Unnamed: 0
int64
0
5.23k
text
stringlengths
16
2.03k
answer
stringlengths
15
2.16k
1,603
6 ci gun ishleyirsiz??
Həftənin bütün günləri "ASAN xidmət" mərkəzlərində iş günüdür. Siz hansı xidmətlə bağlı müraciət etmək istəyirsiniz?
1,604
Salam men xarici pasportla bagli yazmisam xarici pasport qiyməti neciyedi vaxti bitib deyismey lazimdi
Zəhmət olmasaneçə yaşlı vətəndaş üçün müraciət etdiyinizi qeyd edin.
1,605
Salam ne vaxtdan xidmet gostermeye bawliyacaq?
Hazırda inzibati binanın açılışı həyata keçirilmişdir. Xidmətlərin həyata keçirilməsinin başlama tarixi və ünvan barədə məlumat KİV-də və rəsmi sosial media səhifələrimizdə qeyd olunacaq.
1,606
Salam xeyirli olsun hal-hazırda fəaliyyət göstərir
Hazırda inzibati binanın açılışı həyata keçirilmişdir. Xidmətlərin həyata keçirilməsinin başlama tarixi və ünvan barədə məlumat KİV-də və rəsmi sosial media səhifələrimizdə qeyd olunacaq.
1,608
salam pay torpaqlarin dovlet hesabina resmlesdirilmesi heyata kecirilir bu asan xidnetde de mumkundur ??? Ve birde sualim var buna hansi senedler esasdi
müraciətinizlə bağlı məlumat əldə etmək üçün 108 (3) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
1,611
Dm ya baxardizda zehmet olmasa
müraciətlərin hər biri ardıcıllıqla cavablandırılır. Müraciətlərin çoxluğunu nəzərə almağınız xahiş olunur. Anlayışınız üçün təşəkkür edirik.
1,612
Salam. Bilmək istərdim ki, asan xidmət daxilində ödənilən rüsumlar bank kartı ilə ödəmək mümkündürmü?
Zəhmət olmasahansı xidmətlə bağlı və hansı "ASAN xidmət" mərkəzinə müraciət etmək istədiyinizi qeyd edin.
1,613
Sumqayıt. Ş.V., Ümumvətəndaş pasportu, Doğum haqqında şəhadətnamə, Nikah qeydə alınması və pozulması, Sürücülük vəsiqəsi və s.
zəhmət olmasaalınması lazım olan sənədin adını dəqiqləşdirin.
1,614
Drekt baxardiz mumkunse
müraciətlərin hər biri ardıcıllıqla cavablandırılır. Müraciətlərin çoxluğunu nəzərə almağınız xahiş olunur. Anlayışınız üçün təşəkkür edirik.
1,615
5 yawli uşağın wexsiyyetin deyiwdirmek üçün wekilli wexsiyyet almaq üçün nələr lazjm metrka filan lazımmi???
Zəhmət olmasauşağın hər iki valideyninin daimi qeydiyyatda olduğu ünvanın yerləşdiyi rayonu bildirin. Uşaq hansı valideynin qeydiyyatda olduğu ünvana qeydiyyata alınacaq? Hər iki valideyn Azərbaycan Respublikasının vətəndaşıdır? Uşağın doğum haqqında şəhadətnaməsi Azərbaycan Respublikasından əldə olunub?
1,616
Mumkunse drekt baxardiz
Müraciətlərin hər biri ardıcıllıqla cavablandırılır. Müraciətlərin çoxluğunu nəzərə almağınız xahiş olunur. Anlayışınız üçün təşəkkür edirik.
1,617
Mümkünsə drectə baxın.
Müraciətlərin hər biri ardıcıllıqla cavablandırılır. Müraciətlərin çoxluğunu nəzərə almağınız xahiş olunur. Anlayışınız üçün təşəkkür edirik.
1,618
Salam 1967ci teveludlu vetandasin sexsiyet vesiqesi hec vaxt olmayib ona lazim olan senedler hansilardi ve cerimesi varmi?
Zəhmət olmasaqeyd edinşəxsin hər iki valideyn Azərbaycan Respublikası vətəndaşıdır? Doğum haqqında şəhadətnamə Azərbaycan Respublikasından əldə olunub? Vətəndaş şəxsiyyət vəsiqəsi əldə olunan zaman hansı rayona qeydiyyata alınacaq? Qeydiyyata alınacağı ünvanın mülkiyyət hüququnu təsdiq edən sənədi var?
1,619
salam valediyinleri azerbaycan vetandasidi dogum haqinda sedatname azerbaycanda elde olunub qeydiyata alinacagi unvan masalli rayonu evin senedleride qaydasinda olmalidi
Şəxsiyyət vəsiqəsinin verilməsi və dəyişdirilməsi xidməti ilə bağlı istənilən “ASAN xidmət” mərkəzinə müraciət edə bilərsiniz. Şəxsiyyət vəsiqəsinin verilməsi xidməti ilə zəruri olan ilkin sənədlər: doğum haqqında şəhadətnamətibbi arayış (qan qrupuboyun ölçüsü və gözün rəngi barədə)əmlakın mülkiyyət hüququnu təsdiq edən sənəd (çıxarış)mülkiyyətçinin notarial qaydada təsdiq olunmuş razılıq ərizəsi (şəxsin mülkiyyətçisi olduğu hal istisna olmaqla) ( mülkiyyətçi sənədlərin təqdim olunması mərhələsində "ASAN xidmət" mərkəzinə gəlirsənotarial qaydada təsdiqə ehtiyac yoxdurmülkiyyətçi şəxsiyyət vəsiqəsi ilə müraciət edib yerində razılıq ərizəsi yaza bilər.)ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə və ya hərbi biletdövlət rüsumunun ödənilməsi barədə qəbz.Yeni şəxsiyyət vəsiqəsi 1 iş günü müddətinə hazırlanırsa70 manat3 iş günü müddətinə hazırlanırsa50 manat10 gün müddətinə hazırlanırsa5 manat məbləğində dövlət rüsumu ödənilir. İlk dəfə şəxsiyyət vəsiqəsinin əldə olunması ilə vətəndaş valideynlərindən biri ilə müraciət etməlidir. Nəzərinizə çatdırırıq kiilk dəfə şəxsiyyət vəsiqəsi əldə olunduğu zaman şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinə dair arayışın əldə olunması tələb oluna bilər. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinə dair arayışın verilməsi ilə bağlı sənədlər istənilən “ASAN xidmət” mərkəzi vasitəsi ilə təqdim oluna bilər. Zəruri sənəd: ərizə anket2 ədəd ¾ ölçüdə rəngli fotoşəkiltərcümeyi hal (özü və ailə üzvləri haqqında ətraflı məlumat)doğum haqqında şəhadətnaməvalideynlərin şəxsiyyətini təsdiq edən sənədin sürəti. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ödənişsizdir. Sənəd 20 günü müddətində verilir. Bu müddət 20 günədək uzadıla bilər.
