date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2024-03-05
838,724
Rusiya - NATO toqquşması gözlənilir - Səfir
Rusiya və NATO birbaşa silahlı münaqişə təhlükəsi ilə üz-üzədir. Axar.az xəbər verir ki, bunu jurnalistlərlə söhbətində Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov deyib. Diplomat qeyd edib ki, artıq NATO hərbçilərinin Ukraynada döyüş əməliyyatlarında iştirakından söhbət gedir. Səfirin sözlərinə görə, belə bir ssenari Vaşinqtonun razılığı olmadan həyata keçirilə bilməz: “Əslində biz Şərqi Avropada Rusiya silahlı qüvvələri ilə Şimali Atlantika Alyansı arasında birbaşa toqquşma təhlükəsi ilə üz-üzəyik”. Qeyd edək ki, bundan öncə Qərb rəsmiləri də birbaşa toqquşmanın olacağı barədə fikirlər səsləndirmişdi.
2024-03-05
838,725
Od çərşənbəsində 88 min ağac əkildi
Novruz bayramının ikinci çərşənbəsi olan Od çərşənbəsində meşə fondu torpaqlarında bir gündə 88015 müxtəlif növ ağac tingi əkilib. Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfov Axar.az-a bildirib ki, bu gün Ağcabədi, İmişli, Beyləqan, Yevlax, Qəbələ, İsmayıllı, Qax, Balakən, Göygöl, Goranboy, Ağstafa, Sabirabad, Kürdəmir, Şabran, Quba, Yardımlı və Lerik rayonlarının meşə fondu ərazilərində ağacəkmə tədbirləri keçirilib. Əkilən ağaclar Regional Meşə Təsərrüfatı Mərkəzlərinin tinglik sahələrində yetişdirilib. Xidmət rəisinin sözlərinə görə, meşəbərpa və ağacəkmə tədbirləri respublikanın bütün rayonlarını əhatə edir və hər bölgənin iqlim şəraitinə uyğun müxtəlif ağac tingləri əkilir, toxumlar səpilir.
2024-03-05
838,726
Prezident və xanımı Od çərşənbəsini belə qeyd etdi - Foto
Birinci vitse-prezident Mehriban Əliyeva Od çərşənbəsi ilə bağlı rəsmi İnstaqram hesabında paylaşım edib. Axar.az xəbər verir ki, paylaşımda deyilir: "Uca Allah hər kəsə möhkəm cansağlığı, bol sevinc, hər evə xoş ovqat, hər ocağa ruzi-bərəkət bəxş etsin! Od çərşənbəniz mübarək!"
2024-03-05
838,733
Putindən neft qiymətləri ilə bağlı açıqlama...
Rusiya və onun OPEK+ tərəfdaşları neftin qiymətini qaldırmayacaq. Məqsəd sabitliyi təmin etməkdir və indiyədək buna nail olunub. Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin aqrar-sənaye kompleksinin nümayəndələri ilə görüşdə deyib.
2024-03-05
838,734
Kipr XİN başçısı da İrəvana gəlir
Martın 6-7-də Kipr Respublikasının xarici işlər naziri Konstantinos Kombos Ermənistanda rəsmi səfərdə olacaq. Axar.az xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb. Martın 7-də Ermənistan və Kiprin xarici işlər nazirlərinin görüşü baş tutacaq, ondan sonra xarici işlər nazirlərinin birgə mətbuat konfransı keçiriləcək. Qeyd edək ki, bundan öncə Fransa və Yunanıstan müdafiə nazirləri Ermənistana səfər edib.
2024-03-05
838,737
ABŞ bunu etsə, məhv olacaq - İlon Mask
ABŞ-a kütləvi miqrant axını davam edərsə, ölkə çökəcək. Axar.az xəbər verir ki, bu sözləri amerikalı sahibkar, milyarder İlon Mask X səhifəsində yazıb. “Amerika dünyanı “udmağa” çalışsa, süqut edəcək”, - deyə o bildirib.
2024-03-05
838,740
ABB on nominasiyanın onunda da qalib oldu!
ABB 2023-cü ildəki fəaliyyətinə görə Azərbaycan Banklar Assosiasiyasının 10 mükafatına layiq görülüb. Bank bu nominasiyalar üzrə ABA-nın mükafatlarını qazanıb: “Korporativ sosial məsuliyyət”, “Maliyyə savadlılığı dəstəkçisi”, “Təhsil dəstəkçisi”, “Bank-maliyyə sahəsində araşdırmalar və yazılarla çıxış edən bank nümayəndəsi”, “Nağdsız ödənişlərin təşviqi sahəsində tədbirlərlə fərqlənən ABA üzvü”, “Kiçik və orta biznesin maliyyə əlçatanlığının artırılması ilə əlaqədar tədbirlər keçirmiş ABA üzvü”, “Rəqəmsal ödənişlər sahəsində innovativ layihələrin tətbiqi”, “Rəqəmsal ödənişlərdə təhlükəsizliyə dair maarifləndirmə layihələri”, “Dayanıqlı bankçılıq üzrə layihələr (ESG)”, “Özünüməşğulluq proqramında iştirak”. Qeyd edək ki, “Bank-maliyyə sahəsində araşdırmalar və yazılarla çıxış edən bank nümayəndəsi”, eləcə də “Nağdsız ödənişlərin təşviqi sahəsində tədbirlərlə fərqlənən ABA üzvü” nominasiyaları üzrə sektorda yeganə nominant məhz ABB olub. ABB ötən il sosial məsuliyyət proqramı çərçivəsində idmana, ətraf mühitin qorunmasına, təhsil və innovasiyalara dəstək layihələrini uğurla davam etdirib. Əhalinin maliyyə savadlılığının artırılması məqsədilə maarifləndirici layihələr reallaşdırıb. ABB əməkdaşları xüsusilə maliyyə sektorunda data texnologiyalarının tətbiqi ilə bağlı mütəmadi maarifləndirici yazılarla çıxıb ediblər. Universal maliyyə qrupu olan ABB 2023-cü ildə investisiya və sığorta məhsullarını ABB mobile tətbiqi üzərindən hər kəsə əlçatan edib. Bankın ABB-nin istənilən kartını keşbek kartına çevirmək imkanı yaradan “Faydalı keşbek” layihəsi ölkəmizdə nağdsız ödənişlərin stimullaşdırılmasına, rəqəmsal müştəri təcrübələrinin formalaşdırılmasına töhfə verib. ABB ötən il real sektora dəstəyini daha da gücləndirib. O cümlədən kiçik və orta sahibkarlar üçün yeni fürsətlər yaradıb. ABB rəqəmsal ödənişlərdə təhlükəsizliyə dair maarifləndirmə layihələrində, özünüməşğulluq proqramlarında da fəallıq göstərib. Bank həmçinin ötən il beynəlxalq standartlara uyğun hazırlanmış Dayanıqlı İnkişaf Hesabatını təqdim edib. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
2024-03-05
838,743
8 kənd və Zəngəzura görə İrəvana bunu verə bilərik
Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla yeni müharibədən qorxsa da, rəsmi Bakının 8 kəndin geri qaytarılması və Zəngəzur dəhlizi ilə bağlı tələblərini yerinə yetirmək istəmir. Ancaq Paşinyan onu da anlamamış deyil ki, tələblərin yerinə yetirilməməsi növbəti toqquşmaya səbəb olacaq ki, itirən yenə Ermənistan olacaq. Görünür, Paşinyan Azərbaycanın tələblərinin yerinə yetirilməsi qarşılığında nəsə əldə etmək istəyir ki, erməni cəmiyyətinə əldə edəcəyinin ölkəsi üçün faydasını izah edə bilsin. Axar.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib. Politoloq “Paşinyana nə təklif oluna bilər” sualına belə cavab verib: “Kəndlərin geri qaytarılması və Zəngəzur dəhlizinin açılması qarşılığında Ermənistanın müxtəlif regional layihələrə qoşulması təklif edilə bilər. Ermənistan rəsmiləri Qara dənizin dibi ilə çəkiləcək enerji xəttinə qoşulmaq istədiklərini bildiriblər. Həmin layihənin müəllifi Azərbaycandır. Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Akop Vardanyan ötən ilin oktyabrında Tiflisdə keçirilən Beynəlxalq İpək Yolu Forumunda çıxışı zamanı iki ölkə arasında fikir ayrılıqlarının ortadan qaldırıldıqdan sonra ölkəsinin Azərbaycandan qaz almaq istədiyini demişdi. Aydındır ki, Qara dəniz layihəsinə qoşulmaq və Azərbaycandan qaz almaq təklifinin müəllifi Nikol Paşinyandır. O özünün səsləndirə bilmədiyi təklifləri nazirləri və nazir müavinləri vasitəsilə gündəmə gətirir. Bunlar reallaşarsa, Ermənistanın iqtisadi zəmində Azərbaycandan asılılığı artacaq. Rəsmi Bakı Paşinyanı Azərbaycanın tələblərini yerinə yetirməsinə həvəsləndirmək üçün bu səpkili açıqlama səsləndirə bilər: “İrəvan Azərbaycanın 8 kəndini geri qaytardıqdan və Zəngəzur dəhlizinə maneəsiz keçidə razılaşandan sonra Qara dənizin dibi ilə keçəcək alternativ enerji layihəsi və Azərbaycandan qaz alınması mövzularının Ermənistanla müzakirələrinə başlanıla bilər”.
2024-03-05
838,746
Bir neçə gün sonra biləcəyik ki, HƏMAS... - Bayden
Qəzzada hərbi əməliyyatların dayandırılması HƏMAS-ın qərarından asılıdır. Axar.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden deyib. O bildirib ki, İsrail əməkdaşlıq etmək niyyətindədir və indi anklavda HƏMAS atəşkəslə razılaşmalıdır: "Bir neçə gündən sonra bu barədə biləcəyik".
2024-03-05
838,747
Feysbuk və İnstaqramın çökmə səbəbi...
Qırmızı dənizdə Avropa, Asiya və Afrika arasında 4 rabitə kabeli zədələnib. Axar.az xəbər verir ki, bu barədə “HGC Global Communications Limited”in Feysbuk və İnstaqramda bir müddət öncə yaranan qlobal problemin səbəbləri haqda məlumatında vurğulanıb. Bildirilib ki, Qırmızı dənizdə 15 kabeldən 4-ü (Seacom, TGN, AAE-1, EIG) kəsilib ki, bu da kommunikasiya sistemlərində informasiya axınının 25 faizinə təsir edib. Şirkət artıq tədbirlər gördüyünü və rabitə sistemlərində məlumat axınının yönləndirilməsi üçün hərtərəfli plan hazırladığını elan edib. Qeyd edilir ki, zədələnmə husilərin hücumunun nəticəsidir.
2024-03-05
838,749
Xankəndidə də Od çərşənbəsi qeyd edildi - Video
Xankəndidə illər sonra Od çərşənbəsi qeyd olunub. Axar.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb. Həmin görüntüləri təqdim edirik:
2024-03-05
838,750
Narışkin Navalnının ölümündən danışdı
Aleksey Navalnı təbii səbəblərdən dünyasını dəyişib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin deyib. O, bu ölümdə Qərbdə hansısa qüvvələrin əli olub-olmaması sualına belə cavab verib: "Düşünmürəm ki, bu, hansısa xüsusi plandır, amma təəssüf ki, insanların bir xüsusiyyəti var: gec-tez həyat sona çatır, ölürlər. Navalnı təbii səbəblərdən ölüb, bəli".
2024-03-05
838,753
Ukraynanın Rusiya üçün hərbi sürprizi var - Miller
İnanırıq ki, Ukrayna ordusu Rusiya üçün hərbi sürprizlər hazırlayır və nəticələrini gözləyir. Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib. "Hesab edirik ki, Ukraynanın döyüş meydanında qələbə qazanmaq üçün həyata keçirə biləcəyi planı var. Ona görə də inanırıq ki, onlarda ehtiyatda bir neçə sürpriz var. Səbirsizliklə nəticələri gözləyirik”, - deyə o bildirib.
2024-03-05
838,755
Bu xəstələr üçün ərzaq norması tətbiq ediləcək
Vərəm xəstələri üçün yeni ərzaq normaları tətbiq ediləcək. Axar.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 103 nömrəli Qərarı ilə təsdiq edilmiş 5 saylı Əlavəyə əsasən, qidalandırılan vərəm xəstələri üçün yeni zənginləşdirilmiş ərzaq normaları mütəxəssislər tərəfindən işlənilir. Qeyd edilib ki, xəstələrin qidalanmasına xüsusi diqqətin yetirilməsi çox vacibdir. Belə ki, vərəmli xəstələrin sağalmasında onların qidalanması böyük rol oynayır.
2024-03-05
838,757
Rasmussen Şoltsu kəskin tənqid etdi: O, lider deyil!
NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen Almaniya kansleri Olaf Şoltsun həddən artıq qərarsız olduğunu bildirib və onun “Taurus” raketlərini Ukraynaya ötürməkdən imtina etməsini tənqid edib. Axar.az xəbər verir ki, bu barədə “European Truth” məlumat yayıb. “Bizə qətiyyətli davranan dövlət başçıları lazımdır. Bizə daha qətiyyətli Almaniya hökuməti lazımdır. Kansler Şolts çox yavaş, çox qərarsızdır. O, liderə bənzəmir", - o bildirib. O qeyd edib ki, Almaniyanın Ukraynaya “Taurus”ları niyə vermədiyini anlamır. Rasmussen Avropanın müharibə iqtisadiyyatına keçməli və Ukraynanı bütün lazımi silahlarla təmin etməli olduğunu vurğulayıb: “Biz nəhayət, vəziyyətin ciddiliyini başa düşməliyik. Putin xüsusən də ABŞ seçkiləri öncəsi geri çəkilməyəcək”.
2024-03-05
838,759
Rəsulzadənin məzarı abadlaşdırıldı - Foto
Azərbaycanın Türkiyədəki səfirliyi tərəfindən Məhəmməd Əmin Rəsulzadənin Ankara şəhərinin Cəbəci Əsri məzarlığında yerləşən məzarının abadlaşdırılması istiqamətində kompleks işlər görülüb. Abadlaşdırma işləri Azərbaycan Prezidenti İlham Əliyevin “Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında” Sərəncamı çərçivəsində aparılır. Axar.az xəbər verir ki, bu barədə səfirlik məlumat yayıb. Bildirilib ki, kompozisiyada dəyişiklik edilmədən məzar kompleksinin üzlük daşları daha keyfiyyətli materialla əvəzlənib, solmuş yazılar və bayraq dirəkləri yenilənib, həmçinin məzara gedən yol təmir olunub. Abadlıq işlərinin başa çatmasının ardından Məhəmməd Əmin Rəsulzadənin vəfatının ildönümü ərəfəsində Azərbaycanın Türkiyədəki səfirliyinin kollektivi görkəmli ictimai-siyası xadimin məzarını ziyarət edərək xatirəsini hörmətlə anıb.
