Search is not available for this dataset
text
stringlengths
10
518k
May ayında Bakıda keçiriləcək və artıq yaxşı ənənəyə çevrilmiş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bunun bariz nümunələrindəndir.
XXI əsrdə islamofobiya, ksenofobiya və irqçiliyə yer olmamalıdır.
Terrorizm və ekstremizmi hər hansı bir din, millət, sivilizasiya və ya etnik qrupla əlaqələndirmək yanlış yanaşmadır.
Dindən siyasi məqsədlər üçün istifadə yalnız cəmiyyətlər daxilində nifaq və qarşıdurma yaratmağa xidmət edir.
Bu təzahürlər, eyni zamanda, insanlığı humanizm ideallarından və ümumbəşəri dəyərlərdən məhrum edir, nəticədə sivilizasiyalararası münaqişələrə gətirib çıxarır.
Bugünkü tədbir Azərbaycanın müasir dövrün çağırışlarından olan islamofobiya ilə mübarizə əzmini nümayiş etdirir.
Əminəm ki, konfrans islamofobiyaya qarşı birgə səylərlə mübarizəyə, dinlərin və inancların müxtəlifliyinə hörmətə əsaslanan tolerantlıq və sülh mədəniyyətinin təşviqi ilə bağlı yeni təşəbbüslərin irəli sürülməsinə töhfə verəcəkdir.
Sizə ən xoş arzularımı yetirir, konfransın işinə uğurlar diləyirəm”.
09:40"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda “Müxtəlifliyin qorunması:2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb.
AZƏRTAC xəbər verir ki, müraciətin mətnini Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oxuyub.
Şimali Koreya Xalq Ordusunun bölmələri Kim Çen Inın rəhbərliyi altında irimiqyaslı artilleriya təlimləri keçirib.
Məlumata görə, təlim çərçivəsində Seula zərbə endirməyə qadir olan uzaqmənzilli silahlardan atəş açılıb.
Təlimlərdə KXDR Müdafiə Nazirliyinin rəhbəri Kanq Sun Nam və KPA Baş Qərargahının rəisi Li Yonq Gil də iştirak ediblər.
Manevrlər “düşmənin paytaxtını hücuma məruz qoyan” uzaqmənzilli artilleriya birləşmələrinin atəşi ilə başlayıb.
Onların məqsədinin artilleriya bölmələrinin atəş zərbəsi endirmək qabiliyyətini sınaqdan keçirmək və qiymətləndirmək olduğu bildirilir.
“Təəssüflər olsun ki, dünyada islamofobiya meyilləri sürətlə artmaqdadır”.
AZƏRTAC xəbər verir ki, bu fikir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakıda keçirilən “Müxtəlifliyin qorunması:2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq konfransın iştirakçılarına məktubunda yer alıb.
“İslamın potensial təhlükə mənbəyi kimi aşılandığının, müsəlmanlara qarşı şübhə, ayrı-seçkilik və açıq nifrətin gündən-günə daha geniş yayıldığının şahidi oluruq.
İslamofobiya ilə Mübarizə Gününə dair BMT-nin Qətnaməsində də qeyd edildiyi kimi, dini inanclarla bağlı ayrı-seçkilik, dözümsüzlük və şiddət hallarının çoxalması dərin narahatlıq doğurur”, - deyə məktubda qeyd olunur.
“Acınacaqlı haldır ki, hazırda islamofobiya özünü demokratik hesab edən bir sıra Qərb ölkələrinin dövlət siyasətinin tərkib hissəsini təşkil edir”.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakıda keçirilən “Müxtəlifliyin qorunması:2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq konfransın iştirakçılarına məktubunda bildirilib.
Qeyd olunub ki, son bir ildə dünyada baş vermiş bütün anti-İslam təzahürlərinin 80 faizi bu ölkələrin payına düşür.
“İslamofobiyanın ən yüksək səviyyəyə çatdığı və rəsmi ideologiya kimi tətbiq olunduğu bəzi Avropa ölkələrində müqəddəs kitabımız “Qurani-Kərim”in yandırılması, Məhəmməd Peyğəmbərin (s.ə.s) karikaturalarının nəşr edilməsi və sair təhqiramiz hərəkətlər söz azadlığı kimi qələmə verilir”, - deyə dövlətimizin başçısı məktubunda vurğulayıb.
“Fransa özünün ənənəvi neokolonializm siyasəti ilə bərabər, müsəlmanlara qarşı açıq-aşkar təzyiq və diskriminasiya siyasəti yürüdür, müxtəlif islamofob kampaniyalar təşkil edir”.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakıda keçirilən “Müxtəlifliyin qorunması:2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq konfransın iştirakçılarına məktubunda əksini tapıb.
Dövlətimizin başçısı vurğulayıb ki, bu ölkə “dünyəvilik” adı altında sırf müsəlmanların hüquq və azadlıqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunvericilik aktları və siyasi qərarlar qəbul edir.
Bu ölkədə məscidlər, müsəlman mədəniyyət mərkəzləri və qəbiristanlıqlar müxtəlif formalarda təhqirlərə məruz qalır, müsəlman vətəndaşlar sıxışdırılır.
