Search is not available for this dataset
text
stringlengths 10
518k
|
---|
Məktəbdən evə gələndə onun tarda ifa etməsini gözləyirdim ki, saatlarla dinləyim. |
Mən simli alətlərə də maraq göstərmişəm, xüsusilə də skripkaya. |
Lakin atam simli alətlərdə ifa etməyin çox çətin olduğunu deyirdi və mənə pianoda çalmağı öyrənməyi tövsiyə etdi. |
Atam zəhmətkeş insan idi.Lakin bizim o vaxt piano almağa pulumuz yox idi. |
Bu səbəbdən də mən musiqi təhsilimə bir qədər gec - 10 yaşımdan başladım. |
Ömür boyu da atama minnətdar olacağam ki, o məni yorulmağa, yolu yarıda qoymağa imkan vermədi. |
Ətraflı videomüsahibədə:""Daha çox foto burada:PhotoStock.az"Könül Cəfərli |
Gəncə şəhərində yol-nəqliyyat hadisəsi qeydə alınıb. |
Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobilə zərər dəyib. |
Sürücünün sözlərinə görə, yolda olan çuxur qəzaya səbəb olub. |
Belə ki, avtomobil çuxura düşdükdən sonra təkəri partlayıb və nəqliyyat vasitəsi idarəetmədən çıxıb. |
Qeyd edək ki, O.Alkan Gəncə şəhərində olan ali məktəblərdən birinin tələbəsidir. |
Faktla bağlı araşdırma aparılır. |
Tesla sahibləri tezliklə “Apple Watch”dan istifadə edərək avtomobillərini idarə edə biləcəklər. |
Bu barədə İlon Mask “X” sosial şəbəkəsində məlumat yayıb. |
“X” istifadəçilərindən biri Maskdan Teslanın avtomobillərinə “Apple Watch” sinxronizasiyasını əlavə edilməsinin mümkünlüyünü soruşub. |
Milyarder daha ətraflı məlumat vermədən “Əlbəttə!” deyə cavab verib. |
“Ermənistan müstəqil şəkildə “Zvartnots” hava limanını mühafizə edə bilər”. |
Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib. |
Erməni nazir bildirib ki, ölkəsi müstəqil şəkildə paytaxtın “Zvartnots” hava limanında sərhəd mühafizəsini həyata keçirə bilər və bunun üçün Rusiyanın köməyinə ehtiyac yoxdur. |
“Hazırda sərhəd xidmətini müstəqil həyata keçirmək üçün institusional imkanlar var və biz bu barədə Rusiya tərəfini məlumatlandırmışıq”, - XİN başçısı əlavə edib. |
2022-ci il noyabrın 12-də Nərimanov rayonu, Əliyar Əliyev küçəsi ev 26, mənzil 695-də, 47 yaşlı Kifayət İsayevanın üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib. |
Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, Kifayət İsayevanın ölümünə kəllə sümüklərinin sınığı nəticəsində beyinə qansızma səbəb olub. |
Hadisə yerində olan mərhumun qızı və oğlu bildiriblər ki, qadını tanışı Elnur Məhərrəmov öldürüb. |
Əməliyyat-axtarış tədbirləri nəticəsində Elnur Məhərrəmov Masazır qəsəbəsində, qohumunun evində tutulub. |
İstintaqla müəyyən edilib ki, Elnur Məhərrəmov 2022-ci il iyulun 16-sı saat 21 radələrində qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı Kifayət İsayeva ilə birlikdə şəxsi avtomobili ilə Sumqayıtdan Bakıya gələrkən aralarında mübahisə yaranıb. |
Buna görə o, maşını Saray qəsəbəsində, Yeni məhəllədə yerləşən kənd qəbiristanlığının qarşısında saxlayıb. |
Hər ikisi nəqliyyat vasitəsindən çıxan zaman Elnur avtomobilin saxlanc yerindən bıçağı götürüb qadına xəsarətlər yetirib. |
Hər iki çiyin nahiyəsindən yaralanan zərərçəkmişə Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasında tibbi yardım göstərilib. |
