Search is not available for this dataset
text
stringlengths 10
518k
|
---|
Azərbaycan hazırda Rusiya üçün çıxışı bağlı olan digər bazarların bir hissəsini əvəz edə biləcək böyüyən bazardır. |
Rusiyanın Baş naziri Mişustinin Bakıya gətirdiyi “gizli qovluq”da bu məsələlərin daha çox əks olunduğunu deyə bilərik. |
Verilən bəyanatların da ruhundan bunu hiss etmək mümkündür. |
Bu, geoiqtisadi sfera vasitəsilə uzunmüddətli perspektiv üçün geosiyasi alətlər formalaşdırıb inkişaf etdirmək layihəsinin bir hissəsidir. |
Hesab etmək olar ki, Azərbaycanla Rusiya Şimal-Cənub Nəqliyyat Dəhlizi çərçivəsində alternativ bazarlar ideyasını inkişaf etdirəcək. |
Nəqliyyat qovşaqlarının gücləndirilməsi məsələsi vacib olduğundan Zəngəzur dəhlizi layihəsinin də əhəmiyyəti Rusiyanın gözündə daha da böyüyəcək. |
Prezident İlham Əliyev Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında Sərəncam imzalayıb. |
Bununla bağlı President.az xəbər yayıb. |
Sərəncama əsasən, Emin Zamin oğlu Hüseynov Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib. |
Prezident İlham Əliyev Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında Sərəncam imzalayıb. |
Bununla bağlı President.az xəbər yayıb. |
Sərəncama əsasən, Elçin Mustafa oğlu Yusubov Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib. |
Bu ilin sonuna qədər Bakıda 100 yeni elektrik mühərrikli avtobusun istismara verilməsi planlaşdırılır. |
“Avtobus parkı yenilənəcək, yeni velosiped yolları salınacaq. |
Nazirliyə məxsus “Bakı Taksi Xidməti” MMC-yə isə 150 ədəd elektrik mühərrikli taksi alınması nəzərdə tutulur”, - deyə o qeyd edib. |
Prezident İlham Əliyev Elçin Mustafa oğlu Yusubovun Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilməsi haqqında Sərəncam imzalayıb. |
Oxu.Az Prezidentinin xüsusi nümayəndəsi təyin edilən şəxsin dosyesini təqdim edir:""Elçin Mustafa oğlu Yusubov 1975-ci il 8 avqust tarixində anadan olub. |
1996-cı ildə Azərbaycan Xalq Təsərrüfatını İdarəetmə İnstitutunun İdarəetmənin təşkilatçısı ixtisası üzrə, 1998-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu kredit iqtisadçı ixtisası üzrə bitirib. |
Özəl sektorda, Azərbaycan Respublikası Ticarət Nazirliyində, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyində, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyində, Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Əmlak Komitəsində, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində müxtəlif vəzifələrdə çalışıb. |
Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Departamentində baş direktorun müavini, baş direktorun 1-ci müavini, baş direktor, Bakı şəhər Lokal Gəlirlər İdarəsinin rəisi vəzifələrində çalışıb. |
Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2020-ci il tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. |
Azərbaycan Respublikası Prezidentinin 13 may 2020-ci il tarixli Sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisinin müavini vəzifəsinə təyin edilib. |
Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu şagirdlər üçün dərslik çapına müsbət rəy verməyib. |
Oxu.Az xəbər verir ki, bu barədə qərar institutun Elmi Şurasının iclasında qəbul olunub. |
Coğrafiya İnstitutunun direktor müavini Zaur İmrani təqdim edilən "Coğrafiya 6" (1-ci hissə) və "Coğrafiya 7" (1-ci hissə) kitablarının çapı, həmçinin coğrafiya fənn kurikulumuna rəy verilməsi haqqında fikir bildirərək qeyd edib ki, orta ümumtəhsil müəssisələrinin şagirdləri üçün yazılan dərsliklərin məzmunu və onlarda şagirdlərə verilə biləcək bilik və bacarıqlar olduqca aşağı səviyyədədir. |
İnstitutun baş direktoru Zakir Eminov bildirib ki, dünyada yeni dərsliklərin və tədris vəsaitlərinin yazılması müasir metodlara, standartlara və qaydalara əsaslanır:"""Azərbaycan da bir qayda olaraq dünya elminə inteqrasiya etməyə çalışır və bəzi sahələrdə buna nail olur. |
Dərsliklərin yazılması dünya praktikasına əsaslanmalı, elmi cəmiyyətlərin qəbul etdiyi və artıq sübut olunmuş fundamental prizmadan baxılmalıdır. |
