id
int64
604
821k
text
stringlengths
250
266k
title
stringlengths
1
182
717,173
Bilegiyn Damdinsuren Monqolustan bəstəkarı. Bilegiyn Damdinsuren 1919-cu ildə Monqolustanda anadan olmuşdur. O, 1935-ci ildə milli teatr aktyoru olmuş və 19411954-cü illərdə musiqi direktoru olmuşdur. Damdinsuren 19541956-cı illərdə Leninqrad Dövlət Konservatoriyasında, 19581962-ci illərdə Pekin Mərkəzi Konservatoriyasında təhsil almışdır. O, Monqolustana qayıtdıqdan sonra 1981-ci ilə qədər Milli Teatrın musiqi direktoru olmuşdur. Damdinsuren Monqolustan klassik musiqisinin banilərindən biri hesab olunur. O, Luvsanjambın Murdorj ilə birlikdə Monqolustan himnini bəstələmişdir. Damdinsuren 12 yanvar 1992-ci ildə Monqolustanın paytaxtı Ulan- Bator şəhərində vəfat etmişdir.Bileg Damdinsuren . Mongol Internet.com
Bilegiyn Damdinsuren
108,920
aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid heyvan növü. Sayı azalmaqda olan növdür. Nəcib maralın buynuzlarında olan çıxıntıların sayı ən azı 5, adi halda isə 89 ədəd olur. Bədənlərinin kütləsi, ölçüləri Avropa maralı və xallı maraldan üstündür. Buynuzlarında örtük yoxdur. Dünyada Şimali Afrika, Avropa, Qafqaz, Kiçik və Mərkəzi Asiya, Cənubi və Şərqi Sibirdə, Uzaq Şərqdə və Şimali Amerikanın bəzi ərazilərində yayılmışdır. Azərbaycanda Böyük Qafqazın cənub yamaclarında, çox az sayda Göygöl qoruğunda , nadir hallarda isə Qarayazı qoruğunun Gürcüstanla həmsərhəd Euqay meşələrində keçici xarakterdə 510 başdan ibarət kiçik populyasiya qala bilmişdir.Quliyev S. M. Azərbaycanın cütdırnaqlılar faunası. Bakı: Elm və Təhsil, 2008, s. 224 . Nəcib maral ekoloji cəhətdən çox plastik növ olub, müxtəlif landşaftlarda yaşamaq qabiliyyətinə malikdir . Onların həyat tərzində kiçik dəstələrlə yaşamaq, günün səhər və axşam saatlarında otlamaq , günorta dincəlmək, özlərinə istirahət yerləri seçmək, qida axtarışı və fəsillərlə əlaqədar sutkalıq və mövsümi miqrasiyalar kimi ekoloji qaydalar səciyyəvi xüsusiyyətlərdir. Bunlardan başqa nəcib maral populyasiyalarında cinsiyyət və yaş üzrə mövsümi qruplaşmalar da mövcuddur. Yaşlı erkəklər cütləşmə dövrünə qədər tək həyat tərzi keçirir. İl ərzində iki dəfə tüləmə baş verir. Dişi fərdlər 2, erkəklər isə 45 yaşlarında cinsi yetişkənliyə çatırlar. Cütləşmə dövrü sentyabrda başlayaraq, noyabr ayının sonuna qədər başa çatır. Boğazlıq müddəti 78.59 ay çəkir və 1, çox nadir hallarda 2 bala doğur . Hər il köhnə buynuzlar düşərək yeni buynuzlar inkişaf edir. Yalnız erkək fərdlərdə buynuz olur. Qida rasionuna təxminən 8590 növ bitki daxildir. Onlardan 7072 ot bitkiləridir. .. - . , . , 1966; Hazırda Azərbaycanda nəcib maralların təbiətdə sayı orta hesabla 750800 başdır . Bunlar iki qrupa bölünür: 1 Təbii amillər iri yırtıcı məməlilər, quraqlıq, sellər, yanğınlar, qida rəqibləri, parazit və xəstəliklər, qısırlıq və s.; 2 Antropogen amillərdən brakonyerlik, yaşayış yerlərində ot biçmə, mal-qara sürülərinin otlaması və digər təsərrüfat fəaliyyətlərini göstərmək olar. Böyük Qafqazın cənub ətəklərindəki Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərində qorunur. Böyük Qafqazda XMOTƏ-lər arasında ekoloji dəhlizlər təşkil etmək. Hirkan meşələrinə reintroduksiya etmək. Kiçik Qafqazda mühafizəsinə ciddi nəzarət etmək. Nəcib maral bir-birindən ölçü və kütləsinə, bəzəyinə və digər xüsusiyətlərinəı görə fərqlənən alt növləri özündə birləşdirir. Aşağıda göstərilənlər Nəcib maral növünün alt növləri hesab olunur. Qafqaz maralı Avropa maralı Tuqay maralı Şərqi Sibir maralı
Nəcib maral
215,625
Amin Maaluf əsərlərini fransızca qələmə alan livanlı yazıçı. Əslən livanlı olan fransız yazıçısı Amin Maaluf 1949-cu ildə Beyrutda doğulub. Ali təhsilini iqtisadçı ixtisası üzrə bitirdikdən sonra jurnalistika ilə məşğul olmağa başlayıb. 1975-ci ilə vətəndaş müharibəsinin başlayana kimi Livanda jurnalistlik edib. Bu ildən etibarən o, Parisə köçüb. Bir çox nəşriyyatlara rəhbərlik edən yazıçı qəzetlərdə publisistik yazılar yazmaqla bərabər, vaxtının əksər hissəsini öz kitablarını yazmağa ayırıb. 1983-cü ildə çap edilən ilk kitabı Ərəblərin gözüylə xaç yürüşləri onun dünyada tanınmasına səbəb olub. Bu kitab çevrildiyi başqa dillərdə də böyük uğur qazanıb. 1986-cı ildə çap edilən ikinci kitabı və eyni zamanda ilk romanı olan Afrikalı Leo əsəri Fransız Ərəb Dostluq Mükafatına layiq görülüb. Amin Maalufun 1988-ci ildə çap edilən ikinci romanı Səmərqənd də oxucular tərəfindən coşquyla qarşılanıb və dünyanın bir çox dillərinə çevrilib. Bu kitab Amin Malufa ən böyük şöhrət gətirən əsəridir. Yazıçının 1991-ci ildə İşıq bağçaları, 1992-ci ildə isə Beatrisdən sonra birinci 100 il kitabları yayımlanıb. Amin Maaluf 1993-də çap edilən Tanios Qayası romanına görə Fransanın məşhur Qonkur Akademiyası Ədəbiyyat Mükafatına layiq görülüb. 1996-cı ildə Şərqin limanları adlı romanı, 1998-ci ildə isə Ölümcül şəxsiyyətlər adlı esselər kitabı satışa çıxıb. Amin Maaluf 2000-ci ildə Yüzüncü Ad Baldasarın səyahəti , 2004-cü ildə isə Yolların başlanğıcı adlı romanını oxucalara təqdim edib. Məşhur yazıçı oxunaqlı romanlar müəllifi olmaqla yanaşı, bir neçə librettonun da müəllifidir. Bir-birindən gözəl tarixi romanlar yazan məşhur yazıçı hal-hazırda Parisdə yaşamaqdadır. Xaç yürüşləri Ərəblərin gözüylə , 1983 Afrikalı Leo , 1986 Səmərqənd , 1988 İşıq baxçaları , 1991 Bitrisdən sonra birinci yüz il, 1992 Tanios qayası , 1993 Şərqin limanları , 1996 Ölümcül şəxsiyyətlər, 1998 Baldasarın səyahəti, 2000 Yolların başlanğıcı, 2004 Mismarı çıxmış dünya , 2009 Uzaqdan eşq, 2001 Adriana Mater, 2004 Kateqoriya:Beyrutda doğulanlar
Amin Maluf
344,324
Daşkənd zəlzələsi 1966-cı il aprel ayının 26-da, səhər saat 5.23-də Daşkənddə 8-13 kilometr dərinlikdə Rixter şkalası ilə 8-9 bal gücündə zəlzələDünyanı silkələyən zəlzələlər zaman.az saytı. 1966-cı il aprel ayının 26-da, səhər saat 5.23-də Daşkənddə 8-13 kilometr dərinlikdə Rixter şkalası ilə 8-9 bal gücündə zəlzələ baş verdi. 10-12 saniyə davam edən təkanlar Daşkənddə böyük dağıntılara və insan tələfatına gətirib çıxardı. Yenə də rəsmi məlumatlara görə, zəlzələ nəticəsində 36 min bina qismən və ya tamamilə dağılmış, 78 min ailə evsiz-eşiksiz qalmışdı. Hadisə yerinə gələn SSRİ rəhbərliyi təcili şəkildə Daşkəndin yenidən inşa edilməsi barədə qərar qəbul etdi. Nəticədə 3,5 il ərzində şəhər yenidən inşa edildi. Zəlzələ zamanı rəsmi məlumatlara görə, cəmisi 8 nəfər ölmüş, 150 adam isə yaralanmışdı. Amma bu rəqəmlər də inandırıcı görünmür. Çünki 2 milyon kvadratmetr yaşayış sahəsi, 236 rəsmi dövlət idarəetmə binası, 700 ictimai və ticarət binası, 181 təhsil ocağı, 245 sənaye müəssisəsi, 185 tibb və 36 mədəni-məişət obyekti dağılmışdı. Üstəlik, zəlzələ səhərə yaxın baş verdiyindən insan tələfatı daha böyük olmalı idi. Ona görə də baş verən zəlzələ nəticəsində cəmisi 8 nəfərin ölməsi barədəki rəsmi məlumat əsl həqiqəti əks etdirmir.
Daşkənd zəlzələsi (1966)
552,770
Vladimir Vladimiroviç Velyaminov-Zernov Rusiya tarixçi-şərqşünası, dilçisi. Vladimir Vladimiroviç Velyaminov-Zernov 24 noyabr 1830-cu ildə Rusiya imperiyasının Sankt-Peterburq şəhərində anadan olmuşdu. 1850-ci ildə Aleksandrovski liseyini bitirmişdi. Hələ lisey illərindən Şərq dilləri ilə maraqlanırdı. Gerasim Pavskidən yəhudi dilini öyrəndi. Sankt-Peterburq Universitetinin professorlarından isə ərəb və fars dillərini əxz etdi. Vladimir Velyaminov-Zernov 1851-ci ildə Xarici İşlər nazirliyinin Asiya departamentinə xidmətə düzələrək Orenburq quberniyasına getdi. Orda tədqiq edilməmiş türk dilləri ilə məşğul olmağa başladı. Burda ilk işi olan - - əsərini yazdı. Bu əsəri əvvəlcə hissə-hissə qəzetdə dərc etdirdi. Ufada 18531855-ci illərdə kitab şəklində nəşr etdirdi. Vladimir Velyaminov-Zernov 30 yanvar 1904-cü ildə Kiyevdə vəfat edib. . ., 18631887: . . 14. . 1. 558 . . 2. 498 . . 3. 502 . 4.4. 178 . - - . , 18531855: . . 12. -. 1. 206 . . 2. 64 . ..- . , 1856. 4.2. .329370. - .. , . .: , 1864. 50 . , . . ., 1864. 940 . . 4.4. , 1859. .328. . .. , 1849. .,- 1850. - . . IV. ., 1859. .283284. , ,, 1863: , , 1, ,7686.
Vladimir Velyaminov-Zernov
776,616
Vinod Mehra 13 fevral 1945ci ildə Amritsaredə anadan olub. Vinod kinoda uşaqkən 1958-ci ildə Raagni filmində debüt edib. Aktyor kimi 1971-ci ildə filmlərə çəkilməyə başlayıb. 20 il ərzində 100-dən artıq filmə çəkilib. Filmlərin əksəriyyətində baş rol ona həvalə edilib. Mehra Amitabh Baççan, Sanciv Kuçar, Rajeş Xanna, Dharmendra kimi aktyorlarla tərəf-müqabili olub. Rekha, Mouşmi Çatterci, Yoqita Bali, Şabana Azmi, Bindiya Qosvami kimi aktrisalarla çəkilib. Bir çox filmlərə çəkilməyinə baxmayaraq yalnız Amar Prem, Nagin, Jni Dushman, Khuddar filmləri ona dünya şöhrəti gətirib. Anurodh , Amardeep və Bemisaal filmlərinə görə Ən yaxşı ikinci dərəcəli aktyor nominasiyasında Filmfare mükafatı qazanıb. Ölümündən sonra 1990-cı ildə ekranlara çıxan Üç hiddətli kişi filminin rejissoru və prodüseri olub. Onun çəkildiyi filmlərin əksəriyyəti: İnsansevərlik 1994, Qadın taleyinin dəyişkənliyi və sair filmlər, ölümündən sonra çıxıb.
Vinod Mehra
701,135
Rosenthal Müasir İncəsənət Mərkəzi və ya Lois və Richard Rosenthal Müasir İncəsənət Mərkəzi , ABŞ-nin Ohio ştatının, Cincinnati şəhərində yerləşən bir incəsənət mərkəzidir. Bu bina CAC adlı sənət müəssisəsinin yeni mərkəzinin yerləşdiyi yerdir. Bu bina həmin sənət ocağının ən əhəmiyyətli maliyyə dəstəkçilərindən olan Lois Rosenthal və Richard Rosenthala ithaf olunmuş İraqlı memar Zaha Hadid tərəfindən hazırlanan bu layihənin inşasına 2001-ci ilin may ayında başlanılmış və 2003-cü ilin yayında inşası başa çatdırılmışdır. Rosenthal Müasir İncəsənət Mərkəzi, Zaha Hadidin ilk həyata keçirilmiş olan dizaynı olduğu üçün də çox vacibdir. New York Times qəzetinin memarlıq tənqidçilərindən biri olan Herbert Muschamp, bu dizaynı Soyuq müharibədən bu yana tamamlanan ən əhəmiyyətli Amerika tikilisi adlandırmışdır. Binanın ümumi sahəsi: 1000 m Ümumi sahəsi: 7.400 m Mərtəbələrinin sayı: 7 Layihənin dəyəri: 34 milyon ABŞ dolları Tikintinin başlama tarixi: May 2001 İnşaatın bitmə tarixi: Yaz 2003
Rosenthal Müasir İncəsənət Mərkəzi
634,958
Cumayl, United States National Geospatial-Intelligence Agency Zuvarədən cənubda və Sabratadan 100 km qərbdə yerləşən Liviya şəhəri. 120 mindən çox əhalisi olan şəhər bölgə və əhali baxımından populyarlığında ən böyük şəhər hesab olunur. 2010-cu ilə görə şəhər əhalisinin sayı 102 mini keçmişdi.Libya: largest cities and towns and statistics of their population World Gazetteer Ən böyük olan Əl-Nuvail qəbilələri ilə bərabər Əl-Safat, Həmidat, Şan, əl-Sahan, ər-Rəbaiya və əl-Cəlidat qəbilələrinin qarışığıdır. Bölgə ilk növbədə kənd təsərrüfatı ilə tanınır və ən məşhur bitkiləri zeytun, üzüm, əncir, badam və xurma ağaclarıdır. Liviyada ən sürətli internet təmin edən Dəmir Formalandırma Zavodu və Orange Telecom və Texnologiya kimi bir sıra fabriklər və kiçik sənaye ortaqlıqları da var. Şəhər həm də ticarət və alış-veriş baxımından qərb bölgəsinin ən vacib şəhərlərindən biri hesab olunur. Əsas və orta ixtisas təhsili olan şəhərdə bir sıra müxtəlif təhsil müəssisələri mövcuddur: Əl Əmal Orta Məktəbi Əl Şamax Əsas təhsil üçün ibtidai məktəb Şəhid Zayid məktəbinin həkimi Şəhid Vayir orta məktəbi Əl-Qadisiyyə məktəbi Əl-Cəmil orta məktəbi Əl-Qüds təməl təhsil üçün məktəb
Cumayl
307,155
Nağı Nağıyev yazıçı, dramaturq. Nağı Kərim oğlu Nağıyev 13 iyul 1910-cu ildə Culfa rayonunun Yaycı kəndində anadan olmuşdur.Yəhya Seyidov. Nağı Nağıyev. O, 1930-cu ildə Naxçıvan Pedaqoji Texnikomunu bitirmiş,19301941 illərdə Ordubad və Babək rayonlarının kənd məktəblərində müəllimlik etmişdir.Naxçıvan Ensiklopediyası. Bakı, 2002 Nağı Nağıyev 19351938 illərdə Azərbaycan Qiyabi Pedaqoji İnstitutunun Dil və ədəbiyyat fakültəsində təhsil almışdır. Nağı Nağıyev 19421945 illərdə Azərbaycan KP Naxçıvan Vilayət Komitəsində mətbuat bölməsinin müdiri, 19461949 illərdə Naxçıvan Mətbuat İdarəsinin rəisi, 19491951 illərdə Naxçıvan Dövlət Radio Verilişləri Komitəsinin müdiri vəzifələrində çalışmışdır. O, 19451951 illərdə Azərbaycan Yazıçılar İttifaqı Naxçıvan filialının məsul katibi olmuşdur, Nağı Nağıyev 1951-ci ildən ömrünün sonuna kimi Bakıda yaşamış, Azərnəşrdə bədii ədəbiyyat şöbəsinin müdiri işləmişdir. Nağı Nağıyev II Dünya Müharibəsi iştirakçısıdır. Nağı Nağıyev 13 may 1981-ci ildə Bakıda vəfat etmişdir. Nağı Nağıyev qırx ilə yaxın bədii yaradıcılıqla məşğul olmuşdur. O, üç səhnə əsərinin bir çox hekayə, oçerklərin və ilk iri həcmli əsəri olan Həsrət romanının müəllifidir. Həsrət romanı Nağı Nağıyevin ilk iri həcmli əsəri olub, mövzusu kənd həyatından götürülmüşdür. Yer altında povesti Nağı Nağıyevin uzun illər ərzində Naxçıvan duz mədəni kollektivinin işi ilə tanışlığının məhsuludur. Konfiliktin həyatiliyi, bədii cəhətdən əsaslandırılması, surətlərin reallığı və inandırıcılığı povesti Nağı Nağıyevin ən yaxşı əsərlərindən biri etmişdir. Onun Qaynar bulaqlar, Sumqayıtda, Milyoner briqada, Geoloqlar, Püskürən dərə adlı oçerklərində həyatın müxtəlif sahələri ilə maraqlanmış, müxtəlif peşə adamlarının həyatını qələmə almışdır. Nağı Nağıyev tərcüməçilik fəaliyyəti ilə də məşğul olmuşdur. O, Andre Stilin, Aybəkin, A. T. Stuçenkonun, Cəlal İkraminin, M. Kolosnikovun, Bojena Nemtsovanın və başqa xarici yazıçıların əsərlərini Azərbaycan dilinə tərcümə etmişdir. Yer altında. Bakı, 1953. Nişanə. Bakı, 1956. Sumqayıtda. Bakı, 1959. İki tale. Bakı, 1961. Həsrət. Bakı, 1965. Yaralı qız. Bakı, 1966. Seçilmiş əsərləri. Bakı, 1967. Seçilmiş əsərləri. Bakı, 1974.
Nağı Nağıyev
396,372
Enzo Françeskoli keçmiş Uruqvay futbolçusu. Ləqəbi: El Principe -Şahzadə 1983 Copa Amrica 1986 Primera Divisin 1986 Copa Libertadores de Amrica 1987 Copa Amrica 1990 Ligue 1 1994 Apertura 1995 Copa Amrica 1996 Apertura 1996 Copa Libertadores de Amrica 1997 Clausura 1997 Apertura 1997 Supercopa Sudamericana Cənubi Amerika ilin oyunçusu Argentina qol Kralı Argentina qol Kralı Argentinada ilin Futbolçusu Fransada ilin əcnəbi Futbolçusu Argentina Qol Kralı Argentina Qol Kralı Argentina ilin futbolçusu Argentinada en çox qol vurmuş 3. Əcnəbi futbolçu River Pleytde ən çox qol vurmuş əcnəbi futbolçu
Enzo Françeskoli
114,213
Aerofobiya hər hansı bir hava vasitəsində uçmaqdan yaranan patoloji qorxudur. Bir insan təyyarələrdən qorxursa, başqa bir termin var - aviafobiya. Amma gündəlik həyatda biz hələ də aerofobiya sözünü daha tez- tez istifadə edirik, çünki əksər hallarda biz başqa uçuş vasitələrindən istifadə etmirik, lakin təyyarə ilə ölkənin başqa bölgəsinə, hətta Yer kürəsinə qədər məsafə qət etməli oluruq. Get-gedə aviosərnişinlər uçmaqdan daha çox qorxurlar. Bu, müxtəlif səbəblərdəndir. Leyden Universitetinin Niderland psixoloqu Lukas Van Qerven təyyarənin bortuna qalxmağa qorxan 5 min insanın davranışını tədqiq edib. Onun nəticələri belədir: Kişilər bu nəqliyyat vasitəsini idarə edə etmədiklərinə görə qorxurlar, deməli nəsə düz olmayanda situasiyaya nəzarət edə bilmirlər. Qadınlar isə gözlənilməz və nəzarət olunmaz emosiyalar yaradan situasiyalar, qəzalardan qorxurlar. Beləliklə, qadın və kişilər həm də qorxu zonalarına görə fərqlənirlər. Uçuş qorxusunun özü bizim dövrümüzdə kütləvi xarakter daşıyır : Van Qervenin tədqiqatlarının nəticələrini dərc edən La Stampa qəzetinin dəlillərinə görə bu hissi bizim müasirlərimizin 40-i keçirir. Müxtəlif mənbələrə görə, adətən aerofobiya 25 ildən sonra ortaya çıxır. Aerofoblar uçuşdan qaçmaq üçün əllərindən gələni etməyə çalışırlar ki, bu da onların həyatlarına çoxlu narahatlıq gətirir. Məsələn, tətildə səyahət edərkən, avtomobil və ya qatarla çata biləcəyiniz yerləri seçməlisiniz. Bu, avtomatik olaraq tropik adaları və digər nəqliyyat vasitələri ilə çatmaq çətin olan digər yerləri kurortlar siyahısından çıxarır. Aerofobiyanın bütün əlamətlərini vegetativ və zehni olaraq bölmək olar. Vegetativ simptomlara aşağıdakılar daxildir: taxikardiya; artıq dərəcədə ayaqların və ovucların tərləməsi; tənəffüs hərəkətlərinin tezliyinin artması; qarın ağrısı, ürəkbulanma; baş ağrıları, əsasən temporal bölgədə; bronxospazm pristupları. Psixolojı simptomlara aşağıdakılar daxildir: narahatlıq; qıcıqlanma; konsentrasiyanın azalması; yuxu keyfiyyətinin azalması, kabuslar; yorğunluq, iş qabiliyyətinin azalması.
Aerofobiya
580,114
Sebeos VII əsrdə yaşamış erməni yepiskop və tarixçisi. 645-ci ildə Dvin Kilsə Məclisinin qərarını imzalayan şəxslərin arasında Bagratunis Yepiskopu Sebeos yazısı xaricində haqqında çox az məlumat bilinir. Yazdıqları VI əsrdə Ermənistan və ətraf bölgələrin tarixi haqqında mövcud olan azsaylı dəyərli mənbələrdən biri hesab olunduğu üçün çox dəyərlidir. Sebeos tarixi Ermənistanın Sasanilər hakimiyyəti dövründən 661-ci ilə kimi İslam fəthləri dövrünə qədərki tarixini əhatə edir. Yazmış olduğu tarixi əsər ilk dəfə 1851-ci ildə İstanbulda çapdan çıxarılmışdır.
Sebeos
443,358
Honalama incə mexaniki emal üsullarına id olub geniş materiall spektrinin hazırlanmasnda tətbiq olunan texnoloji əməliyyat növüdür. Əsasən deşiklərin honalama alətlərinin köməyi ilə soyuducu yağlayıcı mayedə incə emal edilməsi zamanı onun səthlərinin triboloji xassələrinin yaxşılaşdırlımasına xidmət edir. Ən çox daxili yanma mühərriklərində silindrlərin incə emalında və hidravlik elementlərin kipləşdirici səthlərinin emalında tətbiq olunur. Honalanmış deşiyin forma dəqiqliyi 5mkm və kələkötürlüyü isə Ra0.630.04 həddində olur. Xarici səthlərin honalanması xüsu və ya modifikasiya olunmuş pardaqlama dəzgahlarında aparılır. Tətbiq olunan hona daşlarının sayından asılı olaraq superfiniş əməliyyatı ilə müqayisədə 2-4 dəfə çox məhsuldarlıq əldə etməyə imkan yaradır. Prosesin əsas kinematikası uzununa irəli-geri hərəkət və honalama daşlarının eninə verişi nəticədinfə formalaşır. Poladların və çüqünların emalında soyucu-yağlayıcı maddə kimi kerosin və ya onun yağla qarışıqından istifadə edilir.
Honlama
378,373
Eli Vizel Nobel Sülh mükafatı laureatı, ədəbiyyatçı. 30 sentyabr 1928-ci ildə Rumıniyada dörd uşaqlı bir Yəhudi ailənin üçüncü uşağı olaraq doğuldu. 19 Aprel 1944-də Faşistlər tərəfindən ailəsiylə birlikdə Auşvitz həbs düşərgəsi və Buhenvald həbs düşərgəsinə göndərildi. Sol qoluna döyməklə A-7713 nömrəsi işləndi. Anası və ən kiçik qardaşının burada öldürüldüyü sanılır. 1944-cü ilin sonunda atası ilə birgə Buhenvald həbs düşərgəsi nəql edildi. Atası 28 Yanvar 1945-də aclıq və xəstəlikdən öldü. O tarixə qədər atası ilə birgə qalmağı bacardı. Düşərgələrdə işlədilərək keçirdiyi bir ilin ardından, 11 Aprel 1945-də Buhenvald həbs düşərgəsinin Amerikan ordusu tərəfindən ələ keçərilməsiylə, azadlığına qovuşdu. Döyüşdən sonra bir Fransız yetimxanasına yerləşdirildi və həyatda qalmağı bacaran iki bacısıyla bir araya gəldi. 1948-də Sorbonne Universitetində fəlsəfə təhsilinə başladı. 1952-ci ildə François Mauriacla tanış olana qədər, döyüş əsnasında yaşadıqlarıyla əlaqədar yazmağı rədd etdi. Daha sonra yaxın yoldaşı olan Mauriac onu yazmağa razı saldı. Bunun üzərinə ilk kitabı Gecəni yazdı və 1958-ci ildə nəşr etdi.Yəhudi Soyqırımından xilas olmuş olan Avstriya doğulan yazar Marion Esther Rose ilə evləndi. Sonra Amerikaya köçdü və ömrünün sonuna qədər orada yaşadı, 1972-də oğulları Şlomo Elişa doğuldu. 1986-cı ildə irqçiliklə mübarizəyə görə Nobel Sülh mükafatına layiq görüldü. 2 iyul 2016-cı ildə Amerikada vəfat etdi.
