Unnamed: 0
int64 0
5.23k
| text
stringlengths 16
2.03k
| answer
stringlengths 15
2.16k
|
---|---|---|
740 | cevap yazarsanız mutlu olurum | Zəhmət olmasamüraciətinizi dəqiqləşdirin. Siz hansı ölkə vətəndaşı olaraq müraciət edirsiniz? Hansı ölkə vətəndaşlığını qəbul edilməsi ilə bağlı məlumat əldə etmək istəyirsiniz? |
741 | Salam.Yaxinim Turkiyededi burdan ona yoldasinin olmadigi heqiqqetende aileli olmadigini tesdiq eden sened almaq ucun senedleri basqa adam teqdim edib o senedi ala biler o ozu gele bilmir | Ailə vəziyyəti haqqında arayışın verilməsi xidməti ilə bağlı istənilən "ASAN xidmət" mərkəzinə müraciət edilə bilər. Bu xidmət ilə bağlı etibarnamə əsasında səlahiyyətli nümayəndənin də müraciət etməsi mümkündür. Zəruri sənəd: müraciət edən şəxsin şəxsiyyət vəsiqəsi və etibarnamə. Ödənişsiz xidmətdir. Türkiyə Respublikasına təqdim olunan ailə vəziyyəti haqqında arayış müvafiq sorğuya cavab gəldikdən sonra verilir.
Qeyd: Ailə vəziyyəti haqqında arayışın verilməsi notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında aparıldıqda mətn hissəsində “ailə vəziyyəti haqqında arayış”ın alınması ilə bağlı xüsusi qeydin yazılması mütləqdir. |
742 | Salam.Bazar gunu notarius işleyir? | Qeyd edək kiBakı şəhərində yerləşən "ASAN xidmət" mərkəzləri həftənin şənbə və bazar günləri saat 09:30-dan 17:00-dək (notariat fəaliyyəti ilə bağlı saat 16:00-dəkdigər xidmətlərlə bağlı sənəd qəbulu saat 16:30-dək) fasiləsiz olaraq fəaliyyət göstərir. Digər regional “ASAN xidmət” mərkəzləri həftənin şənbə və bazar günləri 09:00-dan 16:00-dək (notariat fəaliyyəti ilə bağlı saat 15:00-dəkdigər xidmətlərlə bağlı sənəd qəbulu saat 15:30-dək) fasiləsiz olaraq fəaliyyət göstərir. |
743 | usaga vesiqe almaqcun hansi senedler lazumdi | Zəhmət olmasauşağın hər iki valideyninin daimi qeydiyyatda olduğu ünvanın yerləşdiyi rayonu bildirin. Uşaq hansı valideynin qeydiyyatda olduğu ünvana qeydiyyata alınacaq? Hər iki valideyn Azərbaycan Respublikasının vətəndaşıdır? Uşağın doğum haqqında şəhadətnaməsi Azərbaycan Respublikasından əldə olunub? |
744 | Salam şəxsiyyət vəsiqəsinin vaxtı çıxıb saat necede gəlməliyem ? Birde 3 güne çıxardanda ne qədər pul lazım olur | Zəhmət olmasayaşınızı və daimi qeydiyyatda olduğunuz rayonu qeyd edin. |
745 | Salam men bir melumat almak isdiyerem. Xarci paspor qiymetin bilmek isdiyirem. Boykler ve uşakları | “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasəndövlət rüsumu ümumvətəndaş pasportları on iş günü müddətində verildikdə və ya dəyişdirildikdə: bir yaşınadək uşaqlar üçün 15 manatbir yaşından üç yaşınadək uşaqlar üçün 25 manatüç yaşından on səkkiz yaşınadək uşaqlar üçün 35 manaton səkkiz yaşına çatmış vətəndaşlara 60 manat; beş iş günü müddətində verildikdə və ya dəyişdirildikdə: bir yaşınadək uşaqlar üçün 25 manatbir yaşından üç yaşınadək uşaqlar üçün 55 manatüç yaşından on səkkiz yaşınadək uşaqlar üçün 75 manaton səkkiz yaşına çatmış vətəndaşlara 120 manat; bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə: bir yaşınadək uşaqlar üçün 55 manatbir yaşından üç yaşınadək uşaqlar üçün 115 manatüç yaşından on səkkiz yaşınadək uşaqlar üçün 155 manaton səkkiz yaşına çatmış vətəndaşlara 210 manat təşkil edir. |
746 | Salam mən yaşadığım yerdən arayış bir də ailə tərkibi haqqında arayışı hardan əldə edə bilərəm? Binəqədi rayonunda yaşayıram, Neftçala qeydiyyatındayam. | Zəhmət olmasaqeyd edin. Arayış hansı quruma təqdim olunacaq? |
749 | Zehmet olmasa məlumat verersinizde | Nəzərinizə çatdırırıq ki“ASAN xidmət” mərkəzləri vasitəsilə qeydiyyata alınmanın həyata keçirilməsi üçün əmlakın mülkiyyət hüququnu təsdiq edən sənəd (çıxarışqeydiyyat vəsiqəsiorder və s.) təqdim olunmalıdır. Bu sənədlər olmadığı haldatəəssüflər olsun kixidmət göstərilməsi mümkün olmayacaq.