2024-03-05
838,763
Çexiya lideri: Ukraynaya ordu göndərilə bilər!
Çexiya Prezidenti Petr Pavel Ukraynaya əcnəbi hərbçilərin göndərilə biləcəyini istisna etməyib. Axar.az xəbər verir ki, bu barədə RT məlumat yayıb. O bildirib ki, Avropa liderləri Kiyevə yardım məsələsində özlərinə məhdudiyyət qoymamalıdırlar.
2024-03-05
838,764
Gəncədə kənd təsərrüfatı torpaqlarında evlər tikilib...
Gəncə şəhərinin genişləndirilməsi ilə bağlı qonşu rayonlardan, o cümlədən Daşkəsən və Göygöl rayonlarından torpaq sahələri Gəncə şəhərinin inzibati ərazisinə daxil edilərkən kənd təsərrüfatı təyinatlı torpaqlarda qeyri-qanuni fərdi evlərin inşa edildiyi müəyyən olunub. Axar.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Bildirilib ki, Nazirlər Kabinetinin 2017-ci il 20 yanvar tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş "Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları"nın 1.2-ci bəndinə əsasən torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi torpaq mülkiyyətçilərinin vəsatəti əsasında müvafiq dövlət orqanlarından rəy alındıqdan sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə həyata keçirilir. Gəncə şəhəri ərazisində 2011-2018-ci illərdə inşa edilmiş fərdi yaşayış evləri, o cümlədən torpaq sahələri üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmamasının səbəbi həmin ərazilərin torpaq sahələrinin dövlət mülkiyyətinə aid olmasıdır. Bildirilib ki, bununla əlaqədar yerli ekspert komissiyaları tərəfindən həmin torpaq sahələrinin ekspertizası keçirilib və tərtib edilmiş siyahı RİH tərəfindən aidiyyəti üzrə göndərilib. Torpaq sahələrinin mülkiyyət növü və təyinatı dəyişdirildikdən sonra qeyd edilən problem öz həllini tapacaq.
2024-03-06
838,766
Makron dünyanı nüvə savaşına sürükləyir - Narışkin
Fransa Prezidenti Emmanuel Makron və digər avropalı liderlərin Ukraynaya NATO hərbçilərinin göndərilməsi ilə bağlı açıqlamaları olduqca təhlükəlidir. Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin deyib. O bildirib ki, sözügedən bəyanatlar Avropanın hazırki liderlərinin, xüsusən Fransa prezidentinin siyasi məsuliyyətsizliyini göstərir. Narışkin əlavə edib ki, Qərbin bu kimi söyləntiləri dünyanı nüvə müharibəsinin astanasına gətirir.
2024-03-05
838,767
"Meta"dan sosial şəbəkələrdəki nasazlıqla bağlı açıqlama
Bu gün səhər saatlarında (ABŞ vaxtı ilə - red.) sosial şəbəkələrdə texniki problem insanların bəzi xidmətlərimizə daxil olmaqda çətinlik çəkməsi ilə nəticələndi. Problemi mümkün qədər tez yoluna qoyduq. Axar.az xəbər verir ki, bu barədə "Meta" şirkətinin mətbuat katibi Endi Stoun X hesabında bildirib. Qeyd edək ki, bu gün Qırmızı dənizdə 15 kabeldən 4-ü (Seacom, TGN, AAE-1, EIG) kəsilib ki, bu da kommunikasiya sistemlərində informasiya axınının 25 faizinə təsir edib. Nəticədə Feysbuk, İnstaqram kimi sosial şəbəkələrdə problemlər yaranıb.
2024-03-06
838,768
Gürcü və ruslar arasında təyyarədə dava düşdü
Memmingendən (Almaniya) Kutaisiyə (Gürcüstan) uçan “Vizz Air” təyyarəsi Rumıniyanın Kluj-Napoka şəhərinin hava limanına məcburi eniş edib. Axar.az xəbər verir ki, bu barədə “FlightRadar” xidmətinin məlumatında deyilir. Məcburi enişə səbəb kimi sərnişinlər arasında davanın baş verməsi göstərilib. İddiala görə, Gürcüstan və Rusiyadan olan sərnişinlər arasında dava düşüb. Enişdən sonra münaqişə iştirakçıları polisin köməyi ilə təyyarədən çıxarılıb.
2024-03-06
838,769
Məktəblərin dərsliklərlə təmini üçün 21,5 milyon ayrıldı
Məktəblərin pulsuz dərsliklərlə və metodiki vəsaitlərlə təmin olunması üçün 21 milyon 500 min manat vəsait proqnozlaşdırılıb. Axar.az xəbər verir ki, bu Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Bildirilib ki, təhsilalanların müəyyən qisim dərsliklərə əlçatanlığının təmin edilməsi məqsədilə hazırda dərsliyin çap etdirilməsi, həmçinin dərsliklərin rəqəmsal nüsxələrinin yaradılması və onlayn platformalarda yerləşdirilməsi təhsilin inkişafında əvəzedilməz rola malikdir. Bununla yanaşı, şagirdlərin dərsliklərlə bərabər təhsil proqramı ilə sıx bağlı olan nəşrlərlə ödənişsiz əsaslarla təmin edilməsi istiqamətində işlərin görülməsi çox yaxşı olardı: "Ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması və təminatı məqsədilə hər il dövlət büdcəsində vəsaitlər nəzərdə tutulur. Belə ki, təhsil müəssisələrinin təkcə 2023/2024-cü tədris ilində 300-dən çox adda təqribən 8 milyon nüsxə, 2024/2025-ci tədris ilində isə 300-dən çox adda təqribən 7milyon 800 min nüsxə pulsuz dərsliklərlə və metodiki vəsaitlərlə təmin olunması üçün 2023-2024-cü illərdə hər il üçün 21 milyon 500 min manat vəsait proqnozlaşdırılıb.
2024-03-06
838,771
Ukraynanın müdafiə xətti yanlış istiqamətdədir - Kirbi
Ukrayna Silahlı Qüvvələrinin müdafiə xətti yanlış istiqamətdə uzanır. Axar.az xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib. Onun sözlərinə görə, bu, Rusiya ordusunun Qərbə doğru hərəkət etməsi ilə bağlıdır.
2024-03-06
838,772
İrəvana xəbərdarlıq zəngi: Kreml təsir rıçağına əl atır...
Ermənistanın KTMT-də fəaliyyətini dondurduğunu elan etməsi və rus sərhədçilərin ölkədən çıxarılmasını gündəmə gətirməsindən sonra Lavrovun İrəvana ünvanlanmış “münasibətlərə yenidən baxmaq” haqda açıqlaması kəskinləşmənin ritorikadan praktiki müstəviyə keçə biləcəyi deməkdir. Hərçənd, Rusiya və Ermənistanı bir-birinə bağlayan və bir-birinə qarşı istifadə edə biləcəyi kartlar tükənməyib. Rəsmi İrəvanın hərbi müstəvidə Moskvadan imtina xəttini seçdiyi aşkardır: - Fransa başda olmaqla yeni hərbi müttəfiqlərə “yelkən açan” Ermənistanın Rusiya və KTMT-nin “təhlükəsizlik çətiri”ni əvəzləmək imkanları var; - Çıxarmaq istədikləri Rusiya sərhədçilərinin yerini də erməni hərbçilər və Avropa Birliyi müşahidəçiləri ilə doldura bilər. Mövcud vəziyyətdə 102-ci hərbi bazanın çıxarılmasını gündəmə gətirəcəkləri ehtimalı isə azdır, çünki bu, Rusiyanın “tarana getməsi” üçün “qırmızı xətti”dir. Bu baxımdan, İrəvan Moskvanın praktiki müdaxiləsinə qarşı “əl yeri” qoymaqla, “təhlükəsizlik çətirinin” diversifikasiya edilməsi siyasətini izləyir, bununla həm də Qərbin antirusiya addımları atmaq tələbini kiçik gedişlərlə inkişaf etdirir. İrəvanda Moskva qarşısında iki üstünlüyə malik olduqlarını da hesab edirlər: - Ukrayna müharibəsi davam etdiyi müddətdə Moskva onlara qarşı praktiki addımlardan son ana qədər çəkinəcək; - Moskva İrəvanı sanksiyaların dəlinməsində platforma olaraq istifadə edir, son iki ildə Ermənistanın Rusiyaya ixracının bir neçə dəfə artması da bundan qaynaqlanır. Moskva da “qırmızı xətlər”in keçilmədiyi müddətdə İrəvana müdaxilədən yayınır, çünki bu, Paşinyan hakimiyyətinin antirusiya siyasətinə haqq qazandıra, onların Ermənistanda manevr imkanlarını azalda bilər. Bununla yanaşı, Ermənistanın iqtisadi baxımdan Rusiyadan asılılığı və hərbi müstəvidən fərqli olaraq, iqtisadi müstəvidə alternativ tapmaq imkanının azlığı Moskvanı sakitləşdirən amillərdəndir. Bütün bunların fonunda Rusiya-Ermənistan qarşıdurması daha çox ritorik “hay-küyə” bənzəyir. Hərçənd Moskvada onu da anlayırlar ki, yalnız ritorik cavablarla kifayətlənmələri Ermənistana Rusiyanın çıxarılması imkanlarının tapılması üçün zaman qazandıra bilər. Buna görə Lavrovun açıqlaması və Mirzoyanla telefon söhbətinin son xəbərdarlıq ola biləcəyi ehtimalı mümkündür. Moskvanın İrəvanı necə cəzalandıracağı, yaxud cəzalandırmaq imkanlarının nə qədər qaldığı da maraqlıdır. Birincisi, siyasi müxalifət üzərindən Paşinyan hakimiyyətinə təsir etmək imkanı azdır, hətta yeni fiqurlar irəli sürülsə belə, erməni cəmiyyətinin iqtidara qarşı müxalifətin çətiri altında birləşməsi perspektivi zəif görünür; İkincisi, Qasparyan qiyamından sonra erməni ordusu daxilində rusiyayönümlü komandanın mövqeləri zəifləyib və bu, hərbi şəbəkənin hərəkətə keçməsinin də nəticə verə biləcəyini sual altına salır; Üçüncüsü, iqtisadi rıçaqların işə salınmasıdır. Ki, bu rusların əlində ən təsirli vasitə kimi görünür: - erməni maşınlarının Lars yoluna buraxılmaması; - sanksiyaların dəlinməsində platforma kimi Ermənistandan imtina edilməsi; - Rusiyadan Ermənistana “köçürmələrin” məhdudlaşdırılması; - erməni miqrantların müəyyən qisminin geri qaytarılması ilə narazı elektoratın artırılması. Bunlar Moskvanın İrəvana qarşı iqtisadi müstəvidə ata biləcəyi ilkin addımlardır, lakin kifayət qədər effektli ola bilər. Rusiya iqtisadi rıçaqlardan istifadə etməklə erməni cəmiyyətində nail ola bilmədiyi siyasi etirazı sosial etirazla əvəzləyə və hakimiyyətə ən azı təzyiq edə bilər.
2024-03-06
838,777
Dünya bazarında ərzaq və yanacaq bahalaşacaq
Qırmızı dənizdə böhran dünya bazarlarında ərzaq və yanacağın qiymətinin bahalaşmasına səbəb olacaq. Axar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Entoni Blinken deyib. "Bu, dünya gəmiçiliyinə cox böyük təsir göstərib. Bu, bir çox insanlar üçün daha yüksək ərzaq və enerji qiymətlərində öz əksini tapacaq", - Blinken qeyd edib.
2024-03-06
838,781
Azərbaycan İrandakı səfirliyini bərpa edir? – Təcili
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan və İran xarici işlər naziri Ceyhun Bayramov və Hüseyn Əmir Abdullahian arasında görüş baş tutub. Axar.az xəbər verir ki, görüş zamanı nazirlər Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumunu törədən şəxsə qarşı məhkəmə hökmündən sonra səfirliyimizin işinin bərpası istiqamətində addımlar barədə fikir mübadiləsi aparıblar. Qeyd edək ki, Azərbaycan səfirliyə hücum edən terrorçunun ən sərt şəkildə cəzalandırılmayacağı təqdirdə səfirliyin fəaliyyətini bərpa etməyəcəyini açıqlamışdı. Səfirliyimizə hücum edən terrorçu barəsində birinci instansiya məhkəməsində ölüm cəzası çıxarılıb. İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian isə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Ciddədə keçirdiyi görüşün təfərrüatı barədə jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycan öz diplomatlarının tezliklə İrana qayıdacağı istiqamətində işlər görəcəyinə razılıq verib.
2024-03-06
838,782
Bayden elan edib: Ordumuz Ukraynaya getməyəcək
ABŞ qoşunları Ukraynada savaşmayacaq. Axar.az xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib. Kirbi Fransa Prezidenti Emmanuel Makronun sözlərini analiz etməyəcəyini bildirib: "Yalnız ABŞ Prezidenti, Baş Komandan Co Baydenin adından danışa bilərəm. Ukraynadakı münaqişənin əvvəlindən o, Amerika qoşunlarının Ukrayna ərazisində döyüşməyəcəyini açıq şəkildə qeyd edib".
2024-03-06
838,783
Ərdoğandan fələstinlilərə: İsrail zülmünə qarşı...
Radikal israilli siyasətçilərin müsəlmanların Hərəmi-Şərifə girişini məhdudlaşdırmasının şübhəsiz ki, çox ağır nəticələri olacaq. Axar.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstin lideri Mahmud Abbasla görüşdən sonra mətbuat konfransında deyib. “Yaxınlaşmaqda olan Ramazan ayı çərçivəsində təxribatların qarşısının alınması üçün mesajlarımızı lazımi ünvanlara çatdırırıq. Fələstinli qardaşlarımız arasında birlik və konsensusa nail olmaq üçün göstərilən səyləri də yaxından izləyirik. Bu mərhələdə İsrailin zülmünə ən yaxşı cavablardan biri fələstinlilər arasında birlik və həmrəyliyin təmin edilməsidir”, - deyə Ərdoğan bildirib.
