Unnamed: 0
int64
0
5.23k
text
stringlengths
16
2.03k
answer
stringlengths
15
2.16k
1,278
Salam notarius bu gun xidmət göstərir asan xidmətə?
Bəlinotariat xidməti BakıSumqayıt və Gəncə "ASAN xidmət" mərkəzlərində bu gün saat 17:00-dəkregional mərkəzlərdə isə saat 16:00-dək fəaliyyət göstərəcək.
1,280
Salam xarici pasportu istenilen asand xidmete almaq olur? Qiymeti?
Nəzərinizə çatdırırıq kiümumvətəndaş pasportunun (xarici pasport) verilməsi və ya dəyişdirilməsi xidməti ilə bağlı istənilən “ASAN xidmət” mərkəzinə müraciət edə bilərsiniz. Zəhmət olmasaneçə yaşlı vətəndaş üçün müraciət etdiyinizi qeyd edin.
1,282
Cerimesi ne qederdir mene yazinda zehmet olmasa
Azyaşlı vətəndaşın şəxsiyyət vəsiqəsinin əldə olunması ilə bağlı nikah haqqında şəhadətnamə tələb olunmur.
1,283
Asan xidmətə necə işə düzəlmək olar, zəhmət olmasa deyərdizdə
qeyd edək kiDövlət Agentliyi və tabeliyində fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərində qulluqkeçmə məsələləri “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsinə əsasən dövlət qulluğuna qəbul müsabiqə əsasında aparılır. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq inzibati dövlət qulluğu vəzifələri üzrə dövlət qulluğuna qəbul üçün ayda bir dəfədən az olmayaraq test imtahanları təşkil edir. İnzibati vəzifə iddiasında olan şəxsin müvafiq ixtisas üzrə ali təhsili olmalıdır. Dövlət İmtahan Mərkəzi test imtahanından keçən şəxsə inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq inzibati vəzifələr üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikat verir. Sertifikatın qüvvədəolma müddəti beş ildir. Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikatı qüvvədə olan şəxs müsahibədə iştirak edə bilər. Müsahibənin keçirilməsi haqqında elansənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət göstərilməkləDövlət İmtahan Mərkəzinin internet portalındaDövlət Agentliyinin internet saytında və digər kütləvi informasiya vasitələrində verilir. Əlavə məlumat üçün “www.dim.gov.az” saytını izləyə bilərsiniz. Nəzərə almağınızı xahiş edirik.
1,284
Salam asand xidmətdə necə işləmək olar?
Müraciətinizlə bağlı nəzərinizə çatdırırıq kiDövlət Agentliyi və tabeliyində fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərində qulluqkeçmə məsələləri “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsinə əsasən vakant inzibati dövlət qulluğu vəzifələrinə qəbul müsabiqə əsasında aparılır. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq inzibati dövlət qulluğu vəzifələri üzrə dövlət qulluğuna qəbul üçün ayda bir dəfədən az olmayaraq test imtahanları təşkil edir. Vakansiyalar dim.gov.az saytında yerləşdirilir. Müraciətinizlə bağlı ətraflı məlumat əldə etmək üçün Dövlət İmtahan Mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.
1,285
40azn deyildi bes?
nəzərinizə çatdırırıq ki"ASAN xidmət" mərkəzlərində həyata keçirilən xidmətlərlə bağlı dövlət rüsumu “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ödənilir. Qeyd edək ki“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 415-VIQD nömrəli Qanunu 2022-ci il yanvarın 1-dən qüvvəyə minib.
1,286
Bu gün İşleyeceksiz
Bəli"ASAN xidmət" və "ASAN Kommunal" mərkəzlərində iş günü olmuşdur.
1,287
Bir cavab vermirler ki işleyirler bu gün ya yox?
nəzərinizə çatdırırıq kirəsmi sosial media səhifələrimizdə "ASAN xidmət" və "ASAN Kommunal" mərkəzlərinin qeyri-iş günləri ilə bağlı məlumat paylaşılıb. 27 iyun tarixində Mərkəzlərdə iş günü olmuşdur.
1,288
Salam.uşaq üçün şəxsiyyət vəsiqəsi almağa hansı sənədlər lazımdır?
Zəhmət olmasauşağın hər iki valideyninin daimi qeydiyyatda olduğu ünvanın yerləşdiyi rayonu bildirin. Uşaq hansı valideynin qeydiyyatda olduğu ünvana qeydiyyata alınacaq? Hər iki valideyn Azərbaycan Respublikasının vətəndaşıdır? Uşağın doğum haqqında şəhadətnaməsi Azərbaycan Respublikasından əldə olunub?
1,289
Salam.Vaxti kecmiw xarici pasport neceye deyiwilir? Cerimesi var?
Zəhmət olmasaneçə yaşlı vətəndaş üçün müraciət etdiyinizi qeyd edin.
1,291
Salam bu gun pasportu goturesiyem 2de gec olsam problem olmaz sheherde deyilik
Şəxsiyyət vəsiqəsi hazır olduqdan sonra ən qısa zamanda hazır sənədin götürülməsi ilə bağlı müraciət etməyiniz xahiş olunur.
1,292
bəli doğum haqda şəhadətnaməsi var.hər iki valideyn Azərbaycan vətəndaşıdır.lakin valideynlərin qeydiyatda olduğu ünvan mingəçevir şəhəridir.daimi yaşayış ünvanı isə bakı şəhəri.bu halda bakı şəhərindən şəxsiyyət vəsiqəsi almaq mümkündür?