14 yaşa qədər uşaq valideynlərin (və ya onlardan birinin) yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvana qeydiyyata alına bilər. Bu zaman valideynin yaşayış yeri üzrə qeydiyyatda olduğu əmlakın mülkiyyət hüququnu təsdiq edən sənədin təqdim olunması tələb olunmur. |
750 | Salam.usaga bugun vesiqe almisiq.bagcaya online qeydiyat etmek istiyirik.indi kece bilerik yoxsa 1 2gun gozlemeliyik ki vesiqenin melumatlari portala daxil edilsin? | Şəxsiyyət vəsiqəsinin məlumatları müvafiq portala DİN tərəfindən inteqrasiya olunur. Müraciətinizlə bağlı ətraflı məlumat əldə etmək üçün Elm və Təhsil Nazirliyi ilə əlaqə saxlaya bilərsiniz. Çağrı mərkəzi: 146-1. |
751 | Salam asand xitmetin vacap nomresi var ? | "ASAN xidmət" mərkəzləri tərəfindən göstərilən xidmətlər barədə məlumat əldə etmək üçün 108 "Çağrı" mərkəzi ilə əlaqə saxlaya bilərsiniz. |
752 | Salam aprelin 21 asan xidmet ishleyecek? | Nəzərinizə çatdırırıq kiRamazan bayramı ilə əlaqədar 21-22 aprel tarixlərində "ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günüdür. Digər günlər isə Mərkəzlər müvafiq iş saatları ərzində fəaliyyət göstərir. |
753 | Salam Asan xidmət bayram günlərində işləyəcək 5 çi ve 1 çi gün | Nəzərinizə çatdırırıq kiRamazan bayramı ilə əlaqədar 21-22 aprel tarixlərində "ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günüdür. Digər günlər isə Mərkəzlər müvafiq iş saatları ərzində fəaliyyət göstərir. |
754 | Salam şəxsiyyət vəsiqəsinin itirilməsi cəriməsi nə qədərdi yenisini almaq isdiyirik | Zəhmət olmasayaşınızı və daimi qeydiyyatda olduğunuz rayonu bildirin. Şəxsiyyət vəsiqəsində məlumat dəyişikliyi olacaq? Şəxsiyyət vəsiqəsi yeniyoxsa köhnə nümunəli idi? |
755 | Salam, hazır vəsiqəni götürməyi bazar gününə yazmısız. İşləyirsiz bazar günü? | Qeyd edək kiBakı şəhərində yerləşən "ASAN xidmət" mərkəzləri həftənin şənbə və bazar günləri saat 09:30-dan 17:00-dəkdigər regional “ASAN xidmət” mərkəzləri həftənin şənbə və bazar günləri 09:00-dan 16:00-dək fasiləsiz olaraq fəaliyyət göstərir. |
756 | direktə baxardınız zəhmət olmasa | Müraciətlərin hər biri ardıcıllıqla cavablandırılır. Müraciətlərin çoxluğunu nəzərə almağınız xahiş olunur. Anlayışınız üçün təşəkkür edirik. |
757 | Salam ailə tərkibi haqqında arayış verilir Asan Xidmət mərkəzlərində? | Zəhmət olmasaqeyd edin. Arayış hansı quruma təqdim olunacaq? |
758 | Dəqiq məlumatdır? Çünki Naxçıvan üçün fərqli olub həmişə. Əgər elə deyilsə, bu tətil vaxtı gedim tez dəyişim... | Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olan vətəndaş şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi ilə bağlı istənilən “ASAN xidmət” mərkəzinə müraciət edə bilər. |
759 | Asan xidmet ne vaxtdan acilir?Hal hazirda baglidir? | Novruz bayramı ilə əlaqədar 20-24 mart tarixində “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olmuşdur. Bu gündən etibarən iş günüdür. Mərkəzlərinin iş saatları barədə ətraflı məlumat qeyd edə bilməyimiz üçün hansı “ASAN xidmət” və ya "ASAN Kommunal" mərkəzinəhansı xidmət ilə bağlı müraciət etmək istədiyinizi bildirməyiniz xahiş olunur. |
760 | Salam. Şexsiyet vesiqesi için lazım olan şeklin ölçüleri neceye nece olmalıdır? | Yeni nümunəli şəxsiyyət vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi zamanı şəkil “ASAN xidmət” mərkəzində xüsusi aparat vasitəsilə çəkilir. Vətəndaşın şəkil təqdim etməsinə ehtiyac olmur. Bu şəklin çəkilməsi ilə bağlı əlavə ödəniş nəzərdə tutulmayıb.
Vəsiqənin üz tərəfinin sol hissəsində vəsiqə sahibinin 26 mm x 35 mm ölçüdə fotoşəkli üçün yer nəzərdə tutulmuşdur. Fotoşəkil Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) 9303 nömrəli sənədinin tələblərinə uyğun olmalıdır. |
761 | Salam men Gence vetandawiyam,biz lizinqle mawin almaq idiyirik,bu asan xudmetde mumkundurmu,melumat vererdiz | Zəhmət olmasaqeyd edin. Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinə dair müqavilənin notariat qaydada təsdiqi ilə bağlı nəzərdə tutursunuz? |
762 | Salam usagin metrkasin almaq ucun ana gelib goture bilermi yoxsa ata gelmelidir? | Zəhmət olmasauşağın hər iki valideyninin daimi qeydiyyatda olduğu ünvanın yerləşdiyi rayonu bildirin. Uşaq hansı valideynin qeydiyyatda olduğu ünvana qeydiyyata alınacaq? Hər iki valideyn Azərbaycan Respublikasının vətəndaşıdır? Uşağın doğum haqqında şəhadətnaməsi Azərbaycan Respublikasından əldə olunub? Uşağın neçə yaşı var? |
763 | Ветендашын гейдиятдан кечмеси учун нече гун вахт верилир? | Sizin müraciətiniz digər şərhdə cavablandırılıb. |
765 | Salam.
Her vaxtınız xeyir.
Men eslen Azerbaycanlı, eyni zamanda hem türk,hem Azerbaycan vetendaşıyam
Türkiye vetendaşı ile evliyem ve bu resmi nigahtan iki övladım var..
Onlar üçün Azerbaycan vetendaşlığına müraciet etmek isteyirem.Hansı senedler lazımdır ve uşağları öz üzerimde propiskada gösterd bilerem mi?Yoldaşımı?.Mümkünse cavab vererdiniz.. | Sizin müraciətiniz digər şərhdə cavablandırılmışdır. |
767 | Salam asan xidmete cv necə verə bilərəm? | Müraciətinizlə bağlı nəzərinizə çatdırırıq kiDövlət Agentliyi və tabeliyində fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərində qulluqkeçmə məsələləri “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsinə əsasən dövlət qulluğuna qəbul müsabiqə əsasında aparılır. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir.
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq inzibati dövlət qulluğu vəzifələri üzrə dövlət qulluğuna qəbul üçün ayda bir dəfədən az olmayaraq test imtahanları təşkil edir. İnzibati vəzifə iddiasında olan şəxsin müvafiq ixtisas üzrə ali təhsili olmalıdır.
Dövlət İmtahan Mərkəzi test imtahanından keçən şəxsə inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq inzibati vəzifələr üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikat verir. Sertifikatın qüvvədəolma müddəti beş ildir.
Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikatı qüvvədə olan şəxs müsahibədə iştirak edə bilər. Müsahibənin keçirilməsi haqqında elansənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət göstərilməkləDövlət İmtahan Mərkəzinin internet portalındaDövlət Agentliyinin internet saytında və digər kütləvi informasiya vasitələrində verilir.
Əlavə məlumat üçün “www.dim.gov.az” saytını izləyə bilərsiniz.
