Unnamed: 0
int64
0
6.93k
url
stringlengths
41
313
title
stringlengths
3
153
author
stringclasses
256 values
category
stringclasses
371 values
date
stringlengths
17
23
content
stringlengths
3
89.6k
tags
stringlengths
6
314
6,700
https://kayzen.az/blog/Az%C9%99rbaycan-tarixi/1192/az%C9%99rbaycan-fevral-inqilab%C4%B1ndan-sonra.html
Azərbaycan Fevral inqilabından sonra
papatürk
Azərbaycan tarixi
2 may 2010, 23:33
Petroqradda baş verən dəyişikliklər Rusiyanın müstəmləkə ucqarlarında, o cümlədən Cənubi Qafqazda da öz əks-sədasını verdi. 1917-ci il martın 5-də bölgənin ən iri sənaye şəhəri Bakıda yeni hökuməti müdafiə edən İctimai Təşkilatlar Şurası və onun Müvəqqəti İcraiyyə Komitəsi təşkil olundu. Martın 7-də Bakı fəhlə deputatları Soveti yaradıldı. Fevral inqilabından sonra leqal fəaliyyətə başlayan «Müsavat» partiyasının əhali arasında nüfuzu artmaqda idi. 1917-ci ilin oktyabrında Bakı sovetinə keçirilən seçkilərdə o, bolşeviklərə nisbətən 2,5, daşnaqlara nisbətən isə 18 dəfə çox səs almışdı. Bundan qısqanan digər partiyalar, xüsusən bolşeviklər və daşnaklar «Müsavat»a qarşı vahid cəbhə yaratdılar. Rusiyada oktyabr çevrilişindən sonra Bakı Sovetində çoxluq təşkil edən bolşeviklər hakimiyyəti ələ aldılar. Onlar Bakını cənub Qafqazda inqilabla əksinqilab arasında mübarizə dayağı elan etdilər. Başda Stepan Şaumyan olmaqla Bakı Soveti Qırmızı Qvardiya dəstələri yaratdı. Dünya müharibəsi cəbhələrindən qayıdan 5 min əsgəri qvardiya sıralarına götürdülər. Beləliklə, 1012 minlik ordu təşkil edildi. Onların da 70 faizini ermənilər təşkil edirdi. Bütün bu qüvvələr «əksinqilabi qüvvə» kimi qələmə verilən «Müsavat»a, müsəlmanlara, azərbaycanlılara qarşı çevrilmişdi. Bunun üçün bəhanə olaraq Evelina münaqişəsi törədildi. Bakı soveti min cür şayiələrə əsaslanaraq müsəlman alayı zabitlərini Lənkərana aparan «Evelina» gəmisini tərksilah olunmasını tələb etdi və onu həyata keçirdi, Bu şəhərin müsəlman əhalısini həyəcana gətirdi. Onlar silahların qaytarılmasını tələb etdilər. Bax bu, 1918-ci il martın 30 - aprelin 1-də Bakıda azərbaycanlılara qarşı törədilmiş soyqırımı üçün siqnal oldu. Soyqırım nəticəsində təkcə Bakıda 12 mindən çox azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. Aprel ayının ilk günlərindən etibarən Şamaxıda, Qubada, Xaçmazda, Göyçayda, Kürdəmirdə, Salyanda, Lənkəranda və b. ərazilərdə də azərbaycanlılara qarşı soyqırımı təşkil olundu, 20 mindən çox adam öldürüldü. Yüzlərlə Azərbaycan kəndi dağıdılıb yandırıldı. Sovet mətbuatında bu «müsavatçıların antisovet qiyamına qarşı mübarizə» kimi qələmə verilmişdi. Əslində isə bu bolşeviklərin daşnaqlarla birlikdə azərbaycanlılara qarşı düşünülmüş soyqırımı idi. Soyqırımın təşkilatçılarından olan S.Şaumyan 1918-ci il aprelin 13-də RSFSR XKS-nə göndərdiyi hesabatında yazmışdı: «Üç gün ərzində - 30, 31 mart və 1 apreldə Bakı şəhərində şiddətli vuruşma olmuşdur. Biz süvari dəstəmizə birinci silahlı hücum cəhdindən bəhanə kimi istifadə etdik və bütün cəbhə boyu hücuma keçdik..., bizim 6 min nəfərə yaxın silahlı qüvvələrimiz var idi... «Daşnaksütyun»un da 3-4 min nəfərlik milli hissələri var idi ki, bunlar da bizim ixtiyarımızda idi. Milli hissələrin (daşnak hissələrinin) iştirakı vətəndaş müharibəsinə qismən milli qırğın xarakteri vermişdi, lakin buna yol verməmək mümkün deyildi, biz bilərəkdən buna yol verirdik». Bolşevik - daşnak güruhu mart soyqırımını «inqilabın əksinqilab üzərində qələbəsi» kimi mənalandırırdı.Mart hadisələrindən sonra müvəqqəti üstünlük əldə edən Bakı Soveti şəhərdə idarəçiliyi öz əlinə aldı. O, antiazərbaycan siyasətini gücləndirdi. V.Avakyan Bakı və ətraf rayonların yeni komendantı təyin edildi. Erməni Milli Şurasından başqa bütün digər Milli Şuralar qadağan olundu. «Şəhər Duması» buraxıldı. 1918-ci il aprelin 25-də tarix ədəbiyyatında Bakı Kommunası adlandırılan Bakı Xalq Komissarları Soveti (BXKS) yaradıldı. Onun tərkibində əsas yeri qeyri millətlərin, xüsusən ermənilərin nümayəndələri tuturdu, Sədri və xarici işlər Komissarı Şaumyan, Xalq hərbi və dəniz Kommissarı Korqanov (Korqanyan), Ədliyyə Komissarı A.B.Korenyan (Qabrielyan) və b. idilər. BXKS-nin rəhbərliyinə Z.Avetisyan, Ter-Qabrielyan, Kostandyan, Osipyan, Əmiryan, Ter-Saakyan, Nuricanyan və b. da daxil idilər. Məhz buna görə də daşnak Ermənistanının o zamankı liderlərindən olan A.Xatisov (Xatisyan) BXKS-ni «erməni sovet hökuməti» adlandırmışdı. BXKS-nin tərkibinə azərbaycanlılardan ancaq N.Nərimanov, M.H.Vəzirov və M.Əzizbəyov daxil edilmişdi. BXKS-i 1918-ci il aprelin 28-də mart soyqırımında mühüm rol oynamış erməni hərbi hissələrini «Beynəlmiləl dəstələr» adı altında Qırmızı Qvardiyanın tərkibinə daxil etmişdi. 18 minlik Kommuna ordusunun 13 minini, zabitlərin isə demək olar ki, əksəriyyətini ermənilər təşkil edirdi. Deməli, BXKS Azərbaycan üçün yad bir siyasi qurum idi. O, tamamilə antiazərbaycan siyasəti yürüdürdü. BXKS, o zaman fəaliyyətdə olan əsil milli hökumət olan Azərbaycan Xalq Cümhuriyyətini ləğv etmək, Bakını, Azərbaycanı Sovet Rusiyasının tərkibinə qatmaq siyasəti yürüdürdü. Onun Azərbaycan milli sosial bazası yox idi. Ona görə də o, uzun müddət yaşaya bilmədi. 1918-ci il iyulun axırlarında (31-də) süqut etdi. 1918-ci il avqustun 1-də Bakıda «Mərkəzi Xəzər» diktaturası təşkil olundu. Sentyabrın 19-dan 20-nə keçən gecə Bakı kommissarlarından 26 nəfəri Ağcaqum çöllərində güllələndilər. Beləliklə, Azərbaycan tarixinə qara ləkə kimi daxil olan Bakı Kommunasına son qoyuldu.
['Bakı Kommunası', 'bolşeviklər']
6,701
https://kayzen.az/blog/fitness/1286/fiziki-h%C9%99r%C9%99k%C9%99tl%C9%99r-v%C9%99-sa%C4%9Flaml%C4%B1q.html
Fiziki hərəkətlər və sağlamlıq
Leyla
İdman və sağlamlıq
2 may 2010, 16:33
Bizim bədənimizdə 600 müxtəlif əzələ vardır və əzələ liflərini təşkil edən ən əsas hissə isə zülaldır. Əzələ kütləsi yalnız yıgılma və boşalma zamanı saxlanıla və arta bilər, sakit vəziyyətdə isə əzələlər atrofiyalaşır. İnsan yaşlaşdıqca əzələ və piy toxmasının nisbəti potoloji olaraq, hətta qamətli insanlarda belə piy toxumasının artmasına yönəlir. Herontoloqlar əzələ kutləsinin itirilməsini qocalıq əlaməti hesab edirlər, lakin hal-hazırda gənclərin 30%-ə qədərinin əzələ kütləsinin çatışmamazlığı faktdır. Əzələlər təbiyətin unikal təzahürüdür: onlara ehtiyac olmadıqda onlar dərhal atrofiyalaşır. Lakin ən maraqlısı odur ki, onlar fiziki yük və qida alan kimi bərpa olmaq qabiliyyətinə malikdirlər.Fiziki hərəkətlər nə üçün xeyirlidir?-Depresiyadan çox gözəl müalicə vasitəsidir: intensiv fiziki fəaliyyət zamanı orqanizimdə endorfin və ya «xoşbəxtlik hormonu» yaranır;-Streslərə davamlığı artırır: fiziki fəaliyət zamanı stress harmonu olan adrenalinin səviyyəsi aşağı düşür;-«Pis» xolesternin, triqliseridlərin səviyyəsi enir, “yaxşı “ xolesterinin miqdarı artır ki, buda aterosklerozdan müdafiyədir; -Arterial təzyiqi normalaşdırır, və nəticədə insultların və ürək tutmaları riskini azaldır;-Kalori sərfi, iştahanın normallaşması və mübadilə proseslərinin sürətlənməsi hesabına bədən çəksinin aşağı düşməsinə kömək edir.-Sümük və oynaqların davamlılığını artırır- osteoparozun profilaktika və mülicəsi;-Orqanizmin adaptasion imkanlarını,insanın iradəsini inkişaf etdirir.Tailand qızlarının aerobikasına baxmaqla çox şey qazana bilərsiniz,çalışın siz də təkrar edin: Lakin fiziki aktivliyin bütün ustunlüklərinə baxmayaraq, bir çox insanlar oturaq həyat tərzi keçirir və nəqliyyatı piyada gəzməkdən, televizoru trenajordan, virtual həyatı real hərəkətdən üstün tuturlar. Hipodinomiya ( latınca “ hipo” – az, “ dinamo” – hərəkət deməkdir) bir çox xəstəliklərin idarə olunan risk faktoruna aid olub həyatın müddətini çoxlu illər qisaldır. 20-ci əsrin axırında aparıcı ekspertlər yaşlı insanlar üçün yeni təlimat hazırladılar ki, burada da ənənəvi “hərəkət – fiziki formada olmaqdır” modelini daha geniş “ fiziki aktivlik- sağlamlıqdır” modeli ilə əvəz etdilər. Onlar bu məqsədi məsləhət görürlər-hər bir yaşlı adam gün ərzində 30 dıqiqə mötədil fiziki fəaliyyətlə məşğul olmalıdır. Ekspertlərin məsləhətlərində belə bir vacib məqam yenidir ki- bu 30 dəqiqəlik mötədil fiziki aktivliyi gün ərzində bir neçə dəfəyə yığmaq olar.Üç əsas komponent.Əgər vaxt, imkan, həvəs daha intensiv fiziki fəaliyyətlə məşğul olmağa inkan verirsə onda mütəxəssislər öz şəxsi məşq proqramınıza üç kateqoriya məşqləri daxil etməyi məsləhət görürlər: aerob (dözümlülük məşqləri), gərilmə (çeviklik) və güc hərəkətləri. Əgər yalnız bir komponentlə məşğul olunarsa, digər hissələrin orqanizmdə möhkəmliyi aşağı düşəcəkdir. Məsələn, əgər güc hərəkətləri olunmazsa 60-70 yaşda gövdənin və ciyin nahiyəsinin əzələlərinin gücü kəskin azalacaqdır. Öz fiziki gücünü və çevikliyini saxlayan insanlar gündəlik işlərini daha yaxşı yerinə yetirmək qabilliyətinə malik olur, onların bellərində demək olar ki ağrı olmur, onlar qocaliqda da öz fiziki formalarını itirmirlər.Fiziki hərəkətlərə başlayarkən, bir necə ümumi qaydaları bilmək lazımdır: -əldən düşənə kimi məşq etmək olmaz (yeni başlayanlar üçün);-məşq proqramı xoşa gələn olmalı, həvəslə yerinə yetirilməlidir; hec vaxt məcburən məşq etməyin;-səhər yeməyindən 2 saat, nahardan isə 4 saat kecməmiş məşq etməyinə dəyməz;-yuxudan qabaq intensiv məşq etməməli, məşqlər yuxudan 2 saat qabaq olmalıdır;-məşqdən yalnız 30-40 dəqiqə sonra yemək və içmək olar (az miqdarda su maye itkisinin yerini doldurmaq ücün məşq vaxtı olar).Şəkərli diabetdə fiziki fəaliyyət kompleks müalicə tədbirlərinə daxildir. O qanda şəkərin səviyyəsinin enməsinə (hərəkətlərdən qabaq və sonra özünə nəzarət mütləqdir), xolesterində daxil olmaqla lipidlərin qanda aşağı düşməsinə kömək edir, qan təzyiqini azaldır, qan dövranını və ürəyin ışini yaxşılaşdırır.Əgər siz fiziki hərəkətlər ilə məşğul olmaq qərarına gəlmisinizsə mütləq müalicə həkiminizlə məsləhətləşməlisiniz. Məsələ bundadır ki, fiziki fəaliyyətin miqdarı diabetdə bir neçə faktordan: xəstənin yaşından, diabetin müddətindən, gedişindən, ağırlığından asılıdır. Fiziki fəaliyyətin miqdarı əhəmiyyətli dərəcədə ürək- damar sisteminin vəziyyəti ilə müəyyən edilir, belə ki, yaş artdıqca bu sistemin, xüsusilə də diabetli xəstələrdə funksiyasının pozulma riski artır. Fiziki fəaliyyətinin uzunluğu və tezliyi ümumiyyətlə insanın yaxşı təlim görməsindən də asılıdır; məşqləri həftədə 3 dəfə olmaqla 10-15 dəqiqədən başlamalı və onu tədricən həftədə 4-6 dəfə olmaqla müddətini 30 dəqiqəyə çatdırtmaq lazımdır. Ahıl və qoca insanlar üçün fiziki fəaliyyətinin ən yaxşısı həftədə 3 dəfə 15-30 dəqiqəlik piyada gəzinti, həmçinin elə hərəkətlər kompleksidir ki, bu zaman nəbz dəqiqədə 100-110 təşkil etməlidir.1-ci tip şəkərli diabet xəstələrində, yaşlarının cavan olmaları ilə əlaqədar fiziki fəaliyyət öz həcminə və intensivliyinə görə yaşlı pasientlərdəkindən çox olmalıdır. Bu müalicənin vacib tərkib hissəsi olub, şəkərli diabetin gecikmiş ağırlaşmalarının qarşısını almağa və ya ləngitməyə imkan verir.Məqsəd və Variantlar, oların HəlliƏn yaxşı nəticələrə müntəzəm, sistematik məşqlərdən və fiziki gərginliyin tədricən, mötədil artımında nail olmaq olar. ÜST ekspertlərinin axırıncı tədqiqatlara əsəslanan məşqlər planı (fiziki hərəkətlər pramidası) məsləhət görülür:Piramidanin əsası- ürək və damarların məşqi üçün gündəlik təmrinlərdir(gündə 30 dəqiqəyə yaxın); cəkini normada saxlamaq və aşagı salmaq üçün gün ərzində 1 saat piyada gəzmək tələb oluna bilər(bu da həftədə 2800 kkal sərfinə bərabərdir).Piramidanin orta hssəsi- gündəlik dartılmalardır(rastyajka); xəstəlik riskini azaltmır, lakin travmalardan qaçmağa və formada qalmağa kömək edir; hər bir əzələni 10-30 saniyə dartın, gərginləşdirin, bütün kompleks hərəkətlər 5- 10 dəq. vaxt tələb edir.Piramidanın zirvəsi- güc hərəkətləridir; hər bir əzələ qruppasi üçün müəyyən hərəkəti 8-12 dəfə etməklə məşq kompleksi vardir ki, bunu da həftədə 2 dəfə etməklə əzələ sistemi və sümüklər möhkəmlənir, maddələr mübadiləsi yaxşılaşır.Yenidən sizə xatirladırıq ki, öz fiziki aktivlik planınızı müalicə həkiminizlə müzakirə edəsiniz. Tibbi tədqiqatlar göstərir ki, həftədə 3 dəfə 30-40 dəqiqəlik fiziki fəaliyyət 4 aydan sonra hipertoniklərdə təzyiqin normallaşmasına kömək edir. Eyni vaxtda həddindən çox fiziki gərqinlik və məşqlər hipertoniya törədə bilər. Xüsusiilə də güc və əzələnin inkişaf məşqlərindən sui istifadə nəticəsində yarana bilər. Məşqlər üçün təmiz havalı məkan seçmək lazımdır. Bu avtomaqistraldan uzaq meşə-park zonaları, stadion olsa daha yaxşıdır. Əgər siz soyuqlamısınızsa, hərarətiniz azda olsa qalxıbsa, xroniki xəstəliyiniz kəskinləşibsə fiziki məşqləri dərhal dayandırın. Beləliklə düzgün seçilmiş fiziki fəaliyyət sağlamlaşdırırcı və müalicəvi təsirə malikdir, o adekvat, müntəzəm, dozalaşmiş və individual seçilmiş olmalıdır.
['aerobika', 'fiziki hərəkətlər', 'gimnastika', 'idman']
6,702
https://kayzen.az/blog/dieta/1299/normal-%C3%A7%C9%99ki.html
Normal çəki
Leyla
Dietologiya
2 may 2010, 14:40
Siz yəqin bilirsiniz ki, artıq çəki-piylənmə bir çox orqan və sistemlərə, hər şeydən əvvəl insanın ürək-damar sisteminə neqativ təsir göstərir. Halbuki çəkinin normallaşması və ya hətta aşağı enməsi əhval-ruhiyəni nəinki yaxşılaşdırır, həmçinin bir cox ciddi xəstəlklərin inkişaf riskini azaldır. Çəkini aşağı salmağın bəzi müddüalarını nəzərdən keçirək. Yadda saxlayın: hər bir artıq kiloqram arterial təzyiqi 1-2 mm. c. s. artırır.Artiq çəkini aşağı salmaq üçün həkim sizə birinci növbədə xəmir, şirin, yağlı qidaların məhdudlaşdırıldığı dieta təyin edəcəkdir. Minimal kulinar emaldan keçmiş balıq və dəniz məhsullarına, tərəvəz və meyvələrə,üstünlük vermək lazımdır. Çox vaxt çəki aşağı endikdə AT normallaşır. Beləki, piylənmə ürək xəstəlikləri inkişafının müstəqil risk faktorudur, çəkinin aşağı düşməsi nəinki sizin təzyiqinizi aşağı salacaqdir, həm də digər xəstəliklərin inkişaf riskinin qarşısını alacaqdır. Daha bir vacib məsələ: bir çox insanlar qidada duzu lazım olduğundan çox istifadə edirlər. Duzun istifadəsinin azaldılması da AT-in enməsinə kömək edə bilər. Bunun üçün az duzlu dieta təyin olunur ki, buraya da duzlu qidadan imtina etmək, qida hazirlamaq üçün istifadə olunan duzun sutkalıq miqdarını 5 qrama qədər(təpəciksiz 1 çay qaşığı duz) azaltmaq məsləhət görülür. Öz yeməyinizin dadını yaxşılaşdırmaq üçün müxtəlif ədviyyatlardan, otlardan istifadə edə bilərsiniz.Sizə məsləhət görülən dietaya ciddi əməl edin və həkiminiz və ya dietoloqunuzla məsləhətləşməmiş kəskin dəyişikliklər etməyiniz. Çoxlu təqdiqatlar nəticəsində təyin olunmuşdur ki, 5 kq artıq çəkinin itirilməsi sistolik AT-in 5,4 mm. c. s., diostalik təzyiqin isə 2,4 mm. c. s. düşməsinə səbəb olur. İstənilən arıqlama proqramında birinci növbədə qidanın ən yüksək kalorili komponentinin- yağların azaldılması nəzərdə tutulur. Yağların məhdudlaşdırılmasının hal-hazırda hansı adi qaydalarına əməl etmək olar? Onlar bunlardır : - çalışmaq lazımdır ki, tərkibində yağ az olan ərzaqlar, ətin yavan növlərindən alasan. Tərkibində yüksək miqdarda yağ olan əraq məhsullarından - sala, mayonez, marqarin, ət və balıqların yağlı növləri, yağlılığı 40%-dan yuxarı olan pendirlər, kərə yağı, konservlər istifadə olunmamalıdır; -Qidanı minimal miqdarda bitki yağında qizardın və ya tamamilə yağsız hazırlayın, imkan olarsa tefal və ya hörmə qablarda hazırlayın;- Ümumiyyətlə qızardılmış qidadan az istifadə edin, pörtlədilmiş və suda bişmiş qidaya üstünlük verin;-Quş ətindən dərini və görünən yaği təmizləyin;-İstədiyiniz qədər təzə meyvə və tərəvəz yeyin;Lakin salatlara yağ, mayonez, salat sousları əlavə etməyin; yadda caxlayın ki, bitki yağları daha faydalı olmasına baxmayaraq, heyvani yağla kaloriliyi eynidir;-Kərə yağı və şəkər əlavə olunmuş qənnadı məhsulları olan kremləri, biskivitləri, şokaladları, xəmir məhsullarını məhdudlaşdırmaq lazımdır;-Ərzaq alarkən onun tərkibindəki yağlara və kaloriliyinə fikir vermək lazımdlr; mütləq etiketdəki müvafiq rəqəmləri yoxlamaq lazımdır;-Yadda saxlayın ki, bir çox ərzaqların tərkibində sizin görmədiyiniz və ”gizli yağlar “ adlanan yaglar vardır(məsələn pendirlər, kolbasalar və kolbasa məhsulları, qənnadı məmulatları, dondurmalar); hətta ”yağsız“ hesab olunan pörtlədilmiş kolbasa və cociclərdə belə çoxlu yağ vardır.Beləliklə çoxlu kalorisi və yağı olan ərzaqlar “zərərli “ sayılır. Çalışın onları öz rasionunuzdan çıxarasınız və bacardıqca az yeyəsiniz. Çəkini aşağı salmaq üçün 3 arıqlama reseptləri sizə faydalı olacaq:Birinci qayda(əsas) : tərkibində çoxlu yağ və asan həzm olunan karbohidrarlar olan yüksək kalorili (“zərərli”) ərzaqlardan imtina etməli. İkinci qayda: çəkini artırmayan aşağı kalorili (“ faydalı“) ərzaqların istifadəsini artırmaq lazımdır. Bura birinci növbədə bütün göyərtilər və tərəvəzlər aiddir(kartof və paxlalardan başqa). Üçüncü qayda- “yararlı”- orta kalorili ərzaqların istifadəsini yarıbayarı azaltmaq—bunlar yağı az, zülalı çox olan ərzaqlar- o cümlədən yağsız ət, balıq, süd məhsulları; nişasta ilə zəngin ərzaqlar(tədricən həzm olunan karbohidratlar)—kartof, paxlalar, çörək- bulka məmulatları (ən yaxşısı kəpəkli undan hazırlanmış), kaşalardır; bura həmçinin yağsız ətdən, balıqdan, toyuqdan bişmiş suplar, vegeterian supları aiddir.Tərəvəz və meyvələrin, yağsız quşların və ətlərin,yarmaların, süd məhsullarının üstünlük təşkil etdiyi qidalar bütün dünyada ən sağlam hesab olunur.Faydalı məsləhətlər Bitki və heyvani yağların kaloriliyi eynidir və çəki üçün hər ikisi eyni qaydada zərərlidir, birincinin isə damarlara ziyanı azdır; Siz az miqdarda yağ yeyirsiniz, yaxşı olar ki, bitki yağından istifadə edəsiniz. Həzm olunmayan və tədricən həzm olunan karbohidratlar tez həzm olunanlardan daha üstündür. Hər qida qəbulunu yağ əlavə olunmamış tərəvəz salatından bashlayin. Heyvani zülal olan qida məhsulunun müəyyən hissəsini bitki mənşəli zülallarla əvəz edin(onların tərkibində həm də sellüloza vardır). Qoy sizin deviziniz belə olsun:”meyvə və tərəvəz əsas yemək, ət isə qarnir olsun”. Bir stəkan su və ya şəkərsiz çay yeməyə 30 dəq qalmış qəbul etdikdə iştaha azalır.UPD.İzafi çəkili insanlar, çəkiləri normada olanlarla müqayisədə daha az yeyirlər. Lakin bu, kök insanlara daha çox kalori "həzm" edir və gün ərzində çoz fəal olurlar.ABŞ-ın Pensilvaniya ştatındakı Merivood Universitetinin professoru Cessika Beçmenin dediyinə görə, gün ərzində nisbətən çox yeyən insanlar daha arıq olur."Bunun səbəbini bilmirik. Səbəbləri araşdırmaq üçün il ərzində 250 insanı müşahidə etdik, sonra da iki analoji tədqiqatın nəticələrinnə nəzər saldıq", - Beçmen deyib.Normal çəkili insanlar gündə üç dəfə yeyir, gün ərzində iki dəfə qəlyanaltı edirlər. Artıq çəkilərini itirən insanlar isə normal çəkililərlə daha az yeyirlər.Belə ki, normal çəkililər gün ərzində 2000 kalori "işlədirsə", kök insanlarda bu rəqəm 1800 kaloridirö."Journal of the American Dietetic Association"a görə, Beçmen hesab edir ki, yəqin yüngül qəlyanaltılar aclıq hissini azaldır və insan sonradan az yeyir.
['arıqlamaq üçün', 'arıqlamaq', 'normal çəki', 'çəki problemi']
6,703
https://kayzen.az/blog/cqk/1297/sakura-2-may.html
Sakura-2 may
2ral
Nə? Harada? Nə zaman? (ЧГК)
2 may 2010, 12:07
Bugün yenə də axşam saat 18:00 tarixində Sakura turniri olacaq. Saatınızı düzgün vaxt ilə sinxronizasiya edin.Suallara yenə cəld cavab verməyə çalışın,bir az yumor hissinizi də işə salarsınız. 2 turdan sonra qrup oyunlarını da test üçün keçirtməyə çalışacağıq.Bugün bir sürpriz var. Saytda reytinqi +2.0 vahiddən çox olanlara əlavə 1 dəqiqə veriləcək.qalan istifadəçilər üçün isə 18:10 tarixi son vaxtdır.Yadınızdadırsa ən yaxşı sual müəllifi üçün mükafat demişdik. Sualları burda vermək olar. Bugün suallarda ən çox xoşunuza gələn sualı da qeyd etsəniz yaxşı olar.Suallar burdadır. 1. Hər il 6 avqust saat 8:15 bu şəhərdə minlərlə adam səmaya çoxlu göyərçin buraxır. Cavab: Xirosima. 2. Məşhur kinematoqraf Martin Skorseze hörmət bəslədiyi Koppola haqqında demişdi ki,o rejissorların .... Cavab: Xaç atasıdır 3. Niderland, Belçika,Danimarka, Norveç,İsveç, İspaniya,Lixtenşteyn, Monako,Andorra, Yaponiya, Kamboca,Malayziya, Tailand,Butan,İordaniya, Küveyt, Mərakeş,Lesoto ölkələrini bu cəhət birləşdirir. Cavab: Hamısı konstitusiyalı monarxiyadır 4. O,bir adadan qaçandan sonra qəzetlərdə belə sərlövhə yazılmışdı ki, adamyeyən mağaradan qaçıb. Mən sizdən o adamyeyənin sonradan getdiyi adanın adını soruşuram. Cavab: Müqəddəs Yelena adası.Napoleon Elba adasından qaçsa da,sonda bu adaya sürgünə getməli olur. 5. Bricit Bardo demişdi ki,plastik xirurq burunla hər bir şey edə bilər,amma buruna bu işdə mane ola bilməz. Cavab: burnu başqa işə soxmaqda 6. .....+Zənzibar=Tanzaniya Cavab: Tanqanika 7. Adından qonaqpərvər olsa da,ora düşməyinizi arzulamıram. Əgər Azərbaycanda hərbi xidmətdə olan əsgər deyilsinizsə:) Cavab: qospital 8. Onu çox vaxt ABŞ və Kanada bayrağı altənda üzən iki gəmidən seyr edirlər. Cavab: Niaqara şəlaləsi 9. Əgər bu iki düşmən birləşsə,yəqin ki onun rəmzi pəncərədən düşən pinqvin olacaq. Cavab: Windows və Linux (Microsoft və Linux da qəbul olunur) 10. Lətifə. Bir manyak gecə maqazinə gəlir və birinci təbii ki,mağazadakı qıza üzünü tutur.Deyir ki,Bəs səni zorlayacam. Adın nədir? Qız deyir ki,adım Fatmadır. Manyak deyir ki,yox,mənim anamın da adı Fatma olduöu üçün səni zorlamayacam. Sonra üzünü oğlana tutur. Sual: oğlanın dediyinə görə dediyinə görə dostları onu necə çağırır: Cavab: Əlbəttə ki,Fatma. Şərh. Oğlan deyir ki,adım Mameddir,amma dostlarım məni Fatma çağırır. 11. 3-Rusiyada açıq səhmdar cəmiyyət,4-Almaniya sənaye nəhəngi,5-? Cavab: Olimpiya çevrələri. ООО – общество с ограниченной ответственностью,OOOO-Audi,beş çevrə isə Olimpiya emblemindəki 5 qitədir. 12. Məşhur bir lətifəni tamamlayın. Professor öz müəllim dostlarına danışır ki,deməli yuxuda görürəm ki,tələbələrə mühazirə oxuyuram. Yuxudan ayılıram və görürəm ki..... Cavab: doğurdan da mühazirə deyirəm. 13. Əslində bu şəhər çoxlarının düşündüyü kimi onu yaradanın adı ilə yox, bir xristian müqəddəsinin xatirinə belə adlandırılıb. Cavab: Sankt-Peterburq.  O birinci Pyotrun yox,apostol Pyotun şərəfinə adlandırılıb. 14. Əgər romalı olsaydınız “kütləvi, xəlqi” sözünü necə deyərdiniz? Cavab: populyar. 15. Floridada,Pemsakola şəhərində Eddi Bernstayn (Bernşteyn) adlı iki qıçı olmayan bir yəhudi əsilli adamı imkanlı adam kimi tanıyırdılar. Öləndə onun 16200 nəğd,364000 istiqraz hesabı,45000 dollarlıq evi və hətta 80000 dəyərində olan barı da vardı. O,Floridada ilin yarısını keçirirdi. Qalan 6 ay isə o Vaşinqtona işləməyə gedirdi. O,gün ərzində təxminən 150 dollar qazanırdı. Bəs Eddi ilin yarısını Vaşinqtonda nə işlə məşğul olurdu? Cavab: dilənməklə. Qıçı olmadığına görə dilənən Eddinin sağ əli bizim dilənçilərin başına.
['sakura turniri', 'NHN sualları']
6,704
https://kayzen.az/blog/dieta/1276/ar%C4%B1qlamaq-%C3%BC%C3%A7%C3%BCn-idman-qa%C3%A7%C4%B1%C5%9F%C4%B1.html
Arıqlamaq üçün idman qaçışı
Leyla
Dietologiya
2 may 2010, 00:38
Gəzərək hərəkət etməklə artıq çəkidən qurtulub çox gözəl bir vücüda sahib olmaq mümkündür.İdman növləri arasında ən çox yağ əridən idman qaçışı(jogging,coqqinq) və ya addımlama hesab olunur. Həkim Michael Spitzbartın (Maykl Spitsbart) hazırladığı 4 həftəlik gəzişmə proqramı artıq çəkidən ən qısa müddətdə necə qurtulmanın yolları açıqlanır: 1. Həftə: Əvvəlcə gəzişmə texnikasını öyrənmək üçün özünüzü buna vərdiş etdirməyə hazırlayın.İlk gün 10 dəqiqə boyu rahat addımlarla gəzinin.(1 dəqiqədə təxminən 125 addım)O biri günlər yarım saata çatana qədər gəzmə müddətini hər gün 4 dəqiqə artırın.Əgər nəbzinizlə bağlı bir problem yoxsa, gəzişməyə ilk gündən etibarən 30 dəqiqə ilə başlaya bilərsiniz.Gəzinti üçün mümkün olduqca düz bir yer seçin.Misal üçün, bir park ve ya deniz kənarı ola bilər.QEYD: Gəzişmə sırasında şüurlu olaraq diafraqmdan dərin-dərin nəfəs alın və verin.(3-4 addımda nəfəs alıb,növbeti 3-4 addımda nəfəs verin.)İtirilən kalori: 30 dəqiqədə 150-200 Kalori2.Həftə: Bu həftədə gəzişmə müddətini bir qədər artıracaqsınız.İlk iki gün 40 dəqiqə,üçüncü və dördüncü gün isə 50 dəqiqə.Həftənin qalan 3 gününü isə 1 saat gəzişməyə cəsarət edin.Bu həftədə nəbzinizin 110 olması yetərlidir.Nəbz ölçən saatlardan istifadə daha yaxşı olar.Əgər yanınızda saat olmasa özünüz də nəbzinizi ölçə bilərsiniz.Bunun üçün gəzişmə sona çatanda hərəkətsiz dayanın və 15 saniyə ərzində nəbzinizi ölçün.Saydığınız rəqəmi 4-ə vurun.İtirilən kalori: 60 dəqiqədə 400-500 Kalori 3.Həftəİlk gün yavaş addımlarla gəzintiyə başlayıb,birdən-birə sürəti artırın.(dəqiqədə 140-160 addım).Sonra 5 dəqiqə boyu yenidən normal gəzişməyə dönün.Gəzişmənizin davamlılığı bu cür olsun: 3 dəqiqə sürətli-5 dəqiqə yavaş,4 dəqiqə sürətli-5 dəqiqə yavaş,5 dəqiqə sürətli-15 dəqiqə yavaş.Bu templə təxminən 1 saat boyunca gəzin.İtirilən kalori: 60 dəqiqədə 550-700 Kalori 4.Həftə:Bu həftədə 5 dəqiqə normal sürətlə başlayıb,50 dəqiqə sürətli addımlarla,son 5 dəqiqədə isə yavaş addımlarla gəzinin.(dəqiqədə 140 addım)İtirilən kalori: 60 dəqiqədə 700-1000 KaloriHəmçinin oxu: Arıqlamaq hərəkətləri
['coqqinq', 'jogging', 'idman qaçışı', 'arıqlamaq', 'arıqlamaq üçün', 'fitness']
6,705
https://kayzen.az/blog/cqk/1283/renessans-komandas%C4%B1n%C4%B1n-suallar%C4%B1-xi-hiss%C9%99.html
"Renessans" komandasının sualları ( XI hissə)
mr13
Nə? Harada? Nə zaman? (ЧГК)
1 may 2010, 20:03
Bu başlıq altında Sumqayıtın «Sim Club» intellektual klubunun özümün də üzvü olduğum «Renessans» komandasının suallarını təqdim edəcəm. 51. Qara qutu... Diqqət sual.. Bir reklama görə məşhur moda firmalarından biri öz məhsullarını daha çox satmaq məqsədilə özlərinin ən qədim olduqlarını qara qutuda olanla izah etməyə çalışırdı. Lakin bu geyim aksesuarı ilə hal hazırda özümüzü təsəvvür edə bilmərik, elə isə qara qutudakını deyin. Müəııif: Vüqar Ağayev 52. Bu yaxınlarda Çində kasıb bir ailədə Sin sülaləsinə aid olan böyük bir güldan tapılıb. Mütəxəssislərin rəyinə görə güldan ilkin qiyməti 750 000 funt-sterlinq kimi qiymətləndirilib. Mütəxəssislər onu da qeyd ediblər ki, güldanın dibindəki çatlar olmasaydı, onu milyon funt-sterlinqlə də dəyərləndirmək olardı. Diqqət sual: Sizcə kasıb Çinli ailə güldandan nə məqsədlə istifadə edirdi? Müəııif:Sabir Əsgərov 53. İvritdən tərcümədə I torpaq və ya kişi, II isə yaşayan və ya həyat verən kimi tərcümə olunur. Əgər söhbətin nədən getdiyini bildinizsə onların hər ikisinin hansı halda geyimsiz hansı halda isə “geyimlə” təsvir olunduğunu deyin. Vaxt getdi.. Müəllif: Nadir Zamanov (mr13) 54. O, İslamın fəxridir. 1982-ci ildə Bakıya etdiyi “İşgüzar səfər” nəticəsində Toma adlı qızla tanış olur və mehriban münasibətlər yaranır. 1984-cü ildə Livanda gedən müharibəyə “Meyl” salır və baş verən ürəkağrıdıcı hadisələr nəticəsində vətənə dönmək qərarına gəlir. 1989-cu ildə baş tutmayan rəqs onun ölümünə səbəb olur. Lakin bu rəqs 1993-cü ildə başqa bir qadının timsalında baş tutur və sonradan vurulan sillə ayrılığa səbəb olur. Uzun ayrılıqdan sonra onlar 2008-ci ildə görüşürlər. Söhbətin kimdən getdiyini bildinizsə, bir dəqiqəərzində onun adını cavab kartınıza yazın. Müəııif: Vüqar Ağayev 55. Sualda əvəzetmə və bənzətmə var. Radioda bir verlişdə Azərbaycan və Avropa gəlin və qaynanalarının müqaisəsi haqqında söhbət gedirdi. Bir tamaşaçı belə bir fikr söylədi:”Fərq yalnız ondadı ki,bizdə gəlin çıraqdı, Avropada isə çilçiraq” Bəs biz çıraq və çilçıraq sözləriylə müvafiq olaraq hansı sözləri əvəz etmişik? Müəllif: Şamxal Cəmilzadə (Erudit)
['Renessans klubu', 'NHN sualları', 'cqk']
6,706
https://kayzen.az/blog/qadin/1277/qad%C4%B1nlar%C4%B1n-etdiyi-10-s%C9%99feh-h%C9%99r%C9%99k%C9%99t.html
Qadınların etdiyi 10 səfeh hərəkət
Leyla
Qadın
1 may 2010, 18:41
Amerika psixiloqu Laura Şlezinqer(Laura Catherine Schlessinger,Лаура Шлезингер ) öz kitabında "qadınların hıyatını zəhərləyən 10 səfehlik " dən bəhs edərək yazır ki,qadınlar hələ çox şeyləri öyrənməlidirlər. Onun kitabı 10 Stupid Things Couples Do To Messup Their Relationships adlanır. Lauranın saydığı səfehliklər aşağıdakilardan ibarətdir:1.Qadınlar hər cür flirti ciddi qəbul edirlər.Baxmayaraq ki,kişilər ilk görüşdən sonra telefon nömrəsini istəyirlər,bir çox hallarda onlar zəng etmirlər.2.Qadınlar partnyorlarını çox ciddiyə alırlar.Halbuki,kişilərin həyatında birinci yerdə iş və karyera gəlir.Qadınlarda isə hissləri.3.Müasir dövrdə nigahsız birlikdə yaşamaq dəb olub,amma ayrılmalar olarsa nəticə acınacaqlı sonlanır. 4.Məhəbbəti ehtirasla qarışıq salmayın.Yalnız seksual harmoniya ailə səadəti üçün bəs etmir.Ruh və emosional uyğunluqlar da olmalıdır.5.Tez-tez rast gəlinən hal,qadın yalnız qalmaqdan qorxaraq partnyorundan ayrılmağa cəsarət etmir,bunu bir neçə dəfə etmək istəsə belə.6.Qadınların sevdiyi kişiləri zorla rəsmi nigaha sövq etmələri.7.Sevdiyi kişidən hamilə qalaraq onunla nigah bağları qura bilməsinə inanmaq.8.Qadınların dəyişiklikdən qorxmaları.Çox qadınlar düşünürlər ki,evdə zalım həyat yoldaşının olması,onun heç olmamasından daha yaxşıdır.9.Ailədə sülh olması üçün qadınların kişilərə hər şeyi bağışlamaları.10.İçki içən,qaba hərəkətlər edən həyat yoldaşı ilə ona acımaq üzündən dözmələri.
['qadın psixologiyası', 'kişi və qadın']
6,707
https://kayzen.az/blog/masonluq/1275/harun-y%C9%99hya-qlobal-masonluq-q%C9%99dim-misird%C9%99-materialist-kainat-inanc%C4%B1.html
Harun Yəhya "Qlobal Masonluq" - Qədim Misirdə materialist kainat inancı
mr13
Masonluq,onun tarixi
1 may 2010, 18:18
İngilis mason yazarlarından Kristofer Nayt (Christorher Knight) və Robert Lomas (Robert Lomas) artıq haqqında danışdığımız "The Hiram Key" (Hi-ram Açarı) adlı kitablarında Qədim Misirin masonluğun mənşəyində çox böyük bir yer tutduğunu anladırlar. Onlann fikrincə, Qədim Misirdən çağdaş masonlara miras qalan ən önəmli düşüncə "təsadüfiər nəticəsində özü-özü-nə yaranan kainat" fikridir. Belə ki, qədim misirlilər kainatın əzəli və əbədi olduğuna inanırdılar. Onlar üçün bir Yaradıcının nəyisə yoxdan var etməsi məntiqdən kənar sayılırdı. Hesab edirdilər ki, dünya xaosun içindən düzə-in doğmasıyla yaranıb. Bu xaos "Nun" adlandırılırdı; eynilə Şumerlərdə olduğu kimi, misirlilər də həmin xaosu qaranlıq, Günəşsiz, sulu bir dərinlik kimi təsəvvür edirdilər; bu dərinliyin öz içində bir gücü vardı, bu yaradıcı güc öz-özünə düzənin başlamasını əmr etmişdi; xaosun içində yerləşən bu gizli güc öz varlığını dərk etmirdi, o, qarışıqlığın təsadüfləri nəticəsində formalaşmış bir potensial idi.Əgər diqqət yetirsəniz, bu inanc günümüzün materialist filosoflannın "kainat nəzəriyyəsi", "xaos nəzəriyyəsi", "maddənin özü-özünü yaratması" kimi fikirlərilə son dərəcə uyğun gəlir. Bunu qeyd edən Nayt və Lomas daha sonra yazırlar: "Qəribədir ki, bu yaradılış təsəvvürləri günümüzdəki çağdaş elm tərəfindən qəbul edilən görüşlə, xüsusilə də qarışıq aləmlərin riyazi şəkildə özü-özünü modelləşdirib, təkrarlayaraq, nizam və sistem yaratmasını nəzərdə tutan "xaos nəzəriyyəsi'lə tam üst-üstə düşür". Nayt və Lomas Qədim Misir inanclarının "çağdaş elm" ilə uyğun gəldiyini iddia etsələr də, əslində söhbət "təkamül nəzəriyyəsi" və "xaos nəzəriyyəsi" kimi materialist təlimlərdən gedir. Bu nəzəriyyələrin heç bir elmi əsasları olmasa da, son iki əsr ərzində zorla elmlə improvizasiya edilir, elmi görüşlər kimi çatdırıhrlar (Bu işin kimlər tərəfindən görüldüyünü isə sonrakı bölümlərdə incələyəcəyik).Kitabın bu yerində artıq önəmli bir məqama yetişmişik. Görək, bura qədər öyrəndiklərimiz nələrdir: 1) Mövzuya masonluğun təməli sayılan Tampliyerlər Ordenindən başladıq. Dəqiqləşdirdik ki, tampliyerlər bir xristian təriqəti kimi qurulsalar da, Qüdsdə öyrəndikləri gizli təlimlər onlara böyük təsir göstərərək, Xristianlıqdan tamamilə uzaqlaşdırıb, sapqın ayinlər həyata keçirən mistik təşkilat halına gətirib. 2) Tampliyerlərə təsir göstərən təlimin nə olduğunu soruşanda isə Kabbala ilə rastlaşdıq. 3) Kabbalaya diqqət yetirəndə bəlli oldu ki, bu təlim nə qədər Yəhudi mitstikası kimi görünsə də, əslində Yəhudilikdən daha qədimə - bütpərəstliyə gedib çıxan bir tarixə malikdir. O, Yəhudiliyə sonradan gəlib, köklərini isə Qədim Misirdən götürür. 4) Firon rejimilə idarə edilən və tipik bir "inkarçı sistem" olan Qədim Misirdə isə günümüzün materialistlərinin əsas fəlsəfəsi olan "özü-özünə yaranan və təsadüfiər nəticəsində formalaşan kainat" fikrilə qarşılaşdıq. Şübhəsiz ki, bütün bunlar təsadüfi deyil və mənalı bir panoram əmələ gətirir. Qədim Misir sehrbazlannın fəlsəfəsinin hələ də canlı olması və bu işdə böyük rol oynamış bir zəncirin (Kabbala-Tampliyerlər-Masonluq) varlığı dedi-yimiz fikri təsdiqləyir. ...Amma hər bir halda, doğrudanmı, 18-ci əsrdən bu yana dünya tarixinə damğasını vuran, fəlsəfələr, inqilablar, sistemlər quran masonluq Qədim Misir sehrbazlarının mirasıdır?! Bu sualın cavabının daha da açıq şəkildə ortaya çıxması üçün bura qədər qısaca izlədiyimiz tarixi prosesləri bir az dərindən araşdırmalıyıq.
['masonluğun tarixi', 'materializm']
6,708
https://kayzen.az/blog/fotoanons/1273/nostalji.html
Nostalji
mr13
fotoanonslar
1 may 2010, 17:22
Artıq heç nə yazmayacam. Bütün "Sovet uşaqları"na ittihaf olunur. Albom "Nostalji"
['SSRİ']
6,709
https://kayzen.az/blog/ilk/1271/ilk-kibrit-v%C9%99-kibrit-qutusu.html
ilk kibrit və kibrit qutusu
mr13
İKLlər
1 may 2010, 16:54
Dünyada ilk kibrit 1826-cı il ingilis kimyaçı və əczaçı Con Uoker tərəfindən hazırlandı. Kibritin hazırlanmasında böyük roluna görə isə Hamburqlu ehtiyatda olan əsgər Henninq Branda minnətdar olmalıyıq. 1669-cu ildə o ağ fosforu kəşf etmişdi.Əhvalat isə belə olmuşdu: Həmin dövrün məşhur əlkimyaçılarının əsərləri ilə tanış olan Henninq qızıl almaq niyyətinə düşür. Təcrübələr nəticəsində təsadüfən açıq rəngli toz halında bir maddə alınır. Maraqlıdır ki, bu tozun qəribə işıqlanma qabiliyyəti var idi və Henninq onu “Fosfor” yəni yunancadan tərcümədə “işıqdaşıyan” deməkdir.Həmişə olduğu kimi kibrit də təsadüf nəticəsində yarandı. 1826-cı ildə Uoker çubuq vasitəsi ilə kimyəvi qatışığı qarışdırırdı. Çubuğun üzərində qatışıqdan bir damcısı qurumuşdu. Onu təmizləmək üçün çubuğu yerə sürtəndə alovlandı. Əksər ixtiraçılar kimi o da öz ixtirasını patentləşdirməyərək kimə gəldi göstərirdi. Semuel Cons adlı bir gənc bunun bazar dəyərinin olduğunu düşündü. O bu kibritləri “Lüsifercik” adlandırmağa başladı və onları satmağa başladı. Çoxlu problemlərin – pis iyin və yanarkən qıraqlara qığılcımların dağılmasına baxmayaraq o bu məhsulu az qala tonlarla satırdı. 1985-ci ildə İsveçli kimyaçı Yohan Lundstrom başa düşdü ki, qırmızı fosfor ağdan daha yaxşıdır. O kiçik bir qutunun yanlarına sumbata kağızının üzərinə qırmızı fosfor çəkir və elə həmin fosfordan da kibritin başlığına əlavə edir. Beləliklə kibrit artıq daha az zərər gətirirdi və daha tez yanırdı. Tezliklə kibrit başlıqlarının tərkibi kükürd, bertole duzu, marq anes periksi, və yapışqandan ibarət oldu fosfor kibritlər dövrü sona çatdı. 1889-cu ildə Coçua Pyusi kibrit qutusunu icad etdi, lakin icadın patenti Diamond Match Company-yə verildi. Bu kompaniya da eyni qutunu icad etmişdi lakin onlarda yandırılan hissə çöldə idi. (Pyusidə daxildə idi)1910-cu ildə Diamond Match sağlamlığa zərər verməyən kibritlər üçün patenti aldı. Bu icadın əhəmiyyəti o qədər çox idi ki, ABŞ prezidenti Uilyam Taft insanlar önündə patent sahiblərinə patentdən əl çəkmələrini, yəni müəllif hüquqlarından imtina etməyi xahiş etdi. Şirkət razılaşdı və 28 yanvar 1911 – ci ildə öz icadının bütün hüquqlarından imtina etdi. İndi o demə olar hamıya məxsus idi.Sonralar yaranan qutuların üzərinə etiketlər də yapışdırılırdı. Bu da kolleksionerliyin daha bir növü olan “filumeniya” nın yaranmasına gətirib çıxartdı.
['kibrit qutusu', 'kibrit']
6,710
https://kayzen.az/blog/maraqli-faktlar/1270/maraql%C4%B1-faktlar-4.html
maraqlı faktlar -4
ramzes
Maraqlı faktlar
1 may 2010, 16:00
Maraqlı faktlar: Ayın bütöv şəkildə görünmədiyi yeganə tarix 1865 –ci ilin fevralıdır Futbolçu hər dəfə topa kəllə vurduqda beynində 1000 hüceyrə ölür Bir qarışqa yuvasına gündə təxminən 2500 böcək daşıyır Qitə adlarının hamısı eyni hərflə başlayıb eyni hərflə də bitir Okeanın ən dərin yerində dəmir bir topun suyun dibinə çökməsi bir saatdan çox vaxt aparar Bir kiloqram limonda bir kiloqram çiyələkdəkindən daha çox şəkər var Bilyard topu sıxılmış kağızdan düzəldilir Ilanlar eşitmirlər Siçanlar qusmurlar Kenqurilər arxaya yeriyə bilmirlər Kəpənəklər ayaqlarıyla dadırlar Qurbağanın 2600 növü var Bayquş mavi rəngi örə bilən yeganə quşdur Qarışqalar yatmırlar Dünyadakı heyvanların 80% -ı altı ayaqlıdır Bugünə qədər qeydə alınmış ən böyük ayzberq 200 mil uzunluqda və 60 mil enliyində olaraq, Belçikadan daha böyük sahəyə malik olub Qeydə alınmış ən böyük dalğa Yaponiyanın İshagaki adasında 1971-ci ildə 85 metr hündürlüyündə olub Havay əlifbasında yalnız 12 hərf var Cənubi Koreyanın paytaxtı seul koreya dilində elə paytaxt deməkdir Sadəcə dişi ağcaqanadlar dişləyirlər Ernest Vincent Wrightın yazdığı “Gadsby” adlı içərisində 50 000 –dən çox söz olan romanında heç bir sözdə E hərfi yoxdur Qədim misirlilər daşdan düzəldilmiş yastıqlarda yatırdılar Öküzlər rəngi görmürlər (rəngləri ayır edə bilmirlər) buna görə də matadorun əlindəki bezə hücum edirlər, nə rəngdə olursa olsun Hindistanda küçədən tualrt kimi istifadə edənlərə reaksiya verməyin, qanunidir Baham adalarında güllü paltar geymək ər axtarıram mənasına gəlir Çində “çin-çin” deməyin kişi cinsiyyət orqanı mənasını verir Pablo Pikasso kasıblıqdan əziyyət çəkdiyi gənclik illərində çəkdiyi şəkilləri yandıraraq isinirdi Indoneziyada bazarlıq edərkən satıcı pulu yerə atsa son qiymət mənasına gəlir, yəni artıq razılaşıb Heç bir kağız parçasını yeddi dəfədən artıq ikiyə qatlamaq mümkün deyil İllərdir tarix dərslərində keçilən 100 illik müharibə əslində 116 il sürmüşdür 1998 – ci ilə qədər Everest zirvəsinə çıxmağa çalışan 918 adamdan 146-sı ölmüşdür Liberiya adı “azad olanların ölkəsi” mənasını verir Keniyanın paytaxtı Nairobi adı Masasıların Enkare Nairobi dedikləri bir su hövzəsindən götürür və soyuq su mənasını verir Kasablanka adı ispanca “Ağ Ev” mənasını verir Küveyit ərəbcə “qorunmuş kənd(qala)” mənasını verir Kosta-=Rika ispan dilində zəngin sahil mənasını verir Madaqasqarda 150 000 endemik biyki və heyvan var Moldoviyanın adı Ruminiyadakı Moldova çayından gəlir Haiti sözü yerli dildə “dağda yaşayanlar” mənasını verir Polşa yerli dildə “düzənliklər ölkəsi” mənasını verir Hazırladı: Dilqəm Kərimov
['maraqlı faktlar', 'bilinməyən faktlar']
6,711
https://kayzen.az/blog/stil/1263/qad%C4%B1n-sa%C3%A7lar%C4%B1-v%C9%99-sa%C3%A7lara-qulluq.html
Qadın saçları və saçlara qulluq
Leyla
Yaraşıqlı görünüş, gözəl imic
1 may 2010, 11:58
Ən gözəl üzə və fiziki quruluşa malik olan qadın belə saçsız çirkin görsənir. Qədimdə isə saç həm də təmizlik, paklıq nümunəsi kimi əhəmiyyət kəsb edirdi. Çağdaş dövr qadınlarımıza istənilən şəkildə saça malik olmaq imkanı verir. Saç düzümünü seçmək sizin öz zövqünüzdən asılıdır. Ancaq bir faktı heç vaxt unutmayın: nə olursa-olsun ətrafdakılar sizi çirkli saçla görməməlidir. Təmiz saç özü artıq bir düzümdür. Bir məqam: ön tərəfdən gözəl görünmək üçün saçlarınızı açıq qoymalı, arxadan gözəl görünmək üçün isə yığmalısınız. Bu ziddiyyəti aradan qaldırmaq mümkün deyil. Təbii ki, təntənəli gecə düzümlərini nəzərə almırıq. Saçlara qulluq yuyulmaqdan başlayır. Saç yumaq, əslində, elə çətin bir proses deyil. Lakin bu zaman hər şeyə nəzarət etmək lazımdır. Saçınızın sağlamlığı onları necə və nə ilə yumanızdan asılıdır. Əvvəlcə sudan başlayaq. Su ilıq olmalıdır. Nə isti, nə də soyuq. İsti su piy vəzilərinin fəaliyyətini intensivləşdirir və nəticədə saçlar tez yağlanır, soyuq su isə çirki tam təmizləyə bilmir. Buna görə də hər iki halda saçları tez-tez yumağa məcbur olursunuz. Bundan başqa, saçınızı yuduğunuz su cod olmamalıdır. Birbaşa krandan gələn sular isə kifayət qədər coddur. Bu codluğu aradan qaldırmaq üçün bir neçə üsul var:* suyu dondurmaq və sonra əritmək; * təbii bulaq suyundan istifadə etmək; * qaynanmış sudan istifadə etmək; * az miqdarda bor turşusu ilə qarışdırılmış sudan istifadə etmək. Lakin bu üsulların hər biri xeyli vaxt aparır. Bunu etməyə imkanınız yoxdursa, saçınızı yumaq üçün istifadə etdiyiniz vasitənin tərkibində yumşaldıcı olmasına nəzarət edin. Şampun seçimində də diqqətli olun. Bu zaman mütləq saçınızın tipini dəqiqləşdirin. Əgər saçlarınızı tez-tez yumanıza baxmayaraq, onlar sürətlə yağlanırsa, deməli, siz yağlı saçlar üçün olan şampun almalısınız. Yox, əgər saçlarınız quru, solğun, ucları haçalı və tez dolaşandırsa, quru və zədələnmiş saçlar üçün şampun almalısınız. Bu cür şampunlar həm də kimyəvi maddələrdən və boyamadan sonra xarab olmuş saçlara da məsləhət görülür. Kimyəvi təsirə və boyamaya məruz qalmamış, parıltılı saçlar qadın üçün xəzinədir. Onların sağlamlığını isə mütləq qorumaq lazımdır. Belə olan təqdirdə sizə normal saçlar üçün nəzərdə tutulan şampunlar uyğun gələr. Orta uzunluqlu saçlar üçün şampunu fındıq həcmində, uzun saçlar üçün isə qoz həcmində götürmək lazımdır. Şampunu əvvəlcə iki ovcunuzun arasında sürtərək köpükləndirin və ancaq bundan sonra saçınıza çəkin. Köpüklü saçı, ən azı, 3 dəqiqə yaxalamaq lazımdır. Unutmayın ki, istifadə etdiyiniz şampun nə qədər yaxşı olsa da hətta çox diqqətlə yuyulduqda belə başın dərisindən saç üçün zərərli olan maddələri tam təmizləmir. Bunun üçün də balzam-kondisioner və lasyon-kondisionerdən istifadə etmək lazımdır. Şampunla eyni firmadan seçilmiş bu maddələr zərərli hissəcikləri neytrallaşdırır. Bu maddələri azacıq qurudulmuş, nəm saçlara çəkmək və 2-3 dəqiqə saxladıqdan sonra yumaq lazımdır. Balzam-kondisionerlər quru, lasyon-kondisionrelər isə yağlı saçlar üçün məsləhət görülür. Yuyulduqdan sonra saçları mütləq təbii otların dəmləməsi ilə yaxalamaq lazımdır: * açıq rəngli saçları çobanyastığı dəmləməsi ilə; * tünd rəgli saçları gicitkan dəmləməsi ilə; * bütün növ saçları limon turşusu və yaxud sirkə qatılmış su ilə yaxalamaq olar. Ayda bir dəfə saçlarınızı kimyəvi maddələrdən istifadə etmədən yusanız, onların sağlamlığını qoruyar və tökülmənin, kəpəyin, haçalanmanın qarşısını alarsınız. Bunun üçün bir neçə üsul təklif edirik: * kəpək çörəyinin suxarısını qaynar suda dəmləməklə; * kiçik təpə şəklində yulaf yarmasına bir-iki qaşıq quru xardal əlavə etməklə; * çalınmış yumurtadan sabun kimi istifadə edərək saçları yumaq olar. Bu vasitələrlə yuyulmuş saç tez çirklənir. Əgər işləyirsinizsə, bu vasitələrdən maska kimi istifadə edə bilərsiniz. Yəni saçı şampunla yuduqdan sonra bu qarışıqlardan birini çəkin, sonra bol su ilə yuyun. Yağlı dəri üçün yumurta ağından ibarət maskalar etmək olar. Bu zaman yumurta ağına ayrılıqda çobanyastığı dəmləməsi, maya və yaxud quru xardal əlavə edərək, bir neçə canlandırıcı vasitə ala bilərsiniz. Bu maskaları saça çəkib qurutduqdan sonra yumaq lazımdır. Quru saçları qaynar su ilə qarışdırılmış gənəgərçək və badam yağı ilə maska etmək olar. Maskanı saçınıza çəkdikdən sonra dəsmalla sarıyın, 1 saatdan sonra isə yuyun. Saçların kəpəkdən azad olması üçün gicitkən dəmləməsindən istifadə edin. Ancaq unutmayın ki, gicitkən dəmləməsi açıq saçların rəngini tündləşdirir. Ümumiyyətlə, maskaları ayda bir dəfədən artıq etmək məsləhət deyil. Ayda bir dəfə saçlarınızın uclarını kəsdirməyi unutmayın. Bu saçın tez uzanmasına və səliqəli görüməsinə zəmin yaradır. Saça düzgün qulluğun əsas vasitələrini aşağıdakı kimi təsnif etmək olar: * saçı isti su ilə yumayın; * qaynar fendən istifadə etməyin, ən yaxşısı isə saçın öz-özünə qurumasına imkan verin; * hər gün saçlarınızın dibini masaj edin. Bunu əlinizlə etməyə tənbəllik edirsinizsə, şotka-daraqlardan istifadə edin; * saçı yuduqdan sonra bir neçə dəqiqə dəsmalla qurulayın; * saçlarınızı gündə bir neçə dəfə müxtəlif istiqamətlərdə darayın, bu saçları daha elastik və parlaq edəcək. Ən yaxşısı taxta daraqlardan istifadə etməkdir;* saçınızı ancaq sizin tipinizə uyğun olan şampunla yuyun; * saçınızda tağ ayırırsınızsa, onun yerini tez-tez dəyişin ki, həmin yerdə saçlar tökülərək, keçəllik əmələ gətirməsin; * saçınızın qırıq, haçalanmış uclarının uzanmasına imkan verməyin; * unutmayın ki, kimyəvi maddələrin təsirindən 5-6 ay sonra saçlar "süpürgə" şəklini alır. Buna hazır olun! Qadınların əksəriyyətini narahat edən ikinci bir məsələ isə saçları həftədə neçə dəfə yumaq problemidir. Əslində, bu, heç bir qanuna tabe olmayan prosesdir. Tez-tez yuyulmağa öyrənən saçların tez çirklənməsi barədə danışmaq mənasızdır. Çünki bu, isbata ehtiyacı olmayan bir faktdır. Ancaq saçınızı yumağa tənbəllik etmirsinizsə, onları hətta gündə iki dəfə də yuya bilərsiniz. Əmin olun ki, bu, sizin saçınızın sağlamlığına heç bir ziyan verməyəcək. Təbii ki, intensiv yuyulmaq vərdişi qazanmaqdan başqa. Əksinə, saçların gec-gec yuyulması baş dərisini məsamələrinin çirklə dolmasına və beləliklə, saçın uzanma sürətinin azalmasına səbəb olur. Saçlara necə qulluq etməli və saçları necə qorumalı? Hələ qədim dövrlərdən qadınlar müxtəlif üsullarla saçların qeydinə qalmağa çalışıblar. Necə etməli ki, saçlar gözəlliyini, təravətini, yumuşaqlığını və rəngini qoruyub, saxlaya bilsin. Adətən, bunun iki üsulu olub: təbii və süni yollarla. Son dövrlərdə xanımlar əsasən bunlardan birinə, təbii  üsula üstünlük verirlər. Belə ki, əgər saçlarınızı qoruyub, təravətini saxlamaq istəyirsizsə, heç də müxtəlif tibbi preparatlara və bahalı kosmetik üsullara əl atmaq vacib deyil. Sadəcə xalq təbabətinə müraciət etmək kifayətdir. Tanınmış qərb təbabətçilərinin  qənaətincə, qırmızı bibərdən hazırlanmış müxtəlif  reseptlərə müraciət etməyiniz kifayətdir.  Qırmızı bibərdən hazırlanmış bu reseptlər saçları yumşaq, təravətli saxlayır və ən əsası isə onların  tez uzanmasına kömək edir. Müasir kosmetoloqlar keçmişə əsaslanıb, bu balzam və maskaların reseptlərini xanımlara yenidən təqdim edirlər:1) 5-6 dilim qırmızı bibəri xırda-xırda doğrayıb, üstünə müəyyən miqdarda araq və ya spirt  tökün. Bu qatışığı bir həftə qoyun, qalsın. Sonra saçları bunula həftədə 1-2 dəfə yaxalayın.2) 1 xörək qaşığı əzilmiş qırmızı bibərə, 20-30 ml konyak, 1 xörək qaşığı bitki yağı, 2-3 xörək qaşığı limon şirəsi, 2 xörək qaşığı bal və1 yumurta sarısını əlavə edərək, bunları  yaxşıca qarışdırın. Alınan məhlulu saçların dibinə sürtüb, üstünə polietilen paket çəkərək, dəsmalla  örtün. 30 dəqiqədən sonra , saçları şampunla yuyun.  Bunu ay ərzində həftədə iki dəfə təkrar edin.Əziz xanımlar, saçlarınızın qeydinə qalın, çünki hər bir xanımın gözəlliyi onun saçlarındadır
['saçlar', 'saçlara qulluq', 'qadın saçları', 'qadın gözəlliyi', 'gözəllik sirləri', 'gözəllik', 'gözəl görünüş']
6,712
https://kayzen.az/blog/eysar/1257/h%C9%99zr%C9%99ti-x%C4%B1z%C4%B1r%C4%B1n-izl%C9%99ri.html
Həzrəti Xızırın izləri
eysar
Bloq: eysar
30 aprel 2010, 22:11
“(Ya Rəsulum!) Yadına sal ki, bir zaman Musa öz gənc dostuna (xidmətində olan Yuşə ibn Nuna) belə demişdi: “Mən (Xızırla görüşmək üçün) iki dənizin qovuşduğu yerə çatmayınca və uzun müddət gəzib dolanmayınca (bu səfərdən) geri dönməyəcəyəm!” (“Kəhf”-60) “Həzrəti Musaya insanların ən biliklisi kimdir?-deyə soruşuldu. O da “mənəm” cavabını verdi. Tanrı “Allah bilər” demədiyi üçün ona vəhy edib bildirdi: “Dənizlərin birləşdiyi yerdə bir qulum vardır ki, o səndən daha biliklidir”(Buxaridən). Qurani-Kərimdə kitablı peyğəmbər olan Həzrəti Musanın müdriklik öyrənmək üçün iki dənizin qovuşduğu yerə gəlməsi və burada Xızır adlı bir şəxsdən elm öyrənməsindən bəhs edilir. İki dənizin qovuşduğu bu müqəddəs yer bu gün üzərində gəzdiyimiz Azərbaycan torpağıdır və Həzrəti Musa ilə Xızırın qayıqla üzdüyü dəniz də elə onun adını daşıyan Xəzər dənizidir. Tədqiqatçılar Xızırın (ə) nə zaman və harada yaşaması barədə müəyyən mülazihələr irəli sürüblər. Bəzilərinə görə, Xızır Həzrəti İbrahimin zamanında Babildən köç edib, bəzilərinə görə Həzrəti Süleymanla eyni vaxtda yaşayıb. Hətta onun əfsanəvi İran hökmdarı Firudinin müasiri olduğu da qeyd olunur. Türkiyədəki ələvi məzhəbli müsəlmanlar Xızırın Anadoluda yaşadığı, bir adının da Bəhruz olduğu inancındadırlar. Əsl həqiqət isə budur ki, Xızır nəbi (şumər mənbələrində Kızır Nabu) m.ö 3468-ci ilin may ayının 6-da anadan olub, öz vətəni Azərbaycanda yaşamaqdadır, Həzrəti Musa ondan elm alıb, Makedoniyalı İskəndər onunla görüşüb. Hər bir kəlamı Allah tərəfindən göndərilən Qurani-Kərimin ayələri və peyğəmbərimizdən nəql olunan hədislər bu fikrə əsaslı dəlildir.Bu gün islam və ayrılıqda türk dünyasında fərqli Xızır inancı mövcuddur. Türk dastanlarında və xalqın minillik inancında özünə yer tapmış Xızır inancı ilə yəhudi və ərəb mənbələrinin bildirdiyi Xıdır kimliyi fərqlənməkdədir. Bu baxımdan Xızırın kimliyi barədə ikili araşdırmaya ehtiyac duyulur. Yəhudi və ərəb mənbələrinə görə Xızır peyğəmbər: · Mesapotomiyada Həzrəti İbrahimin və ya Həzrəti Süleymanın zamanında yaşayıb· Mifik İran hökmdarı Efridür ibn Esfiyünün vaxtında həyatda olub· Həzrəti Musanın zamanında yaşayıb və ona yoldaş olub· Həzrəti Adəmin dövründə həyatda olub, Adəmin dəfn mərasimində iştirak edib.· Həzrəti Məhəmməd peyğəmbərlə görüşüb, Onun dəfnində iştirak edib, Həzrət Əli ilə görüşüb.· Avropa və Asiyaya hakim olan Zülqərneynin qoşununun başçısı və onun xalası oğludur. · Əsl adı Belka bin Melkan, künyəsi Əbul-Abbasdır, soyu Nuhun oğlu Sama bağlıdır Mənbələrin bildirdiyinə görə, Təbuk savaşında səhabələr ikindi namazını qıldıqdan sonra iki beyt eşidirlər. Fəqət şeiri deyəni görmədiklərindən Həzrəti Məhəmməd (s) səhabələrinə “bu iki beyti söyləyən qardaşım Xızırdır. Sizə tərif deyir” söyləyir. Digər bir rəvayətdə Xızır və qardaşı İlyasın birlikdə Həzrəti Məhəmmədin dəfninə gələrək Əhli-beytə başsağlığı verməsi bildirilir.  Xızır sözünün ərəb dilindəki "xadir" "xidr" "xadr" (“yaşıllıq”, rəvayətə görə Xızırın atdığı hər bir addımda torpaq yaşıllığa bürünür) kəlməsindən əmələ gəlməsi bildirilsə də, əslində bu ad aşağıda qeyd edəcəyimiz misradakı “xız” sözü ilə əlaqədardır. “Xız” (ən əski variantı “kız”-“qız”) od, atəş mənasını ifadə edir ki, əcdadlarımız xız istəyərkən yazın tezliklə gəlməsini və havaların istiləşməsini arzu etmişlər. “ır” isə “ər”-kişi sözündəndir və ümumilikdə ad Xız (od) gətirən kişi mənasındadır və Xəzər dənizi ilə Xızı rayonunun adı buradandır. Maraqlıdır ki, həm türk, həm də ki ərəb inancında Xızırın ayaq basdğı torpağın yaşıllığa bürünməsi və abi-həyatdan (dirilik suyundan) içməsi mövcuddur, fəqət onun fəsillə əlaqədar olan keyfiyyəti ərəblərdə yoxdur. Xızırın sevgililərə kömək etməsi, insanları bir-birinə sevdirməsi də yalnız türk inancında mövcuddur. Xızır, Xızır xız gətir,Var dərədən od gətir.Xızıra Xızır deyərlərXızıra çıraq qoyarlar "Kitabi-Dədə Qorqud"da Xızır "Boz atlı Xızır" adlandırılır və dara düşən insanların imdadına çatan kimi göstərilir. "Dirsə xanın oğlu Buğacın boyu"nda göstərilir ki, Xızır yaralı Buğaca yardımçı olur, şəfa yolunu göstərir: "Oğlan yenə dedi: Ana, ağlama; qorxma, bu yaradan mənə ölüm yoxdur. Boz atlı Xızır yanıma gəldi, üç dəfə yaramı sığadı. "Bu yaradan sənə ölüm yoxdur. Dağ çiçəyi ilə ana südü sənə dərmandır" - dedi". Ələvi müsəlmanlara görə Allah tərəfindən Xızır peyğəmbərə aşağıdakı vəzifələr verilib:  v Aləmləri gəzərək darda olanlara yardım edir, bəzi təbiət hadisələrinə müdaxilə edir, gərəkli olan insanlara gizli elm öyrədir.v Allaha niyaz edən qulların dualarını Kəbədə olan Saba mələyinə çatdırır. Hər azan vaxtında Kəbəyə gedərək yardım edəcəyi insanların siyahısını alaraq vəzifəsini yerinə yetirir.v Təkcə insanlara deyil, Allahın yaratdığı digər aləmlərdəki canlı varlıqlara da yardımçı olur.v Bitkilərin cücərməsinə, heyvanların çoxalmasına, insanların güclənməsinə yardımçı olur.v Müxtəlif xəstəliklərdən şəfa tapmağa, ailədə ruzi-bərəkətin artmasına köməklik edir.v Yeni doğulan körpənin və can verən xəstənin yanında olur.v Yola çıxan yolçu ona əmanət edilir.v Xızır əmanətlərin keşikçisi hesab edilir və insanlar bir-birilərinə bir şey əmanət etdikləri zaman “Bu Xızır əmanətidir” deyirlər. Doğu Anadoluda ovçular arasında geniş yayılmış rəvayətə görə, ovlanmasını günah hesab etdikləri dağ keçisinə silah tuşladıqları zaman orada peyda olan ağ saqallı və danışmayaraq yalnız əsasını sallayaraq “dur” deyən şəxs məhz Həzrəti Xızırdır. Digər maraqlı bir fakt Koreya savaşında vuruşan Dersimdən olan əsgərlərin anlatdıqlarıdır. Belə ki, onlar yenildikləri vaxt “Yetiş Xızır” dedikləri zaman düşmənin hücumunu dayandıran və onları məğlubiyyətə uğradan ağ paltarlı, ağ saqqallı, əsalı komandanın Xızır olduğunu bildirirdilər.Haşiyə –Ölümsüzlük hər zaman bəşər üçün arzu olaraq qalacaqdır. Təbii ki, bu ancaq mövcud məkan üçün xarakterikdir və Tanrı dərgahında seçilmiş ali insanlar əbədiyyat qazanacaqlar. Bunu Adəmdən-Xatəmə, Zərdüştdən-Nəsimiyədək bütün bilginlər insanlara anladıblar. Fəqət Rəbb özü bildiyi səbəblərdən bəzi seçilmiş bəndələrinə Qiyamətədək bu dünyada ölümsüzlük bəxş edib. Bir daha qeyd edək ki, ancaq Qiyamətədək. Çünki Quranda da deyildiyi kimi, bütün bəşər ölümü dadacaqdır. Bu dünyada ikən əbədiyyət qazanan müqəddəslərdən biri də məhz Həzrəti Xızırdır. Ona görə də Xızır (ə) müxtəlif formalarda imdad istəyənlərin köməyinə çatır.Xalq arasında olan rəvayətlərə və islam alimlərinin verdiyi məlumatlara əsaslanaraq Həzrət Xızırın insanları hansı formada göründüyü barədə söz söyləmək mümkündür. Ümumi rəyə görə: ü Əsasən ağ saqqallı və əlində əsası olan şəkildəü İnsanın tanıdığı bir şəxsin qiyafəsindəü Dilənçi və yoxsul dərviş kimi ü Üzündə yaşıl niqabı, belində mizraqı boz atın belində olan şəkildə (ələvilərin inancına görə Hacı Bektaş Vəlinin cənazəsinə bu şəkildə gəlib) Camaat arasında yayılmış inanca görə, Xızırı görmək arzusunda olanlar mütləq onu görürlər. Bir insan sübh namazını 40 gün ara vermədən camaatla birgə qılarsa, onun Xızırı görməsinin mütləq şəkildə mümkünlüyü bildirilir. Adətən Xızır insanlara görsənərkən, insan qəflətdə olur və qarşısındakının Xızır olduğunu başa düşdükdə isə, Xızır həmin an qeybə çəkilir. Xızırı görənlərin dediklərinə görə, nəbinin orta barmağı ilə şəhadət barmağının hündürlüyü eyni boydadır, barmaqlarından biri sümüksüzdür.Anadoluda Xızırla bağlı atalar sözləri və bir sıra müraciət formaları vardır. Bu qəbildən “Xızır yoldaşın ola”, “Hər vaxtını hazır bil, hər gördüyünü Xızır bil”, “Xızır kimi yetişdi”, “Yetiş, Xızır Nəbi, sən imdad eylə”, “Yetiş carımıza Xızır, ya Xızır”, “Əli haldaşımız, Xızır yoldaşımız ola”, “Qul dara düşməyincə Xızır yetişməz” və sair göstərmək olar.Hazırda, Xızır günləri yurdumuzda əzəmətli şəkildə keçirilməsə də, digər türk eli olan Anadoluda bütün rituallarına riayət edilməklə təntənəli şəkildə qeyd olunur. Anadoluda bu bayram Hıdırellez adlanır ki, bu söz Hıdır və İlyas adlarının tarixən dəyişikliyə uğramış halıdır. Xalq arasında şifahi şəkildə işlənən təqvimə görə, bir il iki ana qola ayrılır ki, Hıdırellez günündən (6 may) 8 noyabra qədər davam edən 186 gün Xızır günləri adlanır. 8 noyabrdan 6 maya qədərki 179 gün isə qış dövrü kimi xarakterizə olunur və Kasım günləri hesab edilir. İnanca görə, bengü sudan (klassik ədəbiyyatda abi-həyat) içdikdən sonra Xızır (ə) yerdə, İlyas (ə) isə dənizdə ölümsüzlük qazanır və hər iki qardaş may ayının 6-da bir araya gəlirlər və həmin gün dünya yaşıllığa bürünür, bununla da yay fəsli başlamış olur. Bəzi yerlərdə bayram 14-15 fevralda keçirilsə də, xalqın əsas hissəsi mayın 6-da qeyd etməkdədir. Bu gün Anadoluda Hıdırellezlə əlaqədar bir sıra adət və ənənələr mövcuddur ki, onlardan bəzilərini nəzərinizə çatdırırıq.Belə ki, Hıdırellezin başlamasına günlər qalmış qəsəbə və kəndlərdə hazırlıq işləri görülür, evdə və həyət-bacada təmizlik aparılır. İnanca görə, təmiz olmayan evə Xızır ayaq basmır. Həmin gün insanlar üzərlərinə yeni paltar və ayaqqabılar alırlar. Xızırın toxunacağı şeylərin sonradan bol olacağını inanan insanlar yeməklərin, pul kisələrinin ağzını açıq qoyurlar ki, evləri bərəkətli olsun. Əgər hər hansı bir şeyi əldə etmək istəyən olarsa, həmin şeyin kiçik modeli və ya şəkli çəkilərək evə yaxud həyətə qoyulur və Xızırın bunlara toxunacağı təqdirdə həmin şeyləri qazanacaqlarına inanırlar. İnsanlar bu gün etdikləri duaların qəbul olunması üçün sədəqə verir, oruc tutur, qurban kəsirlər. Bayramdan qabaqkı gecə ibadətlə keçirilir və səhər erkən vaxtda oyanmaq vacib hesab edilir. Bayram günü çeşidli şirniyyatlar və yeməklər bişirilməli, süd içilməli, quzu yaxud keçi əti yeyilməli, yumurta qaynadılmalıdır. Səhər yeməyini bütün ailə birlikdə yeməli, ardınca dua və Quran tilavəti ilə məşğul olunmalı və məzarlıqlar ziyarət edilməlidir. Mayasız yoğurt düzəldilir və inanca görə, əgər yoğurt tutarsa, Xızır həmin evə ayaq basmasına inanılır. Qadınlar və qızlar əllərinə xına yaxmalı, evdə qalmaq təhlükəsi olan qızlar varsa, onların başları üzərində istifadə edilməmiş kilit açılmalıdır. Nişanlı olanların ailəsi bir-birilərinin evlərinə hədiyyələr göndərir, istək və diləkləri olanlar kağıza yazıb axar suya buraxırlar. Həmin gün evləri dərmanlamaq qadağandır, evin bərəkətinin itməməsi üçün bəzi yerlər süpürülməməli, pəncərə və qapılar bağlanmamalıdır. Acları yeməklə təmin etməli, küsülülər barışdırılmalı, qəm-qüssə aradan qaldırılmalıdır. Ələvi müsəlmanlar cümə axşamından cüməyə keçən gecə ağ parçanın üzərinə un tökürlər ki, əgər Xızır buradan keçərsə, o zaman unun üzərində at nalının izi olacaqdır. Sonra həmin unla çörək bişirilərək xalqa paylanılır. Bu adətin Təbrizdə də keçirilməsi barədə bilgilər mövcuddur. Paylanılan çörəklə birlikdə hər kəsə bərabər şəkildə qoyun və ya keçi əti verilir. Bir sıra bölgələrdə un kisələrinin üzərinə əl basılır və sabaha bu iz pozularsa, Xızırın gəlməsinə işarə kimi qəbul edilir. Bəzi yerlərdə əhali törənlərdə səhnəciklər düzəldirlər, Xızır və arvadının obrazı canlandırılır. Ələviliyin bektaşilik təriqətində Xızır peyğəmbərə xüsusi önəm verilir və təriqət başçılarının onunla görüşməsinə inanılır. Digər bir inanca görə Xızır insana üç dəfə görükür və insan onu tanımır. Anadolunun Sivas və digər bölgələrində olan bir inanca görə, Xızır günü niyyət edib oruc tutaraq su içməyən gənc qız və ya oğlan röyasında kimdən və ya hansı evdən su içdiyini görərsə, gələcəkdə həmin insanla və ya həmin evdə olan başqa biri ilə evlənəcəkdir. Xızır günlərində ocaq qalamaq geniş yayılmış adətlərdəndir. Xüsusən, evdə olan köhnə həsirlərin yandırılması vacib hesab olunur, inanca görə, bir il ərzində evə girən uğursuzluqlar həsirdə yuva qurduğundan onu yandırmamış evdən çıxmırlar. Tonqalın üstündən atlamaq da eyni inancı ifadə edir.Balıkəsir bölgəsində insanlar soğanın kökünü torpaqdan çıxarmayaraq onun yarpağını iki yerə bölür və onları iki müxtəlif rəngli iplə bağlayaraq birini yaxşı qismət, digərinə pis tale kimi qəbul edirlər və həmin gecə hansı yarpaq uzanarsa, ilin o cür keçəcəyinə inanırlar.Bayram günü xəstəliklərdən qurtulmaq istəyənlər yaşıllıqların üzərində yuvarlanır, müxtəlif otları toplayıb suyundan içirlər. Həmin otların suyundan günəş doğmamışdan qabaq 40 gün müddətində üzə sürürlər və bu zaman onların üzlərinə gənclik, gözəllik gəlir.Bir sıra bölgələrdən əhali evlərindən at nalı asır ki, darda olanların imdadına yetən Xızır atını nallamaq üçün həmin evə gələcək və beləliklə, onları dardan qurtaracaqdır.Əgər Hıdırellez günü yağmur yağarsa, mal-qara çölə buraxılır ki, islansın və bunun nəticəsində heyvanların südünün bol, yununun çox olacağına inanılır. Gənc qızlar həmin yağmurdan topladıqları su ilə yuyunurlar və inanırlar ki, bunun sayəsində heç bir xəstəlikləri olmayacaq, saçları uzanacaq, gəlin getdikləri evə xeyir-bərəkət gtirəcəklər. Xızır günündə halva bişirmək, ağ at minmək, şam yandırıb dağa getmək xüsusi adətlərdəndir.Kosovada Hıdırellez bayramını demək olar ki, bütün əhali qeyd edir və günlər öncədən bayram tədarükü görülür. Həmin gün pulu olmayan və ya maaşını almayanlar mütləq borc taparaq bayramı keçirməyə çalışırlar. Bayram təntənəli şənliklərlə qeyd olunur və həm albanlar, həm türklər, həm də ki serblər və digərləri birlikdə olurlar. Erkən qalxmaq və təmizlik işləri aparmaq ən vacib əməllərdəndir. Əgər hər hansı bir ailə həmin gün həyət-bacasını təmizləməzsə, digər qonşular onu cəzalandıraraq topladıqları zibilləri həmin ailənin evinin qabağına tökürlər. Dobrucada yaşayan Krım türkləri bu bayramı “Tepreş”, makedoniyalılar “Ederlez, Edirlez, Hıdırles” kimi adlandırırlar.XVI əsrdə yaşamış türk şairi, yəsəvi təriqətinin nümayəndəsi Hazini başda Buxara və Səmərqənd olmaqla bütün Türküstanda Xızır bayramının keçirildiyini bildirir. Hazırda Hıdırellez Balkan, Krım, Türküstan, Suriya, İraq, İran kimi böyük bir ərazidə keçirilməkdədir. Bəlli olduğu kimi, Türküstan ellərində və digər torpaqlarda Xızır peyğəmbərlə əlaqəli məkanlar mövcuddur. Yurdumuzda olan və əsas sayılan Xızır Zində ziyarətgahından savayı peyğəmbərlə əlaqədar digər məkanları nəzərinizə çatdırırıq: Suriya- Şam şəhərində Cami-Üməyyədə Həzrəti İsanın adı ilə bağlı ziyarətgaha yaxın, məscidin sol tərəfində Xızır ziyarətgahı yerləşir. Şamın yaxınlığında Trablusda başqa Xızır məkanı mövcuddur ki, Övliya Çələbiyə görə həmin yer Rical-i Ğaybın toplandığı yerdir. Çələbiyə görə, Sayda civarındakı Sarfael kəndində bəyaz bir qübbənin altında başqa bir ziyarətgah yerləşməkdədir. Yaqut Həməviyə görə, Şamla Hələb arasındakı Neyreb kəndində Xızır peyğəmbərin namaz qıldığı yer hesab edilən ziyarətgah mövcuddur.  Livan- Çələbi Cebeli-Livan ətəklərində insanlar tərəfindən ziyarət edilən başqa bir müqəddəs məkanın olmasını bildirir. Qüds- Əqsa məscidinin sol tərəfindəki qapı Xızır qapısı adlanır. Misir- Eyni şəkildə İskəndəriyyə qalasının sahil qapısının adı Babul Hadır (Xızır qapısı) adlanır. Ermenet yaxınlığındakı Sümeyref kəndində də başqa bir ziyarətgah vardır. Əlcəzair- Yaqut Həməvi Tlemsendə bir ziyarətgahdan bəhs edir və burada çökməkdə olan divarın Xızırın (ə) sayəsində düzəlməsini bildirir. İraq- Bağdadda Xızır ziyarətgahı və məscidi vardır. Kufədə Məscid-i Sahlada başqa bir ziyarətgah yerləşir. Mosulda Müqəddəs Georgiyə aid olan Mar Behnam monastrı ətrafında Deyrul Hadır adlanan bir təkkə yerləşir. İran- Yaqut Həməviyə görə Bacervan şəhərinin ətrafında Xızır ziyarətgahı yerləşməkdədir, Aynul-Həyatın burada olduğunu bildirir. Kirmanşah yaxınlığındakı Kuh-i Perovda biri isti, digəri soyuq olan iki su qaynağının Xızırın məkanlarından olması ehtimal olunur. Qum şəhəri yaxınlığındakı Qorqabidəki xarabalığın Xızırın məzarı olması ehtimal olunur. Mərakeş- Fəs şəhərindəkı Xızır ziyarətgahının xüsusi önəmi vardır. Xızıriyyə təriqətinin banisi İbnud Debbağın məhz burada bilavasitə Xızırdan təlimat alaraq təriqət yaratdığı qeyd olunur. Özbəkistan- Seyid Əli Rəis Xızır ziyarətgahının olmasını xəbər verir. Türkiyədə Xızır peyğəmbərin adı ilə əlaqədar çoxlu sayda ziyarətgahlar mövcuddur. Bunlar aşağıdakılardır: Bingöl- Övliya Çələbi buradakı göllərdən birinin Xızır, digərinin Aynul Həyat olduğunu bildirir.  Kütahya- burada qalanın yaxınlığındakı bir təpə Hızırlıq adlanır. Çələbi burada Hızırlıq təkkəsinin yerləşdiyini bildirir. Sivas- Ulu Caminin içindəki sütunlardan biri Xızır dirəyi adı ilə tanınır və insanların müxtəlif xəstəliklərdən şəfa tapmaq üçün buraya gəlmələri bildirilir. Amasiya- Çələbi burada Hızır-İlyas Təkkəsi olmasını bildirir, lakin başqa heç bir məlumat vermir. Sinop- Səyahətçi İbn Battuta Sinopa gələrkən sahildən dənizə girən burnun üstündə bir dağın yerləşdiyini bildirir və ora qalxmağın çətin olduğunu yazır. Ardınca səyyah rumların yaşadığı bir kənddə Xızırın adını daşıyan və rahiblərin yaşadığı bir monastrın olmasını və bir su qaynağının olmasını bildirir. İzmir- Piri Rəis Foçada üç ziyarətgahdan bəhs edir. Bunlardan biri Xızır-İlyas boğazı olub ki, bu da adını Xızır-İlyas adasından götürüb. Səyyah bu ada üzərindəki xarabalığa çevrilmiş bir binanın Xızır-İlyaslıq adlandığını qeyd edir. Binanın qədim bir kilsə olması ehtimal olunur.  Merzifon- Burada bir təpə Xızırın adını daşıyır və vaxtilə bir ziyarətgahın və kəndin olması bildirilir. Ladik- Çələbi Samsuna bağlı olan bu qəsəbədə ziyarətgahın olmasını bildirir. Ədirnə- Çələbi burada iki ziyarətgahın olmasını bildirir. Biri, Təkiyyə-i Həzrəti Xızır Dədə Hünkar olub ki, rəvayətə görə, Osmanlıların əlinə keçməzdən qabaq Təkiyyəgahı Həzrəti Xızır imiş. Sonra, Hacı Bektaş xəlifələrindən Səfərşah Dədə və Xızır Dədə gəlib ərazidə özlərinə təkkə düzəldirlər.  Çorum- Burada Xıdırlıq adlanan ərazi və məscid yerləşir. Mecitözü qəzası yaxınlığında yerləşən Elvançələbi kəndində Xızıra aid edilən bir ziyarətgah və bulaq vardır. XVI əsrdə Təkkəköy adlanan bu əraziyə gələn Busbecq dərvişlərin ona Xızırın atının ayaqlarını basdığı qaya və torpaqları göstərmələrini qeyd edir.  Dənizli- Çələbi Çorumdakı kimi burada da Xıdırlıq Sultan ziyarətgahının olduğunu yazır. Afyonkarahisar- Çələbi burada da Xızırlıq dağı adlanan məkanda ziyarətgahın olmasını bildirir. Giresun- əraziyə yaxın qayalıqlar Xızır adlanır. Dilqəm Əhməd
['Xızır İlyaz', 'Hızırella', 'Xızır peyğəmbər', 'Xıdır Nəbi']
6,713
https://kayzen.az/blog/eysar/1254/batini-quran-yaxud-tarixin-m%C3%BC%C9%99mmalar%C4%B1.html
Batini-Quran yaxud tarixin müəmmaları
eysar
Bloq: eysar
30 aprel 2010, 20:03
Bu gün dəyərli kayzen oxucularına Firudin Gilar Bəgin ən sirli kitablarından biri olan Batini-Quranı təqdim etmək istəyirəm.Ümid edirəm ki,sizlərə bir faydam ola.Sonrakı postlarda digər kitabları da yerləşdirməyə çalışacam.Sizlərə xoş mütailələr arzulayıram.Kitab haqqında qısa məlumat.   “Zatımı Təbrizdə kəşf etdim. Vəhdətin Günəşi ilk kəs Azərbaycanda göründü. Çünki Tanrı bu ölkəni kutlamışdır. Peyğəmbərlərin və ermişlərin parıldayan almazıdır” Hürufi deyimi Salvador Dali. 1943. “Geopolitik uşaq, yeni insanın doğumunu seyr edir”. Şəkildə oğlan barmağını xəritədə Azərbaycanın üzərinə qoymuşdur ki, bu da yeni insanın, yəni Sahib əz-Zamanın Azərbaycandan doğulması deməkdir. Şəkilin sağ tərəfində Süleyman peyğəmbərin Azərbaycan torpağında Allah üçün tikdiyi qızıl qüllə, şəkilin üst tərəfində isə Musa peyğəmbərin Azərbaycan dağlarının üstündə yaratdığı “Vəhy çadırı” təsvir olunmuşdur. "Quş dili"ndə yazılmış yeqanə kitab “Batini-Quran” kitabı öz mənbəyini İslamda “Batini cərəyanı” adlandırılan və İbrahim peyğəmbərin Həcərdən olmuş oğlu İsmailin gizli elmindən götürmüşdür. Qurana görə İsmail, atası İbrahimlə birlikdə Beytin təməlinin yüksəlməsində iştirak etmiş və buna görə də qədim sirləri bilmişdir. İsmailin “batini” elmi də bu mənada ismaililərin (nizarilərin) elmi kimi qəbul olunmuşdur ki, onlara bu ad dinin qədim sirlərini bildikləri üçün verilmişdir. Ümumiyyətlə, İsmailiyə ideologiyasının əsasını təlimin iki istiqaməti təşkil edir ki, bu da adi insanlar üçün nəzərdə tutulmuş “zahiri” və yalnız seçilmişlər (xass bəglər), yəni Quranda “anlayan tayfa” adlandırılan aqillər nəsli üçün olan “batini” təlimidir. “Batin” adı –Allahın 99 şərəfli adlarından biridir və “örtülü”, “gizli” deməkdir. Onun əksi isə hamıya məlum olan “zahir”dir (aşkar). İsmailiyənin gizli olan batini hissəsi alleqoriyalarda gizlənmiş gizli mənanın – həriflərin və rəqəmlərin mistik izahı ilə bağlıdır. Deyilənlərə görə, peyğəmbər demişdir: “Kim ki, müqəddəs yazıları ağılla izah edir və təfsirdə də düz nəticəyə gəlir, həqiqətdə o səhv təfsir verir. Bu o deməkdir ki, adi məntiqlə Quranın batini izahını vermək mümkün deyildir. Buna yalnız sufi məqamlarını qalxmış mürid nail ola bilər. Bu mənada “Batini-Quran” kitabı sufiliyin ən ali məqamı olan “bəglik” (“bəqa”) məqamında yazılmış və qədim dövrün bütün yazılarına elmi izah verən yeganə kitabdır. Əgər Quran kitabı İslam dininin məbədgahıdırsa, “Batini-Quran” – bu məbədgahın giriş qapısıdır. Yalnız bu qapıdan keçəndən sonra “İslam aləmi”ni dərk etmək mümkündür. Əgər Quran, Tövrat, İncil və s. müqəddəs kitablar yalnız “anlayan tayfa” üçün nəzərdə tutulmuşdursa, “Batini-Quran” kitabı – riyazi təfəkkürə, oxuduğunu dərk etmək qabiliyyətinə malik bütün insanlar üçün nəzərdə tutulmuşdur. Qədim mətnlərin (Misir yazılarından tutmuş “Kitabi-Dədə Qorqud” abidəsinə qədər) əsil mənasını yalnız bu kitabı dərk etdikdən sonra başa düşmək mümkündür. Əks halda heç kəs Quranda, Tövratda, İncildə və s. müqəddəs kitablarda söhbətin belə nədən getdiyini anlaya bilməz. Cünki bu yazılar müdriklər tərəfindən rəmzləşdirilmişdir və onu yalnız bu sirləri bilənlər dərk edə bilər. Buna görə də “Batini-Quran” kitabını qədim yazıların əlifbası saymaq olar. Bütün qədim yazılara açar rolunu oynayan sufilərin bu dili mənbələrdə “quş dili” adlanır və kainatı əhatə edən ilkin materiyanın və mələklərin dili hesab edilir. Yəni, “Batini-Quran” kitabı – Süleyman peyğəmbərin “quş dili”ndə yazılmış və bu dilin elmi izahını verən yeganə kitabdır. Bu kitabı tam dərk etmiş insan özünü sufi müdrikləri cərgəsində hesab edə bilər. Mənbələrdə bu elmdən söz açmazdan əvvəl onun tələbi oxucuya çatdırılır: “Göz görməyən, qulaq eşitməyən, ürəyə dammayan və hamıdan böyük səadəti bilmək istəyirsənsə, bu təlimin gizli saxlanılmasına and iç!”.Lakin “Batini-Quran” kitabı riyazi təfəkkürə malik olmayan, əməllərini ağıla yox, mənfəətinə hesablayan insanlar üçün qətiyyən nəzərdə tutulmamışdır. Minilliklər boyu belə insanların bu sirləri bilməsinə qadağa qoyulmuşdur. Buna görə də biz öz məntiqinə arxayın olmayan insanların bu kitabı oxumasını boş vaxt sərfi hesab edirik. İstənilən halda “qəlbində ilahi nur” olmayan insan bu bağdan bar dərə bilməyəcəkdir.Firudin Gilar Bəg Batini_Quran
['firudin gilar']
6,714
https://kayzen.az/blog/masonluq/1253/harun-y%C9%99hya-qlobal-masonluq-q%C9%99dim-misirin-sehrbazlar%C4%B1.html
Harun Yəhya "Qlobal Masonluq" - Qədim Misirin sehrbazları
mr13
Masonluq,onun tarixi
30 aprel 2010, 19:34
Fironlar ölkəsi olan Qədim Misir dünya tarixinin ən qədim sivilizasiya ocaqlanndan biridir. Quldarlıq dövləti olan Qədim Misir eyni zamanda dünya tarixinə ən qəddar sivilizasiyalardan biri kimi düşüb. Qədim Misirin günümüzə qədər gəlib çatan abidələri - piramidalar, sfinkslər, ehramlar və s.-yüz minlərlə kölənin illər uzunu zorla işlədilməsi nəticəsində inşa edilmişdi. Misirin mütləq hakimləri olan fironlar özlərini Allah kimi təqdim etmiş və təbəələrini onlara tapınmasını istəmişdi.Qədim Misir haqqında əsas bilgi qaynaqlarını biri və birincisi, əlbəttə ki, Qədim Misir yazılarıdır. XIX əsrdə tapılan bu yazılar uzun çalışmalardan sonra Misir əlifbasının sirrinin açılması nəticəsində oxunmuş və Qədim Misir haqqında xeyli bilgi vermişdi. Amma bu yazılar Misirin rəsmi mirzələri tərəfindən yazıldığı üçün əsasən fironların şəninə təriflə doludur. Qədim M-sir haqqında ən dolğun bilgi qaynağı isə əlbəttə ki, Qurani-Kərimdir.Allah Quranın Hz. Musa ilə bağlı qissələrində Misirdəki sistem haqqında da önəmli bilgilər verir. Ayələrdə deyilir ki, Misirdə iki əsas güc mərkəzi olub: firon və əyanlar. Çox zaman əyanlar hətta fironun özünü də nəzarətdə saxlayıblar. Firon əksər hallarda məhz onlann istədiyi kimi hərəkət edib. Aşağıdakı ayələr onlann fironun üzərindəki təsirini belə izah edir: "Musa dedi: "Ey firon! Mən aləmlərin Rəbbi tərəflndən göndərilmiş bir peyğəmbərəm. Mən Allah barəsində yalnız haqqı deməyə borcluyam. Mən sizə Rəbbinizdən bir möcüzəylə gəlmişəm. İndi İsrail oğullarını mənimlə bərabər göndər". Dedi: "Əgər möcüzəylə gəlmisənsə və doğru danışanlardansansa, onu gətir göstər!" Musa əsasını yerə atdı və o, dərhal aşkar görünən bir əjdaha oldu. Əlini qoltuğunun altından çıxartdı və o, bir anda baxanlara nur kəsildi. Firon tayfasının əyanları dedilər: "Şübhəsiz ki, bu, çox bilikli bir sehrbazdır. O, sizi yurdunuzdan çıxartmaq istəyir!" "Elə isə, tədbiriniz nədir?" - deyə soruşdu. Onlar dedilər: "Musanı qardaşı ilə birlikdə saxla və şəhərlərə yığan adamlar göndər ki, nə qədər bilikli sehrbaz varsa, hamısını tutub gətirsinlər!" («Əraf» surəsi, 104-112). Qədim Misirdəki firon rejiminin ən əsas dayağı rahiblər (sehrbazlar) sinfiydi. Onların təlimləri daha sonra Kabbalamn köklərini formalaşdırdı və oradan da masonlara keçdi.Diqqət yetirsəniz, ayələrdə Firona ağıl verən, onu Hz. Musaya qarşı qaldıran əyanlardan söhbət gedir. Misir tarixini araşdıranda bəlli olur ki, bu əyanlar əsasən iki qismdən ibarətdir: ordu və kahinlər. Ordunun nəyə görə önəmli olduğunu izah etməyə ehtiyac yoxdur; firon rejiminin əsas gücü məhz ordu idi. Ancaq kahinlərlə bağlı məsələni bir az dərindən incələmək gərəkdir. Qədim Misirdəki kahinlər (və ya rahiblər) Quranda "sehrbazlar" kimi təqdim edilən sinifdir. Firon rejiminin "ideoloji əsaslarını" onlar yaradırdılar.Onlarda xüsusi bir güc və gizli elm olduğuna inanıblar, kahinlər də məhz bu yolla Misir xalqına təsir göstərib və onları firona boyun əyməyə sövq edib. Misir qaynaqlarında "Amon kahinləri" kimi təqdim edilən bu sinif astronomiya, riyaziyyat, həndəsə kimi elmlərlə yanaşı, sehrbazhq kimi batil işlərdədə mahir olub. Onlar gizli bir elmə sahib olduqları düşünülən təriqətdirlər, belə təşkilatlar "ezoterik təşkilatlar" adlanır. Türk masonlarının nəşrlərinin biri olan Mason jurnalında masonluğun kökünün belə ekzotik təşkilatlar olduğu bildirilir və bu zaman xüsusilə Qədim Misir kahinlərindən söz açılır:- Insanların şüuru inkişaf etdikcə elmləri artıb, elm artdıqca da ezoterik sistemin içində saxlanılan mövzular genişlənmişdir. Bu inkişaf zamanı əslində Şərqdə Çin və Tibetdən başlayıb, Hindistan vasitəsilə Mesapatomiya və Misirə çatan ezoterik təlimlər oralarda minlərlə il davam edərək, xüsusilə Misirdə əsas güc sahiblərindən olan kahinlərin biliklərinin əsasına dönüb.Yaxşı, bəs Qədim Misir kahinlərinin ezoterik fəlsəfəsinin günümüzün masonlarıyla nə əlaqəsi ola bilər? Minlərlə il öncə dağılan - və Quranda inkara dayanan bir sistemin klassik modeli kimi təsvir edilən,- Qədim Misirin günümüzdəki proseslərə bir təsiri varmı?Bu suala cavab vermək üçün Qədim Misir kahinlərinin kainatın və həyatın mənşəyi haqqındakı fikirlərinə baxmaq lazımdır.