,nəzərinizə çatdırırıq ki14 yaşa qədər uşağa şəxsiyyət vəsiqəsinin verilməsi xidməti ilə bağlı uşaq və valideynlərdən birinin iştirakı tələb olunur.Şəxsiyyət vəsiqəsi verilən zaman uşaq yaşayış yeri üzrə qeydiyyata alınır. Uşaq valideynlərin (və ya onlardan birinin) yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvana qeydiyyata alına bilər. Uşağı öz ünvanı üzrə qeydiyyata almaq istəyən valideyn istənilən “ASAN xidmət” mərkəzinə müraciət edə bilər. 14 yaşa qədər uşağa şəxsiyyət vəsiqəsinin alınması ilə bağlı zəruri sənəd: doğum haqqında şəhadətnaməqan qrupu haqqında tibbi arayış (elektron sağlamlıq kartı varsahəmin kart təqdim edilir və tibbi arayışa ehtiyac olmur)müraciət edən valideynin şəxsiyyət vəsiqəsi. Yeni nümunəli şəxsiyyət vəsiqəsinin əldə olunması ilə bağlı sənəd təqdim olunan zaman şəkil yerində çəkildiyindən azyaşlının iştirakı mütləqdir. Şəxsiyyət vəsiqəsi 1 iş günü müddətinə hazırlanırsa30 manat3 iş günü müddətinə hazırlanırsa25 manat10 gün müddətinə hazırlanırsa5 manat məbləğində dövlət rüsumu ödənilir. Qeyd edək kişəxsiyyət vəsiqəsinin verilməsi ilə bağlı qan qrupuna dair tibbi arayış “ASAN xidmət” mərkəzləri vasitəsi ilə alına bilər. Bu arayışın verilməsi ilə bağlı 2 manat məbləğində ödəniş ödənilir. Sənəd qısa vaxt ərzində hazırlanıb vətəndaşa təqdim olunur. Nəzərinizə çatdırırıq kiödənişlər "ASAN xidmət" mərkəzində fəaliyyət göstərən bank vasitəsi ilə ödənilir. Bankın xidmət haqqı: 0.4 manat.
1,293
ətraflı məlumat üçün çox sağolun
hər zaman buyurun.
1,294
Salam şexsiyyet vesiqem bugün götürmeliydim gele bilmedim. Sabah işleyirsiz? Gelim götürüm
Qeyd edək kiBakı şəhərində yerləşən "ASAN xidmət" mərkəzləri həftənin şənbə və bazar günləri saat 09:30-dan 17:00-dək (notariat fəaliyyəti ilə bağlı saat 16:00-dəkdigər xidmətlərlə bağlı sənəd qəbulu saat 16:30-dək) fasiləsiz olaraq fəaliyyət göstərir. Digər regional “ASAN xidmət” mərkəzləri həftənin şənbə və bazar günləri 09:00-dan 16:00-dək (notariat fəaliyyəti ilə bağlı saat 15:00-dəkdigər xidmətlərlə bağlı sənəd qəbulu saat 15:30-dək) fasiləsiz olaraq fəaliyyət göstərir.
1,295
Salam. Şənbə günü asan xidmət fəaliyyət göstərirmi?
“ASAN xidmət” mərkəzlərinin iş saatları barədə ətraflı məlumat qeyd edə bilməyimiz üçün hansı “ASAN xidmət” mərkəzinəhansı xidmət ilə bağlı müraciət etmək istədiyinizi bildirməyiniz xahiş olunur.
1,296
Salam qizimin vesiqesin deyismeliyem vesiqesi sekilsizdi bunun ucun ata ananin sexsiyyetinin kopyasi lazim olur?
Müraciət edən valideynin şəxsiyyət vəsiqəsinin əsli təqdim olunmalıdır.
1,297
zəhmət olmasa DM baxardınız
Nəzərinizə çatdırırıq kisuallar Çağrı Mərkəzinin iş rejimində cavablandırılır. Çağrı Mərkəzi bazar ertəsi- cümə günləri saat 09:00-dan 18:00-dək fəaliyyət göstərir. Qeyri-iş günündə daxil olan müraciətlər isə növbəti iş günü ardıcıllıqla cavablandırılır. Müraciətlərin çoxluğunu nəzərə almağınız xahiş olunur. Anlayışınız üçün təşəkkür edirik.
1,298
onlayn novbe necə goture bilerik?
Müraciətinizlə bağlı xidmət “ASAN xidmət” mərkəzləri vasitəsilə həyata keçirilmədiyindəntəəssüflər olsun kisizə xidmət göstərə bilməyəcəyik. Müraciətinizlə bağlı məlumat əldə etmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxlaya bilərsiniz. Çağrı mərkəzi: 142.
1,299
Salam 3 yasli usaqa vesiqe almaq ucun hansi senedler lazimdi? Birde propiska qeyd olunur vesiqesinde
Zəhmət olmasauşağın hər iki valideyninin daimi qeydiyyatda olduğu ünvanın yerləşdiyi rayonu bildirin. Uşaq hansı valideynin qeydiyyatda olduğu ünvana qeydiyyata alınacaq? Hər iki valideyn Azərbaycan Respublikasının vətəndaşıdır? Uşağın doğum haqqında şəhadətnaməsi Azərbaycan Respublikasından əldə olunub?
1,300
Salam men Gurcustan vetendaşiyam Bakida yaşamaq ucun 2 illik muveqqeti oturma yaşil senedi elde etmek ucun hansi senedler lazimdir????
Zəhmət olmasaqeyd edin. Siz hansı əsasla müvəqqəti yaşama icazə vəsiqəsi əldə edirsiniz?
1,302
Niyə vətəndaşları süründürürsünüz
Kommunal xidmətlə bağlı "ASAN xidmət" və ya "ASAN Kommunal" mərkəzinə müraciət etmisinizsəmüraciətinizin araşdırılması üçün 108 Çağrı mərkəzi ilə əlaqə saxlamağınız xahiş olunur.
