question
stringlengths 6
1.94k
| answer
stringlengths 1
1.99k
⌀ | bank
stringclasses 6
values | datetime
stringlengths 24
24
⌀ |
---|---|---|---|
Onlayn cat mene komek etmir cashback də gözlemede pul var idi bugün baxdımki çıxılıb depozit kimi 0.11 olub nie çıxılıb | Salam, Hörmətli Müştəri.
Zəhmət olmasa, qeyd edəsiniz, əməkdaşa qoşulmusunuz?
Əməkdaşa qoşulmaq üçün Birbankda Bankla əlaqə - Çat bölməsindən müraciət zamanı dil seçimindən sonra "Əməkdaşa qoşul?” düyməsini seçin, zəhmət olmasa.
Qeyd olunan proseslə bağlı Sizə tam ətraflı məlumat təqdim etmək üçün "Cashback" hesabınız yoxlanılmalıdır.
Təəssüflər olsun ki, sosial şəbəkələrdə təhlükəsizlik baxımından şəxsi məlumatların yoxlanılması yolverilməzdir.
Müraciətlərin sayı nisbətən çoxaldığı zaman əməkdaşa qoşulmaq üçün bir qədər gözləməli ola bilərsiniz.
Gözləmə vaxtının çox olduğuna görə təəssüf edirik.
Hazırda daxil olan müraciətlər növbəli şəkildə cavablandırılır və biz bunun daha operativ olması üçün əlimizdən gələni əsirgəmirik.
Əməkdaş ən qısa müddətdə Sizə məlumat təqdim edəcəkdir. | kapital_bank | 2023-12-01T11:45:47.000Z |
Salam. 2 illik yerləşdirilsə neçə faiz verilir? | Salam, Hörmətli müştəri.
Rəqəmsal depoziti 24 aylıq rəsmiləşdirdikdə, faiz dərəcəsi 7.5% təşkil edir. | kapital_bank | 2023-12-02T15:31:03.000Z |
Salam. Birbank cashback kartları artıq ədv-ni 2x vermir? | Salam, Hörmətli Müştəri.
2 qat ƏDV ləğv olunmayıb. Şərtlər uyğun olduğu halda, hesablanır. 2 qat ƏDV geri almaq üçün aşağıdakı şərtlər riayət olunmalıdır:
✅ Ödəniş FİN-ə bağlı olan Birbank Cashback kartı ilə edilməlidir;
✅ ƏDV geri al portalındakı hesab və ödənişin edildiyi Birbank Cashback kartı eyni FİN-ə bağlı olmalıdır;
✅ Eyni zamanda ödəniş tam məbləğdə nağdsız (kart ilə) aparılmalıdır;
✅ Kassa qəbzi (üzərində QR-kod və fiskal kod qeyd olunmuş qəbz) ödənişdən sonra - 30 dəqiqədən gec olmayaraq çap olunmalıdır;
✅ Qəbz Birbank mobil tətbiqi və ya https://edvgerial.kapitalbank.az/ portalı ilə əlavə olunmalıdır;
✅ 2 qat ƏDV məbləği yalnız hesablanmış əsas ƏDV məbləği köçürüldükdən sonra “ƏDV geri al” hesabına köçürülür;
✅ 11 aprel 2023-cü il tarixindən etibarən geri qaytarılacaq 2 qat ƏDV məbləğindəki 2-ci qat üçün 20 AZN aylıq limit təyin edilib. Limit yalnız 2-ci qata və qeyd olunan tarixdən sonra yaranmış qəbzlərə şamil olunur.
Zəhmət olmasa, qeyd edin, şərtlər uyğun olduğu halda 2 qat ƏDV hesablanmayıb? | kapital_bank | 2023-11-09T12:23:16.000Z |
salam sms xidmeti legv etsem bir problem yaranmazki? bele anacq proqramnan baxmaq isteyirem pulum olmur her ay 1 manata | Salam, Hörmətli Müştəri.
SMS Bankçılıq xidmətini Birbankda kart üzrə qeydiyyatda aşağıdakı qaydada deaktiv edə bilərsiniz: Hesablar və kartlar – SMS xidməti deaktiv etmək istədiyiniz kartı seçin – Tənzimləmələr – SMS Bankçılıq – Silmək istədiyiniz nömrəni seçin - Sil.Birbankda "Daha çox - Bildirişlər - Ödənişlər" bölməsindən kart ilə edilən əməliyyatı və kart balansını izləyə bilərsiniz.
Həmçinin, Birbank mobil tətbiqində sağ aşağı küncdə 3 nöqtə "Daha çox" bölməsinə daxil olun. "Hesablar və Kartlar" bölməsinə keçid edərək, müvafiq kartı seçin. "Tənzimləmələr" bölməsində "Çıxarış" bölməsinə daxil olaraq kartınızda etdiyiniz əməliyyatlara nəzər yetirə bilərsiniz. Əlavə olaraq 1 aydan artıq tarix intervalı seçdiyiniz halda çıxarışınızı mail olaraq sizə göndərmək təklif olunacaq və Siz PDF/EXCEL faylı seçimini edərək qeyd etdiyiniz tarix aralığında çıxarışınızı mail ünvanınıza göndərəcəksiniz. 😊 | kapital_bank | 2023-11-09T12:26:49.000Z |
elave pul daha lazim olmurda? sms xidmetin legv edende? | SMS xidmətinin ləğv edilməsi ödənişsizdir. | kapital_bank | 2023-11-09T12:39:41.000Z |
legv etdikden sonra bir problem yaranmaz da ? elave illik sigorta pulu zad lazim olmur ki? depet kartlarinda | Xeyr, narahat olmayın, Nəzrin xanım. | kapital_bank | 2023-11-09T12:45:45.000Z |
bəli bütün şərtlər uyğun olduğu halda, iki aydır ki, 2 qat ədv hesablanmır | İlk öncə qeyd etmək istərdik ki, yaranmış hal ilə bağlı təəssüf edirik.
Məlumatları qeyd etdiyiniz üçün təşəkkür edirik.
Sizin təqdim etdiyiniz məsələ ilə bağlı müraciətiniz şəxsi mesaj bölməsində cavablandırıldı. Zəhmət olmasa, şəxsi mesaj bölməsinə daxil olaraq, qeyd olunan qaydada müraciət edə bilərsiniz. | kapital_bank | 2023-11-09T12:48:35.000Z |
Salam sabah iş gunudur sizde ? | Salam, hər vaxtınız xeyir.
10 noyabr tarixində Bravo 1, Bravo 2, Bravo 3, Bravo 4, Sahil, Gənclik Mall və 28 Mall filialları 10:00-19:00 aralığında fəaliyyət göstərəcək. Filialların ünvanları və iş saatları: https://www.kapitalbank.az/locations. Zəhmət olmasa, qeyd edin, filiala müraciətiniz nə ilə bağlıdır? | kapital_bank | 2023-11-09T16:30:02.000Z |
Salam, birbank mobil tətbiqinə girərkən problem yaranır sistem açılmır, dünen bele bir problem yoxdur, ne ile elaqeli ola biler? | Salam, Hörmətli Müştəri.
Əməkdaşlarımız daima bu istiqamətdə çalışırlar ki, Birbank tətbiqi maksimum rahat, funksional və stabil olaraq çalışsın və bizim də istədiyimiz odur ki, müştərilərimiz hər zaman rahat şəkildə tətbiqdən istifadə edə bilsinlər. Tətbiqin hər yeni versiyası istifadəyə verildikcə yeni funksiyalar əlavə olunur həmçinin, daha yaxşı stabillik təmin olunur.
Ən sonuncu versiyadan istifadə etdikdə çətinliklə qarşılaşmamalısınız.