['masonluğun tarixi', 'kabbala', 'Misir mədəniyyəti', 'sehrbazlıq']
6,715
https://kayzen.az/blog/bloq%C3%A7u/1252/x%C9%99yan%C9%99t-v%C9%99-s%C9%99b%C9%99bl%C9%99ri.html
Xəyanət və səbəbləri!
bloqçu
Bloq: bloqçu
30 aprel 2010, 17:57
Könül heç vaxt sevgisiz təsəvvür oluna bilməz. Sevgi bizimlə yaranıb, bizimlə öləndir. Sevgi şadlandırır və incidir. Məhz sevginin incitməyə məcbur olduğu səbələrdən biri də xəyanətlə ləkənməsidir. Bəli, sevgimizi ləkələyirik..Yaxşı deyək ki, ləkələndi, bəs bundan sonra necə olacaq? Bir-birimizin üzünə necə baxaq, necə bağışlayaq, necə unudaq?! Əslində xəyanətdə günah hər iki tərəfdə olur. İstər kişi, istər qadın. İnsan özünü aparmağı bacarmırsa, zərərini də görür. Sonrakı peşmançılıq isə artıq fayda vermir. Ya da sonra peşmançılıq da olmur. İnsan xəyanətə uğrayır, amma, yenə də özündə səhv görməyi bacarmır. Amma, çox halda, günah kişilərdə olur məncə. Ac göz olan kişiləri nəzərdə tuturam. Yanındakı huri-mələk olsa da, hər şeydə əla olsa da qadın tamahkarı kişilər də var ki, bunlara artıq heç carə yoxdur bəlkə də. Əmanətə xəyanət. Biri birinə malını, biri mülkünü, biri də sevgisini, ürəyini, özünü əmanət edir. Amma, xəyanət hər şeydə olduğu kimi burda da sevilməz, arzuolunmaz və xoşagəlməzdir. Əmanətə ki, xəyanət edildi..Bax bu zaman nə etməli? Xəyanəti bağışlamaq olarmı?! İnsan niyə aldadılır? Aldadan nə üçün aldadır. Deyirik ki, kişilər şorgözdür, kasanovadır, qarmon qaynayır. Bəli belələri var, amma, axı səbəb tək bunlar da deyil.Biz qadınlar çox vaxt kişiləri günahlandırır, kişilərin kasanovalığını əlimizdə bayraq tuturuq. Bəlkə onun bizi aldatmasına səbəb elə biz özümüzük. Qadınlarda da günah var. Gərəsən həqiqətən, aldadan şəxsə bu yolla bəraət qazandırmaq olarmı, yoxsa aldadan şəxs nə olur-olsun aldatmamalıdır? Nə bilim, mən istədim kişilərin qadınlarını aldatma səbəblərindən bir neçəsini sadalayım: 1. Dır-dır.Bəli məhz dır-dır. Qadınların fasiləsiz, sonsuz deyinməkləri kişini bezdirir, yorur. Qadın çox şeydən narazı olur və sakitcə oturub iki ağıllı insan kimi söhbət edib bu narazılıqları bölüşə bilmirlər ki, bir çarə tapalar. İş qalır ancaq bu dır-dırlara. Kişi də bir sakitlik axtarır və təbii ki tapır. 2. Bozbaş ətri.Bəzi qadınlarımız çox yaxşı ev qadınlarıdılar. Ev səliqəli, təmiz, yeməklər isə necə deyərlər "ye sonra da barmaqlarıvı yala". Nə yaxşı. Amma, bir misal varee, “kişinin qəlbinə gedən yol mədədən keçir” bax bu misal bütün kişilərə aid deyil. Qadın yaxşı ev qadını olsa da özü baxımlı deyil. Əyində xalat, saçlar dağınıq, yorulub, çimməyə hal yoxdur. Nəticə qadın elə bil soğan ilə ətirlənib. 3. Səliqəsizlik.Bu da yuxarıdakının tərsi. Bəzi qadınlar da var ki, səhərdən axşamacan ancaq özlərinə baxırlar. Ev tökülür, şkafın üstündə 1 aydır yatan toz, üstündə lap şəkil çəkmək olar, çirkli paltarlar bir torba, yeməyə isə kolbasa, sosiska. Bəs işləri necə görsün, axı dırnaqları korlanar? İşlər qalır kişinin boynuna. 4. DiqqətsizlikBəzən qadınlar yaman diqqətsiz olurlar. Axı kişilər də diqqətə layiqdilər. Onlara onların nə qədər dəyərli, vacib olduqlarını hiss etdirmək lazımdır. Nəsə bir iş gördüklərində tərifləmək əvəzinə mızmızlanmaq lazım deyil. Kişilərə onların kişi olduqlarını hiss etdirməliyik. Qadın nə qədər güclü olsa da öz gücünü nümayiş etdirməyə çalışmamalıdır. Biz incə məxluqlarıq, onlar güclü, onlar arxamızdır, dayağımızdır. 5. Mənasızlıq.Bəzən həyat eyni, sıxıcı, mənasız keçir. Yeni-yeni ideyalar, fikirlər ortaya çıxarmaq, bir yerdə maraqlı işlər görməyə çalışmaq və hətta oyun belə oynamaq olar)). Qadınlar rəngarəng olmalıdılar ki, kişi ondan diqqətini ala bilməsin. Belə olsa kişidə vaxtmı qalar başqasını düşünməyə? 6. İntim.Bunu da artıq özünüz anladınız. Bircə onu deyə bilərəm ki, qadın həmişə təmiz, gözəl, arzuolunan olmalıdır. Qısacası, Qadın hərtərəfli olmağa çalışmalıdır.. Nə qədər çətin olsa da.. ***Əslində heç kim ideal deyil. Hər kəsin mənfi və müsbət cəhətləri var. Ancaq qadınlarımız hər şeyə öz növbəsində fikir verməyə çalışsalar lap yaxşı olar və aldatmaların sayı da azalar.Kişilər də özlərinə qapanıb, çöldə rahatlıq axtarmaqdansa oturub qadınıyla bu narazılıqları bölüşsə nə yaxşı olardı. Həm də yuxarıda yazdıqlarımda ilk baxışdan günahkar tək qadın görünsə də bu işlərdə kişilər də məsuliyyət daşıyırlar. Ona görə də kişi və qadın ən başdan bir-biri ilə ünsiyyət qurmalı, rahatca oturub danışmalıdılar. Bir-birini başa düşməyə çalışmalı, öz səhvlərini düzəltməyi və eyni zamanda da bir-birlərinə güzəştə getməyi bacarmalıdılar. Belə olsa məncə hər şey lap yaxşı olar.Qadınlar hər zaman gözəl, incə, füsünkar görünməyə çalışaq! İlk öncə özümüz üçün.
['xəyanət']
6,716
https://kayzen.az/blog/mr13/1250/fin-testi-psixoloji-test.html
Fin testi - psixoloji test
mr13
Bloq: mr13
30 aprel 2010, 17:32
Sizə Finlyandiyada istifadə olunan bir psixoloji testi təqdim etmək istəyirəm. Bu dövlətdə işə qəbuldan tutmuş, əsgərliyə çağırışa qədər bu testi geniş istifadə edirlər. Testin məqəsdi insanların psixoloji problemlərini öyrənmək və onalra uyğun işlərin seçilməsidir. Testin ideyası çox sadədir: Yoxlanılan şəxs vərəqə baxır oradakı dairələrin içindəki rəqəmləri deyir. Əgər o bütün rəqəmləri görürsə deməli sağlamdır. Yox əgər bir neçəsində görmürsə deməli onun gözündə problem var (Yəni daltonizm-rəng korluğu). Testin şəkili və dairələrdəki rəqəmləri görməmə zamanı hansı problemlərin olduğunu aşağıda görə bilərsiniz. I dairədəki rəqəmi görmürsünüzsə - Sizdə yüksək aqressiya və konfliktə meyllilik var. II dairədəki rəqəmi görmürsünüzsə - Əqli inkişafda probleminiz var.  III dairədəki rəqəmi görmürsünüzsə - Hasterimarqiya (acgözlük) IV dairədəki rəqəmi görmürsünüzsə - Sadizm əlamətləri V dairədəki rəqəmi görmürsünüzsə - Gizli Homoseksualizm Əlamətləri VI dairədəki rəqəmi görmürsünüzsə - Şizofreniya   Məndə testin cavabları var. Kim istəsə soruşub gördüyü rəqəmləri yoxlaya bilər.
['psixoloji test']
6,717
https://kayzen.az/blog/BDM/1190/rusiyada-inqilab.html
Rusiyada inqilab
papatürk
Birinci dünya müharibəsi
30 aprel 2010, 01:05
Rusiyada və Rusiyada sosial ziddiyyətlər daha çox kəskinləşmiş,siyasi böhran daha da dərinləşmişdi. 1915-1916-cı illərdə Rusiyada iki milyona yaxın adam tətil etmişdi. Tətil hərəkatına qarşı görülən tədbirlər heç bir fayda vermədi. IV Dövlət Dumasının sədri M.V.Rodziyankonun ifadəsi ilə vəziyyət "dərin faciə" qarşısında idi. Artıq 1917-ci ilin əvvəli üçün Rusiya demokratik inqilab astanasında dayanmışdı. Rusiyada siyasi böhranın başlıca məsələsi olan hakimiyyət problemini əsasən üç siyasi cəbhənin: çar mütləqiyyətinin, liberal burjuaziyanın və demokratik qüvvələrin mübarizəsi həll edirdi. Mütləqiyyət cəbhəsinə dvoryan-mülkədarlar, ali məmurlar bürokratiyası, yüksək səviyyəli zabitlər daxil idi. Bu cəbhədən olanlar hakimiyyəti dəyişdirmək fikrində olmasalar da dərin böhran və tənəzzül vəziyyətindən çıxmaq üçün canfəşanlıqla yol axtarırdılar. Kadetlər partiyasının başçılıq etdiyi liberal burjuaziya cəbhəsi hakimiyyətə can atan qüvvələrdən idi. O, çarizmi ləğv etmədən, konstitusiyalı monarxiyaya keçmək yolu ilə mülkədar burjua quruluşunu möhkəmləndirmək fikrində idi. Onlar 1915-ci ilin yay-payız böhranı gedişində öz konstitusiya proqramından müəyyən dərəcə geri çəkilmişdilər: Duma qarşısında məsuliyyət daşıyan hökumət yaratmaq tələbindən əl çəkib onu "ictimai etimad hökuməti" tələbi ilə əvəz etmişdilər. Bununla kadetlər mütləqiyyətə güzəştə getmişdilər. Belə ki, "ictimai etimad hökuməti" Duma tərəfindən deyil, çar tərəfindən təyin edilməli idi. Kadetlərin fikrincə, mütləqiyyətə bu güzəşt çar II Nikolayı real hakimiyyətdən əl çəkməyə və onu burjuaziyaya verməyə şirnikləndirməli idi. Lakin çar dairələrinin burjua müxalifətinə qarşı hücumları iri burjua nümayəndələrinin qəti əməli addımlar atmağa məcbur etdi. Çarın ətrafındakı bəzi şəxslərin Almaniya ilə birtərəfli sülh bağlamaq cəhdləri və inqilab təhlükəsi liberal burjuaziyanı saray çevrilişi ilə məsələni həll etməyə yönəltdi. Bu işdə ona birtərəfli sülh bağlanmasından ehtiyat edən İngilis-fransız imperialistləri də kömək edirdilər. İri burjua dairələri II Nikolayın yerinə onun azyaşlı oğlu Alekseyi taxt-taca oturtmaq, çarın qardaşı Mixaili isə onun qəyyumu təyin etmək fikrinə düşmüşdülər. Lakin 1917-ci il fevral inqilabı nə saray çevrilişinə, nə də burjua-mülkədar qəsdinin həyata keçirilməsinə imkan vermədi. Xırda burjua mövqeyindən çıxış edən eser-menşeviklər də əsasən iri burjuaziyanın siyasətini, "ictimai etimad hökuməti" yaratmaq xəttini müdafiə edirdilər. Demokratik cəbhədən olan qüvvələr öz qarşılarında tamamilə başqa vəzifələr qoymuşdular. Onlar demokratik respublika, 8 saatlıq iş günü, mülkədar torpaqlarının müsadirə edilməsi və s, tələblər irəli sürürdülər. Bu cəbhəyə proletariat, kəndlilər, şəhərin orta təbəqələri və tələbələr də daxil olmaqla demokratik ziyalılar daxil idi, Bu cəbhədə eser və menşeviklərin sol cinahından olan hissələri, "mejrayonçular" adlanan qrup və bolşeviklər böyük fəallıq göstərirdilər. 1917-ci ilin əvvəllərində Rusiyada inqilabi demokratik hərəkat daha da gücləndi. "Rədd olsun müharibə!", "Rədd olsun çar!" şüarları altında tətillər bütün ölkəni bürüdü. Təkcə Petroqradda "Qanlı bazar" gününün 12-ci ildönümü münasibətilə 9 (22) yanvarda keçirilən tətildə 150 min adam iştirak etmişdi. Bütün bu etiraz çıxışları göstərirdi ki, Rusiyada artıq ümummilli böhran ən yüksək səviyyəsinə çatmışdır. Artıq çarizm ilə sazişə girməyə çalışan burjua dairələri də çarın və onun hökumətinin qətiyyətsiz hərəkətlərindən narazılığa başlamışdılar. Dövlət Dumasının sədri M.V.Rodzyankonun Dumanın səlahiyyətini uzatmaq və hökumətin heyətində dəyişikliklər etmək barədəki 1917-ci il fevralın 10-dakı xahişinə cavab olaraq fevralın 13-də çar II Nikolay Dövlət Dumasının buraxılması haqqında fərman imzaladı (Fərman fevralın 26-da elan edilmişdi). 1917-ci il fevralın ortalarında böhran daha da dərinləşdi. Fevralın 14-də Petroqradda "Rədd olsun müharibə!", "Rədd olsun çar hökuməti", "Yaşasın ikinci rus inqilabı" şüarları altında böyük tətil keçirildi. Bundan on gün sonra, fevralın 24-də tətil kütləvi xarakter aldı. Həmin gün təkcə Petroqradda tətilçilərin sayı 200 mindən çox idi. Hətta fevralın 25-də bir sıra müəssisələrdə fəhlələr Petroqrad Sovetinə nümayəndələr seçdilər. Tətil ümumsiyasi tətilə çevrildi. Bəzi yerlərdə polis ilə toqquşmalar da baş verdi. Fevralın 26-da çarın, Ali Baş Komandanın əmri ilə tətilçilər qoşunlar tərəfindən güllə-boran edildilər. Sonrakı gün ümumsiyasi tətil silahlı üsyana çevrilməyə başladı. Fevralın 27-də 67 min əsgər üsyançılar tərəfinə keçdi. Artıq fevralın 28-də üsyançılar tərəfinə keçən əsgərlərin sayı 127 minə çatmışdı. Martın 1-də isə onların sayı 170 min idi. Fevralın 27-də axşam artıq paytaxtın əksər hissəsi üsyançıların əlinə keçmişdi. Lakin həmin günlərdə mütləqiyyət üsyana qalxan xalqla mübarizə aparmaq üçün hələ real qüvvəyə malik idi. Ordunun ali rütbəli zabitləri, polis, jandarm onun tərəfində idilər. Mülkədarlar, sənaye-ticarət burjuaziyasının yuxarı təbəqələri də çarı müdafiə edirdilər. Fevralın 27-də, hələ bir gün qabaq çar tərəfindən buraxılması elan edilən Dövlət Dumasının iclasında Petroqradda qayda yaratmaq üçün başda M.V.Rodzyanko olmaqla 12 nəfərdən ibarət Müvəqqəti Komitə yaradılmışdı. Komitənin tərkibinə 6 kadet, 1 nəfər kadetlərə yaxın olan, 2 oktyabrist, 1 menşevik, 1 trudovik və 1 mütərəqqi millətçi daxil idi. Elə həmin gün menşeviklərin, eserlərin və trudoviklərin liderləri menşevik Çxeidze başda olmaqla Petroqrad fəhlə deputatları Sovetinin Müvəqqəti İcraiyyə Komitəsini yaratdılar. Eser-menşeviklərin rəhbərlik etdikləri Petroqrad Soveti İcraiyyə Komitəsinin razılığı ilə 1917-ci il martın 1-dən 2-nə keçən gecə Dövlət Dumasının Müvəqqəti Komitəsi knyaz Q.Y.Lvov başda olmaqla Müvəqqəti hökumət təşkil etdi. Beləliklə, 1917-ci il martın 1-də çar mütləqiyyəti devrildi, martın 2-nə keçən gecə Romanovlar sülaləsindən olan axırıncı çar II Nikolay tac-taxtdan əl çəkmək haqqında akta imza etmək məcburiyyətində qaldı. Rusiyada Fevral inqilabı baş verdi. Fevral inqilabı Rusiya tarixində böyük əhəmiyyət kəsb edən hadisələrdən idi. O, Rusiya monarxiyasını dağıtdı. O Rusiyanın azad demokratiya, liberal-demokratizm yolu ilə inkişafı üçün imkanlar açdı. Liberal burjua nümayəndələri bu inqilabi Rusiyanı respublika və demokratiya yoluna, saf kapitalizm yoluna çıxaran zəmin hesab edirdilər. Onların fikrincə, Rusiya məhz həmin zəmin əsasında Qərb demokratiyasına qoşulmalı idi. Leninin, bolşeviklərin fikrincə isə bu inqilab sinfi qüvvələrin yenidən qruplaşması zəminində, şəraitə müvafiq olaraq ya dinc, ya da silahlı üsyan yolu ilə gözləmədən böyüyüb proletar-sosialist inqilabına keçməli idi. Burada marksistlərin "cəmiyyətin inkişafının lokomotivi" saydan sinfi mübarizə, sinfi qarşıdurma əsas rol oynamalı idi. Sosialistlərdən bir qrupunun, o cümlədən menşeviklərin, habelə bolşeviklərin müəyyən hissəsinin (Kamenev, Zinovyev, Rıkov və b.) fikrincə Rusiya sosialist inqilabı üçün hələ yetişməmişdi. Fevral inqilabından keçən 85 illik tarixi dövrün yekunları və bu dövr ərzində Rusiyada bərqərar olmuş sosializmin dərin uğursuzluqları bu fikri təsdiq etmişdir. Doğrudur, Fevral inqilabı bir neçə ay ərzində Rusiyanı siyasi cəhətdən ən qabaqcıl ölkələr səviyyəsinə çatdırdı. Lakin bu siyasi uğurların sosial-iqtisadi cəhətdən möhkəmləndirilməməsi, daxili və xarici siyasətdəki uğursuzluqlar, sinfi qarşıdurmaların daha da kəskinləşməsi həmin nailiyyətləri əldə saxlamağa imkan vermədi. Dünya müharibəsi şəraitində baş vermiş sosial-iqtisadi böhranın təqsirkarı hesab edilən mütləqiyyət devrilsə də, fevral inqilabından sonra da Rusiyada bu proses davam etməkdə idi. Mütləqiyyətin daxili və xarici siyasətini kor-koranə davam etdirən Müvəqqəti hökumət və onu müdafiə edən qüvvələr böhrandan çıxmaq üçün hələ ciddi sosial-iqtisadi tədbirlər görə bilmirdilər. Fevral inqilabı demokratiya və aşkarlıq şəraiti zəminində bütün təbəqələrin sosial-siyasi fəallığına güc imkan versə də, dövlət quruculuğu, iqtisadi dirçəliş, müharibəyə və sülh məsələləri, sosial təminat və s. vacib problemlər həll edilməmiş qalırdı: Xalq təsərrüfatının dağılması davam edir, sənaye müəssisələri bağlanır, təsərrüfatsızlıq baş alıb gedir, işsizlik artır, ərzaq böhranı dərinləşir, sosial təminat heç dərəcəsinə enmişdi. Siyasi qüvvələr, ictimai hərəkatlar, siyasi partiyalar və təşkilatlar, sosial qruplar arasında konsensusun olmaması da ölkədəki bu vəziyyəti daha kəskinləşdirirdi. Fevral inqilabından sonra da Rusiyada ictimai-siyasi qüvvələr üç cəbhədə qruplaşmışdı: burjuaziya və mülkədarlar, xırda burjuaziya (kəndlilər, şəhərin orta təbəqələri) və fəhlə sinfi və kəndin yoxsul təbəqələri. Rusiyanın gələcək inkişafı barədə onların hər birinin özünəməxsus proqramı və məqsədi var idi. Bu dövrdə Rusiyada siniflərin və sosial qrupların mənafeyini təmsil edən 90-a qədər siyasi partiya və təşkilat fəaliyyət göstərirdi. Onlardan ən fəalları kadetlər, eserlər və menşeviklər idi. Bolşeviklərin də fəallığı artmışdı. 1917-ci ilin yayında "Xalq azadlığı (kadetlər) partiyasının sıralarında 80 minə qədər, eserlərin sıralarında 500 mindən çox, menşeviklərin sıralarında 200 minə qədər, bolşeviklərin sıralarında 220 mindən çox adam birləşmişdi (Fevral inqilabı üçün bolşeviklərin sıralarında 23.6 min adam var idi). Burjua-mülkədar partiyaları qrupuna daxil olan Oktyabristlər (liberal respublikaçılar) Fevral inqilabından əvvəl olduğu kimi hakimiyyəti mülkədarların və iri burjuaziyanın əlində saxlanmasını, konstitusiyalı monarxiya yaradılmasını, sonralar respublika qurulmasını, müharibənin son qələbəyə qədər davam etdirilməsini, torpaq üzərində xüsusi mülkiyyətin saxlanılmasını, mülkədar torpaq sahibliyinin toxunulmazlığını təklif edirdilər. Həmin qrupdan olan kadetlər ("xalq azadlığı") Fevral inqilabından sonra konstitusiyalı monarxiya ideyasından əl çəkərək respublika strukturlu quruluş yaratmağı müdafiə edirdilər. Bu partiyanın proqramında 8 saatlıq iş günü, kilsə və dövlət torpaqlarının paylanması, azad həmkarlar ittifaqlarının yaradılması tələbləri irəli sürülürdü. Bu partiya inqilabın burjua mərhələsində saxlanılmasına, Müvəqqəti hökumət timsalında təkhakimiyyətliliyin yaradılmasına çalışır, müharibənin davam etdirilməsinə tərəfdar çıxır, bölünməz Rusiya uğrunda mübarizə edirdi. Onların fikrincə, Fevral inqilabı ölkənin uzunmüddətli, sabit kapitalizm inkişaf mərhələsinin başlanğıcıdır, Ölkə əhalisinin əksəriyyətini təmsil edən xırda burjua partiyaları (bu zaman Rusiyada 30-a yaxın belə partiya var idi), o cümlədən eserlər və menşeviklər ölkəni islahatlar yolu ilə burjua demokratik respublikasına çevirmək niyyətində idilər. Onlar milli burjuaziya ilə ingilis-fransız kapitalistləri arasında saziş əsasında müharibəyə son qoymağı, təsərrüfatı bərpa etmək, fəhlə, torpaq və milli münasibət problemlərini həll etmək üçün Müəssislər Məclisini çağırmağı, ölkədə burjua-demokratik qaydaları bərqərar etməyi təklif edirdilər. Onların siyasi-strateji xəttinin mahiyyəti "orta yol" olan sazişçilikdən, Sovetlərin köməyinə arxalanan burjua-demokratik respublikası yaratmaqdan ibarət idi. Proletariatın adından çıxış edən bolşeviklər və onlara qoşulan qrup və təşkilatlar burjua demokratik inqilabının gözləmədən böyüyüb sosialist inqilabına keçməsi xəttini irəli sürürdülər. Bu keçid onların fikrincə kəskin sinfi mübarizə və qarşıdurma şəraitində baş verməli idi. Bolşeviklərin fikrincə, Rusiyada guya sosialist inqilabı üçün tam obyektiv və subyektiv şərait var idi; şəraitə uyğun olaraq dinc və ya silahlı üsyan yolu ilə sosialist inqilabı edib sovetlər formasında proletariat diktaturası yaratmaq və sənaye sahəsində - ictimai istehsal və məhsulların bölgüsü üzərində nəzarət qoyulması; ölkənin bütün banklarının vahid milli bank halında dərhal birləşdirilməsi; aqrar sahədə - mülkədar torpaqlarının müsadirə olunması və bunun əsasında ölkədəki bütün torpaqların milliləşdirilməsi kimi sosialist tədbirlərini həyata keçirmək lazım idi. Bolşeviklər müharibəni demokratik sülhlə başa çatdırmaq vəzifəsini irəli sürməklə yanaşı, onu hakimiyyət məsələsi ilə sıx əlaqələndirirdilər. Siyasi partiyalar 1917-ci ilin aprelindən oktyabrınadək həmin strateji məqsədlər uğrunda mübarizə aparırdılar. Liberal və xırda burjua partiyaları Müvəqqəti hökuməti saxlayıb möhkəmləndirməyə, ölkədə etibarlı sabitlik yaratmağa çalışırdılar. Eser-menşevik sovetləri də bu işdə onlara kömək edirdilər. Sol siyasi partiyalar, xüsusilə bolşeviklər hakimiyyətin fəhlə və əsgər deputatları sovetlərinə verilməsi uğrunda mübarizə aparırdılar. Müəyyən dövrlərdə müxtəlif məna kəsb edən (1917-ci ilin aprelindən iyuluna kimi, avqustun 30-dan sentyabrın 1-nə kimi dinc, sentyabrın əvvəllərindən oktyabrın 25-dək silahlı yolla) "Bütün hakimiyyət sovetlərə!" taktiki şüarını irəli sürürdülər. 1917-ci il aprel, iyun və iyul siyasi böhranlarından sonra iyulun 8-də Kerenski başda olmaqla burjuaziyanın təkhakimiyyəti yaradıldı. Lakin bu da Rusiyada başlanmış siyasi və iqtisadi böhranı aradan qaldırmadı. Ölkədə iqtisadi tənəzzül gücləndi. Sənaye və nəqliyyatın getdikcə dağılması, ərzaq çətinliyi davam edirdi. Ümumməhsul istehsalı 36.4 faiz azaldı. Ölkədə siyasi böhran da kəskinləşdi. Siniflər, siyasi qüvvələr və partiyalar arasında qarşıdurma daha da gücləndi. Siyasi qüvvələr və siyasi partiyalar ölkəni çıxılmaz vəziyyətdə qoyan fəlakətə qarşı mübarizə etmək üçün, ölkəni böhrandan çıxarmaq üçün yollar axtarmağa başladılar. Burjuaziya və onu müdafiə edən qüvvələr ölkəni fəlakətli böhrandan çıxarmağın başlıca yolunu hərbi diktatura yaratmaqda görürdülər. ABŞ-ın, İngiltərənin və Fransanın hakim dairələri də bu xətti müdafiə edirdilər. 1917-ci il avqustun 12 - 15-də Moskvada keçirilən Dövlət Müşavirəsi bu məqsədi güdürdü. Hərbi diktaturaya hələ iyulun 18-də Baş Komandan təyin edilmiş general Kornilov başçılıq etməli idi. Fəhlə və kəndlilər adından çıxış edən bolşeviklər və onların tərəfdarları iri burjuaziyanın diktaturasına qarşı inqilabi çevriliş nəticəsində yaradılacaq proletariat diktaturası alternativini irəli sürürdülər. Beləliklə, 1917-ci ilin payızında inqilabi burjua demokratiyası mövqeyindən siyasət yürüdən, lakin ölkəni iqtisadi və siyasi böhrandan qurtarmaq iqtidarında olmayan Müvəqqəti hökumətə qarşı iki siyasi alternativ yaranmışdı: hərbi diktatura və proletariat diktaturası. Artıq avqustun axırı üçün Rusiyada hərbi diktatura yaratmaq təhlükəsi sovuşmuşdu. Kornilovçuluq ləğv olunmuşdu. Qiyam ləğv edildikdən sonra kütlələr arasında bolşeviklərin və onların tərəfdarlarının nüfuzu artmışdı. Onların güclü hökumət yaradılması, hakimiyyətin sosialist partiyalarını təmsil edən Sovetlərə verilməsi təklifləri geniş yayılmışdı. İmperialist müharibəsi və Müvəqqəti hökumətin qətiyyətsiz daxili siyasəti ölkəni getdikcə uçuruma aparırdı. Ölkədə yaranmış ümummilli böhran getdikcə dərinləşirdi. "Sülh, torpaq və çörək" tələblərinin həllinin sonu görünmürdü. Bundan istifadə edən Lenin, bolşeviklər hakimiyyətin hər vasitə ilə bolşevikləmiş Sovetlərə verilməsini tələb edirdilər. 1917-ci il sentyabrın əvvəllərindən etibarən onlar silahlı üsyan yolu ilə dövlət çevrilişi etməyə hazırlaşırdılar. Nəhayət, 1917-ci il oktyabrın 25-də partiya daxilindəki fikir ayrılıqlarına baxmayaraq bolşeviklər kütlələrin Müvəqqəti hökumətin daxili və xarici siyasətdə qətiyyətsiz fəaliyyətindən narazı hissələrinə arxalanaraq "sülh, torpaq və çörək" şüan altında dövlət çevrilişi etdilər. Həmin çevriliş nəticəsində burjua diktaturası devrildi və bolşeviklər başda olmaqla proletariat diktaturası - Sovet höküməti yaradıldı. Oktyabr inqilabı, doğrudan da, XX əsrin tarixində çox böyük hadisə olmuşdu. Əvvəla, o, dünya miqyasında birinci olaraq yalnız Qərbi Avropada dolaşan "kommunizm kabusunun" dünyanın bütün qitələrində dolaşmasına zəmin vermişdi; ikinci o, dünya birliyini iki cəbhəyə - kapitalizm və sosializm cəbhəsinə parçalamış, yer kürəsinin altıda bir hissəsini təşkil edən Rusiya imperiyasında sovet rejimi bərqərar etmişdi; üçüncü, Oktyabr çevrilişi vahid, bölünməz kapitalizm dünyasını parçalayaraq hələ XIX əsrin ortalarında meydana çıxan ideya (burjua və sosialist) qarşıdurmasını ictimai sistemləri müxtəlif olan dövlətlərin yetmiş ildən çox müddət ərzində əməli qarşıdurmasına gətirib çıxarmışdı. Oktyabr inqilabı Rusiyada ictimai-siyasi inkişafın qanunauyğun nəticəsi deyil, 1917-ci ilin payızında Rusiyada yaranmış ümummilli böhran şəraitindən Leninin, bolşeviklərin istifadə etmək məharətlərinin, hərbi diktatura təhlükəsinə qarşı proletariat diktaturası alternativini irəli sürməyin zəruriliyini gecikmədən qiymətləndirmələrinin, müharibədən, böhran və çətinliklərdən səbri tükənmiş xalq kütlələrinin ümidlərinə cavab verəcək çevik taktika yürütmələrinin nəticəsi idi. O, marksizmi təftiş etmək nümunələrindən olan sosialist inqilabı haqqında Lenin nəzəriyyəsinin kapitalizmin inkişaf səviyyəsi cəhətdən orta səviyyədən də aşağı olan Rusiyada əməli tətbiqinin təzahürü idi. Oktyabr çevrilişi bölünməz, toxunulmaz və tənqid olunmaz vahid ideyalı, vahid siyasi  partiyalı  totalitar sosializm yaradılmasının başlanğıcını qoymuşdu. Habelə o, "xalqlar həbsxanası" adlandırılan keçmiş çar Rusiyası imperiyasının beynəlmiləlçilik şüarı altında mexaniki olaraq Sovet imperiyasına çevrilməsinə təminat vermişdi. İctimai-siyasi və iqtisadi münasibətlər, habelə millətlərarası münasibətlər sahəsində Oktyabrdan keçən 74 ildən sonra özünü kəskin göstərmiş dərin böhran halları, sosial və milli qarşıdurmalar bu çevrilişin uğursuz taleyinin nəticələridir.
['Vladimir Lenin', 'Oktyabr inqilabı', 'Fevral inqilabı', 'Müvəqqəti hökümət', 'bolşeviklər', 'proletar inqilabı']
6,718
https://kayzen.az/blog/maraqli-faktlar/1241/q%C9%99rib%C9%99-tap%C4%B1nt%C4%B1lar-2.html
Qəribə tapıntılar -2
IDEAL
Maraqlı faktlar
29 aprel 2010, 18:32
Bu boyda adam olar?   1895-ci ildə İrlandiyada mineral axtarışları zamanı, Şəkildə gördüyünüz daşlaşmış şəkildə olan insan tapılıb. Bu daşlaşmış insanın boyu 3 metr 70 santimetr olub. Sağ ayağında isə barmaqlarının sayı isə 6-ı dır. Daş vəziyyətində olduğu üçün hal hazırda çəkisi 2050 kq-dır. Şəkildə boyunu yaxşı təsəvvür etməyiniz üçün onu qatar vaqonunun qarşısına qoyublar.  Görəsən belə böyük daşı necə daşımaq olar?   Lübnanın Ballbek şəhəri yaxınlığından tapılmış çox böyük qaya parçaları. Bu qaya parçaları min illər bundan əvvəl buraya  gətirilib və yonularaq bu hala gətirilib. Bu gördüyünüz monolit isə  insan tərəfindən cilalanmış ən böyük daş parçasıdır. Çəkisi 1050 tondur uzunluğu isə 25metrdi.  Qədim yaponların kosmonavtları.   Miladdan əvvələ aid olan Yapon heykəlləri. Göründüyü kimi bu heykəllər kosmonavt paltarında təsvir olunub. Hətda bu heykəllərdən birinin eynəyidə var sanki günəş işıqlarından qorunmağa çalışır.  Yəni qədim Misirlilər Avstraliyaya gedib çıxıb?   20-ci əsrin əvvəllərində 250 -ə yaxın heroqlif Sidney şəhərinin 100 km şimalında kəşf olunmuşdu. Qəribəsi bundadı ki, bunlar qədim misir heroqlifləri idi. Hətda Misirlilərin ölüm Allahı Anibusun da şəkli bu heroqliflərlə bir yerdə çəkilmişdi. Alimlər bu tapıntıya heç bir elmi açıqlama verə bilmədilər. Çox qəribə bir sual yaranırdı. Yəni qədim misirlilər Avstraliyaya gedib çıxıb?Topladı və tərcümə etdi: Nuranə Heybəova
['maraqlı faktlar', 'qəribə tapıntılar']
6,719
https://kayzen.az/blog/masonluq/1238/harun-y%C9%99hya-qlobal-masonluq-rosslyn-kapellas%C4%B1.html
Harun Yəhya "Qlobal Masonluq" - Rosslyn Kapellası
mr13
Masonluq,onun tarixi
29 aprel 2010, 16:32
Bir tampliyer-mason məbədi: Rosslyn Kapellası   İngiltərənin Edinburq şəhəri yaxınlığında "Rosslyn Kapellası" kimi tanınan kilsə tampliyerlərin bütpərəst inanclarının simvolu kimi qəbul edilir. Bu binanı tampliyerlərin davamçıları olan masonlar və gül-xaçlılar (rozenkreyserlər (qeyd mr13)) tikərək, dörd bir tərəfinə öz fəlsəfələrini ifadə edən simvollar yerləşdiriblər.Türk masonlarının "Memar Sinan" dərgisində kapellanın mason mənşəyi və bütpərəst ünsürləri belə izah olunur:- Şotlandiyada tampliyer-mason birliyinin ən əsas sübutlarından biri Edinburqun 10 km. cənubunda yerləşən qədim Tampliyer mərkəzi Balantradoxdan 15 km. uzaqdakı Midlotiandakı Roslin (Rosslyn) kəndində yerləşən qala və kapelladır. Bölgədə və qalada xüsusilə 1312-ci ildən sonra Müqəddəs Kler baronlarının himayəsi altında tampliyerlər məskunlaşıblar. ...Bu kapella 1446-48 illərdə təkcə Şotlandiyada yox, bütün Avropada dövrün ən məşhur və hörmətli adamlarından sayılan Ser Uilyam Kler tərəfindən inşa edilib. Binanın tikintisində masonlar və gül-xaçlılar iştirak ediblər. Ser Uilyam Kler Avropanın hər yerindən tanınmış memarları kapellamn tikintisinə dəvət edib. Kapellanın yanındaca yeni evlər qurulub və loja açılıb... Kapella plan və dekorasiya baxımından fərqlənir. Nə Şotlandiyada, nə də Avropada bənzəri var. O, müəyyən qədər İrod Məbədinə oxşadılıb və hər tərəfi mason simvollarıyla bəzədilib. Simvolların arasında Hiram və qatilinin başlarının barelyefləri, həmçinin pərgar və künyə təsvirləri diqqət çəkir. Həmçinin bəzi mason mərasimlərinin təsvirləri də yer alıb. Kapellanın Misir, İbrani, Qotik, Norman, Kelt, Skandinaviya, Tampliyer və Masonmədəniyyətlərinin memarlıq xüsusiyyətlərini daşımasıyla yanaşı, ən maraqlı cəhətlərindən biri də sütunların üzərindəki çeşidli bitki fiqurlarun arasında kaktus və Misir motivlərinin olmasıdır...Kapellanın içində paqan (bütpərəst) bəzəkləri o qədər çoxdur ki, 1589-cu ildə Rosslin baronu oranı müqəddəs ayinlərin yerinə yetirilməsi üçün uyğun yer saymayıb. 31 avqust 1592-ci ildə isə Rosslin baronu Oliver Klerə göstərilən təzyiq nəticəsində kapelladakı bütpərəst nişanələrinin əksəriyyəti ləğv edilib.(Tamer Ayan, Ən qədim mason qurumu Şotlandiya Royal Order, "Memar Sinan",1998, sayı 110, səh.18-19)                                  
['masonluğun tarixi', 'rosslinn kapellası', 'Rozenkreyserlər']
6,720
https://kayzen.az/blog/sa%C4%9Flam-h%C9%99yat-t%C9%99rzi/1229/qa%C3%A7%C4%B1%C5%9F-idman%C4%B1.html
Qaçış idmanı
təpəgöz
sağlam həyat tərzi
29 aprel 2010, 12:13
Qaçış(jogging,Бег трусцой) idmanın ən sadə, mümkün, faydalı növlərindən biridir. Düzgün qaçmağı necə öyrənmək lazımdır ki, özünə ziyan vurmayasan, əksinə öz sağlamlığını yüksəldəsən? Qaçışın nə olduğunu başa düşmək üçün, heç olmasa bir dəfə də olsa özünü divandan durmağa məcbur edib təmiz havada qaçmalısınız. Minimum siz hərəkətdən məmnunluq alacaqsınız, unudulmaz azadlıq və uçma hissini duyacaqsınız. Maksimum isə siz öz sağlamlığınızı yüksəldəcəksiniz (tək fiziki sağlamlığı yox). Qaçış nə ilə xeyirlidir? Qaçış — hər şeydən əvvəl ürək üçün bir fiziki gərginlikdir. Praktik olaraq onun üçün əks-göstəriş yoxdur (aşağı təzyiqdən başqa), hətta yastıpəncə insanlar da düzgün seçilmiş ayaqqabı ilə qaça bilər. Qaçış bütün orqanizmə silkələnmə verir—bu hipertoniyadan, təngənəfəslikdən, zökəmdən ən yaxşı vasitədir. O, həmçinin qan dövranını yaxşılaşdırır və tonusda qalmağa kömək edir. Bundan başqa,  qaçış bütün əzələ qruplarını formaya salır: siz qaçarkən yalnız baldır və bud işləmir, həm də qarın, əl, boyun fəaliyyətdə olur. Bununla bərabər fiziki gərginliyin bütün bədənə təsiri çox yumşaqdır. Ümumiyyətlə qaçış düzgün qidalanma ilə birgə arıqlamaq üçün ən yaxşı vasitədir. Lakin qaçışın ən əsas üstünlüyü ondan ibarətdir ki, o stresi götyürmək qabiliyyətinə malikdir. Quşların oxumasına qulaq asaraq parkda və ya stadionda qaçmaq- bu sizin öz seçiminizdir. Hər halda yaxşı qaçışı uçuşla müqayisə etmək olar. O sözün əsl mənasında insana sanki ruh verir, bu da xüsusi ilə meqapolisdə yaşayanlar üçün çox vacibdir. Nədən başlamalı? Bir qayda olaraq təzə başlayanların əsas səhvi həddən çox sürətli başlanğıcdır. Məşqlərə tədricən başlamaq lazımdır və vaxt keçdikcə fiziki yükü müəyyən bir maksimuma çatdırmaq lazımdır. Lakin siz artıq təcrübəli qaçansınızsa, yadda saxlayın: həddindən artıq fiziki gərginlik sağlamlaşdırmır, əksinə orqanizmi dağıdır ki, bu da yaşlaşdıqca nəzərə çarpır. Sizin məqsədiniz dünya rekordu vurmaq deyildir, sağlamlıq və tonusda qalmaqdır, odur ki, asta-asta qaçmaq lazımdır. Məhz bu cür qaçış növü oynaqlar üçün ən təhlükəsizdir. Temp- orta sürətli yerişdən azacıq sürətli olmalıdır. Daha dəqiq müəyyənləışdirmək üçün, nəbzi saymaq lazımdır: onun sayı dəqiqədə  110—120 olmalı, 120-dən çox olmalı deyildir. Başlanğıcda yəqin ki, çətin olacaqdır, ona görə də müntəzəm olaraq yerişə keçin və nəbz bərpa olunduqdan sonra yenidən qaçmağa başlayın. Müntəzəm məşğul olaraq, 10—12 məşqdən sonra siz nəbzin sayını dəqiqədə 110—120 səviyyəsində saxlaya bilərsiniz ki, bu da sizin nail olmaq istədiyinizdir. Fiziki yükü necə bölüşdürməli? Küçəyə çıxan kimi, dərhal qaçmaq lazım deyildir. 3—5 dəqiqə oynaqları hazırlamaq üçün qızışdırıcı hərəkətlər etmək lazımdır. Bunun üçün sadə gimnastika hərəkətləri etmək kifayətdir. Qaçışın özünü müxtəlif etmək olar, məsələn vaxtaşırı olaraq 200 metr məsafəyə sürətlə qaçın. Axırıncı 50 metr məsafədə sürəti tədricən azaldın və tənəffüsü bərpa etmək üçün müəyyən müddət yeriyin. Bundan sonra əzələlərin boşalması üçün 3—5 təmrin edin. Ürək üçün olan fiziki yükə, güc hərəkətləri əlavə etmək üçün, qaçışdan sonra dartınma, oturub-durma, əllə yerə sıxılma, pres hərəkətləri etmək lazımdır. Qaçış sizin oynaq və bağlarınızı elə bu hərəkətlər üçün hazırlayır. Bundan başqa müxtəliflik üçün qaçışı velosipedlə növbələşdirə bilərsiniz. Nə vaxt və nə qədər qaçmalı? Bu məsələdə orqanizmə diqqət vermək lazımdır və qaçışın müddətini tədricən 10—15 dəqiqədən 30 dəqiqəyə çatdırmaq lazımdır ki, bu da mükəmməl qaçış üçün kifayətdir. Qızışdırıcı hərəkətlərə 3—5 dəqiqə kifayətdir. Əgər siz qaçışı problemli nahiyələr üçün güc hərəkətləri ilə birgə edəcəksınızsə, ümumi vaxt 1 saat təçkil edəcəkdir. Qaçış qrafikini hər kəs özü seçir, lakin ümumiyyətlə, həftədə 2—3 dəfə kifayətdir. Əgər çox qaçmaq istəyirsinizsə, günaşırı qaçış mümkündür, lakin ondan artıq olmaz: çünki sizin əzələlərinizə bərpa olunmaq üçün vaxt lazımdır.  açıq havada olmasa da qapalı şəraitdə necə qaçmaq laızm olduğunu göstərən video: Daha bir nüans-qaçış üçün hansı vaxtı seçmək lazımdır: səhəri və ya axşamı? Bu məsələni qaçış həvəskarları çox coşqun müzakirə edirlər. Belə bir fikir vardır ki, səhər qaçmaq ziyanlıdır və bu fikrin müəyyən əsasları vardır: belə ki, orqanizm tam oyanmayıbsa və yaxşı istirahət etməyibsə,  qaçış da sözsüz ki, orqanizm üçün bir gərginlikdir. Lakin siz əgər yaxşı yatıb istirahət etmisinizsə və özunüzü qızışdırıcı hərəkətlərlə qaçışa yaxçı hazırlamısınızsa, səhər qaçış üçün ən əlverişli vaxtdır. Ayaqqabı və paltarı necə seçməli? Maqazinlərdə krosovkaların(krassovkaların) çox böyük seçimi olduğu üçün asanlıqla çaşmaq olar. Qaçış ayaqqabıları daha möhkəmliyi, qalın altlığı və güclü amortizasiyası ilə fərqlənir. Qaçış krosovkalarının seçimi sizin qaçdığınmız yerin örtüyündən asılıdır. Bərk örtük olan asfaltda qaçmaq sizin oynaqlarınız üçün çox ziyanlıdır: onlar çox güclü zərbələrə məruz qalır və tezliklə “sürtülüb yeyilirlər”. Vaxt keçdikcə sizin orqanizmanız sanki dağılır. Əgər hər-halda asfaltda qaçmağı qərara almısınızsa, onda mütləq qalın altlıqlı ayaqqabı seçin. Stadionda rezin örtük, ot, qum, yumşaq torpaq tamamilə imkan verir ki, nazik altlıqlı ayaqqabı geyinəsiniz. Paltara gəldikdə isə ən əsası odur ki, qışda soyuqdan qorxmayasınız. Ilin ən soyuq vaxtında belə tamamilə pambıq idman paltarı və baş geyimi ilə kifayətlənmək olar. Arıqlamaq üçün qaçanlar isə isti geyinməlidirlər: yaxşı nəticə alınması üçün onlar çox tərləməlidirlər. Necə düzgün nəfəs almalı və qidalanmalı? Qaçış zamanı çalışmaq lazımdır ki, əzələləri boşalmış saxlayasan və hər-hansı bir tənəffüs ritmini gözləməyəsən. Əksinə ritm özü gəlməlidir və sən onu pozmalı deyilsən. Qidalanmaya gəldikdə isə, qaçışla əlaqədar iştaha güclənir. Ona görə də, ilk vaxtlar bir az çətin olacaqdır, xüsusi ilə də arıqlamaq istəyənlər üçün-qidalanmağa daha ciddi nəzarət etmək lazım gələcəkdir. Amma elə adamlar var ki, müntəzəm qaçışa başladıqdan sonra, əksinə, onların iştahası mötədil olur. Qaçışdan 30 dəqiqə qabaq yemək olar, lakin yemək yüngül və yaxşı olar kı, meyvə-tərəvəzdən ibarət olsun. Əgər siz möhkəm yemisinizsə, ən azı bir saat gözləməlisiniz. Məşqdən dərhal sonra yeməyə başlamaq olar
['idman qaçışı', 'jogging', 'coqqinq']
6,721
https://kayzen.az/blog/fidan/1227/siqaretsiz-g%C3%BCn%C3%BCm%C3%BCz-olmas%C4%B1n.html
Siqaretsiz günümüz olmasın
fidan
Bloq: fidan
29 aprel 2010, 11:14
İnsanı siqaret vərdişindən qurtarmaq üçün nələr etmirlər. Elə siqaretin zərəri haqda postu oxumaq və videolara baxmaq çox şeyə dəyər.Amma dərd ondadır ki,siqaret çəkməyə vərdiş etmiş şəxslər bu addiksiyadan heç cür əl çəkmək istəmirlər. Nəysə,söhbəti çox uzatmayım və videoya keçim. Deməli bir qız təyyarəyə minir,sonra ayaqyoluna keçir. Üstündə gəzdirmədiyi vasitələr yoxdur. elə təəssürat yaranır ki,qız terrorçudur. duzunu qaçırtmayacam.Özünüz baxın və qiymət verin:
['siqaret çəkmək', 'siqaretə aludə']
6,722
https://kayzen.az/blog/Erudit/1228/siqaretin-faydalar%C4%B1.html
Siqaretin Faydaları
Erudit
Bloq: Erudit
29 aprel 2010, 00:54
Bəli, səhv anlamadınız faydaları. Siqaretin faydaları. Bizim bildiyimiz siqaretlərdən gedir söhbət. Əgər "belə şey ola bilməz" deyə düşünürsünüzsə onda mütləq oxuyun. Hara girirsən siqaret öldürür, dağıdır, bla-bla-bla. Amma heç siqaretin faydalarından danışan yoxdu. Mənsə bu mövzuda yazmağa qərar verdim. Demək belə diqqət! Siqaretin faydaları:-Siqaret çəkəni köpək dişləməz; çünki yanında əsa gəzdirər-Evinə oğru girməz;çün səhərə qədər ösgürər-Üzərinə milçək qonmaz;səbəbisə nikotin qoxmasıdır -Çox yorulmaz;çünkü yorulanda nəfəsinin gəlməyəcəyini bilir-Yerimək üçün çətinlik çəkməz;çün təkərli arabada gəzdirilər-Qocalmaz; tez ölər-Üzlərinə rəng gələr; dişləri və bığları sapsarı olar-Vucudu bir quş kimi yüngülləşir;Çünki irəli zamanda qan dövranı pozulduğuna görə öncə barmaqları, sonra da əl və ayaqları kəsilirHəə noldu ???
['siqaretin faydaları', 'siqaret çəkmək', 'siqaretə aludə', 'siqaretin zərəri']
6,723
https://kayzen.az/blog/sa%C4%9Flam-h%C9%99yat-t%C9%99rzi/1226/siqaret-%C3%A7%C9%99km%C9%99-v%C9%99-onun-z%C9%99r%C9%99rl%C9%99ri.html
Siqaret çəkmə və onun zərərləri
loğman
sağlam həyat tərzi
28 aprel 2010, 22:10
Siqaret tütün bitkisinin qurudulmuş yarpaqlarından hazırlanır. Tütün müxtəlif cür, yəni burunotu kimi, çubuqla çəkilir. Tütün istər trubka, istər müştüklə çəkilsin, istərsə də tütünün yarpaqlarından hazırlanmış uzun və qalın siqaretlərdən istifadə olunsun, bütün bunlar nikotinin insan orqanizminə göstərdiyi zərərli təsirin qarşısını ala bilməz. Tütünün və hər cür siqaretin zərərsiz olanı çəkilməyənidir. Bir sözlə, insan orqanizmi üçün ən zərərli vərdiş, heç şübhəsiz, siqaret çəkməkdir. Siqaretin tüstüsündə olan maddələrin heç birisinin insan orqanizminə faydası yoxdur, əksinə, hamısı zərərlidir. Ən zərərli olanları isə nikotin, qatran, karbon-monoksid (CO) və xərçəng yarada bilən (kanserogen) maddələrdir. Təmiz nikotindən tibbi məqsədlər üçün istifadə olunmur və o, zəhərli bir maddə olan sianidlə müqayisə ediləcək dərəcədə təsirlidir. 100-120 milliqram nikotin hər hansı bir şəxsin damarına yeridilərsə, onun ölümünə səbəb ola bilər. Məsələnin maraqlı cəhəti həmin miqdarda, yəni 100-120 milliqram miqdarındakı nikotinin cəmi iki qutu siqaretdə olmasıdır. Məlumdur ki, gündə iki qutu siqaret çəkən insanlar çoxdur. Onlar bəs nə üçün zəhərlənmirlər, - deyə soruşula bilər. Buna cavab olaraq göstərmək lazımdır ki, əslində bütün siqaret çəkənlər yavaş-yavaş zəhərlənirlər. Siqaret çəkənlərin birdən-birə zəhərlənərək ölməmələrinin səbəbi isə onların siqareti yandıraraq çəkmələridir. Daha doğrusu, siqaret yandırılarkən, nikotin havaya yayılır və onun yalnız müəyyən bir hissəsi insan orqanizminə keçir. Sadəcə bir siqaretlə orqanizmə 1,2-2 milliqram nikotin keçə bilir.Nikotin böyrəküstü vəzilərdən adrenalin və noradrenalin hormonlarının ifraz olunmasına səbəb olur. Bu isə bir müddətdən sonra mədə xorasının yaranmasına gətirib çıxarır. Bundan başqa, siqaret çəkənlərin ürəyi daha sürətlə döyünür və qan təzyiqi yüksəlir. Davamlı olaraq siqaret çəkən adamlar bir müddət siqaret çəkmədikdə, əl və ayaqlarına az qan gedər və həmin orqanlarda temperatur aşağı düşər. Belə vaxtlarda yalnız siqaret çəkildikdən 15-20 dəqiqə sonra əl və ayaqlardakı temperatur normal səviyyəsinə çatar. Nikotinin mərkəzi sinir sisteminə təsiri nəticəsində qusma, başgicəllənməsi kimi hallar törənə bilir. Uzun illər boyu siqaret çəkənlərdə müxtəlif xəstəliklər aşkar olur. Siqaretin orqanizmdə törətdiyi zərərlər. 1. Siqaret çəkmək iştahanı pozur, həzm prosesini çətinləşdirir, dişləri saraldır, mədə yarasına, dodaq, dil və yemək borusu xərçənginə səbəb olur. Öskürdür və bəlğəm əmələ gətirir, xronik bronxitə və emfizemə səbəb olur. Qırtlaq və ağciyər xərçəngi siqaret çəkənlər arasında daha çox müşahidə edilir. Damar divarlarının elastikliyinin azalmasına səbəb olur. Ətrafların damarlarında qanın paylanması azalır, endoartritə və qanqrenaya səbəb olur. Bu isə əl və ayaqların amputasiyasına (kəsilməsinə), şikəstliyə gətirib çıxarır. Beyini qidalandıran damarlarda da elastikliyin azalmasına səbəb olur. İflic törənə bilər. Ürək xəstəliklərinin, xüsusən ürək əzələsi infarktının əmələ gəlməsinə zəmin yaradır. Miokard infarktı bu gün ölkəmizdə və bütün dünyada ölümə ən çox səbəb olan xəstəliklərdən biridir. Siqaret çəkənlər arasında çəkməyənlərlə müqayisədə, həm infarkt, həm də infarktdan ölüm təsadüfləri 10 dəfə daha çox müşahidə edilir. Hafizə zəifləyir, çünki damarlar kirəcləşir. Əhvali-ruhiyyə pozulur, yuxusuzluq əmələ gəlir. Dəridə qırışlar yaranır. Hamilə qadınların hələ doğulmamış uşaqları ana bətnində zərər çəkir: cılız, zəif uşaqların doğulması, hətta ölüdoğulma ehtimalı artır. Siqaret çəkənlərin yanında oturanlar da siqaretdən zərər çəkir, evdə siqaret çəkən ata öz uşaqlarını da zəhərləyir. Siqaret çəkməyə vərdiş etməyənlər heç bir zaman bu işə başlamasınlar, çəkənlər isə tərgitməyin yollarını axtarsınlar. Siqaret çəkənlərin bu videoya baxması tövsiyə olunur: Müəlliflər Sabir Cahan oğlu Əliyev, Həqiqət Məhəmmədhacı qızı Hacıyeva, Nijad Cəbrayıl oğlu Mikayılzadə Mənbə Tibbi biliklərin əsasları Psixi pozğunluqları olan adamlar daha çox siqaret çəkirlər Avstraliyada aparılmış tədqiqat göstərmişdir ki, psixi pozğunluqları olan adamlar sağlam adamlara nisbətən 4 dəfə çox siqaret çəkirlər. Melbrun Universitetindən olan Kristina Sakson-Mellerin rəhbərliyi altında alimlər qrupu əksəriyyəti şizofreniyadan əziyyət çəkən 280 pasientin vərdişlərini tədqiq etmişlər.Müəyyən olunmuşdur ki, onlar arasında 62 faizi siqaret çəkir. Bu isə siqaret çəkənlərin sayı yalnız 16 faiz olan Avstraliyanın əsas əhalisi ilə müqayisədə 4 dəfə çoxdur.Psixi pozğunluqları olan avstraliyalılar orta hesabla gündə 22 siqaret çəkir, ən çox siqaret çəkən isə gündə 80-ə qədər siqaret çəkir. Psixi xəstəlikləri olan bu adamların yalnız 59 faizi siqaret çəkməkdən imtina etmək istəmişlər. Lakin onların yalnız 12 faizi bunu etməyə müəssər olmuşdur.Məlumatda qeyd edilir ki, psixoanalitiklərin fikrincə, siqaretçəkmə oral (ağız) zonasının qıcıqlanması ilə əlaqədardır. Bu isə körpənin həyatda aldığı ilk ləzzətdir: o, süd soran zaman doyur və müdafiə hissi alır. Bu cür mövqedən yanaşılarsa, bu, narahatçılıq, gizlənmə həvəsi, gərginlikdən qaçmaq əlamətidir. Alimlər hesab edirlər ki, məhz buna görə də siqaret çəkmə hallarına psixi cəhətdən xəstə olan adamlarda sağlam adamlara nisbətən daha çox rast gəlinir. UPD. Siqaretin daha bir zərəri Siqaret tüstüsünün tərkibində sağlamlıq üçün çox sayda təhlükəli kimyəvi birləşmələr, onlarca kanserogen (xərçəng törədici) maddə olduğu çoxdan bəllidir. Siqaret çəkənlər üçün yeni bəd xəbər isə ondan ibarətdir ki, bu maddələrin bir qismi qana keçdiyi andan çox qısa müddətdə zəhərə çevrilir. Bu faktı Minnesota Universitetinin (ABŞ) kimya alimləri müəyyənləşdiriblər. Tədqiqat üçün 11 nəfər siqaretə aludə könüllü seçilib. Onlar tərkibi nişanlanmış fenantren (C14H10) - aromatik karbohidrogenlə zəngin tüstü ilə nəfəs almalı olublar. Siqaret tüstüsündə bol olan bu birləşməyə kanserogen aktivliyi dərəcəsi fərqli çox sayda müxtəlif qrup maddələr daxildir. Analiz nəticəsində bəlli olub ki, tüstü udulduqdan cəmi 15-30 dəqiqə sonra qanda fenantrenin son dərəcədə təhlükəli törəmələri əmələ gəlir. Bu törəmə kimyəvi birləşmələr genetik quruluşda - DNT-də dəyişikliklər doğuracaq qədər güclü dağıdıcı təsirə malikdir. Beləliklə, alınan elmi nəticə belədir: siqaret tüstüsünün kanserogen təsiri bu vaxta qədər düşünüldüyü kimi haçansa gələcəkdə deyil, orqanizmə, qana bilavasitə daxil olduğu andan başlayır. Bu, qana birbaşa zəhərli maddə yeridilməsi qədər təhlükəlidir və siqaret çəkənlər yenicə aşkara çıxarılmış bu cəhəti ciddi qəbul etməli, vərdişlərindən birdəfəlik əl çəkməlidirlər. Doğrudur, insan orqanizmi özünümüdafiə sistemi ilə təchiz olunduğundan bu sayaq şüurlu özünəqəsd əməllərinə də müqavimət göstərir və DNT dəyişikliklərinə uyğunlaşır, labüd və qaçılmaz sonluq yubanır. Amma orqanizmin özünüqoruma xüsusiyyəti heç də sərhədsiz deyil... Sübh tezdən siqaret çəkmək daha zərərlidir Amerikalı alimlərin fikrincə, səhər tezdən siqaret çəkənlərin qanında nikotinin miqdarı sonrakı dövrlərə görə daha çox olur. Bu çəkilən siqaretin sayından da asılı deyil, yəni bir siqaret də olsa, orqanizmdə nikotinin miqdarı həddindən artıq çoxalır. Bu laboratoriya sınaqları ilə də təsdiqini tapıb. Həqiqətən də səhər siqaret çəkənlərin qanındakı nikotinin miqdarı günün digər vaxtlarında siqaret çəkənlərə nisbətən olduqca yüksək çıxıb. Eksperimentdə 250 nəfər siqaret çəkən iştirak edib. Günə bir qutu - 20 ədəd siqaret çəkən şəxslərin qanındakı nikotinin miqdarı çəkilmə vaxtlarından asılı olaraq nəzərəçarpacaq dərəcədə fərqlənib. Yuxudan oyandıqdan yarım saat sonra siqaret yandıranların qanındakı nikotinin miqdarı daha gec çəkməyə başlayanlarla müqayisədə 75 (!) dəfə artıq olub. Nəticənin fərqli çıxmasının səbəblərini isə alimlər dəqiq izah edə bilmirlər.Xatırladaq ki, nikotin siqaretin tərkibindəki kanserogen - xərçəng törədən onlarca maddədən biridir və ümumi zəhərləyici təsirə malikdir.
['siqaret çəkmək', 'siqaretin zərəri', 'nikotin', 'zərərli vərdişlər', 'siqaret']
6,724
https://kayzen.az/blog/masonluq/1222/harun-y%C9%99hya-qlobal-masonluq-tampliyerl%C9%99r-v%C9%99-kabbala.html
Harun Yəhya "Qlobal Masonluq" - Tampliyerlər və Kabbala
mr13
Masonluq,onun tarixi
28 aprel 2010, 16:29
Hər ikisi də mason olan ingilis yazıçıları Kristofer Nayt (Christorher Knight) və Robert Lomas (Robert Lomas) "The Hiram Key" (Hiram Açarı) adlı kitablarında masonluğun mənşəyi haqqında çox önəmli gerçəkləri açıqlayıblar. Onlara görə, masonluğun tampliyerlərin davamı olduğu açıq bir gerçəkdir, amma əsas məsələ məhz tampliyerlərin mənşəyinin nə olmasıdır. Yazarların fikrincə, tampliyerlər Qüdsdə olduqları dövrdə gerçəkdən də böyük bir dəyişikliyə uğrayaraq, Xristianlığın yerinə başqa təlimləri qəbul ediblər. Bunun da kökündə Süleyman Məbədində tapdıqları bir kitabə dayanır. Əslində, tampliyerlərin Qüdsdəki əsl hədəfləri Süleyman Məbədinin xarabalıqlarını araşdırmaq idi. Onların "Fələstinə gedən xristian səlibçilərini qorumaq" yönündəki fəaliyyətləri sadəcə bir pərdə idi, gerçək hədəfiəri isə tamamilə başqa olub. Kitabda bununla bağlı deyilir: "Tampliyerlərin xristian səlibçiləri hansısa təhlükədən qorumaları haqqında heç bir dəlil yoxdur. Amma İrod Mədəbinin (Süleyman Məbədinin yerində inşa edilmiş məbəd) xarabalıqları arasında ciddi axtarışlar aparmalarına dair mötəbər sübutlar var".Özü də bununla bağlı sübutlar tapan araşdırmaçılar təkcə "The Hiram Key" kitabının müəllifiəri deyil. Fransız tarixçisi Getan Delaforq (Gaetan Delaforge) bu məsələni belə şərh edir: "(Tampliyerlər Ordenini quran) doqquz cəngavərin əsl məqsədi Yəhudilərin və Qədim Misirin gizli adətlərinə dair faktlar və yazılar tapmaq idi".19-cu əsrin sonlarında Qüdsdə arxeoloji araşdırmalar aparan ingilis tədqiqatçısı Çarlz Uilson (Charles Wilson) da həmçinin bu qənaətə gəlib ki, Tampliyerlər Qüds Məbədinin xarabalıqlarını araşdırmaq üçün ora gediblərmiş. Uilson məbədin bünövrəsində qazıntı və araşdırma işlərinin apanldığını görüb və müəyyənləşdirə bilib ki, bunlan məhz tampliyerlər ediblər.Qeyd edək ki, Uilsonun orada tapdığı alətlər indi də masonlara aid ən böyük arxiv olan Şotlandiyanın Robert Braydon (Robert Brydon) kolleksiyasında saxlanılır."The Hiram Key" kitabının müəllifiəri tampliyerlərin bu araşdırmalarının nəticəsiz qalmadığını və onların Qüdsdə "dünyagörüşlərini dəyişdirən" çox vacib şeylər tapdıqlarını yazırlar. Bu qənaəti demək olar ki, bütün tədqiqatçılar bölüşürlər. Tampliyerlərin Xristian dünyasında doğulmalarına, xristian mənşəli olmalarına rəğmən, tamam fərqli bir inanca və fəlsəfəyə bağlanmaları üçün mütləq bir qaynaq olmalı idi ki, məhz həmin qaynaq da onlan əcaib ayinlərə, qara magiya rituallarına yönəldib. Bax, həmin bu qaynaq, əksər tarixçilərin gəldiyi qənaətə görə, Kabbaladır. Kabbala kəlməsi "rəvayət" mənasına gəlir. Ensiklopediyalarda və lüğətlərdə Yəhudi dininin mistik, ezoterik (batini) bir qolu kimi təqdim edilir. Bu tərifə görə, Kabbala Tövratın və yəhudilərin digər dini kitablarının gizli mənalarını araşdıran bir kitabdır. Ancaq məsələni daha dərindən incələyəndə ortaya tamam başqa gerçəklər çıxır. Bəlli olur ki, Kabbala - hələ Tövratdan da öncə mövcud olan, Tövrat vəhy ediləndən sonra yəhudilərin içində yayılan "ragan" - yəni bütpərəst mənşəli bir təlimdir.Türk masonlarından Murad Özgən Ayfər "Masonluq nədir və necədir" adlı kitabında Kabbala haqqındakı bu maraqlı faktlan belə izah edir: "Nə zaman yarandığı və necə inkişaf etdiyi dəqiq bilinməyən Kabbala Yəhudi dinilə bağlı olan, metafizik xüsusiyyətli, ezoterik sistemli bir fəlsəfənin ümumi adıdır. Onun müddəalarının əksəriyyəti Tövratın yarandığı vaxtdan daha qədim tarixi köklərə malikdir".Fransız tarixçisi Quqenot du Musö (Gougenot des Mousseaux) də həmçinin, Kabbalanın əslində yəhudilikdən daha qədim olduğunu bildirir. Yəhudi tarixçisi Teodor Reynax isə Kabbalanı "Yəhudilərin damarlarına girən və onları tamamilə ələ keçirən gizli bir zəhər" adlandırır. Onun həmkarı Solomon Reynax Kabbalanı "İnsan şüurunun ən pis fəsadlarından biri" hesab edir.Kabbalanın "Insan şüurunun ən pis fəsadlarından biri" kimi görülməsinin səbəbi əsasən onun təlim etdiyi sehrbazlıqla bağhdır. Kabbala minlərlə ildir ki, cürbəcür sehrbazlıq ayinlərinin ana kitabıdır. Kabbalayla məşğul olan hahamların sehrbaz olduqları bildirilir. Yəhudi olmayan minlərlə insan da Kabbalanın təsiri altına düşüb, bu təlimi öyrənərək, sehrbazlıqla məşğul olub. Orta əsrlərin sonlarına doğru Avropanı bürüyən, xüsusilə də əlkimyaçılar tərəfindən mənimsənilən batini (ezoterik) fəaliyyətin kökündə də Kabbala dururdu.İşin qəribə tərəfi də elə buradadır: Yəhudilik Tövratın Hz.Musaya vəhy edilməsilə meydana gələn ilahi bir dindir. Amma bu dinin daxilində din tərəfindən yasaqlanan sehrbazhğı əsas götürən Kabbala (kabbalistika) adlı bir təlim mövcuddur. Bu, bir daha onu göstərir ki, Kabbala yəhudilik dininə kənardan gətirilib.Amma kənardan - yəni haradan? Kabbalanın mənbəyi nədir?Yəhudi tarixçisi Fabr D’Olivet (Fabre d'Olivet) bu suala "Qədim Misir" cavabını verir. Onun fikrincə, Kabbalanın kökləri məhz Qədim Misirə gedib çıxır. Yəni Kabbala - israiloğullarının bəzi başçılarının Qədim Misirdən öyrəndikləri, sonra da nəsildən-nəslə ötürdükləri şifahi bir təlimdir.Demək, bu kitabda araşdıracağımız Kabbala-tampliyerlər-Masonluq zəncirinin hardan başladığını tapmaq üçün Qədim Misirə baxmağımız gərəkdir.
['masonluğun tarixi', 'kabbala', 'tampliyerlər']
6,725
https://kayzen.az/blog/Az%C9%99rbaycan-tarixi/1193/az%C9%99rbaycan-xalq-c%C3%BCmhuriyy%C9%99ti.html
Azərbaycan Xalq Cümhuriyyəti
papatürk
Azərbaycan tarixi
28 aprel 2010, 14:35
Rusiya imperiyanın dağılması ilə milli ucqarlarda, o cümlədən Azərbaycanda da azadlıq mübarizəsi gücləndi. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Müstəqilliyi Tiflis şəhərində elan olunmuş Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtı qədim Gəncə şəhəri olmuşdu. Çünki o zaman Bakıda Moskvanın iradəsi ilə yaradılmış Bakı Xalq Komissarları Soveti (BXKS) — Bakı Kommunası hökmranlıq edirdi. Onun əsas özəyini daşnakpərəst bolşeviklər təşkil edirdi. Bakı Kommunasının süqutundan sonra Bakıda ağalıq menşevik və eserlərin Mərkəzi Xəzər diktaturasının əlinə keçmişdi. 1918-ci il sentyabrın 15-də Bakı Türkiyə və Xalq Cümhuriyyəti qoşunları tərəfindən azad edildi. Sentyabrın 17-də Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyətinin Bakı dövrü başladı. Xalq Cümhuriyyəti bütün Azərbaycan ərazisində bərqərar oldu. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərmişdi. Buna baxmayaraq o, istiqlal naminə əsrə bərabər iş görmüşdür. Əvvəla, o Azərbaycanda çox sivil Avropa nümunəli dövlət idarəçiliyi yaratmışdı. Azərbaycanı Milli Məclis (Parlament) tərəfindən təşkil olunan və onun qarşısında məsul olan hökumət kabinəsi idarə edirdi. Deməli, Azərbaycan Xalq Cümhuriyyəti parlament respublikası idi. Müstəqillik elan olunandan 1918-ci il iyunun 18-nə kimi parlament rolunu hələ 1918-ci il mayın 27-də yaradılmış Müvəqqəti Milli Şura icra etmişdi. Onun sədri Məmməd Əmin Rəsulzadə seçilmişdi. İlk parlament 1918-ci il dekabrın 7-də çağırılmışdı. Onun sədri Ə.M.Topçubaşov müavini H.B.Ağayev və katibi Rəhim Vəkilov seçilmişdi. Məmməd Əmin Ağa oğlu Rəsulzadə 1884-cü ildə Bakının Novxanı kəndində anadan olmuşdur. Əvvəl «rus-tatar», sonra isə Bakı texniki məktəbində oxumuşdur. O, əvvəllər sosial-demokratiya hərəkatına qoşulmuş, 1904-cü ildə müsəlman sosial-demokrat «Hümmət» təşkilatının yaradıcılarından olmuşdur. 1913-cü ildə «Müsavat» partiyasına daxil olmuş və tezliklə onun liderinə çevrilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılılarından biri, parlamentdə «Müsavat» fraksiyasının lideri olmuşdur. 1922 1955-ci illərdə mühacirətdə yaşamışdır. Mühacirətdə olarkən «Əsrimizin Səyavuşu», «Azərbaycan Cümhuriyyəti»nin keçmişi, təşəkkülü və indıki vəziyyəti» (1923), «Çağdaş Azərbaycan ədəbiyyatı» (1950), «Cağdaş Azərbaycan tarixi» (1951) və b. kitablarını yazmışdı. 1955-ci il martın 6-da Ankarada vəfat etmişdir Parlamentin əsas heyətini keçmiş Milli Şuranın 44 üzvü təşkil edirdi. Bundan başqa parlamentə keçmiş milli komitələrin xətti ilə şəhər və qəzalardan 36 müsəlman deputatı seçilmişdi. Cəmi 17 ay fəaliyyət göstərən Azərbaycan Parlamentinin 145 iclası olmuşdu. Onun 121 iclasına Həsən bəy Ağayev, 23 iclasına isə Məmməd Yusif Cəfərov sədrlik etmişdir. Parlamentin müzakirəsinə 270-dən çox qanun layihəsi təqdim edilmiş, ondan 230-a yaxını müzakirə olunub qəbul edilmişdi. Parlamentdə 11 komissiya fəaliyyət göstərmişdi. Parlamentdə ən böyük fraksiya M.Ə.Rəsulzadənin rəhbərlik etdiyi «Müsavat» fraksiyası olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinİn fəaliyyəti müddətində 5 dəfə hökumət kabinəsi təşkil edilmişdi. Onun 3-nə F.X.Xoyski və 2-nə isə N.B.Yusifbəyli başçılıq etmişdi. Xalq Cümhuriyyəti hökumətinin dövlət quruculuğundakı mühüm addımlarından biri Dövlət rəmzlərinin qəbul edilməsi idi. 1918-ci il iyunun 24-də üzərində aypara və səkkizgüşəli ulduz olan al bayraq barədə qərar qəbul edilmişdi, Noyabrın 9-da isə həmin bayraq, üzərində aypara və səkkizguşəli ulduz olan üç rəngli (mavi, yaşıl və qırmızı) bayraqla əvəz olunmuşdu. Görkəmli Azərbaycan yazıçısı C.Cabbarlı hələ o zaman yazdığı «Azərbaycan bayrağına» şerində Cümhuriyyət bayrağının mənasını belə tərənnüm etmişdi: Bu ay, ulduz boyaların qurultayı, nə demək; Bizcə böylə söyləmək: Bu göy boya moğoldan qalmış bir türk nişanı, Bir türk oğlu olmalı. Yaşıl boya islamlığın sarsılmayan inamı, Ürəklərə dolmalı. Şu al boya azadlığın təcəddüdün fərmanı, Mədəniyyət bulmalı. Səkkiz uclu şu yıldız da səkkiz hərfli Od yurdu Sözləri şair Əhməd Cavad, musiqisi Üzeyir Hacıbəyov tərəfindən yazılmış dövlət himninin qəbul edilməsi, milli ordunun yaradılması və türk dilinin dövlət dili elan edilməsi də milli dövlət quruculuğu yolunda mühüm addımlar idi. Dövlət quruculuğu sahəsində Xalq Cümhuriyyətinin atdığı mühüm addımlardan biri də milli ordunun yaradılması idi. Dost Türkiyə bu sahədə Azərbaycana yaxından kömək etmişdi. Nuru Paşanın başçılığı ilə Gəncədə az müddətdə «xüsusi Azərbaycan korpusu» yaradılmışdı. Artıq 1920-ci ilin əvvəllərində Azərbaycan ordusunun sıralarında 40 min nəfər əsgər var idi. Ondan 10 mini süvari ordu idi. Azərbaycan Xalq Cümhuriyyətinin ilk hərbi naziri Xosrov Paşa bəy Sultanov, sonra general Səməd ağa Mehmandarov olmuşdu. Onun müavini general Əliağa Şıxlinski idi. Xalq Cümhuriyyəti sosial-iqtisadi və mədəni quruculuq sahələrində də mühüm tədbirlər həyata keçirmişdi. Neft sənayesini bərpa etməyə başlamış, Bakı-Batumi neft kəmərini bərpa etmişdi. Bakı-Culfa dəmir yolunun çəkilişini başa çatdırmışdı, Milli Dövlət Bankını və Teleqraf agentliyini təsis etmişdi. Hökümət respublika sərvətlərinin xaricə daşınmasının qarşısını almışdı. Milli valyutanın (Bakı bonunun) möhkəmlənməsi üçün tədbirlər görmüşdü. Əmək birjaları yaratmış, səhiyyənin qaydaya salınması üçün tədbirlər görmüşdü. Səhiyyə və sosial təminat nazirlikləri yaratmışdı. Aqrar məsələnin həlli sahəsində səylər göstərmişdi. Bu məqsədlə S.Ağamalıoğlu başda olmaqda xüsusi komissiya yaratmışdı. Mədəni quruculuq sahəsində də tədbirlər həyata keçirmişdi. Hökumətin tərkibində Azərbaycan Xalq Maarifı Nazirliyi yaradılmışdı. Bütün ibtidai məktəblərdə təhsilin ana dilində — türk (azərbaycan) dilində aparılmasına keçilmişdi, Dərslər rus dilində aparılan siniflərdə məcburi surətdə həftədə 3-4 saat türk dilinin keçilməsinə başlanılmışdı. Əlifba islahatının keçirilməsinə cəhdlər göstərilmişdi. Qızların məktəblərə cəlb olunması genişləndirilmişdi. İbtidai və orta ixtisas məktəblərinin şəbəkəsi genişlənmişdi. Artıq 1919-cu ilin əvvəllərində respublikada 637 ibtidai və 23 orta ixtisas məktəbi fəaliyyət göstərirdi. Müəllim kadrlarının hazırlanmasına diqqət artırılmışdı. Kişi və qadın pedaqoji məktəbləri açılmışdı. Qori müəllimlər seminariyasının müsəlman şöbəsi Qazax şəhərinə köçürülmüş və müstəqil seminariyaya çevrilmişdi. 1919-cu ilin sentyabrında Bakıda da kişi seminariyası açılmışdı. Respublika məktəblərində işləmək üçün Türkiyədən müəllim kadrları dəvət olunmuşdu. Dərsliklərin hazırlanması və nəşri sahəsində tədbirlər həyata keçirilmişdi. 1919-cu ildə Bakı Dövlət Universiteti yaradılmışdı. O, həmin il noyabrın 15-dən fəaliyyətə başlamışdı. Oxumaq üçün xaricə 100 nəfər gənc göndərilmişdi. 1919-cu ilin dekabrında «Müsəlman Şərqini öyrənən cəmiyyət» yaradılmışdı. 1919-cu il oktyabrın 15-də Azərbaycan parlamenti «Mətbuat haqqında» qanun qəbul etmişdi. 1919-cu ildə Azərbaycanda 80 qəzet və jurnal nəşr olunurdu. Onlardan 39-u milli dildə idi. Teatr, klub və mədəniyyət evlərinin şəbəkəsi genişlənmişdi. Nazirlər kabinəsinin 1919-cu il 17 noyabr qərarı ilə teatr dövlət inhisarına keçirilmişdi. Kitabxanaların şəbəkəsi artırılmışdı. 1920-ci ildə Azərbaycanda ümumi fondu 95 min nüsxə kitab olan 11 kitabxana fəaliyyət göstərirdi. Xalq Cümhuriyyəti hökuməti Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü qorumaq uğrunda da ardıcıl mübarizə aparmışdı. O, dünyanın 20-dən çox dövləti ilə diplomatik əlaqə yaratmışdı, Müstəqilliyin ilk dövründə (1918-ci il may-oktyabr) Türkiyə Azərbaycan istiqlalının möhkəm qarantı olmuşdu. Lakin 1918-ci il oktyabrın 30-da Böyük Britaniya və Osmanlı Türkiyəsi arasında bağlanmış Mudros sazişi Azərbaycan — Türkiyə dostluq münasibətlərinə böyük xələl gətirmişdi. Bu sazişə əsasən Türkiyə Cənub Qafqazdan, o cümlədən Azərbaycandan qoşunlarını çıxarmalı olmuşdu. AXC hökumətinin Böyük Britaniyanın Bakıdakı nümayəndəliyi ilə də münasibətləri qaydaya salınmışdı. General Tomson və ondan sonra Bakıya gələn Balkanlarda və Qafqazda ingilis qoşunlarının baş komandanı C.Mili AXC hökumətini tanımışdılar. Azərbaycan Xalq Cümhuriyyəti qonşu dövlətlərlə də münasibətləri qaydaya salmağı vacib saymışdı. Gürcüstan, Dağlılar Respublikaları və İranla münasibətlərin dinc yolla qaydaya salınması belə addımlardan idi. O, Sovet Rusiyası və Ermənistanla da qonşuluq münasibətləri yaratmağa çalışmışdı. Lakin burada ciddi çətinliklərlə rastlaşmışdı. Belə ki, Rusiya Azərbaycana qarşı yenə də müstəmləkəçilik ambisiyalarından əl çəkmir, Ermənistan isə ərazi iddialarını davam etdirirdi. AXC hökumətinin səyi və cəhdlərinə baxmayaraq həmin dövlətlərlə münasibətlər qaydaya düşmürdü. Bolşevik Rusiyası millətlərin öz müqəddəratını təyin etmək barədə bəyannamə verməsinə baxmayaraq onların müstəqil olmaları ilə barışa bilmirdi. Azərbaycan hökuməti hələ yarandığı ilk gündən Ermənistanla  (Ararat  Respublikası)  mübahisəli  sərhəd məsələlərini siyasi yolla həll etmək niyyətində idi, Azərbaycan Milli Şurası yenicə müstəqilliyini elan etmiş erməni dövlətinə yardım etmək məqsədilə 1918-ci il mayın 29-da əzəli torpağı olan İrəvan şəhərini Ermənistan  Respublikasının  paytaxtı  kimi tanımışdı. Buna  baxmayaraq  bədxah  qonşumuz  yenə  də Azərbaycana ərazi iddialarından əl çəkmirdi. O, Naxçıvanı, Qarabağı, Zəngəzuru və b. əraziləri özünə birləşdirmək siyasəti yeridirdi. O, bu ərazilərdə etnik təmizləmə aparır, azərbaycanlılar yaşayan kəndləri dağıdıb yandırırdı. Erməni qaniçənləri 1918-ci ilin payızında təkcə Zəngəzurda 52 azərbaycan kəndini dağıtmış, 987 evi viran edib yandırmış, 2254 nəfər adamı öldürmüş, 304 nəfəri isə diri-diri yandırmışdılar. Qaniçən Andronikin quldur dəstələri Naxçıvan və Zəngəzurda tuğyan edirdilər. Onlar azərbaycanlılara olmazın əzab və əziyyət verirdilər: azərbaycanlıları diri-diri oda atır, uşaqları süngüyə keçirir, hamilə qadınların qarınlarını yarırdılar. Andronik  öz antiazərbaycan siyasətində Rusiyaya güvənirdi. O, 1918-ci ilin yayında Culfanı zəbt edib yandırdıqdan sonra Naxçıvanı Sovet Rusiyanın ayrılmaz hissəsi elan etmişdi. Andronik 1918-ci il iyunun 4-də daşnakpərəst bolşeviklərin təşkil etdikləri Bakı Xalq Komissarları Sovetinin (BXKS) sədri S.Şaumyana göndərdiyi teleqramda öz dəstəsi ilə birlikdə Rusiya Mərkəzi hökumətinin sərəncamına keçməyə və Bakı Kommunasına yardım etməyə hazır olduğunu bildirmişdi. S.Şaumyan isə öz növbəsində ona ünvanladığı teleqramda quldur Androniki «xalq qəhrəmanı» adlandırmışdı. Andronik Zəngəzurun azərbaycanlılardan təmizlədiyi hissəsində Mərkəzi Gorus şəhəri olmaqla erməni qubernatorluğu təşkil etmişdi. O, bundan sonra paytaxtı Şuşa şəhəri olmaqla «Kiçik Ermənistan» dövləti yaratmaq məqsədilə Qarabağın dağlıq hissəsində başlamış «separatizm» hərəkatına kömək üçün oraya keçmək cəhdləri göstərmişdi. Lakin Laçmda Sultanov qardaşlarının (Sultan və Xosrov) səyi nəticəsində onun qarşısı alınmışdı. Mudros sazişinə (1918-ci il 30 oktyabr) əsasən Türkiyə qoşunları Azərbaycanı tərk etdikdən sonra ermənilər Zəngəzura, Dağlıq Qarabağa və Naxçıvana iddialarını artırdılar. 1919-cu ilin yanvarında Naxçıvana hücum etdilər. Lakin Şərurda böyük məğlubiyyətə uğradılar. Ermənilər 1919-cu ilin payızında Zəngəzurda yeni vəhşiliklər törətdilər. 110 azərbaycan kəndini yandırdılar. 60 minə qədər azərbaycanlı qaçqın vəziyyətinə düşdü. Azərbaycan hökuməti buna cavab olaraq 1919-cu ilin oktyabrında general C.Şıxlinskinin komandanlığı altında bölgəyə qoşun hissəsi göndərməyə məcbur oldu. Naxçıvana erməni təcüvüzünün qarşısını almaq məqsədilə Türkiyənin, xüsusən Kazım Qara Bəkir Paşanın təşəbbüsü və vətənpərvər qüvvələrin səyi ilə 1918-ci ilin payızında Araz-Türk Respublikası yaradıldı (O, 1919-cu ilin aprelinə kimi fəaliyyət göstərmişdi). Onun tərkibinə Naxçıvan, Şərur, Dərələyəz və Ordubad qəzaları, Sərdarabad, Uluxanlı, Vedibasar, Qəmərli, Mehri və b. bölgələr daxil idi. Paytaxtı Naxçıvan şəhəri idi. Bu Naxçıvanın ermənilər tərəfindən zəbt edilməsinin qarşısını aldı. Zəngəzur və Qarabağda erməni özbaşınalığına qarşı 1919-cu ilin yanvarında AXC hökuməti tərəfindən Zəngəzur, Şuşa, Cavanşir və Cəbrayıl qəzalarını əhatə edən Qarabağ genaral-qubematorluğu yaradıldı. General-qubernator vəzifəsinə Xosrov Paşa bəy Sultanov təyin edildi. Qarşıdurmanı söndürmək üçün 1919-cu ilin noyabrında Tiflisdə Azərbaycan və Ermənistan hökumət başçılarının ABŞ-ın vasitəçiliyi ilə görüşü oldu. Tərəflər mübahisəli məsələləri sülh yolu ilə həll etmək barədə öhdəliklər olan saziş imzaladılar. Lakin Ermənistan yenə də xəyanət edərək Zəngəzurda hərbi əməliyyatlara başladı, 40-dək kəndi talan edib, əhalisini qırdı. Azərbaycan hökumətinin sülh yolu təşəbbüsünə baxmayaraq Ermənistan 1920-ci ilin əvvəllərində hərbi əməliyyatları gücləndirdi. Ermənilər Novruz bayramı gecəsi Şuşada, Xankəndində, Əskəranda, Xocalı və Tərtərdə yerləşən Azərbaycan qoşun hissələrinə hücum etdilər. Ermənistan tərəfdən də Qarabağa erməni silahlı qüvvələri irəliləməyə başladı. Ərazi butövlüyünü bərpa etmək üçün Azərbaycan hökuməti də öz növbəsində tədbirlər görməli oldu. General H.Səlimovun başçılığı ilə Azərbaycan hərbi qüvvələri 1920-ci il aprelin sonu üçün Qarabağda baş qaldıran erməni separatçılarının müqavimətini qırdı. Xalq Cümhuriyyətinin xarici siyasətində Müstəqil Azərbaycanı dünya birliyinin bərabərhüquqlu üzvünə çevirmək, iri dövlətlər tərəfindən onun tanınmasını təmin etmək missiyası çox mühüm yer tuturdu. Azərbaycan Parlamenti qalib dövlətlərin Paris Konfransında iştirak etmək üçün başda görkəmli diplomat Ə.M.Topçubaşov olmaqla nümayəndəlik təsdiq etmişdi 1919-cu ilin yanvarında İstanbula yola düşən nümayəndə heyəti həmin il may ayının ortalarında Parisə gəlib çıxdı. Nümayəndə heyətinin, xüsusən Ə.M.Topçubaşovun diplomatik səyləri sayəsində 1920-ci il yanvarın 11-də Azərbaycan Xalq Cümhuriyyəti müttəfiq dövlətlər tərəfindən de-fakto tanındı. O, dünya birliyinin bərabərhüquqlu üzvünə çevrildi. Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun çəkmədi. 1920-ci ilin əvvəllərində onun beynəlxalq və daxili vəziyyətində, ictimai-siyasi həyatında böhran meylləri daha da dərinləşdi. Xarici və daxili təzyiqlər də hökumətin vəziyyətini gərginləşdirirdi. Cümhuriyyət qonşu Ermənistanla müharibə vəziyyətində idi. Sovet Rusiyası da imper ambisiyasından əl çəkmirdi. Hər zaman Azərbaycanı işğal etməyə hazır idi. Sovet hökumətinin başçısı Lenin 1920-ci il martın 17-də Qafqaz cəbhəsi hərbi inqilab Şurası üzvləri N.Q.Smilqaya və Q.K.Orconikidzeyə göndərdiyi teleqramda «tutmaq bizə son dərəcə zəruridir. Bütün səyinizi buna verin» tapşırığını vermişdi. Mudros sazişindən sonra Azərbaycan dost Türkiyənin də bilavasitə yardımından məhrum olmuşdu. Partiya və hökumətdaxili fikir ayrılıqları və çəkişmələri də ictimai-siyasi durumu ağırlaşdırırdı, Üstəlik ölkədə iqtisadi və maliyyə çətinlikləri də var idi. Daxildə sosial-siyasi böhranın dərinləşməsinə bolşevik və bolşevikpərəst qüvvələrin birləşərək hökumətə qarşı çıxması da ciddi mənfi təsir göstərirdi. Siyasi böhranın dərinləşməsi AXC-nin N.Yusifbəyli tərəfindən hələ 1919-cu ilin dekabrında təşkil etdiyi hökumət kabinəsinin 1920-ci il aprelin əvvəlində istefa verməsi ilə nəticələndi. Yeni hökumətin təşkili iqtidarla müxalifət arasında bitərəf mövqedə duran müsavatçı M.H.Hacınskiyə tapşırıldı. Lakin o, çox cəhdlər göstərsə də yeni hökuməti təşkil edə bilmədi. Belə şəraitdə Rusiya təhlükəsi getdikcə artırdı. Artıq Moskva, bolşeviklər gənc Azərbaycan Xalq Cümhuriyyətini yıxmaq, Bakını zəbt etmək barədə konkret tədbirlər görürdülər, Onlar Azərbaycanı işğal etmək məqsədini güdürdülər. İosif Stalin 1920-ci il aprelin 27-də yazmışdı: «...yoldaş Orconikidze bir qədər özünəməxsus xətt yeridir. Lenin (həm də biz) ona Azərbaycan gerçəkliyinə uyğun olmayan göstərişlər veririk. Yəni biz Bakıda qabaqcadan üsyan qalxacağına ümid edirik. Lakin şübhəsiz, buna şans yoxdur. Azərbaycan hüdudlarına soxulmaq gərəkdir. Bakını işğal etdikdən sonra gələcək müstəqillik haqqında danışıqlarda yoldaş Orconikidzenin konstruksiyasında şübhəsiz, Bakının işğalı ilə Azərbaycanın müstəqilliyi haqqında natamam, bir araya uyğun gəlmədiyi əks olunmalıdır. Mənə elə gəlir ki, gələcək (nəzərdə tutulan) müstəqillik ciddi praktiki əhəmiyyət daşımadan yalnız bəyanat kimi ola bilər». Bolşeviklərin silahlı dəstələri aprelin 27-də səhər sübhdən həm Bakı şəhəri daxilində, həm də onun ətraflarında ən mühüm obyektləri ələ keçirməyə başlamışdılar. XI Qırmızı Ordu hissələri də 1920-ci il aprelin 27-də saat birə beş dəqiqə işləmiş Azərbaycan ərazisinə daxil olmuşdular. Onlar axşam saat 21-də Biləcəri stansiyasında idilər. Başqa yol qalmadığından Parlament 1920-ci il aprelin 27-də gecə müəyyən şərtlərlə hakimiyyətin bolşeviklərə verilməsi barədə qərar qəbul etdi. M.Ə.Rəsulzadənin qeyd etdiyi kimi o, «öz edamına özü qol çəkdi». Bununla da, Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. Azərbaycan yenidən Rusiya tərəfindən, indi Sovet Rusiyası tərəfindən işğal olundu. Uğursuzluğuna baxmayaraq cəmi 23 ay fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyəti tariximizin çox yadda qalan, unudulmaz mərhələsidir. O, istiqlalımızın ən şanlı səhifələrindəndir. Elə səhifələr ki, onlarda Azərbaycan xalqının əzəli arzuları, müstəmləkəçiliyə, əsarətə qarşı, azadlıq, müstəqillik və milli birlik uğrunda şanlı mübarizə uğurları, dönməzliyi əks olunmuşdu. Azərbaycan tarixində birinci Respublika olan Xalq Cümhuriyyəti Şərqdə, müsəlman və türk dünyasında ilk demokratik siyasi qurum idi. O, Azərbaycan xalqı üçün daim cücərən ənənə bəxş etmişdi. İ.Stalinin «bu bir il yarımlıq hakimiyyətiniz ərzində xalqa nə verə bildiniz?» sualına cavabında M.Ə.Rəsulzadə demişdi: «çox şey verə bilmədik… Amma milli azadlığın nə olduğunu başa saldıq. Azca da olsa, milli istiqlal dadızdırdıq. Yüz illik əsarət dərsi ilə iki illik hürriyyət qovğası bizi özümüzə tanıtdı. Bir kərə yüksələn bayraq bir daha enməz!».
