text
stringlengths
9
739
Verbist bu vasitənin necə işlədiyini 1668-ci ildə yazdığı "Astronomia Europa" adlı əsərində anladır.
Bəzilərinə görə Leonardo da Vinçinin 15-ci əsrə aid "Codex Atlanticus" adlı əsərində atsız hərəkət edən bir vasitənin ilk cizgiləri vardır.
Da Vinçidən əvvəl isə renesans dövrü mühəndisi Françesko di Corco Martini işlərində kobud formada dörd təkərli bir vasitəyə bənzəyən və "avtombil" adı verilən bir şəkilə yer vermişdi.
Öz-özünə hərəkət edən bu vasitə ağır topların daşınması məqsədi ilə Fransa ordusu üçün yaradılmışdır.
Təqribən saatda 4 km.
sürətə çatan "fardilyer" 15 dəqiqəlik bir avtonomiyaya sahib idi.
Sükanı və əyləci olmayan ilk nəqliyyat sınağı vaxtı qəza baş verdi və bir divarı dağıtdı.
Bu qəza 7 metr uzunluğunda olan vasitənin gücünü göstərirdi.
2019 Avroviziya Mahnı Müsabiqəsi — sayca 64-cü Avroviziya Mahnı Müsabiqəsidir.
Netta Barzilayın ifa etdiyi "Toy" mahnısı ilə 2018 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 2019-cu ildə israil 20 il sonra yenidən Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdır.
1979 və 1999-cu ildən sonra bu israildə keçirilən üçüncü Avroviziya olacaqdır.
indiyədək 22 ölkənin dövlət kanalları rəsmi olaraq müsabiqədə iştirak edəcəkləri barədə açıqlama vermişdir.
Netta Barzilayın ifa etdiyi "Toy" mahnısı ilə 2018 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 2019-cu ildə israil 20 il sonra yenidən Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdır.
Avroviziya 2018-də qələbə qazandıqdan sonra səhnədə Netta Barzilay 2019 Avroviziya Mahnı Müsabiqəsinin paytaxt Qüdsdə keçiriləcəyini elan etmişdir.
Lakin bu qərar Avropa Yayım ittifaqı tərəfindən hələ ki, öz təsdiqini tapmayıb.
israilin maliyyə naziri Moşe Kaxlon Maariv qəzetinə müsahibədə müsabiqənin yalnız Qüdsdə keçirilə biləcəyini vurğulamış və müsabiqənin dəyərinin 120 milyon Yeni israil şekeli olacağını qeyd etmişdir.
Qüds meri Nir Barkat müsabiqənin 1979 və 1999-cu illərdə keçirildiyi Beynəlxalq Konvensiya mərkəzinin Avroviziya 2019 üçün çox kiçik olduğunu bildirərək, Teddy Stadium və eyni zamanda Jerusalem Arenanı müsabiqə üçün uyğun görmüşdür.
Müsabiqə üçün nəzərdə tutulan digər arena isə Təl-Əvivdə yerləşən Menora Mivtachim Arena olsa da, şəhər meri Ron Hulday Təl-Əvivin Avroviziya 2019-a ev sahibliyi etməyəcəyini açıqlamışdır.
Digər mümkün məkanlar isə Hayfada yerləşən Sammy Ofer Stadium və Beer-Şevada yerləşən Turner Stadiumdur.
Lakin hər iki stadionun tavanı yoxdur və müsabiqənin qaydalarını görə müsabiqə qapalı arenada keçirilməlidir.
Aşağıda adları göstərilən ölkələr Avroviziya 2019-da iştirak edəcəklərini açıqlamışdırlar.
Aşağıda adları göstərilən ölkələrin 2019-cu ildə Avroviziyada iştirak edib etməyəcəkləri ilə bağlı hal-hazırda rəsmi açıqlama yoxdur.
Müsabiqənin israildə və gözlənildiyi kimi paytaxt Qüdsdə keçirilməsi ilə əlaqədar olaraq bəzi ölkələr narazılıqlarını bildirmiş və BDS hərəkatına dəstək çıxaraq, müsabiqəni boykot etməyə çağırmışdırlar.
Zeynalov Balasadıq Umruz oğlu - Əski Müsavat Partiyasının Balaxanı-Sabunçu özəyinin sədri Əski Müsavat Partiyasının Balaxanı-Sabunçu özəyinin sədri Balasadıq Zeynallı bu kənddə yaşayıb.