Nəzərə almağınızı xahiş edirik. |
768 | Salam. Səyyar Asan xidmət Salyanda nə vaxt olacaq? | Səyyar xidmət barədə məlumat əldə etmək üçün 108 (3) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. |
769 | Salam asan xidmətdə boşanma mümkündür? Qarşi tərəf gəlmədən boşanmaq olur boşanmaq üçün hansi sənədlər lazimdir rüsum nə qədərdir? | Tərəflərdən biri razı olmadıqda (iştirakı mümkün olmadıqda) və ya yetkinlik yaşına çatmayan birgə övladı olduğu zaman nikahın pozulması “ASAN xidmət” mərkəzləri vasitəsilə həyata keçirilmir. |
770 | Salam xarici pasportu yenilemek ucun yaxinlashanda niye 1saat gozlemek lazimdi goresen, anadangelme Azerbaycan vetendashi olanlarin melumatini gormek bele cetin meseledi meger? | Müraciətinizlə bağlı məlumat əldə etmək üçün xidməti təmin edən qurum Baş PasportQeydiyyat və Miqrasiya İdarəsi ilə əlaqə saxlaya bilərsiniz. |
771 | Salam.men wexsiyyet cixartdiriram.bize dediler ayın 3cu gəlib goturersiz amma gedə bilmirəm iki gündən sonra gedib götürə bilərəm?heçnə olmaz?asanxidmetqubada | Bəlimüraciət edə bilərsiniz. |
772 | Yani heçnə olmaz ki hə?itib batmaz? | xeyrsənəd Mərkəzdə saxlanılır. Şəxsiyyət vəsiqəsi hazır olduqdan sonra ən qısa zamanda hazır sənədin götürülməsi ilə bağlı müraciət etməyiniz xahiş olunur. |
773 | Salam.birkartla ödəniş var sizd | Zəhmət olmasahansı xidmətlə bağlı hansı "ASAN xidmət" mərkəzinə müraciət etdiyinizi qeyd edin. |
774 | salam siz Novruz bayraminde iwliyirsiz? | Nəzərinizə çatdırırıq ki20-24 mart tarixlərində Novruz bayramı ilə əlaqədar "ASAN xidmət" və "ASAN Kommunal" mərkəzlərində qeyri - iş günü olacaqdır. 25 mart tarixindən etibarən "ASAN xidmət" və "ASAN Kommunal" mərkəzlərində iş günüdür. |
775 | Salam, tibb müəssisəsinin müayinə nəticəsi (2 səhifəlik USM cavabı) xarici dillərə (rus və ya ingilis dili üçün) çevrilməsinə nə qədər xidmət haqqı tələb olunur ? | Nəzərinizə çatdırırıq kisənədin tərcümənotarial qaydada təsdiq olunması xidməti ilə bağlı istənilən “ASAN xidmət” mərkəzinə müraciət edə bilərsiniz. Bu xidmətlə bağlı sənəd sahibi olmayan şəxs də müraciət edə bilər. Zəruri sənədlər: müraciət edən şəxsin şəxsiyyət vəsiqəsitərcümə və notarial qaydada təsdiq olunacaq sənədin əsli. Sənədin Azərbaycan dilindən ingilis və ya rus dilinə yazılı tərcümə haqqı 7-9 manat (1 səhifə ilə bağlı) təşkil edir. Sənəddə tərcüməçinin imzasının notarial qaydada təsdiqi ilə bağlı 6 manat məbləğ ödənilir. Sənəd müvafiq qaydada tərtib olunubsa (imzalımöhürlü)sənəd notariat qaydada təsdiq oluna bilər. Sənədin surətinin notarial qaydada təsdiqi üçün: 1 səhifə ilə bağlı 3 manat (1.5 manat dövlət rüsumu1.5 manat xidmət haqqı)sənəd bir neçə səhifədən ibarət olursailk səhifə ilə bağlı 3 manat növbəti səhifələrlə bağlı 1 manat ödəniş olur. Dövlət rüsumu və xidmət haqqı "ASAN xidmət" mərkəzində fəaliyyət göstərən bank vasitəsi ilə ödənilir. Bankın xidmət haqqı: 0.4 manat. |
776 | Salam. Xeyir köhnələrdəndir. İsmayıllı rayonu, 15 yaş | 15 yaşdan sonra ilk dəfə yeni nümunəli şəxsiyyət vəsiqəsinin alınması ilə bağlı uşaq və valideynlərdən biri istənilən “ASAN xidmət” mərkəzinə müraciət edə bilər.
15 yaşdan yuxarı vətəndaşın (şəkilsiz və ya şəkilli şəxsiyyət vəsiqəsi olan) qeydiyyat ünvanı dəyişmirsəşəxsiyyət vəsiqənin dəyişdirilməsi ilə bağlı zəruri sənədlər: şəxsiyyət vəsiqəsitibbi arayış (göz rəngiboy)müraciət edən valideynin şəxsiyyət vəsiqəsiAzərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə və ya hərbi bilet (çağırışçılar və hərbi vəzifəlilər)dövlət rüsumunun ödənilməsi barədə sənəd. Yeni şəxsiyyət vəsiqəsi 1 iş günü müddətinə hazırlanırsa70 manat3 iş günü müddətinə hazırlanırsa50 manat10 gün müddətinə hazırlanırsa5 manat məbləğində dövlət rüsumu ödənilir.
Yeni nümunəli şəxsiyyət vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi zamanı şəkil “ASAN xidmət” mərkəzində xüsusi aparat vasitəsilə çəkilir. Vətəndaşın şəkil təqdim etməsinə ehtiyac olmur. Bu şəklin çəkilməsi ilə bağlı əlavə ödəniş nəzərdə tutulmayıb.
Qeyd edək kişəxsiyyət vəsiqəsinin verilməsi ilə bağlı göz rəngi və boya dair tibbi arayış “ASAN xidmət” mərkəzləri vasitəsilə alına bilər. Bu arayışın verilməsi ilə bağlı 3 manat məbləğində ödəniş ödənilir. Sənəd qısa vaxt ərzində hazırlanıb vətəndaşa təqdim olunur.
Nəzərinizə çatdırırıq kirüsum "ASAN xidmət" mərkəzində fəaliyyət göstərən bank vasitəsilə ödənilir. Bankın xidmət haqqı: 0,4 manat.
Müraciətinizlə bağlı ətraflı məlumat sənədlərə baxıldıqdan sonra xidmət göstərən inspektor tərəfindən qeyd olunacaq. |
777 | salam uşaq üçün şəxsiyyət vəsiqəsini gedib götrmək üçün uşaqda aparmaq lazımdır? hazırdır bu gün gedib götürməkiyik | Nəzərinizə çatdırırıq ki15 yaşı tamam olmamış vətəndaşın valideynlərdən biri öz şəxsiyyət vəsiqəsini təqdim etməklə hazır sənədin (şəxsiyyət vəsiqəsinin) əldə olunması üçün müraciət edə bilər. |
778 | Salam, Zəhmət olmasa,DM e baxa bilərsiniz mi? | Nəzərinizə çatdırırıq kimüraciətlər ardıcıl olaraq cavablandırılır. Müraciətlərin çoxluğunu nəzərə almağınız xahiş olunur. Anlayışınıza görə təşəkkür edirik. |
779 | Salam, bir sualımda var. MTK binası, bina dövlət qeydiyatına alınıb. Sumqayıt şəhəri. Cıxarış almaq ücün nə qədər xərc olacaq, bütün xərcləri yazardınız mümkünsə | Nəzərinizə çatdırırıq kimənzil sahəsinin ilkin çıxarışının alınması ilə bağlı 1 və 2 saylı Sumqayıt “ASAN xidmət” mərkəzinə müraciət edə bilərsiniz. Zəruri sənəd: şəxsiyyət vəsiqəsimaliyyə arayışıMTK üzvlərinin ümumi yığıncağının protokolundan çıxarışdövlət rüsumu və xidmət haqqının ödənilməsi barədə qəbz. Qeyd edək kirüsum və xidmət haqqı "ASAN xidmət" mərkəzində fəaliyyət göstərən bank vasitəsilə ödənilir. Bankın xidmət haqqı: 0,4 manat.
