The full dataset viewer is not available (click to read why). Only showing a preview of the rows.
The dataset generation failed because of a cast error
Error code:   DatasetGenerationCastError
Exception:    DatasetGenerationCastError
Message:      An error occurred while generating the dataset

All the data files must have the same columns, but at some point there are 1 new columns ({'categories'}) and 2 missing columns ({'categorie', 'date'}).

This happened while the csv dataset builder was generating data using

hf://datasets/anardashdamir/azerbaijani_news_sonxeber.az/son_xeber.csv (at revision fe5ee3b9e3099ef1ade0492075f1853d9827545c)

Please either edit the data files to have matching columns, or separate them into different configurations (see docs at https://hf.co/docs/hub/datasets-manual-configuration#multiple-configurations)
Traceback:    Traceback (most recent call last):
                File "/src/services/worker/.venv/lib/python3.9/site-packages/datasets/builder.py", line 1870, in _prepare_split_single
                  writer.write_table(table)
                File "/src/services/worker/.venv/lib/python3.9/site-packages/datasets/arrow_writer.py", line 622, in write_table
                  pa_table = table_cast(pa_table, self._schema)
                File "/src/services/worker/.venv/lib/python3.9/site-packages/datasets/table.py", line 2292, in table_cast
                  return cast_table_to_schema(table, schema)
                File "/src/services/worker/.venv/lib/python3.9/site-packages/datasets/table.py", line 2240, in cast_table_to_schema
                  raise CastError(
              datasets.table.CastError: Couldn't cast
              title: string
              text: string
              categories: string
              url: string
              -- schema metadata --
              pandas: '{"index_columns": [{"kind": "range", "name": null, "start": 0, "' + 707
              to
              {'title': Value(dtype='string', id=None), 'categorie': Value(dtype='string', id=None), 'date': Value(dtype='string', id=None), 'text': Value(dtype='string', id=None), 'url': Value(dtype='string', id=None)}
              because column names don't match
              
              During handling of the above exception, another exception occurred:
              
              Traceback (most recent call last):
                File "/src/services/worker/src/worker/job_runners/config/parquet_and_info.py", line 1417, in compute_config_parquet_and_info_response
                  parquet_operations = convert_to_parquet(builder)
                File "/src/services/worker/src/worker/job_runners/config/parquet_and_info.py", line 1049, in convert_to_parquet
                  builder.download_and_prepare(
                File "/src/services/worker/.venv/lib/python3.9/site-packages/datasets/builder.py", line 924, in download_and_prepare
                  self._download_and_prepare(
                File "/src/services/worker/.venv/lib/python3.9/site-packages/datasets/builder.py", line 1000, in _download_and_prepare
                  self._prepare_split(split_generator, **prepare_split_kwargs)
                File "/src/services/worker/.venv/lib/python3.9/site-packages/datasets/builder.py", line 1741, in _prepare_split
                  for job_id, done, content in self._prepare_split_single(
                File "/src/services/worker/.venv/lib/python3.9/site-packages/datasets/builder.py", line 1872, in _prepare_split_single
                  raise DatasetGenerationCastError.from_cast_error(
              datasets.exceptions.DatasetGenerationCastError: An error occurred while generating the dataset
              
              All the data files must have the same columns, but at some point there are 1 new columns ({'categories'}) and 2 missing columns ({'categorie', 'date'}).
              
              This happened while the csv dataset builder was generating data using
              
              hf://datasets/anardashdamir/azerbaijani_news_sonxeber.az/son_xeber.csv (at revision fe5ee3b9e3099ef1ade0492075f1853d9827545c)
              
              Please either edit the data files to have matching columns, or separate them into different configurations (see docs at https://hf.co/docs/hub/datasets-manual-configuration#multiple-configurations)

Need help to make the dataset viewer work? Make sure to review how to configure the dataset viewer, and open a discussion for direct support.

title
string
categorie
string
date
string
text
string
url
string
Banklar üçün “əcəl zəngi”: sıradakı buyursun
İqtisadiyyat
27.10.2023 - 14:05
Hüquqşünas: “Azərbaycanda banklara qarşı irəli sürülən tələblər çox sərtdir” İqtisadçı: “Ölkədə olan 3-4 bank bütün bank sektorunu nəzarətə götürür” Azərbaycanda “Günay Bank”dan sonra daha bir bank - “Muğanbank” da ləğv edildi. Hansı ki, bir müddət öncə Mərkəzi Bankın sədri Taleh Kazımov mətbuata açıqlamasında Azərbaycanda problemli bankın olmadığını söyləmişdi. İddialara görə, fəaliyyəti dayandırılan bankların sayı bununla bitməyəcək və qarşıda daha bir neçə bank ləğv ediləcək. Bu sırada “Avrasiya”, “BTB” və “VTB” bankların adları çəkilir. Mövzu ilə bağlı AYNA-ya danışan bank-maliyyə eksperti, hüquqşünas Əkrəm Həsənov bankların bağlanma səbəbini onların Mərkəzi Bankın göstərişlərinə əməl etməməsində görür: “Bankların maliyyə göstəriciləri müvafiq göstəricilərə uyğun olmadığı zaman onların lisenziyası ləğv edilir. Hesab edirəm ki, Azərbaycanda banklara qarşı irəli sürülən tələblər çox sərtdir. Digər biznes subyektlərindən fərqli olaraq banklar öz vəsaitləri hesabına deyil, depozitlər, yəni daxil olan vəsaitlər hesabına fəaliyyət göstərir. Müştərilərdən əldə olunan gəlirləri kredit qismində digər müştərilərə verirlər”. “Nəzərə alanda ki, problemli kreditlərin də həcmi az deyil, belə olduqda banklar çətin vəziyyətə düşür. Bəzən isə müflis olurlar. Daha bir tələb isə nizamnamə kapitalı ilə bağlıdır. Ölkədə bank işlətmək üçün mimimum 50 milyon manat nizamnamə kapitalın olmalıdır”, - deyə həmsöhbətimiz bildirib. Onun sözlərinə görə, banklar müştəriləri üçün problem yaratdıqları təqdirdə bağlana bilərlər: “Formal pozuntulara görə, bankların bağlanması düzgün deyil. Buna güzəşt də etmək olar. Bu günə qədər təkcə kiçik deyil, böyük bankların da müflisləşməsi təcrübəsi olub. “Bank Standart” buna misal göstərilə bilər. “Ata Bank”la bağlı da oxşar vəziyyət yaranıb. Bu banklarda müştərilərin milyardlarla pulu batıb. Bu pulun əsas hissəsi isə sahibkarlara məxsus olub. Qarşıdakı dönəmdə digər bankların da bağlanması məsələsi gündəmdədir”. İqtisadçı ekspert Natiq Cəfərli AYNA-ya şərhində deyib ki, Azərbaycanda bəzi bankların sıradan çıxarılması tendensiyası müşahidə olunur: “Əgər bu, normal rəqabət və bazar qaydalarına uyğun baş verirsə, buna təbii yanaşmaq olar. Lakin əsas məsələ odur ki, proses düzgün idarə olunmur. Əhalidə Azərbaycan banklarına olan inam çox zəifdir. Bankların bağlanması onsuz da zəif olan inamı daha da sarsıdır. Baş verənlər əhalidə banklara qarşı etimadsızlıq yaradır”. “Düzdür, bağlanan əsasən kiçik banklardır. Bu bankların bazar payı onsuz da aşağı idi. Lakin bu, özü-özlüyündə yaxşı hal deyil. Bank sistemində dərin təmərküzləşmə gedir və faktiki olaraq 3-4 bank bütün bank sektorunu nəzarətə götürür. Bu da, heç şübhəsiz, inhisarçılıq əlamətidir. Təbii ki, harada inhisarçılıq amilləri varsa, orada inkişafdan danışmağa dəyməz”, - deyə müsahibimiz vurğulayıb. Ekspertin dediyinə görə, Azərbaycanda bankların birləşməsi ənənəsi mövcud deyil: “Məlumdur ki, bir çox hallarda bankların rəsmi sahibləri onların faktiki sahibləri deyillər. Faktiki sahiblərin adları bəzən heç yerdə çəkilmir. Yəni, qeyri-rəsmi olaraq buna nəzarət edən şəxslər də var. Onlardan bəziləri hökumətdə müxtəlif vəzifələrə sahibdirlər. Bu səbəbdən onların birləşməsi, fəaliyyətini vahid bank şəklində aparması müşküldür. Çünki burada müxtəlif maraqlar mövcuddur. Onların öz aralarında münasibətlərindən tutmuş, bankların vəziyyətinə qədər obyektiv və subyektiv məsələlər bankların konsolidasiya məsələsinə maneçilik törədir”. “Hesab edirəm ki, Azərbaycanda yaxın gələcəkdə problemli banklar ya birləşdirilməli, ya da bağlanmalıdır. Buna məcburi gediləcək, çox banklar bazardan çıxacaq. Çünki bir çox bankların tədiyyə balansında, kredit portfelində də ciddi problemlər var. Ehtimalım ondan ibarətdir ki, qarşıdakı dövrdə daha bir neçə bank bağlanacaq. Problemin həlli yeni yanaşmanın tətbiqindən keçir”, - deyə Cəfərli fikrini yekunlaşdırıb.
https://ayna.az/banklar-ucun-ecel-zengi-siradaki-buyursun
Çörəyin ucuzlaşması söhbətləri və möhtəkirin barmağı tətikdə
İqtisadiyyat
30.10.2023 - 17:50
Niyə buğdanın qiymətinin aşağı düşməsi yalnız dəyirmi çörəyə təsir edir? Azərbaycanda dəyirmi və ya “sosial çörəyin” qiyməti yenidən ucuzlaşıb. Bu dəfə daha 5 qəpik. Müxtəlif marketlərdə belə bir endirimli qiymətlə qarşılaşmaq mümkündür. Bu il sosial çörəyin ucuzlaşmasının üçüncü dalğası 650 qramlıq zavod məhsulunun qiymətini 60 qəpikdən 55 qəpiyə endirib. Əvvəllər mart ayında dəyirmi çörəklər 70 qəpikdən 65 qəpiyə, iyunda isə 65 qəpikdən 60 qəpiyə enib. Artıq hökumət mediası qiymətlərin ucuzlaşmasının səbəbləri ilə bağlı versiya ilə çıxış edib. Məsələn, yazırlar ki, son bir neçə ayda dünya bazarlarında ərzaq buğdasının qiyməti ucuzlaşıb. Bu tip məlumatlara görə, Azərbaycanın əsas idxal bazarı olan Rusiya və Qazaxıstanda buğdanın qiyməti aşağı düşüb. Bu ilin oktyabr ayında ərzaq buğdasının idxalının orta aylıq dəyəri 230,9 dollar təşkil edib ki, bu da 2022-ci ilin oktyabr ayı ilə müqayisədə (320,4 dollar) təxminən 28 faiz azdır. Beynəlxalq proqnozlara görə, bu il buğda istehsalı artacaq. Yerli mətbuatda yayılan məlumatlara əsasən, unun topdansatış qiymətləri də ucuzlaşıb. Bu ilin oktyabr ayında 50 kiloqramlıq bir kisə unun topdansatış qiyməti 26,40 manatdan 28,50 manata qədərdir. Bu, ötən ilin oktyabr ayı ilə müqayisədə azdır - o zaman 40 manatdan 40,15 manata qədər idi. Bu fonda “Azərbaycanda ərzaq buğdasının, unun və çörəyin qiyməti tariflərlə deyil, bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq tələb və təklif əsasında və ərzaq buğdası üçün dünya bazarında (əsas idxal bazarları daxil olmaqla) qiymətlər əsasında formalaşır” ifadəsi xüsusilə təsiredicidir. O da bildirilir ki, tələb və təklif qanununa əsasən, ölkədə unun topdansatış qiymətinin ucuzlaşması çörəyin qiymətində də özünü göstərib. Amma əsas sual cavabsız qalır: əgər həqiqətən də belədirsə və bazar qiymətləridirsə, nə üçün piştaxtalarda qalan çörək çeşidinin qiyməti aşağı düşmür? Bazar qanunları həqiqətənmi yalnız dəyirmi çörəyə aiddir? Bəs formaların və digər çeşidlərin bolluğu haqqında nə demək olar? Amma gəlin buğdaya keçək... Dünya bazarlarında taxılın maya dəyəri azalır, səbəb isə banaldır - Rusiyada rekord miqdarda taxıl yığımı dünya bazarlarında qiymətləri aşağı salıb. Azərbaycanda isə unun bahalaşmasından, çörəyin bahalaşmasından danışmağa başlayıblar. Azərbaycana əsas buğda idxalçısı Rusiya limanlarda qiymətləri tamamilə aşağı salıb. “Rusaqrotrans” şirkətinin analitik mərkəzinin məlumatına görə, dərin dəniz limanlarında dördüncü dərəcəli buğdanın (əsasən Azərbaycana idxal olunur) dəyəri ƏDV-siz ötən həftə ilə müqayisədə 950 rubl (9,77 dollar) və ya 15000-15200 rubla qədər (154,18 dollar) ucuzlaşıb. Dayaz suda qiymətlər 12400-ə (127 dollar) düşüb. Mərkəzin analitikləri ucuzlaşmanın yeni dalğasının səbəbi kimi yüksək təklifi göstərirlər - o qədər buğda var ki, alıcılar mövcud müqavilələr əsasında alınan həcmlərə sadiq qalmağa qərar veriblər. Daxili Rusiya bazarında "dördüncü"nün qiymətləri əksər iri rayonlarda aşağı düşüb. Ölkənin cənubunda onlar 12500-13000 rubla (133 dollar) düşüb. Mərkəzi rayonda qiymət bir qədər azalıb - 9500-10000 (maksimum 103 dollar). İstisnalar Volqaboyu və Sibir idi. Yem taxılının qiyməti 8000-dən 8500-ə qədərdir (80 dollardan bir qədər çox). Buna səbəb uzun sürən yağışlar nəticəsində taxılın keyfiyyətinin aşağı düşməsi olub. Eyni zamanda, Mərkəzi Federal Dairə və Volqa bölgəsində, əksinə, quru və isti hava gözlənilir ki, bu da həm məhsul yığımına, həm də qış əkininin yüksək tempinə kömək etməlidir. Bununla yanaşı, dünya buğda bazarında vəziyyət əks istiqamətdə inkişaf edib. ABŞ Kənd Təsərrüfatı Departamentinin təqdim etdiyi mənfi qlobal məhsul proqnozları fonunda güclənməyə başladı. Belə bir şəraitdə unun bahalaşması ilə bağlı məlumatlar ortaya çıxdı və sonradan müvafiq qurumlar tərəfindən təkzib olundu. Medianın ardınca yerli ekspertlər də daxili qiymətlərin cüzi artımını qlobal qiymətlərin möhkəmlənməsi xəbərləri ilə əlaqələndiriblər. Məsələn, iqtisadçı ekspert Akif Nəsirlinin fikrincə, yerli iş adamlarının bahalaşmadan xəbər tutan kimi dərhal mal və xidmətlərinin qiymətini qaldırması yerli bazar üçün adi bir hadisədir: “Baxmayaraq ki, qiymət artımı üçün heç bir obyektiv səbəb və ya qiymət artımı yoxdur. Onlar yalnız gələcəkdə nəzərdə tutulur”. “Una gəldikdə isə, burada da eyni hekayədir - dünya birjalarında bəzi qiymət dalğalanmalarını görən təchizatçılarımız da qiymət etiketlərini dərhal yenidən yazır. Amma bu cür gözləntilər əsassızdır, çünki dünya bazarları taxılla doludur və qıtlıq gözlənilmir. Bəzi istehsalçılar üçün məhsuldarlıq azalsa da, digərləri rekord məhsul yığdılar. Məsələn, təkcə Rusiya son iki ildə məhsuldarlığını 20 faiz artırıb”, - deyə analitik AYNA-ya bildirib. Onun sözlərinə görə, Rusiya buğdası ənənəvi olaraq idxalımızda ən böyük paya sahibdir: “Ona görə də qonşu ölkədə taxıl məhsullarının qiymətinin düşməsi bizim bazarda unun ucuzlaşması ilə müşayiət olunur. Əlli kiloqramlıq kisə 33 manata düşüb, sosial çörəyin maya dəyəri il ərzində 3 dəfə ucuzlaşıb. Bununla belə, bizdə yumru çörəyin qiyməti hələ də bahadır. Bizim hesablamalarımıza görə, süfrələrimizdə əsas məhsulun kiloqramı 1 manata başa gəlir, amma bu, qiymətin yarısına təklif olunmalıdır. Axı yayın ortalarına qədər buğdanın qiyməti yarıbayarı düşdü. Bizim bazarda un da baha satılır və onunla buğda arasında qiymət fərqi demək olar ki, iki dəfədir”. Azərbaycanda çörəyin qiymətinin ucuzlaşması dünyada buğdanın qiymətinin aşağı düşməsinin nəticəsi kimi təqdim olunur. Lakin qiymətlərin rezonanslı düşməsi yalnız sosial çörəyə təsir etdi. Bəzi məlumatlara görə, onun qiymətləri qeyri-rəsmi qaydada tənzimlənir, qalan çörək çeşidlərinin isə ucuzlaşması barədə düşünmürlər belə. Axı ucuz olan unun məsrəfləri ilə yanaşı, çörəyin bütün digər inqrediyentləri, onun yoğrulması, bişirilməsi, işçi qüvvəsi bahalaşıb, nəqliyyat xərcləri də bahalaşıb. İşıq, qaz və su tarifləri də yerində qalmayıb. Ona görə də dünya bazarında qiymətlərin bahalaşdığı pik vaxtda, buğdanın ucuzlaşması ilə bəzi yerlərdə az qala iki dəfə bahalaşan çörək ucuzlaşmaq barədə düşünmür. Bu qiymət davranışının səbəbi məlum deyil. Bir qayda olaraq, yerli qurumlar bir çörəyin cari xərclərinin qiymətləndirilməsi kimi əhəmiyyətsiz detallara girmir və iş adamları bu barədə danışmayacaqlar.
https://ayna.az/coreyin-ucuzlasmasi-sohbetleri-ve-mohtekirin-barmagi-tetikde
“Azeri Light” ucuzlaşıb
İqtisadiyyat
24.10.2023 - 12:05
Dünya birjalarında neft bahalaşıb Dünya birjalarında neft bahalaşıb. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,24 dollar artaraq 90,07 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,21 dollar bahalaşaraq 85,7 dollar təşkil edib. Azərbaycan nefti isə ucuzlaşıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2,14 dollar azalaraq 95,54 dollar olub. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
https://ayna.az/azeri-light-ucuzlasib-66390
Neft bahalaşıb
İqtisadiyyat
27.10.2023 - 11:42
Azərbaycan neftinin qiyməti 93 dollara yaxınlaşır Dünya birjalarında neft bahalaşıb. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 1,57 dollar artaraq 89,5 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 1,47 dollar bahalaşaraq 84,68 dollar təşkil edib. Azərbaycan nefti də bahalaşıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,48 dollar artaraq 92,87 dollar olub. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
https://ayna.az/neft-bahalasib-66502
Neft ucuzlaşıb
İqtisadiyyat
29.08.2023 - 11:24
Azərbaycan neftinin qiyməti dəyişməyib Dünya birjalarında neft ucuzlaşıb. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,07 dollar azalaraq 84,35 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,12 dollar ucuzlaşaraq 79,98 dollar təşkil edib. Azərbaycan neftinin qiyməti dəyişməyib. “Azeri Light” markalı neftin bir barelinin qiyməti dəyişməyərək 88,56 dollar təşkil edib. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
https://ayna.az/neft-ucuzlasib-64310
Neft bahalaşıb
İqtisadiyyat
27.09.2023 - 13:03
Azərbaycan neftinin qiyməti 100,3 dollar olub Dünya birjalarında neft bahalaşıb. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,96 dollar artaraq 94,92 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,95 dollar bahalaşaraq 91,34 dollar təşkil edib. Azərbaycan nefti isə ucuzlaşıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,09 dollar azalaraq 100,33 dollar olub. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
https://ayna.az/neft-bahalasib-65415
Neft ucuzlaşıb
İqtisadiyyat
19.10.2023 - 12:08
Azərbaycan neftinin qiyməti 95 dolları ötüb Dünya birjalarında neft ucuzlaşıb. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,39 dollar azalaraq 91,11 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,08 dollar ucuzlaşaraq 88,24 dollar təşkil edib. Azərbaycan nefti isə bahalaşıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,58 dollar artaraq 95,86 dollar olub. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
https://ayna.az/neft-ucuzlasib-66233
Vətəndaş geriqayıdışına hazır olaq: yeni iş yerləri, əlverişli biznes mühiti və...
İqtisadiyyat
21.09.2023 - 10:23
“İndiyə qədər miqrantların yalnız kiçik bir hissəsi qayıdıb: Rusiyada işləri yaxşı gedənlər, təbii ki, qalıblar, amma...” Beynəlxalq pul köçürmələri pulun ünvanı olan ölkənin sosial-iqtisadi vəziyyətinə müsbət təsir göstərir. Söhbət həm biznes fəaliyyəti ilə bağlı köçürmələrdən, həm də əmək miqrantlarının evlərinə göndərdikləri məbləğlərdən gedir. Amma bu ilin yanvar-iyun aylarında Azərbaycana pul köçürmələri 45% azalaraq 891 milyon dollar təşkil edib. Bunu Mərkəzi Bankın Statistika Departamentinin direktoru Samir Nəsirov keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, ölkədən pul köçürmələrinin həcmi 254,5 milyon dollar təşkil edib. Ölkəyə daxil olan pul köçürmələrinin 68 faizi Rusiyadan daxil olub, Türkiyə ikinci yerdədir (70,7 milyon dollar). Ölkədən gedən nağd pul axınına görə birinci yeri Türkiyə (64,6 milyon dollar), ikinci yeri Rusiya (38,5 milyon dollar) tutub. Nəsirov qeyd edib ki, ümumilikdə, 2022-ci ilin 6 ayı ilə müqayisədə nağd pul axınının profisiti 51% azalıb. Rusiyadan pul köçürmələrinin axınının azalmasının əsas səbəbi bu ölkədəki böhrandır - yerli iqtisadçılar qeyd edirlər. Rusiya-Ukrayna münaqişəsi, bir çox dövlətlərin sanksiyaları, rublun zəifləməsi – bütün bunlar Rusiyadan pul köçürmələrinin azalmasına gətirib çıxarır. Bu vəziyyət, bəzi ekspertlərin fikrincə, uzun müddət davam edəcək və Azərbaycan iqtisadiyyatına mənfi təsir göstərəcək. Rusiyadan qonşu ölkələrə pul köçürmələrinin azalması bəzi rusların Rusiya Federasiyasına qayıtması, mühacirlərin maliyyə davranışının dəyişməsi, eləcə də iri bankların köçürmələrə tətbiq etdiyi məhdudiyyətlər kimi amillərlə əlaqələndirilir. Qazaxstan, Qırğızıstan, Ermənistan və Gürcüstana pul köçürmələrinin azalması xüsusilə nəzərə çarpır. May ayında onlar üçdə bir azalıb. İqtisadçı ekspert Rauf Qarayev vəziyyətlə bağlı AYNA-ya deyib ki, yuxarıda göstərilən amillərin hamısı öz rolunu oynayır: “Beləliklə, problemlərdən biri məhz sanksiyalarla bağlıdır ki, ona görə də banklar digər MDB ölkələri banklarının hesablarına pul köçürə bilmir. Bir məqam da var: Rusiyanın özü də pul köçürmələrini məhdudlaşdırıb. Ukraynaya təcavüz başlayandan sonra Rusiya hakimiyyəti qeyri-rezident şəxslərə və qeyri-dost ölkələrin şirkətlərinə Rusiyadan xaricə pul köçürməsini qadağan edib”. “Martın 2-də hakimiyyət ölkədən dəyəri 10 min dollardan çox olan nağd valyutanın ixracına qadağa qoyub. Sonra bu ölkənin Mərkəzi Bankı ruslara ayda 5000 dollardan çox olmayan pul köçürmələrinə icazə verib və sonradan bu məbləği bir neçə dəfə artırıb. Rusiyada işləyən qeyri-rezident fiziki şəxslər əməkhaqqı məbləğində xaricə pul köçürə bilərlər. Həm dost, həm də dost olmayan ölkələrin nümayəndələrinin bu hüququ var. Ukraynada hərbi əməliyyatlar başlamazdan əvvəl əmək miqrantlarımızdan çoxlu transferlər olub. Bu gün köçürmələrin əhəmiyyətli bir hissəsi bizneslə bağlıdır”, - deyə həmsöhbətimiz bildirib. Türkiyəyə gəlincə, mütəxəssisin sözlərinə görə, bəyannamə olmadan Türkiyədən 10 000 ABŞ dollarına qədər (və ya onun başqa valyutada ekvivalenti məbləğində) ixraca icazə verilir: “Əks halda, sizdə vəsaitlərin idxalına dair bəyannamə olmalıdır. Bundan əlavə, daha böyük məbləğlərlə gömrükdə suallar yarana bilər”. Qarayevin fikrincə, pul köçürmələrinin azalması ölkəmizin iqtisadiyyatına xüsusi təsir göstərməyəcək: “Lakin təbii ki, bu, miqrant ailələrinə mənfi təsir göstərəcək. Bir çox ailələr bu köçürmələrlə dolanır. Düşünürəm ki, vəziyyət stabilləşməyə başlamasa, Rusiyadakı əmək miqrantlarının bir hissəsi yaşadıqları ölkələrini dəyişmək qərarına gələcəklər. Qeyd edim ki, miqrantların müəyyən faizinin öz vətənlərinə qayıtma ehtimalı yüksəkdir. Biz belə nəticəyə hazır olmalıyıq və yeni iş yerləri açmaq, biznes qurmaq üçün əlverişli şərait yaratmaq, sosial büdcəni artırmaq lazımdır”. “İndiyə qədər miqrantların yalnız kiçik bir hissəsi qayıdıb: Rusiyada işləri yaxşı gedənlər, təbii ki, qalıblar. Bəziləri hələ də getmək və ya qalmaqda tərəddüd edirlər. Gəlirləri xeyli aşağı düşənlər də, Ukraynaya döyüşməyə göndəriləcəyindən qorxanlar da dönürlər”, - deyə mütəxəssis vurğulayıb. Bu arada, Rusiya özü də əmək miqrantları ilə maraqlanır, lakin Rusiya Federasiyasının Prezidenti yanında sahibkarların hüquqlarının müdafiəsi üzrə müvəkkili Boris Titovun dediyi kimi, işçi qüvvəsinə olan ehtiyacı daha təkcə MDB vətəndaşları hesabına ödəmək mümkün deyil. Buna görə də o, Cənub-Şərqi Asiya və Yaxın Şərq ölkələrindən əmək miqrantlarının cəlb edilməsini və onlar üçün işə qəbul qaydalarının sadələşdirilməsini təklif edib. Hazırda giriş vizasına ehtiyacı olan ölkələrin vətəndaşları Rusiya Federasiyasında yalnız işəgötürən bütün lazımi sənədləri hazırladıqda işləyə bilər. Aİİ vətəndaşları (Belarus, Qırğızıstan, Qazaxıstan, Ermənistan) bu ölkədə patentsiz işləyə bilər və vizasız ölkələrin, xüsusən də Azərbaycan vətəndaşları əmək patenti almalıdırlar.
