date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2013-09-10
130
30 min avroluq mükafat elan edildi
Elif Şəfəq münsif oldu Dünyanın ən bahalı "Sandey Tayms" ("Sunday Times") hekayə mükafatını məşhur yazıçılar və tənqidçilər seçəcək. Bir tək hekayə üçün dünyanın ən bahalı "Sandey Tayms" mükafatına hekayə qəbulu 19 gün ərzində davam edəcək və qalib 2014-cü ildə elan ediləcək. "Sandey Tayms"ın məlumatına görə, builki münsiflər heyəti çoxsaylı ədəbi mükafatlar sahibi və yazar, yumorist və tənqidçi Devid Bədl, "Sandey Tayms"ın baş ədəbi tənqidçisi və "Buker" mükafatına rəhbərlik edən professor Con Kerri, yazar Sara Hol və nəhayət türkiyəli yazar Elif Şəfəqdən ibarətdir.
2013-10-14
131
Abbas Bağırov Ziya Məmmədovun oğlu ilə qolf oyunundan danışdı
Əməkdar artist Abbas Bağırovun paylaşdığı foto sosial şəbəkələrdə böyük marağa səbəb olub. Şəkil Abbas Bağırovun Azərbaycan Qolf Federasiyasının prezidenti, Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovla qolf oynadıqları zaman çəkilib. Müğənni saytımıza açıqlamasında qolfa olan həvəsi və Anar Məmmədovla baş tutan qarşılaşmada qalib tərəf haqda məlumat verdi: "Anar müəllimlə qolf oynamaq çox xoş idi. Əlbəttə, Anar müəllim qolf ustasıdır, mən isə bu sahədə ilk adımmlarımı atıram". Onu da deyim ki, artıq qolf məktəbinə yazılmışam və çalışıb, bu idman növü ilə intensiv məşgul olacam". Müğənni Nəqliyyat nazirinin oğlu ilə dostluq münasibətlərindən də söz açdı: "Anar müəllimlə 2001-ci ildən ailəvi dostluq edirik və dostluğumuz möhkəm və təmənnasızdır". Onu da qeyd edək ki, müğənni ilə federasiya rəhbəri Qubada yerləşən "Rixos" otelinin qolf meydançasında yarışıblar.
2013-09-09
132
Faiq Ağayev “Allah qarğa deyil” dedi
Xalq artisti Faiq Ağayev "Facebook" sosial şəbəkəsində paylaşdığı status böyük marağa səbəb olub. Müğənninin qənaətinə görə, insanların var-dövlətini, həyatını talan eləyənləri bir gün Allah mütləq cəzalandırır. Xalq artistinin statusunu olduğu kimi sizə təqdim edirik: "Hərənin cəzası layiq olduğu vaxt verilir. Allah (əstəğfurullah!) qarğa deyil, gəlib, göz çıxartsın. Sovet vaxtından bəri camaatın evini, var-dövlətini, həyatını talan eləyən birinin, gün gəlir, qolu-qıçı sınır. Sevinmək-nainsaflıq olar. Amma ilahi ədaləti görəndə, kainatda tarazlığın olduğunu bir daha anlayırsan. Allah bilən məsləhətdir". Nədənsə xalq artisti az öncə paylaşdığı statusun ardından daha bir status yazaraq KİV-nin nümayəndələrini, onun sosial şəbəkədə paylaşımlarını xəbər halına gətirib təhrif etməkdə suçlayıb. Ağayev daha əvvəl paylaşdığı statusun konkret olaraq heç kimə şamil olmadığını bildirib. Bu arada yayılan məlumatlara görə, Xalq artsiti Flora Kərimova avtomobil qəzasına düşərək xəsarət alıb. Hal şahidlərinin sözünə görə xalq artistinin qolu qırılıb. Onu da qeyd edək ki, Faiq Ağayevlə Flora Kərimova arasındakı gərginlik uzun illərdi davam edir və tərəflər vaxtaşırı bir-birinə qarşı ağır ittiham səsləndirirlər.
2013-09-07
133
Dünya ulduzları Torantoda
Kanadada ənənəvi Toranto Milli Kino Festivalı artıq başlayıb. Artıq 38-ci mövsümdür ki, keçirilən Toranto Kino Festivalının açılışını Kameron Baili edib. Onun bildirdiyinə görə, bu il festivalda real həyatda baş verən hadisələrdən bəhs edən filmlər daha çox yer alacaq. Buna misal olaraq "Mandela", "Ərəb baharı", "Assanc" filmlərini göstərib. Oskar mükafatı qazanan bir çox filmlərin ilk olaraq göstərildiyi festivala Corc Kluni, Bred Pitt, Conni Depp, Penalopa Kruz, Nikolas Keyc kimi bir çox məşhur kino ulduzları və tənqidçilər qatlıb. Qeyd edək ki, açılışda Vikiliksin qurucusu Julian Assancın həyatından bəhs edən "Beşinci əmlak" ("The fifth estate") filmi də göstərilib. Festival sentyabrın 15-də bitəcək.
2013-09-06
134
“Və dağlardan səda gəldi”
Məşhur yazıçının əsəri dilimizdə ABŞ-da yaşayan əfqan əsilli məşhur yazar Xalid Hüseyninin yeni kitabı olan "Və dağlardan səda gəldi" romanı azərbaycanca tərcümə edilib. Kitab yaxın günlərdə "Qanun" nəşriyyatında çap edilib. Bu haqda "Qanun" nəşriyyatının rəsmi feysbuk səhifəsində məlumat verilib. Dünyada 38 milyon nüsxə satılan kitabı oxucular günün ikinci yarısından etibarən kitab dükanlarından əldə edə biləcəklər. Xatırladaq ki, bu, Xalid Hüseyninin dilimizə çevrilmiş üçüncü kitabıdır. Bundan əvvəl yazıçıya dünya göhrəti gətirən "Çərpələng uçuran" və "Min möhtəşəm günəş" kitabları da dilimizə ceçrilib.
2013-09-05
135
Qızıl Koza Film Festivalı başlayır
Türkiyənin Adana Böyükşəhər Bələdiyyəsi Beynəlxalq Qızıl Koza Film Festivalı keçirəcək. Festivalda nümayiş ediləcək filmləri tamaşaçıların izləməsi də mümkün olacaq. Bu il ötən illərdən fərqli olaraq Skandinaviya ölkələrində çəkilən filmlərin xüsusi bölməsi yaradılıb. Ən önəmli və seçilmiş filmlərin yer aldığı bu bölmə "Şimal işıqları" adlanır. Bölmədə məşhur rejissorlar finlandiyalı Aki Kaurismaki, islandiyalı Daqur Kari, eləcə də beş ölkədən dəvət olunmuş səkkiz kinoşünasın son illərdə çəkdiyi ən yaxşı filmləri yer alacaq. Bu filmlər sırasında Aki Kaurismakinin "Hamlet iş dünyasında", Lars Von Trierin "Əmr ver, müdirim", Jens Lienin "Uyumsuz adam", İsveçli rejissorlar Ola Simonsson və Johannes Nilssonun "Həyatın ritmi", Bent Hamerin " Mətbəxt hekayələri", islandiyalı rejissor Daqur Karinin "Tutunmayanlar", Roy Andersonun "İkinci dərəcəli mahnılar" filmləri də var.
2013-10-14
136
Hindistanlı heykəltəraş Türkiyədən ABŞ-a “get” dedi
Çağdaş dövrün tanınan sənət adamlarından olan hindistanlı heykəltəraş Aniş Kapurun İstanbulda sərgisi açılıb. Sərgini Sakıp Sabancı muzeyi gerçekləşdirir. "İstanbulda" adlanan sərgidə heykəltəraşın heç yerdə nümayiş olunmamış yeni əl işləri sərgilənəcək. Sərgidə heykəltəraşın daş işləri yer alıb. Həmçinin A.Kapur jurnalistlərə müsahibə verib. Orta Şərq haqqında fikirlərini dilə gətirən heykəltəraş deyib ki, ABŞ-ın Orta Şərqdən çəkilməsi vacibdir.
2013-09-05
137
Cek Nikolson yaddaşını itirdi
Dünya kinosunun məşhur simalarından olan üç Oskar mükafatı sahibi 76 yaşlı aktyor Cek Nikolson son vaxtlar yaşadığı yaddaş problemlərilə bağlı kinodan getmək qərarı verdiyini bildirib. "Radaronline.com" saytının verdiyi məlumata görə, Cek Nikolson huşsuzluq problemi üzündən müxtəlif filmlərdə canlandırdığı obrazların replikalarını unutduğu üçün belə qərar verib. Bu xəbərə Nikolson mətbuata heç bir rəsmi açıqlama verməyib.
2013-09-13
138
Rihanna bir türkə aldandı
Rihanna bir türk pərəstişkarının tvitini pərəstişkarları ilə paylaşıb və bu, sosial mediada böyük rezonansa səbəb olub. Məsələ burasındadır ki, məşhur müğənni Rihanna Büşra adlı qızın türkcə yazdığı təhqiramiz sözü ("kaşara") anlamayıb. Büşra yazıbmış: "Ya şu kaşara spam atın amk hala pour it up çıkmadı". Tvitin içindəki "Pour it up"u görərək, yeni mahnısının adını sorduğunu zənn edən Rihanna sosial şəbəkədə belə bir cavab yazıb: "Nə yazdığınız əhəmiyyətli deyil, ancaq əminəm ki, yeni "Pour it up" mahnımla bağlıdır. Yaxında gəlir", - deyərək, türk qızının yazdıqlarını oxucularına ünvanlayıb və bunu da 31 milyon şəxs paylaşıb. "Miliyyet"in xəbərinə görə, Rihannanın 12 mindən çox "retvit" edilən bu paylaşımı türk "Twitter" istifadəçiləri arasında böyük çaşqınlıq yaradıb.
2013-09-14
139
Tarkanın e-mailləri üzə çıxdı, ara qarışdı
Tarkanın uyuşdurucu istifadə etməsi iddiasıyla 2 ilə qədər həbs cəzasına məhkum olunduğu məhkəmədə "kokoin satmaq və tədarük etmək"lə 22.5 illik həbs olunması tələb olunan şübhəli iş adamı Murad Ərdoğanın vəkili Rezan Epözdəmir məşhur müğənninin müvəkkilinə əməliyyatdan dərhal sonra e-mail vasitəsilə ismarıc göndərdiyini önə çəkdi. "Axar.az"ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə əsasən, İstanbul Ağır Cəza Məhkəməsində iki gün öncə baş tutan görüşmədə sözügedən ismarıcın çap versiyasını məhkəməyə təqdim edən Epözdəmir: "29 mart 2010-cu il tarixində Tarkan müvəkkilimə bir mesaj göndərib. Polisin ondan ad istədiyini və baş verənlər üzündən şok yaşadığına görə yalan olaraq müvəkkilimin adını verdiyini söyləyib. Günahlandırılmaqdan qurtulmaq məqsədilə yalan söyləyərək müvəkkilimin adını verdiyini və çox peşman olduğunu bildirib", - deyib və bununla Tarkanın yenidən dinlənməsini tələb edib. Məhkəmə 11 dekabr 2013-cü il tarixinədək uzadılıb. Həmin elektron məktubu sizə təqdim edirik: "Canım tombulum, necəsən, yaxşısan, səninçün çox darıxıram. Güman edirəm ki, son baş verənlərlə əlaqədar mənə sevgin, inancın azalmayıb. Mən də qorxdum, panikaya düşdüm. Aylarla telefonlarımızı dinləyiblər. Çarəsiz olduğumçün bəzi şeyləri qəbul etmək məcburiyyətində qaldım, amma inan ki, səni hər şeyə rəğmən, qorumaq üçün əlimdən gələni etdim. Biz günahsızıq, bu məsələlərlə heç bir əlaqəmiz yoxdur. Mənimlə əlaqədar qulağına çatan söz-söhbətlərə, səni doldurmaqçun deyilənlərə qəti inanma, vəkilinə də həmçinin. Şöhrətin bədəli ağır oldu mənimçün, amma bunlar da keçəcək".
2013-10-14
140
“Tibiliso”nu tərk etmə
"Bəyin oğurlanması" filmində məşhur bir səhnə var. Səməndər Rzayev camaata müraciətlə deyir ki, "Bu kino ki var, çox qəliz məsələdi: həm qəlizdir, həm də ki vacib". Bəli, çox vacib. Xüsusən də kino sahəsinin müasir dövrdəki durumu, son illərdə çəkilən filmlər. Müasir dövrdə çəkilən filmlərdən yazmağa adam ehtiyat edir. Çünki ya 3-5 nəfər kino adamı oxuyacaq, ya da heç oxunmayacaq. "Kino zəif inkişaf edir", "baxmağa dəyməz", "yaxşı film çəkmirlər" və s. kimi fikirlər az səslənmir. Amma etiraf etmək lazımdır ki, son illərdə çəkilən filmlərdən çoxları xəbərsizdir. O filmlərdən biri də "Tibiliso" filmidir. Film "EL TV", "Nova Gorica Kino Mərkəzi, "Ssenari Mərkəzi"nin birgə lahiyəsidir. Pul az, xərc çox Filmin ssenari müəllifi İntiqam Hacılı söhbət zamanı büdcənin azlığından şikayətləndi. Buna baxmayaraq, ssenarist əmindir ki, əsas ideya, məzmunun keyfiyyətidir: "Filmdə müharibə mövzusu fonunda "öz şəhərini tərketmə" ideyası durur. Baş verən hadisələrdə həmçinin mədəniyyətlərin toqquşması məsələsi də əksini tapıb". Eşqin Əhmədov bəyənilmədi "Filmi hələ kino tənqidçilərinin ixtiyarına verməmişik, amma filmi izləyən bəzi adamlar baş rolun ifaçılarından biri - Eşqin Əhmədovun yaratdığı xarakteri bəyənmədilər. Razı deyiləm bu fikirlə. Çünki cəmiyyətdə, ətrafımızda belə xarakterlər varsa, onları kinoya gətirmək də qəbahət deyil. Kinematoqrafiya insan talelərini, münasibətlərini göstərir". Rejissor təhsildən narazıdır Filmin rejissoru – "Nova Gorica" Kino Mərkəzinin direktoru Tahir Əliyev düşünür ki, yaxşı film çəkmək üçün əsas təhsildir: "Kino da elm sahəsidir. Peşəkar nəticə əldə etmək üçün təhsili mükəmməlləşdirmək lazımdır. Mən hazırda İstanbul Beykent Universitetində sinema üzrə magistr təhsili alıram. Orda təhsil almağım Türkiyənin bir çox kino adamları ilə tanış olmaq imkanı yaratdı. Orada tanış olduğum gənc, istedadlı operatorlardan biri - Mert Leventi "Tibiliso" filminə dəvət etdim. Hesab edirəm ki, film uğurlu alınıb". Baş rol ifaçısına niyə Təcili Yardım çağırılıb? Baş qəhrəmanlardan biri Cəmilə Tağızadə çəkiliş prosesindəki çətinliklərdən, gərginlikdən danışdı: "Əvvəla gürcü şivəsində danışmaq çətin idi. Amma inanıram ki, öhdəsindən gəlmişəm. İkinci, havanın soyuq olması çox çətinliklər yaradırdı. Hətta xəstələndim və "Təcili yardım" çağırmalı oldular".
2013-09-09
141
Van Qoqun yeni rəsmləri sərgiləndi
Amsterdamda yerləşən Van Qoqun ev muzeyində dahi rəssamın yeni rəsmi sərgilənib. 1888-ci ildə Arslendə rəssamın yaradıcılığının ən qızğın dövründə çəkdiyi rəsm "Montmajorda qürub" adlanır. Muzeyin direktoru Aleks Rüger müsahibəsində bildirib ki, biz həmişə Van Qoqun bütün rəsmlərinin artıq bəlli olduğunu düşünmüşük. Ancaq indi rəssamın rəsmləri sırasına birini də tapıb əlavə edə bildik. Əsər Montmajorun ətrafında qayalı yerdə qürubu təsvir edir. Qeyd edək ki, əsər bir necə il ailənin şəxsi kolleksiyasında olub. İki il əvvəl isə muzeyə təqdim olunub. Bu müddət ərzində tədqiqatçılar tərəfindən rəsmin həqiqətən Van Qoqa məxsus olub-olmaması müəyyənləşdirilib.
2013-09-04
142
Kristi ailəsi Puaronun dirilməsinə razılıq verdi
Aqata Kristinin ölümündən sonra onun ailəsi bu işin yazar Sofi Hanna tərəfindən davam etdirilməsinə izn verib. Yeni romanda 39 il istefada istirahət edən Herkul Puaro, nəhayət, Aqata Kristi ailəsinin kitabın yazılmasının davam etdirilməsinə verdiyi razılıqdan sonra yeni cinayət işi götürür. Kitabı Kristinin 38 il əvvəlki işinin davamını yeni nəslə Puaronun fəaliyyətini göstərmək niyyətiylə kriminal bestsellerlər müəllifi, əsərləri 24 ölkədə çap olunan Sofi Hanna yazacaq. Hanna kriminal mövzuda tamamilə formalaşmış ideya ilə onlara üz tutandan sonra A.Kristi ailəsi ilk dəfə olaraq onun işinin davam etdirilməsinə icazə verib. Bu roman Puaro seriyasından 34-cü olacaq və gələn ilin sentyabrına qədər kitabın adı müəyyənləşdiriləcək.
2013-09-17
143
Ayrılan 2 milyon Şah sarayı və Qız Qalasının payına düşdü
Prezident İlham Əliyev "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində muzey ekspozisiyalarının yenidən qurulması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir ki, İçərişəhər ərazisində muzey ekspozisiyalarının yenidən qurulması üçün Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidntinin ehtiyat fondundan Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə 2 milyon manat ayrılsın. Prezidentin imzaladığı sərəncamın təfsilatı haqda məlumat əldə etmək üçün Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə əlaqə yaratdıq. İdarədən Axar.az saytına bildirlilər ki, təxminən oktyabr ayının əvvəllərində Şirvanşahlar sarayı kompleksinin, yanvar ayının sonunda isə Qız Qalasının muzey ekspozisiyalarının yenidən qurulması üçün işlərə başlanılacaq. İdarədən işlərin təxminən 3 ay ərzində yekunlaşacağını qeyd etdilər.
2013-09-11
144
AFFA-dan sonuncu yer tutan millimizə milyonluq mükafat...
Dünya çempionatının seçmə mərhələsində mübarizə aparan Azərbaycan milli komandası son qarşılaşmada İsrail səfərindən 1 xalla döndü. Millimiz ikinci hissədə Rahid Əmirquliyevin vurduğu qolla önə keçsə də, bu üstünlüyü sona qədər qoruya bilmədi və nəticədə rəqib komanda hesabı bərabərləşdirdi. Bu arada xəbər yayıldı ki, AFFA İsrail heç-heçəsinə görə millinin əsas heyətində meydana çıxan futbolçulara 60 min, meydana sonradan daxil olan və ehtiyatda oturan futbolçulara 40 min manat mükafat verib. Bu isə ümumilikdə təxminən 1 milyon 140 min manat edir. Əlbəttə ki, qrupda sonuncu yerdə qərarlaşan milli komanda üçün (Lüksemburq dünən Şimali İralndiyanı məğlub edərək qrupda 5-ci pilləyə qalxdı) səfər heç-heçəsinə görə 60 min manat mükafatın nəzərdə tutulması ictimaiyyətdə birmənalı qarşılanmayıb. Məsələyə aydınlıq gətirmək üçün AFFA İnformasiya və İctimaiyyətlə Əlaqələr departamentinin rəisi Mikayıl Nərimanoğlu ilə əlaqə yaratdıq. AFFA rəsmisi məlumatı nə təsdiq, nə də təkzib etdi: "Millimizin üzvlərinə mükafat verilməyib, amma bu yaxınlarda veriləcək. Mükafatın məbləği isə gizli saxlanılır, biz bunu açıqlaya bilmərik. Amma mətbuatda açıqlanan məbləği də inkar etmirəm". Sonuncu pillədə qərarlaşan yığmanın səfər heç-heçəsinə görə 60 manat mükafat almasının nə qədər məntiqli olduğu sualını isə Mikayıl Nərimanoğlu belə cavablandırdı: "Biz mükafatlandırmanı millinin turnir cədvəlindəki yerinə görə vermirik. Bildiyiniz kimi, İsrail zəif komanda deyil, yığma komanda da ordan 1 xalla qayıdıb. Ona görə də nəzərdə tutulmuş məbləği məntiqli hesab edirik".
2013-09-10
145
AFFA Sakit Alıyevə yardım edəcək
Sakit Alıyev uzun illər Azərbaycan futbolunun üzdə olan simalarından olub. Vaxtilə Tovuzun "Turan" klubunun formasını geymiş Alıyev daha sonra doğma komandasında məşqçi kimi fəaliyyət göstərib. 2011-ci ilin mayında komandasına məşq keçdiyi zaman insult keçirərək məşqçi karyerasına son qoyub. Artıq xeyli vaxtdır ki, veteran futbolçunun səhətindəki problemlər daha da kəskinləşib. Elə bu yaxınlarda Apasport.az saytına açıqlamasında vaxtilə Azərbaycan millisinin şərəfini qorumuş Alıyevin maddi çatışmazlıqdan əziyyət çəkdiyi, problemlər içində çabaladığı hiss olunur. Veteran futbolçu AFFA-dan komək gözlədiyini də gizlətmir: "Kömək istəməyə üzüm gəlmir. Tovuzun idman ictimaiyyəti mənim üçün müraciət edə bilər. Digər tərəfdən, AFFA-da çalışanlar da durumumdan xəbərsiz olmazlar. Hər halda, məsləhət bilsələr, yardım əli uzadarlar". AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr departamentinin rəisi Mikayıl Nərimanoğlu "axar.az"a verdiyi açıqlamada futbol qurumunun Sakit Alıyevə hərtərəfli dəstək olacağını bildirdi: Sakit Alıyevin başına gələnlər haqda dünən mətbuatdan oxuduq. AFFA hər zaman futbol veteranlarına dəstəyini göstərib və Sakit Alıyev də istisna deyil. Biz ona hərtərfli dəstəyimizi göstərəcəyik və müəlicəsinin həlli yönündə öz köməyimzi əsirgəməcəyik".