1,620
yeni bele desek vetandas xanimdi 56yasi var valedeyinleri rehmete gedib bu vezyetfe bu xanim kankret olaraq asanxidmet merkezine helerken ozu ile hansi senedleri getielidi?
qeyd olunan sənədlər təqdim olunmalıdır. Xanımdırsahərbi qeydiyyata alınması tələb olunmur. Sənədlərə əlavə olaraq valideynlərinin ölüm haqqında şəhadətnaməsi təqdim olunmalıdır.
1,621
Sabah isliyirsiz?
Nəzərinizə çatdırırıq ki"ASAN xidmət" və "ASAN Kommunal" mərkəzlərində 31 dekabr - 04 yanvar tarixində qeyri - iş günü idi. "ASAN xidmət" və "ASAN Kommunal" mərkəzləri bu gündən etibarən fəaliyyət göstərir.
1,622
salam, asanxidmətdə işə düzəlmək üçün hara müraciət etməliyəm ? zəhmət olmasa cavab yazardınız
Müraciətinizlə bağlı nəzərinizə çatdırırıq kiDövlət Agentliyi və tabeliyində fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərində qulluqkeçmə məsələləri “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsinə əsasən vakant inzibati dövlət qulluğu vəzifələrinə qəbul müsabiqə əsasında aparılır. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq inzibati dövlət qulluğu vəzifələri üzrə dövlət qulluğuna qəbul üçün ayda bir dəfədən az olmayaraq test imtahanları təşkil edir. Eyni zamanda nəzərinizə çatdırırıq kiDövlət Agentliyi və tabeliyində fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərində vakant yardımçı dövlət qulluğu vəzifələrinə qəbul müsahibə əsasında həyata keçirilir. Belə kiDövlət Agentliyinin internet saytında və sosial şəbəkələrdəki səhifələrində mütəmadi olaraq vakant vəzifələrlə bağlı müvafiq elanlar paylaşılaraq müraciət etmiş şəxslər müsahibələrə dəvət edilir. Müsahibədə uğur qazanmış şəxslər Dövlət Agentliyi və tabeliyində fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərində işlə təmin edilir.
1,623
Sizin adı səhv qoyublar. Bu əslində ÇƏTİN XİDMƏT olmalı idi.
zəhmət olmasamüraciətinizi dəqiqləşdirin. Narazılığınız hansı "ASAN xidmət" mərkəzi və hansı xidmətlə bağlıdır?
1,624
Tebiki gozel duwunulmuw, ama malesef ki tebliq edildiyi kadarda weffaf deyil. Miqrasiya xidmeti icin senet tercumesi ve tesdiqi ucun baw vurduk. Qebuzde yazilanla bankda obdediyim.mebleg arasinda inanilmaz ferq oldu. Niye kimi,niye aldadirsiz? Miqrasiya iwleri icin.cok yabanci vetendaw muraciet edir. Yeter bu pulgirliklerinizle artik batirmayin adimizi.
Dövlət rüsumu və xidmət haqqı "ASAN xidmət" mərkəzində fəaliyyət göstərən bank vasitəsi ilə ödənilirbank tərəfindən bu barədə ödəniş qəbzi təqdim olunur. Ödənilən məbləğ və ödəniş qəbzində qeyd olunan məbləğ arasında uyğunsuzluq varsamüraciətinizin araşdırılması üçün həmin Mərkəzə birbaşa müraciət etməyiniz xahiş olunur.
1,625
Xarici pasport almağ haqqında məlumat verərsizdə zəhmət olmasa. Birdəki 6, bazar mümkündür ?
sizin sualınız digər şərhdə cavablandırılıb.
1,626
Salam 6 bazar günləri asan xidmət işləyir?
“ASAN xidmət” mərkəzlərinin iş saatları barədə ətraflı məlumat qeyd edə bilməyimiz üçün hansı “ASAN xidmət” mərkəzinəhansı xidmət ilə bağlı müraciət etmək istədiyinizi bildirməyiniz xahiş olunur.
1,627
Salam. Zəhmət olmasa suallarıma ayrılıqda aydın cavab verərdiniz. 1) yeni doğulmuş uşağa metirka almaq üçün hansı sənədlər və ne qədər rüsum lazımdır? 2) süd pulu almaq üçün hansı sənədlər və ne qədər dövlət rüsumu lazımdı? - ana işləyirsə.
Nəzərinizə çatdırırıq kiuşaq doğularkən müavinətin verilməsi "ASAN xidmət" mərkəzinin göstərdiyi xidmətlər siyahısına aid olmadığındantəəssüflər olsun kisizə xidmət göstərə bilməyəcəyik. Əgər valideyn işləyirsəbu müavinətin alınması ilə bağlı məlumat əldə etmək üçün fəaliyyət göstərdiyi müəssisəyəişləmirsə“DOST” mərkəzinə müraciət edə bilər. Zəhmət olmasaqeyd edin. Uşaq hansı rayonun ərazisində yerləşən tibb müəssisəsində dünyaya gəlib və uşağın hər iki valideyni daimi olaraq hansı rayonda qeydiyyatdadır? Uşaq rəsmi nikah qeydə alındıqdan sonra dünyaya gəlib?
1,628
Salam Asan Xidmətə İş üçün Online Cv necə verə bilərəm?
Müraciətinizlə bağlı nəzərinizə çatdırırıq kiDövlət Agentliyi və tabeliyində fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərində qulluqkeçmə məsələləri “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsinə əsasən vakant inzibati dövlət qulluğu vəzifələrinə qəbul müsabiqə əsasında aparılır. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq inzibati dövlət qulluğu vəzifələri üzrə dövlət qulluğuna qəbul üçün ayda bir dəfədən az olmayaraq test imtahanları təşkil edir. Eyni zamanda nəzərinizə çatdırırıq kiDövlət Agentliyi və tabeliyində fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərində vakant yardımçı dövlət qulluğu vəzifələrinə qəbul müsahibə əsasında həyata keçirilir. Belə kiDövlət Agentliyinin internet saytında və sosial şəbəkələrdəki səhifələrində mütəmadi olaraq vakant vəzifələrlə bağlı müvafiq elanlar paylaşılaraq müraciət etmiş şəxslər müsahibələrə dəvət edilir. Müsahibədə uğur qazanmış şəxslər Dövlət Agentliyi və tabeliyində fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərində işlə təmin edilir. Nəzərə almağınızı xahiş edirik.