Eli Vizel
512,874
Başqırdıstan iqlimi Başqırdıstan Respublikasının iqlimi. Başqlrdıstan iqliminə təsir göstərən əsas amillər bölgəyə daxil olan hava kütlələri və günəş radiasiyadır. Əsas küləklər cənub və qərb- şərq istiqamətlidir. Ölkə Avrasiyanın daxilində, subtropik və mülayim hava kütlələri ilə Arktika hava kütlələrinin yerdəyişməsi baş tutur. Burada tropik, arktik və mülayim hava kütlələri üstünlük təşkil edir. Atlantik okean üzərində formalaşan hava kütlələri Başqırdıstan ərazisinə catdıqda artıq quru və kontinental forma alır. Qışda Asiya antisiklonu hökm sürür. Bu zaman küləyin sürəti 3,4-5,2 ms və çox əsasən dekabr, yanvar və martda müşahidə edilir. Qış ayları güçlü küləklər həm də güçlü qarla müşahidə edilir. İqlimi kontinentaldır. İsti və boğucu yaya və soyuq qışa malikdir. İllik günəş radiasiyasının miqdarı 4089 MCm-dir. Yayın isti havası respublikanın cənubunda yerləşən Orenburq və Çelyabinsk vilayətlərinin ərazisindəki quru çöllərdə formalaşan isti hava kütlələri və Qazaxıstanda olan səhralardan gələn sərt istilər səbəbindən artır. Yağıntının böyük qismi yayın üç ayı ərzində düşür. İqlimin rəngarəngliyi onun relyefinə təsir göstərir. Şimaldan cənuba uzanan ural Başqırdıstan ərazisində yerləşən silsilənin hər iki yamacına böyük edir. Relyefin müxtəlifliyidə öz növbəsində ölkədə müxtəlif iqlim rayonlarının yaranmasına səbəb olmuşdur: Ufa platosu və Cənubi Ural dağlarından Ağidel çayının hövzəsinə qədər. Yağıntı 600700 mm; orta temperatur: yanvar 15-16 C.; iyul 17-18 C; son donmaların müşahidə edildiyi orta tarix 24-27 iyun; qar örtütünün qalınlığı 50 70 sm. Zilarski platosu. Yağıntının miqdarı 550590 mm, orta temperatur: yanvar 15-16 C; iyul 17,5 C; son donmaların müşahidə edildiyi orta tarix 1-4 iyun; qar örtüyünün qalınlığı 70 75 sm. Yurzano-Aysk düzənliyi. Yağıntının miqdarı 470520 mm; orta temperatur: yanvar 16 C; iyul 17-18 C.; son donmaların müşahidə edildiyi orta tarix 27-31 may; qar örtüyünün qalınlığı 40-48 sm. Cənubi Uralın şərq ətəkləri. Yağıntının miqdarı 500550 mm; orta temperatur: yanvar 1 C.; iyul 17-18 C; son donmaların müşahidə edildiyi orta tarix 2-5 iyun; qar örtüyünün qalınlığı 35-45 sm. Zaural. Yağıntının miqdarı 350400 mm; orta temperatur: yanvar 16-17 C; iyul 18-20 C; son donmaların müşahidə edildiyi orta tarix 19-22 may; qar örtüyünün qalınlığı 25-35 sm. Başqırdıstan Respublikasında dağlıq ərazilərdə orta illik temperatur 0,3, düzən ərazilərdə isə 2,8 təşkil edir. Yanvar ayının orta temperaturu 18, iyul 18. Günəşli günlərin sayı 287 Aksyonova və Beloreskdə, 261 gün isə Ufada müşahidə edilir. Ən az günəşli saatlar dekabr və yanvar, ən çox isə yay ayları müşahidə edilir. Orta minimal temperatur 42 C, maksimal temperatur isə 38 C-dir. Temperatur 0 C-dən yuxarı 4-9 apreldən başlayaraq 24-29 oktyabra qədər müşahidə edilir. Dağlarda isə 10-11 apreldən 17-21 oktyabra qədər. Ölkə ərazisində ən minimal temperatur Askino qəsəbəsində 56.7 C olaraq qeydə alınmışdır. Ufada isə ən minimal temperatur 48.5 C-dir. İl ərzində 300600 mm arasında yağıntı düşür. Ural dağının qərb yamaclarına 640700 mm, şərq ətəklərində 300500 mm, Başqırdıstanın qərb düzənliklərində 400500 mm yağıntı düş. 60-70 yağıntı ilin əsasən isti vaxtlar düşür . Yay aylarının maksimal günlük yağıntısı . Ən ilkin qar örtüyü 12-20 oktyabr, daimi qar örtüyü isə 16-24 oktyabrdan başlayaraq qalır. Dağlıq ərazilərdə qar örtüyü 5-12 oktyabrdan qalır. Qar örtüyünün orta başlama tarixi 3-13 noyabrdan başlayır. Qar örtüyünün orta ərimə tarixi 14-24 apreldir. Düzənlik ərazilərdə qar örtüyü 153165, dağlıq ərazilərdə 171177 gün qalır. Qar örtüyünün orta qalınlığı 36-55 sm, maksimal qalınlığı 106126 sm-dir. Qlobal istiləşmə respublikanın iqliminə böyük təsir göstərir. Buna misal kimi tornadoların müşahidə olunması, atmosfer proseslərinin sürətlənməsi. . ., . . . 1. , 2010. 92 .
Başqırdıstan iqlimi
335,223
Metamfetamin və ya Azərbaycan dilində tanınan adı ilə patı narkotik və hallüsinasiya xüsusiyyəti olan sintetik maddə. Bir çox narkotik maddə kimi 6-24 saat davam edən güclü eyforiya, asılılıq yaratma qabiliyyətinə malikdir. Tərkibi cəhətdən amfetaminə yaxın psixoaktiv maddədir. IUPAC adı -N-metil-1-fenil-propan-2-amin olan metamfetamin, ümumi adı Desoxyn olaraq 510 mg həblər halında ABŞ bazarında var. Ancaq maddə qaçaq istehsal ilə tanınmışdır. Efedrin ya da Psevdoefedrin molekulunu hidrogenizə edərək asanlıqla əldə edilə bilindiyi üçün hər yerdə istehsal etmək mümküdür. Meth lab adlanan bu yerlər, istehsal əsnasında xaric olan fosfata görə qırmızı rəngə boyanır və pişik sidiyi qoxusu verir. Methamphetamine 1887-ci ildə amfetaminin sintezlənməsindən qısa müddət sonra, metafemtamini ilk dəfə 1893-cü ildə kimyagər Naqai Naqayoşi efedrin maddəsindən sintezlədi. Metamfetamin termini bu yeni qarışığın kimyəvi quruluşundan törəmişdi: Methyl alpha-methylphenylethylamine. Kristallaşdırılmış metafemtamini 1919-cu ildə əczaçı Akira Oqata efedrinin redoks üsuluyla qırmızı fosfor və yod istifadə etməklə sintezlədi. Maddə qəbul edildiyi zaman təzyiq və bədən istiliyi yüksəlir, göz bəbəkləri genişlənir. İshal, ürəkbulantısı, qusma müşahidə edilir. Beynin funksiyaları pozulur, depressiyaya gətirib çıxarır. İstifadəçilərdə qalıcı anedoniya meydana gəlir. Heroindən daha çox asılılıq yaratdığı irəli sürülmüşdür. Davamlı istifadəçilərində Met ağzı deyilən diş çürükləri müşahidə edilir, immun sistemi zəifləyir. Bu kəslərdə stafilokok infeksiyalarına tez-tez rast gəlinir. Çəki itkisi və qısamüddətli libido artımına, bundan əlavə erektil disfunksiyaya səbəb olur. Qüvvətli sistemik reaksiya ilə ölüm baş verə bilər.
Metamfetamin
473,760
Artür de Qobino Fransız yazıçı və diplomat. Qabino irqçiliklə bağlı teoriyalarını genişləndirməklə 1853-cü ildə yazmağa başladığı İnsan irqlərinin qeyri-bərabərliyi haqqında təcrübələr əsəri ilə məşhurlaşmışdır. Orjinalında olaraq adlanan əsər 1855-ci ildə tamamlanmışdır. Artür de Qobino 1816-cı ildə Fransanın İl-de-Frans bölgəsində məmur ailəsində dünyaya gəlmişdir. Dövlət məmuru olan atası kral hökumətinə sədaqəti ilə tanınırdı. Anası krallıqda vergi məmuru olan şəxsin qızı idi.Biddiss, Michael The Father of Racist Ideology, New York: Weybright and Talley, 1970 page 45. Anası ilə bağlı xatirələrini bir necə əsərində canlandırmışdır. Qobino 14 yaşında olarkən anası başqa bir adama qoşularaq qaçmış və oğlunu da özü ilə İsveçrəyə aparmışdır. Qobinonun orientalizm ilə tanışlıq imkanı da İsveçrə də olduğu müddətdə baş tutmuşdur. Fransa və İsveçrədə məktəb və universitet təhsillərini almışdır. İsveçrənin İngilzen şəhərində anası və anasının sevgilisi ilə birlikdə qaldığı illərdə alman dilini öyrənmişdi.Budil, Ivo Arthur Gobineau and Greece. A view of a man of letters and diplomat pages 131-154 from Prague Papers on the History of International Relations, Prague : Institute of World History 2008 pages 133-134. Fransaya qayıtdıqdan sonra bir müddət elmi- fantastika və qorxu janrında əsərlər yazmaqla məşğul oldu. Yaxın dostluq münasibəti qurduğu və məktublaşdığı İkinci Cümhuriyyətin Xarici İşlər Naziri Alexis de Tocquevillenin köməkliyi ilə 1849-cu ildə Fransa Xarici İşlər Nazirliyində işə başladı. Qobino qısa zamanda II Cümhuriyyət dönəminin mühüm diplomatlarından birinə çevrilmişdir. Braziliya və digər ölkələrdə səfir kimi işləməmişdən əvvəl 1855-ci ildə III Napoleon tərəfindən İrana səfir olaraq təyinat almışdır. 1859-cu ildə Fransanın kommisarı kimi Amerika Birləşmiş Ştatlarına göndərildi. Xüsusi səfir kimi 1861-ci ildə İrana növbəti dəfə təyinat almışdır. Qobinonun səfir kimi çalışdığı yerlər arasında Afina, Rio- de-Janeyro və Stokholm kimi şəhərlərdə var. Qobinonun məşhurlaşmasında rol oynamış fikirləri əsasən insan irqi ilə bağlıdır. Belə ki, Qobino irqlərin sinifləndirilməsinin tərəfdarı idi və irqləri çoğrafi baxımdan bir necə qruplara ayırmışdı. Fikirlərinə əsasən insan dərinlərinin müxtəlif rənglərdə olması onların arasındakı əsas bariyeri təşkil edirdi və bu bariyerinin dağıdılması xaosa səbəbiyyət verməkdə idi. Orta Şərq, Mərkəzi Asiya, Hindistan, Şimali Afrika və Cənubi Fransa Qobinoya görə irqi baxımdan qatışıq ərazilər olaraq qəbul edilmişdir. Qobino ağ irqin ali olmasını müdafiə edir və digərlərindən daha üstün olduğunu deyirdi. Arilərlə əlaqələndirdiyi tezisini möhkəmləndirmək üçün irqlərin bir-biri ilə qatışmasının və mələzləşməsinin qarşısı alınmaz bir proses kimi təsvir etmişdir. Qobino səsləndiriyi fikirlərin üzərində əminliklə dayanmamışdır və həyatının müxtəlif dönəmlərində insan irqi ilə bağlı səsləndirdiyi fikirlərində dəyişikliklər etmişdir. Əsər nasistlərin və bir çox millətçilərin manifestinə çevrilmişdir. Əsərində Qobino bütün xalqların öyrənilməsi əsasında insanların etnik yaxud irqi fərqlərinin onların mədəniyyətlərinin və tarixi talelərinin fərqlənməsinin əsas səbəbi olduğunu ortaya qoyur. O göstərir ki, hal-hazırda da irqi fərqlər mədəni tərəqqinin əsas hərəkətverici qüvvələrindən Qobino təbii, coğrafi və iqlimin ictimai təsisatlara, əxlaqın və digər mənəvi amillərin mədəni tərəqqiyə təsirini qəbul etmir. O yalnız insanların morfoloji xüsusiyətlərinin təsirini hesab edirdi. Beasley, Edward . The Victorian Reinvention of Race: New Racisms and the Problem of Grouping in the Human Sciences, Taylor Francis. Biddiss, Michael D. . Father of Racist Ideology: The Social and Political Thought of Count Gobineau, Weybright Talley. Biddiss, Michael D. . Prophecy and Pragmatism: Gobineaus Confrontation with Tocqueville, The Historical Journal, Vol. 13, No. 4. Biddiss, Michael D. . History as Destiny: Gobineau, H. S. Chamberlain and Spengler, Transactions of the Royal Historical Society, Sixth Series, Vol. VII. Blue, Gregory . Gobineau on China: Race Theory, the Yellow Peril, and the Critique of Modernity, Journal of World History, Vol. 10, No. 1. Dreher, Robert Edward . Arthur de Gobineau, an Intellectual Portrait, University of Wisconsin. Fortier, Paul A. . Gobineau and German Racism, Comparative Literature, Vol. 19, No. 4. Gillouin, Rene . Mystical Race Theories, The Living Age, No. 4015. Grimes, Alan P. Horwitz, Robert H. . Elitism: Racial Elitism. In Modern Political Ideologies, Vol. V, Oxford University Press. Haskins, Frank H. . Race as a Factor in Political Theory. In A History of Political Theories, Chap. XIII, The Macmillan Company. House, Roy Temple . Gobineau, Nietzsche, and Spiess, The Nation, April 11. Kale, Steven . Gobineau, Racism, and Legitimism: A Royalist Heretic in Nineteenth-Century France, Modern Intellectual History, Volume 7, Issue 01. Rahilly, A. J. . Race and Super-Race, The Dublin Review, Vol. CLIX. Rowbotham, Arnold H. . The Literary Works of Count de Gobineau, H. Champion. Schemann, Ludwig . Gobineau, Arno Press. Seillire, Ernest . The Life and Work of Count Arthur de Gobineau. In The German Doctrine of Conquest, Maunsel Co. Sorokin, Pitirim A. . Anthropo-Racial, Selectionist, and Hereditarist School. In Contemporary Sociological Theories, Harper Bros., pp. 219308. Snyder, Louis L. . Count Arthur de Gobineau and the Crystallization of Nordicism. In Race: A History of Modern Ethnic Theories, Longmans, Green Co. Spring, Gerald Max . The Vitalism of Count de Gobineau, New York, s.n.. Valette, Rebecca M. . Arthur de Gobineau and the Short Story, University of North Carolina Press. Eric Voegelin . The Growth of the Race Idea, The Review of Politics, Vol. 2, No. 3, pp. 283317. Eric Voegelin . Race and State, University of Missouri Press.
Artür de Qobino
548,846
Toğrul şah Səlcuq şahzadəsi, Məhəmmədşahın oğlu. Hakimiyyəti qısa çəkmiş lakin onun dövründə ticarət və iqtisadiyyata böyük önəm verilmişdir. Ölümü ilə hərc-mərclik başlamış, oğulları taxtda bir-birini əvəz etmişdir.David Price, Chronological Retrospect, Or Memoirs of the Principal Events of Mahommedan History: From the Death of the Arabian Legislator to the Accession of the Emperor Akbar, and the Establishment of the Moghul Empire in Hindustaun, 1821 - səh. 384
Toğrulşah
362,076
Baykal qoruğu 26 sentyabr, 1969-cu ildə keçmiş RSFSR nazirlər kabinetinin 571 qərarına əsasən Buryatiya MSSR tərkibində təsis edilmiş, 165 724 hektar əraziyə malik, Rusiya Federasiyasının Buryat ərazisində Baykal Dövlət Təbiət Qoruğu Baykal qoruğu BTMİ kateqoriyasına görə çiddi qorunan təbiət qoruğudur. Qoruq Baykal gölünün cənub sahili terraslarında və Hamar- Daban silsiləsinin mərkəzi hissəsindədir. Qoruq Buryatiya Respublikasının üç: Kabanskiy, Cidinskiy və Selenginskiy rayonlarının inzibati ərazilərinə daxildir. Təbii dağ-tayqa kompleksini qorumaq və öyrənmək məqsədilə 1969-cu ildə yaradılmışdır. 1986-cı ildən biosfer qoruğudur. Florasında 1700-dən çox bitki növü, o cümlədən borulu bitkilərin təqribən 840 növü; 540-dan çox şibyə növü var. Faunası Cənubi Sibir dağları üçün səciyyəvidir. Əsasən, samur, qonur ayı, Sibir porsuğu, tülkü, maral, dələ, burunduk, vaşaq, şimal maralı, sığın, qaban yayılmışdır; cüyür və Amerika su samuruna rast gəlinir. Baykal qoruğunda 250-dən çox quş növü , 12 balıq növü var. 1996-cı ildən Ümumdünya irsi siyahısına daxil edilmişdir.
Baykal qoruğu
492,846
IETF sənədlər seriyası İnternetin quruluşunu müəyyən edən IETF sənədlər seriyası . ISOC üzvü olan istənilən şəxs RFC-də dərc olunmaq üçün sənədi müzakirəyə təqdim edə bilər. Dərc olunan sənədə nömrə verilir. Dərc olunmuş variant heç vaxt dəyişdirilmir, dəyişdirilmiş variant yeni nömrə alır, ona görə də verilmiş standartın son RFC-lərini tapmaqda problem olur. 1969-cu ildən buraxılışına başlanmış belə sənədlərin sayı bir neçə mindir. RFC ödənişsizdir və hamı üçün açıqdır. Standart kimi nəzərdən keçirilən sənəd standartın işlənib hazırlanması, testlənməsi və təsdiqinin bütün mərhələləri keçir. İsmayıl Calallı , İnformatika terminlərinin izahlı lüğəti, 2017, Bakı nəşriyyatı, 996 s. Kateqoriya:İnternet standartları
IETF sənədlər seriyası
632,600
IV Mehmed Gəray Krım xanıdır. Sofu Mehmed Gəray xan adı ilə də tanınır. və illərində hakimiyyətdə olmuşdur. Polşa və Litva Knyazlığı ilə ittifaq siyasətini müdafiə etmişdir. IV Mehmed xan olmaqla bərabər, dini və fəlsəfi şeirləri ilə məşhur bir şairdir. Şeirlərində Kamil təxəllüsündən istifadə etmişdir. Xanlığı dövründə yenidənqurma və mədəni həyatla bağlı işlərə önəm vermişdir. Sofu Mehmed Gəray xanın dövründə Övliya Çələbi Krım xanlığını ziyarət etdi və xanlıq dövründə Krımdakı həyatı, paytaxt Bağçasaraydakı yaşayışı və xana aid məlumatların dövrümüzə qədər gəlib çatmasına səbəb olmuşdur.
IV Mehmed Gəray
283,879
Kövsər şəhristanı - Ərdəbil ostanının şəhristanlarından biri və Ərdəbil ostanında inzibati ərazi vahidi. Şəhristanın inzibati mərkəzi Givi şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 27,472 nəfər və ya 16,085 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar. Mərkəzi bəxşi İnzibatı mərkəzi: Givi DEHİSTANLARI: Səncabad-i Qərbi dehistanı KƏNDLƏRİ : Ab-i Gərm-i Givi, Aftabə, Əliabad, Ağamirli, Ərsədovgah, Əsfərəncan, Bağçacıq, Çalqarud, Ebli-i Ülya, Ebli-i Süfla, Fərab, Gəncgah, Gülqışlaq, Gültəpə, Həvəşənq, Heris, Coğanab, Kecin, Ləkandəşt, Nəsirabad, Neyəhmədbəy, Nilaq, Üçbulaq, Pərdəstli, Pərqu, PərsabadPartovu, Pirağac, Pirbudaq, Pirəni, Qaraqışlaq, Səngabad, Şahsevərli, Şəvir, Sürəbərq, Sütəzər, Təbrizəq, Düşmanlı Səncabad-i Şimali dehistanı KƏNDLƏRİ : Ağcaqışlaq-i Ülya, Ağcaqışlaq-i Süfla, Alankaş, Alı, Ağbaş, Arpaçay, Binaməran, Bünyadabad, Gəlinqışlağı, Gəzvar-i Ülya, Gəzvar-i Süfla, Cəfərli, Kərəndəq, Xəlifəli, Macdar, Mirişt, Narlı, Novdeh, Pirzaman, Qalacıq, Qarabulaq, Saqqavaz, Tərkədeh, Veçin, Zəviyə-i Kürd Firuz bəxşi Şəhərləri yoxdur DEHİSTANLARI: Səncabad-i Cənubi dehistanı KƏNDLƏRİ : Əfşar-i Ülya , Ələ-ül Din , Əmirabad, Əzimabad, Bünəxalxal, Dovgar, İsfahaabad, Firuzabad, Qulucan, Gürgabad, Heşin, İlxıçı, Keçəldərə, Xəlifəçay, Kəmək, Ləkvan, Məşkül, Mikayılabad, Natur, Ümmabad, Sekərabad, Şərəfabad, Yengicə-i Qışlaq, Zənd, Zinab Zərcabad dehistanı KƏNDLƏRİ : Əhmədabad, Buristan, Dövlətabad, Gilandüz, Navənd, Gəlinqaya, Quzlu, Rüstəmabad, Şaracabad, Suflu , Suluqlugöl, Zərcabad, Zəviyə-i Zərcabad
Kövsər şəhristanı
312,269
Nataliya Kelli 18 dekabr 1994-cü ildə Hartford, Konnektikut ştatında, Amerika Birləşmiş Ştatlarında anadan olan Avstriya müğənnisidir. Nataliyanın atası Amerikalı, anası isə Braziliyalıdır. Nataliya Kelli 2013 Avroviziya Mahnı Müsabiqəsində İsveçin Malmö şəhərində Avstriyanı Shine mahnısı ilə təmsil edib.
Nataliya Kelli
414,432
Ərzəkənd İrəvan əyalətinin, Dərəçiçək nahiyəsində, İrəvan xanlığının, Dərəçiçək mahalıda, İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, Ermənistan SSR, Razdan rayonunda, indiki Ermənistan Respublikası Kotayk mərzində kənd.İbrahim Bayramov, Qərbi Azərbaycanın türk mənşəli toponimləri , Bakı, Elm, 2002. ISBN 5-8066-1452-2 Rayon mərkəzindən 15 km şimal- qərbdə, Zəngi çayının sol qolu olan Dəllər çayının sağ tərəfində, Güllü dağının ətəyində yerləşir. İrəvan əyalətinin icmal dəftərində Ərzqan kimi İrəvan əyalətinin icmal dəftəri , Bakı, Elm, 1996. s.78, Qafqazın 5 verstlik xəritəsində Arzakənd .. , , .., 1913. s.19, erməni mənbələrində ArzakanHakopyan T.X., MəlikBaxşyan St.T., Barseğyan O.X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, I c., AD, İrəvan, İrəvan Universiteti, 1986. s.431 formasında qeyd edilmişdir. Ərzəkənd kəndinin adı erməni dilinə uyğunlaşdırılaraq ArzakanƏrzəkan adlandırılmışdır. Toponim ərz və kənd sözlərindən əmələ gəlmişdir. Mürəkkəb quruluşlu toponimdir. Kəndin əsas sakinləri azərbaycanlılar olmuşdur. Ermənilər buraya 1828-30 - cu illərdə İranın Maku, Xoy, Türkiyənin Bayazed, Muş vilayətlərindən və habelə Tiflisdən köçürülmüşdür. Kənddə 1831-ci ildə 33 nəfər, 1873 - cü ildə 239 nəfər, 1886-cı ildə 312 nəfər, 1897-ci ildə 255 nəfər, 1908-ci ildə 528 nəfər, 1914 - cü ildə 786 nəfər azərbaycanlı, 1916-cı ildə 1633 nəfər azərbaycanlı və erməni yaşamışdırQorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, . İrəvan, Melkonyan fond, 1932. s. 16-17, 106-107. Kənddə 1831-ci ildə 33 nəfər azərbaycanlı, 200 erməni, 1897-ci ildə 255 nəfər azərbaycanlı, 869 erməni, 6 kürd yaşadığı haldaQorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, . İrəvan, Melkonyan fond, 1932. s.16-17, 106-107, Ermənistan və ətraf vilayətlərin toponimlər lüğətində kənddə 1831 və 1897-ci illərdə yaşamış azərbaycanlılar ermənilərin tərkibində verilərək göstərilir ki, kənddə 1831-ci ildə 233, 1897-ci ildə 1179 erməni yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan azərbaycanlılar doğma kəndlərinə qayıda bilmişlər. 1922-ci ildə 20 nəfər, 1926-cı ildə 16 nəfər azərbaycanlı yaşamışdırQorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, . İrəvan, Melkonyan fond, 1932. s.17, 107. 1928-1930 - cu illərdə azərbaycanlılar zorla öz doğma kəndlərindən qouvulmuşlar. İndi yalnız ermənilər yaşayır.
Ərzəkənd
72,632
Ağadadaş Müniri azərbaycanlı şair, Məcməüş-şüəra ədəbi məclisinin nümayəndəsi. Ağadadaş Müniri 1863-cü ildə Bakının Hövsan kəndində anadan olmuşdur. Yeddi yaşında atadan yetim qalmış, anasının təkidi ilə mədrəsəyə getmiş, on beş yaşınadək orada oxumuşdur. Müniri öz şerlərini qəzəl, məsnəvi, rübai, qitə, qəsidə şəkillərində yazmışdır. Müniri təxəllüsünün, Münir sözündən götürən şairin yazılarının bəziləri, inqilabdan əvvəl və sonra mətbuatda dərc olunmuşdur. Şairin bədii irsi, onun klassik şerin müxtəlif janrlarında yazdığı ədəbi nümunələrdən ibarətdir. Bu günə kimi, Bakı şairləri haqqında yazılan müxtəlif kitablarda, şairin bir neçə qəzəli çap olunsa da bütövlükdə əsərləri tədqiq olunmamış qalmaqdadır. Bu əsərlər Azərbaycan Əlyazmalar İnstitutunun fondunda saxlanılır. O, Buzovnalı Məşhədi Azər və Haşım bəy Sağiblə dostluq etmişdir. Üç oğlu olmuşdur. 1940-cı ildə vəfat etmiş və Bakının Buzovna kəndində dəfn olunmuşdur. Xalq rəssamı Asəf Cəfərovun babasıdır. Şairin ən məşhur əsərlərindən biri onun Ənar qəsidəsidir. İmam Əlinin və Həzrəti Fatimənin ailəsində baş vermiş, olduqca əxlaqi bir hadisənin bədii tərənnümü olan bu qəsidə klassik şer şəklini olduğu kimi saxlamışdır. Belə ki, şair klassik ənənəyə sadiq qalaraq əsas mövzuya keçməzdən əvvəl qəsidəni bahariyyə ilə başlayır. Əruzun rəməl bəhrində qələmə alınmış qəsidənin əsas səciyyəvi xüsusiyyəti hər bir misranın cümlə şəklində olub, beytin ümumi məzmun çərçivəsi daxilində fikir bitkinliyi ifadə edə bilməsidir.
Ağadadaş Müniri
469,864
Alva Myurdal İsveçli diplomat, nazir və siyasətçi. 1982-ci ildə meksikalı Alfonso Qarsiya Robleslə birlikdə Nobel sülh mükafatına layiq görülmüşdür. 19491950-ci illərdə BMT-də Sosial Rifah Şöbəsinin rəhbəri olmuşdur.Sosial Rifah Şöbəsi 1951-ci ildə UNESCO Sosial Elmlər Şöbəsinin rəhbərliyinə təyin olundu. 1955-1961-ci illərdə Hindistan, Myanmar və Seylonda əvvəlcə konsul, daha sonra isə səfirlik etdi. 1961-ci ildə İsveç xarici işlər nazirinə silahsızlandırma məsələsində məsləhətçi oldu. Növbəti ildə İsveç Sosial-Demokrat Fəhlə Partiyasından parlamentə millət vəkili seçildi və Cenevrə Silahsızlandırma Konfransında İsveç heyətində rəhbərlik etdi. 1966-cı ildə silahsızlandırma və kilsə məsələlərindən məsul dövlət naziri oldu və 1973-cü ilə kimi bu vəzifəsində qaldı. Silahsızlandırma mövzusunda bir sıra yazılar yazan Alva Myurdal 1982-ci ildə Nobel sülh mükafatına layiq görüldü. Bundan başqa həyat yoldaşı olan məşhur iqtisadçı Qunnar Myurdalla birlikdə 1970-ci ildə Qərbi Almaniya Sülh mükafatına layiq görülmüşdür. Bundan başqa Alva Myurdal 1980-ci ildə Eynşteyn Sülh mükafatı və 1981-ci ildə Nehru sülh mükafatına layiq görülmüşdür.
Alva Mürdal
160,602
Yoğurt zülal və kalsium baxımından zəngin olan qida məhsulu, çəki salmaq üçün faydalıdır. Müxtəlif araşdırmalar göstərir ki, bol miqdarda kalsium baxımından zəngin olan qidalar, eyni zamanda yoğurt insanların daha asan çəki salmasına kömək edir. Yoğurtlardan uşaq qidalarının hazırlanmasında da istifadə edilir.