['Azərbaycan Demokratik Respublikası', 'Azərbaycan Xalq Cümhuriyyəti', 'Azerbaycan Xalq Cumhuriyyeti']
6,726
https://kayzen.az/blog/etiket/1214/beyn%C9%99lxalq-s%C9%99viyy%C9%99d%C9%99-etiket-qaydalar%C4%B1.html
Beynəlxalq səviyyədə etiket qaydaları
Leyla
Etiket və nəzakət qaydaları
28 aprel 2010, 12:35
Hər bir qəbul mühüm siyasi tədbirdir. Qəbullar adətən ölkənin milli bayramı, yüksək nümayəndə heyətinin gəlişi və ya dövlətlərarası münasibətdə mühüm hadisələr zamanı təşkil edilir. Qəbullara "yeyib-içmək" üçün gəlməyi düşünənlər çox böyük səhv edirlər. Qəbul şptirakçıları mühüm beynəlxalq problemlər haqqında fikir və informasiya mübadiləsi imkanından istifadə edirlər. İşgüzar aləm üçün də qəbullar birmənalı iş deyildir. Beynəlxalq protokol təcrübəsində, o cümlədən bizdə də qəbullar ifrata varmadan mümkün qədər sadə keçirilir. Qəbullarda "şərabın çay kimi axdığı, qonşunun qonşunu itirdiyi" vaxtlar çoxdan geridə qalıb. Diplomatik qəbulları təşkil edənlər ümumqəbul formalardan başqa, qəbula həmçinin milli kolorit də əlavə etməyə çalışırlar.Belə çəhətləri ilə Çin, Yaponiya, Cənubi və Cənub-Şərqi Asiya ölkələri xüsusilə fərqlənir.50-ci illərin ortalarında Çinə səfər etmiş yazıçı Vanda Vasilevskaya qeyd edirdi: "Çində təyyarədən başqa bütün uçanları, tankdan başqa bütün sürünənləri və sualtı qayıqdan başqa bütün üzənləri yeyirlər". Öz milli ənənələrini belə qayğı ilə qorumuş, müasirləşdirəndə isə onu milli xüsusiyyətlərə zərər vurmadan etmiş xalqa yalnız hərmətlə yanaşmaq olar.Özünü masa arxasında aparmaq mədəniyyəti etiketin mühüm tərkib hissəsidir. Bununla yanaşı, bəzi ölkələrdə spesifik xüsusiyyətlər qorunub saxlanır ki, bunu da nəzərə almamaq olmaz. Buna görə də ümumi "qızıl qayda" belədir: qonşuna fikir ver, onun kimi hərəkət et, onda, çox güman ki, səhv etməzsən. Bəzən elə olur ki, kimsə namünasib hərəkəti ilə qanqaralığı yaradır: çay (qəhvə) içərkən ağzını yandırır, fincanı aşırır, çayı masa qonşusunun üstünə dağıdır, bıçaq və çəngəli qaydasız götürür, kəsilməli olmayan ərzağı doğramağa çalışır.Bununla bağlı bir neçə məsləhət. Masa arxasında elə oturmaq lazımdır ki, həm yemək, həm də ünsiyyət üçün rahat olsun. Bunun üçün nə çox aralı, nə də yaxın əyləşmək lazımdır. Dəsmalı dizin üstünə qoymaq, yeməkdən sonra isə dəsmalı bükmədən və düzəltmədən boşqabın sol tərəfinə qoymaq məsləhət görülür. Çində və bir sıra başqa isti ölkələrdə qəbulun sonunda ofisiant xüsusi isti dəsmallar təklif edir. Əgər otaq isti olarsa bu dəsmalla üzü silmək qəbahət sayılmır.Səhər, nahar və şam yeməyi vaxtı menyüdə göstərilmiş xərəklərin sayına uyğun olaraq boşqabın sağ tərəfinə bıçaqlar, sol tərəfinə isə çəngəllər qoyulur. İlk olaraq sağ və soldakı kənar çəngəl və bıçaqlardan istifadə olunur. Balıq xörəyi üçün xüsusi bıçaq nəzərdə tutulur. Əlavə yeməyə ehtiyac olmadığını bildirmək üçün bıçaq və çəngəl boşqabın sağ tərəfinə qoyulur. Masa arxasında səhbət edərkən, fikirlərini "məhkəmlətmək" üçün bıçaq və çəngəli yellətmək qəti yolverilməzdir - onlardan öz təyinatlarına uyğun istifadə olunmalıdır.İlk əvvəl isti yemək verilərkən xüsusi ehtiyatlılıq göstərmək lazımdır. Tələsmədən xərəyin soyumasını gözləyin, yaxud qaşığa xörəyi az götürün. Yemək bəzən tək, bəzən cüt qulplu qablarda verilir. Tək qulplu qabdakı yeməyi çay kimi içmək, cüt qulplu qabdakı yeməyi isə qaşıqla yemək məqsədəuyğundur. Çörəyi əllə götürüb kiçik hissələrlə qoparmaq məsləhət görülür.İkinci - ət xərəyindən lazımi miqdarda kiçik hissəciklər kəsilir. Bəzən balıq və ət xörəklərindən sonra müxtəlif növ pendirlər paylanır. Əgər kimsə bir yox, iki növdən dadmaq istəsə qəbahət hesab olunmur. Yeməkpaylayan qonaqlar üçün vazada meyvə paylayarkən, sizə yaxın tərəfdən götürmək məsləhətdir. Qəbullar, iştirakçıların zövqünə uyğun olaraq, qəhvə yaxud çay dəsgahı ilə yekunlaşır. Mərasimdə mürəbbə, qənd və limon mütləq ayrılıqda paylanılır.Bəzən etiket qaydaları "qanına, iliyinə" hopmamış şəxslərin hərəkətlərində müəyyən "büdrəmələr" hiss olunur. Əgər sizinlə yanaşı xanım əyləşirsə, stulu masadan aralayıb onun oturmasına kömək etməyi əziyyət hesab etməyin. Sahibə və eləcə də digər xanımlar öz yerlərini tutmamış oturmaq məsləhət deyil.Bütün mərasim boyu yanınızdakı xanıma qarşı diqqətli olmaq sizin borcunuzdur. Masa arxasında səhbət adətən iştirakçıların hamısı üçün maraqlı ola biləcək - kino, teatr, kitablar, vernisaj, xarici artistlərin qastrolları və sair kimi mövzular əsasında qurulur.Ağıllı və müdrik o kəslərdir ki, onlar stolu və qəbul mərasimlərini ayıq başla və qarınlarını doyurmadan tərk edirlər. Bir sıra ölkələrdə spirtli içkilərdən istifadə milli ənənə formasını almışdır. İçmək, içməmək, yaxud necə içmək haqqında çox yazılıb. Bu məqamda isə kimin düz, kimin səhv olmasından yox, spirtli içkilər də təklif olunan mərasimlərdə davranış etiketlərindən səhbət aparılır.Qəbullarda davranış etiketlərini gözləməkdə naşılıq tez-tez müşahidə olunur. Nümunə. Milli bayram münasibətilə səfirlikdə qəbul təşkil olunmuşdur. Sahibə və sahib qonaqları qarşılayır. Dəvətlilərin toplandığı zalda içki və çərəzlərlə bəzədilmiş stol açılmışdır. Sanki elementar qaydada, tələsmədən boşqab götürüb içərisinə yemək qoymaq, badəyə içki süzmək olar. Sahiblər isə bir neçə dəqiqəliyə gecikən "xüsusi qonağı" gözləyirlər. Fəxri qonaq kəlir, hamı stola dəvət olunur, hər şey gözəl, rəvan, sahiblərə hərmət məcrasında davam edir.Çox təəssüf ki, bəzən başqa hallarla da rastlaşmaq olur. Sahibləri salamladıqdan sonra kimsə stola yaxınlaşır və yeyib-içməyə başlayır, sanki qatara gecikir, bu zaman sahiblər fəxri qonaqları ilə birgə zala daxil olur və onların qarşısında xoşagəlmöz mənzərə acılır.Qəbullarda az-az da olsa, hər halda, bəzən bir neçə kəlməlik "çıxış" mübadiləsinə də yer verilir. Etiket qaydaları tələb edir ki, yeməyi, içməyi, danışmağı kəsərək çıxış edən səmtə dönərək çıxışa qulaq asmaq lazımdır. Doğrudur, birinci çıxışa qulaq asmağa hövsələ çatsa da, cavab çıxışlarına qulaq asmağa heç də hamının səbri çatmır. Danışıqlar, səs-küy, qədəhlərin, çəngəl-bıçaqların cingiltisi - belə darıxdırıcı mühitin əhatəsində cavab "sağlıqları" məcburiyyəti yaranır."Kokteyl", "furşet" tipli qəbullarda qonaqlar əsasən özləri özlərinə xidmət göstərir. Yaddan çıxarmaq olmaz ki, sizdən başqa da stola yaxınlaşmaq istəyən var. Ona görə də boşqaba yemək qoyduqdan sonra stoldan kənarlaşmaq və digər qonaqlar üçün də şərait yaratmaq lazımdır.Etiket qaydaları tələb edir ki, dəvət olunan yerlərə vaxtıpda gəlmək və gecikmədən getmək lazımdır.Xoşagəlmöz vəziyyətə düşməmək üçün harasa dəvət olunduqda öz-özünüzə altı sual verin və onların cavabını özünüz üçün hazırlayın: kim dəvət edir, nəyə görə, nə vaxt, hara (ünvan), geyim forması, cavablandırmaq lazımdırmı? Təəssüf ki, bəzən elə olur ki, kimsə qəbulda iştirak etmək üçün səfirliyə gəlir, halbuki qəbul, hər qonaq üçün xüsusi ayrılmış yerləri olan restoranda təşkil olunub və məlum olur ki, masa arxasında onun üçün yer yoxdur. Bunun səbəbi isə həmin şəxsin dəvəti qəbul etmək haqtında vaxtında məlumat verməməsi olub.Deyirlər ki, İngiltərə krallarından hansısa etiket qaydalarına çox ciddi münasibət göstərirmiş. Bir dəfə ovda olarkən təyin olunmuş vaxtda qəbul mərasiminə çata bilməyəcəyini bilən kral qasidlə belə bir sifariş göndərir: "Siz, mənim rəiyyətim kralı gözləməyə borclusunuz, ancaq bifşteks gözləməli deyil. Mənsiz başlaya bilərsiniz"."Geyimə görə qarşılayıb, ağıla görə yola salırlar". Kimsə düşünə bilər ki, bu məsəl dünya kimi qocalıb. Buna baxmayaraq, qarşıda müsbət nəticələrində maraqlı olduğunuz görüş durursa geyiminizə fikir verin və güzgüdə özünüzə diqqətlə baxın ki, hər şey qarşıdakı görüşün mahiyyətinə uyğun olsun.Bəzən elə olur ki, yayın istisində qara kostyumda və yaxalığı məhkəm nişastalanmış ağ köynəkdə görüşə gəlirlər. Və ya tərsinə, onun əynində sürtülmüş cins, çoxdan təmizlənməmiş çəkmələr, əzilmiş və rəngi bilinməyən köynək olur.Bəzən bizim həmvətənlərimiz ilk dəfə xarici ölkədə olarkən ən adi şeylərə heyrətlərini gizlədə bilmirlər. Məsələn, bizdə restoran və kafelərin qapısı ağzında dayanan qulluqçular adətən ora adam buraxmamaq üçün dayanırlar. Xaricdə isə bunun əksinə olaraq, yaraşıqlı geyinmiş şveytsar itaətkarcasına maşınınızın qapısını açır və sizi restorana ötürür. Restoranda isə sizi qüsursuz geyimli, daha qayğıkeş metrodel qarşılayır. Bunlar hamısı nəzakətlə, dəqiq və xüsusən də şəxsi ləyaqət hissilə edilir.Rəsmi tədbirlərdə - diplomatik qəbullarda, konqreslərdə, simpoziumlarda və başqalarında geyim qaydalarına qayıdaq. Yeri gəlmişkən qeyd edək ki, televiziya belə tədbirləri geniş işıqlandırır, arzulayanların bu haqda faydalı informasiyalar alması üçün həmişə imkanları olur. Günün birinci yarısında keçirilən belə tədbirlərdə ilin fəslini və havanı nəzərə almaqla açıq rəngli paltarlara, günün ikinci yarısında isə bir qədər tünd rəngli paltarlara üstünlük verilir. Qeyd edək ki, matəm əlaməti sayıldığı üçün qara rəngli paltar geymək məqsədəuyğun deyil. Geyimin bütün komponentləri təmiz, ütülənmiş və gözəl olmalıdır. Bundan əlavə, geyim üçün seçilmiş köynək, qalstuk, çəkmələr, qadın bəzəkləri uyğun olaraq bir-birini tamamlamalıdır. Ətir və odekolondan qədərincə istifadə etmək lazımdır. Təmizlik, xoşagəlimlik ən vacib şərtdir.Yadda saxlamaq lazımdır ki, dəb, yəni sizin geyiminiz ancaq öz zövqünüzdən asılıdır. Qadınlar üçün teatra gedərkən bər-bəzəkli, işgüzar gərüşlərdə mütləq biçimli kostyum, yaxud don geymək lazımdır. Gəzintiyə çıxarkən, yaxud əcnəbi məclislərinə baş çəkərkən geyim elə olmalıdır ki, həm sizin üçün rahat, həm də sadə olsun. Kosmetika, doğrudan da, möcüzələr yaradır. Lakin bir şərtlə ki, ondan ağıllı və qədərində istifadə edilsin. Ola bilər ki, bahalı paltara baxmayaraq xoşagəlməz, amma sadə paltarla daha qəşənk görünmək olar. Əsas odur ki, hər kəs öz üslubunu tapsın.Gözəl seçilmiş kostyum, don, palto, rahat və uyğun ayaqtabı hər bir qadını və ya kişini şax yeriməyə, düz oturmağa, əllərinin sərbəstliyinə, əyilməməyə məcbur edir. Son olaraq onu da qeyd edək ki, yeriyərkən nə başı çox aşağı salıb ətrafdakılara altdan-altdan baxmaq, nə də çox yuxarı tutub ətrafdakılara "yuxarıdan aşağı boylanmaq yaxşı hal hesab olunmur.Mənbə: "Diplomatik təcrübə və beynəlxalq protokol" kitabıMüəllif: Fikrət Sadıqov,Qərb Universitetinin professoru
['diplomatik etiket', 'işgüzar münasibətlər', 'işgüzar etiket', 'etiket qaydaları', 'diplomatik protokol']
6,727
https://kayzen.az/blog/time-management/1206/vaxt%C4%B1n%C4%B1z%C4%B1-kayzen-az-il%C9%99-d%C9%99y%C9%99rl%C9%99ndirin-ii.html
Vaxtınızı kayzen az ilə dəyərləndirin II
mr13
Time-management (zamanı idarə etmək)
27 aprel 2010, 17:52
Yeni saatlar    
['kayzen.az', 'zamanın dəyəri']
6,728
https://kayzen.az/blog/menecment/1112/menecmentd%C9%99-liderlik.html
Menecmentdə liderlik
təpəgöz
Menecment
27 aprel 2010, 16:36
Liderlik nadir idarə etmək keyfiyyətidir. M.Vudkok və D.Frantsisin fikrincə liderlik - insan və başqa resurslardan müəyyən nəticə əldə etmək üçün istifadə etmək qabiliyyətidir. Liderliyə müasir baxışlar idarəetmə üslubunun tabelikdəki konkret işçiyə uyğun olaraq dəyişdirilməsindən ibarətdir. Birinci növbədə bu suala cavab vermək lazımdır. Bu şəxslə münasibətdən məndən hansı idarəetmə üslubu tələb olunur? Müasir menecement nəzəriyyələrinə görə yaxşı menecer mürəkkəb situasiyalarda idarəetmə tələblərinin qoyuluşunu öyrənir və onlara uyğun olaraq yüksək səviyyədə idarəetmə üslubunu həyata keçirir. Empirik idarəetmə nəzəriyyəsinə görə idarəetmə davranışının 4 üslubunu göstərmək olar: 1 .Göstəriş vermək. Məsələlərin həllini rəhbər diqqətlə izləyir, təlimatlar verir , baş verən hadisələri detallarına qədər dərindən öyrənir. Tələbata cavab verməyən iş tezliklə aşkara çıxarılır və məsul şəxslərə göstərişlər verilir. Lider öz istədiyini dəqiq izah edir və şəxsi ustalığını artırmağa fikir verərək işin yaxşılaşdırılmasını tələb edir. Bu cür üslubu işi bilməyən və öyrənmək istəməyən şəxslərə və qruplara qarşı tətbiq etmək daha yaxşıdır. Yeni işçilərə yaxud « perspektivsiz » bölmələrə bu cür yanaşma özünü doğruldur. «Perspektivsiz» dedikdə müəyyən təcrübəsi olsa da köhnə düşüncəni dəyişdirməyə qabil olmayan yaşlı kadrlar nəzərdə tutulur. Göstəriş vermə üslubunu tam reallaşdırmaq üçün aşağıdakılar tələb olunur: - nümunəvi işə dəqiqliklə yanaşmaq: - tez-tez təlimatlar vermək: - adamların texniki bacaracağını inkişaf etdirmək: - işin yerinə yetirilməsini yoxlamaq: - lazım gəldikdə işçini cəzalandırmaq, lakin bu zaman bir şəxsiyyət kimi onun hüququna və qüruruna toxunmamaq: - səhv və yaxşı işləri qeyd etmək: - işçilərdə yaxşı işə görə qürur hissini inkişaf etdirmək: -nəzakətli olmaq, ancaq sərtliyi yaddan çıxarmamaq: - son nəticələri xüsusi olaraq nəzərdə tutmaq: -işçilərin təhsil almasında maraqlı olduğunuzu nümayiş etdirmək və bu işdə onlara kömək etmək. 2.Şöhrətləndirmə. Bu üslub ondan ibarətdir ki, lider təşəbbüskar kimi çıxış edir, cari işlər üzrə göstəriş, təlimat verməkdə və nəzarətdə çox fəaldır. Ünsiyyət ən vacib element olduğundan lider adamlarla tanışlığı və əlaqələri genişləndirməyə can atır. İşçilərin bir başa iştirakı ilə nümunəvi iş formalaşır. Nümunəvi işə uyğun konkret işlər müzakirə olunur və bütün təşkilat üzrə işlər əlaqələndirilir. Bu cür üslubu az-çox işə uyğunlaşmış, müəyyən vərdişləri xəz edən, lakin tam peşəkarlığa yiyələnmiş qruplara və şəxslərə tətbiq etmək özünü doğruldur. Belə qrupların üzvləri öyrənməyə can atırlar, lakin öz işlərinin üzərində daha çox çalışmalıdırlar. Bu cür yanaşma keyfiyyət və əmək məhsuldarlığı problemlərini həll etməyi bacarmayan qruplara münasibətdə də özünü doğruldur. Rəhbər tərəfindən nəzarətin və təlimatların olması işçilərin qabiliyyətini artırır. Yaxşı nəticə aşağıdakı hallarda əldə edilir: Siz hər kəs üçün öz vaxtınızı sərf etdikdə; Ümumi maraqları aydınlaşdırdıqda; Fərdi xarakterlərə qiymət verdikdə; Tabelikdəkilərlə intensiv ünsiyyətə can atdıqda; Əldə olunan yüksək nəticələrə görə qürur hissini yaydıqda; Zəruriyyət yarandıqda əmrlər verdikdə; İşin müəyyən edilmiş nümunəvi işə uyğunluğunu izlədikdə; Nümunəvi işi saxlamaq üçün lazım gəldikdə cəza tətbiq etdikdə; Müsbət davranışı mükafatlandırdıqda; 3.İdarəetmədə iştirak etmək. Bu zaman rəhbər qrupların mənəvi vəziyyətinin yaxşılaşdırılmasına çalışır, şəxsi münasibətlərin inkişafında fəallıq göstərir, işçilərdə əlaqəlilik hissini həvəsləndirir, adamlarda öz problemlərini özü həll etmək cəhdləri formalaşır və əmrlər minimum sayda olur, lakin yeri gəldikdə rəhbər lazımi əmrlər verir. Bütün vacib məsələlər işçilərə tam həcmdə izah olunur, müəssisənin işində daha çox payı olan işçiləri lider həvəsləndirir. Bu cür üslub baza vərdişlərindən əlavə olduqca yüksək peşəkarlığa malik işçilərə və qruplara yanaşmada özünü doğruldur. Belə kollektivlərin inkişafı iş prosesində məsuliyyət payının artırılması və kollektivdə yaxşı mənəvi iqlimin qorunması ilə bağlıdır. Bu aşağıdakı şərtlərin hesabına əldə edilir: - birbaşa göstəriş və nəzarətin məhdudlaşdırılması: - özünənəzarət sisteminin yaradılması: - ayn - ayrı problemlər üzrə məsləhətləşmələrin keçirilməsi: - geniş ünsiyyət: - əks əlaqələr yaradılmasının həvəsləndirilməsi: - məqsədlərin məqsədə çatma vasitələrinin dəqiqləşdirmədən qoyuluşu: - böyük məsuliyyət verilməsi. 4. Səlahiyyətlərin ötürülməsi. Lider axırıncı ehtiyat kimi çıxış edir. Görülən işin əsas hissəsinə qrupun ayrı-ayrı üzvləri nəzarət edir. Onların səlahiyyətinə gündəlik yoxlama və nəzarət aiddir. Bu cür üslub yüksək səviyyədə peşəkar olan və öz güclərini yaxşı işə sərf etməyə can atan şəxslərə və qruplara yanaşmada tətbiq olunur. Bu cür şəraitdə idarəetmə öz təşkilatına məsuliyyətlə yanaşan və pozitiv münasibətli adamlar tərəfindən həyata keçirilir. Bu cür rəhbərliyə xas olan üsluba aşağıdakılar aiddir: - məqsədlərin aydınlaşdırılması və onlara münasibətdə razılıq əldə edilməməsi: - əgər sizdən xahiş etsələr kömək edin: - başqalarının işlərinə qarışmaqdan çəkinin: - xahişlərə ciddi reaksiya verin. Qeyd etmək lazımdır ki, yaxşı lider qrupun daha yüksək səviyyəli məsuliyyət və səriştəlilik istiqamətində inkişafına kömək edir. Aşağıdakı cədvəldə müxtəlif səviyyəli işçi qrupları üçün müvafiq gələn rəhbərlik üslubunun uyğunluğu əks olunmuşdur. İŞÇI QRUPLARININ YETKINLIK SƏVIYYƏSI ÜSLUBU UYĞUN RƏHBƏRLIK Qabiliyyətsiz və işləmək istəməyənlər. Göstəriş vermək Başa düşən, lakin işi bacarmayanlar Bölgü və stimullaşdırma. Başa düşən və işi qismən bacaranlar Qərar qəbulunda iştirak etmək Tam qabiliyyətli və işi yerinə yetirməyə çalışanlar. Səlahiyyətlərin ötürülməsi Praktiki olaraq daha yüksək yetkinlik səviyyəsinə çatmaq üçün bütün qruplara kömək etmək və onları həvəsləndirmək mümkündür. Nəzarət və təlimatları azaltmaqla qrup üzvlərinin davranışını izləmək lazımdır ki, onlar özlərində məsuliyyət hiss etsinlər və öz işlərini yaxşı yerinə yetirsinlər. Liderin qəbul etdiyi üslub bir sıra amillərdən asılıdır, lakin onun üçün şəxsi bütövlüyü qorumaq vacibdir və o, özünü həmişə, hamı üçün  yaxşı adama çevirməlidir. İşçi qrupunda liderliyin funksiyası öz fərdi üzvlərinin güclü tərəfləri haqda ümumi bilik əldə etməkdir. Buna görə də yeni vəzifə və tələblər meydana çıxdıqda lider dəyişə bilər. Dar düşüncəli rəhbər öz rəhbərlik və nəzarət imkanlarından əl çəkməmək xətrinə belə müsbət prosesi ləngidə bilər. Ona görə də formal rəhbər öz hüquq və vəzifələrinin bir hissəsindən imtina etməklə işə daha çox xeyir verə bilər. Mənbə Menecment kitabı,2005 Kitabın müəllifləri K.A.Şahbazov, M.H.Məmmədov, H.S.Həsənov
['liderlik', 'leadership', 'lider olmaq']
6,729
https://kayzen.az/blog/bloq%C3%A7u/1202/m%C9%99n-terrorist-deyil%C9%99m.html
Mən terrorist deyiləm!
bloqçu
Bloq: bloqçu
27 aprel 2010, 14:04
Uinston Çörçill deyir ki, “Fanatik (təəssübçü) o şəxsdir ki, öz düşüncə tərzini dəyişə bilmir və mövzunu da dəyişməyə hazırlaşmır” Bir çox yalnış əmllərin də altını günahsız əhali çəkir, bir çox yalnış əməlləri törətməyənlərin adı da onları törədənlər sırasında hallanır. Terrorizm.Terrorizm bir politikadadır, hansı ki, zor tətbiq edərək, bir çox pis əməllər törədərək, əhali arasında çaxnaşma, qorxu yaradılır ki, bu da bunu törədən həmin terror dəstələrin, qrupların işinə yarayır. Yəni, terrorizm bəzi qrupların öz mənafeləri üçün törətdikləri amansız bir sistemdir. Bunu bir çox mənbələrdə politik repressiya da adlandırırlar. Bir çox terrorizm növləri vardır. Hökümət terroru, dini terror, siyasi terror və ya sadəcə olaraq “tiran”lıq etmək məqsədilə və s. Belə götürsək terrorizm yeni yaranmış bir şey deyil. Bu tək bizim əsrdə yox, eləcə də keçmiş və orta əsrlərdə də mövcud olmuş bir sistemdir. Məsələn gizli qurumlar, təşkilatlar, sektalar elə o vaxtlarda da mövcud olub. Sadəcə hər vaxtın öz hökmü olduğu kimi, tələbləri, vəziyyəti və forması da sanki başqalaşır. Hər-halda doru və dəyişilməz bir şey qalır ki, zülm elə zülmdür. Hal-hazırda terrorizm deyiləndə ağıla ilk gələn şey müəlmanlar olur.  Mən dinimlə, imanımla fəxr edirəm. Mən müsəlmanam, amma, terrorist deyiləm. Bir çox yalnış düşüncələrin və ya düşüncəsizliyin, ağılsızlığın bəhrəsidir ki, bəzi xarici millətlərin bəzi (bir çox) nümayəndələri  zənn edirlər ki, bütün müsəlmanlar terrorstdilər. Halbuki bu belə deyil. Özüm də terroru şiddətlə qınayıram. Fərqi yoxdur, orqanizə edilmiş və ya edilməmiş, zor tətbiq edilən, can yandıran hər nə varsa – bunlar tükürpədici və pis əməllərdir. Pratlayışlar, yanğınlar, davalar, qan tökmələr- istər müsəlman olsun, istər qeyrisi, bunları yalın ayaq əhali ütündə hər kim törədirsə cəzasını da çəkəcəkdir. Niyə bütün müsəlmanların adı terror kimi hallanmaldır?! Belə görünür ki terro həqiqətən də işə yarayır. Əgər insanların beyni bulandırılırsa… Keçənlərdə məşhur hind aktyoru Şahrukh Khan-ın baş rolunu ifa etdiyi bir film izlədim. Film belə adlanır: “Mənim adım Khandır və mən terrorist deyiləm”. Qısaca izahat verim ki, Amerikada baş vermiş bir çox terror çaxnaşmalarından dolayı xaricilərin uşaqları  doldurulmalar nəticəsində məktəbdə müsəlman bir ailənin uşağını döyərək onun ölümünə səbəb olurlar. Yəni xarici millət müsəlmanlara qarşı düşmən kəsilir. Khan isə prezidenti tapıb və bütün dünyaya duyurmaq istəyir ki, “mən terrorist deyiləm”. Elə də edir! Hətta farqmentlərin biri məsciddə çəkilib. Hansı ki, Khan məscidə dua etmək üçün gəlir və orda görür ki, molla kimi bir şəxs oturub, camaata nəsə danışır. Amma, elə danışır ki, ağzından, gözlərindən alov fışqırır. Elə danışır ki, digərləri də cumubkimlərisə parçalamaq istəyir. Yəni tülkücəsinə terroru təmsil edir. Dünyanın harasında olur-olsun, dinindən, dilindən, irqindən, rəngindən asılı olmayaraq, kim ki, zülm törədirsə, bizlər də buna qarşıyıq. Ağlı olan, ürəyi olan və ən nəhayətində insan olan kəs belə işlərə imza atmaz. Səhv yönləndirmələrin təsiri altına düşməz. Təsir altına düşməməkçün də gərək hər tərəfli güclü olasan. Belə ki, gipnozlanıb, təsirlənib bu işi törədənlər də zəifdilər. Bir mənbədən oxudum və tərcümə elədim:"1881– Rus çarı rus terroristi tərəfindən öldürülmüşdü.1886– Çikaqoda demonstrasiya vaxtı bir amerikalı terrorist bombayla partlayış edərək 7 polisin ölümünə və 67 demnstrasiyaçının yaralanmasına səbəb oldu.1889-dan 1909-dək ABŞ-da ağ dərili ektremistlər 1700 qara dərilili amerikalılara zəncirlərlə zalımcasına divan tutmuşdular.1894 – Fransız terrorist Fransanın prezidentini qətlə yetirib.1897 – İspan terrorçusu İspaniyanın baş nazirini öldürüb.1898 – Avstriya terrorçusu Avstriya imperatriçasını öldürüb. 1900 – İtalyan terroristi İtaliyanın kralını qətlə yetirib.1901 -  Amerika terrorçusu Birləşmiş Ştatların prezidentini qətlə yetirib.1914 – Bosniyaçı terrorist Avstro-Venqriyanın ershersoqu (Avstriya prinslərinin titulu) Ferdinandı öldürdü, hansı ki, bu da Birinci Dünya müharibəsinə səbəb oldu ki, bu da 20 milyon canı apardı.…1981- Alman terrorçular Almaniyadakı Ramşteyn aviabazasında olan amerikan ştabı ətraflarında bomba partlatdaraq 14 amerikanı qətlə yetirdilər.…1995 – Dini yapon eksremistləri Tokio metrosunda nervli-paralitik (bu termini səhv dedimsə, düzəldin) qaz vasitəsilə 12 nəfəri öldürdülər və 5000-dən yuxarı vətəndaşa ağır travmalar yetirdilər.1995 – Amerikan terrorçu Oklaxomada federal binasında bomba partladaraq 168 nəfəri öldürdülər.… " və s. və i.a.Nöqtələr onu izah edir ki, orda yazılanların hamısını qeyd etmədim. Sadəcə deməyim budur ki, indi mən də durum amerikanları, yaponları, italyanları və başqalarını bütünlüklə terrorçumu adlandırım?! Axı bu belə deyil.. Terror hər yerdə, hər millətdə mövcuddur. Mən müsəlmanam, mən müsəlmanlılığımla fəxr edirəm və mən terrorist deyiləm!
['terror', 'terrorizm', 'terrorçular', 'terror psixologiyası']
6,730
https://kayzen.az/blog/t%C9%99n%C9%99ff%C3%BCs/1197/t%C9%99n%C9%99ff%C3%BCs-orqanlar%C4%B1.html
Tənəffüs orqanları
loğman
tənəffüs sistemi
27 aprel 2010, 11:51
Hər bir canlı kimi insan da daim nəfəs alır. Orqanizmdə tənəffüsə xidmət edən orqanlar sistemi aşağıdakılardan ibarətdir: burun boşluğu, qırtlaq, traxeya (nəfəs borusu), bronxlar, ağciyərlər. Tənəffüs yolları yuxarı və aşağı olmaqla iki yerə bölünür. Yuxarı tənəffüs yolları burun boşluğundan, udlağın burun hissəsindən təşkil olunmuşdur. Aşağı tənəffüs yollarına qırtlaq, nəfəs borusu və bronxlar aiddir. Tənəffüs orqanları üçün səciyyəvi xüsusiyyətlərdən biri də budur ki, onların bəzilərinin divarlarındakı hialin qığırdaq toxuması həmin orqanların boşluğunun sıxılmasını məhdudlaşdırır. Tənəffüs yollarının selikli qişası çoxsıralı kirpikli silindrik epitellə örtülmüşdür. Bu toxuma nəfəsalma zamanı havanı toz hissəciklərindən təmizləyir. Nəfəsalma zamanı hava burun boşluğundan udlağa, oradan qırtlaq vasitəsilə nəfəs borusuna keçir. Nəfəs borusundan hava bronxlar vasitəsilə ağciyərlərə, oradan da alveollara daxil olur. Ağciyər alveollarına dolan hava ilə alveol divarının kapillyarlarında cərəyan edən qan arasında qazlar mübadiləsi baş verir. Havadan oksigen qana, qandan karbon qazı isə alveollara keçir. Nəfəsvermə zamanı karbon qazı xaricə çıxır. Burun boşluğu tənəffüs orqanlarının başlanğıcı olub, sağ və sol hissələrə bölünür. Onun aşağı hissəsi tənəffüs, yuxarı hissəsi isə qoxu funksiyası daşıyır. Tənəffüs hissəsinin daxili epitel örtüyündə çoxlu qan kapillyarları olub, o, qırmızı rəngdə görünür. Qoxu hissəsi havadakı qaz halında olan iyli maddələrlə qıcıqlanan reseptorlarla zəngindir. Qırtlaq boyunun ön tərəfində, dilaltı sümüyün altında yerləşir. Onun üstündə qırtlaq qapağı vardır. Nəfəs borusu 9-15 sm uzunluqda olub, qida borusunun ön tərəfi ilə aşağıya doğru enir. 16-20-yə qədər hialin qığırdaq halqa­sından ibarətdir. Halqaların ön və yan divarları qığırdaqdan, arxa divarı isə birləşdirici toxumadan əmələ gəlmişdir. Nəfəs borusu daxildən selikli qişa ilə örtülmüşdür. Selikaltı qişada çoxlu kiçik selik vəziləri vardır. Nəfəs borusu (traxeya) iki böyük - sağ və sol bronxlara ayrılır. Onların daxili səthi kirpikli epitellə örtülüdür. Kirpiklərin hərəkəti ilə bronxlarda əmələ gələn selik qırtlağa doğru hərəkət edir. Ağciyərlər cüt orqan olub, döş boşluğunda yerləşir. Ağciyərin zirvəsi və əsası vardır, içəri səthinin ortasından bir az yuxarıda ağciyər qapısı yerləşir. Baş bronxlar və ağciyər arteriyaları buradan ağciyərlərə daxil olur, ağciyər venaları və limfa damarları isə xaricə çıxır. Histoloji quruluşuna görə ağciyərlər mürəkkəb borulu-aleveollu vəzilərə aiddir. Böyük bronxlar ağciyərlərə daxil olduqdan sonra bronxlara və bronxiollara, sonuncular isə öz növbəsində alveol axacaqlarına bölünür. Alveol axacaqları alveol kisəciklərinə açılır. Bronxiollar, alveol axacaqları və alveol kisəcikləri birlikdə ağciyərlərin quruluş vahidləri olub, asinus adlanır. Bronxial sistem vəzifəcə iki hissəyə bölünür: 1. Bronx ağacı hüdudi bronxiollara qədər hava daşıyıcı funksiyanı yerinə yetirir. 2. Alveolyar aparat-bronxiollardan alveollara qədər olub, qazlar mübadiləsini həyata keçirir. Ağciyərlərdə qazlar mübadiləsi alveolun ikiqatlı epitel divarı ilə kapillyar divarı arasında gedir. Alveollarda olan oksigen kapillyarlara, kapillyarlarda olan karbon qazı alveola diffuziya edir. Hər bir ağciyər seroz qişadan əmələ gəlmiş plevra kisəsinin daxilində yerləşir. Plevra iki vərəqədən ibarətdir: visseral və parietal plevra. Visseral plevra ağciyərləri hər tərəfdən, parietal plevra isə döş boşluğunun divarlarını daxildən örtür. Bu plevra vərəqələri arasındakı yarıq (plevra boşluğu) qismən maye ilə tutulmuşdur. O, plevra vərəqələrini sürtünmədən qoruyur, ağciyərləri nəm saxlayır. Ağciyərlərdə qaz mübadiləsi. Orqanizm üçün mühüm bioloji əhəmiyyətə malik olan tənəffüs sistemi bir sıra funksiyalar yerinə yetirir. Hüceyrələri oksigenlə təmin etməklə orqanizmdə gedən oksidləşmə-reduksiya proseslərinin təşkilində mühüm rol oynayır. Bunlar vasitəsilə karbon qazı və qaz vəziyyətində olan bəzi qoxulu maddələr xaric olunur. Tənəffüs yollarında ifraz olunan seliyin tərkibindəki lizosim adlı bakterisid maddə və qan kapillyarlarından seliyə keçən leykositlər xarici mühitdən tənəffüs yollarına düşən mikroorqanizmləri məhv edir. Nəfəslə alınan atmosfer havası tənəffüs yollarında toz cisimciklərindən təmizlənir və bədən temperaturunadək qızdırılır. Bundan başqa, burun boşluğunda yerləşmiş qoxubilmə orqanının reseptorları vasitəsilə qaz halında olan maddələrin qoxusu ayırd edilir. Tənəffüs prosesi havanın xarici mühitdən alınmasından, yəni ağciyərlərdə qaz mübadiləsindən (xarici tənəffüs və ya ağciyərlərin ventilyasiyası), qazların qan vasitəsilə hüceyrələrə və əks istiqamətdə daşınmasından, toxumalarda qaz mübadiləsindən (daxili tənəffüs və ya toxuma tənəffüsü), eləcə də venoz qanla çatdırılan karbon qazının ağciyərlərlə orqanizmdən xaric olunmasından ibarətdir. Xarici və daxili tənəffüs zamanı ağciyərlərdə və toxumalarda qaz mübadiləsi osmos və diffuziya qanunları əsasında gedir. Bu proses sinir-humoral yolla tənzim olunur. Xarici tənəffüs. Nəfəsalma (inspirasiya) zamanı diafraqma və xarici qabırğaarası əzələlər təqəllüs edir, diafraqma yastılaşır və qabırğalar qalxır. Nəticədə döş qəfəsinin həcmi üç istiqamətdə (şaquli istiqamətdə, arxadan önə və yanlara doğru) böyüyür, daxilindəki təzyiq enərək, atmosfer təzyiqindən az, yəni mənfi olur. Bu, ağciyərlərin genişlənməsinə səbəb olur və atmosfer havası ağciyərlərə keçir. Nəfəsvermə (ekspirasiya) passiv proses olub, diafraqma və tənəffüs əzələləri boşalır, döş qəfəsinin həcmi kiçilir, burada təzyiq bir qədər artır. Buna görə də ağciyərlər yığılır və hava ağciyərlərdən qovulur. İnsan sakit nəfəsalmada ağciyərlərinə orta hesabla 500 kub. sm hava qəbul edir. Bu, ağciyərlərin tənəffüs həcmidir. Dərhal dərindən nəfəs alarkən ağciyərlərə daha 1500 kub sm hava daxil olur. Bu, nəfəsalmanın ehtiyat həcmidir. İnsan dərindən nəfəs verərkən ağciyərlərdən əlavə olaraq 1200 kub. sm hava qovulur. Bu, nəfəsvermənin ehtiyat həcmidir. Tənəffüs, ehtiyat nəfəsvermə, ehtiyat nəfəsalma həcmlərinin cəmi ağciyərlərin həyat tutumu adlanır. Cavan adamda ağciyərlərin həyat tutumu 4000-4200 kub sm-ə bərabərdir. Ən dərin nəfəsvermədən sonra da ağciyərlərdə bir qədər hava qalır ki, buna qalıq hava deyilir. Ağciyərlərin ümumi tutumu onun həyat tutumu ilə havanın qalıq həcminin cəmindən ibarətdir. Atmosfer havasının tərkibində təxminən 20,94% oksigen qazı, 0,04% karbon qazı, 79,02% azot, nəfəslə verilən havada müvafiq olaraq 16,4%, 4,1%, 79,5%, alveol havasında isə 14,5%, 5,6%, 80,5% təşkil edir. İnsan 1 dəqiqə ərzində 16-20 dəfə tənəffüs edir. Ağciyərlərdə qaz mübadiləsi qazların parsial təzyiqindən və gərginliyindən asılı olur. Parsial təzyiq qazlar qarışığında hər bir qazın payına düşən təzyiqə deyilir. Mayedə həll olmuş qazlar üçün «parsial təzyiq» əvəzinə «gərginlik» termini işlədilir. Qazlar qradiyent üzrə, yəni parsial təzyiqinin və ya gərginliyinin çox olduğu yerdən az olan yerə doğru hərəkət edir. Odur ki, oksigen alveollardan venoz qana, karbon qazı isə venoz qandan alveollara keçir. Venoz qan karbon qazından azad olub, oksigenlə zənginləşir, yəni arterial qana çevrilir. Ağciyər kapillyarlarında oksigenlə zənginləşmiş qan böyük qan dövranı ilə orqan və toxumalara çatdırılır. Kapillyarlarda oksigenin miqdarı (gərginliyi) artır, toxumadaxili və ya hüceyrəarası mühitdə bu gərginlik aşağı olduğundan, oksigen osmos və diffuziya qanunlarına əsasən həmin mühitə keçir. Orqan və toxumalarda maddələr mübadiləsi gedişində əmələ gələn karbon qazı isə hüceyrələrdən azad olur. Toxuma və hüceyrəarası mayedə onun gərginliyi artır və qana keçir, böyük və kiçik qan dövranları sistemi ilə ağciyərlərə çatdırılır və burada qan karbon qazından azad olur. Deməli, ağciyərlərdə və toxumalarda qaz mübadiləsi bir-birinə əks istiqamətlərdə həyata keçirilir. Tənəffüsün sinir-humoral tənzimi. Tənəffüs mərkəzi uzunsov beyində yerləşir. Bu, mürəkkəb mərkəz olub, nəfəsalma və nəfəsvermə mərkəzlərindən ibarətdir. Hər iki mərkəz arasında funksional əlaqə vardır. Belə ki, nəfəsalma mərkəzi oyandıqda nəfəsalma baş verir və nəfəsvermə mərkəzi tormozlanır və ya əksinə, nəfəsvermə zamanı həmin mərkəz oyanır, nəfəsvermə baş verir və nəfəsalma mərkəzi tormozlanır. Bu qarşılıqlı münasibət Varolio körpüsündəki pnevmotaksis mərkəzi vasitəsilə həyata keçirilir. Sakit vəziyyətdə tənəffüs mərkəzinin ritmik oyanması özünütənzim rejiminə keçir. Bu, tənəffüsün avtomatizmi adlanır. Tənəffüsün avtomatizmi sinir-reflektor və sinir-humoral yollarla həyata keçir. Reflektor təsir qan damarlarının və ağciyər toxumasının reseptorlarının qıcıqlanması sayəsində yaranır. Reseptorların oyanmaları azan sinir vasitəsilə uzunsov beyinin tənəffüs mərkəzlərini növbə ilə stimulu edir. Qanda karbon qazının artması damar divarının xemoreseptorlarının qıcıqlanmasına səbəb olur və nəfəsalma mərkəzini oyadır, nəfəsalma baş verir. Qanda əmələ gələn karbonat turşusunun qatılığının və deməli, karbon qazı miqdarının artması tənəffüs mərkəzini oyandıran amillərdən biridir. Bu, humoral tənzimin əsas mexanizmlərinə aiddir. Tənəffüs iradi olaraq tənzimlənə bilir, bu zaman böyük yarımkürələr və beyin qabığı iştirak edir.
['tənəffüs sistemi', 'tənəffüs orqanları', 'ağciyərlər', 'xarici tənəffüs', 'nəfəsalma']
6,731
https://kayzen.az/blog/Nail%C9%99_Rzayeva/1194/real-h%C9%99yatdan-g%C3%B6t%C3%BCr%C3%BClm%C3%BC%C5%9F-hekay%C9%99.html
Real həyatdan götürülmüş hekayə....
Nailə_Rzayeva
Bloq: Nailə Rzayeva
27 aprel 2010, 02:36
  "Mən işimlə əlaqədar olaraq daim ezamiyyətdə oluram. Bir gün ezamiyyətdən qayıdan zaman xoşagəlməz vəziyyət ilə qarşılaşdım. Belə ki, gəldiyim vaqonun kupesində mən tək idim, lakin növbəti stansiyada mənim kupemə sərnişinlər daxil oldu, hansı ki, məhz  həmin sərnişinlər də mənim hekayəmin baş qəhrəmanlarıdırlar. Təbii ki, bu məni sevindirdi, tək yol getmək əlbəttə ki, sıxıcı idi,amma mənim sevincim çox uzun çəkmədi.. Onlar kupeyə daxil olanda mən adət üzrə onlarla salamlaşdım, lakin qarşılığında “ Burda da sizlər? Hara gedirik elə sizlər qarşımıza çıxırsınız” cavabı gəldi. Baxmayaraq ki, mən Rusiya vətəndaşı idim, lakin belə sözlərlə tez-tez qarşılaşırdım,  yenə də bu sözlər mənim əhvalımı korlamadı. Düşündüm ki, yəqin  yorulublar, ona görə də belə aqressivdirlər. Onlar əşyalarını yerləşdirdikdən sonra mənə əhəmiyyət vermədən öz aralarında söhbət etməyə başladılar. Mənim yol yoldaşlarım bir yaşlı kişi, qadın və gənc qız idi. Şam yeməyi zamanı mən olan azuqələrimi masaya qoydum və onları da dəvət etdim. Kişi bundan hiddətləndi: “Bizim sənin yeməyinə ehtiyacımız yoxdur. Özün ye”. Doğrusu bir insanda bu qədər qəzəbin ola biləcəyini fikirləşmirdim, hətta mənim də iştaham qaçdı. Kişi siqaretini götürüb kupedən çıxdı, ardınca isə həyat yoldaşı. Kupedə mən və gənc qız qaldıq. Qız dedi: Bilirsiniz, mənim atam ermənilərə nifrət edir”. Mən onu inandırmağa çalışdım ki, mən azərbaycanlıyam və mənim də ermənilərə nifrət etməyə çox əsaslı səbəblərim var.” Sonra mən bu nifrətin səbəbini soruşdum, qız isə bunun uzun əhvalat olduğunu, valideynləri yatdıqdan sonra mənə ətraflı danışacağını bildirdi. Gecə hamı yatandan sonra Sveta mənə əhvalatı danışmağa başladı: 15-16 il bundan əvvəl onların kəndinə Azərbaycandan qaçqın erməni ailəsi gəlir.Onlar böyük ailə idilər dörd uşaq, ata və ana. Atanın adı Vartan, ananın isə Seda idi. Bu ailə həddindən artıq kasıb idi. Kolxoz sədri onlara ev verdi, Vartanın yoldaşını isə kolxoza sağıcı kimi götürdü. Onlar mənim bu yol yoldaşlarım ilə qonşuluqda yaşayırdılar. Vitya dayı ( Svetanın atası, mənə qəzəblənən kişi) isə taxta sexində işləyirdi. Kəndlilərin Vartanın ailəsinə yazığı gəlirdi. Elə birinci gün Vitya dayı ət kəsdi, onun yarısını qonşularına verdi, həmçinin yağ, süd və digər ərzaqlarla da köməklik göstərdi. O zamanlar hamı çətinliklə dolanırdı, amma buna baxmayaraq hamı Vartanın ailəsinə köməklik göstərirdi. Vitya dayı onunla ailəvi dostluq etməyə başladı, Vartanı taxta sexinə işə düzəltdi. Svetanın dediklərinə görə onlar gah Vartangildə, gah da Vitya dayıgildə yığışır, deyib -  gülüb əylənirdilər. Bir müddət keçdikdən sonra b Vartan  özü üçün kiçik ferma yaratdı, orada donuz, qoyun, inək saxlamağa başladı. Və bir gün Vitya dayını işdən çıxardılar, onun yerinə isə Vartanı təyin etdilər. Bu müddət ərzində Vartan özünə ikimərtəbəli ev tikdi, artıq o qonşularına qonaq gəlmirdi, hətta onlarla əlaqəni kəsdi. Bir gecə Vitya dayı həyətə çıxdı və gördüyü mənzərə qarşısında nitqi qurudu. Vartan və onun oğulları gecə ilə onun həyətinin yarısını hasara alıb öz sahələrinə qatmışdılar. Vitya dayı səhərə qədər yata bilmədi. Səhər erkəndən qalxıb onların qapısına getdi.: Utanmırsan, sən necə mənim torpaq sahəmi özününkünə qata bilirsən?” Vartan isə əhvalını pozmayaraq sakitcə: “ Nə olub ki, nə vaxtsa sən də mənim ərazimdən kiçik bir torpaq sahəsini özününkünə qatmışdın, mən ki, onda səsimi çıxarmamışdım. İndi mənə yaxşılıq etmisən deyə heç nə etməməliyəm, məncə belə daha ədalətlidi.” Bu sözlər Vitya dayını həm təəccübləndirdi, həm də daha da qəzəbləndirdi, axı bu erməninin burda heç bir torpaq sahəsi olmayıb. Svetanın dediklərinə görə Vartan indi çox vəzifəli bir şəxsdir, o bütün yaxınlarını ətrafına toplayıb. İndi kolxoz olmadığına görə bir zamanlar ona kömək edən kəndlilər isə onun əlinin altında işləyirlər. İndi isə Vartan Vitya dayını məcbur edir ki, evini, torpağını ona satsın, amma Vitya dayı isə prinsipə ona rədd cavabı verir. Bu zaman mən qəhqəhə ilə gülməyə başladım. Gülüşümə Vitya dayı da yuxudan ayıldı. Mən onlara bizim Qarabağ problemini, ermənilərin bu torpağa olan iddialarını danışdım. Təəssüf ki, növbəti stansiya mənim idi.Mən Vitya dayı ilə sağollaşıb vaqondan düşdüm. Bax belə bir əhvalat. P.S. Burada Vitya dayının və onun ailəsinin təhlükəsizliyi məqsədilə bütün adlar dəyişdirilib, çünki Vartanın çox güclü əlaqələri var. Müəllif:Eldar Əliyev Tərcümə: Rzayeva Nailə
['erməni siyasəti', 'erməni tamahkarlığı', 'ədalətsizlik']
6,732
https://kayzen.az/blog/h%C9%99zm/835/h%C9%99zm-orqanlar%C4%B1.html
Həzm orqanları
loğman
həzm sistemi
26 aprel 2010, 23:30
Həzm sisteminin vəzifəsi qəbul olunmuş qidanı müəyyən mexaniki və kimyəvi dəyişikliklərə uğradaraq həzm etmək, həzm olunmuş qidanı sormaq və qalıq hissəni bədəndən xaric etməkdir. Həzm sisteminə həzm kanalı və həzm sistemi vəziləri aiddir. İnsanda həzm kanalı 8-10 m uzunluğunda olub, aşağıdakı şöbələrə bölünür: ağız boşluğu, udlaq, qida borusu, mədə, nazik və yoğun bağırsaqlar. Həzm sisteminin böyük vəzilərinə qaraciyər, mədəaltı vəzi böyük ağız suyu vəziləri aiddir. Ağız boşluğuna düşmüş qida müəyyən mexaniki və kimyəvi dəyişikliyə uğradıqdan sonra əsnək vasitəsilə udlağa, oradan qida borusuna, mədəyə keçir. Mədədə həzm olunmuş qida nazik bağırsağa, sonra yoğun bağırsağa daxil olur və nəhayət, qalıq hissə xaric olur. Qida həzm olduqdan sonra lazımi maddələr qana sorulur.Qidalanma orqanizmin normal böyüməsi, inkişafı və həyat fəaliyyəti üçün vacib şərtdir. Müxtəlif qida məhsullarının tərkibində əsas qida maddələri - zülallar, yağlar, karbohidratlar, habelə mineral duzlar, su və vitaminlər vardır. Bitki və heyvan mənşəli qida məhsulları bir-birini tamamlayıb, orqanizmin hüceyrələrini bütün lazımi qida maddələri ilə təmin edir. Su, mineral duzlar və vitaminlər qidada olduğu şəkildə mənimsənilir. Zülalların, yağların və karbohidratların molekulları iri olduğu üçün həzm yolunun divarlarından keçə bilmir. Ona görə də bu maddələr kimyəvi və mexaniki çevrilməyə uğrayır, parçalanır, yəni həzm olunur. Ağız boşluğu həzm kanalının başlanğıcını təşkil edir. İki hissəyə bölünür: ağız dəhlizi və xüsusi ağız boşluğu. Ağız dəhlizi ön və yan tərəflərdən dodaqlar, yanaqlar, arxadan isə dişlər və alveol çıxıntıları ilə əhatə olunur. Ağız dəhlizi ağız yarığı vasitəsilə xaricə açılır. Ağız yarığı dodaqlarla əhatə olunur. Dodaqlar daxildən selikli qişa, xaricdən isə dəri ilə örtülmüşdür. Yanaqlar xaricdən dəri, daxildən selikli qişa və bunların arasında yerləşən yanaq əzələsindən əmələ gələrək, ağız dəhlizinin yan divarını təşkil edir. Xüsusi ağız boşluğu yuxarıdan sərt və yumşaq damaqla, ön və yan tərəflərdən dişlər, aşağıdan isə ağız diafraqması ilə əhatə olunur. Ağız qapandıqda, xüsusi ağız boşluğu, demək olar ki, dil ilə tutulur. Xüsusi ağız boşluğu əsnək dəliyi vasitəsilə udlaqla birləşir. Damaq ağız boşluğunun damını təşkil edərək iki hissədən ibarətdir. Ön 2/3 hissə sərt damaq, arxa 1/3 hissə yumşaq damaq adlanır. Yumşaq damaq sərt damağın arxaya doğru davamı olub, qurtaracağında dilçəyi və iki cüt damaq qövslərini əmələ gətirir. Damaq qövslərinin arasında cib əmələ gəlir ki, burada damaq badamları yerləşir. Damaq badamları həzm sisteminin selikli qişasının ən böyük limfoid törəmələridir. Əsnək bir dəlik olub, yuxarıdan yumşaq damaq, yan tərəfdən damaq qövsləri, aşağıdan isə dil kökü ilə əhatə olunur. Əsnək vasitəsilə ağız boşluğu udlaqla birləşir. Ağız boşluğu selikli qişasının üzəri çoxqatlı yastı epitellə örtülür və çoxlu selikli vəzilərə malikdir. Bu vəzilər ağız suyu ifraz edir. Dil qan damarları, sinirlər və vəzilərlə zəngin olub, selikli qişa ilə örtülmüş əzələvi orqandır və ağız boşluğunda yerləşir. Dilin əzələləri xüsusi və xarici olmaqla iki yerə bölünür. Dilin xüsusi əzələləri yığıldıqda dilin forması dəyişilir. Dilin xarici əzələləri isə onu arxaya-yuxarı, arxaya-aşağı, önə-aşağı, önə-yuxarı hərəkət etdirir. Dil üç hissəyə bölünür: ucu-zirvəsi, orta hissəsi - cismi və arxa hissə - kökü adlanır. Dil arxasının selikli qişası məməciklərlə örtülür. Dil taktil və dad orqanı olub, çeynəmədə, qida porsiyasının təşəkkülündə iştirak edir. Bundan başqa, insanda dil aydın danışmaqda mühüm rol oynayır. Dişlər ağız dəhlizi ilə xüsusi ağız boşluğu arasında, alveol çıxıntılarında yerləşir. Qidanı tutmaq və xırdalamaq vəzifəsi daşıyır. Eyni zamanda nitqin aydın olmasında da iştirak edir. Vəzifə və formasına görə kəsici, köpək, kiçik və böyük azı dişləri ayırd edilir. Ağız suyu vəziləri üç cütdür: qulaqaltı, çənəaltı və dilaltı vəzilər. Qulaqaltı vəzi çənəarxası çuxurda, qulaq seyvanının aşağı və ön tərəfində yerləşir. Çənəaltı vəzi çənə altında yerləşir, dilaltı ətciyin üzərində ağız boşluğuna açılır. Dilaltı vəzi ağız boşluğu dibinin selikli qişasının altında yerləşərək, öz sekretini xüsusi ağız boşluğuna ifraz edir. Ağız suyu böyük və kiçik ağız suyu vəzilərinin sekreti olub, tərkibində karbohidratlara təsir edən ptialin (amilaza) və salivain fermentləri vardır. O, ağız boşluğunda qidanı isladır və həm də onun həzmində iştirak edir.Udlaq 12-14 sm uzunluğunda borulu orqan olub, ağız boşluğunu qida borusu ilə, burun boşluğunu qırtlaqla birləşdirir. Udlaq öndən burun boşluğu, ağız boşluğu və qırtlaqla, arxadan boyun fəqərələrinin cisimləri və yanlardan boyun damarları, sinirləri ilə əhatə olunur. Yuxarıda kəllə əsasına bağlanır. Udlağın divarı selikli, lifli, əzələ və birləşdirici toxuma qişasından təşkil olunmuşdur. Udlağı qaldıran əzələlərin, yumşaq damağın və dilin əzələlərinin birgə yığılması nəticəsində udma aktı meydana çıxır. Udma zamanı qırtlaq yuxarı qalxır və dilin kökü geriyə dartılaraq qırtlaq qapağını aşağı və arxaya basır, qırtlaq girəcəyini qapayır. Beləliklə, qida udlaqdan qida borusuna keçir. Qida borusu 25-30 sm uzunluğunda boruşəkilli orqan olub, 3 hissəyə bölünür: boyun, döş, qarın hissə. Qida borusu udlaqdan gələn qidanı mədəyə ötürür. Onun diametri hər yerdə eyni olmayıb, üç daralma əmələ gətirir: başlanğıcda - üzüyəbənzər qığırdağın arxasında, IV-V döş fəqərələri bərabərində, diafraqmadan keçən yerdə. Mədə həzm kanalının ən geniş hissəsini təşkil edir. Uzunluğu 21-25 sm, eni 12-14 sm, tutumu 3 litrdir. Mədənin qida borusu açılan hissəsinə girəcək, onikibarmaq bağırsağın başlandığı hissəsinə çıxacağı deyilir. Girəcək dəliyi ilə çıxacaq arasında olan hissəsi cismi, girəcək dəliyindən yuxarı olan hissəsi isə dibi adlanır. Mədənin iki əyriliyi vardır: bunlardan kiçik əyriliyi sağa, böyük əyriliyi sola baxır. Mədənin divarları selikli, selikaltı, əzələ və seroz qişalarından təşkil olunmuşdur. Selikli qişası çəhrayı rəngdə olub, üzərində mədə şirəsi ifraz edən çoxlu vəzilər vardır. Mədə vəziləri mədə dibi və mədə çıxacağı vəzilərinə bölünür. Qismən həzm olunmuş qida mədədən onikibarmaq bağırsağa keçir. Mədə soldan dalağa, yuxarıdan diafraqmaya, sağdan qaraciyərə, aşağıdan köndələn çənbərbağırsağa və arxadan mədəaltı vəziyə söykənir. Mədədə zülallar və qismən yağlar həzm olunur. Qida ilə mədəyə daxil olmuş mikroblar xlorid turşusunun təsirindən tələf olur. Nazik bağırsaq 5-6 m uzunluğunda olub, üç hissəyə bölünür: onikibarmaq, acı və qalça bağırsaq. Onikibarmaq bağırsaq 25-30 sm uzunluğunda olub, yuxarı, enən və aşağı hissələrə bölünür. Onikibarmaq bağırsağa öd axacağı və mədəaltı vəzinin axacağı açılır. Acı və qalça bağırsaq birlikdə 5 m uzunluqda olub, anatomik hüdudlarından məhrumdur. Nazik bağırsağın selikli qişasının səthində dairəvi büküşlər, xovlar, aqreqat limfatik follikullar və bağırsaq şirəsi ifraz edən vəzilər yerləşir. Bağırsaq xovları qida maddələrinin sorulması prosesində iştirak edir. Xovlarda limfa damarları, qan damarları və sinirlər vardır. Xovlarda olan saya əzələlər həzm zamanı yığılaraq, onları hərəkətə gətirir və möhtəviyyat, yoğun bağırsağa doğru hərəkət edir. Qalça bağırsaq kor bağırsağa açılır. Yoğun bağırsaq xarici səthində zolaqların, çömçələrin, köndələn şırımların və piy çıxıntılarının olması ilə nazik bağırsaqdan seçilir. Kor bağırsağın içəri-və aşağı tərəfindən bir çıxıntı başlanır ki, bu da soxulcanabənzər çıxıntı (appendiks) adlanır. Yoğun bağırsağın axırıncı hissəsi - düz bağırsaq 15-20 sm uzunluğundadır. O, anus dəliyi ilə xaricə açılır. Qaraciyər bədəndə ən böyük vəzi olub, çəkisi 1500 qrama bərabərdir. O, qarın boşluğunda sağ qabırğaaltı, xüsusi qarınüstü və az hissəsi sol qabırğaaltı nahiyədə yerləşir. Yuxarıdan diafraqmaya, soldan mədəyə, aşağıdan onikibarmaq bağırsağa, sağ böyrəküstü vəziyə və çənbərbağırsağın sağ əyriliyinə və arxa səthi qarın boşluğunun arxa divarına söykənir. Rəngi tünd qırmızıya çalır. Qaraciyər sağ və sol paylardan, bunlar isə paycıqlardan və qaraciyər hüceyrələrindən təşkil olunmuşdur. Qaraciyər hüceyrələrinin bir qismi öd ifraz edir. Onun daxilində iki cür damarlar - öd və qan kapillyarları keçir. Qaraciyərdən öd kisəsinə öd axacağı açılır. Öd yaşıl-sarımtıl rəngdə neytral reaksiyalı maye olub, yağları emulsiyalaşdırır, mədəaltı vəzinin yağları parçalayan fermentini aktivləşdirir. Öd ifraz etməkdən başqa, qaraciyər bağırsaqlardan qana daxil olmuş şəkərlərin artığını qlikogen halında özündə saxlayır. Eyni zamanda bədənə düşən toksinləri neytrallaşdıraraq mühafizə funksiyası daşıyır. Öd kisəsi armud şəklində olub, qaraciyərin sağ payının alt səthində yerləşir. Ümumi öd axacağı 6-8 sm uzunluğunda olub, mədəaltı vəzinin axacağı ilə bir yerdə onikibarmaq bağırsağın enən hissəsinə açılır. Öd qaraciyərdə daim əmələ gəlir, yalnız həzm zamanı onikibarmaq bağırsağa tökülür. Öd kisəsində ödün konsentrasiyası artır, öd qatılaşır. Mədəaltı vəzi yaxud pankreas böyük qarışıq vəzi olub, mədənin arxasında onikibarmaq bağırsaqla dalaq arasında yerləşir. Mədəaltı vəzinin ifraz etdiyi şirənin tərkibində olan fermentlərin təsirindən zülallar, yağlar və karbohidratlar parçalanır. Mədəaltı vəzinin Langerhans adacıqlarından ibarət hissəsi insulin hormonu ifraz edir ki, bu da qana keçərək bədəndə karbohidrat (şəkər) mübadiləsinə təsir edir, qanda şəkərin miqdarını azaldır.
['həzm sistemi', 'mədə-bağırsaq', 'ağız boşluğu', 'mədə', 'nazik bağırsaq', 'qaraciyər', 'öd kisəsi']
6,733
https://kayzen.az/blog/menecment/1177/m%C3%BC%C9%99ssis%C9%99l%C9%99r,onlar%C4%B1n-n%C3%B6vl%C9%99ri-v%C9%99-formalar%C4%B1.html
Müəssisələr,onların növləri və formaları
bankir
Menecment
26 aprel 2010, 20:35
1. Müəssisə nədir.2. Müəssisələrin növləri,3. Müəssisələrin təşkilati-hüquqi formaları4. Formal və qeyri – formal təşkilatlar 5. Müasir idarəçilik formaları. Təbii sərvətlərdən istifadə olunması, cəmiyyət üçün faydalı olan istehlak mallarının yaradılması və bazar tələbatının ödənilməsi, işçinin bilavasitə istehsal vasitələri ilə təması müəssisələrlə bağlıdır. İstehsalın bütün həlqələrində ən başlıca amil və ən əsas özək müəssisədir. Müəssisə - mülkiyyət formasından asılı olmayaraq ictimai tələbatın ödənilməsi və qazanc əldə edilməsi məqsədilə məhsul istehsal edən və satan, işlər görən və xidmətlər göstərən, qanuna müvafiq yaradılan hüquqi şəxs olan müstəqil təsərrüfatçılıq subyektidir. Müəssisə, onun növləri və təşkilati – hüquqi formalarıbarədə aşağıdakıları bilmək vacibdir. Təsərrüfat fəaliyyətinin növü və xarakterinə görə bütün müəssisələr aşağıdakı beş qrupa ayrılır:a) Sənaye müəssisələri - sənayenin müxtəlif sahələrində yaradılır və fəaliyyət göstərir;b) ticarət müəssisələri – əmtəələrin alqı – satqısı üzrə əməliyyatları həyata keçirir;c) nəqliyyat müəssisələri – yüklərin daşınması ilə məşğul olur;ç) nəqliyyat – ekspeditor müəssisələri isə məhsulların istehlakçılara çatdırılması ilə məşğul olurlar;d) sığorta müəssisələri - əmlakın və yüklərin sığortalaşması ilə məşğul olur.Məlumdur ki, müəssisə hüquqi şəxsdir, müəyyən əmlaka malikdir, ondan istifadə və onu idarə edir, müstəqil balansı var, istehsal – təsərrüfat fəaliyyətinin nəticəsi olan mənfəəti və ziyanı aşkar edə biləcək mükəmməl uçot və hesabat aparır. Müəssisə dövlət və istehlakçıların sifarişi, tapşırıqları və müqavilələri əsasında öz planlarını işləyib hazırlayır və onu həyata keçirir.Hüquqi vəziyyətinə görə bütün müəssisələr iki qrupa ayrılır:Fərdi müəssisələr – vətəndaşın və ya onun ailə üzvlərinin ümumi pay mülkiyyətində olan müəssisələrdir. Fərdi müəssisə vətəndaşın ya da ailə üzvlərinin başqa mülkiyyətçilərə məxsus olan müəssisələrin satın alınması yolu ilə də yaradıla bilər. Bu növ müəssisənin mülkiyyətçisi müəssisənin öhdəliklərinin yerinə yetirilməsinə görə öz əmlakı ilə Azərbaycan Respblikasının qanunvericiliyində nəzərdə tutulan qaydada məsuliyyət daşıyır.Müəssisə birlikləri – həmin birliyin tərkibinə daxil edilmiş müəssisələrin fəaliyyətinin əlaqələndirilməsi, hüquqlarının müdafiə edilməsi, ümumi mənafelərin dövlət və digər orqanlarda və beynəlxalq təşkilatlarda təmsil olunması və digər müəssisələr ilə könüllülük əsasında sahə, ərazi və başqa prinsiplərə əsasən ittifaqlar, konsernlər, şirkətlər və digər birliklər yarada bilərlər. Birlik təsisçilərin təsdiq etdikləri Nizamnamə əsasında fəaliyyət göstərir. Müəssisə birliklərinin aşağıdakı növlərini fərqləndirirlər: Şərikli (tam ortalıqlı) müəssisələr – azı iki fiziki və hüquqi şəxs tərəfindən müqavilə əsasında təsis edilir. Müəssisənin şərikləri onun öhdəliklərinin yerinə yetirilməsinə görə özlərinin bütün əmlakı ilə məsuliyyət daşıyırlar. Payçı (kommandit ortalıqlar) müəssisə – azı bir şərik və bir payçı tərəfindən təsis edilir. Şərik və payçı həm fiziki şəxs, həm də hüquqi şəxs ola bilər. Məhdud məsuliyyətli müəssisə – bir və ya bir neçə fiziki və yaxud hüquqi şəxs tərəfindən yaradılan, Nizamnamədə müəyyən edilmiş həcmdə fondun təsis müqaviləsi ilə paylara bölünən müəssisədir. Müəssisənin təsisçiləri onun öhdəliklərinə görə ancaq Nizamnamə fondundakı payları həcmində məsuliyyət daşıyırlar. Səhmdar cəmiyyəti – təsərrüfat fəaliyyətini həyata keçirmək məqsədilə Nizamnamə fondunu səhm buraxmaq yolu ilə fondlaşdıran fiziki və ya hüquqi şəxslərin könüllü sazişi əsasında yaradılan müəssisədir. Səhmdar cəmiyyəti azı üç fiziki və ya hüquqi şəxs tərəfindən təsis edilir. Mövcud qanuna əsasən səhmdar cəmiyyətinin öhdəliklərinə görə səhmdarlar özlərinin verdikləri pay həcmində məsuliyyət daşıyırlar. Səhmdar cəmiyyəti səhmdarların əmlak öhdəliklərinə görə məsuliyyət daşıyır. Konsern – formal olaraq müstəqil, üzərlərində maliyyət nəzarəti qoymaq yolu ilə bir sıra müəssisələri birləşdirən təsərrüfat formasıdır. Konsern adətən, müxtəlif sənaye sahələrinin müəssisələrini, ticarət formalarına, bankları, nəqliyyat və maliyyə kompaniyalarını birləşdirir. Müasir şəraitdə trestlərin konsernlərə çevrilməsi geniş yayılmışdır. Maliyyə qrupları – bir və yaxud bir neçə qarşılıqlı əlaqədə olan kapital sahibkarlarının maqnatlarının nəzarəti altında olan sənaye, bank, sığorta, nəqliyyat, ticarət və başqa kompaniyaların məcmusundan ibarət olan maliyyə təşkilatıdır, birliyidir. Dövlət müəssisələri – dövlət mülkiyyəti əsasında yaradılır və onun fəaliyyəti dövlət orqanları tərəfindən tənzimlənir. Hazırda dövlət müəssisələri respublikanın iqtisadi inkişafında mühüm rol oynayır. Bu, onunla izah edilir ki, hələlik orta və iri müəssisələr dövlətə məxsusdur. Dövlət müəssisələrinin iki növünü fərqləndirirlər: əmlakı tamamilə dövlət mülkiyyətinə əsaslanan müəssisələr və səhmlərinin nəzarət poketi dövlət orqanlarına məxsus olan müəssisələr. Dövlət müəssisəsi tərəfindən ona təhkim edilmiş əmlak üzərində AR-nın qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və hüdudlarda sahiblik, istifadə etmək və sərəncam vermək məlahiyyətlərini həyata keçirir. Kooperativ müəssisələr – «Kooperasiya haqqında» Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq istehsal, elmi-istehsal, tikinti, ticarətsatınalma, xidmət və s. fəaliyyət növləri ilə məşğul ola bilərlər. Kooperativlər şəriklik əsasında yaradılır. Kooperativlərin nəzdində «Qız» firmaları və digər filiallar fəaliyytət göstərə bilərlər. Bundan başqa, kooperativlər öz maliyyə vəziyyətlərini yaxşılaşdırmaq və elmi texniki nailiyyətlərdən tez istifadə etmək üçün qiymətli kağızlar (səhmlər) buraxa bilərlər. Kapital və nəzarət mülkiyyətinə görə müəssisələr 3 qrupa ayrılır: milli, xarici və qarışıq. Ümumxalq mülkiyyətinə əsaslanan - müəssisələr milli müəssisələr adlanır. Məsələn, Azərbaycan Dövlət Neft Şirkəti milli müəssisədir. Xarici sahibkarların kapitalı əsasında yaradılan və onların nəzarəti altında fəaliyyət göstərən müəssisələrə xarici müəssisələr deyilir. İki və daha çox ölkənin kapitalları əsasında yaradılan müəssisələr qarışıq (müştərək) müəssisələr adlanır. Buraxılan məhsulun iqtisadi təyinatına görə – bütün müəssisələr iki əsas qrupa bölünür: istehsal vasitələri istehsal edən müəssisələr və istehlak vasitələri (əmtəələri) istehsal edən müəssisələr.İstehsal etdikləri xammal və materialın xarakterinə görə hasiledici və emaledici müəssisələr fərqləndirilir. Miqyasına görə müəssisələr üç cür: iri, orta və kiçik olurlar. Son illərə kimi Azərbaycanda bütün müəssisələrin təqribən 60-70%-ni iri və orta müəssisələr təşkil edirdi. Hazırda isə onların sayı xeyli azalmış və bütün müəssisələrin təxminən 55 – 60%-ni kiçik və müştərək müəssisələr təşkil edir. İxtisaslaşdırılması dərəcəsinə görə – müəssisələr ixtisaslaşdırılmış, universal və qarışıq müəssisələr qrupuna ayrılr. Formal və qeyri – formal təşkilatlar da mövcuddur.Formal təşkilatlar - rəhbərlik (və ya dövlət) tərəfindən yaradılan, qeydiyyatdan keçən, möhürü, blankı və bankda hesablaşma-hesabı olan hüquqi şəxslərdir.Qeyri-formal təşkilatlar – əsasən formal təşkilatların tərkibində dövri yaranan və hər hansı bir problemin aradan qaldırılmaısı məqsədlərinə xidmət edən, adətən müvəqqəti xarakter daşıyan qruplar və ya təşkilatlardır.Bazar münasibətlərinə keçid və dövlət mülkiyyətinin özəlləşdirilməsi ilə əlaqədar olaraq yuxarıda qeyd edilən çoxsaylı idarəetmə formalarının əksəriyyətindən ölkəmizin sahibkarlıq mühitində istifadə olunur. Kimya və neft – kimya sənayesində: şirkət (konsern), birlik, müştərək müəssisələr artıq yaradılmışlar və fəaliyyət göstərirlər. Bir sıra müəssisələr isə öz mülkiyyət formalarını dəyişdirmişlər və səhmdar cəmiyyəti kimi fəaliyyət göstərirlər.Bazar iqtisadiyyatı şəraitində iqtisadiyyatın idarə edilməsində geniş tətbiq edilən müəssisə formaları əsasən aşağıdakılardır: konsern, konsorsium, səhmdar cəmiyyəti, birgə müəssisələr, assosiasiyalar, kiçik müəssisələr, kooperativlər, məhdud məsuliyyətli cəmiyyətlər və s. Lakin müəssisələrin təşkilati formaları təkcə istehsal göstəricilərilə deyil, daha geniş şəkildə təzahür olunur. Həmin müəssisələr əsasən: İnnovasiya xarakterli – yeni məhsul işləyib hazırlayan şöbə, yeni ixtisaslaşdırılmış idarə orqanı, yeni riskli kiçik təşəbbüs qrupu, bilavasitə inteqrasiya məsələlərilə məşğul olan fəaliyyət qrupu, sərbəst təsərrüfat vahidi, yeni vençur bölmələri, inkubatorlar və s. idarəetmə forması kimi olurlar. Eyni zamanda praktik olaraq - strateji alyans (ittifaq), maliyyə, kontrakt, kollektiv, tərəfkeşlik və s. təşkilati formalar da fəaliyyət göstərirlər. Maliyyə xarakterli təşkilati formaya - françayzinq firmaları və törəmə müəssisələr, tərəfkeş  formaya isə tam və qarışıq yoldaşlıq, məhdud məsuliyyətli və səhmdar tipli cəmiyyətlər aiddir. Onların təsnifatını aşağıdakı kimi ümumiləşdirmək olar: innovasiya; maliyyə; müqavilə (kontrakt); kollektiv; tərəfkeşlik (partnyorluq). İdarəetmənin yuxarıda göstərilən firmadaxili təşkilati formaları və növləri, bütünlükdə müəssisəyə iki qarşılıqlı dinamik xarakterli sistemin tərkib hissəsi olan «planlaşdırılmış davranış» və «sərbəst strateji davranış»ın formalaşmasına şərait yaradır. Birincisi, müəssisənin idarə quruluşunun və strateji planlaşdırma sisteminin formal təşkilini təmin edir, ikincisi isə formal qəbul edilmiş strateji xəttdən çıxaraq, daha geniş fəaliyyət dairəsinə və təşəbbüskarlığa şərait yaradır. Həmin firmadaxili təşkilati formaların diqqəti cəlb edən üstünlüyü ondadır ki, onlar əsaslı xərc tələb etmədən müəssisələrin mövcud istehsal - təsərrüfat şəraitində yaradılırlar. Lakin onların geniş tətbiqinə mane olan başlıca şərt, bütün innovasiya layihələrində olduğu kimi, müvafiq hüquqi bazanın olmaması və ya zəif olmasıdır. Menecmentin forma və metodlarına həsr edilmiş iqtisadi ədəbiyyatlarda inteqrasiya ilə bilavasitə məşğul olan fəaliyyət qurumunun yaradılmasına üstünlük verilir. Belə ki, bu idarəetmə formasında strateji əhəmiyyətli yeniliklər əsas istehsalla sıx əlaqədə olur, müəssisənin iqtisadi cəhətdən inkişafına şərait yaradır. Odur ki, müəssisənin mövcud idarəetmə sistemi çərçivəsində yaradılan «birbaşa inteqrasiya» forması ali rəhbərliyin nəzarəti altında yaradılaraq, müəssisənin konstruktor - texnoloji, istehsalın idarə edilməsi və s. idarə orqanları ilə sıx əlaqədə fəaliyyət göstərir. Göstərilən firmadaxili idarə forması ilə yanaşı rəqabət qabiliyyətli məhsul istehsal edən müəssisələrdə (firmalarda) yeni məhsul işləyib hazırlayan və ya təsərrüfat fəaliyyətinin inkişaf istiqaməti ilə məşğul olan, böyük strateji əhəmiyyətə malik, əsas istehsala yenilik baxımından bilavasitə təmasda olan idarə orqanları da yaradılır. Belə orqanlar adətən, sahibkar xarakterli layihələrin həyata keçirilməsi üçün yaradılır. «Yeni ixtisaslaşdırılmış» idarə orqanı isə “yenilik xarakterli” olsa da, strateji əhəmiyyətə malikdir, lakin o, əsas istehsalla az əlaqədə olur. Qüvvətli inzibati nəzarət, həmin orqanın yalnız strateji vəzifələrini yerinə yetirməyə müvəffəq olur. Həmin orqanlar uzun müddət səmərəli işlədikdə müəssisənin sərbəst istehsal vahidi statusunu alaraq fəaliyyət göstərə bilir. “Yeni riskli kiçik təşəbbüs qrupu” dəqiq müəyyən edilmiş strateji əhəmiyyətli yeniliklər işləyib hazırlayır və əsas istehsalla sıx əlaqədə olur. Onlar istehsalat bölmələrinin tərkibində yaradılır və “ikinci dərəcəli” yenilik işləyib hazırlayırlar. Əvvəlki idarə orqanından fərqli olaraq, burada inzibati nəzarət zəifdir və təşəbbüs qrupu böyük sərbəstliyə malikdir. Lakin onların fəaliyyəti üçün ayrılan vəsaitə, bu işin yerinə yetirilməsi müddətinə hədd qoyulur. Eyni zamanda, həmin qrup müəssisələr digər elmi – texniki laboratoriyalarla, informasiya bazası ilə, təcrübə – sınaq sahəsi və s. ilə sıx əlaqədə işləyir və öz işlərinin nəticələri haqqında texnoloqlara operativ məlumatlar təqdim edirlər. Menecmentin digər firmadaxili təşkilati formaları haqqında sahə iqtisadçılarının əsərlərində kifayət qədər izahat verildiyindən, onların təfsilatından yan keçməyə üstünlük veririk. Lakin firmadaxili idarəçilikdə yalnız həmin formalarla kifayətlənmək düzgün olmazdı. Odur ki, bazar münasibətlərinə keçid şəraitində müəssisələrin və firmaların müasir rəqabət qabiliyyətliliyini, onların firmalararası əlaqələrini, elmi - tədqiqat potensialından istifadə etmək imkanlarını nəzərə almamaq mümkün deyildir. Deməli, müasir şəraitdə innovasiya meylli birgə fəaliyyətin yaranmasına daha çox ehtiyac vardır. Bu baxımdan, daha çox yayılmış idarəetmə forması “françayzinq”“dir. Bazarın tam formalaşmadığı və istehsal edilən məhsulların nisbətən aşağı keyfiyyətdə olması, erqonomik tələbatlara zəif cavab verdiyi şəraitdə “françayzinq“ formasının tətbiqi xüsusi əhəmiyyət kəsb edir. Bu formaya görə müəssisə öz məhsulunu sərbəst fəaliyyət göstərən ticarətçilərə verir, onlar müəyyən ərazidə həmin məhsulları satdıqdan sonra istehsalçıya pulunu ödəyirlər. Deməli, “françayzinq“” satışın genişlənməsinə maksimum şərait yaradır, tələbatın dəyişilməsini operativ hiss edir və bazar sisteminə daxil olmağa şərait yaradır. Eyni zamanda, bu forma çərçivəsində müəssisə öz “ticarət markası”nı“ yeni bazarda yayır, satış obyektlərini genişləndirir, məhsulların satışı və xidmətlərin göstərilməsi üzrə xərcləri azaldır. Çox zaman göstərilən forma “konsaltinq” və “injinirinq” sazişləri ilə tamamlanır. Bazar iqtisadiyyatlı ölkələrdə geniş yayılmış idarəetmə formalarından biri də “strateji alyans”lar (ittifaqlardır). Sonuncu, adətən iki və ya üç firmanın (kompaniyanın) uzun müddətli istehsal və bazar fəaliyyətlərinin əlaqələndirilməsidir- koordinasiyasıdır. Strateji alyanslar, birgə müəssisələrdən fərqli olaraq, müxtəlif sənaye sahələrinin müəssisələrini cəmləşdirir. Onun strateji məqsədi, alyansa daxil edilən bir müəssisənin məhsulunun digəri tərəfindən alınmasını stimullaşdırır. Digər tərəfdən alyans, müəssisələrin istehsalat, satış, elmi – tədqiqat, konstruktor – texnoloji fəaliyyətlərini birləşdirərək, xərcləri tarazlı bölüşdürür və o zaman bu və ya digər sahədə qüvvətli tərəfkeş istifadə edir. Beləliklə, alyansa daxil olan müəssisələr müflisləşmə təhlükəsindən qorunmuş olurlar.Son illər bazar iqtisadiyyatlı ölkələrdə firmadaxili idarəçilik formaları içərisində «inkubator»lara üstünlük verilir. Təəssüf ki, bu təcrübə MDB iqtisadi məkanında, o cümlədən bizim ölkəmizdə tətbiq edilmir. Xarici ölkələrin iqtisadçı alimlərinin əsərlərində əsasən inkubatorların bir təyinatından (funksiyalarından) onların köməyilə yüksək ixtisaslı idarəetmə və mühəndis kadrlarının hazırlanmasından söz açılır, halbuki həmin təşkilati formanın daha geniş potensial imkanları mövcuddur. Belə ki, inqubatorlar özünün fəaliyyət dairəsində iştirakçılara səhvlər və risklər üzrə eyni hüquq verir, mühəndis-texniki işçilərin bazar münasibətlərinin tələblərinə uyğun hazırlanmasına və kollektivə rəhbərlik etmək bacarığının formalaşmasına şərait yaradır. İnkubatorların həmin fəaliyyəti ilə yanaşı, «vençur» kapitalı tətbiq edilən yerdə yeni texnologiyanın qeyri-mərkəzləşdirilmiş istehsal bölmələrinin təşkilində yeni metodların, menecmentin innovasiya və strateji planlaşdırılma sahəsində yeni üsulunun tətbiqinə şərait yaradır. Bütün göstərilən hallarda müəssisənin istehsal proqramının yerinə yetirilməsinə mənfi təsir edilmir. Mənbə Ağasəf M.İmran-ın Menecment kitabından
['müəssisə', 'müəssisələrin növləri', 'firmaların növləri', 'şirkətlərin növü']
6,734
https://kayzen.az/blog/dahil%C9%99r-maraql%C4%B1/1183/dahilik-d%C9%99lilikdirmi.html
Dahilik dəlilikdirmi?
bloqçu
Böyük insanlar,şəxsiyyətlər
26 aprel 2010, 16:52
Böyük çatışmamazlıqlar ancaq böyük insanlarda olur. (Laroşfuko). Dahilik, bacarıq, istedad və s. və i.a. Maraqlısı budur ki, insanlar fərqli olduğu kimi sadaladığım anlayışları da hərə özünə görə bir rəylə izah edir və bu təbiidir. Məsələn çox yerdə oxumuşam ki, dahiliyin nə olduğunu öyrənməyə çalışır və onu dəlilik kimi də adlandırıblar və bunları özün də araşdıran zaman görürsən ki, deyəsən bunun həqiqətən də doğruluq payı var. Hər halda bu bütün yaradıcı şəxslərə şamil edilmir. Dahilik bir dəlilikdirmi?! Bu barədə düşünmək belə mənimçün çox maraqlıdır. İnsan ömrünün tümünü əgər elmə aid edirsə, həyatını ancaq bununla bağlayırsa, bəlkə həqiqətən də bu sonda dəliliyə gətitib çıxarar. Çünki, bir çox yaradıcıların həyatına fikir versək, görərik ki, onlarda ailəcanlılıq, dostluq kimi hisslər olmur. Onlar soyuqqanlı və tənha olurlar. Bəlkə də hər şey də elə bu tənhalıqdan başlayır.Alman bəstəkarı Şuman 24 yaşında dəlilik pristupları keçirirmiş. Sonralar isə, hardasa ömrünün 46-cı ilində ağlını tamamilə itirmiş olur, belə ki, o akkordlara və musiqi frazalarına uyğunlaşan səsləri görürmüş, onu bəzən stollar da izləyirmiş. Neçə-neçə yazarlar, rəssamlar olub ki, hər birinin ağzından çıxan ifadələr bir çoxlarını onlara dəli deməyə məcbur edib. Məsələn, italyan filosofu Kardano. Ona elə gəlirdi, bütün başçılar, hökmdarlar onun arxasında cəsusluq edirləmiş və bundan əlavə də guya ona verilən ətə bilərəkdən şam qatılırmış. Və ya məşhur Motsart! Onun da izlənmə maniyası var idi. Motsart elə bilirmiş ki, italyanlar onu daim izləyir və onu zəhərləmək istəyirlər. İngilis yazıçısı Qarrinqton isə elə gəlirmiş ki, düşüncələr onun ağzından quş kimi uçur və o onları tutmaq üçün tor götürərək, qovalayırmış. İnsan bunları oxuduqca, eşitdikcə və nəhayətində düşündükcə bəzən çaışıb qalır. Amma, sonra da deyirsən ki, xəstəliklər (daha çox da amneziya) adi insanlara üz tutduğu kimi, onlarda da baş verə bilər. Sadəcə onlarda baş verənlər nədənsə eyni tip bir xətəlik olur, hansı ki, sonda ağlın tamamilə itməsinə gətirib çıxarır. Bir çox dahilər də içən olublar. Məsələn, rəssam Van Qoq vedrələrlə absent (yovşan arağı) içə-içə sutkalarla şəkil çəkirmiş və belə gedə-gedə nəticədə sol qulağını kəsdi və bu halda avtoprtretini hazırladı. Bundan sonra da nə gözləmək olardı- 37 yaşında özünə qəsd edərək öldü. Sonra da həkimlər Van Qoq-un sağ vaxtında ona qoyulmuş 150 tibbi diaqnozları aləmə yaymalı oldular. Belə ki, Van Qoqda olan bir çox əsas xəstəliklər bunlar idi: şizofreniya, beyində şiş, epilepsiya, psixoz və hətta, onda üskükotu ilə zəhərlənmə də müəyyən edilmişdi. Hansı ki, o vaxtlar bu otdan psixi xəstəlikləri müalicə etmək üçün istifadə olunurmuş. Əzablarını azca da sakitləşdirmək üçün şer yazan Qeyne deyir ki “mirvari balıqqulağının əzabı olduğu kimi, yaradıcılıq da qəlbin əzabıdır. Yəni Qeyne özü də bunu çox yaxşı dərk edirdi. Hər bir dahinin elə bir qeyri-adi xüsusiyyətli olub ki, onlar hər zaman buna görə diqqət çəkiblər. Məsələn, deyilənə görə Qaydn almaz qaşlı üzüyü olmadan işləmirmiş; o tez-tez onu incələyərmiş; Şiller isə nədənsə süfrədə çürümüş, xarab olmuş almalar olanda  yazıb-yarada bilirmiş. Bundan əlavə o öz işlərinin üstündə ayaqlarını soyyuq suyun işində saxlayaraq görürümüş; Jorj Sant hər gün ancaq 11 saat işləyərmiş. Əgər o ramanını 10:30-da bitirərdisə, dərhal başqa bir romana başlayardı, hansı ki, üstündə ancaq yarım saat işləyərdi; Şarlotta Bronte roman yazdığı vaxt dəfələrlə işin arasında mətbəxə yollanardı ki, kartof soysun; Xanımını çox sevən məşhur rəssam Anri Matis özü qeyd eləmişdi ki, rəsmləri, sənətini ondan da çox sevir. O da hər zaman depressiya içində yaşayıb. Şəkil çəkməmişdən qabaq onda kimisə boğmaq kimi dəli bir istək olurmuş; Düma (ata) ancaq xüsusi kvadrat kağızlarda yazırmış, onlar olmadığı halda o işini saxlayarmış. Oğul Düma isə ilhamını oyatmaq üçün 5 dəfə yaxşıca nuş eləməyi sevirmiş. Meterlink hər saat təxminən 3 saat öz masasında oturar və ağlına heç nə gəlməsə belə aramsız olaraq kağıza baxarmış. Eləcə də Edqar Po – o da saatlarla gözünü çəkmədən bomboş kağıza baxarmış. Çoxduree, rəsmlərini bəh-bəhlərlə, heyranlıqla seyr etdiyimiz, musiqilərini böyük həzzlə dinlədiyimiz, hikmətli sözlərini ibrətlə andığımız, əsərlərini maraqla oxuduğumuz dahilərin həyatından deyiləsi, yazılası, öyrənəsi məqamlar o qədər çoxdur ki, yaz-yaz bitirmək olmaz. Məncə dahiliyə dəlilik kimi bir tərif vermək düz olmazdı. Bəlkə də dəli deməklə düzgün davranmırıq, bəlkə də bu onların xətrinə dəyərdi. Amma, bunları oxuduqca əlbət ki, sən də düşünürsən ki, bəs, nə deməliyik?! Hər halda dahilik dahilikdir, sadəcə olaraq yaradıcı şəxslərin buna həddindən çox bağlı olmaları, həyatlarını bununla bağlamaları onları dəliliyə gətirib çıxarır. Nə bilim, hələ ki belə düşünürəm. Görək sonra necə olacaq?!
['dahilik', 'dəlilik', 'yaradıcı şəxslər', 'dahilərin həyatı']
6,735
https://kayzen.az/blog/time-management/1182/vaxt%C4%B1n%C4%B1z%C4%B1-kayzen.az-il%C9%99-d%C9%99y%C9%99rl%C9%99ndirin.html
Vaxtınızı kayzen.az ilə dəyərləndirin
mr13
Time-management (zamanı idarə etmək)
26 aprel 2010, 15:47
Ümidvaram ki, çox da pis alınmayıb.
['kayzen.az', 'zamanın dəyəri']
6,736
https://kayzen.az/blog/BDM/1181/birinci-d%C3%BCnya-m%C3%BCharib%C9%99sind%C9%99-h%C9%99rbi-%C9%99m%C9%99liyyatlar.html
Birinci dünya müharibəsində hərbi əməliyyatlar
papatürk
Birinci dünya müharibəsi
26 aprel 2010, 14:15
Almaniya 1914-cü il avqustun 2-də Lüksemburqa hücum etdi. İki günə Belçika ərazisinə daxil oldu. 1914-cü il hərbi kampaniyasında alman komandanlığının başlıca məqsədi Fransanı diz çökdürmək idi. "Şliffen planına" (general Şliffenin adı ilə bağlı idi) əsasən alman orduları sözügedən bitərəf ölkələrin müdafiə olunmayan sərhədlərindən keçərək Paris istiqamətində irəliləməli, Fransa ordusunun çox hissəsini mühasirəyə almalı və onu təslim olmağa məcbur etməli idilər. Avqustun 3-də bu plan həyata keçirilməyə başladı. Alman hərbi hissələri Belçikanı işğal edib Fransa ərazisinə daxil oldular. Bir aydan sonra onlar Paris ətrafına çatdılar. Fransızların Elzas və Lotaringiyada cavab hücumları uğursuzluğa düçar oldu. Avqustun 17-də rus qoşunlarının Şərqi Prussiyaya hücumları Almaniyanın Qərb cəbhəsindəki irəliləyişinə mane oldu. O, qoşunlarının müəyyən hissəsini Şərq cəbhəsinə atmalı oldu. Sayca üstünlük təşkil etmələrinə baxmayaraq rus hərbi hissələri Şərqi Prussiyada ağır məğlubiyyətə uğradılar. Onlar Mazur gölü rayonunda darmadağın edildilər və qalan hissələri isə Neman çayına sıxışdırıldılar. Şərqi Prussiyadakı məğlubiyyətinə baxmayaraq rus orduları avqustun axırlarında Cənub-Qərb cəbhəsində Qalisiya strateji əməliyyatına başladılar. İki qat üstünlüklərindən istifadə edən rus qoşunları burada Avstriya-macar orduları üzərində qələbə çaldılar. Düşmən 400 minə qədər qüvvə itirdi. Habsburqlar imperiyasının hərbi qüdrəti sarsıdıldı. Bundan sonra onun Almaniyanın dəstəyi olmadan müstəqil əməliyyat keçirmək imkanı olmadı. Bu döyüşdə Rusiya tərəfi də 230 min nəfər itki verdi. 1914-cü ilin payızında Şərq cəbhəsində döyüşlər dəyişkən uğurlar şəraitində baş verirdi. Artıq dekabrda bu cəbhədə vəziyyət sabitləşdi. Hərbi əməliyyatlar uzun sürən, mövqe saxlamaq xarakteri aldı. Şərq cəbhəsindəki belə vəziyyət Almaniya komandanlığına qərb cəbhəsində fəallığı artırmağa imkan verdi. Alman qoşunları Fransa paytaxtı istiqamətində hücuma keçməyə başladı, Ən böyük və həlledici döyüşlərdən biri Marna çayı ətrafında baş verdi. Bu döyüşdə hər iki tərəfdən iki milyona qədər əsgər iştirak edirdi, Sentyabrın 9-da Antanta qoşunları almanları geri oturtmağa nail oldular. Alman komandanlığı Parisə hücumu dayandırmaq məcburiyyətində qaldı. Bu döyüşdə fransızlar tarixdə ilk dəfə taksi avtomobillərindən hərbi məqsəd üçün istifadə etmək təcrübəsini tətbiq etdilər. Marna məğlubiyyətindən sonra alman ordusu Belçika ərazilərinə çəkildilər. Beləliklə, 1914-cü ilin axırı üçün Flandriyadan İsveçrəyə qədər uzanan 700 kilometrlik Qərb cəbhəsində də mövqe döyüşləri vəziyyəti yarandı. Hər iki tərəf mövqeləri saxlamaq uğrunda döyüşlər aparmağa başladılar. Almanların "İldırım sürətli müharibə" planı iflasa uğradı. 1914-cü ildə digər cəbhələrdə də üstünlük Antanta və onun müttəfiqlərinin tərəfində idi. Yaponiya Almaniyanın Sakit Okeandakı bütün müstəmləkələrini öz əlinə keçirdi. İngilis-fransız qoşunları Almaniyanın Afrikadakı müstəmləkələrində də hücumlarını genişləndirdilər. Balkanlarda Serb hərbi hissələri hücuma keçərək Avstriya-macar ordularını öz ərazilərindən qovub çıxardılar. Qafqaz cəbhəsində rus qoşunları yaranmış şəraitdən istifadə edərək Sarıqamış döyüşündə üstünlük əldə etdilər. Dəniz döyüşlərində də Antanta qüvvələri almanları tez-tez məğlubiyyətə uğradırdılar. Beləliklə, 1914-cü il döyüş kampaniyası ümumən Antantanın üstünlüyü ilə başa çatdı. Alman komandanlığının ilk strateji planları pozuldu. Eyni zamanda müharibə edən tərəflərdən heç biri həlledici üstünlük əldə edə bilmədi. Hərbi əməliyyatlar uzanmağa başladı. Müharibənin ikinci ilində Qərb cəbhəsində vəziyyət əvvəlki kimi sabit qalırdı. Hər iki tərəf mövqe döyüşləri aparırdılar. Şərq cəbhəsində isə fəallaşma başlamışdı. Alman komandanlığı tezliklə Rusiyanı məğlubiyyətə uğratmaq, onu birtərəfli sülh imzalamağa məcbur etmək niyyətində idi. Bu məqsədlə də o, 1915-ci ilin fevralında bütün Şərq cəbhəsi boyu hücuma keçdi. Rus ordusunun müqaviməti qırıldı. O, bütün cəbhələrdə müdafiə mövqeyinə keçdi. Əvvəllər zəbt edilmiş Qalisiya, habelə Polşa və Litva almanların əlinə keçdi. Lakin Almaniya 1915-ci ildə nəzərdə tutduğu strateji məqsədə-Rusiyanı müharibədən çıxarmağa nail ola bilmədi. Almaniyanın Şərq cəbhəsində uğurları Bolqarıstanı Üçlər ittifaqına qoşulmağa təhrik etdi. Yarım milyonluq orduya malik Bolqarıstan 1915-ci ilin oktyabrında Üçlər ittifaqına girdi. Bolqarıstanın və Avstriya-Macarıstanın orduları serb hərbi hissələrini darmadağın etdilər. Almaniya psixoloji üstünlük qazanmaq məqsədilə 1915-ci ildə kimyəvi silahdan istifadə etdi. O, 1915-ci il aprelin 22-də tarixdə ilk dəfə İpra ətrafında ingilis mövqelərinə zəhərli xlor qazı buraxdı. 15 min nəfər zəhərləndi. Onlardan 5 mini tələf oldu. 1915-ci ildəki ziddiyyətli hadisələr, Avstriya-Macarıstanla fikir ayrılıqları və Antantanın Tirolu, Triyesti, hətta Adriatikin şərq sahillərini İtaliyaya vermək vədləri onun Üçlər ittifaqını tərk etməsinə gətirib çıxardı. 1915-ci il aprelin 26-da İtaliya Üçlər ittifaqından çıxdı, bir aydan sonra isə o, Antanta tərəfdən müharibəyə başladı. İtaliyanın Antanta tərəfinə keçməsi, Bolqarıstanın və Osmanlı imperiyasının Almaniya və Avstriya-Macarıstanla ittifaqa girməsi ilə Üçlər ittifaqı Dördlər ittifaqma çevrildi. Beləliklə, 1915-ci il hərbi kompaniyası nəinki cəbhələrdə vəziyyəti səhmana saldı, hətta Almaniya koalisiyasının strateji təşəbbüsü ələ alması ilə nəticələndi. 1916-cı il ildə Almaniya və onun müttəfiqləri qazanılmış strateji təşəbbüsü əldə saxlamağa və Qərb cəbhəsində sarsıdıcı zərbələr endirməyə cəhdlər göstərdilər. Fransanın Verden qalası ətrafmdakı döyüşü buna misal göstərmək olar. 1916-cı il fevralın 21-dən başlayıb bir neçə ay davam edən bu döyüşlərdə 125 alman diviziyasından 50-si və 95 fransız diviziyasından 65-i iştirak etmişdi. Həmin döyüşlərdə ilk dəfə tanklardan, od saçan silahlardan, yüngül pulemyotlardan istifadə edilmiş, kimyəvi silalılar geniş tətbiq olunmuşdu, Qoşunların şəxsi heyətinin itkisi 70-100%-ə çatmışdı. Alman hissələri olsa-olsa 5-6 km irəliləyə bilmişdilər. Bu döyüş əslində mənasız qan tökmə simvolu olmuşdu. Verden kayzer Almaniyasının hərbi iflasının yaxınlaşdığından xəbər verirdi. Müharibə belə olmuşdu: Verden döyüşlərinin ən gərgin vaxtında Antanta Qərb cəbhəsində Somma çayı rayonunda geniş cavab hücumuna başladı. O, 1916-cı ilin noyabrına kimi davam etdirildi. Verden və Somma əməliyyatları Birinci Dünya müharibəsində ən çox kütləvi qırğın döyüşləri olmuşdu. Həmin döyüşlərdə hər iki tərəfdən iki milyon adam tələf olmuşdu. 1916-cı ilin yayında Rusiya cəbhəsində fəallaşma baş verdi. Rus komandanlığı almanların Verden döyüşlərindən diqqətini yayındırmaq məqsədilə Baltikadan Rumuniyaya qədər cəbhədə hücuma keçmək planı hazırladı. General A.A.Brusilovun komandanlıq etdiyi Cənub-Qərb cəbhəsinin qoşunları düşmən cəbhəsini yararaq 11 gün ərzində 70-75 km irəlilədilər. Bu döyüş zamanı Rusiya tərəfdən yarım milyona qədər, Avstriya-Macarıstan tərəfdən 1,5 milyona qədər adam tələf oldu. Avstriya-Macarıstan ordularına ciddi zərbə vuruldu. Bu, əməli olaraq italyan ordularını darmadağın edilməkdən xilas etdi və Rumuniyanı Antanta tərəfdən müharibəyə girməyə məcbur etdi. 1915-1916-cı illərdəki hərbi kompaniyaların başlıca yekunu dördlüyün zəifləməyə başlaması və Antantanın xeyrinə dönüşün yaranmasından ibarət idi. Belə bir şəraitdə müharibənin 1917-ci il döyüş kompaniyası başladı. O, Antantanın üstünlüyü şəraitində gedirdi. Antanta artıq canlı qüvvə etibarı ilə dördlər ittifaqından təqribən 40% üstün idi.1917-ci ilin aprelində ABŞ-ın Antanta tərəfdən müharibəyə girməsi bu üstünlüyü daha da artırdı. 1917-ci ilin fevralında Rusiyada baş verən inqilab Şərq cəbhəsində vəziyyəti kökündən dəyişdirdi. Orduda intizam aşağı düşdü, fərarilik artdı. Cəbhədə qardaşlaşma başladı. Bundan istifadə edən Almaniya sentyabrda əks hücuma keçdi. Hücum nəticəsində almanlar Riqa şəhərini tutdular. 1917-ci il oktyabrın 25-i Rusiyada hakimiyyətə gələn bolşeviklər dekabrın 15-də cəbhədə atəşkəsə nail oldular. Şərq cəbhəsində tam sakitlik yarandı. 1917-ci ildə Çin və Braziliya da Dördlük ittifaqına müharibə elan etdilər. Rusiyada hakimiyyəti ələ almış bolşeviklər 1918-ci il martın 3-də Brest-Litovskdə Almaniya ilə birtərəfli sülh imzaladılar. Həmin sülhə görə Finlandiya, Baltikyanı ölkələr, Ukrayna, Don və Qara dəniz əraziləri, Cənubi Qafqaz Rusiyadan qoparıldılar. Rusiyanın müharibədən çıxmasından istifadə edən Almaniya Qərb cəbhəsində hərbi əməliyyatları gücləndirdi. Strateji təşəbbüs Almaniyanın əlinə keçdi. 14 gün ərzində alman qoşunları qərb istiqamətində 84 km irəlilədilər, 90 min əsir götürdülər. Lakin 1918-ci ilin yayında vəziyyət dəyişdi. ABŞ cəbhəyə yeni qüvvələr gətirdi. ABŞ-ın maddi köməyi müttəfıqlərin qəddini düzəltməyə imkan verdi. İyunda Avstriya-Macarıstanın İtaliyaya qarşı hücumu pozuldu. 1918-ci ilin sentyabr-oktyabr aylarında Antanta orduları Şimal dənizindən İtaliyaya qədər olan cəbhədə hücuma keçdilər. Oktyabrın ortalarında alınmaz sayılan "Ziqfırd" müdafiə xətti yarıldı. Almaniya məhv olmaq vəziyyətinə düşdü. Noyabrın 3-də Avstriya-Macarıstan təslim oldu. Almaniya hökuməti ABŞ prezidenti V.Vilsona hərbi əməliyyatları dayandırmaq barədə müraciət etdi. 1918-ci il noyabrın 11-də Paris yaxınlığında olan Kompyen meşəsində alman komandanlığı və Antanta nümayəndələri sülh sazişi imzaladılar. Bununla birinci dünya müharibəsi bitdi.
['birinci dünya müharibəsi', 'Antanta', 'Marna döyüşü', 'Verden döyüşü', 'Almaniya ordusu', 'alman hərb tarixi', 'Almaniya tarixi']
6,737
https://kayzen.az/blog/u%C4%9Fur/1176/u%C4%9Fur-v%C9%99-imic.html
Uğur və imic
2ral
uğur psixologiyası
26 aprel 2010, 10:40
Uğur qazanmağa, uğurlu olmağa qoşulmuş hekayə və rəvayətlər hazırda ən aktual mövzulardandır. Bu haqda kitablar yazılır, konfranslar təşkil edilir, seminarlar veririlir. Amma nədənsə heç cür uğur qazanmaq uğrunda uğurlu ola bilmirik. Bəs nə etməli, nəyə fikir verməliyik? Bu mənada, uğur əldə etmək istəyən birisi ilk növbədə imicinə fikir verməlidir. İmic fərdin və ya bir təşkilatın özünü ictimaiyyətə təqdim etmə formasıdır, onun görünüşüdür.  Mal əvəzinə markaların satıldığı, adamların əvəzinə isə adların, soyadların ön planda gəldiyi müasir dünyada uğur qazanmaq uğrunda daha səmərəli çalışmaq lazımdır.  Molla Nəsrəddinin xalq arasında məşhur olan “ye, kürküm, ye” məsəlində özünü daha bariz şəkildə əks etdirən imic məsələsi artıq həyati əhəmiyyət kəsb edir. Çünki ilk təəssürat formalaşdırmaq üçün bizə ikinci bir şans verilmir. İmic və cəlbedicilik artıq onların altında yatan bacarığı tamamilə kölgədə qoymuşdur. Amerikan alimi U. Ceymsin də dediyi kimi “xarici görünüş dilsiz təqdim vasitəsidir”. Uğur qazanmaq üçün imic lazımdır, amma əlbəttə ki, çılpaq imic də heç nəyə yaramır: imicimiz fikirlərimizlə, düşüncə tərzimizlə qüvvətləndirilməlidir. Xarici görünüşümüzə görə qarşılansaq da, unutmayaq ki, daxili aləmimizə görə yola salınacağıq. Zahiri görkəmimiz ilə qarşı tərəfdə formalaşdırdığımız müsbət imic şəxsiyyətimizlə ahəng təşkil etdiyi zaman bizi onun gözündə daha da ucaldır və qarşılıqlı səmimi, səmərəli münasibət yaranır. Bu mənada, Mövlananın “ya olduğun kimi görün, ya da göründüyün kimi ol” sözləri bizim həyat devizimizə çevrilməlidir. Əgər uğur qazanmaq istəmirsinizsə və yalnız uğursuzluq uğrunda can qoymaq fikrindəsinzsə, onda bu yolu seçməlisiniz: uğursuzluq açarının kimdə, ya da nədə olduğunu, onu necə ələ keçirə biləcəyinizi öyrənin; əziyyət verib özünüzü tanımağa cəhd etməyin, əlinizdə olan imkanları görməməyə çalışın; həyatda heç bir məqsəd seçməyin və özünüzü, işlərinizi, ümumilikdə həyatınızı əsən küləyin ixtiyarına buraxın, qoy haraya istəyirsə, aparsın sizi; birdən çaşıb strategiya-zad seçmək istəyərsiniz ha – plan, proqram tərtib etməklə vaxt itirməyin; hərəkət etməyin; nəticə özü ayağınıza gəlməyincə işə müdaxilə eləməyin; əldə etdiyiniz nəticələri qiymətləndirməyin; nəhayət, yaşamaq üçün daha rahat bir planet axtarıb tapın! Çünki bu qədər çətin uğursuzluğu əldə etmiş birisi kimi sizə Yerdə layiqli yer tapmaq çox çətindir. Gedin başqa planetlərə, imkanınız varsa, qalaktikanı dəyişin və yenə də imkanınız olsa, “uğursuzluğa aparan uğurlu yollar” adlı seminarlar təşkil edin. Daimi, əbədi uğursuzluq varmı bu dünyada? Xeyr. Çünki hər bir insanın həyatında əzab-əziyyətdən sonra dincəlmə və daha sonra növbəti bir əzab-əziyyət mərhələsi vardır. Ümumiyyətlə, insanın həyat yolu yalnız uğur və ya uğursuzluq xətti üzrə gedə bilməz. V. Lombardini: “Yerə yıxılıb-yıxılmamağın əhəmiyyətli deyil, əsas olan yenidən ayağa qalxıb-qalxmayacağındır”, – deyir. Üzərimizə düşən vəzifə nəticəyə elə də çox fikir vermədən lazım olan işləri həyata keçirməkdir. Nəticə tam olaraq əvvəlcədən müəyyənləşdirilə bilinmədiyi üçün gözləmədiyimiz bir sonuc bizi ümidsizliyə sala bilər. Ona görə də insan əsasən nəticəyə yox, işin özünə fikir verməlidir. Çox keşməkeşli bir həyat yolu olan Uinston Çörçill uğura belə bir tərif verir: “Hədəfinizə doğru irəliləyərkən bir uğursuzluqdan qurtulub, növbəti uğursuzluğa düçar olmağa uğur deyilir”. Belə bir uğurlu tərifdən sonra bu mövzuda artıq nəsə yazmağın uğursuz olacağını fikirləşdiyim üçün yazını elə buradaca kəsirəm. Mənbə SƏMƏRƏLİ İŞ HƏYATI kitabı Müəllif SƏLİM ÖZDƏMİR
['uğur', 'uğur qazanmaq', 'imic']
6,738
https://kayzen.az/blog/BDM/1173/birinci-d%C3%BCnya-m%C3%BCharib%C9%99sinin-ba%C5%9Flanmas%C4%B1.html
Birinci dünya müharibəsinin başlanması
papatürk
Birinci dünya müharibəsi
26 aprel 2010, 02:06
Müharibənin hazırlanması XIX əsrin sonu - XX əsrin əvvəllərində Fransa hazırlanması və Almaniya arasında ziddiyyətlər kəskin miqyas almışdı. Bu ən çox 1870-1871-ci illər Fransa-Prussiya müharibəsinin nəticələri ilə əlaqədar idi. Fransa müharibə nəticəsində itirdiyi Elzas-Lotaringiya torpaqlarını geri almaq niyyətində idi. Almaniya isə öz növbəsində hər vəchlə Fransanın Avropada güclənməsinə imkan verməmək, onu təkləmək, real müttəfıqlərindən, xüsusən Böyük Britaniya və Rusiyadan ayırmağa çalışırdı. Fransa ilə Almaniya arasında müstəmləkə məsələsi üzrə də ziddiyyət var idi. Müstəmləkə bölgüsündə çox gec iştirak etməyə başlayan Almaniya XIX əsrin 80-90-cı illərində Afrikada və Sakit okeanda bir sıra yerləri (Cənub-Qərbi və Cənub Şərqi Afrikanı, Karolin, Marian, Marşall adalarını, Yeni Qvineyanın bir hissəsini) ələ keçirmişdi. 1898-ci ildə Almaniyanın İran körfəzinədək uzanan Berlin-Bağdad dəmir yolu çəkilişini konsessiyaya götürmək razılığını alması ingilis-alman münasibətlərini daha da kəskinləşdirmişdi. Fransanın da Afrikada və Cənub-Şərqi Asiyada müstəmləkəçilik siyasətini gücləndirməsi bu ziddiyyətləri daha da dərinləşdirdi. XIX əsrin axırlarında İngiltərə də Afrikada və Cənubi Asiyada mövqelərini möhkəmləndirdi. O, Cənubi Afrikanı tutmağa başladı. Şimali və Cənubi Rodeziyanı öz müstəmləkəsinə çevirdi. Uqandanı, Keniyanı, Nigeriyanı, Somalinin bir hissəsini ələ keçirdi. Sudanın zəbt edilməsini başa çatdırdı. İngiltərə Okeaniya adalarında möhkəmləndi.ABŞ-ın hakim dairələri Mərkəzi və Cənubi Amerikada, Sakit okeanda və Şərqi Asiyada nüfuzlarını artırmaq siyasətini gücləndirdilər. ABŞ 80-ci illərdə Havay adalarını ələ keçirdi, 1887-ci ildə burada Perl-Harbor hərbi bazasını yaratdıMüstəmləkə dövlətləri sırasına Yaponiya da daxil oldu. O, hələ XIX əsrin 70-ci illərində Uzaq Şərqdə müstəmləkə əldə etmək yoluna qədəm qoymuşdu. 1894-cü il Yapon-Çin müharibəsində qələbə çalan Yaponiya Lyaodun yarımadasını, Tayvan və Penxuledao adalarını ələ keçirdi. 1899-cu ildə o, Avropa ölkələri və ABŞ tərəfindən qəbul et dirilmiş qeyri bərabər hüquqlu müqavilələrin ləğv olunmasına nail oldu. O, 1904- 1905-ci illər Rus-Yapon müharibəsində qələbə çalaraq Lyaodun yarımadasının bir hissəsini, Cənubi Mançuriya dəmir yolunu və Cənubi Saxalini ələ keçirdi, Koreya üzərində xüsusi hüquqa malik oldu, 1910-cu ildə isə onu öz müstəmləkəsinə çevirdi.Beləliklə, XIX əsrin sonu-XX əsrin əvvəllərində dünyanın iri dövlətlər arasında bölüşdürülməsi başa çatdırıldı. Bundan sonra bölünmüş dünyanı yenidən bölüşdürmək uğrunda mübarizə başlandı.Bu məqsədlə ilk növbədə hərbi siyasi bloklar yaradıldı. 1879-cu ildə Almaniya Avstriya-Macarıstanla Rusiya əleyhinə çevrilmiş gizli müqavilə imzaladı. Fransa ilə münasibətləri pisləşmiş İtaliya 1882-ci ildə sözügedən müqaviləyə qoşuldu. Beləliklə, Rusiya və Fransaya qarşı çevrilmiş Üçlər ittifaqı formalaşdı.Hadisələrin sonrakı inkişafı göstərdi ki, Üçlər ittifaqının yaradılması birinci dünya müharibəsinin hazırlanmasından xəbər verən əlamətlərdən biri idi. Bu, həm də Fransa və Rusiyanın iqtisadi və siyasi cəhətdən yaxınlaşması üçün marağı artırdı. 18911893-cü illərdə sözügedən ölkələrin nümayəndələri Almaniya və Avstriya-Macarıstanın ola biləcək hücumlarına qarşı hərbi-siyasi ittifaq bağlamaq barədə danışıqları başa çatdırdılar. Onlar razılığa gəldilər ki, imzalanacaq saziş Üçlük ittifaqının mövcudluğu müddətində öz qüvvəsini saxlayacaqdır.Almaniyanın müstəmləkəçiliyi genişləndirmək sahəsində fəallığının artmasından qorxan Böyük Britaniya Fransa ilə yaxınlaşmağa başladı. O, 1904-cü ildə Fransa ilə hərbi müqavilə bağladı. Həmin ildə Böyük Britaniya ilə Rusiya arasında münasibətlər qaydaya salındı. Nəticədə, 1907-ci ildə onlar arasında da hərbi saziş imzalandı. Beləliklə. sözügedən sazişlər əsasında üç dövlətin "Antanta" (mənaca "razılaşma", fransız "ententi" sözündəndir) ittifaqı formalaşdı, Nəticədə, dünyanı birinci cahan müharibəsinə sürükləyən iki-Üçlər ittifaqı və Antanta (razılıq) adlanan hərbi bloklar yaradıldı. XX əsrin əvvəllərində beynəlxalq münasibətlərdə gərginlik meyli daha da gücləndi. Bu da, öz növbəsində qabaqcıl ölkələrdə silahlanmanı və iqtisadiyyatın hərbiləşdirilməsini artırdı. Bunların arasında Almaniya və Yaponiya xüsusi ilə fərqlənirdilər. 19051914-cü illərdə hərbi xərclərin ümumi miqdarı dəfələrlə artdı. 1914-cü il üçün Avropanın iri ölkələrində silahlı qüvvələrin sayı 4,5 milyon nəfərə çatdı.Müharibənin başlanması Beynəlxalq siyasi şəraitin olduqca kəskinləşməsi dünya müharibəsi təhlükəsinin yaxınlaşdığından xəbər verirdi. Onun başlanması üçün əsas bəhanə 1914-cü il iyunun 15(28)-də Avstriya-Macarıstan taxt-tacının varisi Frans Ferdinandın Bosniyanın paytaxtı Sarayevo şəhərində "Gənc Bosniya" millətçi təşkilatının üzvü Qavrilo Prinsip tərəfindən qətlə yetirilməsi oldu. Almaniya kayzeri II Vilhelmin dəstəyi ilə Avstriya-Macarıstan , iyulun 10(23)-də Serbiyaya, onun daxili işlərinə qarışmaq hüququ verilməsi tələbilə ultimatum verdi. Serbiya tərəfindən ultimatumun qəbul olunması onun milli suverenlikdən imtina etməsi demək olardı. Serbiyanın ultimatumda göstərilən bir sıra tələbləri yerinə yetirməyə razılıq verməsinə baxmayaraq Avstriya-Macarıstan 1914-cü il iyulun 15(28)-də ona müharibə elan etdi. Bu, Balkanlarda böyük marağı olan Antanta dövlətlərini narahat etməyə bilməzdi. Buna görə də ertəsi günRusiya ölkədə qismən səfərbərlik elan etdi. İyulun 19(avqustun 1də)-da Almaniya Rusiyaya, iyulun 21(avqustun 3-də)-də onun müttəfiqi Fransaya müharibə elan etdi. İyulun 22(avqustun 4-də)də Almaniya Belçikanın ərazisindən Fransaya hücum etmək məqsədilə onun bitərəfliyini pozdu. Bunu görən İngiltərə iyulun 23(avqustun 5-də)-də Almaniyaya müharibə elan etdi. Bir az sonra Almaniya və Avstriya-Macarıstan tərəfdən Türkiyə və Bolqarıstan müharibəyə girdilər. 1917-ci ilin aprelində Antanta ölkələri tərəfdən ABŞ müharibəyə daxil oldu.Beləliklə, 1914-cü il avqustun l-də ümumən 1,5 milyard nəfər əhalisi olan (bu planet əhalisinin 87%-i demək idi) 38 ölkənin iştirak etdiyi birinci dünya müharibəsi başlandı. Müharibə dövründə 73,5 milyon nəfər adam hərbi səfərbərliyə alınmışdı. Öz səbəb və xarakterinə görə bu müharibə Avropa qitəsində hökmranlıq, bölünmüş dünyanı yenidən bölüşdürmək, müstəmləkələri, nüfuz və kapital qoyuluşu dairələrini yenidən paylaşdırmaq, ucuz xammal bazarları və öz mallarını satmaq üçün bazarlar əldə etmək uğrunda iki dövlətlər qrupu -Üçlər ittifaqı və Antanta arasında hərbi münaqişə idi. Müharibə XIX əsrdə və XX əsrin əvvəllərində kapitalist dünyasının inkişafının nəticəsi idi. O, elə bir dönüş dövründə baş vermişdi ki, artıq bu vaxt azad sahibkarlıq kapitalizminin klassik nümunəsinin imkanları tükənmişdi. Cəmiyyət həyatının iqtisadi, sosial, mənəvi sahələrini əhatə edən böhran əlamətləri özünü biruzə verməyə başlamışdı.Müharibə tez bir zamanda Belçika və Fransanı, Şərqi Prussiya və Qalisiyanı, Serbiya və Fələstini, Cənubi Qafqaz və Afrikanı, bütün okeanları əhatə etmişdi.
