date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2024-03-07
839,143
Həsənov Ankarada, Papikyan Tehranda: Müharibə hazırlığı?..
Cənubi Qafqazda geosiyasi mübarizənin kəskinləşdiyi və Ermənistanın Azərbaycana qarşı müharibə hazırlığının müşahidə edildiyi dövrdə Bakı və İrəvanda hərbi rəhbərliyin səfər marşrutları diqqətdən yayınmır. - Azərbaycan müdafiə naziri Zakir Həsənov dünən Türkiyəyə səfər etdi; - Ermənistan müdafiə naziri Suren Papikyan eyni gündə İrana getdi. Hərbi müttəfiq olan Azərbaycan və Türkiyə arasında bu cür səfərlərin intensivliyi və koordinasiyalı fəaliyyət təəccüblü deyil. Lakin bölgədə baş verənlər Həsənovun səfərinə fərqli mənalar da yükləyir, xüsusilə iki ölkə ordusunun “saatlarının yoxlanılması”, Bakı və Ankaranın mümkün təhlükələrə qarşı birgə addımlarının hazırlanması baxımından. Ermənistanın sürətlə silahlandırılması – Fransa, Yunanıstan, Hindistan, ardınca İran – mümkün təhlükənin nədən ibarət olduğunu aydın göstərir. Rəsmi İrəvan hərbi sferada diversifikasiya siyasətini apardığını elan etsə də, bütün addımların Rusiyaya qarşı Cənubi Qafqazda Ermənistan üzərindən ikinci cəbhənin açılmasına hesablandığı sirr deyil. Və bu ssenarini Ermənistanın Azərbaycana hücumu, sərhəddə eskalasiyanın yaradılması vasitəsilə həyata keçirmək istədikləri də bəllidir. Qərb mümkün eskalasiya ilə Ermənistanın təhlükəsizlik sferasına rəsmi şəkildə daxil olmaq haqqı qazana bilər, İrəvan isə sülh gündəliyini sıfırlamağı, Bakı ilə danışıqlarda mövqelərini gücləndirməyi hədəfləyir. Və mümkün eskalasiya ssenarisində İranın Ermənistan üçün regional əhəmiyyəti böyükdür. Birincisi, İrəvan Qərbin dəstəyi ilə tətbiq edəcəyi müharibə ssenarisində Türkiyə və Azərbaycanla yanaşı, Rusiya ilə də üz-üzə gələcəyini bilir: İranın bu ssenaridə əks cəbhədə yer alması Ermənistan üçün çətin vəziyyət yarada bilər; İkincisi, mümkün eskalasiyada Qərb nə qədər Ermənistana dəstək versə də, regional müstəvidə proseslərə birbaşa müdaxiləsi ən azı coğrafi baxımdan çətindir: buna görə İrəvan Tehranın dəstəyini almaq, həm regional balansı müəyyən qədər saxlamaq, həm də hərbi toqquşma zamanı əks cəbhəyə - Ankara-Bakı-Moskva – qarşı regional müstəvidə təklənmək istəmir; Papikyanın Tehrana səfəri İranla hərbi əməkdaşlığı genişləndirmək, bu ölkədən silah almaq, həmçinin, Hindistandan gələn silahların tranzitini genişləndirməklə yanaşı, mümkün müharibə ssenarisinə hazırlıq məqsədi də daşıyır. Rəsmi Bakının hadisələrin inkişafını və perspektiv riskləri dəyərləndirdiyi məlumdur. Bu kontekstdə Papikyanın İrana getdiyi gün Zakir Həsənovun Türkiyəyə səfərinə də mümkün müharibə ssenarisinə hazırlıq kimi baxmaq olar.
2024-03-07
839,145
Bakıda bu yola qoyulan məhdudiyyət aradan qaldırıldı
Bakıda Teymur Elçin küçəsi, Teleteatrın qarşısı, Mehdi Hüseyn küçəsi istiqamətində qazıntı işləri səbəbindən yolda qoyulan məhdudiyyət aradan qaldırılıb. Axar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzi məlumat yayıb. Xatırladaq ki, həmin hissədə nəqliyyatın hərəkəti martın 6-da, axşam saatlarında məhdudlaşdırılmışdı.
2024-03-07
839,147
Neft yenidən bahalaşdı
Dünya birjalarında neft yenidən bahalaşıb. Axar.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 82,87 dollara, yüngül neftin bir barreli isə 79,06 dollara təklif olunur.
2024-03-07
839,150
Bakıda bu prospektdə hərəkət bərpa edildi
09:50 "Koroğlu" yol ötürücüsü üzərində bütün istiqamətlərdə qoyulan hərəkət məhdudiyyəti aradan qaldırılıb. Axar.az xəbər verir ki, artıq Qara Qarayev prospektindən Ziya Bünyadov və Heydər Əliyev prospekti istiqamətində hərəkətə heç bir maneə yoxdur. Hərəkətin bərpa olunmasına baxmayaraq, sıxlıq müşahidə olunur.
2024-03-07
839,151
Bu rayonlarda da qaz olmayacaq
Bu gün bir sıra rayonların qaz təchizatında fasilə olacaq. Axar.az xəbər verir ki, bu barədə "Azəriqaz" məlumat yayıb. Bildirilib ki, bu gün saat 09:30 "Bərdə" ölçü qovşağından qidalanan daşıyıcı qaz kəməri üzərində olan siyirtmənin dəyişdirilməsi, saat 10:00-dan Samux şəhəri və Füzuli kəndində Təmiz Qaz QSC tərəfindən aşkar olunmuş qaz sızmalarının ləğvi, saat 10:30-dan isə Xətai rayonu, Cavanşir küçəsində yeni çəkilmiş yeraltı d325 mm-lik qaz xəttinin şəbəkəyə qoşulması ilə əlaqədar qaz təchizatı dayandırılacaq. Təmir işləri görülən müddətdə Bərdə rayonunun Şorəlli, Güloğullar, Divanlı kəndlərinin, Samux rayon mərkəzinin və rayonun Füzuli kəndinin, Xətai rayonunun isə Cavanşir, Qədir Məmmədov, Ramiz Quliyev, Sadıqcan, İlqar Zülfüqarov, Çingizxan Kərimov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
2024-03-07
839,153
Nicata hökm oxundu: 5 il, məntəqə tipli... - Video
09:55 Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsində təqsirləndirilən “Nikosayağı” ləqəbi ilə tanınan bloger Nicat Şakirlinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Axar.az xəbər verir ki, proses hakim Samir Əliyevin sədrliyi ilə keçirilir. Prosesdə N.Şakirlinin vəkili çıxış edir. *** "Nikosayağı" kimi tanınan bloger Nicat Şakirliyə hökm oxunub. Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib. Hökmə əsasən, Nicat Şakirli cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 5 il müddətinə azadlıqdan məhrum edilib.
2024-03-07
839,155
DİN-dən əməliyyat: 5 milyonluq narkotik ələ keçirildi - Video
Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi “Narkotələ-40” adlı əməliyyatlar keçirib, 5 milyon manatlıq narkotik qanunsuz dövriyyədən çıxarılıb. Bu barədə Axar.az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, fevral ayı ərzində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı paytaxt və bölgələrdə 40-dan artıq əməliyyat keçirib. Nəticədə 52 nəfər və 3 mütəşəkkil dəstənin üzvü saxlanılıb. Onlardan 10-u ölkə ərazisində narkotiklərin tədarükü ilə məşğul olan şəxslərdir. Əməliyyatlarla “qara bazar”da dəyəri 5 milyon manat olan 151 kiloqram (heroin, tiryək, marixuana, metamfetamin) narkotik vasitə və 4751 ədəd psixotrop tərkibli metadon, tramadol və lirika həbi ələ keçirilib. İlkin dindirilmə zamanı saxlanılan şəxslərin əksəriyyətinin qeyri-qanuni yollarla İrandan ölkəmizə gətirdikləri narkotikləri əsasən paytaxt ərazisində satmaq üçün əldə etdikləri müəyyən olunub. Masallı rayonunda keçirilən əməliyyat zamanı saxlanılan dəstə üzvləri müqavimət göstərərək qaçmağa çalışsalar da, polis əməkdaşlarının sayıqlığı nəticəsində bu cəhdin qarşısı alınıb. Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə qətiyyətlə davam etdirilir.
2024-03-07
839,159
Pensiyaçıların nəzərinə: Bakı, Sumqayıt...
Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyalar ödənilib. Axar.az xəbər verir ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.
2024-03-07
839,161
Türkiyə PKK-ya qarşı böyük əməliyyata hazırlaşır
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında PKK terrorçularına qarşı genişmiqyaslı quru əməliyyatına hazırlaşır. Axar.az xəbər verir ki, bunu Türkiyənin “Hürriyət” qəzetinin yazarı Əbdülqədir Selvi yazıb. “Pəncə-Kilid” əməliyyat bölgəsində genişmiqyaslı quru əməliyyatı həyata keçiriləcək. Əməliyyatdan əvvəl İraqın mərkəzi administrasiyası və Bərzani ailəsinin nəzarətində olan Ərbillə razılıq əldə edilib", - o bildirib. Onun sözlərinə görə, Ankara bu əməliyyatla İraqla olan 378 km-lik sərhədini tamamilə terrorçulardan təmizləmək istəyir.
2024-03-07
839,162
Bakıda görünüş məsafəsi məhdudlaşdı
Hazırda ölkə ərazisində dumanlı hava şəraiti müşahidə olunur. Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov Axar.az-a bildirib ki, görünüş məsafəsi Bakı və Abşeron yarımadasında, Qobustan, Quba, Qusar, Zərdab, İmişli, Cəfərxan, Biləsuvar, Lənkəranda 500 metrədək məhdudlaşıb. Xidmət rəisinin sözlərinə görə, dumanlı hava şəraitinin səbəbi nisbətən soyuq hava kütləsinin isti səth üzərinə hərəkəti nəticəsində yaranan inversiya qatıdır: “Duman ilin keçid dövrləri üçün xarakterik olan və sinoptik şəraitlə əlaqədar gözlənilən atmosfer hadisəsidir. Dumanlı hava şəraitinin bu gün gündüz saatlarınadək davam edəcəyi gözlənilir”.
2024-03-07
839,166
Kim Çen orduya xüsusi tapşırıq verdi
Şimali Koreya lideri Kim Çen İn çevik əməliyyat təlimləri üçün nəzərdə tutulan ordu bazasına baş çəkib və təlim obyektlərinə baxış keçirib. Axar.az xəbər verir ki, bu barədə KCNA məlumata yayıb. Məlumata görə, o, hərbçilərə müharibə vəziyyətində döyüş hazırlığını tez bir zamanda təkmilləşdirmək üçün təlimləri gücləndirməyi tapşırıb. Onu Şimali Koreyanın müdafiə naziri Qanq Sun Nam və Koreya Xalq Ordusunun Baş Qərargah rəisi Li Yonq Gil müşayiət edib.
2024-03-07
839,169
“Qarabağ” “Bayer”ə, “Sparta” “Liverpul”a qarşı...
UEFA Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunları bu gün də davam edəcək. Axar.az xəbər verir ki, bu gün 7 oyun baş tutacaq. UEFA Avropa Liqası 1/8 final mərhələsi İlk oyunlar Saat 21:45 "Qarabağ" (Azərbaycan) - "Bayer" (Almaniya) Saat 21:45 "Roma" (İtaliya) - "Brayton" (İngiltərə) Saat 21:45 "Sparta" (Çexiya) - "Liverpul" (İngiltərə) Saat 00:00 "Milan" (İtaliya) - "Slaviya" (Çexiya) Saat 00:00 "Benfika" (Portuqaliya) - "Reyncers" (Şotlandiya) Saat 00:00 "Frayburq" (Almaniya) - "Vest Hem" (İngiltərə) Saat 00:00 "Marsel" (Fransa) - "Vilyarreal" (İspaniya) Qeyd edək ki, ötən gün turnirin bir oyunu baş tutub. Portuqaliyanın "Sportinq" komandası öz meydanında "Atalanta" (İtaliya) ilə heç-heçə edib (1:1).
2024-03-07
839,172
Maşındakı partlayıcı qurğu belə zərərsizləşdirildi - Foto
Müdafiə nazirinin 2024-cü il üçün təsdiq etdiyi plana uyğun olaraq, Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri ilə döyüş hazırlığı üzrə məşğələlər keçirilir. Bu barədə Axar.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Keçirilən məşğələlər zamanı istehkamçılar silahlanmada olan müasir mühəndis avadanlıqlarından istifadə etməklə nəqliyyat vasitəsinə yerləşdirilmiş partlayıcı qurğunun aşkar olunaraq zərərsizləşdirilməsi üzrə tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər. Mühəndis təminatı yerinə yetirən bölmələrin şəxsi heyəti ilə keçirilən məşğələlərin əsas məqsədi peşəkarlıq səviyyəsinin və döyüşə hazırolma vəziyyətinin daha da artırılmasıdır.
2024-03-07
839,176
Terrorçuluğu maliyyələşdirən azərbaycanlı həbs olundu
Azərbaycan vətəndaşı terrorçuluğu maliyyələşdirməyə görə həbs edilib. Axar.az xəbər verir ki, bu barədə Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qərar qəbul olunub. Belə ki, Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Azərbaycan Respublikasının vətəndaşı Abit Mərdanov Cinayət Məcəlləsinin 214-1-ci maddəsi ilə ittiham olunduğu cinayət əməllərinə görə həbs edilib. A.Mərdanov terrorçuluğu maliyyələşdirmə cinayət əməllərini törətməkdə təqsirləndirilir.
2024-03-07
839,177
FHN-dən kənd təsərrüfatı ilə məşğul olanlara müraciət
Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən respublikada yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində fəaliyyətini davam etdirir. Axar.az FHN-ə istinadən xəbər verir ki, bu çərçivədə, ölkədə kənd təsərrüfatı fəaliyyəti ilə əlaqədar baş vermiş yanğınların Nazirliyin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılmış təhlili göstərir ki, sadə yanğın təhlükəsizliyi qaydalarına etinasız münasibət və ya məsuliyyətsiz davranış sonda yanğınlara, acı nəticələrə gətirib çıxarır. Belə ki, Nazirlik tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, mal-qaranın qidalandırılması üçün kənd yerlərində həyətyanı sahələrdə və fermer təsərrüfatlarının ərazilərində ot və ya küləş tayalarının yığıldığı məkanların yaxınlığında açıq alovdan istifadə, o cümlədən siqarət çəkilməsi, alışqan və ya kibritin yandırılması tezalışan xassəyə malik ot və ya küləşin anidən alovlanmasına, ağır zəhmət və böyük əziyyət bahasına başa gəlmiş məhsulun məhvinə səbəb olur. Ot tayalarında başlayan yanğının həm də çox qısa vaxtda yaxınlıqdakı tikililərə keçmə və beləliklə, böyük faciələrə səbəb olma riski yüksək olur. Bildirilib ki, yalnız ötən 10 gün ərzində kənd və qəsəbələrdə 44 belə yanğına çıxış qeydə alınıb, nəticədə 50 tona yaxın ot, 1200 kv.m-ə yaxın tikili yanıb. Yalnız FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənlərinin gərgin əməyi və səriştəli fəaliyyəti sayəsində bu kimi yanğınların geniş ərazilərə yayılmasının qarşısının alınması mümkün olur. Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan vətəndaşlara müraciət edərək yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə, o cümlədən ot və ya küləş tayalarının yerləşdiyi məkanların yaxınlığında açıq alovdan qəti şəkildə istifadə etməməyə çağırır.
