Unnamed: 0
int64
0
7.72k
title
stringlengths
1
131
singer
stringclasses
680 values
album
stringclasses
133 values
year
stringclasses
60 values
lyrics
stringlengths
35
8.85k
url
stringlengths
32
167
7,700
Yadigar
Ali Ashikar
not available
2016
[Bənd] Yarım qalan şeirlərim yadigardır o günlərdən Elə bil illər bizi böyütmüşdü bir bələkdə Axı mən şirin gülən qəmzələrin kölgəsində dincəlirdim Ona görə üzülürdüm gülməməyinə Buraxa bilmədiyim ipin ortasından kəsdin sən Yarada bilmədiyim evin qapısını kəsdin sən Heç kəsin eşitmədiyi ən duyğulu səs idin sən Elə bilirdi tanımayacam, saçlarını kəsdirsə Gördüm onu, o evin divarlarına sarılmışdı Külqabımda yanan insan məktublara yazılmışdı Gördüm onu, kül olub gözlərimdə yaşarmışdı Ən gözəl xatirələr çünki səninlə yaşanmışdı Güldürüb ağlamışdım, gül dərəndə aldanmışdım Səninlə haldan düşdüm “Get” deyəndə dilim sürüşdü Görmədin nə haldaydım, imdadıma yadlar düşdü Qocalıb soyuq əllər Ocağım soyuq yerdə O çağın illərindən mənə qalan bir yadigartək rəsmlərin Sürüşüb düşər əldən Bacarsan, dilə gətir bu eşqi məndə Yenidən bir olaq biz, bir bədəndə kövrələk gəl Yazarsan məktublar mən olmayan şəhərlərdən Gözünü yumub uçurdarsan məni, düşünüb pəncərəndən Məncə gəlmə sən də bu gün, kim gəlib ki, gəlməsəndə? Gedənlər gəlməyə hazır deyil ki, əlac yoxdur dərdə səndən Və bir gün təsadüfən görüşərik, sən anlayarsan gözlərimdən sevdiyimi Bizi ayıran insanları danlayarsan Səhərçağı ac qarına bir siqaret Və yaxud baş qarışıb, içilməyən çay kimiyəm sən gedendən Dilim biçarə susur Yazılan hər cümlə nəğmələrimi qəlbə süzür [Nəqərat] Məndən sənə yadigar Nəğmələrim qaldı Ötüb keçən o günləri Yenə yadıma saldı Səndən mənə yadigar Acı sözlər qaldı Məni məndən alarkən Səni yadıma saldı Yenə gözləri doldu Unudaram özümü siləndə o gözləri mən [Keçid] Düşür gözlərimdən bir damla yaş Düşün, bu sevgidən hər yanda var Amma bizə bax, nə hala qalıb sevgimiz... Düşüb yerə, qaldır, üzünə baxım Amma bizə bax, nə hala qalıb sevgimiz... Düşüb yerə, qaldır, üzünə baxım [Nəqərat] Məndən sənə yadigar Nəğmələrim qaldı Ötüb keçən o günləri Yenə yadıma saldı Səndən mənə yadigar Acı sözlər qaldı Məni məndən alarkən Səni yadıma saldı Yenə gözləri doldu Unudaram özümü siləndə o gözləri mən
https://genius.com/Ali-ashikar-yadigar-lyrics
7,701
Üzbəüz
Ali Ashikar
not available
2020
[Bənd 1] Ara bir zəng et mənə Özün də bilirsən ki, heç bir işim düz getmir Daha taqətim yoxdur o yolu bir də tək getməyə Çün, bizə xoş gün yaşadanlar gedəndə xoş getmir Gözündə gözüm qalıb Mən sənə hələ də vurğunam, ürəkdə sözüm qalıb Güzgüdə üz cizgilərin, otaqda səsin qalıb Yadımda son cümlələrin, “əlvida” sözün qalıb Gedənlər unudulmur Gedənlər elə gedir ki, dönəcəyinə bir ümid olmur Ona görə saatlarla gözləməyinə dəyməz onu Görən hər şeyin bir sonu var deyəmi sevgi sonsuz olur? Səni mənsiz görəndə niyə görən mən ölməmişdim? Niyə bizi ayıranlar dar günümüzə gəlməmişdi? Nə deyər deyə düşünürdüm məni sənsiz görənlər? Utanıb yerə girmişdim səni mənsiz görəndə [Nəqərat] Gündən-günə dəyişir həyat Birdən-birə yerə düşürəm Mənsiz gecələri üşüyən Bəlkə də sənsən yenə məni düşünən Gündən-günə dəyişir həyat Birdən-birə yerə düşürəm Mənsiz gecələri üşüyən Bəlkə də sənsən yenə məni düşünən [Bənd 2] Özümlə barışmıram O həddə çatmışam ki dözümdən heç danışmıram Qaldı ki sənlə barışmaq həyata küsmüşəm mən Bildiyin sular dayaz dərinlikdə üzmüşəm mən Əlimi əllərindən üzmüşəm mən Nə sevginin soyadı, nə ayrılığın adı yoxdur Daha təəccüblü deyil neçə belə üz görmüşəm mən Nə yağan yağışların, damcıların dadı yoxdur Son dəfə güldüyüm heç yadıma gəlmir Nə əllərim qələmə, nə qələm kağıza dəymir Bəlkə də sona yaxınam, uzaqlarda yol görünür Ayağım dasa ilişir, di gəl başım daşa dəymir Hər nə etsəm olmur yəni Nə qədər yoxlamışam, səndən sonra alınmayıb Duyğular yığılır içimdə, birləşib gözdən gəlir İllər sonra tanımayacaqsan bəlkə də görsən məni [Nəqərat] Gündən-günə dəyişir həyat Birdən-birə yerə düşürəm Mənsiz gecələri üşüyən Bəlkə də sənsən yenə məni düşünən Gündən-günə dəyişir həyat Birdən-birə yerə düşürəm Mənsiz gecələri üşüyən Bəlkə də sənsən yenə məni düşünən Gündən-günə dəyişir həyat Birdən-birə yerə düşürəm Mənsiz gecələri üşüyən Bəlkə də sənsən yenə məni düşünən Gündən-günə dəyişir həyat Birdən-birə yerə düşürəm Mənsiz gecələri üşüyən Bəlkə də sənsən yenə məni düşünən
https://genius.com/Ali-ashikar-uzbuz-lyrics
7,702
İnkar
Ravan (AZ)
not available
2023
