Search is not available for this dataset
text
stringlengths
10
518k
Mərkəzin yuxarı hissəsində yaşıl minalı relyefli şüaların fonunda, dəfnə yarpaqlarından hörülmüş çələngin üzərində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin emblemindən ibarət kompozisiya təsvir edilmişdir.
Bu kompozisiyadan yuxarıda qövs boyunca "AZƏRBAYCAN RESPUBLİKASI", aşağı hissəsində isə "FÖVQƏLADƏ HALLAR NAZİRLİYİ" sözləri yazılmışdır.
FÖVQƏLADƏ HALLAR NAZİRLİYİ" sözləri ilə emblemin arasında Azərbaycan Respublikasının dövlət bayrağının rənglərini əks etdirən üçrəngli dekorativ lentin üzərində "5 İL" sözü yazılmış və dəfnə budağının təsviri verilmişdir.
Lentin sol yuxarı hissəsində üst-üstə "2005" və "2010" rəqəmləri yazılmişdır.
Emblem, yarpaqlar, sözlər, rəqəmlər, şüalar relyefli və qızılı rəngdədir.
5 İL" sözü ağ, dekorativ lent göy, qırmızı və yaşıl mina ilə örtülmüşdür.
Medalın arxa tərəfi hamar səthlidir.
Mərkəzdə "AZƏRBAYCAN RESPUBLİKASI FÖVQƏLADƏ HALLAR NAZİRLİYİNİN 5 İLLİYİ" sözləri və "2005–2010" rəqəmləri milli ornamentlə tamamlanır.
Sözlər, rəqəmlər və ornament relyefli və qızılı rəngdədir.
Medal paltarın yaxasına bərkidilmək üçün elementi olan, 27 mm x 43 mm ölçüdə düzbucaqlı xara lentə halqa və ilgək vasitəsilə birləşdirilir.
Xara lentdə, kənarlarından mərkəzə doğru ardıcıl olaraq ölçüsü 2 mm enində göy, 10 mm enində qırmızı və mərkəzdə 3 mm enində ağ rəngli şaquli zolaqlar təsvir edilmişdir.
Paltara bərkidilmək üçün medalın elementi olan xara lentdən üz çəkilmiş 27 mm x 9 mm ölçülü qəlib əlavə edilir.
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin 25 illiyi (1998–2023)" yubiley medalı — Azərbaycan Respublikasının dövlət təltifi.
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin yaradılmasının 25 illiyi münasibətilə təsis edilmişdir.
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin 25 illiyi (1998–2023)" yubiley medalının əsasnaməsi Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 983-VIQD nömrəli Qanunu ilə təsdiq edilmişdir.
Təltif edilən şəxslər "Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin 25 illiyi (1998–2023)" Azərbaycan Respublikasının yubiley medalı ilə minatəmizləmə fəaliyyətinin təşkili, təkmilləşdirilməsi, inkişafı və möhkəmləndirilməsi sahələrində xüsusi xidmətləri olan Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif edilirlər.Maddə 2.
Təltif edən orqan "Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin 25 illiyi (1998–2023)" Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təltif edilirlər.Maddə 3.
Taxılma qaydası "Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin 25 illiyi (1998–2023)" Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır.
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin 25 illiyi (1998–2023)" yubiley medalının təsviri Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 983-VIQD nömrəli Qanunu ilə təsdiq edilmişdir.
Medalın ümumi təsviri "Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin 25 illiyi (1998–2023)" Azərbaycan Respublikasının yubiley medalı (bundan sonra – medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, dairəvi formalı, diametri 36 mm olan lövhədən ibarətdir.Maddə 2.
Medalın ön tərəfi Medalın ön tərəfində xarici və daxili çevrələrlə konturlanmış dairələr yerləşdirilmişdir, xarici dairənin yuxarı hissəsində soldan sağa doğru "AZƏRBAYCAN RESPUBLİKASININ MİNATƏMİZLƏMƏ AGENTLİYİ" sözləri yazılmış, aşağı hissəsində "25" rəqəmləri, rəqəmlərin sol və sağ tərəflərində aşağıdan yuxarıya doğru uzanan dəfnə budaqları təsvir olunmuşdur.
Daxili dairənin mərkəzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) emblemi, aşağı hissəsində "1998" və "2023" rəqəmləri və onların arasında səkkizguşəli ulduz təsvir edilmişdir.
Medalın ön tərəfinin səthi, dairəvi xətt, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) emblemi, sözlər və rəqəmlər relyeflidir, qızılı rəngdədir.Maddə 3.
Medalın arxa tərəfi Medalın arxa tərəfi hamar səthlidir, mərkəzində qızılı rəngdə "ANAMA" sözü yazılmışdır.
Medalın arxa tərəfinin aşağı hissəsində medalın seriyası və nömrəsi göstərilir.Maddə 4.