1,303
Salam vesiqe köhendirse deyişmek mümkündü?
Sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün müvafiq əsas olmalıdır. Sənədin etibarlıq müddətinin qurtarması; sahibinin soyadıadı və ya atasının adının dəyişdirilməsi; yazılarında dəqiqsizlik müəyyən edilməsi; yararsız hala düşməsi; itirilməsi; yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraqxarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsinə malik Azərbaycan Respublikasının vətəndaşının ölkə ərazisinə daxil olduğu vaxtdan bir aydan artıq müddətdə burada nəqliyyat vasitələrini idarə etmək niyyətində olması;yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraqxarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsinə malik olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə alması halları əsas sayılır.saşağıdakı hallar əsas sayılır.
1,305
tek ana ve ushaq muraciet ede biler? yani ata gele bilmierse pasport almaq olar? birde rusum ne qderdir?
Yuxarıda hər iki valideynin razılıq ərizəsinin təqdim olunması barədə məlumat qeyd olunub. Ümumvətəndaş pasportunun verilməsi və ya dəyişdirilməsi ilə bağlı dövlət rüsumu: sənəd 10 iş günü müddətinə alınırsa35 manat5 iş günü müddətinə alınırsa75 manat1 iş günü müddətinə alınırsa155 manat təşkil edir.
1,306
teshekkur edirem
hər zaman buyurun.
1,307
Diger valideyn xaricdə olan zaman ,digər valideyn övladları ile birge xarici çıxdıqda digər valideyn olmadan çıxa bilerlermi ölkeden?
Buyurunmüraciətinizi təqdim edə bilərsiniz.
1,309
Təşəkkür edirəm məlumat üçün ,Diger valideyn xestexanada müalice alırsa o zaman nece olacaq ,razılıq ərizəsi hemin ölkeden Azərbaycana hansı yolla verilə biler?
zəhmət olmasaqeyd edin. Razılıq ərizəsi hansı ölkədən göndərilir?
1,310
Salam . 3 yaşlı uşaq üçün şəxsiyyət vəsiqəsi almaq üçün hansı sənədlər lazımdır?
Zəhmət olmasauşağın hər iki valideyninin daimi qeydiyyatda olduğu ünvanın yerləşdiyi rayonu bildirin. Uşaq hansı valideynin qeydiyyatda olduğu ünvana qeydiyyata alınacaq? Hər iki valideyn Azərbaycan Respublikasının vətəndaşıdır? Uşağın doğum haqqında şəhadətnaməsi Azərbaycan Respublikasından əldə olunub?
1,311
Salam metirka çıxarmaq üçün hər 2 valideyn şəxsiyyəti lwzimdi
Zəhmət olmasaqeyd edin. Hər iki valideyn Azərbaycan Respublikası vətəndaşıdır? Uşaq Azərbaycan Respublikasında yerləşən tibb müəssisəsində rəsmi nikah qeydə alındıqdan sonra dünyaya gəlib?
1,312
Asan xidmət yoxa taydı indi qoyasan ancaq vətəndaşları aldadıb pulun yeyərlər şəxsən məni aldadıblar zəngdə edirəm yola verirlər
sizin müraciətiniz digər şərhdə cavablandırılıb. Müraciətlər 108 Çağrı mərkəzi tərəfindən araşdırıla bilər. Operatorla əlaqə üçün "0" düyməsi seçilməlidir.
1,313
Zehmet olmasa dm baxarsiz
Müraciətlərin hər biri ardıcıllıqla cavablandırılır. Müraciətlərin çoxluğunu nəzərə almağınız xahiş olunur. Anlayışınız üçün təşəkkür edirik.
1,314
Bu Sumqayıtda harda açılıb
2 saylı Sumqayıt "ASAN xidmət" mərkəzinin ünvanı: Sumqayıt şəhəriBulvar küçəsi.
1,315
Salam.İki ovladima ilk dəfə səxsiyyət vəsiqsi alacam,online novbe goturerken nece ,kimin adina goturmeliyem?
Növbə müraciət edən valideynin adına əldə oluna bilər.
1,316
Salam.asan xidmət kupça verirmi,hansı sənəd lazım olacaq və rüsum nə qədərdi?
Zəhmət olmasadaşınmaz əmlakın yerləşdiyi rayonu qeyd edin. Daşınmaz əmlak mənzilyoxsa fərdi yaşayış sahəsidir? Daşınmaz əmlakla bağlı ilk dəfə çıxarış alınır?
1,317
yaralanmiyanlar Banan Qabigidida hansisa xidmetden isdifade etmek ucun ya Wehid olasan yada yaralanasan mence bu duzgun yanawma deyil
Zəhmət olmasamüraciətinizi dəqiqləşdirin. Narazılığınız hansı "ASAN xidmət" mərkəzi və hansı xidmətlə bağlıdır?
1,318
Salam asan loginden qeydiyyatdan keçə bilmirəm nədəndir bilmək olar
Zəhmət olmasahansı xəta kodu ilə qarşılaşdığınızı qeyd edin.
1,319
Salam.Sexsiyyet vesigesini deyishmek üçün odenishi yazardınız.
Zəhmət olmasadaimi qeydiyyatda olduğunuz rayonu bildirin. Şəxsiyyət vəsiqəsi hansı əsasla dəyişdirilir? Şəxsiyyət vəsiqəsində məlumat dəyişikliyi olacaq? Şəxsiyyət vəsiqəsi yeniyoxsa köhnə nümunəlidir?
1,320
Salam mən 2 gün qabaq sürücülük vəsiqəsini almişdım .Sagəcə onu itirmişəm mən asan xidmətdən sabah gəlsəm həmin gün ala bilərəm yenisi?