Kardır bu şəhər, ən saf hisslərə İmdadı eşit gəl, orda gözləmə İnkardır bu şəhər, söylə yüz dəfə Həçnə eşitməz, axı nə sərf edər Bilsən həqiqəti Oxu susma qəti Küçələrə göydən nəğmələri səpir Bu adam Belədir təbiətim Durmadan, oxusam da mən Bilsən həqiqəti Oxu susma qəti Küçələrə göydən nəğmələri səpir Bu adam Belədir təbiətim Durmadan, oxusam da mən Kardır bu şəhər, ən saf hisslərə İmdadı eşit gəl, orda gözləmə İnkardır bu şəhər, söylə yüz dəfə Həçnə eşitməz, axı nə sərf edər Birgün mənim kimi olsan Sən də sərxoş olub dolsan Bilki dəyməz heçkimə görə Həyata qalma gec Son günün kimi yaşa Kardır bu şəhər (Kardır bu şəhər) İmdadı eşit gəl (İmdadı eşit gəl) İnkardır bu şəhər (İnkardır bu şəhər) Həçnə eşitməz (Həçnə eşitməz) Axı nə sərf edər
https://genius.com/Ravan-az-inkar-lyrics
7,703
Günah Özümdədir
Melan Məhər
not available
2021
[bənd 1] Çox istədim atım bu zibili Gec olmadan dönüm bu yoldan Kimi həyatını qurur bu işlə Kimi ömrünü bölür bu yolda Amma səhv başa düşülməsin Varislərəm mən də yaşamaq üçün Biz tez keçirdi uşaqlığımız Öyrəndik böyümək yaşa baxmır Kim vərəqimə düşüb üzüb məni Düzünü desəm günah özümdədi Bezdirib bu gecə hüznləri Ən sevmədiyim sima özümdədi Çoxdandı ki səhəri görmürəm Gecələr çox uzundu burda Əslində heç yuxum da yoxdu Gözüm açıqdı, amma özüm durmuram Heç nəyə inan həvəsim qalmayıb Əvvəlkitək dərin şeirlər İyirmi ikimdə ilişib qalmışam 2020 gəlib deyirlər Ölür insan dəyər görmədikcə Daha həyatdan heç nə gözləmir Mənə uşaqlığımı ver ana Böyümək istədim, günah özümdədir [nəqərat] Mən bilmirəm nə səhv etmişəm ki Sərf etmişəm özümü onlara Mahnılarda özünü tapanlara Ən doğmalardan yalanlara Daha gəlmərəm, tərk edilmişəm Vətən bildiyim eşqi sol yana Basdırmasam canım çox yanar Axı getməsəm ölümü qucaqlaram Mən bilmirəm nə səhv etmişəm ki Sərf etmişəm özümü onlara Mahnılarda özünü tapanlara Ən doğmalardan yalanlara Daha gəlmərəm, tərk edilmişəm Vətən bildiyim eşqi sol yana Basdırmasam canım çox yanar Axı getməsəm ölümü qucaqlaram [bənd 2] Gəlirəm arzuladığım uzaqlar Vaxtıdı kimsə arxamca ağlamaz Məni yola salmaz gülərək bu şəhər Kədər yığar çamadanlarıma Gərək çıxım gedim burdan Məni burax, ana, fikirdən havalanıram Çoxdandıkı yaşamadığımla Yaşıdlarımdan dala qalıram Mənim yolumu buran hər kəs doğru Həqiqət bağıran hər səs boğulur Burda niyə hər kəs yorğun? Niyə sevilir daha rüşvətxorluq? Durma, bacarsan qaç burdan Durmaz, gözlərdə yaş qurumaz Olmaz, haqqını bilən dinməz Yetməsə daha neçə gülər-gülməz [keçid] Qanla badəmizi doldurur Mən getmək istəyirəm, yol durur Axı yorğunam, halımı soruşma Cavab verə bilmirəm, hər şey üzümdədir Məni inandır ki, sondu bu Orda səni gözləyir bol uğur Bilmirəm səhvim ya düzüm nədir Gedirəm, ölsəm, günah özümdədir [nəqərat] Mən bilmirəm nə səhv etmişəm ki Sərf etmişəm özümü onlara Mahnılarda özünü tapanlara Ən doğmalardan yalanlara Daha gəlmərəm, tərk edilmişəm Vətən bildiyim eşqi sol yana Basdırmasam canım çox yanar Axı getməsəm ölümü qucaqlaram Mən bilmirəm nə səhv etmişəm ki Sərf etmişəm özümü onlara Mahnılarda özünü tapanlara Ən doğmalardan yalanlara Daha gəlmərəm, tərk edilmişəm Vətən bildiyim eşqi sol yana Basdırmasam canım çox yanar Axı getməsəm ölümü qucaqlaram
https://genius.com/Melan-mhr-gunah-ozumddir-lyrics
7,704
Gəlməmisən
İntizar Məmmədzadə
not available
2024
[Nəqərat] Ürəyim dərdlə silər ağrıları, əgər ki sən Gərəyim olan vaxtı yanıma da sən gəlməmisən Nə edim? Unutmaq da olmur indi olanları Belə tez unutmusan, gözləmişəm, gəlməmisən Ürəyim dərdlə silər ağrıları, əgər ki sən Gərəyim olan vaxtı yanıma da sən gəlməmisən Nə edim? Unutmaq da olmur indi olanları Belə tez unutmusan, gözləmişəm, gəlməmisən [Bənd 1] Bu sabahlar və divarlar Nə qədər sıxırlar indi tək məni Bu suallar və olanlar Nə qədər üzür qırıq, yaralı qəlbimi [Keçid] Biz gəldiyimiz o yolların sonundayıq Bu daha deyil vecimə, inan, əsla yorulmadım Amma mən o günləri bizə xatir unutmadım Əsla yaxşı sənsə, pis mən olum, bu roldayıq [Nəqərat] Ürəyim dərdlə silər ağrıları, əgər ki sən Gərəyim olan vaxtı yanıma da sən gəlməmisən Nə edim? Unutmaq da olmur indi olanları Belə tez unutmusan, gözləmişəm, gəlməmisən Ürəyim dərdlə silər ağrıları, əgər ki sən Gərəyim olan vaxtı yanıma da sən gəlməmisən Nə edim? Unutmaq da olmur indi olanları Belə tez unutmusan, gözləmişəm, gəlməmisən [Bənd 2] Və yalandan üzə gülmən Günü-gündən boğur indi bax məni Amma səndən tək istəyim Unut məni, dönmə sən geri [Keçid] Biz gəldiyimiz o yolların sonundayıq Bu daha deyil vecimə, inan, əsla yorulmadım Amma mən o günləri bizə xatir unutmadım Əsla yaxşı sənsə, pis mən olum, bu roldayıq [Nəqərat] Ürəyim dərdlə silər ağrıları, əgər ki sən Gərəyim olan vaxtı yanıma da sən gəlməmisən Nə edim? Unutmaq da olmur indi olanları Belə tez unutmusan, gözləmişəm, gəlməmisən Ürəyim dərdlə silər ağrıları, əgər ki sən Gərəyim olan vaxtı yanıma da sən gəlməmisən Nə edim? Unutmaq da olmur indi olanları Belə tez unutmusan, gözləmişəm, gəlməmisən [Çıxış] Gəlməmisən...
