id
int64
43k
1.05M
date
stringlengths
16
16
category
stringclasses
47 values
title
stringlengths
1
19.1k
text
stringlengths
13
518k
43,000
16.11.2008 06:25
Dünya
OBAMA MÜSƏLMAN OLDUĞUNU ETİRAF EDİB?
“İnternethaber.com” saytının xəbərinə görə, “renegeat” kod adını Obama özü seçib. Amerika xüsusi xidmət orqanlarının qaydalarına görə, yüksək səlahiyyətli şəxslərin radiodanışıqlar zamanı istifadə olunan kod adları olur və bu adlar onların özləri tərəfindən seçilir. Bu dəfə də Məxfi Xidmət Obamaya özü və ailə üzvləri üçün kod adları seçməyi təklif edib. Obama isə “renegat” sözünə üstünlük verib. Bildirilir ki, “renegat” sözünün ispan dilində də analoqu var. Belə ki, ispanca “renegado” sözü “xristianlıqdan islama keçən şəxs” mənasını verir. Obamanın kod adı Amerikada da müzakirə edilir, müxtəlif fərziyyələrin yayılması ilə bağlı Məxfi Xidmət bildirib ki, kod adları mühafizə edilən şəxslərə təsadüfi qaydada verilir və burada hansısa məna axtarmaq lazım deyil. Qeyd edək ki, Obamanın atası müsəlmandır, o anasının ikinci əri ilə birlikdə bir müddət İndoneziyada yaşayıb və məlumatlara görə, Cakartada dini məktəbə gedib.
43,004
16.11.2008 08:29
Astrologiya
ULDUZ FALI
QOÇ - Bir neçə istiqamətdə əlverişli sövdələşmədə iştirak edəcəyinizə ümid bağlayın. Öz fikirlərinizdə qətiyyətli olsanız, gələcək perspektivlərinizə daha da yaxınlaşa biləcəksiniz. BUĞA - Fərdi fəaliyyət zəminində əsaslı dönüş yaratmağa tələsin. Ulduzlar müdafiənizdə durduğundan şanslarınız daha da artacaq. Kiminsə yanında qürrələnməyə həvəs göstərməyin. Yola çıxmaq olar. ƏKİZLƏR - Səhər saatlarını gərgin şəraitdə keçirəcəyiniz güman olunur. Bu səbəbdən də təmkininizi qorumalısınız. Nahardan sonra isə yalnız şəxsi işlərinizə aludə olmalı, münasibətləri qorumalısınız. XƏRÇƏNG - Yaxşı olar ki, fiziki işlərə ara verəsiniz. Çünki iş yerində xəsarət alacağınız gözlənilir. Daha çox işgüzar sövdələşmələrə yer ayırın. Axşam qonaqlıqda iştirakınız mümkündür. ŞİR - Süst bir gün olduğunu nəzərə alıb əsas vaxtınızı darıxdığınız adamlarla birgə keçirməyə çalışın. Uzaq olmayan müəyyən ünvanlara qonaq da gedə bilərsiniz. Qazanmaq ehtimalınız var. QIZ - Əvvəlki beş bürcdən fərqli olaraq bu gün siz daha mənalı və səmərəli şəkildə istirahət edə biləcəksiniz. Ətrafınızda olan insanların qabalığını isə müvəqqəti hal hesab edin. TƏRƏZİ - Hər mənada düşərli vaxtdır. Mistik düşüncələrə qapılmasanız, Göy qübbəsi sizə sürprizlər bəxş edəcək. Saat 14-dən sonra şəxsi büdcənizdə və münasibətlərdə uğurların şahidi olacaqsınız. ƏQRƏB - Bu gün ümumi ovqatınızda gərginlik nəzərə çarpacaq. Bu isə qarşılıqlı münasibətlərdə və fəaliyyətdə sizə zərər yetirə bilər. Saat 14-dən sonra nüfuzlu adamlara müraciət edin. OXATAN - Hava durumu münasib olarsa, təmiz havada çox olmağa çalışın. Ulduzlara görə, bu gün mübahisəli situasiyalara da cəlb oluna bilərsiniz. Fəaliyyətdə isə xırda uğurlarınız mümkündür. OĞLAQ - Bütün diqqətinizi pulla bağlı problemlərin həllinə yönəldin. Kiməsə borc vermək və ya borc almaq yolverilməzdir. Axşama yaxın qohumlarınızla əlaqə saxlamağınız vacibdir. SUTÖKƏN - Qarşınızda xeyli vəzifələr durur. Həmkarlarınızla müəyyən məsələlərin həlli istiqamətində mübahisələriniz də labüddür. Vaxtınız olsa, mütləq müqəddəs ocaqlarımızdan birinə baş çəkin. BALIQLAR - Səhhətinizlə bağlı xırda probleminiz gözlənilsə də, həkimə müraciət etməyə lüzum yoxdur. İndi üzərinizə düşən əsas vəzifə əsəblərinizi qorumaqdan ibarət olmalıdır.
43,009
16.11.2008 06:56
İdman
GEDE BAXIŞA ÇAĞIRDIĞI OYUNÇULARI BƏYƏNMƏDİ
Klubdan verilən məlumata görə, alman mütəxəssis məşqlərdə və ikitərəfli oyunlarda sınaqdan keçirdiyi 3 oyunçunun heç birini bəyənməyib, buna görə də onlar geri göndərilib.
43,041
17.11.2008 09:34
Ölkə
BAKIDA ÇÖRƏK UCUZLAŞDI
Qeyd edək ki, ucuzlaşma prosesi cənub bölgəsində də baş verib. Lənkəranda isə vəziyyət bir qədər fərqlidir. Burada çörəyin qiyməti aşağı düşməsə də, çəkisi bir qədər artırılıb. Xatırladaq ki, unun qiymətinin aşağı düşməsi bir sıra bölgələrdə çörəyin satışına təsir göstərib. Belə ki, əksər bölgələrdə əhali çörəyin ev şəraitində bişirilməsinə üstünlük verdiyindən çörəkbişirmə sexlərində müəyyən problemlər yaranıb.
43,001
16.11.2008 07:26
İqtisadiyyat
DOLLAR MANATA NİSBƏTƏN MÖHKƏMLƏNİR
Dünyanın ən böyük investisiya banklarından olan UBS-in hesabına görə, dollar həm avro, həm də digər valyutalarla, o cümlədən Azərbaycan manatı ilə müqayisədə bundan sonra da bahalaşmaqda davam edəcək. Bank ekspertlərinin fikrincə, dolların son dövrlər kursunun bahalaşması dünya iqtisadiyyatının zəifləməsinin göstəricisidir. Nəzərə çatdıraq ki, son illər Azərbaycanda manatın məzənnəsinin digər valyutalara nisbətən kəskin möhkəmlənməsi müşahidə olunurdu. Bu, yerli istehsalçıların ixrac qabiliyyətinin zəifləməsinə, Azərbaycan daxilində maya dəyəri manatla ifadə olunan məhsulların dünya bazarında rəqabət imkanlarının məhdudlaşmasına, qiymətlərin artımına gətirib çıxarmışdı. Hətta Milli Bank antiinflyasiya tədbiri kimi əsas diqqətini milli valyutanın mübadilə məzənnəsinə yönəltmişdi. Manatın dollar və avroya nəzərən məzənnəsinin ciddi tənzimlənəcəyi bildirilirdi. Narahatlıq doğuran məsələlərdən biri də manatın dollara nisbətən məzənnəsinin möhkəmlənməsinə baxmayaraq, milli valyutanın alıcılıq qabiliyyətinin aşağı düşməsi prosesinin baş verməsiydi. İqtisadçı ekspert Vüqar Bayramov ilin əvvəllərində dolların avroya və digər valyutalara nisbətən məzənnəsinin möhkəmlənəcəyinə dair proqnozların olduğunu vurğuladı: “Avronun dollara nisbətən məzənnəsinin aşağı düşməsinin səbəbi dolların möhkəmlənməsi nəticəsində Avropa Birliyinə üzv ölkələrdə ixrac potensialının zəifləməsi, ABŞ-a mal ixracının aşağı düşməsi, eləcə də avronun möhkəmlənməsinin Avropa iqtisadiyyatı üçün müəyyən iqtisadi və maliyyə problemləri yaratmasıdır. Avronun möhkəmlənməsi Avropada turizm sənayesi üçün kifayət qədər ciddi problemlərə gətirib çıxarmışdı. Praktiki olaraq, Avropa Birliyi ölkələri turistlər üçün cəlbedici deyildi. Söhbət xərclərin ən azı 60 faiz artmasından gedir. Əgər 3 il əvvəl avro bir dollar ətrafında idisə, sonradan avronun kursu 1,6 dollara qədər yüksəlmişdi. O baxımdan güman edilirdi ki, yay aylarından başlayaraq avronun məzənnəsinin aşağı düşməsi prosesi baş verəcək. Proqnozlar özünü doğrultdu. Amma təbii ki, məsələ yalnız avronun möhkəmlənməsinin Avropa iqtisadiyyatı üçün problemlər yaratması, iqtisadi potensialın aşağı düşməsi ilə bağlı deyil. Avropadakı iqtisadi tənəzzül də avronun məzənnəsinin aşağı düşməsinə təsir edən səbəblərdən biridir”. V.Bayramov deyir ki, dolların məzənnəsinə təsir edən çoxsaylı faktorlar var: “Onlardan biri neftin qiymətinin aşağı düşməsi nəticəsində dolların məzənnəsinin möhkəmlənməsidir. Proses davam edir. Son günlər manatın avroya nisbətən məzənnəsinin möhkəmlənməsinə baxmayaraq, eyni zamanda dolların manata nisbətən məzənnəsinin möhkəmlənməsi müşahidə edilir. Son iki ayda ən çox məzənnəsi yüksələn, inam qazanan valyuta dollar olub. Hətta valyutadəyişmə məntəqələrində aparılan monitorinqlər göstərir ki, artıq vətəndaşların dollar alışı kifayət qədər artıb. Hərçənd ki, əvvəllər dolların alqı-satqısı ilə bağlı az və passiv əməliyyatlar aparılırdı. Yaxın keçmişdə yalnız avtomobil, mənzil alqı-satqısında əməliyyatlar dollarla həyata keçirilirdisə, son aylar vətəndaşlar dollara yığım kimi baxırlar”. Ekspertin sözlərinə görə, əhali arasında avroya inam kəskin azalıb: “Avro ilə yığımlarda azalmalar var, eyni zamanda nağd əməliyatlarda avronun çəkisi aşağı düşüb. Son iki ayda avro manata nisbətən mövqelərini 29 faiz itirib”. Manatla yığımların da səmərəliliyinə şübhələrin olduğunu vurğulayan V.Bayramov iddia edir ki, bu, ölkənin maliyyə sektorundakı problemlərlə bağlıdır: “Manat, avro və dollar pul vahidlərinə nisbətdə əhalinin ən çox inandığı pul vahidi dollardır".İqtisadçı bildirir ki, dolların manata məzənnəsinin möhkəmlənməsi həm xarici, həm də daxili faktorlarla bağlıdır: “Xarici faktor kimi, əsas səbəb odur ki, dollar bütövlükdə başqa valyutalara nisbətən möhkəmlənir. Dolların avroya məzənnəsinin möhkəmlənməsi prosesi sürətlənir. Digər tərəfdən güman edilirdi ki, qlobal maliyyə böhranı dolların mövqelərini sarsıdacaq. Amma bunun əksi baş verdi. Daxili faktorlara gəlincə, neftin qiymətinin aşağı düşməsi ölkəyə daxil olan dollar kütləsinin həcmini azaldıb. Bu pul dövriyyəsində dollar manat asılılığında dolların həcminin azalmasına gətirib çıxarır. Praktiki manat dollar mütənasibliyində həcm etibarilə manat daha çoxdur. Başqa bir tərəfdən qlobal maliyyə böhranının nəticəsi olaraq kommersiya banklarının xarici maliyyə mənbələri sıradan çıxıb. Özəl bankların xarici maliyyə mənbələrindən aldıqları kreditlərin qısamüddətli olması həmin kreditlərin qaytarılmağa başlanması, böyük əksəriyyətinin qısa müddətdə qaytarılması şərti kommersiya banklarının dollara tələbatını artırıb. Nəzərə alsaq ki, kommersiya bankları yalnız bir ildə borclandığı 2 milyard dolları yaxın müddətdə qaytarmalıdır banklar artıq bazarda dolların alışı ilə məşğuldurlar. Söhbət manatın satılması dolların alınması prosesinin baş verməsindən gedir". V.Bayramov hesab edir ki, bütövlükdə proseslər manatın məzənnəsinin möhkəmlənməsi istiqamətində deyil: “Kommersiya banklarının likvidliyinin azalması, neftin qiymətinin aşağı düşməsi, həm daxili, həm də xarici faktorlar maliyyə dairələrində narahatlıq yaradıb ki, manatın dollara nisbətən məzənnəsi kəskin aşağı düşə bilər. Azərbaycanda yaxın vaxtlar üçün defolt gözlənilməsə də belə proqnozlaşdırılır ki, dolların manata məzənnəsi möhkəmlənəcək. Gələn ilin ortalarına qədər manat dollar kursu bərabərləşəcək. Çünki proseslər dolların manata məzənnəsinin möhkəmlənməsi, manatın məzənnəsinin aşağı düşməsi istiqamətində gedir”. Dolların məzənnəsinin möhkəmlənməsinin ölkə iqtisadiyyatına necə təsir göstərməsinə gəlincə, V.Bayramov “güman edilirdi ki, ölkəyə daxil olan malların, məhsulların qiyməti qalxacaq. Bu da onunla əlaqələndirilirdi ki, bütün əmtəələr dünya bazarında dollarla satılırdı. Amma bu proses müşahidə edilmir. Böyük ehtimalla bu, yaxın aylarda da baş verməyəcək”- deyə bildirdi: “Çünki dolların məzənnəsinin möhkəmlənməsi ilə paralel olaraq dünya bazarında qiymətlər ucuzlaşır. Yalnız son bir ayda buğdanın qiyməti 2 dəfə aşağı düşüb. Oktyabr ayında dünya bazarında ərzaq məhsullarının qiyməti 15 faiz azalıb. Qlobal bazarda qiymətlərin ucuzlaşması prosesi Azərbaycana idxal olunan malların qiymətinin aşağı düşməsinə gətirib çıxara bilər. Manatın dollara nisbətən məzənnəsinin zəifləməsi yerli məhsulların xaricə ixracını stimullaşdıra bilər. Bu halda Azərbaycanda istehsal olunan məhsulların dünya bazarında rəqabət aparmaq imkanları genişlənəcək. Çünki həmin məhsulların manatla ifadəsi dəyişməsə də dollarla ifadəsi azalacaq. Əgər bu gün olan narahatlıq reallaşarsa, yəni manatın dollara nisbətən məzənnəsi kəskin aşağı düşərsə, bu halda ixrac stimullaşmayacaq. Əslində belə vəziyyət sosial, iqtisadi problemlərin yaranmasına gətirib çıxara bilər”.
43,002
16.11.2008 07:28
İqtisadiyyat
İNKİŞAF, YOXSA TRANSFERT BÜDCƏSİ?
2009-cu ilin büdcəsinin daha bir xarekterik xüsusiyyəti büdcə ilə bağlı büdcə zərfində təqdim olunan məlumatların sayının az olmasıdır. Eyni zamanda yaşayış minimumu, ehtiyac meyarı, istehlak səbətinin dəyəri büdcədə simvolik rəqəmlərlə ifadə edilib. Bundan əlavə, etirazlara baxamayaraq sənəddə Azərbaycanın başlıca gəlir mənbəyi olan neftin bir barreli üzrə qiyməti 80-120 dollar arasında göstərilib. Digər tərəfdən investisiya xərcləri digər xərcləri üstələdiyi halda sosial müdafiə xərclərinə ayrılan vəsait yalnız pensiyaların baza hissəsinin artırılmasına yetir. Mövzu ətrafında söhbət etdiyimiz Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə deyir ki, büdcənin adı doğru müəyyənləşdirilməyib: “Azərbaycan hakimiyyəti büdcənin adını inkişaf büdcəsi kimi müəyyənləşdirib və bu cür də cəmiyyətə təqdim edir. Halbuki büdcə inkişaf büdcəsi deyil. Çünki inkişaf büdcəsi fiziki şəxslərin mənfəət vergisindən formalaşan büdcəyə deyilir. Çox təəssüf ki, bu büdcə transfert büdcəsidir. Büdcə gəlirlərinin 41 faizdən çoxu Neft Fondundan transfer edilən maliyyə, vergilərin isə təxminən 50 faizi neftdən gələn gəlirlər hesabına ödənilən vəsaitdir. Bu tipli büdcə formalaşdırılan zaman yeyintiyə, korrupsiyaya yol vermək üçün xərclərin ümumi miqdarı göstərilsə də təyinatı üzrə bölgülər əksini tapmır. Keçən il bunu etmişdilər və bu, sonradan böyük problemlər yaratdı. Belə ki, hökumət hesabat verərkən biz həmin rəqəmlərə istinad etdik, nəticədə qarşı tərəf suallarımıza cavab verə bilmədi. Şişirdilmiş rəqəmlər, yeyintilər var idi. Çox təəssüf ki, xərclərin təsnifatı, təyinatı bu ilin büdcəsində əksini tapmayıb. Ethiyac meyarının, minimum istehlak səbətinin dəyərinə gəlincə, uşaqlar üçün bu rəqəm 69 manat, yaşlılar üçün 65, orta yaşlılar üçün 84 götürülüb. Əslində rəqəmlərin heç birinin bu gün mahiyyəti yoxdur. Nə məqsədlə, necə müəyyən olunur, söykənəcəyi, istinad edəcəyi sənədlər nədir - heç biri deyilmir. Bir nəfərin minimum istehlak zənbili 200 manata yaxın təşkil edir. Onun müəyyən olunması maaşın müəyyən olunmasına, hər hansı sosial yardımın müəyyən olunmasına nə dərəcədə təsir edir, bunun da fəlsəfəsi yoxdur. Ona görə, tamamilə boş, mənasız bir şeydir". İ.Ağazadə hesab edir ki, bunun özünün büdcə sistemində yeri doğru deyil. Çünki ona nəzərən heç bir siyasət həyata keçirilmir: “Tutaq ki, sosial yardım siyasəti ona nəzərən müəyyənləşdirilmir. Yaxud da minimum istehlak zənbilini müəyyən edərkən hər hansı fərqli qiymət ortaya çıxırsa, ona uyğun da minimum yaşayış təmin edilməlidir. Bu da yoxdur. Digər tərəfdən ildən-ilə bu rəqəmlər çox cüzi miqdarda qaldırılır. İqtidar iddia edir ki, xalqın sosial rifahının yaxşılaşdırılması istiqamətində geniş tədbirlər həyata keçiririk. Ölkə ümumi daxili məhsulun həcminə görə az qala dünyada birinci yeri tutur. Amma nədənsə bu özünü minimum istehlak səbətinin dəyərində, yaşayış minimumunda göstərmir. Başqa bir tərəfdən, inkişaf büdcəsi kimi təqdim olunan büdcədə ildən-ilə dotasiyanın miqdarı artırılır. 2009-cu il üçün vergidən daxil olan gəlirlərin artım faizi 6,9 faiz nəzərdə tutulduğu halda, Neft Fondundan və digər mənbələrdə transfertlərin miqdarı 30 faiz nəzərdə tutulur. Bu bir daha göstərir ki, ölkə iqtisadiyyatı tənəzzülə doğru gedir. Tənəzzülə gedən iqtisadiyyatın da dövlət büdcəsi ancaq belə ola bilər”. Millət vəkili büdcədə inflyasiyanın proqnozlaşdırılan həddinin 14 faiz götürülməsinə də toxundu: “Büdcədə inflyasiyanın səviyyəsi ilə bağlı göstərilən rəqəm özünü dorğultmayacaq. Hökumət inflyasiya ilə bağlı rəqəmi daha yuxarı göstərərsə, indeksləşdirmə siyasəti həyata keçirilməlidir. Büdcədə isə indeksləşdirmə ilə bağlı heç nə yoxdur”. Onun sözlərinə görə, inflyasiyanı yuxarı göstərərsə, hökumət məcbur olub həm maaşları, həm də qiymətləri indeksləşdirməlidir: “Belə problemlərlə üzləşməmək üçün inflyasiya ilə bağlı rəqəmi həmişə aşağı göstərməyə çalışır". “Neftin dünya bazar qiyməti proqnozlaşdırıldığı kimi 30 dollara düşərsə, büdcəyə yenidən baxılacaqmı” sualına cavab verən İ.Ağazadənin fikrincə, son illər ənənəyə çevrilən büdcə dəyişikliyi əslində yaxşı haldır: “Çünki Azərbaycan iqtisadiyatı neft üzərində qurulub. ”Qara qızıl"ın qiyməti isə stabil deyil. Buna görə də büdcəyə mütəmadi baxmaq lazımdır. Oturuşmuş dövlət sistemində, fiziki şəxslərin mənfəət vergisi üzərində qurulan büdcəni 5 illik də proqnozlaşdırmaq mümkündür". Müsahibimiz 2009-cu ilin büdcəsinə yenidən baxılacağını istisna etmir.
43,003
16.11.2008 07:18
Mədəniyyət
SABİR RÜSTƏMXANLININ YENİ ŞERLƏRİ
TONQAL BAŞINDATonqal iyi verirsən!" - bir gözəlin sözüydü.Tüstülü saçlarımı qarışdırıb gülürdü.Bilmirdi tonqal iyi mənim saçımdan deyil,Köksümdə tüstülənən ürəyimdən gəlirdi! Gözlərimin önündə tüstülənən kitablar,Nəsiminin, Sabirin ruhunda tonqal iyi!Haqqımı istəyəndə dilimə damğa basanAdımı yasaq edən qorxumda tonqal iyi! Tonqal-tonqal işıqdı adlayan əsrləriSibirdən üzümüzə sönmüş ocaqlar baxır.Müşfiqin gur saçları bir tonqalın tüstüsüXızıda bir daxmaya dönmək üçün darıxır. Kimdi budaqlarımı amansız silkələyən,Qitələrə səpilir bu yetişən barımız.Mühacir dəstələri ölkələr arasındaAstaca tüstülənən, sönən tonqallarımız! Gözüm işıqdan doymaz, dilim sözə tamarzı,O Hadinin ruhudu məzarını soraqlar.Biz ocaq çatmırıq ki, qalxır zirzəmilərdənGözümüzün yaşıyla söndürülən ocaqlar. Saçımda, paltarımda tonqal iyi, od iyi.Azadlıq havasında çiçəkləyir daş meydanVarımı talan edən yalanların içindənUnudulmuş səsimi mənə qaytarır zaman. Yerlə göy arasında qalxanda milyon yumruqQayıdır bir millətin cavanlığı üzünəSilaha yadırğamış əllərin gizli gücüDamla-damla yığışır car çəkdiyi sözünə! Qeyrət karvanlarıdı keçən uzaq yolları,Obalardan əlimə milyon əldi uzananTonqalların başında, mütilik şaxtasındanSoyuyan qanımızdı gecə-gündüz qızınan! Milyon dildə bir hava, milyon əldə bir qılınc,Çürümüş gövdələrə yarımca zərbəmiz bəs.Bu meydanın işığı məmləkəti bürüsə,Qaranlıq ayaq açıb üstümüzə yeriməz! ...Tüstülü saçlarımda titrəyir zərif əllər.Göz yaşı qorxu dadır: ocağım qaralacaq.Mən də adi bir kösöy - sönsəm də millətiminBurnunda həmişəlik tonqal iyi qalacaq! 5.XII.1988 O TORPAQ BİZLƏRİ GÖTÜRMƏYƏCƏK Üzümə dağların nəfəsi dəyir,Alışır, danışır, yanır, inləyir.Torpağa qayıtmaq asan iş deyilBu zülmü bir qərar bitirməyək,O torpaq bizləri götürməyəcək! Vətən dağlarında daş olanındı,Göyündə qanadlı quş olanındı,Sinəsin açmağa xış olanındıAğac ək, toxum səp, yetirməyəcək,O torpaq bizləri götürməyəcək! Nə vaxt söz səpmişəm söz göyərdibdi,Çaşıb köz səpmişəm köz göyərdibdi,Əyri əkdiyimi düz göyərdibdi,Get, dərdiyi ovut, başına əl çək,O torpaq bizləri götürməyəcək! Hər daş qulağında dilini atdın,Hər ev divarında əlini atdın,Özün ölməkdənsə ölünü atdınNə qədər istəsən ağla, haray çək,O torpaq bizləri götürməyəcək! Bircə yol qorxudan sıyrılmadınsa,Hər daşa, ağaca sarılmadınsa,Vətəni qaldırıb qırılmadınsa,Ruhun da o yurda dönməsin gərək,O torpaq bizləri götürməyəcək! Bəlkə qulu olaq, nökəri olaq,Bəlkə Tərtər olaq, Həkəri olaq,Namusun haqq-hesab çəkəni olaq,Yoxsa hər dönüşlə soyumaz ürək,O torpaq bizləri götürməyəcək! Bu Vətən dərsləri üsullanmadan,Gözündə hər daşı qızıllanmadan,Hərə öz içində qüsullanmadan,Üz tutub, yalvarıb tövbə etməsək,Bu torpaq bizləri götürməyəcək! YOL BİTƏNDƏ Tanrı bizi yollar üçün yaradıb,Yol bitəndə - köy çəkəcək özünə. Sevincimiz meyxanada paylanır,Qəmimizi ney çəkəcək özünə. Məlik olsun, kral olsun, şah olsunKönlümüzü bəy çəkəcək özünə. Elçiləri Tanrısını unuduanBir toplumu mey çəkəcək özünə. Korumuzdu uçuruma can atanKarımızı küy çəkəcək özünə! Allah susur, ancaq Şeytan işindəMin hiyləylə hey çəkəcək özünə! Nə yaxşı ki, torpaq bizi udandaRuhumuzu göy çəkəcək özünə! aprel, 2007 YÜKÜMÜZ ARTDIQCA Hayanda itirdim ruhumu, Allah,Nə zaman qeyb oldu ilahi eşqim?Məni böyütdüksə özü böyüyənO qəhrəman eşqim, o dahi eşqim! Səsim yer oynadan, göy silkələyənNəğmə yox, vurğunluq şövqüydü elə.Mən idim dünyanın ilk əkinçisiSəpdiyim ilk toxum sevgiydi elə. Bəs hardan göyərdi nifrət bu qədər,Bu şər tarlasını əkən kim oldu?Haqqın hədiyyəsi - həyat suyunuZəhər arxlarına çəkən kim oldu? Nə zaman cücərdi bu ayrılıqlar?Bütöv ürəyimdə çatlar hardandı?Meydan savaşında boyumuz birdiİndi bu yüzüncü qatlar hardandı? Yükümüz artdıqca batır səsimiz,Ay yığımcıl kişi, bu çayı adla!Biz ruh qanadında sənə uçurduq,Uça bilərikmi qızıl qanadla?! İlahi, bu xalqa yazığın gəlsin,Qaytar, ilk yolunu, izini tanıt!Ruhunu itirir səndən qopuncaOna Tanrısını - Özünü tanıt! 1.05.2007 QİYAMƏT Başqasının halalını tumarlamağınFərqi yox başqasının malını qamarlamaqdan.Əxlaqsızlıq eynidir - istər şəhvətdə olsun, istər sərvətdə.Harama düşkünlük də fahişəlikdirİstər vəzifə adı altında, istər iş.Ehtiras əsiridir biri, biri nəfsinə köləymiş.Başqasının yatağını pulla alanlarınXəbəri yox - özünkünün qapılar gəzdiyindən.Pulsuz-parasız! - diri ruh, təmiz vicdan axtarışında.Göz yaşlarıyla süslənmiş qızıl tacları atmaq üçün başından!Qiyamət yaxınlaşır əlaməti yazdığım -mərdliyin, kişiliyin təmiz ruhların yası -millət xainlərinə millətin aldanması. Bal əvəzinə şəkər, arılar da saxtakar.Sələmçi banklar azmış sırada toxum bankı- bilmədiyi mayadan döl alan hamilələr.Yeni nəsil doğulardəri içində motor!Ya da insan qatırı,milləti - terminator. Qiyamət yaxınlaşır adam çox, Əzrayıl tək.Allahın yeni işi- Əzrayıl yetişdirmək. BİZLƏR BACARDIQ 1990-cı ilin 20 yanvarındaMoskva televiziyasının hədələrini,qanla dolu gözlərlətankları üstümüzə sürənsərxoş rus gədələrini,evlərə soxulansoldatların qıcanan dişlərini“ubeyte etix turkov!” deyərəkyağdırdıqları söyüşlərini,ölənləri yollardanqansızın süpürmələrini,Özümüzə və torpağımızatüpürmələrini, müsəlmana Azadlıq yaraşmır deyəyardım etmələrini erməniyə,tırtıllara dolaşan bağırsaqlarımızı,süngüyə keçirilən uşaqlarımızı,xışmalayıb keçənləridörd alimi bir maşında,“müstəqillik” sözünüsilmək istəyənlərimillətin yaddaşından,leş üstə yığışan quzğunlar kimiBakıya doluşan generallarıo sahibsiz qolları,o bədənsiz başlarısonra bu boyda dərdəpərdə tutmaq istəyən başdakı əyyaşlarıunudaraq yenidən rusa dəsmal tutmağıyenidən körpəsiniYazovun, Bakatinindilində oxutmağıkimsə bacarmazdı - bizlər bacardıq!.. *** Küçə-bazar bir yana,öz halal mənzilindəşəhidlərin üstündəyenə cəhcəh vururlarcəlladların dilində.körpə vətəndaşımadüşməni sevdirməyinfərqi yox millətiməqıcanan o dişlərdən.Vətənimə od vurano qanlı yürüşlərdən.Elə bu da tanklarıüstümüzə sürməkdi.Murdar ayaqlarıylaevimizə girməkdir. *** Elin son tikəsiniəlindən qapanlara,millətin göz yaşındaxoşbəxtlik tapanlara,qızıldan sarayındaçürük ruhları talan,Nə Qarabağ, nə Təbriz!..Yurdu pul olanlaraBu hacı dinsizlərəməşədi ilanlaraKim vətəndaş deyərdi? Kim könlünü açardı?Kimsə bacarmazdı - bizlər bacardıq!.. *** Bu sonsuz cəhalətdənbu dağılmaz zülmətdənbu ağrıdan, möhnətdənqədirsiz məmləkətdənkim olsa havalanmışbaş götürüb qaçırdı.dözmək - ölümdən betər kimsə bacarmazdı -bizlər bacardıq! YOL GEDİRƏM Vaxt oyunu? Anım - ildir, illərimsə - an,Mənzilimə bir çatacaq uşaqla karvan.Qədərimiz həm yaradan, həm yaradılanYol gedirəm üzü göyə, üzü Tanrıya! Yaranışın “ol!” sözündən olub gəlmişəm,Hər çarəni öz içimdə bulub gəlmişəm,“Əylən!” deyən neçə nəfsə gülüb gəlmişəmYol gedirəm üzü göyə, üzü Tanrıya! Bu yazılan, bu pozulan hərflərimiz - yol,Yasxanadan toyxanaya keflərimiz - yol,Bir mərtəbə, on mərtəbə evlərimiz - yol,Yol gedirəm üzü göyə, üzü Tanrıya! Dilbilməzlər öyrətməkdən dilim qabardı,Budağımda qasırğadan yetişən bardıSaçlarımda qar çiçəyi - qışım bahardıYol gedirəm üzü göyə, üzü Tanrıya! Mən arıyam - ömrüm qısa, yüküm əbədi,Yurddaşımın yaddaşında şəklim əbədi,Tanrımıza ünvanlanan fikrim əbədi!Yol gedirəm üzü göyə, üzü Tanrıya! Adıma bax! Səbr eləmək Tanrı vərdişiMən gülürəm, ağladanın ağarır dişi.Xəyalımda ölümümdən sonrakı işimYol gedirəm üzü göyə, üzü Tanrıya! 19 avqust, 2007 KÖHNƏ İŞ YOLDAŞIM ASLANIN XATİRƏSİNƏ Yəqin ruhunun ən qırıq,ümidinin ən tükənən çağında,qopub yalqız qalandadostların yığnağındanya gecə yarısı,ya sübh tezdənzəngi gəlirdi Şahvələdoğlu Aslanınbatıq, yorğun, bezikmiş bir səshəm doğma, yaxınhəm yad planetdən gəlirmişcəsinəuzaq.Deyirdi:“Neyləyək, bəy?dərdimizi kimə yazaq,işsizlikdən öldük axı!nə qədər oturaq evdə,nə qədər güzgüdəözümüzə baxaq?“Müstəqillik” deyirdin - dedik.Meydanlarda yatdıq,səninlə bir dolaşdıq cəbhələri,qaçqınlara əl uzatdıq.Çalışdıq dinclik bilmədən,indikilər kimi rüşvətə əskilmədənFəhləlikdən başlamışnazir müavininədəkpillə-pillə, addım-addımnə bir xahiş, nə bir adam!Özün şahidsən, şükür!Sənə kim tapşırmışdı məni?Ən çətin illərdəçalışdıq, qurduqBaşqaları uçurdu?Qapımız açıqdı millətə,nazirliyi də fəhləlik bildik,nə kiçiklərə bozartdıq üznə böyüklərə əyildik.Axırı nə oldu, bəy?Deyək ki, ac qoymadı Allah,tapıldı bir tikə çörək,bəs ağlımız, gücümüz,bəs vaxtımızı necə öldürək?" Danışırdı dinləmədən cavabınıyanırdı tüstüsüzİmkan qalmırdı nəfəs dərməyə;“Sən də vaxt tapdınistefa verməyə...Hamı işində, gücündəölkə dədələrindən qalıb elə bil,Satılır bir ucdan.Bizi də xəstələndirdinVətən? Düzgünlük? Vicdan?" Bu sözlərin önündə yenə köhnə təsəllim: “Darıxma, bir yol tapılar!..”Ancaq hardadır bu yol,Hərə öz başının hayındaykənAslana kimdi baxan.De kim?!Sonra bir gün kəsildibu ərkyana sorğular,xırıltılı şikayət.Baltaçılar amansızqırırlar bu meşəniƏzrayıla nə hacət?! 2006 ƏBƏDİ SEVDA Bunlar... Bir həyətlik dincliyi uca tutarlartanrı cənnətindən, Xəbərsizlər iştahının qurbanıcənnət məmləkətindən, icazəli cəngavər, qalstuklu qoyunlarMənim ruhumu duymaz! Mənim ruhumu bilməz!yaşılkən kötüklənən,yüz yana yaxılmaqdan içəri çiliklənən,nə qədər yetişsə - kal...düşüncəsi, inamı, dili, fikri də idxal,qorxan - şimşək çaxanda,leysan yağanda qorxan,qaranlıq yuvalardan üzə çıxanda qorxan,torpağın sevincinə arxları bağlanmayan,bir çiçəyin mehrinə sıxılıb ağlamayanMəni anlamaz əsla! Bunlar...Əlimiz üstə düşmən əli qoyanlar laylası, duasını minnətlə oxuyanlar, unudanlar, minillik yolun-izin dilini, dünyaya sığışmayan dərdimizin dilini ? nə bilsin hardan gəlir gözümüzə çökən qəm bu göylərə bağlılıq, bu sərhədsiz düşüncəm.Çindən Qobustanacan yazılı daşlarımın toz basan güzgüsünüsilib baxa bilməyən Ərgənəkon eşqindən hər gün doğa bilməyən hardan duysun içimdə yaşayan böyük ruhu, hardan duysun nə deməkbu didərgin, bu ulu, bu yorulmaz Türk ruhu?! Onlara deyən varmı Altaydan Balkanlara Tanrıdan Savalana, uzanan tarix yoluqopuz simləri kimi hələ kökdən düşməyibbiz göylərdən gəlsək də, yolu mən ağartmışam, yollar göydən düşməyib. Param-parça bölünmüş, yürüşdən yorğun, əzik, ancaq haqqa hamilə, yenə tarix yolunun bələdçisi? Bu bizik! Bu bizik, mənəm, sənsən... bu gün yorğun, cüssəsiz, sabah fırtına kimi, dünya boyu əsənsən!.. Bunlar... bu etnomüştəbehlər bu retrokommunistlər, demokrat, islahatçı, qlobalçı faşistlər, və onların qulları, türk soyadı daşıyanhədiyyə cocuqlarıMəni duyammaz əsla! Duymaz damarlarımdadolaşan qaynar qanı, Tanrıyacan yol çəkənbu əbədi sevdanı! TABUT DAŞIMAQDAN Tabut daşımaqdan çiynimiz yara,Qəlbimiz qançırdı qəm daşımaqdan.Bu necə peşədi, yorulduq, AllahHəm əkib, həm biçib, həm daşımaqdan. Şer yazanın kim, yer qazanın kim,Macal vermədi ki, Əzrayıl-qoçaq.Bir yerə yığılsa bir dağ olardıDostların qəbrinə tökdüyüm torpaq. Yerin altında da dörd divar! Bitdi...Üç nöqtə kəfənə düşən tərimiz.Olumla ölümü qoşa həbs etdiYerüstü, yeraltı hörgülərimiz. Yüz tarla, yüz zavod çalışdıranın,Yeməyi, içməyi, geyəcəyi yox.Yer altda qurulan bu nə şəhərdiBu üzə bir kəlmə deyəcəyi yox. İçimə axıtdım göz yaşlarımı,Dənizdi - qəzəbdən boğulub səsi.Çoxdan ölümümü yaşadıb Tanrım.Kəfən bu dünyanın son hədiyyəsi. Haqqa varan vaxtım, danışan vaxtım.Özümdən çox əvvəl yaşlaşır dilim.Bir vaxt bağırmaqdan qabardı ancaqİndi də susmaqdan daşlaşır dilim. Əlimiz talançı, eivimiz talan,Yalanlar üstünə gələn yağıdır.Ürəyin vursa da ölüsə bəzən,Ölüm savaşlardan yorulmağındır. YENƏ KƏND YOLUNDA Bir gün piyadaydım, sonra atlıydım,Bu gün maşındayam - nə fərqi var ki,Kimsə tanımayan kənd uşağıydımŞöhrət yaşındayam nə fərqi var ki, Keçmişdim bu yolu yaz tufanı təkÖmrün qışındayam nə fərqi var ki,O yazdan bu qışa yollar nə qısa,Yenə kənd yolunda yapayalnızam! Neçə şəhər gördüm, ölkələr gördüm,Keçdim dənizləri, okeanları.Bir yanda özünə cənnət yapanlar,Bir yanda məzlumun batan qanları. Çevirdim dünyanı o üz-bu üzə,Doladım qoluma meridianlarıBaşımın üstündən ötdü yüz qəzaYenə kənd yolunda yapayalnızam! Daddım bu dünyanın hər nemətini,Sarısı, qarası başıma döndü,Verdim milyonlara ürək sözümüQayıdıb başımın daşına döndü.Mən Vətən adına sevinc yazırdımAncaq o, gözümün yaşına döndü.Sevgi də cəzaymış, xidmət də cəzaYenə kənd yolunda yapayalızam! Elə bil dünəndi burdan getdiyim,Çırtladı ömrümü illər tum kimi.Nə qədər sözüm var çəkdi içinəÇəkər izimi də millət qum kimi.Hanı o əyilməz bildiyim ellərYoğruldu əslində zülmün mum kimi,Öndə qəbir qazan, sonda söz yazanYenə kənd yolunda yapayalqızam! Meşə saraldıqca çöllər göyərir,Saralan da mənəm, yaşıl da mənəm.Qartalın dönüşü yuvasınadıBir bax, o qayalar qaşında mənəm.Nə olsun bir yolun sonu yetişdiYenə bir cığırın başında mənəm.Yollara can verdim yol aza-azaYenə kənd yolunda yapayalqızam! 15 sentyabr 2007
43,005
16.11.2008 08:36
Kriminal
AVTOBUS 82 YAŞLI QOCANI VURUB
*** Dünən saat 00.25 radələrində Buzovna qəsəbəsində Bakı şəhər sakini Mircavid Seyidov “İnfiniti” markalı avtomaşını idarə edərkən onu maneəyə vurub. DİN-in mətbuat xidməti xəbər verir ki, nəticədə M.Seyidov hadisə yerində ölüb, xəsarət almış sərnişini Eldar Əliyev isə xəstəxanaya yerləşdirilib. *** Həmin gün saat 18.30 radələrində Ağdaş rayonunda, rayon sakini İbrahim Məlikov “VAZ-2107" markalı avtomaşını idarə edərkən Məşəd kənd sakini Əkbər Quliyevi vurub. Nəticədə xəsarət almış Ə.Quliyev xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. KÜRDƏMİRDƏN GƏLİB BAKIDA SOYULDUKrdəmir sakini Bakıda qarət edilib. Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə paytaxtın 28 may küçəsində baş verib. Kürdəmir rayon sakini, 1971-ci il təvəllüdlü İlyas İsrafil oğlu Alməmmədov naməlum şəxslərin basqısına məruz qalıb. 3 naməlum şəxs İ.Alməmmədovu bıçaqla hədələyərək onun 500 manatını və mobil telefonunu alaraq hadisə yerindən qaçıb.Hadisənin iştirakçılarından biri, Mingəçevir şəhər sakini, 1972-ci il təvəllüdlü Cavid Cabbar oğlu Vəliyev Nəsimi Rayon Polis İdarəsi 22-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub. Polis əməkdaşları digər şəxslərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir. “MERCEDES”dən OĞURLUQ EDƏN 3 NƏFƏR TUTULDUBakı sakini Rza Axundov ona məxsus “Mercedes” markalı avtomaşından oğurluq edilməsi barədə polisə müraciət edib. Hadisəni tötməkdə təqsirli bilinən Bakı şəhər sakinləri Rövşən Ağayev, Elçin Bayramov və Yaqub İbrahimov Səbayel Rayon Polis İdarəsi 8-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində tutulublar. LERİKDƏ SİLAH-SURSAT TAPILDILerik Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən Göydərə kəndindən 4 ədəd qumbara və 430 ədəd avtomat güllələri tapılıb. Nizami Rayon Polis İdarəsi 23-cü polis bölməsinin və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə 6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən İran vətəndaşı Əlirza Əhmədovdan 8,29 qram heroin aşkar edilərək götürülüb. ÇİNLİNİ QARƏT EDƏN ŞƏXS YAXALANDIBakının Yasamal rayonunda 23 yaşlı qıza və Çin vətəndaşına qarşı soyğunçuluq edən şəxs tutulub. Bu barədə Bakı Şəhər Baş Polis İdarəsindən “Trend”ə məlumat verilib. Məlumata görə, noyabrın 8-də saat saat 19:10 radələrində 1985-ci il təvəllüdlü Nuranə Qismət qızı Nəzərovanın içərisində mobil telefon və pulu olan əl çantasını naməlum şəxs alıb qaçıb.N.Nəzərovaya qarşı soyğunçuluq edən 1982-ci il təvəllüdlü İslam Rasim oğlu Rəhimov Yasamal Rayon Polis İdarəsi cinayət-axtarış şöbəsinin və 27-ci polis bölməsinin əməkdaşları keçirdikləri əməliyyat tədbirləri nəticəsində tutulub. Araşdırma zamanı məlum olub, ki, o, Çin Xalq Respublikasının vətəndaşı Du Yaoxuamnaya qarşı da soyğunçuluq edib.
43,006
16.11.2008 07:51
İdman
ŞAHMATÇILARIMIZ BİRİNCİ YERDƏ GEDİR
Fikrət Sideyifzadənin rəhbərlik etdiyi kişi yığmamız ardıcıl ikinci qələbəsini Slovakiya üzərində qazanıb - 3:1. Komandamızın lideri Teymur Rəcəbovun (2752) Sergey Movsesyanla (2732), dördüncü lövhədə oynayan Rauf Məmmədovun (2631) isə Peter Vavrakla (2478) görüşündə heç-heçə qeydə alınıb. Şəhriyar Məmmədyarov (2731) Lyubomir Ftaçniki (2571), Vüqar Həşimov (2703) Tomas Petriki (2487) məğlub edib. Qədir Hüseynova (2650) bu turda istirahət verilib.Qadınlardan ibarət milli komandamız Rusiyaya start məğlubiyyətinin acığını Qırğızıstandan çıxıb - 4:0.İki turdan sonra maksimum nəticə ilə lider olan kişi komandamız növbəti oyununu Hollandiyaya qarşı keçirəcək. Hesabında 2 xal olan qadın yığmamız 77-ci pillədə qərarlaşıb. Xanımlarımız III tur çərçivəsində əlcəzairli həmkarları ilə görüşəcək. Qeyd edək ki, 11 turdan ibarət yarışın mükafatları uğrunda 154 kişi və 116 qadın yığması mübarizə aparır. Olimpiadaya noyabrın 25-də yekun vurulacaq.
43,007
16.11.2008 07:51
İdman
FUTBOL DÜNYASININ ƏN VARLI ADAMLARI
Maraqlıdır ki, Ukrayna “Şaxtyor”unun prezidenti Rinat Axmetovun adı ilk “onluq”da da yoxdur. Halbuki o bu ilin iyununda 31,1 milyard dollarlıq varidatla Avropanın ən zəngin şəxsi seçilmişdi. Axmetov 7,3 milyard dollarlıq varidatla bu dəfə siyahının ikinci “onluğ”unda qərarlaşıb.“Forbes”in tərtib etdiyi siyahıda ilk “onluq” belədir: Oleq Deripaska (“Kuban”, Rusiya) - 28 milyard dollar Roman Abramoviç (“Çelsi”, İngiltərə) - 23,5 Lakşmi Mittal (“Kuins Park Reyncers”, İngiltərə) - 20,5 Amanito Orteqa (“Deportivo”, İspaniya) - 20,2 Pol Allen (“Settl Saunders”, ABŞ) - 17 Fransua Pino (“Renn”, Fransa) - 16,9 Silvio Berluskoni (“Milan”, İtaliya) - 9,4 Alişer Usmanov (“Arsenal”, İngiltərə) - 9,3 Filip Anşuts (“Los-Anceles Qalaksi”, ABŞ) - 8 Con Fredriksen (“Valerenqa”, Norveç) - 8
43,008
16.11.2008 07:54
İdman
ZİKONUN KOMANDASI ÖZBƏKİSTAN ÇEMPİONU OLDU
Beləliklə, “Fənərbaxça”nın sabiq çalışdırıcısı sentyabrda təhvil aldığı “Bunyodkor” klubu ilə oktyabrın 31-də qazandığı Özbəkistan kubokunun ardınca ölkə çempionluğunu da qazanaraq mövsümü qızıl dublla başa vurub.Bu arada Özbəkistan mətbuatının yazdığına görə, İspaniyanın “Barselona” klubunun ulduz futbolçusu Lionel Messi də “Bunyodkor”un dəvəti ilə noyabrın 19-da Özbəkistana gedəcək. Messi Daşkəndə səfəri çərçivəsində “Bunyodkor” klubunun gənc futbolçuları ilə təcrübəsini bölüşəcək və bir neçə tədbirdə iştirak edəcək.Yada salaq ki, Özbəkistanın klubu bundan öncə “Barselona”nın ulduz futbolçusu Samuel Eto”™Onu ölkəyə dəvət edərək onu transfer etməyə çalışmış, ardınca isə AÇ-2008-in qalibi İspaniya millisinin futbolçuları - Karlos Puyol, Andreas İnyesta və Sesk Fabreqası Daşkəndə dəvət etmişdi.