2013-09-15
146
“Topaz”ın oyun alverində növbəti şübhə
Sentyabrın 14-ü ölkə Premyer Liqasının 6-cı turu çərçivəsində keçirilən "Xəzər Lənkəran" – "Bakı" oyunu Lənkəran klubunun 2:1 hesablı qələbəsi ilə başa çatdı. Bu, həm də lənkəranlıların mövsümdə ilk qalibiyyəti idi. Amma əsas məsələ "Xəzər Lənkəran"ın qələbəsi yox, matçdan əvvəl oyun ətrafında baş verən müəmmalı proseslərdi. Belə ki, Premyer Liqa oyunlarına mərc qəbul edən "Topaz" kontorları qarşılaşma ərəfəsində "XL" – "Bakı" oyununa pul qoyuluşunu ləğv etdi. Futbol üzrə Azərbaycan çempionatının şəffaf oyun qaydaları əsasında keçirilmədiyi haqda beynəlxalq qalmaqalları nəzərə alsaq, "Topaz"ın oyuna pul qoyuluşunu ləğv etməsi müəyyən şübhələrə əsas verir. Xatırladaq ki, bu, ölkə Premeyer Liqasında bukmeyker kontorunun ilk belə qadağası deyil. Keçən mövsüm baş tutan "Simurq" – "İnter" matçında da analoji addım atılmışdı. Azərbaycan futbolunda hər iki komanda "bic qardaşlar" adlandırılır. Onu da qeyd edək ki, "Simurq" və "İnter" Beynəlxalq Bankın prezidenti Cahangir Hacıyevin himayədarlığı altındadır. Bu isə klublar ətrafında oyun alveri şübhəsini daha da artırır. Elə "Topaz"ın oyuna pul qoyuluşunu ləğv etməsi də şübhələrin əsassız olmadığını göstərdi. Pul qoyuluşu niyə ləğv edildi? "Xəzər Lənkəran" – "Bakı" matçında bukmeyker kontorunun müəmmalı qadağasına aydınlıq gətirmək üçün"Topaz"ın "qaynar xətt"i ilə əlaqə yaratdıq. "Qaynar xət"dən verilən məlumata görə, bu işlərə müvafiq şöbələr baxır və bir neçə ekspertin ortaq rəyindən sonra matç mərc oyunları siyahısından götürülür. Onu da bildirdilər ki, bu qadağa oyun alğı-satqısına işarə deyil və daha çox kontorun kommersiya maraqları ilə hesablanır. Yəni bu, o deməkdir ki, oyunda bir tərəfin qələbəsinə daha çox yüklənmə olur və kontoru ziyana salır. Amma burda da müəmma var, çünki mərc oyunlarında iştirak edən vətəndaşların hüququ pozulur. Demək, "Topaz" yalnız maksimum gəlir əldə etmək məqsədi ilə fəaliyyət göstərir, bu da oyunçuların haqlı narazılığına səbəb olur. Elə "qaynar xət"dən də bu haqda çoxsaylı şikayətlərin olduğu bildirildi. İdaman ekspertləri bu haqda nə düşünür? "Futbolpress.az" saytının baş redaktoru Elçin Cəlilov hesab edir ki, Azərbaycan Premyer Liqasında çoxsaylı oyun alğı-satqısı barəsində şübhələr var, amma indiyə qədər heç bir klub məsuliyyətə cəlb olunmayıb: "Əlbəttə, çoxsaylı şübhələr varsa, demək ki, buna əsas var. Məsələn, keçən mövsüm UEFA-nın müvafiq araşdırma komissiyası şübhəli oyunlarla bağlı Azərbaycana səfər etmişdi, amma daha sonra onlardan səs-soraq çıxmadı. Özünüz də bilirsiz ki, ölkə Premyer Liqasında tam olaraq oyun qaydalarına riayət edilmir. Yəni zaman-zaman hakimlərin klublardan rüşvət aldığı haqda şayiələr dolaşır və bəzən haqsızlığa məruz qalan klubların təzyiqi nəticəsində həmin hakimlər futboldan uzaqlaşdırılır. Elə bunun özü də kifayət qədər şübhələr doğurur və araşdırma tələb edir". Əlbəttə, əlimizdə fakt olmadan hansısa klubu oyun alverində ittiham edə bilmərik, amma Azərbaycan futbolunun içində olan hər bir şəxs burda baş verən meydandankənar hadisələrdən xəbərsiz deyil.
2013-09-09
147
Kamerun Samuel Etonu itirdi
Bu yaxınlarda "Anji"dən "Çelsi"yə transfer olunan Samuel Eto vacib qərar qəbul edib. Ulduz futbolçu beynəlxalq futbol karyerasını bitirmək qərarına gəlib. Eto bunun səbəbini eyni zamanda həm millidə, həm də klubda mübarizə aparmaq iqtidarında olmadığı ilə əsaslandırıb və "Çelsi"nin lehinə seçimini edib. Xatırladaq ki, 32 yaşlı futbolçu 1996-cı ildən çıxış etdiyi Kamerun millisində 112 oyuna 55 qol vurub.
2013-09-04
149
Ukraynalı futbolçu “Qaziantepspor”da
Ukraynalı futbolçu Milevskinin "Qaziantepspor" klubuna keçidi haqda söz-söhbətlər Türkiyə mediasında çoxdan dolaşırdı. Ehtimal olunurdu ki, futbolçunun türk klubuna transferi bu gün baş tutsun, amma nədənsə keçid ehtimal edilən gün baş tutmayıb. Türkiyənin "Fanatik" saytının verdiyi məlumata görə, tərəflər arasında bəzi xırda detallar həll olunmamış qalır. Saytın verdiyi xəbərdə qeyd edilir ki, Ukraynalı ulduz tibbi baxışdan keçdikdən sonra "Qaziantepspor"la iki illik müqavilə imzalayacaq. Qeyd edək ki, üç turdan sonra "Qaziantepspor" aktivindəki bir xalla turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb. Luiş Fiqu direktor keçir Ötənillərin məşhur futbolçusu Luiş Fiqu PSJ-nin idman direktoru vəzifəsinə təyinat ala bilər. Qeyd edək ki, Paris klubunda bu postu "Milan"ın keçmiş braziliyalı ulduzu və çalışdırıcısı Leanardo tuturdu. Bir neçə gün əvvəl Leanardo transfer pəncərəsinin bitməsindən sonra komandadan gedəcəyini bildirmişdi. Amma klubun prezdenti Əl-Həlifi transfer dönəminin bitməsini gözləmədən "sambaçı"nı buraxmağı lazım bilib. Fransa mediasının yaydığı xəbərə görə, Fiqu ilə danışıqlar artıq yekunlaşıb və o yaxın günlərdə Fransaya köçəcək.
2013-09-06
150
Azərbaycan İsraillə üz-üzə
Sabah dünya çempionatının seçmə mərhələsi çərçivəsində milli komandamız səfərdə İsrail yığması ilə qarşılaşacaq. Qarşılaşma ərəfəsində vaxtilə millimizi çalışdırmış bəzi təcrübəli mütəxəssislərin fikrini öyrəndik. Təcrübəli mütəxəssis Ağasəlim Mircavadovun fikrincə, Ş.İrlandiyanın Rusiya üzərindəki qalibiyyəti sabahkı oyunda millimizin işini çətinə salıb: "Millinin işi sabah çətin olacaq. İsrail bizim üçün asan rəqib deyil, üstəlik də səfərdə oynayırıq. Bundan başqa irlandların Rusiya üzərində qələbəsi İsrailə qrupda ikincilik üçün mübarizə aparmaq şansı yaratdı. Ona görə də rəqib bizə qarşı oyunda qalibiyyətə köklənəcək". Mircavadov həm də millidən yaxşı futbol gözlədiyini bildirdi: "Nəticəni tam olaraq deyə bilmərəm, hər şey ola bilər, millidən yaxşı futbol gözləyirəm. Ən əsası da çalışmalıyıq ki, rəqib bizi qapımıza tərəf sıxmasın. Oyun mərkəzdə getsə, bu bizim üçün yaxşı olar". Millimizin keçmiş çalışdırıcısı Şahin Diniyev də millimizi ağır oyun gözlədiyi qənaitindədir: "Hesabı əvvəlcədən proqnozlaşdırmaq olmaz, amma səfərdə oynayırıq, üstəlik, rəqib də bizdən daha güclüdür. Buna baxmayaraq, bu futboldu və oyun başlayanda hər iki komanda eyni statusda olur". Diniyev açıqlamasında daha bir maraqlı nüansa toxundu: "Ümumiyyətlə, bizim İsrail futboluna qarşı bir sindromumuz var. Bunun səbəbi də rəqibin heyətində fərdi oyun üslübuna üstünlük verən futbolçuların olmasıdır. İsrail İspaniya tərzində oynayır, bu da bizim futbolçulara çətinlik yaradır. Biz daha çox skandinav ölkələrinə qarşı uğurlu çıxış edirik. Həm də elə rəqiblərdən hər cür təhlükəni gözləmək olur, çünki onların texniki, taktiki savadı üstündür".
2013-09-17
151
Heydər Əliyev prospektində kameralar niyə işləmir?
Dövlət Yol Polisinin yüksək rütbəli əməkdaşı sentyabr ayının 10-da paytaxtın ən böyük - Heydər Əliyev prospektində baş verən qəzadan sonra aciz olduğunu söyləyib. Tanınmış şair, tarix üzrə fəlsəfə doktoru Həyat Şəmi (Şamiyeva Həyat Rəhman qızı) 10 UR 704 dövlət nömrə nişanlı "Toyota Yaris" markalı avtomobillə "Koroğlu" metrosu istiqamətində hərəkət edərkən ağ rəngli VAZ 2107 "Jiquli" onu arxadan vuraraq aradan çıxıb. Xanım–sürücü Nərimanov rayon Polis İdarəsinə müraciət edib və qəza törədib qaçan maşının təxmin etdiyi nömrəsini deyib. Rəis, polkovnik-leytenant Tofiq Quliyevlə görüşmək cəhdi baş tutmayıb. Həyat xanımı Yol-patrul idarəsinin Qəhrəman adlı əməkdaşı qəbul edib. Xanımdan bütün sənədlərinin sürətini alan Nərimanov RPİ-nin yol polisi şöbəsinin rəisi isə deyib ki, Heydər Əliyev prospektində kameralar yoxdu, olanlarsa işləmir, ona görə də onu tapmaq mümkün olmayacaq: "Biz acizik". "Maraqlıdır, əgər paytaxtın ən böyük prospektində kameralar yoxdursa, bəs həmin prospektdə sürət həddini aşan onlarla maşını cəriməyə cəlb edən görüntülər necə əldə edilir?" - deyən xanım sürücünün haqlı sualını Daxili İşlər Nazirliyinin müvafiq idarələrinə ünvanladıq. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin mətbuat xidməti ilə əlaqə saxladıq. Xidmətin əməkdaşı prospektdə kameraların işlək olduğunu dedi. "Nəqliyyatın intellektual idarə edilməsi və təhlükəsizliyi xidməti" idarəsi ilə də əlaqə saxladıq. Xidmətin növbətçi əməkdaşı polis çavuşu Həsən Məmmədov şəhərin bütün küçə və prospektlərinin görüntülərinin aydın göründüyünü və kameraların işlək olduğunu dedi. Konkret Heydər Əliyev prospekti ilə bağlı isə bunu əlavə etdi ki, prospektin həm əsas, həm də köməkçi yolları nəzarətdədir.
2013-09-14
153
Rüstəmxanlıdan “Azərbaycan”a ağır ittihamlar
Sabir Rüstəmxanlı: "Bu gün dərc olunan "Azərbaycan" qəzeti Cümhuriyyət dövründə dərc olunan "Azərbaycan"ın davamçısı deyil" "Azərbaycan" qəzetinin ötən günkü sayında qəzetin 95 illiyi münasibətilə geniş yazı dərc olunub. Yazının müəllifi "Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqovdur. Məqalədə qəzetin keçdiyi yol, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi orqanı kimi fəaliyyəti,Ü.Hacıbəyli, Ş.Rüstəmbəyli, X.Ibrahimli, M.Ə.Rəsulzadə, F.Ağazadə, M.Hadi, H.I.Qasımov, M.Şahtaxtlı, A.Ziyadxanlı, Ə.Müznib, Ə.Cavad və başqalarının qəzetdəki fəaliyyətindən söhbət açılır. Daha sonra qəzetin 1991-ci ildə yenidən müstəqillik qazanması ilə öz fəaliyyətini bərpa etməsindən, azadlıq və suverenlik ideyalarının həyata keçirilməsində fəal rolundan, Heydər Əliyevin qəzetə diqqət və qayğısından söhbət açılır. Ancaq məqalədə "Azərbaycan" qəzetini 2-ci dəfə bərpa etmiş, 2 il bu qəzetin redaktoru olmuş Sabir Rüstəmxanlının adı çəkilmir. Sanki bu məlum tarix heç olmayıb, bu şəxsin "Azərbaycan" qəzeti ilə bağlılığı yoxdur. Məqalədə yazılanlarla bağlı millət vəkili Sabir Rüstəmxanlı "Azadlıq" qəzetinə öz fikirlərini belə ifadə etdi: "Bu qəzet haqqında bir kitab çap etmişdilər və həmin kitabda qəzetin indiki redaktorunun 50-60 şəkli yer alımışdı. Ancaq qəzeti yaradanlar, bərpa edənlər haqqında heç bir cümlə yox idi. Bu, Azərbaycanın müstəqilliyinin bərpasını, xalq hərəkatının tarixini unutdurmaq cəhdidir. Bu, rəsmi dairələrin və bu dairələrin rəsmi orqanı olan qəzetin mövqeyidir. Hansıki bu qəzeti 1989-cu ildə mən bərpa etmişəm və 2 il bu qəzetin redaktoru olmuşam. "Azərbaycan" qəzeti 400 min tirajla çıxırdı və azad qəzet idi. Bu qəzetin Azərbaycan mətbuatının inkişafında, ictimai şüurumuzun inkişafında böyük rolu olub. Indiki "Azərbaycan" qəzetinin rəhbərliyinin reallıqları gizlətmək cəhdi əbəsdir və indiki "Azərbaycan" qəzeti Xalq Cümhuriyyəti qəzetinin davamçısı deyil. Bu qəzet sadəcə Milli Məclisin bir bülletenidir. Indiki "Azərbaycan"ın özünü Cümhuriyyət dövründə, 1989-cu ildə çap olunan "Azərbaycan" qəzetlinin davamçısı hesab etməyə mənəvi haqqı yoxdur. Bu gün "Azərbaycan" qəzeti öz fəaliyyət prinsiplərindən ayrı düşüb və tamam başqa istiqamətdə fəaliyyət göstərir".
2013-09-14
154
Makkeyn Putinin cavabını “Pravda”da verəcək!
Rusiya Prezidenti Vladimir Putinin "Nyu York Tayms" qəzetinə yazdığı məqaləyə ABŞ senatoru Con Makkeyn "Pravda" qəzetində cavab verəcək. Com Makkeyn bu məqaləni Putinin liderliyinə qarşı hücum üslubunda yazacaq. Buna baxmayaraq, "Pravda" qəzetinin redaktorları həmin məqaləni dərc etməyə hazır olduqlarını bildiriblər. "Foreign Polis"in xəbərinə görə, "Pravda"nın ingilis dilli şöbəsinin redaktoru Dmitri Sudakov "Con Makkeyn bizim üçün nəsə yazmaq istəyirsə, məmnun olarıq, - deyib. - Cənab Makkeyn artıq neçə illərdir ki, Rusiayaya qarşı mövqe tutan siyasətçidir. Biz onun Rusiya və beynəlxalq siyasət haqqındakı mövqeyini tənqid etmişik, bununla belə, Con Makkeyn kimi görkəmli siyasətçinin məqaləsini çap etməyə şad olarıq". "Biz onun dediyi çox şeylə razılaşmaya bilərik, amma sizi inandırıram ki, Cənab Makkeynin məqaləsi ingilis dilində olduğu kimi və eyni zamanda rus oxucularımızın rahat başa düşməsi üçün rus dilində də nəşr olunacaq", - Sudakov deyib.
2013-09-09
155
Seçkilərdən kənarda qalan namizədlər bəlli oldu
2013-cü ildə keçiriləcək prezident seçkilərinə 22 nəfər namizədliyini irəli sürüb və R.İbrahimbəyov istisna olmaqla, 21 nəfərin namizədliyi təsdiqlənib. Namizədliyi qeydə alınanlar Namizədliyinin qeydə alınması üçün imza vərəqələrini təhvil verənlər: 10. İlqar Məmmədov 11. Sərdar Cəlaloğlu Namizədliyini geri götürənlər: Ərəstun Oruclu namizədliyinin qeydə alınması üçün yetərli imza toplaya bilməyib, digər 3 namizəd - Hidayət Rüstəmbəyli, Rauf Quliyev və İsmayıl Yusifov haqda isə heç bir məlumat yoxdur.
2013-09-10
156
MTN türk polisinin iddialarına sərt reaksiya verdi
Türkiyənin "Haberturk" saytı bu il avqustun 17-də Bağçaşəhər bölgəsində işgəncə ilə öldürülən azərbaycanlı iş adamı Əli Həmidovun ölümünün təfərrüatları barəsində məlumat verib. Saytın xəbərinə görə, öldürüldüyü zaman Əli Həmidovla birgə olan və ağır yaralanan sevgilisi Asiyət Alaşova ölümündən əvvəl onun "Rövşən Lənkəranski"nin adını çəkdiyini deyib. "Habertürk"ün daha bir sensassiyalı iddiası isə azərbaycanlı kəşfiyyatçı ilə bağlıdır. İddiaya görə, Əli Həmidovun yerinin müəyyənləşdirilməsində və qətlin planlaşdırılmasında Rövşən Lənkəranskiyə Qafar adlı azərbaycanlı kəşfiyyatçı yardım edib. Məsələ ilə bağlı MTN-lə əlaqə yaratdıq. Milli Təhlükəsizlik Nazirliyinin İctimaiyyətlə əlaqələr mərkəzinin cavabı qısa və sərt oldu: "Biz belə cəfəng iddialara cavab vermirik".
2013-09-05
157
“Çingiz Mustafayev”i doğrayacaqlar
ADNŞ-nin tərkib hissəsi olan Xəzər Dəniz Neft Donanma (XDND) idarəsindən aldığımız məlumata görə, mütəxissilərin yaş həddinə görə pensiyaya göndərilməsi və vəzifələrin ixtisara salınmasının ardınca Donanmanın bir çox gəmilərinin də doğranaraq Poladəritmə Zavoduna metalalom kimi veriməsi planlaşdırılır. Doğranacaq gəmilər sırasında isə "Çingiz Mustafayev" gəmisi də var. XDND-nin Texniki şöbəsindən də faktı təsdiqlədilər və bildirdilər ki, Yedək Yük gəmiləri olan "Neftqaz-30", "Samur" və məşhur telerepatryor, milli qəhrəman Çingiz Mustafayevin adını daşıyan gəmi istismar müddətini başa vurduqlarına görə doğranacaq.
2013-09-10
159
Türkiyə polisi İstanbuldakı qətldə Rövşən Lənkəranskinin izini tapdı
Lənkəranskiyə azərbaycanlı MTN-çi yardım edib? "Haberturk" saytı Türkiyə MİT-ində olan qaynaqlara istinadən, ilginc məlumat yayıb. Sayt azərbaycanlı iş adamı Əli Həmidov 2013-cü ilin 17 avqustda İstanbulun Baxçaşəhər bölgəsində lüks bir binanın hovuzunda döyüldükdən və işgəncələrə məruz qaldıqdan sonra güllələnərək öldürülməsini araşdırıb. Qətli binanın mühafizəsini aldadıb minibusla içəri girən 6 şəxs törədib. Qatillər iş adamı Əli Həmidovun yanındakı sevgilisi Asiyət Alaşovanı da ağır yaralayıb və bir anın içində yoxa çıxıblar. Ağır ayaralanan Asiyət Alaşovanın ilk yardımdan sonra özünə gələndə türk polisinə verdiyi ifadədə ən önəmli ipucu əldə edilib. Alaşova Həmidovun son nəfəsində "Rövşən" adını qulağına pıçıldadığını deyib. Qumarla qazanılan milyonlar Alaşova məşhur kriminal avtoritet Rövşən Lənkranski ilə bağlı polisə bu məlumatları verib: "Əli bir neçə il əvvəl narkotik cinayətinə görə Rusiyada həbs olunmuşdu. Türmədə daha əvvəldən tanış olduğu Azərbaycan əsilli kriminal avtoritet Rövşən Lənkəranski ilə birlikdə qumar oynayıb. İkisi birlikdə çoxlu pullar qazanıblar. Əli 7-8 ay sonra həbsdən çıxdı. Amma bir müddət sonra arxasınca adamlar düşdü və qumarda uduzulan pullarını istəməyə başladılar. Axırıncı dəfə ona zəng vuran Rövşən Lənkəranskiyə Əli, "Bütün qumar pullarını uşaq evlərinə verdim, məndə pul yoxdu", - dedi. Sonra təhdidlər almağa başladı. İyul ayında Türkiyəyə gəldik. Məqsədimiz iş yeri açmaq idi. Vurulanda Əlinin başını qucağıma aldım. Son nəfəsində "Rövşən" dedi". Lənkəranskinin başına 5 milyon Türk polisinin apardığı istintaqda bir nömrəli şübhəli Rövşən Lənkəranskidir. Araşdırma nəticəsində Lənkəranski ilə bağlı maraqlı məlumatlar əldə olunub. Rusiya mafiyasının ən önəmli adlarından olan Lənkəranskinin başına bəzi mafiya qrupları tərəfindən 5 milyon dollar qoyulub. 16 Aprel 2013-cü ildə "rus mafiyasının atası" kimi tanınan kürd əsilli Ded Xasanın (Aslan Usoyan) qatili kimi də Lənkəranski günahlandırlır. Lənkəranskinin başına milyonlar bu hadisədən sonra qoyulub. MTN-çi Lənkəranskiyə yardım edib? "Haberturk"un bu müdhiş iddiası isə Azərbaycanda bomba effekti yarada bilər. Sayt Türkiyə polisindəki qaynaqlarına dayanaraq, Lənkəranskinin Həmidovu Qafar adlı azərbaycanlı kəşfiyyatçının əliylə tapdığını yazır. Bildirilir ki, Qafaq adlı kəşfiyyatçı Əli Həmidovun yerini müəyyənləşdirib və bundan sonra Lənkəranski İstanbula gəlib. Əməliyyat planını da Qafarın hazırladığı iddia edilir.
2013-09-10
160
O cocuq siyasətdə yoxdur
Qafqazinfo.az saytında Demokratik Milli Birlik Partiyasının sədri Elşən Musayev "Əvəz Temirxanı iqtidarın bəzi yarıtmazlarına bənzədirəm" adl müəllif yazısı ilə çıxış edib. Yazıda müəllif Azərbaycan Liberal Partiyasının sədr əvəzi Əvəz Temirxana xitabən bu sözləri deyir: "Düzdür, burada bir başqa nüans da var - Lalə xanımın təmsilçisi. Yəni Əvəz Temirxan. Mən onu mövcud iqtidarın bəzi yarıtmaz təbliğatçılarına bənzədirəm. Qaş düzəldən yerdə göz çıxaran, səs gətirmək yerinə səs itirən, hava dəyişmək yerinə divar sökən təmsilçilərinə! Kaş Əvəz danışmayaydı, ya da danışılması gərəkəni danışaydı. Amma olsun, zatən Lalə Şövkət danışan yerdə Əvəz bəyin danışdıqları hər kəs üçün vız gələr..." Məsələ ilə bağlı ALP-nin sədri Əvəz Temirxanın fikirlərini öyrəndik. Partiya sədri Elşən Musayevin ittihamlarını qısa və lakonik cavablandıraraq, artıq şərhə ehtiyac olmadığını bildirdi: "O çocuq mənim üçün siyasi şahmat lövhəsində yoxdu".