Yoğurt
679,459
Umarkot qalası Sind əyalətinin Umerkot məntəqəsində yerləşən qala.Nadiem, Ihsan H. , Thar: The Great Pakistani Desert, Land, History, People, p. 79, ISBN 9789693512441 Amarkot da adlanır. . Moğol imperatoru Humayun şahın Şer Şah Suri tərəfindən məğlub edilməsindən sonra sığındığı Umarkot qalasında oğlu Əkbər 1542-ci il 15 oktyabr tarixində anadan olub. 1746-cı ildə Nur Məhəmməd Kəlxur adlı Moğol Subahdarı bu ərazidə qala bina etdi. Bir müddət sonra da bu ərazi ingilislər tərəfindən işğal edilib. Amarkot qalası XI əsrdə Rana Amar Singx tərəfindən inşa edilib. Hindu Racput sülaləsinin hakimiyyəti altında olub.
Umarkot qalası
767,513
Ənvər Emil oğlu İmanov Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Ənvər İmanov 11 yanvar 1999-cu ildə Sumqayıt şəhərində zəhmətkeş ailədə dünyaya gəlib. 20052016-cı illərdə Sumqayıt şəhər 41 saylı tam orta məktəbdə təhsil alıb. 2020-ci il iyulun 20-də atası vəfat etmişdir. Nişanli idi. 2015-ci ildən AQGF-nın baş məşqiçisi, 10 qat Azərbaycan, 3 qat Avropa çempionu Zöhrab Məsimovun rəhbərliyi altında qol güləşi idman növü ilə məşğul olmağa başlayıb və Respublikada keçirilən yarışlarda iştirak edərək mükafatçı olub. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ənvər İmanov Füzuli, Cəbrayıl, Hadrutun azad edilməsində savaşıb. Ənvər İmanov 28 oktyabr 2020-ci ildə Hadrutun azad edilməsi zamanı şəhid olub. Sumqayıt Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Həci Hüseynov ölümündən sonra Vətən uğrunda medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ənvər İmanov ölümündən sonra Cəbrayılın azad olunmasına görə medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ənvər İmanov ölümündən sonra Xocavəndin azad olunmasına görə medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli sərəncamı ilə Ənvər İmanov ölümündən sonra Füzulinin azad olunmasına görə medalı ilə təltif edilmişdir. Vətən uğrunda medalı Cəbrayılın azad olunmasına görə medalı Xocavəndin azad olunmasına görə medalı Füzulinin azad olunmasına görə medalı
Ənvər İmanov
791,413
Anatoliy Anatoliyeviç Semyonov daha çox Deep-Ex-Sense ləqəbi ilə tanınır. rusiyalı hip-hop ifaçısı və batl-reper. və layihələrinin iştirakçısı olub. RBL:All Stars və RBL:Universe layihələrinin qalibi olub. Slovo:Krasnodar layihəsinin dörddə bir final mərhələsinə qədər yüksəlib. Rusiyanın ən güclü batl-reperlərindən biri hesab olunur. 2 yanvar 1992-ci ildə Georgiyevskdə dünyaya göz açıb. 2011-ci ildə ilk bəstələrini yazmağa başlayıb. 2013-cü ildə müxtəlif onlayn batl proyektlərində iştirak edib. 2014-cü ildə getdikcə populyarlaşan oflayn batl proyektlərinə qoşulub. 2016-cı ildə RBL layihəsinin açılış tədbirində BOY ilə qarşılaşıb. 2018-ci ildə RBL-nin ikinci mövsümündə iştirak edib. Plane Dead-ə qarşı mübarizədən qalib ayrılaraq növbəti mərhələyə yüksəlib. Dörddə bir final mərhələsində Beyond-a məğlub olub. Elə həmin il o, 8 trekdən ibarət olan Şaqqot adlı konseptual albomunu təqdim edib. 2019-cu ildə RBL:All Stars layihəsi çərçivəsində qələbə qazanıb. Həmin ilin payızında Hip-Hop.runun sayca 17-ci onlayn batlında iştirak edib və 4-cü raundda məğlub olaraq mübarizədən kənarlaşıb. 2019-cu ildə o, Nekromorf adlı və digər sənətçilərə ünvanlanmış diss trekini onlayn edib. Versus:Team-up proyekti çərçivəsində iştirakı nəzərdə tutulurdu, lakin rəqibinin intiharından sonra turindən kənarlaşıb. 2020-ci ilin payızında o, RBL Universe layihəsi çərçivəsində Plastik dünya komandası daxilində finala yüksəlib və qalib gəlib.
Deep-Ex-Sense
17,972
Burada filmin qəhrəmanı Şirbalanın məzəli və əyləncəli məhəbbət sərgüzəştlərindən danışılır. Film Tənqid-Təbliğ teatrına məxsusdur. Film şair və dramaturq Rüfət Əhmədzadənin Sonuncu məhəbbət komediyasının motivləri əsasında çəkilmişdir. :Titrlər: Quraşdırılmış səhnə operatoru Ramiz Babayevin adı Ramiz Əliyev kimi göstərilmişdir. :Əsərin müəllifi: Rüfət Əhmədzadə :Quruluşçu rejissor: Cəmil Quliyev :Ssenari müəllifi: Zülfüqar Rüfətoğlu, Hacıbaba Bağırov :Quruluşçu operator: Yuri Varnovski :Quruluşçu rəssam: Mayis Ağabəyov :Bəstəkar: Cavanşir Quliyev :Səs operatoru: Vladimir Savin :Montaj edən: Tahirə Babayeva :Montaj üzrə assistent:Xuraman Əkbərova :Rejissor: Süleyman Əhmədov, Şamil Əliyev :Operator: Sərvər Rəşidoğlu :Mahnı ifa edən: Hacıbaba Bağırov, Sevil Kişiyeva, Dadaş Kazımov, Kübra Əliyeva :Çalır: Səyavuş Kəriminin Rəhbərliyilə İnstrumental Ansambl :Rəqslərin quruluşu: İlona Tağıyeva :Musiqi redaktoru: Rauf Əliyev :Redaktor: Elxan Ocaqov :Quraşdırılmış səhnələrin operatoru: Ramiz Babayev :Quraşdırılmış səhnələrin rəssamı: Fatma Qurbanova :İşıq ustası: Əbdülnəsir Kutiyev :Rəng araşdırıcısı: Əminə Cəfərova :Fotoqraf-rəssam: Tofiq Kərimov :Qrim rəssamı: M.Nağıyeva :Assistent: İ.Qaflanova :İnzibatçı: Sahib Quluzadə, N.Məmmədov, N.Quliyev :Filmin direktoru: Ədalət Yunusov :Mahnıların mətni: Rüfət Əhmədzadə, Zülfüqar Rüfətoğlu :Məsləhətçi: Cəbrayıl Xanlarov :Hacıbaba Bağırov Şirbala :Həmidə Ömərova Nazlı :Kübra Əliyeva Ümbülnisə :Novruz Qartal Qulaməli :Dadaş Kazımov Şirbalanın əmisi :Tələt Rəhmanov Nazlının dayısı :Nigar Bağırova Şirbalanın qızı :Arzu Bağırova Şibalanın qızı :Polad Ocaqov Şirbalanın oğlu :Ayaz İsmayılov Şirbalanın oğlu :Vüqar Mustafayev Şirbalanın oğlu :Xanım Qafarova katibə :Fuad Əhmədov SES-in həkimi :Ağarəfi Rəhimov Balaoğlan :Zilli Namazov :Bəxtiyar Kərimov :H.Məmmədov :Nəbi Qədirov :Şəmsi Şəmsizadə :Emma Məlikova parkdakı qadın :Elxan Ocaqov :Sevil Kişiyeva :Arif Kərimov Nazlının qohumu :Cəmil Quliyev Nazlının qohumu :Nuriyyə Əhmədova SES-in həkimi :Azərdəmiryol Kommersiya Bankı :Xəzərneftqaz Donanması
Şirbalanın məhəbbəti (film, 1991)
597,120
Ayos-Nikolaos- . . . . . 3- ., . . . : , 1986. . 9. , gündəlik həyatda Ayos istifadə olunur Yunanıstanda şəhər, inzibati mərkəzi eyniadlı icmadır və Krit periferiyasında periferiya vahidi Lasitiondur. Kritin şimal sahillərində yerləşən Mirabelon Körfəzinin qərb tərəfində yerləşən İerapetra şəhəri şimalındakı Heraklion adasının paytaxtı və Sitiya şəhərinin qərbindəki 63 km şərqdə yerləşir. Şəhərin adı Ayos-Nikolaos Körfəzində yerləşən Bizans kilsəsindən gəlir. Ən qədim adı Mandraki . Kəndlilər arasında işlədilən ən məşhur adı Yalos . 2001-ci ildə siyahıya alınmaya əsasən əhalinin sayı nəfərdir. Müasir şəhər
Ayos-Nikolaos (Lasition)
751,638
yapon sosial islahatçı və evangelist. O, 1930-cu illərdə Qərb dünyası tərəfindən ən məşhur yapon protestant hesab olunurdu. Tanrı krallığı və Milyon ruhun xilası hərəkatlarında vacib rol oynamış, İkinci dünya müharibəsindən sonra isə Dünya federasiyası hərəkatında iştirak etmişdir. Pasifizm tərəfdarı olması, Yaponiyada yoxsullara göstərdiyi dəstəyi, dini və iqtisadi əsərlərinə görə ABŞ mediası onu Yaponiyanın Qandisi, Yaponiyanın Şveytseri və Yaponiyanın Müqəddəs Frensisi adlandırırdı. Kaqava 1888-ci ildə Yaponiyanın Kobe şəhərində doğulmuşdur. Yeniyetmə ikən Cənubi presbiterian missionerlər Çarlz Loqan və Herri Mayers tərəfindən xristianlıqla tanış olmuşdur. Tokuşima prefekturasında orta məktəbdə oxuyarkən vəftiz olunmuşdur. İki il boyunca ABŞ-dakı Prinseton Dini Seminariyasında təhsil almış, 1917-ci ildə Yaponiyaya qayıtmışdır. Kaqava 21 yaşında ikən Kobe şəhərinin gecəqondularında yaşamağa, küçələrdə vəz verməyə başlamış, öz kvartalını evsizlər üçün sığınacağa çevirmişdir. Yoxsullar üçün məktəblər, xəstəxanalar, yetimxanalar qurmuşdur. İlk kitabı Yoxsul psixologiyasının tədqiqi kitabı onun gecəqondulardakı təcrübələrinə əsaslanır. 1920-ci ildə yazdığı Ölüm xəttini keçmək adlı avtobioqrafik romanından əldə etdiyi gəlir sayəsində sosial proqramlar təşkil etmişdir. Kaqava Yaponiya Sosialist Partiyasının qurucu üzvlərindən biri olmuşdur. Əmək hərəkatındakı aktiv fəaliyyətinə görə 1921-ci ildə həbs olunmuşdu. Daha sonra diqqətini fermer hərəkatına yönəltmiş, kənd təsərrüfatı kooperativlərinin qurulmasında iştirak etmişdir. Kaqava ABŞ və Avropa turları çərçivəsində 1 milyondan çox insana xitab etmiş, İncilin sosial və iqtisadi islahata ehtiyacı olduğunu demişdir. Onun Qardaşlıq iqtisadiyyatı konsepsiyası dünya iqtisadiyyatının kapitalizmdən çox, əməkdaşlığa söykənməsini müdafiə edirdi. Xüsusilə, liberal protestantlar arasında populyar olan Kaqava 1936-cı ildə Roçester Dini Seminariyasında Rauşenbuş mühazirələrini vermişdir. Protestant missioner Vilyam Akslinqin Kaqava haqqında 1932-ci ildə yazdığı bioqrafiya onun bu cür yerlərə çağrılmasının yolunu açmışdır. İkinci dünya müharibəsindən əvvək ABŞ- lı missioner Stenli Cons və digər protestantlarla əməkdaşlıq edərək müharibənin qarşısını almağa çalışmışdır. İkinci dünya müharibəsindən sonra dünya sülhü üçün çalışmışdır. 1960-cı ildə ölmüşdür.
Toyohiko Kaqava
258,318
Mirzə Məhəmmədhəsən Hüseyni Şirazi İslam alimi. Mirza Şirazi adı ilə daha çox tanınmış Məhəmmədhəsən Hüseyni hicri-qəməri 1230-cu il, cəmadiül-əvvəl ayının 15-ində dünyaya göz açdı. Mirza Məhəmmədhəsən körpə ikən atası Mirza Mahmud vəfat etdi. Məhəmmədhəsənın tərbiyəsini dayısı Hüseyn Musəvi öz öhdəsinə götürdü. Məhəmmədhəsən dörd yaşında məktəbə qədəm qoydu. İki il müqəddimə dərsləri oxuduqdan sonra elmi hövzəyə daxil oldu. Onun istedadı müəllimləri valeh etmişdi. Səkkiz yaşlı Məhəmmədhəsən təcrübəli natiqlər kimi xalq qarşısında çıxış edirdi. Şiraz hakimi Mirzaya dövlətdə vəzifə təklif etdi. Başqa bir tərəfdən isə ustadı Şeyx Məhəmməd Təqi təhsilini davam etdirmək üçün ona İsfahana mühacirəti məsləhət gördü. Mirza elmi dünya və dövlət işlərindən üstün tutdu. Hicri-qəməri 1248-ci ildə İsfahana yola düşdü. O, İsfahan mədrəsəsində Ayətullah Məhəmməd Təqi İsfahanini özünə müəllim seçdi. Müəllimin ümumi dərsi ondakı elm yanğısını söndürə bilmirdi. Odur ki, Mirza ustadından onunla birgə bir neçə tələbəyə xüsusi dərs keçməsini istədi. Məhəmməd Təqi yüksək istedadını nəzərə alıb onun bu təklifini qəbul etdi. Lakin Mirza üçün yaranmış bu dəyərli fürsət çox davam etmədi və ustadı hicri-qəməri 1248-ci ildə vəfat etdi. Mirza sevimli ustadının ölümündən sonra Seyid Həsən Beydabadinin şagirdliyini qəbul etdi. O, iyirmi yaşı tamam olmamış ustadı tərəfindən ictihad dərəcəsi aldı. Mirzə iyirmi doqquz yaşınadək İsfahanda qaldı. Sonra Nəcəf və Kərbəlaya yola düşdü. Kırbəlada Şeyx Hüseyn Nəcəfi və başqa bir neçə böyük alimdən dərs aldı. Daha sonra Nəcəfə yollandı və bir müddət orada qaldıqdan sonra yenidən İsfahana qayıtmaq qərarına gəldi. Şeyx Mürtəza Ənsarinin tələbələrindən biri ustadına xəbər göndərdi ki, Məhəmmədhəsən adlı istedadlı bir tələbə Nəcəfə mühacirət etdikdən sonra ordakı dərsdən qane olmayıb yenidən İsfahana qayıtmaq istəyir. Bu xəbəri eşidən Şeyx Mürtəza Ənsari Mirzəni görüşə çağırdı. Görüş zamanı Şeyx Ənsari Mirzaya bir sual verdi. Mirza sualı cavablandırdı. Şeyx onun cavabının səhv olduğunu müxtəlif dəlillərlə sübut etdi və sualı özü cavablandırdı. Mirza ustadın iradını qəbul etdi. Lakin Şeyx yenidən başqa bir dəlillə öz cavabının səhv olduğunu sübut etdi və tamam başqa cavab verdi. Mirza yenidən ustadın dəlilləri qarşısında təslim oldu və onun ikinci cavabını təsdiqlədi. Lakin bu dəfə də ustad öz cavabının səhv olduğunu sübuta yetirib suala üçüncü dəfə cavab verdi. Bu təsdiq-inkar yeddi dəfə təkrarlandı. Mirzə Şeyx Ənsarinin istedadına heyran qalıb İsfahana qayıtmaq fikrindən daşındı. Şeyx Ənsari vəfat etdikdən sonra dövrün alimləri mərcəlik vəzifəsini Mirzanın öhdəsinə qoydular. Mirza Şirazi mərcəlik dövründə böyük xidmətlər etdi, o cümlədən: 1. Şiə və sünni arasında birlik yaradılması - O bu məqsədlə elmi hövzəni əhalisi sünnilərdən ibarət olan Samirra şəhərinə köçürdü. 2. Yəhudilərin Həmədan müsəlmanlarına təcavüzünün qarşısının alınması. 3. Əhli-beytə məhəbbət adı altında müxalifləri təhqir edib ixtilaf salan alimnümalarla mübarizə. Mirza ilahi övliyalardan idi. Təqvalı, gözəl əxlaqlı və xeyirxah bir insan. O səksən iki il bərəkətli ömürdən sonra dünyasını dəyişdi. Onun xəstəlik səbəbindən vəfat etdiyini bildirirlər. Lakin bəziləri Mirzanan İngiltərə muzdurlarından olan satqın bir həkim tərəfindən zəhərləndiyini iddia edirlər. Mərhum Mirza Şirazi banisi olduğu mədrəsədən həzrət Əlinin hərəminə açılan qapının kənarında dəfn olunub.
Mirzə Məhəmmədhəsən Şirazi
529,589
Fersman adası Frans-İosif Torpağına daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Arxipelaqın mərkəzində, Heys adasının şimal-şərq quaracağından 800 m şimalda yerləşir. Ermak boğazı akvatoriyasına daxildir. Ada uzunsov formaya malikdir. Uzunluğu 1.7 km, eni isə 800 metrdir. Yayda buzdan azad olur. Adada yerləşən maksimal hündürlük 46 metrdir. Digər əraziləri daşlı sahələrlə örtülüdür. Ada SSRİ geokimyaçısı Aleksadr Fresmanın şərəfinə adlandırılmışdır.. Xəritə
Fersman adası
280,884
Gennadi Andreyeviç Züqanov rusiyalı dövlət xadimi, siyasətçi, Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya Federasiyası Kommunist Partiyasının yaradıcısı və sədri. Gennadi Züqanov Mımrino kəndində anadan olub. 1961-ci ildə gümüş medalla məktəbi bitirdikdən sonra Orlov Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olur, 1969-cu ildə universiteti fərqlənmə diplomu ilə bitirir. 1966-ci ildə Sovet İttifaqı Kommunist Partiyasına daxil olub. 1967-ci ildən etibarən Komsomolda işləməyə başlayıb. 1990-cı ildə SSRİ-nin dağılmasından sonra Gennadi Züqanov 1990-cı ildə Rusiya Sovet Federativ Sosialist Respublikasının Kommunist Partiyasının əsasını qoyur. 1993-cü ildə partiyanın adı KPRF ilə əvəz olunur. Bu günə qədər Gennadi Züqanov 4 dəfə Rusiya Federasiyası Prezidenti postuna namizəd olub, Rusiya Federasiyası Dövlət Dumasının 6 çağırışının deputatı olub. 2012-ci ildə sonuncu prezident seçkilərində 17,18 toplamaqla 5 namizəd arasında ikinci yeri tutub, lakin bu nəticələri baykot edib. Gennadi Züqanov Rusiya Federasiyası Prezidenti seçkilərində 4 dəfə iştirak edib. İl Təmsil etdiyi partiya Səslər Faiz Yer 1996 Rusiya Federasiyası Kommunist Partiyası 24 211 686 32,03 22 2000 Rusiya Federasiyası Kommunist Partiyası 21 928 468 29,24 24 2012 Rusiya Federasiyası Kommunist Partiyası 12 318 353 17,18 25
Gennadi Zyuqanov
31,422
Respublikamızın şəhərləri silsiləsindən olan bu film energetiklər şəhəri Mingəçevirə, onun qaynar həyatına həsr olunmuşdur. :Rejissor: Karlen Orucov :Ssenari müəllifi: Seyfullah Cəfərov :Operator: Karlen Orucov Kateqoriya:Mingəçevir haqqında filmlər Kateqoriya:1971-ci ilin Azərbaycan filmləri Kateqoriya:Qısametrajlı sənədli televiziya filmləri
Mingəçevir (film, 1971)
595,062
Tu-22, Rus Tupolev şirkəti tərəfindən yaradılmış olan bir bombardmançı təyyarəsidir. NATO kod adı Blinder olaraq bilinir. 311 ədəd istehsal edilmişdir. Ekipaj: 3 Uzunluq: 41.60 metr Hündürlük:10.13 metr Qanad sahəsi: 23.17 metr Çəkisi: 85,000 kg Xidmət tavanı: 14.700 metr Sürət:1,510 kms Motor: 2 ədəd Dobrynin RD-7M-2 turbojet Motorun itələmə gücü: 107.9 kN Mənzil: 4,900 km 1 AM-23 23 mm-lik pilot kabinəsinin ön hissəsində yerləşən top 24xFAB-500 Bombası 1xFAB-9000 Bombası 1 Kh-22 Tu-22A - İxrac versiyası Tu-22B - Yanacaqdoldurma təyyarəsi Tu-22K Blinder-B Tu-22KD Tu-22KP Tu-22KPD Tu-22P Blinder-E Tu-22PD Tu-22R Blinder-C Tu-22RD Tu-22RM Tu-22RDM Tu-22RTK Tu-22U Blinder-D Tu-22UD
Tupolev Tu-22
201,267
Ərcümənd Behzad LavTürkiyə şairi. Bu dövrdə aşağıdakı şeir kitablarını yayınlayır: S.O.S. , Xaos , Açıl, kilidim, açıl . İlk şeirlərini ənənəvi şeir tərzində yazır. Sonradan Nazim Hikmətin təsiri ilə sərbəst tərzdə şeirlər yazmağa başlamışdır. Daha çox sürrealizmin təsiri altına düşmüşdür.
Ərcümənd Behzad Lav
76,744
Qaraçı karvansarası Abşeron rayonunun Səgəçal qəsəbəsi yaxınlığında orta əsrlərə aid memarlıq abidəsidir. Qədim Bakı-Şamaxı karvan yolunun üstündədir. XIX əsrdən karvan yolunun ticari əhəmiyyətini itirməsi ilə əlaqədar olaraq Qaraçı karvansarası istifadəsiz qalıb. Sonralar köçəri qaraçılar vaxtaçırı burada məskən saldıqlarından yerli əhali karvansaranı Qaraçı karvansarası adlandırıb.Mənbələrdə isə abidə Miəcik karvansarası adlanır. Karvansarada qonaq və xidmətçilər üçün otaqlar, təsərrüfat binaları var. Qaraçı karvansarası əhəng daşından tikilib. Karvansaranın darvazası üzərindəki kitabədə Şirvanşah Xəlilullah adı yazılıb. Kitabənin paleoqrafiyası və Şirvanşahın titullarına əsasən onun II Xəlilullah olduğunu söyləmək olar.Abşeron abidələri. Qaraçı karvansarası
Qaraçı karvansarası
267,308
Rəhim Arazi Dissident şair. Nəcəfov Rəhim Cəfər oğlu 1928-ci ildə Şərur rayonunun Alışar kəndində anadan olmuşdur. 1950-ci ildə Azərbaycan Sənaye İnstitutunun III kurs tələbəsi olarkən siyasi fəaliyyətinə görə ailəsi ilə birlikdə Cənubi Azərbaycana mühacirət etmək cəhdinə görə həbs olunmuş, 25 il müddətinə azadlıqdan məhrum edilmişdir. 1957-ci ilə qədər Komi MSSR-da siyasi dustaqlar üçün həbs düşərgələrində saxlanılmışdır. Amnistiyaya görə həbsdən vaxtından əvvəl azad olunduqdan sonra ailəsini dolandırmaq üçün uzun müddət fəhlə, gözətçi, kankan işləmişdir. 1967-ci ildən ömrünün sonuna kimi müxtəlif məktəblərdə riyaziyyatdan dərs demişdir. 1982-ci ilin avqust ayının 19-da doğma kəndində vəfat etmişdir.Laçın yurdu jurnalı, 3, 2011, Bakı, Elm və təhsil, 2011. Siyasi və lirik şeirlərdən, kiçik poemalardan ibarət 4 dəftəri qalmışdır. Oğlu Yusif Nəcəfov atasının məhbəs şeirlərini çap üçün hazırlasa da, onlardan yalnız bir neçəsi Ulus və Hürriyyət qəzetlərində işıq üzü görmüşdür. Sabiq SSRİ-nin bir sıra dissidentləri ilə tanışlığı olan, Azərbaycan SSR məmurları tərəfindən təqib edilən, xalq tərəfindən həm anlaşılan, həm də anlaşılmayan Rəhim Arazi fərd kimi faciəli bir ömür yaşamışdır. O, Azərbaycanda bu gün də mövcudluğunu davam etdirən saray psevdokulturasının kəskin və barışmaz əleyhdarı olmuşdur. Mahiyyəti nisbətən asan başa düşülən şeirlərini yeni nəsil oxucularının öhdəsinə buraxırıq. Qoy şeirləri müəllif haqqında danışsın.
Rəhim Arazi
49,659
Çıraxlı Azərbaycan Respublikasının Ağdam rayonunun Əhmədağalı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 noyabr 2002-ci il tarixli, 384-IIQ saylı Qərarı ilə Ağdam rayonunun Çıraxlı kəndi Qərvənd kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Əhmədağalı kəndi mərkəz olmaqla, Əhmədağalı kənd inzibati ərazi dairəsi yaradılmışdır. Çıraqlı etnotoponimdir. Q.Qeybullayevin fikrincə Çıraqlı toponimi Siraklının fonetik formasıdır. Türkdilli etnos olan sirakların bir hissəsi Azərbaycana da gəlmiş və Çiraklı adı ilə yaşamış, bu adı toponimlərdə əbədiləşdirmişlər. Azərbaycanın Ağdam, Daşkəsən, Laçın, Kəlbəcər, Şamaxı rayonlarının ərazisində, Qərbi Azərbaycanın Şörəyel mahalında, İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı rayonu, Aleksandropol qəzasında, indi Düzkənd rayonunun ərazisində kənd, Tiflis quberniyasının Loru-Borçalı qəzasında, indiki Barana rayonunda qışlaq adları bunun sübutudur.Q.Qeybullayev. Qədim türklər və Ermənistan. Bakı: Azərnəşr, 1992, səh.81 Azərbaycan toponimlərinin ensiklopedik lüğətində isə toponimin özündə qızılbaşların çıraqlı tayfasının adını əks etdirdiyi yazılır. Səfəvilərin hakimiyyəti dövründə çıraqlıların bir hissəsi Şirvana köçürülmüşdü. XIX əsrdə onların bir qolunun Cavad qəzasında yaşaması haqqında məlumat verilir. Dağıstanda Çirak , İrəvan quberniyasında Çıraxlı , Cənubi Azərbaycanda Çıraxlı toponimlərinin qeydə alınması bu etnotoponimin yayılma arealının genişliyindən xəbər verir. Kənd dağətəyi ərazidə yerləşir.
Çıraxlı (Ağdam)
488,155
Adoleskari - sorucu qurdların inkişafında serkaridən əmələ gələn sistalaşmış sürfə. Əsasən, su bitkiləri üzərində təsadüf edilir. Adoleskari, axırıncı sahib orqanizmində sistadan azad olur və inkişaf edib cinsi yetkinliyə çatır. Bir sıra sorucu qurdlarda serkari xarici mühitdə deyil, ikinci aralıq sahibin bədənində sistalaşır və adoleskari deyil, metaleskari adlanır.