['birinci dünya müharibəsi', 'BDM']
6,739
https://kayzen.az/blog/fidan/1154/fle%C5%9Fmob.html
Fleşmob
fidan
Bloq: fidan
25 aprel 2010, 14:07
Fleşmob ingilis sözüdür.Flash-qığılcım,ildırım,mob isə kütlə deməkdir.Mənası odur ki,əvvəlcədən hazırlanmış insan izdihamı qəfildən kütləvi aksiya həyata keçirir,absurd nəsə bir iş görür,sonra da heç nə olmayıbmış öz yerlərinə qayıdılrar. Hə,fleşmob dəlilikdir. amma xoş dəlilikdir. Fleşmobun şərtləri:1. hərəkət qəfil olmalıdır.2. Fleşmoba görə heç kim pul alıb-vermir.3.elə təəssürat yaranmalıdır ki mobberlər də adi insanlardır,yoldan ötənlərdir.Onların mobber olduğu əvvəldən sezilməməlidir.4. Ssenari gərək dəlifason olsun,heç bir məntiqə uymasın,bir az qatıq şey olsun)))5. Fleşmob sadə gülüş xatirinə olmamalıdır.Çox vaxt mobberlər ciddi,soyuqqanlı şəkildə öz işlərini görməlidirlər. yəni fleşmob prikol,zarafat mənbəyi yox,təəccüb mənbəyi olmalıdır.6. Fleşmobda gərək nəsə sirli tapmaca olsun.İnsana əvvəlcə həm qeyri-ciddi,prikol kimi gəlməli,eyni zamanda onda nəsə çətin məna olmalıdır. Belçikada Antverpen şəhərinin vağzalında olan fleşmob buna misaldır. Adama elə gəlir ki,adi gündür.Hamı qatar gözləyir,qəzet oxuyur,söhbət edir.Birdən millət sanki dəli olur.Do-re-mi mahnısı altında rəqs etməyə başlayır. 200dən artıq adam gördüyünüz kimi birdən rəqs edir.Super bir şeydir!Mənim indiyə kimi vidosuna baxdığım ən yaxşı fleşmob aksiyası isə Roma şəhərində 2009-ciu ilin dekabrın 21 keçirilmiş,Yeni il ərəfəsində olan fleşmobdur: Daha bir çox maraqlı fleşmob aksiya-Donmuş Zaman. Deməli birdən-birə qatarda zaman dayanır.Hamı birdən donur.  Xüsusilə banan yediyi yerdə donmuş çinli qız və ayaqqabısını bağlayan yerdə daşlaşmış oğlan çox maraqlıdır.Özü də maraqlıdır ki,yerlərindən tərpənmir,gülmür,hisslərini biruzə vermirlər.Həqiqətən çətindir.
['fleşmob', 'flashmob', 'flash mob', 'dəlixana', 'videopost']
6,740
https://kayzen.az/blog/sa%C4%9Flam-h%C9%99yat-t%C9%99rzi/1141/%C9%99ll%C9%99rinizi-yuyun.html
Əllərinizi yuyun
Sufi
sağlam həyat tərzi
25 aprel 2010, 13:23
Əlləri yumanın əhəmiyyətini hamı bilir, ancaq buna çox adam riayət etmir. Hazırda xəstəxanalarda infeksiyaların sürətlə yayılmasının səbəbi kimi, xüsusilə tibb işçilərinin hər xəstə ilə təmasdan əvvəl və sonra əllərini yumamaları göstərilir. Əl yumada məqsəd kimyəvi, fiziki maddələrin və infeksiya törədicilərini uzaqlaşdırmaqdır. Əl adi su ilə yuyulduqda, bunlar, mexaniki olaraq uzaqlaşdırılır, ancaq təmizlik tam mümkün olmur. Buna görə də, su ilə bərabər, sabundan da istifadə etmək lazımdır. Sabun, təkcə əlin dezinfeksiyası üçün deyil, allergiyaya səbəb olan maddələrin də (nikel, qurğuşun, dəmir və s.) uzaqlaşdırılmasında ən təsirli vasitələrdəndir. Normal qəlib sabunla maye sabunun təsiri eynidir. Ancaq, qəlib sabunların qoyulduğu mühit və istifadəçilərin əllərini yuduqdan sonra sabunu təmizləmədən yerinə qoymaları səbəbindən, qəlib sabunlar kirlənmə mənbəyi ola bilər. Bunun üçün də, xüsusilə ictimai yerlərdə, maye sa­bundan istifadəyə üstünlük verilməlidir. Normal sabunlarla və ya tərkibində əlavə maddələr olan sabunlarla əl yuyulduğu zaman bir çox mikroorqanizmlər uzaqlaşdırılır.Ilk növbədə ilıq və ya dözə biləcəyiniz istilikdə sudan və sabundan istifadə edin (xüsusilə antimikrobial). Əllərinizin hər yerini - bilək, ovuc içi, barmaqlar və barmaq araları, əlin arxası və dırnaqları  tam yuyun (imkan varsa, dırnaq fırçası ilə dırnağın altını da yuyun). Əllərinizi ən azı 15 saniyə ovxalayın. Əllərinizi qurutmağa dirsəkdən başlayaraq və barmaq uclarınıza doğru irəliləyin. Əllərinizi qurutduğunuz zaman ovxalamayın və dəsmalı əlinizə çırparaq qurulayın. Bostonlu həkim Vendel Holms puerperal qızdırmanın qarşısını almaq üçün əl yumanın əhəmiyyətim göstərən ilk tədqiqatçı kimi tanınsa da, tibb tarixi, 1847-ci ildə doğumda əl gigiyenasının əhəmiyyətini göstərən və metod olaraq həyata keçirən Eqnaz Filip Semmelveysi, tibbdə əl gigiyenasına diqqət verən ilk insan olaraq xatırlayır. Larson 1989-cu ildə nəşr edilən və 1879-1986-cı illər arasında əl yuma ilə əlaqədar məqaləsində "infeksiyaların qarşısının alınmasında əl yumanın hələ də ən əhəmiyyətli metod olduğunu və bu mövzuya diqqət edilməsinin vacibliyini" göstərmişdir. Daha sonralar, bəzi tədqiqatlarda, tibb işçilərindən əl yumağa çox əhəmiyyət verənlərin xəstə ilə təmaslarının yalnız 75 faizində əllərini yuduqları və bu qrupun da həkim olmadığı bildirilmişdir. HİV (QİÇS) və Hepatıt A kimi infeksiyaların bütün dünyada yayılmasından son­ra, tibb işçiləri özlərini qorumaq üçün daha həssas hərəkət etməyə başladılar və xəstəyə baxarkən, əlcəkdən istifadə edilməsi dramatik bir şəkildə çoxaldı. Doğrudur, əlcəklər tibb işçilərini qoruyurdu, ancaq eyni əlcəklə fərqli xəstələrlə təmasda olan tibb işçilərinə tez-tez rast gəlinirdi. Ümumiyyətlə, həkimlər tibb işçiləri arasında əl yumağa ən az riayət edən qrupdur. Ancaq xəstələr arasında aparılan araşdırma zamanı qəribə bir nəticə alınmışdır: əl yuma mövzusunda maarifləndirilən bir xəstəxanada tibb işçilərinin əl yuma faizi artmışdır. Əl yuma kimi vacib və həyati bir vərdiş bütün cəmiyyətə aşılanmalıdır. Bunun ən təsirli yollarından biri isə, müayinədən əvvəl və sonra, həkim və ya tibb işçilərinin xəstənin gözü qarşısında uyğun bir şəkildə əllərini yumasıdır. İnsanların tibb işçiləri ilə hər hansı bir səbəblə qarşılaşmaları tibb işçilərinin əsas vəzifələrindən olan sanitar maarifi işi üçün ən münasib fürsətlərdən biridir və bu fürsət qətiyyən qaçırılmamalıdır. Əl yuma mövzusunda həyata keçirilən ciddi tədbirlər nə xəstəxana infeksiyalarını, nə də cəmiyyətdə dayanıqlı infeksiyaları azalda bilməmişdir. Buna baxmayaraq, əl yuma xəstəxana infeksiyalarının qarşısını almaq üçün bəlkə də yeganə tədbirdir. Əl yuma mövzusuna getdikcə daha çox əhəmiyyət verilir - antimikrobial sabunlar, alkoqollu əl təmizləyiciləri, əl yuma maşınları kimi növbənöv metodlar sınaqdan keçirilməkdədir. «Qoruyucu Həkimlik Bülleteni»nin materialları əsasında hazırlanmışdır. Mənbə Qanun jurnalı
['sabun', 'gigiyena']
6,741
https://kayzen.az/blog/diplomat/1061/diplomatiya-n%C9%99dir.html
Diplomatiya nədir?
rokfeller
Diplomatiyada protokol və etiket
25 aprel 2010, 12:14
Məlum olduğu kimi, diplomatiya xarici siyasətin ayrılmaz tərkib hissəsidir. Xarici siyasət diplomatiyanın məq­sədləri və vəzifələrini müəyyən edir, diplomatiya isə öz növbəsində, özündə xarici siyasətin həyata keçirilməsi üçün istifadə edilən praktiki tədbirlərin, həmçinin forma­lar, metodlar və vasitələrin məcmusunu ehtiva edir. Dip­lomatiya və xarici siyasət ayrılmaz və vahid bütövlük təş­kil edirlər, eyni bir prosesin bir-birini tamamlayan tərəfləridirlər. Hesab edilir ki, diplomatiya onun müasir klassik anlamında gündəlik dövlət fəaliyyətinin xüsusi növü kimi XVI əsrin sonları-XVII əsrin əvvəllərində formalaşmışdır. Məhz bu zamanlardan  kralların və hökmdarların saraylarında daimi diplomatik nümayəndəliklər yaranır, həmçinin xarici nümayəndə heyətlərinin qəbulu, diplomatik danışıqlar və yazışmalar üzrə xüsusi dövlət qurumları fəaliyyət göstərməyə başlamışdı. Beynəlxalq münasibətlər tarixində diplomatiyanın mahiyyətini və ayrı-ayrı tərəflərini açıqlayan müxtəlif təriflər məlumdur. I Napoleon hesab edirdi ki, diplomatiya təmtəraqlı libas geyinmiş siyasətdir. Ingilis diplomatı E.Satou diplomatiyanı «müstəqil dövlətlər arasında rəsmi əlaqələrin həyata keçirilməsində ədəb və ağlın tətbiqetməsi» kimi tərif edir. Fransız diplomatı Ş. de Martens isə diplomatiyaya bu cür tərif verir: «Dövlətlərin xarici əlaqələri, yaxud xarici işləri haqda elm, daha dar mənada isə danışıqlar aparmaq elmi və məharəti». Oksford lüğəti diplomatiyanı «danışıqlar vasitəsilə beynəlxalq münasibətlərin aparılması», «beynəlxalq münasibətlərin nizamlanması və səfirlər və elçilər tərəfindən aparılması metodu», «diplomatın işi, yaxud məharəti» kimi tərif edir. Rusdilli mənbələrdə bu terminin ən dolğun izahına bir neçə dəfə nəşr edilmiş üçcildli «Diplomatiya lüğəti»ndə tapmaq olar  (M., 1984. I cild. S.327). __________________________________ Diplomatiya – həll edilən məsələlərin xarakteri və konkret şərtlərini nəzərə alaraq, tətbiq edilən qeyrihərbi praktiki tədbirlər, metod və üsulların məcmusundan ibarət dövlətin xarici siyasətini həyata keçirmə vasitəsidir; dövlətin xarici siyasətinin məqsəd və vəzifələrinin həyata keçirilməsi, dövlətin hüquq və maraqlarının, onun xaricdəki qurumlarının və vətəndaşlarının müdafiəsi üzrə dövlət başçıları və hökümətlərin, xarici işlər nazirliklərinin, xarici işlər qurumlarının, xaricdəki diplomatik nümayəndəliklərinin, beynəlxalq konfranslarda nümayəndə heyətlərinin rəsmi fəaliyyətidir. __________________________________ Diplomatiya anlayışı ilə beynəlxalq münaqişələrin qarşısının alınması, yaxud nizamlanması, kompromis və bütün tərəflərin qəbul edəcək həll yollarının axtarışı, həmçinin beynəlxalq əməkdaşlığın genişlənməsi və dərinləşdirilməsi məqsədləri üzrə danışıqların aparılması məharətini də əlaqələndirirlər.Diplomatiya termini «diplomat» sözündən əmələ gəlib. Ilkin olaraq diplomat sözü diploma tutan kimi tərcümə edilirdi – məhz bu cür, yunan terminologiyasına riayət edərək, Qədim Romada əyalətlərə, yaxud xaricə göndərilən rəsmi şəxslərə senat tərəfindən verilən zəmanət məktubu, yaxud etimadnamə adlanırdı. Diplomas sözü hökmdarların rəsmi sənədləri (aktları) demək idi, diploma sözü isə yunancadan «ikiqat artırmaq», yəni onların qatlanması üsulundan əmələ gəlmişdi. Diploma dedikdə, imtiyaz verən sənəd, yəni  dövlət kağızı, rəsmi sənəd başa düşülürdü. K.Leybnits 1693-cü ildə nəşr etdiyi «Beynəlxalq diplomatik hüququn külliyatı» kitabında diplomatik sözünü əsl dövlət sənədləri toplusuna şamil etmişdi. Fransada la diplomatique (diplomatika) termini qədimi sənədlərin şifrlərini açma məharəti mənasını daşıyır. Klassik anlamda diplomatiya XVI əsrin sonu-XVII əsrin əvvəllərində formalaşsa da, onun spesifik fəaliyyət növü kimi yaranması bilavasitə dövlətlərin yaranması ilə bağlıdır. Çin, Babilistan, Misir kimi qədim dövlətlərin tarixindən məlumdur ki, artıq o vaxt diplomatik fəaliyyət kifayət qədər müəyyən və eyni zamanda mürəkkəb formaya malik idi. Qədim Şərq diplomatiyası hərbi-teokratik şahlıqların xarici siyasətini əks etdirirdi. Məhz həmin dövrdə müxtəlif saziş, müqavilə növləri yaranır, problemlərin həlli üçün səfirliklər göndərmək ənənəsi formalaşmışdı. Qədim Misirdə köçəri tayfalarla müharibələr zamanı hərbi əməliyyatlara başlamazdan öncə diplomatik danışıqlar aparmaq kimi inkişaf etmiş praktika mövcud idi. Misirdə diplomatik yazışma ilə xarici işlər üzrə xüsusi dövlət dəftərxanası məşğul olurdu. Qədim Şərq diplomatiyasının çoxsaylı abidələri arasında daha böyük maraq kəsb edən Əl-amar n yazışması və firon II Ramzeslə Het çarı III Xatuşili arasında e.ə. 1296-cı ildə bağlanmış müqavilədir. Əl-amar n arxivi XVIII sülalə fironlarının diplomatik yazışmasından, təxminən 360-a yaxın gil lövhəciklərdən ibarətdir. Mətnlər arasında o dövrün ən yaxşı protokol qaydalarında, o cümlədən qarşılıqlı salamlama və iltifatlar mübadiləsi ilə yazılmış Suriya və Fələstin hakimlərinin firona məktubları da var. Qədim Şərq diplomatiyasının və beynəlxalq hüququn başqa diqqətəlayiq abidəsi Manunun qədim Hind qanunlarıdır. Onların əsl, orijinal mətni bizim zəmanəyə gəlib çatmamışdır və bu barədə məlumatı xeyli sonralar nəzm formasında yazılmış əsər vasitəsilə əldə edilib.Manu qanunlarına əsasən, diplomatiya məharəti müharibənin qarşısını almaq və sülhü möhkəmləndirmək bacarığından ibarətdir. Sülh və onun əksi olan müharibə elçilərdən asılıdır, çünki məhz onlar müttəfiqləri yaradır və bir-birinə qarşı qoyurlar. Hökmdarlar arasında sülhün bərqərar olmasına, yaxud müharibələrin baş verməsinə səbəb olan işlər məhz onların sərəncamındadır, onların fəaliyyətindən asılıdır. Manu qanunları diplomat qarşısında çox yüksək tələblər qoyurdu: o, nüfuzlu, cəsarətli, məsuliyyətli, dürüst, bacarıqlı, bəlağətli, uzaqgörən, mötəbər yaşda olan, bütün elmlərdən xali və digər insanlarda özünə qarşı rəğbət oyatmağı bacaran insan olmalıdır. O, yaxşı hafizəyə malik olmalı, atacaq addımlarının yeri və vaxtını bilməli, başqa ölkələrin hökmdarlarının planlarını nəinki onların sözləri və hərəkətlərinə əsasən, hətta jestləri və üz ifadələrinə görə oxumağı bacarmalıdır. Qədim yunan polislərinin diplomatiyasının mər­kəzi xəttini milli azadlığın müdafiəsi ideyası təşkil edirdi. Müntəzəm olaraq danışıqlar, səfirliklər mübadiləsi aparılır, dövlətlərarası  müşavirələr çağırılır, hücum və müdafiə xarakterli müqavilələr bağlanırdı. Diplomatiyanın təşkili formaları, metodları və vasitələri daima işlənib hazırlanırdı. Xüsusi missiyalarla başqa ölkələrə göndərilən Qədim Yunanıstanın səfirləri xalq yığıncaqlarında seçilir, missiyalarını başa çatdırdıqda isə onların qarşısında hesabat ve­rirdilər. Femistokl, Perikl, Makedoniyalı Filipp kimi məş­hur tarixi şəxsiyyətlər bir müddət Qədim Yunanıstanın səfiri vəzifəsində çalışmışdılar. Qədim Romada diplomatiya daimi müharibələr, ekspansiya, işğal siyasəti şəraitində inkişaf edirdi. Üç Pun müharibəsi dövründə diplomatiya xüsusilə fəal şəkildə aparılırdı. Yunanıstandan fərqli olaraq, Romada ümumi yığıncaqlarda yalnız ən önəmli məsələlər – hərb və sülh məsələləri həll edilirdi. Qədim Roma   diplomatiyasının texnikası üsullar və formaların mürəkkəb və eyni zamanda incə işlənib hazırlanması ilə seçilirdi. Hannibal qeyd edirdi ki, Romanın qüdrəti onun hərbi gücündə yox, düşmənlərinin qüvvəsini parçalamaq məharətindədir. Feodal monarxiyaların xarici siyasəti və diplomatiyası siyasi dağınıqlığın tez bir zamanda aradan götürülməsinə, hərbi birliyə və rəqiblər üzərində ticari üstünlüyə malik olmaya yönəlmişdi. Digərləri ilə müqayisədə kapitalist münasibətləri daha erkən inkişaf etməyə başlamış orta əsr Italiya şəhər-dövlətləri xarici bazarlar uğrunda fəal mübarizə aparırdılar. Bu mübarizədə onlar antik, Bizans təcrübəsinin, Şərq dövlətlərinin praktikasının ən yaxşı nümunələrindən bəhrələnərək, incə diplomatiyanın müxtəlif üsullarından istifadə edirdilər. Feodal Italiyanın tanınmış siyasi xadimi və diplomatı Makiavelli öz dövrünün ən məharətli diplomatı kimi məşhurdur (düzdür, zəmanəsinə uyğun bir çox mənfi cizgilərlə bahəm). Makiavelli özünün «Hökmdar» əsərində diplomatiya sənətinin özünəməxsus nəzəriyyəsini əks etdirmişdi: «Nəzərə almaq lazımdır ki, mübarizənin 2 növü var: biri - qanun, digəri isə – güc vasitəsi ilə. Birinci yol insanlara, ikinci yol isə heyvanlara xasdır, lakin çox vaxt birinci kifayət etmədiyi üçün ikincisinə əl atmaq məcburiyyəti yaranır». Makiavelli hesab edirdi ki, diplomatiyada ən son ali məqsəd dövlət marağıdır və ona nail olmaq üçün istənilən vasitələrdən istifadə etmək olar. Bu siyasətçinin təbliğ etdiyi diplomatiya makiavellizm adını aldı və özündə mənfi diplomatiyaya xas olan dönüklüyü, hiyləgərliyi ehtiva edir. Buna baxmayaraq, Makiavellinin adı diplomatiya tarixinin müəyyən mərhələsi ilə üzvi surətdə bağlıdır. Makiavellinin ideyaları tamamilə yox olmamış, və tez-tez yeniləşdirilmiş formada beynəlxalq münasibətlərin və diplomatiyanın  müasir nəzəriyyələrində istifadə olunur. Ikinci Dünya müharibəsindən sonra siyasi realizm məktəbinin banisi Q.Morgentau yazırdı: «Diplomatiyanın sərəncamında üç vasitə var: inandırma, kompromiss və zorla təhdid. Diplomatiya ustalığı hər konkret anda sərəncamında olan üç vasitədən biri üzərində düzgün seçim etmək məharətindən ibarətdir. Digər funksiyaları da uğurla həyata keçirən diplomatiya şərtlər ilk növbədə kompromiss tələb edən vaxt inandırmaya üstünlük verdikdə, öz milli maraqlarının müdafiəsi və sülhün qorunmasında uğursuzluğa düçar ola bilər. Şərtlər dövlətin hərbi qüdrətini nümayiş etdirməyi tələb edən vaxt kompromissə üstünlük verən, yaxud siyasi vəziyyət inandırma və kompromissi tələb edərkən hərbi qüdrətini önə çəkən diplomatiya da uğursuzluğa düçar olur».Orta əsrlərin beynəlxalq münasibətlərində kilsə böyük rol oynayırdı. Roma papaları öz nümayəndələri – nunsiləri digər ölkələrə göndərirdilər. Nunsi tərcümədə xəbərçatdıran, elan edən deməkdir. Beləliklə, nunsi fəaliyyət göstərdiyi ölkənin hökümətinə papanın iradəsini çatdıran adamdır. Lakin o zaman nunsilər, bir qayda olaraq müvəqqəti idilər, yəni müəyyən zaman çərçivəsində müəyyən missiya ilə səfər edirdilər. Diplomatların peşəkar kadrları XV əsrin sonu-XVI əsrin əvvəllərində yaranmağa başlayırlar. Məhz bu dövrdə xaricə daimi işə göndərilən dövlət nümayəndələri təyin edilməyə, həmçinin digər ölkələrdə daimi fəaliyyət üçün missiyalar və səfirliklər təsis edilməyə başlanır. 1789-1794-cü illərin Böyük Fransa Inqilabı xarici siyasətin əsas tələbi qismində millətin aliliyi prinsipini irəli sürərək, feodal mütləq monarxiyaların diplomatiyasına sarsıdıcı zərbə vurdu. Beynəlxalq münasibətlərin bəzi tarixçiləri hesab edir ki, «klassik diplomatiya» 1815-ci ilin Vyana konqresindən Birinci Dünya müharibəsinə qədər mövcud olmuş, kardinal Rişelyenin «siyasi vəsiyyətində» işlənib hazırlanan «daimi danışıqlar» nəzəriyyəsi isə müasir diplomatiyanın əsasını təşkil etmişdir. 1815-ci ildə Vyana konqresində qəbul edilmiş reqlament ilk dəfə olaraq, diplomatik nümayəndələrin vəzifə və rütbəsinə görə birinciliyini və onların iş qaydasını dəqiq və aydın müəyyən etmişdir. 1818-ci ilin Aahen beynəlxalq protokolu isə diplomatik nümayəndələrin hüquq və vəzifələrini dəqiqləşdirdi. Bu iki sənəd faktiki olaraq, bu gün də dünyanın bütün ölkələrində mövcud olan diplomatik nümayəndələrin vahid ranqlarının təsbit edilməsi üçün ənənəvi əsaslardır. Yalnız XVIII-XIX əsrlərdə daimi ixtisaslanmış diplomatik aparat formalaşmağa başlayır. Bundan öncə dövlət başçısı yanında adətən xarici işlər üzrə mülki müşavir fəaliyyət göstərirdi, daimi aparat mövcud deyildi. XIX əsrdə bu cür aparat artıq bütün ölkələrdə təsis edilmiş, XX əsrdə isə o dövlət idarəetməsinin bütün sisteminin mühüm, qüdrətli və ixtisaslaşmış hissəsinə çevrildi. Diplomatiya daima inkişaf edir, daha incə və transparent (aydın, şəffaf) olur. Onun metodları dəyişir, yeni, bəzən çox gözlənilməz formaları yaranır. A.Kovalyov «Diplomatiyanın əlifbası» kitabında belə bir misal gətirir. 1963-cü ilin sonunda Fransa hökuməti Leonardo da Vinçinin məşhur əsəri «Mona Liza»nı Luvrdan Vaşinqton milli qalereyasına göndərir. Bu şedevr prezident Con Kennedinin ən sevimli əsərlərindən biri idi və general  Ş. de Qoll Fransa-Amerika münasibətlərinin gərginləşməsi fonunda şəxsi diqqət əlaməti olaraq bu addımı atmaq istəmişdi. «Nyu-York Tayms» haqlı olaraq bu jesti diplomatiyanın incə forması kimi dəyərləndirmişdi.
['diplomatiya', 'diplomat', 'diplomat peşəsi']
6,742
https://kayzen.az/blog/cqk/1152/sakura-25-aprel-turniri.html
Sakura 25 aprel turniri
2ral
Nə? Harada? Nə zaman? (ЧГК)
25 aprel 2010, 11:03
Suallar bu ünvandadır 1. Onun atasının başına ticarətçilər and içirdi, anası isə məhəbbət və sevgi allahı idi. Təbiətdə belələrinə çox rast gəlmək olur:itər bitkilər,istərsə də heyvanlar arasında o çoxdur. Bəzən oğlanlar bir-birini təhqir edəndə yaxud zarafat edəndə də onun adını işlədirlər. Mənə bu gözəl yunan gəncinin adını deyin. Cavab: Hermafrodit, Hermesin və Afroditanın oğlu. 2. Pyotr,Yakov,Filipp,Andrey,Foma,Faddey,Simon(Şimon),Alfeyev,Varfolomey,İoann,Matfey. Siyahıda kim çatışmır? Cavab: İuda 3. Fransızlar onu “milli ülgüc” sayır Cavab: gilyotin. 4. Oğrular cəmiyyətə ziyan vurur və ona görə də insanların çoxu oğrulara qarşı mübarizə aparır. Amma biz ən xeyirxah oğruya borcluyuq,çünki o olmasaydı insan sivilizasiyası indiki halda olmazdı. Bu titan-oğru kimdir? Cavab: Prometey. Odu tanrılardan oğurlayıb insanlara verən titan. 5. Yunanlar oranı “Pretannika” adlandırırdilar. Cavab: Britaniya. 6. Romada insanlar 3 yerə bölünürdü. Birincisi-patrisilər, ikincisi-plebeylər. Üçüncüsü? Cavab: qullar 7. Hindi dili: somvar,manqalvar,budhvar, quruvar,şukravar, şanivar,ravivar. Yəhudilər üçün bunların hansı əzizdir? Cavab: Şanivar.Söhbət həftənin günlərindən gedir. Yəhudilər üçün isə şənbə günü daha yaxındır. 8. Merfi qanunları stilində sual. Biznesmenlər üçün Piter prinsipinə görə əgər siz qanuna uyğun hərəkət etməsəniz sizi cərimələyirlər.Əgər qanuna uyğun hərəkət etsəniz,.....Fikri bitirin. Cavab: Sizdən vergi alırlar. 9. 1855-ci ildə 1 kq 500 qızıl rubl.1899-cu ildə 1 kq 1 rubl. 2008-ci ildə dünyada 40 milyon tona yaxın istehsal edilmişdi.O,19-cu əsrdə bir danimarkalı tərəfindən kəşf olunub. Nə? Cavab: Alüminium. Onu,1825-ci ildə Hans Xristian Ersted kəşf etmişdi. 10. 170 il ərzində Boliviyada bu 190 dəfə olub. Bu göstəriciyə görə o dünya ölkələri arasında o liderdir. Cavab: dövlət çevrilişlərinin (inqilabların) sayına görə. 11. Genuya arxiyepiskopu zarafatla demişdi ki, Vatikan klonlaşdırmanın əleyhinə olsa da, istisna kimi o xanıma icazə olar. Saysız mükafatların sahibi olan bu xanım nənə Napoli klubunun azarkeşidir. O bir dəfə demişdi ki, əgər Napoli qalib gəlsə o striptiz göstərəcək. Bu xanım 70-ci illərin seks-simvoludur. O kimdir? Cavab: Sofiya Şikolone, yəni Sofi Loren. 12. Dünyada xristianlığı rəsmi şəkildə ilk dəfə qəbul etmiş ölkə hansıdır? Cavab: Ermənistan. 13. Bu avaralardan birinin adı hər dildə müxtəlif səslənir. Qalan səkkizi, bəzilərinə görə yeddisinin adı isə çox dildə eynidir. Onlardan hansı yunandır? Cavab: Venera. planetes yunanca sərgərdan,avaralanan, gəzən deməkdir. Söhbət 9,təzə qaydaya görə isə 8 planetdən gedirdi. Planetlərin adları romalıların dilindədir, bircə Yer və Veneradan savayı 14. Şillerin fikrincə qorxulu sonluq daha yaxşıdır nəinki ... Cavab: sonsuz qorxu 15. Al Kapone,Şvartsnegger, Madonna,Çe Qevara, II Yekaterina,Con Travolta, Fidel Kastro onu sevirdilər. Karl Yunq deyirdi ki, o kişinin tənasül orqanının simvoludur:) .Mən onun nə olduğunu soruşmuram, amma onun ən asossasiya olunduğu adamın adını yazın. Cavab: Siqar ən çox Uinston Çörçill ilə yada salınır.
['sakura turniri']
6,743
https://kayzen.az/blog/menecment/1149/m%C9%99tbuat-konfrans%C4%B1.html
Mətbuat konfransı
bankir
Menecment
24 aprel 2010, 21:18
Təcrübi olaraq hər hansı təşkilat vaxtaşırı mətbuat konfransları keçirir. Firma özünü doğrultmaq və ya onun üçün əlverişsiz şərait yarandığı zaman izahat vermək üçün, məsələn, onun günahından istehsalatda baş vermiş qəzadan ətraf mühitə zərər dəydikdə, istehlakçı üçün buraxdığı məhsulun zərərli olması aşkarlandıqda və.s. hallarda mətbuat konfransı çağırır. Hökumət nümayəndələri də mətbuat konfransları təşkil edirlər. Şəhər hakimiyyəti orqanları şəhər icra başçısına mətbuat işçilərinin suallarına cavab vermək və həmin anda xalqa nəyinsə barədə sözlərini çatdırmaq imkanı yaratmaq üçün mətbuat konfransı keçirə bilərlər. O, işə muzdla götürmə siyasətini başa sala, mətbuat nümayəndələrini yeni açılan kitabxananın açılış mərasiminə dəvət edə bilər və s. Məşhur insanlar – aktyorlar, idmançılar, yazıçılar hər hansı qalmaqallı hadisəyə düşdükdə, kütləvi surətdə arqumentlərini deməyə, bu zaman mətbuatı öz tərəflərinə çəkməyə çalışaraq, mətbuat konfransları təşkil edirlər. Siz sürətlə yayılan xəbərlər dövründə tez-tez keçirilən mətbuat konfranslarından birinə dəvət oluna bilərsiniz. Burada Siz ictimai vəzifəyə namizədliyinizi elan edə, hər hansı elmdə yeni sıçrayışdan danışa və ya hər hansı hadisənin nəticələrindən mətbuatla mühasiyə qoşula bilərsiniz. Müxbirlərə ünsiyyətdə olarkən, unutmayın ki, onlar öz redaktorları tərəfindən yeganə məqsədlə – lazımi informasiyanı əldə etmək üçün akkreditə olunmuşlar. Televiziya işçilərinə sadəcə bir qısa fikir də kifayətdir ki, onu tez bir zamanda efirə buraxsınlar. Yazan jurnalistlərə düşünmək üçün informasiya lazımdır ki, oradan lazımi faktları tapıb məqalə yaza bilsinlər. Lakin bütün jurnalistlərə «isti-isti» xəbərlər, şoka salan təfərrüatlar, sensasiyalar və aktual fikirlər lazımdır. Mətbuat konfransına çox diqqətlə hazırlaşın. Mətbuat işçiləri qarşısında mikrofona deyəcəyiniz və ya yayacağınız bəyanatınız qabaqcadan hazır olmalıdır. Bəyanatda, ilk növbədə, daha mühüm bəndlərə toxunun. Bəyanatı oxuduqdan və ya yaydıqdan sonra müxbirlərin suallarına cavab verin. Çalışın Sizə veriləcək sualları əvvəlcədən bilin və cavablarınızı məşq edin. Qabaqcadan düşünün ki, növbəti gün mətbuatda dərc olunmuş hansı informasiyanı görmək istəyirsiniz. Liderin roluna uyğun hərəkətlər edin: suallara dəqiq, hörmətlə və etibarla cavab verin.nə barədə danışmaq istəmədiyinizi dərhal müəyyən edin və bu qərara möhkəm riayət edin. Çalışın ki, kostyumunuz vəziyyətə və çıxış edəcəyiniz auditoriyaya uyğun olsun. Bu zaman elə üslub seçin ki, söhbətə uyğun olsun – bu ya rəsmi müsahibə, ya da etibarlı söhbət ola bilər. Geyim üslubunuz cavablarınıza təsir etməlidir. Mətbuat konfransına insanlara həqiqəti demək üçün fürsət kimi yanaşın. Düzgün informasiya bəzən ağır qəbul edilir, lakin yadda saxlayın: həqiqət həmişə üzə çıxır, ona görə də əvvəldən mətbuat işçilərinə həqiqəti demək lazımdır. Yadda saxlayın – etibarı qazanmaq çətindir, lakin onu saxlamaq daha çətindir.faktları inadla gizlətmək Sizin nüfuzunuza və sözlərinizə inama xələl gətirir, jürnalistləri başqa informasiya mənbələri axtarmağa və detallar tapmaq üçün dərinə getməyə vadar edir. Kim bilir, onlara daha nələri tapacaq və onların hadisələri interpretasiya etməsi Sizin xoşunuza gələcəkmi? İcttmaiyyəti və kütləvi informasiya vasitələrini aldatmaq nəticəsiz ötüşməyəcək. Əgər Siz faktları ört-basdır etsəniz və ya gizlətsəniz, bu yalanı həqiqətə oxşar kimi qələmə vermək üçün Sizə çoxlu başqa liderlərin çoxlu bəyanatı və dəstəyi lazım gələcək. Lakin Siz sadəcə başınızda bu qədər yalanı saxlaya bilməyib, gec və ya tez özünüz çaşacaqsınız. Cəmiyyət Sizə etibar etməli, sözlərinizə inanmalıdır. Bu inamdan sui-istifadə etmək, ona xəyanət etmək olmaz. Etibar və inamın qiymətli tarazlığı olduqca zərifdir və daimi qayğıya ehtiyacı var. Bir dəfə etibarı itirməklə, nəyisə qaytarmaq çox çətin olacaq. Jurnalistlərə həqarətlə baxmayın, elə bilməyin ki, deyəcəklərinizin hamısına inanacaqlar və Siz onlara barmağınıza dolayacaqsınız. Diqqəti özünüzə cəlb etməkdən ötrü uydurmalara əl atmayın. Kütlənin hər şeyə inanması və şübhəli informasiyanı qavraması xülyasını başınızdan çıxarın – insanlar həqiqəti bilmək istəyir və bu və ya başqa yolla onu öyrənəcəklər. Mətbuat konfransı başlanana qədər siz onun necə keçəcəyini bilməlisiniz. Çıxışınızın əsas bəndlərinizə bir də baxın, onları qısa və ya geniş şərh edəcəyinizi fikirləşin. Siz öz çıxışınızı saniyəölçənlə məşq edərək, onun on, iyirmi və ya otuz saniyəyə yerləşəcəyini iüəyyən edə bilərsiniz. Qabaqcadan sitatları qısa olaraq, teleqramlarda olduğu kimi yazıb götürün ki, zəruri olduqda cavab heç bir çətinlik çəkmədən yadınıza düşsün. Suallara birbaşa və özünüzü itirmədən cavab verin. Öz strategiyanızı müəyyənləşdirin və axıra qədər də ona riayət edin. Jurnalistlər öz fəaliyyət növlərinə görə xəbər axtarmağa məcburdurlar, lakin onların məşğuliyyətinin təbiəti belədir ki, yalnız çılpaq faktlarla kifayətlənə bilmirlər, belə ki, bu, çox maraqsız görünə bilər. Redaktor müxbiri Sizin üstünüzə məlumat mənbəyi kimi göndərirsə, o, redaksiyaya nə isə unikal bir şeylə – qəzet dünyasında rəqabət qabiliyyətli xəbərlərlə qayıtmalıdır ki, bunun üçün insanlar bu qəzeti alır. Müxbirlər öz materiallarını qəzetdə və ya televiziyada görmək üçün son dərəcə gərgin işləyirlər. Ona görə də onlar sərt və mürəkkəb suallar verir. jurnalistlər öz tələblərində inadlıdırlar, onlardan çoxu cavab kimi «ola bilər», «yaşayarıq — görərik» kimi cavabları qəbul etmir. Bəzi jurnalistlər sərt reportyor nüfuzu qazanmaq üçün gərgin işləyir və sonra bu imici qoruyub saxlamağa çalışırlar. Adətən durnalistlər sizin ailəniz, bir sözlə, yalnız sizə aid olan informasiyalardan xəbərdardırlar. Ona görə də Siz dərc ediləcək məqalədə qabaqcadan görmək istədiyiniz informasiyanı planlaşdırmalısınız. Siz qabaqcadan müxbirlərin verə biləcəyi əsas və ən təxribatlı sualları görməlisiniz, belə ki, istənilən halda düşünmədən, əsəbiləşmədən bu sualları cavablandırmalı olacaqsınız. Bizlərdən hər birimiz deputatlığa namizədlərin, aktyorların və ya başqa ictimai xadimlərin ailələri, şəxsi həyatları, gənclikdə etdikləri hadisələr, maliyyə qalmaqalları və buraxdıqları səhvlər barədə birbaşa verilən suallar zamanı özlərini itirdiklərini müşahidə etmişik. Sizin hansı sualları ədəbsiz sayıb-saymamağınızdan asılı olmayaraq, reportyorlar suallarını verir və sual ünvanlanan şəxslər «simalarını itirmədən» cavab verməlidirlər. Əgər Sizə xoşagəlməz və ya təxribat xarakterli sual veriblərsə, cavab verməzdən əvvəl söz tapmaq üçün kiçik fasilə verin. Lazımdırsa, sualı təkrar edib şərh etməklə, bir neçə saniyə qazana bilərsiniz, məsələn, deyin ki, «Bəli, bu çox ciddi problemdir»… Sonra səhərki qəzet başlıqlarında görmək istədiyiniz düşünülmüş cavab gəlməlidir.   Mətbuatla ünsiyyəti özünüzün xeyrinə çevirməyə çalışın. Jurnalistlərdən yalnız xoşagəlməz hadisələr gözləmək olar fikrini rədd edin. Əgər Siz hər hansı suala ani cavab verməlisinizsə, çalışın bu sualı verənini gözlərinə baxasınız və sadə bir şey dəyəsiniz, məsələn, təəssüf edirsiniz ki, indi bu barədə lazımi informasiyanız olmadığı üçün cavab verə bilmirsiniz və ya bu sualın sizin ünvanınıza olmadığını bildirirsiniz. Siz özünüzü düzgün qiymətləndirib, nəyin fayda, nəyin zərər gətirəcəyini bildinizsə və jurnalistlə ünsiyyət sənətinə yiyələndinizsə, kütlə qarşısında çıxışdan gələn faydanı götürməyə çalışmalı, özünüzə reklam yarada bilərsiniz. Lakin həddinizi aşmaqdan çəkinin, daim ekranda görünməklə insanları ən yaxşı jurnalistlərlə tanış olmağa çalışın.qıcıqlandırmayın. lobbi, ictimai əlaqə xidmətlərinin nümayəndələri, mətbuat katibləri kütləvi çıxışların və mətbuatda reportajların tərzlərini başa düşməyə çalışır, aparıcı reportyorların, nəşriyyatların və studiyaların hər cür meyillərini öyrənmək üçün var-qüvvələrini sərf edirlər. Hər bir jurnalistin öz şəxsi fikri, meyilləri, mövqeyi, simpatiya və antipatiyaları vardır. Lakin bir professional kimi o, emosiyalardan uzaq, qərəzsiz olmalıdır. Bununla belə, məlumdur ki, jurnalistlər bir ictimai xadimlərə digərlərindən daha yaxşı münasibət göstərirlər. Bəzi məşhur insanlar jurnalistləri şəxsi dostları kimi qarşılayır, evlərinə dəvət edir və ünsiyyətdə lovğalıq, iddialıq göstərmirlər. Belə insanlar, şübhəsiz, mətbuatın rəğbətini qazanırlar. Lakin çox vaxt ictimai xadimlər mətbuata qarşı düşməncəsinə və etibarsız münasibət göstərir, onların müxbirlərlə ünsiyyəti zamanı narahat vəziyyəti aşkar görsənir. Reportyorla yaxın dostluq münasibətləri yaratmağa ehtiyac yoxdur, lakin təsadüfən və ya peşəkar məsələləri müzakirə etmək üçün qarşılaşdığınız jurnalistlə qeyri-rəsmi tanışlıqda heç bir çirkin əməl yoxdur. Müxtəlif müsahibələrin gedişində mətbuat nümayəndələri tez-tez ədəbli və ya dolaşıq, çaşdırıcı suallar verir. Fikirləşin, bəlkə Sizə tez-tez verilən sualları qeyd etmək üçün vərəqləri kəsilib atıla bilən qeydiyyat kitabçası düzəldəsiniz? Bu kitabçaya qabaqcadan fikirləşdiyiniz daha uğurlu və dəqiq cavabları yazıb saxlamaq olar. Bura həmçinin söhbət zamanı lazım olan faktları, rəqəmləri və tarixləri də yazmaq olar. Birinci səhifəyə reportyorların verə biləcəyi təhlükəli sualları yazın. Qorxduğunuz, düzgün verməyəcəyiniz cavabın acı nəticələr verə biləcəyi mürəkkəb, mühüm və sürüşkən sualları qabaqcadan nəzərə almağa çalışın. Həmçinin elə suallar daxil edin ki, cavabları texniki məlumatları və ya geniş faktiki materialları tələb edir. Şən və Hazırcavablar Klubunun oyununda olduğu kimi, əvvəlcədən bir neçə cavab hazırlayın ki, bu cavab bir neçə sualın cavabı ola bilər. Müsahibə zamanı belə deyə bilərsiniz: «Mən bilirdim ki, siz bu sualı verəcəksiniz və qabaqcadan cavabı hazırlamışam…», sonra isə «sehrli kitabça»ya müraciət edin. Əgər bu zəruridirsə, kitabçanın əlifba göstəricisini hazırlayın.   Hər sualdan sonra ətraflı və dəqiq cavabı yazın. Siz lap öz sahənizdə peşəkar və bu suala savadlı cavab verməyə səlahiyyətli olsanız belə, hər hansı anda özünüzü itirə bilər və cavabı düzgün qura bilməzsiniz. Bu cür çətin vəziyyətlərə düşməməkdən ötrü reportyorla mübarizədən qabaq hazır cavablarınızı nəzərdən keçirin. Bu kitabça olmadan düzgün olmayan bəyanat verər, şübhəli görünərsiniz. Televiziya reportyoru ilə görüş zamanı belə bir şey baş verərsə, nəticəsi pis olar. Yadda saxlayın ki, qeydiyyat kitabçasına yaxdığınız cavablar müxbirlərə deyil, ən əvvəl dinləyicilərə və ya televiziya tamaşaçılarına yönəlməlidir. Ona görə də mövqeyinizin mühüm məqamlarını dəqiqi müəyyənləşdirməli, çıxış zamanı onlara dəfələrlə qayıtmalısınız. Vəziyyətdən asılı olaraq, cavabları müxtəlif cür verə bilərsiniz, lakin əsas xətt eyni olmalıdır. Bir komandada işləyən ictimai xadimlərə adətən eyni suallarla müraciət edirlər. bu halda mənaca eyni cavablar vermək, mümkün qədər məlumatı müxtəlif tərzdə şərh etmək vacibdir. Qeydiyyat kitabçasına hər dəfə işinizə aid tedeviziya verilişləri və cari məqalələr haqqında məlumatları əlavə edərək, təzələyin. Tabeliyinizdə olanlar qeydlərinizə əlavələr etməklə, Sizə böyük köməklik göstərmiş olarlar. Kitabçaya Sizinmövqeyinizi möhkəmləndirən statistik məlumatları, müvafiq tədqiqat və sorğuların sitat və nəticələrini daxil edin. Bütün yardımçı material cibinizdə gəzdirdiyiniz kiçik kitabçaya sığacaqdır. Bu köməkçi ilə Siz özünüzü rahat və yüngül hiss edəcəksiniz.   Əgər Siz axşam xəbərlərində dərc etdirmək üçün müraciət hazırlayırsınızsa, konfransın vaxtını elə təyin edin ki, jurnalistlər mətbuat konfransında iştirak edə bilsinlər, sonra isə öz iş yerlərinə qayıdıb materialı efir üçün redaktə edə bilsinlər. Vaxtın düzgün müəyyən edilməsi çox önəmlidir. Ənənəvi olaraq mətbuat-konfransının rəsmi hissəsindən sonra jurnalistlər onu təşkil edənlərin ətrafına yığışır. Onlar dəqiqləşdirici suallar verir, xüsusi qeydlər üçün material toplayır, axşam xəbərləri üçün fikir axtarırlar. Mətbuat konfransı zamanı və ya insanlar arasında hər hansı təşkilatı və ya konkret şəxsi tənqid edərkən ehtiyatlı olun. Əgər sözləriniz özünüzün şəxsi rəyinizdirsə, istisna deyil ki, onlar əks təsirə malik olacaq. Müsahibləriniz konkret nə dediyini yada salmaya da bilər, lakin çox yaxşı yadda saxlayacaqlar ki, Siz hər hansı şəxsə və ya hər hansı təşkilata qarşı özünüzü olduqca çirkin və iyrənc formada aparmısınız.   Rəqiblərinizi kütrəvi şəkildə tənqid edərkən, öz zəif cəhətlərinizi göstərirsiniz. Rəqibiniz də, kütlə üçün işləyərək, bilərəkdən Sizi çaşdırır, kütlənin gözündə Sizdən yaxşı görünmür. «Çirkli alt paltarlarını» qarışdırmaqdan yan keçmək və yalan ittihamlar atmaqdan çəkinmək lazımdır – bütün bunlar hər iki tərəf üçün acı nəticələr verə bilər. Bir çox siyasətçilər ona görə uduzur ki, televiziya kameraları qarşısında özlərini düzgün aparmırlar. İnsanlar qalmaqal xoşlasa da, bu qalmaqalı salanlar kütlə qarşısında təlxəyə çevrilir, insanlar onları artıq ciddi qəbul etmir. Ona görə də, kimi isə palçıqla ləkələməyi qərara aldıqda, özünüzün sudan quru çıxmağınızızın qayğısına qalın, ittihamçı deyil, müşahidəçi qismində çıxış etmək üçün üçüncü şəxsləri bu işə cəlb edin. Əgər Sizə ləkə yaxıblarsa, qəzəbinizi boğmağa çalışın, sakitliyinizi qoruyun, yumor hissini köməyə çağırın. Beləliklə, Siz nəinki kütlənin qəzəbinə səbəb olmayacaq, həmçinin onun simpatiyasını qazanacaqsınız, əgər yaxşı bir gediş edib rəqibinizə meydana çıxmış problemi müzakirə etməyi təklif etsəniz, qarşı-qarşıya gəlib mübarizəni ləyaqətlə başa çatdıracaqsınız. Mənbə finan.az saytı
['mətbuat konfransı', 'press-conference', 'public relations', 'mətbuat', 'konfrans', 'ictimai əlaqələr']
6,744
https://kayzen.az/blog/poeziya/1148/s%C3%B6zd%C9%99n-s%C3%B6z%C9%99-seymur-salamov.html
"Sözdən - sözə" Seymur Salamov
mr13
Poeziya
24 aprel 2010, 18:27
Bir gün dostum Seymurgilə getmişdim. Şer yazdığını çoxdan bilirdim, bəzilərini də mənim üçün oxumuşdu. ondan bir neçə şeirini verməyi xahiş etdim ki, kayzenə yerləşdirim. Sözümü yerə salmadı. Çünki söz əhli üçün "söz vermək" "söz yerə salmamaq" ağır mövzulardı. Çünki onlar sözün qədrini bilirlər. Şeirlərdən bir neçəsini yerləşdirirəm əgər bəyənsəniz silsilə şəklində yerləşdirə bilərəm. Onu da qeyd edim ki, Bu şeirlər başqa heç yerdə yoxdu yəni Eksklüzivdi. Kitabın özü də hələ çıxmayıb. SÖZDƏN-SÖZƏ Ömür kitabının ağ səhifəsinəYazıldıq hərəmiz bir yeni söz kimi.Oxunduqca köhnəldik.Sevinənlə sevindik,Kövrələnlə kövrəldik.İlk zamanlar düşdük ağızdan-ağıza.Sonra çevrildik lazımsız kağıza.Atıb bizi ocağa, yandırdılar.Söndürən olmadı, özümüz söndük.Közümüzdən ayrılıb külə döndük.Külək külümüzü göyə sovurdu.O an bizi, yer də göyə qovurdu.Uçub-uçub buludlarda qonaq olduq.Yerdə artıq unudulduq.Ayrılsaq da səmada bir-birindən,Buludlar toqquşan zaman qovuşduq.Çevrildik yağışın damlalarına,Elə bil ki, yenidən doğulmuşduq.İndi səmaya deyirdiik əlvida,Qayıdırdıq yenə öz yerimizə.Qayıdırdıq yandığımız ocaqdaKülə döndüyümüz köz yerimizə.Amma hələ çatmamışdıq səninləAğ səhifədəki söz yerimizə.Yağırdıq, yerə yağırdıq.Yağdıqca yenə yağırdıq.Bizim tək odda yananlarBizi köməyə çağırdı.Biz bu dərd alovlarınaYağan güclü leysan olduq.Dərd alovlarında yanan Dərdlilərə dərman olduq.Suya həsrət ağacların Çoxdankı arzusu idik.Gerçək oldu bu arzu da,Çünki biz artıq su idik.Bizdən ruhlanan ağaclarYarpaqladı, çiçək açdı.Bizsə naxış olduq əlvan yarpaqlara.Salam söyləyib bahara,Dost olduq yaşıllıqlara.Fəsillər dəyişdi, payız yetişdi.Xəzan gəldi, xəzəl olduq.Rəssamların yaratdığı Payız mənzərələrindəBiz necə də gözəl olduq.Şairlərin qələmilə ağ kağızlar üzərindəŞeir olduq, qəzəl olduq.Sözdən sözə çatmaq üçünUzun yoldan keçib gəldik.Sözü sözə qatmaq üçünSözü sözdən seçib gəldik.Söz qonaqlığına düşdük,Söz yeyib, söz içib gəldik.Söz gəlmişik bu dünyaya,Bu dünyadan söz gedirik.Sözümüzlə yumşaldırıq,Sözümüzlə bərkidirik bu dünyanı.Sözümüzlə düşündürüb,Sözümüzlə dərk edirik bu dünyanı.Sözümüzlə salamlayır,Sözümüzlə tərk edirik bu dünyanı. 19.05.07.QORUMUĞA GƏLMİŞƏMNə vaxtacan qan ilə yuyulacaq torpağım ?Yurdumun yaraların sarımağa gəlmişəm.Zəfərlə bir gələcək burdan mənim sorağım,Artıq mən də Vətəni qorumağa gəlmişəm.Ruhum Vətən deyəcək Axır nəfəsiməcən.Son damla qanımadək Vətənə bağlıyam mən.Məğrurluq rəmzi olan əzəmətli dağları,Saf, təmiz göz yaşı tək axan buz bulaqları, Mən bu sıx meşələri, yam-yaşıl otlaqları,Bu çölü, bu çəməni qorumağa gəlmişəm.Ruhum Vətən deyəcək Axır nəfəsiməcən.Son damla qanımadək Vətənə bağlıyam mən.Addımlarım mətin, sərt, əsgər marşı dilimdə,Qənimiyəm düşmənin, silahım da əlimdə,Xidmət edir Vətənə sözüm də, əməlim də.Ana torpaq, mən səni qorumağa gəlmişəm.   21.09.07. DANIŞIRYalançılıqda mahir,Doğru söz dilə gəlmir.Mənəviyyatı kafir Bizə dindən danışır.Atır addımı bir-bir,Qorxur, amma çəkilmir.Yüzəcən saya bilmir,Gəl ki, mindən danışır.Sanma dünya düzəlib,Ancaq üzdən bəzənib,Özü şeytandı, gəlibMənə cindən danışır.Çoxdu sözün dananlar,Çox azdı söz qananlar.Çox vaxt xoruzlananlar,Sonra hindən danışır.Ağac əkən, ev tikənÖlüncə qan, tər tökən,Zəhmət, əziyyət çəkən,Öz içindən danışır.Axtarma sən doğru söz,Döz bu yalanlara, döz.Qorxaqlar həmişə özHünərindən danışır. 13.11.07 DÜŞDÜMÖmrə payız gəldi yenə,Çətirsiz yağışa düşdüm.Soyuqlar isindi mənə,Payız getdi, qışa düşdüm.Bəzən şimşək kimi çaxdım,Bəzən yağış kimi yağdım,Bəzən də sel kimi axdım,Mən çox bərkə-boşa düşdüm.Həyat yolu yordu məni,Dağa-daşa vurdu məni,Çox tikib uçurdu məni,Sanma ki, təlaşa düşdüm.İçdim eşqi zəhər kimi,Boğdu məni qəhər kimi.Atıldım eşqə zər kimi,Ayrılıqla qoşa düşdüm.Bu dünyanın gözəlliyin,Düşünüb dərk etdi beyin.Bu həyatın şirinliyinAcı çəkib başa düşdüm.18.11.07 BİZİM DÜNYA“Ağzımızla, burnumuzlaBaşımızı qatan güzgü...”Ramiz RövşənDərdimizi çəkən dünya,Kim çəkir sənin dərdini? Yetişsək də min arzuya,Kim bilir sənin qədrini?Bizə qanad verən arzu,Sənsiz ömrün nə mənası?Sənsən incə duyğumuzunƏlvan rəngli söz dünyasıAğlımızı alan sevgi,Gah şirinsən, gah acısan.Sən kövrək qəlbimizdəkiÜlvi hisslərin tacısan.Yolumuzu kəsən hicran,Axı sən nə qazanırsan?Yoxmu səndə şərəf,vicdan?Yarı yardan ayırırsan.Üstümüzə gələn dalğa,Bu sahildən qovma bizi.Coşma, ey çılğın qasırğa,Bu dənizdə boğma bizi.Səmalardan baxan günəş,Şəfəqlərin al qırmızı.Üfüqlərdən doğan günəş,İşıqlandır dünyamızı.Üstümüzdən keçən bulud,Çox qəmlidir baxışların.Sən bu qüssəni gəl,unut.Qoy, yağmasın yağışların.Ey ömürdən gedən illər,Sizdə nələr yaşadıq biz.Dərd, intizar, sevinc, kədər,Hər biri də ömürdə iz.Bağçamızda solan güllər,Rənginiz nə tez saraldı.Ey xoş ətir saçan güllər,Bəs ətriniz harda qaldı?Qarşımızda duran güzgü,Bizi bizə sən tanıtdın.Səndə gördük özümüzü,Bizə çox şeyi anlatdın.Ömrə vaxtsız gələn ölüm,Kimdir axı səndən qaçan?Bizə verib əzab,zülm,Əvəzində can alırsan! 18.03.08 SÖZ Özgə qayıqda üzsən də,Ümman olsun öz ümmanın. Geniş olar düşüncən də,Dərin olsa söz ümmanın.Baha sözü satma ucuz,Şirin sözə də qatma duz,Gec-tez, əvvəl-axır, onsuz,Tapır hər söz öz ünvanın.Ləl-cəvahir, qızıl, almaz,Düz sözdən qiymətli olmaz.Doğru yolda izi qalmaz Yalan sözə göz yumanın.Ağıl fikrin özəyidir,Qarlı yolun xizəyidir.Ulduz göyün bəzəyidir,İnsan yerin, söz insanın. 21.04.08 FİKİR YOLLARISonsuz fikir yollarımdaMeh əsdikcə sərin-sərin.Hüdudsuz xəyallarımdaDüşünürəm dərin-dərin.Bəzən tale küsür məndən,Dönür bəxtin üzü məndən,Bəzən həyat özü mənəLayla çalır şirin-şirin.Amma o da qəribədir,Gah inciyir, gah incidir,Günlərsə ömürdən gedir,Asta-asta, həzin-həzin.Kim eşq ilə ömür sürür,Həyatın hər üzün görür.Sevgi onu süründürür,Arxasınca dizin-dizin.Ömrümüzü sanıb nəşə,Deyib gülsək də, həmişəDönüb baxanda keçmişə,Ağlayırıq gizlin-gizlin. 25.04.08 BU DÜNYANIN DƏRDİ BİZƏ QALMAYIB ( Biz bəzən bezəndə )Zaman ötdükcə dünya da köhnəlib,Dünya bizim üçün təzə qalmayıb.Bizə nə, kövrəlib, ya fərəhlənib,Bu dünyanın dərdi bizə qalmayıb.Nə çox bizim dərdimizi görənlər,Amma gör heç varmı məlhəm edənlər.Dərdini çəksin ona dərd verənlər,Bu dünyanın dərdi bizə qalmayıb.Tez qaçırıq, harda görsək qəm-kədər,Yoxdu çarə axtaran bizim qədər,Öz dərdimiz özümüzə bəs edər,Bu dünyanın dərdi bizə qalmayıb.Hiylələrlə öz toruna salınca,Addım-addım bizi çəkir dalınca,Kədər-kədər, fikir-fikir dalınca,Bu dünyanın dərdi bizə qalmayıb.Yaranmışıq biz də sevək, sevilək,Bəxtə düşən uğurlara sevinək.Biz dünyaya gəlmədik ki, qəm çəkək,Bu dünyanın dərdi bizə qalmayıb.Hər gün bizi bir sınağa çəkirsə,Bir ölümü bir ömür gözlədirsə,Əgər sirrini bizdən gizlədirsə,Bu dünyanın dərdi bizə qalmayıb. 25.04.08   GEDİRİKÖz həyatımızı qoyub qumara,Dünyanı biz qumarxana edirik.Ömür boyu axtarırıq pul-para,Düşüb fələyin çarxına gedirik. Salırıq öz başımızı bəlaya,Bəxtsiz balıq tək atılırıq suya.Ümmandan dənizə, dənizdən çaya,Çaydan düzənlik arxına gedirik.Əzildikcə zəifimiz, fağırımız,Bir qədər də güclənəcək ağrımız.Düşünəndə hara gedir axrımız,Sanki, mənəvi qırğına gedirik. 29.04.08
['şeirlər']
6,745
https://kayzen.az/blog/turizm/1145/turizm-v%C9%99-turizmin-n%C3%B6vl%C9%99ri.html
Turizm və turizmin növləri
Leyla
Turizm
24 aprel 2010, 14:35
Ekoturizm ehtiyatlarına – təbiət abidələri, ekzotik landşaft, meşəlik ərazilər, Milli parklar və dağ ekosistemləri daxildir. Təbiət abidələri xüsusiyyətlərinə görə aşağıdakılara bölünür: 1. geoloji, gemorfoloji abidələr. Bu tip abidələr relyeflə birbaşa əlaqəli olub, qədim dağlardan qalıq relyef formalarından ibarət olur. Belə təbiət abidələri dünyanın əksər ölkələrində yayılıb. 2. hidroloji abidələr. Bu cur abidələrə şəlalələr, hundur dağ gölləri, kanyonvari dərələr daxildir. Titikaka gölü (3812m Boliviya ilə Peru dövlətlərinin sərhədində yerləşir), Qrand-Kanyon (ABŞ), Viktoriya şəlaləsi (120 m hündürlükdən tökülür Zambiya ilə Zimbabve) və s. kimi hidroloji abidələri misal göstərmək olar. 3. flora və fauna abidələri. Belə abidələrə relikt və endemik bitkilərin yayıldığı ərazilər, nadir landşaft abidələri daxildir. Bura Vest-Hind ölkələrini, Avstraliyanı və bir çox başqa ölkələri misal göstərmək olar. Landşaft ekzotikliyi ilə seçilən ərazilərin təsnifatında qeyd olunan xüsusiyyətlərlə yanaşı onların hər bir ərazidə yayılmasından asılı olaraq formalaşan bölgələrdə təbiət abidəsi kimi verilir. Təbiət abidələrin yayıldığı ərazilər Balkan yarımadasında, Karpat və Alp dağlarında rast gəlinir. Təbiət abidələrinin landşaft ekzotikliyi baxımından qiymətləndirilməsində nəzərə alınan amilləri aşağıdakı kimi qruplaşdırırlar: 1. mövcud təbiət abidələrinin yayıldığı bölgələrin ekoloji şəraiti və digər komponentlərlə birlikdə istifadə etmək imkanları. 2. təbiət abidəsinin digər ətraf mühit komplekslərindən fərqlənmə dərəcəsinə görə qruplaşdırılması. Burada ətraf mühiti ekoloji turizm baxımından istifadəsində təbiət abidələri mənimsənilməsi imkanları movcud təbiət abidəsinin yerləşmə şəraiti nəzərə alınır. Landşaft ekzotikliyi ilə seçilən ərazilərin turizm baxımından — istirahət, turizm, dərketmə, qısamüddətli istirahət yerləri kimi istifadə olunur. Təbiət abidələri və landşaft ekzotikliyi ilə seçilən ölkələrə ABŞ, Meksika, Fransa, İtaliya, Ərəb ölkələri, Balkan ölkələrini və s. misal göstərmək olar. Turistlərin ən çox səfər etdiyi təbiət abidələrinə Qrand Kanyon, Niaqara şəlaləsi, Luara çayı sahilləri, Serbiya və Xorvatiyadakı təbii mağaralar, İtaliyada sönmüş vulkan konusları, Cində dərin dərələri və s. qeyd etmək olar. Təbii abidələrin və landşaft ekzotikliyi ilə seçilən ərazilərin çoxunun Milli Parkların və təbii rezervuarların ərazisində yerləşdiyinə görə onlardan turizm məqsədilə istifadə olunması yüksək səviyyədədir. Təbiət abidələrinin turizm məqsədilə istifadə olunmasının aşağıdakı istiqamətlərin qeyd etmək olar.   · Dərketmə məqsədilə istifadə olunması. Təbiət abidələrinin və landşaft ekzotikliyi ilə seçilən ərazilərin dərketmə turlarında istifadə olunması daha çox yayılmışdır. Dərketmə məqsədilə təbiət abidələrindən istifadə ucun həmin abidələrə ekskursiya təşkil olunur. Həmçinin turizm bölgələrində təbiət abidələrinin olması bölgəyə istirahətə gələnlərin səyahətlərinin təşkilinə də imkan verir. Dərketmə turlarında təbiət abidələrinin unikallığı, ətraf landşaftla geniş təmasda olması onun əhəmiyyətini artırmaqla ondan istifadə edənlərin sayını artırmış olur. · İdman turizmi məqsədilə təbiət abidələrindən istifadə olunması. Təbiət abidələrinə təşkil olunan turların birbaşa fiziki rekrasiyon fəaliyyətlə bağlı olması idman turların təşkili ucun əlverişli şərait yaradır. Belə idman turları alpinizm, su idman növlərindən, dayvinqdən və s. ibarət olur. Əksər hallarda təbiət abidələrindən idman turlarında istifadə ərazinin coğrafi şəraitilə bağlı olur. Belə ki, idman turlarının təbiət abidələri ilə əlaqələndirilməsi onun yerləşdiyi coğrafi şəraitdən, digər turizm ehtiyatları ilə birgə istifadə imkanlarından asılı olur. Misal ucun qeyd edək ki, təbiət abidəsi landşaft ekzotikliyi ilə seçilən ərazidə yerləşməsi, Milli Parklarda olması ondan kompleks turizm məqsədilə istifadəyə şərait yaradır. Məsələn: ABŞ-da Qrand Kanyon. Ekoloji turizmin növləri: · Müəyyən edilmiş marşrut üzrə piyada turizm – nəqliyyatdan istifadə etmədən səyahət. Əsasən yay mövsümündə ən geniş yayılmış turizm sahəsi. Elə mürəkkəb piyada turist marşrutları olur ki, onları ancaq təcrübəli, idmançı turistlər keçib gedə bilir, sadə marşrutlar isə hamının hətta məktəblilərin də keçib gedə biləcəyi səyahətlər olur. Səyahətlərlə maraqlanan ucun turizmlə məşğul olmağın ən sadə yolu piyada turizmdir. Onu da qeyd edək ki, piyada turizm əsasən meşəlik və dağətəyi ərazilərdə aparılır. · Speloturizm – (mağara turizmi)- idman turizmin bir novu. Bu sahə ilə maraqlanan turistlərdən fiziki hazırlıq, dözümlük, sağlamlıq, əsas etibarı ilə isə xüsusi hazırlıq tələb olunur. Speloturizmin məqsədi mağaraların kəşfi və tədqiqidir; · Veloturizm – idman turizmin bir novu. Az fiziki qüvvə sərf etməklə nisbətən yaxın məsafələrin təbiəti, diqqətəlayiq tarixi abidələri ilə tanış olmağa imkan verən turizm novu. Atmosferi cirkləndirməyən,insan səhhətini möhkəmləndirən velosipedin nəqliyyat vasitəsi kimi universallığı ondan hər yerdə istifadə etməyə imkan verir; · Su turizmi – teploxod, yaxta və digər müxtəlif nov gəmi və qayıqlarda çaylar, kanallar, göllər, dənizlərdə gəzinti; · Dağ turizmi – səyahətin idmana yaxın olan çox mürəkkəb novu. Turizmin bu novu alpinist və dağ turist düşərgələrdə təlim keçmiş fiziki, nəzəri və praktiki cəhətdən hazır olan idmançılar ucundur. Dağ turizmi yürüşləri təcrübəli və səriştəli təlimatçıların rəhbərliyi altında həyata keçirilir, çünki bu turist marşrutları mürəkkəb təbii maneələrdən keçir; · Safari turizmi – ovçuluq və ya foto ovçuluq, balıq tutmaq, acıq məkanda təbii halda heyvanları müşahidə etmək məqsədilə təbiətə qoruqlara səyahət; · heyvanlardan istifadə etməklə səyahət – bu səyahət zamanı at, dəvə, fil və başqa heyvanlardan istifadə olunur; · Dərketmə turizmi – zəngin ekskursiya proqramına malik olan, tərkibinə çoxsaylı memarlıq və tarixi abidələr, həmçinin unikal yerlərdə tanışlıq xarakterli səyahətlər daxildir; · dayvinq turizmi (diving)– su idman turizmin bir növünə aid etmək olar. Akvalanqla su altına enmə. · Trafi turizm – çətin keçilən ərazi və mürəkkəb şəraitdə müəyyən marşrut üzrə avtomobillə səyahət. Belə turlar çətin turlar kateqoriyasına aid edilir. · Raftinq tur – (raft-ingilis mənşəli söz sal deməkdir)- dağ çaylarında 10-12 nəfər ucun nəzərdə tutulmuş, hava ilə doldurulmuş rezin sal və qayıqlarda səyahət deməkdir. Belə turlarda iştirak edən səyahətçidən müəyyən bacarıq tələb olunur. Çox astanalı olmayan surətli çaylarda bəzən də tək, amma qrup şəklində raftinqdən istifadə olunur. · Sörfinq(surfing) – su idmanının bir novu. Penoplast lövhəcik üzərində su səthində əsasən dalğalar üzərində sürüşmə. Təhlükəsizlik ucun lövhəciyə bərkidilmiş ipin bir ucu ayağa keçirilir. Avstraliya, Yeni Zelandiya, ABŞ-da daha geniş yayılmışdır.  
['turizm', 'turizmin növləri', 'tourism', 'dayvinq', 'safari turizm']
6,746
https://kayzen.az/blog/stil/1118/biznesmen-qad%C4%B1n%C4%B1n-imici.html
Biznesmen qadının imici
Leyla
Yaraşıqlı görünüş, gözəl imic
24 aprel 2010, 13:49
İşgüzar qadın olmaq heç də asan deyil. Burada təhsil, peşəkarlıq, kollektivdə işləmək bacarığı və s. böyük rol oynayır. Amma yadda saxlamaq lazımdır ki, uyğun olaraq qadın həm də gözəl görünməlidir. Dünyada tanınmış imicmeyker Meri Spileyn xarici görünüşün karyeraya təsiri barədə test işləmişdir. Həmin test vasitəsilə öz imicinizi dəyərləndirә bilərsiniz. İşə getməyə hazırlaşanda xarici görkəmini qaydaya salmaq üçün ən aşağısı 15 dəqiqə vaxt sərf etməli olursanmı? Hər gün sırğa gəzdirməyi xoşlayırsanmı? Hər ay yarımdan bir bərbərxanaya gedirsənmi? Dırnağını boyamaq üçün müxtəlif rəngli boyalardan istifadə edərkən onu pomadaya uyğun seçirsənmi? Saçın hər gün onlara qulluq etmək üçün 15 dəqiqə vaxt aparırmı? Нər həftə manikür edirsənmi? Əgər oturanda yubka qalxırsa neyləməli? İşə getməyə hazırlaşarkən mütləq makiyaj edirsənmi? Gün ərzində makiyajını səhmana salırsanmı? Gözəyarı kolqotkanın 20 və ya 40 den olmasını müəyyənləşdirə bilərsənmi? Sənin qarderobunda tünd-göy və boz rəngli şeylər çoxdurmu? Hər dəfə kəmər gəzdirirsənmi? İş yubkasmın uzunluğunu təyin etmisənmi? Bilirsənmi hansı geyim stili sənin sifət quruluşuna uyğundur? Yayda qısa qollu köynəkdə gəzməyi xoşlayırsanmı? Ucaboy görünmək üçün hündür dabanlı ayaqqabılardan istifadə edirsənmi? İşdən sonra ayaqqabılarını çıxararkən onlara xüsusi qəliblər qoyursanmı? Vacib görüşlər olan gün həmişəkindən fərqli olaraq nə isə qeyri-adi geyinirsənmi? Sənin qarderobunda işgüzar gecələrə getmək üçün xüsusi kostyumun varmı? Sənin sosial və maliyyə imkanların ayaqqabı, çanta və saatının keyfiyyətinə cavab verirmi?     YOX. Tələsik olunmuş makiyajın karyera üçün o qədər də əhəmiyyəti yox­dur. Cazibədar görünmək üçün makiyaj və saç düzümünə 15-20 dəqiqə, geyim və aksesuarlara da bir о qədər vaxt tələb olunur. Yekunda bu da ya­rım saata qədər alınır. HƏ. Qadın üçün sırğa kişi üçün qalstuk kimi bir şeydir ki, bu da işgüzar geyim formasında az rol oynamır. HƏ. Əgər səkkiz aya qədər saçını kəsdirmirsənsə onlar öz formasını itirir. HƏ. Dırnaqlar üçün müxtəlif rənglər məqsədəuyğundur, amma çalış ki, çox da gərəksizlərdən istifadə etməyəsən. YOX.Нər gün 10 dəqiqədən çox vaxt sərf olunan saç düzümü adətən işləməyən qadınlara aiddir. HƏ. Əllərə qayğı sənin özünə münasibətini bildirir. YOX, Əgər oturanda yubka qalxırsa onu işə geyinmək olmaz. HƏ. Gündəlik makiyajdan istifadə edən qadın qulluqda tez yüksəlir. Makiyajsız qadın solğun və yorğun görünür. HƏ. Səhər-səhər çəkilmiş makiyajı günorta "təzələmək" lazımdır. HƏ. Əgər kolqotka və ya corabı düzgün seçməmisinizsə bu sizin ümumi görkəminizi poza bilər. Həmişə corabı qış və yay qarderobuna uyğun seçmək lazımdır. YOX. Neytral rənglər işgüzar qarderobun əsasını təşkil edir, amma sənin xarici görünüşün cansıxıcı olmamalıdır. Gözəl və yaraşıqlı kəmər sənin gözəlliyini artırır. Öz qarderobunun çatışmamazlıqları haqqında fıkirləş. Yubka uzun və qısalığından asılı olmayaraq bu çatışmamazlıqları aradan qaldırır. HƏ. Ağına-bozuna baxma, nə uyğun gəlirsə onu da seçə bilərsən. YOX. Ofisdə adətən dirsəyə kimi bağlı geyinirlər, vacib görüşlər üçün isə is­ti olmasına baxmayaraq, jaket seçmək lazımdır. YOX. Hündür dabanlı ayaqqabılarda qadınlar özlərinə arxayın olmurlar. Əgər ucaboylu deyilsənsə təqribən orta hündürlüyü -5 sm olan dabanlı ayaqqabı seçə bilərsən. HƏ. Əgər ayaqqabılar mənzildə hara gəldi atılırsa hesab et ki, onlara verilən pullar havaya uçur. Çalış onlara ehtiyatla yanaşasan. HƏ. Əlbəttə ki, "xüsusi" görüşlərdə bacardıqca gözəl görünmək vacibdir. Həmişə buna hazır olmalısan, hətta yüksək rütbəli şəxslərlə gözlənilməz görüşdə belə buna fikir vermək lazımdır. HƏ. Bu diqqətəlayiqdir, amma istər axşam, istərsə gündüz cazibədar olmaq üçün zövqlə geyinməyə çalış. HƏ. Nə qədər bahalı kostyum alsanız belə tufli üçün də pul saxla. Çünki sə­nin zövqünü məhz ayaqqabı və aksesuarlarına görə təyin edirlər. Ona görə də həmişə onların bahalısını almaq lazımdır. - Əgər 15-dərı 20-yə kimi xal toplaya bilmisənsə sənin imicin tam qaydasındadır. Yadda saxla: sən həmişə və hər yer­də yaxşı təəssürat yaratmalısan. Bunlara fikir vermək lazımdır. - Əgər 10-dan 14-ə kimi xalın varsa sənin imicin potensial im­kanlara cavab vermir və bu da xidmətdə tez yüksəlməyə imkan yaratmır. Kosmetika və qarderobu yenidən nəzərdən keçirmək vaxtı gəlib çatmışdır. - 9 xaldan aşağı yığılıbsa imicin karyerana zərər gətirir. Sən başa düşmürsən ki, bu rəhbərlikdə xoşagəlməz təəssürat ya­radır. Bacarıqsız, səriştəsiz olan digər əməkdaşlar isə karyerada səni ötüb keçirlər. Situasiyanı nəzarətə götürmək vaxtıdır. Tezliklə şahidi olacaqsan ki, düzgün işgüzar imic asanlıqla əldə olunmur və eyni zamanda ətrafdakılar onu yüksək qiymətləndirir. Mənbə Gözəllik dünyası jurnalı May-2008
['biznes-ledi', 'işgüzar həyat', 'iş üslubu', 'bisnes-stil', 'işgüzar qadın', 'biznesvumen']
6,747
https://kayzen.az/blog/u%C4%9Fur/1131/b%C3%B6y%C3%BCkl%C3%BCk-maniyas%C4%B1.html
Böyüklük maniyası.
bloqçu
uğur psixologiyası
23 aprel 2010, 12:50
Mən hər şeyi bilirəm”, “mən hamıdan ağıllıyam”, “mən hamıdan gözələm”, “sən kimsən eee?”… və s. Belə ifadələr görəsən bizi nəyə və hara aparır? Psixoloqların dediyinə görə, insan özünü sevməlidir. Razıyam, amma, hər şeydə olduğu kimi bunun da bir qaydası var. Hətta, bu barədə bir kitab (“Öz həyatıvı, öz bədənivi sağalt. Güc bizim daxilimizdədir.”) da oxumuşam, hansı ki, bu kitabda Luiza L.X. yəni, müəllif özü haqda məlumat verir və bildirir ki, o həyatda müxtəlif çətinliklərlə üzləşmiş, həyatın ən ağır zərbələrinə tuş gəlmiş və xərçəng xəstəliyinə belə tutulmuş biri idi. O, öz düşüncələrini, fikirlərini tamamilə dəyişərək xəstəliyi belə yendiyini yazır və bundan sonra bir psixoloq kimi milyonlarla insana da bu yolda kömək edərək onların da sağalmasına bir növ vəsilə olur. Onun tövsiyyə etdiyi dərman budur:fikilərinə çalışmağı önə ver, onları başqa yönə çəkərək, özünü sağalt, sadəcə olaraq, özünə inanmaq, özünü, canını, bədənini, ümumiyyətlə, hər şeyini sevmək, nədəsə başqalarını günahlandırmamaq, bağışlamağı bacarmaq, ürəyində, içində kin saxlamamaq və s.. Bu kitabda deyilir ki, insan özünü sevməli və bəyənməlidir. Bir çoxları bunda çətinlik çəkir deyə, müəllif tövsiyyə edir ki, insan hər gün güzgünün qarşısında dayanmalı və özünün necə də gözəl olduğunu təkrarlamalıdır. Belə proseslər onun fikrini həqiqətən də bu yönə çəkir və onun daxilən rahatlanmasına gətirib çıxarır. Mən düşünürəm ki, bu insanla güzgünün, insanla özünün, öz kölgəsinin arasında olan və qalan bir şey olmalıdır. Yəni ki, əgər bu sərhədindən kənara çıxırsa və başqalarının mənfi reaksiyasına səbəb olursa yəqin ki, yersizdir. Mən əslində kitab barəsində yox, insanların özlərinə olan sevgini necə başa düşdükləri haqqında öz fikirlərimi bölüşmək istəyirəm. Bizdə özünü bəyənən bəzi insanlar özündən başqa heç kimi bəyənmir, dünyanı özləri yaratmışlar kimi, özlərini elə böyük hesab edirlər ki…gəl, görəsən! Bunun isə heç nəyə xeyri yoxdur. Bu sadəcə eqoistlikdir. Bu, insanlara məncə xeyir yox, ziyan vuracaq. Çünki, özünü bu yolla bəyənən insan bəzən səhvlərinin fərqində olmayacaq və ona səhvləri göstərildiyi zaman isə o bu səhvləri qəbul etməyəcək – “nə, mən hər şeyi düz edirəm, mən özüm bilərəm, sən kimsən ki, mənə ağıl verəsən?!” – kimi ifadələr işlədərək, səni də alçaldacaqdır. Əslində bir tərəfədən yuxarıda qeyd elədiyim kitabın müəllifi Luizayla razılaşıram, çünki onun bəzi yazdıqlarında mənfi bir şey görə bilmirəm. Sadəcə olaraq, özüm də belə bir nəticəyə gəlmişəm ki, bəli insan özünü sevməlidir, özünə hörmət etməlidir. Amma, bu sevgini o hala salmaq lazım deyil ki, sonra bir tək özün özünü sevəsən. Böyüklük maniyasına qapılaraq kiçildikcə kiçilərsən. Əgər insan özünü sevməklə özünə və ətrafındakılara ziyan vurmursa, nə yaxşı. Bəzilərimiz tənqidi sevmir, onlardan qaçır və onları bizə yönləndirəni bizi sevmirmiş kimi düşünürük. Amma, bu belə deyil. İnsan özünü nə qədər sevsə də, özünü nə qədər ağıllı, kamil saysa da tənqidi rədd edirsə bu onun kamilliyinin boş bir şey olduğunu göstərir. Yox, əgər, təniqidi doğru alqılayır, tənqidi yönləndirəni doğru başa düşüb, düzəlməyə çalışırsa, bu onu daha da yüksəldir və insan tənqidi qəbul etməkdən çoxlu qazanc əldə edir, nəinki rədd etməkdən. İndi hal-hazırda bəzi insanlar da var ki, paxıllıqları ucbatından bəzilərinin işlərinə "çomaq taxmaq" istəyilə yalandan ona yön çəkir, guya kömək olmaq istəyir və bəzilərimiz də ki, buna qanırıq. Sadəcə olaraq diqqətli olmaq lazımdır. Özünü sevmək və bununla yanaşı sadə olaraq qalmaq. Tənqidi qəbul etmək, məsləhətlərə qulaq asmaq və sonra isə bu barədə yaxşıca düşünərək qərar qəbul etmək. Məncə belə olsa heç də uduzmarıq.
['özünütənqid', 'meqalomaniya', 'eqoizm', 'müştəbehlik', 'özündən razılıq']
6,748
https://kayzen.az/blog/kayzenin-r%C9%99smi-bloqu/1130/sayt-yenilikl%C9%99riham%C4%B1-oxusun.html
Sayt yenilikləri(hamı oxusun)
2ral
kayzen.az saytının rəsmi bloqu
23 aprel 2010, 12:41
Bugün 2 xəbər hamının diqqətinə çatdılır.Birincisi odur ki,fidanın təklifi ilə ən yaxşı post seçimi aparıldı.İnternet-dizayndan yaxşı başı çıxan və saytla yaxşı tanış olan istifadəçilərin səsverməsindən sonra bu çətin seçimdən sonra 2 nəfər qalib seçildi. kayzen istifadəçilərinin çoxu intellektual səviyyəsi yüksək olan uşaqlardır və onlara ən yaxşı hədiyyənin kitab olduğunu düşünüb Robert Qrinin "33 стратегии войны" və Larri Kinqin "Как разговаривать с кем угодно когда угодно и где угодно" adlı bestsellerləri hədiyyə olunur.Saytda yaxşı topiklər çoxdur,amma son qərar budur ki,bu postlar qalib olsun:İmperatorun oğlunun müəmmalı ölümü müəllif SufiYəhudi mərasimləri müəllif rokfellerhər ikisninə həyatda bol-bol müvəffəqiyyətlər arzulayırıq! İkinci əsas xəbər isə çoxlarının maraqlandığı copy-paste haqqındadır. nə şiş yansın,nə kabab prinsipi ilə hərəkət edərək yekun qərarı belə elan edirik:Xarici internet resurslarında 2 dəfədən artıq yayımlanmış mətn yazısını postda qoymaq olmaz. Belə hal olduqda posta minus vermək hər bir kayzen istifadəçisinin borcudur.Digər saytlarda 2 dəfədən az adi HTML-mətn kimi yayımlanmış mətni qoyarkən isə həmişəki kimi müəllif hüququ qorunmalıdır.Bu zaman teqlərdə copy-paste teqinin qoyulması lazımdır.
['mükafatlandırma']
6,749
https://kayzen.az/blog/sinir/1126/sinir-x%C9%99st%C9%99likl%C9%99ri.html
Sinir xəstəlikləri
loğman
Sinir sistemi
22 aprel 2010, 23:26
Sinir sistemi xəstəlikləri ağır, bir çoxu tam sağalmayan xəstəliklər olub, bunlardan sonra bədəndə müəyyən ağırlaşmalar qalır. Bəzən də xəstənin ölümü ilə nəticələnir. Bu xəstəliklərə beyinə qansızmanı, beyin damarlarının trombozunu, nevriti, ensefaliti, meningiti, poliomielitləri, sklerozu, beyin şişlərini, sinir sistemi travmalarını, iflicləri, avitaminozları, epilepsiyanı, nevrozları, miqreni və s. göstərə bilərik. Beyinə qansızma qəfildən, fiziki və emosional gərginlikdən sonra meydana çıxır. Xəstə huşunu itirir və yıxılır. Tənəffüs çətinləşir, nəbz gərginləşir, qan təzyiqi yüksəlir. Sifət qızarır, tərləyir. İflic baş verir, həmin tərəfdə ağız bucağı sallanır. Bu zaman xəstəyə ilk yardım kimi rahatlıq verilməli, uzandırılmalı, başı bir qədər hündürdə yerləşdirilməli, başa buz, ayaqlara isə isitqac qoyulmalıdır. Venaya qlükoza qarışığı ilə eufillin yeridilir. Ənsəyə tibbi zəli qoyulması, venadan qan götürülməsi (200-300 ml) məsləhətdir. 10-12 gündən sonra iflicləri masajla müalicəyə başlayırlar. Prozerin, dibazol və s. işlədilir. Kəskin poliomielit. Onurğa beyninin boz maddəsinin iltihabıdır. Uşaq onurğa beyni iflici adlanır. Xəstəliyi virus törədir. Törədici xəstə ilə kontaktda olduqda, qida, hava və həşəratlarla sağlam şəxslərə keçə bilər. Bağırsağın selikli qişasında viruslar artır, çoxalır və qana sorulur. Ən əvvəl temperatur yüksəlir, üşütmə, yorğunluq müşahidə edilir, bağırsaq fəaliyyəti pozulur. Onurğada ağrılar duyulur. Sonra iflic dövrünə keçir. Müxtəlif formalarda ifliclər verir. Bərpa dövrü bir neçə aydan bir neçə ilə qədər uzana bilər. Müalicəsi ciddi yataq rejimi ilə başlanır. Onurğa sütununun əyilməsinin qarşısını almaq üçün döşək hamar və bərk olmalıdır. Ağrıkəsicilər, qamma-qlobulin, qan köçürülməsi, qlütamin turşusu, C, B1, B12 vitaminləri təyin edilir. Fizioterapevtik müalicədən də istifadə edilir. Beyin sarsılması. Bu, əsasən, travmatik zədələnmədir. Travmadan sonra qəflətən şüur itir. Yüngül formada bir neçə saat, ağır travmada isə 2-3 günədək davam edir. Ürəkbulanma, qusma baş verir. Yaddaş pozulur. Travmanın aradan qaldırılması istiqamətində müalicə aparılır. Xəstə 10-15 gün yataq rejimində olmalıdır. Simptomatik müalicə aparılır. Ürək dərmanlarından istifadə edilir. Beyin sərpməsi. Yerli zədələnmələrdən sonra baş verə bilər. Hissiyyat, nitq pozulur. Beynin zədələnmiş yerində sərpmə nəticəsində toxumanın nekrozu baş verir. Ölmüş nahiyənin limfa və qanı sorulmağa başlayır. Xəstəlikdən sonra bir sıra pozulmalar, ağıl zəifliyi qala bilər. Kəskin dövrdə punksiya edilərək, oradakı maye çıxarılır. Simptomatik müalicə aparılır. Daxilə brom preparatları, parez və ifliclərdə masaj, prozerin, dibazol tətbiq edilir. Epilepsiya. Şüurun itməsi ilə müşayiət olunan qıcolma şəklində xəstəlikdir. Qıcolmalar tutmaşəkilli olur. Xəstəliyin əsas səbəbləri müxtəlif sinir travmaları, doğuş travmaları, sinir xəstəlikləri, infeksion xəstəliklər ola bilər. Xəstəlik ən çox 10-20 yaşlarda təsadüf edir. İrsi olmasa da, meyllik vardır. Epilepsiya tutması həm beyin qabığında yayılmış ləngimə, şüurun itməsi, həm də hərəki analizatorların həddindən artıq oyanması, qıcolma şəklində təzahür edir. İlk əvvəl xəstə şüurunu itirir, yıxılır, bütün əzələləri gərgin olur, bəbəkləri genəlir, işığa reaksiya vermir, çənəsi sıxılır, tənəffüsü dayanır, sifəti solur, göyərməyə başlayır. İkinci fazada tənəffüs xırıltılı olmaqla bərpa olunur, köpüklü, bəzən qanlı ağız suyu ifraz olunur, qıcolmalar dayanır. Birinci faza yarım dəqiqəyə qədər, ikinci faza 2-5 dəqiqə çəkir. Üçüncü fazada soporoz hal baş verir — halsızlıq, dərin yuxu halı. Sonra xəstə ayılır, şüuru bərpa olur. Tutmaarası dövrdə xəstələr heç də sağlam adamlardan fərqlənmir. Lakin epilepsiya vaxtında düzgün müalicə edilməlidir. Belə ki, ən çox lüminaldan istifadə edilir. Bromidlərdən difenih, trimetin və başqa dərmanlardan istifadə olunur. Bəzən punksiya və ya şüalandırmadan istifadə edilir. Sinir sisteminin çox yüksək gərginliklərindən müxtəlif pozulmaları baş verir. Bunlara nevrozlar deyilir. Müxtəlif səbəblərdən ola bilər. Nevroz — psixi travma nəticəsində psixi fəaliyyətin geri dönən pozulması olub, bu zaman real aləmin inikası pozulur və şəxs xəstəliyini dərk edir. Nevrozun əsas əlamətləri təşvişdən (həyəcandan) və həmin təşviş hissindən qurtarmağa yönəldilmiş həddən artıq nəzərə çarpan davranışdan ibarətdir. Nevrozlar müxtəlif sinir — psixi əlamətlər, o cümlədən, emosional davamsızlıq, psixi və fiziki yorğunluq, bədən ağrıları və s. ilə təzahür edir. Nevrozların təsnifatı indiyədək mübahisəli qalır. Müxtəlif müəlliflər bunlara nevrozların 3 klassik forması olan nevrasteniya, sarışan hallar, histeriyadan başqa, ipoxondrik, depressiv nevroz, qorxu nevrozu, vegetonevroz və s. kimi nevrotik halları da aid edirlər. Nevrozların ən geniş yayılmış forması nevrasteniyadır. Sənayenin sürətli inkişafı ilə əlaqədar yaranan gərginlik xəstəliyin etiologiyasında mühüm amil hesab edilir. Xəstəliyin əsas simptomokompleksi isə asteniyadır. Ən adi iş belə xəstəni yorur, əhvalını pisləşdirir. Cüzi bir qıcıq şiddətli affektiv reaksiya törədir, yuxunu pozur. Beyin qabığı ilə qabıqaltı mərkəzlər arasındakı neyrodinamikanın pozulması vegetativ sinir sisteminin normal fəaliyyətini dəyişdirir və bu, daxili orqanlarda funksional patologiyaya səbəb olur. Başağrısı, başgicəllənməsi, təngnəfəslik, ürəkdöyünmə, ürək ağrısı, iştahanın, cinsi fəaliyyətin pozulması müşahidə edilir. Nevrasteniyalı şəxslər öz xəstəliklərini şişirdir, tez-tez müxtəlif tibbi müayinələrdən keçməyə cəhd edirlər. Sarışan hallar nevrozu olan şəxsləri əsasən qorxular, hərəkətlər, fikirlər, xəstəliklər və s. şəklində sarışan hallar narahat edir. Xəstə həmin hiss və fikirlərin lüzumsuz olduğunu başa düşsə də, onlardan yaxa qurtara bilmir. Sarışan halların nozofobiya (ağır xəstəliyə tutulmadan qorxma), psixofobiya (psixi xəstəliyə tutulmaqdan qorxma), akrofobiya (yüksəklikdən qorxma), aqorafobiya (geniş küçə və meydanlardan keçməkdən qorxma), monofobiya yaxın adamlarını itirib evdə tək qalmaqdan qorxma), sarışan fikirlər (məzmunsuz, qeyri-sağlam müdriklik) və s. kimibir çox formaları vardır. Histeriyanın əsas xüsusiyyəti hərəkətin və hissiyyatın (emosiya) funksional pozulmaları, xəstənin asanlıqla təlqinə və özünütəlqinə məruz qalmasıdır. Xəstələr, bir tərəfdən, müalicə üçün həkimə müraciət edir, digər tərəfdən isə sanki öz hərəkətlərindən zövq alaraq, xəstəlik halından çıxmaq istəmirlər. Xəstəliyin klinik əlamətlərinə isterik qıclıq, vegetativ və hərəki funksiyaların isterik pozulması, isterik psixi pozulmalar aiddir. Epilepsiya tutmasından fərqli olaraq, isteriya tutması daha mülayim və düşüncə tam pozulmadan keçir, xəstənin şıltaqlığını əks etdirən məzmunda olub, əslində nümayiş xarakteri daşıyır. Xəstə ehtiyatla, astaca və münasib yerə (yatağa, xalça üstünə və s.) yıxılır, bədəni, həmçinin dil-dodağı zədələnmir. Bəbəklərin işığa qarşı reaksiyası pozulmur, sidik ifrazı müşahidə edilmir. Nevrozun səbəblərini və klinikasını akad. İ.P.Pavlov dərindən öyrənmiş, həm də nevrozun eksperimental modelini yaratmışdır. Müəyyən edilmişdir ki, eyni psixogen amillərin təsirindən I siqnal sisteminin üstünlük təşkil etdiyi şəxslərdə (bədii tip) daha çox isteriya, II siqnal sistemi üstün olanlarda (təfəkkür tipi) sarışan hallar, hər iki siqnal sisteminin tarazlıq vəziyyətində olduğu (orta tip) şəxslərdə isə nevrasteniya törənir. Eksperimentdə də heyvanların nevroz törədən qıcıqlara qarşı reaksiyası ali sinir fəaliyyətinin tipindən asılı olmuşdur. Məsələn, zəif və qüvvətli — müvazinətsiz tipə məxsus heyvanlarda nevroz yaratmaq daha asandır. Nevrozların bütün növlərində ali sinir fəaliyyətində İ.P.Pavlovun hipnotik fazalar adlandırdığı mərhələlər müşahidə edilir: 1. Bərabərləşdirici faza — zəif və qüvvəli qıcıqlar eyni qüvvəli cavab reaksiyası törədir. 2. Paradoksal (təəccüblü) faza — qüvvəli qıcığın törətdiyi reaksiya zəif qıcığa qarşı alınan reaksiyadan da zəif olur. 3. Ultraparadoksal (həddən artıq təəccüblü) faza müsbət (oyadıcı) qıcıq ləngimə, mənfi (ləngidici) qıcıq isə oyanma törədir. 4. Ləngimə fazası — heç bir qıcığa qarşı reaksiya alınmır. Mərkəzi sinir sisteminin pozulmalarına əsmə iflic, miopatiya və s. vegetativ sinir sisteminin xəstəliklərinə övrə (məxmərək), ödemlər, miqren və s. aiddir. Miqren vaxtaşırı başağrısı tutmaları ilə meydana çıxır. Xəstəlik adətən cinsi yetişkənlik dövründə törənir və irsi yolla yayılır. Patogenezi tam izah edilməmişdir. Miqrenin səbəbi damar innervasiyasının pozulması hesab edilir. Başağrısı tutmasının meydana çıxmasına həyəcanlanma, yuxusuz gecə, bürkülü hava, ağır zehni iş, sərxoşluq, siqaret çəkmə və s. səbəb ola bilər. Şiddətli başağrısı əmələ gəlir. Ağrı başın müəyyən bir hissəsində (çox vaxt bir yarısında) ola bilər. Ürəkbulanma, qusma olur. Bir neçə saat davam edir və keçir. Hər hansı gərginlik ağrını gücləndirir. Ona görə də xəstə sakit, qaranlıq bir yerdə uzanmaq istəyir. Müalicədə xəstənin həyat rejimi düzgün qurulmalıdır. Qlükoza və lüminal inyeksiyası kursu, su müalicəsi, ultrabənövşəyi şüalanma və s. təyin edilir. Kofein tutmanı yüngülləşdirir. Ayağı isti su ilə vanna etmək olar. Meningit beyin qişasının iltihabı olub, infeksiyanın giriş qapısı yuxarı tənəffüs yolları, əsasən burun-udlaqdır. Törədici mikrobun daxil olduğu yerdə iltihabi proses inkişaf edir. Selikli qişanın ödemi baş verir, selik əmələgətirmə yüksəlir, badamcıqlar və yuxarı tənəffüs yollarının selikli qişasındakı limfatik düyünlər çox böyüyür. Meningitlər müxtəlif formalarda olur. Bütün formalarda aşağıdakı əlamətlər təzahür edir: 1) ənsə əzələlərinin gərginliyi — xəstə başının daim dala dartınmasını hiss edir; 2) baldırın bükücü əzələlərinin reflektor gərginliyi; 3) başı bükdükdə ayaqlar da dala bükülür, qarına dartılır; 4) bir ayağı bükdükdə o biri də qeyri-iradi bükülür. İnkubasion dövrün müddəti 5-7 gündür. Başlıca olaraq alın-təpə nahiyəsində başağrısı, boğazda ağrı və acışma, quru öskürək, burun tutulması, az hallarda burundan selikli-irinli ifrazatın axması xəstələrin səciyyəvi daimi şikayətləri sayılır. Bu simptomlarla bərabər, əksər təsadüflərdə xəstənin ümumi əhvalının pisləşməsi: kefsizlik, süstlük, zəiflik, iştahanın azalması, yuxunun pozulması müşahidə olunur. Xəstələrin çoxunda bədən temperaturu, adətən, subfebril rəqəmlərə qədər yüksəlir. Lakin bəzən orta dərəcədə və hətta yüksək (39°C-dən yuxarı) qızdırma baş verir. Qızdırma 1 — 3 gündən artıq olmur. Dəri örtükləri solğun olur: konyunktiva və skleranın damarları infeksiyalaşır. Burunun selikli qişası hiperemiyalaşmış, şişmiş olur. Onurğa beyni mayesi dəyişilir, başağrısı, qusma, psixikanın pozulması və s. müşahidə edilir. Xəstələr səs-küyü, ucadan danışığı, işığı sevmirlər. Meningitdə başağrısı son dərəcə şiddətli, əziyyətli, çox vaxt lokalizasiyası müəyyən edilməmiş diffuz şəkildə olur. Axşamlar xüsusən intensiv olur, bədən vəziyyətini dəyişərkən, çox bərk səs, parlaq işıq təsirindən güclənir. Çox vaxt xəstələr başağrısından inildəyirlər. Meningitdə qusma ürəkbulanmasız, qida ilə əlaqədar olmadan qəflətən baş verir, xəstəyə rahatlıq vermir, o bollu, «fəvvarə ilə», təkrar olur və bəzən başağrısının şiddətləndiyi vaxt meydana çıxır. Müalicədə əsasən antibiotiklər (levomisetin, tetrasiklin, eritromisin və s.) təyin edilir. Müalicə müddəti 3-5 gündür. Bütün xəstələrə udlaqlarını antiseptiklərlə (0,02 %-li furasilin məhlulu, 2 %-li bor turşusu məhlulu, 0,05 — 0,1 kalium-permanqanat məhlulu) yaxalamağı məsləhət görmək lazımdır. İntoksikasiya zamanı çoxlu ilıq maye içməyə göstəriş vardır. Penisillinlə müalicənin adətən, 5-8 gün müddətində aparılması vacib və kifayətdir. Ağır təsadüflərdə ampisillinin bir hissəsini venaya yeridir, sutkalıq dozanı isə 400 mq/kq qədər artırırlar. Oksasillin və metisillin sutkada 300 mq/kq dozada, inyeksiyalar arasında 3 saat fasilə olmaqla işlədirlər.