2024-03-06
838,785
Qrossi Soçiyə gəldi, Balitski görüşdən imtina etdi
MAQATE-nin baş direktoru Rafael Qrossi ötən gün axşam saatlarında Soçiyə gəlib. Axar.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb. Qeyd edək ki, bundan əvvəl Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlardakı nümayəndəsi Mixail Ulyanov bildirib ki, Qrossi martın 5-də Soçiyə uçacaq və onun Zaporojye AES-ə dair Rusiya nümayəndə heyəti ilə görüşü planlaşdırılır. Rusiya tərəfindən Zaporojye vilayətinin qubernatoru vəzifəsini icra edən Yevgeni Balitski isə Soçidə MAQATE-nin baş direktoru Rafael Qrossi ilə görüşmək niyyətində olmadığını bildirib.
2024-03-06
838,786
Ərdoğandan İsrailə: Türkiyə buna hazırdır!
İsrail-Fələstin münaqişəsi ilə bağlı Türkiyə qarant mexanizmi çərçivəsində məsuliyyəti öz üzərinə götürməyə hazırdır. Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. “Daimi sülhün yeganə yolu 1967-ci il sərhədlərində paytaxtı Şərqi Qüds olan müstəqil, suveren və bütöv Fələstin dövlətinin yaradılmasıdır. Bu məsələyə ədalətli həll yolu tapılmadığı təqdirdə Yaxın Şərqdə sülh olmayacağı artıq dərk edilib”, - deyə dövlət başçısı bildirib.
2024-03-06
838,790
Husilər ABŞ-ın iki esminesinə zərbə endirdi
Yəmən üsyançıları husilər Qırmızı dənizdə ABŞ Hərbi Dəniz Qüvvələrinin iki esminesinə zərbə endirib. Axar.az xəbər verir ki, bu barədə qruplaşmanın nümayəndəsi Yəhya Səriya deyib. O, esmineslərə gəmi əleyhinə raket və PUA-larla zərbə endirildiyini açıqlayıb. Səriya bildirib ki, əməliyyat ABŞ və Britaniyanın hücumlarına cavab olaraq həyata keçirilib.
2024-03-06
838,791
1960-cı illərdə Xəzər dənizində balıq ovu - Video
AzTV 1960-cı illərdə Xəzər dənizində balıq ovunun görüntülərini yayımlayıb. Axar.az xəbər verir ki, televiziyanın “Qızıl fond”unda saxlanan həmin görüntülərdə Xəzər dənizindən qiymətli balıq növlərinin tutulduğu qeyd olunub. Həmin görüntüləri təqdim edirik:
2024-03-06
838,792
"Bayer"in çalışdırıcısı "Bavariya" ilə danışıqlar aparır?
"Bayer Leverkuzen" komandasının baş məşqçisi Xabi Alonsonun "Bavariya" ilə danışıqlar apardığı barədə məlumat yayılıb. Axar.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı yazıb. Leverkuzen təmsilçisinin mətbuat xidməti isə yayılan məlumatları təkzib edib: "Alonso “Liverpul”la danışıqlar apararkən klub rəhbərlərini məlumatlandırsa da, bu dəfə heç bir əlaqə barədə məlumat verilməyib". Qeyd edək ki, "Bayer" "Qarabağ"ın Avropa Liqasının 1/8 final mərhələsindəki rəqibidir.
2024-03-06
838,793
Qərb 90-cı illərdə Rusiyaya belə zərbə vururdu - Putin
Qərbin ötən əsrin 90-cı illərində Rusiyaya humanitar yardımları ölkə daxilindəki istehsalçılar üçün problemlərə gətirib çıxardı. Axar.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin deyib. “Humanitar yardım adı ilə hansısa məhsullar göndərirdilər. Humanitar yardım gəlirdi, istehsalçılarımız isə daxildə ölürdü. Çünki məhsullarını sata bilmirdilər. Zahirən yaxşı niyyətlərin digər tərəfi...” - deyə Kreml rəhbəri bildirib.
2024-03-06
838,794
Sumqayıtda maşın köşkə çırpıldı: yaralılar var
Sumqayıt şəhərində ağır yol qəzası baş verib. Axar.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Nəriman Nərimanov küçəsində qeydə alınıb. Belə ki, BMW markalı avtomobilin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini köşkə çırpıb. Qəza zamanı iki nəfər xəsarət alıb. Yaralılar Sumqayıt Şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb. Hadisənin səbəbi araşdırılır.
2024-03-06
838,795
Zelenski gəminin vurulmasından ruhlandı: Sübut etdik
Ukrayna müdafiəçilərinin imkanları sübut etdi ki, Qara dənizdə rus işğalçıları üçün təhlükəsiz liman yoxdur. Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib: "Artıq Qara dənizdə rus terrorçuları üçün təhlükəsiz limanlar yoxdur və olmayacaq. Və səmada da onlar üçün təhlükəsiz yer olmayacaq. Bu, həm tərəfdaşlardan gələn tədarüklərdən, həm də daxili istehsalımızdan asılıdır", - o bildirib. Qeyd edək ki, martın 5-də Rusiyanın Qara dəniz Donanmasına məxsus “Sergey Kotov” gəmisi Ukrayna dronları vasitəsilə vurulub.
2024-03-06
838,796
Mehdiyev şirkət qurdu, sabiq rəis direktor oldu
Ötən ilin may ayında işdən çıxarılan Gömrük Komitəsinin Maliyyə və Təchizat İdarəsinin rəisi, gömrük polkovniki Fuad Əlizadə şirkət rəhbəri təyin edilib. Axar.az “Qaynarinfo”ya istinadla xəbər verir ki, polkovnik işdən çıxdıqdan bir ay sonra “APF Group” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) qanuni təmsilçisi və direktoru olub. Nizamnamə kapitalı 50 manat olan şirkətlər qrupunun fəaliyyət sferası hazırda dörd əsas istiqaməti əhatə edir: inşaat, kənd təsərrüfatı, otelçilik və qida sektoru. Şirkətin baş ofisi isə Naxçıvan şəhərində yerləşir. Bildirilib ki, “APF Group” MMC Dövlət Gömrük Komitəsinin sabiq sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyevindir. Artıq şirkət bir sıra dövlət qurumları ilə əməkdaşlıq müqavilələri də bağlayıb. Qeyd edək ki, Fuad Əlizadə həm də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi olub.
2024-03-06
838,797
Çin "dinc yoldan" imtina etdi: Yeni müharibə?
Ümumçin Xalq Nümayəndələri forumunda ölkənin Baş naziri Li Tsyanın yeni hökumət hesabatında Tayvanla “dinc yolla birləşmə”dən bəhs edilmir. Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb. Bildirilib ki, baş nazir əvvəlki hesabatlarda istifadə edilən "dinc" sözünün istifadəsindən imtina edərək, bu məsələdə qətiyyətli olmaq istəyini vurğulayıb. Bundan əlavə, hesabatda Çinin bu il müdafiə xərclərini 7,2% artırmaq planı da qeyd olunur ki, bu da son 11 ildə hərbi büdcəni iki dəfədən çox artırmaq deməkdir.
2024-03-06
838,798
Bakıda 18 yaşlı gənc adam öldürdü
Martın 6-da saat 00:15 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində 1998-ci il təvəllüdlü İlham Haqverdiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Bu barədə Axar.az-a Qaradağ Rayon Prokurorluğundan məlumat verilib. Qeyd olunub ki, araşdırmalarla 2006-cı il təvəllüdlü Məzahir Bayramovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı tanışı İlham Haqverdiyevi kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Məzahir Bayramov iş üzrə prokurorluğun qərarı əsasında şübhəli şəxs qismində tutulub. Hazırda ibtidai istintaq davam edir.
2024-03-06
838,800
Neftin bu günə olan qiyməti
Dünya birjalarında neft ucuzlaşmaqda davam edir. Axar.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 82,21 dollara, yüngül neftin bir barreli isə 78,33 dollara təklif olunur.
2024-03-06
838,803
Rusiyada İES-də partlayış: 18 nəfər yaralandı - Video
Rusiyanın Tuva Respublikasında istilik elektrik stansiyasında (İES) partlayış olub. Axar.az xəbər verir ki, bu barədə respublikanın başçısı Vladislav Xovalıq bildirib. Onun sözlərinə görə, hadisə nəticəsində 18 nəfər yaralanıb: “6 nəfərin vəziyyəti ağır, 9 nəfərin vəziyyəti orta ağırdır. Daha üç nəfərin vəziyyəti qənaətbəxşdir. Hazırda bütün yaralılar xəstəxanalara çatdırılır”.
2024-03-06
838,804
Ölkə əhalisinin neçə faizini qadınlar təşkil edir?
2024-cü ilin əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,2 faizini qadınlar təşkil edib. Axar.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, ötən ildə doğulmuş 112,6 min körpədən 46,9 faizi qız uşaqları olub. Ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 82,7 faizi, orta ixtisas təhsil müəssisələrində 79,4 faizi, ali təhsil müəssisələrində 58,7 faizi, həkimlərin isə üçdən ikisi qadınlardır. Ümumi təhsil müəssisələrində təhsilalanların 46,6 faizini, orta ixtisas təhsili müəssisələri tələbələrinin 62,5 faizini, ali təhsil müəssisələri tələbələrinin isə yarısını qızlar təşkil edir. Məlumatda həmçinin qeyd edilib ki, elmi işçilərin 59,2 faizini qadınlar təşkil edir. Son 10 ildə onlardan elmlər doktoru elmi dərəcəsi olanların sayı 1,6 dəfə, fəlsəfə doktoru elmi dərəcəsi olanların sayı isə 1,5 dəfə artıb. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərindən 7-si, müxbir üzvlərindən isə 9-u qadındır. Azərbaycan qadınları ölkənin sosial-iqtisadi həyatında fəal iştirak edir və onların məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi ilkin məlumatlara əsasən 47,9 faiz təşkil edir. Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 29,4 faiz, fərdi sahibkarlar arasında isə 22,7 faizdir. Milli Məclisdə 1990-cı ildə bütün deputatların 4,3 faizini, 2000-ci ildə 10,7 faizini qadınlar təşkil edirdisə, bu gün ölkədə qadın deputatların xüsusi çəkisi 17,9 faizə çatıb. Vurğulanıb ki, sürücülük vəsiqəsi alanların ümumi sayında qadınların xüsusi çəkisi 2008-ci ildə 4,6 faiz olduğu halda, 2023-cü ildə 12,0 faizədək artıb.
2024-03-06
838,805
Tanınmış blogerin restoranında bıçaqlanma: saxlanılan var
09:36 Bakının Yasamal rayonunda restoranda dava düşüb. Axar.az APA-ya istinadən xəbər verir ki, hadisə “Papaq” restoranında qeydə alınıb. Belə ki, 2001-ci il təvəllüdlü Aqil Anar oğlu Yaqubov restoranda qardaşı ilə mübahisə edən şəxslərlə əlbəyaxa olub. O, həmin vaxt bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib. Qeyd edək ki, “Papaq” restoranlar şəbəkəsinin sahibi bir vaxtlar tanınmış bloger olan Hüseyn Əzizoğludur. Faktı Yasamal Rayon Polis İdarəsinin 26-ci Polis Şöbəsinin əməkdaşları araşdırırlar. *** Bakının Yasamal rayonunda yerləşən “Papaq” restoranında baş verən bıçaqlanma hadisəsi ilə bağlı araşdırma aparılıb, əməli törədən şəxs müəyyən olunaraq saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin inspektoru, polis kapitanı Nurlan Əliyev məlumat verib. O bildirib ki, əmələ hüquqi qiymət veriləcək: “Əməli törədən şəxs müəyyən olunaraq saxlanılıb. Zərərçəkmişin xəsarətlərinin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”.
2024-03-06
838,813
Xankəndidə avtomat və qumbara aşkarlandı
Polis əməkdaşları ötən gün Xankəndi şəhərində avtomat və qumbara aşkarlayıb. Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, keçirilən tədbirlərlə martın 5-də Xankəndi şəhəri ərazisindən 1 ədəd avtomat silahı, 1 ədəd tüfəng, 1 qumbara, 23 ədəd alışdırıcı, 11 patron darağı, 570 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
2024-03-06
838,814
Daha bir İran casusu saxlanıldı - Foto
Azərbaycan polisi İranın molla rejiminə xidmət edən, onları təbliğ edənlərin ifşası istiqamətində əməliyyat tədbirlərini davam etdirir. Axar.az xəbər verir ki, bu barədə MOUZE Teleqram kanalı məlumat yayıb. Məlumata görə, həyata keçirilən tədbirlər nəticəsində Saatlı şəhər sakini Ramil Talıbov da tutulub. Məsələ ilə bağlı rəsmi məlumat yoxdur.
2024-03-06
838,816
Kişi evdə oğlunun meyitini tapdı
Zaqatala rayonunda 38 yaşlı kişi evdə ölü tapılıb. Axar.az xəbər verir ki, hadisə şəhərin Mikayıl Müşviq küçəsi, ev 26 ünvanında qeydə alınıb. Belə ki, Zaqatala Rayon Polis Şöbəsindən rayon prokurorluğuna 1986-cı il təvəllüdlü Rəşad Qurbanovun yaşadığı evdə ölməsi barədə məlumat daxil olub. İlkin araşdırma zamanı müəyyən edilib ki, R.Qurbanov yuyunmaq üçün axımlı su qızdırıcısının quraşdırıldığı hamam otağına keçib, həmin gün saat 06:30 radələrində hamam otağında atası Fərhad Qurbanov tərəfindən ölmüş vəziyyətdə aşkar edilib.
2024-03-06
838,819
Ukrayna 38 “Şahid”i məhv etdi
Rusiya ordusu Ukrayna ərazisinə 42 “Şahid” PUA-sı ilə hücum edib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Hücum zamanı Ukrayna ordusu Rusiyaya məxsus 38 PUA-nı məhv edib. İnfrastruktura dəyən ziyanla bağlı dəqiq məlumat yoxdur.
2024-03-06
838,820
Bu şəxslər özəl universitetlərdə pulsuz təhsil alacaq
Şəhid ailəsinin üzvləri özəl universitetlərdə pulsuz təhsil alacaqlar. Axar.az xəbər verir ki, bununla bağlı "Təhsil haqqında" qanuna dəyişiklik təklif edilir. Layihə sosial müdafiəyə xüsusi ehtiyacı olan bir sıra şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi sahəsində normativ hüquqi aktların təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Layihəyə əsasən, "Təhsil haqqında" qanunda maddənin yeni redaksiyada verilməsi və mövcud qanunvericilikdə nəzərdə tutulan təhsil xərcləri ilə bağlı azadolmaların, o cümlədən bir sıra yeni imtiyazların qeyd edilən maddəyə əlavə edilməsi təklif olunur. Belə ki, yeni imtiyaz olaraq özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində şəhid ailəsinin üzvlərinin, peşə təhsili müəssisələrində "Müharibə veteranı" adı almış şəxslərin, özəl peşə təhsili müəssisələrində isə əlilliyi olan şəxslərin, 20 yaşına çatmamış və orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş valideyni olan, aylıq gəliri yaşayış minimumundan aşağı olan şəxslərin ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi nəzərdə tutulur.
