instruction
stringclasses
1 value
context
stringlengths
163
1.84k
question
stringlengths
28
141
options
stringlengths
20
291
answer
stringclasses
4 values
Sənə Azərbaycan dilində olan məqalə təqdim edilib. Bu məqaləyə əsasən sual və mümkün cavab variantlardan ibarət siyahı təqdim edilib. Təqdim edilən siyahıdan doğru cavabı seç və yalnız həmin doğru cavabı qaytar.
Nurəddin Qənbərin yeni kitabı nəşr edilib. "Bakı-Şirvannəşr"də yazıçı-cərrah Nurəddin Qənbərin "Yazdıqlarım həyatımdır" adlı kitabı çap olunub. Kitabda yazıçının müxtəlif illərdə yazdığı hekayə, oçerk və məqalələri, eləcə də əsərləri haqqında yazılmış rəylər, resenziyalar, şeirlər toplanıb. Kitaba yazıçının son illərdə qələmə aldığı "Yağlıvənd gölündə faciə" pyesi də daxil edilib. Mustafa Çəmənlinin redaktorluğu ilə işıq üzü görən kitabda böyük sənətkar Məmməd Arazın "Xalq müdrikdir, yanılmaz", M.Çəmənlinin "Nurəddin Qənbərin romanları", Vaqif Yusiflinin "Söz də sağalda bilər", "Təndir çörəyinin ətri", Baba Vəziroğlunun "Qara söyüd", "Yaralı qağayı", Fərman Kərimzadənin "Ürəkdə tikişlər" adlı məqalələri də öz əksini tapıb. Bu məqalələr Nurəddin Qənbərin yaradıcılığına güzgü tutmaq, onun nəsrinin bədii məziyyətlərini əks etdirmək baxımından maraqlıdır.
Nurəddin Qənbərin yeni kitabının adı nədir?
['Xalq müdrikdir, yanılmaz', 'Yazdıqlarım həyatımdır', 'Yağlıvənd gölündə faciə', 'Təndir çörəyinin ətri']
B
Sənə Azərbaycan dilində olan məqalə təqdim edilib. Bu məqaləyə əsasən sual və mümkün cavab variantlardan ibarət siyahı təqdim edilib. Təqdim edilən siyahıdan doğru cavabı seç və yalnız həmin doğru cavabı qaytar.
Ramiz və Əyyub Quliyevlərin Polşada konserti olacaq. Aprelin 17-də Polşanın Koşalin şəhərində Stanislav Monyuşka adına Dövlət Filarmoniyasının Böyük Zalında Azərbaycanın xalq artisti, tarzən Ramiz Quliyev və beynəlxalq müsabiqələr laureatı, dirijor Əyyub Quliyev Koşalin Dövlət Filarmonik Orkestri ilə birgə konserti keçiriləcək. Həmin gecə Ə.Quliyevin dirijorluğu altında Koşalin Filarmonik Orkestri dahi bəstəkarlar Vaqner və Bethovenin simfonik əsərlərini ifa edəcək. Bununla yanaşı, Koşalin şəhərində ilk dəfə olaraq Ramiz Quliyevin ifasında Azərbaycan bəstəkarları Hacı Xanməmmədov və Həsən Rzayevin tar və simfonik orkestr üçün yazılmış əsərləri səslənəcək. Aprelin 24-də isə Polşanın Çestokova şəhərinin Dövlət Filarmoniyasında böyük bəstəkar Mendelsonun 200 illiyinə həsr olunmuş təntənəli konsert keçiriləcək. Mendelsonun əsərlərindən ibarət konsert proqramını idarə etmək istedadlı gənc dirijor Əyyub Quliyevə həvalə olunub.
Ramiz və Əyyub Quliyevlərin Polşadakı konserti hansı şəhərdə keçiriləcək?
['Koşalin', 'Varşava', 'Krakov', 'Lodz']
A
Sənə Azərbaycan dilində olan məqalə təqdim edilib. Bu məqaləyə əsasən sual və mümkün cavab variantlardan ibarət siyahı təqdim edilib. Təqdim edilən siyahıdan doğru cavabı seç və yalnız həmin doğru cavabı qaytar.
V.Səmədova adına sərgi salonunda "Molla Nəsrəddin" məcmuəsinin yaradıcısı Cəlil Məmmədquluzadənin anadan olmasının 140 illiyinə həsr olunmuş "Molla Nəsrəddin"- Azərbaycan-2009" Beynəlxalq karikatura müsabiqəsi qaliblərinin və mükafatçılarının əsərlərindən ibarət sərgi keçirilib. Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin (AKRB) sədri, əməkdar incəsənət xadimi Bayram Hacızadə sərginin açılış mərasimində çıxış edərək. tədbirin Mədəniyyət və Turizm Nazirliyi, Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyası (FEKO), Rəssamlar İttifaqının dəstəyi və rəhbəri olduğu qurumun təşkilatçılığı ilə keçirildiyini vurğulayıb. İlk dəfə açıq səsvermə yolu ilə keçirilən beynəlxalq müsabiqənin qızıl, gümüş və bürünc mükafatlarına Rusiya, Xorvatiya, Çin, Türkiyə, Avstraliya, Hollandiya və Ukrayna rəssamları layiq görülüblər. Azərbaycanlı karikaturaçılar isə müsabiqənin xüsusi mükafatını qazanıblar. "Molla Nəsrəddin" - Azərbaycan-2009"un mükafatlandırma mərasimində Azərbaycan sənətçilərindən Bəhram Bağırzadəyə həvəsləndirici, Seyran Cəfərliyə isə AKRB-nin xüsusi mükafatı verilib.
Cəlil Məmmədquluzadənin anadan olmasının neçə illiyinə həsr olunmuş sərgi keçirilib?
['120 il', '130 il', '140 il', '150 il']
C
Sənə Azərbaycan dilində olan məqalə təqdim edilib. Bu məqaləyə əsasən sual və mümkün cavab variantlardan ibarət siyahı təqdim edilib. Təqdim edilən siyahıdan doğru cavabı seç və yalnız həmin doğru cavabı qaytar.
Milli Dram Teatrı Moskvada fəxri diploma layiq görülüb. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Moskvada keçirilən Beynəlxalq Teatr Sərgi-Yarmarkasında iştirak edib. Bu barədə məlumatda bildirilir ki, sərgi-yarmarkada Milli Dram Teatrına həsr edilmiş stenddə son bir neçə il ərzində ən uğurlu tamaşaların afişa və proqramları, eləcə də videoyazıları nümayiş olunub. İştirakçıların böyük maraqla qarşıladığı Azərbaycan Milli Dram Teatrının stendi ilə çox saylı teatr peşəkarı, həmçinin Rusiya prezidentinin mədəniyyət məsələləri üzrə müşaviri M.Şvıdkoy, "Qızıl Maska" festivalının baş direktoru M.Revyakina da tanış olublar. Görüşdə Azərbaycan və Rusiya teatrları arasında əlaqələrin bərpası və möhkəmlənməsinin vacibliyi vurğulanıb. Beynəlxalq tədbirdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı fəxri diplomla təltif edilib.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı harada fəxri diploma layiq görülüb?
['Bakıda', 'Tbilisidə', 'Moskvada', 'İstanbulda']
C
Sənə Azərbaycan dilində olan məqalə təqdim edilib. Bu məqaləyə əsasən sual və mümkün cavab variantlardan ibarət siyahı təqdim edilib. Təqdim edilən siyahıdan doğru cavabı seç və yalnız həmin doğru cavabı qaytar.
Gəncədə II Uşaq Kitab Festivalı keçirilib. Gəncə şəhərində "Övlad işıqdır" II Uşaq Kitab Festivalı təşkil olunub. Festival "Bakı - İslam Mədəniyyətinin Paytaxtı-2009" tədbirlər silsiləsi çərçivəsində baş tutub. Tədbirin bədii hissəsində Gəncə Dövlət Kukla Teatrının aktyorları, musiqi məktəbləri kollektivlərinin çıxışları festival iştirakçılarına təqdim olunub. Şəhər ümumtəhsil məktəbləri şagirdlərinin ifasında "Mənim dilim - kimliyim" ədəbi kompozisiyası, Özəl Türk Liseyi şagirdlərinin ifasında Nizami Gəncəvinin "Xeyir və Şər" əsərinin motivləri əsasında tamaşa göstərilib, balacaların təqdimatında rəqslər və mahnılar ifa olunub. Festival "Qalx ayağa, Azərbaycan" şeiri və "Azərbaycan" mahnısının sədaları altında yekunlaşıb.
Gəncədə keçirilən II Uşaq Kitab Festivalının adı nədir?
['Bakı - İslam Mədəniyyətinin Paytaxtı-2009', 'Mənim dilim - kimliyim', 'Qalx ayağa, Azərbaycan', 'Övlad işıqdır']
D
Sənə Azərbaycan dilində olan məqalə təqdim edilib. Bu məqaləyə əsasən sual və mümkün cavab variantlardan ibarət siyahı təqdim edilib. Təqdim edilən siyahıdan doğru cavabı seç və yalnız həmin doğru cavabı qaytar.
Bəstəkar Ramiz Mirişlinin 75 yaşı qeyd olunub. İbrahim Əbilov adına Mədəniyyət Mərkəzində görkəmli bəstəkar, xalq artisti Ramiz Mirişlinin 75 illik yubileyinə həsr olunmuş yaradıcılıq gecəsi keçirilib. Gecə "Onlar bizim fəxrimizdir" silsiləsi çərçivəsində baş tutub. Mədəniyyət və incəsənət xadimlərinin iştirak etdiyi tədbirdə bəstəkarın yaradıcılığından, Azərbaycan musiqisinə verdiyi töhfələrdən ətraflı söz açılıb. Mərkəzin bədii rəhbəri Mirəhməd Əsgərov yubilyarı təbrik edərək, bəstəkarın mahnı janrının ölməz nümunələrini yaratdığını xüsusi vurğulayıb. Tədbirdə Mərkəzin "Şəlalə" xalq çalğı alətləri ansamblının ifasında bəstəkarın mahnıları səsləndirilib.
Ramiz Mirişlinin 75 illik yubileyinə həsr olunmuş gecə harada keçirilib?
['İbrahim Əbilov adına Mədəniyyət Mərkəzi', 'Azərbaycan Milli Konservatoriyası', 'Heydər Əliyev Sarayı', 'Opera və Balet Teatrı']
A
Sənə Azərbaycan dilində olan məqalə təqdim edilib. Bu məqaləyə əsasən sual və mümkün cavab variantlardan ibarət siyahı təqdim edilib. Təqdim edilən siyahıdan doğru cavabı seç və yalnız həmin doğru cavabı qaytar.
Azərbaycanlı şairənin adı Almaniyada nəşr olunan ensiklopediyada yer alıb. Almaniyanın birləşməsinin 20 illiyi münasibətilə “Who is who” (Kim kimdir”) Hübner nəşriyyatı bu ölkədəki nüfuzlu kişi və qadınlardan ibarət xüsusi yubiley ensiklopediyası buraxıb. İki cilddə nəfis şəkildə tərtib edilən ensiklopediyada Almaniyanın siyasətində, iqtisadiyyatında və mədəniyyətində görkəmli yer tutan şəxslərdən bəhs olunur. APA-nın məlumatına görə, nəşrdə yeganə azərbaycanlı olaraq, Almaniyada N.Gəncəvi adına Azərbaycan Mədəniyyət İnstitutunun direktoru Nuridə Atəşinin bioqrafiyasına yer verilib. O, ensiklopediyada mədəniyyət xadimi, yazıçı, şairə və Almaniyada N.Gəncəvi adına Azərbaycan Mədəniyyət İnstitutunun direktoru, dünya şöhrətli azərbaycanlı yazar Məhəmməd Əsəd Bəyin (Qurban Səidin) tədqiqatçısı, Azərbaycanın minillik klassik ədəbiyyatının “Pərvanə və şam” adlı antologiyasının alman dilinə tərcüməçisi və Qafqaz Amazonlarının tədqiqatçısı kimi təqdim olunub. Bundan başqa, N. Atəşi ensiklopediyada “Qafqazın vəhşi Amazonu” təxəllüsü ilə verilib.
Almaniyada nəşr olunan ensiklopediyada hansı azərbaycanlı şairənin bioqrafiyasına yer verilib?
['N.Gəncəvi', 'Nuridə Atəşi', 'Məhəmməd Əsəd Bəy', 'Qurban Səid']
B
Sənə Azərbaycan dilində olan məqalə təqdim edilib. Bu məqaləyə əsasən sual və mümkün cavab variantlardan ibarət siyahı təqdim edilib. Təqdim edilən siyahıdan doğru cavabı seç və yalnız həmin doğru cavabı qaytar.
Salman Qəmbərovun 50 illiyi Bəstəkarlar İttifaqında qeyd olunub. Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) tanınmış cazmen Salman Qəmbərovun 50 illik yubileyi qeyd edilib. Tədbirdə ABİ-nin sədri, xalq artisti Firəngiz Əlizadə Salman Qəmbərovu təbrik edərək, ona yeni yaradıcılıq uğurları arzulayıb. Yubilyar Salman Qəmbərov isə 2009-cu ilin onun üçün yubiley ili olduğunu bildirib və bu mərasimin yubileyilə bağlı keçirilən son tədbir olduğunu qeyd edib. Sonra isə Salman Qəmbərov “Lətif” layihəsindən bir parça səsləndirib. Cazmeni zərb alətlərində Eldar Qafarov, kamançada isə Fəxrəddin Dadaşov, eyni zamanda rəhbəri olduğu “Bakustik caz” qrupunun üzvləri müşayiət ediblər.
Salman Qəmbərovun 50 illik yubileyi harada qeyd olunub?
['Bəstəkarlar İttifaqında', 'Bakustik caz qrupunda', 'Eldar Qafarovun yanında', 'Fəxrəddin Dadaşovla']
A
Sənə Azərbaycan dilində olan məqalə təqdim edilib. Bu məqaləyə əsasən sual və mümkün cavab variantlardan ibarət siyahı təqdim edilib. Təqdim edilən siyahıdan doğru cavabı seç və yalnız həmin doğru cavabı qaytar.
İncəsənət Muzeyinə Üzeyir Hacıbəyli ilə bağlı kitablar təqdim olunub. MUZEYƏ HƏDİYYƏ VERİLƏN KİTABLARI HEYDƏR ƏLİYEV FONDU NƏŞR ETDİRİB. Bu günlərdə R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyinin kitabxanasına Heydər Əliyev Fondu tərəfindən nəşr edilmiş yeni kitablar hədiyyə verilib. Altı nəşrdən ibarət kitab dəstində dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı geniş şəkildə şərh olunub. "Ömür salnaməsi" adlı kitabda sənətkarın həyat yolu biblioqrafik şəkildə, "Bədii və publisistik əsərləri" kitabında isə tarixi-xronoloji ardıcıllıqla qəzet və jurnallarda çap edilmiş yazıları yer alıb. "Muğam ensiklopediyası" adlı digər kitab dəstinin ilk kitabında ensiklopedik məlumatlar verilirsə, digərlərinə, ustad sənətkarlardan başlayaraq, milli muğam sənətimizi yaşadanların ifaları yazılmış disklər daxildir.
İncəsənət Muzeyinə təqdim olunan kitabları kim nəşr etdirib?
['Mədəniyyət Nazirliyi', 'Azərbaycan Yazıçılar Birliyi', 'Heydər Əliyev Fondu', 'Milli Kitabxana']
C
Sənə Azərbaycan dilində olan məqalə təqdim edilib. Bu məqaləyə əsasən sual və mümkün cavab variantlardan ibarət siyahı təqdim edilib. Təqdim edilən siyahıdan doğru cavabı seç və yalnız həmin doğru cavabı qaytar.
Azərbaycandan Gürcüstana kitab kolleksiyası göndərilib. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Gürcüstan Milli Parlament Kitabxanasına, Tbilisi Dövlət Universitetinə, Marneuli şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinə, Azərbaycan məktəblərinə, cəzaçəkmə müəssisələrinə xeyli sayda çap məhsulu göndərilib. Bunlar Azərbaycanın zəngin mədəniyyəti, tarixi, ədəbiyyatı, incəsənəti, müasir xarici siyasəti, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, eləcə də ümummilli lider Heydər Əliyev, prezident İlham Əliyev, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva haqqında kitab kolleksiyalarından, elektron nəşr və filmlərdir. Nazirlikdən verilən məlumata görə, kolleksiyaya "Heydər Əliyev və mədəniyyət", Elmira Axundovanın "Heydər Əliyev. Sözügedən kitabxanalara "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 2004-cü il 12 yanvar tarixli prezident sərəncamı əsasında nəfis şəkildə nəşr olunmuş Azərbaycan və dünya klassiklərinin əsərləri də göndərilib. Göndərilən kolleksiyalar əsasında Gürcüstan Milli Parlament Kitabxanasında Azərbaycan fondu və Azərbaycan guşəsi yaradılacaq.
Azərbaycandan Gürcüstana hansı kitab kolleksiyaları göndərilib?
['Heydər Əliyev və mədəniyyət', 'Elmira Axundovanın əsərləri', 'Azərbaycan mədəniyyəti haqqında kitablar', 'Müasir xarici siyasət kitabları']
A
Sənə Azərbaycan dilində olan məqalə təqdim edilib. Bu məqaləyə əsasən sual və mümkün cavab variantlardan ibarət siyahı təqdim edilib. Təqdim edilən siyahıdan doğru cavabı seç və yalnız həmin doğru cavabı qaytar.
Soyqırımı əks etdirən əsərlər sərgilənib. Mədəniyyət və Turizm Nazirliyinin İçərişəhərdəki Bədii Sərgi Salonunda Xocalı faciəsilə bağlı rəsm əsərlərinin sərgisi təşkil olunub. Sərginin açılışında Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Leyla Axundzadə, Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağəli İbrahimov, Dövlət Rəsm Qalereyasının müdiri Arif İbrahimov və başqaları iştirak ediblər. İncəsənət Muzeyi və Dövlət Rəsm Qalereyasının fondlarında saxlanılan, Nazim Məmmədov, Sara Manafova, Namiq Zeynalov, Rafiq Heydərzadənin yaratdıqları 60-dan çox əsər bu sərgidə nümayiş olunub. Sərgidə heykəltəraş Xanlar Əhmədzadənin kiçik heykəltəraşlıq nümunələri də yer alıb. ARİFƏ.
Xocalı faciəsilə bağlı rəsm əsərlərinin sərgisi harada təşkil olunub?
['İncəsənət Muzeyi', 'Dövlət Rəsm Qalereyası', 'İçərişəhərdəki Bədii Sərgi Salonu', 'Rəssamlar İttifaqı']
C
Sənə Azərbaycan dilində olan məqalə təqdim edilib. Bu məqaləyə əsasən sual və mümkün cavab variantlardan ibarət siyahı təqdim edilib. Təqdim edilən siyahıdan doğru cavabı seç və yalnız həmin doğru cavabı qaytar.
"Almaniya - səyahətlər ölkəsi" adlı fotosərgi açılıb. Azərbaycan Turizm İnstitutunda Almaniyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə fotosərgi açılıb. "Almaniya - səyahətlər ölkəsi" adlı fotosərginin açılışında ATİ-nin xarici dillər kafedrasının müdiri Kifayət Ağayeva iki ölkə arasındakı dostluq münasibətlərindən və institutun Almaniya universtitetləri ilə əməkdaşlığından danışıb. Almaniyanın ölkəmizdəki səfirliyinin birinci katibi Robert Zessner belə sərgilərin keçirilməsinin tarix, mədəniyyət və adət-ənənələri təbliğ etməklə yanaşı, tələbələrdə bu ölkə haqqında təsəvvür yaradılması baxımından əhəmiyyətli olduğunu bildirib. Tədbirdə Almaniyanın memarlıq, incəsənət, turizm və digər sahələrini əks etdirən 25 əsər sərgilənib, "Bura Almaniyadır" adlı film də bu tədbir çərçivəsində nümayiş olunub. ARİFƏ.
Fotosərginin açılışında kim iki ölkə arasındakı dostluq münasibətlərindən və institutun Almaniya universitetləri ilə əməkdaşlığından danışıb?
['Robert Zessner', 'Kifayət Ağayeva', 'Almaniyanın səfirliyi', 'Azərbaycan Turizm İnstitutu']
B
Sənə Azərbaycan dilində olan məqalə təqdim edilib. Bu məqaləyə əsasən sual və mümkün cavab variantlardan ibarət siyahı təqdim edilib. Təqdim edilən siyahıdan doğru cavabı seç və yalnız həmin doğru cavabı qaytar.
Kinorejissor Əjdər İbrahimov xatırlanıb. Azərbaycanın dəyərli kino xadimi, xalq artisti, rejissor Əjdər İbrahimovun anadan olmasının 90 illiyi ilə bağlı sənətkarın anım günü keçirilib. Mərasim iştirakçıları Fəxri Xiyabanda rejissorun məzarını ziyarət ediblər. Dövlət Film Fondunun direktoru Cəmil Quliyev və başqa kino xadimləri rejissorun həyat və yaradıcılıq yoluna nəzər salıblar. Ə.İbrahimovun bioqrafiyası barədə bildirilib ki, o, 1919-cu ildə Aşqabadda dünyaya gəlib, 1940-cı ildə Aşqabad Teatr Məktəbini, 1952-ci ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsini bitirib. Çıxış edənlər ilk dəfə olaraq Aşqabadda "Firuzə" və "Xəzərin sahilində" sənədli filmlərini çəkmiş kinorejissorun Azərbaycanda tamaşaçıların rəğbətini qazanan "Bir məhəlləli iki oğlan", "Onun böyük ürəyi", "Ulduzlar sönmür" və başqa maraqlı ekran əsərləri yaratdığını qeyd ediblər.
