Unnamed: 0
int64 0
5.23k
| text
stringlengths 16
2.03k
| answer
stringlengths 15
2.16k
|
---|---|---|
317 | Salam 3 saylı asan xidmətin daxilində asan kamunal merkezi varmi??? Kimse bilmir???? | Nəzərinizə çatdırırıq ki3 saylı Bakı "ASAN xidmət" mərkəzində kommunal xidmətlər həyata keçirilmir. Zəhmət olmasahansı kommunal xidmətlə bağlı müraciət etdiyinizi qeyd edin. |
318 | Salam, bayram günləri işləyəcək mərkəzlər? | Zəfər Günü və Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar 89 və 10 noyabr tarixlərində "ASAN xidmət" və "ASAN Kommunal" mərkəzlərində qeyri-iş günü olacaq. 11 noyabr tarixindən etibarən iş günüdür. |
319 | Salam Asan logi xidmetni harda aktivlesdirmey olur? | Nəzərinizə çatdırırıq kimüraciətiniz “ASAN xidmət” mərkəzləri vasitəsilə həyata keçirilən xidmətlər siyahısına aid olmadığındantəəssüflər olsun kiSizə xidmət göstərə bilməyəcəyik. Siz müraciətinizlə bağlı məlumat əldə etmək üçün İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə əlaqə saxlaya bilərsiniz. |
320 | Salam. Ayın 11i işləyirsiz? | Bəliiş günüdür. Bu gündən etibarən "ASAN xidmət" mərkəzlərinə müraciət etməklə xidmətlərdən yararlana bilərsiniz. |
323 | Salam.Xarıcı pasportun rusumu ne qederdır? | Zəhmət olmasaneçə yaşlı vətəndaş üçün müraciət etdiyinizi qeyd edin. |
324 | salam.zehmet olmasa size msj yazmisam ona cavab verersizde | Müraciətlərin hər biri ardıcıllıqla cavablandırılır. Müraciətlərin çoxluğunu nəzərə almağınız xahiş olunur. Anlayışınız üçün təşəkkür edirik. |
325 | Salam 28 may ərazisində asan xidmət var? Sexsiyet vəsiqəmi itirmişəm özüm rayon vətəndaşıyam yeni vesiqe almaq isteyrem qiymət ne qeder olar zəhmət olmasa deyerdiz | nəzərinizə çatdırırıq kişəxsiyyət vəsiqəsinin bərpası ilə bağlı istənilən “ASAN xidmət” mərkəzinə müraciət edə bilərsiniz. Yaşı 15-dən çox olan vətəndaşın şəxsiyyət vəsiqəsində hər hansı məlumat dəyişikliyi yoxdursaonun bərpası ilə bağlı zəruri sənəd: dövlət rüsumunun ödənilməsi barədə qəbz. İtirilmiş şəxsiyyət vəsiqəsi 1 iş günü müddətinə hazırlanırsa90 manat3 iş günü müddətinə hazırlanırsa70 manat10 iş günü müddətinə hazırlanırsa30 manat məbləğində dövlət rüsumu ödənilir.
Yeni nümunəli şəxsiyyət vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi zamanı şəkil “ASAN xidmət” mərkəzində xüsusi aparat vasitəsilə çəkilir. Vətəndaşın şəkil təqdim etməsinə ehtiyac olmur. Bu şəklin çəkilməsi ilə bağlı əlavə ödəniş nəzərdə tutulmayıb.
Dövlət rüsumu "ASAN xidmət" mərkəzində fəaliyyət göstərən bank vasitəsilə ödənilir. Bankın xidmət haqqı: 0,4 manat |
326 | Şəxsiyyət vəsiqəsi itirlidikde ne qeder cerime düşür zehmet olmasa deyerdiz? | zəhmət olmasayaşınızı və daimi qeydiyyatda olduğunuz rayonu qeyd edin. |
327 | 15-18 noyabr tarixlərində fəaliyyət göstərəcəksiz? Bir evə qeydiyyat üçün resum və şəxsiyyət vəsiqəsi üçün resum, vaxtı keçdiyi üçün ödənilən resum nə qədərdir? Zəhmət olmasa qeyd edərsiz | bəliiş günüdür. Zəhmət olmasaneçə yaşlı vətəndaş üçün müraciət etdiyinizi və daimi qeydiyyatda olduğunuz rayonu qeyd edin. Hansı rayonda daimi qeydiyyata alınacaqsınız? Şəxsiyyət vəsiqəsi yeniyoxsa köhnə nümunəlidir? |
328 | Salam asan xidmetde "asan login" açılır? | Nəzərinizə çatdırırıq kimüraciətiniz “ASAN xidmət” mərkəzləri vasitəsilə həyata keçirilən xidmətlər siyahısına aid olmadığındantəəssüflər olsun kiSizə xidmət göstərə bilməyəcəyik. Siz müraciətinizlə bağlı məlumat əldə etmək üçün İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə əlaqə saxlaya bilərsiniz. |
330 | Salam aktiv viza ola ola umumivetandas pasport deyişmek ve serhedde her iki pasport gösterib ölkeni terk elemek olarmi? | Ümumvətəndaş pasportunun dəyişdirilməsi mümkündür.
Nəzərinizə çatdırırıq kipasport dəyişdirilən zaman vətəndaşda olan ümumvətəndaş pasportunun aktiv vizası olan haldaəsas hissəsi yararsız hala salınaraq geri qaytarıla bilər. Aktiv viza olmadığı haldaaktiv olmayan viza və ya onun surəti vətəndaşa verilir. Ümumiyyətləviza olmadığı halda isə sənəd vətəndaşa qaytarılmır.