43,010
17.11.2008 07:20
Gündəm
LABA VASİF TALIBOVA QALİB GƏLDİ
Hansısa yollarla (bəzi versiyalara görə, “Laba” Pekin olimpiadasında prezident İlham Əliyevlə görüşə bilib; özünün və qardaşının başına gələnlərlə bağlı ona ətraflı məlumat verib) dövlət başçısı ilə əlaqə yarada bilən Mübariz Pənahov nəticədə qardaşını və sərvətini Vasif Talıbovun əlindən qurtara bilib: “Prezident məsələni tam araşdırıb və Səfər Pənahovu buraxmaqla bağlı göstəriş verib”. Onu da xatırladaq ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun Laba ləqəbli Mübariz Pənahovun qardaşının azadlığa çıxması üçün 30 milyon dollar istədiyi barədə məlumatlar dolaşırdı. Belə görünür ki, bu pul Talıbova qismət deyilmiş. Bir sözlə, “Laba” məğlubedilməz “Naxçıvan xanı”na bu savaşda qalib gəlmiş hesab olunmalıdır. Mübariz Pənahov mərhum prezident Heydər Əliyevə hələ o, muxtar respublikada işləyərkən sədaqət və xidmət göstərib, Əliyevin 1993-cü ildə Bakıya dönüşünü əks etdirən tarixi lentlərdə onun da siması mərkəzi planda görünür. “Laba” Naxçıvanda Vasif Talıbovun qarşısında söz deyə bilən tək-tük adamlardan hesab olunurdu. Bu xassə isə ona olduqca baha başa gəldi. Heydər Əliyevdən sonra onun biznesini, fəaliyyətini və nüfuzunu bitirmişdilər. Sonuncu məlumat onu göstərir ki, Mübariz Pənahov “dibə” vurmaq ərəfəsində ciddi bir dividend qazanıb.
43,012
17.11.2008 07:20
Yazarlar
MEYXANA VƏ AŞ PA
Şeyx sonra da ötkəm səslə, qürurla, inamla, ilhamla dedi ki, bu iş davam etdirilməlidir, qoy bütün dünya ictimaiyyəti meyxana sayəsində mədəniyyətimizin necə yüksək səviyyədə olduğunu görsün, bizim bir xalq kimi necə böyük olduğumuzu bilsin, dünyanı fəth etməyə qadir meyxana sənətimizə aşiq olsun və s. vacib işləri görsün.Sən öl, beləcə də dedi - “qoy dünya ictimaiyyəti görsün ki, sənət, mədəniyyət, mərifət nədir”. Ləzzət elədi, oğlum. Bu ABŞ, AŞ PA, AB, NATO, SENTO, nə bilim, Venesiya Komissiyası, BMT-zad var ha, Şeyx Əbdül “dünya ictimaiyyəti” deyəndə onları nəzərdə tutur. Şeyx siyasi cəhətdən gözüaçıq adamdır. İllər əvvəl siyasətlə məşğul olurdu, hansısa partiyada, ya da hərəkatda idi, həftədə minimum 4-5 müsahibə, 5-6 siyasi rəy verir, ölkəni bürümüş mədəni-intellektual zülmətlə vuruşurdu. Sözümün canı odur ki, meyxana heç, siyasəti də yaxşı bilir, dünya ictimaiyyətinin də dabbaqda gönünə bələddir. Elə indi də siyasətlə məşğuldur. Meyxanadan da yekə siyasət? Buna görədir də hamı bu işə qoşulub. Görürsənmi, oğlum, nazirlər, icra başçıları, deputatlar, şirkət prezidentləri, rektorlar, akademiklər, seyidlər, hacılar, məşədilər - hamıya adbaad müraciət edilir, onlar da meyxanaçılara vurhavur SMS yollayır.Şeyxin əlinə dönüm, əcəb eləyib elə dedi. Adına dünya ictimaiyyəti deyilən bu yaramazlardır də Qarabağı alıb sənə verməyənlər... Bu köpəkuşağıdır də dünyada qlobal böhran yaradıb nazirlərimizin gül kimi tikinti biznesini, yol-körpü layihələrini böyrü üstə qoyanlar... Bu qurumsaqlardır də məmurlarımızın müdrik və dözümlü xalqımızın belindən əziyyətlə, alın təri ilə, zillətlə çıxardığı pulları aparıb öz banklarında yandıranlar. Qoy xalqımız meyxana desin, o dünya ictimaiyyəti dəyyusun da bağrı çatlasın. Ona bu da azdır.Mən də Şeyxin bu müdrik tövsiyəsinə qulaq asıb milli mədəniyyətimizin Məleykə Əsədova zirvəsindən 3-4 gün əqdəm keçid almışam, məsələn, Namiq Məna zirvəsinə. Möhtəşəmdir. Bu zirvədə durub meyxanaçıların bir-birinə qeyri-adi təvazökarlıq və uzaqgörənliklə “qaşqaldaq-balqabaq”, “çömçə-nimçə” deməyinə, “şəhərin tin-bucaqlarından yığıb gətirdikləri” inci-dürr kimi hikmətli sözlərə qulaq asanda bu vətənin övladı olmağınla necə fəxr etməyəsən, oğlum?!Bəli, biz kitab-filan oxumasaq da, çoox savadlı və mədəni camaatıq. Dünyanın heç bir xalqı, milləti meyxana deyə bilmir. Bədbəxtlər. ABŞ boyda heyvərə ölkədə mənə bircə dənə meyxanaçı göstər, kovboy uşaqlarının İrana soxulmasına dəstək üçün “en” qədər SMS göndərim. Yoxdur! Bəlkə Almaniyada, Fransada, Yaponiyada, Kanadada, İtaliyada, Britaniyada var? “Sözüm var”dakı Gülağa var e, bax təkcə o çəlimsiz oğlan bütün dünyanın özündən deyən bu çurban ölkələrini meyxana sahəsində təkbaşına otarar.Bunu ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi də bilir, alman “ştaze”si də, ingilis Mİ-6-sı da. Ona görə də əlamanda tədbir tökür, çalışırlar ki, bizim meyxana istedadımızın sirrini öyrənib özlərində yaysınlar. ABŞ-ın Bakıdakı səfiri Dersi xala neçə ildir burada gizlicə meyxana dərsi alırmış. Sən də elə bilirdin Qarabağı alıb sənə verəcək, həbsdəki jurnalistləri açdırıb buraxdıracaq, sənə azad, demokratik ölkə qurmağın yol-yolağını öyrədəcək... Ay hay, avam olma, bala. Gördün də neylədi? Keçən il, Allah bilir, bəlkə də Ağamirzə ilə Kərimin deyişməsindən nə təhər cuşa gəldisə, özünü saxlaya bilmədi, bir ağız da o oxudu. Bununla da özünü deşifrə etdi. Obamanın yerinə olsam, Dersi xalanı təcili dəyişərəm. ABŞ-ı biabır elədi.Ya da Amerikanın əvvəlki səfiri Eskudero (camaatımız ona çox istədiyindən “Paskudero” deyir). Səncə, o, Nardaran camaatının 30 hektar torpağını niyə qamarlayıb? Düz tapdın, Bakı kəndlərində ev-eşik tikib yaşasın, yerli camaatdan meyxana deməyi öyrənsin.Şeyx Əbdülün çölə gedən sözü var? Adına dünya ictimaiyyəti deyilənlər bu dılğırlardır də...
43,013
17.11.2008 07:22
Gündəm
XALQ HƏRƏKATININ BAŞLANMASINDAN 20 İL KEÇDİ
İki il öncəyə qədər 17 noyabr qeyri-iş günü olaraq dövlət səviyyəsində bayram edilirdi. Bunları xatırlatmaqla 1988-ci ilin 17 noyabr hadisəsinin Azərbaycan üçün necə yüksək əhəmiyyət kəsb etdiyini vurğulamaq istədik. 17 noyabrda başlanan mitinqin əsas təşkilatçısı olmuş və bu gün çoxlarının Mərkəzi Seçki Komissiyasının keçmiş üzvü kimi tanıdığı Ənvər Əliyev 20 il əvvəl baş verənlər haqda “Yeni Müsavat”a danışdı. Ənvər Əliyev o dövrkü proseslərin əsasən Dağlıq Qarabağ məsələsi ətrafında cərəyan etdiyini deyir: “Erməni akademik Aqambekyan çıxış edərək bildirmişdi ki, Dağlıq Qarabağ iqtisadi cəhətdən Azərbaycandan çox Ermənistana bağlıdır. Bu fikirlər Bakıda, xüsusən də qeyd etdiyim ictimai fəallığı ilə seçilən insanlar arasında bomba kimi partladı. Yeri gəlmişkən, 1984-cü ildə Zori Balayanın ”Ocaq" adlı kitabı çıxanda indi Müsavat başqanı olan İsa Qəmbər həmin kitaba çox gözəl, tutarlı cavab yazmışdı. İsa Qəmbərin həmin cavabı da xalqın Qarabağla bağlı ayağa qalxmasına impuls oldu. İsa Qəmbər Zori Balayanın kitabını elmi, tarixi faktlara əsaslanan əsər yazmaqla məhv etmişdi. Buna görə də İsa Qəmbərin həmin cavabı meydan hərəkatının başlanmasında əlimizdə bayrağa çevrilmişdi. Əlimizdə çox ciddi nəzəri materiallar toplanmışdı. 17 noyabr mitinqindən əvvəl 1988-ci il fevralın 19-da küçə yürüşü, mayın 16-da isə mitinq keçirmişdik. Proses yüksələn xətlə inkişaf edirdi. Dağlıq Qarabağda və Ermənistanda Azərbaycanın ərazi bütövlüyünə qarşı keçirilən mitinqlərə qarşı Bakıda da misli görünməmiş mitinqin keçirilməsi zərurəti yaranmışdı. 17 noyabrda həmin mitinqi başladıq. Bakı Dövlət Universiteti, Politexnik və İnşaat İnstitutlarının yataqxanalarında yaşayan tələbələrə, tərəfdarlarımıza 17 noyabrda səhər tezdən meydana yığışacağımız barədə xəbər verdim. Plakatları, şüarları BDU-da “Yurd” Cəmiyyətində hazırladım. SSRİ-nin qırmızı bayrağının yuxarısını karandaşla göy, aşağısını isə yaşıl rəngləyib Azərbaycanın milli bayrağına oxşatdım ki, mitinqdə qaldıraq. Səhər saat 8-də yataqxanalarda yaşayan bir neçə yüz adamla, o cümlədən Fazil Qəzənfəroğlu və Əli Kərimlinin də tələbə olaraq öndə getdiyi bir qrup tələbə ilə Universitetin yanına gəldik. Xeyli sayda tələbə və müəllim bizə qoşuldu. Elmlər Akademiyası metrostansiyasının yanından indiki Texniki Universitetə tərəf yürüş başladı. Politexnik İnstitutunun qarşısında yürüşə qoşulanların sayı o qədər artdı ki, böyük izdiham yarandı. Polis qarşımızı kəsdi. Əvvəldən planlaşdırdığımız kimi yerə oturduq. Otura-otura, dura-dura Ali Sovetin qarşısına qədər getdik. Ora çatanadək 5-6 dəfə polis qarşımızı kəsdi və əlimizdəki bayraqları aldı. Ali Sovetin qarşısında Bakı Şəhər Daxili İşlər İdarəsinin rəisi Fətullah Hüseynovun başçılığı ilə polislər bizə güclü hücuma keçdilər. Bizi amansızcasına döydülər, əlimizdə qalan bütün bayraqları cırdılar. Mənim başımı yarmışdılar və ağır travma almışdım. İzdihamı parlamentin qarşısından dağıtdılar, lakin binaların arası ilə hamı axışdı indiki Azadlıq meydanına tərəf. Saat 12.30-da meydana daxil ola bildik. Meydana daxil olanda mənim arxamca təxminən 30-40 min adam gəlirdi. Meydanda da təxminən bir o qədər adam olardı. Beləliklə meydanda ilk mitinqimizə saat 13-də təxminən 80 min adamla başladıq. Şüarlarımız “Ermənistana onunla əlaqələri kəsəcəyimiz barədə xəbərdarlıq olunsun”, “Topxanadakı tikinti dayandırılsın”, “Dağlıq Qarabağda Azərbaycanın iqtisadi, siyasi və hüquqi hakimiyyəti bərpa olunsun” idi. Şüarları iki saatdan bir səsləndirirdik. Əhalinin sayı getdikcə artırdı. Mitinqin ikinci günü yüzminlərlə adam toplaşmışdı. 18 günlük mitinqdə elə günlər oldu ki, bir milyon adam meydana toplaşırdı". Ənvər Əliyev onun icazəsi olmadan mitinqdə heç kimə söz verilmədiyini deyir: “Ən böyük iddialı Nemət Pənahov idi. İkinci gün ona söz verdik, çıxış elədi. Əbülfəz bəyə ikinci gün çox çətinliklə söz verə bildim. Başımdan zərbə aldığım üçün mitinqin üçüncü günü dözə bilmədim və evdə qısamüddətli müalicəyə getdim. Bir neçə günlük müalicədən sonra meydana qayıdanda polis məni meydana buraxmadı. Yalnız bir neçə gündən sonra arxa qapıdan gizli daxil ola bildim. Nemət Pənahov mənim olmamağımdan istifadə edib önə çıxmışdı və sonralar istintaqa ifadəsində demişdi ki, Ənvər Əliyevi meydana mən buraxmamışam. Üzləşmədə də mənə bunu demişdi”.Ənvər Əliyev 18 günlük mitinqin dekabrın 4-də vəhşicəsinə dağıdıldığını xatırlayır: “Moskvadan gələn xüsusi təyinatlı dəstə və Azərbaycanın güc strukturları meydanı zor gücünə dağıtdı. Mitinqin dağıdılması əməliyyatına Azərbaycan hökumətindən o vaxt baş nazirin müavini işləyən Artur Rəsizadə başçılıq edirdi”. Ə.Əliyev AXC-nin yaranması haqqında siyahının da məhz 18 günlük mitinqlərin gedişində bəyan edildiyini deyir: “Bu mitinq müstəqillik uğrunda xalq hərəkatının başlanmasına səbəb oldu”.
43,014
17.11.2008 10:41
Gündəm
KÜVEYT ŞEYXDƏN PUL İSTƏYİR
Mənbənin dediyinə görə, “Əbu Bəkr”in tikintisinə çəkilən xərclərdən savayı, dini vəqf tərəfindən Azərbaycanda bir sıra şəxslərə 3 milyon dollara yaxın rüşvət verilib. Çox maraqlıdır ki, elə bu günlərdə hörmətli Şeyx məhz bu məqamla bağlı açıqlama verib. Sitat: “”Əbu Bəkr" adı ilə tanınan və “Cümə” məscidinin hüquqi sahibi kimi çıxış edən Nərimanov rayon dindarlarının dini icması əslində ayrı yerdə qeydiyyatdadır. Mən əslində başqa dini icmaya məscid tikməyə icazə vermişdim. Amma qoymadılar və mənim məktubuma “yox” dedilər. Onda Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Mübariz müəllim idi. O zaman həmin dini icmanı mənim təqdimatım olmadan qeydiyyatdan keçirdilər". QMİ sədrinin sözlərinə görə, o zaman Nərimanov rayon dindarları dini icmasının nümayəndələri yeni qurumu qeydiyyata almaqdan ötrü onun da yanına gəliblər. Ancaqÿ Şeyx onlara öz istəklərini reallaşdırmağa imkan verməyib. “Mənə rüşvət təklif etdikləri üçün onları uzaqlaşdırdım. Çünki onlar qanunsuz iş görmək istəyirdilər. Əslində ora ləğv oluna bilər. Ona görə ki, onlar qeydiyyatdan keçməyib. Onlar həmin ünvanı əvvəl götürüblər, sonra isə burda qeydiyyatdan keçiblər. Mən bunu açıq deyirəm, həmin məscidin özündə bir nahaqlıq, yəni aldanmaq var”. Bu da Şeyxin sözləridir.Açıqlamasında cənab Paşazadə həmçinin “Əbu Bəkr” məscidinin şübhəli maliyyə hesabına inşa edildiyinə işarə vurub: “Kim özəlləşdirib oranı? Mən öz evimi söküb yenidən tikmək istəyirəm, qoymurlar. Bəs, necə oldu bu məscidi tikə biliblər, sonra da özəlləşdiriblər? Bu vəsait haradan gəldi?” O da maraqlıdır ki, bu günlərdə “Əbu Bəkr” məscidinin imamı Hacı Qamətin Azərbaycanı tərk etməsi xəbəri yayılmışdı. Az sonra məlum oldu ki, o, Küveytdədir və bu ölkədə dini mövzuda keçirilən beynəlxalq konfransın iştirakçısıdır. Həmin tədbirə Şeyxin də dəvətli olduğu xəbər verilmişdi. Lakin QMİ sədrinin Küveytə getmədiyi məlum olmuşdu. Hələ ki Hacı Qamət hansısa səbəbdən ölkəyə qayıtmayıb. Hazırda onun ailəsi, uşaqları Bakıdakı evlərindədir. Dünən isə mətbu orqanlardan biri xəbər yayıb ki, Şeyxin Küveytə getməməsinin səbəbi yerli dini qurumların sonradan onun vizitinə razılıq verməməsi olub. Ümumiyyətlə, hörmətli Şeyximizin adı məhz Küveytlə ilgili o qədər də arzuolunan mövzularda hallanmır. Məsələn, bir qədər əvvəl bəlli olub ki, küveytli iş adamı Babtin ibn Abdul Əzizin Bakıda tikilən İslam Universitetinə ayırdığı 800 min dollar müəmmalı şəkildə yoxa çıxıb... Sonda mənbəmiz bir daha bildirdi ki, “Əbu Bəkr” məscidinin açılmayacağı və bərpa edilməyəcəyi təqdirdə Küveytdəki dini xeyriyyə qurumu müvafiq sənədlərlə çıxış edəcək və pulunu geri istəyəcək.Mövzuya qayıdacağıq.P.S. Məsələ ilə bağlı hörmətli Şeyximizin də mövqeyini dərc etməyə hazırıq.
43,015
17.11.2008 07:41
Yazarlar
“QƏFƏS” REALİTİ-ŞOUSU
Rəşid Həsənovun oğlu üstəgəl keçmiş ədliyyə naziri Sədabə Həsənovanın qardaşı oğludur. Bu cavan 5-6 il qabaq, yəqin ki, hamıya ləzzətlə deyərdi: “Bibim ədliyyə naziridir”. O ədliyyə, o ədalət ki, Südabə Həsənova onun bir hərfini də tanımırdı. “Demokratiyanı beşiyində boğmaq lazımdır”. Südabə Həsənovanın, ədliyyə nazirinin bu iyrənc kəlməsi 5-6 il öncəyədək dillər əzbəri idi. Kimsə unuda bilər, mən unutmadım. Azərbaycanın prokurorları, o cümlədən, Mirsalamlı və Həsənov ölkədə işgəncə mexanizminin tərkibi olublar. İndi həmin cəza maşını onların öz övladlarını yeyir. Nə mistik, qəribə ölkədə yaşayırıq... Ataların günahına övladlar cavab verir. Sanki ötən əsrin 30-cu illəridir. Bolşeviklər müsavatçıları güllələdi, sonrakı kommunistlər elə həmin bolşeviklərin özünü məhv elədi. İrtica canavarına həmişə yemək lazımdı, onun qarnı doymur.Amma qanqaraldan şeylərdən bəsdir danışdıq. Gəlin sizə şahidi olduğum əhvalatı nəql edim. Dünən “3-cü mikrorayon bazarı” adlanan ərazidən keçirdim. Orada keçən il qayrılan körpünün, yolun içində nəhəng çalalar yaranıb, üstəlik kanalizasiya suları ilə dolub. Bir də gördük nəqliyyat naziri Ziya Məmmədov həmin çalaya düşüb boğulur. Camaat yığışdı, əl uzatdılar, ancaq Ziya əkə dedi ki, yox, mən sizdən küstərəcik. Sonra “Azəryolservis”in sədri, deputat Cavid Qurbanov gəldi, cumub yapışdı Ziya əkənin boğazından. Dartdı, dartdı, çıxarda bilmədi. Hacıbala Abutalıbovun dalıyca adam göndərmək istədilər, axırda məcbur olub Zaur Ramazanov getdi. Xülasə, Hacıbala gəldi, Caviddən yapışdı. Dartdılar, çıxmadı. Ramazanov Hacıbaladan tutdu, xeyri olmadı. Axırda Kəmaləddin Heydərov Rusiyadan kirayə götürdüyü fövqəladə hal aparatıyla gəldi. Kəmaləddin Ramazanovdan, Ramazanov Hacıbaladan, Hacıbala Caviddən, Cavid Ziyaddan yapışdı. Dartdılar, dartdılar, Ziya Məmmədovu çaladan çıxartdılar. Yoxsa biabır olacaqdıq. Ayıb deyilmi, görərdin Moskvada “Pravda” qəzetinin müxbiri İbrahimbəyov yazıbdır: “Azərbaycanın nəqliyyat naziri Bakıda, dəvə çuxurunda boğulmuşdur”. Hətta təsəvvür edəndə belə adamın tükləri küçələrdəki daşlar kimi biz-biz olur.Oxucumuz İlqar Yaqubov isə qəşəng anekdot göndərib: “Uşaq bağçasına komissiya gəlir. Uşaqlara əvvəlcədən öyrədirlər ki, komissiyanın suallarına necə cavab verəcəklər. Nə isə, komissiya bağçanı gəzir, sonra uşaqlara sual verirlər. ”Dünyanın ən gözəl ölkəsi haradır?" Uşaqlar xorla deyir Azərbaycandır. “İnsanlar harda rahat yaşayır?” “Azərbaycanda!” “Xoşbəxtlik harda?” “Azərbaycanda!” və sairə. Birdən ən kiçik uşaq ağlayır. Komissiyanın sədri onun başını sığallayır, nə üçün ağladığını soruşur. Uşaq göz yaşları içində, hıçqıra-hıçqıra deyir: “Mən Azərbaycanda yaşamaq istəyirəm!”Bu anekdotu oxuyandan sonra mən bilirsiniz nə etdim? Küçəyə çıxdım və səmaya dişlərimi ağartdım. (Eynən dahi Kurt Vonnehutun “Pişik beşiyi” əsərinin qəhrəmanı kimi). Bəs niyə küçədə? Çünki xəbər oxumuşam, deyirlər Kəmaləddin Heydərov təzə texnika alıbdır, ofisində oturur və bütün Bakıya videokameralarla tamaşa edir. Azərbaycanı fırladanlara öz emosiyalarımızı çatdırmaq üsulu asanlaşıb. İstəyirsən lap üç barmağın məşhur konfiqurasiyası olsun... Zamin HACI
43,016
17.11.2008 08:01
Yazarlar
REGİONUN “BURUQ USTASI”
Bu hədənin üç qaynağı ola bilər, ya Putinlə Saakaşvilininin arasında şəxsi namus davası var, ya rusiyalı baş nazirin gürcü prezidentə nifrəti siyasi səbəblərdən bu dərəcədə yoğunlayıb, yaxud da o sözü deyərkən Volodya, sadəcə, dəm olub. O vaxt Amerikanın prezidenti ata Corc Buş da Səddam Hüseyni asmaq fikrindəydi. Amma ser bu məşum niyyətini dilinə gətirmirdi. Həm də o, Səddamı el qaydasıyla - boğazından asmağı düşünürdü. Allah qismət elədi, bala Buş atasının, həm də özünün niyyətini həyata keçirdi. Əlbəttə, Buş istəsəydi, Səddam Hüseyni Putinin üstünlük verdiyi və bəyan elədiyi tərzdə asardı. Adam ələ keçəndən, qolu bağlanandan sonra onun başına hansı oyunu gətirmək artıq zövq və rəhm məsələsidir. Amma Buş Səddamı qanuni, mədəni, hətta şahanə şəkildə asdırdı. Bununla belə, gördüyümüz kimi, aradan keçən iki ildə İraqda vəziyyət düzəlmir - hər gün dekabrın 30-u, hər yer Tikritdir. Elə bir gün olmaz ki, partlayış olmasın və 25-dən artıq adam ölməsin. Hətta 10-dan az adam öləndə dünyanın xəbər agentlikləri bunu informasiya sayıb yaymırlar, səhərisi günü gözləyirlər, bilirlər ki, sabah daha gurultulu partlayış olacaq. Ümumiyyətlə, adam asmaq elə şeydir ki, gərək bunu əvvəlcədən elan eləməyəsən - düşər-düşməzi olur. Bəziləri niyyətinə çatır, bəziləri isə çata bilmir. Məsələn, İkinci Dünya müharibəsinin axırında İtaliya partizanları niyyət eləmişdilər ki, diktator-faşist Mussolini əllərinə düşsə, onu tutub assınlar. Vaxt gəldi, Mussolini partizanların əlinə düşdü və partizanlar onu əvvəlcə güllələdilər, sonra asdılar. Daha sonra bir də güllələdilər. Lap axırda isə cəmdəyinə tüpürdülər. Ancaq hadisələrin ardıcıllığı özgə cür olmalıydı. Bundan başqa, kəndir və güllə arasında seçim etmək imkanı duçenin özünə verilməliydi. Bəlkə adam özü güllə yarasından ölməyi əhd eləyib? Ancaq hiss olunur ki, Saakaşvili nə güllədən ölməyi planlaşdırır, nə də kəndirdən sallanmağı. Batono hələ cavandır, gələcəkdə də əkinçilik etmək fikrindədir. Ona görə də Putinin mənfur niyyəti onu qayğılandırmaya bilməz. Düzdür, qəzetlər yazır ki, guya Fransa prezidenti Sarkozi Putini fikrindən daşındırıb, amma bu hələ dəqiq xəbər deyil. Ola bilər ki, Sarkozi Saakaşvilini, siz də məni bağışlayın, can evindən asılmaqdan xilas eləyib, boğazdan asılmaq perspektivi hələ durur. Belə görsənir ki, ABŞ-ın yeni prezidenti Barak Obamanın başlıca qayğılarından biri də bu olacaq ki, Saakaşvilini biabırçılıqdan qurtarsın. Gərək NATO esmineslərinin bir cütü il on iki ay Qara dəniz hövzəsində keşik çəksinlər ki, Gürcüstanın ərazi, onun prezidentinin isə bədən bütövlüyünü qorusunlar. Buş bu işə qarışa bilməz, çünki dili gödəkdir. Əgər o vaxtilə Səddamı asdırmasaydı, deyə bilərdi, Vladimir, indi dünyanın nə vaxtıdır ki, sən suveren ölkənin prezidentini o günə qoymaq istəyirsən. Hazırda “mıqq” eləsə, onun özünə deyəcəklər ki, bəs yazıq Səddam qağanın günahı nəydi ki, balalarını yetim qoydun. Bəli, Saakaşvilinin həyatı təhlükədədir. ABŞ və Rusiyanın arasında gedən qlobal və total çəkişmədə onun ayrı-ayrı bədən orqanları, hətta başı qurban gedə bilər. Kimin ağlına gələrdi ki, 21-ci əsrin bu vədəsində beynəlxalq müzakirə predmeti gəlib-gəlib, kababçıların “ağ ət” dediyi nahiyəyə dirənəcək? Görünür, beynəlxalq və regional siyasət yeridərkən çox ehtiyatlı olmaq lazımdır. Yoxsa adam gözlənilməz perspektivlərlə üz-üzə qala bilər. Bəlkə də bu üzdəndir ki, son vaxtlar Səfər paşa “lazım gəlsə” söhbətini yığışdırıb. Neynəsin, regionda “buruq ustası” var. P.S. Şəhərdən fərqli olaraq, kənd yerlərində neftçilərə yox, qoçun və cöngənin xayasını buraraq axtalayanlara “buruq ustası” deyirlər. Samir SARI
43,017
17.11.2008 09:05
Ölkə
HEYDƏR BABAYEVİN ÖLKƏNİ TƏRK ETDİYİ XƏBƏRİ YAYILDI
Lakin Heydər Babayevin səfir göndərilmək xahişi nəzərə alınmayıb. Hakimiyyətdən onun xahişinə heç bir cavab verilməyib. Bundan sonra sabiq nazirdə artıq hakimiyyətin ona etimad göstərməyəcəyi qənaəti yaranıb və o, ölkəni tərk etməyi ən doğru yol seçib. Məlumatda həmçinin deyilir ki, Heydər Babayev Azərbaycandan birbaşa Londona uçmayıb. O əvvəlcə Moskvaya, oradan isə Londona uçub. Xatırladaq ki, Heydər Babayev vaxtilə Böyük Britaniyada yaşayıb. Orada biznesinin olduğu barədə hələ o, nazir işlədiyi dövrlərdə dəfələrlə mətbuatda məlumatlar yayılıb. Sabiq nazir bu ölkənin siyasi, iqtisadi çevrələri ilə sıx əlaqələrə malik nazir kimi tanınırdı. Onun oğlu da Londonda yaşayır.Heydər Babayev vəzifəsindən azad olunduqdan sonra ona yaxınlığı ilə tanınan kadrların hamısı işdən çıxarılıb. Ölkədə benzin satışına patronajlıq edən qardaşı Yaşar Babayev bu səlahiyyətlərindən məhrum edilib. Onu da qeyd edək ki, Azərbaycanda ən iri biznes şəbəkəsinə sahib olan bir neçə nazirdən biri Heydər Babayevin olduğu sirr deyildi. Nazir vəzifəsindən uzaqlaşdırıldıqdan sonra ona məxsus bir çox iri obyektlərə əl qoyulduğu haqda məlumat da az qədər öncə yayılmışdı. Bütün bunlar Heydər Babayevin siyasi hakimiyyətin gözündən tamamilə düşdüyü qənaətini möhkəmləndirir. Görünür sabiq nazir də bunu tam hiss etdiyindən Azərbaycanda qalmasının sonda yaxşı nəticələnməyəcəyi ehtimalını nəzərə alıb. Heydər Babayevin ölkəni tərk etdiyi barədə məlumatların doğru olub-olmadığını dünən “Yeni Müsavat” olaraq araşdırdıq. Dəqiq informasiya almaq mümkün olmadı. Araşdırmamızı davam etdirəcəyik.
43,018
17.11.2008 07:05
Yazarlar
SƏN DƏ BİZİM MƏHƏLLƏDƏNSƏN...
Düzü, belə cavab gözləmirdim (niyəsini bir azdan yazacam), ona görə təkrar dəqiqləşmə aparma zərurəti hiss edərək, “ancaq dostunuzumu, Çingiz bəy?” deyə soruşmuşdum. Gözəl ağa gözəl idi, vurdu bir çiban da çıxardı... Çingiz bəy “kruq”u bir az da genişləndirərək “lap həyət, məhlə yoldaşım olsun. Görünür, bu mənim pis xarakterimdir. Sakitcə keçib gedə bilmirəm”, cavabını vermişdi. Məni qınamayın, amma həmin an bütün bəlalarımızın bax elə bu “məhəllə” təfəkküründən qaynaqlandığını kəşf etdim özümçün. Təsəvvür edin, ölkə bu qədər dərdlər, bəlalarla qovrulur, jurnalistlər həbsdə çürüyür, bayırda təqaüdünü ala bilməyən qocalar, korrupsiyadan əziyyət çəkən insanlar... qan ağlayır. Amma bizim ziyalılarımız ancaq öz dostlarının, həyət, məhəllə yoldaşlarının ayağına daş dəyəndə dilə gəlirlər. Özü də bilirsiz niyə? Özlərini sığortalamaq üçün, sabah ayaqlarına daş dəyəndə məhəllə yoldaşları da onları müdafiə etsin deyə. Sanki bu ölkədəki digər dərd-sərin, millətin problemlərinin onlara aidiyyəti yoxdur. Həbsdəki jurnalistləri niyə müdafiə etmirsiniz? Əşi, onların Mətbuat Şurası, Həmkarlar İttifaqı var da... Ötən yazısında həmkarım Nazim Sabiroğlu yazmışdı ki, bu milli elita söhbəti əslində “şəhərli-kəndli” davasının nəticəsidir. Amma mənə elə gəlir, həmkarım məsələni bir az qloballaşdırıb. Məsələ, sadəcə, məhəllə davasıdır. Rüstəm İbrahimbəyov, Fərhad Bədəlbəyli, Tahir Salahov, Arif Məlikov, Lütfi Zadə, Anar... Bunlar bir məhəllənin “cayıllar”ı olublar. Eyni ziyafətlərə qatılıb, eyni tamaşalara gediblər, uşaqlıqları, gənclikləri qonşu məktəblərdə, universitetlərdə keçib. Ortaq dostları, düşmənləri var, hətta bəlkə bəyəndikləri şərab, musiqi növləri də eynidir. Buna görə də ayrıca, toxunulmaz “kasta”dılar; kimsə onlara bir kəlmə söz deyirsə, deməli, məqsəd onları qırmaqdı, buna qarşı dərhal yumruq kimi birləşmək lazımdır. İşdi, söhbət onlara dəyməyən ilandan gedirsə... Amaaaaan, qoy o ilan min il yaşasın... “Bizi qıracaqlar, öldürəcəklər” deyib, dad döyürlər. Amma az keçmədən məlum olur ki, bu vay-şivənin səbəbi bir-iki postmodernist yazarın hərdən barələrində nəsə “qurdlu” bir fakt tapıb tirajlamasıdır... Ayıbdır söyləməsi, mən də şəhər uşağıyam və məhəllələr arası davaları görə-görə böyümüşəm. Bizim məhəllənin qızına söz deməyə görə qan su yerinə axar, amma “məələ uşaqları” sırf qəşəng qızlara söz atmaq üçün “Torqovı”ya axışardı. Bizim həyətdəki maşınların şüşəsini qırmaq “zapadlo” sayılar, amma qonşu həyətlərdəki bahalı maşınların təkərini, maqnitafonunu sökənlər “hörmətli, cəsur oğlanlar” sayılardı. Bax belə... Çingiz müəllim müsahibədə özünü bu “təəssübkeşliyinə” görə azca danlayır da. “Görünür, bu mənim pis xasiyyətimdir”, deyir. Pis xasiyyət olmasına pisdir ey... Amma ona görə yox ki, siz supertəəssübkeşsiniz; sadəcə, ona görə ki, öz dar gününü düşünən, dar çevrədə hərlənməyə üstünlük verən bir ziyalımızsınız. Bu isə AYB katibinə, digər adı ilə desək, cənab Dronqoya yaraşmayan cəhətdi. Belə olanda ancaq ailəsinin boğazını düşünərək rüşvət alan müəllimi, baş həkimin haqqını verə bilmək üçün xəstənin dərisini “üzən” həkimi və sairi necə qınayaq? Axı ziyalımız da məhəllə uşaqlarının təəssübünü çəkmək lazım olanda ayağa qalxır... P.S. Məhəllə demiş, axı vaxtilə “Azadlıq” qəzeti, “Turan” agentliyi də Yazıçılar Birliyi ilə eyni küçədə yerləşirdi. Həmin məntiqlə Qənimət Zahid, Mehman Əliyev də Çingiz Abdullayevin məhəllə yoldaşı sayılmalıydı. Bu KİV-lər binasından köçürüləndə, baş redaktor türməyə düşəndə nəsə AYB katibinin səsi çıxmadı. Deməli, məsələ məhəllədə yox, məhəllə yoldaşının kimliyindədir... Sevinc TELMANQIZI
43,019
17.11.2008 07:18
Yazarlar
GET, GEDE, GET!
Gede “Neftçi”yə gələndən bəri öz sərt alman sifətini yalnız çağırışçılardan ibarət olan, indi də elə “Neftçi” ilə turnir cədvəlinin zirzəmisində hərlənən ordu futbolçularına - OMİK-ə göstərib. İki kubok, bir çempionat oyununda onlara qalib gəlib.Srağagün isə Bakıda Yevlaxın “Karvan”ına uduzan “Neftçi”nin başbilənləri hələ də klubu anormal qərarları ilə idarə edən bu məşqçiyə etibar edir. “Neftçi”nin altını üstünə çevirən Gede indi klubda elə bir vəziyyət yaradıb ki, bu vaxtacan ölkənin ən möhtəşəm və təşkilatçılığı ilə seçilən fanat klubu olan komandanın ən sadiq azarkeşləri belə ondan ayrılmağa başlayıblar. Niyə də ayrılmasınlar? Kimin oyununa baxmağa gəlsinlər? Axı Gedenin meydana buraxdığı heyətdə onların sevimliləri yoxdur.Ölkə futbolunu Türkiyə çempionatının “Kayserispor” kimi klubunda təmsil edən Rəşad Sadıqov “Neftçi”dən qovulub. Təsəvvür edin, Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts onu birisi gün Albaniya ilə keçiriləcək yoldaşlıq oyununa çağırır, kapitan sarğısı verir, Gede isə ona güvənmir.Gede Rəşadın adaşı Sadiqovu, hətta “Neftçi”nin indiyəcən gəlib-getmiş ən yaxşı legionerləri Aleksandr Çertoqanovu, Georgi Adamiyanı belə klubdan qovub. Halbuki bu uşaqlar çox yox, iki il əvvəl “Neftçi”yə MDB ölkələrinin “Birlik kuboku”nu, ölkə çempionluğunu qazandırmışdılar. Bəs görəsən, həmin illərdə Gede harada idi? Harada, hansı barda məxməri “Bavariya” pivəsindən içib “lox” çempionat, klub axtarışında idi?İndi Gede yeni klub qurmaq əvəzinə hazır klubu dağıtmaqla məşğuldur. “Neftçi”nin altını üstünə çevirib bütün oyunçularının ümumi qiyməti “Neftçi”nin bir oyunçusunun qiymətinə bərabər Salyanın “Muğan” komandasına da qalib gələ bilmir.Əslində “Neftçi”dən getməli adam varsa, o da elə Gededir. AFFA-dan getməli adam varsa, o da elə Rövnəq Abdullayevdir.Vaxtilə Azərbaycan yığmasının baş məşqçisi olmuş Ağasəlim Mircavadovun “Komanda” qəzetinə dediklərinə fikir verin: “Mən yığmada ayda 20 dollar maaş alırdım”. İndiki yığmanın baş məşqçisi isə Rövnəq Abdullayevin Neft Şirkətindən ildə 2 milyon,- hə, hə, düz oxudunuz,- düz 2 milyon avro maaş alır. Ortada isə nəticə də yoxdur.Əlbəttə, Foqts fokus göstərə bilməz. Çünki yığmaya etibar etdiyi kapitan Rəşad onun həmyerlisi Gedenin qəzəbinə tuş gəlib. Gənc və perspektivli yığma üzvü Elnuru da oynatmır.Elə ən azı bunlara görə Gede getməlidir. Getməsə, “Neftçi” gedəcək. Və Allah bilir, hara. Bundan sonra isə onun flaqman kimi geri qayıdacağı sual, özü də çox böyük sual altındadır.Buna isə nə əcnəbilərin şələləyib ölkəmizdən daşıdığı neft dollarları, nə də “Bavariya” pivəsi kömək etməyəcək. Edə bilməyəcək...
43,020
17.11.2008 07:19
Gündəm
HƏMSƏDRLƏRİN DAĞLIQ QARABAĞ SƏRGÜZƏŞTLƏRİ
Xəbər verildiyi kimi həmsədrlərin regiona səfərləri noyabrın 13-də Bakıdan başlayıb. Onlar xarici işlər naziri Elmar Məmmədyarov və prezident İlham Əliyevlə görüşlərdən sonra İrəvana gediblər. İrəvanda vasitəçilərlə xarici işlər naziri Edvard Nalbəndyan arasında görüş olub. Daha sonra onlar Xankəndinə yola düşüblər.Rusiyanın “Regnum” agentliyinin xəbərlərinə görə, fransalı həmsədr Bernar Fayse prezidentlər arasında imzalanmış Moskva bəyannaməsində münaqişənin ancaq siyasi yolla həllinin mümkün olduğu haqda məqamı olduqca mühüm adlandırıb. Fransalı diplomata görə, bu ifadə özündə danışıqları, diskussiyaları, kompromisləri, güc tətbiq edilməməsini və müharibənin istisna olunmasını əks etdirir. “Sənədə əsasən, danışıqlar Minsk Qrupu çərçivəsində, Madriddə tərəflərə təqdim olunmuş təkliflər əsasında davam etidirilməlidir”, - deyə Fasye əlavə edib. Onun bildirdiyinə görə, həmsədrlər builki danışıqların nəticələrinə dair “çoxməzmunlu sənəd”lə ili başa vururlar: “Gələn il vasitəçilər daha çox nəticə əldə etməyə çalışacaq”.Bildirilir ki, Bako Saakyanla görüş zamanı Dağlıq Qarabağın danışıqlara tərəf kimi qoşulması məsələsi növbəti dəfə qaldırılıb. Bu məsələ barədə fransalı diplomat deyib ki, bəzən insanlarda Dağlıq Qarabağın danışıqlar prosesindən kənarda qaldığı haqda fikirlər yaranır. Əslində isə belə deyil: “Əgər biz tez-tez burada oluruqsa, məqsəd təkcə ondan ibarət deyil ki, çox yüksək qiymətləndirdiyim Qarabağ mətbəxinin dadına baxaq və tut arağı içək. Bizim səfərlərimizdə məqsəd həm də odur ki, Dağlıq Qarabağ rəhbərliyi ilə işləyək. Nə zaman bura Ermənistan prezidenti və xarici işlər naziri gəlirsə, bu o deməkdir ki, Dağlıq Qarabağ danışıqlarda iştirak edir”. Rusiyalı həmsədr Yuri Merzlyakov da onun sözlərinə qüvvət verərək deyib ki, münaqişənin həllinə dair yekun sülh razılaşmasının işlənib hazırlanması Dağlıq Qarabağın birbaşa iştirakı olmadan mümkün deyil. Moskva bəyannaməsini tərifləyən Merzlyakovun fikrincə, sənəddə Madriddə təqdim edilmiş baza prinsiplərinə istinad edilir: “Mən 14 ildən sonra tərəflərin, nəhayət, razılaşma əldə edəcəyinə ümid bəsləyirəm, lakin Dağlıq Qarabağın iştirakı olmadan yekun razılaşma hazırlanmayacaq”. Metyu Brayza: “Mən torpaqların Azərbaycana qaytarılmalı olduğunu deməmişəm, jurnalistlər fikirlərimi təhrif ediblər” Amerikalı həmsədr Metyu Brayza isə Bakıda verdiyi açıqlamalarını təkzib etməklə başlayıb. Ona “Dağlıq Qarabağ ətrafındakı ərazilər Azərbaycana qaytarılmalıdır” şəklindəki Bakıda səsləndirdiyi fikirlər xatırladılıb. İndiyədək dəfələrlə dediyi sözlərdən imtina edən və gah bu, gah digər ölkənin jurnalistlərini təhrifçilikdə günahlandıran, bu xasiyyətinə görə özünə qeyri-ciddi imic formalaşdıran Brayza israr edib ki, o belə söz deməyib: “Azərbaycan jurnalistləri olduqca ”yaradıcıdır", kimsə mənim sözlərimdən bu və ya digər tərəfin xeyrinə istifadə etmək istəyir. Mən demişəm ki, əgər müqavilə olsa, deməli, o, balanslı və hər iki tərəfin maraqlarını özündə əks etdirəcək şəkildə olmalıdır. Bəli, biz ümid edirik ki, qoşunlar çıxarılacaq, lakin dəhliz də olmalıdır. Moskva bəyannaməsində qeyd edilən beynəlxalq prinsiplər və normalar sülh razılaşmasında əksini tapmalıdır. Söhbət bir yox, bir neçə elementdən gedir. Ona görə də özünüz azərbaycanlı jurnalistlərə sual verə bilərsiniz ki, onlar niyə bir və ya neçə prinsipə istinad edir?" Qeyd edək ki, Brayza bundan əvvəl bir dəfə xarici KİV-lərə müsahibəsində aydın şəkildə deyib ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalı, ərazilər qaytarılmalı, qaçqınlar öz yerlərinə dönməlidir. Bir qayda olaraq məşğul olduğu işlə bağlı çox danışan, ancaq hər dəfə dediklərindən imtina edən bu diplomatın Xankəndində söylədikləri bir daha təsdiq edir ki, onun fikirlərini oxumaq olar, inanmaq isə yox.Brayza da deyib ki, Dağlıq Qarabağın iştirakı olmadan yekun sülh razılaşması hazırlana bilməz. O, Dağlıq Qarabağa səfərləri zamanı yerli liderlərin mövqelərini dinlədiklərini xatırladıb. “Addımbaaddım etimad möhkəmləndirmək lazımdır. Bu, ciddi işdir və bizim üçün mühüm istiqamətdir. Vəziyyətin gərgin olmasına görə insanlar həlak olmalı deyil”. Amerikalı diplomat əlavə edib ki, Azərbaycan və Ermənistan prezidentləri arasında qarşılıqlı hörmət və etimad ciddi ölçülərdə artıb və artır: “Bu, ziddiyyətlərin aradan qaldırılması üçün birinci addımdır. Doğrudur, bu heç də o demək deyil ki, sabah və ya o biri gün böyük irəliləyiş əldə olunacaq, ancaq biz səbir toplamalı və işləməliyik”. Yuri Merzlyakov: “Dağlıq Qarabağın iştirakı olmadan yekun sülh razılaşması hazırlana bilməz” Rusiyalı diplomat Yuri Merzlyakov məlumat verib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında növbəti görüş tezliklə baş tutacaq. “Biz prezidentlərin də növbəti görüşünü təşkil etməyə çalışırıq, lakin hələ bilmirik bu görüş nə zaman və harada ola bilər”. Ehtimal olunur ki, nazirlər gələn ayın əvvəllərində Helsinkidə ATƏT xarici işlər nazirlərinin illik toplantısı zamanı görüşəcəklər. Prezidentlərin isə Türkiyədə prezident Abdullah Gülün vasitəçilyi ilə görüşməsi məsələsi var.
43,021
17.11.2008 07:29
Gündəm
RUSİYANIN ARDINCA...