Zəhmət olmasa, qeyd edəsiniz, ən sonuncu versiyadan istifadə edirsiniz? | kapital_bank | 2023-11-09T19:02:57.000Z |
Salam ,bankomatdan kartla birbawa olaraq nece avans goture bilerem? | Salam, Hörmətli Müştəri.
Kartda Avans xidməti aktivdirsə, Kapital Banka məxsus ATM-də yeni interfeysə uyğun olaraq kart daxil olunduqdan sonra sol tərəfdə “Nağdlaşdırma” seçilməlidir, sonra PIN daxil olunur, növbəti balans açılır və aşağıda “Avans” düyməsi qeyd olunur. | kapital_bank | 2023-11-09T19:16:54.000Z |
tesekkur edirem | Kapital Banka müraciət etdiyiniz üçün təşəkkür edirik. 😍 | kapital_bank | 2023-11-09T19:47:13.000Z |
salam depet kartinda kredit almag olur? | Salam, Hörmətli müştəri.
Taksit kartında limit artırılması üçün, Birbank tətbiqində kartı seçim edərək "Tənzimləmələr" bölməsindən "Taksit limitinə müraciət" bölməsindən seçim edə bilərsiniz. | kapital_bank | 2023-11-10T05:41:32.000Z |
Salam bugun isleyirsiniz? | Salam, Hörmətli müştəri.
8-12 noyabr tarixində (hər iki tarix daxil olmaqla) Bravo 1, Bravo 2, Bravo 3, Bravo 4, Sahil, Gənclik Mall və 28 Mall filialları 10:00-19:00 aralığında fəaliyyət göstərəcək. | kapital_bank | 2023-11-10T05:46:47.000Z |
depet karti orda olmur? | Öncəki şərhdə qeyd olunan şəkildə müraciət etdiyinizdə, debet kartınıza, taksit limiti təyin etmək mümkün olacaq. | kapital_bank | 2023-11-10T07:04:25.000Z |
Salam bugun iş gunudu sizde | Salam, Hörmətli müştəri.
8-12 noyabr tarixində (hər iki tarix daxil olmaqla) Bravo 1, Bravo 2, Bravo 3, Bravo 4, Sahil, Gənclik Mall və 28 Mall filialları 10:00-19:00 aralığında fəaliyyət göstərəcək. Rəsmi olaraq iş günü 13.11.2023 tarixindən nəzərdə tutulur. | kapital_bank | 2023-11-10T07:30:24.000Z |
Salam, mən Trendyoldan məhsul sifariş edib birbank kartı ilə ödəniş etmək istədiyim zaman imtina gəlir bu nədən ola bilər? | Salam, Hörmətli Müştəri.
Məlumatları qeyd etdiyiniz üçün təşəkkür edirik.
Sizin təqdim etdiyiniz məsələ ilə bağlı müraciətiniz şəxsi mesaj bölməsində cavablandırıldı. Zəhmət olmasa, şəxsi mesaj bölməsinə daxil olaraq, qeyd olunan qaydada müraciət edə bilərsiniz. | kapital_bank | 2023-11-11T19:19:52.000Z |
Salam 200 mat bayramla,elaqeder ne idi qediyatdan keçdim menifi 15 mat oldu hesablm baglandl | Salam, hər vaxtınız xeyir.
Sosial media və ya müxtəlif mesencerlər (WhatsApp, Telegram və s.) üzərindən bilinməyən səhifələrdən və nömrələrdən göndərilən şübhəli linklərə daxil olmamağı və kart məlumatlarımızı saxta saytlarda daxil etməməyinizi xahiş edirik. Dələduzlar pul mükafatı vəd etməklə şəxsi məlumatlarınızı alıb pullarınızı mənimsəyə bilərlər. Əməkdaşlarımız heç bir halda kartızın PİN, CVV kodunu və ya OTP təsdiq kodunu hər hansı əməliyyatın həyata keçirilməsi üçün Sizdən tələb etmir. Əgər “Kapital Bank” və ya “Birbank” adından Sizinlə əlaqə saxlayıb həmin məxfi məlumatları tələb etsələr, bilin ki, bu şəxslərin bankımıza heç bir aidiyyəti yoxdur.
Müraciətiniz ilə bağlı kartınız üzrə yoxlanış edə bilməyimiz üçün Birbank tətbiqində: “Daha çox” – “Bankla əlaqə” – 💬 “Çat” bölməsindən əməkdaşımız ilə əlaqə saxlamağınızı xahiş edirik. Birbank hesabınız yoxdursa, tətbiqi bu linkdən yükləyərək http://www.kbl.az/b qeydiyyatdan keçib bizə yaza bilərsiniz. Hər hansı səbəbdən qeydiyyatdan keçmək mümkün olmursa, Sizə köməklik göstərə bilməyimiz üçün 7/24 fəaliyyət göstərən 196 Telefon Mərkəzi ilə əlaqə saxlamağınız xahiş olunur (ölkə xaricindən zənglər üçün beynəlxaq nömrə: +994 12 598 44 60). | kapital_bank | 2023-11-12T21:38:21.000Z |
salam 6 gundu etdiyim sifaris ləg edilib pul geri iadə olunub lakin pulum karta yuklənməyim. Nə zaman yuklənəcək? | Salam, Hörmətli Müştəri.
Müraciətiniz ilə bağlı yoxlanış olunması və Sizə tam xidmət göstərə bilməyimiz üçün Birbank mobil tətbiqində “Bankla əlaqə” - “Çat” bölməsindən (sürətli keçid üçün link https://birbank.az/contact/chat) bizə yazmağınızı xahiş edirik.
Ümumi məlumat olaraq qeyd etmək istərdik ki, ölkədaxili qaytarılma 10 təqvim günü, ölkəxarici qaytarılma isə 15 təqvim günü ərzində icra olunur. | kapital_bank | 2023-11-14T06:43:56.000Z |
Salam debet karti sifariw vermiwem hazir oldugda men banka getmeden vesiqemi bawqasina versem vererler karti yoxsa ozum olmaliyam | Salam, Hörmətli Müştəri.
Digər şəxs notarial qaydada təsdiqedilmiş etibarnamə ilə kartı əldə edə bilər. | kapital_bank | 2023-11-15T11:38:18.000Z |
salam sosiyal yardim kocrlmuyub? | Salam, hər vaxtınız xeyir.
Bank bu məsələdə sadəcə vasitəçidir. Zəhmət olmasa, vəsaitin köçürülməsi ilə bağlı məlumatı qeydiyyatda olduğunuz rayon üzrə ƏƏSMF-dan dəqiqləşdirin. Həmin təşkilat vəsaiti hansı tarixdə köçürərsə, bank tərəfindən həmin iş günü ərzində hesaba yatırılacaq. | kapital_bank | 2023-12-26T11:35:38.000Z |
Salam 30.12.2023 tarixinda bank filyallariniz isleyecek? | Salam, hər vaxtınız xeyir.
Qeyd olunmuş linkə keçid alaraq filialların iş saatları ilə tanış ola bilərsiniz: https://www.kapitalbank.az/uploads/yanvar-ayi-is-gunleri | kapital_bank | 2023-12-29T11:07:35.000Z |
tetbiqinizede yaziriq cavab veren yoxdur. Bele deyerlendirirsinoz musterileri? Adinizi Birinci bank qoymusunuz amma en axirinci bankdan bele asagi xidmetiniz var Adinizi sifirinci bank qoysaniz ela olar 😂😂😂😂😂 | Salam, hər vaxtınız xeyir.