Əjdər İbrahimovun anadan olmasının neçə illiyi ilə bağlı anım günü keçirilib?
['100 illiyi', '80 illiyi', '90 illiyi', '75 illiyi']
C
Sənə Azərbaycan dilində olan məqalə təqdim edilib. Bu məqaləyə əsasən sual və mümkün cavab variantlardan ibarət siyahı təqdim edilib. Təqdim edilən siyahıdan doğru cavabı seç və yalnız həmin doğru cavabı qaytar.
"Leyli və Məcnun" iyul ayının xalçası seçilib. Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi "Ayın xalçası" layihəsini davam etdirir. Muzeyin direktoru Röya Tağıyevanın APA-ya verdiyi məlumata görə, "Leyli və Məcnun" adlı xalçaçılıq nümunəsi iyul ayının xalçası seçilib. Muzey rəhbərinin sözlərinə görə, sözügedən layihə bu ildən başlanılıb. Layihənin ilin sonuna kimi davam edəcəyini qeyd edən R. Tağıyeva muzeyə gələnlərə orada sərgilənən xalçalara baxmaq üçün geniş imkan yaradıldığını vurğulayıb. Hər ayın xalçası isə muzeyin fondunda saxlanılan xalçalar arasından seçilir.
Hansı xalça iyul ayının xalçası seçilib?
['Leyli və Məcnun', 'Şirin və Fərhad', 'Xosrov və Şirin', 'Əsli və Kərəm']
A
Sənə Azərbaycan dilində olan məqalə təqdim edilib. Bu məqaləyə əsasən sual və mümkün cavab variantlardan ibarət siyahı təqdim edilib. Təqdim edilən siyahıdan doğru cavabı seç və yalnız həmin doğru cavabı qaytar.
Azərbaycanlı ifaçı Türkiyədəki festivalda gümüş medal qazanıb. Sumqayıtdakı Qara Qarayev adına musiqi məktəbinin şagirdi Gülzar Fərəcova Türkiyədə keçirilən beynəlxalq musiqi festivalında gümüş medala layiq görülüb. Ankaradakı Topqapı salonunda keçirilən konsertdə "Asiyanın qızıl səsi" fəxri adı ilə mükafatlandırılmış G.Fərəcova daha sonra İstanbulda ikinci yerə sahib olub. Laureatın dediyinə görə, o, əvvəlcə möhtəşəm final konsertindən öncəki seçim mərhələlərində iştirak edib və Azərbaycandan olan 5 iştirakçı sırasından musiqi yarışının həlledici mərhələsinə keçib. Türkiyənin incəsənət xadimlərindən ibarət münsiflər heyətinin qərarı ilə G.Fərəcova 115 ölkənin nümayəndələrinin qatıldığı VII Beynəlxalq türk olimpiadasına vəsiqə qazanıb. Gənc ifaçı Türkiyənin Kayseri, Adana, Ceyhan şəhərlərindəki konsertlərə qatılıb, qardaş ölkə telekanallarının efirində çıxış edib.
Gülzar Fərəcova hansı festivalda gümüş medal qazanıb?
['Asiyanın qızıl səsi', 'Qara Qarayev adına musiqi məktəbi', 'VII Beynəlxalq türk olimpiadası', 'Türkiyədə keçirilən beynəlxalq musiqi festivalı']
D
Sənə Azərbaycan dilində olan məqalə təqdim edilib. Bu məqaləyə əsasən sual və mümkün cavab variantlardan ibarət siyahı təqdim edilib. Təqdim edilən siyahıdan doğru cavabı seç və yalnız həmin doğru cavabı qaytar.
Məlik Dadaşovun şəxsi arxivi Dövlət Film Fonduna təqdim olunub. Azərbaycanın xalq artisti Məlik Dadaşovun şəxsi arxivi Dövlət Film Fonduna verilib. Fondun rəhbəri, əməkdar incəsənət xadimi Cəmil Quliyevin APA-ya verdiyi məlumata görə, aktyorun şəxsi arxivi onun qızı Gülnarə Dadaşova tərəfindən təqdim edilib. Artıq fondun arxivinə daxil olan fotolar və sənədlərin M. Dadaşovun adı ilə bağlı olan müxtəlif tədbirlərdə istifadəsi də gözlənilir. Bununla yanaşı, bu günlərdə əməkdar artist Atamoğlan Rzayevin də oğlu tərəfindən onun şəxsi arxivi fonda gətirilib. A.Rzayevin şəxsi arxivində onun müxtəlif illərdə çəkdirdiyi fotolar, haqqında maraqlı yazılar və sənədlər var.
Məlik Dadaşovun şəxsi arxivi kim tərəfindən Dövlət Film Fonduna təqdim edilib?
['Cəmil Quliyev', 'Atamoğlan Rzayev', 'APA', 'Gülnarə Dadaşova']
D
Sənə Azərbaycan dilində olan məqalə təqdim edilib. Bu məqaləyə əsasən sual və mümkün cavab variantlardan ibarət siyahı təqdim edilib. Təqdim edilən siyahıdan doğru cavabı seç və yalnız həmin doğru cavabı qaytar.
Mikayıl Müşfiq Cəfər Cabbarlı ocağında anılıb. Görkəmli dramaturq Cəfər Cabbarlının ev-muzeyində unudulmaz şair Mikayıl Müşfiqin 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib. C.Cabbarlının nəvəsi, muzeyin baş elmi işçisi Qəmər Seyfəddinqızının verdiyi məlumata görə, tədbirdə muzeyin direktoru Gülarə Cabbarlı M.Müşfiqin yubileyilə əlaqədar görülən işlərdən danışıb. Tədbirdə çıxış edənlər M.Müşfiqin həyat və yaradıcılığının müxtəlif cəhətlərindən ətraflı söz açıblar. Gecədə filologiya elmləri namizədi Firudin Qurbansoy, şair Oqtay Rza, professor Gülhüseyn Hüseynoğlu Müşfiqin Azərbaycan ədəbiyyatının inkişafındakı misilsiz xidmətlərindən bəhs ediblər: "Mikayıl Müşfiq qısa ömür yaşasa da, yaratdığı poetik nümunələrlə, təkrarolunmaz bədii yaradıcılığı ilə onun adı yaddaşlara əbədi həkk olunub". Tədbirdə xalq artisti Əminə Yusifqızının, Bakı Uşaq Teatrının aktyorlarının ifasında şairin şeirləri səsləndirilib, müğənnilər M.Müşfiqin sözlərinə bəstələnmiş mahnıları oxuyublar.
Mikayıl Müşfiqin 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə harada keçirilib?
['Cəfər Cabbarlının ev-muzeyində', 'Azərbaycan Milli Elmlər Akademiyasında', 'Bakı Muzey Mərkəzində', 'Heydər Əliyev Sarayında']
A
Sənə Azərbaycan dilində olan məqalə təqdim edilib. Bu məqaləyə əsasən sual və mümkün cavab variantlardan ibarət siyahı təqdim edilib. Təqdim edilən siyahıdan doğru cavabı seç və yalnız həmin doğru cavabı qaytar.
Gəncədə "Yeni Teatr" Respublika Festivalı başlayıb. Dünən Gəncədə ilk dəfə olaraq "Yeni Teatr" Respublika Festivalı start götürüb. Festivalda paytaxtdan Azərbaycan Dövlət Akademik Milli Dram, Gənc Tamaşaçılar, Bakı Bələdiyyə, Musiqili Komediya, "Yuğ", Pantomim teatrları qatılıblar. İştirakçılar sırasında Gəncə Dövlət Kukla Teatrı, Sumqayıt Dövlət Musiqili Dram, Gəncə, Qazax, Mingəçevir, Şəki, Lənkəran Dövlət Dram teatrları da var. Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi bu festivalı teatr tənqidçiləri, tanınmış səhnə xadimləri də izləyərək qiymətləndirəcəklər. Festivalın açılışı Rafiq Səməndərin "Çətin məsələ" tamaşası ilə Gəncə Dövlət Kukla Teatrında gerçəkləşib.
Gəncədə başlayan 'Yeni Teatr' Respublika Festivalında hansı teatrlar iştirak edirlər?
['Bakı Bələdiyyə Teatrı', 'Naxçıvan Dövlət Teatrı', 'Abşeron Balet Teatrı', 'Şirvan Kukla Teatrı']
A
Sənə Azərbaycan dilində olan məqalə təqdim edilib. Bu məqaləyə əsasən sual və mümkün cavab variantlardan ibarət siyahı təqdim edilib. Təqdim edilən siyahıdan doğru cavabı seç və yalnız həmin doğru cavabı qaytar.
Xalq rəssamı Məmmədağa Hüseynovun yubileyi qeyd edilib. Muzey Mərkəzində xalq rəssamı Məmmədağa Hüseynovun 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Mərasimdə çıxış edən Dövlət Film Fondunun direktoru Cəmil Quliyev, kinoşünas Aydın Kazımzadə və başqaları M.Hüseynovun yaradıcılığı haqqında məlumat veriblər. ", "Liftçi qız", "Bizim Cəbiş müəllim", "O qızı tapın" və başqa filmlərə bədii tərtibat verdiyi vurğulanıb: "Öz dövrünün təsviri sənət məktəbinin ən yaxşı ustalarından dərs almış M.Hüseynov yeni nəsil Azərbaycan rəssamlarının yetişməsi üçün də böyük işlər görüb". Tədbirdə sənətkarın tərtibat verdiyi kinofilmlərdən fraqmentlər nümayiş etdirilib. Foyedə sənətkarın rəngkarlıq əsərləri, filmlərə çəkdiyi eskizlər sərgilənib.
Məmmədağa Hüseynovun 80 illik yubiley tədbiri harada keçirilib?
['Muzey Mərkəzində', 'Dövlət Film Fondunda', 'Rəssamlar İttifaqında', 'Kino muzeyində']
A
Sənə Azərbaycan dilində olan məqalə təqdim edilib. Bu məqaləyə əsasən sual və mümkün cavab variantlardan ibarət siyahı təqdim edilib. Təqdim edilən siyahıdan doğru cavabı seç və yalnız həmin doğru cavabı qaytar.
"Qadın, gözəllik və incəsənət"in qalibləri mükafatlandırılıb. Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Fotoqraflar Birliyinin dəstəyilə gənclər arasında keçirilən "Qadın, gözəllik və incəsənət" mövzulu fotomüsabiqənin yekun sərgisinin açılışı olub. Qaliblərin müəyyənləşdirilməsi üçün münsiflər heyəti fotonun keyfiyyəti, yaradıcılıq ideyasının orijinallığı və bədii ifası, mövzuya uyğunluğu meyarlarını əsas götürüb və qiymələndirmə bal sistemi ilə aparılıb. Həvəskar fotoqraf Nigar Dadaşovanın "Mən, sən və o" fotosu müsabiqənin qalibi olub. Bundan əlavə 3 gənc müəllif - Əli Abdullayev, Şamil Talıbov, Məryəm Mirzəlizadə həvəsləndirici mükafatlar alıblar. Müsabiqə qaliblərinə Gənclər və İdman Nazirliyinin fəxri fərmanı, mükafat və hədiyyələr təqdim edilib.
Qadın, gözəllik və incəsənət mövzulu fotomüsabiqədə kim qalib olub?
['Əli Abdullayev', 'Şamil Talıbov', 'Məryəm Mirzəlizadə', 'Nigar Dadaşova']
D
Sənə Azərbaycan dilində olan məqalə təqdim edilib. Bu məqaləyə əsasən sual və mümkün cavab variantlardan ibarət siyahı təqdim edilib. Təqdim edilən siyahıdan doğru cavabı seç və yalnız həmin doğru cavabı qaytar.
Əsas məqsədi dünya gənclərini Azərbaycan xalqının adət-ənənələri, dəyərləri və tarixi haqqında məlumatlandırmaq, mədəniyyətlərarası gənclər mübadiləsini təşkil etmək olan "Novruz-2009" Gənclərin Beynəlxalq Festivalı Gənclər və İdman Nazirliyi ilə "Avropa Tələbələr Forumu - Bakı" İctimai Birliyinin təşkilatçılığı sayəsində Bakıda keçiriləcək. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, martın 16-da başlayan və ayın 22-dək gerçəkləşəcək festivalda qonaqlar üçün "dözümlülük", "yerli adət-ənənələr və qloballaşma", "müasir dünyada mədəniyyət", "musiqi özünü ifadə etmə üsulu kimi" mövzular üzrə təlimlər təşkil olunacaq. Azərbaycan ailələrində Novruz axşamını qeyd edəcək iştirakçılar eyni zamanda tarixi abidələrə baxacaq, Bakıdakı bayram şənliklərinə qatılmaq imkanı qazanacaqlar. Məlumata görə, festival və Novruz bayramı haqqında daha çox Avropa ölkələri gənclərinin məlumatlandırılması məqsədilə ayrıca internet səhifəsi - www.novruz.aegee-baki.org yaradılıb. Qeyd edək ki, "Avropa Tələbələr Forumu-Bakı" İctimai Birliyi (AEGEE-Bakı) Avropanın 40-dan artıq ölkə, 270-dən artıq şəhərində fəaliyyət göstərən və özündə 17 mindən çox tələbəni birləşdirən AEGEE-Avropa təşkilatının yerli nümayəndəliyidir. Nazirlikdən bildirilib ki, təşkilatın əsas məqsədi Avropada gənclər arasında mədəni mübadiləni həyata keçirməklə, qitə miqyasında açıq və tolerant cəmiyyətlərin inkişafına nail olmaqdır.
Novruz-2009 Gənclərin Beynəlxalq Festivalının əsas məqsədi nədir?
['Azərbaycan ailələrində Novruz axşamını qeyd etmək', 'Avropada gənclər arasında mədəni mübadiləni həyata keçirmək', 'Bakıdakı bayram şənliklərinə qatılmaq', 'Dünya gənclərini Azərbaycan xalqının adət-ənənələri, dəyərləri və tarixi haqqında məlumatlandırmaq']
D
Sənə Azərbaycan dilində olan məqalə təqdim edilib. Bu məqaləyə əsasən sual və mümkün cavab variantlardan ibarət siyahı təqdim edilib. Təqdim edilən siyahıdan doğru cavabı seç və yalnız həmin doğru cavabı qaytar.
"Ənənəvi islam memarlığı" mövzulu festival başlayıb. Muzey Mərkəzində "Bakı - İslam Mədəniyyətinin Paytaxtı - 2009" mədəniyyət ili çərçivəsində tələbə və gənc memarlar üçün "Ənənəvi islam memarlığı" mövzusunda beynəlxalq festivalın açılışı olub. APA-nın məlumatına görə, festival Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Memarlıq və İnşaat Universiteti və İtaliyanın "Romualdo del Byanko" Fondunun birgə təşkilatçılığı ilə keçirilir. Açılış mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu cür tədbirlərin keçirilməsini Azərbaycanın mədəni və tarixi irsinin qorunması yönündə atılan mühüm addımlar kimi qiymətləndirib. O bildirib ki, martın 19-dək davam edəcək festival çərçivəsində qonaqlara Azərbaycanın işğal altındakı torpaqları, dağıdılan tarixi, memarlıq abidələr və Azərbaycanın mədəni irsi haqqında geniş məlumatlar veriləcək. Tədbirdə Azərbaycanın təhsil naziri Misir Mərdanov, Azərbaycan Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov, "Romualdo del Byanko" Fondunun sədri Paolo del Byanko, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova və başqaları da çıxış ediblər.
Festivalın təşkilatçılarından biri kimdir?
['Misir Mərdanov', 'Əbülfəs Qarayev', 'Paolo del Byanko', 'Gülçöhrə Məmmədova']
C
Sənə Azərbaycan dilində olan məqalə təqdim edilib. Bu məqaləyə əsasən sual və mümkün cavab variantlardan ibarət siyahı təqdim edilib. Təqdim edilən siyahıdan doğru cavabı seç və yalnız həmin doğru cavabı qaytar.
Dəyərli qələm sahibi şair, nasir və alim Firuzə Məmmədlinin həyat və yaradıcılığı haqqında mətbuat səhifələrində dərc olunmuş məqalələrdən ibarət "Sənətin Firuzəsi" adlı toplu nəşr edilib. Bəhram Cəfəroğlunun tərtib etdiyi kitabın məsləhətçisi Əzizxan Tanrıverdidir. Tərtibçi "Sənətin Firuzəsi" adlı məqaləsində F.Məmmədlinin yaradıcılığına şair, nasir, dilçi-alim və tərcüməçi aspektindən yanaşaraq, onun şairlik istedadını ön plana çəkib. Kitabda Afat Qurbanovun "Firuzə Məmmədlinin elmi yaradıcılığına bir baxış", Buludxan Xəlilovun "Şairə və alim taleyi yaşayan insan", Vaqif Yusiflinin "Ağrılı şeirlər", "Şairin nəsr kitabı", Əzizxan Tanrıverdinin "Tanımadığımız Firuzə Məmmədli", Ələkbər Salahzadənin "Gümüşü damla"nın Firuzəyi misra ləpələri" və Fərqanə Mehdiyevanın "Lirika və poetik axar" məqalələri yer alıb. Bu məqalələrdə Firuzə Məmmədlinin ömür və yaradıcılıq yolu müxtəlif istiqamətdən araşdırılıb, əsərlərinin bədii məziyyətləri, özünün şəxsi-insani keyfiyyətləri vurğulanıb. Kitaba F.Məmmədlinin kitablarının siyahısı və fotoları da daxil edilib.
Kitabın məsləhətçisi kimdir?
['Bəhram Cəfəroğlu', 'Afat Qurbanov', 'Əzizxan Tanrıverdi', 'Buludxan Xəlilov']
C
Sənə Azərbaycan dilində olan məqalə təqdim edilib. Bu məqaləyə əsasən sual və mümkün cavab variantlardan ibarət siyahı təqdim edilib. Təqdim edilən siyahıdan doğru cavabı seç və yalnız həmin doğru cavabı qaytar.
Lənkəranda muzey əməkdaşları üçün zona seminarı keçirilib. Cənub bölgəsi rayonlarının muzeylərində çalışan bərpaçı-rəssamlar və fond mühafizəçiləri üçün Lənkəranda zona seminarı təşkil olunub. APA-nın cənub bürosunun məlumatına görə, respublika Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə düzənlənən tədbirdə muzey sərvətləri və xatirə əşyalarının Elmi-Bərpa Mərkəzinin mütəxəssisləri də iştirak ediblər. Respublika Elmi-Bərpa Mərkəzinin direktoru Zərifə Məlikova Azərbaycanda tarixi-mədəni abidələrin və sənət əsərlərinin bərpasının böyük əhəmiyyət daşıdığını bildirərək rəhbəri olduğu qurumun maddi və mənəvi dəyərlərin qorunmasına xidmət etdiyini deyib. O, indi Mərkəzdə 20-dən yuxarı yüksək kateqoriyalı bərpaçı rəssamın çalışdığını diqqətə çatdırıb. Tədbir çərçivəsində Elmi-Bərpa Mərkəzinin qrafika, rəngkarlıq, xalça və metal üzrə bərpaçı-rəssamlarının rəhbərliyi ilə keçirilən təlimlərdə isə bərpa olunan əşyaların saxlanma şəraiti haqqında iştirakçılara lazımi bilgi verilib.
Lənkəranda keçirilən zona seminarında hansı mövzuda təlimlər keçirilib?
['Muzey sərvətləri və xatirə əşyalarının tarixi', 'Bərpa olunan əşyaların saxlanma şəraiti', 'Tarixi-mədəni abidələrin əhəmiyyəti', 'Mədəniyyət və Turizm Nazirliyinin təşkilati strukturu']
B
Sənə Azərbaycan dilində olan məqalə təqdim edilib. Bu məqaləyə əsasən sual və mümkün cavab variantlardan ibarət siyahı təqdim edilib. Təqdim edilən siyahıdan doğru cavabı seç və yalnız həmin doğru cavabı qaytar.
“Min bir gecə” nağılları haqqında yeni kitab nəşr olunub. AMEA Şərqşünaslıq İnstitutunun elmi işçisi, filologiya elmləri namizədi Lalə Bayramovanın “”Min bir gecə” ümumşərq ədəbiyyatının mədəni-tarixi abidəsi kimi” adlı yeni kitabı işıq üzü görüb. AMEA-nın mətbuat xidmətindən verilən məlumata görə, “Min bir gecə” nağılları Azərbaycan şərqşünaslığında ilk dəfə geniş tədqiq olunur, əsərin ərəb və ümumən şərq ədəbiyyatı tarixində yeri aydınlaşdırılır. Təqdim olunan kitabda “Min bir gecə” nağılları ətraflı və yüksək elmi səviyyədə araşdırılır. Müəllif tarixi-müqayisəli metoddan istifadə edərək nağılların qaynaqları və təsir dairəsi barədə aydın təsəvvür yarada bilir və “Min bir gecə” nağılları ilə yunan, hind, İran, türk, ayrıca olaraq Azərbaycan nağıllarının müqayisəsi, nağılların mənşəyi və onların ayrı-ayrı motivlərinin təkamülü barədə dolğun elmi təsəvvür yaradır. Kitabda “Min bir gecə” nağıllarının tematik təsnifatı və təhlili verilir, məhəbbət nağılları, sehrli nağıllar, məişət nağılları, səyahət nağıllarından ayrıca bəhs edilir.
Lalə Bayramovanın yeni kitabı hansı mövzuya həsr olunub?
['Min bir gecə nağılları', 'Yunan ədəbiyyatı', 'Hind ədəbiyyatı', 'Azərbaycan nağılları']
A
Sənə Azərbaycan dilində olan məqalə təqdim edilib. Bu məqaləyə əsasən sual və mümkün cavab variantlardan ibarət siyahı təqdim edilib. Təqdim edilən siyahıdan doğru cavabı seç və yalnız həmin doğru cavabı qaytar.