İş üzrə dindirilmiş Elnur Məhərrəmov bildirib ki, Gəncə prospektində yerləşən Yaşayış Kompleksində sahə rəisi işləyib. |
Kifayət İsayevanı həmin binada yaşayan sakin kimi tanıyıb. |
2022-ci ilin martından aralarında səmimi münasibətləri yaranıb. |
Kifayət “Xalqlar Dostluğu” metrosunun yanında, Ticarət Mərkəzində mağaza icarəyə götürüb, qadın geyimləri satıb. |
Elnur Məhərrəmov sevgilisinin gündəlik xərclərini qarşılaması üçün onun bank kartına hər gün 400-500 manat pul köçürüb. |
Həftədə bir-iki dəfə Kifayətin evinə gedərək, gəcələri onunla keçirib. |
Aprelin axırlarında Kifayət Türkiyədən qızıl gətirib sataraq yaxşı qazanc əldə etmək istədiyini, lakin bunun üçün maliyyə vəsaitinin olmadığını deyib. |
Elnur ona şərikli bu işi görməyi təklif etdikdə, razılaşıb və 50 000 manat düzəldərək Kifayətə verib. |
İyunun ortalarında Kifayətə əlavə 25 000 manat da pul verib. |
K.İsayeva Türkiyəyə gedib və qadın geyimləri sifariş edərək, 3 gündən sonra geri qayıdıb. |
İyul ayında Sumqayıtda restoranda oturub yemək yeyərkən, Kifayətə iş görmək adı ilə verdiyi 75 000 manat puldan söhbət açanda, bu qadının xoşuna gəlməyib. |
Geri qayıdarkən sevgililər mübahisə edib, Elnur Məhərrəmov maşından enərək bıçaqla Kifayətin çiyin nahiyəsinə zərbələr endirib. |
Hadisədən sonra qadın şikayət edəcəyi təhdidi ilə Elnurdan müxtəlif məbləğlərdə pul tələb etməyə başlayıb. |
E.Məhərrəmov məcbur qalıb 3-4 ay ərzində təxminən 80 000 manat pul tapıb, ona verib. |
Elnur Məhərrəmovun onu aldatdığını, başqa qadınla birlikdə olduğunu anlayan həyat yoldaşı Elnarə Məhərrəmova noyabrın 10-da ona Qubadlı Rayon Məhkəməsinin qətnaməsini göndərərək artıq boşandıqlarını bildirib. |
Həmin ərəfədə avqustun 1-dən noyabrın 13-nə qədər olan müddətdə E.Məhərrəmov dələduzluq edərək 14 nəfərə maddi ziyan vurduğuna görə onu artıq polis əməkdaşları da axtarmağa başlamışdı. |
Buna görə Elnur ümidini yalnız Kifayətə bağlamışdı. |
Axırıncı dəfə qadın mənzilinə noyabrın 11-i saat 21 radələrində gedib. |
Gecəni birlikdə keçiriblər, səhər isə Kifayət evini satdıqdan sonra özünə “Toyota Land Cruiser” markalı avtomobil alacağını deyib. |
Halbuki, Elnur Kifayətin evi satdıqdan sonra onun borclarını bağlamağa kömək edəcəyini gözləyirdi. |
Kifayətə evini satıb, onun borclarını qaytarmaqda köməklik edəcəyi barədə vədini xatırlatdıqda, qadın belə söz vermədiyini bildirir. |
Elnur Kifayətin danışmasından, aqressiv cavablarından ona pul verməyəcəyini başa düşür. |
Hörmətini və ailəsini məhz ona görə itirdiyini bildirəndə, qadın “acizsən, sənin tayların heç evlənməyib, günah məndədir ki, sənin yanına gəlib-gedirəm” deyir. |
Bundan sonra Elnur televizorun yanında olan qırmızı rəngli qaz açarını götürərək Kifayətin baş nahiyəsinə zərbələr endirir. |
Vurduqdan sonra onu tutub, arxası üstə divana uzadır. |
Hadisədən sonra Elnur Məhərrəmov Masazır qəsəbəsində yaşayan xalası oğlu Vüsalın evinə gedib. |
Növbəti gün elə Vüsalın yaşadığı evdə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları onu saxlayıb. |
