Search is not available for this dataset
text
stringlengths 10
518k
|
---|
Öncəliklə deyək ki, Çinin mövqeyi ABŞ-nin sıxışdırılması məsələsindəki Rusiyanın mövqeyinə bənzəyir. |
Bənzərlik Çin-Rusiya strateji tərəfdaşlığının birgə mövqeyi deyil, sadəcə olaraq Pekin də Vaşinqtonun birqütblü dünya nizamı təsis etmək cəhdlərinə qarşı fəaliyyət göstərən gücdür. |
Çinlə Rusiyanı birləşdirən ortaq dəyər eyni məntiqdir, hərçənd ki, Pekin Moskvanı yox, daha çox özünü qorumağı hədəfləyir. |
Ona görə də, Pekinin Qərblə yanaşı, Rusiya ilə münasibətlərində də bəzi səs-küyə çevrilən şikayətləri ekspertlərin istinad nöqtəsinə çevrilir (məsələn Çinin Rusiyaya qarşı ərazi iddiaları). |
Ancaq Çinlə Rusiyanın münasibətləri gərgin deyil, əksinə, iki dövlət strateji müttəfiqlik səviyyəsində irəliləməyi planlaşdırıb Qərbi regiondan sıxışdırmaq niyyətlərini ifadə edir. |
Vanq Yinin Çinlə ABŞ arasındakı münasibətlərin kritik olduğunu, Rusiya ilə münasibətlərin daha da möhkəmlənəcəyini deməsi həmin mövqeyə söykənir. |
Düzdür, Çin Ukrayna məsələsində obyektiv və qərəzsiz mövqe tutduğunu iddia edərək sülh danışıqlarını təşviq etdiyini açıqlayır. |
Hətta 2023-cü ilin fevralında Çin Rusiya-Ukrayna münaqişəsinin həlli ilə əlaqədar 12 bəndlik sülh planını açıqlamışdı. |
Amma bu, diplomatik bitərəflik üslubunda hazırlanmış, lakin siyasi cəhətdən Rusiyaya dəstək xarakterli formul idi.""İndi isə Çinin planı daha çox Rusiya mərkəzli tezislərin inkişafı şəklində qabarıq görünə bilər. |
Çünki:""- Ukraynanın uduzacağına dair Qərbdən verilən siqnalların səsi getdikcə güclənir,"- Çinin ABŞ-ni Yaxın Şərqdə sıxışdırması Rusiyanın maraqlarının təmininə yol açır və burada Moskva-Pekin sövdələşməsi görünür. |
Amma Çin böhrandan çıxış yolunu araşdıran düsturları Rusiya-Qərb qarşıdurmasından yaranan strateji boşluqlara özünün yerləşdirilməsinə şərait yaratmaq rejiminə kökləyir. |
Buna görə də, Ukraynadakı müharibənin pisləşməyə və kəskinləşməyə meyilli olması Çin üçün alternativ pəncərələr təqdim edir. |
Çinin Rusiya-Ukrayna müharibəsinin həlli istiqamətindəki səyləri Pekin mərkəzli “effektiv və davamlı təhlükəsizlik arxitekturası” yaradılması meyarlarına xidmət edir. |
Çin bununla Avropa qitəsində sülh və sabitliyin qarantı olduğunu göstərməyə çalışaraq kritik rolunu vurğulayır. |
NƏTİCƏ"Çinin Rusiya və Ukrayna arasında sülhün yaradılması üçün çağırışları Pekinin geosiyasi ekspansiyasının əlamətlərinə işarə edir. |
Çox güman ki, Rusiya bu çağırışları Qərbi güzəştlərə təşviq etmək üçün yönləndirməyə çalışacaq. |
Yəni Kreml sülh danışıqları haqqında məlumat əməliyyatlarını təşviq etmək üçün Çinin danışıqlara çağırışları ilə məşğul olmağa davam edəcək. |
İtaliyada Beynəlxalq Qadınlar Günü münasibətilə Həmkarlar İttifaqı Əsas Komitələr Konfederasiyası (Cobas), Ümumi İtaliya Əmək Konfederasiyası (CGIL) və bir sıra digər yerli həmkarlar ittifaqlarının çağırışı ilə ümummilli tətil keçirilir. |