Neftlə tablolar çəkən rəssam Sabir Çopuro. Aktau şəhərindəki Azərbaycan baş konsulluğunun təşəbbüsü ilə Azərbaycanın müstəqilliyinin 18-ci ildönümü və Qazaxıstanda neft çıxarılmasının 110 illiyi ilə əlaqədar tanınmış rəssam, Azərbaycan və Gürcüstan rəssamlar ittifaqlarının üzvü Sabir Çopuroğlunun fərdi sərgisi açılıb. Bu barədə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib. Tədbirdə Aktau şəhər hakimiyyətinin nümayəndələri, elm, mədəniyyət və incəsənət xadimləri, diasporumuzun üzvləri, jurnalistlər iştirak ediblər. Qeyd edək ki, Sabir Çopuroğlu dünyada neftlə tablolar çəkən yeganə rəssamdır. Sərgidə Sabir Çopuroğlunun baş konsulluğun təşəbbüsü ilə çap edilən kataloqunun təqdimatı da olub.
Sabir Çopuroğlu hansı şəhərdə fərdi sərgi açıb?
['Bakı', 'Aktau', 'Tbilisi', 'Astana']
B
Sənə Azərbaycan dilində olan məqalə təqdim edilib. Bu məqaləyə əsasən sual və mümkün cavab variantlardan ibarət siyahı təqdim edilib. Təqdim edilən siyahıdan doğru cavabı seç və yalnız həmin doğru cavabı qaytar.
Qəşəm Nəcəfzadənin yeni kitabı çapdan çıxıb. Tanınmış şair Qəşəm Nəcəfzadənin “Şirvannəşr” nəşriyyatında Qafqaz Universitetinin maliyyə dəstəyilə “Oğlum qapını aç, qapıda bir külək ölür” adlı şeirlər kitabı çap olunub. Kitabda şairin müxtəlif vaxtlarda və əsasən son illərdə yazdığı şeirləri toplanıb. Şeirlərin əsas məzmunu insan düyğularının təbiət və cəmiyyət, kainat və dünya hadisələri ilə əlaqəsindən, daha dəqiq insan bədii anatomiyasından, ölüm, həyat, müharibə, Allah, sevgi haqqında düşüncələrdən ibarətdir. Adından göründüyü kimi bu kitabda küləyin ölümü ədəbiyyatın, metoforanın, təbiətin, sözün ölümüdür. Bu ölüm, ölümlərin ən gözəli, həyatın isə başlanğıcıdır.
Qəşəm Nəcəfzadənin yeni kitabının adı nədir?
['Şirvannəşr', 'Qafqaz Universiteti', 'Oğlum qapını aç, qapıda bir külək ölür', 'Küləyin ölümü']
C
Sənə Azərbaycan dilində olan məqalə təqdim edilib. Bu məqaləyə əsasən sual və mümkün cavab variantlardan ibarət siyahı təqdim edilib. Təqdim edilən siyahıdan doğru cavabı seç və yalnız həmin doğru cavabı qaytar.
Bəstəkarlar Hacı Xanməmmədov və Soltan Hacıbəyov yad edilib. Azərbaycan Milli Konservatoriyasının tələbə və müəllim heyətinin müvəqqəti yerləşdiyi İncəsənət Gimnaziyasında elmi-nəzəri konfrans keçirilib. APA-nın məlumatına görə, konfrans konservatoriyanın Tələbə Elmi Cəmiyyətinin təşəbbüsü əsasında görkəmli bəstəkarlar Hacı Xanməmmədov və Soltan Hacıbəyovun 90 illik yubileyi münasibətilə təşkil olunub. Tədbirdə çıxış edən professor Vaqif Əbdülqasımov yubilyarların həyat və yaradıcılığından danışıb, H.Xanməmmədovla bağlı xatirələrini bölüşüb. Musiqişünaslar "Tar və simfonik orkestr üçün konsert", "Soltan Hacıbəyov - Üzeyir Hacıbəyov ənənələrinin davamçısı" və digər mövzularda çıxış ediblər. Sonda Milli Konservatoriyanın tələbələrinin iştirakı ilə yubilyarların yaradıcılığından seçmələr səsləndirilib.
Konfrans hansı münasibətlə təşkil olunub?
['Azərbaycan Milli Konservatoriyasının açılışı', 'Tələbə Elmi Cəmiyyətinin yaranması', 'Hacı Xanməmmədov və Soltan Hacıbəyovun 90 illik yubileyi', 'Yeni musiqi alətinin təqdimatı']
C
Sənə Azərbaycan dilində olan məqalə təqdim edilib. Bu məqaləyə əsasən sual və mümkün cavab variantlardan ibarət siyahı təqdim edilib. Təqdim edilən siyahıdan doğru cavabı seç və yalnız həmin doğru cavabı qaytar.
İstiqlal Muzeyində Heydər Əliyevə həsr olunmuş sərgi açılıb. Dünən Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr edilmiş "Xalqımızın zəhmətkeş atası" adlı sərginin açılışı keçirilib. APA-nın məlumatına görə, Respublika Uşaq Təşkilatı ilə birgə təşkil edilən sərgidə Heydər Əliyevin muzeyin fondunda saxlanılan və Baş Arxiv İdarəsinin kinoşəkil-sənədlər arxivindən əldə edilmiş müxtəlif dövrlərdə uşaqlarla birlikdə çəkdirdiyi foto şəkillər nümayiş olunur. Sərginin açılış mərasimində çıxış edən muzeyin direktoru Fəridə Şəmsi bildirib ki, Azərbaycanda dövlət uşaq siyasətinin uğurla həyata keçirilməsi məhz Heydər Əliyevin adı ilə bağlıdır. 2009-cu ilin "Uşaq ili" olduğunu xatırladan F.Şəmsi Heydər Əliyev Fondunun da əsas fəaliyyət istiqamətlərinin uşaqların sağlamlığı və təhsili ilə bağlı olduğunu bildirib. Tədbirdə "Mənim sevimli Heydər babam" adlı inşa yazı müsabiqəsinin qalibləri elan olunub, Bülbül adına Musiqi Məktəbinin şagirdləri tərəfindən kompozisiya ifa edilib.
İstiqlal Muzeyində keçirilən sərgi hansı şəxsə həsr olunub?
['Fəridə Şəmsi', 'Heydər Əliyev', 'Bülbül', 'Respublika Uşaq Təşkilatı']
B
Sənə Azərbaycan dilində olan məqalə təqdim edilib. Bu məqaləyə əsasən sual və mümkün cavab variantlardan ibarət siyahı təqdim edilib. Təqdim edilən siyahıdan doğru cavabı seç və yalnız həmin doğru cavabı qaytar.
"Yarımçıq əlyazma" polyak dilində. Görkəmli Azərbaycan yazıçısı, Azərbaycan MEA-nın müxbir üzvü professor Kamal Abdullanın bir sıra dünya dillərinə tərcümə olunmuş "Yarımçıq əlyazma" romanı bu yaxınlarda polyak dilində də işıq üzü görəcək. Əsəri polyak dilinə Qdansk Universitetinin dosenti, tanınmış tərcüməçi Stanislav Ulyaşeviç çevirib. Tərcümə zamanı o, romanın orijinal mətni ilə birlikdə rus və fransız dillərindəki variantlarından da istifadə edib. Universitetin digər dosenti Qrajina Zatulska "Yarımçıq əlyazma"nın polyak nəşrinə əsərin tarixi fonunu və bədii özünəməxsusluqlarını açıqlayan müqəddimə yazıb. Krakovdakı məşhur Yagellon Universitetinin müəllimi, tarixçi-türkoloq Ancey Pisoviçin yazdığı "Sözardı"ında isə Kamal Abdullanın populyar romanı ümumtürk tarixi və mədəniyyəti kontekstində nəzərdən keçirilir.
Kamal Abdullanın 'Yarımçıq əlyazma' romanı hansı dillərə tərcümə olunub?
['İngilis və alman dillərinə', 'Rus və fransız dillərinə', 'Polyak və türk dillərinə', 'İspan və italyan dillərinə']
B
Sənə Azərbaycan dilində olan məqalə təqdim edilib. Bu məqaləyə əsasən sual və mümkün cavab variantlardan ibarət siyahı təqdim edilib. Təqdim edilən siyahıdan doğru cavabı seç və yalnız həmin doğru cavabı qaytar.
Azərbaycan Gənc İstedadların VI Beynəlxalq Festivalında təmsil olunub. Belarusun Mozır şəhərində "Zemlya pod belımi krılyami" adlı Gənc İstedadların VI Beynəlxalq Festivalı keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin rəhbəri Zöhrə Əliyevanın verdiyi məlumata görə, 11 ölkənin təmsil olunduğu festivala Azərbaycan ilk dəfə qatılıb. Beş yüz nəfərdən çox iştirakçısı olan festivalda ölkəmizi Bakı şəhər 12 saylı Uşaq Musiqi Məktəbinin və 1 nömrəli Uşaq İncəsənət Məktəbinin şagirdləri təmsil ediblər. Festival çərçivəsində keçirilən müsabiqənin nəticələrinə əsasən, 12 saylı Uşaq Musiqi Məktəbinin şagirdlərindən Şamil Məmmədov solo-vokal (estrada) nominasiyası üzrə birinci dərəcəli diploma, Vüqar Məmmədov solo-vokal (xalq yaradıcılığı) nominasiyası üzrə xüsusu diploma, 1 nömrəli Uşaq İncəsənət Məktəbinin şagirdləri Cabbar Səttarov və Vüsalə Babayeva isə milli rəqs nominasiyası üzrə birinci dərəcəli diploma layiq görülüblər. Qaliblərə qiymətli hədiyyələr təqdim olunub.
Azərbaycan hansı şəhərdə keçirilən Gənc İstedadların VI Beynəlxalq Festivalında ilk dəfə təmsil olunub?
['Bakı', 'Minsk', 'Mozır', 'Gəncə']
C
Sənə Azərbaycan dilində olan məqalə təqdim edilib. Bu məqaləyə əsasən sual və mümkün cavab variantlardan ibarət siyahı təqdim edilib. Təqdim edilən siyahıdan doğru cavabı seç və yalnız həmin doğru cavabı qaytar.
Gənclərin beynəlxalq əməkdaşlığına həsr olunan festival keçirilib. Mayın 11-də Bakıda Gənclər və İdman Nazirliyilə Tələbələrin İqtisadiyyat və Menecmentlik üzrə Beynəlxalq Assosiasiyası (AİESEC) beynəlxalq "Global Village" festivalına təşkil edib. Tədbirdə çıxış edən Gənclər və İdman Nazirliyinin sektor müdiri Fuad Babayev deyib ki, Azərbaycanın ikinci dəfə ev sahibliyi etdiyi festival gənclər arasında mədəniyyətlərarası anlaşma və dialoqun daha da inkişafı baxımından çox əhəmiyyətlidir: "Beynəlxalq "Global Village" festivalında gənclər 25-dən artıq artıq ölkənin mədəniyyətini təqdim etməklə bərabər, ayrı-ayrı xalqların adət-ənənələri, milli mətbəxi, rəqsləri və musiqisi haqqında ətraflı məlumat verirlər". F.Babayev qeyd edib ki, sözügedən festival AİESEC nümayəndəliyinin Azərbaycanda fəaliyyətinə və Azərbaycanın Beynəlxalq AİESEC təşkilatına tamhüquqlu üzvlüyünün 3 illiyinə həsr olunub. "AİESEC Azərbaycan" şirkətinin prezidenti Fərid İsmayılzadə vurğulayıb ki, təşkilatın xəttilə hər il dünyada 7 min 500 tələbə mübadiləsi həyata keçirilir, beynəlxalq konfranslar təşkil olunur. Onun sözlərinə görə, təşkilat dünyanın 100-dən çox ölkəsində gənclərin şəxsi və peşəkar inkişafına istiqamətlənmiş bütün təşəbbüsləri - təhsil və təlim layihələrini, konfransları, beynəlxalq tələbə mübadiləsi proqramlarını dəstəkləyir.
Gənclərin beynəlxalq əməkdaşlığına həsr olunan festival hansı təşkilatlar tərəfindən təşkil edilib?
['Gənclər və İdman Nazirliyi və BMT', 'Tələbələrin İqtisadiyyat və Menecmentlik üzrə Beynəlxalq Assosiasiyası (AİESEC) və UNESCO', 'Gənclər və İdman Nazirliyi və Tələbələrin İqtisadiyyat və Menecmentlik üzrə Beynəlxalq Assosiasiyası (AİESEC)', 'Gənclər və İdman Nazirliyi və Avropa Birliyi']
C
Sənə Azərbaycan dilində olan məqalə təqdim edilib. Bu məqaləyə əsasən sual və mümkün cavab variantlardan ibarət siyahı təqdim edilib. Təqdim edilən siyahıdan doğru cavabı seç və yalnız həmin doğru cavabı qaytar.
Qəşəm Nəcəfzadənin şeirləri "Çoxsimalı dünya"da. Şair Qəşəm Nəcəfzadənin Gürcüstanda şeirləri işıq üzü görüb. Şeirləri gürcü dilinə tanınmış şair və tərcüməçi Nika Corcaneli çevirib. Ədəbi-bədii materiallar dərc edən jurnal ayda bir dəfə çap olunur. Jurnalın baş redaktoru şair Şota İataşvilidir. Onu da qeyd edək ki, bu ilin sonuna kimi Qəşəm Nəcəfzadənin Gürcüstanda "Sabah şənbə..." adlı şeirlər kitabının da çapdan çıxacağı gözlənilir.
Qəşəm Nəcəfzadənin şeirləri hansı dildə işıq üzü görüb?
['Rus dili', 'Gürcü dili', 'Azerbaycan dili', 'İngilis dili']
B
Sənə Azərbaycan dilində olan məqalə təqdim edilib. Bu məqaləyə əsasən sual və mümkün cavab variantlardan ibarət siyahı təqdim edilib. Təqdim edilən siyahıdan doğru cavabı seç və yalnız həmin doğru cavabı qaytar.
Uçdu dəniz, qaçdı quşlar... "Uçdu getdi quşlar" mahnısının müəllifinə və "Uzaq yaşıl ada" mahnısının müəllifinə dostmodernist ərmağanı. Taksidən düşəndə gördüm, son bahar. Yağışlar yağdıqca düşəcək yada. Yağışın əlindən qaçıb dənizə, Dedim, qoy qarışsın sulara sular. Dəyişib sözlərin sıralarını. Fikrətin, Vaqifin misralarını.
Mətnə əsasən, qaçan və uçan nədir?
['dostmodernist', 'dəniz', 'fikrət', 'quşlar']
D
Sənə Azərbaycan dilində olan məqalə təqdim edilib. Bu məqaləyə əsasən sual və mümkün cavab variantlardan ibarət siyahı təqdim edilib. Təqdim edilən siyahıdan doğru cavabı seç və yalnız həmin doğru cavabı qaytar.
Tanınmış şairlər Memarlıq və İnşaat Universitetinin qonağı olublar. Bu günlərdə Memarlıq və İnşaat Universitetində Azərbaycanın tanınmış şairləri Vaqif Bəhmənli, Tofiq Nurəli və Maarif Soltanla müəllim-tələbə kollektiviinin görüşü təşkil edilib. Görüşdə şairlərin həyat və fəaliyyət yolu haqqında ətraflı məlumat verilib, onların müasir ədəbiyyatımızda özünəməxsus dəst-xətti olduğu bildirilib. Çıxışlarda belə görüşlərin ciddi mənəvi-əxlaqi və tərbiyəvi əhəmiyyət kəsb etdiyindən danışılıb. Şairlərin fikirləri və yaradıcılıqlarından nümunələr görüş iştirakçıları tərəfindən maraqla qarşılanıb. HÜSNİYYƏ.
Hansı universitetdə tanınmış şairlərin görüşü təşkil edilib?
['Bakı Dövlət Universiteti', 'Memarlıq və İnşaat Universiteti', 'Qərb Universiteti', 'Xəzər Universiteti']
B
Sənə Azərbaycan dilində olan məqalə təqdim edilib. Bu məqaləyə əsasən sual və mümkün cavab variantlardan ibarət siyahı təqdim edilib. Təqdim edilən siyahıdan doğru cavabı seç və yalnız həmin doğru cavabı qaytar.
"Cəhənnəmə gedən yol" tamaşası Astarada talış dilində oynanılıb. Astara rayonunun Kakalos kənd mədəniyyət evində yazıçı-dramaturq Azər Əliyevin "Cəhənnəmə gedən yol" əsərinin motivləri əsasında talış dilində hazırlanmış monotamaşanın təqdimatı keçirilib. Bu barədə APA-nın cənub bürosuna Astara Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Şadoğlan Bayramov məlumat verib. Onun sözlərinə görə, Avropa Şurası Gənclər Fondunun maliyyə dəstəyi və "Dirçəliş" Gənclərin Sosial-Psixoloji Bərpa Mərkəzinin təşkilatçılığı ilə səhnəyə qoyulan əsərin quruluşçu-rejissoru YUNESKO-nun Muzeylər Şurasının üzvü Əfqan Şəfiyevdir. Baş rolu rayonun Pensər kənd mədəniyyət evinin "Bütəsər" bədii özfəaliyyət kollektivinin rəhbəri Səhabəddin Əhmədov oynayıb. Çağdaş cəmiyyətdə narkotika əsiri olmuş gəncləri bu bəladan uzaqlaşdırmaq məqsədinə xidmət edən tamaşanın Astaranın bir sıra yaşayış məntəqələrində, eləcə də Lənkəran, Lerik və Masallı rayonlarında oynanılması nəzərdə tutulub.
Cəhənnəmə gedən yol tamaşası hansı dildə oynanılıb?
['azərbaycan dilində', 'talış dilində', 'rus dilində', 'ingilis dilində']
B
Sənə Azərbaycan dilində olan məqalə təqdim edilib. Bu məqaləyə əsasən sual və mümkün cavab variantlardan ibarət siyahı təqdim edilib. Təqdim edilən siyahıdan doğru cavabı seç və yalnız həmin doğru cavabı qaytar.
Görkəmli rejissor Hüseynağa Atakişiyev yad edilib. Dövlət Gənc Tamaşaçılar Teatrında əməkdar incəsənət xadimi, sözügedən teatrın yaradıcısı və bədii rəhbəri olmuş Hüseynağa Atakişiyevin vəfatının ildönümünə həsr olunmuş xatirə gecəsi keçirilib. Gecədə teatrın direktoru, əməkdar artist Mübariz Qurbanov, baş rejissoru, xalq artisti Cənnət Səlimova, rejissorlar Ağalar İdrisoğlu və Sərvər Əliyev Hüseynağa Atakişiyevin səhnə yaradıcılığından danışıblar, onun quruluş verdiyi tamaşaların özünəməxsus xüsusiyyətlərindən söz açıblar. Xatirə gecəsi çərçivəsində rejissor Sərvər Əliyevin quruluşunda Əziz Nesinin əsəri əsasında hazırlanmış “Çağırış” tamaşası nümayiş etdirilib. Rolları əməkdar artist Qəmər Məmmədova, aktyor Qurban İsmayılov, aktyorlar Elşən Çarhanlı, Natiq Aslan, Hüsniyyə Əhmədova, Anar Səfiyev və başqaları ifa ediblər. Tamaşanın bəstəkarı əməkdar incəsənət xadimi Sərdar Fərəcov, rəssamı Vüqar Əlidir.
Hüseynağa Atakişiyevin xatirə gecəsi harada keçirilib?
['Dövlət Gənc Tamaşaçılar Teatrında', 'Opera və Balet Teatrında', 'Milli Dram Teatrında', 'Musiqili Komediya Teatrında']
A
Sənə Azərbaycan dilində olan məqalə təqdim edilib. Bu məqaləyə əsasən sual və mümkün cavab variantlardan ibarət siyahı təqdim edilib. Təqdim edilən siyahıdan doğru cavabı seç və yalnız həmin doğru cavabı qaytar.
Dövlət Pantomim Teatrı IV “Etos” Festivalından qayıdıb. Dövlət Pantomim Teatrı Türkiyənin paytaxtı Ankarada IV “Etos” Beynəlxalq Teatr Festivalında iştirak edib. Bu barədə teatrın direktoru Elman Rəfiyevin məlumat verib. Martın 27-dən aprelin 4-dək davam edən festivalda kukla, pantomim, klounada, komediya, faciə janrlarında olan tamaşaların müxtəlif səhnələrdə və küçədə nümayişi keçirilib. Pantomima Teatrı festivalın açılışı günündə “Skripkaçılar”, bağlanışda isə “Muğam-trio” ilə çıxış edib. Direktorun sözlərinə görə, pantomimçilər ölkə tamaşaçıları qarşısında da çıxış etməyi planlaşdırırlar.
Dövlət Pantomim Teatrı hansı festivalda iştirak edib?
['IV “Etos” Festivalı', 'III “Etos” Festivalı', 'V “Etos” Festivalı', 'IV “Kukla” Festivalı']
A
Sənə Azərbaycan dilində olan məqalə təqdim edilib. Bu məqaləyə əsasən sual və mümkün cavab variantlardan ibarət siyahı təqdim edilib. Təqdim edilən siyahıdan doğru cavabı seç və yalnız həmin doğru cavabı qaytar.
