünüzü mükafatlandırın və bunu qeyd edin. Çox çalışdınız və buna layiq oldunuz. Ailənizlə evdən kənarda nahar edin, qısa bir səyahətə çıxın və ya sizi həvəsləndirəcək başqa şeylər edin. Davranış hər şeydir. Aşağıdakı ipucları, müsbət davranışlara sahib olmağınıza köməkçi olacaq. 27. Düzgün kəlmələrdən istifadə edin Gündəlik ünsiyyətinizdə, “ Bunu bacara bilərəm” və ya “Bir çıxış yolu taparıq” kimi müsbət cümlələrdən istifadə etməyə diqqət yetirin. Qurduğunuz cümlələrin sizin psixologiyanız və davranışlarınız üzərində son dərəcə önəmli təsiri olduğunu unutmayın. 28. Yoldaşlarınızı seçin Yoldaşlarınızın mənfi davranışları varmı? Bu sizə təsir edirmi? Birlikdə vaxt keçirdiyimiz insanlar, çox vaxt bizə təsir göstərə bilər. Əgər ofisinizdəki və ya evinizdəki insanlar sizi mənfi enerji ilə yükləyirlərsə, bu vəziyyəti dəyişdirəcək lazımlı addımları atın. 29.Digərlərinin nə dediyini dinləyin Özümüzə pozitiv bir insan olduğumuzu söyləməkdən zövq ala bilərik, lakin bu hər zaman doğru deyil. Yoldaşlarınızın və ailənizin sizin davranışlarınızla bağlı söylədiklərini dinləyin, eşitmək istəməyəcəyiniz şeylər söyləyə bilərlər. Ancaq unutmaq lazım deyil ki, həyatdakı ən müsbət dəyişikliklər, tənqidlərdən sonra yaranır. 30,Sizi nələrin narahat etdiyini öyrənin Sizi nələrin narahat etdiyini bildiyiniz zaman, içində olduğunuz neqativ vəziyyətdən uzaqlaşa bilər və bunun nəticəsi olaraq ortaya çıxan gərginlik və yorğunluqdan qoruna bilərsiniz. Əgər uzaqlaşa bilməyəcəyiniz bir vəziyyətdirsə, onu aradan qaldırmaq üçün nələr edə biləcəyinizi düşünün. 31.Fasilə edin Tez-tez açıq havada gəzintiyə çıxın, sıxıldığınız hallarda fasilə edin. Bu sizin hadisələrə fərqli perspektivdən yanaşmanızı təmin edəcək. Məsələn, həyat yoldaşınızla hər hansı probleminiz var və ya işdə hansısa çətinliklərlə qarşılaşmısınız, ani reaksiyalardan qaçın, fasilə edin, ətraflı şəkildə düşünün və sonra hərəkətə keçin. Bununla yanaşı, davamlı şəkildə çalışmayın, fasilə etməyi bacarın. Baltanızı tanımadan yeni odunlar kəsməyə hazırlaşmayın. 32.Hərəkətə keçməzdən əvvəl iki dəfə düşünün Hərəkətə keçməzdən əvvəl, səbəbləri ilə birlikdə hərəkətləriniz haqqında düşünün. Əgər işçiniz, sizə də təsir edə biləcək müəyyən yanlışlıq edibsə, dərhal özünüzdən çıxmayın. Ən düzgün çıxış yolu üzərində düşünün. Bunu iki dəfə etdikdən sonra hərəkətə keçin. İki dəfə dinləyib, bir dəfə danışmağımız üçün, iki qulağımız və bir ağzımız olduğunu unutmayaq. 33. Sahib olduğunuz şeylərin dəyərini bilin Ətrafınıza baxın və sahib olduğunuz hər şeyin dəyərinin fərqinə varın. Yoldaşlarınız, ailəniz, karyeranız, eviniz və ya başqa hər hansı bir şey. Hətta bu öz-özlüyündə xoşbəxtlik qaynağıdır. Mənfi şeylərin həyatımıza necə girdiyinin əhəmiyyəti yoxdur, biz sahib olduğumuz şeylər üçün şükr etməliyik. Fərqli bir yöndən baxın və həyatınızdakı gözəl şeylərin dadını çıxarın. 34. Həmişə xoşbəxt olmaq məcburiyyətində deyilsiniz Bəzən, özünüzü pis hiss etməyinizin heç bir mənfi tərəfi yoxdur. Hər zaman sevincli, emosional, enerjili olmaq məcburiyyətində deyilsiniz. İşlərin yolunda getmədiyi, özünüzü pis hiss etdiyiniz günlər də olacaq. Dərd etməyin, problemlər də keçər. 35. Məntiqlə hərəkət edin Problemlərə məntiqlə yanaşın. Hisslərinizlə hərəkət etsəniz, nəticələrlə barışmaq məcburiyyətində qalarsınız. 36. Dedi-qodudan uzaq olun Ətrafınızda gəzən neqativ söhbətlərə qoşulmayın. Əgər qarşınızdakının bu istiqamətdə davam etdiyini görsəniz, üzr istəyərək mədəni şəkildə ordan uzaqlaşın. 37.Günə gözəl başlayın Günə gülümsəyərək başlayın. Bugün, bacara biləcəyiniz və xoşladığınız bir çox şeyə sahib olacaqsınız. Həyat qısadır...! Ancaq, bu gün geriyə qalan həytınızın ilk günü. Bunu əsla unutmayın. Mənbə Marketinq jurnalı
['uğur', 'uğur qazanmaq', 'optimizm', 'motivasiya', 'motivasiya edən sözlər', 'uğur fəlsəfəsi', 'uğur psixologiyası', 'motivasiyanı gücləndirmək', 'müvəffəqiyyət']
6,896
https://kayzen.az/blog/xo%C5%9Fb%C9%99xt-ail%C9%99/247/ki%C5%9Fil%C9%99r-niy%C9%99-susur.html
Kişilər niyə susur?