Tətilə qoşulan həmkarlar ittifaqları və ictimai birliklərin tələbləri gender bərabərliyi, qadınların cinsinə görə öldürülməsi ilə mübarizə, kişilərlə minimum və bərabər əməkhaqqının tətbiqi, Ukrayna və Yaxın Şərqdə davam edən münaqişələrə son qoyulması ilə bağlıdır. |
Şamaxı rayonunda intihar hadisəsi baş verib. |
Belə ki, Şamaxı sakini, 1977-ci il təvəllüdlü Ramin Vaqif oğlu Dəmirov özünü kəndirlə asaraq intihar edib. |
Hadisə yerinə rayonun hüquq-mühafizə orqanı əməkdaşları cəlb olunublar. |
Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Şamaxı rayon şöbəsinə aparılıb. |
Faktla bağlı araşdırma aparılır. |
“Azərbaycanda media azaddır və media sahəsində fikir müxtəlifliyi, fəaliyyət azadlığı tam təmin edilib. |
Bölgə ilə bağlı sağlam niyyətlər güdməyən bir sıra Qərb dairələri isə öz maraqları naminə məhz bu azad mühitdən sui-istifadə etməyə çalışırlar. |
Ən sınanmış üsul isə dolayı yolla media qurumları və QHT-lər təsis edərək təxribatçı niyyətlərlə onları alətə çevirməkdir”. |
O, təəssüflə bildirib ki, məhz bu çərçivədə ölkədə bəzi media qurumları “beşinci kolon” funksiyasını yerinə yetirərək bir sıra Qərb dövlətləri və təsisatlarının, o cümlədən USAID başda olmaqla, təcavüzkar mahiyyətə malik bir sıra Qərb fondlarının təsir aləti kimi çıxış etməkdədir:""“Elə bu günlərdə barələrində aidiyyəti hüquqi addımlar atılan media strukturlarının fəaliyyətinə diqqət etsəniz, yalnız qızışdırıcı, qərəzli, vətəndaşlarda dövlətinə qarşı inamsızlıq təlqin edən, milli və ailə dəyərlərini hədəfə alan fəaliyyət xətti çox aydın şəkildə sezilir. |
Məlumdur ki, Azərbaycanın hərbi-siyasi qələbələri neoimperializmi fiziki sərhədlərimizdən kənar tutmağa imkan verdi, lakin Qərbin təcavüzkar dairələri Qafqazda məğlubiyyətlə belə tezliklə barışmaq niyyətində deyil və cənab İlham Əliyevin andiçmə mərasimində də dediyi kimi, onların bizdən belə tezliklə əl çəkməyəcəklərini bilirik. |
Hərb və diplomatiya müstəvisində məğlubiyyətin ardınca həmin dairələr ölkədə kök salmış şəbəkələrini, xüsusən muzdlu medianı işə salaraq Azərbaycan daxilində təzyiq mühiti formalaşdırmağa cəhd edirlər. |
Bu, sınanmış üsuldur və rəngli inqilablar, ərəb baharları, elə Cənubi Qafqazda yaşanmış bir neçə ardıcıl çevrilişlər məhz bu üsulla realizə edilib. |
Heç şübhəsiz ki, biz Qərbin riyakar oyunları və saxta ssenarilərindən agahıq və istənilən ssenariyə hazırıq”. |
B.Məhərrəmov əlavə edib ki, qalib dövlət olaraq milli təhlükəsizlik məsələləri Azərbaycan üçün prioritetdir:""“Biz Qərbin “beşinci kolon” vasitəsilə milli təhlükəsizliyimizi təhdid etməsinə də imkan verə bilmərik. |
Yəni necə ki, əvvəllər, eləcə də indi və gələcəkdə fəaliyyətini Qərbin muzdlu sifarişləri əsasında quran media və QHT-lərə stabilliyi pozmağa imkan verilməyəcək. |
Bu mənada, ölkədə səhihliyi şübhə doğurmayan faktlara və təkzibedilməz dəlillərə əsaslanaraq bəzi media qurumları və şəxslər barəsində həyata keçirilən əməliyyat-axtarış tədbirləri heç bir formada media və ifadə azadlığı kontekstində qiymətləndirilə bilməz. |
Bizim məqsədimiz şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaqdır. |