Əslində, bu gün də Rusiyanı Vladimir Putin idarə edir. Medvedyev, sadəcə, Putinin siyasi mövcudluğunun qorunub saxlanılması üçün prezident kürsüsündə oturdulub. Ehtimallara görə, yeni qanun qüvvəyə mindikdən sonra gələn il Medvedyev istefa verəcək və Putin yenidən dövlət başçısı seçilərək 12 il də ölkəyə rəhbərlik etmək imkanı qazanacaq. Qeyd edək ki, Rusiyada prezidentin və parlamentin səlahiyyət müddətlərinin artırılması məsələsi Putin dövründə də müzakirə edilib. Lakin həmin vaxt bu təsdiqlənmədi. Görünür, V.Putin öz imicini qoruyub saxlamaq üçün həmin dövrdə başqa plan qurub. Məsələn, növbəti ildə Rusiyada prezident seçkiləri keçirilərsə, Putin düzəlişlərin Medvedyevin dövründə edildiyini söyləyə bilər. Hər halda, hüquqi baxımdan bu belədir...Azərbaycanda da xeyli vaxtdır prezidentin səlahiyyət müddətinin artırılması məsələsi gündəmdədir. Təxminən 2 il öncə bu məsələ ortaya atılsa da, hələlik bu, iqtidar düşərgəsində ciddi müzakirə obyektinə çevrilməyib. Rusiyada baş verən məlum olaydan sonra düşünmək olar ki, əslində, bu məsələnin vaxtaşırı gündəmə gətirilməsi ictimai rəyi yönləndirməyə hesablanıb. Yəni iqtidar hələlik bunu hansı formada həyata keçirməyi konkretləşdirmədiyindən, bu ətrafda müzakirələrə başlanılmır. İqtidar təmsilçiləri də prezidentin səlahiyyət müddətlərinin iki il artırılmasını təklif edirlər, amma burada bir fərqli cəhət də var. Rusiyada bu plan Putinin daha 12 il müddətinə prezident olmasına hesablanıb və onun varisinin hakimiyyət başında olduğu dövrdə qanun qəbul edilib. Azərbaycanda isə başqa situasiyadır. Hakimiyyət dairələrinin məqsədi məhz İlham Əliyevin səlahiyyət müddətini artırmaqdır. İ.Əliyev isə təzəcə 2-ci müddətdə prezidentliyə başlayıb. Eynilə Rusiya modelinin tətbiqindən söhbət gedirsə, qarşıdakı 5 ildə bunun analoji qaydada həyata keçirilməsi məntiqlə mümkün deyil. Odur ki, Azərbaycan hakimiyyətinin Rusiya təcrübəsindən bir qədər fərqli metodlarla yararlana biləcəyini düşünmək olar. Hər halda, YAP-çılar bunu qarşıdakı 5 ildə tətbiq etməyə çalışacaqlar ki, Rusiyadan fərqli olaraq, növbəti varis planı hazırlamağa ehtiyac qalmasın.
43,022
17.11.2008 10:03
Yazarlar
İKİ TÜRMƏ
Tiflisdə kirayədə qaldığım evin pəncərəsindən Kürün füsunkar mənzərəsinə tamaşa etməkdən doymurdum. Balkona çıxıb doyunca Kürlə dərdləşirdim, heç kimə demədiyimi ona etibar edirdim. Mənimlə hər gün həmsöhbət olan sular sabah ürəyim qalan yerdən axıb keçəcəkdi. Oradan “Sınıq körpü”yə qədər cəmi 30 kilometr vardı. Özümü qərib-qürbət sınağına çəkirdim, vaxtım olsa da, heç olmasa Qazaxa gedib sinəmdəki od-ocağa su çiləmək istəmirdim. Dərdimi Kürün lal sularına demək bəsim idi.Bir dəfə jurnalist dostum Arif Əliyev zəng edib yolüstü Tiflisdə olduğunu dedi. 6-7 nəfər idilər. Onlar mənimlə görüşməyə vaxt tapmasalar da, 160 kilometr gedib Qudauridə “Marko Polo” otelində görüşdüm. Neçə aydan bəri məni göynədən həsrəti bir az səngitmək üçün bəs elədi. Noyabrın əvvəli olsa da, qəfildən alaçalpoy qar yağdı. Yolun üzümə bağlanacağından ehtiyatlanıb dağlara dolanan yollarla geri qayıtdım.Bir gün də səhər tezdən qəfil zəngə oyandım. Telefonda ərk dolu bir səs eşitdim: “Qatar sərhədi təzə keçib, sənin yanına gəlirəm. Harada qalırsan?” Dediyimdən bir şey unamadığından telefonu bir gürcüyə verdi, ona yerli-yataqlı anlatmağa ehtiyac yox idi: “Kçanisidə, diki qalxanda tək 9 mərtəbədə”.Özünəməxsus çılğınlıqla boynuma sarıldı. Qənimət vətəndən gəlib məni arayan ilk qonağım oldu. Yol yorğunluğunu bir azca ovudandan sonra istəyini soruşdum. Elə-belə gəldiyini, buradakı ab-hava ilə tanış olmaq, bir də gördüklərini yazmaq istədiyini dedi.Tiflislə bütün görüşlər Rustaveli prospektindən başlayır. Burada şəhərin nəbzini tutmaq daha asan olur. Kitab satanı sorğu-sual edir, gözəl bir qız yanımızdan keçəndə onu yolundan eləməkdən çəkinmirdi. Yad olduğundan gördüyü isti münasibət ona yeni dünyaya qovuşan Gürcüstanı dəyərləndirməyə kömək edirdi. Elə Rustavelidə addımlayanda dostum - Gürcüstan prezidentinin dayısı zəng vurdu. Bakıdan jurnalist dostumun gəldiyini deyib Qənimətlə gün keçirmək istədim. Gürcülərə məxsus inadla: “Onda lap yaxşı, elə Parlament binasının qarşısında olun, gəlirəm”, - dedi.Bir azdan maşın yanımızda dayandı. Prezidentin dayısı onunla yüz ilin doğması kimi görüşdü. Hara getməyi də mən təklif etdim - Gürcüstanın qədim paytaxtı Mçxeti ilə Tiflis arasında təpənin üstündəki restorana. Bər-bəzəksiz, dəbdəbədən uzaq, sadə bir yer idi. Stol kobud palıd ağacından, oturacaqlar isə kobud kötüklər idi. Amma bu primitivlikdə qəribə bir rahatlıq vardı. Söhbətin şirin yerində Qənimətə məxsus bir köntöy sual məni diksindirdi, üzünü dostuma tutub: “Siz doğrudan Saakaşvilinin dayısısınız?”- dedi. Özü də sualın tərsliyini anladı, elə gürcü dostumun cavabıda suala döndü: “Burada qeyri-adi nə var ki?” Qənimət özü bulanıq suyu durultdu: “Heç. Bizdə dayılar başqa cür olur”- dedi. Bakıya qayıdandan sonra bu olayı heyranlıqla qələmə almışdı.Düz beş ay evə getmədiyimi bilib təkid etdi: “Yox, bir yerdə gedək”. İş-güc bəhanəsi də köməyə çatmadı.Biletsatan xanımın qılığına nə qədər girsə də, ötkəm bir cavab aldı: “Ağstafa-Bakı qatarına bilet yoxdur”. Ümidsizliyimizi görən biri yaxınlaşıb bilet düzəldə biləcəyini dedi və elə həmin kassaya yaxınlaşıb 15 “şirvan”a iki bilet götürdü, 5 “şirvan” artığına. Amma kupedə iki yer elə Bakıya kimi boş qaldı, bu səbəbdən də verdiyimiz pula heyfsilənmədik. *** Bakıya gəldiyim günün səhərisi eşitdim ki, dəyərli qələm dostumuz Elmar Hüseynovu öldürüblər. Sözün sinəsindən dəyən güllə hamımızı sarsıtmışdı.2003-cü ilin noyabrında, “qızılgül inqilabı”nın ən qaynar günündə məni arayıb: “Saakaşvili ilə necə görüşmək olar?”- dedi. “Torqovı”da görüşdük, elə yanındaca Gürcüstanın yeni liderinə zəng etdim. “Gəlsin”- dedi. Elmar sevincindən quş kimi uçurdu. Heç sağollaşmadı da, qatar iki saatdan sonra tərpənəcəkdi. “Monitor”un növbəti sayında onun Saakaşvili ilə çox maraqlı söhbəti dərc edildi. Onda Azərbaycanda rəsmi mətbuat Şevardnadzeni beşəlli müdafiə edirdi. Səhərisi gün Qənimətlə Elmarın yas yerində görüşdük. “Mən indi bildim ki, biz türmədə yaşayırıq. Özü də bu türmədə insan öldürmək daha asandır”- dedi.İndi özü türmədədir. Üç-dörd yol evinə baş çəkmişəm. Elə bil uşaqları da, ömür-gün yoldaşı Ayəndə xanım da tale-qismətlə barışıblar. Neyləsinlər, istər içəridəki, istərsə də dışarıdakı türmənin ona xas qanunlarına baş əyib yaşamaqdan başqa çarə yoxdur.“Sən əlindəki güllər kimi gözəlsən” sözü qarşılığında ən sərt cəza da bu ölkədə verilir. Təmirə dayanan ölkədə təmirdən sonra küçəyə atılan zibilə görə infarkt qazanmaq da olur.10-12 il əvvəl Ramana südçülük sovxozunda yaşayanda ataları türmədə olan iki qardaş qapımı döydü, ataları zindanda olduğundan əzab çəkdiklərini dedilər. Köməyimi əsirgəmədim, azadlığa çıxdı. Bir dəfə üz-üzə gələndə: “Sən mənim ömrümün axarını pozdun. O türmə bu türmədən qat-qat yaxşı idi”- dedi. Sonra nəyə görəsə yenə türməyə düşdü və orada da dünyasını dəyişdi.Hansı türmə yaxşıdı, Qənimət?
43,023
17.11.2008 10:21
Kriminal
QADININ RƏHBƏRLİK ETDİYİ DƏLƏDUZ DƏSTƏSİ TUTULDU
Yenə də dəqiqləşdirilməmiş məlumata görə, “Kosmos-Qalaktika” adlanan şirkətin Esmira isimli sahibəsi özünü vətəndaşlara müxtəlif adlarla təqdim edib və təxminən 500 nəfəri aldadaraq pullarını mənimsəyib. Bu məqsədlə mütəşəkkil bir dəstə də yaradan və əksəriyyət insanlara özünü Sevda Xəlilova kimi təqdim edən həmin xanım pul müqabilində vətəndaşları işə düzəldəcəyinə və onların başqa problemlərini həll edəcəyinə söz verirmiş.Beləliklə, onlar bu yolla ayrı-ayrı vətəndaşlardan 5 milyon manat pul qopara biliblər. Pul verənlərin bəzilərinin isə imkanlı şəxslər olduğu söylənir. İstintaq-əməliyyat tədbirləri nəticəsində dəstə üzvlərindən 6 nəfəri həbs olunub. Amma Esmira və onun oğlu aradan çıxa biliblər. Hər iki şəxs barəsində həbsli axtarış elan edilib.Qeyd edək ki, ayrı-ayrı vətəndaşların iri məbləğdə pullarının mənimsənilməsi ilə müşayiət olunan dələduzluq halları son vaxtlar xeyli artıb. “GEN” MMC adlı tikinti şirkətinin rəhbərliyi də dələduzluqda təqsirləndirilərək üç ay öncə həbs edilib. Şirkət və onun prezidenti Elbrus Əliyev 550 nəfərdən fırıldaq yolu ilə 12 milyon manat pul alaraq mənimsəyib. Aldatma yolu ilə külli miqdarda pul mənimsəmiş digər bir firmanın - “Ahmedov and Co” şirkətinin prezidenti Emin Əhmədov isə hazırda Dubayı özünə məskən seçib. O, Bakıdan və aldatdığı şəxslərdən qaçıb. Birja və qiymətli kağızlar sahəsində iş qurduğunu iddia edən bu şəxs üst-üstə 120 nəfərin etimadından sui-istifadə edərək onları aldadıb. Mənimsənilən pulun məbləği çox böyükdür - 100 milyon dollar...
43,025
17.11.2008 10:31
Gündəm
OBAMANIN İNAUQURASİYASINA AZƏRBAYCANDAN KİMLƏR QATILACAQ?
Qeyd edək ki, Amerika prezidentlərinin inauqurasiyasına adətən xaricdən rəsmən dəvətlər edilmir. Lakin mərasimə şəxsi təşəbbüsü ilə qatılmaq istəyən xarici dövlət başçıları, o cümlədən siyasi liderlərə iştirak üçün şərait yaradılır. Azərbaycan prezidenti İlham Əliyevin Barak Obamanın inauqurasiya mərasimində iştirak edib-etməyəcəyi hələ ki bəlli deyil. Bəs, ABŞ-la mütəmadi əlaqəsi olan, bu ölkəyə tez-tez səfərlər edən müxalifətçi liderlərdən kimlərsə sözügedən mərasimə qatılmağı planlaşdırırmı? Müsavat Partiyasının başqanı İsa Qəmbər hələ ki bu məsələ barədə qəti qərarının olmadığını dedi. AMİP lideri Etibar Məmmədov bildirdi ki, mərasimdə iştirak etmək fikrində deyil: “Dəvət olunsam belə, getmək planım yoxdur”. Azərbaycan Naminə İctimai Forumun prezidenti Eldar Namazov da Barak Obamanın andiçmə törəninə qatılmağı planlaşdırmır: “Mənim ABŞ-a səfərim bir ay bundan əvvəl müzakirə olunurdu. Səfərin reallaşması üçün ən uğurlu vaxt 2009-cu ilin əvvəlidir. Barak Obamanın inauqurasiyasından sonra yeni administrasiya formalaşacaq. Mənim də planımda məhz yeni administrasiya iş başına keçdikdən dərhal sonra ABŞ-a getmək var. Səfər fevral-mart aylarında olacaq”.AXCP-dən isə bildirdilər ki, Əli Kərimli Obamanın inauqurasiya mərasimində məmnuniyyətlə iştirak etmək istəyir, lakin bu istəyi reallaşdırmağa sənəd problemi mane olur: “Bilirsiniz ki, hakimiyyətin sifarişi ilə müvafiq strukturlar Əli Kərimliyə bu günədək xarici pasport verməkdən imtina edirlər”.
43,026
17.11.2008 10:41
Media
“QƏNİMƏT HƏFTƏSİ” YEKUNLAŞDI
Dünən yekunlaşması nəzərdə tutulan həftənin nəticələri ilə bağlı təşkilatın həmsədri Anar Niftəliyevlə danışdıq. Müsahibimiz bildirdi ki, dünən müsabiqə təxminən yekunlaşıb. Bir neçə müəllif həbsdəki baş redaktorla bağlı eyni gündə məqalə ilə çıxış edib və bu, Q.Zahid həftəsinə qatılanların sayını artırıb. Onun sözlərinə görə, müsabiqədə imzası ilə tanınan çoxlu sayda jurnalistlər iştirak edib. Bundan başqa, ASİ üzvləri də Qənimət həftəsində yazılarla çıxış ediblər. Baxmayaraq ki, sonuncular müsabiqə iştirakçısı sayılmır: “Ümumilikdə müsabiqədə 14 yazı var. Biz bu yazıları azeribloqda ASİ Klubu hissəsində yerləşdirmişik. Maraqlananlar yazılarla tanış ola, hətta bloqda səsverməyə də qatıla bilərlər”. A.Niftəliyev söylədi ki, qalibin kimliyi ilə bağlı tərəddüdlər var. Onun sözlərinə görə, bu məsələni dəqiqləşdirmək üçün oxucuların səsvermə nəticələri mühüm rol oynasa da, sabah saat 14.00-də müsabiqə iştirakçıları ilə yığışıb, bu məsələni müzakirə edəcəklər: “Müsabiqəyə qatılan bütün yazarların yazıları gözəldir. Onların hamısı ilə zəngləşib, yazılarına görə təşəkkür etmişəm. Daha öncə də elan etdiyim kimi, ASİ Klubçulara mükafat düşmür. Amma digər jurnalistlərlə, yəni həmin 10 nəfər köşə yazarı ilə görüşməyi və özlərinin iştirakı ilə seçim etməyi düşünürük. İstəyirik ki, müsabiqə qalibi özlərinin vahid qərarı ilə müəyyənləşsin”. Müsahibimizin sözlərinə görə, mükafatçını müəyyənləşdirəndən sonra diplom və medalın hazırlanması mərhələsinə keçiləcək. A.Niftəliyev artıq bu işlərlə bağlı müəyyən danışıqlar apardıqlarını dedi. Onun sözlərinə görə, olduqca unikal bir medal hazırlatmağı düşünürlər: “Medalı bu həftəsonuna qədər hazırlayıb, növbəti həftənin əvvəlində təqdimetmə mərasimi keçirməyi düşünürük. Çox güman ki, tədbir RATİ-nin ofisində olacaq. O ki qaldı pul mükafatının məbləğinə, bugünkü mükafat fondu 150 manatdır. Amma növbəti həftəyə qədər bu fondun həcmi arta bilər. Ötən dəfə də dediyim kimi, bu pul həmin yazıların və yazarların dəyəri, qiyməti deyil. Bu, simvolik pul mükafatıdır. Nə qədər simvolik olsa da, çalışacağıq ki, növbəti həftəyə qədər məbləği bir az daha artıraq”. A.Niftəliyev həmçinin bildirdi ki, sabah müsabiqəyə qatılan jurnalistlərin iştirakı ilə daha bir məsələni də müzakirə edəcəklər. Onun sözlərinə görə, təqdimetmə mərasiminə qədər “Qənimət həftəsi”nə qatılan jurnalistlərin yazılarını bir kitab halında çap etdirmək istəyirlər: “Təbii ki, bu məsələ ilk növbədə həmin yazarların da razılığından asılıdır. Əgər onlar təqdimetməyə qədər o kitabı buraxmağa razılıq versələr, biz işə başlayacağıq. Bu iş cəmi bir neçə günə həll oluna bilər. Amma ilk növbədə həmin müəlliflərin razılığını gözləyirik. Təklif dəyərləndirilməsə, onda kitabı təqdimetmədən sonra nəşr edəcəyik. Bütün hallarda ümid edirəm ki, onlar buna qarşı çıxmazlar. Artıq bir neçəsinin razılığını almışam”. Müsahibimiz sonda onu da vurğuladı ki, “Qənimət həftəsi” qalibinin kimliyi hər nə qədər səsvermədə iştirak edənlərin səsindən asılı olsa da, kampaniyada iştirak edən jurnalistlərin də rəyi mühüm sayılacaq. Xatırladaq ki, ASİ oktyabrın 20-də tanınmış jurnalistlər Pərviz Cəbrayılov, Seymur Həziyev, Eldəniz Elgün və A.Niftəliyev tərəfindən yaradılıb. Təşkilatın əsas məqsədi maddi-mənəvi təzyiqə məruz qalan jurnalistlərin müdafiəsilə məşğul olmaqdır.
43,029
17.11.2008 10:04
Ölkə
GƏMİQAYIRMA ZAVODU BALACA SEXDƏ “YERLƏŞDİRİLİB”
Belə ki, hərbi hissəsiz qalan hərbçilər zavodu zəbt etməklə problemi “həll” etmiş olublar. Zavod zəbt edildikdən sonra isə 364 nəfər işsiz qalmaq təhlükəsilə üzləşib. Baş verən qanunsuzluqla barışmayan zavod kollektivi kütləvi etiraz aksiyaları keçirəcəklərini bəyan ediblər. Dünən əmək kollektivi ilə əlaqə saxlayıb son durumla maraqlandıq. Bizə verilən məlumata görə, fəhlələr zəbt edilən zavodun sexlərindən birində cəmləşiblər: “Kaspar”ın rəhbərliyi etiraz aksiyası keçirəcəyimizdən qorxuya düşüb. Bundan sonra əmək kollektivi İlham Allahverdiyev adına gəmiqayırma zavodunun dəniz sahilində yerləşən təmir sexlərinin birində yerləşdirilib. Onu deyək ki, həmin sexdə gəmi inşa etmək, yaxud təmir işləri aparmaq mümkünsüzdür. Rəhbərlik isə zavodun qısa müddət ərzində yenidən qurulacağını və əmək tempinin bərpa ediləcəyini bildirir”. Bizimlə əlaqə saxlayan fəhlələr zavodun əmlakının da hərbçilərin sərəncamında qaldığını söylədilər: “Zavodun avadanlığı hərbçilərdə qalıb. Əslində zavod hərbi hissə üçün yox, Səfər Əbiyev üçün zəbt edilib. Bizdə olan məlumata görə, müdafiə nazirinə məxsus gəmitəmiri şirkətləri var. Səfər Əbiyev şirkətləri üçün zavod tikmək əvəzinə, ənənəsinə sadiq olaraq hazıra nazir olmaq qərarına gəlib". Qeyd edək ki, zəbt edilən zavodun rəhbəri Ağaəmi Bəşirov XDGİ-nin rəisi Aydın Bəşirovun oğludur. Bir müddət öncə mətbuata açıqlama verən Ağaəmi Bəşirov zavodun kollektivini digər zavodlarda işlə təmin ediləcəyini açıqlamışdı. Cənab Bəşirov zavodun MN-in tabeliyinə keçdiyini bildirsə də, müvafiq sərəncamın kim tərəfindən imzalandığına aydınlıq gətirməkdən imtina etmişdi. Ağaəmi Bəşirovdan fərqli olaraq XDGİ və Nazirlər Kabineti zavodun MN-in tabeçiliyinə verilməsi barədə sərəncamdan xəbərsiz olduqlarını açıqlamışdı. MN isə məsələyə münasibət bildirmir.
43,031
17.11.2008 09:06
Gündəm
MEDVEDEV OBAMA İLƏ MÜNASİBƏT QURMAĞA ÜMİD EDİR
Medvedyev Qərb çevrələrində onun hakimiyyətdə formal fiqur olduğu, real hakimiyyətin isə baş nazir Vladimir Putinlə onun nəzarət etdiyi parlamentdə olması haqda şübhələrə toxunaraq deyib ki, Rusiyada hakimiyyət prezidentin əlindədir. Onun bildirdiyinə görə, Konstitusiya prezidentin parlamentdən çox hakimiyyət səlahiyyətlərinə malik olmasını təmin edir. “Rusiyada prezident respublikasının dəyişməsindən söhbət gedə bilməz”, - deyə o, son Konstitusiya dəyişiklikləri barədə suallara cavabında bildirib. Xarici Əlaqələr Şurasında Medvedyevin çıxışını dinləyənlər arasında ABŞ-ın yeni seçilən prezidentinin adından keçmiş dövlət katibi Madlen Olbrayt da olub. Olbrayt həm də Vaşinqtonda qlobal maliyyə böhranı ilə bağlı təşkil olunmuş sammitdə Obamanın səlahiyyətli nümayəndəsi kimi iştirak edirdi.Toplaşanlar Medvedyevə sual veriblər ki, cəmi bir neçə ay əvvəl səlahiyyətlərinin icrasına başlayan biri kimi prezidentin səlahiyyət müddətinin 4 ildən 6 ilə artırılması onun nəyinə lazım idi. Medvedyev isə bu suala cavabında deyib ki, düzəlişlərin ona dəxli olmayacaq. “Mənim prezidentlik müddətim 4 il olacaq. Bu dəyişikliklər Rusiyada idarəçiliyin təkmiləşməsinə, prezident və parlament seçkiləri arasında müəyyən interval yaradılmasına hesablanıb. İndi prezident və parlament seçkiləri cəmi 3 ay fasilə ilə keçirilir”.Medvedyev ABŞ-la hazırda yaxşı olmayan münasibətlərə toxunaraq deyib ki, Rusiya yeni prezident Barak Obama ilə qarşılıqlı normal münasibətlər qurmağa ümid edir. O, Obamadan son illər ərzində iki ölkə arasındakı münasibətlərdə yaranmış problemləri aradan qaldırmaq üçün ardıcıl addımlar gözlədiyini də deyib. Rusiya prezidenti əlavə edib ki, mümkün qədər tez bir vaxtda Obama ilə görüşmək istərdi: “Əsas odur ki, bu görüş baş tutsun, özü də mümkün qədər tez və şərtlər irəli sürülmədən”. Toplantı zamanı Medvedev İran, Gürcüstana qarşı Rusiyanın təcavüzü və digər məsələlərlə bağlı suallar ünvanlanıb. Medvedyev açıq şəkildə deyib ki, Moskva Tiflislə münasibətlər qurmağa hazırdır, ancaq bir şərtlə ki, hakimiyyətdə “indiki rejim” olmasın.
43,049
17.11.2008 09:40
İdman
RƏCƏBOV UDUZMAQLA YIĞMAMIZI ÇƏTİN VƏZİYYƏTƏ SALDI
Komandamız Qədir Hüseynovun qələbəsi sayəsində rüsvayçılıqdan qurtulub. Kişilərdən ibarət komandamız hazırda 5 xalla 10-cu yerdədir.Qadınlarımız isə 4 xalla 25-ci pillədə qərarlaşıb. 4-cü turda kişi komandamız ABŞ-la, xanımlarımız isə Almaniyanın ikinci komandası ilə mübarizəyə çıxacaq. Qeyd edək ki, 11 turdan ibarət yarışın mükafatları uğrunda 154 kişi və 116 qadın yığması mübarizə aparır. Olimpiadaya noyabrın 25-də yekun vurulacaq.
43,054
18.11.2008 07:42
Kriminal
AXTARIŞDA OLAN İŞ ADAMI TUTULDU
İlkin araşdırmalar zamanı onun bizneslə məşğul olduğu müəyyənləşib. Faktla bağlı araşdırmalar davam etdirilir.
43,441
25.11.2008 02:37
Gündəm
İLHAM ƏLİYEV İTALİYAYA GEDİR
Səfər çərçivəsində ikitərəfli sənədlərin imzalanacağı gözlənilir.
43,027
17.11.2008 10:50
Müsahibə
“MİTİNQ ÜÇÜN DARIXMIŞAM”
Təkcə ölkədə yox, elə onun həyatında da. Ancaq dəyişməyən bir şey varsa, o da özü demişkən, meydan sevgisi, meydan məhəbbətidir. Millət vəkili, xalq şairi, VHP və DAK sədri Sabir Rüstəmxanlıdır həmsöhbətimiz. “O tribuna bizimdir” Azadlıq meydanındakı tribunanın qapısını qıfıllamışdılar. Bu səbəbdən yarım metrlik səddin üstündən aşası olduq. Bir neçə dəqiqə ətrafı, səssizlik içində sıxılan meydanı seyr edəndən sonra 88-in meydanlı günlərinə döndü: “Bir vaxt bu meydanda bütövlüklə o oteldən o biri otelə qədər tonqallar qalanmışdı. Tonqalların yeri qara xallar kimi meydanda qalmışdı. Mən axşamlar bu yolla gedəndə maşınım o tonqalların çökəyinə düşərdi. Keçib gedəndə özümü saxlaya bilmirdim və gözümdən yaş axırdı. Sonralar asfalt çəkmişdilər, amma yenə o tonqalların yerini hiss edirdim.O tribunaya istər qapı qoysunlar, keçmək mümkün olsun-olmasın, o tribuna bizimdir. Orda yüz tədbir keçirilsin, amma ruhən hesab edirəm ki, o tribuna bizim taleyimizə yazılmış yerdir. Elə bil ki, biz artıq ömürlük ora qeydiyyata düşmüşük. Yadıma gəlir ki, orda arxada daş pillələr üstündə Azərbaycanın çox böyük kişiləri saatlarla otururdular və çıxış növbəsi gözləyirdilər. Ziya Bünyadov, Qabil, İsmayıl Şıxlı...Xəlil Rza, Elçibəy, Aydın Məmmədov... İndi çoxu dünyada yoxdur. Amma o meydanda arzuladıqları, bəlkə heç xəyala gəlməyən hadisə baş verdi.Bizim çoxumuz bu meydana gələndə meydandan həbsə gedəcəyimizi düşünürdük. Amma üç il sonra müstəqilliyin əldə olunacağı çoxumuzun ağlımıza gəlmirdi. Elə o meydan sovetlər birliyini nə cür silkələdisə, çalxalandırdısa, üç il sonra müstəqillik qazandıq. İndi bu meydanda müstəqil dövlətin hərbi paradlarının, tədbirlərinin olmasının özü mübarizə yolunun çox uğurlu nəticəsidir". “İsa Qəmbərlə birgə maşının üstündən aşdıq” Üstündən adladığı səddi göstərib deyir bu nədir ki: “20 il öncə bəzən milis kordonları, maşınlar kəsirdi qabağımızı.Yadıma gəlir “QKÇP” olayından, Moskvadakı çevrilişdən sonra Azərbaycan hökuməti çevrilişi dəstəklədi, amma AXC çevrilişə qarşı çıxdı. Mitinqlər gedirdi. O zaman AXC-nin qərargahı indiki Nərimanov prospektindəydi. Binaya qaz buraxdılar, rəhmətlik Elçibəylə məni vurdular. Tapşırıq beləydi ki, ya şikəst olsunlar, ya ölsünlər. Şükür ki, bu olmadı, amma sağlamlığımızda müəyyən izləri qaldı. Avqustun 23-də yürüş edib meydana gəldik. Meydan maşınlarla bağlanmışdı. İndi yarım metrlik bir maneəni aşırıqsa, bu, bir növ gümrahlığın əlaməti sayılır, amma onda biz yük maşınlarının üstündən aşdıq. Mənim yadıma gəlir, İsa Qəmbərlə bir yerdə bir maşının üstündən aşıb qaça-qaça tribunaya qalxdıq. O kürsüyə çıxandan sonra ilk qışqırığımız bu oldu ki, “biz qayıtdıq”. - 20 il öncənin bu noyabr günləri sizin xatirinizdə necə qalıb? - Adi günlər deyildi. O, Azərbaycan tarixinin bir epopeyası idi. Əgər tarixi muğama bənzəsə, təsəvvür edin ki, həmin günlər onun ən şah pərdəsi, zənguləsi, Mənsuriyyəsiydi. 17 gün elə payızın 17 anı kimi gəlib keçdi.Həmin 17 gün Bütöv Azərbaycan tarixinə işıq saldı. Bir çox həqiqətlər yenidən xatırlandı, ilk dəfə ora üçrəngli bayraq gəldi. O bayrağı başqa bayraqların içində itirmək, meydana kölgə salmaq üçün yaşıl bayraq, başqa bayraqlar da gətirmişdilər. Amma üçrəngli bayraq orda seçildi və milli bayraq kimi bəyan edildi ki, bundan başqa bayraq meydana çıxmayacaq. Tariximiz, keçmişimiz, Azərbaycanın bölünməsi, türk dünyasına qarşı düşmənçilik, sürgünlər, deportasiyalarla, unutdurulan həqiqətlərimizlə bağlı yüzlərlə həqiqət ortaya qoyuldu. Tarixin və bu günümüzün, Azərbaycanın güneyinin-quzeyinin, türk dünyasının elə bir problemi yox idi ki, o meydanda onun haqqında danışıq getməsin. Əslində meydan bir universitet, böyük bir dərslik idi. Meydan bəlkə də insanların bir ömür eşidə bilməyəcəyi həqiqətləri söylədi. Mən bunların çoxunu öz kitabımda yazmışam. Təbii ki, hər kəsin öz meydanı var idi, hər kəs meydana öz bucağından baxırdı. Mən 18 gün ardıcıl kürsüdə olmuşam, çıxış edib meydanı idarə eləmişəm, mitinqi aparmışam. Nemət Pənahlı ilə bir yerdə. Bəzən saatlarla danışırdıq və səsim də batmışdı. Amma başqa yol da yox idi. Çünki meydan hər kəsin çıxışını qəbul eləmirdi. Ən şirin sözlə danışanları, boş vəd verənləri fitə basan meydan onunla sərt danışanları qəbul edirdi". “Gündəlik siyasət çirkin oyunlarla doludur” “O vaxt tamam ayrı bir mühit idi. Biz meydanda millət sevgisi qazandığımızdan sonra çox böyük və ağır imtahanlardan keçdik. Bəlkə də o millət sevgisini, millətlə bir olmağımızı bizə bağışlamadılar. Bəlkə də 20 ildir mən elə o vaxt qazandıqlarımı, o sevgini xərcləyə-xərcləyə gedirəm. Amma şükür ki, hələ tükənməyib. Bədii söz çox uzun zamanlara, əsrlərə köklənir. Amma sonrakı həyat sözün gündəlik siyasət meydanına çıxarılması idi. Biz sözümüzü, özümüzü xırda siyasətlərə, gündəlik siyasətlər meydanına gətirdik. Orda, şübhəsiz, gündəlik siyasət çirkin oyunlarla doludur. Hər kəs hər an başa düşülmür. Hətta çox gözəl başa düşülsə də, maraqlar ayrıdır. Meydanda bir maraq var idi, amma sonra maraqlar parçalanır və istər-istəməz ona uyğun olaraq müxtəlif qaralamalar, hücumlar da olur".- Sizə elə gəlmir ki, əgər gündəlik siyasətə qatılmasaydınız, dediyiniz kimi, zamanında qazandıqlarınızı xərcləməyə ehtiyac qalmazdı?- Mənim təbiətim elədir ki, xalqın ağır günündə evdə otura bilməzdim. Söz meydanı ayrıdır, savaş meydanı ayrı. Düşmən sənin üstünə sözlə gələndə sözlə cavab verirsən. Amma elə ki, silah oldu, ya gərək silahını götürüb cəbhəyə gedəsən, ya da hansısa bir yerdəsə millətlə yan-yana dayanasan. Xalq meydana yığışanda mən kənarda necə qala bilərdim? Kənarda qalsam, onda da ayrı cür ittiham olunacaqdım. Deyəcəkdilər ki, millətin ağır günündə bu, bayıra çıxmır, danışmır. Yəni təkcə öz təmizliyini, adını, guya xalq sevgisini, şöhrətini qoruyub heç bir iş görməmək də bir yol deyil. Mən o yolu qəbul edə bilməzdim. Ona görə də mən o ittihamlardan, böhtanlardan çəkinmədən bu yolu davam etdirirəm, o yolu gedirəm. Hamı sevməsin, heç olmasa əhalinin başa düşən hissəsi bilir bu yol nə yoldur. İkinci də mən hesab edirəm ki, ümumiyyətlə, Azərbaycanda hamı tərəfindən sevilən bir adam olaraq qalmaq çox çətindir.Allahın bacısı oğlu olsa da, xeyri yoxdur. Əksinə, nə qədər çox sevilirsənsə, o qədər sənə qarşı hücumlar da artır. Əsas millətin anlayan və bu işin mahiyyətini başa düşən adamlar tərəfindən sevilməkdir. Bu baxımdan hesab edirəm Azərbaycanda mənim qədər xoşbəxt adamlar çox azdır. Bu gün təkcə mənə yox, ümumiyyətlə, Azərbaycan ziyalısına bir hücum var. Bu gün Azərbaycan ziyalısını gözdən salmaq meyli var. “Rus ziyalıları daha sərbəstdir” - Yeri gəlmişkən, Rüstəm İbrahimbəyov məsələsində siz kimi haqlı sayırsınız? Parlamentin məlum iclasında iştirak etmədiyinizdən mövqeyinizi bilə bilmədik. - Mən bütövlüklə Rüstəm İbrahimbəyovu müdafiə edirəm. Rüstəm İbrahimbəyovun ayrı-ayrı sözlərini yox, - sözləri qurdalayıb bir sözə etiraz etmək olar - amma mövqeyini qəbul edirəm. Mövqe də odur ki, o, Azərbaycanı daha yaxşı görmək istəyir.Azərbaycan sevgisi var, amma eyni zamanda Azərbaycanda gördüyü neqativ məsələlərə öz münasibətini bildirir.Rüstəm İbrahimbəyovun müsahibəsini bütövlüklə oxuyan adam heç vaxt onun bu cür müzakirə mövzusuna çevrilməyini istəməzdi. Özü də nədənsə diqqəti Rüstəm bəyin bizim həyatımızdakı neqativ hallar barədə dediyi fikirlərdən yayındırırlar. Gətirib çıxarırlar onu ancaq elita məsələsinin üstünə. Deyirlər ki, guya İbrahimbəyov ermənilərin burdan getməsinə təəssüflənir. Halbuki orda erməni söhbəti yoxdur. Rüstəm İbrahimbəyov deyib ki, Bakıdan bir xeyli adam gedib, təəssüf ki, onların içində azərbaycanlılar da paytaxtı tərk edib. Yəni o, ermənilərin yox, azərbaycanlıların getməsinə təəssüflənir. Dünyanın böyük, normal ölkələri hətta milli kimliyindən asılı olmayaraq düşünən, ağıllı insanları özünə cəlb edir, özü üçün işlədir, amma bizdə, təəssüf ki, ağıllı insanlara qarşı bir qısqanclıq var. Hər halda, Rüstəm faktı deyir. - Bir ziyalının dediklərini parlamentin müzakirəsinə çıxarmağı bəziləri normal sayır... - Rüstəm İbrahimbəyov Azərbaycanın o ziyalılarındandır ki, sözünü açıq deməlidir. Bu mənada Rusiyadan nümunə götürmək lazımdır. Rusiya ziyalıları bizdən daha sərbəstdirlər, daha açıq danışa bilirlər. Bizim adi bir sözümüz, fikrimiz o dəqiqə ciddi qıcıq və reaksiya doğurur. Əslində yazıçının müxalif danışmağı, cəmiyyətə müxalifət mövqeyindən baxması çox normal bir şeydir. Yazıçı özü özünə də müxalifətdə olmalıdır. Yazıçı bəzən özünü, özünün gördüyü işləri də bəyənmir. Ona görə də ziyalını susdurmaq, ziyalının ağzını yummaq əslində cəmiyyəti dilsiz-ağızsız qoymaq, onu müqavimətsiz eləməkdir. Əslində böyük ziyalılıq, böyük elita olan yerdə bu cür söhbətlər müzakirə olunmaz. Bu müzakirələrin özü Rüstəmin haqlı olduğunu göstərir. Bu müzakirələr göstərir ki, Azərbaycan ziyalısının böyük bir hissəsi, təəssüf ki, bu gün müstəqil düşünməkdən daha çox siyasiləşib və siyasi maraqlara xidmət edir. Məncə, bu söhbəti uzatmaq lazım deyildi. Heç bu, Milli Məclisin müzakirə mövzusu deyildi.Bunu qapatmaq lazımdır. Əsl ziyalı adamlar bir-birinin fikrinə daha sayğı ilə və dözümlü yanaşmalıdır. - Çox vaxt 1988-ci ilin xalqı olan Azərbaycan xalqının düşdüyü hazırkı vəziyyət təəssüflə qeyd olunur. Siz buna təəssüflənirsiniz, yoxsa bunu qanunauyğunluq sayırsınız? - Şübhəsiz ki, təəssüflənirəm. Meydan hərəkatından sonra Azərbaycan xalqı “ilin xalqı” elan olunmuşdu. Xalq yerindədir, amma o vaxt biz bir imperiyaya qarşı çıxış edirdik, Azərbaycanın müstəqilliyini istəyirdik. Bu gün o müstəqillik əldə olunduğuna görə millət məsələlərə daha səbirlə yanaşır, daha ehtiyatlı mövqe tutur. İkincisi də Rusiyanın, Qorbaçovun fitnəkarlığı ilə biz torpaqlarımızın bir hissəsini itirdik. Torpaq itkisi psixoloji cəhətdən xalqımıza ağır zərbə oldu. Özü də öz günahı ucbatından olmayan məğlubiyyətdir. Bu gün ən böyük meydan Qarabağdır. Gərək ilk növbədə onu qaytarasan, ondan sonra bəli, Azadlıq meydanı yenə yerində durur. Kütlənin psixologiyası ilə xalqı ölçmək olmaz. Kütləvi psixologiya tamam ayrı şeydir, quru zəmi kimidir, alov vuran kimi dərhal bürüyür və yüz minlərlə insanı bir yerə yığa bilir. Amma millət, xalq öz yerindədir. Mən güman eləmirəm ki, xalqın iradəsi qırılıb, lazım olanda bir daha lazım olan şəkildə bir araya yığıla bilməz. Hərçənd ki Qarabağ oyunlarını quran adamların o vaxtdan üzü bəri planının gizli bir hissəsi də psixoloji cəhətdən xalqın iradəsini qırmaqdır. Demokratiya adı altında bir hərəkatdan çoxlu siyasi partiya yaratmaq, çiyin-çiyinə dayanan insanları üz-üzə qoymaq, məğlubiyyətlə barışdırmaq cəhdləri, Ermənistanla Azərbaycan arasına güzəşt söhbətini ortaya atmaq, gərəksiz QHT-lərin xəttilə danışıq prosesini sülh prosesi kimi qələmə vermək. Bu hamısı ona görədir ki, Qarabağla bağlı kritik bir nöqtə olanda camaat əvvəlki kimi bir araya gələ bilməsin. Bu, Azərbaycandan xeyli kənarlarda düşünülüb qurulan oyunun tərkib hissəsidir.Hesab edirəm qurulan oyun boş bir xəyaldır. Azərbaycan xalqı lazım olan halda öz sözünü deyə biləcək. - Sabir bəy, yenidən bu tribunada yüz minlərin qarşısına çıxıb nitq söyləmək keçirmi heç ürəyinizdən? - Bu yaxınlarda Nyu-Yorkda BMT-nin binası qarşısında mitinq keçirtdim. Dedim ki, mən mitinq üçün darıxmışam.Amma təəssüf ki, bizim Azadlıq meydanındakı mitinqləri bu gün konsert mitinqlərinə çeviriblər. Yenə o qədər adam yığılır. Amma ucuz mahnılara və musiqi tiryəkinə, mədəniyyət adına ucuz nümunələrə qulaq asmağa. Millət sevinməli, şənlənməlidir. Amma o vaxt ki, xalq başlayır yalnız yeyib-içməyə, oynayıb-gülməyə, onda onun müqaviməti azalır. Amma güman eləmirəm ki, axıracan bu cür davam edəcək. Hakimiyyət qorxmasın... - Qarabağ dalğası yenidən milli hərəkatçıları, milləti bir araya gətirə bilərmi? - Azadlıq meydanı lazım olan anda milli problemlərin ifadəsi üçün açıq olmalıdır. Qarabağ, Güney məsələsi, Azərbaycanda proseslərin demokratik istiqamətdə getməsi ilə bağlı. Azərbaycan hakimiyyəti bundan qətiyyən çəkinməməlidir. Çünki xalq öz məsuliyyətini yaxşı hiss edir.Əgər 88-ci ildə 1 milyon yarımın yığışdığı meydan gəlib Prezident Aparatını zorla aşağı endirmədisə, heç bir zorakılıq olmadısa, bir nəfərin burnu qanamadısa, deməli, bu millət demokratiyaya hazırdır. Bu millət bütün bu cür işləri, prosesləri dinc yolla həll edə bilir, sivil mübarizə apara bilir. Ona görə də əgər hakimiyyət tərəfindən bu məsələ xüsusi radikallaşdırılmasa, xüsusi təzyiqlər olmasa, mitinqlərdən heç vaxt ehtiyatlanmaq lazım deyil...Söhbəti yekunlaşdıranda artıq şər qarışırdı. 20 il öncənin qaynayan meydanını özünün lal sükutu ilə, olsa-olsa ötüb keçən ən müasir avtomobillərin siqnal səsilə baş-başa buraxıb uzaqlaşırıq. Bir zaman böyük bir Qələbə törənində iştirak etmək arzusuyla...
