Search is not available for this dataset
text
stringlengths 10
518k
|
---|
İqtisadiyyat naziri Mikayıl Cabbarov Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Reşetnikovla görüşüb. |
Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib. |
Bildirilib ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanın Rusiya ilə iqtisadi əlaqələrin inkişafına önəm verdiyini vurğulayıb. |
Ölkələrimiz arasında imzalanmış 260-dan çox sənədin münasibətlərimizin çoxistiqamətli şəkildə genişləndirilməsi üçün möhkəm hüquqi baza yaratdığı qeyd olunub. |
Bildirilib ki, Azərbaycanın qeyri-neft ixracatında ən böyük tərəfdaşı olan Rusiya ilə ticarət dövriyyəsi dinamik artır. |
2023-cü ildə Rusiya ilə ticarət dövriyyəsinin həcmi təxminən 4,5 milyard ABŞ dolları təşkil edib. |
2022-ci illə müqayisədə ötən il qonşu ölkə ilə ticarət dövriyyəsi 17 faiz artıb. |
Rusiya ilə iqtisadi əlaqələrin güclənməsi fonunda ölkələrimizin işgüzar dairələrinin tərəfdaşlıq münasibətləri də genişlənir. |
Mövcud iqtisadi əməkdaşlıq potensialının reallaşdırılması ticarət dövriyyəsinin həcmini daha da artıra bilər. |
Qeyd olunub ki, Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan işgüzar şuraları biznes dairələri arasında qarşılıqlı faydalı işbirliyinin qurulmasında mühüm platformadır. |
Ölkəmizdə yaradılmış inklüziv biznes mühiti barədə məlumat verilib. |
Qeyd olunub ki, sahibkarlar sənaye zonaları, Ələt azad iqtisadi zonası, işğaldan azad edilmiş ərazilərimizdə təklif olunan biznes imkanlarından yararlana bilərlər. |
Diqqətə çatdırılıb ki, Rusiya ilə ticarət, nəqliyyat, sənaye, turizm, ətraf mühitin qorunması, kənd təsərrüfatı, gömrük və digər istiqamətlər üzrə tərəfdaşlığın inkişafı üçün böyük potensial var. |
Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov Azərbaycanla iqtisadiyyatın müxtəlif sahələri, o cümlədən qarşılıqlı ticarətin artan tendensiyası, birgə istehsal və digər sahələr üzrə səmərəli əməkaşlığa dair göstəriciləri müsbət qiymətləndirib. |
Vurğulanıb ki, qeyri-neft sənayesi üzrə birgə layihələr uğurla həyata keçirilir. |
Nümayəndə heyətləri arasında mütəmadi olaraq keçirilən görüşlərin və tədbirlərin əlaqələrin möhkəmləndirilməsində mühüm rol oynadığı qeyd edilib. |
Maksim Reşetnikov tərəfdaşlığın inkişaf etdirilməsi imkanları və bu sahədə təşəbbüslər haqqında düşüncələrini bölüşüb. |
Görüşdə Azərbaycan-Rusiya əməkdaşlığının inkişafının əsas istiqamətləri üzrə Yol Xəritəsinin icrası ilə bağlı fikir mübadiləsi aparılıb. |
Tərəflər ticarət, nəqliyyat, biznes dairələri arasında əlaqələrin gücləndirilməsi, əməkdaşlıq üçün yeni sahələrin müəyyənləşdirilməsi və digər məsələlər haqqında müzakirələr aparıblar. |
14:08"Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikovla görüşüb. |
Bu barədə M.Cabbarov “X” hesabında paylaşım edib. |
Bildirilib ki, görüşdə iqtisadi sahədə birgə fəaliyyətlə bağlı məsələlər müzakirə edilib. |
Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikovla keçirdiyimiz görüşdə #iqtisadi sahədə birgə fəaliyyətin gündəmində olan məsələləri müzakirə etdik:– İkitərəfli #ticarət-in dəstəklənməsi və iş adamları arasında əlaqələrin genişləndirilməsi; – #Nəqliyyat və infrastruktur… pic.twitter.com/STAlBBIXiQ |
Qazaxıstan vətəndaşları arasında məşhur siyasi xadimlərin soyadlarını öz adları olaraq daşıyan insanlar var. |
Bu barədə Qazaxıstan iqtisadiyyatının monitorinqi layihəsindən məlumat verilib. |
Məlumata görə, hazırda respublikada səkkiz Bayden, bir Putin və bir Tramp yaşayır. |
Bundan başqa, 12 nəfər Qazaxıstanın hazırkı Prezidenti Kasım-Jomart Tokayevin adını daşıyır. |