Bəlimüraciət edə bilərsiniz.Azərbaycan Respublikasından əldə olunan sürücülük vəsiqəsinin bərpası ilə bağlı 30 manat məbləğində dövlət rüsumu ödənilir. Nəzərinizə çatdırırıq kirüsum "ASAN xidmət" mərkəzində fəaliyyət göstərən bank vasitəsilə ödənilir. Bankın xidmət haqqı: 0,4 manat. Sürücülük vəsiqəsi vətəndaşın növbəsi çatdıqdan sonra 30 dəqiqə ərzində dəyişdirilir.
1,321
Salam 2 illik muveqqeti yaşama senedin Gurcustan vetendaşlari ucun neqederdi rusumu?
Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi (müddətinin uzadılması) ilə bağlı mövcud icazənin müddətinin bitməsindən 30 gün əvvəl müraciət etmək lazımdır. Tələb olunan sənədlər və dövlət rüsumu barədə məlumat əldə etmək üçün bu linkə daxil ola bilərsiniz: http://asan.gov.az/az/service/asan-xidmetler/miqrasiya-xidmetleri/ecnebilere-ve-vetendasligi-olmayan-sexslere-azerbaycan-respublikasinin-erazisinde-mueveqqeti-yasamaq-uecuen-icazenin-verilmesi-mueddetinin-uzadilmasi
1,322
Salam Uwaq pulu ucun hara muraciet etmeliyem ve hansi senedler lazimdi?
Müraciətiniz “ASAN xidmət” mərkəzləri vasitəsilə həyata keçirilmədiyindəntəəssüflər olsun kisizə xidmət göstərə bilməyəcəyik. Müraciətinizlə bağlı məlumat əldə etmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxlaya bilərsiniz. Çağrı mərkəzi: 142.
1,323
Salammen asan loginden qeydiyyatdan 2 gündü keçə bilmirem video qeydiyyatda yazır ki mikrafon ya da kamera qurğusu tapılmadı
Qeydiyyatdan keçən zaman istifadə etdiyiniz cihazın kamerasının açıq olub-olmadığını öncədən yoxlamağınız tövsiyə olunur. Bu mümkün olmadıqdaqeydiyyatdan keçmək üçün Bakı şəhəri üzrə 2356 və 7 saylı “ASAN xidmət” mərkəzinə müraciət edə bilərsiniz. Zəruri sənəd: şəxsiyyət vəsiqəsi.
1,324
salam xais edirem cavab verin sabah isliyecek asan xide
Hər vaxtınız xeyir. “ASAN xidmət” mərkəzlərinin iş saatları barədə ətraflı məlumat qeyd edə bilməyimiz üçün hansı “ASAN xidmət” mərkəzinəhansı xidmət ilə bağlı müraciət etmək istədiyinizi bildirməyiniz xahiş olunur.
1,325
Salam VÖEN açdırmaq üçün nə etmək lazımdı? Məlumat verərdizdə zəhmət olmasa
Sizin müraciətiniz səhifənin ismarış bölməsində cavablandırılmışdır.
1,326
Salam bugün Asan xidmət işliyir görəsən
27 iyun tarixindən "ASAN xidmət" mərkəzlərində iş günüdür. BakıSumqayıt və Gəncə "ASAN xidmət" mərkəzləri həftə içi hər gün saat 09:00-dan 18:00-a dəkdigər regional "ASAN xidmət" mərkəzləri saat 09:00-dan 17:00-dək fasiləsiz olaraq fəaliyyət göstərir.“ASAN xidmət” mərkəzlərində notariat fəaliyyəti ilə bağlı növbələrin verilməsi mərkəzlərin iş vaxtının bitməsindən 1 saatdigər xidmətlərlə bağlı sənədlərin qəbulu üçün növbələrin verilməsi isə 30 dəqiqə əvvəl dayandırılır.
1,327
Salam bagielayin sizi narahat edirem,Demeli evi adimiza kecirmek ucun dovlet rusumi ne qederdi? Birde hansi senedler lazimdi??Zehmet olmasa cavablandirardiz
Zəhmət olmasadaşınmaz əmlakın yerləşdiyi rayonu qeyd edin. Daşınmaz əmlak mənzilyoxsa fərdi yaşayış sahəsidir? Daşınmaz əmlakla bağlı ilk dəfə çıxarış alınır?
1,328
heyet evidi bizovnada yerlesir, atasinin adinadi oz adina kecirir indi atasi rehmete gedib ve vesiyyetnamesi var
Zəhmət olmasamiras qoyanın (vəfat edən şəxsin) sonuncu daimi qeydiyyatda olduğu rayonu və vəfat ilini bildirin.
1,329
Salam,biz BAKI BİLİMƏ uşaqları necə qeydiyyat edə bilərik,hansı mərkəzə yaxınlaşmaq lazımdır?
Müraciətinizlə bağlı məlumat əldə etmək üçün rəsmi instagram səhifəsi ilə əlaqə saxlaya bilərsiniz.
1,330
Salam, Asan loginden qeydiyyatdan kecmek isteyirem amma, muracietletin coxlugu ile elaqedar daha sonra muraciet edin yazilir ancaq. Ne ede bilerem?
Digər mobil telefon və ya brauzerdən istifadə etməyiniz tövsiyə olunur. Bu mümkün olmadıqda"ASAN login" sistemi üzrə qeydiyyatdan keçmək üçün Bakı şəhəri üzrə 2356 və 7 saylı “ASAN xidmət” mərkəzinə müraciət edə bilərsiniz. Zəruri sənəd: şəxsiyyət vəsiqəsi.
1,331
mayın 27si nikah üçün qan analizi verdik. Hələ də zəng edib cavabı deməyiblər. Nə vaxt deyiləcək?