2013-09-14
161
İlyas İsmayılovdan MSK-ya ittiham
Dünən prezidentliyə namizədlərin İctimai radioda ilk debatı baş tutub. Xatırladaq ki, namizədlər efir vaxtından pulsuz yararlanıblar. Amma nədənsə, digər namizədlərdən fərqli olaraq, İlyas İsmayılov və ya onun nümayəndəsi İctimai radionun namizədlər üçün yaratdığı bu şəraitdən istifadə etməyib. Debatda iştirak etməməsinin səbəbini öyrənmək üçün İlyas İsmayılovla əlaqə yaratdıq. "Axar.az"a açıqlama verən Ədalət partiyasının sədri İctimai radionun efir vaxtından kənarda qalmalarının səbəbini MSK-da gördü: "Günah bizdə yox, Mərkəzi Seçki Komissiyasındadır. Hər gün get-gəl ediblər bizi. İki nümayəndəmizi – Ayaz Əfəndiyev və Mütəllim Rəhimovun sənədlərini qəbul etməyiblər. Deyirlər ki, onlar yararsızdır. Belə bürokratik əngəllərlə qarşımızı kəsirlər". İlyas İsmayılovun ittihamları ilə bağlı MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyevlə əlaqə yaratdıq. Sarıyev millət vəkilinin ittihamlarını əsassız saydı və İlyas İsmayılovun nümayəndəsi Ayaz Əfəndiyevin debatda iştirakı barədə xəbərdar edildiyini bildirdi: "İlyas bəyin iradları əsassızdır, biz onun nümayəndəsinin iştirakı haqda İctimai televiziyaya müvafiq bildiriş göndərmişdik, amma onun nümayəndəsi gəlmədi. Yəni bunda bizim günahımız yoxdur. İstəyirsizsə, İTV ilə əlaqə yaradıb dəqiqləşdirin". İctimai Televiziya və Radio Yayımları şirkətindən bizə bildirdilər ki, həqiqətən də dünən MSK-dan İlyas İsmayılovun nümayəndəsi Ayaz Əfəndiyevin debatda iştirakı haqda məlumat vermişdilər.
2013-09-05
162
Siyasilərin seks qalmaqallarında yeni ad
Moskvanın meri postuna namizəd olan məşhur bloqqer Aleksey Navalnının seçki qərərgahının rəhbəri Leonid Volkovun adı siyasilərin seks-qalmaqalları siyahısına düşüb. "Life News" jurnalistləri Leonid Volkovu Moskvanın məşhur elit striptiz klublarından sayılan "Point Rouge"də istirahət edərkən çəkiblər. Videoda aydın görsənir ki, striptiz göstərən xanım Volkovun istəklərini yerinə yetirir, rusiyalı siyasətçi isə göstərilən xidmətdən razı qalaraq onu mükafatlandırır. Şübhəsiz ki, bu hadisə Navalnının imicinə xətərsiz ötüşməyəcək. Ümumiyyətlə, siyasətçilərin başına analoji hadisələr çox gəlib. Onlardan ən səs-küylüsü 2011-ci ildə Beynalxalq Valyuta Fondunun rəhbəri Dominik Stross-Kanın istefası və həbsiylə nəticələnən otel qalmaqalı olub. Stross-Kanın Nyu-Yorkda qaldığı otelin xidmətçisi iddia etmişdi ki, BVF-nin rəhbəri ona təcavüz edib. Stross-Kann isə onunka qarşılıqlı razılaşma əsasında əlaqədə olduğunu bildirmişdi. Müəyyən vaxtdan sonra fransalı rəhbər həbsdən azad olunsa da, bu onun siyasi karyerasının üzərindən birdəfəlik xətt çəkdi. Onu da qeyd edək ki, BVF-nin keçmiş rəhbəri Fransa prezidentliyinə ən iddialı namizəd hesab olunurdu. Keçən il başqa bir qalmaqal nəticəsində Pentaqon şefi Devid Petrous tutduğu vəzifədən istefa verdi. Buna səbəb Petrousun amerikalı jurnalist Poli Broduellə nikahdan kənar münasibəti oldu. Hər iki tərəfin ailəli olması KİV-də böyük qalmaqala səbəb olmuşdu. Bu ilin yazında isə Avstraliyada dünya medaiasının gündəmini zəbt edən qalmaqal yaşandı. Parlamentin keçmiş spikeri Piter Slipper koməkçisi Ceyms Eşbi tərəfindən ittiham olundu. Eşbinin iddiasına görə, parlamentin spikeri ona qarşı seksual zorakılıq edib. Elə buna görə də, parlamaent rəhbəri cinayət işinin yekunlaşmasına qədər vəzifəsinin icrasını müvəqqəti olaraq dondurub. 2013-cü ilin iyununda məşhur ingilis siyasətçisi Naycel Evans da eyni səbəbdən həbs olunanlar arasındadı. Polisə Evans haqda iki gənc şikayət edib. Gənclərin polisə verdiyi ifadədə qeyd edilir ki, Evans onlardan birinə cinsi təcavüz, o birinə isə hücum edib. İndi isə bu cərgəyə Aleksey Navalnının seçki qərargahının rəhbəri Leonid Volkov daxil oldu. Volkov Rusiya siyasətində daha çox qalmaqallı açıqlamaları ilə diqqət çəkib. O, müsahibələrinin birində bir neçə siyasətçi və jurnalisti evinin çilçırağından asmaqla hədələyib. Bundan başqa Navalnıya qarşı təbliğat aparan mətbuat orqanlarını məhv edəcəyini bildirib, onların sırasında məşhur "İzvestiya" qəzetinin adını isə xüsusi vurğuyla çəkmişdi.
2013-09-09
163
Qafqaz Müsəlmanları “Azal”dan niyə imtina edib?
Bu il də Həcc ziyarətinə yollanan zəvvarlarımız, ötən il olduğu kimi, "AZAL"ın deyil, Fransanın avia şirkətlərindən birinin xidmətindən bəhrələnəcək. Səbəbini aydınlaşdırmaq üçün Qafqaz Müsəlmanları İdarəsi ilə əlaqə saxladıq. QMİ Həcc ziyarəti şöbəsinin müdiri Hacı Vidadi bu barədə məlumatı olmadığını söylədi. "AZAL"ın xidmət rəisi Məhərrəm Səfərli isə bunu ölkədəki demokratiya ilə əlaqələndirdi: "Kim hansı şirkətlə istəyir, onunla da müqavilə bağlayır. Bizim onsuz da işimiz çoxdur. "AZAL" öz uçuşlarını daima, özü də yüksək səviyyədə həyata keçirir. Təbii, Qafqaz Müsəlmanları İdarəsi bizə bu haqda müraciət etsəydi, sözsüz ki, müsbət cavab verəcəkdik". Xatırladaq ki, bu il müqəddəs Həcc ziyarətinə ölkəmizdən 3.280 zəvvar yola salınacaq. Onları 100 nəfər dindar qrup rəhbəri müşayiət edəcək. Onu da qeyd edək ki, bu dəfəki ziyarət ölkəmizdə keçiriləcək növbəti prezident seçkilərinə təsadüf etdiyindən zəvvar-seçicilərimiz Məkkədə Azərbaycan nümayəndəliyində seçimlərini edəcəklər. Belə ki, Qafqaz Müsəlmanları İdarəsinin rəhbərliyi MSK ilə birgə vətəndaşlarımızın prezident seçkilərində səs verməsini təmin etmək üçün gərəkən işləri görüblər. Zəvvarlar və onları müşahidə edən qrup rəhbərləri qeydiyyatda olduqları seçki dairələrindən çıxarılış vərəqələri alıblar və Məkkədəki Azərbaycan nümayəndəliyində səs verəcəklər.
2013-09-03
164
Təyyarə gövdəsi üstünə düşdü
Türkiyənin "Hürriyet" qəzetinin verdiyi məlumata görə, Europejet Hava Yolları şirkətinə məxsus "Challenger 850" tipli təyyarə Moskvanın Vnukovo aeroportunda yerə enərkən gövdəsi üstündə düşmək məcburiyyətində qalıb. Hadisənin bu cür baş verməsinə səbəb təkərlərin açılmaması olub. Ön hissədə yerləşən təkər açılsa da, gövdənin altında yerləşən əsas təkərlər texniki problem üzündən açılmayıb. Nəticədə təyyarə, yerə gövdəsi üstündə düşmək məcburiyyətində qalıb. Təyyarədə olan 7 sərnişin və 4 ekipaj üzvü hadisədən xəsarət almadan ayrılıb. Hadisənin fəsadlarını aradan qaldırmaq üçün Vnukovo hava limanı 4 saatlıq bağlanıb.
2013-09-14
165
Əvəz Temirxan İsa Qəmbərə sataşdı
ALP ilə "Yeni Müsavat" qəzeti arasında söz atışmaları davam edir. ALP-nin sədr əvəzi Əvəz Temirxan Müsavat başqanın müavini, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlunun və Müsavat başqanının ünvanına feysbukda növbəti dəfə daş atıb. Ə.Temirxanın statusundan: "22 avqust 2000-ci ildə, Elçibəyin öldüyü gün, parlament seçkilərində iştirak üçün yaranması ehtimal olunan "Elçibəy-İsa Qəmbər" blokunda kimin proporsional siyahıda hansı yeri tutmağa layiq olduğuna dair təsisçisi "elçibəyçi" İsa Qəmbər olan "Yeni Müsavat" qəzetində "rəy sorğusu" dərc edilmişdi. "Birinci yerdə" İsa Qəmbər idi, "üçüncü yerdə" rəhmətlik Elçibəy..."
2013-09-16
166
Eldar Namazov Milli Şura üzvlərini məsuliyyətli olmağa çağırdı
Mətbuatda yayılan xəbərlərə görə, Milli Şuranın sədri Rüstəm İbrahimbəyovla "EL" hərəkatının sədri Eldar Namazov arasında gərginlik yaranıb. Münasibətlərin gərginləşməsinə səbəb isə tərəflər arasında maliyyə məsələsinin olduğu bildirilir. Rüstəm İbrahimbəyovun Londona səfər etməməsi və daha sonra Tiflisə gəlib Cəmil Həsənli ilə təkbətək görüşməsinin səbəbi də Eldar Namazovla üz-üzə gəlmək istəməməsi olub. Məsələ ilə bağlı Eldar Nazmovla əlaqə yaratdıq. "EL" hərəkatının sədri yayılan xəbərlərin həqiqətə uyğun olmadığını bildirdi və bunu Milli Şuraya qarşı qara piarın bir hissəsi adlandırdı: "Tamamilə yalan məlumatdır. Bizim Rüstəm müəllimlə çox gözəl münasibətlərimiz var. O gün də ANS-in muxbirinin yanında Rüstəm müəllimə zəng vurub, hal-əhval tutdum. Bu cür dezinformasiyaların yayılmasını Milli Şuraya qarşı növbəti qara piarın bir hissəsi hesab edirəm". Eldar Namazov həmçinin Rüstəm İbrahimbəyovun APA-ya verdiyi müsahibəyə toxunaraq indiki həssas dönəmdə Milli Şura üzvlərini məsuliyyətli olmağa çağırıb: "Bilirsiz, bu, hakimiyyətə yaxın mətbu orqanların Milli Şura ətrafında yaratmaq istədiyi növbəti ajiotajdır. Hesab edirəm ki, Rüstəm bəyin fikirlərini təhrif ediblər. Çünki biz onunla danışanda Rüstəm müəllim tamam başqa ab-havada olur. Yenə də düşünürəm ki, seçki təbliğatının həssas dönəmində Milli Şurada təmsil olunanlar prezidentliyə namizədimiz Cəmil Həsənlinin qələbəsi üçün hər cür fədakarlığa hazır olmalıdırlar. Əlbəttə ki, Milli Şura barəsində verdikləri açıqlama və müsahibələrdə də olduqca məsuliyyətli olmaq lazımdır".
2013-09-14
167
Duran adam mükafat aldı
Gəzi parkı hadisələrində "duran adam" kimi məşhurlaşan rəqqas və xareoqraf Erdem Gündüz Almaniyada xüsusi mükafata layiq görülüb. Türkiyənin "Cumhuriyyet" qəztinin verdiyi xəbərə görə, Almaniyanın Potsdam şəhərində "Sanssouci" Sarayında keçirilən tədbirdə "M100 Medya Award" mükafatı Erdem Gündüzə təqdim edilib. Tədbirdə çıxış edən "duran adam" qeyd edib ki, Türkiyədə Gəzi hadisələrində gündəmə gəlib məşhurlaşmasından sonra həyatında ciddi dəyişiklik baş verməyib. "Potsdam Media İnternational" dərnəyi "duran adama" mükfatı təqdim edərkən vurğuluyub ki, Erdem Gündüz öz səssiz etirazı ilə dinc dirənişin simvolu olub və dünya çapında təqlid edilib. Həmçinin o, ifadə azadlığı və insan haqları mövzusunda etdiyi cəsarətli çıxışlara görə bu mükafata layiq görülüb.
2013-09-05
168
İctimai TV “yola verməkdə” davam edir
İctimai Televiziya və Radio yayımları şirkətində kadr dəyişiklikləri davam edir. Bu gün işdən azad olunanlar sırasında Analitik Proqramlar departamentinin direktor müavini, tanınmış jurnalist Telman Məmmədov da var. Aparıcının işdən çıxarılması ilə bağlı İTV rəhbərliyi növbəti və ənənəvi cavabını açıqlayıb. Sorğumuza cavab olaraq Kadrlar Departamentindən bildirdilər ki, Telman Məmmədov öz istəyi ilə telekanalı tərk edib və ona heç bir təzyiq olunmayıb. Məsələyə münasibət bildirən Telman Məmmədov işdən çıxması ilə bağlı xəbəri nə təsdiq, nə də təkzib etdi. Aparıcı gələcək planları haqda danışarkən sadəcə bu barədə düşünməyə fürsəti olmadığını söylədi. Xatırladaq ki, Telman İsmayılov İTV-nın canlı olaraq yayımlanan "Odlar yurdu" telekörpü-layihəsinin müəllifi və İctimai kanalın beynəlxalq əlaqələrinin qurulmasında əsas vasitəçilərdən sayılırdı.
2013-09-17
169
ABŞ əsgəri cinsiyyətini dəyişdi
Amerikalı snayper, keçmiş əsgər Çarlz Pontiero aşiq olduğu xanımın lezbiyan olduğunu öyrənəndən sonra cinsiyyətini dəyişib. "Dailymail"in xəbərinə görə köhnə snayperçinin həyatı eşq üzündən tamamilə dəyişib. ABŞ ordusunun snayperi Çarlz İngiltərədə yaşayan 29 yaşlı tələbəyə aşiq olub. Ancaq qızın lezbiyan olduğunu biləndə çətin qərar vermək məcburiyyətində qalıb. Çarlz əvvəl ordudan istefa verib, daha sonra həyat yoldaşından boşanıb. Adını da Alesia olaraq dəyişdirib. İngiltərəyə köçüb cinsiyyətini dəyişən Çarlz bundan sonra lezbiyan sevgilisinin evində yaşamağa başlayıb. Mariya adlı sevgilisiylə həyatının ən gözəl günlərini yaşadığını bildirən Çarlz, "Ailəm də bilirdi ki, mən həmişə özümü kişi yox, qadın kimi hiss etmişəm", - deyib.
2013-09-10
170
Qaçqın ailə yenidən qaçqın gününə düşdü
Bu gün saat 02.45 də Xırdalan şəhəri Quşçuluq massivində yanğın baş verib. Güclü yanğın Füzuli rayonundan məcburi köçkün Həbibov İbrahimə məxsus 5 otaqlı mülkdə baş verib. Yanğın baş verərkən ailə üzvüləri yuxuda olub. Mətbəxdən başlayan alov qısa müddətdə bütün otaqları bürüyüb. FHN-nin yanğından mühafizə dəstəsinin xilasediciləri və yanğınsöndürənlər 20 dəqiqədən sonra hadisə yerində olsalar da, yanğını vaxtında söndürmək mümkün olmayıb. Ev, əşyaları ilə birlikdə külə dönüb.
2013-09-06
171
Antalyada böyük yanğın
Türkiyənin kurort şəhərlərindən olan Antalyanın Kumluca qəsəbəsində dünən günorta saatlarında yanğın baş verib. İki ayrı-ayrı nöqtədə, Ortaköy və Karacaören kəndlərində başlayan və iki gündür davam edən yanğın 100 hektardan çox əraziyə ziyan vurub. Bu gün yanğınsöndürənlər tərəfindən nəzarətə götürülsə də, yanğının tam qarşısını almaq mümkün olmayıb. Yanğının qarşısını almaq üçün, Antalya, Konya, Denizli, Eskişehir və bir neçə şəhərlərin meşə idarələrinin xeyli sayda işçiləri yanğını söndürməyə cəlb edilib. Bundan əlavə könüllü dəstələr də yanğını söndürməyə yönləndirilib. Üç təyyarə, yeddi helikopter, xeyli sayda su tankeri və xeyli sayda texnikanın köməyi ilə 250-dən çox meşə işçisi yanğını söndürməyə davam edib. Yanğın səbəbindən Karaören kəndinə gedən telefon əlaqəsi kəsilib və elektrik xətlərinin verilişi dayandırılıb.
2013-09-30
172
İyirmi min azərbaycanlı “havada” yaşayır
Redaksiyamıza 20 ildir şəxsiyyət vəsiqəsi ala bilməyən vətəndaş şikayət edib. Böyükşor qəsəbəsi Pəhləvan Fərzəliyev küçəsinin sakini Hümbətov Rövşən Əziz oğlu 1993-cü ildən bu günə qədər heç bir sənədi olmadan yaşayır. Şikayətçi bildirir ki, neçə ildir bu problemdən yaxa qurtara bilmir. Uzun müddət Gürcüstan vətəndaşlığında yaşayan R.Hümbətov ölkəyə qayıdanda sənədlərini itirib. Və o zamandan bəri heç bir sənəd əldə edə bilmir. Şikayətçinin sözlərin görə, baş vurduğu bütün dövlət idarələri işi öz üzərindən atır. Hər idarə onu başqa bir idarəyə göndərir. Təkcə doğum haqqında şəhadətnaməm var Hümbətov Rövşən Əziz oğlu 1974-ci ildə anadan olub. 17 yaşına kimi Gürcüstanda yaşayıb. 1992-ci ildə oradan tamamilə köçüblər. Bir il Qarabağda anasının yurdunda yaşayıb. Ölkəyə qayıdanda sənədini itirdiyinə görə, yaşadığı evə qeydiyyata düşə bilməyib: "Ailə üzvlərimdən hər kəsi qeydiyyata alsalar da, məni salmadılar. Bu səbəbdən nə Gürcüstanda, nə də ölkəmdə normal yaşaya bilirəm. Təkcə doğum haqqında şəhadətnaməm var. Onu da kimə göstərirəmsə, deyirlər ki, sən Gürcüstan vətəndaşısan, biz səni qəbul edə bilmərik. Gürcüstan səfirliyinə də getdim, olanları danışdım, onlar da köməklik etmədi". Övladları ata soyadı daşımaq istəyir Şikayətçinin həyat yoldaşı İradə Mehdiyevanın sözlərinə görə isə artıq 18 ildir ki, evlidirlər. Lakin bu problem onların rəsmi evliliyinə mane olub. Sırf bu səbəbdən nə nikaha girə bilirlər, nə də ki övladları atalarının soyadını daşıya bilir: "1995-ci ildən Rövşənlə evliyik. Neçə ildir bizi məsələyə aid olmayan, səhv ünvanlara göndərirlər. Kimi səfirliyə, kimi Miqrasiya İdarəsinə… Amma heç bir yerdən köməklik yoxdur. Gürcüstan həyat yoldaşımdan imtina edib, Azərbaycan isə qəbul etmir. Bəs onu vətəni qəbul etmirsə, kim etməlidir? İki oğlumuz var. 17 yaşları var. Amma hər ikisi mənim soyadımı daşıyır. Mən istəyərdim övladlarım atalarının soyadını daşısın. Bu sənədsizlik ucbatından həm də maddi sıxıntı çəkirik. Heç yerdə işə götürmürlər. Yalnız ara işlərlə məşğuldur ki, bu da bizim ailənin ehtiyaclarını ödəmir. Maşın bazarında maşınların ehtiyat hissələrinin satışı ilə məşğuldur. Vəziyyətimiz çox çətindir". Ekspertlər nə deyir "Azərbaycan Miqrasiya Mərkəzi" İctimai Birliyinin sədri Əlövsət Əliyev məsələ ilə bağlı "Axar.az"a bildirdi ki, Azərbaycan Respublikasının qanunvericiliyinə görə, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqəsi ala bilməzlər. Azərbaycan Respublikasının ərazisinə 1992–ci ildən sonra gələnlər üçün şəxsiyyət vəsiqəsi ilə təmin olunması qanunu hələ qəbul edilməyib. Qanunvericiliyə görə, kim 1992-ci ilədək ölkəyə köç edibsə, vətəndaşlığı olmayan şəxsiyyət vəsiqəsi ilə təmin olunub. Amma 1992-ci ildən sonra bu vəziyyətlə qarşılaşanlar rəsmiləşdirilmir, sadəcə, ölkədə yaşamağına heç bir əngəl törədilmir. Miqrasiya məsələləri üzrə ekspert Əhməd Şirinov isə bildirdi ki, məsələ ilə əlaqədar vətəndaş Gürcüstan səfirliyinə müraciət etməlidir: "Burada çətin heç nə yoxdur. O, Gürcüstan səfirliyinə müraciət edərək bildirməlidir ki, ona qayıdış şəhadətnaməsi versinlər. Gürcüstana gedərək bütün sənədlərini alıb ölkəyə qayıtmalıdır. Ondan sonra vətəndaş Azərbaycanda şəxsiyyət vəsiqəsilə ilə təmin edilə bilər. Dövlət Miqrasiya İdarəsinə müraciət etsək də, suallarımızı cavablandıran olmadı. Bildirdilər ki, bütün suallar Komitənin rəsmi saytında cavablandırılır. Qeyd edək ki, ölkədə bu cür insanların sayı 20.000-dən çoxdur.
2013-09-30
173
Türkiyə meydan oxuyur
Türkiyə uzunmənzilli raket müdafiə sisteminin qurulması üçün ABŞ-ın qadağalar qoyduğu Çinin CPMIEC şirkətini seçib. Bu qərar Qərbdə narazılıqla qarşılanıb. "Defense News" "qayğı artır" deyərkən, "Financial Times", "Ankara NATO ortaqlarını təccübləndirdi",- deyə yazıb. "Defense News" bildirir ki, NATO prosesə dəstək verməyi rədd edəcək. Türkiyənin bu addımı NATO ölkələrində siyasi və hərbi meydan oxuma kimi qiymətləndiriləcək. "Financial Times" isə Türkiyənin Çin ilə işbirliyini ən aşağı qiyməti tapmaq istəyi ilə əlaqələndirib.
2013-09-14
174
Şahzadə Diananın vəsiyyəti tapıldı
Türkiyə mediasının məlumatına görə, Ledi Diananın səs yazısı meydana çıxıb. Şahzadə ölümündən əvvəl oğlu və gəlini üçün vəsiyyət sayıla biləcək sözlər deyib: "Səni tanısaydım, əminəm ki, çox sevəcəkdim. Tez bir zamanda dost olardıq. Sən xüsusi birisən. Elə olmasaydın Vilyam ilə evlənə bilməzdin. Uşaqlarınıza yaxşı baxın. Mənim onları çox sevdiyimi və onlara göz-qulaq olacağımı bilsinlər". Ortaya çıxan bu səs yazısı sui-qəsd iddialarını daha da gücləndirib. İngilərə mətbuatı səs yazısını vəsiyyətnamə kimi qiymətləndirib. Belə çıxır ki, ledi doğurdan da öldürüləcəyindən şübhələnirmiş.
2013-09-30
175
Atalar öz qızları ilə evlənə bilər – İranda
İran parlamentinin qəbul etdiyi qanun layihəsinə görə, atalar övladlığa götürdüyü qızlarla 13 yaşından başlayaraq evlənə biləcəklər. "Axar.az"ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, bu qanun layihəsinin təqdimatına səbəb olaraq "uşaqların haqlarının qorunması" göstərilib. İranda oğlanlar 15, qızlar 13 yaşında evlənə bilir. 2010-cu il ərzində 10-14 yaş arasında 42 min uşaq evləndirilib. İranda 10 yaşdan aşağı ən az 75 uşağın evli olduğu bildirilir. "İran üçün ədalət" qrupunun insan haqları vəkili Şadi Sadr bu qanunun qəbulundan əndişə duyduğunu deyib: "Bu qanunun reallaşması ölkədə pedofiliyanı leqallaşdıracaq". Həm yerli , həm də xarici mətbuat və insan haqları təşkilatları məsələ ilə bağlı etirazlarını bildirib.