O, bolşevik işğalına qarşı müqavimət göstərdiyinə görə Solovki konslagerinə sürgün edilib, sonra həbsdən qaçaraq Balaxanıya qayıdıb və gizli fəaliyyət göstəribmiş.
Ancaq türmədən qaçan bu cəsur insan 1937-ci il repressiyalarından qaça bilməyib.
Bakıda, Balaxanıda adına küçə var.
Abaddon — Rövşən Abdullaoğlunun 2018-ci ildə nəşr olunan 3-cü romanı.
Hadisələr irlandiyada cərəyan edir.
Məşhur "Titanik" gəmisini ilk və son səfərinə yola salmış sakit liman şəhərində baş verən silsilə qətllər bütün ölkədə əks-səda doğurur.
Qatilin ələ keçirilməsi üçün yerli qarda əməkdaşları ilə yanaşı paytaxt Dublindən Kork şəhərinə ezam edilmiş məşhur müstəntiq və Amerikadan gəlmiş kriminal psixoloq da axtarış işlərinə cəlb edilir.
Daha sonra oxucu çoxşaxəli süjet xətti boyunca qatilin cinayət axtarış komandasına açdığı mübarizəni təqib etməyə başlayır.
Əsər daha çox intellektual-psixoloji yönü ilə də diqqət çəkir.
insanın bitməyən daxili savaşı, tənəzzülə və təkamülə aparan amillər demək olar ki, bütün obrazların üzərindən fərqli aspektlərdə açıqlanır.
Burada qorxu və cəsarət, qorxu və sevgi hissləri bir bədəndə qarşılaşdığı zaman ortaya çıxan maraqlı davranış modelləri ilə rastlaşır, uşaqkən ilk qorxu qarşısında yenilmiş bir neçə fərqli insan həyatı görürük.
Romanın bəzi hissələrində psixoloji zədələr qarşısında müdafiə mexanizmini işə salmış insan şəxsiyyətinin nələrə qadir olduğundan bəhs edilir.
Vətənə, milli-mənəvi dəyərlərə bağlılıq və bunun fonunda Tanrıya, dini inanclara fərqli münasibət əsər boyunca ana xətti müşaiyət edərək müxtəlif rakurslardan işıqlandırılır.
Sonda mozaikanın bütün daşlarını bir yerə toplayan müəllif maraqlı bir təsvir yaratmaqla əsər boyu oxucunu düşündürən tapmacanın açarını təqdim edir.
12 may 2018-ci ildə kitab ilk dəfə nəşr olunandan sonra cəmi bir neçə saat ərzində tamamilə satılaraq qurtarıb.
"Abaddon"un ilkin nəşri topdan və pərakəndə halda olmaqla birlikdə cəmi 3-4 saata alınaraq bitib.
Əvvəlcədən onlayn qaydada sifariş edən alıcıların kitabları isə tədricən ünvanlarına çatdırılıb.
Şahsevən tayfasının Səfəvi zümrəsinin Canıyavər nəslinə aidəm.
Və məhz bu nəslimizə görə də amansız repressiyaya məruz qalmışıq.
1937-ci ildə bizim nəsildən altı nəfər güllələnib, babam, əmim, beş dayım, yaxın əqrəbalarım.
Və o zaman atam Yusif ən kiçik əmimlə Qazaxıstana sürgün olunub.
Sürgün həyatı dövründə də atam-anam yeddi övladdan beşini itirmişdir.
Biz Qazaxıstanda boya-başa çatmışıq.
Yadımdadır, mən yeddinci sinifdə oxuyanda atam bizi bir yerə yığdı və sandığı açıb oradan indiki üçrəngli Azərbaycan bayrağını çıxardı.
Hadıbəyov Fazil Məmmədəli oğlu "Zenit" idman Cəmiyyətinin Sədri.
Əməkdar bədən tərbiyəsi və idman xadimi, Milli Olimpiya Komitəsinin üzvü 1954-cü il noyabrın 1-də Qazaxıstanın Cambul vilayətində anadan olmuş.
1977-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi institutunun bitirdikdən sonra idman sahəsinə üz tutub.
Bakı Şəhər Xalq Maarif Şöbəsinin uşaq-gənclər idman məktəbində təlimatçı kimi işə başlamış.
1979-cu ildən "Məhsul” Kənd Könüllü idman Cəmiyyətinin Respublika Şurasında baş mütəxəssis vəzifəsində çalışmış.