https://genius.com/Intizar-mmmdzad-glmmisn-lyrics
7,705
Azərbaycanım
İlhamə Qasımova
not available
2010
[Bənd 1] Qoca şərqin qapısı, odlar diyarı Mərd igidlər qalası, zəfər meydanı Canlı tarix yaşadı neçə şəhərin Hər gün xeyrə açılır sənin səhərin Gözü qalıb yadların əsrlər boyu Qalib gəlib düşmənə Babək, Koroğlu Adın düşüb tarixə, igid vətənim Məğrur oldun hər zaman, sən əyilmədin [Keçid] Odun var canında, qurbanın olum Sənin övladınam, odlar diyarım Qüdrətin var, azad vətənim Xoş, firavan yaşar millətin Haqq yolunu seçib öndərim Var duası uca göylərin [Nəqərat] Hər qarışın mənə əzizdir Sən ürəyim, Azərbaycanım Tək səninlə həyat gözəldir Sən mənimsən, Azərbaycanım [Bənd 2] Mavi gözlü Xəzərin sular sonası Heyran edir Göygölün yaşıl aynası Başı qarlı dağların varmı heç tayı? Bol bəhrəli bağların dadlı meyvəsi Tanrı verib sərvəti, qara qızılı Ağ günlərə yol açdı, özü ruzili Neçə dahi dünyaya burda göz açdı Nələr verdi cahana, nələr yaratdı [Keçid] Odun var canında, qurbanın olum Sənin övladınam, odlar diyarım Qüdrətin var, azad vətənim Xoş, firavan yaşar millətin Haqq yolunu seçib öndərim Var duası uca göylərin [Nəqərat] Hər qarışın mənə əzizdir Sən ürəyim, Azərbaycanım Tək səninlə həyat gözəldir Sən mənimsən, Azərbaycanım Hər qarışın mənə əzizdir Sən ürəyim, Azərbaycanım Tək səninlə həyat gözəldir Sən mənimsən, Azərbaycanım
https://genius.com/Ilham-qasmova-azrbaycanm-lyrics
7,706
Ey Vətən
İlhamə Qasımova
not available
2010
[Bənd 1] Nəğmə dolu bir ürəyəm Torpağına baş əyərəm, ey vətən Meşələrin çətirlidir, gül-çiçəyin ətirlidir! Ey vətən, ey vətən! [Nəqərat] Dağlarına düşən şehdən Çöllərinə əsən mehdən Doya bilmirəm, doya bilmirəm Ey vətən... Bir anamdan, bir də səndən Bu dünyada, bu dünyada Doya bilmirəm, doya bilmirəm Ey vətən... [Bənd 2] Tarixlərdən adın ulu Ağ günlərin nəğmə dolu, ey vətən Sənin günəş məhəbbətin Tükənməzdir sədaqətin, ey vətən Ey vətən... [Nəqərat] Dağlarına düşən şehdən Çöllərinə əsən mehdən Doya bilmirəm, doya bilmirəm Ey vətən... Bir anamdan, bir də səndən Bu dünyada, bu dünyada Doya bilmirəm, doya bilmirəm Ey vətən... Dağlarına düşən şehdən Çöllərinə əsən mehdən Doya bilmirəm, doya bilmirəm Ey vətən... Ey vətən... Ey vətən...