Ölkədən getmək və ölkəyə gəlmək qaydaları haqqında ətraflı məlumat əldə etmək üçün Dövlət Sərhəd Xidmətinə müraciət edə bilərsiniz. |
331 | Salam 6 ci gun iwleyir asan xidmet?? | “ASAN xidmət” mərkəzlərinin iş saatları barədə ətraflı məlumat qeyd edə bilməyimiz üçün hansı “ASAN xidmət” mərkəzinəhansı xidmət ilə bağlı müraciət etmək istədiyinizi bildirməyiniz xahiş olunur. |
332 | Salam.Menim ve qizimin her ikimizin pasportunun vaxti bitib ,qizimin 15 yasi var .Atadan etibar name lazimdirmi | Zəhmət olmasamüraciətinizi dəqiqləşdirin. Siz pasport dedikdə şəxsiyyət vəsiqəsiniyoxsa ümumvətəndaş pasportunu (xarici pasport) nəzərdə tutursunuz? |
333 | Salam menim xarici pasporuma bilmek olar maskvadan stop qoyulub nece bilmek olar | Nəzərinizə çatdırırıq kimüraciətiniz “ASAN xidmət” mərkəzləri vasitəsilə həyata keçirilən xidmətlər siyahısına aid olmadığındantəəssüflər olsun kiSizə xidmət göstərə bilməyəcəyik. |
334 | Pasport nece AZN cixartmaq olurki qiymeti deye bilersiniz | zəhmət olmasamüraciətinizi dəqiqləşdirin. Siz pasport dedikdə şəxsiyyət vəsiqəsiniyoxsa ümumvətəndaş pasportunu (xarici pasport) nəzərdə tutursunuz? |
335 | Salam şəxsiyyət vəsiqəsinin müddətinin bitməsinə 1 ay qalıb .İndi müraciət edib şəxsiyyət vəsiqəsi almaq olar ?yoxsa müddəti bitəndən sonra müraciət edilməlidir | Zəhmət olmasayaşınızı və daimi qeydiyyatda olduğunuz rayonu bildirin. Şəxsiyyət vəsiqəsində məlumat dəyişikliyi olacaq? Şəxsiyyət vəsiqəsi yeniyoxsa köhnə nümunəlidir? |
336 | Salam. 6-7 günlər işləyir asan xidmət mərkəzləri? | “ASAN xidmət” mərkəzlərinin iş saatları barədə ətraflı məlumat qeyd edə bilməyimiz üçün hansı “ASAN xidmət” mərkəzinəhansı xidmət ilə bağlı müraciət etmək istədiyinizi bildirməyiniz xahiş olunur. |
338 | Salam yeni dogulmus usaqa verilen birdefelik 500 manat verilmesi ile bagli melumat hacan gelmelidi | Müavinətlə bağlı xidmət “ASAN xidmət” mərkəzləri vasitəsilə həyata keçirilmədiyindəntəəssüflər olsun kisizə xidmət göstərə bilməyəcəyik. Müraciətinizlə bağlı məlumat əldə etmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxlaya bilərsiniz. Çağrı mərkəzi: 142 |
339 | Məlumat dəyişikliyi olmayacaq yaş dəyişir və şəkilli vəsiqə istəyirik | Nəzərinizə çatdırırıq kiköhnə nümunəli şəxsiyyət vəsiqəsi etibarlılıq müddəti bitmədən yeni nümunəli şəxsiyyət vəsiqəsi ilə əvəz oluna bilər. 15 yaşdan sonra ilk dəfə yeni nümunəli şəxsiyyət vəsiqəsinin alınması ilə bağlı uşaq və valideynlərdən biri istənilən “ASAN xidmət” mərkəzinə müraciət edə bilər.
15 yaşdan yuxarı vətəndaşın (şəkilsiz və ya şəkilli şəxsiyyət vəsiqəsi olan) qeydiyyat ünvanı dəyişmirsəşəxsiyyət vəsiqənin dəyişdirilməsi ilə bağlı zəruri sənədlər: şəxsiyyət vəsiqəsitibbi arayış (göz rəngiboy)müraciət edən valideynin şəxsiyyət vəsiqəsiAzərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə və ya hərbi bilet (çağırışçılar və hərbi vəzifəlilər)dövlət rüsumunun ödənilməsi barədə sənəd. Yeni şəxsiyyət vəsiqəsi 1 iş günü müddətinə hazırlanırsa70 manat3 iş günü müddətinə hazırlanırsa50 manat10 gün müddətinə hazırlanırsa5 manat məbləğində dövlət rüsumu ödənilir.
Yeni nümunəli şəxsiyyət vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi zamanı şəkil “ASAN xidmət” mərkəzində xüsusi aparat vasitəsilə çəkilir. Vətəndaşın şəkil təqdim etməsinə ehtiyac olmur. Bu şəklin çəkilməsi ilə bağlı əlavə ödəniş nəzərdə tutulmayıb.
Qeyd edək kişəxsiyyət vəsiqəsinin verilməsi ilə bağlı göz rəngi və boya dair tibbi arayış “ASAN xidmət” mərkəzləri vasitəsilə alına bilər. Bu arayışın verilməsi ilə bağlı 3 manat məbləğində ödəniş ödənilir. Sənəd qısa vaxt ərzində hazırlanıb vətəndaşa təqdim olunur.