Adoleskari
591,705
Eduvil Fransada bələdiyyə, region İl-de-Frans, departament Val-dUaz, rayon Pontuaz, kanton Valle-dü-Sosseron. Əhalisi nəfər .Milli Statistika və İqtisadi Tədqiqatlar İnstitutunun məlumatları INSEE Bələdiyyə Paris şəhərinin təxminən 36 km şimalında, Serji bələdiyyəsinin 16 km şimal- şərqində yerləşir.Fiziki məsafələr bələdiyyələrin koordinatları ilə hesablanmışdır Əhalinin dinamikası : Colors id:lightgrey value:gray id:darkgrey value:gray id:sfondo value:rgb id:barra value:rgb ImageSize width:600 height:360 PlotArea left:50 bottom:30 top:20 right:10 DateFormat x.y Period from:0 till:1600 TimeAxis orientation:vertical AlignBars justify ScaleMajor gridcolor:darkgrey increment:200 start:0 ScaleMinor gridcolor:lightgrey increment:40 start:0 BackgroundColors canvas:sfondo BarData bar:1793 text:1793 bar:1806 text:1806 bar:1821 text:1821 bar:1831 text:1831 bar:1841 text:1841 bar:1851 text:1851 bar:1861 text:1861 bar:1872 text:1872 bar:1881 text:1881 bar:1891 text:1891 bar:1901 text:1901 bar:1911 text:1911 bar:1921 text:1921 bar:1931 text:1931 bar:1946 text:1946 bar:1954 text:1954 bar:1968 text:1968 bar:1982 text:1982 bar:1990 text:1990 bar:1999 text:1999 PlotData color:barra width:15 align:left bar:1793 from:0 till:174 bar:1806 from:0 till:136 bar:1821 from:0 till:143 bar:1831 from:0 till:1479 bar:1841 from:0 till:152 bar:1851 from:0 till:170 bar:1861 from:0 till:377 bar:1872 from:0 till:294 bar:1881 from:0 till:261 bar:1891 from:0 till:259 bar:1901 from:0 till:247 bar:1911 from:0 till:249 bar:1921 from:0 till:186 bar:1931 from:0 till:168 bar:1946 from:0 till:203 bar:1954 from:0 till:178 bar:1968 from:0 till:172 bar:1982 from:0 till:196 bar:1990 from:0 till:283 bar:1999 from:0 till:282
Eduvil (Val-d'Uaz)
758,880
Məcburi yerdəyişmə, məcburi köç və ya məcburi miqrasiya bir şəxsin və ya insanların öz evindən və ya doğma bölgəsindən kənara məcburi və ya zorakı formada köçməsi. Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı məcburi yerdəyişməyə belə tərif vermişdir: təqib, münaqişə, ümumiləşdirilmiş zorakılıq və ya insan hüquqlarının pozulması nəticəsində yerdəyişmə. Məcburi yerdəyişmə Avropa miqrant böhranından bəri beynəlxalq müzakirələrdə və siyasətdə diqqəti cəlb edir. Bu, o vaxtdan məcburi miqrasiyanın Avropadan kənarda təsirə məruz qalmış bölgələrə təsirlərinin daha çox nəzərə alınması ilə nəticələnmişdir. Müxtəlif beynəlxalq, regional və yerli təşkilatlar məcburi miqrasiyanın qarşısını almaq və onun təsirini azaltmaq üçün əvvəlki yerli bölgələrdə, eləcə də qəbul və ya təyinat bölgələrində yanaşmalar hazırlayır və həyata keçirir.Cone, Jason, And Marc Bosch Bonacasa. 2018. Bundan əlavə, insanların fəaliyyəti nəticəsində baş vermiş məcburi miqrasiya hadisələrinin baş verməsində iştirak edənlərin təqib edilməsi üçün sübutların toplanması üçün bəzi əməkdaşlıq səyləri göstərilir. 2022-ci ildə dünyada təqribən 100 milyon insan məcburi miqrant vəziyyətinə düşmüşdür, onların əksəriyyəti dünyanın cənub hissəsindəndir.
Məcburi yerdəyişmə
376,480
Üç yüz doxsan yeddi say sistemində ədədlərdən biridir. Üç yüz doxsan altıdan sonra, üç yüz doxsan səkkizdən əvvəl gəlir. Üç yüz doxsan yeddi ədədi tək ədəddir və eyni zamanda sadə ədəddir. Rəqəmlərinin cəmi 19 Rəqəmlərinin hasili 189. Rərəmin kvadratı 157 609.
397 (ədəd)
84,424
Şirinçörəyi-Novruz və başqa bayramlarına hazırlayırlar. 1 ç.q. quru maya 500 ml qızdırılmış süd 1 əd yumurta 1 ç.q. sarıkök 250 gr şəkər 200 gr yağ 750 gr 10-12 x.q. un Duz Mayanı süddə qarışdırın, duz, 1 x.q. şəkər, sarıkök, 10-12 x.q. un əlavə edin və bunları qarışdırın. Kütlə çox duru olmamalıdır. Yetişmək üçün isti yerə qoyun. Mayalanmış xəmir qalxmalıdır. Bir necə dəfə kütləni qarışdırın. Yağı əridin. Bir qaba unun yarısını və şəkəri tökün, mayalanmış xəmiri, yağı, yumurtanı əlavə edib bərk olmayan xəmir yoğurun, az-az un əlavə edin. Hazır xəmir bərk olmamalıdır, bir qədər ələ yapışmamalıdır. Qabın üstünə dəsmal atıb isti yürə qoyun. İmkan verin xəmir qalxsın. 1,5 saat saxlayın, amma xəmiri bir neçə dəfə yuğurun. Hazır xəmiri 4 hissəyə bölüb, kündələri 2 sm qalığında yayın. Kökənin üstünə çalınmiş yumurta çəkib, çəngəlin əks tərəfiylə zolaqlar çəkin. 200 gr C 20-30 dəq bişirilir. Çörək qızarılmalıdır. 5 dəq sonra çörəyi qızdırılıcı şkafdan çıxarıb yenə üstünə yumurta sürtüb və çəngəllə zolaqlar çəkib, üstünə xaşxah ya küncüt səpələyib bişirməyi davam edin.
Şirinçörəyi
125,895
Flamand əfsanələri toplusuna daxil olan dörd əfsanədən biridir. Sir Halevin novellasının mövzusunu Şarl de Koster bir flamand xalq balladasından götürmüşdür. Qadın qatili Halevin haqqında xalq nəğmələri hələ qədim dövrlərdən başlayaraq xalq arasında çox geniş yayılmışdı və bu mövzu bu gün də Belçikada populyardır. Bu mövzuya əsasən müasir dramaturqlar müraciət edirlər. Bu novella topluya daxil olan ən iri həcmli əsərdir. Novellanın baş qəhrəmanı qəddar bir feodaldır. O, tabeliyində olan kəndliləri qarət edir, onların qızlarını məhv edir, azad şəhərlilərin hüquqlarını tapdalayır. Mehtelt adlı bir gözəl qız onu qətlə yetirir və ölkəni bəladan qurtarır. Kateqoriya:Novellalar
Sir Halevin
480,070
Rostov Dənizçilik Uçilişinin əsas korpusu - Rostov-na-Donu şəhərinin ərazisində, Sedov küçəsi, ev 82 ünvanında yerləşən bina. Bina 1914-cü ildə inşa edilmişdir. Hazırda binada Q. Y. Sedov adına su nəqliyyatı institutu yerləşir. Rostov Dənizçilik Uçilişinin əsas korpus binası regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. Rostov-na-Donu şəhərində ilk dənizçilik sinifləri 1876-cı ildə açılmışdır. 1896-cı ildə isə Rostov Dənizçilik Uçilişinin sinif binası inşa edilmişdir. XX əsrin əvvələrində artıq bina tamamən dolduğundan yeni tədris korpusunun inşasına ehtiyac yaranmışdır. Rostov Dənizçilik Uçilişinin əsas korpusu binası 1914-cü ildə Rostov Dənizçilik Uçilişinin sinif binası yaxınlığında inşa edilmişdir. 1974-cü ildə binanın fasadında memorial lövhə vurulmuşdur. Bu lövhədə yazılır: Bu binada Mixail Prokofeviç Belousov və Nikolay Aleksadroviç Lunin dənizçilik sahəsində təhsil almışdır. Onlar vətən qarşısında xidmətlərinə, igidlik və qəhramanlarına görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Rostov vilayəti rəhbərliyinin 9 oktyabr 1998-cil 411 əmri ilə Rostov Dənizçilik Uçilişinin əsas korpus binası qurumaya alınmışdır. Bina modern stilində inşa edilmişdir. Bina düzbucaqlı formaya malikdir. Onun fasadı Sedov küçəsinə açılır. Bina iki mərtəbədən ibarət olaraq az meyilli dam örtüyünə sahibdir. jpg jpg JPG
Rostov Dənizçilik Uçilişinin əsas korpusu
351,407
Artur Aslanoviç Mkrtçyan Qarabağ müharibəsi zamanı Qarabağ ermənilərinin hərbi və siyasi liderlərindən biri. Artur Mkrtçyan Dağlıq Qarabağın Hadrut qəsəbəsində 1959-cu ildə doğulub. 1981-ci ildə İrəvan Dövlət Universitetinin tarix fakültəsini bitirib. 1982-ci ildə Moskvada Regionşunaslıq və Etnoqrafiya İnstitutunda aspirantura təhsilinə başlayıb. 1986-cı ildə İrəvana qayıdaraq orada Etnoqrafiya və Regionşunaslıq muzeyində işləyib. Daha sonra Qarabağa qayıdaraq Hadrut regionşünaslıq muzeyində işləyib. 1988-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi olub. Dağlıq Qarabağ Ali Sovetinin ilk çağırışdan deputatı seçilib. Qarabağ müharibəsi dövründə Dağlıq Qarabağ Respublikası Ali sovetinin sədri olub. 1992-ci aprelin 14-də öz evində naməlum şəxslər tərəfindən güllələnərək öldürülüb. Rusiya mətbuatı və Ermənistanın Moskvadakı nümayəndəliyi ilkin olaraq Mkrtçanın Azərbaycan xüsusi xidmət orqanları tərəfindən öldürüldüyünü bildirsə də, rəsmi versiyaya əsasən Mkrtçyan silahla ehtiyatsız davranma nəticəsində ölüb. İndiyədək bu versiyaların heç biri sübuta yetirilməyib. Mkrtçyanın ölümündən sonra Rusiya, Fransa və ABŞ prezidentləri qondarma Dağlıq Qarabağ Respublikası rəhbərliyinə başsağlığı veriblər.
Artur Mkrtçyan
768,981
Şərq Bazarı ticarət kompleksi 3-ü böyük, 13-ü kiçik olmaqla 16 gümbəzdən ibarətdir Layihələndirilməsinə 1978-ci ildən başlanılmış kompleksin tikintisinə 1980-ci ildə start verilib və 1982-ci ildə bazarın rəsmi açılışı olub. İlkin olaraq kompleks bazar kimi fəaliyyət göstərib. Şərq Bazarının ilkin layihələndirilməsi 1980-ci illərin məşhur memarları Uruzmaq Revazov, Pavel Yarinovski və Anatoliy Bessonov tərəfindən icra olunub. Nadir memarlıq üslubuna görə, Şərq Bazarı 2001-ci ildə Nazirlər Kabinetinin müvafiq qərarı ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilsə də, 2017-ci ildə aparılmış əsaslı müayinə işləri nəticəsində aşkar edilmişdi ki, fərqli təyinatlı ticarət obyektlərinin fəaliyyəti, kor-təbii formada həyata keçirilən davamlı istismar və baxımsızlıq binada ciddi zədələnmələrə, çatlara, aşınmalara, korroziyaya və deformasiyalara səbəb olub. Məhz bunları nəzərə alaraq kompleksin istismar göstəricilərini yaxşılaşdırmaq, davamlılığını artırmaq, normal işləmə qabiliyyətini təmin etmək məqsədilə mühəndis tədbirlərinin həyata keçirilməsi zərurəti yaranmışdır. Əsaslı müayinədən sonra dərhal detallı layihələndirmə prosesinə başlanılıb və 2020-ci ildə bərpa işlərinə start verilib. 06 iyun 2022-ci ildə Şərq Bazarı kompleksi bərpa və yenidənqurmadan sonra istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kompleksdə yaradılan şəraitlə tanış olublar. Şərq Bazarının girişində kiril əlifbası ilə yazılmış orijinal yazı eyni kalliqrafiya inkişaf etdirilərək latın əlifbasına dəyişdirilib, daxildəki işarə və başlıqlar bazarın üslubuna uyğun yenidən dizayn olunub. Bildirilib ki, bazarda 78 icarədar fəaliyyət göstərəcək. Bu isə 300 yeni iş yerinin yaranması deməkdir. Kompleksin əsas atributu olan gümbəzlər müxtəlif iaşə obyektlərinin təyinatına görə dizayn edilib. Bazara gələcək alıcıların rahatlığını təmin etmək üçün zərgərlik, əl işləri yarmarkaları, Sandıqca incəsənət nümunələrinin satışı bölməsi, Tamaşa, qəlyanaltılar, kafe və restoranlar, Sehrli bazar, emalatxanalar və sair bölmələrin hər biri ayrıca gümbəz və hissələrdə cəmləşdirilib.
Şərq Bazarı (Bakı)
291,339
iPhone 4S Apple şirkətinin istehsalı olan smartfon. Daxili yaddaşı 16GB, 32GB və 64 GB-dır. Screen Texnologiyasına malikdir. Ekranla idarə bu telefonda tam sərbəst formada təchiz olunmuşdur. Ekranda görüntu Retina texnologiyası sayəsində təmiz və safdır. Apple-ın virtual assistenti Siri ilk dəfə iPhone 4S ilə təqdim edilib. iPhone model siyahısı iPhone iPhone 3G iPhone 3GS iPhone 4 iPhone 4S iPhone 5 iPhone 5C iPhone 5S iPhone 6 iPhone 6 Plus
İPhone 4S
96,282
Novoivanovka Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Novoivanovka - Gədəbəy rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Yaşayış məntəqəsi 1852-ci ildə qonşu Novosaratovka kəndindən ayrılaraq burada yurd salmış Q.F.İvanovun adını daşıyır. Onun başdaşında kəndi 1852-ci ildə həmin İvanovun salması barədə yazı var. Oykonim İvanovun yeni kəndi mənasındadır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427 Kənd əvvəllər Qarapapaq, Seyid dərəsi, Qərib Seyid adlarını daşımışdır. Kənddə 4-cü əsrdə tikilmiş 1600-il yaşı olan Ağkilsə adında tikili mövcuddur. Ağkilsə Gədəbəy rayonunun ən qədim tarixi abidəsi hesab olunur. Novoivanovka Gədəbəydə sonucu sərhəd kəndidir. Burada Rus mədəniyyət mərkəzi yerləşir. 80-ci illərin sonlarında başlanan müharibə ilə burada məskunlaşan rusların çoxu kəndi tərk etmişdir. Hal-hazırda kənddə təqribən 18-23 molokan yaşayır. Əhalinin əksəriyyətini Ermənistandan bura köçmüş Azərbaycan türkləri təşkil edir. Novoivanovka kəndi Gədəbəy rayonunda əsasən molokanların məskunlaşdığı 3 kənddən biridir. Paytaxt Bakıdan 400 kilometr qərbdə, dəniz səviyyəsindən 1391 metr hündürlükdə yerləşir və əhalisi 1668 nəfərdir. Kəndin ən hündür yeri dəniz səviyyəsindən 1606 metr hündürlükdə yerləşir. Kənddə 1 kvadrat kilometrə 70 nəfər düşür. İqlimi kontinentaldır. Orta illik temperatur 7 C-dir. Ən isti ayı avqust ayıdır, hansı ki, bu ayda orta aylıq temperatur 18 C olur. Ən soyuq ayı isə yanvar ayıdır, ki bu aydı temperatur -6 C olur. Orta illik yağıntı 736 millimetr təşkil edir. Ən çox yağıntı may ayında 104 mm, ən az yağıntı isə avqust ayında 23 mm düşür. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1788 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629 Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. , .jpg .jpg
Novoivanovka
254,318
Axundov Mirəli Abdulla oğlu BDU-nun biologiya fakültəsinin ilk məzunlarından, biologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi. Mirəli Axundov 1937-ci ildə Respublikamızda ilk dəfə olaraq genetika kafedrası təşkil etmiş və ömrünün son illərinədək həmin kafedraya rəhbərlik etmişdir. Respublikamızda biologiya elmi biliklərinin yayılmasında Mirəli Axundovun xidmətləri əvəzsizdir. O, Respublikamızda yeganə olan təkamül-təlimi tədris muzeyinin yaradıcısıdır. Onun təşəbbüskarlığı ilə yaradılan muzeyin əsas məqsədi üzvi aləmin təkamülünün real bir proses olduğunu nümayiş etdirməkdir. Muzeydə təkamülü sübut edən embrioloji və paleontoloji dəlillərə, müqayisəli-anatomiya dəlilərinə və digər materiallara istinad edilir. İnsan genetikasına səyahət Bakı 1975 Əli Hüseynov, Məcnun Babayev. Məşhur biologiya alimləri, Bakı, Maarif, 2002. səh.131
Mirəli Axundov
350,615
İsmayılov Eldar Rafiq oğlu azərbaycanlı tarixçi. Eldar İsmayılov 30 mart 1950-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1973-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1973 1976-cı illərdə həmin universitetin aspiranturasında təhsil almışdır. 1977-ci ilin dekabrında MDU-da namizədlik, 1991-ci ilin fevral ayında isə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1977-ci ildən ölümünə qədər fasiləsiz olaraq Azərbacan Dövlət Universitetində çalışır. Fəaliiyətinə universititin tədris hissəsinin rəisi kimi başlamışdır. 1983-cü ildə dosent, 1992-ci ildə isə professor elmi adına layiq görülmüşdür. 1986 1990-cı illərdə dissertasiya müdafiəsi üzrə ixtisaslaşdırılmış şuranın elmi katibi, 19911994-cü illərdə isə həmin suranın sədri, 1990 1994-cü illərdə tarix fakültəsinin dekanı, 1996 1999-cu illərdə kafedra müdiri vəzifələrində işləmişdir . Uzun illərdir ki, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının ekspert şurasının üzvü idi. 19972014-cü illərdə Vətəndaş Cəmiyyəti Uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzinin direktoru idi . O, 100-dən artıq elmi məqalənin, 11 monoqrafiyanın və yüzdən artıq qəzet və jurnal yazılarının müəllifidir. Onun Azərbaycanda təhsilin tarixi ilə bağlı kitabı YUNESKO-nun xüsusi sifarişi ilə dərc olunmuşdur. İki monoqrafiyada əksini tapmış müharibədən sonrakı dövrün araşdırılması, ölkə tarixşünaslığında bu dövrün ilk tədqiqatları olmuşdur. E.İsmayılovun redaktəsi və həmmüəllifliyi ilə yazılmış, ümumtəhsil məktəblərinin XI sinifləri üçün Azərbaycan tarixi dərsliyi Azərbaycanda bu istiqamətdə ilk təcrübə olmuşdur. 2010-cu ildə Rusiya Ali məktəbləri üçün yazılmış Azərbaycan tarixindən oçerkləri dərsliyində müəllif Azərbaycan tarixinin bir çox səhifələrinə yeni rakursdan baxmış və müəyyən mənada bütövlüklə Azərbaycan tarixinə yeni konseptual yanaşmanı ortaya qoymuşdur . Professor E.İsmayılov monoqrafiyası Yeltsin Fondu tərəfindən maliyyələşən Rusiyanın ən böyük nəşriyyat evi olan ROSSPENdə dərc edilmiş ilk Azərbaycan tarixçisidir . Professor E.İsmayılovun 30 ildən artıq pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Bu illər ərzində o, Bakı Dövlət Universitetində əvvəlcə SSRİ tarixi, daha sonra isə son 20 il ərzində Rusiya və slavyan ölkələrinin tarixi kursları üzrə mühazirə oxumuşdur. Eldar İsmayılovun mühazirələri və praktiki məşğələləri onu gözəl mühazirəçi və istedadlı müəllim kimi fərqləndirirdi. O, pedaqoji kollektiv və tələbələr arasında xüsusi nüfuza malik olmuşdur. Professor E.İsmayılov universitetdə 100-dən artıq diplom, buraxılış və magistratura işlərinə rəhbərliyi həyata keçirmişdir. O, 4 aspirant və dissertantın elmi işlərinə rəhbərlik etmişdir ki, onlardan ikisi artıq elmlər namizədidir. Eldar müəllimin elmi əsərləri konkret problemlərin həllinə öz yaradıcı və novator yanaşması ilə fərqlənmşdir. Onun məqalələri Azərbaycandan kənarlarda Rusiyada, ABŞ-də, Türkiyədə, Gürcüstanda, Qazaxıstanda da dərc olunmuşdur. Xarici ölkələrdən ABŞ-dən, İtaliyadan, Türkiyədən olan alimlər öz əsərlərində E.İsmayılova dəfələrlə istinad etmişlər. Onun Azərbaycan: Mülayimləşmənin ilk illəri. 1953 1956-cı illər əsərinə Almaniyada rəy dərc olunmuşdur. E.İsmayılov tarixi biliklərin fəal təbliğatçısı idi . O, ölkə televiziya kanallarının, habelə Moskva, Peterburq və Belorus kanalları tərəfindən çəkilmiş 30-a yaxın sənədli filmdə məsləhətçi kimi iştirak etmişdir . Professor E.İsmayılov postsovet və postsosialist məkanında yerləşən ölkələrin tarixinin müxtəlif dövrləri ilə bağlı həm Azərbaycanda, həm də onun sərhədlərindən kənarda, o cümlədən Rusiyada, ABŞ-də, Türkiyədə, İranda, Fransada, Qazaxıstanda, Estoniyada və digər ölkələrdə keçirilmiş çoxsaylı beynəlxalq konfranslarda, simpoziumlarda və seminarlarda iştirak etmişdir. Professor E.İsmayılov 2008-ci ilin oktyabr-noyabr aylarında Parisdə bir aylıq elmi təcrübə keçmişdir. E.İsmayılov geniş ictimai fəaliyyətlə məşğul olmuşdur. O, 19972014-cü illərdə Azərbaycanda seçkilərin monitorinqi və yerli özünüidarəetmənin təkmlləşdirilməsi məsələləri üzrə ixtisaslaşmış qeyri hökumət təşkilatı olan Vətəndaş Cəmiyyəti Uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzinin direktoru idi. Onun rəhbərliyi altında bu qeyri hökumət təşkilatı vətəndaş cəmiyyətinin aparıcı təşkilatlarından birinə çevrilmişdir. Mövcud olduğu vaxt ərzində Mərkəz Avropa Şurası, Avropa İttifaqı, ABŞ Milli Demokratiya İnstitutu, Avrasiya Fondu, Açıq Cəmiyyət İnstitutu, Norveç Yerli və Regional Hakimiyyətlər Assosiasiyası, Fridrix Naumann Fondu və s. kimi nüfuzlu beynəlxalq və yerli təşkilatların dəstəyi ilə 30-a yaxın uzun və qısamüddətli layihələr reallaşdırmışdır. Bütün bu müddət ərzində təşkilat maarifçilik məqsədiylə 50-dən artıq kitab, bülleten, broşur dərc etdirmiş, əhalinin müxtəlif təbəqələri üçün 500-dən artıq təlim-seminar keçirmişdir. Vətəndaş Cəmiyyəti Uğrunda Mərkəz 1998-ci ildən başlayaraq Azərbaycanda keçirilmiş bütün seçkilərin monitorinqini həyata keçirmiş, Azərbaycanın Bələdiyyə Assosiasiyalarının yaradılmasnda iştirak etmişdir. Azərbaycanda bələdiyyə sisteminin yaradılmasında Mərkəzin müəyyən xidmətləri olmuşdur. O, bir sıra yerli özünüidarəetmə orqanlarının texniki və təhsil bazasının möhkəmlənməsinə yardım göstərmişdir. Mərkəz Azərbaycanın sərhədlərindən kənarda da böyük nüfuza malikdir. Onun nümayəndələri Gürcüstanda, Ukraynada, Rumıniyada və Qırğızıstanda keçirilmiş seçkilərdə beynəlxalq müşahidəçi qismində iştirak etmişlər. Professor E.İsmayılov qeyri hökumət təşkilaatlarının ABŞ-də, Polşada, Xorvatiyada və Almaniyada keçirilmiş beynəlxalq toplantılarında iştirak etmişdir. Professor Eldar Rafiq oğlu İsmayılov 10 Mart 2014-cü il tarixdə, Bakı şəhərində ürək tutmasından vəfat etmişdir. 1. Sovet Azərbaycanında ali məktəbin inkişafı. 1984. 2. Azərbaycanda təhsil: Bir eksperimentin yekunları. Moskva-Paris, 1984. 3. Azərbaycan SSR-n sosial strukturu. Bakı, 1990. 4. Azərbaycan tarixi. Ümumtəhsil məktəblərinin XI sinifləri üçün dərslik. Bakı, 1995. 5. Hakimiyyət və xalq. Azərbaycanda müharibədən sonrakı stalinizm. . Monoqrafiya. Bakı, 2003. 6. Azərbaycan: Mülayimləşmənin ilk illəri. 1953 1956-cı illər. Monoqrafiya. Bakı, 2006. 7. Rusiya tarixinin sovet dövründən oçerklər. Monoqrafiya. Bakı, 2008. 8. Azərbaycan tarixindən oçerklər. M. 2010. , http:heljolar.vzpla.netdetals47.html?i1, 9. Stepan Şaumyan Unutqunluğa məhkum olunmuş. Bakı, 2012 10. Anastas Mikoyan O axınlar arasında keçirdi. Bakı, 2013 11. 1937: Azərbaycanda böyük terrorun tarixi. M., 2015.
Eldar İsmayılov (tarixçi)
591,698
Mordenit mineral, seolit, AlSi5O1226H2O. Mordenit - Rombik. Habitus iynəvari. Ayrılması 010 üzrə mükəmməl. Aqreqat: kip, qönçələr, xovlu. Vulkanik şüşələrin hidratlaşma məhsulu; effuziv süxurların boşluqlarında qumdaşı və alevrolitlərdə autigen mineraldır. Sinonim: Flokit.