https://ayna.az/vetendas-geriqayidisina-hazir-olaq-yeni-is-yerleri-elverisli-biznes-muhiti-ve
Prezident: “Azərbaycana ümumi investisiyalar 300 milyard ABŞ dollarından çox olub”
İqtisadiyyat
26.10.2023 - 17:11
İlham Əliyev: “Hədəfimiz qazıntı yanacağından asılılığımızı azaltmaq üçün iqtisadiyyatımızı şaxələndirməyi davam etdirməkdir” Azərbaycan xarici investisiyalar üçün çox açıq ölkədir. Son 30 il ərzində bizim çoxmilyardlı investisiya portfoliomuz olub. Azərbaycana ümumi investisiyalar 300 milyard ABŞ dollarından çox olub və bunun təqribən 200 milyard ABŞ dolları qeyri-neft sektorunun payına düşür. AYNA xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində çıxışı zamanı bildirib. Dövlət başçısı vurğulayıb ki, hazırda bizim iqtisadi hədəfimiz qazıntı yanacağından asılılığımızı azaltmaq üçün iqtisadiyyatımızı şaxələndirməyi davam etdirməkdir.  “Eyni zamanda, biz başa düşürük ki, bizim neft və qazımıza hələ uzun illər ərzində beynəlxalq bazarda tələbat olacaq. Bu məqsədlə çoxsaylı neft və qaz kəmərləri sistemi istismara verilib və indi biz neft və qazı müxtəlif istiqamətlərə ixrac edirik”, - Prezident İlham Əliyev əlavə edib.
https://ayna.az/prezident-azerbaycana-umumi-investisiyalar-300-milyard-abs-dollarindan-cox-olub
“İnflyasiya və Qiymət Monitorinqi” üzrə İşçi Qrupun növbəti iclası keçirilib
İqtisadiyyat
13.10.2023 - 11:51
İclasın yekununda İşçi qrupun rəhbəri tərəfindən aidiyyəti qurumlara Qiymət İzləmə Sisteminin tətbiqi ilə bağlı müvafiq tapşırıqlar verilib “İnflyasiya və Qiymət Monitorinqi” üzrə İşçi Qrupun növbəti iclası keçirilib. AYNA xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən bildirilib. 12 oktyabr tarixində İnflyasiya və qiymət monitorinqi üzrə İşçi qrupun rəhbəri Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədovun sədrliyi ilə keçirilən iclasın gündəliyində 2023-cü ilin yanvar-sentyabr aylarında istehlak bazarında qiymətlərin dəyişməsi, inflyasiyanın komponentləri, o cümlədən ərzaq və qeyri-ərzaq məhsulları, əhaliyə göstərilmiş ödənişli xidmətlər, daxili bazarda qiymətləri 10 faizdən çox bahalaşan məhsulların idxal və yerli mənşəli olmasının faktorları, dünya ərzaq qiymətləri və əsas ticarət tərəfdaşı olan ölkələrdə qiymətlərin dinamikası, idxal olunan məhsulların qiymət indeksi (idxal inflyasiyası), kənd təsərrüfatı məhsullarının istehsalçı qiyməti və satışı üzrə yarmarkaların təşkili, daxili bazarda sağlam rəqabət mühitinin təmin olunması istiqamətində görülən tədbirlər və aidiyyəti qurumlar tərəfindən istifadə olunan qiymət monitorinqi sisteminin uzlaşdırılması məsələləri geniş müzakirə olunub. İclasda qlobal inflyasiya səviyyəsində, xüsusilə dünya ərzaq qiymətlərində azalma meyllərinin olduğu qeyd edilib. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının açıqladığı son məlumata görə sentyabr ayında ərzaq qiymətləri indeksi son bir ildə 10,7 faiz ucuzlaşmışdır. İşçi qrupun rəhbəri dünya ərzaq bazarlarında qiymətlərin enməsi, ticarət tərəfdaşı olan ölkələrdə inflyasiyanın azalması, yüksək neft qiymətləri şəraitində ölkənin tədiyə balansının profisitli olmasının məzənnə sabitliyini dəstəkləməsi və bu amilin inflyasiya idxalına və gözləntilərinə azaldıcı təsiri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Antiinflyasiya tədbirlərinin gücləndirilməsi” ilə bağlı Sərəncamına əsasən ötən dövr ərzində aidiyyəti dövlət qurumları tərəfindən görülən bir sıra tədbirlər, eləcə də mövsümi amillərin son aylarda Azərbaycanda inflyasiya səviyyəsinə azaldıcı təsir göstərdiyini vurğulamışdır. Dövlət Statistika Komitəsinin son məlumatına görə 2023-cü ilin yanvar-sentyabr aylarında orta illik inflyasiya 10,9 faiz olmuşdur. Bu dövrdə illik inflyasiya 5.1 faiz təşkil etmişdir. İqtisadiyyat Nazirliyi tərəfindən antiinflyasiya tədbirləri nəzərə alınaraq 2023-cü ilin sonuna orta illik inflyasiyanın birrəqəmli səviyyədə 9,5 faiz olacağı proqnozlaşdırılır. Azərbaycan Respublikası Prezidentinin Hökumət qarşısında qoyduğu başlıca tapşırıqlardan biri ilin sonuna qədər inflyasiyanın birrəqəmli səviyyəsinə nail olunmasıdır. İnflyasiya və qiymət monitorinqi üzrə yaradılmış İşçi qrupun məqsədi də qiymətlərə artırıcı təsir göstərən bütün səbəbləri araşdırıb, onun aradan qaldırılması istiqamətində zəruri işləri görməkdir. Bu baxımdan inflyasiyanın makroiqtisadi və maliyyə sabitliyi üçün xələl gətirməyən həddə qorunması məqsədilə zəruri tədbirlərin görülməsi davam etdiriləcək. Hazırda Milli Məclisdə çox vacib məsələlərdən biri olan Rəqabət Məcəlləsinin layihəsinin müzakirəsi aparılır. Rəqabət Məcəlləsinin qəbul olunması biznes mühitinin əlverişliliyinin artırılması, azad sahibkarlığın təşviqi baxımından mühüm əhəmiyyət kəsb etməklə, ölkədə sahibkarların sağlam rəqabət şəraitində fəaliyyətinin hüquqi əsaslarını müəyyən edəcək. Yeni məcəllə, eyni zamanda istehlakçıların hüquqlarının müdafiəsini, məhsul və xidmətlərin keyfiyyətinin daha da artırılmasını hədəfləyir. İclasın yekununda İşçi qrupun rəhbəri tərəfindən aidiyyəti qurumlara Qiymət İzləmə Sisteminin tətbiqi ilə bağlı müvafiq tapşırıqlar verilib. Habelə bildirilib ki, son günlərdə bəzi tərəvəz məhsullarının qiymətlərində müşahidə olunan yüksək artımını da nəzərə alaraq daxili bazarda sağlam rəqabət mühitinin təmin olunması istiqamətində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən subyektiv səbəblərə (rəqabət pozuntuları, bazarların bölüşdürülməsi və qiymət manipulyasiyası) yol verən bazar subyektlərinə qarşı nəzarət və operativ yoxlama tədbirləri gücləndiriləcək və təsiredici ciddi tədbirlər görüləcəkdir.
https://ayna.az/inflyasiya-ve-qiymet-monitorinqi-uzre-isci-qrupun-novbeti-iclasi-kecirilib
Dollar qayıdır – sağında yeni dərs ili, solunda qışa hazırlıq
İqtisadiyyat
28.08.2023 - 14:07
Bankların Amerika valyutasına satış məhdudiyyəti tətbiq etməsi də ayrıca problem olaraq qalır Koronavirus pandemiyasının, bağlanan sərhədlərin və əsası olmayan valyuta məhdudiyyətlərinin başlanğıcından bəri ölkəmizdə ABŞ valyutasına tələb davamlı olaraq azalmaqdadır. Lakin yayın sonuna doğru dollar satışı artmağa başlayıb. Təhlilçilərin fikrincə, tələbatın artmasına səbəb tədris ilinin əvvəlində ənənəvi olaraq xarici malların idxalının artmasıdır. Yeni tədris ilinə və payızın başlanmasına qədər son həftələrdə valyuta satışları nəzərəçarpacaq dərəcədə artır. Dollara artan tələbat bu vaxta qədər idxalçılar tərəfindən xarici valyutaya tələbatın artması ilə izah olunur. Axı, indi bizə məktəb ləvazimatları, tekstil, ayaqqabı və digər istehlak malları gətirilir. Əhali təkcə Bilik Gününə deyil, həm də soyuq havaların başlamasına hazırlaşdığı üçün ölkəyə isti paltar, ayaqqabı, məişət texnikası və s. gətirilir. Ötən həftə Dövlət Neft Fondunun dollarını satan Mərkəzi Bankın hərraclarında tələbat nəzərəçarpacaq dərəcədə artıb. Məsələn, tənzimləyici tərəfindən avqustun 10-17-də təşkil olunmuş üç valyuta hərracının nəticələrinə görə, kommersiya bankları 127,9 milyon ABŞ dolları alıb ki, bu da əvvəlki hərraclardan 27,3 faiz çoxdur. “Adətən belə dinamika yayın sonunda istehlak tələbinin mövsümi dəyişməsi və xarici malların idxalının artması ilə əlaqədar baş verir. Lakin bu il satışlar təkcə bizə tanış olan mövsümi iqtisadi şəraitə görə deyil, həm də qonşu ölkələrin milli valyutalarının ucuzlaşması ilə bağlı psixoloji məqamların, xüsusən də Rusiyadakı kəskin devalvasiyanın da müəyyən təsiri var”, - deyə deputat, iqtisadçı ekspert Vüqar Bayramov bildirir. Onun sözlərinə görə, bu il idxalçılar ötən illə müqayisədə daha fəaldırlar: “Məsələn, ilin birinci yarısında idxal 22,5 faiz artaraq 8 milyard 198 milyon dollar təşkil edib. Belə dinamika təbii ki, dollara tələbi stimullaşdırır. Məzənnənin dəyişməsi Mərkəzi Bankın bu məsələ ilə bağlı mövqeyindən asılıdır, çünki ölkə “üzən məzənnə”yə keçməyib. Hökumət valyuta intervensiyalarından istifadə edərək manatı nəzarətdə saxlayır və artıq bir müddətdir ki, məzənnənin saxlanmasının inzibati və maliyyə rıçaqları valyuta məhdudiyyətləri ilə əvəzlənib. Bu mənzərə sərhədlərin bağlanması və xarici səfərlərin azalması effekti ilə dəstəklənir”. Yalnız ölkəmizin ərazisində hələ də davam edən koronavirus pandemiyası dövlət sərhədlərini bağlı saxlamaqla yanaşı, maraqlı maliyyə hadisəsinə çevrilir. Pandemiyanın lap əvvəlindən yerli banklar dollar alışına məhdudiyyətlər qoyub və onu yalnız səhər və yalnız limitlə satırlar. Son 3 ildir ki, yerli media fiziki şəxslər üçün ildə 20 min manat xarici valyuta almaq limitinin olmasından yazır. Mərkəzi Bank bu kimi suallara həmişə yayınaraq cavab verib, valyuta mübadiləsində qanuni məhdudiyyətlərin olmadığını, məhdudiyyətlərin çirkli pulların yuyulmasına qarşı mübarizə çərçivəsində bankların daxili tələbləri ilə bağlı ola biləcəyini bildirib. Manatın məzənnəsini qapalı quru sərhədləri də dəstəkləyir, çünki bu, dolların xaricə çıxması üçün əsas qapıdır. Bu yaxınlarda “Bloomberg” qapalı quru sərhədlərinin Azərbaycan hökumətinə ölkədən valyuta axınının öhdəsindən gəlməyə necə kömək etdiyi barədə məqalə dərc edib, sonra isə onu silib. Nəşr qeyd edir ki, respublikamız Ümumdünya Səhiyyə Təşkilatının pandemiyanın fövqəladə vəziyyət mərhələsinin başa çatdığını elan etməsindən sonra da ciddi səyahət məhdudiyyətlərinin mövcud olduğu azsaylı ölkələrdən biri olaraq qalır. Bütün bu tədbirlər hökumətə milli valyutanın məzənnəsinin saxlanmasına qənaət etməyə imkan verir. Məsələn, ötən il Dövlət Neft Fondu Mərkəzi Bankın hərraclarında cəmi 4 milyard 681,8 milyon dollar satıb (2021-ci illə müqayisədə 30% azalma). Ötən il ərzində Fond hər ay hərraclarda orta hesabla 390,15 milyon dollar satıb (2021-ci ildə 6 milyard 679 milyon - 2020-ci ilə nisbətən 8,6% azalma). Müvafiq olaraq, 2020-ci ildə suveren fond valyuta hərraclarında banklara 7 milyard 303,64 milyon dollar satıb (2019-cu illə müqayisədə 10,7% artım). Dollara tələbin aşağı düşməsini həm də onunla izah etmək olar ki, inflyasiyanın sürətlənməsi səbəbindən ümumilikdə insanların daha az pulu və daha çox xərcləri var. Axı Azərbaycanda dollar əmanət üçün ehtiyat valyutadır və qiymət artımı əhalinin əmanətlərini xərcləməsinə gətirib çıxarır. Müvafiq olaraq, əhalinin valyutaya tələbatı da azalır. Dollara tələbin azalması iqtisadi aktivliyin azalmasının da nəticəsi ola bilər, çünki Azərbaycanda dolların əsas alıcısı biznesdir.
https://ayna.az/dollar-qayidir-saginda-yeni-ders-ili-solunda-qisa-hazirliq
Zədələnmiş pulları AMB-nin kassalarında dəyişdirmək olar, amma...
İqtisadiyyat
24.10.2023 - 18:10
Deputat: “Zədələnmiş əsginaslarınızı dəyərindən aşağı dəyişdirməyə ehtiyac yoxdur” Nağd pulun dövriyyədən çıxacağı və yerini nağdsız ödənişlərə buraxacağı barədə çoxdan danışılır. Amma bu hələ baş verməyib və bizdə ödənişlərin yalnız 40%-ni nağdsız əməliyyatlar təşkil edir. Nağd ödəniş vasitəsi olan kağız pulların zədələnməsinin və ödəniş qabiliyyətini  itirməsinin tez-tez şahidi oluruq. Mövcud qanunvericiliyə görə, milli əsginaslar hansısa səbəbdən  zədələnərsə, Mərkəzi Bankda və ya kommersiya banklarında dəyişdirilə bilər. Bu məqsədlə Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) paytaxtda (Bülbül pr. 27 ünvanında) və respublikanın regionlarında fəaliyyət göstərən ərazi idarələrində əhaliyə xidmət göstərən xüsusi kassaları mövcuddur. Amma təəssüflər olsun ki, vətəndaşlarımızın heç də hamısı bundan xəbərdar deyil. Azərbaycan Respublikasının Milli Məclisinin üzvü, iqtisadçı alim Vüqar Bayramov AYNA-ya açıqlamasında deyib ki, Mərkəzi Bank zədələnmiş milli pul nişanlarının dəyişdirilməsi mümkün olan xüsusi kassaların fəaliyyətinin davam etdirilməsi ilə bağlı məlumat yayıb. : “Zədələnmiş milli pul nişanlarının dəyişdirilməsi ilə bağlı ölkədə mövcud olan prosedurdan heç də bütün vətəndaşlarımız məlumatlı deyil. Ona görə də müəyyən çətinliklərlə üzləşirlər. Çox vaxt insanlar bu cür nağd pulu fərdi şəxslərdən öz dəyərinin bir hissəsinə dəyişirlər. Əslində, əsginas zədələnsə belə, buo demək deyil ki, o dəyərini itirib və eyni nominalda yenisi ilə dəyişdirilə bilməz”. “Dəyişdirilmə üçün heç bir maneə yoxdur. Vətəndaşlar təkcə paytaxtda (Bülbül pr. 27 ünvanında) deyil, Naxçıvan, Yevlax, Gəncə, Biləsuvar və Qubada da Mərkəzi Bankın ərazi idarələrinə müraciət edərək milli pul nişanlarını dəyişdirə bilərlər. Bunun üçün heç bir komissiya yoxdur və dəyişdirilmə üçün məqbul olan sahəsini saxlayan həqiqi zədələnmiş pul, şübhəsiz ki, yeniləri ilə dəyişdiriləcək”, - deyə deputat bildirib. Bayramovun sözlərinə görə -  “Zədələnmiş pullar onların sonrakı taleyinə aydınlıq gətirmək üçün yuxarıda adıçəkilən Mərkəzi Bankın kassalarına aparılmalıdır -  əsginasın həqiqiliyi təsdiqlənərsə, mütləq dəyişdiriləcək. Belə ki, əgər  zədələnmiş əsginaslarınız varsa, onları üçüncü şəxslərlə dəyərindən aşağı dəyişdirməyə ehtiyac yoxdur”. Cari ilin yayında belə əsginasların taleyi ölkə parlamentində həll olunub. “Mərkəzi Bank haqqında” qanuna edilən dəyişikliklər  milli pul nişanlarının dəyişdirilməsinə yanaşmaları yeniləyib. Belə ki, bütöv bir hissədən və ya eyni kağız pul nişanına məxsus ardıcıl hissələrdən ibarət, səthinin 60 faizindən az olmayan hissəsini və üzərindəki iki seriya nömrələrindən ən azı birini tam saxlamış pul nişanlarınınn nominal dəyəri Mərkəzi Bank tərəfindən ödənilir. Bununla yanaşı, eyni kağız pul nişanına məxsus ardıcıl olmayan hissələrdən ibarət, səthinin 60 faizindən az olmayan hissəsini və üzərindəki hər iki seriya nömrəsini tam saxlamış pul nişanlarının nominal dəyəri də Mərkəzi Bank tərəfindən ödənilir. Kağız pul nişanları ilə yanaşı, vətəndaşlarımız bütöv səthinin üzərindəki təsvir və yazıları onun nominalını müəyyənləşdirməyə imkan verən həcmdə saxlamış və deformasiyaya məruz qalmamış metal pul nişanlarını da məhdudiyyətsiz Mərkəzi Bankın kassalarında dəyişə bilərlər. Sadə dillə desək, dəyişdirilmə üçün məqbul olan səthi saxlayan həqiqi zədələnmiş milli pul nişanı mütləq yeniləri ilə dəyişdiriləcək. Pul nişanının həqiqiliyi ilə bağlı hər hansı bir şübhə yaranarsa qanunla müəyyən edilmiş müddətdə Mərkəzi Bank tərəfindən ekspertizası həyata keçirilir və bundan sonra şübhəli pulun sahibinə nəticə barədə məlumat verilir. Artıq qeyd edildiyi kimi, Mərkəzi Bankın kassalarında  milli pul nişanlarını dəyişdirən zaman heç bir komissiya tətbiq edilmir. Lakin, kommersiya banklarında  bu prosedur üçün komissiya tətbiq edilə bilər . Qanuna görə, kommersiya banklarının komissiya tələb etmək hüququ var və bu komissiyanın həcmi onların tarif siyasətindən asılı olacaqdır. Ona görə də ən yaxşısı Mərkəzi Bankın  kassalarına müraciət etməkdir. Çünki fərq yoxdursa, zəhmətlə qazandığınız pulu başqasına niyə verirsiniz?
https://ayna.az/zedelenmis-pullari-amb-nin-kassalarinda-deyisdirmek-olar-amma
Azərbaycan neftinin qiyməti 93 dollara yaxınlaşır
İqtisadiyyat
27.10.2023 - 09:34
Neftin qiymətində artım qeydə alınıb Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,48 ABŞ dolları, yaxud 0,52 % artaraq 92,87 ABŞ dolları təşkil edib. AYNA xəbər verir ki, dünən hərracların nəticələrinə görə, “Brent” markalı neftin dekabr fyuçersləri 89,13 ABŞ dollarına satılıb. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.
https://ayna.az/azerbaycan-neftinin-qiymeti-93-dollara-yaxinlasir
Neft bahalaşıb
İqtisadiyyat
20.10.2023 - 11:01
“Azeri Light” markalı neftin bir bareli 95 dollardan baha satılır Dünya birjalarında neft bahalaşıb. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,86 dollar artaraq 93,24 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 1 dollar bahalaşaraq 90,37 dollar təşkil edib. Azərbaycan neftinin də qiyməti bahalaşıb. Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,1 dollar artaraq 95,96 dollar olub. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
https://ayna.az/neft-bahalasib-66263
Banklar üçün “əcəl zəngi”: sıradakı buyursun
İqtisadiyyat
27.10.2023 - 14:05
Hüquqşünas: “Azərbaycanda banklara qarşı irəli sürülən tələblər çox sərtdir” İqtisadçı: “Ölkədə olan 3-4 bank bütün bank sektorunu nəzarətə götürür” Azərbaycanda “Günay Bank”dan sonra daha bir bank - “Muğanbank” da ləğv edildi. Hansı ki, bir müddət öncə Mərkəzi Bankın sədri Taleh Kazımov mətbuata açıqlamasında Azərbaycanda problemli bankın olmadığını söyləmişdi. İddialara görə, fəaliyyəti dayandırılan bankların sayı bununla bitməyəcək və qarşıda daha bir neçə bank ləğv ediləcək. Bu sırada “Avrasiya”, “BTB” və “VTB” bankların adları çəkilir. Mövzu ilə bağlı AYNA-ya danışan bank-maliyyə eksperti, hüquqşünas Əkrəm Həsənov bankların bağlanma səbəbini onların Mərkəzi Bankın göstərişlərinə əməl etməməsində görür: “Bankların maliyyə göstəriciləri müvafiq göstəricilərə uyğun olmadığı zaman onların lisenziyası ləğv edilir. Hesab edirəm ki, Azərbaycanda banklara qarşı irəli sürülən tələblər çox sərtdir. Digər biznes subyektlərindən fərqli olaraq banklar öz vəsaitləri hesabına deyil, depozitlər, yəni daxil olan vəsaitlər hesabına fəaliyyət göstərir. Müştərilərdən əldə olunan gəlirləri kredit qismində digər müştərilərə verirlər”. “Nəzərə alanda ki, problemli kreditlərin də həcmi az deyil, belə olduqda banklar çətin vəziyyətə düşür. Bəzən isə müflis olurlar. Daha bir tələb isə nizamnamə kapitalı ilə bağlıdır. Ölkədə bank işlətmək üçün mimimum 50 milyon manat nizamnamə kapitalın olmalıdır”, - deyə həmsöhbətimiz bildirib. Onun sözlərinə görə, banklar müştəriləri üçün problem yaratdıqları təqdirdə bağlana bilərlər: “Formal pozuntulara görə, bankların bağlanması düzgün deyil. Buna güzəşt də etmək olar. Bu günə qədər təkcə kiçik deyil, böyük bankların da müflisləşməsi təcrübəsi olub. “Bank Standart” buna misal göstərilə bilər. “Ata Bank”la bağlı da oxşar vəziyyət yaranıb. Bu banklarda müştərilərin milyardlarla pulu batıb. Bu pulun əsas hissəsi isə sahibkarlara məxsus olub. Qarşıdakı dönəmdə digər bankların da bağlanması məsələsi gündəmdədir”. İqtisadçı ekspert Natiq Cəfərli AYNA-ya şərhində deyib ki, Azərbaycanda bəzi bankların sıradan çıxarılması tendensiyası müşahidə olunur: “Əgər bu, normal rəqabət və bazar qaydalarına uyğun baş verirsə, buna təbii yanaşmaq olar. Lakin əsas məsələ odur ki, proses düzgün idarə olunmur. Əhalidə Azərbaycan banklarına olan inam çox zəifdir. Bankların bağlanması onsuz da zəif olan inamı daha da sarsıdır. Baş verənlər əhalidə banklara qarşı etimadsızlıq yaradır”. “Düzdür, bağlanan əsasən kiçik banklardır. Bu bankların bazar payı onsuz da aşağı idi. Lakin bu, özü-özlüyündə yaxşı hal deyil. Bank sistemində dərin təmərküzləşmə gedir və faktiki olaraq 3-4 bank bütün bank sektorunu nəzarətə götürür. Bu da, heç şübhəsiz, inhisarçılıq əlamətidir. Təbii ki, harada inhisarçılıq amilləri varsa, orada inkişafdan danışmağa dəyməz”, - deyə müsahibimiz vurğulayıb. Ekspertin dediyinə görə, Azərbaycanda bankların birləşməsi ənənəsi mövcud deyil: “Məlumdur ki, bir çox hallarda bankların rəsmi sahibləri onların faktiki sahibləri deyillər. Faktiki sahiblərin adları bəzən heç yerdə çəkilmir. Yəni, qeyri-rəsmi olaraq buna nəzarət edən şəxslər də var. Onlardan bəziləri hökumətdə müxtəlif vəzifələrə sahibdirlər. Bu səbəbdən onların birləşməsi, fəaliyyətini vahid bank şəklində aparması müşküldür. Çünki burada müxtəlif maraqlar mövcuddur. Onların öz aralarında münasibətlərindən tutmuş, bankların vəziyyətinə qədər obyektiv və subyektiv məsələlər bankların konsolidasiya məsələsinə maneçilik törədir”. “Hesab edirəm ki, Azərbaycanda yaxın gələcəkdə problemli banklar ya birləşdirilməli, ya da bağlanmalıdır. Buna məcburi gediləcək, çox banklar bazardan çıxacaq. Çünki bir çox bankların tədiyyə balansında, kredit portfelində də ciddi problemlər var. Ehtimalım ondan ibarətdir ki, qarşıdakı dövrdə daha bir neçə bank bağlanacaq. Problemin həlli yeni yanaşmanın tətbiqindən keçir”, - deyə Cəfərli fikrini yekunlaşdırıb.