Medalın elementləri Medal paltara bərkidilmək üçün elementi olan yuxarı hissəsinə 40 mm x 5,5 mm ölçülü, üzərində səkkizguşəli ulduz həkk olunmuş qızılı rəngli metal lövhə bərkidilmiş 50 mm x 37 mm ölçülü xara lentə iki halqa və ilgək vasitəsilə birləşdirilir.
Xara lentin üzərində mərkəzdə 2 mm enində boz, mərkəzdən sağ və sol kənarlara doğru 3 mm enində qızılı, 7,5 mm enində mavi, 0,5 mm enində göy və qızılı, 1,5 mm enində göy və boz, 2 mm enində göy rəngli şaquli zolaqlar təsvir edilmişdir.
Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə edilir.
Həmçinin bax Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi "Minatəmizləmə sahəsində xidmətlərə görə" medalı
Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005–2020)" yubiley medalı — Azərbaycan Respublikasının dövlət təltifi.
Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin yaradılmasının 15 illiyi münasibətilə təsis edilmişdir.
Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005–2020)" yubiley medalının əsasnaməsi Azərbaycan Respublikasının 2021-ci il 14 dekabr tarixli Qanunu ilə təsdiq edilmişdir.
Təltif edilən şəxslər "Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005–2020)" Azərbaycan Respublikasının yubiley medalı ilə Azərbaycan Respublikasında müdafiə sənayesi fəaliyyətinin təşkili, inkişafı və möhkəmləndirilməsi sahələrində xüsusi xidmətləri olan şəxslər təltif edilirlər.Maddə 2.
Təltif edən orqan "Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005–2020)" Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təltif edilirlər.Maddə 3.
Taxılma qaydası "Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005–2020)" Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır.
Medalın ümumi təsviri "Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005–2020)" Azərbaycan Respublikasının yubiley medalı (bundan sonra – medal) qızılı rəngli, hamar şüalı və itibucaqlı səkkizguşəli ulduz formalı, diametri 38 mm olan metal lövhədən ibarətdir.Maddə 2.
Medalın ön tərəfi 2.1.
Medalın ön tərəfində ulduzun üzərində xarici və daxili çevrələrlə konturlanmış dairəvi lövhə yerləşdirilmişdir.
Daxili çevrənin xaricində zeytun rəngli minalı fonda yuxarı qövs boyunca "AZƏRBAYCAN RESPUBLİKASI" sözləri, aşağı qövs boyunca "MÜDAFİƏ SƏNAYESİ NAZİRLİYİ" sözləri yazılmışdır, sözlərin arasında dairəvi lövhənin sol və sağ tərəfində aşağıdan yuxarıya doğru uzanan dəfnə budaqları təsvir olunmuşdur.
Yazılar və dəfnə budaqları qızılı rəngdədir.
Daxili çevrənin aşağı hissəsində yuxarıya doğru uzanan iki dəfnə budağından və budaqların qovuşduğu hissədə təsvir olunmuş iki dəfnə meyvəsindən ibarət dəfnə çələngi təsvir edilmişdir.
Qızılı rəngli daxili çevrənin mərkəzində kursivlə "15" rəqəmləri, "5" rəqəminin aşağı qövsünün içərisində isə "il" sözü yazılmışdır.
15" rəqəmləri ilə dəfnə çələngi arasında "2005–2020" rəqəmləri həkk olunmuşdur.
Bütün təsvirlər və yazılar relyeflidir, qızılı rəngdədir.Maddə 3.
Medalın arxa tərəfi 3.1.
Medalın arxa tərəfi hamar səthlidir, mərkəzində dörd sətrə bölünməklə "AZƏRBAYCAN RESPUBLİKASININ MÜDAFİƏ SƏNAYESİ NAZİRLİYİ" sözləri, onun altında daha qalın şriftlə "2005–2020" rəqəmləri həkk olunmuşdur.
Medalın arxa tərəfinin aşağı hissəsində medalın seriyası və nömrəsi göstərilir.Maddə 4.
Medalın elementləri 4.1.
Medal paltarın yaxasına bərkidilmək üçün elementi olan, üst və alt hissəsinə müvafiq olaraq 40 mm x 5.5 mm və 40 mm x 6.5 mm ölçüdə qızılı rəngli metal lövhələr bərkidilmiş 37 mm x 50 mm xara lentə iki halqa və ilgək vasitəsilə birləşdirilir.
Xara lentin üzərində mərkəzdə 23 mm enində zeytun rəngli, mərkəzdən sol və sağ kənarlara doğru ardıcıl olaraq 2 mm enində qızılı rəngli və 5 mm enində zeytun rəngli şaquli zolaqlar təsvir olunmuşdur.
Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, metaldan düzəldilmiş və eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçüdə qəlib əlavə olunur.