Qeyd edək kitibbi arayışın hazır olacağı tarix barədə məlumat Mərkəz daxilində verilir. Qeyd olunan tarixdə müraciət etməyiniz tövsiyə olunur.
1,332
onda zəng etməyəcəklər bizə özümüz müraciyyət edək.??
Mərkəz daxilində qeyd olunan tarixdə müraciət etməyiniz tövsiyə olunur.
1,333
Tşk işimizi çox yaratmısınız ❤️
Zəhmət olmasaqeyd edin. Şəxsiyyət vəsiqəsi hansı əsasla dəyişdirilir? Şəxsiyyət vəsiqəsində məlumat dəyişikliyi olacaq?
1,334
aha cox saqolun tessekur
hər zaman buyurun.
1,335
Salam necesiz .biz naxcivan qeydiyatindayiq.milli pasport cixarmaq isdeyirik.xarice getmek üçün hal hazirda bakidayiq .baki aşan xidmetden nece cixarda bilerik.
Zəhmət olmasamüraciətinizi dəqiqləşdirin. Siz pasport dedikdə şəxsiyyət vəsiqəsiniyoxsa ümumvətəndaş pasportunu (xarici pasport) nəzərdə tutursunuz?
1,336
Salam səyyar asan xidmət mərkəzində şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün ödənişi bank kartı vasitəsilə ödəmək mümkündür?
Səyyar xidmət barədə məlumat əldə etmək üçün 108 (3) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
1,337
Salam. Zəhmət olmasa deyərdiniz evim anamın adınadı qeydiyyatda sadəcə mənəm anamın adından öz adıma kecirmək ücün hansı sənədlər lazımdır? və dövlət rüsumu nə qədərdir?
Zəhmət olmasaəmlakın yerləşdiyi rayonu bildirin. Əmlakın mülkiyyət hüququnu təsdiq edən sənəd çıxarışyoxsa qeydiyyat vəsiqəsidir?
1,338
Salam Zəhmət olmasa deyərdiniz evim anamın adınadı qeydiyyatda sadəcə mənəm anamın adından öz adıma kecirmək ücün hansı sənədlər lazımdır? və dövlət rüsumu nə qədərdir? Ev yerləşir Suraxanı rayonu qaraçuxur qəsəbəsində. Evin sənədi qeydiyyat vəsiqəsidi.
Vergi barədə məlumat əldə etmək üçün isə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə əlaqə saxlaya bilərsiniz. Qeyd edək kisənədlərə yerində notarius tərəfindən baxış keçirildikdən və həqiqi niyyət müəyyən olunduqdan sonra müqavilənin təsdiq olub-olmayacağı barədə daha dəqiq və ətraflı məlumat bildirə bilər.Həmin əmlakda qeydiyyatda olan şəxslər barədə arayış istənilən şəxs və ya mülkiyyətçi “ASAN xidmət” mərkəzinin Daxili İşlər Nazirliyinin xidmətini həyata keçirən bölməsindən əldə edə bilər.Nəzərinizə çatdırırıq kidaşınmaz əmlakın təsvirinədövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair arayışın (Forma 1) alınması xidməti ilə bağlı Bakı şəhərində “ASAN xidmət” mərkəzinə müraciət edə bilərsiniz. Zəruri sənədlər: şəxsiyyət vəsiqəsidövlət rüsumu və xidmət haqqının ödənilməsi barədə qəbz. Bununla bağlı 10 manat rüsum30 manat xidmət haqqı ödənilir. Qeyd edək kirüsum və xidmət haqqı "ASAN xidmət" mərkəzində fəaliyyət göstərən bank vasitəsilə ödənilir. Bankın xidmət haqqı: 0,4 manat.Bağışlama müqaviləsi təsdiq edildikdən sonra yeni mülkiyyətçinin adına çıxarış əldə olunur. Çıxarışla bağlı 50 manattexniki pasport ilə bağlı 75 manat məbləğində dövlət rüsumu ödənilirxidmət haqqı barədə SMS - məlumatlandırma göndərilir.
1,339
30 yaş ve 8 yaş
Nəzərinizə çatdırırıq kiümumvətəndaş pasportunun (xarici pasport) verilməsi və ya dəyişdirilməsi xidməti ilə bağlı istənilən “ASAN xidmət” mərkəzinə müraciət edə bilərsiniz.
1,341
Salam pese təhsili haqqında məlumat alamaq isdeyirdim peşə təhsilə qeydiyyat nə vaxt başlayır
Nəzərinizə çatdırırıq kimüraciətiniz “ASAN xidmət” mərkəzləri vasitəsilə həyata keçirilən xidmətlər siyahısına aid olmadığındantəəssüflər olsun kiSizə xidmət göstərə bilməyəcəyik. Siz müraciətinizlə bağlı Təhsil Nazirliyi ilə əlaqə saxlaya bilərsiniz.
1,342
Salam korpe usaga sexsiyet vesiqesi cixrtmaq isteyirem zehmet olmzsa siz novbeye yaza bilersiz? Korpe ile gelib qayitmaq olmur
Qeyd edək kiasan.gov.az saytı və “ASAN növbə” mobil tətbiqi vasitəsilə onlayn növbə əldə edə bilərsiniz. Cari gün və növbəti 3 iş günü üzrə müəyyən olunmuş saat aralığında onlayn növbə seçimi imkanı yaradılmışdır. Həmçinin mərkəzə birbaşa müraciət edərək növbə olduğu təqdirdə cari günə və ya növbəti günə növbə əldə edə bilərsiniz. Xidmətlə bağlı müraciət sayının çoxluğundan asılı olaraq mərkəz daxilində növbənin verilməsi dayandırıla bilər.