https://ayna.az/banklar-ucun-ecel-zengi-siradaki-buyursun
Sentyabrın 21-nə olan USD/AZN rəsmi məzənnəsi
İqtisadiyyat
20.09.2023 - 19:23
USD/AZN rəsmi məzənnəsi 1,7000 səviyyəsində müəyyən olunub Azərbaycan Mərkəzi Bankı (AMB) sentyabrın 21-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. AMB-dən AYNA-ya bildirilib ki, bankın sentyabrın 21-nə USD/AZN rəsmi məzənnəsi 1,7000 səviyyəsində müəyyən olunub.
https://ayna.az/sentyabrin-21-ne-olan-usdazn-resmi-mezennesi
Azərbaycan neftinin qiyməti 103 dollara yaxınlaşır
İqtisadiyyat
28.09.2023 - 09:44
Neftin qiymətində artım qeydə alınıb Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,35 ABŞ dolları, yaxud 3,37 % artaraq 102,70 ABŞ dolları təşkil edib. AYNA xəbər verir ki, dünən hərracların nəticələrinə görə, “Brent” markalı neftin noyabr fyuçersləri 97,41 ABŞ dollarına satılıb. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.
https://ayna.az/azerbaycan-neftinin-qiymeti-103-dollara-yaxinlasir
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat
07.10.2023 - 11:52
Neftin qiymətində ucuzlaşma qeydə alınıb Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşmaqda davam edib. AYNA xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 0,25 dollar və ya 0,27% azalaraq 91,23 ABŞ dollarına enib. Ötən gün isə Azərbaycan nefti 91,48 dollara ticarət edilib. Qeyd edək ki, 2022-ci ildə “Azeri Light” (CIF) markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il “Azeri Light” (CIF) nefti 44,6% bahalaşıb.
https://ayna.az/azerbaycan-nefti-ucuzlasib-65795
“Azeri Light” ucuzlaşıb
İqtisadiyyat
24.10.2023 - 12:05
Dünya birjalarında neft bahalaşıb Dünya birjalarında neft bahalaşıb. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,24 dollar artaraq 90,07 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,21 dollar bahalaşaraq 85,7 dollar təşkil edib. Azərbaycan nefti isə ucuzlaşıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2,14 dollar azalaraq 95,54 dollar olub. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
https://ayna.az/azeri-light-ucuzlasib-66390
“Muğan Bank”ın əmanətçilərinin 99,9 faizinə kompensasiya veriləcək
İqtisadiyyat
19.10.2023 - 11:33
Mərkəzi Bank lisenziyası ləğv edilən bankdakı əmanətlərlə bağlı məlumat yayıb “Muğan Bank” ASC-nin ölkənin bank sisteminin aktivlərində xüsusi çəkisi 1,4%, kredit portfelində 2%, sektorun öhdəliklərində isə cəmi 1,3% təşkil edir. “Muğan Bank”ın bank lisenziyasının ləğvi bank sektorunun maliyyə dayanıqlığı və maliyyə sabitliyinə heç bir təhdid yaratmır. AYNA xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib. Qeyd edilib ki, “Muğan Bank” Əmanətlərin Sığortalanması Fonduna (Fond) üzv bankdır və əhalinin bu bankda sığortalanmış əmanətləri üzrə kompensasiyalar Fond tərəfindən qanunvericiliyə müvafiq qaydada ödəniləcək. "“Muğan Bank”ın digər öhdəlikləri məhkəmə tərəfindən təyin olunacaq ləğvedici tərəfindən qanunvericiliyə müvafiq qaydada tənzimlənəcək. Bank tərəfindən Fonda təqdim olunmuş hesabatlara əsasən 2023-cü ilin III rübünün sonuna Bank üzrə sığortalanmış (kompensasiya olunan) əmanətlər 216,7 mln. manat təşkil edir. Qeyd edək ki, Bankın əmanətçilərinin say etibarı ilə 99,9%-nin əmanətləri kompensasiya olunacaq" - AMB-dən əlavə edilib.
https://ayna.az/mugan-bankin-emanetcilerinin-999-faizine-kompensasiya-verilecek
“Muğan Bank”ın iflas proseduruna başlanılıb
İqtisadiyyat
24.10.2023 - 17:55
Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb Bakı Apellyasiya Məhkəməsinin oktyabrın 24-də 2-3(103)-54/2023 saylı qərarı ilə “Muğan Bank” ASC müflis elan edilib və iflas proseduruna başlanılıb. AYNA xəbər verir ki, bu barədə Əmanətlərin Sığortalanması Fondundan (ASF) bildirilib. Qeyd olunub ki, Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən Əmanətlərin Sığortalanması Fondu “Muğan Bank” ASC-nin ləğvedicisi təyin edilib. Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 18 oktyabr 2023-cü il tarixli qərarı ilə məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olduğuna, məcmu kapitalının adekvatlıq əmsalının 3%-dən az olmasına, cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə, habelə bankın daxili idarəetmə və nəzarət prosedurları adekvat olmadığına görə “Banklar haqqında” qanunun 16.1.6-cı, 16.1.7-ci, 16.1.9-cu, 16.1.18-ci, 57-ci və 61.1-ci maddələrinə əsasən “Muğan Bank” ASC-nin lisenziyası oktyabrın 19-dan etibarən ləğv edilib, banka müvəqqəti inzibatçı təyin edilib və bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub.
https://ayna.az/mugan-bankin-iflas-proseduruna-baslanilib
Əmək bazarında qəribə tendensiya və “kölgə”də qalmış işçilər
İqtisadiyyat
20.10.2023 - 21:40
Deputat: “Özəl sektoru “kölgə”dən çıxarmaq üçün tədbirlər genişləndirilməlidir” Neft və qaz ixracından əldə edilən gəlirlərin artmasına baxmayaraq, yayın sonuna doğru Azərbaycanın əmək bazarı açıq şəkildə mənfi tendensiya nümayiş etdirib. Bunu Dövlət Statistika Komitəsinin (DSK) cari ilin avqust ayının əvvəlinə olan məlumatları göstərir. Ölkə iqtisadiyyatında məşğul olanların sayı il ərzində (keçən ilin avqustundan bu ilin avqustuna kimi) 13 min nəfər azalıb, lakin baş verənlərin səbəblərini ancaq təxmin etmək olar. DSK-nın məlumatına görə, cari ilin avqust ayının əvvəlinə Azərbaycanda 1 milyon 706 min nəfər rəsmi qeydiyyata alınmış əmək münasibətləri əsasında muzdla işləyənlər olduğu halda, ötən ilin avqust ayında həmin şəxslərin hesabatlarına əsasən qeydiyyatda 1 milyon 719 min insan var idi. Məlum olub ki, cəmi bir il ərzində statistika rəsmi olaraq işləyən işçilərin sayının 13 min nəfər azaldığını təsdiqləyir. Bunlar niyə baş verir və Dövlət Statistika Komitəsinin hesabatı yerli əmək bazarında kütləvi ixtisar dalğasını əks etdirirmi? Təəssüf ki, rəsmi mənbələr baş verənlərin səbəblərini açıqlamır. Eyni zamanda, statistika əmək bazarının özəl və dövlət seqmentlərində azalmalardan xəbər verir. Ötən ayın əvvəlində dövlət sektorunda 891,7 min nəfər, qeyri-dövlət sektorunda isə 814,8 min nəfər çalışıb. Beləliklə, məlum olur ki, ötən ilin avqust ayı ilə müqayisədə özəl müəssisələrdə çalışan işçilərin sıraları 7 min nəfər, ictimai yerlərdə isə - 6 min azalıb. Deputat, iqtisadçı alim Vüqar Bayramovun dediyinə görə, əmək bazarımızın dövlət sektorunda çalışan işçilərin azalması əsasən orada baş verən institusional dəyişikliklərlə izah olunur. Parlamentari hesab edir ki, rəsmi qeydiyyatdan keçmiş özəl sektor işçilərinin ixtisar dalğası ətraflı qiymətləndirmə tələb edir. Axı cəmi bir il ərzində 7 min rəsmi bağlanmış əmək münasibətlərinə xitam verilib. “Özəl əmək bazarında əmək müqaviləsi ilə işləyənlərin sayının azalmasının səbəblərini öyrənmək üçün monitorinqlər aparmaq lazımdır”, - deyə iqtisadçı bildirir. “Bu, nə üçün lazımdır sualına” mütəxəssis belə aydınlıq gətirir: “Özəl sektor vasitəsilə səmərəli məşğulluq sisteminin formalaşdırılması hökumət üçün prioritet məsələdir. Şübhəsiz ki, əmək bazarının bu seqmentinin işlərin yekunlaşdırılması praktikasını genişləndirməklə rəsmi əmək münasibətləri yaradılmasının, “kölgədən çıxarılması”nın fövqəladə əhəmiyyəti şübhəsizdir. Eyni zamanda, aydındır ki, özəl sektorda muzdlu işçilərlə əmək müqaviləsi heç də həmişə və hər yerdə mövcud deyil, ona görə də o sahədə nəzarəti gücləndirmək lazımdır”. Bayramovun fikrincə, bu statistika sosial müavinətlərə və vergiyə cəlb edilməyən gəlirlərə yenidən baxılması zərurətini ortaya qoyur: “Biz özəl sektorun “kölgədən” çıxması” üçün yardım tədbirlərini genişləndirməliyik, çünki bu, həm də onu yerli əmək bazarının lokomotivinə çevirmək üçün şərtdir”. Bunun fonunda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) də heç də az maraqlı olmayan hesabatları dərc olunur. Xidmətin məlumatına görə, Azərbaycanda əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 350,9 min ədəd artaraq bu il sentyabrın 1-nə 1 752,8 min ədəd olub. DSK və DVX-nın məlumatlarını müqayisə etdikdə məlum olur ki, avqust-sentyabr aylarında əmək müqavilələrinin sayı 33,8 min artıb. Dövlət qurumu əmin edir ki, özəl qeyri-neft sektorunda qeyd olunan rəqəm 2019-cu ildən 331 min ədəd artaraq 871 minə çatıb. Amma qayıdaq DSK-nın hesabatına: bu qurumun əmək müqavilələrinin sayının azalması ilə bağlı statistik rəqəmləri təkcə avqust-sentyabr aylarında 13,6 min nəfərin işsiz statusunu itirməsi ilə bağlı məlumatlarla birbaşa əlaqəlidir. Komitə Dövlət Məşğulluq Agentliyinə istinadən xəbər verir ki, bu il sentyabrın əvvəlinə onların sayı 235,9 min nəfər təşkil edib ki, bu da bir ay əvvəlkindən 13,6 min nəfər azdır. Yeri gəlmişkən, sentyabrın əvvəlinə 288,6 min nəfər işsiz hesab edilib. İşsizlikdən sığorta ödənişlərinə gəlincə, işsizlərin yalnız kiçik bir hissəsi İşsizlikdən Sığorta Fondundan müavinət alır - 2459 nəfər (bu ilin iyun ayına). Orta aylıq sığorta ödənişi orta nominal əmək haqqının yarısını - 402,6 manat və ya 236,8 dollar təşkil edir. Statistikalar bütün əmək bazarının yalnız üçdə birini əhatə edir, çünki onun böyük hissəsi kölgə zonasındadır.
https://ayna.az/emek-bazarinda-qeribe-tendensiya-ve-kolgede-qalmis-isciler
Bankların xalis mənfəəti artıb
İqtisadiyyat
24.10.2023 - 17:03
Azərbaycanın bank sektoru 683,2 milyon manat xalis mənfəət əldə edib Azərbaycanın bank sektoru bu ilin yanvar-sentyabr aylarında 832,9 milyon manat xalis mənfəət əldə edib. AYNA xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib. Məlumata görə, bu göstərici ötən ilin eyni dövrünə nisbətən 21,9% çoxdur. 2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın bank sektoru 683,2 milyon manat xalis mənfəət əldə edib. Bu dövrdə bankların əməliyyat mənfəəti isə 25,6% artaraq 1 227,3 milyon manata bərabər olub. 2023-cü ilin 9 ayında banklar tərəfindən 214,7 milyon manat məbləğində mənfəət vergisi ödənilib.
https://ayna.az/banklarin-xalis-menfeeti-artib
Zədələnmiş pulları AMB-nin kassalarında dəyişdirmək olar, amma...
İqtisadiyyat
24.10.2023 - 18:10
Deputat: “Zədələnmiş əsginaslarınızı dəyərindən aşağı dəyişdirməyə ehtiyac yoxdur” Nağd pulun dövriyyədən çıxacağı və yerini nağdsız ödənişlərə buraxacağı barədə çoxdan danışılır. Amma bu hələ baş verməyib və bizdə ödənişlərin yalnız 40%-ni nağdsız əməliyyatlar təşkil edir. Nağd ödəniş vasitəsi olan kağız pulların zədələnməsinin və ödəniş qabiliyyətini  itirməsinin tez-tez şahidi oluruq. Mövcud qanunvericiliyə görə, milli əsginaslar hansısa səbəbdən  zədələnərsə, Mərkəzi Bankda və ya kommersiya banklarında dəyişdirilə bilər. Bu məqsədlə Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) paytaxtda (Bülbül pr. 27 ünvanında) və respublikanın regionlarında fəaliyyət göstərən ərazi idarələrində əhaliyə xidmət göstərən xüsusi kassaları mövcuddur. Amma təəssüflər olsun ki, vətəndaşlarımızın heç də hamısı bundan xəbərdar deyil. Azərbaycan Respublikasının Milli Məclisinin üzvü, iqtisadçı alim Vüqar Bayramov AYNA-ya açıqlamasında deyib ki, Mərkəzi Bank zədələnmiş milli pul nişanlarının dəyişdirilməsi mümkün olan xüsusi kassaların fəaliyyətinin davam etdirilməsi ilə bağlı məlumat yayıb. : “Zədələnmiş milli pul nişanlarının dəyişdirilməsi ilə bağlı ölkədə mövcud olan prosedurdan heç də bütün vətəndaşlarımız məlumatlı deyil. Ona görə də müəyyən çətinliklərlə üzləşirlər. Çox vaxt insanlar bu cür nağd pulu fərdi şəxslərdən öz dəyərinin bir hissəsinə dəyişirlər. Əslində, əsginas zədələnsə belə, buo demək deyil ki, o dəyərini itirib və eyni nominalda yenisi ilə dəyişdirilə bilməz”. “Dəyişdirilmə üçün heç bir maneə yoxdur. Vətəndaşlar təkcə paytaxtda (Bülbül pr. 27 ünvanında) deyil, Naxçıvan, Yevlax, Gəncə, Biləsuvar və Qubada da Mərkəzi Bankın ərazi idarələrinə müraciət edərək milli pul nişanlarını dəyişdirə bilərlər. Bunun üçün heç bir komissiya yoxdur və dəyişdirilmə üçün məqbul olan sahəsini saxlayan həqiqi zədələnmiş pul, şübhəsiz ki, yeniləri ilə dəyişdiriləcək”, - deyə deputat bildirib. Bayramovun sözlərinə görə -  “Zədələnmiş pullar onların sonrakı taleyinə aydınlıq gətirmək üçün yuxarıda adıçəkilən Mərkəzi Bankın kassalarına aparılmalıdır -  əsginasın həqiqiliyi təsdiqlənərsə, mütləq dəyişdiriləcək. Belə ki, əgər  zədələnmiş əsginaslarınız varsa, onları üçüncü şəxslərlə dəyərindən aşağı dəyişdirməyə ehtiyac yoxdur”. Cari ilin yayında belə əsginasların taleyi ölkə parlamentində həll olunub. “Mərkəzi Bank haqqında” qanuna edilən dəyişikliklər  milli pul nişanlarının dəyişdirilməsinə yanaşmaları yeniləyib. Belə ki, bütöv bir hissədən və ya eyni kağız pul nişanına məxsus ardıcıl hissələrdən ibarət, səthinin 60 faizindən az olmayan hissəsini və üzərindəki iki seriya nömrələrindən ən azı birini tam saxlamış pul nişanlarınınn nominal dəyəri Mərkəzi Bank tərəfindən ödənilir. Bununla yanaşı, eyni kağız pul nişanına məxsus ardıcıl olmayan hissələrdən ibarət, səthinin 60 faizindən az olmayan hissəsini və üzərindəki hər iki seriya nömrəsini tam saxlamış pul nişanlarının nominal dəyəri də Mərkəzi Bank tərəfindən ödənilir. Kağız pul nişanları ilə yanaşı, vətəndaşlarımız bütöv səthinin üzərindəki təsvir və yazıları onun nominalını müəyyənləşdirməyə imkan verən həcmdə saxlamış və deformasiyaya məruz qalmamış metal pul nişanlarını da məhdudiyyətsiz Mərkəzi Bankın kassalarında dəyişə bilərlər. Sadə dillə desək, dəyişdirilmə üçün məqbul olan səthi saxlayan həqiqi zədələnmiş milli pul nişanı mütləq yeniləri ilə dəyişdiriləcək. Pul nişanının həqiqiliyi ilə bağlı hər hansı bir şübhə yaranarsa qanunla müəyyən edilmiş müddətdə Mərkəzi Bank tərəfindən ekspertizası həyata keçirilir və bundan sonra şübhəli pulun sahibinə nəticə barədə məlumat verilir. Artıq qeyd edildiyi kimi, Mərkəzi Bankın kassalarında  milli pul nişanlarını dəyişdirən zaman heç bir komissiya tətbiq edilmir. Lakin, kommersiya banklarında  bu prosedur üçün komissiya tətbiq edilə bilər . Qanuna görə, kommersiya banklarının komissiya tələb etmək hüququ var və bu komissiyanın həcmi onların tarif siyasətindən asılı olacaqdır. Ona görə də ən yaxşısı Mərkəzi Bankın  kassalarına müraciət etməkdir. Çünki fərq yoxdursa, zəhmətlə qazandığınız pulu başqasına niyə verirsiniz?
https://ayna.az/zedelenmis-pullari-amb-nin-kassalarinda-deyisdirmek-olar-amma
“Azeri Light” ucuzlaşıb
İqtisadiyyat
18.10.2023 - 11:27
Azərbaycan neftinin bir barelinin qiyməti 94,28 dollar olub Dünya birjalarında neft bahalaşıb. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 1,6 dollar artaraq 91,5 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 1,8 dollar bahalaşaraq 88,46 dollar təşkil edib. Dünya bazarında Azərbaycan nefti ucuzlaşıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,03 dollar azalaraq 94,28 dollar olub. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
https://ayna.az/azeri-light-ucuzlasib-66188
“Muğan Bank”ın iflas proseduruna başlanılıb
İqtisadiyyat
24.10.2023 - 17:55
Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb Bakı Apellyasiya Məhkəməsinin oktyabrın 24-də 2-3(103)-54/2023 saylı qərarı ilə “Muğan Bank” ASC müflis elan edilib və iflas proseduruna başlanılıb. AYNA xəbər verir ki, bu barədə Əmanətlərin Sığortalanması Fondundan (ASF) bildirilib. Qeyd olunub ki, Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən Əmanətlərin Sığortalanması Fondu “Muğan Bank” ASC-nin ləğvedicisi təyin edilib. Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 18 oktyabr 2023-cü il tarixli qərarı ilə məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olduğuna, məcmu kapitalının adekvatlıq əmsalının 3%-dən az olmasına, cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə, habelə bankın daxili idarəetmə və nəzarət prosedurları adekvat olmadığına görə “Banklar haqqında” qanunun 16.1.6-cı, 16.1.7-ci, 16.1.9-cu, 16.1.18-ci, 57-ci və 61.1-ci maddələrinə əsasən “Muğan Bank” ASC-nin lisenziyası oktyabrın 19-dan etibarən ləğv edilib, banka müvəqqəti inzibatçı təyin edilib və bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub.
https://ayna.az/mugan-bankin-iflas-proseduruna-baslanilib
Konstitusiya Məhkəməsində özəlləşdirmə çekləri barədə müzakirə gedir: “Oktyabrın sonunadək...”
İqtisadiyyat
19.09.2023 - 11:52
Vəkil: "Konstitusiya Məhkəməsindən müsbət qərar gözləmək haqqımız və ümidimizdir" Özəlləşdirmə çekləri ilə bağlı şikayətçi olan vətəndaşların hüquqi nümayəndəsi, vəkil Mübariz Yolçuyev Konstitusiya Məhkəməsi Aparatının Vətəndaşların qəbulu və şikayətlər şöbəsinin müdiri Anar Cəfərovla görüşüb. Xatırladaq ki, bir müddət öncə əllərində özəlləşdirmə çekləri qalan müharibə veteranları və təqaüdçülər hüquqlarının bərpa olunması və özəlləşdirmə çekləri ilə bağlı qərarın yenidən araşdırılması üçün Konstitusiya Məhkəməsinə şikayət məktubu göndərmişdilər. Müraciətdə qeyd olunurdu ki, "Qiymətlər kağızlar haqqında" Qanunda qiymətli kağızlar üçün müddət nəzərdə tutulmayıb. Bundan başqa, imzalanan fərmanda və qanunvericilikdə özəlləşdirmə çeklərinin qiymətli dövlət kağızı olması qeyd olunub. AYNA-nın xəbərinə görə, şikayətçilərin vəkili M.Yolçuyev bildirib ki, A.Cəfərovla görüş çərçivəsində vətəndaşların narazılıqlarını və tələblərini şöbə müdirinin diqqətinə çatdırıb: "Görüş zamanı qeyd etdim ki, özəlləşdirmə çeki sahibləri tərəfindən Prezident Aparatına, Nazirlər Kabinetinə və Ədliyyə Nazirliyinə də müraciət olunub. Artıq 4 aydan çoxdur ki, vətəndaşların şikayət məktubu Konstitusiya Məhkəməsinə də daxil olub. Lakin bu günə kimi Konstitusiya Məhkəməsi tərəfindən rəsmi cavab bildirilməyib”. “Anar Cəfərov prosedur qaydaları barədə məlumat verdikdən sonra bu prosesin diqqətlə və ən yüksək səviyyədə araşdırıldığını, müzakirələrin davam etdiyini bildirdi. O qeyd etdi ki, oktyabr ayının sonuna kimi bu məsələ ilə bağlı qərarın qəbul olunacağı gözlənilir. Ona görə də düşünürəm ki, vətəndaşlarımız səbirlə gözləməlidir. Konstitusiya Məhkəməsinin müsbət qərar gözləmək haqqımız və ümidimizdir", - vəkil vurğulayıb. Qeyd edək ki, özəlləşdirmə çekləri ilə bağlı geniş məlumatla bu KEÇİDə daxil olmaqla tanış ola bilərsiniz:
https://ayna.az/konstitusiya-mehkemesinde-ozellesdirme-cekleri-barede-muzakire-gedir-oktyabrin-sonunadek
Azərbaycan neftinin qiyməti 100 dollara düşüb
İqtisadiyyat
30.09.2023 - 09:39
Neftin qiymətində ucuzlaşma qeydə alınıb Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,6 ABŞ dolları, yaxud 1,57 % azalaraq 100,11 ABŞ dolları təşkil edib. AYNA xəbər verir ki, dünən hərracların nəticələrinə görə, “Brent” markalı neftin dekabr fyuçersləri 95,38 ABŞ dollarına satılıb. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.