2024-03-07
839,178
Çoxları bilmir: bu uşaqlar 120 manat müavinət almalıdır
“Sosial müavinətlər haqqında” Qanuna son dövrlər edilən dəyişikliklərdən biri də müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçuların uşaqlarına müavinətin verilməsidir. Belə ki, həmin qanunun 4-cü maddəsinə əsasən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına aylıq müavinətin verilməsi həyata keçirilir. Hazırda aylıq müavinətin məbləği 120 manatdır. Axar.az xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov qeyd edib. O bildirib ki, bu müavinət hərbi qulluqçuların həqiqi hərbi xidmətdə olduğu müddətdə ödənilir: “Bu müavinət hərbi qulluqçuların ailə üzvlərinin sosial dəstəklənməsi baxımından vacib olsa da, aparılan monitorinqlər göstərir ki, həmin ödənişlər barədə ictimai məlumatlandırma yüksək deyildir. Müraciət etmə qaydalarına gəldikdə isə bu müavinəti almaq üçün yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, DOST mərkəzinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzləri”nə müraciət edilməlidir. Müavinət yalnız Azərbaycan vətəndaşlarına şamil edilmir. Eyni zamanda, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmamışdırsa, ölkəmizdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər və əcnəbilər də müraciət etmək hüququna malikdirlər”. Millət vəkili vurğulayıb ki, müraciət üçün tələb edilən sənədlərin sayı da çox deyildir: “Müraciət edən şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti, uşağın şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnaməsi, həmin vətəndaşımızın müddətli həqiqi hərbi xidmətdə olmasına dair Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin arayışı ilə müraciət etməsi mümkündür. Müavinətin təyin olunması barədə müraciətə qeydə alındığı gündən ən geci 10 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir. Müavinətin təyin olunmasından imtina edilməsi barədə qərar qəbul edildikdə, 5 gün müddətində imtinanın səbəbləri göstərilməklə, müraciət edən şəxsə rəsmi məlumat verilir. Müraciət edən şəxsin bu qərardan məhkəməyə şikayət etmək hüququ var. Bir mühim məqam da ondan ibarətdir ki, əgər hərbçimiz bu müavinət barədə gec məlumat əldə edibsə, o zaman ona müraciət edildiyi tarixdən əvvəlki üç il üçün də vəsait ödənilir. Yəni, bu müvinətin verilməsindən gec xəbər tutan və vəsaiti almaq hüququ olan vətəndaşlarımız əvvəlki 3 il üçün hesablanmış pulu da almaq hüququna malikdirlər”.
2024-03-07
839,179
“Prado” elektrik dirəyinə, sonra evə çırpıldı: 5 nəfər... - Foto
Qubada yol-nəqliyyat hadisəsi baş verib. Axar.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Zizik kəndində qeydə alınıb. Belə ki, hərəkətdə olan “Toyota Prado” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq elektrik dirəyinə, daha sonra fərdi yaşayış evinə çırpılıb. Hadisə zamanı Rəşid Məmmədov, Rövşən Mustafayev, Elmin İsayev, Rizvan Mustafayev və Şəmsəddin Xələfov muxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Avtomobil isə yararsız hala düşüb. Faktla bağlı araşdırma aparılır.
2024-03-07
839,182
İrəvan qısa zamanda AB-yə namizəd olacaq
Nikol Paşinyanın hakim partiya üzvləri ilə qapalı görüşləri ardıcıl olaraq keçirilir. Bu gün Baş nazir və nazirlər hakim qanadın deputatları ilə qapalı görüş üçün yenidən parlamentə gedəcəklər. Bu, hakim komanda üzvlərinin son günlər Nikol Paşinyanla üçüncü görüşüdür. Axar.az xəbər verir ki, bu barədə Ermənistanın “Joxovurd” nəşri mənbələrə istinadən məlumat yayıb. “Bu günlərdə əsas mövzu Ermənistanın AB-yə namizədliyinin irəli sürülməsi məsələsidir və bütün komanda Baş nazirlə görüşlərdə bunu müzakirə edir. Dünən Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşündə də bu məsələ gündəmdə olub. AB üzvlüyünə namizədliyin irəli sürülməsi prosesinin əsas nəzarətçisi Təhlükəsizlik Şurasının katibi olacaq. Paşinyan bu məsələni çox tez başa çatdırmaq niyyətindədir. Ona görə də Ermənistanın üzvlük üçün tez bir zamanda müraciət etməsi mümkündür”, - məlumatda deyilir.
2024-03-07
839,184
Rusiyanın üç bölgəsinə PUA hücumu edildi
Ukrayna ordusu Rusiyanın Kursk, Bryansk və Tula vilayətlərinə PUA hücumu edib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, Bryansk vilayətində üç, Tula bölgəsində iki PUA məhv edilib. Kursk vilayətində isə bir PUA ələ keçirilib. Hücumun nəticələri barədə məlumat yoxdur.
2024-03-07
839,186
Yeni “SuperSən” tarifində daha çox internet, ölkədaxili zəng...
"Azercell" abunəçiləri balanslaşdırılmış mobil internet və danışıq dəqiqələrini yeni “SuperSən” tarifində əldə edəcəklər Mobil rabitənin trendlərini nəzərə alan "Azercell" mütəmadi olaraq abunəçilərə daha əlverişli və rahat istifadə imkanı təmin edir. Lider mobil operator 06.03.2024-cü il tarixindən etibarən fakturasız xətt sistemində yeni “SuperSən” tarif paketlərini istifadəyə verir. “SuperSən” paketində müxtəlif qiymət aralıqlarını əhatə etmək məqsədilə daha çox internet, ölkədaxili zəng və daha çox seçim imkanı təqdim olunur. Müştərilər rabitə xərclərinə qənaət edərək bütün mobil xidmət tələblərinin qarşılandığı tarif çərçivəsində rahat ünsiyyətdən yararlana biləcəklər: “SuperSən” paketləri daxilində Vatsap və FB Messencer tətbiqlərində mətn yazışmaları üçün 1GB qədər internet təqdim olunur. “SuperSən” tarifinə bütün cari və yeni fakturasız xətt (SimSim) abunəçiləri abunə ola bilər. Paketi istənilən qoşulma kanalları (“Kabinetim” tətbiqi, USSD, SMS) üzərindən aktiv etmək mümkündür. Tarif barədə daha ətraflı məlumatla tanış olmaq üçün https://www.azercell.com/az/personal/plans-and-services/mobile-tariffs/prepaid/supersen-pr.html səhifəsinə keçid alın.
2024-03-07
839,187
Ermənistanın Ukraynaya çevrilməsi... - Korotçenko
Rusiyanın İrəvana qarşı şifahi müdaxilələri hələ ki, təsirini göstərməyib. Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq İqor Korotçenko deyib. “Ermənistanın kursu hələ də Qərbə doğrudur. Bizim erməni “tərəfdaşlarımız” isə bu istiqamətdə hətta kəskin şəkildə sürətləniblər. Deməli, biz təsir üçün başqa variantları düşünməliyik. Və mümkün təsirləri əvvəlcədən hesablamalıyıq. Heç kim Paşinyanın çoxvektorlu yanaşmasının əleyhinə deyil: hamı yaşamaq istəyir. Amma Cənubi Qafqazda Ermənistanın Ukraynaya çevrilməsi - bağışlayın!” - Korotçenko bildirib.
2024-03-07
839,188
Qurbanov Alonsoya Qarabağ xalçası verdi - Foto
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov “Bayer”in çalışdırıcısı Xabi Alonso ilə görüşüb. Axar.az Ağdam təmsilçisinin saytına istinadən xəbər verir ki, görüş “Bayer”in Bakıya səfərindən qısa müddət sonra komandanın qaldığı “Hilton” otelində baş tutub. Qurbanov uzun yol qət etmələrinə baxmayaraq, görüşməyə razılıq verdiyi üçün Alonsoya təşəkkür edib. Q.Qurbanov “Bayer”in Bakıya uçuşunun necə keçdiyi ilə maraqlanıb, onları Bundesliqada dəstəklədiklərini qeyd edib. Qurbanov qonağa Azərbaycan, ölkəmizin gözəllikləri, təbiəti, görməli yerləri haqqında məlumat verib, onu gələcəkdə qeyri-rəsmi səfərə dəvət edib. Alonso səmimi münasibət və ölkəmizdəki xoş qarşılanma üçün minnətdarlığını bildirib. İspaniyalı mütəxəssis də “Qarabağ”ın ölkə çempionatındakı çıxışını izlədiyini vurğulayıb. Alonso bildirib ki, komandalar arasında dostluq münasibətləri yarandığı üçün həm yenidən Bakıya gəlmək və görüşmək, həm də rəqib olmamaq istəyi olub. Görüşün sonunda Qurban Qurbanov Alonsoya xüsusi hazırlanmış əl işi olan ipək Qarabağ xalçası hədiyyə edib. Mütəxəssislər xatirə şəkli çəkdiriblər. Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ”-“Bayer” matçı bu gün saat 21:45-də başlayacaq.
2024-03-07
839,190
Universitetlərlə bağlı yeni qaydalar təsdiqləndi
Ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) ilə bağlı yeni qaydalar təsdiqlənib. Axar.az xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyinin kollegiyası qərar qəbul edib. Qərarla əvvəlki qaydalar ləğv edilib. Elm və Təhsil Nazirliyinin Aparatının Elm və ali təhsil siyasəti şöbəsinə, Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinə qərardan irəli gələn vəzifələrin icrasını təmin etmək tapşırılıb. Qeyd edək ki, təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, təhsil müəssisəsinə bərpa olunma və ya akademik məzuniyyətdən sonra təhsilini davam etdirmə tələbənin əvvəl təhsil aldığı tədris dilinə (tədris dilinin ingilis dilindən ümumi təhsil pilləsində təhsil aldığı tədris dilinə və ya ümumi təhsil pilləsində təhsil aldığı tədris dilinin ingilis dilinə dəyişdirilməsi halları istisna olmaqla) uyğun aparılır.
2024-03-07
839,193
İran 3 ada ilə bağlı BƏƏ-yə xəbərdarlıq etdi
İran Küveyt və BƏƏ-nin üç ada və mübahisəli neft yatağı ilə bağlı bəyanatını rədd edərək, onu ərazi bütövlüyünə müdaxilə kimi xarakterizə edib. Axar.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib. “Əbu Musa, Böyük Tunb və Kiçik Tunb adası İran torpağının ayrılmaz və əbədi hissəsidir, digər görüşlərin heç bir siyasi və hüquqi dəyəri yoxdur. İran öz ərazi bütövlüyü ilə bağlı danışıqlar aparmayacaq”, - o bildirib. Qeyd edək ki, BƏƏ Körfəzdə yerləşən Kiçik Tunb, Böyük Tunb və Əbu Musa adalarını özününkü sayır və İranın bu adalara və qaz yatağına iddiasını rədd edir.
2024-03-07
839,195
743-cü gün: Rusiyanın itkiləri açıqlandı
Ukrayna müharibənin 743-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 421 430 hərbçi, 6 695 ədəd tank, 12 779 ədəd zirehli döyüş maşını, 10 350 ədəd artilleriya sistemi, 1009 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 701 hava hücumundan müdafiə sistemi, 347 ədəd hərbi təyyarə, 325 ədəd helikopter, 13 532 ədəd avtomobil texnikası, 7 963 ədəd PUA, 1 919 qanadlı raket, 26 gəmi/kater, 1 sualtı qayıq, 1 647 xüsusi avadanlıq itirib.
2024-03-07
839,197
Rusiyaya işləyən casus politoloq haradadır?
Xarici ölkəyə casusluqda ittiham olunaraq, ötən ilin oktyabrın 20-də Səbail Rayon Məhkəməsi tərəfindən barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilən, ictimaiyyətdə politoloq kimi tanınan Nəzakət Məmmədovanın həbs müddəti fevralda başa çatırdı. Buna baxmayaraq, fevralın 20-də onun haqda heç bir məlumat yayılmadı. Səbail Rayon Məhkəməsinin hakim-spikeri Rəna Qafarova Axar.az-a açıqlamasında bildirib ki, N.Məmmədova haqqında oktyabrın 20-də mediada yayıldığı kimi, 4 aylıq deyil, bir aylıq həbs qətimkan tədbiri seçilib. “Noyabr ayının 19-da isə istintaq orqanının təqdimatına baxılıb və onun barəsində həbs qətimkan tədbirinin müddəti 4 ay uzadılıb”, - R.Qafarova bildirib. Qeyd edək ki, Nəzakət Məmmədova ötən ilin 20 oktyabrında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. N.Məmmədova Rusiyaya casusluq etməkdə ittiham olunur və ona qarşı dövlətə xəyanət maddəsi irəli sürülüb.
2024-03-07
839,198
Sahibi olan mənzilləri digər vətəndaşlara satıblarmış...
Avro Qrand MMC-nin vəzifəli şəxsləri barəsində cinayət işi məhkəməyə göndərilib. Axar.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Avro Qrand Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxslərinin qanunsuz yollarla vətəndaşların pulunu ələ keçirmələri faktı ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb. İstintaqla qeyd olunan hüquqi şəxsin təsisçisi və faktiki rəhbəri Xanlar Cəfərov, satış üzrə meneceri Xəzər Əliyev və sonuncunun tanışı Elgiz İsmayılovun qabaqcadan əlbir olaraq saxta sənədlər təqdim etməklə Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsi, 21-ci məhəllədə yerləşən yaşayış binasında faktiki sahibi olan mənzillərin dələduzluq yolu ilə təkrarən digər vətəndaşlara satılmasına nail olmalarına, bu yolla külli miqdarda pul vəsaitini ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.