MTK tərəfindən inşa olunan bina qeydiyyatdan keçibsə (İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin bazasında varsa)həmin binada olan mənzillə bağlı çıxarış əldə oluna bilər. Ətraflı məlumat əldə etmək üçün bu linkə daxil ola bilərsiniz:
Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışlarıntexniki pasportların verilməsi | Daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı | ASAN xidmətlər |
780 | Dəyişdirilməsi üçün yəni. | Zəhmət olmasayaşınızı və daimi qeydiyyatda olduğunuz rayonu bildirin. Şəxsiyyət vəsiqəsi hansı əsasla dəyişdirilir? Şəxsiyyət vəsiqəsində məlumat dəyişikliyi olacaq? Şəxsiyyət vəsiqəsi yeniyoxsa köhnə nümunəlidir? |
781 | Siz 6ci bazar gunleride fealiyyet gostrirsiz? | “ASAN xidmət” mərkəzlərinin iş saatları barədə ətraflı məlumat qeyd edə bilməyimiz üçün hansı “ASAN xidmət” mərkəzinəhansı xidmət ilə bağlı müraciət etmək istədiyinizi bildirməyiniz xahiş olunur. |
782 | Salam men sabah anami gotureceyem asan xidmete amma geze bilmir sizde araba varmiki onu gezdirmeye | Sizin müraciətiniz səhifənin ismarış bölməsində cavablandırılıb. |
783 | Mən 1 dəfə götürmüşdüm onlayn növbə orda olanda dedilər ki novben ləğv olunub | Onlayn növbə əldə etmiş vətəndaş Mərkəzə yaxınlaşan zaman mobil tətbiq üzərindən "Növbəni izlə" bölməsi vasitəsilə və ya Məlumat köşkünə müraciət edərək növbəni aktivləşdirdikdən sonra müvafiq xidməti pəncərəyə yaxınlaşaraq xidmətdən yararlana bilər. Onlayn növbə seçilən saat aralığında aktiv edilmədikdə ləğv olunur. Mərkəz daxilində növbə yeniləndikdən sonra xidmət göstərilə bilər. |
784 | Salam siz şenbe günleri işleyirsiz ? | “ASAN xidmət” mərkəzlərinin iş saatları barədə ətraflı məlumat qeyd edə bilməyimiz üçün hansı “ASAN xidmət” mərkəzinəhansı xidmət ilə bağlı müraciət etmək istədiyinizi bildirməyiniz xahiş olunur. |
785 | Salam rusiya vetendasi olkeye daxil olduqdan nece gun sonra qeydiyyata duse biler? | Nəzərinizə çatdırırıq kiAzərbaycan Respublikasında 15 gündən artıq qalmaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. |
786 | 1 hefte 10 gun ucun yerleri baglayirlar novbeoturmek olmur | Qeyd edək kiasan.gov.az saytı və “ASAN növbə” mobil tətbiqi vasitəsilə onlayn növbə əldə edə bilərsiniz. Cari və növbəti 7 gün üzrə müəyyən olunmuş saat aralığında onlayn növbə seçimi imkanı yaradılmışdır.
Həmçinin mərkəzə birbaşa müraciət edərək növbə olduğu təqdirdə cari gün və növbəti gün üçün növbə əldə edə bilərsiniz. Xidmətlə bağlı müraciət sayının çoxluğundan asılı olaraq mərkəz daxilində növbənin verilməsi dayandırıla bilər. |
787 | Bayraminiz mubarek de men bu adi asan xidmet deyilen eslinde cetin xidmetden wikkayetciyem | Əgər müraciətinizin şikayət kimi qeydə alınaraqSizə rəsmi cavab göndərilməsini istəyirsinizsəadsoyadata adışəxsiyyət vəsiqəsinin seriya və nömrəsi və ya FİN (Fərdi İdentifikasiya Nömrəsi) məlumatınıünvanınızışikayətinizin məzmununu və telefon nömrənizi səhifənin ismarış bölməsində qeyd etməyiniz xahiş olunur. |
788 | Asan kadr kimlər müraciət edə bilər? | Müraciətinizlə bağlı məlumat əldə etmək üçün (012) 444 7 444 nömrəsi ilə həftənin beş günü (1-5-ci günlər) saat 09:00-dan 18:00-dək (nahar fasiləsi: 13:00-14:00) əlaqə saxlaya bilərsiniz. |
789 | Добрый день!у кого было проблема с загранпаспортом!отправили запрос на 2 гражданство.сколько ждать надо ? | Müraciətinizlə bağlı ətraflı məlumat əldə etmək üçün sənədi təqdim etdiyiniz "ASAN xidmət" mərkəzinə müraciət edə bilərsiniz.
Həmçininmüraciətinizin araşdırılması ilə bağlı 108 Çağrı mərkəzi ilə əlaqə saxlaya bilərsiniz. Çağrı Mərkəzi bazar ertəsi-cümə günləri saat 09:00-dan 18:00-dək fəaliyyət göstərir. |
790 | Salam bugun isleyirsiZ? | “ASAN xidmət” mərkəzlərinin iş saatları barədə ətraflı məlumat qeyd edə bilməyimiz üçün hansı “ASAN xidmət” mərkəzinəhansı xidmət ilə bağlı müraciət etmək istədiyinizi bildirməyiniz xahiş olunur. |
791 | Salam size yazdığım suala cavab yazın zehmet olmasa | Nəzərinizə çatdırırıq kisuallar Çağrı Mərkəzinin iş rejimində cavablandırılır. Çağrı Mərkəzi bazar ertəsi- cümə günləri saat 09:00-dan 18:00-dək fəaliyyət göstərir. Qeyri-iş günündə daxil olan müraciətlər isə növbəti iş günü ardıcıllıqla cavablandırılır. Müraciətlərin çoxluğunu nəzərə almağınız xahiş olunur. Anlayışınız üçün təşəkkür edirik. |
792 | Salam mehdiabad qesebesine ne vaxt gelessiz | Sizin müraciətiniz səhifənin ismarış bölməsində cavablandırılıb. |
793 | Asan xidmeri yaratdilarki xidümetler tez operativ hell olsun vetendaşları memurlar incitmesin.Amma da demediler ki lazım pulu dövler qiymeti qoyub 1 manatliqi 10 manatliq etdiz bir senetdide neçe vaxta senetleşdirirsiz. Apostil etmek isdedik aprele hazir olacaq dediler size göre insanıarın işin uzadırsız. Bayramdı asan xidmet vetendaşa xidmet edirse bayramı növbe ile işlesin. Pulumuzu alın hele bir işimizide 1 aya edin | "ASAN xidmət" və "ASAN Kommunal" mərkəzlərində 8 mart tarixində Beynəlxalq Qadınlar Günü ilə əlaqədar20-24 mart tarixlərində isə Novruz bayramı ilə əlaqədar qeyri-iş günü olacaq. Digər tarixlərdə Mərkəzlərdə iş günüdür. Sənədə Ədliyyə Nazirliyi tərəfindən apostil möhürünün vurulması ilə bağlı müraciət etmisinizsəqeyd edək kisənəd hazırlanması üçün Mərkəz daxilində fəaliyyət göstərən tərcümə xidməti tərəfindən Ədliyyə Nazirliyinə göndərildiyindən sənədin hazırlanma müddəti müvafiq qurumun iş rejimi ilə bağlı uzana bilər.