https://ayna.az/azerbaycan-neftinin-qiymeti-100-dollara-dusub
Rəqabət Məcəlləsi Milli Məclisdə birinci oxunuşda qəbul olunub
İqtisadiyyat
02.10.2023 - 16:43
“Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb Bu gün Milli Məclisin payız sessiyası çərçivəsində keçirilən ilk iclasında “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. AYNA xəbər verir ki, müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
https://ayna.az/reqabet-mecellesi-milli-meclisde-birinci-oxunusda-qebul-olunub
Öz “Mercedes”imiz, “Toyotamız”, “Daewoo”muz…
İqtisadiyyat
04.09.2023 - 10:19
Yerli avtomobil sənayesinin gələcəyi varmı? Ölkədə yerli avtomobil sənayesinin inkişaf etdirilməsi zərurəti artıq illərdir ki, müzakirə olunur. Statistikaya əsasən, bu ilin yanvar-iyul aylarında Azərbaycanda 1866 avtomobil istehsal olunub ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 656 ədəd çoxdur. Son zamanlar bu sahəyə dəstək üçün bir sıra tədbirlər həyata keçirilir. Belə ki, yerli istehsal olan avtomobillərin satışı 2023-cü il mayın 1-dən 10 il müddətinə ƏDV-dən azad edilib. Bundan başqa, ölkə Prezidenti İlham Əliyev öz fərmanı ilə minik avtomobillərinin istehsalı üçün 2031-ci il yanvarın 1-dək ƏDV-dən azad edilən xammal və material növlərinin siyahısını təsdiq edib. Artıq bir neçə avtomobil zavodumuz var. May ayında Hacıqabulda Azərbaycan ilə Özbəkistan arasında avtomobil istehsalı üzrə birgə zavodun təməli qoyulub. Burada avtomobillərin yığılması, qaynaqlanması, rənglənməsi kimi mərhələlər həyata keçiriləcək. Gələcəkdə ehtiyat hissələrinin istehsalı da nəzərdə tutulur. Rusiya da bizim avtomobil sənayemizə maraq göstərir: Rusiyanın “Sollers” şirkəti 2023-cü ilin payızında Azərbaycanın “Azərmaş” zavodunda avtomobil istehsalına başlayacaq. Rusiya komponentlərindən istifadə etməklə yüngül kommersiya avtomobillərinin istehsalına başlanılacaq. Beləliklə, yerli avtomobil sənayesi üçün parlaq gələcək varmı? Dayanıqlı İnkişaf Araşdırmaları Mərkəzinin sədri Nəriman Ağayev AYNA-ya açıqlamasında deyib ki, ölkəmiz ən azı yaxın iyirmi il ərzində avtomobil bazarında öz yerini tuta bilməyəcək: “Bu, həm kadr məsələsi, həm də materiallarla bağlı problemdir. İndi biz istehsaldan yox, montajdan danışırıq, amma düzgün yanaşma ilə belə müəssisələrin açılmasının da üstünlükləri var. Əsas odur ki, əlavə dəyər harada formalaşacaq. Təbii ki, bu cür istehsal həm də yeni iş yerləri yaradır, amma çox böyük rəqəmdən danışacağımızı düşünmürəm”. “Müasir avtomobil mürəkkəb mexanizmdir, biz isə normal motor yağı belə, istehsal etmirik. Respublikada dəfələrlə müxtəlif müəssisələr açılıb, onlar hazırda fəaliyyətsizdir. Məsələn, Şamaxıdakı televizor zavodunu götürək. Müəssisə açmaq kifayət deyil, onun sabit işləməsi lazımdır. Dərhal tam layihə gücünə çatmaq lazım deyil, sabitlik olmalıdır”, - deyə müsahibimiz bildirib. Onun sözlərinə görə, alıcı indi dövlətdir və bundan sonra da dövlət olacaq: “Çünki dövlət qurumlarına xidməti avtomobillər alınır. Amma bizim xarici maşından yerli avtomobilə keçmək istəyən məmurlarımızın sayının çox olacağına ümid etmək sadəlöhvlükdür”. Qeyd edək ki, özümüzün avtomobil istehsalının inkişafı köhnə avtomobillərin təkrar emalı proqramının səmərəliliyinə töhfə verəcək. Beləliklə, bir daşla iki quş vura bilərik: avtomobil parkını təkmilləşdirə və istehsalı inkişaf etdirə bilərik. Xatırladaq ki, qəbul edilmiş qaydalara əsasən, 10 ildən artıq yaşı olan köhnə avtomobili utilizasiya edərkən, avtomobil sahibi yeni yerli avtomobil alarkən birdəfəlik kompensasiya və ya endirim kuponu ala biləcək. Ancaq Ağayevin fikrincə, köhnə avtomobillərin təkrar emalı proqramını həyata keçirmək üçün onları necə utilizasiya edəcəyimizi düşünməliyik: “Məsələn, mühərrik komponentlərindən qiymətli metallar əldə etməyi aydın başa düşməliyik. Bizdə hələ də belə bir şey yoxdur. Mütəxəssislər və istehsal gücləri kifayət deyil”. Mövzuya dair AYNA-ya şərhində iqtisadçı ekspert Əyyub Kərimli söyləyib ki, Azərbaycanda avtomobillər bir neçə zavodda yığılır: “Son illər respublikaya 75-80 min ədəd avtomobil texnikası gətirilib. Ölkədə avtomobillərin ümumi sayı 1 milyon 300 min ədəddir. Bu rəqəmlər onu göstərir ki, ölkəmizdə avtomobillərə tələbat yüksəkdir və insanlar onları almağa maraq göstərirlər. Amma bizim zavodlarda yığılanlar keyfiyyət və qiymət baxımından hətta xarici şirkətlərin işlənmiş avtomobillərindən də aşağıdır. Bir çox avtomobillərimiz isə anbarlarda köhnəlir”. “Maraqlıdır ki, yerli avtomobillərin əsas alıcıları dövlət qurumlarıdır, dövlət də bu sahəyə sərmayə qoyur. Fikrimcə, bu sahəni dirçəltmək üçün rəqabətqabiliyyətli məhsullar yaratmaq üçün yerli və xarici investisiyaları daha çox cəlb etmək lazımdır. Özəl sektor bu halda istehsal olunan avtomobillərin keyfiyyətinin yaxşılaşdırılmasında, eləcə də qiymətlərin tarazlaşdırılmasında maraqlı olacaq”, - deyə mütəxəssis vurğulayıb. Kərimlinin fikrincə, gələcəkdə hibrid avtomobillərin, elektromobillərin istehsalının yaradılması yaxşı olardı: “İndi biz əsasən benzindən yanacaq kimi istifadə edən avtomobillər istehsal edirik. Normal avtomobil sənayesinin qurulması üçün avtomobilin müəyyən hissələri, məsələn, 25%-i respublikamızda istehsal olunmalıdır. İndi ehtiyat hissələri əsasən xaricdən gətirilir və bu, həmin maşınların qiymətinə təsir edir”. “Və daha bir şey: bu sənayenin inkişafı üçün bu zavodlara sərmayə qoyacaq tanınmış avtomobil şirkətlərini dəvət etmək yaxşı olardı. Burada Koreyanın “Daewoo” şirkətinin uzun müddətdir fəaliyyət göstərdiyi, uğurla satılan avtomobillər istehsal edən Özbəkistanın təcrübəsini təqdim edə bilərik. Dövlət isə bu sahənin stimullaşdırılması üçün cəlbedici şərait yarada, həm də məhsulların alıcılarından biri kimi çıxış edə bilərdi. Avtomobil sənayesi çoxlu iş yerləri yaradan sənaye sahəsidir və onun inkişafı bütövlükdə ölkə iqtisadiyyatına müsbət təsir göstərəcək”, - deyə həmsöhbətimiz fikrini yekunlaşdırıb.
https://ayna.az/oz-mercedesimiz-toyotamiz-daewoomuz
Sabaha olan USD/AZN məzənnəsi
İqtisadiyyat
13.09.2023 - 22:54
Rəsmi məzənnəsi 1,7000 səviyyəsində müəyyən olunub Azərbaycan Mərkəzi Bankı (AMB) sentyabrın 14-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. AMB-dən AYNA-ya verilən məlumata görə, bankın sentyabrın 14-nə USD/AZN rəsmi məzənnəsi 1,7000 səviyyəsində müəyyən olunub.
https://ayna.az/sabaha-olan-usdazn-mezennesi
“Azeri Light” ucuzlaşıb
İqtisadiyyat
31.10.2023 - 13:12
Azərbaycan neftinin bir barelinin qiyməti 91,65 dollar olub Dünya birjalarında neft bahalaşıb. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,52 dollar artaraq 87,97 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,49 dollar bahalaşaraq 82,8 dollar təşkil edib. Azərbaycan nefti isə ucuzlaşıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,6 dollar azalaraq 91,65 dollar olub. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
https://ayna.az/azeri-light-ucuzlasib-66640
Azərbaycan neftinin qiyməti 93 dolları ötüb
İqtisadiyyat
02.09.2023 - 11:18
Neftin qiymətində artım qeydə alınıb Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,07 ABŞ dolları, yaxud 2,3 % artaraq 93,5 ABŞ dolları təşkil edib. AYNA xəbər verir ki, dünən hərracların nəticələrinə görə, “Brent” markalı neftin oktyabr fyuçersləri 88,55 ABŞ dollarına satılıb. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.
https://ayna.az/azerbaycan-neftinin-qiymeti-93-dollari-otub
Çörəyin ucuzlaşması söhbətləri və möhtəkirin barmağı tətikdə
İqtisadiyyat
30.10.2023 - 17:50
Niyə buğdanın qiymətinin aşağı düşməsi yalnız dəyirmi çörəyə təsir edir? Azərbaycanda dəyirmi və ya “sosial çörəyin” qiyməti yenidən ucuzlaşıb. Bu dəfə daha 5 qəpik. Müxtəlif marketlərdə belə bir endirimli qiymətlə qarşılaşmaq mümkündür. Bu il sosial çörəyin ucuzlaşmasının üçüncü dalğası 650 qramlıq zavod məhsulunun qiymətini 60 qəpikdən 55 qəpiyə endirib. Əvvəllər mart ayında dəyirmi çörəklər 70 qəpikdən 65 qəpiyə, iyunda isə 65 qəpikdən 60 qəpiyə enib. Artıq hökumət mediası qiymətlərin ucuzlaşmasının səbəbləri ilə bağlı versiya ilə çıxış edib. Məsələn, yazırlar ki, son bir neçə ayda dünya bazarlarında ərzaq buğdasının qiyməti ucuzlaşıb. Bu tip məlumatlara görə, Azərbaycanın əsas idxal bazarı olan Rusiya və Qazaxıstanda buğdanın qiyməti aşağı düşüb. Bu ilin oktyabr ayında ərzaq buğdasının idxalının orta aylıq dəyəri 230,9 dollar təşkil edib ki, bu da 2022-ci ilin oktyabr ayı ilə müqayisədə (320,4 dollar) təxminən 28 faiz azdır. Beynəlxalq proqnozlara görə, bu il buğda istehsalı artacaq. Yerli mətbuatda yayılan məlumatlara əsasən, unun topdansatış qiymətləri də ucuzlaşıb. Bu ilin oktyabr ayında 50 kiloqramlıq bir kisə unun topdansatış qiyməti 26,40 manatdan 28,50 manata qədərdir. Bu, ötən ilin oktyabr ayı ilə müqayisədə azdır - o zaman 40 manatdan 40,15 manata qədər idi. Bu fonda “Azərbaycanda ərzaq buğdasının, unun və çörəyin qiyməti tariflərlə deyil, bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq tələb və təklif əsasında və ərzaq buğdası üçün dünya bazarında (əsas idxal bazarları daxil olmaqla) qiymətlər əsasında formalaşır” ifadəsi xüsusilə təsiredicidir. O da bildirilir ki, tələb və təklif qanununa əsasən, ölkədə unun topdansatış qiymətinin ucuzlaşması çörəyin qiymətində də özünü göstərib. Amma əsas sual cavabsız qalır: əgər həqiqətən də belədirsə və bazar qiymətləridirsə, nə üçün piştaxtalarda qalan çörək çeşidinin qiyməti aşağı düşmür? Bazar qanunları həqiqətənmi yalnız dəyirmi çörəyə aiddir? Bəs formaların və digər çeşidlərin bolluğu haqqında nə demək olar? Amma gəlin buğdaya keçək... Dünya bazarlarında taxılın maya dəyəri azalır, səbəb isə banaldır - Rusiyada rekord miqdarda taxıl yığımı dünya bazarlarında qiymətləri aşağı salıb. Azərbaycanda isə unun bahalaşmasından, çörəyin bahalaşmasından danışmağa başlayıblar. Azərbaycana əsas buğda idxalçısı Rusiya limanlarda qiymətləri tamamilə aşağı salıb. “Rusaqrotrans” şirkətinin analitik mərkəzinin məlumatına görə, dərin dəniz limanlarında dördüncü dərəcəli buğdanın (əsasən Azərbaycana idxal olunur) dəyəri ƏDV-siz ötən həftə ilə müqayisədə 950 rubl (9,77 dollar) və ya 15000-15200 rubla qədər (154,18 dollar) ucuzlaşıb. Dayaz suda qiymətlər 12400-ə (127 dollar) düşüb. Mərkəzin analitikləri ucuzlaşmanın yeni dalğasının səbəbi kimi yüksək təklifi göstərirlər - o qədər buğda var ki, alıcılar mövcud müqavilələr əsasında alınan həcmlərə sadiq qalmağa qərar veriblər. Daxili Rusiya bazarında "dördüncü"nün qiymətləri əksər iri rayonlarda aşağı düşüb. Ölkənin cənubunda onlar 12500-13000 rubla (133 dollar) düşüb. Mərkəzi rayonda qiymət bir qədər azalıb - 9500-10000 (maksimum 103 dollar). İstisnalar Volqaboyu və Sibir idi. Yem taxılının qiyməti 8000-dən 8500-ə qədərdir (80 dollardan bir qədər çox). Buna səbəb uzun sürən yağışlar nəticəsində taxılın keyfiyyətinin aşağı düşməsi olub. Eyni zamanda, Mərkəzi Federal Dairə və Volqa bölgəsində, əksinə, quru və isti hava gözlənilir ki, bu da həm məhsul yığımına, həm də qış əkininin yüksək tempinə kömək etməlidir. Bununla yanaşı, dünya buğda bazarında vəziyyət əks istiqamətdə inkişaf edib. ABŞ Kənd Təsərrüfatı Departamentinin təqdim etdiyi mənfi qlobal məhsul proqnozları fonunda güclənməyə başladı. Belə bir şəraitdə unun bahalaşması ilə bağlı məlumatlar ortaya çıxdı və sonradan müvafiq qurumlar tərəfindən təkzib olundu. Medianın ardınca yerli ekspertlər də daxili qiymətlərin cüzi artımını qlobal qiymətlərin möhkəmlənməsi xəbərləri ilə əlaqələndiriblər. Məsələn, iqtisadçı ekspert Akif Nəsirlinin fikrincə, yerli iş adamlarının bahalaşmadan xəbər tutan kimi dərhal mal və xidmətlərinin qiymətini qaldırması yerli bazar üçün adi bir hadisədir: “Baxmayaraq ki, qiymət artımı üçün heç bir obyektiv səbəb və ya qiymət artımı yoxdur. Onlar yalnız gələcəkdə nəzərdə tutulur”. “Una gəldikdə isə, burada da eyni hekayədir - dünya birjalarında bəzi qiymət dalğalanmalarını görən təchizatçılarımız da qiymət etiketlərini dərhal yenidən yazır. Amma bu cür gözləntilər əsassızdır, çünki dünya bazarları taxılla doludur və qıtlıq gözlənilmir. Bəzi istehsalçılar üçün məhsuldarlıq azalsa da, digərləri rekord məhsul yığdılar. Məsələn, təkcə Rusiya son iki ildə məhsuldarlığını 20 faiz artırıb”, - deyə analitik AYNA-ya bildirib. Onun sözlərinə görə, Rusiya buğdası ənənəvi olaraq idxalımızda ən böyük paya sahibdir: “Ona görə də qonşu ölkədə taxıl məhsullarının qiymətinin düşməsi bizim bazarda unun ucuzlaşması ilə müşayiət olunur. Əlli kiloqramlıq kisə 33 manata düşüb, sosial çörəyin maya dəyəri il ərzində 3 dəfə ucuzlaşıb. Bununla belə, bizdə yumru çörəyin qiyməti hələ də bahadır. Bizim hesablamalarımıza görə, süfrələrimizdə əsas məhsulun kiloqramı 1 manata başa gəlir, amma bu, qiymətin yarısına təklif olunmalıdır. Axı yayın ortalarına qədər buğdanın qiyməti yarıbayarı düşdü. Bizim bazarda un da baha satılır və onunla buğda arasında qiymət fərqi demək olar ki, iki dəfədir”. Azərbaycanda çörəyin qiymətinin ucuzlaşması dünyada buğdanın qiymətinin aşağı düşməsinin nəticəsi kimi təqdim olunur. Lakin qiymətlərin rezonanslı düşməsi yalnız sosial çörəyə təsir etdi. Bəzi məlumatlara görə, onun qiymətləri qeyri-rəsmi qaydada tənzimlənir, qalan çörək çeşidlərinin isə ucuzlaşması barədə düşünmürlər belə. Axı ucuz olan unun məsrəfləri ilə yanaşı, çörəyin bütün digər inqrediyentləri, onun yoğrulması, bişirilməsi, işçi qüvvəsi bahalaşıb, nəqliyyat xərcləri də bahalaşıb. İşıq, qaz və su tarifləri də yerində qalmayıb. Ona görə də dünya bazarında qiymətlərin bahalaşdığı pik vaxtda, buğdanın ucuzlaşması ilə bəzi yerlərdə az qala iki dəfə bahalaşan çörək ucuzlaşmaq barədə düşünmür. Bu qiymət davranışının səbəbi məlum deyil. Bir qayda olaraq, yerli qurumlar bir çörəyin cari xərclərinin qiymətləndirilməsi kimi əhəmiyyətsiz detallara girmir və iş adamları bu barədə danışmayacaqlar.
https://ayna.az/coreyin-ucuzlasmasi-sohbetleri-ve-mohtekirin-barmagi-tetikde
Yeni bahalaşmanın ayaq səsləri?
İqtisadiyyat
01.10.2023 - 10:28
Neftin qiymətinin artması həm də qiymət artımı deməkdir Son illərin əsas bəlası olan inflyasiya əhalinin real gəlirlərini tükətməkdə davam edir, lakin ilin sonuna kimi qiymətlərin müəyyən müddətə taym-aut götürəcəyinə ümid var. Mərkəzi Bank inflyasiyanın birrəqəmli səviyyəyə enəcəyini proqnozlaşdırır və bu, ilin sonuna kimi onun 8,3%-ə çatacağına inanır. Maliyyə Nazirliyi proqnozlarında daha ehtiyatlıdır - ölkənin baş maliyyə idarəsi inflyasiyanın 10,4 faiz olacağını gözləyir. Mərkəzi Bankın versiyası hökumət tərəfindən də dəstəklənir. Azərbaycanda bu ilin sonuna kimi inflyasiyanın birrəqəmli səviyyəyə enəcəyi gözlənilir. Bunu Nazirlər Kabinetinin geniş iclasında Baş nazir Əli Əsədov deyib. Onun sözlərinə görə, bu məqsədə nail olmaq dövlət başçısının hökumət qarşısında qoyduğu əsas vəzifələrdən biridir. İndiyədək respublikada inflyasiya hədəf göstəricilərdən xeyli yüksək olaraq qalır - bu ilin yanvar ayında Dövlət Statistika Komitəsinin 11,3 faiz səviyyəsində elan etdiyi əməkhaqqının artım səviyyəsini ötməklə, 11,7 faiz təşkil edib. İyul və avqust aylarında qiymətlər bir qədər aşağı düşərək devalvasiyaya çevrilsə də, iqtisadçılar payızda qiymət artımlarının yeni dalğasını gözləyirlər. Bu, ərzaq rəflərinə təsir edəcək - artıq ətin, düyünün, dənəvər şəkərin və ola bilsin, bitki yağının qiymətlərinin artırılması ilə bağlı çoxlu söhbətlər gedir. Artım dalğası kənd təsərrüfatı məhsullarının yay çeşidini də əhatə edəcək. Ekspert dairələrində belə gözləntilərə dünya qiymətlərinin nisbətən yüksək dinamikası da təkan verir. Məsələn, Dünya Bankının müşahidələrinə görə, inkişaf etməkdə olan və inkişaf etmiş ölkələrdə ərzaq inflyasiyasının artımı son dərəcə yüksək olaraq qalır və ərzaq xərclərinin səviyyəsi dünyanın əksər ölkələrində ümumi inflyasiyanın səviyyəsini üstələyir. Azərbaycan Mərkəzi Bankının göstəriciləri Beynəlxalq Valyuta Fondunun hesabatlarına yaxın saxlanılır, burada bu struktur inkişaf etməkdə olan ölkələrdə inflyasiyanı 8,6 faiz səviyyəsində proqnozlaşdırır. Ölkəmizdə inflyasiya mənfi hal hesab edilir ki, bununla da nəzəri cəhətdən hələ də mübarizə aparılmalıdır. Yerli analitiklər isə neftin qiymətinin qalxmasını alqışlayırlar. Bu həftə Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftimizin bir barelinin dəyəri 100,17 dollar, “Brent” markalı neftin dünya birjalarında qiyməti isə 95 dollara qalxıb. Buna iki enerji nəhənginin - Rusiya və Səudiyyə Ərəbistanının hasilatın sutkada 1,3 milyon barel azaltması səbəb olub. Artan neft qiymətlərindən danışarkən, Azərbaycan adətən yüksək valyuta gəlirlərini, maliyyə yastığının artmasını, milli valyutanın sabitliyini və dövlət xəzinəsinin gəlirlərinin artması hesabına sosial təminatın yaxşılaşdırılmasını nəzərdə tutur. Amma bahalı neft həm də qiymət artımı üçün yüksək potensial deməkdir. Dünyada istehsal olunan məhsulların maya dəyəri enerji resurslarının qiymətindən asılıdır - neft və qazın qiymətinin qalxması bütün bu müddət ərzində qiymətləri qaldırıb və onun qlobal təzahüründə yüksək inflyasiyanın səbəblərindən biri olub. Təbii ki, idxaldan asılı ölkəmiz qlobal qiymət tendensiyalarından kənarda qalmadı. Azərbaycan hökumətinin fikrincə, qiymət artımları, xüsusilə ərzaq məhsullarının bahalaşması tendensiyası ölkəyə kənardan idxal edilib. Bu səbəbdən də karbohidrogen qiymətlərinin artması ilə qiymət artımı riskləri artır. Artıq Avropadan ilk həyəcan təbili çalınır. “Business Insider” yazır ki, Rusiya və Səudiyyə Ərəbistanı tərəfindən neft hasilatının azalması resursun qiymətlərinin artmasına səbəb olub ki, bu da Qərbin yüksək inflyasiya ilə mübarizə planlarına zərər verə bilər. “Business Insider” xəbər portalına istinad edilən analitiklər etiraf edirlər ki, nəticədə inflyasiya daha uzun müddət yüksək səviyyədə qala biləcək. Beynəlxalq ekspert dairələrində belə bir fikir var ki, yüksək inflyasiya, xüsusən də ərzaq inflyasiyası heç yerə getmir və gələcəkdə yeni, daha güclü qiymət dalğası gələcək. Bu cür təhlükələr dünya bazarlarında neftin qiymətinin artmasına səbəb olur. Ehtimal olunur ki, neftin bir barelinin 100 dollar olması qiymətləri sürətləndirmək üçün əsas olacaq, kənd təsərrüfatı məhsullarının bahalaşması isə alova neft tökəcək. Azərbaycan reallıqlarında xaricdən ölkəyə gətirilən inflyasiyanın sürəti idxalın inhisarlaşdırılması ilə gücləndirilir. Yerli analitiklər dəfələrlə qeyd ediblər ki, bizdə qiymətlər xarici bazarlarla müqayisədə xeyli yüksəkdir və inflyasiyanın azaldılması üçün bazar iqtisadiyyatına keçidin sürətləndirilməsi və bazar institutlarının yaradılması həlledici əhəmiyyət kəsb edir. Bahalı neftin üstünlükləri arasında manatın sabitliyi də var. “Qara qızıl”ın yüksək qiyməti sayəsində milli valyutanın devalvasiya dalğası qonşu ölkələrdən fərqli olaraq Azərbaycana təsir etməyib. Amma vətəndaşlar hiss edirlər ki, manatın alıcılıq qabiliyyəti əvvəlki devalvasiyadan sonrakı illərdə olduğundan da daha çox aşağı düşüb. Bütün bunlar inflyasiyanın xərcləri artırması ilə bağlıdır. Məsələn, rəsmi hesabatlara görə, pərakəndə ticarət şəbəkəsində adambaşına düşən xərclər ilk 7 ayda 15,3 faiz artıb və xərclərin əsas hissəsini ərzaq məhsulları təşkil edib. Neftin bahalaşması dövlət xəzinəsinin bir bareli 60 dollardan qoyulan sosial xərcləri ilə bağlı da suallar yaradır. Sosial xərclərin 45,7 faiz təşkil etdiyi əsas maliyyə sənədinin sosialyönümlü olması onun əsas üstünlüyü adlandırılıb. Odur ki, neftin qiymətinin artması ilə sosial ehtiyaclara ayrılan xərclərin bu həddə qədər artırılacağı sualı açıq qalır.
https://ayna.az/yeni-bahalasmanin-ayaq-sesleri
Azərbaycan neftinin qiyməti 100 dollardan aşağı düşüb
İqtisadiyyat
23.09.2023 - 11:49
Neftin qiymətində ucuzlaşma qeydə alınıb Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb. AYNA xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 0.81 dollar və ya 0.80% azalaraq 99.97 ABŞ dolları təşkil edib. Qeyd edək ki, "Azeri Light" neftinin qiyməti sentyabrın 15-də 2023-cü ildə ilk dəfə 100 dolları ötüb və 100,53 dollara bərabər olub.