Müəlliflərin bilik və bacarıq səviyyəsi, eləcə də təfəkkürləri onlara dərsliyin yazılmasına icazə verməlidir". |
Bu baxımdan kitablara müsbət rəy verilməməsi, bu barədə Dövlət İmtahan Mərkəzinə (DİM), həmçinin Elm və Təhsil Nazirliyinə məktub göndərilməsi qərara alınıb. |
Prezident İlham Əliyev Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında Sərəncam imzalayıb. |
Sərəncama əsasən, Emin Zamin oğlu Hüseynov bu vəzifəyə təyin edilib. |
Oxu.Az Emin Hüseynovun dosyesini təqdim edir:""Emin Zamin oğlu Hüseynov 1974-cü ilin 12 noyabr tarixində Sumqayıtda anadan olub. |
Orta təhsilini Sumqayıtda alıb. |
1996-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetini fərqlənmə diplomu ilə bitirib, 1998-ci ildə ABŞ-ın Florida Universitetində magistr, 2009-cu ildə isə Harvard Universitetində təhsil alıb. |
2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən Emin Hüseynova iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib. |
Əmək fəaliyyətinə 1996-cı ildə Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən başlamış Emin Hüseynov 1998-2001-ci illərdə Dünya Bankının Azərbaycan ofisində, 2001-2003-cü illərdə Beynəlxalq Valyuta Fondunun Azərbaycan ofisində iqtisadçı işləyib. |
2005-ci ildən isə Azərbaycan Mərkəzi Bankında Tədqiqatlar və İnkişaf Mərkəzinin Baş Direktoru vəzifəsində çalışıb. |
Emin Hüseynov bundan əlavə ADA Universitetinin strategiya və inkişaf üzrə prorektoru vəzifəsində çalışıb. |
O, 2006-cı ildən Azərbaycan Bank Tədris Mərkəzində iqtisadi və maliyyə sistemləri, 2009-cu ildən isə liderlik mövzuları üzrə təlim kursları keçirib. |
Prezident İlham Əliyevin 24 iyun 2016-cı il tarixli sərəncamı ilə E.Hüseynov Azərbaycan Respublikası maliyyə nazirinin müavini təyin olunub. |
O, 29 avqust 2018-ci il tarixində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın köməkçisi təyin olunub. |
2021-ci ilin 24 may tarixində Prezident İlham Əliyev Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında Sərəncam imzalayıb. |
Sərəncamla Emin Zamin oğlu Hüseynov Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib. |
Emin Hüseynov 1 dekabr 2021-ci ildə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib. |
22 iyun 2019-cu ildə inzibati vəzifələrin birinci təsnifatı üzrə 3-cü dərəcə, 18 iyun 2020-ci ildə isə 2-ci dərəcə dövlət müşaviri ixtisas dərəcələri alıb. |
Almaniyada Nürnberq şəhərinin mərkəzində kütləvi məzarlıq tapılıb. |
Arxeoloqların fikrincə, Almaniyanın cənubunda ortaya çıxan bu tapıntı ola bilsin ki, Avropada indiyə qədər qazılmış ən böyük kütləvi məzarlıqdır. |
Bununla bağlı yayılan press-relizdə bildirilib ki, indiyədək Nürnberq şəhərinin mərkəzindəki kütləvi məzarlıqlarda taun qurbanlarının təxminən 1000 skeleti aşkarlanıb. |
Ekspertlər hesab edirlər ki, məzarda ümumilikdə 1500-dən çox insanın qalıqları ola bilər. |
Nürnberq mədəni irsin qorunması departamentindən Melani Lanqbaynın sözlərinə görə, səkkiz “taun çuxuru” aşkarlanıb ki, onların da hər birində yüzdən çox cəsəd olub. |
“Biz Nürnberqdə taun qəbiristanlıqlarını təyin etməyimizə baxmayaraq, bu insanlar adi qəbiristanlıqda dəfn edilməyiblər. |
Bu o deməkdir ki, ölən çox sayda insanı xristianların dəfn mərasimləri olmadan qısa müddətdə dəfn etmək lazım olub”, - deyə Lanqbayn bildirib. |
Onun sözlərinə görə, 14-cü əsrdən bəri Nürnberqdə təxminən hər 10 ildən bir taun epidemiyası baş verib və bu da qalıqların tarixinin müəyyənləşdirilməsində çətinliklər yaradır. |
Azərbaycanda qəzalı vəziyyətdə olan su kəməri təmir edilib. |
“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-dən Oxu.Az-a verilən məlumata görə, Şabran rayonunun Surra kəndində yerləşən Surra dükkeri tam təmir edilib. |
Xatırladaq ki, ərazidəki su kəmərində bir aydır ki, sızıntı olduğu və tonlarla suyun havayı axdığı deyilirdi. |
Macarıstanın Baş naziri Viktor Orban keçmiş ABŞ lideri Donald Trampla görüşmək üçün ABŞ-yə səfər etmək niyyətindədir. |
Qeyd olunur ki, siyasətçi ölkənin hazırkı Prezidenti Co Baydenlə kəsişmək niyyətində deyil. |