43,028
17.11.2008 11:01
Müsahibə
“İLK DƏFƏ 16 YAŞIMDA ERMƏNİ ÖLDÜRMÜŞƏM”
Həyatlarının böyük hissəsini, gəncliklərini vətənlərinə sərf edən, min bir əzaba qatlaşan, lakin haqq bildikləri yoldan çəkinməyən bu qəhrəmanlar çox zaman arxa planda olurlar. Onlardan, təmənnasız olaraq millətə xidmət edən gənclərdən biri də Kənan Hacıəkbəroğludur. Tanınmayan qəhrəmanımızın doğrudan da çox kəşməkəşli həyat yolu var. Onuntək insanların həyat yolu hazırkı gənc nəslə əsl örnək ola bilər. Qəhrəmanımız hazırda taksi sürücüsü işləyir. Özü demişkən, taksi sürücülüyü onluq deyil: “Əvvəllər ”Aeroport" yarmarkasında ticarətlə məşğul olurdum. Orada iş tamamilə dayandı. Ailəmi dolandırmaq üçün bu maşınla “taksovatlıq” edirəm. Amma bu iş mənlik deyil. Taksi sürücüsü səbirli adam olmalı, müştərinin nazıyla oynamağı bacarmalıdır. İndi adamlar dəyişib. Xüsusən gənclər. Maşında şit-şit hərəkət edirlər. Biri qulağına sırğa taxır, o biri arvad paltarı geyir. Gənclərin əksəriyyəti üçün vətən, millət, Qarabağ anlayışı arxa plana keçib. Əslində onları qınamaq da düzgün deyil. Telekanallar səhərdən-axşamacan əxlaqımıza zidd verilişlər verirlər. Gənclər də telekanallara çıxan düşük müğənnilərdən örnək götürürlər. Bizim yeniyetməliyimizdə və gəncliyimizin ilk illərində vəziyyət tamam başqa cür idi. Biz Elçibəyi, İsa Qəmbəri, Etibar Məmmədovu, ermənilərlə vuruşan batalyon komandirlərini özümüzə kumir seçirdik. Onlar kimi olmağa çalışırdıq". Kənanın müharibə həyatı Xocalı faciəsindən sonra başlayıb. Hadisədən az sonra qardaşı və atası ilə birlikdə Xocalıdan çıxanlara köməyə gedib: - Xocalı hadisəsindən sonra fevralın 25-i səhər tezdən evə zəng gəldi. Zəng edən şəxs faciə baş verdiyini və Əsgərana getmək lazım gəldiyini söylədi. Atamla birgə evdən çıxdıq. Atamgil Qara Qayaya tərəf getdilər, mən Əsgəran istiqamətinə yollandım. Orada ermənilərlə döyüşümüz oldu. İlk dəfə erməni öldürməyim, yaralı və əsir görməyim o vaxta təsadüf etdi. Onda 16 yaşım vardı. Həmin gün Əsgəran istiqamətində döyüşə girdik, yanımda Ağdamdan “Şelli Xosrov” və “Ala Yaqub”un oğlu rəhmətə getdi. Rəhmətə gedənlərin cəsədlərini və əlliyə yaxın Xocalı sakinini mühasirədən çıxara bildik. Döyüş zamanı bir erməni öldürüb avtomatını götürmüşdüm. - Atanla bir taborda xidmət etmək çətin deyildi? - Atam həm müəllimim, həm komandirim, həm də dostum olub. Atamın müharibədə bir oğlunu şəhid verib, digər oğullarının da gözünün qarşısında müharibədə iştirak etməsi çox ağırdır. Bu ağırlığı mən ata olandan sonra dərk etdim. Döyüş olanda öndə gedirdik. Çünki kiminsə “Əkbər müəllimin, batalyon komandirinin oğlanları arxada qaldı” deməsini istəmirdik. İkiqat ağırlıq düşürdü çiynimizə, mütləq hər işdə öndə olmalıydıq. Bu baxımdan atamın rəhbərlik etdiyi taborda olmaq çətin idi. - Sənan şəhid olandan sonra ailədə sizə müharibədən çəkilməyi təklif edən oldumu? - Hər ata oğul itkisinə Əkbər müəllim kimi yanaşa bilməzdi. Sənan şəhid olanda evdə idim. Atam gəldi ki, dur gedək məscidə, işim var. Onda Abdal Gülablıda döyüş gedirdi. Qardaşım Sənan Şirin Mirzəyevin batalyonunda döyüşürdü. Yolda dedi ki, Sənan rəhmətə gedib. Məsciddə qardaşımın cəsədini qucaqlayıb ağlayanda atam mənə dedi ki, şəhid üçün ağlamazlar. Onda hələ rəhmətlik Allahverdi Bağırov sağ idi. O, şəhidlər xiyabanında birinci qəbrin Sənanın olacağını bildirdi. Atam razılaşmadı. Dedi ki, şəhidlərin hamısı bizim oğlanlarımızdır. Sıranı pozmaq olmaz. Bu dözümü hər ata göstərə bilməzdi. Sonradan atam komandir olanda da bizi digərlərindən seçməyib. Əksinə, ən çətin tapşırıqları bizə verərdi. “Xalq ayağa qalxıb Qarabağı azad etməlidir” Kənan Qarabağın danışıqlar yoluyla qaytarılacağına inanmır: “1-ci Qarabağ müharibəsinin uduzulmasının məsuliyyəti indiki iqtidarın üzərinə düşür. Bundan başqa atəşkəsdən keçən uzun illər ərzində itirilən torpaqların azad edilməsi üçün hər hansı addım atılmayıb. Qarabağın sülh yoluyla qaytarılması isə mümkün deyil. Bir də ki, Şuşasız Ağdam, Kəlbəcərsiz, Laçınsız Qarabağ kimə lazımdır? Torpaqlarımızı yalnız müharibə yoluyla azad etmək olar. Bunun üçün güclü ordu, sağlam komandanlıq, vətənpərvər müdafiə naziri, zabitlər lazımdır. Ordunun durumu göz önündədir. Ölkə rəhbərliyi isə sülh danışıqlarından dəm vurur. Sonuncu Moskva bəyannaməsi göstərdi ki, iqtidar müharibə etmək əzmində deyil. Sülh danışıqları isə Qarabağla vidalaşmaq deməkdir. Ümid xalqımızın qeyrətinə qalıb. Xalq ayağa qalxıb Qarabağı azad etməlidir. 2003-cü ildə həbsdən azad edildikdən sonra Rusiyaya getdim. Orada ermənilərlə bir yerdə yaşamağın mümkünsüz olduğunu bir daha dərk etdim. Ya ermənini vurub öldürməli, yenidən həbsə düşməliydim, ya da geri vətənə qayıtmalıydım. Ona görə Rusiyada qala bilmədim. Mənim kimi fikirləşən minlərlə insan var. Ona görə deyirəm ki, ermənilərlə sülh mümkün deyil". “Xanımımla Müsavat Partiyasında tanış olmuşuq” K.Hacıəkbəroğlu müharibədən sonra ölkədə baş alıb gedən haqsızlıqla barışa bilmir. Elə haqsızlığa qarşı mübarizə aparmaq üçün də Müsavatın sıralarına daxil olur: - Ağdamın işğalından sonra Cəfərin batalyonunda xidmət etdim. Atəşkəsdən sonra ordudan tərxis olunduq. Ağdam işğal olunduğu üçün Bakıya köçdük. Ölkədə baş alıb gedən haqsızlıqla barışa bilmirdim. Bu səbəbdən Müsavat Partiyasına üzv yazılmaq qərarına gəldim. Müsavatda fəal iştiraka isə 1996-97-ci illərdə başladım. 1997-ci ildə Qarabağın Azadlığı Uğrunda Gənclər Birliyi yaratdıq. Həmin birliyin təsis yığıncağında qurumun sədri seçildim. 2003-cü ilə qədər təşkilatımız aktiv fəaliyyət göstərdi. Qanunlar çərçivəsində Qarabağ problemini ölkə və dünya ictimaiyyətinin nəzərində saxlamağa çalışdıq. 2003-cü ilin prezident seçkilərində təşkilatımız İsa bəyin namizədliyini dəstəklədi və var qüvvəsi ilə onun təbliğatını apardı... - İndi yaşıdlarınızın bəziləri bu iqtidara yarınmaqla yaxşı həyat qurub. Müsavatçı olmağına görə peşman deyilsən? - Müsavatçı olmağımla fəxr edirəm. 1997-ci ildə universitetdən müxalifətçi olduğum üçün xaric olundum. O zaman mənə Müsavatdan çıxmaq təklif olunmuşdu. İmtina etdim. Bu yol haqq yoludur və mənim könüllü seçimimdir. Müsavat Partiyası, müsavatçılıq ideologiyası gec-tez Azərbaycanda hakim olacaq. Nə qədər ədalətsizliyə düçar olmağımıza, maddi cəhətdən çətinlik çəkiməyimizə baxmayaraq, müsavatçı olmağıma görə peşman deyiləm. Şəxsi həyatımda, bir insan kimi formalaşmağımda Müsavatın rolu böyük olub. Onu bildirim ki, xanımımla Müsavatda tanış olmuşuq. O zaman o, partiyanın gənclər təşkilatının üzvü idi. Şükür Allaha, gözəl ailəmiz və iki övladımız var. “Məndən İsa bəyin və Rauf Arifoğlunun əleyhinə ifadə almaq istəyirdilər” Qeyd etdiyimiz kimi, Kənan bəy qazi olmaqla yanaşı, həm də keçmiş seçki məhbusudur. 2003-cü il prezident seçkilərinin saxtalaşdırılmasına etiraz etdiyi üçün o da hakimiyyətin zindanında yatıb:- Prezident seçkilərindəki saxtakarlıqlara etiraz olaraq Azadlıq meydanında keçirilən mitinqdə iştirak etmişəm. Lakin orada nə daş atmışam, nə də polis vurmuşam. Mitinq vəhşicəsinə dağıdıldıqdan sonra evimizə getmişəm. Hadisədən 9 gün sonra əməliyyat keçirdilər. Atamı həbs etməklə hədələdilər. “20 Yanvar” dairəsində əməliyyatçılarla görüşdüm. Orada əllərimi qandallayıb maşına oturtdular. Tiflis prospekti istiqamətində birinci işıqforda maşını saxladılar. Məni həbs edənlər maşından düşdülər. Digərləri maşına oturdular və başıma torba keçirdilər, naməlum istiqamətə apardılar. Orada məni döydülər. İsa bəylə Rauf Arifoğlunun əleyhinə ifadə, telekanallara müsahibə verməyimi tələb etdilər. Mən onların dediklərinə əməl etmədim. Bundan sonra başıma zərbələr endirməyə başladılar. Daha sonra böyrəklərimə vurdular. Bütün bu işgəncələrə baxmayaraq heç kimin əleyhinə ifadə vermədim. Lakin başımda çox kəskin ağrılar olurdu. Həbsdən çıxdıqdan sonra uzun müdət müalicə aldım. Həbsimin səbəbi isə meydanda Rauf bəylə birgə şəklimin olması idi. Maraqlı bir şey deyim. Əvvəlcə döyürdülər ki, İsa bəylə Rauf bəyin əleyhinə ifadə verim. Bu alınmadıqda başladılar ki, bəs mən idmançı qruplar yaratmışam. O qədər döydülər ki, axırda məcbur olub ifadə verdim ki, mən guya idmançılardan ibarət dəstə yaratmışam. Bayılda olarkən Rauf bəyin əleyhinə kompaniya başladı. Onda da Rauf Arifoğlunun əleyhinə məndən ifadə almağa cəhd göstərdilər. Kənan bəy məhbəsdə olduqları vaxt digər məhbusların onlara hörmətlə yanaşdığını bildirdi. Dediyinə görə, iki həftə “qorotdel”də biradamlıq kamerada saxlanılıb. Sonra Bayıla köçürüblər: “Bayılda 4 ay 7 seçki məhbusu ilə eyni kamerada oldum. Rəhmətlik Alqayıt, Əzizov Nizami, Xeyrullayev Maqsud, Turan, Fariz Babayev mənim təşəbbüsümlə aclıq aksiyasına başladıq. Aksiyaya başlamaq təşəbbüsü məndən gəldiyi üçün karsa salmaq istəyirdilər. Lakin vəkillərimizin səyi nəticəsində kameramı dəyişdilər, 2-ci korpusa köçürdülər. Orada da aclıq aksiyası keçirdik. Məni 5-ci korpusa, Hacı İlqarın olduğu kameraya köçürdülər. Uzun müddət Hacı İlqarla bir kamerada oldum. Allah razı olsun, mənə Qurani-Kərimi oxumağı o öyrətdi. Ona qədər isə namaz qılırdım. ”Zon"da İqbal Ağazadə, İbrahim İbrahimli, Ramiz Tağıyev, Turan, Şahin, Ağakərim, Vüsal ilə bir yerdə olmuşam. Orada digər dustaqlar bizə müxalifətçi olduğumuz üçün hörmətlə yanaşırdılar".
43,030
17.11.2008 07:06
Dünya
DÜNYA MALİYYƏ DÜZƏNİ DƏYİŞİR
Sammitdə qəbul edilən qərara görə risklərə meylli olan investisiya fondlarının və bankların fəaliyyətləri dövlət tərəfindən ciddi nəzarətə alınacaq. Ümumiyyətlə, bundan sonra heç bir maliyyə institutu dövlətin nəzarəti olmadan fəaliyyət göstərə bilməyəcək. Həmçinin fəaliyyət planı Beynəlxalq Valyuta Fondunun və Avropa Yenidənqurma və İnkişaf Bankının böhranla üzləşən ölkələrə kreditlər ayırmasını nəzərdə tutur. Bu zaman BVF beynəlxalq maliyyə arxitekturasının bərpasında və iqtisadi stabilliyin təmin edilməsində başlıca rol oynayacaq. Sammit iştirakçıları maliyyə nazirlərinə həvalə edirlər ki, maliyyə böhranına qarşı mübarizə planının həyata keçirilməsinin qrafikini hazırlasınlar. Sənəd həmçinin idarəçilikdə şəffaflığın artırılmasını, keyfiyyətli dövlət nizamlamasını, beynəlxalq maliyyə təşkilatlarının idarə olunmasında islahatların aparılmasını, beynəlxalq əməkdaşlığı və digər məsələləri nəzərdə tutur.Sammitin yekun bəyənnaməsində deyilir ki, beynəlxalq pul-kredit və ticarət hesablaşmalarını nizamlayan Bretton-Vud təşkilatı kompleks islahatlara məruz qalmalı, bununla da beynəlxalq iqtisadi böhranlara qarşı daha adekvat reaksiya vermək qabiliyyəti olmalıdır. Beynəlxalq maliyyə nəzarəti həyata keçirən təşkilatlara, habelə kredit-reytinq agentliklərinə, vergi xidmətlərinə və digərlərinə konkret tövsiyələr də sənəddə öz əksini tapıb. Ekspertlər qeyd edirlər ki, sənədin məğzi məhz bu hissəsindədir. Bu sənəddən baş çıxarmaq beynəlxalq maliyyə sistemi və iqtisadiyyatı üzrə mütəxəssis olmayanlar üçün çox mürəkkəbdir. Ancaq ümumən aydın olur ki, “20-lər qrupu” ölkələri dünyanın azı 30 ən iri bankı üzərində sərt nəzarət həyata keçirmək haqda razılığa gəliblər. Mütəxəssislər bunun mahiyyətini belə izah edirlər ki, bəzi banklar artır öz ölkələrinin çəkisindən artıq böyüyüblər. Məsələn, İsveçrənin UBS bankı bütün dünya ilə işləyir və onun aktivləri ölkənin Ümumi Daxili Məhsulunun həcmindən dəfələrlə böyükdür. Bu şəraitdə yerli hökumət bankın fəaliyyətinə nəzarət edə, lazım gəldikdə ona kömək edə bilməz. Ona görə də belə banklara artıq beynəlxalq nəzarət mexanizmi olacaq.Sammitdə çıxışı zamanı Çin prezidenti Hu Tszintau deyib ki, beynəlxalq hesablaşmalarda xarici valyutaların sayı artmalıdır. Onun fikrincə, beynəlxalq hesablaşmaların təkcə avro və dollarla aparılması yaranmış böhranı aradan qaldırmağa imkan vermir. Tszintau deyib ki, indiki böhranın səbəbləri çoxtərəflidir, bunlardan biri də odur ki, makroiqtisadi siyasət mükəmməl olmayıb: “Dünyanın bütün ölkələri öz makroiqtisadi siyasətlərini nizamlamalı, milli iqtisadiyyatın inkişafına maliyyə və monetar metodlara kömək etməlidir”. Fransa prezidenti Nikola Sarkozi isə deyib ki, bu sammit çox mühüm qərarlar verib, onun sözlərinə görə, forum iştirakçıları ABŞ-ı dünya liderlərinin mövqeləri ilə razılaşmağa inandıra biliblər. “Biz yeni dünyaya daxil oluruq”, - deyə Sarkozi sammitin başa çatmasından sonra keçirilən mətbuat konfransında bildirib. O, əlavə edib ki, maliyyə sahəsində birgə fəaliyyətə və maliyyə bazarları üzərində nəzarət mexanizminə dair “tarixi razılaşma” əldə olunub. Sarkozinin bildirdiyinə görə, Buş administrasiyası bu sammit zamanı tarixən bütün Amerika hökumətlərinin imtina etdiyi məsələlər üzərində irəliləyiş əldə etməyə razılaşıb. Bu, daha çox Avropa Birliyi ölkələrinin vahid mövqeyi sayəsində mümkün olub. “Avropa vahiddir və vahid şəxs kimi bu sammitdə çıxış edib”, - deyə Sarkozi vurğulayıb.Almaniya kansleri Angela Merkel da sammitin yekunlarının tarixi əhəmiyyət daşıdığını qeyd edib. Onun sözlərinə görə, samit iştirakçıları qlobal iqtisadi düzən barədə mühüm irəliləyişlər əldə ediblər. Britaniyanın baş naziri Qordon Braun isə sammitin yekunlarını yeni qlobval maliyyə düzəninə doğru mühüm addım adlandırıb. “Tamamilə aydındır ki, biz sammitdə gələcəkdə yeni beynəlxalq instututlar yaratmaq haqda razılığa gəlmişik. Biz BVF-də islahatlar aparacağıq, ola bilsin ki, Dünya Bankı da islahatlara məruz qalsın”. Kanadanın baş naziri Stiven Harper də sammitin misli görünməmiş hadisə olduğunu bildirib. Onun sözlərinə görə, sammitdə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr bir yerdə iştirak etsələr də müxtəlif mövqelərə baxmayaraq vahid nəticəyə gəlmək mümkün olub. ABŞ prezidenti Corc Buş sammitin uğurlu olduğunu deyir: “Maliyyə sistemini 21-ci əsrin reallığına uyğunlaşdırmaq üçün müəyyən prinsip və tədbirlərin razılaşdırılması əsas nailiyyətlərdən biridir”.Bu arada “Böyük 20-lərin” “Böyük Səkkizlər” klubunu əvəz edə biləcəyi haqda fikirlər yaranıb. Belə dəyişikliyin tərəfdarı daha çox Rusiyadır. Lakin Ağ Evdən bildiriblər ki, 20-lər klubu “Böyük səkkizlər”i əvəz etməyəcək. ABŞ administrasiyasındakı mənbənin bildirdiyinə görə, indiki format diskussiyaların başlanması üçün prezident Buş tərəfindən təklif olunub və liderlər gələn ilin aprelində yenidən görüşüb müzakirələr aparacaqlar. Xatırladaq ki, sammitdə Amerika, Almaniya, Yaponiya. Fransa, İtaliya, Böyük Britaniya, Kanada, Argentina, Avstraliya, Braziliya, Çin, Hindistan, İndoneziya, Meksika, Cənubi Koreya, Rusiya, Səudiyyə Ərəbistanı, Cənubi Afrika Respublikası, Avropa Birliyi ölkələri və Türkiyə liderləri, habel beynəlxalq maliyyə institutlarının rəhbərləri, BMT Baş katibi iştirak ediblər.
43,032
17.11.2008 10:16
Yaşam
“XƏRÇƏNGİN TAM MÜALİCƏSİNDƏN DANIŞMAQ TEZDİR”
Tibb elmləri doktoru, professor Adil Qeybulla isə xərçəng geninin müəyyənləşdirilməsini elmi nailiyyət saysa da, bunun tezliklə xəstəliyin kökünün kəsilməsinə gətirəcəyi ilə bağlı fikirləri bölüşmür: “İş ondadır ki, bədxassəli şişlərin geninin müəyyən olunması indiyədək həllini tapmayıb. Xərçəng bədxassəli şişlərin bir növüdür. Onkoloji xəstəliklərə qarşı adətən dərmanla, cərrahi yolla, orqanizmdə gedən proseslərin korreksiyası ilə, kombinə edilmiş üsulla, kimyəvi müalicə və başqa vasitələrlə mübarizə aparılır. Ümumiyyətlə, ”gen xəritəsi"nin köməyilə bir çox xəstəliklərin genləri, orqanizmdə disfunksional göstəriciləri təmin edən kifayət qədər genlər xeyli müddət əvvəl aşkarlanıb. Amma xərçəng geninin müəyyən edilməsilə bu xəstəliyini radikal müalicəsinin tapılacağını demək hələ tezdir". Professora görə, xərçəngi yaradan səbəblərin açar nöqtəsi tapılmalıdır: “Xərçəng orqanizmdə hüceyrələrin bölünməsinin nəzarətdən çıxmasıdır. Çünki bədəndə bütün hüceyrələr nəzarətlə bölünür və korreksiyə olunur. Nəzarətdənçıxma baş verirsə, o zaman hüceyrələr anotomik formasını itirirlər və başlayırlar bədəndən qidalanaraq bölünüb çoxalmağa, qan, limfa damarları vasitəsilə yayılmağa. Nəticədə metastaz baş verir. Bütün bu proseslər də insan həyatına son qoyur. Ona görə də birinci növbədə onkoloji proseslərin başlanğıc nöqtəsi tapılmalıdır”. Bədxassəli xəstəliyin orqanizmdə sürətlə yayılması səbəbindən təhlükəli sayıldığını deyən A.Qeybulla bu sahədə yetərincə elmi axtarışlar aparılsa da, qaneedici nəticələrin əldə edilmədiyinə də toxundu: “Əgər xərçəng metastaz verməsəydi, onu ciddi xəstəlik saymazdılar. Amma istənilən cərrahi əməliyyat, aparılan şüa müalicəsi, kimyəvi müalicədən sonra xəstəliyin təkrarlanması müəyyən vaxtdan sonra realdır. Cərrahi əməliyyatdan sonra yaşama dövrü deyilən bir anlayış var və o, bir neçə il çəkirsə, bu, elə xəstəliyin yenidən yaranması arasındakı dövrdür. Təbii ki, bu dövr şişin növündən, onun inkişaf dərəcəsi və hansı orqanda olmasından və sairdən asılıdır. Bu baxımdan da məsələnin konkret həllinin tapılmasından danışmaq hələ tezdir”.
43,033
17.11.2008 08:21
Yazarlar
ARMUD KİMİ ŞİRİN AZADLIQ
Hərdən adama elə gəlir ki, o hərəkat da olmayıb, o adamlar da, o meydan da, heç ermənilərin kəsmək istədiyi o tək armud ağacı da. Azadlıq da armud kimiymiş, yedik - qurtardı...20 il əvvəl başqa Azərbaycan vardı. Ruhu və insanları ilə, meydanı və əzmkarlığı ilə fərqli bir Azərbaycan. Yalanı yoxdur, o meydanda da Azərbaycan bütöv görünmürdü. Rayonlar “Bərdə sizinlədir”, “Yevlaxlılar xalqladır” şüarı ilə meydana axışırdı. Arzular və istəklər çox idi: Qarabağa yürüş edib erməniləri Ermənistanadək qovmaq, Təbrizə bayraq sancmaq, ölkəni qızıla tutmaq... Azərbaycan o meydanda arzuladıqlarının onda birinə də nail ola bilmədi. Ölkənin 20 faizi işğal olundu, Təbrizə yox, Şuşaya bayraq sancmaq arzuya çevrildi, ölkə bir neçə dəfə qana boyandı.O dövrün qarmaqarışıq və ziddiyyətli ictimai-siyasi proseslərini doğru-dürüst yazan da olmadı, yəqin ki, olmayacaq da. Çünki meydan oturuşan kimi liderlərin ambisiyaları ortaya çıxdı. İnqilabçılar Nemət Pənahovu, demokratlar Etibar Məmmədovu, “qızılbaşlar” Məhəmməd Hatəmini, ziyalılar şair-publisist Sabir Rüstəmxanlını tribunada görmək istəyirdi.Sonra o meydanda Xalq Cəbhəsi də yaranacaqdı, sonra o meydan parçalanacaqdı da. Meydan qəhrəmanlarından hansısa demişdi: “Biz bu meydana şəkili, lənkəranlı, qarabağlı, naxçıvanlı kimi gəldik, oradan azərbaycanlı kimi çıxdıq”.Həqiqətənmi beləydi? Beləydisə, niyə Nemətin naxçıvanlı olduğunu deyib onu Heydər Əliyevin adamı hesab edirdilər? Niyə Etibarın Qərbi Azərbaycandan, Hatəminin İrandan olduğunu tez-tez eşidirdik? Hələ kiminin “KQB”, kiminin İran casusu olduğunu elə meydan hərəkatı davam edən vaxt da danışırdılar.Azərbaycan müxalifəti meydanda yetişirdi və onların son 20 ildə cəmi bir illik hakimiyyətdə olmasının səbəbini axtaranda gərək o günləri də saf-çürük edək. Dekabrın 4-də meydanı dağıdanda bunun məsuliyyətini heç kim öz üzərinə götürmədi, 20 yanvar faciəsində də. 1993-cü il qiyamının səbəblərinə, 2003-cü il Azadlıq meydanında baş verənlərə, 2008-ci il ümidsizliyinə 20 il əvvəl başlanmış prosesin tərkib hissəsi, bəlkə də məntiqi nəticəsi kimi qiymət vermək lazım gəlir. Meydanda bir-birini qəbul etməyənlər indi də dartışırlar, bir-birini bəyənmirlər. “Kim cəsarətlidirsə, meydana çıxsın, biz də baxaq”, deyirlər. 20 il əvvəl o meydanın tribunasına ilk qalxanların arasında indiki müxalifət yox idi. Məntiq və müxalifət bunu deyir: xalq irəli getsin, meydana çıxsın, qəhrəmanlar sonra gələcək...Azərbaycan 20 il əvvəlki tarixi ilə fəxr edə bilər. O günlər meydanlarda gecələyənlər bu gün qürurla danışa bilərlər, çünki tarixi yaradanlar arasında onlar da olub. Fəqət tarix təkcə qürrələnmək üçün deyil. Tarix həm də nəticə çıxarmaq üçündür.İndi çoxları o Meydanın xiffətini çəkir. Sovet imperiyasının dağılmasında rolu olan bir Meydan xalqın üzünə bağlanıb. Azadlıq meydanının qəribə və izaholunmaz enerjisi var. Qəbiristanlıq sükutuna qərq olmuş Azadlıq istənilən hakimiyyət üçün təhlükəlidir. Azərbaycan hakimiyyəti Azadlığı ona görə belə qoruyur. Amma nə vaxta qədər?70 illik əsarətdən sonra 1988-ci ilin 17 noyabrında xalq meydana çıxdı. Millətin enerjisinin tükəndiyini iddia edən pessimistlər 70 il sonranı nişan verir. Hakimiyyət isə 100 illik taxtda qalmaq planlarından danışır.Optimistlər isə “Qarabağdakı armud ağacı bar verəndə yenidən meydan hərəkatı başlayacaq” deyirlər...Azadlıq da armud kimi şirin olur. Nazim SABİROĞLU
43,034
17.11.2008 08:24
Ölkə
“SEÇKİ QURTARDI, PROBLEMLƏR İSƏ YERİNDƏ QALIR”
Digər tərəfdən, təmirə dayanmış magistral yollarda işlər başa çatdırılmayıb. Hökumət hələ ilin əvvəlindən sərnişindaşınmada vəziyyətin yaxşılaşdırılacağını, xəttə yeni avtobuslar buraxılacağını vəd etsə də, bu sahədə də ciddi dəyişikliklər yoxdur. Havalar bir qədər yağmurlu keçən kimi Bakıda avtobus qıtlığı yaranır, avtomobil tıxacları paytaxtı iflic edir. Bakı Şəhər İcra Hakimiyyəti başçısının sabiq müavini Füzuli Axundov bizimlə söhbətdə bildirdi ki, əslində qışa hazırlıq may ayından başlamalıdır: “Yəni yaz mövsümü başa çatan kimi qışa hazırlıq işlərinə start verilməlidir. İşlər payız girməmiş yekunlaşdırılıb, müəyyən qurumlar hesabatlarını hökumətə təqdim etməlidirlər. Lakin bu gün Bakıda nəinki yol, su, hətta qaz, işıq problemləri var”. Binalarda istilik sistemlərinin ləğv olunduğunu deyən F.Axundova görə, heç kəs mənzillərin nə ilə qızdırılacağı haqqında düşünmür: “Şəhərdə müəyyən qədər qaz var. Ancaq qazın təzyiqi evləri qızdırmaq üçün yetərli deyil”.Bakı kəndlərinin işıq təchizatında problemlərin qalmaqda olduğunu vurğulayan müsahibimiz bir həftədir axşamlar işıqların söndürüldüyünü dedi: “Belə izahat verirlər ki, qışa hazırlıqla bağlı təmir işləri aparırlar. Halbuki bu işləri yazda aparmalı idilər. Deyirdilər ki, oktyabrın 15-nə qədər resublikanın bütün bölgələrində qaz, işıq olacaq. Amma seçkilər qutardı, problemlər isə hələ də qalmaqdadır”. O, hökumətin qışa hazırlaşmadığını söylədi: “Bu haqda nə mətbuatda məlumatlar gedib, nə də rəsmi açıqlamalar verilib. Heç kim heç kəsə hesabat vermir. Belə şəraitdə inanmıram ki, nəsə dəyişsin. Hər seçki öncəsi ölkədə qaz xətlərinin çəkilişinə başlayırlar. Sonradan proses yarımçıq qoyulur. Azərbaycanın hansısa ucqar kəndinə qaz verilməsindən danışırlar. Ancaq Bakının bütün ətrafı qaz mədənləri olduğu halda, kəndlərin əksəriyyətində mavi yanacaq problemi yaşanır”.
43,035
17.11.2008 09:25
Dünya
MEDVEDEV OBAMA İLƏ MÜNASİBƏT QURMAĞA ÜMİD EDİR
Medvedyev Qərb çevrələrində onun hakimiyyətdə formal fiqur olduğu, real hakimiyyətin isə baş nazir Vladimir Putinlə onun nəzarət etdiyi parlamentdə olması haqda şübhələrə toxunaraq deyib ki, Rusiyada hakimiyyət prezidentin əlindədir. Onun bildirdiyinə görə, Konstitusiya prezidentin parlamentdən çox hakimiyyət səlahiyyətlərinə malik olmasını təmin edir. “Rusiyada prezident respublikasının dəyişməsindən söhbət gedə bilməz”, - deyə o, son Konstitusiya dəyişiklikləri barədə suallara cavabında bildirib. Xarici Əlaqələr Şurasında Medvedyevin çıxışını dinləyənlər arasında ABŞ-ın yeni seçilən prezidentinin adından keçmiş dövlət katibi Madlen Olbrayt da olub. Olbrayt həm də Vaşinqtonda qlobal maliyyə böhranı ilə bağlı təşkil olunmuş sammitdə Obamanın səlahiyyətli nümayəndəsi kimi iştirak edirdi.Toplaşanlar Medvedyevə sual veriblər ki, cəmi bir neçə ay əvvəl səlahiyyətlərinin icrasına başlayan biri kimi prezidentin səlahiyyət müddətinin 4 ildən 6 ilə artırılması onun nəyinə lazım idi. Medvedyev isə bu suala cavabında deyib ki, düzəlişlərin ona dəxli olmayacaq. “Mənim prezidentlik müddətim 4 il olacaq. Bu dəyişikliklər Rusiyada idarəçiliyin təkmiləşməsinə, prezident və parlament seçkiləri arasında müəyyən interval yaradılmasına hesablanıb. İndi prezident və parlament seçkiləri cəmi 3 ay fasilə ilə keçirilir”.Medvedyev ABŞ-la hazırda yaxşı olmayan münasibətlərə toxunaraq deyib ki, Rusiya yeni prezident Barak Obama ilə qarşılıqlı normal münasibətlər qurmağa ümid edir. O, Obamadan son illər ərzində iki ölkə arasındakı münasibətlərdə yaranmış problemləri aradan qaldırmaq üçün ardıcıl addımlar gözlədiyini də deyib. Rusiya prezidenti əlavə edib ki, mümkün qədər tez bir vaxtda Obama ilə görüşmək istərdi: “Əsas odur ki, bu görüş baş tutsun, özü də mümkün qədər tez və şərtlər irəli sürülmədən”. Toplantı zamanı Medvedev İran, Gürcüstana qarşı Rusiyanın təcavüzü və digər məsələlərlə bağlı suallar ünvanlanıb. Medvedyev açıq şəkildə deyib ki, Moskva Tiflislə münasibətlər qurmağa hazırdır, ancaq bir şərtlə ki, hakimiyyətdə “indiki rejim” olmasın.
43,036
17.11.2008 09:25
Media
“ÖZÜMDƏ YENİ TELEKANAL AÇMAĞA GÜC HİSS EDİRƏM”
Son bir il ərzində çoxlu sayda yeni təşkilatlarla əməkdaşlıq etdiklərini deyən V.Mahirqızı xeyli layihələr həyata keçirdiklərini və analitik materiallarının sayını artırdıqlarını da vurğulayıb. Baş redaktor həmçinin agentlik əməkdaşlarının məvacibini iki dəfə artırmalarını da son bir ildəki irəliləmə kimi vurğulayıb. Müsahibəsində mətbuatdakı plagiatlıq faktlarından şikayətlənən V.Mahirqızı hər gün belə problemlə üzləşdiklərini deyib. Bununla mübarizə aparmaq üçün bəzi KİV orqanlarını məhkəməyə vermək istədiyini deyən baş redaktor bir çox hallarda daha öncədən onların üzərindəki məhkəmə cərimələrini nəzərə alaraq, bu addımdan vaz keçdiyini vurğulayıb: “Bir neçə mətbuat orqanı var ki, onlarla bu məsələni məhkəmə vasitəsilə çözməyi düşünürəm. Bu sıradakı birinci mətbuat orqanı isə ANS televiziyasıdır. Mən əminəm ki, bizim bu telekampaniya ilə məhkəmə çəkişəməmiz olacaq və biz onlara qalib gələcəyik. ANS cəriməni ödəyəndən sonra bizim informasiyalarımıza da ”Turan" agentliyinin informasiyalarına olduğu kimi hörmətlə yanaşacaq". APA-nın rəhbəri həmçinin yeni bir telekanal perspektivi barədə sualı da cavablandırıb. Hazırda bunun üçün imkanları olmadığını deyən V.Mahirqızı belə bir müraciəti də cavabsız qoymayacağını vurğulayıb: “Belə bir təklif daxil olsa, təbii ki, ondan imtina etmərəm. Mən özümdə cəmi 6 aya telekanal açmaq gücü hiss edirəm. Hansı ki, bu telekanal ölkədə bir nömrəli olacaq”.
43,037
17.11.2008 09:27
Media
10 SAYLI HƏBSXANA “CƏNNƏT”dir?
Maraqlıdı, hər iki həbsxana arasındakı fərq bu qədərmi böyükdür? Hüquq müdafiəçiləri keçirdikləri monitorinqdə və apardıqları araşdırmada bu fərqi görüblərmi? Hüquq müdafiəçisi Çingiz Qənizadə bildirdi ki, hazırda 14 saylı cəzaçəkmə müəssisəsində yoxlama aparılır. Mirzə Sakitlə bağlı baş verən təxribatdan sonra başlanan yoxlamanın nəticələri İctimai Komitənin iclasında açıqlanacaq: “Belə yoxlamalar tez-tez edilir. Mənə çatan məlumata görə, məhz bu yoxlamanın nəticəsinə görə Mirzə Sakitin köçürülməsi məqsədəuyğun oldu”. Müsahibimiz vurğuladı ki, hər iki cəzaçəkmə müəssisəsi arasındakı ilkin fərq onların rəhbərliyi ilə bağlıdır. Onun sözlərinə görə, 10 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyi Fikrət İsmayılov qanuna hörmət edən, nizam-intizamı sevən, sivil formada, danışıq yolu ilə problemlərin həllinə nail olan adamdır: “Ona görə də bizə 10 saylı cəzaçəkmə müəssisəsi rəbərliyindən hər hansı şikayət olmayıb. İnsanın özünün daxilində bir etika olmalıdır. 10 saylı türmənin daha bir müsbət cəhəti oranın həyəti, həyət-bacasının mənzərəli, gül-çiçəkli olmasıdır. Məhbusların hansısa ağac altında oturmaq imkanı var. Sanitar hissədə də başqalarından fərqlidir”. Müsahibimiz həmçinin vurğuladı ki, 10 saylı cəzaçəkmə müəssisəsində əsasən ilk dəfə az ağır cinayət törədənlər saxlanılır: “Əsas məsələ budur ki, burda olan insanların böyük əksəriyyəti narkotik maddələrlə bağlı həbs olunub. Onlar da digər məhbuslardan fərqli olaraq, aqressiv olmurlar, öz dünyalarını yaşayırlar. Saxlama yerləri və yeməkləri normaldır. Ən azı 10 saylı Bakının mərkəzində, o biri isə qayalıqların ortasındadır. Bu da psixoloji faktor kimi məhbusa təsir göstərir”.
43,038
17.11.2008 09:30
Media
XANIM JURNALİSTİ İĞTİŞAŞ SALMAQDA İTTİHAM EDİRLƏR
Qulaminin hansı ittihamla həbs olunduğu bəlli deyil. İki ay əvvəl Təbriz İnqilab Məhkəməsinin 1-ci Şöbəsi Qulamiyə dövlət quruluşuna qarşı təbliğat ittihamı ilə 6 ay həbs cəzası vermişdi. Qulami hökmdən apellyasiya şikayəti verib. Hökmün qüvvəyə minməsi üçün ona apellyasiya məhkəməsində baxış başa çatmalıdır. Bunları “Azadlıq” radiosuna Təbrizli jurnalist Həsən Ərk deyib: “Əgər qərar olsa, bu hökmə görə tutardılar, bu cür getməzdilər. Ehtimal etmək olar onu başqa bir ittihamla həbsə salıblar”. Həsən Ərk deyir ki, Şahnaz Qulaminin həbsinə səbəb onun son zamanlar milli hüquqlar uğrunda hərəkatın fəalı Qulamrza Əmaninin avtomobil qəzasında ölümü ilə bağlı irəli sürdüyü ehtimallar ola bilər: “Xanım Şahnaz Qulami belə düşünürdü ki, mühəndis Qulaminin düşdüyü avtomobil qəzası xüsusi adamlar, ehtimal ki, dövlət adamları tərəfindən təşkil olunub”. Şahnaz Qulami bu ehtimalları müəllifi olduğu “azarwomen” bloqunda da dərc edib. Həsən Ərkin sözlərinə görə, ümumiyyətlə, Şahnaz Qulami fəal qadın olduğu üçün təzyiqlərə məruz qalır: “Qadınların haqları uğrunda çalışır. Azərbaycan milli hərəkatı - bizim hürriyyətimiz, dilimiz, mədəni haqlarımızla bağlı yazılar yazır. Əsasən, jurnalist kimi fəaldır. Qadın məsələləri ilə bağlı bir veb-səhifəsi vardı, orda və müxtəlif qəzetlərdə yazır. Ümumiyyətlə çox çalışqan bir xanımdır. Ona görə də fəaliyyəti nəzərə tez çarpır”. Şahnaz Qulami Xalq Mücahidlər Hərəkatında siyasi fəaliyyətinə görə 1989-cu ildən 1994-cü ilədək həbsdə olub. 2007-ci ilin mayında isə o, “İran” qəzetində azərbaycanlıları təhqir edən karikatura ilə bağlı etirazların ildönümündə iştirakına görə daha bir ay həbsdə saxlanılmışdı. “azarwomen” bloqunun yaradıcısı və İranda Qadın Jurnalistlər Assosiasiyasının (“Roza”) üzvüdür.
43,039
17.11.2008 09:28
Ölkə
BƏRDƏ SEL ALTINDA QALA BİLƏR
Xatırladaq ki, artıq iki aydır ki Sərsəng su anbarını lildən təmizləyən ermənilər bu müddət ərzində bəzi hallarda çaya normadan artıq su buraxır.Bərdə Rayon Fövqəladə Hallar Komissiyasının yaydığı məlumatda isə bildirilir ki, ötən gün bu hədd saniyədə 40 kubmetr olub. Nəticədə çay Bərdə şəhərinin girişində sahilin 15 metrliyini yuyub. Bu üzdən də şəhərdə ciddi narahatlıq yaşanıb. Sakinlərin bildirdiyinə görə, vəziyyət belə davam etsə, çay sözügedən ərazini yarıb şəhərin içinə doğru istiqamətlənə bilər.Qeyd edək ki, Tərtər çayında suyun səviyyəsinin artması Bərdə-Tərtər magistral yolu üçün də təhlükə yaradıb. Mütəxəssislərin bildirdiyinə görə, çayda suyun bu templə artacağı təqdirdə vəziyyət daha qorxulu olacaq. Son məlumatlara görə, artıq fövqəladə hallar naziri Kəmaləddin Heydərov əraziyə 30-dan yuxarı ağır texnika göndərib. Qeyd edək ki, Tərtər çayının Bərdədən keçən hissəsində 4 körpü var. Rayon Fövqəladə Hallar Komissiyasının məlumatına görə, hələlik körpülər üçün heç bir təhlükə yoxdur. Amma yada salaq ki, 1987-ci ildə baş vermiş daşqın zamanı bu körpülərdən biri uçub.
43,040
17.11.2008 08:28
Ölkə
ŞİMAL SƏRHƏDİNDƏ DƏHŞƏTLİ TIXAC YARANIB
Bu arada Xaçmaz Gömrük İdarəsi Samur Gömrük Keçid Məntəqəsinin rəisi Hüseyn Məsimov anspress-ə bildirib ki, Rusiya tərəfinin piyada keçidini bağlaması qonşu ölkənin keçid məntəqəsində kompüter sistemində yaranmış texniki problemlərlə bağlıdır. Hələlik Azərbaycandan Rusiyaya keçmək istəyən piyadalar və minik avtomobilləri Xaçmazın Xanoba məntəqəsi istiqamətinə yönəldilib. Burada da məhdudiyyətlər olduğundan sərhəddə növbələr yaranıb. Samur keçidində qonşu dövlətə gedən yük maşınlarının da növbəsi yaranıb. Bu arada o da məlum olub ki, Azərbaycan Daxili Qoşunlarının şimal sərhədində əməliyyatı davam edir. Dünən Dağıstandakı İnternet-forumlardan tutmuş, bir sıra qəzet və veb-resurslarda Azərbaycanın şimal bölgələrini həyasızcasına “Ləzgistan” adlandırmağa başlayıblar. Və Daxili Qoşunların Qusar rayonundakı təlimləri də “Azərbaycan ordusunun Ləzgistan mücahidlərinə qarşı əməliyyatı” kimi qələmə verilir.Ekspertlərin fikrincə, Dağıstanla sərhəd bölgələrində şimaldan gələn və ya gələ biləcək təhlükəni zərərsizləşdirməyin yolları isə orada hərbçilərin konsentrasiyasını artırmaq deyil: “Bu minvalla qarşımıza qoyduğumuz məqsədlərin heç birinə çata bilməməklə yanaşı, tam əksinə, vəziyyəti daha da pisləşdirə bilərik. Qusar rayonundan Dağıstana iş dalınca gedənlərin axınının güclü olduğu sirr deyil. Və bu şəxslərin bir qismi də mütləq şəkildə şimalda ”cəmaat" emissarlarının təsiri altına düşür, Rusiya Federal Təhlükəsizlik Xidmətinin ştatlı əməkdaşları olan bu “saqqallı”ların usta təbliğatına və təsirinə uyaraq “hazır material”a dönür. Problemin həlli isə Azərbaycanın şimal bölgələrindəki iqtisadi-sosial situasiyanın yaxşılaşdırılması, region əhalisinin təməl ehtiyaclarının təmini, savadlı və ən başlıcası, sələfi emissarlarının ideoloji zəhərlənməsinə məruz qalmış insanlarla diskussiya aparıb onların yanlış yol tutduqlarını sözlə sübut etməyi bacaran din xadimlərinin hazırlanaraq bölgəyə göndərilməsidir".Dünən günün sonunda aldığımız xəbərə görə, Rusiya ilə keçid hələ də açılmamışdı. Hazırda həmin istiqamətdə tıxacın uzunluğu on kilometrədək çatır.
43,042
17.11.2008 09:35
Gündəm
QAFQAZ HAQDA MİSİLSİZ KİTAB
Burada qırxadək öyrənilməsi müsibətli dərəcədə çətin olan dil danışılır. Üstəlik ən çətini budur ki, bu pərakəndə insanların pərakəndə də tarixləri var. Onlardan yalnız ikisi, gürcülər və ermənilər - bəziləri bura azəriləri də aid edə bilərlər - tarixi yazılacaq dərəcədə dövlətçilik tarixinə malik olub”. Bu sözləri “The Times Literary” məcmuəsindən Donald Reyfild kitab haqqında məqaləsində yazıb. Kitab Rusiyanın imperiya kimi təşəkkül tapdığı vaxtdan müasir dövrə qədər Qafqazdakı üç respublikanın müstəqillik əldə etməsinədək olan bir dövrü əhatə edir. Kitabın xeyli hissəsi Azərbaycana, Qarabağ münaqişəsinə, Azərbaycan nefti uğrunda mübarizənin təhlilinə həsr olunub. BBC Mərkəzi Asiya və Qafqaz xidmətinin redaktoru Yohannes Dell “Azadlıq kabusu və Qafqazların tarixi” kitabının müəllifindən müsahibə götürüb. Onun “Mütəxəssilər bu kitabı niyə təkrarsız bir əsər kimi qiymətləndiriblər?” sualına cavabında müəllif deyib ki, mühüm olan Qafqaz haqqında fərqli bir yer kimi düşünüb. “Mən bu kitabımda tarixə qarışıq etnik baxışdan çox, coğrafiyaya diqqət yetirmişəm. Balkanlar və Qafqazlar kimi məkanlardan son əsrdə yazılmış tarixi kitablara diqqət yetirsək, görərik ki, onların əksəriyyəti oxşar bir sxem üzərində qurulub. Hər hansı bir millətin etnogenezi, yəni yaranması və inkişafı, kiçik krallıqlara çevrilməsi, daha sonra isə ya osmanlılar, ya ruslar, ya da iranlılar tərəfindən istilası və sair. Bundan sonra isə uğursuz müstəqillik cəhdləri, Sovet dövründə milli-azadlıq hərəkatları və sonunda yeni millət-dövlətin yaranması. Mən isə öz kitabımda deyirəm ki, gəlin tarixə bu regionun özü barədə danışılmamış hadisələrdən yazaq. Bu tarixi dağ zirvələrinin, dərələrin, düzənliklərin necə formalaşdırdığına nəzər salaq. Çünki millətin xarakterini formalaşdıran ən mühüm amillərdən biri də budur”. Müəllif kitabda Dağlıq Qarabağ münaqişəsi kimi mürəkkəb hadisələri necə təhlil etməsi haqda suala cavabında deyib ki, bu, çətin məsələdir. Onun fikrincə, belə hallarda tarixçi üçün ən düzgün olan yol torpaq mülkiyyətinin əslində kimə məxsus olduğunu araşdırıb, qiymət verməkdir. Çünki bu axarda araşdırmalar sizi sonunda mütləq etnik mifologiyalara, beynəlxalq qanunların aliliyinə və güc siyasəti kimi qarışıq məqamlara gətirib çıxarır. “Mənim kitabım insanın həyatından bəhs edir və mən belə bir sual verirəm: Bu yerlərdə etnik özünəməxsusluq, millilik həmişəmi ən mühüm məsələ hesab olunub? Siyasətçilərdən soruşsanız, onlar bu suala müsbət cavab verəcəklər. Lakin Qafqazların tarixinə diqqətlə nəzər salsanız, hər hansı konkret tarixi hadisəni araşdırsanız, görəcəksiniz ki, nə millilik, nə din, nə də bu gün son dərəcə böyük önəm verdiyimiz kateqoriyalar o zaman mühüm olmayıb”. Professor deyib ki, onun gəldiyi nəticəyə görə, Qafqazda baş verən qanlı münaqişələr imperiyaların qəsbkarlığından törəyir. Çünki imperiyalar yerli etnik qruplar arasında onların işini irəli apara biləcək elitalara maya qoyurlar. “Unutmayaq ki, bu halda yerli elitalar da xarici qüvvənin himayəsini axtarır. Rusiya imperiyası Qafqaz regionuna yeriyəndə burada Osmanlı və İran imperiyaları ilə üz-üzə gəldi. Əgər bugünkü münaqişəyə - Rusiya ilə Gürcüstan arasında münaqişəyə baxsaq, görərik ki, bunun da arxasında xarici hami axtarışı durur. Yəni bu model qədimlərdən indiyədək dəyişməyib”.