Dövlət Simfonik Orkestrinin ifaları 3 DVD-də toplanıb. Dirijor Rauf Abdullayevin rəhbərliyi ilə Üzeyir Hacıbəyov adına Dövlət Simfonik Orkestrinin ifa etdiyi musiqilərdən ibarət 3 DVD hazırlanıb. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyilə hazırlanan diskdə Qərbi Avropa, rus və Azərbaycan klassik musiqiçilərinin şedevr əsərləri öz əksini tapıb. C.Verdinin “Rekviyem” əsərini simfonik orkestrlə yanaşı, Gülbacı İmanovanın başçılığı ilə Azərbaycan Xor Kapellası, ukraynalı solistlər – Svetlana Dobronrava (soprano) və Tatyana Dimonova (metso-soprano), gürcüstanlı Georgi Maxaradze (tenor) və azərbaycanlı Əkrəm Poladov (bariton) ifa ediblər. Disklərdən birində Üzeyir Hacıbəyovun, Qara Qarayevin, Soltan Hacıbəyovun, Fikrət Əmirovun və o cümlədən, Sergey Raxmaninovun əsərləri, Azərbaycan orkestrinin Bilkend Universitetinin orkestri (Turkiyə) ilə birgə verdiyi Üçüncü konsertdəki (solist – pianoçu Aleksey Volodin) ifalar da toplanıb. Digər diskdə dirijor Rauf Abdullayevin rəhbərliyi ilə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında Moris Ravel və Bela Bartokun əsərləri yer alıb.
Dövlət Simfonik Orkestrinin ifaları neçə DVD-də toplanıb?
['2', '3', '4', '5']
B
Sənə Azərbaycan dilində olan məqalə təqdim edilib. Bu məqaləyə əsasən sual və mümkün cavab variantlardan ibarət siyahı təqdim edilib. Təqdim edilən siyahıdan doğru cavabı seç və yalnız həmin doğru cavabı qaytar.
İsmayıllı rayonunda istehsal olunan xalçaların albom-kataloqu tərtib edilib. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, albom-kataloqun hazırlanıb yayılması, əslində bir neçə zərurətdən irəli gəlib: “Birincisi, İsmayıllı xalçaları barədə Bakı və respublikamızın digər ərazilərində ətraflı bilgilərin verilməsidir ki, verilən sifarişlər artsın. İkincisi və ən əsası isə, bu xalçaların xarici ölkələrdə də daha geniş tanıdılması və ixracının təşkili, beynəlxalq sərgilərə çıxarılmasıdır. Albom-kataloq həm də ermənilərin digər maddi-mədəniyyət nümunələrimiz kimi, Azərbaycan xaçalarını da xarici ölkələrdə öz məhsulları kimi təqdim etməsinin qarşısını almağa kömək edəcək”. Xalçaçılıq sahəsində qədim və zəngin ənənələri olan İsmayıllıda son illər bu sahəyə maraq xeyli artıb.
İsmayıllı xalçalarının albom-kataloqunun hazırlanmasının əsas səbəbləri nələrdir?
['Xalçaların ağır və zəhmətli olması', 'Xalçaların Bakı və respublikamız digər ərazilərində tanıdılması', 'Xalçaların qiymətlərinin artırılması', 'Mədəniyyət Nazirliyinin təşəbbüsü']
B
Sənə Azərbaycan dilində olan məqalə təqdim edilib. Bu məqaləyə əsasən sual və mümkün cavab variantlardan ibarət siyahı təqdim edilib. Təqdim edilən siyahıdan doğru cavabı seç və yalnız həmin doğru cavabı qaytar.
İ.Əbilov adına Mədəniyyət Mərkəzində xalq şairi Rəsul Rzanın anadan olmasının 100 illiyinə həsr edilmiş tədbir keçirilib. Bu barədə Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri, şair Ədalət Əsgəroğlu məlumat verib. “Ədəbi üfüqlər” silsiləsi çərçivəsində reallaşan tədbiri giriş sözü ilə mərkəzin bədii rəhbəri Mirəhməd Əsgərov açaraq, xalq şairinin həyat və yaradıcılığının ən önəmli məqamlarından danışıb. Ə.Əsgəroğlu çıxışında Rəsul Rzanın orijinal, cəsarətli, həmişəyaşar poeziyasından nümunələr gətirərək, onun Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərindən danışıb. Şair Musa Ələkbərli yubilyara həsr etdiyi şeirini oxuyub. Mərkəzin “Şəlalə” xalq çalğı alətləri ansamblı R.Rzanın sözlərinə yazılmış mahnıları ifa edib, “Vurğun” poeziya teatrının üzvləri şairin şerlərindən nümunələr səsləndiriblər.
Rəsul Rzanın 100 illiyinə həsr edilmiş tədbir harada keçirilib?
['İ.Əbilov adına Mədəniyyət Mərkəzi', 'Azərbaycan Yazıçılar Birliyi', 'Milli Kitabxana', 'Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı']
A
Sənə Azərbaycan dilində olan məqalə təqdim edilib. Bu məqaləyə əsasən sual və mümkün cavab variantlardan ibarət siyahı təqdim edilib. Təqdim edilən siyahıdan doğru cavabı seç və yalnız həmin doğru cavabı qaytar.
Muzey Mərkəzində gəlinciklər sərgisi. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Muzey Mərkəzində gəlincik ustaları Pərviz Hüseynov və İrina Qundorinanın əsərlərindən ibarət sərgi təşkil olunub. Sərginin açılışında çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Bakı şəhər mədəniyyət və turizm idarəsinin rəisi Əlikram Əliyev, xalq rəssamı Ağaəli İbrahimov və başqaları gəlinciklərin bəzəyində rənglərin düzgün seçimini yüksək qiymətləndirərək, Azərbaycan milli ornamentlərindən yerində istifadə olunması baxımından gözəl sənət əsərlərinin nümayiş etdirildiyini vurğulayıblar. Əsərləri bir çox beynəlxalq sərgilərdə mükafat qazanmış Pərviz Hüseynov və İrina Qundorina onlara yaradılan şəraitə və sənətlərinə göstərilən diqqətə görə tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkür ediblər. Sərgiyə müəlliflərin müxtəlif nağıl və əfsanə qəhrəmanı olan, bəzəkli geyimlərdə 25-dək gəlincik işi çıxarılıb. Qalereyada həmçinin Tatyana Ağababayeva, Eldar Qurbanov, Namiq Məmmədov, Emin Əsgərov və digər gənclərin əsərləri də sərgilənir.
Gəlinciklər sərgisi harada təşkil olunub?
['İçərişəhər', 'Muzey Mərkəzi', 'Heydər Əliyev Mərkəzi', 'Azərbaycan Milli İncəsənət Muzeyi']
B
Sənə Azərbaycan dilində olan məqalə təqdim edilib. Bu məqaləyə əsasən sual və mümkün cavab variantlardan ibarət siyahı təqdim edilib. Təqdim edilən siyahıdan doğru cavabı seç və yalnız həmin doğru cavabı qaytar.
Bu barədə AMEA-dan məlumat verilib. 200-dən çox eksponatın təqdim edildiyi sərgidə 1941-45-ci illər Böyük Vətən Müharibəsi cəbhələrində qəhrəmanlıq göstərmiş, iki dəfə Sovet İttifaqı Qəhrəmanı general Həzi Aslanov, Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş İsrafil Məmmədov, Mehdi Hüseynzadə kimi qəhrəman döyüşçülərin şəxsi əşyaları, hərbi geyimləri, orden və medalları, şəxsiyyət vəsiqələri, bayraqlar, arxa cəbhədə nəşr olunmuş qəzet və jurnallar nümayiş etdirilir. Tədbiri AMEA-nın vitse-prezidenti Arif Həşimov açaraq, müharibə cəbhələrində, əsir düşərgələrində faşistlərin törətdikləri qəddarlıqdan danışıb, böyük qələbənin yaddaşlarda yaşamasında belə sərgilərin əhəmiyyətini xüsusi vurğulayıb. Muzeyin direktoru akademik Nailə Vəlixanlı, Səbail rayonu Veteranlar Şurasının sədri Ömər Ağayev, neftçi Məhərrəm Məmmədoğlu, Mərkəzi Elmi Kitabxananın direktoru Aybəniz Kəngərli və başqaları arxa cəbhədə insanların fədakar əməyindən söz açıblar. Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Elmi Şurasının qərarı ilə nəşr olunmuş “Biz birlikdə qalib gəldik“ məqalələr toplusunun təqdimatı da olub. Faşizm üzərində qələbənin 65 illiyinə həsr olunmuş kitabda arxiv materialları əsasında azərbaycanlı döyüşçülərin igidlikləri haqqında oçerklər, müharibə dövrünü əks etdirən məqalələr yer alıb.
Sərgidə hansı qəhrəman döyüşçülərin şəxsi əşyaları nümayiş etdirilir?
['Həzi Aslanov', 'İsrafil Məmmədov', 'Mehdi Hüseynzadə', 'Hamısı']
D
Sənə Azərbaycan dilində olan məqalə təqdim edilib. Bu məqaləyə əsasən sual və mümkün cavab variantlardan ibarət siyahı təqdim edilib. Təqdim edilən siyahıdan doğru cavabı seç və yalnız həmin doğru cavabı qaytar.
Sumqayıtda Vaqif Mustafazadəyə həsr edilən konsert olub. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Sumqayıtda dünya şöhrətli cazmen Vaqif Mustafazadənin xatirəsinə həsr edilmiş konsert keçirilib. Sumqayıtdakı Bülbül adına incəsənət məktəbində təşkil edilmiş konsert zamanı foyedə təşkil edilmiş böyük sərgidə tanınmış virtuozun qısa ömür yolu nümayiş etdirilib. Tədbirdə bu yaxınlarda İsveçrədə keçirilmiş beynəlxalq caz festivalının qalibi, virtuoz pianoçu İfsar Sarabski çıxış edib, cazmenin fortepiano üçün yazdığı bir sıra kamera pyesləri gənc pianoçular Seymur Əliyev və Əfqan Rəsul tərəfindən ifa olunub. Konsert proqramında xalq artisti Elxan Əhədzadə əfsanəvi Frenk Sinatranın repertuarından mahnılar ifa edib. Xatırladaq ki, V.Mustafazadənin xatirəsinə həsr edilmiş növbəti konsert Gəncədə olacaq.
Sumqayıtda Vaqif Mustafazadəyə həsr edilən konsertdə kim çıxış edib?
['Seymur Əliyev', 'Elxan Əhədzadə', 'İfsar Sarabski', 'Əfqan Rəsul']
C
Sənə Azərbaycan dilində olan məqalə təqdim edilib. Bu məqaləyə əsasən sual və mümkün cavab variantlardan ibarət siyahı təqdim edilib. Təqdim edilən siyahıdan doğru cavabı seç və yalnız həmin doğru cavabı qaytar.
“Qarabağ xanlığı” kitabı nəşr edilib. Azərbaycanda Atatürk Mərkəzində professor Tofiq Mustafazadənin “Qarabağ xanlığı” kitabının təqdimatı mərasimi olub. Mərkəzdən verilən məlumata görə, təqdimat mərasimində çıxış edən müəllif əsərdə Rusiya arxivlərində saxlanılan materiallardan da geniş istifadə etdiyini bildirib: “Kitabda çap edilmiş tarixi sənədlər Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu real faktlarla oxucuya çatdırır. Qarabağ xanlığının tarixi 4 böyük dövrə bölünür və hər bir dövr barədə ətraflı məlumat verilir. Ermənilərin Azərbaycan xalqına qarşı ərazi iddialarının əsassızlığını sübuta yetirən bu kitabın gələcəkdə rus, ingilis və fransız dillərinə tərcümə edilməsi nəzərdə tutulur”. Kitabda XVIII-XIX əsrlər Azərbaycan tarixində çox mühüm rol oynamış Qarabağ xanlığının tarixi ilk mənbələr və müasir elmi ədəbiyyat əsasında ilk dəfə kompleks şəkildə araşdırılıb.
Tofiq Mustafazadənin “Qarabağ xanlığı” kitabında hansı arxiv materiallarından istifadə edilib?
['Azərbaycan arxivləri', 'Ermənistan arxivləri', 'Rusiya arxivləri', 'Gürcüstan arxivləri']
C
Sənə Azərbaycan dilində olan məqalə təqdim edilib. Bu məqaləyə əsasən sual və mümkün cavab variantlardan ibarət siyahı təqdim edilib. Təqdim edilən siyahıdan doğru cavabı seç və yalnız həmin doğru cavabı qaytar.
Azərbaycan filmləri Özbəkistanda göstərilib. Özbəkistanda Azərbaycan kinosu həftəsi keçirilib. Kino həftəsində Azərbaycanı xalq artisti Rafiq Əliyev, rejissorlar Mehriban Ələkbərzadə, Samir Kərimov, eləcə də Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Almaz Sultanzadə təmsil ediblər. APA-nın məlumatına görə, kino həftəsinin açılışı 500 nəfərlik Əlişir Nəvai adına Kino Sarayında baş tutub. Açılışda “Özbəkkino” Milli Agentliyinin rəhbərliyi, dövlət xadimləri, kino sənətkarları, yaradıcı ziyalılar, şəhər ictimaiyyəti və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər. Eyni zamanda “İki xalqın oğlu” başlığı altında kino və teatr rəssamı Yusif Hüseynovun rəsmləri və “Azərbaycan kinosu: dünən və bu gün” adlı fotosərgi nümayiş etdirilib.
Azərbaycan kinosu həftəsi harada keçirilib?
['Türkiyə', 'Azərbaycan', 'Özbəkistan', 'Rusiya']
C
Sənə Azərbaycan dilində olan məqalə təqdim edilib. Bu məqaləyə əsasən sual və mümkün cavab variantlardan ibarət siyahı təqdim edilib. Təqdim edilən siyahıdan doğru cavabı seç və yalnız həmin doğru cavabı qaytar.
Mərhum şair Əli Kərimin irsi ilə bağlı sayt yaradılıb. Azərbaycanın görkəmli şairi Əli Kərimin həyat və yaradıcılığını əks etdirən Alikarim.info adlı fərdi saytı yaradılıb. Sayt könüllülük təşəbbüsün nəticəsində ərsəyə gəlib. Burada şairin şeirləri, kitabları, bioqrafik məlumatlar, fotolar, həmçinin şairin səsinin qorunub saxlandığı lentlərin elektron variantı yer alıb. Saytın administrasiyasından verilən məlumata görə, vaxtaşırı materiallar daha da zənginləşdiriləcək. Tənqidçi rəyləri, qəzet məqalələri və resenziyalar da saytın məlumat arxivinə yüklənəcək.
Əli Kərimin həyat və yaradıcılığını əks etdirən saytın adı nədir?
['Alikarim.info', 'Ali.info', 'Kerim.net', 'Azerbaijanpoet.com']
A
Sənə Azərbaycan dilində olan məqalə təqdim edilib. Bu məqaləyə əsasən sual və mümkün cavab variantlardan ibarət siyahı təqdim edilib. Təqdim edilən siyahıdan doğru cavabı seç və yalnız həmin doğru cavabı qaytar.
Rəsm əsərlərində “Qarabağ şikəstəsi”. Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda qrafika ustası, əməkdar rəssam Adil Rüstəmovun sərgisi təşkil olunub. Açılış mərasimində çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov, xalq rəssamı Ağaəli İbrahimov, kinoşünas Aydın Kazımov və başqaları rəssamın Qarabağ müharibəsinə həsr etdiyi 70-ə yaxın əsəri xalqın böyük kədərinə sənətkar münasibəti adlandırıblar: “Rəssamın “Qarabağ şikəstəsi” adı altında bir araya gətirdiyi bu əsərlər baxışlarda əbədiləşəcək, yaddaşlara həkk olunacaq. Bu sərgini rəssamın Azərbaycanın işğal edilmiş dilbər guşəsi Qarabağa yanıqlı bir layla, kədərli, eyni zamanda, mübarizəyə çağırış ruhlu nidası adlandırmaq olar. Qrafika janrının qarışıq üslubunda işlənmiş tablolarda ağrılı-acılı qaçqınlıq taleyi, Xocalı soyqırımının dəhşətləri və bədnam qonşularımızın vandalizmi öz təcəssümünü tapıb”. A.Rüstəmov çıxışında sərgini özünün bu mövzuda yaradıcılıq hesabatı kimi dəyərləndirib, tədbirin təşkilatçılarına və mərasimə qatılanlara minnətdarlığını bildirib.
Adil Rüstəmovun sərgisində hansı mövzuya həsr olunmuş əsərlər nümayiş etdirilib?
['Azərbaycanda turizm', 'Qarabağ müharibəsi', 'Azərbaycanın mədəniyyəti', 'Sülh və həmrəylik']
B
Sənə Azərbaycan dilində olan məqalə təqdim edilib. Bu məqaləyə əsasən sual və mümkün cavab variantlardan ibarət siyahı təqdim edilib. Təqdim edilən siyahıdan doğru cavabı seç və yalnız həmin doğru cavabı qaytar.
Daşkəsən ərazisində qədim alban məbədi aşkarlanıb. Daşkəsənin Çovdar kəndindən 3 kilometr aralıda, meşəlik ərazidə qədim Alban məbədi aşkar edilib. Divar qalıqlarından belə məlum olur ki, IV-V əsrlərə aid olan bu abidənin ətrafında köməkçi təsərrüfat tikililəri də varmış. Rayon mədəniyyət və turizm şöbəsinin yaydığı məlumata görə, aşkar edilən bu abidə Daşkəsənin tarixi abidələri sırasında sayca 53-cü, alban abidəsi kimi isə 4-cüdür. Məbədin nəzarətə götürülməsi barədə mədəniyyət və turizm nazirliyinə məlumat verilib. HÜSNİYYƏ.
Daşkəsəndə aşkarlanan qədim abidə hansı dövrlərə aiddir?
['III-IV əsrlər', 'IV-V əsrlər', 'V-VI əsrlər', 'VI-VII əsrlər']
B
Sənə Azərbaycan dilində olan məqalə təqdim edilib. Bu məqaləyə əsasən sual və mümkün cavab variantlardan ibarət siyahı təqdim edilib. Təqdim edilən siyahıdan doğru cavabı seç və yalnız həmin doğru cavabı qaytar.
“Mənim nəğməkar ürəyim” Yazıçılar Birliyində təqdim edilib. Azərbaycan Yazıçılar Birliyində şair-publisist Hacı Cabir Xəlifəzadənin anadan olmasının 75 illiyi və “Mənim nəğməkar ürəyim” kitabının təqdimatı keçirilib. Bu barədə birliyin mətbuat katibi, şair Ədalət Əsgəroğlu məlumat verib. Birliyin katibi, xalq şairi Fikrət Qoca tədbiri açaraq, əlamətdar gün münasibətilə Yazıçılar Birliyi İdarə Heyətinin yubilyara ünvanlanmış təbrik məktubunu oxuyub. Tədbirdə şair Ədalət Əsgəroğlu, tənqidçi Vaqif Yusifli və başqaları çıxış edərək 13 kitabın müəllifi Hacı Cabirin işıq üzü görən yeni toplusunda anaya, vətənə, övlada, Qarabağ hadisələrinə həsr olunmuş şeirlərin sənətkarlıq baxımından kitabda verilmiş digər poeziya nümunələrindən fərqləndiyini bildiriblər. Yubilyar tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.
Hansı kitabın təqdimatı Azərbaycan Yazıçılar Birliyində keçirilib?
['Əsrarəngiz dünya', 'Mənim sevgi dastanım', 'Mənim nəğməkar ürəyim', 'Əsrin dastanı']
C
Sənə Azərbaycan dilində olan məqalə təqdim edilib. Bu məqaləyə əsasən sual və mümkün cavab variantlardan ibarət siyahı təqdim edilib. Təqdim edilən siyahıdan doğru cavabı seç və yalnız həmin doğru cavabı qaytar.
Tarzən Valeh Rəhimovun yubileyi qeyd edilib. R.Behbudov adına Dövlət Mahnı Teatrında Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə tanınmış tarzən, əməkdar artist Valeh Rəhimovun 60 illiyinə həsr olunmuş yubiley mərasimi keçirilib. Tədbirdə çıxış edən akademik Vasim Məmmədəliyev V.Rəhimovun ifaçılıq sənətində öz dəst-xəttinə sadiq, klassik ənənələri yaşadan sənətkar olmasından, Mirzə Mansur, Əhməd Bakıxanov, Bəhram Mansurov, xanəndə Hacıbaba Hüseynov kimi ustadların yaradıcılığından bəhrələndiyindən söz açıb: “Azərbaycanın Yaqub Məmmədov, Qulu Əsgərov, Gülxar Həsənova, Alim Qasımov, Səxavət Məmmədov kimi bir çox tanınmış ifaçılarını müşayiət edən mahir tarzənin həm də musiqi sənətimizin inkişafı və təbliği sahəsində əvəzsiz xidmətləri var”. Azərbaycan Milli Konservatoriyasının rektoru Səyavuş Kərimi, xalq artisti Əlibaba Məmmədov və digərləri çıxışlarında V.Rəhimovun yaradıcılığının özünəməxsusluğundan, əruz vəzninə dərindən bələd olmasından, sənət uğurlarından danışıblar, tarzəni yubiley münasibətilə təbrik ediblər. Tədbirdə incəsənət ustalarının iştirakı ilə konsert proqramı təqdim olunub. Sonda yubilyar yaradıcılığına göstərilən ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.
Valeh Rəhimovun yubiley mərasimi harada və kimin təşkilatçılığı ilə keçirilib?
['R.Behbudov adına Dövlət Mahnı Teatrında', 'Bakı Mədəniyyət İdarəsində', 'Azərbaycan Milli Konservatoriyasında', 'Tarzən Mərkəzində']
A
Sənə Azərbaycan dilində olan məqalə təqdim edilib. Bu məqaləyə əsasən sual və mümkün cavab variantlardan ibarət siyahı təqdim edilib. Təqdim edilən siyahıdan doğru cavabı seç və yalnız həmin doğru cavabı qaytar.