Həmçinin, bir sıra vətəndaşlara şəhərlərin adı verilib. |
Belə ki, 24 nəfər Astana, 20 nəfər Almatı adlı şəxs var. |
24 vətəndaş isə ölkənin özünün - Qazaxıstanın şərəfinə adlandırılıb. |
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Türkiyənin xarici işlər nazirinin müavini Yasin Ekrem Serim ilə görüşüb. |
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. |
Qeyd olunub ki, görüşdə iki ölkə arasında ikitərəfli, regional və çoxtərəfli əməkdaşlıq gündəliyinin perspektivləri, bölgədəki cari vəziyyət, Azərbaycan-Ermənistan sülh prosesi ətrafında fikir mübadiləsi aparılıb. |
İki ölkə arasında bütün səviyyələrdə strateji müttəfiqlik münasibətlərinin daha da genişləndirilməsi istiqamətində səylərdən məmnunluq ifadə olunub. |
Azərbaycan-Türkiyə strateji müttəfiqlik gündəliyinin siyasi, iqtisadi, ticarət, hərbi, müdafiə sənayesi, enerji təhlükəsizliyi, investisiyalar, nəqliyyat və kommunikasiya, humanitar, təhsil, mədəniyyət və digər sahələr üzrə daha da genişləndirilməsinin vacibliyi qeyd olunub. |
Ceyhun Bayramov Antalya Diplomatiya Forumunun yüksək səviyyədə təşkili ilə bağlı təəssüratlarını bölüşüb, qardaş Türkiyənin diplomatik uğurları və diplomatik təmsilçiliklərinin sayına görə dünyada 3-cü yerə yüksəlməsi ilə fəxr etdiyini bildirib. |
Azərbaycan-Türkiyə Universitetinin yaradılması istiqamətində qərarın iki ölkə arasında təhsil sahəsində əməkdaşlığı daha da dərinləşdirəcəyini diqqətə çatdırıb. |
Habelə, beynəlxalq və regional təhdidlər, miqrasiya problemi və digər istiqamətlərdə ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı tərəfdaşlığın nümunəvi xarakter daşıdığı diqqətə çatdırılıb. |
Azərbaycanın əsas xarici siyasət prioritetlərindən olan Türk Dövlətləri Təşkilatı çərçivəsində birgə tədbirlərin intensivliyinin artırılmasının, yeni çoxtərəfli təşəbbüslərin irəli sürülməsinin əhəmiyyəti qeyd olunub. |
Görüşdə nazir Ceyhun Bayramov qarşı tərəfi Azərbaycan Ermənistan arasında sülh prosesi istiqamətində atılan son addımlar barədə məlumatlandırıb. |
Nazir bölgədə sülh və sabitliyin bərqərar olması üçün Ermənistanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı iddialardan əl çəkməsinin vacibliyini vurğulayıb. |
Görüşdə, həmçinin, qarşılıqlı maraq doğuran digər ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb. |
Tanışını qəsdən öldürməyə cəhd etməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib. |
Bu barədə Baş Prokurorluq məlumat yayıb. |
Bildirilib ki, ötən il noyabr 15-də Füzuli rayon sakini 1988-ci il təvəllüdlü Yeganə Əliyevaya xəsarətlər yetirilməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb. |
İstintaqla 1988-ci il təvəllüdlü Əlizadə Quliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı tanışı Yeganə Əliyevanın evinə qanunsuz daxil olmaqla ona yaxın qohumlarının gözü qarşısında bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. |
Əlizadə Quliyevə Cinayət Məcəlləsinin 29, 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd), 157.1-ci (mənzil toxunulmazlığını pozma) və digər maddələri ilə ittiham elan edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. |
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. |
Azərbaycanın aparıcı maliyyə institutu “PAŞA Bank” tərəfindən “İqtisadiyyatın və Cəmiyyətin Dayanıqlı İnkişafında Qadınların Rolu” adlı beynəlxalq konfrans keçirilib. |
Tədbirin tərəfdaşı qismində “Women in Tech” təşkilatı və Birləşmiş Millətlər Təşkilatının (BMT) İnkişaf Proqramının Azərbaycandakı nümayəndəlikləri çıxış edib. |