43,043
17.11.2008 07:33
Ölkə
LÖKBATANDAKI “BİNƏ” BAZARI MÜBAHİSƏSİ BİTMİR
Lakin bu bazarda ticarətlə məşğul olan sahibkarlardan biri dünən redaksiyamıza zəng vuraraq K.Məmmədovanın düz danışmadığını, yarmarkanın heç də tam hazır olmadığını deyib. Onun sözlərinə görə, televiziyalarda göstərilən kadrlar bazarın cüzi bir hissəsini əhatə edir: “Yerdə qalan hissələrində isə vəziyyət bərbaddır. Heç kəs yarmarkanın nə vaxt hazır olacağını bilmir. Yarmarkada kanalizasiya sistemi yoxdur. Yağış yağan kimi hər tərəfi su basır. Bu ticarət mərkəzi qurudulmuş gölün üstündə tikilib. Təbii ki, belə vəziyyətdə suyun üzə çıxması istisna deyil. Amma Kəbirə Məmmədova televiziyadakı çıxışında deyir ki, ərazinin 17 metrliyində çala qazılıb, amma su çıxmayıb. Hansı ki, bazar tikiləndə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri bu ərazidə tikinti aparmağa icazə verməyib. Çünki həmin göl təbii göl olub”.Qeyd edək ki, mütəxəssislərin fikrincə, təbii göllərin qurudulması sonradan ciddi fəsadlar törədə bilər. Hansı ki, artıq bu təcrübə bizdə var. Belə ki, Bakı meri Hacıbala Abutalıbov 2002-ci ildə Yasamaldakı Qanlıgölü qurutmaq istəsə də, sonradan öz səhvini anladı. Alimlər isə ərazidə iri tikinti işlərinin aparılmasını məqbul saymadı. Çünki gölün qurudulması yaxın ərazilərdə əlavə problemlər yaradacaqdı. H.Abutalıbovun Böyükşordakı gölü qurutmaq təşəbbüsü də fiaskoya uğrayıb.
43,044
17.11.2008 09:31
Kriminal
BAYKER AVTOQƏZADA ÖLDÜ
MOSKVADA AZƏRBAYCANLILARIN İŞTİRAKI İLƏ KÜTLƏVİ DAVAMoskvanın Poteşnaya küçəsində P.B.Qanuşkin adına 4 saylı Ruhi-Əsəb Dispanserinin həyətində dava düşüb. Yerli sakinlər arasında azərbaycanlıların da olduğu dispanseri təmir edən fəhlələr arasında gecə saat 2 radələrində baş vermiş toqquşmada 12 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Onlardan yeddisi ağır vəziyyətdə olduğu üçün təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb. “anspress”in məlumatına görə, insidentin səbəbləri hələ ki məlum deyil. Bircə o məlumdur ki, davada iştirak edən bir neçə şəxs tutulub və onlar hazırda milis şöbəsində dindirilir. BAKI-ROSTOV YOLUNDA ATIŞMAİTAR-TASS İnformasiya Agentliyinin yaydığı xəbərə görə, srağagün gecə saatlarında Bakı-Rostov yolunun İnquşetiyaya aid Yandərə yaşayış məntəqəsi yaxınlığında qurulmuş postda qaydalara uyğun alaraq maşın saxlanılıb. Yoxlamadan sonra həmin maşın bir neçə metr hərəkət etdikdən sonra dayanıb, salonda olan şəxslər postu atəşə tutub. Atışma nəticəsində yol-patrul xidmətinin bir əməkdaşı aldığı yaradan yerindəcə keçinib, digəri isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Atəş açanlardan birinin də yaralandığı ehtimal edilir. Faktla bağlı cinayət işi qaldırılıb, istintaq gedir. BAKI-PERM AVTOBUSUNDA 9 KQ HƏŞİŞ TUTULDUBakıdan Rusiyanın Perm şəhərinə hərəkət edən sərnişin avtobusunda yoxlama zamanı sərnişinlərin birinin çantasında 9 kq-a yaxın həşiş tutulub. Avtobus yoxlamaya Dağıstanla Kalmikiya Respublikasının sərhəddində yerləşən Artezian qəsəbəsi yaxınlığındakı milis postunda məruz qalıb. Yoxlama zamanı avtobusun sərnişini Sultan Nəbiyevin çantasından 9 kq həcmdə həşiş tapılıb. Bundan sonra avtobusun bütün sərnişinlərinin əşyaları yoxlamaya mərur qalıb. Amma heç bir sərnişinin çantasından qeyri-qanuni heç nə tapılmayıb. Nəbiyev isə saxlanılaraq yerli milis şöbəsinə aparılıb.
43,045
17.11.2008 09:36
Ölkə
ALİMLƏRİN BİNASI YENİDƏN EKSPERTİZADAN KEÇİRİLİR
Buna baxmayaraq dünən bir daha sözügedən mövzuya qayıtmaq qərarına gəldik və işin nə yerdə olması ilə maraqlandıq. Məlum oldu ki, artıq iki gündür Belarus Memarlıq və İnşaat Nazirliyinin mütəxəssislərindən ibarət komissiya alimlərin yaşadığı binada yoxlamalara başlayıb. Mütəxəssislərin dövlət tərəfindən dəvət olunduğunu söyləyən mənbə onların bir-bir mənzillərə daxil olaraq yoxlamalar apardıqlarını bildirdi. Mənbənin sözlərinə görə, yaxın günlərdə komissiya yoxlamalar qurtarandan sonra binanın qəzalı olub-olmaması barədə ilkin rəy verəcək.Qeyd edək ki, bu günədək yerli qurumlar adı çəkilən binada bir neçə dəfə yoxlamalar aparıb. Amma nədənsə aparılan yoxlamalardan sonra verilən rəylər sakinlərə təqdim edilməyib. Yasamal rayonundakı 21 saylı Mənzil İstismar Sahəsinin rəisi Laçın Hacıyev isə məsələ ilə bağlı Nazirlər Kabinetinin sərəncamını sakinlərin diqqətinə çatdırıb. Sərəncamda göstərilib ki, Yasamal rayonu, akademik Şəfahət Mehdiyev küçəsi, 546-cı məhəllə, 17 ünvanda beşmərtəbəli yaşayış binasının təhlükəli vəziyyətdə olan mənzillərində yaşayan əhalinin təhlükəsizliyinin təmin olunması üçün onların digər ünvanlarda mənzil kirayələyib müvəqqəti yerləşməsi məqsədilə 36 ailənin rayon ərazisində yerləşməsi üçün tələb olunan 6 aylıq kirayə haqları və köçürülən xərclərinin ödənilməsi üçün 130 560 manat ayrılması nəzərdə tutulur. Birotaqlı mənzilin sahiblərinə 400, ikiotaqlılar üçün 500, üçotaqlı mənzil sahibləri üçün 700 manat, habelə vətəndaşların köçürülmə xərcləri üçün 1 avtoreysə görə 120 manat vəsait ödəniləcək. Sərəncamda sakinlərin yaşadıqları binaların sökülüb-sökülməməsi və yaxud təmiri ilə bağlı heç nə öz əksini tapmayıb. Xatıradaq ki, məsələ ilə bağlı sakinləri Abid Şərifov da qəbul edib və baş nazirin müavini sakinlərlə söhbətində binanın söküləcəyini deyib.
43,046
17.11.2008 09:38
Ölkə
XƏZƏRİN SAHİLİNİ “DİASPOR NAZİRİ”nin QARDAŞI ZƏBT EDİB
Dəniz sahilini zəbt edən şəxslər isə dəniz sahilini torpaqla doldurub və ərazidə şəxsi limanlar inşa ediblər. Əməkdaşlarımız adıçəkilən ərazidə olarkən dəniz sahilini əslən Naxçıvandan olan Hacı İbrahim adlı şəxs tərəfindən satıldığını öyrəniblər. Məqalə dərc ediləndən sonra redaksiyamıza çoxsaylı oxucu zəngləri daxil olub. Redaksiyamıza müraciət edən oxucularımız Hacı İbrahimin Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin rəhbəri Nazim İbrahimovun qardaşı olduğunu söylədilər. Oxucularımızın bizə verdikləri məlumata görə, dəniz sahilində İbrahimov qardaşlarına məxsus villalar var. Bundan başqa, İ.İbrahimov digər yüksək rütbəli məmurlar üçün villa və limanların inşasına rəhbərlik edir. Deyilənə görə, İ.İbrahimov dəniz sahilində ekzotik ağacların alğı-satqısı və bağların salınması ilə məşğul olur.
43,047
17.11.2008 10:39
Astrologiya
ULDUZ FALI
QOÇ - Yaxşı olar ki, bu ərəfəni dini ayinlərə həsr edəsiniz. Əgər vaxtınızın çoxunu İlahiyə dualar etməklə başa vursanız, bunun savabı daha çox olacaq. Sevindirici hadisələr də gözlənilir. BUĞA - Bu qədər dözmüsünüz, bir az da səbr edin. Nəzərə alın ki, bu bayram günü sizə böyük sürprizlər vəd edir. Amma ulduzlar daha çox fəaliyyətlə məşğul olmağınızı məsləhət görür. ƏKİZLƏR - Ulduzların düzümü əsəbi situasiyalardan uzaq olmağınızı, əvəzində aktivliyi artırmağınızı tövsiyə edir. Axşama yaxın maddi durumunuz yaxşılaşmalıdır. Gərginliyə həvəs göstərməyin. XƏRÇƏNG - Yeni tanışlarınız sayəsində bəzi problemləriniz həll oluna bilər. Sadəcə olaraq, bu işdə prosesləri lazımi istiqamətə özünüz yönəltməlisiniz. Ötən səhvlərinizi təkrarlamayın. ŞİR - Bu tarixi gün sizin üçün əlamətdar olacaq. Ən azı maraqlı və sevindirici xəbərlər eşidəcəksiniz. Qonşu və qohumlarla mülayim davranın. Sevgidə də uğurlarınız gözlənilir. QIZ - Əgər səhhətiniz gümrahdırsa, ixtiyarınızda olan bu gündə probleminiz olmayacaq. Yeni və böyük işlərə başlamaq üçün əlinizə fürsət düşəcək. Evinizə qonaq gələcəyi gözlənilir. TƏRƏZİ - Səmərəli vaxt yaşayacağınız ehtimal olunur. Xüsusən də sevgi münasibətlərində xoş duyğulara sahib olacaqsınız. Sizə kömək etmək istəyənlərə qarşı şübhələrinizi aradan qaldırın. ƏQRƏB - Ötən yarımaylığı kifayət qədər gərgin şəraitdə başa vursanız da, bu gündən etibarən vəziyyət ürəyinizcə olacaq. Odur ki, nəticənin uğurlu olacağını nəzərə alıb təmkin göstərin. OXATAN - Maddi firavanlığa qovuşmaq haqqında düşünməkdənsə, iş prinsipində aktivliyinizi artırın. Saat 15-17 arası maraqlı hadisələrin şahidi olacaqsınız. Ailə üzvlərinizə qayğı göstərin. OĞLAQ - Zəhmətinizə qiymət verilmirsə, əbəs yerə enerji itirməyə dəyməz. Ulduzlar özünüzə yer tapa bilmədiyinizdən xəbər verir. Yaxşı olar ki, fəaliyyəti istirahətlə kompensasiya edəsiniz. SUTÖKƏN - Yeni əlaqələrdə kifayət qədər uğurlara nail olmaq üçün bir neçə şans qazanacaqsınız. Bu səbəbdən ünsiyyətdə olduğunuz adamlarla münasibətlərinizi dərinləşdirməyə çalışmalısınız. BALIQLAR - Hər mənada xoş ərəfədir. Keçmişin ağrı-acısını da xatırlamasanız, daha füsunkar olar. Günün ikinci yarısında təzə xəbərlərin, sevindirici hadisələrin şahidi və iştirakçısı olacaqsınız.
43,048
17.11.2008 09:40
Yaşam
UÇAN EVLƏR...
Putinin muzey təyyarəsi... Rusiyanın keçmiş prezidenti, indiki baş nazir Vladimir Putinin İl-96-300 PU təyyarəsini İngiltərənin Diamonite Aircraft Furnishirngs kompaniyası hazırlayıb. Bu təyyarə barədə sözügedən şirkət tərəfindən birbaşa məlumat almaq mümkün deyil, çünki dövlət sirri sayılır. Yalnız müxtəlif mənbələri araşdırıb, keçmiş prezidentin öz təyyarəsində nə kimi lükslərə sahib olduğunu öyrənmək mümkündür. İlk və ən özəl məlumat: təyyarənin salonu muzeyi xatırladır. O, ustalar tərəfindən hazırlanmış tarixi qravüralarla bəzədilib. İçəridəki mebellər isə Rusiya-Belçika ortaq istehsalıdır. Ona qədər Putin səfərlərini özündən əvvəlki prezident Boris Yeltsin uçduğu, dəyəri 300 milyon dollar olan təyyarə ilə gerçəkləşdirirdi. Amma bu təyyarənin salonunun Putinin istəyinə uyğun yeni dizaynı 40 milyon dollar təşkil etdi. Layner iki yataq, istirahət otağı, idman zalı, konfrans zalı və duş otağından ibarətdir. Necədir, əsl villanı xatırladırmı? Corc Buşun təyyarəsi uçan ağ saray olub Amma bu, heç də ən baha laynerlər sayılmır. Belə ki, məşhur milyarder Roman Abramoviçin Boeing 767-300 təyyarəsi 500 milyondan 1 milyard dollar arasında qiymətləndirilir. Təyyarənin salonu qırmızı və qoz ağacından hazırlanıb, qızılla bəzədilib, bütün lazımi təhlükəsizlik sistemi və əlaqələri ilə təchiz olunub. Salonun restavrasiya işləri İsveçrədə aparılıb. Deyilənə görə, keçmiş Çukotka qubernatoru layner seçərkən Amerika prezidentlərinin təyyarələrini dərindən incələyib, araşdırıb və onlarınkına bənzətməyə çalışıb. Abramoviçin təyyarəsini Con Kennedi, Corc Buşun təyyarələrinin sintezi də adlandırmaq mümkündür. Xatırladaq ki, sonuncunun təyyarəsi 1220 kvadratmetrlik sahəyə, 23 nəfərlik personal və 70-ə qədər sərnişin daşımaq gücünə malik olub. Bu, dünyadakı ən böyük prezident təyyarəsi sayılır. Salonda həmçinin mass-media nümayəndələri üçün xüsusi yer, konfrans zalı, iş kabinetləri və prezident, onun xanımı üçün istirahət otaqları da var. Tibbi mərkəz, qaçış trenajoru, 19 televizor, 85 telefon aparat, hər biri 50 nəfərə qulluq etmək gücündə olan iki mətbəx, bütün hücumlardan qoruna biləcək elektromaqnit müdafiəsini də bu lükslərin içinə aid etmək olar. Buşun və Kennedinin təyyarələri 90-cı illərin qiymətinə görə 650 milyon dollar dəyərində ölçülürdü. Ən bahalı təyyarə Dünyanın birinci şəxsləri arasındakı ən bahalı təyyarə Bruney sultanı Hasanala Bolkiaxa məxsusdur. Əslində bu ölkə elə də böyük deyil, Malaziya ilə sərhəddə, Kalimantan sahillərində yerləşir. Amma sultanın sahibi olduğu Boinq təyyarəsi əsl saraydır ki, var. Sultan - planetdəki ən varlı adamlardan biri, eyni zamanda nadir avtomobillər kolleksioneridir. Ona görə də bu təyyarənin salonunda özünü bahalı bir limuzindəki kimi hiss edirsən. Ağacların bahalı növlərindən hazırlanmış əşyalar, yumşaq və əl işi olan xalçalar, eləcə də qızıldan hazırlanmış bütün santexnika əşyaları ilə bəzənmiş təyyarə sözün bütün mənalarında əsl sərvətdir. Ekspertlər deyir ki, sultanın təyyarəsi 1 milyard dollar dəyərindədir. Yuşşenkonun təyyarəsini xanımı bəzəyib Keçək slavyan ölkələrinə. Buradakıların təyyarəsi göydə uçsa da, qiymətləri “ceyran belində” qərarlaşıb. Məsələn, Ukrayna prezidenti Viktor Yuşşenko inanqurasiyasının birilliyini belə gözləmədən özünə 15 milyon dollar dəyərində bir təyyarə aldı. An-74TK-300VİP təyyarəsi 24 sərnişin daşıma gücünə malikdir, saatda 725 km sürətlə 5000 kilometr uça bilir. Təyyarənin dizaynı ilə bağlı özəl məsləhətləri isə prezidentin həyat yoldaşı Yekaterina Çumaçenko verib. Salonun interyerində parlaq rənglərdən istifadə olunub. Metallik hissələr isə 18 karatlıq qızıldan hazırlanıb. Prezident otağında açıq rəngli, dəridən kreslolar, audio və video aparatlar, habelə bar yerləşib. Bundan başqa, dövlət başçısının xüsusi mətbəx, sanuezil və təbii ki, iş kabineti var. Yuşşenkonun qonşusu Lukaşenko da bu məsələdə həmkarlarından geri qalan deyildi. O da Boeinq - 737 Business Jet-dən istifadə edir. Bu təyyarə də özünün yüksək səviyyəli komfortu, istisnasız səs izolyasiyası və digər funksiyaları ilə təkrarsızdır. Ekspertlərin bildirdiyinə görə, Boeinq - 737 Business Jet də 14 min kilometr məsafəyə (birdəfəlik yanacaqla) uça bilir. Təyyarəsi “büdrəyən”lər Amma dünya siyasətinin məşhurları arasında “ağzı təyyarədən yananlar” da az olmayıb. Götürək elə Böyük Britaniyanın baş naziri Toni Bleyri. Cənab Bleyrin 36 yaşlı DC8-i bir dəfə möhkəm qəzaya uğradığı üçün onu dəyişdirmək qərarına gəldilər. Nəticədə isə baş nazir Airbus 319 Corporate Cet təyyarəsi əldə etdi. 29 sərnişindaşıma gücünə malik təyyarə kompüter, prinster, faks, ayaqlar üçün söykənəcəyi olan kreslo və komfortlu divanlarla bəzədilib. Təyyarə sarıdan əziyyət çəkən daha bir siyasətçi isə Qonduras prezidenti Rikkardo Maduro olub. Onun Cessna təyyarəsi qızı və həyat yoldaşını, habelə digər qonaqlarını daşıyarkən Karib dənizinə düşmüşdü. Sərnişinləri xilas etmək mümkün olsa da, prezident Maduro uzun müddət xəstəxanada müalicə olunmaq zorunda qalmışdı. Prezidentlə baş nazir təyyarəyə görə bir-birinin “külünü göyə sovurdu” Təyyarə deyib keçməyin. Bəzən prezidentlərin komfortlu, “düşmən çatladan uçan quşlar”ı ciddi siyasi qalmaqallara da səbəb olur. Məsələn, bunlardan biri Ukrayna prezidenti Viktor Yuşşenko ilə baş nazir Yuliya Timoşenko arasında yaşanmışdı. Belə ki, prezident baş nazirə məxsus təyyarəni icazəsiz götürərək, izahat vermədən bir səfərə yollanmışdı. Halbuki həmin ərəfədə Timoşenko da qaz problemini həll etmək üçün Moskvaya yola düşməliydi. Prezident administrasiyasında Yuşşenkonun təyyarəsində həlli mümkün olmayan qəza baş verdiyi söylənsə də, sonradan bunun fərqli səbəbi olduğu üzə çıxdı. Timoşenkonun blokunda Yuşşenkonu “qaz danışıqlarını” pozmaqda ittiham etdilər. Və beləcə narıncı inqilabın yaradıcıları arasında ilk dartışma da bundan yarandı. Polşanın baş naziri Donald Tuskla prezident Lex Kaçinski arasında da bənzər problem yaranmışdı. Nəticədə isə baş nazirlik dəftərxanası prezidentə Brüsseldəki sammitə qatılma qadağası qoymuşdu. Bu qadağaya səbəb prezidentin bir neçə dəfə şəxsi məqsədləri, şəxsi səyahətləri üçün bu təyyarədən sui-istifadə etməsi idi. Son söz: Prezidentlərin maraqlı uçuş tarixçələri bundan ibarətdir. Neçəlik təyyarədə uçursa-uçsun, göylər bütün dövlətlərin başçılarına eyni qonaqpərvərliyi göstərir. Əsas məsələ ayağını yerə bərk və sağlam basa bilməkdir. Bax belə...
43,050
18.11.2008 07:32
Astrologiya
ULDUZ FALI
QOÇ - Olduqca məhsuldar gündür. Üzərinizə düşən çoxsaylı vəzifələrdən qorxmayın. Əksinə, əzmkarlığınızı artırmaqla nəzərdə tutduğunuz işlərin həllini sürətləndirin. Səfərə çıxmayın. BUĞA - Son vaxtlar Göy qübbəsi əsəblərinizin qaydasında olmadığını göstərir. Bunu nəzərə alıb sakit bir guşəyə çəkilin. Ulduzlar bunun üçün şəxsi büdcənizi də artırmağa hazırdır. ƏKİZLƏR - Riskli hərəkətlərə yol verməyin. Maksimum neytrallıq nümayiş etdirin. Hər dedi-qoduya tələsik reaksiya verməyin. Saat 11-14 arası müqəddəs ziyarətgahlardan birinə baş çəkin. XƏRÇƏNG - Astroloji göstəricilər yalnız əyləncələr üçün münasib vaxt olduğunu bəyan edir. Odur ki, fəaliyyətə ara verib, gəzinti və səfərlərə çıxmağa səy göstərin. Yalan vəd verməyin. ŞİR - Saat 01:09-dan mənfi enerjili Ay bürcünüzə girdiyi üçün ilk növbədə səhhətinizə fikir verin. Ağır iş görmək, piyada çox gəzmək sizə zərərdir. Çalışın ki, ürəyinizin səsinə qulaq asasınız. QIZ - Olduqca düşərli gündür. Rastlaşdığınız hər bir hadisə ürəyinizcə olacaq. Hər kəslə xoş ünsiyyət qurmağa çalışın. Axşama yaxın gözləmədiyiniz yerdən sevindirici xəbərlər eşidə bilərsiniz. TƏRƏZİ - Bir qədər mübahisəli gün yaşamalı olacaqsınız. Yaxınlarınızla, həmçinin ailə üzvlərinizlə mülayim davranış nümayiş etdirin. Axşamı bütünlüklə gəzinti və qonaqlıqlara həsr edin. ƏQRƏB - Sağlıq durumunuzu nəzarətdə saxlaya bilsəniz, digər məsələlərdə elə bir çətinliyiniz olmayacaq. Əməkdaşlıq istiqamətində ürəkaçan gedişlər mümkündür. Büdcənizdə irəliləyiş də gözlənilir. OXATAN - İxtiyarınızda olan bu təqvimin naharaqədərki dövrü gərgin tərzdə davam edəcək. Sonrakı saatlarda ikitərəfli sövdələşmə üçün səmərəli olacaq. Qida rejiminə diqqət yetirin. Qazancınız da olacaq. OĞLAQ - Bütün işlərinizi saat 15-ə qədər yekunlaşdırmağa çalışın. Belə ki, ideyalarınızı həyata keçirmək üçün sonrakı ərəfə sərfəli deyil. Əksinə, mübahisəli hallar baş verə bilər. SUTÖKƏN - Əvvəlki bürclərlə müqayisədə bu təqvimdə sizin büdcənizdə daha çox artım gözlənilir. Odur ki, gəlir gözlənilən bütün obyektlərə baş çəkin. Yeni təkliflər də gözlənilir. BALIQLAR - Göstəricilərə inansaq, bu gecə narahat yatmısınız. Odur ki, gün ərzində ümumi süstlük sizi tərk etməyəcək. Bu amili nəzərə alıb yaxşıca dincəlin. Dostların əhatəsində olmağa çalışın.
43,051
18.11.2008 07:59
Gündəm
MÜĞƏNNİ RÖYA HƏBS EDİLƏ BİLƏR
Xatırladaq ki, adıçəkilən məhkəmədə səslənən ittiham aktına görə, narkodəstəyə Bakı şəhərinin sabiq prokuroru Ədalət Mirsalamlının oğlu Mahir Mirsalamlı ilə Əzizbəyov rayonunun keçmiş prokuroru Rəşid Həsənovun (Ali Məhkəmənin keçmiş sədri Südabə Həsənovanın qardaşı-red.) oğlu Yalçın Həsənov və xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov rəhbərlik ediblər. Onlar ölkəyə xaricdən narkotik maddə sayılan bahalı ekstazi həbləri gətirib satmaqda suçlanır.Sonuncu məhkəmə prosesində Y.Həsənov MTN-də aparılan istintaq zamanı müstəntiqlərin onu şantaj etməsindən danışmışdı. O demişdi ki, telefonundan müğənni Röyanın nömrəsi çıxdığından sənətçi xanımı da istintaqa çağıraraq dindirmək istəyiblər. Lakin o, verilən bütün saxta sənədlərə qol çəkməyə razılaşandan sonra Röyanı MTN-ə çağırmayıblar. Röyanın prodüserinin qəzetimizə açıqlamasında da bu əlaqəni təsdiqləyən maraqlı məqam var. Prodüserin dediyinə görə, Röya ilə Yalçın həqiqətən də dost-tanış olublar.Əslində ekstazi işi ilə bağlı Röyadan əvvəl də bir neçə sənətçinin adı hallanıb. Bu sırada müğənnilər Brilliant Dadaşova və Aygün Kazımova da var. Təbii ki, onlar bu işə bilavasitə yox, dolayısı ilə aiddir. Belə ki, vaxtilə məhz onların yanında çalışan bir neçə musiqiçinin adı bu məşhur işdə keçir.Röya ilə bağlı məsələ isə fərqlidir. Məsələn, o, özü də etiraf edir ki, narkobandanın başçısı Yalçın Həsənovla çox yaxın münasibətləri olub. Bu, məsələnin bir tərəfidir.Məsələnin digər tərəfi odur ki, Röya Azərbaycanın tanınmış iş adamlarından olan “Çudo peçka” mağazalar şəbəkəsinin sahibi Çingiz Cəlilovun oğlu Anarla rəsmi nikah bağlayıb. Cütlük avqustda “Sarı gəlin” restoranında möhtəşəm toy şənliyi də düzənləyib. Röyanın bütün qohumları bu toyda iştirak etsə də bəy tərəfdən məclisə heç kim gəlməyib. Hələ o vaxt qəzetlər yazırdı ki, Anarın valideynləri övladlarının açıq-saçıq geyinən hansısa müğənni ilə ailə qurmasının qəti əleyhinə imiş və bunu özlərinə yaraşdırmırmış. Cəlilovlar ailəsini qəzəbləndirən həm də o imiş ki, Röya Anarın keçmiş ailəsini dağıdıb. Məsələnin incə tərəfi odur ki, Anarı valideynlərinin, ailəsinin yanına qayıtmağa qoymayan yeganə qüvvə də elə Röyadır.İndi isə Anarı Röyadan alıb geri - öz ailəsinə qaytarmaq üçün çox gözəl şans yaranıb. Əlimizə çatan xəbərlərə görə, bu fürsət hazırda bütün detalları ilə dəyərləndirilməkdədir. Söhbət ondan gedir ki, Çingiz Cəlilov Röyanı ekstazi işi çərçivəsində bir neçə müddətə məhbəsə atdırmaq niyyətinə düşüb, yaxud ən azı belə bir ehtimal var. Hadisələrin məhz bu yöndə cərəyan edəcəyi deyilir və həmin fikirlər belə əsaslandırılır ki, bu iş adamının “əlləri çox uzundur”. Bir qədər əvvəl onun digər oğlu Teymur Cəlilov Bakının mərkəzində, “Neftçilər” prospektində bir piyadanı idarə etdiyi “BMV” markalı maşınla vurmuş, cəsəd zərbədən üç yerə bölünmüşdü. Amma Teymur üçcə gün də olsa məhbəsdə yatmadı. Çox böyük ehtimalla bu “uzun əllər” Röyanı da türməyə saldıra bilər. Axı hətta arxa-dayağı çox böyük şəxslərə bağlı adamların övladları da məhz ekstazi işinə görə həbsxanadadır. Röyanın isə bir arxası ola bilərdi. O da məhz Çingiz Cəlilov. O isə Röyaya az qala qan düşməni, ailəsinin bir nömrəli bədxahı kimi baxır.Mövzuya qayıdacağıq. Qarşı tərəflərin də fikirlərini dərc etməyə hazırıq.
43,052
18.11.2008 07:40
Ölkə
PROKUROR ÖVLADLARINI MTN-də DÖYÜBLƏR?
“Həyətdə mənə 7-8 nəfər tanımadığım şəxslər hücum etdi. Onlar məni döyürdülər. Bunu qonşularımız da gördü. Başıma ”meşok" keçirib MTN-in istintaq təcridxanasına apardılar. Orada da məni döydülər. Bu yolla məndən istədikləri ifadələri aldılar". Yalçın Həsənov isə həbs olunarkən ona bir yumruq zərbəsi vurulduğunu, bundan başqa fiziki təzyiqə məruz qalmadığını məhkəmənin diqqətinə çatdırmaqla yanaşı, MTN-də psixoloji təzyiqlə üzləşdiyini söyləyib. Dünən bu məsələyə Milli Təhlükəsizlik Nazirliyinin ictimaiyyətlə əlaqələr mərkəzinin rəhbəri Arif Babayev münasibət bildirərkən qeyd edib ki, belə bir hal baş verməyib: “Hazırda iş üzrə məhkəmə prosesi gedir. Ona görə də bu məsələyə münasibət bildirmək istəmirik. Bununla yanaşı, qeyd edim ki, təqsirləndirilən şəxslərin məhkəmədə dedikləri cəfəngiyyatdır”. Ümumiyyətlə təqsirləndirilən, saxlanılan şəxslərə psixoloji, fiziki təzyiq göstərilməsi yolveriləndirmi? Bu sualla müraciət etdiyimiz vəkil Əlaif Həsənov işgəncələrin qanunla yolverilməz olduğunu bildirdi: Cinayət Prosessual Qanunvericilikdə sübutların qiymətləndirilməsi bölümü var. Orada açıq-aydın göstərilir ki, sübutlar qeyri-qanuni yolla əldə edilibsə, ittihamın əsası kimi götürülə bilməz. Ümumiyyətlə, Cinayət Prosessual Məcəllənin tələbinə görə, təqsirləndirilən şəxslərə fiziki, psixoloji işgəncə verilməsi yolverilməzdir. Amma elə Ədalət Mirsalamlı Bakı şəhər prokuroru olan vaxtda Nərimanov Rayon Polis İdarəsində hüquqlarını müdafiə etdiyim bir şəxsə işgəncə verilmişdi. Hazırda həmin şəxsin şikayəti Ali Məhkəmədə baxılmaq ərəfəsindədir. Bu yaxınlarda Göyçay rayon Məhkəməsində digər bir müvəkkilimin işi üzrə proses keçirilirdi. Təqsirləndirilən məhkəmədə bildirdi ki, ona istintaq dövründə işgəncə verilib. Vəsatət qaldırıb müvəkkilimə işgəncə verilib-verilməməsini yoxlamaq üçün tibbi ekspertiza təyin olunmasını tələb etdik. Məhkəmə vəsatəti təmin etdi və müvəkkilim müayinədən keçirilərək bədənində işgəncə izlərinin olduğuna dair rəy verildi. Amma məhkəmə belə nəticəyə gəldi ki, həmin xəsarətləri müvəkkilimə polis şöbəsində yetirməyiblər. Demək istəyirəm ki, Azərbaycanda işgəncə faktları olub, bu gün də var. Avropa Konvensiyasının 6-cı maddəsinin şərhində qeyd olunur ki, vətəndaş polisə çağırılandan sonra ona işgəncə verilməsi ilə bağlı dövlət orqanlarına müraciət edirsə, onun şikayəti əsas götürülür. Yəni tibbi ekspertiza vətəndaşın işgəncəyə məruz qalmasını təsdiqləyirsə, vətəndaşın polis şöbəsində işgəncəyə məruz qalması isbatlanır. Azərbaycanda isə vətəndaşın bədəni üzərində işgəncə izlərinin olmasını sübut etsək belə, məhkəmələr müvafiq qərarlar çıxarmaqdan yayınırlar.
43,053
18.11.2008 07:42
Siyasət
MÜSAVAT DİVANININ TOPLANTISI OLUB
Divan bu yaxınlarda Bakıda keçirilmiş Enerji Sammitinə münasibət bildirib. Qeyd olunub ki, neft və qaz boru kəmərləri təkcə iqtisadi deyil, eyni zamanda ciddi strateji siyasi əhəmiyyətə malikdir. Odur ki, bu sammitdə “Nabukko”, Odessa-Brodı və digər neft və qaz kəmərləri layihələrinin dəstəklənməsi ölkəmizin həm iqtisadi maraqlarına cavab verən, həm də Azərbaycanın Avroatlantik məkana inteqrasiyasına xidmət edən addım kimi müsbət qiymətləndirilib.Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı “Madrid prinsipləri”nin mətbuatda dərc edilməsi və Moskva bəyannaməsindən sonra danışıqlar prosesində intensivlik müşahidə edilməsi haqqında ciddi fikir mübadiləsi aparılıb. Divan iqtidardan danışıqların indiki mərhələsi haqqında cəmiyyətə bitkin məlumat verməsini tələb edib və Müsavat deputat qrupuna həvalə edib ki, Xarici İşlər Nazirliyinin bu məsələ ilə bağlı Milli Məclisdə məlumat verməsi haqqında məsələ qaldırsın. Müxalifətin əməkdaşlıq perspektivləri və formaları haqqında fikir mübadiləsi aparılıb. Qərara alınıb ki, Divan bu yöndə səylərini davam etdirsin.Yığıncağın sonunda Divan həbsdə olan jurnalist Eynulla Fətullayevi beynəlxalq “PEN klub”a üzv seçilməsi münasibətilə təbrik edib.
43,055
18.11.2008 08:02
Gündəm
RAMİL SƏFƏROV AZƏRBAYCANA EKSTRADİSİYA OLUNA BİLƏR
Kinq Qents Ramil Səfərovun Azərbaycana verilməsi barədə məsələ qaldırılsa, onun Macarıstanda ciddi şəkildə müzakirə olunacağını vurğulayıb. Xarici işlər naziri qeyd edib ki, Səfərov vətəninə qaytarılsa, onun cəzasını çəkməkdə davam edib etməyəcəyi ilə bağlı ciddi şübhələr mövcuddur.
43,056
18.11.2008 08:02
Media
“MEDİA SAHƏSİNDƏ PLÜRALİZM OLMALIDIR”
O, Avropada belə bir təcrübə varmı" sualını belə cavablandırıb: “Belə bir Avropa standartı yoxdur ki, əcnəbinin radiostansiya açmasına və tezlik əldə etməsinə mane olsun. Bizim mövqeyimiz budur ki, media sahəsində plüralizmin olması vacibdir. Bu, azad mətbuat tarixi qısa olan ölkələrdə daha mühümdür. Belə bir vəziyyətdə medianın fəaliyyətini məhdudlaşdıran qərarın qəbul edilməsinin mənfi nəticəsi ola bilər".
43,057
18.11.2008 07:03
Mədəniyyət
ZEYNƏB XANLAROVANIN ANSAMBLINDA QALMAQAL
A.İsrafilov onu da deyib ki, bu addımı atmasının başqa səbəbləri də var: “Mən bu problemlərin nədən ibarət olduğunu açıqlamayacağm. Sadəcə, onu bildirirəm ki, artıq o ansamblda çalışmıram. Problemlərin nədən ibarət olduğunu ansamblın üzvlərindən soruşsanız, deyərlər. Ansambldan ayrılmağımın əsl səbəbini heç həyat yoldaşım da bilmir. Sadəcə, mənim düzgünlük olmayan yerdə işləməyim mümkün deyil”.Qarmon ustasının sözlərinə görə, hazırda ansamblda onun yerinə kimin çalışdığı ilə maraqlanmayıb: “Mənim yerimə kimin gəlməsi ilə maraqlanmıram. Əsas odur ki, mən getmişəm. Qalan məsələlər məni maraqlandırmır”.
43,058
18.11.2008 08:04
Ölkə
BAKIYA QAR YAĞACAQMI?
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Quba ərazi Hidrometeorologiya İdarəsi yaydığı məlumatda bildirib ki, rayonun Xaltan, Xınalıq və Qırız kəndlərində qar daha intensiv xarakter alıb və -6-7 dərəcə şaxta qeydə alınıb. Həmin vaxt Azərbaycanın dağlıq və dağətəyi rayonlarında yağan yağışları sulu qar əvəz edib. Bəs görəsən, uşaqların sevimlisi olan qar Bakıya nə vaxt yağacaq? ETSN-in Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi İmran Məmmədovun bildirdiyinə görə, yaxın günlərdə havanın kəskin soyuması və qar gözlənilmir: “Noyabrın 7,8,9-da Bakıda da havalar soyudu. Lakin hazırda Azərbaycanın bölgələrində, həmçinin Bakıda hələlik kəskin dəyişikliklər gözlənilmir. Məsələn, sabah (bu gün) Bakıda hava mülayim keçəcək, gündüz saatlarında cənub-qərb küləyi əsəcək. Hələ ki havaların qeyri-sabit şəraitə keçəcəyi gözlənilmir”.
43,059
18.11.2008 07:10
Gündəm
SAAKAŞVİLİDƏN AZƏRBAYCANLA BAĞLI SENSASİON AÇIQLAMA
Onun sözlərinə əsasən, Rusiya Azərbaycan üzərinə nəhəng təzyiqlər edərək, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün öz sülhməramlı qüvvələrini bu ölkədə yerləşdirmək istəyir. Xəbərdə deyilir ki, Rusiya-Gürcüstan münaqişəsindən sonra Moskva kəskin şəkildə özünün Azərbaycan-Ermənistan münaqişəsindəki vasitəçilik səylərini gücləndirib. Ekspertlərin fikrincə, Moskvada Azərbaycan-Ermənistan-Rusiya prezidentlərinin görüşünü belə cidd-cəhdlə təşkil etməklə, Kreml hazırda yaranmış vəziyyətdən maksimum xeyir götürmək istəyir. “Le Fiqaro”ya müsahibədə Gürcüstan prezidenti Saakaşvili avqust müharibəsinə aid bir sıra maraqlı iddialarla çıxış edib. Onun sözlərinə görə, hələ 2006-cı ildə Rusiya prezidenti Putin ona Cənubi Osetiya və Abxaziyada Şimali Kipr stilində hərbi işğal variantına dəstək verdiyini söyləmişdi. M.Saakaşvili deyib ki, hazırda Rusiyanın Avropa ilə münasibətlərinin gələcəyi Tiflisdə həll olunur: “Ərazi bütövlüyü məsələsində güzəştlər pis ideyadır. Çünki ruslar bunu zəiflik əlaməti kimi görəcəklər”. Onun sözlərinə görə, hazırda Rusiya iqtisadi və siyasi cəhətdən zəifdir. Rusiyanın təzyiqlərinə qarşı isə “demokratiya və açıqlıqla” mübarizə aparmaq lazımdır. Mixail Saakaşvili, məğlubiyyətə baxmayaraq, 7 avqustda Cənubi Osetiyaya hücum etmək qərarına təəssüf etmədiyini vurğulayıb.Xatırladaq ki, Saakaşvili son günlər iki dəfə Bakıda olub. Rusiyanın hərbi müdaxiləsindən sonra ilk dəfə Azərbaycan prezidenti, özünün yaxın dostu saydığı İlham Əliyevlə onun andiçmə mərasimində görüşüb. Ötən həftə isə Saakaşvili enerji sammitində iştirak etmək üçün Bakıda olub. Bu səbəbdən onun Rusiyanın Azərbaycana etdiyi təzyiqlər haqda onun birinci mənbədən aldığı informasiyalara əsasən danışdığı ehtimal olunur. Son vaxtlar Rusiyanın Azərbaycan üzərinə güclü təzyiqlər etdiyi haqda Bakıdakı Qərb diplomatik çevrələri də bildirib. Məlumatlara görə, Rusiya Qarabağda özünün çoxminli hərbi qüvvələrini yerləşdirmək planları qurub.
43,060
18.11.2008 07:13
Gündəm
BAKI SAMMİTİNİN YENİ DETALLARI ÜZƏ ÇIXIR
Diplomatik mənbələrdən bunu qəzetə belə izah ediblər ki, Azərbaycan rəhbərliyi Moskvanın Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlarda göstərdiyi təzyiqlərə görə sammitdə Rusiyanı qıcıqlandıracaq qərarların qəbulunu istəmir. Bu baxımdan sammitin yekun bəyannaməsinin mətni ümumi məzmunlu ifadələrlə hazırlanıb. Beləliklə, sammitin işinin pozulması riski yaranıb, nəticədə rəsmi Bakı sənədin təcili qaydada yenidən işlənməsinə razılıq verib.Qəzet yazır ki, Bakı sammitinin yekun bəyannaməsi ümumi xarakterlidir, orada konkret olaraq ancaq Odessa-Brodı neft kəməri ilə bağlı məsələ əksini tapıb. Belə ki, Azərbaycan tərəfi bu kəmərlə artıq indidən neft nəql etməyə hazırdır. Lakin qapalı danışıqlar zamanı Ukrayna prezidenti Viktor Yuşşenkonun nəzərinə çatdırılıb ki, o, əvvəlki sammitdə üzərinə götürdüyü öhdəliyi - Odessa-Brodı kəmərinin axın istiqamətinin dəyişdirilməsini hələ də həyata keçirməyib. Bu üzdən Azərbaycan tərəfi kəmərlə nə qədər neft nəql edə biləcəyi haqda dəqiq proqnozlar verə bilmir. Yuşşenko isə sammit iştirakçılarını əmin edib ki, vədini yerinə yetirəcək. O, Odessa-Brodı kəmərinin Azərbaycan neftini nəql etmək üçün hələ də hazır olmamasını baş nazir Yuliya Timoşenkonun mövqeyi ilə izah edib. Yuşşenko bildirib ki, baş nazir siyasi maraqları naminə Ukraynanın neftlə təchizatının diversifikasiyasında maraqlı deyil və bu məsələdə Rusiyadan asılılığın qalmasına çalışır. Yuşşenko bunun hökumətin deyil, şəxsən baş nazirin mövqeyi olduğunu deyib və işarə edib ki, Timoşenko Rusiya hakimiyyəti ilə anlaşıb. Ukrayna prezidenti bildirib ki, gələn ilin ikinci kvartalında Odessa-Brodı kəməri Azərbaycan neftini nəql etmək üçün hazır olacaq, ancaq o zaman ölkədə başqa hökumət fəaliyyət göstərəcək. Bununla da Yuşşenko gələn il Timoşenkodan yaxa qurtarmağa çalışacağına işarə edib.Xəbər verildiyi kimi, sammitdə aşağı rütbəli nümayəndələrlə iştirak edən Qazaxıstan və Türkmənistan yekun bəyannaməni imzalamayıblar. Lakin bu ölkələr yeni Qərb-Şərq enerji dəhlizində iştirak etməkdə maraqlı olduğunu nümayiş etdiriblər. Bunu Qazaxıstanın öz neftini Bakı-Tiflis-Ceyhan kəməri ilə nəql etmək barədə sammit zamanı Azərbaycan tərəfi ilə saziş imzalaması da təsdiq edir. Ukrayna mətbuatı isə yazır ki, sammit zamanı Azərbaycan prezidenti İlham Əliyevin neftin nəqli üçün bir neçə alternativ marşrutun yaradılmasında maraqlı olduğunu nümayiş etdirib. Yəni o işarə edib ki, Odessa-Brodı kəməri Azərbaycanın üstünlük verdiyi yeganə alternativ marşrut deyil.
43,061
18.11.2008 07:13
Gündəm
“LABA” İLƏ VASİF TALIBOVUN DÜŞMƏNÇİLİYİ NECƏ BAŞLAYIB?
Xatırladaq ki, Səfər Pənahov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun əmri ilə həbs edilmişdi. Bəs görəsən, Pənahovla Talıbovu düşmən edən nədir, hansı bölünməzlərdir? Səfər Pənahov niyə həbs edilmişdi?Oxucuya aydın olsun deyə bu düşmənçiliyin tarixinə qayıtmaq istərdik. *** Naxçıvanla Türkiyə arasında “Ümid körpüsü” açılandan sonra gənc Mübariz Pənahov Sədərək gömrük-keçid məntəqəsində sıravi inspektor vəzifəsinə işə düzəlir. 1993-cü ildə Heydər Əliyev Bakıya dəvət edilərkən onu müşayiət edən mühafizəçilər arasında Mübariz də var idi. Həmin ilin oktyabrında Əliyev prezident seçiləndən sonra bəxt 30 yaşlı Mübarizin də üzünə gülür - ona yaxşılıq edənləri heç vaxt unutmayan Heydər Əliyev Pənahovu Sədərək gömrük-keçid məntəqəsinə rəis təyin edir.Amma Pənahovun rəis təyin edilməsi çox pis vaxta təsadüf etmişdi. Naxçıvan blokadada idi, işsizlik, aclıq baş alıb gedirdi. “Ümid körpüsü” sözün həqiqi mənasında naxçıvanlıların son ümid yeri idi. Həmin vaxt Naxçıvan insanı bu körpüdən keçib Türkiyəyə nə desən daşıyırdı - meyvə-tərəvəz, pendir, elektrik cihazları və s.Lakin bunlar neft və neft məhsulları ilə müqayisədə çox cüzi məbləğə gedən xırda şeylər idi. Həmin vaxt kim necə bacarırdısa elə də edirdi - minik maşınlarına xüsusi çənlər quraşdırılır, “Jiquli” və “Moskviç”lər tez bir zamanda benzindaşıyan maşınlara çevrilir və rəsmi Bakıdan İran vasitəsilə Naxçıvana ötürülən yanacaq Türkiyəyə daşınır, nəticədə geriyə milyonlarla dollar gəlirdi. Məlumatlı mənbənin dediyinə görə, təkcə Pənahovun özünün həmin vaxt benzin və dizel yanacağı daşıyan yüzlərlə “QAZel”i olub.“Mübariz acgöz inhisarçı deyildi. O, hamıya, bütün adamlara şərait yaradırdı ki, onlar da İqdıra yanacaq keçirə, dolana bilsinlər”- deyə onu tanıyanlar bildirir.Pənahov isə sel kimi axıb gələn milyonları, necə deyərlər, yastıq altına yığmır. Tezliklə İstanbulda trikotaj fabriki alır. Antalyada hotel biznesinə girişir. Almaniyada restoran, Portuqaliyada torpaq sahəsi alır. Bakının ən möhtəşəm restoranlarından olan “Flaminqo”nu inşa etdirir. Amma “Laba” təkcə bunlarla da kifayətlənmir. Ona məsləhət görürlər ki, yaxşı oğlandır, əliaçıqdır, kasıb-kusubu incitmir. Amma bir cüzi eybi var - ali təhsili yoxdur. Pənahov bircə ilin içində bu problemin də öhdəsindən gəlir. Əvvəlcə Mahaçqala Dövlət, sonra isə Bakı Dövlət universitetlərinin hüquq fakültələrinin diplomlarına sahib olur.Həmin vaxt Naxçıvanda “Laba” ilə eyni vaxtda Vasif Talıbovun da mövqeləri möhkəmlənir. Faktiki olaraq bütün Naxçıvana sahiblənən Talıbov muxtar respublikanın bircə ən gəlirli nöqtəsinə - Sədərək gömrük-keçid məntəqəsinə nəzarət edə bilmir. Talıbovla Pənahov arasında məhz bu məntəqə uğrunda MÜBARİZƏ kəskinləşir və nəticədə 1999-cu ilin avqustunda Mübariz qiyam qaldırır. İki gün ərzində Şərur və Sədərək rayonlarında hakimiyyət onun əlinə keçir.Və bu qiyam “Laba”ya baha başa gəlir. Başqa cür ola da bilməzdi. Heydər Əliyev mərkəzi hakimiyyətə qarşı itaətsizlik edənləri bağışlamırdı. Bağışlamadı da. Pənahov tezliklə işdən azad edildi. Amma özünün, yaxın ətrafının, ən başlıcası isə var-dövlətinin toxunulmazlığına təminat aldı. *** 2003-cü ildə Heydər Əliyev vəfat edəndən sonra Pənahovun başı üzərində qara buludlar peyda olmağa başlayır. Həmyerlisi olan digər oliqarx Hüseyn Abdullayev kimi o da millət vəkili seçilib rəsmi toxunulmazlıq əldə etmək istəyir. Amma alınmır. Pənahovun artıq siyasi dayaqlarını da itirdiyini görən Talıbov ona hücuma keçir. “Xan” son iki ildə Pənahovun Naxçıvandakı bütün obyektlərini ələ keçirir. Bakıdakı “Flaminqo” restoranı da onun əlindən alınır. Qardaşı Səfər Pənahov həbs edilir. İstanbul və Antalyadakı obyektlərini satmağa məcbur olur, çünki gözəl bilir ki, Talıbovun əli çox uzundur, hətta Türkiyəyə də çatır.Deyilənə görə, həmin vaxt Talıbov siyasi hakimiyyəti inandırıb ki, Pənahovun Rəsul Quliyevlə sıcaq əlaqələri var. Amma deyəsən, hər şey əksinədir axı. Görünür, bu dəfə “Laba” qabağa düşüb. Və hamını inandırıb. Üstəlik “xan”a çatası 30 milyon dolları da ona verməyib. Bu mübarizədə uduzan isə təbii ki “xan” oldu. 30 milyon az pul deyil...