Nəzərinizə çatdırırıq kirüsum "ASAN xidmət" mərkəzində fəaliyyət göstərən bank vasitəsilə ödənilir. Bankın xidmət haqqı: 0,4 manat. |
340 | Salam şikayyət etmək üçün saytınıza daxil oluram, lakin xəta baş verir. Müraciəti hara edə bilərəm | Müraciətinizi “ASAN xidmət” mərkəzinin rəsmi facebook və ya instagram səhifəsinə Dövlət Agentliyin info.gov.az rəsmi elektron ünvanına və ya asan.gov.az internet saytına daxil olaraq “Canlı çat” bölməsi vasitəsilə ünvanlaya bilərsiniz. Həmçinin108 Çağrı mərkəzi ilə əlaqə saxladıqda da müraciətiniz şikayət olaraq qeydə alına bilər. |
341 | Salam, zəhmət olmasa mesaj bölməsinə baxardız. | Müraciətlərin hər biri ardıcıllıqla cavablandırılır. Müraciətlərin çoxluğunu nəzərə almağınız xahiş olunur. Anlayışınız üçün təşəkkür edirik. |
343 | Salam 11.11.23-iş günüdür ? | Bəliiş günüdür. 11 noyabr tarixindən mərkəzlərə müraciət etməklə xidmətlərdən yararlana bilərsiniz. |
344 | Bu gün saat neceye geder isleyirsiz ? | “ASAN xidmət” mərkəzlərinin iş saatları barədə ətraflı məlumat qeyd edə bilməyimiz üçün hansı “ASAN xidmət” mərkəzinəhansı xidmət ilə bağlı müraciət etmək istədiyinizi bildirməyiniz xahiş olunur. |
345 | Salam, Quba filialiniz xidmet gosterecek 11.11 tarixinde? | Bəliiş günüdür. 11 noyabr tarixindən Quba "ASAN xidmət" mərkəzinə müraciət etməklə xidmətlərdən yararlana bilərsiniz. |
346 | Salam.hazir olan vesiqemi goturecem.bu gun saat neceye qeder isleyceksiz? 7 sayli Asan xidmet | 7 saylı Bakı "ASAN xidmət" mərkəzi hazır sənədlə bağlı həftənin beş günü saat 09:00-dan 18:00-dəkşənbə və bazar günləri saat 09:30-dan 17:00-dək fasiləsiz olaraq fəaliyyət göstərir. |
347 | 8-12 noyabr tarixində işləyirmi ASAN xidmət? | h Zəfər Günü və Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar 89 və 10 noyabr tarixlərində "ASAN xidmət" və "ASAN Kommunal" mərkəzlərində qeyri-iş günü olacaq. 11 noyabr tarixindən etibarən iş günüdür. |
348 | Salam xarici olkede yasadigin halda deyisdirmem mumkundurmu bes suruculuk vesiyqesi ve sexsiyyet vesiyqesini ? | "ASAN xidmət" mərkəzlərində şəxsiyyət və sürücülük vəsiqəsinin dəyişdirilməsi xidməti ilə bağlı sənəd sahibinin iştirakı zəruridir. Etibarnamə əsasında xidmət göstərilmir. |
350 | Mesaja baxa bilərsiz? | Müraciətlərin hər biri ardıcıllıqla cavablandırılır. Müraciətlərin çoxluğunu nəzərə almağınız xahiş olunur. Anlayışınız üçün təşəkkür edirik. |
351 | Şexsiyyet vesiqesinin vaxtı çıxıb,onsuz sürücülük vesiaesin deyişe bileremmi? | Sürücülük vəsiqəsinin dəyişdirilməsi xidməti ilə bağlı sənəd sahibinin şəxsiyyət vəsiqəsi etibarlı olmalıdır. |
352 | Şəxsiye baxarsiz | Müraciətlərin hər biri ardıcıllıqla cavablandırılır. Müraciətlərin çoxluğunu nəzərə almağınız xahiş olunur. Anlayışınız üçün təşəkkür edirik. |
353 | Salam iw vaxti saat neceye kimidir | “ASAN xidmət” mərkəzlərinin iş saatları barədə ətraflı məlumat qeyd edə bilməyimiz üçün hansı “ASAN xidmət” mərkəzinəhansı xidmət ilə bağlı müraciət etmək istədiyinizi bildirməyiniz xahiş olunur. |
354 | Salam dernegul m yaxinliginizda olan xidmetiniz nece saylidi? | Qeyd edək ki7 saylı Bakı “ASAN xidmət” mərkəzi Bakı şəhəriNərimanov rayonuZaur Nudirəliyev küçəsi79 ünvanında yerləşir. ("Ömür" Klinikası ilə üzbəüz. (köhnə A.Molla Cümə küçəsi)). |
355 | Salam xanim.mənim sexsiyyet vereqemin vaxti kecib.onun ceriməsi ne qederdi.ve yeni sexsiyyet vereqe nece gune verilir. | Nəzərinizə çatdırırıq kimüvafiq əsas yarandıqdan sonra 1 ay ərzində şəxsiyyət vəsiqəsi dəyişdirilməlidir.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasənvətəndaşın bir aydan artıq müddətdə şəxsiyyət vəsiqəsi olmadan yaşamasına görə xəbərdarlıq edilir və ya 20 manat məbləğində cərimə tətbiq edilir. İki haldan hansının tətbiq olunacağı sənədlər təqdim olunan zaman DİN-in əməkdaşı tərəfindən bildiriləcək.
Zəhmət olmasayaşınızı və daimi qeydiyyatda olduğunuz rayonu bildirin. Şəxsiyyət vəsiqəsində məlumat dəyişikliyi olacaq? Şəxsiyyət vəsiqəsi yeniyoxsa köhnə nümunəlidir? |
356 | Salam .Menim anam polis bolmesinde qeydiyatda idi.indi qeydiyat pozulub .yeniden qeydiyata dusmey ucun hansi sened lazimdi?ve xarici olkeden mene gonderdiyi etibarname ile onu qeydiyata sala bileremmi? Ozu olkede olmadan? | Qeydiyyat ünvanının dəyişdirilməsi ilə bağlı şəxsin özünün iştirakı mütləqdir. Etibarnamə əsasında xidmət göstərilmir. |
357 | Salam mən metrikami itirmişəm yenisini neçə günə ala bilərəm? | Zəhmət olmasaşəhadətnamənin ilkin alındığı rayonu (və ya “ASAN xidmət” mərkəzini) qeyd edin. İlkin şəhadətnamə neçənci ildə alınıb? |
358 | Salam. Məndə evlilik haqqında şəhadətnamə nazik kağız vərəqdir. Onu karton şəhadətnaməyə dəyişmək olar? | "ASAN xidmət" mərkəzlərində təkrar şəhadətnamələr kağız formatında təqdim olunur. |