https://ayna.az/azerbaycan-neftinin-qiymeti-100-dollardan-asagi-dusub
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat
09.10.2023 - 11:35
“Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,75 dollar azalıb Dünya birjalarında neft bahalaşıb. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 3,08 dollar artaraq 87,66 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 3,24 dollar bahalaşaraq 86,03 dollar təşkil edib. Azərbaycan nefti isə ucuzlaşıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,75 dollar azalaraq 93,17 dollar olub. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
https://ayna.az/azerbaycan-nefti-ucuzlasib-65856
Aşağı gəlir, yuxarı qiymətlər – Ancaq yeməyə gücümüz çatır
İqtisadiyyat
01.09.2023 - 15:11
Vətəndaşlar gəlirlərinin az qala yarısını ərzaq məhsullarına xərcləyirlər Ölkəmizdə ərzağın qiyməti durmadan artır. Vətəndaşların böyük bir hissəsinin gəlirləri əvvəlki səviyyədə qalır və artım varsa belə, yenə də qiymətlərlə ayaqlaşa bilmirlər. Aydındır ki, belə bir vəziyyətdə çoxları səyahət etmək, restoranlara getmək və s. kimi həyat əyləncələri ilə məşğul olmurlar. Artıq insanların ehtiyat maliyyə yastığı yaratmaq üçün heç bir imkanları yoxdur. İnsanlar qazandıqlarının təxminən yarısını, hətta daha çoxunu yeməyə xərcləməli, qalanı isə kommunal xərcləri ödəməyə və ən zəruri şeyləri almağa gedir. Bir çoxları daha ucuza keçmək məcburiyyətində qalırlar, bu da çox vaxt daha pis keyfiyyətli məhsullar almaq deməkdir. Qiymətlər, bəlkə də, ancaq mövsümi kənd təsərrüfatı məhsulları üçün endirilir. Ət də daxil olmaqla, qalan hər şeydə qiymət artımı var. Dövlət Statistika Komitəsinin məlumatına görə, əhalinin orta aylıq xərcləri artıb. 2023-cü ilin yanvar-iyul aylarında adambaşına düşən orta aylıq pərakəndə əmtəə dövriyyəsi 437,9 manata çatıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,3% (58,1 manat) çoxdur. Orta hesabla bir vətəndaş hər ay yemək, içki və tütünə təxminən 247 manat xərcləyib. “Picodi.com” endirim xidməti müxtəlif ölkələrdə evdə istehlak edilən qida və alkoqolsuz içkilərə nə qədər pul xərcləndiyini hesablayıb. Məsələn, ABŞ-da bu rəqəm gəlirin 7%-dən azı, Sinqapurda 8,4%, Rusiyada 29%, Moldovada 41,1% təşkil edib. Azərbaycan 43,6 faizlə 95-ci yerdədir. Afrika ölkələrinin sakinləri ən çox əziyyət çəkənlərdir, məsələn, Keniyada əhali gəlirlərinin 56%-ni bu məqsədlərə sərf edir. Ərzaq qiymətlərindən danışsaq, o zaman onlar İsveçrədə (adambaşına ayda 359 dollar) və Norveçdə (341 dollar) ən bahalılar sırasındadır. Orta rusiyalı ərzağa ayda 146 dollar, orta azərbaycanlı isə 102 dollar xərcləyir. Mövzunu AYNA-ya şərh edən Dayanıqlı İnkişaf Araşdırmaları Mərkəzinin sədri Nəriman Ağayev deyib ki, Azərbaycanda maaşlar bir çox ölkələrlə müqayisədə çox aşağıdır, ona görə də bir çox vətəndaşların qazandıqlarının az qala yarısını ərzağa xərcləməsi təəccüblü deyil: “Nəzərə almaq lazımdır ki, həm fermerlər, həm də vasitəçilər sabit gəlir olmadan yaxşı gəlir əldə edəcəklərinə arxalanırlar. Lakin problem ondadır ki, bir çox vasitəçilər və şirkətlər mənfəəti maksimuma çatdırmağa çalışırlar, buna görə də ərzaq məhsullarının qiymətləri göyə qalxır. Əhali əvvəllər ərzaq və tütün məmulatlarına ildə 2 milyard dollar ekvivalentində pul xərcləyirdisə, indi bu, 3 milyard dollara yaxındır”. Həmsöhbətimizin sözlərinə görə, bəzi hallarda bahalaşmanın bir sıra obyektiv səbəbləri var: “Məsələn, otlaqların azalması, yemin baha olması səbəbindən ət bahalaşır. Qeyd edək ki, fermerlər kənd təsərrüfatı məhsullarının qiymətinin qalxmasını həm də gübrələrin bahalaşması ilə izah edirlər”. “Amma ümumilikdə mən yerli istehsal olunan ərzaqların bu qədər baha olması üçün iqtisadi əsas görmürəm. Xaricdən gətirilən mallara gəlincə, burada maraqlı vəziyyət yaranır, çünki dolların manata nisbətdə məzənnəsi dəyişməyib. Azərbaycanda, məsələn, Rusiyadan fərqli olaraq, logistika xərcləri artmamalı idi, ona görə də bu, bahalaşmanın səbəbi ola bilməz. Əgər dünya bazarında konkret məhsulun maya dəyərinin artmasından danışırıqsa, o zaman, bu amil təbii ki, xaricdə istehsal olunan malların qiymətlərinin artmasına təsir göstərir. Ancaq tez-tez onlar gözlədiyinizdən daha yüksək qiymətə qalxırlar. Eyni zamanda, müşahidələrimizə görə, ölkədə daha çox məhsul zibilliyə atılmağa başlayıb. Söhbət ilk növbədə satılmasına vaxt olmayan və çürüyən kənd təsərrüfatı məhsullarından gedir. Nəhayət, istehlakçı hər halda bunun da bədəlini cibindən ödəyir”, - deyə Ağayev bildirib. İqtisadçı ekspert Rauf Qarayev AYNA-ya şərhində söyləyib ki, Azərbaycanda ərzaq məhsullarının qiymətinə bir sıra amillər təsir edir: “Bu, əlbəttə ki, inflyasiyadır və vəziyyəti müsbətə doğru dəyişmək üçün yerli istehsalı intensiv şəkildə inkişaf etdirmək lazımdır. Başqa bir məqam - monopoliyadır. Ölkədə indiyədək belə hallarda etibar edilə biləcək Rəqabət Məcəlləsi qəbul edilməyib. Amma vəziyyəti yaxşılaşdırmaq üçün bəzi addımlar atılır”. “Demək istədiyim növbəti məqam ondan ibarətdir ki, bir çox vətəndaşlar ehtiyaclarından artıq məhsul alırlar. İnsanlar qorxurlar ki, sabah bugünkündən daha baha mal almalı olacaqlar və odur ki, tez xarab olmayan məhsullar yığırlar. Ancaq saxlama müddəti qısa olan qida məhsulları çox vaxt ehtiyacından çox alınır, məsələn, bir çörək deyil, üç çörək, bir kiloqram portağala ehtiyac olsa da, birdən çox alınır”, - deyə mütəxəssis vurğulayıb. Qarayevin sözlərinə görə, ötən əsrin 90-cı illərindəki qıtlıq dövrləri çoxlarının yaddaşında qalıb: “Ona görə də fürsət tapdıqca şüuraltı olaraq daha çox məhsul alırlar. Yüksək tələb daha yüksək qiymətlər yaradır. Bu tələbi istehlakçının psixologiyası ilə bağlı süni tələb adlandırmaq olar”.
https://ayna.az/asagi-gelir-yuxari-qiymetler
Depozit və ya daşınmaz əmlak: bank əmanətçilərinin sıraları niyə seyrəlir?
İqtisadiyyat
30.09.2023 - 10:22
Pulun bankda, yoxsa daşınmaz əmlakda saxlanılması bu gün əmanətçiləri ən çox narahat edən məsələdir Əhalinin bank əmanətləri fevral ayından əmanətlər üzrə dividendlərin vergiyə cəlb edilməsindən başlayaraq azalma tendensiyası nümayiş etdirir. Azalmanın əsas səbəbləri arasında faiz gəlirlərinin vergiyə cəlb edilməsi və inflyasiyanın bank dərəcələrini aşması göstərilir. Bu ilin fevralında investorlar üçün yeddi illik tətil başa çatdı və onlar indi əmanətlərinə görə 10 faiz gəlir vergisini ödəyirlər. Bu, dərhal əmanətlərin azalmasına səbəb oldumu? Çox güman ki, vergi ödəmək zərurəti sadəcə olaraq digər hallarla üst-üstə düşdü. Baxmayaraq ki, yerli ekspertlər qışın ortalarında maliyyə yükünün bu təsiri barədə xəbərdarlıq etmişdilər. Səbəb-nəticə hallarını bir kənara qoyub rəqəmlərə nəzər salsaq, görərik ki, bu il əhalinin ölkə banklarındakı əmanətləri yarıbayarı azalıb. Deputat və iqtisadçı alim Vüqar Bayramovun sözlərinə görə, bu prosesin başlanğıcı hələ fevralda qeydə alınıb: “O zaman əmanətlər 27 milyon manat azalıb və bu, 2021-ci ilin avqustundan bəri ilk belə azalma idi. İyulda da analoji vəziyyət müşahidə olunub: avqustun əvvəlinə olan məlumata görə, əmanətlər əvvəlki ayla müqayisədə 43,3 milyon manat azalaraq 12 milyard 705 milyon manat olub”. Mütəxəssis mənfi dinamikanın səbəblərindən biri kimi fevral ayında tətbiq edilən əmanətlərin vergiyə cəlb edilməsini göstərib: “Bundan əlavə, artan xərclər, iqtisadiyyatın real sektoruna investisiyalar və mövsümi dəyişikliklər də müəyyən təsir göstərir. İqtisadiyyatın real sektorunun maliyyələşdirilməsi və kreditlər üzrə faiz dərəcələrinin aşağı salınması üçün əmanətlərin cəlb edilməsi üçün daha geniş formata ehtiyac olduğu üçün biz əmanət portfelinin davamlılığına nail olmalıyıq. Və ona görə də Vergi Məcəlləsinə müəyyən dəyişikliklərin edilməsi faydalı olardı. Məsələn, vergini qorunan əmanətlərə deyil, əmanətlərə fərqli vergi güzəştləri tətbiq etəmək olar. Yəni 100 min manata qədər olan əmanətləri 10 faizlik dövlət rüsumundan azad etmək və beləliklə, bank əmanətlərinin bu seqmentində sabitliyi saxlamaq olar”. Belə bir fikir var ki, bank faizlərini keçən inflyasiya fonunda potensial əmanətçilərin banklara marağı aşağı düşür. Müvafiq idarələr bu ilin sonuna kimi qiymət dinamikasının birrəqəmli səviyyəyə enəcəyini vəd etsə də, son 8 ayda inflyasiya intensivliyini qoruyub və 11,7 faiz təşkil edib. Narahat qiymətlər fonunda milli valyutada bank depozitləri üzrə orta dərəcə bəzi mənbələrə görə 8,5 faiz təşkil edir. Nəticədə əmanətçilər bank investisiyalarından nəinki gəlir əldə etmir, hətta itki ilə üzləşirlər. Pulun əmanətdə və ya daşınmaz əmlakda saxlanması bu gün əmanətçilərimizi narahat edən əsas məsələdir. Yerli bazarda yaşayış və kommersiya daşınmaz əmlakının, fərdi evlərin və torpaq sahələrinin qiymətləri davamlı və kifayət qədər intensiv şəkildə artır. Bu bazarın analitiklərinin fikrincə, dövlət investisiyaları üçün ənənəvi aktiv - metropol mənzilləri bir il əvvəl 15-20 faiz, keçən il isə daha 10-15 faiz bahalaşıb. MBA konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru Nüsrət İbrahimov AYNA-ya şərhində deyib ki, bazarda qiymətlər bu il, xüsusən də bu ilin son rübündə güclü şəkildə artmaqda davam edəcək: “Lakin qiymətlərin artım tempi son iki illə müqayisədə zəif olacaq və 6-8 faiz aralığında olacaq”. “Məsələ burasındadır ki, ötən ilin sonu və bu ilin birinci yarısında daşınmaz əmlak bazarı artıq əhəmiyyətli artım nümayiş etdirib və indi artıq doyub”, - deyə İbrahimov bildirib. Amma daşınmaz əmlak eksperti Elnur Fərzəliyev iddia edir ki, istifadə olunmuş mənzillər seqmentində qiymətlər dinamik şəkildə artır: “Bunlar köhnə və qəzalı binalardakı mənzillərdir, onların yerində yeni yaşayış massivləri tikilə bilər. Məsələn, may ayının sonunda belə paytaxt mənzillərində kavdrat metrlər 15-20 faiz bahalaşıb. Bununla belə, bu il daşınmaz əmlakın qiymətləri ilə bağlı hələ də dəqiq proqnozlar yoxdur, lakin çoxları əmindir ki, bu qiymətli aktiv sizi ruhdan salmayacaq və böyüməyə davam edəcək, yəni pulun qiymətdən düşməsindən qorunmağa kömək edəcək”.
https://ayna.az/depozit-ve-ya-dasinmaz-emlak-bank-emanetcilerinin-siralari-niye-seyrelir
Azərbaycan neftinin qiyməti 93 dollara yaxınlaşır
İqtisadiyyat
27.10.2023 - 09:34
Neftin qiymətində artım qeydə alınıb Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,48 ABŞ dolları, yaxud 0,52 % artaraq 92,87 ABŞ dolları təşkil edib. AYNA xəbər verir ki, dünən hərracların nəticələrinə görə, “Brent” markalı neftin dekabr fyuçersləri 89,13 ABŞ dollarına satılıb. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.
https://ayna.az/azerbaycan-neftinin-qiymeti-93-dollara-yaxinlasir
Azərbaycan neftinin qiyməti 88 dolları keçib
İqtisadiyyat
26.08.2023 - 10:48
Azərbaycan neftinin qiymətində artım olub Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,2 ABŞ dolları, yaxud 1,37 % artaraq 88,56 ABŞ dolları təşkil edib. AYNA xəbər verir ki, dünən hərracların nəticələrinə görə, “Brent” markalı neftin oktyabr fyuçersləri 83,36 ABŞ dollarına satılıb. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.
https://ayna.az/azerbaycan-neftinin-qiymeti-88-dollari-kecib
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat
19.09.2023 - 13:19
“Azeri Light” 101 dollardan baha satılır Dünya birjalarında neft bahalaşıb. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,60 dollar artaraq 95,08 dollar olub. Bu, ötən il noyabrın 11-dən bu günədək qeydə alınan rekord göstəricidir. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 1,01 dollar bahalaşaraq 92,49 dollar təşkil edib. Azərbaycan nefti də bahalaşıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,05 dollar artaraq 101,61 dollar olub. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
https://ayna.az/azerbaycan-nefti-bahalasib-65084
Azad olunmuş rayonlara qayıdış üçün ayrılacaq vəsaitin məbləği açıqlandı
İqtisadiyyat
20.10.2023 - 12:03
2020-2026-cı illər üzrə ümumilikdə ayrılacaq vəsaitin həcmi 22,4 milyard manata çatdırılacaq İşğaldan azad edilmiş ərazilərə böyük qayıdışın təmin edilməsi Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunub və bu prioritetin reallaşdırılması üçün 2022-2026-cı illəri əhatə edən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2022-ci il tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilib. AYNA xəbər verir ki, bu, Maliyyə Nazirliyinin məlumatında əksini tapıb. Qeyd edilib ki, Proqram Milli Prioritetlər üzrə iki məqsədə – əhalinin dayanıqlı məskunlaşması və ərazilərin iqtisadi fəaliyyətə reinteqrasiyası məqsədlərinə xidmət edir. Proqram üzrə tədbirlərin infrastruktur, iqtisadiyyatın yenidən qurulması, sosial inkişaf və ətraf-mühitin tarazlı inkişafı üzrə müəyyən edilmiş hədəf göstəricilərinə uyğun olaraq həyata keçirilməsi nəzərdə tutulur. 362023-cü ildə icraçı qurumlar tərəfindən təqdim edilmiş son məlumatlara əsasən Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası üçün 2022-2026-cı illərdə ümumilikdə təqribən 30,5 milyard manat məbləğində vəsait tələb olunur. 2020-2022-ci illərin dövlət büdcəsindən bu məqsədə təqribən 6,6 milyard manat məbləğində vəsait ayrılmışdır. Cari ilin dövlət büdcəsində sözügedən Proqramın icrası üçün 5,3 milyard manat, 2024-2026-cı illərdə ümumilikdə 10,6 milyard manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulur. Beləliklə, proqnozlaşdırılan vəsait də nəzərə alındıqda Proqramın icrası üçün 2020-2026-cı illər üzrə ümumilikdə ayrılacaq vəsaitin həcmi 22,4 milyard manata çatdırılacaq.
https://ayna.az/azad-olunmus-rayonlara-qayidis-ucun-ayrilacaq-vesaitin-meblegi-aciqlandi
“Azeri Light” ucuzlaşıb
İqtisadiyyat
31.10.2023 - 13:12
Azərbaycan neftinin bir barelinin qiyməti 91,65 dollar olub Dünya birjalarında neft bahalaşıb. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,52 dollar artaraq 87,97 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,49 dollar bahalaşaraq 82,8 dollar təşkil edib. Azərbaycan nefti isə ucuzlaşıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,6 dollar azalaraq 91,65 dollar olub. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
https://ayna.az/azeri-light-ucuzlasib-66640
Rəqabət Məcəlləsinin layihəsi Milli Məclisə daxil olub
İqtisadiyyat
11.09.2023 - 14:47
Dinləməyə bütün maraqlı tərəflərin nümayəndələri dəvət olunacaq Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə Rəqabət Məcəlləsinin layihəsi daxil olub. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AYNA-ya verilən məlumata görə, Rəqabət Məcəlləsinin layihəsi 12 fəsil 83 maddədən ibarətdir. Məcəllənin qəbulu ilə “Antiinhisar fəaliyyəti haqqında”, “Haqsız rəqabət haqqında”, “Təbii inhisarlar haqqında” Qanunlar və digər hüquqi aktlar yeni, vahid hüquqi sənəddə birləşdirilmiş olacaq. Məcəllə hazırlanarkən müxtəlif dövlət orqanları, habelə biznes assosiasiyaları ilə geniş müzakirələr aparılıb, onların rəy və təklifləri nəzərə alınıb. Layihə Türkiyə, ABŞ, Avropa İttifaqı, Almaniya, Avstriya, Latviya, Litva, Macarıstan və Çexiya qanunvericilikləri başda olmaqla, qabaqcıl beynəlxalq təcrübə, həmçinin yerli bazarın xüsusiyyətləri nəzərə alınmaqla ərsəyə gətirilib. Rəqabət Məcəlləsinin qəbul olunması ölkə iqtisadiyyatının inkişafı, biznes mühitinin əlverişliliyinin artırılması, azad sahibkarlığın təşviqi baxımından mühüm əhəmiyyət kəsb etməklə, ölkədə sahibkarların sağlam rəqabət şəraitində fəaliyyətinin hüquqi əsaslarını müəyyən edəcək. Yeni məcəllə, eyni zamanda, istehlakçıların hüquqlarının müdafiəsini, məhsul və xidmətlərin keyfiyyətinin daha da artırılmasını hədəfləyir. Milli Məclisdə Rəqabət Məcəlləsi layihəsinin ictimai dinləməsi keçiriləcək. Dinləməyə bütün maraqlı tərəflərin nümayəndələri dəvət olunacaq. Rəqabət Məcəlləsinin layihəsi Milli Məclisin saytında dərc edilib.
https://ayna.az/reqabet-mecellesinin-layihesi-milli-meclise-daxil-olub
Naxçıvanda Azərbaycan-Türkiyə 3-cü Enerji Forumu keçirilir
İqtisadiyyat
29.09.2023 - 11:21
Həmçinin ilk dəfə “Naxçıvan - Yaşıl Enerji Zonası” beynəlxalq konfransı keçirilir Naxçıvan şəhərində Azərbaycan-Türkiyə 3-cü Enerji Forumu və ilk dəfə “Naxçıvan - Yaşıl Enerji Zonası” beynəlxalq konfransı keçirilir. AYNA xəbər verir ki, tədbirdə Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar iştirak edir. Tədbir çərçivəsində enerji keçidi, yaşıl enerji zonası, Naxçıvanın yaşıl enerji potensialı və digər mövzularda plenar sessiyaların keçirilməsi və hər iki ölkənin bir sıra yüksəkvəzifəli şəxslərinin çıxışları nəzərdə tutulur. Qeyd edək ki, Azərbaycan-Türkiyə Enerji Forumu iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya çərçivəsində strateji enerji əməkdaşlığının daha da möhkəmləndirilməsi məqsədilə yaradılıb. İlk Forum 2021-ci il 21-22 dekabr tarixlərində Bakı şəhərində, ikinci Forum isə ötən ilin 5-6 oktyabr tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilib.
https://ayna.az/naxcivanda-azerbaycan-turkiye-3-cu-enerji-forumu-kecirilir
Prezident: “Azərbaycana ümumi investisiyalar 300 milyard ABŞ dollarından çox olub”
İqtisadiyyat
26.10.2023 - 17:11
İlham Əliyev: “Hədəfimiz qazıntı yanacağından asılılığımızı azaltmaq üçün iqtisadiyyatımızı şaxələndirməyi davam etdirməkdir” Azərbaycan xarici investisiyalar üçün çox açıq ölkədir. Son 30 il ərzində bizim çoxmilyardlı investisiya portfoliomuz olub. Azərbaycana ümumi investisiyalar 300 milyard ABŞ dollarından çox olub və bunun təqribən 200 milyard ABŞ dolları qeyri-neft sektorunun payına düşür. AYNA xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində çıxışı zamanı bildirib. Dövlət başçısı vurğulayıb ki, hazırda bizim iqtisadi hədəfimiz qazıntı yanacağından asılılığımızı azaltmaq üçün iqtisadiyyatımızı şaxələndirməyi davam etdirməkdir.  “Eyni zamanda, biz başa düşürük ki, bizim neft və qazımıza hələ uzun illər ərzində beynəlxalq bazarda tələbat olacaq. Bu məqsədlə çoxsaylı neft və qaz kəmərləri sistemi istismara verilib və indi biz neft və qazı müxtəlif istiqamətlərə ixrac edirik”, - Prezident İlham Əliyev əlavə edib.
https://ayna.az/prezident-azerbaycana-umumi-investisiyalar-300-milyard-abs-dollarindan-cox-olub
İrəvan son şansını da itirə bilər: ya yolu açırsınız, ya da...
İqtisadiyyat
12.10.2023 - 10:16
Yeməyənin payını yeyərlər - “Bu Ermənistan üçün son imkandır” Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bəyan edib ki, Ermənistan Zəngəzur dəhlizinin yaradılmasında iştirakdan imtina edərsə, dəhliz İrandan keçə bilər: “Vacib sual Zəngəzur dəhlizinin Ermənistandan keçib-keçməyəcəyidir. Dəhliz real coğrafi şərait nöqteyi-nəzərindən keçdiyi ərazilərin hər hansı biri üçün faydalı olacaq. Düşünürük ki, Ermənistan bu məsələyə siyasi vasitəçilik etmədən qiymət verəcək. Əks halda, alternativ dəhlizin İran sərhədlərindən keçməsi olacaq”. Nazir deyib ki, dəhlizin bəzi hissələri istisna olmaqla, Zəngəzur marşrutu artıq böyük miqyasda hazırdır: “Bakıdan Xankəndi şəhərinə gedən marşrut var. Bundan sonra Türkiyə şirkətinin Ermənistanla sərhədə qədər apardığı işlər gəlir. Naxçıvanda 110 km-ə yaxın marşrut var və orada yolların bir az salınmasına ehtiyac var. Bundan sonra marşrut Qarsa gedəcək. Türkiyə ərazisində 224 km yol olacaq. Bir ay ərzində Türkiyə marşrutun bir hissəsinin öz ərazisində tikintisi üçün tender keçirəcək”. Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Bakıdan rəsmi səfərdən qayıdan zaman jurnalistlərə müsahibəsində Zəngəzur yolununun İrandan keçəcəyinə dair açıqlama verib. Bildirib ki, Ermənistan Zəngəzur yolunun açılmasına razılıq verməsə, bu addım atılacaq: “Arzumuz budur ki, bu yerləri sülh dəhlizinə çevirərək açaq. Hələ də müharibənin hökm sürdüyü dəhlizi təsəvvür etmək mümkün deyil. Çünki həm Zəngəzur dəhlizini, həm də Laçın yolunu sülh dəhlizi hesab etmək istəyiriksə, bu məsələni heç bir münaqişəsiz, səs-küysüz həll etməliyik. Xüsusilə bunların relsli sistemlər olduğunu nəzərə alsaq, Türkiyədən gələn qatar Ermənistandan keçərək Azərbaycana gedəcək. Əgər İrəvan bu məsələyə razılıq verməsə, yol İrandan keçəcək. İran hazırda buna müsbət baxır və ona görə də indi İrandan Azərbaycana keçmək imkanı yaranacaq”. Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə mövzuya dair AYNA-ya açıqlamasında söyləyib ki, işğalçılıq siyasəti Ermənistanı məhvə sürükləyir: “Məlumdur ki, Zəngəzur yolu ərazisindən keçən ölkələr üçün tranzit gəlir imkanı deməkdir. Elə bu səbəbdən də İran bu yolun onun ərazisindən keçməsində maraqlıdır. Ermənistan sosial-iqtisadi problemlər məngənəsində yaşayan bir ölkədir. Daxildə iqtisadi vəziyyət acınacaqlı olduğuna görə əhali mühacirətə üz tutur. Bu baxımdan Ermənistan üçün unikal imkan yaranıb ki, bu yolun açılmasına razılıq versin. Həm bundan tranzit ölkə olaraq gəlir əldə etsin, həm də regional iqtisadi layihələrdə iştirak imkanı qazansın”. “Məhz işğalçılıq siyasəti ucbatından Ermənistan əksər regional iqtisadi layihələrdən kənarda qalıb. Bu siyasət olmasaydı, bəlkə də, neft-qaz kəmərləri onların ərazisindən keçə və Ermənistan üçün gəlir mənbəyinə çevrilərdi”, - deyə deputat vurğulayıb. Müsahibimiz Ermənistanı keçmişə yox, gələcəyə baxmağa çağırıb: “Ən dəhşətlisi odur ki, bu ölkə heç zaman iqtisadi layihələri qiymətləndirməyib. Müxtəlif dövlətlər arasında manevr edib. Bu siyasət də onu məhvə sürükləyib. Uzun illər Rusiyaya forpostluq ediblər. Rusiya zəifləyən kimi dərhal ondan uzaqlaşmağa başladılar. İndi də Fransanı seçiblər. Afrikada məğlub olan Fransa da bunu tarixi imkan kimi səciyyələndirir. Ermənistanın vasitəsilə regionda nəzarət imkanları əldə etməyə və Afrikada itirdiyi mövqelərini bərpa etməyə çalışır”. “Ermənistanın siyasi dairələri unudur ki, Qarabağ münaqişəsi artıq başa çatıb. Prezident İlham Əliyevin fərmaları ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaardılıb. Lokal antiterror əməliyyatları da göstərdi ki, Ermənistan müqavimət göstərmək gücündə deyil. Artıq işğalçılıq siyasəti keçmir. Bunu nəzərə almaq, sülh sazişi imzalamaq və Zəngəzur dəhlizinin açılmasına razılıq vermək əvəzinə, ənənəvi siyasi oyunlarını davam etdirirlər. Bu siyasət nəticəsində yenə də zərbə onların özlərinə dəyəcək və Ermənistan daha bir gəlir imkanını itirmiş olacaq”, - deyə Mollazadə diqqətə çatdırıb. Müsavat Partiyasının başqanı Arif Hacılı da AYNA-ya şərhində deyib ki, Zəngəzur dəhlizinin açılması Ermənistanın özü üçün vacibdir: “Hesab edirəm ki, bu cür bəyanatlar Ermənistanı Zəngəzur dəhlizi ilə bağlı mövqeyindən geri çəkilməyə təşviq edəcək. Çünki Ermənistanda belə təsəvvürlər mövcuddur ki, bu yolun işə düşməsi ilə Böyük Turan qurulacaq. Əslində isə bu, belə deyil. Zəngəzur dəhlizinin işə düşməsi Ermənistanın özü üçün də həyati əhəmiyyət kəsb edir. Çünki bu yolla Ermənistan həm Rusiya, həm Türkiyə, həm də Mərkəzi Asiya ölkələri ilə nəqliyyat qovşağına malik olacaq”. “Əlbəttə, İran istəyər ki, bu yol onun ərazisindən keçsin. Çünki tranzit ölkə olaraq gəlir imkanı əldə edəcək. Regional əhəmiyyətli layihədə yer almaqla bərabər, özü üçün təhlükəsizlik təminatı da əldə edəcək”, - deyə siyasətçi sözlərinə davam edib. Hacılı hesab edir ki, İran mövzusu gündəmə gələndən sonra Ermənistanın mövqeyində yumşalmalar olacaq: “İran tərəfi dəhlizin onun ərazisindən keçməsinə müsbət yanaşır. Bu, Ermənistana ciddi mesajdır. Yəni, rəsmi İrəvan Zəngəzur dəhlizinin açılmasına razılıq verməsə, alternativ olaraq yol İrandan keçəcək. Düşünürəm ki, Türkiyə Prezidenti və rəsmilərinin son açıqlamalarından sonra Ermənistan dəhlizin açılması istiqamətində fəallıq göstərəcək. Mövqeyində yumşalmalar olacaq”.