2013-09-30
176
İran çanaq antenlərini nanklarla əzdi
Peyk televiziyalarının qadağan olunduğu İranda polis topladığı yüzlərlə çanaq antenini tankın altında əzib. "Doğan Xəbər Agentliyi"nin məlumatına görə, təkcə Şiraz şəhərində 800 çanaq anteni məhv edilib. Polisin antenlərin üzərinə yazdığı "Atəşi evinizdən uzaqlaşdırın", "Seriallar həyasızlıq yayır", "Ölüm olsun Amerikaya" və "Ölüm olsun İngiltərəyə" kimi şüarlar diqqət çəkib. Qadağalara rəğmən, İran əhalisi xarici kanalları izləmək üçün çanaq antenləri çox işlədən ölkələrdən biridir. Buna görə də polis tez-tez bu cür əməliyyatlar keçirir.
2013-09-28
177
34 il sonra ilk dəfə
ABŞ prezidenti Barak Obama İran prezidenti Həsən Ruhani ilə telefon danışığı aparıb. İki ölkə arasında dövlət başçıları səviyyəsində 34 il sonra ilk danışıq baş tutub. Sonuncu belə danışıq 1979-cu ildə Cimmi Karterin hakimiyyəti dövründə baş tutub. "Radikal" qəzetinin xəbərinə görə Obama, İranla əhatəli bir həll yolu tapacağına inandığını deyib. İki ölkənin xarici işlər nazirləri də 6 ildən sonra üz-üzə görüşüb. Qarşılıqlı danışıqlardan sonra hər iki liderə müsbət mesajlar verilib.
2013-10-14
178
Qurban bayramının mahiyyəti; Qurbanlar harada kəsiləcək? - SİYAHI
Oktyabrın 15-i bütün müsəlman aləmi müqəddəs Qurban bayramını qeyd edəcək. Qurban bayramı və ya dini qurban kəsmə İslam aləmində ən müqəddəs bayramlardan biridir. Hər il hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən başlayan bayram üç gün davam edir. Azərbaycanın 21 illik müqəddəs bayramı Dini qurban kəsmə İbrahim peyğəmbərlə əlaqələndirilir. Rəvayətə görə, yuxuda Allah İbrahim peyğəmbərin yaradana olan inamını yoxlamaq üçün oğlu İsmayılı qurban verməyi əmr edir. İbrahim əsl dindar kimi Allahın əmrini yerinə yetirməyə hazırlaşır. Lakin Allah bunu öz elçisinə rəva bilmir və qurbanlıq üçün ona bir qoç göndərir. Buna görə də Qurban bayramında kəsilən qurbana "İsmayıl qurbanı" da deyirlər. İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur. Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli "Azərbaycan Respublikasının bayramları haqqında" Qanununa əsasən Qurban bayramı Azərbaycanda da dövlət səviyyəsində bayram edilir. Qurban bayramında hər bir imkanlı müsəlman qurban kəsib, onun ətini imkansızlara, kasıblara paylamalıdır. "Quran"da bu barədə buyurulub: "Allaha nə ət, nə onun qanı çatmır, ancaq sizin dindarlığınız çatır". Qurbanlığın əti satılmır İsmayıl qurbanında kəsilən heyvanlarda bir sıra şərtlərə əməl edilməlidir. Qurbanlıq kimi seçilən heyvan qoç, iribuynuzlu dana, yaxud da dəvə olmalıdır. Nəsil artımında dişi heyvanların müstəsna rolu olduğuna görə, qurbanlıq heyvanın erkək olması daha üstün tutulur. Qurbanlıq qoç ən azı altı aylıq, dana bir illik, dəvə isə beş illik olmalıdır. Qurban bayramında kəsilən heyvanın sağlam olması da vacib şərtdir. Əzalarında hər hansı nöqsanı olan heyvanın qurban kəsilməsi məsləhət görülmür. Bu bayramın əsas mahiyyəti Allah yolunda kəsilmiş qurbanlıq heyvanın ətini imkansız bəndələrlə bölüşmək, onları sevindirməkdir. Bəzən bir neçə adam bir heyvan alıb onu öz aralarında bölüşməklə, yaxud gedib bazardan ət alıb gətirməklə qurbanı kəsilmiş hesab edirlər. Lakin İslam dininə görə bunlar qurbanlıq hesab olunmur. Bir neçə nəfər yığışıb bir dananı qurban kəsə bilərlər, bu şərtlə ki, hər bir şəxsə düşmüş ət payını ən azı üç hissəyə bölmək mümkün olsun. Borc pula qurban almaq təqdir edilmir Qurban kəsmək yalnız buna imkanı olan varlı adamların boynunda haqdır. İmkanı olmayan adama isə qurban kəsmək vacib deyil. Qurban kəsmək üçün borc pula heyvan almaq islamda təqdir olunmur. Bakıda qurbanlar harda kəsiləcək? Qurban kəsməyin əməl edilməsi vacib olan şərtlərindən biri də təmizliyə, sanitar qaydalara riayət olunmasıdır. Buna görə bu bayramda Bakıya gətirilən qurbanlıq heyvanların ticarət üçün xüsusi ayrılmış, baytar-sanitariya tələblərinə cavab verən yerlərdə kəsilməsini təmin etmək məqsədilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən əmr imzalanıb. Əmrə əsasən, Qurban bayramı ilə əlaqədar olaraq Bakı şəhərinə gətirilən heyvanların sağlam olması, həmçinin baş verə biləcək təhlükəli xəstəliklərin qarşısını almaq, ətin və digər məhsulların qanunvericiliklə müəyyən edilmiş qaydada baytar-sanitariya ekspertizasının aparılmasına dövlət baytarlıq nəzarətinin gücləndirilməsi məqsədilə zoobaytar mütəxəssisləri heyvanların kütləvi halda kəsim yerlərinə təhkim olunublar. Eyni zamanda, qurbanlıq heyvanların saxlanılmasında və kəsilməsində baytar-sanitariya qaydalarına ciddi əməl edilməsi, rayonlardan gətirilən mallara və qoyunlara onların sağlamlıqları barədə 1 nömrəli şəhadətnamənin yoxlanılması və bunun nəticəsindən asılı olaraq müvafiq tədbirlər görülməsi barədə nazirlik aparatının Heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinə və Dövlət Baytarlıq Xidmətinə göstərişlər verilib. Bakı şəhərində qurbanlıq heyvanların kəsilməsi aşağıdakı ünvanlarda həyata keçiriləcək: - Zabrat qəsəbəsi, Kürdaxanı yolu, Zabrat dairəsi; - Lökbatan qəsəbəsi "Meyvəli" bazarının qarşısı, Sahil qəsəbəsi; - Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, Keşlə bazarının qarşısı; - Binəqədi rayonu, 3-cü balıqçılar küçəsi; - Binəqədi rayonu, 8-ci mikrorayon, Rəsulzadə qəsəbəsi; - Binəqədi rayonu, Bilcəri qəsəbəsi; - Xətai rayonu, Nobel prospekti, "Nargilə" kafesinin qarşısı" - Xətai rayonu, Gəncə prospekti, "Fərid" şadlıq evinin yaxınlığında; - Suraxanı rayonu, Zığ qəsəbəsi; - Yasamal rayonu, Şərifzadə küçəsi, "İdeal" şadlıq sarayının yaxınlığında; - Suraxanı rayonu, Bülbülə qəsəbəsi; - Suraxanı rayonu, Əmircan qəsəbəsi; - Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi; - Suraxanı rayonu, Hövsan qəsəbəsi; - Səbail rayonu, Bibiheybət yolu, 20-ci sahə, ticarət cərgələrinin arası; - Nizami rayonu, R.Rüstəmov və M.Əliyev küçələrinin kəsişdiyi yer; - Xəzər rayonu, Binə qəsəbəsi; - Xəzər rayonu, Qala qəsəbəsi; - Xəzər rayonu, Mərdəkan qəsəbəsi; - Xətai rayonu, Gəncə prospekti; - Sabunçu rayonu, Bakıxanov qəsəbəsi; - Xətai rayonu, Əhmədli qəsəbəsi. Allah qurbanlarınızı qəbul etsin!
2013-09-28
179
Türkan Sultan və “Qadınlar da vardır”
Türkan Şoray 2007-ci ildə rol aldığı "Suna" filmindən sonra ilk dəfə çəkiliş meydanındadır. Bu dəfə kamera önündə deyil, kamera arxasında olacaq. Xatırladaq ki, türk filminin sultanı bundan öncə də dörd filmdə rejissorluq edib. "Sabah" qəzetinin məlumatına görə, Türkan Şoray qadınların həyatını işıqlandıracaq. Komandası isə yalnız qadınlardan ibarətdir. Film Erendiz Atasünün "Qadınlar da vardır" əsəri əsasında ekranlaşdırılacaq.
2013-09-30
181
Polis döyülən qadının ekspertiza rəyini “itirib”
Binəqədi rayon "DSK 4" adlanan yataqxananın sakini Həsrət Əliyeva "Axar.az"a müraciət edərək, başına gələnləri nəql etdi. Həsrət xanım söhbətində bildirdi ki, müxtəlif ağır fiziki iş tələb edən yerlərdə işləyib. Hazırda daş karxanasında işləyir Həsrət xanım. "Qobustan Balıq Evi" kafesində zorakılıq Həsrət xanım bir ildən çoxdur ki, əslən Gürcüstan vətəndaşı olan Asəf adlı iş adamı tərəfindən təhqirlərə və fiziki zorakılığa məruz qaldığını deyir. Nə şikayət etdiyi polis bölməsi, nə də ki, zədələri ilə bağlı ekzpertizadan müsbət cavab ala bilib. Hadisə isə 2012-ci ilin yay aylarında Səngəçaldakı Bağ Evləri massivində, "Varlılar məhləsi" adlanan küçədə yerləşən "Qobustan Balıq Evi" kafesində baş verib. - İşə götürüləndə müdir yalnız aşpaz işləyəcəyimi desə də, sonradan əlavə tələblər ortaya çıxdı. Belə ki, onun dediklərini etmədikdə, təzyiqə məruz qaldım. Mənə münasibət çox pis idi. Amma mən məcburi köçkün, işsiz olduğum üçün işləyirdim. Zorakılıq isə kafeyə əxlaqsız bir qadının nahar etməyə gəlməsindən sonra son həddə çatdı. Aşpaz olsam da, müdir bu qadına xidmət etməyimi, qulluq göstərməyimi tələb etdi. Məni aşağıladı. Etiraz etdim. Bu zaman müdir səs tonunu qaldırdı. Daha sonra mübahisə böyüdü və mənə fiziki güc tətbiq etdi. Məni küçəyə qədər döyərək çıxartdı". Yol polisləri köməyə gəlir - Heç kim məni onun əlindən ala bilmirdi. Vəhşi kimi döyürdü. Söyür, təpikləyirdi… Yaxınlıqdakı yol polisləri köməyə gəldi. Məni onun əlindən ala bilmədilər. Hətta Asəfin qardaşı Azər də onu aralamaq istədi, mümkün olmadı. Xanımın dediyinə görə, bir qədər keçdikdən sonra müdir yorulub dayanıb. Amma xanımın kafedə qalan paltarlarını, telefonunu və digər əşyalarını vermək istəmir. Polislərin çağırdığı Təcili Yardım maşını Həsrət xanımı Musa Nağıyev adına 1 saylı kliniki xəstəxanaya (SEMAŞKA) aparıb. Oradan da polislərə təhvil veriblər. Daha sonra ekzpertizaya göndərilib. 11-ci bölmədən 11 metrlik zərbə - Mənim işimi Qaradağ rayonundakı 11-ci bölmənin rəisi şəxsən özü nəzarətə götürəcəyini dedi. Ordan sənədləri Lökbatandakı 9 saylı ekspertiza komissiyasına göndərdilər. Rəis dedi ki, ekzpertizanın cavabları bölməyə gəldikdən sonra tədqiqat işi yekunlaşacaq. Amma ekzpertizanın cavablarını guya itiriblər. Rəisin bu sayğısılığı daha ağır zərbə oldu. Mənim qıçlarım, başım ağır zərbələrdən zədə almışdı. Bir neçə gün reanimasiyada yatmışam. Hanı o sənədlər? Niyə bizim qanunlar işləmir? Hanı bizi qoruyan dövlət? Sənədlər hər yerdən itib Məsələ ilə əlaqədar olaraq Lökbatan rayon 11-ci polis bölməsi ilə əlaqə saxladıq. Bölmədən bildirildi ki, baş verən hadisə barədə məlumat yoxdur. Bölmənin rəisi ilə əlaqə saxlamağa çalışsaq da, bildirdilər ki, bölmə rəisi Vüsal Qaraşov bu gün olmayacaq. Daha sonra Rayon Ekzpertiza İdarəsi ilə əlaqə saxladıq. Komissiyadan bildirildi ki, məsələ ilə əlaqədar məlumatlar heç arxivdə belə qalmayıb.
2013-09-30
182
1.5 milyon erməni müqəddəs elan edilir
Birinci Dünya Müharibəsi illərində Osmanlı türkləri tərəfindən öldürüldüyü idda edilən 1.5 milyon erməni müqəddəs elan ediləcək. Avrasiya Strateji Araşdırmalar Mərkəzinin yaydığı xəbərə görə, erməni kilsələri 400 il sonra bir araya gələ bilib. Bir çox məsələlərdə müzakirə aparan kilsənin üstündə ən çox durduğu məsələ Osmanlı türkləri tərəfindən öldürüldükləri iddia edilən ermənilər olub. Onlar bu məsələyə daha çox diqqət çəkmək üçün 1.5 milyon insana müqəddəs titulu verməyə hazır olduqlarını bildiriblər.
2013-09-30
183
BMT-də etiraz doğuran çıxış
BMT Parlament Assambleyasında danışan Qambiya dövlət başçısı Yahya Jammeh eynicinsliləri təhdid edib: "Eynicinslilər insanlıq üçün təhdiddir. Bu xəstəliklə bir müsəlman və afrikalı olaraq sona qədər mübarizə aparacağam. Bu, Allaha və insanlığa qarşı pis bir davranışdan başqa bir şey deyil". Nyu Yorkdakı homoseksualların haqqlarını qoruyan "All Out" qrupunun qurucusu Andre Banks Y.Jammehin fikirlərini son dərəcə zərərli olaraq qiymətləndirib. "Habertürk"ün məlumatına görə, insan haqları təşkilatları 1994-cü ildə hərbi çevriliş ilə hakimiyyətə gələn Qambiya prezidenti ilə bağlı dəfələrlə şikayət ediblər. Bu şikayətlər eynicinslilərə olunan işgəncələrlə əlaqədardır.
2013-09-30
184
BDU-da Hafiz Hacıyevin mitinqinə hazırlıq gedib
Dünən "İnşaatçılar" metrosu yaxınlığındakı "Məhsul" stadionunda prezidentliyə namizəd Hafiz Hacıyevin seçicilərlə görüş-mitinqi baş tutub. Mitinqə universitet tələbələrinin məcburi şəkildə qatılması barədə aksiya ərəfəsində yayılan xəbərləri isə BDU-nun Jurnalistika fakultəsinin dekanı Şamil Vəliyev görüşdə iştirakı ilə təsdiqləməyə çalışırdılar. Aksiyaya getməyən tələbələrə töhmət? Məsələ ilə bağlı Şamil Vəliyevin xidməti otağı ilə bir neçə dəfə əlaqə yaratsaq da, Jurnalistika fakultəsinin dekanını iş otağında tapa bilmədik. Dekanlığın dəstəyi qaldıran və adının açıqlanmasını istəməyən əməkdaşı isə "Axar.az"a universitetdə Hafiz Hacıyevin mitinqinə hazırlıq getdiyini dolayısı ilə təsdiq etdi (səs yazısı var). Dekanlığın nümayəndəsi həmçinin universitet tərəfindən çağırılan tədbirlərə gəlməyən tələbələrə dekanlıq yox, rektorluğun cəza kəsdiyini bildirdi: "Bu haqda qabaqcadan xəbərim olmayıb. Mitinq barədə hazırlıq getdiyini həmin gün bilmişəm. Ümumiyyətlə, bu işlərə mən baxmıram. Belə tədbirlərə gəlməyən tələbəyə dekanlıq yox, rektorluq tərəfindən töhmət verirlər. Amma belə töhmət olmadığına görə, dəqiq heç nə deyə bilmərəm. Onu da deyim ki, bu töhmət olsa da, tələbənin imtahanlarına təsir eləmir, yəni sadəcə xəbərdarlıq olur". Bu, arqument deyil "Bir adam gedib müstəqil şəkildə iştirak edirsə və ya yaxud tələbə heç bir fakta söykənməyən açıqlama verirsə, bu, universiteti ittiham etməkçün arqument ola bilməz". Bu sözləri isə müxbirimizə BDU-nun Mətbuat və İnformasiya şöbəsinin müdiri Pərvanə İbrahimova bildirdi. Pərvanə xanım həmçinin dekanlığın əməkdaşının dediklərini təkzib etdi və universitet tərəfindən mitinqə heç kimin məcburi aparılmadığını qeyd etdi.
2013-09-28
185
Namizədlərin plakatlarını külək cırır?
"Azadlıq" qəzetində yayılan məlumatda bildirilb ki, Ağdaş və Masallıda seçki təbliğatı üçün nəzərdə tutulmuş plakatlar cırılır, yazıların üstünə əlavə yazılar əlavə olunur. Milli Şuranın Mərkəzi Seçki qərargahının rəhbəri Gözəl Bayramlı bildirib ki, rayonlarda Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin seçki plakatlarını cırıb, onun seçki kampaniyasından istifadə etmək hüquqlarına mane olurlar. Məsələ ilə əlaqədar MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyevdən açıqlama aldıq. "Axar.az"a açıqlamasında məsələyə münasibət bildirən A.Sarıyev bildirdi ki, bu mövzuda komissiyaya heç bir məlumat daxil olmayıb. Plakatların cırılmaq məsələsi ilə bağlı isə xidmət rəhbəri bildirdi ki, bəzən mülkiyyətin sahibindən icazə almadan onun obyektinə bu cür plakatlar yapışdırırlar. Belə olan vəziyyətdə isə bu, obyekt sahibinin narazılığı ilə nəticələnir: "Bizdə belə bir məlumat toxdur. Amma sizə deyim ki, səsvermə ərəfəsində belə cəfəng məlumatların yayılması birinci dəfə deyil. Dəfələrlə olub ki, mətbuata seçki prosesinə qara yaxmaq məqsədi güdən bu və ya digər məzmunlu məlumatlar ötürülüb və nəhayətdə öz təsdiqini tapmayıb. O ki qaldı plakat məsələsinə, külək haradasa yaxşı yapışdırılmamış plakatı cırırsa, bunu niyə başqalarının ayağına yazırlar? Əvvələr də bəzi çevrələr olub ki, öz zəifliklərini, məğubiyyətlərini sığortlamaqdan ötrü belə taktikalardan istifadə ediblər". Komissiyanın mətbuat xidmətinin rəhbəri onu da bildirdi ki, istənilən qanunsuz hadisə baş verərsə, o zaman komissiya tərəfindən qərar qəbul ediləcək. Hələ ki, komissiyaya bu cür məlumatlar daxil olmayıb.
2013-09-30
186
Tələbə yataqxanasına hücum – 50 ölü
Nigeriyada terror aktları davam edir. "Haberler.com"un xəbərinə görə, bir qrup silahlı gecə saat bir radələrində Gujba bölgəsindəki Universitetə hücum edib. Atəş altında qalan tələbələrdən min nəfər qaçaraq qurtulub. Polis 50 cəsəd tapıb və axtarışlara davam edir. Ölü sayının artacağı gözlənilir. Terror aktına göə "Əl-Qaidə" bağlantılı "Boko Haram" qruplaşmasından şübhələnilir. İyul ayında bu qruplaşma Yobe əyalətində bir məktəbə hücum edərək və 42 nəfəri qətlə yetirmişdi.
2013-09-19
191
DİN işgəncə görən uşağın izinə düşə bilmir
Feysbuk sosial şəbəkəsində bir xanım istifadəçi Bakıda bina evlərindən birində uşağın atası tərəfindən döyülməsi ilə bağlı ürəksızladan məlumat və foto yayıb. Məlumatda deyilir ki, bu uşaq hər gün atası tərəfindən işgəncəyə məruz qalır, sifəti zərbələrdən tanınmaz hala salınır. Məlumatı paylaşan xanım uşağına işgəncə verən həmin kişinin adını çəkməməsini ondan qorxmasıyla izah edib. Bu vəhşiliklə bağlı hər hansı bir tədbir görülübmü? Ölkədə fəaliyyət göstərən, azyaşlı kimsəsiz uşaqların müdafiəsi və hüquqları ilə məşğul olan qeyri-hökumət təşkilatları hər hansı bir addımı atıbmı? Bəs dövlət orqanları? Səhiyyə nazirliyi ünvanı tapa bilmir Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səbahət Əhmədova paylaşılan şəkillə və uşağın zorakılıqla qarşılaşması haqda məlumatlı olduqlarını dedi: "Lakin ünvanı və tam olaraq zərərçəkənin adını bilmədiyimizə görə heç bir kömək edə bilmədik. Biz sosial şəbəkədə bunu yayanlara üz tutduq, ünvanı istədik ki, həmin usagı heç olmasa həkim müayinəsindən keçirib, müalicəsi ilə məşğul ola bilək. Əfsus ki, cavab vermədilər". DİN-dən bu vəhşiliklə bağlı açıqlama olmayacaq Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Orxan Mənsurzadə də bu hadisəni analoqu olmayan vəhşilik kimi xarakterizə etdi: "Bu, insanlığa zidd olan bir işgəncədir. Azyaşlı uşağa bu qədər əzab vermək ürəkağrıdıcı haldır. Uşağın şəklini paylaşan o xanıma sərgilədiyi vətəndaşlıq mövqeyinə görə təşəkkür düşür. Lakin o xanım bu hadisə ilə bağlı 102 qaynar xəttinə, yaxud yaxınlıqdakı polis bölməsinə xəbər versəydi, daha yaxşı olardı. Sözsüz ki, araşdırmaya ehtiyac var. Doğrudanmı bu uşaq atası tərəfindən döyülüb, yaxud doğrudanmı bu uşaq paytaxt sakinidir? Ünvan yox, ad yox, müvafiq instansiyalara müraciət yox. Valideynin məsuliyyətə cəlb olunması, onunla profilaktik söhbətin aparılması da bundan sonra mümkün ola bilərdi". Bu olayla bağlı nazirliyin hər-hansı bir açıqlaması gözlənilirmi və yaxud DİN kimi təcrübəli bir dövlət orqanı üçün bu məsələni dəqiqləşdirməyin nə dərəcədə çətin olub-olmaması ilə bağlı sualımızı isə DİN yetkilisi belə cavablandırdı: "Biz "102 Qaynar xətti"ni ona görə yaratmışıq ki, vətəndaşlar hər hansı bir cinayətin açılmasında bizə yardımçı olsunlar. İndiki halda isə həmin xanım hadisədən xəbər yaysa da, heç bir koordinat göstərməyib. Bizim texniki imkanlarımız imkan vermir ki, bu hadisənin izinə düşə bilək".
2013-09-24
193
“Pasha Bank” Türkiyə bazarına girir?