Azərbaycan Respublikası Mülki Aviasiyasının 75 illiyi (1938–2013)" yubiley medalı — Azərbaycan Mülki Aviasiyasının 75 illik yubileyi münasibətilə təsis edilən medal.
Təsis edilməsi 2013-cü il sentyabrın 30-da Azərbaycan Respublikasının Milli Məclisində Mülki Aviasiyanın 75 illiyi münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi təqdim edilmiş və təsdiqlənmişdir.Azərbaycan Respublikasının "Mülki Aviasiyasının 75 illiyi (1938–2013)" medalının əsasnaməsi Azərbaycan Respublikasının 2013-cü il 30 sentyabr tarixli Qanunu ilə təsdiq edilmişdir.
Əsasnamədə deyilir: Maddə 1.
Təltif edilən şəxslər "Azərbaycan Respublikası Mülki Aviasiyasının 75 illiyi (1938–2013)" Azərbaycan Respublikasının yubiley medalı ilə vəzifələrini nümunəvi icra edən, istehsal fəaliyyətində yüksək nəticələr göstərən mülki aviasiya işçiləri, habelə Azərbaycan Respublikası Mülki Aviasiyasının inkişafı və təkmilləşdirilməsində xüsusi rolu olan şəxslər təltif edilirlərMaddə 2.
Təltif edən orqan Bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxsləri "Azərbaycan Respublikası Mülki Aviasiyasının 75 illiyi (1938–2013)" Azərbaycan Respublikasının yubiley medalı ilə müvafiq icra hakimiyyəti orqanı təltif edir.Maddə 3.
Taxılma qaydası "Azərbaycan Respublikası Mülki Aviasiyasının 75 illiyi (1938–2013)" Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır.
Azərbaycan Respublikasının 2013-cü il 30 sentyabr tarixli 721-IVQD nömrəli Qanunu ilə təsdiq edilmişdir.
Medalın ümumi təsviri "Azərbaycan Respublikası Mülki Aviasiyasının 75 illiyi (1938–2013)" Azərbaycan Respublikasının yubiley medalı (bundan sonra — medal) naxışvurma üsulu ilə mis-sink xəlitəsindən tökülmüş, diametri 40 mm olan dairəvi lövhədən ibarətdir.Maddə 2.
Medalın ön tərəfi 2.1.
Medalın ön tərəfində burulmuş qaytan formasında dekorativ elementlə əhatələnmiş dairə əks olunur.
Dairənin mərkəzi hissəsində səkkizguşəli ulduzun daxilində "75" rəqəmləri həkk edilir.
Dekorativ cilalama və səkkizguşəli ulduz qızıl suyuna, dairə və "75" rəqəmləri isə gümüş suyuna çəkilir.
Dekorativ cilalama, dairədə olan yazılar və təsvirlər qabarıqdır.Maddə 3.
Medalın arxa tərəfi 3.1.
Medalın arxa tərəfində burulmuş qaytan formasında dekorativ elementlə əhatələnmiş dairə əks olunur.
Dairənin mərkəzi hissəsində təyyarə təsviri, onun ətrafında yuxarı qövs boyunca "Mülki aviasiyanın inkişafına verdiyi töhfəyə görə" sözləri həkk edilir.
Dairənin aşağı hissəsində səkkizguşəli ulduz təsvir olunur.
Dekorativ cilalama, təyyarə və səkkizguşəli ulduz qızıl suyuna, dairə və dairədə olan sözlər isə gümüş suyuna çəkilir.
Dekorativ cilalama, dairədə olan yazılar və təsvirlər qabarıqdır.Maddə 4.
Medalın elementləri 4.1.
Medal 30 mm x 47 mm ölçülü düzbucaqlı metal lövhənin aşağı hissəsinə bərkidilmiş 32 mm x 2 mm ölçülü təbəqəyə halqa və ilgək vasitəsilə birləşdirilir.
Lövhəyə Azərbaycan Respublikası Dövlət bayrağının rənglərinə uyğun mavi, qırmızı və yaşıl rəngli üfüqi zolaqlara bölünmüş dairəvi xara lentdən üz çəkilir.
Lövhənin ön tərəfindəki qırmızı zolağın ortasında ağ rəngdə aypara və səkkizguşəli ulduz təsvir edilir.
Lövhənin ön tərəfində mavi rəngli zolağın yuxarı hissəsinə eni 2 mm olan təbəqə bərkidilir.
Lövhənin arxa tərəfində mavi rəngli zolağın yuxarı hissəsinə paltarın yaxasına taxılmaq üçün element bərkidilir.
Lövhənin yuxarı və aşağı hissələrindəki təbəqələrin arasında məsafə 45 mm-dir.
Həmçinin bax "Mülki aviasiya sahəsində xidmətlərə görə" medalı