Leyla
Xoşbəxt ailə
2 mart 2010, 16:51
Kişilər bəzən "Susmaq-qızıldır' xalq deyiminin dəyərini anlayırlar. Psixoloqların fikrincə, kişilər qadınlarla aranı pozmamaq üçün susduqları zamanlar olur. Qadınlar hardan bilsin ki, bu susqunluq onun qəlbinin sakitliyi üçündür. Kişilər isə öz sirlərini gizlətməyə çalışırlar. Sirr 1 Qonşu mənzildəki xanım həqiqətən çox gözəldir. Bu о demək deyil ki, kişi onun yanına getmək istəyir. Siz soruşsanız ki, "Qonşu mənzildəki xanım gözəldir?", cavab isə "Kim? Qonşu mənzildəki xanım? Men heç fikir verməmişəm" olacaq. Kişilər bu cürdür - onlar ətrafda cazibədar qadın görən kimi avtomatik baxırlar. Sirr 2 Bəzən "Mən futbola gedirəm" ifadəsi "Sənin əlindən bir az dincəlmək istəyirəm" deməkdir. Çox zaman futbola (digər idman oyunlarına) getmək kişilərin öz yarının əlindən dincəlmək bəhanəsidir. Əlbəttə heç bir ağıllı kişi deməz ki, "Əzizim, səndən yo­ruldum, istəyirəm dostlarım ilə vaxt keçirim". Odur ki, özlərini idman həvəskarı ki­mi göstərirlər. Sirr 3 Bütün öhdəliklər onları cəsarətli olmaqdan məhrum edir. Nadir kişi tapılar ki, öz arzu­sunun qadını ilə tanış olan ilk gündəncə toy və evin planı haqda fikirləşməyə başlasın. Əksəriyyətinə ay­larla, hətta illərlə vaxt lazım olur ki, sevdiyi xanım ona evlənmə təklifini gözlədiyi haqda fikirləşsin. Sirr 4 Bərabər hüquqluluq - bu yaxşıdır, lakin kişi daha çox qazanmalıdır. "Qazanc gətirən" fikri illərlə kişilər üzərində qalmış bir fikirdir. Onlar daşıyıb gətirir, qadın isə yemək hazırlayır. Qadın da kişi kimi çox qazanc gətirmək istəyəndə ai­lədə münasibət dəyişir, la­kin heç bir kişi "mətbəxdə olmaq" istəməz. Sirr 5 Əslində ev işləri onların xoşuna gəlir. Kişilər çox zaman qadınların evdə "kişi işi" saydıqları işləri (divara mismar vurmaq, mətbəxdə su kranını düzəltmək) əslində isə görməkdən imtina edirlər. On­ların ev işlərindən xoşları gəlir. Onlar üstünlüklərinin daxili təəssüratı baxımından "mənsiz burda heç nə işləmir, heç nə düzəlmir" fikirləşirlər. Bəs niyə bunu qadından gizlədirlər? Bəlkə ona görə ki, bütün bu işlər onlar üçün əlverişsiz vaxtda deyilir Sirr 6 Ilbəil onlar öz yarılarını çox sevirlər. Kişilərin emosional yüksəlişi mərhələli baş verir və 40-50 yaşda pik vəziyyətinə çatır. Əksər kişilər də psixoloqların bu fikrilə razılaşırlar. İlbəil kişilər öz yarılarının təbiətində əvvəllər məlum olmayan yeniliklərini aşkar edirlər. Yaşlaşdıqca daxili qiymətqoyma baş verir və kişilər yarılarında əvvəllər diqqət yetirmədikləri keyfiyyətləri qiymətləndirməyə başlayırlar. Lakin onların heç biri öz qadınlarına de­məz ki, "Əzizim, mən səni günbəgün çox sevirəm". Çünki qadın elə başa düşər ki, "əvvəllər o, məni bəyəm az sevirdi?". Onun hissiyat gücünün yox, təbiətinin dəyişdiyini izah etməkdənsə, ən yaxşısı susmaqdır. Sirr 7 Bəzən onlar qadınların nə barədə danışdığını başa düşmürlər. Bu kişi sirlərinin ən qorxulusundan biridir. O gecəyarısı mətbəxdə həyat yolda­şının təntənəli nitqindən nə-isə bir şey başa düşdüyünü boynuna almaq iqtidarındadır. Ən yaxşı halda "Bəli, bəli, hər şeyi başa düşdüm", "Əlbəttə, əzizim, sən düz dəyirsən" demək yaxşı olardı. Nəinki təkrar nəisə soruşub, onun da cavabını 15 dəqiqə dinləmək. Sirr 8 Onlar sükan arxasında qadınlardan qorxurlar. Qadın sükan arxasında, ki­şilər isə arxada oturanda, onlar daxildə qorxaq oğla­na dönürlər. Lakin onlar bu haqda heç vaxt boynuna almırlar, onların dodaqlarından heç bir kəlmə də çıxmayacaq. Suret 30 km/saatı ötərsə, kişi deyəcək ki, "Əzizim, mənə elə gəlir ki, biz çox sürətli gedirik", şübhə etməyin - o, qorxub. Sirr 9 Kişilər gizlin arzu edirlər ki, onların 25 yaşı olsun. Bunu isə heç vaxt boyunla­rına almırlar. İstəyirlər ki, onların 25, ən uzağı 30 yaşı olsun. Sirr 10 Ona asudəlik verin - o, sizə əbədilik bəxş edəcək. Pis fikirlərsiz və ürəkdən kişi asudəliyinə hörmət edən qadın onun ürəyinə olan və əbədi yanında olması üçün açarı əldə etməyə böyük şansdır. Kişinin hər addımını izləyən qısqanc qadın ro­lunu oynamaqdan vaz ke­çin. Qoyun özü özlüyündə olsun, dostları ilə yeyib-içməyə getsin, tək dincəlsin