2024-03-07
839,199
Məşhur xalq artisti Şuşaya köçür - Video
Şuşada böyük məmnuniyyətlə həm gedib yaşayacam, həm yaradacam, həm də ürəyimdə bəzi arzularım var ki, onları həyata keçirəcəm. Kult.az verir ki, bu sözləri xalq artisti Firəngiz Mütəllimova Böyük Qayıdış haqqında rəy və təəssüratlarını bölüşərkən deyib. Qarabağa insanların böyük həvəslə qayıtmasından fərəh hissi keçirdiyini qeyd edən sənətkar bu prosesdə gənclərin iştirakının vacib olduğunu vurğulayıb. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, ilk növbədə, müasir infrastruktur formalaşdırılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır. Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri həyata keçirilir. Bu çərçivədə işğaldan azad edilmiş ərazilərdən olan ziyalıların, gənclərin və müxtəlif peşə sahiblərinin iştirakı ilə videoçarxlar hazırlanır. Xalq artisti Firəngiz Mütəllimovanın iştirakı ilə hazırlanmış növbəti video çarxı təqdim edirik:
2024-03-07
839,200
Tələbələr bu hallarda universitetdən xaric oluna bilər
Ali təhsil müəssisəsindən xaric olunma ilə bağlı qaydalar dəyişib. Axar.az xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyinin kollegiyası qərar qəbul edib. Tələbələr aşağıdakı hallarda ali təhsil müəssisəsindən xaric edilir: - öz arzusu ilə; - ali təhsil müəssisəsini dəyişdikdə; - ali təhsil müəssisəsinin daxili nizam-intizam qaydalarını kobud şəkildə (o cümlədən 3 ay davamlı olaraq dərslərdə iştirak etmədikdə və bu müddətdə ali təhsil müəssisəsi ilə əlaqə saxlamadıqda) və ya dəfələrlə pozduqda; - səhhətinə görə (həkim-məsləhət (və ya tibbi-həkim ekspertiza) komissiyasının arayışına (və ya qərarına) əsasən); - növbəti tədris ilinə qeydiyyatdan keçməyib həmin tədris ilinin payız semestrinin sonuna qədər ali təhsil müəssisəsi ilə əlaqə saxlamadıqda; - əcnəbi və ya vətəndaşlığı olmayan şəxsə müvəqqəti yaşamaq üçün icazənin verilmədiyi (müddətinin uzadılmadığı) və ya həmin icazənin ləğv edildiyi halda; - əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasının təhsil müəssisəsinə əyani təhsilalma formasında qəbulu rəsmiləşdirildiyi tarixdən 90 (doxsan) gün müddətində Azərbaycan Respublikasının ərazisində yaşamaq üçün icazənin verildiyini təsdiq edən sənədin surətini təhsil müəssisəsinə təqdim etmədikdə; - yekun dövlət attestasiyasından keçmədikdə (təqvim ilinin sonuna qədər yekun dövlət attestasiyasında iştirak etmədikdə). Qeyd edək ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna əsasən ali təhsil müəssisəsindən xaric edilmiş Azərbaycan vətəndaşı (qanunla müəyyən edilmiş hallarda hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrindən xaric edilərək müddətli həqiqi hərbi xidmət keçmək üçün hərbi hissələrə göndərilənlər istisna olmaqla) 6 ay müddətində ali təhsil müəssisəsinə bərpa olunmadıqda müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüquqlarını itirirlər və ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Möhlət hüququnu itirmiş şəxslər barədə rəsmi məlumat 7 (yeddi) gün müddətində ali təhsil müəssisəsi tərəfindən tələbələrin hərbi qeydiyyatda olduqları dövlət qurumuna verilir. Ali təhsil müəssisəsindən xaric edilmiş şəxsə “Təhsil haqqında” qanunun 27.3-cü maddəsinə uyğun olaraq müvafiq arayış və şəxsi işində saxlanılan təhsil haqqında dövlət sənədinin əsli (olduğu halda) verilir, həmin sənədin surəti və xaric olunma haqqında əmrdən çıxarış isə ali təhsil müəssisəsində tələbənin şəxsi işində saxlanılır. Xüsusi təyinatlı ali təhsil müəssisəsinin tələbəsinin həmin müəssisədən xaric olunması həmin müəssisənin nizamnaməsində nəzərdə tutulan əsaslarla həyata keçirilir.
2024-03-07
839,202
Rabitəbankdan xanım sahibkarlar üçün sərfəli biznes kredit!
Ölkədə sahibkarlığın inkişafına dəstək olan Rabitəbank öz biznesini qurmaq istəyən xanımların daim yanındadır. Belə ki, bank aşağı faiz və yüksək məbləğli biznes krediti təklif etməklə sahibkarlıq istiqamətində qadınların aktiv iştirakını hədəfləyib. “Güc xanımlarda!” biznes kreditinin illik faizi 12,9%-dən, maksimal müddəti 36 ay, maksimal məbləği isə 1 milyon manat təşkil edir. Üstəlik, kredit əldə etmiş xanım sahibkarlar bunun üçün heç bir komissiya haqqı ödəməyəcəklər. Bununla yanaşı, kredit əldə edən işgüzar xanımlara “BizKart” kartı hədiyyə verilir, 1 il xidmət haqqı ödəmədən POS-terminaldan istifadə imkanı yaradılır, həmçinin “İnternet Bankçılıq” və “Mobil Bankçılıq” xidmətləri təklif edilir. Qeyd edək ki, istehsalat, sənaye, ticarət, xidmət, kənd təsərrüfatı və digər sahələr üzrə sahibkarlıq fəaliyyətlərini genişləndirmək istəyən xanımlar bankın sərfəli “Güc xanımlarda!” biznes kreditindən yararlana bilərlər. Bu təklifdən faydalanmaq üçün filiallara gəlmədən bankın rəsmi veb saytı ilə onlayn sifariş etmək olar. Ətraflı: rbt.az/lady Rabitəbank ASC Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 73 ATM-i, “Rabita Mobile” tətbiqi, “İnternet Bankçılıq” platforması və “RabitaBot” çatbotu, 133 nömrəli Çağrı mərkəzi ilə müştərilərin xidmətindədir.
2024-03-07
839,207
QMİ Ramazan ayı ilə bağlı fitva verdi
Qafqaz Müsəlmanları İdarəsi Azərbaycanda Ramazan ayının başlaması ilə bağlı fitva verib. Axar.az xəbər verir ki, fitvaya əsasən, Azərbaycanda Ramazan ayı martın 11-də başlanır. Martın 28-i və 30-u, eyni zamanda aprelin 1-i və 5-i Qədr gecələridir.
2024-03-07
839,211
İrəvan Rusiyaya sanksiyaya qoşulacaq - Babiç
AB-yə üzvlüklə Rusiya ilə normal münasibətlər, xüsusən də KTMT-yə üzvlük bir araya sığmır. Rusiya uzun illərdir ki, bunların bir-birinə sığmasını təmin etməyə çalışdı. Amma Ukrayna nümunəsində Avropa Birliyi belə bir seçim vermədiyini göstərdi. Ukrayna ilə bağlı hadisələr də təsdiqlədi ki, bu mümkün deyil. Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Dmitri Babiç Ermənistanın payızdan əvvəl AB-yə üzv olmaq üçün müraciət etmək istəməsi xəbərini şərh edərkən deyib. “Üstəlik, Moldova da eyni seçim qarşısında idi. Çoxları ümid edirdi ki, Moldova perspektivi saxlamaqla bu vahid iqtisadi məkana daxil ola biləcək. Amma hər dəfə Avropa Birliyi deyirdi ki, bu mümkün deyil, siz seçim etməlisiniz. Rusiyanın buna reaksiyasına gəlincə, sizə deyə bilərəm ki, Rusiya hələ bir müddət Ermənistanla sazişlərimizə sadiq qalacaq və təkcə KTMT ilə bağlı deyil, həm də digər sazişlərə - bizim sovetdən dostluğumuz var. Lakin İrəvan ciddi şəkildə Avropa Birliyinə daxil olarsa, o zaman antirusiya sanksiyalarına qoşulmalı, Rusiya üçün viza rejimi tətbiq etməli olacaq. Bu isə daha böyük yadlaşmaya və Rusiyanın Ermənistan rəhbərliyinə tənqidi münasibətinə gətirib çıxaracaq”, - o bildirib.
2024-03-07
839,216
Prezidentin Təhlükəsizlik Xidməti ilə bağlı - Fərman
“Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəsmi emblemi haqqında Əsasnamə” təsdiq edilib. Axar.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. Fərmana əsasən, “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəsmi embleminin təsviri” də təsdiq edilib.
2024-03-07
839,217
“Qarabağ” “Bayer”i keçərsə, nə qədər qazanacaq?
UEFA Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində “Qarabağ”ın Almaniya “Bayer”ini keçəcəyi təqdirdə qazanacağı məbləğ məlum olub. Axar.az xəbər verir ki, bu barədə UEFA-nın saytı məlumat yayıb. Belə ki, əgər “Qarabağ” “Bayer 04” komandasına qalib gələrsə, 1 milyon 200 min avro (2 milyon 194 min 800 manat) qazanacaq. Qeyd edək ki, bu məbləğ iki oyunun nəticəsinə əsasən hesablanır. Əlavə edək ki, bu gün “Qarabağ” “Bayer 04”(Leverkuzen) klubunu qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşma saat 21:45-də başlayacaq. Komandalar arasında cavab oyunu isə martın 14-də Leverkuzen şəhərində baş tutacaq.
2024-03-07
839,221
Ramazan ayının təqvimi - Foto
Ramazan ayının təqvimi açıqlanıb. Axar.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi məlumat yayıb. Təqvimi təqdim edirik:
2024-03-07
839,222
Naxçıvanda cinayətkar qrup üzvləri saxlanıldı
Naxçıvanda cinayətkar qrup halında Naxçıvan şəhər sakini Orxan Qurbanovu (ad şərtidir) bıçaqla hədələyən, şəhər ərazisindən kənarda güc tətbiq edərək, video çəkilişini aparan şəxslər saxlanılıb. Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Axar.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən Ordubad rayon Nüsnüs kənd sakinləri Hüseynov Leysan, Hüseynov Firqət, Quliyev Ülvi, Quliyev Bayram saxlanılaraq istintaq təhvil verilib. Təqsirləndirilən şəxslər barəsində Cinayət Məcəlləsinin 221.2.1 və 221.3-cü maddələri ilə cinayət işi başlanılmış və onlara qeyd olunan maddələr ilə ittiham elan edilərək barələrində həbs qətimkan tədbiri seçilib Hazırda həmin dəstənin qeyri-qanuni fəaliyyətinə dair halların dəqiqləşdirilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
2024-03-07
839,226
İrəvan, KTMT-ni tərk etmək istəyirsən? Onda get... - Bezpalko
Bu, Ermənistanın mövqeyinə əminlik vermək cəhdidir. KTMT-dən ayrılırsınızsa, onda gedin! Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Boqdan Bezpalko Ermənistan və Rusiya xarici işlər nazirləri arasında telefon danışığını şərh edərkən deyib. “Diqqətinizi Fransaya yönəltmək istəyirsinizsə və silah almağa hazırsınızsa, bu, KTMT-yə üzvlüklə bir araya sığmır. Paris indi Rusiyanın rəqibidir və Fransa Prezidenti rus hərbçilərinə qarşı döyüşmək üçün Ukraynaya qoşun yeritməyin tərəfdarıdır. Belə olan halda mövqeyinizi tutun, çünki bu addımlar Ermənistan, bəlkə də Rusiya üçün çox vacib olan bir sıra nəticələrə gətirib çıxaracaq. Lakin hər halda, bu iki dövlətin güclü tərəflərinin fərqliliyinə görə onlar Ermənistan üçün Rusiyadan daha əhəmiyyətli nəticələr olacaq. İrəvanın mövqeyi çox qəribədir. Bir tərəfdən bəzi ictimai bəyanatlar və hərəkətlər var ki, onları açıq-aşkar qeyri-dost kimi qiymətləndirə bilərik, sonra da bəyan edirlər ki, yox, biz bütün inteqrasiya birliklərinin tərkibində qalırıq. Amma qərar verməlisən, çünki gec-tez bu ziddiyyətlər ona gətirib çıxaracaq ki, ya İrəvan, ya da Moskvada qərar verməli olacaqsan. Düşünürəm ki, iki nazir arasında söhbət məhz bununla bağlı olub. Bunun Rusiya Xarici İşlər Nazirliyinin saytında əksini tapmaması bu söhbətin kifayət qədər əhəmiyyətli və qeyri-rəsmi olduğunu deməyə əsas verir”, - o bildirib.
2024-03-07
839,227
Evdən 3 min avro çıxdı: no-olsun, həbs səbəbidir?
Son aylar xüsusilə bəzi media nümayəndələrinə qarşı DİN-in keçirdiyi əməliyyatlara həm də beynəlxalq qurumlar həssaslıqla reaksiya verirlər: çünki ortada “media”, “jurnalist” sözü var və bunlar söz azadlığına, insan haqlarına, ifadə özgürlüyünə assosiasiya olunur. DİN əməliyyat keçirirsə, yəqin ki, burada daxil olan məlumat, araşdırma və s. var və bu haqda qabaqcadan şübhəli iddia səsləndirmək niyyətindən uzağıq. Sadəcə, əməliyyatla bağlı qeyri-rəsmi informasiyalar gülməli vəziyyət yaradır. Məsələn, ötən gündən beynəlxalq media qurumlarının yerli büroları və sosial şəbəkələrdə Toplum TV və “3-cü Respublika Platforması” adlı qurumda DİN-in genişmiqyaslı əməliyyat keçirdiyi, nəticədə “platforma”nın ofisindən 30 min avro, Toplum TV ilə əməkdaşlıq edən jurnalistin evindən isə 3100 avro “aşkarlandığı” haqda məlumat yayılıb. Və bu məlumatın ardınca da olduqca gülməli açıqlamalar başlayıb. Demək, “platforma” təmsilçiləri və vəkilləri o vəsaitin ofisdə olmadığı, pulun ora “qoyulduğunu” iddia edir. Jurnalistin evindən tapılan vəsaitlə bağlı iddia yoxdur – ancaq yəqin ki, onun tərəfdarları və müdafiəçiləri də eyni arqumentlə çıxış edəcəklər. Əzizlərim, nə baş verir? Evdən, ofisdən, qurumdan, binadan bombamı tapılıb, minamı çıxıb, raketmi aşkar olunub? Ya külli miqdarda narkotikmi çıxıb ki, dərhal bunu təkzib etməyə başlamısınız? Normal işçi heyəti olan qurumdan 30 min avro və yaxud bir evdən 3 min avronun çıxması cinayətdirmi? Bu “çılpaq” informasiyaya Avropada necə reaksiya verilər? Avro qadağanmı edilib? Bu ölkədə avro-dollar hər tinbaşı satılır-alınır, dövlətin özünün vəsaitləri belə yarıdollar, yarıavrodadır. 30 min avro bir kiçik qurumda aylıq maaş, ofis xərcindən başqa bir şey deyil, 3 min avro da bir ortabab evdən çıxası vəsaitdir. İnanıram ki, Avropadakı ermənipərəst qurumlara bu cür çılpaq informasiya sevinc bəxş edir, tirajlanması isə Qərb cəmiyyətində təəccüb doğurur. Bəs, avro niyə bu əməliyyatlarda əsas “maddi sübuta” çevrilib? Çünki o avronun mənbəyi bəlli deyil: əgər qrantdırsa, hesaba köçürülməli, bəyan edilməli, xərclənməsi bank üzərindən həyata keçirilməldir. Nağdlaşdırılıbsa, bunun da izahı, sənədi, qəbzi, səbəbi ortada olur. Heç bir dövlət qurumu bankdan nağdlaşdırılan avro, dollar, funt-sterliq, yen, tümənə... görə cinayət işi açmaz, buna səlahiyyəti yoxdur. Yəni istənilən qurum şəffaf işləməlidir, ələlxüsus da xarici qurumlardan qrantlar alıb, ölkədə “azad söz” adına iddia edən təşkilatlar. Onlara hansı qurumların hansı şərtlər daxilində nələr verdiklərini hələ bir kənara qoyuruq – ancaq ən azı, layihələrə ayrılan vəsaitlərin köçürülmə yolu ilə ölkəyə daxil olması təmin edilməli, onun xərclər smetası da şəffaf olmalıdır. Bu şəffaflıq pozulduğu, vəsait “cibdən-cibə” daxil olduğu üçün tapılan nəinki 3 min avro, 100 avro da olur maddi sübut, qoyulur ortaya... Amma izahı da ictimaiyyətə bu cür verilməlidir: vəsaitin ölkəyə, ofisə, evə hansı qanunsuzluqla daxil olması detallı açıqlansa yaxşıdır – yoxsa, “evdən 3 min avro tapıldı” informasiyasının kriminallığını heç kəs anlamaz, əksinə, bizə gülərlər...