1987-1992-ci illərdə Ümumittifaq ittifaqları KBTC-nin Azərbaycan Respublikası Şurasında baş mütəxəssis, 1992-1993-cü illər ərzində "Neftçi” idman cəmiyyəti Respublika Şurasında idman müdiri kimi fəaliyyət göstərmişdir.
1993-cü il avqustun 10-da yenidən bərpa olunan "Zenit” idman Cəmiyyəti Respublika Şurasının sədri vəzifəsinə seçilmişdir.
Əsli Masallı rayonundandır.
Hadıbəyovlar nəsli 1937-ci ildə Qazaxıstana sürgün edilib.
Müftizadə Qazi Səadəddin Əfəndi Müfti Osman Əfəndi oğlu .Osman Vəlizadənin oğlu.
Səadəddin Əfəndi Molla Vəli Vidadinin nəvəsi, Vaqifin qız nəvəsidir.
Atası Osman Əfəndi Qafqazın müftisi olmuşdur.
Dini təhsilini Şamaxı mədrəsəsində almışdır.
1868-ci ildə Şuşa qəzasında sünnü qazi vəzifəsinə təyin olunmuşdur.
1878-ci ildə Qazax əhalisi cəyirtikə ilə mübarizəyə cəlb edə bildiyinə görə 1882-ci ildə lentli Müqəddəs ana” gümüş medalı ilə təltif edilmişdir.
1894-cü ildən ömrünün sonuna kimi Qazağın qazisi olmuşdur.
Səadəddin Əfəndi varlı adamlardan sayılmış I Şıxlı və Kəmərli kəndlərində mülkləri, torpaq sahələri, naxırı, sürüsü olmuşdur.
1916-cı ildə vəfat etmiş II Şıxlı qəbiristanlığında dəfn edilmiş, qəbri Müftü Osman əfəndinin oğlu Məhəmməd əfəndinin qəbrinin yanındadır.
Qızı Güləndam xanım Alay bəy Şıxlinski ailə qurmuşdu.
Digər qızı Badisəba xanım Alay bəy Şıxlinski əmisi oğlu Qiyas bəy Şıxlinski evlənmişdir.
Alay bəy Şıxlinski bəylə Qiyas bəy Şıxlinski bacanaq idi.
2010-cu ildə Türkmənistanda keçirilən etni kmusiqi müsabiqəsində Gran pri” mükafatını qazanmışdır.
2018-ci ildə Azərbaycanda keçirilən V Respublika insturumental Muğam Müsabiqəsinin I yerinə layiq görülmüşdür.
2018-ci ildə Azərbaycanda keçirilən Muğam aləmi” Beynəlxalq Muğam ifaçılığı Müsabiqəsinin qalibi olmuşdur.
Mikayılov Elnur Babakişi oğlu 1984-cü il yanvarın 26-da Şamaxı şəhərində anadan olmuşdur.
Erkən yaşlarından şeirə, musiqiyə hədsiz marağı ilə diqqət çəkən Elnurun, 6-7 yaşından etibarən məşhur kamança ustadı Habil Əliyevin ifalarına göstərdiyi hədsiz maraq onun bütün şüurlu ömrünü musiqiyə bağlamasında mühüm rol oynamışdır.
Samaxi 1 sayli musiqi məktəbində təhsil alan Elnur, daha sonra təhsilini Bakıda – Bülbül adına Orta ixtisas Musiqi Məktəbində davam etdirmişdir.
Kolleci müvəffəqiyyətlə bitirdikdən sonra gənc kamança ifaçısı ali təhsilini 2003-2007-ci illərdə Azərbaycan Milli Konservatoriyasında almışdır.
Elnur Mikayılovun yaradıcılığı tələbəlik illərindən baslamışdır.
Tələbəlik illərindən baslayaraq Azərbaycanın bir cox tanınmış musiqiçiləri və sənət adamları ilə birgə çalışmış və onlarla səhnə bölüşmüşdür.
Elnur Mikayılov qısa zamanda ustad sənətkarların rəğbətini qazanmışdır.
2007-ci ildə UNESCO”nun eksperti, tanınmış musiqişünas alim Sənubər Bağırovanın təşəbbüsü ilə Elnur Mikayılov Amerikada və Almaniyada böyük musiqi festivallarında solo çıxışlar etmişdir.
Elnur Mikayılovun konsert fəaliyyəti 2007-ci ildə ABŞ-da və Almaniyadakı çıxışları ilə başlamışdır.