43,062
18.11.2008 07:13
Gündəm
SƏRKİSYAN ONU TƏNQİD EDƏNLƏRƏ QƏZƏBLƏNDİ
Ərdoğanın fikrincə, Moskvada Rusiya, Ermənistan və Azərbaycan prezidentləri arasında aparılmış danışıqlar problemin həlli istiqamətində atılan mühüm addım olub. “Biz prezidentlərin növbəti görüşünün Türkiyədə keçirilməsini təklif etmişik”, - deyə Ərdoğan bildirib.Xəbər verildiyi kimi, Azərbaycan və Ermənistan prezidentlərinin Türkiyədə görüşə biləcəyi haqda xəbərlər hələ prezident İlham Əliyevin Ankaraya səfəri zamanı yayılıb. Həmin səfər zamanı Türkiyə hökumətindəki mənbələr xəbər vermişdilər ki, prezident Abdullah Gül üçtərəfli görüşün keçirilməsini təklif edib. Azərbaycanın dövlət başçısı bu təkliflə razılaşıb, Ermənistanın razılığını almaq üçün isə İrəvanla təmaslar qurulacaq. Lakin erməni tərəfi bildirir ki, belə görüş haqda onlara təklif daxil olmayıb. Xarici işlər naziri Edvard Nalbəndyan dünən İrəvanda Macarıstan xarici işlər naziri ilə birgə keçirdiyi brifinq zamanı deyib ki, Türkiyə tərəfi təşəbbüs barədə onları məlumatlandırmayıb: “Belə təklif edilməyib. Ona görə də təklifi görmədən nəsə şərh vermək düzgün deyil”.Bununla belə, artıq məlumdur ki, Ermənistan xarici işlər naziri Edvard Nalbəndyan noyabrın 24-də Türkiyəyə səfər edəcək. Bu, Ermənistan xarici şlər nazirinin Türkiyəyə ilk rəsmi səfəridir. Daha sonra Türkiyə xarici işlər naziri Əli Babacanın Bakıya səfər edəcəyi gözlənilir. Çox güman ki, Ankarada prezidentlər arasında üçtərəfli görüş ideyası haqda Nalbəndyanın səfəri zamanı müzakirələr aparılacaq, bu görüşün gündəmi ilə bağlı danışıqlar olacaq. Bu səfərlər Türkiyənin hazırda Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Rusiya ilə eyni vaxtda fəal rol oynadığını təsdiq edir. Ermənistan prezidenti Serj Sərkisyanın Türkiyənin təklifini qəbul edəcəyi gözlənilir, o deyib ki, azərbaycanlı həmkarı ilə istənilən yeni görüşə hazırdır və belə görüşləri dəstəkləyir.Bu arada Sərkisyan dünən İrəvanda Minsk Qrupunun həmsədrlərini qəbul edib. Ermənistan prezidentinin mətbuat xidmətindən verilən məlumata görə, tərəflər danışıqların indiki mərhələsi ətrafında müzakirələr aparıblar. Həmsədrlər Bakıda apardığı danışıqlar haqda Sərkisyanı məlumatlandırıb. Xəbər verildiyi kimi, regiona səfərlərini noyabrın 13-də Bakıdan başlayan həmsədrlər ötən həftə İrəvana gedərək xarici işlər naziri E.Nalbəndyanla görüşüblər. Daha sonra onlar Xankəndinə yollanıblar və separatçı rejiminin rəhbəri ilə danışıqlar aparıblar. Həmsədrlərin Xankəndindən İrəvana yola düşməsindən az sonra Ermənistan prezidenti Serj Sərkisyan Dağlıq Qarabağa səfər edib. “Novosti-Armeniya” agentliyinin xəbərinə görə, Sarkisyan səfər zamanı cəbhə xəttində də olub, hərbçilərin yaşayış şəraiti və xidməti ilə maraqlanıb. Daha sonra Ermənistan prezidenti Azərbaycan ərazisinə icazəsiz səfəri zamanı arxeoloji qazıntılar aparılan “Artsax Tiqranakerti” adlanan ərazidə də olub və qazıntı işləri ilə maraqlanıb. Sərkisyanın Qarabağ separatçılarının rəhbəri Bako Saakyanla görüşü zamanı danışıqlar prosesinin gedişi haqda müzakirələr apardığı da bildirilir.İrəvanda jurnalistlərlə söhbətində rusiyalı həmsədr Yuri Merzlyakov məlumat verib ki, onlar prezidentlərin növbəti görüşünün nə vaxt və harada baş tutacağını bilmirlər. Lakin xarici işlər nazirləri arasında görüşün yeri və vaxtı artıq məlumdur. Bu görüş dekabrın əvvəllərində Helsinkidə ATƏT xarici işlər nazirlərinin illik toplantısı zamanı baş tutacaq. Merzlyakov həmsədrlərin yüksək səviyyədə görüşləri intensivləşdirəcəyini də deyib: “Hələlik prezidentlərin növbəti görüşünün vaxtını göstərmək mürəkkəb məsələdir, lakin görüş hökmən olacaq, baxmayaraq ki, prosesə tormozlayıcı təsir göstərən bəzi arzuolunmaz məqamlar ortaya çıxa bilər”. Rusiylı diplomat əlavə edib ki, belə təsirləri nəzərə almamaq mümkün deyil, çünki onlar diqqəti yayındırır və həmsədrlər bundan qaçmağa çalışır.Ermənistan İctimai Televiziyası isə bazar günü axşam prezident S.Sərkisyanın Qarabağ danışıqlarının gedişinə həsr edimiş geniş müsahibəsini yayımlayıb. Həmin müsahibədə Sərkisyan deyib ki, (“Novosti-Armeniya”) Moskva bəyannaməsinə imza atmaqla Azərbaycan münaqişənin güc yoluyla həllindən imtina edib və ancaq siyasi yolla həll variantını seçib. O, sənədin tənqidlərlə qarşılaşacağına əvvəlcədən şübhə etmədiyini də bildirib: “Ancaq Qarabağ məsələsi o zaman həll ediləcək ki, biz Dağlıq Qarabağ və Azərbaycan prezidentlərini problemin dinc yolla həllinə dair iradə nümayiş etdirdikləri üçün təbrik edək”. Sərkisyan əlavə edib ki, o, Dağlıq Qarabağın və onun “prezidentinin” danışıqlara qoşulmasına tərəfdardır və bunu ən effektiv yol sayır: “Lakin Moskva bəyənnaməsinin bu məsələyə aidiyyəti yoxdur. Çünki bu sənəd prezidentlərin problemi necə həll etmək barədə mövqelərini əks etdirir”. Ermənistan prezidenti Moskva bəyannaməsinin imzalanmasından sonra Fransaya və Belçikaya səfər etdiyini xatırladaraq belə deyib: “Əgər mənə Parisdə və ya Avropa Birliyinin strukturlarında təklif etsəydilər ki, münaqişənin dinc yolla həllinə üstünlük verdiyimiz haqda sənəd imzalayaq, mən deməliydim ki, gözləyin, mən Dağlıq Qarabağ nümayəndəsini də dəvət edim? Axı bu məntiqi deyil”.Sərkisyan onu da deyib ki, bəyannamədə münaqişənin beynəlxalq hüuq normaları çərçivəsində nizamlanmasına dair yer alan bəndin Azərbaycanın maraqlarına cavab verdiyi haqda fikirlər əsassızdır: “Aydındır ki, azərbaycanlılar bu məsələ ətrafında spekulyasiya edəcəklər. Bəs siz niyə edirsiniz? Bəyəm siz azərbaycanlıların suflyorlarısınız? Yaxud azərbaycanlıların spekulyasiyalarından həzz alırsınız? Başa düşmək lazımdır ki, bu, Sərkisyanın deyil, Qarabağın problemidir. Siz Serj Sərkisyanı sevə və ay sevməyə, ona hörmət edə və ay etməyə bilərsiniz. Siz hər məsələni tənqid edə bilərsiniz, ancaq hamı başa düşməlidir ki, bu Qarabağın problemidir”.Ermənistan prezidenti onu da deyib ki, heç vaxt birtərəfli güzəştlərə getməyəcək. Sərkisyanın sözlərinə görə, Ermənistanda bəzi qüvvələr hələ də hesab edir ki, seçkilər başa çatmayıb, ona görə də rəsmi mövqeləri nəzərə almadan Azərbaycan və Türkiyə mətbuatında yazılanları təftiş edir, müxtəlif fərziyyələr irəli sürürlər: “Mən illər boyu demişəm ki, bu münaqişə ancaq Dağlıq Qarabağın öz müqəddəratını təyin etməsi halında mümkün ola bilər. Daha dəqiq deyirəm: Azərbaycan Dağlıq Qarabağın öz müqəddəratını təyin etmə hüququnu tanısa, Dağlıq Qarabağ Ermənistanla quru sərhədlərinə malik olsa, oranın əhalisi güclü təhlükəsizlik təminatı alsa, məsələ həll olunar. Bu formulirovka aydındır, yalnız ağıldan kəmlər burada ancaq güzəştlər görə bilər. Bizim məqsədimiz problemin həllidir, bu yolda biz öz döyüş yoldaşlarımızla və xalqımızla tam səmimi olacağıq”.
43,063
18.11.2008 07:17
Gündəm
PKK ORDU GENERALINA SUİ-QƏSD HAZIRLAYIR
Məlumata görə, sui-qəsd planı haqda xəbər alındıqdan sonra silahlı qüvvələrin Baş Qərargahı, Daxili İşlər Nazirliyi və Ankara valiliyi hərəkətə keçib. Məlum olub ki, sui-qəsdi həyata keçirəcək terrorçular A-4 plastik partlayıcıları ilə artıq Türkiyəyə daxil olub, onlar diqqətləri cəlb etməmək üçün ər-arvad, yaxud sevgililər rolunda hərəkət edəcəklər. Terror təşkilatı bununla öz üzvlərinə hələ də güclü olduğu barədə mesaj vermək və onların əhval-ruhiyyəsini yüksəltmək istəyir. Rəsmi dairələr bu xəbərə şərh verməyib.
43,064
18.11.2008 07:59
Gündəm
“MEYDAN HƏRƏKATI XALQIN TARİXİNDƏ ŞƏRƏFLİ SƏHİFƏLƏR YAZDI”
Müsavat Partiyasının başqanı İsa Qəmbər 1988-ci il noyabrın 17-də başlamış meydan hərəkatının xalqın tarixinə şərəfli səhifələr yazdığını qeyd edib. O, hərəkatın önündə milli istiqlal, ərazi bütövlüyü kimi məsələlərin həll edilməsinin durduğunu deyərək, istiqlal məsələsini həll etdiyini vurğulayıb. Müsavat lideri, buna baxmayaraq, ərazi bütövlüyü və demokratiya sahəsində problemlər yaşandığını nəzərə çatdırıb. Onun sözlərinə görə, bu hərəkat xalqa bir olanda istənilən problemi həlli etməyin mümkünlüyünü nümayiş etdirib. Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli 17 noyabrı Azərbaycan tarixinin mühüm məqamlarından biri adlandıraraq, bunu tələbələrin başladığını, amma həmin anda hansı mühüm addımı atdıqlarını tam dərk etmədiklərini bildirib. Ə.Kərimli xalqı meydana ölkənin ərazi bütövlüyünə olan təhlükənin, milli müstəqilliyin olmamasının, həmin dövrdəki ədalətsiz totalitar rejimə etirazın topladığını bildirib. O, bu mübarizə nəticəsində xalqın milli və dövləti müstəqilliyə nail olduğunu xüsusi vurğulayıb. AXCP lideri 90-cı illərin əvvəlində Qarabağ uğrunda döyüşlərdə könüllülərin işğal altındakı topraqların 40 faizə qədərini azad etdiklərini deyib. Sonradan keçmiş kommunistlərin “Yeni Azərbaycan” adı altında öz hakimiyyətlərini qurduqlarını deyən Ə.Kərimli həmin vaxtdan bu yana demokratiya və ərazi bütövlüyünün həlli sahəsindəki ciddi problemlərin qaldığını nəzərə çatdırıb. Ə.Kərimliyə görə, bu iki sahədə problemləri həll etmək üçün hərəkat davam etməli və probemləri aradan qaldırımalıdır.Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə bu tarixi xalqın həyatında dönüş nöqtəsi və tarixi zərurət adlandırıb. Onun fikrincə, bu hərəkatın baş verməsində ilahi iradə də olub və bunun nəticəsində xalq milli azadlığını əldə etməklə bütün milli-mənəvi dəyərlərini əsarət altından qurtardığı kimi, dinini də əsarətdən qurtarıb. A.Paşazadə bu hərəkatı milli azadlığın beşiyi adlandıraraq, qalan bütün uğurların həmin hərəkatın nəticəsində əldə olunduğunu vurğulayıb.
43,065
18.11.2008 08:09
Gündəm
LİVİYA SƏFİRLİYİ SİYAVUŞ NOVRUZOVUN CAVABINI VERDİ
Birincisi, cənab Novruzovun sözlərindən təəccüblənir və təəssüf edirik. Belə ki, parlamentin və Yeni Azərbaycan Partiyasının üzvünün iki İslam ölkəsini - biri Asiya qitəsində, digəri isə Afrika qitəsində yerləşən ölkələri bir- birindən ayıra bilməməsi onun dünya coğrafiyasını, Liviyanın harada yerləşdiyini yaxşı bilməməsinə dəlalət edir. İkincisi, neflə zəngin olan ölkə ilə başqa ölkəni dəyişik salan şəxs bu məlumatları nəyə əsasən deyir, bu məlumatlar onda hardandır? Bu isə şəxsin məlumatları İslama qarşı yönəlmiş kütləvi informasiya vasitələrindən dəqiqləşdirmədən əldə etməsidir. Əlavə olaraq bildiririk ki, şəxsin dediyi sözlər Liviya kimi İslam ölkəsinin Böyük Fateh İnqilabından sonra əldə etdiyi nailəyyətlərlə üst-üstə düşmür. Bu yerdə nailiyyətləri qeyd etmək istəmirik. Həmçinin bildirmək istəyirik ki, yuxarıda adıçəkilən şəxs rəhbər Müəmmər Əl-Qəzzafinin uzun zamandan bəri xalqı öz sərvətinə yiyələnməyə çağırdığından və bu günlər liviyalıların sərvətin necə bölünməsi və paylanması haqqında müzakirələr apardığından, sözügedən mövzunun gələn ilin əvvəllərində gerçəkləşəcəyindən bixəbərdir.Həmçinin adıçəkilən şəxsin nəzərinə çatdırmaq istəyirik ki, rəhbərin yaşadığı çadır bir simvoldur və əksər dövlətlərin xalqları həmin çadırla fəxr edirlər. Həmin çadır bir neçə ölkənin paytaxtlarında qurulub. Axırıncısı Fransada Yelisey sarayının qarşısında və Ukraynada qurulub. Bunu Qərbin kütləvi informasiya vasitələri və İslama qarşı yönəlmiş dövlətlər yaxşı bilirlər. Lakin heç biri cürət edib cənab Novruzovun dediyi sözləri deməmişlər. Çünki onlar Liviya xalqına hörmət edir və liviyalıların necə yaşadıqlarını yaxşı bilirlər.Müsəlman bir şəxsin, Yeni Azərbaycan Partiyasının üzvünün Liviya haqqında məsuliyyətsiz söz deməsi ayıb deyilmi? Liviya Azərbaycanı özünə dost və qardaş ölkə hesab edir. Azərbaycan müstəqillik əldə etdiyi gündən ölkələri bir-birinə bağlayan güclü əlaqələr yaranıb. Bu əlaqələrin qurulması mərhum Heydər Əliyev, bu gün isə prezident İlham Əliyevin səyləri nəticəsində yaranıb".
43,066
18.11.2008 07:03
Siyasət
MİLLİ MÜQAVİMƏT HƏRƏKATI BƏRPA EDİLİR
“Azərbaycanın bütün demokratik, vətənpərvər ictimai-siyasi spektrinin təmərküzləşdiyi Milli Müqavimət Hərəkatı bərpa olunmalı və hamının bir arada olduğu model tapılmalıdır. Milli Müqavimət Hərəkatının yaranması siyasi təmərküzləşmənin həll variantıdır. Bu variant Elçibəy tərəfindən qoyulmuşdu və onu bərpa etməkdən başqa çarə yoxdur. Bu məsələdə bizim heç bir firqə marağımız yoxdur. Milli Müqavimət Hərəkatında KXCP də daxil olmaqla bütün qüvvələr bərabərhüquqlu olmalıdır”.Ali Məclis nəzərdə tutulan bütün məsələləri bir gündə müzakirə edib qərarlar qəbul edə bilmədiyi üçün dekabrın əvvəlində davamının keçirilməsi qərarı verilib. “Sessiyada öyrədilmiş adamların istefanızı tələb edəcəyi barədə əvvəldən xəbərlər yayılmışdı. Sizə qarşı çıxışlar oldumu və istefanız tələb edildimi” sualına Z.Məmmədli belə cavab verdi: “Bu tipli hansısa çıxışları kifayət qədər xırda hesab edirəm. Çünki biri emosional ola, biri məsələnin mahiyyətini düzgün dərk eləməyə bilər. Ona görə də tənqid etmək və istefamı tələb etmək olar. Belə məsələlər çox normaldır. Amma fakt, yekun odur ki, srağagünkü sessiya kifayət qədər optimist ovqatla başa çatdı. Hansısa inzibati qərarlar və hədələr isə məni mövqeyimdən döndərə bilməz”.
43,067
18.11.2008 07:07
Siyasət
MÜSAVAT ƏTRAFINDA SEÇKİ BLOKU YARADILIR
Onun sözlərinə görə, vaxtilə “Bizim Azərbaycan” blokunda birləşmiş 9 partiyanın sədri iki gün əvvəl Müsavat Partiyasının başqanı İsa Qəmbərlə görüşüblər. Geniş müzakirələrdən sonra seçki blokunun yaradılması məqsədəuyğun hesab edilib. B.Quliyev seçki blokunun 2009-cu ildə keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı yaradılacağını vurğuladı: “Qərara gəlmişik ki, Müsavatın ətrafında yaradılmış seçki bloku bələdiyyə seçkisində son dərəcə fəallıq nümayiş etdirsin. Bütün bələdiyyələrdə namizədlərimizin qalib gəlməsinə çalışacağıq”. CHP sədri yaxın zamanlarda seçki blokunun rəsmən elan olunacağını da bildirdi: “Blokda həqiqi müxalifət mövqeyində olan bütün qüvvələrin birləşməsinə çalışacağıq. Şənbə günü keçirdiyimiz müzakirələrdə mən təklif etdim ki, blokun adı ”Xalqın gücü" seçki bloku olsun. İlkin olaraq bu ad bəyənilib". Bələdiyyə seçkisində digər müxalifət partiyalarından hansılarının iştirak etmək fikrində olduqlarını öyrəndik. ADP sədrinin birinci müavini Həsrət Rüstəmov bələdiyyə seçkilərində iştirak etmək niyyətində olduqlarını bildirdi: “Hələ rəsmi qərar yoxdur, ancaq partiyanın ümumi rəhbərliyinin rəyini bilirəm ki, hamı seçkidə iştirakın tərəfdarıdır. Bu, ADP-nin bələdiyyə seçkisində ilk dəfə iştirakı olacaq”. Bələdiyyə seçkisinin müxalifətə nə verə biləcəyinə gəlincə, H.Rüstəmov bildirdi ki, partiya üzvləri seçkili orqanda təmsilçilik hüququ qazana bilərlər: “Bələdiyyələrin siyasi idarəçilikdə xüsusi çəkisi olmadığı üçün bu seçkinin normal keçirilməsinə nail olmaq mümkündür. Mənə elə gəlir ki, iqtidar digər seçkilərlə müqayisədə bələdiyyə seçkisini tam saxtalaşdırmayacaq”. AMİP-in bələdiyyə katibi Elşən Mustafayev də bələdiyyə seçkisində iştirak etmək fikrində olduqlarını bildirdi: “Bələdiyyə seçkiləri çox fərqli seçkilərdir. 27 mindən çox bələdiyyə üzvü seçilməlidir. İstənilən halda müxalifət partiyalarından bələdiyyələrə düşənlər olacaq. Bu da partiyalar üçün əlverişlidir. Partiya üzvlərinin partiyalara bağlılığının qalması baxımından, siyasi fəallıq sarıdan bələdiyyə seçkisində iştirak və bələdiyyələrə düşmək vacibdir”.“Azadlıq” blokundan da bələdiyyə seçkisində iştirak etmək fikrində olduqları bildirildi: “Hələ rəsmi qərar yoxdur. Amma ümumi rəy belədir ki, seçkidə iştirak edilsin”.
43,068
18.11.2008 07:07
Siyasət
MÜSAVATDAN ADP SƏDRİNƏ CAVAB GƏLDİ
ADP sədri Sərdar Cəlaloğlu bildirib ki, partiyası mövqeyini dəyişmək fikrində deyil: “Arif Hacılı mövqeyimizi dəyişəcəyimizə ümid etməsin. Bizim belə bir niyyətimiz yoxdur. Biz öz mövqeyimizi bəyan etmişik və bu mövqedə də qalacağıq. Onlar özləri özləri ilə əməkdaşlıq etsinlər”.S.Cəlaloğlunun bu cavabını əsas tutaraq Arif Hacılıya “ADP-nin Müxalifətin Əməkdaşlıq Mərkəzinə gəlməməsini böyük itki hesab edirmi və ümidinin heçə çıxmasından təəssüflənmirmi” sualı ilə müraciət etdik. Öncə bildirdi ki, o, ümumiyyətlə, Müxalifətin Əməkdaşlıq Mərkəzinin tərkibinin genişləndirilməsi mövzusunu aktual olmayan mövzu hesab edir: “Hazırda real müxalifət qüvvələrinin ümumi bir əməkdaşlığının yaradılması zərurəti var. Bu təşkilatlar birləşərək ölkədə demokratik şəraitin yaradılması istiqamətində ciddi addımlar atmalıdırlar. Mən Sərdar Cəlaloğlu və onun partiyası haqqında, görünür, Sərdar bəyin özündən daha nikbin təsəvvürlərə malikəm. Açığı, onların hakimiyyətə real müxalif mövqe tutacaqlarına ümidimi itirməmişəm. O ki qaldı ADP-nin Müxalifətin Əməkdaşlıq Mərkəzinə gəlib-gəlməməsi məsələsinə, mən belə bir təkliflə heç vaxt çıxış eləməmişəm. Sadəcə olaraq, jurnalistlər sual veriblər. Mən isə bu təşkilatla əməkdaşlıq imkanlarının hələ tam itmədiyini bildirmişəm. Bundan sonra da Sərdar bəy əgər ümidini itiribsə də, mən ümidimi itirməmişəm”.
43,069
18.11.2008 07:22
Siyasət
HƏRƏKAT LİDERLƏRİ BİR ARAYA GƏLDİ
Qeyd edək ki, iki il öncəyə qədər 17 noyabr rəsmi dövlət baramı kimi qeyd olunurdu. Ölkə hakimiyyəti qısqanclıq nümayiş etdirərək demokratik düşərgənin Azərbaycan uğrunda etdiyi fədakarlıqları yaddaşlardan silməyə çalışır.Hakimiyyətin mövqeyi bəllidir. Bəs hərəkatda yaxından iştirak etmiş şəxslər bu günü necə qeyd etdi?Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı Milli Qurtuluş Gününün partiyanın Divanında qeyd olunduğunu söylədi: “Azərbaycan xalqının dirçəlişi 17 noyabrdan başladı. Xalq milli mənafeyi uğrunda mübarizəyə qalxdı”.KXCP Ali Məclisinin sədri Zəlimxan Məmmədli partiyanın noyabrın 14-də Milli Qurtuluş Günü ilə əlaqədar dəyirmi masa keçirdiyini və bu tarixin Ali Məclisdə qeyd olunduğunu söylədi. ADP sədrinin müavini Təaliyət Əliyev 17 noyabrla bağlı partiyada tədbir təşkil olunmadığını söylədi: “Milli Qurtuluş Gününün ildönümü partiyanın İdarə Heyətinin toplantısı ilə üst-üstə düşdü. İdarə Heyətinin toplantısında Milli Dirçəliş Günü ilə bağlı müzakirləər aparıldı. Partiyamızın mövqeyi bu oldu ki, 1988-ci ildə 17 noyabrda başlayan milli azadlıq hərəkatı iki əsas hədəfdən birincisinə çatıb. Azərbaycan müstəqilliyinə nail oldu. İkinci hədəf olan fərdi müstəqillik hələ əldə olunmayıb. Biz milli azadlıq hərəkatının davam etdiyini bəyan edirik”.T.Əliyevin fikrincə, Azərbaycanda demokratik düşərgənin əsas vəzifəsi vətəndaşların fərdi azadlığına yönəlib: “Mübarizə davam edir. Azərbaycanda yeni azadlıq hərəkatının yaranmasına ehtiyac var”.Vətəndaş və İnkişaf Partiyası (VİP) sədrinin təşkilati məsələlər üzrə müavini Büllur Hümbətov partiyanın Siyasi Şurasının çağırıldığını və kiçik bayram tədbiri düzənlədiklərini söylədi.AMİP katibi Əli Oruclu Milli Qurtuluş Gününə münasitətin fərqli olduğunu bildirdi: “Bir müddət öncəyə qədər bu gün əlamətdar hadisə kimi qeyd edilirdi. Amma 17 noyabr artıq əlamətdar gün kim yad olunmur. Görünür, bu, hakimiyyətin qısqanclığından qaynaqlanır. Çünki onlar həmin proseslərdə iştirak etməyiblər”. Əli Oruclu partiyanın imkanları daxilində kiçik bayram tədbiri keçirildiyini söylədi.Dünən Vətəndaş Həmrəyliyi Partiyasının təşkilatçılığı ilə 17 noyabr Milli Dirçəliş Günü münasibətilə “17 noyabr-5 dekabr - fasiləsiz mitinqlərin Azərbaycanın müstəqilliyində rolu” mövzusunda dəyirmi masa keçilib. “Mediaforum”un məlumatına görə, VHP qərargahında düzənlənən toplantıya o dövrün şahidləri, milli azadlıq hərəkatının liderləri, istiqlalçı deputatlar, partiya sədrləri, millət vəkilləri və ziyalılar qatılıb.
43,070
18.11.2008 07:57
Siyasət
“MƏN ÖZ İŞİMİ GÖRMÜŞƏM”
Meydan hərəkatının əsas qəhrəmanı olan “azadlıq aşiqi” Nemət Pənahlı bugünlərdə də heç yerdə gözə dəymədi. Dünən Nemət bəyə telefon açıb Dirçəliş Gününü necə qeyd etməsi, 20 il öncəni necə xatırlaması barədə suallar vermək istədik. Ancaq o, israrla hər hansı açıqlama verməyəcəyini bildirdi: “Son günlər qəzet, televiziya və radiolardan zənglər olub. Heç birinə danışmamışam. Mənimçün maraqlıdır ki, görüm millət özü nə edir? Dedilər, Sabir Rüstəmxanlı ilə Etibar Məmmədov ANS-də çıxış edir. Amma mən heç televizoru da açmıram. Şəhriyar demişkən, ”oturmuşam seyr edirəm özümdə". N.Pənahlı dedi ki, xalq onu unutmur: “Ayrı-ayrı vətəndaşlar zəng edib təbriklərini çatdırırlar. Vətəndaşlardan təbrik zəngləri almışam. Deyirlər, bu gün sənin günündür. Özü də zəng edənlərin böyük əksəriyyətini tanımıram”. Həmsöhbətimiz Dirçəliş gününə soyuq münasibətlə də razılaşmır: “Xalq hər il bu günü bayram edib. Sadəcə olaraq, sonra rəsmi şəkildə bu bayramın qeyd olunması yasaqlandı. Ancaq bu qədər antitəbliğatın qarşısında əgər millət bu günü yaşadırsa, deməli, qəhrəmandır. Bəzi dairələr bilərəkdən bu günü silməyə, tarixin saxtalaşdırılmasına çalışırlar”.N.Pənahlı Dirçəliş Günü ilə bağlı heç bir tədbirə qatılmadığını bildirdi: “Mən öz işimi görmüşəm. O günlərdən uzaqlaşdıqca görürəm ki, nə qədər möhtəşəm işlər həyata keçirmişik”. Nemət bəy birdəfəlik kənara çəkilmək fikrində deyil: “Nə zamansa qayıdacağam, o zaman yenilikləri görəcəksiniz. Bu illər ərzində mənim bacara bilməyəcəyim bir şey vardı - susmaq. Onu da dünyaya, millətə sübut elədim ki, lazım gələndə Nemət susmağı da bacarır. Ancaq bu illərdə ortaya heç kim çıxmadı. Bəs hanı bu millətin ziyalısı? Niyə bir nəfər vətənin ağrı - acısısı çəkmir? Həmsöhbətim Qarabağ məsələsinin yenidən milləti meydana yığacağını istisna etmir. Sonuncu dəfə Azadlıq meydanında nə zaman olduğuna gəldikdə, N.Pənahlı “yadımda deyil” söylədi.Əlavə edək ki, N.Pənahlı yaradıcılığını da davam etdirir. Hələlik kitablarını nəşr etdirə bilməsə də, ruhdan düşməyərək yeni-yeni şeirlər yazır.
43,071
18.11.2008 07:00
Ölkə
ƏNVƏR ƏLİYEV MEYDAN HƏRƏKATI HAQDA KİTAB YAZIB
“Tariximiz üçün bu kitab son dərəcə vacibdir. Təəssüf ki, 1997-ci ildən hazır olan kitabı maliyyə problemi ucbatından çap etdirə bilmirəm. Çox arzu edirdim ki, heç olmasa meydan hərəkatının 20 illiyində çap etdirim. Maliyyə olmadı. 1989-cu ildə ABŞ-da çıxan nüfuzlu bir neçə jurnalda Azərbaycan xalqı dünyada ”ilin xalqı" elan olundu. Bütün dünya bizim xalqın ayağa qalxmasından, bir milyon insanın mitinqdə iştirak etməsindən heyrətlənmişdi. Dünyanın bütün media quruluşları Azərbaycandan yazırdılar. Bakıda keçirilən həmin mitinq SSRİ tarixində analoqu olmayan hadisə kimi qəbul edilirdi. Belə bir möhtəşəm tarixi kitabda əks etdirərək gələcək nəsillərə çatdırmaq son dərəcə vacibdir". Ə.Əliyev kitabda meydan hadisələri və ondan sonra baş verən prosesləri olduğu kimi yazdığını bildirir. Onun sözlərinə görə, mitinq dağıdıldıqdan sonra həbs edilənlərin və istintaqa çağırılaraq ifadə alınan şəxslərin necə ifadə verdikləri barədə də bölmə var: “Mitinq dağıdıldıqdan bir qədər sonra məni və mitinqlərdə çıxış edən adamların bir çoxunu həbs etmişdilər. Həbs olunmayan bir sıra şəxsləri də SSRİ Prokurorluğunun istintaq qrupu çağıraraq ifadə alırdı. Meydanda məhz özünün əsas təşkilatçı olduğunu bəyan edənlər hər şeyin Ənvər Əliyev tərəfindən hazırlandığını ifadə vermişdilər. Nemət Pənahlı, Bəxtiyar Vahabzadə, Məhəmməd Hatəmi, Fazil Qəzənfəroğlu və rəhmətə getdikləri üçün adlarını çəkmək istəmədiyim bir neçə məşhur şəxs 17 noyabr mitinqinin təşkilatçısı olmadıqlarını, mitinqin dağılmasına çalışdıqlarını ifadə verərək hər şeyi boyunlarından atmışdılar. Düzdür, həqiqətən də təşkilatçı mən idim. Ancaq həmin adamlar meydanda xalqın qarşısında qeyd etdiyim istintaq ifadələrindəkindən 180 dərəcə fərqli danışırdılar. Yalnız İsa Qəmbərlə Əli Kərimli ifadələrində hər şeyi olduğu kimi bildirmişdilər və proseslərdə hansı formada fəaliyyət göstərdiklərini düzgün söyləmişdi. Mən bu cür faktları da kitaba salmışam. Bu kitabı Azərbaycan xalqı oxusa, nəyin necə olduğunu, kimin kim olduğunu dəqiq biləcək”.
43,072
18.11.2008 07:20
Ölkə
SAHİBKARLARDAN BİR İLLİK “HAQQ” YIĞILIR
Bu barədə redaksiyamıza adının çəkilməsini istəməyən iş adamı məlumat verib. Mənbənin sözlərinə görə, ticarətçilərin obyektlərində peyda olan vergiyığanlar heç bir səbəb olmadan onlardan külli miqdarda pul tələb edirlər: “Kiçik dükanlardan 5-10 min manat, nisbətən böyüklərdən, o cümlədən topdansatış mərkəzlərindən isə 50-60 min manat məbləğində ”haqq" istəyirlər". İş adamı bildirdi ki, vergi müfəttişləri bu məbləği bütöv il üçün tələb edirlər: “Bildirirlər ki, əgər ”illik rüsumu" bəri başdan ödəməsəniz, obyektləriniz böyük miqdarda cərimələnərək bağlanacaq". Mənbə dedi ki, artıq onun tanıdığı bir neçə ticarətçi tələb olunan pulu ödəməyə məcbur olub. Ancaq tələb olunan məbləği ödəməkdən imtina edən və bu səbəbdən obyektini bağlamağa vadar olan sahibkarlar da var: “Onlar aranın sakitləşəcəyinə ümid edərək obyektlərini bağlayıblar. Ancaq bu gedişlə vergiyığanların sahibkarlardan əl çəkəcəyi heç inandırıcı görünmür”. Məlumatı verən şəxsin dediyinə görə, vergiyığanlar aldıqları böyük miqdarda pulun qarşılığında sahibkarlara heç bir qəbz və yaxud onu əvəz edən kağız vermirlər. Ona görə də iş adamları bu hərəkəti reketçilik kimi qəbul edirlər: “Bu adamlardan soruşanda ki, yığdığınız pulları neyləyirsiniz, deyirlər” büdcənin kəsirini doldururuq". Ancaq bu pulların doğrudan da büdcəyə çatıb-çatmadığını deyə bilmərik". İş adamının sözlərinə görə, seçki dövründə nisbətən rahat nəfəs ala biliblər: “Amma sevincimiz çox çəkmədi, yenidən üstümüzə hücuma keçdilər. Belə getsə, artıq sahibkarlıqla məşğul olmağın heç bir faydası olmayacaq. Mən ildə 50 min manat qazanırammı ki, bunlara o qədər pul verim? Qanuni vergi ödəyicisi olduğum halda, nədən kimlərəsə haqq verməliyəm?” İş adamları Vergilər Nazirliyinin rəhbərliyinin də məsələyə müdaxilə etməsini istəyirlər: “Bəlkə bu adamlar nazirliyin adından istifadə edib camaatı soyurlar?” Məsələ ilə bağlı Vergilər Nazirliyinin mövqeyini öyrənə bilmədik.
43,073
18.11.2008 07:51
Ölkə
“KÜVEYTİN AYIRDIĞI VƏSAİT TİKİNTİYƏ SƏRF OLUNDU”
Şeyx bu vaxta qədər bir dəfə İslam İnkişaf Bankının QMİ-yə 132 min dollarlıq çek yazdığını və həmin vəsaitə inzibati bina tikildiyini deyib: “Onlar pulun hara xərcləndiyini dəfələrlə yoxlayıblar. Bir dəfə də Küveyt tərəfi ilə Azərbaycanda universitet tikmək üçün sənəd imzaladıq. Bakıda müvafiq nazirlik bizə yer ayırdı, bundan sonra bizə 200 min dollar verildi. O vaxt bütün proses şəffaf keçirilib, hətta həmin tədbirlərdə mətbuat da iştirak edib. Biz nəzərdə tutduğumuz işi həmin yerdə gördük. Rafiq Əliyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə sədr təyin olunandan sonra isə bu işləri dayandırdı ki, guya vəhhabilərə yuva tikdiririk. Bundan sonra həmin iş dayandırıldı, yeri də bizdən aldılar. Həmin pulların tikintiyə sərf olunduğu haqda əlimizdə sənəd də var”.A. Paşazadə onu kimdənsə pul almaqda ittiham edənlərə də cavab verib: “Kim sübut etsə ki, mən ondan pul almışam, ona həmin məbləğdən on dəfə artıq kömək edərəm. Ancaq Allah və insaf var. Bundan başqa, heç xarici ölkədən də kimsə deyə bilməz ki, Qafqaz Müsəlmanları İdarəsinə bir qəpiklik köməklik edib”. Şeyx əleyhinə yönəlmiş əməllərin arxasında duran şəxslərdən biri kimi Rafiq Əliyevin adını çəkib: “O vaxtlar bu işləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri olmuş Rafiq Əliyev görürdü. İndi isə deyə bilmərəm, bəlkə də artıq o eləmir. Amma ortada qarşıdurma, sünni-şiə problemi yaratmaq istəyən qüvvələr var”.A.Paşazədə “Əbu Bəkr”in bağlanmasının əleyhinə olduğunu bildirib: “Mətbuatda yazırlar ki, şeyx gərək vəhhabilərlə dil tapsın, yoxsa bu məsələ böyüyə bilər. Mən nə vəhhabidən, nə şiədən, nə də sünnidən qorxuram. Müsəlman müsəlmandır, adını nə qoyursansa, qoy. Söhbət məscidin necə tikilməsindən gedir, onun sökülməsindən yox. Burada nə məscidin, nə də dindarların günahı var. Heç kimin ”Əbu Bəkr" məscidini sökmək ixtiyarı yoxdur. Şəxsən, mən bunun əleyhinəyəm". Vaxtilə erməni kilsəsinin də sökülməsinin əleyhinə olduğunu qeyd edən A. Paşazadə “Mən ibadət ocağının sökülməsinə və ya bağlanmasına tərəfdar olsam, gərək şeyx olmayam”, söyləyib: “Söhbət beş-on nəfərdən gedir ki, onlar ”Əbu Bəkr" məscidindən öz şəxsi məqsədləri üçün istifadə edirlər. Orada ibadət edənlərin heç bir günahı yoxdur. Yenə də deyirəm ki, söhbət qanunları pozan şəxslərdən gedir. Əgər imkanları vardısa, vaxtında məscidin tikilməsinə imkan verməyəydilər. İndi istintaqı gözləyirik. İstintaq başa çatandan sonra məscid yəqin ki, fəaliyyətini bərpa edəcək". A. Paşazadə əvvəldən bəzi qanunsuz hərəkətlərə yol verildiyini qeyd edib: “Məscidin bünövrəsi qoyulan vaxt bəzi qanunsuzluqları ediblər. Həmin şəxslər qoy qanun qarşısında cavab versinlər. Bizim hər zaman məscidlə də, onun imamı Qamət Süleymanovla da əlaqələrimiz olub”. Şeyx vaxtilə Bakı Dövlət Universitetinin yaxınlığında tikilən “İlahiyyat” və Şəhidlər Xiyabanının yaxınlığındakı “Şəhidlər” məscidi haqında da danışıb: “Biz soruşduq ki, bu ”İlahiyyat" məscidinin fəaliyyəti necə olacaq? Dedilər ki, sizin işiniz deyil, qarışmayın. Onu tikdilər, imamını, axundunu da təyin elədilər. İndi deyirlər ki, şeyx hara baxır? “Şəhidlər” məscidini tikəndə də bizdən heç nə soruşmadılar. Həmin məsciddə minarənin o şəkildə tikilməsinin əleyhinə çıxıb dedim ki, milli ənənələr qorunmalıdır. İndi deyirlər ki, bəs ruhani idarəsi niyə reaksiya vermir. Söhbət yuxarı təbəqədən getmir, aşağıda olan bəzi işçilər müəyyən səhvlərə yol verirlər. Mən bu adamların hamısının adını bilirəm. Biz yalnız qanuni məsələlərin tərəfdarı olmuşuq".A.Paşazadə onu da deyib ki, Erməni katolikosu II Qaregin onunla görüşmək istəyir, ancaq razılıq vermir. Onun sözlərinə görə, 2009-cu ilin 30 sentyabr-2 oktyabr tarixində Bakıda keçiriləcək dünyanın dini liderlərinin zirvə görüşündə iştirak etmək üçün Ümumrusiya patriarxı II Aleksi, Roma papası XVI Benedikt və digər şəxslərə dəvət göndəriləcək. A.Paşazadə tədbirə erməni dindarların da dəvət olunacağını istisna etməyib: “Biz həmin tədbirdə dinlərarası dialoqdan danışacağıq. Bu baxımdan onları tədbirə dəvət etməməyimiz dialoq prinsiplərinə uyğun gəlmir. Ona görə də ola bilər ki, Qafqazın digər ölkələrindən olan dindarlar kimi, erməni dindarları də həmin tədbirə dəvət edək”.QMİ sədri onu da bildirib ki, azərbaycanlı zəvvarların Həcc ziyarətinə hazırlığı ilə bağlı işlər başa çatmaq üzrədir: “Mən bu il 180 nəfər dindarı Həcc ziyarətinə pulsuz göndərirəm. Prezident İlham Əliyev isə 107 nəfəri göndərir”.
43,075
18.11.2008 07:55
Ölkə
“FƏRARİ” ADLANDIRILAN ƏSGƏRİMİZ DÖYÜŞDƏ ŞƏHİD OLUB
“Bu zaman o, düşmənin iki əsgərini məhv edib, sonda isə özü həlak olub”. E. Sabiroğlu deyib ki, əldə olunan məlumata görə, düşmən öz hərbçilərinin meyitini aparsa da, O. Şəmilovun meyiti Ermənistan Silahlı Qüvvələrinin mövqelərinə yaxın ərazidə qalıb: “İndi Müdafiə Nazirliyi əsgərimizin meyitini götürmək üçün tədbirlər görür”. Qeyd edək ki, O. Şəmilov bu ilin aprelində Tərtər rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb. *** Bir sıra müstəqil mənbələr isə O. Şəmilovun həlak olma şəraiti barədə Müdafiə Nazirliyinin rəsmi məlumatının əksinə olan versiyalar irəli sürürlər. “Media forum”un həlak olan əsgərin əmisi Vaqif Şəmilova istinadən verdiyi məlumata görə, O.Şəmilov noyabrın 15-də hərbi hissədən yoxa çıxıb. Hərbi polis O.Şəmilovun Tərtər rayonunun Burc kəndindəki evində axtarış aparıb. Tərtər rayonunun hüquq-mühafizə orqanlarından “Trend”ə daxil olan məlumata görə, O. Şəmilov silahını da götürərək hərbi hissəni tərk edib və onun həbs edilməsi üçün rayon ərazisində postlar qurulub.Daha bir müəmmalı fakt isə həlak olan əsgərin 1 il müddətinə cərimə taborunda xidmət etməsi barədə məhkəmə hökmünün olmasıdır. Həlak olan əsgərin əmisi V.Şəmilov qəzetimizə verdiyi açıqlamasında bildirib ki, Füzuli rayon Hərbi Məhkəməsi noyabrın 6-da O. Şəmilov barəsində bir illiyə cərimə taboru cəzası çıxarıb. Qardaşı oğlunun əsgər yoldaşı ilə dalaşdığı üçün cəza aldığını söyləyən V. Şəmilov cərimə taborunda xidmət cəzasına məhkum olunan əsgərin posta göndərilməsinin qanunsuz olduğunu bildirdi: “Orxanı heç posta da göndərə bilməzlər. Lakin noyabrın 6-dan sonra onu dəfələrlə posta göndəriblər”.V.Şəmilov “Media forum”a verdiyi açıqlamasında qardaşı oğlunun hərbi hissədən yoxa çıxması xəbərini hissə komandirindən aldığını deyib: “Birbaşa bizimlə əlaqə saxladı, dedi ki, Orxan postda olanda ermənilərlə atışma düşüb. Atışma dayandıqdan sonra o yoxa çıxıb”. *** Dünən günün sonunda bir daha V.Şəmilovla əlaqə saxlayıb son durumla maraqlandıq. V.Şəmilov artıq hadisə ilə bağlı Füzuli rayonuna getdiyini bildirdi: “Hadisənin detallarını araşdırmaq məqsədilə Orxanın xidmət etdiyi hərbi hissəyə gedirəm. Onun ölümündə çox müəmmalı məqamlar var. Orxanın həlak olma şəraiti və səbəblərini araşdırmağa çalışacağıq”.V.Şəmilov Orxanın atasının Qarabağ müharibəsində həlak olduğunu söylədi. Onun sözlərinə görə, O.Şəmilovun atası Fərhad Şəmilov 1991-ci ildə Ağdərə rayonunda ermənilərlə atışmada həlak olub. Həlak olan əsgərin anası Cəmilə xanım isə əsəb xəstəsidir. Hazırda o, xarici ölkələrin birində müalicə alır. O.Şəmilovun 3 qardaşı olduğunu bildirən V.Şəmilov onlardan birinin həbsdə olduğunu söylədi: “Böyük qardaşı hazırda həbsdədir. Digər iki qardaşı isə xaricdə yaşayır. Onlar qardaşları barədə məlumatı eşidiblər və təcili Bakıya gəlirlər”.Dünən günün sonunda O.Şamilovun müəmmalı şəkildə həlak olmasına aydınlıq gətirmək üçün Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri ilə əlaqə saxladıq. MN-in mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu O.Şəmilovun cərimə taborunda xidmət etmək cəzasına məhkum edilməsi barədə məlumata malik olmadığını söylədi: “Sabah (bu gün) məsələni araşdırıb mətbuata açıqlama verərəm”. E.Sabiroğlu O.Şəmilovun silahlı şəkildə hərbi hissəni tərk etməsi barədə də məlumatsız olduğunu söylədi. Bir ciddi detalı da qeyd edək: “Media forum” xəbər yayıb ki, “DQR” “prezidenti” əsgərimizin ölümü ilə nəticələnən əməliyyatda iştirak edən erməni hərbçilərini mükafatlandırıb. Ermənilərin hadisə ilə bağlı yaydığı məlumatda bildirilir ki, noyabrın 15-dən 16-na keçən gecə Azərbaycan xüsusi təyinatlılarının bir qrupu cənub-qərb istiqamətində Qarabağdakı erməni ordusunun arxasına keçmək istəyib. Bu zaman atışma düşüb və Azərbaycan tərəfi bir itki verib.Ermənilər iki əsgərlərinin öldürülməsi barədə heç bir məlumat yaymayıblar. Şəhid olan əsgərimizə Allahdan rəhmət diləyirik. Mövzunu davam etdirəcəyik.