https://genius.com/Ilham-qasmova-ey-vtn-lyrics
7,707
Taleyim Gəl
İlhamə Qasımova
not available
2010
[Bənd 1] Yandım, döndüm külə, neynim? Döndüm solan gülə, neynim? Ümidim var hələ, neynim? Səadətim, gəl Yandım, döndüm külə, neynim? Döndüm solan gülə, neynim? Ümidim var hələ, neynim? Səadətim, gəl [Keçid] Məni oda yaxa-yaxa Ey yar, batma gəl günaha, gəl (Ey yar, batma gəl günaha) Məni oda yaxa-yaxa Ey yar, batma gəl günaha, gəl Ey yar, batma gəl günaha, gəl (Ey yar, batma gəl günaha) [Nəqərat] Hicran məni çəkib dara Heç bilmirəm gedim hara Sən üz tutdun uzaqlara Məhəbbətim, gəl Hicran məni çəkib dara Heç bilmirəm gedim hara Sən üz tutdun uzaqlara Məhəbbətim, gəl Gəl, taleyim, gəl [Bənd 2] Qəm əliylə sinəm dağlı Sənmi haqsız, mənmi haqlı? Ömrüm-günüm sənə bağlı Gəl, taleyim, gəl Qəm əliylə sinəm dağlı Sənmi haqsız, mənmi haqlı? Ömrüm-günüm sənə bağlı Gəl, taleyim, gəl [Keçid] Məni oda yaxa-yaxa Ey yar, batma gəl günaha, gəl (Ey yar, batma gəl günaha) Məni oda yaxa-yaxa Ey yar, batma gəl günaha, gəl Ey yar, batma gəl günaha, gəl (Ey yar, batma gəl günaha) [Nəqərat] Hicran məni çəkib dara Heç bilmirəm gedim hara Sən üz tutdun uzaqlara Məhəbbətim, gəl Hicran məni çəkib dara Heç bilmirəm gedim hara Sən üz tutdun uzaqlara Məhəbbətim, gəl Hicran məni çəkib dara Heç bilmirəm gedim hara Sən üz tutdun uzaqlara Məhəbbətim, gəl Hicran məni çəkib dara Heç bilmirəm gedim hara Sən üz tutdun uzaqlara Məhəbbətim, gəl Gəl, taleyim, gəl Hicran məni çəkib dara Heç bilmirəm gedim hara Sən üz tutdun uzaqlara Məhəbbətim, gəl Hicran məni çəkib dara Heç bilmirəm gedim hara Sən üz tutdun uzaqlara Məhəbbətim, gəl Hicran məni çəkib dara Heç bilmirəm gedim hara Sən üz tutdun uzaqlara Səadətim, gəl Hicran məni çəkib dara Heç bilmirəm gedim hara Sən üz tutdun uzaqlara Məhəbbətim, gəl Səadətim, gəl Gəl, taleyim, gəl
https://genius.com/Ilham-qasmova-taleyim-gl-lyrics
7,708
Sevməməliydim
Hacı Nazim
not available
2019
[Bənd 1] Sən belə deyildin, dəyişdin yaman Səni də dəyişdi vəfasız zaman Sən belə deyildin, dəyişdin yaman Səni də dəyişdi vəfasız zaman And içib, yalandan ağlayan zaman Göz yaşını silərdim, silməməliydim And içib, yalandan ağlayan zaman Göz yaşını silərdim, silməməliydim [Nəqərat] Yoxdur sabahım, nə idi günahım? Qorx ki, səni bir zaman tutmasın ahım Yoxdur sabahım, nə idi günahım? Qorx ki, səni bir zaman tutmasın ahım [Bənd 2] Nə gecəm var indi, nə də gündüzüm Ürəyimdə yandı, qaldı sözlərim Nə gecəm var indi, nə də gündüzüm Ürəyimdə yandı, qaldı sözlərim Hər yada düşəndə doldu gözlərim Mən səni sevmişəm, sevməməliydim Hər yada düşəndə doldu gözlərim Səhv edib sevmişəm, sevməməliydim [Nəqərat] Yoxdur sabahım, nə idi günahım? Qorx ki, səni bir zaman tutmasın ahım Yoxdur sabahım, nə idi günahım? Qorx ki, səni bir zaman tutmasın ahım Yoxdur sabahım, nə idi günahım? Qorx ki, səni bir zaman tutmasın ahım Yoxdur sabahım, nə idi günahım? Qorx ki, səni bir zaman tutmasın ahım
https://genius.com/Hac-nazim-sevmmliydim-lyrics
7,709
Niyə Sevdin Məni
İlhamə Qasımova
not available
2010
[Bənd 1] Niyə sən sevdin məni? Niyə kövrəltdin məni? Axı mən sevdim səni Niyə incitdin məni? Niyə sən sevdin məni? Niyə kövrəltdin məni? Axı mən sevdim səni Niyə incitdin məni? [Nəqərat] Hər günüm bir yalan Axı mən səni sevirəm İnama heç qalmır güman Nə üçün sən məni sevirsən? Hər günüm bir yalan Axı mən səni sevirəm İnama heç qalmır güman Nə üçün sən məni sevirsən? [Bənd 2] Niyə sən sevdin məni? Niyə ağlatdın məni? Ürəyim dözməz buna Niyə sən üzdün məni? Niyə sən sevdin məni? Niyə ağlatdın məni? Ürəyim dözməz buna Niyə sən üzdün məni? [Nəqərat] Hər günüm bir yalan Axı mən səni sevirəm İnama heç qalmır güman Nə üçün sən məni sevirsən? Hər günüm bir yalan Axı mən səni sevirəm İnama heç qalmır güman Nə üçün sən məni sevirsən? [Bənd 3] Sənsiz xoşbəxt olan günlərim Sənsiz sevinc dolu günlərim Səndən küsər, gedər taleyim Sevginin sonuna Sənsiz xoşbəxt olan günlərim Sənsiz sevinc dolu günlərim Səndən küsər, gedər taleyim Sevginin sonuna Sevginin sonuna
https://genius.com/Ilham-qasmova-niy-sevdin-mni-lyrics
7,710
Tut Əlimdən
Hacı Nazim