"Hüriyyet"in verdiyi xəbərə görə, iyun ayında mərkəzi Bəhreyndə yerləşən TAİB bankını Dubay şeyxi Əl Maqtumdan alan Aksoy Holdinq bankın sərmayəsini 80 milyon artıraraq əksər hissəsini satmağı planlaşdırır. Aksoy Holdinqin başçısı Ərdal Aksoy sərmayə artımını və Azərbaycandan bir bankla görüşlər keçirdiyini təsdiqləsə də, ortağının adını açıqlamayıb. Sərmayə artımını təsdiqləyəndən sonra Azərbaycandan bir bankla görüşlərin sürətlənəcəyi gözlənilən Aksoy Holdinqin Azərbaycan bankına daha çox hissə verməyi planlaşdırdığı bildirilib. Aksoy Holdinqin İdarə heyətinin rəhbəri Ərdal Aksoy, "Biz Aksoy Holdinq olaraq enerji və turizm sektorunda fəaliyyətimizi böyütmək istəyirik. Bankçılıq bizimçün yeni işdir, çox da yaxşı bildiyimiz sahə deyil. Bankçılıq sektorunda yolumuza böyük ortaqla davam etmək istəyirik. Qısa müddətdə BDDK-dan 80 milyon sərmayə artımı üçün təsdiq gözləyirik. Bu ilin sonuna qədər razılaşma təsdiqlənər", - deyib. Azərbaycan bankı Türkiyə bazarında Azərbaycandan olan bir bankla görüşlər keçirdiyini, amma hansı bankla görüşdüyünü açıqlamayan Aksoy, "Azərbaycanda bankçılıqla məşğul olan bu bank indi də Türkiyə bazarına girmək istəyir. TAİB bankla ortaqlıq reallaşarsa, bankın böyüməsi mövzusunda ortaq addımlar atılacaq", - deyib. Ortaq - Pasha Bank ola bilər Uzun müddətdir ki, Türkiyə və Azərbaycan bankları qarşılıqlı olaraq Azərbaycan və Türkiyə bazarına girmək istəyirlər. Bir müddət əvvəl mərkəzi Bakıda yerləşən Pasha Bankın da Türkiyə bazarına girmək istədiyi mətbuatda əks olunmuşdu. Mütəxəsislərin fikrincə, TAİB bankın ortaqlığı üçün Aksoy Holdinqin görüşdüyü banklar arasında Pasha Bankın da ola biləcəyi ehtimalı var.
2013-09-24
194
Məşhur yazar vəfat etdi
Kolumbiyalı yazıçı və şair Alvaro Mutis 90 yaşında vəfat etdi. Alvaro Mutis Nobel mükafatı almış Qabriel Qarsia Markesdən sonra Latın Amerikasında sevilən və dünya şöhrət qazanmış yazıçıdır. "Mutis Servantes", "Xavier Villaurratia" və bir çox başqa mükafatlara layiq görülmüşdü. Film prodüsseri, nəşriyyat rəhbəri və köşə yazarı olaraq çalışan Mutis 1988-ci ildə təqaüdə çıxdıqdan sonra bütün zamanını ədəbiyyata sərf edib. Qeyd edək ki, ilk şeir kitabı "Balans" 25 yaşında nəşr olunub. "Fəlakətin elementi", "Son sahil", "Lekumberrinin gündəliyi" kimi əsərlərin müəllifidir.
2013-09-17
195
Metroda terror həyacanı
İndiyə qədər üç mindən artıq adam saxlanılıb Moskva polisi iki gündür ki, metroda terrorçu ovuna çıxıb. "Axar.az"ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, iki gün ərzində mühafizəçilər metrodan istifadə edən 3122 sərnişini şübhəli şəxs qismində saxlayıb. Antiterror əməliyyatının başlanmasına səbəb isə cümə günü paytaxt polisinə ötürüləm məlumatdır. Məlumat iki terrorçunun Moskvaya gəldiyi və metroda kimyəvi silahdan istifadə edərək terror aktı keçirəcəyindən ibarətdir. Şənbə günü paytaxtın bütün təhlükəsizlik qüvvələri həyacan siqnalı ilə ayağa qaldırılıb. Polis, mülki geyimli FTB və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları terrorçuların axtarışına çıxıb. Hələlik heç bir nəticə əldə olunmasa da, ümumilikdə 3122 şübhəli şəxs saxlanılıb. Tutulanların əksəriyyəti isə Mərkəzi Asiyadan olan miqrantlardır.
2013-04-24
196
KXCP sədri mitinqdə tribunaya çıxmamasına aydınlıq gətirdi
Milli Şuranın 22 sentyabr mitinqində Milli Şurada təmsil olunan KXCP-nin sədri Mirmahmud Mirəlioğlu həmkarlarından fərqli olaraq tribunada görünmədi. KXCP sədri mitinq iştirakçıları arasında dayanıb, aksiyanı seyr edirdi. Bu isə Milli Şura ilə KXCP arasında soyuqluğun yaranması haqda söz-söhbətə yol açmışdı. Məsələ ilə bağlı KXCP sədri Mirmahmud Mirəlioğlu ilə əlaqə saxladıq. Partiya sədri "Axar.az"a açıqlamasında tribunaya çıxmamasına aydınlıq gətirdi: "Bu dəfə xalqın arasında olmağı lazım bildim. Həm də mən olduğum yerdə "Nida" hərəkatının üzvləri bayraq və plakatlarla coşqu yaratmışdılar, onların üstündən keçib getmək istəmədim. Fikir verdinizsə, tribunada da sıxlıq yaranmışdı. Bir təşkilat və partiyadan bir neçə nəfər dayanmışdı, bu da istər–istəməz sıxlıq yaradırdı. Elə bugünkü iclasımzıda da bu haqda danışdıq". Tribunaya çıxmamasının səbəbinin Milli Şuranın imzatoplanma mərasımındə KXCP ilə Milli Şura arasında yaranan anlaşılmazlıqla əlaqəsi olub-olmadığı sualına isə partiya sədri belə cavab verdi: - Yox, onunla əlaqəsi yoxdur. O anlaşılmazlıq arxada qaldı. Bizim vahid namizədimiz Cəmil Həsənlidir və onun qələbəsi uğrunda partiya olaraq əlimizdən gələni edəcəyik. Xatırladaq ki, Cəmil Həsənlinin namizədliyinin qeydə alınması müddətində Milli Şurada təmsil olunan AXCP və Musavat kimi partiyalara 21000 imza həvalə olunsa da, KXCP-yə 1000 imza həvalə olunmuşdu. Bu isə partiya sədri Mirmahmud Mirəlioğlunun narazılığı ilə qarşılanmışdı.
2013-09-24
197
Araz Əlizadə “Yeni Musavat”ın oxucularını Rauf Arifoğluna bənzətdi
"Musavat.com"un iddiasına görə, prezidentliyə namizəd ASDP sədri Araz Əlizadənin təbliğat kampaniyasında qanunsuz olaraq "Yeni Musavat" və "Azadlıq" qəzetindən istifadə edilir. Sayt xəbər verir ki, "Qaya" MY-nin köşklərində satılan qəzetlərin arasında Araz Əlizadənin təşviqat bukletləri də oxuculara verilir. Saytın yaydığı məlumata görə, bu haqda Müsavat partiyası Masallı rayonunun sədri Xasay Səfəroğlu məlumat verib. X.Səfəroğlu qeyd edir ki, köşk satıcıları bu işdən xəbərsiz olduqlarını bildiriblər və təşviqat materialları adıçəkilən qəzetlərin səhifələrinin arasında Bakıdan hazır şəkildə göndərilib. "Yeni Musavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu sahibi olduğu media orqanına verdiyi açıqlamada bunu özbaşnalıq kimi qiymətləndirib: "Bizimlə anlaşmadan, müqavilə imzalamadan bunu edə bilməzdi, edibsə, qanunu pozub. Şikayət verəcəyik". Sayt "Qaya" Mətbuat Yayımı Firmasının rəhbəri Xanhüseyn Əliyevin də fikirlərini öyrənib: "Bu, yanlış məlumatdı. Heç bir qəzetin arasında buklet paylamamışıq. Biz bütün köşklərdə oxuculara bukletləri veririk. Bu, hansısa qəzetin üstündə, yaxud arasında deyil, sadəcə, təbliğat materialı kimi ayrıca təqdim edilir. Biz "Yeni Müsavat" alana da, "Azərbaycan" alana da bu bukletləri veririk". Hadisədə adı hallanan ASDP sədri Araz Əlizadə "Axar.az"a verdiyi açıqlamada "Yeni Müsavat" oxucularının Rauf Arifoğlunun məfkurəsində, düşüncəsində olduğunu bildirib: "Azadlıq" və "Yeni Musavat"ın oxucuları mənim seçicilərim deyillər, onlar mənim məfkurəmdə deyillər, onlar elə Rauf Arifoğlu məfkurəsindədirlər. Mənim bukletlərim "Yeni Müsavat" və "Azadlıq" qəzetinin içində satılmır. "Qaya" Mətbuat Yayımı ilə müqaviləm var və onların "poçtalyon"ları qəzet aparanda onları da aparırlar". Araz Əlizadə onu da bildirib ki, "Yeni Müsavat" qəzeti onun haqda həqiqətə uyğun olmayan məlumatlar yayır: "Musavat haqqımda daha bir doğru olmayan xəbər yaymışdı. Guya mənə maşın vermişdilər, bu, yalandı. Sadəcə, evimi təmir edən usta pulu və materialları götürüb qaçmışdı. Mən də onu məhkəməyə verdim və məhkəmə də onun əmlakını müsadirə etdi. Nəticədə də ona məxsus olan avtomobili mənə verdilər". "Azadlıq" qəzetinin texniki direktoru Faiq Əmirov isə "Axar.az"a bildridi ki, bu haqda onlarda heç bir fakt yoxdur və oxucuları tərəfindən də şikayət daxil olmayıb.
2013-09-24
198
Orxan Pamuk muzeydə bələdçilik edəcək
Oktyabr ayından etibarən Məsumiyyət Muzeyini Orxan Pamukun öz səsindən dinləyərək gəzmək mümkün olacaq. Səsləndirmə türk və ingilis dillərində aparılacaq. Əsəri türk dilində Orxan Pamuk, ingilis dilində isə "British Council"in bölgəsəl sənət direktoru Qriqori Naşini səsləndirəcək. Qeyd edək ki, Məsumiyyət Muzeyi 2012-ci ilin aprel ayında İstanbulun Çuxurçumə məhəlləsində açılıb. Muzeydəki hər sərgi üçün müəllifin səsindən romandan götürülən parçalarla bilgilər anladılacaq. Muzeyin səs işləmləri Cevdet Erkinə aiddir.
2013-10-16
199
Namiq Qaraçuxurlunun gənc qızla çəkdirdiyi şəkil aranı qatdı
Sosial şəbəkədə Namiq Qaraçuxurlunun gənc bir xanımla şəkii yayılıb. Şəkildə N.Qaraçuxurlunun əli xanımın belindədir. Şəkil müxtəlif şayiələrə səbəb olub. Editor.az saytına istinadən deyə bilərik ki, dolaşan şayiələrə aydınlıq gətirmək üçün meyxanaçı ilə əlaqə saxlanılıb. Namiq Qaraçuxurlu "O qızı heç tanımıram. Sadəcə, bir neçə gün bundan öncə Fərda Xudaverdiyevin konsertində həmin xanım mənimlə şəkil çəkdirmək istədi, mən isə etiraz eləmədim. Şəkil çəkdirən zaman xanım şıltaqlığına salaraq məndən əlimi onun belinə qoymağımı istədi, mən də elədim. Kaş ki, heç bunu eləməzdim. Mən heç bilməzdim ki, bu qız həmin şəkli sonradan sosial şəbəkədə yayacaq və bu da belə söz-söhbətlərə səbəb olacaq. Mənə lazım idi ailə quracağım ərəfədə bu cür şayiə və söz-söhbətlər? O qız haqda bircə onu deyə bilərəm ki, səhv etmirəmsə, Almaniyada yaşayır, vəssalam", – deyə fikir bildirib. "Axar.az" saytı olaraq Namiq Qaraçuxurlunun həmin qızla bir neçə il öncə çəkdirdiyi 2 şəkli xanımın öz facebook profilindən götürüb sizlərə təqdim edirik. Xanımın özü, meyxanaçının toyu ərəfəsində belə söhbətlərin yayılmasını heç arzulamadığını bildirdi və: "Burda nə var ki? Mən Namiqin fanatıyam və onunla şəkil çədirmək istədim", - dedi, sonrakı şəkillərin nə zaman çəkilməsinə isə aydınlıq gətirmədi.
2013-09-24
200
KİV rəhbərlərindən DİN-ə sərt cavab
İttiham olunası bir qurum varsa, o da DİN-dir DİN-in rəsmi saytında ölkəmizdəki cinayət hadisələrinin statistikasını göstərən mətnin yarımbaşlıq hissəsində KİV-lə bağlı bir ittiham da yer alıb: "Son vaxtlar müxtəlif kütləvi informasiya vasitələrində və ayrı-ayrı şəxslərin çıxışlarında ölkədəki kriminogen durumla, xüsusən ağır cinayətlərlə bağlı həqiqətə uyğun olmayan fikirlər səsləndirilir". Axar.az saytı olaraq DİN-in KİV-lə bağlı olan fikrini qiymətləndirmək üçün bir neçə redaksiya ilə əlaqə saxladıq. Xalid Kazımlı (Musavat.com-un baş redaktoru): - Bu cür tənqidi fikirlər konkret yazılmalıdır. Hamı da bilməlidir ki, hansı kütləvi informasiya vasitələri və hansı ayrı-ayrı şəxslər hansı ağır cinayətlərə dair necə həqiqətə uyğun olmayan sözlər danışıblar. DİN mətbuat xidməti konkret, dəlil-sübutlu, ad və ünvan göstərməklə açıqlama verməlidir. Bu açıqlamada dörd qeyri-müəyyən iddia-ittiham var. Bəxtiyar Əlirzayev ("Publika.az" saytının redaktoru): - Ümumiyyətlə, zaman-zaman Azərbaycanda "Kenya təəssüratı" yaratmağa cəhd edən mətbu orqanlar açılıb və nüfuz qazanmadığına görə bağlanıb. Ancaq düşünürəm ki, hazırkı durumda, bu məqama görə ciddi narahat olmağa dəyməz. Xarici güclər qarşısında hansısa öhdəlik götürüb bu tipli fikirləri KİV-lərə çıxarmaq olduqca zəif addımdır. "Publika.az" olaraq isə bizdə bu tipli fikirlərə qətiyyən yer verilməz. Bu, qolunun gücünü kiməsə nümayiş etdirmək üçün əlinə külüng alıb öz evini dağıtmağa oxşamırmı? Elbrus Ərud ("Qafqazinfo.az"ın baş redaktoru): - DİN əgər bu fikri səsləndirirsə, konkret olaraq adlar qeyd etməlidir. Xüsusi adlar qeyd olunmadığı halda, KİV qətiyyən ittiham oluna bilməz. Bu məsələdə ittiham olunası bir qurum varsa, o da DİN özüdür. Onların mətbuat orqanları haqqında bildirdiyi fikirlər bir çox hallarda fiaskoya uğrayıb. Elçin Zahiroğlu ("Aznews.az" saytının baş redaktoru): - Ölkədə baş verən cinayət hadisələrinin statistikası, cinayətlərin xarakteri vətəndaşlarda müəyyən narahatlıq yarada bilər. Məsələn, vətəndaş düşünə bilər ki, ölkədə bir jurnalistin, hüquq müdafiəçisinin evindən odlu silah, qumbara çıxırsa, deməli, cinayətkarların, kriminala yaxın şəxslərin evində ən azından tank var. Və əgər belədirsə, deməli, ölkədə kriminal durum təhlükəli həddədir. Bir daha qeyd edirəm ki, bu təsəvvürü oxucularda, adi vətəndaşlarda biz formalaşdırmırıq. Bu fikirlər aidiyyəti qurumların məlumatları, hesabatları, əməliyyatları əsasında formalaşır. İndi həmin o mətbuatı qınayan qurumlar, vəzifəli şəxslər oturub düşünməlidir: Günah kimindir?" Seymur Həzi ("Azadlıq" qəzetinin siyasət şöbəsinin müdiri): - Üzümü KİV-i həqiqətə uyğun olmayan fikirlər səsləndirməkdə ittiham edən Daxili İşlər Nazirliyinə tuturam - bəlkə Elmar Hüseynovun, Rail Rzayevin, Fətullah Hüseynovun, Ziya Bünyadovun qətllərinin üstünü açmısınız? Əgər elədirsə, bizə də deyin...
2013-09-24
201
YAP sədri ARDNŞ-dan narazılıq edir
Binəqədi kənd sakinlərinin şikayətlərinə baxılmır "Sizin heç insafınız yoxdurmu? Niyə gəlib yaşayışımızı görmək istəmirsiz? Niyə səsimizi eşitmirsiz? Heç olmasa, siz bizi dinləyin!" Telefonda deyilən bu ürəkağrıdıcı sözlərin ardınca Binəqədi kəndi, Mikayıl Ələkbərov-7-də yaşayan Bağırova Ümidə Əlimirzə qızının yaşadığı ünvana yollandıq. Bəs deyirlər, hər şey yaxşı olacaq? Dəfələrlə Binəqədi kənd İcra Nümayəndəliyinin başçısı Ramiz Həsənzadəyə və kənd bələdiyyəsinin sədri Tamerlan Quliyevə müraciət etsə də, onun səsinə səs, hayına hay verən olmayıb. Elə xanımın Binəqədi rayon İcra Hakimiyyətinə ünvanladığı şikayət məktubları da cavabsız qalıb. Özü xəstə olan, "böyrəkləri sözünə baxmayan" xanım 8 aylıq uşaqla 75 yaşlı atasına və bibisinə də baxmağın ona çox çətin olduğunu deyir. Üstəlik, 26 yaşlı qardaşı Nizami də iş tapa bilmir. Ailənin yeganə gəliri xəstə qocaların 150 manatlıq təqaüdü və onlara verilən 120 manat civarında sosial yardımdır. Çətinliklə yaşasalar da, şikayətləri heç də bu deyil, iş tapsalar, işləyəcəklər. Elastik tavan, quzulayan divar və... Ümidə xanımın yaşadığı evin darvazasından içəri girən anda səfalətlə qaşılaşacağımızın fərqinə vardıq. Ev 4 otaqdan və bir kiçik mətbəxdən ibarətdir. Hamam-tualet həyətdədir. Bütün otaqlar bərbad haldadır. Tavan çöküb, döşəmə elastik bir hal alıb. Ayaqlarını basdıqca köhnə, nəm taxtalar aşağı çökür. Döşəməyə sərilmiş xalça-palaz isə axşamdan yağan yağışın suyunu hələ də canında saxlamaqdadır. Divarlar "quzulayıb". Qumqarışıq sement örtük ovularaq divar boyunca səpələnib. Mənzildə təmizlik işləri aparılsa da, tör-töküntü yenə də hiss olunur. Yağan yağış illərdir ki, divar boyunca üzü aşağı izlər buraxıb. Qonaq otağının tavanından səmanı seyr etmək olar. Evin damının şiferləri qırılıb, təzələyə bilmirlər. - Şifahi çox demişik, nə bələdiyyə sədri, nə də icra nümayəndəsi bizi heç yada salmadı. Bir aydan çox olar, yenə də dedik. Yenə eyni şey... - Gözlərinin nəmini silir. - Uşağıma yedirirəm, özüm ac qalsam da olar, – deyir. Redaksiyanın adından ailəyə az da olsa yardım edirik. Bələdiyyə sədri də adamdır da... Ümidə xanımla xudahafizləşib, Binəqədi qəsəbə bələdiyyəsinə baş çəkirik. Burda bizə deyirlər ki, sədr elə indicə çıxıb, ərazidədir, seçkiyə hazırlıq işləri görür. Bələdiyyədə üz tutası, söz soruşası heç kəs tapılmır. Narazılıq edirik. Kənardan yaşlı və kök kişi: - Nə istəyirsiz, bələdiyyənin sədri elə burda oturmalıdır? Onun xeyri-şəri yoxdu? Bələdiyyə sədri də adamdır də... – deyir. Səhər tezdən səs versək yaxşıdır, yoxsa axşamtərəfi? Qəsəbə İcra Nümayəndəliyində də olduq. Qəbul otağında iki nəfər yaşlı qadın oturmuşdu. Söhbətlərindən belə anlaşılırdı ki, problemlərinin həlli üçün dəfələrlə burda olublar. Lakin icra nümayəndəsini tapmaq mümkün olmayıb. Fotoqrafımızı görən kimi jurnalist olduğumuzu bilirlər. Ramiz müəllimi soruşuram. "Elə indicə burda idi. Yaxşı adamdır". Söz atıram, söhbət başlayır. - Bizim heç bir şikayətimiz yoxdur. Gəldik eləcə soruşaq, görək, seçki günü səhər tezdən səs versək yaxşıdır, yoxsa axşamtərəfi? Görülən işlərdən niyə yazmırsız? Bayırda YAP-ın Binəqədi kənd sədri Ağabala Musayevlə tanış oluruq. Məqsədimizi deyirəm. - Bilirəm, o yazıqlar iki ildir qapıları döyməklə məşğuldur. Bir neçə dəfə iclaslarda bu məsələni gündəmə gətirmişəm. Mənim səlahiyyətimdən kənardı. Amma yüz faiz o evi təmir edəcəklər. Görülən işlər də var, onlardan niyə yazmırsız? Məsələn, bir qadının evi kanalzasiyadan, ətrafdan axan qurunt sularından qəzalı vəziyyətə düşüb, tamam uçub dağıldı. İcra başçısına qədər çıxdım, heç bir təmənna güdmədən evinin tikilməsinə icazə aldım. Bizi həmin evə baxmağa dəvət edir. SOKAR icra hakimiyyətinə mane olur - SOKAR ayağını dirəyib yerə. 4 şifer qalıb, qoymur vursunlar. Dünənki yağışdan sonra yazıqlar harda yatacaqlarını belə bilmirlər,- sədr deyir. YAP sədrinin təkidi ilə tikilən evə çatırıq. 2-ci Mədən küçəsi-87 ünvanında yerləşən evin həyətində divanın üstündə islanmış yataq dəstlərinin arasında bir pişik özünə yer edib, xumarlanır. - Bütün yaşayış korpuslarının kanalizasiya suları bax bu evin altından keçir. Yazığın evi uçub-dağıldı. İcra başçısı, icra nümayəndəliyi evin tikilişinə icazə verdi. İndi Neft Şirkətinin mühafizəçiləri son dörd şiferi vurmağa icazə vermir. Dünəndən azyaşlı uşaqlar qalıb yağışın altında. Rayon rəhbərliyinə də müraciət etdik, vəziyyəti məruzə elədik, başçı da dedi ki, tiksin, sakinimizdir, nə olsun ki, sənədsiz tikilən ev olub, uçub-dağılıb da, kömək edin... Ancaq SOKAR müdaxilə edir. Hələ bildirirlər ki, prezident seçkiləri bitər-bitməz evi tamamilə sökəcəklər. Biz tikirik, SOKAR sökür Qonşular topalaşır. Gülər Camalova adlı sakin: - Hər kəsə demişik. Kanalizasiya problemimiz var. Aldadıb səsimizi, imzamızı alırlar, amma dedikləri sözün üstündə durmurlar, - deyir. YAP sədri işin qəlizləşdiyini görür: - Düz 1200 metr məsafədən su çəkdirtdim bura. Bu axı partiyanın işi deyil. Hər kəs öz işini görsə yaxşıdır. Prezident dedi axı, dedi ki, sənədsiz evləri sənədləşdirin. Bunlar isə sökür. SOKAR-ı deyirəm.