1,629
Salam. Belə bir sualım var. Uşaq azərbaycanda doğulub atası azərbaycan vətəndaşıdı anası isə ukrayna vətəndaşı. Uşağa metrika ukraynada alsaq bu ukrayna vətəndaşı sayılır ya necə???və uşaq daimi azərbyacanda yaşıyacaq uşağa miqrasiya kimi problemləri yaranacaq ya yox yani həmişə miqrasiyaya düşməlidir ya yox? Və hər hansı bir sənəd lazım olanda gərək ukraynaya getməlidi ya necə .Əsas odur ki bu uşaq azərbaycan vətəndaşıdı sayılacaq ya necə? Deyə bilərdiniz
Müraciətinizlə bağlı məlumat əldə etmək üçün Dövlət Miqrasiya Xidməti ilə əlaqə saxlaya bilərsiniz. Çağrı mərkəzi: 919.
1,630
Salam asan xidmətdə boşanma olur?
Zəhmət olmasatərəflərin daimi qeydiyyatda olduğu rayonu və nikahın qeydə alındığı rayonu və ya “ASAN xidmət” mərkəzini qeyd edin. Nikahın pozulmasına hər iki tərəf razıdır? Tərəflərin yetkinlik yaşına çatmayan birgə övladları var?
1,631
Salam zehmet olmasa uwaga sexsiyyet vesiqesi almag ucun atada gelmelidir anada? Ya ehtiyac yoxdur?
Zəhmət olmasaqeyd edin. İlk dəfə şəxsiyyət vəsiqəsi əldə olunur? Uşağın neçə yaşı var?
1,632
Salam qan analizi üçün neşe tələb olunur saat və ya qida qəbulu?
Tibbi arayışın əldə olunması ilə bağlı qida qəbul etmədən öncə və ya sonra müraciət oluna bilər. Bununla bağlı məhdudiyyət mövcud deyil.
1,633
Salam necenci defedir yaziram size...uwaga sexsiyyet vesiqesi almag ucun ata ve ana mutleq gelmelidir yoxsa ana gelib ataninn vesiqesin getirsede mumkundur?
məlumat qeyd edə bilməyimiz üçün qeyd etdiyimiz sualları cavablandırmağınız xahiş olunur.
1,634
1 yaw ve 2 yaw .Qaradag rayonunda qeydiyyatdayig.hamimiz eyni unvanda
Nəzərinizə çatdırırıq ki14 yaşa qədər uşağa şəxsiyyət vəsiqəsinin verilməsi xidməti ilə bağlı uşaq və valideynlərdən birinin iştirakı tələb olunur.Şəxsiyyət vəsiqəsi verilən zaman uşaq yaşayış yeri üzrə qeydiyyata alınır. Uşaq valideynlərin (və ya onlardan birinin) yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvana qeydiyyata alına bilər. Uşağı öz ünvanı üzrə qeydiyyata almaq istəyən valideyn müraciət etməlidir.
1,635
drekte baxinda zehmet olmasa
sizin müraciətiniz səhifənin ismarış bölməsində cavablandırılıb.
1,636
Salam.Gence şəhərində qeydiyyatdauamsa Bakıdan Asan xidmətdən şəxsiyyət vəsiqəsini dəyişə bilərəmmi?
Nəzərinizə çatdırırıq kişəxsiyyət vəsiqəsinin dəyişdirilməsi ilə bağlı istənilən “ASAN xidmət” mərkəzinə müraciət edə bilərsiniz.
1,637
çox sağ olun.minnetdaram.nece günə verilir vəsiqə?
Zəhmət olmasaqeyd edin. Şəxsiyyət vəsiqəsi hansı əsasla dəyişdirilir? Şəxsiyyət vəsiqəsində məlumat dəyişikliyi olacaq? Şəxsiyyət vəsiqəsi yeniyoxsa köhnə nümunəlidir?
1,638
ünvanda dəyişiklik olacaq.Birdə ata adında "q"yox"x"yazılmalıdır.Tapdiq yox Tapdix.Cunki doğum haqqında şəhadətnamədə "x"yazılıb.İndiki vəsiqəm yeni nümunədir.
zəhmət olmasadaimi qeydiyyatda olduğunuz rayonu qeyd edin. Sizin doğum haqqında şəhadətnamənizdə ata adı düzgün qeyd olunub?
1,639
Salam,Ad dəyişmə üçün hansı sənədlər lazımdır?
Zəhmət olmasayaşınızı və daimi qeydiyyatda olduğunuz rayonu bildirin. Doğum haqqında şəhadətnamə hansı rayonun (və ya ölkənin) Qeydiyyat şöbəsindən (VVADQ) əldə olunub?
1,640
Salam, xeyirlisi inşallah . Buranın arxa hissəsində restoran açılıb doğrudur bu məlumat? Cavablandıra bilərsiniz mi zəhmət olmasa
Nəzərinizə çatdırırıq kimüraciətiniz “ASAN xidmət” mərkəzləri vasitəsilə həyata keçirilən xidmətlər siyahısına aid olmadığındantəəssüf kiSizə xidmət göstərə bilməyəcəyik.
1,641
Salam. Həftənin 6cı günü asan xidmət işləyir?
Hər vaxtınız xeyir. “ASAN xidmət” mərkəzlərinin iş saatları barədə ətraflı məlumat qeyd edə bilməyimiz üçün hansı “ASAN xidmət” mərkəzinəhansı xidmət ilə bağlı müraciət etmək istədiyinizi bildirməyiniz xahiş olunur.
1,642
Heç bir nömrəniz cavab vermir!!!
Çağrı Mərkəzinin xidmətlərindən istifadə etmək üçün Respublikanın istənilən regionundan stasionar telefonlardan ödənişsizmobil operatorlardan isə ödənişli olaraq 108 nömrəsini yığa bilərsiniz. Operatorla əlaqə üçün "0" düyməsi seçilməlidir.
1,643
Salam vesiqeden adi deyiwmek mumkundur?
hər vaxtınzı xeyir. "ASAN xidmət" mərkəzlərində adın dəyişdirilməsi xidməti həyata keçirilir. Zəhmət olmasayaşınızı və daimi qeydiyyatda olduğunuz rayonu bildirin. Doğum haqqında şəhadətnamə hansı rayonun (və ya ölkənin) Qeydiyyat şöbəsindən (VVADQ) əldə olunub?
1,644
Sabah asan xidmət isleyecey? Zaks üçün gelmey istəyirdik. Özümüzdən başqa neçə nəfər gele biler ?
“ASAN xidmət” mərkəzlərində xüsusi bəzədilmiş otaqda nikahın qeydə alınması xidməti həyata keçirilir. Ödəniş 30 manat təşkil edir. Nikaha daxil olan tərəflərdən əlavə olaraq 2 nəfərin iştirakına icazə verilir. "ASAN xidmət" mərkəzi həftənin beş günü saat 09:00-dan 17:30-dək fəaliyyət göstərir.
1,645
sabah giriş olacaqmı ora
Qeyd olunan iş saatları ərzində müraciət edə bilərsiniz.