Mordenit
247,206
Fləş-mob kütləvi bir qrup gəncin ani surətdə əvvəldən danışılan yerdə toplaşaraq, kütləvi aksiya keçirməsi, danışılan hərəkətin edilməsi və həmin yerdən tez ayrılmaları. Fləş-mob internet hadisəsi olduğu üçün, iştirakçılar fləş-mobun keçiriləcəyi zaman və məkan barədə əvvəlcədən internet vasitəsilə məlumatı alırlar. Fləş-mobun əsas cəhətlərindən biri odu ki, bütün dünya mobberlərinin əməl etməli olduğu ümumi qaydaları var. İlk öncə mobberlər fləş-mobun maraqlı və gözlənilməz olması üçün aksiyanın təşkil olunacağı yerə əvvəlcədən gəlməməlidirlər. Onlar təsadüfi, yoldan keçən, hətta tanıdıqları insanları da tanımayan təəssüratı yaratmalı, qəfildən peyda olub fləş-mobu keçirib sakitcə öz yollarına davam etməlidirlər. Fləş-mobun ssenarisi maraqlı və qeyri-adi olmalı, əvvəlki aksiyaları tam olaraq təkrarlamamalıdır. Kənardan seyr edən tamaşaçılar elə düşünməlidirlər ki, bu hərəktlərin xüsusi mənası var, sadəcə onlar tapmaqda çətinlik çəkirlər, aksiyanın təəccüblü hissəsi də elə budur. Ən çox suallar fləş-mobların mənası ilə bağlıdır. Fləş-mob iştirakçıları hər hansı bir fləş-mobda iştirak etmək üçün heç bir maddi maraq güdmür. Fləş-mob təmamilə könüllü məşğuliyyətdir. Eyni tədbir iştirakçılarının müxtəlif məqsədi ola bilər. Misal üçün : əylənmək özünü cəmiyyətdə azad hiss etmək stereotiplərdən azad olmaq ətrafdakılara təəssürat bağışlamaq özünü təsdiqləmək yaşatmaq yeni dost tapmaq Bu məqsədlərə kütlə effekti sayəsində nail olunur. Psixoloqların dediklərinə görə adi həyat və gündəlik qayğılar insanları qane etməyib, yorur; nəticədə, depressiyanın xüsusi forması apatiya yaranır. Fləş-mob kimi tədbirlərdə iştirak rəngsiz həyata əvəzolunmaz maraq gətirir. Fləş-mob təşkilatçılarından biri bu suala belə cavab verir : Fləş-mobların heç bir birbaşa mesajı yoxdur. Fləş-mob şəhər oyunudur, əyləncənin bir növüdür, onun əsas mənası isə internet arxasında lazımsız yerə çox vaxtını keçirən insanları stol arxasından qaldırmaq və real fəaliyyətlərdə birləşdirməkdir. Agentlər - Mob, FM Fləş-mob qısa Aftepati - Mober,Fləş-mober Fləş-mobda iştirak edən insanlar Pingvin - Mobpleys - Fomiçlər yoldan keçənlər, təsadüfi tamaşaçılar Adminlər - Moderatorlar - Ban - Offtop - İlk dəfə ideya olaraq SmartMob sözünün yaradıcısı amerikalı sosioloq-yazıçı Howard Rheingold olumuşdur. Məhz onun 2002-ci ildə işıq üzü görən Smart mob: New Social revolution kitabında ilk dəfə Fləş-mob-un mahiyyəti kütləyə çatdırılmışdı. Qərb mobberləri onu fləş-mobun yaradıcı atası hesab edirlər. İlk fləş-mob aksiyası isə 2003-cü ildə Nyu-Yorkda Bil Wasik tərəfində həyata keçirildi. İlk olaraq planlaşdırılan fləş-mob polis tərəfindən dağıdıldı, amma çox keçməmiş aksiya başqa bir məkanda baş tutur və fləş-mob ideyası bütün yer kürəsinə yayılır. Azərbaycanda ilk dəfə fləş-mob aksiyası 25 iyul 2009-cu ildə Bakı şəhərində baş tutmuşdur . Bu fləş-mob Kitab oxuyaq adı altında həyata keçmişdir . Beləki, gözlənilməyən şəkildə bir qrup gənc əlində kitab oxuyaraq şəhərdə gəzərək hamının diqqətini çəkmiş və onları heyrətləndirmişdir. İlk fləş-mob aksiyasının uğurla həyata keçməsi yeni fləş-mobların hazırlamasına ruhlandırıb və bununla da Bakıda bir fləş-mob hərəkatı FLASHMOB Azerbaijan yaranmışdır. informasiya toplanılır Fləş-mob təngidi Fləş-mob çox vaxt təngidlərə məruz qalır. İlk fləş-moblar peyda olanda bir çox siyasətçilər onun mahiyyətini anlamayıb fləş-mobu siyasi nöqteyi-nəzədən qiymətləndirdilər, halbuki fləş-mob ideologiyası bəyan edir ki: Fləş-mob siyasət və iqtisadiyyatdan kənardır. Söylənilən bəzi təngidlərə görə fləş-mob qərb sayahı sarsaqlıqdır, hərçənd fləş-mobun ideoloji tərkibi məhz MDB ölkələrində xüsusi inkişaf almışdır. Təngidçilərin çoxu fləş-mobu mənasız məşğuliyyət sayır, baxmayaraq ki, psixoloqlar fləş-mobu bəyənir, çünki fləş-mob iştirakçıların vəziyyətinə müsbət təsir göstərir, onlara cəmiyyətin fikri qorxusundan azad olmağa kömək edir, özünü intizama salmaq bacarığını təkmilləşdirir, eyni fikirli insanlarla tanış olma imkanını yaradır və həyatlarına rəngarənglik qatır. Digər təngidçilər qeyd edir ki, Avropada fləş- mobdan suni istifadə edib, onun iştirakçılarını kütləvi xuliqanlığa vadar edənlər var. Azərbaycanda bəzi siyasi strukturlar dövlətə qarşı aksiyalar keçirib, mitinqlər təşkil edir və bu cür hərəkətləri fləş-mob adlandırır. Bununla onlar ölkədə baş tutan fləş-mobların adına, həmçinin həqiqi fləş-mob təşkilatçılarının adına ləkə gətirir.
Fləş-mob
730,284
Skunk Fu! - döyüş sənətlərindən istifadə edərək vadilərini qoruyan antromorfik heyvanların macəralarından bəhs edən cizgi serial. Əsas süjet Skunkun sərgüzəştləri üzərində qurulmuşdur. Kunq-fu müəllimi Panda, Dovşan, Tülkü, Tısbağa və digərləri ya birbaşa, ya da dolayı yolla Skunka kömək edirlər. Şou Ən yaxşı animasiya kateqoriyası üzrə İFTA mükatını qazanıb. İngilis səsyazmasına əlavə olaraq irland, fransız, yapon və holland dillərində səsyazmalar hazırlanmışdır. Skunk və Pandanın başçılıq etdiyi digər vadi heyvanları Əjdahanın Babun və nindza meymunlar ilə dağlardakı yuvalarından vadiyə keçmək cəhdlərinin qarşısını alırlar. Əvvəllər Panda ilə Əjdaha çox yaxın dost idi. Amma Əjdaha təkəbbüründən dolayı cənnətdən qovulduğu üçün bunda vadi heyvanlarını təqsirkar bildi . Beləliklə, vadi heyvanlarını məhv etməyə çalışır. Panda Skunku vadini xilas etmək üçün vacib hesab edir və tez-tez zəhmətli kunq-fu məşqlərindən yayınmağa çalışan Skunku öyrətməyə çalışır. Adətən Panda ilə Skunk özləri və ya dostlarının köməyi ilə günü xilas edir. Skunk - serialın baş qəhrəmanı. Skunk vadi sakinlərinin ən gəncidir və kunq-fu ustadı olmaq istəyir. Amma o, əvvəlcə Pandadan kunq-fu hərəkətlərini öyrənməlidir. Skunk bəzən tənbəl və səbirsiz ola bilir. Amma Skunk ağlına qoyanda qabağına qoyduğu məqsədə çatmaq üçün çox çalışaraq istədiyinə nail ola bilir. Skunk dostlarına çox inanır, hətta ona həmişə hörmət etməyən Dovşana belə. Skunk diqqətini dərslərinə cəmləmək əvəzinə həmişə asan çıxış yolu tapmağa çalışır. Ancaq bu planlar adətən əks nəticə verir. Beləliklə, Skunk problemlərdən çıxış yolu tapmağa və əvvəlcə qaçmağa çalışdığı dərsi öyrənməyə məcbur olur. Panda - vadinin 80 yaşındakı çox müdrik lideridir və zamanını Skunka müxtəlif sənətlərdə təlim verməklə keçirir. O, Əjdahanın cənnətdən qovulmasından və pis olmasından əvvəl Əjdahanın ən yaxın dostu idi. Əjdahanın şər qüvvələr tərəfinə keçməsinə baxmayaraq, Panda və Əjdaha hələ də bir- birlərinə hörmət edirlər. Əjdaha Nindza meymunlar - Əjdahanın adətən ağılsız və təsirsiz əskərləri. Ninja meymunları görünməz edə biləcək bir iksir var. Lakin onları ancaq ağıl yoxdur sənətini bilən biri görə bilər. Panda deyir ki, ninja meymunları izləmək gülməli olur və bu çox doğrudur. Nindza meymunlar yaxşə təlim keçmiş olsalar da. asanlıqla məğlub olurlar. Bacarıq əskikliklərini say çoxluğu ilə ört-basdır edirlər və onların böyük bir qrupu hətta Pandaya da qalib gələ bilər. Babun nindza meymunlara komandalar verir və lazım olanda onların dediklərini başa düşərək tərcüməçilik edir. Pələng - Pandanın köhnə dostu. Pələng böyük döyüşçü olduğunu iddia edir və bir dəfə Əjdahayla döyüşüb. O, dəhşətli görünən bu döyüşdən sonra əsəbləşəndə vəhşicəsinə döyüşsə də, əksər vaxtlarda çox qorxaqdır. O, ağ Cənubi Çin pələnginə bənzəyir. Qurbağa - tullanma ustası. Qurbağa ətrafdakıları güldürməyi sevən axmaq biri kimi görünür. O, Skunka gülmə sənətində gülməyin öhdəsindən gəlmək üçün kömək edir. Belə ki, Qurbağa Skunku hər güldüyündə ənzəli oynamağa məcbur edir. İlan - ağrı verməkdən zövq alır, xüsusilə də nindza meymunlara. O, vadinin casusudur. İlan Avstraliya ləhcəsi ilə danışsa da, kobralar bu qitənin yerlisi deyil. Ancaq o, başqa ilan növündən ola da bilər. Qatil arılar - tam arı yuvası. Ç ox cəsarətli olurlar və dost-düşmən demədən hamıya hücum edirlər. Onlar hip-hop dialoq üslubunda danışırlar. Birlikdə hərəkət edərək nunçuk kimi fərqli formalara girə bilirlər. Donuz - adına baxmayaraq, Donuz əslində vəhşi qabandı. Donuz bütün vaxtını palçıqda keçirən və əsasən axmaq, güclü yaddaşı olmayan, bəsit düşüncəli bir personaj kimi təqdim olunur. Döyüşlərdə nadir hallarda kömək etsə də, Əjdahayla döyüşdə başqa üsullarla kömək edir. Məsələn, donuz ili boyunca bütün yer göbələklərini yeyir ki, Əjdaha onlardan eliksir düzəldərək həbsxanasından müvəqqəti çıxa bilməsin. Donuz sevimli bir personajdır və Dovşandan tez-tez təsirlənir. Amma özünün nindza meymun olduğuna inandırıldığı vaxt böyük bir döyüşçü olduğu göstərilmişdir. O, Skunk, Dəvədəlləyi və Dovşanı birlikdə asanlıqla məğlub edə bildi. Donuz həm də yetkin donuz kimi rəftar olunmaq istəyir. Öküz və quş - quş ikilinin beynidir. Quş çox vaxt özünü möhtəşəm hesab edir. Hər ikisi dincəlməkdən və heç kim olduqları həqiqətini qəbul etməkdən daha yaxşı olan heç nəyi sevmir. Öküz görünməz nindza meymunları ağıl yoxdur sənəti sayəsində görə bilir. Buna görə də bir zamanlar böyük bir qəhrəman olaraq qəbul olunurdu. Öküz nindza meymunları başa düşə və onlarla danışa bilir. Tısbağa - yaşlı, müdrik kunq-fu ustadı. Vadinin həkimidir və Skunku öyrətməyə kömək edir. Həkim Tısbağa həmişə Pandaya və Pələngə kömək etməkdən məmnundur. O, həmçinin istedadlı çərpələng uçurandır və hər Yeni ildə çərpələng nümayiş etdirir.
Skunk Fu!
761,476
Honeywell International, Inc. Amerikanın transmilli holdinq şirkətidir. O, xüsusi müştərilərdən tutmuş böyük korporasiyalara və hökumətlərə qədər geniş çeşiddə olan müştərilərinə müxtəlif kommersiya və istehlak məhsulları, mühəndislik xidmətləri və aerokosmik sistemlər təqdim edir.
Honeywell
144,092
right180px Ziyarət Hamlet İsaxanlı nın 2009-cu ildə Xəzər Universiteti Nəşriyyatı nda işıq üzü görmüş şeirlər və Ziyarət adlı poemadan ibarət kitabı. Kitaba heca, hecalı sərbəst və ya ritmik sərbəst, həmçinin digər vəznlərdə yazılmış, qəmli və sevinc dolu, fəlsəfi və sadəcə xoş əhval yaradan müxtəlif şeirlər daxildir. Epic-lirik Ziyarət poeması şairin öz uşaqlığına, doğulduğu kəndə səyahəti ilə, yaxın və uzaq keçmiş haqqında xatirələri ilə bağlıdır. Mənası ye, iç, yat olan ömür, Nə dərin həyəan, nə fəryad Xeyli turşməzədir həyatın dadı. Fəsillərin dəyişməsi hiss olunmayan Malayziyada qəlbin alışdığı xəzan yoxdur; bu, qəribədir... :Burda nə payız var, nə bahar, nə qış :Oğulsansa gəl bu gərdişə alış :Burda xəzan olmur, yarpaq saralmır :Şairim, vətənə dönməyə çalış :Burda nə payız var, nə bahar, nə qış. Digər bir sıra şeirlərində şair dünyanın keçiciliyi üzərində düşünür, ismarıclar edir. :Gedin deyin anama :Uzaqda ki, balan var :Onu çox da qınama :Uzaqdadır gələmmir. :Son vaxtlar keyfi yoxdur :Yorulub qəm-kədərdən :Heç ürəkdən güləmmir; :Ölmək istəyir hərdən :Amma hələ öləmmir Şair bilir ki Getdiyim yol qırılaaq Bir gün tamam bitəək. Lakin kimlərinsə onu yada salacağını da bilir... :Səsim bəzi qulaqlarda qalaaq :Kimlərsə şeirimdən ilham alaaq :Sözümü kimlərsə yada salaaq :Adamın allahı var :Yada salmaqdan bezmir insanlar. Və ya :Bilirəm ki, için-için yanaaq :Neçə illər ad günümü anaaq :Ağrıyaaq mənə bağlı könüllər, :Qəbrim üstə qızaraaq :Qərənfillər, qızıl güllər. İnsan ömrü boyu öyrənir. Nyuton, Nizami, Şekspir, Tolstoy, Mövlanədən dərs almaq yaxşıdır, lakin öz kimliyinə malik olmaq, ümumi xora qoşulmamaq mümkündürmü? İnsanı insan edən onun müstəqilliyi, özünəməxsusluğu deyilmi?! :Binadan nə Tolstoyçu, nə Marksist :Nə sosyalist, nə başqa ist :Nə Mustafa Kemalistəm. :Zaman-zaman onlara mehman olsam da :Təklikdən də zövq almışam :Söhbət edib, dərs alsam da :Mən öz havamı çalmışam. :Məni xorda oxutsalar :Səsim, sözüm, öz nəğməm var - :Dadı-duzu olsa da kəm, :Yenə nə qəm?! :Mən solistəm ki, solistəm! Uşaqlıq və gənclik yaş həddi kimi arxada qalsa da, yaşlı adam bir az ehtiyatlı olsa da, uşaqlıq duyğusu da, gənclik atəşi də yaşa dolduqca yox olmur, sinədə döyünən ürəkdə yaşayır. Özünü dartıb sanballı olmaq sadə iş deyil. :Bir baxın: anımda neçə an varmış, :Qəlbimi neçə qat duyğular sarmış?! :Qanım uşaqlıqdan axan qan imiş :Gənlik atəşi də qəlbi yaxarmış... ::Mənə sanballı ol söyləyən dostlar, ::Deməyə nə var?! ::Başqadır gərdiş ::O qədər də sadə deyilmiş bu iş... Şair Çox azdır, Sənsizlik, Dəniz sahilində görüş, Hər sevən yetməz ki kama..., Bu nə sevgi, nə fəlsəfə?, Qulluğumda dur, Ay qız, Nə olardı?, Səexoşluq, Ya sən, ya heç, Qədər bumu, Sevilmək istəyi kimi müxtəlif vəznli şeirlərində sevginin sevinci, qəmi və nəşəsini, eşq fəlsəfəsini poetikləşdirib. Şeirlərdən parçalar: :Açılır rəng-rəng çiçəklər :Açılmayır kefim bu yaz. :İsinir xırda böəklər :İsinir soyuq küləklər :Bu günəş mənimki deyil :Yaman üşüyürəm bu il. Bu yaz mənə qəm gətirdi Açılmayır kefim bu yaz. Çoxları tək mən demirəm Dərdim kitablara sığmaz Dərdlərim birə sətirdi: Sənsiz yaşaya bilmirəm. :Sənə hər nə söyləsələr :Allaha sığın desələr :Möüzəyə bel bağlama, :Hər sevən yetməz ki kama... :Hər sevdiyi qismət olmur insana :Ürəyində bəslədiyi :Sevgilər qalır ona. ::Sevənlər-onlardır bəxtəvər ::Sevməyən insanı kim sevər?! Əlimdəki bir aşiqin qələmidir O qələmə ilham verən Bir dəli eşq aləmidir. Biz yazırıq, yaradırıq sətir-sətir Bu yandan da vərəq-vərəq ömür bitir Nə etməli, bu bəşərin xilqətidir. Hər nə qədər olsa da ge Sözüm bir, fikrim qətidir: Ya sən, ya heç! Çox azdır :Nə qədər sevirəm söyləsən :Dünyalar qədər də çox sevsən :Ağlasan :Qoy olsun, qoy oşsun duyğular :Bil ki, eşq nə qədər çox olsa :Yenə də çox azdır, gözəl yar. Aşiqi hər addım sınamaq Sözdən söz çıxarıb qınamaq Bu köhnə avazdır, gözəl yar. Sevginin başqadır səfası Sevginin hər övrü-əfası ilvə, işvə, nazdır, gözəl yar. :Gözlərin üstümə yürüsə :anımı atəşə bürüsə :Bil ki, kefim sazdır, gözəl yar. :Dilin bal, dişlərin dürr isə :Bizi titrətməsə bir busə :Dil ya diş çox azdır, gözəl yar... Nə olardı? Nə olardı, gülüm, dəyişməyəydin, Gözündən qığılım yox olmayaydı Tale bəxş edənə boyun əyəydin Od saçan gözlərə yaş dolmayaydı?! :Nə olardı, gülüm, susa biləydin :Səbirdən sənə də bir pay düşəydi :Ağlamaq yerinə deyib-güləydin :Qara bulud bizdən yan ötüşəydi?! Səndən ilham alıb şeir yazaydım Bizi məst edəydi bu eşqin dadı Hər şeyi sevgiyə, eşqə yozaydım Bax onda deyərdim: həyat röyadı Qoyunlar xoru Qoyun olduq, dağ döşündə əm olduq Otdan yedik, sudan içdik, dəm olduq. Qoyunsansa sual vermə Daha demə Kimlərə həmdəm olduq?! Alış itə, alış qurda Xan çobana, xan çomağa Alış təzə, köhnə yurda Başaşağı otlamağa. Biz öz qoyun gözümüzü Döyə-döyə Yaradana şükür olsun deyə-deyə Hələ çox iş görməliyik, Yunumuzu, südümüzü... Sözün düzü Biz ki belə yeməliyik İstəsələr anımızı verməliyik. Qoyunsansa sual vermə Daha demə Nədən belə havalandıq, dəm olduq, Ağzı qara anavara yem olduq?! Dözə-dözə Dözülməz çox dərdlərə Dözdük...dözürük hələ. Toyların qulaq batıran səsinə Xanımların hikkəsinə Dözürük yana-yana. Dözürük ağ yalana, Soyğunlara, talana. Sözdən uzaq əmələ Dözdük...Dözürük hələ. Boşboğazın çənəsinə ahilin mənəm-mənəm deməsinə anavarın quzunu yeməsinə Dözdük, Rüşvətin xırdasına, yekəsinə Dözdük, Xəritənin sol kündəki ləkəsinə Üzüldük, Amma dözdük. Hakimlərə pul verdi vəkillər Polisə işə girdi killer Yenə dözdük. Böhtana, nifrətə, kinə İblisə, şeytana, inə Daş ürəyə, zəhər dilə Dözdük...və dözürük hələ. Dözmüşük...və dözməliyik Durmaq olmaz ki yarıda?! Dözməsək... deməli biz dəliyik Dözməsək... bu dünyadan getməliyik. Dözüb başqaları da Bizə mənə, sənə qədər Yəqin biz də dözəəyik Yəqin ki... ölənə qədər. Dağlıq Qarabağ və ətrafı nəzərdə tutulur. Millət şeirindən parçalar: İstedadda bu xalq, vallahi, təkdir Baş işlətmək ona nəyə gərəkdir?! Bir xalq ki bazarda belə zirəkdir Ona nə Hind taydır, nə Çin, a millət! Madam ki qarşıda xoş gələəkdir İşimiz onsuz da düzələəkdir. Elə ki, bu doğru yol ilə getdin Onda kamilliyə yetdin, a millət. Özgəyə qurbandır o quru anın Dövran dəyişdikə dəyişdi qanın İranın, Turanın, ya Rusiyanın Quyruğuna düşüb getdin, a millət. Beşikdən yabançı dillərdən yapış İngilisi, Rusu bilməyə çalış. Doğma dil boş şeydir, ona bənd olma Və xam xəyallarla özünü yorma Vidan, həya, vüqar Bunları unut Rüşvət ver, rüşvət al, işini bərk tut! Millətin işləri başından aşır Geə-gündüz toyda, ya bazardadır Millətə oynayıb gülmək yaraşır Elmə, fəlsəfəyə vaxtı hardadır?! Çal-çağır bol olsa, basılarmı ər? Millət fərəhindən göyə yüksələr; Ürəkdə saxlama nə dava, nə kin Get-gedə azalır qonşun dərbədər Nə qalıb? Uzağı yüz-yüz əlli min, Yəni bizim şadlıq evləri qədər. Zarafatyana şeirlər Ziyarət Musiqi Cavanşir Quliyev Ziyarət poemasına müxtəlif leytmotivlər əsasında bütövlükdə simfonik musiqi yazmış, həmçinin 11 mahnı bəstələmişdir. Bu mahnılar müğənni Fədayə Laçının ifasında yazıya alınmış və ifa olunmaqdadır.
Ziyarət (kitab)
330,160
Abşeron istehkamları - Orta Əsrlərə aid müdafiə -fortifikasia qurğuları. XI-XIII -cü əsrlərdə Şirvanşahların möhkəmlənməsi ilə Abşeron yarımadasının ərazisində böyük inşaat işləri aparılır. O dövrün qurğuları arasında bürclər və qəsrlər xüsusi yer tutur - onlar, ara müharibələrdə feodalların etibarlı sığınacağı, həm də xarici işğalçılardan müdafiə funksiyasını yerinə yetirirdilər. Xüsusi ilə kəskin olaraq bu məsələ XII-ci əsrdə rusların dənizdən hucumu zamanı qalxdı. Rusların Azərbaycana və Xəzər hövzəsi ölkələrinə sonuncu böyük hucumu 1174-cü ildə şirvanşah I Axsitan İbn Mənüçöhrün dövründə baş vermişdi. Bu hucumda ruslarla birlikdə alanlar və qıpçaqlar da iştirak etmişdir. Ruslar 73 gəmi ilə Ruinas adasına yaxınlaşdılar, və lövbər salaraq Kür çayı ilə Lənbərana doğru qalxdılar. Eyni zamanda qıpçaqlar və alanlar Dərbəndi tutaraq, cənuba hərəkət etdilər və Şabran istehkamını tutdular. Ruslarla həlledici döyüş Bakı yaxınlığında dənizdə baş verdi. Bundan sonra ruslar Şirvandan qovuldular, onları donanması isə məhv edildi. Qıpçaqlarla alanlar da məğlub edildi. Çox guman ki, rusların Azərbaycandan qovulması işində Abşeron istehkamlarının böyük rolu olmuşdur. Aydın havada bürc və qüllələrdən açıq dənizdə olan gəmiləri uzaq məsafədən müşahidə etmək mümkün idi. Qüllədən görünən gəmilər haqqında dərhal şahın qərargahına xəbər verilirdi və düşmən, əsas üstünlüyü olan gözlənilməzlik amilindən məhrum olurdu. Bütün Abşeron yarımadası boyu yerləşən qalalar uzunmüddətli yaşayış üçün nəzərdə tutulmamışdı. Qərbi Avropanın qəsrlərindən fərqli olaraq Abşeron qalalarının yardımçı və xidmətçi tikilələri olan daxili, geniş həyəti yox idi. Belə tikililər qalaların xaricində yerləşirdi. Qalalar feodalın və onun vassallarının müvəqqəti sığınacağına və passiv müdafiə işinə xidmət edirdi. Abşeronun bütün qalaları vahid müdafiə sisteminə daxil idi. XVII-XVIII-ci əsrlərdə qalalar işarə funksiyasını yerinə yetirməyə başladı. Düşmən yaxınlaşanda qalalarda neft yandırılırdı və beləliklə əhali xəbərdar edilirdi. Qızıl Orda xanlarının yürüşləri və kazaklarının Xəzər sahillərinə basqınları zamanı da Abşeron qalaları müdafiə və xəbərdarlıq funksiyasını yerinə yetirmişdir. Abşeron qalalarının çox ümumi cəhəti var. Onların hamısı kəndlərin kənarında və yaxud onlardan uzaqda yerləşir. Abşeronun dördkünc və yumru qalalrı, demək olar ki bütün hallarda eyni plana uyğundur. Onların hamısı dördkünc qala divarları ilə əhatələnib. Bürcün ətrafından qala divarlarına 20-25 metr məsafə var.Bürclər hündürlüyünə görə yaruslara bölünüb, onların arasındakı əlaqə divarın içindəki pilləkan vasitəsilə idi. İkinci qata pilləkən yoxdur və, yəqin ki, burada daşınan taxta nərdivanlardan istifadə edilirdi. Bütün qalaların birinci qatda eni 6,5-7 metr, yuxarı qatların - 3,5-4,5 metrdir. Dördkünc bürclərin divarlarının eni ilə yumru bürclərin diametrləri də ölçülərinə görə yaxındır , divarın qalınlığı . Bürclərin bütün müdafiə vasitələri onun yuxarı meydançasında cəmləşdirilirdi. Onun üzərində yerləşdirilən oxçular dişli pilləvari parapetlə müdafiə olunurdular. Bürcün bütün qatlarında içəriyə genişlənən mazğallar, əsasən ventilyasiya və işıqlandırma üçün nəzərdə tutulmuşdur. Sadə kanalizasiya xəttləri və su quyuları da bürclərin mühasirə zamanı üçün, müvəqqəti yaşayış yeri olduğunu bildirir. Abşeron qalalarından ən yaxşı qalanlar: Ramana, Nardaran, Mərdəkanda ikisi; yarıdağlmış vəziyyətdə olanlar - Bilgəh, Qala və Şağandakı qalalardır. Qalalar Maştağa, Şüvəlan, Keşlə, Hövsan, Buzovna və başqa kəndlərdə də vardı. Beləliklə Abşeronda 30 yaxın bürc-qala vardı. Abşeron qalaları: Bakı qalası Mərdəkan qalası-1 Mərdəkan qalası-2 Şağan qalası Ramana qalası Nardaran qalası Bilgəh qalası Bayıl qalası -Dördbucaqlı Mərdəkan qalası - - Azərbaycan qalaları. X film. Abşeron
Abşeron istehkamları
494,955
Uşaqlı ailə üçün hər şey Hüseyn Dehnəvinin sosioloji-əxlaqi əsəri. Kitabda hər bir uşaqlı ailənin qarşılaşa biləcəyi bir-birindən önəmli mövzulardan söhbət açılaraq valideynlərin çətinliklərini həll edəcək dəyərli tövsiyələr yer almışdır. Kitab ailə-uşaq məsələləri üzrə mütəxəssis və tanınmış psixoloq Dr. Hüseyn Dehnəvinin bir neçə il ərzində valideynlərlə ünsiyyətinin, onların ünvanladığı suallara verilən cavablar nəticəsində ərsəyə gəlmişdir. Bunun üçün də kitab nəzəriyyə xarakterli olmayıb, tamamilə praktiki göstərişlərdən ibarətdir.
Uşaqlı ailə üçün hər şey (kitab)
567,965
Subaylar Günü yalnızlığı qeyd etmək məqsədilə Çində təsis edilmiş gün85 saniyədə 1 milyard dollarlıq satış edildi Yeni rekord. qafqazinfo.az, 11.11.2018 . Hər il 11 noyabr tarixində qeyd edilir. Subaylar Günü 1993-cü ildə Nankin Universitetində təsis edilib. Belə bir günün təsis edilməsində əsas məqsəd yalnızlığı qeyd etməkdir. Bu günün 11 noyabr tarixi olaraq xüsusi seçilməsi isə 11xxxx tarixi ilə bağlıdır. Belə ki, 1 rəqəmi yalnızlığı təmsil etdiyi üçün bu rəqəmin ən çox yer aldığı tarix də Subaylar Gününün qeyd edilmə tarixi kimi seçilib. Subaylar Günündə hər il böyük məbləğdə alış-veriş qeydə alınır. Xüsusilə də internet üzərindən həyata keçirilən alış-verişlər bu zaman daha çox olur. Buna görə də Subaylar Günü dünyada ən böyük alış-veriş festivalılarından biri kimi bilinir. Məsələn, Alibaba alış-veriş şirkəti 2017-ci ildə 1 milyard dollarlıq satışı 2 dəqiqə ərzində həyata keçirilmişdir. 2018-ci ildəki Subaylar Günündə isə 85 saniyədə 1 milyard dollarlıq sifariş alaraq yeni rekorda sahib olmuşdur.