['sinir xəstəlikləri', 'poliomielit', 'epilepsiya', 'nevroz', 'meningit', 'sinir sistemi xəstəlikləri', 'sinir sisteminin xestelikleri', 'baş xəstəlikləri', 'baş beyin xəstəlikləri']
6,750
https://kayzen.az/blog/karyera/1113/karyera-n%C9%99dir.html
Karyera nədir?
təpəgöz
Karyera və yüksəliş
22 aprel 2010, 15:19
Karyera işçinin əməyinin gələcəyi haqqında subyektiv düşünülmüş şəxsi mülahizələrdir, əməklə özünü ifadəetmə və qaneolmanın gözlənilən yollarıdır. Bu, xidməti nərdivan üzrə irəliləyən hərəkətdir, işçinin fəaliyyəti ilə bağlı olan vərdişlərin, bacarıqların, ixtisas imkanlarının və mükafatlandırma ölçülərinin dəyişdirilməsidir. Bu, bir gün seçilmiş fəaliyyət yolu üzrə irəli hərəkətdir, məsələn, böyük səlahiyyətlərin, daha yüksək statusun, nüfuzun, hakimiyyətin, maddi varlığın alınmasıdır. Karyera - yalnız xidmət üzrə irəliləyiş deyildir. İşdən kənar həyat da karyeranın tərkib hissəsi olmaqla, işçinin karyerasına əhəmiyyətli təsir göstərir. Lakin karyera heç də təşkilatın iyerarxiyası çərçivəsində hökmən və müntəzəm olaraq irəli hərəkət deyildir. Başqa sözlə desək, karyera - insanın həyatı boyunca işgüzar təcrübə və fəaliyyətlə bağlı fərdi düşünülmüş mövqe və davranışdır. İki növ karyeranı fərqləndirirlər: peşəkar və təşkilat daxili. Peşəkar karyera onunla xarakterizə olunur ki, konkret işçi öz peşəkar fəaliyyəti prosesində müxtəlif inkişaf mərhələlərindən keçir: təhsil, işə girmə, peşəkarlığın yüksəlməsi, fərdi peşəkarlıq qabiliyyətinin saxlanılması, nəhayət, pensiyaya getmək. Hər bir işçi müxtəlif təşkilatlarda bu mərhələləri müntəzəm keçə bilər. Peşəkar karyera ilə yanaşı təşkilat daxili karyeranı da ayırmaq olar. Bu bir təşkilat daxilində işçinin inkişaf mərhələlərinin davamlı əvəz edilməsini əhatə edir. Təşkilatdaxili karyera üç istiqamətə reallaşdırılır: - şaquli - karyera anlayışını məhz bu istiqamətlə başlayırlar, belə ki, karyera ilə irəliləmə məhz bu istiqamətdə özünü daha aydın göstərir. Karyeranın şaquli istiqaməti altında hərfi olaraq struktur karyerasının ən yüksək mərhələsinə yüksəlmək başa düşülür; - üfüqi - ya fəaliyyətini başqa funksional sahəsinə yerdəyişmə, ya da təşkilati struktura sərt formal təhkim olunmamış mərhələdə müəyyən xidməti rolun yerinə yetirilməsi nəzərdə tutulur. Üfüqi karyeraya, həmçinin tutulmuş mərhələlər çərçivəsində tapşırıqların genişləndirilməsini və ya mürəkkəbləşdirilməsini aid etmək olar (adətən mükafatlandırmanın adekvat dəyişdirilməsi ilə); - mərkəzə sövq edən - bu istiqamət adından məlumdur, lakin çox hallarda işçilər üçün xoşagəlimli olur. Mərkəzə sövq edən karyera dedikdə nüvəyə, təşkilatın rəhbərliyinə tərəf hərəkət başa düşülür. Məsələn, işçinin həm formal, həm də qeyri-formal xarakterli görüşlərə, müşavirələrə dəvət edilməsi, qeyri-formal informasiya mənbələrinə yol açılması, inamlı ünsiyyət, rəhbərliyin ayrılıqda mühüm təklifləri. Karyeranın planlaşdırılmasının və reallaşdırılmasının başlıca vəzifəsi peşəkar və təşkilatdaxili karyeraların qarşılıqlı təsirinin təmin edilməsidir. Bu qarşılıqlı təsir bir sıra məsələlərin həllini tələb edir: - təşkilatın və yarı-ayrı işçilərin məqsədlərinin qarşılıqlı əlaqəsinin əldə edilməsi; - işçinin spesifik tələblərini və vəziyyəti nəzərə alınmaqla, həmin işçi üçün karyeranın planlaşdırılmasının istiqamətliliyinin təmin edilməsi; - karyeranın idarə edilməsi prosesinin amalının təmini; - işçinin inkişafı üçün praktiki əngəllər törədən «karyeranı dananları» aradan qaldırmaq; - karyeranın planlaşdırılmasının keyfiyyətinin yüksəldilməsi; - işçilərin karyera potensialının öyrənilməsi və s.İşgüzar karyeranın planlaşdırılması və nəzarəti işə qəbul olunma anından işdən çıxana qədər işçinin vəzifə sistemi və ya iş yeri üzrə şaquli və üfüqi irəliləməsinin planlaşdırılmasını nəzərdə tutur. İşçi yalnız qısa müddətli və uzunmüddətli dövr üçün öz perspektivlərini bilməlidir, hətta işdə irəliləmək üçün hansı göstəriciləri əldə etmək lazım olduğunu bilməlidir. Karyeranın müxtəlif mərhələlərində insan müəyyən tələbləri ödəyir. İlkin mərhələ məktəbdə oxumaq, orta və ali təhsilə aiddir və 25 yaşadək sürür. Bu müddət ərzində insan onun tələblərini ödəyən və imkanlarına cavab verən fəaliyyət növünün seçilməsində bir neçə müxtəlif işlər dəyişdirə bilər. Əgər o, tezliklə bu növ fəaliyyət tapırsa, bir şəxsiyyət kimi özünü təsdiq prosesi başlayır, o varlığının təhlükəsizliyi barədə düşünür. Sonra təşəkkül mərhələsi gəlir, təxminən 25 - 30 yaşlar arasını əhatə edir. Bu müddətdə işçi seçilmiş peşəni mənimsəyir, zəruri vərdişlər qazanır, onun peşəkarlığı formalaşır, özünütəsdiq baş verir və müstəqilliyə tələbat baş qaldırır. İrəliləyiş mərhələsi 30 - 45 yaşlar arasını əhatə edir. Bu mərhələ zamanı ixtisasın yüksəlişi baş verir, işçi xidmət nərdivanı ilə yüksəlir. Yeni vərdişlər praktiki təcrübələr yüksək səviyyəyə çatır, özünü ifadə tələbatı inkişaf edir, daha yüksək statusa və daha böyük müstəqilliyə tələbat artır, işçinin bir şəxsiyyət kimi özünü ifadəsi başlayır. Saxlama mərhələsi əldə edilmiş nailiyyətlərin möhkəmləndirilməsi ilə xarakterizə olunur və 45-dən 60 yaşa kimi dövri əhatə edir. İxtisasın təkmilləşdirilməsinin zirvəsi baş verir və aktiv fəaliyyət və xüsusi təhsil nəticəsində onun yüksəlişi gedir. İşçi öz biliklərini gənclərə verməyə çalışır. Bu mərhələ yarandığı özünüifadə ilə xarakterizə olunur, yeni xidməti yüksəlmək imkanı verir. İnsan müstəqilliyin və özünüifadənin son zirvəsinə çatır. Özünə qarşı qazanılmış hörmət yaranır, həmçinin ədalətli əməklə nailiyyətlər əldə etmiş ətrafdakılara da hörmət qoyulur. Baxmayaraq ki, bu mərhələdə bir çox tələblər ödənilir, insan başqa gəlir mənbələrinə də maraq göstərir (məsələn, mənfəətdə iştirak, səhmlərin, istiqraz vərəqələrinin alınması və s.). Tamamlama mərhələsi 60-dan 65 yaşa kimi sürür. İşçi pensiyaya getməyə hazırlaşır. Bu mərhələdə layiqli əvəzedicinin axtarılması və boşalan vəzifənin yerinə namizədin hazırlanması başlayır. Bu mərhələ karyeranın böhranı ilə xarakterizə olunsa da (işçi işdən az qane olur, psixoloji və fizioloji yorğunluq keçirir), bütün karyera boyunca ən böyük hörmətə malik olur. İşçi öz əmək haqqı səviyyəsinin saxlanılmasına çalışır, hətta gəlir mənbələrini də artırmağa çalışır. Sonrakı pensiya mərhələsində verilmiş təşkilatda (fəaliyyət növündə) karyera başa çatır. Başqa fəaliyyət növlərində özünümüdafiə üçün imkanlar yaranır (məsələn, əlyazmalar, bağçılıq, ictimai təşkilatlarda işləmək). Özünə hörmət stabilləşir. Lakin maliyyə durıımu və sağlamlığın vəziyyəti başqa gəlir mənbələri və sağlamlıq barəsində düşünməyə səbəb olur. İşgüzar karyeranın idarə edilməsi. Hər bir insan öz tələbatına əsaslanaraq formalaşmış sosial-iqtisadi şəraiti nəzərə alaraq, öz gələcəyini planlaşdırır. Burada təəccüblü bir şey yoxdur ki, hər kəs xidməti yüksəlişinin perspektivləri haqqında, verilmiş təşkilatda yüksəlmək imkanları haqqında, həmçinin bu işləri yerinə yetirə biləcək şərait haqqında ətraflı informasiyaya malik olmaq istəyir. Əks halda, davranışın motivasiyası zəif olur, insan tam gücü ilə gələcəkdə daha perspektivli işə keçməyə imkan verən iş yeri kimi baxmır. İşə başlayan zaman insan öz qarşısına müəyyən məqsədlər qoyur, eyni növbədə işə götürən də təşkilat qarşısına müəyyən məqsədlər qoyur. Buna görə də işə götürülən öz iş keyfiyyətlərini real qiymətləndirməyi bacarmalıdır. İşçi öz tələblərini təşkilatın iş yerinin onun qarşısına qoyduğu tələblərlə uyğunlaşdırmalıdır. Məhz bundan işçinin bütün karyerası asılıdır. İşə götürülən zaman insan əmək bazarını bilməlidir. Əmək bazarmı bilmədən o, işi seçərkən səhv edə bilər. Bu zaman yeni işin axtarılmasına başlanacaqdır. Tutaq ki, işçi əmək bazarını yaxşı bilir, öz gücünün tətbiqi üçün perspektiv sahələr axtarır və bilir ki, onun bilik və bacarığı üçün iş tapmaq çətindir, belə ki, bu sahədə işləmək istəyənlər çoxdur, nəticədə burada güclü rəqabət baş qaldırır. Özünü qiymətləndirmə bacarığı olmaqla və əmək bazarmı bilməklə, o elə bir sahə və region tapa bilər ki, orada işləsin, həm də yaşasın. Öz vərdişlərinin və işgüzar cəhətlərinin düzgün qiymətləndirilməsi özünü anlaması, öz gücünü, zəifliklərini və çatışmamazlıqlarını bilməyi nəzərdə tutur. Yalnız bu zaman karyeranın düzgün məqsədlərini qarşıya qoymaq olar. Qeyd edilənləri əyani şəkildə aşağıdakı cədvəldən görmək olar.       MENECERİN KARYERASININ VƏ TƏLƏBATININ MƏRHƏLƏLƏRİ     S/s Karyeranın mərhələləri Yaş Məqsədin əldə edilməsinə tələbat Mənəvi tələbat Fizioloji və maddi tələbat 1. Ilkin mərhələ 25   yaşa qədər Təhsil, müxtəlif işlərdə sınaq Özünü təsdiqin başlanğıcı Varlığın təhlükəsizliyi 2. Təşəkkül mərhələsi 30   yaşa qədər İşin mənimsənilməsi, vərdişlərin inkişafı, ixtisaslı mütəxəssisin və ya rəhbərin formalaşması Özünü təsdiq, müstəqilliyin əldə edilməsinin başlanğıcı Varlığın təhlükəsizliyi, sağlamlığı, əmək haqqının normal səviyyəsi 3. Irəliləyiş mərhələsi 45   yaşa qədər Xidməti nərdivan üzrə irəliləyiş, yeni vərdiş və təcrübənin qazanılması, peşəkarlığın yüksəlməsi Özünütəsdiqin yüksəlişi, böyük müstəqilliyin əldə edilməsi, özünü ifadənin başlanğıcı Sağlamlıq, əmək haqqının yüksək səviyyəsi 4. Saxlama mərhələsi 60   yaşa qədər Mütəxəssisin və ya rəhbərin ixtisasının təkmilləşdirilməsinin zirvəsi. Öz peşəkarlığının yüksəlişi. Gəncliyin öyrədilməsi Müstəqilliyin    stabilləşdirilməsi,    özünümüdafiənin yüksəlişi, hörmətin başlanğıcı Əmək haqqı səviyyəsinin yüksəlişi, başqa gəlir mənbələrinə maraq 5. Tamamlanma mərhələsi 60 yaşdan yuxarı Pensiyaya getməyə hazırlıq. Özünə əvəzedicinin hazırlanması və pensiyada yeni fəaliyyətin hazırlanması Özünümüdafiənin stabilləşdirilməsi, hörmətin artması Əmək haqqı səviyyəsinin saxlanılması və yeni gəlir mənbələrinə marağın yüksəlməsi 6. Pensiya mərhələsi 65   yaşdan sonra Yeni növ fəaliyyətdə məşğul olmaq Yeni fəaliyyət sferasının      özünümüdafiə, hörmətin stabilləşməsi Pensiyanın ölçüsü. başqa gəlir mənbələri, sağlamlıq Karyeranın məqsədini fəaliyyət sahəsi, müəyyən iş, vəzifə, xidməti nərdivanda yer kimi anlamaq düzgün deyildir. O daha geniş məzmuna malikdir. Karyeranın məqsədləri səbəblərlə üzə çıxır, bu səbəblərdən insan konkret işlə məşğul olmaq istəyir, iyerarxik nərdivanda müəyyən pilləni tutmaq istəyir. Qısaca olaraq karyeranın bir sıra məqsədlərini göstərək: - özünüqiymətləndirməyə uyğun fəaliyyət növü ilə məşğul olmaq və ya vəzifə tutmaq, çünki bu iş mənəvi zövq verir; - elə bir yerdə iş və ya vəzifə tutmaq ki, oranın təbii şəraiti sağlamlığın vəziyyətinə yaxşı təsir göstərir və yaxşı istirahət təşkil etməyə imkan verir; - sizin imkanlarınızı gücləndirən və inkişaf etdirən işlə və ya vəzifə ilə məşğul olmaq; yaradıcı xarakter daşıyan işlə və ya vəzifə ilə çalışmaq; - müəyyən müstəqilliyə imkan verən işdə və ya vəzifədə çalışmaq; -yaxşı ödənilən və ya eyni zamanda daha çox əlavə gəlirlər verən işdə işləmək və ya vəzifə tutmaq; - aktiv təhsili davam etdirməyə imkan verən işdə və ya vəzifədə çalışmaq; - uşaqların tərbiyəsi və ya ev təsərrüfatı ilə məşğul olmağa imkan verən iş və ya vəzifə. Yaşla əlaqədar olaraq karyeranın məqsədləri dəyişir, həmçinin bizim özümüzün ixtisas dərəcəmizin yüksəlməsi də karyeranın məqsədlərini dəyişdirir. Karyeranın məqsədlərinin formalaşması -daimi prosesdir. Karyeranın idarə edilməsinə işə girən andan başlamaq lazımdır. Sizi işə götürən zaman, Sizə təşkilatın tələbləri ilə bağlı suallar verirlər. Eyni zamanda Siz də tələblərinizi formalaşdıran məqsədlərə uyğun suallar verməlisiniz. İşə götürülən zaman işə götürülənə verilə biləcək suallardan misallar gətirək: -Gənc mütəxəssislərə münasibətdə təşkilatın fəlsəfəsi necədir? - Mənzil almaq şansı necədir? Ezamiyyətə (həmçinin xaricə) ildə neçə gün sərf edilir? - Təşkilatın inkişaf perspektivləri necədir? - Təşkilatın buraxdığı mallardan alarkən güzəştlər edilirmi? - Təşkilatda iş vaxtından artıq iş olunurmu? - Təşkilatda hansı əmək haqqı sistemindən istifadə olunur? - Təşkilatın rəqibi kimdir? -Təşkilatın özünün uşaq bağçası, sağlamlıq-müalicə müəssisələri varmı? - Daha yüksək vəzifə almaq imkanları necədir? - Təhsil, ixtisasın artırılması və ya yenidən hazırlıq üçün şərait yaranırmı? - Vəzifənin ixtisarı mümkündürmü, əgər, hə, onda nə ilə əlaqədardır? - İşçilərin ixtisarı zamanı başqa iş tapmaqda təşkilatın köməyinə arxalana bilərəmmi? - Pensiya fondunun formalaşması prinsipləri necədir, pensiyanın mümkün ölçüləri necədir? İş prosesində karyeranı idarə edərkən, aşağıdakı qaydaları yadda saxlamaq lazımdır: təşəbbüssüz, perspektivsiz rəisin işinə vaxt sərf etmə, özünü təşəbbüskar, operativ rəhbər üçün lazımlı et; öz biliyini genişləndir, yaxşı vərdişləri mənimsə, vakant ola biləcək vəzifəyə özünü hazırla, sənin karyerana kömək edə biləcək başqa insanları tanı və qiymətləndir; hər gün və hər həftə üçün plan tərtib et, burada istənilən məşğuliyyət üçün yer ayır; yadda saxla, həyatda hər şey dəyişir; - sən, sənin bilik və vərdişlərin, bazar, təşkilat, ətraf mühit - bu dəyişiklikləri qiymətləndirməyi bacar. karyera sahəsindəki sənin qərarların praktiki olaraq həmişə arzu və reallıq, sənin maraqların və təşkilatın maraqları arasındakı kompromisdir; heç vaxt tək keçmişlə yaşama; heç vaxt imkan vermə ki, sənin karyeran başqalarınkından tez inkişaf etsin, zəruri sayan kimi işdən çıx, təşkilat haqqında, əmək bazarı haqqında düşündüyün kimi düşün, kənar əmək bazarı haqqında unutma, işə düzəlməkdə təşkilatın sənə köməkliyinə etiraz etmə, lakin ilk növbədə özün sərbəst iş tapmağa çalış. Mənbə Menecment kitabı,2005 Kitabın müəllifləri K.A.Şahbazov, M.H.Məmmədov, H.S.Həsənov
['karyera', 'career', 'karyerada uğur', 'işgüzar həyat', 'uğur qazanmaq']
6,751
https://kayzen.az/blog/menecment/1110/menecer-kimdir.html
Menecer kimdir?
təpəgöz
Menecment
22 aprel 2010, 13:58
Menecmentin əsasını təşkil edən başlıca element - idarəçilik fəaliyyətinin peşəkar xarakter daşımasıdır. İngilis termini olan «manager» muzdla tutulmuş peşəkar idarəediciləri nəzərdə tutur. Menecer (ingilis manager, manage - idarəetmə) - muzdlu idarəedici, menecment üzrə mütəxəssis kimi qəbul edilir. Menecment nəzəriyyəsində başlıca məsələ yaxşı menecer nədir? sualıdır. Uzun illər ərzində o, müvəffəqiyyətə necə nail olmaq məsələsinin aydınlaşdırılmasında başlıca məsələ olaraq qalmışdır. Buna görə də əsas diqqət rəhbərin şəxsi keyfiyyətləri üzərində cəmlənmişdir. Belə ki, Konfutsi belə hesab edirdi ki, rəhbər hər şeydən əvvəl öz silahdaşlarının xarakter və hisslərinə incəliklə və dərindən nüfuz etməyi bacarmalıdır. Homerin dövründə Yunanlar ideal rəhbər üçün zəruri olan aşağıdakı dörd keyfiyyəti göstərirdilər: l)Nestorun müdrikliyi; 2)Agamemonun ədalətliyi; 3)Odisseyin bicliyi; 4)Axillesin enerjiliyini. Homer qeyd edirdi ki, həqiqətdə ideal rəhbərlik mövcud deyildir. Əgər rəhbərlər onlara xas olan keyfiyyətlərlə məqsədyönlü istiqamətdə birgə fəaliyyət göstərərlərsə yalnız ona yaxınlaşmaq olar. Buna görə də rəhbər özünün güclü və zəif tərəfləri haqqında daima düşünməlidir. Əks halda o, tutduğu yüksək vəzifənin qurbanı ola bilər. XXI əsrin başlanğıcında bir sıra alimlər belə hesab edirlər ki, müasir menecment aşağıdakı cədvəldə qeyd edilən keyfiyyətlərə malik olması zəruridir Müasir menecerin zəruri keyfiyyətləri Müasir menecerin keyfiyyətləri Keyfiyyətlərin təsviri Fiziki - aktivlik, enerjilik, sağlamlıq, güclülük; Şəxsiyyət - uyğunlaşa bilmək, özünə inamlı olmaq, nüfuzluluq, müvəffəqiyyətə cəhd etmək; Intellektual - ağıl, lazımı qərar qəbul etməyi bacarmaq, intuisiya, yaradıcılıq başlanğıcı; Qabiliyyət - təmas qurmaq, asanlıqla ünsiyyət qurmaq bacarığı, taktiki olmaq, diplomatik olmaq Bu fikrin əleyhdarları isə aşağıdakı arqumentləri göstərirdilər: - menecerin yuxarıda sadalanan keyfiyyətlərə malik olması heç də hələ rəhbərliyin effektliyinə təminat vermir; - qeyd edilən bütün tələblər yalnız, o qədər də çox sayda olmayan insanları qane edir; - bu yanaşmanın tərəfdarları belə hesab edirlər ki, «rəhbərlər doğulur»; - yaxşı rəhbərlik etməyi öyrənmək olmaz (və ya praktiki olaraq olmaz). Müasir dövrdə menecmentin əksər nəzəriyyəçiləri tərəfindən etiraf edilir ki, ideal menecer aşağıdakı keyfiyyətlərə malik olmalıdır: - bazar iqtisadiyyatının formalaşması və inkişafı ilə bağlı olan hər şeyin dərindən dərk edilməsi və öyrənilməsi; - qəbul edilən qərarın siyasi nəticələrini nəzərə almaq bacarığı; - sahibkarlıq fəaliyyətində insan ehtiyatlan amilinin axtarılması və istifadəsi qabiliyyət və ona meyllilik; , - elmi-texniki tərəqqinin yaxşı nailiyyətlərindən effektli istifadə etmək bacarığı; - müəyyən mərhələdə ictimai əhəmiyyət kəsb edən məqsədlərə nail olmaq naminə öz şəxsi maraqlarından imtina etməyə hazır olmaq; - psixoloji təhsil; - sosial ədalət prinsiplərinə meyllilik və onu rəhbər tutmaq istəyi; - öz üzərinə məsuliyyəti götürmək bacarığı; - işin xeyri üçün tənqid etmək və tənqidi iradlar qəbul etmək qabiliyyəti; - daima təşəbbüs və zirəklik (cəldlik) göstərmək; - işgüzarlıq (faydasız işlər görməməyi bacarmaq); - maneələri aradan götürməyə, iradə və çeviklik göstərməyə cəhd etmək; - məntiqi fikirləşmək; - işin xeyrinə olaraq öz mövqeyinə əks olan təkliflərdən istifadə etmək bacarığı; - effektiv iş metodlarının köməyi ilə həddən artıq yüklənməkdən müdafiə olunmaq vasitəsi kimi stressə qarşı davamlı olmaq. Menecerin fəaliyyətində rasional qaydada düşünmək xüsusi rol oynayır. Müasir dövrdə ölkəmizin menecerlərinin təfəkkür prosesinin dialektikasını aşağıdakı əlamətlərlə xarakterizə etmək olar: - təfəkkürün panoramlığı (sistemliyi, əhatəliyi, kompleksliyi) və peşəkar predmetlik (idarəetmənin detalları və incəliklərini bilmək); - öz prinsipial xəttini həyata keçirməklə özünün nöqteyi nəzərinə, mövqeyinə, fikirlərinə zidd olanları başa düşmək, qəbul etmək və onlardan istifadə etmək bacarığı; - rəhbərliyə müxalifət vəziyyətinə düşməmək şərti ilə yuxanda edilən qeyri-işgüzar təsirlərə qarşı durmaq bacarığı; - xoşa gəlməmək vəziyyətinə düşməmək şərti ilə razılaşmamaq bacarığı; - yeni ideyalar və nailiyyətlərə meyillilik, onları projekertikdən fərqləndirmək qabiliyyəti; - risk etmək qabiliyyəti (qərarlar qəbul etmək, bu qərar və hərəkətlərin nəticələrinin pozitivliyinə tam inanmadan hərəkət etmək), biznes. üçün böyük itkilərə gətirib çıxaran məsələlərdə nadir hallarda səhv etmək; - insanlarla davranışda son dərəcədə taktiki və incə olmaq, işdə müəyyən edilmiş istənilən kənarlaşmalara qarşı şərt şəkildə reaksiya vermək; - öz nüfuzu ilə tabeliliklə olanların fikir və hərəkətlərini məhdudlaşdırmağa imkan verməyən demokratikliklə bərabər kollektivdə intizamın yüksəldilməsi xəttinin həyata keçirilməsində əzmkar olmaq. Çünki, bunsuz yüksək səmərəli işə nail olmaq mümkün deyildir. Müasir menecer idarəetmə prosesində şəraitin tələblərinə müvafiq olmaq üçün müxtəlif şəraitlərdə fərqli mövqe nümayiş etdirməyə və reallaşdırmağa qabil olmalıdır. Menecerin biznesin müxtəlif sferasında məharəti özündə aşağıdakıları birləşdirir: - özünə bərabər olan insanlarla münasibətlər sistemini qurmaq və onu gözləmək qabiliyyəti; - lider olmaq - tabeçilikdə olanlara rəhbərlik etmək qabiliyyəti, insana hakimiyyət və məsuliyyətlə eyni vaxtda gələn bütün mürəkkəblik və problemlərinin öhdəsindən gəlmək; - münaqişələri həll etmək, onların baş verə biləcəyi haqqında işçiləri xəbərdar etməyi bacarmaq, əgər bunu etmək alınmazsa münaqişədə olan iki tərəf arasında vasitəçi qismində çıxış etmək, psixoloji stresin doğurduğu xoşagəlməzlikləri tənzimləmək qabiliyyəti; - informasiyanı işləməyə və bunun əsasında təşkilatda kommunikasiya sistemini qurmağa, etibarlı informasiya almağa və onu effektli qiymətləndirməyə hazır olmaq; - standart olmayan idarəçilik qərarları qəbul etməkdən çəkinməmək - alternativ hərəkət, informasiya və məqsəd variantları aydın olmadıqda və ya şübhəli olduğu şəraitdə problemin həllini tapmaq qabiliyyəti; - təşkilatın malik olduğu resursları effektli şəkildə bölüşdürmək bacarığı - lazımi alternativi seçmək, qısa vaxt və məhdud resurslar şəraitində optimal variant tapmaq qabiliyyəti; - sahibkar olmaq - özünü doğruldan riskə getmək və təşkilatda yenilikləri tətbiq etməyə hazır olmaq; - özünü təhlilə hazır olmaq - təşkilatdakı rolunu və mövqeyini obyektiv qiymətləndirmək; menecerin kollektivə hansı təsiri göstərmək qabiliyyətində olmasını görməyi bacarmaq. Mənbə Menecment kitabı,2005 Kitabın müəllifləri K.A.Şahbazov, M.H.Məmmədov, H.S.Həsənov
['menecer', 'menecerin xüsusiyyətləri', 'yaxşı menecer']
6,752
https://kayzen.az/blog/kayzenin-r%C9%99smi-bloqu/1102/qaydalar-2.html
Qaydalar-2
2ral
kayzen.az saytının rəsmi bloqu
22 aprel 2010, 11:16
Saytda müraciət forması kimi alə,qədeş,bratello,bratan müraciət formaları yığışdırılır. Yalnız istifadəçinin logini(məsələn,mr13) yaxud öz adı(Nadir) işlənir.Üstünlük birinci formaya verilir.Dalbadal 7 mövzuda şərh yazana minus verilsin. Kimsə gedib 1 ay kənddə dincələndən sonra gəlib görür ki,saytda yüz dənə məqalə var.Başlayır onların hamısına şərh yazmağa. Belə halın qarşısını almaq üçün tələb olunur ki,istifadəçi diqqətlə,aram-aram şərh yazsın. Vacib deyil ki şərhlərin hamısı bir saatın içində yazılsın.Saytda kütləvi reytinq azaltmağa və artırmağa çağırış olmasın. Filankəs Arsenalın zəif olduğunu dedi,gəlin bu Mançester azarkeşinə kütləvi minus yazaq kimi hallar aradan qaldırılsın.Elə hal olanda çağırışçının özünə minus verin. Kütləvi çağırış yalnız yumor üçün yazıldıqda,pis məqsəd güdmədikdə işlənə bilər.Lüzumsuz yerə şərh ağacını böyütməyin.Bundan sonra çalışın maksimum dərəcədə şərhləri alt-alta yazın. Şərhlərə cavab vermək funksiyasından ifrat dərəcədə istifadə edənlər cəzalanacaq. Sayt adminitrasiyası ilə mübahisə etməyin.Mübahisə üçün kayzen.az bölümündə öz iradlarınızı,şikayətlərinizi bildin.amma topik daxilində mübahisə etməyin.bizim işimiz onsuz da çoxdur.Bilmirik istifadəçilər üçün maraqlı yazılar hazərlayaq,texniki çətinlikləri həll edək yoxsa hansısa özündənrazı troll xarakterli istifadəçi ilə mübahisə edək.Əgər yaxşı məqalələr oxumaq,inkişaf etmək,özünü təkmilləşdirmək istəyirsinizsə mənasız yerə adminitrasiya ilə mübahisə etməyin,özünüz itirəcəksiniz.Sayt istifadəçiləri reytinq sistemini düzgün başa düşsünlər. Əlinin xoşuna Vəlinin şərhi gələn kimi cumur vəlinin profilinə səs verməyə. Başa düşmək lazımdır ki,şəxsi profildə səs əlamətdar hadisələrdə,istifadəçi çox maraqlı nəsə yenilik edəndə,həqiqətən də diqqətəlayiq bir iş edəndə verilir. Hər xırda şeydən ötrü şəxsi profildə minus yaxud plyus verməyin. Öz səsinizin qədrini bilin.Bəzi istifadəçilər isə əksinə,postlara,şərhlərə reytinq vermirlər. Bir məqalədə hamı şərhlərdə müəllifi tərifləyir,onu alqışlayır,amma heç kim posta səs vermib. Əgər məqalə xoşunuza gəldisə ona səs verin(və əksinə). Şəxsi profildə səsi az,postlarda və kommentlərdə isə çox verin.
['qaydalar', 'kayzen.az', 'saytın qayda-qanunları']
6,753
https://kayzen.az/blog/seks/898/cazib%C9%99dar-olmaqda-g%C3%B6rm%C9%99nin-rolu.html
Cazibədar olmaqda görmənin rolu
fidan
Seks (18+)
21 aprel 2010, 16:41
Görmə böyük vəcdəgətirmə qüvvəsinə malikdir. Təsadüfi deyil ki, dünyada külli miqdarda pornojurnallar, ero­tik nəşrlər, rəsmlər, heykəllər, kinofilmlər və s. mövcuddur. Bilmək maraqlıdır, görəsən kişi və qadının baxışları ilk növbədə bədənin hansı üzvü, hansı əzası üzərində daya­nır? Tədqiqatlar göstərir ki, qadınlar ən çox kişilərin dodaqlarına diqqət yetirirlər. Kişilər də öz növbəsində qadın dodaqlarına böyük maraq göstərirlər. Statistik göstəricilərə görə, kişilərin 70 faizi və qadınların 82 faizi belə hesab edir ki, gözəl dodaqlar insan vəcdə gəlməsinə həlledici təsir göstərir və məhz dodaqlar, ilk növbədə də qadın dodaqları əsasında onun xarakteri və digər xüsusiyyətləri haqqında çох şey öyrənmək olar. Dolu, koppuş və çox da iri olmayan püstə dodaqlar xüsusilə cazibədardır. Kişilərin fikrincə bu cür dodaqları olan qadınlar daha ehtiraslıdır. Onların alt dodaqları xüsusilə hissiyyatlı olur. Əksəriyyətin reyinə ən pis dodaqlar - nazik dodaqlardır, onlardan soyuqluq və təkəbbür yağır. Dolu dodaqlar isə ətrafdakılarda ehtiras və həzz təəssüratı oyadır. Lakin əsl həqiqətdə püstə dodaqlı qadınlar seksə elə bir maraq göstərmirlər. Onların dünyada ən çox xoşladıqları şey sağa-sola pul səpələməkdir. Onlar çox ehtiraslı və coşğun olmasalar da, ürəkdən sevməyi bacarırlar. Nazik dodaqlı qadınlar isə nadir hallarda hansısa kişiyə uzun müddət sədaqət göstərirlər. Onlar cinsi münasibətlərdə əlvanlığı, yeniliyi sevirlər, bununla belə bu qadınların şəkkak xarakteri onlara gündə biri ilə tanış olmağa yol vermir. Onlar yad adamları yaxın buraxmır, küçə tanışlığını qəti rədd edirlər. Qalın üst və nazik alt dodağı olan qadınlar bir qayda olaraq seksual, ehtiraslı tərəf-müqabilə ehtiyac duyur, coşğun hisslərə meyl göstərirlər (üst dodağın klitorla əlaqəsini yada salın). Əgər ağzın qıraqlan yuxarıya meyllidirsə, deməli qarşınızdakı adam həmişə və hamının xoşuna gəlməyi sevir. Lakin ciddi vəziyyətlərdə özünü itirir, inamsız hərəkət edir. Əgər dodaqların ucları aşağıya meyllidirsə, çox güman bu, ciddi və tələbkar şəxsiyyətdir Əgər siz diqqətcil adamsınızsa, öpüş tərzinin özü də sizə çox şey deyə bilər. Qadın "quru" öpüş hiss edərsə - deməli kişi öz hisslərini biruzə verməyi xoşlamır, lakin o, etibarlı tərəf-müqabildir. Tələbkar və qətiyyətli öpüş o deməkdir ki, qadın hökmlü, rəyasətpərəst kişiylə üzləşib. Ehtiras və coşğunluqla öpüşən və öpüş texnikasını tez-tez dəyişən kişi çox güman qeyri-ciddi, dəmdəməki adamdır, onunla ülfət bağlamağa dəyməz. Kişi diqqətinin sonrakı obyekti qadın döşləridir. Qadınlar bunu bildiklərinə görə müxtəlif fəndlərin köməyilə döşlərini böyük göstərməyə (əgər döşləri balacadırsa), on­lara xüsusi forma verməyə ("gözçıxaran" dik döşlər) çalı­şırlar. Son illər qadınlar süni silikon döşlərdən istifadə etməyə başlamışlar. Cərrahiyyə yolu ilə böyüdülən saxta döşlərin qadının sağlamlığına mənfi təsiri bir yana, mineral gübrədən şişmiş zəhərli qarpıza oxşayan bu cür döşlər ək­sər kişilərdə ikrah hissi oyadır, onları potensiyadan salır. Lakin elə üsullar da var ki, cinsi əlaqə zamanı döşlərin şiş­məsinə kömək edir və adətən bu, kişilərin təxəyyülünə güclü təsir göstərərək, onları vəcdə gətirir. Seksual "yastıqcalardan" bədənin digər hissələrində də istifadə olunur: kişi və qadın pencəklərində saxta çiyinləri, yancaqları böyük göstərən qadın "yastiqca"larını xatırlamaq kifayətdir. Normal yerişi təhrif edən qadın dikdabanları qadının hərəkəti zamanı sağrı sahəsində yırğalanma dərəcəsini artırır ki, bu da kişiləri vəcdə gətirir. Bəzən məsələ absurd xarakter alır: bədənin ayrı-ayrı hissələrini dəb xatirinə deformasiya edir, eybəcər hala salırlar. Məsələn, köhnə zamanlarda Çində qızların ayaqlarını qəsdən deformasiya edirdilər və at dırnağına oxşayan bu cür qadın ayaqları kişilər arasında kamilliyin zirvəsi sayılır­dı. Bu zavallılar yeriyəndə müvazinəti saxlamaq, yıxılmamaq üçün əllərini yellədir, o yana-bu yan yırğalanırdılar. Məhz elə bu yırğalanma çin kişilərində heyranlıq doğurur, onları vəcdə gətirirdi. Bu, onlara zanbaqların incə yellən­məsini xatırladırdı və o cür ayaqlar "qızıl zanbaq' adlanırdı. İnsan öz gəncliyində çılpaq halda güzgüdə özünə tamaşa etməyi sevir. Bu onu vəcdə gətirir, istər-istəməz onun seksual fantaziyalarına qol-qanad verir. O öz çılpaq bədənini seyr edərkən, sevgilisini gözləri qarşısına gətirir, yaxud başqa erotik mənzərələri xəyalında canlandırır. Məsələn, qadınlardan biri bu barədə belə yazır: "Mən güzgüdə öz çılpaq döşlərimə tamaşa edəndə, bərk vəcdə gəlirəm, döş gilələrim bərkiyir, döşlərim dikəlir". Öz bədənindən həzz almaqla yanaşı bu cürhisslərə qapılmaq psixikanın kiçik anomaliyalarına dəlalət edir. Bu, autoerotizm, yaxud narsisizm (özü-özünə məftunluq) adlanır. Görmə, baxma zəminində daha bir psixi anomaliya mövcuddur. "Vizionizm" adlanan bu xəstəliyin spesifik cəhəti ondan ibarətdir ki, cinsi oyanma və təmin olunma çılpaq bədənin və ya cinsi aktın seyri vasitəsilə əldə edilir. Bu cür adamlar erotik jurnallara, fotoşəkillərə və təsvirlərə, ələlxüsus pornofilmlərə tamaşa etməyi çox sevirlər. Onların ən çox sevimli məşğuliyyəti isə deşikdən tualetə, yaxud hamamın hansısa pəncərəsindən içəri baxmaq, parkların adamsız yerlərində, nəsə bir seksual məqam görmək ümi­diylə sevgililəri güdməkdir. Əksər hallarda bu, yeniyetməlik, erkən cavanlıq çağlarında qabarıq üzə çıxır və cinsi həyatabaşladıqdan sonra keçib gedir. Lakin keçib getməyə də bilər,bu halda mütləq psixiatra, yaxud müvafiq müalicəxanaya müraciət etmək lazımdır. Erotikobyektlərin seyrindən vəcdəgəlmə bir çox hal­larda əhvali-ruhiyyədən asılı olur. Bu, ilk növbədə qadınlara aiddir. Bu gün onu hansısa erotik rəsm cuşa gətirə bilər, ertəsi gün isə elə həmin şəkil ona darıxdırıcı və hətta iyrənc görünər. Kişini qadının alt paltarları vəcdə gətirə bilər və s.
['intim normalar', 'seksual şövq', 'cazibədarlıq', 'cinsəl həyat', 'seksuallıq', 'dodaqlar', 'gözəllik sirləri', 'seksual istək']
6,754
https://kayzen.az/blog/immun/868/allergiya-v%C9%99-autoallergiya.html
Allergiya və autoallergiya
loğman
İmmun sistemi
21 aprel 2010, 14:36
Allergiya (yun. «allos» - başqa, özgə; «erqon» - iş, fəaliyyət, təsir) - orqanizmin antigen təbiətli maddələrə qarşı yüksəlmiş və təhrif olunmuş reaksiyasıdır. Orqanizmin yad və ya potensial təhlükəli hesab edib, ona qarşı antitellər (əks-cisimlər) hasil etdiyi hər hansı maddəyə antigen deyilir. Allergiya törədən antigenlər allergen adlanır. Allergik xəstəliklər lap qədimdən mövcud olmuşdur. Keçmişdə bədənin səpməsini, şişdiyini gördükdə, «toxluq edib» deyirdilər. Qida maddələrinin törətdiyi allergik xəstəliklər hələ məşhur Hippokratın, Qalenin vaxtından məlumdur. 1819-cu ildə ilk dəfə ingilis alimi Con Boston otun təsirindən törənən allergiyanı təsvir etmişdir. Fransız alimi Şarl Rişe, rus alimi Q.P.Saxarov, ingilis pediatrı Smit, iyirminci əsrin əvvəllərində allergiya xəstəliklərini müşahidə etmiş, müəyyən təcrübələr aparmış və faydalı fikirlər söyləmişlər. Sonralar İ.İ.Meçnikov bu fikirləri daha da genişləndirmişdir. Hazırda allergiya orqanizmə daxil olan hər hansı yad cismə, yad zülala qarşı həssaslığın artması kimi təsəvvür olunur. Müəyyən edilmişdir ki, immunokompetent sistem orqanizmə daxil olan hər hansı cismin, yaxud maddənin onun özününmü, ya ona yadmı olduğunu yaxşı bilir. Ona görə də orqanizmə daxil olan hər hansı yad cismə qarşı mühafizə xarakterli əks-cisimlər hasil olur. Allergiyaların, yəni allergik reaksiyaların və allergik xəstəliklərin bir neçə növü, xüsusən aşağıdakılar ayırd edilir: 1. Sürətli allergik reaksiyalar, allergik xəstəliklər. Bunlar antigenin orqanizmə daxil olduğu vaxtdan bir neçə dəqiqədən bir neçə saata qədər müddətdə meydana çıxır və B - limfositlərinin iştirakı ilə həyata keçir. 2. Ləng gedişli allergik reaksiyalar. Allergen orqanizmə daxil olduqdan bir neçə sutka sonra allergik xəstəlik baş verir. Bunların patogenezində T - limfositlər iştirak edir. Müxtəlif yollarla orqanizmə daxil olmuş yad cisim (kimyəvi maddələr, qida və ərzaq məhsulları, dərmanlar, tozlar, ətirlər və sairə - onları yüzlərlə saymaq olar) allergen olub xəstəlik törədə bilər. Bir sıra dərman maddələri və kiçik molekullu kimyəvi birləşmələr tam antigen xüsusiyyətinə malik olmayıb, ayrı-ayrılıqda orqanizmdə əks-cisimlərin əmələ gəlməsinə səbəb olmur. Hapten adlanan bu maddələr orqanizmdə zülallarla birləşdikdən sonra tam antigen xüsusiyyətləri kəsb edir.Daxil olan allergenlərə qarşı orqanizmin hasil etdiyi əks-cisimlər allergenləri tutaraq, antigen - antitel kompleksi əmələ gətirir. Həmin kompleks orqanizmdə bioloji fəal maddələrin (histamin, serotonin, asetilxolin, prostaqlandinlər, kininlər və s.) ifrazına səbəb olur ki, bu da allergik xəstəlik üçün zəmin yaradır. Tənəffüs və qida ilə, habelə parenteral yolla orqanizmə daxil olmuş hər bir allergen antigen-antitel kompleksi əmələ gətirə bilər. Bu kompleks qan dövranında əmələ gəlirsə, sürətli allergiya reaksiyaları - anafilaktik şok, serum xəstəliyi, bronxial astma, övrə, Kvinke ödemi və s. baş verir. Hüceyrə ilə əlaqədar ləng gedişli allergik reaksiyalara isə allergik kontakt dermatiti, toksik allergik dermatit, bakterial allergiya, transplantatın ayrılma reaksiyası, autoallergik xəstəliklər və s. aiddir. Düzdür, allergenlərin orqanizmə daxil olması o qədər də asan deyil. Çünki hər bir canlıda olduğu kimi, insan orqanizminin də müdafiə qüvvələri vardır. Orqanizmin müdafiə qüvvələri dörd-beş qat baryerdən ibarətdir: 1. Dəri örtüyü və selikli qişalar (ağız boşluğu, mədə-bağırsaq, ağciyərlər və s.) onların üzərinə düşən hər bir orqanizm üçün yad maddəni neytrallaşdırır və orqanizmdən kənar edir. Odur ki, əksər hallarda bu maddələr orqanizmə daxil ola bilmir. 2. Əgər bu maddələr hər hansı yolla dəridən və selikli qişalardan orqanizmə daxil olursa (zədələnmə nəticəsində), limfa və qan dövranında olan xüsusi «müdafiəçilər» onları məhv edir. 3. Bu iki «mühafizə xəttini» keçə bilən allergenlər üçüncü «cəbhənin» müqavimətinə rast gəlir. Bu da orqanizmin hüceyrə və toxumalarıdır; onların da özünümüdafiə sistemi vardır. Çox hallarda həmin mühafizəçilər allergeni məhv edir və nəticədə xəstəlik baş vermir. 4. Üçüncü mühafizə xəttini keçə bilən maddələr əleyhinə ən güclü baryerlər olan sinir sistemi və endokrin vəziləri işə qoşulur. Limfositlərin orqanizmə daxil olmuş allergenlər əleyhinə hasil etdiyi mühafizə maddələri - əks-cisimlər qan dövranı vasitəsilə bütün orqanizmə yayılır. Bunlar ən çox allergenlərin orqanizmə daxil olduğu yerlərə yığılır, orqanizmi müdafiə etmək məqsədilə allergenləri yaxalayır və onlarla birləşir. Beləliklə, allergen-antitel kompleksi əmələ gəlir ki, allergik xəstəliyin əsas mahiyyəti də bundan ibarətdir. Əgər hər hansı bir xəstəliyin baş verməsində allergen-antitel kompleksi əmələ gəlmirsə, o, allergik xəstəlik sayılmır. Müdafiə məqsədilə ifraz edilmiş bioloji aktiv maddələr dəri örtüyünün reaksiya gedən sahəsini qızardır, şişirdir, orada xırda sudurcuqlar və düyüncüklər əmələ gəlir, qaşınır. Buna allergik dəri xəstəliyi deyilir. Allergiyanın səbəbləri. Allergik xəstəlik ya qəfildən, ya da tədricən başlana bilər. Beləliklə, allergik reaksiya adamların özünün hər hansı bir maddəyə qarşı şəxsi həssaslığı nəticəsində baş verir. Belə allergik reaksiya törədə biləcək hər hansı bir maddə allergen sayılır. Allergenlər 2 qrupa bölünür: 1) ekzoallergenlər, yəni xaricdən orqanizmə daxil olan allergenlər; 2) endoallergenlər və ya autoallergenlər - orqanizmin özündə əmələ gəlir. Məişət allergenləri. Mənzildə təsadüf olunan tozların (əyin və yatacaq paltarının, xalçanın, mebelin, kitabların və s.) hər biri ayrı-ayrılıqda allergen olub, xəstəlik törətmək qabiliyyətindədir. Təbiətdə daha çox təsadüf olunan allergen müxtəlif tozcuqlardır. Ağacların, kolların, alaq otlarının, güllərin, çiçəklərin ətrafa səpələdiyi tozcuqlar allergik xəstəlik törətməkdə çox mühüm yer tutur. Çiçək tozcuqları allergen kimi, əsas etibarilə, nəfəs borusunu, bronxları və ağciyərləri zədələyir, pollinoz (latınca pollen - toz, tozcuq) adlandırılan xəstəlik əmələ gəlir. Onlarda öskürmə, asqırma, gözlərindən yaşaxma, qızdırma, başağrısı və s. olur. Kosmetik allergenlər. Kosmetik preparatlar gündəlik məişətimizdə çox geniş işlədilir, ondan əsasən qadınlar istifadə edirlər. Kosmetik preparatlar ekzema və bronxial astma da verə bilər. Ailədə məişət kimyası. Hazırda məişətdə hər bir evdə, hər ailədə müxtəlif məqsədlər üçün bir sıra kimyəvi maddələr işlədilir. Bu maddələrlə uzun müddət və dəfələrlə təmasda olmaq bir sıra dəri xəstəliklərinə səbəb olur. Onlar dəri üçün, habelə ümumi orqanizm üçün xarici qıcıqlandırıcılardır. Məişətdə hər hansı məqsədlə kimyəvi maddələri işlədikdə, profilaktika tədbirlərini yaddan çıxarmaq olmaz. Dərman allergiyası. Dərman maddələrinin orqanizmə daxil olması nəticəsində baş verən allergik reaksiya dərman allergiyası adlanır. Dərmanlardan ən çox allergik reaksiyanı antibiotiklər (penisillin, streptomisin və s.), sulfanilamid preparatları (sulfodimitoksin, biseptol və s.), başağrısı, yuxu dərmanları, B qrupu vitaminləri, yod və i. a. törədir. Dərman və qida allergiyalarının birgə təsiri daha ağır fəsadlara səbəb olur. Dərman allergiyası nəticəsində bir sıra dəri xəstəlikləri müşahidə olunur. Onlardan övrəni, Kvinke ödemini, dərman dermatitini, allergik kontakt dermatitini, çoxformalı ekssudativ eritemanı göstərmək olar. İnək südündən, yumurta, balıq, sitrus meyvələri (portağal, limon, feyxoa, banan, ananas və s.), xörəklər (noxud, ət, meyvə-tərəvəz, kök, nar və s. olan), şokolad, qoz ləpəsi və sairədən allergiya müşahidə olunur. Bir sıra maddələrə qarşı eyni vaxtda allergiyaya da tez-tez rast gəlmək olur. Qida maddələrinə qarşı sensibilizasiya, yəni allergik hazırlıq mədə-bağırsaq orqanlarında gedir. Mədə-bağırsağa daxil olmuş qida maddələri həmin orqanların selikli qişalarından sorulub, orqanizmə keçir. Bu vaxt orqanizm həmin orqanların fizioloji və immunoloji amilləri vasitəsilə özünü qida allergenlərindən qoruyur, qida allergenlərini orqanizmə buraxmır. Odur ki, bütün insanlar kifayət qədər müxtəlif xörəklər, meyvə, tərəvəz qəbul edir və heç bir allergik xəstəliyə tutulmurlar.Ancaq bəzi mədə-bağırsaq xəstəlikləri (infeksion, parazitar və bir sıra iltihab xarakterli xəstəliklər) zamanı həzm orqanlarının müdafiə qüvvələri pozulur, nəticədə allergik xəstəliklərin baş verməsinə şərait yaranır. Qida allergiyası nəticəsində bir sıra xəstəliklər baş verə bilər. Onlar çox mürəkkəb və çoxcəhətli olur. On­lardan dəri allergik xəstəliklərini, tənəffüs və mədə-bağırsaq orqanlarının allergik xəstəliklərini göstərmək olar. Onu da qeyd etmək lazımdır ki, bir çox hallarda dəri, yaxud dəri və tənəffüs orqanlarının allergik xəstəlikləri eyni vaxtda rast gəlir. Allergik dəri xəstəliklərindən toksik allergik dermatitə daha çox təsadüf olunur. Mikrobdan allergiya. Mikrobların törətdiyi hər hansı xronik iltihab ocağı (diş, boğaz, mədə-bağırsaq, qulaq, dəri, qurd xəstəlikləri və s.) bir müddətdən sonra allergik xəstəliyə çevrilə bilər. Həmin iltihab ocağında olan mikroblar daim özlərinin ifrazatı ilə zəhər buraxırlar. Orqanizm üçün yad olan bu zəhərə qarşı antitellər əmələ gəlir və allergik xəstəliyə səbəb olur. Odur ki, allergiya törədə biləcək iltihab ocaqları vaxtında aşkar edilib, müalicə olunmalıdır. Allergiya törədən amillər insan orqanizminin özündə də vardır. Bunlara endoallergenlər deyilir. Bəzi endoallergenlər anadangəlmə və daim orqanizmdə olur, müəyyən şəraitdə allergik xəstəlik (revmatizm, sklerodermiya və s.) törədir. Allergiyanın baş verməsi və gedişi mərkəzi sinir sisteminin vəziyyətindən çox asılıdır. Belə ki, sinir sistemi sağlam və möhkəm olan adamlarda allergiya heç baş vermir və ya yüngül keçir. Mərkəzi sinir sisteminin vəziyyəti, həssaslığı, mənfi emosiyalar, allergiyanın baş verməsində və gedişində həlledici rol oynayır. Odur ki, mərkəzi sinir sisteminin qayğısına qalmaq, onu mənfi emosiyalardan, stress reaksiyalarından qorumaq allergiyaya qarşı faydalı profilaktik tədbirlər ola bilər. Tədqiqatlardan məlum olmuşdur ki, allergiyalar irsi xəstəlik deyildir. O, nəsildən-nəslə keçmir. Lakin nəsildən-nəslə allergik xəstəliklərə meyllik keçir. Xəstəliyin əmələ gəlməsi orqanizmə təsir edən xarici və daxili amillərdən asılı olur. Hər bir kəs həmin mənfi qıcıqlardan, amillərdən özünü qorumalıdır. Allergiyanın aktiv və passiv növləri ayırd edilir. Əksər hallarda allergik reaksiya orqanizmin aktiv iştirakı ilə, yəni allergenin bilavasitə bədənə daxil olmasına və ya orqanizmdə əmələ gəlməsinə cavab olaraq əmələ gəlir. Bu, aktiv allergiyadır. Passiv, transplantasiya edilmiş və ya köçürülmüş allergiya tərkibində allergik antitellər olan qanın və ya qan komponentlərinin (məsələn, qan və ya plazma köçürüldükdə), yaxud da əvvəllər allergiyalaşmış bir fərdin limfositlərinin orqanizmə daxil olması nəticəsində törənir. Həm sürətli, həm də ləng gedişli allergik reaksiyaların patogenezində 3 mərhələ ayırd edilir: 1) immunogen və ya immun reaksiyalar mərhələsi; 2) patokimyəvi və ya patobiokimyəvi mərhələ; 3) patofizioloji və ya klinik əlamətlər mərhələsi. İmmun reaksiyalar mərhələsində orqanizmə daxil olan allergenə qarşı spesifik antitellər (əks-cisimlər) əmələ gəlir. Bu, orqanizmin həssaslığını yüksəldir - sensibilizasiya törədir. Orqanizm antigenin təkrar daxil olmasına allergik reaksiya ilə cavab vermək qabiliyyəti kəsb edir. Allergenin orqanizmə ilk dəfə daxil olan miqdarı (qramın yüzdə, mində biri qədər) sensibilizasiyaedici, təkrarən daxil olub, allergiya törədən miqdarı (birincidən təxminən 10 dəfə artıq) isə həlledici doza adlanır. İnkişaf edəcək allergiya reaksiyasının növü allergenə qarşı sintez edilən antitelin xarakterindən asılıdır: humoral antitellər sürətli, xüsusi antitellərə və ya reseptorlara malik immun hüceyrələr (sensibilizasiyaya uğramış limfositlər) isə ləng gedişli allergik reaksiyanın əmələ gəlməsinə səbəb olur. Allergik antitellər qan qlobulinlərinin formaca dəyişilmiş növünə oxşar olub, 2 əsas qrupa bölünür: 1. Fiksasiya olmuş (hüceyrə) antitellər - ləng tipli allergik reaksiyalarda iştirak edir. 2. Sərbəst (sirkulyasiya edən) antitellər - qanda və digər bioloji mayelərdə olub, sürətli allergik reaksiyalarda iştirak edir. Sirkulyasiya edən sərbəst antitellərdən presipitasiya törədənləri serum xəstəliyində, anafilaktik şokda (insanda və heyvanlarda), dovşanlarda allergik iltihab zamanı (Artyus fenomeni), yumurta zülalına qarşı allergik reaksiyada və s. aşkar edilir. Presipitasiya törətməyənlərə reagentlər, blokada edən antitellər və s. aiddir. Reagentlər pollinozlar (ot qızdırması), atopik bronxial astma zamanı müşahidə edilir. Reagentlər adi seroloji reaksiyalarla (presipitasiya, komplementin birləşmə reaksiyası) aşkar edilməyib, ancaq sağlam dəridə passiv sensibilizasiya törətdiyi üçün sensibilizasiyaedici dəri antitelləri adlanır. Sensibilizasiyaya uğramış orqanizmə təkrarən spesifik allergen daxil olduqda, antitellə allergen arasında fiziki-kimyəvi reaksiya gedir və yüksəkmolekullu allergen - antitel kompleksi əmələ gəlir. Bu komplekslərin yarandığı andan allergik reaksiyaların ikinci - patokimyəvi dəyişikliklər mərhələsi başlanır. Allergen - antitel kompleksləri toxumalarda fiksasiya olaraq, maddələr mübadiləsində bir sıra dəyişikliklər törədir. İlk növbədə toxumanın oksigeni mənimsəməsi fazalı surətdə pozulur (artır, sonra azalır). Orqanizmin komplement sisteminin, proteolitik və lipolitik fermentlərin aktivliyi artır ki, bu da müvafiq hüceyrələrin funksiyalarının dəyişilməsinə səbəb olur. Məsələn, birləşdirici toxumanın iri hüceyrələrinin, leykositlərin (xüsusən bazofillərin və neytrofillərin) parçalanması nəticəsində çoxlu miqdarda fizioloji aktiv maddələr azad olur. Allergiya prosesinin sonrakı inkişafı və gələcək klinik mənzərəsi patokimyəvi mərhələdə hasil olan fizioloji və ya bioloji fəal maddələrin, yəni mediatorların xarakterindən asılıdır. Sürətli allergik reaksiyaların həmin mərhələsində əsasən histamin, seretonin, geparin, prostaqlandinlər, LTAM (ləng təsirli allergiya maddəsi) və s., ləng gedişli allergik reaksiyalarda limfokinlərin müxtəlif növləri (keçid amili, mitogen amillər, xemotaksis amili, limfotoksin, interferon və s.) xaric olur. Allergiya reaksiyalarının digər növlərində komplement, superoksid radikalları, lizosom fermentləri, kininlər, katexolaminlər və s. iştirak edir. İmmunogen və patokimyəvi proseslərdən sonra allergik reaksiyanın patofizioloji dəyişikliklər mərhələsi başlanır. Həmin mərhələni orqanizmdə allergen-antitel komplekslərinin və bioloji fəal maddələrin təsirindən törənən funksional pozulmalar, hüceyrə, toxuma, orqanlarda və tam orqanizmdə törənən zədələnmələr xarakterizə edir ki, bunlar da allergik xəstəliklərin klinik əlamətlərinin əsasını təşkil edir. Ayrı-ayrı hüceyrələrin allergik zədələnməsi qan elementlərində (eritrosit, leykosit, trombositlər), birləşdirici toxuma hüceyrələrində (histiositlərdə, tosqun hüceyrələrdə və s.) öyrənilmişdir. Allergiya zamanı zədələnmə sinir və saya əzələ liflərinə, ürək əzələsinə də yayıla bilər. Hər bir orqanın zədələnməyə cavab reaksiyası onun fizioloji xüsusiyyətlərindən asılıdır. Məsələn, sinir hüceyrəsi elektrik potensialı, saya əzələ - kontraktura, eritrositlər - hemolizlə cavab verir. Allergik zədələnmə orqanizmdə sinir-humoral tənzimi pozur. Bir orqanda əmələ gələn zədələnmə digər orqanların və nəhayət, ümumi orqanizmin funksiyalarına təsir edir. Ümumiyyətlə, allergik reaksiyanın patofizioloji mərhələsi orqanizmin bütövlükdə cavab reaksiyasıdır, daha doğrusu, allergik xəstəlik və ya allergik sindrom dövrüdür. Bu təsvir edilən mərhələlər həqiqi allergik reaksiyalara aiddir. Patogenezi allergen - antitel kompleksinin əmələ gəlməsi ilə əlaqədar olmayan patoloji hallar allergik proses hesab edilmir. Orqanizmin həssaslığının immunokompetent sistemlə əlaqədar olmadan yüksəldiyi hallar psevdoallergiya (yalan allergiya) adlanır. Beləliklə, həqiqi allergiyadan fərqli olaraq, psevdoallergiya zamanı birinci, yəni immunogen mərhələ olmur. Müasir təsəvvürlərə görə paraallergiya və heteroallergiya da yaranmasına və əlamətlərinə görə allergiyaya oxşayan, amma immunogen mərhələnin olmaması ilə fərqlənən reaksiyalardır. Allergiyanın müəyyənləşdirilməsi. Xəstəliyin əlamətləri qırmızı ləkələr, düyüncüklər, sudurcuqlar və s. ola bilər. Səpgilərin başlanması, davametmə müddəti, artması xüsusiyyətləri böyük rol oynayır. Allergik xəstəlikləri müəyyənləşdirmək üçün xəstənin mədə-bağırsaq orqanlarının vəziyyəti öyrənilməlidir. Onda qəbizliyin, ishalın, digər xronik mədə-bağırsaq xəstəliklərinin, arabir üşütmə-qızdırmanın, başağrısının, xronik lokal infeksion xəstəliklərin (xəstə diş, boğaz ağrısı, haymorit, rinit və s.) olması böyük əhəmiyyət kəsb edir. Onların müalicəsi aşağıdakı kimi aparılır: 1. Xəstəliyi törədən allergen aşkar edilir. Bunu xüsusi allerqoloji reaksiyalar vasitəsilə həkim edir. 2. Aşkar olunmuş allergen orqanizmdən kənar edilir. Bir daha həmin allergenlə təmasda olmaq məsləhət görülmür. 3. Hiposensibilizəedici müalicə, yəni xəstəliyi törədən allergenə qarşı orqanizmin həssaslığının azalmasını, zəifləməsini təmin edən müalicə. Yuxarıda qeyd edildiyi kimi, gedişinə görə allergik reaksiyaların iki əsas növü ayırd edilir: sürətli allergik reaksiyalar, ləng gedişli allergik reaksiyalar. Sürətli allergik reaksiyalar. Bunlara övrə, Kvinke ödemi, anafilaktik şok, pollinoz və bir çox digər xəstəliklər aiddir. Bunlar allergenin orqanizmə daxil olduğu andan bir neçə dəqiqə sonra özünü büruzə verir. Övrə xalq arasında məxmərək kimi məlumdur. Xəstəlik allergen orqanizmə daxil olduqdan bir neçə dəqiqə və ya bir neçə saat sonra başlanır. Əsasən gövdə, qol və qıçların dəri səthində tək-tək səpgilər görünür. Bunlar mərciməkdən metro jetonu böyüklüyünə qədər olur. Səthi açıq qırmızı rəngdə olan səpgilər qaşınır. Bəzi yerlərdə onlar birləşərək, müxtəlif formalar alır. Qaşınma getdikcə şiddətlənir, suluqlar bütün bədəni tutur. Xəstəlik birdən-birə sakitləşir, qaşınma dayanır, suluqlar heç bir iz qoymadan keçir. Bir neçə saatdan və ya bir neçə gündən sonra müəyyən bir qidanın qəbulundan sonra xəstəliyin əlamətləri əvvəlki kimi şiddətlənir. Yenə çəkilir, yenidən baş verir. Beləliklə, xəstəni əsəbiləşdirir, yuxusuzluq ona əzab verir. Dərman allergiyası nəticəsində bəzi şəxslərdə Kvinke ödemi də müşahidə olunur. Xəstəlik dərinin məhdud bir nahiyəsində (göz qapağında, dodaqda, yanaqda, dildə, qırtlaqda və başqa orqanlarda) nəhəng ödemin - şişkinliyin əmələ gəlməsi ilə xarakterizə olunur. Övrə və Kvinke ödemi ilə xəstələnən şəxslər həkim nəzarəti altında müalicə olunmalıdırlar. Mədə-bağırsaq təcili təmizlənməlidir, 2-3 günlük aclıqla müalicə yaxşı nəticə verir. Həmin günlərdə xəstə yemək yemir, mineral su və açıq rəngli çay içə bilər. Allergenlər orqanizmdən çıxarıldıqdan sonra xəstələr qıcıqlandırıcı olmayan qidalar qəbul etməyə başlayırlar. Lakin belə xəstəliklər tez-tez qayıda bilər. Ona görə də xəstəliklər orqanizmin uzunmüddətli möhkəmləndirilməsi istiqamətində müalicə edilməlidir. Anafilaksiya (yunanca ana - inkar bildirən önşəkilçi; filaksis - müdafiə) bədənə parenteral yolla yeridilmiş hər hansı yad zülala (anafilaktogen) qarşı orqanizmdə əmələ gələn yüksəlmiş həssaslıq vəziyyəti olub, sürətli allergik reaksiyalara aiddir. Anafilaksiyanı ilk dəfə fransız alimləri Portye və Rişe (1902) itlər üzərində, Q.P.Saxarov (1905) dəniz donuzlarında müşahidə etmişlər. 1912-ci ildə A.M.Bezredka bu reaksiyanı anafilaktik şok adlandırmışdır. Anafilaksiya reaksiyası ümumi (anafilaktik şok) və yerli (Overi fenomeni və s.) ola bilər. İnsanda və bütün istiqanlı heyvanlarda müşahidə edilən anafilaksiyanın inkişafında 3 mərhələ ayırd edilir: 1) sensibilizasiya; 2) şok (həlledici mərhələ); 3) desensibilizasiya.Eksperimentdə anafilaktik şok çox vaxt dəniz donuzlarında yaradılır. Aktiv sensibilizasiya törətmək üçün heyvanın dərisi altına 10-6ml-dək sağlam at qanı serumu yeridilir. 10-14 gündən sonra onun orqanizminin allergenə qarşı həssaslığı ən yüksək səviyyəyə çatır (at serumunun antigenlərinə qarşı antitellər əmələ gəlir). Passiv sensibilizasiya sağlam dəniz donuzunun qan dövranına aktiv sensibilizasiya törədilmiş başqa bir heyvanın qan serumunu yeritməklə əmələ gətirilir. Bu halda dəniz donuzunda yüksək həssaslıq xeyli tez (1 - 24 saatdan sonra) yaranır. Anafilaksiyanın ikinci mərhələsi sensibilizasiya olunmuş heyvana antigenin (anafilaktogenin) həlledici dozasını (sensibilizasiyaedici dozadan 10 dəfə yüksək) yeritməklə əmələ gətirilir. Dəniz donuzunda həlledici dozanı yeritdikdən 30-60 saniyə sonra şokun ilk əlamətləri aşkar olur: heyvan narahat olur, tükləri pırpızlaşır, burnunu və gözlərini cırmaqlayır, təngnəfəslik, qıclıq, qeyri-iradi sidik və nəcis ifrazı müşahidə edilir. Heyvan getdikcə müvazinətini itirir, yanı üstə yıxılır, təngnəfəslik artır. İnyeksiyadan 5-10 dəqiqə sonra tənəffüs mərkəzinin iflicindən ölür. Anafilaktik şokdan ölmüş dəniz donuzunu yardıqda, emfizem ocaqları, ağciyərlərin atelektazı, həmçinin ürəkdə, qaraciyərdə, dalaqda qan durğunluğu müşahidə edilir. İtlərdə anafilaktik şok zamanı xüsusən portal qan dövranı pozulur, qaraciyərdə, bağırsaq damarlarında durğunluq müşahidə edilir. Odur ki, şok damar çatışmazlığı ilə gedir və çox az hallarda ölümlə nəticələnir. Dovşanlarda anafilaktik şokun patogenezində əsas yeri kiçik dövranda qan durğunluğu tutur ki, bu da ağciyər ödeminə və sağ ürəyin çatışmazlığına səbəb olur. Siçan və siçovullarda anafilaktik şok çətin əmələ gəlir; sensibilizasiya törətmək üçün əlavə təsirlər tətbiq etmək lazım gəlir. Məsələn, adrenalektomiya sensibilizasiyanı asanlaşdırır. Bu heyvanlarda şok kapillyar keçiriciliyinin və tənəffüsün pozulması ilə təzahür edir; onlar tənəffüs mərkəzinin iflicindən ölürlər. Təşrih zamanı bağırsaqlarda qansızma müşahidə edilir. Meymunlarda anafilaktik şok törətmək həmişə mümkün olmamış, ancaq onların bəzi növlərində (məsələn, Macacus Rhesus) anafilaktik şok və Artyus fenomeni alınmışdır. Anafilaktik şok zamanı meymunlarda tənəffüs çatışmazlığı və kollaps müşahidə edilir. İnsanda anafilaktik şok ən təhlükəli allergik reaksiyadır. Şok zamanı bronxlarda spazm nəticəsində ağciyərlərin ventilyasiyası pozulur, arterial təzyiq enir, bədən temperaturu düşür, pulsasiya edən başağrısı, qulaqlarda küy, qaşınma müşahidə edilir, asfiksiya inkişaf edir. Müxtəlif xəstələrdə anafilaktik şok əlamətlərinə və gedişinə görə fərqlənir. Anafilaktogen orqanizmə daxil olduqdan sonra şokun əlamətləri nə qədər tez başlanırsa, gedişi bir o qədər ağır olur. 3-10 dəqiqə ərzində başlanan şok daha ağır keçir və təcili yardım göstərilmədikdə, ölümə səbəb olur. Anafilaktik şokdan sonra sağ qalmış orqanizm anafilaktogenə qarşı həssaslığını itirir və yenidən anafilaktogen yeridilsə, reaksiya müşahidə olunmur. Deməli, orqanizmdə desensibilizasiya halı yaranır. Bu hal, məsələn, insan orqanizmində 2-3 həftə davam edib, sonra yenidən sensibilizasiya ilə əvəz olunur. Anafilaksiyanın xarakterik yerli təzahürünə Artyus və Overi fenomenləri aiddir. Dovşanın dərisi altına 0,5 - 1 ml at serumu yeridilsə, bu yad zülal inyeksiya yerində heç bir nəzərə çarpan iz qalmadan sorular. Həmin dozada at serumu 5-6 günlük fasilələrlə təkrar yeridildikdə isə onun sorulması çətinləşir və iltihab törənir. İnyeksiya sahəsində hiperemiya, şişkinlik, leykositlərin emiqrasiyası müşahidə edilir. 4-5 inyeksiyadan sonra intensiv nekrozlaşmış iltihab reaksiyası dərini və dərialtı toxumanı əhatə edir. Bu, Artyus fenomeni adlanır. Artyus fenomeni sürətli və ləng gedişli allergik reaksiyaların əsas əlamətlərini özündə birləşdirən qarışıq tipli reaksiya olub, onun inkişafında presipitasiyaedici antitellər mühüm rol oynayır. Qanda presipitinlərin miqdarını müəyyən səviyyəyədək artırmaqla daxili orqanlarda da Artyus fenomeni tipli reaksiya almaq olar. Overi fenomeni və ya sürətli dəri anafilaksiya reaksiyası dəniz donuzlarında əmələ gələn ümumi anafilaksiyanın yerli əlamətidir. Həmin reaksiyanı 2 formada törətmək mümkündür: 1) aktiv dəri anafilaksiyası; 2) passiv dəri anafilaksiyası. Aktiv dəri anafilaksiyası almaq üçün sensibilizasiya olmuş dəniz donuzunun dərisinə allergen (yumurta ağı) yeridilir. İnyeksiya nahiyəsində allergen - antitel reaksiyası ilə əlaqədar kapillyarların keçiriciliyi yüksəlir. Bunu aşkar etmək üçün qana tripan və ya Evans abısı yeridirlər və 3 - 4 dəqiqədən sonra inyeksiya nahiyəsi intensiv surətdə boyanır. Passiv dəri anafilaksiyası almaq üçün sağlam dəniz donuzunun qanına hazır antitellər, yəni sensibilizasiya edilmiş digər heyvanın qan serumu yeridilməlidir. Antitellər bir sutka ərzində dəridə və digər toxumalarda fiksə olunur. Bundan sonra dəniz donuzunun dərisinə allergen və qanına Evans abısı yeritməklə yerli dəri anafilaksiyası aşkar edilir. Ləng gedişli allergik xəstəliklər. Bu xəstəliklərə bakterial allergiya, kontakt dermatiti, toksik-allergik dermatit, neyrodermit, transplantatın ayrılma reaksiyası və s. aiddir. Bu qrup xəstəliklər spesifik allergenin orqanizmə daxil olduğu andan bir neçə həftə sonra özünü büruzə verir. Xəstəlik dəridə, xüsusilə üzdə, əllərin üstündə məhdud bir nahiyədə əmələ gələn qızartı, şişkinlik, xırda düyüncüklər, sudurcuqlar, yerli qaşınma ilə başlanır. Peşə ilə bağlı kimyəvi maddələrlə kontaktdan baş verdiyi üçün belə xəstəlikləri allergik kontakt dermatiti adlandırmışlar. Xəstəlik tezliklə sağalır və yenidən qayıtma ehtimalı olduğundan, xəstələnmiş şəxs həmin işdən başqa işə keçirilməli və ya allergiya törədən kimyəvi maddə ilə təması dayandırmalıdır. Allergik kontakt dermatiti ev şəraitində paltaryuyan tozlarla, həşəratlarla mübarizə vasitələri, məişətdə işlədilən digər kimyəvi maddələrlə təmas zamanı da baş verir. Bəzən allergik kontakt dermatiti kosmetik maddələrlə təmasda olduqda, xüsusən kosmetik maddələrdən həddindən artıq istifadə etdikdə də baş verir. Çünki onların hamısı kimyəvi maddə olub, xarici qıcıqlandırıcıdır. Ona görə də kosmetik maddələrdən necə gəldi, uzun müddət istifadə etmək məsləhət deyildir. Onlardan yerində, lazım gəldikdə qısamüddətli (məclis və mərasimlərdə) istifadə edilməsi allergiyanın əsas profilaktikasındandır. Toksik allergik dermatit. Toksik allergik dermatitlərin səbəbi olan allergenlər orqanizmə, əsas etibarilə, qidalanma yolları vasitəsilə daxil olur. Allergik reaksiya zamanı qan damarlarının zədələnmə dərəcəsindən asılı olaraq, müxtəlif allergik xəstəliklər əmələ gəlir. Ekzema. Ekzema hazırda ən geniş yayılmış dəri xəstəliklərindən olub, bəzi formalarında allergik komponentlərin əhəmiyyəti vardır. Ekzema anadan olandan qocalana qədər bütün yaşlarda, həm kişilərdə, həm də qadınlarda eyni dərəcədə təsadüf olunur. Ekzema dərinin səthi qatlarının zədələnməsi ilə aşkar olur. Dəri səpir, qızarır, bir qədər şişir, orada xırda düyüncüklər və sudurcuqlar görünür. Çox keçmədən sudurcuqlar deşilir və həmin yerdə sulanma əmələ gəlir. Sulanma tezliklə quruyur və zədələnmə nahiyəsində nazik qartmaq əmələ gətirir. Qartmaqlar quruyub töküləndən sonra ekzemanın yerində normal dəri əmələ gəlir. Ekzema nahiyəsində daim qaşınma müşahidə olunur. Psixi sarsıntılar, mənfi emosiyalar və bunun nəticəsində yuxusuzluq, ruhi düşkünlük, mənəvi sarsıntılar ekzemanın baş verməsində və xronik ekzemanın kəskinləşməsində böyük rol oynayır. Kəskin ekzemanın eritemalı, düyüncüklü, sudurcuqlu stadiyaları tezliklə bir-birini əvəz edir. Bəzən bir neçə saat və ya bir neçə gün müddətində birinci üç stadiya da keçib gedir, sulanma əmələ gəlir. Sonra tədricən, bəzən də çox tezliklə qaşınma azalır. Kəskin iltihab halları çəkilir, qartmaqlar tökülür, zədələnmə nahiyəsində dəri normallaşır. Qalmış piqment ləkələri tezliklə sorulur. Düzgün müalicə nəticəsində kəskin ekzema, əsas etibarilə sağalmaqla qurtarır. Müalicəsiz qaldıqda və ya düzgün müalicə edilmədikdə, xronik hala keçir. Müəlliflər Sabir Cahan oğlu Əliyev, Həqiqət Məhəmmədhacı qızı Hacıyeva, Nijad Cəbrayıl oğlu Mikayılzadə Mənbə Tibbi biliklərin əsasları UPD. Allergiyanın kəskin dövrü istisna olmaqla, digər vaxtlarda bəzi bitki dəmləmələri qəbul edərək onun qarşısını almaq olar.Yatıqqanqal bitkisi (rusca «çereda») çay kimi dəmlənilir. 20 dəqiqə sonra içilir. Dəmləmənin rəngi qızılı olmalıdır. Yaşıl və ya bulanıq olarsa, içmək olmaz. Mütəxəssislər hesab edirlər ki, bu bitkini bir neçə il çay və ya kofe əvəzinə qəbul etsəniz, allergiyaya qarşı immunitetiniz möhkəmlənər.- 1ç.q. xırdalanmış dəfnə yarpaqları, kalendula çiçəkləri, yatıqqanqal  otları üzərinə 1 stəkan qaynar su tökün, 2 saat saxlayın, süzün, gündə 3 dəfə 1\3 stəkan yeməkdən əvvəl için.- 5 orta böyüklükdə baş soğan xırdalayın, üzərinə 1 stəkan soyuq su tökün, 12 saat saxlayın, süzün. Dəmləməni gündə 3 dəfə 2 x.q. yemək vaxtı için.-təzə kərəvizin şirəsini sıxın, gündə 3 dəfə yeməkdən 1\2 saat əvvəl 1\2 ç.q. için, şirəni dəmləmə ilə də əvəz etmək olar. 2 x.q. kərəviz kökləri üzərinə 1 stəkan su tökün, 2 saat saxlayın, süzün, gündə 3 dəfə 1\3 stəkan yeməkdən əvvəl için.Ümumiyyətlə, dietoloqların fikrincə, allergiyadan əziyyət çəkən  hər bir insan fərdi   qida rasionuna nəzarət etməli, hansı meyvələrin, digər qida məhsullarının orqanizmi tərəfindən mənimsənilməməsini bilməlidir. Yeni tutmalar yarada biləcək məhsullardan uzaq olmalıdır.
['allergiya', 'allergiyanın səbəbləri', 'allergiyanın növləri', 'məxmərək', 'övrə', 'anafilaktik şok', 'ekzema', 'antitellər', 'allergen']
6,755
https://kayzen.az/blog/islam-v%C9%99-%C5%9F%C9%99xsl%C9%99r/1096/islam-v%C9%99-aliml%C9%99r.html
İslam və alimlər
Cavid
İslam tarixindəki şəxslər
21 aprel 2010, 14:31
*Atomun daxilində böyük bir enerji gizləndiyini, atomun parçalanmasının mümkünlüyünü və bu zaman Bağdadı alt-üst edə biləcək bir gücə sahib olduğunu ilk dəfə «kimyanın atası» ləqəbli Cabir bin Həyyan (721-805) söyləmişdir. *Barıt və topdan ilk dəfə müsəlmanlar istifadə etmişlər. *Havan topu Fateh Sultan Mehmetin (1432-1481) kəşfidir *Bəttaninin hazırladığı «Sabi cədvəlləri» adlı astronomik cədvəllər Kopernik dövrünə qədər Avropada əsas mənbə hesab edilirdi. Eyni zamanda, Bəttani Günəş ilini bugünkü nəticələrə tam uyğun şəkildə (cəmi 24 saniyə xəta ilə) hesabladı. *Bəşir adlı müsəlman alim avropalı Brantdan xeyli əvvəl fosforu tapmışdır. *İlk kağız fabrikası 794-cü ildə Bağdadda Harun ər-Rəşidin vəzirinin oğlu İbn Fəzl tərəfindən qurulmuşdu. Belə bir fabrik 800-cü ildə Misirdə də inşa edildi. Avropada isə uzun illərdən sonra belə fabrik açıldı: 1100-cü ildə Bizansda, 1102-ci ildə Siciliyada və s. Məlum olduğu kimi, kağız kitab üçün xammaldır. İslam dünyasında kağız fabriklərinin qurulması elmin sürətlə yayılmasını göstərir. *İlk təyyarə tipli cihazı hələ 880-ci ildə İbni Firnans adlı müsəlman alimi qurmuşdur. Qərbdə isə yalnız 1903-cü ildə Orvilla Rayt qardaşları təyyarədə ilk uçuşu həyata keçirdilər. *İlk uçuş sınağını həyata keçirmiş İsmail Cövhəri (950-1010) həlak oldu. «Həzarfənn» ləqəbli Əhməd Çələbi isə çiyninə bağladığı qartal qanadları ilə İstanbuldakı Qalata qülləsindən Üsküdardakı Doğanlara qədər uçmaqla ilk uğurlu uçuşu həyata keçirdi. *İlk xəstəxana 707-ci ildə Əməvi xəlifəsi Vəlid bin Əbdülməlik zamanında təşkil olunmuşdu. *Yaxın Şərqdə məşhur alim olan Qütbəddinin (1317-ci ildə vəfat etmişdir) yanına gəlmiş yəhudilər onu yəhudi dininə dəvət edirlər. O, razılıq verib deyir: «Əgər 50 gün mənim yeməyimi versəniz yəhudi olaram!» Yəhudilər bu şərti qəbul edib, onu 50 gün yedirdikdən sonra şərti yerinə yetirilməsini istəyirlər. O deyir: «Siz qəribə və axmaq adamsınız. Müsəlmanlar 50 ildir məni yedizdirirlər, mən hələ bir əməlli-başlı müsəlman olmamışam, siz istəyirsiniz ki, 50 günlük yemək üçün mən dönüb yəhudi olam?!» *Yer kürəsinin yuvarlaq formada olub fırlandığını müsəlmanlar avropalılardan çox-çox öncə bilirdilər. Biruni Yer planetinin həm öz oxu ətrafında, həm də Günəş ətrafında dövr etdiyini sübut etmişdir. O, Yer kürəsi səthini hesabladı. Onun bu hesabat zamanı tətbiq etdiyi üsul Avropada «Biruni qaydası» adlandırıldı. *Yerin cazibə qüvvəsinin Nyuton tərəfindən kəşf edildiyini düşünürlər. Halbuki, Razidən tutmuş Biruniyə, hətta Xaziniyə qədər İslam alimləri Nyutondan bir neçə əsr əvvəl Yerin cazibəsini kəşf etmiş, bu sahədə nəzəriyyələr vermişlər. *Kimyadan söz düşəndə hamıdan əvvəl Cabir bin Heyyan yada düşür. Cordano onu dünyanın 12 dahisindən biri hesab etmişdir. Bir çox kimyəvi turşuları o kəşf etmişdir. *Kiçik qan dövranı Avropa alimlərindən təqribən 300 il əvvəl İbnün-Nəfs (1210-1288) kəşf etmişdir... *Məşhur alim Əhməd ibn Yəhya ibn Əhməd Ravəndi (837-ci ildə vəfat etmişdir) mövhumat əleyhinə fikir yürütdüyünə görə kafir adlandırılmışdı. O, bir gün çöldə gedərkən yorulmuş və üzünü göyə tutaraq: «Ay allah, mənə bir at yetir, ayaqlarımı yerdən götürsün!» - deyə dua etmişdir. Elə bu vaxt xəlifə məmurlarından birisi yanı dayçalı at ilə ona rast gəlmiş və: «Dayça təzə doğulub, yol gedə bilmir. Onu götür çiyninə» - deyə Rə­vəndini məcbur etmişdir ki, dayçanı çiynində aparsın. Alim bunu görüb «Allah, mən səndən at istədim ki, özüm minəm daha demədim ki, at göndər məni minsin» - demişdir. *Nyutona aid edilən binom düsturunu cəbrə gətirən Ömər Xəyyam (vəf. 1123) olmuşdur. *Onluq kəsr sistemini tapan, bu mövzuda əsər yazmış ilk adam Qiyasəddin Cəmşididir (vəf. 1429). Riyazi hesabatlarda ilk dəfə vergüldə istifadə edən də odur... Onluq kəsrlər nəzəriyyəsi ilk dəfə Qiyasəddin Cəmşid əl-Kaşinin əsərlərində verilmişdi. Avropada onluq kəsrlər çox gec - XVII əsrdə Simon Stevin (1548-1620) tərəfindən kəşf edilmişdir. *Optika elminin təməlini qoymuş İbn Heysəm (965-1051) «Görüntülər kitabı» ilə Rocer Bekon, Kepler və Leonardo da Vinçi (1452-1519) kimi alimlərin fəaliyyətinə təkan verdi. Bu kitab 600 il elm dünyasında əsa əsər sayıldı. *Riyaziyyat sahəsində Avropaya nümunə olmuş alimlərindən biri də Bəttanidir (858-925). Jak Rislinin fikrincə, faktiki olaraq triqonometriya elminin əsasını Bəttani qoymuşdur. *Sinus anlayışını kəşf edən də müsəlmanlardır. Müsəlmanlar sinusa (seyb) deyirdilər. Qərblilər bu sözü dəyişdirərək «sinus» şəklinə saldılar. Tarixşünaslığın ən görkəmli simalarından biri olmuş İbn Xəldun (1332-1406) sosiologiya elminin qurucusu olaraq xatırlanır. O, öz əsərləri ilə Qərb alimləri üçün yol açmışdır. Triqonometriyaya tangens, kotangens və kosekans anlayışlarını Əbülvəfa (940-998) gətirmişdir. Triqonometriya sahəsində ilk ciddi əsərin müəllifi isə Nəsrəddin Tusi (1201-1274) olmuşdur. Cabir ibn Əflah ulduzların yerini və parlaqlıq dərəcələrini ölçən azimut bucağını avropalılardan xeyli əvvəl tapdı. Alman astronomu Rejintan isə yalnız... 300 ildən sonra eyni metodla uyğun nəticəni əldə etdi. Cüneyd Bağdadidən soruşmuşlar: «İlahi bir bilgi olan mərifət nədir ?» O, cavabında:  «Mərifət, uca Allahın elmi yanında insanın öz cəhalətini başa düşməsidir.» Cəbr elminin təməlini qoymuş Xarəzmi (780-850) ilk dəfə sıfır işarəsindən istifadə etmişdir. O «Əl-Cəbr vəl-Müqabilə» adlı ilk cəbr kitabmı yazmışdır. Kitabın adındakı «Əl-Cəbr» sözü qərblilər tərəfindən təhrif olunaraq «Alqebra» şəkilinə düşmüşdür. Əl-Cəzəri (vəf. 1206) «Kitabül-Xiyəl» (Xəyallar kitabı) adlı əsəri ilə kibernetikanın əsasını qoydu. Əmmar adlı müsəlman alim 9 əsr bundan əvvəl özünəməxsus üsulla göz üzərində cərrahiyyə əməliyyatı aparmışdır. Mənbə İlyas Həsənov,Ellada Həziyevanın Əslində onlar kimdir? kitabından
['müsəlman alimlər', 'islam və elm', 'islam sivilizasiyası', 'islam mədəniyyəti']
6,756
https://kayzen.az/blog/masonluq/1093/harun-y%C9%99hya-qlobal-massonluq.html
Harun Yəhya "Qlobal Massonluq"
mr13
Masonluq,onun tarixi
21 aprel 2010, 14:31
TAMPLİYERLƏRDƏN QƏDİM MİSİRƏCƏNXaçlılar (Səlibçilər)Masonluğun tarixini araşdıran ekspertlərin əksəriyyətinin fikrincə, onun kökü Səlib yürşlərinə qədər gedib çıxır. Düzdür, masonluq rəsmən 18-ci əsrin əvvəllərində İngiltərədə qurulub, amma əslində onun gizli tərəfləri dediyimiz kimi, 12-ci əsrə gedib çıxır. Həmin dövrdə masonluğun yaranmasında "Tampliyerlər ordeni" adlandınlan Cəngavərlər qurumunun böyük rolu olub. "Yeni Masonluq sistemi" adlı kitabımızda Tampliyerlərin tarixini incəliklərinə qədər vermişik. Buna görə də onlann üzərində çox durmayacağıq. Bu kitabda masonluğun mahiyyətini, dünyaya göstərdiyi təsiri dahà dərindən araşdıraraq, "Qlobal Masonluğ"un nə olduğu-nu ortaya çıxaracağıq. Bəllidir ki, Səlib yürüşləri (və ya Xaçlı Səfərləri) xristianlıqla nə qədər əlaqələndirilsə də, onların əsasında maddi qazanc əldə etmək niyyəti dayanırdı. Avropanın böyük yoxsulluq və səfalət içində yaşadığı bir dövrdə Şər-qin, xüsusilə də Orta Şərqdəki müsəlmanların rifah və zənginliyi avropalıları cəlb etmişdi. Və elə bu cazibə də xristianların dini simvollarıyla pərdələnərək, Xaçlı Səfərlərinin əsasını qoyub. Buna qədər sözdə sülh və barışı təbliğ edən Xristian dini qəfildən savaş bayrağına çevrilir.Xaçlı səfərlərini Papa II Urban başladıb. 1095-ci ildə topladığı Klermon Konfransında papa Xristian dininin o vaxta qədər mövcud olan barış doktrinasının dəyişdirildiyini bildirdi və "Müqəddəs torpaqları müsəlmanlardan qurtarmaq" məqsədilə "Müqəddəs Savaş" elan etdi. Bıınıın ardınca isə həm cəngavərlərdən, həm də on minlərlə adi insandan ibarət olan nəhəng bir "Xaçlı Ordusıı" yaradıldı.Tarixçilərə görə, savaş elan etməkdə Papa II Urbanın məqsədlərindən biri də öz rəqibini  papalığa digər namizədi geridə qoymaq olub. Papanın qərarına həyacanla tabe olan avropalı krallar, şahzadələr, əsilzadələr və digər insanlar əsasında zənginlik həvəsi duran savaş çağırışını qəbul edirlər. "Fransız cəngavarləri dahà çox torpaq istəyir, İtaliya tacirləri yeni və zəngin bazarlar arzulayırdılar... Çoxlu adi insan isə sadəcə, normal yaşamını təmin etmək üçün səfərə çıxmışdı". Bu insanlar yolboyu qarşılanna çıxan xeyli müsəlmanı - hətta yəhudini də, yalnız qızıl və ləl-cəvahirat tapmaq arzusuyla qətlə yetirdilər. Xaçhlar hətta öldürdükləri insanların qarınlarını yırtaraq,onlann "ölməzdən öncə udduqları" qızılı və daş-qaşı axtarırdılar. Onlanrın zənginləşmək həvəsi o qədər böyük idi ki, VI Xaçlı Yürüşündə Konstantinopolu (indiki İstanbulu) yağmalamaqdan belə çəkinməmişdilər, Ayasofyadakı xristian freskalarının qızıl çərçivələrini də söküb aparmışdılar.Bəli, "xaçlılar" adlandırılan bu qaragüruh xeyli yeri xaraba qoyandan,minlərlə müsəlmanı qıhncdan keçirəndən sonra 1099-cu ildə Qüdsə çatdı.Təxminən 5 həftə çəkən uzun mühasirədən sonra şəhər çökdü və xaçlılarQüdsü tutdular. Bir tarixçinin dililə desək, "rastlanna çıxan bütün ərəbləri və türkləri öldürdülər, kişi-qadın demədən hamını qətlə yetirdilər..." Reymon Agile (Raymund of Aguiles) adlı bir səlibçi bu vəhşəti belə təsvir edir: - Möhtəşəm hadisələr baş verdi. Bizimkilərin ən mərhəmətliləri düşmənlərinin sadəcə başlarını kəsirdi. Digərləri onları doğrayır, diri-diri oda atıb işgəncə verirdilər. Şəhərin küçələri kəsilmiş başlar, əllər və ayaqlarla doluydu. Yolda onlara ilişmədən getmək mümkün deyildi. Amma bütün bunlar Süleyman məbədində edilənlərin yanında heç nədir. Orada nə olmuşdu? Əgər doğrusunu desəm, inanmazsınız. Sadəcə bunu deyim ki, orada axan qan bizmkilərin dizinə qədər çıxırdı. Xaçlı ordusu iki gün ərzində Qüdsdəki müsəlmanları bu cür vəhşiliklərlə qırıb-çatdı. Bıından sonra Qüdsü öz paytaxtları elan etdilər və sərhədləri Fələstindən Antakyaya qədər uzanan Latın Krallığını qurdular. Bu tarixdən də xaçlıların Orta Şərqdə məskunlaşma mübarizəsi başladı. Qurduqlan dövləti yaşatmaq üçün onların təşkilatlanmaları lazım idi. Buna görə də xüsusi "hərbi təriqətlər" yaradıldı ki, əvvəllər heç vaxt onlara bənzəyən bir qurum olmamışdı. Bu təriqətlərin üzvləri Avropadan Fələstinə köçərək, orada xüsusi tərzdə monastır həyata yaşayır, eyni zamanda müsəlmanlara qarşı savaşmaq üçün hərbi təlim keçirdilər. Həmin o təriqətlərdən biri digərlərindən tamam fərqli yol tutdu və tarixin inkişafına təsir göstərəcək işlər gördü. Bu, "tampliyerlər" təriqətiydi. Harun Yəhya "Qlobal Massonluq"
['masonluq', 'masonluğun tarixi', 'xaç yürüşləri', 'səlibçilər', 'səlib yürüşləri']
6,757
https://kayzen.az/blog/kulturologiya/1089/q%C9%99dim-misir-m%C9%99d%C9%99niyy%C9%99ti.html
Qədim Misir mədəniyyəti
papatürk
Kulturologiya (mədəniyyətşünaslıq)
21 aprel 2010, 11:38
Misirdə yazı e.ə. IV minilliyin sonlarında  meydana çıxmışdır.Müxtəlif dövrləri əks  etdirən Misir  yazı  abidələri  indiyə  qədər qalmaqdadır. Misirdə  də ilk yazı növü şumerlərdə  olduğu kimi piktoqrafiya, yəni şəkli yazı olmuşdur. Burada yazılar əsasən  papirus üzərində cızılırdı ki, bu da onlar üçün  kağızı əvəz  edirdi.  Yazı  "lövhəsi"  düzəltmək  məqsədilə misirlilər papirusun qabığını hissə-hissə kiçik zolaqlarla kəsir, sonra onları sıra ilə bir-birinə yapışdırırdılar. Papirus hissələrinin uzunluğu bəzən 40 metrə çatırdı. Yazılmış papirusu burur və iplə bağlayırdılar. Misir yazısı qarışıq yazı hesab olunur. Bu  yazıda 700 işarə ilə yanaşı, 21 heroqlif də vardır ki, onlar ayrı-ayrı hərfləri ifadə edirlər.Misir yazılarını ilk  dəfə 1822-ci ildə fransız  alimi Şampolon oxumuşdur. Misir yazısını öyrənmək olduqca çətin idi. Məktəbdə oxuyan şagirdlər sərbəst  və asan yazmağı  5-6 il müddətinə öyrənirdilər. Təlim prosesində  şagirdləri  müxtəlif  şəkildə  cəzalandırırdılar. Baxmayaraq ki, məktəblərdə oxuyanlar var­lıların və adlı-sanlı adamların övladları  idi, mirzəlik  çox hörmətli sənət hesab olunduğundan valideynlər bu münasibətə (övladlarının mirzələr   tərəfindən   cəzalandırılmasına)    pis   yanaşmırdılar.Papiruslardan olan Misir dəftərlərinin kənarlarında çox vaxt belə bir atalar sözü yazılırdı: "Uşağın qulaqları  belindədir,  ancaq döyüldüyü zaman qulaq asır". Misir yazı  sistemi təkmilləşdikcə,   onun  dil  quruluşu  da minilliklər ərzində dəyişmişdir. III-VII əsrlərdə qədim Misir dili artıq ölü dillərdən hesab olunurdu. Həmin dövrdə Misirdə çipti  dilindən istifadə olunurdu. Bildiyimiz  kimi, VII əsrdən başlayaraq  ərəb  dili yayılmağa başlanmışdır (İslamla bağlı).  Hazırda Misir ərazisində dörd milyon yerli  çipti  yaşayır. Onlar xristian olsalar da,  ərəb dilində danışır,ancaq öz ibadətlərini çipti dilində edirlər. Qədim  Misirdə bədii  ədəbiyyatın   əsasında   şifahi  xalq yaradıcılığı dayanır. Ən qədim əsərlər e.ə. V minilliyə aiddir. Qədim misirlilər üç min  il ərzində müxtəlif janrlarda zəngin bədii ədəbiyyat nümunələri yaratmışlar. Şifahi xalq yaradıcılığına daxil olan nağıllar əsasən  əkinçi  həyat  tərzini,  dünyagörüşünü  əks  etdirırdi.  Belə nağıllarla yanaşı  fironlar  və  əyanlara həsr edilmiş nağıllar da geniş yayılmışdı. Fironlar üçün onların sevdiyi  nağıllar yazılırdı və adətən mumiya ilə birlikdə sərdabələrinə qoyulurdu. Qədim misirlilər nağıl vasitəsilə  müdrikliyi,  humanistliyi tərənnüm edir, sadə  insanların əqlini,  mübarizliyini,  dönməzliyini göstərməyə  çalışırdılar.  Belə nağıllardan "Gəmi qəzasına uğrayan adam", "Düz və əyri haqqında nağıl", "Firon Xufu və cadugərlər", "İki qardaş haqqında nağıl" və s. göstərmək olar. Qədim misirlilər təbiətdə və insan həyatında  olan  hadisələri dini ideologiya ilə izah edirdilər.  Misirlilərin ölən və yenidən dirilən təbiət  allahı  hesab etdikləri  Osiris haqqında əfsanə bu  baxımdan səciyyəvidir. Orta və Yeni səltənət dövründə ədəbiyyatda mövcud dövlət və ictimai  quruluşu müdafiə  edən nəsihətlərə təsadüf olunur. Belə nəsihətlərdə sosial ziddiyyətlər, yuxarıların aşağıdakılara münasibəti,xalq üsyanlarının xoşagəlməz nəticələri və s. öz əksini tapır.  Bu nəsihətlərə misal  olaraq,  "Heraklopol hökmdarı  Axtoyun oğlu Merikaya nəsihəti", "I Amenemxetin nəsihəti", "Duauf oğlu Axtoyun nəsihəti", "İpuserin  kəlamı",  "Nefertifm  nəsihəti" və  s.  göstərə bilərik. Sinifli cəmiyyətin meydana çıxması ilə bağlı  incəsənət firon hakimiyyətinin güclənməsinə xidmət etməyə başladı. Qədim  Misir  memarlağlında  dinin təsiri  aydın hiss olunur.Ehramların   klassik   nümunəsi   Sakkarada  təmsil  olunmuşdur.Buradakı pilləli ehram firon  Coserə həsr  olunmuşdur. IV sülalə fironlarmdan  Xufu (hündürlüyü 147 m.), Menkauha (hündürlüyü 6 m.),  Xafra   (hündürlüyü  140  m.)  gözəl ehramlar tikdirmişlər.Məbədlərin divarlarında ilahiləşdirilmiş firon həyatı ilə yanaşı sadə insanların,  məsələn,  dalaşan qayıqçılar, işləyən sənətkarlar, dəfn mərasimləri və s. təsvirlər həkk olunmuşdur. Yeni səltənət zamanında incəsənət və memarlıq özünün daha yüksək inkişaf dövrünü yaşayır. Belə ki, qayalar yarılıb yeraltı dəfn sərdabələri yaradılır.  Məsələn, I Setinin yeraltı sərdabəsində yüzdən çox otaq vardır.  Ən əzəmətli memarlıq nümunəsi Fivadakı (Karnak və Luksor)  Ason məbədi hesab olunur. Bu məbədin böyük salonu 16 cərgədə ucaldılmış  134 sütundan ibarət imiş. Həmin salonun 12 mərkəz sütununun hündürlüyü 21  metr  imiş.  Salonun sahəsi isə 5 min kv/m-dən çox imiş. Misir memarlığının əsas sahəsini heykəltəraşlıq təşkil  edirdi. Bütün  məbəd və saraylar  heykəllərlə dolu olmuşdur. Əsasən misir allahlarından  və  fironlardan ibarət olan  bu heykəllər içərisində sadə insanlara həsr olunmuş heykəllər də var idi. Dini təsəvvürlər Misirdə cəmiyyətin bütün təbəqələrində özünü göstərdiyi kimi, mədəniyyətdə də izini qoymuşdur. Qədim misirlilərin ideologiyasını din təşkil edirdi. Dini təsəvvürlərin sadə formaları-fetişizm  (əşyalara sitayiş) və  totemizm  (heyvanlara sitayiş) qədim Misir tarixində  mövcud  olmuşdur. Misirdə  dini  sistem getdikcə inkişaf  edərək Yeni  səltənət dövründə  daha da mükəmməlləşdi.Allahlar haqqında təsəvvürlər müxtəlif təbiət qüvvələrinin və ictimai hadisələrin təcəssümü kimi yaranmışdı. Dini təsəvvürlərin əsasında yerli, vilayət və ümummisir ibadətgahları möhkəmlənirdi. Misirin ən  qədim dövründə əcdadlara və mərhumlara ibadət mövcud olmuşdur. İbadətdə də təbəqələşmə  özünü göstərirdi. Zaman keçdikcə Misirdə ibadətin məzmun və forması dəyişir. Qədim  misirlilər   fironun   şəxsiyyətini   ilahiləşdirmişdilər.Əvvəlcə  onu allahın oğlu, daha sonra isə allah adlandırdılar. Firona kainatın  allahı kimi  sitayiş  və  ibadət  olunurdu. İncəsənətdə də hökmdarın allah oğlu olması fikri təbliğ edilirdi. Firona ibadət üçün məbədlərdə xüsusi otaqlar təşkil olunmuşdu. Bu otaqlara  "böyük ev" adı verilmişdi. XVIII  sülalə  zamanı  "firon"  sözü  artıq hökmdar mənasında işlənirdi. Dinin bu şəkildə  təsirinə baxmayaraq,  bu  dövrdə insanlarda "bilik" haqqında təsəvvürlər  də mövcud idi. Məktəblər fəaliyyət göstərir, verilən biliklər tətbiqi mahiyyət kəsb edirdi. Misirlilər hesab və  həndəsə  sahəsində  sadə  biliklərə  malik  idilər.  Biliklər zəruri təlabatdan  yaranırdı. Riyaziyyatda ən böyük müvəffəqiyyət onluq say  sisteminin yaradılması  idi. Yazıda  1,  10, 100,  1000,  10000,1000000 kimi işarələrdən istifadə olunurdu. Astronomiyada da bəzi nailiyyətlər qazanılmışdı. Belə  ki, artıq misirlilər planeti  ulduzdan  fərqləndirirdilər.  Bu, onların  ulduzlar haqda tərtib etdikləri ilkin xəritədən də görünür. Onlar xüsusi təqvim yaradaraq ili  hər bir ayı 30 gündən ibarət olan 12 aya bölmüşdülər. İl 365 günə bərabər idi. Misir təqvim ili tropik ildən dörddə bir sutka geri qalırdı. Bu fərq 120 ildə bir aya bərabər olurdu. Su və günəş  saatlarının ixtirası  da  misirlilərin nailiyyətləri sırasına daxil idi.Təbabət də digər  elm sahələrindən  geridə qalmırdı.  Bəzi xəstəliklərin   müalicəsi   müəyyənləşdirilmişdi.Həkimlər   insan anatomiyası ilə bağlı tədqiqatlar aparırdılar. Misir Qədim  Şərqin inkişaf etmiş mədəniyyət mərkəzlərindən biri   hesab  olunurdu.   Sivilizasiyaya  uyğun   dövlət  sistemi,iqtisadiyyat,  mədəniyyətin müxtəlif sahələri üç min il ərzində  öz mövcudluğunu qorumuş və digər ölkələrə də  təsirini göstərmişdir. Misir Qədim Şərqdə ən uzunömürlü dövlətlərdən biri olmuşdur. Misir sənətkarları: ►Daşdan müxtəlif aşyalar hazırlayırdılar ►Mis və tuncdan müxtəlif bəzək asyaları və silahlar düzəldirdilər ►Kətandan müxtəlif növ parçalar toxuyurdular ►Qamıs və papirusdan həsir və səbət hörürdülər ►Süsə istehsal edirdilər. Misirlilər Mesopotamiya və Nubiya ilə geniş ticarət əlaqələri saxlayırdılar. Şərq ölkələrindən Misirə sidr ağacə, gümüş, qalay və qullar gətirilirdi. Misirlilərin dini təsəvvürlərinə görə təbiət hadisələrini allahlar idarə edirlər. Onlar öz al-lahlarını insan bədənli, heyvan və quş başlı təsvir edirdilər. Misir allahlarına aiddir: ►Amon – Baş allah (Amon fironun havadarı hesab olunurdu) ►Qor – Səma və isıq allahı ►Tot –Müdriklik və hesab allahı ►Ra (Xekri) - Günas allahı ►Anubis – Ölüm allahı ►Osiris – Ölən və dirilən təbiət allahı Misir mədəniyyətinə aiddir: ►e.ə. IV minillikdə heroqliflərin meydana gəlməsi ("müqəddəs işarələr") ►Əfsanələr (Əfsanələrdə əhalinin məişətindən, tanrı və fironların qüd-rətindən bəhs edilir) ►"Osiris haqqında əfsanə" ►Onluq hesablama sistemindən istifadə ►Duzbucaqlı, üçbucaqlı, trapesiya və dairənin sahəsinin müəyyənləşdirilməsi. ►Planetlərin ulduzlardan fərqləndirilməsi ►Ulduzların xəritəsinin çəkilməsi ►Ilin 12 aya bölünməsi (bir il 365 gündən ibarət idi) ►Har ayın 30 günə bölünməsi ►Gecə və gündüzün 24 saata bölünməsi ►Günəş və su saatının ixtira edilməsi ►Heykəltaraşlıq ►Sarqofaqın düzəldilməsi (qızıl maska) ►Təbabətin inkişafı Misir dövlətinin süqutu Daxili çakişmələr, yoxsullar və qulların üsyanları Misir dövlətini zəiflətdi. e.ə. 525-ci ildə Iran sahı II Kambiz Pelusiya döyüşündə Fanesin xəyanətindən istifadə edərək qələbə qazandı və Misir dövlətinə son qoydu. Müəllif Sədaqət Məmmədova Mədəniyyətşünaslıq
['qədim Misir', 'qədim misirlilər', 'Misir mədəniyyəti', 'papirus']
6,758
https://kayzen.az/blog/stil/1084/ki%C5%9Fi-stilind%C9%99-kobud-s%C9%99hvl%C9%99r.html
Kişi stilində kobud səhvlər
lesyA
Yaraşıqlı görünüş, gözəl imic
21 aprel 2010, 10:30
Son moda tendensiyalarının dalınca getmək qadınlara yaraşar.Hər yeni çıxan geyim,aksessuarlarla oynamaq kişilərin bəxtinə yazılmayıb.Neyləyək,hamısı zəmanədəndir... Çox rəng.Maksimum 3 rənglə kifayətlənin.Şalvar boz,köynək qırmızı,ayaqqabı qəhvəyi,palto da qonur olanda çox pis olar,əzizlərim.Çalışın alabəzək tutuquşuya dönməyin. Çoxtəbəqəlilik.Bunu həm qocalar,həm gənc oğlanlar,həm də yekə kişilər edir.Az qalırlar şkafda nə varsa,hamısını geysinlər.Futbolka,köynək,sviter,jiletka,sonra da pencək.Hamısı da bir-birinin altından çıxır.Soyuqdursa,get isti kurtka al,daha niyə özünü pis göstərirsən? Köhnə ayaqqabı.Əgər əşya öz ideal görünüşünü itiribsə,onu tullamaqdan çəkinmə.Çoxları köhnə,rahat,ayağa öyrəşmiş ayaqqabılarına elə öyrəşir ki,onları atmaq istəmir. Aksessuarların yanlış seçimi.Ay kişilər,yadda saxlayın ki,qalstuk,zaponka,portfel,qayış(kəmər),saat bizim haqqımızda çox şeyi deyir,çalışın ona fikir verin.Yalnız bir aksessuar parlaq rəngdə(və ya kostyumun fonunda seçilə) ola bilər.Paltarda və aksessuarda müxtəlif şəkil və naxışların olması da yolverilməzdir.Özü də aksessuarlar lap çox olmamalıdır,yoxsa qaraçı baronuna oxşayarsınız. Odekolonun çox iyi.Bəzən yaxşı ətir saçmaq istədiklərinə görə kişlər bütün flakonu üstlərinə əndərirlər.Guya ki,onda ətur çox qalır.Bununla həm paltarı xarab edir,həm də ətrafdakıları əsəbiləşdirirlər. Şalvarın yanlış ölçüsü.Adam bəzən öz-özünə sual verir ki,kişilərin gözü var ya yox?Ya şalvarlar döşəməni süpürür,ya da dizə çatmır.Çalışın ki,gözgüdə özünüzə baxın. Hündür bel.Bəzən də şalvarı yuxarı çəkir,göyün yeddinci qatına qoyurlar.Başa düşmürlər ki,onda klouna oxşayırlar. Divaysları kəmərdə gəzdirmək.Kəmərə mobil telefon,kiçik çanta,pulqabı taxmaq ciddi adama yaraşmır. Boyunun dibində papaq.Bir də görürsən papağı bərk-bərk boyunlarına dürtürlər və ya qulaqlar iri papaqdan kənara çıxır.... Uyuşmayanı uyuşdurmaq.Dəri kurtka+idman şalvarı,palto+krossovka.Yenə də nümunə görmək istəyirsinizsə,küçəyə çıxın,görəcəksiniz... Sandaliya və nəleyinlərlə(şəp-şəp) corab geymək.Daha sözüm yoxdur:-):-):-):-):-)
['kişi stili', 'gözəl görünüş', 'yaraşıqlı görünüş']
6,759
https://kayzen.az/blog/h%C9%99rb%C3%A7il%C9%99r/1038/admiral-nelson.html
Admiral Nelson
papatürk
böyük hərbi xadimlər
21 aprel 2010, 10:12
Horatsio Nelson keşiş oğlu idi. Ümumiyyətlə, onların bütün qohum-qardaşları kilsə xadimləri idilər. Ona görə belə ailədən dənizçi çıxması gözlənilməz idi. Lakin bu işdə sözsüz gəmi kapitanı olan dayısının mühüm rolu olmuşdu. Onun balaca Horatsioya 7 yaşında ikən itirdiyi anasının dənizçi olan ulu babalarının macəraları haqqında söhbətləri də unudulmaz təsir bağışlamışdı. Buna görə 12 yaşı olanda Horatsio dayısı Sanqlinqin kapitan olduğu «Trayemfom» keşikçi gəmisində qulluğa girdi. Lakin dayısı onu Hindistana gedən ticarət gəmisinə düzəltdi. İki il çəkən bu səfərdən qayıdan 15 yaşlı Nelson artıq mahir dənizçi idi. 1773-cü ildə o, Şimal qütbünə ekspedisiyaya gedən hərbi gəmilərin birində səfər etdi. Bu səfərdən sonra Nelson 18 aylıq İran körfəzinə və Hindistana yola düşdü. Həmin səfər zamanı o, vətəni üçün qəhrəman olacağına and içdi. Qayıtdıqdan sonra Nelson dayısının köməyi ilə 64 düyməli «Uorçester» hərbi gəmisində dördüncü leytenant kimi qulluğa başladı. Elə həmin ildə o, imtahan verib leytenant rütbəsini aldı. Nelsonun dövründə ingilis hərbi gəmiləri bir neçə dərəcəyə bölünürdü. Birinci dərəcə 100 toplu 2000-2600 tonluq su tutumu və 850-950 nəfər heyəti olan gəmilər böyük müharibələrdə iştirak edirdilər. Elə həmin illərdə də ingilis gəmiləri yeni tipli daha güclü toplarla silahlandı. Bu topların lülələri əvvəlkilərindən qısa, dağıdıcı zərbələri qat-qat artıq idi. Dördüncü dərəcəli gəmilər freqatlar adlanırdı və Nelson onları «donanmanın gözü» hesab edirdi. Bu gəmilər çox çevik olub kəşfiyyatla məşğul olur və eskadra komandirləri arasında əlaqə vasitəsi sayılırdı. Freqatlar donanma admirallarının tapşırıqlarını yerinə yetirir, eyni zamanda yeri gələndə düşmən gəmiləri ilə döyüşə də girirdi. Nelson «Lovestov» freqatına təyinat alır və burada kapitan Uilyam Lokerin başçılığı ilə özünün bütün qabiliyyətlərini göstərir. Həmin illərdə ingilislərlə onların Şimali Amerika müstəmləkələri arasında istiqlaliyyət müharibəsi başlayır. «Vest-Hind»də ikən gənc leytenantın ixtiyarına əyri yelkənli, iki dor ağaclı gəmi - şxuna verilir və o, Karib dənizində adaları bir-birindən ayıran saysız körfəzlərdən keçib manevr sənətini bütün incəliklərinə qədər mənimsəyir. Bir dəfə güclü fırtına zamanı Nelsonun qulluq etdiyi freqat Amerikanın silahlı mülkü gəmisi ilə rastlaşır və Nelson bu çətin şəraitdə düşmən gəmisinin göyərtəsinə keçib onun ələ keçirilməsinə nail olur. Nəhayət, 1779-cu ildə hələ 21 yaşı tamam olmayan Nelson «Xincinbrük» freqatına kapitan təyin olunur. O dövrdə düşmən gəmilərini tutub ələ keçirmək böyük hünər sayılır və Admiralteys tərəfindən hər cür həvəsləndirilirdi. Hər ələ keçirilən qənimət üçün mükafat verilirdi. 1780-ci ildə özünü müstəqil elan etmiş Amerika Birləşmiş Ştatları ilə İngiltərə arasında müharibə gedirdi. Əvvəlcə Fransa, sonra isə İspaniya və Hollandiya da ABŞ-la birləşirlər. Bu zaman Yamayka qubernatorunun təklifi ilə Nelson Mərkəzi Amerikada mühüm bir əməliyyat həyata keçirir və özü də ağır xəstələnir. Lakin güclü iradəsi sayəsində sağalıb 1781-ci ildə «Albemarl» freqatına kapitan təyin olunur. Bu ələ keçirilən fransız ticarət gəmisi idi. Bir neçə il burada komandanlıq edəndən sonra Nelson başqa bir freqata - «Boreas»a kapitan təyin olunur. O, 1787-ci ildə varlı dul qadına evlənir, lakin dənizi tərk etmək istəmir. İngiltərə-Fransa sülh müqaviləsindən sonra gəmilərin çoxu işsiz dayanır. Nelson istər-istəməz dənizi tərk etməli olur. Bu işdə onun Admiralteys rəhbərləri ilə konflikti də az rol oynamır. Nəhayət, uzun mübahisə və mübarizədən sonra 1793-cü ildə o, 64 düyməli «Aqamemnon» xətli gəmiyə kapitan təyin olunur. Həmin illərdə Fransa inqilabi hadisələr burulğanından çıxıb qəribə olsa da aqressiv siyasət yeritməyə başlamışdı. Nəticədə iki ölkə yenidən düşmənə çevrilmişdi. 1793-cü ildə ingilis eskadrası fransız gəmilərinə Tulon limanından çıxmaq imkanı verməmək üçün Aralıq dənizinə çıxdı. Burada onlar çox güclü İspan donanması ilə toqquşdular. Və bu toqquşmada Nelson öz qeyri-adı hərbi istedadını bir daha sübut etdi. Əhvalat belə olmuşdur. 1797-ci il fevralın 14-də admiral Con Cervisin komandası altında 15 ingilis xətt gəmisindən ibarət eskadra Portuqaliyanın San-Visenti boğazı yanında 18 və 8 ispan gəmilərindən ibarət iki eskadra ilə rastlaşır. İngilis admiralı kiçik dəstə gəlməmiş ispanların böyük dəstəsinə hücum edib onu məhv etmək qərarına gəlir. Bir neçə manevrdən sonra Cervis öz gəmilərinə dönüb düşmən gəmilərini təqib etmək əmrini verir. İngilis gəmiləri bir-birinin dalınca düzülüb ispanların aryerqardına doğru irəliləyir. Nelsonun gəmisi arxadan üçüncü olur. Nelson görür ki, bu cür taktika eskadranı məhvə aparır. Buna görə əmr gözləmədən irəli çıxıb rəqibin qabaq gəmilərinin yolunu kəsir. Nelsonun o dövrün ən böyük hərbi gəmisi olan 74 düyməli gəmisi ispanların 30 düyməli «Santissima Trinidad»ına hücum edir. Bu açıq-aşkar admiralın əmrinin pozulması deməkdi. Lakin ağıllı Cervis Nelsonun düz hərəkət etdiyini başa düşür və o, kapitan Kollinqvurda Nelsona kömək etməyi əmr edir. Beləliklə, ingilislər düşmənin dörd xətt gəmisini ələ keçirir. Qalanları qaçır. Nelson özü iki düşmən gəmisini admiralla bərabər çəkib aparır. Və o vaxtdan bu cür manevr «Nelson korpusu» adlanır. Bu qələbədən sonra Cervis qraf dərəcəsini, Nelson isə kontr-admiral rütbəsini və zadəgan dərəcəsini alırlar. Horatsio Nelsonun qələbələrinin sayı-hesabı yoxdur. Hesablamalara görə bu məğlubedilməz admiral ömrü uzunu 250-ə qədər döyüşdə qələbə çalmışdı və onların tacı Trafalqar döyüşüdür. Həmin tarix döyüşdə Nelson fransız-ispan birləşmiş donanmasına demək olar ki, darmadağın etmişdi. Həmin döyüşün təsviri belədir: 1805-ci ildə fransızlar ispanlarla birləşib Britaniya adalarına girmək planını hazırlayırlar. Təkcə fransızlar bunun üçün böyüklü-kiçikli iki min beş yüz gəmi hazırlaya bilirlər. Bu xəbəri eşidib bütün Britaniya həyəcana düşür. Napoleonun Avropadakı qələbələri, onun İtaliyanı bir zərbə ilə fəth etməsi onsuz da hamını sarsıtmışdı. Fransızlar İngiltərəyə desant çıxarmaq üçün 120 min seçmə əsgər hazırlamışdılar. Nelson artıq əvvəlki döyüşlərində bir gözünü və bir qolunu itirmişdi. Buna baxmayaraq İngiltərə hökuməti onu Böyük Britaniyanın hərbi dəniz qüvvələrinin baş komandanı təsdiq etdi. 1805-ci il sentyabrın 13-də Nelson Marton limanını tərk edib Portsmuta - onu gözləyən flaqman gəmisi «Viktoriyaya» gəlib elə həmin gün göyərtəyə çıxdı. Fransa-İspaniya gəmilərinin sayı ingilis gəmilərindən çox idi. Lakin Nelson bilirdi ki, ingilis zabit və dənizçiləri fransızlardan və xüsusilə ispanlardan qat-qat təcrübəli və dözümlüdürlər. Döyüş planını Nelson oktyabrın 21-də «Viktoriya»nın göyərtəsində hazırladı. Admiral Kollinqvud ikinci flaqman gəmisi ilə düşmən gəmiləri arasına girib onu parçalamalı, sonra isə Nelsonun dəstəsi döyüşə girib onun taleyini həll etməli idi. Nelsonun 27, müttəfiqlərin isə 38 gəmisi döyüşə çıxmışdı. Topların sayınca da müttəfiqlər irəlidə idilər. Donanmalar Cəbəllütariq yanındakı Trafalqar burnunda üz-üzə gəldilər. Fransızlar gəmilərini aypara şəklində düzmüşdülər. İngilislər Konlinqvudu irəli verib ağır-ağır onun ardınca irəlilədilər. Döyüş başlananda onlar planı dəyişdilər və Nelsonla Kollinqvud əlbir şəkildə fransızların mərkəzinə doğru hücuma keçdilər. Nelson admiral geyimində, sinəsində parıldayan ordenlər «Viktoriya»nın göyərtəsində idi. Ona yerini, ya da planlarını dəyişməyi təklif etdilərsə də razı olmadı. Döyüş başlandı. Kollinqvud irəli getdi. Düşmənlər «Viktoriya»nı görüb atəşə tutdular. İngilis gəmiləri rəqiblərin cərgələrini pozdular. Fransız topçularının atəşlərindən «Viktoriya»nın göyərtəsindəki bütün matros və zabitlər həlak oldu. Yalnız kapitan Xardi ilə Nelson sağ qaldılar. İngilis gəmiləri daha sərrast atəş açırdı və düşmən gəmilərinin itkisi daha çox idi. Xardi bir də dönüb baxanda dəhşət içində Nelsonun yıxıldığını gördü. Admiral Nelson ona çatan Xardiyə dedi: «Onlar nəhayət ki, mənim axırıma çıxdılar». Saat 2-də fransız flaqmanı bayrağını endirdi və baş komandan Vilnov əsir alındı. Nelsonu təbrik edib xəbər verdilər ki, 15 düşmən gəmisi əsir alınıb. Beləliklə, Nelson 250-ci qələbəsini görüb sonra gözlərini yumdu. Bu, dünya hərb tarixində ən böyük qələbələrdən biri idi. Döyüşdə 6 min rəqib və 3 min ingilis dənizçisi həlak oldu. Yalnız 11 düşmən gəmisi geri qayıda bildi. Mənbə: böyük insan Əlisa Nicatın "Dünya sərkərdələri" kitabı
['admiral', 'Nelson', 'sərkərdə', 'ingilis hərbçisi']
6,760
https://kayzen.az/blog/karyera/1082/s%C3%B6hb%C9%99t%C9%99-ba%C5%9Flamaq-%C3%BC%C3%A7%C3%BCn-n%C9%99-etm%C9%99k-laz%C4%B1md%C4%B1r.html
Söhbətə başlamaq üçün nə etmək lazımdır?