1,646
xirdalana pasportnu stola qeydiyatdayam
Nəzərinizə çatdırırıq kişəxsiyyət vəsiqəsi aktivdirsə(qeydiyyatdan çıxarılma halı yoxdursa) ad dəyişdirilməsi ilə bağlı Sumqayıt “ASAN xidmət” mərkəzinə müraciət edə bilərsiniz. Zəruri sənədlər: şəxsiyyət vəsiqəsi (notarial qaydada təsdiq olunmuş surəti ilə birlikdə)doğum haqqında şəhadətnaməvətəndaş evlidirsənikah haqqında şəhadətnamənikahı pozulubsanikahın pozulması haqqında şəhadətnaməvətəndaşın yetkinlik yaşına çatmayan uşaqları varsaonların doğum haqqında şəhadətnaməsiilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin və ya hərbi biletin notarial qaydada təsdiq edilmiş surəti2 ədəd ¾ ölçüdə rəngli fotoşəkildövlət rüsumunun ödənilməsi barədə qəbz. Adınata adının və soyadın dəyişdirilməsinin qeydə alınması üçün 15 manat dövlət rüsumu ödənilir. Dövlət rüsumu "ASAN xidmət" mərkəzində fəaliyyət göstərən bank vasitəsilə ödənilir. Bankın xidmət haqqı: 0,4 manat. Nəzərinizə çatdırırıq kiaidiyyəti dövlət orqanlarının sorğulara cavab vermə müddətindən asılı olaraq proses 2-2,5 ay davam edə bilər.
1,647
salam . səyyar xidmət Xırdalan şəhərində nə zaman olur?.hardan öyrənə bilərəm?
Nəzərinizə çatdırırıq ki“ASAN xidmət”in Səyyar qrupunun 01.02.2022 - 25.02.2022 tarixində Xırdalan rayonunda xidmət göstərməsi nəzərdə tutulub. Səyyar xidmət barədə məlumat əldə etmək üçün 108 (3) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
1,648
Salam şenbe gunu işleyirsiz?? Sumqayıt filyalı kassa??
Sumqayıt "ASAN xidmət" mərkəzi həftənin beş günü saat 09:00-dan 18:00-dəkşənbə və bazar günləri saat 10:00-dan 17:00-dək fasiləsiz olaraq fəaliyyətini göstərir. Notariat fəaliyyəti ilə bağlı vətəndaşların qəbulu həftənin beş günü saat 09:00-dan 17:00-dəkşənbə və bazar günləri saat 10:00-dan 16:00-dək fasiləsiz olaraq həyata keçirilir. Digər xidmətlərlə bağlı vətəndaşların qəbulu həftənin beş günü saat 09:00-dan 17:30-dəkşənbə və bazar günləri saat 10:00-dan 16:30-dək fasiləsiz olaraq həyata keçirilir.
1,649
Salam bazar günü işləyirsiz?
Hər vaxtınız xeyir. “ASAN xidmət” mərkəzlərinin iş saatları barədə ətraflı məlumat qeyd edə bilməyimiz üçün hansı “ASAN xidmət” mərkəzinəhansı xidmət ilə bağlı müraciət etmək istədiyinizi bildirməyiniz xahiş olunur.
1,650
Gence filiali bazar gunu iwleyirmi? Vesiqe deyiwdirilmelidi
Gəncə "ASAN xidmət" mərkəzi həftənin beş günü saat 09:00-dan 18:00-dəkşənbə və bazar günləri saat 10:00-dan 17:00-dək fasiləsiz olaraq fəaliyyət göstərir. Notariat fəaliyyəti ilə bağlı vətəndaşların qəbulu həftənin beş günü saat 09:00-dan 17:00-dəkşənbə və bazar günləri saat 10:00-dan 16:00-dək fasiləsiz olaraq həyata keçirilir. Digər xidmətlərlə bağlı vətəndaşların qəbulu həftənin beş günü saat 09:00-dan 17:30-dəkşənbə və bazar günləri saat 10:00-dan 16:30-dək fasiləsiz olaraq həyata keçirilir.
1,651
Salam zehmet olmasa deyerdiniz xarici pasportun muddeti bitin usagin bir gune mumkundurmu onu deyisdirib goturmek ve neqeder xerc teleb edir
Zəhmət olmasaneçə yaşlı vətəndaş üçün müraciət etdiyinizi qeyd edin.
1,652
Salam mənim adımda pay torpaq var anamin adına keçirmək istəyirəm asan xidmətə yaxınlaşa bilərəç bu işlə imtina etsəm torpaqdan
Zəhmət olmasaəmlakın yerləşdiyi rayonu bildirin. Əmlakın mülkiyyət hüququnu təsdiq edən sənəd çıxarıştorpaq şəhadətnaməsi yoxsa dövlət aktıdır? Əmlakın hansı əsasla özgəninkiləşdirilməsini (alqı-satqıbağışlanma və s.) istəyirsiniz?
1,653
Salam forma 2 almaqcin ne lazimdir?
"ASAN xidmət" mərkəzində yaşayış yeri haqqında arayış verilir. Hansı rayonda daimi qeydiyyatdasınız?
1,654
Salam. Uşaqa doğum hakkında şəhadətnamə neçə müddəttə verilir?
Vətəndaşa doğum haqında şəhadətnamə ömürlük verilir.
1,655
Salam zehmet olmasa cavablayardiz pasportu deyiwmek ucun dovlet rusumu ne qederdi?
Zəhmət olmasamüraciətinizi dəqiqləşdirin. Siz pasport dedikdə şəxsiyyət vəsiqəsiniyoxsa ümumvətəndaş pasportunu (xarici pasport) nəzərdə tutursunuz?
1,656
Cavablandırsanız şad olaram.
Bir hərf dəyişikliyi əsasında yeni ad yaranırsabu adın götürülməsi mümkün olarsayaşı 18 tamam olan şəxs adın kökdən dəyişdirilməsi xidməti ilə bağlı müraciət edə bilər. Hansı adın götürülməsi ilə bağlı məlumat əldə etmək üçün Ədliyyə Nazirliyi ilə əlaqə saxlaya bilərsiniz. Eyni zamanda ad barədə ümumi məlumat sənədlər təqdim olunduğu zaman əməkdaş tərəfindən bildirilə bilər.
1,657
Salam biz Azəri qaz kartını itirmişik mənim adımdadır işdən cıxa bilmirəm necə gundur qazsız qalmışıq ailədən bir bir nəfər gedib ala bilər zəhmət olm asa
İtirilmiş smart kartın bərpa edilməsi ilə bağlı istənilən şəxs müraciət edə bilər.
1,658
Salam nigah ucun analizin cavabini gmail adresi deyende ora yolayirsiz?
Hazır sənədi birbaşa müraciət edərək əldə edə bilərsiniz.