1,343
Yeni 3 gune mebleg ne qeder odenilmelidi
Ümumvətəndaş pasportunun dəyişdirilməsi xidməti ilə bağlı şəxsiyyət vəsiqəsinin əsli təqdim olunmalıdır. İtirilmə və ya korlanma halı yoxdursayaşı 18-dən çox olan vətəndaş üçün ümumvətəndaş pasportunun alınması və ya dəyişdirilməsi ilə bağlı dövlət rüsumu: sənəd 10 iş günü müddətinə alınırsa60 manat5 iş günü müddətinə alınırsa120 manat1 iş günü müddətinə alınırsa210 manat təşkil edir. Dövlət rüsumu "ASAN xidmət" mərkəzində fəaliyyət göstərən bank vasitəsilə ödənilir. Bankın xidmət haqqı: 0,4 manat.
1,344
Salam. Asanxidmet de işlemekcun neler lazimdi? Zehmet olmasa cavablandirardiz
Müraciətinizlə bağlı nəzərinizə çatdırırıq kiDövlət Agentliyi və tabeliyində fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərində qulluqkeçmə məsələləri “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsinə əsasən vakant inzibati dövlət qulluğu vəzifələrinə qəbul müsabiqə əsasında aparılır. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq inzibati dövlət qulluğu vəzifələri üzrə dövlət qulluğuna qəbul üçün ayda bir dəfədən az olmayaraq test imtahanları təşkil edir. Vakansiyalar dim.gov.az saytında yerləşdirilir. Müraciətinizlə bağlı ətraflı məlumat əldə etmək üçün Dövlət İmtahan Mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.
1,346
Salam aleykum ölmuş insanın olum kagızı ıtıb. Onu Asan xıdmet berpa edır?
Zəhmət olmasaşəhadətnamənin ilkin alındığı rayonu (və ya “ASAN xidmət” mərkəzini) qeyd edin. İlkin şəhadətnamə neçənci ildə alınıb?
1,347
mulk vereselık olunmadı. Ata,ana,4uşaq dunyasını deyişb.3qalıb. Coxdan alınıb ıtıb senetleri.bırıncı şemkır raoyunu verıb. Ama iller yardımda deyıl. Birde 2uşaq rasııayda dunyasını deyışıb.burda bastrılıblar. Onlarında senetı yoxdu. Onuda berpa etmek olar?
Nəzərinizə çatdırırıq kitəkrar şəhadətnamənin alınması ilə bağlı şəhadətnamə sahibi şəxsiyyət vəsiqəsini təqdim edərək istənilən “ASAN xidmət” mərkəzinə müraciət edə bilər. Təkrar şəhadətnamələrin verilməsi ilə bağlı 3 manat məbləğində dövlət rüsumu ödənilir. Şəhadətnamənin ilkin alındığı orqana sorğu göndərilir. Aidiyyəti qurumun sorğuya cavab vermə müddətindən asılı olaraq proses 2 həftə - 1 ay (digər ölkədən alınan sənədlər üçün isə proses 12-14 ay) davam edə bilər. Təkrar şəhadətnamə ilə bağlı sənədin ilkin verildiyi Qeydiyyat şöbəsinə müraciət olunduqda bu sorğunun göndərilməsinə ehtiyac olmur və sənəd daha tez müddətə hazır olur. Rüsum "ASAN xidmət" mərkəzində fəaliyyət göstərən bank vasitəsilə ödənilir. Bankın xidmət haqqı: 0,4 manat.
1,348
Məsuliyetsixlik hormetsizlikden basqa birsey deil.! Asan deil Çətin xidmetdir!
zəhmət olmasamüraciətinizi dəqiqləşdirin. Narazılığınız hansı "ASAN xidmət" mərkəzi və hansı xidmətlə bağlıdır?
1,349
2sayli Gence merkezi bazar gunu iwleyir?
“ASAN xidmət” mərkəzlərinin iş saatları barədə ətraflı məlumat qeyd edə bilməyimiz üçün hansı xidmət ilə bağlı müraciət etmək istədiyinizi bildirməyiniz xahiş olunur.
1,350
Salam.Imisli uçotundayam.Bakıda yerlesen asanxidmetde vaxdı bitmiş şexsiyyet vesiqeni deyişmek olar?
Şəxsiyyət vəsiqəsinin verilməsi və dəyişdirilməsi xidməti ilə bağlı istənilən "ASAN xidmət" mərkəzinə müraciət edə bilərsiniz.
1,351
Salam zehmet olmasa cavablandirardiz..nigah ucun hansi senedler lazimdi ve dovlet rusumu neqederdir ve analizler dovlet rusum icerisindemi gedir qiymetleri?
Zəhmət olmasaqeyd edin. Hər iki tərəf Azərbaycan Respublikası vətəndaşıdır?
1,353
Könüllülük olacaq?
bəli. Könüllülük fəaliyyətinə müraciət etmək üçün qeyd olunan link vasitəsilə könüllü anketi doldura bilərsiniz: http://konullu.asanschool.az/ CV-lərə baxılır və könüllü ehtiyacı olan zaman əlaqə saxlanılır.
1,354
Salam itirilmiş şəxsiyyət vəsiqəsi üçün müraciət etsək neçə günə hazlr olar?İyunun 4-ü imtahandı o vaxta qədər götürmək olar?Və nə qədər pul ödəmək lazımdır?
Zəhmət olmasayaşınızı və daimi qeydiyyatda olduğunuz rayonu qeyd edin.
1,355
salam.3 nomreli Yasamal asan xidmetde iticket satish menteqesi fealiyyet gosterir?
Bəli3 saylı "ASAN xidmət" mərkəzində İticket.az tərəfindən biletlərin satışı həyata keçirilir.