2024-03-06
838,823
Nuland buna görə istefa verdi
ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nulandın istefasının səbəbi onun siyasi baxışlarının Ağ Evdən fərqlənməsidir. Axar.az xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin keçmiş kəşfiyyatçısı Skot Ritter deyib. “Gəlin, buna aydınlıq gətirək. Bu, onun könüllü qərarı deyildi. O, artıq Bayden və Blinken tərəfindən həyata keçirilən siyasətdə onlarla eyni dalğada deyil. Nuland Amerika administrasiyası ilə bir növ “ya güzəştə getməli, ya da istefa verməli” vəziyyətinə düşdü, prinsipial bir insan olduğu üçün ikincini seçdi”, - o bildirib.
2024-03-06
838,824
Hizbullah İsrailə 30 zərbə endirdi
Hizbullah Livandan İsrailin şimalındakı Kiryat Şemona 30-a yaxın raket atıb. Axar.az xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb. Məlumata əsasən, İsrailin Dəmir Qübbə sistemi azı 10 raketi zərərsizləşdirə bilib. Bu hücumların itki və ya dağıntılara səbəb olub-olmadığı barədə hələlik heç bir məlumat verilməyib.
2024-03-06
838,829
Bunu edən sürücülər 50 AZN cərimələnəcək - Video
Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) mobil telefonlardan istifadə ilə bağlı sürücülərə müraciət edib. Bu barədə Axar.az-a NİİM-dən məlumat verilib. Bildirilib ki, yol-nəqliyyat hadisələrinin baş vermə səbəblərindən biri də nəqliyyat vasitəsinin hərəkəti zamanı sükan arxasında mobil telefondan istifadə etməkdir: "Bu vəziyyətdə sürücünün diqqəti yayınır və qəza baş vermə riski əhəmiyyətli dərəcədə artır. Təəssüflər olsun ki belə olduğu təqdirdə ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisələrinin baş verməsi qaçılmaz olur. Təhlükənin miqyasını nəzərə alaraq Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin hazırladığı növbəti maarifləndirici videoçarxı təqdim edirik". "İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsinə əsasən, nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əlində saxlamaqla ondan istifadə etməsinə görə 50 manat məbləğində cərimə nəzərdə tutulub", - məlumatda qeyd olunub.
2024-03-06
838,830
Azərbaycanda 3000 manat maaş alan müəllimlər var - Sədr
Ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrində sertifikasiya prosesi həyata keçirilir. Bu stimullaşdırıcı tədbirdir. Bir tərəfdən təhsil verənlərin öz üzərilərində çalışması, bilik, bacarıq və səriştələrinin artırılması baxımından önəmlidir. Digər tərəfdən isə onların maaşlarının artırılması təsir göstərir. Axar.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev komitənin bu gün keçirilən iclasında deyib. B.Əliyev qeyd edib ki, kim daha çox bal toplayırsa, onların əməkhaqqına əlavələr olur. “Bu da müəllimlərimizin 2026-cı ildən təqribən minimum əməkhaqqının 1000 manatdan yuxarı başlayacağına dəlalət edir. Bu gün 1500, 2500 və 3000 manat maaş alan təhsilverənlərimiz var. Burada söhbət ümumtəhsil müəssisələrindən gedir. Eyni məsələ məktəbəqədər, məktəbdənkənar və ali təhsil müəssisələrinə də şamil edilir”, - komitə sədri bildirib.
2024-03-06
838,832
İranda sərhəd zastavası komandiri öldürüldü
İranın Cənubi Xorasan əyalətinin Nəhbəndan sərhəd bölgəsində Çekab zastavasının komandiri güllələnərək öldürülüb. Axar.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Bildirilib ki, narkotik maddə qaçaqmalçıları ilə silahlı qarşıdurma zamanı baş leytenant Sərhəng Müəzzin öldürülüb, başqa bir zabit və əsgər isə yaralanıb.
2024-03-06
838,835
Narkotikdən meyxana deyən tarix müəllimi...
Kult.az meyxanaçı Rüfət Nasosnu ilə müsahibəni təqdim edir: - Rüfət, meyxanadan əlavə müğənnilik də edirsiniz. Yoxsa, siz də şou-biznesə keçdiniz? - Keçdiniz deyəndə, mən elə iki ildir, şou-biznes adamıyam. - Meyxanaya nə oldu ki? Nə qane etmədi? - Heç nə olmadı. Sadəcə, bu da bir yoldur, sənətdir. Burada da halal insanlar var, çox yaxşıdır. Hansı ki, heç kim heç kimi toyundan eləmir, məclisdən uzaq salmır, bir sözlə, heç bir maneə törədilmir. - Deyəsən, meyxanada kimlərdənsə acıqlısınız. Sizi məclislərdən, toylardan uzaq salırlar? - Bir söz deyim, hər sahədə pis adamlar var, bu heç. Amma həm də bu cür şeylər əvvəl-əvvəl şou-biznesdən keçib. Yaxşı şeylərin çoxunu götürməyib, həm də bunu götürüblər. Ümumiyyətlə, meyxanaçının toya pul danışıb getməsi əvvəllər olmayıb. Toyun sonunda meyxanaçılar gəlirdi, kim nə verdi-verdi idi. Sonra artıq zaman dəyişdi, pul məsələləri ortaya çıxdı. Elə toylar var, orada gedirdin, şabaş olmurdu. Meyxanaçılar bu və digər iqtisadi səbəbləri nəzərə alıb, pul ilə danışığa keçdilər. - Məclislərdən uzaq salınmaq məsələsi ən çox Rəşad Dağlının adına çıxılır. Sanki hər şeyi o idarə edirdi… - Rəşadın boynuna yıxmaq olmaz. Bu məsələlər ta əzəldən olan söhbətlərdir. Mən kiminsə eybini açıb günahkar olmaq istəmirəm. Mənim halım yoxdur kiməsə görə Allaha cavab verim. Özümün o qədər günahlarım var ki, onlara görə güclə cavab verəcəm. - Oxuduğunuz mahnılar birmənalı qarşılanmır. Sosial şəbəkələrdə səsinizə lağ edən xeyli adam var… - Hər cür adam var da. Mənim üçün onlar önəmli adamlar deyil. O qədər adam tərifləyir məni. Bəs onlar necə? Baxıram, görürəm ki, pisləyənlər kimlərdir. Musiqi savadı, zövqü olmayan adamların fikri mənə maraqlı deyil. - Belə çıxır ki, pisləyən adamların hamısı savadsız, zövqsüz adamlardır? - Cəmiyyətin damarını tutursansa, nə oxusan gedir. Azərbaycanda musiqini bilən adam azdır. Mənim “Bağışla” mahnım təzə çıxanda çox tənqid edildi. Sonra on minlərlə çarx çəkildi, milyonlarla baxış oldu, cəmiyyət də qəbul elədi. Əgər bir şey pisdirsə, mən onu cəmiyyətə təqdim eləmərəm. O mahnını elə yerdə oxumuşam, xalq artistləri də bəyənib. Hər şey təqdimatdan asılıdır həm də. - “Əgər bir şey pisdirsə, mən onu cəmiyyətə təqdim eləmərəm” deyirsiniz. Amma meyxanalarda narkotikdən, kriminaldan çox demisiniz. - Nöqsan adam üçündür də. Bu da bizim, mənim nöqsanlarımdan biridir, qəbul edirəm. Amma mən sırf kriminaldan meyxana deməmişəm. Ab-havadan asılıdır. Kişi məclisi olub, demişəm. Kimsə bunu təbliğ, reklam kimi başa düşübsə, yenə deyirəm, bizim səhvimizdir. - Meyxanaçıları həm də savadsız olmaqda günahlandırırlar. Siz deyəsən, tarix müəllimisiniz. - Bəli, ixtisasım tarix müəllimliyidir. - Dərs demisiniz? - Gənc vaxtı bir müddət dərs demişəm, amma gördüm, mənlik deyil. Meyxanaçının savadlı olmağına nə ehtiyac var? Düzdür, yaxşı olar ki, olsun, amma vacib deyil. Hər ali təhsilli də savadlı deyil. Meyxanada da var belələri. Təhsil almaq o demək deyil ki, savadın da var. - Bir tarix müəllimini meyxanaçı olmağa nə vadar edib? Müəllim olmaq pis idi? - Heç nə vadar etməyib. Sadəcə, istəməmişəm. Əgər ixtisasımın üstünə düşsəydim, indi ən azı nazirlikdə şöbə rəisi, nazir müavini işləyərdim. Potensialıma bələdəm. - Bəs niyə müəllim kimi qalıb işləmədiniz, şöbə rəisi, nazir müavini olmadınız? - Həyat tərzim imkan vermədi, müəllimə uyğun həyat tərzi deyildi, 2000-ci illərdə də meyxanaya başladım, ona görə. - Həyat tərzi deyəndə meyxanaçı olmağı nəzərdə tutursunuz, yoxsa başqa məsələlər var? - Meyxanaçının həyat tərzi pis deyil. Sadəcə, zamanında səhvlərimiz ucbatından pis təqdim olunub. Mən öz səhvlərimi nəzərdə tuturam ki, o səhvlər heç bir sənət adamına yaraşmaz. - Konkret olaraq söhbət hansı səhvlərdən gedir? - Açıb-ağartmağa nə ehtiyac var? Nə eşitmək istəyirsiniz? Hər şey geridə qalıb, hamı da yaxşı bilir, bu söhbətlər indi edilməsə yaxşıdır. - Rüfət bəy, son olaraq müsahibəni oxuyan adamlar sizi öz toyunda görmək istəsələr, onlara hansı qiyməti deyərsiniz? Mərhum Vüqar Biləcəri deyirdi, damara baxıb qan almışıq, kasıbın toyuna 300-lə düzəlişmək də olar... - Qiymət önəmli deyil. Mən cəmiyyətin hər təbəqəsinin toyuna gedirəm, hər məclisə də bir qiymət olur. Bekaramsa, çağıran adam kasıbdırsa, lap havayı da gəlib yola verəcəm, ürək sındırmaram heç vaxt.
2024-03-06
838,836
Bitkoinin qiyməti tarixi rekordu yenilədi
Bitkoinin qiyməti bütün tarixi ərzində ən yüksək həddi keçib. Dünən bitkoinin faktiki qiyməti 69 min dollara çatıb. Axar.az xəbər verir ki, bu barədə “Tex Nyus” məlumat yayıb. “Maksimum dəyərə çatdıqdan dərhal sonra investorlar və 2021-ci ildə 69 min dollara bitkoin alanlar və investisiyalarını geri qaytarmaq üçün fürsət gözləyənlər qazanc əldə etməyə başlayıblar. Nəticədə ciddi korreksiya baş verib və bu müddət ərzində bitkoinin məzənnəsi dünən axşam saatlarında 60 min 500 dollara düşüb. Lakin sonra qiymət təxminən 63 min 500 dollara qalxmağa başlayıb”, - məlumatda deyilir. Qeyd olunur ki, mütəxəssislər müxtəlif proqnozlar verirlər: “Bəziləri məzənnənin artmaqda davam edəcəyinə və yeni rekordlara imza atacağına, bəziləri isə yeni qiymət sıçrayışına qədər dəyərin 50-55 min dollara düşəcəyinə əmindir”.
2024-03-06
838,838
İstanbulda güclü yanğın - Video
İstanbul Texniki Universitetinin Maslak məhəlləsindəki kampusunda yanğın olub. Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Bildirilib ki, yanğın fəhlələrin qaldığı konteynerdə baş verib. Dərhal əraziyə çox sayda yanğınsöndürən və təcili yardım briqadası cəlb edilib. Yanğın nəzarət altına alınıb, tələfat yoxdur. Faktla bağlı araşdırma aparılır.
2024-03-06
838,839
Zakir Həsənov Türkiyəyə getdi
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti martın 6-da Türkiyəyə rəsmi səfərə gedib. Bu barədə Axar.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Səfər çərçivəsində müdafiə nazirinin qardaş ölkədə görüşləri, eləcə də Türkiyənin bir sıra hərbi obyekt və müəssisələrini ziyarəti planlaşdırılır.
2024-03-06
838,841
Uşaqlar toqquşdu, tonqalın içinə düşdülər - Video
Od çərşənbəsində tonqaldan tullanan azyaşlılar toqquşaraq alova yıxılıblar. Axar.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yer alıb. Belə ki, məhəllədə çərşənbə münasibəti ilə qalanan tonqalda iki azyaşlı toqquşaraq xəsarət alıb. Həmin görüntüləri təqdim edirik:
2024-03-06
838,843
Təsdiqləndi: İran bu ölkəyə “Fateh” və “Zülfüqar” verib - Video
Londona çatan məlumata görə, İran Rusiyaya yer-yer tipli ballistik raketlər verib. Axar.az xəbər verir ki, bunu Britaniyanın müdafiə naziri Qrant Şapps “Haus” nəşrinə müsahibəsində deyib. O, İranın siyasətini tənqid edərək, Tehranı beynəlxalq münaqişələri təhrik etməkdə və qızışdırmaqda ittiham edib: “İranın mənfi təsirləri təkcə Yaxın Şərqlə məhdudlaşmır, Tehranın Moskvaya dəstəyi ilə bu mənfi təsirlər Avropaya da çatıb”. Qeyd edək ki, fevralın 21-də “Röyters” altı məlumatlı mənbəyə istinadən İranın Rusiyaya 400-ə yaxın yaxınmənzilli “Fateh 110” və “Zülfüqar” raketləri verdiyini bildirmişdi.
2024-03-06
838,844
742-ci gün: Rusiyanın itkiləri açıqlandı
Ukrayna müharibənin 742-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 420 270 hərbçi, 6 678 ədəd tank, 12 728 ədəd zirehli döyüş maşını, 10 308 ədəd artilleriya sistemi, 1008 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 701 hava hücumundan müdafiə sistemi, 347 ədəd hərbi təyyarə, 325 ədəd helikopter, 13 479 ədəd avtomobil texnikası, 7 921 ədəd PUA, 1 918 qanadlı raket, 26 gəmi/kater, 1 sualtı qayıq, 1 642 xüsusi avadanlıq itirib.