2013-09-24
202
Əsəd narahat deyil
Suriya prezidenti Bəşər Əsəd Çinin rəsmi televiziya kanalı olan "CC TV"yə verdiyi müsahibədə BMT Təhlükəsizlik Şurasının çıxaracağı qərardan narahat olmadığını deyib. "Milliyet"in xəbərinə görə, Fransa, İngiltərə və ABŞ Əsədin kimyəvi silahların məhvi planına əməl etməyəcəyi təqdirdə BMT Təhlükəsizlik Şurasından Suriyaya müdaxilə qərarı çıxarılmasını istəyirlər. Əsəd isə verdiyi müsahibədə kimyəvi silahları məhv etməyə gələcək mütəxəssislərin təhlükəsizliyi ilə əlaqədar işlərin yubanmayacağını da bildirib. Rusiya Xarici İşlər naziri Sergey Lavrov Suriyada kimyəvi silahların məhvedilmə müddətində "Türkiyə də daxil olmaqla bütün ölkələrdən beynəlxalq müşahidəçilərin iştirakının" lazım olduğunu bildirib.
2013-09-27
203
Pulqabını qaytarmadı, millətini rüsvay etdi
Dünyanın ən məşhur kültür dərgiləridən biri "Readers" dünyanın ən dürüst millətlərinin siyahısını tərtib edib. 16 ölkənin paytaxtlarında ən işlək meydanlara içində pul və sənədlər olan pulqabılar qoyulub, onları tapanların nə edəcəyi izlənilib. 12 pulqabından 11-inin geri verildiyi Finlandiya dünyanın ən dürüst ölkəsi seçilib. Daha sonrakı yerlərdə 9 pulqabı ilə Hindistan, 8 pulqabı ilə Macarıstan yerləşib. ABŞ isə dördüncü yerdə olub. Ən axırıncı yerdə isə yalnız bir pulqabının geri verildiyi Portuqliya qərarlaşıb.
2013-09-28
204
Senator 21 saat danışdı - Rekord
Bütün dünyanın diqqəti BMT Baş Assambleyasında ikən Amerika senatında daha maraqlı bir hadisə baş verib. Prezident Barak Obamanın səhiyyə sahəsindəki islahatlarına etiraz edən senator Ted Kruz 21 saat danışaraq senatın işləməsinə mane olub. "Gücüm tükənənə qədər danışacağam" deyən senator kürsüdən sadəcə siyasi bəyanatlar verməyib. O, uşaqlar üçün də bir şeir kitabı oxuyub. Amerika senatında axırıncı belə hadisə CİA-in başqanının təyinatını gecikdirmək üçün baş vermişdi. Həmin vaxt senator Rand Paul 13 saat danışmışdı.
2013-09-27
205
Alim Qasımovu təhqir edən şəxs məlum oldu
Hüquqşünas Mehman Muradlı feyzbuk profilində Alim Qasımovun posterini yayıb. Posterdə Alim Qasımovun şəkli və "mən qoyunam" sözləri həkk olunub. M.Muradlı bu şəkli paylaşaraq posterin Müsavat Divanının üzvü Tural Abbaslının əl işi olduğunu bildirərək təhqir edib. Məsələ ilə bağlı posteri hazırladığı iddia edilən Tural Abbaslının fikrini aldıq. T.Abbaslı "Axar.az"a bu şəkli onların hazırlamadığını bildirdi: "Bu şəkli guya mənim yaratdığım və yaydığım haqda yazmışdılar. Mən də orada şərh yazdım ki, bu şəkili mən hazırlamamışam, xəbərim yoxdur. Əgər biz belə bir şey hazırlasaydıq, altına imzamızı da qoyardıq və yaxud da deyərdik ki, biz eləmişik. Burada təəccüblü bir şey yoxdur. Amma mən bilən, o şəkli ilk yayan hakimiyyətyönümlü feyzbuk hesab profilləri olub. Ola bilsin ki, özləri hazırlayıb. Daha çox hakimiyyətə yaxın gənclər və onları dəstəkləyən profillərdən şübhələnirəm". O kapsları mən hazırlamışam Bu arada sosial şəbəkə istifadəçisi Hacı Hacıyev iddia edib ki, posteri Tural Abbbaslı yox, o hazılayıb: "O kapsları mən hazırlamışam. Səbəb isə Alim Qasımovun Murad Dadaşovun siyasi klipində yer almasıdır. Alim Qasımov o adamdır ki, canlı efirdə aparıcının onun həmkəndlilərinin sosial durumu barədə sualına, "mənim boğazım ağrıyır, danışa bilmirəm", deyə cavab vermişdi. Özü də bu poster təkcə Alim Qasımovla bağlı deyil, o klipdə çəkilən başqa adamların da şəkillərini eyni konsepsiyada düzəltmişəm. Xəzər TV-də fakt yoxdur Hadisə Xəzər TV-nin ekranlarında da əksini tapdı. "Xəzər Xəbər"in axşam buraxılışnda Tural Abbaslı haqda sujet getdi və Müsavatın Divan üzvü posteri hazılayıb yaymaqda ittiham edildi. Məsələni aydınlaşdırmaq üçün Xəzər TV-nin Xəbərlər Departamenti ilə əlaqə yaratdıq. Televiziyanın adını açıqlamaq istəməyən əməkdaşının bildrdiyinə görə, məlumat sosial şəbəkədən götürülüb və onun konkret mənbəyi haqda fakt yoxdur. Sonda Xəbərlər Departamentindən onu da qeyd etdilər ki, hər hansı bir narazılıqla bağlı Tural Abbaslı məhkəməyə də müraciət edə bilər.
2013-10-24
206
İcra şöbəsinin rəisi icra üçün rüşvət istəyir – iddia - foto
Binəqədi rayon Rəsulzadə qəsəbə sakini Namiq Şahmalı oğlu Rəhimlini redaksiyamıza qarşılaşdığı məmur özbaşınalığı gətirmişdi. O, "Axar.az"a söhbətində süründürməçilikdən bəhs etdi, Ədliyyə Nazirliyinin Binəqədi rayonu üzrə məhkəmə qərarlarının icra şöbəsi idarəsindən şikayətini bildirdi. Məhkəməyə müraciət etdim - Binəqədi rayon, Rəsulzadə qəsəbəsi Davudoğlu küçəsi 60 ünvanında anama məxsus mülkdə yaşayıram. Mülk ümumilikdə 0.6 ha torpaq sahəsindən ibarətdir. Həmin ərazidə qardaşımın keçmiş həyat yoldaşı Səlimova Fazilə Qəşəm qızı qeyri-qanuni, icazəsiz olaraq ev inşa edib. Bununla əlaqədar olaraq müxtəlif dövlət qurumlarına dəfələrlə müraciət etmişəm. Mübahisənin nəticəsi olaraq iş məhkəməyə qədər uzandı. Məhkəmə qərarından sonra bildirildi ki, qardaşımın keçmiş həyat yoldaşının həmin evdə gəlin olaraq yaşamaq ixtiyarı var. Və heç kim onların yaşamağına mane olmur. Sadəcə o qadın yaşadığı evdən əlavə olaraq həyətimizi zəbt edərək 3 mərtəbəli qeyri-qanuni tikili inşa edib. Bununla əlaqədar da məhkəməyə müraciət etdim". İş öz icra həllini tapmayıb - Bu xanım Rayon İcra Hakimiyyətində Alı Qocayevin vaxtında müəyyən yalanlarla, saxtakarlıqlarla tikilinin inşasına müvəffəq olmuşdu. Xaləddin İsgəndərov icra başçısı təyin olunduqdan sonra işi yenidən nəzarətə götürdü. Beləliklə, 26 dekabr 2008-ci ildə Binəqədi Rayon Məhkəməsində Həsənov Allahverən Məhərrəm oğlunun sədrliyi ilə işə yenidən baxıldı və xanıma verilən sənədlər ləğv edildi. Bundan sonra qarşı tərəfin apelyasiya şikayəti də təmin edilmədi. Ali Məhkəmənin hakimi Əli Rüstəmov qarşı tərəfin istəyinin əksinə 2(102) – 2567/ 13 saylı qərar qəbul etdi. Mübahisə 5 il yarımdan artıqdır davam edir. Apelasiya Məhkəməsinin qərarında göstərilir ki, qanunsuz tikilinin sökülməsi xərcləri qarşı tərəfin hesabına reallaşmalıdır. Amma bu vaxta qədər Məhkəmə Qərarlarının İcrası şöbəsi işi icra etməyib. .İcra şöbəsinin rəisi məndən 2000 manat istədi - Avqustun 14-də qarşı tərəfə rəsmi surətdə könüllü icra üçün 5 gün vaxt verildi ki, əgər tikili sökülməsə, məcburi qaydada söküntü işləri aparılacaq. Həmin vaxtdan da nə qədər keçib. İki dəfə Ədliyyə Nazirliyinin orqanlarına nəzarət şöbəsinin rəisi, general Xanlar Zeynalovun qəbulunda olmuşam. General maraqlandı, sənədlərlə, məhkəmə qərarları ilə tanış oldu və bildirdi ki, həmin tikili mütləq söküləcək. Bu iş Binəqədi Rayon Məhkəmə qərarlarının İcra İdarəsinin rəis əvəzi Emil Əhmədliyə tapşırıldı. Emil müəllim məndən məhkəmə qərarını icra etməsi üçün 2000 manat "şirinlik" istədi. İcraçı Qədir Mikayılovla görüşdüm. Söküntü onun icraatındadır. Bu işi niyə görməmələrinin səbəbini soruşdum. Bildirdi ki, hər şey idarənin rəisindən asılıdır. Mən hətta ərizə vermişəm ki, sökülmənin bütün xərclərini özüm ödəməyə hazıram. Yetər ki, həmin qanunsuz tikili sökülsün. Ədliyyə Nazirliyinin nəzdində Ekspertiza İnstitutu var. Həmin idarədən mənə bildirildi ki, ev sökülərkən sizin evə zərər dəyə bilər. Mən isə bildirdim ki, hər şeyi nəzərə almışam, yazılı surətdə buna hazır olduğumu da yazdım. Bundan sonra həmin qurum rəy verdi ki, tikili sökülsün. Ayın 19-u generalın göstərişinə əsasən xüsusi qrup gətirildi. Mən isə öz öhdəliyimdə bütün dağıdıcı texnikanı gətirmişdim". Nazirin kuratoru üçün müsəlmançılıq əsasdır - Hadisə yerinə gələn kurator Rəsul müəllim mənə dedi ki, bu evi niyə sökdürürsünüz, müsəlmançılıqdır, lazım deyil. Sonradan bilmişəm ki, burada qeyri-qanuni anlaşma var. Mən 3-cü dəfə Xanlar müəllimin qəbuluna getməyə hazırlaşıram. Qeyd edim ki, biz dörd qardaş, bir bacıyıq. Biz varislikdə ola-ola bizim payımıza düşən ərazi sonradan gələn xanımın payından çox-çox azdır. İcra məmuru təkzib edir Məhkəmə qərarlarının Binəqədi rayon icra şöbəsinin icra məmuru, I dərəcəli ədliyyə məmuru Qədir Mikayılovla əlaqə saxladıq. O, deyilənlərin hamısını təkzib etdi: "Biz Binəqədi rayon mənzil kommunal təsərrüfat birliyinin mütxəssisini cəlb etmişik ki, qərar versin, görək, binanı sökəndə qonşu binalara zərər toxunmayacaq ki? Bundan sonra da söküntü işinə başlanacaq". Xatırladaq ki, Ədliyyə Nazirliyinin Ekspertiza İnstitutunun rəyinə görə, söküntü zamanı heç bir qonşu binaya zərərin toxunmayacağından da bəhs olunur. Ədliyyə məmuru, bu məsələnin həlli üçün rəisi tərəfindən 2.000 manatın da şirinlik adı ilə istənilməsinə münasibət bildirdi: "Mən buna inanmıram".
2013-09-27
207
Dünya çempionatınadək 4 min işçi öləcək
2022-ci il Dünya Futbol Çempionatına ev sahibliyi etmək istəyən Qətər ölkəni böyük bir inşaat sahəsinə çevirib. Əsasən qaçqınlardan ibarət işçilər "modern köləlik" şəraitində çalışdırılır. Hələ də davam edən inşaat meydanlarında həftədə 22 nəfər həyatını itirir. Əgər iş şəraiti düzəlməzsə, çempionata qədər 4 min işçinin öləcəyi gözlənilir. "Guardian" qəzeti inşaat üçün 62 milyard dollar ayıran Qətərin əsasən Hindistan və Nepaldan gələn işçiləri çalışdırdığını deyir. İşçilər ölkəyə gələn kimi pasportları alınır, 50 dərəcə istidə işlədilir, pulsuz sudan belə məhrum edilirlər. Son olaraq Dohada iş şəraitinin ağırlığından qaçan 30 nepallı işçi Nepal səfirliyindən yardım istəyib. 1.2 milyon qaçqın işçinin olduğu Qətərdə hökumət bütün etiraz və müraciətlərə baxmayaraq, heç bir tədbir görmür.
2013-09-27
208
Bakıda 17 yaşlı yeniyetmə təzyiqlərə dözməyib intihar etdi
Dünən Binəqədi rayonunda intihar hadisəsi baş verib. Gülüstan küçəsi, döngə 12, ev 20 ünvanında faktiki qeydiyyatda olan 17 yaşlı Natiq Elxan oğlu Soltanov saat 12:30-da yaşadığı ünvanda intrihar edib. Əldə etdiyimiz məlumata görə, intihara səbəb 17 yaşlı Natiqlə ata babası Soltanov Tofiq Xanəhməd oğlu arasında konflikt olub. Solatanov Xanəhməd nəvəsinin evdən çıxması barədə məhkəməyə iddia verib. Məhkəmə prosesi hakim Abbas Rzayevin sədrliyi ilə keçib. Proses zamanı Natiq babasının təzyiqlərindən bezdiyini bildirib. Onun iddiasına görə, babası Natiqdən anası Nüşabə Süleymanovanı öldürməyi tələb edirmiş. Bundan başqa o, dəfələrə babası tərəfindən təzyiqlərə və təhqirlərə məruz qaldığını bildirib. Məhkəmə prosesindən sonra evə gələn Natiq intihar edib. İntiharın motivləri ilə əlaqədar Natiqin anası Nüşabə Süleymanova ilə əlaqə yaratdıq. Nüşabə Süleymanova muxbirimizə bildirdi ki, qaynatası yaşadıqları mənzilə sahib olmaq üçün ovladının ailəsini dağıdıb və o, sonda yoldaşı ilə ayrılıb. Bundan sonra Nüşabə Süleymanova yaşadıqları evi oğlu Natiqin adına keçirib. Planının baş tutmadığını görən baba bu dəfə 17 yaşlı Natiqə qarşı məhkəmədə ev iddiası qaldırıb. Bundan sonra Natiqə təhdid və təhqirlərlə dolu zəng və mesajlar gəlməyə başlayıb. Bu isə onun psixoloji sarsıntı keçirməyinə səbəb olub və sonda intiharla nəticələnib. İlkin olaraq ehtimal edilir ki, intihar hadisəsi artıq dozada dərman qəbulu ilə baş verib. Çünki 17 yaşlı yeniyetmənin özünə qəsd etdiyi otaqda "Fenazepam" həbləri tapılıb. Qeyd edək ki, xəstə hal-hazırda Musa Nağıyev adına 1 nömrəli xəstəxananın taksikologiya mərkəzinin reanimasiya şöbəsindədir və vəziyyəti orta ağır qiymətləndirilir.
2013-09-27
209
Ərdoğanla generalın “çanta müharibəsi”
Türkiyədə uzunmənzilli raket müdafiə sisteminin qurulması müzakirə olunan toplantıda çantalar qarışıb. Baş nazir R.T.Ərdoğan və ordu generalı Necdət Özəl eyni rəngdə və markada olan çantalarını yan-yana qoyublar. General Nejdət Özəl Baş nazirin çantasını açıb əşyalarını tapmayanda səhv etdiyini anlayıb. Bu kiçik səhv həm özlərini , həm də iclasdakıları güldürüb. "Çanta müharibəsi" bu ağır mövzulu iclası yüngülləşdirib.
2013-09-27
210
Alen Markaryan həbs edildi
İl yarım öncə İstanbulda Fənərbaxça-Galatasaray oyunundan sonra baş verən münaqişəni araşdıran polis əməliyyat keçirib. 500 polisin iştirak etdiyi əməliyyatda 60 nəfər həbs olunub. Həbs olunanlar Galatasaray, Fənərbaxça, Beşiktaş klublarının tərəfdar qrup üzvləridir. Saxlanılanlardan biri də Beşiktaş–Çarşı qrupunun liderlərindən Alen Markaryandı.
2013-09-26
211
Daha bir türk serialı zirvədə
İlk bölümü dünən Kanal D-də yayımlanan "A.Ş.K." serialı sosial mediada zirvəni aldı. Həm Türkiyədə, həm də dünyada tvitterdə trend topikə, yəni ən çox müzakirə olunan mövzuya çevrildi. Daha çox müsbət fikirlərlə qarşılanan "A.Ş.K." durmadan reytinq itirən "Kanal-D"nin axtardığı "təzə nəfəs" olduğunu da sübut etmiş oldu. Serialın ifaçıları Hazal Kaya və Kaan Urqancıoğlu da tvitter üzərindən etdikləri paylaşımlarda həyacanlı olduqlarını bildiriblər.
2013-09-26
212
Qatil həkimlərin siyahısı hazırlanır
Ədalət qəzetinin redaktoru Ceyhun Musaoğlu sosial şəbəkədə verdiyi məlumatda belə deyir. Təşəbbüs "Ədalət" qəzetinin baş redaktoru İradə Tuncaydan gəlib. Səbəb isə bu günlərdə Anar Niftəliyevin ailəsində baş verən faciə və anoloji hadisənin Ağcabədi və Gəncədə də olmasıdır. C.Musaoğlu bildirir ki, kimdə belə faktlar, həmin həkimlərin kimliyi, işlədiyi xəstəxanalar haqqında məlumat varsa, onları redaksiyaya bildirsin.
2013-09-14
213
Faiq Sücəddinov uşaqları başına yığır
Sentyabrın 15-i saat 18:00-da Yaşıl teatrda Faiq Sücəddinovun rəhbərliyi ilə xeyriyyə konserti olacaq. Axar.az xəbər verir ki, konsert kimsəsiz və əlil uşaqlara dəstək məqsədilə təşkil olunub. Gənc müğənnilərin iştirakı ilə baş tutacaq konsertdə əsasən uşaqlar evinin işçiləri yer alacaq. Faiq Sücəddinov konsertə böyük sevgiylə hazırlaşdığını və həmin uşaqlarla konsertdə görüşəcəyi üçün çox sevindiyini deyib.
2013-09-18
214
Qızıl ucuzlaşacaq
Dünya bazarında qızılın qiymətində qeyri-stabillik müşahidə olunduğu vaxt ölkəmizdə qızılın payız aylarında ucuzlaşması gözlənilir - ekspertlərin verdiyi proqnozlardan belə qənatə gəlmək olar. Ekspertlər dünya bazarında qızılın qiymətinin qeyri-sabitliyini investorların qızıla olan tələbatının azalması ilə əlaqələndirirlər. Qlobal böhrandan sonra qızıla olan maraq artsa da, sonradan əks proses baş verdi və bu, qızılın qiymətinə təsirsiz ötüşmədi. Məsələ ilə əlaqədar iqtisadçı ekspert Qubad İbadoğlu "Axar.az"a bildirdi ki, artıq bazarlarda qızılın ucuzlaşması müşahidə olunur: "Əslində, qızılın qiymətlərinin enməsi və qalxması risklidir. Hər iki halda itki ola bilər. O ki qaldı bunun payız fəslinə təsadüf etməsinə, düşünürəm ki, fəsillərlə bir əlaqəsi yoxdur, qızıl daim aktual mövzulardan olub. Qiymətin stabil olmaması isə dünya iqtisadiyyatının vəziyyətindən asılıdır. Xatırladaq ki, hazırda qızılın qiyməti 28-33 manat civarında dəyişir.
2013-09-18
215
Bəşər Əsədin şəxsi hesabları hansı banklardadır? - Siyahı
Senatorlar ABŞ-ı Rusiya banklarına qadağa qoymağa səslədi Senator Riçard Blumental ABŞ Prezidenti Barak Obama administrasiyasını Suriya rejiminə yardım edən Rusiya banklarını cəzalandırmağa çağırırb. Onun sözlərinə görə, Rusiya maliyyə təşkilatlarının yardımı olmadan Bəşər Əsəd müharibəni davam etdirə bilməzdi. "Axar.az" "Politico"ya istinadla xəbər verir ki, senator müraciətində "biz onların aktivlərini dondura, ABŞ-da fəaliyyətlərinə mane ola, əməkdaşlarının Ştatlara daxil olmasına yasaq qoya və bununla da ruslara çox güclü maliyə zərbəsi vura bilərik", - deyib. ABŞ senatoru öz kolleqaları ilə birlikdə Əsəd rejiminə yardım edən bank adlarının dəqiqləşdirilməsi xahişi ilə Maliyyə Nazirliyinə məktub göndərib. Məktubda deyilir ki, belə banklara Vneşekenombank, Qazprom, eləcə də "BTB" kimi Bəşər Əsədin şəxsi hesablarının olduğu banklar daxildir. Maraqlıdır ki, bu çağırış ABŞ və Rusiya arasında Suriyada kimyəvi silah problemi ilə bağlı sorunların yoluna qoyulmasından demək olar ki, dərhal sonra səsləndirilib. Xatıladaq ki, bu ölkələr Suriyaya aid kimyəvi silahın beynəlxalq nəzarət altında ləğvi məsələsində razılığa gələ bilmişdilər.
2013-09-18
216
Rus qoşunları Tacikistandan çıxmadı
Bu gün Tacikistan prezidenti İmaməli Rəhman 201-ci Rus Hərbi Bazasının (RHB) Tacikistanda yerləşməsinin status və şərtləri haqda Rus-Tacik Razılaşmasını ratifikasiya olunmaq üçün Parlamentə göndərib. Rus hərbi bazasının 2042-ci ilə kimi Tacikistanda yerləşməsi haqda həmin razılaşma ötən ilin oktyabrında iki ölkə rəhbəri tərəfindən imzalanıb. 201-ci Hərbi Baza Rusiyanın ölkə hüdudundan kənarda yerləşən ən böyük Quru Qoşunları hərbi obyektlərindən biridir. "İnterfaks" bildirir ki, 2004-cü ildə yaradılmış bu hərbi bazanın Düşənbə, Qulyab və Kurqan-Tübe şəhərləri yaxınlığında yerləşən üç qarnizonunda hazırda 6 mindən artıq hərbi personalı var. 201-ci hərbi bazanın Tacikistanda fəliyyəti 2014-cü ildə başa çatırdı. Rus Hərbi Bazasının Tacikistanda yerləşməsi haqda yeni razılaşmanın hazırlanmasına isə 2011-ci ildən başlanılıb.