Zahid_GDMLI
Karyera və yüksəliş
20 aprel 2010, 21:53
Düşünürəm ki, çoxlarımızın hələ də bu barədə bilmədiyi bəzi məqamlar var və ümumiyyətlə danışıq qabiliyyəti insanda çox önəmli faktordur. Aşağıdakı qaydalara əməl etmək məqsədə uyğun hesab edilir. 1. Xoş əhval-ruhiyyə, təbəssüm. Siz gülümsəyəndə, insanlar sizin mehriban və ünsiyyətli olduğunuzu fikirləşirlər. 2. İnsanla əlaqə qurmağın ən sadə üsulu ona xoş söz demək və kompliment söyləməkdir. 3. Tanışlarınızdan onların maraqları, xobbiləri, yaşadıqları yer haqqında soruşun. 4. Söhbət zamanı susmayın. Sizə sualla müraciət olunduqda, mütləq onu cavablandırın. 5. Əgər siz kafedəsinizsə, orada olan digər gənclərə qoşula bilərsiniz. Eləcə də siz artıq kiminləsə tanış olmusunuzsa, onu sizə qoşulmağa dəvət edin (məsələn, kinoya getməyə və s.) 6. Yeni tanış olduğunuz insanlara elektron poçtu vasitəsi ilə balaca dostluq məktubu göndərin və ona cavab verilməsini izləyin. 7. Yeni tanışlarınızla çatda, forumda ünsiyyətdə olun. 8. Yeni tanışlarınıza hər hansı bir işində kömək etməyi təklif edin. 9. Yeni tanışlarınızı zənglərinizlə bezdirməyin. Unutmayın ki, heç kim ona həddindən artrq zənglərin olmasını istəmir. 10.Yeni tanışlarınıza gəzintiyə çıxmağı, mağazaların vitrinlərini seyr etməyi və şəhərin diqqətəlayiq yerlərini gəzməyi təklif edin.
['ünsiyyət bacarığı', 'danışma qabiliyyəti']
6,761
https://kayzen.az/blog/karyera/1076/u%C5%9Fa%C4%9F%C4%B1n-u%C4%9Furlu-ixtisas-se%C3%A7imind%C9%99-valideyn-rolu.html
Uşağın uğurlu ixtisas seçimində valideyn rolu
IDEAL
Karyera və yüksəliş
20 aprel 2010, 16:00
Yaşlı ingilis xanımından soruşurlar:- İnsanı mədəni, savadlı, daha doğrusu ziyalı etmək üçün nə lazımdır?- Bundan asan nə var, cəmi cümlətani üç kollec qurtarmaq lazımdır- deyə qadın fikirləşmədən cavab verdi.- Necə, bir adam üç kolleci...?- Xeyr, bir adam nə üçün. O, özü, valideyni, valideyninin valideyini. Razılaşmaq lazımdır ki, uşaqların normal təhsil almasında valideynlərin rolu az deyil.İnsanın məruz qaldığı və onun hərəkətinə, davranışına istiqamət verən əsas təsirlər aşağıdakılardi: 1. əcdadlar 2. valideyinlər 3. mühit V. Ovçinikov yazır ki, ingilis ailələri, hər şeydən əvvəl, nəslin davamçısının xarakterinə, rəftarına məktəbin edəcəyi təsir və gələcək həyat yolunda onlara kömək və dayaq olacaq, uşaqların özlərinin qazandıqları dostar haqqında fikirləşirlər. Nisbətən az əməli fayda verən klassik təhsilə isə çox az fikir verirlər. Marqaret Tetçerin oğlu Mark Tetçer hesab edir ki, mükəmməl təhsilin üstünlüyü bir də ondan ibarətdir ki, o insana şəxsi mənafeyini müdafiyə etməyi öyrədir.İrlandiyalı sosioloqlar işgüzar adamların böyük bir dəstəsinin fəaliyyətini təhlil etmiş və aşkara çıxarmışlar ki, onların əksəriyyəti yaradıcılıqla məşğul olmayanlar, qalanları isə fəal yardıcılıqla məşğul olanlardı. Tədqiqatın nəticəsində belə məlum olub ki, yaradıcılıq qabiliyyətinə malik olmayanların əksəriyyəti aristokrat ailələrin uşaqlarıdı. Onlar cəmiyyətdəki vəzifələrinə uyğun təhsil almış, dil, musiqi və etiket qaydalarını öyrənmişlər. Beləliklə də valideyinlərinin böyük canfəşanlığı nəticəsində, demək olar ki, dünyaya göz açdıqları gündən "konservasiya" edilmiş və ümumiyyətlə modelləşib müəyyən qəlibə salınmışlar. İşdə onlar başqalarının ideyasını qəbul edib, səliqəylə və savadlı yerinə yetirsələr də özləri özləri heç bir şəxsi ideya verməmiş, şəxsi təşəbbüs göstərməmiş və yaradıcılıqla məşğul olmamışlar. Lakin bu tədqiqat nəticəsində məlum olmuşdur ki, daha sadə ailələrdən çıxan işgüzar insanlar fəal yaradıcılıqla məşğuldular. Belə ailələrdə uşaqların tərbiyəsi ciddi qayda-qanuna tabe olmamış, məhdudiyyətlər az sərbəstlik çox olduğundan fəal yaradıcılıqla məşğul olmaq və onu inkişaf etdirmək imkanı daha çox olmuşdur. Gəlin etiraf edək, oxuyanda ki, A. Linkoln əmək fəaliyyətinə odunçuluqdan başlayıb, Cek London isə yaradıcılığa başlayana qədər onlarca peşə dəyişmişdir, adam qəribə qibtə hissi keçirir. Hətta çox qəribədi ki, O'Henri ilk əvvəl mühasib işləmiş, yaradıcılığa isə günahsiz müqəssir olaraq düşdüyü həbsxanada başlamışdır. Yaradıcılıq qabiliyyətini nümayiş etdirmək, heç də hər bir uşağın, yeniyetmənin və gəncin şəxsən özünə müəssər olmur. Çünki, bunun üçün şərait, yəni məqam və səbəb lazımdır. Ancaq çox vaxt, elə olur ki, valideynlər uşaqlarına kömək etmək əvəzinə, onlara zorla öz hökümlərini qəbul etdirməyə çalışırlar və bu da uşaqlarda yenicə oyanmış istedadın, meylin və qabiliyyətin boy atmamaış dağılıb parçalanmasına səbəb olur. - Ana, tikiş tikməyi öyrənmək istəyirəm. - Qətiyyən elə şey olmaz. Bir o qalmışdı ki, mənim qızım dərzi olsun. Uşaqları zorla musiqiylə məşğul olmağa və dil öyrənməyə və s. məcbur edirlər. Bu isə görün nəyə gətirib çıxara bilər.Amerika mütəxəssislərinin musiqi məktəblərində apardıqları tədqiqatın  nəticələri göstərmişdir ki, kiçik yaşlı uşaqlar fortapianoda məcburiyyət nəticəsində çalırlar. P.S. Valideyinlər bəzən uşaqlarını nə isə etməyə məcbur etdikləri üçün onlarda yaradıcılığa enerji qalmır. Ancaq şəxsi stimul olmadığından gələcəkdə valideynlərin yönəltdiyi  sahələr üzrə uşağın uğur qazanması demək olar ki imkansızdı. Sadəcə uşağı qabiliyyəti və həvəsi olan sahəyə yönəltməklə ona kömək etmək mümkündü. Məncə valideyinlər peşənin prestijini əsas götürüb uşağı o istiqamətə yönəltməməlidi. Yəni ki, uğur qazanmaq üçün insanın hüquq fakultəsini bitirməsinə ehtiyac yoxdu. O qədər hüquqşunas var ki, heç özlərinə normal iş tapmağı bacarmırlar. Dahi şairimiz Nizami Gəncəvinin sözü lap yerinə düşür:"Kamil bir palançı olsa da insan,Yaxşıdır yarımçıq papaqçılıqdan"Material Azad Mirzəcanzadənin "İxtisasa giriş" kitabı əsasında tərtib olunub.
['karyera', 'təhsil', 'ixtisas seçimi']
6,762
https://kayzen.az/blog/kartoqrafiya/1027/g%C3%BCn%C9%99%C5%9F-sistemi.html
Günəş sistemi
2ral
Kartoqrafiya
20 aprel 2010, 09:52
Kainat bizi əhatə edən sonsuz varlıq olub, 100 mln-larla qalaktikadan ibarətdir. Qalaktika göy cisimlərinin bir-biri ilə qarşılıqlı əlaqəyə girərək əmələ gətirdikləri sistemdir. Bu sistemlərdən biri bizim yaşadığımız yer planetinin daxil olduğu günəş sistemidir. Bu sistemə Günəş, onun ətrafında fırlanan 9 planet, onlarla peyk, minlərlə asteroid, komet və meteroid daxildir. Komet və meteroidlər daha kiçik səma cisimləridir. Meteroidlərin - asteroidlərin parçalanması nəticəsində yaranması fərz edilir. Günəş yerə ən yaxın ulduz olub, aralarında orta məsafə 150 mln km -dir. Günəş 70% hidrogendən, 29% heliumdan ibarətdir Günəşin mərkəzində temperatur +20mln C0, səthində isə 6000 C0-dir. Saniyədə 300 min km sürətlə hərəkət edən işıq şüası Günəşdən Yerə 8,3 dəqiqəyə gəlib çatır. Günəşin atmosferi 3 qatdan-fotosfer, xromosfer və günəş tacından ibarətdir. Hər bir planetin Günəş ətrafında hərəkəti zamanı yaratdığı mərkəzdənqaçma qüvvəsi Günəşin həmin planeti özünə cəzbetmə qüvvəsinə bərabər olduğuna görə, Günəş sistemi sabit halda fəaliyyət göstərir. Günəşdən uzaqlığına görə 9 planet aşağıdakı kimi düzülüb: 1. Merkuri   Bu 4 planet daxili və ya Yer tipli planetlər adlanır. Bu planetlərin sahələri kiçik, sıxlığı isə böyük olur.     2. Venera 3. Yer 4. Mars 5. Yupiter   Bu planetlər xarici və ya Nəhəng planetlər adlanır ( Plutondan başqa). Bu planetlərin sahələri böyük, sıxlığı isə kiçik olur     6. Saturn 7. Uran 8. Neptun 9. Pluton Bu planetlərdən ən böyüyü Yupiter, ən kiçiyi isə Plutondur. Yer - planetlər arasında Günəşdən uzaqlığına görə 3-cü, böyüklüyünə görə isə 5-ci yerdədir. Planetlərin ətrafında kiçik cazibəyə malik olan peyklər fırlanır. Yerin təbii peyki olan Ay- Yerə ən yaxın səma cismi olub, Yerdən 384,400 km aralıdadır. Ay özü işıq saçmır. O, ya bilavasitə, ya da yerdən əks olunan Günəş şüaları ilə işıqlanır. Bunun səbəbi isə Ayın Yer ətrafında və eyni zamanda Günəş ətrafında fırlanmasıdır. Ay öz oxu ətrafında 29,5sutkaya, Yer ətrafında isə 27,3 sutkaya tam 1 dövr edir. Sıx atmosfer qatı olmadığından Ayın səthi gündüz +1300C qızır, gecə isə -1700C soyuyur. Bu güclü fiziki aşınmaya səbəb olur. Ayda ilk dəfə 1969-cu ildə amerikan kosmonavtları Armstronq və Oldrin olub. Yer, Ay və Günəşin fəzadakı mövqeyi və hərəkəti arasında cüzi uyğunsuzluq Günəş və Ay tutulmalarına səbəb olur. Yer kürəsi Ay və Günəş arasında olduqda Ay tutulması ; Ay Yer ilə Günəş arasında olduqda isə Günəş tutulması baş verir.
['Günəş sistemi', 'planetlər', 'Günəş']
6,763
https://kayzen.az/blog/h%C9%99rb%C3%A7il%C9%99r/1037/trayan.html
Trayan
papatürk
böyük hərbi xadimlər
20 aprel 2010, 01:03
Min illik Roma imperiyası tarixdə doğrudan da unikal hadisədir. Dünyada görünməyib ki, bir şəhər bu qədər yüzilliklər ərzində dünyanın yarısına ağalıq etsin. Bu parlaq tarixin eniş-yoxuşları, şərəf və triumflarla bərabər rüsvayçılıqları da çox olmuşdur. Ancaq bizim məqsədimiz rüsvayçılıqları deyil, şərəfləri, daha dəqiqi, ölkəsinə şərəf gətirənlərin əməllərini açıb göstərməkdir. Bu cəhətdən Roma imperatoru Trayanın həyatı gözəl nümunə sayıla bilər. O, İspaniyada romalı ailəsində anadan olmuş, atası ilə Romanın İudeya və Parfiya hərbi kompaniyalarında sıravi bir legioner kimi iştirak etmişdi. İmperator Narva bu gənc konsulu oğulluğa götürmüş, Reyndə döyüşlərin komandiri kimi göstərdiyi rəşadətə görə ona "Germanski" titulunu vermişdi. 98-ci ildə Narvanın ölümündən sonra Trayan imperator seçilib, ilk növbədə quruculuq işlərinə başlamış məhkəmə sistemini qaydaya salıb təkmilləşdirmiş, yeni küçələr və kanallar çəkdirməklə kommunikasiya sistemini bərpa etmiş, Romanı yeni əzəmətli tikintilərlə bəzəmişdi. Bunlar onun texniki işləri idi. Lakin Trayan tarixə onlardan daha artıq ölkədə siyasi-mənəvi mühitin təmizləməsi ilə daxil olmuşdu. O, vətəndaş azadlığını və xüsusilə söz azadlığını görünməyən dərəcədə yüksəltmiş, ölkədə hökm sürən donos və xəbərçilik maşınını məhv etmişdi. O, bütün donosçuları kompassız və yelkənsiz bir gəmiyə yığıb dənizə buraxmış, qoy başlarına nə gəlirsə-gəlsin, külək hara aparırsa aparsın, demişdi. Gizli imzalarla anonim yazan donosçuların isə yazdıqlarını oxumayıb, cırıb atmaqla problemi həll etmişdi. Yalnız bundan sonra xarici siyasətə girişib, əvvəlcə narahat və üsyankar Dakiyaya yürüş etmişdi. Qeyd etmək lazımdır ki, onun Dakiyaya yürüşünün səbəbi dakların özlərini saymaz aparmaları, Roma ilə sazişdən imtina etmələri idi. Hər halda tarixçi Kiçik Plini belə yazır. Trayan 101-ci ildə, indiki Rumıniyada yerləşən bu naməlum xalq üzərinə gedəndə daklar hazır vəziyyətdə onu gözləyirdi. Ona görə müharibə uzun çəkdi. Daklar həlledici döyüşdən yayınıb üzücü partizan mübarizəsi aparırdılar. Nəhayət, Trayan 106-cı ildə bu monolit və güclü xalqa qalib gəldi. Dağlar arası bütöv bir vadi dakların meyitləri ilə örtüldü və Dakiya Roma əyalətinə çevrildi. Trayan Roma ənənəsinə uyğun olaraq bu qələbəsini 123 gün çəkən bayram və qladiator tamaşaları ilə qeyd etdi. Və senatın qərarı ilə bu qələbə naminə yeni meydan salınıb, orada möhtəşəm Trayan forumu ucaldıldı. Bir neçə əzəmətli binanı əhatə edən bu forumun ortasında 39 metr 83 santimetr hündürlüyündə əzəmətli kolonna ucaldıldı. Kolonnanın içində bizim Qız qalasında olduğu kimi mərmər bloklardan hörülən pilləkən qalxırdı. Pillələrin üstündə forumun kimin tərəfindən hansı məqsədlə tikilməsi yazılmışdı. 106-cı ildə Trayan Nabateya çarlığını fəth edib oranı Romanın əyalətinə çevirdi. 113-cü ilin payızında o, çoxdan bəri Romaya qarşı düşmənçilik siyasəti yeridən Parfiya çarlığına qarşı yürüşə çıxdı və 115-ci ildə onun paytaxtı Ktessifonu alıb Roma imperiyasının əyalətinə çevirdi. 114-115-ci illərdə Mesopotamiyanı fəth etdi. Trayan Roma legionlarını Yuli Sezar dövründəki kimi qarşısıalınmaz bir qüvvəyə çevirdi. Babil, Suriya, Fələstin, Kipr, Misir, Liviya da Romanın əyalətinə çevrildi. Trayan alicənab və ləyaqətli hökmdar kimi özünə bənzər insanları yüksək qiymətləndirdi. Tarixçi Kiçik Plini və Tasitə olan münasibətini buna misal göstərmək olar. O, Plinini Vifiniyaya əyalət başçısı göndərmiş, Tasiti isə konsul seçdirmişdi. Trayan da Narva kimi sonsuz idi. Buna görə o, ömrünün sonlarında xalası oğlu Elio Adrianı oğulluğa götürüb özünə varis elədi. Trayan növbəti hərbi səfərdən qələbə ilə qayıdarkən yolda vəfat etmişdi. Qəribədir ki, onun varis seçdiyi Adrian da ləyaqətli və bacarıqlı hökmdar və o da Trayan kimi sonsuz olmuşdur. Mənbə: böyük insan Əlisa Nicatın "Dünya sərkərdələri" kitabı
['Trayan', 'Roma imperatoru', 'sərkərdə']
6,764
https://kayzen.az/blog/diplomat/954/missiya-ba%C5%9F%C3%A7%C4%B1s%C4%B1n%C4%B1n-%C3%B6z-f%C9%99aliyy%C9%99tini-bitirm%C9%99si.html
Missiya başçısının öz fəaliyyətini bitirməsi
rokfeller
Diplomatiyada protokol və etiket
19 aprel 2010, 22:58
Diplomatik missiya başçısının ölkədə fəaliyyətini bitirməsinin müəyyən protokol prosedurası mövcuddur. Missiya başçısının akkreditə olduğu hökumət onun geri çağırılmasını tələb edirsə, əksər hallarda, nüfuz nöqteyi-nəzərindən, onu əvəz etməzdən öncə diplomatı məsləhətləşmələr üçün çağırır. Geri dönən missiya başçısı məktub vasitəsilə dip­lomatik korpusun digər üzvlərini missiyasının başa çatdığı haqda məlumatlıdır. Şəxsi dostlarına o üzərində p.p.c. qeyd edilmiş vizit kartını göndərir. Diplomatik missiya başçısı öz vəzifəsini tərk etməzdən bir az öncə (təbii ki, geri çağırılma qəbul edən dövlətin təşəbbüsü ilə edilən hallar istisna olmaqla) dip­lomat bu barədə nota ilə xarici işlər nazirini məlumatlandırır və dövlət başçısı ilə audiyensiya (görüş) üçün xahiş edir. Bu cür vida viziti fərdi xarakter daşıyır və geri dönən missiya başçısı bundan geri çağırılma sənədini təqdim etmək üçün istifadə edə bilər. Normal praktikada vəzifəsini tərk edən missiya başçısının geri çağırılma sənədi və onun varisinin etimadnaməsinin verilməsi eyni zamanda baş verir. Diplomatik korpusun duayeni və digər diplomatik missiya başçılarına geri dönən missiya başçısı gedişi barədə, məsələn, aşağıdakı formada məlumat verə bilər: Zati-aliləri (yaxud Cənab işlər üzrə müvəkkil), Sizi missiyamın başa çatması ilə əlaqədar filan tarixdə filan yerə geri dönəməm barədə məlumatlandırmaqdan şərəf duyuram. Varisim gələnə qədər səfirliyin fəaliyyətinə rəhbərliyi ad interum işlər müəvvəkili (müvəqqəti işlər üzrə müvəkkil) qismində cənab … (məsələn, səfirliyin məsləhətçisi, müşaviri) icra edəcək. Fürsətdən istifadə edərək, Sizə ölkələrimiz və diplomatik nümayəndəliklər arasında həm rəsmi, həm də şəxsi xoş münasibətlərin qurulmasında xeyli dərəcədə yardımçı olmuş əməkdaşlığa görə səmimi təşəkkürümü bildirirəm. Sizə dərin hörmət və ehtiram hissləri bəslədiyimə əmin olmağınızı xahiş edirəm. Səfirin adı (inisialları) Zati-aliləri… Yaxud işlər üzrə Müvəkkil … (Feltxem R.C. Diplomatın stolüstü kitabı (rus dilində),  s. 43). Diplomatik missiya başçısı ölkəni tərk etdikdə, yaxud onun geri çağırılması barədə notada dəqiq müddət göstərildiyi halda, öz vəzifələrinin icrasını daha da öncə dayandırır. Əgər missiya başçısı ölkəni razılaşdırılmış müddətdən gec tərk edirsə, adətən müəyyən müddətə onun və ailəsinin bütün imtiyazları və diplomatik toxunulmazlığı qüvvədə qalır. Bir qayda olaraq, geri dönən diplomatik missiya başçısını protokol şöbənin nümayəndəsi yola salır. Diplomatik nümayəndə qəbul edən dövlətin ordeni ilə mükafatlandırıla bilər, lakin bu ordeni öz hökümətinin razılığı ilə qəbul edə bilər.
['diplomatik missiya']
6,765
https://kayzen.az/blog/musiqi%C3%A7il%C9%99r/965/frans-%C5%9Fubert.html
Frans Şubert
2ral
böyük musiqiçilər
19 aprel 2010, 19:44
İlk romantik bəstəkar avstriyalı Şuberti (1797 — 1828) onun bilavasitə sələfi Bethovenlə müqayisə etdikdə musiqidə nə dərəcədə əhəmiyyətli dəyişikliklərin baş verməsi açıq-aydın görünür. Bethovenin qəhrəmanı öz üzərinə nəhəng, şəxsi mənafelərindən uzaq məqsədlər qoyub ona kəskin mübarizədən sonra nail olur. Şubertin qəhrəmanı da xoşbəxtlik, səadət sorağındadır, lakin o, bədbinliyə, ümidsizliyə qapılır və axırda tənha qalır. Şubert musiqisinin obrazlar dünyası bəstəkarın öz həyatı ilə də səsləşirdi. Belə ki, dostlarının söylədiklərinə görə, son dərəcə təvazökar, hətta utancaq olan Şubert çox vaxt mənəvi sarsıntılar keçirir, öz mənafeyini qoruya bilmirmiş. O, daim maddi ehtiyac içində yaşamış və bəzən fortepianosunu girov qoymalı, musiqini alətsiz bəstələməyə məcbur olmuşdur. Lakin heç bir çətinlik Şuberti seçdiyi yoldan döndərə bilməmişdir. Şubert musiqisinin əsas cəhəti onun son dərəcə səmimiliyidir. Doğrudan da, əsərlərini dinləyərkən özünü sanki bəstəkarın həmsöhbəti hiss edir, onun ürək çırpıntılarını, keçirdiyi emosiyaları duyursan. Bu, ilk növbədə Şubert irsinin ən çoxsaylı və zəngin sahəsi olan mahnılarına aiddir. Şubertin yaratdığı 600-dən artıq mahnı içərisində «Forel», «Səhər serenadası», «Ave Mariya», «Meşə çarı» kimi dünya musiqisinin nadir incilərini göstərmək olar. Bəstəkarın mahnıları bəzən vokal silsiləsi şəklində cəmləşdirilmişdir. Buna misal V.Müllerin sözlərinə yaratdığı «Gözəl dəyirmançı qız» və «Qış yolu», eləcə də vəfatından sonra dostları tərəfindən tərtib edilmiş «Qu quşu mahnısı» silsilələrini göstərmək olar. 9 simfoniya müəllifi Şubert bu janrı romantik sənətin özünəməxsus çalarları ilə zənginləşdirmişdir. Bəstəkarın ən məşhur, lirik əhval-ruhiyyəli 8-ci simfoniyası «Tamamlanmamış» adlanır. Əsərin cəmi iki hissədən ibarət olmasına baxmayaraq, onun məzmunu tam dolğunluğu ilə əks etdirilmişdir və dinləyicidə qətiyyən əsərin natamam olması təsəvvürü yaranmır. Görünür, adətən dörd hissədən ibarət olan klassik simfoniyanın ənənəvi quruluşundan uzaqlaşdığına görə bəstəkar simfoniyasını elə bu cür adlandırmışdır. Şubert fortepiano musiqisinə də müraciət etmişdir. Bu da təbiidir — bəstəkar özü məharətli pianoçu olmuş, istedadlı gənclərin "şubertiada'lar adlanan yığıncaqlarında tez-tez iştirak etmiş və öz əsərlərini çalmışdır. Şubertin «Musiqi anları», «Ekspromtlar»ı, rəqsləri, «Macar divertismenti» dünya pianoçularının ən çox sevdikləri və ifa etdikləri əsərlər sırasındadır. Bethovenin vəfatından bir il sonra — 1828-ci ildə 31 yaşlı Şubert də dünyasını dəyişir. Bəstəkarın istəyi ilə dostları onu Bethovenin basdırıldığı qəbiristanlıqda dəfn edirlər. Bu əsərlərlə tanış olun «Forel», «Səhər serenadası», «Meşə çarı», «Ave Mariya» mahnıları«Tamamlanmamış simfoniya»: 1-ci hissə«Musiqi anı» fa minor Vals si minorAve Maria mahnısının videoparçasını sizə təqdim edirəm: Çox gözəl musiqi olan Ave MArianın skripkada olan ifasını görmək üçün isə bu videoya baxın: Mənbə Ayna uşaq ensiklopediyası MUSİQİ səmimiyyət məbədi Müəllif Aida Hüseynova
['Şubert', 'bəstəkar', 'Ave Maria']
6,766
https://kayzen.az/blog/finance/1053/2.2.2.-federal-ehtiyat-sistemi.html
2.2.2. Federal ehtiyat sistemi
bankir
Xarici ölkələrin maliyyə-kredit sistemi
19 aprel 2010, 16:12
1913-cü ildə Federal ehtiyat sistemi (FES) haqqında qanunun qəbul edildiyi dövrdə ABŞ-da 20000 bank fəaliyyət göstərirdi. Onların 7000-i emissiyalı milli banklar idi, qalanları isə öz ştatlarının qanunları ilə fəaliyyət göstərir və banknot­la­rın emissiya hüququna malik deyildilər. ABŞ-ın bütün ərazisi 12 dairəyə bölünmüşdür. Hər bir dairədə kapitalı 4 milyon dollardan az olmayan federal ehtiyat bankı təsis edilmişdir. Əvvəllər Federal ehtiyat sisteminin əsas məqsədi bank böh­ran­larında və birja çaxnaşmalarında banklara kömək etməkdən ibarət idi. 1914-cü ildən 1922-ci ilə qədərki dövrdə on iki federal ehtiyat bankının rəsmi nümayən­dələri dövri şəkildə məsləhətçi görüşlər və iclaslar keçirirdi. Bu iclaslarda monetar siyasətin istiqamətləri ha­zırlanırdı. Federal ehtiyat sisteminin təşəkkülü döv­ründə ictimai -siyasi faktorlar federal ehtiyat ban­k­larına bu təşkilatın fəaliyyətində əsas rol oynamaq imkanı verirdi.Federal ehtiyat sistemi üç səviyyədən ibarətdir: ida­rə­çilər şurası, 12 federal ehtiyat bankı, FES-in üzvü olan 6000 -ə qədər bank. Bundan başqa, FES –ə iki komitə daxildir: Açıq bazar üzrə federal komitə və Federal məsləhət şurası.Federal ehtiyat sisteminin mərkəzi Vaşinqtonda ( Ko­lum­biya dairəsi) Idarəçilər şurasıdır. Şuranın əsas funksiyası pul siyasətinin formalaşdırılmasıdır. Şura yeddi daimi üzvdən ibarətdir. Onlar ABŞ prezidenti tərəfindən senatın razılığı ilə 14 il müddətinə təyin olunur. Əgər şura üzvlərinin vəzifədə qalma müddətləri bitmişdirsə (ölüm və ya istefa halları istisna olmaqla), hakimiyyətdə olduğu dörd il ərzində prezident Şuranın yalnız iki yeni üzvünü təyin etmək hüququna malikdir. Bununla belə, Idarəçilər şurasının üzvlərinin istefası adi hallardandır. Belə ki, C.Karter öz prezidentliyinin ilk 3 ilində Şuraya yeni dörd üzv təyin etmişdir. R.Reyqan iki prezidentlik dövründə Şuranın yeddi üzvündən altısını dəyişmişdir. Şuraya sədr və onun müavini  rəhbərlik edirlər. Onları dörd illik müddətə prezident təsdiq edir. Idarəçilər şurasının sədri vəzifəsini 1987-ci ilin avqustundan Alan Qrinspen tutur.Idarəçilər şurasında FES–nin bütün dairələrindən bəra­bər nümayəndəlik təmin edilir. Şura üzvlərinin sərən­ca­mında əməkdaşların böyük ştatı olur: iqtisadçılar, hüquq­şünaslar, müfət­tişlər, inzibatçılar.Şura depozit müəssisələrinin məcburi ehtiyat sə­viy­yə­si­nin müəyyənləşdirilməsi ilə bağlı müstəsna hüquqa malikdir. Şura həmçinin açıq bazarda əməliyyatların keçi­ril­məsi üzrə və daha məqbul bank uçot dərəcələrinin müəy­yənləşdirilməsi üzrə məsuliyyəti federal ehtiyat bankları ilə bölüşdürür.Federal ehtiyat bankları Idarəçilər şurası direk­tivlərinin bələdçiləridir və ABŞ-ın pul siyasətinin reallaş­dı­rıl­masında mühüm rol oynayırlar. Onlar hər həftə Şura qarşısında hesa­bat verir, şura isə daxil olan məlumatı cəmləyərək hazırlayır və hər həftənin sonunda hesabatı nəşr etdirir. Ehtiyat banklarının daha əhəmiyyətlisi və nüfuzlusu Nyu –Yorkun federal ehtiyat bankıdır (Federal Rreserve Bank of New York). Ehtiyat bankların filialları 25 şəhərdə işləyir. Federal ehtiyat bankla­rının ərazi üzrə bölüşdürül­məsi cədvəl 2.3.-də göstərilmişdir. Cədvəl 2.3.Federal ehtiyat banklarının yerləşdirilməsi Dairənin nömrəsi Şəhər Dairənin nömrəsi Şəhər 123456 BostonNyu-YorkFiladelfiyaKlivlendRiçmondAtlanta 7891011 12 ÇikaqoSent-LuisMinneapolisKanzas-SitiDallasSan-Fransisko Hər bir federal ehtiyat bankının öz şurası var. Şura bank əməkdaşları olmayan doqquz direktordan ibarətdir. Qanuna görə, bankları təmsil edən A dərəcəli üç direktor FES üzvləridir. Ictimaiyyəti təmsil edən B dərəcəli üç direktor isə hər bir regionda banklar tərəfindən – FES üzvləri tərəfindən seçilir. Idarəçilər şurası C dərəcəli üç direktor təyin edir və onlar da ictimaiyyəti təmsil edirlər. FES –in idarəçilər şurası C dərəcəli direktorlardan direktorlar şurasının sədrini və onun müavinini seçir və təyin edir. Ehtiyat bankların direktorları öz banklarının əməliyyatlarına nəzarət edir (idarəçilər Şurasının himayəsi altında). Regional bankların hər birinin baş auditoru olur. O, banka yox, Idarəçilər Şurasına tabe olur.Federal ehtiyat bankları əsasən FES-in qiymətli kağız­larda olan yatırım paylarına uyğun faizlərdən, daha az səviy­yədə FES-də olan valyutaların faizlərindən, həmçinin depozit müəs­sisələrinə verilən borcların faizlərindən və valyuta nəza­rə­tindən gəlir götürürlər.FES –ə girmək istəyən hər bir bank öz dairəsinin fede­ral ehtiyat bankında səhmlər əldə etməlidir. Bu səhmlərin məb­ləği  onun səhm kapitalının və bölüş­dürül­məmiş gəlirinin 3%-nə bərabər olmalıdır. FES-in tələbi ilə bu məbləğ iki dəfə artırıla da bilər. Səhm kapitalının və gəlirin artımına uyğun olaraq, kommersiya bankı üçfaizli səviyyəni saxlamaq üçün səhmləri əldə etməyə borcludur. 1970-ci illərdə sərfəli olma­dığına görə FES üzvlərinin ixtisara salınması baş verirdi. On il ərzində 500-dən çox bank FES-dən çıxmışdır. 1980-cı ildə konqres tərəfindən monetar nəzarət və depozit institutların qeyri tənzim­lənməsi barədə qanunun qəbulun­dan sonra vəziy­yət dəyişdi. Bu qanuna əsasən, FES-in ehtiyat tələbləri ölkənin bütün depozit institutlarına yayılmışdır. Qanun ABŞ-ın kredit sistemində FES-in rolunun güclən­məsinə kömək etmişdir.Federal ehtiyat bankları bank və əmanət müəs­sisə­lərinin əmanətlərini qəbul edir, onlara borc verirlər. Bununla da onlar son mərhələli kreditorun funksiyalarını yerinə yetirir­lər. Bundan başqa konqres federal ehtiyat banklarına nağd pulları buraxmaq səlahiyyəti vermişdir. Bu nağd pullar isə kredit pulların ölkə iqtisadiyyatına təklifini əmələ gətirir.Pul vəsaitlərinin və kreditin dəyər və kifayət etmə­sinin dövlətin qiymətli kağızlarının satış və alış prosesinə təsirtnə görə məsuliyyəti Açıq bank üzrə federal komitə (ABFK) daşıyır. ABFK formal şəkildə 1935-ci ildə təşkil olunmuşdur. Hərçənd federal ehtiyat bankları hələ 1920-ci illərin əvvəl­lə­rində qiymətli kağızların açıq bazarında əməliyyatları uzlaş­dıran orqan yaratmışdılar.Açıq bank üzrə federal komitə 12 daimi üzvdən ibarət­dir: FES-in idarəçilər şurasının 7 üzvündən; federal ehtiyat banklarının 5 prezidentindən (ro­tasiya əsasında seçilirlər; Nyu-York bankının prezidenti ABFK-nın daimi üzvüdür). Ehtiyat bankların bütün 12 prezidenti komitənin iclaslarında iştirak etməyə borclu­durlar. ABFK ildə səkkiz - doqquz dəfə iclas keçirir. Hər bir görüş­də qiymətli kağızların açıq bazarında əməliyyatların strategiyası hazırlanır və bu strategiya FES idarəçisinə çatdı­rı­lır. Komitə iqtisadi və maliyyə qərarlarını hazırlayır və proq­no­zlaşdırır. Komitənin qərarı Nyu –Yorkun regional bankının xarici ticarət şöbələri tərəfindən reallaş­dırılır.FES haqqında qanuna görə, ABŞ-ın bank sistemində bütün bank sferasının FES ilə əlaqə yaratması üçün uzlaşdırıcı məsləhət orqanı – Federal məsləhət şurası fəaliyyət göstərir. Federal məsləhət şurası FES-in regional bank­larından göndərilmiş 12 üzvdən ibarətdir. Şura ildə dörd dəfə Federal ehtiyat sisteminin idarəçiləri ilə birgə iclas keçirir və burada maliyyə-kredit müna­sibətlərinin geniş spektri üzrə fikir müba­di­ləsi aparılır. Federal məsləhət şurasının üzvləri öz dairələ­rinin ehtiyat banklarını iclas haqqında məlumtlandırırlar.Federal ehtiyat sisteminin yaradılması ABŞ iqtisa­diy­ya­tını 1929 -1933-cü illərin depresiyasından qoruya bilmə­di. Bu dövrdə dolların 41% devalvasiyası,  geniş miqyaslı müflis­ləş­mələr baş verdi və qızıl standart ləğv edildi. Böyük depre­siyanın başlanğıcı 1929-cu ilin oktyabrındakı birja çaxnaşması ilə assosiasiya edilirdi. Birja çaxnaşması oktyabrın 23-də başlandı və oktyabrın 29-da öz kulminasiya nöqtəsinə çatdı. Birja bumundan sonra 1930-cu ilin noyabrında birinci bank böhranı, 1931-ci ilin martında ikinci bank böhranı başladı. Daha sonra 1931-ci ilin sentyabrında funt sterlinqlərin qızıl böhranı və 1933-cü ilin martında «bank tətilləri» oldu. Əslində,1929-cu il böhranının əsas günahı ABŞ FES şurasında idi. 1927-ci ildə Şura funt sterlinqlərin qızıl standartının müdafiəsi ilə bağlı Böyük Britaniyaya kömək etmək barədə qərar çıxarmış və uçot dərəcəsini 4%-dən 3,5%-ə endirmişdir. Bundan başqa, şura dövlətin qiymətli kağızlarının alışını təşkil etmiş və bu da bank ehtiyatlarının artmasına gətirib çıxar­mış­dı. Bu tədbirlər səhm kurslarının artımına səbəb olmuş və qiy­mətli kağızların əldə edilməsi üçün kreditlərin verilmə təcrübə­sini genişləndirmişdir. Kreditlər onkol hesablar vasitəsilə –qiymətli kağızlarla təmin olunmuş və onları açan bankın ilk tələbi ilə ləğv edilən hesablar vasitəsilə verilirdi. Böhranın əvvə­lində kommersiya banklarının birja alverçilərinə borc ölçüsü 8,3 milyard dollar idi. Bu zaman kotirovka olunan bütün qiymətli kağızların bazar qiyməti 89,7 milyard dollar idi. Banklar ödəniş qabiliyyətini yoxlamadan və kiçik qarant­lar­la da olsa, qiymətli kağızların əldə edilməsi üçün pul vermə­yə hazır idilər.Bundan başqa, investorlar pullarını istehsalata yox, qiymətli kağızlara yatırtmağa üstünlük verir və onları təkrar bazarda əldə edirdilər. Onlar qiymətli kağızların alışı üçün bankdan kredit götürür və onları kredit resursları qismində istifadə edirdilər. Istisna təşkil edənlər vətən­daşların pul əma­nətləri, şirkətlərin müvəqqəti sərbəst vəsaitləri, Federal ehtiyat sisteminin kreditləri idi. Portfel səhmdarlarının kreditləşmə həcminin artımına səbəb banklar tərəfindən tutulan kiçik faizlər idi. Bankların istiqa­mət götürdüyü uçot dərəcəsi öz faizlərini müəy­yən­ləşdirirdi və 1926 -1927-ci illərdə inkişaf etmiş ölkələrdə ən kiçik idi. (Böyük Britaniyada – 4,5 – 5%, Almaniyada 5 -8%, Fransada 5 – 7,5%). Kommersiya banklarının özləri də qiymətli kağızların alqı satqısına böyük diqqət göstərir və bu iş təsərrüfatın kreditləşməsi ilə müqa­yisə­də onlara daha çox gəlir gətirirdi.Emitentlər, qiymətli kağızların sahibləri onları məm­nuniyyətlə kreditə satırdılar (marj sövdələşmələri). Bütün səhmdarların 40%-i çox kiçik marj təminatı altında kreditlə səhmlər alırdılar. Nəticədə investisiya «qızması» baş verdi. Sifarişlərini itirən müəssisələr istehsalatı azaltmağa başladı­lar. Nominaldan kəskin şəkildə ayrılan səhmlərin kursları aşağı düşməyə başladı. Kommersiya bankları borcların qaytarılma­sını tələb edir, qiymətli kağızların sahibləri isə krediti ödəmək üçün onları satır­dılar. Lakin alıcılar olmadığından, kursların aşağı düşməsi axına­bənzər xarakter almışdır.1929-cu ilin birja çaxnaşması bütöv bir nəslə təsir göstərsə də, əvvəlki dövrlərdə olduğu kimi tam bir maliyyə böhranına çevrilmədi. Nyu-Yorkun Federal ehtiyat bankı ehti­yat resurslarını şəhərin bütün banklarına vaxtında təqdim etdi və bu, həmin anda vəziyyəti xilas etdi. 1929-cu il oktya­brın 24-də Nyu-York birjası səhm kurslarının sürətlə aşağı düşməsinin şahidi oldu. Elə bu səbəbə görə də həmin gün «qara cümə axşamı» adını aldı. Məhz həmin gün Nyu-Yorkun fond birjasına satış üçün «Ceneral Motors» (General Motors) şirkətinin səhmləri daxil oldu. Daha sonra iri şirkətlərin müflisləşməsi xəbəri yayıldı və satışa yeni iri səhmlər paketi qoyuldu. O zaman Nyu-Yorkda 12,8 milyon səhm, yaxud həmişəkindən 1,5 dəfə çox səhm satılmışdır. Həmin gün və növbəti dörd ardıcıl ticarət sesiyası ərzində bir çox məşhur səhmlərin qiyməti 100 bənd üzrə və daha da aşağı düşdü. 1929-cu ildən 1932-ci ilə ilə qədər «Radio Korporeyşn» (Radio Corporation) şirkətinin səhmlərinin kursu 33 dəfə, «Nyu-York Sentral» (New York Central) -51 dəfə, «Kraysler» (Chrysler) – 27 dəfə, «Ceneral Motors» (General Motors) – təqribən 80 dəfə, «Ceneral Elektrik» (General Electric) – 11 dəfə, «Yunaytid Stil» (United Steel ) 17 dəfə ucuzlaşdı. Bir neçə gündən sonra «qara bazar ertəsində» - oktyabrın 28-də 16,4 milyon səhm satılmışdır. Nəticədə kapitalların birjadan kütləvi axını başlamış, dolların kursu sürətlə düşmüş və bu da kiçik səhm sahibləri arasında çaxnaşma yaratmışdır. Səhm kurslarının düşməsi 15 milyondan 25 milyona qədər amerika­lıya təsir etdi. Onların əksəriyyəti bir anda müflisləşdi. Bu pro­ses üç ildən artıq müddət ərzində davam etdi, 1929 -1933-cü illər­də isə səhmlərin ümumi dəyəri təqribən 4,5 dəfə aşağı düşdü. 1929-cu ildən 1932-ci ilə qədər Dou –Cons (Dow Jones Industrial) sənaye indeksi 90% aşağı düşdü. Müəyyən müddətlərdə indeksin ucuzlaşmasında xüsusi intensivlik qeyd olunmuş, 1929-cu ildə oktyabrın 24-dən 28-ə kimi 20%, 1932-ci ildə avqustun 5-dən 10-a kimi 15,15%, 1933-cü ildə iyulun 17-dən 22-ə kimi 16,66%  olmuşdur. Birga çaxnaşmasının bütün dövrü ərzində Nyu –York­dan kənarda yerləşən banklar və digər kreditorlar öz broker- müştərilərinə borcu ödəmək tələbi ilə həmlə edirdilər. Nyu –Yor­kun Federal ehtiyat bankının prezidenti L. Harrison bank sahəsindəki qeyri stabilliyi aradan qaldırmaq üçün bankların –FES üzvlərinin kreditləş­diril­məsi üçün geniş imkanlar verdi. Məqsəd borclara olan tələ­bat axınını bu bankların ehtiyat məbləği ilə balans­laşdırmaq idi. Bundan başqa, Federal bank qiymətli kağızların alışı üzrə açıq bazarda 160 milyon dollarlıq əməliyyat keçirmiş­dir. Bu, FES-in Açıq Bazar Komitəsinin tövsiyə etdiyi məbləği üstələyirdi. Iqtisadiyyat üçün likvid vəsaitlərin təqdim edilməsi üzrə FES siyasətinin nəticələri əsas göstəricilərin dinamikasında enişdən ibarət oldu. 1929-cu ilin avqustundan 1930-cu ilin oktyabrına kimi sənaye istehsalı 26% azaldı, topdan qiymətlər 14% , şəxsi gəlirlər 16% aşağı düşdü. 1933-cü ildə isə sənayenin ümumi həcmi 1929-cu illə müqayisədə 46% azaldı və 1911-ci ilin səviy­yəsinə gəldi.1929-cu ildən 1930-cu ilə kimi aqrar və müstəm­ləkə ölkələrin valyutaları güclü şəkildə qiymətdən düşdü. Buna səbəb dünya bazarında xammala olan tələbatın kəskin düşmə­si və onun qiymətinin 50-70% ucuzlaşması idi. Bu isə həmin malları idxal edən ölkələrə nisbətən daha böyük ucuzlaşma idi. Aqrar və müstəmləkə ölkələrin kasad valyuta ehtiyatları ödəniş balansının kəsirini ödəmək iqtidarında olmadığına görə, bu ölkələrin valyuta kursları aşağı düşürdü (Avstraliya­da, Argentinada 25-54%, Meksikada 80%).Böyük depressiyanın davamı 1930-cu ildə noyabr-dekabr ayında baş vermiş bank böhranı oldu. Bankların ümum­milli qeyri stabilliyinin təkanı kənd təsərrüfatı region­ları oldu. Vahimə içində olan depozit sahibləri noyabr ayında depozit məbləği 180 milyon dollar olan 256 bankın müflis­ləş­mə­sinin, dekabr ayında isə depozit məb­ləği 372 milyon dollar­dan çox olan 352 bankın müflis­ləşməsinin, o cümlədən deka­brın 11-də depozit məbləği 200 milyon dol­lardan çox olan Bir­ləş­miş Ştatlar Bankının müflisləşmə­si­nin şahidi oldular. Ümu­miy­yətlə, 1929-1933-cü illərdə 135 mindən çox ticarət və sənaye şirkəti, 19 iri dəmiryol şirkəti müflisləşdi, 5760 bank və onların milyonlarla əmanətçisi iflasa uğradı. Təkcə 1932-ci ildə korporasiyaların itkiləri bütövlükdə 3,5 milyard dollar təşkil etdi.1932-ci ilin noyabrında F.Ruzveltin seçkilərdəki qələ­bə­sindən sonra aydın oldu ki, yeni hökumətin artıq müzakirə etdiyi real imkan var və bu, Amerika dollarının qızıl stan­dar­t­dan azad edilməsidir. Xarici ölkələr dollara təzyiq göstərmək iqtidarında deyildilər. 1932-ci ildə onlar artıq öz depozitlərini şərti vahidlərə keçirmişlər. Tələb oluna bilən qızılın hamısı isə ölkədən çıxarılmışdır. Qızılın Avro­paya sızma qorxusu heç bir əsasa malik deyildi. Birləşmiş Ştatlar 1932-ci ilin əvvəli ilə müqayisədə, 1932-ci ilin sonunda daha böyük qızıl ehtiyat­la­rına malik idilər. Bun­dan əlavə, Amerika qızılı dünyanın bütün qızıl ehtiyat­larının 40%-ni təşkil edirdi, ticarət balansı profisit idi, milli qiymətli kağızların xarici sahibləri isə ABŞ-da bütün xarici investorların beşdə birini təşkil edirdi. Mümkün ola bilən təhlükə Amerika investorları tərə­findən kapitalın hərəkətində və  qızılın çıxardılma im­ka­nında idi. Şəxsi sahibkarlar Ruzveltin qızıl standartla bağlı siyasə­tinin reallaşdırılmasından ehtiyatlanaraq, qızılı ixrac etməyə başladılar. Şəxsi bank sahibləri isə, öz növbələrində, dollarları satıb sterlinqləri almaq qərarına gəldilər. Funt əvəzinə dollar alan  ingilis bankları qızılı öz hesablarına köçürürdülər. Təəssüf ki, həmin dövrdə Federal ehtiyat bankı valyuta bazarının bütün alət və rıçaqlarına malik olma­dı­ğından əl-qol açan möhtəkirlərə qarşı müqavimət göstərə bilmirdi. Federal ehtiyat sis­teminin banknotlarının xeyli sayda buraxılması valyuta depozitlərinin payını artıra­raq, ehtiyatların payını müvəq­qəti olaraq qanunvericiliklə müəyyənləşdirilmiş səviyyə­dən aşağı azaltdı. Bu səviyyə dövriyyədəki banknotların qızılla 40%-i idi. Nyu- Yorkun Federal ehtiyat bankında qopan çax­naş­ma «bank tətillə­rinin» tətbiqi üçün əsas oldu. 1933-cü ilin ilk aylarında bank sistemi iflasın asta­nasında idi. Əmanət­çilə­rin əksəriyyəti qızıl və dol­larları bankdan çıxararaq onları evdə saxlamağa üstün­lük verirdi. Cəmi iki gün ərzində, 1933-cü il martın 2-də və 3-də banklardan 500 milyon dollar çıxar­dılmışdır. Bank böhranının kəskinləşməsinin daha bir səbəbi ondan ibarət idi ki, banklar özləri də bazara çoxlu sayda təmin edil­məmiş qiymətli kağızlar atırdılar. Bu qiymətli kağızlara olan inam sürətlə azalırdı. Çaxnaşma nəticəsində ölkənin əsas maliyyə mərkəzlərində – Nyu-York və Illinoys ştatlarında yerləşən banklar bağlanmağa başladı. Bir çox ictimai xadimlər və siyasətçilər bankları milliləşdirmək tələbi ilə çıxış etsələr də, F.Ruzvelt buna getmədi, 1933-cü ildə martın 6-da ölkədə fəvqəladə vəziyyəti tətbiq edərək bütün bankları bağladı. Bir həftə ərzində (bank tətillərində) ban­knot­ların qızıla mübadiləsi dayandırıldı. Qızıl dövriyyədən çıxa­rılırdı. Bu müddət ərzində fövqəladə bank qanunu qəbul edilmişdir. Bu qanuna əsasən, bütün banklar üç qrupa bölünürdü: birinci qrupa «sağlam» banklar daxil idi. Onları dərhal açmaq mümkün idi. Ikinci qrupa yenidən fəaliyyət göstərmək üçün kiçik kömək tələb edən banklar daxil idi. Üçüncü qrupda ümidsiz banklar toplaşmışdı və onları ləğv etmək lazım idi. Martın 15-dən «sağlam» hesab edilən banklar işləməyə başladılar. Onların sayı 1932-ci ildə 6145-dən 1933-cü ildə 4890-a qədər azaldı.1933-cü ildə qızılın xaricə aparılmasına və möh­təkirlik məqsədilə şəxsi əllərdə toplanmasına qadağa qoyan qanun qəbul edildi. Hiperinflyasiyadan qaçmaq üçün qızılın əhali­dən alınması üzrə tədbir həyata keçirildi. Əhalidən alınan qızılın qiyməti dolların qızıla nəzərən kursunu üstələyirdi. 1933-cü ilin sonuna kimi 187,8 milyon dollarlıq qızıl alınmışdır. Bu isə valyuta kursunu süni şəkildə aşağı salmağa imkan verirdi. Eyni zamanda qızılla təmin edilməmiş yeni banknotların buraxılışı da başlandı. Bu, qızıl standartdan uzaqlaşmaq və qızıla nəzərən dolların qiymət­dən düşməsi demək idi. 1934-cü ilin yanvar ayında dolların devalvasiyası keçirilmiş və bu zaman onun qızıl tərkibi 1929-cu illə müqayisədə 41% aşağı düş­müşdür. Gümüş pulların kəsilməsi başlanmış, yəni ölkədə bimetallizm bərqə­rar olmuşdur. Federal ehtiyat bank­larından qızıl ehtiyatı çıxar­dılır, xəzinəyə verilir, əvəzində qızıla bərabərləşdirilmiş və bank ehtiyatını təmin edən qızıl serti­fi­kat­lar təqdim olunurdu. 1934-cü ilin əvvəlində qızıl ehtiyatı haq­qında qanun qəbul olunmuşdur. Bu qanun qızılın qiy­mətini - troya unsiyasına 35 dollar tərtibində müəy­yənləş­dir­mişdir. Dolların devalvasi­ya­sı sayəsində gəlirin bölüşdü­rül­məsi borc kapitalının yox, sənaye kapi­talının xeyrinə dəyişdi. Bununla da kredit sferasında kütləvi müflisləşmələr aradan qaldırıldı, inhisar­ların höku­mətə borcları azaldı, ABŞ-ın ixrac imkanları gücləndi.1932-1933-cü illərdə Qlas –Stiqalın bank fəaliyyəti haqqında qanunu (Glass – Steagall Act of 1932) qəbul edilmişdir. Bu qanuna uyğun olaraq, bankların depozit və inves­tisiya funksiyaları ayrılır və Depozitlərin Sığor­ta­lanması üzrə Federal korporasiya yaradılırdı. Bununla da, dövlət əmanətlərin sığortalanmasını öz üzərinə götürürdü. Məqsəd əmanətçilərin banklara olan etibarını yüksəltmək və bu sferadakı gələcək müflisləşmələri aradan qaldırmaq idi. Dövlət həmçinin əmanətləri bankların pul vəsaitlərinin istifadəsi ilə bağlı risklərdən qorumaq öhdəliyini öz üzərinə götürürdü. Sığortalanacaq əmanətin ölçüsü ilkin olaraq hər bir hesabda 2500 dolları keçməməli idi (sığorta bankların ödədiyi sığorta yığımları ilə təmin olunurdu). 1934-cü ilin əvvəlində ölkənin bütün banklarının, demək olar ki, 80 faizi öz depozitlərini sığortalamışlar. Daha sonra sığortanın diferensiallaşma ölçüsü müəyyən­ləş­dirilmişdir. 10 min dollara qədər olan depozitlər 100%-lik sığortaya, 10 min dollardan 50 min dollara qədər olan depozitlər – 75%, 50 mindən yuxarı olanlar isə 50%-lik sığortaya aid edilirdi. Bundan başqa, nəzərdən keçirilən qanun qiymətli dövlət kağızlarını banknot təminatına qəbul etməyə icazə verirdi. Bu, ABŞ-ın pul sisteminin inki­şafında mühüm dönüş nöqtəsi idi, çünki onun mərkəz­ləş­dirilmiş qızıl ehtiya­tından asılılığı əhəmiyyətli dərəcədə zəifləyirdi.FES özünün mövcud olduğu ilk iki onillikdə vahid monetar siyasətə nail ola bilmədi. Bu isə sonralar bütün FES-də qismən dəyişikliklərin aparılması zərurətini doğur­du. 1940-cı ildən 70-ci illərə qədər Bretton-Vud val­yuta sistemi fəaliyyət göstərirdi. Bretton-Vud valyuta sistemi  ABŞ-ın pul-kredit sis­te­minin müəyyən dövr üçün sta­billəşməsinə kömək edirdi. Lakin dollar standartının böhranı təkcə bütün dünya valyuta sistemində yox, ayrı-ayrı ölkələrin kredit sistem­lərində də isla­hat­ların apa­rılması zərurətinə gətirib çıxardı. 1970-ci ildə ABŞ-da «Bank holdinq şirkətləri haqqında» Akta, «Beynəl­xalq bank işi haqqında» Akta (1978), «Tam məşğulluq və balans­laş­dırıl­mış inkişaf haqqında» Akta (1978), «Depozit müəs­sisələrin işinə dövlət müdaxiləsinin ləğv edilməsi və val­yu­ta nəzarəti haqqında» Akta (1980) düzəlişlər tətbiq edilmiş­dir.Hal-hazırda Federal ehtiyat sistemi aşağıdakı funk­siyaları yerinə yetirir: tam məşğulluğun və qiymət stabilliyinin əldə edilməsi məqsədilə pul və kredit dövriyyəsinə təsir gös­tərmək yolu ilə milli monetar siyasəti idarə edir; bank və maliyyə sistemlərinin möhkəmliyinin və təhlü­kəsizliyinin təmin edilməsi məqsədilə bank müəs­sisələrinə nəzarət edir və onların fəaliyyətini tənzimləyir; maliyyə sisteminin stabilliyini saxlayır və maliyyə bazarlarındakı riski azaldır; ABŞ hökumətinə, ictimaiyyətə, maliyyə müəssi­sə­lərinə maliyyə xidmətləri göstərir, milli hesablaşma sisteminin idarəetməsində də mühüm rol oynayır. ABŞ-ın pul-kredit sisteminin təkamülü dünya val­yuta sisteminin genezisinə paralel olaraq keçirilirdi. 1929 -1933-cü illərin maliyyə sarsıntıları, 1944-cü ilin Bretton-Vuds konfransı və 1976-cı ilin Yamaya sistemi göstərdi ki, pul və kredit sfera­ların­dakı çoxsaylı dəyişmələrə bax­ma­yaraq, Amerika dolları hakim mövqe tutan valyuta heqe­monu rolu­nu oynamış və oynamaqda davam edir. Nyu-Yorkun Federal ehtiyat bankı­nın məlumatlarına görə, 2000-ci ildə dünya dövriyyəsində ümumi­likdə 560 milyard nağd dollar var idi. Onların 70%-i ABŞ-dan kənarda dövr edirdi (dövriyyədə olan nağd dol­lar­ların həcminə görə ABŞ-dan sonra dünyada ikinci yeri Rusiya tutur). Bir çox ölkələr öz valyuta kurslarını Amerika dollarına bağladılar. Bunlar Latın Amerikası dövlətləri, Afrika dövlətləri, keçid iqtisadiyyatlı ölkələr idi. Panama, Liberiya, Marşal adaları kimi dövlətlər Amerika valyutasını milli pul vahidi əvəzinə, qanuni ödəniş vasitəsi kimi istifadə edirlər.
['Federal Rezerv sistemi', 'Federal Reserve System', 'Federal ehtiyat sistemi']
6,767
https://kayzen.az/blog/cqk/1043/renessans-komandas%C4%B1n%C4%B1n-suallar%C4%B1-vi-hiss%C9%99.html
"Renessans" komandasının sualları ( VI hissə)
mr13
Nə? Harada? Nə zaman? (ЧГК)
19 aprel 2010, 12:28
Bu başlıq altında Sumqayıtın «Sim Club» intellektual klubunun özümün də üzvü olduğum «Renessans» komandasının suallarını təqdim edəcəm. Uzun müddətli ayrılıqdan sonra yenidən suallarımızı yerləşdirirəm. Ümidvaram ki, bəyənəcəksiniz. 26.   Şeirə diqqətlə qulaq asın. Sən dünyalar gözəlisən,                                                       Azadlıqlar diyarındaUşaq kimi qəribəsən,                                                           Ya da başqa kainatdaMənə hər an gərəklisən,                                                       Iğdır, İzmir nə Ankara Qəlbimin bir küncündəsən                                                    Təksən inan bu dünyada Həvəskar şair Vüqarın ilham mənbəyini bir dəqiqə ərzində cavab kartınıza yazın.... Müəllif:Vüqar Ağayev 27. Onlar 2-si də dahi idilər. Biri italyali digəri azərbaycanlı. Bir-birindən 4 əsr fərqlə yaşasalar da eyni bir şeyi iddia edirdilər. Birincinin tam ciddiyyətlə sübut etməyə çalışdığını hamı istehza ilə qəbul edirdi. Ikincisi isə artıq sübut olunmuş bu fikri özünəməxsus istehza ilə yazırdı. Biz sizdən I və II-nin kim olduğunu soruşmuruq. Onlar hər ikisi bizim uşaqlalıqdan çox gözəl bildiyimiz hansı fikri iddia edirdilər... Müəllif: Nadir Zamanov (mr13)28. Bir nağıla qulaq asaq: Afrikada bir kral varmış.Hara gedərmiş dostu ilə gedərmiş,hər hərəkətini etməzdən əvvəl onunla məsləhətləşərmiş.Dostu isə hər pis hadisəyə "hər işdə bir xeyir var” deyib keçərmiş.Bir gün kral ova çıxır.Dostu onun tüfəngini doldurarkən səhvə yol verir və kral atəş açan zaman baş barmağını itirir.Dostu yenə "hər işdə bir xeyir var” deyir və bu kralı çox qəzəbləndirir."Axı bunda nə xeyir ola bilər” deyən kral onu həbsə atdırır.Bu hadisədən 5 il keçir.Bir gün şah köməkçiləri ilə birgə ova çıxır.Meşədə azan kral və köməkçiləri adam əti yeyən hindu qəbiləsinin əlinə keçir.Hindular kralın bütün adamlarını öldürürlər, baş barmaqsız kralın isə öldürüləcəyinin uğursuzluq gətirəcəyini fikirləşib onu sərbəst buraxırlar.Geri dönən kral dostunu zindandan çıxartdırıb ondan üzr istəyir. "Dostum sən haqlı idin. Bağışla ki səni hədər yerə 5 il türmədə saxladım”. Dostu cava bında şaha "hər işdə bir xeyir var”deyir. Həqiqətən də o haqlı idi. Bəs nəyə görə? Müəllif: Şamxal Cəmilzadə (Erudit)   29. Bu yaxınlarda Meksikada dünyanın ən böyük muzeyini açmağı planlaşdırırlar.Maraqlıdır ki, bu muzeydə eksponatlar və ya rəsm əsərlərin deyil, böyük daşlardan ibarət fiqurlar sərgi- lənəcək muzey təşkilatçıları deyirlər ki, arterial təzyiqi yuxarı və ya aşağı olan, ürəyi zəif olanların bu muzeyə daxil olmasına icazə verilməyəcəkdir.Sizcə səbəb nədir? Vaxt getdi. Müəllif:Sabir Əsgərov 30. Əvvəllər İngiltərədə yeni yaradılan dəmir yolları üzərində  tunellər yox idi. Lakin 1906-cı il-dən sonra tunellərdən istifadə olunmağa başlandı.Bunun səbəbini deyin. Müəllif:Vüqar Ağayev
['Renessans klubu', 'NHN sualları', 'cqk']
6,768
https://kayzen.az/blog/menecment/931/motivl%C9%99rin-tipologiyas%C4%B1.html
Motivlərin tipologiyası
bankir
Menecment
19 aprel 2010, 11:01
İnsan tələbatlarının müxtəlifliyi onun hərəkət və fəaliyyətinin də motivlərinin müxtəlifliyini şərtləndirir, lakin bir sıra motivlər kifayət qədər tez-tez aktuallaşaraq insanın hərəkətinə olduqca çox təsir edir, digərləri isə yalnız müəyyən şəraitdə özünü göstərir. Motivlərin əsas növlərini nəzərdən keçirək.Özünütəsdiq motivi –özünü sosiumda təsdiq etməyə cəhd; şəxsi ləyaqət, şöhrət və mənlik hissləri ilə bağlıdır. İnsan ətrafındakılara sübut etməyə çalışır ki, onun dəyəri var, cəmiyyətdə müəyyən status almağa cəhd edir, istəyir ki, onu qiymətləndirsinlər və hörmət etsinlər. Bəzən özünütəsdiqə cəhdi nüfuz motivasiyasına şamil edirlər (yüksək sosial status almağa və ya onu saxlamağa cəhd).Beləliklə, özünütəsdiq, özünün rəsmi və qeyri-rəsmi statusunun yüksəldilməsi, şəxsiyyətinin müsbət qiymətdəndirilməsi cəhdi insanı intensiv işləməyə və tərəqqiyə sövq edən böyük motivasiya amilidir.Başqa insanlarla identifikasiya motivi – hər hansı qəhrəmana, pərəstişgaha, nüfuzlu şəxsə (ataya, müəllimə və s.) oxşamaq cəhdidir. Bu motiv insanı işləməyə və inkişaf etməyə sövq edir. Bu, başqa insanlara bənzəməyə çalışan yeniyetmələr üçün xüsusilə aktualdır. Pərəstişgaha oxşamaq cəhdi – bu hərəkət motivinin təsiri altında insan inkişaf edir və kamilləşir.Başqa insanla identifikasiya fərdin pərəstişgahdan (identifikasiya obyekti) hər hansı enerjini rəmzi olaraq alması hesabına enerji potensialının yüksəlməsinə səbəb olur: qəhrəmanın (pərəstişgah, ata və s.) etdiyi kimi işləmək və hərəkət etmək arzusu, ilham, qüvvə yaranır. Yeniyetmə bu qəhrəmanla identifikasiya olunaraq, daha cəsarətli olur.Səmərəli sosializasiya prosesinin mühüm şərti – gənclərin özlərini oxşatdığı, yaşamağı və işləməyi öyrəndikləri nümunənin, pərəstişgahın mövcud olmasıdır.Hökmranlıq motivi – fərdin insanlara təsir etmək cəhdidir. Hökmranlıq motivi (hökmranlıq tələbatı) insan hərəkətlərinin ən başlıca hərəkətverici qüvvələrindən biridir. Bu, qrupda (kollektivdə) rəhbər mövqe tutmağa, insanlara rəhbərlik etməyə, onları müəyyən etmək və fəaliyyətlərini nizamlamaq cəhdidir.Hökmranlıq cəhdi motivlər iyerarxiyasında mühüm yer tutur. Bir çox insanların hərəkətləri (məsələn, müxtəlif dərəcə rəhbərlərin) hökmranlıq motivindən doğur. Başqa insanlar üzərində hökmranlıq etmək və onlara rəhbərlik etmək – fəaliyyət prosesində xeyli çətinlikləri aradan qaldıraraq, böyük qüvvə sərf etməyə sövq edən motivdir. İnsan nəinki özünün inkişafı üçün və ya özünün dünyagörüşü tələbatlarının ödənilməsi, həm də ayrı-ayrı insanlara, kollektivə təsir etmək üçün çox işləyir.Meneceri fəaliyyətə sövq edən bütövlükdə cəmiyyətə və ya ayrıca kollektivə fayda gətirmək, və ya məsuliyyət hissi, yəni sosial motivlər deyil, hökmranlıq motivi ola bilər. Bu halda onun bütün hərəkətləri hökmranlığın əldə edilməsi və ya əldə saxlanmasına yönələrək, həm ümumi iş üçün, həm də rəhbərlik etdiyi struktur üçün təhlükə doğurur.Prosessual-məzmun motivləri – fəallığa xarici amillərlə deyil, fəaliyyətin proses və məzmunu ilə sövq edilməsidir. İnsan bu fəaliyyəti yerinə yetirməkdən, özünün intellektual və fiziki fəallığından xoşlanır. Onu məşğul olduğu işin məzmunu maraqlandırır. Başqa sosial və şəxsi motivlərin (hökmranlıq, özünütəsdiq və s.) təsiri motivasiyanı gücləndirə bilər, lakin onlar fəaliyyətin prosesinə və məzmununa bilavasitə aid olmayıb, ona nisbətən xarici motivlərdir, ona görə də onları çox vaxt xarici və ya ekstrinsiv motivlər adlandırırlar. Prosessual-məzmun motivlərinin təsiri halında insan müəyyən fəaliyyətin proses və məzmunundan xoşlanır.Məsələn, insan idmanla məşğul olur, ona görə ki, sadəcə özünün fiziki və intellektual fəallığını nümayiş etdirir (idmanda fərasət və hərəkətlərin qeyri-standart olması da həmçinin uğur amilləridir). Fərdləri idmanla məşğul olmağa prosessual-məzmun motivləri o hallarda sövq edir ki, idman fəaliyyəti ilə bağlı olmayan amillər (pul, özünütəsdiq, hökmranlıq və s.) deyil, oyun prosesi və məzmunu məmnunluq yaratmış olsun.Prosessual-məzmun motivlərinin aktuallaşması zamanı fəaliyyətin mahiyyəti fəaliyyətin özündən ibarət olur ( fəaliyyət prosesi və məzmunu insanı fiziki və intellektual fəallığa sövq edən amilə çevrilir).Ekstrinsiv (xarici) motivlər – sövq edən amillərin fəaliyyətdənkənar yerləşdiyi motivlər qrupudur. Ekstrinsiv motivlərin təsirindən fəaliyyətə bu fəaliyyətin prosesi və məzmunu deyil, onunla bilavasitə əlaqədar olmayan amillər sövq edir (məsələn, nüfuz və ya maddi amillər). Ekstrinsiv motivlərdən bəzilərini nəzərdən keçirək:• cəmiyyət, qrup, ayrı-ayrı insanlar qarşısında borc və məsuliyyət motivi;• özünü müəyyənləşdirmə və özünə təkmilləşdirmə motivləri;• başqa insanlar tərəfindən bəyənilmək cəhdi;• yüksək sosial status almaq cəhdi (nüfuz motivasiyası). Fəaliyyətə maraq olmadıqda (prosessual-məzmun motivasiyası) fəaliyyətin doğurduğu xarici atributlara cəhd mövcuddur, yəni əla qiymətlərə, diplom almağa, gələcəkdə şöhrət qazanmağa səy göstərilməsi;• xoşagəlməz hadisələrdən və cəzalardan qaçma motivləri (neqativ motivasiya) – bu, fəaliyyətin yerinə yetirilməməs hallarında meydana çıxa bilən xoşagəlməz hadisələrin, narahatlıqların dərk edilməsindən yaranan hisslərdir.Əgər fəaliyyət prosesində ekstrinsiv motivlər prosessual-məzmun motivləri ilə möhkəmləndirilməzsə, yəni fəaliyyət prosesi və məzmunu ilə möhkəmlənməzsə, bu zaman maksimal effekti təmin etməyəcək. Ekstrinsiv motivlərin təsiri halında fəaliyyət öz-özlüyündə cəlbedici deyil. Onunla bağlı olanlar (məsələn, nüfuz, şöhrət, maddi rifah) cəlbedicidir, bu isə fəaliyyətə sövq üçün heç də kifayət deyil.Özünüinkişaf motivi – özünü inkişaf etdirməyə, özünü təkmilləşdirməyə səydir. Bu, fərdləri çox işləmək və inkişaf etməyə sövq edən vacib motivdir. A.Maslounun rəyincə, bu, öz qabiliyyətlərinin tam reallaşdırılmasına səy və özünün səlahiyyətini hiss etmək arzusudur. Bir qayda olaraq, irəliyə hərəkət üçün həmişə müəyyən cəsarət olmalıdır. İnsan çox vaxt keçmişinə, uğurlarına, rahatlığına və sabitliyə güvənir. Qorxu riski və hər şeyi itirmək təhlükəsi onun özünü inkişaf yolunda qarşısını alır. Beləliklə, insan çox vaxt sanki «irəliyə hərəkət etməy səyi ilə özünüsaxlama və təhlükəsizliyə səy arasında qalır». Bir tərəfdən, o, yeniliyə doğru getməyə səy göstərir, digər tərəfdən isə təhlükə və ya naməlum olan bir şey qarşısında qorxu, riskdən qaçmaq arzusu onu irəliyə doğru hərəkətdən saxlayır.A.Maslou israr edirdi ki, növbəti addım artıq adiləşmiş və bəlkə bezdirmiş ixtira və qələbələrə nisbətən obyektiv olaraq sevinc, daha çox rahatlıq gətirdiyi zaman inkişaf baş verir.Özünü inkişaf, irəliyə hərəkət çox vaxt şəxsiyyətdaxili münaqişə ilə müşayiət olunur, lakin özünə qarşı zorakılıq deyil. İrəliyə hərəkət – gözləməkdir, yeni xoş hiss və təəssüratları qabaqcadan görməkdir.İnsanlarda özünü inkişaf motivini aktuallaşdırmaq mümkün olduqda, onun fəaliyyətə olan motivasiyasının gücü artır.İstedadlı məşqçilər, müəllimlər, menecerlər özünü inkişaf motivini işə salmağı bacarırlar. Onlar bu zaman öz şagirdlərinə (idmançılara, tabeliyində olanlara) inkişaf etmək və təkmilləşmək imkanlarını izah edirlər.Nailiyyət motivi – fəaliyyətdə yüksək nəticələrə və ustalığa nail olmağa səydir; bu, mürəkkəb tapşırıqların seçilməsində və yerinə yetirməy səyində özünü göstərir. Hər hansı fəaliyyətdə uğurlar nəinki qabiliyyət, bacarıq və vərdişlərdən, habelə nailiyyətlərin motivasiyasından asılıdır. Yüksək nailiyyət əldə etmək motivasiyası yüksək səviyyədə olan insan yaxşı nəticə əldə etməyə səy edərək, qarşıya qoyduğu məqsədlərə çatmaq üçün inadla işləyir. Nailiyyətin motivasiyası (yüksək nəticələrə yönəldilmiş hərəkətlər də)hətta eyni adamda həmişə eyni olmur və fəaliyyət predmetindən, şəraitdən asılıdır. Kimsə riyaziyyatdan mürəkkəb məsələləri seçir, kimsə isə əksinə, dəqiq elmlərdə sadə məqsədlərlə məhdudlaşaraq, ədəbiyyatdan mürəkkəb mövzuları seçir və məhz bu sahədə yüksək nəticələr əldə etməyə səy edir. Hər bir konkret fəaliyyətdə motivasiyanın səviyyəsini müəyyən edən nədir? Alimlər dörd amili fərqləndirirlər:1. uğur qazanmağın əhəmiyyəti; 2. uğur qazanmağa ümid;3. uğur qazanmağın subyektiv qiymətləndirilən ehtimalı;4. nail olmanın subyektiv etalonları.Prososial (ictimai əhəmiyyətli) motivlər – fəaliyyətin ictimai əhəmiyyətinin dərk edilməsi, qrup və ya cəmiyyət qarşısında məsuliyyət hissi ilə bağlı motivlərdir. Prososial (ictimai əhəmiyyətli) motivlərin təsiri ilə fərdin qrupla identifikasiyası baş verir. İnsan özünü nəinki müəyyən sosial qrupun üzvü hesab edir, nəinki onunla birləşir, həm də onun problemləri, maraqları və məqsədləri ilə yaşayır. Fəaliyyətə prososial motivlərlə sövq edən şəxslərə normativlik, qrup standartlarına loyallıq, qrup dəyərlərinin qəbul edilməsi və müdafiəsi, qrup məqsədlərini reallaşdırmağa səy göstərmək xasdır. Məsul insanlar, bir qayda olaraq, daha fəaldırlar, öz peşə öhdəliklərini daha vicdanla yerinə yetirirlər. Onlar belə hesab edirlər ki, ümumi iş onların əmək və zəhmətlərindən asılıdır.Menecer öz tabeliyində olan işçiləri arasında korporativ ruhu aktuallaşdırmalıdır, belə ki, qrupla (firma ilə) identifikasiya olunmadan, xüsusilə də onun dəyərləri, maraqları, məqsədləri ilə eyniləşmədən hər hansı uğuru qazanmaq mümkün deyil. Öz ölkəsi ilə identifikasiya edən, onun problemləri və maraqları ilə yaşayan hər hansı siyasətçi başqalarından daha çox öz fəaliyyətində aktiv olacaq, dövlətin çiçəklənməsi üçün əlindən gələni edəcəkdir.Beləliklə, qrupla, borc hissi və məsuliyyətlə identifikasiya olunmaqla bağlı olan prososial motivlər insanı fəaliyyətə sövq etməkdə olduqca mühüm rol oynayır. Subyektdə bu motivlərin fəaliyyətinin aktuallaşması onda ictimai əhəmiyyətli məqsədlərə nail olmaqda fəallıq yaratmağa qadirdir.Affiliasiya motivi – (ingilis dilində affiliation - birləşmə) başqa insanlarla münasibət qurmaq və ya bu münasibəti saxlamaq cəhdi, onlarla əlaqə və ünsiyyət cəhdidir. Affiliasiyanın mahiyyəti ünsiyyətin özünü qiymətləndirməsindən ibarətdir. Affiliativ ünsiyyət elə ünsiyyətdir ki, insana xoşdur, rahatlıq və dinclik gətirir.Lakin ayrı-ayrı fərdlər öz işlərini yola vermək, zəruri insanlarla faydalı əlaqələr qurmaq üçün də ünsiyyətdə ola bilər. Bu halda ünsiyyət başqa motivlərdən doğur, başqa tələbatların ödənilməsi vasitəsi olub, affiliativ motivasiya ilə heç bir əlaqəsi yoxdur.Affiliativ ünsiyyətin məqsədi ünsiyyətdə olan tərəfdaş tərəfindən sevgi axtarışı (və ya simpatiya) ola bilər.Neqativ motivasiya – fəaliyyətin yerinə yetirilməməsi səbəbindən baş verə biləcək mümkün xoşagəlməz hadisələrin, naraşatlıqların, cəzaların dərk edilməsindən doğan hisslərdir. Məsələn, şagirdi təhsilə valideynlərinin tələbləri və hədə-qorxuları, pis qiymətlər alması qorxusu sövq edə bilər. Bu cür motivin təsirilə təhsil müdafiə xarakteri alır və məcburi hesab edilir.Neqativ motivasiyanın təsiri halında hər hansı xoşagəlməz hadisələr, cəza qorxusu və ya bunlardan qaçmaq cəhdi insanı fəaliyyətə sövq edir. O, belə fikirləşir: «Əgər mən bunu etməsəm, xoşagəlməz hadisələrlə üzləşəcəyəm». Neqativ motivasiyanın təsirilə fəaliyyəti məhz bu hisslər yaradır.Neqativ motivasiyanı tətbiq etmək mümkün olan və aktuallaşdırmağa qadir olan neqativ sanksiyaların formaları müxtəlifdir:• verbal (sözlə) cəza (məzəmmət, töhmət);• maddi sanksiyalar (cərimə, güzəştlərdən məhrum etmək, təqaüdlər);• sosial təcrid (nəzərə almamaq, qrup tərəfdən qəbul edilməmək, sosial ostrakizm);• azadlıqdan məhrumetmə;• fiziki cəza.Neqativ sanksiyaların başlıca nöqsanı onların təsirinin qısamüddətli olmasıdır: onlar yalnız təsiri dövrlərində fəaliyyəti stimullaşdırır (və ya xoşagəlməz hərəkətlərdən qoruyur).Neqativ motivasiya insana təsir etdikcə, cəzanın labüdlüyünə inam daha artıqdır.Beləliklə, neqativ motivasiya, o cümlədən də cəza insanı fəaliyyətə sövq edən kifayət qədər güclü motivasiya amilidir, lakin o da bir çox nöqsan və arzuolunmaz nəticələrdən uzaq deyil.Fəaliyyətdə olan və potensial motivlərQabaqcıl yer tutan motivlər daim aktuallaşır və insan fəaliyyətinə motivasiya təsiri göstərir və fəaliyyətdə olan motivlər adlanır. Motivasiya iyerarxiyasından aşağıda olan motivlər insan fəaliyyətinə çox az təsir edir və çox vaxt özünü göstərmir. Bu motivlər potensial adlanır, belə ki, konkret vaxt kəsiyində oyadıcı təsir göstərmirlər, lakin müəyyən şərait yarandıqda aktuallaşa bilirlər.Bir sıra amillərin təsiri ilə potensial motivlər oyadıcı xarakter alır (hərəkət edən olur). Məsələn, menecerlə söhbətdən sonra tabeliyində olan passiv şəxsdə sosial motiv daha oyadıcı olub fəaliyyətdə olan motivə çevrilir.Motivlərin iyerarxiyasının dinamikliyi Motivlərin iyerarxiyası mütləq sabit motivasiyalar kompleksi olmayıb, zamanla və yaşla (şəraitdən və insanların təsirindən asılı olaraq) dəyişir. Məsələn, tabe olan fərdi əməyə menecerin tələbləri və xoşagəlməz hadisələrdən qaçmaq səyi sövq edir. Sonradan bu motiv onun fəaliyyətinə az təsir edəcək, aparıcı yeri isə idrak motivi tuta bilər.Motivasiya dairəsi kifayət qədər dinamikdir: ayrı-ayrı motivlərin mahiyyəti və təsiri dəyişir (müvafiq olaraq, motivlərin iyerarxiyası da). Müxtəlif amillər bu iyerarxiyanı dəyişə bilər, lakin motivasiya sferasının dinamikliyinə baxmayaraq, hər insana motivlərin iyerarxiyasının nisbi sabitliyi xasdır. İsrar etmək olar ki, bizi fəaliyyətə sövq edən motivlər müəyyən zaman kəsiyi ərzində nisbətən sabit və dəyişməzdir. Motivlərin iyerarxiyasının nisbi sabitliyi onunla müəyyənləşdirilir ki, bütövlükdə şəxsiyyət və xüsusilə motivlər (lakin situativ amillərdən asılı olan motivasiya yox) o qədər də asanlıqla dəyişmir. Və əgər uşağın motivasiya sferasını dəyişsək və ya inkişaf etdirsək, bunu yaşlı adamla etmək olduqca çətin olacaq.Beləliklə, motivlərin iyerarxiyasını dəyişmək qabiliyyətinə malik olan müxtəlif amillərin təsirinə baxmayaraq, onu nisbətən sabit hesab etməyə əsas vardır. Fəaliyyət bir yox, bir neçə motivlə meydana gəlir. Fəaliyyəti nə qədər çox motiv determinə edirsə, motivasiyanın ümumi səviyyəsi o qədər yüksəkdir. Məsələn, fəaliyyət beş motivdən doğursa, motivasiyanın ümumi səviyyəsi insan fəallığını yalnız iki motiv determinə etməsindən adətən yüksək olur.Hər motivi doğuran qüvvədən çox şey asılıdır. bəzən hər hansı motivin qüvvəsi bir neçə motivin təsirindən artıq olur. Bir çox hallarda daha çox motiv aktuallaşdıqca, motivasiya daha güclü olur. Əgər əlavə motivlər işə salınarsa, bu zaman motivasiyanın ümumi səviyyəsi yüksəlir.Deməli, motivasiyanın ümumi səviyyəsi aşağıdakılardan asılıdır:• fəaliyyətə sövq edən motivlərin sayından;• situativ amillərin aktuallaşmasından;• bu motivlərdən hər birinin sövqedici qüvvəsindən.Bu qanunauyğunluğa əsaslanaraq, menecer öz tabeliyində olanların motivasiyasını gücləndirmək üçün üç aşağıdakı şərti yerinə yetirməlidir:1. daha çox motivi işə salmaq (aktiuallaşdırmaq); 2. bu motiivlərdən hər birinin sövqedici qüvvəsini artırmaq;3. situativ motivasiya amillərini aktuallaşdırmaq. Bu qanunauyğunluq həmçinin motivasiya özünütənzimləməsinə də aiddir. Bu zaman müəyyən fəaliyyəti yerinə yetirmək lazımdır, lakin motivasiyanın ümumi səviyyəsini yüksəltməyə qadir olan əlavə motivləri fəallaşdırmaq (işə salmaq) da zəruridir.Müəllif: Samir MəstəliyevMənbə: finan.az
['motivasiya', 'motiv', 'stimul', 'həvəs']
6,769
https://kayzen.az/blog/h%C9%99rb%C3%A7il%C9%99r/1036/alkiviad-e.%C9%99.-450-404.html
Alkiviad (e.ə. 450 - 404)
papatürk
böyük hərbi xadimlər
18 aprel 2010, 23:01
Alkiviad qədim zadəgan nəslinə məxsusdu. Atası beotiyalılarla Xeroneya döyüşündə həlak olmuşdu. O, Periklin də yaxın qohumu idi. Uşaqlıq və gənclik illərində hədsiz yaraşıqlı olan Alkiviad istər-istəməz hamıda rəğbət oyadırdı. Onun saysız himayədarları və tərbiyəçiləri vardı. Sokrat onu bir çox təhlükəli yollardan qorumuş, gənc və qabiliyyətli oğlanın düzgün tərbiyə olunmasında əsas rol oynamışdı. Əvəzində Alkiviad da filosofa öyrəşib onunla birgə özünü sərt həyat tərzinə alışdırmışdı. Hələ yeniyetmə ikən Sokratla bərabər Potideya döyüşündə iştirak etmiş, onunla bir çadırda qalıb çiyin-çiyinə vuruşmuşdu. Döyüşün gərgin vaxtında Sokrat yaralanan Alkiviadı ölümdən qurtarmışdı. Bütün bunların nəticəsində Alkiviad həm də gözəl natiqlik məharəti qazanmışdı. Buna görə hələ erkən yaşlarından siyasi fəaliyyətə başlayanda onun gələcəyinə şübhə edən çox az idi.Siyasi həyatda onun iki rəqibi vardı. Qoca Niki və gənc Feak. Lakin nə Sokrat, nə də başqaları Alkiviadın təbiətindəki hədsiz şöhrətpərəstliyi, özündən razılığı və həyasızlığı düzəldə bilməmişdilər. Buna görə Plutarxın yazdığı kimi onu heç kim sevmirdi, lakin xalq şöhrətli adamları hörmətdən salmaq və ləkələmək üçün ondan istifadə edirdi. Alkiviad spartalı əsirlərin qayğısına qalmaqla onların rəğbətini qazanmaq istəyirdi. Lakin lakedomlular Nikinin səyləri nəticəsində Afina ilə sülh bağladılar. Nəticədə əsirlər qaytarıldı və Niki Spartada çox böyük nüfuz qazandı. Alkiviad paxıllıqdan nə edəcəyini bilmir, sülhü pozmaq üçün bütün qüvvəsiylə çalışırdı. Bunun üçün əvvəlcə arqosluları spartalılara qarşı müharibəyə qızışdırdı. Sonra isə Afinaya dostluq ittifaqı bağlamaq üçün gəlmiş spartalı elçiləri aldadıb onların guya ən yüksək səviyyədə müqavilə bağlamaq üçün səlahiyyətləri olmadıqlarını xalq yığıncağında dedirtdi. Halbuki, elçilər bu səlahiyyətlə gəlmişdilər. Bu əməliyyatdan sonra Nikiyə və spartalılara qarşı qəzəblənən yığıncaq onu strateq (baş komandan) seçdi. Bundan sonra o çox böyük məharətlə yunan şəhərlərini bir-birinə vurub lakedomlulara qarşı qızışdırdı və şəhərlərdə uzun müdafiə divarları hördürməyə nail oldu. Xüsusilə arqosluları hərəkətə gətirdi. Öz məharətli çıxışları və atmacaları ilə məqsədinə çox yerdə nail oldu. Bütün bunlarla bərabər öz dəbdəbəli həyat tərzindən, içkiyə aludəçiliyindən və eyş-işrətdən də qalmırdı. Lakin xalq əcdadlarının şöhrətinə, payladığı hədiyyələrə, natiqlik qüdrətinə, bədən gözəlliyinə, hərbi təcrübəsinə və nəhayət, cəsurluğuna görə onun bütün nöqsanlarını bağışlayırdı. Afinalılar daim Siciliyaya qoşun dəstələri göndərib onun limanlarından birini almaq istəyirdilər. Nəhayət, Alkiviad xalqı inandırmağa başladı ki, güclü Afina donanması ilə bütün Siciliyanı fəth etmək olar. Niki nə qədər buna etiraz edib afinalıları bu çətin yürüşdən saxlamaq istədisə də Alkiviad xalqı, xüsusilə gəncləri yürüşə çıxmağa elə həvəsləndirdi ki, artıq bunun qarşısını almaq mümkün olmadı. Belə olduqda düşmənləri onu və bəzi tərəfdarlarını allahlara və onların heykəllərinə qarşı hörmətsizlikdə ittiham etdilər. Amma məhkəməni Siciliyaya yürüşdən sonraya saxladılar. Niki, Lamax, Alkiviad strateq sifətiylə e.ə. 415-ci ildə 140 triyer, beş min qoplit və min üç yüz başqa döyüşçü ilə Siciliyaya gəldilər. Lakin elə bir böyük uğur qazana bilmədilər və bu zaman Alkiviadı Afinaya məhkəməyə çağırdılar. O, məhkum olunacağından qorxub Peloponnesə qaçdı. Döyüşçülərsə Alkiviadsız ruhdan düşdülər və Messinanı düşmənlərə verdilər. Xalq yığıncağı Alkiviadı ölümə məhkum etdi. Bunu eşidən Alkiviad dedi: - Mən onlara göstərərəm ki, hələ sağam. Əvvəllər bir müddət Arqosda qaldı. Ancaq onun haqqında qərarın dəyişilmədiyini görüb Spartaya gəldi. Onun verə biləcəyi xeyri başa düşən spartalılar ona siyasi sığınacaq verdilər. Alkiviad spartalıların ümidlərini doğrultdu və onlara afinalılar üçün fəlakətli olan üç məsləhət verdi: Əvvələn, məsləhət gördü ki, sirakuzlularla əlbir olub afinalıların donanmasını məhv etmək üçün qəti hərəkət etsinlər. İkincisi, quruda da Afinaya müharibə elan etsinlər. Nəhayət üçüncüsü, Afina yaxınlığındakı Dekeleyanı zəbt edib öz basqınları ilə Afinanı daim qorxu altında saxlasınlar. Qeyd etmək lazımdır ki, Alkiviadın bu ağıllı məsləhətləri vətəninə qarşı mübarizədə doğrudan da çox parlaq bəhrələr verdi. Spartada Alkiviad xalqın rəğbətini qazanmaq üçün onların həyat tərzini elə məharətlə təqlid etməyə başladı ki, hamı heyran qaldı. Plutarx yazır ki, bu adam öz simasını dəyişməkdə elə usta idi ki, buqələmun da ona həsəd apara bilərdi. Burada uzun saç saxlayır, soyuq suda çimir, arpa çörəyi yeyirdi. Plutarx yazır ki, İoniyada isə kefə qurşanır, Frakiyada at çapıb sərxoşluqla məşğul olur, Satrap Tissafernin sarayında isə eyş-işrətlə parsları belə ötüb keçirdi. Afinalıların Siciliyada məğlubiyyətlərindən sonra müttəfiqlərinin çoxu onlardan üz döndərdilər. Alkiviad bütün İoniya şəhərlərini öz vətəninə düşmən etdi. Bu zaman insan təbiətinin dəyişməzliyini sübut edən qəribə bir hadisə baş verdi. Alkiviadın spartalılar arasında artan hədsiz şöhrətini görən çar Aqid və başqa məşhur spartalılar ona paxıllıq etməyə başladılar. Nəticədə onlar İoniya şəhərlərinə əmr göndərdilər ki, Alkiviad harada olsa tutub öldürsünlər. Bu barədə xəbərdar edilən Alkiviad spartalıların əlinə keçməmək üçün pars satrapı Tissafernin yanına getdi. Plutarx yazır ki, xəbislikdə və riyakarlıqda tayı olmayan pars satrapı Alkiviadın istedad və mahirliyindən xoşlanıb onu sarayının ən hörmətli şəxsinə döndərdi. Alkiviad indi buradan hər iki yunan dövlətinə zərər vurmağa başladı. Afinalılar ona qarşı haqsız hərəkət etdiklərindən peşman olub axırda onu vətənə dəvət etdilər və yenidən strateq seçdilər. Beləliklə, Alkiviad yenidən vətəninin xeyrinə çalışmağa başladı. O, məharətlə afinalıların düşmənlərinin əlbir olmasına mane olur, eyni zamanda Tissafernin qüvvə və maddi köməyindən istifadə edirdi. O, eşidəndə peloponneslərin bütün donanması spartalı Mindarın komandanlığı ilə Hellasponta tələsir və afinalılar onları təqib edirlər, öz 18 triyeri ilə elə bir vaxtda gəlib çatdı ki, hər iki tərəf təzəcə Abidos yanında həlledici döyüşə başlamışdılar. Plutarxın yazdığına görə gələnin Alkiviad olduğunu bilib spartalılar ruhlandılar, afinalılar isə çaşıb qaldılar. Amma Alkiviad işarə verib bütün qüvvəsiylə rəqiblərini qovmaqda olan Sparta gəmilərinə hücum etdi. Və bir anda onları pərən-pərən salıb qovmağa başladı. Burada 30 Sparta gəmisini ələ keçirib Tissafernin yanına gəldi. Lakin pars satrapı namərdlik edərək onu tutub Sard şəhərində həbsxanaya saldı. Vəziyyət əlbəttə ağır idi. Amma o necə Alkiviad idi ki, çıxılmaz vəziyyətdən çıxa bilməsin. Bir müddət sonra həbsxanada ola-ola haradansa at əldə edib Klazomenə qaça bildi. Burada Farnabazın Mindar ilə birləşdiyini eşidəndə afinalıları inandırdı ki, qəfildən düşmənlərin üstünə həm sudan, həm də qurudan həmlə etmək lazımdır. O, kiçik gəmiləri ortada düzüb özü əsas qüvvələrlə gizləndi. Bu zaman qopan külək və yağan yağış onun taktiki planlarının gizli həyata keçməsinə kömək etdi. Afinalılar hərəkət edib az sonra Gizik limanında peloponneslərin donanmasını gördülər. Alkiviad əsas qüvvələrini arxada saxlayıb özü cəmi 40 gəmi ilə onların üstünə getdi. Onun planından xəbərsiz olan spartalılar belə az qüvvəni görüb dərhal döyüşə girdilər. Elə bu zaman afinalıların bütün donanması göründü. Spartalılar aldandıqlarını görüb qaçmağa başladılar. Amma Alkiviad 20 gəmiylə onları qabaqlayıb sahilə çıxdı və qaçanları qırmağa başladı. Mindar və Farnabaz isə başını götürüb qaça bildi. Beləliklə, bütün Peloponnes donanması məhv oldu. Bundan sonra Alkiviad Farnabazın ölkəsini talan etdi və İoniya şəhərlərini təzədən Afina ilə ittifaq bağlamağa məcbur etdi. O, Vizantiya şəhərini aldı və 410-cu ildə Afinaya qəhrəman kimi görünməmiş təntənə ilə daxil oldu. 408-407-ci illərdə Afinada hegemon seçildi. Amma sonra bəxti gətirmədi. 407-ci ildə Notiyada ağır məğlubiyyətə uğrayıb necə deyərlər Afinanın belini sındırdı. Bundan sonra özü hakimiyyətdən əl çəkib Frakiyadakı malikanəsinə getdi. Amma 404-cü ildə spartalıların təqibindən qorxub orada qalmadı, köhnə dostu və düşməni Farnabazın yanına getdi. O da Lisandrın əmri ilə Alkiviadı öldürtdürdü. Beləliklə, həyatı tufanlarda keçən bu ziddiyyətli qəhrəmanın qeyri-adi həyatı yarımçıq başa çatdı. Mənbə: Əlisa Nicatın Dünya sərkərdələri kitabı
['Alkiviad', 'sərkərdə', 'Alcibiades']
6,770
https://kayzen.az/blog/kartoqrafiya/1026/co%C4%9Frafiya-x%C9%99rit%C9%99si.html
Coğrafiya xəritəsi
2ral
Kartoqrafiya
18 aprel 2010, 13:30
Yer səthinin, onun üzərində olan obyektlərlə birlikdə kiçildilmiş, şərti işarəli təsvirinə coğrafiya xəritəsi deyilir. Məzmununa görə xəritələr 2 qrupa bölünür: a) Ümumcoğrafi xəritələr- Yer səthinin ümumi mənzərəsini əks etdirir. b) Tematik xəritələr- hər hansı bir hadisə (məs: iqlim, torpaq) daha, konkret olaraq təsvir olunur. Bəzən tematik xəritədə bir-biri ilə qarşılıqlı əlaqədə olan bir neçə komponent təsvir olunur ki, buna kompleks xəritələr deyilir. Ərazinin əhatə olunmasına görə xəritələr : a) dünya və yarımkürələr xəritəsi, b) materiklər və onların hissələrinin xəritəsi, ç) dövlətlərin və onların ayrı-ayrı hissələrinin xəritəsinə bölünür. Miqyasına görə xəritələr 3 qrupa bölünür: 1. Miqyası 1:200.000 və ondan böyük olan (1:50.000; 1:25.000) xəritələrə böyük miqyaslı və ya topoqrafik xəritələr deyilir. Topoqrafik xəritələrin miqyası 1:10.000-1:200.000 arasında olub, ümumcoğrafi xəritələr qrupuna aiddir. Topoqrafik xəritələr – plan ilə coğrafiya xəritəsi arasında keçid rolunu oynayır. O, planın şərti işarələrindən istifadə edir və adi xəritələrdə olduğu kimi dərəcə toruna malik olur. Iri miqyaslı topoqrafik xəritənin hər bir vərəqi Yer səthinin nisbətən kiçik, əslində müstəviyə yaxın hissəsini təsvir etdiyindən burada təhriflər çox cüzi olur. Buna görə də bu xəritələrdən kiçik ərazilərin öyrənilməsində geniş istifadə olunur. Geniş ərazilər topoqrafik xəritələrdə vərəqlər üzrə tərtib olunur. Hər vərəq 60 –dən bir çəkilmiş meridian və 40-dən bir çəkilmiş paralellərdə sərhədlənmiş tropesiyalar əmələ gətirir. Xəritədə 2 meridian (xəritənin yan çərçivələri) və 2 paralel (xəritənin alt və üst çərçivələri) olur. 2. Miqyası 1:200.000-dən 1:1.000.000-dək olan xəritələrə orta miqyaslı və ya icmal-topoqrafik xəritələr deyilir. 3. Miqyası 1:1.000.000-dan kiçik olanlara kiçik miqyaslı və ya icmal xəritələri deyilir. Xəritənin miqyası kiçildikcə orada təsvir olunan obyektlərin bəziləri atılır, digərləri isə sadələşdirilir. Ona görə də miqyas kiçildikcə xəritədə təsvirin dəqiqliyi azalır, lakin burada daha geniş ərazilərin təsvir olunmasına şərait yaranır. Xəritənin məqsədindən və miqyasından asılı olaraq burada təsvir olunacaq obyektlərin seçilməsinə və sadələşdirilməsinə kartoqrafik generalizasiya (ümumiləşdirmə) deyilir. Miqyas kiçildikcə generalizasiya çoxalır. Yerin kürəvi səthinin düz səthə (yəni xəritədə) təsvir üsuluna kartoqrafik proyeksiya deyilir. Kürə səthini müstəviyə düzgün açmaq qeyri-mümkündür. Bu vaxt toxunma xəttindən kənarda təhriflər (səhvlər) yaranır. Yer səthini müstəviyə keçirməyin müxtəlif yolları var. Bu zaman aşağıdakı həndəsi proyeksiyalardan istifadə olunur. 1. Silindirik proyeksiyada qlobus ekvator boyu silindirə toxunur. Toxunma xətti təhrifsizdir. Miqyas ekvator üçün qəbul olunur. Ekvatordan qütblərə doğru təhrif artır. 2. Konus proyeksiyasında - qlobus hər hansı bir paralel boyu müstəviyə toxunur. Toxunma xətti təhrifsiz olur. 3. Azimutal proyeksiyada -qlobus hər hansı bir nöqtədə müstəviyə toxunur. Kənarlara doğru təhrif artır. 4. Coxüzlü proyeksiyada - ərazinin təsviri müxtəlif vərəqlərdə tərtib olunur. (məs: atlas) Bu proyeksiyalarda kağızın qlobusa toxunduğu xətt və ya nöqtə təhrifsiz olur. Bu xətt və ya nöqtə sıfır təhrifli xətt (nöqtə) adlanır. Onlardan uzaqlaşdıqca təhrif artır. Odur ki, xəritənin hər yanında miqyas eyni olmur. Xəritədə yazılan miqyas baş miqyasdır. Təhrifsiz xətt üçün nəzərdə tutulur. Digər ərazilərdə xüsusi miqyasdan istifadə edilir. (meridian və paralellərə əsaslanır). Xüsusi miqyas baş miqyasdan ya kiçik, ya da böyük olur. Xəritədə 4 cür təhrif olur: 1. Uzunluq bunları aradan qaldırmaq olmaz. 2. Forma 3. Bucaq proyeksiyalar vasitəsi ilə onları aradan qaldırmaq olar. 4. Sahə Təhrif xüsusiyyətinə görə proyeksiyalar 3 qrupa bölünür: 1. Bərabərbucaqlı - xəritədəki bucaqlar qlobusdakı bucaqlara uyğun gəlir. Nəqliyyatda istifadə olunur. 2. Bərabərsahəli - Yerdəki obyektlərin sahəsi təhrifsiz olur. Ölçmə işlərində istifadə edilir. 3. Ixtiyari - bütün təhriflər olur. Azərbaycan Res-nın xəritələri ən çox bərabərbucaqlı və konus proyeksiyaları vasitəsi ilə tərtib olunur. Miqyas, dərəcə toru və kartoqrafik proyeksiya xəritənin riyazi əsasını; relyef, hidroqrafik şəbəkə isə xəritənin coğrafi əsasını təşkil edir. Plan və xəritənin fərqi 1. Xəritənin şərti işarələrinin bəzisi planın şərti işarələri ilə eynidir. (məs. çayın, gölün, bataqlığın və s), digərləri isə fərqlidir (məs. şəhərin). Xəritə və planda bəzi şərti işarələr eyni olsa da, onlar müxtəlif obyektləri göstərir. Məs. yaşıl rəng planda bitki örtüyünü, xəritədə isə ovalığı təsvir edir. Xəritənin şərti işarələrinə və onların izahatına xəritənin legendası deyilir. 2. Planda çox kiçik sahələr (meyvə bağı, kənd vəs.) xəritədə isə çox böyük obyektlər (dünya, materik və s) göstərilir. 3. Planda Yerin kürəyəbənzər səthinin əyriliyi nəzərə alınmadığından dərəcə toru olmur və belə hesab edilir ki, planda təsvir olunan səth yastıdır. Bu səbəbdən planda təsvir olunan obyektlərin koordinatlarını təyin etmək mümkün deyil. Xəritədə isə yerin əyriliyi daim nəzərə alınır və dərəcə toru olur. 4. Fiziki xəritədə planda olduğu kimi yer səthi horizontlar və yüksəklik nöqtələri ilə təsvir olunur. Planda kəsmə yüksəklik kiçik və sabit olduğundan horizontlar 1 neçə m-dən bir çəkilir. Fiziki xəritədə isə horizontlar 1 neçə yüz metrdən bir çəkilir və arası rənglənir. Bunun üçün 3 rəngdən istifadə olunur: Hündürlüyü 0-200m olan ərazilər yaşıl, hündürlüyü 200 m-dən çox olan ərazilər qəhvəyi, dəniz dibi isə mavi rənglə göstərilir. Yüksəklik artdıqca qəhvəyi, dərinlik artdıqca isə mavi rəngin tündlüyü artır. Yer səthinin bu qayda ilə təsvirinə pilləvari və ya lay-lay rəngləmə üsulu deyilir. 5. Planın miqyası böyük (1:5000 və daha böyük), xəritənin miqyası isə daha kiçik (1:10.000 və daha az) olur. Bu səbəbdən planda təhrif az, xəritədə də isə təhrif çox olur. 6. Planda üfüqün cəhətlərini planın kənarına çəkilmiş ox vasitəsilə, xəritədə isə meridian və paralellərə görə təyin etmək olar. Dərəcə toru Yerin xəyali oxu ilə Yer səthinin kəsişdiyi nöqtələrə qütb deyilir. Yerin 2- Şimal və Cənub qütbü var. Bütün meridianlar Yerin coğrafi qütblərində birləşirlər. Yerin coğrafi qütbləridən başqa 2 maqnit qütbü də var. Kompasın əqrəbi Yerin coğrafi qütblərinə yox, maqnit qütblərinə doğru istiqamətlənmiş olur. Yerin şimal maqnit qütbü Kanada arxipelaqında, cənub maqnit qütbü isə Antarktida sahilindəki Adeli torpağındadır. Yerin maqnit qütbləri sabit olmayıb yerlərini ildə 5-6 km şərqə və ya qərbə doğru dəyişir. Yerin coğrafi qütblərini birləşirlən xəttlə Yerin maqnit qütblərini birləşirlən xətt üst-üstə düşməyib, müəyyən bucaq əmələ gətirir. Bu bucağa maqnit əqrəbinin meyil bucağı və ya inhiraf bucağı deyilir. Yer səthindən keçməklə onun qütblərini birləşdirən ən qısa xəttə meridian deyilir. Meridian latın sözü olub «günorta xətti» deməkdir. Həqiqən də onun istiqaməti günorta çağı cisimlərdən düşən kölgənin istiqamətinə uyğun gəlir. Meridanlar həmişə şimala və cənuba istiqamətlənmiş olur. Bütün meridian çevrələrinin uzunluğu 40009 km (yuvarlaq olaraq 40000km), dərəcə ilə isə 3600 –dir. Qütbdən qütbə uzanan meridian qövsünün uzunluğu dərəcə ilə 1800, km-lə isə 20000 km-dir 10-lik meridian qövsünün uzunluğunu tapmaq üçün 20000 km-i 1800-yə bölmək lazımdır. Alınan rəqəm 111,1 km olaçaq ki, bunun köməyi ilə istənilən məntəqənin ekvatordan və ya qütbdən nə qədər aralıda yerləşməsini asanlıqla tapmaq olar. Qütblərdən eyni məsafədə olan xəyali çevrəyə ekvator deyilir. Ekvatorun uzunluğu 40076 km olub mənası «tənbölən» deməkdir. O, ən uzun paralel olub, yeri 2 bərabər hissəyə - Şimal və Cənub yarım kürələrinə bölür. Qlobusda ekvatora paralel çəkilmiş çevrələrə paralel deyilir. Bütün paralellər formasına görə eyni (yəni çevrə), uzunluğuna görə isə müxtəlifdir. Bütün paralellər meridianlarla 900 bucaq altında kəsişir. Ekvatordan qütblərə doğru getdikcə paralellərin ölçüsü kiçilir. Buna səbəb Yerin kürə formasında olmasındadır. 10 paralel qövsünün uzunluğu ekvatorda 111,3 km, qütblərdə isə (900-də) 0 km-dir. Dərəcə toru - meridian və paralellərin qlobus və xəritədə kəsişərək əmələ gətirdikləri şəbəkədir. Yer səthində istənilən qədər meridian və paralel çəkmək mümkün olsa da xəritə qlobusda onlar adətən hər 10-150-dən bir çəkilir. Coğrafi koordinatlar. Ekvatorla verilmiş nöqtədən keçən paralel arasında qalan meridian qövsünün uzunluğuna coğrafi enlik deyilir. Coğrafi enliyin dərəcə qiyməti 0-900 arasında dəyişir. Ekvatorun coğrafi enliyi 00-dir. Ekvatordan şimalda olan nöqtələrin coğrafi enliyi- şimal enliyi; cənubda olan nöqtələrin enliyi isə cənub enliyi adlanır. Şimal qütbünün enliyi 900 şm en, cənub qütbünün enliyi isə 900 c.en. kimi yazılır. Coğrafi uzunluq- Londandan keçən sıfrıncı meridiandan başlayaraq ölçülür. Bu meridian başlanğıc və ya Londondakı rəsədxananın adı ilə Qrinviç meridianı adlanır. Qrinviç meridianı ilə verilmiş nöqtədən keçən meridian arasında qalan paralel qövsünün uzunluğuna coğrafi uzunluq deyilir. Coğrafi uzunluğun dərəcə qiyməti 0-1800 arasında dəyişir. Eyni meridian üzərində olan nöqtələrin coğrafi uzunluğu eyni olur. Qlobusda Qrinviç meridianından əks tərəfdə olan meridianın coğrafi uzunluğu 1800-dir. Qlobus və xəritədə 00-lik və 1800-lik meridianlar qalın göy xətlə verilir. Əgər verilmiş nöqtə sıfırıncı meridiandan şərqdədirsə onun uzunluğu şərq uzunluğu, qərbdədirsə qərb uzunluğu adlanır. Yer səthindəki nöqtələrin coğrafi enlik və uzunluqlarına həmin nöqtənin coğrafi koordinatı adlanır.