Bu illər ərzində Vaşinqton Budapeşti və onun siyasi planlarını diqqətlə izləsə də, Orban və Bayden arasında heç bir ikitərəfli danışıqlar aparılmayıb. |
Macarıstan İsveçin alyansa üzvlüyünü sona qədər əngəlləyən yeganə NATO ölkəsi olub. |
Bunun fonunda dövlətlər ölkə üçün ciddi nəticələrə və hətta anti-Macarıstan qətnaməsinin qəbuluna gətirib çıxaracağına dair işarə ediblər. |
Buna cavab olaraq Budapeşt ABŞ diplomatlarından ibarət nümayəndə heyətini qəbul etməkdən imtina edib. |
Eyni zamanda, Orban və ABŞ-nin keçmiş rəhbəri Donald Tramp arasında çoxdandır ki, kifayət qədər sıx dostluq münasibətləri qurulub. |
Amerikalı sahibkar yaxın vaxtlarda iki ölkə arasında gələcək əməkdaşlığı müzakirə etmək üçün macar həmkarını Floridadakı Mar-a-Laqo mülkündə qəbul edəcək. |
Rusiyanın Kazan şəhərində yerləşən Ali Tank Komandanlığı Məktəbinin ərazisində güclü yanğın başlayıb. |
Qeyd olunur ki, yanğın məktəbin kazarmasında başlayıb. |
Hadisə yerində yanğınsöndürənlər işləyirlər. |
Hələlik yanğının digər təfərrüatı barədə məlumat verilmir. |
Prezident İlham Əliyev 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətlərinə görə bir qrup qadının “Tərəqqi” medalı ilə təltif olunması ilə bağlı sərəncam imzalayıb. |
Bu barədə President.az xəbər verir. |
Sərəncamla aşağıdakı qadınlar təltif olunurlar:""Atamoğlanova Natəvan Dəmirçi qızı"Behbudova Gülşən Behbud qızı"Əhmədova Kəhlik Talış qızı"Əliyeva Gültəkin Budaq qızı"Haqverdiyeva Sevda Haqverdi qızı"Həsənova İlhamə Hüseyn qızı"Hüseynova Mariya Pavlovna"Hüseynova Reyhan Kamranovna"Hüseynova Zərifə Bəşir qızı"Mehrəliyeva Sevil Əli qızı"Məsimova Taliyə Fəxrəddin qızı"Ramazanova Bədyalcamal Süleyman qızı. |
Almaniyalı Bernard Lippert Azərbaycan futbol ictimaiyyəti üçün yad sima deyil. |
O, 2009-14-cü illər aralığında tanınmış həmyerlisi Berti Foqtsun köməkçisi qismində milli komandamızda çalışıb. |
Bununla yanaşı, AFFA-nın texniki direktoru (2008-20), U-21 yığmamızın baş məşqçisi (2009-14) vəzifələrini tutub. |
Onun son iş yeri Qana millisi olub. |
2020-ci ildən ötən ilin oktyabr ayına qədər adıçəkilən komandada texniki direktor kimi fəaliyyət göstərib. |
- “Qarabağ” - “Bayer 04” görüşü barədə nə düşünürsünüz? |
Bu oyundan əsas gözləntiləriniz nədir? |
- Olduqca maraqlı qarşılaşma olacaq. |
Hər iki ölkənin ən yaxşıları bir-birinə qarşı mübarizə aparacaqlar. |
“Bayer 04” bu il Bundesliqada rekord nəticələrə imza atıb. |
“Qarabağ” da cari mövsüm əldə etdiyi nəticələrlə məni təəccübləndirib. |
“Bayer 04”ün, qrup mərhələsində olduğu kimi, asan qələbə qazanacağını düşünmürəm. |
Bizi çox maraqlı iki oyun gözləyir. |
- “Qarabağ”ın bu mövsüm avrokuboklardakı çıxışı barədə nə deyə bilərsiniz? |
- Səmimi desəm, “Qarabağ”ın hazırkı nəticələrini sürpriz hesab etmirəm. |
Mən uzun müddət Azərbaycanda işləmişəm və düşünürəm ki, son 10 ildə Azərbaycan futbolunda olduqca yaxşı işlər görülüb. |
Bu inkişaf özünü hazırkı nəticələrdə də göstərir. |
İnanıram ki, “Qarabağ” gələcəkdə Avropa futbolunda böyük pay sahibi olacaq və bundan da parlaq nəticələrə imza atacaq. |
Ağdam təmsilçisinə böyük hörmətim var. |
- Azərbaycan çempionu bu mövsüm məğlub olmayan Almaniya klubuna qarşı oynayacaq. |
Amma onu da qeyd etmək lazımdır ki, “Bayer 04” Bundesliqada “Bavariya” ilə matçları çıxmaq şərtilə heç bir nəhəng klubla qarşılaşmayıb. |
Yəni lazımi müqavimətlə üzləşməyib. |
- Leverkuzen təmsilçisi hazırda qazandığı bütün uğurların fonunda eyforiya dalğasındadır. |
Onlar hər mövqedə güclərini ortaya qoyurlar və rəqibə təsir göstərməyi bacarırlar. |
Xabi Alonso baş məşqçi kimi komandada möhtəşəm işlər görür, əsl hücum futbolu oynadır. |
Onlar avrokuboklarda güclü klublara qarşı oynamasalar da, hazırda top-komanda olaraq adlarından söz etdirirlər. |
Qazandığı nəticələrə görə “Bayer 04”ə böyük hörmətim var. |
Ona görə də bu komandanın matçı məndə həyəcan yaradır. |
Bununla belə, futbolda həmişə sürpriz nəticələr olur. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.