Müraciətiniz digər şərhdə cavablandırmışdır. | kapital_bank | 2023-12-29T12:38:05.000Z |
Adivizi xalqin banki qoymusunuz menim kartimdan kapital bankin özü pul çekir bu ne demekdir heç bir banklarda bele birşey yoxdur icacəsiz şəxsi vəsaitimdən pul götürürsünüz | Salam, Hörmətli Müştəri.
Müraciətiniz ilə bağlı yoxlanış olunması və Sizə tam xidmət göstərə bilməyimiz üçün Birbank mobil tətbiqində “Bankla əlaqə” - “Çat” bölməsindən (sürətli keçid üçün link https://birbank.az/contact/chat) bizə yazmağınızı xahiş edirik. Birbankınız yoxdursa, onu bu linkdən yükləyərək http://www.kbl.az/b qeydiyyatdan keçib bizə yaza bilərsiniz. | kapital_bank | 2023-12-29T21:28:01.000Z |
beli baxmiwam iw saatlariniza bayram gunu oldugu ucun deqiq oyrenmek isdeyirdimki bugun sizde iw saati necedir? | 2-6 yanvar tarixlərində Kapital Bankın Bravo 1,2,3,4 filiallarında, Gənclik mall, 28 Mall və Sahil filialında 10:00 – 19:00 aralığında xidmət göstəriləcəkdir.
Zəhmət olmasa, qeyd edəsiniz, hansı əməliyyatın icrası ilə bağlı filiala yaxınlaşmaq istəyirsiniz? | kapital_bank | 2023-12-31T05:14:11.000Z |
deyesen bayram gunu camaatla mezelenirsiz hansi serhde cavab vermisiz baxdim yoxdur 😠 | Salam, Hörmətli Müştəri.
Belə bir qərar verdiyiniz üçün təəssüf edirik. Kapital Bank üçün hər bir müştəri və onların göstərilən xidmət səviyyəsi, bank məhsulları haqqında olan düşüncələri, dəyərləndirmələri çox önəmlidir. Banka daxil olan hər bir müraciət 24/7 növbəli şəkildə cavablandırılır. Zənglərin sayı nisbətən çoxaldığı halda əməkdaşa qoşulmaq üçün bir qədər gözləməli olursunuz. | kapital_bank | 2023-12-31T05:30:06.000Z |
yazdim 196 zengde etdim ama heç bir komek olmadi | Zəhmət olmasa, qeyd edin, müraciətinizlə bağlı əməkdaş Sizə cavab təqdim etmədi? | kapital_bank | 2023-12-31T15:01:39.000Z |
cavab o olduki şikayətiniz qeyd edildi ama qeyd edilmemelidi çünki mənə xəbərdarlıq olunmadan hesabimdan avtomatik pul silinib kartim - ye düşüb | Zəhmət olmasa, ad, soyad, ata adı, Birbank hesabınızın qeydiyyat nömrəsini, çat üzərindən müraciətin tarixini, saatı və əlaqə üçün mobil nömrənizi şəxsi mesaj bölməsindən bizə göndərin. Məlumatları təqdim etdikdən sonra bu şərhdə bildirməyinizi xahiş edirik. | kapital_bank | 2023-12-31T16:31:02.000Z |
melumat təqdim edilməyib sadəcə naraziliginiz qeydə alindi dediler | Hansı saatda Sizə göstərilən xidmətdən narazısınızsa, şəxsi mesaj vasitəsi ilə həmin saatı qeyd edəsiniz, zəhmət olmasa.
Məlumatları qeyd etdikdən sonra burada bildirəsiniz, zəhmət olmasa. | kapital_bank | 2023-12-31T17:16:33.000Z |
yeni iliniz mubarek 🙌 qeydiyat nomremin deyiwmesi ucun yaxinlawmaq isdiyirem | Sağlıq, xoşbəxtlik və uğur dolu bir ili sevdiklərinizlə birlikdə keçirtməniz diləyi ilə, yeni il Sizə xoşbəxtlik və bol qazanc gətirsin. 😊
Zəhmət olmasa, qeyd edin, Birbank hesabınızın qeydiyyat nömrəsini dəyişdirmək istəyirsiniz? | kapital_bank | 2023-12-31T21:34:01.000Z |
cox sagolun sizlerle bahem ❤️ beli qeydiyat nomremi deyiwmek isdeyirem hemin birbankda qeydiyyatda olan nomrem artig aktiv deyil unutmuwam bunun ucunde tedbiqe adima olan kart elave ede bilmirem onun ucunde eemekdawlariniz filyala yaxinlawmagimi isdediler deyiwiklik ucun | Məlumatların təqdim edilməsi üçün, zəhmət olmasa, ad, soyad, ata adınızı və əlaqə nömrənizi şəxsi mesaj vasitəsi ilə bizə göndərin. Göndərdikdən sonra burada bildirməyiniz xahiş olunur. | kapital_bank | 2024-01-01T06:43:46.000Z |
göndərdim məlummatlarımı | İlk dəfə qeydiyyatdan keçərkən 8 simvollu şifrə təyin edirsiniz. Həmin şifrəni xatırlasanız, aşağıdakı ardıcıllığı icra edin (ya nömrə aktiv olmalıdır, ya da şifrə xatırlanmalıdır):
1. Birbankdan çıxış edirsiniz.
2. Birbank qeydiyyatı olanlar üçün giriş edirsiniz.
3. Mobil nömrə və 8 simvollu şifrəni daxil edirsiniz.
4. Sağda telefon nömrəsini dəyişdirmək yazılıb, ona daxil olursunuz.
5. Yeni mobil nömrənizi yazırsınız.
6. Mobil nömrənizə gələn kodu təsdiqləyirsiniz.
7. Daxil olursunuz.
Əgər 8 simvollu şifrəni xatırlamasanız və nömrə aktiv deyilsə (heç biri yoxdursa), bu halda filiala yaxınlaşmağınız xahiş olunur. | kapital_bank | 2024-01-02T08:36:21.000Z |
Salam, .az KQB(kart qalib bonusunu) ay sonu ne ucun vermediniz? | Salam, ay ərzində toplanan gəlir məbləği 5 AZN-dən yuxarı olduqda, ay sonu kart balansına köçür. | unibank.az | 2024-02-03T17:44:32.000Z |
Kartimii deyişmək isteyirem. Bunagöre nə qədər pul ödemeliyem? r | Salam, hansı növ kartdır? | unibank.az | 2024-02-04T03:02:37.000Z |
Salam. Bu kartini kredit karti kimi Yox debet kart kimi istifade etmek olar? | Salam, bəli. | unibank.az | 2024-02-08T13:34:32.000Z |
Bu karti yalniz biznesçilər ala bilər? | Salam, bəli. | unibank.az | 2024-02-08T18:24:41.000Z |
Salamlar .az mən ucardla kafe və restoranlarda ödəniş etdim kəşbek gözləyən hissəsinə yığılırdı. Düzdü, 2 manatdan aşağı idi. 1 ay sonra həmin məbləğ sıfırlandı və kartıma köçmədi. Zəhmət olmasa səbəbini qeyd edərdiniz! | Salam, ay ərizndə yığılan məbləğ 2 AZN-dən aşağı olarsa, vəsait avtomatik olaraq sıfırlanır. | unibank.az | 2024-02-09T08:27:23.000Z |
Mənə 10 ilik lazımdir | hər vaxtınız xeyir.
Hazırda nağd kreditlərimiz illik 9.9 %-dən başlayaraq 59 ayadək təqdim olunur.
Müraciətiniz üçün təşəkkür edirik 💛 | yelobank | 2023-12-08T04:48:36.000Z |
Salam her vaxtiniz xeyir , bilmek isterdik ki, pensiyaçılar uçun kredit elde etmek mumkundur? | hər vaxtınız xeyir.