1,659
Asan mənim işlədiyim yerdə mənə Vöen açılıb, amma taksi üçün əlavə vöen açdırmaq istəyirəm, ikinci iş kimi. Mümkündür bu??
qeyd edək kisiz fəaliyyət növünü dəyişdirə və ya əlavə edə bilərsiniz. Müraciətinizlə bağlı ətraflı məlumat əldə etmək üçün Dövlət Vergi Xidməti ilə əlaqə saxlaya bilərsiniz. Çağrı mərkəzi:195-1.
1,660
Salam Aleykum Biz sabah nigah üçün analiz vermək isdəyirik yəni qeydiyyatdan keçmək isdəyirik növbə götürməliyik ???
Öncədən onlayn şəkildə növbə əldə edə bilməyən vətəndaşlarmərkəzə birbaşa müraciət edərək növbə olduğu təqdirdə yerində növbə əldə edə bilər. Xidmətlə bağlı müraciət sayının çoxluğundan asılı olaraq mərkəz daxilində növbənin verilməsi dayandırıla bilər.
1,661
Salam sabah bizim nigah günümüzdür, Gence filialında. Sabah 6ci gündü sabah asan xidmət işləyir?
Bəliiş günüdür. Gəncə "ASAN xidmət" mərkəzi həftənin şənbə və bazar günləri saat 10:00-dan 17:00-dək (sənəd qəbulu saat 16:30-dək) fasiləsiz olaraq fəaliyyətini göstərir.
1,662
Salam ŞV itirilməsi ilə bağlı dövlət rüsmu nə qədərdır?
Zəhmət olmasadaimi qeydiyyatda olduğunuz rayonu qeyd edin. Şəxsiyyət vəsiqəsində məlumat dəyişikliyi olacaq?
1,664
Salam. 15 yaşında uşağın adı dəyişdirilə bilər? Bunun üçün nə lazımdır?
Azərbaycan Respublikası vətəndaşlarının öz adınıata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Siz müraciətinizlə bağlı məlumat əldə etmək üçün rayon üzrə İcra Hakimiyyəti orqanına müraciət edə bilərsiniz.
1,665
Salam.2 ad bir yerde yazilan zaman icaze var uşağ adi qoyulsun.Sexsiyyetinde yazilma imkani verilir ele ..?
Hansı adın götürülməsi ilə bağlı məlumat əldə etmək üçün Ədliyyə Nazirliyi ilə əlaqə saxlaya bilərsiniz. Eyni zamanda ad barədə ümumi məlumat sənədlər təqdim olunduğu zaman əməkdaş tərəfindən bildirilə bilər.
1,666
Size xaricden nece zeng vura bilerik ?
bəli. "ASAN xidmət" mərkəzlərində həyata keçirilən xidmətlərlə bağlı məlumat əldə etmək üçün (+994)012 444 74 44 nömrəsi ilə həftənin beş günü (1-5-ci günlər) saat 09:00-dan 18:00-dək (nahar fasiləsi: 13:00-14:00) əlaqə saxlaya bilərsiniz.
1,667
salam, siz doğum haqqında şəhadətnaməyə apostil edirsiniz, edirsinizsə rüsümü və hansı sənədləri lazımdır?
Zəhmət olmasaqeyd edin. Apostilin sənədin əslinəyoxsa notarial qaydada təsdiq olunan surətinə vurulmasını nəzərdə tutursunuz?
1,668
Salam. Xarici pasport almaq üçün öncədən online növbə götürmək lazımdır? Lazım olan sənəd ancaq şəxsiyyət vəsiqəsidir (18 yaşım tamam olub)?
Qeyd edək ki"ASAN növbə" mobil tətbiqi və www.asan.gov.az saytı vasitəsilə onlayn növbə əldə edə bilərsiniz. "ASAN növbə" mobil tətbiqi vasitəsilə isə cari gün ərzində və planlaşdırılan gün üzrəwww.asan.gov.az saytı vasitəsilə ən azı bir iş günü öncədən onlayn növbə əldə edə bilərsiniz. Bu zaman xidmət onlayn növbə götürülən zaman vətəndaşın seçdiyi saatda həyata keçirilir. Yəni şəxsin gözləməsinə ehtiyac olmur. Tətbiq vasitəsilə onlayn növbəni həftənin bütün günləri saat 06:00-dan etibarən əldə edə bilərsiniz. Öncədən onlayn şəkildə növbə əldə edə bilməyən vətəndaşlarmərkəzə birbaşa müraciət edərək növbə olduğu təqdirdə yerində növbə əldə edə bilər. Xidmətlə bağlı müraciət sayının çoxluğundan asılı olaraq mərkəz daxilində növbənin verilməsi dayandırıla bilər. Nəzərinizə çatdırırıq kiümumvətəndaş pasportunun (xarici pasport) verilməsi və ya dəyişdirilməsi xidməti ilə bağlı istənilən “ASAN xidmət” mərkəzinə müraciət edə bilərsiniz. Yaşı 18-dən çox olan vətəndaş üçün ümumvətəndaş pasportunun alınması ilə bağlı zəruri sənədlər: şəxsiyyət vəsiqəsi18-35 yaş hədlərində kişilər üçün hərbi bilet və ya ilkin hərbi qeydiyyatla bağlı vəsiqə (möhlət hüququna dair qeyd olmaqla)dövlət rüsumunun ödənilməsi barədə qəbz. Ümumvətəndaş pasportunun verilməsi və ya dəyişdirilməsi zamanı şəkil “ASAN xidmət” mərkəzində xüsusi aparat vasitəsilə çəkilir. Vətəndaşın şəkil təqdim etməsinə ehtiyac olmur. Bu şəklin çəkilməsi ilə bağlı əlavə ödəniş nəzərdə tutulmayıb. İtirilmə və ya korlanma halı yoxdursayaşı 18-dən çox olan vətəndaş üçün ümumvətəndaş pasportunun alınması və ya dəyişdirilməsi ilə bağlı dövlət rüsumu: sənəd 10 iş günü müddətinə alınırsa40 manat5 iş günü müddətinə alınırsa80 manat1 iş günü müddətinə alınırsa160 manat təşkil edir. Dövlət rüsumu "ASAN xidmət" mərkəzində fəaliyyət göstərən bank vasitəsilə ödənilir. Bankın xidmət haqqı: 0,4 manat. Ümumvətəndaş pasportu dəyişdirilirsəvətəndaşda olan pasport da təqdim olunmalıdır.
1,669
Salam.xarici pasport almaq ucun en uzun muddet ucun rusum ne qederdi?
Zəhmət olmasaneçə yaşlı vətəndaş üçün müraciət etdiyinizi qeyd edin.
1,670
Salam sizdən bir söz soruşum mən Sabirabad çotundayam ordan çıxıb Cəlilabad qeydiyata dusmey ısdirem buna ne Sənətlər lazim
Zəhmət olmasaneçə yaşlı vətəndaş üçün müraciət etdiyinizi qeyd edin.