2024-03-07
839,228
AB sabitlik istəyirsə, Rusiya uduzmalıdır - Podolyak
Müharibənin üçüncü ili yerimizi müəyyən edəcək. Bu, təkcə bizim deyil, bir çox ölkənin, siyasi qurumun gələcəyini də təyin edəcək. Axar.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak deyib. “Əgər Rusiya uduzmasa, o zaman Avropa əbədi müharibə təhlükəsi ilə üz-üzədir. Belə bir vəziyyətdə Avropa resursları həyat keyfiyyətinin və təkamül inkişafının yaxşılaşdırılmasına deyil, müdafiəyə xərcləməklə tamamilə yenidən qurulmalı olacaq. Və dərk edirlər ki, Avropanın sabitliyini təmin etmək üçün Rusiya uduzmalıdır. Və Rusiyanın transformasiyası qeyd-şərtsiz olmalıdır”, - Podolyak bildirib.
2024-03-07
839,231
Ədliyyə Nazirliyinə yeni səlahiyyət verildi
Prezident İlham Əliyev “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası qanunlarının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə fərman imzalayıb. Axar.az fərmanın mətnini təqdim edir: 1. “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 4 oktyabr tarixli 401 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 10, maddə 716 (Cild I) 2.3-cü bəndinə “Maliyyə Nazirliyi” sözlərindən sonra “və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi” sözləri əlavə olunsun və həmin bənddə “keçirir” sözü “keçirirlər” sözü ilə əvəz edilsin. 2. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 20 iyul tarixli 544 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 481 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”nin 7.9-3-cü bəndindən “pul vəsaitlərinin və ya digər” sözləri çıxarılsın və həmin bəndə “maliyyələşdirilməsinə qarşı” sözlərindən sonra “, o cümlədən hədəfli maliyyə sanksiyalarının tətbiqi ilə bağlı” sözləri əlavə edilsin. 3. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 28 oktyabr tarixli 138 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 10, maddə 794 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əsasnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin: 3.1. 5.8-1-ci bənddən və 5.8-2.2-ci yarımbənddən “pul vəsaitlərinin və ya digər” sözləri çıxarılsın; 3.2. 5.8-2.1-ci yarımbənddən birinci halda “pul vəsaitlərinin və ya digər” sözləri çıxarılsın və həmin yarımbənddə “pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi” sözləri “əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılması və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə” sözləri ilə əvəz edilsin. 4. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 4, maddə 323 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”nin 9.32-1-ci bəndi aşağıdakı redaksiyada verilsin: “9.32-1. notariuslara və qeyri-hökumət təşkilatlarına, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və ya nümayəndəliklərinə münasibətdə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı, o cümlədən hədəfli maliyyə sanksiyalarının tətbiqi ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada və hallarda nəzarət orqanının funksiyalarını həyata keçirmək;”. 5. “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 2, maddə 61 (Cild I) aşağıdakı dəyişikliklər edilsin: 5.1. həmin Fərmanla təsdiq edilmiş Əlavə II – “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin 8.29-1-ci bəndi ləğv edilsin; 5.2. həmin Fərmanla təsdiq edilmiş Əlavə VII – “Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti haqqında Əsasnamə”nin 8.2-1-ci bəndi ləğv edilsin. 6. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-IVQ nömrəli Qanununun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 oktyabr tarixli 660 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 10, maddə 1132 (Cild I) 1.1-ci bəndindən “pul vəsaitlərinin və ya digər” sözləri çıxarılsın və həmin bənddə “Azərbaycan Respublikası Qanununun” sözləri “və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası qanunlarının” sözləri ilə, “həmin Qanunla” sözləri “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə” sözləri ilə əvəz edilsin. 7. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 461-VQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 dekabr tarixli 1175 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 2093 (Cild I) aşağıdakı dəyişikliklər edilsin: 7.1. adında və preambulada “461-VQD” sözləri “461-VQ” sözləri ilə əvəz edilsin; 7.2. 3-cü hissədən “pul vəsaitlərinin və ya digər” sözləri çıxarılsın və həmin hissədə “Azərbaycan Respublikasının Qanununa” sözləri “və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikasının qanunlarına” sözləri ilə əvəz edilsin. 8. “Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 may tarixli 95 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 5, maddə 963 (Cild I) 2-ci hissəsindən “pul vəsaitlərinin və ya digər” sözləri çıxarılsın və həmin hissədə “siyasətin” sözü “dövlət siyasətinin” sözləri ilə əvəz edilsin. 9. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 12, maddə 1954 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin: 9.1. 2.0.3-cü yarımbənddən “pul vəsaitlərinin və ya digər” sözləri çıxarılsın; 9.2. 3.0.68-ci yarımbənddən “pul vəsaitlərinin və ya digər” sözləri çıxarılsın və həmin yarımbənddə “monitorinq iştirakçılarının, monitorinqdə iştirak edən digər şəxslərin, nəzarət və digər dövlət orqanlarının” sözləri “öhdəlik daşıyan şəxslərin, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsi ilə müəyyən edilmiş şəxslərin, nəzarət orqanlarının və digər dövlət orqanlarının (qurumlarının)” sözləri ilə əvəz edilsin. 10. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli 3199 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 4, maddə 339 (Cild I) ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planı”nın “Prioritet 3. Maliyyə şəffaflığının təmin edilməsi və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində tədbirlər” hissəsinin adından, 3.4-cü bəndinin “Tədbirin adı”, “İlkin nəticə”, “Yekun nəticə” sütunlarından və 3.5-ci bəndinin “Tədbirin adı” sütunundan “pul vəsaitlərinin və ya digər” sözləri çıxarılsın. 11. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 11.1. “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 31.8-ci maddəsinə uyğun olaraq, illik maliyyə hesabatının Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməməsinə görə inzibati məsuliyyəti müəyyən edən normativ hüquqi aktın layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 11.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
2024-03-07
839,233
Sabah Bakıya yağış yağacaq
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Axar.az-a Milli Hidrometerologiya Xidmətindən məlumat verilib. Gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturu gecə 3-6° isti, gündüz 6-10° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək olacaq. Nisbi rütubət 75-85 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-7° isti, gündüz 10-15° isti dağlarda gecə 0-5° şaxta, gündüz 1-6° isti olacaq.
2024-03-07
839,236
Suqovuşana köç nə vaxt başlayır?
Artıq Talış kəndinə 20 ailə köçürülüb. Buradakı ailələrin hamısı işlə təmin olunub. Suqovuşan qəsəbəsində 5 ədəd beşmərtəbəli çoxmənzilli bina inşa edilir. İlin sonunədək Suqovuşan qəsəbəsinə də keçmiş məcburi köçkünlərin köçü nəzərdə tutulur. Axar.az xəbər verir ki, bunu Şuşa şəhərində "Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində “Əhalinin peşə hazırlığının təşkili” mövzusunda keçirilən tədbirdə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev deyib. Qarabağ iqtisadi rayonunda genişmiqyaslı bərpa-quruculuq işləri ilə paralel olaraq, keçmiş məcburi köçkünlərin doğma yurdlarına köçürülməsinin də həyata keçirildiyini xatırladan B.Hacıyev bildirib ki, Ağdam şəhərində və rayonun Kəngərli, Sarıcalı və Xıdırlı kəndlərində genişmiqyaslı tikinti-quruculuq işləri görülür: “Bu ilin sonunadək Xıdırlı kəndində 719, Kəngərli kəndində 292, Sarıcalı kəndində 203 fərdi ev inşa olunacaq”.
2024-03-07
839,240
Emin Hüseynova yüksək vəzifə verildi
Emin Zamin oğlu Hüseynov Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib. Axar.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncamla “Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 1 dekabr tarixli 3022 nömrəli Sərəncamı ləğv edilib. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
2024-03-07
839,241
Prezident onu Xankəndidə xüsusi nümayəndəsi təyin etdi
Elçin Mustafa oğlu Yusubov Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib. Axar.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
2024-03-07
839,244
Prezidentin Xankəndidəki xüsusi nümayəndəsi - Dosye
Xəbər verdiyimiz kimi, Elçin Mustafa oğlu Yusubov Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib. Axar.az xəbər verir ki, E.Yusubov 1975-ci il 8 avqust tarixində anadan olub. O, 1996-cı ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu idarəetmənin təşkilatçısı ixtisası üzrə, 1998-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu kredit iqtisadçı ixtisası üzrə bitirib. Özəl sektorda, Ticarət Nazirliyində, İqtisadi İnkişaf Nazirliyində, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyində, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Əmlak Komitəsində, Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində müxtəlif vəzifələrdə çalışıb. Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Departamentində baş direktorun müavini, baş direktorun 1-ci müavini, baş direktor, Bakı şəhər Lokal Gəlirlər İdarəsinin rəisi vəzifələrində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2020-ci il tarixli sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. Azərbaycan Respublikası Prezidentinin 13 may 2020-ci il tarixli sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisinin müavini vəzifəsinə təyin edilib və hazırkı təyinata qədər bu vəzifəni daşıyıb. Ailəlidir, 3 övladı var.
2024-03-07
839,246
Ermənistanda ölənlərin sayı artdı
Ermənistanda 2024-cü ilin yanvarında doğum səviyyəsi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3,7% azalıb. Axar.az xəbər verir ki, bu barədə ölkənin Statistika Komitəsinin hesabatında qeyd olunub. Bildirilib ki, bu ilin yanvar ayında 3108 doğum halı qeydə alınıb. Ötən ilin analoji dövründə isə bu rəqəm 3229 olub. Komitənin hesabatında göstərilib ki, 2024-cü ilin yanvarında 2571 nəfər ölüb. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 3 faiz çoxdur.
2024-03-07
839,247
“Nikosayağı” özünü onsuz da cəzalandırıb, 5 il az deyil
Məntəqə tipli cəzacəkmə müəssiəsi şərti deyil. Orda saxlanılırlar. Sadəcə, şəraiti nisbətən yüngüldür. Bu sözləri Axar.az-a tanınmış vəkil Əkrəm Həsənov “Nikosayağı” ləqəbi ilə tanınan bloger Nicat Şakirliyə oxunan hökmü şərh edərkən deyib. “Bəziləri hesab edir ki, bloger azadlıqda gəzəcək, məntəqə tipli cəzacəkmə müəssiəsi şərti cəza kimi qəbul edilir. Lakin bu, əslində belə deyil. Hər halda bu, azadlıqdan məhrumetmədir. Şərti cəza alıb, evində oturmayacaq. Sadəcə, orada şərait yaxşıdır. Müəyyən icazələrlə bir həftəlik buraxıla bilir və s. Bu tip müəsissələrdə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə şəxslər saxlanılır. Onların azadlıqdan məhrum edilməsi beş ildən çox deyil. Buna da beş il hökm çıxarılıb və ona görə də ora göndərilib”, - vəkil bildirib. Vəkil Nicat Şakirliyə çıxarılan hökmün suallar yaratmasına da münasibət bildirib: “İşin təfərrüatını bilmədən verilən hökmün ədalətli və ya ədalətsiz olduğunu demək çətindir. Prinsipcə, o, cəzasını nisbətən alıb, qolu da kəsilib. Cəza təyin edəndə hər şeyə baxmaq lazımdır. Bu insan əslində öz-özünü cəzalandırıb. Hesab etmirəm ki, bu, yüngül cəzadır”.
2024-03-07
839,249
Avropa ölkələri “Su müharibəsi”nə başlayır
Avropa Komissiyası hesab edir ki, AB ölkələri qlobal istiləşmə fonunda su ehtiyatlarına görə bir-biri ilə münaqişəyə girə bilər. Axar.az xəbər verir ki, bu barədə “Politiko” qəzeti əldə etdiyi sənədə istinadən məlumat yayıb. “Bu iqlim riskləri müxtəlif formalarda ola bilər. Bunlardan bəzilərinə iqtisadi sektorlar arasında su ehtiyatları uğrunda artan rəqabət, o cümlədən transsərhəd su ehtiyatları ilə bağlı AB dövlətləri arasında potensial münaqişə daxildir. Sənəd Avropa ətraf mühit agentliyinin martın 11-də dərc edilməsi planlaşdırılan və AB ölkələri üçün iqlim risklərinin təhlilinə həsr olunacaq hesabatına əlavə olaraq dərc ediləcək. Brüssel bununla da assosiasiya ölkələrində ekoloji təşəbbüslərin dayandırılması tendensiyasını geri qaytarmağa çalışır. Sənəddə su ilə bağlı risklərə əlavə olaraq Qərbi Nil virusu kimi yoluxucu xəstəliklərin Avropada yayılması riskinə də diqqət çəkilir”, - məlumatda deyilir.
2024-03-07
839,251
Bu türk ölkəsində 1 Putin, 1 Tramp və 8 Bayden var
Qazaxıstan vətəndaşları arasında bir Putin, bir Tramp və səkkiz Bayden adını daşıyan var. Axar.az xəbər verir ki, bu barədə Qazaxıstanın “ranking.kz” saytı məlumat yayıb. “Siyasi xadimlər ənənəvi olaraq valideynləri uşaqlarına ad qoymağa ruhlandırırlar. Belə ki, respublikada Putin adlı bir, Tramp adlı bir, Bayden adlı səkkiz vətəndaş yaşayır. Ölkə prezidentinin isə 12 adaşı var (Qasım Jomartov)”, - məlumatda qeyd olunub.
2024-03-07
839,254
Universitet üçün ayrılan torpağı Mehdiyevlə Şeyx "yedi"
Bir müddət öncə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Abşeron rayonu ərazisində İlahiyyat Universiteti üçün yeni inzibati bina və kampus-kompleksi tikilməsi üçün müraciət edib. Axar.az Unikal-a istinadən xəbər verir ki, məhz bu məqsəd üçün Xırdalan şəhəri ərazisində, Ceyranbatan su anbarına panoraması olan 20 hektar torpaq sahəsi ayrılıb. Lakin sonradan universitetin tikintisi həyata keçirilməyib. Həmin ərazi şeyxlə Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev arasında bölüşdürülüb. Məlumata görə, ərazinin 10 hektarı şeyxin oğlu Məhəmməd Paşazadənin, digər 10 hektarı isə Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyevanın adına sənədləşdirilib. Şeyxin oğlunun adına olan ərazidə "Blue City" yaşayış kompleksi tikilib və hazırda satış həyata keçirilir.
2024-03-07
839,256
Prezident bir qrup qadını təltif etdi
Bir qrup qadın Azərbaycanın ictimai həyatında səmərəli fəaliyyətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib. Axar.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Atamoğlanova Natəvan Dəmirçi qızı Behbudova Gülşən Behbud qızı Əhmədova Kəhlik Talış qızı Əliyeva Gültəkin Budaq qızı Haqverdiyeva Sevda Haqverdi qızı Həsənova İlhamə Hüseyn qızı Hüseynova Mariya Pavlovna Hüseynova Reyhan Kamranovna Hüseynova Zərifə Bəşir qızı Mehrəliyeva Sevil Əli qızı Məsimova Taliyə Fəxrəddin qızı Ramazanova Bədyalcamal Süleyman qızı.