2013-10-16
217
Aktyor Fikrət Quliyevdən qara xəbər var
Azərbaycan kinosunun 115 illik tarixində yüzlərlə film çəkilib. Ancaq yaddaşlardan uzaqda qalan filmlərimiz də az deyil. Onlardan biri də 1972-ci ildə Şamil Mahmudbəyovun lentə aldığı "Həyat bizi sınayır" filmidir. Axar.az xəbər verir ki, filmin ssenari müəllifi Vidadi Babanlı və Mixail Papova, operatoru isə Arif Nərimanbəyovdur. Filmə musiqisini Vasif Adıgözəlov bəstələyib. Rollarda Şahmar Ələkbərov, Xuraman Qasımova, Eldəniz Zeynalov, Amaliya Pənahova kimi tanınmış və istedadlı aktyorlar çəkilib. Ancaq baş rolun ifaçısı gənc və sənətdə ilk addımlarını atan aktyor Fikrət Quliyev olub. Uzun axtarışdan sonra aktyorun vəfat etdiyini öyrəndik. Çox təəssüf ki, incəsənət adamlarından kimsənin onun haqqında dəqiq məlumatı yoxdur. Təsadüf nəticəsində aktyor və rejissor Əbdül Mahmudovun aktyorun müəllimi olduğunu öyrəndik. Adil İsgəndərov Fikrəti bu rola uyğun hesab etdi Əbdül müəllim aktyorun kinoya gəlməsini Adil İsgəndərovun milli kadrların yetişməsi üçün yaratdığı aktyor kursunun xidməti hesab eləyir: - Adil müəllim 1965-ci ildə kinostudiyanın nəzdində kino-aktyor kursu açdı. Məni də kursda dərs deməyə dəvət etdi. O kursdan Alı Mustafayev, Puad Poladov, Vaqif Mustafayev kimi aktyorlar çıxdılar. Onlardan biri də Fikrət Quliyev idi. Kursda praktikayla bərabər, nəzəri biliklər də öyrədilirdi. Adil müəllim rəsmi qərar vermişdi ki, kursda oxuyan ən istedadlı tələbələri seçib qrupda saxlayaq və çəkilişlər zamanı yaradıcı heyətlə işləyib formalaşsınlar. Yeni ssenarilər oxunanda, aktyor seçimi olanda həmin gənclər də diqqətdən kənarda qalmırdı. "Həyat bizi sınayır" filmi çəkiləndə Adil müəllim qərar verdi ki, Fikrət bu rolda çəkilsin. Bir necə dil bilən yeganə tələbə Əbdül müəllim Fikrətin yaddaqalan tələbələrindən biri olduğunu deyir: - Fikrət - əsli İçərişəhərdən olan zadəgan Quliyevlər ailəsindən idi. Çox savadlı, intellektual səviyyəli, tərbiyəli, mədəni, bir necə dil bilən yeganə tələbəydi. Maşın qəzası karyerasına son qoyub Maraqlıdır ki, Fikrət Quliyev sonralar aktyorluq sənətini davam etdirməyib. Öyrəndik ki, gənc aktyor "Həyat bizi sınayır" filmindən təxminən 2-3 il sonra maşın qəzasına düşüb. Əlində, ayağında, qabırğasında qüsurlar qaldığına görə filmlərə çəkilə bilməyib - yalnız 2-3 epizodik roldan başqa. Sonra isə kinostudiyada kino-aktyor studiyasında assistent işləməyə başlayıb. Az sonra o vaxtkı Teatr İnstitutunun (indiki Mədəniyyət və İncəsənət Universiteti) rektoru Aslan Aslanov onu müəllim işləməyə dəvət edib. Müəmmalı ölüm - Yadımdadı, mən o vaxt Moskvada idim. Təhsil alırdım. Bakıya qayıdanda eşitdim ki, Fikrət vəfat edib. Onu da deyim ki, Fikrətin ailəsi çox tez dağıldı. Valideynləri erkən rəhmətə getdi, sonra da yeganə bacısı... Əbdül Mahmudov deyir. Sonralar o, Avropa ölkələrindən birinə köçüb, elə orda da 35 yaşında vəfat etib. Çox təəssüf ki, heç Kinostudiyadan da onun taleyi haqqında maraqlanan olmayıb. İndi isə aktyorun qəbrinin harda olduğunu belə bilən yoxdur.
2013-10-18
218
Ağacların soyqırımı, məktəbli uşaqların tıxacı… - FOTO
Xətai rayonu Gəncə prospektində yaşayan, 35 saylı Xətai 3-cü Seçki Dairəsinin 17 və 18 saylı məntəqələrinin bir qrup seçicisinin redaksiyamıza ünvanladığı şikayət ərizəsinin izi ilə adı çəkilən əraziyə baş çəkdik. Seçicilərin narahatlığı Gəncə prospektinin abadlaşması zamanı piyada yolunun tamam daraldılması, uzun bir məsafənin cığır kimi saxlanılmasıdır. "Prospektin asfalt qatının dəyişdirilməsi, yenilənməsi yaxşı haldır və bunu alqışlayırıq. Lakin bu abadlaşamada niyə piyadalar üçün yolu nəzərə almırlar?" deyir sakinlər. "Uçan" hasar Prospektin Əbilov qəsəbəsi tərəfində beton piltələrlə hündür hasar çəkilib. Bu hasarın aşma təhlükəsi günbəgün artır. Hasar piyada keçidinə tərəf əyilməkdədir. Əbilov qəsəbəsi və Gəncə prospektinin sakinləri bu yoldan istifadə etməyə çətinlik çəkir. Şəxsi avtomobillərin sürətli hərəkəti, marşurut avtobuslarının yol-hərəkət qaydalarına riayət etməməsi təhlükəni daha da artırır. Tıxac Sakin Mustafayev Məhəmməd: - Oğlum müharibə veteranı, əlildir. Nəvələrim, eləcə də digər məktəblilər bu yoldan istifadə edərək yaxınlıqdakı 257 və 198 saylı məktəblərə gedir. Hər səhər dərsə gedən uşaqlar bu dar, uzun keçiddə tıxac yaradırlar. Yüzlərlə şagird eyni zamanda bu cığırla hərəkət edərkən, ənənənvi maşın tıxacları adamın gözləri qarşısına gəlir". Gülüş insan ömrünü uzadır Şikayətçi Salayev Cavad: - Yığışıb getdik yol çəkənlərin yanına. İcradan idi, ya "ERJU"dan (Mənzil Kommunal Təsərrüfatlar Birliyi), bilmirəm, özünü də təqdim etmədi. Dedik ki, belə piyada yolu olar? Gülməlidir. O da dedi ki, gülməlidirsə, gülün də, sizə pulsuz gülüş bəxş olunur. Gülüş insan ömrünü uzadır. Məxsərəyə qoydular, güldülər bizə". Sahibsiz itlərə qayğı Gəncə propekti ilə Ukrayna dairəsinə qədər məsafəni sakinlərlə birgə gedirik. Prospektin hər iki tərəfi yeni tikililərlə çevrələnib. Səkilərdə "Avtoyuma" məntəqələri, plastik qapı-pəncərə sexləri, dükanlar, hündür mərtəbəli obyektlər və sairələr göz deşir. Yaxın iki ilə qədər burada yol boyu ağaclar göz oxşayar, prospektə bir gözəllik, insanlara rahatlıq verərdi. İndi yaşıllıqların soyqırımı "göz oxşayır". M.Hadi və Cavanşir küçələrində də analoji tikililər gözə girir. Bilirik, xəbər eləmişik Xətai rayon İcra Hakimiyyətinin Ərazi İdarəetmə şöbəsinin müdiri Pənah İmanovla əlaqə saxladıq. Pənah müəllim prospektdəki asfalt qatının yenilənməsi ilə "Azəryolservis"in məşğul olduğunu dedi. Həmin küçədəki çatımazlıqların aradan qaldırılması üçün Bakı İcra Hakimiyyəti və "Azəryolservis"ə müraciət etdiklərini bildirdi. Xətai Rayon İcra Hakimiyyətinin İctimaiyyətlə Əlaqələr şöbəsin müdiri Kamran İsmayılov da həmin ərazilərdəki yolların bərbad olması haqda Bakı şəhər Kommunal Təsərrüfatlar Birliyinə Xətai rayon Kommunal Təsərrüfatlar birliyi tərəfindən müraciətlər olunduğunu bildirdi. "Bəs prospektdəki piyada yollarının yoxa çıxmasını, ağacların kəsilərək yerində tikililərin tikilməsini, səkilərdə avtomobil yuyulmasının sakinlərə verəcəyi narahatçılığı aradan qaldırmaq üçün işlər görülübmü?" - sualımıza İcra Hakimiyyətinin yetkilisi: "Mən bu haqda əlavə heç nə deyə bilmərəm. Tikililərə gəldikdə isə onların Bakı şəhər İcra Hakimiyyəti tərəfindən sənədləri var", - dedi.
2013-10-18
219
Qaçqın yataqxanasından dəhşətli mənzərələr - FOTO
Binəqədi rayonunda yerləşən Daş bazarının yaxınlığında bir yataqxana var. Ünvanını soruşduqda, eləcə, "Binəqədi, DSK 4-ün binası" deyirlər. Bu bina heç də yataqxana adına tikilməyibmiş. Xatirələrin əsiri olanda Sakinləri Dağlıq Qarabağdan və işğal olunmuş ətraf rayonlardan olan bu yataqxananın miskin görkəmi elə ilk baxışdan diqqəti çəkir. Buranın sakinləri göydə Allahın, yerdə isə əlaqədar təşkilatların yadından çıxmış kimi görünür. İnsanların sifətində burdan çıxa bilməməyin xofu yaşanır. Taleyini, həyatını bu cəhənnəm əzabında çürüdənlərdə sanki buradan qurtulmaq yolunu aramaq üçün nə hey qalıb, nə həvəs. Onlar xatirələrinin əsiri olanda xoşbəxt görünürdülər. Hər halda, acınacaqlı həyat yaşayan bu insanlar ötənlərə, müharibədən qabaqkı günlərə qayıdanda sifətlərində ani də olsa xoş bir təəssürat oyanır. Güclü yağışın Bakını iflic vəziyyətə saldığı bir zamanda, suyun aydınlıq gətirmədiyinin bu yataqxanada bir daha şahidi olduq. Yağış suyu yataqxananın dar dəhlizindəki çuxurlarda hələ də vardı. Elə otaqlarda da… Yenə hardan yada düşdük Yataqxana sakinləri məktəbli uşaqlarını qucaqlarında palçıqdan və lehməli sulardan qoruyaraq məktəbə yola salır. Həyətdə yaşlı bir qadınla söhbət etmək cəhdimiz əvvəlcə baş tutmur: "Yenə hardan yadınıza düşdük, indi nə istəyirsiz? İmza dediz, verdik, adamı neçə dəfə aldatmaq olar?" Qadına, onların yaşam tərzi ilə maraqlanmağa gəldiyimizi deyirik. Hirs-hikkəsinin üstünə bir qədər su çilənir: "Nə bilim, a bala, bura çoxlu qoltuğu papqalı, əli qələm-dəftərli gəlir, hamısı da bizi barmaqlarına dolayıb gedir". Adını soruşuram. "Adım nəyinə lazımdır? Cəbrayılın Daş Veysəlli kəndindənəm. Burada öləcəyik, yəqin. Qaçqınkom da bizi saymır. Heç özümüzün, rayonumuzun rəhbərləri bizi adam yerinə qoymur, onda qalmış Bakının yekə adamları, heç siz də dediyimizi yazmazsız, bala, bilirəm. Özü də sizi qınamıra ha…" Sakinlər başımıza toplaşır. Ermənilərin edə bilmədiyini… "Sizin kimiləri çox görmüşük. Erməni köpəyoğlunun bizə edə bilmədiyini ediblər bizə. Burda adam yaşayar? Prezident, Allah ömür vermiş, qaçqına ev tikir, ora da babat imkanı olan qaçqınlar köçür, bizə qoz qabığı da düşmür", – orta yaşlı, gözləri çuxura düşmüş, üzü tüklü, ovurdları batıq kişi siqaretini sümürərək deyir və əlini yelləyib uzaqlaşır. Ölməmək üçün mübarizə aparırıq Yataqxananın sakini, məcburi köçkün Sədaqət Abbasova: "22 ildir burada yaşayıram. Hələ də bizimlə maraqlanan yoxdur. Yataqxananın hər tərəfi damır. Dəfələrlə Qaçqınkoma müraciət etsək də, xeyri olmayıb. Deyirlər, biz sizə nə köməklik edək ki, bu bina Komitənin nəzdində deyil". Şuşa qaçqını olan Həsrət xanım Əliyeva da bizimlə söhbətində: "Yataqxana Komitənin olmadığına görə qeydiyyata da düşə bilmirik, - dedi. - Sahə həkiminə müraciət edirik, elə bil, daşa-qayaya deyirsən sözünü, qulaq asırlar, amma heç bir yardım etmirlər. İş yerim yoxdu. Bu vəziyyətdə, yoxsulluq içində bu yataqxanada qalmaq məcburiyyətindəyəm. Yağış yağan kimi su binanın içinə dolduğundan bütün kabellər qısaqapanma verir. Günlərlə qaranlıqda otururuq. Burada yaşamırıq ki, sadəcə ölməmək üçün mübarizə aparırıq". Yalqız qadının toyuq təskinliyi Dəhlizdə iki toyuq görünür. Elə bil bit vurub... "Mənimdir. İki toyuq saxlayıram, düzdü, yer yoxdur, deyəcəklər ki, bunu niyə saxlayırsan, amma inanın, tək qadınam, bu toyuqlarla təskinlik tapıram". Bu da Həsrət xanımın sözləridir. Adamda sifət olar da Ağdamın Baş Qarvəndindən olan, adının çəkilməsini istəməyən məcburi köçkün: - Parlament seçkiləri vaxtı, Ağdamın hansısa seçki dairəsindən namizədliyini irəli sürən indiki deputatlardan biri gəlib vətəndaşlarla görüşüb dedi ki, sizə yaşamaq üçün bütün imkanları yaradacam. Vətəndaşları aldadıb səs yığdılar. Heç kim heç nə etmədi. Suyumuz bərbad haldadır. Bizi addımbaşı aldadırlar. Həyasızlıq edirlər. Adamda sifət olar da.." Deputatın adını soruşuram. - Qoy oturmuşuq yerimizdə... Bizi zibilə salma, - deyir. Qaçqınkomdan rüşvət istəyirlər - Heç bir idarə burada qaçqınların yaşadığını vecinə almır. Hazırda biz atılmış, tərkedilmiş bir həyat sürürük. Mən müharibə vaxtı iki şəhid vermişəm. Amma bu günkü gündə dövlətim mənə heç bir kömək etmir. Dəfələrlə olub ki, bura telekanallardan çəkilişə gəliblər. Amma heç biri efirə verilməyib. "İç Xəbər"dən çəkilən kadrlar isə hansısa yolla "itirilib". Qaçqınkoma qeydiyyata düşmək üçün müraciət edirəm, deyirlər ki, 600-700 manat pul gətir, səni qediyyata salım. Mənim imkanım olsa, niyə burda qalırdım?! Burada erməni yoxdur axı... Ağdam qaçqını olan Zeynalov Mehbalı 5 uşaqla dar bir otaqda məskunlaşıb. - Baxın, görün burda yaşamaq olar? Təsəvvür edin, bir otaqda ata, ana, qayınata, gəlin, oğul-uşaq yerləşib. Bizim yemək otağımız da buradı, yataq otağımız da. İyirmi birinci əsrdə, neft və milyonlar ölkəsində bu şəraitdə yaşamaq acınacalı deyil e, tamam başqa şeydi, söz tapmaq olur ha deyəsən,- deyib, binanın altında olan qamışlığı göstərir: - Bu qamışlığa bir baxın. Bakı şəhərində bu cür qamışlığın olması gülməlidir. Bizim deputatlar hara baxır? Hara baxır bizim nazirlər? Biabrçılıqdır... Bizi ermənilər qaçqın salıb, amma... amma burada erməni yoxdur axı. Niyə bizi öz millətimiz bu günə salır? Veteranlıq adı üçün 700 manat Ağdamdan olan Elşən Yunus oğlu Fərhadov da dolanışığın çətinliyindən, onlara olan haqsızlıqdan, illərlə döyüşdüyündən və müharibə veteranı adı ala bilməməsindən söz açdı: - Hərbi biletimi alıblar, qaytarmırlar. Mənə veteran adı vermək üçün 700 manat pul istəyirlər... Ali Baş Komandan əmr versin, gedək xarabamızı alaq, orda ölək. Uşaq kanalizasiyaya düşüb öldü Yataqxananın zirzəmisi kanalizasiya və qurunt suları ilə dolub. Yaxına düşmək belə olmur. Ağcaqanadlar, mığmığalar havada, qurbağalar gölməçənin içində ürək bulandırır. Üfunət iyindən yaxın düşmək belə olmur. - 2 il bundan öncə körpə uşaqlardan biri zirzəmidə kanalizasiyaya düşdü, boğulub öldü. Xilasedicilər gəldi, uşağı zirzəmidəki bu çirkabdan çıxararkən özləri də ilişib qaldılar, ordan çıxa bilmədilər, bu dəfə camaat onlara yardımçı oldu. Hətta çəkiliş də etdilər, amma efirə vermədilər. Zirzəminin çəkilişlər etmək cəhdimiz baş tutmadı. Ora girmək mümkün deyildi. O birilərin tayı Yataqxanadan ayrılırıq. Arxamızca deyilən sözlər hələ də qulağımızdadır: - Bunlar da o birilərinin tayı olacaq. Gəldilər, getdilər...
2013-09-23
220
Türkiyənin sərhədləri dəyişir
"Star" qəzetinin məlumatına görə, Türkiyənin xəritəsi dəyişəcək. Ətraf və Şəhərçilik Nazirliyi koordinasiyasında icra edilən iş daxilində şəhər, mahal və kənd sərhədlərini yenidən təyin edəcək bir addım atılır. Avropa Birliyinə uyğunlaşma məqsədilə 81 şəhərdə olan təxminən 953 mahal və 34 min kəndin sərhədləri tamamilə dəyişəcək. Tarla, yayla, meşə kimi sahələrin sərhədlərinin müəyyənlişdirilməsi həm kəndlər, həm də kəndlilərarası münaqişələrə son qoyacaq. Mülkiyyət dəyişikliyi isə olmayacaq. Ankaranın Şamlıdərə mahalında pilot olaraq başladılan layihə 2014-cü ilə qədər bütünlüklə Türkiyəni əhatə edəcək. Respublika yaradılandan sonra çəkilən sərhədlərin əsas götürüldüyü dərə, təpə, bulaqlar bu gün müəyyənləşdirilə bilinmir. O dövr sərhədlər "o dərədən bu dərəyə qədər" müəyyənləşdirilib. Ancaq dərələr müəyyən müddətdən sonra quruduğuna görə sərhəd anlaşılmazlıqları ortaya çıxır. Yeni xəritənin çəkilməsi xüsusilə şərqi və cənub-şərqi Anadoluda tez-tez yaşanan ərazi anlaşılmazlıqlarını da köklü sürətdə həll etmiş olacaq. Van gölünün "sahibi" müəyyənləşdiriləcək Hələ də 1924-30-cu illər arasında çəkilən sərhəd xəritələrindən istifadə edən Türkiyə bütün keçmiş xəritələri ataraq yeni xəritəsini yaradacaq. Van gölündə baş verənlərlə əlaqədar səlahiyyətin hansı şəhərin üzərində olduğu dəqiqləşəcək. Məsələn, göl sahilində baş verəın bir hadisəyə Van, yoxsa Bitlis polisinin baxacağı mövzusunda tez-tez yaşanan mübahisələrə də birdəfəlik son qoyulacaq.
2013-09-23
221
Xədicə İsmayılın münasibəti qalmaqal yaratdı
Respublikaçı Alternativ Hərəkatının (REAL) idarə heyətinin üzvü Natiq Cəfərlinin geyzbuk səhifəsində yazdığı status böyük rezonansa səbəb olub. Xatırladaq ki, Natiq Cəfərli yazdığı statusda Milli Şuranın 22 sentyabr mitinqini tənqid etmişdi. Natiq Cəfərlinin statusuna münasibət bildirən tanınmış jurnalist Xədicə İsmayıl isə REAL-ı prezidentliyə namizədlərin imzatoplanma mərasimində Ümid partiyasından 3000 imza almaqda suçlayıb və bunu siyasi etikaya zidd adlandırıb. Məsələ ilə bağlı REAL-ın İdarə Heyətinin üzvü Natiq Cəfərli ilə əlaqə yaratdıq. Natiq Cəfərli "Axar.az"a açıqlamasında Xədicə İsmayılın ittihamlarını əsassız adlandırdı: "Mən daha öncə də Xədicə İsmayılın bu iddasına cavab vermişdim. Çox təəssüf edirəm ki, Xədicə xanım bir də bu mövzuya qayıtdı. Onu da bildirim ki, imzatoplama vaxtı həm Aynur xanım, həm də Ruslan İzzətli bizə öz köməklərini təklif etdilər. Onların hər ikisinin İlqar Məmmədova böyük rəğbəti var və hər ikisi də İlqar Məmmədovun rəhbərlik etdiyi "Siyasi biliklər" məktəbinin məzunlarıdır. REAL-a da İlqar Məmmədovun namizədliyinin qeydə alınması və tez bir zamanda həbsdən azad olunması üçün yardım ediblər. Bizə göstərdikləri dəstəyə görə bir daha Ruslan bəyə və Aynur xanıma təşəkkürümü bildirirəm. Xədicə İsmayılın ittihamı isə anlaşılmazdır, çünki onlar bizə partiya funksioneri kimi yox, adi fərd şəkilində yardım göstəriblər. Bu məsələ "Ümid"lə REAL arasında əməkdaşlıq adlandırıla bilməz". Məsələyə münasibət bildirən Ümid partiyasının sədr müavini Aynur İmranova açıqlamasında Natiq Cəfərlinin fikirlərini təkzib etdi və REAL-a köməyin İqbal Ağazadənin təklifi ilə baş tutduğunu bildirdi: "Biz REAL-a nə qədər və necə kömək etdiyimizi açıqlamaycağıq. Sadəcə, bildirmək istəyirəm ki, burda fərdi Aynur İmranovanın köməyinin qabardılmasının əleyhinəyəm. Siyasi təşkilatın rəhbəri İqbal Ağazadədir. Və kömək təklifini o edib. Biz də partiyanın siyasi qərarına uyğun olaraq fəaliyyət aparmışıq". "Siyasi arenada rəqiblərimizin səviyyəli, etibarlı, demokrat düşüncəli olmasını istədiyimiz üçün, REAL-ın imzatoplamaya gec buraxıldığını onlara qarşı haqsızlıq kimi qiymətləndirdiyimiz üçün, REAL-ın gələcəyinə inandığımız üçün, REAL sədrinin həbsdə olmasını nəzərə alaraq digər namizədlərlə qeyri-bərabər vəziyyətə salındığını, hakimiyyət tərəfindən repressiyalarla üzləşdiyini əsas gətirərək onlara əlimizdən gələn qədər kömək etmək istəmişik. Başqa siyasi təşkilatlardan fərqli olaraq, heç bir təmənnamız və pis niyyətimiz olmayıb. Ayrıca kömək təklif edən digər siyasi təşkilatların arasında yalnızca bizim köməyimizi qəbul etdikləri üçün biz də təşəkkür edirik. Hesab edirik ki, çox gözəl və dəyərli bir ənənənin başlanğıcını qoyduq. Müxalifətdəki siyasi təşkilatlar həmişə bir-birinin ətini yeməli deyillər ki?! Bu niyə kimlərisə narahat edir, anlamıram".