2024-03-06
838,848
Komitə sədrindən qazilərlə bağlı təklif
Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev Vətən müharibəsi qazilərinin ali təhsil müəssisələrinə qəbulu üçün müəyyən güzəştlərin olunmasını təklif edib. Axar.az Report-a istinadən xəbər verir ki, B.Əliyev bu barədə komitənin bugünkü iclasında bildirib. O qeyd edib ki, Vətən müharibəsində əlilliyi olan şəxslərin bir çoxu gənclərdir və onlar ali təhsil ala bilmədən səngərdə xidmət etməyə getmişdi: “Təhsil haqqında” qanunda yer alan bakalavr təhsil səviyyəsi üzrə hazırlıq qruplarının yaradılması barədə maddə var. Məndə olan məlumata görə, bu günə qədər heç bir ali təhsil müəssisəsində hazırlıq qrupları fəaliyyət göstərmir. Bu qrupların təşkilinin siyahısını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir”. B.Əliyev deyib ki, “Ali təhsil haqqında” qanun layihəsi müzakirə edilərkən qazilər üçün hazırlıq qruplarında müəyyən kvotaların nəzərdə tutulması qaldırılmışdı: "Çünki həmin şəxslər hazırlıq qruplarına qəbul olunduqdan sonra sonda imtahandan keçdikdə I kurs üzrə müvafiq ixtisaslara qəbul olunurlar. Bu o demək deyil ki, onlar imtahansız universitetə qəbul ediləcək? Xeyr. Sadəcə birillik hazırlıq müddətindəki tədris onlara imkan verəcək ki, qəbul imtahanlarına hazırlansınlar, gələcək I və II kurslarda həmin fənlərlə bağlı müəyyən kreditləri qazana bilsinlər. Bu məsələni Elm və Təhsil Nazirliyinin bir daha nəzərdən keçirməsini xahiş edirəm. Çünki məsələ aktual və gündəmdədir”.
2024-03-06
838,852
BP Cəbrayılda günəş elektrik stansiyası tikəcək
Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl rayonunda “Şəfəq” layihəsi çərçivəsində fotovoltaik (PV) günəş elektrik stansiyasının tikinti işlərinə bu ilin ikinci yarısında başlanacaq. Axar.az xəbər verir ki, bunu "Lightsource BP" şirkətinin ətraf mühit və sosial məsələlər üzrə baş planlama mütəxəssisi Aaron Şeyn “Şəfəq” layihəsinin iş proqramı çərçivəsində layihə üçün Ətraf Mühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədinin ilkin variantını müzakirə etmək üçün ictimaiyyətlə keçirilən görüş zamanı bildirib. A.Şeynin sözlərinə görə, layihə çərçivəsində tikinti işlərinin təxminən 18 ayadək davam edəcəyi gözlənilir. Bildirilib ki, sənədin mart ayında Ekologiya Nazirliyinə təqdim olunması, aprel ayında isə təstiq olunması gözlənilir. Qeyd edək ki, “Şəfəq” layihəsi BP tərəfindən icra edilir. Stansiyanın tikintisinə hazırlıq "Lightsource BP" şırkəti tərəfindən aparılıb. ƏMSSTQ “Şəfəq” layihəsi üzrə aparılacaq fəaliyyətlərin ətraf mühitə və sosial-iqtisadi sahəyə potensial təsirləri nəzərdən keçirilir və tövsiyə edilən təsirazaltma tədbirləri təsvir edilir. ƏMSSTQ prosesinin məqsədi nəzərdə tutulan işlərin ətraf mühitə və sosial-iqtisadi sahəyə hər hansı mənfi təsirlərinin müəyyənləşdirilməsini və minimuma endirilməsini, mümkün olduqda isə aradan qaldırılmasını təmin etməkdir. Qeyd edək ki, PV günəş elektrik stansiyası təxminən 802 hektarlıq ərazini əhatə edəcək və 240 meqavat dəyişən cərəyan (MVtAC) gücünə malik olacaq. Layihəyə 240 MVtAC gücündəki PV günəş elektrik stansiyasının layihələndirməsi, təchizatı, mühəndislik, tikinti, quraşdırma, sınaq, istismara buraxma işləri və istismar mərhələsi daxildir.
2024-03-06
838,853
Orban ABŞ-a gedir, Trampla görüşəcək
Macarıstanın xarici işlər naziri Piter Siyarto ölkənin Baş naziri Viktor Orbanın ABŞ-a səfərinin səbəbini açıqlayıb. Axar.az xəbər verir ki, bu barədə Rusiya mətbuatında məlumat yayılıb. Siyartonun sözlərinə görə, Macarıstan hökumətinin başçısı martın 8-də Amerikanın Florida ştatına səfər edəcək və orada ABŞ-ın keçmiş prezidenti Donald Trampla görüşəcək: “Biz Ukraynada və Şərqi Avropada sülhə necə nail olmaq olmağı müzakirə etmək istəyərdik”.
2024-03-06
838,857
Ermənipərəst Menendezə yeni ittiham irəli sürüldü
Korrupsiyada, eləcə də Misir və Qətərə agentlik etməkdə ittiham olunan Nyu Cersinin ermənipərəst senatoru Robert Menendez ədalət mühakiməsinə mane olmaqda ittiham olunub. Axar.az xəbər verir ki, bu barədə Nyu York Məhkəməsinin məlumat bazasında dərc edilən rəydə deyilir. Rəyə görə, senatora və onun arvadına qarşı əvvəllər irəli sürülən ittihamlara ədalət mühakiməsinə mane olmaq üçün yeni plan hazırlamaq ittihamı da əlavə edilib. Qeyd edək ki, 2023-cü ilin sentyabrında senatora və onun erməni əsilli arvadına qarşı korrupsioner sövdələşmələrdə iştirak və yüz minlərlə dollar rüşvət almaları ilə bağlı ittihamlar irəli sürülüb.
2024-03-06
838,858
Türk muxtariyyəti Ankaraya çağırış etdi: Kömək edin!
Qaqauz Eli Ankaranın Moldova hakimiyyətinə təsir edəcəyini və bölgənin xüsusi hüquqi statusunun pozulmasına imkan verməyəcəyini gözləyir. Axar.az xəbər verir ki, bunu Qaqauz muxtariyyətinin rəhbəri Yevgeniya Qutsul deyib. “Ötən ilin sentyabrında Türkiyənin XİN rəhbəri Hakan Fidanla görüşdə hakim partiyanın və Moldova Prezidentinin qaqauz xalqına qarşı yürütdüyü ayrı-seçkilik siyasətindən danışdım. Ümid edirik ki, rəsmi Ankara Kişinyov hakimiyyətinə təsir edəcək və bizim xüsusi hüquqi statusumuzun pozulmasına imkan verməyəcək”, - o bildirib.
2024-03-06
838,859
Əsədovla Mişustin arasında maraqlı dialoq - Video
Azərbaycanda səfərdə olan Rusiya hökumətinin sədri Mixail Mişustin Milli Xalça Muzeyində olub. Axar.az Oxu.az-a istinadən xəbər verir ki, muzeyin nümayəndələri Azərbaycan hökumət başçısı Əli Əsədova və onun rusiyalı həmkarına xalçaçılığın təkamülü, onun sadədən mürəkkəbə doğru keçdiyi yoldan, xovsuz xalçaların müxtəlif növlərinin nümunəsindən danışıblar, həmçinin xalçaçılığın inkişafının ən yüksək mərhələsini təmsil edən xovlu xalçalar nümayiş etdirilib. Ekskursiya zamanı qonaqlar və muzeyin nümayəndələri arasında maraqlı dialoq da baş tutub. Belə ki, Rusiya hökumət başçısına “arzuları yerinə yetirən” xalçalar nümayiş etdirilib. “Bu xalçalardan şal kimi də istifadə olunub. Qızlar üzərində otururdular, bir arzu tuturdular, sonra onu yeddi gecə açıq havada saxlayırdılar. Onlar arzularının mütləq gerçəkləşəcəyinə inanırdılar”, - deyə muzeyin nümayəndəsi bildirib. Əli Əsədov isə qızların hər zaman eyni istəklərinin olduğunu bildirib. “Hansı? Ərə getmək?” - deyə soruşan rusiyalı nazirə azərbaycanlı həmkarı “əlbəttə” cavabı verib. Qeyd edək ki, muzeydə Azərbaycan xalça sənətinin nadir nümunələri saxlanılır. Muzeyin fonduna 10 mindən çox eksponat, o cümlədən tunc dövrü, antik dövr və erkən orta əsrlərə aid eksponatlar daxildir. Muzeyin kolleksiyalarında ölkənin müxtəlif bölgələrindən milli geyimlər də var. Ekskursiyanın sonunda Mixail Mişustin muzeyin fəxri qonaqlar kitabına qeyd yazıb.
2024-03-06
838,865
Mişustin Heydər Əliyevin məzarını ziyarət etdi - Foto
Rusiya Baş naziri Mixail Mişustinin başçılıq etdiyi nümayəndə heyəti martın 6-da Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə əklil qoyub. Axar.az xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə tər güllər düzülüb.
2024-03-06
838,867
Tramp ianə almaq üçün Maskla görüşdü
ABŞ sabiq prezidenti Donald Trampın öz seçki kampaniyası üçün böyük pul iyanəsi tapmaq məqsədilə bir neçə varlı şəxslə görüşdüyü iddia olunur. Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb. Məlumata əsasən, o, Floridada bir neçə varlı şəxs və ”Tesla” şirkətinin baş direktoru, dünyanın ən zəngin adamlarından biri olan İlon Maskla görüşüb. Tezliklə onun Maskla təkbətək görüş keçirəcəyi gözlənilir. İlon Maskın bu seçki kampaniyasını maliyyələşdirməyi palanlaşdırıb-planlaşdırmadığı dəqiq bilinmir, ancaq onun sosial mediadakı paylaşımlarından hazırkı prezident Co Baydenlə razılaşmadığı aydın görünür.
2024-03-06
838,870
Hakimin rüşvətə görə həbs edilən qardaşı azadlığa çıxdı
Kürdəmir Rayon İcra Hakimiyyəti başçısı Ceyhun Cəfərovun işində həbs olunan Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının sabiq baş həkimi Məhəmməd Musayev azadlığa çıxıb. Axar.az Unikal.az-a istinadən xəbər verir ki, o, məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülüb. Qeyd edək ki, M.Musayev Qazax Rayon Məhkəməsinin hakimi Nemət Musayevin qardaşıdır. Xatırladaq ki, adıçəkilən şəxslərin cəzası ötən il Ali Məhkəmə tərəfindən azaldılıb.
2024-03-06
838,873
Birbankdan Yel çərşənbəsinə özəl kampaniya
6-12 mart 2024-cü il tarixlərində Birbank Cashback Mastercard taksit kartını onlayn olaraq əldə edən müştərilər 1 aprel 2024-cü il tarixinədək “Elektronika” və “Ev əşyaları” kateqoriyaları üzrə ilk birdəfəlik 100 AZN və üzəri nağdsız əməliyyatları həyata keçirərək 30 AZN qazanacaqlar. Qazanılan məbləğ ödəniş edildikdən dərhal sonra müştərinin keşbek hesabına əlavə ediləcək. Onu da qeyd edək ki, fürsətlər taksit, POS terminal və ya onlayn ödənişlərə şamil olunur. Ətraflı məlumat üçün: https://kbl.az/tlpv Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holdinqə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün - https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün - https://kbl.az/prcrc.
2024-03-06
838,875
Sabiq şöbə rəisi 800 maşını qanunsuz rəsmiləşdiribmiş...
Dövlət Gömrük Komitəsinin Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsinin Gömrük risklərinin strateji araşdırılması şöbəsinin rəisi Anar Aslanovun cinayət işi məhkəməyə göndərilib. Bu barədə Axar.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, İstintaqla Anar Aslanovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ayrı-ayrı şəxslərdən aldığı külli miqdarda rüşvət müqabilində Nazirlər Kabinetinin “İstismar olunan minik avtomobillərinin gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında” 29.03.2023-cü il tarixli qərarının tələblərini pozmaqla 2023-cü ilin iyun-avqust aylarında Gürcüstandan Azərbaycana idxal olunmuş istehsal tarixi 10 ildən artıq olan ümumilikdə 800-dən artıq avtomobilin qanunsuz şəkildə rəsmiləşdirməsinə şərait yaratmasına əsaslı şübhələr müəyyən edilmişdir. İş üzrə toplanmış mötəbər sübutlar əsasında Anar Aslanova Cinayət Məcəlləsinin 308.2. (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə yekun ittiham elan edilməklə barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorunun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
2024-03-06
838,879
Yaşıl enerji ölkəmiz üçün prioritet istiqamətlərdən biridir
Azərbaycanın Avropa qitəsində enerji daşıyıcıları sahəsində fəaliyyətini genişləndirməsi həm ölkəmiz, həm də tərəfdaşlarımız üçün zəruridir. Məhz bu baxımdan Cənub Qaz Dəhlizi son dərəcə böyük önəm daşıyan bir layihədir. Məlumdur ki, cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısına hər dəfə Azərbaycan ev sahibliyi edir. Bu isə ölkəmizin layihədə aparıcı rolunu təsdiqləyən mühüm amillərdən biridir. Axar.az xəbər verir ki, bu sözləri deputat Kamaləddin Qafarov deyib. O xatırladıb ki, Cənub Qaz Dəhlizinin sonuncu hissəsi olan TAP layihəsi 2020-ci ilin dekabr ayının 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündə tamamlandı. “Əlbəttə ki, Avropa Komissiyası və Azərbaycan əsas həmtəşkilatçılar və bütün ölkələrin, şirkətlərin və beynəlxalq maliyyə institutlarının Məşvərət Şurasının iclasında səylərinin koordinatorları olaraq bu layihənin həyata keçirilməsində çox mühüm rol oynamışlar. Bu nəhəng layihənin dəyəri 33 milyard ABŞ dollarıdır. Cənub Qaz Dəhlizi layihəsi həm də müasir tarixdə çox azsaylı layihələrdən biridir ki, onun icrasına bütün aparıcı beynəlxalq maliyyə institutları öz töhfəsini vermişdir. Azərbaycan beynəlxalq bazarlara enerji resurslarının etibarlı təchizatçısı statusunu daha da möhkəmləndirib. Möhtərəm dövlət başçımız cari il martın 1-də “Euronews” televiziyasına verdiyi müsahibəsində xüsusi olaraq vurğuladı ki, bir zamanlar bəziləri düşünürdülər ki, bu layihəni reallaşdırmaq mümkün olmayacaq. Lakin Azərbaycan dövləti beynəlxalq maliyyə institutlarını dəvət edərək, ölkələr arasında, şirkətlər arasında bu əməkdaşlığı qurmağa müyəssər oldu. Bu gün isə Cənub Qaz Dəhlizi Avropa ölkələrinin enerji təhlükəsizliyinin təminatına böyük töhfələr verməkdədir və öz coğrafiyasını getdikcə genişləndirir" K.Qafarov Prezident İlham Əliyevin öz müsahibəsində Azərbaycanın COP29-a ev sahibliyi etməsilə bağlı səsləndirdiyi fikirlərin önəmini qeyd edərək deyib: “Dövlət başçımızın öz müsahibəsində dediyi kimi, COP29 Azərbaycanın ümumi yaşıl enerji gündəliyinin və məsuliyyət hissinin bir hissəsini təşkil edir. Əlbəttə ki, qazıntı yanacağı ilə zəngin ölkələr yaşıl enerjiyə keçiddə ön sıralarda olmalıdırlar. Qeyd oluduğu kimi, bu gün Azərbaycan Avropaya ixrac etdiyi təbii qazla qitə ölkələrinin enerji təhlükəsizliyi məsələsində həqiqətən də önəmli rol oynayır. Həmçinin iyirmi ildən artıqdır ki, ölkəmiz xam nefti ixrac edən iri təchizatçı olaraq özünü etibarlı tərəfdaş kimi tanıdıb. Bundan başqa neft-kimya məhsulları və elektrik enerjisi də ixracımızın bir hissəsidir. Bu gün isə ölkəmizdə Azərbaycanın bərpaolunan enerjinin istehsalı və ixracı mənbəyinə çevrilməsi istiqamətində konkret addımlar atılır. Ölkəmiz bunu ənənəvi ehtiyatlarının çatışmadığına görə etmir. Əldə olunan gəlirlərdən bərpaolunan enerjiyə sərmayə yatırmaq üçün istifadə etməklə Azərbaycan qlobal iqlim dəyişikliyinin yaratdığı fəsadların qarşının alınmasına öz töhfəsini verir və buna ehtiyacın olduğuna dair ümumi bir anlayış yaratmağa çalışır. Məlum olduğu kimi, Azərbaycanda bərpaolunan enerjinin hesablanmış potensialı təxminən 200 qiqavatdır. Bir müddət əvvəl aşkar olunmuş bu böyük potensial əlbəttə ki, ölkəmizin enerji təhlükəsizliyi məsələləri ilə bağlı mövqelərini daha da gücləndirir. Hazırda ölkəmizin zəngin yanacaq ehtiyatlarının olmasına baxmayaraq, Azərbaycan məhz yaşıl gündəliyə doğru irəliləyir və bu, Prezident İlham Əliyevin təşəbbüsü ilə edilmiş məqsədli seçimdir”.