359 | Asan xidmet heftenin neçe günü işler? | “ASAN xidmət” mərkəzlərinin iş saatları barədə ətraflı məlumat qeyd edə bilməyimiz üçün hansı “ASAN xidmət” mərkəzinəhansı xidmət ilə bağlı müraciət etmək istədiyinizi bildirməyiniz xahiş olunur. |
360 | Salam Qazaxıstanda filialınız var? Xidmetiniz Azərbaycan vətəndaşları üçün nəzərdə tutulur? | XeyrQazaxıstan Respublkasında "ASAN xidmət" mərkəzimiz fəaliyyət göstərmir. Qeyd edək kiÖzbəkistanın Daşkənd şəhərində Dövlət Xidmətləri Mərkəzi “ASAN xidmət” konsepsiyası əsasında fəaliyyət göstərir. |
361 | Sexsiyet vəsiqəmi itirmişəm və yenidən almaq üçün nə qədər xərcim çıxar ? | Zəhmət olmasayaşınızı və daimi qeydiyyatda olduğunuz rayonu bildirin.Şəxsiyyət vəsiqəsində məlumat dəyişikliyi olacaq? |
362 | Salam sizden sexsiyyet vesiqesi goturulənde 20 azn evvel verilir yoxsa vesiqeni hazir sekilde alanda.yeni tehvil göturende. | Dövlət rüsumu sənəd qəbulu zamanı ödənilməlidir. |
363 | Salam Şirvana ne vaxt geleceysiz? | Səyyar xidmət barədə məlumat əldə etmək üçün 108 (3) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. |
364 | Siz asan xidmət deyilsiz çətin xidmət Siz bərdə asan xidmət mənə bankda zaloxda olan afdamabili baş etibarnamə verib məni nəqədər ziyana saldı | Müraciətiniz şifahi olaraq aidiyyəti şöbəyə təqdim olunur. Əgər müraciətinizin şikayət kimi qeydə alınaraqSizə rəsmi cavab göndərilməsini istəyirsinizsəadsoyadata adışəxsiyyət vəsiqəsinin seriya və nömrəsi və ya FİN (Fərdi İdentifikasiya Nömrəsi) məlumatınıünvanınızışikayətinizin məzmununu və telefon nömrənizi səhifənin ismarış bölməsində qeyd etməyiniz xahiş olunur. |
365 | mesaj qutusuna baxın zəhmət olmasa | Nəzərinizə çatdırırıq kisuallar Çağrı Mərkəzinin iş rejimində cavablandırılır. Çağrı Mərkəzi bazar ertəsi- cümə günləri saat 09:00-dan 18:00-dək fəaliyyət göstərir. Qeyri-iş günündə daxil olan müraciətlər isə növbəti iş günü ardıcıllıqla cavablandırılır. Müraciətlərin çoxluğunu nəzərə almağınız xahiş olunur. Anlayışınız üçün təşəkkür edirik. |
366 | salam bazar günü isleyirsiz ? Directə baxinda zəhmət olmasa | “ASAN xidmət” mərkəzlərinin iş saatları barədə ətraflı məlumat qeyd edə bilməyimiz üçün hansı “ASAN xidmət” mərkəzinəhansı xidmət ilə bağlı müraciət etmək istədiyinizi bildirməyiniz xahiş olunur. |
367 | Salam Mən my gov da qeydiyyatdan keçmişəm neçə günder ki qəbul edilməyib nədə rədd gəlməyib directdən də yazmışam zəhmət olmasa köməklik edərdiniz | Müavinətlə bağlı xidmət “ASAN xidmət” mərkəzləri vasitəsilə həyata keçirilmədiyindəntəəssüflər olsun kisizə xidmət göstərə bilməyəcəyik. Müraciətinizlə bağlı məlumat əldə etmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxlaya bilərsiniz. Çağrı mərkəzi: 142. |
368 | Salam melumatlandıra bilersiz?Oğlum 2021 de doğulub ,Bezi sebeblerden Doğum şehadetnamesini 2022de aldım .Kapital Banka muraciet etdikde doğum pulunu almaq üçün,Mene Naxçıvanda uçotdo olduğum üçün ,ordam almalı olduğumu bildirdiler.Tezelikde Bakı uçotunu düşdüm .Doğum pulunu hardan almalıyam indi ?Hansı idareye müraciet etmeliyem?Doğumdan iki il keçib | Müavinətlə bağlı xidmət “ASAN xidmət” mərkəzləri vasitəsilə həyata keçirilmədiyindəntəəssüflər olsun kisizə xidmət göstərə bilməyəcəyik. Müraciətinizlə bağlı məlumat əldə etmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxlaya bilərsiniz. Çağrı mərkəzi: 142. |
369 | Yenidoğulmuş körpeye doğum haqqında şehadetnamə almaq üçün hansı sənədlər lazımdır? | Zəhmət olmasaqeyd edin. Hər iki valideyn Azərbaycan Respublikası vətəndaşıdır? Uşaq Azərbaycan Respublikasında yerləşən tibb müəssisəsində rəsmi nikah qeydə alındıqdan sonra dünyaya gəlib? |
370 | Salam səyyar asan xidmət rayonlarda 6ci gün işləyir ? | Qeyd edək kiSəyyar ASAN xidmət həftənin bazar ertəsi – cümə günləri saat 10:00-dan 18:00-dək fəaliyyət göstərir. Saat 14:00-dan 15:00-dək nahar fasiləsidir. |
371 | Salam . Rus vetendawlarina kimlik ve zaqran pasport verilir?? Muharibeye gore dayandirilmiwdi. | Müraciətinizlə bağlı ətraflı məlumat sənədlərə baxıldıqdan sonra xidmət göstərən inspektor tərəfindən qeyd olunacaq. |
372 | Salam. Məcburi köçkün statusu olan vətəndaş şəxsiyyət vəsiqəsini bir günə dəyişdirə bilərmi? Və bu rüsumdan azad olunurmu? | Şəxsiyyət vəsiqəsinin verilməsi ilə bağlı məcburi köçkün olan vətəndaşlar dövlət rüsumu ödəməkdən azaddır. Şəxsiyyət vəsiqəsi 10 gündən gec olmayaraq təqdim olunur. Sənədin hazır olacağı tarix barədə məlumat sənədləri təqdim etdiyiniz vaxt DİN-in əməkdaşı tərəfindən bildiriləcək. |
373 | Salam eşitiyme göre asant xidmet istanbula gelib | Qeyd edək kiİstanbul şəhərində "ASAN xidmət" mərkəzlərində həyata keçirilən xidmətlərlə bağlı sənəd qəbulu həyata keçirilmir. |