“Azərbaycan da islamofobiyadan əziyyət çəkən ölkədir”.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakıda keçirilən “Müxtəlifliyin qorunması:2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq konfransın iştirakçılarına məktubunda qeyd olunub.
Vurğulanıb ki, Ermənistan tərəfindən torpaqlarımızın 30 illik işğalının ən ağır fəsadlarından biri də bəşəri əhəmiyyətə malik mədəni irsimizin, o cümlədən İslam dininə aid abidələrin qəsdən dağıdılması və məhv olunmasıdır.
“İlkin araşdırmalara görə, işğal dövründə 65 məscidin yerlə-yeksan edildiyinə dair məlumatlar olsa da, təəssüf ki, bu rəqəmlər getdikcə daha da artır və İslam irsinə qarşı erməni vandalizminin çoxsaylı yeni nümunələri ortaya çıxır”, - deyə məktubda diqqətə çatdırılır.
“Təəssüflər olsun ki, özlərini demokratik adlandıran bəzi Qərb təsisatları da anti-islam fəaliyyətini həyata keçirirlər”.
AZƏRTAC xəbər verir ki, bu fikir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakıda keçirilən “Müxtəlifliyin qorunması:2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq konfransın iştirakçılarına məktubunda yer alıb.
Məktubda qeyd olunub ki, bu gün Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası islamofobiyanı təşviq edən və bu ideologiya əsasında siyasət yürüdən platformalara çevrilib.
Hazırkı mənfi tendensiya bəzi qlobal media qurumlarının fəaliyyətində də özünü büruzə verir.
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonu ərazisində silah-sursat aşkar edilməsi barədə məlumat daxil olub.
Nazirlikdən Oxu.Az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş silah-sursatın istifadəyə yararlı bir ədəd “F-1” əl qumbarası, bir ədəd “RQ-42” əl qumbarası, iki ədəd UZRQM partladıcısı, doqquz ədəd 7,62x39 mm-lik mərmi və bir ədəd AKMS avtomatı olduğu müəyyən edilib.
Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb, aşkar edilmiş silah aidiyyəti üzrə təhvil verilib.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
İstanbulun Esenyurt rayonunda zərgərlik məmulatları satılan mağazaya basqın edən silahlı şəxs məqsədini həyata keçirə bilməyib.
Hadisə anbaan mağazanın təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.
Satıcıya hədə-qorxu gələn silahlı şəxs obyektin təhlükəsizlik siqnalı işə düşəndən sonra özünü itirib.
Daha sonra satıcı öz silahını çıxararaq potensial qarətçinin mağazadan qaçıb getməsinə nail ola bilib.
“Ermənistan ərazisində yerləşən Azərbaycanın İslam tarixi-mədəni irsinin məhv edilməsi böyük məyusluq doğurur”.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakıda keçirilən “Müxtəlifliyin qorunması:2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq konfransın iştirakçılarına məktubunda bildirilib.
Dövlətimizin başçısı məktubunda diqqətə çatdırıb ki, Azərbaycan UNESCO-ya müraciət edərək Ermənistanda illər ərzində dağıdılmış mədəni və dini abidələrimizin vəziyyətinin qiymətləndirilməsinin aparılması məqsədilə bu ölkəyə texniki missiyanın göndərilməsinə çağırış edib.
Əfsuslar olsun ki, UNESCO indiyə kimi bu çağırışa cavab verməyib.
“XXI əsrdə islamofobiya, ksenofobiya və irqçiliyə yer olmamalıdır.
Terrorizm və ekstremizmi hər hansı bir din, millət, sivilizasiya və ya etnik qrupla əlaqələndirmək yanlış yanaşmadır”.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakıda keçirilən “Müxtəlifliyin qorunması:2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq konfransın iştirakçılarına məktubunda ifadə edib.
“Dindən siyasi məqsədlər üçün istifadə yalnız cəmiyyətlər daxilində nifaq və qarşıdurma yaratmağa xidmət edir.
Bu təzahürlər, eyni zamanda, insanlığı humanizm ideallarından və ümumbəşəri dəyərlərdən məhrum edir, nəticədə sivilizasiyalararası münaqişələrə gətirib çıxarır”, - deyə məktubda qeyd olunub.
UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı oyunçusu adına namizəd olan dörd futbolçunun adını açıqlayıb.
Oxu.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, siyahıda “Qarabağ”ın braziliyalı yarımmüdafiəçisi Olaviyo Juninyo da yer alıb.
Ağdam təmsilçisinin üzvü həftənin ən yaxşısı seçilmək uğrunda “Roma”nın italiyalı yarımmüdafiəçisi Stefan El-Şaaravi, “Marsel”in qabonlu forvardı Pyer-Emerik Obameyanq və “Liverpul”un uruqvaylı hücumçusu Darvin Nunyeslə mübarizə aparacaq.
Qalib UEFA-nın saytında azarkeşlərin səsverməsi nəticəsində müəyyənləşəcək.