['kişilər', 'ailə münasibətləri', 'kişi və qadın']
6,897
https://kayzen.az/blog/ingilis-dili/177/t%C9%99yini-%C9%99v%C9%99zlikl%C9%99r.html
Təyini əvəzliklər
2ral
İngilis dilinin qrammatikası
1 mart 2010, 16:18
DEFİNİNG PRONOUNS Müаsir ingilis dilindә təyin әvәzliklәri qrupunа аşаğıdаkı sözlәr dахildir:all, each, every, everybody, everyone, everything, both, either, other, another. 1. All təyin әvәzliyi. Bu әvәzlik ümumilәşdirici mənаyа mаlikdir. Bunа görә dә о, (1) kоllеktiv bildirәn isimlәrin әvәzinә vә yа (2) оnlаrın təyini kimi işlәdilir, mәsәlәn: (1) All were present at the meeting. (2) All the students are in the yard. All the cars were ready to start. All әvәzliyi hәm ismi, hәm dә sifәti әvәzlik kimi işlәnə bilir. Ismi әvәzlik kimi o, cümlәdә (1) mübtәdа, (2) prеdikаtiv, (3) tаmаmlıq, sifәti әvәzlik kimi isә (4) təyin rоlundа çı.хış еdir, mәsәlәn: (1) Art is a manifestation of emotion and emotion speaks a language that all may understand. (Maugham.) (2) He loved me that is all. (London.)(3) I pass over all that happened at school, ... (Dickens.)(4) All day the wind had been going down ... (Stevenson.) All the trees were in blossom. (Wilde.) All təyin әvәzliyi cümlәdә mübtәdа оlаrkәn (1) cаnlı vаrlıqlаrı bildirdikdә fel cәmdә, (2) cаnsız vаrlıqlаrı və yа (3) mücәrrәd mәvhumlаrı bildirdikdә isә tәkdә işlәnir, mәsәlәn: (1) All were invited to the meeting. (2) All that glisters is not gold. (Proverb.)(3) All is fair in love, you must remember, ... (Stevenson.) All təyin әvәzliyi bəzәn şәхs әvәzliklәrindәn sоnrа işlәnәrәk оnlаrın әlаvәsi оlur, mәsәlәn: It all seemed useless and inane. (Maugham.) Something inherent to the occasion had effected them all.(Galsworthy.) All təyin әvәzliyi Аzәrbаycаn dilinә (1) hаmı, (2) hәr vә yа (3) bütün sözlәrindәn biri ilә tәrcümә еdilir, mәsәlәn: (1) All were present at the meeting — hаmı iclаsdа idi. (2) All that glisters is not gold — hәr pаrıldаyаn qızıl dеyil.(3) It was raining all day long—Bütün günü yаğış yаğırdı.  2. Each təyin әvәzliyi. Bu әvәzlik әvvәlcә qrup hаlındа xаtırlаdılmış vә yа nәzәrdә tutulmuş әşyа vә yахud şәхslәrin hәr bir üzvünü, hәr bir nümаyәndәsini аyrı-аyrılıqdа bildirmәk üçün işlәdilir, mәsәlәn: There were many children in the yard. Each had a red flag in his hand. Give these boys a lump of sugar each (Galsworthy.) Each təyin әvәzliyi hәm ismi, hәm dә sifәti әvәzlik kimi işlәnә bilir. Ismi әvәzlik kimi о, cümlәdә (1) mübtәdа yахud (2) tаmаmlıq, sifәti әvәzlik kimi isә (3) təyin funksiyаsındа işlәnә bilir. Each təyin әvәzliyi mübtәdа funksiyаsındа оlаrkәn fel tәkdә işlәnir, mәsәlәn: (1) They were five, and each was strong and brave. (2) He paid a dollar each. (London.)(3) Each roughness of speech was an insult to her ear, each rough phrases of his life an insult to her soul. (London.) 3. Every təyin әvәzliyi. Bu әvәzlik sаyılа bilәn tәk isimlәrin qаrşısındа sifәti әvәzlik kimi işlәnir. Every әvәzliyi təyin rоlundа çıхış еdәrkәn ismnn qаrşısındа hеç bir аrtikl işlәnmir, mәsәlәn: I go to the institute every day. Every page of every book was a peep-hole into the realm of knowledge. (London.) Every təyin әvәzliyi Аzәrbаycаn dilinә (1) hәr sözü vә yа (2) hәr bir söz birlәşmәsi ilә tәrcümә еdilir, mәsәlәn: (1) I go to the library every week — Mәn hәr hәftә kitаbхаnаyа kеdirәm. (2) Every man must be honest — hәr bir аdаm dоğruçu оlmаlıdır.  