text
stringlengths
9
739
isgəndər Coşqun — şair, dramaturq.
1927-ci ildə Göyçay şəhərində fəhlə ailəsində doğulmuşdur.
Burada orta təhsil alandan sonra Bakıda Əliyev adına Teatr institutunun teatrşünaslıq fakültəsinə daxil olmuşdur.
Həmin il "Mavzoleydə" adlı ilk mətbu şeri "Ədəbiyyat və incəsənət" qəzetində çapdan çıxmışdır.
1952-ci ildə Moskvada Qorki adına Ədəbiyyat institutunun poeziya şöbəsinə daxil olmuş, 1955-ci ildə oranı bitirmişdir.
1962-ci ildən Qorki adına Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında ədəbi hissə müdiri işləmişdir.
22 may 1991-ci ildə "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" adına layiq görülüb.
Dramaturq, naşir, 1954-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan isgəndər Coşqun 1996-cı il dekabr ayının 10-da vəfat edib.
"Bakı Komissarları" pyesi 1986-cı ildə tamaşaya qoyulub.
Tamaşaya görə ona Azərbaycan Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı verilib.
Vurğunun "Komsomol poeması" əsasında yazdığı pyesinə görə Respublika Lenin Komsomolu mükafatına layiq görülüb.
Şərafət Dağıstanlı 1939-cu il aprelin 22-də Dağıstanın Rutul payonu Gilixor kəndində anadan olub.
6 yaşında anasını Samur çayında itirən balaca Şərafət Qax rayonunda qohumlarının himayəsində böyüyüb.
1950-ci ildə qohumları ilə birlikdə Bakıya köçüb.
1961-ci ildə Bakı Dövlət Universitetinə daxil olub.
Azərbaycan qadını jurnalında, Cəfər Cabbarlı adına Azərbaycan kinostudiyasında, Dövlət radiosunda, həmçinin bir sıra qəzet və jurnallarda çalışıb.
Həmin mahnılar bu gün də tanınmış xanəndələr və el aşıqları tərəfindən sevi-sevə oxunur.
Şəkidə doğulmuş, əvvəlcə molla yanında oxumuş, sonra üsuli-cədid məktəbində təhsil almışdır.
Gənc yaşlarından şəhərin mədəni uzun müddət davam etdirmişdir.
Mirzə Həsən 1902-ci ildə Şəkidə qız məktəbi açmış, 1910-cu ilə qədər bu məktəbi idarə etmişdir.
mətbuatda yaxından iştirak etmişdir.
Molla Nəsrəddin” jurnalındakı Dərdimənd” imzası da Tahirova məxsusdur.
Müasirlərinin dediklərinə görə, o, Məmmədquluzadə və Sabirlə dostluq etmiş, onlarla məktublaşmışdır.
Həsən Tahirov Həyat” qəzetinin Şəki üzrə müxbiri idi.
Onun Maarifimiz baharı” tarixli 10-cu nömrəsində çap olunmuşdur.
üçün iş görməliyiz.
Şu qəzetə bizim üçün çox iş görəcək.
Hər məsələmiz onda həll olunacaq.
Daha o məqamı tövsif və tərifə hacət görməyiriz.
Ünvanı olan Həyat” kəlməsindən hər şey bəlli olur.
Həyat” dediyimizdə bahar” təsəvvür olunacaqdır.
Iştə maarifimizin baharı bundan ibarətdir.
qardaşlarım!” gördük.
Zatən qəzetəmizin hər nüsxəsi başında təshih xüsusunda muxtar bulunduğumuz elan olunmuşdur”.
Dilxun təxəllüsü ilə şeirlər yazmışdır.
Əvəzəli Səfiqulu oğlu Muğanlı .rəssamDövrün məşhur miniatüristi.
Tərcüməçi Respublika Əlyazmaları institutunda saxlanılan Kəlilə və Dimnə dastanının iki əlyazmasından biri XVIII əsr rəssam-miniatürçüsü, tərcüməçi muğanlı Əvəz Əli Səfiqulu tərəfindən yazılmışdır.
"Kəlilə və Dimnə" miniatüru məşhurdur.
Yasudziro Odzu yapon və dünya kinosunun tanınmış klassik kinorejissorlarından biridir.
Yapon və dünya kinematoqrafiyasının klassiklərindən biri olan Yasudziro Ozu 12 dekabr 1903-cü ildə Tokioda anadan olub.
Ozunun doqquz yaşı olanda atası və anası ayrılır.