Anket məlumatlarına əsasən, 1981-ci ildə Qubadlı rayonunda anadan olmuş Elnur Məhərrəmov əvvəllər məhkum edilməyib. |
O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 15 il müddətinə azadlıqdan məhrum olunub. |
Ətraflı Baku TV-nin videosunu təqdim edirik:"" |
“Qarabağ”ın “Bayer 04” ilə oyunda yenidən bizə sevinc yaşadacağına inanıram”. |
Bu sözləri AZƏRTAC-a açıqlamasında Xalq artisti Röya Ayxan “Qarabağ” komandasının UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunu çərçivəsində Bakıda Almaniya “Bayer 04”ünə qarşı keçirəcəyi görüşlə bağlı danışarkən deyib. |
Əslən Ağdam rayonundan olan Xalq artisti doğma yurdunun komandasına inandığını bildirib:""“Qarabağ” böyük sınaqlardan çıxıb, mübarizə aparıb və hər zaman bizi sevindirib. |
Bu klub üçün sevinc göz yaşları axıtmışıq, səsimiz batanadək “Qarabağ” deyib bağırmışıq. |
Qurban Qurbanovun kollektivinin yenidən bizə bu xoşbəxtliyi yaşadacağına inanıram. |
Düzünü desəm, rəqib haqqında geniş informasiyaya sahib deyiləm. |
Dostlarımla və ailəmlə böyük oyunları izləyirik. |
Lakin “köhlən atlar”ın matçları tam fərqli olur. |
Doğma torpağımın təmsilçisinə uğurlar arzulayıram”. |
Qeyd edək ki, “Qarabağ” “Bayer 04”ü bu gün saat 21:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda qəbul edəcək. |
Komandalar arasında cavab qarşılaşması isə martın 14-də Almaniyada baş tutacaq. |
Azərbaycanda 13 din xadimi attestasiyadan keçə bilməyib. |
Bildirilib ki, həmin din xadimlərinin bilikləri tutduğu vəzifə üçün qənaətbəxş sayılmayıb. |
May ayında mahnıların çoxu “TikTok”dan silinəcək. |
Bu barədə Milli Musiqi Nəşriyyatları Assosiasiyası (NMPA) xəbərdarlıq edib. |
Bildirilir ki, “TikTok”la müqavilə mayın 1-də qüvvədən düşəcək, NMPA yeni lisenziya formalaşdırmaq niyyətində deyil. |
Lisenziyanın başa çatması o deməkdir ki, bir çox musiqi trekləri “TikTok”dan yox olacaq. |
Qeyd edək ki, NMPA lisenziyasından tanınmış müstəqil sənətçilər də istifadə edirlər. |
Bununla belə, sosial şəbəkədən çıxarılacaq musiqilərin miqyası haqqında hələ heç nə məlum deyil. |
Təşkilat bildirib ki, yaradıcılar musiqilərini video hostinq üçün lisenziyalaşdırmağı davam etdirmək istəyirlərsə, onlar birbaşa platforma ilə müqavilə bağlamalıdırlar. |
Xatırladaq ki, bundan əvvəl dünyanın ən böyük musiqi nəşriyyatına sahib “Universal Music Group” şirkətinin Taylor Svift, Ariana Grande, Jastin Biber, “Coldplay”, “The Weeknd”, Dreyk və s.treklərini ehtiva edən musiqi kataloqunu “TikTok”dan çıxartdığı barədə xəbər vermişdik. |
ABŞ-nin Rusiyadakı səfiri Linn Treysi Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. |
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. |
Məlumatda qeyd olunub ki, Birləşmiş Ştatların Rusiyadakı səfiri Linn Treysinin diqqətinə çatdırılıb ki, ABŞ-nin üç QHT-si (“Institute of International Education”, “American Councils for International Education”, “Cultural Perspectives”) səfirliyin dəstəyi ilə Rusiya Federasiyasında təhsil və mədəniyyət mübadiləsi adı altında anti-Rusiya proqramları və layihələri hazırlayır. |