not available
2018
[Bənd 1] Sonu varmı? Didəcək bəs nə qədər qəlbimi həsrət Səni verdi, amma hər şeyimi mənim aldı məhəbbət Dözərəm mən, mənə güc verdi, səbr verdi ümidlər Dözə bilsən, əridər dağdan uca dərdi ümidlər Sonu varmı? Didəcək bəs nə qədər qəlbimi həsrət Səni verdi, amma hər şeyimi mənim aldı məhəbbət Dözərəm mən, mənə güc verdi, səbr verdi ümidlər Dözə bilsən, əridər dağdan uca dərdi ümidlər [Nəqərat] Tut əlimdən, mənə sənsiz yaşamaq dərddir, gülüm, gəl Tut əlimdən, öləcəmsə, qoy əllərində ölüm, gəl Tut əlimdən, görürəm təkcə o xoşbəxtliyi səndə Sorsalar, desələr – “kimdədir könlün” – de ki, məndə [Bənd 2] Geri dön ki, yaşayaq bir də həmin günləri təkrar Geri dön ki, səni səndən daha artıq sevənin var Gəl, həyatım, səni yollarda gözüm axtarır hər gün Əzizim, sənə qəlbim dil açıb, yalvarır hər gün [Nəqərat] Tut əlimdən, mənə sənsiz yaşamaq dərddir, gülüm, gəl Tut əlimdən, öləcəmsə, qoy əllərində ölüm, gəl Tut əlimdən, görürəm təkcə o xoşbəxtliyi səndə Sorsalar, desələr – “kimdədir könlün” – de ki, məndə Tut əlimdən, mənə sənsiz yaşamaq dərddir, gülüm, gəl Tut əlimdən, öləcəmsə, qoy əllərində ölüm, gəl Tut əlimdən, görürəm təkcə o xoşbəxtliyi səndə Sorsalar, desələr – “kimdədir könlün” – de ki, məndə
https://genius.com/Hac-nazim-tut-limdn-lyrics
7,711
Gec Oldu
Hacı Nazim
not available
2023
[Bənd 1] Yağış düşər salxım-salxım axşama Pəncərədən süzülər baxışlarım Bu mahnını haradasa eşitmişəm Bu ağıya ağlamışam nə vaxtsa Neçə bahar yola saldım, neçə qış Kandarımda ayaq izin tapılmaz Hara getdin bu eşqi yaşamamış? O yerlərdə bu sevdadan tapılmaz [Nəqərat] Dönüb dolandın ömrümün başına Yollarıma çıxmadın ki, çıxmadın Bir yastıqda qocalmadı bizimki Bir ocaqda kül olmadı, gec oldu Dönüb dolandın ömrümün başına Yollarıma çıxmadın ki, çıxmadın Bir yastıqda qocalmadı bizimki Bir ocaqda kül olmadı, gec oldu [Bənd 2] Yağış düşər salxım-salxım axşama Pəncərədən süzülər baxışlarım Bu mahnını haradasa eşitmişəm Bu ağıya ağlamışam nə vaxtsa Neçə bahar yola saldım, neçə qış Kandarımda ayaq izin tapılmaz Hara getdin bu eşqi yaşamamış? O yerlərdə bu sevdadan tapılmaz [Nəqərat] Dönüb dolandın ömrümün başına Yollarıma çıxmadın ki, çıxmadın Bir yastıqda qocalmadı bizimki Bir ocaqda kül olmadı, gec oldu Dönüb dolandın ömrümün başına Yollarıma çıxmadın ki, çıxmadın Bir yastıqda qocalmadı bizimki Bir ocaqda kül olmadı, gec oldu
https://genius.com/Hac-nazim-gec-oldu-lyrics
7,712
Tarix Yazan Sərkərdə
Hacı Nazim
not available
2020
[Bənd 1] İllərlə müdriklik dərsini alıb Uğurlu gələcək vəd etdi bizə Andının, sözünün ağası olub Parlaq bir qələbə bəxş etdi bizə Andının, sözünün ağası olub Parlaq bir qələbə bəxş etdi bizə [Keçid] Əzmlə, qürurla bütün dünyada Qətiyyət, cəsarət göstərə bildik Orduya, millətə arxalanaraq O xain düşmənə dərs verə bildik Orduya, millətə arxalanaraq O xain düşmənə dərs verə bildik [Nəqərat] Yumruğun sıxaraq “İrəli!” deyib Sözü haqq səsidir, əsgər səsidir Qarabağ naminə verildi əmr Xalqın tarix yazan sərkərdəsidir Qarabağ naminə verildi əmr Xalqın tarix yazan sərkərdəsidir [Bənd 2] Dünyada tayımız yoxdur bizlərin Çünki rəhbərimiz ər oğlu ərdir Poladdan dərs alan Mübarizlərin Yolu haqq yoludur, sonu zəfərdir Poladdan dərs alan Mübarizlərin Yolu haqq yoludur, sonu zəfərdir [Nəqərat] Yumruğun sıxaraq “İrəli!” deyib Sözü haqq səsidir, əsgər səsidir Qarabağ naminə verildi əmr Xalqın tarix yazan sərkərdəsidir Qarabağ naminə verildi əmr Xalqın tarix yazan sərkərdəsidir [Keçid] Əzmlə, qürurla bütün dünyada Qətiyyət, cəsarət göstərə bildik Orduya, millətə arxalanaraq O xain düşmənə dərs verə bildik Orduya, millətə arxalanaraq O xain düşmənə dərs verə bildik [Nəqərat] Yumruğun sıxaraq “İrəli!” deyib Sözü haqq səsidir, əsgər səsidir Qarabağ naminə verildi əmr Xalqın tarix yazan sərkərdəsidir Qarabağ naminə verildi əmr Xalqın tarix yazan sərkərdəsidir [Çıxış] Məramı sülh olub onun hər zaman İstəməz kimsənin qanı tökülsün Səbrlə gözləyib sonun hər zaman Analar sevinsin, körpələr gülsün
https://genius.com/Hac-nazim-tarix-yazan-srkrd-lyrics
7,713
Gözləyə-Gözləyə
İlhamə Qasımova
not available
2010