374 | vekaletname verdikde br qohuma dogum haqqinda wehadetnami naxcivandan alsn. Nece güne ala biler? | zəhmət olmasaşəhadətnamənin ilkin alındığı rayonu (və ya “ASAN xidmət” mərkəzini) qeyd edin. İlkin şəhadətnamə neçənci ildə alınıb? |
375 | 1998ci ilde naxcivandan alinb. Asan xidmetden gec verilecek deye. Vekaletname ile naxcivandan tez almaq isteyirem | Naxçıvan Muxtar Respublikasında yerləşən VVADQ xidmətinə müraciət olunacaqsabu barədə məlumatı həmin qurumla əlaqə saxlayaraq əldə edə bilərsiniz. |
376 | Salam Valideyinlerden herhansı biri Uşağa pasport üçün olmadıqda ,İnternet üzerinden hansı Hansı seyfede icaze verirem qeyyyatı ede biler.Asan xidmetde mene Seyfenin adını dediler Qeydiyyat üçün unutdum.Onu diye bilersiz? | "Mobil notariat" mobil tətbiqi ilə bağlı ətraflı məlumat əldə etmək üçün Ədliyyə Nazirliyi ilə əlaqə saxlaya bilərsiniz. |
377 | Здравствуйте, почему на портале mygov.az не удается посмотреть информацию о недвижимости? | Nəzərinizə çatdırırıq kimüraciətiniz “ASAN xidmət” mərkəzləri vasitəsilə həyata keçirilən xidmətlər siyahısına aid olmadığındantəəssüflər olsun kiSizə xidmət göstərə bilməyəcəyik. Siz müraciətinizlə bağlı məlumat əldə etmək üçün İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə əlaqə saxlaya bilərsiniz. |
378 | Salam oğlumun şexsiyyet vesiqesi şekillisi ile deyişilmelidir. Naxçıvan qeydiyyatındadı Naxçıvana getmeden burda deyişmek mümkündü? | Nəzərinizə çatdırırıq kişəxsiyyət vəsiqəsinin dəyişdirilməsi ilə bağlı istənilən “ASAN xidmət” mərkəzinə müraciət edə bilərsiniz. |
379 | Salam menim suruculuk vesiqem yoxdur suruculuk uçun etibarname alsam ce maṣini baṣqa pravasi olan adam idare ede biler? | Nəqliyyat vasitəsinin istifadə edilməsinə dair etibarnamənin təsdiqi ilə bağlı etibar edilən şəxsin sürücülük vəsiqəsini təqdim etməsi tələb olunur. |
380 | Salam 18 yaşdan aşağı olanlar ad deyişdire biler? | hər vaxtınız xeyir Azərbaycan Respublikası vətəndaşlarının öz adınıata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Siz müraciətinizlə bağlı məlumat əldə etmək üçün rayon üzrə İcra Hakimiyyəti orqanına müraciət edə bilərsiniz. Müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinəvalideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. |
381 | Salam bu gün Asan Xidmət işləyir | “ASAN xidmət” mərkəzlərinin iş saatları barədə ətraflı məlumat qeyd edə bilməyimiz üçün hansı “ASAN xidmət” mərkəzinəhansı xidmət ilə bağlı müraciət etmək istədiyinizi bildirməyiniz xahiş olunur. |
382 | salam sexsiyyet vesigesini cixarcag neciyedi gimetini yazrdizda zehemt olmasa | Nəzərinizə çatdırırıq kiümumvətəndaş pasportunun (xarici pasport) verilməsi və ya dəyişdirilməsi xidməti ilə bağlı istənilən “ASAN xidmət” mərkəzinə müraciət edə bilərsiniz.
Yaşı 18 – dən çox olan vətəndaş üçün ümumvətəndaş pasportunun alınması ilə bağlı zəruri sənədlər: şəxsiyyət vəsiqəsi18-35 yaş hədlərində kişilər üçün hərbi bilet və ya ilkin hərbi qeydiyyatla bağlı vəsiqə (möhlət hüququna dair qeyd olmaqla)dövlət rüsumunun ödənilməsi barədə qəbz. İtirilməsi və ya korlanma halı yoxdursayaşı 18 – dən çox olan vətəndaş üçün ümumvətəndaş pasportunun alınması və ya dəyişdirilməsi ilə bağlı dövlət rüsumu: sənəd 10 iş günü müddətinə alınırsa40 manat5 iş günü müddətinə alınırsa80 manat1 iş günü müddətinə alınırsa160 manat təşkil edir.
Nəzərinizə çatdırırıq kirüsum "ASAN xidmət" mərkəzində fəaliyyət göstərən bank vasitəsi ilə ödənilir. Bankın xidmət haqqı: 0.4 manat.
Ümumvətəndaş pasportu dəyişdirilirsəvətəndaşda olan pasport da təqdim olunmalıdır. Ətraflı məlumat əldə etmək üçün bu linkə daxil ola bilərsiniz: http://asan.gov.az/az/service/asan-xidmetler/uemumvetendas-pasportlarinin-verilmesi-ve-deyisdirilmesi
Ümumvətəndaş pasportunun verilməsi və ya dəyişdirilməsi zamanı şəkil “ASAN xidmət” mərkəzində xüsusi aparat vasitəsi ilə çəkilir. Vətəndaşın şəkil təqdim etməsinə ehtiyac olmur. Bu şəklin çəkilməsi ilə bağlı əlavə ödəniş nəzərdə tutulmayıb. |
383 | Salam nigahin pozulmasi icin hansi senedler lazimdir ve nece aya mumkundur? | Zəhmət olmasaqeyd edin. Nikahın pozulmasına hər iki tərəf razıdır? Tərəflərin yetkinlik yaşına çatmayan birgə övladları var? |
384 | Salam Bazar gunu Asan xidmet isleyirmi | “ASAN xidmət” mərkəzlərinin iş saatları barədə ətraflı məlumat qeyd edə bilməyimiz üçün hansı “ASAN xidmət” mərkəzinəhansı xidmət ilə bağlı müraciət etmək istədiyinizi bildirməyiniz xahiş olunur. |
385 | Salam Asan xidmət əməkdaşlarına!Zəhmət olmasa məlumat verərdiniz Şirvan,Hacqabula asan xidmət nə vaxt gələcək? | Səyyar xidmət barədə məlumat əldə etmək üçün 108 (3) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. |
386 | subaylıq arayıwı ve dogum haqqnda arayw. Bunlarn apostili ne qeder vaxt çekr? Ikisininde əsline apostil olunmalıdı | Zəhmət olmasaqeyd edin. Sənəd tərcümə olunacaq? Olunacaqsahansı dildən hansı dilə tərcümə ediləcək?