Son addımlar da ona yönəlib ki, cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamağı, şübhəli və ya təqsirləndirilən şəxslərin təqsirli olub-olmamağı müəyyən olunsun. |
Bu istiqamətdə də cinayət təqibi ilə bağlı bütün hallar hərtərəfli, tam və obyektiv araşdırılır. |
Əlbəttə, bu tip media qurumları daha çox Qərbin təsir aləti kimi formalaşdığı üçün onlar barəsində görülən qanuni və hüquqi tədbirlər ətrafında Qərbin qeyri-adekvat davranışları bizim üçün gözlənilməz olmadı. |
Aydındır ki, verilən reaksiyalar öncədən ssenarisi hazırlanan anti-Azərbaycan kampaniyanın bir hissəsidir. |
Lakin heç kəs unutmamalıdır ki, Azərbaycan suveren haqları və milli maraqlarını hədəfə alan istənilən cəhdin qarşısını almaqda qərarlıdır və hüququn aliliyi çərçivəsində qətiyyətli addımlarına bundan sonra da davam edəcək”. |
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasına səfəri çərçivəsində qardaş ölkənin müdafiə sənayesi kompleksinə daxil olan “Baykar” şirkətinin texniki direktoru cənab Selçuk Bayraktar ilə görüşüb. |
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. |
Bildirilib ki, görüşdə Azərbaycan ilə Türkiyə arasında olan dostluq və qardaşlıq münasibətlərinin bütün digər sahələrdə olduğu kimi, hərbi texniki sahədə də uğurla inkişaf etdiyi vurğulanıb, cari əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub. |
Sonda tərəflər arasında birgə tədqiqat, inkişaf və istehsalata dair əməkdaşlıq müqaviləsi imzalanıb. |
Kürdə batan 67 yaşlı kişinin axtarışları dörd gündür davam edir. |
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. |
Bildirilib ki, Kür çayının Salyan rayonu, Babacanlı qəsəbəsi ərazisindən keçən hissəsində dörd mart 2024-cü il tarixində batdığı ehtimal edilən 1957-ci il təvəllüdlü Hüseyn İsrafil oğlu Süleymanovun axtarışları Fövqəladə Hallar Nazirliyi (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən davam etdirilir. |
Gün ərzində FHN-in dalğıc-xilasediciləri tərəfindən vətəndaşın batdığı ehtimal edilən istiqamətlər üzrə axtarış-xilasetmə tədbirləri həyata keçirilib. |
“Bəzi dairələr təsis etdikləri fondlar hesabına Azərbaycan daxilində sabitliyi pozmağa çalışırlar”. |
Onun sözlərinə görə, ABŞ və Qərbin bir çox fondları müstəqil siyasət yürüdən dövlətlərin uğurlarını əlindən almaq üçün iş aparırlar:""“Onlar gizli yollarla ayırdıqları maliyyə vəsaitləri ilə mətbuat orqanları, QHT-ləri maliyyələşədirir və öz sifarişlərini icra etdirirlər. |
Qərbin bu çirkin planlarının qarşısını vaxtında ala bilməyən ölkələr də xalqı dövlətə qarşı qaldıraraq rəngli inqilabların təşkil olunmasına nail olurlar. |
Sonra da öz adamlarını hakimiyyətə gətirərək firavan yaşayan xalqların həyatını cəhənnəmə döndərirlər. |
Ərəb baharları gözümüzün qarşısında baş verib. |
Ukraynada nail olduqları narıncı inqilabın nəticəsidir ki, bu gün ölkə müharibə burulğanında çətin vəziyyətə düşüb. |
Gürcüstanda isə torpaqlarının itirilməsi ilə nəticələnib. |
Eyni zamanda Rusiyada da həyata keçirmək istədikləri planların qarşısı alındı”. |