Subaylar Günü
688,135
Muxtar Rəhim oğlu Babayev Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. Muxtar Babayev 1987-ci il dekabrın 25-də Göytəpə şəhərində anadan olub. Muxtar Babayev 2008-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi. 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində savaşıb. Azərbaycan Ordusunun kiçik çavuş olan Muxtar Babayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Hadrut qəsəbəsinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Muxtar Babayev noyabrın 2-də Hadrutun azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Muxtar Babayev ölümündən sonra Vətən uğrunda medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Muxtar Babayev ölümündən sonra Cəsur döyüşçü medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Muxtar Babayev ölümündən sonra Şuşanın azad olunmasına görə medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Muxtar Babayev ölümündən sonra Xocavəndin azad olunmasına görə medalı ilə təltif edildi. Vətən uğrunda medalı Cəsur döyüşçü medalı Şuşanın azad olunmasına görə medalı Xocavəndin azad olunmasına görə medalı
Muxtar Babayev (kiçik çavuş)
820,875
Postkommunizm Şərqi Avropada və Latın Amerikası, Afrika və Asiyanın bir hissəsində yerləşən keçmiş kommunist dövlətlərində yeni hökumətlərin azad bazar tərəfdarı kapitalist iqtisadiyyatları yaratmağı hədəflədiyi siyasi və iqtisadi transformasiya və ya keçid dövrü. 19891992-ci illərdə kommunist partiyasının idarə etdiyi əksər dövlətlərdə kommunist partiyası idarəçiliyi süqut etmişdir. Ağır çətinliklərdən sonra kommunist partiyaları Çin, Kuba, Laos, Şimali Koreya və Vyetnamda nəzarəti saxlamışdılar. Yuqoslaviya parçalanmağa başlamış, bu da ölkəni etnik qruplar arasında uzunmüddətli və mürəkkəb müharibələrə səbəb olmuşdur. Sovetyönümlü kommunist hərəkatları idarə etmədikləri ölkələrdə süqut etmişdir.David Priestland, The Red Flag: A History of Communism pp 346353.Robert Service, Comrades: A World History of Communism pp. 459460, Şərq və Qərb blokunun əksər kommunist partiyalarının siyasəti Sovet İttifaqının nümunəsi ilə idarə olunurdu. 1989-cu il inqilablarından və kommunistlərin rəhbərlik etdiyi hökumətlərin süqutundan sonra Şərq blokunun əksər ölkələrində kommunist partiyaları iki fraksiyaya bölünmüşdür: islahatçı sosial-demokrat partiya və yeni daha az islahatyönümlü kommunist partiyası. Yeni yaradılan sosial-demokrat partiyalar, ümumiyyətlə, qalan kommunist partiyalarından daha böyük və güclü idilər. Yalnız Belarus, Ukrayna, Qazaxıstan, Moldova, Rusiya və Tacikistanda kommunist partiyaları əhəmiyyətli qüvvə olaraq qalmışdır.David Ost, The politics of interest in post-communist East Europe. Theory and Society 22.4 : 453-485. online Gregory Gleason, Markets and politics in Central Asia .
Postkommunizm
559,917
Bakı real məktəbi 1874-cü ildə Bakı real gimnaziyasının əsasında yaradılmışdır. Məktəbdə 1876-cı ildə 431 , 1899-cu ildə 658 şagird təhsil alırdı. Burada hazırlıq sinifləri də açılmışdır. 1890-cı ilin məlumatına görə Bakı real məktəbində oxuyanların 4.6 kəndli uşaqları idi. Şagirdlərin müəyyən qismi dövlət hesabına təhsil alırdı. Bakı milyonçusu Musa Nağıyev məktəbə maliyyə yardımı edirdi. N. Nərimnanov, H. Zərdabi Bakı real məktəbində dərs demişdir.
Bakı real məktəbi
788,864
Yosafat Kobrinski adına Qutsulşina və Pokutye Milli Xalq Sənəti Muzeyi Ukraynanın Kolomıya şəhərində qutsulların və pokutların qiymətli və nadir xalq sənət əsərlərini qoruyan muzey müəssisəsi. Bu Qərbi Ukraynadakı ilk Ukrayna incəsənət muzeyidir. . . . . : , 2007. . 4. ISBN 978-966-00-0692-8. . 458459 Muzey Kolomıya şəhərinin mərkəzi hissəsində, Ukrayna ictimaiyyətinin vəsaiti hesabına tikilmiş keçmiş Xalq Evinin binasında yerləşir. Pokutye regionuna həsr edilmiş muzey 1913-cü ilin iyununda bərpa edilmişdir. Bu dövrdə Bronislava Starjenska əri və oğlunun ölümündən sonra ailə kolleksiyasının qalan hissəsini İcma Məktəbi Cəmiyyətinə vermişdir. Muzey Xalqlar Evinin otaqlarında ziyarətçilər üçün açıq fəaliyyət göstərmişdir. Muzeyin rəhbəri Antoni Sidoroviç olmuşdur. Burada bir neçə yüz sikkə ilə birlikdə 755-ə yaxın etnoqrafik və tarixi obyektin kolleksiyası sərgilənirdi. Muzey sonrakı illərdə, Birinci Dünya müharibəsi hadisələrində dağıdılmışdır. O dövrdə verilən məlumatlara görə, muzeyin ilkin kolleksiyasından heç bir şey salamat qalmamışdır. İndiki muzey 1926-cı ildə təsis edilmişdir və 1934-cü ilin sonunda ziyarətçilərin istifadəsinə verilmişdir. Bu, şəhərin mərkəzindəki keçmiş Xalq Evinin binasında yerləşir. Muzey Yosafat Kobrinskinin şərəfinə adlandırılmışdır. 1945-ci ildə Qutsulşina Xalq Yaradıcılığı Dövlət Muzeyi adlandırılmışdır. Hal-hazırda muzey üç filialdan ibarətdir: Kosov Qutsulşina Xalq Yaradıcılığı və Həyatı Muzeyi. Kosovda yerləşir. Pisanka Muzeyi. Kolomıyada yerləşir. 1987-ci ildə açılmışdır. Kolleksiyasında bütün dünyadan 12,000-dən çox Pasxa yumurtası mövcuddur. Yaremçe Karpat Etnoqrafiya və Ekologiya Muzeyi. Əvvəllər Yaremçedə yerləşirdi, sonra 2007-ci ildə Kolomıyadakı əsas muzeyə qatılmışdır. Burada festivalların, seminarların və konfransların təşkilinə diqqət yetirilir. Əsas sərgi qutsul və pokut kəndlərindən olan əşyalardan ibarətdir. Buraya bəzədilmiş soba plitələri, musiqi alətləri, oyma taxta alətlər, mebel, xalq geyimləri, unikal qutsul tikmələri, toxunmuş divar asmaları və ənənəvi qutsul baltalarının kolleksiyası daxildir. Muzeyin daimi ekspozisiyaları Mixail Bilas tərəfindən hazırlanmış qobelenlər, Andrey Çaykovskiyə həsr olunmuş xatirə otağı, dini incəsənət nümunələri, ənənəvi qutsul evi, geyimləri və mebelləri daxildir. . www.karpaty.info Kolomıya tarixində regional muzey yaratmaq üçün bir neçə cəhd olmuşdur. Birincisi, 1892-ci ildə şəxsi kolleksiyaçı və həvəskar arxeoloq Edmund Starjenski tərəfindən təsis edilmiş Pokutye regional özəl muzeyi idi. Bu, arxeoloji artefaktları əhatə edən antik əşyalara yönəldilmiş kolleksiya idi, lakin burada etnoqrafik obyektlərlə yanaşı təbiət obyektləri də var idi. Muzey Starjenskinin villasında yerləşirdi və iki hissəyə bölünürdü: kitabxana və müvafiq muzey. Təxminən 1900-cü ildə kolleksiyanı oğluna vermiş və 1909-cu ildə onun bir hissəsi Krakov Milli Muzeyinə təhvil verilmişdir. 2006-cı ildə muzeyin 80 illik yubileyinin qeyd edilməsi çərçivəsində İvano-Frankivsk vilayət dövlət administrasiyası quruma milli statusun verilməsi üçün petisiya təşəbbüsü ilə çıxış etmişdir. 20 oktyabr 2009-cu ildə Ukrayna Prezidenti Viktor Yuşşenkonun 8372009 saylı Fərmanı ilə Yosafat Kobrinski adına Qutsulşina və Pokutye Milli Xalq Sənəti Muzeyinəmilli status verilmişdir. Bu status muzeyin muzey işinin inkişafında, Karpat regionunun ənənəvi xalq sənətinin öyrənilməsində, qorunub saxlanmasında və populyarlaşmasında mühüm töhfələrinə, fəal beynəlxalq fəaliyyətinə görə verilmişdir.
Qutsulşina və Pokutye Milli Xalq Sənəti Muzeyi
143,675
Kökaltı kvadratı a-ya bərabər olan ədədə a ədədinin kvadrat kökü deyilir və sqrt!! kimi işarə olunur Məsələn: sqrt25 5 a ədədinin n-ci dərəcədən kökü n kimi işarə olunur. n-ci dərəcədən kökün tərifinə görə na eyniliyi doğrudur. Tərif: Mənfi olmayan ədədin n-ci dərəcədən mənfi olmayan kökünə, bu ədədin n-ci dərəcədən hesabı kökü deyilir. Kökaltı aşağıdakı xassələrə malikdir: Hasilin kökü vuruqların kökləri hasilinə bərabərdir, a olarsa onda Qismətin kökü bölünənlə bölənin kökləri qismətinə bərabərdir, yəni a olarsa onda Kökün natural üstlü qüvvəti, kökaltı ifadənin həmin üstlü qüvvətinin kökünə bərabərdir, yəni a n, m N olarsa m n Kökün dərəcəsinin hər hansı natural ədədə vurub kökaltı ifadəni həmin dərəcədən qüvvətə yüksəltsək kökün qiyməti dəyişmir, yəni a olarsa n nm sqrtn0 0; n in mathbbNge 2. sqrtnab sqrtna sqrtnb,qquad a, b ge 0; sqrt n ana, a geqslant 0 forall ageqslant 0,b0 qquad sqrt n frac 1 bfrac sqrt n 3 sqrt n b sqrtnam leftm leftm amn. sqrt nk amksqrt n am, qquad a0,n in mathbb N forall ageqslant 0,qquad n,k in mathbb N qquad sqrt n sqrt k asqrt nk a Kateqoriya:Hesab
Kökaltı
745,615
Lüksemburq komissiyası XIX əsrdə Fransanın müvəqqəti hökuməti tərəfindən yaradılmış əmək komissiyası. 25 fevral 1848-ci ildə Lui Filippin taxtdan devrilməsindən sonra yaradılmışdır. Lüksemburq komissiyasının yaradılması, Lui Blanın başçılıq etdiyi fəhlə nümayəndələr məclisi kimi, sosial problemlərin öyrənilməsi və həlli yollarının təklif edilməsi vəzifəsini icra etmək məqsədini güdürdü. Komissiya həmin ilin sonunda fəaliyyətini dayandırmışdır.
Lüksemburq komissiyası
615,843
Morfem sözün leksik və ya qrammatik mənası olan hissəsi . Termin elmə Boduen de Kurtene tərəfindən daxil edilmişdir. Dilin mənalı hissələri, yəni kök, leksik və qrammatik şəkilçilər ayrı-ayrılıqda morfem adlanır. Sözün quruluşunu öyrənmək üçün onu tərkib hissələrinə ayırırlar. Sözün ayrılıqda işlənə bilən və leksik mənaya malik olan hissəs kök adlanır. Sözün kökü işarəsi ilə göstərilir. Sözün ayrılıqda işlənə bilməyən və leksik mənası olmayan hissəsi isə şəkilçi adlanır.
Morfem
699,906
Qütb əl-Din Şah Cahan Kirmanın Qutluqxanilər sülaləsindən olan son hökmdarı. Qütb əl-Din Şah Cahan Suyurğatmışın oğludur. Qohumunun vəliəhdi olduqdan sonra taxta çıxmış və qısa müddət hakimiyyətdə olmuşdur. Onun hakimiyyəti dövründə qəddar, rüşvətxor və həddindən artıq əsəbi olduğu bildirilir. O, Elxani hökmdarı Olcaytunun əmri ilə monqol canişini Malik Nəsirəddin Məhəmməd ilə əvəz edilmişdir. Ömrünün yerdə qalan hissəsini ögəy anası Kördüçin ilə birlikdə Şirazda keçirmişdir. Onun qızı Qutluqxan Makdumşah Mübariz əl-Din Məhəmməd ilə 1328-ci ildə evlənmiş və beləliklə, Müzəffərilər sülaləsinin əsasını qoymuşdur.
Qütb əl-Din Şah Cahan
290,171
Ermənistan Respublikası Milli Statistika Xidmətinin 1 yanvar 2011-ci ilə olan rəsmi məlumatına əsasən Ermənistan Respublikasının əhalisi 3,262,600 nəfərdir. : , 2011 Ancaq 1221 oktyabr 2011-ci il tarixində həyata keçirilmiş Ümumermənistan əhali siyahıyaalınmasının ilkin yekunlarına əsasən Ermənistanın ölkədə yaşayan və qeydiyyatda olan faktiki əhalisi 2.871.509 nəfər, xaricdə yaşayan Ermənistan vətəndaşları da daxil olmaqla de-yuri əhalisi isə 3.285.767 nəfər olmuşdur. News.am: : 07, 2012 Thirdpower.am: : 10.02.12 1979-cu il siyahıyaalınmasının yekunlarına əsasən Ermənistanda qeyd alınmış 2.724.975 etnik ermənidən 2.709.591 nəfəri, 160.841 nəfər azərbaycanlıdan 159.709 nəfəri, 70.336 rusdan 69.840 nəfəri, 50.822 kürddən 43.019 nəfəri, 6.183 assuriyalıdan isə 3.516 nəfəri öz millətinin dilini ana dili olaraq göstərmişdi.III. Tableaux de statistiques. Union des rpubliques socialistes sovitiques. RSS dArmnie, pp. 697 698 . Composition linguistique des nations du monde. 5. LEurope et lURSS . Directeurs de ledition: Heinz Kloss et Grant D. McConnell. Centre international de recherches sur le bilinguisme. Qubec: Les Presses de lUniversit Laval, 1984, 862 pages. ISBN 9782763770444 2001-ci il siyahıyaalınmasına əsasən Ermənistan Respublikası əhalisinin 97,9-ni ermənilər, qalan 2,1-ni isə ruslar, yunanlar, ukraynalılar və s. etnik qruplar təşkil edir. Erməni Ortodoksluğu əsas dindir. Emənistan Respublikası əhalisinin milli və dil tərkibi, 1019 oktyabr 2001 sa.National Statistical Service of the Republic of Armenia: Tabel 5.1 : De Jure Population by Age and Ethnicity in 2001 census National Statistical Service of the Republic of Armenia: Table 5.2 De Jure Population by Ethnicity and Languages Etnik qrup Sayı Nisbəti Ö.m.d.a.d.s. E.d.a.d.s. Y.d.a.d.s. R.d.a.d.s. U.d.a.d.s. D.d.a.d.s. cəmi 3 213 011 100 3 179 528 3 139 152 31 799 29 563 818 11 679 erməni 3 145 354 97.9 3 128 490 3 128 490 391 14 728 88 1 657 yezidi 40 620 1.2 31 310 5 278 31 310 230 3 802 rus 14 660 0.4 12 905 1 666 12 905 21 68 assuriyalı 3 409 0.1 ukraynalı 1 633 692 291 629 692 21 kürd 1 519 yunan 1 176 digər 4 640 0.4 6 131 3 427 98 1 071 17 6 131 Qeyd: Ö.m.d.a.d.s.-Öz millətinin dilini ana dili sayanlar.Y.d.a.d.s.-Yezidi dilini ana dili sayanlar.U.d.a.d.s.-Ukrayna dilini ana dili sayanlar. 2019-cu ildə Ermənistanda proqnozlaşdırılan 40.583 uşaq əvəzinə 35.448 uşaq dünyaya gəlib.
Ermənistan Respublikasının əhalisi
633,509
Kumarin lactone o-hydroxycinnamic turşusu. Yeni kəsilmiş otların qoxusunu verən rəngsiz kristallardır; ərimə temperaturu 70 C, qaynama temperaturu 291 C-dir. Kumarin spirt və efirdə yaxşı, suda zəif həll olur ,4-hidroksillə yüngül turşu xassəsi göstərdiyi üçün, bir qədər qələvi mühitdə həll edilə bilər. Kumarin benzoldan fərqli olaraq doymamış laktonlar və ya benzoləvəzləyicilərlə daha az reaksiya qabiliyyətinə malikdir. A Kumarin glikosidlər şəklində bir çox bitkilərin tərkibində aşkar edilmişdir - onların nümayəndələri arasında Astrov ailə , eləcə də yonca, bizon, darçını göstərmək olar. Sənayedə coumarin salisilik aldehid və asatik anhidritdən əldə edilir Perkin reaksiya . Kumarindən tütün məhsullarının istehsalında və ətir sənayesində istifadə olunur. Törəmələridən boya lazerlərində istifadə olunur. Qalvanika sənayesində də güclü parlayıcı kimi istifadə olunur. Kumarinin bir insana fizioloji təsiri çox zəifdir. Bununla birlikdə, coumarin müxtəlif bitkilər üzərində nəzərə çarpacaq dərəcədə təsir göstərir. Koumarin törəmələrində fizioloji təsiri daha qabarıqdır. Məsələn, coumarin-3-karboksilik turşusu törəmələri hipnotikdir. Dikumarol qan laxtalanmasına müdaxilə edir.
Kumarin
548,661
Anaerobik tənəffüs və ya oksigensiz tənəffüs. Oksigen yoxluğunda, enerji istehsal etmək üçün molekulların oksidləşmə yolu ilə enerji istehsal edilməsidir. Aerobik tənəffüs ilə əsas fərqi, oksigendən istifadə edilməməsidir. Fermantasiya ilə qarışdırılmamalıdır. Anaerobik tənəffüs edən mikroorqanizmlərdə elektron daşıma zəncirinin sonunda elektron alıcısı olaraq oksigen əvəzinə sulfat , nitrat və ya kükürd istifadə edilir. Kateqoriya:Biologiya qaralamaları
Oksigensiz tənəffüs
110,666
Zeyvə Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Şərur rayonunun Cəlilkənd i.ə.v. də kənd . Düzənlikdədir. 1728 -ci ilə aid sənəddə kəndin adı Əhmədpaşa zaviyəsi kimi qeydə alınıb.İnqlabdan əvvəl Azərb.-da Zeyvə adlı 10 kənd olmuşdur. Zeyvə ərəb dilində Zaviya sözündən olub hücrə , ibadədgah, künc, bucaq, guşə mənalarında işlənir. Zeyvə adlı məntəqələr camaatdan kənarda, ömürlərini ibadətlə keçirən ruhanilər, tərkidünyalar üçün salınmiş məntəqələr idi.Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. I cild. Bakı, Şərq-Qərb, 2007. Əhalisi 2797 nəfərdir.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Zeyvə (Şərur)
771,139
Parazitar xəstəliklər parazitlərin məqalə id2706747 yaratdığı xəstəliklər qrupu. Bu xəstəlikdə parazit insan orqanizminə zərər verir və ya onun hesabına yaşayır. Onlar yoluxucu xəstəliklərin tərkib hissəsidir. Parazitar xəstəliklər yoluxucu xəstəliklərin bir hissəsi olsa da, adətən bir-birindən ayrılırlar və yoluxucu xəstəliklər birhüceyrəli orqanizmlərin törətdiyi xəstəliklər hesab olunur. Bir sözlə viruslar maddə quruluşunun qeyri-hüceyrəvi formasına aiddir. Parazitar xəstəliklərin törədiciləri - çoxhüceyrəli heyvanlar - müxtəlif helmintlər və buğumayaqlılardır. Buğumayaqlılar arasında insan xəstəliklərinə bəzi patogen və fürsətçi gənələr akariazlar, araxnozlar, həşəratlar entomozlar, linqvatulidozlar və nadir hallarda qırxayaqlar miriapodiasislər səbəb ola bilər. Buğumayaqlılar arasında ektoparazitlər üstünlük təşkil edir. Parazitar qurdlar insanlarda müxtəlif helmintozlara səbəb olur: tüylü qurdlar trematodlar, lentşəkilli qurdlar sestodoz, tikanbaşlılar akantosefaloz, yumru qurdlar nematodlar, zəlilər hirudinozlar törədir. Bəzən insanlarda təsadüfi qılqurdlar nematomorfa rast gəlinir. Qurdlar arasında endoparazitlər üstünlük təşkil edir. Parazitlər müvəqqəti və daimi olurlar. Bir çox parazitlərin həyat dövrü çox mürəkkəbdir. Bir sıra parazitar xəstəliklərin törədicisi inkişafını başa çatdırmaq üçün iki, bəzən isə üç sahibdən - müxtəlif növ heyvanlardan istifadə edir. Parazitlər insan orqanizminə müxtəlif təsirlər göstərə bilər: mexaniki qıcıqlanma, toxuma və ya orqanların zədələnməsi, allergik reaksiyaların sonrakı inkişafı ilə orqanizmin sensibilizasiyası, qan və qida maddələrini udması, digər xəstəliklərin gedişatını ağırlaşdırılması. Parazitlər, həmçinin yoluxucu xəstəliklərin patogenlərinin toxumalarına daxil olduqları yerə nüfuz etməyə kömək edə bilər. Parazitar xəstəliklər geniş yayılmışdır. Araşdırmalara görə, parazitoza yoluxmuş məktəbəqədər təhsil müəssisələrinə gedən uşaqların 8,5 -ni, məktəblilərin 11 -ni, internat məktəblərində bir günlük qalan uşaqların 20 -ni, gecə-gündüz qalan uşaqların 100 -ni təşkil edir, uşaq müəssisələrinə getməyən uşaqların 6,9-i . İnvaziya törədicinin mənbəyi xəstə və ya parazit daşıyıcısıdır . Bəzi parazitar xəstəliklərdə parazitin sahibi özü üçün invaziya mənbəyi ola bilər . Parazitar xəstəliklərin törədicilərinin insan orqanizminə daxil olması təbii dəliklərdən: ağızdan, sidik kanalı, cinsiyyət orqanları, dəri vasitəsilə baş verir. Patogenlər qida və su ilə , buğumayaqlıların daşıyıcıları , xəstə şəxslə təmasda , torpaqla təmasda , həmçinin hava-toz yolu ilə ötürülür. Parazitar xəstəliklərin klinikası subklinikdən şiddətə qədər geniş diapazonda özünü göstərir. Bəzi parazitozlar əslində insan həyatına və sağlamlığına təsir göstərmir, digərləri isə çox vaxt həyatı təhdid edir və sağlamlığı əhəmiyyətli dərəcədə pozur . İnsan orqanlarının əsas xəstəlikləri: Gözlər: demodikoz, miyoz, onxoserkoz, telazioz, sistikerkoz. Beyin: alveokokkoz, miyoz , sistiserkoz, exinokokkoz, toksoplazmoz, ilkin amöb meningoensefaliti. Mədə- bağırsaq traktı: ankilostomoz, askaridoz, bağırsaq miiazisi, lingvatulidozlar, metaqonimioz, skarabiasis, stroktiloidoz, trişinoz, trixostrongiloidoz, trixuriaz, enterobioz. Dəri: taxıl qaşınması, larva migrans, siçovulların gənə dermatiti, miyoz, pedikulyoz, pulikoz, sarkopsilloz, trombodioz, ftiriyaz, hemipteroz, qotur. Qan damarları: filariaz, şistosomalar. Ağciyər: ağciyər akariozu, askaridoz, metastrongiloz, paraqonimiaz, strontiloidoz, tominksoz, exinokokkexinokokkoz Süd vəzi: alveokokkoz, exinokokkoz. Sidik kisəsi, cinsiyyət orqanları: sidik miiazisi, alveokokkoz, exinokokkoz. Burun boşluğu: miyoz. Qaraciyər: alveokokkoz, klonorxoz, opistorxoz, fassioloz, exinokokkoz. Ağız: miaz. Ürək: dirofilariaz, exinokokkoz. Qulaqlar: miaz.
Parazitar xəstəliklər
690,823
Adenozintrifosfat turşusu hüceyrəni enerji ilə təmin edən üzvi maddədir. ATF universal enerji mənbəyi hesab olunur. ATF kimyəvi tərkibinə görə nukleotiddir. Ətraf mühitdən hüceyrəyə daim maddələr daxil olur və son parçalanma məhsulları kənar edilir. Bu, maddələr mübadiləsi və ya metabolizm adlanır. Maddələr mübadiləsinin əsasını anabolizm və katabolizm prosesləri təşkil edir. Anabolizm və ya assimilyasiya hüceyrənin və orqanizmin toxumalarının struktur hissələrinin yeniləşməsi qurulması prosesləridir. Bununla əlaqədar olaraq anabolizmi həm də plastik mübadilə adlandırırlar . Anabolizm prosesində xarici mühitdən daxil olan və ya ilkin sadə molekullardan mürəkkəb molekulların biosintezi gedir. Nəticədə orqanizmə lazım olan zülallar, nuklein turşuları, karbohidratlar sintez olunur. Orqanizmin böyüməsi dövründə anabolizm daha intensiv gedir. Anabolizm zamanı yaranan birləşmələrdə enerji kimyəvi rabitələr şəklində toplanır. Bu enerji hüceyrədə baş verən parçalanma, yəni katabolizm reaksiyaları nəticəsində ayrılan enerjidən əldə olunur . Katabolizm və ya dissimilyasiya mürəkkəb üzvi molekulların sadə birləşmələrə parçalanması və bu zaman enerjinin ayrılmasıdır. Bütün biokimyəvi prosesləri enerji ilə təmin edən katabolizm prosesləridir. Ona görə də, onu həm də enerji mübadiləsi adlandırırlar. Üzvi molekullarda olan kimyəvi rabitələrin qırılması zamanı azad olan enerjinin bir qismi adenozintrifosfat turşusu adlanan kimyəvi maddədə ehtiyat halında toplanır. Hüceyrədə baş verən bütün biokimyəvi reaksiyaların getməsi üçün ATF enerjisi tələb olunur. Məsələn, əzələlərdə ATF ehtiyatı onun 2030 dəfə yığılmasına kifayət edir. Bu səbəbdən hüceyrələrdə daim ATF sintezi gedir. Onun tərkibini adenin azot əsası, riboza və 3 ortofosfat turşusu qalığı təşkil edir. ATF-də enerji, əsasən, ortofosfat turşusu qalıqlarının arasında olan və makroerqik rabitə adlanan kimyəvi rabitələrdə toplanmışdır. ATF-də bir makroerqik rabitənin qırılması zamanı bir ortofosfat turşusu qalığı qopur və nəticədə 30.5 kC enerji ayrılır. ATF-də bir ortofosfat turşusu qalığının qopması nəticəsində adenozindifosfat yaranır. Bu birləşmə yenidən ATF-ə çevrilə bilir. ATF-in ADF-ə və ya əksinə çevrilməsi hüceyrədə enerji hasil etmənin əsas mexanizmini təşkil edir . ATF molekulları hüceyrələrin daxilində enerji mənbəyidir. Belə ki, hüceyrə ayrılan enerjinin hamısından istifadə etmir. Onun bir hissəsi istənilən vaxt sərf olunmağa yararlı ATF molekulunda makroergik rabitələrdə saxlanılır. Bütün canlılar maddələr mübadiləsinə lazım olan enerjini hüceyrələrində sintez olunan ATF-dən alırlar. ATF hüceyrələrdə sərf olunur və yenidən əmələ gəlir. Lazım gəldikdə ADF-dən də bir ortofosfat turşusu qalığı qopa bilir və bu zaman yenə də bir makroerqik rabitənin qırılması nəticəsində 30.5 kC enerji ayrılır və ADF tərkibində bir ortofosfat turşusu qalığı olan adenozinmonofosfata çevrilir. ATF molekullarında olan enerji ilə zəngin makroerqik rabitələr hesabına hüceyrə enerji toplaya və lazım gəldikdə onu sərf edə bilir . ATF Adenozintrifosfat 3 fosfor turşu qalığı, 2 makroergik rabitə var. ADF Adenozindifosfat 2 fosfor tuşu qalığı, 1 makroergik rabiə var. AMF Adenozinmonofosfat 1 fosfor turşu qalığı var, makroergik rabitə yoxdur. Canlılar müxtəlif funksiyaları yerinə yetirmək üçün lazım olan maddələrlə qidalanır. Qida maddələri təkcə canlıların böyüyüb inkişaf etməsi üçün enerji mənbəyi deyil, digər proseslərdə də enerjiyə olan tələbatının ödənilməsi üçün lazımdır. Bu maddələri aşağıdakı kimi qruplaşdırmaq olar. :: Mənşəyinə görə: bitki mənşəli heyvan mənşəli :: Kimyəvi tərkibinə görə üzvi qeyri-üzvi funksiyalarına görə Maddələr mübadiləsinin gedişində canlılar hər hansı bir funksiya yerinə yetirərkən hüceyrələri qida maddələrinin kimyəvi rabitələr enerjisindən istifadə edir. Qəbul olunmuş iri molekullu maddələr həzmə uğradıqdan sonra membrandan hüceyrə daxilinə keçir. Bu maddələr kimyəvi rabitələr enerjisi ilə zəngindir : 1 q zülal 17,6 kC, 1 q yağ 38,9 kC, 1 q karbohidrat 17,6 kC. Hüceyrədə gedən proseslərin həyata keçirilməsi üçün lazım olan enerji kimyəvi rabitələr enerjisindən alınır. Hüceyrələrin qida maddələrində olan enerjidən istifadə etməsi üçün bu enerjinin istifadəyəyararlı hala gətirilməsi lazımdır. Belə enerjinin daşıyıcısı adenozintrifosfat turşusu ATF-dir. ATF H20 ADF H3P04 30.5 kC ADF H20 AMF H3P04 30.5 kC ATF 2H20 AMF 2H3P04 61 kC ADF H3P04 40 kC ATF H20 : frac12 ceNADH cecyt cecox ceADP cePi rightleftharpoons frac12 ceNAD cecyt cecred ceATP birbaşa bu tənliy nəzərdə tutulur: : fracmathrmcytcredmathrmcytcox leftfrac12leftKmathrmeq ATF-in parçalanması zamanı ayrılan fosfat turşusu orqanizmdə toplanmır. O ayrılan kimi yeni enerji daşıyıcısının sintezinə sərf olunur. Orqanizmdə ATF ehtiyatı əzələnin 2030 dəfə yığılmasına kifayət edir. Ona görə də hüceyrədə ATF-in fasiləsiz sintezi gedir. Müxtəlif canlılarda ATF-in sintezi özünəməxsus xüsusiyyətə malik olsa da, ümumi sxemi eynidir . Onu da qeyd etmək lazımdır ki, hər bir hüceyrə özünə lazım olan ATF-i özü sintez edir. Çünki ATF molekulu hüceyrədən hüceyrəyə və ya canlıdan canlıya keçə bilmir. Hüceyrədə biosintez proseslərində hərəkət, istiliyin əmələ gəlməsi, sinir impulslarının yaranması və digər həyati proseslərdə ATF enerjisindən istifadə edilir.