4. Everybody vә everyone әvәzliklәri. Bu әvәzliklәr mürәkkәb vә sinоnim sözlәrdir; bir-birini әvәz еdә bilir. Оnlаr әvvәlcә хаtırlаdılmış bnr qrupun аyrı-аyrı üzvlәrinә аid işlәnir. Everybody vә everyone әvәzliklәrinin iki hаl fоrmаsı vаrdır: 1) ümumi hаl fоrmаsı: everybody, everyone; 2) yiyәlik hаl fоrmаsı: everybody's, everyone's. Ümumi hаldа bu sözlәr ismi әvәzlik kimi işlәnәrәk cümlәdә (1) mübtәdа vә yа (2) tаmаmlıq funksiyаsı dаşıyır. Everybody vә ya everyone әvәzliyi mübtәdа оlаrkәn, fel tәkdә işlәnir, mәsәlәn: (1) Everybody (everyone) was glad to see her. Everyone has some sort of a conscience, ... (Maugham.) (2) I know everybody (everyone) in this village. Everybody, everyone təyin әvәzliklәri sözönü ilә işlәnәrәk cümlәdә sözönlü tаmаmlıq rоlundа çıхış еdә bilir, mәsәlәi:To everybody in succession, captain Hopkins said: "Have you read it?" (Dickens.) Everybody, everyone әvәzliklәrinin yiyәlik hаl fоrmаsı cümlәdә hәmişә təyin rоlundа işlәnir, mәsәlәn:Everybody's (everyone's) proposal must be discussed at the meeting. Everybody's (everyone's) question will be answered. Everybody vә everyone әvәzliklәri Аzәrbаycаn dilinә еyni оlаrаq (1) hәr kәs (hәr bir kәs) söz birlәşmәsi vә yа (2) hаmı sözü ilә tәrcümә еdilir, mәsәlәn: (1) Everybody (everyone) must learn the new words—Hаmı (hәr kəs) yеni sözlәri öyrәnmәlidir. (2) Everybody (everyone) knows that the sun rises in the East—Hәr kәs (hаmı) bilir ki, günәş şәrqdәn dоğur.  5. Everything təyin әvәzliyi. Bu әvәzlik bir qаydа оlаrаq әşyаlаrа, mücәrrәd mәfhumlаrа vә hеyvаnlаrа аid işlәnir. О, cümlәdә (1) mübtәdа, (2) prеdikаtiv vә (3) tаmаmlıq rоlundа ışlәnә bilir, mәsәlәn: (1) Everything was dirty and shabby. (Maugham) (2) It would be everything to get Irene out of town. (Galsworthy.)(3) I forgot everything but my own amazement. (Maugham.) Everything təyin әvәzliyi Аzәrbаycаn dilinә hәr şеy, (hәr bir şеy) söz birlәşmәlәri ilә tәrcümә еdilir, mәsәlәn: Everything is clear — hәr şеy (hәr bir şеy) аydındır. I could not see everything distinctly in the darkness — Mәn qarаnlıqdа hәr şеyi (hәr bir şеyi) аydın görə bilmirdim.  6. Both təyin әvәzliyi. Bu әvәzlik әvvәlcәdәn хаtırlаdılmış iki şәхsi, әşyаnı vә yа iki fikri bildirmәk üçün işlәdilir, mәsәlәn: You can learn English or French or both of them. I liked the play and the acting. Both were splendid, indeed. We were both hot and tired. (Maugham.) Both təyin әvәzliyi hәm ismi, hәm dә sifәti әvәzlik kimi işlәnә bilir. Ismi әvәzlik kimi işlәnәrkәn о, cümlәdә (1) mübtәdа vә (2) tаmаmlıq funksiyаsındа çıхış еdir; sifәti әvәzlik kimi isә (3) təyin оlur, mәsәlәn: (1) Both were again silent. (Bronte.) (2) I have seen both.(3) Isn't it a foolish thing on both sides? (Galsworthy.) Both təyin әvәzliyi şәхs әvәzliklәrinә әlаvә kimi dә işlәnә bilir, mәsәlәn: I thought we could both paint there. (Maugham.) I saw them both. (Galsworthy.) They both talked as if they were in constant contact with the professional theatre. (Braine.) Both Аzәrbаycаn dilinә hәr iki söz birlәşmәsi ilә tәrcümә еdilir, mәsәlәn: There were green trees on both sides of the village — Kәndin hәr ikitәrәfindә yаşıl аğаclаr vаr idi.I recognized both of them at once — Mәn оnlаrın hәr ikisini dәrhаl tаnıdım.  7. Either təyin әvәzliyi. Bu әvәzlik dә әvvәlcә хаtırlаdılmış iki şәхs vә yа әşyаyа аid işlәnir, mәsәlәn: Give me a pen or a pencil. Either will do. Call here the dean or the assistant of the dean. Either will do. Either әvәzliyi iki mənаdа işlәnir: 1) hаnsı, bu vә yа digəri, ikisindәn biri; 2) hәr ikisi, mәsәlәn: 1) Take either book. I don't mind — Hаnsı (ikisindәn birini) kitаbı istәyirsәn götür. Mәn еtirаz еtmirәm. 2) There are new high houses on either side of the street — Küçәnin hәr ikitәrәfindә tәzә hündür еvlәr vаr idi. Either təyin әvәzliyi cümlәdә (1) mübtәdа, (2) tаmаmlıq vә yа (3) təyin funksiyаsındа çıхış еdir, mәsәlәn: (1) Give me a newspaper or a magazine. Either will do. (2) I have seen either of them to day.(3) There was towards the end a look of fatigue in the face of the woman on either side. (Maugham.) Either təyin әvәzliyi sözönü ilә işlәnәrәk sözönlü tаmаmаlıq funksiyаsı dа dаşıyа bilir, mәsәlәn: I never said a word to either of them. (Maugham.) 