https://ayna.az/irevan-son-sansini-da-itire-biler
İnkişafına milyardlar xərclənən... və boşalan regionlar
İqtisadiyyat
23.10.2023 - 13:51
Qiymətləndirici: “Paytaxtın yüklənməsi ciddi fəsadlara yol aça bilər” İqtisadçı: “Əyalətlərdə vəziyyət gərgindir, əmək qabiliyyətli insanların əksəriyyəti ev-eşiyini tərk edir” “Son 20 ildə regionların sosial-iqtisadi inkişafına həsr olunmuş dörd dövlət proqramı qəbul olunub və bu proqramlar üzrə regionlara yatırılmış investisiyaların həcmi 104 milyard manat təşkil edir”. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov açıqlama verib. Nazir oktyabrın 14-də Bakıda “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib ki, 2022-ci ildə regionlar üzrə məhsul buraxılışının nominal həcmi 2003-cü ilə nisbətən 13,5 dəfə böyüyüb: “2004-cü ildən bəri bölgələrdə 1,8 milyondan çox yeni iş yeri və 52 mindən çox yeni müəssisə yaradılıb. Regionlarda 8 hava limanı tikilib və ya yenidən qurulub, Laçın hava limanının tikintisi davam edir. 17 min km-dən çox avtomobil yolu, 500-dən çox körpü və tunel, 3300-dək məktəb, 450-dən çox uşaq bağçası, 550-dən çox tibb müəssisəsi, 41 olimpiya idman kompleksi tikilib və ya təmir olunub”. Regionlardan paytaxta kütləvi axının olması sirr deyil və elə bu səbəbdən də Bakıda insan sıxlığı və hərəkət məhdudiyyəti yaşanır. İnsanların kütləvi şəkildə şəhərə üz tutmasının kökündə evsizlik və gəlir əldə etmək imkanlarının olmaması dayanır. Əyalətlərdə zavod və fabriklərin, istehsalat müəssisələrinin az olması, əlverişli biznes mühitinin yoxluğu paytaxta kütləvi axını şərtləndirir. Ortaya haqlı suallar çıxır. Məsələn, həqiqətən də, son 20 ildə regionların sosial-iqtisadi inkişafına 104 milyard manat vəsait ayrılıbsa, niyə insanlar öz doğma yurd-yuvalarında deyil, Bakıda yaşamağa üstünlük verirlər? Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc AYNA-ya açıqlamasında deyib ki, dövlət başçısı regionların sosial-iqtisadi inkişafına dair fərman izmalayıb və 2023-cü ilə qədər olan dövrü əhatə edir: “Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zənzəzur iqtisadi rayonlarının yaradılması ilə bağlı fərmanından sonra iqtisadi rayonların sayı 14-ə çatıb. Qeyd olunan proqramda regionların inkişaf layihələri proporsional qaydada təsnifatlaşdırılıb. Ölkə iqtisadiyyatının neftdən asılılığının azaldılması və qeyri-nef sektorunun inkişafı istiqamətində mühüm addımlar atılıb. Maliyyə təsisatları, habelə banklar tərəfindən sahibkarlara güzəştli kreditlərin həcmi artırılıb. Nəqliyyat infrastrukturu genişlənidirilib. Bunlar, heç şübhəsiz, müsbət məqamlardır. Lakin bununla kifayətlənmək olmaz və qarşıda görüləsi işlərimiz hələ çoxdur”. “Regionlarda işsizliyin aradan qaldırılmasına önəm verilməlidir. Düzdür, ölkə iqtisadiyyatının zəif və regionların daha az inkişaf etdiyi dövrlərdə vətəndaşlarımızdan xarici ölkələrə köçənlər olub. Onların əksəriyyəti artıq həmin ölkələrdə müəyyən məşğulluq və yaşayış imkanları qazanıb. Bəzi soydaşlarımız isə geri dönüblər. Onlardan bəziləri öz doğma rayonlarına, bir qismi isə Bakıya qayıdıb”, - deyə həmsöhbətimiz bildirib. Oruc hesab edir ki, paytaxtın yüklənməsi ciddi fəsadlara yol aça bilər: “Bu səbəbdən ixrac yönümlü istehsal müəssisələrinin regionlarda yerləşdirilməsi, sənaye məhəllələrinin sayının artırılması, aqrar sektorun inkişafı prioritet olmalıdır”. İqtisadçı ekspert Xalid Kərimli mövzuya dair AYNA-ya şərhində söyləyib ki, təkcə regionlarda deyil, paytaxtda da məşğulluq problemi hökm sürür: “Regionlara nisbətən Bakıda və Abeşron yarımadasında vəziyyət qismən normaldır. Lakin burada da orta aylıq əmək haqqı inkişaf etmiş ölkələrlə müqayisədə çox aşağıdır. Əyalətlərdə isə vəziyyət daha gərgindir. Əmək qabiliyyəti olan insanların əksəriyyəti ya paytaxta, ya da xaricə üz tutur. Bu da, heç şübhəsiz, regionlarda məskunalşma və miqrasiyaya öz mənfi təsirini göstərir”. “Bu istiqamətdə Azərbaycan hökuməti müəyyən tədbirlər həyata keçirsə də, ciddi nəticələrə nail əldə etmək mümkün olmur. Bunun üçün bölgələrdə dayanıqlı iş yerləri yaradılmalıdır. Eyni zamanda bu müəssisələri stimullaşdırmaq üçün dövlət dəstəyi təmin olunmalıdır. Müəyyən dövlət proqramları həyata keçirilməlidir. Yəni, məsələyə kompleks yanaşmaq lazımdır”, - deyə mütəxəssis vurğulayıb. Kərimlinin sözlərinə görə, ixrac yönümlü müəssisələrin inkişafına xüsusi diqqət ayrılmalıdır: “Misal üçün, regionlarda parklar, muzeylər, diaqnostika mərkəzləri, olimpiya mərkəzləri tikilir. İxrac yönümlü müəssisə olmadıqlarına görə dotasiya əsasında fəaliyyət göstərirlər. Yəni, hökumət bu müəssisələri açmağa da, saxlamağa da vəsait xərcləyir. Regionlarda yaradılan sənaye məhəllələri də faktiki olaraq fəaliyyətsizdir. Proses təbii və qanunauyğun şəkildə olmalıdır. Hansısa müəssisələri paytaxtdan kənarda yerləşdirməklə inkişafa nail olmaq mümkün deyil. İxrac yönümlü müəssisələr isə bir müddət sonra rentabelliyi təmin edə və işsizliyin aradan qaldırılmasına gətirib çıxara bilər. Habelə idxaldan asılılığımızı əhəmiyyətli sürətdə azaldar”.
https://ayna.az/inkisafina-milyardlar-xerclenen-ve-bosalan-regionlar
Azərbaycan neftinin qiyməti 94 dolları ötüb
İqtisadiyyat
05.09.2023 - 09:55
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,13 ABŞ dolları, yaxud 1,21 % artaraq 94,63 ABŞ dolları təşkil edib. AYNA xəbər verir ki, dünən hərracların nəticələrinə görə, “Brent” markalı neftin oktyabr fyuçersləri 88,97 ABŞ dollarına satılıb. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.
https://ayna.az/azerbaycan-neftinin-qiymeti-94-dollari-otub
Mərkəzi Bank hərrac keçirib
İqtisadiyyat
12.10.2023 - 14:46
Tələb 41 milyon ABŞ dolları təşkil edib və tam təmin edilib 12 oktyabr 2023-cü il tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib. AYNA xəbər verir ki, bu barədə Mərkəzi Bankdan bildirilib. Qeyd olunub ki, hərracda tələb 41 milyon ABŞ dolları təşkil edib və tam təmin edilib. Xatırladaq ki, bu göstərici ötən hərracdan 13.5% azdır. Belə ki, 10 oktyabrda keçirilən valyuta hərracında banklar 47.4 milyon dollar alış həyata keçirib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
https://ayna.az/merkezi-bank-herrac-kecirib-65993
Daxili istehsalda “artım” - 7 ay ərzində cəmi 1 zavod
İqtisadiyyat
27.09.2023 - 18:05
Deputat: “Daxili istehsalın artırılması inflyasiyanın təsirlərini azaltmaq üçün effektiv üsuldur” İqtisadçı: “Yerli istehsalı artırmaqla yanaşı, daxilin istehsalın keyfiyyətinə inamı da artırmaq vacibdir” Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin yanvar-avqust aylarında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və Kənd Təsərrüfatı Nazirliyinin yeni inzibati binaları, “Bakı KOB evi”, “STEAM İnnovasiya Mərkəzi”, “Şimal” Kiçik Su Elektrik Stansiyası və “Diamed” dərman istehsalı zavodu istifadəyə verilib. Qeyd edək ki, Azərbaycanda yerli istehsalın artırılması, qeyri-neft sektorunun inkişafı ilə bağlı müzakirələr uzun illərdir davam edir. Həm hökumət nümayəndələri, həm də müstəqil iqtisadçılar daxili istehsalın artırılmasının vacib olduğunu bəyan edirlər. Ərzaq təhlükəsizliyinin və ərzaq təminatının gücləndirilməsi, dövlət dəstəyinin bu istiqamətdə artırılması və daha çox subsidiyaların ayrılması ilə bağlı davamlı təkliflər səslənsə də, görünən odur ki, Azərbaycan hökuməti yerli istehsal müəssisələrinin sayının çoxaldılması istiqamətində aktiv fəaliyyət göstərmir. Son 7 ay ərzində cəmi bir iri istehsal müəssisəsinin istifadəyə verilməsi bunun bariz nümunəsidir. Görəsən, hökumət yerli istehsalın artırılması istiqamətində konkret fəaliyyətə niyə keçmir? Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, iqtisadçı alim Vüqar Bayramov AYNA-ya açıqlamasında deyib ki, ərzaq təhlükəsizliyinin gücləndirilməsi ölkəmiz üçün prioritet istiqamətlərdən biridir: “Ölkəyə qida məhsullarının yarıdan çoxu xaricdən idxal olunur. Hansı ki, Azərbaycanda bu məhsulları istehsal etmək üçün kifayət qədər münbit şərait mövcuddur. Sistemli şəkildə ərzaq təminatının formalaşmasına ünvanlanan yeni proqramların qəbul edilməsinə ehtiyac var”. “Koronavirus pandemiyası və dünya miqyasında baş verən iqtisadi böhranlar göstərdi ki, dövlətlər daxili istehsalı gücləndirmək istiqamətində səylərini artırmalıdır. Təkcə ərzaq sektorunda deyil, digər sahələrdə də yerli istehsal müəssisələrinin sayı artırılmalıdır. Bakıda dərman istehsalı zavodunun istifadə verilməsi mütərəqqi addımdır. Hesab edirəm ki, bu siyasət davam etməlidir”, - deyə deputat bildirib. Əlavə edib ki, daxili istehsalın artırılması inflyasiyanın təsirlərini azaltmaq üçün də effektiv üsuldur: “İnflyasiyanın cilovlanması üçün strateji yol yerli istehsalın ümumi istehlakda payını artırmaqdır. Etiraf etmək lazımdır ki, bu yöndə mühüm addımlar atılır. Lakin bununla kifayətlənmək olmaz. Porses davam etməli və dövlət yardımları çoxalmalıdır”. “Bununla yanaşı, çox vəsaitin yönəldilməsi, eləcə də, bank kreditlərinə çıxış imkanlarının artırılması istiqamətində regionlar üçün girov mexanizminin təkmilləşdirilməsi vacibdir. Sahibkarlara güzəştli kreditlərin verilməsi də bu sırada yer alır. Yeni təşviq alətlərinin istifadə edilməsinə, subsidiyanın baza məbləğinin artırılmasına ehtiyac var. Bütün bu işlər sistemli şəkildə həyata keçirilməlidir və heç şübhəsiz ki, zaman alacaq”, - deyə Bayramov vurğulayıb. İqtisadçı ekspert Natiq Cəfərli mövzuya dair AYNA-ya şərhində söyləyib ki, yerli istehsalı artırmaqla yanaşı, daxili istehsalın keyfiyyətinə olan inamı da artırmaq vacibdir: “Misal üçün, uzun müddət idi ki, Azərbaycanda dərman zavodunun istifadəyə verilməsi ilə bağlı müzakirələr aparılırdı. Bir ara təşəbbüs irəli sürüldü ki, Rusiya və İran şirkətləri ilə birgə Azərbaycanda dərman istehsalı üçün müəssisə yaradılsın. Bu məqsədlə vəsait də ayrıldı. Lakin bu layihə baş tutmadı”. “Burada əsas səbəb elmi bazanın olmaması ilə bağlıdır. Çünki bu sahədə fəaliyyət göstərmək üçün əvvəlcə xammalı təşkil edən molekulun isstehsal olunmasına ehtiyac var. Bu da olmadığına görə istehlakçılar arasında ölkədə istehsal olunan dərmanların keyfiyyətinə inam azdır. Lakin bütün hallarda dərman zavodu istifadəyə verilib və bu, digər sahələrdə də davam etməlidir”, - deyə müsahibimiz diqqətə çatdırıb. Onun sözlərinə görə, istehsalatda artım olmadığına görə ölkəyə idxal olunan məhsulların sayı da çoxalır: “Çox təəssüf ki, rəsmi statistika hökumətin əlindədir və bir çox hallarda elan olunan rəqəmlər reallığı ehtiva etmir. Azərbaycanda ən böyük problemlərdən biri alternativ statistik bazanın yaradılmasıdır ki, bu tip məlumatlar ortaya çıxarkən onu dəqiqləşdirmək, ölçmək mümkün olsun. Bu yoxdur və olmadığına görə, rəqəmlərlə bağlı qəti fikirlər bildirmək də mümkün olmur”. “Daxili istehsalı təşviq etməkdən ötrü sahibkarlara güzəştli kreditlər verilməlidir. Elə sahələr var ki, orada beş il sonra bəhrə götürmək lazımdır. Sahibkar isə bu müddətdə kredit ödəyir. Burada hansı mənfətdən, yerli istehsalın artırılmasından danışmaq olar ki?! Görüləsi işlər hələ çoxdur və hökumət real olaraq sahibkarlığın inkişafına töhfə verməlidir”, - deyə Cəfərli fikrini tamamlayıb.
https://ayna.az/daxili-istehsalda-artim
Bağlanan bankdakı əmanətlərin taleyi sual altında
İqtisadiyyat
25.10.2023 - 18:08
Mərkəzi Bank 216,7 milyon manatın sahiblərinə qaytarılacağını deyir, bəs qalan vəsait? Xəbər verdiyimiz kimi, Azərbaycan Mərkəzi Bankının (AMB) qərarı ilə daha bir kredit-maliyyə strukturunun lisenziyası ləğv edilib. Tənzimləyici “Muğanbank”ın bağlanmasının səbəbini onun məcmu kapitalının minimum 50 milyon manat tələblərinə cavab verməməsi və adekvatlıq əmsalının 3 faizdən az olması ilə izah edir. Yerli qanunvericiliyin tələblərinə uyğun olaraq banka müvəqqəti inzibatçı təyin edilib və müflisləşmə yolu ilə ləğvetmə haqqında məhkəməyə ərizə verilib. “Muğanbank” bankomatları oktyabrın 17-də fəaliyyətini dayandırıb. AMB hesab edir ki, bu strukturun ləğvi bank sisteminin vəziyyətinə - onun sabitliyinə və dayanıqlılığına təsir göstərməyəcək. Onun ölkənin bank sisteminin aktivlərində payı 1,4%, kredit portfelində 2%, sektorun öhdəliklərində isə 1,3% təşkil edir. Maliyyə strukturu Əmanətlərin Sığortalanması Fonduna (ƏSF) üzv olduğundan əmanətçilərin sığortalanmış pul vəsaitləri mövcud qanunvericiliyə uyğun olaraq ödəniləcək. Eyni zamanda, əsas risklər fərdi sahibkarlar və əmanətləri sığortalanmayan hüquqi şəxslər seqmentində mövcuddur. Bankın Sığorta Fonduna hesabatına əsasən, oktyabrın 1-nə əhalinin əmanətləri 216,7 milyon manat təşkil edib və əmanətçilərin 99,9 faizi kompensasiya alacaq. Amma sığortalanmış əmanətlərlə yanaşı, bankda sığortalanmamış əmanətçilərin pulları, hüquqi şəxslərin və fərdi sahibkarların vəsaitləri də olub. Pulun qaytarılması prosesi əvvəlki iflaslardan məlum olan ssenari üzrə gedir - ƏSF üç ay ərzində 216,7 milyon manat məbləğində sığortalanmış əmanətləri tam şəkildə qaytarmalıdır. Bununla belə, 2023-cü ilin sentyabr ayının sonunda “Muğanbank”ın depozit portfeli 322,5 milyon manat təşkil edib. Mərkəzi Bankın açıqlamasında bildirilir ki, bankda 216,7 milyon manat sığortalanmış əmanət var. Belə çıxır ki, 106 milyon manata yaxın sığortalanmamış pulun taleyi sual altında qalır. Həqiqətən də, mövcud qanunvericiliyə görə, pul almaq üçün sonuncu sırada pulları sığortalanmayan fiziki şəxslər, eləcə də sahibkarlar və hüquqi şəxslər dayanır. Əvvəlki ləğvetmə prosesləri göstərdi ki, son növbədə olan instansiya kreditorları üçün çox az və ya heç bir vəsait qalmır. Azərbaycan Milli Məclisinin üzvü, iqtisadçı alim Vüqar Bayramovun sözlərinə görə, ƏSF qorunan əmanətləri kompensasiya edir: “Sığortasız əmanətlərə gəlincə, onlar faktiki olaraq bankın nəzarətindədir. Bu vəsaitlər o halda geri qaytarıla bilər ki, maliyyə strukturunun aktivləri öhdəliklərini üstələsin”. Bu yerdə onu da xatırlatmaq lazımdır ki, 2016-cı ildə qəbul edilmiş “Əmanətlərin tam sığortalanması haqqında” qanun ötən ilin aprelində qüvvəsini itirib. Yeni qanuna görə, sığorta yalnız milli valyutada illik 12 faiz, xarici valyutada isə 2,5 faiz dərəcəsi ilə qoyulan cəmi 100 min manatı əhatə edir. Bundan başqa, fərdi sahibkarların bank hesablarında 20 min manat sığortalanıb. Son illər bankların iflasa uğraması adi hala çevrilib, xüsusən də 20-dən çox bank artıq maliyyə səhnəsini tərk edib. Sonuncu dəfə uzun fasilədən sonra, bu ilin may ayında AMB “Günay Bank”ın lisenziyasını ləğv etdi. İflas zamanı 108 milyon 566 min manat investisiya qalıb ki, bunun da 38,5 milyon manatı əmanətlərin tam sığortalanması haqqında qanuna uyğun olaraq kompensasiya olunmaqla əhalinin sığortalanmış əmanətləridir. Mərkəzi Bank da o zaman bildirib ki, bankın əmanətçilərinin 99,9%-nə pulu qaytaracaqlar. Bir çox analitiklər əvvəlki kiçik bankın səhnədən getməsini ölkənin kredit-maliyyə sektorunun üç böyük bankın inhisarlaşmasının güclənməsi prizmasından qəbul edirlər. Ən iri maliyyə institutlarının ümumi bazar payı ötən il artaraq 65 faiz, depozit portfeli 13 faiz artaraq bütün depozit seqmentinin 70 faizini təşkil edib, kredit portfellərinin payı isə 48 faizə yüksəlib.
https://ayna.az/baglanan-bankdaki-emanetlerin-taleyi-sual-altinda
Gələn il üçün müdafiə və milli təhlükəsizlik xərcləri açıqlanıb
İqtisadiyyat
21.09.2023 - 16:23
Xərclərin 6 milyard 421,0 milyon manat olması proqnozlaşdırılıb 2024-cü ildə müdafiə və milli təhlükəsizlik üzrə xərclərin 6 milyard 421,0 milyon manat olması proqnozlaşdırılıb. AYNA xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən bildirilib. Qeyd olunub ki, Azərbaycanın ərazi bütövlüyü bərpa edildikdən sonra ölkəmiz tərəfindən bölgədə ədalətli və davamlı sülhün bərqərar olunması və iki ölkə arasında münasibətlərin normallaşdırılması məqsədilə bir sıra siyasi-diplomatik xarakterli addımlar atılıb. Lakin Ermənistan hökumətinin sülh prosesinə qeyri-konstruktiv yanaşma sərgiləməsi, müşahidə olunan separatizm meyilləri və bölgədə sabitlik və əməkdaşlıq mühitinin formalaşması ilə bağlı cəhdlərin nəticəsiz qalması arzuolunan sülh və sabitliyə qarşı təhdidlər yaradır. Bu baxımdan, ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da gücləndirilməsi məqsədilə ordunun maddi-texniki təchizatının müasirləşdirilməsi və hərbi potensialın artırılması ilə bağlı tədbirlərin davam etdirilməsi üçün 2024-cü ilin dövlət büdcəsində 3,0 milyard manat maliyyə təminatının yaradılması nəzərdə tutulur.