['xəritə', 'coğrafi xəritə', 'dərəcə toru', 'coğrafi kooordinat']
6,771
https://kayzen.az/blog/videofan/1025/c%C3%BCc%C9%99l%C9%99rim-mahn%C4%B1s%C4%B1.html
Cücələrim mahnısı
videofan
Bloq: videofan
18 aprel 2010, 12:12
Inna və Nika adl; 2 rus balaca qızının Cücələrim mahnısına baxdım: Baxdım və fikirləşdim ki,Azərbaycanın dünyada ən məşhur mahnısı yəqin ki Cücələrimdir.«Cücələrim» dünyanın bir sıra dillərində uşaqların dilinin əzbəri olan mahnılardan biridir.  Mahnı türk, rus, ingilis, alman, yapon, bolqar, polyak, serb, xorvat və rumın dillərinə tərcümə edilmişdir. 1949-cu ildə yazılan bu mahnının bəstəkarı Qəmbər Hüseynli, sözlərinin müəllifi Tofiq Mütəllibovdur. Mahnının ilk ifaçısı Arif Həziyevdir. Mahnı keçmiş SSRİ məkanında 1959-cu ildə, Moskvada keçirilən Azərbaycan incəsənəti dekadasında Suğra Bağırzadənin onu ifa etməsindən sonra şöhrət qazanmışdır. Ümüumiyyətlə mahnının tarixçəsi haqqında bu 10 dəqiqəlik videoda Könül Arifqızı,Arif Qazıyev və başqaları ətraflı məlumat vermişlər: Burada 7:45 dəqiqədə Sovet multiplikasiyasının şedevrlərindən olan «Nu, poqodi!» silsilə cizgi filminin seriyalarından birində də səslənməsi də verilib.Mahnının 1959-cu ildə elə Cücələrim ansamblı və Dövlət Simfonik Orkestrinin ifasında ilk variantıyla youtubeda tanış ola bilərsiniz.Mahnının bir qədər müasir (Crazy Frog tipində) variantına da qulaq asmaq olar: Cip-cip cücələrim Cip-cip, cip-cip cücələrim Mənim qəşəng cücələrim Tükü ipək cücələrim Соло: Gözləyirəm tez gələsiz Göy çəməndə dincələsiz Gözləyirəm tez gələsiz Göy çəməndə dincələsiz Хор: Ay mənim Соло: cücələrim Хор: Ay mənim Соло: cücələrim Хор: Ay mənim Соло: cücələrim Хор: Ay mənim Соло: cücələrim Хор: Mənim göyçək cücələrim (2 раза): Cip-cip cücələrim Cip-cip, cip-cip cücələrim Mənim qəşəng cücələrim Tükü ipək cücələrim Соло: Gəlin sizə yemək verim Mən su verim, çörək verim Gəlin sizə yemək verim Mən su verim, çörək verim Хор: Ay mənim Соло: cücələrim Хор: Ay mənim Соло: cücələrim Хор: Ay mənim Соло: cücələrim Хор: Ay mənim Соло: cücələrim Хор: Mənim göyçək cücələrim (2 раза): Cip-cip cücələrim Cip-cip, cip-cip cücələrim Mənim qəşəng cücələrim Tükü ipək cücələrim Соло: Arzum budur, boy atasız Ananıza tez çatasız Arzum budur, boy atasız Ananıza tez çatasız Хор: Ay mənim Соло: cücələrim Хор: Ay mənim Соло: cücələrim Хор: Ay mənim Соло: cücələrim Хор: Ay mənim Соло: cücələrim Хор: Mənim göyçək cücələrim (2 раза): Cip-cip cücələrim Cip Cip Cip Cip cücələrim Mənim qəşəng cücələrim Tükü ipək cücələrim Cip Cip Cip Хор (2 раза): Джип джип джуджялярим Джип джип джип джип джуджялярим Мяним гяшянг джуджялярим Тюкю ипяк джуджялярим Соло: Гёзляирям тeз гялиниз Гёй чямяня динджялиниз Гёзляирям тeз гялиниз Гёй чямяня динджялиниз Хор (2 раза): Цып-цып, мои цыплятки, Цып-цып-цып, мои касатки, Вы пушистые комочки, Мои будущие квочки. Соло: Здесь, в траве густой, привольно Погулять вам можно вволю. Здесь, в траве густой, привольно Погулять вам можно вволю. Хор: Ой, мои Соло: Вы, цыплятки! Хор: Ой, мои Соло: Вы, касатки! Хор: Ой, мои Соло: Вы, цыплятки! Хор: Ой, мои Соло: Вы, касатки! Хор: Вы, пушистые комочки. (2 раза): Цып-цып, мои цыплятки, Цып-цып-цып, мои касатки, Вы пушистые комочки, Мои будущие квочки. Соло: Подойдите вы напиться, Дам вам зерен и водицы. Подойдите вы напиться, Дам вам зерен и водицы. Хор: Ой, мои Соло: Вы, цыплятки! Хор: Ой, мои Соло: Вы, касатки! Хор: Ой, мои Соло: Вы, цыплятки! Хор: Ой, мои Соло: Вы, касатки! Хор: Вы, пушистые комочки. (2 раза): Цып-цып, мои цыплятки, Цып-цып-цып, мои касатки, Вы пушистые комочки, Мои будущие квочки. Цып-цып мои цыплятки çox məşhurdur,«Кристалл» qrupunu bir qədər ruslaşmış formada oxuyub,amma nəinki rus dilində,eləcə də bütün dünyada Cücələrim mahnısını ən qəşəng oxuyan Katya Lel olub. Baxmayaraq ki,milli mahnımızdır,amma Katya Lel bu mahnını gözəl səhnədə,gözəl kostyumda və gözəl ifada səsləndirib.Sadəcə adama zövq verir: Google deyir ki hətta Meksikanın seksi müğənnilərindən biri olan Pilar Montenegro da bu mahnını oxuyub. Cücələrim bizim neftimiz,sazımız,aşıq musiqimiz,muğamımız,Qız Qalamız kimi əzizdir. O həmişə bizimlədir.Toyda da,uşaq bağçasında da,hətta hərbi xidmətdə də:))):
['Cücələrim']
6,772
https://kayzen.az/blog/diplomat/885/diplomatik-m%C3%BCnasib%C9%99tl%C9%99r.html
Diplomatik münasibətlər
rokfeller
Diplomatiyada protokol və etiket
18 aprel 2010, 10:48
Diplomatik münasibətlər Istənilən dövlət üçün diplomatik tanınma məsələsi böyük siyasi əhəmiyyət kəsb edir. Yeni yaranan dövlətlər ölkələr arasında münasibətlərin beynəlxalq hüquq sisteminin əsasını təşkil edən üç əsas prinsip üzərində qurulmasına çalışırlar: hüquq bərabərliyi, ərazi bütövlüyü və suverenliyə hörmət, daxili işlərə qarışmamaq. Beynəlxalq praktikada yeni dövlətin tanınmasının iki forması mövcuddur: de-fakto və de-yure. De-fakto – natamam tanınmadır; digər dövlətin yalnız mövcudluq faktını tanıyan hər hansı bir dövlətin hökuməti həmin dövlətlə diplomatik münasibətlər qurmasa da, iş əlaqələri yaradır. De-fakto tanınmış dövlətlər yalnız rəsmilərə bərabər tutulmayan qeyri-rəsmi diplomatik nümayəndələr mübadiləsi edə bilərlər. De-yure – yeni dövlətin tam şəkildə diplomatik münasibətlərin qurulması, qarşılıqlı razılıq əsasında səfirliklərin təsis edilməsi, qarşılıqlı sərfəli əlaqələrin inkişafı ilə tanınmasıdır.Praktika göstərir ki, diplomatik tanınma və diplomatik münasibətlərin təsis edilməsi haqda razılıqları yazılı şəkildə (bəyanatlarda, müqavilələrdə, kommünikedə, notalarda) təsbit etmək daha məqsədəuyğundur. Sənədin tərtib edilməsi bununla bağlı gələcəkdə hər hansı anlaşılmazlıqları və şərhləri istisna edir. Diplomatik münasibətlərin qurulması haqda danışıqlara çox ciddi surətdə hazırlaşırlar. Yekun sənəddə hansısa natamamlıq, yarımçıqlıq, qeyri-dəqiqliklər, əsas məsələni müəmmalı edə bilər: diplomatik münasibətlər qurulub ya yox; əgər qurulubsa, onda hansı səviyyədə – missiya yoxsa səfirlik və hansı vaxtdan etibarən.   Diplomatik missiya Daimi diplomatik münasibətlər yalnız diplomatik missiyanın açılışı, yaxud, diplomatik missiyalarla mübadilə zamanı tanınırlar. Onlar qarşılıqlı razılıq və qarşılıqlı prinsipləri əsasında açılırlar. Missiyaların funksiyaları son yüzilliklər ərzində formalaşmışdı və ümumən qəbul edilmiş hesab edilirlər. 1961-ci ilin diplomatik münasibətlər haqda Vyana konvensiyasına görə, bu funksiyalar, ələlxüsus aşağıdakılarından ibarətdir: a) fəaliyyət göstərdiyi ölkədə akkreditə olunan dövlətin təmsilçiliyi; b) fəaliyyət göstərdiyi dövlətdə beynəlxalq hüququn imkan verdiyi çərçivələrdə akkreditə olan dövlətin və onun vətəndaşlarının maraqlarının müdafiəsi; c) fəaliyyət göstərdiyi ölkənin hökuməti ilə danışıqların aparılması; ç) bütün qanuni vasitələrlə fəaliyyət göstərdiyi ölkədə şərtlərin və hadisələrin aydınlaşdırılması və bu barədə akkreditə edən ölkənin hökumətinin məlumatlandırılması; d) akkreditə edən və fəaliyyət göstərdiyi ölkələr arasında dostluq münasibətlərinin dəstəklənməsi və iqtisadiyyat, mədəniyyət və elm sahəsində onların qarşılıqlı əlaqələrinin inkişaf etdirilməsi. Tarixdə ilk daimi diplomatik missiya Milan hersoqu Françesko Sfortsa tərəfindən 1455-ci ildə Genuyada təsis edilmişdi. Beş il sonra Savoya hersoqu Verçellidən olan baş dyakon (dini rütbə) Yuzebio Marqariyanı Romada özünün daimi nümayəndəsi təyin etdi. Bir müddət sonra bəzi Italiya şəhərləri daimi diplomatik missiyaları London, Paris və digər Avropa paytaxtlarında təsis etdilər. Digər dövlətlər də onlardan nümunə götürdülər. XVI əsrdə Venesiya artıq Vyana, Madrid, Romada daimi səfirlərə, Neapol, Turin, Milan, Londonda rezidentlərə malik idi. Venesiyada isə Müqəddəs Roma imperiyası, Fransa və Ispaniya kralları səfirlərə, Roma nunsiya malik idi. Romada Venesiya meydanındakı dünyanın ilk səfirliklərdən biri olan Venesiya səfirliyinin binası çoxsaylı turistlərin marağını daima cəlb edir.
['diplomatik missiya', 'diplomatik münasibətlər']
6,773
https://kayzen.az/blog/cqk/1024/sakura-18-aprel-turniri.html
Sakura 18 aprel turniri
2ral
Nə? Harada? Nə zaman? (ЧГК)
18 aprel 2010, 10:40
1. Keçmiş MDB-ə ancaq Moskvada olub. Birinci dəfə Yunanıstanda olub. Sonuncu dəfə Çində olub. Allah qoysa bəlkə Böyük Britaniyada olacaq:) Bəs ən çox harda olub? Cavab. Əlbəttə ki, Yunanıstanda. Söhbət Olimpiya oyunlarından gedir. 2. Bir rus inancına görə bu amerikan firmasını əslən rus olan Davıdov və Xarlamov yaradıb. Əslində gop olsa da,Rusiyada hələ də çoxları buna inanır. : Harley-Davidson (motosikl istehsalında dünya liderlərindən biri) 3. Kral Artur,Herakl, Fateh Vilhelm,Leonardo Da Vinçi, aktyor Cek Nikolsonu məhz bu xüsusiyyət birləşdirir. Onların sayı getdikcə artır. Fahişəlik, çətin həyat tərzi, sevgidə xəyanət və s. onların sayının artmasında böyük rol oynayır. Cavab: qeyri-qanuni uşaqlar(Дети вне брака) 4. Baron Münhauzen və Neyl Armstronqu məhz bu cəhət birləşdirir? Cavab. Aya səyahət. 5. Andorrada insana bunu ya Fransa,ya da İngiltərədə etmək imkanı verilir. Hansı seçim imkanı? Cavab: öz həbs cəzasını çəkmək.Çünki Andorrada həbsxana yoxdur. 6. Ən çox Sakit okeanda,ikinci Şimal buzlu okeanında,sonra Atlantik okeandadır. Ən az isə Hind okeanındadır.nə? Cavab. Dəniz dayı. Sakit okeanda 13,Atlantik okeanda 9,Şimal buzlu okeanı-10,Hind okeanı-5 dəniz var. 7. Onların birincisi Praqada doğulub, ikincisi isə müasir Polşada. Onların arasında yəhudilər çoxdur. İnanırıq ki,onların arasında azərbaycanlılar da olacaq. Cavab. Şahmat çempionları. Vilhelm Steynits və Emmanuil Lasker. 8. Fransada,Avstriya-Macarıstan, Siciliya,İspaniya,Almaniya və s. Avropa ölkələrinin krallarının çoxunu,dünyanın ən böyük iqtisadçı və filosoflarından birini(Marks),alman kuturyesi Lagerfeldi,biologiyada bioloji təsnifatı yaratmış Linneyi məhz bu xüsusiyyət birləşdirir. Cavab. Adları Karl idi. 9. Məhəmməd Əli, Co Freyzer, Şteffi Qraf, Lev Yaşin ,Mişel Platini,Zinəddin Zidan, Eysebio,Devid Bekhem,Marat Safin..... Bu siyahını çox uzatmaq olar. Onları birləşdirən nədir? Çinli işbazlar onu xüsusilə sevirlər və onu müxtəlif adlarla tanıdırlar. Nəzərə alın ki,onun vətəni Almaniyadır. Cavab. Adidas firması. 10. Pikasso deyib ki, Rəssam-sata biləcəyi çəkən adama deyirlər.Yaxşı rəssam isə- Cavab: çəkdiyini sata bilən adama. 11. “İnsan üçün kiçik addım, insanlıq(bəşəriyyət) üçün isə böyük addım” sözlərini kim yaxud harada deyilib? Cavab. Neil Armstrong Aya qədəmini basarkən. 12. 1895-ci il 28 dekabrında Parisdə hansı əlamətdar hadisə baş vermişdi? Cavab: ilk dəfə kino göstərildi. 13. Eramızdan əvvəl 356-cı ildə iki hadisə oldu ki,bunun sayəsində 2 adam məşhur oldu. Birincisi Makedoniyalı İsgəndərin doğumu idi. İkinci hadisə zamanı da bir nəfər məşhur oldu. Mən istəməzdim ki,kayzen.az istifadəçilərindən hansısa biri o adam kimi məşhur olsun.O məşhur adam kimdir? Cavab: Herostrat. Dünyanın 7 möcüzəsindən biri olan Efesdəki Artemida məbədini məşhurluq xətrinə yandıran adam. 14. 1931-ci ildə Nyu-yorkda məşhur Empayr Steyt Bilding (Empire State Building) tikilənə qədər dünyada ən hündür tikili hansı idi? Cavab: Eyfel qülləsi 15. Geoloqlar arasında Feliks Krivinin (rus ədibi) bir sözü məşhurdur: “Faydalı olmaq üçün,.... olmaq lazım deyil.” Cavab. Qazıntı. - Ископаемым
['sakura turniri', 'intellektual suallar', 'NHN sualları']
6,774
https://kayzen.az/blog/seks/991/ki%C5%9Fi-v%C9%99-qad%C4%B1n-cinsl%C9%99rinin-yaranmas%C4%B1.html
Kişi və qadın cinslərinin yaranması
fidan
Seks (18+)
17 aprel 2010, 10:13
İlk baxışda elə görünə bilər ki, alimlər insanda cinsiyyət fərqlərinin necə yarandığını artıq qəti təyin etmişlər. İstənilən insanın cinsi mayalanma zamanı müəyyən olunur və bu spermatozoidin hansı yumurta hüceyrəsini mayalandırmasından asılıdır. Artıq məlumdur ki, özlərində Y və ya X xromosomlarını daşıyan "kişi" və "qadın" spermatozoidləri mövcuddur. Qadınlarda bütün hüceyrələr iki X xromosomundan ibarətdir.Buradan belə nəticə çıxır ki, yumurta hüceyrəsindən qız və ya oğlan yaranacağı onun X və ya Y - xromosomu tərəfindən mayalanmasından asılıdır. Alimlərin müşahidəsinə görə bir insan öz başlanğıcı­nı diametri 0,2 mm.-ə bərabər olan yumurta hüceyrəsindən alır. Bu yumurta öz forma və fiziologiyasına görə orqanizmin heç bir hüceyrəsinə oxşamır.Yumurta hüceyrəsi öz inkişaf prosesində bir sıra ardıcıl dəyişikliklərə məruz qalır ki, bunun sayəsində toxumalar və xüsusi funksiyalı orqanlar əmələ gəlir. Son nəticədə isə insan orqanizmi yaranır. Lakin əsl həqiqətdə bu məsələ alimlərin izah etdiyi kimi sadə və aydın deyildir. Alimlərin bu təliminə əsasən yumurta hüceyrəsinin mayalanması üçün bir spermatozoid kifayətdir və eyni zamanda belə məlum olur ki, əgər sper­mada müəyyən qatılıqda (özü də xeyli yüksək) spermatozoidlər yoxdursa, mayalanma baş tuta bilməz. Döl bağla­manın effektliyinə qadın orqanizminin hərarətinin əsaslı təsiri olur, əgər o, kifayət deyilsə, mayalanma da ola bil­məz. Lakin ən böyük anlaşılmazlıq insan orqanizminin quruluşu ilə bağlıdır. Əslinə qalanda, dezoksiribonuklein tur­şusunun ikili spiralının (DNT) kəşfi də bu məsələyə tam aydınlıq gətirə bilməyib. 80-ci illərdə alimlər kəşf etdilər ki, DNT spiralvarındakı genlər yalnız zülalların quruluşu haqqında informasiyanı daşıyır. Lakin, zülallar hələ orqanizm demək deyildir. Bunlar yalnız orqanizmin "tikildiyi" kərpiclərdir. Orqaniz­mi müəyyən şəkildə qurmaq üçün hansı kərpici hara qoymaq lazım gəldiyini göstərən plan lazımdır. Başqa sözlərlə desək, orqanizmin məkan və zaman daxilində inkişaf proqramı olmalıdır. Bu cür "proqram" isə genlərdə yoxdur. Ən başlıcası isə bəlli oldu ki, genetik kodun özü DNT-nin uzunluğunun vur-tut bir faizini təşkil edir. Bəs onda qalan 99 faizin rolu nədən ibarətdir? Bu sualın cavabı 90-cı illərin əvvəllərində adi eksperiment sayəsində tapıldı. Qurbağa embrionu xüsusi metal futlyarda yerləşdirildi və onun inkişafı üçün hər cür şərait yaradıldı. Lakin metal qilaf bü­tün xarici şüalanmaları əks etdirdiyinə görə embrion lazım olduğu şəkildə inkişaf etmədi, qurbağaya oxşamayan bir eybəcərə çevrildi və tezliklə məhv oldu. Sonrakı tədqiqatlar göstərdi ki, DNT silsiləsinin 99 faizi özündə xüsusi elektromaqnit dalğalarını daşıyan xüsusi proqramı qəbul edir. Bu proqramın əsasında insan orqanizmi qurulur, yəni hər bir hüceyrəyə harada və necə inkişaf etmək, orqanizmdə hansı funksiyaları daşımaq göstərişi verilir. İnkişaf proqramının mənbəyi Vakuum, Kosmik fəzadır. Alimlər müəyyən etmişlər ki, insanın qoloqrafik modeli fiziki cis­min (bədənin) yaranışından əvvəl əmələ gəlir. Xarici mühitdən daxil olan informasiya xromosomları məcbur edir ki, hər bir konkret insanın proqramının spesifik obrazını yarat­sın. İnsan embrionunun bölünən hüceyrələri yalnız qoloqrafık nüsxənin həcmini doldurur (tökmə qəlib maddə ilə doldurulduğu kimi). Yuxarıda göstərilənlər qədim Tibetdə, "Mavi beril" adlı elmi əsərdə tam dəqiqliyi ilə təsvir edilmişdir. Bu qədim tibb dərsliyində müalicə üsulllarından savayı kişi və qadın cinslərinin necə əmələ gəlməsindən ətraflı danışılır. Bədənin formalaşdırılması cinsi əlaqə prosesində ata spermasının, ana yumurta hüceyrəsinin və şüurun - gələcək insanın qoloqramını verən informasion-energetik özülün eyni bir vaxtda uşaqlığın daxilində qovuşması nəticəsində embrionun əmələ gəlməsi ilə başlanır. "Fəzanın rezonans axınları" (yeri, karma ilə hərəkətə gətirilən şüur kişi orqazmı (nəfəsin artması) sayəsin­də onun bədəninə daxil olur və oradan qadın uşaqlığına dü­şür, yumurta hüceyrəsinin DNT spiralını öz informasiyası ilə şüalandırır. Beləliklə, orqanizmin fərdi cizgiləri: toxu­maların mövcud insana xas spesifikliyi, fizioloji proseslərin xüsusiyyətləri, fiziki cismin zahiri xüsusiyyətləri (boy, proporsiyalar) yaranmış olur.Şüuru hərəkətə gətirən "Fəzanın rezonans axınları" (yəni, karma) şüuru onun öz informasion-energetik göstəricilərinə görə öz valideynlərinin normasına uyğun gəldiyi nöqtəyə yönəldir, Embrionu canlandıran şüur (yeri, informasion-ener­getik mənbə) cinsi mənsubiyyətdən məhrumdur. O, embri­onun qadın uşaqlığmda inkişaf etməsi prosesində yaranır. Əgər "alın yazısı" səbəbindən (karmanın əvvəlcədən müəyyən etdiyi taleyə əsasən) oğlan doğulmalıdırsa, bu za­man şüur ataya ədavət və anaya məhəbbət duyaraq, özünü ata toxumu ilə eyniləşdirir və ata şüuruna çevrilir. Əks halda şüur anaya ədavət və ataya məhəbbət duyaraq, ananın yu­murta hüceyrəsi ilə özünü eyniləşdirir və ana şüuruna çevri­lir. Belə seçim nəticəsində şüur (informasion - energetik mənbə) özünü qadın, yaxud kişi tipi (cinsi) üzrə qurub ya­radır. Əgər seçim dəqiq aparılırsa, o zaman yüz faizli (xalis) kişi və ya qadın yaranır. Əgər gələcək insanın şüuru karma səbəbindən özünü bu və ya digər cinslə qeyri - dəqiq, yay­ğın şəkildə eyniləşdirirsə, yaxud hər iki valideyinə eyni dərəcədə meyl göstərirsə, o zaman, cinsi fərqləri aydın seçil­məyən insanlar (interseklər), yaxud hər iki cinsi əlamətə malik adamlar (hermafroditlər) dünyaya gəlir. Mənbə Gennadiy Malaxov Qadın sirləri  Kişi  problemləri kitabından Beril - sarıya çalan və ya yaşıl rəngli şəffaf, qiymətli daş.
['kişi və qadın', 'cinsiyyət']
6,775
https://kayzen.az/blog/logika-arqument/983/m%C9%99ntiq-d%C9%99rs-1.html
Məntiq (Dərs-1)
IDEAL
Məntiq və Arqumentasiya nəzəriyyəsi
17 aprel 2010, 00:18
Bəzən həyatda müəyyən mübahisələrdə iştirak etməli oluruq. Biz mübahisələr zamanı müəyyən arqumentlərlə çıxış edirik. Gətirdiyimiz argumentlərin tutarlı olması üçün isə bizə məntiq elmini bilməyin çox böyük köməyi olur. Avropanın inkişaf etmiş ölkələrindən fərqli olaraq, Azərbaycanın orta məktəblərində 1955-ci ildən bəri məntiq elmi tədris olunmur. Ali məktəblərdə isə bu elmi tədris etməyin öhdəsindən gəlməyi bacaran çox az müəllimə təsadüf olunur. Bu elm isə hər kəsin bilməsi vacib olan bir elmdir. Bütün fərqli sahələrin insanlarının məntiqli olmağa ehtiyacı olduğundan çalışacam ki, sizi bu elmlə qısa və daha anlaşıqlı şəkildə tanış edim.Məntiq bir elm kimi, bizim eradan əvvəl 4-cü əsrdə formalaşmışdır və bu elmin babisi Aristotel olmuşdur. Məntiq ərəb sözü olub hərfən zəka, ağıl, fikir, anlayış, qanunauyğunluq, nitq mühakimə anlamlarına gəlir. Bu sözün yunanca qarşılığı «loqos»dur (rus dilindəki loqika sözüdə məhz yunan dlindən götürülüb). Lakin bu sözlər məntiq termininin elmi mənasını əhatə etmir. Hazır ki, dövrdə bu termin daha geniş mənada işlədilir. Məntiqə sözün dar mənasında qısa tərif versək, «məntiq həqiqətə aparan düzgün təfəkkür formaları, qanunları və bu formalar üzərində aparılan məntiqi əməliyyatlar və qaydalar haqqında elmdir». Məntiq elmi təfəkkürün formalarını öyrənir və üzə çıxarır. Məntiq elmi insana nece fikirləşməli olduğu barədə bir struktur verir ki, bir çox hallarda bu struktur məntiqli əqli nəticəyə gəlib çıxmaq üçün insana kömək olur. Məntiq daim yaradıcı axtarışların və yeni- yeni məntiq nəzəriyyələrinin meydana gəldiyi bir elm sahəsidir. Məsələn, sematik məntiq, predikatlar məntiqi, simvolik məntiq, ehtimali məntiq, qeyri-səlis məntiq, dialektik məntiq, konstruktiv məntiq və s. (bütün bu nəzəriyyələr haqqında çalışacam ki, gələcək postlarda ətraflı məlumat verim).Biz məntiq elmini nə üçün bilməliyik?Əslində bütün insanlar kortəbii məntiqi təfəkkürə malikdir, lakin onun köməkliyi ilə elmi problemləri açmaq dərk etmək çox çətindi hətda bəzi hallarda mümkün deyildir. Yəni ki, məntiqi bilməyin insana çox böyük köməyi olur.1. Məntiq təfəkkürün şüursuzluq prosesini şüurluluğa çevirir, bununlada təfəkkürün özü dəqiqləşir, insan onu asanlıqla mənimsəyir və bu fenomendən uğurla istifadə edir. 2. Məntiq kortəbii təfəkkürün həll edə bilmədiyi bir sıra problemlərin həllinə kömək etməklə yanaşı, başqa elmlərin də məsələ və problemlərinin həlli üçün tədqiqatçılara konkret yollar göstərir, qaydalar verir. 3. Bu elm məntiqi təfəkkürün qarşıya qoyduğu bir çox fəlsəfi, elmi nəzəri problemlərə cavab verməklə, düşmənlərin və sözbazların məntiqdən sui-istifadəsinə mane olmaqla insana əməli kömək edir, qarşıdurmalardan necə çıxmaq yollarını göstərir, bununlada təfəkkür sistemində özünün həqiqi yerini və rolunu müəyyənləşdirir.Məntiq elmini bilmək müasir dövrdə çox faydalıdı hətda vacibdir... Əsasən də nə isə sübut etmək üçün mövzuya tutarlı dəlillər gətirmək müasir dövrün ən əsas tələblərindəndir. Aristotelin zamanında "öz fikirlərini bir-biri ilə uzlaşdır" tələbi irəli sürülürdüsə, orta əsrlərdə "öz fikirlərini avtoritetlə (həmin sahədə nüfuzlu adamların) uzlaşdır" fikri dəbdə idi. Müasir dövrdə isə əsas tələb "öz fikirlərini faktlarla uzlaşdır" tələbidir. Yəni bütün bunları nəzərə alaraq çalışacağam ki, davamlı şəkildə məntiq elminə aid postlar yazım.
['məntiq', 'məntiq kursu']
6,776
https://kayzen.az/blog/Nesin/818/%C3%B6z-yerini-tapanlar.html
Öz yerini tapanlar
2ral
Əziz Nesin satirası
16 aprel 2010, 20:30
Sultan Mahmuda dedilər ki: - Əfəndimiz, bir nəfər özünü peyğəmbər elan edib. Sultan dedi: - Onu mənim yanıma gətirin. Yalançı peyğəmbəri gətirdilər. Ayaqyalın, başıaçıq, aclıqdan ordu-orduna keçmiş, üst-başı tökülmüş bir nəfər idi. Sultan Mahmud dedi: - Aparın onu qırx gün yağ-balla, fındıq-kişmişlə paxlava-fəsəli ilə bəsləyin! Qırx gün sonra Sultan Mahmud həmin adamı yanına çağırtdırıb, soruşdu: - Hə, yenə də peyğəmbərsən? - Bəli... - Çox yaxşı, peyğəmbərlərə vəhy gəlir. Sənə də vəhy gəlirmi? - Bəli, gəlir. Cəbrayıl vasitəsilə gəlir... - Vəhydə nə deyilir? - Cəbrayıl vasitəsi ilə allah mənə xəbər göndərir ki, «Sən öz yerini tapdın, oradan daha heç bir yerə tərpənmə!»... Diksindim. Mənə elə gəldi ki, nadinc məhəllə uşaqlarının topu pəncərəmin şüşəsini qırdı və yazı stolumun yanına düşdü. Birdən diksindim. Yox, stolumun qabağına düşən top deyil, canlı adamdı. Otağımın qapısını gumbultu ilə açıb, düşmüşdü. Saçları dağılmış, sifəti pörtmüş, qızarmış gözləri yuvasından oynamış, ağzı əzilmişdi. Nəzərləri heybətlə baxırdı. Əvvəl tanımadım. Qorxmadığımı desəm, yalan söyləmiş olardım. Sonradan-sonraya tanış olduğumuzu xatırladım. Adını bilmirdim. Haradasa onu yoldaşlarımın yanında bir-iki dəfə görmüşdüm, bəlkə az-maz söhbət etmişdim. - Xoş gəlmişsiniz, buyurun, əfəndim! - deyə ona yer göstərdim. Qorxudan səsim də başqalaşmışdı. O, bir yumruğunu belinə vurmuşdu, o biri yumruğunu havada oynadaraq, sözləri elə bil ağzından atəş kimi püskürürdü. - Bu iş belə getməyəcək. Bu qayda-qanunsuzluq çox sürməz. Biabırçılıqdır! Onun nə demək istədiyini başa düşmədim, ancaq azca yumşaltmaq üçün dedim: - Çox düz buyurursunuz. Xahiş edirəm, oturasınız! Üzü qıpqırmızı idi, içərisinin atəşi yanaqlarına vurmuşdu. Mən: - Sərin bir şey içərsinizmi? - deyə soruşdum. Sözlərimi eşitmirmiş kimi: - Yıxmalı, yıxmalı! - deyə bağırdı. Mən ehtiyatla onun çiyinlərindən tutub, kresloya oturtdum. Əlinə siqaret verib yandırdım. Pəncərəni açdım. Stəkana su töküb ona uzatdım. - Suzamamışam, - dedi. - Eybi yoxdur, için, için! - dedim. Qeyri-ixtiyari suyu içib dərindən nəfəs aldı. Ondan ötrü qəhvə də hazırladım. Bir az sakitləşmişdi. O birdən: - Mən müsbət və müvazinətli adamları xoşlayıram - dedi. - Nə kimi, bəyəfəndi? - deyə soruşdum. Bir işə düzəldilərmi, öldürsən də yerlərindən tərpənməzlər. Müntəzəm bir həyat sürürlər. Günün hansı saatında, nə iş görəcəklərini, kimlərlə nə danışacaqlarını bilirlər. Onları cədvəllə işləyən nümunəvi trolleybuslarla müqayisə etmək olar. Günün hansı saatında ayaqyoluna gedəcəklərini bilir və bunu heç vaxt unutmurlar. Məsələn, onlar heç də bizim kimi gülünc vəziyyətə düşmürlər... Yol gedərkən ayaqyolu axtarmaq üçün bizim kimi özlərini ora-bura vurmurlar. Onların başları, mədələri çox yaxşı işləyir, iş yerlərindən ya təqaüdə çıxdıqda, ya da öldükdə ayrılırlar... Bu üsyankar adam elə bil mənim həyatımı danışırdı. O, belə bir həyatı sevdiyini bildirirdisə də, ancaq hiss edilirdi ki, belə həyat sürənləri heç də xoşlamır. - Mən sakit və intizamlı həyatı xoşlayıram, - dedi. - Ancaq buna nail ola bilmirəm. - İnşallah olarsınız - dedim. Sağ əliylə çallanmış saçlarından yapışdı: - Olar deyirsən? Bəs nə zaman? - deyə bağırdı, - bu yaşımdan sonramı? Məsələn, siz mənə deyə bilərsiniz ki, xırda pullarınızı harada saxlayırsınız? - Xırda pullarımı? Şalvarımın sağ cibində... - Bəs iri pullarınızı? - Pencəyimin sol qoltuq cibində, portmanetdə. - Bəs yaylığınızı? - Mənim iki yaylığım olur; biri şalvarımın sol cibində, o biri isə pencəyimin sağ cibində... - Darağınız? - Şalvarımın dal cibində. - Gördünüzmü, şeylərinizin harada olduğunu bilirsiniz. Mən isə bilmirəm... - Nə üçün bilmirsiniz? - Yoxdur, ona görə də bilmirəm... Arada əlimə pul keçsə də, hansı cibimə gəldi, qoyuram. İnsanın öz pulunu, yaylığını, darağını, qələmini, dəftərini müəyyən yerdə daşıması üçün bu şeyləri daşımağa alışması lazımdır. Onun səsi yenə birdən ucaldı: - Bəyim, məndə pul haradan olur? İki gündür ağzıma bir tikə çörək almamışam. Ayaqqabılarımı görürsünüzmü? Pəncəsi timsah ağzı kimi açılmışdır. Bəli, bəli, biz uçuruma doğru gedirik. İşsizlik, bahalıq, bizi ağzına alıb. Millət qırılır. Əxlaq pozulub. Fahişəlik artıb. Qumar azar kimi yayılıb. Xəstələr dərman tapmırlar. Xəstəxanalar dolub. Yoxsulluq... Susdu, dirsəyini stola dayayaraq üzümə yaxınlaşdı: - İnqilab lazımdır, inqilab! - dedi. - Siz mənimlə razısınızmı? Yerimdə donub qaldım... Özümü ələ almağa çalışdım. - Sizə edə biləcəyim ən böyük yaxşılıq bu sözlərinizi eşitməmiş olmağımdır. Siz mənə heç bir şey demədiniz, bura "gəlmədiniz, mən sizinlə danışmadım. Mən heç bir şey bilmirəm. Bu qədər! Onun kefi pozulmuşdu. Ayağa qalxdı. - Bəs belə! Çox təəssüf! Mən sizi mötəbər bir adam sanırdım... - Xahiş edirəm ki, mənimlə danışdığınızı, məni gördüyünüzü heç kimə deməyəsiniz. Sizi ələ verən də deyiləm. O, əzgin və ümidsizcəsinə çıxıb getdi. Qorxumdan evdə dayana bilmədim. Bir az gözlədim və küçəyə çıxdım. Saatımı da yarım saat geriyə çəkərək, bir neçə yoldaşımın yanına getdim. Sözarası bir neçə dəfə saatıma baxıb ucadan vaxtı soruşdum. Bunları qorxumdan eləyirdim. Həmən adam mənimlə danışdığını bir yerdə ağzından qaçırardısa «mənim yanımda olmamışdır. Mən həmin saatlarda filankəslərin yanında idim» - deyə onları şahid çəkə bilərdim. Evə gəldim. Cibimdən min lirə pulum yox olmuşdu. Həmin adam huşumu başımdan elə çıxarmışdı ki, şoferə on lirə əvəzinə bütöv minlik vermişdim. Elə bil beynimə güllə çaxılmışdı. Mənim kimi az qazanan bir adam üçün min lirə böyük şey idi. Fikirdən bütün gecəni yata bilmədim. Ertəsi gün işə gedərkən dünənki adama yolda rast gəldim. Yanında bir tanışım da vardı. Məni görməsin deyə üzümü yana çevirdim. Lakin o məni gördü və mənə yaxınlaşdı. - Kefiniz necədir, bəyəfəndi? Çox soyuq bir tərzdə: - Təşəkkür edirəm, - dedim. - Hava da bu gün nə gözəldir, - dedi. Əslində isə səhərdən bəri aramsız yağış yağırdı. - Bu havanın nəyi yaxşıdır? - dedim. - Çox axmaq havadır... O gülümsədi: - Mən belə havanı çox sevirəm. Əsil kino havasıdır. Günortadan sonra kinoya gedəcəyəm... Sağlıqla qalın. - Gülə-Gülə. O getdi, lakin yanımdakı adam gedənin dalınca baxaraq, dedi: - Bu adamlar çox qəribədirlər. Cibində pulu olanda adam pis havaya da gözəl hava deyir. - O gedən bəyin pulu varmı? - Yoxuydu. Ancaq dünəndən bəri vardır. Dünən axşam Bəyoğluda bir yoldaşı ilə gedərkən evlərdən birindən ikisinin də başına şey düşür. Bunun başına dolu portmanet, yoldaşının başına isə çiçək dibçəyi. Yaralını xəstəxanaya aparırlar, bu adam da ara qarışıqda portmaneti götürüb ortadan çıxır... Bir həftə sonra avtobusda bir cibgir pencəyimin cibini kəsərək bir aylıq maaşımı və uzun illərdən bəri artıra bildiyim üç min lirəmi qoyduğum portmanetimi apardı. Bu hadisədən bir gün sonra gəmidə gedirdim. Yenə həmin adam gəlib yanımda oturdu... Baxdım... Üst-başı təptəzə idi... - Deyəsən qanınız qaradır? - dedi. - Yox, elə bir şey olmayıb...- dedim. Üzü gülürdü: - Ölkənin iqtisadi vəziyyətini necə görürsünüz? - dedi. - Doğrudur, belə şeylərdən başım çıxmır, - dedim, - ancaq o qədər də yaxşı deyil... Onun üzü birdən ciddi bir ifadə aldı: - Yox! Allaha şükür, indi daha əvvəlki kimi deyil. Gündən-günə də yaxşılaşır. İşləmək istəyən üçün iş vardır... Təki insan tənbəl olmasın. Gəmidən düşərkən sərnişinlərdən biri onun arxasınca baxıb yanındakı yoldaşına belə deyirdi: - Bu adamı görürsünüzmü, qardaşım. Keçən gün ona xüsusi bir avtomobil toxunur. Yıxılıb, burnu qanayır. Avtomobilin sahibi çox varlı imiş. İstəmir ki, qəzetlər bu hadisəni öz səhifələrində yazsınlar və əzilən adam məhkəməyə şikayət etsin. Bunun üçün cibindən üç min lirə çıxarıb ona verir. Doğru deyiblər, bəla gəldimi bir-birinin üstündən gəlir. On lirə əvəzinə, şoferə min lirə verdikdən, oğru portmanetimi çırpışdırdıqdan bir neçə gün sonra bir əclaf qohumum məni səkkiz min lirə zərərə saldı. Mən qardaşım oğlunu deyirəm. O yanıma gəlib: - Əmican, bir maşın alaq, taksi kimi işlədək. Dünyanın pulunu qazanarıq, - dedi. Sən demə səkkiz min lirə peşin və üstəlik veksel verib köhnə, ancaq yaxşı bir maşın almaq olurmuş. Əlimdən çıxmış pulları qaytarmaq eşqi ilə mən də bu sözlərə inandım. Uzun illər ərzində topladığım səkkiz min lirəni bankdan alıb, qardaşım oğluna verdim. Maşın alındı. Bundan əlavə mən 20 min lirəlik borc veksellərini də imzaladım. Bundan sonra qardaşım oğlu da, maşın da yox oldular. Səkkiz min lirə havaya getdiyi kimi, iyirmi min lirə də borca düşdüm. Dünya gözümdə deyildi. Belə günlərin birində yenə həmin adamla dolmuşda yan-yana düşdük. Kefi kök idi. Gülümsəyirdi. Arada dedi: - İstədiyin zaman taksi də tapa bilmirsən. Buna görə də dolmuşa minmək məcburiyyətində qaldım...- dedi. O, yaman gəvəzəlik edirdi. - Məmləkətin vəziyyətini necə görürsünüz? - Vallah, bilmirəm. Deyəsən, o qədər də yaxşı deyil. - Yooox... Şükür eləməliyik. Çox şükür məmləkətdə pul çox, gəlir də öz yerində. İş tapmaq da asandır... Bundan artıq bir şey arzulamaq nankorluq olardı... O maşından düşdü. Şoferin yanında oturmuş bir sərnişin dedi: - Gördünüzmü, o hərifi, nə dedi? Məmləkətdə pul çoxmuş. Mən onu tanıyıram. Fırıldaqçının biridir. Bu yaxınacan acından köpük qusurdu. Yolda qəzet kağızına sərili bir dəstə pul tapandan sonra belə optimist olmuşdur. Pul insanın kefini kökəldir, belə dilləndirir. Son vaxtlarda başımıza gələn bəlalar hələ az imiş ki, evimizə də oğru gəldi. Arvadımın bilərziklərini, üzüklərini, çəkidə yüngül, qiymətdə bahalı nə vardısa hamısını çalıb apardı. Oğrunun tapılıb-tapılmamasını öyrənmək üçün hər axşam polis idarəsinə gedirdim. Bir axşam yenə polis idarəsinə gedərkən o adamı gördüm. Mən öz hayımda idim, o isə öz kefində. O: Əfəndim, - dedi, - bir para adamlar güzəranın çətinliyindən şikayət edirlər. Ancaq günah kimdədir? Özlərində... Çünki qeyri-müntəzəm, laybalı həyat sürürlər. İnsan gərək proqramla yaşasın... Siz buna nə deyirsiniz? - Bəzən proqramı həyata keçirmək olmur. - Elə deməyin... Bu dövlət əleyhinə propaqanda kimi səslənir. Belə söhbət edə-edə o da mənimlə polis idarəsinə getdi. Orada ayrıldı. Polis nəfərlərindən biri onu tanıyırmış. Dalınca dedi: - Adamların bəxti necə də gətirir. Keçən həftə cıdırda bir at üçün on üç lirə mərc çəkdi və iyirmi yeddi min beş yüz lirə uddu. Biz oğrunu axtararkən atadan qalma evimiz də od tutub yandı. Yanğın qonşumuzdakı evdən başladı və dörd ev bir-birinin dalınca yandı. Bunlardan bircə bizim ev sığorta edilməmişdi. Yanğından yalnız bir çiçək dibçəyini və bir də qəlyanı xilas edə bildik... Arvadım özünü itirdiyindən dibçəyi götürmüş, mən də qəlyanı küçəyə tullamışdım. Birimizin əlində çiçək dibçəyi, o birimizin əlində qəlyan küçənin ortasında qalmışdıq. Müvəqqəti olaraq qohumlarımızdan birinin evinə sığındıq. Mən kirələmək üçün ev axtarırdım. Pəncərəsində elan asılmış bir evə girdim. Ev sahibi kim olsa yaxşıdır? Həmin adam! Məni özünün yaşadığı mərtəbəyə apardı. Hey danışırdı: - Allah işləyənə verir. Təki insan işləsin. Elə deyilmi, əfəndim! İnsan sidq ürəklə allaha bağlanmalıdır. Məsələn, götürək məni... Sonra o: - Siyasi vəziyyəti necə görürsünüz? - deyə soruşdu. - Siyasətdən başım az çıxır, - dedim. - Ancaq bir az qarışıq kimidir. - Yooox... Ölkəmiz heç zaman bu günkü qədər rifaha qovuşmamışdır. Allaha çox şükür ki, bizdə tam intizamlı bir idarə var. Düzdür, bəzi pozğun adamlar orada-burada danışıb, qarışıqlıq yaratmaq istəyirlər... O açıqdan-açığa məni məzəmmətləyirdi... Kirayə qiymətində razılaşmadıq. Qapıdan çıxarkən evin qapıçısına: - Üç otaq altı yüz lirəyə çoxdur, - dedim. Qapıçı: - Bəyim, bunlarda insaf yoxdur, - dedi. - Alnının təri ilə qazanıb ki, insafı da olsun? Lotereyadan yarım milyon lirə uddu və bu evi aldı. Doğrudan da bəla, bəla üstündən gəlir. Dörd yüz lirəyə kirayə etdiyimiz üçotaqlı rütubətli bir zirzəmiyə köçdükdən bir neçə həftə sonra işlədiyim fabrik bağlandı. İşsiz qaldım. Sahibkar iflasa uğradığı üçün təzminat da ala bilmədik. Nə edəcəyimi düşünə-düşünə gedərkən birdən qarşımda xüsusi bir maşın durdu. Maşından birisi səsləndi: - Buyurun, minin, - dedi. - Sizi evinizə aparım. Baxdım, o idi. Mindim. O, kökəlib piylənmiş, qarın salmışdı. Yerli-yersiz qəhqəhə çəkərək danışırdı: - İnsanla heyvanın fərqi nədir? Fərqi budur: heyvan qarnı acıyanda yeyər. İnsan isə elə deyil... İnsan nəyi nə zaman edəcəyini bilməlidir. Yeməyi də müəyyən zamanlarda olur. Lətifəsi sənə gəlməsin, bəziləri vardır ki, nə tapırsa, nə zaman tapırsa yeyir... Buna görə, aydın şeydir ki, mədəsi də, bağırsaqları da müntəzəm işləmir... Sonra yollarda qarnını tutub ayaqyolu axtarır. Bu insanlıqdır? Siz nə edirsiniz, necə yaşayırsınız? - Sağ olun, yaxşıyam. - Məmləkətin vəziyyətini necə görürsünüz? - Yaxşı deyil... Birdən çığırdı: - Sən nə deyirsən... Deyəsən sən müxalifətçisən? Yooox... Günəşin üzünə palçıq yaxmaq olmaz. Bu günkü vəziyyətimiz heç tarixdə görünməmişdir. Bu fövqəladə... - İcazə verin, burada düşəcəyəm... Düşdüm. Maşının dalınca baxa-baxa qalmışdım. Yoldaşlarımdan biri mənə yaxınlaşıb salam verdi və: - Nə fikrə getmisən, onu tanımırsan? - deyə soruşdu. - Kimi? - Maşında gedəni... Hərifə dörd milyon lirə miras qalıb. Onun Misirdə bir əmisi varmış, heç özünün də xəbəri yoxmuş. Üzünü belə görməyibmiş. Əmisinin başqa adamı olmadığı üçün öləndə pulları buna qalıb. Bütün ümidim on üç min lirə alacağım olan bir İstanbul tacirinə idi. Əlimdə onun qəbzi vardı. Arvadımın torpaq sahəsini bu tacirə satmışdıq. Torpaq pulundan bizə on üç min lirə borcu qalmışdı. Bu pulu alandan sonra bir iş görəcəkdim. Borcumu almaq vaxtı çatınca sənədi götürüb, tacirin yanına getdim. Orasını deyim ki, çox namuslu adamdı. Sənəd olmasa da pulu verərdi. Ancaq pulu vermədi. Çünki iflas olmuşdu. Sənədin indi bir qəpik əhəmiyyəti yox idi. Torpaq sahəsi də başqa borcluların əlinə keçmişdi. O gecə həyatımda ilk dəfə olaraq, meyxanaya getdim. O adamı da meyxanada gördüm. Özü yanıma gəldi. Arağı da ona mən sifariş etdim. - Qanınız nə üçünsə qaradır? - dedi. - Nə etmək olar. Ölkə bu qədər ağır vəziyyətdə... Bahalıq milləti lap boğazına yığıb. Əlbəttə, bu vəziyyət belə sürməz. Bunun axırı yoxdur, - dedim. Ona dediyim sözlər yalnız bu oldu. Bir az sonra yerindən qalxdı və meyxanadan çıxdı. Onu tanıyan xidmətçi dedi: - Keçmişdə buraya tez-tez gələrdi. Evlənəndən sonra isə çox seyrək gəlir. - Evlənibdir... Hərif milyoner bir qadını alıb, var-dövlət sahibi olub, pambıq tarlalarına yiyələnib. Qapıdan çıxarkən iki nəfər qolumdan yapışdı. Məni polis idarəsinə gətirdilər. O adamı da burada gördüm. Məndən şikayətə gəlmişdi. Barmağını mənə tərəf uzadıb komissara dedi: - Bəli, bu adamdır! Onun evimə ilk dəfə gələrkən mənə söylədiyi, mənim də o zaman “Bunları eşitməmiş olum” dediyim sözləri meyxanada ona söylədiyimi iddia edərək şikayətlənirdi. O, sözünə inanılmayan adama oxşamırdı. Mən də elə vəziyyətdə deyildim ki, sözümə inanalar. Ayaqqabımın pəncələri timsah ağzı kimi açılmışdı. Mənbə Əziz Nesin Kor döyüşü
['Əziz Nesin']
6,777
https://kayzen.az/blog/qan-damar/966/%C3%BCr%C9%99k-damar-sistemi.html
Ürək-damar sistemi
loğman
Qan-damar sistemi
16 aprel 2010, 15:41
Ürək-damar sisteminin mərkəzi orqanı ürəkdir, periferik hissəsini isə damarlar təşkil edir. Qan damarları arteriya, vena və kapillyarlara bölünür. Qanı ürəkdən periferiyaya aparan damarlara arteriyalar, periferiyadan ürəyə gətirən damarlara venalar, arteriyalarla venaları birləşdirən mikroskopik damarlara isə kapillyarlar deyilir. Qan bədəndə cərəyan edərkən venalarla ürəyə gəlir və arteriyalarla periferiyaya qayıdır. Qan orqan və toxumalara qida maddələri və oksigen daşıyır. Ürək-damar sistemi bədəndə iki dövran təşkil edir: böyük və kiçik qan dövranı. Böyük qan dövranı vasitəsilə qan orqanizmin bütün orqan və toxumalarına çatdırılır, burada qaz və maddələr mübadiləsi həyata keçir. Böyük qan dövranı ürəyin sol mədəciyindən aorta ilə başlanır. Aortadan ayrılan ümumi yuxu və körpücükaltı arteriyaları baş, boyun və kürək nahiyələrini qanla təchiz edir. Daha sonra aorta bir sıra böyük və kiçik arteriyalara bölünərək, bədənin digər sahələrinə qanı çatdırır. Orqan və toxumalarda qaz və maddələr mübadiləsi baş verdikdən sonra qan kapillyarlardan venalara keçərək ürəyə doğru hərəkət edir. Nəhayət, karbon qazı ilə zənginləşmiş venoz qan yuxarı və aşağı boş venalar vasitəsilə ürəyin sağ qulaqcığına, buradan da sağ mədəciyə daxil olur. Kiçik qan dövranı vasitəsilə qan ağciyərlərə çatdırılır, oksigenlə zənginləşərək yenidən ürəyə doğru yönəlir. Kiçik qan dövranı ürəyin sağ mədəciyindən ağciyər kötüyü ilə başlanır. Ağciyər kötüyü sağ və sol ağciyər arteriyalarına bölünür ki, bunlar da venoz qanı ağciyərlərə çatdırır. Ağciyər alveollarındakı atmosfer havası ilə kapillyarlardakı qan arasında qaz mübadiləsi baş verir. Oksigenlə zənginləşmiş qan ağciyər venaları ilə ürəyə doğru hərəkət edir və ürəyin sol qulaqcığına daxil olur. Sol qulaqcıqdan qan sol mədəciyə, oradan isə aortaya, yəni böyük qan dövranına keçir. Arteriyaların divarı üç qişadan ibarətdir. 1. Daxili və ya intima qişası — daxildən yastı endotel hüceyrələri ilə örtülmüş nazik elastik birləşdirici toxumadan təşkil olunmuşdur. 2. Orta və ya əzələ qişası — halqaşəkilli saya əzələ toxumasından və elastik liflərdən ibarətdir. 3. Xarici və ya adventisiya qişası — sıx lifli birləşdirici toxumadan təşkil olunmuşdur. Arteriyalar damardaraldıcı (simpatik) və damargenəldici (parasimpatik) sinir lifləri ilə təchiz olunmuşdur. Venaların divarı da üç qişadan ibarətdir. Bunlar arteriyalarda olduğu kimidir, lakin bir qədər nazikdir. Venaların daxilində xüsusi qapaqcıqlar vardır ki, bu da qanın geriyə axmasına mane olur. Arteriyalardan qanın hərəkətini ürəyin işi və damarların elastikliyi təmin edir. Bunun hesabına aortada müvafiq qan təzyiqi yaranır. Qan təzyiqi Riva-Roççi sfiqmomanometri ilə ölçülür. Ürəyin sistolası və diastolası zamanı təzyiqlər eyni olmur. Sistola zamanı olan təzyiq maksimal, diastolik təzyiq isə minimal hesab edilir. Yaşlı insanlarda maksimal arterial qan təzyiqi orta hesabla 110-120 mm civə sütununa, minimal qan təzyiqi isə 70-80 mm civə sütununa bərabərdir. Ürəyin sol mədəciyinin yığılması nəticəsində arteriyaların divarının ritmik rəqslərinə (genəlib-yığılmasına) arterial nəbz deyilir. Arterial qan təzyiqi, nəbz müxtəlif xarici və daxili təsirlər nəticəsində dəyişilir. Ürəyin quruluşu və işi. Ürək yastılaşmış konusabənzər əzələvi orqandır. Onun yuxarı və arxaya baxan enli tərəfi əsası, aşağı, sola və önə baxan ucu isə zirvəsi adlanır. Ürək dörd kameraya bölünür: yuxarı hissədə sağ və sol qulaqcıq, aşağıda isə sağ və sol mədəcik yerləşir. Sağ və sol hissə bir-birindən arakəsmə ilə ayrılır. Sağ mədəcikdən ağciyər kötüyü vasitəsilə kiçik qan dövranı və sol mədəcikdən aorta vasitəsilə böyük qan dövranı başlanır. Sağ qulaqcığa yuxarı və aşağı boş vena, ürək venaları açılır. Burada yerləşən qapaq ürəkdən qanın geri qayıtmasına mane olur. Sol qulaqcığa 4 ədəd ağciyər venaları açılır. Ürəyin əzələ divarının xarici və daxili səthləri birləşdirici toxuma ilə örtülür. Qulaqcıqlarla mədəcikləri birləşdirən dəlikdə taylı qapaqlar yerləşir. Aortanın və ağciyər arteriyalarının ürəyin mədəciklərindən çıxdığı yerlərdə isə aypara qapaqları vardır. Bu qapaqlar qanın bir istiqamətdə: qulaqcıqlardan mədəciklərə, mədəciklərdən isə arteriyalara axmasını təmin edir. İnsanın ürəyi döş qəfəsində asimmetrik vəziyyətdə iki ağciyər arasında yerləşmişdir. Xaricdən ürək perikard adlanan xüsusi kisə ilə örtülmüşdür. Ürək 3 qişadan ibarətdir: 1) daxili qişa — endokard 2) əzələ qişası — miokard 3) xarici seroz qişa — epikard. Ürək əzələsinin tərkibində qlikogenlə zəngin olan atipik əzələ lifləri vardır. Bunlar Purkinye lifləridir. Bu liflər vasitəsilə oyanma dalğası ürək əzələlərinə nəql olunur. Ürəyin aparıcı sistemi (düyünlər, His dəstəsi, Purkinye lifləri) ürəyin avtomatizmini, yəni sinir sisteminin iştirakı olmadan ürəyin təqəllüsünü təmin edir. Bəzi hallarda ürək fəaliyyətinin sinir tənziminin pozulması ürəyin işində aritmiyaya səbəb olur, yəni ürəyin yığılıb-boşalması ritmi pozulur. Ürək fəaliyyətinin sürətlənməsi və bunun nəticəsində nəbzin tezliyinin artması taxikardiya, azalması — bradikardiya adlanır. Ürəyin işi reflektor xarakter daşıyır. Ürək əzələlərinin ritmik işi — təqəllüsü və boşalması mərkəzi sinir sistemindən ürək nahiyəsinə yönələn iki cüt efferent sinirlərlə çatdırılan impulslar hesabına olur. Bunlar simpatik və azan sinirin lifləridir. Simpatik sinirlərin tərkibində qüvvətləndirici və sürətləndirici ayırd edilir. Azan sinir qıcıqlandırıldıqda ürəyin təqəllüsü tormozlanır və hətta ürək diastola fazasında dayanır. Ürəyin işi ürək əzələsinin müəyyən ardıcıllıqla ritmik surətdə yığılıb-boşalmasından ibarətdir. Ürək əzələsinin bir dəfə təqəllüs edib boşalması ürəyin bir siklini təşkil edir (0,8 san). 1 dəqiqə ərzində ürək sikli 70-75 dəfə təkrar olunur. Ürək sikli aşağıdakı üç fazadan ibarətdir: 1) qulaqcıqların sistolası (yığılması) — 0,1 san; 2) mədəciklərin sistolası — 0,3 san; 3) mədəciklərin diastolası (boşalması) və ya ümumi pauza — 0,4 san. Orta yaşlı insanda ürəyin ümumi həcmi 250-260 kub sm-ə bərabərdir. Mədəciklər yığıldıqda qan damarlarına orta hesabla 65-70 ml qan qovulur. Bu, ürəyin sistolik həcmidir. Ürək-damar sisteminin sinir-humoral tənzimi. Bədəndən izolə edilmiş ürəyin işi bir müddət davam edir. Bu, ürəyin avtomatizmini təmin edən aparıcı sistemin fəaliyyəti ilə izah olunur. Həmin sistem bir neçə sinir düyünündən və sinir liflərindən ibarətdir. Ürəyin işində xarici mühit amillərinə uyğunlaşma reaksiyaları yaranır. Belə ki, müsbət və mənfi emosiyalar, ağrı hissi, xarici mühit temperaturunun yüksəlməsi və ya enməsi halları, günəş kələfi nahiyəsinə endirilən fiziki zərbə, bağırsaqlarda qazların yığılması və s. bu kimi digər təsirlər ürəyin fəaliyyətində öz əksini tapır. Ürək fəaliyyəti sinir-humoral yollarla tənzim olunur. Ürəyin işinə tənzimedici təsir göstərən efferent sinirlər azan və simpatik sinirlərdir. Simpatik sinirlər ürək fəaliyyətini gücləndirir və sürətləndirir, azan sinirlər isə zəiflədir və yavaşıdır. Ürəyin sinir-humoral tənzimi biri digərini tamamlayan vahid bioloji prosesdir. Müxtəlif tipli emosional hisslər və nitqlə ifadə olunan şərti qıcıqlar reflektor olaraq ürək-damar sisteminin fəaliyyətinə bəzən güclü təsir göstərir.
['qan-damar sistemi', 'ürək', 'ürəyin quruluşu', 'ürək-damar', 'qan dövranı']
6,778
https://kayzen.az/blog/musiqi%C3%A7il%C9%99r/964/rixard-vaqner.html
Rixard Vaqner
2ral
böyük musiqiçilər
16 aprel 2010, 14:32
1855-ci ildə Londonda Bethovenin iki simfoniyasına dirijorluq edən Vaqner konserti əzbər, yəni əsərin partiturasına baxmadan keçirir. Belə üsula adət etməyən dinləyicilər bəstəkarın çıxışını bir qədər soyuq qarşılayırlar. Növbəti konsertdə Vaqner artıq partituraya baxa-baxa orkestri idarə edir və nəticədə gurultulu alqışlarla mükafatlanır. Bəstəkar səhnəni tərk etdikdən sonra çoxları fikir verir ki, pultun üzərindəki... Rossininin "Sevilya bərbəri" operasının partiturası imiş. Özü də baş ayaq vəziyyətdə... Dahi alman bəstəkarı Rixard Vaqner (1813 - 1883) romantizm dövrünün ən parlaq və eyni zamanda ən mürəkkəb və ziddiyyətli simalarından biridir. Vaqnerin həyatı əsasən Almaniyada keçmişdir. Lakin 1849-cu ildə Leypsiqdəki üsyanda iştirak etdiyinə görə Vaqner ölkəni tərk etməli olur. Sonrakı 13 ili Avropanın müxtəlif ölkələrində - Fransada, İsveçrədə, Avstriyada yaşadıqdan sonra yenidən vətəninə qayıdır. Musiqidə daim yeni yollar axtarmış Vaqner çox zaman qeyri-adi, orijinal bədii ideyalarla çıxış etmişdir. Belə ki, o, "Gələcəyin bədii əsərini yaratmaq məqsədi ilə operaya müraciət edir və onun əsasında yeni, musiqili dram janrı yaratmaq qərarına gəlir. Vaqnerin fikrincə, alman operası yalnız milli əfsanələrə istinad etməli; musiqidə vokal partiyalarla bərabər, orkestr də mühüm rol oynamalı; nəhayət, operanın hər qəhrəmanı bütün əsər boyu leytmotiv adlanan müəyyən qısa musiqi parçası ilə müşayiət olunmalıdır. Bu ideyalar Vaqnerin "Loenqrin", "Tanheyzer", "Tristan və İzolda","Nibelunq üzüyü" və digər operalarının yaranması ilə nəticələnir. Onu da qeyd edək ki, bəstəkar əsərlərinin təkcə musiqisini deyil, librettolarım da özü yazmışdır. Ümumiyyətlə, Vaqner bir yazıçı-publisist və dramaturq kimi də bənzərsiz istedad sahibi idi. Onun ədəbi əsərlərində, eləcə də "Opera və dram", "Gələcəyin bədii əsəri", "İncəsənət və inqilab" kitablarında, çoxsaylı məqalələrindəki dərin fəlsəfi ideyalar, maraqlı mülahizələr bu günədək öz əhəmiyyətini itirməmişdir. Vaqner mahir bir dirijor kimi Avropanın bir çox ölkələrinə dönə-dönə uğurlu qastrol səfərlərinə çıxmışdır. Ömrünün son illərində Vaqner həyatı boyu arzusunda olduğu bir niyyətinə çatır - Almaniyanın Bayroyt şəhərində onun şərəfinə möhtəşəm bir opera teatrı tikilir. Yalnız Vaqner operalarının tamaşaya qoyulması üçün nəzərdə tutulmuş Bayroyt teatrı hələ bəstəkarın sağlığında təntənəli surətdə açılmışdır və indiyədək də dünyanın ən məşhur opera teatrlarından biri kimi əhəmiyyətini itirməmişdir. Vaqner şəxsiyyəti, Vaqner musiqisi ətrafında daim qızğın mübahisələr getmişdir. Bəziləri onu bəyənib göylərə qaldırmış, başqaları isə onun əsərlərini darıxdırıcı, real həyatdan uzaq hesab etmişlər. Lakin danılmaz bir həqiqətdir ki, ecazkar qüvvəyə malik olan Vaqner sənəti dünyanın ən mötəbər teatrlarında və konsert zallarında bu gün də səslənərək musiqisevərləri özünə cəlb edir. Bu əsərlərlə tanış olun: ^ "Tanheyzer" operasi: uvertüra ✓ "Loenqrin" operasi: giriş "Valkiriya" operasi: "Valkiriyaların uçuşu əsərindən bu videoya baxmaqla Vaqner musiqisi haqda təsəvvür ala bilərsiniz: Mənbə Ayna uşaq ensiklopediyası MUSİQİ səmimiyyət məbədi Müəllif Aida Hüseynova
['Rixard Vaqner', 'Richard Wagner', 'bəstəkar', 'alman bəstəkarı']
6,779
https://kayzen.az/blog/dusundurucu-hekayeler/961/yeddi-q%C4%B1z.html
Yeddi qız
Ferbara
Düşündürücü hekayələr
16 aprel 2010, 09:54
Ananın yeddi qızı var idi. Bir dəfə ana uzaqda yaşayan oğlunun yanına getdi. Evə yalnız bir həftədən sonra qayıtdı. Ana evə girəndə qızlar bir-birinin dalınca onun üçün necə darıxdıqlarından danışdılar. Birinci qız dedi: Mən sənin üçün günəbaxan günəş şüası üçün darıxan kimi darıxırdım. İkinci qız dedi: Mən səni quru torpaq bir damcı su gözləyən kimi gözləyirdim. Üçüncü qız dedi: Mən sənin üçün quş balası anası üçün ağlayan kimi ağlayırdım. Dördüncü qız pıçıldadı: Mənə sənsiz arı çiçəksiz olan kimi çətin idi. Beşinci qız: Sən mənim yuxuma qızıl gülün yuxusuna bir damcı şeh girən kimi girmişdin. Altıncı qız: Mən səni albalı bağı bülbülü gözləyən kimi gözləyirdim. Yeddinci qız isə heç nə demədi. O, ananın ayaqqabılarını çıxardı və ayaqlarını yumaq üçün tasda su gətirdi. "Analıq gözəlliyi" müntəxəbatından
['ailə', 'ailə münasibətləri']
6,780
https://kayzen.az/blog/diplomat/907/missiya-ba%C5%9F%C3%A7%C4%B1s%C4%B1-s%C9%99fir.html
Missiya başçısı-səfir
rokfeller
Diplomatiyada protokol və etiket
16 aprel 2010, 01:28
E.Satou «Diplomatik praktika üzrə dərslik» kitabında qeyd edir ki, «səfir» sözü (ingil. «ambassador», frans. «ambassadeur»), çox güman ki, «vassal», «tərəfdar» anlayışlarından əmələ gəlib. Tədricən bu söz müxtəlif dillərdə dövlət başçısının təmsilçisinin ifadəedil­məsi kimi bərqərar oldu. ____________________________________ Səfir rütbəsinin müasir adı, məsələn, fövqəladə və səlahiyyətli səfir, daimi akkreditə olunmuş səlahiyyətli səfirlərin ölkəyə xüsusi tapşırıqla (misal üçün, tacqoyma mərasiminə) gəlmiş və bunun əsasında xüsusi ehtirama iddia edən fövqəladə səfirliklərin fövqəladə səfirləri ilə protokol birincilik uğrunda mübarizə nəticəsində yaranıb. _____________________________________ Zaman keçdikcə diplomatik iyerarxiya bərqərar oldu, ənənələr formalaşdı. Birinciliyi fövqəladə səfirlərə verməmək üçün XVII əsrin ikinci yarısında səlahiyyətli səfirlərin etimadnamələrində «fövqəladə» sözü əlavə etməyə başladılar və bununla protokol cəhətdən daimi səfirləri fövqəladə səfirlərlə bərabərləşdirdilər. Müasir beynəlxalq praktikada qəbul edilmiş diplomatik nümayəndəlik başçılarının tam rəsmi adları aşağıdakılardır: Səfir – fövqəladə və səlahiyyətli səfir, qısa şəkildə səfir. Elçi – fövqəladə elçi və səlahiyyətli nazir, qısa şəkildə səlahiyyətli nazir, nazir. Işlər üzrə daimi müvəkkil – qısa şəkildə işlər üzrə müvəkkil. Venesiya konvensiyası çərçivəsində əksər ölkələrdə universal yanaşmalar istifadə edilsə də, bəzi ölkələrdə özünəməxsus xüsusiyyətlər var. Britaniya millətlər Birliyinin üzvləri olan ölkələr arasında diplomatik münasibətlər ali komissarlar adlanan diplomatların xüsusi korpusu tərəfindən həyata keçirilir. Ilkin olaraq bu titul London hökuməti və britaniya dominionlarının mübadilə etdiyi təmsilçilərə şamil edilirdi. 1948-ci ildən etibarən Sent-Ceyms sarayı (ingiltərə kral sarayının tarixən formalaşmış adı) ali komissarları onların səlahiyyətlərinin verilməsi ardıcıllığında diplomatik korpus siyahısına daxil edir. Ali komissarlar və onların ailələri səfirlərə aid bütün toxunulmazlıqlardan istifadə edirlər. Lakin bu toxunulmazlıqlar beynəlxalq hüquqdan irəli gəlmir, Birlik üzvləri ölkələrinin müvafiq parlamentləri tərəfindən qəbul edilmiş xüsusi qanunvericilik əsasında təsbit edilirlər. Fransa Respublikası və Frankofon cəmiyyətinin üzvləri olan ölkələrin mübadilə etdikləri ali təmsilçilər Britaniya Birliyinin ali komissarının statusuna bərabər statusa malikdilər. Vatikan diplomatik özləllikləri də tarixən formalaşıb. Vatikan üç kateqoriyalı nümayəndəliklərə malikdir: fövqəladə diplomatik nümayəndəliklər; mülki işlər üzrə Şuraya (Şuraya dövlət naziri başçılıq edir) tabe olan və ya onun qarşısında cavabdehlik daşıyan daimi diplomatik nümayəndəliklər; dinin təbliği və Şərq kilsəsi işləri üzrə konqreqasiyalara tabe olan nümayəndəliklər. Fövqəladə nümayəndəliklər «a letera» leqatlara yaxud ableqatlara tapşırıla bilər. Leqat-kardinal papanın şəxsi nümayəndəsi qismində çıxış edərək dini və ya   siya­si xarakterli xüsusi missiyanı icra edir. Yollandığı ölkədə ona ən ali ehtiram göstərilir. Leqatın digər kateqoriyaları diplomatik statusa malik deyillər. Vatikanın xarici dövlətlərlə katolik kilsənin statusuna, yaxud ona aidiyyatı olan müqavilələrlə bağlı olan dip­lomatik münasibətləri ənənəvi olaraq konkordat adlanır və mülki işlər üzrə Şuraya başçılıq edən dövlət nazirinin sərəncamındadırlar. Onlar başçıları həm diplomatik, həm də apostol nümayəndəsi funksiyalarını icra edən daimi nümayəndəliklər vasitəsilə həyata keçirilir. Onların təyinatını müəyyən edən papa fərmanı onlara dini məsələlərə aid müəyyən səlahiyyətlər verə bilər. Kilsə qanunu nunsi və internunsilərə Vatikan və akkreditə olduqları ölkənin hökuməti arasında xoş münasibətləri inkişaf etdirməyi, kilsə işlərinin vəziyyətinə nəzarət etməyi tapşırır. Birinciliyə görə onlar kardinallar istisna olmaqla, bütün yeparxiya (dini inzibati vahid) yepis­koplarından (baş keşişlərdən) üstün mövqedə dururlar. Yepiskop rütbəsində olan nunsi və internunsilər arxiyepiskopun xüsusi razılığı olmadan bütün dini mərasimləri icra edə bilərlər. Onlara kilsədə dini ehtiram göstərilir. Nunsi səfir ranqına (rütbəsinə, dərəcəsinə) malikdir. Səfir dərəcəli diplomatik nümayəndəlik başçısını işlər üzrə müvəqqəti müvəkkildən fərqləndirmək üçün sənədlərin ünvanlanması (və ümumən sənədlərdə) zamanı işlər üzrə daimi müvəkkilin fransızca adından – Charge d’Affaires en pied yaxud Charge d’Affaires aves lettres istifadə etmək qəbul edilib. Müvəqqəti işlər üzrə müvəkkilə sənədlər ünvanlayarkən də ümumən qəbul edilmiş fransız adından - Charge d’Affaires ad interim yaxud Charge d’Affaires a.i., istifadə edilir. Diplomatik münasibətlər haqqında Vyana konvensiyasına müvafiq olaraq maraqlı hökumətlərin qarşılıqlı razılığı əsasında missiya rəhbərləri üç sinifdən birinə aid edilə bilərlər: Dövlət başçıları ilə danışıqlar aparmağa akkreditə edilmiş səfirlər, papa nunsiləri və bu cür ranqlı missiyaların digər rəhbərləri (məsələn, Britaniya birliyi ölkələrinin mübadilə etdikləri ali komissarlar); Dövlət başçıları ilə danışıqlar aparmağa səlahiyyətlənmiş elçilər, keşişlər və papa internunsiləri. Hal-hazırda bu sinif praktiki olaraq mövcud deyil. Xarici işlər nazirləri ilə danışıqlar aparmağa akkreditə edilmiş işlər üzrə müvəkkillər (en titre, en pied və ya titullu). Bu sinifə nadir hallarda rast gəlinir. Missiya başçıları arasında diplomatik protokol qaydaları üzrə birincilik məsələlərini istisna etməklə fərqləndirməyə imkan verilmir. Əgər missiya başçısı yerində yoxdursa və ya hər hansı digər səbəbdən (məsələn, xəstəliyə görə) öz üzərinə düşən vəzifələrini yerinə yetirmək imkanına malik deyilsə, yaxud onun vəzifəsi tutulmamış olaraq qalırsa, diplomatik missiyanın üzvü (adətən ranq üzrə növbəti üzv) ad interim (latıncadan müvəqqəti deməkdir) işlər üzrə müvəkkil səlahiyyətlərini icra edir. Bu cür hallarda missiya başçısı və ya onun XIN fəaliyyət göstərdiyi ölkənin müvafiq vəzifəli şəxslərini baş vermiş dəyişikliklər haqqında məlumatlandırır, həmçinin missiya başçısının öz səlahiyyətlərinin icra edilməsinə qayıtması müddəti haqqında xəbər verir. Əgər diplomatik personalın heç bir üzvü missiya başçısı funksiyalarını öz üzərinə götürmək iqtidarında deyilsə, inzibati və ya texniki personalın bir üzvü fəaliyyət göstərdiyi ölkənin nümayəndələrinin razılığı ilə öz hökuməti tərəfindən missiyanın gündəlik inzibati işlərinin icrasının təşkilini öz üzərinə götürməyə səlahiyyətlənə bilər. Əgər  ad interim işlər üzrə müvəkkil üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək iqtidarında deyilsə, o, öz yerinə yeni işlər üzrə müvəqqəti müvəkkil təyin etmir. Bunu onun xarici işlər nazirliyi edir. Üçüncü sinif diplomatik nümayəndələrə beynəlxalq praktikada çox az rast gəlinir. Onların mübadiləsi qarşılıqlı surətdə məhdud siyasi və iqtisadi maraqları olan ölkələr arasında baş verir. Işlər üzrə müvəqqəti müvəkkil ölkədə olmayan səfiri, elçini və ya işlər üzrə daimi müvəkkili əvəz edən şəxsdir. Işlər üzrə müvəqqəti müvəkkil bəzən onun səhvən adlandırdıqları kimi səfirliyin (yaxud missiyanın) işlər üzrə müvəqqəti müvəkkili yox, diplomatik nümayəndəliyin başçısıdır. O, protokol ehtiramı istisna olmaqla (ona ehtiram səfirə və elçiyə nisbətən daha az həcmdə göstərilir) diplomatik nümayəndəliyin başçısının bütün hüquq və üstünlüklərinə malikdir. Diplomatik praktikada diplomatik işçilərin olmaması səbəbindən səfirliyə, yaxud missiyaya müvəqqəti olaraq administrator qismində xidmətçi (texniki) personaldan olan şəxsin rəhbərlik etməsi hallarına çox az təsadüf edilir. O, diplomatik nümayəndəliyin başçısının hüquq və üstünlüklərinə malik deyil və onun funksiyaları texniki vəzifələrdən ibarətdir: otaqların qaydada olmasına nəzarət, əməkhaqqının ödənilməsi və s. O, fəaliyyət göstərdiyi ölkənin qurumlarını ikitərəfli münasibətlərin məsələləri üzrə ziyarət etmir, başqa sözlə desək, diplomatik münasibətləri davam etdirə bilməz. Diplomatik münasibətlər ilk dəfə qurulduğu halda səfirin gəlişindən öncə səfirliyin təsisinin hazırlığı məqsədi ilə ölkəyə adətən diplomatik və inzibati-texniki işçilər qrupu göndərilir. Ranq üzrə birinci diplomat özü ilə öz xarici işlər nazirindən fəaliyyət göstərdiyi ölkənin xarici işlər nazirinin adına qeyd olunan diplomatı işlər üzrə müvəqqəti müvəkkil qismində qəbul etmək haqqında məktub gətirir. Səfirin gəlişinə qədər o, diplomatik nümayəndəliyin başçısı səlahiyyətlərini icra edir. Fəaliyyət göstərdiyi ölkə ilə razılaşdırılmış şəkildə səfirliyin açılışı zamanı  bəzi protokol tədbirləri həyata keçirilə bilər: bayrağın təntənəli ucaldılması, səfirliyin təmsil etdiyi və fəaliyyət göstərdiyi ölkələrin himnlərinin ifa edilməsi.
['səfir', 'diplomatik missiya', 'diplomat']
6,781
https://kayzen.az/blog/hidrosfer/950/%C5%9Fimal-buzlu-okean%C4%B1.html
Şimal Buzlu okeanı
2ral
Hidrosfer
15 aprel 2010, 17:06
Şimal Buzlu okeanı ən kiçik okean olub, sahəsi 14 mln. km2-dir. Okeanın mərkəzində Şimal qütbü yerləşdiyindən o, bütün coğrafi uzunluqları (meridianları özündə birləşdirir. Bu okean — Arktikanın (Şimal deməkdir) mərkəzində yerləşib. Arktikanın sahəsi 27 mln. km2 olub. buraya okeandan başqa Avrasiya və Şimali Amerikanın şimal hissələri də daxildir. Cərəyanları: Şimali Atlantika, Transarktik Boğazları: Berinq, Danimarka və s. Yarımadaları: Kola,. Yamal,. Taymır. Çukot Adaları: Novaya Zemlya, Severnaya Zemlya, Qrelandiya, Vrangel, Novosibirsk, Kanada-Arklika arxipelaqı. Dənizləri: Baffin, Qrelandiya, Kara, Norveç, Barens, Çukot, Laptevlər, Şərqi Sibir, Bofort-kənar dənizlərdir. Yalnız bir daxili dənizi (Ağ dəniz) var. Tədqiqi: Ilk dəfə bu okeanı tədqiq edən dəste Böyük Şimal ekspedisiyası olub. Bu zaman Peçora çayından Berinq boğazına qədər ərazilər xəritəyə köçürüldü. 1909-cu ildə R.Piri şimal qütbünü tapdı. Daha sonralar okeanı Amudsen, Nansen, Sedov, Makarov və s. alimlər tədqiq etdilər. 1937-ci ildə rus alimi Papanin bövük buz parçası üzərində qurulmuş «Şimal qütbü-1» stansiyasında Şimal qütbündən Qrelandiya dənizinə qədər dreyf etdi. (yəni üzüb getdi). 1977-ci ildə ilk dəfə Rusiyanın «Arktika» atom buzqıran gəmisi sərbəst üzüb Şimal qütbünə çatdı. Relyefi: Okean dibinin yarısını şelf düzənlikləri tutur. Okeanın mərkəzində Hekkel, Mendeleyev və Lomonosov dağları onların arasında isə Amundsen, Nansen, Makarov və Kanada çökəklikləri var. Okeanın ən dərin yeri 5449 m Nansen çökəkliyindədir. Iqlimi: Okeanın qütb mövqeyi ilə əlaqədar olaraq Şimal Buzlu okeanı üzərində soyuq iqlim şəraiti yaranır. Buxarlanmanın çox zəif getməsi ilə əlaqədar olaraq bu okean suyun böyük dövranında daha zəif iştirak edir. Yüksək atmosfer sahəsinin mövcudluğu, temperaturun aşağı olması Şimal Buzlu okeanı üzərində kontinental Arktik hava kütləsinin formalaşmasına səbəb olur. Arktik hava kütlələri Antarktik hava kütlələrindən xeyli istidir. Buna səbəb okean sularının böyük istilik tutumuna malik olmasıdır. Nəticədə qışda Şimal Buzlu okeanı şimal yarım kürəsinin quru hissəsini soyutmur. əksinə xeyli isidir. Atlantik okeanından daxil olan isti Şimali Atlantika cərəyanı ətraf suların donmasının qarşısını alır. Suların böyük istilik tutumu və daimi şaquli yerdəyişmələri nəticəsində okean suları dibə qədər donmur. Duzluluğun və temperaturun aşağı olması nəticəsində okeanın səthində nazik və şorsulu buz təbəqəsi yaranır. Yayda materikin sahilində buzun əriməsi və isti cərəyanın təsiri bu okeanın sərvətlərinin mənimsənilməsinə imkan verir. Okeanda iki iqlim qurşağı — Arktik və Subarktik qursaq var. Üzvi aləm digər okeanlara nisbətən kasıbdır. Balıqlar, balina, suiti, morj, ağ ayılar okeanda yaşayrlar.