Astarada Canəli Əkbərovun yubileyi qeyd olunub. Astara rayon mədəniyyət evində xalq artisti, professor Canəli Əkbərovun 70 illik yubileyi keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, mərasimdə çıxış edən Astara rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev, xalq artistləri Arif Babayev, Səkinə İsmayılova, Mənsum İbrahimov, Aygün Bayramova, əməkdar artistlər Gülyaz Məmmədova, Gülüstan Əliyeva, əməkdar incəsənət xadimi Ədalət Dəlidağlı, “Muğam” müsabiqəsinin qalibi Babək Niftəliyev və başqaları tanınmış muğam ustasının 70 illik yubileyi münasibətilə təbrik ediblər, ölkəmizdə milli-mənəvi dəyərlərin, o cümlədən muğamlarımızın qorunub saxlanmasına və onun daha da inkişaf etdirilməsinə göstərilən dövlət qayğısından danışıblar, muğamlarımızın dünyada tanınmasında Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrin əhəmiyyətini yüksək qiymətləndiriblər. Xalq artisti Cənəli Əkbərov əməyinə verilən yüksək qiymətə görə dövlətimizin başçısına minnətdarlığını bildirib. Yubiley mərasimində tanınmış muğam ifaçılarının iştirakı ilə konsert təqdim edilib. Mədəniyyət evinin foyesində tanınmış muğam ustasının ömür yolunu və yaradıcılığını əks etdirən fotostend sərgilənib, sənədli film nümayiş etdirilib.
Canəli Əkbərovun Astarada keçirilən yubiley mərasimində kimlər çıxış ediblər?
['Astara rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev', 'Xalq artisti Canəli Əkbərov', 'Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi', 'Heydər Əliyev Fondu']
A
Sənə Azərbaycan dilində olan məqalə təqdim edilib. Bu məqaləyə əsasən sual və mümkün cavab variantlardan ibarət siyahı təqdim edilib. Təqdim edilən siyahıdan doğru cavabı seç və yalnız həmin doğru cavabı qaytar.
Mahnı Teatrında “Koroğlunun Çənlibelə qayıdışı”. R.Behbudov adına Dövlət Mahnı Teatrında yazıçı-publisist Adil Babayevin “Koroğlunun Çənlibelə qayıdışı” kitabının təqdimatı keçirilib. Kitabın mövzusu əsasən keçmiş SSRİ dağıldıqdan sonra Azərbaycanda baş verən hadisələrə və ulu öndər Heydər Əliyevin ikiknci dəfə hakimiyyətə qayıdışına həsr olunub. Təqdimat mərasimində Milli Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, millət vəkili Nizami Cəfərov, Bakı Metropoliteninin sədri Tağı Əhmədov, Yeni Azərbaycan Partiyası Yasamal rayon şöbəsinin sədri Fikrət İsmayılov və başqaları çıxış edərək əsərin bədii xüsusiyyətlərindən söz açıblar. Tədbirdə qiraət ustalarının ifasında mənzum pyesdən parçalar ifa olunub, Naxçıvan Dövlət Dram Teatrında nümayiş etdirilmiş eyniadlı tamaşadan parçalar nümayiş etdirilib. Sonda çıxış edən müəllif tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.
Adil Babayevin kitabı hansı mövzuya həsr olunub?
['Azərbaycanda baş verən hadisələr', 'SSRİ-nin dağıldığı dövrdəki hadisələr', 'Heydər Əliyevin hakimiyyətə qayıdışı', 'Milli Elmlər Akademiyasının fəaliyyəti']
C
Sənə Azərbaycan dilində olan məqalə təqdim edilib. Bu məqaləyə əsasən sual və mümkün cavab variantlardan ibarət siyahı təqdim edilib. Təqdim edilən siyahıdan doğru cavabı seç və yalnız həmin doğru cavabı qaytar.
Gəncə Dram Teatrı mövsümü Mir Cəlalın “Ərik ağacı” ilə yekunlaşdıracaq. Gəncə Dövlət Dram Teatrı 115-ci mövsümünə Mir Cəlal Paşayevin “Ərik ağacı” əsəri əsasında səhnələşdirdiyi eyniadlı tamaşa ilə yekun vuracaq. Teatrın direktoru Əli Qasımovun bildirdiyinə görə, başa çatan teatr mövsümü kollektiv üçün uğurlu olub: “Yaradıcı kollektivimiz Gəncə teatrsevərlərinə bu mövsüm ərzində bir neçə yeni əsər təqdim edib. Şair-dramaturq Xəzangülün “Məhəbbətin qənimi”, Əli Əmirlinin “Varlı qadın “, Elçinin “Ölüm hökmü” və görkəmli yazıçı Mir Cəlal Paşayevin “Ərik ağacı” əsərləri əsasında hazırlanmış tamaşalar Gəncə tamaşaçıları tərəfindən alqışlarla qarşılanıb. Bu uğuru təhlil edərək kollektiv olaraq belə qərara gəlmişik ki, teatr mövsümünü elə Mir Cəlal Paşayevin “Ərik ağacı” əsəri əsasında səhnələşdirdiyi tamaşa ilə başa vuraq. Yaxın günlərdə yaradıcı heyət həmin tamaşanı təqdim edəcək və sentyabr ayının 15-dək Gəncə teatrsevərlərindən ayrılacaq”.
Gəncə Dram Teatrı hansı əsərlə mövsümü yekunlaşdıracaq?
['Məhəbbətin qənimi', 'Varlı qadın', 'Ölüm hökmü', 'Ərik ağacı']
D
Sənə Azərbaycan dilində olan məqalə təqdim edilib. Bu məqaləyə əsasən sual və mümkün cavab variantlardan ibarət siyahı təqdim edilib. Təqdim edilən siyahıdan doğru cavabı seç və yalnız həmin doğru cavabı qaytar.
Naxçıvanın arxeoloji sərvətləri haqqında yeni kitab nəşr edilib. AMEA Naxçıvan Bölməsi Tarix Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, professor Vəli Baxşəliyev, aparıcı elmi işçi Səfər Aşurov və Fransa Beynəlxalq Araşdırmalar Mərkəzinin əməkdaşı Katerina Marronun birgə hazırladıqları “Ovçulartəpəsi” adlı kitab bu günlərdə geniş oxucu kütləsinin ixtiyarına verilib. Bu barədə AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən məlumat almışıq. Muxtar Respublikadakı daha bir qədim yaşayış yeri ilə yaxından tanış olmağa böyük imkan yaradan monoqrafiya tariximizin gələcəkdə elmi şəkildə sistemli öyrənilməsi baxımından olduqca mühüm əhəmiyyətə malikdir. Ovçulartəpəsində aparılan tədqiqat işlərindən əldə olunan materiallar əsasında hazırlanmış 153 səhifəlik yeni kitabda bu bölgədə 2006-2009-cu illərdəki araşdırmalar, Son Eneolit və Erkən Tunc dövrü mədəniyyətləri, o cümlədən fauna və flora qalıqları haqqında ətraflı məlumat verilib. Qeyd edək ki, yeni kitab Azərbaycan, Rus və İngilis dillərində çapdan çıxıb.
Yeni nəşr olunan kitabın adı nədir və kimlər tərəfindən hazırlanıb?
['Naxçıvan Arxeoloji Sərvətləri', 'Ovçulartəpəsi', 'Alt Paleolitdən Orta Tuncdək', 'Arxeoloji Tədqiqatlar']
B
Sənə Azərbaycan dilində olan məqalə təqdim edilib. Bu məqaləyə əsasən sual və mümkün cavab variantlardan ibarət siyahı təqdim edilib. Təqdim edilən siyahıdan doğru cavabı seç və yalnız həmin doğru cavabı qaytar.
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqənin birincisi olub. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Təşkilatçılar Cavidin ifasını Youtube-da izləyib, özləri onu taparaq, müsabigəyə dəvət ediblər. Qeyd edək ki, Cavid Səmədov Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə 2008-2010-cu il müddətində İtaliyanın Ozimo şəhərində yerləşən Ozimo Opera Sənəti Akademiyasında hazırlıq kursunu keçir. Bu müddətdə dünyanın tanınmış opera sənəti ustalarından – Raina Kabaivanska, Uilliam Mateuzzi, Antonio Yuvarra, Serjio Segalini, Lella Cuberli kimi sənətçilərdən ustad dərsləri alıb. Təhsil aldığı müddətdə Akademiyanın təşkil etdiyi 8 konsertin hər birində iştirak edib.
Cavid Səmədov hansı ölkədəki opera sənəti akademiyasında hazırlıq kursunu keçib?
['Azərbaycan', 'İtaliya', 'Fransa', 'Almaniya']
B
Sənə Azərbaycan dilində olan məqalə təqdim edilib. Bu məqaləyə əsasən sual və mümkün cavab variantlardan ibarət siyahı təqdim edilib. Təqdim edilən siyahıdan doğru cavabı seç və yalnız həmin doğru cavabı qaytar.
Qobustanda kitab bayramı. Qobustan rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) təşəbbüsü ilə rayondakı Heydər Əliyev adına parkda kitab bayramı təşkil edilib. Qobustan rayon MKS-nin direktoru Adilə Cəbrayılova tədbir haqqında məlumat verərək, hələ qədim dövrlərdən insanların kitabla sıx bağlı olduğunu və məhz bu ehtiyacları müqabilində kitabın yeni-yeni formalara düşərək təkmilləşdiyini və formalaşdığını bildirib: “Oxucular arasında kitaba məhəbbət oyatmaq, kitabın nüfuzunu qaldırmaq üçün tədbirlərin müxtəlif formalarından biri də kitab bayramıdır”. Tədbirdə məktəblilər arasında şeir müsabiqəsi də keçirilib. Qobustan şəhər Uşaq İncəsənət Məktəbinin şagirdlərinin ifasında musiqi nömrələri səslənib. Kitab bayramında 500 nüsxədən çox kitab sərgilənib.
Qobustan rayonunda keçirilən kitab bayramında hansı tədbirlər həyata keçirilib?
['Şeir müsabiqəsi', 'Rəsm sərgisi', 'Film nümayişi', 'Yarışma']
A
Sənə Azərbaycan dilində olan məqalə təqdim edilib. Bu məqaləyə əsasən sual və mümkün cavab variantlardan ibarət siyahı təqdim edilib. Təqdim edilən siyahıdan doğru cavabı seç və yalnız həmin doğru cavabı qaytar.
İtaliyanın paytaxtı Romada Santa Çeçiliya Musiqi Akademiyasında Azərbaycanın xalq artisti Alim Qasımov və onu müşayiət edən ansamblla görüş keçirilib. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Görüş Roma Musiqi Fondu və Santa Çeçiliya Konservatoriyasının layihəsi əsasında Azərbaycanın İtaliyadakı səfirliyinin himayəsi ilə təşkil olunub. Azərbaycan muğamına həsr edilmiş görüşdə iştirakçılara muğam, Azərbaycanın qədim musiqi alətləri barədə ətraflı məlumat verilib, muğamlar, eləcə də xalq mahnılarından parçalar səsləndirilib. Tədbirdə musiqiçilərimiz iştirakçıların Azərbaycan muğamı və milli musiqi alətlərimizlə bağlı çoxsaylı suallarını cavablandırıb. Həmin gün Alim Qasımov və qızı Fərqanə Qasımova Roma şəhərinin ən böyük konsert salonu “Auditorium – Musiqi Parkı”nda ABŞ-ın “Kronos Quartet” qrupu ilə birgə “Azərbaycan gecesi” adlı böyük konsert proqramı təqdim edib.
Santa Çeçiliya Musiqi Akademiyasında keçirilən görüş hansı ölkənin xalq artisti Alim Qasımovla bağlı idi?
['İtaliya', 'Azərbaycan', 'Amerika Birləşmiş Ştatları', 'Roma']
B
Sənə Azərbaycan dilində olan məqalə təqdim edilib. Bu məqaləyə əsasən sual və mümkün cavab variantlardan ibarət siyahı təqdim edilib. Təqdim edilən siyahıdan doğru cavabı seç və yalnız həmin doğru cavabı qaytar.
Ustad tarzən Ramiz Quliyevlə Bakı Musiqi Akademiyasında görüş olub. Mayın 18-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında görkəmli tarzən, xalq artisti, professor, Ramiz Quliyevlə R.Babayev adına 25 saylı musiqi məktəbinin müəllim və tələbə kollektivinin görüşü keçirilib. Dahi bəstəkar Ü.Hacıbəylinin anadan olmasının 125-ci ildönümü ərəfəsində keçirilən bu tədbir Musiqi Akademiyasında bir vaxtlar Üzeyir bəyin iş otağı olmuş kabinetdə təşkil edilib. Görüşdə dahi bəstəkarın yetişdirdiyi görkəmli musiqiçilərin, pedaqoqların həyat və yaradıcılığı haqqında söylənilən xatirələr iştirakçılarda dərin təəssürat oyadıb. Tədbir çərçivəsində Ramiz Quliyevin uzun illər fəaliyyət göstərdiyi auditoriyada gənc musiqiçilərə verdiyi “Ustad dərs”i çox maraqla dinlənilib. Görüşün sonunda Musiqi Akademiyasının zalında məktəb şagirdlərinin ifasında Ü.Hacıbəyov, Q.Qarayev, F. Əmirov, Niyazi, S.Rüstəmov, A.Məlikov, T.Bakıxanov, A.Mosart, F.Şopen, Debüssi və digər böyük bəstəkarların əsərləri, eləcə də muğamlardan parçalar ifa olunub.
Görkəmli tarzən Ramiz Quliyevlə görüş harada keçirilib?
['Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası', 'Üzeyir bəyin iş otağı', 'R.Babayev adına 25 saylı musiqi məktəbi', 'Musiqi Akademiyasının zalı']
A
Sənə Azərbaycan dilində olan məqalə təqdim edilib. Bu məqaləyə əsasən sual və mümkün cavab variantlardan ibarət siyahı təqdim edilib. Təqdim edilən siyahıdan doğru cavabı seç və yalnız həmin doğru cavabı qaytar.
Teatr Muzeyində Beynəlxalq Muzeylər Günü ilə bağlı tədbir təşkil edilib. Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində Beynəlxalq Muzeylər Günü qeyd edilib. “Muzeylər sosial harmoniya vasitəsidir” devizi altında keçirilən tədbir dahi bəstəkar Üzeyir Hacıbəylinin 125 illik yubileyinə həsr olunub və “Üzeyir dünyası muzeylərdə” adlandırılıb. Tədbir boyu bəstəkarın əsərlərindən parçalar səsləndirilib, onun həyat və yaradıcılığını əks etdirən səyyar fotosərgi, əsərlərinin səhnə təcəssümü ilə bağlı geyim və dekorasiya eskizləri, digər fond materialları nümayiş etdirilib. Qonaqlara Azərbaycan Dövlət Musiqili Komediya Teatrı aktyorlarının ifasında Ü.Hacıbəylinin “Arşın mal alan”, “O olmasın, bu olsun”, “Koroğlu” və digər əsərlərindən parçalar, Bakı Slavyan Universitetinin nəzdində fəaliyyət göstərən “Totem” tələbə studiyasının hazırladığı “Ər və arvad” operettasından səhnələr təqdim edilib. Eyni zamanda tədbir çərçivəsində 5 saylı İncəsənət Məktəbinin şagirdləri arasında “Biz Üzeyir bəyi necə görürük” adlı rəsm müsabiqəsi keçirilib.
Tədbir hansı bəstəkarın yubileyinə həsr olunub?
['Fikrət Əmirov', 'Qara Qarayev', 'Üzeyir Hacıbəyli', 'Vaqif Mustafazadə']
C
Sənə Azərbaycan dilində olan məqalə təqdim edilib. Bu məqaləyə əsasən sual və mümkün cavab variantlardan ibarət siyahı təqdim edilib. Təqdim edilən siyahıdan doğru cavabı seç və yalnız həmin doğru cavabı qaytar.
Türk rəssamının “Cənnət”i İçərişəhərdə. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə İçərişəhərdə Azərbaycan təsviri və dekorativ-tətbiqi incəsənət mərkəzi – “İncəsənət Bağı”nda məşhur türk rəssamı Günseli Katonun əsərlərindən ibarət “Cənnət” adlı sərgi açılıb. “Art Group” və Azərbaycan-Türkiyə İş Adamları Birliyi tərəfindən təşkil olunmuş sərgi iki həftə davam edəcək. G.Kato Türkiyə və Yaponiyada təhsil alıb, 1983-cü ildən başlayaraq özünün Tokiodakı şəxsi məktəbində türk miniatürünə dair mühazirələr oxuyub. Eyni zamanda 12 il İslam keramikası sənətinin mütəxəssisi Takuo Katonun emalatxanasında çalışıb. Sərginin açılış mərasimində müəllifin teatrlaşdırılmış monosəhnəciyi nümayiş etdirilib.
Günseli Katonun “Cənnət” adlı sərgisi harada açılıb?
['İçərişəhər', 'Tokio', 'Ankara', 'Yaponiya']
A
Sənə Azərbaycan dilində olan məqalə təqdim edilib. Bu məqaləyə əsasən sual və mümkün cavab variantlardan ibarət siyahı təqdim edilib. Təqdim edilən siyahıdan doğru cavabı seç və yalnız həmin doğru cavabı qaytar.
“Cəhənnəm sakinləri”nin premyerası olub. Şuşa Dövlət Musiqili Dram Teatrının yaradıcı kollektivinin təqdimatında “Cəhənnəm sakinləri” tamaşasının premyerası gerçəkləşib. Xalq yazıçısı Elçinin eyniadlı pyesi əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru Elşən Zeynallı, rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Firudin Bağıroğludur. Əsas rollarda Püstəxanım Zeynalova, İqrar Salamov, Rauf Şahsuvarov və başqaları çıxış ediblər. Azərbaycan Dövlət Musiqili Komediya Teatrının səhnəsində təqdim olunan tamaşada hadisələr 1937-ci ildə Bakıda baş verir. Tamaşa, dövrün bütün qorxu və repressiyalarına baxmayaraq, isti və normal münasibətlərini qoruyub saxlayan azərbaycanlı ziyalı ailəsində, ərlə-arvadın təzadlı tale yolundan bəhs edir.
“Cəhənnəm sakinləri” tamaşasının premyerası harada təqdim olunub?
['Şuşa Dövlət Musiqili Dram Teatrında', 'Azərbaycan Dövlət Musiqili Komediya Teatrında', 'Bakı Dövlət Opera və Balet Teatrında', 'Milli Dram Teatrında']
B
Sənə Azərbaycan dilində olan məqalə təqdim edilib. Bu məqaləyə əsasən sual və mümkün cavab variantlardan ibarət siyahı təqdim edilib. Təqdim edilən siyahıdan doğru cavabı seç və yalnız həmin doğru cavabı qaytar.
“Arşın mal alan” Pekində çin dilində tamaşaya qoyulub. Azərbaycanın Çin Xalq Respublikasındakı səfirliyinin təşəbbüsü, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Opera və Balet teatrı, Çin Milli Operasının birgə səyləri nəticəsində Pekin şəhərindəki Tiençiao Teatrında Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası çin dilində səhnəyə qoyulub. Bu barədə APA-ya Azərbaycanın Çindəki səfirliyindən bildirilib. Tədbirdə Çin Milli Operasının direktoru Yü Fenq, direktor müavini Bay Yüxua, Çinin bir sıra nazirlikləri, elm, təhsil, kütləvi informasiya vasitələri və ictimaiyyət nümayəndələri, Azərbaycanın Çindəki səfiri Yaşar Əliyev, MDB ölkələri, Türkiyə, Pakistan, İran, İraq, Vyetnam, Monqolustan və Əfqanıstanın Çindəki səfirləri, Pekindəki Azərbaycanlı diaspora nümayəndələri və digər şəxslər iştirak ediblər. Azərbaycan Opera və Balet teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Hafiz Quliyev və əməkdar rəssam Tahir Tahirov Çinə dəvət olunub, onların səyləri nəticəsində “Arşın mal alan” operettasına sırf Azərbaycan milli rəngarəngliyi verilib, səhnə dizaynı təkmilləşdirilib. H.Quliyevin quruluşu əsasında səhnələşdirilən operetta 2 akt və 4 pərdədən ibarət olub.
“Arşın mal alan” operettası hansı şəhərdə və hansı dildə səhnəyə qoyulub?
['Şanxayda, Çin dilində', 'Pekində, Çin dilində', 'Pekində, Azərbaycan dilində', 'Şanxayda, Azərbaycan dilində']
B
Sənə Azərbaycan dilində olan məqalə təqdim edilib. Bu məqaləyə əsasən sual və mümkün cavab variantlardan ibarət siyahı təqdim edilib. Təqdim edilən siyahıdan doğru cavabı seç və yalnız həmin doğru cavabı qaytar.
Vokalçı Ramil Qasımov Rusiya səfirliyinin fəxri fərmanına layiq görülüb. Səhnəmizin gənc “Koroğlu”su, vokalçı Ramil Qasımov Rusiyanın Respublika günü münasibəti ilə canlı konsert proqramı ilə Azərbaycanda yaşayan Rusiya ziyalıları qarşısında konsert proqramı ilə çıxış edib. Vokalçının verdiyi məlumata görə, gecədə Bakı Musiqi Akademiyasının baş müəllimi Züleyxa Bayramovanın müşayiətilə, Ü.Hacıbəyli, T.Quliyev, A. Babayev, Z.Bağırovun mahnıları ilə yanaşı Avropa bəstəkarlarında – Raxmaninov, Çaykovski və başqa görkəmli bəstəkarların da klassik əsərləri səsləndirilib. Bundan başqa xanəndə Oktay Hacıyevin, tarzən Səməd Babayevin, kamançaçı İsmayıl İsmayılovun təqdimatında səslənən muğam da böyük maraqla qarşılanıb. Tədbirin sonunda Rusiya səfirliyinin fəxri fərmanı Ramil Qasımova təqdim edilib. HÜSNİYYƏ.