Müraciətiniz şifahi olaraq aidiyyəti şöbəyə təqdim olunur. Əgər müraciətinizin şikayət kimi qeydə alınaraqSizə rəsmi cavab göndərilməsini istəyirsinizsəadsoyadata adışəxsiyyət vəsiqəsinin seriya və nömrəsi və ya FİN (Fərdi İdentifikasiya Nömrəsi) məlumatınıünvanınızışikayətinizin məzmununu və telefon nömrənizi səhifənin ismarış bölməsində qeyd etməyiniz xahiş olunur. |
794 | Asan xidmetde 8 mart iş gunufu? | Nəzərinizə çatdırırıq ki8 Mart Beynəlxalq Qadınlar Günü ilə əlaqədar “ASAN xidmət” və "ASAN Kommunal" mərkəzlərində qeyri - iş günüdür. Digər tarixlərdə Mərkəzlərdə iş günüdür. |
795 | Salam yevlaga ne vact gelessiniz | Nəzərinizə çatdırırıq ki“ASAN xidmət”in Səyyar qrupunun 3 aprel 2023 - 28 aprel 2023 tarixində Yevlax rayonunda xidmət göstərməsi nəzərdə tutulub. Səyyar xidmət barədə məlumat əldə etmək üçün 108 (3) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. |
796 | Salam , iş qrafiki haqqında məlumat verərdiniz zəhmət olmasa | “ASAN xidmət” mərkəzlərinin iş saatları barədə ətraflı məlumat qeyd edə bilməyimiz üçün hansı “ASAN xidmət” mərkəzinəhansı xidmət ilə bağlı müraciət etmək istədiyinizi bildirməyiniz xahiş olunur. |
797 | Vaxtı bitmiş şexsiyyet vəsiqəsinin yenilənməsi üçün dövlət rüsumu nə qədərdir ?Vəsiqənin sahibi ancag təhvil ala bilər ? | Zəhmət olmasayaşınızı və daimi qeydiyyatda olduğunuz rayonu bildirin. Şəxsiyyət vəsiqəsində məlumat dəyişikliyi olacaq? Şəxsiyyət vəsiqəsi yeniyoxsa köhnə nümunəlidir? |
798 | Salam. Asan logində qeydiyyatdan keçmək üçün şəxsiyyət vəsiqəsi məlumatlarını yazanda "aktiv vəsiqə məlumatları" tapılmadı yazılır. Həm məndə həm də bacımda. Nəyə görə? Şəxsiyyət vəsiqəmizdə hər hansı problem var? | Nəzərinizə çatdırırıq ki"ASAN Login" sistemində qeydiyyatdan keçməklə bağlı məlumat əldə etmək üçün İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə əlaqə saxlaya bilərsiniz.
Şəxsiyyət vəsiqəsinin aktiv olub-olmaması ilə bağlı məlumat əldə etmək üçün birbaşa Mərkəzə müraciət etməyiniz tövsiyə olunur. |
799 | Salam xarici pasport almaq üçün hansı sənədlər lazımdı? | Zəhmət olmasaneçə yaşlı vətəndaş üçün müraciət etmək istədiyinizi qeyd edin. |
800 | Salam sizdən bir şey soruşmaq istəyirəm. Mən sabah gəlib şəxsiyyət vəsiqəsi götürməliyəm yəni sabaha qoyulub vaxt. Amma gələ bilməyəcəm. Şənbə günü gedib götürsəm olar? | Bəlişənbə günü hazır sənədi təhvil ala bilərsiniz. Qeyd edək kiBakı şəhərində yerləşən "ASAN xidmət" mərkəzləri həftənin şənbə və bazar günləri saat 09:30-dan 17:00-dək (notariat fəaliyyəti ilə bağlı saat 16:00-dəkdigər xidmətlərlə bağlı sənəd qəbulu saat 16:30-dək) fasiləsiz olaraq fəaliyyət göstərir. Digər regional “ASAN xidmət” mərkəzləri həftənin şənbə və bazar günləri 09:00-dan 16:00-dək (notariat fəaliyyəti ilə bağlı saat 15:00-dəkdigər xidmətlərlə bağlı sənəd qəbulu saat 15:30-dək) fasiləsiz olaraq fəaliyyət göstərir. |
801 | Salam asanın Lənkəran filialı nə zaman istifadəyə veriləcək | Yeni açılacaq "ASAN xidmət" və “ASAN Kommunal” mərkəzlərinin açılacağı tarix və ünvan barədə məlumat KİV-də və bütün rəsmi sosial media səhifələrimizdə qeyd ediləcək. |
802 | Bəli duz vurguladiz,baxilmir 3 aydi biz muraciet etmisiy | Qeyd edək ki“ASAN müraciət” informasiya sisteminin (AMİS) Əsasnaməsinin 5.0.1- ci bəndinə əsasən Dövlət Agentliyinin sistem üzrə əsas funksiyası AMİS-nin idarə olunmasını təşkil etməkdən ibarətdir. Müraciətinizə aidiyyəti qurum tərəfindən baxılır və baxılma nəticəsi barədə məlumat həmin qurum tərəfindən sistemə əlavə olunur. |
803 | Salam, her gun seher sebebinden asili olmayaraq saat 8den koroglu,qarayev,babek yollar baglanir, nece bu problemi aradan qaldirmaq olar? | Nəzərinizə çatdırırıq kimüraciətiniz “ASAN müraciət” informasiya sisteminin əhatə etdiyi sahələrə aid olmadığından aidiyyəti üzrə göndərilməsi mümkün olmayacaq. |
804 | hal hazirda qeydiyyat unvanim Sebail rayonu Badamdar qesebesidi,dogum haqqinda wehadetname Naxcivandan alinib. | nəzərinizə çatdırırıq kisoyadın dəyişdirilməsi ilə bağlı Bakı şəhərində yerləşən “ASAN xidmət” mərkəzinə müraciət edə bilərsiniz. Zəruri sənədlər: şəxsiyyət vəsiqəsi (notarial qaydada təsdiq olunmuş surəti ilə birlikdə)doğum haqqında şəhadətnaməvətəndaş evlidirsənikah haqqında şəhadətnamənikahı pozulubsanikahın pozulması haqqında şəhadətnaməvətəndaşın yetkinlik yaşına çatmayan uşaqları varsaonların doğum haqqında şəhadətnaməsiilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin və ya hərbi biletin notarial qaydada təsdiq edilmiş surəti2 ədəd ¾ ölçüdə rəngli fotoşəkildövlət rüsumunun ödənilməsi barədə qəbz. Adınata adının və soyadın dəyişdirilməsinin qeydə alınması üçün 15 manat dövlət rüsumu ödənilir.
Dövlət rüsumu "ASAN xidmət" mərkəzində fəaliyyət göstərən bank vasitəsilə ödənilir. Bankın xidmət haqqı: 0,4 manat.