Bundan əlavə ABŞ-nin Rusiyadakı səfirinə rəsmi nota təqdim olunub. |
Linn Treysinin diqqətinə çatdırılıb ki, adları qeyd olunan QHT-lərin fəaliyyətində yardım dayandırılmalıdır, əks halda bu, Rusiya qanunvericiliyinin pozulması kimi qiymətləndiriləcək. |
8 Mart - Beynəlxalq Qadınlar Gününün qeyd edilməsinə yaxınlaşdığımız bir vaxtda Azərbaycanda Amerika Ticarət Palatasında çalışan qadınlar da daxil olmaqla, Azərbaycanın bütün qadınlarına ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq hissi duyuram. |
Bu əlamətdar gün qadınların cəmiyyətimizə verdiyi əvəzsiz töhfələrin sübutu kimi gender bərabərliyi istiqamətində əldə etdiyimiz irəliləyişlər haqqında düşünmək fürsəti yaradır. |
Bu gün həm də hər bir qadının daha da inkişaf etməsi və daha çox uğur qazanması üçün hələ qarşıda duran işlər barədə bizə bir xatırlatmadır. |
Qürur hissi ilə demək istəyirəm ki, Azərbaycandakı Amerika Ticarət Palatası hökumətin siyasətinə uyğun olaraq qadınların hüquqlarının və səlahiyyətlərinin artırılması işinə tam sadiqliyini nümayiş etdirməkdədir. |
Biz qadınların iqtisadi inkişafın sürətləndirilməsində və innovasiyaların təşviqində oynadığı mühüm rolunu qeyd edirik və qadınların öz karyeralarında üstün ola bilmələrini və cəmiyyətə davamlı təsir göstərə bilmələrini dəstəkləyən mühiti təmin etməyə çalışırıq. |
8 Mart bayramını qalib ölkə kimi xüsusi ehtiramla qeyd edərkən gəlin vətənpərvər qəhrəmanlar yetişdirmiş, dövlətçiliyimizə böyük töhfələr vermiş qadınlara ehtiramımızı bir daha izhar edək. |
Azərbaycan qadını xalqımızın müstəqilliyə və tərəqqiyə doğru getdiyi yolda hərəkətverici qüvvə olublar. |
Onlar öz sarsılmaz mənəvi gücü və qətiyyəti ilə gənc nəslə dərin vətənpərvərlik, milli ideallara sadiqlik hissi aşılayıblar. |
Məhz Azərbaycan qadınının əvəzsiz xidmətlərinin sübutu olan bu nəsil xalqımızın mətanət rəmzi kimi meydana çıxdı və 44 günlük Vətən Müharibəsində özünü büruzə verdi. |
Ölkə başçısının andiçmə mərasimində səsləndirdiyi nitqində milli kimliyimizin və təhlükəsizliyimizin təməl daşı kimi ailənin möhkəmlənməsinin, onun mərkəzində Azərbaycan qadınının olmasının mühüm əhəmiyyətini vurğuladı. |
Tarixən, Azərbaycan cəmiyyəti analıq roluna dərin hörmət bəsləyərək və özünəməxsus milli dəyərləri əziz tutaraq qadınlara böyük ehtiram göstərib. |
Tomris, Qətibə Xanım, Məhinbanu, Xurşidbanu Natəvan və Leyla Məmmədbəyova kimi şəxsiyyətlər öz görkəmli töhfələri ilə mədəni irsimizi zənginləşdirərək və nəsilləri ilhamlandıraraq bizlərə əbədi miras qoyublar. |
Dahi Nizaminin əsərlərindəki qadın obrazlardan tutmuş Nigar, Həcər kimi tarixi qəhrəmanlara qədər Azərbaycan qadını öz müdrikliyi, şücaəti və fədakarlığı ilə seçilib. |
Üstəlik, 20-ci əsrdə Xalq Cümhuriyyəti və Sovet hakimiyyəti illərində də Azərbaycan qadınları bütün mövcud imkanlardan istifadə edərək xalqın tərəqqisinə mühüm töhfələr veriblər. |
Qeyd olunmalıdır ki, Azərbaycan demokratik inkişaf tarixi olan bir çox başqa dövlətləri qabaqlayaraq 1918-ci ildə qadınlara səsvermə hüququ verib. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.