Adenozintrifosfat turşusu
58,753
Sintezator bir və ya bir neçə səs dalğası generatorunun köməyi ilə səs yaradan elektron musiqi aləti. Tələb olunan səsi elektrik siqnalının xüsusiyyətlərini dəyişməklə və mərkəzi prosessorun parametrlərini dəyişməklə almaq mümkündür. Klaviatura da daxil olmaqla yalnız bir korpusdan ibarət sintezator klavişli sintezator adlanır. Klaviaturasız sintezator sintezator modulu adlanır və MIDI kontroller ilə idarə olunur. Əgər klavişli sintezatorda daxili sekvenser də mövcuddursa, buna workstation deyilir. Kompüter proqramı sintezator kimi istifadə olunursa, bu, sintezator proqramı adlanır. Səs dalğasının generasiya metoduna görə sintezatorların bir sıra növləri var. Additiv sintez, sadə səs dalğasının müxtəlif tezliklər və amplitudlarla superpozisiyası ilə reallaşan sintez metodudur. Subtraktiv sintezdə səs, original dalğa fomasının müxtəlif filtrlərdən, envelop generatorlarından keçirilməsi ilə alınır. Müasir sintezatorlarda subtraktiv sintezdən geniş istifadə olunur. FM sintezi, bir neçə sadə səs dalğasının qarşılıqlı təsiri ilə başa gələn sintez metodudur. FM sintezatoruna ən yaxşı misalYamaha DX7 sintezatoeudur. Fiziki model sintezi, güclü prosessorlar sayənsində hər hansı tipdə olan musiqi alətində gedən fiziki prosesləri simulyasiya etməklə reallaşan sintez metodudur.
Sintezator
95,273
Salih Salihov tibb elmləri doktoru, professor, Yəmən Krallığının həkim- terapevti . Salih Salihov 1909-cu ildə Ağdaş rayonunda anadan olub. 1922-ci ildə Bakıya gələrək fəhlə fakültəsinə qəbul olmuş və pedaqoji təmayüllü orta təhsil almışdır. 1933-cü ildə ali pedaqoji təhsil alan S Salihov bir müddət orta məktəb və texnikumlarda fizika-riyaziyyat fənləri üzrə müəllimlik etmişdir. Lakin təbabət elminə olan böyük həvəs onu 1939-cu ildə N. Nərimoanov adına Azərbaycan Tibb İnstitutuna gətrimişdir. 1943-cü ildə müalicə-profilaktika sahəsini bitirən S. Salihov institutda saxlanmışdır. S.Salihov 1950-ci illərdə namizədlik, 1967-ci ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. Onun Azərbaycan kurortlarının öyrənilməsində mühüm xidmətləri vardır. O, 100-dən artıq elmi məqalənin və üç monoqrafiyanın müəllifi olmuşdur. S.Salihov 1976-cı ildə vəfat etmişdir. O, əvvəlcə I hospital terapiya kafedrasında kliniki ordinator, sonra assistent, dosent və 1957-ci ildən kafedranın müdiri seçilmişdir. S Salihov Tibb İnstitutunda işləməklə bərabər, 1944-45-ci illərdə əvvəlcə Naftalan kurortunun direktoru, sonra isə Naftalan sanatoriyasının baş həkimi işləmişdir. S.Salihov 1950-52-ci illərdə N.A. Semaşka adına klinikanın baş həkimi vəzifəsində işləmişdir. S.Salihov 1956-cı ildə Yəmən Krallığına həkim-terapevt kimi ezam edilmişdir. O, Ümumittifaq Terapevtlə və Kardioloqlar Cəmiyyətinin sədr müavini, Azərbaycan SSR Səhiyyə Nazirliyinin Terapiya üzrə attestasiya komissiyasının sədri, Azərbaycan tibb jurnalının redaksiya heyətinin üzvü olmuşdur.
Salih Salihov
388,986
Salyan sultanlığı bir çox Azərbaycan xanlıqları kimi Əfşarlar imperiyasının şahı Nadir şah Əfşarın ölümündən sonra yaranmışdır. Sultanlıq şimaldan Şirvan, cənubdan Talış, qərbdən Cavad xanlıqları, şərqdən isə Xəzər dənizi ilə həmsərhəd idi. Salyan xanlığı 1747-ci ildə yaradılmışdır. Mərkəzi Salyan şəhəri idi. 1747-ci ildə Nadir şahın ölümündən sonrakı dövrlərdə Azərbaycanda xaotik formada yaranmağa başlayan yeni xanlıqlar və sultanlıqlar dövründə Quba xanı 1-ci Hüseynin uzaq qohumu olan İbrahim Rüdbari Salyanda öz hakimiyətini bərpa edərək Quba xanlığından ayrıldığını və özünün müstəqil xan olduğunu elan edir. Amma çox keçmir ki, Rüdbarilərin hakimiyyətindən narazı qalan Salyanın əhalisi Quba xanlığından yardım istəyir. O zamanlarda hələ Quba xanlığının taxtına oturmamış vəliəhd Fətəli xan 1757-ci ildə başçılıq etdiyi döyüşçü dəstələri ilə salyanlıların köməyinə gəlir. İbrahim Rüdbarini Salyandan qovur. Beləliklə, İbrahim Rüdbarinin 8 illik hakimiyyətinə son qoyulur və Salyan sultanlığı yenidən Quba xanlığının tərkibinə keçir. 1757-cı ildən 1768-cı ilə qədər Salyanın hakimi Kəlbəli sultan olur. Ondan sonra 1782-ci ilə qədər Salyanın sultanı Qubad sultan olur. 1782-ci ildən 1791-ci ilə qədər Salyanın xanı olmuş Şeyxəli xan isə sonradan Quba xanı olmuşdur. 1760-cı ildə Salyanda olan səyyah Biberşteyn öz yazılarında göstərir: Salyanın əhalisi çoxdur və onların əksəriyyəti zəngin və varlı yaşayırlar. Burada Kür çayında balıq ovundan yaxşı gəlir əldə olunur. Vətəgələrin çoxusu Astarxan vilayətindən gələn tacirlərə icarəyə verilmişdir. İcarə haqqı ildə 50 min gümüş pulla ölçülür 1774-ci ilin yayında Qaytaq üsmisi Əmir Həmzə Qubaya hücumu və Dərbənd qalasını mühasirədə saxlayan zaman Fətəli xan Salyana sığınır və 10 ay burda yaşayır və qoşun toplayır. Tarixi mənbələrdə göstərilir ki, Miladi təqvimi ilə 1795-ci ildə Ağa Məhəmməd şah Qacar 60 minlik qoşunla Qafqaz üzərinə yürüş edir. Şamaxı istiqamətində hücum zamanı Qacar ordusu Salyanda ciddi müqavimətlə rastlaşır. Qanlı döyüşlərdə şah ordusu coxsayli itkilər verdikdən sonra şəhər əhalisinin böyuk bir hissəssi öldürülmüş, Salyan şəhəri isə tamamilə yandırılıb dağıdılmışdır. 1797-ci ildə isə Quba xanı Hüseynəli xan təşəbüsü ilə Salyanın aşağı kəndləri olan Boyat və Qaraimanlı kəndlərinin əhalisi Salyana köçürülmüş və şəhər yenidən tikilməyə başlanmışdır. Həmin kəndlər indi Neftçala rayonunun ərazisindədir. Sıra Xan Hakimiyyət illəri Haqqında 1 Həsən bəy 1729-17?? 2 Əhməd xan 17??-1748 3 İbrahim xan 1748-1757 4 Kəlbəli sultan 1757-1768 5 Qubad sultan 1768-1782 Salyan hakimi Kəlbəli sultanın oğludur. Atasının vəfatından sonra, 1768-ci ildə Fətəli xan tərəfindən Salyana hakim təyin olunmuşdu. 6 Şeyxəli xan 1782-1791 7 Həsən ağa Qubalı 1791-1796 1791-ci ildə Əhməd xan Qubada vəfat etdi. Onun Salyan naibi olan 13 yaşlı qardaşı Şeyxəli Qubaya gəlib xan taxtına yiyələndi və öz yerinə yeddi yaşlı qardaşı Həsən ağanı təyin etdi.
Salyan sultanlığı
64,075
Tehran konfransı 1943-cü il 28 noyabr - 1 dekabr tarixlərində Antihitler koalisiyası liderlərinin - İosif Stalin , Franklin Ruzvelt və Vinston Çörçill nın,bu liderlər sonralar Yalta konfransında və Podstam konfransında da görüşmüşlər. iştirakı ilə keçirilmiş konfrans. İkinci dünya müharibəsinin gedişində diplomatik mübarizədə Tehran konfransı xüsusi yer tutur. Müharibənin gedişində əsaslı dönüş başa çatdıqdan sonra antihitler koalisiyasının əsas dövlət başçılarının - Stalinin, Ruzveltin və Çörçillin iştirakı ilə 1943-cü il noyabrın 28-dən dekabrın 1-dək Tehran konfransı keçirildi. Avropada ikinci cəbhənin açılması haqqında məsələ konfransın işində mühüm yer tuturdu. Bu, müttəfiqlər arasında ən kəskin məsələlərdən biri idi. Məsələnin müzakirəsi müttəfiqlər arasında fikir müxtəlifliyini göstərdi. Çörçillin ikinci cəbhənin Aralıq dənizindən və Balkanlardan, Ruzvelt və Stalin isə Avropanın şimalından açılmağı təklif edirdilər. Lakin Çörçill planı həyata keçmədi, ikinci cəbhəni 1944-cü ilin mayında Overvold adı altında Fransanın şimalında açmaq barədə qərar verildi. Müttəfiq dövlətlər Türkiyənin antihitler koalisiyası tərəfindən müharibəyə qoşulmasına dair tədbir görəcəkləri barədə razılığa gəldilər. Stalin Yaponiyanın bitərəflik haqqında sovet-yapon müqaviləsini pozmasını əsas götürərək Almaniya məğlub edildikdən sonra Yaponiyaya müharibə elan ediləcəyini bildirdi. Konfransda Almaniyanın taleyi məsələsi müzakirə edildi. Üç dövlət başçısı Almaniyadan bir daha yeni müharibə törənməməsi üçün tədbirlər görəcəklərini bildirdilər. Ruzvelt Almaniyanı 5 dövlətə bölməyi təklif edirdi. Çörçill bu təklifi bəyəndi. Konfransda Polşa haqqında məsələ də müzakirə olundu. Polşa dövlətinin sərhədlərini Kerzon xətti ilə Oder çayı boyunca ədalətli və tarixi həll etmək barədə qərar qəbul edildi. Konfransın gedişində, 1 dekabrda Ruzveltlə söhbətində Stalin müharibədən sonrakı dövrdə beynəlxalq mühasibətləri tənzimləmək üçün bir beynəlxalq təşkilatın yaranmasını təklif etdi, lakin bu konfransda hər hansı bir beynəlxalq təşkilatın yaradılması barədə qərara qəbul edilmədi. Tehran konfransı müttəfiq dövlətlərin müharibənin tezliklə qurtarmasına yönəldilən birgə səylərini nümayiş etdirdi. Konfransın böyük tarixi əhəmiyyəti oldu. O, faşist blokunun böhranının dərinləşdirilməsində mühüm rol oynadı. : -43 : . . , Moskau 2003,
Tehran konfransı
117,339
Şamaxı qırğını 18 mart 1918-ci ildə Erməni quldur dəstələrinin Şamaxıda azərbaycanlı əhaliyə qarşı kütləvi qırğını. Öldürülənlər arasında Rusiya I Dövlət Dumasının deputatı Məmmədtağı Əliyev də vardı. Bir neçə gündən sonra azərbaycanlı əhaliyə qarşı qətliamlar İrəvandan Bakıyadək əksər bölgələri əhatə etdi
Şamaxı qırğını
481,668
Daykovyet Vyetnam ərazisində 9691069-cu illərdə mövcud olmuş dövlət. Dağınıqlıq dövründən sonra ölkəni birləşdirmiş və özünü vua elan etmiş Din Bo Lin tərəfindən adlandırılmışdır. Daykovyetin yaradılması ilə vyetlər minillik fasilədən sonra yenidən imperiya iddialarını irəli sürmüşdülər. Daykovyetin paytaxtı 1010-cu ilədək Ninbin dağlıq əyalətində yerləşən Hoalı şəhərindən sonra isə Thanlonq şəhəri olmuşdur. 11-ci əsrin birinci yarısında Daykovyetin mərkəzləşdirilməsi başa çatmışdı. Dövlətin əsas inzibati və vergi ödəyən vahidi icma idi. Məmurların işə qəbulu Çindən mənimsənilmiş dövlət imtahanı sistemi vasitəsilə həyata keçirilirdi. İqtidarda olan təbəqənin hakimiyyəti ideoloji baxımdan 11-ci əsrdə formalaşmış ümumvyet sinkretik dini sisteminə əsaslanırdı. 1069-cu ildə Li sülaləsinin üçüncü imperatoru Li Than Tonq ölkəni Dayvyet adlandırdı.
Daykovyet
515,626
Qədim şəhər iddiası şəhər anlayışında fərqli baxışlara görə mübahisəli ola bilər. Qədim şəhər dedikdə ilk növbədə daima məskunlaşma başa düşülür. Adı Region Yerləşir Daima məskunlaşıb Qeydlər 1 Dəməşq Levant Suriya Mis dövrü Tel-Ramad yaxınlığında qazıntılar göstərdi ki, Dəməqdə şəhər kimi e.ə. XVIII əsrlərdə mövcud idi. Ancaq o arameylərin e.ə. 1400-cü ildə hücumları zamanı vacib şəhər sayəlmırdı. 2 Bibl Levant Livan Mis dövrü Byblos .. E. ə. VII minillikdə neolit dövründə məskunlaşmışdı, e.ə III əsrdə şəhər oldu. Antik dövrdə ən qədim şəhər sayılırdı. 20 Fiva Qədim Yunanıstan Beotiya, Yunanıstan e.ə.1600-ci il. Finikiya Kateqoriya:Arxeoloji mədəniyyətlər Kateqoriya:Qədim Yaxın Şərq
Dünyanın qədim şəhərləri
519,278
Qranuloretikulosea İbtidailərin Leptomyxida dəstəsinə daxil olan sinifdir. Nazik, zəif dənəvərləşmiş və ya qialin retikulopodiyaları, ya da seyrək xırda tumurcuqlu qranulyar, ancaq anastomozlaşmamış psevdopodiləri var. Azərbaycanın heyvanlar aləmi. I cild. Bakı, Elm, 2002, 268 s. Azərbaycanda ancaq foraminiferlərin nümayəndələri tapılmışdır. Üç dəstəyə bölünür Dəstə: Athalamida Dəstə: Monothalamida Dəstə: Foraminiferida Azərbaycanın heyvanlar aləmi. I cild. Bakı, Elm, 2002, 268 s.
Qranuloretikulosea
398,035
Torres boğazı Sakit okeanına daxil olan Mərcan dənizini Hind okeanına daxil olan Arafur dənizi ilə birləşdirən coğrafi boğaz. Avstraliya materikini Papua- Yeni Qvineya adalarından ayırır. Boğazın eni 150 km təşkil edir. Cənubda Avstraliyanın Kvislend ştatının ərazisi olan Keyp-York yarımadası, şimalda isə Papua Yeni Qvineyanın Qərb vilayyətinə daxildir. Boğaz şərqdə Mərcan dənizi ,qərbdə isə Arafur dənizi yerləşir. Boğaz çox kiçik riflər və adalar buradan naviqasiya üçün təhlükəlidir. Burada bir sıra adalar vardır ki, onlar da birlikdə Torres boğazı adaları adlanır. Burada 274 ada var ki, onunda 17 yaşayış üçün əlaməti vardır. Mərkəzi hissələrdə mərcan məşəlli ,şərqdə isə vulkan məşəllidir. Burada yerli əhali Maleneziyalılar əsas papuaslardır. Aborigenlərin dili Kolo-Laqov-ya,Meriam-mir və brokan dilləridir. 2001-ci il statikasına görə adalarda 8,089 nəfər yaşayır. Boğazı ilk üzüb keçən avropalı Luis Baes de Torres olur. O ispan dənizçisi Pedro Fernando Kirosun köməkçisi olaraq Perudan Sakit okeanın cənubuna üzərkən 1605-ci ildə kəşf edilir. O Manila və Malukka adaları arasından üzərək Yeni Qvineya adalarının cənubuna irəliləyir və ola bilsin Avstraliyanın şimalına qədər gəlir ancaq bu haqqda gəmi kitabçasında qeydlər yoxdur. 1769-cu ildə Şotlandiyalı coğrafiyaçısı Aleksandr Davimpl Torresin yazdığı məruzəni oxuyur və boğazı Torres boğazı adlandırır. 1770-ci ildə Ceyms Kuk boğazı üzərək Avstraliya sahillərinə catır. 1879-cu ildə Torres boğazı adaları Kvislənd bölgəsinə daxil edilir. Boğazın uzunluğu 74 km təşkil edir.
Torres boğazı
687,843
Wade-Giles Pekində istifadə olunan Mandarin formasına əsaslanan Çin romanizasiya sistemidir. XIX əsrin ortalarında Thomas Wade tərəfindən yaradılmış bir sistem əsasında inkişaf etdirilmiş və Herbert Giles tərəfindən 1892-ci ildə çıxarılmış Çincə-ingiliscə lüğəti ilə tamamlanmışdır. Wade-Giles, 20-ci əsrin çox hissəsində İngilis dilində danışan ölkələrdə Çin dilinin əsas transliterasiya sistemi idi və Çin haqqında 1979-cu ildən əvvəl nəşr olunan bir çox istinad kitablarında istifadə edilmişdir. XIX əsrdə məşhur olan Nanjing əsaslı romanizasiya sistemlərini böyük ölçüdə əvəz etmişdir. Bu gün, əsasən pinyin sistemi bu sistemi əvəz etmişdir, lakin hələ də Çin Respublikasında istifadə olunur. Peking Beijing Nanking Nanjing Tientsin Tianjin Shantung Shandong Shansi Shanxi Shensi Shaanxi Sinkiang Xinjiang Kansu Gansu Ho-pei Hebei Fukien, Fu-chien Fujian Kwangsi Guangxi Kwangtung Guangdong Kung fu Gongfu Kung- fu-tzu Kong Fu Zi Konfutsi Lao-tzu Lao-tszı Sun-tzu Sun Zi Hsia Sya sülaləsi Chou Çjou sülaləsi Chin Qin sülaləsi Chin Jin sülaləsi Tang Tan sülaləsi Sung Sun imperiyası Ching Qing sülaləsi Yang-tse Yangzi I-Ching Yi Jing Tao-te-ching Dao De Jing Tao Dao Tien Tian Mao Tse-Tung Mao Zedong pei bei tung dong hsi xi chung zhong Kateqoriya:Çin yazıları Kateqoriya:Romanizasiya
Veyd-Caylz
370,929
Tazılar 88 rəsmi müasir bürcdən biridir. 17-ci əsrdə Yan Qeveliy tərəfindən yaradılan kiçik bir şimal bürcüdür. Adı latın dilində ov itləri mənasını verir və bürc tez-tez təsvirlərdə qonşu bürc olan Naxırçı bürcünün itlərini təmsil etmişdir. Görünən ulduz ölçüsü 2.9 olan Canum Venaticorum, bürcün ən parlaq ulduzudur. La Superba isə çılpaq gözlə görünən ən qırmızı ulduzlardan və parlaq karbon ulduzlarından biridir. Canes Venatici-nin ulduzları parlaq deyil. Bürc klassik dövrlərdə Ptolemey tərəfindən hazırlanan ulduz kataloqunda Böyük Ayı bürcünün altındakı yararsız ulduzlar siyahısına salınmışdı. Orta əsrlərdə bu ulduzların Naxırçı bürcü ilə eyniləşdirilməsi səhv sistem nəticəsində ortaya çıxdı. Naxırçı bürcünün bəzi ulduzları ənənəvi olaraq dəyənəyə bənzər şəkildə təsvir edilirdi. Tərcüməçi Huneyn ibn İshaq əl-İbadi, Yunan astronomu Ptolemeyin Almaqest əsərini yunan dilindən ərəb dilinə tərcümə edərkən sözlərdən birini bilmir və bu sözü ərəb dilində oxşar səslənən və çəngəli olan əsas mənasında işlənən birləşməsi ilə ifadə edir. Daha sonra ərəb mətni Latın dilinə tərcümə edildikdə, tərcüməçi Qerard Kremonskiy çəngəl mənasını verən kullb sözünü itlər mənasını verən kilb ilə səhv salır. Hərəkə olmadıqda hər ikisi ərəb mətnində eyni görünür. Qerard bu ifadəni belə yazır: hastile habens canes . 1533-cü ildə alman astronomu Peter Apian Naxırçını yanında iki it ilə təsvir etmişdi. 1687-ci ildə Yan Qeveliy bu ulduzları ayrıca bir bürc halına gətirərək səmadakı varlığını təyin etmək qərarına gələnə qədər bu saxta itlər astronomik ədəbiyyatda yer alırdılar. Qeveliy şimaldakı it üçün Asterion , cənubdakı it üçün isə Chara adını seçdi. Öz ulduz atlasında isə bürcü Ov itləri mənasını verən Canes Venatici kimi qeyd etdi. Çex astronomu Antonin Beçvarj onun ulduz kataloqundakı Asterion-ı CVn və Chara-nı isə CVn olaraq təyin etmişdi. Ulduzlar Canes Venatici-də heç bir parlaq ulduz yoxdur. Ən parlaqları olan Alpha və Beta Canum Venaticorum belə, müvafiq olaraq 3-cü və 4-cü balla qiymətləndirilir. Flemstid bürcdəki 25 ulduzu siyahıya almış, onları 1-dən 25-ə sıralamış, lakin onlardan 1-nin Ursa Majorda, 13-nün Coma Berenices-də, 22-nin isə olmadığı ortaya çıxmışdı. Cor Caroli adı ilə də tanınan Alpha Canum Venaticorum, bürcün ən parlaq ulduzudur. Ulduzun adı, Böyük Britaniyanın devrilmiş kralı I Karlın xatirəsinə verilmişdir. Əfsanəyə görə, II Karl taxtı almaq üçün İngiltərəyə qayıtdıqda CVn adi haldan daha parlaq imiş. Beta Canum Venaticorum və ya Chara, yerdən 4.2, 27 işıq ili məsafəsində olan sarı rəngli ulduzdur. Ulduzun adı yunan dilindəki , sevinc sözündən götürülmüşdür. Y Canum Venaticorum, ölçüsü təxminən 158 gün ərzində 5,0 ilə 6,5 arasında dəyişən bir yarımsabit dəyişən ulduzdur. Y Canum Venaticorum, karbon ulduzudur və dərin qırmızı rəngdədir.
Tazılar (bürc)
495,281
Təhsil texnologiyası öyrənməyi asanlaşdırmaq üçün kompüter avadanlığının, proqram təminatının və təhsil nəzəriyyəsi və praktikasının birgə istifadəsi. EdTech abreviaturu adətən təhsil texnologiyası yaradan şirkətlər sənayesinə aid edilir. EdTech Inc.: Selling, Automating and Globalizing Higher Education in the Digital Age adlı kitabda Tanner Mirrlis və Şahid Alvi EdTech sənaye mülkiyyəti və bazar qaydalarına istisna olmadığını vurğulayır, EdTech sənayesini mənfəət əldə etmək məqsədilə təhsil bazarı üçün kommersiya avadanlıqlarının, proqram təminatının, mədəni malların, xidmətlərin və platformaların maliyyələşdirilməsi, istehsalı və paylanması ilə məşğul olan bütün özəl şirkətlər kimi müəyyən edir. Onlara görə, bu şirkətlərin əksəriyyəti ABŞ-də yerləşir, Şimali Amerikada təhsil bazarlarına sürətlə genişlənir və bütün dünyada getdikcə böyüyür. Təhsil Kommunikasiyaları və Texnologiyaları Assosiasiyası təhsil texnologiyasını müvafiq texnoloji prosesləri və resursları yaratmaq, istifadə və idarə etməklə öyrənmənin asanlaşdırılması və performansın təkmilləşdirilməsinin tədqiqi və etik təcrübəsi kimi müəyyən etmişdir. Bu, tədris texnologiyasını öyrənmə proseslərinin və resurslarının layihələndirilməsi, inkişafı, istifadəsi, idarə edilməsi və qiymətləndirilməsi nəzəriyyəsi və təcrübəsi kimi ifadə edilir. Beləliklə, təhsil ztexnologiyası avadanlıq, eləcə də elmi tədqiqatlardan əldə edilən proseslər və prosedurlar kimi bütün etibarlı və etibarlı tətbiqi təhsil elmlərinə aiddir. Müəyyən bir kontekstdə nəzəri, alqoritmik və ya evristik proseslərə istinad edə bilər. Bu, mütləq fiziki texnologiya demək deyil. Təhsil texnologiyası texnologiyanın təhsilə müsbət şəkildə inteqrasiyası prosesidir ki, bu da daha müxtəlif öyrənmə mühitini və tələbələrin texnologiyadan, eləcə də ümumi tapşırıqlarını necə istifadə etməyi öyrənmələrinə kömək edir.Al Januszewski A.; Molenda Michael. Educational Technology: A Definition with Commentary Kompüter-dəstəkli təlim hesablama texnikasından istifadəni nəzərdə tutan təlim metodikası. CAI proqramlarına dərsliklər, çalışmalar məcmuəsi daxil olur, həmin proqramlar bəzi mövzuları aydınlaşdırmağa və onların necə mənimsənilməsini yoxlamağa imkan verən suallar və cavablar seansını təşkil edirlər. Mövcud CAI sistemləri müxtəlif çətinlik səviyyəsinə malik olan geniş sahələri əhatə edir: elementar və ali riyaziyyatı, təbii elmləri, tarixi, hesablama texnikasını və s.İsmayıl Calallı , İnformatika terminlərinin izahlı lüğəti, 2017, Bakı nəşriyyatı, 996 s.