2024-03-06
838,882
Zelenskaya Baydenin dəvətindən imtina etdi - Şok səbəb
Ukrayna Prezidenti Vladimir Zelenskinin arvadı Yelena Zelenskaya ABŞ Prezidenti Co Baydenin Konqresdəki çıxışında iştirak etmək üçün Ağ Evdən gələn dəvətdən imtina edib. Axar.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” öz mənbələrinə istinadən məlumat yayıb. “Tədbir martın 7-də keçiriləcək. Ukraynanın imtinasına səbəb bu tədbirdə Aleksey Navalnının dul arvadı Yuliya Navalnayanın mümkün iştirakı olub”, - məlumatda deyilir. Mənbələr əlavə edib ki, Baydenin Konqresə müraciətinin təşkilatçıları ABŞ-ın birinci xanımı Cill Baydenin Navalnaya və Zelenskayanın yanında oturmasını planlaşdırıb.
2024-03-06
838,883
General polkovniki işdən çıxardı
Dövlət Gömrük Komitəsinin Hüquqi təminat idarəsinin rəisi təqaüdə göndərilib. Axar.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, bununla bağlı Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov əmr imzalayıb. Əmrə əsasən, Hüquqi təminat idarəsinin rəisi polkovnik Sənan Əli oğlu Muxtarov son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Qeyd edək ki, Sənan Muxtarov 1992-cı ilin iyul ayından, yəni 32 il Dövlət Gömrük Komitəsinin Hüquqi təminat idarəsinin rəisi vəzifəsində işləyib.
2024-03-06
838,886
İran tələsir: Tehran səfirliyimiz açılmalıdır? - Ekspert
İran çox çalışır ki, Azərbaycan Tehrandakı səfirliyin fəaliyyətini bərpa etsin. Əlbəttə ki, biz də bunu istəyirik. Çünki İran qonşu ölkədir və münasibətlərdə müəyyən suallar olsa da, orada səfirliyin fəaliyyətini davam etdirməsi hər iki tərəf üçün faydalıdır. Digər tərəfdən səfirliyimiz olmadığı üçün erməni lobbisi, diasporu ölkəmiz əleyhinə orada işlər aparır. Lakin bütün hallarda Azərbaycanın qaldırdığı sualların cavabları verilməlidir. Bu sözləri Axar.az-a açıqlamasında siyasi şərhçi Elxan Şahinoğlu deyib. “Birincisi, terrorçunun məhkəmə işi yekunlaşdırılmalıdır, ikincisi, terrorçunun özbaşına, yaxud başqa birinin əmri ilə hərəkət edib-etmədiyi üzə çıxmalıdır, üçüncüsü isə İran səfirliyimizin təhlükəsizliyinə təminat verməlidir. Çünki terror aktının görüntülərindən də bizə polisin hadisəyə müdaxilə etmək yerinə onu kənardan izlədiyi məlum oldu. Bunlar Azərbaycanda çox ciddi suallar yaradır. Bütün hallarda İran qonşu ölkədir, onunla əməkdaşlıqdan imtina edə bilmərik və dövlətimiz sadaladığımız məsələlərə cavab verilməsi şərti ilə səfirliyin fəaliyyətinin bərpa olunmasına razılıq verər. Digər tərəfdən ötən ilin oktyabrında İranın ərazisindən keçməklə Şərqi Zəngəzur ilə Naxçıvan arasında dəmir yolu xəttinin tikintisi haqqında niyyət protokolu imzalanıb. Fikrimcə, İranın səfirliyimizin açılması istiqamətində təkidlərinin artmasının əsas səbəblərindən biri də budur”, - ekspert bildirib. Qeyd edək ki, dünən Səudiyyə Ərəbistanının Ciddə şəhərində Ceyhun Bayramov və Hüseyn Əmir Abdullahian arasında görüş keçirilib. Görüş zamanı nazirlər Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumunu törədən şəxsə qarşı məhkəmə hökmündən sonra səfirliyimizin işinin bərpası istiqamətində addımlar barədə fikir mübadiləsi aparıblar. Abdullahian isə Azərbaycanın diplomatlarını geri qaytarmaq istiqamətində addımlar atmağa razılaşdığını açıqlayıb.
2024-03-06
838,887
Bakıda həbsdə olan separatçılar ailələri ilə danışdılar
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları fevralın sonunda Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməniəsilli şəxslərə yenidən baş çəkiblər. Axar.az xəbər verir ki, bu barədə BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib. O bildirib ki, saxlanılan şəxslərlə təkbətək görüşlər keçirilib və onların ailələri ilə əlaqəsi üçün şərait yaradılıb. "Mandatına uyğun olaraq BQXK, bu cür başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir. BQXK həmçinin, şəxslərin ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır və müzakirə edilir", - məlumatda qeyd edilib. Xatırladaq ki, Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağdakı keçmiş qondarma qurumun “prezidentləri” olmuş Arkadi Qukasyan, Bako Saakyan, Arayik Arutyunyan, sabiq “xarici işlər naziri” David Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş “dövlət naziri” Ruben Vardanyanı saxlayaraq Bakıya gətiriblər.
2024-03-06
838,888
Mişustin Bakıya bu mesajla gəldi - Bıstritski​
Görünən odur ki, Moskva tərəfdaş kimi Azərbaycana marağını nümayiş etdirir. Axar.az xəbər verir ki, bunu “Valday” klubunun İnkişaf və dəstək fondunun idarə heyətinin sədri Andrey Bıstritski Rusiyanın Baş naziri Mişustinin Bakıya səfərini şərh edərkən deyib. “Bildiyiniz kimi, Mişustin Rusiya siyasətinin praktiki həyata keçirilməsində iştirak edir. Onun Bakıya gəlişi ilə Moskva Rusiyanın həqiqətən də qlobal əməkdaşlıq sahələrinə malik olduğu Azərbaycanla layihələrin icrasına, xüsusilə Şimal-Cənub nəqliyyat dəhlizinin həyata keçirilməsində mövcud beynəlxalq vəziyyətə maraqlı olduğunu nümayiş etdirir. Bunlar həm də iqtisadi qarşılıqlı fəaliyyətin digər sahələridir. Azərbaycan Prezidenti Əliyev düşüncəli, siyasi cəhətdən dəqiq lider və diplomatdır. O, çox gözəl başa düşür ki, Rusiya ilə münasibətlər də perspektiv baxımından müsbət inkişaf yolu tələb edir”, - o bildirib.
2024-03-06
838,890
Nazirlikdən 8 Martla bağlı valideynlərə çağırış
8 Mart - Beynəlxalq Qadınlar Günü ilə bağlı valideynlərə çağırış edərək bildiririk ki, müəllimlər üçün əsas dəyər şagirdlərin nəticələridir. Axar.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov keçirdiyi brifinqdə deyib. "Bununla məhdudlaşsaq, heç kimi narazı salmarıq. Əgər hər hansı neqativ hal müşahidə edilsə, qabaqlayıcı tədbirlər görüləcək", - o vurğulayıb.
2024-03-06
838,892
Bakı və Tiflis Kürlə bağlı fəaliyyət planı hazırladı
Kür çayı hövzəsinin mühafizəsi və su ehtiyatlarının dayanıqlı idarə edilməsi məqsədilə Azərbaycan və Gürcüstan arasında Birgə Fəaliyyət planı hazırlanıb. Axar.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Bildirilib ki, Fəaliyyət Planında Kür çayına qoşulan kiçik çayların keyfiyyət və kəmiyyət göstəricilərinin və Kür çayı hövzəsində daşqın və quraqlıq risklərinin qiymətləndirilməsi nəticələrinin mübadiləsi, habelə hövzənin su ehtiyatlarının birgə keyfiyyət və kəmiyyət monitorinqlərinin aparılması kimi məsələlər nəzərdə tutulub. Bundan başqa, ötən il Kür çayına kanalizasiya və çirkab sularının axıdılması ilə bağlı aparılan monitorinqlər zamanı çaya birbaşa və ya dolayısı ilə təmizlənməmiş tullantı sularını axıdan müəssisə və təşkilatlar aşkar olunub. Xüsusilə Tərtərçay, Xaçınçay, Qoşqarçay, Qarqarçay və Gəncəçay çayları ilə Kür çayına tökülən çirkab sularının axıdılmasının qarşısının alınması üçün əksəriyyəti fiziki şəxslər adına olmaqla akt və protokollar tərtib olunub, çatışmazlıqların aradan qaldırılması məqsədilə icrası məcburi olan göstərişlər verilib. Kür çayı boyu yerləşən şəhərlərdə formalaşan tullantı sularının idarə edilməsi üçün kollektorların və tullantı su təmizləyici qurğuların inşası nəzərdə tutulub. Artıq Ağstafa, Qazax, Tovuz şəhərlərində kollektorlar və təmizləyici qurğular inşa edilib.
2024-03-06
838,893
Alonso Qurbanovla görüşündən danışdı
“Qarabağ” çox güclü komandadır, avrokubok təcrübəsi böyükdür. Axar.az xəbər verir ki, bunu Almaniyanın “Bayer 04” klubunun baş məşqçisi Xabi Alonso “Qarabağ”a qarşı keçiriləcək UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib. İspaniyalı mütəxəssis Bakıya iddialı yollanacaqlarını bildirib: “Qarabağ”ın pley-off mərhələsində Portuqaliya klubu “Braqa” ilə keçirdiyi hər iki oyununu təhlil etmişik. Tipik “Qarabağ” performansı gördük. Təhlükəli çıxış etdilər və uğur qazandılar. 10 nəfərlə mübarizə aparsalar da, sona qədər əzmkar çıxış etdilər”. O, bir müddət əvvəl “Bayer 04”ün düşərgəsində olan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla görüşündən də bəhs edib: “Qurban Qurbanovla yaxşı söhbətimiz oldu, aramızda gizlədiləsi heç nə yoxdur. O, yaxşı məşqçidir”. Qeyd edək ki, martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ”-“Bayer 04” oyunu saat 21:45-də başlayacaq. Komandalar arasında cavab matçı martın 14-də Leverkuzendə olacaq.
2024-03-06
838,894
Xankəndidə separatçıların daha bir binası sökülür - Video
Xankəndidə quruculuq işləri davam edir. Axar.az xəbər verir ki, hazırda separatçılara məxsus qanunsuz tikililərin söküntü işi aparılır. Belə ki, daha bir binanın sökülməsinə başlanılıb. Qeyd edək ki, Xankəndidə erməni separatçılar tərəfindən “parlament” binası kimi istifadə edilən bina da sökülüb. Videonu təqdim edirik:
2024-03-06
838,897
Sabahın hava proqnozu açıqlandı
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Axar.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Gecə və səhər bəzi yerlərdə duman, az çiskin, gecəyə doğru isə yağıntılı olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi axşama doğru arabir güclənəcək. Havanın temperaturu gecə 3-6° isti, gündüz 7-11° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq. Azərbaycanın rayonlarında dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-6° isti, gündüz 10-15° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-6° isti olacaq.
2024-03-06
838,900
Rusiyaya hücum edən 3-cü PUA da məhv edildi
Rusiyanın HHM sistemi gün ərzində Voronej vilayətinə hücum edən 3-cü PUA-nı zərərsizləşdirib. Axar.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Aleksandr Qusev məlumat verib. “2 PUA-nın zərərsizləşdirilməsindən sonra Voronej vilayəti üzərində daha bir təyyarə tipli PUA aşkarlanaraq məhv edilib”, - o bildirib.
2024-03-06
838,901
Makron “qorxaq olmamağa” çağırdı - Berlindən cavab
Almaniyanın müdafiə naziri Boris Pistorius Fransa Prezidenti Emmanuel Makronun Ukraynaya yardımla bağlı qorxaqlıqdan əl çəkmə çağırışını, eləcə də Kiyevə qoşun göndərilməsi bəyanatını tənqid edib. Axar.az xəbər verir ki, bu barədə “Tagesschau” məlumat yayıb. “Məncə, quru qoşunlarının göndərilməsi və ya cəsarətlə bağlı müzakirələrə ehtiyacımız yoxdur. Diqqəti ən aktual problemlərə yönəltməliyik – məsələn, sənaye istehsal gücünün səmərəli və sürətlə artırılmasına, artilleriya və hava hücumundan müdafiə sistemləri üçün sursat istehsalına...” - o bildirib. Pistorius əlavə edib ki, bu cür mübahisələr Ukraynanın üzləşdiyi problemlərin həllinə kömək etmir. Qeyd edək ki, ötən gün Makron Praqada yaşayan fransalı mühacirlərlə görüşündə Ukraynadakı münaqişədən danışaraq, Kiyevə yardımda qorxaq olmamağa çağırıb.