8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş konfransda dəvət edilmiş Milli Məclisin, İqtisadiyyat Nazirliyinin, BMT İnkişaf Proqramının (BMT İP) və BMT Qlobal Sazişinin Azərbaycandakı nümayəndəliklərinin, Dünya Bankının, “PAŞA Bank”ın və başqa qurumların təmsilçiləri Azərbaycanda gender bərabərliyinin qorunması, lider qadınların ölkəmizin dayanıqlı inkişafında rolu və bu istiqamətdə onların dəyərli töhfələrini geniş müzakirə ediblər. |
Tədbirdə çıxış edən beynəlxalq və yerli məruzəçilər, panel müzakirələrinin iştirakçıları Azərbaycanın və digər ölkələrin iqtisadiyyatında qadınların mövqeyi, regionda və dünyada yeni çağırışlar fonunda onların cəmiyyətin mənafeyini gücləndirən töhfələrinə dəstək mexanizmləri barədə fikir mübadiləsi aparıblar. |
“PAŞA Bank” xanımların peşəkar bilik və karyera irəliləyişinə, eləcə də sahibkarlıq fəaliyyətində qadın və kişilərə bərabər iş imkanlarının yaradılmasına xüsusi önəm verir. |
BMT Qlobal Sazişinin iştirakçısı kimi, biz bir sıra layihələri müvəffəqiyyətlə həyata keçiririk. |
Bugünkü konfrans çərçivəsində xanım liderləri bir araya gətirməklə, “PAŞA Bank”ın məqsədi qadın sahibkarlığına və iqtisadiyyatımızın dayanıqlı inkişafına yönəlik yeni biznes imkanlarına dair geniş fikir mübadiləsi aparmaqdır”, - deyə, “PAŞA Bank”ın idarə heyəti sədrinin müavini Bəhruz Nağıyev vurğulayıb. |
Qeyd edək ki, “PAŞA Bank” tərəfindən keçirilən beynəlxalq konfransa 100-dən artıq iştirakçı qatılıb. |
Bank beynəlxalq təşkilatlar, dövlət və özəl sektor arasında dialoqu gücləndirərək, qadın sahibkarlığı və qadın liderliyinə maneələrin aradan qaldırılmasına bu kimi töhfələr verməyə davam edəcək. |
Fevral ayında okeanların temperaturu rekord həddə çatıb, yəni 21,06 dərəcəyə qədər yüksəlib. |
Bu barədə Aİ-nin İqlim dəyişikliyi üzrə xidməti “Copernicus” məlumat yayıb. |
Bundan əvvəlki rekord 2023-cü ilin avqustunda suyun temperaturu 20,98 dərəcə səviyyəsinə qalxdığı zaman qeydə alınıb. |
Bu, ümumiyyətlə, fevral ayında müşahidələr tarixində ən isti ay olub. |
Temperaturun artması Sakit okeanı gözlənildiyindən daha isti edən “El Ninyo” iqlim hadisəsi ilə əlaqədardır. |
Lakin bu, ilk növbədə okeanın şərq hissəsinin səth sularına təsir edir. |
“Daha təəccüblüsü odur ki, dəniz səthinin temperaturu Atlantik okeanın tropik hissəsi və Hind okeanının mərkəzindən uzaq bölgələrdə rekord səviyyədədir”, - deyə Redinq Universitetindən iqlimşünas Riçard Allan bildirib. |
Onun sözlərinə görə, bu, istixana qazlarının atmosferdə miqdarının artmasının güclü təsirindən xəbər verir. |
Bərdədə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. |
APA xəbər verir ki, hadisə Yevlax-Bərdə-Ağdam avtomobil yolunda, Bərdənin Qarağacı kəndində qeydə alınıb. |
“Mercedes-Benz” markalı TIR-la BMW və “Chevrolet” markalı minik avtomobilləri toqquşub. |
Hadisə nəticəsində BMW markalı avtomobildə olan 2001-ci il təvəllüdlü Nəsib Allahverən oğlu Nəsibov və 2003-cü il təvəllüdlü Fariz Nurəli oğlu Nəcəfov xəsarət alaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. |
Faktla bağlı araşdırma aparılır. |
8 Mart - Beynəlxalq Qadınlar Günü qeyri-iş günü hesab edildiyindən Bakı metropoliteninin iş rejimində dəyişiklik ediləcək. |
Bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb. |
Gün ərzində saat 7:00-dan 21:00-a qədər “Həzi Aslanov - 28 May” sahəsində qatarların hərəkəti 2,5 dəqiqəlik intervalla tənzimlənəcək. |
Qırmızı və Yaşıl xətlərin birləşdiyi “28 May” stansiyasından “İçərişəhər” və “Dərnəgül” istiqamətində qatarların hərəkət intervalı həmin vaxt ərzində iki dəfə artıq olacaq. |
Bununla belə, sərnişin axını və hərəkət istiqamətlərindən asılı olaraq, hərəkət qrafiki nəzarətdə saxlanılmaqla, zərurət yaranacağı təqdirdə, ehtiyat qatarlar xəttə buraxılacaq. |