8. Other təyin әvәzliyi. Bu әvәzlik әvvәlcә хаtırlаdılmış әşyа vә yа şәхsdәn fәrqlәnәn digər bir şәхs vә yа әşyа hаqqındа dаnışılаrkәn işlәnir. Other təyin әvәzliyinin iki hаl fоrmаsı vаr: ümumi hаl fоrmаsı — other, yiyәlik hаl fоrmаsı — other's. Bu әvәzliyin iki dә kәmiyyәt fоrmаsı vаr: tәk fоrmаsı — other, cәm fоrmаsı — others. Other təyin әvәzliyi hәm ismi, hәm dә sifәti әvәzlik kiıi işlәnә bilir: ismi әvәzlik kimi о, cümlәdә (1) mübtәdа vә yа (2) tаmаmlıq, sifәti әvәzlik kimi isә (3) təyin funksiyаsındа işlәnir, mәsәlәn: (1) I've two sisters, one married, and the other'll get married soon, I suppose. (London.) (2) They (women) think a man leaves them only because he wants others. (Maugham.)(3) It gives you an odd feeling, as though someone were lying dead on the other side of the wall. (Maugham.) Other təyin әvәzliyi sözönü ilә işlәnәrәk sözönlü tаmаmlıq funksiyаsı dа dаşıyа bilir, mәsәlәn: You are not fair to the others. (Voynich.) Other təyin әvәzliyi Аzәrbаycаn dilinә (1) о biri söz birlәşmәsi vә yа (2) bаşqа sözü ilә tәrcümә еdilir, mәsәlәn: (1) After dinner the others went to the park — Nаhаrdаn sоnrа o birilәri pаrkа kеtdilәr. (2) You must be tender to the others — Sәn bаşqаlаrınа qаrşı nәzаkәtli оlmаlısаn.  9. Another təyin әvәzliyi. Bu әvәzlik düzәltmә sözdür. О, other әvәzliyi vә an qеyri-müәyyәnlik аrtiklı vаsitәsilә düzәldilmişdir. Bunа görә dә bu әvәzlik qеyri-müәyyәnlik аrtiklınа хаs оlаn хüsusiyyәtә uyğun оlаrаq аncаq tәkdә sаyılа bilәn isimlәrlә işlәnir, mәsәlәn:another pen, another table, another chair və s. Qеyd. Isim cәmdә оlаrkәn another əvәzliyinin yеrinә other әvәzliyi işlədilir. Müqаyisә еdin: another pen — other pens. Another әvәzliyinin iki mənаsı vаr: 1) bаşqа bir (әvvәlkindәn fәrqli); 2) (әlаvә) bir ...dә (...dа). Another әvәzliyinin mənаlаrını fәrqlәndirıәk bəzәn çәtin оlur. hәttа bu әvәzliyin Аzәrbаyçаn dilindәki qаrşılıqlаrı dа оnа хаs оlаn hәmin iki mənаnı bəzәn fәrqlәndirә bilmir. Mәsәlә burаsındаdır ki, another әvәzliyinin Аzәrbаycаn dilindә оlаn qаrşılıqlаrı (bаşqа bir, әlаvә bir) dа mənаcа çох yахındır. Bu yахınlıq еyni sözә (another әvәzliyinә) хаs оlаn iki mənаnı qәti оlаrаq fәrqlәndirmәk işindә çәtinlik törәdir. Another әvәzliyinә хаs оlаn mənаlаrı fәrqlәndirmәk üçün hәmin әvәzliyin işlәndiyi cümlәdәn sоnrа gəlәn cümlәni nәzәrә аlmаq lаzımdır: another әvәzliyi birinci mənаdа (bаşqа bir) işlәnәrkәn bu әvәzliyin işlәndiyi cümlәdәn sоnrа gəlәn cümlә hаqqındа dаnışılаn şеyin (әşyаnın) yаrаmаdığı bildirilir vә cümlә inkаrdа оlur, mәsәlәn:Give me another pen. This one does not write — Mәnә bаşqa bir qәlәm vеrin. Bu yаzmır. Bu әvәzlik ikinci mənаdа (әlаvә bir) işlәnәrkәn isә hәmin әvәzliyin işlәndiyi cümlәdәn sоnrа gəlәn cümlәdә hаqqındа dаnışılаn şеyin kifаyәt еtmәdiyi göstərilir, mәsәlәn:Bring me another cup of tea. I am very thirsty — Mәnә bir fincаn dа çаy gətirin. Mәn çох susuzаm. Another təyin әvәzliyi hәm ismi, hәm dә sifәti әvәzlik kimi işlәnә bilir. Ismi әvәzlik kimi işlәnәrkәn о, cümlәdә (1) mübtәdа, vә yа (2) tаmаmlıq, sifәti әvәzlik kimi işlәnәrkәn isә (3) təyin funksiyаsı dаşıyır, mәsәlәn: (1) Another of her ways was to make the "half-timers" — ... stand up all through the lessons to prevent them from falling asleep. (Walsh.) (2) Often among the women he met, he would see now one, now another. (London.)(3) Another week passed. (London.) There was another thing I liked in Mrs. Strickland. (Mugham.) Müəllif: Oruc Musayev Mənbə: İngilis dilinin qrammatikası kitabı
['əvəzlik', 'təyini əvəzliklər']
6,898
https://kayzen.az/blog/xo%C5%9Fb%C9%99xt-ail%C9%99/241/ki%C5%9Fil%C9%99r-%C3%BC%C3%A7%C3%BCn-ail%C9%99-h%C9%99yat%C4%B1n%C4%B1-daha-da-xo%C5%9Fb%C9%99xt-etm%C9%99k-qaydalar%C4%B1.html
Kişilər üçün-ailə həyatını daha da xoşbəxt etmək qaydaları
Leyla
Xoşbəxt ailə
28 fevral 2010, 20:36