1,356
chox teshekkur edirem
hər zaman buyurun.
1,357
Salam, 30,31 may gunleri ishleyirsiz?
Bəli"ASAN xidmət" və "ASAN Kommunal" mərkəzlərində iş günüdür.
1,358
29 may bazar gününe düsür onda birdə 30 may fəaliyyət göstərəcək Asan xidmət?
Bəli"ASAN xidmət" və "ASAN Kommunal" mərkəzlərində iş günüdür.
1,359
Salam. Bazar və 1 çi gün günü işləyirsiniz?
Bəliiş günüdür.
1,360
30 mayda fealiyyet gostereceksiz
bəli"ASAN xidmət" və "ASAN Kommunal" mərkəzlərində iş günüdür.
1,362
Salam xarici pasport almaq üçün necə gune verilir və qiyməti?
Zəhmət olmasaneçə yaşlı vətəndaş üçün müraciət etdiyinizi qeyd edin.
1,363
çox sağolun hər şeyə görə,mən sizə belə deyim.Doğum haqqında şəhadətnamənin ilkin alındığı yer Naxcıvan olub və dayım ora yaxınlaşanda deyiblər ki,adımı dəyişdiyimə görə Bakıya qeydiyyata düşmüşəm və Bakıdan almalıdır.Şəxsiyyət vəsiqəsinin verildiyi yer Bakı Şəhəri Polis İdarəsidir,ancaq doğum haqqında şəhadətnaməni bilmirik hardan almışıq.
vətəndaş xidmətlə bağlı yuxarıda qeyd olunan qaydada istənilən “ASAN xidmət” mərkəzinə müraciət edə bilər.
1,364
çox təşəkkürlər hər şeyə görə
hər zaman buyurun.
1,365
Salam wexsiyet vesiqesin deyismek yenisin.goturmek isteyrem bu haqda.melumat verersiz ?? Nece gune hazir olar ? .ne.lazimdi sadece kohne. Vesiqeni uzerimde getitim
Zəhmət olmasadaimi qeydiyyatda olduğunuz rayonu bildirin. Şəxsiyyət vəsiqəsi hansı əsasla dəyişdirilir? Şəxsiyyət vəsiqəsində məlumat dəyişikliyi olacaq?
1,366
deyisme sebebi vesiqesin vaxti bitib ona gore deyisirem .
zəhmət olmasadigər sualları da cavablandırın.
1,367
Salam şəxsiyyət vəsiqəsinin şeklini deyismey olur
Sizin müraciətiniz səhifənin ismarış bölməsində cavablandırılıb.
1,368
Salam yoldasim sexsiyetini deyiwmeye verib uwag olur bizden sexsiyet isteseler ne vermeliyik evezinde
Şəxsiyyət vəsiqəsini əvəz edən sənəd yoxdur. Sənəd icraata götürülmədiyi təqdirdə müvafiq rüsum ödəməklə xidmətlə bağlı müddətin qısaldılması həyata keçirilə bilər. İcraatın başlayıb başlamadığı barədə məlumat əldə etmək üçün sənədləri təqdim etdiyiniz “ASAN xidmət” mərkəzinə müraciət edə bilərsiniz.
1,369
rus vetendašı usaqlar yetkinlik yasina çatmayiblar Azərbaycan sexsiyyet vesiqesi ala biler hal hazirda?anaları Azərbaycan vetendaşıdı ataları rehmete gedib
zəhmət olmasaqeyd edin.Uşaqların neçə yaşı var? Doğum haqqında şəhadətnamə hansı ölkədən əldə olunub?
1,371
Salam , şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi ilə bağlı müraciət etmişdik, təkcə geri götürmək qalıb. Bazar ertesi günü hemin şöbəniz işləyir?
Bəlihazır sənədin əldə olunması ilə bağlı sizə qeyd olunan tarixdən (gün və saat) sonra müraciət edə bilərsiniz. Saat qeyd olunmayıbsagünün ikinci yarısından sonra müraciət etməyiniz tövsiyə olunur.
1,372
Salam şəxsiyət vesiqəsi deyişilməsi qiymət nə qədərdi?
Zəhmət olmasadaimi qeydiyyatda olduğunuz rayonu bildirin. Şəxsiyyət vəsiqəsi hansı əsasla dəyişdirilir? Şəxsiyyət vəsiqəsində məlumat dəyişikliyi olacaq? Şəxsiyyət vəsiqəsi yeniyoxsa köhnə nümunəlidir?
1,373
nigahdan sonra deyişklik olacaq ,köhnə numunədi bakıda deyişə bilmerik ?
Nəzərinizə çatdırırıq kiyaşayış yeri üzrə qeydiyyatınız Naxçıvan Muxtar Respublikası olmadığı təqdirdə şəxsiyyət vəsiqəsinin verilməsi və dəyişdirilməsi xidməti ilə bağlı istənilən “ASAN xidmət” mərkəzinə müraciət edə bilərsiniz.
1,374
Birinci gun iw gunudu?
30 may tarixində "ASAN xidmət" və "ASAN Kommunal" mərkəzlərində iş günüdür.
1,375
salam bu gün işleyirsiz
Bəli"ASAN xidmət" və "ASAN Kommunal" mərkəzlərində iş günüdür.
1,376
Salam zəhmət olmasa direct baxardız
Müraciətlərin hər biri ardıcıllıqla cavablandırılır. Müraciətlərin çoxluğunu nəzərə almağınız xahiş olunur. Anlayışınız üçün təşəkkür edirik.
1,377
vergi ucun qeydiyyatsiz yasayanlar mkisden arayislari qebul edirsiz, yasayis yeri olmayanlar sexsiyyet vesiqesi almaq ucun niye mkisden arayis qebul etmirsiz?