Juninyo martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda “Bayer 04”ə qarşı keçirilən matçda (2:2) bir qol, bir məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, “Bayer 04” ilə “Qarabağ” arasında cavab oyunu martın 14-də Almaniyanın Leverkuzen şəhərində keçiriləcək.
Yevlax şəhər sakini Xuraman Məmmədova 48 ildir ki, elektrik mühərriklərinin təmiri ilə məşğuldur.
O, nəinki Yevlaxda, eləcə də respublikamızda bu peşənin sahibi olan bəlkə də yeganə qadındır.
Xuraman Məmmədova bildirib ki, 1972-ci ildə Bakı Maliyyə Kredit Texnikumunun qiyabi şöbəsinə qəbul olub və bu dövrdə Maşınqayırma zavodunda işə düzələrək elektrik mühərriklərinin təmiri peşəsinə yiyələnib.
O, iş zamanı bəzən başına maraqlı hadisələr də gəldiyini bildirib.
X.Məmmədovanın sözlərinə görə, çox vaxt müştərilər onun qadın olduğu üçün işin öhdəsindən gələ bilməyəcəyini düşünür.
Oğlanlarıma da bu sənəti öyrətmişəm.
Həmişə fəxr etmişəm ki, bu sənətdə təkəm”, - deyə o qeyd edib.
Ətraflı Baku TV-nin videosunu təqdim edirik:
“Bizi ən çox təəssüfləndirən qələbəni əldən verməyimizdir.
İkiqolluq üstünlüyü qoruya bilməmək kədərləndirici haldır”.
Yarımmüdafiəçi matçı belə şərh edib:""“Oyun bizim üçün olduqca yaxşı keçdi.
Vurduğumuz qollar keçdiyimiz ağır məşqlərin, əzmkarlığın nəticəsidir.
Yekunda onlar hesabı bərabərləşdirsə də, komandanı qarşıda bir matç gözləyir.
Hazırda isə diqqətimizi “Zirə” ilə çempionat görüşünə yönəldəcəyik.
Addım-addım daha yaxşısını etməyə çalışırıq.
İki dəfə fərqlənsək də, sonradan qapımızda eyni sayda qollar gördük.
Səhvlərimiz üzərində ciddi şəkildə işləyəcəyik”.
31 yaşlı kabo-verdeli futbolçu “Bayer 04”ə qarşı matçda üstünlüklərini qoruya bilmədikləri üçün məyus olduğunu bildirib:""“Əlbəttə ki, 2:2 hesabı ilk matç üçün bizi qane edə bilməz.
Qələbə qazana bilərdik, amma bacarmadıq.
Bu hesab bizi müəyyən qədər məyus etdi.
Bunu sizə necə izah edəcəyimi bilmirəm.
Belə qollar buraxmamaq üçün qarşıdakı matçlarda daha yaxşısını etməyə çalışacağıq.
Bu, “Bayer 04”ün builki rekord seriyasına son qoymaqdan daha pisdir”.
Qeyd edək ki, “Qarabağ” Avropa Liqasının pley-off mərhələsində Almaniyanın “Bayer 04” klubu ilə heç-heçə (2:2) edib.
Komandalar arasında cavab oyunu martın 14-də Leverkuzen şəhərində gerçəkləşəcək.
Yaponiyada “Dragon Ball” manqasının illüstratoru və müəllifi Akira Toriyama 69 yaşında vəfat edib.
Məlumata görə, illüstrator kəskin subdural hematoma səbəbindən dünyasını dəyişib.
“Bütün redaksiya heyəti onun qəfil ölüm xəbərindən çox kədərlənir.
Onun çəkdiyi manqa Yaponiyanın hüdudlarından kənara çıxıb və bütün dünyada oxunur və sevilir.
Bundan əlavə, onun cazibədar personajları və heyrətamiz dizayn anlayışı bir çox rəssam və manqa yaradıcılarına böyük təsir göstərib”, - çalışdığı “Shueisha” şirkətindən yazılan nekroloqda deyilir.
8 Mart - Beynəlxalq Qadınlar Günündə kişiləri ən çox düşündürən sevdikləri, dəyər verdikləri xanımlara alacaqları hədiyyələrdir.
Zövqlər də, istəklər də, imkanlar da fərqlidir.
Bəzi xanımlar üçün xoş bir söz ən dəyərli hədiyyə sayılırsa, digərinin arzusu maddiyyatdan yanadır.
Mövzuyla bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik.
Martın 8-i Beynəlxalq Qadınlar Günü kimi qeyd olunur.
Bu bayramın da əsas xüsusiyyəti qadınların hansısa bir formada qiymətləndirilməsidir.
Bu qiymətləndirmələrin ən populyarı qadınlar üçün hədiyyələrin alınmasıdır.
Hələ qədim Romada evli qadınlar ərlərindən hədiyyələr alır, sevgi və diqqətlə əhatə olunurdular.
Qullara da hədiyyələr təqdim olunur, evin sahibəsi dincəlmələrinə icazə verirdi.
Ən yaxşı paltar geyinmiş, başlarında ətirli çələnglər olan romalı qadınlar ilahə Vestanın məbədinə gedirdilər.
Bu ənənə hazırda da davam edir.