Nəzərinizə çatdırırıq kiaidiyyəti dövlət orqanlarının sorğulara cavab vermə müddətindən asılı olaraq proses 2-2,5 ay davam edə bilər. |
805 | Salam hervaxtiniz xeyir olsun..Mən Asand imza logini parolu yaddan çixartmisam bunu nece tapa bilerem komek ederdiz bir zehmet | Müraciətinizlə bağlı 1847 Çağrı mərkəzi ilə əlaqə saxlaya bilərsiniz. |
806 | Gəncə şəhəri üçündə keçərlidi? | zəhmət olmasaqeyd edin. Siz işə qəbul yoxsa könüllülük fəaliyyəti ilə bağlı müraciət etmisiniz? |
807 | Salam, Türkiyə Respublikası vətəndaşı Azərbaycan Respublikasına kimlik adlandırdıqları sənədlə giriş edərlərsə, ölkədə yaşamaq icazələri neçə gündür? | Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Viza tələb olunmayan qaydada Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin isə ölkədə müvəqqəti olma müddətiAzərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla90 gündən artıq ola bilməz. Ətraflı məlumat əldə etmək üçün Dövlət Miqrasiya Xidməti ilə əlaqə saxlaya bilərsiniz. Çağrı mərkəzi: 919. |
808 | Salam Sizdən Bir Söz Soruşmaq İstəyirəm, Dənziçi Şəxsiyyət Vəsiqəsini Hardan Necə Əldə Etmək Olar Xahiş Edirəm Bir Məlumat Verə Bilərsiz | Nəzərinizə çatdırırıq kimüraciətiniz “ASAN xidmət” mərkəzləri vasitəsilə həyata keçirilən xidmətlər siyahısına aid olmadığındantəəssüflər olsun kiSizə xidmət göstərə bilməyəcəyik. |
809 | Здравствуйте я гражданин Рф 2 февраля я получил разрешение на временное проживание на 1 год.В Асане мне сказали ,что в течение месяца я должен поиенять водительский удостверение до 2 марта 2023.И если после 2 марта я буду водить машину то это означает,что я водил машину без прав...Вчера был в Асане и хотел прменять права ,на год Азербайджанские за 30 ман..Мне не поменяли права ,сказали мои права старого образца...Права я получил 2013 году в 1 ноября ,но у меня еще время есть до замены 8 мес , а права мои B C . | "ASAN xidmət" mərkəzlərində digər ölkədən (Vyana Konvensiyasına üzv olan ölkələr) əldə olunan beynəlxalq tipli sürücülük vəsiqəsinin dəyişdirilməsi xidməti həyata keçirilir. Sənədin etibarlılıq müddəti bitibsə və ya müddətsiz olaraq verilibsəsürücülük vəsiqəsinin dəyişdirilməsi mümkün olmayacaq. Ətraflı məlumat əldə etmək üçün 108 Çağrı mərkəzi ilə əlaqə saxlaya bilərsiniz. |
810 | Salam. Uşağın 10 yaşı apreldə tamam olur. Onun xarici pasportunu dəyişmək üçün 10 yaşı tamam olandan sonra gelmeliyik? Eger indi gelsek 1 ay müddətinə veriləcək pasport? | Nəzərinizə çatdırırıq ki3-18 yaş aralığında olan uşaq üçün verilən ümumvətəndaş pasportu 5 il müddətinə etibarlı olur. |
812 | Salam, bizim işıq sayğacı əvvəldən qapının yuxarısına, hündür yerə asılıb. Hər ay göstərici yazılanda idarə işçisi kətil istəyir bizdən onu görüb, yazmaq üçün. Sayğacın yerini dəyişmək, əlçatan yerə endirmək lazımdır. Rüsumu nə qədərdi sayğacın yerinin dəyişdirilməsinin? | İstehlakçının balansında olan elektrik şəbəkələrinə və avadanlıqlarına texniki xidmətin göstərilməsi xidməti “ASAN Kommunal” mərkəzləri ilə yanaşı 6 saylı Bakı "ASAN xidmət" və regional “ASAN xidmət” mərkəzlərində (2 saylı Sumqayıt və 2 saylı Gəncə regional "ASAN xidmət" mərkələri istisna olmaqla) həyata keçirilir. Zəruri olan sənədlərin siyahısı: VÖEN (qeyri-əhali abonentləri olduğu halda; müraciət edən şəxsin şəxsiyyət vəsiqəsi. Ətraflı məlumat ünvana baxış keçirildikdən sonra qeyd oluna bilər. |
813 | Salam Sumqayıtda asan kamnula var? | Zəhmət olmasaqeyd edin. Siz hansı xidmətlə bağlı müraciət etmək istəyirsiniz? |
814 | Salam her vaxtniz xeyir menim yoldawim wexsiyyet vesiqesini itirib gelib yenisini ala bilecek ? | Zəhmət olmasavətəndaşın daimi qeydiyyatda olduğu rayonu qeyd edin. Şəxsiyyət vəsiqəsində məlumat dəyişikliyi olacaq? |
815 | Salam Ümumvətəndaş pasportumun 7 ay vaxtı qaldığı halda yenisini alsam pasportun etibarlıq müddəti uzadılırmı? | Ümumvətəndaş pasportu etibarlılıq müddəti bitmədən də dəyişdirilə bilər. Nəzərinizə çatdırırıq kiümumvətəndaş pasportu yaşı 18-dən çox olan şəxs üçün verilən ümumvətəndaş pasportu 10 il müddətinə etibarlı olur. |
816 | Salam sosial yardim almag ucun nə etməy lazimdi? | Ünvanlı sosial yardımın təyini xidməti “ASAN xidmət” mərkəzləri vasitəsilə həyata keçirilmədiyindəntəəssüflər olsun kisizə xidmət göstərə bilməyəcəyik. Müraciətinizlə bağlı məlumat əldə etmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxlaya bilərsiniz. Çağrı mərkəzi: 142.
Ünvanlı sosial yardım üçün olan razılıq ərizəsi tələb olunursaərizənin təsdiqi ilə bağlı istənilən "ASAN xidmət" mərkəzinə müraciət edə bilərsiniz. Nikahda olan şəxslər birlikdə müraciət etməlidir. Əgər yaşı 18-dən çox olan övlad varsaonların da iştirakı mütləqdir. Zəruri sənədlər: ailə tərkibi haqqında arayış (yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərindən əldə olunur) və arayışda adı əks olunan bütün şəxslərin şəxsiyyət vəsiqəsi. İştirak edən şəxslərin imzası notarial qaydada təsdiq olunur. Bir imza təsdiqi ilə bağlı 6 manat məbləğ ödənilir. Nəzərinizə çatdırırıq kirüsum və xidmət haqqı "ASAN xidmət" mərkəzində fəaliyyət göstərən bank vasitəsilə ödənilir. Bankın xidmət haqqı: 0,4 manat. |
817 | Salam sened verilməsi saat neceye qeder olur? | “ASAN xidmət” mərkəzlərinin iş saatları barədə ətraflı məlumat qeyd edə bilməyimiz üçün hansı “ASAN xidmət” mərkəzinəhansı xidmət ilə bağlı müraciət etmək istədiyinizi bildirməyiniz xahiş olunur. |
818 | Salam. Asan xidmetde islemek ucun hara muraciet etmek lazimdir. Kriteriyalar nedir. Bu melumati hardan sla bilerik | Müraciətinizlə bağlı nəzərinizə çatdırırıq kiDövlət Agentliyi və tabeliyində fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərində qulluqkeçmə məsələləri “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsinə əsasən dövlət qulluğuna qəbul müsabiqə əsasında aparılır. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir.
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq inzibati dövlət qulluğu vəzifələri üzrə dövlət qulluğuna qəbul üçün ayda bir dəfədən az olmayaraq test imtahanları təşkil edir. İnzibati vəzifə iddiasında olan şəxsin müvafiq ixtisas üzrə ali təhsili olmalıdır.
Dövlət İmtahan Mərkəzi test imtahanından keçən şəxsə inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq inzibati vəzifələr üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikat verir. Sertifikatın qüvvədəolma müddəti beş ildir.
Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikatı qüvvədə olan şəxs müsahibədə iştirak edə bilər. Müsahibənin keçirilməsi haqqında elansənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət göstərilməkləDövlət İmtahan Mərkəzinin internet portalındaDövlət Agentliyinin internet saytında və digər kütləvi informasiya vasitələrində verilir.
Əlavə məlumat üçün “www.dim.gov.az” saytını izləyə bilərsiniz.