43,076
18.11.2008 08:18
Ölkə
VASİF TALIBOV ÖZÜNƏ PUL FONDU YARADIB
Bu barədə əməkdaşımıza muxtar respublikadakı mənbəmiz xəbər verib. Mənbənin dediyinə görə, kəndlərdə təqaüdünü və sosial yardımı almaq üçün qol çəkən şəxslərdən nəzərdə tutulan 5 manatı saxlamağa problem yoxdur. Naxçıvan şəhərində, habelə NMR-in digər rayon mərkəzlərində quraşdırılmış bankomatlarda isə xüsusi adamlar oturdulub. Təqaüdlərini götürənlərdən 5 manat pul tutulur.“Həmin şəxslərə isə belə izahat verirlər ki, qərar yuxarıdan, Vasif Talıbovdan gəlib. Bu pullar isə hansısa fonda yığılır. Həmin fonda isə Talıbov özü nəzarət edir” - deyə mənbə bildirir.
43,077
18.11.2008 07:22
Dünya
OBAMA “ƏL-QAİDƏ”nin KÖKÜNÜ KƏSƏCƏYİNİ BİLDİRİR
Yeni prezident deyib ki, indi onun vəzifəsi mümkün qədər tez bir müddətdə yeni administrasiyanın milli təhlükəsizlik məsələləri ilə məşğul olan blokunu formalaşdırmaqdır. Çünki hakimiyyətin bir komandadan digərinə keçməsi dövrü terror aktlarını həyata keçirmək üçün münasib hesab olunur: “Biz əmin olmaq istəyirik ki, işlərin təhvil alınması heç bir problem olmadan baş verəcək”. Obama komandasında kimləri görmək istədiyi haqda onda artıq müəyyən qənaət formalaşdığını da bildirib. O əlavə edib ki, komandasının tərkibini tezliklə açıqlaya bilər. Obama onu da deyib ki, yanvarın 20-də prezident səlahiyyətlərinin icrasına başlayan kimi onun birinci vəzifəsi İraqdan qoşunların çıxarılması üçün hazırlıqlara başlamaq olacaq. “Mən Ağ Evə rəhbərlik etməyə başlayan kimi birləşmiş qərargah rəisləri komitəsinin üzvlərini, milli təhlükəsizlik üzrə müşavirlərimi toplayaraq İraqdan qoşunların çıxarıması planını hazırlamağı tapşıracağam. Birinci növbədə qoşunların çıxarılması bizim Əfqanıstanda üzləşdiyimiz problemlərlə bağlıdır. Çünki orada vəziyyət getdikcə pisləşir. Biz Əfqanıstanda daha böyük səylər göstərməliyik”, - deyə Obama söyləyib. Yeni seçilmiş prezident onu da deyib ki, Quantanamo həbsxanasının bağlanmasında qərarlıdır: “Bu, Amerikanın dünyadakı imicini yaxşılaşdırmaq səylərinin bir hissəsi olacaq”.
43,078
18.11.2008 07:25
Dünya
ALMANİYADA İLK DƏFƏ TÜRK PARTİYA SƏDRİ OLDU
Özdəmir partiyanın qurultayında 79,2 faiz səs toplayaraq öz postunu qoruyub saxlayan Klaudiya Rotla bərabər partiyanın həmsədri olub. “Mən elə bir cəmiyyətdə yaşamaq istəyirəm ki, haradan gəlməsindən asılı olmayaraq hamının eyni imkanları olsun”, - deyə Özdəmir çıxışında bildirib. Cem Özdəmir 1965-ci ildə Şvabriyada doğulub. Onun valideynləri Almaniyaya müvəqqəti iş dalınca gələn mühacirlər olublar və əvvəlcə Türkiyəyə qayıtmağı planlaşdırırlarmış. Lakin onların geri qayıtmaması Cemin taleyində mühüm rol oynayıb. Gələcək siyasi lider gəncliyində iki alman dialektini və ingilis dilini mənimsəyib. Ailədə isə o, valideynləri ilə türk dilində danışıb. Özdəmir Baden-Vürtemberq torpağındakı Roytlinqendə Lüteran kollecini bitirib. 1994-cü ildə Yaşıllar Partiyasından Bundestaqın aşağı palatasına seçilib və alman parlamentinin ilk türk mənşəli deputatı olub. 2004-cü ildə isə Avropa Parlamentinin üzvü seçilib.Bu hadisə Türkiyə mediasında da geniş rezonans doğurub. Ötən həftə Türkiyə mediası bu hadisəni geniş işıqlandırıb və Özdəmirlə bağlı çoxsaylı reportajlar, xəbərlər yayılıb. Almaniyada ilk dəfə türk əsilli şəxsin siyasi partiya həmsədri seçilməsi ABŞ-da qaradərili, atası keniyalı müsəlman olan Barak Obamanın prezident seçilməsindən az sonraya təsadüf etdiyindən bu hadisə daha çox maraq kəsb edib. Belə ki, indi Türkiyədə və Almaniyanın özündə belə suallar gündəmə gəlib: türk əsilli biri Almaniyada kansler seçilə bilərmi? İrqçiliyin hələ də qaldığı Almaniyada bu məsələ ilə bağlı müxtəlif fikirlər səslənir. Doğrudur, Almaniyada Yaşıllar Partiyasının təkbaşına hakimiyyətə gəlməsi şansları minimaldır, ancaq bu partiya seçkilərin nəticələrindən asılı olaraq hakim koalisiyaların tərkibində yer ala bilər.
43,079
18.11.2008 07:27
Dünya
HİLLARİ KLİNTONUN DÖVLƏT KATİBİ OLMASI QƏTİLƏŞİR
“Biz onun qələbə qazanmasından çox şadıq, əminik ki, o, yaxşı işləyəcək”. Keçmiş prezident deyib ki, xanımı Obama ilə tez-tez telefonla danışır, lakin bu söhbətlər zamanı onun dövlət katibi təyin olunması ilə bağlı təklifin olub-olmadığını bilmir.Hillari Klintonun dövlət katibi təyin olunacağı haqda xəbərlər ötən həftə Amerika mətbuatında yayılıb. Məlum olub ki, bu xəbərlərin yayıldığı vaxt keçmiş birinci ledi Obamanın yaşadığı Çikaqo şəhərində olub və onunla görüşüb. Nyu York ştatından senator H.Klinton özü jurnalistlərə açıqlamasında dövlət katibi olacağını istisna etməyib. Ekspertlər hesab edir ki, əgər Obama onun namizədliyini irəli sürsə, keçmiş birinci ledi Senatda asanlıqla təsdiqlənə bilər. Çünki onun respublikaçılar arasında da nüfuzu böyükdür. H.Klinton ABŞ-ın ən nüfuzlu siyasətçilərindən biri hesab olunur, onun dünyada da nüfuzu böyükdür.
43,080
18.11.2008 07:19
Kriminal
EKSTAZİ NARKOTİKDİR, YA YOX?
Sonuncu prosesdə Y.Həsənov ekstazi qəbul etdiyini, bu həbin narkotik olmadığını bildirmişdi. Demişdi ki, tərəfsiz ekspertiza keçirilsə, onlardan götürülən ekstazi həblərinin tərkibində Azərbaycanda dövriyyəsi qadağan olunmuş narkotik müəyyən olunmayacaq. O, ofisindən götürülən həblərin yalnız güclü stimulyator olduğunu iddia etmişdi.“Azadlıq” radiosuna açıqlamasında ekspert Əlövsət Əliyev də Y.Həsənovun dediyini təsdiqləyib. O deyib ki, ekstazinin adı Azərbaycanda istifadəsi və dövriyyəsi qadağan olunmuş maddələr siyahısında yoxdur. Ancaq ekstazinin psixotrop maddə olduğunu müəyyən etməyin yolları da yox deyil: “Bunun üçün məhkəmə ekspertizası təyin oluna bilər. Əgər ekspertiza ekstazini psixotrop maddə kimi tanısa, o zaman onun istifadəçiləri cinayət məsuliyyətinə cəlb edilə bilər”.Ə.Əliyev deyir ki, yalnız bundan sonra bu şəxslərin həbsinin kimlərinsə onların ailələri ilə şəxsi münasibətləri, ya da gerçəkdən narkotik dövriyyəsi ilə mübarizə tədbirləri çərçivəsində baş verdiyi bəlli olacaq.Dəyərli oxucularımız xatırlayırsa, ekstazi qalmaqalı ortaya çıxandan sonra bu həbin ölkəmizdə qadağan olunmasını yazmışdıq. Qeyd etmişdik ki, tibbi adı MDMA olan, narkoalverçilər və narkomanlar arasında “portağal” və ya “ekstazi” adlanan bu həblər istifadəçisinin orqanizmində ağır psixoloji asılılıq yaradır. Amfetaminlərin (MDMA-nın daxil olduğu qrup) təsirindən toxumalarda maddələr mübadiləsi sürətlənir, qan təzyiqi artır, taxikardiya əmələ gəlir, bəbəklər genəlir, iştaha azalır, intellektual stimul yaranır, cinsi həvəs artır, nəhayət, insan eyforiya vəziyyətinə düşür. Bu preparatlar təbabətdə mərkəzi sinir sisteminə stimullaşdırıcı təsir göstərdiyindən depressiyanın, xroniki yorğunluğun, iştahanı azaldan təsirinə görə isə piylənmənin müalicəsində istifadə olunur. Məhz yorğunluğu götürüb əhval-ruhiyyəni qaldırdığından bu narkotiklər gənclər arasında populyarlıq tapıb.Təqsirləndirilən Y.Həsənov və ekspert Ə.Əliyevin dediyi kimi, ekstazinin Azərbaycanda qadağan olunmamasına gəlincə isə qeyd edək ki, MDMA-ekstazi 2001-ci ildən qadağan olunmuş psixotrop maddələr sırasına daxil edilib. Daxili İşlər Nazirliyinin saytında bu barədə aşağıdakı məlumat da yerləşdirilib:“Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların siyahılarının təsdiq edilməsi haqqında Milli Məclis qərara alır:I. Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların siyahıları (əlavə olunur) təsdiq edilsin.II. Bu qanun dərc edildiyi gündən qüvvəyə minir.Azərbaycan Respublikasının prezidenti Heydər ƏLİYEV. Bakı şəhəri, 20 fevral 2001-ci il. H 85-IIQ.“Azərbaycan” qəzetində dərc edilmişdir (29 mart 2001-ci il, N 69, 1 aprel 2001-ci il, N 72).“Azərbaycan Respublikasının qanunvericilik toplusu”nda dərc edilmişdir (31 mart 2001-ci il, H 3, maddə 140).2001-ci il 20 fevral tarixli 85-IIQ saylı Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmişdir. Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların siyahısında Azərbaycan ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr sırasında MDMA da var".
43,081
18.11.2008 07:23
Kriminal
AZƏRBAYCAN QADINLARINI YUNAN ADALARINDA SATAN MAFİYA ÇÖKDÜRÜLÜB
Əməliyyat eyni zamanda 43 nöqtədə aparılıb. Bildirilir ki, əməliyyat zamanı saxlanılan qadınlardan biri onları çəkən televiziya müxbirlərini söyərək“ yaxşı çəkin, gözəl görünək, onsuz da gözəlik, siz də çəksəniz reklamımız olar. Bu işdən pul qazanırıq, sizə nə” - deyə qışqırıb. Məlumata görə, əməliyyat zamanı saxlanılan 40-dan çox qadının ölkədən xaric edilməsi üçün prosedurlara başlanıb. Şəbəkənin əlində cəmi 80-dən çox qadın olub. Şəbəkə üzvləri yunan adalarına seks turları təşkil edib, fahişəliyə cəlb olunan qadınlar müxtəlif formalarda şantaja məruz qalıblar. O da məlum olub ki, şəbəkənin rəhbərlərindən biri hazırda başqa cinayətə görə həbsdədir və işləri ordan idarə edir.
43,082
18.11.2008 07:03
Müsahibə
“HƏLƏ VAXTI DEYİL”
Ancaq nədənsə, əksini müşahidə etməkdəyik. Belə ki, konstitusiya dəyişiklikləri təşəbbüsü ilə çıxış edən YAP-ın icraçı katibinin müavini, deputat Siyavuş Novruzovun təklifi hələlik öz partiyadaşları tərəfindən də təqdir olunmayıb. Elə YAP-da bu məsələnin müzakirəyə çıxarılmaması da təklifə münasibətin göstəricisidir. S.Novruzov YAP-dakı müzakirələrdən sonra dövlət başçısına konstitusiya dəyişiklikləri ilə bağlı referendum təklifilə müraciət qəbul edəcəyini desə də, bu, baş vermədi. Partiyanın icraçı katibinin müavini Mübariz Qurbanlı, YAP-çı deputat Gülər Əhmədova da bunu S.Novruzovun şəxsi fikri hesab etdiklərini bildirdilər. Dünən müraciət etdiyimiz digər YAP-çı deputat Eldar İbrahimov da fərqli mövqe nümayiş etdirdi. Qeyd edək ki, mətbuatda konstitusiya dəyişiklikləri barədə təşəbbüsçülərdən biri kimi E.İbrahimovun da adı hallanırdı. - O məsələni mən deməmişəm, Siyavuş Novruzov deyib. Mən heç bir təklif vermirəm. Vaxtilə təklifim olmuşdu və həmin təkliflə əlaqədar ulu öndərimiz Heydər Əliyev o cavabı verib ki, təklifə görə sağ ol, amma qəbul etmirəm. Sadəcə olaraq, mən Rusiyada gedən proseslərə münasibətimi bildirmişəm və demişəm ki, nə vaxtsa - bunu zaman həll edəcək - bu məsələ bizə də öz təsirini göstərə bilər. Mən bu sözləri hər yerə demişəm, bu gün sizə də deyirəm. - Bu məsələ rəhbərliyində təmsil olunduğunuz partiyanın müzakirəsinə çıxarılıbmı? - Bununla bağlı partiyada heç bir müzakirə yoxdur. Mən eşitməmişəm və inanmıram da olsun. Qəzetlərdə oxudum ki, Siyavuş Novruzov belə bir şey deyib. Amma inanmıram ki, müzakirə olsun. - Siz bu təşəbbüsü müdafiə edirsinizmi? - Təşəbbüsü niyə müdafiə eləmirəm ki? Deyirəm elə 2003-cü ilin 1 fevralında bu təşəbbüsü mən göstərmişəm. Ancaq o söhbətdən sonra mən buna nöqtə qoymuşam. Bu gün Rusiyada olan olaylarla əlaqədar deyirəm ki, biz də bir regionuq, gələcəkdə bu məsələlər bizə də öz təsirini göstərə bilər. Ancaq nə vaxt göstərəcək, bunu bilmirəm. Mən bu gün ikinci dəfə heç bir təklif vermirəm. Nə prezident səlahiyyətlərinin 5 ildən 7 ilədək artırılması, nə də iki dəfədən artıq seçilməyə limit qoyulması barədə konstitusiya dəyişiklikləri barədə təklif vermirəm. - Konstitusiya dəyişiklikləri barədə açıqlamalardan sonra səslənən versiyalardan biri bu oldu ki, plan Prezident Aparatında hazırlanıb, YAP-çı deputatlara sadəcə ictimai rəyi hazırlamaq tapşırığı verilib... - Yox, bu fikirlər tamamilə fərdi xarakter daşıyırdı. Siyavuş deputatdır, azad adamdır, öz fikrini deyə bilər. - Necə bilirsiniz, İlham Əliyevin bu məsələyə münasibəti necə ola bilər? - Bunu mən deyə bilmərəm. Mən nə bilim onun fikri necə ola bilər? Açığını deyim, bu barədə nəsə demək mənimçün çətindir. Yenə deyirəm, mənim mövqeyim yuxarıdakından ibarətdir. Müəyyən qəzetlər təhrif edib başqa cür verib. Ona görə sizdən də xahişim budur ki, dediyimi olduğu kimi dərc edin. - Heç olmasa partiyanın Siyasi Şurasında bu məsələlərlə bağlı diskussiya açılmasına ehtiyac görürsünüzmü? - Xeyr, ehtiyac görmürəm. Hələ tezdir bu məsələləri müzakirə etmək. Fikrimcə, hələ vaxtı deyil. - Bəs YAP 2013-də özünün prezidentliyə namizədi olaraq kimi görür? - Mən bu barədə heç nə deyə bilmərəm. 2013-cü ilə qədər hələ 5 il var. Gərək hər şeyi vaxtı çatanda deyəsən. İkinci də mən münəccim ola bilmərəm. Əvvəldən deyə bilmərəm ki, nə olacaq, nə olmayacaq. Desəm də yalan çıxar. Mənə belə sözləri demək yaraşmaz. - Belə fikirlər var ki, hakim partiya Azərbaycanda monarxiya üsul-idarəsini formalaşdırmaq istəyir... - Bu barədə hələ ki heç nə yoxdur. Gələcəkdə də nə olacaq, nə olmayacaq, bunu zaman göstərər. - Bəzi deputat həmkarlarınız bildirdilər ki, konstitusiya dəyişiklikləri təklifinin edilməsi birinci növbədə dövlət başçısının imicinə kölgə salır. Təşəbbüsü müdafiə edən şəxs olaraq sizin bu fikrə münasibətiniz necədir? - Mən belə hesab etmirəm. - Belə bir ehtimal da var ki, ölkə başçısının rəyi olmadığı üçün hakim partiyada bu təşəbbüsə dəstək verən yoxdur. Sizdən əvvəl digər həmkarlarınız da bu məsələnin gündəmə gətirilməsinə ehtiyac duymayıblar. Faktiki olaraq Siyavuş Novruzov bu məsələdə tək qaldı... - Söhbət təklikdən getmir. Siz bu məsələləri niyə fırladıb şişirdirsiniz? Deputat azad fikirli adamdır. Mənim bu gün dediyim söz kiminçünsə mütləq ola bilməz axı. Mənim fikrim özümçün obyektivdir, səninçün subyektiv. O da öz fikrini deyib. Burda nə qəbahət şey var ki? İndi başlayıbsınız ki, Həsən belə dedi, Hüseyn elə. Kim nə deyir onun öz fikridir...
43,083
18.11.2008 07:06
Mədəniyyət
FAİQ AĞAYEV ƏMƏLİYYAT OLUNUB
Lakin gərgin iş rejimi buna imkan vermirdi. Nəhayət, bu il avqustun 17-də Bakıda peşəkar göz cərrahı Xəlil Hüseynova səhhətimi etibar edərək, əməliyyat olundum. Bu cərrahiyyə əməliyyatı nəticəsində fəsad kimi gözlərimin ətrafındakı dəri gərilmişdi. Elmi dildə buna müvəqqəti hiperkorreksiya deyilir. Məhz bu səbəbdən neçə müddətdir ki, eynəkdən istifadə edirəm. Lakin bəziləri mətbuatda qəsdən ”Faiq Ağayev plastik əməliyyat olunub" kimi yazıların dərc olunmasını təşkil etdilər. Mən əvvəl buna əhəmiyyət vermədim, lakin söhbət ifrat dərəcədə böyüdü. Bu səbəbdən ictimaiyyətə doğru-düzgün məlumatı, əsl həqiqəti çatdırmağı özümə borc bildim".Onu da bildirək ki, F.Ağayev “ANS-PRESS” forumunda oxucuların suallarını cavablandırarkən “Səsiniz tutulsa və ya hansısa digər səbəbdən oxuya bilməsəniz, yaşamaq üçün lazım olan pulları haradan qazana bilərsiniz” sualına müğənni belə cavab verib: “Mən bir prodüser kimi uğurlu fəaliyyət göstərə bilərəm. Televiziya sahəsində yetərincə bilgi və bacarıq yiyəsiyəm, bir də ki, düşünürəm, xalqıma bir siyasətçi olaraq xidmət göstərə bilərəm”. POPULYAR TÜRK MÜĞƏNNİSİ ZAMİQLƏ DUET OXUMAQ İSTƏYİRGənc ifaçı Zamiqə hazırda İstanbulda özünün radio dalğası və digər gəlirli obyektləri olan populyar müğənni Nil Karaibrahimgil duet oxumaq təklif edib. Bu barədə Zamiq show.az-a bildirib. Müğənni deyib ki, Nilin prodüserlərindən biri Bakıda olarkən onun ifasını bəyənib və mahnılarından ibarət albomu İstanbula aparıb: “Sonuncu mahnılarım Nilin də çox xoşuna gəlib. Duet oxumaq ideyası onun prodüserinin olsa da, Nil də etiraz etmədən razılaşıb. Onlar mənə müraciət etsələr də mən hələ ki qəti qərara gəlməmişəm. Yəqin ki, razılaşacam. Çünki Türkiyədə onunla mahnı yazdırmaq, klip çəkdirmək kimi bir fürsət yaranıb”.
43,084
18.11.2008 07:22
Mədəniyyət
ƏLİ MİRƏLİYEV QADIN MÜĞƏNNİLƏRİ SUÇLAYIR
“Əli Mirəliyev qəsdən ortalığa atılmış fiqurdur. Biz kişilərin xanımları əxlaqsızlıqda ittiham etməyə ixtiyarımız yoxdur. Xüsusən üzdə olan, Azərbaycanı təmsil edən xanımlar barəsində belə fikirlər səsləndirmək ağıldankəmlik əlamətidir, öz-özünü baltalamaqdır. Gərək Əli Mirəliyev bundan sonra danışanda çox korrektəli olsun”. Xalq artisti, muğam ifaçısı Aygün Bayramova hesab edir ki, Ə.Mirəliyev konkret ad çəkmədiyi üçün onun fikirlərinə əhəmiyyət vermək lazım deyil: “O, konkret olaraq kiminsə adını çəkməyib və bütün qadın müğənnilər haqqında belə fikir səsləndirə bilməz. Görünür, kimlərisə nəzərdə tutub. Hər kəs özünə cavabdehdir”. Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, xalq artisti Mələkxanım Əyyubovanın Azərbaycanda olmadığını bildirən prodüseri dedi ki, müğənni xanım da Ə.Mirəliyev kimi müğənnilərin fikirlərini ciddi hesab etmir.
43,085
18.11.2008 08:01
Yazarlar
BÖYÜK PARADOKSUN ŞƏKLİ
Söhbət 20 illiyi tamam olan Meydan Hərəkatından, onun dekabrın 5-də (1988-ci il) dağıdılan mitinqindən və Artur Rasizadənin “tarixi əməyi”ndən gedir. Bu gün həmin adam, yəni tariximizə və siyasi təqvimimizə Dirçəliş Günü kimi düşən hərəkatın dağıdılmasına rəhbərlik edən şəxs artıq baş nazirin müavini deyil, baş nazirdir. Əsrin paradoksu budur. Bir vaxtlar milli-azadlıq hərəkatını boğmağa çalışan şəxs həmin hərəkatın dalğasında yaranmış müstəqil dövlətin baş naziridir. Dirçəliş Günü ilə bağlı xarici dövlətlərdən gələn təbriklərin bir surəti də ona ünvanlanır. Hamı baxır, deyir, sakit, fağır adamdır, qoy Artur müəllim lap yüz il baş nazir işləsin, kimə nə ziyanı var? Amma dünyada haqq-ədalət, mənəvi haqq deyilən anlayışlar da var və onlara görə bu adamın müstəqil Azərbaycanın ikinci şəxsi olması dünyanın ən böyük haqsızlıqlarındandır. Baltikyanı ölkələrdə olsaydı, ona nəinki böyük vəzifə tutmağı qadağan edər, hətta siyasətlə məşğul olmağı yasaqlayardılar, hələ bəlkə bir müddətə həbs də edərdilər. Ancaq bura Baltikyanı ölkə deyil, Xəzəryanı ölkədir, qoca Şərqin qapısıdır və burada belə haqsızlıqlar, ədalətsizliklər çoxdur. Onlardan biri də hərəkatçılarla bağlıdır. 20 il öncə Azərbaycanın müstəqil olması üçün qanını qaşığa qoyan, sovet hökumətinin zindanlarından keçən, fövqəladə vəziyyət rejimində, komendant saatında aclıq aksiyası təşkil edərək sovet generallarına meydan oxuyan tarixi şəxsiyyətlər bu gün nəinki seçib-seçilmək hüququndan məhrumdurlar, hətta adi vətəndaş hüquqlarına malik deyillər. Eləsi var, ümumvətəndaşlıq pasportu belə ala bilmir. Sarı-murğuz rus hərbçilərinə rəhbərlik edən alkoqolik generallarla yanaşı duraraq hərəkatçıların mitinqini dağıdan Artur Rasizadə isə həm baş nazirdir, hətta “İstiqlal” ordeni də daşıyır. Antiistiqlalçının sinəsində “İstiqlal” ordeni - böyük qroteskin şəkli. Artur müəllimlə bağlı paradokslar bir bu deyil. 1990-cı ilin yanvarında sovet qoşunlarını Bakıda günahsız insanları güllələməyə dəvət edən də Artur Rasizadə olub. Kremlə göndərilən tarixi teleqramın altında məhz onun imzası durur. Ancaq üstündən keçən 18 ildə qara yanvardan söhbət düşən kimi hamı Vəzirovu günahkar sayır. Məxfi telefonlarla Kreml başbilənləri ilə əlaqə saxlayıb “hakimiyyət əldən gedir” deyə SOS (“bizi xilas edin”) siqnalı verən, müvafiq tədbirlər görülməsini xahiş-tələb edən, rəsmi teleqramlar göndərənlər isə aydan arı, sudan durudurlar. Onlar ildə beş-altı dəfə Şəhidlər Xiyabanına baş çəkir, şəhidlərin - qətlinə bais olduqları günahsız insanların məzarına gül-çiçək düzür, riyakarcasına süni kədər göstərisi yapırlar. SSRİ-nin saxlanmasına dair referendum məsələsini xatırlayaq. 1991-ci ildə Azərbaycan parlamentində keçirilən səsvermədə SSRİ-yə qahmar çıxanların bir çoxu, başda Arif Rəhimzadə olmaqla, hazırda hakimiyyətdə mövqe sahibidirlər. Üçrəngli bayrağımız ilk dəfə qaldırılanda onu “alabəzək şəlpə” adlandıran, ayaqlarının altına salıb cıran bir çox harın poqonlular indi onun önündə mil dayanırlar, özlərini elə göstərirlər ki, guya milli himnlə, bayraqla qürur duyurlar.20 il öncə Gəncədə həmin bayrağı ilk dəfə qaldıran və küçədə asanlardan biri olan, bunun üstündə sui-qəsdə məruz qalan Sədrəddin Soltan isə hələ də bütöv Azərbaycan qayğısı, demokratikləşmə dərdi çəkir. Əlbəttə, vaxt gələcək, tarixi ədalət bərpa olunacaq. İstiqlala qarşı olanlar öz qiymətlərini alacaqlar, əsl istiqlalçılar isə öz qiymətlərini. Ancaq adam qorxur ki, bu iş gec olsun. Onsuz da gecdir. Aradan 20 il keçib, amma onların tam əksəriyyəti ötən şərəfli günləri ölkə mətbuatında xatırlamaq imkanından belə məhrumdurlar. Atalar belə yerdə deyib: “Kim qazana, kim yeyə”. Xalid KAZIMLI
43,086
18.11.2008 07:56
Yazarlar
JANRI BƏLLİ OLMAYAN ŞÜKRANLIQ
Ümumiyyətlə, elə yazılar və əsərlər var ki, onların janrı olmur. Onlar təcrübədə rast gəldiyimiz, nəzəriyyələşdirilmiş janr və formalara uyğun gəlmir. Üstəlik, bu əsərin niyə məhz o cür yazıldığına heç cür izah tapa bilmirsən. İkinci belə bir yazının olacağına da inam olmur. Yeni janr da saya bilmirsən. Əgər onu novatorluq saysaydıq, yeni janr kimi qəbul etsəydik, onda qəbul etməliyik ki, həmin janrda yeganə əsər yazılıb və bir daha bu janra müraciət olunmayacaq. Bu məsələ mənim də ağrılı yerimdir. Çünki haçansa qəzetdə işlədiyim vaxtlarda bu cür janrsız qəzet yazılarını dərc etmək məcburiyyəti ilə üzləşirdim.Məsələn, bir dəfə Biləsuvar rayonunda çox əcaib bir hadisə baş vermişdi. Zalım camaat deputatlığa namizədin şəklini bir neçə yiyəsiz itin boynuna salıb küçələrə buraxmışdı. İtlər də adamın şəkli boyunlarında heç nə olmamış kimi orada-burada gəzirmişlər...Bizim müxbirlərdən biri bu xəbəri çılpaqlığı ilə yazıb gətirmişdi ki, mən onu özəl bir xəbər yazdığına görə bir xeyli tərifləyim. Amma mənim qanım qaraldı. Dedim ki, belə bir şeyi necə çap edək. Camaat həmin adama qəzəbli olmaqda haqlı ola bilər, fəqət hadisə çox ağrılı və təhqiramizdir. Yaşlı bir adamdır.Xeyli söhbət oldu, mənim hər şeyi çap edən redaktor imicim dağılsa da, bu hadisəni normal xəbər janrında çap etməkdən imtina etdim. Biz yazını bu başlıqla verdik: “Camaat deputatlığa namizədə hörmətsizlik edib”. Alt başlıq, spot və fərqləndirmələrlə xəbəri tamam başqa bir formaya saldıq. Məzmuna da bir balaca əl gəzdirdik. Yazıda camaat həm haqlı idi, həm də haqsız. Oldu janrı bəlli olmayan əcaib bir yazı...Henrix Böll də “Deyimlər” adlı bir əsər yazıb. Oxuyanda xeyli təəccübləndim. Nə hekayədir, nə də xatirə... Allah bilir nədir. Amma çox maraqlıdır. Mənə elə gəldi ki, əsər biz azərbaycanlılar haqda yazılıb.Yazıçı deyir ki, almanlar bir pis hadisə ilə rastlaşanda, məsələn, qatara gecikəndə, yaxud dostunun qıçı sınanda deyirlər ki, paho, heç gözləmədiyimiz ən pis şey olub, bundan pisi ola bilməzdi. Amma irlandiyalılar tam əksinə, sanki bir az sevinmiş kimi olurlar. Onlar deyir ki, neynəyək, bundan da pis ola bilərdi. Qatara gecikmək əvəzinə yolda qəzaya düşmək olardı, yaxud ayağın sınması boyunun sınmasından çox yaxşıdır.Henrix Böll həmin kiçicik əsərdə elə bu məsələni ustalıqla fırladaraq irlandiyalıları yaş yuyub, quru sərib. Bir az tarixi faktlardan istifadə edib, bir az sosioloqluq... Son nəticə də heç yazıçı nəticəsi deyil. Henrix Böll birdən-birə dönüb olur moralist, publisist, ya da siyasətçi. Yazıçıya görə, “daha pis olardı” deyiminin əkiz qardaşı olan bir deyim var: “Mən narahat olmazdım!”Ustad yazıçı buna dözmür, qəzəblənir və İrlandiyanın ictimai problemlərini xatırladır. Yazıçı baş verənlərə o cür reaksiya verməyə qəti etiraz edir. Baş verənlərdən narahat olmağa haqq qazandırır.Bu əsəri tez-tez xatırlamalı oluram. Yəqin indən belə Henrix Böllü narahat edən bu problemi siz də tez-tez yada salacaqsınız. Hər dəfə “Buna da şükür!” deyimini eşidəndə. Axı biz də baş verənlərə təxminən irlandiyalılar kimi yanaşırıq.Amma bu, şükranlıq deyil, Tanrıya dua deyil, gözütoxluq, tamahsızlıq, mətinlik və güclü iradə sahibi olmaq deyil. Bu, taleyə və başımıza gətirilənlərə müti razılıqdır. Mütilikdir. Bizə çatmalı olanları da əlimizdən alanda biz aza qane olub Tanrıya şükür edirik. Məgər Tanrı deyir ki, öz haqqını istəmə?! Mollalıq eləmək istəmirəm, Tanrı deyir ki, sənə çatan halal pay azdırsa, onunla razı ol, ona şükür et. Amma sənə çatanı istə!İmranın oğlu Vüqar təzəcə maşın almışdı. Qırmızı işıqda dayananda arxadan bir CİP onun təzə maşınını vurub. Guya CİP-in sürücüsü asqıranda ayağı əyləcdən qopub və maşın qabağa qaçıb. Atası Vüqara nə desə yaxşıdır: “Canın sağ olsun, əsas odur sağ-salamatsan, maşın cəhənnəmə”. Vüqar da ağlayır: “Axı niyə? Mən onu hansı arzu ilə, hansı əziyyətlə almışdım. Niyə belə bir pis hadisəyə şükür etməliyəm”.Henrix Böll də elə bunu deyir. Xahiş edirəm, heç olmasa təhlükəsizlik kəmərlərini taxmağa ciddi yanaşın.
43,087
18.11.2008 07:04
Yazarlar
NAPOLEON,NEMƏT PƏNAHLI, RASİZADƏ...
Amma əgər cəmiyyət də fizika qanunları ilə idarə edilsəydi, indi bizdə vəziyyət ayrı cür idi. Tutalım, neftli Norveçdəki, ya da neftsiz Fransadakı kimi. Çünki bizim nağılbaz cəmiyyətdə hər kəs özlüyündə Nyutondan da şanslıdır. Min illərdir hər nağıldan sonra başına göydən üç alma düşən camaatımız adam kimi yaşamağın cazibəsinə uyub da bu pis həyatdan çıxış yolunu əlbət tapardı. Amma fizikanı, elə tarixi də oxumur deyə anlamır ki, azadlığın cazibəsi ümumdünya qravitasiyasından daha güclü nəsnədir.Babək şirin canından, o boyda hakimiyyətindən elə-belə əl çəkmişdi bəyəm? Amma ona münasibətimizə bax də - plovbaz, pulgir və müti mollalarımız bu gün də “üç-yeddi”, “cümə-qırx” demir, onu söyür. Əmin ol: dinə görə yox, onun azadlıq istəyinə görə. Heç göz yaşı qoxulu yüzlərlə sevgi dastanı düzəldən folklorçu atalarımız da onu vəsf edən bir dastan quraşdırmayıb. Bizdə yadelliyə qarşı savaşanlara pis baxırlar, oğlum, ona görə. Genetik kodumuzun bu hissəsində təmirə ehtiyac var. Yadellilərə qarşı kükrəyən 1988-in meydan hərəkatını dağıdanlara başçılıq etmiş Artur Rasizadəni də tanıyırsan, onun sonradan “İstiqlal” ordeni almasını da bilirsən. Yadellilərə qarşı vuruşan Nemət Pənahlıdan sonradan satqın, xuliqan düzəltmələrini də görürsən.Ya da əgər cəmiyyət fizika qanunlarına söykənsəydi, kütlənin itməməsi qanunu bizdə də işləyərdi. Bu da yoxdur.Odur ki, neynirsən fizikanı, gəl sənə ictimai qanunlardan danışım. Onlar daha maraqlıdır. İnsan səsinin ictimai enerjisi tamam ayrı şeyə dönür, despotiya, imperiya və səltənətləri ta buxarlanıb yox olana qədər qaynadır. İnsan səsinin enerjisi həyatı bir anda dəyişməyə də yetər. Yəni o qədər güclüdür. Seçki, səsvermə, dırnaq boyası, şəffaf qutu, “exit-poll”, Seçki Məcəlləsi-zad bunun üçündür də...Əgər insan səsinin gücünü lap yaxşı öyrənmək istəsən, onda ictimai elmləri “5"-lə oxu. Onda görərsən ki, 20 il əvvəl - 1988-in elə bu günlərində yumruğunu düyüb bir ağızdan ”A-zad-lıq!" hayqırmaqla qosqoca və qorxunc bir imperiyanı lərzəyə, 70 illik kommunist aristokratiyasını vahiməyə salan azadlığa təşnə o insan kütləsi indi yoxdur. O məğrur və azad kütlə itib. Fizika da çaş-baş qalıb, tarix də.Tarixdən onu da oxu ki, Napoleon hakimiyyətinin və fransız milli ruhunun güclənən dövründə Fransada özündə bu ruhu daşıyan çılğın, vətənpərvər, azadlıqsevər bir kütlə yaranmışdı. Onlar tamam yeni insanlar idi - pis köhnələri dəyişmək istəyən yenilikçi, bir az da inqilabçı. Sıralarında yaşlılar da olan bu nəslin təfəkkürü, istəyi, idealları tamam yeni idi, gənc idi. Onun beynini azadlıq, ləyaqət, şərəf daha çox məşğul edirdi.Sonra o böyük ideallar düzəni dağıldı - Napoleonla birgə bu coşqu dövrü də bitdi. Eyforiyadan qopa bilməyən o nəsil ictimai fikir meydanında sərkərdan qaldı. Bu adamlar Napoleondan sonra vətən, azadlıq, dövlət məsələsini ortaya atanda azadlıqdan qorxan köhnə fikirli aristokratiya onlara məsləhət görürdü ki, gedin kilsəyə, monarx (rahib) olun. Vicdan, ləyaqət və şərəfdən söz açanda deyirdilər - gedin rahib olun. Sevgidən və həyatdan danışanda deyirdilər - gedin rahib olun...Onlar da getdi. Amma kilsədə anladılar ki, onları bura müti sürüyə döndərib mənən öldürmək üçün göndəriblər. Ona görə də kilsənin onlara yedirtmək istədiyi mütilik dininə uymayıb yenidən öz ideallarının yanına qayıtdılar. Ki, Fransanı qafasını kif basmış o allahsız, meşşan, əxlaqsız, sələmçi aristokratiyadan xilas etsinlər. 1848-də etdilər də.Soruşma, oğlum, soruşma ki, bəs bizim 20 il əvvəlki o məğrur, yeni fikirli, idealist, azadlıqsevər kütlə hanı. Deyirəm - yaz. Bizim köhnə fikirli aristokratiya da o kütləni yeni dinə uymağa çağırdı. Çoxu getdi yeni dini - sərvət və itaət dinini qəbul etməyə. Etdi də. O kütlənin bir hissəsini bu gün köhnələrin “Yeni Azərbaycan”ının və təzə hakimiyyətinin böyür-başında görərsən. Hamısı qorxudan əl çalır, razılaşır, dəstəkləyir, mədh edir, azadlıqdan qorxur deyə ona nifrət edir. Başqa hissəsi isə əzilməkdədir.Tarix buna hələ sonra çaş-baş qalacaq.