2024-03-07
839,257
Prezident daha bir sərəncam imzaladı
Prezident İlham Əliyev elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi haqqında sərəncam imzalayıb. Axar.az-ın məlumatına əsasən, sərəncamda qeyd edilib ki, karbon emissiyalarının azaldılmasında, enerji səmərəliliyinin yüksəldilməsində və nəqliyyat sənayesində innovasiyaların təşviqində elektrik mühərrikli nəqliyyat vasitələrinin rolunu nəzərə alaraq, dayanıqlı və ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması daha təmiz və dayanıqlı nəqliyyat sisteminə keçidi sürətləndirmək üçün xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan, elektrik nəqliyyat vasitələrindən istifadənin genişləndirilməsini, zəruri infrastrukturun inkişafını, habelə ümumi nəqliyyat sisteminə inteqrasiyanı təmin edən normativ hüquqi bazanın formalaşdırılması zəruridir. Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi, Azərbaycanın 2030-cu ilədək sosial-iqtisadi inkişafa dair milli prioritetlərindən birinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilməsi, 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi bu sahədə aparılan məqsədyönlü və ardıcıl dövlət siyasətinin təzahürüdür. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 1.1. elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin və elektrik enerjisi doldurma məntəqələrinin əhatə dairəsinin genişləndirilməsi, həmin məntəqələrin yaradılması işlərinə sahibkarlıq subyektlərinin cəlb edilməsi məqsədilə normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 1.2. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Azərbaycan Respublikası Energetika Nazirliyinin, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin təklifləri əsasında elektrik enerjisi doldurma məntəqələrinin quraşdırılması üçün yerləri bir ay müddətində müəyyən etsin; 1.3. elektrik enerjisi doldurma məntəqələrinin quraşdırılması, zəruri infrastrukturun yaradılması, habelə həmin məntəqələrin dayanıqlı elektrik enerjisi ilə təchiz edilməsi üçün “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti və “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən müvafiq tədbirlər görülməsini təmin etsin; 1.4. bu Sərəncamın 1.3-cü bəndində nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi məqsədilə “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin təklifləri əsasında cari ilin və növbəti ilin dövlət büdcəsindən müvafiq vəsait ayrılması üçün tədbirlər görsün; 1.5. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
2024-03-07
839,259
Bayramov Fidanın müavini ilə görüşdü
Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Türkiyənin xarici işlər nazirinin müavini Yasin Əkrəm Serim ilə görüşüb. Axar.az xəbər verir ki, bu barədə XİN məlumat yayıb. Bildirilib ki, görüşdə iki ölkə arasında ikitərəfli, regional və çoxtərəfli əməkdaşlıq gündəliyinin perspektivləri, bölgədəki cari vəziyyət, Azərbaycan-Ermənistan sülh prosesi ətrafında fikir mübadiləsi aparılıb. İki ölkə arasında bütün səviyyələrdə strateji müttəfiqlik münasibətlərinin daha da genişləndirilməsi istiqamətində səylərdən məmnunluq ifadə olunub. Azərbaycan-Türkiyə strateji müttəfiqlik gündəliyinin siyasi, iqtisadi, ticarət, hərbi, müdafiə sənayesi, enerji təhlükəsizliyi, investisiyalar, nəqliyyat və kommunikasiya, humanitar, təhsil, mədəniyyət və digər sahələr üzrə daha da genişləndirilməsinin vacibliyi qeyd olunub. Nazir Ceyhun Bayramov Antalya Diplomatiya Forumunun yüksək səviyyədə təşkili ilə bağlı təəssüratlarını bölüşüb, qardaş Türkiyənin diplomatik uğurları və diplomatik təmsilçiliklərinin sayına görə dünyada 3-cü yerə yüksəlməsi ilə fəxr etdiyini bildirib. Azərbaycan-Türkiyə Universitetinin yaradılması istiqamətində qərarın iki ölkə arasında təhsil sahəsində əməkdaşlığı daha da dərinləşdirəcəyi diqqətə çatdırıb. Habelə, beynəlxalq və regional təhdidlər, miqrasiya problemi və digər istiqamətlərdə ikitərfli və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı tərəfdaşlığın nümunəvi xarakter daşıdığı diqqətə çatdırılıb. Azərbaycanın əsas xarici siyasət prioritetlərindən olan Türk Dövlətləri Təşkilatı çərçivəsində birgə tədbirlərin intensivliyinin artırılmasının, yeni çoxtərəfli təşəbbüslərin irəli sürülməsinin əhəmiyyəti qeyd olunub. Görüşdə nazir Ceyhun Bayramov qarşı tərəfi Azərbaycan Ermənistan arasında sülh prosesi istiqamətində atılan son addımlar barədə məlumatlandırıb. Nazir bölgədə sülh və sabitliyin bərqərar olması üçün Ermənistanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı iddialardan əl çəkməsinin vacibliyini vurğulayıb. Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
2024-03-07
839,261
Azərbaycanda nadir tapıntı misin kəşf tarixini dəyişdi
Şərqi Azərbaycan əyalətinin Leylan bölgəsində nadir tarixi əsərlər aşkar edilib. Kult.az xəbər verir ki, bu barədə İranın mədəni irs və turizm naziri İzzətullah Zərğami açıqlamasında bildirib. Tapıntı misin kəşfi ilə bağlı bu günə kimi olan nəzəriyyələrin dəyişməsinə səbəb olub. Bildirilib ki, bir qadın və bir kişinin skeletləri yanında tapılan 5 mis külçəsinin tarixi eradan 6500 il əvvələ aiddir. “Bu, beynəlxalq səviyyədə misin kəşfi tarixi ilə bağlı nəzəriyyələri dəyişdirir və onun tarixini daha 1500 il əvvələ aparıb çıxarır. Bu, dünya arxeologiyasında nadir və əhəmiyyətli hadisədir”, - nazir vurğulayıb. Qeyd edək ki, Təbrizin 163 km cənub-qərbində yerləşən tarixi Leylan şəhəri bundan əvvəl də nadir tapıntıları ilə gündəmə gəlib.
2024-03-07
839,265
İranda neft emalı zavodunda partlayış: ölənlər var
İranın Bəndər Abbas şəhərində neft zavodunda neft emalı sobalarından birinin alışması nəticəsində partlayış baş verib. Axar.az xəbər verir ki, bu barədə İRNA xəbər agentliyi məlumat yayıb. Məlumata əsasən, səhər saatlarında baş verən partlayışda bir neçə nəfər həlak olub. İlkin məlumata əsasən, partlayışın səbəbi soba ilə əlaqədar olduğu bildirilsə də, hələlik, hadisə barədə rəsmi məlumat verilməyib.
2024-03-07
839,267
“Qarabağ”-“Bayer”: hesab necə olacaq? – Proqnoz
“Qarabağ”ın bugünkü oyununa iki aspektdən yanaşmaq olar. Birincisi, real baxış olsa, sözsüz ki, rəqibin gücü bəllidir. Amma ümumən baxanda futbolda istək amili var ki, bu gün “Qarabağ”ın istəkli olacağı şübhəsizdir. Bu sözləri Axar.az-a açıqlamasında idman eksperti Amal Abuşov bu gün keçiriləcək “Qarabağ”-“Bayer” matçı ilə bağlı danışarkən deyib. “Qarabağ”ın Avrokubok oyunları zamanı tribunalar tam dolur və azerkeşlər futbolçuları ruhlandırırlar. Bu baxımdan “Qarabağ”ın layiqli mübarizə aparacağına əminəm. Hesab təxmin etmək bir qədər çətindir. Reallığa əsaslansaq, “Qarabağ”ın şansını o qədər də yüksək qiymətləndirmirəm. Hər halda 0:1 və yaxud 0:2 hesabı ilə məğlubiyyətə uğrayacağını təxmin etmək olar. Amma qazanma istəyini, tribunaların dəstəyini və “Qarabağ”ın özünə inamını nəzərə alanda, bu oyunun heç-heçə bitməsi də gözləniləndir”, - Abuşov qeyd edib. Matçla bağlı öz fikirlərini bölüşən idman eksperti Kənan Məstəliyev isə bildirib ki, “Bayer 04” bu gün dünyada heç bir komandanın özünə rəqib istəmədiyi klubdur: “Xabi Alonsonun yetirmələri bu güclə Çempionlar Liqasının yarımfinalına qədər gedə biləcək potensiala malikdilər. Ona görə də işimiz asan olmayacaq. Ancaq “Qarabağ” da Avrokubok döyüşçüsüdür və ağır sınaqlardan üzüağ çıxa bilib. Bu dəfə də Qurban Qurbanov və yetirmələrinin meydana qələbə üçün çıxacağına və müsbət nəticə qazanacağına inanıram. Bu dəfə optimist olmaq istəyirəm və “1:0 - "Qarabağ"ın xeyrinə” deyirəm”. Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ”-“Bayer” matçı saat 21:45-də başlayacaq.
2024-03-07
839,269
Arif Quliyevin Gülbadamı vəfat etdi
Aktrisa Naibə Əlibəyova ötən gecə vəfat edib. Kult.az xəbər verir ki, aktrisa bu gün Yasamal qəbiristanlığında torpağa tapşırılıb. Xatırladaq ki, N.Əlibəyova daha çox “Bəyin oğurlanması” filmindəki Gülbadam rolu ilə tanınıb. O, uzun müddət idi ki, onkoloji xəstəlikdən əziyyət çəkirdi.
2024-03-07
839,270
Aştiani Papikyana Tehranda xəbərdarlıq etdi
Təhlükəsizlik arxitekturası regionun özündə formalaşmalıdır, əks halda o, bütün nəticə və təhdidlərlə fövqəldövlətlər arasında münaqişə meydanına çevriləcək. Axar.az xəbər verir ki, bu sözləri Suren Papikyanla Tehranda görüşü zamanı İranın müdafiə naziri Məhəmməd Rza Aştiani deyib. Aştiani bütün qonşularla münasibətlərin möhkəmləndirilməsinin İranın xarici siyasətinin tərkib hissəsi olduğunu, lakin Ermənistan xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Nazir İranın region ölkələrinin ərazi bütövlüyü və suverenliyinin dəstəklənməsində qətiyyətli mövqeyini bir daha bəyan edib. Papikyan isə hər iki ölkənin regional sabitliklə bağlı oxşar fikirlərinin olmasının vacibliyindən və regional təhlükəsizliyə nail olmaq üçün əlaqələri daha da sıxlaşdırmağın əhəmiyyətindən danışıb.
2024-03-07
839,273
Bütün Qafqaz tezliklə türklərin olacaq - Zakaryan
İlham Əliyev 2024-cü ildə fevralın 14-də andiçmə mərasimində Bakı üçün ən mühüm beynəlxalq təşkilatlardan birinin Türk Dövlətləri Təşkilatı olduğunu bəyan etdi və türk dünyasını öz ailəsi adlandırdı. Eyni zamanda o, ilk dövlət səfərini Türkiyəyə etdi. Axar.az xəbər verir ki, bu fikirləri Ermənistanın keçmiş müdafiə nazirinin müavini, Respublika Partiyasının nümayəndəsi Artak Zakaryan Feysbuk hesabında yazıb. Türkiyə və Azərbaycan faktorunun Cənubi Qafqazdakı rolundan danışan Zakaryan regionun tezliklə türklərin nəzarətində olacağını deyib: “Təhlilçilər bildirirlər ki, Cənibi Qafqaz tezliklə İran, Rusiya, Türkiyə və Qərb (NATO) arasında sərt qarşıdurma meydanına çevriləcək. Eyni zamanda, Türkiyənin əsas “xarici hegemonluğu” olmadan regionun potensialının türk dövlətlərinin təşkilatına ötürülməsi çox çətin olacaq. Bu zəruri potensial ancaq postsovet türk dövlətlərinin resurslarından istifadə edilməsi nəticəsində yarana bilər və bu məsələdə Azərbaycan böyük qardaşı Türkiyəyə əvəzsiz yardım göstərəcək”. Zakaryan Zəngəzur dəhlizinin əhəmiyyətinə də diqqət çəkib, lakin Paşinyanı bu layihədən uzaq durmağa çağırıb: “Əslində, Zəngəzur tranzit yolu gələcəkdə Rusiya ilə Türkiyəni fasiləsiz quru əlaqəsi ilə birləşdirəcək beynəlxalq marşrutun bir hissəsidir. O, iki qoldan ibarətdir: dəmir yolu və avtomobil. Marşrutun əsas hissəsi Azərbaycan ərazisindən, 40 kilometrlik hissəsi isə ya İran, ya da Ermənistan ərazisindən keçəcək. Bu dəhliz Avropa və Asiya arasında malların daşınması üçün tranzit marşrutlarından birinə nəzarət etmək üçün açardır. Yəməndə Husi üsyançılarının yaratdığı Qırmızı dəniz böhranı davam edir. Bu, qlobal iqtisadi artımın 2,8%-ə qədər azalmasına gətirib çıxaracaq. Beləliklə, Asiyadan Avropaya yüklərin daşınması üçün alternativ quru yollara təcili ehtiyac var ki, bu da İpək Yolunun Ermənistan ərazisindən keçən kiçik hissəsinin əhəmiyyətini artırır. Və bütün digər marşrutlar türklərin nəzarətindədir. Ankara marşrutun bu hissəsinin Ermənistan ərazisindən keçməsini istəyir və Ermənistanı tam Türkiyənin nəzarətində saxlamağa çalışacaqlar. Nikolun Rusiyadan tez üz döndərib, Qərblə (əslində Türkiyə) flört etməsinin əsas səbəbi bu Ankara planıdır. Bu arada regionda türk ekspansiyasını dayandırmağa qadir olan real qüvvələr yalnız Rusiya və İrandır”. O bildirib ki, Paşinyan Ermənistanı yeni müharibə astanasına gətirib çıxarıb: “Dəfələrlə demişik ki, Nikol öz xain siyasəti ilə ölkəni yeni müharibəyə hazırlayıb. İndi Ankara və Bakı “erməni məsələsi”nin həlli üçün hərbi variantı nəzərdən keçirir. Ankaradan və “arsax”dakı son qələbədən ruhlanan Bakı “erməni problemini” nəhayət həll etməyin vaxtının yetişdiyinə inana bilər. Bütün bunlar Türkiyənin İrəvana təzyiq siyasətinə tam uyğun gəlir. Türkiyənin Ermənistan sərhədləri yaxınlığında fəallığı uzun müddətdir ki, azalmır. Görünən odur ki, Ankara artıq Cənubi Qafqazı öz təsiri altına salmaq oyununa başlayır. Əliyev xüsusilə, Türkiyə ordusu modelinin Azərbaycanda tam formalaşdığına diqqət çəkib. Bu gün Azərbaycan Ordusu təkcə Türkiyə Ordusunun kiçik modeli kimi deyil, həm də onun tərkib hissəsi kimi inkişaf edir”.
2024-03-07
839,274
Dumada tələb: Puqaçova xarici agent sayılsın!