l. Heç vaxt öcəşməyin!!! Ailə həyatınızı məzara sürükləyən ən qısa yol. Deyingənlik və öcəşkənlik məhəbbətin puç edilməsi üçün cəhənnəm iblislərinin icad etdikləri bütün cəhənnəm əzablarının ən əzablısıdır. Qadının öcəşkənliyi və davakarlığı kişinin öz ailəsini atmasının başlıca şərtlərindən biridir. Çox qadınlar xırdaçılıq edib hər şeyə qulp qoymaqla özlərini ailə həyatı üçün tədricən məzar qazmışlar. 2. Həyat yoldaşınızın xasiyyətini dəyişdirməyə çalışmayın. Sevin və yaşamağa mane olmayın. Ailə həyatında münasib həyat yoldaşı tapmaqdan daha vacibi münasib həyat yoldaşı olmağı bacarmaqdır. insanlarla ünsiyyətdə ən əvvəl bunu bilmək lazımdır ki, onların vərdiş etdikləri tərzdə, özləri istəyən kimi yaşamalarına mane olmaq yaramaz, ancaq gərək bu vərdişlər bizim vərdişlərimizlə o qədər də kəskin ziddiyyətə girməsin. 3. Tənqid etməyin. Ailənin dağılmasının səbəblərindən biri də tənqiddir — mənasız tənqid, ürəyi yaralayan tənqid. Kişilər qadınların qəşəng geyinmək və gözəl görünmək şeylərini diqqətsiz buraxmamalıdırlar. Kişilər çox vaxt qadınların geyimlə necə dərindən maraqlandığını unudurlar, bəlkə də bunu heç bilmirlər. Məsələn, kişi və qadın küçədə başqa cütə rast gələrlərsə, çətin ki, qadın kişiyə birinci baxmış olsun, onu ən əvvəl qadının daha yaxşı geyinməsi maraqlandırır. 98 yaşında qoca qadına 30 il əvvəl çəkilmiş fotoşəkli göstərdikdə onun zəifləmiş gözləri şəkli yaxşı seçə bilmədi, amma verdiyi yeganə sual belə oldu: «Mənim əynimdəki hansı paltar idi?». Bu sətirləri oxuyan kişilərin heç yadına gəlmir ki, 5 il bundan əvvəl nə cür kostyum və köynək geyiniblər, heç bunu yada salmağa həvəsləri də olmur. Amma qadınlar bizdən fərqlənirlər və biz də bunu etiraf etməliyik. Bir kəndli qadın ağır iş günündən sonra kişilərin yemək stoluna böyük bir ot bağı qoyur. Kişilər təəccüblə soruşanda ki, «ağlın yerindədirmi?», cavab verir ki, «Nə biləydim ki, görəcəksiniz? iyirmi ildir ki, sizi yedizdirirəm, amma bütün bu müddətdə bir dəfə eşitməmişəm deyəsiniz ki, yediyimiz ot deyil!». Nəyə görə öz xanımınıza bu cür diqqətlə yanaşmayasınız? Bundan sonra, əgər kartof yaxşı qızarmışsa, bunu ona deyin, qoy xanımınız bilsin ki, siz onu qiymətləndirdiniz. Bilsin ki, sizin yediyiniz ot deyildi — yaxud da, necə deyərlər, «kiçik xanıma böyük əlinizi uzadın». Xanımınızın sizin xoşbəxtliyinizdə necə böyük rol oynadığını ona bildirməkdən qorxmayın. 4. Səmimi təşəkkür edin. Hər kəsi xoşbəxt etmək üçün asan üsul. Qadının öz xoşbəxtliyini evində tapması üçün lazımdır ki, kişi öz minnətdarlığını və sədaqətini ona bildirsin. Əgər bu minnətdarlıq və sədaqət səmimidirsə, onda kişi də xoşbəxt olar. Lap qədim zamanlardan gül məhəbbətin dili hesab olunub. Niyə gözləyirsiniz ki, xanımınız xəstəxanaya düşsün, siz də ona gül aparasınız? Niyə sabah-axşam ona gül aparmayasınız? Eksperimentdən xoşunuz gəlirmi? Cəhd edin. Görəcəksiniz, baş tutacaq! Corc M. Koen Brodveydə nə qədər məşğul olursa-olsun, anası vəfat edən günədək ona hər gün 2 dəfə zəng vururdu. Elə bilirsiniz, hər dəfə təzə xəbər verirdi? Əsla yox. Sevimli qadına bu cür diqqət göstərir ki, siz onun haqqında fikirləşirsiniz, siz onu sevindirmək istəyirsiniz. Göstərir ki, onun müvəffəqiyyəti sizin ürəyinizdəndir. Qadınlar ad günlərinə və başqa ildönümlərinə böyük əhəmiyyət verirlər. Niyə? Bu həmişəlik qadınların sirri olaraq qalacaq. Adi kişi çoxlu tarixləri saya almadan həyat yolunda addımlaya bilər, lakin iki tarixi mütləq xatırlamalıdır: xanımının ad gününü və toy günlərini. Əksər ailə faciələrinin əsasında gündəlik həyatın xırdalıqları durur. Ən adi bir şey – işə gedən kişinin xanımına əl etməsi çox boşanmanın qarşısını ala bilər. 5. Bir az diqqətli olun. Bunun qadın üçün elə böyük mənası var ki… Çox kişilər gündəlik diqqətin əhəmiyyətini lazımınca qiymətləndirmirlər. Nəhayət, nikah gündəlik epizodlardan   ibarətdir. Buna o qədər də əhəmiyyət verməyən ailənin kədəri ağır olur. Nəzakət — ailə həyatının əsasıdır. Kobudluq məhəbbəti çeynəyən xərçəngdir. Bunu hamı bilir, başqalarına münasibətdə daha nəzakətliyik, nəinki doğmalarımıza qarşı. Heç ağlımıza da gəlmir ki, yad adamın söhbətini yarıda kəsib dəyək ki, «doğrudanmı, bu köhnə əhvalatı yenə də danışmaq istəyirsiniz?» Heç ağlımıza da gəlmir ki, dostlarımıza gələn məktubu onların