https://ayna.az/gelen-il-ucun-mudafie-ve-milli-tehlukesizlik-xercleri-aciqlanib
Yol verin, turist gəlir
İqtisadiyyat
16.09.2023 - 11:55
Azərbaycan turizmində hansı dəyişikliklər baş verir? Ölkədə turizm sektoru tədricən bərpa olunur. Çoxları üçün bağlı quru sərhədləri və bahalı aviabiletlər təbii ki, maneəyə çevrilir. Bununla belə, bu ilin yanvar-iyul aylarında Azərbaycana 1 milyon 143,6 min nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 37,4% çoxdur. Azərbaycan Otellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi AYNA-ya açıqlamasında deyib ki, 2023-cü ilin yanvar-iyun aylarında ümumilikdə 830110,00 nəfər otel və  mehmanxana tipli müəssisələrdə qalıb ki, onlardan 470 437-si əcnəbi və vətəndaşlığı olmayan şəxslər, 359 673-ü isə öz vətəndaşlarımızdır: “Bu dövrdə ölkə ərazisində gecələmələrin ümumi sayı 1 milyon 363 min 239 nəfər təşkil edib ki, bunun da 788 min 89-u əcnəbilər, 575 min 150-si isə vətəndaşlarımız olub. Ötən ilin eyni dövründə ümumilikdə 675 197 nəfər yerləşdirilib. Burada artım təxminən 23% təşkil edib. Gecələmələrin sayında isə artım 33,7% təşkil edib. Ötən il birinci yarımildə gecələmələrin sayı 1 027 033 olub”. Eyni zamanda ekspertin sözlərinə görə, Azərbaycanın gəlmə turizmində bəzi dəyişikliklər baş verir: “Belə ki, 2023-cü ilin birinci yarısında ərəb ölkələrindən gələn turistlərin sayı 8,6% azalaraq 185,4 min nəfər olub. MDB ölkələrindən gələn turistlərin sayı 1,7 dəfə artaraq 477,1 min nəfər, Avropa İttifaqı ölkələrindən gələn turistlərin sayı da 36,5 faiz artaraq 57,2 min nəfərə çatıb. Mən əmin deyiləm ki, bu statistikada biz yalnız turistlərin sayını görürük. Bu, son vaxtlar daha çox işgüzar səfərlər olan Avropa ölkələrindən daxil olan insanların ümumi sayıdır. Amma bu, şaxələndirmə istiqamətində daha bir addımdır, ən inkişaf etmiş ölkələrdən turistləri cəlb etmək imkanlarıdır ki, onların vətəndaşları daha yüksək tələblərlə yanaşı, səfər zamanı daha çox pul xərcləyirlər”. Qeyd edək ki, əvvəlki illərdə avropalılar Azərbaycanı istirahət yeri kimi nadir hallarda seçirdilər. Ailəni və dostları ziyarətə gəlmək bir şeydir, tətilə getmək başqa bir şeydir. Bəs dünyada bir çox istiqamətlərin mövcud olduğu belə turistləri necə maraqlandırmaq və saxlamaq olar? Dayanıqlı İnkişaf Araşdırmaları Mərkəzinin sədri Nəriman Ağayev AYNA-ya şərhində ölkəyə müxtəlif ölkələrdən turistlərin gəldiyini söyləyib: “Məsələn, indi daha çox rusiyalı turist var, amma Rusiya daxili turizmini inkişaf etdirməyə çalışır. Ərəblərə gəlincə, onların təkcə bir ölkəyə gəlmək üçün deyil, dünyanı gəzmək üçün kifayət qədər maliyyələri var. Onlar, məsələn, İndoneziyaya gedirlər, bura da müsəlman ölkələrindən turistlər gəlir. Ona görə də onların Azərbaycana səfərinə maraq dalğasının müəyyən qədər səngiməsi normal prosesdir. Ərəb turistlərini itirməmək üçün daha çox qonaqpərvərlik nümayiş etdirməliyik”. Avropalı turistlərdən danışan həmsöhbətimiz vurğulayıb ki, Qərb ölkələrindən bizə gələn turistlər arasında xaricdə yaşayan azərbaycanlılar da az deyil: “Qərb turistlərini necə cəlb etmək olar? Məncə, təkcə qastronomiya sizi bu baxımdan uzağa aparmayacaq. Burada təkcə beşulduzlu otellər deyil, gənclər üçün sərfəli və rahat mənzillərin olması vacibdir. Bununla belə, proses başlayıb - düşərgələr və kiçik kənd mehmanxana evləri peyda olur. Amma lazımlıdır ki, sərfəli qiymətə rahat yaşayış üçün hər şey, o cümlədən yaxşı internet, daimi isti su və s. olsun. Ümumiyyətlə, Qərb turistlərini kütləvi şəkildə cəlb etmək üçün aviabiletlərin qiymətini aşağı salmaq lazımdır. Bir çox ölkələrdə bu, onlar üçün xeyli ucuz başa gəlir”. “Nəzərə almalıyıq ki, bir çox avropalılar tez-tez səyahət edirlər və onları təəccübləndirmək çətindir. Avropalı təqaüdçülər ən çox səyahət edənlərdir. Müxtəlif yaş qruplarından olan avropalıları, məsələn, dünya ulduzlarını dəvət etməyə dəyər olan mədəni tədbirlərlə cəlb edə bilərsiniz. Gənclər üçün, məsələn, rok ifaçıları, həmçinin müxtəlif film festivalları keçirirlər. Xəzər dənizi boyu kruiz də maraqlı olacaq. Avropada, məsələn, Karlovı Varıda müalicə turizmi geniş yayılmışdır, lakin təbii ki, bizim maraqlı variantlarımız da var, deyək ki, Naftalan. Avropalılar tarixi görməli yerlərə və təbiətə maraq göstərirlər. Onları maraqlandıran bir çox şeyimiz var - təkcə onlarla baxımlı qalalarımız var. Məsələn, Cavanşir qalası - hələ ki, az adam gəlir”, - deyə müsahibimiz diqqətə çatdırıb. Ağayevin sözlərinə görə, turizm sənayesinə yeni yanaşma, gənclər üçün nəyin maraqlı olduğunu bilən, yaradıcı yanaşmaya malik insanlar lazımdır: “Bir çox turist Azərbaycana bir dəfə gəlib, ikinci dəfə gəlmir, amma bu, heç də ona görə deyil ki, onlar burada hər şeyi görüblər. Sadəcə hansı maraqlı yerlərimiz olması barədə kifayət qədər məlumatı yoxdur. Hər şey Bakı ətrafında, eləcə də Qəbələ rayonu ətrafında cərəyan edir. Azərbaycanda səfərdə olan Rusiyadan olan blogerlərin “YouTube” videolarına baxsanız, onların böyük əksəriyyəti Bakıya həsr olunub. Amma bütün istiqamətlərdə çox gözəl yerlərimiz var - Quba, Lənkəran, Şamaxı və s. Bununla belə, biz obyektiv olmalıyıq - təbiətimiz çox gözəldir, lakin turistlərin çoxu belə yerlərdə 2-3 gündən sonra sıxılmağa başlayır. Ona görə də bölgələrdə festivallara, mədəni tədbirlərə ehtiyacımız var və onları maraqlı şəkildə keçirmək lazımdır. Payızda isə turizm mövsümünün azalacağı gözlənilir. Amma növbəti turist dalğasını Yeni il, daha sonra Novruz bayramı və təbii ki, yayda gözləmək olar”.
https://ayna.az/yol-verin-turist-gelir
Azərbaycana gətirilən mobil cihazların qeydiyyata alınmasına görə rüsum azaldılır
İqtisadiyyat
15.09.2023 - 12:37
“Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilir Azərbaycana gətirilən mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumunun dərəcələri azaldılır. AYNA-nın xəbərinə görə, bununla bağlı “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilir. Dəyişikliklə satış və digər sahibkarlıq fəaliyyəti məqsədilə hüquqi və fiziki şəxslər tərəfindən idxal olunarkən gömrük rüsumu və əlavə dəyər vergisi tutulmaqla rəsmiləşdirilmiş mobil cihazlar istisna olmaqla, fiziki şəxs tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına aşağıdakı dövlət rüsumu dərəcələri tətbiq ediləcək: Bazar qiyməti 100 ABŞ dollarından çox olmayan və foto, videoçəkiliş və internetə çıxış funksiyaları olmayan mobil cihazlar - 15 manat. Qanunun 33-5.1.1-ci maddəsində nəzərdə tutulan cihazlar istisna olmaqla, digər mobil cihazlara görə dövlət rüsumunun dərəcələri: bazar qiyməti 100 ABŞ dollarına qədər olduqda - 20 manat; bazar qiyməti 101 ABŞ dollarından 200 ABŞ dollarına qədər olduqda - 30 manat; bazar qiyməti 201 ABŞ dollarından 400 ABŞ dollarına qədər olduqda - 40 manat; bazar qiyməti 401 ABŞ dollarından 700 ABŞ dollarına qədər olduqda - 50 manat; bazar qiyməti 701 ABŞ dollarından 1000 ABŞ dollarına qədər olduqda - 70 manat; bazar qiyməti 1001 ABŞ dollarından yuxarı olduqda - 100 manat. Qeydiyyat üçün müraciət olunan tarixə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəsmi internet saytında marka və modeli, habelə bazar qiyməti yerləşdirilməyən mobil cihazlar - 15 manat. Qanunvericiliyə görə hazırda satış və digər sahibkarlıq fəaliyyəti məqsədilə hüquqi və fiziki şəxslər tərəfindən idxal olunarkən gömrük rüsumu və əlavə dəyər vergisi tutulmaqla rəsmiləşdirilmiş mobil cihazlar istisna olmaqla, fiziki şəxs tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına aşağıdakı dövlət rüsumu dərəcələri tətbiq edilir: Bazar qiyməti 100 ABŞ dollarından çox olmayan və foto, videoçəkiliş və internetə çıxış funksiyaları olmayan mobil cihazlar - 20 manat. Qanunun 33-5.1.1-ci maddəsində nəzərdə tutulan cihazlar istisna olmaqla, digər mobil cihazlara görə dövlət rüsumunun dərəcələri: bazar qiyməti 100 ABŞ dollarına qədər olduqda - 30 manat; bazar qiyməti 101 ABŞ dollarından 200 ABŞ dollarına qədər olduqda - 50 manat; bazar qiyməti 201 ABŞ dollarından 400 ABŞ dollarına qədər olduqda - 60 manat; bazar qiyməti 401 ABŞ dollarından 700 ABŞ dollarına qədər olduqda - 70 manat; bazar qiyməti 701 ABŞ dollarından 1000 ABŞ dollarına qədər olduqda - 100 manat; bazar qiyməti 1001 ABŞ dollarından yuxarı olduqda - 150 manat. Qeydiyyat üçün müraciət olunan tarixə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəsmi internet saytında marka və modeli, habelə bazar qiyməti yerləşdirilməyən mobil cihazlar - 20 manat.
https://ayna.az/azerbaycana-getirilen-mobil-cihazlarin-qeydiyyata-alinmasina-gore-rusum-azaldilir
Yenilənmiş 5 qəpiklik metal pul nişanı tədavülə buraxılıb
İqtisadiyyat
25.09.2023 - 11:12
Yeni pul nişanının arxa tərəfində yeni dizayn elementləri kimi Dövlət Gerbinin təsviri, eləcə də nişanın buraxılış ili əks olunub Bu gündən Azərbaycan Mərkəzi Bankı (AMB) yenilənmiş 5 qəpiklik metal pul nişanlarını tədavülə buraxıb. AYNA xəbər verir ki, bu barədə AMB məlumat yayıb. Məlumata görə, yeni pul nişanının arxa tərəfində yeni dizayn elementləri kimi Dövlət Gerbinin təsviri, eləcə də nişanın buraxılış ili əks olunub. Pul nişanının digər dizayn elementləri və texniki parametrləri hazırda tədavüldə olan eyninominallı metal pul nişanına müvafiq olaraq saxlanılıb. Yenilənmiş 5 qəpiklik metal pul nişanı hazırda tədavüldə olan eyninominallı pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq.
https://ayna.az/yenilenmis-5-qepiklik-metal-pul-nisani-tedavule-buraxilib
Neft ucuzlaşıb
İqtisadiyyat
25.10.2023 - 11:52
“Azeri Light”ın bir bareli 91,71 dollardır Dünya birjalarında neft ucuzlaşıb. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,32 dollar azalaraq 87,75 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,31 dollar ucuzlaşaraq 83,43 dollar təşkil edib. Azərbaycan nefti də ucuzlaşıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 3,83 dollar azalaraq 91,71 dollar olub. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
https://ayna.az/neft-ucuzlasib-66425

Azərbaycan neftinin qiyməti 96 dolları ötüb
İqtisadiyyat
08.09.2023 - 09:52
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,68 ABŞ dolları, yaxud 0,71 % artaraq 96,43 ABŞ dolları təşkil edib. Bu barədə AYNA-ya neft bazarındakı mənbə məlumat verib. Dünən hərracların nəticələrinə görə, “Brent” markalı neftin noyabr fyuçersləri 89,32 ABŞ dollarına satılıb. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.    
https://ayna.az/azerbaycan-neftinin-qiymeti-96-dollari-otub
Sentyabrın 13-nə USD/AZN rəsmi məzənnəsi
İqtisadiyyat
12.09.2023 - 20:18
USD/AZN rəsmi məzənnəsi 1,7000 səviyyəsində müəyyən olunub Azərbaycan Mərkəzi Bankı (AMB) sentyabrın 13-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. AMB-dən AYNA-ya bildirilib ki, bankın sentyabrın 13-nə USD/AZN rəsmi məzənnəsi 1,7000 səviyyəsində müəyyən olunub.
https://ayna.az/sentyabrin-13-ne-usdazn-resmi-mezennesi
Telefonların qeydiyyat rüsumu 30 dəfə artırıldı və 30 faiz azaldılır – Suallar, suallar...
İqtisadiyyat
23.09.2023 - 10:19
“Dünya praktikasında 30 dəfə artım, sonra isə yarıbayarı azalma presedentləri olubmu və buna nə ad vermək olar?” “Dövlət rüsumu haqqında” qanuna edilən dəyişikliklərə istinadən yerli mətbuat yazır ki, şəxsi istifadə üçün gətirilən mobil telefonların qeydiyyatı üçün rüsumlar azaldıla bilər. Qanuna dəyişiklik Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə edilib. Qəbul edilərsə, mobil cihazlar üçün ödənişlər aşağıdakı kimi azalacaq: qiyməti 100 ABŞ dollarından çox olmayan, foto və video çəkiliş funksiyaları, habelə internetə çıxışı olmayanlar - 20 manatdan 15 manatadək; qiyməti 200 ABŞ dollarından çox olmayan - 30 manatdan 20 manatadək; qiyməti 201 ABŞ dollarından 400 dollara qədər – 60 manatdan 40 manatadək; qiyməti 401 ABŞ dollarından 700 dollara qədər - 70 manatdan 50 manatadək; qiyməti 701 ABŞ dollarından 1000 ABŞ dollarınadək - 100 manatdan 70 manatadək; 1001 dollardan yuxarı olanlar - 150 manatdan 100 manata qədər. Maraqlıdır ki, 5 il əvvəl hökumətin qərarı ilə telefonların qeydiyyata alınması üçün dövlət rüsumları artırılmışdı. Nəticədə əvvəllər qiyməti 5 manat olan prosedur telefonun qiymətindən asılı olaraq onlarla dəfə - 20-150 manata qədər bahalaşıb. İndi nədənsə bu haqqı azaltmaq qərarına gəldilər və düzəlişlər sosial açarda təqdim olunur. Bunun mobil telefonların ucuzlaşmasına gətirib çıxaracağını deyirlər. Bununla belə, baş verənlərin mahiyyəti aydın deyil, çünki hökumətin və deputatların bütün əvvəlki qərarları tam əks nəticəyə gətirib çıxarıb - şəxsi istifadə üçün telefonların idxalını çətinləşdirib, bu sahəni daha bahalı və gəlirsiz edib. Yalnız son bir neçə ildə Dövlət Gömrük Komitəsinin, Milli Məclisin və hökumətin səyləri ilə respublika sakinləri üçün mobil cihazların qeydiyyatı üçün dövlət rüsumlarını artırmaqla yanaşı, rüsumsuz gətirilən malların limiti də azalıb, onların idxalı və gömrük bəyannaməsi tələbləri sərtləşdirilib. Vətəndaşlardan mobil cihazı idxal edərkən onun bazar dəyərinin 36%-i məbləğində rüsum tələb olunurdu, gömrük bəyannaməsi olmadığına görə isə cərimə olunurdu. Bu ilin fevral ayından gömrük orqanları bəyannamələrə nəzarəti tamamilə gücləndirib və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bəyan edib ki, şəxsi istifadə üçün ölkəyə gətirilən telefon gömrükdə bəyan olunmazsa, IMEI kodu ilə qeydiyyata alınmayacaq. Hər belə qərarla xarici səfərdən qayıdan zaman mobil telefon gətirmək getdikcə çətinləşir və bahalaşırdı. Odur ki, parlamentdə müzakirə olunan “Dövlət rüsumu haqqında” qanuna dəyişikliklər və onların sosial yönümlü olması ilə bağlı deyilənlər kifayət qədər şübhə doğurur. İnformasiya texnologiyaları üzrə mütəxəssis Osman Gündüzün sözlərinə görə, hökumət beş il əvvəl 30 dəfə artırılan qeydiyyat haqqını azaltmağı planlaşdırır. O xatırladıb ki, 2018-ci ilə qədər ölkəmizdə mobil cihazların qeydiyyatı üçün rüsum 5 manat olub. Bununla belə, Nazirlər Kabinetinin 31 iyul 2018-ci il tarixli 336 nömrəli qərarı ilə telefonun qiymətindən asılı olaraq rüsum 20-150 manata qaldırılıb. İndi onu 25-30% azaltmaq istəyirlər. “Görəsən, dünya praktikasında 30 dəfə artım, sonra isə yarıbayarı azalma presedentləri olubmu və buna nə ad vermək olar?”, – deyə ekspert sual edir. Bununla bağlı çoxlu suallar yaranır, amma ən əsası bizim gömrük praktikamızda telefonların bazar dəyərini necə qiymətləndirir? Gömrük tərəfindən gətirilən əşyaların dəyərinin qiymətləndirilməsi həmişə kifayət qədər şərti olub. Bəzi məlumatlara görə, maya dəyəri fakturadan (əgər varsa) və ya oxşar məhsulun qiymətindən götürülür. Azərbaycanda isə demək olar ki, bütün idxal mallarının qiymətləri çox yüksəkdir. Yerli analitiklərin fikrincə, respublika sakinləri tərəfindən şəxsi istifadə üçün mobil cihazların idxalı onların idxalı ilə məşğul olan iri müəssisələrin maraqları baxımından çətinləşdirilirdi. Əgər belədirsə, dövlət qeydiyyatı rüsumunun keçmişin standartları ilə cüzi azaldılmasına niyə ehtiyac yarandığı sualı açıq qalır.
https://ayna.az/telefonlarin-qeydiyyat-rusumu-30-defe-artirildi-ve-30-faiz-azaldilir
“Neftin qiymətinin artması əməkhaqqı və pensiya ödənişlərinə müsbət təsir göstərəcək” - DEPUTAT
İqtisadiyyat
11.09.2023 - 12:11
Vüqar Bayramov: “Yüksək neft qiymətləri xarici valyuta ehtiyatlarımızın artması baxımdan da əhəmiyyətlidir” “Son 3 ayda neftin dünya bazar qiyməti 22 faiz yüksəlib. Artıq “Brent” markalı neftin qiyməti hər barel üçün 90 dollardan baha təklif olunur. Neftin dünya bazar qiymətindəki artımlara səbəb hasilatın azaldılması və tələbin yüksəlməsidir. Belə ki, “OPEC+” alyansı hasilatın optimallaşdırılması siyasətini davam etdirir və bu məsələdə hər hansı yayınmalar müşahidə olunmur. Digər tərəfdən, Çin daxil olmaqla, bir sıra aparıcı ölkələrdə neftə tələb də yüksəlməkdədir ki, bu da birjalara təsirsiz ötüşmür”. AYNA xəbər verir ki, bu sözləri deputat Vüqar Bayramov deyib. Millət vəkili bildirib ki, neftin qiymətinin artması ölkəmizdə dövlət büdcəsindən xərcləmələr üçün, xüsusən də fiskal öhdəliklərin vaxtında və nəzərdə tutulan məbləğdə həyata keçirilməsi baxımından imkanlar yaradır: “Bu, həm işğaldan azad edilmiş ərazilərin bərpasının maliyyə baxımından təminatı üçün vacibdir, digər tərəfdən dövlət büdcəsindən maliyyələşən layihələrin icrasına, o cümlədən sosial proqramların maliyyələşməsinə müsbət təsir göstərir. Yüksək neft qiymətləri xarici valyuta ehtiyatlarımızın artması baxımdan da əhəmiyyətlidir”. “Əməkhaqqı və pensiyaların mütəmadi artırılması sosial siyasətin əsas prioritetlərindədir. Gələn ilin yanvar ayında bütün növ əmək pensiyaları indeksasiya edilərək artırılacaq. Digər sosial istiqamətlərdə artımlar da əsas hədəflər sırasındadır. Bu baxımdan, fiskal gəlirlərimizin artması sosial təminatın güclənməsi üçün də yeni imkanlar yaradır”, - deyə deputat əlavə edib.
https://ayna.az/neftin-qiymetinin-artmasi-emekhaqqi-ve-pensiya-odenislerine-musbet-tesir-gosterecek
Məmləkətdə bahalaşmayan qalmamalı...
İqtisadiyyat
08.09.2023 - 14:02
Avtomobil bazarında qiymət artımı: niyə və nə vaxtadək? Azərbaycana xaricdən gətirilən avtomobillərin idxal qiyməti artıb. 2023-cü ilin yanvar-iyul ayları ərzində Azərbaycana ümumilikdə 900 milyon 590.16 min dollar dəyərində 56 766 ədəd avtomobil idxal olunub. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2022-ci ilin yanvar-iyul ayları ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 37.2 faiz və ya 15 404 ədəd artıb. Qeyd edək ki, hesabat dövründə idxal olunan yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələrinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 dəfə və ya 1306 ədəd çoxalıb. İdxal qiymətin bahalaşması nə ilə bağlıdır? Ölkə daxilində avtomobillər yenidən bahalaşacaqmı? İqtisadçı ekspert Natiq Cəfərli AYNA-ya şərhində deyib ki, avtomobil bazarında qiymət artımlarını şərtləndirən əsas səbəb elektrik və hibrid avtomobillərin idxalında artımın olmasıdır: “Daha bir səbəb isə 10 ildən çox istismar müddəti olan avtomobillərin ölkəyə idxalının məhdudlaşdırılması ilə bağlı qəbul edilən qərardır. Bu qərardan sonra Azərbaycana gətirilən, istehsal tarixi yeni və baha olan avtomobillərin sayı çoxaldı. Bütün bunlar avtomobilin dəyərini artıran amil rounda çıxış edir”. “Lakin kəskin qiymət artımlarının olduğu qənaətində deyiləm. Düzdür, son dövrlər bütün məhsullarla yanaşı, avtomobillərin də qiyməti artıb. Qiymətlər kəskin şəkildə artarsa, bu, bazarda alıcılıq qabiliyyətinin aşağı düşməsinə səbəb olacaq. Elektrik avtomobillərinin gətirilməsinə müəyyən güzəştlər nəzərdə tutulub. Lakin bu güzəşt 3 ilin istehsalı olan avtomobillərlə məhdudlaşdırılıb. Hesab edirəm ki, bu, doğru addım deyil. Çünki yaşı 1 və ya 10 il olan elektrikli avtomobilin ekologiyaya vurduğu ziyan sıfıra bərabərdir. Ona görə də elektrik və hibrid avtomobillər ilə bağlı məhdudiyyətin 3 ildən 5 ilə qaldırılması ölkənin avtoparkının yenilənməsinə müsbət göstərə bilər”, - deyə həmsöhbətimiz bildirib. Cəfərli qeyd edib ki, ölkədə olan avtomobillərin əksəriyyətinin istehsal tarixi 10 ilin üzərindədir: “Əgər biz bu sahədə vəziyyətin müsbətə doğru dəyişməsini istəyiriksə, təşviq proqramlarını artırmalı, gömrük rüsumları və vergi dərəcələrinə yenidən baxmalıyıq. Hibrid avtomobillərə artan marağı doğruan daha bir səbəb isə əhalinin taksi xidmətinə yönəlməsidir. Bu gün taksi fəaliyyətində əsasən hibrid avtomobillərdən istifadə olunur. İlin ilk birinci və son iki ayı avtomobil bazarında durğunluq yaranır. Ehtimal edirəm ki, qarşıdakı aylarda qiymətlər nisbətən enəcək. Çünki hər yay dövründə avtomobil tələbatı artır ki, son qiymət artımları həm də bundan qaynaqlanır”. Əmlak eksperti Ramil Osmanlı isə AYNA-ya açıqlamasında söyləyib ki, qiymət artımına əsas səbəb logistika xərclərinin artmasıdır: “Həm birinci, həm də ikinci əl avtomobil bazarında qiymət artımları müşahidə edilir. Elektrik və hibrid avtomobillərin idxalında olan artım, taksi fəaliyyətinə marağın çoxalması, əhalinin müəyyən bir qisminin bu fəaliyyətlə məşğul olması, dünya miqyasında və ölkəmizdə baş verən iqtisadi amillər avtomobil bazarından da yan ötməyib”. “Bu bahalaşma qarşıdakı aylardan etibarən nisbətən səngiyəcək. Çünki mövsümi amillər avtomobil bazarına təsirsiz ötüşmür. Əmlak bazarında - istər daşınar, istər daşınmaz olsun - qiymət artımları sürətlə gedir. Əvvəllər müəyyən ödəniş qarşılığında bir o qədər də uzun olmayan müddətə ev və maşın sahibi olmaq olurdusa, artıq bu, mümkün deyil. Kredit şərtləri ilə ev və maşın əldə edənlər bir çox hallarda mövcud qiymətdən iki dəfə daha çox xərcə düşürlər. Lakin bu da mənzil və avtomobil bazarında qiymətləri azaltmır”, - deyə müsahibimiz vurğulayıb. Osmanlının sözlərinə görə, bunun da öz növbəsində müxtəlif səbəbləri var: “Əsas səbəblərdən biri psixoloji amillərdir. Hər kəs istəyir ki, evi və maşını olsun. Fərqlənmək ehtirası insanlara xasdır və buna təbii yanaşmaq lazımdır. Qarşılıqlı münasibətlərdə bəzən qarşı tərəfə münasibət də məhz hansı avtomobilə sahib olması fonunda verilir. Əgər maşın bahalı və komfortludursa, bu, qarşındakının özünə verdiyi dəyər və maddi statusu kimi qiymətləndirilir. Bu kontekstdə hər kəs çalışır ki, evi və avtomobili olsun. Düzdür, taksi xidmətinin əlçatan olması bu situasiyanı nisbətən yüngülləşdirir, amma tam qarşısını almır. Daşınar əmlak bazarında ciddi qiymət azalması gözlənilmir. Qiymət artımları isə davam edəcək. Yalnız mövsümi amillərlə bağlı müəyyən qiymət azalmaları baş verə bilər”.