Sənəd hansı ölkədə və ya şəhərdə yerləşən qurumdan əldə olunub? |
387 | 1 saylı asan xidmetden almiwam. Tek apostil edilsn deye 5 sayli asan xidmete vermiwem. Turkiyeye verilecey | zəhmət olmasamüraciətinizi bir qədər dəqiqləşdirin. Sənədin hazır olması barədə məlumat əldə etmək istəyirsiniz? |
388 | bəli bilmek isteyrdm ki ne vaxt hazr olacag | müraciətinizlə bağlı məlumat əldə etmək üçün tərcümə mərkəzi ilə əlaqə saxlaya bilərsiniz. 5 saylı “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən tərcümə mərkəzinin əlaqə nömrəsi: 077 557 26 60 |
389 | naxcivandan dogum haqqnda araynw almiwam. Bes onu asan xidmetde apostil eletdrsem nece muddet çekecey? | nəzərinizə çatdırırıq kiNaxçıvan Muxtar Respublikasından əldə olunan sənədlərə "ASAN xidmət" mərkəzləri vasitəsilə apostil möhürünün vurulması həyata keçirilmir. Bununla bağlı Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən Ədliyyə Nazirliyinə müraciət edə bilərsiniz. |
390 | Salam Dost xidmeti 6 ci gun iwleyir? | Nəzərinizə çatdırırıq kimüraciətiniz “ASAN xidmət” mərkəzləri vasitəsilə həyata keçirilən xidmətlər siyahısına aid olmadığındantəəssüflər olsun kiSizə xidmət göstərə bilməyəcəyik. |
392 | birdə saat neçəyə kimi işləyor? | Zəhmət olmasa,hansı "ASAN xidmət" mərkəzinə müraciət etmək istədiyinizi qeyd edin. |
394 | Her vaxtınız xeyir polis idaresine geydiyyata düşmek olur? Eger miras problemine göre insan geydiyyetden çıxarılıbsa? | Nəzərinizə çatdırırıq kimüraciətiniz “ASAN xidmət” mərkəzləri vasitəsilə həyata keçirilən xidmətlər siyahısına aid olmadığındantəəssüflər olsun kiSizə xidmət göstərə bilməyəcəyik. Qeyd edək ki“ASAN xidmət” mərkəzləri vasitəsilə qeydiyyata alınmanın həyata keçirilməsi üçün əmlakın mülkiyyət hüququnu təsdiq edən sənəd (çıxarışqeydiyyat vəsiqəsiorder və s.) təqdim olunmalıdır. Bu sənədlər olmadığı haldatəəssüflər olsun kixidmət göstərilməsi mümkün olmayacaq. |
395 | Salam sexsiyyet vesiqesi itirilibse nece gune ve qiymeti ne qederdi cavablandirardiz zehmet olmasa | Zəhmət olmasayaşınızı və daimi qeydiyyatda olduğunuz rayonu qeyd edin. Şəxsiyyət vəsiqəsində məlumat dəyişikliyi olacaq? |
396 | Sagolun cavab verirsiniz votsap nömresi varmi ? Azerbaycanda olmadıgımız üçün sualımız yaranırsa | Müraciətinizi buradan və ya “ASAN xidmət” mərkəzinin rəsmi Facebook (https://www.facebook.com/asanxidmat/) Dövlət Agentliyin info.gov.az rəsmi elektron ünvanına və ya http://asan.gov.az/az internet səhifəsinə daxil olaraq “Canlı çat” bölməsi vasitəsilə ünvanlamağınız xahiş olunur. Whatsapp üzərindən əlaqə mövcud deyil. |
397 | Zehmet olmasa cavablandirardiz goy golde torpag satmag isteyirem alqi satqi bakida heyata kecirile biler? | Zəhmət olmasamüraciətinizi bir qədər dəqiqləşdirin. Daşınmaz əmlak hansı rayonda yerləşir? Əmlakın mülkiyyət hüququnu təsdiq edən sənəd çıxarışyoxsa qeydiyyat vəsiqəsidir? |
398 | Salam,mənə diplomun notarial təsdiqi lazımdır.Bilmək istərdim ki,həmin gün təsdiq olunur, yoxsa bir neçə iş gün ərzində? | Nəzərinizə çatdırırıq kisənədin (Azərbaycan Respublikasının müvafiq təhsil müəssisəsi tərəfindən təqdim olunan) əsli ilə surətinin eyniliyinin notarial qaydada təsdiqi ilə bağlı istənilən “ASAN xidmət” mərkəzinə müraciət edə bilərsiniz. Xidmət dərhal həyata keçirilir. |
399 | Salam, yasayis yeri barede erize almaq ucun de novbet tutmaq lazımdır? | "ASAN xidmət" mərkəzlərində xidmət növbəlilik prinsipi əsasında həyata keçirilir. Müvafiq xidmətlə bağlı asan.gov.az saytı və "ASAN növbə" mobil tətbiqi vasitəsilə onlayn və ya Mərkəz daxilində növbə əldə edə bilərsiniz. |
400 | salam uşaq üçün pasporta hansı sənədlər lazlmdı? | Zəhmət olmasamüraciətinizi dəqiqləşdirin. Siz pasport dedikdə şəxsiyyət vəsiqəsiniyoxsa ümumvətəndaş pasportunu (xarici pasport) nəzərdə tutursunuz? |
401 | şəxsiyyət vəsiqəsi | Zəhmət olmasauşağın hər iki valideyninin daimi qeydiyyatda olduğu ünvanın yerləşdiyi rayonu bildirin. Uşaq hansı valideynin qeydiyyatda olduğu ünvana qeydiyyata alınacaq? Hər iki valideyn Azərbaycan Respublikasının vətəndaşıdır? Uşağın doğum haqqında şəhadətnaməsi Azərbaycan Respublikasından əldə olunub? Uşağın neçə yaşı var? |
402 | Salam 18 yaxşı tamam olmuşam adımı dəyişdirmək istəyirsəm dövlət rüsumu nə qədərdi ? hansı sənədlər tələb olunur.cox çox sağolun | Zəhmət olmasaneçə yaşlı vətəndaş üçün müraciət etdiyinizi bildirin. Doğum haqqında şəhadətnamə hansı rayonun (və ya ölkənin) Qeydiyyat şöbəsindən (VVADQ-dan) əldə olunub? |