On yaşı olanda gübrə taciri olan atası Ozunu kəndə – qohumlarının yanına göndərir.
Yasudziro anasının yanında böyüyür.
Bu hal rejissorun gələcək həyatına böyük təsir göstərir.
Vaseda Universitetinə qəbul üçün verdiyi imtahanda Ozu iki dəfə uğursuzluğa uğramışdı.
Bir neçə ay kənd məktəbində müəllim işlədikdən sonra o, Tokioya qayıdır və 1923-cü ildə ailə əlaqələri sayəsində böyük kinokompaniya olan Sötiku”ya operator köməkçisi vəzifəsinə düzəlir.
Odzunu bu fikrə Toman insin Sivilizasiya” filmi təhrik etmişdi.
1926-cı ildə o artıq rejissor assistenti idi və daha bir il sonra artıq öz filmini çəkməyə başlamışdı.
Onun ilk işləri Hollivud nümunələrinə açıq təqliddir.
Yasudziro çox sayda film çəkir.
Təkcə 1930-cu ildə o, yeddi film ərsəyə gətirir.
Başlanğıcda onun sevimli janrı satirik komediya idi.
Gənc Ozunun unikal yumor hissi tələbəlik” lentlərində Cavanlıq günləri” , Universiteti ki bitirdim.” , imtahandan kəsildim.” kimi filmlərində əksini tapır.
Universiteti ki bitirdim.” filminin ironik adı iqtisadi böhranın yan keçmədiyi Yaponiyada qanadlı ifadəyə çevrilmişdi.
Filmdə təhsil alan, lakin əlaqələri və pulları olmayan tələbələr üçün işin olmadığı vurğulanırdı.
Baxmayaraq ki, gəncliyində Ozu bir çox janrlarda uğurlu eksperimentlər aparmışdır, ən böyük uğuru onun ailə dramları qazanmışdır.
Qəmli və lirik, yüngül yumorla rənglənmiş Tokio Xoru” , Doğulmağa doğuldum” , Üzən ot barədə povest” , Tokio yataqxanası” , Ananı sevmək lazımdır” filmləri tamaşaçını yapon ailəsinin gündəlik həyatına daxil edir, uşaqlar və valideyinlərin qəliz münasibətlərindən söz açırdı.
Yaponiya Çinlə müharibəyə başladıqdan sonra Yasudziro iki il ərzində orduda xidmət edir.
Evə qayıtdıqdan sonra şəxsi təcrübəsinə əsaslanaraq” hərbi dramlar çəkmək tapşırığı alır.
Lakin Ozu məişət dramları çəkməyə davam edir.
Bu zamanlar çox sərt senzura mövcud idi.
Sadə yeməyin dadı” filmində belə bir epizod var: çağırışçı kədərli arvadı ilə birgə sadə süfrə arxasında əyləşir.
Senzura göstəriş verir ki, qırmızı lobyalı bayram düyüsü daha uyğun olardı.
Rejissor tabe olmur və filmin ssenarisini müharibənin sonunadək təxirə salır.
Ata var idi” filmi Ozunun kədərli etiraf filmidir.
1934-cü ilin aprelində atasının 67 yaşında vəfat etməsi onun üçün dəhşətli zərbə olmuşdur.
Yasudziro gəncliyi, təhsili, evlənməsi.
barədə sadə hekayə danışır.
Film atanın ölümü ilə başa çatır.
Dəfndən və kremasiyadan sonra oğul kül olan urnanı qatarda gətirir, lakin adətə görə onu təmtəraqla əldə tutmaqdansa, baqaj bölməsinə qoyur.
Bu hərəkət tək qəhrəmanlıq ənənələrindən” şüurlu imtina olmayıb, həmçinin müharibə illərində hisslərin kütləşməsinə işarə edir.
Kinotənqidçi ivasaki yazır ki, Ozu müharibə zamanı kobudlaşan, adi görkəmlərindən məhrum olan, əsrlər ərzində formalaşan üslub və adətlərini itirən yaponları göstərmək istəmişdir”.
Film bir çox insanı hiddətləndirmişdi, xüsusilə də final səhnəsi ilə.
Tezliklə Ozunu yenidən səfərbərliyə alır və hərbi filmlər çəkmək üçün Sinqapura yollayırlar.
Yaponiya təslim olanda o, hərbi əsirlər üçün olan ingilis düşərgəsində bir neçə ay keçirir.