https://ayna.az/memleketde-bahalasmayan-qalmamali
Neft bahalaşıb
İqtisadiyyat
13.10.2023 - 12:08
Azərbaycan neftinin qiyməti 92 dolları ötüb Dünyada neft qiymətləri bahalaşıb. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,7 dollar artaraq 86,7 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,82 dollar bahalaşaraq 83,73 dollar təşkil edib. Azərbaycan neftinin də qiyməti bahalaşıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,36 dollar artaraq 92,47 dollar olub. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
https://ayna.az/neft-bahalasib-66018
Dollara tələb niyə artır? – Deputatdan CAVAB
İqtisadiyyat
25.08.2023 - 15:36
Vüqar Bayramov: “dollara tələbin artması idxalın çoxalması və regional valyuta bazarındakı dəyişikliklər ilə bağlıdır” “Dollara tələb artmaqda davam edir. Bu həftə təşkil edilən son 2 hərraclarda son dövrlərin rekord dollar satışı qeydə alınıb: 121 milyon 230 min dollarlıq tələb. Son 3 hərrac üzrə tələb artan dinamika üzrə dəyişib. Əgər avqustun 17-də 41,3  milyon dollar alınmışdırsa, avqustun 22-də tələb 59,9 milyon, dünən isə 61,33 milyon dollar olub”. AYNA xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov deyib. Millət vəkilinin sözlərinə görə, dollara tələbin artması idxalın çoxalması və regional valyuta bazarındakı dəyişikliklər ilə bağlıdır: “Mövsümi faktorlar ilə bağlı olaraq idxal məhsullarına tələb artır və bu da dollar alışını çoxaldır. Bu baxımdan, dollar tələbin artması daha çox korporativ faktorlar ilə bağlıdır. Bununla yanaşı, mövsümi artımlar da valyuta bazarındakı tarazlığı qorumaq üçün intervensiya cəhdlərini gücləndirir”. “Dollara tələbin artması kontekstində manatın məzənnəsinin necə dəyişməsinə gəldikdə isə daha çox enerji gəlirlərimizin artması səbəbindən Azərbaycanın tədiyyə balansında müsbət saldo davam edir. Bununla belə, regional və eləcə də qlobal valyuta bazarındakı dəyişikliklər psixoloji təsirlərini qoruyub saxlayır. Amma Azərbaycan hələlik üzən məzənnə rejiminə keçmədiyi üçün valyuta bazarındakı tarazlıq Mərkəzi Bankın qərarları ilə müəyyənləşməkdə davam etməkdədir”, - deyə deputat vurğulayıb.
https://ayna.az/dollara-teleb-niye-artir-deputatdan
Neft ucuzlaşıb
İqtisadiyyat
10.10.2023 - 11:33
Azərbaycan neftinin qiyməti 93 dollar olub Dünya birjalarında neft ucuzlaşıb. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,46 dollar azalaraq 87,70 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,43 dollar ucuzlaşaraq 85,92 dollar təşkil edib. Azərbaycan nefti də ucuzlaşıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,75 dollar azalaraq 93,17 dollar olub. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
https://ayna.az/neft-ucuzlasib-65898
Cocuq Mərcanlıda yeni istehsal müəssisəsi fəaliyyətə başlayıb - VİDEO
İqtisadiyyat
30.10.2023 - 13:31
Müəssisədə səhiyyə təşkilatları üçün müvafiq geyimlər istehsal olunur Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yeni istehsal müəssisəsi fəaliyyətə başlayıb. AYNA xəbər verir ki, bu barədə Şərqi Zəngəzur 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətindən bildirilib. Qeyd olunub ki, bu müəssisədə səhiyyə təşkilatları üçün müvafiq geyimlər istehsal olunur. Yeni fəaliyyətə başlayan istehsalat sahəsində Cocuq Mərcanlı kənd sakinlərindən 8 xanım işlə təmin olunub. Burada tibb personalı və müalicə alan şəxslər üçün geyimlər hazırlanır, eləcə də tibbi maskalar və s. kimi səhiyyə ləvazimatları istehsal olunur. Qeyd edək ki, Cocuq Mərcanlı xanımlarının hazırladıqları bu məhsullar ölkənin müxtəlif tibb müəssisələrinə çatdırılır. Yaxın gələcəkdə sifarişlərin həcminin artması gözlənilir. İşin həcmi böyüdükcə yeni işçilərin müəssisəyə cəlb edilməsi planlaşdırılır.
https://ayna.az/cocuq-mercanlida-yeni-istehsal-muessisesi-fealiyyete-baslayib
Bankların xalis mənfəəti artıb
İqtisadiyyat
24.10.2023 - 17:03
Azərbaycanın bank sektoru 683,2 milyon manat xalis mənfəət əldə edib Azərbaycanın bank sektoru bu ilin yanvar-sentyabr aylarında 832,9 milyon manat xalis mənfəət əldə edib. AYNA xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib. Məlumata görə, bu göstərici ötən ilin eyni dövrünə nisbətən 21,9% çoxdur. 2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın bank sektoru 683,2 milyon manat xalis mənfəət əldə edib. Bu dövrdə bankların əməliyyat mənfəəti isə 25,6% artaraq 1 227,3 milyon manata bərabər olub. 2023-cü ilin 9 ayında banklar tərəfindən 214,7 milyon manat məbləğində mənfəət vergisi ödənilib.
https://ayna.az/banklarin-xalis-menfeeti-artib
Neft ucuzlaşıb
İqtisadiyyat
07.09.2023 - 11:42
“Azeri Light”ın qiyməti 95 dollara düşüb Dünya birjalarında neft ucuzlaşıb. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,41 dollar azalaraq 90,19 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,45 dollar ucuzlaşaraq 87,09 dollar təşkil edib. Azərbaycan nefti də ucuzlaşıb.  “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,67 dollar azalaraq 95,75 dollar olub. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
https://ayna.az/neft-ucuzlasib-64648
Deputatdan təklif: “Diferensial vergi güzəştinin tətbiqinə ehtiyac var”
İqtisadiyyat
29.08.2023 - 15:26
Vüqar Bayramov: “Bu halda 100 min manatadək əmanətlər 10 faizlik gəlir vergisindən azad oluna bilər” “Bu ilin geridə qalan aylarında əhalinin banklardakı depozitlərinin aylıq həcmində 2 dəfə azalma qeydə alınıb. İlk hal bu ilin fevral ayında baş verdi: depozit məbləği 27 milyon manat azaldı. Bu 2021-ci ilin avqust ayından sonra ilk azalma idi. Əhalinin banklarda olan əmanətlərinin azalması ötən ayda da qeydə alındı. Belə ki, avqustun ayının 1-ə olan məlumata görə, ümumi əmanətlərin həcmi əvvəlki ay ilə müqayisədə 43.3 milyon manat azalaraq 12 milyard 705 milyon manata düşdü”. AYNA xəbər verir ki, bu sözləri deputat Vüqar Bayramov qeyd edib. Millət vəkilinin sözlərinə görə, banklardakı depozit gəlirlərinin ferval ayından etibarən vergiyə cəlb edilməsi də əmanətlərin həcminə təsir göstərir: “Doğrudur, xərcləmələr və eləcə də real sektora sərmayələr və mövsumi faktorlar da öz təsirlərini saxlamaqdadır. Əmanətlərin daha çox cəlbi real sektorun maliyyələşdirilməsi və kredit faizlərinin aşağı salınması baxımdan da əhəmiyyətlidir. Bu baxımdan, əmanət porfelinin dayanıqlı artımına nail olmaq çox vacibdir. Bu kontekstdən daha məqsədəuyğun olardı ki, “Vergi Məcəlləsinə” dəyişiklik edilərək əmanətlər üzrə diferensial vergi güzəşti tətbiq olunsun. Təklif edirik ki, qorunan əmanətlər eyni zamanda, vergidən azad olunsun. Bu halda 100 min manatadək əmanətlər 10 faizlik gəlir vergisindən azad oluna bilər ki, bu da depozit yığımlarını stimullaşdıraraq daha da artırar”. “Son dinamika bir daha təsdiq edir ki, vətəndaşların passiv vəsaitlərinin banklar vasitəsi ilə real sektora yönəldilməsi üçün diferensial vergi güzəştinin tətbiqinə ehtiyac var. Bu həmçinin evlərdə saxlanan pulların depozitə çevrilərək vətəndaşlarımızın gəlir əldə etməsinə də imkan yaradar”, - deyə deputat vurğulayıb.
https://ayna.az/deputatdan-teklif-diferensial-vergi-guzestinin-tetbiqine-ehtiyac-var
Əmlak Məsələləri Dövlət Xidməti büdcəyə ödəmələri iki dəfə artırıb
İqtisadiyyat
22.09.2023 - 15:29
8 aylıq ödənişin 89,2 milyon manatı özəlləşdirmə, 21,8 milyon manatı isə icarə hesabına təmin edilib Bu ilin yanvar-avqust aylarında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) dövlət büdcəsinə 111 milyon manat vəsait köçürüb. AYNA xəbər verir ki, bu barədə Xidmətdən bildirilib. Qeyd olunub ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur. 8 aylıq ödənişin 89,2 milyon manatı özəlləşdirmə, 21,8 milyon manatı isə icarə hesabına təmin edilib. Bunlar isə 1 il əvvələ nisbətən 2,3 dəfə və 1,3 dəfə çoxdur. Hesabat dövründə Dövlət Xidməti 40 özəlləşdirmə hərracı (11,1 % az) keçirib. Həmin hərraclarda 9 səhmdar cəmiyyətinin (35,7% az) səhm paketi, 13 kiçik dövlət müəssisəsi (18,2% çox), 3 yarımçıq tikili (50% çox), 361 nəqliyyat vasitəsi (3,7% az) özəlləşdirilib. Hərraca çıxarılmış dövlət əmlakları üzrə 195 elektron sifariş (27,8% az) qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 40 onlayn qoşulma (42% az) reallaşıb. Ötən 8 ayda 2 161 yeni icarə müqaviləsi (24,1% az) bağlanılıb. İcarə müqavilələrindən 541-i qeyri-yaşayış (21,1% az), 1 620-si isə torpaq sahələrinə (28,35%) aid olub.
https://ayna.az/emlak-meseleleri-dovlet-xidmeti-budceye-odemeleri-iki-defe-artirib
“Azeri Light” ucuzlaşıb
İqtisadiyyat
25.08.2023 - 12:24
Azərbaycan nefti 87 dollardan baha satılır Dünya birjalarında neft bahalaşıb. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,3 dollar artaraq 83,66 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,33 dollar bahalaşaraq 79,38 dollar təşkil edib. Azərbaycan nefti isə ucuzlaşıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,29 dollar azalaraq 87,36 dollar olub. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
https://ayna.az/azeri-light-ucuzlasib-64171
Əmək bazarında qəribə tendensiya və “kölgə”də qalmış işçilər
İqtisadiyyat
20.10.2023 - 21:40
Deputat: “Özəl sektoru “kölgə”dən çıxarmaq üçün tədbirlər genişləndirilməlidir” Neft və qaz ixracından əldə edilən gəlirlərin artmasına baxmayaraq, yayın sonuna doğru Azərbaycanın əmək bazarı açıq şəkildə mənfi tendensiya nümayiş etdirib. Bunu Dövlət Statistika Komitəsinin (DSK) cari ilin avqust ayının əvvəlinə olan məlumatları göstərir. Ölkə iqtisadiyyatında məşğul olanların sayı il ərzində (keçən ilin avqustundan bu ilin avqustuna kimi) 13 min nəfər azalıb, lakin baş verənlərin səbəblərini ancaq təxmin etmək olar. DSK-nın məlumatına görə, cari ilin avqust ayının əvvəlinə Azərbaycanda 1 milyon 706 min nəfər rəsmi qeydiyyata alınmış əmək münasibətləri əsasında muzdla işləyənlər olduğu halda, ötən ilin avqust ayında həmin şəxslərin hesabatlarına əsasən qeydiyyatda 1 milyon 719 min insan var idi. Məlum olub ki, cəmi bir il ərzində statistika rəsmi olaraq işləyən işçilərin sayının 13 min nəfər azaldığını təsdiqləyir. Bunlar niyə baş verir və Dövlət Statistika Komitəsinin hesabatı yerli əmək bazarında kütləvi ixtisar dalğasını əks etdirirmi? Təəssüf ki, rəsmi mənbələr baş verənlərin səbəblərini açıqlamır. Eyni zamanda, statistika əmək bazarının özəl və dövlət seqmentlərində azalmalardan xəbər verir. Ötən ayın əvvəlində dövlət sektorunda 891,7 min nəfər, qeyri-dövlət sektorunda isə 814,8 min nəfər çalışıb. Beləliklə, məlum olur ki, ötən ilin avqust ayı ilə müqayisədə özəl müəssisələrdə çalışan işçilərin sıraları 7 min nəfər, ictimai yerlərdə isə - 6 min azalıb. Deputat, iqtisadçı alim Vüqar Bayramovun dediyinə görə, əmək bazarımızın dövlət sektorunda çalışan işçilərin azalması əsasən orada baş verən institusional dəyişikliklərlə izah olunur. Parlamentari hesab edir ki, rəsmi qeydiyyatdan keçmiş özəl sektor işçilərinin ixtisar dalğası ətraflı qiymətləndirmə tələb edir. Axı cəmi bir il ərzində 7 min rəsmi bağlanmış əmək münasibətlərinə xitam verilib. “Özəl əmək bazarında əmək müqaviləsi ilə işləyənlərin sayının azalmasının səbəblərini öyrənmək üçün monitorinqlər aparmaq lazımdır”, - deyə iqtisadçı bildirir. “Bu, nə üçün lazımdır sualına” mütəxəssis belə aydınlıq gətirir: “Özəl sektor vasitəsilə səmərəli məşğulluq sisteminin formalaşdırılması hökumət üçün prioritet məsələdir. Şübhəsiz ki, əmək bazarının bu seqmentinin işlərin yekunlaşdırılması praktikasını genişləndirməklə rəsmi əmək münasibətləri yaradılmasının, “kölgədən çıxarılması”nın fövqəladə əhəmiyyəti şübhəsizdir. Eyni zamanda, aydındır ki, özəl sektorda muzdlu işçilərlə əmək müqaviləsi heç də həmişə və hər yerdə mövcud deyil, ona görə də o sahədə nəzarəti gücləndirmək lazımdır”. Bayramovun fikrincə, bu statistika sosial müavinətlərə və vergiyə cəlb edilməyən gəlirlərə yenidən baxılması zərurətini ortaya qoyur: “Biz özəl sektorun “kölgədən” çıxması” üçün yardım tədbirlərini genişləndirməliyik, çünki bu, həm də onu yerli əmək bazarının lokomotivinə çevirmək üçün şərtdir”. Bunun fonunda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) də heç də az maraqlı olmayan hesabatları dərc olunur. Xidmətin məlumatına görə, Azərbaycanda əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 350,9 min ədəd artaraq bu il sentyabrın 1-nə 1 752,8 min ədəd olub. DSK və DVX-nın məlumatlarını müqayisə etdikdə məlum olur ki, avqust-sentyabr aylarında əmək müqavilələrinin sayı 33,8 min artıb. Dövlət qurumu əmin edir ki, özəl qeyri-neft sektorunda qeyd olunan rəqəm 2019-cu ildən 331 min ədəd artaraq 871 minə çatıb. Amma qayıdaq DSK-nın hesabatına: bu qurumun əmək müqavilələrinin sayının azalması ilə bağlı statistik rəqəmləri təkcə avqust-sentyabr aylarında 13,6 min nəfərin işsiz statusunu itirməsi ilə bağlı məlumatlarla birbaşa əlaqəlidir. Komitə Dövlət Məşğulluq Agentliyinə istinadən xəbər verir ki, bu il sentyabrın əvvəlinə onların sayı 235,9 min nəfər təşkil edib ki, bu da bir ay əvvəlkindən 13,6 min nəfər azdır. Yeri gəlmişkən, sentyabrın əvvəlinə 288,6 min nəfər işsiz hesab edilib. İşsizlikdən sığorta ödənişlərinə gəlincə, işsizlərin yalnız kiçik bir hissəsi İşsizlikdən Sığorta Fondundan müavinət alır - 2459 nəfər (bu ilin iyun ayına). Orta aylıq sığorta ödənişi orta nominal əmək haqqının yarısını - 402,6 manat və ya 236,8 dollar təşkil edir. Statistikalar bütün əmək bazarının yalnız üçdə birini əhatə edir, çünki onun böyük hissəsi kölgə zonasındadır.
https://ayna.az/emek-bazarinda-qeribe-tendensiya-ve-kolgede-qalmis-isciler
Cocuq Mərcanlıda yeni istehsal müəssisəsi fəaliyyətə başlayıb - VİDEO
İqtisadiyyat
30.10.2023 - 13:31
Müəssisədə səhiyyə təşkilatları üçün müvafiq geyimlər istehsal olunur Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yeni istehsal müəssisəsi fəaliyyətə başlayıb. AYNA xəbər verir ki, bu barədə Şərqi Zəngəzur 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətindən bildirilib. Qeyd olunub ki, bu müəssisədə səhiyyə təşkilatları üçün müvafiq geyimlər istehsal olunur. Yeni fəaliyyətə başlayan istehsalat sahəsində Cocuq Mərcanlı kənd sakinlərindən 8 xanım işlə təmin olunub. Burada tibb personalı və müalicə alan şəxslər üçün geyimlər hazırlanır, eləcə də tibbi maskalar və s. kimi səhiyyə ləvazimatları istehsal olunur. Qeyd edək ki, Cocuq Mərcanlı xanımlarının hazırladıqları bu məhsullar ölkənin müxtəlif tibb müəssisələrinə çatdırılır. Yaxın gələcəkdə sifarişlərin həcminin artması gözlənilir. İşin həcmi böyüdükcə yeni işçilərin müəssisəyə cəlb edilməsi planlaşdırılır.
https://ayna.az/cocuq-mercanlida-yeni-istehsal-muessisesi-fealiyyete-baslayib
Bağlanan bankdakı əmanətlərin taleyi sual altında
İqtisadiyyat
25.10.2023 - 18:08
Mərkəzi Bank 216,7 milyon manatın sahiblərinə qaytarılacağını deyir, bəs qalan vəsait? Xəbər verdiyimiz kimi, Azərbaycan Mərkəzi Bankının (AMB) qərarı ilə daha bir kredit-maliyyə strukturunun lisenziyası ləğv edilib. Tənzimləyici “Muğanbank”ın bağlanmasının səbəbini onun məcmu kapitalının minimum 50 milyon manat tələblərinə cavab verməməsi və adekvatlıq əmsalının 3 faizdən az olması ilə izah edir. Yerli qanunvericiliyin tələblərinə uyğun olaraq banka müvəqqəti inzibatçı təyin edilib və müflisləşmə yolu ilə ləğvetmə haqqında məhkəməyə ərizə verilib. “Muğanbank” bankomatları oktyabrın 17-də fəaliyyətini dayandırıb. AMB hesab edir ki, bu strukturun ləğvi bank sisteminin vəziyyətinə - onun sabitliyinə və dayanıqlılığına təsir göstərməyəcək. Onun ölkənin bank sisteminin aktivlərində payı 1,4%, kredit portfelində 2%, sektorun öhdəliklərində isə 1,3% təşkil edir. Maliyyə strukturu Əmanətlərin Sığortalanması Fonduna (ƏSF) üzv olduğundan əmanətçilərin sığortalanmış pul vəsaitləri mövcud qanunvericiliyə uyğun olaraq ödəniləcək. Eyni zamanda, əsas risklər fərdi sahibkarlar və əmanətləri sığortalanmayan hüquqi şəxslər seqmentində mövcuddur. Bankın Sığorta Fonduna hesabatına əsasən, oktyabrın 1-nə əhalinin əmanətləri 216,7 milyon manat təşkil edib və əmanətçilərin 99,9 faizi kompensasiya alacaq. Amma sığortalanmış əmanətlərlə yanaşı, bankda sığortalanmamış əmanətçilərin pulları, hüquqi şəxslərin və fərdi sahibkarların vəsaitləri də olub. Pulun qaytarılması prosesi əvvəlki iflaslardan məlum olan ssenari üzrə gedir - ƏSF üç ay ərzində 216,7 milyon manat məbləğində sığortalanmış əmanətləri tam şəkildə qaytarmalıdır. Bununla belə, 2023-cü ilin sentyabr ayının sonunda “Muğanbank”ın depozit portfeli 322,5 milyon manat təşkil edib. Mərkəzi Bankın açıqlamasında bildirilir ki, bankda 216,7 milyon manat sığortalanmış əmanət var. Belə çıxır ki, 106 milyon manata yaxın sığortalanmamış pulun taleyi sual altında qalır. Həqiqətən də, mövcud qanunvericiliyə görə, pul almaq üçün sonuncu sırada pulları sığortalanmayan fiziki şəxslər, eləcə də sahibkarlar və hüquqi şəxslər dayanır. Əvvəlki ləğvetmə prosesləri göstərdi ki, son növbədə olan instansiya kreditorları üçün çox az və ya heç bir vəsait qalmır. Azərbaycan Milli Məclisinin üzvü, iqtisadçı alim Vüqar Bayramovun sözlərinə görə, ƏSF qorunan əmanətləri kompensasiya edir: “Sığortasız əmanətlərə gəlincə, onlar faktiki olaraq bankın nəzarətindədir. Bu vəsaitlər o halda geri qaytarıla bilər ki, maliyyə strukturunun aktivləri öhdəliklərini üstələsin”. Bu yerdə onu da xatırlatmaq lazımdır ki, 2016-cı ildə qəbul edilmiş “Əmanətlərin tam sığortalanması haqqında” qanun ötən ilin aprelində qüvvəsini itirib. Yeni qanuna görə, sığorta yalnız milli valyutada illik 12 faiz, xarici valyutada isə 2,5 faiz dərəcəsi ilə qoyulan cəmi 100 min manatı əhatə edir. Bundan başqa, fərdi sahibkarların bank hesablarında 20 min manat sığortalanıb. Son illər bankların iflasa uğraması adi hala çevrilib, xüsusən də 20-dən çox bank artıq maliyyə səhnəsini tərk edib. Sonuncu dəfə uzun fasilədən sonra, bu ilin may ayında AMB “Günay Bank”ın lisenziyasını ləğv etdi. İflas zamanı 108 milyon 566 min manat investisiya qalıb ki, bunun da 38,5 milyon manatı əmanətlərin tam sığortalanması haqqında qanuna uyğun olaraq kompensasiya olunmaqla əhalinin sığortalanmış əmanətləridir. Mərkəzi Bank da o zaman bildirib ki, bankın əmanətçilərinin 99,9%-nə pulu qaytaracaqlar. Bir çox analitiklər əvvəlki kiçik bankın səhnədən getməsini ölkənin kredit-maliyyə sektorunun üç böyük bankın inhisarlaşmasının güclənməsi prizmasından qəbul edirlər. Ən iri maliyyə institutlarının ümumi bazar payı ötən il artaraq 65 faiz, depozit portfeli 13 faiz artaraq bütün depozit seqmentinin 70 faizini təşkil edib, kredit portfellərinin payı isə 48 faizə yüksəlib.
https://ayna.az/baglanan-bankdaki-emanetlerin-taleyi-sual-altinda
Azərbaycan neftinin qiyməti 95 dolları ötüb
İqtisadiyyat
14.10.2023 - 11:52
Neftin qiymətində artım müşahidə olunub Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,59 ABŞ dolları, yaxud 2,8 % artaraq 95,06 ABŞ dolları təşkil edib. AYNA xəbər verir ki, dünən hərracların nəticələrinə görə, “Brent” markalı neftin dekabr fyuçersləri 90,89 ABŞ dollarına satılıb. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.
https://ayna.az/azerbaycan-neftinin-qiymeti-95-dollari-otub-66053
Quş əti istehsalı azalıb
İqtisadiyyat
12.10.2023 - 11:48
Yumurta istehsalı isə artıb 2023-cü ilin yanvar-sentyabr aylarında quşçuluq müəssisələrində diri çəkidə 57,5 min ton quş əti və 764,5 milyon ədəd yumurta istehsal olunub. AYNA xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. Qeyd olunub ki, 2022-ci ilin müvafiq dövrünə nisbətən quş əti istehsalı 2.9% azalıb, yumurta istehsalı isə 27.5%, artıb. Ötən ilin yanvar-sentyabr aylarında quşçuluq müəssisələrində diri çəkidə 59.2 min ton quş əti və 599.4 milyon ədəd yumurta istehsal olunub. Qeyd edək ki, ümumilikdə bu müəssisələr üzrə cəmi quşların sayı 11523,5 min baş olmuş, yanvar-sentyabr aylarında hər yumurtlayan toyuqdan orta hesabla 194 ədəd yumurta alınıb.
https://ayna.az/qus-eti-istehsali-azalib
OPEC neftə qlobal tələbat proqnozunu artırıb
İqtisadiyyat
09.10.2023 - 15:43
2045-ci ilə qədər neftə tələbat 16 faiz artaraq gündə 116 milyon barrelə çatacaq 2045-ci ilə qədər xammala qlobal tələbat 16 faiz artaraq sutkada 116 milyon barrelə çatacaq. AYNA bildirir ki, “Bloomberg” bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) analitiklərinin yenilənmiş proqnozuna istinadən xəbər verir. Beləliklə, ekspertlər əvvəlki proqnozlarını gündə təxminən altı milyon barel yaxşılaşdırıblar. “Xammala olan tələbatın artmasına bir sıra amillər, o cümlədən avtomobil, neft-kimya və aviasiya sənayesi nümayəndələrinin yanacağa marağının artması səbəb olacaq”, “World Oil Outlook” hesabatında vurğulanıb. Eyni zamanda, Asiya-Sakit Okean regionu ölkələri neft istehlakına görə lider rolunu qoruyub saxlayacaq. Beləliklə, 2045-ci ilə qədər Hindistanda xammala tələbat OPEC-in proqnozlarına görə, iki dəfədən çox - sutkada demək olar ki, 12 milyon barrelə, Çində isə 26 faiz və ya sutkada dörd milyon barel artacaq. Sentyabrın birinci yarısında OPEC son on ildə qlobal neft ehtiyatlarının böyük azalması barədə xəbərdarlıq edib. 2023-cü ilin dördüncü rübünün nəticələrinə əsasən, təşkilatın analitikləri qlobal xammal ehtiyatlarının gündə təxminən 3,3 milyon barel azalacağını proqnozlaşdırıblar. Bu azalma ən azı 2007-ci ildən bəri ən böyük azalma riskini daşıyır.
https://ayna.az/opec-nefte-qlobal-telebat-proqnozunu-artirib
End of preview.