Ətraflı məlumat və ilkin təhlil üçün ad, soyad və mobil nömrənizi şəxsi mesaj bölməsində təqdim etməyiniz Sizdən xahiş olunur.
Müraciətiniz üçün təşəkkür edirik 💛 | yelobank | 2023-12-21T18:55:29.000Z |
Salam hal hazrda bankiniz iwleyir? | Siz Kapital Banka məxsus Cash-İn tipli ATM ilə kartınıza USD ilə mədaxil edə bilərsiniz. Bu zaman həmin vəsait həmin günə uyğun konvertasiya olunur. | kapital_bank | 2024-01-02T06:13:20.000Z |
Salam sizden kredit götürülüb kod dəyişilib zəhmət olmasa cavablandiraz | Salam. UBank mobil tətbiqdə profil şəkilinə (U işarəsinə) daxil olub, CİF kodu görə bilərsiniz. | unibank.az | 2024-01-18T09:39:43.000Z |
Salam drecte baxarsiz | Salam, zəhmət olmasa, nəzər yetirərdiniz. | unibank.az | 2024-01-19T10:58:28.000Z |
Niye DM baxmirsiz?! | Salam, cavablandırıldı. | unibank.az | 2024-01-22T03:31:02.000Z |
10 gündü kart sifaris vermisem hele gelmib | Salam, Hörmətli Müştəri.
Sifariş verildiyi tarixdən etibarən Bakıda müştərilər üçün 7 iş günü, digər şəhər və rayonlardakı müştərilər üçün isə 14 iş günü ərzində kartları çap edirik.
Zəhmət olmasa, Birbank tətbiqinin çatında bizə yazın, əməkdaşımız kartın hazırlığını yoxlayacaq: https://Birbank.az/contact/chat
Əgər tətbiqimiz sizdə hələ yoxdursa, onu http://www.kbl.az/b buradan yükləyə bilərsiniz, bu, cəmi bir neçə dəqiqə vaxt aparacaq. Gününüz xeyirli olsun! | kapital_bank | 2023-11-01T05:40:44.000Z |
yəni necə istifadə olunurki | Kart olmadan vəsaiti elektron pul kisəsinə yatırmaqla QR olan sahələrdə ödənişi tətbiq ilə edirsiniz. | kapital_bank | 2023-11-01T05:45:57.000Z |
Salam cari ay üzrə ödənməli məbləği ödədikdən sonra ödəniləcək məbləğ faiz hesablanan borcdan çıxılır yoxsa güzəşt müdətli borcdan? | Salam, Hörmətli Müştəri.
Cari aylıq borc ödəndikdən sonra ödəniş zamanı ilk güzəşt müddətli borc silinir. İlk faiz hesablanan borcu ödəmək üçün Birbank tətbiqində Kreditlər - Şəxsi kabinet - Faiz hesablanan borc seçimini edə bilərsiniz. | kapital_bank | 2023-11-01T06:56:27.000Z |
Salam 196 ya niyə zəng çatmır deyirsiz sıra gözləmək deyil ümumiyyətlə zanitdi zəng çatmır | Salam, Hörmətli müştəri.
Zəhmət olmasa, qeyd edin, 0 rəqəmini daxil edərək əməkdaşa bağlanırsınız? | kapital_bank | 2023-11-01T11:18:07.000Z |
Salam Adında gecikməsi olan götürə bilərik | Salam, hər vaxtınız xeyir.
Bu haqda ətraflı məlumat kredit mütəxəssisi tərəfindən təqdim edilə bilər. İpoteka üçün WhatsApp: 050 999 81 96 və ya saytımızda https://kbl.az/kbwabot müraciət edə bilərsiniz. Biz müraciətləri 24 saat qəbul edirik və qısa müddət ərzində Sizə geri zəng edəcəyik. Təşəkkür edirik! | kapital_bank | 2023-11-01T19:38:35.000Z |
heç daxil edə bilirəmki nömrə məşqul olanda necə olur iki dəfə səs olur bax elə | 196 Telefon Mərkəzi vasitəsilə probleminizi həll etmək mümkün olmadığı üçün üzr istəyirik. Zəhmət olmasa, səhifəmizin şəxsi mesaj bölməsinə ad, soyadınızı, 196 Telefon Mərkəzi ilə hansı nömrədən əlaqə saxladığınızı, zəngin tarixi və saatı, çətinliyin görüntüsünü göndərin. Məlumatları göndərdikdən sonra şərh bölməsində bildirməyiniz xahiş olunur. 196 Telefon Mərkəzinə hansı məsələ ilə bağlı əlaqə saxlamısınız? | kapital_bank | 2023-11-01T19:41:59.000Z |
Salam. 1ilde toplanmiw edvni geri al kampaniyasi dogrudur? | Salam, Hörmətli Müştəri.
Qeyd olunan məlumat rəsmi məlumat deyildir, vəsait itkisinin qarşısını almaq üçün təsdiq üçün göndərilən dördrəqəmli şifrəni, kartın arxa hissəsindən üçrəqəmli nömrəni, kart üçün təyin etdiyiniz dördrəqəmli şifrəni, Birbank qeydiyyatı üçün göndərilmiş dördrəqəmli şifrəni, Birbank qeydiyyatınızın nömrəsini və şifrəsini, naməlum nömrələr ilə şəxsi məlumatları paylaşmayasınız, zəhmət olmasa. | kapital_bank | 2023-11-05T03:59:08.000Z |
Salam bizdə cashback karti var 2 3ay əvvəl almişiq ama bloklanib hec istifadə olunmayib necə blokdan aça bilərik? Birdə ki şəxsi məlumatlar yadimizdan cxb kartin pin kodu şifrəsi necə əldə edə bilərik? | Salam, Hörmətli müştəri.
Hansı səbəbdən bloklandığını nəzərdə tutursunuz ?
Birbank tətbiqinin Daha çox - Hesablar və Kartlar - Müvafiq kartı seçin - Tənzimləmələr - PİN - i dəyiş bölməsinə daxil olaraq, kartınızın Pin kodunu dəyişə bilərsiniz. | kapital_bank | 2023-11-05T18:53:14.000Z |
umumiyyətlə kart haqqinda məlumatlar yadimizdan cxb 2 3ay əvvəl aldigima görə | Hansı məlumatları nəzərdə tutursunuz ? | kapital_bank | 2023-11-05T19:48:01.000Z |
Sertleri necedi bes | Salam, Hörmətli müştəri.
Kredit mütəxəssislərinə İpoteka sifarişi üçün müraciət etdiyinizdə, ətraflı məlumat təqdim olunacaqdır.
İpoteka sifarişi üçün WhatsApp ilə müraciət edə bilərsiniz: +994509998196 (sürətli keçid üçün linkə tıklayın https://kbl.az/kbwabot)
Müraciətlər 24/7 qəbul olunur və həftəiçi iş günlərində 09:00 – 18:00 arasında sifariş ilə bağlı geriyə zəng edilir. | kapital_bank | 2023-11-06T10:38:32.000Z |
Salam mən müavinət alıram ABB kartla sizdən kredit götürə bilərəm? | Salam, Hörmətli müştəri.
Nəzərinizə çatdıraq ki, kredit məhsulu ilə bağlı müraciət etdiyinizdə mütləq qaydada rəsmi gəlir yeriniz olmalıdır, eyni zamanda aylıq məvacibinizlə yanaşı sizin kredit tarixçəniz, banka kredit öhdəliyiniz və digər amillər yoxlanıldıqdan sonra son qərarı kredit mütəxəssisimiz verir. Yalnız bütün məlumatlar nəzərdən keçirildikdən və kredit mütəxəssisinin təhlilindən sonra dəqiq məlumat təqdim edilir.