[Giriş] Gözləyə Gözləyə [Bənd 1] Keçən günlər hədər oldu Xəzan gəldi, güllər soldu Söyüdlər də saçın yoldu Qaldım gözləyə-gözləyə [Keçid] Qayıdaydım o günlərə Gül açaydı düzənlərə Dən də düşdü o tellərə Öldüm gözləyə-gözləyə [Nəqərat] Hey axtardım, hey aradım Sorağını alamadım Adına düşmədi yadım Qaldım gözləyə-gözləyə Öldüm gözləyə-gözləyə Qaldım gözləyə-gözləyə (Gözləyə) (Gözləyə) (Gözləyə) (Gözləyə) (Gözləyə) (Gözləyə) (Gözləyə) [Keçid] Qayıdaydım o günlərə Gül açaydı düzənlərə Dən də düşdü o tellərə Öldüm gözləyə-gözləyə [Bənd 2] Gəl, gözümdə yaşa dönmə Gəl özümdə yaşa, dönmə Sevirsənsə, daşa dönmə Öldüm gözləyə-gözləyə [Nəqərat] Hey axtardım, hey aradım Sorağını alamadım Adına düşmədi yadım Qaldım gözləyə-gözləyə Öldüm gözləyə-gözləyə Qaldım gözləyə-gözləyə Öldüm gözləyə-gözləyə Qaldım gözləyə-gözləyə (Gözləyə) (Gözləyə)
https://genius.com/Ilham-qasmova-gozly-gozly-lyrics
7,714
Keçə Bilmədim
Hacı Nazim
not available
2023
[Bənd 1] Sevgim gur çağlayan qaynar bir bulaq Bu büllur çeşmədən içə bilmədim Sevgim gur çağlayan qaynar bir bulaq Bu büllur çeşmədən içə bilmədim Bahar təravətli güllər içində səni mən Səni mən arayıb seçə bilmədim Səni mən arayıb... Səni mən arayıb seçə bilmədim [Nəqərat] Bu eşqin dadında vüsal aradım Saçımı qüssənin əli daradı Bu eşqin dadında vüsal aradım Saçımı qüssənin əli daradı Gözümdə yaş oldu arzum, muradım Gözümdə yaş oldu arzum, muradım Sirrimi kimsəyə aça bilmədim Gözümdə yaş oldu arzum, muradım Gözümdə yaş oldu arzum, muradım Sirrimi kimsəyə aça bilmədim Sirrimi kimsəyə aça bilmədim [Bənd 2] Bir dəli həsrəti mənəm oyadan Yanağım od alıb, yanır həyadan Bir dəli həsrəti mənəm oyadan Yanağım od alıb, yanır həyadan Gedirəm, kəkliyim uçub qayadan Mən hicran səddini... Mən hicran səddini keçə bilmədim Mən hicran səddini... Mən hicran səddini keçə bilmədim [Nəqərat] Bu eşqin dadında vüsal aradım Saçımı qüssənin əli daradı Bu eşqin dadında vüsal aradım Saçımı qüssənin əli daradı Gözümdə yaş oldu arzum, muradım Gözümdə yaş oldu arzum, muradım, muradım Sirrimi kimsəyə aça bilmədim Gözümdə yaş oldu arzum, muradım Gözümdə yaş oldu arzum, muradım Sirrimi kimsəyə aça bilmədim Sirrimi kimsəyə aça bilmədim Sirrimi kimsəyə...
https://genius.com/Hac-nazim-kec-bilmdim-lyrics
7,715
İstərəm
İlhamə Qasımova
not available
2010
[Bənd 1] İstərəm (istərəm) Yenə gələsən... Dərdini mənlə böləsən [Keçid] Bu gecə arzu, ümidli Könlümü sən də görəsən [Nəqərat] Bu sevgimiz şirin nəğmə Hər kəlməsi zərif, incə Mən istərəm, hər ikimiz Könül verək min sevincə [Bənd 2] İstərəm Yenə gələsən... Sevinci mənlə böləsən [Keçid] Dünyada məndən çox sənin Sevən yox, bunu biləsən [Nəqərat] Bu sevgimiz şirin nəğmə Hər kəlməsi zərif, incə Mən istərəm, hər ikimiz Könül verək min sevincə (Bu sevgimiz) Bu sevgimiz şirin nəğmə Hər kəlməsi zərif, incə Mən istərəm, hər ikimiz Könül verək min sevincə
https://genius.com/Ilham-qasmova-istrm-lyrics
7,716
Bəs Niyə
Hacı Nazim
not available
2023
[Bənd 1] Gözümü yollarda qoyacaqdınsa Könlümü yandıran od-ocaqdınsa Ruhumu tüstüdə boğacaqdınsa Bəs niyə gəlirdin mənim ömrümə? Ruhumu tüstüdə boğacaqdınsa Bəs niyə gəlirdin mənim ömrümə? [Nəqərat] Göylərdən yağıştək yağacaqdınsa Sel olub gözümdən axacaqdınsa Göylərdən yağıştək yağacaqdınsa Sel olub gözümdən axacaqdınsa Bu ulu evimi yıxacaqdınsa Bəs niyə gəlirdin mənim ömrümə? Bəs niyə gəlirdin mənim ömrümə? [Bənd 2] Dünyanı dünyamdan alacaqdınsa Ruhumu daşlara çalacaqdınsa Payız çiçəyitək solacaqdınsa Bəs niyə gəlirdin mənim ömrümə? Dünyanı dünyamdan alacaqdınsa Qəlbimi daşlara çalacaqdınsa Payız çiçəyitək solacaqdınsa Bəs niyə gəlirdin mənim ömrümə? [Nəqərat] Göylərdən yağıştək yağacaqdınsa Sel olub gözümdən axacaqdınsa Göylərdən yağıştək yağacaqdınsa Sel olub gözümdən axacaqdınsa Bu ulu evimi yıxacaqdınsa Bəs niyə gəlirdin mənim ömrümə? Bəs niyə gəlirdin mənim ömrümə? [Bənd 3] Dünyanı dünyamdan alacaqdınsa Qəlbimi daşlara çalacaqdınsa Payız çiçəyitək solacaqdınsa Bəs niyə gəlirdin mənim ömrümə? Dünyanı dünyamdan alacaqdınsa Qəlbimi daşlara çalacaqdınsa Payız çiçəyitək solacaqdınsa Bəs niyə gəlirdin mənim ömrümə?