Ramil Qasımov hansı ölkənin səfirliyinin fəxri fərmanına layiq görülüb?
['Türkiyə', 'Rusiya', 'İran', 'Gürcüstan']
B
Sənə Azərbaycan dilində olan məqalə təqdim edilib. Bu məqaləyə əsasən sual və mümkün cavab variantlardan ibarət siyahı təqdim edilib. Təqdim edilən siyahıdan doğru cavabı seç və yalnız həmin doğru cavabı qaytar.
“Zirvə”yə layiq görülən sənətkarlar mükafatlandırılıb. Dünən – Milli Teatr Günündə Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi “Zirvə” mükafatlarının təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, 2007-ci ildən təsis olunan mükafat mədəniyyətin hər sahəsini əhatə edərək 7 nominasiya üzrə verilir: “Mükafatın qalibləri ilə bağlı verilən qərarlar ədalətlidir, buna kimsə şübhə edə bilməz”. Sonra “Zirvə” mükafatı qaliblərinin adları açıqlanıb. Təsviri sənət sahəsi üzrə “Zirvə” mükafatı Azərbaycan təsviri sənətinin inkişafı və təbliğindəki müstəsna xidmətlərinə görə xalq rəssamı Toğrul Nərimanbəyova, teatr sahəsi üzrə Şekspirin “Yay gecəsində yuxu” tamaşasına görə Rus Dram Teatrına, musiqi sahəsi üzrə Qəbələ Beynəlxalq Musiqi Festivalının, pianoçuların Qara Qarayev adına I Beynəlxalq elmi-ifaçılıq müsabiqəsinin bədii rəhbəri kimi xalq artisti, dövlət mükafatı laureatlı Fərhad Bədəlbəyliyə, kino sahəsi üzrə Azərbaycan kino sənətinin təbliğinə görə əməkdar incəsənət xadimləri, kinoşünas Aydın Kazımova və kinorejissor Cəmil Quliyevə, peşəkar gənc kadrların yetişdirilməsinə görə “Azərbaycan mədəniyyətinə dəyərli töhfə” nominasiyasında tanınmış rejissor, əməkdar incəsənət xadimi Vaqif İbrahimoğluna, “Milli sərvət” bölməsində teatr və kino sahəsindəki müstəsna xidmətlərinə görə xalq artisti Yaşar Nuriyə, “Debüt” bölməsində 2010-cu ildə qazandığı yaradıcılıq uğurlarına görə gənc vokalçı, beynəlxalq müsabiqələr laureatı Cavid Səmədovaya təqdim edilib. Azərbaycanın xalq artisti, Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli deyib ki, ona təqdim olunan mükafata Mərdəkanda yerləşən uşaq evinə piano alacaq: “Qərara gəldim ki, bu gün aldığım pul mükafatı ilə Qəbələdə istehsal olunan pianolardan alıb onlara hədiyyə edim”.
“Zirvə” mükafatının təsis olunduğu il nə vaxtdır?
['2005', '2006', '2007', '2008']
C
Sənə Azərbaycan dilində olan məqalə təqdim edilib. Bu məqaləyə əsasən sual və mümkün cavab variantlardan ibarət siyahı təqdim edilib. Təqdim edilən siyahıdan doğru cavabı seç və yalnız həmin doğru cavabı qaytar.
Gənc Tamaşaçılar Teatrının direktoru mükafata layiq görülüb. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Azərbaycan bayrağı” Media Mükafatı laureatı diplomu və döş nişanının təqdimat mərasimi gerçəkləşib. Teatrın direktoru, əməkdar artist Mübariz Həmidovun mükafatlandırıldığı tədbirdə baş rejissor, xalq artisti Cənnət Səlimova, aktyorlardan xalq artistləri Tariyel Qasımov, Yasin Qarayev, əməkdar artistlər Naibə Allahverdiyeva, Rafiq Hüseynov, Şövqi Hüseynov, redaktor Səriyyə İsmayılova, truppa müdiri Ələsgər Muradxanlı çıxış ediblər. Onlar laureatı təbrik edib, haqqında fikirlərini bölüşüb, fəaliyyətini müsbət qiymətləndiriblər. Tədbirin sonunda Mübariz Həmidov mükafata görə minnətdarlığını bildirib, ünvanına deyilən xoş sözlərə görə təşəkkür edib və bu mükafatı bütövlükdə teatr kollektivinin işinə verilən qiymət kimi dəyərləndirib. HÜSNİYYƏ.
Gənc Tamaşaçılar Teatrının direktoru hansı mükafata layiq görülüb?
['Azərbaycan bayrağı', 'Şərəf ordeni', 'Xalq artisti', 'Tərəqqi medalı']
A
Sənə Azərbaycan dilində olan məqalə təqdim edilib. Bu məqaləyə əsasən sual və mümkün cavab variantlardan ibarət siyahı təqdim edilib. Təqdim edilən siyahıdan doğru cavabı seç və yalnız həmin doğru cavabı qaytar.
Eynəli bəy Sultanov haqqında kitab çap olunub. XIX əsrin sonları XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri olan görkəmli yazıçı, dramaturq, publisist, tərcüməçi, pedaqoq, ictimai xadim Eynəli bəy Sultanovun anadan olmasının 145 illik yubileyi ilə əlaqədar olaraq hazırlanmış “Eynəli bəy Sultanov: taleyi və sənəti” adlı kitab bugünlərdə işıq üzü görüb. AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin tərtib etdiyi kitabda maarifpərvər yazıçı Eynəli bəy Sultanovun (1866-1935) fədakarlıqla dolu həyatından, taleyindən danışılır, çoxcəhətli yaradıcılıq fəaliyyətindən, mədəni tədbirlərin həyata keçirilməsində ictimai xadimin əvəzsiz rolundan və Naxçıvanın maarifçi mühitinin formalaşmasında göstərdiyi xidmətlərindən ətraflı məlumat verilir. “Elm və təhsil” nəşriyyat-poliqrafiya müəssisəsi tərəfindən çap olunan 240 səhifəlik yeni nəşrdə eyni zamanda Naxçıvan teatrının yaradılmasında mühüm xidmətləri olmuş Eynəli bəy Sultanovun teatr tarixində göstərdiyi böyük fədakarlığından bəhs olunur. Qeyd edək ki, AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsi, AMEA-nın həqiqi üzvü, filologiya elmləri doktoru, professor İsa Həbibbəylinin rəhbərliyi ilə Naxçıvan ədəbi mühitinin öyrənilməsi istiqamətində bir çox görkəmli ədib və alimlərin həyatı və yaradıcılıqları ilə bağlı yeni materiallar toplamış, sistemləşdirmiş və çap etdirmişlər. Görkəmli yazıçı, dramaturq, ictimai xadim Eynəli bəy Sultanovun 145 illiyinə qiymətli bir hədiyyə olan “Eynəli bəy Sultanov: taleyi və sənəti” adlı kitab da bu tədbirlərin davamıdır.
Eynəli bəy Sultanovun anadan olmasının neçə illik yubileyi ilə əlaqədar olaraq kitab çap olunub?
['140 illik', '150 illik', '145 illik', '135 illik']
C
Sənə Azərbaycan dilində olan məqalə təqdim edilib. Bu məqaləyə əsasən sual və mümkün cavab variantlardan ibarət siyahı təqdim edilib. Təqdim edilən siyahıdan doğru cavabı seç və yalnız həmin doğru cavabı qaytar.
Zəlimxan Yaqubla bağlı biblioqrafik kitab çapdan çıxıb. Bu günlərdə “Gənclik” nəşriyyatında Xalq şairi Zəlimxan Yaqubla bağlı yeni kitab işıq üzü görüb. “Azərbaycanın görkəmli elm və mədəniyyət xadimləri” seriyasından buraxılan “Zəlimxan Yaqub: Biblioqrafiya” adlı bu kitab xalq şairinin həyat və fəaliyyəti haqqında tərtib olunmuş ilk biblioqrafik göstəricidir və 1966-2011-ci illəri əhatə edir. Z.Yaqub barədə fikir söyləmiş görkəmli şəxsiyyətlərin çıxışlarından və şairin öz yaradıcılığındakı hikmətli sözlərdən seçmələrlə başlayan kitab müxtəlif bölmələrdən ibarətdir: “Əsərləri”; “Həyat və yaradıcılığı”; “Redaktə və tərtib etdiyi, ön söz yazdığı kitablar”, “Məsləhətçi və redaksiya heyətində olduğu nəşrlər”; “Zəlimxan Yaqub dünya mətbuatında”; “Köməkçi göstəricilər”. Biblioqrafik göstəricidən istifadəni asanlaşdırmaq üçün burada eyni zamanda “Zəlimxan Yaqubun əsərlərinin əlifba göstəricisi”, “Ədəbi-tənqidi və publisist məqalələrinin əlifba göstəricisi”, “Zəlimxan Yaqub haqqında yazan müəlliflərin əlifba göstəricisi” və “Redaktə və tərtib etdiyi, ön söz yazdığı, məsləhətçi və redaksiya heyətində olduğu nəşrlərin əlifba göstəricisi” adlı köməkçi bölmə də verilib. Ədəbiyyatşünaslar, xalq yaradıcılığını tədqiq edənlər, kitabxanaçılar, biblioqraflar, ədəbiyyatsevərlər və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş bu vəsaitin tərtibçi-müəllifləri Şəhla Nağıyeva və Əməkdar mədəniyyət işçisi Xuraman İsmayılova, redaktoru Mədinə Vəliyeva, ön sözün müəllifi Musa Nəbioğludur.
Zəlimxan Yaqubla bağlı yeni kitabın adı nədir?
['Zəlimxan Yaqub: Biblioqrafiya', 'Azərbaycanın görkəmli elm və mədəniyyət xadimləri', 'Gənclik nəşriyyatı', 'Həyat və yaradıcılığı']
A
Sənə Azərbaycan dilində olan məqalə təqdim edilib. Bu məqaləyə əsasən sual və mümkün cavab variantlardan ibarət siyahı təqdim edilib. Təqdim edilən siyahıdan doğru cavabı seç və yalnız həmin doğru cavabı qaytar.
Tanınmış yazıçı-dramaturq Natiq Rəsulzadənin yeni kitabı nəşr edilib. “Ev” adlanan kitabda yazıçının bir sıra əsərləri, həmçinin eyniadlı povesti yer alıb. “Hər şeydən əvvəl bir müəllif kimi mənim üçün əsas olan – kitabın məzmunudur. Əgər kitab maraqlıdırsa və kitaba daxil edilmiş əsərlər oxucunu düşündürürsə, personajları sevməyə və özü üçün yenilik tapmaq üçün vaxtaşırı bu kitaba müraciət etməyə vadar edirsə, demək müəllif öz öhdəliyini yerinə yetirmişdir. Bahalı nəşrlərə gəlincə isə bildirməliyəm ki, kitab nə qədər bahalı olarsa bir o qədər çətin alınır”, – deyə kitabın müəllifi qeyd edib. HÜSNİYYƏ.
Natiq Rəsulzadənin yeni kitabının adı nədir?
['Hər şeydən əvvəl', 'Personajlar', 'Ev', 'Müəllif']
C
Sənə Azərbaycan dilində olan məqalə təqdim edilib. Bu məqaləyə əsasən sual və mümkün cavab variantlardan ibarət siyahı təqdim edilib. Təqdim edilən siyahıdan doğru cavabı seç və yalnız həmin doğru cavabı qaytar.
“Tarixə çevrilmiş şəkillər” tədbir-sərgi baş tutub. Ötən gün Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında 20 Yanvar faciəsinin 21-ci ildönümü ilə əlaqədar “Tarixə çevrilmiş şəkillər” adlı tədbir-sərgi gerçəkləşib. Sərgidə ilk dəfə olaraq şəhidlər Azər Ələkbərov və Ağabəy Novruzbəylinin şəxsi əşyaları nümayiş olunub. Tədbir iştirakçılarına Azərbaycan İstiqlal Muzeyinin fondunda saxlanılan və Tahir Cəfərov, Oqtay Məmmədov, Sənan Ələsgərov və digər fotoqraflara məxsus 50 fotoşəkil sərgilənib. Tədbirdə 20 Yanvar Cəmiyyətinin üzvləri, 20 Yanvar şəhidlərinin ailə üzvləri, 20 Yanvar hadisələrinin canlı şahidləri, Prezident Qvardiyasının əsgərləri, Daxili Qoşunların və Sərhəd Qoşunlarının Sahil Mühafizəsinin müdavimləri və digər qonaqlar iştirak ediblər. HÜSNİYYƏ.
“Tarixə çevrilmiş şəkillər” tədbir-sərgisi hansı muzeyin ekspozisiyasında baş tutub?
['Azərbaycan Milli İncəsənət Muzeyi', 'Azərbaycan Tarixi Muzeyi', 'Azərbaycan İstiqlal Muzeyi', 'Milli Azərbaycan Ədəbiyyatı Muzeyi']
C
Sənə Azərbaycan dilində olan məqalə təqdim edilib. Bu məqaləyə əsasən sual və mümkün cavab variantlardan ibarət siyahı təqdim edilib. Təqdim edilən siyahıdan doğru cavabı seç və yalnız həmin doğru cavabı qaytar.
Azərbaycan Yazıçılar Birlyinin (AYB) katibi, xalq yazıçısı Çingiz Abdullayev “Pen-Klub”un prezidenti seçilib. AYB-nin mətbuat xidmətindən verilən məlumata görə, “Pen-Klub”un prezidenti Maqsud İbrahimbəyov ərizə ilə Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə və “Pen-Klub”un İdarə Heyətinə müraciət edib. O, yaradıcılıq planlarının çoxluğunu əsas gətirərək “Pen-Klub”un prezidenti vəzifəsindən azad olunmasını istəyib. Maqsud İbrahimbəyovun xahişi nəzərə alınıb. Uzun illər “Pen-Klub”un vitse-prezidenti vəzifəsini daşıyan Çingiz Abdullayev “Pen-Klub”un prezidenti seçilib. HÜSNİYYƏ.
Çingiz Abdullayev hansı təşkilatın prezidenti seçilib?
['Azərbaycan Yazıçılar Birliyi', 'Yaradıcılar Klubu', 'Pen-Klub', 'Mətbuat Xidməti']
C
Sənə Azərbaycan dilində olan məqalə təqdim edilib. Bu məqaləyə əsasən sual və mümkün cavab variantlardan ibarət siyahı təqdim edilib. Təqdim edilən siyahıdan doğru cavabı seç və yalnız həmin doğru cavabı qaytar.
“Günay” Uşaq Teatrı fəxri fərmana layiq görüldü. Azərbaycan Dövlət Musiqili Komediya Teatrının yaradıcılıq studiyasının “Günay” Uşaq Teatrı Gəncə şəhərində qastrol səfərində olub. Bu barədə teatrın mətbuat xidmətindən verilən məlumatda deyilir. Teatrın yaradıcı kollektivi Gəncə tamaşaçıları qarşısında Pyotr Çaykovskinin “Şelkunçik” tamaşası ilə çıxış ediblər. Çıxışları alqışlarla qarşılanan “Günay” Uşaq Teatrı Gəncə Zabitlər Evinin və bu şəhərdəki rus icmasının birgə təsis etdikləri fəxri fərmana layiq görülüb. HÜSNİYYƏ.
“Günay” Uşaq Teatrı hansı əsərlə Gəncə tamaşaçıları qarşısında çıxış edib?
['Şelkunçik', 'Yatmış Şahzadə', 'Çərəzçi', 'Qusanlar Yayı']
A
Sənə Azərbaycan dilində olan məqalə təqdim edilib. Bu məqaləyə əsasən sual və mümkün cavab variantlardan ibarət siyahı təqdim edilib. Təqdim edilən siyahıdan doğru cavabı seç və yalnız həmin doğru cavabı qaytar.
Folklor İnstitutu “Dədə Qorqud” sessiyası təşkil edib. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun təşkilatçılığı ilə “Dədə Qorqud” sessiyası keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Folklor İnstitutunun direktoru Muxtar İmanov bildirib ki, “Kitabi-Dədə Qorqud” Azərbaycanın şifahi və yazılı ədəbiyyatının ən möhtəşəm abidəsidir: “Bu kitab əsl sirlər xəzinəsidir. Hansı yöndən yanaşsaq, bu dastanda açmalı, öyrənməli məsələlər həddən artıq çoxdur. Biz bu kitabı dünyaya və özümüzə layiqli şəkildə çatdırmalıyıq”. Sessiyada “Dədə Qorqudun poetikası”, “Kitabi-Dədə-Qorqud”da təsvir olunan Oğuz elinin həyat tərzi, etnoqrafiyası, dövlətçilik sistemi, dastanın indiyədək açılmayan mübahisəli məqamları və oxunuşu ilə bağlı məruzələr dinlənilib.
Folklor İnstitutunun direktoru Muxtar İmanov “Kitabi-Dədə Qorqud” haqqında nə deyib?
['Bu kitab əsl sirlər xəzinəsidir.', 'Bu kitab tərcümə edilməlidir.', 'Bu kitab ən qədim mənbələrdən biridir.', 'Biz bu kitabı itirmişik.']
A
Sənə Azərbaycan dilində olan məqalə təqdim edilib. Bu məqaləyə əsasən sual və mümkün cavab variantlardan ibarət siyahı təqdim edilib. Təqdim edilən siyahıdan doğru cavabı seç və yalnız həmin doğru cavabı qaytar.
Xalq şairi Zəlimxan Yaqubla bağlı yeni albom-kitab nəşr edilib. Bu günlərdə Xalq şairi Zəlimxan Yaqubla bağlı yeni kitab işıq üzü görüb. “Şərq-qərb” nəşriyyatında nəfis tərtibatla işıq üzü görən albom-kitabın tərtibatçısı və ön sözün müəllifi professor Teymur Əhmədov, məsul redaktoru Musa Nəbioğludur. Oxuculara təqdim olunan kitabda Azərbaycanın Xalq şairi, ictimai xadim Zəlimxan Yaqubun həyatı, ədəbi mühiti, şəxsiyyəti, poetik yaradıcılıq yolu və ictimai fəaliyyəti zəngin arxiv sənədləri, fotoşəkillər və digər materiallar əsasında işıqlandırılmışdır. Burada şairin ədəbi aləmdə inamlı addımları, sənətin şöhrətli zirvəsinə qədər keçdiyi yüksəliş yolu dolğun əks olunmuşdur. Bu dəyərli hədiyyə milli şeirimizi öz orijinal yaradıcılığı ilə zənginləşdirən Zəlimxan Yaqubun həyatı, ədəbi yaradıcılığı ilə maraqlanan geniş oxucu kütləsinin, tələbə və müəllimlərin, tədqiqatçı alimlərin stolüstü kitabı olacaq.
Yeni albom-kitabın tərtibatçısı və ön sözün müəllifi kimdir?
['Zəlimxan Yaqub', 'Teymur Əhmədov', 'Musa Nəbioğlu', 'Şərq-qərb nəşriyyatı']
B
Sənə Azərbaycan dilində olan məqalə təqdim edilib. Bu məqaləyə əsasən sual və mümkün cavab variantlardan ibarət siyahı təqdim edilib. Təqdim edilən siyahıdan doğru cavabı seç və yalnız həmin doğru cavabı qaytar.
ABŞ-da “Yunus Əmrə” oratoriyasının təqdimatı keçirilib. Bakı Musiqi Akademiyasının tələbələri Mustafa Mehmandarov, Elvin Nəcəfov və Narın Musayeva TÜRKSOY-un simfonik orkestrinin tərkibində ABŞ-da “Yunus Əmrə” oratoriyasının təqdimatında iştirak edəcəklər. TÜRKSOY-un Ankaradakı baş ofisində “Yunus Əmrə” oratoriyasının aprelin 23-də və 25-də Nyu-York və Vaşinqtonda musiqisevərlərə təqdim olunması layihəsi ilə bağlı mətbuat konfransı keçirilib. Təşkilatın baş katibi Düsen Kaseinov jurnalistlərə bildirmişdir ki, görkəmli türk bəstəkarı və Türkiyədə ilk operanın müəllifi olan Əhməd Adnan Sayqunun 54 il əvvəl bəstələdiyi bu oratoriya türkdilli ölkələrin 80 gənc musiqiçisinin iştirakı ilə TÜRKSOY-un simfonik orkestri tərəfindən yenidən hazırlanmışdır. ABŞ-ın Conatan Qriffit xorunun da müşayiəti ilə keçiriləcək konsert layihəsi “Türk torpaqlarından simfoniya səsləri” adlanır. Konsertlər Nyu-Yorkun “Linkoln Center Avey Hall” və Vaşinqtonun “Strathmore Music Center” kimi nüfuzlu salonlarında təqdim ediləcək.
ABŞ-da keçirilən “Yunus Əmrə” oratoriyasının təqdimatında hansı təşkilatın simfonik orkestri iştirak edəcək?
['Bakı Musiqi Akademiyası', 'TÜRKSOY', 'Conatan Qriffit xorunun', 'Linkoln Center Avey Hall']
B
Sənə Azərbaycan dilində olan məqalə təqdim edilib. Bu məqaləyə əsasən sual və mümkün cavab variantlardan ibarət siyahı təqdim edilib. Təqdim edilən siyahıdan doğru cavabı seç və yalnız həmin doğru cavabı qaytar.