Müharibədən sonraki filmlərində Ozu hər bir üzvünün Biz bir-birimizə bu qədər yad ikən nə üçün bir yerdə yaşamalıyıq?” sualını verdiyi ailəni tədqiq etməyə başlayır.
Rejissor sadə və dahiyanə cavab verir: çünki insana tək yaşamaq çox kədərli və darıxdırıcıdır”.
Məhz bu dövrdən baş rolunu Sacuko Xaronun oynadığı Gecikmiş bahar” filmindən sonra Ozu ilk olaraq vətənində sonradan isə onun sərhədlərindən kənarda klassik kimi qəbul olunmağa başladı.
Bütün ömrünü subay yaşayan və uşağı olmayan Yasudziro səmimi və ağrı ilə oğulların və qızların valideyn evini necə tərk etmələri, həyat yoldaşları arasında yadlaşmanın yaranması, insanların sonuncu illüziyalarının necə yox olması və ən əsası cəmiyyətin vahid ailə görüntüsünü necə itirməsi barədə danışır.
Erkən yay” filmində ahıl valideynlər evdə qalmış yaşlı qızlarını əbəs yerə ərə verməyə çalışaraq, bununla da onu əzab çəkməyə vadar edirlər.
Gecikmiş bahar” və Gecikmiş payız” filmlərində dul ata da bununla məşğuldur.
Ozu insan münasibətlərinin bütün sferalarına təsir edən yadlaşmanı qeyd edir.
Yasudziro Ozunun son altı filmi rəngli filmdir lakin rejissorun sözlərinə görə o, rəng qammasını daraltmağa, çalarları isə boğmağa çalışıb”.
Xigan bayramının gülləri” filmində Ozu özünün müharibədən əvvəlki Ailə vodevili” ənənələrini inkişaf etdirir.
Payızın sonları” və Koxayaqava ailəsində payız” filmlərinin adında yaxınlaşan qocalığa işarə duyulmaqdadır.
Yaponiyada Odzunu Kinonun allahı” adlandırırdılar, qərbdə isə uzun zaman başa düşmür və nümayiş etdirmirdilər.
Demək olar ki, rejissorun ölümünə qədər bu belə idi.
Yasudziro Odzu anadan olduğu gün 12 dekabr 1963-cü ildə 60 yaşında vəfat etmişdir.
Midzoquti və yaxud Kurosavanın ehtirasla və dramatizmlə işlənmiş obrazlarından fərqli olaraq, Ozunun personajları, adətən, sakit, ləngdirlər və yüngül təbəssümlə danışırlar.
Enerjili aktyor Xisay Morisiqe onun Yayın sonu” filmində çəkilərkən aktyorun hər şeyi çox tez etməsi Ozunu qıcıqlandırırdı və hər səhnə çəkiləndən sonra o istehza ilə təkrarlayırdı: Bəli, yaxşı oynanılıb, yaxşı oynanılıb.
indi isə, zəhmət olmasa, cənab Morisiqeyə bizim ssenarini verin”.
Ozu heykələ bənzər personajların, kompozisiyanın frontal olması, genişkünclü və uzunfokuslu obyetivli özünəməxsus unikal kinematoqrafik üslubun yaradıcısıdır.
Yasudziro ultraalçaq rakursda çəkilişlər aparırdı və bu zaman kamera praktik olaraq tərpənmirdi bu da izləyiciyə personajlarla eyni otaqda olma hissini yaşadır.
Onun təsvirləri kəskin lakonikdir və tamaşaçıda emosiya yaradacaq bütün səhnələr çıxarılır.
Ozunun filmlərində tənqidi qiymətləndirmə və sentimentalizmə yer yoxdur.
Yasudziro Ozu Kitakamakura dəmiryolu stansiyasının yanında qəbirstanlıqda dəfn edilmişdir.
Başdaşı abidəsində Heç nə” kimi tərcümə edilən heroqlif təsvir edilmişdir.
O, bütün həyatını yanında keçirdiyi 86 yaşında anasının ölümündən cəmi 22 ay sonra dünyasını dəyişmişdir.
Yasudziro Ozunun ölümündən sonraki şöhrəti onun yaşadığı zamanki şöhrətini geridə qoymuşdur.
Məhşur Amerikalı tənqidçi, ssenarist və rejissor Pol Şreyder onu ilahi” üslubun rejissorları sırasına daxil etmiş, Vim Venders isə Ozuya Tokio-qa” filmini həsr etmişdir.