43,088
18.11.2008 07:01
Yazarlar
KOD ADI “OBAMA”
İkinci xeyrim isə bu oldu: İqtisadiyyat İnstitutu mənə başa saldı ki, elmlər cərgəsində... iqtisadiyyat adında bir elm yoxdur. Tam ciddi sözümdür. İstənilən iqtisadçı ekspertlə mübahisəyə girərəm, sübut edərəm ki, iqtisadiyyat elmi adına öyrədilən hər şey tam cəfəngiyyatdır. Elə son qlobal iqtisadi böhran bunun yekə sübutudur. İqtisadiyyat üzrə Nobel mükafatını adətən ABŞ “alimləri” alıblar. Bəs indi həmin alimciklər niyə fərli çıxış yolları göstərə bilmir? Fikrimcə, yeganə faydalı iqtisadçı peşəsi mühasiblikdir. Gəlir-çıxarı hesablayan. Bunu da 6 aylıq kurslarla öyrənmək mümkündür, ta 4-5 il avaralanmağın, magistratura oxumağın, nə bilim, doktor olmağın bir qəpiklik mənası yoxdur. Xoşladığım ingilis yumoru özünü iqtisadçı adlandırıb yekəxana dolaşanlara dəqiq qiymət verir. Mübahisə düşür ki, hansı peşə daha qədimdir. Həkim deyir: “Cərrahlıq ən qədimdir. Axı Allah Adəmin qabırğasından Həvvanı düzəldib”. Mühəndis deyir: “Ən qədim peşə mühəndislikdir. Əvvəl Xaos vardı, Allah ondan nizamı - Kosmosu qurdu”. İqtisadçı bic-bic qımışır: “Soruşmaq ayıb olmasın, bəs sizcə Xaosu kim yaratmışdı?”Başqa maraqlı, bir qədər də məzəli müşahidəmi sizinlə bölüşmək istərdim.Barak Obama ABŞ prezidenti seçiləndən sonra adamın haqqında dünya mətbuatında ən ağlagəlməz fərziyyələr, söhbətlər, sarsaq açıqlamalar çıxır. Bir deyir ki, Obamanın əsli bədəvi ərəbdir, başqası hətta türk kökündən gəldiyini yazır. Şübhə etmirəm, bu minvalla bir gün Obamanın Culfanın Qazançı kəndində doğulduğunu, Rəsul Quliyevin qohumu olduğunu da qəzetdən oxuya bilərik. (Yeri gəlmişkən, ötən yazılarımdan birində bu gözəl obamızın Şərurda yerləşdiyini yanlış olaraq qeyd etmişdim. Səhvi tutub, nəzərimə çatdıran diqqətli oxuculara təşəkkür edir, üzrxahlığımı bildirirəm). Son həftələr isə Barak Obama haqda, fikrimcə, ən gülünc xəbər dünya mediasında yayılıb. Yazırlar ki, ABŞ prezidentini mühafizə edən məxfi xidmət radiodanışıqlarda prezidentin adını təhlükəsizlik baxımından çəkə bilməz, o üzdən Obamaya “Reneqat” kod adı verilibdir. Necə deyərlər, bu “Qurdlar vadisi” başları xarab eləyib... Ay qardaşlar və bacılar, o nə kod adıdır ki, onu artıq hamı bilir?! Pah, guya məxfi xidmət agenti ratsiyada “Reneqat saat 4-də Nyu Yorkda olmalıdır” deyəcək, bin Ladenin uşaqları da söhbəti qanmayacaq... Hələ bu cəhənnəmə, “reneqat” sözünün mənası, anlamı üzərində gəzişmələr edib uzaqgörən nəticələr çıxarılır. Ay nə bilim bu söz satqın, dönük deməkdir, Obama müsəlmanlıqdan çıxdığı üçün “Reneqat” adı qoyulub və sairə. Məzəniz olsun.Gərək mister Obamaya məktub yazaq, kod adını dəyişsin. Elə ən yaxşısı “Obama”dır. Pis-pis qüvvələr düşünər ki, prezident belə ağılsızlıq eləməz... Zamin HACI
43,089
18.11.2008 07:15
Yazarlar
ARAQ ŞÜŞƏSİNDƏKİ QARABAĞ
Polemika uzun çəkdi və Elçibəy sonda yenə hövsələdən çıxdı: “Bilirsinizmi, bu Qarabağ məsələsi rus üçün araq butılkası deyil e, cibinə qoyub aparıb içsin...”Bəy bunu o qədər dərin bir inamla dedi ki, ətrafdakıların hamısının sanki ruhu rahatlandı. Bu fikir yaddaşımdan çox mühüm bir informasiya kimi uzun müddət silinmədi. Müharibənin ən qızğın vaxtlarında bu sözlər təskinlik kimi kömək də etdi. İndi o tələbə uşaqların bir neçəsi aramızda yoxdu, müharibədə həlak oldular. Heç müharibə də yoxdur. Amma Qarabağ, rus və araq butılkası yenə aktualdır. Bu girişi elə-belə xatırlamadım.Yazdıqlarımız yüzdə-yüz doğrulur: Rusiya danışıqlar masasına Qarabağ ermənilərini oturdur. Bakıdan sonra Stepanakertdə olan həmsədrlər də bu faktı birbaşa təsdiq edən bəyanatlar veriblər. “DQR” “prezidenti” Bako Saakyan de-yure Azərbaycan vətəndaşı sayılır, yəni bizim təbəə. Qarabağın azərbaycanlı icması adlı qurum da var, rəhmətlik Nizami Bəhmənovdan sonra o yer hələ ki boşdur. Amma elə ki, orada bir təbəə tapıb oturdacaqlar, iş olacaq tamam. Şəxsən mənimçün bu kampaniya maraqlı olacaq. Sərkisyan, bizim dövlət başçısı, Saakyan və Azərbaycan icmasının rəhbəri... Bayırda turşu sarımsaqla tut arağı hortdadan həmsədrlər.Fransalı həmsədr Bernar Fasye Bako Saakyanla görüşdən sonra deyib ki, “biz bura təkcə tut arağı içməyə gəlmirik. Bizim məqsədimiz həm də odur ki, Dağlıq Qarabağ rəhbərliyi ilə işləyək”.Bu “həm də” hamamla bağlı məşhur biədəb lətifəni yada salır. Fasye demək istəyib ki, Qarabağa təkcə yeyib-içməyə gəlmirlər. Həm də danışıqlar aparırlar. Əgər bu sözləri ərəblərlə İsrail arasında vasitəçilik edənlər desəydi, yəqin muxtariyyətdən Fasyenin kəsilmiş başı çıxardı. Bu “üç müşketyor” isə səhər Bakıda ikra ilə qarınlarını doyurub, günorta Qarabağ erməniləri ilə tut arağı içib, axşam da Sərkisyanla İrəvan konyakı vururlar.Doğrudan da, fikir verin, onlar ekran qarşısına çıxanda gah təlxək kimi gülürlər, gah da tez-tez fikirlərinin yanlış anlaşıldığını iddia edib özlərini təkzib edirlər. Fasye dadlı içkilərin vətənində doğulub, ona görə ağzının dadını bilir. Yəqin onu da bilir ki, bu tut arağını hər içən xoşlamır. Gərək ona öyrəşəsən. Fasyenin deməyindən belə çıxır ki, onlar tut arağına da artıq öyrəşiblər.Camaat bunlardan heç nə gözləmir. Düz də edir. Ümumiyyətlə, bu üç siyasi dəllal gec-tez elə ilişəcəklər ki, daha bu tərəflərə gəlməyə üzləri də olmayacaq. Əlbəttə, əgər erməni gözəlçələrlə kef məclislərinin diskləri Bakonun seyfində indidən varsa... *** Şuşada tut dadlı olmurdu, heç yeyən də yox idi. Amma ermənilər tut arağını doğrudan da yaxşı hazırlayırlar. Yəqin həmsədrlər də Qarabağdan gedəndə hərəsi cibinə bir butılka qoyub aparır.Allah sənə rəhmət eləsin, Bəy. Bu günləri görə bilməmişdin... Nazim SABİROĞLU
43,090
18.11.2008 07:26
Yazarlar
VASİTƏÇİNİN ƏRƏBCƏ QƏLƏTLƏRİ
Xülasə, amerikalı diplomat ərəbcə “qələt”lərini davam etdirir. Çünki Qarabağla bağlı Azərbaycanın xeyrinə olan analoji fikirlər ABŞ hökumətinin qat-qat yüksək çinli təmsilçilərinin, o cümlədən bu yaxınlarda Bakıda səfərdə olmuş Con Neqroponte və vitse-prezident Dik Çeyninin dilindən də səslənib. Bəs Brayzanı vaxtaşarı əndirəbadi açıqlamalara vadar edən nədir, Xankəndində ermənilərin hər dəfə qonaq etdiyi tut arağımı? Zarafat qırağa dursun, bu adam, deyəsən, münaqişə tərəfləri arasında vasitəçiliyi elə belə görür. Yaxud elə-belə, hərəyə bir söz deməklə. Həqiqət isə hardasa ortadan keçir. Ortada ki, Madrid sənədidir. Əfsuslar olsun ki, orada əks olunanlar Brayzanın ermənilərə söylədiklərinə daha yaxındır, nəinki bizə. Çünki sənəddə Dağlıq Qarabağın statusunun səsvermə ilə müəyyən ediləcəyi göstərilir. Ayrı sözlə, bəlli olur ki, “beynəlxalq normalar” deyəndə vasitəçilər “müqəddəratını təyinetmə”ni də eyni dəyərdə tuturlar. Acı reallıq bu günə bax, belədir: 5 rayonu indi, ikisini isə 10-15 il sonra qaytarmağın əvəzində Dağlıq Qarabağı “məxməri keçid” şəklində ermənilərə ərməğan etmək. Vasitəçilərin tez-tez təkrarladıqları “əsas problem ərazi bütövlüyü ilə öz müqəddəratını təyinetməni uzlaşdırmaqdır” bəyanatlarının arxasında bu gizlənir. Çünki iki prinsipi uzlaşdırmağın yolunu hələ heç kim tapmayıb. Elə ona görə də diplomatların bu qəbildən açıqlamaları Ermənistanda da, Azərbaycanda da hələ ki qıcıq doğurmur. Axı möcüzəli nə deyirlər ki, bu turist-diplomatlar? Deyirlər ki, “Özünüzü yaxşı aparsanız, Qarabağ sizin də ola bilər, sizin də”. Bir dəfə yazdığımız kimi, ABŞ-la Rusiyanın “hərəyə bir muncuq siyasəti”dir ki var. Aydın məsələdir ki, Kremllə Ağ Ev Azərbaycan və Ermənistanı küskün salmaq istəmirlər. Zira, hər iki ölkə Rusiya və Qərb üçün önəmlidir. Xüsusilə böyük geosiyasi oyunların getdiyi hazırkı mərhələdə. Xüsusilə Azərbaycan öz potensialına, energetik əhəmiyyətinə görə işğalçı ölkədən qat-qat vacib statusdadır. Üstəlik, xeyrimizə təptəzə reallıq var. Bu da odur ki, Rusiya Gürcüstanın bir hissəsini ilhaq edəndən sonra ABŞ üçün Azərbaycanın önəmi xeyli artıb. Əfsuslar olsun ki, rəsmi Bakı əlverişli məqamdan yararlanıb danışıqlar masası arxasında atmosferi xeyrimizə dəyişə bilmir. Gücü çatmır. Bacarmır. Hakimiyyət maraqları qoymur. Bu arada bir anlığa təsəvvür edin ki, neft ölkəsi Azərbaycan üstəgəl demokratik idarəçiliyə sahibdir. Qarabağ məsələsində mövqeyimiz necə olardı?Amma hələ şans tam buraxılmayıb. Söhbət müzakirələrin formatını Ermənistanın Azərbaycana qarşı ərazi iddiası müstəvisinə qaytarmaqdan, Qarabağa dair BMT qətnamələrini gündəmə gətirməkdən gedir. O qətnamələr ki, separatçılara əsla öz müqəddəratını təyinetmə hüququ tanınmır, birmənalı şəkildə onlar işğalçı kimi göstərilir. Beynəlxaq konvensiyalar isə heç bir dövlətə digər dövlətin ərazisini ilhaq edib, orada etnik təmizləmə aparıb sonra da öz müqəddəratını təyinetmə üçün referendum keçirmək haqqı tanımır. Bu, beynəlxalq hüququ ələ salmaqdır. Əksinə, beynəlxalq hüquq ərazisi zəbt edilən, etnik təmizləməyə məruz qalan xalqa öz ərazi bütünlüyünü təmin etmək üçün BÜTÜN VASİTƏLƏRƏ, o cümlədən SİLAHA əl atmaq haqqı tanıyır. BMT qətnamələrinin yuridik anlamı elə budur - Azərbaycanın savaş haqqı. Nə qədər ki, biz özümüz könüllü şəkildə, bizə təklif edilən kapitulyasiya aktlarına imza atmaqla bu haqdan imtina etməmişik, nə qədər ki, BMT qətnamələri öz qüvvəsini saxlayır, nə qədər ki, Madrid sənədi imzalanmayıb, belə də qalacaq. Azərbaycan BMT qətnamələri və Xocalı soyqırımını təsdiqləyən sənədlər əsasında Ermənistanı Haaqa Tribunalına verməklə savaş haqqına sahib olduğuna asanlıqla əminlik hasil edə bilər. İndi görün, son 14-15 ilin danışıqları Azərbaycan üçün nə dərəcədə uğursuz olub ki, Ermənistan işğalçı yarlığından qurtulub. 10 il, 12 il qabaq məgər öz müqəddəratı təyinetmə söhbətimi vardı? Elə ona görə Qarabağ savaşında 20 minə yaxın şəhid vermiş Azərbaycan xalqının mövcud hakimiyyətdən soruşmaq haqqı var: bağlı qapılar arxasında nə baş verir, referendum məsələsi hardan çıxıb və sənəd şəklinə necə salınıb? Niyə Bakı rəsmiləri - Elmar Məmmədyarov, Novruz Məmmədov Dağlıq Qarabağda səsvermədən danışırlar? Onlar bunun konstitusiyamıza zidd olduğunun fərqindədirlərmi? Və nəhayət, nə vaxtdan işğalçılar, separatçılar, terrorçular dönüb “xalq” olublar? Zahid SƏFƏROĞLU
43,091
18.11.2008 07:53
Yazarlar
6 İL ÖNCƏ, BU GÜN
Həmin gün gənc jurnalist kimi dövlət başçısı Heydər Əliyevə bəzi sualları ünvanlayıb, üzbəüz cavab aldığıma görə təbii ki, sevinmişdim. Özü də o vaxt çox çətin günlərimizi yaşayırdıq; düzdür, ən kritik anlarımızda Heydər Əliyev redaktorları yığıb, onlarla danışmış, iqtidardakı irticaçı məmurları üzərimizdən xeyli geri çəkmişdi. Amma yenə də YAP-da və hakimiyyətdə qanımıza susayan çox qüdrətli düşmənlərimiz mövcud idi. Və onlar hər vasitə ilə müstəqil jurnalistlərin Heydər Əliyevə çıxışını əngəlləməyə çalışırdılar. Belə vəziyyətdə ölkənin birinci şəxsindən mətbuata basqılara münasibət öyrənmək təbii ki, çox vacib idi. Üstündən 6 il keçsə də, o günü anbaan xatırlayıram.Qəzetimizin bazar günü sayını hazırlayırdıq. Xəbər gəldi ki, bəs rəhbər şəhər gəzintisinə çıxıb. Tez “silah-sursatı”mı yığıb “Sahil” metrosuna tərəf getdim. Rəhmətlik Heydər Əliyev küçədə - mərhum həyat yoldaşı Zərifə xanımın barelyefi önündə əhali ilə söhbətləşirdi. Lap yaxınına, beş-altı addımlığınadək getdim. Nə bir polis, nə mühafizəçi qarşımı kəsdi. Yalnız daha yaxına keçməyimə imkan vermədilər.Ancaq sonrakı cəhdlərim alındı. Bulvar gəzintisi başa çatandan sonra, rəhbər sağollaşıb maşınına tərəf getmək istəyəndə. Onun kortejə tərəf getdiyini görüb “Heydər bəy, sizi bir dəqiqə olarmı”, deyə səsləndim. Bu zaman mühafizə xidmətinin, hətta Bakı meri Hacıbala müəllimin, polis rəisi Məhərrəm Əliyevin, müavini Yaşar Əliyevin necə çaşqın hala düşdüyünü indiyədək xatırlayıram. Ancaq o, saymazyana ötüb getmədi. Əksinə, geri dönüb məni mühafizəçilərin əlindən qurtardı. Mətbuatın problemləri ilə bağlı sual vermək istədiyimi dedim. Əvəzində gülərək “bura mətbuatın problemi yeridir? Görürsən bura çıxmışam bir az istirahət edəm. Mətbuatın nə problemi var?” soruşdu. Qəzetimizin məhkəməyə verilməsi barədə fikirlərini bilmək istəyəndə “mənim bundan xəbərim yoxdur”, dedi.Ancaq 6 il öncənin reportajını oxuyarkən özümü təəccüb bürüdü. Elə dünən bəzi həmkarlarım da “demokratik dövrdə yaşayırmışıq”, dedilər. Görün biz hardaymışıq, gəlib hara düşmüşük... Dəyişən təkcə dövlət başçıları deyil. 2003-cü ilədək məskunlaşdığımız köhnə ofisimizdən məhrum edilməyimiz də bir tərəfə qalsın. Ötən illər ərzində qəzetlərə bəzi güzəştlər, yardımlar olsa da mətbuat tənəzzül dövrünə qədəm qoydu.O vaxt növbəti sayımızda rəhbərin qəzetimizə təzyiqlərdən xəbərsiz olduğunu yazdıq və artıq xəbərdar olduğunu bildirdik. Hansı ki, yuxarıda qeyd etdiyimiz kimi, artıq Heydər Əliyev 2001-ci ilin sonlarından başlayaraq, müxalif media ilə münasibətləri yumşaltmış, qəzetimizin rəhbəri də daxil olmaqla, redaktorları iki dəfə qəbul etmiş, onlara müsahibə vermişdi. Məhz onun münasibətinin dəyişməsi sayəsində mətbuata təzyiqlər xeyli səngidi, borclar donduruldu, hətta bəzi qəzetlərə kreditlər də verildi.Ancaq çox heyf ki, ondan sonra vəziyyət pisliyə doğru dəyişdi. Elmar Hüseynovu itirdik, bir çox yazarlar - Eynulla Fətullayev, Mirzə Sakit, Qənimət Zahid həbs edildi...Hazırkı dövlət başçısı da vaxtaşırı şəhər gəzintisinə çıxır. Ancaq nə olsun? Ətrafı ona yaxın düşməyə imkan vermir. Onunla olsa-olsa, “yuxarı”da hazırlanmış siyahı əsasında ünsiyyət qurmaq mümkündür. Çox yaxşı olar ki, hörmətli İlham Əliyev özü təşəbbüs göstərsin, mətbuatın dərd-sərini bilməkdən ötrü.Deyirlər, mətbuata dövlət yardımı proqramı üzərində iş gedir. Olsun. Ancaq bundan əvvəl həmin mətbu orqanların əməkdaşlarını azad etmək lazımdır. Ən qatı cinayətkarlar da əfv olunursa, alternativ fikrin daşıyıcılarına bunca əziyyət vermək insafdan deyil. Heç məntiqdən də...Mətbuatla hakimiyyət arasında gerçək barışa ehtiyac var. Biz hazırıq. Amma keçərli və gerçək barış üçün təşəbbüs dövlət başçısından gəlməlidir. Necə ki, mərhum prezident Heydər Əliyev belə etmişdi. Yeri gəlmişkən, dekabrda Heydər Əliyevlə media kapitanlarının tarixi görüşünün ildönümü tamam olacaq. Nədən həmin tarixi gündə prezident İlham Əliyev jurnalistlərlə analoji görüş keçirməsin? Lap elə Qənimətin, Mirzənin, Eynullanın da iştirak etdiyi bir görüş. Axı onlar da bu vətənin oğullarıdır. Belə bir görüş ölkədəki ab-havanı nə qədər dəyişərdi!Əks təqdirdə, Azərbaycanın adı yenə qara siyahılara salınacaq, mətbuatın boğulduğu pis ölkə kimi təqdim olunacaq. Beləcə, cəmiyyət və dövlət olaraq uduza-uduza gedəcəyik. “Yeni azərbaycanlılar” “Yeni Müsavat” və digər qəzetləri “tanımadıqlarını” deyəcəklər...Biz prezidenti tanıdığımız kimi, onun da bizi tanımasını umarıq... Elşad PAŞASOY
43,092
18.11.2008 07:04
Oxucu poçtu
“QARALOV SAXTAKAR İŞÇİLƏRİN ƏLİ İLƏ MƏNİ İŞDƏN UZAQLAŞDIRDI”
T.Bünyadova yazır ki, rəhbərlik onun fəaliyyətində nöqsanlar tapmadığı halda başqa işçilərin saxtakar fəaliyyətindən istifadə olunub. Şikayətçi işinə bərpa olunmaq üçün ona rəhbərlikdən müraciət edildiyini yazır, amma qəribədir ki, o, bu təklifi qəbul etməyərək, onu işdən uzaqlaşdıranların çıxarılmasını tələb edir: “Mən Oğuz-Qəbələ su kəşfiyyatı işinin əsas iqtisadiyyat hesabatını aparırdım, Qaralov buna görə şöbədə hamıya əlavə maaş yazsa da, mənim zəhmətimi qiymətləndirmədi. Bundan əlavə, baş mühasib və kadrlar şöbəsinin müvəkkilinin qanunsuz əməlləri də mənim ayağıma yazılanda mən bu haqsızlığa dözməyərək nazirliyə və Heydər Əliyev Fonduna şikayət etdim. Tələb etdim ki, həmin qanunsuzluğa yol verənlər işdən azad olunsunlar və vurulan mənəvi zərərə görə məndən üzr istəsinlər. Məgər pensiyaçıların işləməyə haqqı yoxdur? Həmin müddətdə əsəbdən xəstəliklərə düçar oldum və işə gedə bilmədim. Bundan sonra idarədən mənim yanıma Qaralovun nümayəndəsi göndərildi. O bildirdi ki, direktor həmin işçiləri işdən uzaqlaşdırmağı vəd edib. Lakin bu günə kimi təhsil və iş qabiliyyətləri yetərincə olmayan, qanun pozuntularına yol verən həmin qadınlar öz işlərinin başındadır. Tələbim budur ki, işimi haqsız yerə itirməyimdə rolu olan baş mühasib və kadrlar şöbəsinin müdiri işdən uzaqlaşdırılsın. Məndə olan məlumata görə, Qaralov deyib ki, buna görə məhkəməyə müraciət etməliyəm. Məgər direktor məni qanunsuz əməllərdə suçlayanda məhkəməyə müraciət etmişdi? Digər tərəfdən, mən Azərbaycanda məhkəmə orqanlarının düzgün qərar verməsinə inanmıram”.Məsələ ilə əlaqədar adıçəkilən idarənin direktoru Bəxtiyar Qaralovla əlaqə saxladıq. Direktor bildirdi ki, T.Bünyadova qanuni şəkildə öz ərizəsilə işdən çıxıb: “Bünyadova iki ildir işdən gedib, lakin onun şikayətləri əsasında dəfələrlə idarədə yoxlama aparılıb, heç bir əsas tapılmayıb. Baş idarədən dəfələrlə işə dəvət olunsa da, iki ay işə gəlməyib. Uzun illər işlədiyi nəzərə alınıb, ona maddi yardım edilib. Digər tərəfdən, onun məhkəməyə müraciət etmək hüququ var, buyurub şikayət etsin, kimin haqlı olduğunu məhkəmə araşdırsın”.
43,093
18.11.2008 07:05
Oxucu poçtu
“NAZİM QULİYEV HƏBS OLUNMASA, BU DÖVLƏT ÜÇÜN ETDİKLƏRİMƏ HALALLIQ VERMƏYƏCƏM”
Müsahibimiz öncə N.Quliyevin anasının bəzi mətbuat orqanlarında oğlunun öldürülmə ehtimalı ilə bağlı dediklərinə münasibət bildirdi: “Üzümü onun anasına tutub deyirəm ki, belə şərəfsiz oğulu doğan adam necə xalq qarşısında söz deməlidir? Nazim uzun müddət Azərbaycanın yolunda can qoyan xanımları təhqir edib, reketçiliklə varidat toplayanda, qəzetçi adına ləkə gətirəndə, hətta qadın zorladığına görə bir neçə dəfə həbsdə olanda bu ana bir dəfə ona deyib ki, ”ay oğlum, düz yola qayıt". Heç maraqlanıbmı ki, sən bu varidatı hardan və necə toplamısan?" S.Mahmudovanın sözlərinə görə, anasının bu açıqlaması hökuməti, eləcə də cəmiyyəti şantaj məqsədi daşıyır. Müsahibimiz bu qadının hər gün Prezident Aparatı qarşısında N.Quliyevin müdafiəsi üçün adam axtardığını vurğuladı: “Məni qəzetində təhqir etdiyi üçün onun barəsində Nəsimi rayon Məhkəməsində iddia qaldırdım. Bu məsələdə Tənzilə Rüstəmxanlı da məni tək qoymadı. Nazim Quliyev isə hər dəfə prosesə qatılanda günahı olmadığını deyirdi. Redaktorluğu dövründə əleyhimə yazdığı yazıları təqdim etsəm də, imtina elədi ki, həmin vaxt redaktor başqa adam olub. Növbəti dəfə onun barəsində iddia qaldırdım. Axtarışda olduğuna görə icraat dayandırılıb. Necə olur ki, dövlət çevrilişinə cəhd edən şəxslər, dəstələr zərərsizləşdirilir, amma güc strukturları Nazim Quliyevi axtarıb tapa bilmirlər? Bu adam 4 gün öncə keçmiş satış meneceri Havanisəyə naməlum nömrədən telefon açaraq, onu və oğlunu hədələmişdi. Dedi ki, bütün redaksiya sirlərini yaydığına görə səni oğlunla birgə itirəcəm. Kosmos əsrində necə olur ki, Nazimin müxtəlif nömrələrdən açdığı zənglər nəzarətə götürülmür, onu tapmaq müşkülə çevrilir? Nazim Quliyevi bir neçə dəfə Bakıda, Sumqayıtda görüblər. Hər iki dəfə onu polislər görüb, amma əllərində axtarış məlumatı olmadığı üçün həbs etmədiklərini deyiblər”. Müsahibimiz N.Quliyevin PKK tərəfindən maliyyələşdiyini vurğulayaraq, onu terror təşkilatının Azərbaycandakı rezidenti adlandırdı. “Bu qədər mal-dövləti təkcə şantajla yığmaq mümkün deyil” deyən müsahibimizə görə, axtarışda olan bu şəxs həm də fəraridir: “Mən müharibə edəndə o, əmisi oğlunun adından istifadə edib, Nazirlər Kabinetində yer tutub. Necə olur ki, Kremlin meydanında Öcalana görə özünü yandıran Zilana milli qəhrəman deyən Nazim, Naxçıvan istisna olmaqla, bütün sərhəd rayonlarında döyüşən ”Qarabağın Həcəri"nə ləkə yaxır? Mənim - var-dövlətini Qarabağ yolunda qoymuş qadının bir mənzili yoxdur, kirayədə yaşayıram. Amma onun şəhərin ən bahalı yerlərində evləri, villası, obyektləri, torpaq sahələri, ən son model 6 maşını var".S.Mahmudova N.Quliyevin 2008-ci ilin avqustunda ona telefon açaraq, şantaj etdiyini xatırlatdı. Müsahibimizin sözlərinə görə, bu şəxs öncə siyasət işlədərək, onun haqqında yazdıqlarının yanlış olduğunu deyib: “Dedi, ”sənin haqqında səhv olmuşam. Amma mənə də “yuxarılar”dan deyiblər ki, get, kef elə, kimi istəyirsən, qəzetində təhqir elə. İndi Tənzilə Rüstəmxanlıdan mənə 50 min manat alıb verməsən, səni yenə də sürüyəcəyəm". Onda mən ona dedim ki, mənə ilişsən, səni də, arxanda dayananları da buna peşman edəcəm. Həmin ilin 16 avqustundan etibarən Nazim məni təhqir dolu ifadələrlə nüfuzdan salmağa çalışan yazılar yazdı". Müsahibimiz N.Quliyevin tapılıb cəzalandırılması üçün bütün lazımi instansiyalara müraciət etdiyini bildirdi. Onun sözlərinə görə, bu adam həm korrupsioner, həm də şantajçı kimi, yüzlərlə qadının həyatını zəhərə döndərdiyinə görə cəzalandırılmalıdır: “Mülki qaydada qaldırdığım iddiada həm təkzib, həm qəzetin bağlanmasını tələb etmişəm, həm də 100 min manat təzminat istəmişəm. Mənə dəyən mənəvi zərbənin qiyməti pulla ölçülməz. Amma Nazim Quliyevin həbs olunduğunu görməsəm, bu dövlət üçün etdiklərimə halallıq verməyəcəm”.
43,094
18.11.2008 07:14
İqtisadiyyat
BU İL DÖVLƏT XƏRCLƏMƏLƏRİ 5 MİLYARD MANAT TƏŞKİL EDİB
Nəzərə çatdıraq ki, Oğuzdakı körpüyə büdcədən 1 milyon manat vəsait ayrılıbmış. Ümumiyyətlə, istər büdcə, istərsə də xarici kreditlər hesabına yol-körpü layihələrinə külli miqdarda vəsait xərclənir. Məsələn, ötən il təsdiq olunan büdcədə 2,8 milyard manatlıq dövlət xərcləmələri nəzərdə tutulurdusa, artıq bu ilin ortasında təsdiq olunan və dürüstləşdirilən büdcədə həmin vəsait 4,4 milyard manat səviyyəsinə qədər artırıldı. Vəsaitlərin 30 faizə yaxını Nəqliyyat Nazirliyinin payına düşürdü. Əbəs deyil ki, ildən-ilə büdcədən çox pay alan Nəqliyyat Nazirliyi Bakı şəhərinin nəqliyyat infrastrukturunun inkişafını nəzərdə tutan 2008-2011-ci illər proqramını təsdiqləyib. Ora daha 11 körpünün, 11 piyada keçidin, 13 iri avtomobil dayanacağının və digər infrastruktur obyektlərinin tikintisini daxil edib. Diqqəti çəkən isə nazirliyin nəzarəti ilə həyata keçirilən layihələrə bir ildə büdcədən dəfələrlə vəsaitin ayrılmasıdır. 1 milyonluq layihələr 10 milyonluq layihələrə, 10 milyonluq layihələr isə 100 milyonluq layihələrə çevrilir. Məsələn, Bakı-Quba-Rusiya avtomobil yolunun yenidən qurulmasına əvvəlcə 281,9 mln. manat xərclənməsi nəzərdə tutulurdu. Lakin beynəlxalq maliyyə institutlarından vəsaitlərin cəlb olunmasından sonra hökumət bu layihəyə 1 milyard manat sərf etməyi qərara aldı. Bundan əlavə, “Əzizbəyov” metro stansiyası-aeroport yolunun tikintisi, mühəndis xətlərinin köçürülməsinə il ərzində ayrılan vəsaitin həcmi 255 mln. manata, Qusar rayonunda turizm infrastrukturunun tikintisinə ayrılan vəsait 123,5 mln. manata, “Əzizbəyov” metro stansiyasının yaxınlığındakı dairədə yol qovşağına ayrılan vəsait 87,6 mln manata, “Ekselsior” mehmanxanası dairəsində yol qovşağına ayrılan vəsait 61,3 mln. manata, Ələt dəniz limanının tikintisinə ayrılan vəsait 23 mln. manata çatdırılıb. Halbuki ilkin variantda bu layihələrin hər birinə dəfələrlə az vəsait nəzərdə tutulmuşdu. Digər tərəfdən, eyni məqsədlər üçün davamlı olaraq vəsaitlər ayrılsa da həmin layihələr tamamlanmaq bilmir. Yüzlərlə yarımçıq layihənin olmasına baxmayaraq, yüzlərlə yeni layihəyə başlanılır. Bu sahədə isə keyfiyyətdən danışmaq mümkün deyil. İqtisadçı ekspert Zöhrab İsmayıl “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, yol və körpü tikintisi adı altında vəsaitlərin qeyri-səmərəli xərclənməsi ilə yanaşı layihələrin dəyəri dəfələrlə bahalaşdırılır: “Tender vasitəsi ilə icraçılar seçildikdən sonra yeni şirkətlər peyda olur. Bu problemlər son nəticədə tikilən körpülərdə, yollarda özünü göstərir. Keyfiyyətsiz işin fəsadları 2-3 ildən sonra özünü göstərir. Bu problem Ələt-Qazməmməd yoluna da aiddir. Hər il orada hansısa problem ortaya çıxır. Yeri gəlmişkən, vaxtı ilə bu layihəyə də böyük həcmdə vəsaitlər xərclənib”. Onun sözlərinə görə, həyata keçirilən layihələrin smeta qiyməti ilə real qiyməti arasında kəskin fərqlər var: “Tutaq ki, hansısa layihənin texniki-iqtisadi əsaslandırması hazırlanır. Amma sonradan həmin məbləğdən dəfələrlə çox pul ayrılır. Bakıda tikilən yol qovşaqlarının timsalında bunu görmək mümkündür”. Məlum oldu ki, Əzizbəyov dairəsindəki yol qovşağının smeta dəyəri 30,8 milyon manat olsa da indiyə qədər bu layihəyə 118 milyon 400 min manat vəsait xərclənib: “Layihə isə hələ də başa çatdırılmayıb. İşlərin başa çatdırılması üçün vəsait tələb olunur. Bundan əlavə, “Ekselsior” mehmanxanasının yanındakı yol qovşağının smeta dəyəri 25 milyon manat olsa da layihəyə 86,3 milyon manat vəsait xərclənib. Layihə isə hələ də tamamlanmayıb, əlavə vəsait tələb olunur. Ümumiyyətlə, körpülərin inşası Nəqliyyat Nazirliyinin layihələridir. Bu layihələr gələn ilin dövlət büdcəsi xərclərinin təxminən 20 faizinə yaxınını təşkil edir. Körpü tikintisinə təhsilə ayrılan vəsaitdən də artıq vəsait xərclənir". Z.İsmayıl dedi ki, hər hansı yolun inşasına başlanan kimi orada körpülərin sayı da artırılır: “Körpülər qeyd olunan qiymətdən 2-3 dəfə baha qiymətə reallaşdırılır. Təəssüf ki, körpülərin bəzilərinə böyük pullar ayrılmasına baxmayaraq, keyfiyyətsiz inşa olunur. Nəticədə qəzaya uğrayırlar”. İqtisadçı ekspert əlavə etdi ki, gələn ilin büdcəsindən nəqliyyat sektoruna 1,5 milyard manat vəsait ayrılıb: “Yol-körpü layihələri də bunun tərkib hissəsidir”. O, həmçinin vurğuladı ki, büdcə investisiyaları sahəsində özünü qabarıq göstərən problemlərdən biri dövlət investisiyaları sahəsində uzunmüddətli proqramın olmamasıdır. Eyni zamanda dövlət investisiya layihələrinin təxminən 3/4-nün proqram əsası yoxdur, layihələrin əksəriyyəti “layihə olaraq” mövcud deyil, yalnız istiqamət və yekun məbləğdən ibarətdir.
43,095
18.11.2008 07:24
İqtisadiyyat
DEKABRDA ƏT VƏ ƏT MƏHSULLARI BAHALAŞA BİLƏR
İqtisadçı ekspert Vüqar Bayramov da deyir ki, son günlər bir sıra ərzaq məhsullarının qiymətində azalmalar baş verir. Bu da birbaşa dünya bazarında neftin qiymətinin ucuzlaşması ilə bağlıdır: “Xüsusən ərzaq məhsullarının dünya bazar qiymətləri aşağı düşüb. Son bir ayda dünya bazarında ərzaq məhsulları 15 faiz ucuzlaşıb. Azərbaycanda dünya bazarındakı ucuzlaşmaya müvafiq olaraq müəyyən məhsulların qiyməti aşağı düşsə də bütövlükdə kəskin azalmadan söhbət getmir”. Ekspertin sözlərinə görə, dünya bazarındakı ucuzlaşma Azərbaycan bazarına təsir göstərsə də, bu, birbaşa təsir formasında həyata keçmir. Əsas səbəb isə odur ki, Azərbaycandakı qiymətlərlə dünya bazarındakı qiymətlər arasında müəyyən fərqlər var. V.Bayramov bildirdi ki, bizdə qiymətlər daha bahadır: “Dünya bazarında qiymətlərin 15 faiz düşməsinə baxmayaraq, Azərbaycanda son bir ayda qiyməti 15 faiz ucuzlaşan hər hansı ərzaq məhsuluna və ya xidmət növünə rast gəlmək mümkün deyil. Azalmalar isə 5-6 faiz intervalındadır. O da xaricdən idxal edilən süd və süd məhsullarının, düyü, ət məhsullarının qiymətində baş verib”. Ekspert söylədi ki, dünya bazarında ən çox ucuzlaşan məhsul buğdadır. Son bir ayda yalnız buğdanın qiyməti 2 dəfə aşağı düşüb: “Bu da birbaşa onunla bağlıdır ki, 2007-ci ilin sonunda 2008-ci ilin qıtlıq ili olacağı yönündə xəbərdarlıqlar edildi. Hətta Dünya İqtisadi Forumu 2008-ci ildə dünyada əhalinin çörəklə imtahana çəkiləcəyi barədə proqnoz verdi. Bundan sonra hətta buğda istehsal etməyən ölkələr də buğda istehsalına başladılar. Nəticədə dünya bazarında buğdanın həcmi artdı”. Azərbaycanda buğda istehsalının son 8 ildə ən yüksək həddə çatdığını vurğulayan ekspert bildirdi ki, bu il aqrar sektorda müşahidə edilən 10 faiz artımın böyük hissəsini buğda yetişdirilməsindəki artım təşkil edir: “Azərbaycanda buğda istehsalının artması, dünya bazarındakı ucuzlaşma ölkədə dənli bitkilərin qiymətinə təsir göstərməlidir. Əslində bizdə çörəyin qiymətinin aşağı düşməsi labüddür. Güman edilirdi ki, çörəyin qiyməti oktyabrın ortalarında düşəcək. Amma bəzi rayonlarda çörəyin qiyməti azalsa da paytaxda qiymətlərin aşağı düşməsi müşahidə edilmir”. İqtisadçının sözlərinə görə, bütün hallarda istehsal olunan çörəyin maya dəyəri ilə satış qiyməti arasında fərq var. Onun sözlərinə görə, bir sıra məhsullar üzrə qiymətlərin azalması prosesi davam edəcək: “Xüsusən bu proses dekabrın əvvəllərinə qədər olacaq. Çünki dünya bazarında qiymət azalmaları davam edir. Neftin qiymətinin aşağı düşməsi bütövlükdə qiymətlərə təsir göstərir. Bu, Azərbaycana idxal olunan məhsulların da qiymətini aşağı salıb. Amma Azərbaycan üçün spesifik problem ondan ibarətdir ki, dünya bazarında qiymətlər artan zaman Azərbaycan bazarı adekvat olaraq həmin qiymət artımlarına reaksiya verir. Nəticədə bizdəki qiymət artımları dünya bazarındakı qiymət artımlarını üstələyir. Məsələn, 2007-ci ilin fevralında Ukraynada meyvə şirələri 30 faiz bahalaşsa da bizdə həmin şirələrin qiyməti 2 dəfə qalxdı. Əslində bu o deməkdir ki, dünya bazarındakı artımlar Azərbaycanda həmin məhsulların qiymətinin kəskin artımı üçün əsas və ya bəhanə olur. İdxalla məşğul olan şəxslər daha yüksək artımlara gedirlər. Amma təəssüf ki, dünya bazarındakı qiymətlərin aşağı düşməsi bizdə ciddi azalmalara gətirib çıxarmır”. V.Bayramov hesab edir ki, dekabrın əvvəlinə qədər ərzaq məhsulları üzrə qiymət azalmaları maksimum 5 faiz ola bilər: “Dekabrın 2-ci yarısından ərzaq məhsullarının qiymətində artımlar qeydə alınacaq. Bu birbaşa onunla bağlıdır ki, məhz dekabrın son günləri Azərbaycanda bayram mövsümü kimi yadda qalır. Qiymətlər süni şəkildə qaldırılır”. Məlum oldu ki, qiymət artımlarında kənd təsərrüfatı anbarlarının imkanlarının məhdud olması da rol oynayır: “Anbarların olmaması səbəbindən yerli məhsulların böyük qismini qış mövsümünə saxlamaq mümkün deyil. Həm süni qiymət artımlarının, həm də digər obyektiv faktorların təsirindən dekabrın ikinci yarısında bahalaşma gözlənilir. Artımlar özünü ət və ət məhsullarında, süd məhsullarında göstərəcək”. İqtisadçı dedi ki, ən böyük qorxu hökumətin gələn ilin əvvəllərindən enerjidaşıyıcılarının qiymətinin qaldırılmasını müzakirə etməsidir: “Dövlət Neft Şirkəti bütün dünyada - Rusiyada, Avropada, ABŞ-da qiymətlərin ucuzlaşmasının müşahidə edildiyi zamanda Azərbaycanda benzinin qiymətinin qaldırılması təklifi ilə çıxış edib. Təkcə ABŞ-da bir ayda benzinin qiyməti 10 faiz aşağı düşüb. Bu azalmalar Türkiyədə, Rusiyada, hətta neft istehlak edən Yaponiya, Çin kimi ölkələrdə də müşahidə olunub. Benzinin qiymətinin artırılmasıyla bağlı müzakirələr ciddiləşərsə və belə qərar qəbul edilərsə, o zaman 2009-cu ilin əvvəllərində ölkədə kifayət qədər ciddi artımların baş verəcəyi ehtimalı var. Benzinin qiyməti qalxarsa, digər məhsulların bahalaşması qaçılmaz olacaq”.
43,096
18.11.2008 07:26
İqtisadiyyat
BAKIDA DAŞINMAZ ƏMLAK BAZARI GÜNÜ-GÜNDƏN “ÖLÜR”
MBA Konsaltinq Qiymətləndirmə Şirkətinin eksperti Faiq İbrahimov deyir ki, çoxlu sayda alqı-satqı agentlikləri ümumiyyətlə fəaliyyətlərini dayandırıb: “Problem alıcının olmamasındadır”. Bazar üzrə ilkin nəticələrə gəlincə, F.İbrahimov deyir ki, alıcılar qiymətin daha artıq enəcəyini gözləyirlər. Satıcılar isə qiyməti 5 faizdən çox aşağı endirmirlər: “Əgər əvvəllər 1 otaqlı mənzil 35-40 günə satılırdısa, artıq bu müddət 5 dəfəyə yaxın artıb. Bazar iştirakçılarının dediklərinə görə, son 10 ildə qiymətlər bu qədər davam gətirməyib. Yaxın 1-2 həftəyə mənzilin qiyməti 3-5 faiz enəcək. Real alıcı olduqda isə satıcı qiymətdə daha artıq güzəştə getməyə hazır olur. Yeni tikililərdə isə tikinti şirkətləri qiymətdə heç bir güzəştə getmək istəmir, yalnız fərdi şəxslər bu binalarda əvvəllər aldıqları mənzilləri satarkən müəyyən qədər güzəştə gedirlər”. F.İbrahimov deyir ki, əgər may ayında alqı-satqı agentliklərinin stabil gəliri var idisə, indi bir neçə agentlik öz pullarını paytaxtın daşınmaz əmlakına yatırmaq istəyən daimi müştərilərinin hesabına fəaliyyət göstərirlər: “Analitiklərin hesabına görə, təkliflə tələb arasındakı uyğunsuzluq cari ilin sonuna qədər daha da artacaq. Bunun da başlıca səbəbi bankların ipoteka kreditinin verilməsini dayandırması, maliyyə bazarlarındakı qeyri-stabillik və dünya daşınmaz əmlak bazarlarında müşahidə edilən dəyişikliklərdir. Kredit götürməyə macal tapan insanlar isə hələ də daşınmaz əmlak alır. İpoteka kreditinin durumu yəqin ki, növbəti ilin əvvəllərində mənzil satışı sıfıra enəndə bəlli olacaq”. Ekspertin sözlərinə görə, Bakıda daşınmaz əmlak bazarındakı qiymət enişi əvvəllər də baş verib. Lakin zaman ötdükcə yenidən hər şey öz yoluna qayıdıb.
43,097
18.11.2008 07:14
Media
QƏNİMƏT ZAHİD APELYASİYA MƏHKƏMƏSİNİ GÖZLƏYİR
Q.Zahid həyat yoldaşına deyib ki, əgər bir il ingilis dili ilə müntəzəm şəkildə məşğul olsa, onu yüz faiz mənimsəyəcək. Baş redaktor Ayəndə xanımdan istədiyi alman dilindəki kitabları da alıb: “Ona alman dilini ibtidai səviyyədə öyrənə biləcəyi kitabları apardım. O, bu dillə ingilis dili arasında paralellər aparacaq. Qənimət bundan başqa, ərəb dilini də təkmilləşdirmək istəyir. Amma ingilis və alman dillərindən fərqli olaraq, ərəb dilində bazası güclüdür. Universitetdə oxuyan vaxtdan bu dili bilirdi”. A.Mürsəliyeva baş redaktorun səhhətinin də normal olduğunu dedi. Onun sözlərinə görə, artıq Qənimət bəy ağrılarından şikayət etmir. Baş redaktoru indi maraqlandıran əsas məsələlərdən biri də əlyazmaları ilə bağlı keçirilən məhkəmə prosesinin növbəti mərhələsidir. Məlum olduğu kimi, ayın 18-də bu iş üzrə apelyasiya şikayətinə baxılacaq: “Qənimət bu məsələnin tezliklə yerli instansiyalardan keçib, Avropa Məhkəməsinə ünvanlanmasını istəyir”. Müsahibimiz həmçinin baş redaktora yeni yaranan ASİ təşkilatının elan etdiyi “Qənimət həftəsi”, eləcə də tanınmış yazarların bu həftə çərçivəsində qəzetdə yazılarla çıxış etməsi barədə məlumat verib. A.Mürsəliyeva Qənimət bəyin bu xəbərdən məmnun qaldığını dedi.
43,098
18.11.2008 07:29
Gündəm
“QURDLAR VADİSİ”nin AZƏRBAYCANLA BAĞLI SENSASİON BÖLÜMLƏRİ ÇƏKİLƏ BİLƏR
Ssenariyə görə, Türkiyənin “Bordo beretlilər” adlanan xüsusi təyinatlı qüvvələrinin bölmələri PKK-ya qarşı əməliyyat üçün Dağlıq Qarabağda yerləşir. Lakin türk xüsusi təyinatlılarının Dağlıq Qarabağda yerləşməsi ABŞ və Rusiyanın Azərbaycanın işğal edilmiş əraziləri üzərindən həyata keçirdiyi bir çox çirkli fəaliyyətlərin üstünü açır. Belə ki, türk komandosları Dağlıq Qarabağda İraqa və Əfqanıstana göndərilmək üçün nəzərdə tutulan raketlər , digər hərbi ləvazimat aşkar edir. Türk komandoslarının fəaliyyəti Amerikanı narahat edir və Birləşmiş Ştatların S.A.S. xüsusi təyinatlı qüvvələri onları çıxarmaq üçün əməliyyata başlayır. Daha sonra ssenaridə Azərbaycan dərin dövlətinin başında dayanan “Murik” ləqəbli şəxslə Türkiyə dərin dövlətinin Doğu Bəy adlı şəxsi arasında söhbətdən bəhs edilir. Həmin söhbətdə Türkiyə ilə Azərbaycanın birləşməsi, erməni qüvvələrinə qarşı birgə əməliyyatlar və digər məsələlər haqda söhbət açılır. Həmçinin erməni lobbisinin nüfuzlu adamı, rusiyalı iş adamı Mkrtçyan və rus mafiyasının başçısı İvanov arasında Azərbaycanla bağlı hansı planların qurulduğuna da yer verilir. Bu bölümlərin çəkilib-çəkilməyəcəyi haqda şirkətin saytından məlumat əldə etmək mümkün olmayıb.
43,099
18.11.2008 07:08
Media
“QƏNİMƏT HƏFTƏSİ”nin QALİBLƏRİ BU GÜN MÜƏYYƏNLƏŞƏCƏK
Layihə çərçivəsində imzası tanınan jurnalistlərin Q.Zahidlə bağlı yazılarla çıxış etməsi nəzərdə tutulmuşdu. Artıq müsabiqə yekunlaşıb. Təşkilatın həmsədri Anar Niftəliyevin sözlərinə görə, müsabiqəyə imzası ilə tanınan çoxlu sayda jurnalist qatılıb. Bununla yanaşı, müsabiqədə iştirak etməyən ASİ üzvləri də həftə çərçivəsində məqalələrlə çıxış ediblər. Ümumilikdə müsabiqədə 14 yazı müəllifi iştirak edib. A.Niftəliyev söylədi ki, qalibin kimliyi ilə bağlı tərəddüdlər var. Onun sözlərinə görə, bu məsələni dəqiqləşdirmək üçün oxucuların səsvermə nəticələri mühüm rol oynasa da, bu gün saat 14.00-da müsabiqə iştirakçıları ilə yığışıb, bu məsələni müzakirə edəcəklər: “Müsabiqəyə qatılan bütün yazarların yazıları gözəldir. Onların hamısı ilə zəngləşib, yazılarına görə təşəkkür etmişəm. Daha öncə də elan etdiyim kimi, ASİ klubçulara mükafat düşmür. Amma digər jurnalistlərlə, yəni həmin 10 nəfər köşə yazarı ilə görüşməyi və özlərinin iştirakı ilə seçim etməyi düşünürük. İstəyirik ki, müsabiqə qalibi özlərinin vahid qərarı ilə müəyyənləşsin”.
43,100
18.11.2008 07:31
Media
“YENİ ÜMİD” QƏZETİ NƏŞRƏ BAŞLAYACAQ
Gündəlik nəşr olunacaq mətbu orqan müxalif mövqeyi ilə seçiləcək. Qəzet partiyanın siyasi kursunu öz səhifələrində dəstəkləyəcək: “Bu baxımdan qəzetin partiya ilə yaxın əməkdaşlığı olacaq. Əsas hədəfimiz söz və mətbuat azadlığının inkişafına nail olmaqdır”.
43,101
19.11.2008 06:06
Media
KRAMER DÖVLƏT RƏSMİLƏRİ İLƏ NƏDƏN DANIŞIB?
O, “Azadlıq” radiosuna bildirib ki, bu radio təkcə Azərbaycanda yox, bütün dünyada çox böyük işlər görür: “Bizim müəyyən məsələlərdə narahatçılığımız var, xüsusilə də mətbuat azadlığı ilə əlaqədar. Həbsdə olan jurnalistlər və dekabrda xarici radiostansiyaların yayımının dayandırılması bizi narahat edən məsələlər idi. Bizim prezident İlham Əliyev və cənab Ramiz Mehdiyevlə görüşmək imkanımız oldu. Bundan əlavə, vətəndaş cəmiyyəti nümayəndələri, insan haqları müdafiəçiləri və siyasi partiya nümayəndələri ilə görüşmüşəm. Çünki ölkədə baş verənlərlə bağlı müxtəlif fikirləri öyrənmək doğrudan da çox vacibdir”.Xarici radiostansiyaların yayımı məsələsinə gəlincə, D.Kramer bildirib ki, Amerika bu yayımın davam etdirilməsinin tərəfdarıdır və yayımın hansı vasitə ilə davam etdirilməsi ilə bağlı Azərbaycan hökuməti ilə müzakirələr aparacaqlar: “Sözsüz ki, bunun həlli yolu Azərbaycan qanunvericiliyinə uyğun olmalıdır. Amma yayım davam edəcək. Bu məsələ ilə Amerikanın Yayım Şurası məşğul olacaq. Biz də öz tərəfimizdən Yayım Şurası ilə Azərbaycan rəsmiləri arasında müzakirələrin aparılmasına şərait yaradacağıq. Mən bununla onu qeyd etmək istəyirəm ki, biz bu yayımın hansı vasitə və üsullarla davam etdirilməsi məsələsini müzakirə edəcəyik. Burda heç bir halda yayımın məzmununa dair məsələlər müzakirə olunmayacaq”.D.Kramer bildirib ki, Azərbaycan rəsmiləri ilə görüşlərində, həbsdə olan jurnalistlərlə bağlı da məsələ qaldırılıb: “Azərbaycan hökumətini həbsdə olan jurnalistlərin məsələsinə yenidən baxılmasına dəvət etmişik. Onların mümkün qədər tez azadlığa buraxılmasının tezləşdirilməsini vurğulamışıq. Bu məsələ ilə əlaqədar çox ciddi müzakirələr aparmışıq. Lakin nə baş verəcəyini əvvəlcədən güman etmək, məncə, düzgün olmazdı”.Dövlət katibinin köməkçisi həmçinin hakimiyyətə mühüm bir mesaj verib: “İnanıram ki, prezident Obamanın dövründə həm Azərbaycanda, həm bu regionda, ümumiyyətlə, dünyada insan haqları vəziyyəti və demokratiya məsələlərinə diqqət olduğu kimi qalacaq. Ona görə çox vacibdir ki, ABŞ-da hakimiyyətə yeni administrasiya gəldiyi dövrdə Azərbaycan hökuməti öz tərəfindən burdan müsbət ismarışlar göndərsin. İnanıram ki, yeni administrasiya Azərbaycanla olan münasibətləri yüksək qiymətləndirəcək və bunu ən yüksək həddə çatdıracaq. Biz insan haqları və demokratiya sahəsində çox böyük irəliləyişlər görəcəyik”.