Akademik Milli Dram Teatrında daha bir premyera Brextin “Kuraj və uşaqları” tamaşaçılara təqdim olundu. Dünən Akademik Milli Dram Teatrında Bertolt Brextin əsəri əsasında hazırlanmış “Kuraj və uşaqları” tamaşasının premyerası keçirildi. 525.az-ın məlumatına görə, dünya teatr tarixində epik teatr nəzəriyyəsinin banisi kimi tanınan B.Brextin məşhur əsərinə Akademik Milli Dram Teatrının səhnəsində Xalq Artisti, “Qızıl dərviş” mükafatı laureatı Rafiq Əliyev quruluş verib. Yazıçı-tərcüməçi Yaşarın dilimizə çevirdiyi pyesin səhnə redaksiyasının müəllifi Əməkdar İncəsənət Xadimi, Dövlət mükafatı laureatı Ramiz Fətəliyevdir. Tamaşanın quruluşçu rəssamı Ülviyyə Zərbəliyeva, bəstəkarı Əməkdar İncəsənət Xadimi Aydın Əzimov, mahnı mətnlərinin müəllifi Mahir Qarayevdir. Səhnə əsərində əsas obraz olan – Kuraj rolunu Xalq artisti Bəsti Cəfərova ifa edir.
Akademik Milli Dram Teatrında hansı əsərin premyerası keçirildi?
['Kuraj və uşaqları', 'Şekspirin Hamlet', 'Füzulinin Leyli və Məcnun', 'Tolstoyun Anna Karenina']
A
Sənə Azərbaycan dilində olan məqalə təqdim edilib. Bu məqaləyə əsasən sual və mümkün cavab variantlardan ibarət siyahı təqdim edilib. Təqdim edilən siyahıdan doğru cavabı seç və yalnız həmin doğru cavabı qaytar.
Tədbir iştirakçıları əvvəlcə teatrın foyesində görkəmli sənətkarın yaradıcılığından bəhs edən fotoşəkillərdən ibarət sərgi ilə tanış olmuşlar. Tədbirin aparıcısı, Xalq artisti Nurəddin Mehdixanlı görkəmli aktyorun sənət yolundan söz açıb. Sənətşünaslıq üzrə fəlsəfə doktoru, teatrşünas Vilayət Qafarov, kinoşünas, professor Aydın Dadaşov, xalq artistləri Amaliya Pənahova, Rafiq Əzimov və başqa çıxış edənlər Əli Zeynalovun teatr və kino yaradıcılığından danışdılar, xatirələrini bölüşüblər. Gecədə musiqilər səsləndi, Əli Zeynalovun rol aldığı tamaşa və filmlərdən parçalar nümayiş olunub. Azərbaycan dublyaj sənətinin inkişafında Əli Zeynalovun xidmətləri əvəzsizdir. Uzun illər Dövlət İncəsənət İnstitutunda "səhnə danışığı" fənnindən dərs deyən Əli Zeynalov eyni zamanda əvəzolunmaz pedaqoq kimi yadda qalıb.
Tədbirdə hansı görkəmli sənətkarın yaradıcılığından bəhs edən fotoşəkillərdən ibarət sərgi ilə tanış olunub?
['Amaliya Pənahova', 'Rafiq Əzimov', 'Əli Zeynalov', 'Nurəddin Mehdixanlı']
C
Sənə Azərbaycan dilində olan məqalə təqdim edilib. Bu məqaləyə əsasən sual və mümkün cavab variantlardan ibarət siyahı təqdim edilib. Təqdim edilən siyahıdan doğru cavabı seç və yalnız həmin doğru cavabı qaytar.
Dərbəndin Azərbaycan Teatrı Qəbələyə qastrola gəlib. Rusiya Federasiyasının Dağıstan Respublikasının Dərbənd şəhərində fəaliyyət göstərən Azərbaycan Dövlət Dram Teatrı 2013-cü ildə "MDB-nin mədəniyyət paytaxtı" elan olunmuş Qəbələdə qastrol səfərində olub. Teatrın kollektivi Qəbələ Rayon Mədəniyyət Mərkəzində Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" musiqili komediyası əsasında səhnələşdirilmiş tamaşanı nümayiş etdirib. Tamaşanın quruluşçu rejissoru Dağıstan Respublikasının Əməkdar artisti, Azərbaycanın Əməkdar Mədəniyyət İşçisi Laləzar Hüseynovadır. Tamaşada Məşədi İbad rolunu Dağıstan Respublikasının Əməkdar artisti Əlimövsüm Abbasov, Rüstəm bəy rolunu Dağıstanın Əməkdar artisti Əliyar Hüseynov, Sənəm rolunu Dağıstanın Əməkdar Mədəniyyət İşçisi Yaqut Xandadaşova ifa edib. Bu aktyorlarla yanaşı, digər rolları ifa edən Sərxan Səmədovun, Hörmət Aslanovun, Mahir Məlikovun və Dinşah Abdulqafarovun da çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Dərbəndin Azərbaycan Teatrı hansı şəhərə qastrola gəlib?
['Bakı', 'Qəbələ', 'Gəncə', 'Şəki']
B
Sənə Azərbaycan dilində olan məqalə təqdim edilib. Bu məqaləyə əsasən sual və mümkün cavab variantlardan ibarət siyahı təqdim edilib. Təqdim edilən siyahıdan doğru cavabı seç və yalnız həmin doğru cavabı qaytar.
KAMAL ABDULLANIN ŞEİRLƏR KİTABI BELƏ ADLANIR. Bu günlərdə yazıçı Kamal Abdullanın "Nar çiçəkləri" adlı şeirlər kitabı işıq üzü görüb. "Mütərcim" nəşriyyatında Əliş Mirzallının redaktorluğu ilə çap olunan kitabda müəllifin müxtəlif illərdə qələmə adlığı şeirləri və kiçik poemaları toplanıb. Kamal Abdullanın çoxşaxəli yaradıcılığının mühüm qolunu təşkil edən bu şeirlərdə illüziyalar dünyası ilə real həyat stixiyaları arasındakı insanın yaşantıları əks olunur. Müəllifin məşhur romanlarının, pyeslərinin, esselərinin genezisini izləyərkən bu əsərlərdəki motivlərin və süjet peripetiyalarının bu şeirlərdə də yer aldığını görmək olar. Məhəbbət HACIYEVA.
Kamal Abdullanın yeni şeirlər kitabının adı nədir?
['Nar çiçəkləri', 'Mütərcim', 'Əliş Mirzallı', 'Pyeslər']
A
Sənə Azərbaycan dilində olan məqalə təqdim edilib. Bu məqaləyə əsasən sual və mümkün cavab variantlardan ibarət siyahı təqdim edilib. Təqdim edilən siyahıdan doğru cavabı seç və yalnız həmin doğru cavabı qaytar.
Naxçıvan Teatrında "Kuklalar evi"nə ictimai baxış olub. Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının böyük Norveç dramaturqu Henrik İbsenin "Kuklalar evi" üçpərdəli psixoloji dramı əsasında hazırladığı tamaşaya ictimai baxış keçirilib. Tamaşanın quruluşçu rejissoru Tofiq Seyidov, quruluşçu rəssamı Naxçıvan Muxtar Respublikasının (MR) Əməkdar rəssamı Əbülfəz Axundov, musiqi tərtibatçısı isə Fətəli Axundzadədir. Avropada yeni dramaturgiyanın yaradıcısı, sosial-psixoloji dramın banisi kimi tanınan Henrik İbsenin "Kuklalar evi" əsərində insanın daxili aləmi, sosial ziddiyyətləri, ümumbəşəri problemləri real hadisələrin inkişafı fonunda ortaya qoyulur. Bu tamaşa son dörd ildə teatrın klassik Avropa dramaturgiyasından səhnəyə qoyduğu ikinci əsərdir. Tamaşadan sonra Naxçıvan MR-in mədəniyyət və turizm naziri Sarvan İbrahimov, Ali Məclis Aparatının sektor müdiri Turqayə Əliyeva, Xalq rəssamı Hüseynqulu Əliyev, Azərbaycan Respublikasının Əməkdar artisti Xəlil Hüseynov, Naxçıvan MR-in əməkdar mədəniyyət işçisi, şair-dramaturq Həsənəli Eyvazlı, Xalq artistləri Rza Xudiyev, Rövşən Hüseynov, Kamran Quliyev, tamaşanın quruluşçu rejissoru Tofiq Seyidov çıxış edərək bu səhnə əsəri haqqında fikir və rəylərini bildiriblər.
Naxçıvan Teatrında hansı əsərə ictimai baxış keçirilib?
['Kuklalar evi', 'Leyli və Məcnun', 'Arşın Mal Alan', 'Romeo və Cülyetta']
A
Sənə Azərbaycan dilində olan məqalə təqdim edilib. Bu məqaləyə əsasən sual və mümkün cavab variantlardan ibarət siyahı təqdim edilib. Təqdim edilən siyahıdan doğru cavabı seç və yalnız həmin doğru cavabı qaytar.
“Açarını itirmişlər” Lənkəran Teatrının təqdimatında. Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında yazıçı-dramaturq Əhməd Orucoğlunun “Mehriban ailə” komediyasının motivləri əsasında hazırlanmış “Açarını itirmişlər” tamaşasının premyerası olub. Teatrın direktoru İslam Həsənovun quruluş verdiyi səhnə əsərində bir ailənin fonunda cəmiyyətin inkişafına mane olan mənfi hallar verilib. Tamaşanın quruluşçu rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur. Əsas rolları aktyorlardan Qızılgül Quliyeva və Əlibala Əsgərov ifa edirlər. Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında Əhməd Orucoğlunun bundan əvvəl “Pul dəlisi” komediyası da tamaşaya qoyulub.
Lənkəran Dövlət Dram Teatrında hansı yazıçı-dramaturqun əsəri əsasında hazırlanmış tamaşanın premyerası olub?
['Nəcəf bəy Vəzirov', 'Əhməd Orucoğlu', 'İslam Həsənov', 'Tərlan Sadıqov']
B
Sənə Azərbaycan dilində olan məqalə təqdim edilib. Bu məqaləyə əsasən sual və mümkün cavab variantlardan ibarət siyahı təqdim edilib. Təqdim edilən siyahıdan doğru cavabı seç və yalnız həmin doğru cavabı qaytar.
Səttar Bəhlulzadənin ev muzeyi yeni tərtibatda. Azərbaycanın tanınmış xalq rəssamı Səttar Bəhlulzadənin ev-muzeyinin təmir, bərpa, ekspozisiyanın yeni bədii tərtibatından sonra açılış mərasimi olacaq. Lent.az-ın məlumatına görə, muzey ümummilli lider Heydər Əliyevin istedadlı fırça ustasının Əmircanda yaşadığı evdə muzeyin təşkil olunması haqqında sərəncamına əsasən 1994-cü ildə yaradılıb. Muzey iki mərtəbədən və həyətdən ibarətdir. Muzeyin kiçik otağında rəssamın "Corat qovunları" adlı əsərinin reproduksiyası, rəssamın fırçaları, boyaları, S.Bəhlulzadə haqqında müxtəlif illərin mətbuat səhifələrində, eyni zamanda, elmi nəşrlərdə dərc olunmuş yazılar yer alıb. Qeyd edək ki, muzey Əmircan qəsəbəsində, Əlisöhbət Sumbatzadə küçəsi, 5a ünvanında yerləşir.
Səttar Bəhlulzadənin ev-muzeyi hansı ünvanda yerləşir?
['Rəsulzadə prospekti, 3', 'Əhməd Cavad küçəsi, 12', 'Əlisöhbət Sumbatzadə küçəsi, 5a', 'Nizami küçəsi, 20']
C
Sənə Azərbaycan dilində olan məqalə təqdim edilib. Bu məqaləyə əsasən sual və mümkün cavab variantlardan ibarət siyahı təqdim edilib. Təqdim edilən siyahıdan doğru cavabı seç və yalnız həmin doğru cavabı qaytar.
Dərbənd Azərbaycan Dövlət Dram Teatrı Bakıya qastrola gəlib. Dağıstanın Dərbənd Azərbaycan Dövlət Dram Teatrının yaradıcı kollektivi Azərbaycanda qastrol səfərindədir. Lent.az-ın məlumatına görə, səfər çərçivəsində kollektiv noyabr ayının 6-da saat 15:00-da yazıçı-dramaturq, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının ədəbi-dram hissə müdiri Rafiq Rəhimlinin "Sönmüş talelər" tamaşası ilə çıxış edəcək. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində nümayiş olunacaq tamaşanın quruluşçu rejissoru Azərbaycanın əməkdar mədəniyyət işçisi və Dağıstanın əməkdar artisti Laləzar Hüseynova, quruluşçu rəssamı Naidə Əlimətova, musiqi tərtibatçısı Dağıstanın əməkdar artisti Sevda Bəybalayevadır. Narkotik və narkomanlığa qarşı mübarizəyə həsr olunmuş tamaşada rolları əməkdar artistlər Mahir Məlikov, Əliyar Hüseynov, aktyorlar Şükufə Məlikova, Diləfruz Şıxməmmədova, Rəhilə Ömərova, Səbuhi Ömərov, Hörmət Aslanov, Təhminə Ömərova, Səidə Əliyeva və başqaları ifa edəcəklər. Qeyd edək ki, Dərbənd teatrı noyabrın 20-dək Azərbaycanın bir sıra bölgələrində sözügedən tamaşa ilə çıxış edəcək.
Dərbənd Azərbaycan Dövlət Dram Teatrı Bakıya hansı tamaşa ilə gəlmişdir?
['Sənsiz', 'Sönmüş talelər', 'Gələcək ümidləri', 'Taleyin yolları']
B
Sənə Azərbaycan dilində olan məqalə təqdim edilib. Bu məqaləyə əsasən sual və mümkün cavab variantlardan ibarət siyahı təqdim edilib. Təqdim edilən siyahıdan doğru cavabı seç və yalnız həmin doğru cavabı qaytar.
Bakıda Beynəlxalq caz festivalı keçirilir. Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə reallaşan fistivalda dünyanın müxtəlif yerlərindən məşhur musiqiçilər iştirak edir. Heydər Əliyev Sarayında, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, Beynəlxalq Muğam Mərkəzində, Bakı Caz Mərkəzində, R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında dünya şöhrətli musiqiçilərdən Terri Layn Karrinqtonun kvarteti, Terens Blanşardın kvinteti, Anat Kohenin kvarteti, Mişel Kamilonun triosu, Stenli Klarkın qrupu, Kreyq Tabornun triosu, Trilok Gurtu qrupunun və başqalarının çıxışları olacaq. Caz həvəskarları həmçinin Azərbaycanın tanınmış ifaçıları Salman Qəmbərov, Cəmil Əmirov, Rain Sultanov, Mircavad Cəfərov, Elçin Şirinov, Zaur Mirzəyev və digərlərinin də solo proqramlarını izləyə biləcəklər. Festivalın ilk günündə səhnəyə Kreyq Taborn (fortepiano) çıxıb. Qrupun təqdim etdiyi caz kompozisiyaları alqışlarla qarşılanıb.
Beynəlxalq caz festivalında hansı məşhur musiqiçilər iştirak edəcək?
['Terri Layn Karrinqtonun kvarteti', 'Renato Bastonun qrupu', 'Maksim Qalkinin triosu', 'Anat Cohenin triosu']
A
Sənə Azərbaycan dilində olan məqalə təqdim edilib. Bu məqaləyə əsasən sual və mümkün cavab variantlardan ibarət siyahı təqdim edilib. Təqdim edilən siyahıdan doğru cavabı seç və yalnız həmin doğru cavabı qaytar.
Hüseyn qağadan yadigar şeir. Filarmoniyada böyük şairimiz Hüseyn Arifin 90 illik yubileyində iştirak edirdim. Yadıma qəribə bir əhvalat düşdü... 1981-ci ildə mən filarmoniyada bir toplantıda rəyasət heyətində əyləşmişdim, Hüseyn Arif tamaşaçıların arasında idi. Məni aşağıya çağırdı, endim. - Nə eləyəcəksən, bu gecə sabaha qədər kitabındakı şeirləri oxuyub ağlamışam. Əlini cibinə salıb yenicə çapdan çıxmış "Ağlı-qaralı" dünya kitabımı çıxartdı, göstərdi. Bu şeir Hüseyn Arifin haqqında olan kitablara düşmədiyindən şairin öz əlyazmasında "525-ci qəzet"in oxucularına təqdim edirəm.
Hüseyn Arif hansı tədbirdə iştirak edirdi?
['Yubiley', 'Toy mərasimi', 'Dəfn mərasimi', 'Toy']
A
Sənə Azərbaycan dilində olan məqalə təqdim edilib. Bu məqaləyə əsasən sual və mümkün cavab variantlardan ibarət siyahı təqdim edilib. Təqdim edilən siyahıdan doğru cavabı seç və yalnız həmin doğru cavabı qaytar.
Qusar Dövlət Ləzgi Dram Teatrı ilk dəfə dahi bəstəkar Üzeyir Hacıbəylinin "Arşın mal alan" əsərini səhnələşdirib. Ləzgi dilində hazırlanan tamaşanın premyerası aprelin 4-də Qusar şəhər Mədəniyyət Evinin səhnəsində olacaq. Yüksək zövqlə səhnələşdirilən tamaşa üçün rəngarəng dekorasiyalar hazırlanıb. Səhnə əsərinin quruluşçu rejissoru Əməkdar Mədəniyyət İşçisi, Dağıstan Respublikasının Əməkdar artisti Laləzar Hüseynovadır. Tamaşada əsas rolları bacarıqlı aktyorlar Yalçın Qaraxanov, Aysel Qiyasova, Kifayət Yusifova, Həsrət Nəsrullayev və başqaları oynayacaq. "Arşın mal alan" tamaşası aprel-may aylarında Qusar rayonunun əksər kənd klublarında nümayiş etdiriləcək.
Qusar Dövlət Ləzgi Dram Teatrında səhnələşdirilən ilk əsər hansı bəstəkara aiddir?
['Üzeyir Hacıbəyli', 'Fikrət Əmirov', 'Qara Qarayev', 'Vasif Adıgözəlov']
A
Sənə Azərbaycan dilində olan məqalə təqdim edilib. Bu məqaləyə əsasən sual və mümkün cavab variantlardan ibarət siyahı təqdim edilib. Təqdim edilən siyahıdan doğru cavabı seç və yalnız həmin doğru cavabı qaytar.
Niyazinin mənzil-muzeyində Üzeyir Hacıbəyli anılıb. Niyazinin mənzil- muzeyində Azərbaycan professional musiqisinin və milli bəstəkarlıq məktəbinin banisi, dahi bəstəkarımız Üzeyir Hacıbəylinin anadan olmasının 130 illiyinə həsr edilmiş konsert təqdim olunub. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA), klassik musiqi həvəskarları klubunun və mənzil- muzeyin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə akademiyanın və Bülbül adına orta ixtisas musiqi məktəbinin tələbələri iştirak ediblər. Mənzil-muzeyin direktoru Rza Bayramov, BMA-nın professorları Oqtay Abbasquluyev, əməkdar incəsənət xadimi Ülviyyə Hacıbəyova və başqaları dahi bəstəkarın musiqimizin təbliği istiqamətindəki xidmətlərdən, gənc nəslə Azərbaycan və Qərb musiqisinin mənimsədilməsi yolunda fədakar əməyindən söhbət açıblar. Konsertdə BMA-nın professorları-Nərminə Quiyeva, Gülnarə Əhmədzadə, Firəngiz Hacıyevanın tələbələri, beynəlxalq müsabiqə laureatları-Lalə Məhərrəmova, Aysel Şahbazlı, Nərmin Qasımlı, Bülbül adına Orta İxtisas musiqi məktəbinin XI sinif şagirdi, beynəlxalq müsabiqələr laureatı Vurğun Vəkilov və başqaları Ü.Hacıbəylinin və tanınmış dünya bəstəkarlarının əsərlərini ifa ediblər. Konsert maraqla qarşılanıb.
Niyazinin mənzil-muzeyində keçirilən tədbir hansı bəstəkarın anadan olmasının 130 illiyinə həsr edilmişdir?
['Üzeyir Hacıbəyli', 'Fikrət Əmirov', 'Qara Qarayev', 'Arif Məlikov']
A
Sənə Azərbaycan dilində olan məqalə təqdim edilib. Bu məqaləyə əsasən sual və mümkün cavab variantlardan ibarət siyahı təqdim edilib. Təqdim edilən siyahıdan doğru cavabı seç və yalnız həmin doğru cavabı qaytar.
Səttar Bəhlulzadənin ev-muzeyində Beynəlxalq Mədəniyyət günü qeyd olunub. Səttar Bəhlulzadənin ev-muzeyində 15 aprel - Beynəlxalq Mədəniyyət gününə həsr edilmiş tədbir keçirilib. Tədbir Səttar Bəhlulzadənin ev-muzeyi və Əmircan qəsəbə Mədəniyyət evi ilə birgə təşkil olunub. Mədəniyyət evinin direktoru Afaq Bayramova mədəniyyət gününün qeyd olunma tarixi haqqında məlumat verib, Azərbaycan mədəniyyətinin dünya miqyasında təbliğ edilməsindən söhbət açıb. S.Bəhlulzadənin ev-muzeyinin baş mühafizi, rəssamın ailə üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru Pərzad Abdinova bugünkü tədbirin Xalq rəssamı Səttar Bəhlulzadənin evində keçirilməsinin təsadüfi olmadığını qeyd edərək, görkəmli rəssamın Azərbaycan və dünya mədəniyyəti xəzinəsini zənginləşdirən geniş yaradıcılığından danışıb. Tədbirdən sonra qonaqlar ev-muzeyinin ekspozisiyası ilə tanış olublar.
Beynəlxalq Mədəniyyət günü hansı tarixdə qeyd olunur?