Stansiyalarda, eləcə də qurğu və avadanlıqlarda müvafiq nəzarət mexanizmləri tətbiq olunacaq. |
Metronun “Bakmil” stansiyası istiqamətində və əksinə hərəkət edən sərnişinlərdən xahiş olunur ki, martın 8-də qatarların hərəkətinin şənbə günü cədvəlindən istifadə etsinlər. |
Martın 9-da və 10-da isə Bakı metropolitenində payız-qış hərəkət qrafikinin tələbləri qüvvədə olacaq. |
AzTV-nin “Qızıl Fond”u Xaçmaz rayonunda 1950-ci illərə aid olan konserv zavodunun fəaliyyəti ilə bağlı görüntülər yayımlayıb. |
Kadrlarda zavodun fəaliyyət istiqamətləri və iş prinsipləri öz əksini tapıb. |
Almaniya maşinistlərinin həmkarlar ittifaqı ölkənin əsas dəmir yolu operatoru “Deutsche Bahn” (DB) nümayəndələri ilə uğursuz danışıqlardan sonra növbəti tətil elan edib. |
Axşam saatlarından artıq yük daşımaları dayandırılıb. |
Həmkarlar ittifaqı üzvləri həftədə iş vaxtının 38 saatdan 35 saata endirilməsi ilə yanaşı, sürücülərin maaşlarının artırılmasını tələb edirlər. |
ABŞ Ədliyyə Nazirliyi 38 yaşlı Kaliforniya sakini Linvey Dini “Google”dan ticarət sirlərini oğurlamaqda və sonra Çin şirkətlərinə ötürməkdə ittiham edib. |
Din Çin vətəndaşıdır, lakin Kaliforniya ştatının Nyuark şəhərində yaşayır. |
2019-cu ildə o, “Google” tərəfindən işə götürülüb. |
ABŞ İT korporasiyasında işləyərkən o, süni intellektin inkişafı ilə bağlı superkompüter məlumat mərkəzlərindən ticarət sirlərinin oğurlanması ilə bağlı dörd hadisədə iştirak edib. |
“Biz hesab edirik ki, müttəhim Çində yerləşən iki şirkətdə gizli işləyərkən “Google”dan süni intellektlə bağlı ticarət sirlərini oğurlayıb. |
ABŞ istehsalı olan texnologiyanı ona malik olmayanların əlinə keçməkdən şiddətlə qoruyacağıq”, - deyə Baş prokuror Merrik Qarland bildirib. |
Xankəndidə separatçıların tikdikləri binalar sökülür. |
Bunlardan biri “Artsaxı azad etmiş döyüşçülər ittifaqı”nın binasıdır. |
Zirzəmi, yarımzirzəmi və mezonin mərtəbədən ibarət binanın ümumi sahəsi 1 886 kvadratmetrdir, yuxarıdan baxdıqda xaç işarəsini xatırladır. |
Binanın adı üçün seçilən ifadə Azərbaycanın tarixi və suveren ərazilərinin adlarını təhrif edir, elə tikilmə forması da təxribatdır. |
Xankəndi şəhərindəki mərkəzi meydandakı binanın açılışı 9 may 2013-cü il tarixində baş tutub. |
Mərasimdə Ermənistanın ozamankı prezidenti Serj Sarqsyan və qondarma rejimin “rəhbəri” Bako Saakyan iştirak ediblər. |
İkinci separatizm simvolu vaxtı ilə mövcud olmuş qondarma rejimin “parlament” binasıdır. |
Ümumi sahəsi 1 350 kv.m olan binanın açılışı separatçı rejimin elan olunmasının 16-cı ildönümü günü - 2 sentyabr 2007-ci ildə olub. |
Mərasimdə iştirak edən Ermənistan parlamentinin ozamankı spikeri Tiqran Torosyan bu binanı “Dağlıq Qarabağ Respublikasının ayaqda olduğunu göstərən növbəti sübut” və “gözəl hadisə” adlandırıb. |
Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən Milli Məclisin deputatı Bəhruz Məhərrəmovun sözlərinə görə, Xankəndidə ötən ilin sentyabrına qədər mövcud olmuş qondarma rejimdən qalan binanın, habelə şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olmayan digər tikililərin sökülməsi yenidən qurulan Qarabağın tarixi-mədəni siması və şəhərsalma ənənələrinin bərpasına xidmət edir:"""“Ermənistan və havadarlarının məsələni siyasiləşdirməsi və erməni “mədəni irsi”nin məhv edilməsi kimi qiymətləndirməsi absurddur. |
İlk növbədə, hər bir ölkədə, o cümlədən Azərbaycanda şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin konkret məqsədləri var. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.