1,671
Salam 26 yaşm var rayon qeydyatyam yasamalda yerleşe asand xidmetden xarci pasport ala bilerem?
Nəzərinizə çatdırırıq kiümumvətəndaş pasportunun (xarici pasport) verilməsi və ya dəyişdirilməsi xidməti ilə bağlı istənilən “ASAN xidmət” mərkəzinə müraciət edə bilərsiniz.
1,672
salam necesiz size bir sual vermek isteyirem oxuyursuza cavab yaza bilersiz
Buyurunmüraciətinizi təqdim edə bilərsiniz.
1,673
Salam.Asan imzamın müddəti bitib sertifikatın vaxtını necə uzada bilərik?
Mobil nömrə əldə olunduqdan sonra fiziki şəxs üçün Asan İmza sertifikatının əldə olması ilə bağlı zəruri sənədlərlə istənilən “ASAN xidmət” mərkəzinə müraciət oluna bilər. Zəruri sənədlər: şəxsiyyət vəsiqəsi (nümayəndə müraciət etdikdənümayəndənin şəxsiyyət vəsiqəsi və notarial qaydada təsdiq olunan etibarnamə (nümunə www.taxes.gov.az saytında yerləşdirilib))Asan imza SİM kartı (fiziki şəxsin adına)VÖEN (olduğu təqdirdə)mobil operatorla abonent arasında bağlanan müqavilə.
1,674
mənim könüllü işləməklə bağlı sualım vardı DM baxardız zəhmət olmasa
Müraciətlərin hər biri ardıcıllıqla cavablandırılır. Müraciətlərin çoxluğunu nəzərə almağınız xahiş olunur. Anlayışınız üçün təşəkkür edirik.
1,675
Salam qızımın adını metirkada səhv yazıblar 1 yaşı var Xaçmaz rayonundanığ. Necə dəyişə bilərik adını hara muraciet edek
Zəhmət olmasamüraciətinizi aydın şəkildə qeyd edin. Sənəddə məlumat hansı formada yanlış qeyd olunub?
1,676
adını Lalə demişil Jalə yazıblar ama biz lalə deyirikdə yəni deyişdirmək istəyirik . Yəni qısaca hərf səhvidi
sənədi əldə etdiyiniz orqana müraciət edə bilərsiniz. Müraciətiniz araşdırıldıqdan sonra məlumat qeyd oluna bilər.
1,677
Salam mən evimə texniki passport düzəltmək istəyirəm qeydiyyat olmaq istəyirəm evə 10 ildən çoxdur yaşayırığ qaz su işığ internet telefon çekləri və bələdiyyə sənədimiz var necə və hara müraciet etməliyəm bu dediklərimlə düzəltmək olar və rüsumu nə qədərdir
Nəzərinizə çatdırırıq kifərdi yaşayış sahəsi (həyət evi) ilə bağlı ilk dəfə çıxarışın verilməsi "ASAN xidmət" mərkəzinin göstərdiyi xidmətlər siyahısına aid olmadığından təəssüflər olsun kiSizə xidmət göstərə bilməyəcəyik. Bununla bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edərək məlumat əldə edə bilərsiniz. Çağrı mərkəzi: 193
1,678
Salam bayram gunleri isliyirsiz?
Qeyri-iş günləri barədə məlumat KİV-də və bütün rəsmi sosial media səhifələrimizdə qeyd olunacaq.
1,679
Salam bu gun asan xidmet iwleyir
Bəli"ASAN xidmət" və "ASAN Kommunal" mərkəzlərində iş günüdür.
1,680
Salam biz dünən gəldiy asan xidmətdən nigah kitabçasının təkrarın aldıq kağız formasında verdilər yəni qalın kitabça deyildi yoldaşımın işinə lazımıydı işdən qəbul eləmədilər onu yenidən əslin necə ala biləriy kitabça formasında
sizin müraciətiniz digər şərhdə cavablandırılıb.
1,681
Salam Xirdalanda seyyar asand xidmet ne vaxt olacaq
Nəzərinizə çatdırırıq ki“ASAN xidmət”in Səyyar qrupunun 01.12.2021 - 24.12.2021 tarixində Xırdalan şəhərində xidmət göstərməsi nəzərdə tutulub. Səyyar xidmət barədə məlumat əldə etmək üçün 108 (3) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
1,682
Salam Zərdab rayonunda səyyar xidmət nə vaxt olacaq?
Cari il üzrə Zərdab rayonuna Səyyar xidmət qrupunun fəaliyyəti nəzərdə tutulmamışdır. Səyyar xidmət barədə ətraflı məlumat əldə etmək üçün 108 (3) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
1,683
Salam. Bazar gunu xarici postort sobesi iwdiyir? Saat neceden neceye kimi?
Qeyd edək kiBakıSumqayıt və Gəncə "ASAN xidmət" mərkəzləri həftənin şənbə və bazar günləri saat 10:00-dan 17:00-dək ( sənəd qəbulu saat 16:30-dək) fasiləsiz olaraq fəaliyyətini göstərir. Digər regional “ASAN xidmət” mərkəzləri həftənin şənbə və bazar günləri 09:00-dan 16:00-dək ( sənəd qəbulu saat 15:30-dək) fasiləsiz olaraq fəaliyyət göstərir.
1,684
Xarici pasportun qiyməti neçəyədi ?
“ASAN xidmət” mərkəzlərinin iş saatları barədə ətraflı məlumat qeyd edə bilməyimiz üçün hansı “ASAN xidmət” mərkəzinəhansı xidmət ilə bağlı müraciət etmək istədiyinizi bildirməyiniz xahiş olunur. Neçə yaşlı vətəndaş üçün müraciət edirsiniz?
1,685
19 ayliqdi ölkeye gelmemisik hele validenler azeri vetandasidi atasi astara rayon qeydiyyatindadi mense baska bir rayon atasinim uzerine qeydiyyat olmasini isteyirem nikahimiz var bununcun ev senedine gerek varmi
Nəzərinizə çatdırırıq ki14 yaşa qədər uşağa şəxsiyyət vəsiqəsinin verilməsi xidməti ilə bağlı uşaq və valideynlərdən birinin iştirakı tələb olunur.Şəxsiyyət vəsiqəsi verilən zaman uşaq yaşayış yeri üzrə qeydiyyata alınır. Uşaq valideynlərin (və ya onlardan birinin) yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvana qeydiyyata alına bilər. Uşağı öz ünvanı üzrə qeydiyyata almaq istəyən valideyn müraciət etməlidir.
1,686
Salam menim qizimin vesiqesin zengilan qeydiyatindadi vesiqeni ordan almisam deyismek istiyirem beylaqndan onu nece ala bilerem zehmet olmasa deyerdizde rayona getmeden burdan ala bilerem
Zəhmət olmasavətəndaşın yaşını qeyd edin. Məcburi köçkün olaraq müvəqqəti qeydiyyatınız hansı rayonadır?