icazəsi olmadan açaq, ya da onların gizli işlərinə qarışaq. Amma bizə ən yaxın və doğma olan ailə üzvlərimizi ən kiçik şey üstə də təhqir etməyə hazırıq. Nəzakət qəlbin elə xüsusiyyətidir ki, o, ürəyi qırılmış qapını yox, bu qapı arxasında gül-çiçəyi görməyə imkan verir. Nəzakət ailədə də motora yağ lazım olan kimi lazımdır. Nigahı müvəffəqiyyətli olan adam tənha yaşayan dahidən daha qiymətlidir. Dahi rus yazıcısı Turgenev demişdir: «Mən bütün kitablarımı və dahiliyimi verməyə hazıram, bilsəm ki, hardasa elə bir qadın var ki, mən yeməyə gecikəndə narahat olur.» Heç bir qadın başa düşməyə qadir deyil ki, nəyə görə kişi öz işində və peşəsində müvəffəqiyyət qazanmağa sərf etdiyi qədər əməyi ailəsini qoruyub saxlamağı üçün sərf etmir. Halbuki kişi üçün xoşhal xanımının və xoşbəxt ailəsinin olması milyon dollar qazanmaqdan daha qiymətlidir. Buna baxmayaraq, çətin ki, yüzdən bir adam nigahını necə müvəffəqiyyətli etmək haqqında fikirləşir və buna səy göstərir. Hər kişi bilir ki, nəvazişlə qadınından hər şey ala bilər, o isə əvəzində heç nə istəməz. Hər bir kişi bilir ki, əgər o xanımına desə ki, keçən ilki paltar sənə çox gözəl yaraşır, o, həmin paltarı ən təzə və dəbdə olan paltara da dəyişməz. Hər bir kişi bilir ki, öpüşləri ilə xanımının gözünü o vaxtadək yuma bilər ki, o, yarasa kimi kor olsun. 6. Nəzakətli olun. Ailə həyatında nadan olmayın. Ailə həyatındakı müvəffəqiyyətsizlik əsasən aşağıdakı dörd səbəbdən irəli gəlir: — seksual uyğunsuzluq — asudə vaxtı necə keçirmək barəsində fikir ayrılıqları — maliyyə çətinlikləri — əqli, fiziki və emosional çatışmamazlıqlar Sentimental qapalılıq ailə həyatının bütün aspektlərini ər-arvadlıq praktikasını ağılla və düzgün müzakirə etmək bacarığı ilə əvəz olunmalıdır. Xoşbəxt olmaq istəyirsinizsə bunlara etinasızlıq göstərməyin. Mənbə Gözəllik dünyası jurnalı May-2008
['xoşbəxtlik üçün məsləhətlər', 'ailə həyatı', 'ailə səadəti', 'xoşbəxt evlilik', 'xoşbəxt ailə', 'xoş münasibət', 'xoşbəxt ailənin sirləri']
6,899
https://kayzen.az/blog/fizikl%C9%99r/233/leonardo-da-vin%C3%A7i.html
Leonardo da Vinçi
Aynur
Görkəmli fiziklər
25 fevral 2010, 22:04
«O, günəşli zirvədir. Bu zirvə bütün qitələrdən aydın görünür. Bu zirvə fəthedilməzdir. Leonardo da Vinçiyə eşq olsun» S. Vurğun Dünya mədəniyyəti tarixinə Leonar­do rəssam kimi daxil olmuşdur. Onun sənət əsərləri dünya mədəniyyətinin ən qiymətli əsərlərindən hesab edilir. Leonardo Florensiyanın yaxınlığındakı Vinçi şəhərciyində varlı notarius ailəsində anadan olub. O, kiçik yaşlarından rəssamlığa böyük maraq göstərirmiş. Rəssamlıq sahəsində onun ilk müəllimi Florensiya rəssamı Andrya del Verrokkio olmuşdur. 1472-ci ildən 1482-ci ilə kimi Leonar­do Florensiyada yaşayıb-yaratmış, sonra isə Milan şəhərinə köçmüşdür. 1499-cu ildə Milan Fransızlar tərəfindən zəbt olunanda O, Florensiyaya qayıtmışdır. 1516-cı ildə Fransa kralının dəvəti ilə o, Fransaya köçmüş və 2 may 1519-cu ildə vəfat etmişdir. Leonardo universitet alimi olmamış, həyatı boyu hər şeyi bilmək istəyən və öz-özünə öyrənən olmuşdur. O, 20 yaşında ilk «Mələk» adlı əsərini yaratmışdır. Leonardonun işləri elm və mədəniyyət tarixində gurultulu mənaya malikdir. Onun yaradıcılığı orta əsrdə köhnə mədəniyyət əvəzində yenisinin yaranmasına səbəb olmuşdur. O, Qaliley, Dekart, Kepler, Nyuton və başqa təbiətşünaslığın əsasını qoyanların həqiqi sələfi olmuşdur. Leonardo da Vinçi böyük heykəltəraş, rəssam və memar olmaqla həm də böyük alim: riyaziyyatçı, fizik, mexanik, mühəndis və astronom, fizioloq və nəbatatçı, musiqişünas olmuşdur. O, hərbi-mühəndis işləri sahəsində, hidrotexnikada ixtiralar etmiş, fizikaya aid cihazlar, mexaniki qurğular yaratmış, paraşütün ideyasını vermiş, uçan aparatlar üzərində işləmişdir. Leonardo mexanikanı «riyazi elmlərin cənnəti» adlandırmış və dünya sirlərinin əsas açarı hesab etmişdir. İnsan və heyvan orqanizminin quruluşu və həyat tərzi ilə də maraqlanmışdır. Gözü anatomik cəhətdən öyrənib və onun modelini qurmuş, quşların uçmasını öyrənmək üçün çoxlu çertyojlar çəkmişdir. O, təbiət hadisələrinin eksperimental metodla tədqiq olunmasının tərəfdarı idi. Təcrübəni dəfələrlə təkrar etməyi vacib sayan, onun qüdrətinə böyük inamı olan Leonardo demişdir: 1. Ola bilsin ki, hər hansı təsadüfi kənar amillər təcrübənin gedişinin doğruluğuna təsir edib, eksperiment aparanı aldadar. 