2024-03-06
838,904
Qurbanov "Bayer"lə oyundan danışdı: Yaxşı hazırlaşmışıq!
Çox vacib matçdır və bizə böyük dəstək var. Bakıda futbol ab-havası var. Bizim üçün məsuliyyətli qarşılaşmadır. Axar.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Almaniyanın "Bayer 04" klubuna qarşı keçirəcəkləri UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib. 51 yaşlı mütəxəssis bu rəqibə qarşı mübarizə aparmağın xoş olduğunu bildirib: "Belə klublardan böyük təcrübə yığırıq. Görüşə pis hazırlaşmamışıq. İnanıram ki, oyunçular ən yaxşı çıxışlarından birini göstərəcəklər. 90 dəqiqə matçın içində olmaq, düşünmək vacibdir".
2024-03-06
838,905
Zakir Həsənov Ankarada Yaşar Gülərlə görüşdü
13:22 Ankarada rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ilə görüşüb. Müdafiə Nazirliyindən Axar.az-a bildirilib ki, görüşdən əvvəl Z.Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Ankarada Heydər Əliyev Parkını və Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün mavzoleyini - Anıtqəbri ziyarət edib. Azərbaycan nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin parkdakı abidəsi və Mustafa Kamal Atatürkün məzarı önünə əklil qoyub, Ulu Öndərlərin xatirələrinə ehtiram nümayiş etdirib. Sonra Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyində təntənəli qarşılama mərasimi olub, müdafiə nazirləri fəxri qarovulun önündən keçib, hər iki ölkənin dövlət himnləri səsləndirilib. General-polkovnik Z.Həsənov protokola uyğun olaraq şərəf kitabını imzalayıb. Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə qonaqları salamlayan qardaş ölkənin milli müdafiə naziri onları Türkiyədə görməkdən məmnunluğunu bildirib. Cənab Y.Gülər ölkələrimiz arasında qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan əməkdaşlığın bundan sonra da uğurla inkişaf etdiriləcəyinə əminliyini ifadə edib. Müdafiə naziri türkiyəli həmkarına göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib. General-polkovnik Z.Həsənov Azərbaycan və Türkiyə dövlət başçılarının səmimi münasibətlərinin digər sahələrə olduğu kimi, hərbi əməkdaşlıq sahəsinə də müsbət təsir etdiyini vurğulayıb. Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfiri cənab Rəşad Məmmədovun da iştirak etdiyi görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
2024-03-06
838,907
Bakıdakı universitetlər bölgələrə köçürülür? - Rəsmi
Azərbaycanda universitetlərin bir bölgədən digərinə köçürülməsi real deyil. Axar.az xəbər verir ki, bu barədə məlumat Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Bildirilib ki, hər hansı ali təhsil müəssisəsinin bir bölgədən digərinə köçürülməsi üçün yeni bölgədə müvafiq maddi-texniki baza və infrastruktur yaradılmalıdır ki, bu işlər çox böyük maliyyə vəsaiti tələb edir. Eyni zamanda qeyd olunub ki, "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" təsdiq edilib. Strategiyanın Tədbirlər Planında universitetlərin köçürülməsi ilə bağlı tədbirlər nəzərdə tutulmayıb. Odur ki, yaxın gələcəkdə Kürdəmir şəhərinə hər hansı ali təhsil müəssisəsinin köçürülməsi real deyil.
2024-03-06
838,908
Qaqauzlar AB-yə qarşı Sanduya təzyiqi artırır
Moldova Prezidenti Maya Sandu ölkəsinin AB-yə daxil olması üçün referendumun keçirilməsi təşəbbüsü ilə çıxış edib, o, Qaqauziya sakinlərinin Avrasiya vektoru ilə hesablaşmalı olacaq. Axar.az xəbər verir ki, bunu Qaqauz muxtariyyətinin rəhbəri Yevgeniya Qutsul deyib. O bildirib ki, 2014-cü ildə Qaqauziyada keçirilən referendumda sakinlərin 98%-dən çoxu Avrasiyaya inteqrasiyanın tərəfdarı olub: “Bu, qaqauz xalqının iradəsidir, Sandu və hakim partiyanın digər nümayəndələri bunu nəzərə almalı olacaq. Demokratik, hüquqi dövlətin bütün vasitələrindən istifadə edərək muxtariyyət sakinlərinin mövqeyini müdafiə edəcəyik”. Qeyd edək ki, Sandu ölkənin AB-yə daxil olması üçün vətəndaşların fikrini öyrənmək məqsədilə referendum təşəbbüsü ilə parlamentə müraciət edib.
2024-03-06
838,910
ABA Kapital Bankı 6 nominasiyada mükafatlandırdı
Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə ənənəvi “Bankçılıq Mükafatları - 2023”ün qalibləri müəyyən olunub və Kapital Bank 6 nominasiyada təltif olunub. Kapital Bank 2023-cü il üzrə “Korporativ sosial məsuliyyət”, “Təhsil dəstəkçisi”, “Kiçik və Orta Biznesin maliyyə əlçatanlığının artırılması ilə əlaqədar tədbirlər keçirmiş ABA üzvü”, “Rəqəmsal ödənişlərdə təhlükəsizliyə dair maarifləndirmə layihələri”, “Dayanıqlı bankçılıq üzrə layihələr”, “Özünüməşğulluq Proqramında iştirak” nominasiyaları üzrə mükafata layiq görülüb. Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holdinqə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün - https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün - https://kbl.az/prcrc.
2024-03-06
838,913
Yeni dövr: Bakı bu ölkənin müstəqilliyini bu il tanıyacaq?
Rəcəb Tayyib Ərdoğan hər zaman Şimali Kipr Türk Respublikasının (Kuzey Kıprıs Türk Cümhuriyyəti) müstəqilliyinin tanınmasına dövlətimizin əsas işlərindən biri kimi baxıb. Antalya Diplomatiya Forumunda bu məsələnin yenidən gündəmə gətirilməsi də əslində dünyaya bir mesajdır. Bu sözləri Axar.az-a Rəcəb Tayyib Ərdoğanın III Antalya Diplomatiya Forumundakı çıxışında Şimali Kiprin tanınması ilə bağlı səsləndirdiyi fikirləri şərh edən terror və təhlükəsizlik üzrə türkiyəli ekspert İmbat Muğlu deyib. Muğlu Kuzey Kıprısın tanınması məsələsində Türkiyə və Azərbaycanın əsas rol oynadığını vurğulayıb: “Hazırda Kuzey Kıprısda 180 ölkədən minlərlə tələbə təhsil alır. Kuzey Kıprısın müstəqilliyini tanımaq istəməyən bir çox Qərb ölkələrindən bürokratların, siyasətçilərin övladları burada aldıqları təhsillə öz gələcəklərini qururlar. Bu, əslində Kıprısın dövlət kimi bütün institutlara və s. sahib olduğunu birbaşa sübut edir. Kiprin tanınması məsələsində Türkiyə və Azərbaycan bütün maneələrə, risklərə, əngəllərə baxmayaraq, tarixi missiyanı üzərlərinə götürüb. Hələ 2005-ci ildə Azərbaycan dövləti riskə gedərək Lefkoşaya birbaşa təyyarə reysi açmaq qərarı verdiyində AB tərəfindən güclü təzyiqlərlə üzləşdi. Şanlı Azərbaycan Ordusunun Qarabağ zəfəri bütün türk dünyasının önündə yeni üfüqlər açdı. Türk Dövlətləri Təşkilatının Özbəkistanın Səmərqənd şəhərində keçirilən IX Zirvə Görüşündə Şimali Kipr müşahidəçi statusu ilə təşkilata üzv qəbul edildi. Ötən ilin oktyabrında cənab Ərsin Tatar ilk dəfə Azərbaycana rəsmi səfər etdi. Cənab Tatar eyni zamanda bu ilin iyul ayında TDT-nin Şuşada keçiriləcək növbədənkənar Zirvə Toplantısında da iştirak edəcək. Bu hadisəni türk dünyası üçün yeni dövrün başlanğıcı hesab etmək olar. Fikrimcə, bu il və qarşıdakı 2-3 ildə başda Azərbaycan olmaqla, qardaş Pakistan və digər türk dövlətləri Şimali Kiprin müstəqilliyini tanıyacaq. Bildiyimiz kimi, ötən il avqustunda Rusiyanın Şimali Kiprdə konsulluq açacağı ilə bağlı məlumatlar yayılmışdı. Reallaşacağı təqdirdə Rusiyanın Şimali Kiprin dövlət müstəqilliyini tanıması bütün dünyaya çox böyük bir mesaj olacaq. Cənab Ərdoğanın da Antalya Diplomatiya Forumunda çıxışı zamanı sadaladığımız məqamları nəzərdə tutduğunu düşünürəm. Çünki Kipr adasında davamlı sülh və sabitliyin təmin olunmasının yolu KKTC-in müstəqilliyinin rəsmi şəkildə tanınmasından keçir. Biz bu məsələyə “Şimali Kipr Türkiyə, Türkiyə Şimali Kiprdir” fəlsəfəsi, düşüncəsi ilə yanaşırıq. Bu yanaşma həm də bütün türk dövlətlərinə və dost ölkələrimizə aiddir. Belə düşüncə və fəaliyyətlə Şimali Kiprin beynəlxalq ictimaiyyət tərəfindən tanınmasına nail olacağımıza əminəm”. Qeyd edək ki, Türkiyə Cümhuriyyəti 20 iyul 1974-cü ildə adadakı türkləri soyqırımdan qorumaq üçün Kipr Sülh Hərəkatını gerçəkləşdirib. 1976-cı ildə adada Kipr Federativ dövləti qurulub. 15 noyabr 1983-cü ildə isə Şimali Kipr Türk Respublikası öz müstəqilliyini elan edib. Hələlik Şimali Kiprin müstəqilliyini tanıyan yeganə dövlət Türkiyədir.
2024-03-06
838,915
Ukrayna vurdu: Rusiyada yanacaq anbarı yanır
Ukraynaya məxsus daha bir PUA Kursk vilayətinin Jeleznoqorsk rayonunda A.V.Variçev adına Mixaylovski mədən və emal zavodunda yanacaq-sürtkü materialları anbarına hücum edib. Axar.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Roman Starovoyt deyib. “Ukraynanın ikinci PUA-sı Jeleznoqorsk vilayətindəki Mixaylovski mədən və emal zavodunun yanacaq-sürtkü materialları anbarına düşüb. Yanğın başlayıb, xəsarət alan olmayıb, hadisə yerinə aidiyyəti qurumlar cəlb olunub”,- o bildirib. Şirkətin mətbuat xidməti isə vurğulayıb ki, hazırda yanğının söndürülməsi davam etdirilir. Hazırda Jeleznoqorskda raket təhlükəsi elan edilib. ​
2024-03-06
838,917
MİT-dən İraqda əməliyyat: Hüsnü məhv edildi
Türkiyənin Milli İstehbarat Təşkilatı (MİT) İraqın Süleymaniyyə şəhərində əməliyyat keçirib. Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Əməliyyat çərçivəsində PKK-nın Süleymaniyyə üzrə “məsul” nümayəndəsi Hüsnü Kümek zərərsizləşdirilib. Qeyd edək ki, H.Kümekin Süleymaniyyədə PKK-ya dəstək verən dairələr üçün təlim fəaliyyətləri təşkil etdiyi, əldə etdiyi kəşfiyyat məlumatlarını təşkilatın rəhbərliyinə çatdırdığı, bölgə xalqını da Türkiyəyə qarşı manipulyasiya etdiyi ortaya çıxıb.