https://genius.com/Hac-nazim-bs-niy-lyrics
7,717
Əlvida
Hacı Nazim
not available
2020
[Bənd 1] Səni çox sevmiş idim, yar Qəlbimi vermiş idim, yar Sənin bu atdığın addım Məni etdi bu eldə xar [Keçid] Başım dərdli, bəlalı Qəlbim oldu yaralı Sən ol məndən aralı Əlvida, yar, əlvida… [Nəqərat] Əfv etmərəm səni mən Boş-boşuna cəhd eləmə Sən özün öz əlin ilə Məni bədbəxt eləmə Əfv etmərəm səni mən Boş-boşuna cəhd eləmə Sən özün öz əlin ilə Məni bədbəxt eləmə Əlvida, yar, əlvida, yar Əlvida, yar, əlvida… [Bənd 2] Sevgini qədrini bildim Yaxşını, həm pisi gördüm Sənin kimi bifəvanı Ürəyimdən elə sildim [Keçid] Başım dərdli, bəlalı Qəlbim oldu yaralı Sən ol məndən aralı Əlvida, yar, əlvida… [Nəqərat] Əfv etmərəm səni mən Boş-boşuna cəhd eləmə Sən özün öz əlin ilə Məni bədbəxt eləmə Əfv etmərəm səni mən Boş-boşuna cəhd eləmə Sən özün öz əlin ilə Məni bədbəxt eləmə Əfv etmərəm səni mən Boş-boşuna cəhd eləmə Sən özün öz əlin ilə Məni bədbəxt eləmə Əfv etmərəm səni mən Boş-boşuna cəhd eləmə Sən özün öz əlin ilə Məni bədbəxt eləmə Əlvida, yar, əlvida, yar Əlvida, yar, əlvida…
https://genius.com/Hac-nazim-lvida-lyrics
7,718
Dünya Qocalır
Musta [AZ]
not available
2021
Biz cavan ölürük Bu dünya qocalır [Bənd 1] Zamanın döyüşü bu Guya öc alır Biz cavan ölürük Bu dünya qocalır Zamanın döyüşü bu Guya öc alır Biz cavan ölürük Bu dünya qocalır Bax itirik, biz burax itirik Taxt tikirik, elə vaxt itirib sonsuz Bax itirik, biz burax itirik Taxt tikirik, elə vaxt itirib [Bənd 2] Açılmır səhər düzə Dolubdur zəhər üzə Dözürük bir təhər Bir səfər, bir zəfər Bir səfər, bir zəfər Açılmır səhər düzə Dolubdur zəhər üzə Dözürük bir təhər Bir səfər, bir zəfər Bir səfər, bir zəfər
https://genius.com/Musta-az-dunya-qocalr-lyrics
7,719
Gəl, Ata
Hacı Nazim
not available
2016
[Bənd 1] Gözümün önündən getmir baxışın Sözlü nəzərlərin parıldayırdı Yağdırıb qəlbimə ən son yağışın Gözlərin nə isə pıçıldayırdı Gözümün önündən getmir baxışın Sözlü nəzərlərin parıldayırdı Yağdırıb qəlbimə ən son yağışın Gözlərin nə isə pıçıldayırdı [Nəqərat] Hər bir qırpımında yeni ifadə Gah imdad harayı, gah da təbəssüm İki gözə sığan minlərlə sözü Anlaya bilmirdim, inan mən özüm İki gözə sığan minlərlə sözü Anlaya bilmirdim, inan mən özüm [Keçid] Gəl, ay ata Gəl, ay ata Canımın cananısan Gəl, ay ata (Gəl) Ay ata Qəlbimin parasısan [Bənd 2] Bəlkə yuxularda bir yer danışıb Görüşək, nəhayət anlat sözünü Fikrim yanındadır, yaman qarışıb Mənə nə deyirdin, söylə düzünü Bəlkə yuxularda bir yer danışıb Görüşək, nəhayət anlat sözünü Fikrim yanındadır, yaman qarışıb Mənə nə deyirdin, söylə düzünü [Nəqərat] Hər bir qırpımında yeni ifadə Gah imdad harayı, gah da təbəssüm İki gözə sığan minlərlə sözü Anlaya bilmirdim, inan mən özüm [Keçid] Gəl, ay ata Gəl, ay ata Canımın cananısan Gəl, ay ata Gəl, ay ata Qəlbimin parasısan
https://genius.com/Hac-nazim-gl-ata-lyrics
7,720
Fatimə
Hacı Nazim
not available
2014
[Giriş] Qızım, heç bilirsən dünyanın ən varlı insanı kimdir? Sənin atan Çünki, mənim sənin kimi gözəl, ağıllı Şirin və zəkalı qızım var [Bənd 1] Xoş gəldin dünyama sən, ömrüm-günüm Ömrümə nur saçan ay üzlü gülüm Canımın can evi – şirin, bal balam Günümə rəng qatdın bənövşə gülüm [Nəqərat] Fatimə, Fatimə Varım, dəyərin, canım mənim Fatimə, Fatimə Doğum günün mübarək, qızım Fatimə, Fatimə Ay şirinim, şəkərim mənim Fatimə, Fatimə Doğum günün mübarək, qızım [Bənd 2] Adını Fatimə qoyub, qəlbimə onu yazdım Sənsiz keçən günləri ömrümdən silib atdım Bil ki, ürək dolusu arzu-diləklərim var, ay qızım Sən oldun həyatımda ilk baharım, ilk yazım [Nəqərat] Fatimə, Fatimə Varım, dəyərin, canım mənim Fatimə, Fatimə Doğum günün mübarək, qızım Fatimə, Fatimə Ay şirinim, şəkərim mənim Fatimə, Fatimə Sənin günün mübarək Fatimə, Fatimə Varım, dəyərin, canım mənim Fatimə, Fatimə Doğum günün mübarək, qızım Fatimə, Fatimə Ay şirinim, şəkərim mənim Fatimə, Fatimə Doğum günün mübarək
https://genius.com/Hac-nazim-fatim-lyrics
7,721
Gəl, Sevgilim
Hacı Nazim
not available
2016