Fiziki şəxsin vergi uçotuna alınması xidməti Dövlət Vergi Xidməti tərəfindənşəxsiyyət vəsiqəsinin verilməsi və dəyişdirilməsi xidməti Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilir.
1,378
Salam bakida belediye senedli eve kubca cixarmaq neciye basa gelir?
Nəzərinizə çatdırırıq kifərdi yaşayış sahəsi (həyət evi) ilə bağlı ilk dəfə çıxarışın verilməsi "ASAN xidmət" mərkəzinin göstərdiyi xidmətlər siyahısına aid olmadığından təəssüflər olsun kiSizə xidmət göstərə bilməyəcəyik. Bununla bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edərək məlumat əldə edə bilərsiniz. Çağrı mərkəzi: 193
1,379
Salam uwaqlarimin biri 9ayliq, biri 2yaw 5ayliq, biride 5yawlidi. Wexsiyyet vesiqesi uwaqlarcun wekilli olur yoxsa wekilsiz?
Yeni nümunəli şəxsiyyət vəsiqəsi şəkillidir.
1,380
mən qeydiyyatda olduğum evin işıq saygacini öz adıma keçirtmək üçün nə etmeliyem
zəhmət olmasaəmlakın yerləşdiyi rayonu qeyd edin. Əmlak sizin adınıza özəlləşdirilib? Əmlakın mülkiyyət hüququnu təsdiq edən sənədi var?
1,381
Salam öyrenmək olar soyadın deyişilməsi mümkündürmü hansı sənədlər lazımdı Ata adını soyadla əvəz etmək üçün hansı sənədlər lazımdı
Zəhmət olmasayaşınızı və daimi qeydiyyatda olduğunuz rayonu bildirin. Doğum haqqında şəhadətnamə hansı rayonun (və ya ölkənin) Qeydiyyat şöbəsindən (VVADQ) əldə olunub? Soyadın hansı formada (kökdən – hərfi mənadayoxsa sonluğunun) dəyişdirilməsini istəyirsiniz?
1,382
27 iyun nece bes is gunudurmu?
qeyri-iş günləri barədə məlumat rəsmi sosial media səhifələrimizdə elan olunur. Mütəmadi olaraq səhifəmizi izləməyiniz tövsiyə olunur.
1,384
Salam, şəxsiyyət vəsiqəsi itib qızımın . Nə etmək lazımdır? Nə qədər ödəniş olunmalıdır?
Vətəndaş hansı rayonda daimi qeydiyyatdadır? Neçə yaşı var ? Şəxsiyyət vəsiqəsi yeni yoxsa köhnə nümunəli idi?
1,385
Salam Bakı qeydiyyatındadir. 21 yaşı var. Köhnə idi
Nəzərinizə çatdırırıq kişəxsiyyət vəsiqəsinin bərpası ilə bağlı istənilən “ASAN xidmət” mərkəzinə müraciət edə bilərsiniz. Yaşı 15-dən çox olan vətəndaşın şəxsiyyət vəsiqəsində hər hansı məlumat dəyişikliyi yoxdursaonun bərpası ilə bağlı zəruri sənəd: dövlət rüsumunun ödənilməsi barədə qəbz. İtirilmiş şəxsiyyət vəsiqəsi 1 iş günü müddətinə hazırlanırsa90 manat3 iş günü müddətinə hazırlanırsa70 manat10 iş günü müddətinə hazırlanırsa30 manat məbləğində dövlət rüsumu ödənilir. Yeni nümunəli şəxsiyyət vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi zamanı şəkil “ASAN xidmət” mərkəzində xüsusi aparat vasitəsilə çəkilir. Vətəndaşın şəkil təqdim etməsinə ehtiyac olmur. Bu şəklin çəkilməsi ilə bağlı əlavə ödəniş nəzərdə tutulmayıb. Dövlət rüsumu "ASAN xidmət" mərkəzində fəaliyyət göstərən bank vasitəsilə ödənilir. Bankın xidmət haqqı: 0,4 manat
1,386
aydındır çox sağolun izah etdiyiniz üçün❤️
hər zaman buyurun.
1,387
.aitadzh xeyr təəssüf. Ölkədə ümumiyyətlə qan analizi işləmir. Belə dedilər poliklinikadan da, asan xidmətdən də.
Nəzərinizə çatdırırıq kinikahın qeydə alınması ilə bağlı tələb olunan tibbi müayinədən keçməni təsdiq edən arayış “ASAN xidmət” mərkəzlərində (1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi istisna olmaqla) fəaliyyət göstərən tibb müəssisəsindən və yaxud nikaha daxil olmaq istəyən tərəflərdən birinin yaşayış yeri üzrə siyahısı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən müəyyən edilən dövlət və bələdiyyə tibb müəssisələrindən əldə oluna bilər. Hazırda nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın verilməsi ilə bağlı sistem üzrə yaranan texniki çətinlik davam edir. Xidmətin bərpa olunub-olunmaması ilə bağlı məlumat əldə etmək üçün mütəmadi olaraq 108 Çağrı mərkəzi ilə əlaqə saxlamağınız tövsiyə olunur.
1,388
sizə sual ünvanlamaq olarmi
buyurunmüraciətinizi təqdim edə bilərsiniz.
1,389
səyar asan xidmət qazaxda nə vaxt olacax
Nəzərinizə çatdırırıq ki“ASAN xidmət”in Səyyar qrupunun 1 iyul 2022 - 28 iyul 2022 tarixində Qazax rayonunda xidmət göstərməsi nəzərdə tutulub. Səyyar xidmət barədə məlumat əldə etmək üçün 108 (3) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.