Bir daha Rusiyadan pul ala bilməməsi üçün Alla Puqaçova xarici agentlər siyahısına salınmalıdır. Kult.az xəbər verir ki, bu təkliflə rusiyalı deputat Aleksey Juravlyov çıxış edib. “Bütün utanc hissini itirmiş Puqaçovanın nəhayət, xarici agent kimi tanınmasını tələb edirəm. Ona görə ki, daha nifrət etdiyi Rusiyadan pul ala, burada konsertlər təşkil edə bilməsin, qonorar almasın. Görəcəksiniz, tezliklə Stas Mixaylovun (rusiyalı müğənni) proqnozlaşdırdığı kimi, tövbə etmək və bağışlanma diləmək üçün sürünərək gələcək. O zaman çox gec olacaq”, - Juravlyov bildirib. Qeyd edək ki, məşhur müğənni, SSRİ xalq artisti Alla Puqaçova Ukraynada müharibənin əleyhinə çıxdığı üçün Rusiya rəsmiləri tərəfindən vaxtaşırı hədəfə çevrilir.
2024-03-07
839,278
Husiləri dayandırmaq üçün SEPAH-ı vurun! - İranlı ekspert
Bu böhranın əsas səbəbkarı Tehrandan gələn köməklərdir. Ona görə də husilər, Hizbullah, yaxud HƏMAS-la aparılan mübarizələr effektiv olmayacaq. Husilər ciddi hərbi qarşılıq görməyənədək hücumlara davam edəcək. Hər gün qarşılıqlı raket atmağın heç bir faydası yoxdur. Əgər ABŞ və müttəfiqləri SEPAH-a lazımi səviyyədə qarşılıq verməsə, bu cür hücumlar yenə də davam edəcək. Axar.az xəbər verir ki, bu sözləri iranlı ekspert Huşəng Həsənyari husilərin 3 dənizçinin ölümü ilə nəticələnən son hücumu barədə danışarkən bildirib. “Əgər 3 ay əvvələ, proseslərin yeni başladığı zamana nəzər salsaq görərik ki, istifadə olunan raketlər elə də ciddi zərər verə biləcək silahlar deyildi. Ancaq İranın yeni silah tədarükündən sonra görünən odur ki, onlarda özünəgüvən və ABŞ-ı təhdid edəcək qədər gücü artıb. Bu hücumda ilk dəfə insan itkisinin olduğunu gördük, ancaq bu gedişat davam edə bilər. Bu hücumların səbəbkarı İrandır. Böhranın kökünə enmədikcə, vəziyyət eyni şəkildə davam edəcək”, - o bildirib.
2024-03-07
839,282
Kazanda tank məktəbi yandı - Video
Rusiyanın Tatarıstan Respublikasının Kazan şəhərindəki Tank Məktəbinin ərazisində yanğın baş verib. Axar.az xəbər verir ki, bu barədə yerli Teleqram kanalları məlumat yayıb. Yanğının görüntüləri sosial şəbəkələrdə paylaşılıb. Hadisə ilə bağlı ətraflı məlumat verilmir.
2024-03-07
839,284
Bakı metrosu sabah iş rejimini dəyişəcək
8 Mart - Beynəlxalq Qadınlar Günü qeyri-iş günü hesab edildiyindən Bakı Metropoliteni QSC-nin iş rejimində dəyişiklik ediləcək. Axar.az quruma istinadən məlumat verir ki, gün ərzində saat 07:00-dan 21:00-a qədər “Həzi Aslanov-28 May” sahəsində qatarların hərəkəti 2,5 dəqiqəlik intervalla tənzimlənəcək. Qırmızı və Yaşıl xətlərin birləşdiyi “28 May” stansiyasından “İçərişəhər” və “Dərnəgül” istiqamətində qatarların hərəkət intervalı həmin vaxt ərzində iki dəfə artıq olacaq. Bununla belə, sərnişin axını və hərəkət istiqamətlərindən asılı olaraq, hərəkət qrafiki nəzarətdə saxlanılmaqla, zərurət yaranacağı təqdirdə, ehtiyat qatarlar xəttə buraxılacaq. Stansiyalarda, eləcə də qurğu və avadanlıqlarda müvafiq nəzarət mexanizmləri tətbiq olunacaq. “Bakmil” stansiyası istiqamətində və əksinə hərəkət edən sərnişinlərdən xahiş olunur ki, martın 8-də qatarların hərəkətinin şənbə günü cədvəlindən istifadə etsinlər. Martın 9-u və 10-da isə Bakı metropolitenində payız-qış hərəkət qrafikinin tələbləri qüvvədə olacaq.
2024-03-07
839,287
Putin qırıcının sükanı arxasına keçdi - Video
Rusiya Prezidenti Vladimir Putin Krasnodar Ali Hərbi Aviasiya Məktəbində uçuş simulyatorunun sükanı arxasına keçib. Axar.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Daha sonra məktəbin məzunları ilə görüşən Putin etiraf edib ki, ömründə cəmi bir dəfə motodeltoplanda uçub, qalanları isə simulyator olub. “Amma orda da öyrənmək lazımdır, çünki səma işi ciddidir. Cəmi 400 metr hündürlükdə uçduq, orda da külək əsəndə dərhal silkələnir”, - Putin bildirib.
2024-03-07
839,289
Bakı onu hava limanında saxlayıb, Rusiyaya təhvil verdi
Rusiya Federasiyasının axtarışı ilə həbs edilən şəxs həmin ölkəyə ekstradisiya edilib. Bu barədə Axar.az-a Azərbaycan Baş Prokurorluğundan bildirilib. Qeyd edilib ki, Rusiya Federasiyası Cinayət Məcəlləsinin mütəşəkkil dəstə tərəfindən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə külli miqdarda narkotik vasitələri satmağa cəhd maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirləndirilərək, dövlətlərarası axtarışa elan edilmiş 1995-ci il təvəllüdlü həmin ölkənin vətəndaşı Kuntseviç Aleksey Oleqoviçin cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair Rusiya Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib. Belə ki, o, ötən il noyabrın 15-də ölkəmizə gələn zaman Heydər Əliyev adına Beynəlxalq Hava Limanında sərhəd nəzarətindən keçərkən saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib. "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilib. Aleksey Kuntseviç Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə sorğu edən dövlətin səlahiyyətli orqanlarına təhvil verilib.
2024-03-07
839,292
Sahibkar: Xankəndidə mənə göstərdikləri 10 obyekt…
Mən mal, iş və xidmət həyata keçirməyim üçün yerlə təmin edilməliyəm və bununla bağlı da müqavilə bağlamalıyam. Həmin müqaviləni mənə təqdim etmədikləri üçün müraciət etmişəm. Müsabiqə başlayandan məni aldatdılar ki, bu gün-sabah həll edəcəyik. Müsabiqə qurtarandan sonra bildirdilər ki, xoş getdin. Bu barədə Axar.az-a göndərdiyi müraciətdə keçmiş məcburi köçkün, Gəncə şəhərində yerləşən Müəllimlər İnstitutunun yataqxanasında məskunlaşan fərdi sahibkar Səfər Salmanov Əmlak Məsələləri Dövlət Xidmətinin onun iddiasına cavabı haqda qeyd edib. “Mənim Xankəndi sakini və sahibkar olaraq doğma şəhərim Xankəndidə sahibkarlıq fəaliyyəti göstərmək üçün şərait yaradılması barədə cənab Prezidentə etdiyim müraciət cəmiyyətimizdə də geniş müzakirələrə səbəb olub. Belə ki, mənim müraciətimə İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti rəsmi cavab verib ki, guya mən müsabiqədə iştirak etməmişəm. Qurumun öz saytında müsabiqə şərti kimi qeyd edilir ki, “İşğaldan azad olunmuş ərazilərdə mal, iş və ya xidmət təqdim edilməsi barədə müqavilə və ya digər yerinə yetirilmiş işlər barədə məlumat” sahibkar tərəfindən təqdim edilməlidir. Mənim mal, iş və xidmət həyata keçirtməyim üçün yerlə təmin edilməliyəm və bununla bağlı da müqavilə bağlamalıyam. Həmin müqaviləni mənə təqdim etmədikləri üçün müraciət etmişəm. Müsabiqə başlayandan məni aldatdılar ki, bu gün-sabah həll edəcəyik. Müsabiqə də qurtarandan sonra bildirdilər ki, xoş getdin”, - S.Salmanov vurğulayıb. Sahibkar həmçinin bildirib ki, ona Xankəndidə 10-dan çox obyekt göstərilib və o da razılaşıb: “Sonra yanımda olan nümayəndə dedi ki, bunlar da satılıb. Yenidən müraciət edirəm ki, mənə təqdim etdkləri obyektləri ictimaiyyətə göstərsinlər”.
2024-03-07
839,298
Türk tələbə Gəncədə qəzaya düşdü - Foto
Gəncə şəhərində yol-nəqliyyat hadisəsi qeydə alınıb. Axar.az Report-a istinadən xəbər verir ki, şəhərin Ozan küçəsində Türkiyə vətəndaşı olan Ozan Alkanın idarə etdiyi "Mersedes" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobilə zərər dəyib. Sürücünün sözlərinə görə, yolda olan çuxur qəzaya səbəb olub. Belə ki, avtomobil çuxura düşdükdən sonra təkər şini partlayıb və nəqliyyat vasitəsi idarəetmədən çıxıb. Qeyd edək ki, O.Alkan Gəncə şəhərində olan ali məktəblərin birinin tələbəsidir. Faktla bağlı araşdırma aparılır.
2024-03-07
839,301
"Azərçay”dan şəhid xanımları üçün 8 Mart hədiyyəsi
Ölkəmizin tarixi, milli-mənəvi dəyərləri və mədəniyyətinə xüsusi həssaslıqla yanaşan doğma “Azərçay” 8 Mart - Beynəlxalq qadınlar günündə şəhid ailələri üçün tədbir təşkil edib. Vətənimizin bütövlüyü uğrunda öz canından keçmiş qəhramanların xanımları və onların övladları üçün keçirilən tədbirdə tanınmış müğənnilərin ifasında musiqilər səslənib. Uşaqlar üçün animatorlar tərəfindən əyləncəli oyunlar keçirilib. Bununla bərabər qonaqlar tədbir ərzində nəfis dada və gözəl ətrə malik “Azerçay”a qonaq ediliblər, onlara doğma çay markası tərəfindən bayram hədiyyələri təqdim olunub. Qeyd edək ki, doğma çay “Azerçay” dünyanın 40 dan çox ölkəsində Azərbaycan çay mədəniyyətini təmsil edir və “Made in Azerbaijan” yazısını üzərində şərəflə daşıyır. Ölkəmizin çayçılıq ənənələrinin təbliğini öz əsas məqsədlərindən hesab edən marka, həmçinin ölkəmizdə ilk berqamot sahələrinin salınmasının təşəbbüskarıdır.
2024-03-07
839,302
Mirzoyan təsdiqlədi: Rusiya sərhədçiləri çıxarılır!
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanın Zvartnots hava limanından rus sərhədçilərin çıxarılması ilə bağlı Moskvaya müraciət barədə açıqlama yayıb. Axar.az xəbər verir ki, o, bu barədə keçirdiyi mətbuat konfransında deyib. Nazir bu məsələ ilə bağlı Təhlükəsizlik Şurası katibinin bəyanatını təsdiq edərək, Rusiyanın məlumatlandırıldığını bildirib: “İlkin olaraq bir sıra məntəqələrdə, o cümlədən Zvartnots hava limanında rus sərhədçilərin iştirakının müstəqil Ermənistana yardım məqsədi daşıdığı və onların ölkənin bu yardıma ehtiyac duyduğu müddətcə qalması, daha sonra İrəvan öz institusional imkanlarına malik olduqda, bu funksiyaları özünün həyata keçirməsi planlaşdırılıb. İndi hesab edirik ki, Ermənistan institusional olaraq, aeroportun özündə sərhəd xidmətini həyata keçirə bilir. İnanıram ki, Rusiya üçün bu kifayət edəcək və məsələ öz həllini tapacaq”.
2024-03-07
839,306
Türk lider Putinlə görüşdü, cinayət işi açıldı
Qaqauz Elinin rəhbəri Yevgeniya Qutsul mərkəzi hakimiyyətin təzyiqlərinə baxmayaraq, Rusiyaya səfərindən sonra Moldovaya qayıdacağını bildirib. Axar.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. Qeyd edək ki, Qutsulun Putinlə görüşü fonunda Moldova Baş Prokurorluğu Qaqauz Elinin rəhbərinə qarşı cinayət işinin məhkəməyə veriləcəyini bildirib.
2024-03-07
839,308
Prezidentin nəvələrindən Qurbanova dəstək - Foto
Prezident İlham Əliyevin nəvələri - Əli və Mikayıl Ağalarovlar “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova dəstək nümayiş etdiriblər. Axar.az xəbər verir ki, bu barədə Mikayıl Ağalarov şəxsi İnstaqram səhifəsində paylaşım edib. O, Qurban Qurbanovu əsl əfsanə adlandırıb: “Əziz Qurban Qurbanova böyük ehtiramla... Əsl əfsanə. Bu gün kiminlə oynamağımızın fərqi yoxdur. Biz Bakıda, Azərbaycanda oynayırıq. İstəyirik ki, bu şəxs axşam stadionda və ya televizor qarşısında olacaq hər birinizin dəstəyini hiss etsin. O, çox iş görüb və çətin bir yol keçib. Bunun nəticəsi olaraq biz bu gün öz evimizdə Avropa Liqasının 1/8 final mərhələsini keçirə bilirik. Bizim gözəl komandamız, oyunçularımız və heyətimiz var. Bunu bir daha təkrarlayaq! Tək sevgi - QARABAĞ FK!!!” M.Ağalarov ötən ilin avqust ayında "Qarabağ"ı ziyarət zamanı Qurban Qurbanovla çəkdirdikləri fotonu da dəstək paylaşımına əlavə edib. Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ”-“Bayer” matçı saat 21:45-də başlayacaq.
2024-03-07
839,309
“Sədərək” postunun əməkdaşlarına cinayət işi açıldı
Naxçıvanda “Sədərək” gömrük postundan müxtəlif adda dərman vasitələrinin Türkiyədən Azərbaycan ərazisinə nəzarətsiz keçirilməsində təqsirləndirilən Dövlət Gömrük Komitəsinin (DGK) vəzifəli şəxslərinin məhkəməsi başlayır. Naxçıvan Muxtar Respublikası Prokurorluğundan Axar.az-a bildirilib ki, faktla bağlı istintaq olunan cinayət işinin istintaqı tamamlanıb. İstintaqla DGK-nin Naxçıvan Baş Gömrük İdarəsinin “Sədərək” gömrük postunun əməkdaşları Saday Paşayev və Nihad Məmmədovun rüşvət müqabilində Seymur Ağayev, Yalçın Teymurov və Fərəc Fərəcovla birgə qeydiyyatdan keçirilməyən 12 min manatdan artıq dəyəri olan 25 adda dərman vasitələrini satış məqsədilə ölkə ərazisinə idxal etməkdə şübhəli biliniblər. S.Paşayev və N.Məmmədov Cinayət Məcəlləsinin 200-1.2.1, 200-1.2.2, 200-1.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar və külli miqdarda dərman vasitələrinin qanunsuz dövriyyəsi), 311.3.1, 311.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar rüşvət alma) maddələri ilə, S. Ağayev həmin Məcəllənin 200-1.2.1, 200-1.2.2, 200-1.2.3, 32.5, 311.3.1 və 32.5, 311.3.2-ci (rüşvət almada köməkçi) maddələri ilə, Y. Teymurov və F. Fərəcov isə həmin Məcəllənin 200-1.2.2-ci maddəsi ilə barələrində həbs qətimkan tədbirləri seçilib. İstintaqı tamamlanan cinayət işi baxılması üçün Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
2024-03-07
839,312
13 din xadimi attestasiyadan keçə bilmədi
Azərbaycanda 13 din xadimi attestasiyadan keçə bilməyib. Axar.az xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Bildirilib ki, həmin din xadimlərinin bilikləri tutduğu vəzifə üçün qənaətbəxş sayılmayıb.