Təhsil texnologiyası
438,814
Süleymanov Nəriman Qoca oğlu nasir, 1959-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Jurnalistlər Birliyinin üzvü , Azərbaycanın Əməkdar mədəniyyət işçisi . 1930-cu il avqustun 15-də Qərbi Azərbaycanın Körpülü kəndində anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakültəsinin jurnalistika şöbəsini bitirmişdir . Həmin vaxtdan Pioner jurnalı redaksiyasında ədəbi işçi, pioner və məktəblilər şöbəsinin müdiri, məsul katib, Pioner jurnalının baş redaktoru vəzifəsində çalışmışdır . Yazıçılar Birliyinin Təftiş komissiyasının müavini seçilmişdir . Moskvada, Leninqradda, Daşkənddə, Düşənbədə və digər şəhərlərdə ədəbiyyat problemlərinə həsr olunmuş müşavirə, simpozium, konfranslarda fəal iştirak etmişdir. Əsərləri keçmiş SSRİ xalqlarının dillərinə tərcümə olunmuşdur. Macarıstan və Yuqoslaviya ölkələrində çıxan uşaq jurnallarında və almanaxlarda hekayələri çap edilmişdir. Ədəbi fəaliyyətə 1954-cühttp:hajigabul.cls.azfiles1093344246708.pdf ildə Azərbaycan pioneri qəzetində çıxan kiçik bir hekayə ilə başlamışdır. Üç dəfə Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunmuşdur. 1995-ci il aprelin 15-də dünyasını dəyişmişdir. Balaca atlı. B., Uşaqgəncnəşr, 1956, 34 səh., 10.000 nüs. Qaraçı qızı. B., Uşaqgəncnəşr, 1963, 65 səh., 10.000 nüs. Tanışlıq. B., Azərnəşr, 1963, 64 səh., 10.000 nüs. Sovqat. B., Azərnəşr, 1965, 64 səh., 6000 nüs. Novruzgülü. B., Azərnəşr, 1966, 107 səh., 10.000 nüs. Qocalar və uşaqlar. B., Gəncnəşr, 1967, 120 səh., 10.000 nüs. Yetər nənə. B., Gənclik, 1971, 83 səh., 12.500 nüs. Babamın bağı. B., Gənclik, 1974, 56 səh., 14.000 nüs. Göy qurşağı. B., Gənclik, 1975, 163 səh., 10.500 nüs. Tək çiçək. B., Gənclik, 1979, 177 səh., 10.000 nüs. Əsas ürəkdir. B., Gənclik, 1983, 198 səh., 10.000 nüs. Ömrün iki payızı. B., Gənclik, 1986, 200 səh., 30.000 nüs. Tərs külək. B., Yazıçı, 1987, 213 səh., 10.000 nüs. İnsan yaşayır. B., Gənclik, 1989, 260 səh., 15.000 nüs. Ruhlar çağırır. B., Təhsil, 2015, 832 səh., 1000 nüs. Birinci cığır. B., Təhsil,2017,2 səh., dərslik
Nəriman Süleymanov
426,261
Özkənd Qaraxanlı dövlətinin paytaxtı olmuş, günümüzdə Qırğızistan sərhəd-sınırları içində olan tarixi şəhər. Qırğızistanın cənub-qərbində Özbəkistan sərhəd-sınırına çox yaxın bir kəsimdə Qaradəryanın sağ tərəfində dəniz səviyəsindən 1012 m. yüksəklikdədir. Müasir Qırğız dilində Özgön, Uzqen olaraq yazılan şəhərin adı İslam tarixi qaynaqlarında Yüzkənd, bəzən də Özcənt şəklində qeyd olunur. Divanü lüğətit- Türkə görə Özkənd, Fərqanə qəsəbəsinin bir adıdır və özümüzün şəhəri anlamına gəlirDivanü lüğətit-Türk, I, 344. Özkəndin içində olduğu Fərqanə hövzəsi tarixin ilk dövrlərindən etibarən Türkistan coğrafiyasının ən önəmli bölgələrindən biri olmuşdur. Qədim Çin qeydlərində Dayüan adıyla qeyd edilən Fərqanə vadisi Böyük Hun imperiyası zamanında Wusunlara yurd olmuşdu. Zamanla hunlara bağlandı. Ardından Ağhun dövlətinin sərhəd- sınırlarına daxil oldu. Daha sonra göytürklər və özəlliklə Qərbi Göytürk dövlətinin hakimiyət i altına girdi. Qarluqlar başda olmaq üzrə bir çox Türk boyunun köçlərinə səhnə oldu və əsas önəmini qaraxanlılar dönəmində qazandı. Bu arada Fərqanə ilə Özkənddə yerləşmiş olan Əzgişlərin onoxlardan olduğu, yəni Türgiş boylarından gəldiyi bilinir. Bölgəyə İslam dininin ilk dəfə çatdığı dövrlərdə Fərqanə vadisinin şərqində İslamiyəti qəbul etməmiş türklərlə sərhəd-sınır durumundaydı. IX əsrin ortalarında Özkənddə Gür Təgin adlı bir Türk bəyi hakim olaraq görünür. Özkənd, qədim türk şəhərlərinin ordu qalası ətrafında qədəməli şəkildə inkişaf etmiş durumunu əks etdirirdi. Ortaçağ İslam coğrafiyaçıları da Özkəndin digər müsəlman şəhərləri kimi qala, iç şəhər və xarici məhəllələr şəklində üç hissədən ibarət olduğunu qeyd edir.İbn Hövkəl, urətül-ər, Beyrut, ts., s. 207, 419, 421Hüdudül-aləm , s. 58, 59, 72, 116, 211, 280, 288, 355 Ortaçağda önəmli coğrafi əsərlərdən Hüdudül-aləmdə bildirildiyinə görə Qarluq dağının arxasından çıxan Uzgənd ilə Kuba çayları şəhərin yaxınından keçirdi. Zeynül- əxbardaGərdizi, Zeynül-əxbar , Tehran, 1347 hş., s. 264, 279 isə Qaşqardan Özkəndə iki dağ arasından keçilərək gəlindiyi qeydlidir. Qaraxanlı dövləti ikiyə ayrılandan sonra Böyük xaqan kimi tanınan Şərəfüddövlə ləqəbli Əbu Şüca Süleyman ibn Yusif mərkəzi Balasagun və Qaşqarı özünə saxlayıb, qardaşlarından Buğra xan Məhəmmədə Taraz ilə İsficabı, Mahmuda isə Arslan Tigin ləqəbiylə birlikdə ölkənin şərqini verdi. Qaraxanlı dövlətləri arasında sərhəd anlaşmazlığından döyüşlər davam edirdi. Şərqi Qaraxanlı dövlətinin paytaxtı Özkənd idi. İlk dövrlərdə şərqdən gələn köçəri türklər ölkə ərazisinə qəbul edildi və İslamiyyətə girmələri təmin edildi. Bu sırada Böyük Səlcuq dövləti güclənməkdəydi. Şərqi Qaraxanlıları Qaraxitaylar yıxdı.; E. A. Davidovich, The Karakhanids, History of Civilisations of Central Asia, Paris, 1998, IV, 123, 126-128, 133, 135, 136, 140 Əhalinin sayı 50,3 min nəfər Millət Sayı Faiz Özbəklər 45 564 90,67 Qırğızlar 3 798 7,56 Uyğurlar 357 0,71 Ruslar 199 0,40 Türklər 129 0,26 Tatarlar 108 0,21 Taciklər 46 0,09 Qazaxlar 8 0,02 Ukraynalılar 7 0,01 Ermənilər 3 0,01 Çeçenlər 1 0,00 Litvalılar 1 0,00 Türkmənlər 1 0,00 başqa xalqlar 31 0,06 CƏMİ: 50 253 100,00
Özkənd
32,633
Xanım Əbdülqafar qızı Qafarova Azərbaycanın teatr və kino aktrisası, müğənni, Azərbaycanın əməkdar artisti . Xanım Əbdülqafar qızı Qafarova 1967-ci ildə anadan olub. Xanım Qafarova teatr və musiqi sənətlərinə erkən yaşlarından maraqlanmış, uğurlu çıxışlar edərək 1-ci, 2-ci və 3-cü Ümumittifaq xalq yaradıcılığı festivallarının laureatı olmuşdur. Bir müddət xalq artisti Lütfi Məmmədbəyovun xalq teatrında məşğul olmuş, bu zaman Bahar suları əsərində Turac, Mənim nəğməkar bibimdə Nəğməkar bibi, Kişilərdə Səmayə, Aydında Gültəkin, Oqtay Eloğlunda Firəngiz, Yad qızında Nazan, Mavi Mazurkada Böyük Bibi və başqa tamaşalarda əsas rolları oynamışdır. 1987-ci ildə İncəsənət İnstitutunun Musiqili Komediya fakültəsinə daxil olmuş, hələ ikinci kursda oxuyarkən Tənqid-Təbliğ teatrında işləməyə başlamışdır. Bu teatr Xanım Qafarovanın yaradıcılıq həyatında xüsusilə böyük əhəmiyyət kəsb etmiş, ona sənətin sirrlərini daha dərindən öyrədərək, gənc aktrisanı mürəkkəb xarakterli obrazları yaradıcısı kimi püxtələşdirmişdir. Burada o R. Əhmədzadənin 92 dəqiqə gülüş tamaşasında Balaxanım, Hələlikdə Nisəxanım, Qənirə və Qoca arvad rollarını, Vaqif Səmədoğlunun Uca dağ başında əsərində Şənbə xanım və süpürgəçi qadın rollarını çox uğurla ifa etmişdir. Bundan başqa Heç cür qana bilmirəm, Bir gün sizinlə, Bir başqa gecə və s. şou-konsert proqramları ilə Bakının möhtəşəm sarayları ilə yanaşı Respublikanın əksər kənd və rayonlarında maraqlı və uğurlu çıxışlar etmişdir. 1996-cı ildə Xanım Qafarova Azərbaycan Dövlət Musiqili Komediya Teatrına dəvət almışdır. Geniş yaradıcılıq imkanları, məhsuldar işgüzarlıq mühiti olan bu sənət ocağında bu istedadlı aktrisa O olmasın bu olsunda Gülnaz, On min dollarlıq keyfdə Bağdagül, Nəğməli könüldə Könül, Hərənin öz ulduzunda Məleykə, Səhnədə məhəbbətdə Röya, Bankir adaxlıda Məleykə, Məhəbbət oyununda Qəmər, Dəli dünyada , Talelər qovuşanda əsərində Sona, Aldın payını, çağır dayını tamaşasında xəbərçi Xədicə, Şeytanın yubileyində Xəyalə kimi yaddaqalan obrazlar yaradaraq, özünə minlərlə pərəstişkar qazanmışdır. O, 1997-ci ildə Teatr sahəsində Nəsibə Zeynalova adına mükafata layiq görülmüşdür. 2000-ci ildə sənət sahəsindəki mesanatlıq fəaliyyətinə görə Gənclər təşkilatının fəxri diplomuna layiq görülmüşdür. 2001-ci ilin yekunlarına görə XXI əsrin ilk uğurlu müsabiqəsinin 1-ci dərəcəli Diplomu ilə təltif edilmişdir. Teatrın repertuarda olan bütün tamaşalarda baş və əsas rolların ifaçısı olan Xanım Qafarova 2003-cü ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb. Gözəl, güclü, məlahətli səsə malik olan Xanım Qafarova teatr fəaliyyəti ilə yanaşı müntəzəm olaraq böyük konsert salonlarında, cəbhə bölgələrində, dövlət tədbirlərində, televiziya verilişlərində və tamaşalarında çıxışlar edir, paralel olaraq müğənnilik fəaliyyəti ilə də məşğul olur. Özünəməxsus repertuarında 60-a qədər orijinal mahnı ifa edən aktrisa-müğənninin iki albomu, üç klipi tamaşaçılara təqdim olunub. 9 may 2012-ci ildə və 30 aprel 2014-cü ildə Prezident Mükafatına layiq görülmüşdür. Süd vəzi xərçəngindən əziyyət çəkən Xanım Qafarova 11 iyul 2014-cü ildə Bakıda dünyasını dəyişmişdir.Bu dünyada bir Xanım vardı...- Fotolar qafqazinfo.az Elə həmin gün Kürdəxanı qəbiristanlığında dəfn olunmuşdur.Xanım Qafarova dəfn olundu- Fotolar qafqazinfo.az
Xanım Qafarova
84,788
Rudolf Seldreyers 19541955-ci illərdə FİFA prezidenti Rudolf 25 il FİFA- da Jül Rimenin müavini olub. Yalnız fransız prezident FİFA-dan gedəndən sonra onun yerinə keçməyə müvəffəq olur. Rudolfun rəhbərliyi dövründə iki mühüm hadisə baş verib. Birincisi, o, FİFA-nın 50 illik yubileyini qeyd etdirir. Sonra isə dünya futbol qurumunun üzvlərinin sayının 85-ə çatdırılması məhz Rudolf Seldreyersin adı ilə bağlıdır.
Rudolf Seldreyers
178,170
Lozanna univermağında partlayış 21 iyul 1981ci ildə İsveçrənin Lozanna şəhərinin univermağındakı qadın geyimləri bölməsində baş verən partlayış. Partlayış nəticəsində 26 qadın yaralanmışdır. Terror aktına görə məsuliyyəti ASALA-nın terrorçu dəstələrindən biri olan 9 iyun təşkilatı öz üzərinə götürür. jpg Lozanna univermağında partlayış jpg Lozanna univermağında partlayış
Lozanna univermağında partlayış
774,479
Rəşad Əlizamin oğlu Qənbərli Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2022-ci il sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan Silahlı Qüvvələrinin Kəlbəcər rayonu istiqamətində, Azərbaycan- Ermənistan sərhədində Azərbaycan Ordusuna qarşı törətdiyi təxribat nəticəsində şəhid olmuşdur. Rəşad Qənbərli 25 iyun 1996-cı ildə Cəlilabad rayonunun Uzuntəpə kəndində anadan olmuşdur. Turanə Rzayeva ilə ailəli idi. Rəşad Qənbərli Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmış, bir müddət Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, N saylı hərbi hissələrdən birində müddətli həqiqi hərbi xidmət etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra bir müddət mülki fəaliyyət göstərmişdir. Sonra yenidən müddətli həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmətinə davam etmişdir. Quru Qoşunlarının Komando Briqadasının tərkibinə daxil olmuşdur. 2022-ci il sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilmişdir. Təxribat nəticəsində Azərbaycan-Ermənistan sərhədində sərhəd toqquşması baş vermişdir. Döyüşlərdə Quru Qoşunlarının Komando Briqadasının kəşfiyyatçısı kimi iştirak edən Rəşad Qənbərli 16 sentyabr 2022-ci ildə Kəlbəcər rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur. Həmin gün nəşi doğulduğu Cəlilabad rayonunun Uzuntəpə kəndində dəfn edilmişdir. Dəfn mərasimində rayon rəsmiləri, şəhidin yaxınları, hərbçilər, ictimaiyyət nümayəndələri iştirak etmişlər. Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Rəşad Qənbərli Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli Vətənə xidmətə görə ordeni və Vətən uğrunda medalı ilə təltif edilmişdir. 3-cü dərəcəli Vətənə xidmətə görə ordeni Vətən uğrunda medalı
Rəşad Qənbərli
306,516
İran Tudə Partiyası İranda kommunist partiya. 1941-ci ildə Tudə hizbi yaradıldı. Bu partiya kommunistlər haqqında 1931-ci ildən qüvvədə olan Kommunist qanunu baxımından özünü kommunist partiyası deyil, Tudə partiyası adlandırdı. Rza Radməniş İrəc İskəndəri Nurəddin Kiyanuri Əli Xavəri Interview-Aug09.pdf Məhəmməd Ümidvar
İran Tudə Partiyası
484,910
Aya Triyada Yunan Ortodoks kilsəsi İstabuldakı ən böyük yunan ortodoks məbədidirLevin, Emma. Frommerin Istanbul Günbəgün . Hoboken: Con Vayli və Oğulları. ISBN 9781119972341.. Kilsə, İstanbul, Beyoğlunda, Taksim Meydanının cənub-qərbində, Meşəlik Küçəsi, İstiqlaliyyət küçəsi və Sıraselvilər küçəsi ilə kəşisdiyi yerdə yerləşən bir ortodoks kilsədir.Göktürk, Dəniz tərəfindən redaktə edildi; Sosial, Ləvənt; Türəli, Ipək . Istanbulu İstiqamətləndirmə : Avropanın mədəni paytaxtı?. London: Routlec. ISBN 9780415580106. Ümumiyyətlə Şərq Xristiyanlığında kilsələrin rahib və rahibə adlarına həsr olunmalarına qarşı, İstanbul Arxiyepiskopuna aid olan Aya Triyada və ya Ayiya Triyasın adı, Yunan dilində Müqəddəs Üçlü yəni daha geniş şəkildə istifadə edildiyi şəkildə Təslis mənasını verməkdədir.Aya Triyada Kilisəsi , Beyoğlu Şəhər Rəhbəri Kilsənin yerləşdiyi mülk, əvvəllər bir yunan Ortodoks qəbiristanlığı və xəstəxanasının yeri olmuşdurTAKSIM AYA TRIADA RUM ORTODOKS KILISESI . 2013-cü ilin Yanvar ayının 4-də alındı.. Bu mülk, kilsəni inşa etmək üçün dağıdılmışdır. Osmanlı memarı P. Kampanakinin dizaynlarına əsaslanan kilsənin, 1876-cı ilin Avqust ayının 13-də tikintisinə başlanmış və 1880-ci ilin Sentyabr ayının 14-də tamamlanmışdırAya Triada Kilisəsi . Istanbul: Bələdçi. 2013-cü ilin Yanvar yının 4-də alındı.Türkiyə üçün Səyahət Bələdçisi . Türkiyə Veb Bələdçisi. 2013-cü ilin Yanvar ayının 4-də alındı.E.Şarlak, İstanbulun 100 Kilisəsi, İstanbul Büyükşehir Bələdiyəsi Mədəniyyət A.Ş Yayınları, İstanbul 2010, səhifə 93-95. Kilsə, Bazilika elementləri ilə birlikdə Yeni-Barokko tərzindəTaksim Aya Triyada Yunan Ortodoks Kilsəsi . byzantiumistanbul. 2013-cü ilin Yanvar ayının 5-də alındı., əlavə olaraq iki zəng qülləsi, böyük bir günbəz və yeni-qotik bir fasad ilə inşa edilmişdir. 1839-cu ildə, Tanzimat olaraq bilinən bir dövrdə, kilsələrdə günbəzlərin tikilməsinə icazə verilən zamanda, günbəz kimi memarlıq elementlər kilsəyə əlavə edildi. Aya Triyada, İstanbulda inşa edilməsinə icazə verilən ilk günbəzli xristian kilsəsidir.
Aya Triyada Yunan Ortodoks kilsəsi (İstanbul)
166,038
Qərbi Qaraxanlılar xanlığı və ya dövləti Orta Asiyada Qaraxanlılar dövlətinin iki yerə parçalanması nəticəsində yaranmış orta əsr türk müsəlman dövlətidir. Qaraxanlılar dövlətinin 1040-cı ildə Şərq və Qərb xanlıqlarına parçalanması Əli Arslan xanın oğulları arasında hakimiyyət uğrunda gedən daxili mübarizə nəticəsində baş verdi.Qərbi Qaraxanlı xaqanlığının banisi Alid İbrahim Buritəkin və ya İbrahim b. Nəsr Təbqaç Xan Xaqan titulunu daşıyırdı. Maverannahr ərazisi və Fərqanənin qərb hissəsi Qərbi Qaraxanlılar xaqanlığının tərkibinə daxil oldu. Şərqi Qaraxanlılar xanlığı xasanilərin tərkibində qaldı. İki xaqanlıq arasındakı sərhəd Sırdərya bölgəsindən keçirdi və bu torpaqlar onların daimi mübarizəsi meydanına çevrildi. Dövlətin paytaxtı əvvəlcə Özkənd idi, lakin sonra İbrahim Buritəkin Səmərqənd şəhərini paytaxt seçdi. Mənbələrə görə, onun hakimiyyəti dövrü ölkənin iqtisadi və mədəni həyatında yüksəliş dövrü ilə xarakterizə olunur. Onun siyasətini oğlu Şəmsmülk Nəsr xan davam etdirdi. Şəmsmülkün varisi Xızır Xan Qaraxani olmuşdur. 1089-cu ildə Səlcuq sultanı Məlik şah böyük bir ordunun başında xanlığa soxularaq Səmərqəndi ələ keçirdi. Bundan sonra Qərbi Qaraxanlılar dövləti Məlik şahın, yəni Səlcuqilərin hakimiyyəti altına keçdi. 1141-ci ildə Katvan döyüşündə Səlcuq Sultanı Səncər və Qərb xaqanlığının birləşmiş ordusu Qaraxitaylara məğlub oldu; Xaqanlıq Qaraxitayların vassalı oldu. 12-ci əsrin ortalarında ali hakimiyyət uğrunda konkret hökmdarların güclənən daxili müharibələri xaqanlığı xeyli zəiflətdi. 1156-cı ildə hakimiyyət Şərqi Qaraxanlılar dövlətinin hökmdarları olan Həsənilər sülaləsinin əlinə keçdi. Sonuncu xaqan 1212 - ci ildə vəfat edən Osman ibn İbrahim oldu. Beləliklə, XIII əsrin əvvəllərində Maverannəhrdə Qaraxanlılar sülaləsinin hakimiyyəti sona çatdı. Əkinçilik, maldarlıq, sənətkarlıq, ticarət inkişaf etmişdir. Böyük İpək Yolunun marşrutları ərazidən keçirdi. Səmərqənd və Buxara İslam mədəniyyətinin əsas mərkəzlərinə çevrildi. Şəhərlərdə fəaliyyətləri dövlət tərəfindən maliyyələşdirilən mədrəsələr, tibb müəssisələri var idi. thumb Kərminə yaxınlığında Qaraxanlı Şəms əl-Mülkün əmri ilə tikilmiş Rabati Məlik karvansarası Digər türk mənşəli sülalələrə nisbətən Qaraxanlıların sikkələrindəki yazılarda türk titulları var idi. .., : . - , , 1993 , . 11 1078-1079 -cu illərdə Şəmsmülk böyük Rabat Məlik karvansarasını tikdirdi. O, həmçinin Buxarada məscid və Şəmsabad sarayını tikdirmişdir. . . . .I. ., 1963, .378. Səmərqənddə Qaraxanlılar dövrünün ən diqqətçəkən abidəsi XII əsrdə tikilmiş İbrahim ibn Hüseynin sarayıdır. Qazıntılar zamanı monumental rəsm parçaları tapılıb. Şərq divarında sarı kaftan geyinmiş və əlində kaman tutan türk döyüşçüsü təsvir edilmişdir. Burada atlar, ov itləri, quşlar təsvir edilmişdir. ., .., ., , 1, 2005 , . 34 X əsrə qədər Qaraxanlılar dövlətində qədim türk yazılı mətnlərinin ənənələrini davam etdirən ədəbi dil fəaliyyət göstərirdi. 10-cu əsrin rəsmi Qaraxanlı dili qədim karluk dialektlərinin qrammatik sisteminə əsaslanırdı. . . Vilniaus universiteto leidykla VILNIUS 2014, .157-160 Qaraxanlıların və onların türk təbəələrinin islamlaşması türk mədəniyyətinin mədəni inkişafında böyük rol oynamışdır. X əsrin sonu - XI əsrin əvvəllərində türk xalqlarının tarixində ilk dəfə olaraq Quranın şərhləri olan Təfsir türk dilinə tərcümə edilmişdir., .. : XII-XIII . ., 1963 1072-1074-cü illərdə Mahmud Kaşğari tərəfindən Türk ləhcələri lüğəti tərtib edilmişdir. Burada o, türkdilli folklorun əsas janrlarını - ritual və lirik nəğmələri, qəhrəmanlıq dastanından fraqmentləri, tarixi əfsanələri , 400-dən çox atalar sözü, məsəlləri və şifahi deyimlər təqdim etmişdir. Məşhur alimlərdən biri də Səmərqənddə Qaraxanlılar sülaləsinin tarixini əks etdirən Türküstan tarixini yazan tarixçi Məcidəddin əs-Surxakati idi.Introduction to The Jawami ul-hikayat wa Lawamiur-riwayat of Sadiduu-din Muhammad al-Awfi by Muhammad Nizamud-din. London: Luzac Co, 1929 I Nəsr - Xan Əhməd - Xan . Məhəmməd - Xan . Əli-tegin - xan . Yusif - Xan . Hüseyn . Məhəmməd . İbrahim b. Nəsr Tabqaç xan - ilk Qərbi Qaraxanlı xanı Şəmsmülk - xan . Xızır Xan - Xan . Əbülmüzəffər Əhməd xan - xan . Mahmud Xan - Xan . Süleyman-Təkin - xan . Cəbrayıl Qədir Xan - Xan . Məhəmməd-tegin - xan . III Nəsr - Xan . Əhməd Xan - Xan . II İbrahim Buğra Xan - Xan . III Mahmud Xan - Xan . Əli - Xan . Məsud - Xan . III İbrahim Boğra Xan - Xan . Osman - Xan .
Qərbi Qaraxanlılar dövləti
587,481
Qreta Tunberq İsveç iqlim fəalı. Təbiət mühafizəçisi 2018-ci ilin avqust ayında iqlim dəyişiklikliyi ilə mübarizəyə diqqət çəkmək üçün tətil başladıb və İsveç Parlamentinin önündə oturaraq dinc aksiya keçirib. Bu aksiya qısa müddətdə qlobal hərəkata çevrilib. Qreta Tintin Elyanora Ernman Tunberq 2003-cü ildə İsveçdə doğulub. Onun anası opera müğənnisi Malena Ernman, atası isə aktyor Svante Tunberqdir. Aktivistin babası da sənət adamıdır, Olof Tunberq aktyor və rejissordur. İqlim dəyişikliyi, qlobal istiləşməyə etiraz edən Qretanın fəaliyyətinin ilkin mərhələsi İqlim üçün məktəb tətilidir. Qreta Tunberq 2018-ci ildə cümə günləri məktəbə getməyəcəyini bəyan etməklə dünyada məşhurlaşıb. Bu yolla o, iqlim dəyişikliyi və ekologiya problemlərinə diqqət çəkmək istəyib. Sayılı aylar ərzində ona dəstək hərəkatı qlobal miqyas alıb.https:jam-news.net?langaz- AZ Qreta Tunberqə Asperqer sindromu diaqnozu qoyulub. Bu diaqnozlu insanlar ünsiyyət problemi yaşayırlar, amma rasional təfəkkürə, analitik zəkaya malik olur və çox vaxt elmdə böyük uğurlar qazanırlar.
Qreta Tunberq
67,367
Qırmızı anqut Qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid quş növü. Çəkisi 900 q-dan 1,5 kq-adəkdir. Göllərdə yaşayır, Mil düzündə çoxdur. Rəngi kürən , quyruğu və çalma lələkləri qaradır. Qanadının üstündə ağ ləkə var. Tez-tez səciyyəvi aanq-aanq səsi çıxarır. Azərbaycanda həm yuvalayır, həm də qışlayır. Anqutun dişi fərdinin başı daha açıq rəngli, erkəyinin boynunda isə qara halqa olur. 27-29 gün kürt yatır. Yuvalarını qaya yarıqlarında və ya koğuşlarda, çox vaxt gəmiricilər, hətta tülkülərlə qonşuluqda qururlar. Qırmızı anqut ala ördəklər yarımfəsiləsinə daxil olan və Yer kürəsinin şimal yarımkürəsində yaşayan iki növündən biridir.
Qırmızı anqut