['10 mart', '15 aprel', '21 iyun', '7 noyabr']
B
Sənə Azərbaycan dilində olan məqalə təqdim edilib. Bu məqaləyə əsasən sual və mümkün cavab variantlardan ibarət siyahı təqdim edilib. Təqdim edilən siyahıdan doğru cavabı seç və yalnız həmin doğru cavabı qaytar.
Azərbaycan Yazıçılar Birliyində (AYb) gənc şairə Xəyalə Sevilin "Saçlarıma ay qonub" şeirlər kitabının imza günü keçirilib. Tədbiri qurumun mətbuat katibi Xəyal Rza açaraq, gənc şairəni təbrik edib, onun gələcəkdə daha böyük uğurlara imza atacağına inamını dilə gətirib. Tədbirdə yazıçı Seyran Səxavət, şairlər Fərqanə Mehdiyeva, Nazim Əhmədli, Məmməd Dəmirçioğlu, Oqtay Rza və başqaları çıxış edərək Xəyalə Sevilin şeirləri barədə fikirlərini bölüşüblər. Kitaba professor Vaqif Yusifli ön söz yazıb: "Xəyalənin şeirlərində maraqlı bir obraz var: Daş.O deyir ki, qara günə atmaq üçün könlümüzdə daş saxlayaq. Kitabda şairin son illərdə qələmə aldığı şeirlər öz əksini tapıb. Sonda X.Sevil şeirlərini oxuyub, oxucular üçün kitabını imzalayıb.
Xəyalə Sevilin şeirlər kitabının imza günü harada keçirilib?
['Azərbaycan Yazıçılar Birliyində', 'Bakı Kitab Evində', 'Milli Kitabxanada', 'Universitetin akt zalında']
A
Sənə Azərbaycan dilində olan məqalə təqdim edilib. Bu məqaləyə əsasən sual və mümkün cavab variantlardan ibarət siyahı təqdim edilib. Təqdim edilən siyahıdan doğru cavabı seç və yalnız həmin doğru cavabı qaytar.
Vokal musiqisinin nəzəri problemləri müzakirə edilib. Aprelin 23-də Muzey Mərkəzində "XX-XXI əsrlərin vokal musiqisinin nəzəri problemləri" mövzusunda elmi-nəzəri konfrans keçirilib. Konfrans Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Qara Qarayev VI müasir musiqi festivalı çərçivəsində reallaşıb. Sənətşünaslıq doktoru Rauf Fərhadov Bakıda təşkil edilən müasir musiqi festivallarının əhəmiyyətindən, tanınmış musiqiçilərin bir araya gəlməsində belə tədbirlərin rolundan danışıb. Konfransda rusiyalı mütəxəssislər Yekaterina Okuneva "Bo Nilssonun "Brief an Gösta Oswald" trilogiyası 1950-60-cı illər avanqardının bədii axtarışları kontekstində", Tatyana Sareqradskaya "Vokal musiqidə bəstəkarlıq vasitələri sistemində fonetika: Maurisio Kagel və Luçano Berio", Vladislav Tarnopolski "Vladimir Tarnopolskinin "Kölgənin o biri tərəfində" operası çağdaş musiqili teatr janrı kontekstində", Marianna Vısotskaya "Poetik struktur kompozision invariant kimi: Fərəc Qarayevin "Jorney to love" mooperası" və Azərbaycandan sənətşünaslıq namizədi Raya Abbasova "Firəngiz Əlizadənin "İntizar" operasında verbal və musiqi ünsürlərinin qarşılıqlı əlaqələri" mövzularında məruzələrlə çıxış ediblər. Çıxışlar mövzuya uyğun slaydla müşayiət olunub.
Konfrans hansı tarixdə və harada keçirilib?
['Aprelin 23-də, Muzey Mərkəzində', 'Aprelin 25-də, Muzey Mərkəzində', 'Martın 23-də, Muzey Mərkəzində', 'Mayın 23-də, Muzey Mərkəzində']
A
Sənə Azərbaycan dilində olan məqalə təqdim edilib. Bu məqaləyə əsasən sual və mümkün cavab variantlardan ibarət siyahı təqdim edilib. Təqdim edilən siyahıdan doğru cavabı seç və yalnız həmin doğru cavabı qaytar.
Avrasiya Yazarlar Birliyinin nəşri olan “Qardaş qələmlər”in oktyabr sayı məşhur qırğız şairi Alıkul Osmanovun 100 illik yubileyinə həsr olunub. Dərgi yubilyarın şeirləri ilə açılır. Şeirləri TÜRKSOY baş katibi Düsein Kaseinovun “Türk dünyasının tayı-bərabəri olmayan şairi” yazısı izləyir. Baş katib məqalədə Alıkul Osmanovu türk dünyasından Abdullah Tukay, Maqcan Yumabayev, Mikayıl Müşfiq, Cahit Sıtkı Tapançı kimi həyatla tez vidalaşan, amma buna baxmayaraq milli ədəbiyyatda klassik şairi kimi səciyyələndirib. Jurnalda yubilyarın həyat və yaradıcılıq yoluna həsr olunmuş professor Gülzura Cumakunovanın “Ömür -ölüm qovşağında Alıkul”, Nurabiubiu Borsokayevanın “Qısa ömrünə saysız-hesabsız əsər sığdıran şair: Alıkul Osmanov”, İbrahim Türkxanın “Yolu yarısında tərk edən şair” yazıları yer alıb. “Qardaş qələmlər” sentyabr ayında Bakıda Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi kitab sərgisi haqqında informasiyanı da geniş işıqlandırıb.
“Qardaş qələmlər” dərgisinin oktyabr sayı kimə həsr olunub?
['Abdullah Tukay', 'Maqcan Yumabayev', 'Alıkul Osmanov', 'Mikayıl Müşfiq']
C
Sənə Azərbaycan dilində olan məqalə təqdim edilib. Bu məqaləyə əsasən sual və mümkün cavab variantlardan ibarət siyahı təqdim edilib. Təqdim edilən siyahıdan doğru cavabı seç və yalnız həmin doğru cavabı qaytar.
Abid Tahirli haqqında biblioqrafik göstərici nəşr olunub. Bugünlərdə tanınmış ədəbiyyatşünas ailm, publisist Abid Tahirlinin 60 illiyi münasibətilə biblioqrafik göstəriciləri əhatə edən kitab işıq üzü görüb. Kitabı dosent Rasim Süleymanov tərtib edib. Nəşrə Azərbaycan mühacirət ədəbiyyatının və mətbuatının fəal tədqiqatçısı A. Tahirlinin həyat və fəaliyyəti, eləcə də 1979-2015-ci illərdə dərc olunmuş materiallar daxildir. Tərtibçinin qeydində göstərilir ki, kitabın əvvəlində verilmiş məqalələrdə Abid Tahirlinin yaradıcılıq yolunun aydın mənzərəsi yaradılıb: "Burada Elçin, Anar, İsa Həbibbəyli kimi ustad sənətkarlardan tutmuş gənc müəlliflərin yazdığı məqalələrə qədər bütün materiallar ardıcıl şəkildə bütövlükdə və ya ixtisarla verilib, həmin yazıların dərc olunduğu mənbələr göstərilib. Biblioqrafik göstəricidə Abid Tahirlinin indiyədək çap olunmuş kitabları, məqalələri, eləcə də onun haqqında yazmış müəlliflərin əsərləri təsvir olunub".
Abid Tahirli haqqında biblioqrafik göstərici kim tərəfindən tərtib edilib?
['Elçin', 'Anar', 'İsa Həbibbəyli', 'Rasim Süleymanov']
D
Sənə Azərbaycan dilində olan məqalə təqdim edilib. Bu məqaləyə əsasən sual və mümkün cavab variantlardan ibarət siyahı təqdim edilib. Təqdim edilən siyahıdan doğru cavabı seç və yalnız həmin doğru cavabı qaytar.
Üzeyir Hacıbəylinin ev-muzeyinin 40 illiyi qeyd edilir. Bu gün dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin ev-muzeyinin yaranmasının 40 illiyi münasibətilə sərgi və tədbir keçiriləcək. AZƏRTAC xəbər verir ki, sərgidə muzeyin 40 illik fəaliyyətini əks etdirən fotoşəkillər, eksponatlar, muzeyin nəşrləri nümayiş olunacaq. Respublikanın bir sıra tanınmış ziyalılarının iştirak edəcəyi tədbirdə aktyorların ifasında ev muzeyinə həsr olunmuş şeirlər söyləniləcək, bəstəkarın musiqilərindən parçalar səslənəcək. Qeyd edək ki, Üzeyir Hacıbəylinin ev-muzeyi ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Bakıda, Şamil Əzizbəyov 67 ünvanında (keçmiş Verxnyaya priyutskaya, sonralar Ketsxoveli) yerləşən - bəstəkarın 1915-1942-ci illər ərzində yaşadığı evdə təşkil edilib. Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan muzey bəstəkarın zəngin irsini qoruyaraq, çoxşaxəli yaradıcılıq fəaliyyətini özündə əks etdirir.
Üzeyir Hacıbəylinin ev-muzeyinin yaradılmasının neçə illiyi qeyd edilir?
['30 illiyi', '40 illiyi', '50 illiyi', '60 illiyi']
B
Sənə Azərbaycan dilində olan məqalə təqdim edilib. Bu məqaləyə əsasən sual və mümkün cavab variantlardan ibarət siyahı təqdim edilib. Təqdim edilən siyahıdan doğru cavabı seç və yalnız həmin doğru cavabı qaytar.
Kərim Tahirov Avrasiya Kitabxanalar Assambleyasının vitse-prezidenti seçilib. Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov dekabrın 14-16-da Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən IV Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda və Avrasiya Kitabxanalar Assambleyasının (BAE) XVIII ümumi iclasında iştirak edib. YUNESKO-nun 70 illik yubiley mərasiminə həsr olunan forumun əsas mövzusu mədəni irsin qorunması, müasir dünya və mədəni həyatın inkişaf məsələləri idi. "MDB məkanında kitab və oxu" dəyirmi masasında K.Tahirov "Azərbaycan Milli Kitabxanasının vəziyyəti, perspektivi, kitab təbliği və yeni mütaliə metodları" mövzusunda çıxış edib. Dekabrın 15-də Avrasiya Kitabxanalar Assambleyasının (BAE) XVIII ümumi iclası keçirilib. İclasda kitabxanaçılıq sahəsində əməkdaşlıq, elektron kitabxanaların virtual oxu zallarının açılması məsələləri müzakirə olunub. BAE-nin növbəti iclasında Rusiya Dövlət Kitabxanasının baş direktoru Aleksandr Vislıy BAE-nin prezidenti, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov və Belarus Milli Kitabxanasının direktoru Roman Stepanoviç Motulski vitse-prezident seçiliblər.
Kərim Tahirov hansı təşkilatın vitse-prezidenti seçilib?
['YUNESKO', 'MDB', 'Avrasiya Kitabxanalar Assambleyası', 'Azərbaycan Milli Kitabxanası']
C
Sənə Azərbaycan dilində olan məqalə təqdim edilib. Bu məqaləyə əsasən sual və mümkün cavab variantlardan ibarət siyahı təqdim edilib. Təqdim edilən siyahıdan doğru cavabı seç və yalnız həmin doğru cavabı qaytar.
Heydər Əliyev Fondundan Əlibaba Məmmədovun 85 illiyinə töhfə. Azərbaycan muğam sənətinin qorunmasına və inkişafına xüsusi diqqət və qayğı göstərən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə milli musiqi mədəniyyətimizin görkəmli nümayəndəsi, Xalq artisti, muğam, təsnif və xalq mahnılarının mahir ifaçısı Əlibaba Məmmədovun 85 illik yubileyi münasibətilə xanəndənin həyat və yaradıcılığına həsr olunmuş yeni musiqi albomu nəşr edilib. Alboma xalq musiqisinin incəliklərini, klassik Azərbaycan poeziyasının nümunələrini gözəl bilən və öz orijinal ifa üslubu ilə Azərbaycan milli musiqi xəzinəsini zənginləşdirən Əlibaba Məmmədovun həyat və fəaliyyətindən bəhs edən kitab, onun müəllifi olduğu mahnı və təsniflərin not yazılarının yer aldığı iki nəşr və xanəndənin ifasında xalq mahnıları, təsniflər və muğamlardan ibarət 4 CD daxildir. Kitabda ustad xanəndənin uşaqlıq və gənclik illərindən, zəngin və unudulmaz hadisələrlə yadda qalan yaradıcılıq yolundan söhbət açılır. Yüksək poliqrafik səviyyədə hazırlanmış albom Əlibaba Məmmədovun həyatının müxtəlif anlarını əks etdirən fotoşəkillərlə zəngindir. Nəşrdəki kompakt disklərdə cəmlənmiş musiqi nümunələri sənət hesabatı kimi Əlibaba Məmmədovun milli xanəndəlik məktəbinin ənənələrinin qorunub saxlanılması və inkişaf etdirilməsi işinə xidmətin gözəl nümunəsi olan yaradıcılıq yolunu əks etdirir.
Heydər Əliyev Fondu Əlibaba Məmmədovun 85 illik yubileyi münasibətilə nə nəşr edib?
['Yeni musiqi albomu', 'Yeni sənədli film', 'Mahnılar kitabı', 'Xalq musiqisi antologiyası']
A
Sənə Azərbaycan dilində olan məqalə təqdim edilib. Bu məqaləyə əsasən sual və mümkün cavab variantlardan ibarət siyahı təqdim edilib. Təqdim edilən siyahıdan doğru cavabı seç və yalnız həmin doğru cavabı qaytar.
"Başdaşı əhvalatı" kitabının təqdimatı keçirilib. Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda tanınmış yazıçı-publisist Salatın Əhmədlinin Xocalı soyqırımının 23-cü ildönümünə həsr etdiyi, rus və ingilis dillərinə tərcümə olunmuş "Başdaşı əhvalatı" kitabının təqdimatı keçirilib. ", "Təndir yarası" hekayələrinin təsirli dillə yazıldığını, kitabda qələmə alınmış hadisələrin bu böyük kədəri dolğun əks etdirdiyini diqqətə çatdırıblar. Çıxış edənlər kitabın rus və ingilis dillindən başqa, digər xalqların da dilinə tərcümə olunaraq yayılmasının vacib olduğunu söyləyiblər. Xalq yazıçısı Mirzə İbrahimov adına "Kitab Fondu"nun maliyyə dəstəyi ilə çıxan bu kitabların xalqımızın başına gətirilən müsibətlərin dünyada yayılması baxımından əhəmiyyətli olduğu bildirilib. Sonda S.Əhmədli tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib, oxucular üçün kitabını imzalayıb.
Salatın Əhmədlinin hansı kitabının təqdimatı keçirilib?
['Təndir yarası', 'Başdaşı əhvalatı', 'Qarabağ gündəliyi', 'Xocalı xatirələri']
B
Sənə Azərbaycan dilində olan məqalə təqdim edilib. Bu məqaləyə əsasən sual və mümkün cavab variantlardan ibarət siyahı təqdim edilib. Təqdim edilən siyahıdan doğru cavabı seç və yalnız həmin doğru cavabı qaytar.
İyunun 17-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda gənc şairə Arzu Hüseynin "Sonu əlvida" şeirlər kitabı üçün imza günü keçirilib. AybKitab layihəsinin XIII nəşri olan "Sonu əlvida"nın imza mərasimində Birliyin katibi Rəşad Məcid çıxış edərək Arzu Hüseynin istedadlı gənclərdən biri olduğunu, bəyənilən şeirlər yazdığını bildirib. Sonra tədbirin aparıcısı, aybKitab-ın rəhbəri, şair Xəyal Rza layihəsi ilə bağlı tədbir iştirakçılarına geniş məlumat verdikdən sonra Arzu Hüseynin yaradıcılığından danışıb: "Arzu Hüseyn Gənc Ədiblər Məktəbinin yetirməsidir və bu onun ilk kitabıdır. Arzunu bu münasibətlə təbrik edir, ona yeni yaradıcılıq uğurları arzulayıram. Tədbirdə Baba Vəziroğlu, Şeyx Əbdül, Əli Aslanoğlu, Oqtay Rza, Əsəd Cahangir, Xeyrulla Ağayev, Elşad Ərşadoğlu, Vəfa Mürsəlqızı, Kəmaləddin Qədim, Əli Əlibəyli də çıxış edərək Arzu Hüseynin şeirləri barədə müsbət fikirlər söyləyiblər. Sonda A.Hüseyn çıxış edərək aybKitab layihəsinin rəhbərinə, ona dəstək olan insanlara, tədbirdə iştirak edən qonaqlara minnətdarlığını bildirib.
Arzu Hüseynin imza günü hansı tarixdə keçirilib?
['İyunun 17-də', 'Martın 5-də', 'Aprelin 23-də', 'Sentyabrın 12-də']
A
Sənə Azərbaycan dilində olan məqalə təqdim edilib. Bu məqaləyə əsasən sual və mümkün cavab variantlardan ibarət siyahı təqdim edilib. Təqdim edilən siyahıdan doğru cavabı seç və yalnız həmin doğru cavabı qaytar.
Muzey əşyalarının bərpa və konservasiya işləri müzakirə edilib. Mədəniyyət və Turizm Nazirliyinin Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində növbəti elmi bərpa şurası keçirilib. Elmi şuranın iclasında son aylar ərzində mərkəzdə bərpa və konservasiya olunmuş Yevlax, Lerik, Masallı, Ağsu, Astara və digər bölgələrin tarix-diyarşünaslıq, həmçinin Azərbaycan Milli İncəsənət və Əzim Əzimzadənin ev muzeylərinin toplularından xalça, xalça məmulatı, qrafika, tikmə, parça, metal, ağac və sair kimi 50-ə yaxın muzey əşyasına baxış olub. İclas zamanı muzey əşyalarının üzərində aparılan bərpa və konservasiya işləri qənaətbəxş qiymətləndirilib. Eyni zamanda, Azərbaycan Milli İncəsənət Muzeyinin 10 ədəd qrafika, 3 ədəd tikmə nümunəsinin bərpasının yüksək peşəkarlıqla aparıldığı qeyd edilib. İclasda Mədəniyyət və Turizm Nazirliyinin göstərişi ilə bərpa məqsədilə Astara, Ağsu, Masallı tarix-diyarşünaslıq, Azərbaycan Xalça və Azərbaycan Milli İncəsənət Muzeylərindən gətirilmiş 200-ə yaxın əşyaya ilkin baxış keçirilərək zədələnmə dərəcələri, səbəbləri və bərpa üsulları müzakirə olunub.
Muzey əşyalarının bərpa və konservasiya işləri hansı mərkəzdə müzakirə edilib?
['Mədəniyyət və Turizm Nazirliyi', 'Elmi Bərpa Şurası', 'Yevlax Tarix-Diyarşünaslıq Muzeyi', 'Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi']
D
Sənə Azərbaycan dilində olan məqalə təqdim edilib. Bu məqaləyə əsasən sual və mümkün cavab variantlardan ibarət siyahı təqdim edilib. Təqdim edilən siyahıdan doğru cavabı seç və yalnız həmin doğru cavabı qaytar.
Fikrət Əmirov musiqisi Meksikada səslənib. Meksikanın paytaxtı Mexiko şəhərində Livan Respublikasının Mədəniyyət Günləri çərçivəsində silsilə konsert proqramları təşkil olunub. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Mexiko şəhər filarmonik orkestrinin ifasında xalqımızın böyük bəstəkarı Fikrət Əmirovun "Ərəb mövzularında fortepiano və orkestr üçün konsert" adlı əsəri təqdim olunub. Mexiko Şəhər Teatrında keçirilən konsertdə orkestr tərəfindən həmçinin livanlı bəstəkar Camal Əbül Hüsn və Belçika əsilli Fransa bəstəkarı və orqanisti Sezar Frankın əsərləri də ifa olunub. Orkestri livanlı bədii rəhbər və baş dirijor Lubnan Baalbaki idarə edib. Fikrət Əmirovun musiqisi dərin məzmunu, zənginliyi, incəliyi, xəlqiliyi ilə dinləyiciləri özünə cəzb edib və alqışlarla qarşılanıb.
Fikrət Əmirovun əsəri hansı ölkənin paytaxtında səslənib?
['Mərakeş', 'Mexiko', 'Madrid', 'Monako']
B
Sənə Azərbaycan dilində olan məqalə təqdim edilib. Bu məqaləyə əsasən sual və mümkün cavab variantlardan ibarət siyahı təqdim edilib. Təqdim edilən siyahıdan doğru cavabı seç və yalnız həmin doğru cavabı qaytar.
"Muğam aləmi" ərəfəsində daha bir konsert. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə keçirilən IV Beynəlxalq Muğam Festivalına həsr olunmuş silsilə tədbirlər davam edir. "Çahargah" dəstgahına həsr olunan növbəti konsert əməkdar artistlər Teyyub Aslanov, Ruzə İbişova və "Muğam sənəti", "Xalq Çalğı Alətləri İfaçılığı" kafedrasının tələbələrinin ifası ilə keçib. Ustad xanəndələrin və tələbələrin ifasında həyəcan hissi ilə zəngin "Çahargah" dəstgahının xarakteri tam şəkildə öz əksini tapıb. İfadan əvvəl Teyyub Aslanov ifa olunacaq dəstgahının tarixi, şöbələri haqqında ətraflı məlimat verib. Universitetin müəllim və tələbələrinin, muğam biliciləri və muğamsevərlərin iştirak etdiyi konsertdə səs imkanları, seçilmiş qəzəllər və Hacıbaba Hüseynovun təsnifləri vəhdət təşkil edərək, dinləyicilərə zövq verib.
IV Beynəlxalq Muğam Festivalına həsr olunan növbəti konsertdə hansı dəstgah ifa olunub?
['Çahargah', 'Sürüşdü', 'Şur', 'Rast']
A