2024-03-07
839,313
"Shokki Mokki” şəhid xanımlarını təbrik etdi - Foto
Ölkəmizin ilk uşaq markası “Shokki Mokki” 8 Mart - Beynəlxalq qadınlar günü münasibəti ilə təşkil olunan tədbiri dəstəkləyib. Vətənimizin bütövlüyü uğrunda öz canından keçmiş şəhidlərimizin xanımları və onların övladları üçün keçirilən tədbirin təşkilində yaxından iştirak etmiş adıçəkilən marka uşaqların maraqlı vaxt keçirməsi üçün animator dəvət edib, maraqlı müsabiqələr təşkil edib. Uşaqlara maraqlı hədiyyələrin təqdim edildiyi tədbirdə müxtəlif məşhur müğənnilər də iştirak ediblər. Qeyd edək ki, “Shokki Mokki” “Xoşbəxt böyüyən sabahlar” şüarına sadiq qalaraq, paytaxt və bölgələrdə yaşayan uşaqların uğurlu gələcəyi üçün müxtəlif layihələr həyata keçirib. Milli marka tərəfindən reallaşdırılan “Məktəbim” layihəsi çərçivəsində yüzlərlə uşaq məktəbəqədər təhsillə təmin edilir. UAFA təşkilatı birgə həyata keçirilən bu layihə ölkəmizin ən böyük Korporativ Sosial Məsuliyyət layihələrindən biridir.
2024-03-07
839,318
Rusiya ABŞ səfirini çağırdı, nota verdi
ABŞ-ın Moskvadakı səfiri Linn Treysi Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən məlumat verilib. Səfirə Rusiyada arzuolunmaz hesab edilən üç ABŞ QHT-sinə hər hansı yardımı dayandırmağı tələb edən nota da təqdim olunub. Səfirə bildirilib ki, Rusiyanın daxili işlərinə qarışmaq cəhdlərinin qarşısı, qovulma da daxil olmaqla, alınacaq.
2024-03-07
839,321
Bu rayona qar yağır
Martın 7-si saat 16:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti dəyişib. Bu barədə Axar.az-a Milli Hidrometerologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakı, Sumqayıt, Maştağa, Naxçıvan, Şərur, Şahbuz, Culfa, Gədəbəy, Ağstafa, Gəncə, Şəmkir, Tovuz, Şəki, Qax, Balakən, Mingəçevir, Yevlaxda yağış, Daşkəsəndə isə qar yağır. Binə, Pirallahı, Sumqayıt, Çilov adası, Naftalan, Qobustan, Quba, Qusar, Tərtər, Mingəçevir, Göyçay, Bərdə, Beyləqan, Goranboy, Hacıqabul, Biləsuvar, Astara, Ağdam, Zərdabda duman müşahidə olunur. Görünüş məsafəsi 500-800 metrədək məhdudlaşıb. Bakıda və Abşeron yarımadasında 9, Naxçıvan MR-da, eləcə də Aran rayonlarında 13, dağlıq rayonlarda 5, yüksək dağlıq ərazilərdə 1 dərəcəyədək isti qeydə alınıb.
2024-03-07
839,323
İrəvanın tərəfdaşları ilə Kremlə qarşı yeni planı
Ermənistan hökuməti Rusiyanın təsirindən qurtulmanın planını sürətlə həyata keçirməyə başlayıb. Böyük ehtimalla bu planın hazılanmasında Brüssel, Paris və Vaşinqton iştirak edib. Bu üçlük Ermənistanı Rusiyadan qoparmağa çalışır. Plana görə, ilk növbədə Rusiya sərhədçilərinin İrəvandakı Zvartnots hava limanını tərki tələb edilməlidir. İrəvan müvafiq məktubu artıq Moskvaya göndərib. Axar.az xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində bildirilib. Qeyd edilib ki, ikinci addım kimi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) fəaliyyətini donduran Ermənistan qurumu tərk edəcək: “Üçüncü addım Ermənistanın Gürcüstan, Ukrayna və Moldova kimi AB-yə üzvlük statusunun verilməsiylə bağlı Brüsselə müraciəti olacaq. Kreml bu plana qarşı öz planını ya hazırlayıb, ya da bitirmək mərhələsindədir. Misal üçün Kreml Ermənistan hökumətinin “Rusiya sərhədçiləri Zvartnots hava limanını tərk etsin” məktubuna hansısa formada cavab verməlidir. Kreml Rusiya sərhədçilərini hava limanından çıxarmamaq üçün Ermənistanın keçmiş hakimiyyəti ilə 1992-ci ildə imzaladığı sazişə istinad edəcək. Həmin sazişə görə, Rusiya Ermənistanın Türkiyə ilə 345 kilometr, İranla 45 kilometr uzunluğundakı sərhəddini qoruyur. Eyni sazişə görə, Rusiya sərhədçiləri Ermənistan sərhədçiləri ilə birgə Zvartnots hava limamında da qulluq edirlər. Baş nazir Nikol Paşinyan 2018-ci ildə verdiyi açıqlama bildirmişdi ki, Ermənistan Türkiyə sərhəddinin qorunması məsələsində Rusiya sərhədçilərinin xitmətindən imtina etməyəcək. Paşinyan bunun səbəbini də açıq etiraf etmişdi: “Türkiyə ilə sərhəd uzun olduğuna görə sərhədə təkbaşına nəzarət Ermənistana böyük yük olar”. Ermənistan rəsmiləri Rusiya sərhədçilərinin Türkiyə və İranla sərhədi tərk etməsi barədə indi də açıqlama vermirlər. Onlar rusiyalı sərhədçilərin yalnız hava limanını tərk etməsini istəyirlər. Kreml bunun yarımçıq qərar olmasına işarə edəcək. İrəvan Rusiya sərhədçilərinin Ermənistandan tam çıxarılmasını tələb etməyərək, yalnız hava limanını tərk etməsini istəyirsə, Kreml məsələyə müsbət yanaşmaya da bilər. Çünki 1992-ci il sazişi Rusiya sərhədçilərinin Ermənistanda xidmət edəcəyi məntəqələrin tamamını müəyyənləşdirib”. Analizdə vurğulanıb ki, Ermənistan KTMT-ni tərk etməyə hazırlaşarkən boşluğu Avropa Birliyi hesabına dolduracağına ümid edir: “Buna sübut kimi Ermənistanın müdafiə naziri Suren Papikyanın AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrellə ünvanladığı məktubu göstərmək olar. Papikyan məktubda Avropa Sülh Fondu vasitəsilə “logistika və hərbi tibb sahəsində” Brüsseldən yardım istəyib. Avropa Sülh Fondu hazırda Ukraynaya yardım edir və Kiyev göndərilən yardımın həcmindən məmnun deyil. Bu baxımdan Avropa Sülh Fondunun daha uzaq Ermənistana necə yardım edəcəyi və bu hərbi yardımla bağlı AB-nin bütün üzvləri arasında konsensus əldə edəcə biləcəyi sual altındadır”.
2024-03-07
839,325
Rəsmi Bakıdan Mirzoyana cavab
Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi güdən bu kimi açıqlamaları reallıqları əks etdirmir. Axar.az xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın “Anadolu” agentliyində dərc edilmiş müsahibəsinə dair şərhində əksini tapıb. Belə ki, suverenlik və ərazi bütövlüyünün tanınmasına, Azərbaycan-Ermənistan arasında sərhədlərin delimitasiyası məsələsində 1991-ci il Almatı Bəyannaməsinə, bölgədə nəqliyyat və iqtisadi əlaqələrin qurulması üçün ölkələrin suverenliyi, yurisdiksiyası və bərabərliyi prinsiplərinə hörmətlə yanaşılmasının əhəmiyyətinə vurğu edən xarici işlər nazirinin təmsil etdiyi Ermənistanın bu prinsipləri 30 ildən artıq müddətdə pozmasını unutdurmağa çalışması təəssüf doğurur. Bununla yanaşı, 44 günlük Vətən müharibəsindən sonra Ermənistanın üçtərəfli bəyanatın müddəalarını kobud şəkildə pozaraq, Azərbaycan ərazilərindən işğalçı qüvvələri çıxarmaması, ərazilərimizə silah-sursat, hərbi texnika və minaları ötürməkdə davam etməsi və digər kobud pozuntu və təxribatlar törətməsi, eləcə də qondarma rejimi təbliğ edən açıqlamaları barədə danılmaz faktlar Ermənistan tərəfinin əsl niyyətindən xəbər verir. Ermənistanın ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı hazırda da davam etdirdiyi iddialar xarici işlər naziri tərəfindən səslənən fikirlərlə tərs mütənasibdir. Ermənistan tərəfinin daim istinad etdiyi Almatı Bəyannaməsinə qoşulan zaman verdikləri qeyd-şərtləri, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa qarşı çıxan qüvvədə olan qanunvericilik aktlarının mövcudluğu hər kəsə məlumdur. Ermənistan tərəfinin əldə olunmuş razılıqlara və öhdəliklərinə zidd olaraq, son üç il ərzində müxtəlif bəhanələrlə kommunikasiya xətlərinin açılmasına maneə törətməsi, məsələyə dair razılığın əldə olunması məqsədilə heç bir praktiki həll variantları təklif etməməsi, yalnız bir sıra populist çıxışlar etməsi bölgədə əməkdaşlığa heç bir halda töhfə verməyən amillərdəndir. Ermənistan tərəfi bu kimi təxribatlar və Azərbaycana qarşı siyasi manipulyasiya dolu fikirlər əvəzinə, sözdə deyil, əməldə beynəlxalq öhdəliklərə riayət etməli və sülh prosesinə töhfə verməlidir.
2024-03-07
839,328
“Qarabağ”dan kritik oyun öncəsi - Açıqlama
"Qarabağ"da ruh yüksəkliyi yüksək səviyyədədir. Bu sözləri Axar.az-a açıqlamasında “Qarabağ” futbol klubunun mətbuat katibi Anar Hacıyev Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində “Bayer 04” komandası ilə bu gün keçiriləcək oyun haqda danışarkən deyib. “Baxmayaraq ki, iki futbolçumuz (Julio Romao və Elvin Cəfərquliyev) cəzalı durumdadır, amma komandada ruh yüksəkliyi yüksək səviyyədədir. Bununla yanaşı, oyundan gözləntilərimiz də yüksəkdir”, - A.Hacıyev bildirib. Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ”-“Bayer” matçı saat 21:45-də başlayacaq.
2024-03-07
839,331
Qarabağda bələdiyyə seçkiləri keçiriləcək? – MSK sədri
7 fevralda keçirilən prezident seçkilərində öncəki seçkilərlə müqayisədə xaricdə səs verən vətəndaşlarımızın sayı iki dəfə çox olub. Axar.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib. Qurum sədri bildirib ki, bu, MSK və Xarici İşlər Nazirliyinin birgə əməkdaşlığı nəticəsində mümkün olub: “7 fevral seçkiləri ölkəmiz üçün tarixi seçki idi. Çünki seçkilər ilk dəfə ölkənin bütün ərazilərində keçirilirdi”. M.Pənahov əlavə edib ki, bu il həm də Şuşa, Laçın, Zəngilanın Ağalı kəndi, Ağdərə və Füzuli, həmçinin azad edilən digər bütün ərazilərdə ilk dəfə bələdiyyə seçkiləri keçiriləcək: “Həmin vaxta qədər də o yerlərə vətəndaşların köçürülməsi prosesi davam edəcək. Bizim üçün əsas məsələ seçki komissiyalarının bu prosesə hazır olmasıdır”.
2024-03-07
839,332
Azercell “Mobil komandanın idarə edilməsi” həllini təqdim edir
Yeni həll çoxşaxəli sahə işlərinin təşkili, idarəsi və nəzarətdə saxlanılmasında şirkətlərin fəaliyyətini asanlaşdıracaq, rəqəmsal mühitə keçidi sürətləndirəcək “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədini rəhbər tutan Azercell, biznesdə ünsiyyəti daha əlçatan etmək üçün “Mobil komandanın idarə edilməsi” həllini təqdim edir. Bu platforma bizneslərə marketing, satış, dağıtım və digər sahə əməliyyatlarını sadələşdirməyə, komanda əməkdaşlığını, biznes məhsuldarlığını optimallaşdırmağa və ümumi müştəri məmnuniyyətini artırmağa imkan verən innovativ alətlər təqdim edir. Platformanın imkanlarından istifadə etməklə şirkətlər aşağıdakı biznes funksiyalarından faydalana bilərlər: Müştəri ziyarətinin planlaşdırılması və nəzarəti; Əməliyyat üzrə hərəkət marşrutu və GPS naviqasiya sistemi; Ümumi iş bölgüsünün qurulması və izlənilməsi; Foto hesabat və rəy bildirişi; Avadanlığın idarə edilməsi (təchizatı və təmiri); Məhsullar üzrə geniş bazar araşdırması; Analitik təhlil və müxtəlif hesabat imkanları; Platforma mobil komanda və biznes idarəetməsində təxminlərə son qoyaraq, bütün iş prosesinin rasional, tapşırıqların isə avtomatlaşdırılmış şəkildə icra olunmasına dəstək verir. Yeni həll real vaxt rejimində komandaların koordinasiya olunması, düzgün ünsiyyətin qurulması və biznes tapşırıqların qısa zamanda yerinə yetirməsində mühüm rol oynayır, sahə əməkdaşları ilə ofis arasında əlaqəni gücləndirir. “Mobil komandanın idarə edilməsi” platforması ənənəvi iş yükü ilə vidalaşıb, yeni, çevik, səmərəli və məhsuldar dövrə keçidi təmin edir. Həmçinin yeni həll bu günün dinamik iş mühitində istənilən vaxt və istənilən yerdə inkişaf etmək üçün imkanlar da yaradır. Azercell-in biznes üçün nəzərdə tutulmuş “Mobil komandanın idarə edilməsi” tətbiqi haqqında ətraflı məlumat almaq üçün: İmkanlarınızı genişləndirin, biznesinizi inkişaf etdirin! | Məşhur tətbiqlər sərfəli abunəlik şərtlərilə (azercell.com)
2024-03-07
839,333
NATO sehirli qalxan deyil, Kiyevi qoruya bilməyəcək
Hətta NATO-ya daxil olmaq Kiyevə Qərb ordusunun müdafiəsinə zəmanət vermir. Axar.az xəbər verir ki, bunu Harvard Universitetinin professoru Stiven Uolt deyib. “Şimali Atlantika Müqaviləsinin 5-ci maddəsi blokun üzvlərini başqa bir üzvün hücuma məruz qalacağı təqdirdə mübarizə aparmağa məcbur edəcək bir tətik deyil. ABŞ NATO üzvlərinin özlərinə uyğun gördükləri kimi hərəkət etdiyi V maddənin geniş şərhində israr edir. Bu halda blok ölkələri başqa dövləti qorumaq üçün mütləq öz ordusundan istifadə etməli deyil. Qərb ölkələrinin Rusiya ilə münaqişədə birbaşa iştirakdan imtina ilə bağlı hazırkı mövqeyi hətta Kiyevin NATO-ya üzvlüyündə belə qala bilər. Ümumiyyətlə, NATO sehirli qalxan deyil”, - Uolt bildirib.