Nəzərə almağınızı xahiş edirik. |
819 | Salam.biz fevralın 27si uşağın metirkasın yazdırmışıq.adını deyişmek isdiyirdim.bunun üçün hansı sənət lazımdır? | Azərbaycan Respublikası vətəndaşlarının öz adınıata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Siz müraciətinizlə bağlı məlumat əldə etmək üçün rayon üzrə İcra Hakimiyyəti orqanına müraciət edə bilərsiniz. Müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinəvalideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. |
820 | Salam mən qızıma şəxsiyyət vəsiqəsi almaq istəyirəm nəzərinizə çatdırmaq istəyirəm hansı sənədlər tələb olunur qızımın 5 yaşı tamam olub | Zəhmət olmasauşağın hər iki valideyninin daimi qeydiyyatda olduğu ünvanın yerləşdiyi rayonu bildirin. Uşaq hansı valideynin qeydiyyatda olduğu ünvana qeydiyyata alınacaq? Hər iki valideyn Azərbaycan Respublikasının vətəndaşıdır? Uşağın doğum haqqında şəhadətnaməsi Azərbaycan Respublikasından əldə olunub? |
821 | Salam Şəxsiyyət vəsiqəmi itirmişəm yenidən bərpa etmək üçün hansı sənətlər lazımdı? | Zəhmət olmasayaşınızı və daimi qeydiyyatda olduğunuz rayonu bildirin. Şəxsiyyət vəsiqəsində məlumat dəyişikliyi olacaq? |
822 | Salam. Sizin Sumqayıtdakı 1 saylı filialınızda xidmət çox pisdi. İşçilər bir-birilə söhbət edib camaatı gözlətmək əvəzinə işlərində daha məsuliyyətli olsalar və söz soruşanda kobud cavab verməsələr yaxşıdı. Göstərdikləri xidmət Asan yox Çətin Xidmətdi. | Müraciətiniz şifahi olaraq aidiyyəti şöbəyə təqdim olunur. Əgər müraciətinizin şikayət kimi qeydə alınaraqSizə rəsmi cavab göndərilməsini istəyirsinizsəadsoyadata adışəxsiyyət vəsiqəsinin seriya və nömrəsi və ya FİN (Fərdi İdentifikasiya Nömrəsi) məlumatınıünvanınızışikayətinizin məzmununu və telefon nömrənizi səhifənin ismarış bölməsində qeyd etməyiniz xahiş olunur. |
823 | Salam . Xahiş edirem İnternet sehifesi vermeyin mene deqiq cavab lazımdır . Zehmet olmasa deqiq cavab vererdiniz. Men Azerbaycan vetendaşıyam Türkiyede oturma iznim var övladm 3 yaşındadı Türkiye vetendaşıdır. 3 aydır Azerbaycandayıq heç bir yere qeydiyyat olunmadıq Azerbaycan vetendaşı olduğuma gore ehtiyac yoxdu dediler , amma qızmın yaşı azdır ona bir ceza yazılar mı ne etmeliyem miqrasiyaya ve yaxud asan xidmete müraciet etmeliyem mi çox xahiş edirem açıq ve deqiq yazın . | Müraciətinizlə bağlı məlumat əldə etmək üçün Dövlət Miqrasiya Xidməti ilə əlaqə saxlaya bilərsiniz. Çağrı mərkəzi: 919. |
824 | Salam.Qaxa birde nevaxt gelecek Seyyar asanxidmet | Nəzərinizə çatdırırıq ki“ASAN xidmət”in Səyyar qrupunun 1 iyun 2023 - 30 iyun 2023 tarixində Qax rayonunda xidmət göstərməsi nəzərdə tutulub. Səyyar xidmət barədə məlumat əldə etmək üçün 108 (3) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. |
825 | Salam zəhmət olmasa dm ya baxın | Buyurunmüraciətinizi təqdim edə bilərsiniz. |
826 | Salam. Bu ilin noyabr ayında qızımın şəxsiyyət vəsiqəsinin zamanı bitir mən indiden gəlib onu deyişe bileremmi? Yoxsa etibarlılığının bitməsinimi gozlemeliyem? | Zəhmət olmasaəmlakın yerləşdiyi rayonu qeyd edin. Əmlakın mülkiyyət hüququnu təsdiq edən sənəd çıxarış yoxsa torpaq şəhadətnaməsidir? Mülkiyyətçi barədə məlumat yanlış qeyd olunub? |
827 | Salam men Celilabad qeydiatindayam gelmiwem Lenkerana 1illik qeydiata duwmek isteyirem hara muraciet edim mumkundur? | "ASAN xidmət" mərkəzində vətəndaşın yaşayış yeri üzrə daimi qeydiyyata alınması xidməti həyata keçirilir. Müvəqqəti qeydiyyata alınma ilə bağlı məlumat əldə etmək üçün müvafiq RPİ ilə əlaqə saxlaya bilərsiniz. |
828 | Salam, zəhmət olmasa dm'ə baxardız. | Müraciətlərin hər biri ardıcıllıqla cavablandırılır. Müraciətlərin çoxluğunu nəzərə almağınız xahiş olunur. Anlayışınız üçün təşəkkür edirik. |
829 | salam zehmet olmasa RPi ile nece elaqe saxlaya bilerem melumat vererdiz elaqe nomresi | nömrələr və ünvanlar barədə məlumat əldə etmək üçün (012) 119 və ya 109 məlumat mərkəzi ilə əlaqə saxlaya bilərsiniz. |
830 | Şənbə və bazar günləri fəaliyyət göstərirsiniz? | “ASAN xidmət” mərkəzlərinin iş saatları barədə ətraflı məlumat qeyd edə bilməyimiz üçün hansı “ASAN xidmət” mərkəzinəhansı xidmət ilə bağlı müraciət etmək istədiyinizi bildirməyiniz xahiş olunur. |
831 | Salam. Mən Salyanda yeni açılan Asan Xidmət mərkəzindən şikayətçiyəm. Ölkədə su qıtlığı olduğu halda , bu Asan Xidmət Mərkəzində hər gün saat 09:00 dan axşam 18:00 dək mütəmadi olaraq boş boşuna yaşıllıq zolaqları suvarılır. Üstəlik bu proses hər gün davamlı olaraq həyata keçirilir. Suyu qənaətlə yox, pərakəndə şəkildə istifadə etməklə ekologiyamıza ciddi zərər vurulmaqdadır. Hər gün tonlarla su israf edilir, halbuki alternativ yollarla su itkisinin qarşısını almaq olar. | Müraciətiniz şifahi olaraq aidiyyəti şöbəyə təqdim olunur. Əgər müraciətinizin şikayət kimi qeydə alınaraqSizə rəsmi cavab göndərilməsini istəyirsinizsəadsoyadata adışəxsiyyət vəsiqəsinin seriya və nömrəsi və ya FİN (Fərdi İdentifikasiya Nömrəsi) məlumatınıünvanınızı və telefon nömrənizi səhifənin ismarış bölməsində qeyd etməyiniz xahiş olunur. |
832 | sosial yardım almaq üçün ailə tərkibi haqqında ərizəni qeydiyyatda olduğumuz rayondan almalıyıq yoxsa faktiki yaşayış ünvanlndan? | Zəhmət olmasamüraciətinizi dəqiqləşdirin. Siz ailə tərkibi haqqında arayışı yoxsa notarial qaydada təsdiq olunmuş razılıq ərizəsini (təmsilçilik ərizəsini) nəzərdə tutursunuz? |
833 | bəli təmsilçilik ərizəsini | ünvanlı sosial yardım üçün olan razılıq ərizəsinin təsdiqi ilə bağlı istənilən "ASAN xidmət" mərkəzinə müraciət edə bilərsiniz. Nikahda olan şəxslər birlikdə müraciət etməlidir. Əgər yaşı 18-dən çox olan övlad varsaonların da iştirakı mütləqdir. Zəruri sənədlər: ailə tərkibi haqqında arayış (yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərindən əldə olunur) və arayışda adı əks olunan bütün şəxslərin şəxsiyyət vəsiqəsi. İştirak edən şəxslərin imzası notarial qaydada təsdiq olunur. Bir imza təsdiqi ilə bağlı 6 manat məbləğ ödənilir. Nəzərinizə çatdırırıq kirüsum və xidmət haqqı "ASAN xidmət" mərkəzində fəaliyyət göstərən bank vasitəsilə ödənilir. Bankın xidmət haqqı: 0,4 manat. |
835 | Vallah asan xidmətin adı var asan nə deməydi tez olsun 3 dəfə getdik şəxsiyət dəyişməyə yolumuzda ozaq nə əziyət cəkdik 3cucu dəfə nöbə aldıq 10gün vaxd verdi budumu asan xidmət | Qeyd edək ki"ASAN xidmət" mərkəzlərində şəxsiyyət vəsiqəsinin verilməsi və dəyişdirilməsi xidməti Baş PasportQeydiyyat və Miqrasiya İdarəsi tərəfindən həyata keçirilir. Müraciətiniz şifahi olaraq aidiyyəti şöbəyə təqdim olunur. Əgər müraciətinizin şikayət kimi qeydə alınaraqSizə rəsmi cavab göndərilməsini istəyirsinizsəadsoyadata adışəxsiyyət vəsiqəsinin seriya və nömrəsi və ya FİN (Fərdi İdentifikasiya Nömrəsi) məlumatınıünvanınızışikayətinizin məzmununu (hansı "ASAN xidmət" mərkəzinə müraciət etdiyinizi və s. ) və telefon nömrənizi səhifənin ismarış bölməsində qeyd etməyiniz xahiş olunur. |
837 | Salam.17 yaşı olan oğluma xarici pasport almalıyıq.Hər iki valideynin iştirakı olmalıdır?Və hansl sənədlər lazımdır? | Nəzərinizə çatdırırıq kiümumvətəndaş pasportunun (xarici pasport) verilməsi və ya dəyişdirilməsi xidməti ilə bağlı istənilən “ASAN xidmət” mərkəzinə müraciət edə bilərsiniz.