['Şimal Buzlu okeanı', 'Dünya okeanı', 'okean']
6,782
https://kayzen.az/blog/dahil%C9%99r-maraql%C4%B1/937/%C5%9Feyx-%C5%9Familin-h%C9%99yat%C4%B1.html
Şeyx Şamilin həyatı
Aynur
Böyük insanlar,şəxsiyyətlər
15 aprel 2010, 10:36
Şamil 1797-ci ilin 9 iyununda Dağıstanın Gimri aulunda Dəngi Məhəmmədin ailəsində anadan olmuşdu. Onun ulu babası vaxtilə bütün Qafqazda tanınan qulluq Əmir xan idi. Anası Baxu Məsəd isə avar bəyi Pir Budağın qızı idi. Uşağın adı Əli idi. Amma arıq və sısqa olduğuna, daim xəstələndiyinə görə qədim adətə uyğun olaraq uşağın adını dəyişib dayısının adını - Şamil qoydular ki, onun kimi sağlam və igid olsun. O, böyüdükcə sağlam və güclü bir gəncə çevrildi. Yaxşı təhsil aldı. O, təhsilini mədrəsədə almış, ərəb və fars dillərini öyrənmişdi. Şeyx Şamilin ölkəsinin azadlığı uğrunda apardığı mübarizə dünya azadlıq müharibələrinin ən möhtəşəmlərindəndir. Kiçik bir qəbilə rəi­sinin bir ovuc mücahidlə 125 milyonluq dövləti 25 il çaşbaş salmasına başqa bir nümunə tapmaq mümkün deyildir. Ancaq müstəbid I Nikolaya Şamili əsir götürmək qismət olmadı. 1859-cu ildə əsir düşən Şamili rus çarlarından nisbətən alicənab olan II Aleksandr süfrəsinin başında oturtmuş və: - «Sizi süfrəmin qonağı etməklə böyük bir şərəf duyuram» - demişdi. Şamil də cavabında: - «Mən də sizi süfrəmin başında qonaq etsəydim böyük şərəf duyardım.» -demişdi. Və çar «böyük adam», «böyük adam» - deyə-deyə hətta heyranlığını gizlətməmişdi.Ruslara əsir düşmüş Şamili Peterburqa gətirmişdilər. Oğlu Qazı Məhəmməd, bir neçə müridi də onunla bərabər gətirilmişdir. Şamilin yaşadığı «Znamenski» meydanı bütün günü adamla dolu olurdu. Mehmanxananın qabağından, onun dəhlizlərindən, pilləkənlərindən adam əlindən keçməkmümkün deyildi. Əsir Şamilin yanına pristav təyin olunmuş polkovnik Runovski bütün günü camaatı sakit etməkdən əldən düşürdü. Hamı Şamili görməyə, onun geyiminə, davranışına, hərəkətinə tamaşa etməyə can atırdı. Onun yanına isə ancaq yüksək rütbəli, adlı-sanlı adamlar yol tapa bilirdi. Onlara müqavimət göstərməkdə Runovski aciz idi. Deyilənlərə görə, Şeyx Şamilin öz zəngin kitabxanası var imiş. Həmin kitabları on qatıra yükləyərək iyirmi beş il yurddan-yurda daşıyıb. Kitabsız dolana bilməzmiş. Sonralar Qunib dağında təslim olan zaman Şamil xahiş edib ki, qılıncını və kitablarını əlindən almasınlar. Kaluqada yaşayanda həmişə kitab istəyərmiş. Özü də belə deyib: «Qılınc təqsiri üzündən çox döyüşlər uduzulub, lakin kitab təqsirindən biri də olmayıb.» Oğlu Camaləddin Rusiyadan qayıdanda Şamil onu məcbur edib dağlı libası geyinsin, amma kitablarına toxunmayıb. «Kafir kitabları»nı çaya atdırmaq istəyənlərə imam belə cavab verir: «Bu kitablar doğma torpaqlarımızda bizə güllə atmayıb. Onlar aullarımızı yandırmayıb, adamlarımızı öldürməyib. Kim kitaba sataşsa, kitab da onu biabır edər». Hətta Mirzə Kazımbəylə görüşüb ayrılarkən Şeyx Şamil demişdir: «Kaluqadakı tənhalığımı boğmaq üçün xahiş edirəm, mənə öz kitabxananızdan bir neçə kitab verəsiniz.» Səhər Kazımbəy öz kitabxanasından seçdiyi on beş kitabı Şamilə göndərəcəkdi: «Həmin günün axşamı isə Kazımbəy, Ş. Şamil və onu müşayiət edənlər Peterburqun Marinski teatrına dəvət olunmuşdular. Salondakılar onları böyük hərarətlə qarşıladılar. Əvvəlcə «Katerina» baletini göstərdilər. İlk dəfə səhnə tamaşası görən Şamil və onun müridləri artistlərin hər bir hərəkətinə çox böyük diqqətlə baxırdılar. Balet haqqında heç bir təsəvvürü olmayan Şamil isə lap valeh olmuşdur. Arabir Kazımbəy əsərin məzmununu ona açır, hadisələri nəql edirdi.» Sonra «Pəri» baletindən bir səhnəni göstərdilər. Mövzusu Şərq həyatından alınmış bu baletdə hərəmxana təsvir olunurdu. Tamaşanın ortasında səhnəyə sultan çıxdı və öz arvadları ilə rəqsə başladı. Şamil çox bərkdən və qeyri-adi güldü. - Nəyə güldünüz, cənab Şamil? - deyə Kazımbəy təəccüblə soruşdu. - Siz yaxşı bilirsiniz ki, bütün bunlar yalandır, uydurmadır. Sultanlar rəqs etməzlər. O hansı Sultandır ki, öz arvadları ilə rəqs edir ? - deyib yenə də bərkdən güldü. Runovski Kazımbəylə Şamilin görüşündən aldığı təəssürat altında gündəliyində yazmışdı: «İki misli görünməmiş adamdan gör necə məclis yaranmışdı: döyüşçü və alim. Bunların həyat və məqsədləri necə də bir-birindən seçilir. Hərəsinin öz şöhrəti var! Bununla bərabər, onların bu yaxınlığında necə də böyük bir ahəng var. Yəqin ki belə bir görüşün mümkün olacağı heç birinin ağlına da gəlməzdi, yəqin ki bütün dünyada heç kimin də ağlına gəlməzdi.» Kazımbəyin Şamillə görüşlərdən aldığı təəssürat da çox güclü idi. Xeyli vaxt bundan qabaq yazmağa başladığı «Müridizm və Şamil» kitabı üçün bu görüşlər xeyli məlumat vermişdi. Kazımbəy üçün bu vaxta kimi sirr olaraq qalmış çox məsələnin üstünü açmışdı. Kazımbəy bu kitabı 1859-cu ildə çap etmişdi. Şeyx Şamil Kaluqada bir müddət əsir kimi yaşamış və burada milli azadlıq qəhrəmanlarına qarşı böyük hörmət görmüşdür. Nə qədər hörmət görsə də, bu «Hürriyyət Qartalı» dustaqlığa dözə bilməmişdi. On illik əsarətdən sonra Sultan Əbdüləzizin köməyi ilə oğlu Qazı Məhəmmədi girov qoyaraq Həccə getmək üçün rus çarından icazə almışdı. Şeyx Şamil Mədinəyə gedərkən İstanbuldan keçmiş və İstanbul əhli bu böyük insanı böyük məhəbbətlə qarşılamışdı. Həmçinin dövlət adamları da ona layiq olduğu hörməti etmişdilər. Əlisə Nicat özünün «Dünya sərkərdələri» əsərində Şamilin Kəbəyə-mübarəki ziyarəti haqqında belə yazır: «1871-ci ildə Müqəddəs Məkkə şəhərində dünyanın bütün qitələrindən gələn saysız-hesabsız zəvvarlar arasında 74 yaşlı bir zəvvar da var. Onun ağ saqqalı, nurani və mərdanə görkəmi yanı ilə gedənləri ilk baxışdan özünə cəlb edir, baxışlarda və ürəklərdə hörmət və pərəstiş hissləri oyadır. Qəlbindəki rəğbət hisslərini gizlədə bilməyən belə zəvvarlardan biri axırda dözməyib səhərdən onunla yanaşı şəxsin əbasının ətəyindən yapışır: - Ey hörmətli şəxs, - deyir, - bu müqəddəs məkanın xatirinə, de görüm, kimsən? Zəvvar ağır-ağır ona tərəf dönür. Bu söhbəti eşidən ətrafındakılar da ona tərəf dayanır. Zəvvar ondan xeyli cavan olan adamın maraq, hörmət və pərəstişlə dolu çöhrəsinə baxıb deyir: - Mən Şeyx Şamiləm. - Necə? - deyə zəvvar qulaqlarına inanmır. - Qırx il qart canavarla pəncə-pəncəyə gələn Dağıstan və Çeçenistanın imamı olan Şeyx Şamiləm. - Sənə fəda olum, ya imam, izn ver əlini öpüm... Səs, söz bir anda ətrafa yayılır və on minlərlə, yüz minlərlə insan ona doğru gəlib üzünü görməyə, əlini, əbasının ətəyini öpməyə can atırlar.Bunu görən Kəbənin baş şeyxi adamlardan hündürə qalxıb ərəbcə, türkcə və farsca çağırır: - Ey müsəlmanlar, ey Allahın mömin bəndələri, bir-birinizi basıb əzməyin. Yerinizdə dayanın. Şeyx Şamil həzrətlərinin üzünü görmək, səsini eşitmək üçün onun Allah-taalanın Kə'bəyi-mübarəkinə çıxmasına izn verilir. Qoy çıxsın və siz də doyunca baxın ki, qayıdandan sonra ləşkər-ləşkər kafirləri qırx il cəhənnəmə vasil edən əfsanəvi bir müsəlmanı gözlərinizlə gördüyünüzə and içə biləsiniz. Yüz minlərlə zəvvardan təqdiredici uğultu keçdi. Hamı aralandı və o vaxta qədər yerində donub qaldı ki, XIX əsrin ən qüdrətli insanı asta-asta Kə'bəyə doğru addımladı. Bu min üç yüz il ərzində müsəlman bəndəsinə göstərilən ən böyük iltifat idi. Şeyx Şamil Məkkədən sonra Mədinəyə getmiş, peyğəmbərin qəbrini ziyarət etmiş, 1871-ci ildə orada da vəfat etmişdi. Mənbə İlyas Həsənov,Ellada Həziyevanın Əslində onlar kimdir? kitabından
['şeyx Şamil', 'imam Şamil']
6,783
https://kayzen.az/blog/maraqli-faktlar/933/maraql%C4%B1-faktlar-3.html
Maraqlı faktlar-3
ramzes
Maraqlı faktlar
14 aprel 2010, 19:15
Bilinməyən faktlar: İngilislər hara getdi? Bilinməyən faktlar: İngilis ordusu hara getdi? 12 avqust 1915- ci ildə Çanakkalada savaşında ingilislərin 54- cü batalyonuna aid olan Norfolk batalyonunun kiçik Anafartalar düzənliyində bir təpəyə qalxmasını, təpənin üzərindəki bir ağ buludun içərisinə girməsini, sonuncu əsgər də buludun içərisində yox olduqdan sonra buludun yavaşca göyə qalxmağını və küləyin əksi istiqamətində hərəkət etdiyini, 250 əsgər,16 zabit və bir polkovnikin heç bir iz qoymadan yoxa çıxmasını, və bir daha onlardan xəbər gəlmədiyini bilirdiniz? Qırmızıdərililər New-Yorku neçiyə satıblar? Bu gün dünyanın ən bahalı ərazisi olan New-Yorkun məşhur Manhattan adasını 1624- cü ildə Peter Munit adlı bir tacir tərəfindən Qırmızıdərililərdən 24 dollar dəyərində olan bir muncuq qarşılığında satın alınmasını, ümumilikdə 58km2 olan Manhattana ilk dəfə Hollandiyalıların yerləşdirildiyini və bölgəyə New Amsterdam adı verildiyini, bölgəyə 1664- cü ildə yerləşdirilən ingilislərinsə New York adını verdiyini bilirdinizmi? Leonardo Da Vinçi: Leonardo Da Vinçinin 16- cı əsrin başlanğıcında müasir helikopterə çox bənzəyən uçan maşınlar cızdığını, engizisyon qorxusu ilə bunları gizlətdiyini, bu qanunlar 1797- ci ildə yayınlananda hər bir kəsin havada ağır maşınların dayana bilməyəcəyini söyləməsini, 20- ci əsrin əvvəllərində tanınmış astronom Simon Newcombun uçan maşınların uzaq məsafələrə gedə bilməsini təmin edəcək bir gücün olmamasını müdafiə etməsini, 1924- cü ildə professor Hermann Oberthin "Kosmosa Raketlər" adlı kitabını tənqid edən Nature dərgisi, ilk raketlərin havaya atıldığı 1940- cı illərdə belə həkimlərin insane orqanizminin çəkisizlik mühitinə uyğunlaşmayacağını və insanların kosmosa uçmasının mümkün olmadığını dediklərini bilirdinizmi? Piramidaların sirləri: Qahirədə tapılan Xeops piramidasının 12 ton ağırlığında iki milyon yarım daş blokdan tikilməsini, gündə 10 blok yerləşdirildiyini və tikintinin 664 il çəkdiyini, piramidanın üzərindən keçən meridianın qurunu və dənizləri(suyu) tam bərabər iki hissəyə böldüyünü, və piramidanın dünyanın ağırlıq mərkəzinin tam ortasında olmasını, yüksəkliyinin 164 metr olması və və bunun bir milyarda hasilinin günəşlə yer arasındakı məsafəyə bərabər olduğunu, döşəməsinin sahəsinin yüksəkliyinin iki mislinə bölünməsindən Pİ (3.14) alındığını, piramidaların içərisində ultrasəsli, radar və s cihazların işləmədiyini, kirlənmiş suyun piramidanın içərisində bir neçə gün qaldıqdn sonar tər-təmiz olduğunu, piramidanın içərisində südün bir neçə gün tərg olmadan qalmasını və sonda tərg olmadan yoqurt kimi olduğunu, bitkilərin piramidanın içərisində daha sürətlə böyüdüyünü, zibil bitonu içərisindəki yemək artıqlarının(zibillərin) heç bir qoxu vermədən mumyalaşdığını, kəsik, yanıq, və sairlərin piramidanın içərisində daha tez sağaldığını, piramidanın içərisində yayın soyuq qışınsa isti olduğunu, piramida kimin adına tikilmişsə onun tapıldığı otağa ildə iki dəfə günəş (günəş işığı) düşməsini və həmin günlərin piramidanın adına tikildiyi şəxsin doğum və taxta çıxdığı günlər olduğunu bilirdiz? Piri Rəis xəritələri peykdənmi çəkdi? 18- ci əsrin əvvəllərində Topqapı sarayında kapitan Piri Rəisə aid bir çox qədim xəritənin tapıldığını, 1957- ci ildə Amerikalı xəritəçilər tərəfindən araşdırılan xəritələrdə hələ 1952- ci ildə səs əks etdirən vasitələrlə kəşf edilən Antarktika dağlarının bütün detallarıyla cızıldığını, daha sonar peyk şəkilləriylə qarşılaşdırıldığında müdhiş bənzərliklər çıxdığını, alimlərin bu xəritələrin ancaq peyk şəkilləri əsasında çəkilməsinin mümkün olduğunu deməsini , hansının ki Piri Rəis tərəfindən neçə əsr əvvəl çəkildiyini bilirdinizmi? Hazırladı: Dilqəm Kərimov
['bilinməyən faktlar', 'maraqlı faktlar']
6,784
https://kayzen.az/blog/u%C4%9Fur/930/dan%C4%B1%C5%9F%C4%B1qlarda-t%C9%99%C5%9F%C9%99bb%C3%BCs%C3%BC-nec%C9%99-%C9%99l%C9%99-almal%C4%B1.html
Danışıqlarda təşəbbüsü necə ələ almalı
bankir
uğur psixologiyası
14 aprel 2010, 16:32
Bir sıra problemlər mövcuddur ki, insanlara danışıqlar zamanı arzuolunan nəticəni əldə etməyə mane olur:• insanlar çox vaxt anlaşılmaz danışırlar.• İnsanlar çox vaxt müsahiblərinin sözünə diqqət yetirmirlər.• İnsanlar çox vaxt deyiləni olduğu kimi başa düşmürlər.Bu ona görə baş verir ki, informasiyanın ötürülməsi və qəbul edilməsi prosesi çox mürəkkəb olub bir çox detallardan asılıdır: bu, həm informasiya mübadiləsində iştirak edən insanlardır, həm də onun keçdiyi kanallardır.İnformasiya mübadiləsinin mühüm addımı informasiya məsələsidir. Danışıqlar üzrə tərəfdaşınızın situasiyaya baxışları haqqında məlumat alarkən, siz onun mühüm və kritik hesab etdiyi problemlərin həlli üçün zəmin hazırlayırsınız.Bunu, müştərinin biznesi nə dərəcə də bilməsi və sizin onun məqsədlərinə marağınızı ifadə edən yaxşı düşünülmüş sualların köməyilə edə bilərsiniz. Sizin verdiyiniz suallar məzmununa görə sizin müştəriyə faydalı olmaq arzunuzu və bacarığınızı göstərməlidir.Müştəriniz üçün nəyin mühüm olduğunu öyrənmək üçün sualları sizə lazımi informasiya verəcək və mövcud problemləri açıqlayacaq maksimal nəzakətlə verin. Sonra sizin problemlərin vacibliyini müzakirə etməyə, onların ciddiliyini qiymətləndirməyə və onların biznesə və ya yaranmış vəziyyətə təsirini müəyyən etməyə imkanınız olacaq.Bu məqsədlər üçün açıq tipli suallardan istifadə olunur – bunlar açılmış cavabları nəzərdə tutur, onlara birmənalı cavab vermək mümkün deyil. Bir qayda olaraq, bu suallar «nə», «necə», «harada», «nə cür», «nə vaxt», «hansı şəraitdə» və s. sözlərlə başlanır. Məsələn:• Sizin fikrinizcə, nə daha mühümdür/çox da mühüm deyil?• Siz indi bunu necə edirsiniz?• Nəticələr necədir?• Siz hansı nəticələri əldə etmək istərdiniz?• … zamanı nəyi nəzərə almaq lazımdır?• Sizin biznesinizdə prioritetlər necədir?• Bu suallarla bağlı qarşınıza hansı məqsədləri qoyursunuz?• Bu məqsədlərə nail olunmasının prioritetləri hansılardır?• Məqsədlərə çatmaq üçün nə etmək lazımdır?• Məqsədlərə çatmağın yolunda hansı maneələr mövcuddur?• Uğurlarınızı və məqsədə çatmağınızı necə qiymətləndirirsiniz?• Sizin ……..-ə münasibətiniz necədir?• Siz ……. Haqqında nə fikirdəsiniz?• Əgər ……., bu sizin üçün nə deməkdir?• Əgər ………, sizin xoşunuza gələrdimi?Açıq sualları verən zaman «Niyə» sualından qaçmaq lazımdır, belə ki, bu sual gizli ittiham kimi səslənə bilər. Məsələn, müsahibiniz üçün neqativ (ittihamedici) görünə bilən «Siz niyə bunu bu vaxta qədər etməmisiniz» sualının əvəzinə «Sizə bunu etməyə nə mane olmuşdur» və ya «Bu şəraitdə sizin üçün hansı müddətlər daha optimal ola bilərdi» ya da «Vəziyyəti düzəltmək üçün siz hansı tədbirləri görərdiniz» sualları yerinə düşərdi.Bu zaman suallar elə ifadə olunmalıdır ki, insan onlara cavab vermək istəsin. Bunun üçün insanın özündə qapanıb qalmaması kimi («O kimdir ki, məndən bunu soruşur») və müdafiə üçün özünü doğrultmaq kimi («O məndən bu barədə soruşursa, deməli nə isə düzgün deyil») neqativ reaksiya doğurmamaq üçün «sən» və «Siz» əvəzliklərindən qaçmalısınız.Bizim mədəni həyatımızda belə hesab edilir ki, sual verən şəxs situasiyanın sahibi olur. Bundan əlavə, üzərinə sual vermək hüququnu götürən şəxs əlavə səlahiyyətlər və yüksək status alır, sual vermək faktı özü hakimiyyətin rəmzi kimi çıxış edir. Ən yaxşısı ya tamamilə suallarda əvəzliklərdən imtina etmək, ya da «biz» əvəzliyindən istifadə etməkdir. Bundan başqa, marağınızın səbəbini aydınlaşdırmaq faydalıdır. Bu, sizin fikirlərinizi daha neytral və düzgün edər. Açıq sualları sizin mövqeyinizi izah edən «ara sözlər» kimi işlətmək olar:• Mən sizə bu sualı verirəm ki, hansı təkliflərimin sizin üçün daha səmərəli olduğunu başa düşüm...• Sizin vəziyyəti daha yaxşı hiss etmək üçün mən istərdim ....... ilə maraqlanım...• İndiyə kimi mənə məlum idi ki, insanlar bu situasiyada............ Sizdə bu iş necədir?Açıq suallarla yanaşı, məsləhətçilər tərəfindən tez-tez işlədilən fə özündə informasiyanın birbaşa sorğusunu əhatə edən ifadələr də istifadə oluna bilər:• Mənə bir qədər ........... haqqında ətraflı danışın.• ......... barədə bir qədər konkret olarmı?• Siz .. haqqında fikri genişləndirə bilərsinizmi? • Siz mənə . barədə daha ətraflı danışa bilərsinizmi?Tərəfdaşın nəzakətlə sorğu-suala tutulması onun üçün subyektiv mühüm olan ətraflı informasiya almaq üçün zəruridir. Siz çox dəyərli məlumatlar əldə edirsiniz, ona görə də mühüm məqamların yazılı qeydləri nəinki qadağan olunmur, həm də danışıqlarda yaxşı ton hesab edilir. danışıqlar zamanı qeydlər apardığınız həftəlik və ya iş bloknotu sizin tərəfdaşınıza olan hörmətinizə və ona marağınızın sübutudur.Lakin tərəfdaşı həqiqi başa düşməkdən ötrü suallarınız və bloknotunuzda etdiyiniz qeydlər kifayət deyil. Özünüzün şəxsi, məhdud gözləmələriniz çərçivəsindən çıxmaq və tərəfdaşınızın gerçəkdən nə dediyini dəqiq başa düşmək üçün nəinki ona qulaq asmaq, həm də onun cavablarını eşitmək vacibdir.Təşəbbüsü necə ələ almaq olarBütün zəruri informasiyanı aldığınızı hiss etdiyiniz zaman ya müsahibinizi fikirləşməyi bitirib qərar qəbul etməyə, ya da vaxtınız olduqca azdırsa,suallardan da istifadə edə bilərsiniz. Bu, söhbəti dayandıran və ya istiqamətini yönəldən qapalı tipli suallardır: onlara yalnız birmənalı cavab almaq mümkündür.• «Bu monitor xoşunuza gəlirmi?» - «Bəli».• «Sizə cümə axşamı zəng vurmaq olarmı?» - «Yox».Qapalı sual sizdə artıq hazır mülahizələrin olduğunu nəzərdə tutur ki, bunları yalnız təsdiq etmək və ya təkzib etmək lazımdır. Qapalı sualların bir neçə müxtəlifliyi mövcuddur. Ritorik suallar: «hə» (və ya sizin eşitmək istədiyiniz «yox»),bəzən isə cavab tələb etməyən, tez-tez natiqlər və satıcılar tərəfindən istifadə olunan suallardır.• Sizi keyfiyyətin yaxşılaşması maraqlandırır?• Siz öz müəssisənizin gəlirliliyini artırmaq istərdinizmi?• Siz istərdinizmi əməkdaşlarınız iş vaxtının 40%-ni boşdayanmalara sərf etsin?Ritorik suallar müştərək fəaliyyət sahəsini qeyd etmək, kontragenti maraqlandırmaq və onu sizin təkliflərə yaxşı münasibət göstərməyə hazırlaşdırmaq üçün istifadə olunur.— «Sizin ixtisaslaşmış kadrlara ehtiyacınız varmı?»— «Əlbəttə!»— «Bizim agentlik elə peşəkar personal seçimi, qısamüddətli tədris proqramlarının təşkili və rəhbər işçilər üçün ixtisasın artırılması üzrə seminar-treninqlərin keçirilməsi ilə məşğul olur»Lakin yadda saxlamaq lazımdır ki, müştəridə maraq oyatmaq və özündə ritorik sualları ehtiva edən nitq funksiyası ilə yanaşı, onlar həm də manipulyasiya fəndləridir. Məlumdur ki, yayındırıcı suallarınıza bir neçə «hə» cavabı aldıqda, siz tərəfdaşınızı stereotip reaksiyaya qatırsınız və bununla da, onun əsas müzakirə olunan sual üzrə düşünülməmiş razılığını alırsınız.Burada etika, sizin tərəfdaşınıza olan hörmət məsələsi qarşıya çıxır. Danışıq aparan şəxs daxili taktına arxalanaraq, səliqə ilə ritorik suallar seçəcək, müştərinin sərəncamında olan və özünün vaxtına qənaət edərək tərəfdaşını müştərək dialoqa cəlb edəcək, - necə ki, insan əlavə aksentlər etmək üçün geyim tərzini vurğulamaq məqsədilə zövqlə, düşünülmüş surətdə öz geyiminə uyğun aksessuarlar seçir. Ritorik fəndlər tərəfdaşı aldatmaq və ya axmaq yerinə qoymaq prinsipinə çatdırmaq üçün deyil, qədərincə istifadə edərək, sizi bir-birinizə yaxınlaşdırmaq üçün mühümdür.Bir dəfə böyük olmayan sığorta şirkətinin direktoru danışıqlar zamanı ritorik sualdan belə istifadə etmişdir. O, stolun siyirtməsindən qəzaya uğramış avtomobil şəkli çıxararaq müştəriyə deyir: «Bu şəklə baxın! Baş verən hadisədən sonra insan sakitliyini saxlaya bilərmi?!» o, satdığının (o, sığorta vərəqi deyil, müştərinin polislə birgə alacağı sakitliyi satırdı) predmetini ritorik sualla verir, uğurlu sövdə üçün zəmin hazırlayırdı.Bunları situasiyanın absurd (cəfəngiyyat) olduğu və ya tərəfdaşın həlli olmayan bir problemə «batdığı» anlarda istifadə etmək olar. Bu zaman ritorik sual gərginliyi zəiflətməyə qadirdir.2. Alternativ suallar müştəriyə variantlar seçimi təklif etməklə, onu qərar qəbul etməyə sövq etdiyiniz hallarda verilir. Sizin təklif etdiyiniz variantlar bir neçə ola bilər, lakin fikirləşmək vaxtına qənaət etmək üçün siz əvvəlcə ümumi alternativ, yararlı hərəkətlərin lazımi seqmentini göstərən suallar verə bilərsiniz:• Sizə sabah və ya birisi gün görüşmək rahatdırmı?• Siz bu avadanlıqdan ofisdə və ya istehsalda istifadə edəcəksinizmi? Lakin alternativ sorğular da manipulyasiya fəndi olan bilər. Çünki, siz müştəriyə mövcud variantlardan seçim etmək təklif edirsinizsə, özünüzə rahat olan variantlar arasında bu seçimi məhdudlaşdırırsınız və onun müstəqil qərar qəbul etmək hüququnu rədd edirsiniz.3. Təcridedici sual vəziyyəti konkretləşdirmək üçündür. Bu suallar nəyə isə aydınlıq gətirmək lazım olduğu şəraitdə verilir. Əgər sizin tərəfdaşınız sizin ünvanınıza gizli kinayələr və ya aşkar ittihamlar edir, nədənsə narazılığını bildirirsə, vaxtı uzadırsa, - yəni münaqişədənqabaq və münaqişə şəraitlərində onun neqativ emosiyalarının üzə çıxarılmasına kömək edən sual vermək lazımdır ki, bu zaman münaqişə bağlanacaq və söhbət konstruktiv axara yönələcək.— Qərar qəbul etmək üçün biz hələ fikirləşməli, bəzi faktları aydınlaşdırmalıyıq…— Qərar qəbul etmək üçün hansı faktlar çatmır? Və ya— Sizi bu təklifdə karıxdıran nədir? Və ya— Hansı informasiyanın çatışmaması sizi bizim məsələnin həllini sonraya qoymağa vadar edir? Beləliklə:• Əgər siz müştəri üçün subyektiv mühüm olan şeyləri eşitmək və daha çox informasiya almaq istəyirsinizsə, açıq suallar vermək lazımdır.• Əgər siz özünüz üçün subyektiv mühüm olan dəqiq informasiya almaq və təşəbbüsü əlinizə almaq istəyirsinizsə, qapalı suallar vermək lazımdır.• Əgər siz müştərini maraqlandırmaq və əlverişli atmosfer yaratmaq istəyirsinizsə, ritorik suallar verməyiniz məsləhətdir.• Əgər siz müştəriyə yüngül təzyiq göstərmək və onun fikirlərini sizin üçün əlverişli istiqamətə yönəltmək istəyirsinizsə, onda alternativ suallar verməyiniz düzgün olar.• Əgər siz kinayə və ittihamlar daxil olan münaqişəli şəraitdə söhbəti konstruktiv axara yönəltmək istəyirsinizsə, təcridedici suallar verməyiniz gərəkdir.
['danışıqlar', 'işgüzar psixologiya']
6,785
https://kayzen.az/blog/daily-problems/927/stres%C9%99-qalib-g%C9%99lm%C9%99yin-yollar%C4%B1.html
Stresə qalib gəlməyin yolları
IDEAL
Gündəlik həyatın çətinlikləri
14 aprel 2010, 13:57
İnsan psixoloji cəhətdən hazır olmadığı bir hadisə ilə qarşı-qarşıya gəldiyi zaman psixoloji cəhətdən gərginlik yaşayır və stres keçırır. Bəzən stres xroniki hal alır və belə hallar yaşayan insanlar alkoqol və siqaret və s. kimi pis vərdişlərə olan təlabatlarını daha da artırırlar. Stresi xroniki hall alan xəstələrin daha çox daxili psixoloji problemləri olur ki, bəzən bu problemin nə olduğunu özləri də dərk etməkdə çətinlik çəkirlər. Belə hallarda psixoloqa müraciət etmək məsləhətdi. Bəs stresə qalib gəlmək üçün hansı üsullardan istifadə etmək olar?  Bunun üçün müxtəlif üsullar mövcuddur. 1- Dərində və sakit nəfə
['stres', 'stress', 'psixoloji gərginlik', 'diskomfort']
6,786
https://kayzen.az/blog/xiridar/924/yaz-ya%C4%9F%C4%B1%C5%9F%C4%B1-yetim-eyvaz%C4%B1n-ifas%C4%B1nda.html
Yaz yağışı-Yetim Eyvazın ifasında
xiridar
Bloq: xiridar
14 aprel 2010, 13:21
Yetim Eyvaz adıyla tanınan Eyvaz Siyəzənli Azərbaycanın titulu,adı olmayan şairlərindədir. sözün düzünü deyən,əyrini yəri,düzü düz deyən bu şair Azərbaycandakı 5 kişidən biridir. Öz satirası ilə,şerləri ilə çoxlarının deyə bilmədiyi şeyləri deyir Eyvaz.Amma o həm də incə ruhlu,lirik təbiətli bir şairdir. Abşeron toylarında onun "Səni,yox,fotoşəklini", "Yağış yağır,ona qurban olum", "gör məni nə günlərə saldı məhəbbət", "qoca dünya" kimi mahnıları artıq şedevr sayılır. Onun ən gözəl,ən tanınmış mahnısı isə əlbəttə ki,"Yaz yağışı" sayıla bilər. Youtube-da gözəl musiqi ilə,lakin görüntüsü elə də yaxşı olmayan bir videosunu tapıb sizə göstərirəm. məxsusui olaraq söz qədrini başa düşənlər üçün şerin sözlərini də yazdım. Yağış yağır... yaz yağışı...yağ ay yağış, Yağginən sən, sənə əhsən, Sənə alqış, yağ ay yağış, Yağginən sən,bu çöllərə,çəmənlərə yağginən sən, Susuzluqdan xəzan olan çiçəklərə yağginən sən, Yağginən sən arzulara,diləylərə yağginən sən, Məhəbbətdən alovlanan ürəklərə yağginən sən, Yağginən sən,yağa-yağa islatginən paltarımı, Qaytar mənə gənclikdə ki,öz əhdimi,ilqarımı, Elə yağ ki,qoy islansın əlimdəki qələm,vərəq, Yadımdadı nəcə yağdın,düz otuz il bundan qabaq, Elə gözəl yağmışdın ki,islanmışdı üz-gözümüz, Oturmuşduq Qalaltında,bir palıdın altında biz, Sən yağdıqca,damcıların səpilirdi üzümüzə, İkimiz də isləmirdik durub gedək evimizə, Qorxurduq ki,durub getsək,xələl gələr sevgimizə, Sən elə bir şersən ki,sən elə bir nəğməsən ki, Ağzın yoxdu,dilin yoxdu,necə deyim,biləsən ki? Sən yağanda yamaclara, düzənlərə can verirsən, Zəmilərdə sünbüllərin damarına qan verirsən. Yağ ey yağış, qurban olum səhərəcən yağginən sən, Dayanmadan, Qalaaltıdan şəhərəcən yağginən sən. Yağginən ki, Giləzidə şoran düzlər çiçək açsın, Bu ölkədən, bu diyardan, qüssə-kədər uzaq qaçsın, Yağa-yağa nə olar ki,xəbər apar sevgilimə, Aman gündü bu halımı,bu günümü ona demə, Döyə-döyə pəncərəsin,deginən ki, gəlibdi yaz, Qala altında Şirəliynən beş-beş vurur yetim Eyvaz.Eyvazın bu mahnını artıq professional şəkildə səsyazma studiyasında oxuyanda bəzi dəyişikiklər var.Orada başqa şeirlər də əlavə olunub,musiqi də başqa cürdür(bir variantda Aşıqlar qrupunun Qönçə mahnısı var). Eyvazın bütün populyar şerlərini  istəyənlər isə onu burda endirə bilər.  1.Axırı yoxdur dünyanın 2.icmeliyem mən 3.Bu dünyanın 4.Dəmir qapılar 5.Haram deyil 6.Mehebbet 7.Pənco-pənco 8.Siyazen 9.Ya Məhəmməd Ya Ali 10. Özün kömək 11.Şairlər 12.Bu yaşımda 13.Derd çoxalır 14.Logalig edir 15.Men dünyadan gedən olsam 16.Pullarimiz 17.Xocali 18.Yapuyoruq 19.Yaz yağışı Mahnılarda başqa bir saytın adı çəkilir. bilirəm ki,burada o saytı xoşlamırlar.Amma şeir başa düşənlər,xiridarlar yəqin ki inciməz məndən. Məqsəd o saytı reklam etmək deyil.
['yetim Eyvaz', 'Eyvaz Siyəzənli', 'yaz yağışı', 'yağış']
6,787
https://kayzen.az/blog/marketinq/920/m%C3%BC%C5%9Ft%C9%99ril%C9%99rin-%C3%B6yr%C9%99nilm%C9%99si.html
Müştərilərin öyrənilməsi
bankir
Marketinq
13 aprel 2010, 23:04
Müştərilərin öyrənilmişi: yalan və statistikaBiznes öz müştərilərini tanımalıdır. Müştərilərin öyrənilməsi mənzərənin tam aydınlaşdırılmasına imkan verməyən adi yoldur.Müştərilər heç də yalan danışmaq istəmirlər, bununla belə, onlar yalan danışır. Tədqiqatların çoxu istehlakçılarla münasibətlərin aydınlaşdırılmasına, onların fikirlərinə və etdikləri hərəkətlərin əsaslandırılmasına yönəldilmişdir. Biz müxtəlif istehlakçılarla iki tədqiqat işi aparmışıq. Birinci tədqiqat çərçivəsində insanlara sual verilirdi ki, nəyə görə məhz bu televizoru almışlar. Onlar öz seçimlərini qiymət mülahizələrindən, istehlak xüsusiyyətlərindən, işçi xarakteristikalar və keyfiyyət baxımından əsaslandırırdılar. Cavablar təsdiq edirdi ki, mağaza satdığı malların qiymətlərinə, xassələrinə və keyfiyyətinə xüsusi diqqət verməlidir.İkinci tədqiqat istehlakçının hərəkətlərinə həsr olunmuşdu, və insanlar mağazadan bir şey alıb-almadıqlarından asılı olmayaraq, qapıda sorğu-suala tutulurdular. Cavablar göstərdi ki, alıcılar mağazaları gəzməklə məşğul olmuş və onlara təklif olunan mallar qarşısında özlərini itirmişlər. Alış baş tutduqdan sonra alıcılar müxtəlif modellərin qiymətlərini və fərqli xüsusiyyətlərini yada sala bilmirdilər. Lakin onlar baza məlumata malik olmadıqda, deməli, etdikləri seçimi tam səmərəli hesab etmək çətindir.İşdə müştərilər istəyir ki, onlara nağıl danışsınlar. İstəyirlər ki, onların seçiminin düzgün olmasına inandırsınlar, desinlər ki, sabah onlar qonşunun seçimi onlarınkından yaxşı olduğuna görə peşman olmayacaqlar. Bunun nəticəsi kimi, mağazalar qiymət «çətiri»ni əldə etdilər ki, bu da onların qiymət lideri üstünlüyündən istifadə etməyə imkan verir.Ticarət personalında müştərini nəyə isə inandırmaq, məsələn, malın qiymətinin aşağı olması, hər hansı xassələri, uzunmüddətli zəmanət və s. xeyli nailiyyət olmuşdur. Müştərinin hərəkətinin başa düşülməsi istehlak münasibətlərinin müəyyən edilməsindən daha səmərəlidir. Buna oxşar olaraq Britaniya əmanət bazarının müştəriləri faiz dərəcələri ilə müddətlərin müqayisəsi yolu ilə öz səmərəli seçimləri barədə məlumat verirlər. Amma onların hərəkətləri isə onu sübüt edir ki, özəl müştərilərin 68%-i əmanət hesabı açılarkən yalnız bir tədarükçünü – adətən müştərisi olduqları bankı nəzərdən keçirirlər. Hətta xırda korporativ müştərilər də bu tələyə düşür. Onların yarısı əmanətləri və ya vəsait borc edilməsi üçün daha əlverişli şərtlər axtarır. Bütün bunlar qiymət planında tamamilə aydın nəticələrə malikdir: mövcud müştəriləri onların sədaqətli olmalarına və ya tənbəlliklərinə görə «cəzalandırmaq» olar. Hətta istehlak münasibətlərinin tədqiqi özünü doğruldursa, müştərilər onsuzda aldadacaqlar. Yalnız həqiqətən dəhşətli mal və ya xidmət «ortadan aşağı» kateqoriyasına aid ediləcək. İnsanlar üçün fərəh və ya heyranlıq hisslərini göstərmək daha çətindir: «çox gözəl», «əla» qiyməti çox nadir hallarda verilir. Beləliklə, tədqiqatın nəticələri bu və ya digər halda «ortadan yüksək» kateqoriyasına yaxın qiymətlərə gətirilir. Sonra tədqiqat şöbəsinin «ulduz saatı» başlayır ki, o, alınmış nəticələri statistika halına salır. Bu zaman gerçəklik haqqında təsəvvür tamamilə itir. Başqa müştərinin öyrənilməsi Korporativ müştərilərin öyrənilməsi zamanı diqqət adətən alışa məsuliyyətdə cəmlənir ki, bu da iki tip problemlə əlaqədardır. Pərakəndə müştərilər kimi, bilavasitə alıcılar yalan danışır. Həyatın sığortası bazarında fəaliyyət göstərən brokerlər birmənalı olaraq bildirirlər ki, onların müştərilərə tövsiyə etdikləri komisyon vəsaitlərin ölçüsü sığortaçının seçiminə təsir etmir. Onların yalanlarının sübutu komisyon pullarla satış həcminin elementar tutuşdurulmasıdır.Bununla belə, bilavasitə alıcı – çox vaxt söhbət etmək lazım gəlməyən adam olur. Adətən alıcı-təchizatçının gileyi qiymət məsələsi barədə olur. Onun fəaliyyətinin səmərəliliyi məsrəflərlə müəyyən edilir. Lakin təşkilatın qalan hissəsinə bu, tamamilə maraqlı deyil.Marketinq yarımbölməsinə sınaq bazarlarında təklif üçün və ya sorğu gurultularının ödənilməsi üçün kiçik mal partiyaları tələb olunur. Məmulatın kiçik komponenti üçün yüksək qiymət son nəticədə satış həcmini artırmağa kömək edər və onları tamamilə razı sala bilər.Eyni ilə bu cür mühəndis və ya istehsal şöbələri, həmçinin ehtiyatların vəziyyətinə nəzarət xidmətinin də alınan mallara öz spesifik tələbləri ola bilər və onlar öz ehtiyaclarının ödənilməsi üçün daha çox pul ödəyə bilərlər.Təchizatçı ilə söhbət vəziyyəti tam aydınlaşdırmağa imkan vermir. Müştərinin səmərəli öyrənilməsi Səmərəli öyrənmə iki prinsipə əsaslanır. Birincisi, düzgün suallar verin. Diqqətinizi müştərinin alacağı mallara münasibətdə deyil, onun hərəkətlərində və istifadə etdiyi mallarda toplayın. Hərəkətlər aldatmır. İkincisi, suallarınızı lazımi adamlara verin: bilavasitə alıcılara deyil, malların bilavasitə istifadəçilərinə müraciət edin. Təkcə avtomobil alıcısına deyil, onun ailəsinin bu avtomobildən necə istifadə etməsinə baxın.Bunu aydınlaşdırmaqdan ötrü siz ixtisaslaşdırılmış tədqiqat agentliyinə çox da böyük olmayan vəsait bəxş edə bilərsiniz. Siz həmçinin işi də özünüz görə bilərsiniz. Müştərilər adətən yanlarında tədarükçülərdən birinin canlı meneceri əyləşib maldan necə istifadə edildiyini müşahidə edəndə və ya bu malın müştərini razı salması üçün dəyişikliklər etmək qərarını verdikdə özlərini məmnun hiss edir və bu işə onlarda maraq hissi oyanır. Müştərilər bəzən sizi hətta rəqəmlərlə dolu hesabatlardan belə gözləmədiyiniz ideyalarla təmin edə bilər.
['müştəri', 'müştəri qazanmaq', 'consumer']
6,788
https://kayzen.az/blog/kitab/918/oxumaq,-oxumaq-yen%C9%99-d%C9%99-oxumaq.html
Oxumaq, oxumaq yenə də oxumaq
IDEAL
Kitablar və mütaliə
13 aprel 2010, 18:36
Oxucuların təsnifatının müxtəlif modelləri mövcuddur. Çalışacam sizi bu modellərin bəziləri ilə tanış edim. R. Başbergerin modelinə görə uşaq və gənc oxucuları 4 -tipə bölmək olar. 1-Romantik tip. Nağılları,macəra ədəbiyyatını daha çox sevən, realist və intellektual-əxlaqi bədii ədəbiyyatı bəyənməyən tipdir. Uşaqlar arasında tez-tez təsadüf olunur və bu tip oxucular yeniyetməlik yaşlarında fantastik ədəbiyyatı böyük həvəslə oxuyurlar. 2-Realist tip. İnsanlar arasında qarşılıqlı münasibət və onları əhatə edən xarici aləm haqqında yazılan kitabları oxuyur, nağıllara maraq göstərmir. Bu xüsusiyyətlər yeniyetmə yaşlarında özünü biruzə verir. 3-İntellektual tip. Bədii ədəbiyyatda əməli nəticə çıxarmağa çalışır, biliyini artırmğa cəhd göstərməsi ilə əlaqədar olaraq maraqlı məlumatlarla zəngin kitablar oxumağı daha çox sevir. Bu tipə yeniyetmələr və gənclər arasında daha çox rast gəlinir. 4-Estetik tip. Nadir hallarda rast gəlinir. "Cingiltili sözlərdən", qafiyələnmiş ahəngli və vəzznli misralardan sözün əsl mənasında zövq alır. Oxucuların bu tipi şeirə maraq göstərir və xoşladıqları kitabı dəfələrlə oxuyurlar. Yaşlı oxucular üçün isə Bolhast modelini nəzərinizə çatdırıram. 1. Çox oxuyan, ancaq oxuduqlarına tənqidi yanaşmayan tip. 2. Az oxuyan tip. a) kitabları həyati məqsədlər üçün oxuyan-dinamik praqmatik adamlar. b) introvertiv-macerapərəst tip. Bunlar əsasən çox əhəmiyyətli bədii əsərləri sevən və çox inkişaf etmiş təsəvvürə malik oxuculardı. 3. Öz həyati təlabatlarını dərindən dərk edən və onu təmin etmək üçün yollar axtaran fəal, məqsədyönlü və müntəzəm olaraq mütaliyə edən oxucu. 4. "Asılı", "hər sözə qulaq asan" və hansı kitabı oxumaq üçün məsləhətə ehtiyacı olan, üçüncü tipdən fərqli olaraq ədəbi-pedoqoji təsirə məruz qalan fəal oxucu. 5. "Sabit" tip; müəyyən növ məzmuna malik olan kitablar oxumağa həvəs göstərən oxucu. 6. "Birbaşa hər şeyi oxuyan" tip; ağına bozuna baxmadan, ucdantutma, qayda-qanunsuz, əlinə nə keçdi bir-birinin ardınca oxuyan və oxuduğuna qayıtmayan oxucu. P. S. Ümid edirəm ki, hər kəs özünə uyğun bir bölmə tapdı. Əslində düşünürəm ki, bu dəyişkən bir prosesdi. İnsan müəyyən zaman daxılində oxu tipini dəyişə bilir. Bəzən buna özünü şüurlu şəkildə məcbur edir. Bəzən isə yaşın verdiyi təcrübə sayəsində dəyişir və bu dəyişikliyi hiss etmir. Məsələn mən oxu tərzimdə olan dəyişikliyi heç vaxt hiss etməmişdim. Lakin bu modellərlə ilk dəfə tanış olanda başa düşdüm ki, məktəbə getdiyim və oxumağı bacardığım illərdən bəri demək olar bu tiplərin hər birini mərhələ-mərhələ keçmişəm. Bəs siz necə?
['oxucular', 'mütaliə', 'kitab', 'kitab oxumaq']
6,789
https://kayzen.az/blog/diplomat/711/q%C9%99bul-%C3%BC%C3%A7%C3%BCn-geyim.html
Qəbul üçün geyim
rokfeller
Diplomatiyada protokol və etiket
13 aprel 2010, 12:11
Şam yeməyinə dəvətnamədə qonağın hansı geyim­də gəlməsi göstərilə bilər. Məsələn, smokinq, yaxud frak, xanımlar üçün ziyafət (axşam) paltarı. Bu cür göstəriş dəvətnamənin sağ (bəzən sol) aşağı küncündə fransız yaxud ingilis dilində yazılır (dəvətnamənin hansı dildə olmasından asılı olmayaraq). Fransızca aşağıdakı sözlərdən istifadə olunur: uniforme (forma), habit (frak), decoration (ordenlər). Ingiliscə: white tie/cravate blanche (frak), black tie/ cravate noire (smokinq/adi, sadə kostyum). Əgər geyim forması göstərilibsə, qonaqlar qəbula müvafiq kostyumda gəlirlər. Əgər yazı yoxdursa yaxud uniforme yazılıbsa, aşağıdakı qaydalara riayət etmək tövsiyə olunur: səhər yeməyi, kokteyl və 20.00 radələrindən erkən başlayan digər tədbirlərə (milli bayram və ya dövlət başçısının şərəfinə olanları çıxmaq şərti ilə) kişilər adi gündəlik kostyumda gələ bilərlər.Bütün növ qəbullara ağ köynək, saat səkkizdən sonra başlayan axşam qəbullarına isə tünd rəngli kostyum geyinmək lazımdır.  Ayaqqabı: yarımbotinka, yaxud qara rəngli botinka. Yay vaxtı açıq rəngli kostyum ilə səndəl istisna olmaqla istənilən rəngli ayaqqabı geyinmək olar. Laklanmış ayaqqabılar yalnız smokinq, yaxud frakla birgə geyinirlər. Corablar həmişə ayaqqabının tonuna uyğun olmalıdır. Xanımlar qəbullar üçün düz biçimli və çox da parlaq çalarsız olan kostyumlara malik olsalar yaxşı olar. Axşam qəbullarına (20.00 və daha gec), həmçinin milli bayramlar, yaxud ali qonaqların şərəfinə qəbullara ziyafət (axşam) paltarı və hündürdabanlı incə tufli geyinilir. Frak və smokinq axşam paltarları kimi əvvəlki fəsildə təsvir edilib. Adi kostyum idman stilli, pencək və şalvar isə fərqli rəngdə olmamalıdır. Tədbirdən asılı olaraq tünd çalarlı kostyum, ağ köynək, qara, laklanmamış botinkalar geyinmək tövsiyə edilir. Diplomatik qəbulun hər növünə müəyyən qadın geyimi müvafiqdir. Bu barədə adətən dəvətnamədə gös­təriş olur, göstəriş olmadıqda, qəbula dəvət edilmiş digər şəxslərdən soruşmaq məqsədəuyğundur. Şampan qədəhi, səhər yeməyi, çay, a lya furşet növlü qəbula adi uzunluqda yubka, yubka-kostyum, kiçik ölçülü şlyapa geyilir. Ev sahibəsi şlyapa taxmır. Milli bayram, yaxud digər hadisə ilə əlaqədar, dövlət, hökumət başçısı, xarici işlər naziri, yaxud digər dövlət xadiminin, nümayəndə heyətinin şərəfinə a lya furşet növlü qəbula adi uzunluq­da daha yaraşıqlı yubka, yubka-kostyum geyinmək tövsiyə edilir. Nahar, şam yeməyi, axşam qəbulu üçün axşam tualeti lazımdır. Diplomatik qəbullara idman ayaqqabısı və kauçuk altlı ayaqqabı geyinmək olmaz. Əgər dəvətnamədə geyim forması axşam (tenue de soiree) göstərilibsə, ordenləri də taxmaq olar.Səhər yeməyi üçün geyim dəvətnamədə başqa göstəriş yoxdursa, adi kostyumdur. Kokteyl növlü qəbullarda geyim forması konkret haldan və dəvətnamədəki göstərişdən asılı olaraq gün­dəlik kostyum (tünd rəngli), yaxud smokinqdir. Rəsmi nahar: kişilər üçün geyim forması konkret haldan və dəvətnamədəki göstərişdən asılı olaraq qara kostyum, smokinq, yaxud frakdır. Qadınlar üçün ziyafət (axşam) paltarı. Şam yeməyi: qara kostyum, smokinq yaxud frak; qadınlar üçün – ziyafət paltarı (axşam).
['diplomatik etiket', 'dress-kod', 'eleqant geyim']
6,790
https://kayzen.az/blog/time-management/899/zaman-sa%C4%9Faltm%C4%B1r.html
Zaman sağaltmır....
Nailə_Rzayeva
Time-management (zamanı idarə etmək)
13 aprel 2010, 02:28
Bəzən insanlar deyirlər ki, zaman ağrıları, acıları sağaldır. Xeyr... Zaman sağaltmır... Sağaldır - spirlti içkilər və təsadüfi tanışlıqlar, sağaldır - kimləsə  keçirilən saniyələr. Sağaldır - uzun küçələr, arxasında yorğun gözlərin görünmədiyi böyük eynəklər və şəkillər... Sağaldır - yay haqqında, yeni həyat haqqında  və ..... yatmadan öncə sənə yaxın, sənin üçün vacib olan bir insan haqqında olan arzular.Sağaldır - yad insanların sənə olan heyranlıqları, dostlarının gülüşü, hansı ki, bu gülüşlərə gülüşlə qarşılıq verməmək qeyri mümkündür, ilk novruzgülü, hansı ki, qara sinə gərərək boy atır və sanki bizə demək istəyir ki, " əgər onlar qışa qalib gələ bildilərsə, deməli biz də qəlbimizdə olan soyuğa, şaxtaya qalib gələ bilərik.... Sağaldır - xoşbət anlar.... qəfil gözlənilməyən xoşbəxlik .... bizim həyatımızda, qəlbimizdə artıq uzun müddətdir olmayan biri...Sağaldır - yeni Sevgi ... hər zamankı kimi qəfil gəlişi ilə.... özünün dəyişməzliyi, təravəti ilə və yenə də yaşamaq istəyirsən, xoşbəxt  baharı, uzun sakit axşamları yaşayaraq... sadəcə sükut ...Sağaldır - çoxdan məhv olub getmiş, lakin yenidən həyata qaytarılmış xatirələr, harda ki, yalnız uşaqlıq sevincləri var ... adi bir möcüzəni gözləyən uşaqlıq... Zaman isə... Zaman sağaltmır... O sadəcə ötüb keçir, sadəcə.... sadəcə,  heç bir şeyi dəyişməyərək...   Tərcümə: Rzayeva Nailə
['zaman', 'inam və uğur']
6,791
https://kayzen.az/blog/daily-problems/897/stress-yaradan-v%C9%99ziyy%C9%99tl%C9%99r.html
Stress yaradan vəziyyətlər
IDEAL
Gündəlik həyatın çətinlikləri
12 aprel 2010, 23:40
Həyatımızda baş verən həm müsbət həmdə mənfi hallar bizdə stres yaradır. Stresin təsir gücünü qiymətləndirmək üçün psixoloqlar nisbi cədvəlləşdirmə metodu tədbiq edirlər. Qiymətləndirmə cədvəli tərtib edəndə həyat yoldaşınin ölümü bütün mümkün olan stres amillərinin ən güclüsü olaraq götürülür və 100 vahidlə nisbi qiymətləndirilir. İndi isə belə bir cədvəllə sizi tanış etmək istəyirəm. 1-Ailə Ərin (və ya arvadın) ölümü -100 Boşanma -73 Ər və arvadın ağır küsüşməsi - 65 Yaxın qohumun ölümü - 63 Evlənmə - 50 Ağır küsülülükdən sonra barışma - 45 Ailə üzvləri arasında münasibətdə ciddi dəyişiklik - 44 Hamiləlik - 40 İlk körpənin doğulması - 39 Həyat yoldaşına münasibətdə ciddi dəyişiklik - 35 Oğulun və qızın ata evini tərk etməsi - 29 Həyat yoldaşının qohumları ilə mənfi münasiətdən yaranan tətinliklər - 29 Həyat yoldaşının yeni işə düzəlməsi və ya işdən çıxması - 26 Ümumi dostlarla münasibətdə ciddi dəyişikliklər - 15 2- Şəxsi Həbs olunma - 63 Ciddi yaralanma və ya xəstələnmə - 53 Yaxın dostun ölümü - 37 Görkəmli şəxsi müvəffəqiyyət - 28 Təhsilin başlanması və ya başa çatması - 26 Həyat şəraitində ciddi dəyişikliklər - 25 Şəxsi vərdişlərə yenidən baxma (islah üçün) - 24 Başqa məktəbə keçmək - 20 Yaşayış yerini dəyişmək - 20 Əyləncələrin xarakterində ciddi dəyişikliklər -19 Dini ayinlərə münasibətdə və ya onların icrasinda dəyişikliklər -19 Düzgün gündəlik rejimin ciddi şəkildə pozulması - 16 Yemək rejimində ciddi dəyişikliklər - 15 Məzuniyyət - 13 Vacib bayramlar - 12 Cüzi qanun pozutuları - 11 3- İş İşdən çıxarılmaq - 47 Təqaüdə çıxmaq - 45 İş yerində vəziyyətin ciddi dəyişilməsi - 39 Fəaliyyət növünün dəyişilməsi - 36 Qulluq pilləsinin artıralması - 29 Rəhbərliklə münasibətdəki çətinliklər - 23 İş şəraitində dəyişiklik - 20   4-Malliyyə məsələləri Maliyyə vəziyyətinin ciddi dəyişməsi - 38 Çox dəyərli əşyanın girov qoyulması - 31 Girov qoyulmuş əşyanı geri almaq şansının itirilməsi - 30 Dəyəri daha az olan əşyanın girov qoyulması - 17 Təbii ki, bu nisbi bir dəyərləndirmədi. Fərdə görə dəyişir. Bir məsələni də qeyd edim ki, bu cədvəl özündə bütün stres yaradan halları əks etdirmir. Bu səbəbdən bu siyahını oxuyan hər kəsdən stres yaradan vəziyyət qeyd etməsini xahiş edirəm. Bəzən bizim dostlarımız stres keçirir və bu zaman mənəvi dəstəyə ehtiyac duyur. Bu siyahi vasitəsi ilə biz insanların ən azından hansı proseslərdə stres keçirdiyi barədə ümumi bilgi əldə etmiş olarıq. Təbii ki, sizin şərhləriniz sayəsində siyahını daha da təkmilləşdirməyi düşünürəm.
['problemlər', 'stress']
6,792
https://kayzen.az/blog/etiket/893/evd%C9%99-etiket.html
Evdə etiket
Leyla
Etiket və nəzakət qaydaları
12 aprel 2010, 21:08
"Mənim evim – mənim qalamdır". Lakin təəssüflər olsun ki, özümüzü bu qalada apara bilmirik. Ailə - kiçik kollektivdir və yalnız təyin olunmuş normalara riayət etməklə düzgün fəaliyyət göstərə bilər. Hər bir xalqın, hər bir sosial qrupun əsrlər boyu yaranmış və ənənəyə sadiq öz evini idarəetmə qaydaları vardır. Ailə üzvünü kənar şəxs saymaq çətindir, ona yad kimi münasibət göstərmək isə qeyri mümkündür. Çox zaman daxili ünsiyyət iqlimi, ər və arvadın hansı ailədən çıxmasından asılıdır. Əgər onlar bir mədəniyyətin ənənələri ilə tərbiyə olunublarsa, onların özləri, valideynləri və uşaqları arasında münasibətlərində problem az olacaq. Narazılıq o evlərdə baş verir ki, bir yerdə yaşamağa başlayarkən ailə etiket qaydalarına riayət etməkdən əl çəkirlər. Bir-birinə qulluq zamanı isə hər iki tərəf bunları büruzə vermirdi: pis vərdişlər gizlədilirdi, xarici görünüş həmişə eybsiz olurdu, yaranan anlaşılmamazlıqlar tez bir zamanda öpüşlərlə yatırılırdı. Bəs bütün bunlar birgə yaşadıqda hara itir? Çətinliklərlə üzləşirsiniz, qulluqlardan yorulursunuz, lakin birgə yaşayış qaydalarına riayət etmək üçün cəhd etmirsiniz. Xarici görünüşdən başlayaq. Kənar şəxslərin qarşısında çirkli xalatla, "ailə" alt paltarı ilə görünmək qəbul edilməzdir. Yaxşı belə bir sual ortaya çıxır: lap yaxınların qarşısında olar? Ancaq fövqəl halda, məsələn, xəstəlik. Səhəri salamlama ilə başlayın. "Sabahın xeyir, əzizim" və əlbəttə ki, gözəl səhər süfrəsi ilə. Bir-birinizin xoşuna gəlməyə çalışın ki, uzun müddət bir yerdə yasaya biləsiniz. Lakin bir-birinizi bezikdirmədən və hirslənmədən. Səhər süfrəsini elə gözəl və ürəkdən bəzəyin ki, həyat yoldaşınız bundan həzz alsın və gözəl  səhər yeməyi yesin. Aydındır ki, evdə hər kəs özünü rahat hiss edir. Lakin ondan ötrü yox ki, hirs tökmək üçün yaxud heç bir səbəbsiz möhkəm qışqırılsın. Bu zaman fikirləşməyin ki, öz eviniz və ailənizdi, utanmalı bir şey yoxdu. Xatırlayın ki, siz axşam da üz-üzə gələcəksiniz. Işdən sonra dönəcəyi yer də evdir. Salamlasın, gününün necə keç-iyini soruşun, gözəl nahar stolunu da unutmayın. Yox, əgər bütün hirsinizi tökmüşdünüzsə, mütləq üzr istəyin. Bununla əskilməzsiniz, əsəbləriniz isə yerində olar. Kişilər isə gecikdikləri zaman çalışmalıdır ki, onun səbəbini açıqlasın. Mümkün qədər öncədən planları barədə sizi xəbərdar etsələr yaxşı olardı. Yox, əgər mümkün deyilsə, o zaman üzr istəməli və səbəbini izah etməlidirlər. Çünki onlar evdə onu gözləyən xanımının narahat olmaması və ovqatını yaxşılaşdırmaq üçün çalışmalıdırlar. Öz günahlarını yumaq üçün isə ona ya gül dəstəsi, ya da hədiyyə almalıdırlar. Düzdür, elə ideal nigah yoxdur ki, orda münaqişə olmasın. Lakin münaqişələr də müxtəlifdir. Müxtəlif ailələrdə o müxtəlif cür baş verir. Bəs nə üstündə bu baş verir ki, hətta ailə dağılmasına gətirib çıxarır? Amerika sosial psixoloqları bu suala belə cavab verirlər: - həyat yoldaşlarından birinin davranış xasiyyəti üzündən, - intim əlaqələrdə harmoniyanın pozulması, - müxtəlif fikir ayrılıqlarının olması, - şəxsi gigiyenaya riayət olunmama, - pulun düzgün bölüşdürülməməsi üzündən, - arvadın valideynləri ilə kişinin, kişinin valideynləri ilə arvadın münasibətlərində yaranan münaqişə - ev təsərrüfat işlərinin idarə etmək bacarığının olmaması, - ya kişinin dostları, ya da qadının rəfiqələri üzündən Göründüyü kimi, ailə münasibətlərində böyük yeri həyat yoldaşlarından birinin davranış qaydalarını pozması və pis xasiyyəti tutur. Odur ki, özünüzü ələ alın! Çünki mübahisə zamanı bir çoxları özünü idarə edə bilinir. Bu halda insan elə səhvlər edir ki, onu normal əhval-ruhiyyədə heç etməzdi. Əksər hallarda bu cür mübahisələr "heç nədən" baş verir. Yerinə qoyulmamış paltar yaxud qab, düzgün pul xərclənməməsi və s. Bütün bunlar yığılaraq böhran vəziyyətinə gətirib çıxarır. Mübahisənin səbəbi çoxdan unudula bilinər, lakin insanlar arasında olan qarşılıqlı anlayış bərpa olunmur, acıq soyumur. Bu qayada çata bənzəyir: əgər ora su düşməzsə, qorxulu heç bir şey yoxdur. Yox əgər su orda donarsa, buz qayanı dağıda bilər. Odur ki, evdə isti abu-hava yaratmağı düşünün. Münaqişədə qalib yox, yalnız udulmuş olur. Çox münaqişələrdən yan keçmək olardı, əgər hər kəs vaxtında kobud sözü saxlayıb deməsə. Vəziyyəti düzgün qiymətləndirmək bacarığı lazımdı, özünə kənar şəxs kimi kənardan baxaraq. Psixoloqların fikirincə, əgər siz söyüş söyməyəcəksinizsə istənilən mübahisəni yatırmaq olar. Yox,  əgər  münasibətləri ayırd etmək lazım gələrsə, heç vaxt ailə üzvünüze səsinizi yüksəltməyin, onlara qarşı təhqiramiz sözlər işlətməyin. Yenicə getmiş qonaqdan sonra yaxud uşaqların yanında bu mübahisənin heç yeri yoxdur. İstənilən halda  körpənin yanında maksimum sakitlik saxlayın:" körpədə yaxın adamının kobud səsi depressiv şok yaradır, boşanma haqda ifadələr isə onlarda əsəbiliyin inkişafına   gətirib   çıxarır. Özünüzə hörmət edin uşaqlara rəhminiz gəlsin. Çalışın tez-tez "çox sağ ol",! "buyurun", "zəhmət olmasa" kimi sözlər söyləyin. Nəvazişli sözlər işlətməklə siz ailədə münasibətləri yoluna qoya bilərsiniz. Əsas məsələ sözdə deyil, sözün deyiliş qaydasındadır. Əksər gənc ailələr hesab edirlər ki, intim əlaqə mübahisədən sonra ən yaxşı barışıq vasitəsidir. Düzdür, ailə həyatının intim tərəfi böyük əhəmiyyət kəsb edir. Lakin bu yalnız yataq nəşəsinə aparıb çıxarmamalıdır - onda ən çox həyat yoldaşlarının yox, sevgililərin əlaqəsi modelinə bənzəyəcək. Bir-birinizi qoruyun ki, uzun zaman bir yerdə olmaqdan həzz alasınız. Yaddan çıxarmayın ki, ev etiketinə riayəti etməmək aradəyməyə, mübahisələrə, sonda hətta  ayrılığa gətirib çıxarır. Mənbə Gözəllik dünyası jurnalı
['etiket qaydaları']
6,793
https://kayzen.az/blog/dahil%C9%99r-maraql%C4%B1/829/sezar-onu-nec%C9%99-%C3%B6ld%C3%BCrd%C3%BCl%C9%99r.html
Sezar - onu necə öldürdülər?
Sufi
Böyük insanlar,şəxsiyyətlər
12 aprel 2010, 17:23
Sezar çox xəyanətlərin şahidi olmuşdu. Ancaq o, belə bir xəyanəti heç vaxt gözləmirdi. Onun üzərinə düşmənləri deyil, yaxın bildiyi dostları gəlirdi. Xəncərlər sıyrılaraq havaya qalxmışdı və o, artıq hiss edirdi ki, ölümdən qaça bilməyəcək. Qorxudan rəngi sapsarı olmuşdu, hayqırmaq istəyirdi, ancaq ağzını aça bilmirdi. Sanki hansısa bir əl onun ağzını möhkəm-möhkəm bağlamışdı. Əslində qorxudan onun dili tutulmuşdu. Əllərini uzadaraq köksünə endirilən xəncər zərbələrinə mane olmaq istəyirdi. Gözləri isə onu öldürənlərdən amaıı diləyir, yalvarır, yalvarır, yalvarırdı. Bəlkə də başqası olsaydı, Sezarın bu dilsiz yalvarışlarının qarşısıııda tab gətirə bilməz, əlləri boşalardı. Ancaq Sezarı öldürməyə gələnlərin gözlərini qan tutmuşdu. Onlar yalnız qarşılarındakını didib-parçalamaqdan başqa bir şey düşünmürdülər... Sui-qəsdçilərin amansızcasına məhv etmək istədikləri adam bir vaxtlar dağılmaqda olan Romanın fəxri sayılırdı. Eramızdan əvvəl 101-ci ildə Romada dünyaya gələn Sezar hələ gənc yaşlarından gözlərini hakimiyyət kürsüsünə dikmişdi. O, gündə özünü yüz dəfə taxtda görür və bunun üçün planlar cızırdı. Sezar ətrafındakılara olduqca mədəni, zəkalı, ağıllı, demokratik ruhlu bir insan təsiri bağışlayırdı. Məharətli danışığı ilə bir anda ətrafındakıları ələ ala, onları öz təsir dairəsinə sala bilirdi. Ancaq о anlayırdı ki, indiki dövrdə imperiyanın taleyini yalnız hərbçilər həll edir və hakimiyyət kürsüsünə gedən ən qısa yol da hərbdən keçir. Ona görə də, taxt-taca yiyələnmək üçün Sezar orduya daxil oldu. Aristokrat bir gəncin hərbçilərə qoşulması sanki orduda vəziyyəti dəyişdi. Az-çox hərb sənətindən baş çıxaran Sezar özünü ordu rəhbərliyinin yanında da təbliğ etməyə başladı. Bu da ona tezliklə böyük şöhrət qazandırdı. Artıq Roma ordusunun sərkərdələri Sezarın simasında ölkənin gələcəyini xilas edən bir şəxsi görməyə başladılar.Sezar həmin dövrdə orduda mühüm vəzifələr tutan Pompeyin və Krassın köməyi ilə tezliklə özünü İspaniya valisi elan etdirdi. Ətrafına topladığı adamlar Sezarı böyük canfəşanlıqla təbliğ etməyə basladılar. Bu da öz nəticəsini verdi. O, ölkənin idarəçiliyində mühüm rol oynayan konsul vəzifəsinə seçildi. Bunun ardınca Sezarın zəfər dövrü başladı. Eramızdan əvvəl 58-ci ildə Senat ona Qalliyanı ələ kecirməyi tapşırdı. Sezar sərt Alp dağlarını aşaraq gözlənilməz zərbə ilə Qalliyanı tutdu. Bunun ardınca Sezar 7 il ərzində bütün Avropanı Romaya tabe etdirdi. Senatda hamı Sezardan danışırdı və o, ölkənin bir nömrəli adamına çevrilmişdi. O, hakimiyyət uğrunda gedən mübarizədə özünə rəqib ola biləcək bütün adamları bir-bir aradan götürürdü. Eramızdan əvvəl 50-ci ildə Romada vətəndaş müharibəsi bas verdi. Bu üsyanın başında hakimiyyəti silah gücünə ələ keçirmək istəyən Pompey dayanmışdı. Pompey Sezarın həm dost, həm də bir müttəfiq kimi ona dəstək verəcəyini gözləyirdi. Lakin Sezar hakimiyyət uğrunda mübarizədə ən güclü rəqibi olan Pompeyi aradan götürmək üçün bəhanə axtarırdı. Ona görə də, tərəddüd etmədən, Senatın üsyanı yatırtmaq əmrini həyata keçirdi və üsyanı qan içində boğdu. Bundan sonra Senatı tamamilə öz təsiri altına alan Se­zar imperator seçilməsi üçün bir çox qanunlar qəbul etdirdi. İmperator Sulla öldükdən sonra isə, o, Senat tərəfindən özünün imperator seçilməsinə (eramızdan əvvəl 49-cu il) nail oldu. Az sonra Sezar hakimiyyəti təkbaşına, Senatsız idarə etməyə başladı. Faktiki olaraq, о, bu hərəkətləri ilə Senatı siyasi səhnədən çıxartmışdı. An­caq Sezar Senatı tamamilə ləğv etməyə cəsarət etmədi. O, istədiyi vaxt Senatın iclaslarını çağırır, istədiyi vaxt Senatın üzvlərini işdən azad edirdi. Çox keçmədi ki, Sezar köhnə təqvimi ləğv etdi və yeni dövr üçün təqvim hazırladı. Bu təqvimdə aylardan biri Yulius (iyul) adlanırdı. Ölkənin hər yerində isə Sezar özünün heykəllərini qoydurmuşdu. Buraxılan pulların (sikkələrin) üzərində Sezarın rəsmləri həkk olunmuşdu. Ölkədəki əhalinin sosial vəziyyəti Sezarı qətiyyən maraqlandırmırdı. Əhali aclıq və səfalət içində yaşayır, Sezar isə vaxtını əyləncə ilə keçirirdi. Ona görə də, istər xalq arasında, istərsə də Senatda Sezara qarşı nifrət artırdı. Sezar bunu hiss edirdi, lakin kef məclislərindən başı ayılmırdı. O, demək olar ki, ölkənin idarəçiliyini özbaşına buraxmışdı. Yalnız ayıq vaxtlarında şübhələndiyi adamları edam etdirirdi. Senatda heç kəs qorxudan səsini çıxara bilmirdi. Çünki Sezar ona qarşı çıxanları dərhal edam etdi­rirdi. Bu da Senatda gizli qruplaşmaların yaranmasına gətirib çıxardı. Onlar Sezarı öldürmək üçün plan hazırladılar. Sui-qəsdçilərin başında Sezarın ən yaxın dostu Brut və Kassi dayanmışdı. Eramızdan əvvəl 44-cü il mart ayının 15-də Senata gələndə Sezarın ürəyinə nə isə dammışdı. О, hiss edirdi ki, ölkədə narazılıq artıb və bu narazılıqlar hökmən bir gün onun başında çatlayacaq. Ona görə də, Sezar bu narazılığın qarşısını almaq üçün bir sıra islahatlar həyata keçirmək istəyirdi. O, eyni zamanda Senatı toplayaraq onlara sərbəst danışmaq, hətta onu tənqid etmək imkanı vermək niyyətində idi. Sezar həmişə olduğu kimi, ona qarşı çıxanları bu yolla üzə çıxarmaq və aradan götürmək istəyirdi. O, rəqiblərini hansı üsullarla ara­dan götürəcəyini də fikirləşmişdi. Əleyhinə çıxanların gözlərini çıxartdıracaq və iti qaçan atlara bağlayaraq parça-parça etdirəcəkdi. Ancaq o, da­ha ağır cəza üsulları tapmaq niyyətində idi. Elə bir cəza ki, heç kim ölənə kimi ona qarşı çıxmağa cəsarət etməsin. Senatda oturanda da bütün fikri ye­ni bir cəza üsulu tapmağa yönəlmişdi. Senatorlardan bir qrupunun gözlənilmədən ona qarşı çıxdığını görəndə fikirdən ayıldı və bir anlığa: «Onlar nə cəsarətlə mənim əleyhimə çıxırlar. Bilmirlər ki, başlarını bu dəqiqə bədənlərindən ayıraram» - deyə düşündü. Yerindən ayağa qalxmaq və var gücü ilə onların üstünə qışqırmaq istəyirdi. La­kin gözlənilmədən senatorların xəncərlərini sıyırdıqlarını gördükdə, özünü itirdi... Xəncərlər enib-qalxdıqca Sezarın bədənindən qan püskürürdü. Sezar öz taxtında çırpınır, xəncər zərbələrindən xilas olmaq istəyirdi. Çətinliklə dizi üstə qalxa bildi və bu vaxt onu xəncərlə vuran şəxslərdən birini gördü. Bu, ən yaxın silahdaşı Brut idi. Brutu görən kimi sanki Sezarın dili birdən-birə açıldı və yalnız «Brut, sən də...» - deyə bildi. Ancaq Brut onu eşitmək istəmirdi və xəncəri aramsız olaraq Sezarın bədəninə endirirdi. Sonradan məlum oldu ki, Sezara 35 xəncər zərbəsi vurulubmuş. Roma tarixində Senatda görünməmiş bir hadisə baş vermişdi. Bütün Romanı qorxu içində saxlayan, zahirən özünü demokrat kimi göstərən, daxilən isə qanlı bir diktator olan Sezar elə taxtında da qətlə yetirilmişdi. Sezarın ölümü isə xalq üçün toy-bayram idi... Mənbə Qanun jurnalıHəmçinin bax: Yuli Sezarın həyatı
['Yuli Sezar']
6,794
https://kayzen.az/blog/paint/890/veneran%C4%B1n-do%C4%9Fulu%C5%9Fu.html
Veneranın doğuluşu
IDEAL
Məşhur rəsmlər və rəssamlar
12 aprel 2010, 15:35
Veneranın doğuluşu İtaliyalı rəssam Sandro Botticellinin 1482-1486 -cı illərdə çəkmiş olduğu Veneranın doğuluşu tablosu dünyanın ən məhşur əsərlərdən biridir. Əsərdə Veneranın dənizdən bir gənc qadın olaraq doğuluşu təsvir olunub. Hal hazırda bu rəsm əsəri Florensiyada Uffizi müzeyində (İtalyanca: Galleria degli Uffizi) sərgilənməkdədir. Bir versiyaya əsasən bu rəsm əsəri Lorenso Mediçi üçün çəkilmişdir. Lakin bəzi tədqiqatçılar Lorenso Mediçi üçün çəkilən Venera tablosunun Sandro Botticellinin  artıq möcud olmayan başqa bir əsəri olduğunu geyd edirlər. Bəzi mənbələrdə isə həqiqətəndə rəsmin  Lorenso tərəfindən sifarış edildiyini bildirilir. Bəzi mütəxəsislərin fikrincə, bu tablo Giuliano Mediçinin Simonetta Vespucciye olan sevgisinin xatirəsinə çəkilmişdir. Simonetta Vespucci Portovenere adında dənizkənarı bir yaşayış məskənində yaşayişdı. Yayılmış versiyaya əsasən isə Venera dəniz köpüyündən bu qadının yaşadığı sahilboyu ərazidə doğulmuşdur. Əslində Botticellinin də bu gözəl qadına böyük məhəbbətinin olduğunu qeyd edən mütəxəsislər, rəssamin bir çox əsərlərindəki qadın obrazlarının prototipinin məhs bu qadın olduğunu qeyd edirlər. Sandro Botticelli bir çox rəsm əsərlərində antik dövrün bütpərəst inancını əks etdirirdi. Bu isə kotolik kilsəsi tərəfində heç də birmənalı qarşılanmırdı.  Bu səbəbdən rəssamın bir çox əsərləri yandırılmışdı. Mütəxəsislərin fikrincə isə bu əsər məhs Lorenso Mediçinin himayəsi sayəsində yandırılmadan bu günə gəlib çıxmağı bacarıb. Yunan mifinə əsasən Kron atası Urana qalib gələrək onun cinsiyyət orqanını dənizə atır və nəticədə dəniz mayalanaraq Afrodita ( Romalılarda Venera) doğular. Tabloda Venera dənizqabığı (rakovina-çanaq) üzərində dənizdən yüksəldiyi şəkildə təsvir olunub. Sol tərəfdə isə iki külək təsviri var hansıki bu küləklər Veneranı simvolik olaraq sahilə tərəf  gəlməsinə kömək olub. Tablodakı dəniz qabığı qadın cinsiyyət orqanını simvolizə edir. Rəsmdə çılpaq təsvir olunan Veneranın yanında mövsüm allahlarından olan Horaelərdən biri əlindəki çiçəkli örtü ilə Veneranın üstünü örtməyə çalışır. Rəsmdə təsvir olunmuş küləklər də Veneranın üstünə ortası qızılı rəngli çiçəklər atır. Bu rəsm əsərində ən diqqət çəkən məqam isə Veneranın boynunun və çiyninin adı insan ölçülərinə uyğun şəkildə təsvir olunmamasıdır. Halbu ki, həmin dövrün rəssamlarının əsərlərində (məsələn; Leonardo da Vinçi, Rafael və s.) belə hall müşahidə olunmur. Tərcümə edən: Nuranə Heybətova
['botticelli', 'veneranın doğuluşu', 'rəsm əsərləri']
6,795
https://kayzen.az/blog/diplomat/884/etimadnam%C9%99.html
Etimadnamə
rokfeller
Diplomatiyada protokol və etiket
12 aprel 2010, 11:54
Etimadnamə (lettres de creance) – səfirin dövlətin nümayəndəsi kimi statusunu rəsmi şəkildə təsdiqləyən (təsbit edən) sənəddir. Sənəddə səfirin dövlət başçısı və hökuməti adından deyəcək hər şeyə inanmaq, etimad etmək xahişi əks olunur; məhz buna görə də sənəd etimadnamə adlanır. Etimadnamələrini təqdim edən əcnəbi səfir böyük siyasi əhəmiyyət kəsb edən addım atır – dövlət başçısı ilə ilk rəsmi kontakta daxil olur. Buna görə bütün ölkələrdə təqdimetmə mərasimi diqqətlə, diplomatik protokola təsbit edilmiş qaydalara tam xırdalıqlarına riayət edilməsi ilə işlənib hazırlanır. Bu qaydadan hər hansı yayınma səfirə və onun təmsil etdiyi dövlətə qarşı hörmətsizlik kimi izah edilə bilər.Hər dövlətdə təqdimetmə mərasiminin özünəməxsus xüsusiyyətləri var, onların əksəriyyəti xüsusi ədəbiyyatda qeyd olunublar. Ənənəvi olaraq, etimadnamələr bir az arxaik və təmtəraqlı stildə tərtib edilirlər (əlavə 4). Dövlət başçısının ölümü yaxud səlahiyyətlərinin dayandırılması halında bütün missiya başçılarının etimadnamələri etibarsız hesab edilir. Etimadnamələri vermiş dövlət başçısı fəaliyyətini dayandırdığı halda da etimadnamələr etibarsız hesab edilir. Hər iki halda etimadnamələr yenidən verilməlidir. Lakin bəzi ölkələrdə, məsələn, Danimarka, Niderland, Isveçdə, bu tələb dövlət başçısının ölümü yaxud səlahiyyətlərinin dayandırılması halına şamil edilmir. Diplomatik missiya başçısının gəlişi doğrudan da mühüm siyasi hadisədir və protokol-təşkilat məsələləri həll edərkən bunu həmişə yadda saxlamaq lazımdır. Işlər üzrə müvəkkil diplomatik korpusun duayeni ilə görüşüb yeni nümayəndəlik başçısının gəlişi barədə məlumatlandırmalıdır. Protokol şöbə yeni missiya başçısına vizit edilməsi, yaxud vizit kartı göndərilməsi lazım olan ölkənin tanınmış xadimlərinin siyahısını verir. Həmkarına vizit edən missiya başçısı onun evin xanımına da təqdim edilməsini xahiş etməlidir. Əgər o onu görə bilmirsə, xanım üçün vizit kartını həmkarında qoymalıdır. Həmkarına da evində rast gəlmədikdə, iki vizit kartı – özünün və xanımının, qoymalıdır, vizitlər qısa müddət ərzində edilir. Ilk şəxsi kontaktların əhəmiyyəti çox böyükdür. Bu kontaktlar zamanı ən xoş təəssürat oyatmağı bacarmaq lazımdır. Bunun üçün bəzi yazılmamış qanunları bilmək xeyirlidir. ___________________________________ Vizitin günü və saatı əvvəlcədən razılaşdırılır. Vizit üçün vaxta tam dəqiq riayətetmə mütləq və ciddi protokol tələbidir. Bu qaydanın pozulması vizitlə qəbul edən şəxsə qarşı hörmətsizliyin nümayişi kimi qiymətləndirilir və qarşılıqlı münasibətlərə mənfi təsir edə bilər. ___________________________________ Ümumiyyətlə, gecikmə təkcə vizit yox, digər rəsmi tədbirlər zamanı da yolverilməzdir. Istənilən obyektiv səbəblər belə qəbul edilmir və həmişə mənfi bir təəssüratın yaranmasına səbəb olurlar. Ünvanı əvvəlcədən dəqiqləşdirmək lazımdır; bir gün öncə sürücünü marşrutu dəqiqləşdirmək üçün göndərmək olar. Vizit zamanı geyim formasına gəldikdə, yerli protokol normalarına riayət etmək tövsiyə olunur. Bəzi hallarda bu vizit kostyumu, digər hallarda tünd    rəngli adi kostyum və tünd rəngli ayaqqabı ola bilər. Söhbət əsnasında toxunacaq məsələləri, nə ilə maraqlanacağınızı, özünüzün nə bildirəcəyiniz barədə əvvəlcədən düşünmək xeyirlidir. Qonaqpərvərlik qanunlarına görə, söhbətin aparılmasında təşəbbüs vizitlə qəbul edən   şəxs­dədir. Ortaya çökən sükutu qonaq söhbətin bitdiyinin işarəsi kimi qəbul edir. Söhbət missiyada baş verdikdə qonağın düzgün yerdə əyləşdirilməsinə fikir vermək lazımdır. Qonaqlar qəbul edilən otaqda divan, kreslo, masa, bir sözlə, qonaq qarnituruna malik olmaq arzuolunandır. Divan hörmətli yer sayılır. Qonağı qəbul edən şəxs kresloda divandan sol tərəfdə əyləşməlidir ki, qonaq onun sağ əli tərəfinə düşsün. Yaxud da o qonaqla birlikdə divanda, qonaqdan sol tərəfdə əyləşməlidir. Qonağa öz masa arxanızın yanında, yaxud günəşli tərəflə üzbəüz (başqa çıxış yolu olmasa, əvvəlcədən pəncərə pərdəsini aşağı salmaq lazımdır) yer təklif etmək olmaz. ___________________________________ Yerli praktikadan asılı olaraq vizit zamanı kofe, yaxud çay, yüngül yemək-içmək, yaxud çaxır verilir. Protokol viziti adətən 10-15 dəqiqə çəkir, lakin maraqlı söhbət alındıqda, daha uzun müddət də davam edə bilər. ___________________________________Yüksək vəzifəli şəxsə vizit edərkən xidmətçi personaldan həmin şəxsin söhbət üçün nə qədər vaxtının olduğunu əvvəlcədən soruşmaq tövsiyə edilir. Əlaqələrin mütəmadiliyini təmin etmək  məqsədi daşıyan vizit, təbii ki, vaxtla məhdudlaşdırılmır, lakin qonaq vizitini uzatmamağa da fikir verməlidir. Istənilən vizitdən getmək təşəbbüsü qonağa məxsusdur. Istisna dövlət başçısına vizit təşkil edir. Bəzi, xüsusən monarxiyalı quruluşlu dövlətlərdə, dövlət başçısına sual vermək qəbul edilmir, söhbəti dövlət başçısı özü aparır. Xarici işlər naziri, həmçinin diplomatik korpusun duayeni yeni səfirə cavab viziti etmək məcburiyyətində deyil. Yeni səfirin xanımı ölkəyə gələndən sonra xarici işlər nazirinin xanımına vizit edir və dövlət başçısının xanımına təqdim edilir. Bu cür vizitlər yerli protokol tərəfindən təşkil edilir. Bundan sonra səfirin xanımı diplomatik korpusun duayeninin xanımından başlayaraq, həyat yoldaşının eyni və daha yüksək statuslu xarici həmkarlarına vizit edir. Diplomatik nümayəndələrin xanımları yerində olmadıqları təqdirdə, səfirin xanımı vizit kartlarını qoyur. Həmçinin o, ranqları həyat yoldaşının ranqından aşağı olan diplomatik nümayəndələrin xanımlarının qərargahlarında da vizit kartlarını qoyur. Xüsusi halları istisna etməklə, missiya başçısı təmsil etdiyi dövlətin vətəndaşlığına malikdir. Lakin onun həyat yoldaşı qarşısında eyni tələb qoyulmur. Əksər ölkələrdə diplomatik xidmətdə olan vəzifəli şəxslər, xarici vətəndaşlarla nigah üçün xüsusi icazə ala bilərlər. Müsəlman ölkələrində ənənəyə görə, diplomatlar dövlət başçısının rəsmi icazəsi olmadan xarici vətəndaşlarla nigah bağlaya bilməzlər.
['etimadnamə', 'diplomatiya', 'diplomat peşəsi', 'xarici səfir', 'diplomatlar üçün']
6,796
https://kayzen.az/blog/B%C4%B0M/879/%C9%99n-b%C3%B6y%C3%BCk-iqtisadi-g%C3%BCc-m%C9%99rk%C9%99zi-harad%C4%B1r.html
Ən böyük iqtisadi güc mərkəzi haradır?
bankir
beynəlxalq iqtisadi münasibətlər
11 aprel 2010, 16:39
Dünyanın ən böyük iqtisadi güc mərkəzi haradır?
['dünya iqtisadiyyatı']
6,797
https://kayzen.az/blog/B%C4%B0M/878/q%C9%99rbi-avropa-d%C3%BCnya-iqtisadiyyat%C4%B1nda.html
Qərbi Avropa dünya iqtisadiyyatında
bankir
beynəlxalq iqtisadi münasibətlər
11 aprel 2010, 16:18
Avropanın müharibədən sonrakı iqtisadi inkişafının ilkin mövqeyi. II dünya müharibəsindən sonra dünya iqtisadiyyatında ABŞ aparıcı yer tuturdu.Avropa ölkələrinin iqtisadiyyatı tamamilə dağılmışdır. Dünya dövləti statusuna uyğun olaraq ABŞ bu illərdə yeni dünya quruculuğunun ümumi sisteminin işlənib hazırlanmasına başladı.Bu sistem ənənəvi liberal prinsiplərə əsaslanırdı.İqtisadi planda yeni dünya quruluşunun əsasını maliyyə və ticarət sahəsində razılaşmalar təşkil edirdi.Maliyyə sahəsində müharibədən sonrakı  yeni dünya valyuta sisteminin əsası 1944-cü ildə Bretton-Vuds şəhərində keçirilən beynəlxalq konfransda qoyuldu.Bu sistemin prinsipləri aşağıdakılardan ibarətdir: Beynəlxalq valyuta münasibətlərinin yaradılmış mexanizmini qızıl valyuta standartı təmsil edir,lakin özünəməxsus formada qızıldan başqa daha iki valyuta rəsmi valyuta rezervlərinin tərkibinə daxil edildi. Bu BVF üzv ölkələrinin “qızıl payı”və ya başqa sözlə BVF-nin rezerf payıdır.    Milli valyutaların qızıla mütənasibliyi (uyğunluğu) qeyd olunmuş qızıl paritetləri ilə bağlı idi. Qızılın dünya valyutası ilə rabitəsi dolların köməyi ilə həyata keçirildi ki, dollar faktiki olaraq əsas dünya valyutası idi. Qızılın nisbətən ucuz dollarlı qiymətinin saxlanılması planlaşdırıldı (1 unsiya qızıl= 35 dollar) II dünya müharibəsindən sonra ABŞ beynəlxalq ticarət təşkilatının yaradılması məqsədilə beynəlxalq konfrans təşkil etdi. Bu konfransda dünya iqtisadiyyatının yeni liberal prinsiplərinin hazırlanmasını irəli sürdü. Konfrans 1947-ci ildə başladı.1946-cı ildə Cenevrədə 23 dövlətin iştirakı ilə gömrük tarifləri barəsində danışıqlar aparıldı. İkitərəfli ticarət razılaşması imzalandı ki, gömrük haqqlarının kifayət qədər azaldılması məsələsi nəzərdən keçirildi. BMT-nin iqtisadi və sosial şurası Cenevrə görüşünün sənədlərinin nəticələrini vahid sənəddə birləşdirilməyi təşkil etdi. Beləcə tarif-ticarət haqqında baş razılaşma (QATT) meydana çıxdı.Avropanın yenidən dirçəldirilməsi prosesində “Marşal Planı” əhəmiyyətli yer tutur. Bir neçə kəlmə bu planın yaradılması haqqında qeyd edək. Almaniya və Yaponiyanın məğlub olunması Avropada keçmiş SSRİ-nin güclənməsinə səbəb oldu. ABŞ anladı ki, bu cür davam etsə onların müstəmləkəçilik mövqeyi təhlükə altında qalar. Belə reaksiya hiss olınmadan Doktorina Qrumena formasını aldı ki, bu da soyuq müharibınin əsasını qoydu.Əvvəlcə ABŞ Avropa ölkələrinə qısa müddətli kreditlər verməyilə Avropanın iqtisadi intibahı problemini həll etmək istədi. Lakin bu bir səmərə vermədi.Odur ki, yeni ideya meydana çıxdı. Marşal planı 4 ilə hesablanmışdır.Bu ildə istehsalın həcminin artırılması və ilk növbədə metallurgiya və energetika sahələrində yüksəliş nəzərdə tutulurdu; infrastrukturun modernləşdirilməsi,  kənd təsərrüfatı və səviyyənin modelləşdirilməsi;maliyyə və pul sabitliyinə nail olmaq. Avropa ölkələrinin xidmətində maliyyə yardımları ilə yanaşı Amerikan iqtisadi təcrübəsi və peşəkar ekspertlərin təcrübəsi geniş rol oynayırdı. Marşal planına görə iqtisadi yardım bütün Avropa ölkələrinə, o cümlədən keçmiş SSRİ-yə də də təklif olundu. Lakin keçmiş SSRİ və Şərqi Avropa ölkələri bu köməkdən imtina etdilər. Avropanın 16 ölkəsi 1947-ci ildə Paris konfransında Avropanın iqtisadi cəhətdən bərpası komitəsinin təşkili məqsədilə və Paris konvensiyasına hazırlıq məqsədilə müsbət cavab verdilər. Beləcə Avropa İqtisadi əməkdaşlıq təşkilatı yaradıldı (yəni ümumi bazar ölkələri). Bu təşkilat Avropanın bərpası proqramını hazırladı və onun reallaşdırılmasına nəzarət etdi.Marşal planının I-ci mərhələsinin (1947-1949) nəticələri əhəmiyyətli oldu. Sənaye istehsalının həcmi 30% artdı, əmək məhsuldarlığı müharibə ərəfəsində olan səviyyəni ötərək 10%-ə çatdı. II-ci mərhələdə (1949-1951) Avropa ticarətinin liberallaşdırılmasına diqqət artırıldı və Avropa daxili əməkdaşlara səylər gücləndirildi.Marşal planının ikinci mərhələsində amerkan yardımının tədricən ixtisar edilməsi nəzərdə tutulurdu. Lakin, yardım davam etdirilirdi. Dövlət Departamentində Avropanın iqtisadi vəziyyəti nəzərdən keçirilirdi. Marşal planının gedişində Şərq və Qərb dövlətləri arasında qarşıdurma gücləndirildi. Beləliklə, müharibədən sonrakı illərdə Avropada vahid iqtisadi və siyasi güclü Avropanın formallaşdırılması üçün bütün zərurı şərait yaradıldı.Bu isə kifayət qədər qısa zaman kəsiyində Avropanın iqtisadi qüdrətinin yenidən dirçəlməsinə kömək etdi.İqtisadi inteqrasiya və Avavropanın inkişafı üşün onun əhəmiyyəti. Avropanın iqtisadi inteqrasiyanın ideyası hələ II dünya müharibəsi başa çatmamış həyata vəsiqə almağa yaxın idi. Hələ 1944-ci ildə eliqrasyada olan Belçika, Hollandiya, Lüqsemburq kimi dövlətlər gömrük ittifaqı haqqında saziş imzaladı ki,sonradan o, ”Benilyuks” adı ilə məşhurlaşdı.Gömrük ittifaqı uğurlu alındı. Bu üç ölkə arasında xarici ticarət dövriyyəsi sürətli templə inkişaf etdi. Avropa üçün daha əhəmiyyətli hadisə 1952-ci ildə Avropa kömür və polad cəmiyyətinin yaradılması oldu. Bu müqavilə Asiya, İtaliya, AFR və “Benilyuks” ölkələri arasında imzalandı. Böyük Britaniya bu təşkilata üzv ola bilmədi, 1957-ci ildə Romada Avropa iqtisadi birliyinin yaradılması haqqında müqavilə imzalandı. Bunun ilkin məqsədi ümumi bazarın formalaşdırılmasından ibarət idi. Müqavilənin imzalanması zamanı altı ölkə: Fransa, AFR, Belçika, Hollandiya, Lüksemburq və İtaliya iştirak etdi. Ümumi Bazarın üç mərhələdə yaradılması nəzərdə tutlurdu:I mərhələ - ümumi gömrük ittifaqının yaradılmasını nəzərdə tuturdu ki, gömrük resurslarının və ölkələrarası digər qeyri-marif  tədbirlərinin məhdudlaşdırılması ön planda durdu.II mərhələ - iqtisadiyyatın digər sektorları ilə harmoniya təşkil etməklə nəqliyyat və kənd təsərrüfatı sahələrində ümumi iqtisadi siyasətin yürüdülməsi nəzərdə tutulurdu.III mərhələdə -işçi qüvvəsinin, kapitalın, əmtəə və xidmətlərin sərbəst hərəkətini təmin etmək məqsədi qoyulurdu. Həmin dövrdə Böyük Britaniya Avropada azad ticarət zonasının yaradılmasını təklif etdi. Onun cəhdləri 1960-cı ildə uğurla başa çatdı.Stokholm konvensiyası təsis edildi ki, İsveç, İsveçrə, Danimarka, Avstriya, Portuqaliya, Böyük Britaniya daxil olmaqla Avropa Azad Ticarət Assosasiyası (EAST) yaradıldı. Assosasiyanın funksiyasına təkcə sənaye məhsulları deyil, həm də iqtisadiyyatın digər sahələri də aiddir. Lakin təriflərin iqtisad olunmasına baxmayaraq,EAST öz fəaliyyətində uğur əldə edə bilmədi.1972-ci ildə Böyük Britaniya, İrlandiya, Danimarka, Norveç AİB-nın üzvü oldu. Norveç bu təşkilatı öz ölkəsindəki referendumun nəticəsinə görə tərk etdi, 1981-ci ildə Yunanıstan,1986-cı ildə İspaniya və Portuqaliya,1994-1995-ci illərdə Avstriya, Finlandiya, İsveç bu təşkilata qoşuldular. Beləliklə “Avropa Altılığı” “Avropa Onbeşliyinə” çevrildi və Avropa İttifaqı (ES) adlandırıldı.70-80-cı illərin sonlarında vahid valyuta iqtisadiyyatına doğru addımlar atıldı.1978-ci ildə valyuta sisteminin tətbiqi haqqında razılaşma imzalandı.Ona  vahid Avropa valyutasının yaradılması və tətbiq edilməsi daxil idi. Inteqrasiyanın əsas istiqamətlərindən biri də elmi-texniki tərəqqi sahəsində əməkdaşlıqdan ibarətdir.Qərbi Avropada dövlətlərarası elmi tədqiqat mərkəzləri yaradıldı və birgə elmi proqramların icrasının reallaşdırılması nəzərdə tutuldu.Bu mərkəzlərin maliyyələşdirilməsi ES büdcəsi hesabına aparıldı.1985-ci ildən bu kompaniya səviyyəsində həyata keçirildi. Qərbi Avropa ölkələrinin iqtisadi inteqrasiyasının yeni mərhələsi 1992-ci ildə Maastrixt Müqaviləsindən sonra oldu. Bu müqaviləyə görə Avropa valyuta ittifaqının formalaşdırılmasına başlandı.Ölkələr üçün meyarlar qəbul olundu: dövlət büdcəsinin defisiti YDM-un 3%-dən çox olmamalı,dövlət borcunun kəmiyyəti YDM-un 60%-dən çox olmamalı,infilyasiyanın tempi aşağı səviyyədə olmamalı, milli valyutanın kursu isə sabit qalmalıdır.1999-cu il 1 yanvar tarixindən pərakəndə pul dövriyyəsində bütün Avropa valyutalarını əvəz edən ümumi pul vahidi –evro dövriyyəyə buraxıldı.Beləliklə, aşağıdakı nəticələrə gəlmək olar: Aİ-in yaradılması ittifaqın üzvləri arasında ticarətin inkişafında önəmli rol oynadı; Bazarların genişlənməsi beynəlxalq əmək bölgüsünün daha da dərinləşməsinə şərait yaratdı və üzv ölkələrin ixtisaslaşmasının və kooperativləşdirilməsinin inkişafına meydan açdı.Bu yeni istehsal növlərinin yaradılmasını stimullaşdırdı, idarəetmə texnikasını təkmilləşdirdi, xarici investisiyaları,ilk növbədə ABŞ-dan sərmayə axınını cəlb etdi; Müştərək elmi mexaniki tədqiqatlar elm tutumunun yaradılması üçün Qərbi Avropa ölkələrində istehsal olunan əmtəələrin rəqabət qabiliyyətinin və keyfiyyətinin yüksəlməsi üçün yeni imkanlar açdı. Müəllif Ə.BƏDƏLOV A.AĞAYEV, S.TAĞIZADƏMənbə Dünya İqtisadiyyatı
['Qərbi Avropa']
6,798
https://kayzen.az/blog/cqk/876/sakura-11-aprel.html
Sakura-11 aprel
2ral
Nə? Harada? Nə zaman? (ЧГК)
11 aprel 2010, 12:54
Turnirdəki sualların cavabları:1.  Qraf de la Fer,baron Dü Vallon de Brassye de Pyerfon, abbat D’erble. Dördüncünün kim olduğunu yazın. Cavab: Dartanyan. 2. Şou-biznesdə Platin-disk o deməkdir ki,diskin milyon ədəd surəti(kopyası) satılıb. Bəs qızıl-disk nədir? Cavab: Satılan disklərin dəyəri milyon dollardır. 3. York şəhərindən olan ən məşhur dənizçi kimdir? Cavab: Robinzon Kruzo 4. Berlin,Venesiya,Kann şəhərlərini nə birləşdirir? Cavab: Ən məşhur kinofestivallar burda olur. 5. Ən yüksək ... 2 qadına məxsusdur. Kventin Tarantino,Şaron Stoun,Benyamin Netanyahu,Cudit Polqar,Kasparov və şahmatçıların çoxu bu sahədə öndə gedir. Cavab: İQ-intellekt əmsalı 6. Afrikada cəmi iki dənədir-Qahirə və Tunis şəhərində. Antarktidada yoxdur. Azərbaycanda var,Bakını onsuz təsəvvür etmək mümkün deyil. Terroristlər,qızlarla tanış olmaq istəyənlər,əhalinin kasıb təbəqəsi onu xüsusilə sevir.Lakin Londonda o çox bahadır.Nə? Cavab: Metro. . İslamda 6 böyük peyğəmbər var:Nuh, İbrahim, Musa, İsa, Məhəmməd. Altıncısı kimdir? Cavab: Adəm 8. Uruqvay,Konqo,Paraqvay,Nigeriya,Paraqvay ölkələrini bu xüsusiyyət birləşdirir Cavab: Adları çay adından götürülüb. 9. Avstriyalılar onun şəklini 50 şillinq,memar Otto Vaqnerin şəklini 500 şillinqə,bir adamın şəklini isə 5000 şillinqlə qiymətləndirirdilər. Kimin? Cavab: Motsart(pul əskinasının üstündə) 10. Bu çay Almaniyada başlayır,6 ölkədən keçir və Qara dənizə tökülür. Cavab: Dunay 11. Günəş allahı,səma allahının oğlu və qədim skandinav gözəllik allahı harada görüşür? Cavab: Mendeleyev cədvəlində(Helium, Titan, Vanadium) 12. Çin dilində gümrahlıq sözü ilə bu bitki eyni heroqliflə işarə olunur. Cavab: çay 13. Birinci yerdə Artur Fridenrayx, ikinci yerdə isə Pele durur.Hansı xüsusiyyətinə görə? Cavab: vurduqları qolların sayına görə 14. Магнитогорск və İstanbul şəhərlərini biz bu xüsusiyyətinə görə tanıyırıq Cavab: Avropa və Asiyanın sərhəddi bu şəhərlərdən keçir. 15. Qay Yuli Sezarın nəslində ən çox yayılmış kişi adı Qay idi. Bəs qız adı? Cavab: Yuliya
['sakura turniri', 'intellektual oyunlar', 'NHN', 'cqk']
6,799
https://kayzen.az/blog/immun/871/qazan%C4%B1lm%C4%B1%C5%9F-immun-%C3%A7at%C4%B1%C5%9Fmazl%C4%B1%C4%9F%C4%B1-sindromu.html
Qazanılmış immun çatışmazlığı sindromu
loğman
İmmun sistemi
11 aprel 2010, 11:24
Hazırda bütün bəşəriyyəti narahat edən problemlərdən biri də hər yerdə "SPİD" adlandırdığımız qazanıl­mış immun çatışmazlığı sindromu - QİÇS-lə mübarizədir. Bu qorxulu xəstəliyi virus törədir. Xəstəliyin beynəlxalq işarəsi AİDS-dir. İmmun çatışmazlığı virusunun törətdiyi infeksiya uzunmüddətli gedişə malik olub, bir neçə müxtəlif mərhələdən ibarətdir. Elə buna görə alimlərin əksəriyyəti bütün xəstəliyi "İİÇV (insanın immun çatışmazlığı virusu) infeksiyası" termini ilə ifadə etməyi vacib sayır. QİÇS epidemiyasını pandemiya adlandırmağa başlayıblar ki, bu da əslində infeksiyanın bütün yer kürəsinə yayıldığını göstərir. Son zamanlar xəstəlik daha intensiv yayılaraq, epidemioloji mərkəz artıq Asiyada yerləşmək ərəfəsindədir. Bu bizi daha çox narahat etməlidir.İlk vaxtlar belə hesab edirdilər ki, QİÇS xəstəliyinə əsasən qeyri-normal cinsi həyat tərzi keçirənlər tutulurlar. Lakin sonra bu xəstəliklər narkomanlarda, hətta uşaqlarda da aşkar edildi. Odur ki, bu sağalmaz bəlanın səbəblərini araşdırmaq aktual problemə çevrildi. Müəyyən edildi ki, QİÇS sağlam adama virusla yoluxur və ya xəstədən üç yolla keçə bilər: 1) cinsi əlaqə zamanı, 2) qan və ya onun preparatları ilə, 3) hamilə qadının qanı ilə uşağa. QİÇS törədicisinin müxtəlif konsentrasiyalarda orqanizmin bütün mayelərində (sperma, uşaqlıq boynu ifrazatı, qan plazması, beyin-onurğa beyni mayesi, gözyaşı, ağız suyu, sidik, qadın südü) tapılmışdır. Lakin xəstəliyin bunlardan hansı ilə yoluxması məsələsi - mübahisəlidir. Xəstələnmə kimlərdə daha güclü ehtimala malikdir? İlk növbədə təsadüfi şəxslərlə çoxsaylı cinsi əlaqədə olanlar həm xəstələnir və həm də xəstəliyi yayırlar. İkincisi, xarici vətəndaşlarla cinsi əlaqəyə girən qadınlar, üçüncüsü, narkomanlar, dördüncüsü, donar qanından istifadə edən xəstələr və nəhayət, biz hamımız yəni QİÇS-in nə olduğunu və qorunma tədbirlərini bilməyənlər və ya bilib əməl etməyənlər. Seksual kontaktları olmayan, eləcə də normal sağlam cinsi həyat tərzi keçirən və bir cinsi partnyoru olan, intim həyatda qarşılıqlı sədaqəti qoruyan şəxslər QİÇS xəstəliyindən xeyli qorunmuş olur. Xəstəliyin yoluxma yollarını və onlardan qorunma tədbirlərini bilən, əməl edən şəxslər də QİÇS virusları ilə yoluxmurlar. QİÇS insanın immun sistemini parçalayan infeksion xəstəlikdir. İmmun sistem orqanizmin müxtəlif infeksion xəstəlik törədicilərindən və yad maddələrdən müdafiəsini təmin edən reaksiya və mexanizmlərinin məcmusudur. İnsan orqanizmində bu funksiyam yerinə yetirən timus vəzi, sümük iliyi, limfa düyünləri, dalaq, qaraciyər və s. orqanlardır. İmmun sistemin mühüm hüceyrələri limfositlər, makrofaqlar və monositlərdir. Sinir sisteminin hüceyrələri də QİÇS törədicilərinə qarşı çox həssasdır. İİÇV bilavasitə qaraciyər, ürək, sümük və başqa orqanların hüceyrələrini zədələyir QİÇS virusu seçici surətdə xüsusən T - limfositləri zədələdiyindən, onlar orqanizmi xarici və daxili düşmənlərdən - infeksion xəstəlik törədicilərindən qorumaq funksiyasını yerinə yetirə bilmir. Nəticədə adi halda insan orqanizmi üçün təhlükəli olmayan mikroorqanizmlər ölümlə nəticələnən infeksiyaların inkişafına səbəb olur. Eləcə də pozulmuş immun sistem fonunda bədxassəli şiş hüceyrələri zərərsizləşdirilmir və sürətlə artıb çoxalır ki, bu da təhlükəli bədxassəli şişlərin artmasına səbəb olur. QİÇS-lə yoluxmuş bir çox şəxslər qısa müddət ərzində xəstələnir və ölürlər. Digərləri isə uzun illər virusgəzdirici kimi yaşayırlar. QİÇS virusu ilə yoluxduqdan sonra inkubasiya dövrü (gizli dövr) 3-6 həftə çəkir. Sonra xəstəliyin kəskin mərhələsi başlanır. Xəstəliyin əsas əlamətləri: titrətmə, angina, limfa düyünlərinin böyüməsi, dəridə səpgilər və s. Sonra əlamətlər keçib gedir, xəstə virusgəzdirici kimi sağlam adamlardan seçilmir. Növbəti mərhələdə boyun, qoltuqaltı, dirsək və s. limfa düyünlərinin böyüməsi, bəzi xəstələrdə titrətmə ola bilər. Sonrakı mərhələdə isə xəstəliyə aid olmayan əlamətlər özünü büruzə verir: qızdırma, çox arıqlama, ümumi zəiflik, iş qabiliyyəti­nin və yuxunun pozulması və s. QİÇS ikincili infeksiyalar və bədxassəli şişlərlə müşayiət olunur və ölümə səbəb olur. Göstərilən əlamətlər hər bir şəxsi İİÇV infeksiyasından şübhələnməyə və müayinəyə vadar etməlidir. Hazırda malyariyaya, şəkərli diabetə, hepatitə, vərəmə və s. tutulmuş, onkoloji xəstəliyi olan, həmçinin 1 aydan artıq temperaturu düşməyən, ishalı dayanmayan və s. xəstələrin hamısını QİÇS-ə görə müayinə etmək vacib hesab olunur.Həm xəstə, həm də müalicə edən həkim üçün QİÇS insana ölüm gətirən çoxbaşlı əjdahadır. Lakin diaqnoz vaxtında qoyularsa, bu təhlükəli xəstəliyin inkişafını dayandırmaq mümkündür. Bu sahədə ən ümidverici və güclü dərman preparatı azidotimidin (AZT) sayılır. Lakin dərmanla müalicə həkim nəzarəti altında olmalıdır. Özünümüalicədən söhbət belə gedə bilməz. Özünü lazımi qaydada aparan və İİÇV infeksiyasını yaymayan xəstələri cəmiyyətdən izolə etməyə ehtiyac yoxdur, qəsdən digər şəxsləri yoluxduranlar isə cinayət məsuliyyətinə cəlb olunurlar. Hələ QİÇS-in profilaktikasında effektli peyvənd tapılmamışdır. Xəstəliyin profilaktikası onun törədicilərinə və yayıcılarına qarşı ciddi mübarizə tədbirlərindən ibarətdir. Respublikamızda QİÇS-lə mərkəzləşdirilmiş şəkildə mübarizə məqsədilə Respublika SPİD-lə mübarizə və profilaktika mərkəzi bir sıra tədbirlər həyata keçirir. Mərkəzin nəzdində anonim müayinə kabineti fəaliyyət göstərir. Bundan başqa, bir çox xəstəxana və poliklinikalarda da belə şöbələr təşkil edilmişdir. QİÇS-ə görə öz pasport məlumatlarını bildirməklə respublikanın istənilən şəhər və rayonlarında diaqnostik laboratoriyası olan və QİÇS-i müəyyən etmək üçün müayinə aparılan müalicə - profilaktika müəssisələrində müayinə olunmaq mümkündür. Bakı şəhərində SPİD-lə mübarizə və profilaktika mərkəzinin anonim kabinetində anonim, yəni pasport məlumatlarını bildirmədən müayinədən keçmək olar. Burada həm də həkimdən, mütəxəssislərdən QİÇS probleminə aid bütün suallara cavab və məsləhət almaq mümkündür.Ümumdünya Səhiyyə Təşkilatının proqnozuna görə yaxın illərdə İİÇV ilə yoluxmuşların sayı 30-40 milyona çatacaq və 8 ildə bu rəqəm 3-4 dəfə artacaqdır. Bu da hər il milyondan yuxarı adamın QİÇS diaqnozu ilə ölümü deməkdir. Buradan xəstəliklə mübarizənin nə qədər zəruri olduğu aşkardır. Ümumdünya Səhiyyə Təşkilatı 1988-ci ildən dekabrın birini «Ümumdünya QİÇS-lə mübarizə günü» elan etmişdir. Hər bir ölkədə xəstəliyin qarşısının alınmasına yönəldilmiş sanitariya maarifi işi, konfrans, seminar və digər tədbirlər keçirilməlidir. Milli adət-ənənələrimiz, dini qaydalarımız xəstəliyin xeyli müddət qarşısını ala bilmişdi. Lakin müasir gənclərimizin bu adət-ənənələri unutması, respublikamıza xarici vətəndaşların axını və s. xəstəliklə mübarizəyə daha ciddi yanaşılmanı tələb edir. Müəlliflər Sabir Cahan oğlu Əliyev, Həqiqət Məhəmmədhacı qızı Hacıyeva, Nijad Cəbrayıl oğlu Mikayılzadə Mənbə Tibbi biliklərin əsasları
['QİÇS', 'AIDS', 'immun çatışmazlığı', 'immunitet']