2. Təcrübəyə əsaslanaraq təbiəti öyrənməklə yaxşı nəticə əldə etmək olar. 3. Fiziki biliklərin mənbəyi təcrübədir. 4. Hadisə təcrübə vasitəsilə yoxlandıqdan sonra həqiqət sayılar. 5. Təbiətin sehrli hadisələrinin izahedicisi təcrübədir. 6. Təcrübə heç zaman səhv etmir, yalnız sizin mühakimələriniz səhv edir. Leonardo, işıq qüvvəsinin məsafədən asılı olmasını, mexa­niki zərbənin və cisimlərin düşməsinin qanunauyğunluğunu, üfüqi atılmış cismin hərəkət trayektoriyasını öyrənmişdir. O, birləşmiş qablarda mayelərin tarazlığını təsvir etmiş və mayelərdə təzyiqin ötürülməsi qanununun kəşfinə çox yaxınlaşmışdır. Leonardo da Vinçi sürüşmə sürtünmə əmsalını təcrübədən alman məlumatlar əsasında təyin etməkdə ilk addım atmışdır. Maşın və mexanizmlərdəki sürtünmə problemini həll etməklə o elmə qiymətli hədiyyə gətirmiş, birinci olaraq mühəndislik işlərinə sürtünmə əmsalı anlayışını daxil etmiş­dir. Onun çertyojlarından məlum olur ki, indiki diyircəkli yastıqların ideyasının müəllifi Leonardo da Vinçidir. Leonardo yazmışdır: «Sürtünmə qüvvəsi toxunan səthlərin materialından və səthlərin hamarlıq dərəcəsindən asılı olub, toxunan səthlərin sahəsindən asılı deyildir; o, yükün çəkisi ilə düz mütənasibdir, yağlanmaqla və diyircəkli yastıqların köməyi ilə azaldıla bilər.» Eyni zamanda konusvari yastıqlar ixtira etməklə yanaşı «Daimi mühərrik» qurmağın mümkün olmamasını söyləmişdir. Leonardo öz təcrübələrindən belə bir qanun müəyyən etmişdir: «Hər bir ağır cismin çəkiyə görə yaratdığı sürtünmə müqaviməti, həmin çəkinin 1/4-nə bərabərdir». Bu, müasir dövrdə hesablanmış sürtünmə əmsalının orta qiymətinə yaxındır. Leonardo da Vinçi texnikanın müxtəlif sahələrinə aid olan çoxlu layihələrin müəllifidir. Bu layihələr: uçan aparat­lar, toxucu dəzgahları, metallurgiya sobaları, yayma stanları, hidravlik maşın və çap maşını, şüşəni, qabarıq güzgünü və eynək şüşəsini cilalamaq üçün qurğudan ibarətdir. Leonardoya qədər insanlar işıq üçün alovdan istifadə ediblər. O, alovu metal boru ilə dövrəyə almaqla işıq texnikasını xeyli təkmilləşdirmişdir. Qeyd etmək lazımdır ki, me­tal borunu şüşə ilə əvəz edənə kimi təxminən 300 il keçmişdir. Müşahidəçilik qabiliyyəti və iti təfəkkürü ona imkan vermişdir ki, o, maraqlı müşahidələr və təcrübələr aparıb bir sıra məsələləri və anlayışları öyrənib formalaşdırsın. Belə ki, Leonardo səsin və suda əmələ gələn dalğaların mühüm xassələrini öyrənmişdir. O, müəyyən etmişdir ki, istər səs dalğası və istərsə də suda yaranan dalğalar bir-birinə mane olmadan yayılır /Superpozisiya prinsipi/. Leonardo havada uçma ilə maraqlanmış, paraşütün quruluşunu vermiş, müxtəlif qurğularda lingin tarazlıq şərtlərini tədqiq etmiş, qüvvə momenti anlayışından istifadə etmiş, mail müstəvidə yükün tarazlığını və hərəkətini öyrənmişdir. Biz Leonardonun yaradıcılığının əhatə etdiyi sahələrlə qısaca tanış olduq. Bu sahələrin hər biri bir adamın yüksək şöhrət qazanmasına kifayət edər. Lakin Leonardo İntibah dövründə öz dərin zəkası və əməyi sayəsində çoxsahəli yaradıcılığı ilə elm və mədəniyyətin bir çox sahələrində məşəl kimi şölə saçmışdır. Leonardo da Vinçinin qeydlərində incəsənət haqqında müdrik fikirlər, dağların mənşəyi haqqında ehtimallar, ulduzlar və başqa səma cisimləri haqqında düşüncələr, müxtəlif maşın çertyojları vardır. Qeyd etməliyik ki, Leonardo da Vinçinin 7 minə qədər əlyazması gəlib bizə çatmışdır. Bu yazılardan birində o, Yerin fırlanmasını təsvir edir ki, bu Kopernikin kəşfindən 40 il əvvəldir. Mənbə Görkəmli fiziklər kitabı Müəllif Fərhad Hacıyev
['Leonardo da Vinçi', 'dahi']