Elnur Mikayılov WOMAD” , Şərq təranələri” , WOMEX” , Musicadei Popoli” , Asia Festival” , PROMS” , Cənub-Şərq” kimi mühüm beynəlxalq festival məkanlarında və eləcə də 2009-cu ildən bəri Bakıda keçirilmiş bütün Beynəlxalq Muğam Festivallarında bir çox tanınmış Azərbaycan xanəndələrini müşayiət etmiş və festivalın açılış, bağlanış mərasimlərində solist kimi çıxış etmişdir.
2015-ci ildən başlayaraq o, bir neçə möhtəşəm konsertlərdə, o cümlədən, 2015-ci ildə Bakıda keçirilmiş Birinci Beynəlxalq Avropa Oyunlarının bağlanış mərasimində solo kamança ifası ilə yadda qalmışdır.
2017-ci ildə isə islam Həmrəyliyi Oyunlarının bağlanış mərasimində solo ifa etmisdir.
Elnur Mikayılov muğam ifaçılığından əlavə musiqinin başqa janrlarında, məsələn, cazz və ya müasir bəstəkar musiqisində də öz gücünü sınamışdır.
Belə ki, o, 2016-cı ildə dünya şöhrətli etnocaz ifaçısı Dhafer Youssef ilə, 2016- 2017-ci illərdə isə caz vokalisti Pyer de Treqomani ilə Fransada konsertlər vermiş, 2014, 2015 və 2016-cı illərdə Türkiyənin dünyaca məşhur zərb alətləri ifaçısı Misirli Əhməd ilə birgə konsertlərdə çıxış etmişdir.
Azərbaycanın Xalq artisti, dünyaşöhrətli bəstəkar Firəngiz Əlizadə özünün Oyan” adlı əsərinin əsasında kecirilən Oyan” adlı konsertində kamança hissəsini ifa etməyi Elnur Mikayılova həvalə etmişdir və bu əsər dunyaca taninmiş rəqqas Saşar Zarifin təşəbbüsü ilə 2015- 2016-cı illərdə Kanadanın Toronto şəhərində canlı konsertdə ifa olunmusdur.
Elnur Mikayılovun ifaları bir çox xarici ölkələrdə işıq üzü görmüş, audio disklərə yazılmışdır.
Habelə, italiyada Felmay Record” şirkətinin buraxdığı disklərdə ifaları yer almışdır.
TURAN Mugham Ensemble” , ingiltərədə isə Mugham of Azerbaijan” adlı disklərdə onun solo ifaları da yazılmışdır.
Elnur Mikayılov güclü improvizə imkanlarına da malikdir və bu imkanlar onu bəstəkarlıq sahəsində maraqlı addımlar atmağa sövq edir.
Onun artıq bir neçə musiqi kompozisiyaları var.
Elnur Mikayılovun 2016-cı ildə kamança və fortepiano üçün yazdığı kompozisiyasına Avropa-Azərbaycan Cəmiyyətinin” 2017-ci ilin yanvar press-relizində belə rəy verilir: Elnur Mikayılovun kompozisiyası muğam musiqi lüğəti” və məqam qrammatikası” çərçivəsində bəstələnmiş gözəl musiqidir”.
Bakı 2015-ci il Avropa Olimpiya Oyunlarının bağlanış mərasimində möhtəşəm ifasından sonra xarici mətbuatda "Kamançanın virtuozu və şairi" adlandırılmışdır.
Rusiya və Zaqafqaziya qanunların müvəqqəti saxlanması — Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin reallıqla hesablaşaraq, qəbul etdiyi müvəqqəti qərarlardan biri.
Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyətə başladığı dövrdə dövlət quruluşunun, bütövlükdə, siyasi sistemin dəyişdirilməsi yeni qanunların qəbulunu zəruri edirdi.
Lakin bunun üçün müvafiq təşkilati tədbirlər və qanunvericilik prosesi tələb olunurdu.
Buna görə də, çıxış yolu kimi müvəqqəti olaraq köhnə qanunvericilik sistemi saxlanıldı.
Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti bu məqsədlə 1918-ci il 23 iyun tarixli qərarı ilə idarəetmə və məhkəmənin bütün sahələri üzrə mövcud olan qanunları, həmin qanunlar hökumət tərəfindən ləğv olunana və ya dəyişdirilənədək qüvvədə saxlanıldı.
Eyni zamanda, Milli Şura, Parlament və Hökumət qanunvericilik sahəsində gərgin çalışaraq, bu qanunlann xeyli hissəsini ləğv etməyə və yenilərini qəbul etməyə nail oldu.