Nağd krediti/Birbankı (BirKartı) Birbank-da “Bank Məhsulları” bölməsindən dərhal əldə edə və ya WhatsApp ilə müraciət edə bilərsiniz: +994509998196 (sürətli keçid üçün linkə tıklayınhttps://kbl.az/kbwabot)) Müraciətlər 24/7 qəbul olunur və həftəiçi iş günlərində 09:00 – 18:00 arasında kredit mütəxəssisləri tərəfindən sifariş ilə bağlı geriyə zəng edilir. | kapital_bank | 2023-11-24T11:32:00.000Z |
müavinət alıram | Nağd kredit rəsmiləşdirilməsi üçün qeyd olunan şərtlər bunlardır:
Nağd krediti Kapital Bank və ya hər hansı digər bankdan əmək haqqı/təqaüd alan şəxslər əldə edə bilər;
Yaş: 18-70;
Son iş yerində staj minimum 3 ay olmalıdır. Ümumi staj minimum 6 ay olmalıdır;
Təqaüdçülər üzrə staj tələbi yoxdur;
Xüsusi hallarda zamin tələb edilə bilər;
Digər banklarda krediti olanlara da kredit verilə bilər.
Qeyd olunan qaydada müraciət etdikdə kredit mütəxəssislərimiz yoxlanış edərək Sizə ətraflı məlumat təqdim edəcəkdir. | kapital_bank | 2023-11-24T14:27:46.000Z |
bes sumqayit filiallari | Rəsmi iş günlərində xidmət göstəriləcəkdir, filialların iş saatı və ünvanları ilə bağlı ətraflı məlumatı qeyd olunan keçiddən əldə edə bilərsiniz: https://www.kapitalbank.az/locations#
Həmçinin, Birbankda “Daha çox – Filial və bankomatlar” bölməsinə daxil olaraq məlumatları əldə edə bilərsiniz | kapital_bank | 2023-11-10T08:34:34.000Z |
Salam sabah ıs gunudur sızde? | Salam, hər vaxtınız xeyir!
13 noyabr iş günüdür. Qeyri-iş günləri Bravo 1, Bravo 2, Bravo 3, Bravo 4, Sahil, 28 Mall və Gənclik Mall filialları saat 10:00-dan 19:00-a kimi xidmət göstərəcək. Zəhmət olmasa, filiala hansı müraciətinizlə bağlı yaxınlaşmaq istədiyinizi qeyd edin. | kapital_bank | 2023-11-10T15:31:20.000Z |
Men üreyi açığam boş kartnan mezelenidem arada 1 manat vururam sırazı yoxa çıxır😁 | Salam, hər vaxtınız xeyir!
Yaranmış hal ilə bağlı təəssüf edirik. Kartınızın burada yoxlanılması təhlükəsizlik baxımından təəssüf ki, mümkün deyil. Müraciətiniz ilə bağlı Sizə tam xidmət göstərə bilməyimiz üçün Birbank mobil tətbiqində Daha çox ➡ Bankla əlaqə ➡ Çat bölməsindən bizə yazmağınızı xahiş edirik. | kapital_bank | 2023-11-10T18:52:45.000Z |
Salam mən kredit ödəməliyəm amma müştəri kodum yadımnan çıxıb proqrama girib baxmaq üçündə Azərbaycan nömrəm yoxdur. | Salam, hər vaxtınız xeyir.
CIF kod (müştəri kodu) Birbank taskit kartı və nağd kredit ödənişləri üçün fərdi 7 rəqəmli kodunuzdur. Birbank mobil tətbiqinə daxil ola bilmirsinizsə, CIF kodunuzu Birbank taksit kartının və kredit müqaviləsindən əldə edə, yaxud (99412) 598-44-60 nömrəsinə zəng edərək əldə edə bilərsiz. Sizə kömək etməkdən məmnun olarıq. Gününüz uğurlu olsun! | kapital_bank | 2023-11-11T02:48:03.000Z |
Salam menim hesab kartim itib , onu nece baglatdirim? | Salam, hər vaxtınız xeyir.
Birbank mobil tətbiqindən istifadə edirsinizsə, kartı tətbiq vasitəsilə bloklaya bilərsiniz: ''Hesablar və kartlar'' - kartı seçin - ''Sazlamalar'' və ya ''Tənzimləmələr'' - ''Kartı bloklamaq''. Həmçinin Birbank tətbiqində ''Bankla əlaqə'' - ''Çat'' bölməsindən və ya 196 Telefon Mərkəzi ilə əlaqə saxlayaraq kartı birdəfəlik bloklamaq mümkündür. Daha sonra kartın növündən asılı olaraq (əmək haqqı və s.) yeni kart üçün kartı sifariş edən təşkilata və ya eyni hesaba bağlı kartı (debet, taksit və s.) Kapital Bank filiallarında sifariş edə bilərsiniz. Filialların ünvanları və iş saatları: https://www.kapitalbank.az/locations. Kartlar üzrə tariflər: https://www.kapitalbank.az/tariffs | kapital_bank | 2023-11-11T05:03:11.000Z |
beynəlxaq əlaqə nömrəsi verə bilərsiz? | Ölkə xaricindən (99412) 598-44-60 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. | kapital_bank | 2023-11-11T05:07:23.000Z |
Salam Edeve geri al kampanyasi var kapotal bankda il boyu yuklenen edeveler tezden karta gelir??? | Salam, Hörmətli Müştəri.
Xeyr, qeyd olunan məlumat rəsmi məlumat deyildir, vəsait itkisinin qarşısını almaq üçün təsdiq üçün göndərilən dördrəqəmli şifrəni, kartın arxa hissəsindən üçrəqəmli nömrəni, kart üçün təyin etdiyiniz dördrəqəmli şifrəni, Birbank qeydiyyatı üçün göndərilmiş dördrəqəmli şifrəni, Birbank qeydiyyatınızın nömrəsini və şifrəsini, naməlum nömrələr ilə şəxsi məlumatları paylaşmayasınız, zəhmət olmasa. | kapital_bank | 2023-11-11T19:55:05.000Z |
bes men bloklasam karti yeni hesab acdira bilerem, zehmet olmasa??? | Zəhmət olmasa, qeyd edin, eyni kart hesabına bağlı yeni kart sifariş etmək istəyirsiniz? | kapital_bank | 2023-11-11T21:01:09.000Z |
Salam,mən tələbəyəm və təqaüd alıram. Mənə kredit düşür mü? Nə qədər kredit düşür? | Salam, hər vaxtınız xeyir.
Kreditin rəsmiləşdirilməsi ilə bağlı yekun qərar Kapital Bankın daxili qaydaları və müştərinin təhlili əsasında kredit mütəxəssisləri tərəfindən müəyyən olunur. Gündəlik Tələbat kreditini Kapital Bank və ya digər bankdan əmək haqqı və ya təqaüd alan şəxslər əldə edə bilər. Müştərinin yaşı min. 18, maks. kreditin son ödəniş tarixinə 70 yaş olmalıdır. Staj tələbi: son iş yerində staj - 3 ay, ümumi iş stajı - 6 ay. Təqaüdçü müştərilər üzrə staj tələbi mövcud deyil.