1,687
Salam men zaqran pasporu düzeltmek isdeyirem 20 güne neçe manata başa geler zehmet olmasa seyerdiz
Zəhmət olmasaneçə yaşlı vətəndaş üçün müraciət etdiyinizi qeyd edin.
1,690
Asan xidmet senbe gunu isleyir
“ASAN xidmət” mərkəzlərinin iş saatları barədə ətraflı məlumat qeyd edə bilməyimiz üçün hansı “ASAN xidmət” mərkəzinəhansı xidmət ilə bağlı müraciət etmək istədiyinizi bildirməyiniz xahiş olunur.
1,691
Salam nigah ödenisi nə qeder di?
Nikahın qeydə alınması ilə bağlı dövlət rüsumu 10 AZN-dir.
1,692
biz rayon qeydiyatindayiq burda nigah etdire bilerik? hansı senedlər lazimdı ?bazar gunləri işləyirsiz ?
İlk olaraq tibbi müayinədən keçmə haqqında sənəd əldə olunmalıdır. Tibbi müayinədən keçmə haqqında sənədin əldə olunması və nikahın qeydə alınması ilə bağlı istənilən "ASAN xidmət" mərkəzinə müraciət edə bilərsiniz. Qeyd edək kiBakı şəhərində yerləşən "ASAN xidmət" mərkəzləri həftənin şənbə və bazar günləri saat 10:00-dan 17:00-dək (notariat fəaliyyəti ilə bağlı saat 16:00-dəksənəd qəbulu saat 16:30-dək) fasiləsiz olaraq fəaliyyət göstərir. Digər regional “ASAN xidmət” mərkəzləri həftənin şənbə və bazar günləri 09:00-dan 16:00-dək (notariat fəaliyyəti ilə bağlı saat 15:00-dəksənəd qəbulu saat 15:30-dək) fasiləsiz olaraq fəaliyyət göstərir.
1,693
Tibbi müayinədən harda keçmeliyik en asan?
Nikahın qeydə alınması üçün tələb olunan tibbi müayinədən keçmə haqqında sənədin əldə olunması bağlı istənilən “ASAN xidmət” mərkəzinə və dövlət tibb müəssisəsinə müraciət edə bilərsiniz. “ASAN xidmət” mərkəzlərində bir nəfər üçün sənədin verilməsi ilə bağlı 7 manat ödəniş nəzərdə tutulub. Sənədi əldə etdikdən sonra nikahın qeydə alınması ilə bağlı istənilən "ASAN xidmət" mərkəzinə müraciət edə bilərsiniz. Əgər nikah digər VVADQ (ZAQS) şöbəsində qeydə alınacaqsaöncədən həmin şöbədən "ASAN xidmət" mərkəzi vasitəsi ilə verilən sənədin qəbul edilib-edilməyəcəyinə dair məlumatı dəqiqləşdirməyiniz xahiş olunur. Müvafiq xəstəliklərin aşkarlanmasına aid testlərin həyata keçirilməsində ləngimənin mövcud olması tibbi arayışın verilmə müddətinin bir qədər artmasına səbəb olmuşdur. Tibbi arayışın hazır olacağı tarix barədə məlumat Mərkəz daxilində veriləcəkdir.Qeyd edək kitələb olunan tibbi müayinədən keçmə haqqında sənədin digər tibb müəssisələrindən əldə olunması ilə bağlı məlumat əldə etmək üçün Səhiyyə Nazirliyinə müraciət edə bilərsiniz.
1,694
muayinədən keçmek nece saat ceker texmini? Asan xidmetde
xidmət növbə çatdıqdan sonra dərhal həyata keçirilir. Müddət barədə məlumat Mərkəz daxilində qeyd olunacaq.
1,695
bes tibbi müayinədən kecmeye onlayn novbe goturmek olur?
Qeyd edək ki"ASAN növbə" mobil tətbiqi və www.asan.gov.az saytı vasitəsilə onlayn növbə əldə edə bilərsiniz. "ASAN növbə" mobil tətbiqi vasitəsilə isə cari gün ərzində və planlaşdırılan gün üzrəwww.asan.gov.az saytı vasitəsilə ən azı bir iş günü öncədən onlayn növbə əldə edə bilərsiniz. Bu zaman xidmət onlayn növbə götürülən zaman vətəndaşın seçdiyi saatda həyata keçirilir. Yəni şəxsin gözləməsinə ehtiyac olmur. Tətbiq vasitəsilə onlayn növbəni həftənin bütün günləri saat 06:00-dan etibarən əldə edə bilərsiniz. Öncədən onlayn şəkildə növbə əldə edə bilməyən vətəndaşlarmərkəzə birbaşa müraciət edərək növbə olduğu təqdirdə yerində növbə əldə edə bilər. Xidmətlə bağlı müraciət sayının çoxluğundan asılı olaraq mərkəz daxilində növbənin verilməsi dayandırıla bilər. Qeyd: 6 saylı "ASAN xidmət" mərkəzində növbə yalnız Mərkəz daxilində verilir.Tibb xidməti ilə bağlı www.asan.gov.az saytı vasitəsilə onlayn növbə əldə etmək üçün "Tibb xidmətləri"mobil tətbiqdə isə seçimlərdən " Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayışların verilməsi " bölməsini seçməlisiniz.
1,696
Nəqliyyat vasitəsini qeydiyyat şəhadətnaməsini ( texniki pasportunu )sizin mərkəzdə dəyişmək olar
Nəqliyyat vasitəsinə mülkiyyət hüququnu təsdiq edən dövlət qeydiyyat şəhadətnaməsinin (texniki pasport) dəyişdirilməsi “ASAN xidmət” mərkəzi vasitəsilə həyata keçirilmədiyindəntəəssüflər olsun kibu xidmətlə bağlı məlumat bildirməyimiz mümkün olmayacaq. Məlumat əldə etmək üçün Dövlət Yol Polisi İdarəsinə müraciət edə bilərsiniz. Çağrı mərkəzi: 902
1,697
Salam ev satılan zaman qeydiyyatda hər kəs asan xidmətə gəlib qeydiyyatdan çıxmalıdır?
Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiqi xidməti ilə bağlı digər əmlakda qeydiyyatda olan şəxslər barədə arayış və həmin yaşayış sahəsində qeydiyyatda olan və yaşı 18-dən çox olan şəxslərin notarial qaydada təsdiq olunan razılıq ərizələri tələb olunur. Qeydiyyat məsələsi tərəflərin razılığı ilə həll olunur.
1,698
Salam.Qayınatanın öz gəlinini evə qeydiyyata salmaq üçün qayınatanın olması şərtdimi?yəni özü olmasa evin sənədləri olsa evə qeydiyyata salmaq olar gəlini?