2013-09-23
222
“Oskar”ın rəqibi “Emmi” sahiblərinə verildi
Dünən gecə dünyada "Oskar" film mükafatına rəqib kimi göstərilən "Emmi" mükafatı 65-ci dəfə öz sahiblərinə verilib. "Tiyms"ın xəbərinə görə, 65-ci "Emmi" mükafatının "ən yaxşı dram serialı" üzrə mükafatı "Breaking Bad" filminə verilib. "Ən yaxşı komediya serialı" mükafatını isə dördüncü dəfə "Müasir ailə" serialı alıb. Televiziya dünyasının "Oskar"ı olaraq tanınan "Emmi" mükafatı Amerikanın Los-Anceles şəhərində Nokia teatrında təşkil edilən möhtəşəm mərasimdə öz sahiblərinə çatıb. "Ən yaxşı dram serialı" mükafatına layiq görülən "Breaking Bad" serialının yaradıcısı Vins Qiliqan, "Mükafat qazanacağımı heç gözləmirdim", - deyib. "Dram sahəsində ən yaxşı kişi aktyor" adına "The Newsroom" serialında idealist xəbər aparıcısı rolunu canlandıran Ceff Deniels layiq görülüb. "Dram sahəsində ən yaxşı aktrisa" mükafatı isə "Homeland" serialındakı problemli FTB agenti rolunu oynayan Kler Denisə verilib. "Emmi"nin mükafatlandırma mərasiminə məşhur aktyor Neil Patrik Harris aparıcılıq edib. "Komediya sahəsində ən yaxşı aktrisa" adına "Vepp" serialındakı roluna görə Culia Luis-Dreyfus layiq görülüb. "The Big Bang Theory" serialında Şeldon obrazını canlandıran Cim Pərsons mərasimi artıq ikinci dəfədir ki "ən yaxşı kişi komediya aktyoru" mükafatı ilə tərk edib. "Behind the Candalebra" serialında oynadığı Liberis xarakteri məşhur aktyor Maykl Duqlasa "Mini serial sahəsində ən yaxşı aktyor" mükafatını qazandırarkən, "Mini serial sahəsində ən yaxşı aktrisa" mükafatı "The Big C: Hereafter" serialındakı roluyla Laura Lineyə verilib. Mükafatlandırma gecəsində iyun ayında vəfat edən "Glee" serialının aktyoru Kori Monteis və "Sopranos" serialının baş rol aktyoru Ceyms Qandolfini də yad edilib. Foto link: http://www.emmys.com/photo/103118?galleryid=102773
2013-09-21
223
Biznesmen 310.000 avroluq maşınıyla basdırılacaq
Fironları təqlid edən Brazilyalı biznesmen Kaunt Skarpa lüks avtomobiliylə basdırılmaq istədiyi üçün əvvəlcədən malikanəsinin bağçasına qəbir qazdırıb. "Dailymail"in yazdığına görə, brazilyalı milyarder biznesmen Kaunt Skarpa öləndə "o dünyada da istifadə etməkçün" avtomobilinin də özüylə basdırılmasını istəyir. Fironların qiymətli əşyalarıyla birlikdə dəfn edilməsi haqqında sənədli filmə baxandan sonra bu qərara gələn Kaunt Sao Paulonun ən zəngin yerlərindən biri olan Jardindəki malikanəsinin bağçasına "Bentley Continental" markalı avtomobili üçün "qəbir" belə qazdırıb.
2013-09-21
224
İlhamədən İlham Əliyevə dəstək mahnısı gəlir
Bəstəkar Gövhər Həsənzadənin Türkiyədə sənətçilərlə işbirliyi davam edir. "Tual" qrupunun solisti Sezi Çeşitli Nilüferin yeni mahnı seçimində İzzət Bağırovun repertuarından sözləri və musiqisi Gövhər Həsənzadəyə məxsus "Bəs mən indi neyləyim" adlı mahnısını bəyənərək alboma daxil edib. Bəstəkar "Axar.az"a Reyhan Karacayla da iş birliyinin gözləndiyini bildirib. Öz yeniliklərindən danışarkən xanım bəstəkar bir neçə layihəsini bizimlə bölüşüb: - Hazırda reytinqləri darmadağın edən yeni bəstəmlə - sözləri Cəlal Qurbanova, musiqisi mənə məxsus, Zülfiyyə Xanbabayevanın ifa etdiyi "Sən azərbaycanlısan"la fəxr edirəm. Cənab prezident İlham Əliyevə dəstək üçün yazdığım, sözləri Cəlal Qurbanova məxsus olan digər mahnım da yaxın günlərdə İlhamə xanımın ifasında eşidəcəyiniz "Sən qalib gələcəksən" adlanır. Gənc Tamaşaçılar Teatrının sifarişi ilə Abdulla Şaiqin əsəri olan "Yatan gözəl"ə mahnı bəstələyəcəm, artıq üzərində işləyirəm. Yəqin ki, gələn ay bu tamaşanın premyerası olacaq. Ən nəhayət, millət vəkili Qənirə Paşayevanın sözlərinə yazılmış iki mahnımın üzərində işləyirik.
2013-09-15
225
Timaşenko 34-cü evlilik ildönümünü məhbəsdə qeyd etdi
Ukraynanın keçmiş Baş naziri Yuliya Timaşenko 34-cü ildönümünü həbsxanada keçirib. Ana Vətən partiyasının rəhbəri, Y.Timaşenkonun həyat yoldaşı Aleksandr Timaşenko keçirdiyi mətbuat toplantısında mətbuat vasitəsi ilə həyat yoldaşına səslənib: - Evliliyimizin 34-cü ildönümü münasibəti ilə səni təbrik edirəm. Haqq-ədalətin qalib gəlməsini və sənin azadlığa çıxmağını arzulayıram. Səni hər zaman gözləyəcəyəm! Qeyd edək ki, keçmiş Baş nazirə vəzifəsindən sui-istifadə etdiyinə görə 2011-ci ildə 7 il həbs cəzası verilib.
2013-09-16
226
Volkan Konak musiqidən gedir
Türkiyənin məşhur və sevilən sənətçisi Volkan Konak musiqi sahəsində fəaliyyətinə son verəcəyini açıqlayıb. Qaradəniz türkülərinin peşəkar ifaçısı olan Volkan Konak qərarını Kiprdə verdiyi konsertdən sonra jurnalistlərə bildirib: "Tamaşaçılarla səmimi olmaq lazımdır. Əgər səhnəyə çıxanda mahnını ürəkdən ifa edə bilməyəcəksənsə, bu, oyun oynamaq, dinləyicini ələ salmaq olar".
2013-09-19
227
17 türk zabiti həbs edildi
Türkiyənin Maliyyə cinayəti ilə mübarizə şöbəsi irimiqyaslı həbslər həyata keçirib. Türk mediasının xəbərinə görə, Anadolu bölgəsindəki hərbi hissələrin qida tenderlərindən sui-istifadəyə dair ölkə prokurorluğuna edilən şikayət əsasında maliyyə cinayəti ilə mübarizə şöbəsi araşdırmaya başlayıb. Bundan sonra fiziki və texniki təqiblərə başlayan maliyyə polisi tərəfindən bu səhər Kadıköy, Kartal və Maltəpədəki öncədən məlum olan ünvanlara basqın təşkil edilib. 17 əsgər olmaqla 48 nəfər! Əməliyyat zamanı 48 nəfər nəzarətə götürülüb, onlardan 17-si Türk Ordusunun əsgəridir. Aralarında çox yüksək rütbəli zabitin də olduğu bildirilən 17 hərbiçi hazırda Mərkəzi Komandanlıqda saxlanılır.
2013-09-19
228
Azərbaycanlı jurnalistlər beynəlxalq mükafatın finalında
"Global Shining Light Award" jurnalistika mükafatının 8 finalçısı müəyyən edilib. Mükafat fəaliyyəti üçün təhdid, ağır şərtlər olan araşdırmaçı jurnalistlər üçün nəzərdə tutulub. Səkkizliyin içində azərbaycanlı jurnalistlər - "Azadlıq Radiosu"nun əməkdaşları Xədicə İsmayıl və Nüşabə Fətullayeva. Mükafatın kimə veriləcəyi haqda yekun rəy 14 oktyabrda Braziliyanın Rio-de-Janeyro şəhərində elan olunacaq. Qalib fəxri fərman və 1000 dollar məbləğində mükafat alacaq. Mükafatın sponsoru Araşdırmaçı Jurnalistlərin Qlobal Şəbəkəsidir. Müsabiqənin finalına Azərbaycan, Çin, Hindistan, Çernoqoriya, Pakistan və CAR-dan jurnalist araşdırması layihələri daxil edilib.
2013-09-19
229
“Bakı” “Atletiko”nun futbolçusunu cəzalandıracaq!
Dünən Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində baş tutan "Atletiko" (Madrid) – "Zenit" qarşılaşmasının 79-cu dəqiqəsndə meydana sonradan çıxan və komandasının 3-cü qoluna imza atan "Atletiko"nun futbolçusu Leo Baptistonun üzərindəki forma diqqəti cəlb edib. Belə ki, futbolçunun formasında ənənəvi olaraq "Land of Fire Azerbaijan" sözləri yazılmayıb. Xatırladaq ki, "Bakı" ilə "Atletiko" arasında bağlanan müqavilənin şərtlərinə görə, "Atletiko" futbolçuları üzərində "Land of Fire Azerbaijan" yazılan formalarla meydana çıxmalıdırlar. Müqavilənin şərtlərinin pozulması ilə əlaqədar "Bakı" klubunun mətbuat xidmətinin rəhbəri İsgəndər İsgəndərovla əlaqə yaratdıq. İ.İsgəndərov "Axar.az"a verdiyi açılamada futbolçunun klub tərəfindən cəzalandırılacağını bildirdi: "Biz məsələni araşdırdıq və məlum oldu ki, futbolçu meydana daxil olarkən səhv edərək başqa forma geyinib. Buna görə də klub futbolçunu cəzalandırmağı qərara alıb".
2013-09-19
230
Xəbər aparıcısı canlı yayıma iPad yerinə kağızla çıxdı
İngiltərənin BBC televiziya kanalının aparıcısı Simon Makkoyun canlı yayımdakı səhvi tamaşaçıları güldürüb. "Haberler.com"a görə xəbər aparıcısı olan 51 yaşlı Simon Makkoy canlı yayıma əlində iPad tutaraq çıxmalıymış. Ancaq Makkoy kamera qarşısına fikirli halda əlində iPad əvəzinə bir paket kağızla çıxıb. BBC-yə açıqlama verən Makkoy kağızı səhvən götürdüyünü deyib. Makkoy, bir az sonra iPad əvəzinə kağız götürdüyünün fərqinə vardığını, amma canlı yayım olduğundan özünü itirmədən xəbərlərə davam etdiyini deyib. Texnologiya mütəxəssisi əvəzinə taksi sürücüsü... Simon Makkoy bir dəfə də kameralara yatarkən yaxalanıbmış. 2007-ci ildə isə yayıma BBC-nin texnologiya mütəxəssisi adıyla çıxardığı adamın bir az sonra əslində taksi sürücüsü olduğu məlum olub.
2013-09-19
231
ARDNŞ son bir aya 25 milyon pulumuzu yandırdı
Avqustun 17-də "Bulla-dəniz" qaz yatağında 90 saylı quyuda başlayan yanğın hələ də davam edir. Sentyabrın 3-də ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev qaz quyusunun xilas edildiyini bildirsə də, ARDNŞ və FHN-in yanğının söndürülməsi istiqamətində fəaliyyəti nəticə verməyib. Xatırladaq ki, yanğın ocağının suvarma yolu ilə basdırılmasında FHN-in 6 gəmisi iştirak edib. Alov güclü olduğundan, gəmilər hədəfə yaxınlaşa bilməyib və bu da yanğının söndürülməsinə imkan verməyib. Yataqdan çıxan alov ətrafa yayılaraq 350 metr radiusda yüksək temperatur sahəsi yaradıb. Sentyabrın 16-da Rövnəq Abdullayevin verdiyi açıqlamaya görə isə, Hali Bolter şirkəti hələ bundan sonra avadanlıqları sıxılmağa qarşı yoxlayacaq. Quyunun ağzı təmizlənəndən sonra həmin avadanlığın quyunun üstünə qoyulması prosesi başlayacaq. Quyudakı yanğının "məşəl" - raket zərbəsi ilə qarşısını almaq təklifi isə qəbul edilməyib. ARNDŞ yatağı itirmək istəmir və təkrar hasilata ümid edir. "Regnum" agentliyi Rövnəq Abdullayevə istinadən bildirib ki, SOCAR neqativ nəticələrin qarşısını almaq üçün platformada qaz fontanı zamanı yanğını özü törədib. Neftçilərin hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı deyir ki, Rövnəq müəllim ancaq ona çatdırılan məlumatı açıqlayır. Platformada yanğın qazma işi aparan mütəxəssislərin təcrübəsizliyi ucbatından baş verib. Mirvari Qəhrəmanlı ilə telefon əlaqəsi saxladıqdan sonra o, ekspert rəyini öyrənərək bəzi detallara aydınlıq gətirib. 1. Fontanın qarşısını almaq mümkün olmadıqda maili quyu qazmaqla həmin fontanın-yanğının qarşısını almaq mümkündür. Ancaq 90 saylı quyuda hal-hazırda bu üsuldan istifadə edilmir. Bu metod vaxt və çox xərc aparır. 2. ARNDŞ-in yanğını özü törətməsi ilə bağlı məsələdə R.Abullayevin açıqlaması düzgün başa düşülməyib (ola bilsin ki R.Abdullayev fikrini çatdıra bilməyib). Mirvari xanımın məlumata görə, 90 saylı quyuda əvvəllər yanğını söndürməyə nail olublar, lakin qısa vaxt ərzində buruq ətrafında çoxlu qaz buludunun (topasının) yaranması və kondensatın ətrafa (dənizə) yığılması səbəbindən yanğının-partlayışın yenidən baş verməməsi üçün ARDNŞ yanğını yenidən planlı şəkildə törədib. 3. Raketlə zərbə məsələsinə gəldikdə, alovu şaquli istiqamətə yönəltmək üçün (quyu ağzında avdanlığı məhv etməklə) hərbi texnikadan istifadə olunur. 90 saylı quyuda elə məhz bu məqsədlə hərbi texnikadan istifadə olunub. İlkin cəhdlər uğursuz olub, lakin sonra müsbət nəticə əldə olunub ki, sonradan mütəxəssislər quyunun ağzına kimi yaxınlaşa biliblər. ARNDŞ-ın hesablamalarına görə, gün ərzində itirilən qaz 2,5-3 milyon kubmetr həcmindədir. Xaricə ixrac olunan Azərbaycan qazının 1000 kubmetrə görə ortalama qiymətinin 250 dollar olduğunu nəzərə alsaq, demək, hər gün 750 000 dollar pulumuz yanır. Məlumat üçün qeyd edək ki, ekspert Qubad İbadoğlu gündəlik yanan qazın həcminin 10 milyon kubmetr olduğunu bildirmişdi.
2013-09-19
232
Cəmil Həsənlinin vəkil siyahısı açıqlandı
Milli Şuranın vahid namizədi Cəmil Həsənlini prezident seçkisində təmsil edəcək vəkillərin adları bəlli olub. Axar.az xəbər verir ki, MSK tərəfindən təsdiq olunan vəkillər bunlardır: 1. Qəmbər İsa 2. İbrahimbəyov Rüstəm 3. Namazov Eldar 4. Kərimli Əli 5. Hacılı Arif 6. Abbasova Vəfa 7. Sadıxlı Nüşabə 8. Məmmədova Almaz 9. Kazımov Osman 10. Hacıbəyli Gültəkin 11. Hüseynova Solmaz 12. Kərimov Həsən 13. Məmmədov Mehman 14. Səmədbəyli Arzu 15. Abbaslı Tural 16. Abbasov Rauf 17. İbadoğlu Qubad 18. Almuradlı Rövşən 19. Qəhrəmanlı Fuad 20. Mirzəyev Adil 21. Məmmədli Nurəddin 22. Nurullayev Razi 23. Əsədli Samir 24. Qurbanlı Əbülfəz 25. Manaflı Rafiq 26. Quliyev Zəfər 27. Hüseyn Pənah 28. Quliyev Eldəniz 29. Mustafayev Nurəddin 30. Kərimov Natiq 31. Əyyub Vurğun 32. Nağıyev Köçər 33. Məcidli Məcid 34. Həsənov Ülvi 35. Qəmbər Turqut 36. Məmmədbəyli Nicat 37. Məmmədov Sabir
2013-09-19
233
Məhəmməd Əlinin çənəsini sındıran boksçu dünyasını dəyişdi
1970-ci ildə dahi boksçu Məhəmməd Əlini məğlub edən keçmiş dünya çempionu Ken Norton 70 yaşında həyatla vidalaşıb. Norton son illər xərçəng xəsəliyindən əziyyət çəkirdi və bir neçə dəfə infakt keçirmişdi. "Nyu York Tayms"ın yazdığına görə, keçmiş dünya çempionu Las Veqas yaxınlığındakı Nevada ştatında vəfat edib. Norton yeniyetmə yaşlarında boks, Amerika futbolu və beysbolla məşğul olub. Peşəkar boksa isə 1967-ci ildə gəlib. Onun Məhəmmədəli ilə ilk döyüşü 1973-cü ilin martın 31-də baş tutub. Həmin vaxt hamı Məhəmməd Əlini favorit görsə də, döyüş ərzində Norton əfsanəvi bokçsçunun çənəsini sındırıb. 12 raundluq döyüşdə hakimlərin ümumi rəyi ilə qalibiyyət Nortona verilib. Bundan sonra rəqiblər daha iki dəfə (1973-76) üz-üzə gəlir, amma bu dəfə Məhəmməd Əli Ken Nortondan üstün olur. Bundan başqa keçmiş dünya dünya çempionu Corc Formen və Lari Holms kimi məşhur boksçularla rinqə çıxıb.
2013-09-19
234
Elçin Məmmədovdan AFFA-nın baş katibinə sərt ittihamlar
Beynəlxalq dərəcəli hakim Elçin Məmmədov FİFA dərəcəsindən imtina edib. Bu da onu futzal üzrə beynəlxalq dərəcəli oyunları idarə etməkdən məhrum edib. Bu haqda "Sportal.az" saytı xəbər verib. Məsələ ilə bağlı Elçin Məmmədovun özü ilə əlaqə saxladıq. Keçmiş FİFA referisi hakimlikdən imtina etmə səbəblərini AFFA-nın baş katibi Elxan Məmmədovun qeyri-qanuni əməllərində gördü: "Litvadakı turnirdən sonra getmək istəyimi PFL rəhbərliyinə bildirdim. İmtinamın səbəbi isə ölkə futbolunda baş verən qeyri-qanuni əməllərdir. Konkret olaraq Elxan Məmmədov vəzifə səlahiyyətlərindən sui-istifadə edir, mən də bununla razı olmadığıma görə hakimlikdən birdəfəlik getmək qərarına gəldim". Gedişim qanunsuzluğa etirazımdır Keçmiş referi hesab edir ki, AFFA-nın baş katibi futbolun inkişafına dair dövlət proqramının icarsına əngəl yaradır: " Elxan Məmmədov Nazirlər Kabinetinin çıxardığı qərarlara hörmət etmir. O, ölkə prezidentinin futbolun inkişafına dair imzaladığı dövlət proqramının müddəalarını kobud şəkildə pozur. Mənim gedişim butün bunlara etirazdır". AFFA-nın ittihamlara cavab verməyə vaxtı yoxdur Elçin Məmmədovun ittihamlarına AFFA İnformasiya və İctimaiyyətlə Əlaqələr departamentinin rəisi Mikayıl Nərimanoğlu cavab verməkdən imtina etdi. Federasiya rəsmisi sualı Hakimlər Komitəsinə ünvanlamağımızı istəyərək telefonu qapadı: "Mən onun ittihamlarına cavab verə bilmərəm. Siz bununla bağlı mənə yox, Hakimlər Komitəsinə müraciət edin. Mənim vaxtım yoxdur".
2013-09-19
235
Əl-Qaidə Türkiyəni təhdid edir
Əl Qaidəyə bağlı İraq-Dəməşq İslam Dövləti qruplaşması Suriyanın şimalında mövqelərini gücləndirib. Türkiyənin sərhədi yaxınlığında yerləşən Azez qəsəbəsini ələ keçirən silahlılar Türkiyə üçün təhlükə yaradır. Terror qruplaşması Azad Suriya Ordusunu hədəfə alıb. Azad Suriya Ordusunun Əsədə qarşı döyüşən silahlı qrupları bir bayraq altında birləşdirə bilməməsi radikal düşüncəli qrupları nəzarətdən çıxarıb. Bunu Qərbin Suriya müxalifətinə silah verməməsinə də bağlayırlar. İngiltərənin "Tayms" qəzeti Əl-Qaidə qruplaşması üzvlərinin artdığını və müharibənin başqa məcraya yönəldiyini bildirir.
2013-10-19
237
Bakı Metropolitenindən mətbuata ittiham!
Sentyabrın 18-i axşam saatlarında Bakı Metropolitenində qatar təxminən 15-20 dəqiqə tuneldə qalıb. Dünən mətbuatda yayılan məlumata görə, hadisə "28 May" və "Nizami" stansiyaları tərəfdə yaşanıb və yüzlərlə sərnişin havasız yerdə qalıb. Bundan başqa qatar hərəkət etdiyi stansiyalara gec çatdığına görə, sərnişin sıxlığına da səbəb olub. Hadisəni dəqiqləşdirmək üçün Bakı Metropoliteninin mətbuat xidməti ilə əlaqə saxlayan "axar.az"a bildirdilər ki, yayılan məlumat yalandır və sentyabrın 18-i axşam saatlarında qatar lazımi qrafik üzrə hərəkət edib. Metropoliten sözcüsü onu da qeyd etdi ki, bəzi saytlar sensassiyon xəbər yaymaq üçün belə yalan məlumatlarla ictimaiyyəti çaşdırır.
2013-09-19
238
Rus diplomatın qatili Gürcüstanda tapıldı
9 sentyabrda Abxaziyada öldürülən Rusiya diplomatı Dmitri Vişernevin qatili Gürcüstanda tapılıb. "İnterfaks" xəbər verir ki, saxlanılan şəxs Çeçenistan respublikasının sakini Yusup Lakayevdir. Rusiya vətəndaşıdır. Həmin şəxs Gürcüstandan Türkiyəyə sərhədi qanunsuz şəkildə keçmək istəyərkən saxlanılıb. Qatil rus diplomatını xidməti avtomobildən çıxarkən güllələyib. İnsident zamanı diplomatın arvadı yaralanıb. Şahid ifadələri əsasında qatilin fotorobotu hazırlanmışdı. Qətlin motivi hələ müəyyən edilməyib.
2013-10-16
239
Azərbaycan hansı silahları alır?
Rusiyalı politoloq Aleksandr Xramçixin Azərbaycan tərəfindən Rusiyaya 2C31 Vena topçu sistemlərinin sifariş verilməsi məsələsinə münasibət bildirib. Axar.az xəbər verir ki, Ermənistanın "Nyus.am" saytına açıqlamasında rus mütəxəssis "Azərbaycan Qarabağı geri qaytarmaq üçün hər cür silah əldə edir" deyib. Azərbaycanın Dağlı Qarabağı geri qaytarmaqdan başqa heç bir niyyətinin olmadığını bildirəm A.Xramçixin qeyd edib ki, buna görə rəsmi Bakı ən müxtəlif silahların alınmasına çalışır. "Nyus.am"ın xəbərində Azərbaycanın sifarişiylə Rusiyanın "Kurqanmaşzavod" zavodunda artıq 2C31 "Vena" avtomatik topçu sistemlərinin istehsalına başlanıldığı da qeyd edilir.