18 yaşa çatmayan vətəndaşlar üçün ümumvətəndaş pasportunun alınması ilə bağlı zəruri sənədlər: şəxsiyyət vəsiqəsimüraciət edən valideynin (və ya valideynlərin) şəxsiyyət vəsiqəsihər iki valideynin razılıq ərizəsi. Əgər sənədlərin təqdim olunma mərhələsində hər iki valideyn “ASAN xidmət” mərkəzinə müraciət edirsərazılıq ərizəsi əməkdaşların yanında yazılır. Əgər valideynlərdən biri müraciət etmirsə (bir valideyn və uşaq iştirak etməlidir)onun razılıq ərizəsi notarial qaydada təsdiq edilməlidir. Qeyd: Hər iki valideynin notarial qaydada təsdiq edilən razılıq ərizəsini təqdim etməkləyaşı 15-dən çox olan vətəndaş ümumvətəndaş pasportu ilə bağlı tək müraciət edə bilər.
Ümumvətəndaş pasportunun verilməsi və ya dəyişdirilməsi ilə bağlı dövlət rüsumu: sənəd 10 iş günü müddətinə alınırsa35 manat5 iş günü müddətinə alınırsa75 manat1 iş günü müddətinə alınırsa155 manat təşkil edir.
Nəzərinizə çatdırırıq kirüsum "ASAN xidmət" mərkəzində fəaliyyət göstərən bank vasitəsilə ödənilir. Bankın xidmət haqqı: 0,4 manat.
Ümumvətəndaş pasportu dəyişdirilirsəvətəndaşda olan pasport da təqdim olunmalıdır. |
838 | Salam usaga vesige almaliyam novbesin gels bilmersm orada goturun? | Mərkəz daxilində də növbə verilir. Vətəndaş istədiyi təqdirdə onlayn və ya Mərkəz daxilində təqdim olunan növbə əldə edə bilər. Xidmətlə bağlı müraciət sayının çoxluğundan asılı olaraq mərkəz daxilində növbənin verilməsi dayandırıla bilər. |
839 | Salam mən könüllüyəm necə gedə bilərəm Türkiyəyə dəstəyə. Qeydiyyat linki falan var???? | Müraciətinizlə bağlı məlumat əldə etmək üçün (012) 444 7 444 nömrəsi ilə həftənin beş günü (1-5-ci günlər) saat 09:00-dan 18:00-dək (nahar fasiləsi: 13:00-14:00) əlaqə saxlaya bilərsiniz. |
840 | axşamınız xeyir menim qeydiyyatda olduğum yer öz uzerinden çıkardır vetendaşları indi hal hazırda şexsiyyet vesiqem etibarlı sayılırmı eger cıxardıbsa | Qeydiyyatdan çıxarılma halı varsaşəxsiyyət vəsiqəsi deaktivləşdiriliretibarsız hesab olunur. |
841 | Salam, mən şəxsiyyət vəsiqəsi tapmışam mənlə əlaqə saxlayırdınız. | Nəzərinizə çatdırırıq kimüraciətiniz “ASAN xidmət” mərkəzləri vasitəsilə həyata keçirilən xidmətlər siyahısına aid olmadığındantəəssüflər olsun kiSizə xidmət göstərə bilməyəcəyik. Sənədi Tapıntılar bürosuna təqdim edə bilərsiniz. |
842 | Salam.Online növbə niyə işləmir? | Zəhmət olmasamüraciətinizi aydın şəkildə qeyd edin. Siz asan.gov.az saytını yoxsa “ASAN növbə” mobil tətbiqini nəzərdə tutursunuz? Hansı xəta kodu ilə qarşılaşırsınız? |
843 | Salam . Sabah menim sexsiyyet vesiqem göturulme vaxtidir. Almaq uucun saat 3 de gelmeliyem ki? | Nəzərinizə çatdırırıq kişəxsiyyət vəsiqəsi ilə bağlı sənədlər təqdim edildikdə əməkdaşlar tərəfindən onun (şəxsiyyət vəsiqəsinin) hazır olacağı tarix barədə məlumat qeyd olunur. Hazır sənədin götürülməsi ilə bağlı vətəndaşa bildirilən tarixdə müraciət edilə bilər. |
844 | Salam yeni doğulmuş körpe üçün vəsiqə lazımdı bize hansı sənətlər lazımdı zəhmət olmasa yazardizda sabah inşallah gelim asanxidmete | Zəhmət olmasamüraciətinizi dəqiqləşdirin. Siz vəsiqə dedikdə şəxsiyyət vəsiqəsini nəzərdə tutursunuz? |
845 | beli şəxsiyyət vesiqesi | zəhmət olmasauşağın hər iki valideyninin daimi qeydiyyatda olduğu ünvanın yerləşdiyi rayonu bildirin. Uşaq hansı valideynin qeydiyyatda olduğu ünvana qeydiyyata alınacaq? Hər iki valideyn Azərbaycan Respublikasının vətəndaşıdır? Uşağın doğum haqqında şəhadətnaməsi Azərbaycan Respublikasından əldə olunub? |
846 | Salam. Mövcud mobil nömrə vasitəsilə asan imza əldə etmək üçün hara müraciət etməliyəm? | Zəhmət olmasaqeyd edin. ASAN İmza sertifikatı fiziki şəxshüquqi şəxsin rəhbəriyoxsa hüquqi şəxsin işçisi üçün əldə olunacaq? |