Zəhmət olmasavətəndaşın hazırda daimi qeydiyyatda olduğu rayonu qeyd edin. Hansı rayonda daimi qeydiyyata alınacaq?
1,699
Salam Səyyar xidmətiniz Lənkərana haçan gələr ?
Səyyar xidmət barədə məlumat əldə etmək üçün 108 (3) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
1,700
Salam menim şəxsiyyət vesiqəmin vaxtı keçib onu dəyişmək istəyirəm.mene deyirlər ki Nobe goturməlisen.birde hansı sənədlər lazım olacaq.onu deyərsiniz zəhmət olmasa
Qeyd edək ki"ASAN növbə" mobil tətbiqi və www.asan.gov.az saytı vasitəsilə onlayn növbə əldə edə bilərsiniz. "ASAN növbə" mobil tətbiqi vasitəsilə isə cari gün ərzində və planlaşdırılan gün üzrəwww.asan.gov.az saytı vasitəsilə ən azı bir iş günü öncədən onlayn növbə əldə edə bilərsiniz. Bu zaman xidmət onlayn növbə götürülən zaman vətəndaşın seçdiyi saatda həyata keçirilir. Yəni şəxsin gözləməsinə ehtiyac olmur. Tətbiq vasitəsilə onlayn növbəni həftənin bütün günləri saat 06:00-dan etibarən əldə edə bilərsiniz. Öncədən onlayn şəkildə növbə əldə edə bilməyən vətəndaşlarmərkəzə birbaşa müraciət edərək növbə olduğu təqdirdə yerində növbə əldə edə bilər. Xidmətlə bağlı müraciət sayının çoxluğundan asılı olaraq mərkəz daxilində növbənin verilməsi dayandırıla bilər. Qeyd: 6 saylı "ASAN xidmət" mərkəzində növbə yalnız Mərkəz daxilində verilir. Zəhmət olmasadaimi qeydiyyatda olduğunuz rayonu qeyd edin.
1,701
Salam biz yeni ev alırıq amma hele senedlesdirmemisik qaz su işıq sayğacları üçün müraciet ede bilerikmi? Ya birinci senedlesme olmalidi sonra muraciet etmeliyik?
Zəhmət olmasaqeyd edin. Kommunal çəkilişi yoxsa abonent məlumatlarının addan-ada keçirilməsini nəzərdə tutursunuz?
1,702
Salam. Nigah üçün vaksin pasportu olmalıdır?
Hər vaxtınız xeyir. "ASAN xidmət" mərkəzlərinə müraciət zamanı COVİD pasportu və ya immunitet sertifikatı tələb olunmur.
1,703
kommunal çəkilişi
Əmlak yeni mülkiyyətçinin adına özəlləşdirildikdən sonra müraciət etməyiniz tövsiyə olunur.
1,704
Salam evin tikintisinə icazə ilə bağlı sizə müraciət edə bilərik mi ?
Nəzərinizə çatdırırıq kimüraciətiniz “ASAN xidmət” mərkəzləri vasitəsilə həyata keçirilən xidmətlər siyahısına aid olmadığındantəəssüflər olsun kiSizə xidmət göstərə bilməyəcəyik. Siz müraciətinizlə bağlı məlumat əldə etmək üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edə bilərsiniz.
1,706
Salam.Mende vaxtın bitməsinə var sürücülük vəsiqəsinin.Yeniden yeniləşən ne qeder rüsumu var?
Sürücülük vəsiqəsinin dəyişdirilməsi ilə bağlı 25 manat məbləğində dövlət rüsumu ödənilir. Nəzərinizə çatdırırıq kirüsum "ASAN xidmət" mərkəzində fəaliyyət göstərən bank vasitəsilə ödənilir. Bankın xidmət haqqı: 0,4 manat.
1,707
Salam siz şənbə günü işləyirsiz?
"ASAN xidmət" və "ASAN Kommunal" mərkəzlərində həftənin şənbə günü iş günüdür. “ASAN xidmət” və "ASAN Kommunal" mərkəzlərinin iş saatları barədə ətraflı məlumat qeyd edə bilməyimiz üçün hansı “ASAN xidmət” və "ASAN xidmət" mərkəzinəhansı xidmət ilə bağlı müraciət etmək istədiyinizi bildirməyiniz xahiş olunur.
1,708
Salam.Şəxsiyyət vəsiqəsinin vaxtı bitmədən imzamı dəyişə bilərəm?
Nəzərinizə çatdırırıq kiköhnə nümunəli şəxsiyyət vəsiqəsi etibarlılıq müddəti bitmədən yeni nümunəli şəxsiyyət vəsiqəsi ilə əvəz oluna bilər. Zəhmət olmasadaimi qeydiyyatda olduğunuz rayonu qeyd edin.
1,709
Salam axsaminiz xeyir yeni xarixci pasport almaq ucun hansi senedleri teleb edirsiz kişi üçün
Nəzərinizə çatdırırıq kiümumvətəndaş pasportunun (xarici pasport) verilməsi və ya dəyişdirilməsi xidməti ilə bağlı istənilən “ASAN xidmət” mərkəzinə müraciət edə bilərsiniz. Yaşı 18-dən çox olan vətəndaş üçün ümumvətəndaş pasportunun alınması ilə bağlı zəruri sənədlər: şəxsiyyət vəsiqəsi18-35 yaş hədlərində kişilər üçün hərbi bilet və ya ilkin hərbi qeydiyyatla bağlı vəsiqə (möhlət hüququna dair qeyd olmaqla)dövlət rüsumunun ödənilməsi barədə qəbz. Ümumvətəndaş pasportunun verilməsi və ya dəyişdirilməsi zamanı şəkil “ASAN xidmət” mərkəzində xüsusi aparat vasitəsilə çəkilir. Vətəndaşın şəkil təqdim etməsinə ehtiyac olmur. Bu şəklin çəkilməsi ilə bağlı əlavə ödəniş nəzərdə tutulmayıb. İtirilmə və ya korlanma halı yoxdursayaşı 18-dən çox olan vətəndaş üçün ümumvətəndaş pasportunun alınması və ya dəyişdirilməsi ilə bağlı dövlət rüsumu: sənəd 10 iş günü müddətinə alınırsa40 manat5 iş günü müddətinə alınırsa80 manat1 iş günü müddətinə alınırsa160 manat təşkil edir. Dövlət rüsumu "ASAN xidmət" mərkəzində fəaliyyət göstərən bank vasitəsilə ödənilir. Bankın xidmət haqqı: 0,4 manat. Ümumvətəndaş pasportu dəyişdirilirsəvətəndaşda olan pasport da təqdim olunmalıdır. Ətraflı məlumat əldə etmək üçün bu linkə daxil ola bilərsiniz: http://asan.gov.az/az/service/asan-xidmetler/uemumvetendas-pasportlarinin-verilmesi-ve-deyisdirilmesi