A.Badamov deyib ki, Soros, USAID, Samanta Pauer və digər fondlar Azərbaycanda da dağıdıcı planlarını həyata keçirməyə çalışdılar:""“Belə ki, “Abzas Media”nı, “Toplum TV”ni, müəyyən QHT-ləri, radikal müxalifəti və sairə maliyyələşdirirlər və ölkəmizdəki siyasi sabitliyi pozmaqla xalqı dövlətə qarşı çıxmağa çalışırlar. |
Təbii ki, Azərbaycan dövlətinin təhlükəsizlik orqanları dövlətə qarşı cinayətkar məqsədlərini həyata keçirmək istəyənləri vaxtında müəyyən edir və neytrallaşdırır. |
Bu gün ərazilərimizin suverenliyini təmin etməyimizi, zəfərə imza atmağımızı və müstəqil siyasət yürütməyimizi həzm edə bilməyən dairələr özlərinin təsis etdiyi fondlar hesabına ölkəmizin daxilində sabitliyi pozmağa çalışırlar. |
Onlar birmənalı şəkildə bilməlidirlər ki, digər ölkələrdə həyata keçirmələrinə nail olunmuş oyunlar Azərbaycanda baş tutmayacaq. |
Çünki ölkəmizdə sarsılmaz birlik var və fevralın yeddisində keçirilmiş seçkidə xalqımızın yüksək faizlə öz dövlət başçısına yenidən etimad göstərməsi həmin dairələrə verilən ən düzgün cavabımızdır. |
Bununla yanaşı, dövlətə qarşı iş apararaq cinayət törədən hər kəs əməlinə görə cəzasını almalıdır”. |
Milli Məclisin üzvü vurğulayıb ki, Qərb Azərbaycanda demokratiya, insan haqları, söz azadlığının olmadığını və siyasi baxışlarına görə həbslər keçirildiyini bildirməklə saxta ittihamlar səsləndirir:""“Azərbaycanda siyasi baxışlarına görə heç kim həbs olunmur. |
Bununla yanaşı, demokratiya pərdəsi altında insanlar arasında dövlətə qarşı fikir yaratmasına da heç kimə imkan verilməyəcək. |
Burda sual olunur ki, ABŞ və Qərbdə insan haqları, söz azadlığı qorunurmu? |
Qərbin bu məsələlərə aidiyyəti yoxdur. |
Əgər belə olmasaydı, Edvard Snouden, Culian Asanc və digərlərinə qarşı məxfi məlumatların yayılması bəhanəsi ilə təqib və həbslər həyata keçirməzdilər. |
Onların da hüquq və azadlıqları təmin olunmalıydı. |
Fransada öz fikirlərini ifadə etrmək üçün dinc aksiya keçirən insanlar polis dəyənəyi altına salınaraq həbsxanalara atılmazdılar. |
Yeni Kaledoniyaya ezam olunmuş AZƏRTAC-ın jurnalisti Aygün Həsənovanın Fransa polisi tərəfindən qeyri qanuni həbs olunaraq işgəncələr verilməsi, deportasiya edilməsi söz azadlığının və jurnalisitin informasiya almaq hüququnun tapdalanması deyildimi? |
Belə misalları çox çəkmək olar. |
Təbii ki, onlar bu mövzuları milli müstəqilliyinə qovuşmuş ölkələrin müstəqlliklərini əllərindən almaq üçün silah kimi istifadə edirlər”. |
A.Badamov söyləyib ki, Azərbaycan dövləti demokratiyanı, insanların hüquq və azadlıqlarını, mətbuat azadlığını Qərbin xoşuna gəlməsi üçün təmin etməyib:""“Ölkəmizdə bütün hüquqlar vətəndaşlarımızın firavan yaşaması üçün təmin olunub. |
Amma heç kimə də təmin edilmiş hüquqlardan sui-istifadə edərək dövlətə qarşı istifadə olunmasına da imkan verilməyəcək. |
Biz bundan sonra da ölkəmizə basqılarla və təxribatları həyata keçirmək cəhdləri ilə qarşılaşacağıq. |
Lakin xarici və daxili düşmənlərimizin çirkin planları heç vaxt ayaq tutub yeriməyəcək”. |
“Toplum TV” işi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilənlərdən - Fərid İsmayılov və Elmir Abbasov sərbəst buraxılıblar. |