2024-03-07
839,337
Dünyanın ən böyük aclıq böhranı ilə bağlı xəbərdarlıq
Sudandakı vətəndaş müharibəsi dünyada ən böyük aclıq böhranı yarada bilər. Axar.az xəbər verir ki, bu barədə BMT-nin Dünya Qida Proqramı ilə bağlı Agentliyi məlumat verib. Məlumata əsasən, Sudan vətəndaş müharibəsi bu ölkədə yaşayan 25 milyondan çox insanı ərzaq çatışmazlığının çıxılmaz böhranı ilə üzləşdirə və ən böyük aclıq böhranının yaranmasına səbəb ola bilər. Hazırda isə hər 10 Sudan vətəndaşından 9-u müəyyən dərəcədə aclıqla mübarizə aparır.
2024-03-07
839,338
“Qarabağ”-“Bayer” matçı: Qurbanov bir addım… - Ekspert
“Bayer”ə qalib gəlmək üçün Qurban Qurbanov rəqibə nəsə sürpriz eləməlidir. Əminəm ki, bunu fikirləşib. Xabi Alonso yaxşı mütəxəssisdir, əlindəki heyət, komanda da səviyyəlidir, bunu bilirik. Axar.az xəbər verir ki, bu sözləri idman eksperti Kənan Məstəliyev qeyd edib. “Ancaq sırf məşqçilik təcrübəsi baxımından Qurban Qurbanov bir addım öndədir. Hoca daha ağır missiyaların öhdəsindən gəlib, daha çox bərkə-boşa düşüb, kritik vəziyyətlərlə daha çox üz-üzə qalıb. Əminəm ki, başına gələnlərdən də nəticə çıxarır. Alonsonun nisbi də olsa hələ yetişmə mərhələsində olduğunu nəzərə alsaq, bu şansdan istifadə eləmək lazımdır”, - ekspert bildirib. Məstəliyev qeyd edib ki, “Neftçi” ilə oyundan sonra mətbuat konfransında Qurbanova “bu matçda “Bayer”lə qarşılaşma üçün bəzi gedişləri sınamaq imkanınız oldumu” sualı verildi, o da “bəli” cavabını verdi: “Məsələn, mən Zubirin normaldan daha çox mərkəzə gəlib 10 nömrə kimi oynadığını, Lunyov, Andrade və mərkəz müdafiəçilərinin normaldan daha çox uzun ötürmələr, özü də birbaşa ön cinaha ötürdüklərini gördüm. Bu ev tapşırıqlarından biri almanlara qarşı da yerinə yetirilə bilər. Amma “Bayer”i pressinqlə də təəccübləndirməyin mümkünsüz olduğunu “Bavariya” ilə matçda gördük. Özümüzü münhenlilərdən üstün saymayıb, daha təmkinli oynamalıyıq. Məncə, belə də olacaq. Komanda da, Qurban Qurbanov da, ekran qarşısında və ya tribunada biz də səbirli olmalıyıq. Ola bilər ki, bu gün biz hücuma çox qaçmayan, enerjisini bəlli bir hissəsinə yox, oyunun 90 dəqiqəsinə yayan “Qarabağ”a şahidlik etdik. Ona görə də təmkinli olaq. Nəticəyə gəlincə, proqnoz verməyəcəm, amma nikbinəm. Təmsilçimizə inanmaq lazımdır”.
2024-03-07
839,340
Kolleclərdə monitorinq aparıldı, nöqsanlar aşkarlandı
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin nümayəndələri regionlarda yerləşən kolleclərdə monitorinq keçirib. Bu barədə Axar.az-a agentlikdən məlumat verilib. Agentliyin Orta ixtisas təhsili müəssisələri ilə iş sektorunun müdiri Səbinə Ənvərli və Hüquq və insan resursları sektorunun müdiri Siyavuş Əhmədzadə Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kolleci, Ağdaş Dövlət Humanitar Kolleci, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci, Şamaxı Dövlət Regional Kolleci və Şəki Dövlət Regional Kollecində olublar. Aparılan monitorinqlər zamanı müəllim və tələbə heyətinin problemləri, şikayət və təklifləri dinlənilib, müvafiq qeydlər aparılıb və suallar cavablandırılıb. Həmçinin tədris sənədləri yoxlanılıb, aşkar olunan nöqsanların aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilib. Qeyd edək ki, orta ixtisas müəssisələrində monitorinqlərin keçirilməsində əsas məqsəd müəssisələrdə tədrisin təşkilini izləmək, problem və ehtiyacları müəyyən etmək və onlara uyğun tədbirlər görməkdir.
2024-03-07
839,341
DSX-dən İranla sərhəddə əməliyyat: 11 kq narkotik...
Narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb. Axar.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb. Bildirilib ki, mart ayının 6-da saat 06:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb. Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində xidməti ərazidən ümumi çəkisi 11 kiloqram 250 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
2024-03-07
839,342
Ukrayna Rusiyanın bu zavodunu vurdu
Ukrayna ordusu Rusiyanın Voloqda vilayətinin Çerepovets rayonuna PUA-larla zərbələr endirib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb. Məlumata görə, “Severstal” zavodu vurulub.
2024-03-07
839,347
Nazirlik 586,9 milyonluq əsassız ödənişlər aşkarladı
2023-cü ildə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən dövlət büdcəsindən vəsait alan 126 təşkilatda nəzarət tədbirləri həyata keçirilib. Axar.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, həmin dövrdə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin fəaliyyətinin əsas hissəsi Azərbaycan Respublikası Baş Prokurorluğundan və hüquq mühafizə orqanlarından nəzarət tədbirlərinin aparılması barədə Maliyyə Nazirliyinə daxil olmuş xeyli sayda məktub və qərarların icrası ilə əlaqədar olub. Belə ki, prokurorluq və hüquq mühafizə orqanlarının məktublarına və qərarlarına əsasən 2015-ci ildən 2023-cü ilə qədər olan dövrü əhatə etməklə 90 təşkilatda yoxlamalar aparılıb. Həmin təşkilatlarda qeyd edilən dövr ərzində 4636,3 mln. manat məbləğində vəsaitin təyinatına istifadəsi və gömrük ödənişləri şəklində dövlət büdcəsinə daxil olmuş 18 663,6 mln. manat məbləğində vəsaitlərin hesablanmasının düzgünlüyü yoxlanılıb. Qeyd edilən 90 təşkilatda yoxlamalarla 586,9 mln. manat məbləğində artıq və əsassız ödənişlər, 131,9 mln. manat məbləğində gömrük ödənişlərinin az hesablandığı və nəticədə bu məbləğdə vəsaitin dövlət büdcəsinə az ödənildiyi aşkar edilib. Aşkar edilmiş nöqsanlara hüquqi qiymət verilməsi üçün yoxlamaların nəticələrinə dair tərtib edilmiş aktlar əlavələri ilə birlikdə aidiyyəti üzrə prokurorluq və hüquq mühafizə orqanlarına göndərilib.
2024-03-07
839,348
Putin əlində gül Şoyqu ilə zarafat etdi - Video
Rusiya Prezidenti Vladimir Putin martın 7-də Krasnodar Ali Hərbi Aviasiya Məktəbinə baş çəkib. Axar.az xəbər verir ki, o, Krasnodara səfəri zamanı qadın kursantları 8 Mart - Beynəlxalq qadınlar günü münasibətilə təbrik edib. O, həmçinin əlində gül Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə zarafat edib. Putin, "Sergey Kujuqetoviç, bu sizin üçün deyil" deyərək əlində buketlə müdafiə nazirinin yanından keçərək ona söz atıb.
2024-03-07
839,349
Zəngəzur dəhlizinin açılması... - Fidanın müavini
Türkiyə və Azərbaycanın rəhbərliyi altında Zəngəzur dəhlizinin açılması ilə türk dünyasının əsri başlayacaq. Axar.az xəbər verir ki, bu barədə Azərbaycanda səfərdə olan Türkiyə xarici işlər nazirinin müavini Yasin Əkrəm Serim türkiyəli investorlar və iş adamları ilə görüşündə deyib. Onun sözlərinə görə, Türkiyə ilə Azərbaycan arasında ikitərəfli ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaq mümkündür.
2024-03-07
839,350
Bayramovla yeni görüşün tarixi... - Mirzoyan
Yaxın vaxtlarda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın iki ölkə arasında münasibətlərin normallaşması üçün yeni görüşünün tarixi müəyyən oluna bilər. Axar.az xəbər verir ki, bu barədə A.Mirzoyan "Anadolu" agentliyinə müsahibəsində bildirib. Onun sözlərinə görə, yeni görüşün tarixi hələ müəyyən edilməyib, lakin o, azərbaycanlı həmkarı Bayramovla daimi təmasdadır və yaxın vaxtlarda görüşün yeni tarixini müəyyən edəcəklərinə ümid edir.
2024-03-07
839,351
Abşeronda şəhid ailələrinin xanım üzvləri üçün tədbir - Foto
8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə Abşeron rayonunda şəhid anaları, həyat yoldaşları və əmanətləri olan qiz övladları üçün “Dünyada ən uca zirvədir - Qadın” mövzusunda bayram şənliyi keçirilib. Axar.az xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xırdalan şəhərində baş tutan tədbirdə RİH başçısı Abdin Fərzəliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, regional idarələrin və rayonun idarə-təşkilat rəhbərləri, YAP Abşeron Təşkilatının sədri, şəhid ailələri iştirak edib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və vətənimizin azadlığı və bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Abşeron RİH başçısı Abdin Fərzəliyev çıxış edərək bildirib ki, ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük önəm vermiş və onların dövlət idarəçiliyinə cəlb edilməsində mühüm addımlar atmışdır. Bu siyasətin Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, dövlət idarəçiliyinin ən yüksək pillələrində qadınların təmsil olunduğunu qeyd edən RİH başçısı bildirib ki, Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın Azərbaycan xanımına xas olan bütün nəcib xüsusiyyətləri özündə əks etdirən fəaliyyəti nəticəsində bu gün Azərbaycanda qadın hərəkatı keyfiyyətcə yeni səviyyəyə yüksəlmişdir. Azərbaycan qadınının tariximizdə oynadığı əvəzsiz rolundan, onların Vətən Müharibəsində göstərdiyi fədakarlığından, ölkəmizin ictimai həyatına verdikləri töhfələrdən bəhs edən Abdin Fərzəliyev şəhid analarını, həyat yoldaşlarını və abşeronlu xanımları 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib. Gənclərin təlim-tərbiyəsində, vətənpərvərlik ruhunda yetişməsində Azərbaycan analarının əvəzsiz rolunun olduğunu qeyd edən RİH başçısı Qarabağımızın işğaldan azad edilməsində qəhrəmanlıq göstərən şəhidlərimizin heç zaman unudulmayacağını, onların tariximizdə əbədi yaşayacağını söyləyib. Sonra Abşeron RİH yanında İctimai Şuranın sədri, Vətən Müharibəsi şəhidi Elçin Həsənlinin anası Xatirə İsmayılova, Abşeron Ağsaqqallar Şurasının sədri, Vətən Müharibəsi şəhidi Vidadi Zalovun atası Nizami Zalov, Bakı Mühəndislik Universitetinin rektoru Yaqub Piriyev, Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayev Azərbaycan qadınlarını təbrik edərək qadınlarımızın tariximizdə oynadığı roldan, cəmiyyətimizin inkişafı üçün həyata keçirdikləri fəaliyyətdən danışıb, Vətən Müharibəsində xalqımız üçün fədakarlıq, vətənə sonsuz sevgi nümayiş etdirdiklərini qeyd ediblər. Daha sonra incəsənət nümayəndələrinin iştirakı ilə bədii hissə təqdim olunub. Sonda şəhid övladları və abşeronlu məktəblilər tərəfindən şəhid analarına, xanımlarına və onların bizə əmanət qalan qız övladlarına gül dəstələri və hədiyyələr verilib.
2024-03-07
839,354
743-cü gün: Rusiya Ukraynanın itkilərini yenilədi
Rusiya müharibənin 743-cü günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb. “Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 576 təyyarəsi, 267 helikopteri, 14 563 PUA-sı, 482 zenit-raket kompleksi, 15 335 tank və digər zirehli texnikası, 1 234 reaktiv yaylım atəş sistemi, 8 314 artilleriya və minaatanı, 19 461 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.
2024-03-07
839,356
“Abzas media” işi: Onların həbs müddəti uzadıldı
“Abzas media” işi çərçivəsində saxlanılan Hafiz Babalı və Elnarə Qasımovanın həbs müddəti üç ay uzadılıb. Axar.az xəbər verir ki, bu barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsində keçirilən iclasda qərar qəbul edilib. Xatırladaq ki, H.Babalı dekabrın 13-də saxlanılıb. Ötən il dekabr ayının 14 də onun barəsində məhkəmə 3 aylıq həbs qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur. E.Qasımova isə bu il yanvarın 13-də saxlanılıb. Daha sonra məhkəmənin qərarı ilə onun barəsində 2 ay 17 gün həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.
2024-03-07
839,359
İsveç rəsmən NATO-ya üzv oldu
İsveçin NATO-ya daxil olması ilə bağlı protokol cümə axşamı rəsmi olaraq qüvvəyə minib. Axar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. “2024-cü il martın 7-də İsveç Krallığının Şimali Atlantika Müqaviləsinə qoşulması haqqında protokolun ikinci maddəsində göstərilən qüvvəyəminmə şərtləri yerinə yetirilib”, - məlumatda bildirilib.
2024-03-07
839,360
Şahin Mustafayev Mger Qriqoryanla razılığa gəldi
Bu gün Azərbaycanla Ermənistan arasında sərhəddə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mger Qriqoryanın sədrliyi altında iki ölkə arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın yeddinci görüşü keçirilib. Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Tərəflər delimitasiya məsələləri üzrə fikir mübadiləsi aparıb və Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın birgə fəaliyyəti haqqında Əsasnamə layihəsinin razılaşdırılmasına başlayıb, habelə delimitasiya işlərinin görülməsinin qaydası üzrə müvafiq təlimatların layihələrini müzakirə ediblər. Tərəflər Komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə layihəsinin razılaşdırmasını ən qısa zamanda başa çatdırmaq barədə sövdələşiblər. Tərəflər, həmçinin komissiyaların növbəti görüşünün keçirilməsinin tarixi və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəliblər.
2024-03-07
839,361
FHN əməkdaşı faciəvi şəkildə öldü
Şirvanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Axar.az-ın Report-a istinadən məlumatına görə, hadisə şəhərin Çılpaqlı qəsəbəsində qeydə alınıb. Belə ki, sürücü avtomobili arxaya sürərkən Şirvan şəhər sakini Fərid Asif oğlu Həzrətquliyevi yaxınlıqdakı divara sıxaraq öldürüb. Həyatını itirən F.Həzrətquliyevin FHN-in Şirvan yanğından mühafizə hissəsinin əməkdaşı olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.