403 | Salam sənəd işləri üçün əlaqəsi varmı gelişinizin zəhmət olmasa cavablıyardınız | Xeyrqeyd edək kiİstanbul şəhərində "ASAN xidmət" mərkəzlərində həyata keçirilən xidmətlərlə bağlı sənəd qəbulu həyata keçirilmir. |
404 | Salam ,bəlkə bilərsiz. Bu torpaq sənədləri dəyişilir ,yenilənir nədirsə belə bir seydir. Onun rüsumu niyə belə bahadir?anamgil düzlədib 363manat deyiblər.heç ayliq maaşı o qədər dəyil anamın. Onu necə versin.elədə şey olar?bu barədə ətrafli məlumat verersiz zəhmət olmasa. | Nəzərinizə çatdırırıq ki“ASAN xidmət” mərkəzlərində göstərilən xidmətlər üzrə tətbiq edilən dövlət rüsumları “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununaxidmət haqları isə Tariflər Şurasının müəyyən etdiyi qaydalara uyğun olaraq tənzimlənir. |
405 | Salam xahiş edirem bilən varsa yazsınde birinci gün asan xidmət işləyir? | “ASAN xidmət” mərkəzlərinin iş saatları barədə ətraflı məlumat qeyd edə bilməyimiz üçün hansı “ASAN xidmət” mərkəzinəhansı xidmət ilə bağlı müraciət etmək istədiyinizi bildirməyiniz xahiş olunur. |
406 | sizde iddia erizesinin rusumu ne qederdir? | Sizin müraciətiniz səhifənin ismarış bölməsində cavablandırılıb. |
407 | Salam. Mən yeni ana olmuşam birinci usagimdi qız.men birdəfəlik analıq pulunu necə ala bilerem? | Zəhmət olmasaqeyd edin. Doğum qeydə alınması xidməti ilə bağlı müraciət edərək doğum haqqında şəhadətnamə əldə etmisiniz? |
408 | Birdəki şəxsiyyət üçün hicablı şəkil çəkdirmək olar? Üz yanaq çənə alın hər yer açıq aydın göründüyü halda | Şəxsiyyət vəsiqəsi üçün təqdim edilən şəkil papaqsız (yəni baş örtüksüz) olmalıdır. Qeyd edək ki"ASAN xidmət" mərkəzlərində şəklin çəkilməsi kənardan görüntünü məhdudlaşdırmaqla xanım əməkdaşlar tərəfindən həyata keçirilir.
Zəhmət olmasaqeyd edin. Şəxsiyyət vəsiqəsi yeni yoxsa köhnə nümunəlidir? |
409 | Salam,hər vaxtınız xeyir mən heç yerdə qeydiyyatda deyiləm,daha doğrusu evin sənəd çıxarışı yoxdur,şexsiyyet vesiqemin etibarlılıq müddəti də bitib.Mən şexsiyyet vesiqemi dəyişdirə bilerem.Bu arada yeni nümunelidir | Nəzərinizə çatdırırıq ki“ASAN xidmət” mərkəzləri vasitəsilə qeydiyyata alınmanın həyata keçirilməsi üçün əmlakın mülkiyyət hüququnu təsdiq edən sənəd (çıxarışqeydiyyat vəsiqəsiorder və s.) təqdim olunmalıdır. Bu sənədlər olmadığı haldatəəssüflər olsun kixidmət göstərilməsi mümkün olmayacaq. |
410 | Tez bir zamanda bu iş öz həllin tapmalıdı.... | Zəhmət olmasamüraciətinizi bir qədər ətraflı şəkildə qeyd edin. |
412 | Salam, iş yerindən arayışın təsdiqi üçüb həmin şəxslərin özlərinin olması mütləqdir? Başqa bir şəxs digər şəxslərin arayişini notarius təsdiqinə verə bilər mi? Əvvəlcədən təşəkkürlər | Nəzərinizə çatdırırıq kisənədin əsli ilə surətinin eyniliyinin notarial qaydada təsdiqi ilə bağlı istənilən “ASAN xidmət” mərkəzinə müraciət edə bilərsiniz. Bu xidmətlə bağlı sənəd sahibi olmayan şəxs də müraciət edə bilər. Əgər sənəd elektrondursaxidmətlə bağlı sənəd sahibi və ya notariat qaydasında təsdiq olunan etibarnamə əsasında nümayəndə müraciət edə bilər. |
413 | Salam.zehmet olmasa deyerdizde men online novbede elaqem ucun online novbe secmisem.ancag menim telefonumda qalir o.bes hemin adam asan xidmete gedende nece gosterecek online novbesi oldugunu? | Adına növbə əldə olunan vətəndaş Mərkəzdə olduğu zaman tərəfinizdən növbə aktivləşdirilə bilər. Müvafiq xidməti pəncərədə aktivləşdirilən növbə barədə məlumat əks olunur. |
414 | İmkan olanda cavab verin mesajlara | nəzərinizə çatdırırıq kisuallar Çağrı Mərkəzinin iş rejimində cavablandırılır. Çağrı Mərkəzi bazar ertəsi- cümə günləri saat 09:00-dan 18:00-dək fəaliyyət göstərir. Qeyri-iş günündə daxil olan müraciətlər isə növbəti iş günü ardıcıllıqla cavablandırılır. Müraciətlərin çoxluğunu nəzərə almağınız xahiş olunur. Anlayışınız üçün təşəkkür edirik. |