Nağd krediti və ya Birbank taksit kartını Birbank mobil tətbiqində “Bank Məhsulları” bölməsindən əldə edə və ya WhatsApp üzərindən sifariş üçün müraciət edə bilərsiniz: +994509998196 (sürətli keçid üçün: https://kbl.az/kbwabot). Müraciət ilə bağlı saat 09:00-18:00 aralığında kredit mütəxəssisi tərəfindən əlaqə saxlanılır və ətraflı məlumat təqdim olunur. ✅ | kapital_bank | 2023-11-12T01:46:43.000Z |
Niyə görə Kapital Bank Yeni debet kartımdan (heç kim nə nömrəmi bilir nə kodu bilir, birincinin məlumatları oğurlandıqdan sonra ikincini almışam) Wolt tətbiqi üzərindən pul silinir. Bu necə qorumadır. Bu necə təhlükəsizlikdir. OTP kodunu telefona pul çıxarılanda göndərirsiniz. Olmaz ki, bunun razıyam- razı deyiləm düyməsi olsun ki, kənar şəxs bizim kartdan pul çıxarda bilməsin. Mowennik Wolt tətbiqinə məni yönləndirirsiniz, halbuki mən o tətbiqdən istifadə etmirəm. Çünki bank məlumatlarını istəyir. Eləcə də ayın 5i birinci debet kartımdan külli miqdarda pul silinib. 12 gündür pulumdan xəbər yoxdur. M10a köçürülüb. müraciət etmişəm. Ərizəmə baxıldığı yazılır. Axı Kapital bank bir çox müştərisini bu yolla itirir. Bəs mənim pulumu kim qaytaracaq. Polis yoxsa Kapital Bank. Məncə Kapital Bankın prestijinə çox ziyan vurur bu məsələ. P. S. Heç bir sayta daxil olmamışam, heç bir linkə daxil olmamışam. Yolda olarkən Sms gəldi ki, bu qədər pul çıxarılır. Hə yadıma düşmüşkən kartım ikisi də bloklanıb Bank tərəfindən, bayaq yenə kartda olan kiçik məbləği Wolt proqramı ilə silmək istədilər. Amma bank blokladığı üçün çıxarda bilmədilər. Hörmətlə: Kapital Bank müştərisi. Mənə cavab yazmaq lazım deyil, mən faktı yazmışam. Polis və Bank xəbərdardır. | Salam, Hörmətli Müştəri.
Belə bir qərar verdiyiniz üçün təəssüf edirik. Kapital Bank üçün hər bir müştəri və onların göstərilən xidmət səviyyəsi, bank məhsulları haqqında olan düşüncələri, dəyərləndirmələri çox önəmlidir. Belə bir hal ilə üzləşdiyiniz üçün təəssüf edirik. Kartınızın məxfi məlumatlarını (16 rəqəmli nömrəsi, CVV kod, PİN kod, bitmə tarixi, OTP təsdiq kodları) kənar şəxslərə və təhlükəli ola biləcək sayt/tətbiqlərə təqdim etməməyiniz tövsiyə olunur. Qeyd edək ki, əməliyyatın aparıldığı sayt/tətbiq "3D Secure" lisenziyasından istifadə etmirsə, bu zaman əməliyyat təsdiq kodu tələb olunmadan keçir. Həmçinin, əməliyyatı aparan zaman bir dəfə 3DS təsdiq kodu istifadə edilibsə, növbəti əməliyyatlar üçün təkrar təsdiq kodları tələb olunmaya bilər (misal: abunəliklər, taksi sifarişi və s.). | kapital_bank | 2023-11-13T20:36:02.000Z |
salam. adıma bir kart ola ola. mən nağd kredit götürə bilərəmmi? | Salam, Hörmətli Müştəri.
Gündəlik Tələbat kreditini Kapital Bank və ya digər bankdan əmək haqqı və ya təqaüd alan şəxslər əldə edə bilər. Müştərinin yaşı min. 18, maks. kreditin son ödəniş tarixinə 70 yaş olmalıdır. Staj tələbi: son iş yerində staj - 3 ay, ümumi iş stajı - 6 ay. Təqaüdçü müştərilər üzrə staj tələbi mövcud deyil.
Kredit məhsulu rəsmiləşdirilən zaman, aylıq məvaciblə yanaşı müştərinin kredit tarixçəsi, banka kredit öhdəliyi, işlədiyi müəssisə və digər amillər yoxlanıldıqdan sonra kredit məbləği, müddəti və faiz dərəcəsi ilə bağlı son qərar kredit mütəxəssisimiz tərəfindən bildirilir.
* Digər banklarda krediti olanlara da kredit verilə bilər;
* Xüsusi hallarda zamin tələb edilə bilər.
Nağd krediti Birbank mobil tətbiqində “Bank Məhsulları” bölməsindən əldə edə və ya WhatsApp üzərindən sifariş üçün müraciət edə bilərsiniz:
+994509998196 (sürətli keçid üçün: https://kbl.az/kbwabot).
Müraciət ilə bağlı saat 09:00-18:00 aralığında kredit mütəxəssisi tərəfindən əlaqə saxlanılır və ətraflı məlumat təqdim olunur.
Sayt üzərindən sifariş üçün link:
https://kbl.az/kbgtklt
Bütün növ kredit məhsullarımız haqqında məlumat və sifariş üçün keçid edə bilərsiniz
https://www.kbl.az/ksgtk | kapital_bank | 2023-11-14T10:46:28.000Z |
Salam kredit imtina gelende max nece gunden sonra yeniden muraciet etmek olar? | Salam, Hörmətli Müştəri.
Kredit məhsulu rəsmiləşdirilən zaman, aylıq məvaciblə yanaşı müştərinin kredit tarixçəsi, banka kredit öhdəliyi, işlədiyi müəssisə və digər amillər yoxlanıldıqdan sonra kredit məbləği, müddəti və faiz dərəcəsi ilə bağlı son qərar kredit mütəxəssisimiz tərəfindən bildirilir.
Birbank tətbiqində “Bank Məhsulları” bölməsindən əldə edə və ya WhatsApp üzərindən sifariş üçün müraciət edə bilərsiniz:
+994509998196 (sürətli keçid üçün: https://kbl.az/kbwabot). | kapital_bank | 2023-11-14T17:59:50.000Z |
Salam sizin yeni çıxan hədiyəli oyununuzdan yararlanmağ istəyirəm. Bunun üçün mənim debet kartım var bu mümkündü? | Salam, hər vaxtınız xeyir.
Lotereyada 18 yaşından yuxarı Azərbaycan Respublikası vətəndaşına məxsus, eyniləşdirilmiş, həm debet, həm də taksit olmaqla bütün növ Birbank kartları iştirak edir. Birbank debet kartları ilə edilmiş 20 AZN və üzəri bütün növ ödənişlər (istisna MCC-lərdə edilən ödənişlər xaric) iştirak şansı qazandırır. Lotereya haqqında ətraflı məlumat üçün: https://birbank.az/landings/lotereya | kapital_bank | 2023-11-15T09:54:04.000Z |
Çox bərbad bir bankdi. Heç bir şikayətə baxılmır və şablon cavablar verilir | Salam 🦁
Zəhmət olmasa, bildirə bilərsiniz, niyə bu cür düşünürsünüz? Sizə necə köməklik göstərə bilərik? | leobank.az | 2023-08-17T12:21:44.000Z |
Salam leobank-a kredit borcumuzu necə ödüyürük? | Salam🦁
Siz kart balansınızı istənilən MilliÖn, Emanat və Cash in Unibank terminallarında və tətbiq üzərində tam komissiyasız artıra bilərsiniz.