[Bənd 1] [Hacı Nazim] Gələrəm, yenə də gələrəm Nə qədər istəsən gözləyərəm Gəlməsən, mən tənha neylərəm? Özümü kimsəsiz bilərəm Şimşəklər çaxmasa, yağışlar yağmasa Sən mənə qayıdan deyilsən Havalar dönməsə, küləklər əsməsə Sən mənə heç dönən deyilsən [Nəqərat] [Hacı Nazim, Ruhi] Gəl, sevgilim, birgə olaq yenidən Gəl, həsrətlər olsun uzaq Gəl, sevgilim, birgə olaq yenidən Gəl, həsrətlər olsun uzaq [Bənd 2] [Ruhi] Göylərə hər gecə baxıram Mən səni düşünüb dalıram Getdiyin yollara qaçıram Tənhalıq içində susuram Yanıma gəlməsən, “sevirəm” deməsən Mən sənə qayıdan deyiləm Buludlar dolmasa, yağışlar yağmasa Mən sənə qayıdan deyiləm [Nəqərat] [Hacı Nazim, Ruhi] Gəl, sevgilim, birgə olaq yenidən Gəl, həsrətlər olsun uzaq Gəl, sevgilim, birgə olaq yenidən Gəl, həsrətlər olsun uzaq Gəl, sevgilim, birgə olaq yenidən Gəl, həsrətlər olsun uzaq Gəl, sevgilim, birgə olaq yenidən Gəl, həsrətlər olsun uzaq Gəl, sevgilim, birgə olaq yenidən Gəl, həsrətlər olsun uzaq Gəl, sevgilim, birgə olaq yenidən Gəl, həsrətlər olsun uzaq Gəl, sevgilim, birgə olaq yenidən Gəl, həsrətlər olsun uzaq Gəl, sevgilim, birgə olaq yenidən Gəl, həsrətlər olsun uzaq (Olsun uzaq)
https://genius.com/Hac-nazim-gl-sevgilim-lyrics
7,722
Ağıllı Dəli
Eqo
not available
2020
[Bənd 1: Eqo] Danışanda gəlin düzünü danışaq Bilməlisən kim kimlə burda girir yarışa Siz balışa qoyub yatın başınızı, ay uşaq Kim yatmış, kim oyaq? İnan, heç deyil qamışa Sənin xarakterin, mənim adım Eqo'dur Bakı sənin olsun, Culfa mənə Ghetto'dur Öncə danışmağı bacar, sonra gəl otur Vəziyyətin demo'dur, sən çəkməginən hər otu [Nəqarət: Eqo] (x2) Musiqini sevirik Biz hamı kimi deyilik Yolumuzu gedirik Biz təbiəti sevirik Alırıqsa, veririk Hər işi halal edirik Hazır olun, gəlirik Biz ən ağıllı dəliyik! [Bənd 2: Eqo] Küçələr dar amma hərəkətimiz geniş Atalar "Yorğana görə ayaq uzat" demiş "Gəl, iş görək" deyən adamların cibi boş Xoş getdiniz, ordan mənim hit'i qoş Musiqidir işimiz, sətir kəsir dilimiz Biz bu sənətin adamlarıyıq, ağarmır dişimiz Ey! Çatır izimiz qulaqlardan ürəklərə Kim tapır özünü, bilirsiniz, özünü bizim səhnələrdə Birdən ara qarışar, bu şəhər yanar, alışar AzTV'nin xəbərləri çaşıb bizdən danışar Siz balışa qoyub yatın başınızı, yarışa Kim yatmış, kim oyaq? Yenə də deyil qamışa Əziyyətimiz o deyil, vəziyyətin düzələ Otur, gözlə payızı ki, böyüyəcək cücələr Düz edər düz danışan adam burda işini Amma güc edər, güclü olan çəkib atar dişini Axı necə bütün olanlarla barışaq? Kimə gedib bu cür vəziyyəti danışaq? Halal işimizə haram necə qarışar? Çoxu razılaşıb artıq 300 manat maaşa [Nəqarət: Eqo] (x3) Musiqini sevirik Biz hamı kimi deyilik Yolumuzu gedirik Biz təbiəti sevirik Alırıqsa, veririk Hər işi halal edirik Hazır olun, gəlirik Biz ən ağıllı dəliyik! [Çıxış] Biz dəliyik! Ən ağıllı dəliyik! Biz dəliyik! Ən ağıllı dəliyik! Biz dəliyik! Ən ağıllı dəliyik! Biz dəliyik! Ən ağıllı dəliyik!
https://genius.com/Eqo-agll-dli-lyrics
7,723
Ceyran
Sədəf Budaqova
not available
2022
[Nəqərat] Qara gözlər sürməli, ceyran Dərdindən oldum dəli, ceyran Ya sev, ya öldür məni, ceyran Bəs sən harada qalmısan, ceyran? Qara gözlər sürməli, ceyran Dərdindən oldum dəli, ceyran Ya sev, ya öldür məni, ceyran Bəs sən harada qalmısan, ceyran? [Bənd 1] Dünya-aləm bir yana, sənsə bir yana Canım qurban belə gözəl Yaradana Dünya-aləm bir yana, sənsə bir yana Canım qurban belə gözəl Yaradana [Nəqərat] Qara gözlər sürməli, ceyran Dərdindən oldum dəli, ceyran Ya sev, ya öldür məni, ceyran Bəs sən harada qalmısan, ceyran? Qara gözlər sürməli, ceyran Dərdindən oldum dəli, ceyran Ya sev, ya öldür məni, ceyran Bəs sən harada qalmısan, ceyran? [Bənd 2] Bu nə işvə, nə nazdır, ceyran? Mələk desəm də azdır, ceyran Qara telin bəyazdır, ceyran Bəs sən harada qalmısan, ceyran? Bu nə işvə, nə nazdır, ceyran? Mələk desəm də azdır, ceyran Qara telin bəyazdır, ceyran Bəs sən harada qalmısan, ceyran? Dünya-aləm bir yana, sənsə bir yana Canım qurban belə gözəl Yaradana Dünya-aləm bir yana, sənsə bir yana Canım qurban belə gözəl Yaradana [Nəqərat] Qara gözlər sürməli, ceyran Dərdindən oldum dəli, ceyran Ya sev, ya öldür məni, ceyran Bəs sən harada qalmısan, ceyran? Qara gözlər sürməli, ceyran Dərdindən oldum dəli, ceyran Ya sev, ya öldür məni, ceyran Bəs sən harada qalmısan, ceyran? Qara gözlər sürməli, ceyran Dərdindən oldum dəli, ceyran Ya sev, ya öldür məni, ceyran Bəs sən harada qalmısan, ceyran? Qara gözlər sürməli, ceyran Dərdindən oldum dəli, ceyran Ya sev, ya öldür məni, ceyran Bəs sən harada qalmısan, ceyran? Qara gözlər sürməli, ceyran Dərdindən oldum dəli, ceyran Ya sev, ya öldür məni, ceyran Bəs sən harada qalmısan, ceyran?
https://genius.com/Sdf-budaqova-ceyran-lyrics