APA xəbər verir ki, istintaq orqanı tərəfindən belə qərar qəbul edilib. |
Təqsirləndirilən şəxslər haqda “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib. |
“Toplum TV”nin həmtəsisçisi Akif Qurbanov və əməkdaşları Ramil Babayev, İlkin Əmrahov, Müşfiq Cabarov və Əli Zeynalov barəsində isə dörd aylıq həbs qətimkan tədbiri seçilib. |
Qeyd edək ki, Akif Qurbanova və saxlanılan digər şəxslərə qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb. |
Xatırladaq ki, ötən gün “Toplum TV” internet televiziyasının yerləşdiyi ofisdə və daha bir neçə ünvanda Daxili İşlər Nazirliyi (DİN) tərəfindən əməliyyat keçirilib. |
DİN-nin yaydığı məlumatda bildirilib ki, paytaxtın Nərimanov rayonu Y.V.Çəmənzəminli ev 98 B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib. |
19:06"Bakı şəhəri Xətai Rayon Məhkəməsi “Toplum TV” işi üzrə saxlanılanlar barədə həbs qətimkan tədbiri seçib. |
Qərarla Akif Qurbanov dörd ay, Ramil Babayev dörd ay, İlkin Əmrahov isə dörd ay müddətə həbs olunublar. |
Qeyd edək ki, martın altısında sosial şəbəkələrdə “Toplum TV”nin ofisində axtarış aparılması, saxlanılanların olması ilə bağlı xəbərlər yayılıb. |
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin yaydığı məlumata görə, paytaxtın Nərimanov rayonu Y.V.Çəmənzəminli ev 98 B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları əməliyyat-axtarış tədbirləri keçiriblər. |
Adları qeyd olunan şəxslərə qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. |
Biləsuvarda ferma ərazisində yanğın olub. |
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. |
Bildirilib ki, Biləsuvar rayonunun Səmədabad kəndində ferma ərazisində ümumi sahəsi 50 kvadratmetr olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb. |
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. |
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. |
“Caliber.Az” dünya ordularına həsr olunmuş silsilənin növbəti proqramında qardaş Türkiyə Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinin tərkibi, silahları və döyüş potensialına nəzər salib. |
Bildirilib ki, Türkiyə rəhbərliyi müharibə və sülh dövründə müxtəlif vəzifələri səmərəli həll edə bilən xüsusi əməliyyat qüvvələrinin inkişafına və təkmilləşdirilməsinə böyük diqqət yetirir. |
Xüsusi əməliyyat qüvvələri Türkiyənin hərbi-siyasi rəhbərliyi tərəfindən hərbi əməliyyatlar teatrında qoşun birləşmələrinin döyüş əməliyyatlarını təmin edən ən mühüm vasitə hesab olunur. |
Bundan əlavə, onlar ölkənin milli təhlükəsizliyinin təmin edilməsi maraqları naminə geniş spektrli vəzifələri müstəqil şəkildə həll etməyə qadirdirlər. |
Komandanlığın planlarına əsasən, Türkiyə xüsusi təyinatlılarının müharibədən əvvəlki dövrdə və müharibə dövründə düşmən xətti arxasında kəşfiyyat-təxribat fəaliyyəti, partizan hərəkatının təşkili, aviasiya vasitələrinin hədəflərə yönəldilməsi və artilleriya atəşinin tənzimlənməsi ilə məşğul olması nəzərdə tutulur. |
Sülh dövründə isə onlar Türkiyə, Suriya və İraqda PKK terrorçularına qarşı mübarizədə istifadə oluna bilər. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.