Bank xidmətlərini seçim etdiyiniz zaman, Leobanka keçid edib, kartın son 8 rəqəmini qeyd edin və kartın balansını artırın. | leobank.az | 2023-08-18T09:42:07.000Z |
Əlaqə nömrəsi verin zəhmət olmasa | Salam🦁
Sizə qayğı göstərmək xoşdur. Bizlər ilə 24/7 əlaqə yarada bilərsiniz
*7773 nömrəsinə zəng edə bilərsiniz. | leobank.az | 2023-08-18T15:00:50.000Z |
Tədbiqə digər bank kartini necə əlavə edə bilərəm? | Salam🦁
Təəssüf ki, tətbiqə digər bank kartlarını əlavə etmək mümkün deyildir. | leobank.az | 2023-08-19T06:58:51.000Z |
Salam,leonank telefon tətbiqi niyə açmaq olmur daxil olmaq olmur? | Salam🦁
Ümumi texniki çətinlik müşahidə olunurdu, lakin əməkdaşlarımız artıq bu çətinlikləri aradan qaldırmağa çalışırlar, bir qədər sonra yenidən yoxlamağınız xahiş olunur. Yaranan çətinliyə görə üzr istəyirik | leobank.az | 2023-08-19T08:07:58.000Z |
Karta pul köcmür niyə? | Salam🦁
Zəhmət olmasa, ətraflı şəkildə qeyd edə bilərsiniz, vəsaiti hardan köçürürsünüz? | leobank.az | 2023-08-21T13:13:16.000Z |
Salam zehmet olmas men cavab berin karta pul vurmusam cek cixif amam pul karta otrmur zehmet olsam baxrdiz | Salam🦁
Zəhmət olmasa, ətraflı şəkildə qeyd edə bilərsiniz, vəsaiti hardan köçürürsünüz? | leobank.az | 2023-08-22T06:03:03.000Z |
Leobank deye bir bank yoxdu ölkədə bu Unibank-ın layihəsidir. Təəssüflər olsun ki bu bankda Unibank kimi problemlidir. Heçkimə tövsiyyə etmirəm. | Salam🦁
Bəli. Leobank Unibank-ın təqdim etdiyi layihədir. Zəhmət olmasa, qeyd edərdiniz, çətinliyiniz nə ilə bağlıdır? Sizə kömaklik göstərməyə hazırıq. | leobank.az | 2023-08-22T08:25:12.000Z |
Salam. Kredit limitini necə ləğv etmək olar? | Salam🦁
Zəhmət olmasa, qeyd edərdiniz, kredit limitini hansı səbəblə ləğv etmək istəyirsiniz?
Leobank sizə kredit hesabından istifadə zamanı 62 günə qədər güzəşt müddəti təqdim edir. Bu müddət ərzində kredit vəsaitlərindən tamamilə faizsiz istifadə edə bilərsiniz. Güzəşt müddətinin davamlı olması üçün cari ayın borcunu növbəti ayın sonuncu gününə qədər ödəmək imkanınız var.
*7773 nömrəsinə zəng edə bilərsiniz. Bizim üçün sizə xidmət göstərmək xoşdur. | leobank.az | 2023-08-23T07:07:36.000Z |
salam elaqe nomreniz varsa mene lazimdi yazarsizda | Salam🦁
Zəhmət olmasa, mobil tətbiqin digər bölməsindən , dəstək bölməsinə keçid alaraq bizə müraciət edin və ya *7773 nömrəsi ilə qeydiyyatdan keçdiyiniz nömrədən əlaqə saxlayardınız ki sizin məlumatlarınız bizdə əks olsun və biz sizə daha dəqiq məlumat təqdim edə bilək, qeyd edim ki zənglər tamamilə ödənişsizdir. | leobank.az | 2023-08-24T06:07:58.000Z |
Çoxda əla bankdir heçbir problem şikayətim olmayıb problemində olanda dərhal həll ediblər sağolsunlar ..Pisleyenler özlərinin deyir vallah | Salam🦁
Dəyərli rəyiniz üçün və xidmətimizi yüksək qiymətləndirdiyiniz üçün, sizə təşəkkürümüzü bildiririk.
Ən yüksək xidmət ilə müştərilərimizi sevindirməyə söz veririk. | leobank.az | 2023-09-03T23:07:06.000Z |
Salam men uban kodumu nece bile bilerem? | Salam🦁
Zəhmət olmasa, tətbiqə daxil olaraq qara karta üzərinə toxunun, daha sonra "Hesab Rekvizitləri" xanasına toxunun və sizə hansı valyuta lazımdırsa, onu seçərək İBAN nömrənizi əldə edə bilərsiniz. | leobank.az | 2023-09-13T05:13:27.000Z |
Bir kartla bir bank eyni bir şeydir? | Salam, hər vaxtınız xeyir.
Artıq BirKart məhsulu müştərilərə Birbank kartı kimi təqdim edilir. Birbank kartları haqqında ətraflı məlumatı saytımızda əldə edə bilərsiniz: https://www.kapitalbank.az/cards. | kapital_bank | 2023-10-28T06:41:44.000Z |
Salam. Adi kredit goturmek uchun resmi gelir yerine ehtiyac var? | Salam, Hörmətli Müştəri.
Gündəlik Tələbat kreditini Kapital Bank və ya digər bankdan əmək haqqı və ya təqaüd alan şəxslər əldə edə bilər. Müştərinin yaşı min. 18, maks. kreditin son ödəniş tarixinə 70 yaş olmalıdır. Staj tələbi: son iş yerində staj - 3 ay, ümumi iş stajı - 6 ay. Təqaüdçü müştərilər üzrə staj tələbi mövcud deyil.
Kredit məhsulu rəsmiləşdirilən zaman, aylıq məvaciblə yanaşı müştərinin kredit tarixçəsi, banka kredit öhdəliyi, işlədiyi müəssisə və digər amillər yoxlanıldıqdan sonra kredit məbləği, müddəti və faiz dərəcəsi ilə bağlı son qərar kredit mütəxəssisimiz tərəfindən bildirilir.
* Digər banklarda krediti olanlara da kredit verilə bilər;
* Xüsusi hallarda zamin tələb edilə bilər.
Nağd krediti Birbank mobil tətbiqində “Bank Məhsulları” bölməsindən əldə edə və ya WhatsApp üzərindən sifariş üçün müraciət edə bilərsiniz:
+994509998196 (sürətli keçid üçün: https://kbl.az/kbwabot).
Müraciət ilə bağlı saat 09:00-18:00 aralığında kredit mütəxəssisi tərəfindən əlaqə saxlanılır və ətraflı məlumat təqdim olunur.
Sayt üzərindən sifariş üçün link:
https://kbl.az/kbgtklt
Bütün növ kredit məhsullarımız haqqında məlumat və sifariş üçün keçid edə bilərsiniz
https://www.kbl.az/ksgtk | kapital_bank | 2023-10-28T10:29:01.000Z |
Salam, zəhmət olmasa directe baxardiniz. | Salam, Hörmətli Müştəri.
Şəxsi mesaj vasitəsi ilə xidmət göstərilməsi nəzərdə tutulmamışdır. Zəhmət olmasa, müraciətinizi rəy bölməsində qeyd edin. | kapital_bank | 2023-10-29T06:03:51.000Z |
Salam.Mənə WhatsAppdan Yazdılar ki siz Zəfər günü üçün 300 manat veririsiniz bu həqiqidi? | Salam.
Xeyr, bankımızın əməkdaşları pul mükafatları təklif etmirlər. Əməkdaşlarımız heç bir halda kartızın PİN, CVV kodunu və ya OTP təsdiq kodunu hər hansı əməliyyatın həyata keçirilməsi üçün Sizdən tələb etmir. Əgər “Kapital Bank” və ya “Birbank” adından Sizinlə əlaqə saxlayıb həmin məxfi məlumatları tələb etsələr, bilin ki, bu şəxslərin bankımıza heç bir aidiyyəti yoxdur. Ehtiyatsızlıqdan məlumatlarını digər (üçüncü) şəxslərlə paylaşıb hesabından oğurluq halı ilə üzləşdiyiniz zaman, əməliyyat “3D Secure” təsdiqi ilə keçibsə və ya daha öncə eyni təyinatlı əməliyyata görə kart təhlükəsizlik səbəbi ilə avtomatik bloklanıb, lakin müştəri kartını aktiv edərək təkrar istifadə etməyə davam edirsə, bankımız heç bir məsuliyyət daşımayacaq. Dələduzluq halları ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etmək gərəkdir.