415 | Diplomu götürmək üçün başqa şəxsə Etibarname vermek qiyməti necyedi? | Nəzərinizə çatdırırıq kietibarnamə təsdiqi ilə bağlı istənilən “ASAN xidmət” mərkəzinə müraciət edə bilərsiniz. Bu xidmətlə bağlı sənədləri etibar edən şəxsin (etibarnamə verənin) təqdim etməsi kifayət edir. Sair etibarnamənin təsdiqi ilə bağlı zəruri sənədlər: etibar edən şəxsin şəxsiyyət vəsiqəsitərəflər arasında yaxın qohumluq münasibəti varsabunu təsdiq edən sənəd (doğum haqqında şəhadətnamənikah haqqında şəhadətnamə və s.) dövlət rüsumu və xidmət haqqının ödənilməsi barədə qəbz. Etibarnamə ərə (arvada)uşaqlaravalideynlərəbabayanənəyənəvəyəqardaşabacıya verilərsədövlət rüsumu 10 manatxidmətə görə tutulan haqq 1,5 manatetibarnamə digər vətəndaşlara və ya hüquqi şəxslərə verilərsədövlət rüsumu 15 manatxidmətə görə tutulan haqq 2,25 manat təşkil edir. Nəzərinizə çatdırırıq kirüsum və xidmət haqqı "ASAN xidmət" mərkəzində fəaliyyət göstərən bank vasitəsilə ödənilir. Bankın xidmət haqqı: 0,4 manat. Qeyd edək kisənədin düzgün yazılması üçün etibar edilən şəxsin şəxsiyyət vəsiqəsinin məlumatlarını (sənədin surətişəkli də ola bilər) təqdim etməyiniz tövsiyə olunur. |
416 | Salam men xaricde yasayiram,Sexsiyyet vesiqemi itirmisem amma xarici passportum var. Xarici passportla Azerbaycanda yasayan birine etibarname vermek olur mu? Mobil notariatdan qeydiyyatdan kecmisem Amma oradan da etibarname vere bilmirem ‘ sened quvveden dusub ‘ yazilir .Sebebi nedir Sizce? | Tərəfimizdən "ASAN xidmət" mərkəzlərində həyata keçirilən xidmətlərlə bağlı məlumat qeyd oluna bilər. Şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitdikdəvətəndaş qeydiyyat ünvanından çıxarıldıqda və s. hallarda vəsiqə deaktivləşir. "Mobil notariat" mobil tətbiqi ilə bağlı məlumat əldə etmək üçün Ədliyyə Nazirliyi ilə əlaqə saxlaya bilərsiniz. |
417 | Salam yaşayışla bağlı qeydiyyat ünvanım dəyişmək üçün hansı kateqoriyaya aid növbə götürməliyəm online olaraq. Və rüsumu lazım olan sənədlər | Zəhmət olmasayaşınızı və daimi qeydiyyatda olduğunuz rayonu bildirin. Şəxsiyyət vəsiqəsi hansı əsasla dəyişdirilir? Şəxsiyyət vəsiqəsində məlumat dəyişikliyi olacaq? Şəxsiyyət vəsiqəsi yeniyoxsa köhnə nümunəlidir? Siz hansı "ASAN xidmət" mərkəzinə müraciət edəcəksiniz? |
418 | Salam hər vaxtınız xeyir mən Bərdə rayonunda qeydiyatdayam və hazırda Gəncə şəhərindəyəm yaşayış yerindən arayışı Gəncə Asan Xidmətindən ala bilərəm,yoxsa Bərdə Asan Xidmətindən əldə etməliyəm? | Zəhmət olmasaqeyd edin. Siz müvəqqəti yoxsa daimi qeydiyyata alındığınız rayon üzrə arayış əldə etmək istəyirsiniz? |
419 | Bəli daimi qeydiyatdayam. | zəhmət olmasahansı rayonda daimi qeydiyyatda olduğunuzu qeyd edin. |
420 | Bərdə rayonunda daimi qeydiyyatdayam | Yaşayış yeri haqqında arayışın alınması ilə bağlı istənilən “ASAN xidmət” mərkəzinə müraciət edə bilərsiniz.
Qeydiyyatda olan şəxs müraciət etdikdə arayışdayalnız müraciət edən şəxsin adı qeyd olunur. Zəruri sənədlər: şəxsiyyət vəsiqəsi. Xidmət ödənişsiz qaydada dərhal həyata keçirilir. |
421 | Salam , xaricə getməyə məhdudiyət qoyulmağın necə öyrənə bilərəm? | 1 3456 və 7 saylı Bakı "ASAN xidmət" mərkəzlərindəhəmçinin 2 saylı SumqayıtQuba və Qəbələ regional “ASAN xidmət” mərkəzlərində ödənişli əsaslarla Vəkillər Kollegiyası tərəfindən ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılması barədə məlumatın verilməsi xidməti həyata keçirilir. Ətraflı məlumat əldə etmək üçün linkə daxil ola bilərsiniz: https://www.asan.gov.az/az/service/asan-xidmetler/funksional-yardimci-xidmetler/vekiller-kollegiyasi-terefinden-goesterilen-huequqi-yardim-xidmetleri |
422 | Salam Heyat yoldawim wwxsiyet vesiqesin yawa gore deyiwdirmek ucum verib. hazir oldugu zaman men goture bilerem? | Sənədlər barədə məlumat qeyd edə bilməyimiz üçünzəhmət olmasahazırda vətəndaşda olan sürücülük vəsiqəsinin alınma ili və verildiyi rayon (və ya ölkə) və daimi qeydiyyatda olduğunuz rayonu qeyd edin. |
423 | salam soyadının dəyişilməsinə görə universitet təsdiqləmə istəyir.xidmət neçəyədi | Zəhmət olmasamüraciətinizi aydın şəkildə qeyd edin. Siz hansı xidmətlə bağlı müraciət edirsiniz? Sizdən hansı sənəd tələb olunur? Soyad hansı əsasla dəyişdirilib? |
424 | salam ev ada keçirmek üçün hansı senedler lazımdı ne üzre müraciyet etmeliyem | Zəhmət olmasaəmlakın yerləşdiyi rayonu bildirin. Əmlakın mülkiyyət hüququnu təsdiq edən sənəd çıxarışyoxsa qeydiyyat vəsiqəsidir? Əmlakın hansı əsasla özgəninkiləşdirilməsini (alqı-satqıbağışlama və s.) istəyirsiniz? |
425 | dm baxa bilərsiz zəhmət olmasa | Nəzərinizə çatdırırıq kisuallar Çağrı Mərkəzinin iş rejimində cavablandırılır. Çağrı Mərkəzi bazar ertəsi- cümə günləri saat 09:00-dan 18:00-dək fəaliyyət göstərir. Qeyri-iş günündə daxil olan müraciətlər isə növbəti iş günü ardıcıllıqla cavablandırılır. Müraciətlərin çoxluğunu nəzərə almağınız xahiş olunur. Anlayışınız üçün təşəkkür edirik. |