2024-03-06
838,919
Əliyev Mişustini qəbul etdi - Foto
13:36 Martın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin ilə görüşü olub. Axar.az xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Hökumətinin sədri Mixail Mişustin birgə foto çəkdirdilər. Görüş iştirakçılarını salamlayan Prezident İlham Əliyev dedi: - Hörmətli Mixail Vladimiroviç. Hörmətli qonaqlar. Sizi Azərbaycanda bir daha görməyimə şadam. Bilirəm ki, dünən sizin həmkarınızla çox məhsuldar görüşünüz olub. O, səhər mənə yaxşı nəticələr, gələcək planlarımız haqqında məruzə edib. Biz ili uğurla başa vurmuşuq. İkitərəfli qarşılıqlı fəaliyyət nəzərdə tutduğumuz qaydada inkişaf edir. Artıq iki ildən bir az çoxdur ki, biz müttəfiqlik qarşılıqlı fəaliyyəti çərçivəsində əməkdaşlıq edirik, əlaqələrin möhkəmləndirilməsi üzrə qarşıya qoyulmuş bütün vəzifələr uğurla yerinə yetirilir. İqtisadi-ticari sahəyə gəldikdə, həmçinin hesab edirəm ki, nəticələr tamamilə qənaətbəxşdir, 17 faizlik artım var. Zənnimcə, yaxşı göstəricidir. Artıq 4,5 milyard dollar səviyyəsinə yaxınlaşırıq. Amma təbii ki, bu, son hədd deyil. Əminəm ki, səfər zamanı əldə olunmuş razılaşmalar çərçivəsində həm növbəti ildə, həm də bu il biz ilin yekunlarına görə qarşılıqlı ticarətdə daha böyük artımın şahidi olacağıq. Şadam ki, sənaye kooperasiyası layihələri reallaşdırılır. Bu, əməkdaşlığımızın nisbətən yeni sahəsidir. Rusiyanın Azərbaycandakı şirkətləri yeni istehsal sahələri, xidmət mərkəzləri yaradırlar. Bütün bunlar isə sənaye sahəsində daha geniş əməkdaşlığa kömək edir. Sizin səfərinizdən əvvəl materiallara baxdım, kənd təsərrüfatı üzrə bir-birimizi tamamlayırıq. Bizə lazım olanı sizdən əldə edirik və bu, əks istiqamətdə də həyata keçirilir. Həmçinin sevinirik ki, razılaşdığımız kimi, Rusiya bazarına Azərbaycan kənd təsərrüfatı məhsullarının tədarükünün böyük həcmdə artması uğurla davam edir. Əlbəttə ki, Sizin də dünən geniş bəhs etdiyiniz nəqliyyat-logistika sahəsi ilə bağlı müvafiq sənədlər imzalanıb. Burada həm tranzit daşımalarının, həm də ikitərəfli yük daşımalarının artdığını görürük. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ölkələrimizi birləşdirən layihədir. Bildiyiniz kimi, biz bütün zəruri məsələlərin reallaşdırılması üzrə fəal qarşılıqlı fəaliyyət göstəririk. Azərbaycan ərazisində, eləcə də Rusiya ərazisində infrastruktur mövcuddur, yeganə lazım olan planlaşdırıldığından artıq yük həcmini nəql etmək üçün onun modernləşdirilməsidir. Əlbəttə ki, humanitar sahə. Burada, zənnimcə, Rusiya ilə Azərbaycan arasında münasibətlər iki qonşu dost dövlətlərin münasibətləri üçün nümunə ola bilər. Azərbaycanın 26 ali məktəbində rus dilində təhsil həyata keçirilir, 16 min Azərbaycan vətəndaşı olan tələbə rus dilində təhsil alır. Həmçinin 324 orta məktəbdə təhsil rus dilindədir. Biz onilliklər ərzində xalqlarımızı birləşdirən bütün yaxşı cəhətləri qorumuşuq və qarşılıqlı fəaliyyət göstərdiyimiz ictimai-siyasi formasiyadan asılı olmayaraq, xalqlarımız arasında dostluq əlaqələri həmişə dövlətlərarası münasibətlərin bünövrəsi olub. Bu gün isə dövlətlərarası münasibətlərin forma və məzmun etibarilə keyfiyyətcə yeni səviyyəyə yüksəldiyi bir vaxtda, təbii ki, bu, həmçinin ölkələrimizdə ictimaiyyət tərəfindən də dəstəklənir. Beləliklə, əminəm ki, ötən il olduğu kimi, biz bu ili də yaxşı nəticələr ilə başa vuracağıq. Müttəfiqlik qarşılıqlı fəaliyyətimiz ölkələrimizin və xalqlarımızın rifahı naminə möhkəmlənəcək, həmçinin bu, regional sabitliyin və təhlükəsizliyin mühüm amilidir. Sizi bir daha salamlayıram və səfərinizin artıq başa çatdığını nəzərə alaraq, yaxşı yol arzulayıram. Əlbəttə, hesab edirəm ki, dövlət başçılarının müntəzəm görüşləri nümunəsində olduğu kimi, hökumət rəhbərləri səviyyəsində də belə müntəzəm görüşlərin keçirilməsi faydalı olardı. Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin dedi: - Hörmətli İlham Heydər oğlu. Hörmətli dostlar. Əvvəlcə, Sizi fevralın 7-də keçirilən növbədənkənar Azərbaycan Prezidenti seçkilərində inamlı qələbə münasibətilə səmimi-qəlbdən təbrik etmək istəyirəm. Bu, Sizin səylərinizlə və rəhbərliyinizlə ölkənizdə əldə olunan bütün nailiyyətlərə Azərbaycan xalqı tərəfindən verilən yüksək qiymətdir. Əlbəttə, fürsətdən istifadə edərək, Rusiya Prezidenti Vladimir Vladimiroviç Putinin ən səmimi və xoş arzularını çatdırmaq istəyirəm. Biz Azərbaycan Hökumətinin hörmətli başçısı Əli Hidayət oğlu Əsədovla daim təmasdayıq və müntəzəm görüşlər keçiririk. Elə bu yaxınlarda - dekabrda Moskvada Müstəqil Dövlətlər Birliyinin forumunda görüşmüşük, ondan əvvəl isə Soçidə görüş olub. Mənə elə gəlir ki, bu yaxınlarda Azərbaycana səfərim olub. Sizi əmin etmək istəyirəm ki, dövlətlərimizin rəhbərləri arasında qəbul olunan qərarların hamısı daimi nəzarətdədir, hökumətlərimiz tərəfindən icra olunur. Dünən geniş ikitərəfli gündəliyi müzakirə etdik. Siz bir neçə istiqaməti xatırlatdınız, sənaye sahəsində daha çox layihələr var. Biz, həmçinin nəqliyyat maşınqayırması sahəsində birgə layihələr barəsində düşünürük. Eyni zamanda, qarşılıqlı iri texnoloji, innovativ layihələr üzrə perspektivli istiqamətlər də var. Kənd təsərrüfatı sahəsi üzrə də işləyirik. Siz tamamlama haqqında danışdınız. Həmçinin əczaçılıq üzrə bir sıra məsələlərimiz mövcuddur. Dünən bu sahədə işlərin gücləndirilməsinə dair razılıq əldə etdik. Belə desək, bu gün bizim qarşılıqlı layihələrimizin bütün palitrası nəzarətimizdədir. Qarşılıqlı iqtisadi-ticari dövriyyə rəqəmləri də bunu göstərir. Siz 17 faizlik artım barədə danışdınız. Bu, belədir. Həmçinin demək istəyirəm ki, bizim keçid məntəqələrimizdə daşıma gücləri 5 dəfə artıb. Bu da bizim Nəqliyyat Nazirliyinin Azərbaycandan olan hörmətli həmkarları ilə birgə böyük sistemli işidir. Biz, həmçinin burada logistika üzrə bütün müvafiq layihələri davam etdiririk. Siz Şimal-Cənub dəhlizini qeyd etdiniz. Həqiqətən, 30 milyon ton ciddi həcmdir və əlbəttə ki, məntəqələrdə dar yerlərin qalmaması üçün çoxlu iş görülməlidir. Həmçinin demək istəyirəm ki, biz atanız hörmətli Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş anım tədbirini böyük ehtiramla keçirdik. Rusiyada onu xatırlayırlar, xatirəsini əziz tuturlar. Mədəni mübadilə. Bu sahədə qarşılıqlı fəaliyyətlə bağlı məsələlər üzrə çoxlu layihələr və ideyalar var. Bu gün Rus Dram Teatrında oldum, orada mədəniyyət sahəsində qarşılıqlı fəaliyyətdən bəhs etdilər. Biz əlaqələrimizin, o cümlədən Azərbaycan Mədəniyyət Nazirliyi ilə əməkdaşlığın genişləndirilməsi üzrə razılıq əldə etdik. Çoxlu sayda tədbirlərin keçirilməsi üzrə Yol xəritəsi üzərində işləyirik. Əlbəttə, Azərbaycanın hörmətli mədəniyyət və incəsənət xadimlərini Rusiyada, Moskvada görməyə şad olacağıq. Sizə və həmkarlarıma Rusiya nümayəndə heyətinə göstərilən səmimi, ənənəvi mehriban qəbula görə təşəkkür edirəm. Prezident İlham Əliyev: Sağ olun. Dövlətimizin başçısı Rusiya Prezidentinin səmimi və xoş arzularına görə minnətdarlığını bildirdi, onun da xoş arzularını Vladimir Putinə çatdırmağı xahiş etdi.
2024-03-06
838,923
“Kontakt” Bakıxanovda ən böyük mebel mağazasını açır
Ölkənin ən böyük pərakəndə satış şəbəkələrindən biri olan “Kontakt” bu dəfə Bakıxanovda daha da böyük ərazidə fərqli üslubda dizayn edilmiş mağazası ilə alıcılarına xidmət göstərəcək. Rəsmi açılışa tam sürətlə hazırlıqları gedən yeni mağaza Dəmiryol stansiyasına 150 metr piyada məsafəsində, Bakıxanov Mall-un düz yanında yerləşir. Ümumi sahəsi 5000m2 olan mağaza beş mərtəbədən ibarətdir. Burada evinizə lazım olan hər şeyi – rəqəmsal, kiçik və böyük məişət texnikası, nəqliyyat, ev tekstili, qab-qacaqlar, mebeller daxil olmaqla, ümumilikdə, 30 000-dən çox çeşiddə məhsulu rahatlıqla tapa bilərsiniz. Bundan başqa, xüsusi dizayna malik bu mağazada müxtəlif Brend Zonalarıyla yaxından tanış ola, Qəhvə Zonasında da zaman keçirə biləcəksiniz. Mağazada müştərilərin alış-veriş prosesinin rahatlığı da düşünülüb. Belə ki, burada balacaların əyləncəli zaman keçirə biləcəyi Uşaq Zonası da olacaq. Əlavə olaraq, növbə gözləyərkən kassa bölməsində ödənişsiz “WiFi” Zonasında internetdən istifadə edərək vaxtınızı səmərəli keçirə biləcəksiniz. Qısaca desək, bu “Kontakt” mağazasında hamı özünə yer tapa biləcək. Beləliklə, şəbəkə hər kəsi Bakıxanovda yeni açılacaq ən böyük elektronika və mebel mağazasında gözləyir. Odur ki, rəsmi açılış tarixindən və “Kontakt”ın digər yeniliklərindən xəbərdar olmaq üçün şəbəkənin sosial media kanallarını izləyə bilərsiniz.
2024-03-06
838,928
Ermənistanın müdafiə naziri İrana getdi
Ermənistanın müdafiə naziri Suren Papikyanın başçılıq etdiyi nümayəndə heyəti İrana rəsmi səfərə yola düşüb. Axar.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd edək ki, bir müddət əvvəl Ermənistan hakimiyyəti İranla təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığa dair müqavilə imzalamaq niyyətində olduğunu bildirmişdi.
2024-03-06
838,931
Urmiya klubundan kürdlərin ərazi iddiasına - Cavab
Martın 5-i “Təxti” stadionunda “Nəvəd-Urmiya” milli futbol komandası “Petropalayeş Şazənd” komandası ilə matçdan öncə son parlament seçkilərinin Qərbi Azərbaycan əyaləti üzrə nəticələrinə reaksiya göstərib. Axar.az xəbər verir ki, bu haqda güneyli milli fəallar məlumat yayıb. Məlumata görə, komandanın oyunçuları əllərində “Azərbaycanın ürəyi Urmiya” yazılı banner qaldıraraq, kürd millətinə mənsub ayrı-ayrı şəxslərin, təşkilatların və medianın ambisiyalarını pisləyiblər. Bununla yanaşı, azarkeşlər də “Azərbaycan” şüarı səsləndiriblər.
2024-03-06
838,932
Erməni zabitlərin hazırlanması, hərbi təchizat... - Fransa səfiri
Fransa erməni həmkarlarının ehtiyaclarını dinləyir. İrəvan və Paris əməkdaşlığına gəlincə, bu, yalnız müdafiə sahəsində əməkdaşlıq deyil. Axar.az xəbər verir ki, bunu Fransanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Olivye Dekottini deyib. “Son 2-3 həftə ərzində Münhendə iki ölkənin xarici işlər nazirlərinin görüşünü keçirmişik, Baş nazir Paşinyan Parisdə olub və Misak Manuşyanın Milli Panteonda yenidən dəfn mərasimində iştirak edib. Prezidentlə Baş nazir arasında da görüş baş tutub. Təbii ki, Sebastyan Lekornunun Ermənistana səfəri də əlamətdar olub. Bu, Fransa müdafiə nazirinin, eləcə də NATO üzvü olan ölkənin müdafiə rəhbərinin ilk səfəri idi, bu, çox əlamətdardır. İrəvanla diplomatik əlaqələrimizin artıq 32 yaşı var. Müstəqil Ermənistanla diplomatik əlaqələr 1992-ci il fevralın 24-də bağlansa da, heç vaxt bu qədər tam və etibarlı olmamışdı. Bəli, biz uzunmüddətli əməkdaşlıq qururuq, o cümlədən müdafiə sahəsində. Söhbət təkcə hərbi təchizatdan getmir, əlbəttə ki, bu da vacibdir. Burada söhbət həm təlim, həm də yüksək rütbəli erməni zabitlərin hazırlanması, eləcə də məsləhətləşmədən gedir. Ölkələrin hərbi akademiyası arasında - məsələn, Fransanın müdafiə nazirinin səfəri zamanı imzalanan sənədlər kimi - imzalanmış razılaşma olanda, əlbəttə ki, siz uzunmüddətli əməkdaşlıq qurursunuz”, - o bildirib.
2024-03-06
838,936
Lirə tarixi minimumu yenilədi
Türkiyə lirəsi tarixi minimumunu yeniləyib. Axar.az xəbər verir ki, hazırda bir dollar 31,73 lirəyə qalxıb. Avro isə 34,6 lirəyə satılır.
2024-03-06
838,939
Səudiyyə şahzadəsi İsrailə xəbərdarlıq etdi
Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatının fövqəladə sessiyasında Qəzzadakı vəziyyət və hərbi əməliyyatların yaratdığı humanitar böhran müzakirə edilib. Axar.az xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yyaıb. Məlumata görə, tədbirdə çıxış edən Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysal bin Fərhan İsrail hərbçilərinin Rəfahdakı istənilən hərəkətinin təhlükəli nəticələrə səbəb olacağını bildirib. O, həmçinin fələstinlilərin öz torpaqlarından qovulmasına qarşı çıxıb: “Beynəlxalq ictimaiyyət İsrailin hərəkətlərinə getdikcə daha çox qəzəbini bildirir. Və artıq daha çox ölkə Fələstin dövlətini tanımaq barədə düşünür”.
2024-03-06
838,943
Maaşlar bu tarixdə artırılacaq
Adətən, yeni ilin ilk rübündə dövlət sektorunda çalışan işçilərin maaş və pensiyalarının indeksləşdirilməsi baş verirdi. Lakin bu ilin yanvarında pensiyaların artımı ilə bağlı qərar verilsə də, maaşların məbləğində hər hansı dəyişiklik olmadı. Hazırda dövlət sektorunda çalışan bir çox şəxs maaşların artımı ilə bağlı şad xəbər gözləyir. Bəs görəsən 2024-cü il üçün maaş artımı nə vaxt olacaq? Axar.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Xalid Kərimli bildirib ki, maaşların artımı ilə bağlı bu ilin ikinci yarısında nəsə gözləmək olar: “Son bir neçə ildə əməkhaqqıların artırılması ilə bağlı qərar verilirdi. Lakin bu il pensiyaların artımı ilə bağlı qərar verilsə də, maaşla bağlı hələki bir qərar yoxdur. Ölkə başçısı inaqurasiya mərasimində minimum əməkhaqqı səviyyəsinin insanları qane etmədiyini bildirdi. Amma bununla bağlı hansısa addımın atılacağı ilə bağlı hələki konkret tapşırıq yoxdur. Əməkhaqlarının artımı ilə bağlı dəqiq vaxt demək çətindir, ola bilsin ki, ilin ikinci yarısında bununla bağlı qərar verilsin. Ancaq görünən odur ki, yaxın aylarda maaşların artmı ilə bağlı nəsə gözləmək çətindir”.