🌐 Bankımızın rəsmi səhifələri aşağıdakılardır:
・ www.kapitalbank.az;
・ www.edvgerial.kapitalbank.az;
・ www.ipoteka.kapitalbank.az;
・ www.private.kapitalbank.az;
・ www.birbank.az;
・ www.birbank.business. | kapital_bank | 2023-10-29T08:37:46.000Z |
başa düşdüm çox sağolun. | Buyurun, müraciətiniz üçün Sizə təşəkkür edirik. | kapital_bank | 2023-10-29T09:29:24.000Z |
Salam mənə whtsapda mesaj gəlib ling daxil ol 300 AZN qazan . sonra deyir başqalarina göndersen qazanacaqsan pul mükafatinni bu doğrudur əyər deleduzlardilarsa bir tədbir görün | Salam.
Xeyr, bankımız tərəfindən bu cür pul mükafatı təqdim edilmir. Əməkdaşlarımız heç bir halda kartızın PİN, CVV kodunu və ya OTP təsdiq kodunu hər hansı əməliyyatın həyata keçirilməsi üçün Sizdən tələb etmir. Əgər “Kapital Bank” və ya “Birbank” adından Sizinlə əlaqə saxlayıb həmin məxfi məlumatları tələb etsələr, bilin ki, bu şəxslərin bankımıza heç bir aidiyyəti yoxdur. Ehtiyatsızlıqdan məlumatlarını digər (üçüncü) şəxslərlə paylaşıb hesabından oğurluq halı ilə üzləşdiyiniz zaman, əməliyyat “3D Secure” təsdiqi ilə keçibsə və ya daha öncə eyni təyinatlı əməliyyata görə kart təhlükəsizlik səbəbi ilə avtomatik bloklanıb, lakin müştəri kartını aktiv edərək təkrar istifadə etməyə davam edirsə, bankımız heç bir məsuliyyət daşımayacaq. Dələduzluq halları ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etmək gərəkdir.
🌐 Bankımızın rəsmi səhifələri aşağıdakılardır:
・ www.kapitalbank.az;
・ www.edvgerial.kapitalbank.az;
・ www.ipoteka.kapitalbank.az;
・ www.private.kapitalbank.az;
・ www.birbank.az;
・ www.birbank.business. | kapital_bank | 2023-10-29T09:50:58.000Z |
teşekkür çox sağol | Buyurun, müraciətiniz üçün Sizə təşəkkür edirik. | kapital_bank | 2023-10-29T10:13:51.000Z |
Drekə baxardınız | Salam.
Sosial media üzərindən şəxsi mesaj vasitəsilə əməkdaş ilə əlaqə nəzərdə tutulmamışdır. Sizə köməklik göstərə bilməyimiz üçün, zəhmət olmasa, müraciətinizin nə ilə bağlı olduğunu burada qeyd edin. | kapital_bank | 2023-10-29T10:49:04.000Z |
Kapital bank tərəfindən 200 Azn pul verilir zəfər bayramına görə bu düzgündürmü yoxsa yalandır ? | Salam, Hörmətli müştəri.
Qeyd etdiyiniz məlumat Kapital banka məxsus deyildir. | kapital_bank | 2023-10-29T12:01:08.000Z |
Saalam. Mənim 18yaşım noyabrın 2’si tamam olacağ, onnan əvvəl kart sifariş edə bilmərəm? | Salam, Hörmətli müştəri.
Taksit yoxsa debet kart üzrə nəzərdə tutursunuz ? | kapital_bank | 2023-10-29T12:52:09.000Z |
cashbek kartı , yəni proqram vasitəsilə idarə etmək , proqram vasitəsilə karta və yaxud nömrəyə pul atmağ kimi funksiyalar.. 18tamam olmalıdır? | Kart növünü qeyd edin, zəhmət olmasa. | kapital_bank | 2023-10-29T13:06:32.000Z |
Sizin adinza reklam olunur mənim kimi bəlkəde bilərlə sizin musdərinizin hesabindan pul cəkilib və siz hecbir halda nə tədbir gormursuz nədə məlumat vermirsiz | Müraciətiniz digər şərh bölməsində cavablandırılmışdır. | kapital_bank | 2023-10-29T13:09:41.000Z |
Salam Ecemi filiali isleyr bugun | Salam, Hörmətli Müştəri.
Qeyri-iş günləri Bravo 1, Bravo 2, Bravo 3, Bravo 4, Gənclik mall, 28 mall və Sahil filialları 10:00-19:00 aralığında fəaliyyət göstərir. | kapital_bank | 2024-01-04T11:18:53.000Z |
Salam, bayramınız mübarək. Bazar günü işləyirsiniz??? Ayın 7si ??? | Salam, Hörmətli müştəri.
Sizin də bayramınız mübarək olsun. ❤
Bəli, bazar günü filiallarımız fəaliyyət göstərəcək. | kapital_bank | 2024-01-04T17:18:13.000Z |
Salam xırdalan filialınız işləyir ? | Salam, Hörmətli müştəri.
Təəssüflər olsun ki, qeyd olunan filial, 07.01.2024 tarixinədək fəaliyyət göstərməyəcək. | kapital_bank | 2024-01-04T17:27:28.000Z |
zeng edib sikayetimi dimisem 196ya heleki deyisiklik yixdu | Çətinliyin qısa zamanda həll olunması üçün əməkdaşlarımız əllərindən gələni əsirgəmirlər. Müvəqqəti çətinliyə görə üzr istəyirik. 🙏 | kapital_bank | 2024-01-04T18:18:16.000Z |
Salam Qusar filialıniz ne vaxt isliyecek? | Salam.
Bayram tətili ilə əlaqədar olaraq Qusar filialı 7 yanvar tarixindən etibarən fəaliyyətini davam etdirəcək. Filialların iş saatları və xəritə üzərində ünvanları ilə tanış olmaq üçün: https://kapitalbank.az/locations
Zəhmət olmasa, qeyd edin, filiala müraciətiniz hansı xidmətlə bağlıdır? | kapital_bank | 2024-01-05T12:26:37.000Z |
Salam Agstafa rayonundaki filialiniz xidmət gostərəcək? | Salam, Hörmətli müştəri.
Təəssüflər olsun ki, qeyd olunan filial, 07.01.2024 tarixinədək fəaliyyət göstərməyəcək. | kapital_bank | 2024-01-05T13:28:07.000Z |
zəhmət olmasa mesaja ozunuz cavab verə bilərsiniz? Yaziram bot cavab verir | Müraciətiniz hal-hazırda əməkdaş tərəfindən cavablandırılır. | kapital_bank | 2024-01-05T13:35:12.000Z |
Salam ayın 7 si iş fəaliyyəti var ? | Salam.
Sizə köməklik göstərə bilməyimiz üçün, zəhmət olmasa, müraciətinizi daha aydın və ətraflı şəkildə qeyd edin. | kapital_bank | 2024-01-05T13:42:34.000Z |
banklar ayın neçəsinnən açılacaq | Salam, Hörmətli müştəri.
Zəhmət olmasa, qeyd edin, hansı filialı nəzərdə tutursunuz? | kapital_bank | 2024-01-05T14:35:08.000Z |